You are on page 1of 5

18.

Fikrət Əmirov _______________İncəsənət tarixi və nəzəriyyəsi - Musiqi tarixi

Fikrət Əmirov (1922-1984)


Həyat və yaradıcılığı/əsasəsərləri;”Sevil” operası/”Min bir gecə” baleti
1. Fikrət Əmirov - yaradıcılıq xasiyyətnaməsi.
F.Əmirov görkəmli Azərbaycan bəstəkarı Azərbaycan
musiqi sənətinin aparıcı simalarından biri olmuşdur.
F.Əmirovun yaradıcılığı genişdir. O demək olar ki, bütün
janrlara müraciət edib. Əmirov operanın, baletlərinin,
simfoniyaların, simfonik poemaların, simfonik muğamların,
süitaların, kapriççionun, fortepiano üçün konsertlərin, pyeslərin,
sonatanın, musiqili - komediyaların, mahnıların, romansların,
dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin və s.
müəllifidir.
F.Əmirovun yaradıcılığında milli simfonizmin yeni qolları
meydana gəlmişdir.
F.Əmirov simfonik-muğam janrının banisidir- 3 simfonik – muğamı var: “Şur”,
“Kürd-ovşarı”, “Gülüstani “Bayatı-Şiraz”
Eyni zamanda F.Əmirov Azərbaycanda müasir mövzuda yazılmış ilk lirik-psixoloji
operanın (“Sevil” operası 1953); ilk instrumental konsertin müəllifidir (“Ərəb mövzuları”
əsasında fortepiano konserti).
70-ci illərdə bəstəkar milli baleti yeni, parlaq, əfsanəvi balet tipii ilə zənginləşdirmişdir
–“Min bir gecə” baleti- 1979)
F.Əmirov Ü.Hacıbəylinin ənənələrini davam etdirməklə ölkəmizin musiqi
mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan F.Əmirov dünya və rus musiqi
klassiklərinin, habelə Ü.Hacıbəylinin yaradıcılığının bilavasitə təsiri altında yetişən və
inkişaf edən musiqi xadimləri dəstəsinə mənsubdur.
F.Əmirov musiqisinin böyük şöhrət qazanması səbəblərindən biri onun dərin milli
zəminə bağlılığıdır. Milli musiqi mədəniyyətinin ilk mənbələrinə yaxınlıq və folklor
musiqisinin üzvi surətdə klassik formalarda tətbiqi F.Əmirovu Ü.Hacıbəyli ənənələrinin
bilavasitə davamçısı kimi səciyyələndirməyə imkan verir.
Janrından asılı olmayaraq F.Əmirovun kompozisiyalarında melodiyanın böyük rolu da
onun musiqisinin ən mühüm üslub xüsusiyyəti – lirikanın üstünlüyü ilə bağlıdır. Müasir
dövrün dahi bəstəkarı D.Şostakoviç yazmışdır: “F.Əmirovun musiqisinin canı melodiyadır”.
F.Əmirov orkestr yazısının görkəmli sənətkarlarından biri, tanınmış kolorit ustasıdır.
Bəstəkarın musiqisi həmişə koloritli, tembr səslənməsi ilə, incə səs yazısı tapıntıları ilə
diqqəti cəlb edir.
Ü.Hacıbəylinin ənənələrini davam etdirən F.Əmirov bəzən simfonik orkestrə tar, dəf,
nağara kimi xalq çalğı alətlərini də daxil edir.
Xalq artisti, Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Azərbaycan EA müxbir
üzvü olan F.Əmirovun ictimai-musiqi fəaliyyəti geniş və rəngarəngdir.
O, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətlərinin katibi, Ali Sovetinin deputatı
olmuşdur. F.Əmirov bir neçə il Azərbaycan Opera və Balet Teatrının rəhbəri olmuşdur.

1
18.Fikrət Əmirov _______________İncəsənət tarixi və nəzəriyyəsi - Musiqi tarixi

Əsas əsərləri
Səhnə əsərləri Simfonik əsərləri
Opera Balet Musiqili Simfonik – Simfoniya Proqramlı əsərlər
komediya muğam
“Sevil” “Min bir “Gözün aydın”, “Şur”, “Nizami” “Azərbaycan”
1952 gecə” “Ürəkçalanlar” kapriçiosu;
C.Cabbarlı 1979 “Kürd-Ovşarı”, “Azərbaycan” suitası;
“Nizami”, “Azərbaycan”
“”Nəsimi “Gülüstani- qravürləri;
dastanı” Bayatı-Şiraz”
Vokal əsərləri Fortepiano Konsert Kino-film
Mahnı Romans Üçün əsərlər
"Mən səni araram", “Gülüm” “12 miniatür” “Ərəb “Böyük dayaq”,
"Reyhan", "Gülür ellər", (söz:Nizami), mövzuları “Səhər”
“Azərbaycan elləri", “İki sahil”, əsasında”
"Göygöl", “Ulduz” Fortepiano
"Aslanın mahnısı" üçün
"Kor ərəbin mahnısı" Konsert
E.Nəzirova
ilə birgə
"Nəsimi" vokal- xoreoqrafik poema

Həyat və yaradıcılığı. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə (Kirovabad)
şəhərində tanınmış müğənni və tarzən ailəsində anadan olmuşdur. Bəstəkarın atası Məşədi
Cəmil əslən Şuşalı olub, Azərbaycanda, İranda, Türkiyədə və Gürcüstan ifaçı-musiqi,
sonralar isə müəllim kimi məşhur idi.
Bakı Musiqi Akademiyasında bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın
sinfində təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın"
musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr
üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının
rəhbərliyi ilə ifa olunub.
1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. İki tip musiqi
təfəkkürünün - xalq (muğam) ilə Avropa musiqisinin sintezi kimi meydana gələn simfonik
muğamlar, eyni zamanda, milli simfonizmi dünya incəsənətinin geniş meydanına
çıxarmışdır.
1950-ci ildə dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov
onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan
"Sevil" operasını yazıb. Operaya ictimai baxış 8 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında keçirilib.
Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç
romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının məllifidir.
1970-ci illərdə "Nəsimi" vokal xoreoqrafik poemasını” simfonik orkestr üçün
"Azərbaycan qravürləri" əsərini, "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamını, "Min bir
gecə" nağılları əsasında eyniadlı balet yazır.
1984-cü ilin yanvarında "Nizami" baletini tamamlayır. Fikrət Əmirov 1984-cü il
fevralın 20-də Bakıda vəfat edib. I Fəxri Xiyabanda dəfn olunub.
2
18.Fikrət Əmirov _______________İncəsənət tarixi və nəzəriyyəsi - Musiqi tarixi

2. “Sevil” operası. 1953


F.Əmirov “Sevil” operasını görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyni adlı
pyesi əsasında yazmışdır.
C.Cabbarlının “Sevil” dramı 1953-ci ildə tamaşaya qoyulmuş və dərhal geniş şöhrət
qazanmışdır. İlk tamaşada Ə.Bədəlbəyli dirijorluq edirdi. Əsər qadının əsarətdən azad
edilməsi probleminə həsr olunmuşdur. XX əsrin əvvəllərində insanların şüurunda, məişətində
qalmış keçmişin qalıqları, köhnəlmiş adətlər, dini xürafat – bütün bunlar Azərbaycan
qadınının həyat yolunda böyük əngəl törədirdi. Bir vaxt ərinə kölə kimi itaət edən məzlum
qadın əzab-əziyyətlərə, həqarətlərə dözməyərək, köhnə adətlərlə əlaqəsini kəsib, öz insani
hüquqlarının təsdiqi uğrunda mübarizəyə başlayır.
F.Əmirov bu əsəri ilə müasir mövzuda ilk Azərbaycan lirik-psixoloji operasını
yaradır. Əsasən C.Cabbarlı pyesinin ideyasını və süjet xəttini saxlayan F.Əmirov və
librettoçu T.Əyyubov ictimai xüsusiyyətləri dərinləşdirmək üçün operada bəzi dəyişikliklər
aparmışlar.
Əsas obrazlar: Sevil, oğlu Gündüz, Balaş, Dilbər və s.
Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3
və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır.
Əsərin dramaturgiyasında iki əks qütbdə dayanan surətlər üz-üzə qoyulmuşdur:
bunlardan biri xalq və onun nümayəndələri Sevil, Gülüş, Atakişi, Babakişi və başqaları ilə
təmsil olunursa, digəri Balaş, Dilbər, Əbdüləli bəy və Məmmədəli bəyin simasında təqdim
edilir. Bu təzadlıq özünü musiqi xarakteristikasında da göstərir. Hadisənin inkişafı
prosesində Sevili və onun dostlarını səciyyələndirən mövzular zənginləşir, Sevilə qarşı
qoyulan obrazlarla bağlı olan digər mövzular qrupu isə birinci qrup tərəfindən aradan
qaldırılır.
Operanın əvvəlində çarəsiz, kölə olan Sevil obrazı operanın sonunda isə dəyişilərək
güclü qadına çevrilir - O, şən və qətiyyətlidir. Sevil Moskvada oxumuş və kitab müəllifıdir.
Artıq o, həyata yeni baxışla, yeni qüvvə ilə atılmağa hazırdır. Bütün bu dəyişiklik, inkişaf
musiqidə də öz əksini tapır. «Sevil» operasında şifahi ənənəli xalq və professional musiqi
janrlarından geniş istifadə etmişdir. Sevil obrazının açılmasında Sevilin ailə və məişətilə
bağlı olaraq, laylay, ağı, rəqs kimi janrlardan istifadə olunur. Onun daxili aləmini, ruhi
vəziyyətini, sarsıntılarını, həyəcanlarını, nəhayət, oyanışını əks etdirmək üçün muğamla bağlı
melodiyalara üstünlük verilir. Balaş da belə geniş surətdə səciyyələndirilir.
Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və
xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində
leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.
Operanın birinci pərdəsindəki hadisə 1918-1919-cu illərdə Bakıda baş verir. Üçüncü
pərdədəki hadisə 10 il keçəndən sonra vaqe olur.
Opera proloqla başlanır. Operanın mühüm səhnələrindən biri kimi köhnə Azərbaycanın
ümumiləşdirilmiş lövhəsi verilir, Sevilin simasında xalqın ağır həyatı təsvir edilir. Operanın proloqunda
Xəzər dənizinin mənzərəsi göstərilir. Axşamdır. Dəniz sahilində xalça və paltar suya çəkən qadınlar öz
talelərindən şikayətlənirlər. Sevil də onların arasındadır. Məscid minarəsindən gələn müəzzinin səsi hamını
axşam ibadətinə çağırır. Proloqda operanın əsas mövzuları – məzlum xalqın, Sevilin və oğlu Gündüzün
mövzuları təzadlı şəkildə bir-birini əvəz edərək keçir.
Musiqi nömrələri:Proloq-xalqın mövzusu, müəzzinin mövzusu, Sevilin leytmotivi;
3
18.Fikrət Əmirov _______________İncəsənət tarixi və nəzəriyyəsi - Musiqi tarixi
Sevilin laylası, Sevilin ariozosu, Sevilin ariyası, Balaşın mahnısı, Balaşın ariyası,
Dilbərin mahnısı, Atakişinin kupletləri.

3. “Min bir gecə” baleti -1979-cu ildə yazılmış iki pərdəli baletdir. Librettosu "Min bir
gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır. Baletin
premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutumuşdur.
Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi
vəhdətdədir.Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika
səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas
xüsusiyyətləridir.
Fikrət Əmirovun “Min bir gecə” əsəri Azərbaycan baleti tarixində yeni mərhələ açmışdır.
Belə ki, bu əsərdə çoxpərdəli tamaşa və kiçik formalı baletlərin ənənələri birləşir. Bəstəkar, balet
janrında yazarkən artıq kamil bir simfonist idi. Balet üzərində işə başlamazdan əvvəl bəstəkar bir
sıra Şərq ölkələrinə1 səyahət etmiş, ümumşərq mədəniyyəti ilə sıx təmasda olmuşdur. Əmirovun
xüsusən ərəb musiqisi ilə daimi təması Azərbaycan xalq musiqisi və şərq xalqlarının musiqisi
arasında oxşarlıqları dərk edə bilməsinə təkan vermişdir.
F. Əmirov baletinin əsas qayəsini qədim tarixə malik olan “Min bir gecə” nağılları, qəddar
Şəhriyar və müdrik Şəhrizad, Şərq qadınının zəkası, igidliyi və xeyirxahlığı ilə qalibiyyətə nail
olması təşkil edir. Baltedə bir çox münasqişələr təzaddır: burada qəddarlıq və zəriflik, nifrət və
məhəbbət, ölüm və şənlik qarşılaşır.
İstifadə edilmiş nağıllar “Sindibad və sehrli zümrüd quşu”, "Ələddin və gözəl Budur”,
"Əlibaba və qırx quldur” haqqında nağıllardır.
“Min bir gecə” baletində qadın səsinin istifadə edilməsi vokallə verilərək balet boyu iki dəfə
səslənir. Birinci dəfə introduksiyada - “Ölümə məhkum olunan qadınların qüssə və kədəri”ni xor
ifadə edir. Sonra isə “Şəhriyar və Şəhrizadın dueti”ndə solo qadın səsi səslənir.
I pərdə əsasən təzadlar üzərində qurulur (Şəhriyar və Nuridə və digər qadınlar).
Birinci pərdə ənənəci balet formalarından finala doğru məqsədəuyğun şəkildə yönəlir,
musiqi və süjet inkişafı ilə bağlanır. Baletin ikinci pərdəsi isə Şəhrizadın üç nağılından olan süita
kimi qurulur. Süita formasında qurulmasına baxmayaraq burada da simfonikləşmə əsasdır. Üç nağıl
isə “balet daxilində balet” kimi qavranılır.
I pərdənin personajları olan Şəhriyar, Şəhrizadə, cəlladlar, gecəni Təmsil edən parıltılı göy
geyimdə olan qadınlar ikinci pərdədə də iştirak edirlər. Bu personajlar baletdə bütövlük və tamlıq
yaradaraq, diversiment xüsusiyyətini aradan götürürlər.
İkinci pərdədəki hər üç nağıla giriş cənub gecəsinin təsviridir. Hər nağılın sonluğu isə
cəlladların ritmi və Şəhrizadı öldürməyə hazırlaşan Şəhriyarın qəzəbi ilə tamamlanır. Nağılların
musiqisi çox obrazlı, proqramlıdır. Burada təbiət lövhələri, fantastik varlıqlar, dəniz sahili,
quldurların rəqsi, məhəbbət səhnələri və sair verilir.
Baletin ikinci pərdəsindəki üç nağıl özündə böyük məna yükü daşıyır. Buradakı nağıllar
Şəhriyarın mənəviyyatındakı dəyişilmələrin təkamülünü bilavasitə hazırlayır. Məhz bu nağıllardakı
xeyirin şərə qalib gəlməsi ideyası Şəhriyarı daxilən təkmilləşdirir və qəddar hökmdarın qəlbində
məhəbbət və ədalət duyğusu bərqərar olur. Buna görə də baletin sonunda Şəhriyarla Şəhrizadın lirik
dueti çox emosional səslənir.
Şəhrizad öz müdrikliyi, zəkası və iradəsinin gücü ilə Şəhriyara qalib gəlir. Bədii məzmun
musiqi dilində də öz dolğun ifadəsini tapır.
Musiqi nömrələri: İntroduksiya -qadınların xoru, Oxatanlarn rəqsi,

1
İran, İraq, Türkiyə, Misir, Suriya, Mərakeş və Hindistana
4
18.Fikrət Əmirov _______________İncəsənət tarixi və nəzəriyyəsi - Musiqi tarixi

You might also like