You are on page 1of 68

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

nəzdində Sənaye və Texnologiya Kolleci

AZƏRBAYCAN TARİXİ

Kafedra: Humanitar fənlər

Müəllim: Bədəlova Aynur

Bakı 2023
1,2,3,4. Azərbaycanda ibtidai icma quruluşu. Azərbaycan
ərazisində ilk insan məskənləri. Daş dövrü. Tunc dövrü.
Azərbaycan ərazisində ilk insan dəstələri təxminən 1,5 milyon il əvvəl
məskunlaşdılar.
Azərbaycan ərazisində Qədim daş dövrünün ilk insan məskənləri:
 Qarabağda – Azıx və Tağlar mağaraları
 Kəlbəcərdə - Zar mağarası
 Qazaxda – Daşsalahlı və Damcılı mağaraları
 Naxçıvanda – Qazma mağarası
 Lerikdə - Buzeyir mağarası
 Mingəçevirdə - Qaraca düşərgəsi
Qədim insanların yaratdığı ilk və ən uzun sürən cəmiyyət ibtidai icma
quruluşu olmuşdu. İbtidai icma quruluşu əmək alətlərinin hazırlandığı materiallara
görə üç dövrə bölünür: Daş dövrü,Tunc dövrü və Dəmir dövrlərinə. Daş dövrü 3
mərhələdən keçmişdir: Paleolit(Qədim daş) dövrü,Mezolit(Orta saş) dövrü və
Neolit(Yeni daş) dövrü. Daş dövründən metal dövrünə keçid isə Eneolit dövrü
adlanır.
Paleolit dövrünün 3 mərhələsi var:Alt Paleolit,Orta Paleolit və Üst Paleolit.
Alt Paleolit dövrü (Quruçay mədəniyyəti) ilk insan tipi olan “Bacarıqlı insan”ın
yaranmasından başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ilk insan
tipi olan “Bacarıqlı insan” meydana gəldi. İlk insan kollektivi olan ulu icma yarandı.
İlk əmək alətləri-sivri daş,yerqazan çubuq və dəyənək meydana gəldi. Mənimsəmə
təsərrüfatı meydana gəldi. İnsanların yığıcılıq və ovçuluqla məşğul olması mənimsəmə
(istehlak)təsərrüfatı adlanır. Qədim insanlar ilk dəfə təbii oddan istifadə etməyi
öyrəndilər. Alt Paleolit dövrü insanların həyat tərzi Azərbaycanda Quruçay vadisinin
sol sahilində yerləşən Azıx mağarasından əldə edilən materiallar əsasında
öyrənilmişdir. Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə aşkarlanmış Azıx
adamının alt çənə sümüyü Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri
olduğunu təsdiq edir.
Orta Paleolit (Mustye mədəniyyəti) dövrü 100 min il bundan əvvəl
başlamış,eramızdan 35 min il əvvələ qədər davam etmişdi. Bu dövrdə yeni insan tipi
“Neandertal insan” yarandı. İnsanlar süni od əldə etdilər. Axirət dünyasına inam
yarandı.
Üst Paleolit dövrü e.ə.35 min il bundan əvvəl başlamış,e.ə.12-ci minilliyə qədər
davam etmişdir. Bu dövrdə müasir insan tipi olan “Ağıllı insan” yaranmışdır. Ulu
icmanı qəbilə icması əvəz etdi. Anaxaqanlığı meydan gəldi.
Mezolit dövrü e.ə XII-e.ə.VIII minillikləri əhatə edir. Bu dövrdə ox və kaman
ixtira olundu. İbtidai əkinçilik və ibtidai maldarlığın əsası qoyuldu. Mənimsəmə
1
təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Mikrolit(kiçik daş) əmək
alətləri meydana gəldi. Mezolit dövrü əhalisinin yaşayışı və məşğuliyyəti Qobustanda
və Qazaxda Damcılı mağarası əsasında öyrənilmişdir.
Neolit dövrü e.ə.VIII-e.ə.VI minillikəri əhatə edir. İnsanlar torpağı toxa ilə
yumşaldırdılar. Bu dövrdə insanların oturaq həyata keçməsilə yeni təsərrüfat növləri
olan dulusmuluq,toxuculuq və dəriişləmə sənəti meydana gəldi. Bu yeniliklər Neolit
inqilabı adlanır.
Eneolit(mis-daş)dövrü e.ə.VI-IV minillikləri əhatə edir. İnsanlar bu dövrdə ilk
dəfə metalla tanış oldu.
Tunc dövrü 3 mərhələyə bölünür:Erkən,Orta və Son tunc dövrləri.
E.ə IV minilliyin ikinci yarısından-e.ə.III minilliyin sonuna qədər davam etmiş
Erkən Tunc dövrü Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrdə birinci
ictimai əmək nəticəsində əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi.
Toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi. Anaxaqanlığı süqut etdi,ataxaqanlığı yarandı.
Sosial bərabərsizlik meydana gəldi. Bir neçə qohum qəbiləni birləşdirən tayfalar
yarandı. Bu dövrdə Xaçmazda-Sərkərtəpə, Qazaxda-Babadərviş, Naxçıvanda- I
Kültəpə və Maxta ibadət evləri aşkar edilmişdir.
Orta Tünc dövrü e.ə.III minilliyin sonlarından-e.ə.II minilliyin ortalarına qədər
davam etmişdir. Bu dövrdə ikinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq
müstəqil sahəyə çevrildi. İlkin şəhər mərkəzləri meydana gəldi. Bu dövrdə
Azərbaycanda yaranmış aşağıdakı ilkin şəhər məskənləri Qədim Şərqin ilkin şəhər
mərkəzləri səviyyəsinə yüksəldi:
1. Urmiyada Göytəpə
2. Naxçıvanda II Kültəpə və Oğlanqala
3. Qarabağda Üzərliktəpə və Nərgiztəpə
Sosial və əmlak bərabərsizliyi artdı,böyük tayfa ittifaqları yarandı.
Son Tunc-Erkən dəmir dövrü e.ə.XIV-e.ə.VII əsrləri əhatə edir. Bu dövrdə
üçüncü ictimai əmək bölgüsü nəticəsində sənətkar-tacirlər qrupu sənətkarlardan
ayrıldı. Atdan minik və qoşqu vasitəsi,dəvədən minik vasitəsi kimi istifadə edildi. Ata
sitayiş edirdilər. E.ə VII əsrdən başlayaraq dəmirdən geniş istifadə edidi. Dəmirdən
əmək alətləri və silahlar da hazırlandı. Cəmiyyətdə müharibə,hərbi iş mühüm yer tutdu
və əsas məşğuliyyətlərdən birinə çevrildi. Hakimiyyət nüfuzlu şəxslərin əlində
cəmləşdi. İnsanların həyatında baş verən bu dəyişikliklər Azərbaycanda ibtidai icma
quruluşunun dağılması ilə nəticələndi.

2
5.İlk tayfa birlikləri və dövlət qurumları
E.ə III-II minillikdə Azərbaycanda qədim tayfa və tayfa birlikləri iri tayfa
ittifaqları yaratmışdılar,bir-biri ilə yeni otlaq sahələri ələ keçirmək uğrunda mübarizə
aparırdılar. Bu dövrdə Azərbaycanda aşağıdakı türkdilli tayfalar yaşayırdılar:
1. Naxç,gərgər-Naxçıvan və Mil-Qarabağda yaşayırdılar.
2. Kuti-Urmiya gölünün qərbində məskunlaşmışdılar. İkiçayarasının
sakinləri onları “dağ əjdahaları” adlandırırdılar.
3. Lullubi-Urmiya gölünün cənubunda məskunlaşmışdılar.
4. Turukki-Urmiya gölünün cənubundan Zəncana kimi məskunlaşmışdılar.
5. Kaspi-Xəzər dənizi sahillərində yaşayırdılar.
E.ə.III-II minilliklərdə Urmiya gölü hövzəsində yaşayan tayfalar haqqında ilk
məlumatı Şumer dastanları və şumer-akkad mixi yazılı mənbələr vermişdi.
E.ə.IV-III minilliklərdə İkiçayarasında gedən proseslər,Azərbaycanın həmin
bölgənin mədəniyyət mərkəzləri ilə əlaqələrinin genişlənməsi Urmiya gölü ətrafında
yaşayan iri tayfa birliklərin ilk dövlət qurumuna çevrilməsinə kömək etdi.
Aratta dövlət qurumu – E.ə.III minilliyin I yarısında yaranmış türk mənşəli ilk
dövlət qurumu idi. Urmiya gölünün cənub-şərqini əhatə edirdi. Ölkəni ensi rütbəsi
daşıyan hökmdar idarə edirdi. Ölkədə çoxtanrılıq mövcud idi.
Lullubi dövlət qurumu – E.ə.XXIII əsrdə İmmaşqun tərəfindən yaradılmışdır.
Türk mənşəli dövlət qurumu idi. İnzibati cəhətdən hakimlər tərəfindən idarə edilən
vilayətlərə bölünürdü. Hökmdar Anubaninin dövründə qüdrəti daha da artdı və ərazisi
genişləndi. E.ə.III minilliyin sonunda xırda vilayətlərə parçalandı və süqut etdi.
Kuti dövlət qurumu – E.ə.III minilliyin II yarısında Urmiya gölünün qərbində
meydana gəlmişdir. Türk mənşəli dövlət qurumu olub,sərhədləri Urmiya gölünün
qərbindən İran körfəzinə qədər çatırdı. Mesopotomiyada türk mənşəli
şumerlərlə dostluq münasibətləri saxlamışlar. E.ə.XXII əsrdə kutilərin
Mesopotomiyaya hücumu nəticəsində Akkad dövlətini süquta uğratdılar.
Akkadları 100 ilə yaxın öz hakimiyyətləri altında saxladılar. E.ə.III minilliyin
sonunda Kuti dövlət qurumu süqut etdi.

6,7. Manna dövləti.


İranzunun mərkəzləşdirilmə siyasəti (e.ə. 740-719)
Azərbaycanın ilk və qədim dövləti olan Manna dövləti e.ə.lX əsrdə Cənubi
Azərbaycanda,Urmiya gölü ətrafında yaranmışdı. Mərkəzləşmiş dövlət idi. Paytaxtı
İzirtu şəhəri olmuşdur. Manna adına ilk dəfə e.ə.843-cü ildə Urmiya bölgəsinə hücum
etmiş Aşşur hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinmişdi. Bu
kitabədə Manna tayfasının adı çəkilir.
3
Mannalılar lullubi,kuti,su və turukki tayfalarının varisləri sayılır. E.ə. ll minilliyin
sonu-I minilliyin əvvəli Zaqros dağları silsiləsində Mannanın
Bara,Gilzan,Buştu,Andia,Messi,Subi,Zikertu,Gizilbunda vilayətləri yerləşirdi.
Mannanın ən böyük vilayəti Zamua vilayəti idi. Manna vilayət hakimlərinin səyi
nəticəsində vilayətlər birləşdirilmiş və nəticədə Manna dövləti yaranmışdı. Manna türk
mənşəli quldar dövləti idi. E.ə.VIII əsrdən mərkəzləşdirilmiş qaydada idarə olunmağa
başlamışdı.
Mannanın hökmdarları: Udaki(e.ə.IX əsr), İranzu(e.ə.740-e.ə.719),
Aza(e.ə.718e.ə.716), Ullusunu(e.ə.716-e.ə.680), Ahşeri(e.ə.675-e.ə.650),
Ualli(e.ə.650e.ə.630)
Mannanın güclənməsində İranzunun böyük rolu olmuşdur. İranzu Urartunun
zəifləməsindən istifadə edib vilayətləri geri aldı. Mannanı Urmiya gölü hövzəsində
qüdrətli dövlətə çevirdi. Mərkəzləşmə siyasəti yeritdi. Manna vilayətlərini tabe edərək
canişinlik sistemi yaratdı. Azərbaycanın cənub torpaqlarını özündə birləşdirdi. Manna
vahid mərkəzdən idarə edilən dövlətə çevrildi.
Aşşur hökmdarı II Sarqonun Mannaya bir neçə yürüşü olmuşdur. Bunlardan ən
böyüyü e.ə.714-cü ildə olmuşdur. Aşşur Manna ilə e.ə.714-cü ildə Sırdakka şəhərində
müqavilə bağladı.
E.ə.590-cı ildə Midiya Mannanı özünə tabe etdi və bununla da Mannanın
müstəqil dövlətçiliyi sona çatdı.
Mannada sənətkarlığın toxuculuq,boyaqçılıq,xüsusilə metalişləmə sahələrinin
inkişafını Cənubi Azərbaycanda yerləşən Həsənli və Ziviyə yaşayış məskənləri sübut
edir. Həsənlidən tapılmış qızıl cam,Ziviyədən tapılmış qızıl və gümüş qədəhlər-ritonlar
Mannada təsviri sənətin nümunələridir.
Mannada çoxtanrılıq dini mövcud idi. Əhali Günəş,Ay,Külək-yağış və b.
Tanrılara sitayiş edirdilər. E.ə.III minillikdə qədim Azərbaycan ərazisində əhali mixi
yazı ilə tanış idi. Mannada yerli yazı növü də olmuşdur.

8,9.Atropatena dövləti. Atropatenanın dini görüşləri


E.ə.323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra onun yaratdığı
imperiya ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda
Atropatena,şimalında isə Albaniya dövləti yarandı. E.ə.328-ci ildə Makedoniyalı
İsgəndər Atropatı Midiyanın satrapı təyin etdi. Makedoniyalı İsgəndərin ölümündən
sonra onun imperiyası Perdikkiyə tapşırıldı. E.ə.321-ci ildə Perdikkinin vəfatından
sonra Atropatena dövləti yarandı. Atropatenanın ilk hökmdarı Atropat olmuşdur.
Atropatena quldar dövləti idi. Ərazisi Cənubi Azərbaycan və Azərbaycan
Respublikasının bəzi cənub rayonlarını əhatə edirdi. Paytaxtı Qazaka şəhəri olmuşdur.

4
Atropatena ərazisində müq, maq, matay, kaspi, kadusi tayfaları yaşamışdır. Bu
tayfaların çoxu türksoylu idi.
Atropatena hökmdarı Artabazanın hakimiyyəti dövründə Atropatena dövləti
Selevkilərin hücumuna məruz qaldı. E.ə.223-cü ildə Selevki hökmdarı III
Antioxun Atropatenaya hücumu nəticəsində Atropatena Selevkilərdən asılı vəziyyətə
düşdü. E.ə.190-cı ildə Roma ilə Selevkilər arasında baş verən Maqneziya döyüşü
nəticəsində Selevkilər məğlub oldu və parçalandı,Atropatena dövləti yenidən müstəqil
oldu.
E.ə.ll əsrdə Ön Asiyada ağalıq uğrunda Roma ilə Parfiya dövləti mübarizə
aparırdı. Parfiya və Atropatena dövlətləri Romanı öz müstəqillikləri üçün təhlükə
hesab etdiyi üçün ona qarşı mübarizədə bir-biri ilə yaxınlaşdılar. E.ə.53cü ildə Karra
şəhəri yaxınlığındakı döyüşdə Roma məğlub oldu. Parfiya Atropatenalı döyüşçülərin
də yardımı ilə qalib gəldi. E.ə.38-ci ildə romalılarla Parfiya arasında baş verən döyüşdə
parfiyalılar ağır məğlubiyyətə uğradılar. E.ə.36-cı ildə Antoninin başçılığı ilə romalılar
Atropatena yürüş edərək
Atropatenanın Fraaspa şəhərini mühasirəyə aldı,lakin məğlub oldular. Eramızın
20-ci ilində Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü və
20-ci ildən 224-cü ilədək bir ərazi kimi onun tərkibində qaldı.
Atropatenada nefti “Midiya yağı” aslandırırdılar. Əhali təkalllahlılıq dini olan
Zərdüştlük dininə sitayiş edirdilər. Zərdüştlük dininin baş məbədi Qazakada yerləşirdi.
Müqəddəs kitabı “Avesta”dır. E.ə.lV əsrdə Azərbaycan ərazisində vahid türk xalqı
yaranmağa başladı. Sasani ağalığı dövründə vahid xalqın formalaşması prosesi
sürətləndi,ərəb ağalığı dövründə (bəzi mənbələrdə OğuzSəlcuq axınları dövründə) isə
başa çatdı.

10,11. Albaniya dövləti. Albaniyanın yadellilərə qarşı mübarizəsi


Makedoniyalı İsgəndərin Şərqə yürüşü zamanı Əhəmənilər imperiyası
dağıldı,Azərbaycan torpaqları İsgəndərin imperiyasının tərkibinə qatıldı. Lakin
İsgəndərin imperiyasının dağılması ilə - e.ə.lV əsrin sonunda Azərbaycan şimalında
ilk dövlət olan müstəqil Albaniya dövləti yarandı. Albaniyanın ilk paytaxtı və alban
hökmdarlarının iqamətgahı Qəbələ (Kabalaka) şəhəri olmuşdur (V əsrədək). Albaniya
dövlətinin ərazisinə Gürcüstanın Alazan vadisi,
Dağıstanın cənub rayonları, Qərbi Azərbaycan, İberiya (Cənub-qərbi Gürcüstanda
tarixi vilayət) ilə Xəzər dənizi arasındakı müasir Azərbaycan Respublikasının
torpaqları daxildir.

5
Albaniya quldar dövlət idi, dövləti ordunun baş komandanı sayılan və qeyri-
məhdud hakimiyyətə malik padşah idarə edirdi. Padşahdan sonra ən hörmətli adam Ay
məbədinin kahini idi. Albaniyada eramızın ilk əsrlərində su dəyirmanlarından istifadə
edirdilər. E.ə.lV əsrdə Albaniyada üzük formasında möhürlər düzəldilirdi. Albaniya və
Atropatena ərazisində tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından
kəsilmişdir. Eramızın ilk əsrlərindən başlayaraq şüşə qablar hazırlayırdılar.
Memarlıqda kirəmitdən geniş istifadə olunmuşdu.
E.ə.l əsrin 1-ci yarısında Roma sərkərdəsi Pompey Albaniyaya hücuma başladı.
E.ə.66-cı ildə Kür çayı sahilində döyüşdə Pompeyin ordusu Albaniya padşahı Oroysun
40 minlik qoşununu məğlub etdi. Lakin albanların romalıları təqib etməsi və onlar üçün
təhlükə yaratması səbəbi ilə Pompeyin yenidən albanlara qarşı yürüşə başlamasına
səbəb oldu. E.ə.65-ci ildə Qanıx (Alazan) çayı sahilində döyüşdə romalılar hiylə yolu
ilə qalib gəldi. Döyüşdən sonra meşəyə çəkilən albanların taleyi faciəli oldu, romalılar
meşəyə od vuraraq yandırdılar. Oradakı alban döyüşçüləri həlak oldu. Bu döyüşdə
vuruşan alban qadınlarının cəsarəti romalıları heyrətə gətirdi.
Alan tayfalarının ən böyük yürüşlərindən biri eramızın 72-74-cü illərində
olmuşdu. Bu yürüş zamanı Albaniyadan keçən alanlar Atropatenanı idarə edən Parfiya
canişininin qüvvələrini məğlub edib böyük qənimətlə geri qayıtmışdılar.
Albaniya əhalisi yazı ilə e.ə.l minilliyin ortalarında tanış idi. Qədim albanlar
çoxtanrılı büdpərəstlik dininə inanırdılar.

12. Azərbaycan Sasani imperiyasının tərkibində


Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) 224-cü ildə
Parfiya dövlətini süquta uğratdı. 226-cı ildə Sasanilər dövlətini (226-651) yaratdı və
özünü “şahənşah” elan etdi. Sasani hökmdarlarının hakimiyyəti altında olan
torpaqlarda mərkəzdən idarə olunan əyalətlər yaradıldı. 227-ci ildə Atropatena ərazisi
Sasanilər dövlətinin vilayətlərindən birinə çevrildi və Adurbadaqan adlandı. Sasanilər
dövründə Atropatenanı mərzban idarə edirdi. 262-ci ildə Albaniya Sasanilər dövlətinin
tərkibinə daxil edildi və onu hərbi dəstələrlə təmin etməli oldu. Lakin Albaniya daxili
müstəqilliyini saxladı. Albaniyanın Sasanilər imperiyasının tərkibinə daxil edilməsini
l Şapurun 262-ci ildə Nəqşi-Rüstəmdəki məbədin divarında həkk etdiyi yazı sübut edir.
Erkən orta əsrlərin başlanğıcında Cənubi Qafqaz,o cümlədən Albaniya Sasani və
Roma imperiyaları arasında müharibə meydanına çevrildi. Bu müharibələrdə
Alban hökmdarı Urnayr da Sasanilər tərəfində vuruşurdu. 359-cu ildə Amid döyüşündə
müttəfiqlər (sasani-alban) qalib gəldi. 371-ci ildə Dzirav döyüşündə isə Sasani-alban
birləşmiş qüvvələri məğlub oldular. 387-ci ildə Sasani-Roma müqaviləsinə əsasən
Albaniya Sasanilərin tərkibində qaldı.

6
Albaniya hökmdarı II Vaçe (444-463) yeni taxta çıxan Sasani şahı Firuzun
şərəfinə Bərdə şəhərini saldırdı və şimaldan qonşu tayfalarının tez-tez hücumları səbəbi
ilə həmin şəhəri Albaniyanın paytaxtı etdi. II Vaçedən sonra Albaniya 30 il hökmdarsız
qaldı və müstəqilliyini itirdi (463-487). Bu müddətdə Albaniya sasani mərzbanları
(canişini) tərəfindən idarə olunurdu.
487-cildə Albaniyada hakimiyyətə gələn III Mömin Vaçaqanın (487-510)
dövründə 488-ci ildə Aquen kilsə məclisi çağırıldı.
Albaniyada 3 sülalə hakimiyyətdə olmuşdur:
1. Aranilər (e.ə.II – I əsrlər)
2. Arşakilər (I əsr – 510)
3. Mehranilər (630 – 705)

13. Sasani dövlətinin köçürmə siyasəti


Sasani hökmdarları Azərbaycanın şimalına farsdilli tayfalar köçürmüşdülər.
Sasanilərin köçürmə siyasətində məqsəd bunlar idi:
1. Özünə etnik dayaq yaratmaq;
2. Farsların köməyilə Azərbaycanda mövqelərini möhkəmləndirmək;
Sasani şahları Azərbaycanın Xəzərsahili bölgələrində aşağıdakı məqsədlərlə
qalalar və müdafiə divarları inşa etdirmişdilər:
1. Mövqelərini möhkənləndirmək.
2. Şimaldan türk axınlarının qarşısını kəsmək.
VI əsrin ortalarında Sasani dövləti Dərbənd səddini və Dəmirqapı-Dərbənd
qalasını inşa etdirdi. Sasani şahlarının şimal keçidlərini bağlamasına,həmçinin burada
hərbi dəstələr yerləşdirməsinə baxmayaraq erkən orta əsrlərdə hun, basil, bulqar, sabir,
xəzər və b. Türk tayfaları Dərbənd keçidindən keçib Azərbaycanda məskunlaşdı və
yerli türk tayfaları ilə qaynayıb-qarışdılar.
Erkən orta əsrlərdə türk tayfalarının Azərbaycana axınlarının nəticələri:
1. Türk dili bütün Azərbaycan əhalisi üçün vahid ünsiyyət vasitəsinə
çevrildi;
2. Dil birliyi yarandı. Vahid xalqın yaranması prosesi sürətləndi.

7
14,15. Azərbaycanda feodal münasibətlərinin yaranması.
Azərbaycanda feodal münasibətlərinin avropadan fərqli cəhətləri
III əsrdən başlayaraq Azərbaycanda feodal iqtisadi münasibətləri yaranırdı.
Siyasi vəziyyətləri fərqli olan Azərbaycanın həm şimal,həm də cənub ərazilərində
feodal münasibətləri hələ quldarlıq dövründə meydana gəlmiş və oxşar şəkildə inkişaf
edirdi. Feodalizmin ilkin vaxtlarında Azərbaycanda dövlət torpaqları xidmət
müqabilində hərbçilərə və əyanlara paylanırdı,xüsusi xidmət adamlarına paylanmış
belə torpaqlar mülk,həmin torpaq (mülk) sahibi mülkədar,yəni feodal adlanırdı. Çox
hallarda mülklə birlikdə onu becərən kəndlilər (əkinçilər) də hədiyyə verilir,nəticədə
həmin kəndlilər feodaldan asılı vəziyyətə düşürdülər.
VI-VII əsrlərdə Albaniya və Atropatenada eyni cür inkişaf edən feodal
münasibətləri tədricən möhkəmlənirdi.
VI əsrdə Atropatenada feodal münasibətlərinin inkişafına l Xosrovun islahatları
böyük təsir göstərdi. I Xosrovun vergi islahatı keçirməkdə məqsədi nöqsanları
aradan qaldırmaq və özbaşınalığa son qoymaq idi.
Azərbaycanda feodal münasibətlərinin Avropadan bir çox fərqli cəhətləri
olmuşdur:
1. Azərbaycanda feodal münasibətləri tez yaranıb gec süqut etmişdi (III
əsrdən – XIX əsrin II yarısınadək). Avropada isə gec yaranıb tez süqut etmişdi (V
əsrdən – XVII əsrin ortalarınadək).
2. Azərbaycanda kəndlilər feodaldan şəxsən asılı (təhkimli) deyildilər
(yalnız iqtisadi cəhətdən asılı olmuşdular). Avropada isə kəndlilər feodaldan həm
iqtisadi cəhətdən,həm də şəxsən asılı (təhkimli) idilər.
3. Azərbaycanda feodalların xüsusi təsərrüfatı demək olar ki yox idi.
Avropada isə feodalların xüsusi təsərrüfatı var idi.

16. Sasanilər dövründə torpaq mülkiyyət formaları və vergilər


Dastakert – Nəsli (irsi) torpaq sahibliyi əyanların xüsusi mülkiyyətində idi.
Xostak – Hərbi xidmət əvəzinə verilən şərti torpaq sahibliyi idi. Sasani şahənşahı
I Xosrov Ənuşirəvanın dövründə boş qalmış torpaqlar hesabına yaranmışdı. Sasani
dövlətində xüsusi yer tutduqları üçün Zərdüşt kahinlərinə də xostak torpaqları verilirdi.
Xaraq – Torpaq vergisi idi,əkin sahəsinin şəhərə yaxın və uzaqlığından,
məhsuldarlığından asılı olaraq məhsulla alınırdı.
Gezit – Can vergisi idi. 4-cü təbəqədən – vergi verənlərdən ildə bir dəfə alınırdı.
I Xosrovun islahatına əsasən uşaqlar, qadınlar, qocalar, kahinlər, məmurlar can
vergisindən azad edilmişdi.

8
17,18. Albaniya Mehranilər sülaləsinin hakimiyyəti dövründə.
Cavanşirin daxili və xarici siyasəti
VII əsrin əvvəllərində Girdiman vilayətində Mehranilər sülaləsinin hakimiyyəti
bərqərar oldu. Bu vilayətdə Albanlarla yanaşı sabir türkləri üstünlük təşkil edirdi.
Mehranilər sülaləsinin banisi Mehran türk mənşəli sabir tayfalarından idi. Girdiman
vilayətində Mehrəvan şəhərinin əsasını qoymuşdu.
Mehranilər sülaləsinin nümayəndəsi,Girdiman hakimi Varaz Qriqorun 630 – cu
ildə Albaniyada hakimiyyətə gəlməsi ilə Mehranilər sülaləsinin-Girdiman knyazlığının
rəsmi hakimiyyəti başladı (630 – 705). Mehranilər sülaləsinin hakimiyyəti əvvəllər
Albaniyanın Girdiman vilayətini (indiki Şəmkir – Qazax bölgəsini), sonralar isə bütün
Albaniya ərazisini əhatə etmiş, Bərdə (Partav) şəhəri isə paytaxtı olmuşdur.
642 – ci ildə Varaz Qriqor ölkənin təhlükəsizliyini təmin etmək üçün oğlu
Cavanşiri (642 – 681) hakimiyyətə gətirdi. Cavanşirin daxili və xarici siyasətinin əsas
istiqamətləri bunlar idi:
1. Ölkənin daxili sabitliyini təmin etmək;
2. Ölkədə dinc quruculuq işləri həyata keçirmək;
3. Ərəb, Bizans və Xəzərlərlə münasibətləri nizamlamaq;
Cavanşirin uzaqgörən xarici siyasətinin nəticəsində Albaniya Ərəb, Bizans,
Sasani və xəzərlərin işğallarından xilas oldu, ölkədə təsərrüfatın və
mədəniyyətin inkişafına şərait yarandı. Cavanşir Albaniyanın daxili
müstəqilliyini qoruyub saxlamağa nail oldu. Bizanspərəst feodallar 681 – ci ildə
Cavanşiri suiqəsd təşkil edərək qətlə yetirdilər. 705 – ci ildə Ərəb xəlifəsi Cavanşirin
qardaşı oğlu Varaz Tiridatın hakimiyyətinə son qoyaraq Albaniyanın daxili
müstəqilliyini ləğv etdi və bununla da Albaniya dövləti süqut etdi.

19. Azərbaycan Ərəb xilafətinin tərkibində


Ərəb dövləti yarandıqdan az sonra, ilk xəlifələrin dövründə İslam bayrağı altında
yeni dini yaymaq, kafirləri “gerçək, düzgün yola gətirmək” adı altında bir sıra əraziləri
işğal etməyə başladılar. 633 – cü ildə xəlifə Əbu Bəkrin dövründə ərəb qoşunları Sasani
imperiyasına hücum etdi. Bu zaman Albaniya Sasani dövlətindən asılı idi. Buna görə
də Varaz Qriqor oğlu Cavanşiri sasanilərə köməyə göndərdi. 636 – cı ildə Kadisiyyə
döyüşündə Sasani şahı III Yezdəgerd göstərdiyi qəhrəmanlığa görə Cavanşirə qızıl
kəmər və qızıl saplı qılınc bağışladı.
Ərəb qoşunları 639 – cu ildə Cənubi Azərbaycana hücuma başladılar. 642 – ci
ildə Nəhavənd və Həmədanı ələ keçirdilər. 643 – cü ildə Cərmidan döyüşündə ərəblər

9
Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadı məğlub edərək Cənubi Azərbaycanı
tabe etdi. İsfəndiyar ərəblərlə sülh bağladı. Sülhün şərtlərinə əsasən:
1. Azərbaycan əhalisi imkanları daxilində cizyə (can) vergisi ödəməli idi.
2. Qadınlar və uşaqlar, xəstələr, zahidlər can vergisindən azad olundu.
3. Ərəblər əhalinin əmlakına, dini icmalarına, qanunlarına toxunmamağı
öhdəsinə aldı.
Cərmidan döyüşü ərəblərin şimala – Albaniyaya yolunu açdı. Ərəb ordusu
Muğana, Şirvana, Dərbəndə doğru yürüşə başladı. 644 – cü ildə Muğan əhalisi
bağlanmış müqaviləyə görə, ərəblərin hakimiyyətini qəbul etdi. Ərəblərin Dərbəndə
hücumu nəticəsində Dərbənd və Şirvan hakimi Şəhriyar ərəb sərkərdəsiylə sülh
bağladı.
VIII əsrin əvvəlində ərəblər Qafqazda öz hakimiyyətlərini tam bərqərar etdikdən
sonra bütün Qafqaz, Azərbaycanın cənubu istisna olmaqla, ayrıca bir əmirliyə çevrildi.
Albaniya Arran adlı vilayətə çevrildi. Azərbaycanda xilafətin dayağı məmurlar aparatı
və silahlı qüvvələr idi. Ərəblər dövründə əmir canişinlikdə bütün hakimiyyəti əlində
cəmləşdirmişdi.
Ərəblərin hücumu ərəfəsində Aəzrbaycanda müxtəlif dini etiqadlar mövcud
olduğu üçün siyasi sabitlik mümkün deyildi. İslam dini Azərbaycanın cənub
torpaqlarında, şimalda isə - Muğanda və Mildə nisbətən sürətlə yayılırdı. Lakin
cənubda Ərdəbil, şimalda Bərdə şəhərinin əhalisi ərəblərə və İslam dininə daha ciddi
müqavimət göstərmişdi. İslam dinini yoxsullar könüllü qəbul edirdilər. Albaniyanın
qərbində xristian dininin nisbətən geniş yayıldığı bəzi dağlıq və dağətəyi yerlərdə İslam
dininə müqavimət göstərildi.
Azərbaycanda İslam dininin yayılmasının bir çox əhəmiyyətli nəticələri oldu.
Bunlardan din birliyinin, türk-islam birliyinin yaranmasını, türk-islam mədəniyyətinin
formalaşmasını göstərmək olar.

20. Xürrəmilər hərəkatı. Babək


Ərəblərə qarşı azadlıq mübarizəsinin ən parlaq mərhələlərindən biri Xürrəmilər
hərəkatı idi. 778 və 808 – ci illərdə Xürrəmilərin Xilafətə qarşı ilk çıxışları baş verdi.
Bu hərəkatın başçıları Cavidan və Əbu İmran idi. Lakin hərəkatın başçıları arasındakı
ixtilaflar səbəbi ilə bu çıxışlar uğursuzluqla nəticələndi. 816-cı ildə Xürrəmilərə Babək
(əsl adı Həsən) başçılıq etməyə başladı. Bununla da xalq hərəkatının yeni mərhələsi
başladı. Xürrəmilər Azərbaycanı ərəb işğalından azad etməyə və insanlar arasında
sosial bərabərliyə nail olmağa çalışırdılar. Hərəkatın mərkəzi Azərbaycan,əsas
sığınacağı isə Bəzz qalası idi. Xürrəmilər hərəkatı İslam dininə qarşı deyildi,Abbasilər

10
sülaləsinin Azərbaycanda yeritdiyi ağır vergi siyasəti və məmur özbaşınalığına qarşı
yönəlmişdi.
819-cu ildə Xəlifə əl-Məmnun xürrəmilərə qarşı göndərdiyi ilk nizami ordu
məğlubiyyətə uğradı. IX əsrin 20-ci illərinin əvvəllərində Xürrəmilər
Süniki,Bərdə,Beyləqan,Qarabağ və Arranı azad etdilər.
829-cu ildə I Həşdadsər döyüşündə xürrəmilər ərəb ordusunu məğlub etdi.
830-cu ildə I Həmədan döyüşündə xürrəmilər ərəb ordusunu məğlub etdi.
833-cü ildə II Həmədan döyüşündə xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradı.
836-cı ildə II Həşdadsər döyüşündə xürrəmilər ərəb ordusunu məğlub etdi.
II Həmədan döyüşündə xürrəmilərin ağır məğlubiyyətindən sonra xəlifə yeni
tədbirlər həyata keçirdi. 835-ci ildə türk sərkərdəsi Afşin Heydər ibn Kavus
xürrəmilərə qarşı vuruşan ərəb ordusuna komandan təyin edildi. Müharibənin
uzanması və Afşinin tədbirləri qüvvələr nisbətini ərəblərin xeyrinə dəyişdi. Bundan
qorxuya düşən Babəkin müttəfiqləri ondan uzaqlaşdı. Bu tədbirlərə baxmayaraq II
Həşdadsər döyüşündə xürrəmilər parlaq qələbə qazandılar. 837ci ildə Afşin Bəzz
qalasını mühasirəyə aldı. Azadlıq mübarizəsinin son döyüşü olan Bəzz qalası
yaxınlığında baş vermiş döyüşdə ərəblər qalib gələrək Bəzz qalasını ələ keçirdilər.
Bəzzin alınması zamanı 80 mindən çox xürrəmi məhv oldu. Babək Azərbaycanın
şimalına – Arrana gəldi. Bu zaman Babək keçmiş müttəfiqi Səhl ibn Sumbat tərəfindən
ələ keçirilərək ərəblərə təhvil verildi. 838ci ildə Samirə şəhərində Xəlifə Mötəsimin
əmri ilə edam olundu.
Xürrəmilər hərəkatı yatırılsa da ərəb xilafətini sarsıtdı və bir daha əvvəlki
mövqeyini bərpa edə bilmədi.

21,22. Azərbaycanda ilk feodal dövlətlər.


Şirvanşahlar dövləti (861-1538).
Ərəb mənşəli olan Məzyədilər Azərbaycanın şimal-şərqini idarə edirdi. Sülalənin
görkəmli nümayəndələrindən olan Yezid ibn Məzyəd (780-801) Xilafət dövründə
Şirvanın birinci rəsmi hakimi – canişini təyin olunmuşdu. Arranda məkəzi Bərdə olan
yarımmüstəqil feodal dövləti - əmirlik yaratmışdı. 859 – cu ildə Yezid ibn Məzyədin
oğlu Məhəmməd ibn Yezid Bərdə əmirliyinin iqamətgahını Gəncəyə köçürdü.
861 – ci ildə Heysam ibn Xalid Şirvanı müstəqil elan edib Xilafətlə bütün əlaqəni
kəsdi. İlk dəfə Şirvanşah titulunu qəbul etdi. Azərbaycanın ən uzun ömürlü feodal
dövləti olan Şirvanşahlar dövlətini yaratdı. Dövlətin ilk paytaxtı Şirvan şəhəri idi.

11
Şirvanşah Əbu Tahirin dövründə dövlətin ərazisi cənubda Kür çayına,şimalda
Dərbəndə kimi genişləndi. 918 – ci ildə qədim Şamaxı şəhərini bərpa etdirərək
Şirvanşahlar dövlətinin paytaxtını buraya köçürdü.
X əsrin 80-ci illərində Qəbələ,Bərdə,Şabran,Şəki hakimliyi,Tabasaran,Sanariyyə
və Dərbənd hakimliyi (988) Şirvanşahlar dövlətinə birləşdirildi. Şirvanşahlar Dərbəndi
birləşdirdikdən sonra Dərbənd səddini və şəhərin qala divarlarını təmir etdirib
möhkəmləndirdilər.
Şirvanşahlar dövləti Azərbaycanda yaranmış digər müstəqil feodal
dövlətlərindən fərqli olaraq müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmişdi.
Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyəti: 1. Qədim dövlətçilik
ənənələrinin dirçəlməsinə təsir göstərdi. 2. Şimaldan slavyan və alanların basqınlarına
qarşı mübarizə asanlaşdı. Şamaxı,Şabran və Dərbənd ticarət və sənətkarlıq mərkəzinə
çevrildi.

23. Sacilər dövləti (898 – 941)


Sacilər sülaləsi Mərkəzi Asiyanın Əşrusən vilayətinin qədim türk nəsillərindən
idilər. Sülalənin banisi məşhur türk sərkərdələrindən olan Əbu Sac Divdad idi.
Sülalənin nümayəndələri “Afşin” ləqəbini daşıyırdılar. Ərəb ordusunun məşhur
sərkərdələri,o cümlədən xürrəmilər hərəkatını yatırmaqda mühüm xidməti olan Afşin
bu nəsildən idi.
Əbu Sac Divdaddan sonra hakimiyyətə oğlu Məhəmməd ibn Əbu Sac gəldi.
Sacilər dövlətinin yaranmasını Məhəmməd ibn Əbu Sacın adı ilə bağlayırlar.
Dövlətin paytaxtı əvvəl Marağa,sonra isə Ərdəbil şəhəri oldu.
Yusif ibn Əbu Sacın hakimiyyəti dövründə Sacilər müstəqil siyasət yeritdi və
daha da qüvvətləndi. 912-ci ildə Xilafətin xəzinəsinə xərac göndərilməsi dayandırıldı,
Sacilər Xilafətin asılılığından çıxdı. Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə
çalışan erməni və gürcüləri asılı vəziyyətə saldı. Dövlət sərhədlərini möhkəmləndirmək
üçün Dərbənd səddini təmir etdi. Paytaxtı Marağadan Ərdəbil şəhərinə köçürdü.
Azərbaycanı ilk dəfə vahid müstəqil dövlətdə birləşdirdi.
Yusif ibn Əbu Sacın ölümündən sonra feodallar arasında ara müharibələri Sacilər
dövlətini zəiflətdi. 941 – ci ildə sonuncu Saci hökmdarı Deysəm Salarilər tərəfindən
məğlub edilərək taxtdan salındı. Bununla da,Sacilər dövləti süqut etdi.

12
24. Salarilər dövləti (941 – 981)
Deyləm (Gilan) hakimi, Kəngərli türk soyundan olan Salarilər sülaləsinin
nümayəndəsi Mərzban ibn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmə
qalib gələrək, Sacilər dövlətinə son qoydu. Ərdəbil şəhərini tutaraq Salarilər dövlətini
yaratdı. Mərzban ibn Məhəmmədin dövründə hakimiyyəti dövründə Azərbaycanın
şimal-şərq torpaqları, Şirvanşahlar dövləti, Şərqi Gürcüstan asılı hala salındı. Dərbənd
ələ keçirildi. Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Bütün
Azərbaycan torpaqları yenidən vahid dövlətdə birləşdirildi. Bu da
iqtisadiyyat,sənətkarlıq və ticarətin inkişafına təkan
verdi, xarici ticarət əlaqələri genişləndi, etnik qrupların Azərbaycan xalqı ilə
qarışmasına müsbət təsir göstərdi. Mərzban ibn Məhəmmədin dövründə slavyanlar
tərəfindən “Bərdə faciəsi” törədildi.
Paytaxtı Ərdəbil şəhəri olan Salarilər dövlətinin ərazisi Dərbənd keçidindən
Dəclə və Fərat çaylarının yuxarı axarlarına qədər idi.
Mərzban ibn Məhəmmədin ölümündən sonra X əsrin 60 – 70 – ci illərində onun
varisləri arasında hakimiyyət mübarizəsi, feodal ara müharibələri və hərcmərclik
Salarilər dövlətinin süqutunu sürətləndirdi.
Təbriz, Marağa və Əhər hakimi olan Əbülhica Rəvvadi 981 – ci ildə sonuncu
Salari hökmdarı İbrahim ibn Mərzbanı taxtdan saldı və Salarilər dövləti süqut etdi.

25. Rəvvadilər dövləti (981-1065)


981 – ci ildə Əbülhica Rəvvadi Rəvvadilər dövlətini yaratmışdı. O,əvvəllər
Təbriz,Marağa və Əhər hakimi olmuşdu. Rəvvadilər dövlətinin ərazisinə
Azərbaycanın cənub torpaqları daxil idi. Muğan hakimi asılı vəziyyətə salınmışdı.
İlk paytaxtı Ərdəbil,sonra iqtisadi,siyasi və mədəni cəhətdən xeyli tərəqqi etmiş
Təbriz şəhəri olmuşdu. Bununla da, Təbriz ilk dəfə paytaxt şəhər olmuşdu. 1028
– ci ildə Sultan Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən
sonra 2 min oğuz ailəsi Rəvvadi hökmdarı Vəhsudanın icazəsi ilə Azərbaycanda
məskunlaşdılar.
XI əsrin 20-ci illərində Azərbaycana oğuz axınları nəticəsində:
1. Rəvvadilərin hərbi gücü və Azərbaycanda türklərin mövqeyi daha da
artdı.
2. Bizansın və erməni-gürcü feodallarının basqınlarının qarşısının
alınmasında böyük rol oynadı.
1054 – cü ildə Sultan I Toğrulun hücumu nəticəsində Rəvvadilər dövləti Səlcuq
imperiyasından asılı vəziyyətə düşdü. 1065 – ci ildə Alp Arslan isə Rəvvadilər
13
dövlətinə son qoydu. Marağada Rəvvadi nəslindən olan yalnız Ağsunqurilər sülaləsi
(1108 – 1227) hakimiyyətini qorudu.

26. Şəddadilər dövləti (971-1088)


Şəddadilər sülaləsi əvvəllər Dəbil ətrafında yaşayırdılar. 951 – ci ildə Məhəmməd
ibn Şəddad Salarilər dövlətinin tabeliyindəki Dəbil şəhərini ələ keçirərək müstəqil
Dəbil əmirliyini yaratdı. Məhəmməd ibn Şəddaddan sonra hakimiyyətə gələn oğlu Əli
Ləşkəri 971 – ci ildə Azərbaycanın şimalında paytaxtı Gəncə olan Şəddadilər dövlətini
yaratdı. Şəddadilər dövlətinin başçısı əmir titulunu daşıyırdı.
Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd Araz çayı üzərində ticarət və hərbi
məqsədlə Xudafərin körpüsünü (1027) inşa etdirdi. Bu körpü Azərbaycanın şimalı ilə
cənubu arasında iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadı.
XI əsrin 30-cu illərində Araz çayından şimaldakı Azərbaycan torpaqlarında yeni
oğuz tayfalarının məskən salması nəticəsində:
1. Şəddadilər dövlətinin hərbi qüdrəti daha da artdı.
2. Bizans,erməni və gürcülərin Azərbaycanı işğal etmək planları puça çıxdı.
Şəddadilər oğuz türkləri ilə birlikdə 1037 – ci ildə Dəbilə hücum edən
Bizanserməni qoşunlarını məğlub etdi. 1038 – ci ildə isə Tiflis müsəlman əmirliyinə
hücum edən Bizans və gürcü qoşunlarını məğlub edib qovdular.
Əbüləsvar Şavur 1054 – cü ildə Səlcuq dövləti ilə müqavilə bağlayaraq ona tabe
oldu. 1088 – ci ildə Səlcuq sultanı I Məlikşahın sərkərdəsi Buğa Gəncəni tutaraq
Şəddadilər dövlətinin varlığına son qoydu.

27. Slavyanların Azərbaycana yürüşləri


Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına IX əsrin sonlarında ilk
hücumları başladı, X əsrin əvvəllərində aramsız xarakter aldı, Şirvanşahlar, Sacilər və
Salarilər dövlətləri slavyanların hücumuna məruz qaldı.
Slavyan basqınları ilə Azərbaycan xalqı ilk dəfə Xəzər dənizindən hücuma məruz
qaldı. Bu hücumların qarşısını almağa imkan vermirdi:
1. Daxili çəkişmələr;
2. Xəzərdə hərbi donanmanın olmaması;
3. Azərbaycanda uzunmüddətli vahid dövlətin olmaması;
Slavyanlar 909 – cu il yürüşü nəticəsində Xəzər dənizinin cənub sahillərini və
Abaskun adasını qarət etdilər. Yerli əhali tərəfindən ağır məğlubiyyətə uğradılmışdı.
910 – cu ildə yenidən hücum etsələr də məğlub oldular. Slavyanlar əvvəlki
14
yürüşlərindən fərqli olaraq 914 – cü ildə daha nizamlı və böyük donanma ilə yürüş
etmişdilər. Xəzər dənizinə keçmək üçün Xəzər xaqanından icazə aldılar və ələ
keçirdikləri qənimətin yarısını ona verməyi vəd etdilər. Bu yürüş zamanı da Abşeron
yarımadasındakı yaşayış məntəqələri qarət olundu,aparılan qənimətin və əsirlərin bir
hissəsi Xəzər xaqanına verildi. Lakin Xəzər xaqanlığının yerli əhalisi olan
bulqar,burtas və Xarəzm türklərinin köməyilə döyüşdə slavyanları məğlub edib əsirləri
azad etdilər.

28. Bərdə faciəsi


944 – cü ildə Slavyanlar yenidən Xəzər sahillərinə hücum etdilər. Əvvəlki
yürüşlərdən fərqli olaraq bu yürüşdə slavyanların məqsədi;
1. Bərdə şəhərini ələ keçirmək;
2. Azərbaycanda həmişəlik möhkəmlənmək idi.
Slavyanlar gəmilərlə əvvəlcə Kürün mənsəbinə doğru, oradan isə Bərdəyə hücum
etdilər. Bu zaman Bərdə Salarilər dövlətinin tərkibində idi.
Salarilər Bərdə hakiminin az qüvvəsi olduğu üçün slavyanlara güclü müqavimət
göstərə bilmədi. Nəticədə Bərdə şəhəri slavyanların əlinə keçdi. Slavyanlar Bərdəyə
daxil olduqdan:
Əhalidən şəhərdən çıxıb getməyi tələb etdilər.
Şəhəri tərk edə bilməyənləri qılıncdan keçirdilər,şəhər qarət olundu.
Slavyanların əmrinə tabe olmayanlar məscidə toplandı və hər bir şəxsdən 20
dirhəm pul tələb edildi. Pulu ödəyə bilməyənlər qətlə yetirildi.
Slavyanlar əhalinin inadlı mübarizəsi və slavyanlar arasında yoluxucu
xəstəliklərin yayılması nəticəsində Bərdəni uzun müddət əldə saxlaya bilməyib 945-ci
ildə tərk etdilər.
Slavyanların Bərdəyə yürüşünün nəticələri:
1. Bərdə şəhəri dağıldı və uzun müddət dirçələ bilmədi.
2. Sənətkarlıq və ticarət tənəzzülə uğradı.
3. Şəhərdə pul kəsilməsi dayandırıldı.
4. Məşhur Bərdə şəhəri və onun bazarı əvvəlki əhəmiyyətini itirdi.

29. Səlcuqların Azərbaycanda hakimiyyəti


Səlcuq türkləri Mərkəzi Asiyanın köklü sakinləri olan oğuz türklərinin qınıq
boyundan olub,adını X əsrdə islam dinini qəbul edən Səlcuq bəyin adından
götürmüşdülər. Qəznəvilər tərəfindən sıxışdırılan səcuqların bir hissəsi qərbə doğru
15
köç etdilər. Qərbə yürüş zamanı oğuz-səlcuqların əsas hədəfləri Bizans oldu. 1015 – ci
ildə Çağrı bəyin başçılığı ilə Bizansa kəşfiyyat yürüşü etdilər. Yürüş zamanı Van gölü
hövzəsini tutaraq nəzarətə aldıqları Naxçıvan və ətrafındakı torpaqların Bizans və
ermənilərin hücumuna qarşı təhlükəsizliyi təmin etdilər.
1038 – ci ildə Toğrulun başçılığı ilə Səlcuq dövlətini (1038-1157) yarandı.
Nişapur şəhəri dövlətin ilk paytaxtı oldu.
1040 – cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəviləri məğlub etdilər. Bu
qələbədən sonra Toğrul bəy sultan elan olundu. 1040 – cı ildə keçirilən Mərv
qurultayında qərbə və şərqə doğru yeni hərbi yürüşlərə başlamaq qərara alındı. 1043 –
cü ildə Səlcuq dövlətinin paytaxtı Nişapurdan Reyə köçürüldü. 1054 – cü ildə
Rəvvadilər və Şəddadilər Səlcuqlardan asılı vəziyyətə salındı. 1066 – cı ildə
Şirvanşahlar dövləti səlcuqlardan asılı vəziyyətə düşdü. Şirvanşah I Fəribürz şah
titulundan məhrum edildi. Şirvanşahların tabe olması ilə Azərbaycanın Böyük Səlcuq
imperatorluğunun tərkibinə qatılması prosesi başa çatdı.
1071 – ci il avqustun 26 – da baş verən Malazgird döyüşündə Səlcuqlar Bizansı
məğlub etdi. Bu döyüşdən sonra Səlcuq imperatorluğu Ön Asiyada başlıca hərbi siyasi
qüvvəyə çevrildi.
Səlcuq dövləti ən güclü çağlarını Sultan Məlikşahın dövründə (1072-1092)
yaşadı.
Sonuncu Səlcuq sultanı Səncərin (1118 – 1157) hakimiyyəti dövründə ölkəni
üsyanlar bürüdü,ölkə müstəqil dövlətlərə - atabəyliklərə parçalandı. Bu zaman yaranan
Azərbaycan Atabəylər dövləti ən güclü dövlətlərdən biri oldu.

30. Atabəylər (Eldənizlər) dövləti (1136-1225)


Böyük Səlcuq imperiyasının parçalandığı dövrdə yaranmış qüdrətli dövlətlərdən
biri Eldənizlər dövləti (1136-1225) idi. Eldənizlər dövlətinin yaranması Eldənizlər
sülaləsinin banisi Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlı idi. Şəmsəddin Eldəniz
İraq Səlcuq sultanı II Toğrulun sarayında xidmət etmiş,əmir rütbəsinə yüksəlmiş. II
Toğrul onu oğlu Arslan şahın atabəyi təyin etmişdi. 1136 – cı ildə Eldəniz iqamətgahı
Bərdə olan Arrana hakim təyin edilməsi ilə Azərbaycan Atabəylər dövlətinin əsası
qoyuldu. Dövlətin paytaxtı Naxçıvan şəhəri idi.
Eldənizlər dövlətinin ərazisi əvvəllər İraq Səlcuq sultanlığının tərkibində olsa da
Eldəniz az vaxt içərisində bütün Azərbaycanı özünə birləşdirərək müstəqil idarə
etməyə başladı,öz adına pul kəsdirdi. 1160 – cı ildə Şəmsəddin Eldəniz “Böyük atabəy”
titulu aldı. Oğulluğu Arslan şahı sultan elan etdi. Bununla da İraq Səlcuq sultanlığının
əsl sahibi oldu.

16
Məhəmməd Cahan Pəhləvanın dövründə dövlət daha da qüvvətləndi. 1175 – ci
ildə paytaxtı Həmədan şəhərinə köçürdü.
1191 – ci ildə Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslan xəlifənin razılığı ilə
özünü sultan elan etdi.
Özbəyin dövründə ölkədə daxili çəkişmələr daha da gücləndi. Azərbaycan
gürcülərin və monqolların yürüşünə məruz qaldı. 1225 – ci ildə Xarəzmşah Cəlaləddin
Təbrizi tutaraq Eldəniz dövlətini süquta uğratdı.

31,32. Monqolların Azərbaycana yürüşləri. Monqolların


Azərbaycana I yürüşü.
1206- cı ildə mərkəzi Asiyanın şərqində Çingiz xan (1206-1227) tərəfindən
yaradılmış Monqol dövləti mərkəzi Asiyanı ələ keçirdikdən sonra Azərbaycana yürüş
etdi Monqol yürüşləri ərəfəsində Azərbaycanda siyasi vəziyyət gərgin idi. Ölkədə
feodal pərakəndəlik hökm sürürdü, Monqollara ciddi müqavimət göstərə biləcək dövlət
yox idi. Eldenizler dövləti əvvəlki qüdrətini itirmişdi. Monqol yürüşləri ərəfəsində
Azərbaycanda mövcud olan dövlətlər: Şirvanşahlar, Eldənizlər, Marağada Rəvvadilər
nəslindən olan Ağsunqurilər sülaləsi Əhər məlikliyi.
Monqolların Azərbaycana I yürüşü kəşfiyyat xarakteri daşıyırdı. Monqol
sərkərdələri Cəbə və Sabutay rəhbərlik edirdi. Monqollar , Ərdəbil və Sərabı tutub
sonra , Təbrizə hücum etdilər. Bu zaman Eldənizlər hökmdarı Özbək Təbrizin
müdafiəsini təşkil edə bilmədiyi üçün Monqollar xərac verməklə şəhəri xilas etdi.
Təbrizdən sonra Monqollar Muğana Və burdanda Gürcüstana hücum etdilər. 1221 -ci
ilin yazında
Monqollar Gürcüstandan yenidən Azərbaycana qayıtdılar və ikinci dəfə Təbrizə
hücum etdilər. Bu zaman Təbriz hakimi Şəmsəddin Eldəniz Tuğyari Monqollara xərac
verdi. Nəticədə Təbriz şəhəri qarətdən xilas oldu. Monqollar Təbrizdən xərac aldıqdan
sonra Marağaya hücum etdilər, əhaliyə divan tutuldu. Birinci yürüş zamanı Monqollar
üçüncü dəfə Təbrizə hücum edərkən əhali Şəmsəddin Tuğyarinin başçılığı ilə şəhərin
müdafiəsinə qalxdılar şəhər ciddi mübarizəyə hazır olduğu üçün Cəbə və Sabutay xərac
almaqla kifayətləndilər. Beləliklə Təbriz şəhərinin əhalisi Monqolların birinci yürüşü
zamanı 3 dəfə xərac verməklə xilas oldular. Daha sonra Monqollar Ərdəbilə , Səraba
və Naxçıvana hücum edib dağıtdılar. Beləliklə 1222 -ci ildə Monqollar Azərbaycanı
tərk edərək Monqolustana qayıtdılar. Bununlada Monqolların Azərbaycana I yürüşü
başa çatdı.
Köçəri bütpərəst olan Monqolların Azərbaycana ilk yürüşləri nəticəsində:
Gələcək işğalları üçün zəmin yarandı, Azərbaycanın müdafiə gücü zəiflədi
17
Azərbaycandakı inkişaf etmiş sivilizasiyaya, iqtisadiyyata , şəhər həyatına,
mədəniyyətə böyük ziyan vuruldu.

33. Monqolların Azərbaycana II yürüşü


Monqolların ikinci yürüşü zamanı Azərbaycanda mövcud vəziyyət düşmənə qəti
müqavimət göstərməyə imkan vermədi. Monqolların 1231-ci ildə ikinci yürüşə
başladılar. Yürüşə Cormoğon Noyon başçılıq edirdi məqsədləri ölkədə
möhkəmlənmək idi. 1231- ci ildə Marağa, Təbriz tutuldu. Təbrizi tutduqdan sonra
Monqollar bir çox sənətkarı əsir alaraq Qaraqoruma göndərdilər. 1235 – ci ildə Gəncə
işğal edilərək dağıdıldı şəhər 4 il xaraba qaldı. Az sonra Şəmkir,
Tovuz, Beyləqan, Şabran, Bərdə, Şamaxı və Bakı tutuldu. 1239- cu ildə
Monqollar Dərbəndi işğal etməklə bütün Azərbaycanın işğalını başa çatdırdılar.
Beləliklə Monqolların ikinci yürüşü zamanı Cənubi Qafqaz o cümlədən də Ali
Monqol xaqanlığının tərkibinə qatıldı. Ölkə Ali Monqol xaqanlığının canişinliyi
tərəfindən idarə edilirdi

34,35. Monqolların Azərbaycana III yürüşü. Azərbaycan


Elxanilər (Hülakülər) dövlətinin tərkibində (1258-1357)
Ali Monqol xaqanı Çingiz xanın nəvəsi Hülaki xanın başçılığı ilə ön Asiyaya,
Qafqaza və kiçik Asiyaya aşağıdakı məqsədlə qoşun göndərdi:
Müstəqil hakimləri itaətə gətirmək
Yeni ərazilər işğal etmək
Bununla da Monqolların Azərbaycana III yürüşü başladı. 1256 – cı ildə
Azərbaycana işğal edilərək 2 il sonra yaranacaq Elxanilər dövlətinin tərkibinə qatıldı.
1258-ci ildə Bağdad tutuldu. Abbasilər xilafəti süqut etdi. Abbasi xelifesinin xəzinəsi
Monqolların əlinə keçdi. Beşinci Monqol Ulusu adlanan Hülakilər (Elxanilər) dövləti
yarandı. Monqolların III yürüşü nəticəsində bütün Azərbaycan əraziləri Hülakilər
dövlətinin tərkibinə qatıldı Hülaki xana Elxan rütbəsi verildiyi üçün Elxanilər dövləti
adlandırıldı. Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi Hülaki xanın məsləhətçisi,
Hülaki xanın oğlu Abaqa xanın vəziri təyin olmuşdu.
Elxanilər dövlətinin əsas siyasi və iqtisadi mərkəzi Azərbaycan idi. Elxanilər
yaylağı Qarabağ, qışlağı isə Muğan və Aran idi. XIII-XIV əsrlərdə Azərbaycan
dedikdə müasir şimali və cənubi Azərbaycan ərazisi 250 min km2 idi. Elxanilər

18
dövlətinin paytaxtı ardıcıl olaraq Marağa, Tebriz, Sultaniyyə, və yenidən Təbriz
olmuşdu.
1357-ci ildə Qızıl ordu xanı Canı bəyin Azərbaycana yürüşü nəticəsində Elxanilər
dövləti süqut etdi

36. Qazan xanın islahatları


Elxanilər dövlətində Hülaki xandan sonra başlayan hakimiyyət uğrunda
mübarizəyə və dağınıqlığa 1295-ci ildə Qazan xanın Qarabağda padşah elan edilməsi
ilə son qoyuldu.
Qazan xanın islahatlarının təşkilində və həyata keçirilməsində vəzir, tarixçi və
həkim Fəzlullah Rəşidəddinin böyük rolu olmuşdu. Qazan xanın islahatlar keçirməkdə
məqsədi:
 Dövləti iqtisadi böhrandan xilas etmək
 Mərkəzi hakimiyyəti möhkəmləndirmək, nizamlamaq
 Əhalinin istismarın və onlardan vergi toplanmasını nizamlamaq
 Dövlətin xəzinəsinə gəlirlərin mütəmadi axınını təmin etmək
 Bütün sahələrdə Monqol əyanlarının özbaşınalığına son qoymaq
Qazan xan torpaq, vergi, məhkəmə, rabitə, ticarət dini sahələrdə islahatlar həyata
keçirdi.
Qazan xanın torpaq islahatının əsasını Monqol xan qoşunlarına iqta torpaq
sahələrinin verilməsi təşkil edirdi. Kəskin mübarizə şəraitində həyata keçirilən vergi
islahatlara əsasən vergilərinin növü, miqdarı toplanması qaydası və vaxtı barədə dəqiq
qayda-qanun yaradıldı. Qazan xanın məhkəmə islahatı həyata keçirməkdə məqsədi bu
sahədə qanunsuzluqların qarşısını almaq idi.
Qazan xanın dini islahatlarına əsasən islam Dini dövlət dini elan edildi və Qazan
xan Mahmud adını aldı.
Qazan xanın islahatlarının nəticəsində əhalinin vəziyyəti qismən yüngülləşdi.
İqtisadiyyatda canlanma baş verdi, mərkəzi hakimiyyət gücləndi.

37. Baharlılar (Qaraqoyunlu) dövləti 1410-1468


Qara Məhəmməd mərkəzi Van şəhəri olan Qaraqoyunlu feodal hakimliyini
yaratmışdı. Qaraqoyunlu Qara Yusifin Azərbaycanda möhkəmləndirmək uğrunda
mübarizədə əsas rəqibləri Teymurilər dövləti, Cəlairilər dövləti və Ağqoyunlular idi.
Azərbaycandan qovulduqdan sonra Qara Yusif ilə Cəlairi dövlətinin hökmdarı
Sultan Əhməd arasında münasibətlər pisləşdi. 1410-cu ildə Təbriz yaxınlığında
Əsəd qəsəbəsi kənarında döyüşdə Sultan Əhməd öldürüldü, Cəlarilər dövləti süqut etdi.

19
Azərbaycanda Qara Yusifin mənsub olduğu Baharlı sülaləsinin hakimiyyəti başlandı.
(1410-1468) və paytaxtı Təbriz olan Azərbaycan
Qaraqoyunlu dövlətinin formalaşması prosesi başa çatdı. Baharlı (Qaraqoyunlu)
dövlətinin yaranması ilə Oğuzların Azərbaycanda və qonşu ərazilərdə siyasi
hakimiyyəti yenidən bərqərar oldu. Qara Yusif özünü deyil oğlu Pirbudağı “sultan “
elan edərək onun adına pul kəsdirdi. Qara Yusif güclü atlı qoşun yaratdı feodal ara
müharibələrini bir qədər zəiflətdi. Feodal əyanları öz tərəfinə çəkmək üçün onlara
soyurqal-irsən keçən torpaqlar bağışladı.
Qara Yusif Azərbaycan torpaqların vahid dövlət halında birləşdirmək üçün
Şirvanşahlar dövlətini tabe etməyə çalışdı. Lakin Şirvanşah I İbrahim Şəki hakimi
Seydi Əhməd və Kaxetiya çarı Konstantinlə birlikdə Qara Yusifə qarşı ittifaq yaratdı.
1412 – ci ildə baş verən Kür çayı sahilində döyüş nəticəsində I İbrahim və müttəfiqləri
Qara Yusifə məğlub olaraq əsir düşdülər. Qara Yusif öz hakimiyyətini Azərbaycanın
şimalına yaymış oldu.
Cahanşah hakimiyyəti dövründə (1436-1467) dövləti möhkəmləndirmək üçün bir
çox tədbirlər həyata keçirdi.
Oturaq əhaliyə və iri tacirlərə arxalanaraq mərkəzi hakimiyyətə tabe olmayan
yarım köçmə əmirlərə qarşı mübarizə apardı.
Hərbi islahat keçirdi orduda möhkəm intizam yaratdı.
1467-ci ildə baş verən Muş döyüşü nəticəsində Ağqoyunlu Həsən bəy Cahanşahı
məğlub edərək onu öldürdü. Qaraqoyunlu dövlətinin tənəzzülü sürətləndi. 1468-ci ildə
Ağqoyunlu Həsən bəy sonuncu Qaraqoyunlu hökmdarı Həsənliyə qalıb gələrək Təbrizi
tutdu. Qaraqoyunlu dövləti süqut etdi. Onun yerində Ağqoyunlu dövləti yarandı.

38. Bayandurlu (Ağqoyunlu) dövləti (1468-1503)


1468-ci ildə Həsən bəy Bayandur Qaraqoyunlu Həsənli üzərində qalibiyyətdən
sonra Təbrizə daxil olaraq Bayandurilər (Ağqoyunlu) dövlətini yaratdı. Paytaxt Təbriz
oldu. Ağqoyunlu dövlətinin ərazisinə:
1. Kür çayından cənubdakı Azərbaycan torpaqları
2. Şərqi Anadolu, şərqi Gürcüstan, indiki Ermənistan, İran və İraq
daxil idi

Həsən padşah dövləti möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi:
 Hərbi yarım köçəri tayfaları ve feodal əyanları mərkəzi hakimiyyətə tabe
etmək üçün mübarizəyə başladı.
 Nizamı ordu yaratdı, odlu silah istehsal etməyə təşəbbüs etdi

20
Padşah titulu qəbul edən, həmçinin sultan adlandırılan Həsən bəy taxta çıxdıqdan
az sonra Osmanlı sultanı II Mehmetə məktubunda yazırdı “ indi bütün Azərbaycan,
Əcəm İraqı, Ərəb İraqı bizim hökmümüz altındadır”.
Həsən padşah dövləti iqtisadi və siyasi cəhətdən gücləndirmək,vergi toplanmasını
nizamlamaq məqsədilə “Qanunnamə” hazırlatmışdı. Bu qanunnaməyə əsasən,
vergilərin miqdarı qismən azaldıldı. Əsas vergi olan malcəhət məhsulun beşdə-biri
qədər müəyyən edildi.
Ağqoyunlu dövləti Uzun Həsənin hakimiyyəti dövründə Azərbaycanın bu vaxta
qədərki bütün tarixi ərzində Avropa ölkələri ilə çox geniş əlaqə yaratmış ilk dövlət idi.
1472-ci ildə Ağqoyunlu dövləti Venesiya ilə Osmanlı əleyhinə hərbi ittifaq
bağladı. Əldə edilən razılaşmaya əsasən Azərbaycan, Venesiya Ağqoyunlu dövlətinə
odlu silahlar və mütəxəssislər göndərməli idi. Həsən padşah Trabzon torpaqlarını da
geri almağı qarşısına məqsəd qoymuşdu. Lakin Venesiyalılar verdikləri vədə sadiq
qalmaraq silahları gətirmədilər. Əksinə Osmanlı dövləti ilə gizli danışıqlara başladılar.
Sultan II Mehmet bundan istifadə edərək rəqiblərini bir-birindən ayırdı.
1473-cü ilin yayında II Mehmet 100 minlik qoşunla Azərbaycana yürüşə başladı.
1473-cü ilin avqustun 1-də Malatya döyüşündə Həsən padşah sərkərdəlik
məharəti ilə Osmanlının 12 minlik zərbə qüvvəsini tamamilə məhv etdi.
1473-cü ilin avqustun 11-də Otluqbeli döyüşündə odlu silahlar yaxşı təchiz
olunmuş yeniçərilərin həmlələri sayəsində Osmanlılar qalib gəldi. Beləliklə II
Mehmetin Azərbaycanı ələ keçirmək planı iflasa uğradı. Müharibədə tərəflərdən heç
biri qalib gəlmədi.
1500-cü ildə Sultan Murad ilə Əhməd Mirzə arasında imzalanan Əbhər sazişi ilə
Ağqoyunlu dövləti iki şəhzadə arasında bölüşdürüldü. Ağqoyunlu dövlətinin
parçalanması rəsmiləşdirildi. Fars İranı, Kürman, Əcəm İraqı Muradın əlində qaldı.
Qızılüzən çayının qərbi Azərbaycanı, Azərbaycan, şərqi Anadolu Əlvəndə verildi.
Səfəvi sülaləsinin nümayəndəsi İsmayıl Mirzə 1501-ci ildə Şərur döyüşündə
Əlvənd Mirzəni,
1503-cü ildə Həmədan (Almabulağı) döyüşündə Murad Mirzəni məğlub etdi.
Beləliklə Ağqoyunlu dövləti süqut etdi.

39. Səfəvilərin Ərdəbil hakimliyi dövrü


Səfəvi sufi-dərviş təriqəti (orden və ya məkəb) XIII əsrin sonunda Ərdəbil
şəhərində Şeyx Səfiəddin İshaq əl-Musəvi (1254-1334) tərəfindən yaradılmışdır.
Səfəvi sufi-dərviş təriqəti sənətkar və kəndlilər arasında yayılmışdır. İslam dininin
şiəlik təriqətini təbliğ edirdilər. Müvəffəqiyyətlərinin səbəbi oturaq əhalinin tələbini

21
ifadə etməsi idi. Azərbaycanda və digər şərq ölkələrində xalqın ağır vəziyyətinin
səbəbini sünnilik təriqətində və sünni hökmdarlarda görürdülər. Səfəvi şeyxləri ⅩⅣ-
ⅩⅤ əsrlərdə Ərdəbil hakimləri kimi mövqelərini möhkəmləndirdilər. Azərbaycan,
Kiçik Asiya, İraq və Suriyada ardıcıllarının sayını çoxaltdılar, bu ölkələrdə nüfuzlu din
xadimi kimi şöhrət qazandılar. Səfəvi təriqətinin sadə insanlar arasında rəğbətini
artırmasının və tərəfdarlarının sayının sürətlə çoxalmasının səbəbləri :
1. Feodal ara müharibələri, Səfəvi şeyxlərinin şiəliyi təbliğ etmələri.
2. Cəmiyyətdəki ədalətsizliklərə qarşı cəsarətlə çıxış etmələri
3. Azərbaycanda və qonşu ölkələrdə hökmranlıq edən sünni
hökmdarların vergi və mükəlləfiyyətləri ciddi cəhdlə tələb etmələri idi.
Səfəvi təriqətinin görkəmli nümayəndələri :
• Şeyx Səfiəddin İshaq əl-Musəvi (1254-1334)
• Şeyx Cüneyd (1447-1460)
• Şeyx Heydər (1460-1488)
• Şeyx Sultanəli (1488-1494)
• Şeyx İsmayıl (1494-1501)
İsmayıl 6 il Lahicanda qaldıqdan sonra 1499-cu ildə Lahicandan Ərdəbilə gəldi.
Bu zaman İsamayılın əsas vəzifəsi Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmək idi.
1500-cü ildə Ərzincanda qızılbaşların keçirdiyi müşavirədə ilk zərbəni Şirvanşah
Fərrux Yaşara vurulması qərarı qəbul edildi. 1500-cü ildə Cabani döyüşündə
qızılbaşlar Şivan qoşununu məğlub etdi, Fərrux Yaşar döyüşdə öldürüldü. Sonra
qızılbaşlar Şamaxını tutdu. 1501-ci ildə qızılbaşlar Bakı qalasını tutaraq
Şirvanşahların xəzinəsini ələ keçirdi.
Səfəvilərin Ərdəbil hakimliyi mərkəzləşmiş Azərbaycan dövlətinin rüşeymi
olmuşdur.

40,42,43. Səfəvi dövlətinin yaranması (1501-1736). Şah I Təhmasibin


Azərbaycanı vahid dövlətdə birləşdirməsi. Şah I Abbasın islahatları
1501-ci ilin payızında İsmayıl Təbrizə daxil olaraq özünü şah elan etməsilə Səfəvi
dövləti (1501-1736) yarandı. Səfəvi dövlətinin ilk paytaxtı Təbriz şəhəri oldu.
Özünü babası Həsən padşahın siyasi varisi sayaraq dövləti Ağqoyunlu sərhədləri
daxilində bərpa etməyə çalışan Şah Ⅰ İsmayıl :
• 1507-1508 ci illərdə Ərəb İraqı və Diyarbəkirdən Xorasana qədər əraziləri
dövlətinə birləşdirdi.
• 1510-cu ildə Dərbəndi tutdu, Dağıstanın feodal hakimləri tabe edildi.
22
• 1510-cu ildə Mərv döyüşündə Özbək hökmdarı Şeybani xanı məğlub etdi.
Bu qələbə ilə Səfəvi dövləti geniş ərazili imperiyaya çevrildi.
• Amu dəryadan Fərat çayınadək ərazi Səfəvi imperatorluğuna daxil edildi.
Şah Ⅰ İsmayılın dövründə Azərbaycan torpaqlarının əksər hissəsi vahid dövlətdə
birləşdirildi. Səfəvi dövlətinin siyasi quruluşu Qaraqoyunlu və Ağqoyunlu
dövlətlərinin ənənələrinə əsaslanırdı. Lakin bu dövlətlərdən fərqli olaraq Səfəvi dövləti
güclü mərkəzləşmiş dövlət idi. Teokratik xüsusiyyəti ilə seçilirdi.(teokratikdini
qanunlara əsaslanan idarəretmə forması) Dövləti qeyri-məhdud hakimiyyətə malik şah
idarə edirdi. Şah Ⅰ İsmayıl İslam dininin şiəlik məzhəbini dövlət dini elan etmişdir.
Osmanlı sultanı Sultan Ⅰ Səlimin dövründə Səfəvi-Osmanlı əlaqələri pozuldu,
fasilələrlə 200 il davam edəcək Səfəvi-Osmanlı müharibələri başladı. Müharibədə hər
iki tərəfin Azərbaycanın zəngin sərvətinə təkbaşına yiyələnmək istəyi başlıca yer
tuturdu.
1514-cü ilin avqustunda Sultan Ⅰ Səlim Azərbaycana yürüyüş etdi. 1514-cü ilin
avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə baş verən döyüş nəticəsində
say çoxluğu və odlu silahların hesabına Osmanlı ordusu qələbə qazandı.
Şah ⅠTəhmasib - 1524-cü ildə Şah Ⅰ İsmayılın vəfatından sonra onun 10 yaşlı
oğlu ⅠTəhmasib (1524-1576) taxta çıxdı. Yaşa dolduqca dövlət idarəçiliyini tamamilə
ələ keçirən şah mərkəzi hakimiyyəti gücləndirdi.
1534-cü ildə Ⅰ Təhmasibin Xorasanda özbəklərlə müharibəsindən istifadə edən
Osmanlı sultanı Ⅰ Süleyman Qanuni Azərbaycana yürüş etdi. Bu zaman üstün
və güclü Osmanlı qüvvələrinə qarşı şah Ⅰ Təhmasibin əmri ilə “yandırılmış torpaq”
taktikası tətbiq edildi. Bu taktikaya əsasən qərb sərhədlərindəki əhali köçürüldü, daşına
bilməyən bütün ərzaq, mal-qara məhv edildi, su quyuları torpaqla dolduruldu, otlaqlar
yandırıldı. Osmanlılar Təbrizi ələ keçirsə də çox qala bilməyib Azərbaycanı tərk etdi.
1535-ci ildə sultan Ⅰ Süleyman Azərbaycana ikinci dəfə yürüş edir. Bu zaman
ⅠTəhmasib paytaxtı Təbriz şəhərindən köçürdü. Əkin sahələri yandırıldı, suvarma
kanalları və kəhrizlər dağıdıldı. Sultan Təbrizi tutsa da, daha sonra Azərbaycanı tərk
etməyə məcbur oldu. Sultan Ⅰ Süleyman Azərbaycana 1548-ci ildə üçüncü dəfə
yürüyüş etdi. Bu yürüş 1547-ci ildə Səfəvilərə qarşı Şirvanda qiyam qaldırmış və
Osmanlı sarayına qaçmış Əlqas Mirzənin təhriki ilə baş vermişdir. Ⅰ Təhmasib yenə
də “yandırılmış torpaq” taktikası tətbiq etdi. Yürüş uğursuzluqla nəticələndi. Əlqas
Mirzə əsir düşərək edam edildi. ⅠSüleyman Təbrizi tutsa da 4 gündən sonra şəhəri
tərk etdi.
1554-cü ildə Sultan ⅠSüleymanın Azərbaycana dördüncü dəfə yürüşündə də Ⅰ

23
Təhmasib “yandırılmış torpaq” taktikası tətbiq etdi. Buğurd qalası yaxınlığında
döyüşdə osmanlı qoşunu məğlub edildi. Sultan ⅠSüleyman Naxşıvanı tutaraq yandırsa
da canlı qüvvə və ərzaq çatışmazlığı səbəbilə geri çəkilərək sülh bağlamağa məcbur
oldu.
Beləliklə Səfəvi-Osmanlı müharibəsinin mərhələsi 1555-ci ildə imzalanan
Amasya sülhü ilə başa çatdı. Osmanlı dövlətinin ən qüdrətli vaxtında belə Azərbaycan
torpaqlarının qorunması və sülhə nail olunması Ⅰ Təhmasibin ən böyük uğurlarından
biri idi. 1555-ci ildə Ⅰ Təhmasib paytaxtı Təbrizdən Qəzvinə köçürdü.
1555-ci ildə imzalanan Amasya sülhünün şərtlərinə görə :
1.Səfəvilər bütün Azərbaycanı və Şərqi Gürcüstanı əllərində saxladılar.
2.Qərbi Gürcüstan, Bağdat daxil olmaqla Ərəb İraqı Osmanlılarda qaldı.
Ⅰ Təhmasib 1538-ci ildə Şirvana yürüş etdi. Ⅰ Təhmasibin qüvvələrinin Şirvana
ilk yürüşü nəticəsində Şirvanşahlar dövləti süqut etdi və Səfəvi dövlətinə birləşdirildi.
Əlqas Mirzə Şirvana ilk bəylərbəyi təyin edildi.
1551-ci ildə Şah Ⅰ Təhmasib Şəki hakimliyinin müstəqilliyinə son qoydu.
Toyğun bəy Qacar Şəkinin ilk qızılbaş hakimi oldu.
Beləliklə, Şah Ⅰ Təhmasibin uğurlu dövlətçilik siyasəti nəticəsində :
1) Bütün Azərbaycan torpaqları vahid dövlətin tərkibində birləşdirildi.
2) Vahid Azərbaycan dövlətinin yaradılma prosesi başa çatdırıldı.
Şah Ⅰ Abbas – 1587-ci ildə Səfəvi dövlətində baş verən saray çevrilişi
nəticəsində
Məhəmməd Xudabəndə hakimiyyətdən kənarlaşdırıldı. M. Xudabəndənin oğlu
Abbas şah elan edildi.
Şah Ⅰ Abbasın hakimiyyətə gəlməsi ərəfəsində :
1) Ölkədə siyasi-iqtisadi vəziyyət pisləşmişdi;
2) Dövlətin ərazisinin böyük hissəsi işğal edilmişdi.
Şah Ⅰ Abbas Osmanlılarla sülh bağladıqdan sonra ölkədə islahat həyata keçirdi.
Şah Ⅰ Abbasın islahatları hərbi, inzibati, idarəetmə, vergi və s. sahələrini əhatə
edirdi.
Şah Ⅰ Abbasın islahat keçirtməkdə məqsədi bunlar idi :
1) Mərkəzi hakimiyyəti möhkəmləndirmək ;
2) Səfəvi dövlətinin qüdrətini bərpa etmək ;
3) Səfəvi ordusunu əvvəlki qüdrətini qaytarmaq ;
4) Osmanlıya qarşı uğurlu müharibə aparmaq ; 5) İtirilmiş əraziləri
geri qaytarmaq.

24
Şah Ⅰ Abbasın hərbi islahatına əsasən orduda irsilik prinsipi ləğv edildi. Qoşun
tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi. Qızılbaşlara təkbaşına silah gəzdirmək
qadağan olundu. Bu islahat nəticəsində Səfəvi ordusu yenidən quruldu, odlu silaha
malik nizami ordu yaradıldı. Şah Ⅰ Abbasın hərbi islahatına əsasən yaradılan qoşun
növləri : qızılbaşlar, qulamlar, tünəngçilər, topçular.
Şah ⅠAbbasın inzibati islahatına əsasən :
• 1593-cü ildə mərkəzi Ərdəbil olan vahid Azərbaycan bəylərbəyliyi
yaratmaqla Azərbaycanın dövlətçilik ənənələrini qorudu.
• Zülfüqar bəy Qaramanlı Azərbaycan bəylərbəyliyinin ilk başçısı təyin
etdi.
• 1598-ci ildə paytaxtı Qəzvindən İsfahana köçürdü. Bu Səfəvi sarayında
İran elementlərinin güclənməsinə şərait yaratmışdı.
• Şah özünə dayaq yaratmaq və narazı qalan qəzvinlilərin könlünü almaq
üçün
İsfahanda türklərdən ibarət “Abbasabad” adlı xüsusi məhəllə saldırmış,
Azərbaycandan buraya əhali köçürmüşdü.
Şah Ⅰ Abbasın iqtisadi həyatı canlandırmaq məqsədi ilə keçirdiyi islahatlar
nəticəsində bəzi yerlərdə vergilər azladıldı və ya ləğv edildi, özbaşınalığa son qoyuldu,
xəzinənin gəlirləri artırıldı.
Şah Ⅰ Abbasın islahatlarının nəticələri :
1) Səfəvi dövlətinin hərbi və siyasi qüdrəti və sabitliyi bərpa edildi.
2) Səfəvi dövlətinin öz keçmiş qüdrətini bərpa etməsinə şərait yarandı.
3) Nizami ordu yaradıldı.
4) Azərbaycanın bütövlüyü və dövlətçilik ənənələri qorunub
saxlanıldı.
5) Səfəvi dövlətində Azərbaycan yenə də mühüm ölkə olaraq qaldı,
qızılbaşlar əhəmiyyətli mövqeləri əllərində saxlaya bildilər.

41. Çaldıran döyüşü (1514)


1514-cü ilin avqustunda Sultan Ⅰ Səlim Azərbaycana yürüş etdi. 1514-cü ilin
avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə baş verın döyüş nəticəsində
qızılbaşların həmlələrinə və İsmayılın şəxsi şücaətlərinə baxmayaraq :
1) Say çoxluğu və odlu silahların hesabına Osmanlı ordusu qələbə
qazandı.

25
2) Ⅰ Səlim Təbrizi ələ keçirsədə Səfəvilərin yeni hücum təhlükəsi və
əsgərlər arasında narazılıq səbəbilə geri döndü.
3) Osmanlı qoşunu Cənub-qərbi Qafqazda geniş ərazilər ələ keçirdi.
4) Osmanlı dövləti Yaxın və Orta Şərqdə mövqeyini daha da
möhkəmləndirdi.
Döyüşdən sonra Səfəvi dövlətinin qisas almaq üçün başlatdığı yürüş uğursuz
oldu.
Sultan Ⅰ Səlim Azırbaycandan geri qayıdarkən bir neçə təbrizli sənətkarı özü ilə
İstanbula apardı. Çaldıran döyüşündə ən yaxın silahdaşlarının itirilməsindən
sarsılan Şah Ⅰ İsmayıl bir daha Osmanlılara qarşı döyüşə girmədi. Buna Ⅰ Səlimin
ölümü və ondan sonra hakimiyyətə gələn Sultan Süleymanın ilk vaxtlar daha çox Qərb
ölkələri ilə müharibələr aparması da təsir göstərdi.

44,45. Nadir Şah Əfşar imperiyası(1736-1447).


Nadir Şahın daxili siyasəti.
XVIII əsrin 20-ci illərinin sonlarında Azərbaycanda siyasi
vəziyyət : 1) Səfəvilərin bir dövlət kimi varlığı üçün təhlükə yaranmışdı.
2) Ölkənin şərqi əfqanların, xəzəryanı ərazilər Rusiyanın, qərb hissəsi isə
Osmanlı işğalı altında idi.
Düşmənlərə qarşı mübarizə aparmaq vəzifəsini 1726-cı ildə Şah II Təhmasibin
yanında qulluğa başlayan əfşar tayfasından Nadir xan öz üzərinə aldı.
Nadir xan ilk əvvəl hərbi istedadı ilə İsfahanı, Xorasanı və bütün şimal-şərqi İranı
azad etdi. Əfqanları ölkədən qovub Heratı tutdu. 1735-ci ildə Nadir xan rus qoşununu
xəzəryanı vilayətlərdən, Osmanlı qoşununu cənubi Qafqazdan tamamilə çıxardı. Nadir
xan Səfəvilərin əvvəlki sərhədlərini bərpa etdi.
1736-cı ilin martında Suqovuşan adlı yerdə Muğan qurultayında Nadir xan özünü
şah elan etdi və əfşarlar dövləti yarandı. Səfəvilər sülaləsinin hakimiyyətinə son
qoyuldu.
Muğan Qurultayında Nadirin şah seçilməsinə qarşı çıxan feodallar :
• Gəncə bəylərbəyini idarə edən Ziyadağlılar.
• Qarabağın Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçıları.
Nadir xanın şah seçilməsinə qarşı çıxan feodallara qarşı cəza tədbirləri olaraq
ailələri ilə birlikdə Xorasana sürgün etdi, Qazax, Borçalı və Şəmsəddil mahallarını
özündən asılı olan gürcü hakiminin tabeliyinə verdi. Bu, Azərbaycanın gələcək tarixi

26
üçün uğursuz addım oldu. Qarabağ bəylərbəyinə tabe olan məlikliklər onun
tabeliyindən çıxarılaraq şahın idarəsinə verildi.
Nadir şah mərkəzləşmiş dövlət yaratmaq üçün bir çox islahatlar həyata keçirdi.
Baş vəzir, sədr-əzəm vəzifəsini ləğv etdi. Sadiq adamlarını yüksək vəzifəyə təyin etdi.
Məşhəd şəhərini yaratdığı dövlətin paytaxtına çevirdi. Ölkəni 3 bəylərbəyliyə
böldü. Səfəvilər dövründə mövcud olan bəylərbəylikləri ləğv edib Azərbaycanı
mərkəzi Təbriz olan vahid inzibati bölgüdə birləşdirdi. İbrahim xanı bura başçı təyin
etdi. Xorasanın idarəsini isə oğlu Rzaqulu bəyə tapşırdı. Ruhamilərin vardövlətini
dövlət xəzinəsinin xeyrinə müsadirə etdi. Nəticədə dövlətin gəliri xeyli artdı.
“Şərqin sonuncu fatehi” adlanan Nadir şah 1747-ci il iyunun 19-da sui-qəsd
nəticəsində öldürüldü. Nadir şahın öldürülməsindən sonra :
1) Mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə gücləndi.
2) Bütün Azərbaycan torpaqlarında feodal dağınıqlığı dövrü başlandı.
3) İran, Orta Asiya və Qafqaz, o cümlədən Azərbaycan müstəqil
xanlıqlara parçalandı.

46,47. Azərbaycanın xanlıqlara parçalanması.


Şəki xanlığı (1743-1819).
Azərbaycan tarixində XVIII əsrin ortalarından- XIX əsrin Ⅰ rübünün
sonlarına qədər olan dövr xanlıqlar dövrü adlanır. Nadir şah Əfşarın dövlətinin
süqutundan sonra Azərbaycan ərazisi xanlıqlara, sultanlıqlara, məlikliklərə və
camaatlığa parçalandı.
• Şimal xanlıqları- Şəki, Şamaxı, Quba, Dərbənd, Bakı, Gəncə,
Cavad, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan.
• Cənub xanlıqları- Urmiya, Xoy, Təbriz, Qaradağ, Ərdəbil, Maku,
Sərab, Zəncan, Marağa, Gilan.
• Sultanlıqlar- İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax, Şəmsəddil.
• Məlikliklər- Xacun, Vərəndə, Dizaq, Çiləbörd, Talış (Gülüstan)
1743-cü ildə Hacı Çələbi xan tərəfindən Azərbaycan ərzisində ilk müstəqil xanlıq
olan Şəki xanlığı yaradıldı. Şəki ərazisi 1743-1744 cü illərdə üsyan nəticəsində Nadir
şahın əsarətindən xilas olmuşdu.
Müstəqil Şəki xanlığının yaradılması, Azərbaycanda dövlətçiliyin bərpası demək
idi.
Hacı Çələbi xan (1743-1755) bütün Azərbaycanı vahid dövlətdə birləşdirmək
siyasəti yeridirdi. Bu məqsədlə Azərbaycanın cənubuna- Təbriz xanlığına yürüş etdi.
Çünki Təbrizə sahib olmaq Azərbaycana sahib olmaq üçün əsas idi. Lakin Hacı Çələbi
xanın Təbrizə yürüşü uğursuzluqla nəticələndi.

27
Hacı Çələbi xanın Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək
siyasəti 1748-ci ildə Şəki xanlığı ilə Qarabağ xanlığı arasında “Bayat savaşı”na səbəb
oldu. Hacı Çələbi xan və onun müttəfiqi qələbə qazana bilmədi.
II İrakli “Parçala, hökm sür” siyasəti yeridərək Hacı Çələbiyə qarşı Qarabağ
xanı Pənahəli xanla, Gəncə, Qaradağ, İrəvan və Naxçıvan xanlıqları ilə ittifaq bağladı.
Lakin 1752-ci ilin martında II İrakli hiylə ilə ittifaqa daxil olan xanları Qızılqaya
deyilən yerdə əsir aldı. Bu hadisə tarixə “Qızılqaya xəyanəti” kimi daxil oldu. Lakin
Çələbi xan İraklinin qoşununu məğlub edərək əsir götürülmüş xanları azad etdi.
1819-cu ildə Rusiya Şəki xanlığını ləğv edib orada komendant idarə üsulu yaratdı.

48. Quba xanlığı (1747-1810)


1726-cı ildə Rusiya hakimiyyət orqanları ondan asılı olmaq şərtilə Hüseynəli bəyi
quba xanı elan etmişdi. 1747-ci ildə Nadir şahın ölmündən sonra Hüseynəli xan
Quba xanlığını yaradaraq müstəqil siyasət yeritməyə başladı. Xanlığın mərkəzi
əvvəl Xudat, sonra Quba şəhəri idi. 1757-ci ildə Hüseynəli xan ilk olaraq Salyan
ərazisini Quba xanlığına birləşdirdi.
Hüseynəli xandan sonra hakimiyyətə gələn onun oğlu Fətəli xan (1758-1789)
xanlığı möhkəmləndirmək üçün vergi islahatı, köçürmə və birləşdirmə siyasəti həyata
keçirdi.
• Vergi islahatına əsasən yığılan verginin birbaşa xəzinəyə daxil olmasını
təmin etmək üçün vergilərin mahal sahibləri tərəfindən toplanması qaydası ləğv
edildi. Vergini kəndxuda toplamalı idi və şəxsən özü xan xəzinəsinə təhvil
verməli idi.
• Köçürmə siyasətinə əsasən xanlığın əhalisini artırmaq məqsədilə Muğan,
Gilan və Ərdəbildən əhalinin bir qismini köçürdü. Xanlığın sərhədlərini
möhkəmləndirmək məqsədilə Muğandan şahsevən tayfalarını köçürdü. Özünə
dayaq yaratmaq məqsədilə Dərbənd, Quba və Salyandan əhalinin bir hissəsini
Şamaxıya köçürdü.
• Birləşdirmə siyasəti nəticəsində bütün Şimal-şərqi Azərbaycan
torpaqlarını-
Dərbənd, Bakı, Şamaxı, Cavad, Şəki və Lənkəran xanlıqlarını Quba
xanlığına birləşdirdi.
Hüseynəli xanın birləşdirmə siyasətini davam etdirən Fətəli xan yerli əhalinin
köməyilə 1759-cu ildə ilk olaraq Dərbəndi müqavimətsiz Qubaya birləşdirdi. 1767-ci
ildə Fətəli xan “nigah diplomatiyası” vasitəsilə Bakı xanlığını Qubaya birləşdirdi. Bu
28
hadisədən sonra Fətəli xan artıq rəsmi sənədlərdə “Qubanın, Dərbəndin, Bakının və
Salyanın hakimi adlanırdı.
1768-ci ildə Şamaxı və Cavad xanlığı, 1785-ci ildə isə Lənkəran xanlığı ilə Şəki
xanlığı Quba xanlığına birləşdirildi.
Qubalı Fətəli xan Şimali-Şərqi Azərbaycan torpaqlarını birləşdirsə də, bütün
Azərbaycana birləşdirə bilmədi.
1789-cu ildə Fətəli xanın ölümündən sonra Quba xanlığı zəiflədi, onun dövründə
Quba xanlığına birləşdirilmiş xanlıqlar yenidən müstəqil oldular.
1810-cu ildə Rusiya Quba xanlığını ləğv edərək burada komendant idarəçiliyini
qurdu.

49. Qarabağ xanlığı (1748-1822)


Qarabağ xanlığının əsasını Pənahəli xan Cavanşir (1748-1763) qoymuşdu.
Pənahəli xan vaxtilə Nadir xanın sərkərdələrindən biri olmuşdu. Nadir xanın şah
seçilməsinin əleyhinə çıxdıqları üçün Nadir xan onları cəzalandıraraq həmin tayfaları
ailələri ilə birgə Xorasan və Əfqanıstan sərhədlərinə sürgün etdi. Nadir şahın
ölümündən sonra Pənahəli xan sürgündən qayıdaraq Qarabağ xanlığını yaratdı.
Qarabağ xanlığının əhalisini baharlı, kolanı, 24-lər, 32-lər, kəbirli, cavanşir türk
tayfaları təşkil edirdi.
1748-ci ildə Şəki xanlığı ilə Qarabağ xanlığı arasında Bayat savaşı baş vermişdi.
Hacı Çələbi xan Bayat qalasını 1 ay mühasirəyə alsa da,onu tuta bilmədi.
Pənahəli xanın inşa etdirdiyi qalalar:
1748-ci il – Bayat qalası – Kəbirlidə yerləşir.
1751-ci il – Şahbulaq qalası – Ağdamda yerləşir.
1756-1757-ci illər – Pənahabad – Şuşada yerləşir.
Bayat qalası Qarabağ xanlığının ilk siyasi mərkəzi olmuşdur.
Pənahəli xan Qarabağ xanlığı ərazisində yerləşən xristian-alban məlikliklərin
bölüşdürücülük-separatçılıq siyasətinin qarşısını aldı və məliklikləri xanlığa
birləşdirdi. İlk olaraq Vərəndə məliyi Pənahəli xanın hakimiyyətini qəbul etdi. Daha
sonra Xaçın, Dizaq, Çiləbörd, Talış məliklikləri tabe edildi.
1763-cü ildə Pənahəli xandan sonra hakimiyyətə onun oğlu İbrahimxəlil xan
gəldi. Birləşdirmə siyasəti yeridən İbrahimxəlil xan diplomatik bacarığı ilə məliklikləri
yenidən Qarabağ xanlığına tabe etdi. İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı
Cənubu Qafqazın, o cümlədən, Azərbaycanın ən güclü siyasi qurumlarından birinə
çevrildi.

29
1805-ci ildə İbrahimxəlil xan Kürəkçay müqaviləsi ilə Rusiyadan alılığını qəbul
etdi. 1822-ci ildə Rusiya Qarabağ xanlığını ləğv etdi.

50. Gəncə xanlığı (1747-1804)


XVIII əsrin ortalarında Gəncə xanlığını Səfəvilər dövründə Qarabağ
bəylərbəyliyini idarə edən Şahverdi xan Ziyadoğlu (1747-1760) yaratmışdı. Xanlığı
qacar tayfasından olan Ziyadoğullar nəsli idarə edirdi. Murovdağ silsiləsindən Kür
çayınadək olan ərazini əhatə edirdi.
XVIII əsrin 50-ci illərində Kartli-Kaxetiya çarı II İrakli dəfələrlə Gəncə
xanlığına yürüş etmiş və müəyyən dövrlərdə xanlığı asılı vəziyyətə salmışdır. Şahverdi
xan xarici işğalçılara qarşı Qarabağ xanlığı və Osmanlı dövləti ilə dostluq
münasibətləri qurmağa çalışmış, bu məqsədlə 1752-ci ildə Osmanlı dövlətinə elçilər
heyəti göndərmişdir. Kartli-Kaxetiya çarlığı və Qarabağ xanlığından müəyyən müddət
asılı vəziyyətə düşən Gəncə xanlığında hakimiyyətə gələn xanların öhdəsinə götürmüş
pulu verməkdən imtina etməsi onların 1780-ci ildə Gəncə xanlığına hücum etməsinə
səbəb oldu. Bu yürüş nəticəsində Gəncə xanlığı Qarabağ və Kartli çarlığı arasında
bölüşdürüldü. Gəncə xanlığında ikihakimiyyətlilik (1780-1783) yarandı.
1783-cü ildə Gəncə xanlığında əhali gürcü və Qarabağ xanlığının buradakı
hakimlərinin soyğunçuluq siyasətinə qarşı üsyan qaldıraraq Gəncə xanlığında
ikihakimiyyətliliyə son qoydular.
1786-cı ildə Gəncə xanlığında hakimiyyətə Cavad xan gəldi. Cavad xan
hakimiyyəti dövründə (1786-1804) Gəncə xanlığının müstəqilliyini möhkəmləndirdi.
Azərbaycanın Şəmşəddil, Qazax, və Borçalı torpaqlarını gürcü təsirindən azad etmək
siyasəti yürütdü. 1804-cü ilsə Rusiya Gəncə xanlığını işğal edərkən son nəfəsinədək
döyüşərək şəhid olmuşdur.

51. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşləri


XVIII əsrin 50-ci illərində Məhəmmədhəsən xan Qacar Azərbaycan və İran
torpaqlarını birləşdirmək uğrunda mübarizə apardı. 1759-cu ildə Məhəmmədhəsən xan
Qacar Zəndlərlə döyüşdə həlak olduqdan sonra onun oğlu Ağa Məhəmməd xan Qacar
türkman və qacarlardan ibarət topladığı qoşunla mübarizəni davam etdirdi. Ağa
Məhəmməd xan Qacar 1785-ci ilin sonu - 1786-cı ilin əvvəlində zəndlər üzərində
qələbədən sonra Mazandaran,Astrabad,Gilan,Tehran,Qum,Kaşan,İsfahan və

30
Xorasanın böyük bir hissəsini özünə birləşdirdi. Tehranı iqamətgahına,sonralar isə
dövlətin paytaxtına çevirdi.
Beləliklə,Azərbaycanın şimalından fərqli olaraq, İranda hakimiyyət uğrunda
mübarizə Ağa Məhəmməd xan Qacarın (1779-1797) başçılığı ilə mərkəzləşdirilmiş
dövlətin yaranması ilə başa çatdı. Azərbaycanın cənub xanlıqları Ağa Məhəmməd
xanın hakimiyyətini tanıdılar. Bundan sonra Qacar keçmiş Səfəvi imperiyasını
tamamilə bərpa etmək üçün Azərbaycanın və Şərqi Gürcüstanın birləşdirilməsinə
başladı.
Ağa Məhəmməd xan Qacarın 1795-ci ildə Azərbaycanın şimal torpaqlarına ilk
yürüşündə məqsədi Azərbaycanın şjmal torpaqlarını,xüsusilə Qarabağ xanlığını tabe
etmək, Səfəvi dövlətinin bütün sərhədlərini bərpa etmək idi. Qacarın Azərbaycanın
şimalına I yürüşü zamanı hücumun istiqamətləri:
I dəstə - Muğandan və Şirvandan keçib Dağıstana zərbə vurmalı idi.
II dəstə Qarabağ və Gürcüstana hücum etməli idi.
III dəstə Əliqulu xanın başçılığı ilə İrəvana hücum etməli idi.
Qacarın yürüşü zamanı əsas hücum hədəfi Qarabağ xanlığı idi. Bu zaman
İbrahimxəlil xan Qacarın yürüşünə mane olmaq üçün Xudafərin körpüsünü uçurtmağı
əmr etdi. Qacarlar körpülər hazırladıb Araz çayını keçərək Şuşa qalasını mühasirəyə
aldı. Qala müdafiəcilərinin müqaviməti və Qacarların ərzaq çətinliyi Qacarı Şuşanın
33 günlük mühasirəsindən əl çəkməyə və planını dəyişərək Tiflis üzərinə yürüş etməyə
məcbur etdi. 1795-ci ilin avqustunda Qacar Tiflis şəhərini tutaraq bütün Gürcüstanı
tabe etdi.
1796-cı il 21 martda Novruz bayramı günündə Qacar özünü şah elan etməsilə
İranda 1779-cu ildə hakimiyyəti ələ alan Qacarlar sülaləsinin rəsmi hakimiyyəti (1796-
1925) başladı. Ağa Məhəmməd xan Qacar Azərbaycana birinci yürüşü zamanı yalnız
bir neçə xanlığa hakimiyyətini qəbul etdirə bildi,onun Azərbaycanın şimalını
bütünlüklə tabe etmək planı baş tutmadı.
1797-ci ildə Ağa Məhəmməd şah Qacar ikinci dəfə Azərbaycanın şimal
torpaqlarına yürüşə başladı. İkinci yürüş zamanı da Qacarın əsas hücum hədəfi
birləşdirmə siyasətində əsas yer tutan Qarabağ idi.
1797-ci il iyulun 4-də Ağa Məhəmməd şah Qacar Şuşada sui-qəsdlə öldürüldü.
Qacarın qətlindən sonra ordusu Azərbaycanın şimal torpaqlarını tərk etdi. Beləliklə,
Qacarın ikinci yürüşü də uğursuzluqla nəticələndi,çar Rusiyasının Azərbaycanın
şimalını işğal etməsi üçün əlverişli şərait yarandı.

31
52. Kürəkçay müqaviləsi
1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xan Rusiya ilə giriş və 11
maddədən ibarət olan Kürəkçay müqaviləsini imzaladı. Bu müqavilə ilə Rusiya və
Qarabağ xanlığı arasında qarşılıqlı münasibətlərin hüquqi əsasları öz əksini tapdı.
İbrahimxəlil xanın vasitəçiliyi ilə 1805-ci il mayın 21-də Şəki xanı Səlim xan da Rusiya
ilə Kürəkçay müqaviləsi imzaladı.
Qarabağ xanlığının Rusiya ilə imzaladığı Kürəkçay müqaviləsinin şərtlərinə
əsasən;
Qarabağ xanlığı “əbədi olaraq” Rusiya himayəsinə keçdi.
Xanlığın bütün əhalisi Rusiya himayəsinə keçdi.
Xan və onun varisləri rus çarına sadiq qalmalı idi.
Xan varisləri çar tərəfindən təsdiq olunmalı idi.
Xan çar xəzinəsinə hər il 8 min çevron xərac ödəməli idi.
Şuşada rus qarnizonu yerləşdirilməli və saxlanılmalı idi.
Xanın müstəqil daxili siyasətinə təminat verilir,xarixi siyasət məsələləri
isə Rusiyanın buradakı nümayəndəsi ilə razılaşdırılması tövsiyyə edilirdi. (Bu
Qarabağ xanlığının müstəqil xarici siyasət hüququnun itirilməsi demək idi.)

53. I Rusiya-Qacarlar müharibəsi (1804-1813)


XIX əsrin əvvəllərində Gürcüstanın və Azərbaycanın bir hissəsini Rusiyanın
işğal etməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan xarici dövlətlərin,xüsusilə
Qacarların dövlətinin narahatlığına səbəb oldu. İran Car-Balakənin və Gəncənin
Rusiya tərəfindən işğal edilməsi nəticəsində Rusiyanın getdikcə Azərbaycanın
içərlərinə doğru irəliləməsini,qonşuluğunda Rusiya kimi böyük dövlətinin
hökmranlığının yaranmasını sakitliklə qəbul edə bilməzdi. Fətəli şah 1804-cü ilin
mayında çar Rusiyasına Cənubi Qafqazda işğal etdikləri ərazilərdən çıxmağı tələb edən
ultimatum göndərsə də rədd cavabı aldığı üçün Rusiya ilə diplomatik münasibətləri
kəsərək ona müharibə elan etdi. 1804-cü ilin iyulunda I Rusiya-Qacarlar müharibəsi
başladı. Müharibə hər iki tərəfdən də işğalçı və əadalətsiz idi,çünki özgə torpaqların –
Azərbaycan torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Müharibə başlayan zaman
Qacarlar qoşununa Fətəli şahın oğlu şahzadə Abbas Mirzə,rus qoşununa Qafqazdakı
rus qoşunlarının komandanı Sisianov başçılıq edirdi.
Müharibədə rus qoşunlarının əsas hücum hədəfi İrəvan xanlığı idi. Rusiya
İrəvana yürüşə Şörəyeldən başladı. 1804-cü ildə Üçkilsə və Qəmərli döyüşlərində
ruslar məğlub olub geri çəkildilər.

32
İrəvanda uğur qazana bilməyən Sisianov diqqətini çar generallarının
“Azərbaycanın qapısı” adlandırdıqları Qarabağa yönəltdi. Qarabağ xanı İbrahimxəlil
xan 1805-ci il mayın 14-də Rusiya ilə Kürəkçay müqaviləsini imzalayaraq Rusiyanın
tabeliyinə keçdi. Beləliklə,1805-ci ildə ardıcıl olaraq Qarabağ,Şəki və Şamaxı hərbi
əməliyyat aparılmadan – dinc yolla Rusiyanın himayəsinə keçdilər. Rusiya 1806-cı
ildə Dərbənd,Bakı,Quba xanlıqlarını işğal etdi.
1812-ci il oktyabrında Aslandüz çölündə döyüşdə ruslar Abbas Mirzənin
ordusunu məğlub etdi. Lənkəran qalası mühasirəyə düşdü. 1812-ci il dekabrın 21-də
ruslar Lənkəran qalasını mühasirəyə aldı. 1812-ci il dekabrın 31-dən 1813-cü il
yanvarın 1-nə keçən gecə ruslar Lənkəranı işğal etri. Qaladakı Qacar qoşununa başçılıq
edən Sadıq xan qəhrəmancasına həlak oldu. Aslandüz döyüşü kimi Lənkəran qələbəsi
də I Rusiya-Qacarlar müharibəsinin taleyini həll etdi.
1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Qacarlarla Rusiya
arasında müqavilə imzalandı. Bu müqaviləni İran tərəfindən Mirzə Əbülhəsən, Rusiya
tərəfindən Rtışşev imzaladı.

54. Gülüstan sülhü


1813-cü il oktyabrın 12-də Qacarlarla Rusiya arasında Gülüstan sülhü imzalandı.
Gülüstan müqaviləsinin şərtlərinə görə;
Qacarlar Gəncə,Qarabağ,Şəki,Şamaxı,Quba,Bakı,Dərbənd və Lənkəran
xanlıqlarının,Şərqi Gürcüstanın,Dağıstanın Rusiya hakimiyyəti altına keçməsini
qəbul etdi.
İrəvan və Naxçıvan xanlıqları Qacarların hakimiyyəti altında qaldı.
Yalnız Rusiyaya Xəzər dənizində hərbi dəniz donanması saxlamaq
hüququ verildi. Qacarlar isə Rusiyanın bu hüququnu tanıdı.
Qacarlar dövlətinin ərazisində rus tacirləri daxili gömrük rüsumu
ödəməkdən azad olundu.
Qacarlar və Rusiya dövlətində diplomatik korpuslar yaradılmalı idi.
Azərbaycan tarixində ən ədalətsiz və zorakı müqavilələrdən biri olan Gülüstan
müqaviləsinin imzalanması ilə I Rusiya-Qacarlar müharibəsi və Cənubi Qafqazın,o
cümlədən Azərbaycanın şimal xanlıqlarının işğalının və bölüşdürülməsinin ilk-
birinci mərhələsi başa çatdı. Naxçıvan və İrəvan xanlıqlarından başqa,digər bütün
Azərbaycanın şimal xanlıqları Rusiyanın işğalı altına düşdü. Xalqımızın gələcək
faciələrinin əsası qoyuldu.

33
55. II Rusiya-Qacarlar müharibəsi (1826-1828)
Qacarlar Gülüstan sülhünün ağır şərtləriylə barışmır və bunu rüsvayçılıq hesab
edirdilər. Qacarlar Cənubi Qafqazın,o cümlədən Azərbaycanın bir hissəsinin itirilməsi
ilə barışmaq istəmirdi. Qacarlarla yanaşı, İngiltərə də Rusiyanın Qafqazda
güclənməsindən narahat idi. 1814-cü ildə Qacarlar dövləti İngiltərə arasında Rusiya
əleyhinə Tehran müqaviləsi bağlandı. Beləliklə,İngiltərənin yardımı ilə ordusunu
yenidən qurmağa başlayan Abbas Mirzə Qacarlara sığınmış Azərbaycan xanlarının ona
yardım edəcəklərini nəzərə alaraq ciddi-cəhdlə yeni müharibəyə hazırlaşdı.
Qacarlardan fərqli olaraq Rusiyanın müharibəyə başlamaq istəməməsinin səbəbi
Şimali Qafqazda dağlı xalqlarının Rusiyaya qarşı müharibə aparması və paytaxtda baş
verən dekabristlər üsyanına baş qarışması idi.
1826-ci il iyulun 19-da Abbas Mirzənin başçılığı ilə Qacar qoşunlarının
Azərbaycanın şimalına iki istiqamətdə hücuma başlaması ilə II Rusiya-Qacarlar
müharibəsi başladı. İran ordusunun əsas hücum hədəfi Qarabağ və Gəncə seçilmişdi.
Bu müharibədə Abbas Mirzənin ordusunda Gəncəli Cavad xanın oğlu Uğurlu xan,
keçmiş Bakı xanı Hüseynqulu xan, Şirvanlı Mustafa xan və başqaları təmsil
olunurdular.
1826-cı ilin 3 sentyabrda Şəmkir döyüşündə ruslar şah ordusu üzərində qələbə
qazandılar. 1826-cı ilin 13 sentyabrda Gəncə döyüşündə Abbas Mirzənin başçılıq
etdiyi şah qoşunlarının əsas hissəsi xəyanət nəticəsində məğlub oldular. Gəncə döyüşü
Cənubi Qafqazda baş verən hərbi əməliyyatlar içərisində ən böyüyü idi. II Rusiya-
Qacarlar müharibəsinin həlledici döyüşü olmuşdu,demək olar ki,müharibənin taleyini
həll etmişdi.
1827-ci ilin yayında rus qoşunu Naxçıvanı döyüşsüz tutdu. 1827-ci ilin
sentyabrın 20-də Sərdarabad döyüşündə ruslar qalib gəldi. Bununla da İrəvan
xanlığının taleyini həll edidi 1827-ci il oktyabrın 1-də rus qoşunu İrəvan qalasını ələ
keçirdi. İrəvan qalasının alınmasındakı xidmətlərinə görə çar İ.Paskeviçə qraf titulu,
“Erivanski” titulu və ikinci dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif etdi.
İrəvanın işğalından sonra Azərbaycanın cənubuna hücum edən ruslar 1827-ci
ildə Təbrizi işğal etdi. 1828-ci ildə isə Ərdəbil və Urmiyanı işğal etdilər.
Ağır vəziyyətə düşən Qacarlar İngiltərənin vasitəçiliyi ilə Rusiya ilə sülh
danışıqlarını bərpa etdi. Osmanlı dövləti ilə müharibə təhlükəsi Rusiyanın Qacarlarla
sülh müqaviləsi bağlamasını sürətləndirdi. 1828-ci il fevralın 10-da Türkmənçay
müqaviləsi imzalandı.

34
56. Türkmənçay sülhü
1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində Qacarlar ilə
16 maddədən ibarət sülh müqaviləsi bağlandı. Beləliklə:
1. II Rusiya-Qacarlar müharibəsi başa çatdı.
2. Azərbaycanın işğalının ikinci mərhələsi başa çatdı.
Müqaviləni imzalamışdılar:
Abbas Mirzə - Qacarların nümayəndə heyətinin başçısı ido.
Paskeviç – Rusiyanın Qafqazın hərbi və mülki işlər üzrə canişini idi.
Türkmənçay müqaviləsinin şərtləri;
Qacarlar dövləti Cənubi Qafqaza və Şimali Azərbaycana olan
iddialarından birdəfəlik əl çəkdi.
Azərbaycanın cənubu Qacarlar dövlətinin tərkibində qaldı.
İrəvan və Naxçıvan xanlıqları Rusiyaya ilhaq edildi.
Qacarlar Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu qəbul etdi.
Xəzərdə hərbi donanma saxlamaq hüququ yenə də Rusiyaya verildi.
Əhalinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi.
Qacarlar 20 milyon rubl təzminat ödəməli idi.
Türkmənçay sülhü Azərbaycan torpaqlarının və xalqının ikiyə bölünməsini
rəsmiləşdirdi. Azərbaycanın dövlətçilim ənənələrinə ciddi zərbə vuruldu. Şimali və
Cənubi Azərbaycan əraziləri arasında tarixən mövcud olan mədəni-iqtisadi əlaqələr
kəsildi. Azərbaycana çoxlu ermənilər köçürüldü. 1828-ci il martın 21-də Naxçıvan və
İrəvan xanlıqları ləğv edildi və onların ərazisində “erməni vilayəti” adlı qondarma
bölgə yaradıldı.

57. Müstəmləkə rejiminin yaradılması


Azərbaycan işğal edildikdən sonra çar Rusiyası xanlıqları və sultanlıqları ləğv
edərək komendant hərbi idarə üsulunu yaratdı. Komendant idarə üsulu çar Rusiyasının
müstəmləkəçi maraqlarına xidmət edirdi. Məmur özbaşınalığına şərait yaradan
ədalətsiz sistem idi.
Komendantlar Qafqazın baş hakimi tərəfindən, rus zabitlərindən təyin edilirdi.
Əyalət, dairə və distansiyaları idarə edirdi. Komendantların yalnız ölüm hökmü
vermək hüququ yox idi. Lakin azərbaycanlıları məhkəməsiz öldürməkdən
çəkinmirdilər.
XIX əsrin 30-cu illərində Rusiyanın müstəmləkəçiliyi əleyhinə Car-Balakəndə,
Lənkəranda, Qubada, Şəkidə üsyanlar baş verdi. Üsyanlar məğlub olsa da nəticəsiz

35
qalmadı. Rusiya müstəmləkəçi siyasətini yumşaltmağa, hərbi idarəetmə sistemini
dəyişməyə məcbur oldu.
Rusiyanın Cənubi Qafqazın inzibati-idarə sistemini dəyişdirməyə və komendant
idarə üsulunu ləğv etməyi zəruri edən amillər:
XIX əsrin 30-cu illərində baş vermiş üsyanlar
Çarizmin iqtisadi siyasətinin həyata keçirilməsi, diyarın təbii ehtiyatlarının
mənimsənilməsində komendant idarə üsulunun ləngitməsi
Komendant idarə üsulunun dövlət xəzinəsinə xeyli ziyan vurması
Çarizmin hökmranlığını möhkəmləndirilməsinə nail olmaq cəhdi
Xalq çıxışlarına yol verməmək, əhalinin narazılıqlarını azaltmaq istəyi
Çar I Nikolay 1840-cı il aprelin 10-da “Zaqafqaziya (Cənubi Qafqaz) diyarının
idarə olunması üçün müəssisə” adlı inzibati və məhkəmə islahatı layihəsini təsdiq etdi.
1841- ci il yanvarın 1-dən qüvvəyə mindi. Bu inzibati islahata əsasən komendant idarə
üsulu ləğv edildi. Əvəzində Cənubi Qafqazda Ümumrusiya inzibati ərazi bölgüsü
yaradıldı. Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölündü:
Gürcü-İmeretiya quberniyasına (mərkəzi Tiflis şəhəri idi).
Xəzər vilayətinə (mərkəzi Şamaxı şəhəri idi).
Ali müsəlman təbəqəsi bütün işlərdən uzaqlaşdırıldı. 1828-ci ildə yaradılmış
“erməni vilayəti” ləğv edilərək yerində İrəvan və Naxçıvan qəzaları yaradıldı.
Üsyanlarda fəal iştirakına görə ali müsəlman təbəqəsinin hüquq və imtiyazları
əllərindən alındı. Çarizm onlara etibar etmədiyi üçün onlar bütün idarə işlərindən
kənarlaşdırıldı və yerinə rus və digər xristian məmurlar təyin edildi. Ali müsəlman
təbəqəsinin idarə işlərindən uzaqlaşdırılması 1840-cı il 10 aprel islahatının
uğursuzluqla nəticələnməsinə səbəb oldu.

58. Çar Rusiyasının köçürmə siyasəti


Azərbaycan işğal edildikdən sonra çar Rusiyası xanlıqları və sultanlıqları ləğv
edərək komendant hərbi idarə üsulunu yaratdı. Komendant idarə üsulu çar Rusiyasının
müstəmləkəçi maraqlarına xidmət edirdi. Məmur özbaşınalığına şərait yaradan
ədalətsiz sistem idi.
Şimali Azərbaycan işğal edildikdən sonra regiona ardıcıl olaraq
almanlar,ermənilər və ruslar köçürülməyə başlandı. Köçürmə siyasətində çarizmin
məqsədləri özünə sosial və etnik dayaq yaratmaq,xristianlaşdırma və ruslaşdırma
siyasətini həyata keçirmək,regionun iqtisadi fəthini sürətləndirmək və xəzinənin
gəlirlərini artırmaq idi.
Şimali Azərbaycana ermənilərin köçürülməsi hələ I Pyotrun 1724-cü il fərmanı
ilə həyata keçirilmişdi. İrandan ermənilərin Şimali Azərbaycana köçürülməsi 1804-cü

36
ildən başlayaraq həyata keçirilirdi. Rusiya imperiyası Osmanlı və Qacarlar dövlətlərinə
qarşı gələcək işğalçı niyyətini həyata keçirmək üçün Türkmənçay müqaviləsinin 15-ci
maddəsinə əsasən İrandan 40 min erməni Şimali Azərbaycana köçürüldü. Ədirnə
müqaviləsinə (1829) əsasən Osmanlı ərazisindən – Kiçik Asiyadan 90 min erməni
Azərbaycanın şimal torpaqlarına köçürüldü. Ermənilər əsasən
İrəvan,Qarabağ,Naxçıvan və Borçalıda yerləşdirilirdi. Lakin Naxçıvanda yerli əhalinin
ciddi müqaviməti nəticəsində burada ermənilərin kütləvi məskunlaşdırılması baş
tutmadı. Rusiya tərəfindən köçürülən ermənilərə bir çox güzəştlər edildi; onlara münbit
torpaqlar verildi,bütün vergi və mükəlləfiyyətlərdən bir müddət (6il) azad
edildilər,Qacarlardan alınan təzminatın bir hissəsi onlar üçün ayrıldı. Torpaqlarımıza
ermənilərin köçürülməsinin nəticələri;
Əhalinin etnik tərkibi ciddi dəyişikliklərə məruz qaldı.
Naxçıvan,Qarabağ,İrəvan,Borçalıda ermənilərin sayı xeyli artdı.
Bugünkü gündə ermənilərin ərazi iddialarına şərait yarandı.
Azərbaycan türkləri öz torpaqlarının bir hissəsindən məhrum oldu.
XIX əsrin əvvəllərində Almaniya əhalisinin I Napoleonun işğalçı müharibələri
və feodal zülmündən düşdüyü ağır vəziyyətdən istifadə edən Rusiya almanların bir
hissəsini 1817-1818-ci illərdə Qafqaza köçürdü. Rusiya ilk dəfə almanları 1818-ci ildə
Azərbaycanın qərb bölgəsində - Yelizavetpol (Gəncə) dairəsində məskunlaşdırdı və iki
koloniya saldırdı:
1. Yelenendorf koloniyası – indiki Göygöl rayonu ərazisində
2. Annenfeld koloniyası – indiki Şəmkir rayonu ərazisində
Tarixən Azərbaycanda bir nəfər də rus yaşamamışdı. İşğaldan sonra burada
xidmət edən əsgərlərin məskunlaşdırılmasına cəhd edildi. Çar I Nikolayın 20
oktyabr 1830-cu il tarixli fərmanı ilə Rusiyanın mərkəzi quberniyalarından
pravoslav kilsəsinə qarşı çıxan təriqətçi və bidətçi rus kəndliləri Azərbaycana
köçürüldü,onlar Şirvan,Lənkəran,Qarabağ bölgələrində yerləşdirildi. Bu fərman ilə
Azərbaycanda ilk rus məskənləri yaradıldı.

59. XIX əsrin II yarısında Neft Sənayesinin inkişafı


1848-ci ildə Dünyada ilk dəfə mexaniki qazma – buruq üsulu ilə Şimali
Azərbaycanda – Bibiheybətdə (Bakıda) neft quyusu qazıldı. Lakin neft,başlıca
olaraq,əl ilə qazılmış quyulardan hasil edilirdi. XIX əsrin 50-70-ci illərində
Azərbaycanda neft və digər sənaye sahələrinin inkişafını ləngidirdi:
 İlizam sistemi və məcburi əməyin tətbiq edilməsi
 Neft məhsullarına tələbatın nisbətən az olması
 Neft emal edən zavodların az olması
37
1864-cü ildə Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyi ləğv edildi. Bu
addım neft istehsalında muzdlu əməyin tətbiqinə geniş yol açdı.
Neft sənayesində iltizam sisteminin mövcudluğu yeni texniki vasitələrin
tətbiqinə mane olurdu, irihəcmli kapital qoyuluşuna imkan vermirdi. Rusiyada duru
yanacağa artan tələbat çar hökümətini iltizam sistemini ləğv etməyə məcbur etdi.
1872-ci il fevralın 17-də neft sənayesində iltizam sisteminin ləğv olunması
nəticəsində:
1. Neft yataqları hərrac yolu ilə xüsusi adamlara satılmağa başlandı. Bu isə
neft sənayesinin sürətlə inkişaf etməsinə səbəb oldu.
2. Neft hasilatına iri kapital qoyuluşu artdı, bu sənaye çevrilişinə səbəb oldu.
3. Neft quyularının buruq və zərbə üsulları ilə qazılması geniş miqyas aldı.
4. Neftli torpaqların bir hissəsi azərbaycanlı sahibkarların əlinə keçdi.
XIX əsrin 60-cı illərindən etibarən Azərbaycanda buxar mühərrikləri ilə təchiz
edilmiş fabrik-zavod istehsalı yarandı. İlk kapitalist müəssisələri rus və xarici şirkətlər
açdırdılar. XIX əsrin 70-80-ci illərində hərraca çıxarılan neftli torpaqlara sahib olmuş
milli kapitalı təmsil edən milli burjuaziyanın nümayəndələri olan Hacı Zeynalabdin
Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və Murtuza Muxtarov kimi neft
sahibkarları var idi.
XIX əsrin II yarısında Azərbaycan neft sənayesinə daxil olan xarici kapital;
1. 1879-cu ildə İsveçin “Nobel qardaşları” şirkəti
2. XIX əsrin 80-ci illəri Fransız nümayəndəsi “Rotşild”
3. XIX əsrin 90-cı illəri İngilis bankiri E. Qubbard
Azərbaycanda neft sənayesinin manufaktura mərhələsindən fabrik-zavod
mərhələsinə keçməsi sənaye-texniki inqilab idi. XIX əsrin ortalarında neft
məhsullarına,xüsusilə ağ neftə olan ehtiyacını ABŞ-dan gətirən Rusiya Abşeron və
Bakı nefti sayəsində artıq 80-ci illərdə bu məhsulların gətirilməsini tamamilə
dayandırdı. Azərbaycan neftinin əsas hissəsi Rusiyaya ixrac olunurdu. XIX əsrib 60-
90-cı illərində neft sahəsində edilən yeniliklər Bakını Cənubi Qafqazda,Rusiyada əsas
və ən böyük sənaye şəhərinə, dünyanın neft sənayesi mərkəzinə çevirdi.

60. Millətin təşəkkülü


VII-IX əsrlərdə Azərbaycan xalqının formalaşması prosesi başa çatdı. XIX əsrin
ikinci yarısında Şimali Azərbaycan millətinin təşəkkülü prosesi baş verdi.
Azərbaycan tarixi sərhədləri şimalda – Böyük Qafqaz dağlarından, cənubda –
Qızılüzən çayına, şərqdə - Xəzər dənizinə, qərbdə - Göyçə gölü daxil
olmaqla,Anadolunun şərqinə qədər əraziləri əhatə edirdi ki,bu ərazidə Azərbaycan
millətinin təşəkkülü prosesi baş verdi.

38
Azərbaycan millətinin formalaşmasına aşağıdakı amillər şərait yaratmışdı:
1. Kapitalizmin
2. İqtisadi əlaqələrin genişlənməsi
3. Burjuaziya və fəhlələrin formalaşması
Azərbaycan millətinin formalaşması prosesinin özünəməxsus xüsusiyyətləri var
idi: Birincisi,Azərbaycan iki yerə bölünmüş və ərazi bütövlüyü pozulmuşdu. İkincisi,
müstəmləkə vəziyyətində olan Asərbaycan torpaqları müxtəlif quberniyalara daxil
edilmişdi. Üçüncüsü, Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi.
XIX əsrin ikinci yarısında millətin təşəkkülü prosesində iki ictimai qrup yarandı:
1. Fəhlə təbəqəsi
2. Milli burjuaziya və ziyalılar təbəqəsi
Fəhlələrin əsas hissəsini azərbaycanlılar (Cənubi Azərbaycandan gələn
soydaşlarımız da bura daxil idi), daha sonra ruslar və ermənilər təşkil edirdi.
Azərbaycan milli burjuaziyasını H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Nağıyev,
M.Muxtarov təmsil edirdilər. M.F.Axundzadə, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağayev,
Ə.Topçubaşov, M.Şahtaxtinski Azərbaycan və Azərbaycan milləti ideyasını təbliğ
etməyə başladılar.
1891-ci ildə “Kəşkül” qəzetində ilk dəfə “Azərbaycan milləti” ifadəsi işlədildi.
Həsən bəy Zərdabi 1875- ci il 22 iyulda çar Rusiya imperiyasında türk dilində ilk
qəzet olan “Əkinçi”ni nəşr etdirmişdi.
Mirzə Fətəli Axundzadə ilk dəfə “millət” anlayışınl irəli sürmüşdü. Bundan sonra
mətbuatda və ictimai fikirdə “Azərbaycan milləti” ifadəsi işlənməyə başlanmışdı.
Xalqı milli müstəqillik və dövlətçilik uğrunda mübarizəyə qaldırmaq üçün
ümummilli ideya lazım idi. Bu milli ideyanı: “Türkləşmək, islamlaşmaq və
müasirləşmək” şüarını irəli sürən Əli bəy Hüseynzadə hazırladı. Məhəmməd Əmin
Rəsulzadə isə onu siyasi doktrina şəklində həyata keçirdi.

61. Milli partiya və təşkilatların yaranması


XX əsrin əvvəllərində milli burjuaziya və demokrit ziyalılar Azərbaycanın
gələcək rifahı üçün müxtəlif partiyalarda və cəmiyyətlərdə birləşdilər. Həmin
təşkilatların məqsədi qabaqcıl fikirli insanları birgə mübarizəyə səsləmək idi.
M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1903-cü ildə yaradılmış Müsəlman Gənclik
təşkilatı Azərbaycanın ilk siyasi təşkilatı idi. Məqsədi müstəmləkə əsarətinə qarşı
mübarizə aparmaq idi.
1904-cü ildə M.Mövsumov və M.Ə.Rəsulzadənin təşəbbüsü ilə yaradılan
Hümmət təşkilatının əsas məqsədi azərbaycanlı fəhlələr içərisində siyasi iş aparmaq
idi. “Hümmət”, “Təkamül”, “Yoldaş” qəzetlərini nəşr etdirmişdi. Sonrakı fəaliyyəti

39
Rusiya Sosial-Demokratik Fəhlə partiyasının məqsədlərinə xidmət etməklə bağlı
olmuş,bolşeviklərin təsiri altına düşmüş, Rusiya imperiyasını olduğu kimi saxlamaq
fikrində olmuş, fəhlələrin sosial-iqtisadi hüquqları uğrunda mübarizəni əsas
məqsədləri elan etmişdilər. Bu səbəbdən M.Ə.Rəsulzadə və onun ideya dostları
Hümmət təşkilatından uzaqlaşmışdı. Çünki M.Ə.Rəsulzadəni ilk növbədə Azərbaycan
xalqının milli azadlıq uğrunda mübarizəsi və müstəqillik qazanması düşündürürdü.
Ələkbər bəy Rəfibəyovun 1905-ci ildə Gəncədə yaratdığı Qeyrət partiyası ilk
milli partiya idi. Şuşada və Bakıda şöbələri fəaliyyət göstərirdi.
Difai partiyası 1906-cı ildə Əhməd bəy Ağayevin rəhbərliyi ilə yaradılmışdı.
Məqsədi xalqı çarizmin milli qırğın siyasətindən və erməni terrorundan müdafiə etmək
idi. Gəncədə, Naxçıvanda, Şuşada, Ağdamda, hətta Qarsda və Vladiqafqazda şöbələri
açılmışdı. Məqsəd və məramınl nəşr etdirdiyi “İrşad” qəzetində ifadə edirdi.
1907-ci ildə Gəncədə İsmayıl xan Ziyadxanlı və İbrahim ağa Vəkilov tərəfindən
Müdafiə təşkilatı yaradıldı. Əsas siyası qüvvəsini bəylər və ziyalılar təşkil edirdi. Difai
partiyasının yolunu davam etdirərək müsəlmanları erməni-rus soyqırımından
qoruyurdu. 1907-ci ildə Bakıda yaradılan İttifaq təşkilatının da əsas məqsədi
azərbaycanlı əhalini rusların və ermənilərin qırğınlarından müdafiə etmək idi.
1911-ci ilin oktyabrında “Müsavat”(“Bərabərlik”) partiyası yaradılmışdır.
Yaradıcıları Məmmədəli Rəsulzadə, Abbasqulu Kazımzadə, Tağı Nağıyev olmuşdur.
1913-cü ildən M.Ə.Rəsulzadə mühacirətdən qayıdaraq partiyanın liderinə çevrildi.
1915-ci ildən M.Ə.Rəsulzadənin redaktorluğu ilə partiyanın mətbuat orqanı olan “Açıq
söz” qəzeti nəşr olunmağa başladı. Partiya Ə.Hüseynzadənin “türkləşmək,
islamlaşmaq, müasirləşmək ideyasını əsas məramına çevirmişdi.

62. Azərbaycan I Dünya müharibəsi illərində


1914-cü il avqustun 1-də Almaniyanın Rusiyaya müharibə elan etməsi ilə
Azərbaycan Antanta və Üçlər İttifaqı arasında gedən Birinci Dünya müharibəsinə
(1914-1918) qoşuldu. Bu müharibədə iştirak edən böyük dövlətlərin planlarında Şimali
və Cənubi Azərbaycan strateji mövqeyi,zəngin sərvətləri,ilk növbədə Bakı nefti xüsusi
yer tuturdu. 1918-ci ilin yazına kimi hərbi əməliyyatlardan kənarda qalan Şimali
Azərbaycan daha sonra Osmanlı,Almaniya,Rusiya və Böyük Britaniya dövlətlərinin
rəqabət meydanına çevrildi. ABŞ və İtaliya da Şimali Azərbaycana siyasi və iqtisadi
maraq göstərirdi.
Qafqaz cəbhəsində quruda və dənizdə hərbi əməliyyatlar rus və osmanlı
qoşunları arasında gedirdi. 1914-cü ilin dekabrı – 1915-ci ilin yanvarında rus qoşunları
ilə osmanlı ordusu arasında baş vermiş Sarıqamış döyüşü nəticəsində ruslar qələbə
qazandılar. Qafqaz cəbhəsində üstünlük rusların əlinə keçdi. Rusiya Qafqaz

40
cəbhəsində türklərə qarşı vuruşmaq üçün erməni və gürcü hərbi dəstələri yaratmışdı.
Azərbaycanlıları isə hərbi qulluğa çağırmırdı.
Birinci dünya müharibəsində Rusiya ordusunda Əliağa Şıxlinski, Səməd bəy
Mehmandarov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Vəkilov, Mirzə Kazım bəy və
Mir Əsəd bəy Talışxanovlar xüsusilə fərqlənmişdilər.
Əliağa Şıxlinski – Döyüşdə hədəfin dəqiq nişan alınması üçün təklif etdiyi
“Şıxlinski üçbucağı” bütün hərbu dərsliklərə daxil edilmişdi. Artilleriya elmindəki
töhfələrinə görə Rusiya və Fransanın ali hərbi təltiflərinə layiq görülmüş, “Rus
artilleriyasının allahı” adlandırılmışdı. Rus çarı paytaxt Petroqradın toplarla
müdafiəsini ona tapşırmışdı.
Səməd bəy Mehmandarov – 1914-cü ildə “Lodz əməliyyatı”nda almanlara
sarsıdıcı zərbə endirmiş və çarın əmri ilə tam artilleriya generalı rütbəsi
verilmiş,brilyantlarla bəzədilmiş Georgi silahı ilə təltif olunmuşdu.
İbrahim ağa Vəkilov Qafqazda general-mayor rütbəsinə layiq görülən yeganə və
ilk azərbaycanlı hərbi topoqraf idi.
Fərrux ağa Qayıbov ilk azərbaycanlı hərbi təyyarəçisi idi. 1916-cı ildə Vilnüs
səmasında döyüşdə almanların üç təyyarəsini vurmuş, özü də həlak olmuş, bu
qəhrəmanlığına görə “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdü.
1874-cü ildə Rusiyada qəbul edilən hərbi qanuna əsasən ümumi səfərbərlik
yalnız slavyanlara şamil edilirdi. Lakin digər xalqların yalnız ali silklərinin
nümayəndələrinin orduda zabit qismində iştirakına icazə verilirdi. Sonralar əsgər
tələbatını ödəmək üçün Rusiya digər xalqları da müharibəyə cəlb etdi. Osmanlı
imperiyasının Rusiyaya qarşı müharibəyə başlaması müsəlman xalqlarınıa
etimadsızlığı artırdı. Buna görə də müsəlman əsgərlərin yalnız Qərb cəbhəsində
Almaniya və Avstriya-Macarısyana qarşı döyüşlərdə istifadə edilməsi qərara alındı.
Müharibə illərində sənayenin bütün sahələri və kənd təsərrüfatı dərin böhran
keçirirdi. Əkin sahələri ixtisar edilmiş, mal-qaranın sayı azalmış, qıtlıq və aclıq
başlanmışdı. Bakıya iri qoşun hissələrinin yerləşdirilməsi, cəbhə bölgələrindən çoxlu
qaçqının gəlməsi ilə əhalinin sayı artmış, ərzaq böhranı dərinləşmişdi.

63. Cənubi Azərbaycan İran inqilabı illərində (1905-1911)


1905-ci il dekabrın 12-də Tehranda Baş nazir Eynüddövlənin qəndin qiymətinin
bahalaşmasını bəhanə edərək paytaxtda 17 taciri həbs etdirməsi və onların dükanlarının
qarət olunması məşrutə inqilabında qığılcım rolunu oynadı. Adamlar müqəddəs
yerlərdə bəstə oturdu. Mövcud rejimə və yadelli ağalığına qarşı başlayan inqilabda

41
əhalinin bütün təbəqələri iştirak edirdi. XX əsrin əvvəlində Cənubi Azərbaycandakı
azadlıq hərəkatında xalqın əsas tələbləri:
1. Konstitusiya (Məşrutə) qəbul edilməsi;
2. Parlament (Məclis) çağırılması
3. Xarici məmurların ölkədən çıxarılması
1906-cı il avqustun 5-də üsyançıların təsiri ilə Müzəffərəddin şah konstitusiya
qəbul edilməsi,ardınca Məclisə seçkilər keçirilməsi haqqında fərmanlar imzaladı.
Fərman veriləndən sonra Cənubi Azərbaycan şəhərlərində nümayəndəli seçkili orqan
olan əncümənlər (şura) yaradıldı.
1906-cı il dekabrın 30-da Müzəffərəddin şah konstitusiyanı imzaladı. Lakin
1907-ci ilin yanvarında taxta çıxmış Məhəmmədəli şah əvvəlcə konstitusiyanın
fəaliyyətini dayandıraraq,inqilabı yatırmağa çalışırdı.
1907-ci il fevralın 8-də Təbrizdə baş verən silahlı üsyan nəticəsində:
1. Şah nümayəndələri Təbriz şəhərindən qovuldu.
2. Hakimiyyət Əyalət Əncüməninin (Şurasının) əlinə keçdi.
Təbrizdə silahlı üsyana Səttarxan başçılıq edirdi. Təbriz inqilabın mərkəzinə
çevrilmişdi. Səttarxan ümumi sayı 20 minə çatan fədai dəstələri yaratdı və Hərbi Şura
təşkil etdi. Səttarxan “Sərdari-milli”, onun yaxın köməkçisi Bağırxan “Salari-milli”
adlandırıldı.
Səttarxanın fədailəri Təbrizi əks-inqilabçılardan təmizləyərək şəhərdə qayda-
qanub yaratdı. Xalqın nifrət etdiyi şah məmurlarını,o cümlədən vali Səməd xanı qovdu.
Şah hökuməti İran inqilabını yatırmaq üçün İngiltərə və Rusiya ilə ittifaqa girdi.
Tehranın rəsmi nümayəndələri fədailəri tərk-silah etmək məqsədilə Səttarxan və
Bağırxan paytaxta dəvət etdi. Tehranda Səttarxan ilə şah hökuməti arasında əldə
olunan razılığa baxmayaraq şah hiyləyə əl ataraq fəadilərin toplaşdığı parkda Yeprem
Davidyansın quldur dəstəsinin hücumunu təşkil etdi. Döyüş nəticəsində xeyli mücahid
həlak oldu. Ağır yaralanan Səttarxan Tehranda ev dustağına çevrildi. Bütün şəhərlərdə
əncümənlər dağıdıldı və inqilab rəhbərlərinə divan tutuldu. Cənubi Azərbaycanda
azadlıq hərəkatı və 1905-1911-ci illər İran burjua inqilabı Rus qoşununun köməyi ilə
yatırıldı.

64. Azərbaycanlıların 1918-ci il Soyqırımı


Sovetin “inqilabi qüvvə” adı altında yaratdığı silahlı birləşmələrinin əksəriyyətini
təşkil edən erməni və rus hərbçilərinin Azərbaycan xalqına qarşı nifrət dolu münasibəti
gələcək faciələrimizin təməlini qoydu. Onlardan birinə türk-müsəlman əhalisinə qarşı
vəhşiliklər törədən Andronik başçılıq edirdi. Tərkibi bolşevik və daşnaklardan ibarət
olan Bakı Sovetinin əsas dayağı V.Lenin başçılıq etdiyi Sovet Rusiyası idi. V.Lenin

42
müstəqil Azərbaycan dövlətinin yaradılmasının qarşısını almaq üçün Qafqazın
Fövqəladə Komissarı təyin etdiyi,xalqımızın tarixi düşməni S.Şaumyana aşağıdakı
tapşırıqları vermişdi:
1. Bakıda hakimiyyəti tam ələ keçirmək;
2. Sonrakı mərhələdə bütün Azərbaycanı işğal etmək.
Bakı sovetinin müsəlman-türk əhalisinə qarşı soyqırım törətməkdə məqsədi;
1. Bakını işğal etmək və onun neftinə sahib olmaq;
2. Bolşeviklərin əsas rəqibi olan Müsavatın sosial bazasını məhv
etmək;
3. Türk-müsəlman əhalini qırmaq və Bakını rus-erməni şəhərinə
çevirmək;
4. Milli qüvvələrə divan tutmaq, xalqın azadlıq mübarizəsini başsız
qoymaq.
1918-ci il martın 30-da Bakıda “İsmailiyyə” binasında ictimaiyyət
nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ermənilər bolşeviklərə qarşı birgə çıxış
etməklə bağlı hiyləgər təklif irəli sürdülər. Həmin gün – martın 30-da Bakıda Bakı
Sovetinin rəhbərliyi ilə daşnak-bolşevik hərbi qüvvələri türk-müsəlman əhaliyə qarşı
soyqırımına başladı:
 Müsəlman məhəllələri dənizdən hərbi gəmilərdən, havadan isə
Rusiyadan gətirilmiş 2 təyyarədən bombardman edildi.
 Martın 31-də müsəlman əhali müqaviməti dayandırdı. 3 gün ərzində
Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi.
 Bakıda soyqırım aprelin 2-dək, Bakı quberniyasında isə 1918-ci il
sentyabrın 15-dək davam etdi. Bakı quberniyasında 50 mindən çox türk-
müsəlman əhali qətlə yetirildi.
 Tağıyev teatrı, Açıq söz və Kaspi qəzetinin redaksiyası,
“İsmailiyyə” binası yandırıldı, “Təzəpir” məscidi, Şah məscidi dağıdıldı.
1918-ci il mart soyqırımının nəticələri;
1. Bakı şəhəri və quberniyanın bir çoxu sovetin hakimiyyətini tanıdı.
2. Azərbaycanda Rusiya daxilində muxtariyyətə inam məhv edildi.
3. Azərbaycanda müstəqil dövlətin yaradılması istəyi gücləndi.

65,66,67. Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi (1918).


Azərbaycan Parlamentinin yaradılması və fəaliyyəti. AXC-nin xarici
siyasətinin əsas istiqamətləri.
1918-ci ildə Cənubi Qafqazda siyasi böhran dərinləşmişdi, Cənubi Qafqaz
Seyminin dağılması reallaşmışdı. 1918-ci iı mayın 26-da Zaqafqaziya (Cənubi Qafqaz)
43
Seyminin sonuncu iclasında Gürcüstanın müstəqilliyini elan edərək federasiyadan
çıxmaq haqqında bəyanatı ilə Cənubi Qafqaz Seymi buraxıldı. 1918-ci il mayın 27-də
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin Azərbaycan fraksiyasının Tiflisdə keçirilən
iclasında Müvəqqəti Milli Şuranın yaradılması haqqında qərar qəbul etdilər.
M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. F.Xoyski isə Milli Şuranın icra orqanının
rəhbəri seçildi.
1918-ci il mayın 28-də Tiflisdə keçirilən Milli Şuranın iclasında Azərbaycanın
dövlət müstəqilliyi elan olundu. Milli Şura Azərbaycanın “İstiqlaliyyət
Bəyannaməsi”ni qəbul etdi. Milli Şura F.Xoyskinin başçılığı ilə AXC-nin I
hökumətinin təşkil olunması haqqında qərar qəbul etdi. Beləliklə, Azərbaycanda
müsəlman Şərqində və Türk-islam dünyasında ilk dəfə demokrit quruluşlu respublika
yaradıldı. AXC-nin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş müstəqil
dövlətçilik ənənələrimiz bərpa edildi.
AXC hökumətinin ilk tədbirlərindən biri müstəqilliyini elan edərək dünya
ölkələrinə bildirməsi olmuşdur. AXC-nin xarici siyasətində ilk uğurlu addımı isə 1918-
ci il iyunun 4-də Batumda Azərbaycan xalqının ümid yeri olan Osmanlı dövləti ilə
“Sülh və dostluq haqqında” müqavilə imzalaması oldu. Müqaviləyə görə,Osmanlı
dövləti Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Eyni zamanda Osmanlı dövləti
Azərbaycana hərbi yardım göstərəcəkdi.
1918-ci il iyunun əvvəlində Nuru paşanın başçılığı ilə Osmanlı qoşunu Gəncəyə
gəldi. Burada Qafqaz İslam Ordusu təşkil edildi. Osmanlı ordusunun Gəncəyə
gəlməsini narazılıqla qarşılayan Gürcüstanın tələbinə əsasən 1918-ci il iyunun 16-da
AXC hökuməti və Milli Şurası Tiflisdən Gəncəyə köçdü. Beləliklə AXC tarixində
“Gəncə dövrü” başladı.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam ordusu Bakını azad etdi. Sentybarın 17-
də Azərbaycan Milli hökuməti Gəncədən Bakıya köçürüldü. Bakı şəhəri AXC-nin
ikinci paytaxtı oldu. Bakının azad edilməsi ilə ölkə ərazisinin əksər hissəsində AXC-
nin hakimiyyəti bərqərar edildi.
AXC-nin Tiflis dövrü(1918-ci il 28 may – 1918-ci il 16 iyun), Gəncə dövrü
(1918-ci il 16 iyun – 1918-ci il 17 sentyabr), Bakı dövrü (1918-ci il 17 sentyabr – 1920-
ci il 28 aprel).
1918-ci il noyabrın 20-də qəbul olunan “Azərbaycan parlamentinin yaradılması
haqqında qanuna görə seçki əsasında və ölkədə yaşayan bütün millətilərin təmsil
olunduğu birpalatalı parlamentin yaradılması nəzərdə tutulurdu. Parlament 1918-ci il
dekabrın 7-də fəaliyyətə başlamışdır. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov
seçildi. Parlament ali qanunverici orqan idi,120 deputatdan ibarət idi. Türk müsəlman
dünyasında ilk dəfə kişilərlə qadınların hüquq bərabərliyi təmin edildi, qadınlara seçib-
seçilmək hüququ verildi.

44
AXC-nin fəaliyyəti dövründə 5 hökumət təşkil edilmişdir. 1918-ci il iyunun 24-
də üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq AXC-nin ilk
Dövlət bayrağı kimi təsdiq edildi. 1918-ci il noyabrın 9-da AXC-nin bayrağı
göy,qırmızı və yaşıl zolaqlı yeni Dövlət bayrağı ilə əvəz olundu. 1918-ci il 27 iyunda
Türk(Azərbaycan) dilini dövlət dili qəbul edildi.
1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının iclasında İrəvan şəhəri
ermənilərə verildi. Əvəzində ermənilər Dağlıq Qarabağa və Azərbaycanın digər
bölgələrinə iddialarından birdəfəlik əl çəkməyi vəd etdilər. Beləliklə, tarixi
Azərbaycan ərazilərində paytaxtı Azərbaycan şəhəri olan Ermənistan respublikası
yaradıldı. Milli Şura İrəvanı ermənilərə güzəşt etmək qərarını “qaçınılmaz acı bir
həqiqət”, tarixi zərurət” kimi qiymətləndirdi.
1918-ci il dekabrın 28-də Paris sülh konfransına göndəriləcək Azərbaycan
nümayəndə heyətinin tərkibi müəyyənləşdi. Nümayəndə heyətinə Ə.Topçubaşov
rəhbərlik edirdi. 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyo de-fakto(faktiki
olaraq) tanındı. Bu böyük diplomatik uğur münasibəti ilə Bakıda bayram və hərbi parad
keçirildi.

68. AXC-nin süqutu (1920)


Rusiyanın hər yerində hakimiyyət uğrunda ağqvardiyaçılar ilə Sovet Rusiyasını
təmsil edən bolşeviklər arasında kəskin mübarizə gedirdi. Sovet Rusiyası AXC-yə
Şimali Qafqazdakı Denikinin ağqvardiyaçı qüvvələrinə qarşı birgə mübarizə aparmağı
təklif edirdi. AXC hökuməti bu notaya cavabında bunu Rusiyanın daxili işi olduğunu
və Rusiya ilə müstəqil dövlət kimi qarşılıqlı münasibət qurmaq üçün danışıqlara
başlamağa hazır olduğunu bildirirdi. Sovet Rusiyası ikinci notada AXC-ni
ağqvardiyaçılara yardım etməkdə ittiham edirdi,ittifaq təklifini yenidən təkrarladırdı.
Lakin burada AXC-nin müstəqillinin tanınması haqqında onun mövqeyi bildirilmirdi.
AXC böhtan xarakterli bu ittihamları rədd edirdi. Sovet Rusiyası böhtan xarakterli yeni
notasında yenə də əvvəlki notaların məzmununu təkrarlayır, AXC-nin müstəqilliyinin
tanınması ilə bağlı fikir bildirmirdi.
AXC hökumətinin nota mübadiləsində qətiyyətli mövqeyini görən Sovet Rusiyası
hərbi müdaxilə üçün hazırlıq tədbirləri gördü. Bunun üçün ermənilərdən istifadə etdi.
Razılığa əsasən ermənilər 1920-ci il mart ayının 22-də - Novruz bayramı günü
Qarabağda qiyam təşkil etdilər. Məqsəd Azərbaycan hökumətinin diqqətini şimal
sərhədindəki təhlükədən yayındırmaq idi. Milli Ordunun Qarabağda erməni
qiyamçılarına qarşı mübarizəyə cəlb edilməsi ölkənin şimal sərhədlərini müdafiəsiz
qoydu.
1920-ci il aprelin 26-dan 27-nə keçən gecə XI Qırmızı Ordu Azərbaycanın
sərhədlərini keçərək Yalama və Xudat stansiyalarını tutub Bakıya irəlilədi. Bu zaman

45
XI Qırmızı Orduya arxalanan AK(b)P rəhbərliyi hakimiyyətin bolşeviklərə verilməsi
haqqında AXC parlamentinə ultimatum göndərdi. Qan tökülməməsi üçün aprelin 27-
də M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən parlamentin sonuncu iclasında hakimiyyətin
Azərbaycan kommunistlərinə aşağıdakı şərtlərlə təhvil verilməsi haqqında qərar qəbul
etdi:
1. Azərbaycan müstəqilliyi qorunub saxlanılmalı;
2. Kommunistlərin hökuməti müvəqqəti orqan olmalı;
3. XI Qırmızı Ordu Bakıya daxil olmamalı idi.
Beləliklə, 1920-ci il 28 aprel çevrilişi nəticəsində:
1. Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.
2. Cəmi 23 ay fəaliyyət göstərən (1918-ci il 28 may – 1920-ci il 28 aprel)
Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi.

69. Azərbaycanda Sovet rejiminin qurulması (1920)


1920-ci il 28 aprel çevrilişi nəticəsində:
1. Azərbaycanda bolşeviklər hakimiyyətə gəldilər.
2. Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
3. Azərbaycan SSR-də bütün hakimiyyət Müvəqqəti İnqilab
Komitəsinə (Az MİK) keçdi. Az MİK isə Xalq Komissarları Sovetini
formalaşdırdı.
Azərbaycan SSR-nin Xalq Komissarlığı Sovetinin tərkibi azərbaycanlılardan
ibarət idi. İlk sədri N.Nərimanov (1920-1921) təyin olunmuşdu. Az MİK kimi Sovet
Rusiyasının göstərişləri ilə fəaliyyət göstərirdi. Sovet Azərbaycanında real
hakimiyyətə malik deyildi.
1920-ci ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P)
yaradılmışdır. Respublikanın siyasi həyatında aparıcı rola malik idi. Sovet
Azərbaycanında real hakimiyyət AK(b)P-nin Mərkəzi Komitəsinin əlində idi.
Rəhbərliyi rus,erməni,yəhudi,gürcülərdən ibarət idi.
1920-ci il may-iyun aylarında Azərbaycan MİK hakimiyyətini
möhkəmləndirmək üçün Rusiya nümunəsində “sosialist” tədbirləri həyata keçirdi:
Bütün zümrələr,milli rütbələr ləğv edildi. Bütün əhali Azərbaycan SSR
vətəndaşı adlandı.
Vicdan azadlığı haqqında dekretə görə,Xalq Maarif Komissarlığının
tabeliyində olan bütün dövlət məktəblərində dini təlimlərin öyrənilməsi və bütün
dini mərasimlərin keçirilməsi qadağan olundu. Din dövlətdən ayrıldı.
Neft sənayesi milliləşdirildi. Azərbaycan Neft Komitəsi (Azneft)
yaradıldı. 1 ildə Bakıda hasil olan neftin 90%-i Rusiyaya daşındı.
46
Xəzər Ticarət Donanması,banklar,zavodlar və fabriklər dpvlətin
mülkiyyətinə keçdi (milliləşdirildi). Azərbaycanlı sahibkarlar “xalqın,fəhlə
sinfinin düşməni” elan edilərəl müflisləşdirildi.
1921-ci ildə Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi. Bununla da
Azərbaycanda bolşevik hakimiyyət orqanlarının fəaliyyəti “qanuniləşdirildi”.
Konstitusiya təsdiq edildikdən sonra Azərbaycan İnqilab Komitəsi ləğv edilərək
aşağıdakı hakimiyyət orqanları yaradıldı:
 Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (MİK) – ali qanunvetici
hakimiyyət orqanı idi. Azərbaycan İnqilab Komitəsinin yerində yaradıldı.
 Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) – ali icraedici
hakimiyyət orqanı idi. Az.SSR XKS sədri yenə də N.Nərimanpv seçildi.
Azərbaycan SSR bütün müsəlman aləmində yeni tipli ilk sovet respublikası
oldu.
Cənubi Qafqazda bolşevik istilasının ilk qurbanı Azərbaycan oldu.
1922-ci il dekabrın 10-da Bakıda keçirilən Birinci Zaqafqaziya Sovetlər
qurultayında vahid iqtisadi məkana və vahid büdcəyə malik olan Azərbaycan SSR,
Gürcüstan SSR və Ermənistan SSR-dən ibarət olan ZSFSR (1922-1936) yaradıldı.
1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayı
keçirildi. Burada ZSFSR, RSFSR, Belarusiya SSR və Ukrayna SSR nümayəndələri:
1. SSRİ-nin yaradılmasl haqqında bəyannamə və müqavilə
imzaladılar.
2. İttifaq müqaviləsi bağlandı. SSRİ-nin tərkibinə 4 respublika –
Rusiya SFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR daxil edildi.

70. Cənubi Azərbaycanda milli-azadlıq hərəkat (1917-1920)


1917-ci ildə Rusiyada Fevral inqilabı nəticəsində İran irticasının dayağı olan
Rusiyada çar hökumətinin devrilməsi və Şimali Azərbaycanda milli azadlıq
hərəkatının qələbəsinin təsiri ilə rus qoşunlarının işğalı altında olan Cənubi
Azərbaycanda milli demokratik hərəkat başladı. 1917-ci ildə Təbrizdə şah rejiminə və
xarici işğalçılara qarşı baş verən xalq çıxışları Cənubi Azərbaycanda milli azadlıq
hərəkatının başlanmasına təkan verdi. Etiraz çıxışları İran Demokrat Partiyasının
(Firqəsinin) (İDP) Azərbaycan Əyalət Komitəsi tərəfindən yönləndirilirdi. Komitəyə
Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. Azərbaycan Əyalət Komitəsinin mətbuat
orqanı kimi 1917-ci il aprelin 9-da fars dilində “Təcəddüd” qəzeti nəşr olunmağa
başladı.
1919-cu il avqustun 9-da İngiltərə Qacarlad dövləti ilə saziş bağladı. Bu sazişlə
İngiltərə Qacarlar dövlətini özündən tam asılı vəziyyətə saldı. İngilis-İran sazişi
47
Cənubi Azərbaycanda milli azadlıq hərəkatının yeni pilləyə qalxmasına təkan
verdi,ingilislər və şah hökumətinə qarşı mübarizə şiddətləndi.
1920-ci il aprelin ilk günlərində ADP-nin üzvlərindən bir neçəsinin həbs edilməsi
Təbrizdə üsyanın başlanmasına təkan verdi. Hərəkat iştirakçıları Tehran hökuməti
qarşısında Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürdülər.
Təbrizdəki 1920-ci il 7 aprel üsyanı nəticəsində üsyançılar bütün dövlət idarələrini ələ
keçirdilər. İşğalçı ingilis qoşunları Təbrizdən çıxarıldı. Silahlı üsyan qan tökülmədən
qələbə qazandı.
1920-ci il iyunun 23-də ADP Ş.M.Xiyabaninin rəhbərliyi ilə Cənubi
Azərbaycanda Milli hökumət yaratdı. Milli Hökumət müvəqqəti hakimiyyət orqan
Tam muxtar qurum kimi fəaliyyət göstərirdi. Milli Hökumət sənaye,kənd
təsərrüfatı,maarif,maliyyə,səhiyyə,ədliyyə və s. sahələrdə islahatlar həyata keçirməyə
başladı.
1920-ci il sentyabrın 12-də əks-inqilabi qüvvələr, komandanı rus olan şahın
kazak dəstəsi Təbrizə hücuma keçdi. Döyüşlər nəticəsində sentyabrın 12-də Alaqapı
ələ keçirildi, sentyabrın 14-də “Təcəddüd” qəzetinin binası dağıdıldı. Üsyançılara
amansız divan tutuldu. 1920-ci il sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani şəhid
oldu, Milli Hökumət süqut etdi. Beləliklə,İngiltərənin köməyi ilə Milli azadlıq hərəkatı
yatırıldı.
Cənubi Azərbaycan türkləri bu hərəkat zamanı ilk dəfə idi ki, muxtariyyət əldə
etmək uğrunda mübarizə aparırdılar.

71,72. Azərbaycan II Dünya Müharibəsi illərində (1941-1945).


Faşizm üzərində qələbədə Azərbaycan xalqının rolu
İkinci Dünya müharibəsi dövründə Bakını işğalçılıq planlarına daxil edən
Almaniyanın Azərbaycana xüsusi əhəmiyyət verməsinin səbəbi:
1. Təbii sərvətləri, xüsusilə nefti;
2. Əlverişli strateji-coğrafi mövqeyi idi.
Bakını işğal etdikdən sonra Hitler Bakı neftinin çıxarılmasını, emalını və
daşınmasını Almaniyanın “Kontinental neft cəmiyyət”nə tapşırmışdı.
A.Hitlerin Azərbaycana hücum planı “Edelveys” (dağ çiçəyi) adlanırdı. Bu plana
uyğun olaraq 1942-ci ilin iyununda almanların Qafqaza hücumu başlandı. Hitlerin
tələbinə görə Almaniyanın 1-ci tank ordusu 1942-ci il 25 sentyabrda Bakını zəbt etməli
idi. Sovet rəhbərliyi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi - 1942-ci il
sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında hərbi vəziyyət elan edildi. Bakı
ətrafında müdafiə istehkamları quruldu.
48
İkinci Dünya müharibəsində ön cəbhədə fərqlənən azərbaycanlılar:
İsrafil Məmmədov – 1941-ci ilin dekabrında Novqorod vilayətinin
Pustinka kəndi uğrunda döyüşlərdə igidlik göstərərək Sovet İttifaqı Qəhrəmanı
fəxri adını alan ilk azərbaycanlı oldu.
General Həzi Aslanov – Moskva ətrafında döyüşlərdə fərqləndiyinə görə
“Qırmızı Ulduz” ordeninə, Stalinqrad döyüşlərində igidliyinə görə 1-ci dəfə
Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. İki dəfə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüşdü. İkinci fərman 1991-ci ildə imzalandı.
Hüseynbala Əliyev – Leninqradın müdafiəsində iştirak etmiş,bir döyüşdə
6 alman təyyarəsini məhv etmiş, 17 dəfə yaralansa da sağ yerə enə bilmişdi.
Adil Quliyev – Faşistlərin 18 təyyarəsini məhv etmiş, göstərdiyi bu
şücaətə görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
İkinci Dünya müharibəsi dövründə Azərbaycanın milli diviziyaları;
77-ci diviziya – 1920-ci ildə yaranmışdı. Azərbaycanın ilk milli diviziyası
idi. Krım,Ukrayna və Litvanın azad edilməsində fərqlənmiş, “Simferepol”
diviziyası fəxri adını almışdır.
402-ci diviziya – 1941-ci ildə yaradılmışdı. Təchizatı yaxşı təşkil
edilmədiyi üçün 416-cı diviziyaya birləşdirilmişdir.
223-cü diviziya – 1941-ci ildə yaradılıb. “Belqrad” diviziyası adı almışdır.
1945-ci ildə Budapeştin və Vyananın azad edilməsində fərqlənmiş, alaylarından
birinə “Vyana” fəxri adı verilmişdir.
416-cı diviziya – 1942-ci ildə yaranıb. “Taqanroq” diviziyası fəxri adı
almışdır. 1945-ci ildə Berlinə ilk daxil olan hərbi hissələrdən biri idi. Diviziyanın
döyüşçüləri Qələbə bayrağını Brandenburq qapılarına asmışdılar.
271-ci diviziya – 1942-ci ildə yaranmışdır. Ukrayna, Polşa və
Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir.
İkinci Dünya müharibəsi dövründə Azərbaycan SSR-də bütün işlər “Hər şey
cəbhə üçün,hər şey qələbə üçün” şüarı ilə müharibənin tələblərinə uyğunlaşdırıldı.
Təsərrüfatda qadınlar, yeniyetmələr cəbhəyə gedənləri əvəz etdilər. Fəhlə və
qulluqçular üçün iş günü 11 saata qaldırıldı. Azərbaycan neftçiləri ölkəyə 75 milyon
ton neft, 22 milyon ton benzin verdi.

49
73. Azərbaycanlıların Ermənistan SSR-dən birinci deportasiyası
(1948-1953)
Qarabağ məsələsini öz xeyirlərinə həll etməyi bacarmayan ermənilər Sovet
rəhbərliyinin xaricdə yaşayan ermənilərin 1946-cı ilin oktyabrında Ermənistana
köçürülməsi haqqında qərar qəbul etməsinə nail oldular.
SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-də
kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” 4083 saylı qərar qəbul etdi.
SSRİ Nazirlər Sovetinin 1948-ci 10 mart tarixli daha bir qərarı ilə Ermənistan
SSR-də azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi
işini həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara əsasən
Ermənistanda yaşayan azərbaycanlılar Saatlı, Göyçay, İmişli, Əli Bayramlı, Zərdab,
Salyan, Kürdəmir, Sabirabad, Yevlax, Ucar və digər aran rayonlarında yerləşdirildi.
Qərarın 11-ci maddəsinə əsasən, boşaldılan ərazilərə xaricdən gəlmiş ermənilərin
yerləşdirilməsinə başlandı. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindən zorla köçürülməsi – depirtasiyası nəticəsində:
1. Ermənistan SSR-də azərbaycanlıların sayı xeyli azaldı.
2. Köçürülənlərin üçdə bir hissəsi məhv oldular.
Bu dövrdə Moskvanın göstərişi ilə Azərbaycanda əks proses baş verdi:
1. Bakıya, Gəncəyə, Sumqayıta, Əli Bayramlıya, Mingəçevirə,
Daşkəsənə və b. Sənaye mərkəzlərinə minlərlə adam, o cümlədən erməni ailələri
köçürüldü.
2. Bakıda, Dağlıq Qarabağda erməni lobbisi yaradıldı.
Heydər Əliyevin 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə
Azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında” fərmanı ilə Ermənistandan azərbaycanlıların kütləvi
deportasiyası etnik təmizləmə və soyqırım siyasəti kimi qiymətləndirilərək pisləndi.
Bununla həmin hadisələrə ilk dəfə real siyasi qiymət verildi.

74. Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi


(1969-1982)
1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza
oğlu Əliyev (1923-2003) seçildi. Bu hadisə müasir Azərbaycan tarixinin dönüş nöqtəsi
kimi qiymətləndirilir. Heydər Əliyev Azərbaycan SSR-də hakimiyyətə gələn kimi
həyata keçirdiyi tədbirlər:
Ciddi kadr dəyişiklikləri apardı.
50
Respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi.
Sovet hakimiyyəti tarixində ilk dəfə vəzifədən sui-istifadə, rüşvətxorluq,
korrupsiya kimi mənfi hallar olduğunu və onların aradan qaldırılmasının
vacibliyini cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı.
Qanunverici orqanlara ən bacarıqlı və layiqli adamların seçilməsinə imkan
yaratdı.
Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə (1969-1982) sosial-
siyasi və hüquqi sahədə əldə edilən nailiyyətlər:
1977-ci ildə ermənilər Dağlıq Qarabağ məsələsinə dair yenidən ərazi
iddiaları qaldırdı. 1977-ci il noyabrın 23-də SSRİ hökumətinin iclasında bu
məsələ müzakirə olundu. Lakin Heydər Əliyev bunun qarşısını aldı.
1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-in üçüncü
Konstitusiyasına (73-cü maddəsinə) H.Əliyevin iradəsi nəticəsində Azərbaycan
dili respublikada dövlət dili olması əlavə edildi.
1978-ci ildə Bakı şəhəri Lenin ordeni ilə təltif oldu.
Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə iqtisadi nailiyyətlər
əldə edildi:
1975-ci ildə Bakıda Məişət Kondisioner zavodu tikildi. Bu müəssisə
SSRİ-də ən böyük məişət kondisionerlər zavodu idi.
Neft-maşınqayırma sənayesi yenidən quruldu, SSRİ-də neft
çıxarılmasında Azərbaycanın mövqeyi möhkəmləndi.
Ağdam-Xankəndi dəmir yolunun çəkilişi başa çatdırıldı.(1979)
Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmir yolu elektrikləşdirildi.(1975)
İslahatlar nəticəsində Azərbaycan SSR-nin ən iri elektrotexnika sanayesi
mərkəzlərindən biri oldu.
XX əsrin 70-ci illərində əhalinin yaşayış səviyyəsini yüksəltmək üçün aşağıdakı
tədbirlər görüldü:
Yeni istehsal sahələri,fabrik və zavodlar işə salınd
1971-ci ildə Kürdən Bakıya su kəməri çəkildi.
Yeni telefon stansiyaları inşa edildi
Bakı şəhərinin kənar məhəllələrində yeni mikrorayonlar inşa edildi.
Sumqayıt,Mingəçevir şəhərlərində mənzil tikintisi genişləndirildi.
Heydər Əliyev 1982-ci ilin dekabrında Moskvaya dəvət olunaraq Sov. İKP MK
Siyasi bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi.

51
75. Sumqayıt fitnəkarlığı. Qərbi Azərbaycanlıların sonuncu
deportasiyası
1988-ci ilin yanvarından etibarən Ermənistandan Qərbi Azərbaycanlıların
sonuncu deportasiyası (1988-1991) başlandı. 1988-ci il yanvarın 25-də Qafan və Mehri
rayonlarından Azərbaycan ərazisinə ilk qaçqınlar gəldi.
1988-ci ilin fevralında İrəvanda mitinqlər keçirildi. Bu mitinqlər zamanı:
“Ermənistan türklərdən təmizlənməli!”, “Ermənistanda ermənilər yaşamalıdır!”
millətçi şüarlar səsləndirildi, İrəvan məscidi dağıdıldı.
1988-ci ilin fevralın 28-də ermənilər “Paşa” ləqəbli E.Qriqoryanın başçılığı ilə
azərbaycanlıların adı ilə öz millətlərinə qarşı qırğın – Sumqayıt fitnəkarlığını törətdilər.
Sumqayıt fitnəkarlığı zamanı Mərkəzi hökumətin cinayətin əsl səbəbkarlarını
araşdırmaması və hadisəyə düzgün siyasi qiymət verməməsi azərbaycanlılara qarşı
informasiya müharibəsinin və ədalətsizliyinin başlanğıcını qoydu.
Sumqayıt fitnəkarlığını törətməkdə ermənilərin məqsədi:
1. Azərbaycanlıları Ermənistandan tamamilə çıxartmaq;
2. Azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq idi.
1991-ci il avqustun 8-də Ermənistan SSR-də azərbaycanlıların sonuncu yaşayış
məskəni olan Mehri rayonunun Nüvədi kəndinin rus əsgərlərinin köməyilə
boşaldılması ilə Qərbi Azərbaycandan – Ermənistandan azərbaycanlıların sonuncu
deportasiyası prosesi başa çatdı. Bütövlükdə, 1988-1991-ci illərdə Ermənistanda 185
yaşayış məntəqəsindən 230 min azərbaycanlı zorakılıqla çıxarıldı, bu zaman 214 nəfər
öldürüldü, 1154 nəfər yaralandı, 15 mindən çox kürd və bir neçə min rus
Ermənistandan çıxarıldı. Ermənistan, monoetnik bir respublikaya çevrildi.

76,78. Meydan hərəkatı . Milli Dirçəliş Günü (1988)


Dağlıq Qarabağda ermənilərin separatçı çıxışlarına qarşı 1988-ci il fevralın 19-
da Bakıda tələbələrin ilk etiraz mitinqi keçirildi. Bununla da Azərbaycanda meydan
hərəkatı (xalq hərəkatı) başladı. Xalq hərəkatının səbəbləri:
1. Dağlıq Qarabağda ermənilərin separatçılıq meyillərinin
güclənməsi;
2. Sovet rəhbərliyinin erməni millətçi qüvvələrini himayə etməsi;
3. Ermənistanda yaşayan soydaşlarımızın kütləvi deportasiyası
4. Ölk rəhbərliyinin vətəndaşların hüquqlarını müdafiə etməməsi idi.
Azərbaycan KP(b) MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun qətiyyətsizliyi
və Moskvadan açıq-aşkar asılılığı, əhalinin diqqətini gərəksiz məsələlərə
yönləndirməsi vəziyyəti mürəkkəbləşdirdi.
52
Dağlıq Qarabağda Şuşanın Topxana meşəsinin ermənilər tərəfindən qırılmasına
qarşı 1988-ci il noyabrın 17-də indiki “Azadlıq” meydanında etiraz mitinqi keçirildi.
Bununla da:
Etiraz çıxışları fasiləsiz mitinq və nümayişə çevrildi.
“Meydan hərəkatı” başladı.
17 noyabr mitinqində:
İlk dəfə “Suverenlik” və “Azadlıq” şüarları səsləndirildi;
İlk dəfə AXC-nin bayrağı qaldırıldı.
1988-ci ilin noyabrında Meydan hərəkatında xalq bu tələbləri irəli sürürdü:
1. Ermənistanın Azərbaycana qarşı təcavüzü dayandırılsın;
2. Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilsin;
3. Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən Xüsusi İdarə
Komitəsi (XİK) qurumu ləğv olunsun.
Lakin 1988-ci il dekabrın 4-də Meydan hərəkatı dağıdıldı. Bakı, Gəncə və
Naxçıvanda komendant saatı tətbiq edildi.

77. “Qanlı Yanvar” faciəsinin törədilməsi (1990)


Xalq hərəkatının qarşısını almaq üçün SSRİ hökuməti Ermənistanın işğalçılıq
siyasətini daha da qızışdırmağa başladı. 1990-cı il yanvarın 19-da ermənilər Sovet
ordusunun yardımı ilə Naxçıvana hücum etsə də, onların qarşısı alındı. Həmin gün
Naxçıvan MSSR ilk qətiyyətli addımını atmış oldu. Bu, SSRİ-də görünməmiş hadisə
idi.
SSRİ hökuməti xalq hərəkatının qarşısını almaq üçün Bakıya 1990-cı il yanvarın
15-də əlavə silahlı qüvvələr gətirməyə başladı.
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-dən “Bakı
şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Lakin əhalinin
bu fərmandan xəbərdar olmaması və dinc əhaliyə qarşı cinayəti gizlətmək üçün
yanvarın 19-da axşam Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Yanvarın
19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda qırğın törətdi, 131 nəfər öldürüldü, 744
nəfər yaralandı, 400 nəfər həbs olundu. Xalq buna etiraz əlaməti olaraq 40 günlük
matəm tətilinə çıxdı.
1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvadakı Azərbaycan SSR-in daimi
nümayəndəliyinə gələrək 20 yanvar hadisələrinə kəskin münasibət bildirdi.
20 yanvar faciəsi nəticəsində xalq SSRİ-nin tərkibində qalmağın mənasız
olduğunu dərk etdi, sovet rejiminə qarşı etimadsızlıq dərinləşdi,xalqın inamı sarsıldı,
müstəqil dövlətçiliyin bərpa olunması zəruriliyini göstərdi.

53
79. Birinci Qarabağ müharibəsi (1988-1994)
1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər əvvəl sovet, sonra isə Rusiya
hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda separatçılıq fəaliyyətlərini
genişləndirdilər. 1991-ci ildən başlayaraq Ermənistan müharibə elan etmədən
Azərbaycana qarşı ilk dəfə irimiqyaslı hərbi əməliyyatlara başladılar. Ermənistan-
Azərbaycan münaqişəsinin əsas səbəbi ermənilərin ərazi iddiaları idi.
1991-ci il sentyabrın əvvəlində separatçılar qondarma “Dağlıq Qarabağ
Respublikası” yaratdılar. Beynəlxalq birliyin münaqişəyə loyal münasibəti ermənilərin
separatçılıq fəaliyyətini daha da gücləndirdi.
Azərbaycan hökuməti Qarabağda erməni vəhşiliklərinin qarşısını almaq məqsədi
ilə müəyyən tədbirlər gördü:
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradıldı;
1991-ci il noyabrın 20-də Qarabağda vəziyyətlə tanış olmaq üçün regiona
səfər edən ölkənin yüksək dövlət və hökumət nümayəndələrini aparan vertalyot
Xocavəndin Qarakənd yaşayış məntəqəsi yaxınlığında ermənilər tərəfindən
vuruldu. Qarakənd faciəsi törədildi. Qarakənd faciəsi respublikadakı siyasi
vəziyyəti daha da gərginləşdirdi.
1991-ci il noyabrın 26-da DQMV-nin statusu ləğv edildi. (1923-cü il
iyulun 7-də yaradılmışdı)
1992-ci ilin yanvarında uğursuz “Daşaltı” əməliyyatı həyata keçirildi.
Azərbaycan Ordusunun ilk hərbi əməliyyatı idi.
Ermənilər 1992-ci ilin yanvar-fevral aylarında Kərkicahan, Qeybalı, Malıbəyli,
Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini, 1992-ci ilin fevralın ortalarında isə
Qaradağlı kəndini işğal etdilər. Qaradağlı faciəsi törədildi. Növbəti hücum hədəfi
Xocalı oldu. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xankəndindəki Sovet
ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlə qüvvələri Xocalını ələ
keçirərək soyqırım törətdilər.
Ayaz Mütəllibovun istefasından sonra yenu rəhbərlik (Parlamentin sədri Yaqub
Məmmədov) Ermənistan prezidenti ilə İran İslam Respublikasının vasitəçiliyilə sülh
danışıqlarına başladı. Belə bir vaxtda, 1992-ci il mayın 8-də ermənilər Şuşa şəhərini
işğal etdilər. Bununla da Ermənistan Dağlıq Qarabağın bütün ərazisini ələ keçirmiş
oldu. Bu hadisədən sonra danışıqlar yarımçıq dayandırıksı. Şuşanın itirilməsi ilə
Respublikada yenidən hakimiyyət böhranı yarandı.
Bakıdakı hərc-mərclikdən istifadə edən ermənilər isə rus hərbçilərinin dəstəyi ilə
1992-ci il mayın 18-də Laçın rayonunu işğal etdilər. Laçının işğalı ilə Dağlıq Qarabağ
separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə-dəhliz yaradıldı. Şuşa və Laçının
işğalından sonra hakimiyyət böhranı yeni mərhələyə qədəm qoydu.

54
1992-ci i iyunun 7-də Azərbaycan Xalq Cəbhəsi təşkilatının sədri Əbülfəz
Elçibəy Prezident seçildi.
1992-ci il iyununda prezident Əbülfəz Elçibəyin fərmanı ilə silahlı qüvvələri
idarə etmək məqsədilə vahid komandanlıq yaradıldı. Həmin ilin yayında Azərbaycan
Ordusu cəbhədə xeyli müvəffəqiyyətlər əldə etdi.
Qarabağdakı silahlı qüvvələrin komandanı Sürət Hüseynovun qüvvələrini
Kəlbəcərdən, az sonra Ağdərədən çıxarıb Gəncəyə aparması Qarabağdakı vəziyyəti
Azərbaycan Ordusunun əleyhinə dəyişdirdi. 1993-cü il aprelin 3-də Kəlbəcər rayonu
işğal olundu. 15 min adam əsir alındı.
1993-cü ildə iyun böhranı – S.Hüseynovun hərbi qiyamı və ermənilərin cəzasız
qalması düşmənə hücuma keçməyə əlverişli şərait yaratdı:
1993-cü ilin iyunun 17-də Ağdərə işğal olundu.
1993-cü il iyulun 23-də Ağdam şəhəri işğal olundu.
1993-cü il avqustun 23-də Cəbrayıl və Füzuli rayonları işğal olundu.
1993-cü il avqustun 31-də Qubadlı rayonu işğal olundu.
1993-cü il oktyabrın 30-da Zəngilan rayonu işğal olundu.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələn kimi dövlətin hərbi-siyasi gücünü
artırmaq üçün həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusu cəbhədə xeyli
uğurlar əldə etdi. 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun hücumu nəticəsində:
Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi düşməndən azad olundu.
Cəbrayıl və Kəlbəcərin 10-dan çox yaşayış məntəqəsi azad olundu.
1994-cü ilin aprelində Rusiya Ermənistanın xeyrinə sülh sazişi layihəsi təklif
etdi. Bu layihədə aşağıdakı məsələlər nəzərdə tutulurdu:
1. Rusiya öz qoşunlarını cəbhə xəttində yerləşdirməyi;
2. Azərbaycandan siyasi və iqtisadi güzəştlər əldə etməyi
Rusiya Azərbaycana bu layihəni qəbul etdirmək üçün 1994-cü il aprelin 10-dan
erməniləri bütün cəbhə boyunca yeni hücuma başlamağa təhrik etdi. Lakin Rusiyanın
planı baş tutmadı. 1994-cü il mayın 8-də imzalanan Bişkek protokoluna əsasən mayın
12-də Azərbaycan - Ermənistan cəbhə xəttində atəşkəs elan olundu.

80. Azərbaycanın dövlət müstəqilliyinin bərpası (1991)


Azərbaycan xalqı 20 Yanvar hadisələrindən sonra yalnız müstəqil dövlətçiliyi
bərpa etməklə öz hüquqlarını qorumağın mümkün olduğunu dərk etdi. “Qanlı
yanvar”dan sonra xalqı sakitləşdirmək üçün Əbdürrəhman Vəzirovun yerinə Ayaz
Mütəllibovu gətirdilər. Azərbaycan Ali Soveti 1990-cı il mayın 19-da Azərbaycan
Respublikasının prezidenti vəzifəsini təsis etdi və A.Mütəllibovu respublikanın ilk
prezidenti seçdi.
55
1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti sessiyasının qərarı ilə:
1. Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı.
2. Cumhuriyyətin üçrəngli bayrağına dövlət bayrağı statusu verildi.
1991-ci il sentyabrın 14-də keçirilən AK(b)P-nin fövqəladə qurultayında partiya
buraxıldı. AK(b)P-in fəaliyyəti dayandırıldı.
1991-ci il oktyabrın 3-də ölkə prezidenti ilə AXC liderləri Milli Şura yaradılması
haqqında razılaşma əldə etdi. 1991-ci il oktyabrın 18-də:
1. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında”
Konstitusiya Aktı qəbul edildi. Akta görə Azərbaycanın dövlət müstəqilliyi
bərpa olundu.
2. Prezident idarəsi yaradıldı, dövlət katibi və müşavirləri vəzifəsi
təsis olundu.
3. Rayonda və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi yaradıldı.
Beləliklə, Azərbaycan XX əsrdə 2-ci dəfə öz siyasi müstəqilliyini bərpa etdi.
1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılması haqqında
müqavilə bağlaması ilə SSRİ-nin varlığına son qoyuldu və beynəlxalq hüquq subyekti
kimi tarix səhnəsindən silindi. 1991-ci il dekabrın 29-da keçirilən referendumda xalq
yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Azərbaycan Respublikasının Dövlət rəmzlərinin qəbulu:
1. 1991-ci il 5 fevral – Azərbaycan Respublikasının Dövlət Bayrağı
2. 1992-ci il 27 may – Azərbaycan Respublikasının Dövlət himni
3. 1993-cü il 23 fevral – Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın
9-da Türkiyə, 1991-ci ilin sonuna qədər Ruminiya və Pakistan, İsveçrə, İran tanıdı.

81. Dağlıq Qarabağda erməni vəhşilikləri. Xocalı soyqırımı (1992)


1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xankəndindəki Sovet
ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalını ələ
keçirərək soyqırım törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirildi; o
cümlədən, 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edildi; 25 uşağın hər iki
valideyni, 130 uşağın isə bir valideyni öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər girov,
150 nəfər isə itkin düşdü.
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü ildə “Xocalı soyqırımı günü
haqqında” qərar qəbul etmiş, bu sənəddə hadisənin səbəbləri, günahkarları ətraflı qeyd
olunmuşdur. Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral
ayının 26-sı saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti
olaraq sükut dəqiqəsi elan edilmişdir.

56
Xocalı faciəsi nəticəsində ölkədə siyasi gərginlik daha da artdı. Xalqın tələbi ilə
1992-ci il martın 5-6-da Ali Sovetin keçirilən fövqəladə sessiyasında A.Mütəllibov
Xocali faciəsinin qarşısını almamaqla günahlandırıldı. A.Mütəllibov birinci dəfə
vəzifəsindən istefa verdi. Parlamentin sədri Yaqub Məmmədov prezident
səlahiyyətlərini icra etməyə başladı. Elan edilmiş prezident seçkiləri hakimiyyət
uğrunda mübarizəni daha da gücləndirdi. Bu zaman prezident seçilməsində yaş senzi
tətbiq edildiyi üçün Heydər Əliyev seçkilərdə iştirak edə bilmədi.
Bu gün Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Xocalı
faciəsinin soyqırımı kimi dəyərləndirilməsi və dünya ictimaiyyətinə təqdim
edilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyev ardıcıl tədbirlər həyata keçirir.
Bununla bağlı Heydər Əliyev fondu, Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi
qeyd edilməlidir.

82,83. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi (1993).


Qurtuluş hərəkatı (1993).
1993-cü il aprelin əvvəllində Kəlbəcərin işğalından sonra AXC-nin daxilində,
əvvəlki iqtidarın əlaltıları və Rusiyaya xidmət edən ayrı-ayrı şəxslər və qruplar
arasında mübarizə genişləndi. Sürət Hüseynovun başçılıq etdiyi hərbi hissə cəbhə
bölgəsini tərk edərək 1993-cü il iyunun 4-də Gəncədə hərbi qiyam qaldırdı və
şəhərdəki hökumət qüvvələrini məğlub edərək Bakı istiqamətində irəlilədi.
Beləliklə, 1993-cü ilin yayında respublikada böhran dərinləşdi və hakimiyyət
boşluğu yarandı. Ə.Elçibəy böhran çıxış yolu üçüb Heydər Əliyevə müraciət etdi.
Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəldi.
1993-cü il iyunun 13-14-də Heydər Əliyevin Gəncədə Surət Hüseynovun
rəhbərlik etdiyi qiyamçılarla danışıqları nəticəsində onlar silahı yerə qoydular.
1993-cü il iyunun 15-də Milli Məclisin sessiyasında Heydər Əliyev Milli
Məclisin sədri seçildi. 1997-ci ildən etibarəm 15 iyun Milli Qurtuluş Günü kimi qeyd
edilir. 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə prezident Ə Elçibəy qardaş
qırğınınln qarşısını almaq üçün Bakını tərk edərək yaşadığı Ordubad rayonunun Kələki
kəndinə getdi və Milli Məclis prezidentin səlahiyyətlərini Heydər Əliyevə həvalə etdi.
1993-cü ilin avqustunda cənub bölgəsində Müdafiə Nazirinin müavini Əlikram
Hümbətov qiyam qaldırdı. Lənkəranda qanuni hakimiyyəti devirdi. Burada qondarma
“Talış Muğan Respublikası” yaratdı.
Beləliklə,ölkədə yenidən vətəndaş müharibəsi təhlükəsi yarandı. Lakin tezliklə
Azərbaycanın cənub bölgəsi təxribatçı – separatçı qüvvələrdən təmizləndi,ölkənin
şimal bölgəsində separatçı meyillərin qarşısı alındı. Bununla da Azərbaycan
parçalanmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas oldu.
57
1993-cü il avqustun sonunda ümumxalq referendumunda xalq Əbülfəz Elçibəyə
prezident kimi etimadsızlıq göstərdi.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev birinci müddətə Azərbaycan
Respublikasının prezidenti seçildi.

84,86,87. Azərbaycanın inkişafında yeni mərhələ, İlham Əliyevin


prezidentlik dövrü (2003). İlham Əliyevin xarici siyasətdəki uğurları.
İlham Əliyevin hakimiyyəti illərində social layihələr
2003-cü ilin prezident seçkiləri ərəfəsində ABŞ-ın Klivlend klinikasında müalicə
olunan Heydər Əliyev namizədliyini irəli sürsə də, səhhəti ilə əlaqədar seçkilərdə
iştirak etmədi və Baş nazir İlham Əliyevin xeyrinə namizədliyini geri çəkdi.
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçilən İlham
Əliyev Heydər Əliyev kursunu davam etdirdi. Prezident İlham Əliyevin daxili və xarici
siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi. Ölkəyə
uğurlu rəhbərliyinə görə Azərbaycan xalqı İlham Əliyevi 2008, 2013, 2018-ci illərdə
yenidən prezident seçildi.
XXI əsrin ilk illərində Azərbaycan neft strategiyasının əsas istiqamətlərindən biri
Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsi idi. 2006-cı ildə iyulun
13-də Bakı – Tiblisi – Ceyhan əsas neft kəmərinin inşası başa çatdırıldı. Yeni sənaye
müəssisələri yaradıldı. Nəqliyyat infrastrukturu inkişaf etdirildi: 5 hava limanı, 4
avtovağzal, 4 metro stansiyası tikilib istifadəyə verildi. 2017-ci ilin 30 oktyabrında
Bakı – Tbilisi – Qars dəmir yolunun açılış mərasimi keçirildi.
Yeni məktəb, muzey və müalicə - diaqnostika mərkəzləri istifadəyə verildi. Xeyli
istirahət parkları açıldı, Dənizkənarı bulvar yenidən quruldu. 18 müasir olimpiya
kompleksi istifadəyə verildi. Oğuz – Qəbələ - Bakı su kəməri istifadəyə verildi.
Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial tədbirlər həyata keçirildi. 2007-ci ildə
bütün çadır şəhərcikləri ləğv edildi. 110 minlik 57 müasir qəsəbə və məhəllələr salındı.
Qaçqın və köçkünlərə aid Dövlət Proqramı və ona əlavələr qəbul olundu.
2009-cu il martın 18-də Konstitusiyaya dəyişikliklər edilməsinə dair ikinci dəfə
referendum keçirildi.
2012-ci il 13 iyul tarixli qərar ilə “ASAN xidmət” mərkəzləri yaradıldı.
XXI əsrin başlanğıcında xalqımızın ən böyük nailiyyətlərindən biri dünya
azərbaycanlıların bir araya gətirilməsi, milli hüquqlarının qorunması olmuşdur.
2003-cü ildən Azərbaycanın xarici siyasətinin ana xəttini - əsas istiqamətlərini –
aşağıdakı məsələlər təşkil edir:
1. Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirmək;

58
2. Dünyanın aparıcı dövlətləri ilə faydalı əməkdaşlığı inkişaf
etdirmək;
3. Qonşu ölkələrlə faydalı əməkdaşlığı inkişaf etdirmək.
4. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mili mənafeyinə
uyğun ədalətli həllinə nail olmaq.
Prezidentliyinin birinci dövründə İlham Əliyev xarici dövlətlərə 100 səfər etdi.
Heydər Əliyevin “Bir millət, iki dövlət” adlandırdığı “Türkiyə - Azərbaycan” arasında
münasibətlər ən yüksək səviyyəyə qalxmışdır. 2004-cü ildə İran ilə qarşılıqlı
əməkdaşlıq haqqında sənəd imzalandı, Təbrizdə Azərbaycan Konsulluğu açıldı. 2006-
cı ildə Prezident İlham Əliyev ABŞ-a ilk rəsmi səfər etdi.
2015-ci ildə tarixdə ilk dəfə Bakıda I Avropa oyunları keçirildi. 2017-ci ildə
Bakıda IV İslam Həmrəylik oyunları keçirildi.

85. Neft strategiyası


1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft
şirkətləri arasında Xəzər dənizinin Azərbaycana aid hissəsində neft hasilatı haqqında
“Əsrin müqaviləsi” imzalandı. Bu hadisə ilə Azərbaycanın yeni neft strategiyasının
əsası qoyuldu. “Əsrin müqaviləsi”ndə 8 ölkənin – Azərbaycanın, ABŞ, Böyük
Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanın məşhur neft
şirkətləri iştirak edirdi.
XXI əsrin ilk illərində Azərbaycanın neft strategiyasının əsas istiqamətlərindən
biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsi idi. Bu dövrdə
Azərbaycan neft strategiyası uğurla davam etdirildi:
Xəzər dənizində “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları istismara
verildi.
“Şahdəniz” yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı böyük
həcmdə qaz istehsal edən ölkəyə çevirdi.
2006-cı il iyulun 13-də Bakı – Tbilisi – Ceyhan əsas neft kəmərinin inşası
başa çatdırıldı. Türkiyənin və Avropanın enerji təhlükəsizliyi sisteminin
ayrılmaz hissəsidir. Azərbaycanın “qara qızılı”nı dünya bazarına ən qısa və
təhlükəsiz yolla çıxarır.
2007-ci ildə Bakı – Tbilisi – Ərzurum qaz kəməri istifadəyə verildi.
Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə
ciddi təsir etdi; Dünyanın aparıcı neft şirkətlərinin mənsub olduğu dövlətlərlə siyasi və
mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.

59
88. Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə
Hazırda Azərbaycan Ordusu NATO standartlarına uyğun təlim görmüş və hərbi
potensialına görə Cənubi Qafqazda ən güclü ordu hesab edilir. İlham Əliyev
hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüzün təmin
olunmasında sülh yolu ilə həlli üçün çalışır. Bununla yanaşı atəşkəs rejimini tez-tez
pozan erməni hərbçilərinin təxribatlarının qarşısı alındı: 2010-cu ilin iyununda gizir
Mübariz İbrahimov təkbaşına döyüşə girmiş və çoxlu sayda erməniləri məhv etmiş,
buna görə Ermənistanda matəm elan olunmuşdur. İlham Əliyevin 22 iyul 2010-cu il
tarixli sərəncamı ilə Mübariz İbrahimov ölümündən sonra “Azərbaycan Milli
Qəhrəmanı” adına layiq görülmüşdür. 2014-cü ilin yayında, 2015-ci ilin sentyabrında,
2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda cəbhə xəttində atəşkəsi pozan erməni
qüvvələrinin geri oturdulması Azərbaycanın hərbi qüdrətini ifadə edir.

89. Böyük Zəfərin başlanğıcı – Aprel döyüşləri


2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və
yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə
məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu,
aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış
kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq
Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi
istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni
rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə
cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə
yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu.
Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.
Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan
avtobusa zərbə endirildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz
qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu
yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya
qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas
hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların
nəzarətdə saxlanılması imkanı əldə edildi.
Aprel döyüşləri göstərdi ki,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi
60
Azərbaycan bəyan etdi ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın
təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək,
torpaqlarını azad etmək iqtidarındadır.

90. II Qarabağ müharibəsinin bir addımlığında – Tovuz döyüşləri


(2020 iyul)
2020-ci ilin iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət
sərhədində, Tovuz istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə
hücuma cəhd etdilər. Neft strategiyası və kommunikasiya siyasətində mühüm yer tutan
belə bir bölgədə 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri
oturduldu. Döyüşlərdə 3-cü ordu birliyinin qərargah rəisi general-mayor Polad
Həşimov və polkovnik İlqar Mirzəyev daxil olmaqla (Prezident İlham Əliyevin
fərmanı ilə hər iki zabitimizə ölümündən sonra Milli Qəhrəman adı verildi.)
Azərbaycan ordusunun 12 nəfər hərbiçisi, bir mülki şəxs həlak oldu.
2020-ci ildə ermənilərin müharibə hazırlığından xəbər verirdi.
1. 2020-ci il iyulun 23-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin
Rusiya ilə birgə hərbi təlimlər keçməsi;
2. 2020-ci ilin avqustunda Goranboy rayonu ərazisinə diversiya qrupu
göndərməsi;
3. Yaxın Şərqdən gətirilən terrorçu qrupların Azərbaycan Ordusu ilə
təmas xətti boyu yerləşdirilməsi.

91,92,93,98. 44 günlük Vətən müharibəsi. Vətən müharibəsinin


başlanması və qələbələri. II Qarabağ müharibəsi – Şanlı qələbəmiz.
44 günlük II Qarabağ müharibəsinin nəticələri.
2020-ci il sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar
Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Ermənistan Silahlı Qüvvələri
Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli
və Cəbrayıl rayonlarının təmas xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə,
Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik
raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə
qarşı müxtəlif cinayətlər törətməyə başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər
şəhəri İkinci Dünya dövründə almanların dağıtdığı Stalinqrad şəhərinə bənzəyirdi.
Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan
Ordusunu əks tədbirlər görməyə vadar etdi. Sentyabrın 27-də Azərbaycan Ordusu
“Dəmir Yumruq” əməliyyatına başladı. Prezidentin fərmanı ilə:
61
28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində
hərbi vəziyyət elan edildi.
2020-ci il sentyabrın 28-də Azərbaycan Respublikasında qismən
səfərbərlik elan edildi.
Azərbaycan Ordusunun “Dəmir Yumruq” əməliyyatının ilk günlərində:
Murovdağda strateji məntəqələr azad edildi.
2020-ci il oktyabrın 3-də Tərtərin Madagiz kəndi işğaldan azad edildi.
Həmin gün İlham Əliyev kəndin tarixi adı olan Suqovuşan adının bərpa
edildiyini açıqladı.
2020-ci il oktyabrın 4-də Cəbrayıl azad edildi.
2020-ci il oktyabrın 9-da Hadrut azad edildi. Xocavənd rayonu ərazisində
əlverişli mövqelər ələ keçirildi.
Beləliklə, “məğlubedilməz erməni ordusu” mifini məhv edən Azərbaycan
Ordusu Ermənistan hakimiyyətini atəşkəs istəməyə məcbur etdi. Moskva şəhərində 9-
10 oktyabr görüşündə atəşkəslə bağlı razılıq əldə etməsinə baxmayaraq, bir neçə
saatdan sonra Ermənistan tərəfi yenidən hücum etdi. Buna görə də əks-hücuma keçən
Ordumuz:
2020-ci il oktyabrın 17-də Füzuli şəhərini işğaldan azad etdi.
2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü üzərində üçrəngli
bayrağımız qaldırıldı.
2020-ci il oktyabrın 20-də Zəngilan şəhərini işğaldan azad etdi.
2020-ci il oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsini tam azad edərək
İranla dövlət sərhədini tam nəzarətə götürdü.
2020-ci il oktyabrın 25-də Qubadlı rayonunu işğaldan azad etdi.
2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə prezident İlham Əliyev,
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin
Üçtərəfli birgə bəyanat qəbul etdilər.
Üçtərəfli birgə bəyanatın imzalanmasından sonra heç bir güllə atılmadan:
2020-ci il noyabrın 20-də Ağdam rayonu azad edildi.
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu azad edildi.
2020-ci il dekabrın 1-də Laçın rayonu azad edildi.
Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, Azərbaycanın haqq işinə
dəstək verən digər xalqlaeın nümayəndələri erməni lobbisinin apardığı çirkin
kampaniyalara qarşı fədakarlıq göstərdilər. Müharibənin gedişində xalq-dövlət-ordu
birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik,

62
sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik
yarandı.
Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Şimali Kipr Türk Respublikası və
başqa ölkələr Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu dəstəkləmiş, onun
ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdir. Türkiyənin mənəvi və siyasi dəstəyi,
yüksək vəzifəli rəsmilərinin müharibə müddətində Azərbaycana çoxsaylı səfərləri
diplomatik mübarizədə xüsusilə əvəzedilməz rol oynadı. Türkiyə Respublikasından
alınmış “Bayraktar”, İsraildən alınmış “Harop”, Azərbaycan istehsalı olan “Zərbə”
dronları ermənilərin qiyməti milyard dollarla ölçülən hərbi texnikasını , çoxlu canlı
qüvvəsini məhv etmişdir. Alınçaz hesab edilən Şuşanın azad edilməsində xüsusi
təyinatlılar yüngül atıcı və soyuq silahdan mahir istifadə etməklə Azərbaycan
Ordusunun şücaətini nümayiş etdirmişdir. Eyni zamandan, həm müasir, həm də
ənənəvi hərbi strategiya və taktikanı uğurla tətbiq etmiş Azərbaycan Ordusu
Ermənistan ordusundan fərqli olaraq, düşmənin dinc əhalisinə insanpərvər münasibət
bəsləmişdir.

94. Tarixi qələbədə Ali baş Komandanın rolu


Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı
tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən dövlət kimi tanıtdı.
Ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44
günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və
təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev yenilməz iradə nümayiş
etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü
siyasət apardı və bunun nəticəsi olaraq tarixi Qələbə qazandıq. Azərbaycanın döyüş
meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç
rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən
Azərbaycana qaytarıldı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Şuşa
və bütövlükdə işğal altındakı bütün torpaqlarımız erməni işğalından azad edildi. Bu
Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş
möhtəşəm bir uğurdur. Xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında
birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam
qələbəmizi təmin edən həlledici amillərdir. Azərbaycanın XXI əsrin müharibəsini
qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən
yararlanmağa vadar edir. Azərbaycanın qazandığı bu Qələbə, sadəcə, 44 günlük
müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham
Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin

63
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı.
Dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı. 44 günlük müharibə
müddətində cənab Prezident 26 xarici mediaya müsahibələr verdi. Ermənistan-
Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini
əsaslandıran amilləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Müzəffər Ali Baş
Komandan İlham Əliyev deyir:“Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə
qazanmışıq”. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Prezident İlham
Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi
qələbəyə imza atdı. Qələbəmiz isə təkcə Ermənistan dövləti üzərində əldə edilmiş
qələbə deyil. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə
həm də regionda tamamilə yeni bir reallıq yaratdı.

95. “Dəmir yumruq” əməliyyatı


30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik
fəaliyyətimiz , sentyabr ayının 27dən başlayan “Dəmir Yumruq”əməliyyatı – 44günlük
Vətən müharibəsi noyabr ayının 10da Azərbaycan-Ermənistan arasında bəyanatın
imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan ordusu erməni silahlı
qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.
Qalibiyyətimizin rəmzi olaraq 10 dekabr tarixində möhtəşəm Zəfər paradının
keçirilməsi isə Azərbaycan dövlətçilik tarixində yaşadığı və bütün dünyaya təntənəli
şəkildə nümayiş etdiyi müzəffər Azərbaycan ordusunun gücünü və qürurunu bir daha
sübut etdi .
“Dəmir Yumruq”əməliyyatı adı ilə Azərbaycan yeni tarixinə yazılan Vətən
müharibəsində rəşadətli ordumuzun müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin
və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.

96. Vətən müharibəsi zamanı azad edilmiş ərazilərimiz. Şuşa


əməliyyatı (8 noyabr 2020-ci il)
Azərbaycan tərəfinin hesablamalarına görə, həm ərazi, həm də seçilən marşrut
nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa
istiqamətində piyada hərəkət etməli idi. Erməni komandalığı Azərbaycan qoşunlarının
Qırmızı Bazar istiqamətində hücuma keçəcəyini güman edirdi. Çünki Şuşaya qalxann
rahat Şuşakənd yolu buradan keçirdi. Ermənistan ordusunun Azərbaycan qoşunlarının
64
Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın idi. Lakin Azərbaycan ordusunun
komandalığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar
verərək Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr uzunluğunda
yeni yol açdı. Azərbaycan ordusunun Laçın dəhlizinə nəzarət etməsi nəticəsində
Şuşadakı işğalçı erməni hərbi birləşmələri əlavə dəstək almaqdan məhrum olsu.
Yüngül silah-sursatla silahlanmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın
sıldırım qayalarına iplərlə dirmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq
bir neçə yerdən şəhərə daxil oldu. İşğaldan azas edilmiş Daşaltı kəndindəki hərbi
bölmələrin atəş dəstəyi ilə Azərbaycan ordusunun dağ piyadaları qəfil pusquya
salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Şuşanın azad edilməsi
zamanı yüzlərlə erməni hərbçisi məhv edildi, xeylisi itkin düşdü. Noyabrın 8-də
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında Şuşa şəhərinin işğaldan azad edildiyini
elan etdi.
Şuşanın azad edilməsi müharibədə ermənilərin bütün manevr imkanlarını puça
çıxararaq öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxardı. Şuşanın azad
edilməsindən qondarma rejimin rəhbər vəzifəliləri, bütün sakinlər Xankəndini tərk
etməyə başlamışdı. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul
etməyə məcbur oldu.

97. 2020-ci il 10 noyabr Bəyanatı


1. 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi
zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur.
Azərbaycan və Ermənistan tutduqları mövqelərdə qalırlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana
qaytarılır.
3. Dağlıq Qarabağ təmas xəttində və Laçın dəhlizi boyunca Rusiya
Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı
qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının
sülhməramlı kontingentinin qalma müddəti 5 ildir.
5. Ermənistan 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, 1
dekabr 2020-ci il tarixinədək Laçın rayonunu Azərbaycana qaytarır. Laçın
dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında
qalır.

65
6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə
və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin
nəzarəti altında geri qayıdır.
7. Hərbi əsirlər və s. şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata
keçirilir.
8. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.

99. “Şuşa Bəyannaməsi” (2021-ci il 15 iyun)


2021-ci il 15 iyun tarixi Azərbaycan tarixində önəmli yerini qorumaqla bərabər
yeni bir uğura şahidlik etdi. Müstəqil dövlətçilik tariximizdə ilk dəfə olaraq prezident
İlham Əliyev qardaş dövlətin başçısı Rəcəb Tayyib Ərdoğanı Qarabağda – Şuşada
qarşıladı. Bizim üçün mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında
Bəyannamənin imzalandı.
Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında
münasibətlərdə çox mühüm tarixi sənəddir. Belə ki, 15 iyun 2021-ci ildə Bakı və
Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi.
Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü
dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyu təqdirdə, bir-birini
qoruyacaqlar.
Sənəddə xüsusi vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki
bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi)
açılması və onun davamı olaraq Naxçıvan – Qars dəmiryolunun inşası iki ölkə arasında
nəqliyyat – kommunikasiya əlaqələrinin intensivləşməsinə kömək edəcək. Zəngəzur
dəhlizinin açılışı sözsüz ki, bölgədə ermənilərin apardığı anti – Turan təbliğatına
mühüm zərbə olacaq.

100. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri


İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev
işğaldan azad edilmiş ərazilərin sosial- iqtisadi inkişaf planının hazırlanması üçün
tapşırıqlar vermişdir.
Digər tapşırıqlardan biri işğaldan azad olunmuş ərazilərin minalardan
təmizlənməsi,Şuşanın bərpası, Füzulidə beynəlxalq hava limanın tikintisi, Şuşa
şəhərinə yeni avtomobil yolunun çəkilməsi , elektrik su xətlərinin çəkilməsi, tarixi
abidələrin bərpası olmuşdur.
66
2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər
uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişdir.
7 noyabr 2021-ci ildə İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Füzuli
rayonunda Zəfər yolunun açılışını ediblər.
2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi İCAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava
limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki
Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirdi.
2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava
limanının tikintisi barədə sərəncam verdi.
2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda
Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Tikinti ilə yanaşı minalardan təmizlənmə işi paralel aparılmışdır. İngiltərə
istehsalı olan, ərazini minalardan zərərləşdirən unikal “AARDVARK” modeli
mexanizm alınıb ərizəyə gətirilmişdir.

67

You might also like