You are on page 1of 1

Fonetik norma düzgün yazı və tələffüz mədəniyyətinin məcmuyudur.

İfadəli
oxu zamanı şagirdlərin eləcə də bədii oxu zamanı sənətkarların bu məsələyə
edəcəyi diqqət mühümdür. Çünki bəzi sözlər sözügedən normaya uyğun olaraq
yazılışından fərqli oxunur. Bu fəqlilik, təxminən, aşağıdakılardır:
- Söz sonunda səslərin fərqli tələffüzü
- Söz ortasında iki kar samitdən ikincinin cingiltiləşməsi
- Bir səsin fərqli digər səsə təsir edərək öz məxrəciyə uyğunlaşdırması
- Iki eyni səsdən birinin digərinə təsir edərək öz məxrəcindən
uzaqlaşdırması və s.
1. Söz sonunda “b”, “d”, “c”, “g” cingiltili samitlərin karlaşması.
Dilçilik ədəbiyyatlarında yekdil və ümumi qayda belədir ki, söz sonunda
“b”, “d”, “c”, “g” cingiltili samitləri öz qarışılığı olan kar samitləri ilə əvəz olunur.

Ələsgər, elmində olma nabələd,


Doğru söylə, sözün çıxmasın qələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim. (Ələsgər, 44)

Verilən nümunədə “nabələd” sözündəki “d” samiti oxu zamanı özünün kar
qarışılığı olan “t” səsi kimi tələffüz olunmalıdır. Bu həm dilin orfoepik qaydalarına
uyğun olacaq, həm də şeirdəki “nabələd”, “qələt”, “ədalət” kimi sözlərin düzgün
qafiyələnməsinə kömək edəcəkdir.
Başqa bir nümunədə isə kar samitin cingiltiləşməsi hadisəsi baş vermişdir.

Aşıq Ələsgərəm, zarü dil, xəstə,


Gözüm yolda qaldı, qulağım səsdə,
Bir gəliş gələrəm annamaz dosta,
Dəyməmiş tökülər kalı, Məhəmməd! (Ələsgər, 70)

Dilçilik ədəbiyyatlarında belə bir qayda vardır ki, söz ortasında gələn iki kar
samitdən ikincisi öz cingiltili qarışığı ilə əvəzlənir. Nümunədə verilən “xəstə” və
“dosta” sözlərində iki kar samit yanaşı gəlmişdir və müvafiq olaraq “t”-“d”
əvəzlənməsi ilə “xəsdə” və “dosda” kimi səslənmişdir. Bu qayda nəticə etibarilə,
həmin sözlərin ikinci misradakı “səsdə” sözü ilə uyğunlaşmasına şərait yaratmış,
şeirin qafiyə quruluşunun zənginləşməsinə sanki dəstək olmuşdur.

2. Sözlərdə yanaşı samitləri uyğunlaşması hadisəsi.

You might also like