You are on page 1of 1

Heydər Əliyev-gənclərin ilham mənbəyidir

Gənclər siyasəti
– gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən müvafiq ictimai-siyasi, sosial-iqtisadi,
təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Gənclər siyasətinin əsas məqsədi yaşı 29-dək olan insanların fiziki, əqli və
mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.

Dövlətin gənclər siyasətinin çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, şəxsi
problemlərinin həlli, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı, gənclər təşkilatlarının fəaliyyəti, beynəlxalq əlaqələri və s. ilə
bağlı məsələləri əhatə edir.

Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlanılmış və bu iş bilavasitə Heydər Əliyevin adı ilə bağlı
olmuşdur.

Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində hələ respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri,
hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş, o zamanlar Sovetlər
İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali
təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993–2003-cü illərdə dövlət gənclər siyasətinin əsas prinsipləri müəyyənləşdirilmiş, bu sahəni
tənzimləyən normativ-hüquqi baza yaradılmış, gənclər siyasətini həyata keçirən dövlət strukturları formalaşdırılmış, gəncliyin ölkənin ictimai-siyasi həyatında
fəal iştirakına, mənəvi-iqtisadi problemlərinin həllinə yönəlmiş proqram və layihələr həyata keçirilmişdir.

1996–2002-ci illərdə "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi
təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarların, habelə "Gənc ailə" proqramı, "gənclərdə vətənpərvərlik və vətəndaşlıq
hislərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz
qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" dövlət sənədləri qəbul olunmuşdur.

Heydər Əliyev 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamış və buununla da dövlətin gənclərlə bağlı siyasəti
vahid mərkəzdən idarə olunmağa başlanmışdır.

Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix "Azərbaycan gəncləri günü" elan edilmişdir. Bu MDB və Şərqi Avropa
ölkələri arasında ilk belə addım idi.

Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu öndər 1999-cu il iyunun 29-da "Dövlət Gənclər Siyasəti haqqında" Fərman imzalamışdır. Fərmanda
dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem və məsələlərin mövcudluğu qeyd edilir, bu problemlərin elmi şəkildə
öyrənilməsi, ayrı-ayrı dövlət hakimiyyətinin və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi şəraitin
yaradılması vacibliyi vurğulanırdı.

Fərmana müvafiq olaraq "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev
tərəfindən imzalamışdır. "Dövlət gənclər siyasəti haqqında" 3 fəsildən və 14 maddədən ibarət qanun Azərbaycan Respublikasında gənclər siyasətinin
məqsədlərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi və bu sahədə yaranan münasibətləri tənzimləməyə başladı.

Gənc ailələrə dövlət qayğısının artırılması məqsədi ilə ölkənin aparıcı mütəxəssis və ekspertlərinin iştirakı ilə Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi tərəfindən "Gənc ailə" proqramı hazırlandı.

2000-ci illərin əvvəllərində sahibkarlığa kömək sistemi çərçivəsində təşkil olunmuş treninq, kurs və seminarlarda 3000-dək sahibkar xüsusi hazırlıq keçmişdi
ki, onların əksəriyyətini gənclər təşkil etmişlər. 2002-ci ildə Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən "Sahibkarlığın inkişafında gənclərin rolunun
artırılması" mövzusunda isə dəyirmi masanın keçirilməsi gənc sahibkarların problemlərinə dövlət səviyyəsində diqqətin artmasını sübut edirdi.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin
açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.

Heydər Əiyev istedadlı gənclərə diqqət və qayğını artırmaq üçün "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" 22 iyun 1996-cı il tarixli və "
Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında" 6 dekabr 1999-cu il tarixli fərmanlar imzalamışdır.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini
yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq
ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli
sürülmüşdir.

I Forum — 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etmişdir.

Dövlət Neft Fondunun əsas gəlirləri və vəsaiti gələcək nəsillər üçün əmanət kimi saxlanılacaqdır. Gələcək nəsillər, gənclər Neft Fondunun imkanlarından
səmərəli istifadə edəcəklər. 

You might also like