You are on page 1of 22

AZƏRBAYCAN RESPUBLİKASI

VERGİLƏR NAZİRLİYİ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR İDARƏSİ
BEYNƏLXALQ TƏCRÜBƏLƏR VƏ İNNOVASİYALAR ŞÖBƏSİ

Elektron Ticarətdə Ödəniş Sistemləri

2015
GİRİŞ

Elektron ödənişlər internet kommersiyanın və internet bankçılığının inkişafı


ilə geniş vüsət almağa başlamışdır. Klassik olaraq elektron kommersiyada əsas
ödəniş vasitələri plastik kartlar olmuşdur. Son dövrlərdə tətbiq olunan ödəniş
vasitələri müştəri məmnuniyyətinin təmin olunması ilə yanaşı, internet
dələduzları tərəfindən edilə biləcək mümkün müdaxilələrə qarşı təhlükəsizlik
tədbirlərinin gücləndirilməsinə səbəb olmuşdur. Məsələn, Hindistanda “Net
Banking” istifadə edilməkdədir. Bu sistemdə alıcı satıcının saytında plastik kart
məlumatlarını qeyd etmir. Alacağı mal üçün hansı bankdan ödəniş etmək
istədiyini seçir və hesablaşma üzrə verifikasiyanı banka həvalə edir. Smart
Kartların təqdim olunması, PayPal, Google Wallet şirkətlərinin xidmətləri də
təhlükəsizlik tədbirlərinin artırılmasına xidmət edən təşəbbüslərdir və alternativ
hesablaşma sistemləridir.
“World pay” tərəfindən hazırlanan “Alternativ ödənişlərə baxış” hesabatına
əsasən qlobal elektron ticarət bazarının dəyəri 2012-ci ildə 1,713 trilyon ABŞ
dollarına bərabər olmuşdur. 2013-cü ildə B2C üzrə elektron ticarətin satışı 1.25
trilyon ABŞ dollara qədər artmışdır. Hal-hazırda 40 faiz internet istifadəçisi
kompüter, planşet, mobil telefon və digər elektron vasitələrdən istifadə edərək
mal alır. Bu təqribən 1 milyard onlayn alıcı deməkdir. Elektron ticarətin işləmə
mexanizminə diqqət yetirək:

1
Elektron ticarətin inkişafı ilə bərabər alternativ ödəniş vasitələrindən istifadə
də genişlənməkdədir. Bunun əsas səbəbləri alternativ ödəniş sistemlərinin
istehlakçının maraqlarına xidmət etməsi ilə yanaşı alqı-satqı prosesinin daha asan
və təhlükəsiz yerinə yetirməsinə imkan yaratmasıdır. Adı çəkilən hesabata əsasən
2017-ci ildə alternativ ödənişlər onlayn əməliyyatların 59 faizini təşkil edəcək,
2012-ci ildə bu rəqəm 43 faiz təşkil edib. 2012-ci ildə 579 milyard ABŞ dolları
ilə Avropa elektron ticarət bazarının 34 faizini, Amerika 625 milyard ABŞ
dolları ilə 36 faizini, 461 milyard ABŞ dolları ilə Asiya 27 faizini, Orta şərq və
Afrika qlobal elektron ticarətin 1 faizini təşkil edib. Avropa ölkələrinin
bəzilərində (Böyük Britaniya, İrlandiya, Danimarka və Türkiyə) hələ də
ödəniş vasitəsi kimi kartlardan istifadə üstünlük təşkil etsə də, bəzilərində (Polşa,
Finlandiya, Almaniya və Niderland) alternativ ödəniş vasitələri üstünlük təşkil
edir. Xüsusilə Avropa ölkələrində ən populyar alternativ ödəmə metodu
“elektron pul kisələri”dir. Ümumiyyətlə, dünyada “elektron pul kisələri” ilə
aparılan əməliyyatların həcminin 2017-ci ilə qədər 1.656 trilyon ABŞ dollarına
çatacağı gözlənilir, 2012-ci ildə isə bu rəqəm 295 milyard ABŞ dollarına
bərabər olmuşdur. Planşet və smartfonlardan geniş şəkildə istifadə elektron
ticarət bazarında yeni bir tendensiyanın sürətli inkişafına təkan vermişdir. Belə
ki, hal-hazırda dünyada 1.4 milyarddan çox smartfon istifadə edilir və bu hər il
44 faiz artır. Təbii ki, belə bir halda mobil ödənişlər ən çox istifadə edilən
alternativ ödəniş metoduna çevrilməkdədir. “World Payments Report 2014”
hesabatına əsasən mobil telefonlardan istifadə edərək aparılan ödənişlər 2015-ci
ildə 60.8 faizə qədər artacaq, bunun müqabilində elektron ödənişlərin 15.9 faiz
azalacağı gözlənilir. “Alternativ ödənişlərə baxış” hesabatına əsasən mobil
telefonlar vasitəsi ilə aparılan ödənişlərin həcmi 2012-ci ildə 18 milyard ABŞ
dolları (e-ticarətin 1 faizi) olmuşdur. 2017-ci ildə bu rəqəmin 117 milyard ABŞ
dollarına (e-ticarətin 3 faizi) çatacağı gözlənilir.
Göstərilənləri nəzərə alaraq, elektron ticarətdə ödəniş metodlarına nəzər
yetirək.

2
Ödəniş kartları

Hal-hazırda dünya praktikasında əsas iki növ


ödəniş kartı və onların müxtəlif növləri istifadə
edilməkdədir:
1.Kredit kartı – kart sahibinə əvvəlcədən
müəyyənləşdirilmiş kredit limiti əsasında ödəniş
əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu
növ kartlar “sonra ödə” modeli (“pay after” model)
prinsipi əsasında işləyir.
2. Debet kart – kart sahibinə alış-veriş etmək,
birbaşa ödəniş əməliyyatlarını həyata keçirmək imkanı verir. Bu növ kartlar “indi
ödə” prinsipi əsasında işləyir (“pay now” model).
Plastik kartlarla ödəniş sisteminin işləmə mexanizminə diqqət yetirək:

3
Elektron pul (E-cash)

Elektron pul (E-cash)- rəqəmsal pul məhsullarıdır. Müxtəlif şirkətlər


tərəfindən təklif edilən rəqəmsal pul məhsulları, əsasən iki modeldə mövcuddur.
Onlayn rejimdə olan “elektron pul” (e-cash) DigiCash şirkəti tərəfindən təklif
edilir və bütün növ internet əməliyyatlarını aparmağa imkan verir. Elektron pulu
bank hesabından xüsusi proqram vasitəsi ilə öz elektron pul kisəsinə yükləyən
istifadəçi onlayn qaydada internet mağazasından alış-veriş edə bilər. “Elektron
pul” sxemi ilə məşğul olan şirkət çox cüzi miqdarda internet mağazasından
xidmət haqqı tutur. Eyni zamanda, bankdan onun müştərisinin elektron pulları
yükləməyə icazə verən xüsusi proqramlarına görə aylıq ödənişlər şəklində
royaltilər əldə edir. Digər forma olan oflayn (off-line) rejim rəqəmsal
kodlaşdırılmış kartlardır(smart kartlar) və bu versiya Mondex şirkəti
tərəfindən müxtəlif banklarla əməkdaşlığın nəticəsi olaraq tətbiq edilməkdədir.
Belə ki, elektron pullar bu kartlara yüklənir və onlarla müxtəlif əməliyyatlar
həyata keçirmək olur. Adı çəkilən ödəniş sistemləri dünyanın qabaqcıl inkişaf
etmiş regionlarında tətbiq edilməkdədir. Honk-Konqda tətbiq edilən “Octopus
card system” elektron pul sisteminin sahəsində yüksək inkişafa nail olmuşdur.
London “Transport Oyster card” sistemi nəqliyyatda istifadə edilir. Sinqapur
Höküməti tərəfindən Sony şirkəti tərəfindən hazırlanan “FeliCa” sisteminə
əsaslanan ictimai nəqliyyatlar üçün xüsusi elektron pul proqramı irəli sürülüb. Bu
sistem Tokyodada tətbiq edilməlkdədir. Niderlandda ən geniş yayılmış elektron
pul sistemi şəbəkəsi “Chipknip” adlanır və bu sistem çoxçeşidli məqsədlər üçün
istifadə edilir. Azərbaycanda smart kartlara elektron pulların köçürələrək
müxtəlif əməliyyatlar aparmaq imkanı var. Sərinişindaşıma sahəsində, xüsusilə
avtobus və metro sərnişin daşımaçılığında elektron pul sisteminə əsaslanan smart
kartlardan istifadə edilməkdədir.

4
Satıcı
Elektron pulun işləmə mexanizmi

1. Müştəri elektron pulu bankdan alır

5 2. Bank elektron pul bitlərini müştəriyə göndərir


4
3. Müştəri elektron pulları satıcıya göndərir

bank 4. Satıcı bankla elektron pulların düzgünlüyünün yoxlayır.


3
5. Bank elektron pulun düzgünlüyünü təsdiq edir
6. Satış həyata keçirilir.

2
1

İstifadəçi

5
Elektron pul kisəsi (E-wallet)

“Elektron pul kisəsi (E-wallet)” –ödəniş əməliyyatlarını həyata keçirmək


üçün istifadə edilən internet əsaslı proqramdır. Bu sahədə ən böyük internet
nəhəngləri “PayPal”, “Google Wallet”, “Checkout By Amazon”
“Moneybooks” və digərləri hesab edilir. Elektron pul kisəsini (E-wallet) əldə
etmək üçün müştəri bu sahədə fəaliyyət göstərən şirkətlərin birinin səhifəsindən
qeydiyyatdan keçə bilər. Proqramı əldə edən müştəri adi ödəniş kartları və bank
hesablarından pul kisəsinə istədiyi qədər məbləği transfer edə bilər. Bundan
sonra müştəri sadəcə öz şifrə və parolu və ya elektron poçt ünvanını yazmaqla
Elektron pul kisəsinə (E-wallet) daxil olaraq,
onlayn alış-veriş edə bilər.
Telefonlar vasitəsi ilə ödəniş:
Son dövrlərdə provayderlər tərəfindən adı
çəkilən proqramı POS terminallarda istifadə etmək
məqsədi ilə yeni versiyası smartfonlara tətbiq
edilməkdədir. Belə ki, “Elektron pul kisəsi (E-
wallet)”-in geniş tətbiq edilməyə başlanılmış növlərindən biri də “PayPal” və
“Google Wallet” şirkətləri tərəfindən təqdim edilən “Mobil pul kisələri” dir.
Bu proqram mobil telefonlar vasitəsi ilə onlayn və ənənəvi formada alış-veriş
etmək məqsədi ilə tərtib edilmişdir.
POS terminallar vasitəsi ilə ödəniş etməyə smartfonlara quraşdırılmış
“Near Field Communication (NFC)” sistemi imkan yaradır. Bu sistem vasitəsi
ilə parkamatlarda, metroda, alış-verişdə, kinoda, avtobuslarda və digər ictimai-
iaşə obyektlərində ödəniş etmək mümkündür :

6
“Mobil pul kisələri” vasitəsi ilə həyata keçirilən əməliyyat ardıcıllığına diqqət
yetirək:

1. İstifadəçi mobil telefonuna yüklədiyi “Mobil pul kisəsi”ni aktivləşdirir və


“Near Field Communication (NFC)” sistemi quraşdırılmış telefonunu xüsusi adı
çəkilən proqramı dəstəkləyən POS terminala yaxınlaşdırır;

2. Alış-veriş edəcəyi debet və ya kredit kartının detallarını sistemə daxil edir və


ya hazır(əvvəlcədən mobil pul kisəsinə detallarını daxil etdiyi) kartı seçir;

7
3. Ödənişin məbləği seçilir;
4. Ödəniş əməliyyatını həyata keçirmək üçün PİN nömrə daxil edilir
8
5. Ödəniş həyata keçirilir və invoys alıcıya ötürülür. Eyni zamanda, ödəniş
barədə məlumat mobil telefon nömrəsinə də ötürülür.

Eyni zamanda, bu sahədə fəaliyyət göstərən iri şirkətlər istifadəçilərə


“mobil pul kisələri” vasitəsi ilə iki telefon arasında pul transferini həyata
keçirə bilmə imkanı yaradıblar. Belə ki, istifadəçilər “Near Field

9
Communication (NFC)” sistemi quraşdırılmış telefonları bir-birlərinə
yaxınlaşdıraraq istənilən məbləği digərinin elektron pul kisəsinə transfer edə
bilərlər.

İnternet mağazaları geniş alıcı kütləsini əldə etmək üçün son dövrlərdə bu
hesablar geniş şəkildə tətbiq edilməkdədir. Belə ki, 2013-cü ilin məlumatına
əsasən “PayPal” 137 milyon hesabla 203 ölkəni, “Checkout By Amazon” 100
milyon hesabla 27 ölkəni və Google Wallet 161 ölkəni əhatə etmişdir.
“Moneybooks” şirkəti də dünyanın ən böyük onlayn ödəniş provayderlərindən
biri olub, 800.000-ə qədər internet mağazasına xidmət göstərir. 41-ə yaxın pul
10
vahidi ilə əməliyyat aparmağa imkan verən bu provayder 200-dən çox ölkəni
əhatə edir. Aşağıdakı modeldə “Moneybooks” onlayn ödəniş provayderində
“elektron pul kisəsi”nin açılması prosesi göstərilib:

Dünya praktikasında “elektron pul kisələri” vasitəsi aparılan əməliyyatların


həcmi ümumi onlayn ödənişlər sistemində artmaqdadır. Belə ki, dünyanın
qabaqcıl ölkələrində, xüsusilə ABŞ, Kanada, Çin, Yaponiya və Avropa
ölkələrinin əksəriyyətində “elektron pul kisələri” sistemindən istifadə edirlər.
“Alternativ ödənişlərə baxış” hesabatına əsasən ABŞ və Kanadada “elektron pul
kisələri” ilə aparılan əməliyyatların həcmi alternativ ödənişlər bazarında 18 faiz,
Avropada 13 faiz, Latın Amerikasında 10 faiz, Afrika və Orta Şərqdə 5 faiz,
Asiya-Sakit okean regionunda 23 faiz təşkil edir. Qeyd olunmalıdır ki, Çin
elektron ticarət bazarında 44 faizlə “elektron pul kisəsi” ilə əməliyyat aparan ən
böyük paya sahib ölkədir. Bu ölkədə “Alipay” 30 faizlə elektron ticarət
bazarında liderdir. Onun ardınca isə “Tenpay” 13.3 faizlə, “PayPal” və digər
şirkətlər gəlir.

11
Smart kartlar (smart cards)

Smart kart - mikroçip yerləşdirilmiş plastik kartdır.


Smart kartlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
 müəyyən maliyyə məlumatların yüklənməsi;
 zənglər üçün istifadə edilməsi;
 elektron pul ödənişləri;
 nəqliyyat vasitələrindən istifadə;
 internet mağazalarında alış-verişlərin edilməsi (“card reader” lər vasitəsi
ilə);
 POS terminallar vasitəsi ilə istənilən əməliyyatın aparılması;
 şəxsiyyət vəsiqəsi kimi
 və digər məqsədlər üçün
Kartın üstünlükləri:
 sürətli və ağıllı olması
 rahat daşınıla bilməsi
 funksionallıq (əlavə debet, kredit, nəqliyyat vasitələrindən istifadə kartları
və digər kartları daşımamaq imkanı)
 yüksək təhlükəsizlik
 oflayn və onlayn rejimdə işləmə imkanı
Hal-hazırda dünyanın qabaqcıl ölkələrində tətbiq edilməkdə olan belə kartlar
ödəniş prosesini asanlaşdırmaqla yanaşı, məlumat saxlamaq və digər məqsədlər
üçün də istifadə edilir. Belə kartları istənilən sahədə tətbiq etmək mümkündür.
ABŞ, Kanada, Avropa ölkələrininin əksəriyyəti belə kartları nəqliyyatda, alış-
verişdə və müxtəlif istiqamətlərdə istifadə edirlər. Eyni zamanda, smart kartlar
şəxslərə e-şəxsiyyət vəsiqəsi kimi e-hökumət və elektron xidmətlərdən istifadə
12
imkanı verir. Buna misal kimi, Finlandiyada tətbiq edilən smart kartlar elektron
xidmətlər üçün, İtaliyada tətbiq edilən smart kartlar elektron xidmətlər, e-
sağlamlıq və elektron bilet sahələrində, HonqKonqda tətbiq edilən smart kartlar
e-xidmətlər, e-bankçılıq, e-kitabxana sahələrində tətbiq edilməkdədir.
Malayziyada isə smart kartlar yuxarıda adı çəkilən funksiyalarla yanaşı,
şəxsiyyət vəsiqəsi kimi istifadə edilir. E-hökumət sahəsində smart kartlardan
Portuqaliya, İsveç və Finlandiya istifadə edilməkdədir.

Belə kartların və onların oxunmasını təmin edən proqramların(card reader)


istehsalı ilə əsasən Gemplus, Rainbow Technologies and Schlumberger
şirkətləri məşğul olurlar. Smart kartlardan istifadə qaydasına diqqət yetirək:

13
Barmaqla ödənişlər (Pay by finger)

“Pay by finger” – barmaq izi ilə ödənişlərin


həyata keçirməyə imkan verən proqramdır.
Ödənişlərin barmaq izi vasitəsi ilə aparılmasının bir
sıra üstünlükləri var:
 Hər hansı aylıq ödənişin olmaması (bildiyiniz
kimi kartlardan istifadə zamanı əlavə
ödənişlərə ehtiyac duyulur)
 Ödəniş prosesinin sadəliyi və sürəti
(təxminən 3-5 saniyə)
 Kartın itməsi, evdə qalması, oğurlanması problemlərinin olmaması
 Heç kimin sizin hesabla əməliyyat aparma ehtimalının olmaması
 Əməliyyat zamanı şifrə və parola ehtiyacın olmaması

İşləmə mexanizmi
POS terminallarla alış-veriş
zamanı alıcı barmağını biometrik scan
aparatına yaxınlaşdırır. Sistem
istifadəçini müəyyənləşdirir və seçilmiş
qeydiyyat metodundan asılı olaraq ödəniş
prosesi başlayır. Ödəniş prosesində
ekranda alıcının ad günü ilə əlaqədar
edilən endirimin məbləği (əgər həmin gün ad günüdürsə), göstərilmiş xidmət və
satılan mal haqqında məlumatlar və.s. öz əksini tapır. Əməliyyat başa çatdıqdan
sonra alıcının mobil nömrəsinə bu barədə məlumat ötürülür.

14
Smartfonlara inteqrasiya:
Son dövrlərdə barmaq izi ilə ödənişi nəzərdə tutan proqram təminatları
smartfonlara inteqrasiya edilmişdir. Bu sahədə ilk innovator Samsung şirkəti
hesab edilir. Belə ki, Samsung şirkətinin istehsal etdiyi Galaxy S5 smartfonunda
ilk dəfə bu sistem tətbiq edilməyə başlanılıb. Smartfonlarda quraşdırılan barmaq
izi ilə ödənişləri həyata keçirməyə imkan verən proqram təminatları vasitəsi ilə
nəinki onlayn mağazalardan, hətta ənənəvi mağazalarda belə alış-veriş etmək
imkanı mövcuddur. Eyni zamanda barmaq izi vasitəsi ilə bankomatlarda da
müxtəlif əməliyyatlar aparmaq mümkündür:

Dünya praktikasında biometrik ödəniş vasitələri ən təhlükəsiz ödəniş


metodu kimi istifadə edilməkdədir. Belə ödəniş vasitələrinə barmaqla, səslə
ödəniş metodlarını misal göstərmək olar. Bu tipli ödəniş sistemləri Avropanın
qabaqcıl ölkələrində tətbiq edilməkdədir. Buna misal olaraq, Fransada barmaqla
ödəniş sisteminin tətbiqində Banque Accord, BNP Paribas, Crédit Agricole
and Crédit Mutuel Arkéa banklarının
müştəriləri istifadə edə bilirlər. Bankların
müvafiq mağaza şəbəkələri ilə
bağladıqları müqavilə əsasında mağazalar

15
bankların müştərilərinin barmaqla ödəniş etməyə imkan verən qurğuları tətbiq
etməkdədirlər. Çin də bu sahədə innovativ ölkə hesab edilə bilər. Bu ölkədə
fəaliyyət göstərən banklarla yanaşı, onlayn ödəniş provayderləri də belə ödəniş
sistemlərinin tətbiqində maraqlıdırlar. Belə ki, Alipay şirkətinin Samsung şirkəti
ilə əməkdaşlığın nəticəsi olaraq, Galaxy S5 smartfonlarında Alipay istifadəçiləri
barmaqla ödənişi həyata keçirə bilərlər. Bununla yanaşı, Huawei Mate 7
smartfonu vasitəsi ilə eyni əməliyyatı apara bilərlər.
Bununla yanaşı, PayPal şirkətinin Samsung şirkəti ilə əməkdaşlığın
nəticəsi olaraq, Galaxy S5 smartfonlarında PayPal istifadəçilərinin 27
ölkədə(ABŞ, İsveçrə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə,
Meksika Yaponiya və.s.) barmaqla ödəniş etmək imkanı mövcuddur.
Maraq üçün o qeyd edilməlidir ki, bankomatlardan pulların oğurlanmasının
qarşısının alınması məqsədi ilə Keniyada 2013-cü ildən başlayaraq barmaqla
əməliyyatları aparmağa imkan verən bankomatlar istifadəyə verilmişdir.

16
Səslə ödəniş (“Voice Pay”)

Yeni biometrik ödəniş sxemləri istifadəçilərə onlayn və telefon vasitəsi ilə


öz səslərindən (“voice signature”) istifadə etməklə alış-veriş etmək imkanı verir.
Yeni ödəniş xidməti “Voice Pay” adlanır və istifadəçinin biometrik səs
analizinə əsaslanır. “Voice Commerce Ltd” şirkətinin törəmə müəssisəsi olan
“VoicePay” şirkəti bu sahədə innovativ şirkət hesab edilir. “VoicePay”
hesabının açılması ardıcıllığına diqqət yetirək:
1.“VoicePay” hesabını açmaq üçün onlayn qeydiyyat forumuna şəxsi
məlumatları, elektron poçt ünvanını və mobil telefon nömrəni daxil edirsiniz.
2.Elektron poçt ünvanınıza gələn məlumatı təsdiqlədikdən sonra sizin mobil
telefonunuza “VoicePay” şirkəti tərəfindən zəng edilir. Sizdən bir neçə cümləni
və ya rəqəmləri təkrarlamaq xahiş edilir. Bununla da, sizin biometrik səs
analiziniz aparılır və nəticədə “voice signature” yaradılır. Bu proses bütövlükdə
5 dəqiqədən artıq çəkmir.
3.Alış-veriş əməliyyatlarını aparmaq üçün yaradılmış hesaba kredit və ya debet
kartlarınızın məlumatlarını daxil etməlisiniz. Həmin məlumatlar tam məxfi
şəkildə hesabda diqqətlə yazılır və səslə ödənişlər zamanı istifadə edilir.
Bu sistem vasitəsi ilə həm onlayn həm də telefon vasitəsi ilə ödəniş edə
bilərsiniz. Belə ki, onlayn ödənişi ancaq “VoicePay” loqosunu göstərilən
internet mağazalarından edə bilərsiniz. Sadəcə öz mobil nömrənizi və elektron
poçt ünvanınızı daxil etməklə avtomatik olaraq sizinlə telefon vasitəsi ilə əlaqə
saxlanacaq və səsinizin uyğunluğu təsdiqləndikdən sonra ödəniş həyata
keçiriləcək. Eyni mexanizm telefon vasitəsi ilə aparılan əməliyyatlara da aiddir.
Səslə ödənişin (“VoicePay”) onlayn və telefon vasitəsi ilə işləmə mexanizminə
diqqət yetirək:

17
“VoicePay” şirkəti 2012-ci ildə ən təhlükəsiz ödəniş vasitəsi kimi “The card
and payments awards” mükafatına layiq görülmüşdür. “VoicePay” vasitəsi ilə
ödənişin üstünlüklərinə aşağıdakılar daxildir:
 Tamamilə ödənişsizdir.
 İstənilən yerdə istifadə oluna bilər.
 Kredit və ya Debit kartın detallarını xatırlamağa ehtiyac duyulmur.
 Asan istifadə edilir.
 Şəxsi məlumatların təhlükəsizliyinə tam zəmanət verilir.
 Biometrik səs analizi vasitəsi ilə sizin hətta qrip və ya xəstə olduğunuz
halda səsinizin dəqiqliklə tanınması.
Qeyd edilməlidir ki, səslə ödəniş sistemlərini həyata keçirən şirkətlər əsasən
Böyük Britaniyada fəaliyyət göstərirlər. Bu sahədə fəaliyyət göstərən şirkətlərə
“VoicePay” ilə yanaşı, “VoicecommerceGroup” şirkətini də misal göstərmək
olar. Bu şirkətlər vasitəsi ilə şəxslər mağazalarda alış-veriş etməklə yanaşı,
müxtəlif iri həcmli maliyyə əməliyyatlarını həyata keçirə bilərlər.

18
Bitcoin

Bitcoin çox vaxt kriptovalyuta və ya


virtual valyuta kimi tanınır. Onun idarə
olunması müstəqil həyata keçirilir, birbaşa
(əməliyyatlar PayPal və ya Visa kimi 3-cü
tərəfin vasitəçiliyini tələb etmir), rəqəmsal
(elektron, fiziki mövcud deyil) valyutadır. ABŞ dollarından fərqli olaraq Bitcoin
hər hansı bir hökumət və ya hüquqi şəxs tərəfindən dəstəklənmir, nə də mərkəzi
bank tərəfindən buraxılmır. Bitcoin sistemində əməliyyatlarda ənənəvi maliyyə
institutları iştirak etmirlər. Əvvəlki rəqəmsal valyutalarda mərkəzi idarə edən
şəxs olurdusa, Bitcoin şəbəkəsi tamamilə sərbəstdir, əməliyyatların bütün
hissələri sistemin istifadəçiləri tərəfindən aparılır. Bitcoin əməliyyatların
aparılmasında və valyuta buraxılışının idarə edilməsində kriptoqrafiyanın
prinsiplərinə əsaslandığına görə ona bəzən gizli valyuta kimi istinad edilir. Hər
bir Bitcoin və hər bir istifadəçi şifrələnir, hər bir əməliyyat müstəqil ümumi
kitabda qeydə alınır.
Bitcoin şəbəkəsinə qoşulmaq üçün istifadəçilər ilk növbədə pulsuz və açıq
mənbə olan proqramı yükləməlidirlər. Şəbəkəyə qoşulduqdan sonra Bitcoin əldə
etməyin 3 yolu var. Birinci yolu, istifadəçi ənənəvi pulu (dollar, avro, yen)
onlayn mübadilədə (Okcoin, Coinbase, Kraken) haqqı ödənilməklə Bitcoin-a
çevirə bilər. Mübadilə haqqı əməliyyatın həcmindən asılı olaraq dəyişir. Kiçik
əməliyyatlara 0.5%, iri əməliyyatlara 0.2% mübadilə haqqı tətbiq edilir. Bitcoin-
un qiyməti ona olan tələbat və buraxılışa əsasən müəyyən edilir. 2014-cü ilin iyul
ayında 1 Bitcoin təxminən 600 dollar idi. Lakin qiymət tez bir zamanda dəyişə
bilir. Məsələn, 2013-cü ilin dekabrında 1 Bitcoin 1100 dollardan yuxarı idisə,
2014-cü ilin aprelində 400 dollardan aşağı düşmüşdü. Satıcı məhsulunun
müqabilində Bitcoin qəbul edirsə, Bitcoin əldə etmənin 2-ci yolu mal və
xidmətlərin satışı nəticəsində mümkün olur. Üçüncü yolu, istifadəçi özü mining
prosesi vasitəsilə Bitcoin-lar yarada bilər. Bu proses vasitəsilə yeni Bitcoin-ların
yaradılması üçün istifadəçinin kompyuterinin prosessinq gücü mürəkkəb riyazi
19
məsələnin həll edilməsinə yönəldilir. İstifadəçinin özünün Bitcoin-lar
yaratmasının mümkünlüyü onun kompyuterinin prosessinq gücünə mütənasibdir.
İş və ev kompyuterləri vasitəsilə bu prosesin aparılması demək olar ki,
mümkünsüz hesab edilir. Hal-hazırda dövriyyədə 13 milyon Bitcoin var. 2140-cı
ildə bu rəqəmin 21 milyona çatması gözlənilir. Alınmış və ya yaradılmış Bitcoin
istifadəçinin kompyuterinin rəqəmsal pul kisəsində və ya onlayn pul kisəsi
xidmətində toplanır.
Rəqəmsal valyutalar ənənəvi vergi cənnəti yurisdiksiyaları xüsusiyyətlərinə
malikdir: qazanc vergi orqanlarında bəyan edilmir. Lakin ənənəvi vergi
cənnətlərindən fəqli olaraq rəqəmsal valyutalar maliyyə təşkilatı cəlb etmədən
fəaliyyət göstərə bilirlər. ABŞ-da İRS virtual aləmdə baş verən fəaliyyətin vergi
nəticələrini haqqında məhdud təlimat təqdim edir. Təlimatda deyilir:-
“Ümumilikdə pul, əmlak və ya xidmətlər şəklində gəlir əldə edə bilərsən. Virtual
aləmdə xərclədiyindən daha çox gəlir əldə edirsənsə həmin gəlirin vergiyə cəlb
olunan gəlir kimi hesabatını verməlisən”. Təlimat məhduddur və konkret şəkildə
Bitcoin kimi rəqəmsal valyutanı hədəfə almır. Virtual valyutalarda tərəflərin
vəzifə və öhdəliklərini tənzimləyən hər hansı bir qanun və təlimat mövcud
deyildir.

Pay Pal

Elektron ticarət zamanı istifadə olunan digər hesablaşma


metodu PayPal ödəniş provayderidir. Bu metod çox geniş
vüsət almış, nəinki elektron ticarət zamanı hesablaşma operatoru funksiyasını
daşıyır, eyni zamanda tərəflər arasında vəsait köçürməsi üçün istifadə
olunmaqdadır. Pay pal-ın əsas funksiyası alıcı ilə satıcı arasında təminatçı
funksiyasını daşımaqdır. Yəni mal satan məhsulu müəyyən olunmuş qaydada
alıcıya çatdırmadığı təqdirdə 45 gün ərzində ödənilmiş məbləğ alıcıya təmin
olunur. Satıcı isə göndərdiyi mal müqabilində vəsaiti alacağına zəmanət alır.
2014-cü il üzrə pay pal 203 ölkədə, 137 milyon qeydiyyatçı ilə, 26 milli valyuta
ilə işləyən sistemdir. Pay pal-da qeydiyyat və vəsaitin göndərilməsi ödənişsizdir.
20
Komisyon vəsaitin benefisiarından tutulur və Pay Pal əsasən vəsaitin
konvertasiyasından mənfəət əldə edir.

Xülasə
Son 10 ildən artıqdır ki, elektron ticarətin vergiyə cəlb olunması məsələsi
vergi orqanlarının diqqət mərkəzindədir. Əsasən hər bir vergi orqanının bu
mövzuda problemi eynidir və əsas sual verginin kim tərəfindən hansı büdcəyə
mədaxil olunmasıdır. Vergi orqanlarının əksəriyyətinin elektron ticarətin vergiyə
cəlb edilməsi mövzusunda qənaəti budur ki, yeni növ vergilərin tətbiq
olunmasına gərək qalmadan vergi sisteminə mövcud hesablaşma sistemini
adaptasiya etmək yetərlidir. Bununla belə internet ticarəti ilə məşğul olan
şirkətlərin vergiyə cəlb olunması bir qayda olaraq çox çətin olur. Çünki, bu
şirkətlər nisbətən yeni qeydiyyatdan keçmiş və ya qanunsuz fəaliyyət göstərməyə
meyilli, tez-tez fəaliyyət yerini dəyişən, kiçik iş yerlərində az sayda işçilərdən
ibarət və əsasən özünə məxsus saxlama anbarlarına malik olmayan şirkətlər olur.
Buna görə də onların vergiyə cəlb olunması çətinlik yaradır. Fiziki şəxslərin
elektron ticarətdə iştirakı vergiyə cəlb olunmanı bir az da çətinləşdirir. Müasir
dövrdə artan müxtəlif ödəniş sistemləri nağdsız hesablaşma proseslərində də
vergidən yayınma hallarının artmasına səbəb olmuşdur. Bu da vergi orqanlarını
vergi qanunvericiliyini yeni ödəniş sistemlərinə adaptasiya etməyə məcbur edir.
Vergi qanunvericiliyində təsbit edilən belə elektron ödəniş sistemləri vergi
orqanına rahatlıqla belə ödənişlər vasitəsi ilə alış-veriş edən şəxslərin
əməliyyatlarına nəzarət etmə imkanı yaradır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası çox sürətlə dünya
iqtisadiyyatı ilə inteqrasiya olunur və alıcılıq qabiliyyəti artır. Elektron ticarətin
həcminin ümumi ticarətdə payının artması qacınılmazdır. Bu da öz növbəsində
müxtəlif ödəniş sistemlərinin tətbiqini və vergi orqanlarının müvafiq
adaptasiyasını şərtləndirir.

21

You might also like