You are on page 1of 225

Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Azərbaycan Təhsil Nazirliyi


Azərbaycan Texnologiya Universiteti

MAKROİQTİSADİYYAT
(26-cı proqram)
Bakalavrlar və iqtisadiyyat sahələri üzrə magistraturaya
hazırlaşanlar üçün dərs vəsaiti

Fizuli Məmmədov
Vüqar İsmayılov
Asiman İlyasov

GƏLİN İQTİSADÇI KİMİ DÜŞÜNƏK

Gəncə-2018

1
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 30.05.2018


tarixli 9 saylı Protokol qərarı il təsdiq edilmişdir.

Elmi redaktor: i.e.d professor Natiq Əli oğlu Cavadov


Redaktor: i.e.n.dosent Yusif Əbülfət oğlu Hümbətov

Rəyçilər:
1. AMEA-nın “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin
müdiri, iqtisad elmlər doktoru, professor İsa Hüseyn oğlu Alıyev

2. Azərbaycan Dövlət Aqrar Universitetinin “Maliyyə və iqtisadi


nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmlər doktoru, professor
Məhərrəm Cəlil oğlu Hüseynov

Gəncə 2018

2
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT

Professor Fizuli Əziz oğlu Məmmədov – Məmmədov Fizuli Əziz oğlu 21 dekabr 1955-ci
ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik
İnstitutunun Kirovabad Filialına daxil olmuş və 1982-ci ildə Azərbaycan Texnologiya
İnstitutunun “Yüngül sənayenin texnologiyası” fakültəsini bitirmişdir. Təyinatla Moskva tikiş
istehsalatı birliyinə göndərilmişdir. 1982-85-ci illərdə həmin birlikdə usta, sex rəisi və istehsalat
rəisi vəzifələrində çalışmışdır. 1985-88-ci illərdə Moskva Elmi-Tədqiqat Tikiş Sənayesi
İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1988-ci ildə hərbi geyimlərin istehsalının
təşkili mövzusunda namizədlik dissertasiya işi müdafiə etmişdir. 1989-cü ildə təyinatla
Azərbaycan Texnologiya İnstitutuna göndərilmişdir. Həmin institutda baş laborant assistent, yeni
yaradılmış aspirantura şöbəsinin müdir, Elmi Şuranın katibi, dosent və 1993-cü ildən kafedra
müdiri işləyir.
1992-94-cü illər İv. Cavaxişvili adına Tbilisi Dövət Universiteti “İqtisadiyyat” fakultəsinin
doktorantı olmuşdur. 1994-cü ildə “Azərbaycanda əmək və material sərfi ilə tikiş sənayesində
istehsalın təşkilinin təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiya işi müdafiə etmişdir.
Dövlət standartı DÜİST 27127-88 “Yüksək keyfiyyətli hərbiçi geyimlərin” müəllifidir.
1997-ci ildə iqtisadiyyat və biznes sahəsindəki elmi araşdırmalarına görə onu Gürcüstan
Biznes Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2015-ci ildə elmi araşdırmalarını nəzərə
alaraq Avropa Mətbuat Evi onu qızıl medalla təltif olunmuşdur. 2006-cı ildə Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında professor elmi adına layiq
görülmüşdür. Prof. Məmmədov F.Ə. 250-dən artıq elmi əsərin, o cümlədən 2 ixtiranın, 4
dərsliyin, 11 dərs vəsaitinin, 3 monoqrafiyanın, 15 metodik göstərişin və s. müəllifidir. Eyni
zamanda o, Rusiya Elm və Təhsil Nazirliyi “Yüngül sənaye” üzrə Metodik Şuranın üzvü, Kutaisi
Dövlət Universitetinin qeyri-hökumət proqramları çərçivəsində ekspert və Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat
İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür.
Prof. Məmmədov F.Ə. Rusiyadan Novosibirsk şəhərində “İqtisadiyyat və biznes”, Kutaisi
Dövlət Universiteti “Elmi xəbərlər məcmuəsi”, Tbilisi açıq Universiteti “Xəbərlər” məcmuəsi,
Moskva Dövlət Texnologiya və İdarəetmə Universiteti “Elmi xəbərlər məcmuəsi” redaksiya
heyətinin üzvüdür. Onun rəhbərliyi altında 10-dan artıq doktorant dissertasiya işini müdafiə
etmişdir. Prof. Məmmədov F.Ə. xarici ölkə universitetlərlə çox geniş elmi əməkdaşlıq əlaqələri
vardır.

Dosent Vüqar Ağamusa oğlu İsmayılov- 5 dekabr 1979-cu ildə Göyçay rayonunda
anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetində "Politologiya" ixtisası üzrə bakalavr
dərəcəsi, 2003-cü ildə isə eyni universitetdə "idarəetmənin sosiologiyası" ixtisası üzrə magistr
dərəcəsi almışdır.
2003-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində hərbi xidmətə
getmiş, 2005-ci ilin aprel ayında hərbi xidməti baş leytenant rütbəsində başa vurmuşdur.
2013-cü ilin iyun ayının 24-də Elmlər Akademiyasının İqtisadiyyat institutunda
dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adını almışdır.
2009/2011-ci illərdə “Gənclərin elmi araşdırmalarına dəstək” ictimai birliyində sədrin 1-ci
müavini vəzifəsində işləmişdir.

3
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

2011/2015-ci illərdə Bakı Mühəndislik Universitetində Magistratura və doktorantura


şöbəsində müdir müavini vəzifəsində işləmiş, eyni zamanada həmin universitetinin İqtisadiyyat
və idarəetmə fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi olmuşdur.
2013-2014-cü illərdə Türkiyə Respublikası Təhsil Nazirliyinin layihəsi əsasənda təşkil
olunan “Ailə terapiyası” təlim proqramında bir illik distant təhsil alaraq ailə terapevti sertifikatı
əldə etmişdir.
2015-ci il avqust ayının 5-dən Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə
prorektor vəzifəsində işləyir.
2017-ci il iyul ayının 14-də Ali Attestasiya Komissiyasının (protokol N19-K) qərarı ilə
İnzibati idarəetmə kafedrası üzrə dosent elmi adını almışdır.
Tibilisi Açıq Universitetdə son illərdə İqtisadiyyat sahəsində verdiyi mühazirələr və
apardığı araşdırmalar nəticəsində 2018-ci ilin yanvar ayında Tibilisi Açıq Universitetinin
iqtisadiyyat sahəsi üzrə Fəxri Professoru adına layiq görülmüşdür.
2018-ci ilin mart ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat
üzrə elmlər doktorluğu təhsilinə başlamışdır və hal-hazırda dissertasiya mövzusu olaraq
“İstehlakçı davranışının stimullaşdırma modelləri” və “Aqrar sahədə istehlakçı davranışları” üzrə
araşdırmalar aparır.
Azərbaycan Texnologiya Universitetində Magistratura və Bakalvr təhsili alan tələbələrə
Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, İstehlakçı davranışı, Elmi araşdırma üsulları fənnlərini
tədris edir. Bununla yanaşı elmi fəaliyyətini regional idarəetmə, idarəetmənin sosiologiyası və
davranış iqtisadiyyatı (behavioral economics) istiqamətində davam etdirir və bununla yanaşı
xarici ölkə universitetləri ilə çox geniş elmi əməkdaşlıq əlaqələri vardır.
25-dən çox elmi məqalə, 3 dərs proqramı və 6 dərs vəsaitinin müəllifidir.
Ailəlidir, bir övladı var.

Asiman Rasim oğlu İlyasov- 1992-ci il fevralın 15-də Naxçıvan MR-da Naxçıvan
şəhərində anadan olmuşdur. Beynəxalq və respublika üzrə riyaziyyat olimpiadalarında ölkəmizi
təmsil etmiş, gümüş və qızıl medala layiq görülmüşdür. Orta məktəbi fərqlənmə attestatı ilə
bitirdikdən sonra 2010-cu ildə yüksək balla dövlət sifarişi ilə Bakı Mühəndislik Universitetinin
“Sənayenin təşkili və idarəolunması (ingilis dilində)” ixtisasına qəbul olmuşdur. Bakalavr
təhsilini başa vurduqdan sonra Azərbaycan Texnologiya Universitetinin “İstehsalat və xidmət
sahələrinin iqtisadiyyatı və idarəolunması ixtisasının” magistr təhsili almış və hal-hazırda
Azərbaycan Texnologiya Universitetində “İnsan resurslarının təlimi və inkişafı” şöbəsinin
müdiri olaraq fəaliyyət göstərir. Bununla yanaşı həmin universitetdə Mikroiqtisadiyyat,
Makroiqtisadiyyat, Statistika fənnlərini tədris edir. 2 dərs vəsaitinin və 2 fənn proqramının
müəllifidir.
Ailəlidir.

4
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

MÜNDƏRİCAT

Önsöz………………………………………………………………....………6

Giriş……………………………………………………………….………….8

1. Makroiqtisadiyyatın təsviri və ümumi konsepsiyalar……...……………..…………...9


2. Mikro və makroiqtisadiyyatın qarşılıqlı təhlili.............................................................20
3. Makroiqtisadi modellərin inkişaf tarixi.........................................................................29
4. Ümum Daxili və Ümum Milli Məhsul (GDP and GNP)...............................................41
5. Xalis milli məhsul və milli gəlir.......................................................................................53
6. İşsizlik və məşğulluq (Unemployment and employment).............................................59
7. İnvestisiya və yığım nəzəriyyəsi (İnvestment and saving theory)...............................77
8. Məcmu tələb və məcmu təklif nəzəriyyəsi (AD-AS theory).........................................85
9. İS-LM modeli.................................................................................................................106
10. Makroiqtisadi tarazılıq..................................................................................................120
11. Vergilərin mahiyyəti, vəzifələri və növləri...................................................................125
12. Fiskal və Monetar siyasət (Fiscal and Monetary Policy)............................................136
13. Mərkəzi bank və funksiyaları.......................................................................................147
14. İnflyasiya və Deflyasiya.................................................................................................151
15. İqtisadi tsikl (Economic cycle)......................................................................................163
16. Azərbaycanda Makroiqtisadi islahatlar və onun nəticələri.....................................170

Gəlin öyrəndiklərinizi test edək....................................................................................179

Ümumi təkrar................................................................................................................199

Ədəbiyyat siyahısı (Referance) və İstifadə olunan internet səhifələri......................221

5
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Önsöz
Milli iqtisadiyyatımız formalaşıb inkişaf etdikcə, onun bazar mahiyyətinin
dərk olunması, ölkəmizdə gedən mütərəqqi sosial-iqtisadi inkişaf meylləri
genişləndikcə, bu prossesin mahiyyətinin yüksək səviyyədə dərk edilməsinin
zərurliyi daha qabarıq şəkildə ortaya çıxmışdır. Buna görə də iqtisad hadisə və
prossesləri daha yığcam, anlaşıqlı şəkildə ifadə edə bilən dərsliklərə və dərs
vəsaitlərinə tələbat getdikcə artır. Belə ki, müstəqiliyimizdən 25 ildən çox
keçməsinə baxmayaraq, indiyə qədər tədris müəssisələrimizdə iqtisadi ədəbiyyata
olan tələbatımız heç də tam ödənilməmişdir. Bunlar xüsusilə iqtisad elminə aiddir.
Bu vaxta qədər makroiqtisadiyyat haqqında kitablar az nəşr edilmiş və ya öz
mürəkkəb, ziddiyətli yazılış qaydalarına görə bu günkü tələbatı heç də tamamilə
ödəmir. 2018-ci ildə Azərbaycan Texnologiya Universitetində nəşr edilmiş
makroiqtisadiyyat dərsliyi tələbələrin iqtisadi təfəkkürünün formalaşmasında
müsbət rol oynayacaqdır. Bu səbəbdən də tələbələrin istifadə edə biləcəyi və
müasir tələblərə uyğun yeni dərsliyin yazılmasına ehtiyac yaranmışdır.

Tarixi təcrübə göstərir ki, sosial-iqtisadi həyatda baş verən bütün dəyişikliklər
obyektiv təlabatdan irəli gəlir. Belə həyatı dəyişikliklər şübhəsiz humanitar elm
sahələrinin yeniləşməsinə mütləq təsir göstərir. Bu isə həmin elm sahələri üzrə
dərsliklərin yeniləşməsini və təkmiləşdirilməsini zəruri edir.
Qeyd etmək lazımdır ki, XXI əsrdə beynəlxalq aləmdə iqtisad elmində,
xüsusilə onun mühüm tərkib hissəsi olan makroiqtisadiyyat sahəsində müvcud olan
problemlərin əsaslı surətdə yeniləşməsini tələb edir.
Bu prosesdə keçmiş və müasir iqtisadi nəzəriyyələrin, iqtisadi məktəblərin
ideyalarının sintezi də baş verir.
Məlumdur ki, keçmiş sistemdə ideologiya, siyasi yanaşma, sinfilik və
partiyalılıq ilə əlaqədar baxışlar, ehkamçılıq nəzəri biliklərin gerçəkliyinə çox zərər
vururdu və elmi-nəzəri istiqamətləri öz yolundan çıxarırdı. İndi mühit dəyişib,
makroiqtisadiyyat elminə də bu cür yanaşmalar yad olmalıdır.
Demokratikləşmə yoluna qədəm qoyduğunuz bir zamanda obyektiv iqtisadi
həyat hadisələrindən real gerçəklikdən ayrı düşməyə, uzaqlaşmağa yol vermək
olmaz.

6
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Müasir şəraitdə iqtisad elminin xüsusilə onun ümumi iqtisadi nəzəri


məsələlərinin öyrənilməsi indiki qədər heç vaxt belə aktual əhəmiyyət kəsb
etməmişdir.
Dərslikdə cəmiyyətin ümumi iqtisadi inkişaf qanuna uyğunluqları, bəşəri
dəyərlər haqqında biliklər məcmusu verilməklə yanaşı, indi iqtisad elmində
mərkəzi problem olan bazar iqtisadiyyatına da təsir edən məcmu tələb və məcmu
təklif, onun fəaliyyət mexanizmlərinin təhlili və nəzəri problemlərin şərhi verilir.
Bu deyilənlərlə bilavasitə bağlı olan formalar, metodlar, iqtisadi hərəkət verici
qüvvələr haqqında dürüst elmi məlumatlar orada öz əksini tapır. Habelə, dərslikdə
klassik və indiki tarixi mərhələlərdə mühüm rol oynayan müasir iqtisadi cərəyanlar
və konsepsiyalar işıqlandırılır.
Hazırda müstəqil Azərbaycan Respublikası keçid dövründə olduğu üçün
dərslikdə həmin dövrün iqtisadi qanunauyğunluqları və spesifik xüsusiyyətləri də
öz əksini tapmışdır.
Dərsliyə bir neçə yeni mövzular daxil edilmişdir. Ümum Daxili və Ümum
Milli Məhsul (GDP and GNP), Xalis milli məhsul və milli gəlir, İşsizlik və
məşğulluq (Unemployment and employment), İnvestisiya və yığım nəzəriyyəsi
(İnvestment and saving theory), Məcmu tələb və məcmu təklif nəzəriyyəsi (AD-AS
theory), İS-LM modeli, Makroiqtisadi tarazılıq, Vergilərin mahiyyəti, vəzifələri və
növləri, Fiskal və Monetar siyasət (Fiscal and Monetary Policy), İnflyasiya və
Deflyasiya. Bunun kimi bir çox mövzular müasir şəraitə uyğun yeni səpgidə
yazılmışdır.
Müəlliflər dərsliyin həcminin məhdud olması ilə əlaqədar olaraq mövzuların
bütün detalları ilə açıqlamasını iddia etmirlər.
Belə hesab edirəm ki, “Makroiqtisadiyyat” dərsliyi az müddətdə tələbələr
tərəfindən bəyəniləcək və onların sevimli dərs vəsaitinə çevriləcəkdir. Sübhəsiz
yazılmış bu kitab müəyyən ziddiyyətli məqamlardan və nöqsanlardan da uzaq
deyildir. Bütün bunlar isə heç də kitabın elmi dəyərini aşağı salmır və onun
gələcəkdə daha mükəmməl bir dərslik kimi hazırlanacağına şərait yaradır.

AMEA-nın müxbir üzvi iqtisad elmləri doktoru,


professor Əli Qənbəralı oğlu Əlirzayev

7
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Giriş
Oxuyuculara Sual: İqtisadiyyatın öyrənilməsinin vacibliyi və əhəmiyyəti nədir?

Bu günün heç bir mövzusu və cərəyan edən hadisələri iqtisadiyyat kimi əhəmiyyətli deyil.
İqtisadiyyat fərdlərin, cəmiyyətlərin və müasir dövlətlərin həyatını idarə edir və beynəlxalq
məsələlərdə əhəmiyyətli rol oynayır. İqtisadi biliklər bir çox problemin həllinə kömək edir və
həmin bilik və bacarıqların praktik üstünlükləri aşağıdakı kimidir.

1. İqtisadiyyatın öyrənilməsi yoxsulluğu fəth etməyə kömək edir. İqtisadiyyat, sonsuz insan
istəklərini təmin etmək üçün resursların daha effektiv bölüşdürülməsi məsələlərini araşdırır.
Günümüzdəki yoxsul və geriyə dönük bir çox ölkənin xalqının kasıb yaşayış səviyyəsi zəif
resurslar, az istehsal və texnologiyanın olmaması ilə əlaqədardır. Bir millətin yoxsulluğunu
aradan qaldırmaq və onların həyat standartlarını yüksəltmək üçün iqtisadiyyat bilikləri vacibdir.

2. İqtisadiyyat iqtisadi sistemlərin biliklərini öyrədir. İstehsalçı və istehlakçı, əmək və


idarəetmə və s arasındakı əlaqəni yəni kompleks qüvvələrin iqtisadi sistemlərdə necə işlədiyini
və bir sektorda fəaliyyətin digər sektora necə təsir etdiyini anlamaq lazımdır. İqtisadi sistemlərin
işlədilməsindən xəbərsiz rəhbərlik effektiv olmayacaq və hətta həmin sahədə ayaqda qala bilməz.

3. İqtisadiyyatın öyrənilməsi büdcə tənzimləməsinə köməklik edir. İqtisadiyyat ev sahibinə


faydalıdır. İqtisadiyyat biliyi ilə, ev sahibi, uyğun büdcə və diqqətli xərcləməsi ilə ailə üçün
maksimum məmnuniyyət əldə edə bilər. Bu, ailənin xoşbəxtliyini artırır.

4. İqtisadiyyatın öyrənilməsi milli zənginliyi artırmağa kömək edir. İqtisadiyyatı öyrənməklə


milli sərvətin artmasına səbəb ola biləcək yeni amillər aşkar edə bilərik. Müasir hökumətlər
iqtisadi planlaşdırmada fəal şəkildə məşğul olurlar. Planlaşdırmanın məqsədi milli gəliri və
zənginliyi artırmaq, həmçinin sərvətin effektiv şəkildə paylanması yolu ilə yoxsulluğun aradan
qaldırılmasıdır. İqtisadiyyat biliyi olmadan da bu tamamilə qeyri-mümkündür.

5. İqtisadiyyatın öyrənilməsi qanunun möhkəmlənməsinə kömək edir. İqtisadi biliklər


siyasətçilər və dövlət əhəmiyyətli insanlar üçün çox vacibdir. Onlar qanunları və idarəetməni
yalnız iqtisadiyyatı bilməklə effektiv şəkildə qura biləcəklər. Vətəndaşlar, seçicilər və insanlar
onları təmsil edəcək namizədləri seçmək üçün də faydalı iqtisadi biliklərə ehtiyacları olacaq. Bu,
xalqlara 'Seçki Manifestosu'nda siyasi partiyalar tərəfindən təqdim edilən bir çox iqtisadi
proqramı anlamağa kömək edəcəkdir. İnsanlar Manifestoda bəyanatların həqiqətini iqtisadi ağılla
qiymətləndirə bilərlər.

Ona görə də GƏLİN İQTİSADÇI KİMİ DÜŞÜNƏK

8
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Makroiqtisadiyyatın təsviri və ümumi konsepsiyalar


Makroiqtisadiyyat milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin
həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir.
Makroiqtisadiyyat sözü “macro” böyük, “iqtisadiyyat” sözlərinin birləşməsindən yaranıb.
Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil,
iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir.
Bura milli, regional və qlobal iqtisadiyyat daxildir.

1929-cu ildə ABŞ-da başlayıb dünyaya yayılan və 1930-cu illərdə də davam edən iqtisadi
depresiya və işsizlik dövrü kimi bilinən Böyük İqtisadi Böhrana qədər klassik iqtisadçılar
iqtisadiyyatın bütününü maraqlandıran məsələlərin həlli üçün mikroiqtisadi modellərdən istifadə
etmişlər. Lakin Böyük İqtisadi Böhran dövründə qarşılaşılan problemləri sadə və bəsit klassik
modellərlə izah etmək mümkün olmamışdır. Bu isə müasir makroiqtisadi modellərin, bütövlükdə
isə iqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaratmışdır.

Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki


sahəsini formalaşdırır. Makroiqtisadiyyat əsas göstəricilər: Ümumi Daxili
Məhsul (ÜDM) Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsini, Qiymət İndeksləridir
(İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir.
Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik,
inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı
əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcuddur. Əksinə, mikroiqtisadiyyat isə,
fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların
bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir . Makroiqtisadiyyat da simvolik
olaraq iki əsas hissəyə bölünür:

 Qısamüddətli (Short-Run): qısamüddətli dövrdə iqtisadiyyatda başverən hadisələrin səbəbini


və nəticəsini öyrənir.
 Uzunmüddətli (Long-Run): uzunmüddətli dövrdə iqtisadi artımın təmin edəcək
komponentlərin və yolların öyrənir.

9
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Makroiqtisadiyyat qarşısında dayanan suallar


Bu elm sahəsi aşağıdakı suallara cavab verir:

 Uzunmüddətli iqtisadi artımı nə təmin edir? 1870-ci ildə Norveçin adambaşına düşən
gəliri Argentinadan aşağı idi. İndi isə bu göstəriciyə görə Norveç Argentinayı təqribən 3 dəfə
qabaqlayır.

Niyə bəzi ölkələrdə iqtisadi durğunluq hökm sürərkən, digər ölkələrdə artım sürətlə gedir,
vətəndaşlarının yaşayış standartları belə tez yüksəlir?

 Milli iqtisadiyyatda qalxış və enişlərə nə səbəb olur? 1980-ci illərdə ABŞ


iqtisadiyyatı durğunluq yaşadı. Hətda 1991-ci ilin yazında 1,5%-lik geriləmə baş verdi. 1994-
cü ilə qədər isə iqtisadiyyat çox zəif sürətlə inkişaf etdi. Amma 1990-cı illərin yerdə qalan
hissəsində isə o sürətlə inkişaf etməyə başladı.

Niyə milli iqtisadiyyatda inkişaf dövrü ilə eniş dövrləri arasında qısa müddət ərzində
kəskin tərəddüdlər yaşanır?

 İşsizliyə nə səbəb olur? 1930-cu illərdə ABŞ-dakı işçı quvvəsinin dörddə


biri işsizlik problemi ilə üzləşdi. On il sonra (II Dünya Müharibəsi ərəfəsində) isə, işçi
qüvvəsinin 2%-dən azı işsiz idi. Niyə işsizlik belə yüksək səviyyəyə qalxır?

Niyə hətda sabitlik dövründə işçi qüvvəsinin əhəmiyyətli hissəsi işsiz qalır?

 Qiymətlərdəki dəyişikliyə nə səbəb olur? 1970-ci illərdə ABŞ-da inflyasiya səviyyəsi


davamlı olaraq yüksəlirdi və hətda 1980-ci illərin əvvəllərində bu rəqəm 10%-dən çox idi.
Sonra isə, 1980-ci illərin ortalarına 4%-dən aşağı endi. Hətda 1990-cı illərdə 2%-dən də
aşağı düşdü. Almaniyanın inflyasiya təcrübəsi daha ekstremaldır: Baxmayaraq ki, son
onillikdə Almaniya iqtisadiyyatında inflyasiya çox aşağıdır, amma birinci dünya müharibəsində
məğlub olduqdan sonra Almaniyada 18 aylıq (İyul 1992 - dekabr 1993) hiperinflyasiya baş
verdi. Bu zaman qiymətlər bir neçə milyard dəfə bahalaşdı.

Nə inflyasiyaya səbəb olur və bununla bağlı nə etmək olar?

10
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 Qlobal iqtisadi dəyişikliklər milli iqtisadiyyata necə təsir göstərir? 1990-cı illərin sonunda
ABŞ iqtisadiyyatı qlobal iqtisadi inkişafın mühərriki idi. Belə ki, əldə olunan mənfəətin
artması ilə istehlak mallarına olan tələb yüksəldi və idxal məhsulları artdı. Bu da bir çox
ölkədə istehsalın artmasına və iqtisadi inkişafına səbəb oldu.

Həm ayrı-ayrı ölkələrin, həm də ümumilikdə bütün dünya iqtisadiyyatının inkişafına təsir
göstərən beynəlxalq ticarət və borcalma kimi iqtisadi əlaqələr necə qurulur?

 Dövlət siyasəti milli iqtisadiyyatın fəaliyyətinin inkişaf etdirilməsinə təsir göstərə


bilirmi? 1980 və 90-cı illərdə ABŞ iqtisadiyyatında istehsal, işsizlik dərəcəsi və inflyasiya
səviyyəsindəki tərəddüdlər 1960 və 70-ci illərə nisbətən daha az idi. Bəzi iqtisadçılar iqtisadi
fəaliyyəti inkişaf etdirilməsindəki uğuru düzgün həyata keçirilən dövlət siyasəti ilə
əsaslandırırlar.

İqtisadi sabitliyi və artımı təmin etmək üçün dövlətin həyata keçridiyi iqtisadi siyasət necə
qurulmalıdır?

Makroiqtisadiyyat yuxarıda göstərilən çox böyük praktiki əhəmiyyəti olan və hələ də


siyasətçilər, medya və ictimaiyyət tərəfindən müzakirə olunan bu sualları araşdırır.

Makroiqtisadi göstəricilər (Macroeconomic variables)


Müasir statistika sistemində makroiqtisadi göstəricilər iki hissəyə: iqtisadi və sosial
göstəricilərə bölünür.

İqtisadi göstəricilərə daxil olanlar:

-ümumi daxili məhsul(ÜDM);


- sənaye məhsulunun həcmi, o cümlədən istehlak malları;
- bütün maliyyə mənbələri hesabına kapital qoyuluşları;
- podrat işlərinin həcmi;
- pərakəndə əmtəə dövriyyəsi (təşkil olunmamış qaydada idxalın və qarışıq, ərzaq və
qeyri-ərzaq bazarlarında əhaliyə satışın həcminin ekspert qiymətləndirilməsi
əsasında müəyyənləşdirilmiş həcmi nəzərə alınmaqla);
- pullu xidmətlərin həcmi (fiziki şəxslər tərəfindən göstərilən xidmətlərin ekspert

11
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

qiymətləndirilməsi əsasında müəyyən edilmiş həcmi də nəzərə alınmaqla);


- nəqliyyat müəssisələrinin yük dövriyyəsi (kiçik avtonəqliyyat müəssisələri və
kommersiya yüklərinin daşınması ilə məşğul olan sahibkar-fiziki şəxslərin daşıdığı
yüklərin həcminin qiymətləndirilməsi də nəzərə alınmaqla);
- xarici ölkələrə əmtəələrin ixracı.

Sosial göstəricilərə daxil olanlar:

- sərəncamda olan real pul gəlirləri;


- bir işçinin orta aylıq nominal əmək haqqı;
- əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi;
- BƏT-in metodologiyasına, o cümlədən rəsmi qeydiyyatdan keçmiş işsizlərin
sayına uyğun olaraq hesablanmış işsizlərin ümumi sayı (dövrün sonuna);
- minimum yaşayış səviyyəsindən aşağı pul gəlirləri olan əhalinin sayı (min nəfərlə
və ya bütün əhaliyə görə %-lə);
- yaşayış evlərinin istifadəyə verilməsi.

Mal və xidmətlərin buraxılışı müəyyən dövrdə iqtisadi vahidlərin-rezidentlərin


istehsal fəaliyyətinin nəticələri hesab edilən istehsal fəaliyyətinin həcmini əks etdirir.

Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir.


İqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirir və həmin
vahidlər tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə
ölçülür. O, özündə sahələrin ümumi əlavə dəyərinin cəmini, üstəgəl ona daxil edilməyən
məhsula təmiz vergini əks etdirir.

ÜDM iqtisadi vahidlərin-rezidentlərin əmtəə və xidmətlərin istehsalçıları arasında


bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala
görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin cəmi kimi, yəni gəlirlər
üsulu ilə də müəyyənləşdirilə bilir.

ÜDM-in istifadə edilməsi (xərclər üsulu) əmtəə və xidmətlərin son istehlakını, əsas
kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini,
qiymətlilərin (sərvətlərin) əldə edilməsini və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu

12
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

özündə birləşdirir.

İstehsalçının qiyməti - əlavə dəyər vergisi və bu kimi digər əvəz edilən vergilər
çıxılmaqla, istehsalçının mal və ya xidmət şəklində istehsal etdiyi bir məhsul vahidinin
satışından əldə etdiyi məbləğdir. Bu qiymətə istehsalçı tərəfindən ayrıca əlavə edilən
nəqliyyat xərcləri daxil edilmir.

Əsas qiymət – bir məhsul vahidinin istehsalı və ya satışına görə bütün vergilər
çıxılmaqla və bütün subsidiyalar əlavə edilməklə istehsalçının bu məhsul vahidinin
satışından əldə etdiyi məbləğdir. Bu qiymətə istehsalçı tərəfindən ayrıca əlavə edilən
nəqliyyat xərcləri daxil edilmir.

Özünün son istehlakı üçün istehsal edilən əmtəə və xidmətlər oxşar bazar və əmtəə
xidmətlərinin əsas qiymətləri ilə qiymətləndirilir. Dövlət idarəetmə orqanları və ev
təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatları tərəfindən göstərilən qeyri-bazar
xidmətləri əsas kapitalın istehlakı da daxil edilməklə, bu təşkilatların cari xərclərinə istinad
edilərək qiymətləndirilir.

Aralıq istehlak - hesabat dövründə istehsal prosesində faktiki dəyişdirilən və ya tam


istehlak edilən mal və xidmətlərin dəyəridir. Material xərcləri, qeyri-maddi xidmətlərə görə
ödənən pul, əsasən gediş haqqını və mehmanxana xidmətlərini ödəməyə sərf edilən
ezamiyyət xərcləri də bura daxildir. Əsas kapitalın istehlakı aralıq istehlakın tərkibinə daxil
edilmir.

Aralıq istehlak əmtəə və xidmətlərin istehsal prosesinə daxil olduğu vaxt


istehlakçıların mövcud olmuş qiymətləri ilə qiymətləndirilir. Aralıq istehlakın tərkibinə
ayrıca maddə kimi maliyyə vasitəçiliyinin şərti hesablanmış xidmətinin istehlakı da daxil
edilir.
Maddi istehsal xərcləri - istehsal prosesində tam istifadə edilən əmək əşyalarından və
aşındıqca dəyəri məhsulun dəyərinə keçən əmək vasitələrindən ibarət olan maddi nemətlərin
dəyərini ifadə edir. Maddi istehsal xərclərinə aşağıdakılar aid edilir:
- xammal və materiallar, toxum, yem, gübrə və zəhərli kimyəvi maddələr, yanacaq və enerji
məsrəfi;

13
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

- material xidmətlərinin (kənar müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən istehsal


xarakterli işlərin, rabitə xidmətlərinin və s.) ödənilməsi;

- daşınma və ticarət, maddi-texniki təchizat, tədarük müəssisələrində saxlanma zamanı


əmtəə itkiləri;

- xüsusi geyimə, müalicə-profilaktika yeməyinə və s. sərf olunan xərclər də daxil edilməklə,


istehsala çəkilən sair maddi xərclər.

Ümumi əlavə dəyər - istehsal olunan əmtəə və xidmətlərin dəyəri ilə


(buraxılışla) istehsal prosesində tam istehlak edilən məhsul və xidmətlərin dəyəri (aralıq
istehlak) arasındakı fərqlə müəyyənləşdirilir.

Əmək haqqı - işlə təmin edənin hesabat dövründə yerinə yetirilmiş işə görə muzdlu
işçiyə pul və ya natura şəklində ödədiyi haqq deməkdir. O, hesablanmış məbləğ
əsasında, yəni vergilər və tutulan digər məbləğlər çıxılmadan hesablanır.
Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq, pul və ya natura
şəklində hesablanmış bütün qazanc növlərini (habelə müxtəlif mükafatları, əlavələri
və sosial güzəştləri) əhatə edir. O, aşağıdakı mükafat növlərini özündə birləşdirir:
- görülmüş işə (işlənmiş vaxta) görə günəmuzd qiymətlər, tarif məvacibi, vəzifə
maaşı və ya gəlirdən faizlər, mənfəətdən hesablanmış əmək haqqı;
- həvəsləndirici ödəmələr (mükafatlar, tarif məvaciblərinə və maaşlarına əlavələr);
- iş rejimi və əmək şəraiti ilə əlaqədar olan kompensasiya xüsusiyyətli ödəmələr
(əlverişsiz əmək şəraitinə və əməyin gərginliyinə görə əlavə ödənişlər, səfər
xarakterli işə görə əlavələr, sahə təminatı, istirahət və bayram günlərində işləməyə
görə ödəmələr və s.);
- qanunvericiliyə uyğun olaraq işlənmiş vaxta görə ödəmə (məsələn, hər il verilən və
əlavə məzuniyyətlərə görə ödəmə, istifadə edilməyən məzuniyyətə görə pul
kompensasiyası, yeniyetmələrin güzəştli saatlarına görə ödəmə, işçinin günahı
üzündən olmayan boşdayanmalara görə ödəmə və s.);

- faizli haqq və ya komisyon haqqı;

- ixtisasartırma və kadrların yenidən hazırlanması sistemində işdən ayrılmaq şərti ilə təhsil

14
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

alarkən işçilərə verilən əmək haqqı;

- işçinin günahı üzündən olmayan istehsal olunan zay məhsulun (işlərin, xidmətlərin)
istehsalına görə haqq;

- müəssisədə istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə verilən əmək haqqı;

- xüsusi müqavilələr əsasında müəsissədə işləməyə cəlb edilmiş, əvəzçilik yolu ilə digər
müəssisə və təşkilatlardan işə qəbul olunmuş şəxslərə verilən əmək haqqı;
- yeməkxanalarda, bufetlərdə, profilaktoriyalarda işçilərin yeməyinin dəyərinin artmasına
görə kompensasiya, habelə məktəbəqədər uşaq müəssisələrində, sanatoriyalarda və
sağlamlıq düşərgələrində yerləşən uşaqlara verilən kompensasiya;

- hökumət qərarları üzrə gəlirlərin indeksləşdirilməsi ölçülərindən artıq istehsala qiymətlərin


yüksəlməsi ilə əlaqədar kompensasiya ödəmələri;

- ev qulluqçusunun əmək haqqı;

Sosial sığortaya ayırmalar - gələcəkdə muzdlu işçilərin sosial sığorta üzrə


müavinətlər almalarını təmin etmək üçün müəssisələr (işlə təmin edənlər) tərəfindən dövlət
və qeyri-dövlət sosial sığorta fondlarına köçürülən vəsaitdir. İstehsal və idxala görə vergilər
məhsula görə vergilərdən və istehsala görə digər vergilərdən ibarətdir.

Məhsula görə vergilər adətən bir ədəd əmtəəyə və ya xidmətə görə, yəni rezidentlər
tərəfindən istehsal edilən, satılan və ya idxal edilən əmtəə və xidmətlərin miqdarına və ya
dəyərinə mütənasib olaraq ödənilən vergiləri göstərir. Onlara daha geniş yayılmış aşağıdakı
vergilər aid edilir:

- əlavə dəyər vergisi (ƏDV) və ƏDV tipli vergilər;

- aksizlər, satışa və satınalmaya görə vergilər, dövriyyədən vergilər və s.;

- ayrı-ayrı xidmət növlərinə görə vergilər (nəqliyyat, rabitə xidmətlərinə görə vergilər,
sığorta vergiləri, reklama, əyləncələrə, oyun və lotereyalara, idman tədbirlərinə görə
vergilər və s.);

15
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

- dövlətin gəlirlərini artırmaq məqsədilə müəyyən növdən olan əmtəə və xidmətlərin


istehsalına və yerləşdirilməsinə qanunla inhisar hüququ verilən dövlət müəssisələrinin
mənfəəti (fiskal inhisarların mənfəəti);

- idxal və ixrac vergiləri, gömrük rüsumları. İstehsal və idxala görə xalis vergilər
istehsal və idxala subsidiyalar çıxılmaqla müəyyənləşdirilir.

İstehsal və idxala görə subsidiyalar müəssisələrin cari istehsal fəaliyyəti ilə əlaqədar
olaraq dövlət tərəfindən verilən və qaytarılmayan cari ödəmələrdir. Əsas kapitalın yığımını
maliyyələşdirmək üçün nəzərdə tutulmuş qaytarılmayan investisiya qoyuluşları buraya daxil
edilmir və kapital transferlərə aid edilir. İstehsal və idxala subsidiyalar məhsula görə
subsidiyalardan və istehsala görə digər subsidiyalardan ibarətdir.

Məhsula görə subsidiyalar - adətən, rezidentlər tərəfindən istehsal edilən, satılan və


ya idxal edilən əmtəə və xidmətlərin miqdarına və ya dəyərinə mütənasib olaraq ödənən
subsidiyalardır. Məsələn, müəssisələrin istehsal etdiyi məhsulun satış qiymətinin orta
istehsal xərclərindən aşağı təyin edilməsi nəticəsində baş verən daimi zərərlərə görə dövlət
büdcəsindən müntəzəm ödəmələr, ixrac və idxal subsidiyaları və s. bunlara aiddir.
İstehsala görə digər subsidiyalara istehsal amillərindən istifadə edilməsi ilə əlaqədar olaraq
müəssisənin dövlətdən aldığı subsidiyalar daxildir və onların əsas növləri aşağıdakılardır:
- şəxslərin xüsusi kontingentinin (əlillərin, oxuyanların və s.) əməyindən istifadə ilə
əlaqədar olaraq ödənilən subsidiyalar;

- digər istehsal amillərindən istifadə etməklə bağlı olan subsidiyalar (məsələn, müəyyən
xammal, enerji və s. növlərindən istifadənin stimullaşdırılması üçün subsidiyalar);
- ətraf mühitin çirkləndirilməsini azaltmaq üçün subsidiyalar (məsələn, istehsal
tullantılarının əlavə emalının dəyərinin ödənilməsi üçün subsidiyalar).
Əsas fondlar (əsas kapital) respublikanın milli sərvətinin mühüm hissəsini təşkil edir
və binaları, qurğuları, ötürücü qurğuları, maşın və avadanlıqları, nəqliyyat vasitələrini,
alətləri, çoxillik əkmələri, işlək və məhsuldar mal-qaranı və əsas fondların digər növlərini
özündə birləşdirir.

Bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatların əsas fondları, habelə

16
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

vətəndaşların mülkiyyətində olan əsas fondları, yəni yaşayış evləri, təsərrüfat tikililəri,
çoxillik əkmələr, işlək və məhsuldar mal-qara, kənd təsərrüfatı texnikası əsas fondların
tərkibində uçota alınır.

Əsas fondlar ilk balans və bərpa dəyəri (tam və qalıq) ilə uçota alınır. Balans dəyəri
əsas fondların alındığı vaxtdakı qiymətlərlə alınması, quraşdırılması və istismara verilməsi
dəyəridir. Bərpa dəyəri nəzərdən keçirilən vaxt bölümündə əsas fondların təkrar istehsal
qiymətləri ilə dəyərini göstərir. Tam dəyər əsas fondların aşınmasının yığım kəmiyyəti
çıxılmazdan əvvəl müəyyənləşdirilir. Qalıq dəyəri əsas fondların aşınmasının yığım
kəmiyyətinin (ilin əvvəlinə və axırına olan vəziyyətə görə) tam dəyərdən çıxılması ilə
müəyyənləşdirilir.
Əsas fondların orta illik balans dəyəri ilin əvvəlinə və axrına olan vəziyyətə görə əsas
fondların mövcudluğu haqqında məlumatlarla müəyyənləşdirilir.

Amortizasiya (aşınma) çıxılmaqla əsas fondların mövcudluğu (bütövlükdə iqtisadi


sahələr üzrə) tam balans dəyəri üzrə əsas fondların dəyərindən əsas fondların aşınması
miqdarının çıxılması ilə müəyyənləşdirilir.

Əsas vəsaitlərin aşınması - əsas fondların tam bərpası üçün (renovasiyasına)


amortizasiya ayırmalarının yığılmış məbləğidir. Əgər amortizasiya ayırmaları aparılmırsa,
bu halda əsas vəsaitlərin aşınması əsas fondların oxşar növləri üçün amortizasiya
normalarına istinad edilərək hesablama yolu ilə müəyyənəşdirilir.
Amortizasiya ayırmaları - əsas fondların tam bərpasına ayırmalardır. Onların
məbləği, qanunvericiliyə uyğun olaraq əsas fondların fəal hissəsinin sürətləndirilmiş
amortizasiyası da daxil edilməklə, əsas fondların balans dəyərinə və müəyyən olunmuş
qaydada təsdiq edilən normalara əsaslanaraq müəyyənləşdirilir.
Fondla silahlanma və fond verimi. Əməyin fondla silahlanması müəssisələrdə və ya
maddi istehsal sferasının sahələrində çalışan işçilərin əsas fondlarla təminatını
səciyyələndirir. Onu hesablamaq üçün maddi istehsal sferasının və ya ayrı-ayrı sahələrin
əsas fondlarının orta illik dəyərini (müqayisəli qiymətərlə) işçilərin orta illik siyahı sayına
bölmək lazımdır.

Bütövlükdə, maddi istehsal sferası üzrə fond verimi xalis maddi məhsulun əsas

17
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

istehsal fondlarının orta illik dəyərinə (müqayisəli qiymətlərlə) nisbəti ilə hesablanır.
Maddi istehsal sferasının sahələri üzrə fond verimi məhsulun (işlərin, xidmətlərin) həcminin
əsas istehsal fondlarının orta illik dəyərinə (müqayisəli qiymətlərlə) nisbəti ilə hesablanır.
İnvestisiyalar iqtisadi aktivlərin (qəbul olunmuş maliyyə öhdəlikləri çıxılmaqla əldə
edilmiş aktivlər) xalis əldə edilməsi kimi müəyyənləşdirilir.

İnvestisiyalar bina və tikintilərin əldə edilməsi, maşın və avadanlıqların və əsas


fondların digər növlərinin alınması, maddi dövriyyə vasitələri ehtiyatlarının artırılması yolu
ilə həyata keçirilə bilər. İnvestisiyalar, həmçinin müəssisə və təşkilatların mülkiyyətinin tam
və ya qismən əldə edilməsi, müəssisələrin səhmlərinin və s. qiymətli kağızların, nizamnamə
kapitalına haqların, hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, bank əmanətlərinin
alınması, daşınmaz əmlakın və s. əldə edilməsi yolu ilə həyata keçirilə bilər.
İqtisadi aktivlərin növündən asılı olaraq, real aktivlərə və maliyyəyə qoyulan investisiyalar
fərqlənirlər.

Real aktivlərə investisiyalar dedikdə, əsas kapitala (bina və tikililərə, maşın və


avadanlıqlara, mal-qaraya, əkilmələrə, kəşfiyyat-qazma işlərinə, proqram təminatına, bədii
əsərlərin orijinallarının alınmasına), maddi dövriyyə vasitələri ehtiyatlarının (istehsal
ehtiyatları, bitməmiş istehsal, hazır məhsul, yenidən satılmaq üçün mallar) artırılmasına,
qiymətlilərə, maddi qeyri-istehsal aktivlərinin (torpaq sahələri, yeraltı sərvətlər, təbiətdən
istifadənin digər obyektləri) və qeyri-maddi qeyri-istehsal aktivlərinin (patentlər, icarəyə
dair müqavilələr və s.) əldə edilməsinə qoyulmuş kapital başa düşülür.
Maliyyə investisiyasına maliyyə qoyuluşları aktivlərinə, xüsusilə də kredit qoyuluşlarına,
səhmlərə, istiqraz vərəqələrinə və digər qiymətli kağızlara, sair maliyyə aktivlərinə
qoyuluşlar aiddir. Maliyyə investisiyaları həm ümumi, həm də xalis əsasda, yəni maliyyə
öhdəlikləri çıxıldıqdan əvvəl və sonra müəyyənləşdirilə bilər. Maliyyə investiyası
qısamüddətli və uzunmüddətli formada olur. Beynəlxalq maliyyə hesabatları standartlarına
uyğun olaraq, qısamüddətli investisiyalara bir ildən çox olmayan müddətdə fəaliyyətdə olan
və öz növbəsində sərbəst satıla bilən investisiyalar daxildir. Digər maliyyə investisiyaları
uzunmüddətli hesab olunur.

Real investisiyalar - qeyri-maliyyə aktivlərinin bütün növlərinin (istehsal və qeyri-

18
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

istehsal aktivləri) əldə olunması məqsədilə vəsait qoyuluşlarını əks etdirir. İnvestisiya
prosesinin təhlili göstərir ki, təşkilatın mühasibat hesabatlarında pul vəsaitlərinin hərəkəti
cari (əməliyyat), investisiya və maliyyə fəaliyyəti bölmələri üzrə əks etdirilir.
Muxtar respublikanın iqtisadiyyatına investisiyalar həm rezidentlər, həm də qeyri-
rezidentlər tərəfindən həyata keçirilə bilər. Rezidentlərin investisiyaları həm real, həm də
maliyyə aktivlərinə qoyula bilər.

Xarici investisiyalar (qeyri-rezidentlərin investisiyaları, həmçinin rezidentlərin


“qalan dünya” ölkələrinin iqtisadiyyatına investisiyaları) yalnız maliyyə aktivlərinə qoyula
bilər. Onlar aşağıdakılara bölünür:

- birbaşa investisiyalar;

- portfel investisiyaları;

- sair investisiyalar.

Birbaşa investisiyalar müəssisənin səhmlərinə və ya nizamnamə kapitalına digər


qoyuluşlara nəzarət paketinin alınması yolu ilə müəssisənin idarə edilməsində həlledici
səsin əldə edilməsi üçün həyata keçirilir.

Portfel investisiyalar müəssisənin səhmlərinə, investorun həlledici səsə malik


olmadığı idarəetməyə, həmçinin digər qiymətli kağızlara qoyulması yolu ilə investisiya
gəliri əldə etmək üçün həyata keçirilir. Sair investisiyalara maliyyə aktivlərinin, əsas etibarı
ilə depozitlərə və ssudalara vəsaitin qoyulması aid edilir.

19
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Mikro və makroiqtisadiyyatın qarşılıqlı təhlili


(Microeconomics and macroeconomics)

Elmdə bir çox fənlər müxtəlif səviyyələrdə öyrənilir. Məsələn, biologiyanı götürək.
Mütəxəssislər molekulyar biologiya sahəsində canlı cismin təşkil olunduğu kimyəvi tərkibləri
öyrənir. Hüceyrə quruluşlu orqanizmlər sahəsində mütəxəssislər çoxlu miqdarda kimyəvi
elementlərdən ibarət olan hüceyrələri öyrənir və eyni zamanda onlar canlı orqanizmin tərkib
hissələri hesab olunur. Təkamül nəzəriyyəsi üzrə ixtisaslaşan mütəxəssislər əsrlər və minilliklər
ərzində canlıların növlərini, bitki siniflərini və onların dəyişilmələrini öyrənirlər.
İqtisadiyyat da başqa sahələrdə olduğu kimi, müxtəlif səviyyələrdə öyrənilir. Biz ayrı-ayrı ev
təsərrüfatları və firmalarda qərar qəbul edilmək prosesini təhlil edər və əmtəə xidmətlər
bazarında qarşılıqlı əlaqələri tədqiq edərik, yaxud da bütövlükdə iqtisadiyyatın fəaliyyətini, daha
doğrusu subyektlərin bütün bazarlarda qəbul etdikləri qərarların məcmusunu araşdıra bilərik.
İqtisadi nəzəriyyə ənənəvi olaraq mikroiqtisadiyyata – ev təsərrüfatları və firmaların qərar
qəbuletmə proseslərini və onların bazarda qarşılıqlı əlaqələrinin öyrənilməsinə və
makroiqtisadiyyata – iqtisadiyyatın bütövlükdə öyrənilməsinə bölünür. Mikroiqtisadiyyat üzrə
mütəxəssislər Nyu-Yorkda rentanın səviyyəsinin mənzillərin dəyərinə təsirini, xarici ölkə
istehsalçıları tərəfindən ABŞ-ın avtomobil sənayesinə rəqabətin təsirini, yaxud fəhlələrin təhsil
səviyyələri ilə əmək haqqı arasındakı asılılığın tədqiqi ilə məşğul ola bilərlər. Makroiqtisadiyyat
problemlərini tədqiq edən alimlər federal istiqrazların milli iqtisadiyyat üçün nəticələrini,
işsizliyin səviyyəsini və məşğulluğun uzunmüddətli perspektivlərini tədqiq edir, yaxud əhalinin
həyat səviyyəsinin yüksəldilməsi istiqamətlərinin alternativ proqramlarını təklif edirlər.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat arasında sıx əlaqə var. İqtisadiyyatda baş verən
dəyişiklik milyonlarla fərdin bütövlükdə qəbul etdiyi qərarlar nəticəsində baş verir, deməli,
ümumiqtisadi meyllərin dərk olunması onların makroiqtisadi səviyyədə qəbul edilməsi prosesinə
baxılmasını tələb edir. Məsələn, federal verginin azaldılmasının əmtəələr və xidmət
istehsalçılarının gəlirlərinin səviyyəsinə təsiri makroiqtisadi səviyyədə öyrənilir. Bu vəziyyəti
təhlil etmək üçün iqtisadçı-təhlilçi vergi həcminin azaldılmasının ev təsərrüfatlarının əmtəələr və
xidmət əldə etmək məqsədilə yönəldəcəkləri pul vəsaitlərinin həcmi haqqında qərarlarına təsirini
araşdırır. Amma mikroiqtisadiyyat ilə makroiqtisadiyyat arasında mövcud olan qarşılıqlı əlaqə

20
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

elmin bu sahələrinin əhəmiyyətli fərqlərini aradan götürmür. Bəzi iqtisadçılar hesab edirlər ki,
biologiyada olduğu kimi, onun sadə elementlərindən başlanmalı və bundan sonra onların
qarşılıqlı təsirinin araşdırılmasına keçilməlidir. Lakin bu metodun tədqiqata tətbiqi özünü həmişə
doğrultmur. Bu mənada, həyatın təkamülünü öyrənən biologiya molekulyar biologiyanın
nailiyyətlərinə əsaslanır. Belə ki, bütün heyvanat və bitkilər molekullardan ibarətdir. Amma
tədrici inkişaf və molekulyar biologiya elmin müxtəlif sahələrini, onlardan hər biri dərketmənin
xüsusi metodlarından istifadə etməklə spesifik sualları araşdırır.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat analoji olaraq spesifik tədqiqat metodlarına
malikdir və onlar müxtəlif yanaşmalara, metodlara, nəzəriyyələrə əsaslanır və bir çox hallarda
ayrıca kurs kimi tədris edilir.
İqtisadçı siyasətçi rolunda- Çox vaxt baş verən iqtisadi hadisələrin izahını iqtisadçılardan
xahiş edirlər. Misal üçün, nəyə görə, xüsusilə gənclər arasında işsizliyin səviyyəsi yüksəkdir?
Bəzən xahiş edirlər ki, iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər təklif etsinlər. Gənc
insanların həyat səviyyəsinin yüksəldilməsi üçün dövlət nə etməlidir? İqtisadçılar dünyanın
qaydaya salınmasını izah etməyə çalışdıqları zaman alim kimi çıxış edirlər.
Pozitiv və normativ təhlil
(POSITIVE VERSUS NORMATIVE ANALYSIS)
Əgər siz iqtisadçıların çıxış etdikləri rolun spesifikliyini aydınlaşdırmaq istəyirsinizsə,
onda onların istifadə etdikləri dilin araşdırılmasından başlamalısınız. Alimlərin və siyasətçilərin
məqsədləri müxtəlifdir və buna müvafiq olaraq, onlar müxtəlif ifadələr işlədirlər.
Hesab edək ki, iki qız əmək haqqının minimum həcmi haqqında qanunu müzakirə edir. Biz bu
replika mübadilələrini eşidə bilərik.
Poli: «Əmək haqqının minimum həcmi haqqında qanun işsizliyin əsas səbəbidir».
Norma: «Dövlət əmək haqqının minimum səviyyəsini mütəmadi olaraq yüksəltməyə borcludur».
Sizin bu təsdiqləmələrlə razılaşıb razılaşmamağınızdan asılı olmayaraq, qeyd edək ki, qızların
fikirləri müəyyən edilmiş qaydalara münasibətdə fərqlidir. Poli alim kimi danışır: o, həyatın
qaydaya salınması haqqında fərziyyə irəli sürür. Norma siyasətçi kimi danışır: o, həyatı
dəyişmək istəyir.
Ən ümumi mənada bizi əhatə edən aləm haqqında iki tip təsdiqləmə mövcuddur. Pozitiv
təsdiqləmə (Polinin fikri) təsviri xarakterə malikdir və həyatı bizə olduğu kimi təsvir edir. İkinci

21
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

tip təsdiqləmə (Normanın sözləri) normativdir. Normativ təsdiqləmə təklif xarakterinə malikdir,
burada həyatın necə olacağı haqqında danışılır.
Pozitiv və normativ təsdiqləmələr arasında əsas fərq bizim həqiqəti
qiymətləndirməyimizdən ibarətdir. Prinsip etibarilə biz faktları öyrəndikdən sonra pozitiv
təsdiqləməni ya qəbul edirik, ya da rədd edirik. İqtisadçı müəyyən vaxt kəsiyində minimum
əmək haqqının həcmi və işsizliyin səviyyəsinin dəyişməsi haqqında məlumatları təhlil etdikdən
sonra Polinin sözləri haqqında fikir söyləmək imkanına malikdir. Bunun əksinə olaraq, normativ
təsdiqləmə təkcə faktları deyil, müəyyən istiqamətlərin qiymətliliyinin nəzərə alınmasını tələb
edir. Əgər biz təkcə faktlardan istifadə ediriksə, onda Normanın təsdiqləməsi qiymətləndirilə
bilməz. Hansı siyasət yaxşıdır, hansı isə qeyri-məqbuldur haqqında qərarı yalnız elmi nəticələrə
əsasən qəbul etmək mümkün deyildir. Bunun üçün etik dəyərləri, dini inamları və siyasətin
fəlsəfəsini cəlb etmək tələb olunur. Əlbəttə, pozitiv və normativ təsdiqləmələr nisbidir. Bizim
həyatın necə qurulmasına pozitiv baxışımıza nisbətən əlverişli, üstünlük verilən siyasət haqqında
normativ düşüncəmiz təsir edir. Əgər Polinin «minimum əmək haqqı həcmi işsizlik törədir»
haqqındakı təsdiqləməsi həqiqətə uyğun gəlirsə, biz Normanın «dövlət minimum əmək haqqı
həcmini artırmağa borcludur» təklifini inkar etməliyik. Bundan başqa, bizim normativ nəti-
cələrimiz tamamilə pozitiv təhlillərə əsaslana bilməz. Burada həm pozitiv təhlili, həm də müəy-
yən dəyişiklik sistemi tələb olunur.
İqtisadiyyatı öyrənərkən pozitiv və normativ təsdiqləmələrin fərqini unutmayın. İqtisadi
nəzəriyyə iqtisadiyyatın «quruluşunu» öyrənmək cəhdidir. Eyni zamanda, çox vaxt bizim elmin
məqsədi, iqtisadiyyatın fəaliyyət göstərməsinin yüksəldilməsindən ibarət olur. Siz normativ
təsdiqləməyə gedən iqtisadçını eşitdikdə bilməlisiniz ki, o, elm adamları kimi yox, siyasətçi kimi
çıxış edir.

Vaşinqtonda iqtisadçılar
(ECONOMISTS IN WASHINGTON)
ABŞ-ın Prezidenti Harri Trumen hər dəfə öz məsləhətçilərinə istənilən müraciətlərinə
cavablarda «bir tərəfdən…digər tərəfdən» sözlərini eşitdiyinə görə bir dəfə deyir ki, mən
istəyirdim «bir qollu» iqtisadçı tapım. H.Trumen iqtisadçıların məsləhətlərinin birmənalı
olmadığını düzgün qeyd etmişdir. Onların «ikitərəfliliyi» ekonomiksin on prinsipindən birinin
təzahür etməsidir. Bu haqda EKONOMİKSİN 10 PRİNSİPİNDƏ deyilmişdir ki, insan seçim

22
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

edir. İqtisadçılar başa düşürlər ki, siyasi qərarların əksəriyyəti seçimə əsaslanır. Siyasətin
səmərəsizliyi yalnız bərabərliyin zərərinə yüksələ bilər. Gələcək nəsillər şübhəsiz, uğur
qazanacaqlar. Lakin nəyə görə onların piroqlarının haqqını bizim müasirlər ödəməlidirlər?
«Siyasi qərar qəbul etməkdən asan şey yoxdur» fikrini qəbul edən iqtisadçı etibara layiq deyil.
H.Trumen iqtisadçıların məsləhətlərindən istifadə edən yeganə prezident olmamışdır. Belə
ki, ABŞ-ın prezidentləri 1946-cı ildən İqtisadi Məsləhətçilər Şurasının xidmətlərindən istifadə
edirlər. Şura üç daimi üzvdən və zəruri olan vaxtlarda cəlb edilən onlarla iqtisadçıdan ibarətdir.
Şuranın qərargahı Ağ Evin bir neçə addımlığında yerləşir. Şuranın üzvlərinin yeganə vəzifəsi
iqtisadi məsələlər üzrə prezidentə məsləhətlər vermək və onun hər il ölkəyə iqtisadi müraciəti
üzərində işləməkdən ibarətdir. Bundan başqa, ABŞ prezidenti ilə iqtisadiyyat üzrə onlarla mütə-
xəssis və müxtəlif nazirliklərin ekspertləri işləyir. Maliyyə nazirliyindən olan iqtisadçılar vergi
siyasətində dəyişiklik aparmağı məsləhət görürlər, əmək nazirliyinin əməkdaşları işsizlik
haqqında məlumatlar verir və məşğulluğun formalaşması siyasətində iştirak edirlər. Ədliyyə
nazirliyinin iqtisadçıları Milli antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət edirlər.
İqtisadi biliyi qiymətləndirən təkcə hakimiyyətin icraçı qanadı deyil. Qanunvericilik aktlarının
müxtəlif layihələrinə müstəqil rəylər almaq üçün ABŞ Konqresi özünün iqtisadçılardan ibarət
olan Büdcə komissiyalarına məsləhət almaq məqsədilə müraciət edir. ABŞ-ın Federal ehtiyat
sistemi idarəedici Şurasında milli pul siyasətini müəyyən etməklə məşğul olan Avropa
ölkələrinin Mərkəzi Banklarına analoji olaraq, dünya iqtisadiyyatında ABŞ-ın iqtisadi meyllərini
təhlil edən yüzlərlə mütəxəssislər işləyir.
Hökumətin siyasətinə iqtisadçıların təsiri onların məsləhətçi kimi rollarından kənara çıxır.
İqtisadi tədqiqatlar və elmi işlər siyasətə nadir hallarda dolayısı ilə təsir edir. Dahi iqtisadçı Con
Meynard Keyns qeyd etmişdir ki, iqtisadçıların və siyasət filosoflarının düz və səhv ideyaları cə-
miyyətin qəbul etdiyindən daha çox təsirə malikdir. Məhz onlar cəmiyyəti idarə edirlər. İşgüzar
adamlar, özlərini intellektlərin təsirindən azad hesab edənlər, hər şeydən əvvəl, ölmüş
iqtisadçıların əsiridirlər. Qeyri-normal idarəçilər adətən hansısa unudulmuş
akademik cızmaqaraçıların mənasız ideyalarından istifadə edirlər. Bu sözlər 1935-ci ildə deyilsə
də, öz əhəmiyyətini bu günlərdə də saxlayır, Con M.Keyns isə tez-tez siyasətə təsir edən «alim
cızmaqaraçı» rolunda çıxış edir.

23
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İqtisadçıların fikir ayrılığının səbəbləri nədir?


(WHY ECONOMISTS DISAGREE)
Bernard Şou demişkən, «hətta iqtisadçılara bir işi axıra qədər aparmağı tapşırsan belə,
onlar heç vaxt razılığa gəlməyəcəklər». Bir qədər də daha ciddi ifşaedici fikir söyləməyə çalışın.
Mütəxəssis birliyi iqtisadçıları siyasətçilərə bir-birini inkaredici məsləhətlər verməkdə daim
tənqid edir. ABŞ prezidenti Ronald Reyqan bir dəfə zarafat edib ki, əgər «xoşbəxt hadisə»
oyununda iqtisadçılar oynamış olsaydılar, onun aparıcısı 100 suala 3000 cavab alardı.
Nəyə görə iqtisadçılar siyasətçilərə addımbaşı belə ziddiyyətli məsləhətlər verirlər?

 İqtisadçılar dünyanın quruluşunun alternativ, pozitiv nəzəriyyələrinin əsaslandırılması


haqqında fikir ayrılığına gələ bilərlər.
 İqtisadçılar müxtəlif dünya əhəmiyyətli dəyərlərə istinad edə bilərlər ki, bu da ziddiyyətli
normativ konsepsiyaların formalaşmasına gətirib çıxarır.

Gəlin bu səbəblərin hər birini aydınlaşdıraq.

Elmi mülahizələrdə fərq


(DIFFERENCES IN SCIENTIFIC JUDGMENTS)
Bir neçə əsr bundan əvvəl astronomlar kainatın mərkəzinin Torpaq və Günəş olduğunu
müzakirə edirdilər. Ekoloqların «qlobal istiləşmə» haqqında mübahisələri ildən-ilə daha da
ciddiləşir. Elm bu - bizi əhatə edən dünyanın fasiləsiz izahıdır. Təəccüblü deyil ki, alimlər eyni
məişət fenomenini aydınlaşdırmaq üçün müxtəlif mülahizələrə malik ola bilərlər.
İqtisadçıların müxtəlif fikir ayrılıqlarının əsasında məhz bu səbəb durur. İqtisadi nəzəriyyə
nisbətən yeni elmdir, onda kifayət qədər öyrənilməmiş «torpaqlar» vardır. İqtisadçılar dünyanın
quruluşunun alternativ, pozitiv nəzəriyyələri, yaxud mühüm əhəmiyyətli parametrlərin qiymət-
ləndirilməsinin xüsusiyyətləri haqqında fikir ayrılığına gələ bilərlər. Qeyd olunan fikir ayrılığına
aid bir misal. Məsələ ondadır ki, dövlət ev təsərrüfatının gəlirlərinin həcminə uyğun olan vergi
almalıdır və yaxud vergi qoyulan bazanı onun xərcləri əsasında formalaşdırmalıdır. Cari gəlirə
görə vergidən xərclərə görə vergiyə keçməyin tərəfdarları hesab edirlər ki, belə dəyişiklik ev
təsərrüfatını vergidən azad oluna biləcək yığımın artırılmasına sövq edə bilər. Yüksək yığım, öz
növbəsində məhsuldarlığın artım tempinin və həyat səviyyəsinin yüksəlməsinə gətirə bilər. Cari
gəlirə görə vergi tərəfdarları nəzərdə tuturlar ki, vergi qanunvericiliyinə dəyişiklik çətin ki, ev

24
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

təsərrüfatlarının gəlirlərinin səviyyəsinə əhəmiyyətli təsir göstərsin. Bu iki qrup iqtisadçılar


vergiqoyuluşu sisteminə müxtəlif normativ baxışa tərəfdar çıxırlar. Ona görə ki, onlar ev
təsərrüfatlarının vergilərin düzəlişlərinə mümkün olan münasibətlərini müxtəlif şəkildə qiymət-
ləndirirlər.

Dəyərlərdə fərqlər
(DIFFERENCES IN VALUES)
Fərz edək ki, Piter və Pol şəhər quyusundan eyni miqdar sudan istifadə edirlər. Quyunun
istismarına görə şəhər öz sakinlərindən vergi alır. Piter 50 min dollar, yaxud gəlirin 10%-i
həcmində vergi ödəyir. Polun gəliri 10 min dollar təşkil edir. Vergi ödənişi 2 min dollar, yaxud
gəlirin 10%-i qədərdir.
Bu növ vergi siyasəti ədalətlidirmi? Əgər ədalətli deyilsə, onda kim daha çox ödəyir, kim
həddən artıq qənaətçilik edir?. Polun gəlirinin az olmasının əmək qabiliyyətinin olmamasının,
yaxud teatr aktyoru olmaq qərarına gəlməklə özünü incəsənətə həsr etməsinin əhəmiyyəti varmı?
Piterin çox miras alması, yaxud daim əlavə işlə məşğul olması nə qədər əhəmiyyət kəsb edir?
Sadə olmayan bu suallara cavab verərkən şəhər sakinləri yəqin ki, fikir ayrılığına gələcəklər.
Əgər onlar iki ekspert dəvət edib, onlara vergi qanunvericiliyi sisteminin islahatını tapşırsalar,
şəhər rəisinin aldığı təkliflərin ciddi fərqliliyinə biz təəccüblənməyəcəyik.
Bu çətin olmayan misal göstərir ki, iqtisadi siyasət üzrə fikirlərdə iqtisadçılar hansı səbəblərdən
müxtəlif fikirlər yürüdürlər. Biz artıq bilirik ki, iqtisadi siyasət haqqında xalis elmi
mülahizələrdən irəli gələn mühakimələr aparmaq olmaz. İqtisadçılar müxtəlif həyati dəyərləri
rəhbər tutduqlarına görə bir-birinə əks olan məsləhətlər verirlər. İqtisad elminin
nəzəriyyəçilərindən heç biri deyə bilməz ki, Piter, yaxud Pol daha çox vergi ödəmək məcburiy-
yətindədir.

Gözləmə və həqiqət
(PERCEPTION VERSUS REALITY)

Elmi mülahizələrdə və iqtisadçıların dəyərlilik sistemində fərqlər onlar arasında bir sıra
fikir ayrılıqlarını qaçılmaz edir. Lakin onları şişirtmək lazım deyil. Bir çox hallarda iqtisadçılar
vahid nöqteyi-nəzərdən çıxış edirlər.

25
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Cədvəl 2.1.-də iqtisadi siyasət üzrə 10 mövqe verilmişdir və iqtisadçılar içərisindən biznes,
siyasət və elm sahəsində çalışan respondentlərin böyük əksəriyyəti bunu müdafiə edirlər. Bu
tezislərin çoxu çətin ki, geniş ictimaiyyət arasında tam eyni fikirli tərəfdar tapsın.
Birinci mövqe rentanın məhdudlaşdırılmasına aiddir. Biz müəyyən səbəbləri 6-cı fəsildə
müzakirə edəcəyik və iqtisadçıların əksəriyyəti fərz edirlər ki, rentanın həcminə nəzarət təklifə
və yaşayış mənzillərinin keyfiyyətinə neqativ təsir göstərir. Burada söhbət nisbətən imkansız
cəmiyyət üzvlərinə çox baha olan kömək üsulundan gedir. Bir çox şəhərlərin inzibatçıları buna
məhəl qoymadan, iqtisadçıların təkliflərini inkar edir və ev sahiblərinin ala biləcəkləri icarə
haqqına yüksək hədd müəyyənləşdirirlər. İkinci mövqe tariflərə və idxal kvotalarına aiddir.
Müəyyən səbəbdən biz buna 3-cü və nisbətən daha geniş 9-cu fəsildə baxacağıq və əksər
iqtisadçılar ticarət azadlığının məhdudlaşdırılmasına etiraz edirlər. Buna baxmayaraq, ABŞ
prezidenti və konqres bir çox illər ərzində müəyyən əmtəələrin idxalını məhdudlaşdırır.
1933-cü ildə konqres çox az səs çoxluğu ilə iqtisadçıların əksəriyyətinin onu müdafiə etmələrinə
baxmayaraq, Amerika, Kanada və Meksika arasında ticarət əlaqələrinin sayını və maneələrin
dərəcələrini azaltmaqla, Şimali Amerika Azad Ticarət Zonasının (NAFTA) yaradılması haqqında
sazişi təsdiq etmişdir.

İqtisadçıların əksərinin razılaşdığı on mövqe


Iqtisadi siyasətin mövqeləri və razılığını bildirən onlarla iqtisadçının sayı
(faizlə)

1. Rentanın məhdudlaşdırılması təklif olunan mənzillərin miqdarının azalmasına və


keyfiyyətinin aşağı düşməsinə gətirəcəkdir. (93%)

2. Tariflər və kvotalar ümumi iqtisadi rifahı aşağı salır (93%)

3. Sabit və sürüşkən mübadilə kursları beynəlxalq valyuta sisteminin səmərəliliyini təmin edir.
(90%).

4. Fiskal siyasət (məsələn, vergilərin azaldılması və yaxud, dövlət xərclərinin yüksəldilməsi)


tam məşğulluqlu iqtisadiyyata stimullaşdırıcı təsir göstərmir, o, yalnız işsizliyin nisbətən
yüksək olduğu şəraitdə səmərəlidir (90%)

26
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

5. Federal büdcənin balanslaşması haqda nəticəyə gəlinməsi; ayrıca götürülmüş ilə görə deyil,
işgüzar tsiklin yekununa görə mümkündür (85%)

6. Pul ödəmələri natural formada transferlərə nisbətən qan köçürülən insanların rifahını daha
çox yüksəldir (84%)

7. Federal büdcədə əhəmiyyətli dərəcədə olan kəsir iqtisadiyyata mənfi təsir göstərir (83%)

8. Minimum əmək haqqı həcminin müəyyənləşdirilməsi gənclər arasında işsizlərin və


ixtisassız işçilərin səviyyəsinin artmasına gətirib çıxarır (79%).

9. Hökumət «gəlirə mənfi təsir göstərən vergi» ilə bağlı sosial müdafiə sisteminə yenidən
baxmalıdır (79%).

10. Vergilər və sənaye tullantılarının atılmasının həlli sənaye tullantıları konsentratının son
hədd normasının müəyyən edilməsinə nisbətən ətraf mühitin vəziyyətinə nəzarətin səmərəli
üsuludur (78%)

Mənbə: Ricard M. Alston, J.R/Kearl, and Michael B.Vanghn.


Is There Consensus anong. Ekonomists in the 1990
American Ekonomic. revic № May 1992. P. 203-209

PROPOSITION

(AND PERCENTAGE OF ECONOMISTS WHO AGREE)


1. A ceiling on rents reduces the quantity and quality of housing available.(93%)
2. Tariffs and import quotas usually reduce general economic welfare. (93%)
3. Flexible and floating exchange rates offer an effective international monetary arrangement.
(90%)
4. Fiscal policy (e.g., tax cut and/or government expenditure increase) has a significant
stimulative impact on a less than fully employed economy. (90%)

5. If the federal budget is to be balanced, it should be done over the business cycle rather than
yearly. (85%)
6. Cash payments increase the welfare of recipients to a greater degree than do transfers-in-kind
of equal cash value. (84%)
27
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

7. A large federal budget deficit has an adverse effect on the economy. (83%)
8. Aminimum wage increases unemployment among young and unskilled workers. (79%)
9. The government should restructure the welfare system along the lines of a “negative income
tax.” (79%)
10. Effluent taxes and marketable pollution permits represent a better approach to pollution
control than imposition of pollution ceilings. (78%)

http://kayzen.az/blog/ekonomiks/1410/2.-mikroiqtisadiyyat-v%C9%99-
makroiqtisadiyyat.html

28
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Makroiqtisadi modellərin inkişaf tarixi

(Evolvement history of macroeconomic models)


İqtisadi təkamül dövrü ictimai əmək bölgülərin yaranması ilə başlayıb inkişaf etmişdir.
Bilindiyi kimi ictimai əmək bölgülərinin bir neçə mərhələsi vardır.

Birinci ictimai əmək bölgüsü-Əkinçilik maldarlıqdan ayrılmışdır.

İkinci ictimai əmək bölgüsü- Sənətkarlıq ayrılmışdır və müstəqil sahə kimi fəaliyyət
göstərmişdir.

Üçüncü ictimai əmək bölgüsü-Ticarət Sənətkarlıqdan ayrılaraq müstəliq sahə kimi fəaliyyətini
davam eləmişdir. Sonrakı mərhələlərdə isə yeni iqtisadi fikir və sistemlər formalaşmışdır.

Merkantilizm (it. merkante - "tacir") — iqtisadi fəaliyyəti, iqtisadi hadisə, prosesləri və


qanunauyğunluqları sistemli öyrənən ilk nəzəri praktiki sistem. Merkantilizmə qədər iqtisadi
nəzəriyyə müstəqil tədqiqat sahəsi olmamış, iqtisadi tədqiqatlar sistemsiz şəkildə aparılmış, hətta
iqtisadi fəaliyyətin özü belə müstəqil fəaliyyət sahəsi kimi qəbul edilməmişdi.

Kapitalist iqtisadiyyatının və baza münasibətlərinin mahiyyətini və təzahür formalarını


ilk dəfə öyrənən merkantilistlər olmuşdu. Merkantilizm kapitalist iqtisadiyyatının ilk nəzəri
işlənilməsi, bazar iqtisadiyyatının "ticarət sistemi" kimi öyrənilməsidir. Merkantilizm bazar
iqtisadiyyatının konseptual əsasını təşkil edir və bazar təsərrüfatlı iqtisadi sistemin iqtisadi
siyasəti və nəzəriyyəsi öz başlanğıcını ondan götürür. Sonrakı iqtisadi siyasət və nəzəriyyə
sistemləri isə merkantilizmin tənqidi əsasında yaranmışdı.

Merkantilizm XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi


fikrin əsas cərəyanı olmuşdu. Bunu həmin dövrlərdə Qərbi Avropa ölkələrinin iqtisadi
inkişafında baş vermiş sosial iqtisadi dəyişikliklərlə: böyük coğrafi kəşflər, ilkin kapital yığımı
prosesi, əmtəə-pul münasibətlərinin inkişafı, milli bankların yaranması, dünya bazarının
yaranması və beynəlxalq ticarətin genişlənməsi və s. əlaqələndirmək lazımdır.

Merkantilist ideyalar və prinsiplər müasir bazar təsərrüfatlı sistemlərdə indinin özündə də


istifadə edilir. Ümumi əlamətləri merkantilistlər tərəfindən işlənib hazırlanmış mübadilə

29
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

konsepsiyasını, proteksionist tədbirləri, aktiv ticarət balansını və s. bu cür tədbirlərə aid etmək
olar.

Merkantilizmin əsas ideyaları və prinsipləri

 qiymətli metalların və onların yığımı sərvətin mahiyyətini əks etdirməsi;


 dövlətin sərvətinin və gücünün qızıl və gümüş yığımı yolu ilə artırılması;
 ölkəyə qızıl və gümüş axınının təmin olunması məqsədilə xarici ticarətin tənzimlənməsi;
 ucuz xammalın idxalı yolu ilə sənaye inkişafına kömək etmək;
 idxal olunan sənaye məhsullarına proteksionist tariflərin qoyulması;
 ixracın, xüsusən hazır məhsulun ixracının həvəsləndirilməsi;
 əmək haqqının aşağı səviyyəsini saxlamaq üçün əhalinin artırılması və s.

Öz dövrü üçün bu ideyalar iqtisad elminin ciddi nailiyyəti idi. Merkantilist ideyalar və
prinsiplər o dövrün iqtisadi inkişafının əsl qanunauyğunluqlarını və tələbatını əks etdirmişdi.
"Siyasi iqtisad" termininin özünün də meydana gəlməsi merkantilizmlə bağlıdır. Bu termin ilk
dəfə fransız merkantilisti A.Monkretyen tərəfindən işlədilmişdi. O, 1615-ci ildə "Siyasi
iqtisadın traktatı" adı altında kitab nəşr etdirmişdi.

Göstərildiyi kimi merkantilizm həm iqtisadi siyasət və həm də iqtisadi nəzəriyyələr sistemi
olmuşdur. Merkantilist iqtisadi siyasəti - ölkədə və dövlət xəzinəsində qiymətli metalların, yəni
pulun hər vasitə ilə toplanmasından; nəzəriyyəsi isə iqtisadi qanunauyğunluqları tədavül
sahəsində, xüsusən xarici ticarətdə və pul dövriyyəsində axtarılmasından ibarətdir. Merkantilist
siyasətin yeganə məqsədi dövlətin sərvətini və qüdrətini artırmaqdan ibarət olmuşdu. Bunun
yollarını "ticarət sistemində" axtarırlar. Merkantilizmin ideyaları ticarət və pul kapitalı
nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini müdafiə edirdi. Merkantilistlər millətin
sərvətini mahiyyət etibarı ilə ticarət kapitalının mənafeyi baxımından nəzərdən keçirmişlər. Qeyd
edək ki, kapitalın tarixən ilkin forması ticarət kapitalı olmuşdur. Sənaye kapitalı tədricən bu
formadan meydana gəlmişdi. Ticarət kapitalının qanunu - satmaq üçün satın almaqdır.

Merkantilizmin məğzini və məqsədini ölkəyə pulun, yəni qiymətli metalın cəlb edilməsi
təşkil edir. Hər cür sahibkarlığın başlanğıcını, çıxış nöqtəsini pul təşkil edir. Bu pul da,
sahibkarlar onun vasitəsilə fəhlə tutduqda, emal üçün və ya yenidən satmaq üçün əmtəə satın
aldıqda pul kapitalına çevrilir. Bu fakt merkantilizmin əsasında durur.

30
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Merkantilistlər əsas diqqətlərini tədavül sferasına verirlər. Onlar istehsala sadəcə olaraq
sərvəti artırmaq üçün bir vasitə kimi baxırlar. Onların təlimində istehsal xarici ticarətin
məqsədinə tabe etdirilir. İstehsal pulun xaricə axmaması işinə xidmət etməli olur. Onlar əsasən
sərvətin mübadilə dəyəri formasına diqqət verirlər. Sərvəti pul ilə eyniləşdirirlər, onu qızıl və
gümüş yığımından ibarət təsəvvür edirlər və çox pulu olan dövləti daha varlı sayırlar. Sərvətin
mənbəyini tədavül sferasında, əsasən xarici ticarətdə görürlər. Qeyri-ekvivalent mübadiləni əsas
götürürlər və ucuz alıb baha satmağı sərvətin mənbəyi hesab edirlər. Ona görə də, onlar iqtisadi
siyasətlərini həyata keçirmək üçün dövlət müdafiəsinə möhtac olmuşlar. Merkantilist
müdrikliyinin yüksək zirvəsi - xaricdən satın alındığından daha çox xaricə satmaq olmuşdu.

Merkantilistlər, yalnız qızıl və gümüş hasilatı üzrə əməyi və ya ölkəyə qiymətli metalların
axınını təmin edən (sənayenin ixrac sahələrindəki, xarici ticarətdəki) əməyi məhsuldar əmək
hesab edirlər. Onlar görürlər ki, qızıl və gümüş hasilatına sərf olunan əmək və həmçinin ixrac
sahələrindəki əmək, digər sahələrdə tətbiq olunan əməkdən çox mənfəət gətirir.

Merkantilizm öz tarixi inkişafında iki mərhələ keçirir. İlk merkantilizmin (XV-XVI


əsrlərdə) əsas nümayəndələri U.Stafford (İngiltərədə), Q.Skaruffi (İtaliyada) olmuşdur. İnkişaf
etmiş merkantilizmin (XVII-XVIII əsrlərdə) başlıca nümayəndələri T.Man (İngiltərə), A.Serra
(İtaliya), A.Monkretyen (Fransa) olmuşdur.

Merkantilizmin bu iki mərhələsi bir-birindən pulun az xərclənməsi və onu çoxaltmaq üçün


təklif etdikləri üsul və tədbirlərlə fərqlənir. İlk merkantilizm qanunvericilik yolu ilə milli
miqyasda pul sərvətinin artırılmasına yönəldilmiş monetar siyasət yerinə yetirmişdir. Onların
fikrincə sərvət pula sahib olmaqdır. Fərd kimi, dövlət də əgər sərvətini artırmaq istəyirsə əldə
etdiyindən az xərcləməlidir. Onlar bu artıqlığı qiymətli pulun (metalın) və yaxud yığımın əldə
olunması ilə eyniləşdirmişlər.

İlk merkantilistlər öz "pul balansı" nəzəriyyələri ilə pula əslində dəfinə kimi yanaşır və hər
bir alqının onun miqdarını azaltdığını göstərib, imkan daxilində xaricdən alqıdan imtina etməyə
çalışırdılar. Ölkədə nəğd pulun (qızıl və gümüş) daha çox toplanması məqsədi ilə onların xaricə
ixrac olunmasını qadağan edirlər.

İdxalı məhdudlaşdırırlar, qızıl və gümüş hasilatını gücləndirir, gətirilən mallara yüksək


gömrük qoyurdular. Əcnəbilər ölkədən ancaq yerli məhsullar apara bilərdilər. Bu tədbirləri çox
vaxtı iqtisadi yollarla yox, inzibati vasitələrlə həyata keçirirdilər. Belə ki, xarici ölkələrə gedən

31
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

ingilis tacirləri yalnız müəyyən sahələrlə alver etməli və ingilis hökumətinin xüsusi
nümayəndələrinin nəzarəti altında olmalı idilər. Bunda məqsəd o idi ki, satılan ingilis malları
müqabilində əldə edilən pulun bir hissəsi İngiltərəyə gətirilsin.

İngiltərəyə gələn əcnəbi tacirlərin də üzərində xaricə pul aparmasın deyə nəzarət
qoyulurdu. Hər bir əcnəbi tacir öz pulunu ingilis xəzinəsində ingilis pullarına dəyişməli və bütün
pullarını xərcləməli, yəni ingilis malı almalı idi. Bütün bu tədbirlər isə getdikcə xarici ticarətin
inkişafına mane olurdu.

Ona görə də son merkantilistlər ağırlıq mərkəzini pul tədavülü sferasından əmtəə mübadiləsi
sferasına keçirirlər. Xaricə pul ixracının qadağan edilməsindən, xarici malların idxalının
məhdudlaşdırılmasından imtina edirlər və öz diqqətlərini milli, hər şeydən əvvəl sənaye
məhsullarının ixracının sürətlənməsinə, bazarların, o cümlədən müstəmləkələrin alınmasına
yönəltmişlər.

İnkişaf etmiş merkantilizm "aktiv ticarət balansı" sistemini müdafiə edir. Bu mərhələdə
merkantilistlər pula həqiqi kapitalist kimi yanaşır, onlar başa düşürlər ki, pulun yeni pul
yaratması üçün o, hərəkətə gətirilməlidir. Onlar xarici ticarəti inkişaf etdirməyi tələb edirlər.
Yetkin merkantilistlərin nəzəriyyəsinin əsasında milli rifahın vacib şərti kimi aktiv ticarət balansı
nəzəriyyəsi durmuşdu.

İnkişaf etmiş merkantilizm ixracatın nisbətən artıq olması vasitəsi ilə ölkəyə pul toplamağı
və aktiv ticarət balansını təmin etməyi əsas götürür. Aktiv ticarət balansını təmin etmək üçün
merkantilizmin mühüm tələbi - himayəçilik siyasəti, dövlətin təsərrüfat həyatına bilavasitə
qarışması siyasəti olmuşdu.

Fiziokratiya

Fransua Kene fiziokratizmin əsasını qoymuş və bu məktəbin rəhbəri idi. O, nəinki


fiziokratlar məktəbinin əsasını qoymuş, hətta fiziokratizmin iqtisadi və siyasi proqramını
formalaşdırmışdır. F.Kenenin ideyalarını və axtarışlarını XVIII əsrin ikinci yarısı Fransasının
dövlət xadimi baş maliyyə nəzarətçisi Ann Raber Jak Tyürqo (1727-1781) davam etdirmişdir.
Fiziokratizmin ideyalarını P.Dyupon de Nemur, Viktor Mirabo, P.Mersye de la Rivyer, Q.Letron
təbliğ edirdilər. Belə ki, həqiqi fiziokratlar məktəbi, öz dövründə adlandırıldığı kimi
"iqtisadçılar" məktəbi yaranmışdı.

32
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Fiziokratizmdə olan bu ikililik onların dəyərin mahiyyətini başa düşməməsindən irəli


gəlirdi. Belə bir hal onunla əlaqədar idi ki, Fiziokratların nəzəri bazası yox idi, əmtəə və dəyərin
təbiətini onlar təhlil etməmişdilər. Fiziokratlar maddi nemətlərin artmasını təbiətin özü ilə
əlaqələndirirdilər. Fiziokratların fikrincə kənd təsərrüfatında sərvətin artması istehsal prosesinə
sərf olunan istehlak dəyərlərindən çox istehlak dəyərlərinin yaranması təbii amillərin hiss
ediləcək dərəcədə artması ilə əlaqədardır.

F.Kene iddia edirdi ki, kənd təsərrüfatı "xalis məhsul" gətirən yeganə sahədir. Məhz buna
görə də o izafi dəyəri renta ilə eyniləşdirirdi. Deməli, F.Keneyə görə torpaq rentası "xalis
məhsulun", izafi dəyərin yeganə formasıdır.

Fiziokratlar iddia edirdilər ki, sənayedə izafi məhsul yaradılmır, kapitala görə sənayedə
mənfəət də yoxdur. Kapitalistlərin gəliri yüksək əmək haqqı kimi izah edilirdi. Onlar belə hesab
edirdilər ki, gəlir və fəhlənin əmək haqqı istehsal xərclərinə daxildir. Fiziokratlar, xüsusilə
F.Kene belə hesab edirdilər ki, sənayedə yaradılan məhsulun dəyəri onun istehsalına çəkilən
xərclərə bərabərdir. Beləliklə, fiziokratlar sənayedə, kənd təsərrüfatında və ticarətdə yaradılan
mənfəət kateqoriyasını nəzərə almırdılar.

F.Kene ticarət mənfəətini qeyri-iqtisadi kateqoriya hesab edirdi və göstərirdi ki, ticarət
mənfəəti haqq-hesabda aldatma yolu ilə əldə edilir. O, belə hesab edirdi ki, "xalis məhsul" tam
mənası ilə torpaq sahibinə çatır, fermerlər guya xalis məhsuldan heç bir hissə almırlar, onlar
özlərinin muzdlu fəhlələri kimi əmək haqqı alırlar. Fermerlərin və onların muzdlu fəhlələrinin
aldıqları əmək haqqı da istehsal xərclərinə daxildir. Fiziokratların bu ideyasına görə guya
fermerlər özləri özlərinə əmək haqqı verirlər. Faktiki olaraq bu o demək idi ki, kənd
təsərrüfatında fermer-kapitalistlər və muzdlu fəhlələr eyni adamlardır.

Fiziokratların "xalis məhsul" haqqında olan təlimləri onların məhsuldar və qeyri-məhsuldar


əmək haqqındakı konsepsiyaları ilə əlaqədar idi. Fiziokratların bu sahədə olan xidməti ondan
ibarət idi ki, siyasi iqtisad elmində onlar əmək məhsuldarlığı anlayışını açıqlamışdılar. Onlar
düzgün başa düşürdülər ki, məhsuldar əmək elə bir əməkdir ki, o izafi dəyər yaradır, yəni "xalis
məhsul" istehsal edir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, onlar məhsuldar əməyi kənd
təsərrüfatına, əkinçiliyə tətbiq edilən əmək hesab edirdilər. Sənayedə tətbiq edilən əməyi qeyri-
məhsuldar əmək adlandırırdılar. Daha dəqiq desək, sənayedəki əmək səmərəsiz əmək kimi qəbul
edilirdi. Fiziokratlar iddia edirdilər ki, əmtəələr tədavülə irəlicədən müəyyən olunmuş qiymətlə

33
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

daxil olurlar. Mahiyyət etibarilə bu o demək idi ki, dəyər istehsalda yaradılır. F.Kene dəyər
kateqoriyasını həll etmədən əmtəənin dəyərə və istehlak dəyərinə malik olmasını ayırd edirdi.
Fiziokratlar, o cümlədən F.Kene bazar qiyməti şəraitində tələb və təklif arasında olan nisbətlə
məhdudlaşırdılar. Məlumdur ki, fiziokratlar dəyər nəzəriyyəsi yaratmamışlar. Onların belə bir
mövqeyi U.Petti və P.Buagilber ilə müqayisədə bir addım geri demək idi. Çünki U.Petti və
P.Buagilber dəyərin əsasını əmək təşkil edir ideyasını vermişdilər, fiziokratlar isə bunun əksinə
olaraq iddia edirdilər ki, dəyəri torpaq, təbiət yaradır. F.Kene və ümumiyyətlə, fiziokratlar pul
haqqında da heç bir nəzəriyyə yaratmamışdılar. Fransua Kene "Ticarət haqqında", "Sənətkar
əməyi haqqında", "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə
qeyd" adlı əsərlərində göstərirdi ki, pul elə bir vasitədir ki, o mübadiləni yüngülləşdirir. O, pul
yığımının əleyhinə çıxış edirdi, puldan dəfinə kimi istifadə olunmasını istəmirdi. F.Kene yazırdı
ki, pul öz özlüyündə adamların tələbatını ödəmir və pul pul yaratmır. Əgər real sərvət yoxdursa
pul sərvəti də səmərəsizdir və faydasızdır. Kene daha sonra göstərirdi ki, pul istehlak olunmur,
təkrar istehsal edilmir, lakin daima sərvət mübadiləsi vasitəsi kimi çıxış edir. F.Kenenin və onun
məktəbinin nümayəndələrinin ideyalarının təhlili göstərir ki, əmək haqqı barədə olan
merkantilistlərin fikirlərini onlar təkrar etmişlər. F.Kene əmək haqqını fiziki yaşayış minimumu
hesab edirdi. O iddia edirdi ki, əmək haqqı adi, elementar tələbatı ödəməli və dəyişməz
qalmalıdır. Fiziokratların kapital haqqında olan nəzəriyyələri isə böyük əhəmiyyət kəsb edir.
Merkantilistlər kapital ilə pulu eyniləşdirirdilər, Fiziokratlar isə kapitalın əşya tərkibini təhlil
edirdilər. İstehsal xərclərinin təhlili F.Keneyə imkan verirdi ki, kapitalın tərkib hissələrini o ayıra
bilsin. Əkinçilik işlərinə hər il sərf edilən xərcləri F.Kene illik avans adlandırırdı (toxum, iş
qüvvəsi). Bir neçə il fəaliyyət göstərən kənd təsərrüfatı maşınlarına, tikililərə, mal-qaraya və s.
çəkilən xərcləri isə ilkin avans hesab edirdi. F.Kene yazırdı ki, illik avans bir başa və tam şəkildə
xərclərə daxildir, ilkin avans isə hissə-hissə istehsal xərclərinə daxil edilir. Lakin, kapitalın belə
bir bölgüsünü-illik və ilkin avansı Kene kənd təsərrüfatı istehsalına aid edirdi. Odur ki, kənd
təsərrüfatında fəaliyyət göstərən kapitalı o məhsuldar kapital adlandırırdı. Merkantilistlər kapitalı
bir çox tarixi dövrlərə aid kateqoriya adlandırırdılarsa da fiziokratlar belə fikri nəzərə almırdılar.
Fransua Kene iqtisadiyyata dövlətin müdaxilə etməməsi fikrini səsləndirən ilk iqtisadçı kimi
tarixə düşəcəkdir və bu düşüncəsi ilə özündən sonra gələcək Adam Smitə güclü təsir edəcəkdir.

Klassik iqtisadi fikirlər-1770-1929-cu illər arasında bu fikrin tərəfdarları fəaliyyət


göstəriblər və məhşur İnvisible hand yəni görünməz əl nəzəriyyəsini ortaya atiblar. Bu

34
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

düşüncəyə görə dövlət iqtisadiyyata müdaxilə etməməlidir və sadəcə siyasət, təhsil və müdafiə
ilə məşğul olmalıdır. Bu fikrin banisi Adam Smithdir və Xalqların Sərvəti adlı kitabı ilə bu
düşüncələrini dünyaya duyurmuşdur. İləridəki dərslərdə bu məsələləri daha aydın öyrənəcəyik.

Keynesci

1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (ing. The General
Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard
Keynsin adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması
ideyası ilə əlaqələndirildi. Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə
məşhurluq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq
hamımız Keynsçiyik”. 1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa
da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı.

Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsa da, kəskin mübahisələrə
səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına
səbəb olurdu. Keynsin əsas yaraddığı nəzəriyyə bir çox ədəbiyyatlarda İqtisadi tsikllər
nəzəriyyəsi adı ilə məşhurdur.

İqtisadi tsikllər nəzəriyyəsi

İqtisadi tsikllər (dövrlər) haqqında bilgilər sizə valyuta və fond bazarında, həmçinin
müəssisə və təşkilatlarda, eyni zamanda bütünlüklə iqtisadiyyatda baş verən dəyişiklikləri daha
düzgün şəkildə anlamaq imkanı verəcəkdir. İqtisadi proseslərin inkişafı dövri xarakter daşıyır:
artım həmişə eniş dövrü ilə əvəzlənir, bunun ardınca isə həmişə canlanma və yeni yüksəliş dövrü
gəlir. İqtisadi tsikl – mütəmadi (dövri) olaraq istehlak və istehsal (tələb və təklif) səviyyələrində
baş verən tərəddüdlərdir.

Adətən iqtisadi inkişaf dinamikası (tsikl) 3 fazaya görə fərqlənir:


Resessiya (ing. Recession); Bərpa (ing. Recovery); İnkişaf (ing. Expansion).

Resessiya və ya tənəzzül

İşgüzar aktivlik aşağı düşür, istehsal azalır, məşğulluq və gəlirlilik səviyyəsi də aşağı
düşür.

35
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İqtisadiyyatın düşməsi və müvəqqəti eniş faktorundan asılı olaraq, iqtisadiyyatda böhran və


depressiya mərhələləri bir-birindən seçilir.

Böhran iqtisadiyyatda tarazlığın pozulması deməkdir. O, istehsalın azalması və dayanması


ilə nəticələnir. Depressiya isə – məhsul izafiliyinin tədricən aradan qalxdığı (artıq məhsulların
tədricən satıldığı) dövrdür, adətən bu məhsullar çox aşağı qiymətə satılır və kifayət qədər zaman
tələb edir.

Bərpa və ya canlanma

İqtisadi aktivliyin yüksəlişi baş verir, istehsalat nisbətən böyüməyə başlayır.

İnkişaf və ya artımın artması

Bu faza özündə adətən iqtisadi yüksəliş və bum tsikllərini əhatə edir.

 Yüksəliş böhrandan öncəki sənaye istehsalı həcminin bərpa olunma dövrüdür, bu müddət
ərzində qiymətlər, gəlirlər, əməkhaqqılar, artır və tədricən bunun sayəsində istehsalat və
məşğulluq özünün tam doyma həddinə çatır və güclər tam işə salınır, bu adətən böhrandan
öncəki məşğulluq və qüvvələrin səfərbər edilməsi ilə müqayisə edilə bilən bir həddə olur.
 Bum (pik) – istehsal güclərinin tam yüklənməsi, yüksək məşğulluq səviyyəsi, qiymətlərin və
əməkhaqqıların həddindən artıq yüksək səviyyəyə qalxması ilə xarakterizə olunur. Adətən
bum zamanı iqtisadiyyatın artım səviyyəsi bundan öncəki tsikldə əldə olunmuş səviyyəni
üstələyir.

2008-ci ildə demək olar ki, planetin bütün ölkələrinin iqtisadiyyatını əhatə edən iqtisadi
böhran, bildiyiniz kimi, ABŞ-ın maliyyə və inşaat sektorunda başlamışdı. Bir sıra KİV
nümayəndələrində ABŞ-ın menecmentinin ünvanına bir sıra ittihamlar irəli sürülürdü onlar
yetərincə uzaqgörən olmamaqda, “tamahkarlıqda” və s. günahlarda ittiham edilirdi, amma
müasir böhrana iqtisadi dövrlər barədə nəzəriyyə nöqteyi-nəzərindən yanaşsaq, onda böhranın
başlamasında ABŞ-ın günahı yoxdur. Böhran iqtisadiyyatın inkişafında obyektiv gerçəklikdir.
Düzdür, onun baş verməsi bir az gecikə və ya bir az tələsə bilər, amma istənilən halda bu mütləq
baş verməlidir.

36
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Müasir dövrdə Keynsçilik

ABŞ-da Milli İqtisadi Araşdırmalar Bürosu (ing. National Bureau of Economic Research –
NBER) adlı təşkilat fəaliyyət göstərir ki, onun əsas vəzifəsi iqtisadi dövrləri və indikatorları
analiz etməkdir. Bu olduqca mürəkkəb bir vəzifədir, çünki məsələ ondadır ki, iqtisadiyyatın
vəziyyətini səciyyələndirən bütün iqtisadi indikatorları üç böyük qrupa bölmək olar – bu
qabaqlayıcı indikatorlar, üst-üstə düşən indikatorlar və gecikən indikatorlardır.

Praktiki olaraq, istənilən bir göstərici bu və ya digər qrupa aid edilə bilər, amma fərqli
göstəricilərin bu və ya digər iqtisadi tsikl (dövr) ilə münasibətdə dəqiqlik səviyyəsi fərqli ola
bilər. Bu və ya digər ölkənin iqtisadiyyatını dəqiq qiymətləndirmək üçün tsiklin fazasını
müəyyən etmək və əsas iqtisadi indikatorları tutuşdurmaq lazımdır –ÜDM, inflyasiya səviyyəsi,
qızıl valyuta ehtiyatlarının həcmi, dövlət borcunu səviyyəsi, uçot dərəcəsi, ödəmə balansının
vəziyyəti, işsizlik səviyyəsi və s.

Monetarizm

Monetar sistem erkən merkantilizmə aid olub, sərvətin çoxalmasını pul dövriyysinin
artmasında görürdülər. Monetarizmin bir təlim kimi yaradıcısı amerika alimi Milton Fridmen
olmuşdur. M.Fridmen (1912) amerika iqtisadçısı « Çikaqo iqtisadi məktəbinin» yaradıcısı olub,
monetarizm cərəyanının banilərindən sayılır. Onun fikrincə « monetarist» pulun kəmiyyət
nəzəriyyəsinə inanan adamdır. M.Fridmen öz təlimini əsasən D.Keynsinin nəzəri tənqidi üzrə
quraraq müəyyən qədər klassik nəzəriyyəyə qayıdış etmişdir. Yəni dövlət iqtisadiyyata müdaxilə
etməməlidir, real iqtisadi təbii proseslərlə maneçilik törətməməlidir. Bazar özünü təbii
proseslərlə avtomatik olaraq tənzim edəndir. Lakin onun fikrincə iqtisadiyyata dövlətin müdaxilə
etməməsini tamamilə inkar etmək də olmaz. Çünki bu sahədə müəyyən təcrübə toplanmış,
inkişaf etmiş ölkələr müəyyən tənzimləmə konsepsiyalarından istifadə etmişlər və s. buna görə
də M.Fridmen təklif edirdi ki, dövlət müəyyən hallarda iqtisadiyyata müdaxilə edə bilər və bu
müdaxilə ancaq pul parametrləri vasitəsilə olmalıdır.Əgər keynsçilər məcmu tələbin
genişləndirilməsi vasitəsilə iqtisadiyyatən dövlət tənzimlənməsinə və makroiqtisadi
stabilləşməyə irəliləyirdilərsə, Fridmen tələbatın təkrar istehsal prosesinin fazalarının ilkin
momenti olduğu konsepsiyasını irəli sürürdü. Fridmenə görə məcmu gəlirin artımı real tələbata
bir o qədər də təsir göstərmir. Onun fikrincə istehlakçı daimi səviyyəli tələbata malikdir və fərdin
gəlirinin çoxalması ona təsir göstərməməlidir. Monetaristlər keynsçilərin qiymət artımı ilə

37
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

istehsalın həcminin artımı arasında birbaşa korelyasiya əlaqəsi olması və bunun nəticəsində
istehsalın canlandırılması haqqındakı tezislə razılaşmırlar. Fridmenə görə qiymətlərin aşağı
salınması yolu ilə də tələbə təsir göstərib istehsalı canlandırmaq olar. Çünki, qiymət
mütənasiblikləri ilə daima müdaxilə edilməsi iqtisadiyyatın stabil inkişafına ziyan gətirə bilər.
Halbuki, azad sahibkara stabil qiymət lazımdır ki, perspktivə öz işini qura bilsin. Buna görə də
Fridmen iqtisadiyyatın inkişafını fərdi-təsərrüfatçıda görürdü.

Monetarist cərəyanın mərkəzində pul durur. Mərkəzi ox ətrafında bütün iqtisadiyyat


hərəkət edir. Monetaristlərin doktirinası belə səslənir – ümumi milli məhsulun həcmi təsərrüfat
aktivliyinin səviyyəsini əks etdirir. Onun artıb-azalması pul kütləsinin artıb-azalması ilə
müşayiət olunur.

Monetaristlər pula sadəcə iqtisadi amil kimi baxmırlar, pulun təsərürfat sisteminin mərkəzi
elementi olduğunu qeyd edərək bütövlükdə təkrar istehsal prosesində konyukturanı müəyyən
edən amil olduğunu göstərirlər. Yəni pul təklifi son nəticədə istehsalın səviyyəsinin
yüksəldilməsi üçün impuls rolunu oynayaraq qiymət və məşğulluğu müəyyən edir.
Hiperinflyasiya şəraitində iqtisadi böhrandan çıxmaq üçün monetaristlər dövlətə aşağıdakı
proqamı təklif edirdilər:

1.Tədavüldə pulun kəmiyyət dövriyyəsinin tsiklik rədd olunması. Mərkəzi dövlət


tərəfindən pul kütləsinin dövlət tərəfindən pul kütləsinin həcminə ciddi nəzarət edilməsi və onun
il ərzində 3-5% artımından çox olmaması.

2.Yüksək bank faizinin tətbiq olunması.

3.Əmək haqqı artımının qarşısının alınması. Əmək haqqının aşağı düşməsi halında belə
məşğulluğun yüksək səviyyəsinin saxlanılmasına səy göstərmək.

4.Dövlət büdcəsinin xərclərini azaltmaq.

M.Fredmenin bu təklifi bir çox ölkələr tərəfindən yüksək qiymətləndirilmişdir. Məsələn,


Ingiltərədə Mühafizəkar Partiya (Tetçer) 1979-cu ildə hakimiyyətə gəldikdən sonra monetarist
konsepsiyasını əsas götürərək öz maliyyə-pul sistemini qaydaya sala bildilər. Onlar vergilərin
azaldılması, dövlət müdaxiləsinin məhdudlaşdırılması, investisiyanın stimullaşdırılması

38
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

proqramını qəbul etmişdilər. Dövlətin əsas vəzifəsi inflyasiyanı dəf etmək üçün pul artımını
məhdudlaşdırmaq olmuşdur.

Monetarist konsepsiyanın daha geniş tətbiqi Reyqanın dövründə olmuşdur. Ilk əvvəl
monetarist proqramda xüsusi bölməyə dövlətin müdaxiləsinin sərt məhdudlaşdırılması oldu.
Korporosiyalardan tutulan vergilər azaldıldı, kompaniyaların fəaliyyətinin
reqlamentləşdirilməsinə dövlət nəzarəti sıxışdırıldı. Sosial xərclər azaldılaraq büdcənin məxaric
hissəsi azaldıldı. Nəticədə müəyyən nailiyyətlər əldə olunaraq işgüzar dairənin Reyqanın dövlət
aparatına inamı artdı. Həmin dövr üçün istehsal həcminin artması işsizliyin minimuma enməsi
monetarist konsepsiyasının həyatilik imicini yüksəltdi. Monetarizm aparıcı elmi tədqiqat, tədris,
dövlət strukturlarını, beynəlxalq maliyyə institutuna və beynəlxalq valyuta fonduna nüfuz etdi.
Beynəlxal Maliyyə Institutu və Beynəlxalq valyuta Fondu dövriyyəyə buraxılası pulun həcmini
diktə etməyə başladı. Xüsusilə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq edən ölkələr onun
təqdimatlarına əməl etməli idilər. Artıq 1960-1970-ci illərdən monetarizm Keyns nəzəriyyəsini
sıxışdırıb aradan çıxardaraq inkişaf etmiş ölkələrdə öz şərtlərini məcbur etməyə başladı. Belə ki,
monetaristlərin sərt formada irəli sürdükləri dövriyyədəki pul məhdudiyyətlərinə bəzi ölkələr
əməl etmədilər. Məsələn, Teççer kabineti 70-ci illərdə 9-13 faiz pul aqreqatının əvəzində 14,5
faizdən istifadə etmişdir.

Pul aqreqatı M3= dövriyyədəki nəğd pul+ bankda depozit qalıqları.

Nəticədə bu bəzi ölkələr üçün ağır nəticələr verdi. Məsələn, Cənubi-Şərqi Asiya ölkələrinin
yüksək inkişaf tempi super iri maliyyə resursları tələb edirdi. Onlar bu tələbatın müəyyən
hissəsini Beynəlxalq Valyuta Fondunun hesabına ödəsələr də, problem tam həll olunmamış
qalırdı. Beynəlxalq Valyuta Fondundan külli miqdarda borc götürən ölkələr onun girovuna
çevrilirdilər. Bu isə ölkələri çıxılmaz vəziyyətlərə salırdı. Keyns iqtisadiyyatın dövlət
tənzimlənməsi nəzəriyyəsini irəli sürürdüsə, monetarizmin banisi olan Çikaqo Universitetinin
professoru Fridman bunun əksinə qeyd edirdi ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir.
Fridmanın fikrincə dövlətin tələbi stimullaşdırması iqtisadi böhranı daha da dərinləşdirir və
rəqabətin təbii «nizamlayıcı» rolunu azaldır.

Fridmanın ideyası 70-ci illərdə kapitalist dövlət aparatı tərəfindən staqfilyasiyaya qarşı
effektli tədbir kimi qəbul edilmişdir. Staqfilyasiya eyni vaxtda istehsalın aşağı düşməsi, qiymət

39
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

inflasiyasının yüksəlməsi deməkdir. Monetarizm fundamental elm deyildir. Onun tərəfdarları


müxtəlif variantlar irəli sürürdülər.

Makroiqtisadiyyatda Dövlət Bəhs olunan dörd mövzunun təqdiqatının apararkən


makroiqtisadiyyat bir iqtisadi subyekt kimi dövlətə mühüm funksiyalar verir. Belə ki,
makroiqtisadi modeldə dövlət iqtisadiyyata təsir etmək məqsədi ilə əsasən üç vasitədən istifadə
edir:

- Maliyyə siyasəti (fiskal siyasət),

- Pul siyasəti (Monetar siyasət),

- İqtisadi artımı və ya məcmu təklifi artırmağa istiqamətlənmiş digər müxtəlif siyasi


vasitələr.

Makroiqtisadi sistemlər də aşağıdakılardır

 Bazar iqtisadi sistemi (free market)- Klassik məktəb nümayəndələrinin bəhs etdiyi
dövlətin müdaxiləsinin olmadığı və bazarın görünməz əl vasitəsi ilə formalaşdığı
bazardır.

 İnzibati amirlik metodu (fully central planned)- Dövlətin bütün iqtisadiyyata müdaxilə
etdiyi və mərkəzdən idarə olunduğu iqtisadi sistemdir. Görünməz əl prisipi amirlik
metodunda fəaliyyətini dayandırır.

 Ənənəvi sistem (traditional system)-İqtisadiyyatın ənənəyə bağlı olaraq fəaliyyət


göstərdiyi bazar sistemidir.

 Qarışıq sistem (fixed method)-1970-ci ildən etibarən formalaşan və Bazar iqtisadi


sistemi ilə İnzibati amirlik metodu arasında aralıq mövqe tutan bazar növü hesab olunur.
Azərbaycan Respublikasının iqtisadiyyatı da həmçinin qarışıq iqtisadi sistemə aid edilir.

40
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Ümum Daxili və Ümum Milli Məhsul


(Gross domestic and national product)
Məcmu buraxılış
Məcmu buraxılış (məcmu istehsal) ümumilikdə bir ölkə iqtisadiyyatında bir ildə istehsal
olunan bütün son əmtəə və xidmətlərin meydana gətirdikləri məcmu istehsalın miqdarıdır.
Məcmu istehsalın qiymətini hesablamaq üçün isə ən şox Ümumi Daxili Məhsul və Ümumi
Milli Məhsul anlayışlarından istifadə olunur. Bu iki anlayışı izah etmədən əvvəl əlavə dəyər,
aralıq məhsulu və son məhsul anlayışlarını açıqlamaq lazımdır.
Əlavə (aralıq) dəyər, əmtəənin hər bir istehsal mərhələsində, müəyyən mərhələdən
əvvəlki dəyəri ilə bu mərhələdən sonrakı dəyəri arasındakı fərqdir. Başqa cür ifadə etsək, son
əmtəənin istehsalındakı hər bir mərhələdə əmtəənin dəyərinə əlavə olunan dəyər, həmin
mərhələdəki əlavə dəyər kimi qəbul olunur.
Son (tamamlanmış) məhsul – aralıq məhsulu-İqtisadiyyatda istehsal olunan əmtəə və
xidmətlərin (məhsulların) ən bəsit formada iki qrupda təsnifatını aparmaq mümkündür:
- Son (tamamlanmış) məhsullar,
- Aralıq məhsulları.
Son (tamamlanmış) məhsul-birbaşa qaydada istehlakı nəzərdə tutularaq istehsal edilən
məhsullardır. Son məhsul, firma tərəfindən istehsal olunan və ev təsərrüfatları tərəfindən istehlak
məqsədiylə və ya firmalar tərəfindən investisiya məqsədiylə tələb olunan və istifadə edilən
məhsuldur.
Aralıq məhsulu-isə bir firma tərəfindən istehsal olunan və digər bir firmanın fərqli bir
məhsul istehsal edərkən istifadə etdiyi məhsullardır. Aralıq məhsulu, bir firmanın öz məhsulunu
istehsal etmək üçün istifadə etdiyi və başqa firmalar tərəfindən istehsal olunmuş hər cür xammal
və əmtəələrdir. Məsələn, buğda dəyirmançı üçün, un isə çörək bişirən üçün aralıq məhsuludur.
Pomidor, evdə istehlak edilərsə son məhsul, tamat istehsalında istifadə olunarsa aralıq
məhsuludur. Başqa bir misal, bir avtomobilə qoşulan təkər avtomobil istehsalçısı üçün aralıq
məhsulu kimi qəbul edilir. Ancaq istifadədə olan bir avtomobilin təkərlərinin dəyişdirilməsi
zamanı istifadə olunan təkərlər isə son məhsul kimi qəbul edilir. Beləliklə, ÜDM-u hesablarkən,
yeni bir avtomobilin öz qiyməti ilə onun üstündəki təkərləri ayrı ayrı hesablarsaq ikiqat

41
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

hesablama aparmış olarıq. Çünki, yeni avtomobilin qiyməti, onun bütün parçalarının qiymətinin
cəmini əks etdirir.

Ümumi Daxili Məhsul (ÜDM)-Ümumi daxili məhsul (Gross Domestic Product, GDP) —
bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu
bazar qiymətidir. ÜDM-in tərifində olan əsas prinsiplər: ikiqat (təkrar) uçotun yolverilməzliyi;
gəlirlərin yenidən bölüşdürülməsinin nəticəsi olmayan, lakin məcmu buraxılışın ölçüsünü
dəyişənin uçotu; yalnız həmin il istehsal olunan məhsulun əks etdirilməsi.

Ümumi daxili məhsul (Gross Domestic Product — GDP) —bir il ərzində iqtisadiyyatda
(ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.

Bu tərifin hər bir sözünü təhlil edək.

1. Məcmu ÜDM — istehsalın ümumi həcmini, məcmu buraxılışı xarakterizə edən


aqreqasiya göstəricisidir.

2. Bazar-ÜDM-in dəyərinə yalnız rəsmi bazar sövdələri, yəni alqı-satqı prosesini keçmiş
və rəsmi olaraq qeydiyyatdan keçmiş sövdələr daxil edilir. Ona görə də ÜDM-ə aşağıdakılar
daxil edilmir:

a. İnsanın əməyi öz üzərinə götürməsi (insan özünə ev tikir, mənzilini təmir edir, sviter toxuyur,
televizorunu və ya avtomobilini təmir edir, saçını düzəldir və s.);
təmənnasız əmək (məsələn, dost yardımı – qonşunun hasarını tikmək, dost üçün təmir və s.);

b. Kölgə iqtisadiyyatının istehsal etdiyi mal və xidmətlərin dəyəri. Halbuki gizli istehsal olunan
məhsulun da satışı bazar sövdəsidir, lakin rəsmi olaraq qeydiyyatdan keçmir və milli statistika və
vergi orqanları tərədindən uçota alınmır. Kölgə iqtisadiyyatına təkcə qeyri-qanuni fəaliyyət
növlərini (məsələn, narkobiznes) deyil, həm də tamamilə leqal, lakin mənfəəti vergilərdən
yayınan növlər də aid edilir. Bu sektorun istehsal həcmi inkişaf etmiş ölkələrdə məcmu
buraxılışın üçdə bir hissəsindən yarısına qədərini təşkil edir. Kölgə iqtisadiyyatının payının
qiymətləndirilməsi birbaşa hesablama metodları mövcud olmadığından dolayı metodlardan
istifadə olunur ki, bunlara rəsmi istehsalı təmin etmək üçün zəruri olduğundan artıq elektrik

42
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

enerjisinin əlavə sərfi və rəsmi sövdələrə xidmət üçün lazım olduğundan artıq miqdarda pul
xərclənməsi kimi aiddir.

3. Dəyər-ÜDM istehsalın məcmu həcmini pulla ifadədə ölçür (dəyər formasında), belə ki,
başqa cür almaları dublyonkalarla, avtomobillərlə, kompüterlərlə, bərbərlətin xidmətini diş
həkimlərinin xidməti ilə və s. bir götürmək olmaz. Pul mal və təkliflərin dəyərinin ölçüsünü
hesablamağa xidmət edir ki, bu da iqtisadiyyat tərəfindən istehsal olunan bütün növ mal və
xidmətlərin dəyərini müəyyən etməyə imkan verir.

4. Son məhsul-İqtisadiyyatda istehsal olunan bütün məhsullar son və ara məhsullarına


bölünür. Son məhsul ( final goods) — hər hansı makroiqtisadi agentə istehlak üçün gedən və
növbəti emal və satış üçün nəzərdə tutulmayan son məhsuldur. Ara məhsul ( intermediate goods)
sonrakı istehsal və satış prosesinə göndərilən məhsuldur. Ara məhsula xammal, materiallar,
yarımfabrikatlar və s. aid edilir. Lakin istifadə üsulundan asılı olaraq, eyni mal həm son, həm də
ara məhsul ola bilər. Məsələn, evdar qadının borş üçün aldığı ət son məhsul ola bilər, belə ki, son
istehlak üçün alınıb. “Makdonalds” restoranı tərəfindən alınan ət isə ara məhsuldur, belə ki, emal
ediləndən sonra çizburgerin içinə qoyularaq son məhsul olacaq.

ÜDM-ə yalnız son məhsulun daxil edilməsi ikiqat (təkrar) hesabdan ( double accounting)
qaçmağa imkan verir. Məsələn, avtomobilin dəyərinə polad hazırlanacaq dəmirin, prokat
alınacaq poladın, avtomobilin hazırlanacağı prokatın dəyəri daxil olur. Həmin səbəbdən bütün
alqı-satqılar da ÜDM-ə daxil edilmir, belə ki, onların dəyəri artıq bir dəfə son istehlakçı tərəfdən
alındığı zaman nəzətə alınmışdır.

Son məhsulun bu dəyəri onun ara və ya son məhsul olduğunu demək mümkün olmadığı
səbəbindən bilavasitə hesablana bilmədiyi üçün, onu əlavə dəyər (value added) üzrə
hesablayırlar. Bu metod ona əsaslanır ki, son məhsulun məcmu dəyəri məcmu əlavə dəyərə
bərabərdir. Zənn edək ki, fermer taxılı yetişdirmiş, onu dəyirmançıya 5 dollara satmış,
dəyirmançı onu üyüdüb una çevirmişdir. Dəyirmançı unu çörək bişirənə 8 dollara satmışdır.
Çörək bişirən məhsulunu 17 dollara bulka satana satmış, o da öz növbəsində çörəyi alıcıya 25
dollara satmışdır. Taxıl dəyirmançı, un çörək bişirən, xəmirdən hazırlanan məmulat isə bulka
satan üçün ara məhsuldur, çörək isə satıcı üçün son məhsuldur.

43
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Hər bir istehsalçının (firmanın) əlavə etdiyi dəyər satışdan gələn qazancdan başqa
istehsalçılardan alınmış xammal və materialların fərqinə bərabərdir ki, bu da hər bir istehsalçının
(firmanın) məcmu buraxılış həcminə payını ifadə edir.

Firmanın əlavə dəyəri =Satışdan qazanc — Başqa firmalardan


alınmış xammal və materialların dəyəri

Firmanın bütün daxili məsrəfləri (əmək haqqının verilməsi, amortizasiya, kapitalın icarəsi,
yer icarəsi və s.), həmçinin, firmanın mənfəəti əlavə dəyərə daxil edilir. Bizim misalda fermerin
əlavə etdiyi dəyər 5 dollara, (5 — 0 = 5), dəyirmançının əlavə etdiyi dəyər — 3 dollara. (8 — 5
= 3), çörək bişirənin əlavə etdiyi dəyər — 9 dollar (17 — 8 = 9), bulka satanın əlavə etdiyi — 8
dollara (25 — 17 = 8) bərabərdir. Məcmu əlavə dəyər, yəni bütün istehsalçılar tərəfindən əlavə
edilən dəyət 25 dollar (5 + 3 + 9 + 8 = 25) təşkil edir və son alıcının ödədiyi dəyərə bərabərdir
(son məhsulun dəyəri). Ona görə də, ÜDM ölçülən zaman son məhsulun dəyəri əlavə dəyərl üzrə
hesablanır və bütün istehsalçıların (firmalar tərəfindən) əlavə etdikləri dəyərlərin cəmi kimi
verilə bilər:

Son məhsulun məcmu dəyəri =Bütün firmaların əlavə dəyərlərinin


məbləği

və ya iqtisadiyyatda bütün satışların (total output) və ara məhsulun məcmu dəyərinin fərqi. Bizim
misalda: 55 — 30 = 25 (dollar).

Son məhsulun məcmu dəyəri =Məcmu əlavə dəyər vergisi =


Bütün satışların məcmu dəyəri —Ara məhsulun məcmu dəyəri

5. Mal və xidmətlər. Mal və xidmətlərin mübadiləsinə istifadə olunmayan bütün ödəmələr


ÜDM-in dəyərində nəzərə alınmır. Bu cür ödəmələrə transfert ödəmələr və qeyri-istehsal
(maliyyə) sövdələri aiddir.

6. Transfert ödəmələr ( transfer payments) özəl və dövlət ödəmələrinə bölünür və


hədiyyə kimi verilir. Özəl transfertlər — ayrı-ayrı şəxslərin bir-birinə etdikləri ödəmələrdir
(məsələn, valideynlər övladlarına, qohumlar bir-birinə və s.). Dövlət transfertləri — dövlətin ev

44
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

təsərrüfatlarına sosial təminat sistemi üzrə subsidiyalar şəklində etdiyi ödəmələrdir. Transfertlər
ÜDM-in dəyərinə daxil edilmir, belə ki:

 bu ödəniş nəticəsində yeni heç nə istehsal edilmir (nə mal, nə də xidmət), və məcmu
gəlir yalnız yenidən bölüşdürülür;
 transfert ödənişlər ev təsərrüfatlarının istehlak tələblərinə (bu, gəlirin bir hissəsidir) və
firmaların investisiya xərclərinə (subsidiyalar kimi) daxil edilir.

Maliyyə sövdələrinə ( financial transactions) fond bazarında qiymətli kağızların alqı-


satqısı aiddir. Qiymətli kağızların da arxasında nə malların, nə də xidmətlərin ödənişi
durmadığından, bu sövdələr də ÜDM-in həcmini dəyişmir və iqtisadi agentlər arasında
vəsaitlərin yenidən bölgüsünün nəticəsi ola bilməz. Lakin yadda saxlamaq lazımdır ki, özəl
firmaların qiymətli kağızları üzrə gəlirlərin ödənilməsi ÜDM-in dəyərinə aiddir, belə ki, iqtisadi
resursun haqqıdır, yəni faktor gəliri, milli gəlirin bir hissəsidir.

6. İqtisadiyyatda (ölkə daxilində) istehsal edilən. Bununla ümumi daxili məhsul göstəricisi –
ÜDM ( Gross Domestic Product — GDP) ümumi milli məhsuldan – ÜMM-dən ( Gross National
Product — GNP) fərqlənir. ÜDM ölkə ərazisində istehsal olunan bütün mal və xidmətlərin
məcmu bazar dəyərini əks etdirir. ÜDM müəyyən edilərkən meyar kimi ərazi faktoru çıxış edir.
ÜMM isə ölkə vətəndaşlarının onlara məxsus istehsal faktorlarının köməyi ilə istehsal etdikləri
bütün mal və xidmətlərin məcmu bazar dəyəridir. ÜMM müəyyən edilərkən meyar kimi milli
mənsubiyyət faktoru çıxış edir. İnkişaf etmiş ölkələrin çoxunda ÜDM-in ÜMM-dən fərqi 1%-i
üstələmir.

ÜDM kəmiyyətcə ÜMM-dən xaricdən xalis faktor gəlirinin ölçüsü ilə ( net factor income
from abroad) fərqlənir ki, bu da bu ölkənin vətəndaşlarının başqa ölkələrdə milli faktorlardan
(iqtisadi resurslardan) istifadə etməklə qazandıqları gəlirlə xarici vətəndaşların özlərinə məxsus
faktorlardan (xarici) istifadə etməklə bu ölkədə qazandıqları gəlirin fərqinə bərabərdir:

Xaricdən xalis faktor gəliri =Başqa ölkələrdə milli faktorlardan olan gəlir —Həmin ölkənin
ərazisində olan xarici faktorlardan olan gəlir.

45
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

7. Bir il ərzində. Bu şərtə müvafiq olaraq, bu il istehsal olunmayan bütün mallar ÜDM
hesablanarkən nəzərə alınmır, belə ki, müvafiq ilin dəyərində artıq nəzərə alınmışdır.

- ÜDM ölkə vətəndaşlarının ölkədən kənarda əldə etdikləri gəlirləri ehtiva etməz
Bir ölkə vətəndaşlarının ölkədən kənarda iqtisadi fəaliyyətlərindən əldə etdikləri gəlirlər, o
ölkənin ümumi daxili məhsuluna daxil edilməz. Məsələn, Azərbaycan vətəndaşlarının xarici
ölkələrdə əldə etdikləri gəlirləri Azərbaycanın yox, məhz o ölkələrin ÜDM-na daxil edilir.

Yekun olaraq deyə bilərik ki, ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində
ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər
Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə,
onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM
ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir
neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.

Nominal və real ÜDM


Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.
Bu səbəbdən nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılıdır – yəni inflyasiya
(deflyasiya) nəticəsində məhsulun qiyməti qalxdıqda (düşdükdə) nominal ÜDM da qalxır
(düşür).

Nominal Qiymtlərlə ÜDM - il ərzində istehsal olunan son məhsulların, o ilin bazar
qiymətləri ilə hesablanmasıdır.

Sabit Qiymətlərlə (Real) ÜDM - Əgər hansısa bir ili sabit və ya baza ili kimi qəbul edib,
sonrakı bütün illər üçün ÜDM-u hesablarkən, baza ili kimi qəbul olnan ilin qiymətlərindən
istifadə edilərsə, onda əldə edilən ÜDM sabit qiymətlərlə hesaplanmış ÜDM və ya real ÜDM
adlanır.

Məsələn, ölkədə cəmi 2 məhsul istehsal edilir, A və B məhsulları. 2007-ci ildə A


məhsulundan 100 ədəd, B məhsulundan isə 200 ədəd istehsal edilib. A məhsulunun 2007-ci ildə
bazar qiyməti 30, B məhsulununku isə 20 pul vahididir. Bu halda 2007-ci ildə ÜDM = 100 * 30

46
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

+ 200 * 20 = 7000. 2008-ci ildə 10% inflasiya olduğu halda və istehsalın artmadığı
halda nominal ÜDM 100 * 33 + 200 * 22 = 7700 olur. Gördüyümüz kimi hətta istehsalın
artmadığı halda nominal ÜDM 700 pul vahidi artdı.

Məhsulun qiymətindən asılılığı aradan qaldırmaq və səhv yanaşmadan yayınmaq üçün real
ÜDM hesablanır. Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir il əsas
götürülməli və növbəti illərdə əsas götürülmüş ilin qiymətləri tətbiq edilməlidir. Yuxarıdakı
misalda 2008-ci ildə real ÜDM = 100 * 30 + 200 * 20 = 7000. Bu o deməkdir ki, əsas il olaraq
2007-ci il götürüldükdə 2008-ci ildə real ÜDM-un artımı 0%, nominal ÜDM-un artımı isə 10%
təşkil edəcək.

ÜDM deflyator nominal ÜDM-un real ÜDM-a nisbətini göstərir:

Yuxarıdakı misalda 2008-ci ildə:

47
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Ümumi Milli Məhsul (ÜMM), ölkə vətəndaşlarının ölkə daxilində istehsal etdikləri bütün
son əmtəə və xidmətlər ilə ölkədən kənarda yaşayan vətəndaşların əldə edib ölkəyə transfert
etdikləri iqtisadi amillərin gəlirlərinin məcmu bazar dəyəridir.
ÜMM hesablamasında ölkənin vətəndaşları nəzərə tutularaq onların ölkə daxilində və xaricində
əldə etdikləri bütün gəlirlər nəzərə alınırkən, ÜDM hesablamasında isə vətəndaşılığına
baxılmadan, ölkədə məskunlaşan bütün insanların əldə etdikləri gəlirlər nəzərə alınır. Beləliklə,
“ÜMM ölkə vətəndaşlarının iqtisadi gücünü, ÜDM isə ölkənin bir növ “bir iqtisadi subyekt kimi
“ gücünü göstərir” demək mümkündür. ÜMM ilə ÜDM arasındakı fərq, xaricdən əldə edilən
xalis iqtisadi amil gəlirlərinə (xaricdən gələn iqtisadi amil gəlirləri – xaricə gedən iqtisadi amil
gəlirləri) bərabərdir.
ÜMM =ÜDM + Xaricdən Əldə Edilən Xalis İqtisadi Amil Gəlirləri (Xaricdən Gələn
İqtisadi Amil Gəlirləri – Xaricə Gedən İqtisadi Amil Gəlirləri)
Ümumi Milli Məhsul (ÜMM) ölkədə müəyyən müddət ərzində (adətən bir ildə) istehsal
edilən mal və xidmətlərin pulla ifadə edilən dəyərlərinin cəmidir. İnkişaf isə, müəyyən bir
müddətdə ÜMM-un artım nisbətini faizlə göstərən ölçüdür.
Milli İqdisadi Modelimizdə inkişaf, gəlirin tarazlı bölgüsünü təmin etməlidir. Əks təqdirdə,
yəni gəlir bölgüsündə tarazlığı pozan inkişaf, cəmiyyətin həm sosial strukturunda, həm də hər
keçən gün iqtisadiyyatda tarazlığın pozulmasına səbəb olur.
Milli İqdisadi Model istər yeni vergi və sosial dövlət siyasəti, istərsə də pul siyasəti vasitəsi
ilə cəmiyyətin hər sosial qrupunun gəlir səviyyəsini yüksəldən bir inkişafı həyata keçirir.
ÜMM haqqında rəqəmlər inkişafda əsas qəbul edilməlidir. Ümumi Daxili Məhsulda
(ÜDM) əcnəbilərin ölkə daxilində yaratdıqları əlavə dəyər artımı da nəzərə alındığı üçün
iqtisadiyyatda real inkişafı əks etdirmir. Xaricilər əldə etdikləri gəlirləri ölkədən çıxarırlar. Buna
görə yerli fərdlərin istehsalı, həmin ölkənin iqtisadiyyatının inkişafını daha yaxşı əks etdirir.

48
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

NƏTİCƏ OLARAQ
ÜMUMİ DАХİLİ MƏHSUL (ÜDM) milli hesаblаr sisteminin ən mühüm
göstəricilərindən biridir, istər mаddi istehsаl, istərsə də qeyri-mаddi хidmətlər sаhələrində
iqtisаdi vаhidlərin-rezidentlərin istehsаl fəаliyyətinin sоn nəticəsini хаrакterizə edir və bu
vаhidlərin sоn istehlак üçün məhsul və хidmətlər istehsаlı üzrə yаrаtdığı əlаvə dəyərin həcmi ilə
ölçülür. ÜDM iqtisаdi vаhidlərin-rezidentlərin məhsul və хidmətlərin istehsаlçılаrı аrаsındа
bölüşdürüldüyü ilкin gəlirlərin, yəni muzdlu işçilərin əməк hаqqının, istehsаlа və idхаlа görə
хаlis vergilərin, ümumi mənfəətin və ümumi qаrışıq gəlirlərin məbləği, bаşqа sözlə, gəlirlər
üsulu ilə də müəyyənləşdirilə bilər. Ümumi dахili məhsuldаn istifаdə edilməsi (хərclər üsulu)
məhsul və хidmətlərin sоn istehlакını, əsаs каpitаlın ümumi yığımını, mаddi dövriyyə vəsаitləri
ehtiyаtlаrının dəyişməsini, qiymətlilərin (sərvətlərin) хаlis əldə edilməsini və məhsul və
хidmətlərin iхrаc və idхаl sаldоsunu özündə birləşdirir.
ÜDM nələri əhatə etmir: Baxmayaraq ki, ÜDM material və qeyri-material sferasının hər
ikisini əhatə edir, bu göstərciyə nəzərə alınması çətin və mümkün olmayan bir çox əməliyyatlar
və xidmətlər düşmür. Məsələn:
- Öz ev təsərrüfatındakı evdar qadınların işi;
- Hazır məhsul şəklinə salınmayan, özü üçün işləyən amillərin işləri (məsələn, kitab,
nümunə, məqalə və s.);
- Barter mübadiləsi;
- Kölgə və ya gizli biznesin gəlirləri;
- Bəxşiş şəklində əmək haqqı və s.;
ÜDM bütün üsullarla hesablanmasında qeyri-istehsal sövdələşməsi adlanan, o cümlədən
transfer ödəmələri daxil edilmir. Bu ödəmələrin həcmi, bir qayda olaraq kifayət qədər böyükdür,
lakin onlar sadəcə ÜDM yenidən bölgüsüdür.
Transfer ödəmələrinə aşağıdakılar daxildir:
- Dövlət transfer ödəmələri, məsələn, sosial-sığorta üzrə ödənişlər, işsizliyə görə
müavinətlər, təqaüdlər dövlət borcuna görə faiz ödəmələri;
- Xüsusi transfer ödəmələri, məsələn, xüsusi fondlardan birdəfəlik ödəmələr, xüsusi
şəxslərə və təşkilatlara təqaüdlər;
ÜDM-ə həmçinin təmiz maliyyə əməliyyatları daxil deyil. Məsələn, qiymətli kağızların
alış və satışı. Belə ki, onlar cari istehsalı artırmırlar.

49
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

ÜMM və ÜDM arasındakı fərqlər aşağıdakılardır:


ÜDM ərazi əlamətinə görə hesablanır. Bu müəssisələrin milli mənsubiyyəti nəzərə
alınmadan ölkə ərazisində yerləşən maddi və xidmətlər sferaları məhsullarının məcmu dəyərini
göstərir. ÜMM isə bu milli müəssisələrin yerləşməsindən asılı olmayaraq (öz ölkəsində və ya
xaricdə) milli iqtisadiyyatın hər iki sferasında bütün məhsul və xidmətlərin məcmu dəyəridir.
Beləliklə, ÜMM ÜDM-dan faktor gəlirlərinə görə fərqlənir. Adətən ÜMM hesablamaq
üçün ÜDM göstəricisinə xaricdə olan müəssisələrin və fiziki şəxslərin mənfəət və gəliri ilə
ölkədə olan xarici işçilərin və xarici investorların mənfəət və gəlirlərinin fərqi əlavə edilir. Bu
fərq stabil və liberal iqtisadiyyatlı ölkələrdə böyük olmur. Qərbin aparıcı ölkələri üçün bu fərq
ÜDM-un 1%-dən çox olmur.
ÜDM əsasən 3 metodla hesablanır: məsrəflər üzrə; gəlirlər üzrə; əlavə edilmiş dəyər üzrə.
I.ÜDM-un məsrəflər üzrə hesablanması:
1) əhalinin istehlak xərcləri - (C),
2) ümumi xüsusi investisiyalar - (I),
3) əmtəə və xidmətlərin dövlət alışı - (G),
4) xalis ixracat (idxal və ixracın fərqi) - (Xn).

ÜDM = C + I + G + Xn
İstehlak (C):
• Yeni mənzilin alınmasını çıxmaq şərti ilə, ailə təsərrüfatlarının əmtəə və xidmətlərin
alınmasına sərf etdiyi xərclərdir.
İnvestisiya (I):
• Yeni mənzilin alınması da daxil olmaqla, uzunmüddətli avadanlıqların, anbar
ehtiyatlarının və yardımçı istehsal vasitələrinin alınmasına çəkilən xərclərdir.
Dövlət Xərcləri (G):
• Yerli, ştat və federal dövlət orqanları tərəfindən əmtəə və xidmətlərin alınmasına çəkilən
xərclərdir.
• Transfert ödənişlər dövlət xərclərinin tərkib hissəsi kimi hesablanmır.
Xalis İxracat (NX):
• İxracat ilə idxalat arasındakı fərqdir.

50
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

II.ÜDM-un gəlirlər üzrə hesablanması:

1) əmək haqqı - (W),


2) faiz – (r),
3) renta – (R),
4) mənfəət – (m).
Bu gəlirlərin cəminə amortizasiya ayırmaları (d), dolayı vergilər (T) və mülkiyyətdən vergi
(T1) də əlavə edilir. Onda
ÜDM = W + r + R + m + d + T + T1

Ölkədə fəaliyyət göstərən daxili və xarici vətəndaşların gəlirləri ÜDM-də daxil edilir.

III.ÜDM-un əlavə dəyər üzrə hesablanması:


Bu metod istehsal metodu adlanır və ÜDM-un bir il ərzində istehsal olunmuş son məhsulun
hər bir mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur. Əlavə edilmiş dəyər firmaların
istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq məhsulların
alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-un kəmiyyəti bütün istehsalçı
firmaların əlavə etdikıəri dəyərlərin cəminə bərabərdir.
Makroiqtisadi göstəricilər əksər hallarda MHS-nə aid olan göstəricilərlə eyni məzmun
daşıyır. Lakin makroiqtisadiyyat təhlil prosesində həmin göstəricilərinin bir qismini
ümumiləşdirə bilər: əgər ölkədə ÜDM hesablanırsa, bu zaman aralıq istehlak müəyyən edilmir,
çünki həmin istehlak yeni yaranan dəyərdə qiymətlə ifadə olunur. Əgər aralıq istehlak da nəzərə
alınardısa, onda ÜDM-un qiyməti şişirilmiş olardı. Makroiqtisadiyyat etibarilə ÜDM il ərzində
ölkədə istehsal edilən son məhsul və xidmətlərin bazar dəyərindən ibarətdir. Burada son məhsul
dedikdə ÜDM-un o hissələri nəzərdə tutulur ki, həmin hissə cari istehsaldan kənarlaşdırılır və
istehlakın ödənilməsi üçün istifadə edilir. Bəzi hallarda bu göstəricilər altında xalis ixrac və
fondların amortizasiyası da əks etdirilir. Ümumilikdə son məhsul cəmiyyətin ehtiyacları üçün,
habelə şəxsi istehlakın ödənilməsi baxımından istifadə edilən məhsul və ya xidmətdir. Bundan
fərqli olaraq aralıq istehlak ÜDM-dən çıxılır.
Makroiqtisadi göstərici olan qiymətin ümumi səviyyəsi üzrə əldə olunan qiymət indeksi
ölkədə yeni yaranan dəyərin real artımını müəyyən etməyə imkan verir. Başqa sözlə, qiymət

51
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

indeksi vasitəsilə ÜDM-un artımında inflyasiyanın təsiri aradan qaldırılır. Əgər qiymət indeksi
cari il üçün müəyyən edilirsə, bu zaman cari ilin qiymət indeksi baza içindəki qiymət
bölünməklə əldə olunur və “%” formasında ifadə olunur.

52
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Xalis milli məhsul və milli gəlir


ÜMM-in çox mühüm bir çatışmazlığı vardır. Bu, ondan ibarətdir ki, o, cari ildə istehsalın
həcmi haqqında şişirdilmiş təsəvvür yaradır. Çünki ÜMM-in tərkibində cari ildə istehsal
prosesində istifadə olunan investisiya əmtəələrini yeniləri ilə əvəz etmək üçün zəruri olan vəsait
də öz əksini tapır. Bunu aşığıdakı həqiqətdən aydın görmək olar. Məsələn, tutaq ki, 2006-cı il
yanvar ayının 1-i vəziyyətinə iqtisadiyyatın bütün sahələrində 10 mlrd. manatlıq investisiya
əmtəələri vardır. İl ərzində 90 mlrd. manatlıq ÜMM istehsal olunmuş, 5 mlrd. manatlıq maşın və
avadanlıq istehalk edilmişdir. Deməli, investisiya əmtəələrinin dəyərindən 5 mlrd. manatı ÜMM-
ə daxil edildiyinə görə, 2006-cı il dekabr ayının 31-i vəziyyətinə 5 mlrd. manatlıq investisiya
əmtəələri qalmışdır. Buradan belə bir nəticə çıxarmaq olarmı ki, 2006-cı ildə istehsal olunan 90
mlrd. manatlıq ÜMM cari ildə cəmiyyətin rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar
yaratmışdır? Əlbəttə, yox! Bu barədə daha düzgün nəticə çıxarmaq üçün ÜMM-dən həmin il
istehsal prosesində istehlak olunmuş maşın və avadanlıqların yerini doldurmaq məqsədilə
istifadə olunacaq 5 mlrd. manatı çıxmaq lazımdır. Bu qaydada hesablama aparsaq 85 mlrd. ma-
nat (90 mlrd. manat – 5 mlrd. manat) alarıq ki, bu da istehsalın xalis həcmini göstərir.
Beləliklə, ÜMM-ə nisbətən xalis milli məhsul (XMM) göstəricisi cari ildə istehsalın ümumi
həcmi, istehlak olunmuş kapital və kapital yığımı haqqında daha düzgün təsəvvür verir.
XMM ümummilli məhsuldan cari ildə istehsal prosesində istehlak olunmuş əsas kapitalın
dəyərini (amortizasiya ayırmalarını) çıxmaq yolu ilə hesablanır. Bunu aşağıdakı şərti misalla izah
edək. Tutaq ki, 2006-cı ildə 15,2 mlrd. manatlıq ÜMM istehsal edilmiş, istehlak olunmuş
kapitalın dəyəri 1,5 mlrd. manat olmuşdur. Deməli XMM 13,7 mlrd. manata (15,2 mlrd. manat –
1,5 mlrd. manat) bərabərdir. Buradan aydın olur ki, XMM amortizasiya ayırmalarının məbləği
nəzərə alınmaqla təshih olunmuş ÜMM deməkdir. XMM-in köməyilə sonrakı illərdə istehsal
imkanları pisləşmədən iqtisadiyyatın istehlakı təmin etmək iqtidarında olub-olmaması
müəyyənləşdirilir.
Cari ildə XMM-in yaradılmasında iştirak edən torpaq, işçi qüvvəsi, kapital və sahibkarlıq
qabiliyyəti müqabilində əldə edilən gəlirlərin formalaşması mənbələrinin, başqa sözlə,
ehtiyatların istehlak olunması baxımından cari ildə xalis məhsulun cəmiyyətə neçəyə başa
gəlməsinin müəyyən olunması da böyük əhəmiyyətə malikdir.

53
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Məlum olduğu kimi, XMM-in tərkib ünsürlərindən biri də şirkətlərin ödədikləri dolayı
vergilərdir. Lakin yuxarıda göstərildiyi kimi, dolayı vergilər iqtisadiyyatın ehtiyatlarla təmin
olunmasında bilavasitə iştirak etməyən dövlətin sərəncamına keçir. Ona görə də cari ildə ÜMM-
in istehsalı gedişində qazanılan əmək haqqı, renta tədiyələri, faiz və mənfəətin ümumi məbləğini
müəyyən etmək üçün XMM-dən biznesin ödədiyi dolayı vergilər çıxılır və alınan göstəriciyə
milli gəlir deyilir .Milli gəlirin tərkibinə konkret olaraq aşağıdakılar daxildir:
1)Muzdlu işçilərin əmək haqqı;
2) İcarə haqqı (renta tədiyələri);
3) Faiz;
4) Mülkiyyətə görə əldə edilən mənfəət;
5) Korporasiyaların əldə etdikləri mənfəətdən ödədikləri vergilər;
6) Dividendlər;
7) Korporasiyaların bölüşdürülməyən mənfəəti.
Şəxsi gəlir (əldə edilmiş gəlir) və əməklə qazanılmış gəlir anlayışlarını bir-birindən
fərqləndirmək lazımdır. Bu, onunla əlaqədardır ki, əməklə qazanılmış gəlirin sosial sığorta
haqqından, korporasiyaların mənfəətindən alınan vergilərdən və onların bölüşdürülməyən
mənfəətindən ibarət olan hissəsi əslində ev təsərrüfatlarının əlinə keçmir. Ev təsərrüfatlarının
əlinə keçən gəlirlərin bir hissəsini isə, məsələn, transfert ödənişlərini əməyin nəticəsi hesab
etmək olmaz. Transfert ödənişlərinin aşağıdakı növləri vardır:
1) Qocalıq və bədbəxt hadisələrə görə sığorta ödənişləri, habelə sosial proqramlar əsasında
verilən müavinətlər;
2) Maddi yardım üzrə ödənclər;
3) Veteranlara verilən müxtəlif ödənclər, məsələn, təhsil almaq üçün subsidiyalar, əmək
qabiliy-yətini itirdikdə verilən yardım;
4) Işsizliyə görə verilən xüsusi pensiyalar və maddi yardımlar;
5) Hökumət və istehlakçılar tərəfindən ödənilən faiz.
Beləliklə, milli gəlirdən əməklə qazanılmış gəlir növləri çıxılır, cari ildə əmək fəaliyyətinin
nəticəsi olmayan və əldə edilmiş gəlir adlandırılan gəlir növləri onun üzərinə əlavə
edilməklə şəxsi gəlir müəyyən olunur. Deməli, şəxsi gəlir fərdi vergilər çıxıldıqdan sonra qalan
gəlirdir. Fərdi vergilər isə gəlir vergisindən, şəxsi əmlak və vərəsəlik vergilərindən ibarətdir.

54
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Bunların içərisində əsas yeri gəlir vergisi tutur. Şəxsi gəlirdən isə istehlak və yığım üçün istifadə
olunur.

Ümummilli məhsul və cəmiyyətin iqtisadi rifahı

ÜMM milli iqtisadiyyatın inkişaf səviyyəsinə qiymət verərkən istifadə olunan başlıca
göstərici olsa da, bu barədə iqtisadçılar arasında fikir birliyi yoxdur. Bəzi iqtisadçıların fikrincə,
ÜMM-i cəmiyyətin rifahını ifadə edən göstərici hesab etmək düzgün deyildir. Belə bir fikir də
geniş yayılmışdır ki, real ÜMM ilə iqtisadi rifah arasında çox sıx və qarşılıqlı əlaqə vardır. Başqa
sözlə, bu iqtisadçıların fikrincə istehsalın səviyyəsi nə qədər yüksək olarsa, cəmiyyət də ən yaxşı
həyat səviyyəsinə yaxınlaşmış olar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, ÜMM-
in bir sıra çatışmayan cəhətlərinin – onun artması və ya azalması səbəblərinin istehsalın real
həcminə necə təsir etməsinin, həmçinin istehsalın həcmi artdığı hallarda belə, onun, cəmiyyətin
rifahının yüksəldilməsinə səbəb olmasına təsir göstərdiyini təsdiq edən amillərin aşkara
çıxarılması olduqca vacibdir.

Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçirilmir və deməli,
istehsal olunan məhsulların bazar dəyərinin ifadə vasitəsi olan ÜMM-ə daxil edilmir. Evdar
qadının, öz evini təmir edən dülgərin işi, yaxud da alimin haqqı ödənilməyən elmi məqalə
yazması buna əyani misal ola bilər. Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır
və ona görə də milli gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına
səbəb olur. Lakin öz miqyasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları – məsələn, fer-
merlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli gəlir hesablandıqda nəzərə
alınır.

Cəmiyyətin iqtisadi rifahını ifadə edən göstəricilərdən biri də iş gününün uzunluğu,


məzuniyyət günləri, asudə vaxt və onlardan necə istifadə olunmasıdır.

Məlum olduğu kimi, kapitalizmin ilk dövrlərində iş günü qanunvericilik yolu ilə uzadılırdı,
fəhlə sinfinin siyasi şüur səviyyəsi aşağı olduğuna və o, kifayət qədər mütəşəkkil olmadığına
görə sahibkarlar iş gününün uzunluğunu hətta bəzi hallarda 14-16 saata çatdırırdılar. Lakin
sonralar işçilərin siyasi şüuru və mütəşəkkilliyinin yüksəlməsinin təsiri ilə sahibkarlar iş gününə
müəyyən hədd qoymağa məcbur oldular. Bunun nəticəsidir ki, iş həftəsinin uzunluğu, məsələn,
55
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

ABŞ-da XX əsrin əvvəllərindəki 53 saatdan ikinci dünya müharibəsinin axırlarında 40 saata


endirildi. O vaxtdan etibarən iş həftəsinin uzunluğu yenə də qismən azalmış və hazırda 35 saata
bərabərdir. Bundan başqa, haqqı ödənilən və ödənilməyən məzuniyyətlər və bayram günləri illik
iş günlərinin azalmasına təsir göstərmişdir. Bütün bunların nəticəsində işçilərin asudə vaxtları
artmış və deməli, cəmiyyətin rifahı yaxşılaşmışdır.

ÜMM kəmiyyət göstəricisi olduğu üçün o, əmtəələrin keyfiyyətinin yaxşılaşdırılmasını


əks etdirmir. Lakin aydındır ki, keyfiyyətin yaxşılaşması məhsulların reallaşdırılmasını
asanlaşdırır, istehsalın genişləndirilməsi üçün stimul yaradır. Doğrudur, keyfiyyətin yaxşılaşması
ilə eyni vaxtda qiymətlər də yüksələ bilər və yüksəlir. Deməli, qiymətlərin həddindən artıq
yüksəlməsi reallaşdırmada müəyyən çətinliklər yarada bilər. Lakin qeyd etmək lazımdır ki,
qiymətlərin yüksəlməsi nəticəsində məhsul istehsalı artır, təklif tələbdən irəlidə gedir, bu isə
qiymətlərlə məhsulların keyfiyyəti arasındakı asılılıqda tarazlaşmaya gətirib çıxarır.
Ümumi məhsulun bölgüsündə baş verən dəyişikliklər cəmiyyətin iqtisadi rifahına təsir göstərir.
ÜMM yalnız istehsal olunan məhsulların həcmini əks etdirir, hazırlanan əmtəələrin cəmiyyətin
tələbatına uyğun gəlib-gəlməməsi haqqıda isə təsəvvür yaratmır. Məsələn, ola bilər ki, müqayisə
üçün əsas götürülən bütün şərtlər gözlənilməklə əsas dövrə nisbətən cari dövrdə ÜMM artmışdır.
Lakin deyək ki, bu artım cəmiyyətdə aztapılan, yəni daha çox tələbat olan məhsullar hesabına
deyil, insanların tələbatlarının nisbətən yaxşı ödənildiyi məhsullar hesabına olmuşdur. Bu isə
ayrı-ayrı məhsullar üzrə tələblə təklif arasındakı nisbətin pozulması deməkdir. Bəzi iqtisadçılar
belə hesab edirlər ki, istehsal olunan bütün məhsulun ədalətli bölgüsü cəmiyyətin iqtisadi rifahı-
nın yüksəlməsinə səbəb olmaqla yanaşı, gələcəkdə istehsalın səmərəliliyinə əks təsir göstərə,
onun artırılmasında adamların fəallığının azalmasına səbəb ola bilər. Bundan başqa, ÜMM-in
artması ilə yanaşı, əhalinin sayı da artır. Göründüyü kimi, cəmiyyətin iqtisadi rifahına xa-
rakteristika vermək üçün ÜMM həqiqi mənzərəni aşkara çıxarmağa imkan vermir. Odur ki, hər
nəfərə görə məhsul istehsalı göstəricilərindən istifadə edilir. Bu göstəricilərə hər nəfərə düşən
ümummili məhsul, milli gəlir, konkret məhsul növləri (ət, süd, taxıl, polad, elektrik enerjisi və i.
a.) istehsalı, istehlak malları istehsalının quruluşu və dinamikası, əhalinin pul gəlirləri və
banklardakı əmanətlərinin məbləği, ailə büdcəsi, iş gününün uzunluğu, məzuniyyət günlərinin
miqdarı, əhalinin məşğulluğu, asudə vaxt, ondan istifadə olunması və s. daxildir.
"Ümummilli əlavə məhsul" kimi arzuolunmaz bir göstərici də vardır ki, istehsalın

56
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

həcminin və deməli, ÜMM-in artmasına o da təsir edir. Bu, havanın və suyun çirklənməsinə
qarşı görülən tədbirlərlə əlaqədar, habelə metal qırıntıları tullantılarından əmələ gələn zibil-
liklərin təmizlənməsinə və s. sərf olunan xərclərdir. Ətraf mühitin çirklənməsinin qarşısını almaq
üçün həyata keçirilən tədbirlərlə əlaqədar olan xərclər ÜMM-dən çıxılmadığına görə istehsalın
həcminin şişirdilməsinə səbəb olur və cəmiyyətin iqtisadi rifahının yüksəlməsi haqqında yanlış
təsəvvür verir. Deməli, buradan da belə bir fikir meydana çıxa bilər ki, istehsalın həcmi artdıqca,
ətraf mühit daha çox çirklənir və ÜMM də bir o qədər təhrif olunur. Bunu bir iqtisadçının
obrazlı ifadə ilə dediyi «iqtisadi həyatın son məhsulu zibildir» sözləri də təsdiq edir. Başqa
bir nəticə isə ondan ibarətdir ki, ÜMM nə qədər çox olarsa zibil də bir o qədər çox olur və ətraf
mühit də bir o qədər çox çirklənir. Əslində isə mühasibat uçotunun mövcud prinsiplərinə uyğun
olaraq istehsalçı axar çayı çirkləndirdikdə, dövlət isə onun təmizlənməsi üçün vəsait sərf etdikdə,
bununla əlaqədar olan xərclər ÜMM-ə əlavə edilir, çirklənmənin özünün dəyəri isə onun
üzərindən çıxılır.

Milli Gəlir İlə Əlaqəli Bəzi Anlayışlar və Müxtəlif Milli Gəlir Hesablama Düsturları

Ümumi Daxili Məhsul (ÜDM)


- Amortismanlar
= Xalis Daxili Məhsul (XDM)
- Dolayı (Vasitəli) Vergilər
= Ölkə Daxili Gəlir (ÖDG)
+ Xaricdən Gələn Xalis İqtisadi Amil Gəlirləri – Xaricə Gedən Xalis İqtisadi Amil Gəlirləri
= Milli Gəlir (MG)
+ (Transfert Ödənişləri + Subvansiyalar) - (Mənfəət Vergisi + Şirkətlərin Bölgüsü Aparılmamış
Mənfəəti + Sosial Kəsintilər)
= Şəxsi (Fərdi) Gəlir (ŞQ)
- Birbaşa Vergilər (Gəlir vergisi)
= Sərəncamda Qalan (Yerləşdiriləbilən) Gəlir (SG)
= İstehlak (C) + Yığım (S)

57
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Adambaşına düşən ÜDM = ÜDM/Əhalinin Sayı


Adambaşına düşən Milli Gəlir = MG/Əhalinin Sayı

Bir İqtisadi Göstərici Kimi Milli Gəlirin (ÜDM) Əhəmiyyəti


1. Milli Gəlir rəqəmləri bir ölkədə iqtisadi artım barədə məlumat verir,
2. Milli Gəlir rəqəmləri ölkənin rifah səviyyəsindəki dəyişiklik haqqında məlumat verir,
- Real - nominal milli gəlir,
- Satın alma gücü pariteti (Rurchasing Power Parity).
3. Milli Gəlir rəqəmləri ölkə iqtisadiyyatındakı struktural dəyişikliklər barədə məlumat verir,

4. Milli Gəlir rəqəmləri müxtəlif ölkələrin iqtisadiyyatları barədə müqayisəli təhlil aparmağa
imkan yaradır.

Rifahı müəyyən edən bir sıra amillər ÜDM-dən kənarda qalmışdır.

• Asudə vaxtın dəyəri.

• Təmiz ətraf mühitin dəyəri.

• Bazardan kənarda baş verən bütün iqtisadi əməliyyatların dəyəri, məsələn,


valideynlərin övladları ilə keçirdikləri vaxtın dəyəri və könüllü işin dəyəri.

58
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İşsizlik və Məşğulluq

(Unemployment and employment)

İşsizlik (ing.unemployment) — iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini


tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizlik insanlara birbaşa və ən sərt
şəkildə təsir edən makroiqtisadi problemdir. İşsizliyin tez-tez siyasi müzakirələrin mərkəzində
olması da təəccüblü deyildir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin
səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizliyi doğuran amillər: iqtisadi böhran,
yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik
siyasəti və s. Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə
olunur; işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi,
işsizliyin orta davamlılığı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real
miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili cətinlik yaradır. İqtisadiyyatda işsizliyin
həcmi işçi qüvvəsində çalışmayan hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə
ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçn ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən
edilməlidir:

 Məşğullar. Bura hər hansı ödənişli işdə çalışanlar, eləcə də müəyyən səbəblərdən (xəstəlik,
tətil) işə çıxmayanlar daxildir;
 İşsizlər. Bu kateqoriyaya hazırda işi olmayan, iş axrarışında olan və işə yaralı şəxslər
daxildir. Burada əsas məsələ, şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır;
 İşçi qüvvəsi. Bura həm işi olanlar, həm də işsizlər daxildir;
 İşçi qüvvəsinə daxil olmayanlar. Bura pensiyaya çıxanlar, istirahət edənlər, təhsil alan
şəxslər, iş tapa bilməyib ruhdan düşmüş işsizlər, işləməyə yararsız olanlar daxildir.

İşsizliyin formaları
İşsizliyin aşağıdakı formaları var:

59
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq
üçün çox uzun bir vaxt lazımdır.
 Struktur işsizlik. Bəzən şirkətlər yeni texnologiya tətbiq edir və ya istehsal istiqamətini
dəyişir. Bu zaman yeni texnalogiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə
uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir.
 Dövrü(tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan
tələbin aşağı düşməsi nəticəsində yaranır.

Təbii işsizlik

İşsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan, yaxud artıran faktorlar
tarazlıqda olur. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət
qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə
inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı
qaldırır. Təbii işsizlik səviyyəsini hesablamaq üçün bir modeldən istifadə edilir. Modeldə istifadə
ediləcək göstəricilər izah edək

 L - İşçi qüvvəsi;
 E - Məşğullar;
 U - İşsizlər.

60
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İşçi qüvvəsi işsizlərin və məşğulların cəminə bərabərdir:

L=E+U

Bu misalda, işsizlik dərəcəsi U/L kimi ifadə edilə bilər.

Sonra modelə iki göstərici əlavə edilir.

 İşdən çıxma dərəcəsi (s) – bir ay ərzində işdən ayrılanların məşğulların sayına nisbəti;
 İşə daxil olma dərəcəsi (f ) – bir ay ərzində işə daxil olanların işsizlərə olan nisbəti.

Dövlətin məşğulluq siyasəti

Bu istiqamətdə olan əksər dövlət siyasəti friksion işsizliyi azaldaraq təbii işsizliyin də
səviyyəsini aşağı salmağa yönəlir. Dövlətə aid məşğulluq idarələri işsizlərin işləri tez tapması
üçün boş iş yerləri ilə bağlı məlumatlar yayır. Digər yandan dövlət struktur işsizliyin fəsadlarını
aradan qaldırmaq üçün təlim proqramları da tətbiq edir ki, bu da inkişaf edən sənaye
iqtisadiyyatında işçilərin yeni tələblərə uyğunlaşdırır. Əgər bu proqramlar işə daxil olma
dərəcəsini yüksəldərsə təbii işsizlik dərəcəsi də azalar . Dövlətin işsizliklə bağlı tətbiq etdiyi
digər proqram isə işsizlik müavinətinin tətbiqidir. Bu tədbir çərçivəsində çalışanlar işlərini
itirdikdən sonra əmək haqqlarının bir hissəsini müəyyən müddət almağa davam edirlər. İşsizlik
müavinətinin tətbiqi iqtisadiyyatda friksion və təbii işsizliyin artmasına səbəb olur. Belə ki,
müavinətdən faydalanan işsizlər təklif olunan bəzi işlərdən imtina edirlər, artarış müddətini
uzadırlar. İşsizlərin davranışında baş verən bu dəyişiklik işə daxil olma dərəcəsini azaldır.
Həmçinin gəlirlərinin bir hissəsinin təmin edildiyini bilən işçilər iş yerlərini dəyişməkdə, işdən
çıxmaqda cəsarətli olurlar, eləcə də işin daimiliyi ilə o qədər maraqlanmırlar. Bu da işdən
ayrılma dərəcəsini yüksəldən amildir.

İşsizlik müavinətləri ilə bağlı araşdırma aparan iqtisadçılar daha çox işsizliyi azaldacaq
tədbirlər işləyib hazırlayırlar. Bunlara misal olaraq, ixtisar həyata keçirən müəssisələrin işçiyə
veriləcək müavinətin tam hissəsini ödəməsini göstərmək olar. Belə ki, qısa müddətli iqtisadi
çətinlik dövründə yüksək məbləğlər hesabına işçini ixtisar edib, bu dövr bitdikdən sonra yeni
işçilər axtarmaq və yetişdirmək xərclərini nəzərə alan sahibkarlar bu fikirlərindən daşınır.
İşsizliklə bağlı müzakirə olunan əsas məsələlərdən də biri minimum əmək haqqıdır . Bu

61
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

dövlətin müəssisələrə əmək haqqının aşağı həddi ilə bağlı məhdudiyyət tətbiq etməsidir.
Minimum əmək haqqı işçi qüvvəsinin əksər hissəsinə təsir etmir, çünki onlar bu həddən yuxarı
əmək haqqı alırlar. Amma minimum əmək haqqı bəzi işçilərin, xüsusilə də təcrübəsiz və
ixtisassız işçilərin maaşının tarazlıq əmək haqqından yuxarı olmasına səbəb olur. Bu da
müəssisələrin belə işçilərə olan tələbini aşağı düşməsinə səbəb olur və bu işçilərin iş tapmaq
imkanı azalır.

İqtisadçılar minimum əmək haqqının siyasətinin ən çox gənc işçilərə təsir etdiyini irəli
sürürlər. Onlar bunu iki səbəblə izah edirlər.

 Birincisi, gənclər işçi qüvvəsinin daha az təcrübəyə və biliyə sahib olan hissəsi təşkil edirlər
bu səbəbdəndə onlara təklif olunan əmək haqqı aşağıdır.
 İkincisi, gənc işçilər əməklərinin qarşılığını “işi işdə öyrənmək” kimi diğər yollarla da alırlar.

Yuxarıda göstərilən iki səbəbdən işçi qüvvəsinin təklifi ona olan tələblə müqayisədə
çoxdur. Minimum əmək haqqı gənclərdə digər işçi qruplarına nisbətən daha çox müşahidə
olunmaqdadır.

İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları 1

Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəskin problemlərdən biri işsizlikdir.
İşsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhalinin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan
hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş
qüvvəsini əmələ gətirir. İşsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında
göstərir.
İşsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axtaranlar, işə başlamağa hazır olanlar.
İşsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxarılanlar deyil, iş yerlərini könüllü sürətdə qoyub
gedənlər, yeni iş tapmağa cəhd göstərənlər də daxildir . İşsizliyi ifadə edən kateqoriyalar aşağı-
dakılardır:
1) İşdən çıxarılma nəticəsində iş yerlərini itirənlər;

1
http://kayzen.az/blog/ekonomiks/8240/i%C5%9Fsizlik,-onun-
s%C9%99b%C9%99bl%C9%99ri,-%C3%B6l%C3%A7%C3%BClm%C9%99si-v%C9%99-
formalar%C4%B1.html

62
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

2) İşdən könüllü çıxıb gedənlər;


3) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər;
4) Əmək bazarına ilk dəfə gələnlər.
Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından asılıdır.
Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düsturla hesablanır:
LUE=(UE:LFC )∙100
Burada: LUE–işsizliyin səviyyəsini (normasını), %-lə;
UE – işsizlərin orta aylıq sayını;
LFC – mülki iş qüvvəsinin sayını göstərir.
İşsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, iş qüvvəsinin
ümumi sayı 1216990 nəfərə bərabərdir ki, bunun da 1149680 nəfəri işləyir, 67310 nəfəri isə
işləmir. Deməli, işsizliyin səviyyəsi:
LUE =(67310∙100):1216990=5,5%-ə bərabərdir.
İşsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriyyələr mövcuddur. Bunlardan geniş
yayılmışları aşağıdakılardır:
1) Əhali artıqlığı (maltusçuluq);
2) Texniki tərəqqi («texnoloji nəzəriyyə»);
3) Kapital yığımı prosesi (marksist məktəb);
4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi);
5) Əmək haqqının səviyyəsinin yüksək olması («azad sahibkarlıq» məktəbi).
Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün "Əhali qanunu
haqqında təcrübə" əsərində (1798) göstərirdi ki, əhalinin sayı həndəsi silsilə ilə, nemətlər
istehsalı isə ədədi silsilə ilə artır və buna görə də müəyyən müddətdən (adətən 25 ildən bir) sonra
artıq əhali əmələ gəlir. Bu da işsizlər ordusunun yaranmasına səbəb olur.
Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlıca səbəbinin texniki tərəqqi olduğunu
elan edən «texnoloji işsizlikdir». Bu nəzəriyyə 1954-cü ildə Vyanada keçirilmiş tam
məşğulluğun təmin edilməsinin vasitə və yolları haqqında diskussiyalarda müdafiə olunmuşdur.
Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir yayılmışdır ki, istehsal güclərinin yüklənməsi
dərəcəsi əsas kapitaldan istifadənin məqsədəuyğunluğu və faydalılığını göstərdiyi kimi işsizlik
də əmək ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu əks etdirir. Əslində marksizm də işsiz-
liyin başlıca səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi kapital yığımı prosesi ilə

63
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

əlaqələndirir. Bunun mahiyyəti ondan ibarətdir ki, canlı əməyə (dəyişən kapitala) olan tələb
maşın və avadanlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan tələbdən ləng artır. Deməli, is-
tehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istər-istəməz işsizliyə gətirib
çıxarır. Bununla əlaqədar olaraq hələ XIX əsrdə «Kompensasiya nəzəriyyəsi» meydana
gəlmişdir. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə maşınların istehsalın bir sahəsindən
sıxışdırdığı işçilər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu ilə
kompensasiya edilir.
Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də Keynsin işsizlik
nəzəriyyəsidir. 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün «Məşğulluq, faiz və
pulun ümumi nəzəriyyəsi» kitabında kapitalist iqtisadiyyatında məşğulluq səviyyəsini yeni
tərzdə aydınlaşdırmışdır. Onun fikrincə kapitalizmdə tam məşğulluğa zəmanət verən heç bir
mexanizm yoxdur. Belə nəticə çıxarılır ki, tam məşğulluq qanunauyğunluq deyil, təsadüfilikdir.
Kapitalizm sonsuzluğa qədər çiçəklənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi
sistem deyildir. Kapitalizmin "öz-özünə inkişaf" etdiyini güman etmək olmaz. Bundan başqa,
iqtisadi inkişafda tərəddüdetmələri yalnız müharibələr, quraqlıq və s. kimi xarici və qeyri-normal
amillərlə əlaqələndirmək düzgün deyildir. Əksinə, işsizliyin səbəblərini xeyli dərəcədə bir sıra
çox mühüm iqtisadi məsələlər, xüsusilə də yığım və investisiyalar haqqında qərarlar qəbul edilər-
kən tam tarazlığın gözlənilməsində axtarmaq lazımdır.
Keynsdən fərqli olaraq «azad sahibkarlıq» məktəbinin nümayəndələri kortəbii bazar
mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək olması ilə izah edirlər.
Onların fikrincə əmək haqqının artırılması məşğulluğun və işçilərin sayının azalmasına və de-
məli, işsizliyə gətirib çıxarır. Bu məktəbin tanınmış nümayəndələrindən biri Kembric
Universitetinin professoru A.Piqudur. Onun çıxardığı əsas nəticələr bunlardır:
1) İstehsalda məşğul olan işçilərin sayı ilə əmək haqqının səviyyəsi arasında
tərsmütənasiblik vardır. Yəni əmək haqqı nə qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı
olur;
2) 1914-18-ci illərdəki birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məşğulluq
arasında tarazlığın olması onunla izah edilir ki, əmək haqqı işçilər arasında gedən azad rəqabət
əsasında, hamının məşğul ola bilməsinə imkan verən səviyyədə müəyyən olunmuşdur;

64
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

3) Birinci dünya müharibəsindən sonra həmkarlar ittifaqının rolunun artması və işsizliyə


görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə gətirib çıxarmışdır ki, bu da kütləvi
işsizliyin səbəblərindən biridir;
4) Tam məşğulluğa nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır.
Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının
alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur.
Bunun nə dərəcədə həqiqətə uyğun olduğuna inanmaq üçün işsizliyin formalarını nəzərdən ke-
çirək.
İnsanlara fəaliyyət növünün və iş yerinin seçilməsində sərbəstlik verildikdə istər-istəməz
seçim qarşısında, «iki daşın arasında» qalırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə də-
yişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçüncülər, mövsümi məşğul
olduqları iş yerlərini (məsələn, tikinti sənayesində hava şəraiti pis olduğuna, avtomobil
sənayesində model dəyişdiyinə görə) itirirlər. Elə adamlar da vardır ki, (bu xüsusilə gənclərə aid-
dir) yenicə əmək fəaliyyətinə başladıqlarına görə iş axtarırlar. Bu adamların hamısı iş yerləri tap-
dıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qayıtdıqda, digər iş axtaranlar və
iş yerlərini müvəqqəti itirənlər "ümumi işsizlilər fondunda" onları əvəz edirlər və deməli, işsizlik
yenə də qalır. Buna friksion işsizlik deyilir. İşsizliyin bu forması qaçılmaz və müəyyən dərəcədə
arzuolunandır. Çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az
məhsuldar işdən yüksək məhsuldarlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə
və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə
keçməsi hallarına son qoymaq mümkün olmadığına görə, friksion işsizliyi də tamamilə aradan
qaldırmaq mümkün deyildir.
Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. İqtisadçılar struktur sözünü
«tərkib» mənasında işlədirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada
çox mühüm dəyişikliklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tələbin
strukturunun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi peşə və ixtisaslara olan tələb azalır,
bəzi hallarda hətta yox olur, bəzilərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kate-
qoriyalarında işsizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əlaqədardır ki, iş qüvvəsinin
quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğunlaşa bilmir və uyğunlaşa da bilməz.
Göründüyü kimi, elmi-texniki tərəqqi sonsuz olduğuna görə struktur işsizliyin də tamamilə
aradan qaldırılması mümkün deyildir və bu mənada onun friksion işsizliyə oxşarlığı vardır.

65
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Lakin bunları tamamilə eyniləşdirmək olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda
göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar "əmək«lərini sata bilərlər.
Stukrtur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə peşəyə yiyələnməsələr, hətta
bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən friksion işsizlik qısa
müddət, struktur işsizlik isə uzun müddət davam edir.
İşsizliyin növlərindən biri də tsiklik və ya dövri işsizlikdir. İşsizliyin bu növü iqtisadi
tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda
məşğulluq ixtisar olunur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə
əlaqədar olan işsizlik də adlandırırlar.
Üç Əsas Sual:

• Dövlət iqtisadiyyatdakı işsizlik dərəcəsini necə ölçür?

• İşsizlik göstəricilərinin izahı zamanı hansı problemlər meydana çıxır?

• İşsizlər səciyyəvi olaraq nə qədər işsiz qalır?

İşsizliyin ölçülməsi, Əmək Statistika Bürosunun (ƏSB) işidir. Büro 60,000-nə yaxın ailəni
əhatə edən aylıq sorğular hazırlayır. Bu məlumatlar Əhalinin Cari Sorğusu adlanır. Sorğudakı
suallara verilən cavablara əsasən, ƏSB sorğuda iştirak edən hər bir ailədəki hər bir həddi-buluğa
çatmış insanı üç kateqoriyadan birinə aid edir:

• İşləyən

• İşsiz

• İşçi qüvvəsinə aid olmayan

ƏSB, 16 yaşa çatmış hər bir şəxsi həddi-buluğa çatmış insan hesab edir. Ötən həftənin hər hansı
hissəsini ödənişli işlə məşğul olmuş şəxs, işləyən hesab edilir. Əyani şöbədə oxuyan tələbə,
evdar qadınlar və ya təqaüdçülər kimi əvvəlki iki kateqoriyaya uyğun olmayan şəxslər isə işçi
qüvvəsinə aid edilmir.

İşsiz və işçi qüvvəsinə aid olmayan şəxsləri fərqləndirmək çətindir.

66
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

• Ruhdan düşmüş işçilər, işləmək istəyən, lakin iş axtarmaqdan əl çəkmiş şəxslərdir ki,
onların adı işsizliklə bağlı statistikalarda göstərilmir.

• Digər insanlar əslində iş tapmaq üçün bir o qədər cəhd göstərməsələr də, onlar işsizlərə
maliyyə yardımını nəzərdə tutan dövlət proqramına daxil olmaq istəyirlər.

Əksər işsizlik müddətləri qısa olur. Hər hansı müəyyən vaxtda müşahidə olunan işsizlik uzun
müddətli olur. İşsizlik problemi əsasən uzun müddət işsiz qalan nisbətən az saylı işçilərə
aiddir.

İdeal əmək bazarında əmək haqları, əməyin təklif həcmi ilə əməyin tələb həcmini
tarazlaşdırır. Bu tənzimləmə bütün işçilərin həmişə işləməsini təmin etməlidir. Bununla yanaşı
dövlət proqramları müxtəlif yollarla iş axtarışını asanlaşdırmağa çalışır.

Bu proqramlara aşağıdakılar daxildir:

• Dövlət tərəfindən təşkil edilmiş məşğulluq agentlikləri

• İctimai tədris proqramları

• İşsizlikdən Sığortalanma

Dövlət tərəfindən təşkil edilmiş məşğulluq agentlikləri işçiləri onlara uyğun olan işlə daha
tez təmin etmək üçün boş iş yerləri haqqında məlumat yayır.

İctimai tədris proqramları, tənəzzül yaşanan sənaye sahələrindən işçilərin digər sahələrə
yerdəyişməsini asanlaşdırmaq və bu baxımdan çətin vəziyyətə düşən qruplara yoxsulluqdan yaxa
qurtarmaqda yardımçı olmaq məqsədi daşıyır. İşsizlikdən sığortalanma proqramı, işçilərin işin
itirilməsindən qismən müdafiəsini təmin etmək üçün hazırlanmışdır. İşdən çıxarılanlar üçün
məhdud bir müddət ərzində keçmiş əmək haqqının qismən ödənilməsini təmin edir.

İşsizlikdən sığortalanma işsizliyin həcmini artırır. Bu həmçinin, işsizlərin iş axtarışı


cəhdlərini azaldır. İşsizlikdən sığortalanma, iqtisadiyyatda hər bir işçini ən uyğun işlə təmin
etmək imkanı verir.

Struktur işsizlik o zaman baş verir ki, təklif olunan əməyin həcmi tələb olunan əməyin
həcmini üstələyir. Struktur işsizlik adətən daha uzun müddətli işsizliyi izah edir.

67
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Struktur işsizlik nə üçün baş verir?

• Minimum əmək haqqı qanunları

• Həmkarlar ittifaqları

• Səmərəli əmək haqqı

Minimum əmək haqqı qanunu, əmək haqqını tələblə təklifi tarazlaşdıran səviyyədən
yüksək saxladıqda tarazlıq səviyyəsi ilə müqayisədə əməyin təklif həcmi artır, əməyin tələb
həcmi isə azalır. Artıq işçi qüvvəsi meydana çıxır. İşləmək istəyən işçilərin sayı, mövcud iş
yerlərinin sayından çox olduğuna görə bəzi işçilər işsiz qalır.

68
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Həmkarlar ittifaqı işəgötürənl

ərlə əmək haqqı və iş şəraiti ilə bağlı müzakirələr aparan işçi təşkilatıdır. 1940-cı və 1950-ci
illərdə həmkarlar ittifaqları pik səviyyələrində olarkən, ABŞ-dakı işçi qüvvəsinin üçdə bir hissəsi
həmkarlar ittifaqlarında birləşmişdi. Həmkarlar ittifaqı kartelin bir növüdür və bütün kartellər
kimi, bu ittifaqlar birgə bazarın nüfuzundan təsir vasitəsi kimi istifadə edir.

Həmkarlar ittifaqları və firmaların iş təminatı şərtləri üzrə razılığa gəldiyi proses kollektiv
müzakirə adlanır. Həmkarlar ittifaqı ilə firma arasında razılıq əldə edilmədikdə, həmkarlar
ittifaqı tətil təşkil edə bilər. Tətil işçi qüvvəsinin mütəşəkkil şəkildə firmadan
uzaqlaşdırılmasıdır. Bəzi işçilər tətildən faydalandığı halda, digər işçilər tətil nəticəsində
itkilərlə üzləşir.

Həmkarlar ittifaqlarındakı işçilər kollektiv müzakirədən faydalandığı halda, həmkarlar


ittifaqına daxil olmayan işçilər əziyyət çəkməli olurlar. Tətil keçirmək və ya işəgötürənlər
üzərinə yüksək xərclər qoymaqla kartel kimi fəaliyyət göstərən həmkarlar ittifaqları, öz üzvləri
üçün əmək haqlarını tarazlıq səviyyəsindən yüksəyə qaldırır. Həmkarlar ittifaqına üzv olan
işçilər, həmkarlar ittifaqına üzv olmayan eyni işçilərdən 10-20 faiz çox qazanır.

Tənqidçilərin iddia etdiyi kimi, həmkarlar ittifaqları meydana çıxmış əmək bölgüsünü
səmərəsiz və ədalətsiz edir.

• Əmək haqları rəqabətli bazarda mövcud olan səviyyədən daha yüksək olduqda,
əməyin tələb həcmi azalır və bu da işsizliyə səbəb olur.

• Bəzi işçilər digərlərinin hesabına faydalanır.

69
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Həmkarlar ittifaqlarının tərəfdarları, ittifaqların işçiləri işə götürən firmaların bazar


gücünə qarşı əks təsir vasitəsi olaraq zəruri olduqlarını bildirirlər. Onlar ittifaqların, firmaların
işçilərin narahatçılıqlarına effektiv cavab verməsinə yardımçı olmaq üçün vacib olduğunu iddia
edirlər.

Səmərəli əmək haqları işçilərin məhsuldarlığını artırmaq məqsədilə firmalar tərəfindən


ödənilən tarazlıq səviyyəsindən yüksək olan əmək haqlarıdır. Bu nəzəriyyəyə görə, əmək haqları
tarazlıq səviyyəsindən yuxarı olduqda, firmalar və işçilər daha səmərəli fəaliyyət göstərir.

Firma aşağıdakı səbəblərdən irəli gələrək tarazlıq səviyyəsindən yüksək əmək haqlarına
üstünlük verə bilər:

• İşçinin Sağlamlığı: Yaxşı məvacib alan işçilər yaxşı qidalanır, yaxşı qidalanan
işçilər isə daha sağlam və məhsuldar olur.

• İşçi Dövriyyəsi: Firma öz işçilərinə nə qədər yüksək əmək haqqı verərsə, daha az
işçi işi tərk etmək qərarına gələr.

• İşçinin Səyləri: Yüksək əmək haqqı, işçilərin öz iş yerlərini qorumaq üçün daha
ehtiyatlı olmasına səbəb olur və onlarda bütün səylərindən istifadə etmək istəyi
oyadır.

• İşçinin Keyfiyyəti: Yüksək əmək haqqı verməklə firmalar öz iş yerlərinə daha


yaxşı işçiləri cəlb edə bilər.

Məşğulluq
Məşğulluq, geniş mənada istehsal amllərindən gəlir əldə etmək məqsədi ilə istifadə
edilməsi və ya istehsal amillərinin istehsala cəlb olunmasıdır. Dar mənada isə məşğulluq, istehsal
amillərindən yalnız əməyin bir iqtisadi amil kimi gəlir əldə etmək məqsədi ilə istifadə edilməsi
və ya əməyin istehsala cəlb olunmasıdır. Ümumiləşdirilmiş qaydada iqtisad ədəbiyyatında
məşğulluqdan bəhs edilidiyi zaman burada sadəcə əmək amilinin məşğulluğu nəzərdə tutulur.
Bir ölkə iqtisadiyyatında məşğulluq səviyyəsi ilə milli gəlir arasında, eyni istiqamətli
olmaqla, davamlı bir əlaqə mövcuddur. Digər şərtlər sabitkən, məşğulluq səviyyəsi artdıqca ölkə
iqtisadiyyatında istehsal olunan əmtəə və xidmət miqdarı (yəni milli gəliri) artar, əksinə
məşğulluq səviyyəsi azaldıqca isə istehsal olunan əmtəə və xidmət miqdarı də azalar. Belə olan

70
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

halda, bir ölkə malik olduğu istehsal amillərinin nə qədərini istehsal prosesinə cəlb edə bilərsə
istehsal olunan məcmu istehsal miqdarı (məcmu buraxılış), başqa cür ifadə etsək milli gəlir də
artmış olar. Şübhəsiz bu artım dərəcəsi məşğulluq səviyyəsində və milli gəlirdə həmişə eyni
nisbətdə ola bilməz.
Məşğulluqla Bağlı Əsas Anlayışlar
• Tam məşğulluq, ölkə iqtisadiyyatında bütün istehsal amillərinin istehsal prosesində
iştirak etməsi halıdır.
• Əskik (Natamam) məşğulluq, ölkə iqtisadiyyatında istehsal amillərinin sadəcə bir
qisiminin istehsal prosesində iştirak etməsi halıdır.
• İfrat məşğulluq, bir iqtisadiyyatda mövcud istehsal amillərinin hamısının istehsal
prosesində iştirak etməsinə baxmayaraq, istehsal olunan məhsul miqdarının məcmu tələbi
qarşılaya bilmədiyi haldır.

Fillips əyrisinin tarixi

ORIGINS OF THE PHILLIPS CURVE

1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis Jurnalında «1861-ci ildən —
1957-ci ilədək dövrdə Böyük Britaniyada nominal əmək haqqının dəyişmə sürəti ilə işsizlik
arasındakı asılılıq» adlı məqaləsini dərc etdirdi. Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və
inflyasiyanın sürəti arasında əks asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki,
işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi
xarakterik haldır. (A.Fillips inflyasiyanın sürətini qiymətlərin artımı ilə deyil, nominal əmək
haqqının artımı ilə hesablayırdı, lakin bizim məqsədimiz üçün bu fərq prinsipial əhəmiyyət kəsb
etmir. Ona görə ki, inflyasiyanın hesablanmasının bu iki üsulu adətən eyni nəticələri verir).
Lakin mühüm makroiqtisadi göstəricilər — qiymətlərin artım sürəti və işsizlik arasındakı
şübhəsiz asılılığın mövcudluğu haqdakı onun gəldiyi nəticələr əvvəl-əvvəl kolleqalarının
diqqətini cəlb etməmişdir.

A.Fillipsin əsərinin işıq üzü görməsindən yalnız 2 il keçdikdən sonra iqtisadçılar Pol
Samuelson və Robert Solou «American Economic Review» jurnalında «Antiinflyasiya
siyasətinin təhlili» adlı məqalə dərc etdilər. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də
inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Bu

71
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

asılılığın meydana çıxmasını onlar yüksək məcmu tələbin bir tərəfdən işsizliyin səviyyəsinin
aşağı düşməsinə gətirib çıxarması, digər tərəfdən isə əmək haqqının və qiymətlərin artmasına
təsir göstərməsi ilə əlaqələndirirdilər. Məhz P.Samuelson və R.Solou inflyasiya və işsizlik
arasındakı tərs asılılığı Fillips əyrisi adlandırırdılar. Şəkil 2.1-də P.Samuelson və R.Solouya görə
Fillips əyrisinə misal gətirilmişdir.

Şəkil 2.1 Filips əyrisi (THE PHILLIPS CURVE)

P.Samuelson və R.Solou Filips əyrisini iqtisadi siyasət anlamından əhəmiyyət kəsb etdiyini
başa düşür. Xüsusilə, onlar belə mülahizə yürüdürdülər ki, Fillips əyrisi siyasətçilərə problemin
mümkün həlli yollarının seçimini təklif edir. Məcmu tələbə təsir etmək məqsədilə monetar və
fiskal siyasətdə dəyişikliklər etməklə, siyasətçilər əyrinin qrafikində istənilən nöqtəyə çatmaq
məqsədini qarşıya qoya bilərlər. A nöqtəsi işsizliyin yüksək səviyyəsini və aşağı inflyasiyanı, B
nöqtəsi isə işsizliyin aşağı səviyyəsini və qiymətlərin yüksək artım tempini təklif edir.
Siyasətçilərin fikrincə iqtisadiyyatın optimal vəziyyəti inflyasiyanın aşağı sürəti və işsizliyin
səviyyəsinin cüzi olduğu vaxtdır. Lakin Fillips əyrisi şəklində ümumiləşdirilmiş tarixi
məlumatlar bunun qeyrimümkünlüyünü göstərir. P.Samuelson və R.Solouya görə siyasətçilər

72
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

inflyasiya və işsizlik arasında kompromiss seçim problemi qarşısındadırlar, Fillips əyrisi isə
onlara mümkün variantları göstərir.

Məcmu tələb, məcmu təklif və Fillips əyrisi

AGGREGATE DEMAND, AGGREGATE SUPPLY,AND THE PHILLIPS CURVE

Məcmu tələb və məcmu təklif modeli Fillips əyrisi tərəfindən təklif olunan mümkün
nəticələrin sadə izah toplusunu təqdim edir. Fillips əyrisi qısamüddətli dövrlərdə məcmu tələb
əyrisinin qrafikinin iqtisadiyyatı qısamüddətli məcmu təklif əyrisinin qrafiki boyunca yerini
dəyişdikdə yaranan inflyasiya və işsizliyin kombinasiyalarını göstərir. İstehsalın həcminin
yüksəlməsi məşğulluğun artması və işsizliyin azalması deməkdir. Bundan əlavə, keçmişdə
qiymətlərin səviyyəsinin necə olmağından asılı olmayaraq cari ildə qiymətlər nə qədər yüksək
olarsa, inflyasiyanın sürəti də bir o qədər yüksək olacaq. Beləliklə, məcmu tələbin dəyişməsi
inflyasiya və işsizliyin göstəricilərinin əks istiqamətdə qısamüddətli dəyişikliklərinə gətirib
çıxarar, bu isə Fillips əyrisində təsvir olunan asılılığa uyğundur.

Bu asılılığın mənasını daha yaxşı başa düşmək üçün bir misalı nəzərdən keçirək.
Hesablamaları sadələşdirmək üçün fərz edək ki, 2000-ci ildə qiymətlərin səviyyəsi (istehlak
qiymətləri indeksilə ölçülən) 100-ə bərabərdir. Aşağıdakı şəkildə 2001-ci ildə iqtisadiyyatın
fəaliyyətinin 2 mümkün nəticəsi təsvir olunmuşdur. (a) qrafikində məcmu tələb və məcmu təklif
modelinin istifadə olunması ilə alınan nəticə, (b) qrafikində isə Fillips əyrisindən istifadə
edilməklə alınan eynilə həmin nəticələr göstərilmişdir.

73
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

HOW THE PHILLIPS CURVE IS RELATED TO THE MODEL OF AGGREGATE


DEMAND AND AGGREGATE SUPPLY.

Şəklin (a) qrafikində 2000-ci ildə iqtisadiyyatın fəaliyyətinin nəticələri məhsul buraxılışı
həcmi və qiymətlərin səviyyəsi göstəriciləri vasitəsilə təsvir olunmuşdur. Əgər əmtəə və
xidmətlərə məcmu tələb nisbətən aşağıdırsa iqtisadiyyatın fəaliyyətinin nəticəsi A nöqtəsinə
uyğundur. Məhsul buraxılışın 7500-ə, qiymətlərin səviyyəsi isə 102-ə bərabər olacaqdır. Əksinə,
əgər məcmu tələ nisbətən yüksəkdirsə, iqtisadiyyatın fəaliyyətinin nəticəsi B nöqtəsinə
uyğundur, məhsul buraxılışı 8000-ə, qiymətlərin səviyyəsi isə 106-a bərabərdir. Beləliklə,
əhəmiyyətli məcmu tələb iqtisadiyyatı daha yüksək məhsul buraxılışı həcmi və (a) qrafikində
məhsul buraxılışının həcmi və qiymətlərin səviyyəsi üzrə iqtisadi fəaliyyətin nəticələri
göstərilmişdir. Əgər əmtəələrə və qiymətlərə olan tələb nisbətən azdırsa onda iqtisadiyyatın
fəaliyyət nəticəsi A nöqtəsinə və məhsul buraxılışı isə uyğun gələcəkdir, qiymətlərin
səviyyəsinin daha yüksək olduğu tarazlıq nöqtəsinə tərəf yerini dəyişir.

Şəkilin (b) hissəsində bu nəzəri nəticələrin işsizlik və inflyasiya anlayışlarında nə demək


olduğunu görürük. Əmtəə və xidmətlərin istehsalı həcminin genişləndirilməsi üçün firmaların
daha çox işçilərə ehtiyacı olduğu üçün işsizlik B nöqtəsində A nöqtəsində olduğundan aşağıdır.
Bizim misalımızda məhsul buraxılışı həcmi 7500-dən 8000-ə qədər yüksəldikdə işsizliyin
səviyyəsi 7%-dən 4%-ə qədər düşür. Bundan əlavə, qiymətlərin səviyyəsi B nöqtəsində A
nöqtəsində olduğundan daha yüksək olduğu üçün inflyasiyanın sürəti də (əvvəlki illə müqayisədə
qiymətlərin səviyyəsinin dəyişməsinin faizlə ifadəsi) yüksəkdir. Xüsusilə 2000-ci ildə

74
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

qiymətlərin səviyyəsi 100%-ə bərabər olduğu üçün A nöqtəsində inflyasiyanın sürəti 2%, B
nöqtəsinə isə 6% təşkil edir. Beləliklə, biz iqtisadiyyatın fəaliyyətinin 2 mümkün nəticəsini: həm
məhsul buraxılışı həcmi və qiymətlərin səviyyəsi göstəriciləri ilə (məcmu tələb və məcmu təklif
modelini istifadə etməklə) həm də inflyasiya və işsizlik anlayışları ilə (Fillips əyrisini istifadə
etməklə) müqayisə etmək imkanını əldə edirik.

Əvvəlki fəsildən gördüyümüz kimi pul-kredit maliyyə-büdcə siyasətinin alətləri məcmu


tələb əyrisinin qrafikinə təsir etmək üçün, yəni iqtisadiyyatın Fillips əyrisi boyunca yerini
dəyişməsi üçün istifadə olunur. Pul təklifinin, dövlət xərclərinin artırılması yaxud, vergilərin
azaldılması məcmu tələb əyrisini sağa hərəkət etdirir və iqtisadiyyatın Fillips əyrisində daha
aşağı işsizlik və daha yuxarı inflyasiyaya uyğun olan nöqtəyə keçirir. Pul təklifinin, dövlət
xərclərinin azaldılması yaxud, vergilərin artırılması məcmu tələb əyrisini sola hərəkət etdirir,
iqtisadiyyat isə Fillips əyrisində daha aşağı inflyasiya və daha yuxarı işsizliyə uyğun olan
nöqtəyə keçir. Bu mənada Fillips əyrisi siyasətçilərə inflyasiya və işsizliyin kombinasiyaları
toplusunu təklif edir.

Fillips əyrisinin yerdəyişmələri: gözləmələrin rolu

SHIFTS IN THE PHILLIPS CURVE:THE ROLE OF EXPECTATIONS

Güman olunur ki, Fillips əyrisi siyasətçilərə «işsizliyin səviyyəsi-inflyasiyanın sürəti»nin


çoxlu mümkün olan kombinasiyalarını təklif edir. Lakin bu çoxluq zaman ərzində nə qədər
sabitdir? Fillips əyrisi siyasətçilərin tamamilə inana biləcəyi asılılığı ifadə edirmi? Məhz bu
suallar P.Samuelson və R.Solounun səyləri nəticəsində Fillips əyrisinin makroiqtisadi siyasət
barədə mübahisələrin mərkəzində qərar tutduğundan sonra 1960-cı illərin II yarısında
iqtisadçıların diqqət mərkəzində olmuşdur.

İşsizliklə İnflyasiya Arasında Əlaqə və Filips Əyrisi


• İqtisad ədəbiyyatında qəbul olunan ümumi qənaətə görə işsizliklə inflyasiya arasında bir
mübadiləlilik əlaqəsi mövcuddur. Buna görə, bir iqtisadiyyatda işsizliyi azaltmaq
məqsədilə alınan məcmu tələbi artırıcı tədbirlər inflyasiya dərəcəsini yüksəltir, əksinə
inflyasiya dərəcəsini azaltmaq üçün alınan tədbirlər isə işsizliyi artırır. Belə olan halda isə
iqtisadi məqsədlərin həyata keçirilməsi çətinləşir. Yəni inflyasiya ilə işsizlik arasında

75
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

seçim edilməsi məcburiyyəti yaranır. Bu fikiri ortaya atan və qrafiklə izahatını göstərən
isə Yeni Zelandiyalı iqtisadçı A. V. Filips"dir.

Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasındakı asılılığı tez-tez Fillips əyrisi adlandırırlar.

76
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İnvestisiya və Yığım

(İnvestment and saving)


Hər hansı bir ölkədə iqtisadi vahidlər (ev idarələri, şirkətlər və dövlət) gəlirlərinin hamısını
istehlak xərclərinə yönəltmirlər. Onlar gəlirin bir hissəsini yığıma və ya investisiyaya ayırırlar.
İqtisadi vahidlərin ən vacib məqsədlərindən biri də gündəlik istehlak ehtiyaclarını artırmaqdır.
Ancaq iqtisadi vahidlərin bugünkü istehlaklarını artıra bilmələri üçün gələcəkdəki istehlak
imkanlarından daha çox fədakarlıq etməyə hazır olmaları lazımdır və ya eyni ifadəni tərsinə
söyləsək, şəxslərin bu gün müəyyən bir istehlak miqdarından əl çəkmələri onlara gələcəkdə, bu
gün əl çəkdiklərindən daha çox həcmdə istehlak imkanı vəd edir. Bu çoxluğu isə faiz həddi
müəyyənləşdirir. Məsələn, bir şəxsin bugünkü 100 manatlıq istehlakından əl çəkməsi ona bir il
sonra 120 manatlıq istehlak imkanı təmin edirsə, deməli, faiz nisbəti 20%-dir (inflyasiyanı
nəzərə almadan). Ümumiyyətlə, hər hansı bir ölkənin iqtisadi artımı o ölkədə yaradılan xalis real
aktiv investisiyaların cəminə bağlıdır. Bu aktiv investisiyanın finans qaynağını isə ölkə daxilində
cəlb edilmiş yığımlar ilə ölkə xaricindən gətirilən sərmayə fondları təşkil edir. Yığım ilə
investisiya arasında qarşılıqlı əlaqə vardır. Yığım olmadan investisiyanın gerçəkləşdirilməsi
mümkün deyildir, eyni zamanda investisiya imkanları və şəraiti olmadığı halda, iqtisadi anlamda
yığımın da toplanması qeyri-mümkündür. Modern iqtisadi sistemlərdə, yığım sahibləri ilə
investisiya qoymaq istəyənlər, adətən, müxtəlif şəxs və ya qruplardır. Bu səbəblə də müəyyən
kəsimlərin planladıqları və gerçəkləşdirdikləri yığımların toplamı ilə başqa kəsimlərin
planladıqları investisiyaların toplamının bərabər olması, gerçəkləşməsi ideal sayıla biləcək bir
haldır. Ümumiyyətlə, ölkənin iqtisadi artımı yığım (investisiya) miqdarına bağlıdır. İnkişaf
etməkdə olan ölkələr yoxsul olduqlarından, onların yığımları da azdır. Sadəcə bu yığımlara
əsaslanıb investisiya qoymaq ölkənin iqtisadi böyüməsini təmin edə bilməz və ya yetərli olmaz.
Bu səbəbdən də inkişaf etməkdə olan ölkələr ölkənin iqtisadi böyüməsini sürətləndirmək
məqsədi ilə xarici sərmayədən (xarici yığımlardan) yararlanmaq istərlər. Ümumiyyətlə, xarici
sərmayə bir ölkəyə: özəl xarici sərmayə investisiyası və xarici kredit olmaqla iki formada gəlir.
Yığım fərdin pul gəlirinin istehak üçün sərf edilməmiş hissəsidir. Şəxslərin məlum bir dönəmdə
əldə etdiyi sərəncamda qalan gəlir (Y) iki bölümdən ibarətdir: yığım (S) və cari xərclər (C).
Bunu riyazi şəkildə belə göstərmək olar: Y= C + S. Cari gəliri sabit olaraq qəbul etsək, o zaman

77
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

şəxslərin yığımı cari xərclərin böyüklüyünə bağlı olacaqdır. Cari xərclərin toplamının cari gəlirə
bərabər olduğu və ya bu gəlirdən yüksək olduğu bir halda şəxsi yığım sıfır və ya mənfi olur. Hər
hansı bir ölkədə toplanan yığımın qaynağı şəxs və qurumların gəlirləridir. Yığım qabiliyyəti
şəxsin gəlir səviyyəsinə bağlıdır. Yığım etmə arzusu haqqında isə müxtəlif amillərdən söz açıla
bilər:

1. gözlənilməyən bir hadisəyə qarşı xərclərə hazır olma (xəstəlik, ani fəlakət və s.);

2. gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iri xərclər üçün bu gündən pul yığmaq
(səyahə- tə çıxma, ev və ya avtomobil alma, uşaqlarının məktəb xərclərini
maliyyələşdirmək və s.);

3. işqurma məqsədini gerçəkləşdirmək üçün hazırlıq görmə;

4. finans varlığı əldə etmə arzusu;

5. yüksək bir gəlirə sahib olma arzusu.

Klassik və neoklassik iqtisadçılara görə yığım faizin bir funksiyasıdır. Yüksələn faiz
qiyməti, yığım meylini artıraraq məcmu yığım həcmini şişirdir. Faiz nisbətində azalma isə yığım
həcmində azalmaya yol açır. Hər hansı bir dönəmdə iqtisadiyyatda istehsal edilən məhsulun
(output) yeni quruluşlar, yeni dayanıqlı təchizat və inventardakı dəyişmələr şəklindəki qisminin
dəyərinə investisiya deyilir vəya investisiya, gələcəkdəi istehlakı artıra bilmək məqsədilə
bugünkü istehlakı qısmağı lüzumlu etməkdədir. Qeyd edək ki, daxili və xarici kapital
investisiyaları praktikaya keçiriliş şəklinə görə iki cür ola bilər. Belə ki, investisiyanın yatırıldığı
daşınır qiymət və ya maddi dəyər ya ilk dəfə yaradılır, ya da daha öncədən mövcuddur. Daxili və
xarici investorun bir ölkədə fabrik inşa etdirməsi və ya yeni çıxardılan hissə sənədini (səhmi)
satın alınması birinci, daha öncə inşa edilmiş olan bir fakbrikin satın alınması və ya kapital
bazarında alım-satım predmeti olmuş bir daşınır qiymətin mülkiyyətinin əldə edilməsi isə ikinci
qrupa misaldır. Daha öncə qurulmuş olan bir fabrikin xarici sərmayədar tərəfindən alınması,
yeniləmə və ya genişləmə məqsədli ola bilər. Bununla bərabər, mövcud bir fabrik, bina və ya
təsisin satın alınması, fərdi olaraq investisiya olmaqla birlikdə, makro-iqtisadi nöqteyi-nəzərdən
investisiya sayılmaz. Çünki bu əməliyyat, əgər yeniləmə və genişləmə məqsədli investisiya
deyilsə, yəni istehsal kapasitəsini artırmırsa, sadəcə olaraq mövcud təsisin əl dəyişdirməsini

78
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

təmin etməkdədir. Eyni şəkildə, səhm, finansman bonosu, xəzinə bonosu, dövlət istiqrazı kimi
finansal varlıqların satın alımı da, iqtisadi mənada, investisiya sayılmaz; bu investisiyalar finans
investisiyalarıdır. Burada əlavə bir dəyər yaradılmadığı kimi, fərd sadəcə olaraq əlindəki varlığın
şəklini dəyişdirməkdədir. Birləşmiş Millətlər Təşkilatı (BMT), investisiyaları 1953, 1968 və
1993-cü illərd Milli Hesablar Sistemi (System of National Accounts – SNA) içində təsnif
etmişdir 1993-cü ildəki SNA, BM, OECD, IMF, IBRD və Avropa Topluluqları Komissiyası
tərəfindən müştərək hazırlanmışdır. Bununla rəsmi olaraq dünya miqyasında statistikaların
müqayisə edilə biləcək bir vəziyyətə gəlməsi təmin edilmişdir. 1993-cü ildəki SNA iqtisadi
varlıqları finansal iqtisadi varlıqlar və qeyri-finansal iqtisadi varlıqlar olaraq ikiyə ayırmışdır.
Finansal iqtisadi varlıqlar aşağıdakı komponentlərdən təşkil olmaqdadır: Bono; İstiqraz; Səhm;
Pul funksiyasını yerinə yetirən qızıl; Kassa-bank; Avanslar; Debet hesabları.

Ümumi olaraq investisiyaların aşağıdakı şəkildə təsnif etmək mümkündür: proyekt


investisiyaları; yeni investisiyalar; fəaliyyəti davam etdirmə və yeniləmə investisiyaları;
ekspansiya investisiyaları; tamamlama və çətin situasiyaları açmaq üçün ekstremal investisiyalar;
modernləşdirmə və təkmilləşdirmə investisiyaları; araşdırma-inkişaf etdirmək (research and
development R&D) investisiyaları. İqtisadiyyatda gəlir və məşğulluğu artıran təməl ünsur olan
investisiya anlayışına, bəzi hallarda yanlış tərif verilir. Məsələn, mövcud bir fabrikin, bir ərazi və
ya tarlanın satın alınması xalq arasında investisiya adlandırılır. O isə, bu kimi xərcləmələrdə
iqtisadiyyatda yeni bir istehsal gücü təşkil etmir, sadəcə mövcud mal və xidmətlər bir əldən
başqa ələ keçir. Mövzuya mikrosəviyyədə baxsaq, bu hadisə mövcud bir fabrikə satın alan şirkət
baxımından bir investisiyadır. Ancaq mikrosəviyyədə düşünsək bunun bəsit bir əldən-ələ
dəyişmə olduğunu görərik. Bunun kimi, qiymətli kağızların satın alınınası halı da investisiya
çərçivəsi xaricindədir. Səhm, istiqraz satın alan şəxsin etdiyi xərcləmə də bir investisiya
xərcləməsi deyildir. Buna iqtisad dilində (ingiliscə placement) playsmant deyilir, yəni playsmant
sadəcə mövcud yatırımların əldən-ələ keçməsidir, yeni bir investisiya deyildir. İnvestisiya isə
sadəcə sərmayə həcminə qoyulan əlavə kapitaldır.

Bazar iqtisadiyyati şəraitində adətən ailə gəlirləri xərclərindən az olur. Yığım anlayışı
dedikdə gəlirin mal və xidmətlərin alınmasına xərclənməyən hissəsi başa düşülür. Ödənilən
vergilər yığımlara aid edilmir. əlbəttə ki əhalinin hər biri yığım toplamaq iqtidarında deyildir.
Bəzi ailələr sadəcə pul yığmaq istəmirlər. bu cür ailələrə cavan ailələri misal göstərmək olar. İlk

79
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

vaxtlar onlar adətən vəsait qıtlığı çəkirlər çünki ev yaxud başqa bir daşınmaz əmlak almaq üçün
onlar borc alır yaxud banklardan kreditlər əldə edirlər. gənclərin əksinə olaraq yaşlılar öz
gəlirlərindən daha artıq xərcləyirlər. Yaşlıların gəlirləri xərclərindən onların ömür boyu
topladıqları toplamış olduqlarını xərclədikləri üçün böyük deyil, sadəcə pensiyalarının çox kiçik
olmasında irəli gəlir.Makroiqtisadi nöqteyi nəzərdən baxsaq yığım edən ailələr yığım
toplamayanlardan sayca daha çoxluq təşkil edir. Bizim olkəmizdə yığım mövzusuna kifayət
qədər diqqət ayrılmamışdır. İndi isə biz, yığımın makroiqtisadi aspektdəki problemlərini dərk
edirik.

Bazar iqtisadiyyatına keçid yığımların ölkə iqtisadiyyatında oynadığı rolu yenidən


dəyərləndirmək lazımdır. Sərbəst vəsaitləri yalnız yığmaq şərt deyildir. Yığımların əksi
investisiyalardır. Yığmaq xərclərə müəyyən məhdudiyyətlərin qoyulmasıdır. İnsanların hansı
səviyyədə yığım toplamasında asılı olaraq cəmiyyət öz vəsaitlərini kapitala yönləndirir.Bu halda
dəyərin artırılması üçün yığımların səmərəliliyin təmin edilməsi vacibdir. Bu şərtlərə əməl
edilmədikdə əhalinin yığımlara olan həvəsi azalır. İnvestisiya gəlir əldə edilməsi məqsədilə pul
vəsaitlərinin hər hansı bir sahəyə qoyulmasıdır. Yığımların investisiyalaşdırılması müxtəlif
formalarda ola bilər: birbaşa vəsait qoyuluşu (aksiya, obliqasiya) daşınmaz əmlakın, dövlət
qiymətli kağızlarını alınması, banklara depozitlərin qoyulması və.s

Əhali yığımının başlıca motivi hər kəsə məlumdur: gözlənilməz vəziyyətlər üçün ehtiyat,
bahalı mal almaq üçün pul yığmaq, faiz formasında gəlir əldə etmək, ya da bəlkə sadəcə ürək
rahatlığı üçün.

Əhalinin cari yığımları fasiləsizdir. Onlar hələ lap qədimdən mövcud olmuşdur və bu gün
də qalmaqdadır. Bu da onun makroiqtosadi səviyyədə əsl mahiyyətinə varmağa imkan vermir.
Buna görə də inflyasiya prosesində əhali yığımlarının rolunu aydınlaşdırmağa tələb yaranır.

Hazırda yığım dedikdə, loru dillə desək, əhalinin sonraya saxladığı müəyyən məbləğ pul
vəsaiti başa düşülür. Ədəbiyyatlarda yığıma konkret tərif hələ də mövcud deyildir.

Dövlət stasitika Komitəsi yığımı əhali gəlirlərinin analiz edilən dövrdəki miqdarı ilə cari
xərcləri arasında fərq kimi izah edir. Belə yanaşma çox sadədəir, belə ki burada sadə riyazi hesab
aparılır, amma yığımın əsl iqtİsadi mənası aydınlaşdırılmamış qalır. Müasir iqtisadi nəzəriyyədə
yığıma bir neçə yanaşma mövcuddur:

80
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Birincisi yığım dedikdə əhalinin bu gün gələcəkdə xərcləməyi nəzərdə tutduğu vəsait başa
düşülür. Burada cari tələbatların, gələcək tələbatlar uğrunda “qurban edilməsi” prosesi baş verir.
Burada əsas prinsip belədir: insan yalnız və yalnız o zaman yığım edir ki, o əmindir ki, gələcəkdə
bu yığımın gətirəcəyi fayda indi gətirə biləcəyindən daha çoxdur. əslində burada “cari” və
”gələcək ” anlayışları şərtidir və əsasən onların sərhəddi cari gəlirlərin əldə edilməsi müddəti ilə
müəyyən edilir. İddia eləmək olar ki, “Cari” elə bir dövr hesab edilir ki, vahid zaman kəsiyində
gəlirin həcmi və gəlirin istehlak dəyəri vahidi daimi qalır, ona gorə də, individium istehlak
gəlirini mövcud periodda sərf eləmək ehtiyacı duymur. Başqa bir məsələ isə “gələcəkdir”.
Burada , nəzəri baxımdan gəlirin həcmi azalır, lakin gəlirin faydalılıq həddi artır. Yuxarıda
deyilən prinsipi sadələşmiş şəkildə bu cür ifadə etmək olar:

1000 manat stabil əmək haqqı olan bir çəxs üçün bu gələrini dəyəri, az məbləğdə pensiya
alan bir yaşlı adama nisbətən daha aşağıdır. Ona görə də bu dövrdə həmin 1000 manatı yığmaq
gələcəkdə pensiyaya çıxan zaman istifadə edə bilmək üçün lazımdır.

İkincisi : yığım dedikdə iqtisadi subyektin gəlirindən bu gün istifadə eləmək gələcəkdə
istifadə edəcəyi məbləğ başa düşülür. Üç növ iqtisadi subyekt mövcuddur: əhali, müəssisə və
dövlət. Buna uyğun olaraq üç növ yığım meydana çıxır:

əhali yığımları,

müəssisələrin yığımları,

dövlət yığımı.

Bir qayda olaraq əhali investisiya resurslarının əsas tədarükçüsü kimi çıxış edir. Əhali
yığımlarının mobilləşdirilməsi maliyyə vasitəçiləri üçün uğurlu fəaliyyət üçün vacib şərtdir. Cari
dövrdə istifadə olunmayan gəlirlər 3 əsas formaya malik olur:

kommersiya banklarına və qiymətli kağızlara yatırım,

valyuta yığımı,

əldə olan pul qalığı.

Verilən formalar , təcililik, mobillik və investisiyaya transformasiya edilə bilmə


qabiliyyətinə görə fərqlənir.

81
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Həmçinin yığmı, gəlirdən vergilərin ödəniləmsindən sonra qalan və istifadə edilməyən


hissəsi kimi də müəyyən eləmək olar. Yəni, yığım, bir il ərzində toplanan, vergi kimi
ödənilməyən, istehlak mallarının alınmasına sərf edilməyən, bank hesablarına yaxud
obliqasiyaların, çeklərin və digər qiymətli kağızların sığortasına qoyulan gəlir kimi başa düşülür.
Bütün bunlardan çıxış edərək demək olar ki yığım yığımın mahiyyəti ondan ibarətdir ki, o,
əhalinin ehtiyaclarını təmin edən mal və xidmətlərin toplusudur.

İnvestisiyanın Növləri
a) Ümumi investisiyalar, Xalis investisiyalar
Bir iqtisadiyyatda bir il içərisində, mövcudlara yenidən əlavə edilmiş olan kapital malları
və avadanlıqların ümumi dəyərinə ümumi investisiya deyilir. Ümumi investisiyadan
amortizasiyaları çıxdıqdan sonra qalan hissəyə xalis investisiya deyilir.
b) Real investisiya, Maliyyə investisiyası
Maşın, cihaz, avadanlıq, bina yol, su anbarı kimi inşaat yatırımları real investisiyalardır.
Buna baxmayaraq yeni qurulan və ya daha əvvəl qurulmuş olan bir şirkətin səhmlərinin satın
alınması isə maliyyə investisiyaraları qrupuna daxildir.
c) İnfrastruktur investisiyaları, İnfrastruktur əsasında edilən investisiyaları
Birbaşa istehsalla əlaqəsi olmayan, lakin mal və xidmət vahidlərinin daha səmərəli
çalışması üçün əlverişli mühiti təmin edən təməl investisiyalara infrastruktur investisiyaları
deyilir (Yol, körpü vs). Ümumiyyətlə dövlət tərəfindən həyata keçirilir. İnfrastruktur əsasında
edilən investisiyalar isə, infrastruktur investisiyalarının hazırladığı əlverişli mühitdə qurulan,
istehsalda birbaşa iştirak edən və mənfəət məqsədi güdən investisiyadır.
İnfrastruktur sərmayələri üç qrupa ayrılar:
1. İctimai sabit investisiyalar (fiziki investisiyalar): birbaşa dövlət tərəfindən ictimai fayda
yaratmaq məqsədi ilə edilən və mənfəə əldə etmək məqsədi olmayan yol, körpü, sulama
kanalları kimi investisiyaları əhatə edər.
2. Bəşəri kapitala investisiyalar: insanlar üçün edilən və onların məhsuldarlığını artırmağa
istiqamətlənmiş investiyalardır (təhsil, səhiyyə vs. xərcləri).
Təşkilati infrastruktur investisiyaları:
Bir iqtisadiyyatda mövcud təşkilatların rəhbərlik və təşkilatına bağlı mövzular ilə
təşkilatların maliyyə və hüquqi strukturlarında fəaliyyəti artırmaq məqsədiylə edilən xərcləri
əhatə edər.

82
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Sərbəst (Müstəqil) və Milli Gəlirdən Asılı İnvestisiyalar


Sərbəst və ya müstəqil investisiyalar istər milli gəlirdəki və istər də buna bağlı olaraq tələb
miqdarındakı dəyişmələrdən təsirlənməyən və onlardan müstəqil olaraq həyata keçirilən
investisiyalardır. Yəni, milli gəlirdəki artım və azalışlar sərbəst investisiyalara təsir etməz.
Asılı investisiyalar isə sərbəst investisiyların əksinə milli gəlirdəki artım və azalışlara bağlı
olaraq əmtəə və xidmətlərə olan tələbdə meydana gələn artımlardan təsirlənən və onlara uyğun
olaraq azalan və ya artan investisiylardır.

İnvestisiyanı Kimlər Edir?

İnvestisiyalar əlbəttə ki sahibkarlar tərəfindən həyata keçirilir. Lakin burada sahibkar kimi
həm özəl sektor nümayəndələri, həm də dövlət sektoru iştirak edə bilər. Birinci halda özəl
investisiya xərclərindən, ikinci halda isə dövlətin investisiya xərclərindən bəhs olunur. Özəl
sektor investisiya xərclərini həyata keçirərkən öz mənfəətini, dövlət investisiya xərcləri həyata
keçirərkən isə ictimai faydayı yüksəltməyi düşünür. Buraya qədər olduğu kimi bu bölmədə də,
biz dövlət sektorunun məcazi mənada var olmadığı bir iqtisadiyyatın tədqiqatını aparacıq. Təbii
olaraq bu mərhələdə, yalnız özəl sektor tərəfindən edilən investisiya xərcləri araşdırma mövzusu
olacaq.

Hansı əməliyyatlar investisiyadır?

Bir fabrikin ya da hər hansı bir müəssisənin satın alınması bunları alan insanlar üçün
əlbəttə bir investisiya kimi qiymətləndirilə bilər. Lakin makro səviyyədə ələ aldığımızda bu
əməliyyatlar nəticəsində, o ölkənin kapital bazasına və ya avadanlıqlarına hər hansı bir əlavə
edilməmişdir. Ona görə də bu cür əməliyyatları investisiya olaraq qiymətləndirməmiz düzgün
yanaşma deyil. Bundan başqa, qiymətli kağızların (istiqraz, səhm) alınması da makro səviyyədə
bir investisiya deyil. Bu cür əməliyyatlara aktivlərin plasmanı (əl dəyişdirməsi) deyilir.

Hansı xərclər investisiya xərcləridir?

1. Cihaz, maşın və təchizat kimi kapital mallarına,


2. Bina, yol, körpü, anbar və bənzəri inşaatlara,

83
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

3. Firmalar tərəfindən, anbarlarında saxladıqları xammal, yarımçıq istehsal halındakı


mallar üçün edilən xərclər investisiya xərcləridir.

84
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Məcmu tələb və məcmu təklif nəzəriyyəsi

(AD-AS theory)
Məcmu tələb əyrisi qiymətlərin hər bir səviyyəsində əmtəələrə və xidmətlərə olan tələb
haqqında bizə məlumat verir. Aşağıdakı şəklində göstərilmişdir ki, məcmu tələb azalan
vəziyyətdədir. Bu, o deməkdir ki, eyni şəraitdə iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin
aşağı düşməsi onunla nəticələnir ki, əmtəələrə və xidmətlərə olan tələb artır.

Məcmu tələb əyrisinin azalan meyli

WHY THE AGGREGATE-DEMAND CURVE SLOPES DOWNWARD

Əmtəələrə və xidmətlərə olan tələbin həcmi ilə qiymət səviyyəsi arasında olan əks
asılılığın əsasında nə dayanır? Bu suala cavab vermək üçün yada salaq ki, ÜDM (Y) istehlakın
(C), investisiyanın (I), dövlət alışının (G) və xalis ixracın (NX) məcmusudur:
Y = C + I + G + NX

Yuxarıda göstərilən düstur əmtəələr və xidmətlərə olan tələbi xarakterizə edir. Dövlət
tərəfindən əmtəələrin və xidmətlərin alınması həmişəlikdir, onlar dövlətin siyasəti vasitəsilə

85
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

müəyyən olunmuşdur. Lakin xərclərin başqa komponentləri – istehlak, investisiya və xalis ixrac
iqtisadi şərait ilə, xüsusilə qiymətlərin səviyyəsi ilə müəyyən olunur. Deməli, məcmu tələbin
azalan meylini əmtəələrin və xidmətlərin miqdarına, qiymət səviyyəsinə təsirini izah etmək üçün
biz qiymətlərin səviyyəsinin əmtəələrin və xidmətlərin miqdarına, onlara olan tələbə istehlakın
məqsədinə, investisiyaya və xalis ixraca olan təsirini tədqiq etməliyik.

Qiymət səviyyəsi və istehlak: sərvətin səmərəliliyi. İndi isə öz cibinizə bank hesablarında
saxladığınız pula baxaq. Onların nominal dəyəri qeydə alınmışdır, lakin pulun real dəyəri
dəyişən kəmiyyətdir. Əgər əmtəələrin və xidmətlərin dəyəri aşağı düşürsə, o zaman pulun
dəyərinin qiymətliliyi artır. O zaman biz yüksək miqdarda əmtəələr və xidmətlər almaq imkanına
malik olacağıq. Beləliklə, qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi göstərir ki,
istehlakçıların sərvəti artır. Bu, hiss onlarda əlavə xərclərin olmasına gətirib çıxarır, yəni
istehlakçılar əmtəələr və xidmətlərə olan tələbi daha da artırırlar.

Qiymət səviyyəsi və investisiya: faiz dərəcəsinin səmərəliliyi. Qiymət səviyyəsi pulun


miqdarını müəyyən edir və bu pulu da tələb irəli sürür. Qiymətlərin səviyyəsi aşağı olduqca ev
təsərrüfatında əmtəələrin və xidmətlərin alışı üçün pulun miqdarı az olacaqdır. Deməli, pulun
səviyyəsi aşağı düşdükcə ev təsərrüfatı nağd pulun ehtiyatını aşağı salacaqlar və bu pulun bir
hissəsini borc verəcəklər. Məsələn, istiqrazlarda faiz gəliri əldə edəcəklər və onları əmanət
hesablarında yerləşdirəcəklər. Bank isə öz növbəsində kreditin həcmini artırmaq məqsədilə pul
fondundan istifadə edəcəklər. Belə ki, ev təsərrüfatı çalışacaqdır ki, öz pulunun bir hissəsini faiz
gətirən aktivlərə yönəltməyə çalışacaqdır ki, bunun da nəticəsində faiz dərəcəsi aşağı düşəcəkdir.
Ən aşağı faiz dərəcəsi investisiya həyata keçirən yeni zavod və avadanlıqlara öz vəsaitlərini
tətbiq edəcəklər, ev təsərrüfatı isə yeni yaşayış tikintilərinə öz vəsaitlərini tətbiq edəcəklər.
Beləliklə, qiymətlərin səviyyəsinin daha da aşağı olması faiz dərəcəsini aşağı salacaqdır və
investisiya əmtəələrinə olan xərclərini artıracaqdır; deməli, əmtəələrə və xidmətlərə olan tələb
artacaqdır.

Qiymət səviyyəsi və xalis ixrac: mübadilə kursunun səmərəliliyi. Biz ABŞ


iqtisadiyyatının timsalında gördük ki, qiymətlərin səviyyəsi aşağı düşdükcə faiz dərəcəsi azalır.
Bəzi Amerika investorları öz kapitallarını xaricdə daha gəlirli yerlərə qoymağa çalışırlar.
Məsələn, ABŞ-da istiqrazların faiz dərəcəsi aşağı düşəndə bu ölkənin hökuməti sərəncamında
olan istiqraz fondunu AFR-ə satır və ondan qiymətli kağızlar alır. İnvestisiya fondunun payının

86
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

aktivləri xarici ölkədə yerləşir. Onda bazarda valyuta mübadiləsinin dollar təklifi bazarda
artacaqdır. Bu zaman digər ölkələrin valyutalarına nisbətən ABŞ-ın milli dollar vahidinin təklifi
ucuzlaşacaqdır (yəni xarici valyutanın pul vahidinin miqdarı amerika dolları alarkən
azalacaqdır). Bunun nəticəsində ABŞ-da istehsal olunan əmtəələr daha ucuz olacaqdır. Xalis
ixrac (ixrac və idxal arasındakı fərq) həmçinin artacaqdır. Beləliklə, ABŞ-da qiymətlərin
səviyyəsi aşağı düşəndə faiz dərəcəsinin aşağı düşməsinə təsir edəcəkdir, milli valyutanın real
mübadilə kursu aşağı enəcəkdir ki, ABŞ-da xalis idxala stimul yaranacaqdır və bunun da
nəticəsində əmtəələrə və xidmətlərə olan tələb artacaqdır.

Nəticə. İki fərq mövcuddur ki, onlar bir-biri ilə əlaqədardırlar və iqtisadiyyatda qiymətlərin
aşağı düşməsi ilə əmtəələrə və xidmətlərə olan tələbi artırırlar:

1. istehlakçılar hiss edirlər ki, sərvət artıb və bunun da nəticəsində istehlak əmtəələrinə
olan tələb stimullaşdırılır;

2. faiz dərəcəsinin aşağı düşməsi investisiya əmtəələrinə olan tələbi stimullaşdırır;

3. milli valyutanın mübadilə kursunun aşağı enməsi xalis idxalı stimullaşdırır.

Bu amillərin qarşılıqlı təsiri tələb əyrisinin meyilli olmasına mənfi təsir göstərir.
Nəzərə almaq lazımdır ki, məcmu tələb əyrisi (digər tələb əyriləri kimi) «Bərabər şərait
daxilində» təsvir edilir. Məcmu tələb əyrisinin azalan meylini izah edərkən belə fərz edirdik ki,
pul təklifinin səviyyəsi dəyişməz qalır. Başqa sözlə desək, pulun iqtisadiyyatda sabitliyini nəzərə
alaraq əmtəələrə və xidmətlərə qiymət səviyyəsinin təsirini nəzərdən keçirsək biz görəcəyik ki,
pul kütləsinin həcminin dəyişməsi məcmu tələb əyrisini nə cür canlandırır. Yada salaq ki,
məcmu tələbin konkret əyrisi verilmiş pul kütləsinin konkret miqdarına uyğun olaraq təsvir
edilir.

Məcmu tələb əyrisinin dəyişməsinin mümkün səbəbləri


WHY THE AGGREGATE-DEMAND CURVE MIGHT SHIFT

Məcmu tələb əyrisinin mənfi meyli göstərir ki, iqtisadiyyatda qiymətlərin ümumi
səviyyəsinin aşağı düşməsi əmtəələrə və xidmətlərə olan tələbi artırır. Lakin əmtəələrə və
xidmətlərə olan tələbə başqa amillər də təsir edir ki, onlar da məcmu tələb əyrisini canlandırır.
Bir neçə misal gətirək.

87
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İstehlak fluktuasiyası ilə əlaqədar olan dəyişkənlik. Fərz edək ki, amerikalılar qəflətən
pensiya fondunun kəmiyyətinə qayğı göstərirlər və cari istehlaka olan xərclər azalır. Qiymətlərin
hər bir səviyyəsində əmtəələrə və xidmətlərə olan tələbin miqdarı aşağı düşür və bunun da
nəticəsində məcmu tələb əyrisi sola meyl edir. İndi belə fərz edək ki, fond bazarlarında bum
yaranmışdır və adamlar özlərini yaxşı hiss edirlər və onlar qənaətçilik haqqında düşünmürlər.
Belə bir şəraitdə əmtəələrə və xidmətlərə olan istehlak xərcləri tələbin artmasına səbəb olur və
nəticədə məcmu tələb əyrisi sağa meyl edir.

İnvestisiyanın həcmi ilə əlaqədar olaraq yaranan dəyişiklik. Qiymətlərin verilmiş


səviyyəsində firmanın investisiya etməsinə təsir edən hallar məcmu tələb əyrisinin qalxıb-
enməsinə təsir göstərir. Fərz edək ki, kompüter istehsal edənlər hesablayıcı maşınların yüksək
səviyyədə olmasını təmin etmişlər. Buna görə də firmalar daha məhsuldar texnikaya investisiya
qoymağa çalışacaqlar. Bir halda ki, qiymətlərin verilmiş səviyyəsində xidmətlərə və əmtəələrə
olan tələb artdığına görə məcmu tələb əyrisi bu zaman sağa meyl edəcəkdir. Əksinə əgər firma
öz biznesinə pessimist baxarsa, o zaman kapital qoyuluşu azalacaq və nəticədə məcmu tələb sola
meyl edəcəkdir.

Məcmu tələb əyrisinə investisiya ilə əlaqədar olaraq vergi siyasəti də öz təsirini göstərir.
İnvestisiyaya istiqamətləndirilən gəlirlərə tətbiq edilən vergi güzəştləri investisiya əmtəələrinin
miqdarını artırır. Nəticədə məcmu tələb əyrisi sağa meyl edir. Eyni zamanda, investisiya
üzərində olan vergi güzəştləri aradan götürüləndə kapital qoyuluşunun həcmi azalır və məcmu
tələb əyrisi sola meyl edir.

Daha bir amil olan pul investisiyaya və məcmu tələbə təsir edir. Sonrakı fəsildə biz
görəcəyik ki, pul təklifinin qısa müddətə artması faiz dərəcəsinin aşağı düşməsinə səbəb olur,
borcu ucuzlaşdırır, investisiyanı artırır və məcmu tələb əyrisi sağa meyl edir. Əksinə, pulun
azalması faiz dərəcəsini artırır, kapital qoyuluşuna olan stimulu azaldır və nəticədə məcmu tələb
əyrisi sola meyl edir. Bir çox iqtisadçılar belə hesab edirlər ki, ABŞ iqtisadiyyatında məcmu
tələbin dəyişməsinə səbəb pul-kredit siyasəti olmuşdur.

Dövlət alışının həcmi ilə əlaqədar baş verən dəyişikliklər. Məcmu tələb əyrisinin
vəziyyətinə bilavasitə dövlət alışının miqdarının dəyişməsi də təsir göstərir. Məsələn, belə fərz
edək ki, ABŞ hökuməti qərara gəlir ki, silahlanma sistemində alışı azaldaq. Bunun nəticəsində
qiymətlərin verilmiş səviyyəsində məcmu tələb əyrisi sola meyl edəcəkdir. Əksinə əgər ştatlar

88
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

hökuməti qərar qəbul etsə ki, yeni sürət yolları tikilsin. Bu zaman qiymətlərin verilmiş
səviyyəsində əmtəələrə və xidmətlərə olan tələb artacaqdır, nəticədə isə məcmu tələb əyrisi sağa
meyl edəcəkdir.

Xalis ixrac ilə əlaqədar olaraq dəyişkənliklər. Verilmiş qiymət səviyyəsində xalis
ixracın kəmiyyətinə təsir edən hadisələrin məcmu tələbin qalxıb-enməsinə səbəb olur. Məsələn,
Avropa ölkələri resessiya dövrü keçirəndə onlar ABŞ-dan az əmtəələr alırlar. Bu da öz
növbəsində Amerikanın xalis ixracına mənfi təsir edir və buna görə də Amerika iqtisadiyyatında
məcmu tələb əyrisi sola meyl edir. Göstərilən ölkələr iqtisadi yüksəliş hiss edən zaman
Amerikadan xeyli miqdarda əmtəələr alırlar ki, bunun da nəticəsində məcmu tələb əyrisi sağa
meyl edir.

Faiz dərəcəsinin qalxıb-enməsi ilə əlaqədar olaraq xalis ixrac dəyişilir. Misal üçün fərz
edək ki, beynəlxalq alverçilər süni olaraq valyuta bazarında ABŞ dollarının dəyərini artırırlar.
Dolların dəyərinin artması amerika mallarını bahalaşdırır və bunun nəticəsində xalis ixrac azalır
ki, tələb əyrisi də sola meyl etməyə başlayır. Əksinə dolların qiymətinin ucuzlaşması xalis
ixracın artımını stimullaşdırır və bunun nəticəsində məcmu tələb əyrisi sağa meyl etməyə
başlayır.

Qısa nəticələr. Sonrakı fəsildə biz məcmu tələb əyrisinə geniş mənada baxacağıq. Qeyd
edək ki, məcmu təklifə təsir edən pul-kredit (monetarizm) və maliyyə-büdcə (fiskal) siyasət
instrumentlərini nəzərdən keçirəcəyik. Lakin indi biz məcmu tələb əyrisinin mənfi meyli haq-
qında məlumat əldə etməliyik, müəyyən etməliyik ki, hansı hadisələr və siyasət aksiyaları
məcmu tələb əyrisini hərəkətə gətirir.

Məcmu təklif əyrisi


Qiymətlərin verilmiş səviyyəsində nə qədər məhsul buraxılmışdır və firma nə qədər
əmtəələr və xidmətlər istehsal etmişdir problemini həll etmək üçün məcmu təklif əyrisini təhlil
etmək lazımdır. Qiymətlərin səviyyəsi ilə təklifin həcmi arasındakı əlaqəni bilmək üçün biz
müvəqqəti üfüqi xətti müəyyən etməliyik. Uzunmüddətli vaxt üçün məcmu təklif əyrisi şaquli
vəziyyətdə olur. Qısamüddətli dövrlər üçün isə müsbət meylliliyə çevrilir. Qısamüddətli iqtisadi
fluktuasiyada olmaq və iqtisadiyyatın qısa müddət ərzində uzun müddət üçün fəaliyyətini təhlil

89
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

etmək məqsədilə məcmu tələb əyrisinin qısa və uzun müddətlər üçün hərəkətini tədqiq etmək
lazımdır.

Nəyə görə məcmu təklif əyrisi uzunmüddətli dövrlər üçün şaquli vəziyyətdə olur?
WHY THE AGGREGATE-SUPPLY CURVE IS VERTICAL IN THE LONG RUN

Uzunmüddətli dövrlər üçün əmtəələrin və xidmətlərin təklifi həcmini nə müəyyən edir.


Geniş olmasa da iqtisadi artım prosesini biz təhlil edərkən bu suala cavab vermişdik.
Uzunmüddətli dövrlər üçün əmtəələrin və xidmətlərin təklifi kapitaldan, əməkdən və mümkün
olan istehsal texnologiyasından asılıdır. Belə ki, qiymət səviyyəsi ÜDM real həcminin uzun-
müddətli determinantına təsir etmir. Buna görə də məcmu təklif əyrisi uzunmüddətli dövrlər
üçün şaquli vəziyyətdədir. Başqa sözlə desək, iqtisadiyyatın təklif etdiyi əmtəələrin və
xidmətlərin həcmi mövcud kapital qoyuluşu əmək və texnologiya ilə müəyyən olunur. Lakin bu
proses müəyyən olunan qiymət səviyyəsindən asılı deyildir.

Siz qeyd edə bilərsiniz ki, məcmu təklifin şaquli uzunmüddətli əyrisi mahiyyət etibarı ilə
klassik dixotomiyanın və pulun neytrallıq prinsiplərinə əsaslanır. Biz klassik makroiqtisadi
nəzəriyyədə nominal kəmiyyətlərdən asılı olan real iqtisadi dəyişənlərə söykənən nəzəriyyədən
bəhs etdik. Uzunmüddətli dövr üçün məcmu təklif əyrisi bu ideyaya zidd deyildir, çünki nəzərdə
tutulur ki, buraxılan məhsulun həcmi (real dəyişən) qiymətlərin səviyyəsindən asılı deyildir
(nominal dəyişənlər).

90
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Yuxarıda göstərildiyi kimi, bir çox iqtisadçılar belə hesab edirlər ki, göstərilən prinsip
uzunmüddətli iqtisadiyyatın fəaliyyətini qeyd edir və bu hal qısa müddət üçün ədalətli deyildir.

Deməli, məcmu təklif əyrisi ancaq uzunmüddətli dövrlər üçün şaquli vəziyyətdə olur.
Belə bir sual meydana çıxır: nəyə görə qısamüddətli dövrlər üçün təklif əyrisi müsbət meyllidir,
lakin məcmu təklifin uzunmüddətli əyrisi isə şaqulidir. Məsələ bundadır ki, konkret əmtəələrin
və xidmətlərin təklifi nisbi qiymətlərdən asılıdır. Çünki konkret əmtəələr və xidmətlər digər
əmtəələr və xidmətlər üzərində olan qiymətlərlə müqayisəli şəkildə götürülür. Məsələn: dondur-
manın qiyməti qalxanda istehsalçılar onun istehsalını artırmırlar. Çünki yeni işçilər götürürlər,
əlavə süd, şokolad və digər resurslar alırlar, lakin iqtisadiyyat tərəfindən istehsal olunan əmtəə və
xidmətlər kapitalın, əməyin və texnologiyanın səviyyəsindən asılıdır. Deməli, təklif olunan
əmtəələrin və xidmətlərin hamısının üzərində qiymətlər qalxarsa, onların kəmiyyəti dəyişmir.

Məcmu təklif əyrisinin uzun müddətə hərəkətinin mümkün səbəbləri

WHY THE LONG-RUN AGGREGATESUPPLY CURVE MIGHT SHIFT

Uzunmüddətli məcmu təklif əyrisinin vəziyyəti göstərir ki, əmtəə və xidmətlərin miqdarı
klassik makro nəzəriyyəyə uyğun gəlir. Belə bir səviyyə bəzi hallarda istehsalın potensial həcmi
və ya tam məşğulluq şəraitində buraxılan məhsulun həcmi adlandırılır. Lakin bu terminlər bir-
birinə uyğun gəlmir. Çünki qısamüddətli dövr üçün istehsal buraxılışı arta da bilər, potensial
imkana çatmaya da bilər. Daha dəqiq olmaq üçün bu səviyyəni biz buraxılışın təbii səviyyəsi
adlandıraq. Çünki o, istehsalın həcmini ya təbii, ya da işsizliyin normal səviyyəsində göstərir.

Buraxılışın təbii səviyyəsi – bu istehsalın həcmidir. İqtisadiyyat isə buna uzunmüddətli


dövrlər üçün cəhd edir. Buraxılışın təbii səviyyəsinə təsir edən hər hansı bir amil məcmu təklifin
uzunmüddətli əyrisini hərəkətə gətirir. Çünki iqtisadiyyatda buraxılış həcminin klassik modeli
əməkdən, təbii resurslardan, kapitallardan və texniki biliklərdən asılıdır. Biz burada 4 amili
xüsusilə qeyd edirik.

Əmək bazarında dəyişkənliklə bağlı irəliləyiş. Belə fərz edək ki, ölkəyə daima
mühacirlər dəstəsi gəlir. Bu halda işçi qüvvəsi artacaqdır, bunun müqabilində əmtəə və
xidmətlərin təklifi də artacaqdır. Nəticədə isə uzunmüddətli məcmu tələb əyrisi sağa doğru meyl
edəcəkdir. Əksinə işçi qüvvəsi öz ölkəsindən başqa ölkəyə mühacir olunursa, onda uzunmüddətli
məcmu tələb əyrisi sola meyl edəcəkdir.

91
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Uzunmüddətli məcmu təklif vəziyyəti təbii işsizlikdən də asılıdır. Yəni işsizliyin qalxıb-
enməsi buraxılışın təbii səviyyəsinin fluktuasiyasını və uzunmüddətli məcmu təklif əyrisinin
yerini dəyişir. Məsələn, ABŞ konqresi əgər minimum əmək haqqının qaldırılması üçün qərar
qəbul edirsə, o zaman işsizliyin təbii səviyyəsi artacaqdır və qiymətlərin mövcud səviyyəsində
iqtisadiyyat az miqdarda əmtəələr və xidmətlər istehsal edəcəkdir. Bunun da nəticəsində məcmu
təklifin uzunmüddətli əyrisi solda yerləşəcəkdir. Əksinə, əgər işsizlik üzrə sığorta islahatı aktiv
olaraq iş yerlərini itirən işçiləri stimullaşdırırsa, o zaman işsizliyin təbii səviyyəsi aşağı
düşəcəkdir və nəticədə uzunmüddətli məcmu təklif əyrisi sağda yerləşəcəkdir.

Kapitalla əlaqədar olaraq yaranan dəyişiklik. İqtisadiyyatda kapitalın ölçüsünün artması


məhsuldarlığın yüksəlməsinə və uyğun olaraq əmtəələrin və xidmətlərin təklifinin həcminin
çoxalmasına səbəb olacaqdır. Nəticədə məcmu təklifin əyrisi sağda yerləşəcəkdir. Əksinə,
kapitalın azalması məhsuldarlığını aşağı salacaqdır, təklif olunan əmtəələrin və xidmətlərin
həcmi azalacaq və məcmu təklifin uzunmüddətli əyrisinin hərəkəti sağa meyl edəcəkdir.
Müzakirənin bu və ya digər məntiqindən istifadə göstərir ki, fiziki və insan kapitalının təhlilində
eyni cür istifadə edilə bilər. Avadanlıqların miqdarının və kolleclərin buraxdığı məzunların
sayının artması göstərir ki iqtisadiyyatda əmtəələrin və xidmətlərin istehsalının artmasına imkan
yaranmışdır.

Təbii resursların həcmi ilə əlaqədar olan dəyişikliklərin hərəkəti

A NEW WAY TO DEPICT LONG-RUN GROWTH AND INFLATION

İqtisadiyyatın buraxılış həcmi mövcud təbii resurslardan və xüsusilə də torpaqdan, təbii


qazıntılardan və iqlim şəraitindən asılıdır. Faydalı qazıntı yataqlarının kəşfləri məcmu təklif
əyrisinin sağda yerləşməsinə səbəb olur. Kənd təsərrüfatı məhsullarının istehsalını çətinləşdirən
iqlimin dəyişməsi əyrisinin sağda yerləşməsinə təsir edir.

Bir çox ölkələr zəruri xammal resurslarını xaricdən gətirir. Bu resursların dəyişməsinin
mümkünlüyü eyni zamanda, məcmu təklif əyrisinə də təsir edir. Bu fəsildə sonradan görəcəyik
ki, məcmu əyrinin yerinin dəyişməsinə dünya neft bazarında olan hadisələr də təsir göstərir. Bir
neçə on il bundan qabaq iqtisadiyyatın istehsal etdiyi məhsuldan xeyli irəli gedən müasir
iqtisadiyyat ən yeni texnologiyaya əsaslanır. Keçmiş əməkdən istifadə etməklə müasir

92
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

kompyüterlərə əsaslanan əmək müasir kompüterlərin köməyi ilə, kapital və təbii resurslar
əsasında uzunmüddətli məcmu təklif əyrisini sağda yerləşdirir.

Analoji texnologiyanın və digər hadisələr (məsələn, beynəlxalq ticarətin inkişafı,)


iqtisadiyyata öz təsirini göstərir. Məsələn, əgər müəssisələrin istifadə etdikləri zərərli texnologiya
üzərində dövlət qadağa qoyursa, bu zaman uzunmüddətli məcmu təklif əyrisi solda
yerləşəcəkdir.

Qısa nəticələr. Beləliklə, uzunmüddətli məcmu təklif əyrisinin təhlili bizə əsas verir ki,
iqtisadiyyatın irəlidəki fəsildə hazırladığımız modelin mahiyyətini şərh edək. Hər hansı bir
iqtisadi aksiya və ya hadisə ÜDM-nin real həcminin artmasına səbəb olur, bu da öz növbəsində
uzunmüddətli məcmu təklif əyrisinin sağda yerləşməsinə səbəb olur. Yuxarıda olduğu kimi, hər
hansı bir siyasi aksiya və ya hadisə yuxarıda qeyd etdiyimiz kimi ÜDM-nin real həcminin
azalmasına təsir edirdisə biz burada onun təklif olunan əmtəələrin və xidmətlərin miqdarının
azalması kimi nəzərə alırıq və onun uzunmüddətli məcmu təklif əyrisinin solda yerləşməsini
nəzərdə tuturuq.

Monetar siyasətin məcmu tələbə təsiri

HOW MONETARY POLICY INFLUENCES AGGREGATE DEMAND


Məcmu tələb əyrisinin təhlili bizdə qiymətlərin hər bir səviyyəsinə əmtəə və xidmətlərə
təqdim edilən tələb haqda təsəvvür yaranmasına imkan yaradır. Əvvəlki fəsildən bildiyimiz
kimi məcmu tələbin əyrisi aşağıdakı səbəblərə görə azalma meylinə malikdir:

 Dövlətlilik amili: — qiymətlərin səviyyəsinin enməsi təsərrüfatların pul ehtiyatlarının


real dəyərinin artmasına gətirib çıxarır, bu da öz növbəsində istehlak xərclərini
stimullaşdırır.

 Faiz dərəcəsi amili: — iqtisadi subyektlərin artıq pul resursları əmanətlərin yığımına
yönəldiyi üçün qiymətlərin səviyyəsinin azalması zamanı faiz dərəcəsi aşağı düşür. Faiz
dərəcəsinin azalması nəticəsində investisiya xərcləri artır.

 Mübadilə kursu amili: — qiymətlərin səviyyəsinin aşağı düşməsi faiz dərəcəsinin


azalması ilə nəticələnərsə, bu zaman investorlar öz kapitallarının bir hissəsini xaricə

93
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

köçürürlər, bu da milli valyutanın mövqeyinin zəifləməsinə səbəb olur. Milli valyutanın


qiymətdən düşməsi yerli malların idxal mallarına nisbətən ucuzlaşmasını əvvəlcədən
müəyyənləşdirir, beləliklə ixraca meyl yaranır.

Nəzərdən keçirdiyimiz amillər birlikdə fəaliyyət göstərir, bu da qiymətlərin ümumi


səviyyəsinin aşağı düşdüyü zaman tələbin həcminin yüksəlməsini müəyyənləşdirir. Lakin
məcmu tələb əyrisinin azalma meylinə səbəb olan amillər heç də bərabər əhəmiyyətli deyildirlər.
Ona görə ki, pul ehtiyatları təsərrüfatların mülkiyyətinin çox az hissəsini təşkil edir, dövlətlilik
amili məcmu tələbə ən az təsir göstərən amildir. Bundan əlavə ixrac və idxal ABŞ-ın ÜDM-nun
çox az hissəsini təşkil etdiyi üçün amerika iqtisadiyyatına mübadilə kursu amilinin təsiri çox az
nəzərə çarpır. (Bu amil ölkə iqtisadiyyatında xarici ticarətin mühüm rol oynadığı kiçik dövlətlər
üçün daha vacibdir.) ABŞ iqtisadiyyatında məcmu tələb əyrisinin azalma meylinin əsas səbəbi
faiz dərəcəsi amilidir.

Məcmu tələbə dövlətin təsir metodlarını aydınlaşdırmaq üçün faiz dərəcəsi amilini
daha dəqiqliklə tədqiq edək. Biz faiz dərəcəsinin müəyyənləşdirilməsi nəzəriyyəsi (likvidliyə
üstünlük vermə nəzəriyyəsi) ilə tanış olacağıq və bu nəzəriyyənin köməyi ilə məcmu tələb
əyrisinin azalma meyli səbəblərini və ona dövlətin pul kredit siyasətinin təsirini təfsilatı ilə
aydınlaşdıracağıq. Likvidliyə üstünlük vermə nəzəriyyəsinin təhlili bizim qısamüddətli iqtisadi
müvazinətsizliklər haqda anlayışımızı genişləndirəcək.

Likvidliyə üstünlük vermə nəzəriyyəsi-

HE THEORY OF LIQUIDITY PREFERENCE

C.M.Keyns «Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi » əsərində faiz dərəcəsini


müəyyən edən amilləri izah etmək üçün likvidliyə üstünlük vermə nəzəriyyəsini təklif etdi,
əslində, bu nəzəriyyə tələb və təklif nəzəriyyəsinə əlavədən ibarətdir. Keynsə görə faiz dərəcəsi
pul təklifi və ona olan tələbi tarazlaşdırılması istiqamətində dəyişir.

Nominal faiz dərəcəsi adətən rəsmi olaraq qəbul olunur, real faiz dərəcəsi isə inflyasiyanı
nəzərə almaqla nominal faiz dərəcəsinə bərabərləşdirilir. Bu halda biz hansı faiz dərəcəsini
nəzərdən keçirməliyik? Məlum olur ki, hər ikisini. Daha sonrakı təhlildə biz inflyasiyanın
sürətini daimi hesab edəcəyik. (Biz iqtisadiyyatı qısamüddətli dövrdə nəzərdən keçirdiyimiz

94
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

üçün bu ehtimal məqsədyönlü hesab oluna bilər.) Beləliklə, nominal faiz dərəcəsinin yüksəldiyi
və yaxud azaldığı zaman real faiz dərəcəsinə uyğun insanların faiz gəliri əldə edəcəklərini
düşündükləri real faiz dərəcəsi nominal faiz dərəcəsinə uyğun olaraq artır və yaxud azalır. buna
görə də təhlil zamanı biz onu yadda saxlamalıyıq ki, həm nominal, həm də real faiz dərəcəsi eyni
istiqamətdə dəyişir.

İndi isə pul təklifi, pula olan tələbi, eləcə də onların faiz dərəcəsindən asılılığını nəzərdən
keçirək.

Pul təklifi. Likvidliyə üstünlük vermə nəzəriyyəsinin birinci hissəsi pul təklifinə həsr
olunmuşdur. ABŞ iqtisadiyyatında pul təklifini Federal ehtiyat sistemi idarə edir. Pul kütləsi
həcminə əsas təsir vasitəsi açıq bazarda dövlət istiqrazlarının satışı və alışı vasitəsilə bank
ehtiyatlarının tənzimlənməsidir. FES açıq bazarda dövlət istiqrazlarını əldə etdikdə onlara görə
ödənilən dollarlar adətən banklarda yerəşdirilir və bank ehtiyatlarını artırır. FES dövlət
istiqrazlarını satdıqda isə əldə olunan pullar bank sistemindən çıxarılır və bankların ehtiyatları
azalır. Öz növbəsində bankların borc alma və pul əldə etmək imkanları bank ehtiyatlarının
dəyişməsindən asılıdır. Açıq bazarda əməliyyatlarla bərabər FES pul təklifinə ehtiyat normalarını
(bankların təmin etməli olduqları ehtiyatların əmanətlərə nisbətən müəyyən norması) və uçot
dərəcələrini (bankların FES-dən aldıqları borclara görə faiz dərəcəsi) dəyişməklə təsir göstərir
FES-in siyasətini həyata keçirmək üçün monetar tənzimlənmə mexanizminin detalları çox
vacibdir, lakin bu fəsildə onlar bizim təhlilimizin predmeti deyil. Bizim məqsədimiz pul
təklifinin dəyişməsinin əmtəə və xidmətlərə olan məcmu tələbə necə təsir göstərməsini tədqiq
etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün FES-in siyasətinin detallarını nəzərə almamaq
olar və sadəcə fərz etmək olar ki, FES bilavasitə pul təklifini idarə edir. Başqa sözlə
iqtisadiyyatda təklif olunan pulların miqdarı FES-in qərarına uyğun olaraq, istənilən səviyyədə
müəyyənləşdirilə bilər.

Beləliklə, pul təklifinin həcmi FES-in siyasəti ilə müəyyən olunur və digər iqtisadi dəyişən
kəmiyyətlərdən, xüsusilə faiz dərəcəsindən asılı deyil.

95
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Pula tələb.

Likvidliyə üstünlük vermə nəzəriyyəsinin ikinci hissəsi pula olan tələbə həsr olunmuşdur.
Xatırladaq ki, likvidlik dedikdə istənilən aktivin iqtisadiyyatda qəbul olunmuş tədavül vasitəsinə
çevrilməsinin asanlığı başa düşülür.

İqtisadiyyatda tədavül vasitəsi puldur, deməli, müəyyən olunduğu kimi bütün mövcud
mümkün aktivlərdən ən likvid olanıdır. Pulların likvidliyi onlara olan tələbi izah edir: sahib
olmağa görə daha çox gəlir gətirdikləri üçün pullar digər aktivlərdən üstündürlər, ona görə ki,
əmtəə və xidmətlərin alınması üçün istifadə olunurlar.

Pula tələbi bir çox amillər müəyyən edir, lakin likvidliyə üstünlük vermə nəzəriyyəsində
qeyd olunduğu kimi, özündə pulların saxlanılmasının alternativ xərclərini əks etdirən faiz
dərəcəsi ən vacib amildir. Yəni sizin var-dövlətiniz nəğd pul şəklində saxlanılırsa və gəlir gətirən
heç bir qiymətli kağızlarda yerləşdirilməmişdirsə bu zaman siz könüllü olaraq, əlavə gəlirdən
imtina edirsiniz. Faiz dərəcəsinin yüksəlməsi nəğd pulların «bekar qalması» xərclərinin
çoxalmasına və onlara olan tələbin azalmasına gətirib çıxarır. Beləliklə, pula tələb əyrisinin
qrafiki aşağı enir.

Pul bazarında tarazlıq.

96
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Likvidliyə üstünlük vermə nəzəriyyəsinə görə faiz dərəcəsi pul təklifi və ona olan tələbi
tarazlaşdırılması istiqamətində dəyişir. Tarazlıq faiz dərəcəsi adlanan yeganə faiz dərəcəsi
mövcuddur. Bu faiz dərəcəsində pula tələbin həcmi təklif olunan pul vəsaitlərinin kəmiyyətinə
tam bərabərləşir. Faiz dərəcəsi istənilən başqa qiymətə malik olarsa, iqtisadi subyektlər aktivlərin
bütün növlərini təshih etməyə çalışırlar. Nəticədə faiz dərəcəsi tarazlılıq nöqtəsinə çatır.

Fərz edək ki, faiz dərəcəsi tarazlıq səviyyəsindən yuxarıda yerləşir. Bu zaman mövcud
tələbə uyğun pulların miqdarı FES tərəfindən təklif olunandan az olur. Əlavə pullara malik
olan iqtisadi subyektlər gəlir gətirən qiymətli kağızlar əldə edərək, yaxud pulları bank
hesablarında yerləşdirərək onlardan qurtulmağa çalışırlar. Qiymətli kağızların emitentləri və
banklar daha az faiz ödəməyə üstünlük verdikləri üçün onlar pulların əlavə təklifinə əmanətlərə
görə faizlərin azaldılması ilə cavab verirlər. Faiz dərəcəsi aşağı düşdükcə ayrı-ayrı şəxslərin
pulları əldə saxlamaq istəyi artır və nəhayət faiz dərəcəsinin tarazlıq qiymətində onlar
məmnuniyyətlə məhz FES-in təklif etdiyi kəmiyyətdə nəğd pul vəsaitlərini özlərində saxlayırlar.
Tarazlıq səviyyəsindən aşağı faiz dərəcəsində əhalinin əlində saxlamaq istədiyi pulların miqdarı
(Md2) FES-in təklif etdiyindən çox olur. İqtisadi subyektlər istiqrazlardan və digər gəlir gətirən
aktivlərdən qurtularaq pul ehtiyatlarını çoxaltmağa cəhd göstərirlər. Qiymətli kağızlara tələb
azaldıqca istiqrazların emitentləri alıcıları cəlb etmək məqsədi ilə daha yuxarı faiz dərəcəsinin
qoyulmasının zəruriliyi haqda nəticəyə gəlirlər. Beləliklə, faiz dərəcəsi yüksələrək tarazlıq
səviyyəsinə çatır.

Yekun olaraq desək

Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real
istehsal həcmini göstərir.

Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox
tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir]:

 Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real
sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu
tələbi artırır.
 Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu
faiz dərəcəsini aşağı endirir. İnvestisiya imkanları genişləndiyi üçün istehsal artır.

97
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 Xalis ixrac effekti. Hansı ölkədə ki, qiymətlər qalxırsa, onun məhsulları xarici məhsullar
qarşısında daha az rəqabət qabiliyyətli olur və ixrac azalır. Daha az ixrac edən müəssisə daha
az istehsal edir. Qiymətlər düşdükdə isə əksinə.

Məcmu təklif əyrisi isə aşağı istehsal səviyyələrində üfüqi (elastik) və bütün istehsal
amillərinin tam istifadə olunduğu potensial istehsal nöktəsindən etibarən isə şaquli (qeyri-elastik)
olur. Nə qədər ki, istehsal öz potensial səviyyəsinə çatmayıb, Məcmu Tələbin genişlənməsi özü
ilə daha yüksək qiymət və istehsal səviyyəsi gətirəcək. AD-AS diaqramı inflyasiya ilə bağlı
müxtəlif makroiqtisadi hadisələri izah etmək üçün də istifadə edirlir. Həmçinin bu model
müxtəlif makroiqtisadi siyasətlərin effektlərini izah etmək üçün geniş pedaqoji əhəmiyyətə
malikdir.

Məcmu Tələb

Məcmu tələb əyrisi açıq bir iqtisadiyyatda bütün xərclərin cəmi kimi ifadə edilir:

AD= C+I+G+NX

 C- istehlak xərcləri;
 I- investisiyalar;
 G- dövlət xərcləri;
 NX- xalis ixrac, (NX= İxrac - İdxal).

98
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Bu halda AD əyrisi hər qiymət səviyyəsində ev təsərrüfatlarının, firmaları və dövlətin


almaq istədiyi əmtəə və xidmətlərin həcmini əks etdirəcək. Başqa sözlə, AD əyrisi yuxarıda
göstərilən bütün istehlak, investisiya, xalis ixrac və dövlət xərclərini təmsil edir.

AD əyrisindəki dəyişmələrə səbəb ola biləcək amillər 3 qrupda əks olunur:

 Gözlənmələr;
 Xaricilərin gəlirləri və valyuta kursu;
 Dövlət siyasəti.

Gözləntilər

Ev təsərrüfatları gələcəkdə gəlirlərində artım gözləyirlərsə, daha çox istehlak edəcəklər. Bu


məcmu tələbin artmasına gətirib çıxaracaq və AD əyrisi sağa sürüşəcək. Bunun əksi olaraq
gəlirlərin azalması gözlənilirsə, AD əyrisi sola doğru hərəkət edəcək. Bu hal firmalara da aiddir.
Belə ki, firmalar gələcəkdə iqtisadiyyatda canlanma gözləyirlərsə, investisiya yönümlü xərclərini
artıracaqlar. Bu məcmu tələbdə artışa və AD əyrisinin sağa doğru irəliləməsinə səbəb olacaq.
Əks halda AD əyrisi sola sürüşəcəkdir.

Məcmu təklif

Məcmu təklifəyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri
əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri
vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli

99
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif
qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər
aşağıdakılardır:

 Resurs qiymətləri;
 Texnologiya;
 Gözləntilər.

Resurs qiymətləri

İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir.
Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar.
Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal
miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır.

Texnologiya

Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox


məhsul istehsal etməsinə və nəticədə məcmu təklifi artırmasına səbəb olur.

Gözləntilər

Firmalar həm istehsal amilləri bazarını (xammal, əmək, kapital və s.), həm də istehsal
etdiyi məhsulun daxil olduğu bazarını tədqiq edirlər. Əgər firmalar gələcəkdə qiymət artımı
gözləyirlərsə, gələcəkdə daha yüksək təklif irəli sürmək üçün bu günkü təkliflərini azaldacaqlar.
Qiymət artımı xammal və digər istehsal amillərinin dəyərini yüksəltdiyindən firmaların xərcləri
artacaq və həmin dövrdə istehsal azalacaq. Yəni gələcəkdə gözlənilən qiymət artımı hər iki halda
məcmu təklifi azaldır.

Qısamüddətli dövr

Qısamüddətli dövrdə qiymət səviyyəsi artdıqca firmalar bunu daha çox gəlir mənbəyi
hesab edirlər və istehsalı yəni təkliflərini artırırlar. Bu da bütövlükdə məcmu təklifi artımına
səbəb olur. Başqa sözlə, qısamüddətli məcmu təklif əyrisi yuxarı doğru meyllidir.

100
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İqtisadi nəzəriyyədə məcmu təklif əyrisinin üfüqi olduğu bir dövr vardır. Bu dövrdəki
əyriyə “anlıq məcmu təklif əyrisi”deyilir. Anlıq ifadəsinin işlədilməsində məqsəd bu dövrün
firmaların qiymət dəyişikliyinə təsir göstərə bilməyəcəyi qədər qısa olmasıdır. Bu zaman
firmalar cari qiymətdə bazarın tələbinə uygun istənilən miqdarda məhsul təklif edirlər.

Şərti qiyməti anlıq olaraq sabit qəbul edildiyindən İSRAS üfüqi xətti bizə bu qiymət
səviyyəsində məcmu təklif əyrisini göstərir. Bu anlıq dövr firmaların fəaliyyət göstərdiyi
sektorlara uyğun olaraq bir neçə gün və ya bir neçə ay ola bilər. Əsas məsələ, bu dövr ərzində
müəssisələrin aldığı xammalın və satdığı məhsulun qiymətində dəyişikliyin olmamasıdır.

Qısamüddətli dövrdə məcmu təklif əyrisində sürüşmələrin səbəbləri

Qısamüddətdə məcmu təklifdə artma və ya azalmaya səbəb olan amilləri aşağıdakı 4


qrupda cəmləşdirmək olar:

 Əmək haqqı səviyyəsi;


 Digər istehsal amillərinin qiymətindəki dəyişikliklər;
 Məhsuldarlıqda dəyişikliklər;
 Təklif şokları.

Əmək haqqındakı dəyişikliklər

Qısa müddətli dövrdə firmalar fəaliyyət göstərərkən sərmayə miqdarının dəyişmədiyi fərz
edilir. Bu zaman xərclərin artımına əmək haqqı faktoru təsir edir. Əgər firmada çalışan işçilərin

101
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

əmək haqqısında artım baş verərsə, bu zaman firmaların xərci artacaq və istehsal azalacaq. Bu da
qısamüddətli təklif əyrisini sola doğru sürüşdürəcək.

Digər istehsal amillərinin qiymətindəki dəyişikliklər

Digər xərclər nisbi sabit olsa da, onların qiymətlərindəki dəyişiklik məcmu təklifə təsir
göstərir. Məsələn, neft qiymətlərinin azalması xərcləri aşağı endirəcək. Bu da istehsalın və
məcmu təklifin artmasına səbəb olacaq.

Məhsuldarlığın dəyişməsi

Məhsuldarlıqdakı artım istehsalın daha səmərəli olmasına və xərclərin azalmasına səbəb


olacaqdır ki, bu da istehsalı artıran bir amildir. Belə olduğu halda SRAS əyrisi sağa doğru
hərəkət edəcəkdir.

Təklif şokları

Qısamüddətli təklif əyrisinin sürüşməsindəki səbəblərdən biri də təklif şoklarıdır. Bu şoklar


yaratdığı iqtisadi təsirlərə görə, müsbət və mənfi şoklar olaraq iki yerə ayrılır. Müsbət təklif
şoklarına iqlimdəki mülayimləşmə nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalındakı ani
artım, mənfi şoklara isə bir çox ölkənin iştirak etdiyi müharibələr misal ola bilər. Müsbət təklif
şokları SRAS əyrisini sağa, mənfi təklif şokları isə sola sürüşdürür.

Uzunmüddətli dövr

Uzunmüddətli dövrdə istehsal həm xammal və digət istehsal amilləri, həm də məhsul
qiymətlərindən asılı deyildir. Uzunmüddətli dövr firma və sektordan asılı olaraq 1-2 həftə və ya
bir neçə il ola bilər. Uzunmüddətli dövrdə məcmu təklif tam məşğulluq səviyyəsindədir.

“AD-AS modeli” və makroiqtisadi tarazlıq

Ölkə iqtisadiyyatında bəzən iqtisadi artım, bəzən isə geriləmə müşahidə oluna bilər.
İqtisadi durğunluq dövrü ağır keçdikdə bu geriləməyə səbəb olur. “AD-AS modeli” daha çox bu
geriləmənin izah edilməsində istifadə edilir. Tərəddüdlərin müşahidə olunmadığı makroiqtisadi
tarazlıq də əks etdirilib.

102
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İqtisadi tərəddüdləri əvvəlcədən müəyyən etmək mümkün deyildir. İqtisadçılar


iqtisadiyyatdakı qısamüddətli tərəddüdləri izah etdərkən “Məcmu tələb-Məcmu təklif
modeli”ndən istifadə edirlər.

İqtisadiyyatda deflyasiya baş verirsə, təşviq edici (tələb artırıcı) tədbirlər görmək lazımdır.
İnflyasiya başverdikdə isə tələb azaldıcı addımlar atılmalıdır.

Deflyonist kərs zamanı potensial istehsal real istehsaldan çoxdur. Əgər qısamüddətli
dövrdə potensial istehsal real istehsaldan çox olarsa, inflyansyonist kəsr yaranır.

İnflyansyonist kəsr iqtisadiyyatdakı resurslardan həddən artıq istifadə olunduğunu


göstərir. İşçi qüvvəsi baxımından yanaşdıqda, bu hal konyuktur işsizliyin olmadığı və təbii
işsizliyin də aşağı düşdüyü halı xarakterizə edir. Amma resurslardan istifadənin artması onlara
olan tələbin artırdığından resurs qiymətlərində artım baş verir. Resurs qiymətlərindəki artım
maya dəyəri, dolayı olaraq məhsulun qiymətini artırır və inflyasiyaya səbəb olur

Durğunluq və geriləmə (resessiya)

İqtisadi dalğalanmalar uzunmüddətli tarazlıq səviyyəsi ətrafında əmələ gələn qısamüddətli


tərəddüdlərdir. Bu tərəddüdlər iqtisadiyyatda durgunluğa səbəb ola və iqtisadi geriləməyə gətirib
çıxara bilər.

İqtisadi geriləmə (resessiya)

103
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Bu vəziyyətin aradan qalxması üçün ya bazarların buna cavab verməsini (uyğunlaşmasını)


gözləmək ya da dövlətin müdaxiləsi lazımdır. Resessiya dövründə real ÜDM potensial ÜDM-
dən aşağıda formalaşır.

Resesiya iki səbəbdən yarana bilər: mənfi tələb şoku və mənfi təklif şoku. Bu iki səbəb
fərqli nəticələrə gətirib çıxarır.

Tələb şoku

Yuxarıdakı Şəkil-də məcmu təklifdən irəli gələn geriləmə əks olunmuşdur. İlkin
vəziyyətdə iqtisadiyyat A nöqtəsində, həm uzunmüddətli, həm də qısamüddətli dövrdə
tarazlıqdadır. Bu vəziyyət iqtisadiyyat baxımından optimal hesab edilir.

İndi fərz edək ki, məcmu tələbi azaldan bir hadisə baş verib. Məsələn, siyasi hakimiyyətə
olan inam zəifləyib və bunun təsiri ilə ev təsərrüfatlarının investisiya qoyuluşuna meylliliyi
azalıb.

104
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Təklif şoku

İqtisadi geriləməyə səbəb ola biləcək və qısamüddətli məcmu təklif əyrisinin sola
sürüşməsinə gətirib çıxaracaq digər bir səbəb isə mənfi təklif şokudur. Təsəvvür edək ki, dünya
enerji ehtiyatlarına yaranan problem qiymətlərdə artıma səbəb olur. Enerji qiymətlərindəki bu
artım istehsal xərclərini artıracaq və SRAS əyrisini sola sürüşdürəcəkdir. Bu zaman baş verəcək
hadisələrin necə formalaşacağını və nəticənin nə olabiləcəyini yuxarıdakı Şəkil -də görə bilərik.

105
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

IS-LM Modeli
LM əyrisi

LM əyrisi - pul bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındakı əlaqəni əks etdirən
əyridir. Bu əlaqəni izah etmək üçün ilk növbədə likvidlik üstünlükverməsi
nəzəriyyəsindən istifadə edilir.

Likvidlik üstünlükverməsi nəzəriyyəsi

Con Menyard Keyns öz nəzəriyyəsində faiz dərəcəsinin necə müəyyən olunduğunu


göstərib. Bu yanaşma likvidlik üstünlükverməsi nəzəriyyəsi kimidə qəbul edilir. Çünki faiz
dərəcəsi iqtisadiyyatda ən likvid olan element – pulun tələbi və təklifini tarazlaşdırmaq üçün
istifadə edilir. Gəlir xərcləmə modeli IS əyrisi üçün bünövrə olduğu kimi, likvidlik
üstünlükverməsi nəzəriyyəsi də LM əyrisi üçün əsasdır.

Pul təklifi

106
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Nəzəriyyəni formalaşdırmaq üçün ilk növbədə real pul balansındakı təklifə nəzər yetirək.
Əgər pul təklifi M, qiymət səviyyəsi isə P olarsa, M/P real pul balansında təklifin həcmini əks
etdirir. Likvidlik üstünlükverməsi nəzəriyyəsi sabit bir pul balansı təklifi olduğunu iddia edir. Bu
baxımdan pul təklifini aşağıdakı kimi ifadə edə bilərik.

Pul təklifi M, xarici bir dəyişkəndir və mərkəzi bank tərəfindən müəyyənləşir. Qiymət
səviyyəsi isə bu modeldə sabit götürülür (Çünki, IS-LM modelindəki əsas məqsəd qiymətlərin
sabit olduğu qısamüddətli dövrdəki prosesləri anlamaqdır). Bu fərziyələr real pul balansındakı
təklifin sabit olduğunu və faiz dərəcəsinə bağlı olmadığını göstərir. Bu səbəbdən pul təklifi
əyrisi yuxarıdakı Şəkil-də göstərildiyi kimi şaqulidir.

Pula olan tələb

İndi isə real pul balansındakı tələbə diqqət yetirək. Likvidlik üstünlükverməsi
nəzəriyyəsi faiz dərəcəsinin ev təsərrüfatlarının əlində saxlayacağı pulun miqdarını
müəyyənləşdirən amillərdən biri olduğunu irəli sürür. Belə ki, bir şəxs pulunu banka qoyduğu
zaman əldə edəcəyi mənfəət faiz dərəcəsindən asılıdır. Faiz dərəcəsi nə qədər yüksək olarsa,
pulu bankda saxlamaq o qədər mənfəətlidir. Digər tərəfdən, pulu əldə saxlayıb, istənilən zaman
onu istifadə etmək istəyərsə, bu zaman o pulu banka qoyub əldə edəcəyi faiz həcmində mənfəəti
itirəcəkdir. Bu baxımdan faiz dərəcəsi pulu əldə saxlamağın fürsət xərcidir. Nəticə olaraq, faiz

107
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

dərəcəsi artdıqca insanlar pul vəsaitinin daha az miqdarını əllərində saxlamağa üstünlük
verəcəklər. Yuxarıda qeyd etdiklərimizə əsasən, real pul balansındakı tələbi aşağıdakı kimi
göstərə bilərik:

Aşağıdakı Şəkil-dəki tələb əyrisi aşağıya doğru meyllidir, çünki, yüksək faiz dərəcəsi tələb
olunan pulun miqdarını aşağı endirəcəkdir.

Tarazlıq

Lidvidlik üstünlükverməsi nəzəriyyəsinə görə, real pul balansındakı tələb və təklif


iqtisadiyyatdakı faiz dərəcəsini müəyyənləşdirir. Yəni, faiz dərəcəsi pul bazarını tarazlığa
gətirəcək səviyyədə müəyyənləşdirər. Şəkil-dən də görünür ki, tarazlıq faiz dərəcəsində tələb
edilən pulun miqdarı pulun təklifi ilə bərabərdir.

Bəs faiz dərəcəsi pul tələbi və pul təklifi üçün bu tarazlıq nöktəsinə necə gəlir?

Bunun cavabı insanların öz sərvətlərini harada saxlamaqla bağlı qərarları ilə bağlıdır. Fərz
edək ki, faiz dərəcəsi tarazlıq nöqtəsindən yuxarıdadır. Belə olduqda insanlar əllərindəki gəlir
gətirməyən pulu banklarda saxlamağa daha meylli olacaqlar. Depozitlərə pul axının artması
nəticəsində Banklar faiz dərəcələrini aşağı endirməkdə maraqlı olacaqlar. Nəticədə faiz dərəcəsi

108
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

tarazlıq nöqtəsinə enəcək. Əks halda, faiz dərəcələri tarazlıq nöqtəsindən aşağıdırsa, banklar
depozitlərinin həcmini artırmaq üçün faiz dərəcəsini artıracaqlar. Nəticə isə eyni olacaq.

İndi isə faiz dərəcəsinin pul təklifindəki dəyişikliklərə neçə reaksiya göstərdiyinə nəzər
yetirək. Fərz edək ki, mərkəzi bank birdən-birə pul təklifini aşağı endirdi. M-dəki
azalma M/P nisbətini də aşağı endirər. Çünki, modelə əsasən, P sabitdir. Belə olarsa, real pul
balansındakı təklif yuxarıdakı Şəkil-də olduğu kimi sola sürüşər. Tazarlıq faiz dərəcəsi yüksələr
və yüksək faiz dərəcəsi bir az əvvəl qeyd edilən kimi insanların əllərində daha kiçik miqdarda
pul saxlamaqlarına gətirib çıxarar. Əgər Mərkəzi Bank pul təklifini artırsaydı, bunun əksi baş
verərdi. Beləliklə, likvidlik üstünlükverməsi nəzəriyyəsinə əsasən, pul təklifindəki azalma faiz
dərəcəsini artırar, təklifdəki artma isə faiz dərəcələrini azaldar.

LM əyrisinin qurulması

Faiz dərəcəsinin pul bazarında necə əmələ gəldiyini əks etdirmək üçün istifadə
etdiyimiz likvidlik üstünlükverməsi nəzəriyyəsini indi LM əyrisi formalaşdırmaq üçün də
istifadə edə bilərik.

Fərz edək ki, iqtisadiyyatda gəlir səviyyəsi (Y) artıb. Bu real pul balansına necə təsir
edəcək? Gəliri artdığı zaman əhali daha çox xərcləyər ki, bu da onların pula olan tələbini artırar.

109
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Nəticə etibarı ilə gəlirin artması pul tələbini artırır. Bunu düstur şəklində aşağıdakı kimi göstərə
bilərik:

Tələb edilən pulun miqdarı faiz dərəcəsi ilə tərs, gəlir ilə düz mütənasibdir.

Likvidlik üstünlükverməsi nəzəriyyəsinə əsasən, gəlir səviyyəsi dəyişdikdə tarazlıq faiz


dərəcəsinə nə olacağını görə bilərik.

Yuxarıda gəlirin dəyişməsi əks olunub. Bir az əvvəl qeyd edilən kimi, gəlir artarsa, pula
olan tələb də artacaq ki, bu da faiz dərəcəsini qaldıracaq. Likvidlik üstünlükverməsi
nəzəriyyəsinə görə, gəlirin artması yüksək faiz dərəcəsinə səbəb olur.

LM əyrisi gəlir səviyyəsi ilə faiz dərəcəsi arasındakı bu əlaqəni göstərir. LM əyrisindəki
hər nöqtə pul bazarındakı tarazlığı təmsil edir və əyri tarazlıq faiz dərəcəsinin gəlir səviyyəsi ilə
bağlı olduğunu göstərir. Gəlir səviyyəsi yüksəldikcə real pul balansındakı tələb də bir o qədər
artar və tarazlı faiz dərəcəsi də bir o qədər artar. Bu səbəbdən LM əyrisi yuxarıya doğru
meyllidir.

Pul siyasəti LM əyrisini necə sürüşdürür?

LM əyrisi, verilmiş gəlir səviyyəsi üçün pul bazarını tarazlığa gətirən faiz dərəcəsini
müəyyən edir. Amma əvvəldə qeyd edildiyi kimi, tarazlıq faiz dərəcəsi eyni zamanda real pul
balansındakı təklifdən də asılıdır. LM əyrisini sabit real pul balansındakı təklifinə uyğun olaraq
çəkilib. Əgər real pul balansı dəyişərsə, məsələn Mərkəzi Bank pul təklifini dəyişərdirsə, LM
əyrisi sürüşər.

110
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Monetar siyasətdəki dəyişikliklərin LM əyrisini necə sürüşdürdüyünü başa düşmək üçün


likvidlik üstünlükverməsi nəzəriyyəsindən istifadə edilməlidir. Fərz edək ki, Mərkəzi Bank Pul
tələbini M1dən M2-yə qədər azaldıb. Bu real pul balansındakı təklifinin düşməsinə səbəb
olacaq. Gəlir səviyysəsi və dolayı yollar pula olan tələb sabit olduqda pul təklifindəki azalma
bazarı tarazlaşdıran faiz dərəcəsini qaldırar. Beləliklə, LM əyrisi sola doğru sürüşər. Nəticə
etibarı ilə, real pul balansındakı təklifin artması LM əyrisini sağa, azalması isə sola sürüşdürür.

IS əyrisi

IS əyrisi əmtəə və xidmət bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındalı əlaqəni əks
etdirir. Bu əlaqənin necə olduğunu görmək üçün ilk növbədə Keynsin gəlir-xərc modelini tədqiq
etmək lazımdır. Sözügedən model Keynsin milli gəlir nəzəriyyəsinin ən sadə izahıdır və daha
mürəkkəb və daha real IS-LM modeli üçün bünövrəni formalaşdırır

111
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Planlanan xərclər və cari xərclər

Keyns bu modeldə planlanan və cari xərcləri bir-birindən fərqləndirir: Cari xərclər ev


təsərrüfatlarının, müəssisələrin və dövlətin cari dövrdə həyata keçirdikləri xərcləmələrin
cəmidir. Planlanan xərclər isə ev təsərrüfatlarının, firmaların və dövlətin əmtəə və xidmətləri
almaq üçün planlaşdırdıqları xərclərin cəmidir.

Nə üçün reallaşan (cari) xərclərlə planlaşdırılan xərclər fərqli olur?

Bu sualın cavabı firmaların satışının gözlənilən kimi olmaması və planlaşdırılmamış


ehtiyatların (hazır məhsulun) anbarlarda yığılmasıdır. Firmalar gözlədiklərindən az məhsul
satdıqda ehtiyatlar yüksələr, əks halda isə azalar. Ehtiyatlardakı planlaşdırılmamış dəyişikliklər
ehtiyatlara investisiya hesab edildiyi üçün cari xərclər planlaşdırılan xərclərdən çox və ya az ola
bilər.

Planlaşdırılmış xərcləri müəyyən edən amilləri amillərə nəzər yetirək. Modeli sadə
formada izah etmək üçün iqtisadiyyatın qapalı olduğunu fərz edək. Bu vəziyyətdə planlanmış
xərclər aşağıdakı kimi olar:

E=C+İ+G

Burada, E- planlaşdırılmış xərclər, C – istehlak, I - investisiya, G – dövlət xərcləridir.


Yuxarıdakı bərabərlik ÜDM-in düsturuna bənzəsə də, bu gələcək dövr üçün planlaşdırılmış
miqdardır. Bu səbəbdən E real ÜDM-dən fərqli qiymət ala bilər.

Yuxarıda göstərdiyimiz bərabərliyi genişləndirmək üçün onun konponentlərinin açılışını verək:

İstehlak xərclərinin (C) gəlirdən (Y) aslılıq düsturu aşağıdakı kimidir:

C=C*(Y-T)

Burada Y- gəlir, T- vergilərdir.

Sadəlik üçün planlaşdırılmış investidiyaları sabit qəbul edirik:

İ=İ0

Son olaraq dövlət xərclərinin və vergilərin gəlirdən daha çox dövlət siyasətindən asılı
olduğunu və bununla əlaqədar sabit olaraq qəbul edirik:

112
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

G=G0 T=T0

Bunları birləşdirsək planlaşdırılmış xərclərin yeni düsturunu alarıq:

E=C*(Y-T0)+İ0+G0

Yuxarıdakı şəkildən də görünür ki, planlaşdırılmış xərclər birbaşa olaraq istehlakdan (C) asılıdır.

Planlanan və cari xərclərin qrafik təsviri

və sabir olduğundan gəlir (Y) sıfır da olsa, onların həcmi dəyişməz. Qrafik olaraq
göstərsək, görərik ki, burada absis (Y) oxuna paralel əyrilər əmələ gəlir.

Lakin, istehlak (C) isə gəlirdən (Y) asılıdır. Y artdıqca C də artır, yəni müsbət meylliliyə
malikdir. Burada bir nüansı nəzərə çatdırmaq lazımdır: Gəlir olmasa, əhali minimum tələbatlarını
başqa mənbələr (borc və s.) hesabına təmin edirlər. Yəni, istehlak gəlirdən asılı olmasına
baxmayaraq, gəlir olmadıqda (Y=0) belə müəyyən istehlak mövcuddur. Qrafik olaraq bu
mümkündür

113
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Planlanan xərclərin tərkib hissələrinin gəlirdən aslılığını əks etdirən qrafikləri birləşdirsək
E-nin (planlaşdırılan xərclər) Y-dən (gəlir) aslılıq qrafikini ala bilərik.

ÜDM-in bir neçə hesablanması üsulu (gəlir, xərc, istehsal) var. Amma sonda alınan
rəqəmlər bir-birinə bərabər olmalıdır. Ordinat oxunda ÜDM-in xərc üsulu ilə hesablanmış
həcmiləri, absis oxunda isə gəlir üsulu ilə hesablanmış həcmləri qeyd etsək onlar yalnız bir düz

114
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

xətt üzərində bir-birinə bərabər olacaq. Xətt üzərində olan nöqtələr kordinat oxlarından eyni
məsafə uzaqlıqdakı nöktələrdən təşkil olunduğundan 45 dərəcəlik meylliyə malikdir.

Son 2 qrafiki birləşdirək:

Şəkil-də A nöktəsi milli iqtisadiyyatın tarazlıq nöqtəsidir. İqtisadiyyat həmişə bu tarazlıq


nöqtəsində olmur. Amma bəzi iqtisadi güclərin təsiri ilə iqtisadiyyat bu tarazlığa doğru irəlləyir.
Misal da izah edək:

Planlanan xərclərin həcminin dəyişməsinə təsir edən amillər

115
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İndi isə əvvəl sabit kimi qəbul etdiyimiz göstəricilər dəyişdikdə planlanan xərclərdə və
milli gəlirdə nə kimi dəyişikliklər baş verdiyinə nəzər yetirək.

Dövlət xərcləri (G)

Dövlət xərcləri (ΔG) artsa , planlanan xərclər əyrisi də bir o qədər yuxarı sürüşəcək.
Qrafikdən də görünür ki, milli gəlir (ΔY) hökumət xərclərindən daha çox artıb. Buna iqtisadi
ədəbiyyatlarda multiplikasiya effekti deyilir.

ΔY/ ΔG – nisbəti dövlət xərclərinin multiplikasiyasıdır.

Bəs bu artım niyə baş verir? Bunun səbəbini istehlak funksiyasında axtarmaq lazımdır.
Dövlət xərclərindəki artım gəliri müəyyən qədər artırır. C= C(Y-T) istehsal funksiyasından da
görünür ki, gəlirin artması istehlakı artırır. Yəni dövlət xərclərindəki artarkən eyni zamanda
istehlak xərcləri də artır. Bu səbəbdən modeldə dövlət xərclərinin yüksəldilməsi gəliri daha çox
artırır.

Bəs bu artıqlıq nə qədərdir və necə ölçülür?

Bunu müəyyənləşdirmək üçün gəlirdəki hər dəyişikliyi addımbaaddım izləmək lazımdır:

Dövlət xərcləri ΔG qədər artırsa, milli gəlir də ΔG qədər artar. Gəlirdəki bu artım istehlakı
da MPC x ΔG qədər artırar.

116
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Gəlirdəki ikinci artım gəliri yenidən MPC x (MPC x ΔG) qədər artıracaq və istehlakın
artımı yenidən gəliri artıracaq sonra gəlirdəki artım istehlakı yenidən artıracaq. Bu zəncirvari
proses sonsuza qədər davam edəcək amma hər dəfə artım daha az olacaq.

İndi isə bu dediklərimizi riyazi olaraq ifadə etsək, dövlət xərclərinin artmasınann gəlirə
olan cəmi təsiri belə olacaq:

ΔY/ΔG = 1/(1-MPC)

Misalla izah edək: Fərz edək ki, istehlaka meyllilik dərəcəsi MPC = 0,6-dır. Bu zaman
multiplikator aşağıdakı kimi hesablanacaq:

Multiplikator = ΔY/ΔG= 1+ 0,6+ 0,6 2+ 0,6 3 + . . . = 1/(1-0,6) = 1/0,4= 2,5

Yəni dövlət xərclərinin 1 manat artması milli gəliri 2,5 manat artıracaqdır.

Vergilər (T)

Fiskal siyasətin digər bir aləti olan vergilərin azaldılması dövlət xərclərinin artırılması kimi
gəliri öz həcmindən daha çox artıracaqdır. Yəni, sonda ΔY > ΔT nəticəsi alınır. Bu yenə də gəlir
artımının multiplikasiya effekti ilə bağlıdır. Amma vergilərdə baş verən dəyişikliklər gəlir
səviyyəsindəki dəyişikliklərlə tərs mütənasib olduğundan multiplikator mənfidir. Vergilərdək
azalma gəlirə ilkin təsiri -MPC x ΔT səviyyəsində olur. Bu istehlak funksiyası ilə bağlıdır:

Yəni, dövlət xərclərindəki artım gəliri ilin olaraq ΔG qədər atırsa da, vergilərdəki azalma
gəliri –MPCxΔT qədər artırar.

İndi isə bu dediklərimizi riyazi olaraq ifadə etsək, vergilərdəki azalmanın gəlirə olan cəmi
təsiri belə olacaq:

ΔY/ΔT = -MPC/(1-MPC)

Misalla izah edək: Fərz edək ki, istehlaka meyllilik dərəcəsi MPC = 0,6-dır. Bu zaman
multiplikator aşağıdakı kimi hesablanacaq:

117
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Multiplikator = ΔY/ΔT= -0,6/(1-0,6) = -0,6/0,4= -1,5

Yəni vergilərin 1 manat azalması milli gəliri 1,5 manat artıracaqdır.

Faiz dərəcəsi, İnvestisiya və IS əyrisi

Planlanan xərclərin digər konponenti olan investisiyaların həcminin dəyişməsi IS


əyrisinin formalaşdırılmasında açar rolunu oynayır. Belə ki, indiyə qədər izah olunan
məsələlər IS əyrisinə keçmək üçün bir addım idi. İndi isə investisiyaların həcmindəki
dəyişikliyin milli gəlirə necə təsir etdiyini və investisiya qouyuluşlarına ən çox təsir edən amilin
nə olduğunu araşdıraq.

118
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İnvestisiyaların həcminə təsir edən əsas amil faiz dərəcəsidir. Belə ki, investisiya

funksiyasını aşağıdakı kimi göstərmək olar:

Əgər faiz dərəcəsi yüksələrsə, investisiya həyata keçirmək üçün alınacaq borcun faiz
xərci artacaq və sərmayə qoyuluşları azalacaq. Nəticə etibarı ilə investisiya funksiyasının qrafiki
aşağıya doğru meyllidir.

Fiskal siyasətin IS əyrisinə təsiri

IS əyrisi verilmiş faiz dərəcəsində əmtəə və xidmətlər bazarını tarazlığa gətirən gəlir
səviyyəsini əks etdirir. Amma gəlir səviyyəsi həm də, dövlət xərclərindən və vergilərdən də
asılıdır. IS əyrisi sabit fiskal siyasət üçün çəkilir. Yəni dövlət xərcləri və vergilər sabit tutulur.
Fiskal siyasət dəyişdikdə isə IS əyrisi öz yerin dəyişir.

119
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Makroiqtisadi tarazlıq
Makroiqtisadi tarazlıq haqqında nəzəriyyələr

Makroiqtisadi tarazlıq iqtisadi nəzəriyyənin ən mühüm kateqoriyasıdır. Ümumi


makroiqtisadi tarazlıq o deməkdir ki,iqtisadi proseslərin: istehsal və istehlakın, məcmu tələb və
məcmu təklifin, istehsal xərcləri və nəticələrin, maddi-əşyavi və maliyyə axınlarının
balanslaşdırılması və proporsionallığına nail olunmuşdur. Ümumi tarazlıq,bütün bazarların
qarşılıqlı təsiri nəticəsində yaranır ki,bu zaman bazarlardan birində tələb və ya təklifin dəyişməsi
bütün bazarlarda tarazlıq qiymətləri və satış həcminə təsir edir.

İdeal və real tarazlıq fərqləndirilir.

İdeal(nəzəri arzuolunan) tarazlıq fərdlərin maraqlarının xalq təsərrüfatının bütün struktur


elementlərində,bölmələrində,sahələrində optimal həyata keçirilməsi zamanı onların iqtisadi
davranışında müşahidə olunur.

Real tarazlıq iqtisadi sistemlərdə qeyri-təkmil rəqabət və bazara xarici amillərin təsiri
şəraitində müəyyənləşən tarazlıqdır.

Hazırda makroiqtisadi tarazlıq modelləri xeyli çoxdur vəonlardan bir neçə əsasını
göstərmək lazım gəlir.Ən məşhur modellər sırasında aşağıdakıları göstərmək olar:

F.Kene modeli-onun sadə təkrar istehsalı və tədavülü təsvir edən “İqtisadi cədvəlləri”;

K.Marksın kapitalist ictimai təkrar istehsal modeli;

L.Valrasın azad rəqabət qanunun fəaliyyəti şəraitində “ümumi iqtisadi tarazlıq” modeli;

V.Leontyevin “xərclər-buraxılış modeli”;

C.M.Keynsin qısamüddətli iqtisadi tarazlıq modeli;

C.Neymanın tarazlıqlı genişlənən iqtisadi modeli;institusional tarazlıq modeli və b.

120
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Sadalanan müəlliflərin nəzəriyyələri zəminində makroiqtisadi tarazlığın müasir


modifikasiya və sintez edilmiş modelləri qurulur.

Klassik ümumi iqtisadi tarazlıq modeli bundan çıxış edir ki,bazar mexanizmi milli
iqtisadiyyat miqyasında yaranan disbalansı öz-özlüyündə düzəltməyə malikdir, tarazlığı
avtomatik olaraq dəstəkləmək üçün bazarın kifayət qədər daxili resursları var. Modelin əsasında
fransız iqtisadçısı J.B.Seyin qanunu(Sey qanunu) durur.Qanunun mahiyyəti:”Əmtəə təklifi öz
tələbini yaradır”,çünki əmtəə və ya xidməti satan onun əvəzində pul alır və həmin pula başqa
əmtəə və xidmətlər alır.Özü də hər kəs özünün ehtiyac duyduğu əmtəələrə ekvivalent olan
miqdarda məhsul yaradır,buna görə də satıcıların gəlirlərinin məbləği alıcıların xərclərinə
müvafiq olur və nəticədə əldə olunan gəlirin hamısı mütləq alışlara xərclənir,yəni tələb və təklif
həmişə tarazlaşır.

Sey tarazlığının çatışmazlığı makrosəviyyədə bu bərabərliyin xülya olmasındadır.


Əslində,gəlirlərin məbləği əmtəə dəyərləri məbləğindən həmişə istehlak olunmuş istehsal
vasitələri kəmiyyəti qədər azdır.

A.Marşall ümumi tarazlığı müxtəlif əmtəələr üzrə ayrı-ayrı tarazlıqların məcmusu kimi
nəzərdən keçirirdi və bununla da makroiqtisadi tarazlığın neoklassik nəzəriyyəsinə öz töhfəsini
verdi. Özünün “Ekonomiks prinsipləri” ndə o,bazarın iqtisadi təhlilinin mərkəzində -tarazlıq
qiyməti-ni götürüdü və hesab edirdi ki, qısamüddətli dövrdə onun formalaşmasına tələb təsir
göstərir,uzumüddətli dövrdə isə - təklif.

O,iqtisadi nəzəriyyəyə qrafik təhlil metodunu gətirmiş və ondan geniş istifadə etmişdi.
K.Marksda olduğu kimi, Marşallda da tarazlıq resurslarının yerdəyişmələri hesabına bərpa
olunur.

Tarazlığın müasir makroiqtisadi təhlili ümumiləşdirmələr və ya məcmuu göstəricilərinin


formalaşdırılmasının köməkliyi ilə müstəqil aqreqatlarla aparılır.Ən mühüm aqreqatlar
aşağıdakılardır:
1.tarazlı miqdarda əmtəə və xidmətləri birləşdirən milli istehsalın real həcmi;

2.bütün əmtəə və xidmətlər məcmusunun qiymət səviyyəsi(aqreqat qiymətləri)

121
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi

Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər


ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal
imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması
(tələbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da istehsal prosesinə cəlb
olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.

Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiymətlərin qalxıb – enməsi
nəticəsində tələblə təklif arasında tarazlıq, onların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri
əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə
ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqyasında formalaşır. Lakin
mikro və makroiqtisadi səviyyədə tarazlığın təmin olunması şərtləri bir-birindən fərqlənir.
Makroiqtisadi səviyyədə tarazlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyətlidir.

Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlakçıların fəaliyyəti mühüm rol
oynayır. Belə ki, bazar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını
daim artırmağa, yəni əmtəələrin son faydalılığını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabərləş-
dirməyə çalışırlar. İstehlakçılar da eynilə belə hərəkət edirlər.

Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi tarazlığı bir-birindən


fərqləndirmək lazımdır. Qismən tarazlıq iqtisadiyyatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki
tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, mə-
sələn, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcəsinin gəlirləri ilə
xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın
nəzəri əsaslarının işlənib hazırlanmasında A.Marşallın böyük xidmətləri olmuşdur. Qismən
tarazlıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahələrinin bir-biri ilə əlaqəli və
uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi deməkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız
istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq
təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq
olmalıdır.

122
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun
fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa
əmtəələrin mövcudluğu ilə müəyyən edilir.

Əgər müəyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki,
qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan
tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Beləliklə, tarazlıq qiymətlərinin
yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə olduğunu
demək, daha düzgündür.

Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün bazarlarını əhatə edir. Odur ki, misal üçün
müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də
tutaq ki, ət bazarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nəzərə alınmır)
təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymətlərinin quruluşu dəyişdikdə nail olunur.
A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə
«axması» nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini
xatırlamaq kifayətdir) nail olunur. Göründüyü kimi, nöqteyi-nəzərlər bir-birinin eynidir.

Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır.


Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti
nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə
etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L.
Valrasın tarazlaşma sistemi də məhz yuxarıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç
bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud olduğu
bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı bazarların mövcudluğu
şəraitində qiymətlərin əmələ gəlməsinin qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
İqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə təmin olunmur. Burada istehsal amilləri də
mühüm rol oynayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar bazardakı tarazlığın
pozulmasına səbəb olur. İkincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə
nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasitəsilə təsir etməklə yanaşı,
qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-
bazar metodu hesab olunan dövlət tənzimləməsi metodları aiddir.

123
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdirilməsini tələb edir. Bu, bir sıra amillər,
xüsusilə də milli iqtisadiyyatın vəziyyəti, istehsal amillərinin kəmiyyəti və keyfiyyəti, bunlarla
bilavasitə əlaqədar olan cəmiyyətin istehsaletmə imkanları ilə bağlıdır.

Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlığı üçün aşağıdakı ilkin


şərtlərin olduğunu demək olar:

1) Tarazlıq qarşıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. İqtisadi
inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tələbat və deməli,
proporsiyalar da dəyişir, yeni tarazlıq vəziyyətinin təmin olunmasının zəruriliyi meydana çıxır

2) Iqtisadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nəzərdə tutur.;

3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uyğunlaş-dırılması deməkdir

4) İqtisadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif
arasında tarazlıq nəzərdə tutulur.

124
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Vergilərin mahiyyəti, vəzifələri və növləri


VERGİ NƏDİR?

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi


ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət
büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır. Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür
formalarından biridir.

VERGİNİN XÜSUSİYYƏTLƏRİ:

 Vergi dövlət tərəfindən alınır.


 Vergi, dövlət xərclərinin maliyyələşdirilməsidir.
 Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır.
 Vergi əvəzsiz ödəmədir.
 Vergi məcburi ödəmədir.
 Vergi iqtisadi bir dəyərdir.

VERGİLƏNDİRMƏNİN MƏQSƏDİ:

Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları


daşıyırdı. Onlara müharibə xərcələri, qanunu həyata keçirməsi, ictimai nizam saxlamaq, mülkün
müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər,
sosial mühəndislik, və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına
və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar,
işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar
idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi
səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən
fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək
məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin
müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan
vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi

125
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti


adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar. Dövlətin
vergi sistemi çox hallarda onun və və ya hökümətdə olanların ictimai dəyərləri əks etdirir. Vergi
sistemi yaratmaq üçün dövlət qərar verməlidir ki, vergi ağırlığı necə bölüşdürülməlidir: kim nə
qədər ödəyəcək, və qazanılan vəsaitlər nəyə sərf olunacaq. Demokratik ölkələrdə ictimaiyyət
vergi sistemini idarə edənləri seçir. Vergilərdən əldə edilən vəsait həmişə dövlət tərəfindən
istifadəyə gedə bilər məbləğdən çox olmalıdır. Bu fərq “riayət qiyməti” adlanır və, misal üçün,
əmək haqqını və vergi qanunlarını həyata keçirməyin digər xərclərini əhatə edir.

Vergi – birbaşa dövlətin və ya dövlətin səlahiyyət verdiyi rəsmi orqanların dövlət


xərclərinin finansmanı üçün fiziki və hüquqi şəxslərdən aldığı məcburi ödəmələrdir.
Bəzən lüks və sağlığa zərərli görülən mallara dövlət yüksək vergi qoyaraq əlavə gəlir əldə
etməklə yanaşı vətəndaşlarının zərərli istehlak vərdişlərini dəyişdirməyə çalışır.
Vergi bəzən də yaşıl vergi, ekologiya vergisi adı altında dövlətə gəlir gətirməklə bərabər
ekologiyanı qoruma məqsədini də güdür.

VERGİLƏRİN TƏSNİFLƏŞDİRİLMƏSİ:

Dolayı vergi - Vətəndaşların hər hansı bir məhsul aldıqda və ya xidmətdən istifadə
etdikləri zaman əmələ gələn vergidir. Birbaşa yox dolayı yolla ödənilir.

Birbaşa vergi - Əldə edilən gəlirdən və ya maaşdan birbaşa ödənilən vergidir.

Subyektiv vergi - Şəxslərin şəxsi və ailəvi vəziyyətlərinə görə müəyyənləşdirilən vergidir.

Obyektiv vergi - Vergi borcunun müəyyənləşdirilməsində şəxslərin şəxsi və ailəvi


vəziyyətlərinin nəzərə alınmadığı vergidir.

Gəlir üzərindən ödənilən vergi - Şəxslərin gəlirindən alınan vergidir. Gəlir artdıqca
ödənilən vergi miqdarı da artır.

Sərvət üzərindən ödənilən vergi - Daşınan və daşınmaz əmlaka görə ödənilən vergidir.
Xərclər üzərindən ödənilən vergi - Bir şəxsin gəlir və sərvətinin xərclədiyi qisimlərindən alınan
vergidir.

VERGİLƏMƏ PRİNSİPLƏRİ:

126
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Vergiləmə prinsipləri - bir vergi sistemində yer alan vergilərin seçimində və tətbiqində
gözlənilməsi lazım olan prinsipləri ifadə edir.

Klassik prinsiplər – bu prinsiplər müasir dövrdə tam qaneedici təsir bağışlamır

İqtisadi prinsiplər – vergilərin bu prinsiplərə sahib olması təsirli vergiləmənin


şərtlərindəndir.
Klassik prinsiplər Adam Smith tərəfindən ortaya atılmış 4 əsas vergi prinsiplərindən ibarətdir:

1.Ədalət prinsipi

2.Müəyyənlik prinsipi

3.Uyğunluq prinsipi

4.İqtisadilik prinsipi

Ədalət prinsipi küylə içində olan və vergi ödəmə gücünə sahib hər kəsin, ödəmə gücü
daxilində dövlət xərclərinin finansmanında iştirakının vacibliyini ifadə edir. Şəxslər heç bir fərq
qoyulmadan ödəmə gücləri nisbətində vergi ödəməlidirlər.

Müəyyənlik prinsipi dedikdə hər kəsin ödəyəcəyi verginin növü və miqdarının


əvvəlcədən müəyyən olunması nəzərdə tutulur.

Uyğunluq prinsipinə görə vergilər ödəyicilərdən ən uyğun zamanda və şərtlərdə


alınmalıdır. Ödəyicilər vergi ödəmək adıyla çətin vəziyyətə salınmamalıdırlar.

İqtisadilik prinsipində isə ödəyicilərin ödəmiş olduqları vegi miqdarı ilə xəzinə daxil olan
vergi miqdarı arasındakı fərqin mümkün olduğu qədər az olması nəzərdə tutulur. Bu 4 prinsip
həm dövlət, həm də vətəndaşlar üçün faydalı prinsiplərdir. Ancaq müasir dövrdə bunların qəbul
olmasına baxmayaraq yetərli olmadığı düşünülür.

Vergiləmənin ən önəmli məqsədi dövlət büdcəsi hesabına müəyyən edilmiş mal və


xidmətlərin istehsalı üçün lazım olan finansman ehtiyacını qarşılamaqdır. Mali prinsiplər 2 başlıq
altında analiz olunur:

1.Məhsuldarlıq prinsipi

2.Elastiklik prinsipi

127
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Məhsuldarlıq prinsipi müəyyən bir zaman kəsiyində dövlət tərəfindən ediləcək xərclərin
böyük bir qismini qarşılayacaq səviyyədə vergi gəliri əldə edilməsini ifadə edir.
Elastiklik prinsipi bir vergi ilə əldə olunan gəlirlərin müəyyən şərtlərə görə çoxalıb azalmasını
ifadə edir.

Vergi sistemi və onu formalaşdıran əsas elementlər

Vergi münasibətləri yenidən bölüşdürücü xarakterli olduğundan ictimai tərəqqi bu


münasibətlərin inkişaf səviyyəsindən asılıdır. İqtisadiyyatda bazar münasibətlərinin
formalaşdırılması istiqamətində islahatların həyata keçirilməsi səmərəli vergitutma sistemi
yaratmadan mümkün deyildir. Vergi münasibətlərinin təkmilləşdirilməsi bütün dövlətlərin
fəaliyyətlərinin ən vacib, eyni zamanda mürəkkəb sahələrindən hesab olunur. Sosial yönümlü
bazar iqtisadiyyatlı bütün ölkələrdə vergi sistemi iqtisadyyatın tənzimlənməsində, büdcə
gəlirlərinin formalaşmasında, qiymət artımının məhdudlaşdırılmasında, infilyasiyanın qarşısının
alınmasında,dövlət maraqlarının əsas daşıyıcısı kimi çıxış edir.Vergi sistemi təkrar istehsal
prosesinin iştirakçılarının iqtisadi maralarını ifadə etməklə, onların tarazlığını və bununla da
ictimai tərəqqini təmin edir.

Bütün bunlar vergi sisteminin nəzəri və praktiki məsələlərinin hərtərəfli araşdırılmasının


vacibliyi ön plana çəkilir. Optimal vergi sisteminin qurulması vergitutmanın metodoloji və
metodiki əsaslarına yenidən baxılmasını tələb edir.

Vergilər yalnız praqnozlaşdırılmış büdcənin təmin edilməsi aləti deyil, həm də iq-
tisadiyyatın inkişafının güclü stimuluna çevrilməlidirlər.Vergilər iqtisadi münasibətlərin
təkmilləşməsinə, maraqların tarazlaşmasına, paritet əsaslarla mülkiyyətin bütün formalarının
inkişafına kömək etməlidir.

Vergi sistemi müəyyən edilmiş qaydada tutulan vergi, yığım, rüsum və digər ödənişlərin
məcmusundan ibarətdir.

Hər bir dölətin vergi sistemini bilavasitə formalaşdıran əsas elementlər aşağıdakılardır:

-Vergi orqanları sistemi

-Vergi qanunvericiliyi sistemi

128
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

-Vergi siyasətinin prinsipləri

-Vergilərin büdcələr üzrə bölüşdürülməsi qaydası

-Vergi nəzarətinin forma və üsulları

-Vergi icraatının qaydaları və şərtləri

-Beynəlxalq ikiqat vergitutma probleminin həllinə yanaşma üsulları və.s.

İqtisadi göstəricilərə ilk növbədə vergi yükü aid edilir.Qeyd etməliyik ki,optimal şəkildə
qurulmuş vergi sistemi, bir tərəfdən dölətin maliyə ehtiyatlarına olan təlabatını ödəməli,digər
tərəfdən isə vergi ödəyicilərinin sahibkarliq fəaliyyətinə olan maraqlarını stimullaşdırmalıdır.Bu
səbəbdən də vergi yükü göstəricisi ölkənin vergi sisteminin keyfiyyət ölçüsüdür.Elmi cəhətdən
sübut edilmişdir ki,səmərəli vergi sistemi vergi ödəyicilərinin gəlirlərinin 30% dən çoxunun
tutulmamasına imkan verilməməlidir.Bir sıra ölkələrin vergi sistemi, məsələn, İsveç,elə qurul-

muşdur ki, vergi ödəyicisi öz gəlirinin 50% dən çoxunu dövlət büdcəsinə ödəyir. Lakin burada
heç bir paradoks yoxdur, çünki əksər ölkələrdə vergi ödəyicilərinin öz gəlirləri hesabına həll
etdikləri sosial-iqtisadi xarakterli məsələləri bu ölkələrdə dövlət öz hesabına həll edir. Beleliklə
maraqlar balansı gözlənilmiş olur.

Vergi sistemini xarakterizə edən göstəricilərdən biri də xarici və daxili ticarətdən əldə
olunan vergi gəlirlərinin nisbətidir. Əsasən hazır məhsul ixrac edən yüksək inkişaf etmiş
ölkələrdə ixrac rüsumları cüzidir, büdcəyə əsas daxilolmalar ölkədaxili ticarətin vergiyə cəlb
olması hesabına baş verir. İnkişaf səviyyəsi aşağı olan ölkələrdə isə ixrac olunan xammala
gömrük rüsumları hesabına xarici iqtisadi fəaliyyətdən əldə olunan gəlirlərin payı yüksək olur.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.Vergilər dövlət tərəfindən
birtərəfli qaydada, yəni ayrı-ayrılıqda götürülmüş hər bir vergi ödəyicisi ilə razılaşdırılmadan
müəyyən edilir.Vergi ödəyicisindən hər hansı bir verginin tutulması üçün həmin vergi növü
müəyyən edilməli və daxil olunmalıdır.

Verginin müəyyən edilməsi dedikdə,konkret vergi ödənişini müəyyən edən və dövlətin


fəaliyyətdə olan vergi sistemində ona yer ayıran normativ aktın qəbul edilməsi başa düşülür. Bu
bir növ verginin hüquqi cəhətdən yaranması,qanunvericiliklə bəyan edilməsi deməkdir.

129
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Verginin daxil edilməsi bu və ya digər verginin büdcəyə tutulması şərti, qaydası və


prosedurasını müəyyən edən müvafiq normativ aktın qəbul edilməsidir.

Vergi islahatları aparmaga sövq edən əsas amillər bunlardər:

-Vergi sisteminin səmərəliliyinin artırılması

-İqtisadi inkişafın artım sürətini zəiflədən vergi maneələrinin aradan qaldırılması

Pul vəsaitlərinin hərəkətinin axınını üzə çıxarmaq,ölkə daxilində bağlanan bütün


kommersiya sövdələşmələrinə nəzarət etmək vergi orqanlarının iqtidarında deyil.

Dövlət vergi ödəyicilərinə nəzarətin səmərəliliyinin yüksəldilməsinin təmin edilməsi üçün


vergi ödəyicilərinin üzərinə bir sıra vəzifələr qoyur.Lakin müəyyən müddət keçdikdən sonra
ayrı-ayrı ödəyiciləri arasında vergi yükünün qeyri-bərabər bölüşdürülməsi haqqında fikirlər
formalaşmağa başlayır.Bu isə gəlirlərin gizlədilməsi,vergidən yayınma hallarının artasına səbəb
olur. Bütün bunlar isə dövləti yeni vergi islahatları aparmağa sövq edir.İnkişaf etmiş ölkələrdə
hər 5-7 ildən bir əsaslı vergi islahatları aparılır.Vergitutma nəzəriyyəsi vergi islahatları
prinsiplərinin 2 qrupunu nəzərdə tutur.1 ci qrupa vergitutmanın klassik prinsipləri daxildir.2 ci
qrupa isə ayrıca götürülmüş bir ölkədə vergi islahatları aparılan zaman həmin ölkənin spesefik
xüsusiyyətlərini nəzərə alan prinsiplər daxildir.

Vergi islahatlarının aparılmasının əsas məqsədlərindən biri sahibkarların və dövlət


maraqlarının maksimal tarazlığının təmin olunmasıdır.Sosial yönümlü bazar iqtisadiyyatı
şəraitində vergi sistemində meydana çıxan vergi hüququ münasibətlərinin tənzimlənməsində
mükəmməl normativ hüquqi bazanın olması mühüm rol oynayır.

Vergi sisteminin normativ-hüquqi bazası dedikdə,qanunların və bu qanunlara uyğun olaraq


qəbul edilmiş normativ-hüquqi aktların məcmusu başa düşülür. Ölkənin vergi sisteminin
normativ-hüquqi bazası ilk növbədə konstitutsiya hüququna,

Sonra isə mülki, inzibati,cinayət və maliyə hüquqlarına istinad etməlidir.

Vergi sisteminin normativ-hüquqi bazası aşağıdakı funksiyaları yerinə yetirməlidir:

-Vergilərin müəyyən edilməsi

-Vergilərin tutulması və ödənilməsi qaydalarının müəyyən edilməsi

130
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

-Vergi ödəyicilərinin və dövət vergi xidməti orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq
və vəzifələrinin müəyyən edilməsi

-Vergi qanunvericiliyin pozulmasına görə vergi məsuliyyəti tədbirlərinin və onların tədbiqi


qaydalarının müəyyən edilməsi

Vergilərin mahiyyəti, vəzifələri və növləri

Vergilər çox qədim zamanlarda, demək olar ki, dövlətlə eyni vaxtda meydana gəlmiş və
büdcə gəlirlərinin başlıca mənbəyidir. Lakin o, sonralar cəmiyyət inkişaf etdikcə, mövcub sosial-
iqtisadi şəraitə uyğun olaraq, gəlirlərin səfərbərliyə alınmasının əsas metodu kimi əsaslı
dəyişikliklərə uğramış və yeni-yeni növləri meydana gəlmişdir.
Vergi–dövlətin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul
vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət düdcəsinə və yerli büdcələrə, habelə məqsədli
dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və
tədiyələrin, həmçinin onların forma və metodlarının toplusu isə vergi sistemini əmələ gətirir.
Vergilər aşağıdakı vəzifələri yerinə yetirir

1. Dövlət xərclərinin maliyyələşdirilməsi–fiskal vəzifə;


2. Ayrı-ayrı sosial qrupların gəlirləri arasındakı nisbətin dəyişdirilməsi yolu ilə sosial
tarazlığın təmin olunması–sosial vəzifə;
3. Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi – tənzimləmə vəzifəsi;
4. Vergi ödəyicilərinin maraqlandırılması–stimullaşdırma vəzifəsi.

Vergilər cəmiyyətin sosial həyatında çox mühüm rol oynayır. Vergilərin, vergi
ödəyicilərinin imkanları nəzərə alınmaqla müəyyən edilməsi prinsipi mütərəqqi vergitutma qay-
dasının meydana gəlməsinə səbəb olmuşdur. Bu, o deməkdir ki, gəlirlər hissələrə bölünür, onun
hər sonrakı artan məbləğindən daha yüksək normalarla vergi tutulur.
Vergilərin tənzimləmə vəzifəsi özünü:

1) Vergitutma sisteminin müəyyən edilməsi və dəyişdirilməsində;

2) Vergi dərəcələrinin dəyişdirilməsi və fərqləndirilməsində;

131
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

3) Dövlətin iqtisadi proqramına uyğun olaraq mənfəətin və kapitalın bir hissəsinin vergidən
azad edilməsi üçün güzəştlərin nəzərdə tutulmasında göstərir.

Hökumət tərəfindən seçilmiş vergitutma sistemi çox mühüm tənzimləmə vəzifəsini yerinə
yetirir. Dövlət, xarici ticarətdə himayədarlıq siyasətini seçməklə və gömrük vergisini
tənzimləməklə, bir sıra problemlərin həll olunmasına təsir göstərir.

Müasir dövrdə vergi sistemi daha çevik tənzimlənir. Belə ki, dövlət tənzimləmə orqanları
vergi qanunvericiliyi-nin əsaslarını və strukturunu saxlamaqla, vergi dərəcələrini seçmə yolu ilə,
müvəqqəti olaraq aşağı salır, dövlətin iqtisadi siyasətini həyata keçirən müəssisələr üçün
vergiləri hətta ləğv edirlər

Vergilər iki yerə bölünür:

1) Müstəqim(birbaşa) vergilər;

2) Dolayı vergilər.

Müstəqim vergilərə vətəndaşların gəlirlərindən və onlara məxsus olan əmlakdan,


korporasiyaların (firmaların) mənfəətindən tutulan, habelə sosial vergilər (məsələn, sosial sığorta
ayırmaları), topraq vergisi və s. aiddir. Bunlar konkret fiziki və ya hüquqi şəxslərdən tutulur və
buna görə də müstəqim (birbaşa) vergilər adlanır. Dolayı vergilərə isə əlavə dəyər vergisini,
aksizləri, daşınmaz əmlak və qiymətli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergiləri və
s. misal göstərmək olar.

Büdcənin gəlir mənbələrindən biri vətəndaşların gəlirləri və onların əmlakından tutulan


vergilərdir. Bu verginin obyekti əldə edilməsi mənbələrindən asılı olmayaraq vətəndaşların şəxsi
gəlirləridir (əmək haqqı, sahibkar gəliri, faiz, dividend, renta, qələm haqqı və i.a.). Bu vergilər
mütərəqqi vergi dərəcələri ilə tutulur. Başqa sözlə, əvvəlcə vergiyə cəlb olunmayan minimum
məbləğ müəyyən edilir. Sonra qalan məbləğdən mütərəqqi dərəcə ilə, yaxud da həmin məbləğ
müxtəlif hissələrə bölünməklə, hər sonrakı hissədən daha mütərəqqi dərəcələrlə vergi tutulur.
Dövlət büdcəsinin gəlirləri əsas etibarı ilə müxtəlif mülkiyyət formasına mənsub olan
müəssisələrin mənfəətindən tutulan vergilər hesabına formalaşır. Vahid vergi siyasətinə
əsaslanan bu bölgü mexanizmi, müəssisələrin əldə etdikləri mənfəətin qanunla müəyyən
olunmuş bir hissəsinin vergi şəklində dövlət büdcəsinə yönəldilməsini nəzərdə tutur. Mənfəət

132
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

vergisini hüquqi şəxs statusu olan korporasiyalar (firmalar, müəssisələr) ödəyirlər. Lakin kiçik
bizneslə məşğul olan bəzi firmalar üçün istisna halları nəzərdə tutulmuş Torpaq vergisi də vardır.

Bu vergi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətlərinin


nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
Vergitutma obyekti fiziki şəxslərin və müəssisələrin mülkiyyətində və ya istifadəsində olan
torpaq sahəsidir.

Büdcə gəlirləri içərisində sosial sığorta ayırmalarının da rolu artır. Sosial sığorta ayırmaları
həm ayrı-ayrı şəxslər, həm də müəssisələr tərəfindən ödənilir. Bununla əlaqədar olaraq şəxsi
əmlak sığortası və sosial sığortanı bir-birindən fərqləndirmək lazımdır. Birinciyə tikintinin,
əmlakın və s. icbari və ya könüllü sığortası aiddir. İkinciyə isə qanunvericilikdə müəyyən
olunmuş norma ilə əmək haqqına görə hesablanan və istehsal xərclərinə daxil edilən, yaxud da
işçilərin əmək haqqından tutulan məbləğlər (məsələn, pen-siya fonduna hesablamalar) nəzərdə
tutulur.

Sosial sığorta ayırmaları məqsədli xarakter daşıyır, büdcədənkənar xüsusi fondlara daxil
olur və pensiya verilməsi, habelə yardım göstərilməsinə sərf edilir.
Dolayı vergilərin növlərindən biri aksizlərdir. Aksiz əmtəələrin satış və göstərilən bəzi xidmət
növlərinin tarif qiymətlərinə əlavə şəklində müəyyən edilir. Bu verginin ödəyiciləri
istehlakçılardır.

Aksiz sözün dar mənasında məhdud miqdarda əmtəələrin, bir qayda olaraq kütləvi istehlak
mallarının qiymətlərinə əlavə edilir. Geniş mənada isə dolayı verginin iki növünü – satış vergisi
və əlavə dəyər vergisini özündə birləşdirir.

Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir. XVII –
XIX əsrlərdə isə əmtəə-pul münasibətlərinin genişlənməsi ilə əlaqədar olaraq vergilərin başlıca
növünə, Avropanın qabaqcıl ölkələrinin əksəriyyətində dövlət gəlirlərinin əsas mənbələrindən
birinə çevrilmişdir. Hazırda geniş mənada başa düşülən aksiz, inkişaf etmiş ölkələrdə bütün vergi
gəlirlərinin təqribən 1/4-ni təşkil edir.

Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür:

1) Fərdi (seçmə) aksizlər;

133
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

2) Universal aksizlər.

Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu, başlıca olaraq
duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə olunmuşdur. İmperializm
mərhələsində seçmə aksizin şamil edildiyi əmtəələrin siyahısı genişləndirilmiş və avtomobillərin,
soyuducuların, ətriyyat mallarının qiymətlərinə də daxil edilmişdir. Son dövrlərdə bu vergi
benzin, ağ neft, qaz, habelə telefon xidmətləri, nəqliyyatda yükdaşınması, avia və dəmir yolu
biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə 600-dən çox
seçmə aksiz fəaliyyət göstərir.

İkinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin çoxunda seçmə aksizə universal
aksiz və ya dövriyyə vergisi – müəssisələrin ümumi gəlirindən faizlə alınan vergi əlavə
edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki ölkədə – ABŞ və Kanadada tətbiq edilir.
Dövriyyə vergisi nəticə etibarilə pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən
ödənilir. XX əsrin 60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə
universal aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur.
Verginin bu növünün dövriyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən
deyil, istehsal və satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələsində əlavə dəyərdən
alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsullarını reallaşdırdıqdan sonra əldə etdikləri pul
və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan satın alınmış xammal,
yarımfabrikat və xidmətlərə sərf olunan xərclər arasındakı fərq kimi hesablanan əlavə dəyərə
görə müəyyən edilir. Əlavə dəyər vergisi təcrübədə aşağıdakı kimi hesablanır. Müəyyən
edilmiş norma ilə satılmış məhsulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra
bundan həmin məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfabrikat və
xidmətlərin dəyərinə görə hesablanan vergi çıxılır

Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi 8-20%
arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün sahələri və xidmət
növləri üçün vergi dərəcələri eynidir. Əlavə dəyər vergisi əsas etibarilə pərakəndə satış
qiymətlərinin tərkibində istehlakçılar tərəfindən ödənilir.

Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliyyətlərini tənzimləmək üçün


kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə mal ixrac edən müəssisələri

134
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların qiymətlərinə daxil edilmiş əlavə
dəyər vergisi sonradan özlərinə qaytarılır.

Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şərabı, pivə, nərə və qızıl balıq
kürüsü, təbii xəz və gön-dəri məmulatı, məişət kondisionerləri, maşında toxunmuş xalçalar və
xalça məmulatları, minik maşınları, müxtəlif növ siqaretlər və s. üzrə aksiz vergisi müəyyən
edilmişdir.

Digər vergi növləri də (əmlak, yol, mədən, yerli) vardır. Əmlak vergisinin obyekti fiziki
və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı
vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat
vasitələri, mədən vergisinin obyekti isə yerin təkindən çıxarılan faydalı qazıntılardar.
Yerli vergilər (bələdiyyə vergiləri) müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına
əsasən tətbiq olunan və onların ərazilərində ödənilən vergilərdir. Bələdiyyələr öz ərazilərində
yerli vergitutma üzrə güzəştlər edə və müəyyən hədlərdə vergi dərəcələrini dəyişdirə bilərlər.

Müəyyən olunmuş qaydalara görə bəzi vergilər mərkəzi, bəziləri isə yerli büdcəyə
daxil olur. Məsələn, aksizlər tamamilə yerli büdcəyə daxil olur, korporasiyaların (firmaların)
mənfəətindən tutulan vergilər isə mərkəzi və yerli büdcə arasında müəyyən nisbətdə
bölüşdürülür. Lazım gəldikdə yerli büdcə mərkəzi büdcədən subsidiya alır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə büdcənin mədaxilinin 40%-i şəxsi gəlirlərin, 10%-
i korporasi-yaların mənfəətindən tutulan vergilərin, 30%-i sosial vergi-lərin (ayırmaların), 10%-i
əlavə dəyər, 5%-i gömrük, 5%-i isə digər vergilər və vergi daxilolmalarının payına düşür.
Müstəqim vergiləri istehlakçılardan tutmaq mümkün deyildir. Onlardan yalnız torpaq vergisini
və digər daşınmaz əmlakdan alınan vergiləri tutmaq çətinlik törətmir. Ona görə ki, bu vergilər
icarə haqqı və mənzil kirayəsinə, kənd təsərrüfatı məhsullarının qiymətlərinə daxil edilir.
Dolayı vergiləri isə əmtəə və xidmətlərin elastikliyi göstəricisindən asılı olaraq son
istehlakçılardan tutmaq mümkündür. Belə ki, tələbin elastikliyi aşağı olduqda verginin
çox hissəsini istehlakçıdan "çıxartmaq" mümkün olur. Tələbin elastikliyi yüksək olduqda,
dolayı vergilərin artırılması istehlakın, təklifin elastikliyi yüksək olduqda isə bu, xalis mənfəətin
azalmasına səbəb olur. Bu da öz növbəsində sərmayə qoyuluşunun ixtisar olunmasına, kapitalın
digər fəaliyyət sahəsinə axıb getməsinə şərait yaradır. Vergilərlə bağlı bütün məsələlər dövlətin
qanunvericiliyi əsasında tənzimlənir.

135
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Fiskal və Monetar siyasət

(Fiscal and Monatary Policy)


Hər bir ölkədə nə qədər inkişaf etsə də müəyyən bir biznes dövriyyəsi var. Bir müddət hər
şey yaxşı olur, iqtisadi artım güclü olur. Ondan sonra heç bir səbəb olmadan iqtisadi yavaşlama
baş verir, bəzən bu özünü daha sərt formada, böhran formasında göstərir. Daha sonra isə yenidən
inkişaf başlayır. Bu dalğalı formada daim davam edir. Dövlətin, Mərkəzi Bankın işi bunu o
formada balanslaşdırmaqdır ki, düşüş zamanı o qədər sərt təsirini göstərməsin və iqtisadi inkişaf
olan zaman güclü inflyasiya yaranmasın. Bunu etməyin 2 cür yolu var:

1) Fiskal siyasət.

2) Monetar siyasət.

Fiskal siyasət faktiki olaraq dövlət xərcləmələrini idarə etməkdir. Bu adətən büdcə
formasında baş verir. İqtisadiyyatın yaxşı olduğu vaxtlarda dövlət vergiləri nisbətən yuxarı tutur
ki, ölkədə aktivlik nisbətən azalsın və inflyasionar təzyiqlər yaranmasın. Eyni zamanda əgər
böhran və ya böhrana meyilli vəziyyət yaranarsa dövlət vergiləri aşağı salır ki, iqtisadi aktivlik
artsın. Bu dövlətin pulu iqtisadiyyatdan çıxarma forması idi. Bununla yanaşı iqtisadiyyata pulu
buraxma forması da var. Buna bir növ Keynijizm (Keynsçilik) deyilir. Bu ideyanı 20-30-cu
illərdə Con Menyard Kens adlı ingilis iqtisadçı irəli sürüb. Bunun ikinci forması isə dövlətin
büdcədən artıq xərclər etməsidir. Məsələn, iqtisadi zəiflik olan zaman dövlət borclanaraq və ya
hər hansı bir formada ölkə iqtisadiyyatına çoxlu pul buraxır və bu iqtisadi fəallığa gətirib çıxarır.
Dövlət bir şeyə pul xərcləyəndə, yollar tikiləndə, böyük infrastruktur layihələri həyata
keçiriləndə avtomatik olaraq xərcləmə edir, bu xərclər başqa insanlara da kapital yaradır, onlar
başqa xərcləmə edirlər və bu formada iqtisadi fəallıq yaranır. Soruşa bilərsiniz ki, nəyə görə
dövlət daim vergiləri aşağı saxlayıb xərcləmələri yuxarı etmir. Birincisi, büdcə balansı pozulacaq
və borclanmaya gətirib çıxaracaq. İkincisi və daha önəmlisi, ölkədə inflyasiya yaranacaq.
İdarəetmənin ikinci forması isə monetar siyasətdir. Monetar siyasət ölkədəki pul kütləsinin idarə
olunmasıdır. Yəni ki, dövlət yaxşı vaxtlarda pul kütləsini nisbətən qısmağa başlayır ki, pulun
çoxluğu inflyasiyaya gətirib çıxarmasın. İqtisadi daralma zamanı isə əksinə, dövlət pulu çap edir

136
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

və iqtisadiyyata buraxır ki, ölkədə pulun həcmi artsın və iqtisadi fəallıq çoxalsın. Monitar
siyasəti idarəetmənin başqa yolları da var. Məsələn, dövlət bondları, yəni isitqrazlar. Dövlət özü
borclanır və iqtisadiyyata istiqrazlar buraxaraq dövriyyədə olan pulun bir qismini çıxarmış olur.
Bu ölkədəki pul kütləsini azaltmağın bir yoludur. Yaxud da dövlət deyə biər ki, mən banklara
müəyyən rezerv tələbi qoymuşam və o rezerv tələbini yuxarı qaldırıram. Tutaq ki, hər bir bank
rezervində 100 min manat tutmaq məcburiyyətində idisə, bunu qaldıraraq 200 etdik. 200 olduğu
müddətdə həmin bank dövriyyədən bir az pul çıxarıb rezervində saxlamaq məcburiyyətindədir.
Belə olduğu halda ölkədəki pul kütləsi və ya iqtisadi termin kimi desək M1 azalmış olur və bu da
monitar siyasətin bir qoludur.

Fiskal siyasət (fiscal policy) – hökumətin büdcə xərcləri və vergi sistemi ilə bağlı elə
tənzimləyici siyasətidir ki, bu, son nəticədə milli gəlirin və xərcləmələrin strukturuna və yenidən
bölgüsünə təsir edir. Beynəlxalq praktikada vergi dərəcələrinin artırılması və ya büdcə
xərclərinin kəskin azaldılması fiskal siyasəti gərginləşdirən amillər kimi nəzərdən keçirilir.
Optimal fiskal siyasət vergi dərəcələrinin dəyişməsinin işgüzar aktivliyə, büdcə xərclərindəki
dəyişikliklərin inflyasiya və faiz dərəcələrinə, büdcə kəsirinin isə makroiqtisadi tarazlığa təsirini
nəzərə almaqla icra edilməlidir. Bəzi iqtisadi ədəbiyyatlarda büdcə-vergi siyasəti də adlandırılan
fiskal siyasət iqtisadi tsikllərdən və monetar siyasətdən də asılıdır. Fiskal siyasətin diskret və
avtomatik olmaqla iki növü fərqləndirilir ki, əsas fərq də onların stimullaşdırma funksiyalarının
vəziyyəti ilə bağlıdır. Fiskal siyasət mərkəzi hökumətin büdcə mövqeyidir. Məcmu tələbi
stimullaşdırmaq üçün vergiləri azaltmaq və ya dövlət xərclərini artırmaq “zəiflədilmiş fiskal
siyasətə” istinad edir. Yüksək vergi dərəcələri və dövlət xərclərinin azaldılması fiskal siyasəti
gərginləşdirir. Fiskal siyasətin iqtisadi idarəetmədə müvafiq çəkisi ilə bağlı əhəmiyyətli
ziddiyyət fiskal siyasətlə əlaqəlidir. Fiskal siyasətdən qısa müddət ərzində iqtisadiyyatı
tənzimləmək üçün istifadə olunur və onun yaxın məqsədi borc almağın münasib səviyyəsinin
qorunmasının saxlanmasına və qızıl qayda, sabitlik və artım paktı qaydalarına
istiqamətlənmişdir.

İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə
iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət
vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə
təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı

137
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri
dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir:

 Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi;


 Yığım və investisiyalar;
 Gəlirlərin bölgüsü.

Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal
siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsi ilə
iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz
dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir.

Fiskal siyasətin növləri

Fiskal siyasətin 3 əsas növü vardır:

 Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman
dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir
göstərir.
 Genişləndirici fiskal siyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir. Bu siyasət adətən
böhran dövründə həyata keçirilir.
 Daraldıcı fiskal siyasət həyata keçirilirsə, dövlət gəlirlərinin yalnız bir hissəsi xərclərə
yünəldilir. Qalan hissə isə dövlətin daxili və ya xarici borclarının ödənməsinə yönəldilir.

Lakin, bu təsnifat aldadıcı ola bilər. Çünki, bəzən vergi dərəcəsində və ya xərclərdə
dəyişiklik edilmədiyi hallarda belə, iqtisadiyyatda biznes tsiklləri zamanı yaranan tərəddüdlər
vergi gəlirlərinin və bəzi dövlət xərclərinin dəyişməsinə və büdcə kəsrinin yaranmasına səbəb ola
bilər. Amma bu heç də siyasətdə dəyişiklik hesab olunmur. Buna görə də, yuxarıda qeyd
etdiyimiz “dövlər gəlirləri” və “dövlət xərcləri” adətən “dövrü olaraq tənzimlənən dövlət
gəlirləri” və “dövrü olaraq tənzimlənən dövlət xərcləri” adlandırılır. Nəticədə, məsələn, dövlət
büdcəsi iqtisadi tsiklin böyük bir hissəsində balansdadırsa, bunu neytral fiskal siyasət hesab
etmək olar.

138
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Gəlirlərin formalaşma mənbələri

Dövlət xərcləri hərbi və polisdən tutmuş təhsil və səhiyyəyə kimi xidmətlərə eləcə də,
əhalinin az gəlirli hissəsinə ödənən transfertlərə yönləndirilə bilər. Bu xərclər bir
çox mənbədən maliyələşə bilə:

 Vergilər;
 Daxili və xarici borcların alınması;
 Dövlət rəsmi ehtiyatlarının xərclənməsi;
 Dövlət aktivlərinin satılması;
 Senyoraj (ing. Seigniorage) (pul çapından əldə edilən gəlir);
 Dövlət müəssisələrinin mənfəəti.

Sıxışdırma effekti

Fiskal siyasət sıxışdırma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə
həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu
resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət
özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.

Avtomatik tənzimləyicilər
Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsi ilə də həyata keçirilə bilər. Bu mexanizm
vasitəsi ilə fiskal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər
minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca
işsizlərə verilən müavinətlərin ümumi həcminin artmasını və gəlir azaldıqca vergi dərəcəsinin
azalmasını göstərmək olar.

Elmi olaraq sübut edilmişdir ki, vergiödəyicisinin vergi yükünün artırılması (vergilərin
sayının və vergi dərəcələrinin artırılması, vergi güzəştinin və preferensiyasının ləğvi) zamanı
vergi sisteminin səmərəliliyi əvvəl artır və öz maksimumuna çatır, sonra kəskin azalmağa

139
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

başlayır. Bu vaxt büdcə sisteminin itkilərini bərpa etmək (doldurmaq) olmur, çünki vergi
ödəyicilərinin müəyyən hissəsi dağılır və ya istehsalın istiqamətini döndərir, digər hissəsi qanuni
və ya qeyri-qanuni yolla vergi ödəmələrini minimuma endirməyə cəhd edir. Vergi yükünün
azaldılması zamanı pozulmuş istehsalın bərpa edilməsinə illər tələb olunur.

Bundan başqa, vergini ödəməkdən yayınmağın real yolunu tapmış vergiödəyicisi hətta
“əvvəlki” vergi ayırmaları səviyyəsinə qayıtdıqda belə vergini tam həcmdə ödəməyəcəkdir.
Bununla əlaqədar olaraq vergiödəyicisinin optimal vergi yükü problemi həm iqtisadi inkişaf
etmiş və həm də keçid dövründə olan istənilən vergi sisteminin qurulmasında və
təkmilləşməsində xüsusi rol oynayır.

İqtisadiyyatın effektiv dövlət tənzimlənməsi məqsədilə vergi sistemində nəzərə çarpacaq


dəyişikliklərin təşkil edilməsi, təsərrüfat proseslərinin tənzimlənməsi, əhalinin əsas qrupları
arasında iqtisadi tarazılığın təmin edilməsi daima aktuallıq daşıyır. Buna görə də aşağıdakı bir
çox mühüm məsələləri, vergi sistemini və yığımları formalaşdırmaq lazımdır:

 Vergi güzəştləri sisteminin təfsilatlı təsnifatının yaradılması, mənfəətdən və əhalininin


gəlirlərindən vergitutmada vergi ayırmalarından geniş istifadə edilməsi
 İqtisadiyyatın vəziyyətini və imkanlarını nəzərə almaqla vergi dərəcələrinin azaldılması, ayrı-
ayrı fəaliyyət növlərinin təsərrüfat əməliyyatlarının növündən və məzmundan asılı olaraq
vergiqoymadan azad edilməsi.
Səmərəli vergi sisteminin qurulmasında əsas hesab edilən prinsiplər eyni vaxtda dövlətin və
vergi ödəyicilərinin maraqlarını nəzərə alan, istehsalın genişləndirilməsi, innovativ istiqamətə
meyllənməsi və modelləşdirilməsinə şərait yaradan vergi qoymanın iqtisadi prinsipləridir.

ÜDM-in istehsal üsulu ilə hesablanmasına diqqət yetirdikdə görmək olar ki, real sektorun
ənənəvi və digər iqtisadi fəaliyyət növləri (maşınqayırma, metallurgiya, kənd təsərrüfatı,
çeşidləmədən ayrılmış xammalın təkrar istehsalı, ekoloji təmiz istehsal, alternativ enerji
mənblərindən son məhsul istehsalı və s. sənaye sahələri) o cümlədən ticarət və xidmət sektoru
üzrə daha çox əlavə dəyər verən, həmçinin iqtisadi siyasətin yerinə yetirilməsinə xidmət etməsi
üçün sahələr üzrə əlavə dəyərdə payı çox olan istehsal faktorlarınına vergi sisteminin təsiri
mütləqdir. Yəni burada hər hansı sahibkarlıq subyektinin (müəssisə) iqtisadi fəaliyyətinin
nəticəsində əldə edilən son məhsulun bazar qiymətində əlavə dəyər payı daha cox olan istehsal

140
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

faktorlarını (əməkhaqqı, əsas vəsaitə qoyulan xərc, mənfəət, torpaq rentası və s.) təyin etmək və
bu istehsal faktorlarının müxtəlif nominal həcmləri üçün nəzərdə tutulmuş vergi dərəcələrinin
sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirini araşdırmaq və həmçinin təsərrüfat subyektinin
gəlirini gizlətməsi meyllərini araşdırmaq tələb olunur. Bunun üçün milli hesablar sistemində
(MHS) verilən rüblük və illik hesabatlara baxmaqla əlavə dəyərdə payı çox olan istehsal
faktorlarını həm iqtisadi fəaliyyət növlərinə həm də institutsional sektorlara (qeyri-maliyyə,
maliyyə, dövlət müəssisələri, ev təsərrüfatı subyektləri və s. subyektlər) görə təyin etmək
mümkündür. AR-nın DSK-nin MHS və tədiyyə balansı üçün cari qiymətlərlə hazırladığı
iqtisadiyyat üzrə toplu hesablarda əmək ödənişlərinin (istehsal faktoru) ümumi əlavə dəyərdə
payına baxdıqda görmək olar ki, son 22 ildə bu göstərici 56%-15% arasında dəyişmişdir. Əmək
ödənişlərinin nominal həcmi də eyni dövdə cari qiymətlərlə hər il artmış və 2013-cü ildə 10.77
milyon manat təşkil etmişdir. Beləliklə, ÜDM-in formalaşmasında əmək ödənişlərinin payı
həlledici rol oynayır. Digər tərəfdən ümumi əlavə dəyərin tərkibində olan ümumi mənfəətə nəzər
yetirsək görə bilərik ki, bu göstərici əmək ödənişlərindən xeyli çoxdur. Ümumi mənfəətin ümumi
əlavə dəyərə nisbəti son 20 ildə 71%-84% arasında dəyişmişdir. Nominal həcmə baxdıqda isə
eyni dövrdə bu faktor hər il artmış və 2013-cü ildə 43.848 milyon manat təşkil etmişdir. Deməli,
ÜDM-in formalaşmasında ümumi mənfəətin payı həlledici rola malikdir və sahibkarlığın effektiv
inkişafı üçün fiziki şəxslərdən gəlir vergisi və hüquqi şəxslərdən mənfəət vergisinə təsir etməklə
vergi sistemi burada da vacib əhəmiyyət kəsb edir. AR Vergilər Nazirliyinin rəsmi statistika-
hesabat məlumatlarına əsaslanaraq görmək olar ki, gəlir vergisinin mənfəət vergisinə olan nisbəti
son 15 ildə 33% olmuşdur. Burada iri vergi ödəyicilərinin büdcədaxilolmalarında payını çıxsaq
gəlir vergisinin mənfəət vergisinə olan nisbəti təxminən paritet halında olar. Bu o deməkdir ki,
mənfəət və gəlir vergisi arasındakı asılılıqdan irəli gələn gəlir və ya mənfəətin müxtəlif nominal
həcmində fiziki şəxslərin və o cümlədən hüquqi şəxs qismində çıxış edən təsərrüfat
subyektlərinin vergidən yayınma meylləri eyni mahiyyətli fəaliyyətin başqa formada
qeydiyyatdan keçirilməsi ilə sahibkarlıq fəaliyyətinin real görüntüsünü poza bilər.
Gəlir və mənfəət vergisi arasındakı asılılığa baxsaq görərik ki, gəlirin aylıq həcmi AZN
5500 olduğu halda vergi ödəyicisi istər muzdlu işdən istərsə də muzdlu işə aid olmayan
sahibkarlıq-fəaliyyəti göstərməklə eyni məbləğdə (AZN1100) vergi ödəmiş olur. Hesablanması:
0.2X = AZN350 + (X-AZN 2500)*0.25; X = AZN5500, 0.2X = AZN1100. Burada 0.2 əmsalı –
sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin 20%-ə bərabər olan mənfəət

141
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

vergisini, (X-AZN 2500) – fiziki şəxsin gəlirinin 2500 manatdan yuxarı olan hissəsini göstərir.
Aydın olur ki, aylıq gəliri AZN 0-AZN 5500 arasında dəyişən sahibkarlıq subyekti daha az vergi
ödəmək məqsədilə özünə əmək haqqı ödəyərək təsərrüfat fəaliyyətini fiziki şəxsin gəliri kimi
bəyan edə bilər. Aylıq gəliri AZN 5500-dən çox olan fiziki şəxslər isə daha az vergi ödəmək
məqsədilə öz gəlirlərini sahibkarlıq fəaliyyəti və ya digər korporativ fəaliyyət adı altında bəyan
etməyə meyyli ola bilərlər. Qeyd edək ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ictimai
əhəmiyyətli subyektlər qiymətli kağızlar bazarında yeni səhmlər buraxaraq bu səhmləri səhm
opsionları formasında öz işçilərinə gəlir əvəzinə ödəyə bilirlər. Belə olduğu halda işçilər fiziki
şəxsin gəlir vergisini deyil mənfəət vergisini ödəmiş olurlar. Bu isə aylıq gəliri AZN 5500-dən
yuxarı olan fiziki şəxslərin vergidən yayınması üçün bir vasitə rolunu oynayır. İnkişaf etmiş
ölkələrdə dövlət səhm opsionlarına maksimum hədd təyin edir (məs. ABŞ-da USD 100,000).
İctimai əhəmiyyətli olmayan sahibkarlıq subyektlərində və müəssisələrdə isə real praktikada belə
həddlər tətbiq edilmir.

Beləliklə, əlavə dəyərin hesablanmasında komponentlərdən biri kimi yer almış ümumi
mənfəəti əsas götürərək onun iqtisadi fəaliyyət növü və institutsional sektorlar üzrə pay
artıqlığının olduğu yerlərdə vergiqoyma, vergi dərəcələri, güzəştlər, vergi ödəmə müddəti
obyektlərini özündə birləşdirən elə vergi mexanizmi seçilməlidir ki, əlavə dəyərin payını ayır-
dıqda investisiyanın azalması baş verməsin, sahibkarlığın və istehsalın inkişafı dayanmasın.

Vergi sisteminin qurulmasının təhlil edilməsi və vergi sisteminin islahatları sahəsində


aparılan tədbirlər aşağıdakı nəticələri əldə etməyə imkan verir:

 Vergi sistemləri formalaşdırılan zaman əsasən vergi inzibatçılığı ilə əlaqədər olan prinsipləri və
ümumi qəbul edilmiş vergiqoymada klassik prinsipləri tam həcmdə həyata keçirir;
 Ölkədə vergi islahatının aparılması zamanı təcrübədə nisbi bərabərlik prinsipini və düzgünlüyü
əks etdirən fəaliyyət göstərən vergi mexanizmləri hələlik yaradılmaqdadır ki, burada da vergi
ödəyicisinin eyni vaxtda qanunla qoyulmuş vergini ödəməsi və istehsalın genişlənməsi və
modernləşdirilməsi imkanları nəzərdə tutulur.
 Fəaliyyətdə olan vergi səviyyəsi müəssisələrə modernləşdirmə üçün, istehsalın
genişləndirilməsinə, investisiya proqramlarının həyata keçirilməsinə, yeni texnologiyaların
araşdırılmasına və tədqiqatların aparılmasına vəsait toplamağa imkan yaradır.

142
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 Fəaliyyət göstərən vergiqoyma sisteminin vergi mexanizminin fəaliyyət səmərəliliyinin


formalaşdırılması məqsədi ilə getdikcə onun təkmilləşdirilməsinə ehtiyac vardır.
Deyilən nəticələr əsasında məqsədə uyğun olaraq vergi sisteminin və mexanizminin
təkmilləşdirilməsi və ilkin dövrdə istiqamətləndirilmiş sahibkarlıq fəaliyyətinə sonrakı
mərhələdə isə bu stimulun qorunmasına xidmət edən investisiya-innovasiya yönlü inkişafa keçidi
təmin edən vergi mühitinin yaradılması təklif edilir.

Qeyd edək ki, sadələşmiş vergi üzrə büdcə daxilolmalarının həcmi gəlir və mənfəət vergisi
ilə müqayisədə əhəmiyyətli dərəcədə az olduğu üçün bu vergi növü üzrə təhlilə az yer ayrılmışdır

Pul-kredit (monetary policy) siyasəti

Monetar siyasət(ing. Monetary policy ) zamanı iqtisadiyyat pul və onun alətləri vasitəslə
idarə edilir və tənzimlənir. Monetar siyasətdən 19-cu ərslərin sonlarından etibarən istifadə
edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən
pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün
müxtəlif alətlərdən istifadə edir ki, bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə
təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi
subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi
mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini
idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir.
Hətda bundan əvvəl Bretton Woods sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını
təklif edirdi. Modern dövrdə əksəriyyət ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil
qurumlar (ABŞ-da Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq
Bankı, Yeni Zellandiya Ehtiyat Bankıvə Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu
qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və
səlis həyata keçirilməsində də məsuliyyətlidirlər.

Monetar siyasətin növləri

143
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 Daraldıcı siyasət yeridilirsə, bu zaman pul təklifi azaldılacaq və ya az artırılacaq yaxud faiz
dərəcəsi yüksəldiləcək.
 Genişləndirici siyasət zamanı isə, pul təklifi kəskin artacaq və ya faiz dərəcəsi azaldılacaq.
Bundan əlavə, monetar siyasətin məqsədindən asılı olaraq aşağıdakı növləri var:
 Yumşaq pul siyasəti. Mərkəzi bank faiz dərəcəsin aşağı salmaqla, iqtisadi artıma təkan verir
 Neytral pul siyasəti. Mərkəzi bank faiz dərəcəsində dəyişiklik etmir. Beləliklə nə iqtisadi
artım təşviq edilir nə də inflyasiya ilə mübarizə aparılır.
 Sərt pul siyasəti. Bu zaman faiz dərəcəsi yuxarı səviyyədə saxlanmaqla, inflyasiya azaldılır.

Monetar siyasətin alətləri

Monetar siyasətin əsas alətlərindən biri açıq bazar əməliyyatlarıdır. Bu alət dövlət
istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarı
idarə edilməsinə səbəb olur. Bütün bu əməliyyatlar zamanı az ya da çox həcmdəki valyuta bazar
dövriyyəsindən çıxır və ya dövriyyəyə daxil olur. Adətən qısa müddətli açıq bazar
əməliyyatlarının səbəbi qısa müddətli faiz dərəcəsinə nail olmaqdır. Digər tərəfdən isə, bu
əməliyyatlar hər hansı xarici valyutada (və ya qızılda) xüsusi mübadilə dərəcəsini qoruyub
saxlamağa xidmət edir. Monetar siyasətdə istifadə edilən digər əsas alətlərə isə aşağıdakılar
daxildir:

 Diskont faiz dərəcəsi,


 Məcburi ehtiyat norması,
 Mənəvi razısalma (ing. Moral suasion),
 Açıq ağız əməliyyatları (ing. Open Mouth Operations)

Monetar siyasət likvidlik tələsində effetsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın
olduqda, Mərkəzi bank ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir. Bu zaman qeyri
ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla
istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını
satır.

Monetar siyasət dövriyyədə olan faiz dərəcəsinə və pul olan təklifə təsir edər.

144
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Fiskal siyasət isə, iqtisadiyyatda məcmu tələbə təsir etmək üçün, hökümətin dəyişən vergi
dərəcələrini və dövlət xərclərinin səviyyəsini təşkil edir.

Hər iki siyasətin oxşar cəhəti iqtisadi artıma nail olmaq və inflyasiya prosesini nəzarə
etmək üçün istifadə edilməsidir.

Fərqli cəhətlərini aydın görmək üçün gəlin hər birinə ayrılıqda baxaq.

Monetar siyasət ümumi olaraq Mərkəzi Banklar və ya monetar qurumlar tərəfindən


aparılır, hansı ki bu qurumların missiyası dövriyyədə olan pul təklifi ilə bağlıdır. Monetar
siyasət iki cür aparıla bilər:

1. Ümumi faiz dərəcələrinin müəyyən edilməsi ( misal üçün Azərbaycanın mərkəzi bankı)
2. Pula olan təklifə təsir edilməsi , buna misal olaraq pula olan təklifin miqdarının
artırılması tədbirlərini göstərmək olar

Bəs monetar siyasət necə işləyir?

Tutaq ki, mərkəzi bank inflyasiya həddini 2% olaraq müəyyən edib. Əgər mövcud
inlyasiyanın inflyasiya səviyyəsindən yuxarı olacağı proqnoz edilərsə, mərkəzi bank daha çox
iqtisadi artıma nail olmaq üçün faiz dərəcələrini artırır. Daha yüksək faiz dərəcəsi, borclanma
maliyyətini artırar və bu da sərmayə və istehlak xərclərini azaldar. Beləliklə pula olan tələbin
azalması nəticəsində inflyasiya aşağı düşər. Əgər iqtisadi durğunluq baş verərsə, Məkəzi Bank
faiz dərəcələrini azaltma siyasəti yürüdəcək.

Fiskal siyasət isə dövlət tərəfindən həyata keçirilən bir siyasətdir. İki yolla həyata keçirilir.

1. Dövlət xərclərinin səviyyəsinin dəyişdirilməsi


2. Vergilərin səviyyəsinin dəyişdirilməsi

 Tələbi artıraraq iqtisadi artıma nail olmaq üçün hökümət faiz dərəcələrini azaldaraq ,
xərcləri artıracaq ( bu siyasət əsasən büdcə defisitinə, yəni büdcə kəsrinə yol açar)

145
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 Tələbi azaldıb, inflyasiyaya mane olmaq üçün hökümət faiz dərəcələrini


qaldırar, xərcləri isə azaldar ( bu siyasət əsasən büdcə profisitinə, yəni büdcə artıqlığına
yol açar)

Durğunluq dövründə , hökümət borclanma maliyyətini artırmaq üçün dövlət xərlərini daha
çox infrastrukturlara yönəltməyə qərar verir. Dövlət xərclərindəki bu artım, iqtisadiyyatda pul
emissiyasına yola açacaq, bu da yeni iş sahələrinin yaradılması deməkdir. Tələbin həcmindəki
artım isə iqtisadiyyatın durğunluq dövründən azad edəcək.

Dövlət inlyasiya olacağını proqnoz edərsə, iqtisadi artımın dərəcəsini düşürmək


üçün deflyasiya fiskal siyasəti də (daha yüksək vergi dərəcəsi, daha aşağı xərc) tətbiq edə bilər.

146
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Mərkəzi Bank və funksiyaları

(Central Bank and functions)

Mərkəzi Banklar bu gün istənilən inkişaf etmiş dövlətin maliyyə sistemində ən başlıca
tərkib elementlərdən biri rolu oynayır, bu qurum ölkənin rəsmi pul-kredit siyasətinin bilavasitə
həyata keçirən vasitəçi rolunda çıxış edir. Pul-kredit siyasəti özlüyündə əlbəttə ki, büdcə siyasəti
ilə birlikdə, bütünlükdə ölkə iqtisadiyyatının dövlət səviyyəsində tənzimlənməsi üçün təməl
qismində çıxış edə bilər. Məhz buna görə də Mərkəzi Bankın fəaliyyətinin effektiv aspektləri
bütünlükdə bazar iqtisadiyyatının işinin effektiv təşkili üçün olduqca vacib şərt rolunu oynayır.

Ən birinci Mərkəzi Banklar təqribən 300 il bundan öncə meydana gəlməyə başladılar.
Emissiya bankları sırasında isə ilkə imza atan İngiltərə Bankı olmuşdur. 1964-cü ildə yaradılan
bu bank ilk dəfə dövriyyəyə banknotlar buraxaraq, eyni zamanda kommersiya veksellərini uçota
qəbul etməyə başlamışdır.

Özünün bugünkü funksiyalarını və rolunu isə Mərkəzi Banklar ötən əsrdə qazanmağa
başlamışdı, yəni həmin zamandan etibarən onlar bu gün hamının tanıdığı ümumi qəbul olunmuş
mənanı kəsb edirlər. 1920-ci ildə Brüsseldə baş tutmuş Beynəlxalq maliyyə konfransında belə bir
tövsiyə irəli sürüldü ki, Mərkəzi Bankları olmayan bir çox dövlətlər mütləq onları yaratmağa
cəhd etməlidirlər. Bütün digər nüanslar ilə yanaşı bu konfransa qeyd edildi ki, bütün banklar,
xüsusən də emissiya banklar hər cür siyasi təzyiqdən azad olmalıdır, belə ki, bu bankların idarə
edilməsi müstəsna şəkildə maliyyə prinsipləri rəhbər tutularaq həyata keçirilməlidir.

Başlanğıcda belə bankları bir qayda olaraq emissiya bankları adlandırırdılar. Onları xüsusi
səlahiyyətləri olan səhmdar cəmiyyətlər kimi təşkil edirdilər. “Mərkəzi Bank” termini isə daha
böyük bank müəssisəni xarakterizə edirdi, sözsüz ki, o bilavasitə bank sisteminin tam
mərkəzində dayanırdı. Az sonra belə banklar asta-asta müəyyən ixtisaslaşdırılmış funksiyaları
monopoliya etməyə başlayır və dövlət inkişafının mərhələlərindən birində sadəcə milliləşdirilir.
Amma buna baxmayaraq, ümumilikdə bir sıra dövlətlərdə Mərkəzi Bankların səhmdar statusu

147
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

hələ də qorunub saxlanılıb. Nümunə üçün İtaliya bankını misal göstərmək olar, onun kapitalı
sığorta kompaniyalarına və banklara, Amerika Birləşmiş Ştatlarında isə FES-in kapitalı onun
üzvü olan banklara məxsusdur.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Mərkəzi Bankların kapital mülkiyyəti
qarışıq formada da ola bilər. Belə hallarda kapitalın bir hissəsi dövlətə, digər bir hissəsi isə fiziki
və hüquqi şəxslərə məxsus olur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasınınmərkəzi bankı. Mərkəzi aparatı Bakı şəhərində yerləşir.


"Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-
Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının bazasında yaradılmışdır.

Tarixi

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti yaradılandan bir müddət sonra
1919-cu il sentyabr ayının 16-da Azərbaycan Dövlət Bankının Nizamnaməsi qəbul edildi və 30
sentyabr tarixində Bank fəaliyyətə başladı.

1920-ci il 28 aprel tarixdə bolşevik Rusiyasının Azərbaycanı istila etməsi nəticəsində


ölkənin mövcud pul-kredit sistemi ləğv edildi. Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı
adlandırıldı. Bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə
qatıldı, bank işi dövlətin müstəsna inhisarına keçdi.

"Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan


Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul
tədavülü" adlanan 14-cü maddəsi ilə bütövlükdə Azərbaycanda müstəqil bank sisteminin və milli
pul vahidinin tədavülünün hüquqi əsasları təsbit olundu, eyni zamanda burada mərkəzi bankın
statusu və səlahiyyətləri müəyyənləşdirildi.

1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra


müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən mərkəzi bankın yaradılması
üçün hüquqi baza yaradıldı.

148
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Konstitusiya Qanununa uyğun olaraq "Azərbaycan Respublikası Milli Bankının


yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli
Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye
Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Mərkəzi
Bankı yaradıldı.

1992-ci ildə, 1996-cı ildə və nəhayət 2004-cü ildə qəbul edilən "Azərbaycan Respublikası
Milli Bankı haqqında" qanunlar müstəqil Azərbaycan dövlətinin mərkəzi bankının hüquqi
statusunu və səlahiyyətlərini təsbit etdi, möhkəmləndirdi və inkişaf etdirdi.

18 mart 2009-cu il tarixli ümumxalq referendumunun nəticəsinə əsasən bankın adı


("Azərbaycan Respublikasının Milli Bankı") dəyişdirilərək "Azərbaycan Respublikasının
Mərkəzi Bankı" adlandırıldı.

Məqsəd və funksiyalar

10 dekabr 2004-cü il tarixli "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında"


Azərbaycan Respublikasının Qanununa əsasən Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz
səlahiyyətləri daxilində qiymətlərin sabitliyininin təmin edilməsidir. Bankın fəaliyyətinin
məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.

Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:

 dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;


 nağd pul dövriyyəsini təşkil edir;
 pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
 manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
 qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
 sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
 hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında
iştirak edir;
 bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank
fəaliyyətinə nəzarəti həyata keçirir;

149
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində


nəzarəti qanuna uyğun olaraq həyata keçirir.

Struktur və idarəetmə

Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat, ərazi idarələri daxildir.
Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən
etdiyi digər struktur bölmələrindən ibarətdir.

Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin
tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla
işləyən dörd üzv və iki kənar üzv daxildir. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin
edilirlər.

Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının Prezidentinə


hesabat verir.

150
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İnflyasiya və Deflyasiya
İnflyasiya (səhv olaraq infilyasiya kimi də yazılır) (ing. Inflation, lat.inflatio -
şişmə deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi
dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir
göstərmək qabliyyətinə malikdir. Desək ki, inflyasiya yeni dövr tarixinin məhsuludur onda səhv
edərik. Bir az araşdırsaq görərik ki, bu tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud
olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra orytaya çıxmışdır. Kağız
pulların çapından sonra pul əmtəə kütləsinə nəzərən dəyərdən düşməyə başlayırdı. Gələcəkdə
inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük
problemlərindən biri kimi ortaya çıxmağa başladı.

Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun keyfiyyətinin
yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin qalxımından
ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində
ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olur.

İnflyasiya anlayışına, inflyasiya prosesinə müxtəlif istiqamətlərdə yanaşmaq olar:

 1.Ayrı-ayrı iqtisadi modellərin xüsusiyyətləri, obyektiv və subyektiv amillər, əmtəə pul


sisteminin deformasiya olunması, istehsalla istehlak arasında ziddiyyətlər, sosial qrupların,
cəmiyyətin, dövlətin bu prosesə yanaşması.
 2.İnflyasiya və milli gəlirin yenidən bölüşdürülməsi.
 3.İnflyasiya makroiqtisadi, ümumi iqtisadi problem, proses kimi.

Əvvəlki dövrlərdə inflyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn


müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız
pul buraxırdı. Son 30-40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və
təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.

Ümumiyyətlə inflyasiyanın aşağıdakı növləri var:

Qiymətlərin artım sürətinə görə


Qiymətlərin tarazlıq səviyəsinə görə
Xarakterinə görə

151
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İnflyasiyanın növləri

Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var:

 1.Mülayim (sürünən) inflyasiya


 2.Sürətli (dördnala çapan) inflyasiya
 3.İfrat (hiper) inflyasiya

İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən
inflyasiya adlandırılır. Bəzi iqtisadi cərəyanlarda (Məs: Keynsçilik) belə inflyasiyanı iqtisadi
inkişaf üçün faydalı hesab edirlər. Bu halda pulun izafi dəyəri saxlanılır. İnkişaf etmiş ölkələrin
əksəriyyəti üçün bu növ inflyasiya xasdır. Mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı
hərəkətə gətirir, onu stimullaşdırır. Çünki, əhali qiymətlərin artımını gözlədikdə onlar daha çox
məhsul və xidmətlərdən istifadə etməyə çalışır, nəticədə istehsalçılar təklifi artırır, nəticədə
bazarda bolluq yaranır. Bu sahibkarlıq fəaliyyətini stimullaşdırır.

İl ərzində qiymətlər 10% dən 20%-ə qədər artarsa ölkədə sürətli inflyasiya yaranacaqdır.
Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən azından ölkənin maliyyə kredit
sahəsinə ciddi təsir göstərir. Ölkəyə investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul
qiymətdən düşür, istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır. Latın
Amerikası, Cənubi Asiya, Azərbaycan bu inflyasiyaya məruz qalmışlar.

İl ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə İfrat (hiper) inflyasiya meydana çıxır.
Bu inflyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır. Pulun alıcılıq qabiliyyəti demək olar ki
yox olur. Əhali ticarət əməliyyatlarını barter üsulu ilə həyata keçirir. İstehsal təşkil oluna bilmir,
kəskin aşağı düşür, təklif azalır.

Hiper infilyasiya zamanı bank sistemi dağılır, bazar mexanizmini, sahibkarlığı "iflic" edir.
Hiper inflyasiya gözlənildiyi zamanı biznesdə təlaş yaranır.

Qiymətlərin tarazlıq səviyəsinə görə inflyasiyanın iki növü var: tarazlaşdırılmış və


tarazlaşdırılmamış.

 Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-


birinə nisbətən sabit qalır.Tarazlaşdırılmış infilyasiya sahibkarlıq fəaliyyəti üçün

152
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

bir o qədər qorxulu deyil. Bu zaman yalnız vaxtaşırı olaraq əmtəələrin qiymətini
qaldırmaq lazım gəlir.
 Tarazlaşdırılmamış inflyasiya şəratində isə müxtəlif əmtəələrin qiyməti bir-birinə
nisbətən və həm də müxtəlif proporsiyalarda daim dəyişir.Tarazlaşdırılmış
inflyasiya isə sahibkarlıq fəaliyyəti üçün əsl bəladır. Belə şəraitdə kapital
qoyuluşu üçün sərfəli sferanı tapmaq, bu məqsədlə gəlirlilik baxımından ən
əlverişli variantları müəyyən etmək mümkün deyildir.

Monetarist iqtisadçılar xarakterinə görə inflyasiyanı 2 yerə bölmüşlər.

 Gözlənilən
 Qəfil

Gözlənilən inflyasiya müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır müəyyən olunur.


Belə inflyasiya zamanı banklar kreditlərin faizini artırır, istehsalçılar öz əmtəə və xidmətlərinin
qiymətini qaldırır. Bir sözlə gözlənilən inflyasiyanın iqtisadiyata ciddi zərəri gözlənilmir. Qəfil
inflyasiya ani anda baş verir. Birdən-birə qiymətlərdə sıçrayış baş verir. Hətta 10%-lik
inflyasiyada belə iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Pul sisteminə və vergi
sisteminə mənfi təsir göstərir.

Rəqabətli bazar şəraitinin hökm sürdüyü ölkələrdə açıq inflyasiya gedir. Bu şəraitdə
qiymətlər qeyri bərabər sürətdə yüksəlir, iqtisadiyyatda tarazlıq pozulur, belə olmasına
baxmayaraq bazar mexanizminin fəaliyyət prinsipi pozulmur.Belə ki, tələb və təklif arasında
istər istəməz tarazlığın yaranması bazar mühitini normallaşdırır. Əmtəə və xidmətlərin
qiymətinin yüksəlməsi iqtisadiyyata əlavə sərmayə qoyuluşuna gətirib çıxarır. Bu isə istehsalın
artmasına və təklifin artmasına qiymətlərin normal hala düşməsinə gətirib çıxarır. Açıq
inflyasiya bazar iqtisadiyyatı ölkələri üçün xarakterikdir.

İnflyasiyanın ölçülməsi, miqdarca qiymətləndrilməsi vacibdir. İnflyasiyanın ölçülməsi və


ortaya çıxarılan rəqəm iqtisadiyyatın ümumi mənzərəsini əks etdirir. İnfilyasiyanın
mövcudluğunu və səviyyəsini ÜDM–un defliyatoru, istehlakçı və istehsalçı qiymətləri indeksi və
başqa üsullarlarla ölçürlər.

153
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İnflyasiyanın səbəbləri

İnflyasiyanın səbəbiləri çox məhəllidir. İnflyasiyanın əmələ gəlmə səbəbləri həm daxili,
həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən mədaxilin azalması, xarici
ticarət və ödəniş balansının mənfi saldosu aid edilir. Daxili səbəblərə ölkə, hökümət daxilində
inflyasiyaya səbəb olan prosesləri aid etmək olar.

Doğurdan da inflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib məsələdir. İnflyasiyanı


yaradan səbələrə aiddir konkretləşdirək.:

 İqtisadiyyatın hərbiləşdirilməsi.
 Azad rəqabətin inhisarla əvəz olunması.
 Gəlirlərin yenidən bölgüsü.
 Pul krediti və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da
inflyasiyaya səbəb olur.
 Büdcə kəsrinin mövcudluğu.
 Pul tədavülü qanununa əməl olunmaması.
 Sərmayə qoyuluşunun həcmi.
 Əmək haqqının əmək məhzuldarlığına nisbətən üstün artması.
 Xarici iqtisadi amillər.

Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsində qiymətlərin artması


deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili qiymətlərin (bütün növ
qiymətlərin) dünya qiymətləri səvviyəsinə çatdırılması, əmək haqlarının qaldırılması, monopolist
firmalar tərəfindən qiymətlərin aşağı salınması və s-dir.

Tələb inflyasiyası Keynsçi analizin məhsuludur. Belə ki, tam məşğulluq şəraitində olan
iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə bazarında əmtəələrə olan tələbin artmasına
səbəb olacaq və qiymətlər qalxacaq.Yəni, tələb infilyasiyası o zaman meydana gəlir ki, pul
gəlirləri məhsul və xidmətlərdən artıq olsun.

Hər ölkənin özündə inflyasiya vaxtı milli xüsusiyyətləri mövcud olur. Bunu ökələrin milli
infilyasiyası adlandırmaq olar. Məsələn ABŞ-da (xüsusilə keçən əsrin 60-70 ci illərində)

154
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

infilyasiya pul, pul dövriyyəsi amili ilə şərtlənmişdir. ABŞ da ərzaq, elektrik enerjisi, mənzil,
nəqliyyat, tibbi xidmətlər, enerji resursları, xammal materialları və s nin qiymətləri qalxdığına
görə bu həm əhalinin sosial vəziyyətinə, həm də orta və xırda sahibkarlığın inkişafına mənfi təsir
etmişdir. Amerika iqtisadçısı Q Minz göstərirdi ki, hələ 50-60-cı illərdə ABŞ-da qiymət
artımının ¾ hissəsi iri inhisarların qiymətləri süni şəkildə qaldırması ilə əlaqədar olmuşdur.

Müasir inflyasiyanın fərqləndirici xüsusiyyətləri var: əgər əvvəllər lokal xarakter


daşıyırdısa indi o bütün sahələrə daxildir. Əgər əvvəllər uzunmüddətli və qısa müddətli, ya da
periodik idisə, indi xroniki hal almış və istehsalda daimi faktordur. İnfilyasiyanın neqativ sosial,
iqtisadi nəticələri vardır.Bu özünü aşağıdakı istiqamətlərdə göstərir.

 1.Qiymət əmələ gəlməsinin bazar mexanizmlərinin, tələb strukturunun, iqtisadi


subyektlər arasında əlaqələrin deformasiyaya uğraması
 2.Pul əlirlərinin azalması, qiymətdən düşməsi
 3.Pul kredit sisteminin pozulması, kredit verməyə kreditorun marağının azalması
 4.İnvestisiyaya mənfi təsir göstərməsi (kapitalın istehsaldan ticarətə meyl
etməsi,uzun müddətli sərmayə qoyuluşunda risklərin çoxalması)
 5.Dövlət mailiyyəsinə təsiri (Büdcə kəsrinin pul kütləsi artırılmaqla
qapanması,xərclərin qiymətdən düşməsi)
 6.Xarici iqtisadi əlaqələrə (tədiyyə balansına, milli valyutanın qiymətdən
düşməsinə,xarici borcların ödənilməsinə
 7.Az təminatlı əhaliyə mənfi təsiri

İnflyasiyaya qarşı tədbirlər

Antiinflyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var.

Birinciyə aktiv büdcə siyasəti (müasir keynsçilər) – dövlət gəlirləri və vergidən istifadə
edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini azaldır və vergini artırır. Lakin
eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər və bu da qarşıya qoyulan
məqsədin əksinə gətirib çıxara bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun
genişləndirilməsi üçün də həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital

155
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

qoyuluşu proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması həyata
keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. Lakin tələbin
büdcə yolu ilə stimullaşdırılması 60-70-ci illərdə göstərdi ki, o, infilyasiyanı gücləndirə bilər.
Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır.

İqtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarıdır. Onlar ilk öncə ön plana
pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və elastikliklə təsir edirlər. Bu cür
tənzimlənmə mərkəzi bank tərəfindən həyata keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki,
dövlət alıcılıq qabiliyyətli tələbatı məhdudlaşdırmaq üçün defilyasiya tədbirləri həyata keçirməli,
çünki iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin aşağı
salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır.

Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq nəzarətdən çıxmış
inflyasiyanın qarşısını almağa cəhd göstərərək belə adlanan qiymət və gəlirlər, əsas məqsəd
əmək haqqının məhdudlaşdırılması siyasətidir. Belə ki, bu siyasət bazar strategiyalı yox, inzibati
mübarizə yolu olduğundan o həmişə qarşıya qoyulan məqsədə çatmır. İnflyasiya ilə mübarizə
metodları birbaşa və dolayısı ola bilər.

Dolayısı metodlar:

 1.ümumi pul kütləsinin mərkəzi bank tərəfindən tənzimlənməsi;


 2.komersiya banklarının ssuda və hesabatlarının mərkəzi bank tərəfindən
tənzimlənməsi;
 3.Komersiya banklarının əsas ehtiyatları mərkəzi bankın açıq qiymətli kağızlar
bazarında hərəkəti.

Birbaşa metodlar:

 1.dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi;


 2.dövlət qiymət tənzimlənməsi;
 3.əmək haqqının dövlət tərəfindən tənzimlənməsi;

156
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 4.dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta kursunun


tənzimlənməsi.

İnflyasiyanın sürətini salmaq deməli təsərrüfatda pul və mal kütləsi arasında fərqi azaltmaq
deməkdir. Bunun üçün iqtisadiyyatı tarazlaşdıran bütün metodlar uyğun gəlir. Əsas tədbirlərə
aşağıdakılar daxildir:

 1.Ölkədə ərzaq bolluğu yaratmaq.


 2.Xalq təsərrüfatı sahələrinin pozulmuş investisiya sahələrinin bərpası
 3. Müəssisələrarası alqı-satqı münasibətlərini nizama salmaq.
 4.Krizis vaxtı mərkəzləşdirilmiş bank sistemi təşkil etmək lazımdır.

İstehlak bazarını stabilləşdirmək məqsədə uyğundur. Kiçik biznesin istehsal və xidmət


sferalarında inkişafını stimullaşdıran sistem yaratmaq, istehsal sahələrinin və dəzgahların
icarəsinə (ardınca almaq imkanı olmaqda) dövlət krediti və lizinq kreditinin verilməsi. Kiçik
müəssisələrin ilk 3-5 il fəaliyyətinin sığortalanması öhdəliyi - müflisləşmə riski xeyli çoxdur.

Böhran baş verən zaman daxili bazarın və şəxsi eksport fəaliyyətinə ciddi nəzarət olunması
üçün dövlət tərəfindən müdafiə üçün səmərəli siyasət yeridilməlidir. Bütün eksport əməliyyatları
dövlət tərəfindən idarə olunan bir neçə iri firmalar və sindikatlar tərəfindən komission vergilər
üzərində eksport əməliyyatları yerinə yetirlməlidir. İnflyasiyanın qarşısını hər-hansı bir təşkil
edilmiş tədbir vasitəsi ilə alınması çox çətindir, deməsək ki, tamamilə mümkün deyil. Bunun
üçün iqtisadiyyatda baş verən disproporsiyaların aradan qaldırılması üçün, struktur islahatlar
keçirilməlidir.

İnflyasiya monetar və yaxud struktur xarakter daşıya bilər. İnflyasiyanı dövlət büdcəsinin
defisiti və mal göndərənlərlə istehsalçıların inhisarları stimullaşdırır. Ona görə də inflyasiya
prosesi ilə mübarizə metodları adətən kompleks xarakter daşıyır.

Antiinflyasiya siyasəti

Antiinflyasiya siyasəti – qiymətlərin ümumi səviyyəsinin sabitləşməsinə


yönəlmiş makroiqtisadi siyasət; inflyasiya kəskinliyinin yumşaldılması. Antiinflyasiya siyasəti
inflyasiya proseslərinə qarşı mübarizə ilə bağlı tədbirlər sistemi vasitəsilə həyata keçirilir.

157
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Dövlətin antiinflasiya siyasəti əsasən, iki formada: aktiv (fəal) – inflyasiyanı


törədən səbəbləri aradan qaldırmaqla və adaptasiya (uyğunlaşma) – inflyasiyaya uyğunlaşmaq və
onun mənfi cəhətlərini azaltmaqla həyata keçirilir. Antiinflasiya siyasətinin iki istiqaməti var:
a) məcmu tələbin tənzimlənməsi;

b) məcmu təklifin tənzimlənməsi.

Keynsçilər birinci istiqaməti, monetaristlər isə ikincini müdafiə edirlər.

Keynsinanti inflyasiya siyasəti

İngilis iqtisadçısı C.M. Keynsin nəzəriyyəsinə görə, əhəmiyyətli dövlət sifarişlərini iri özəl
firmalara yönəldib səmərəli tələb yaratmaqla təklifinsəviyyəsini yüksəltmək olar. Multiplikasiya
səmərəsi nəticəsində istehsal həcmi artacaq və işsizlik azalacaq. Təklifin çoxaldılmasının
digər alətiəlavə investisiya cəlb edən ucuz kreditlərdir. Beləliklə, dövlət sifarişləri və ucuz
kreditlərlə fəallaşdırılmış məcmu təklifin güclənməsi qiymətlərin enməsi və inflyasiyanın
azalması ilə nəticələnir. Belə Antiinflyasiya siyasəti dövlət büdcəsi kəsirini artırır və bu kəsiri
ödəmək üçün Keyns gələcəkdə ödəniləcək dövlət borclarından (istiqrazlarından) istifadə
edilməsini təklif edir. Bu siyasət uzun müddətli dövrdə müsbət səmərə verir.

Monetarist antiinflyasiya siyasəti

İnflyasiya ilə mübarizənin radikal üsulu. Monetaristlər təklif etmişdir. Monetarizm


istiqaməti sonralar – Keynsin inflyasiya ilə mübarizə alətlərinin müsbət və mənfi
cəhətləri təcrübədən bəlli olanda meydanagəlmişdir. Bir sıra ölkələrin dövlət borcu o qədər
artmışdı ki, artıq onun daha da çoxalması praktiki cəhətdən mümkün deyildi. Monetaristlərin
əsas ideyası məcmu tələbin aşağıdakı istiqamətdə azaldılmasıdır:

1) müsadirə tipli pul islahatları, yaxud əmanətlərin dondurulması (yerinə yetirilən


proqramın birinci mərhələsində həyata keçirilməlidir) və ölkədə pul kütləsinin azalması ilə
tələbin azaldılması;

158
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

2) sosial proqramların hesabına büdcə kəsirinin azaldılması; bahalı kreditlər tətbiq etməklə
dotasiyaların, subsidiyaların azaldılması, bu öz növbəsində istehlakçı və investisiya tələbini aşağı
salır, qeyri-səmərəli istehsalı müflisləşməyə, məhsul buraxılışını isə tənəzzülə aparır (proqramın
2-ci mərhələsində yerinə yetirilir);

3) güclü müəssisələrə aşağı vergi dərəcəsi tətbiq etməklə onların həvəsləndirilməsi, bu,
investisiyaların, əmtəə təklifinin artmasına, həmçinin qiymətlərin düşməsinə səbəb olur və
proqramın üçüncü mərhələsində həyata keçirilir. Birinci iki mərhələdə məcmu tələbi azaldan, 3-
cü mərhələdə əmtəələrin həcmini artırmağı mükafatlandıran mexanizmlər tətbiq edilir.
Monetarizm inflyasiyanı tamamilə pul fenomeni hesab edir, pul kütləsini kəskin azaltmağa və
inflyasiyanı tezliklə aşağı salmağa imkan verən şok terapiyası metodunu təklif edir. Lakin bu
metod istehsalın əhəmiyyətli dərəcədə aşağı düşməsi və əhali məşğulluğunun ixtisarı ilə
müşayiət olunur. İnflyasiya ilə mübarizədə hansı konkret tədbirlərin seçilməsi onun hər bir
ölkədə malik olduğu spesifik xüsusiyyətləri və dərinliyi ilə şərtlənir.

Antiinflyasiya tənzimlənməsi

Antiinflyasiya tənzimlənməsi - inflyasiya ilə mübarizə tədbirlərinin həyata


keçirilməsi prosesi. Dünya ölkələrinin təcrübəsində tətbiq edilən əsas tənzimləmə metodları:
a) büdcə kəsirinin azaldılması;

b) qiymətlərin tənzimlənməsi;

c) gəlirlərin tənzimlənməsi.

Deflyasiya nədir?
İqtisadiyyatda əmtəə və xidmətlərin azalmaması halında qiymətlərin ümumi səviyyəsinin
aşağı düşməsidir. Deflyasiya inflyasiyanın səviyyəsinin 0%-dən aşağı düşdüyü halda baş verir.
İnflyasiya pulun real dəyərini azaldırsa, deflyasiya isə pulun real dəyərini artırır. Eyni
məbləğdəki pula əvvəkinə nisbətdə daha çox əmtəə və xidmət əldə etmək mümkün olur.
İqtisadçılar deflyasiyanın müasir iqtisadiyyat üçün problem olduğunu düşünürlər çünki borcların
real dəyərini artırır.
Deflyasiyanı dezinflyasiya ilə qarışdırmaq olmaz, çünki dezinflyasiya inflyasiyanın sürətinin
aşağı düşməsidir. İnflyasıya səviyyəsi hələ də müsbət olaraq qalır.

159
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Deflyasiyaya qarşı görüləcək tədbirlər:


 Aşağı faizli kreditlər vermək.
 Xərcləri, xüsüsilə dövlət investisiyalarını artırmaq.
 Yüksək əmək haqqı siyasət yeritmək.
 İstehlak kreditlərini artırmaq.
Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə
qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır:
o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə
məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. İxracatçılar üçün isə
milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya
dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın
stimulaşdırılmasına kömək etmir.

Deflyasiyanın səbəbləri

 Pulların dəyərinin artması. Adətən pul əmtəəsinin və iqtisadiyyatda natural


pullarının istehsal dəyərinin artması ilə bağlı olur (məsələn, qızıl standartı mövcud
olduqda, qızıl hasilatına əmək tutumunun artması)

160
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

 Natural pulların qiymətinin dəyişməsi halda, əmək məhsuldarlığının artması nəticəsində,


bir çox məhsulların qiymətinin aşağı düşməsi,
 Ticarət dövriyyəsini təmin etmək üçün ölkədə pul miqdarının kifayət qədər olmaması –
zəif monetarizasiya, pulların dəyərinin süni artırılmasına analoq hesab olunur. Bu amil
indi kifayət qədər tez-tez rastlanılır, xüsusən də qızıl standartlarından imtina etdikdən
sonra. Bu növ deflyasiyaya rəvac verən faktorlar:
 Mərkəzi Bank tərəfindən inflyasiyanı azaltmaq niyyəti ilə dövriyyədə olan pul kütləsinin
azaldılması. Belə bir azalmanın səbəbi isə MB tərəfindən uçot faizinin yüksəldilməsi,
bankların ehtiyatlarına olan tələblərin yüksəldilməsi, vergilərin artırılması,
əməkhaqqı artımlarının qarşısının alınması və ya dondurulması, dövlət
büdcəsi xərclərinin azaldılması, kredit məhdudiyyətləri və sərtləşməsi
(Mərkəzi Bank tərəfindən verilən kreditlərin həcminə məhsusiyyət tətbiqi),
dövlət qiymətli kağızlarının satışının artırılması və s. ola bilər.

Dövriyyə sürətinin obyektiv səbəblərdən dolayı aşağı düşməsi, məsələn dövriyyə


prosessorunun özü ilə əlaqədar səbəblərə görə (daşınma çətinliyi, əsas marşurtların dəyişməsi).
Nəzərə almaq lazımdır ki, natural pulların dövriyyə sürətinin aşağı düməsi iqtisadiyyatda vəsait
qıtlığı səbəbindən də ola bilər. Bu halda sürətin enməsi qiymət dəyişikliyinin səbəbi deyil,
nəticəsi kimi ortaya çıxır.

Pulların daha da artacağına güman edən əhalinin öz pullarını xərcləməkdən imtina etməsi,
xüsusən də likvidlik tələsi adlanan hallar olduqda və pulların əhali tərəfindən hansısa yığım
niyyəti ilə saxlanması. Bu zaman pullar bilavasitə əhalidə olur, yəni heç bir hesaba və ya biznesə
yatırılmış olmur.

Fəaliyyət prinsipi

Müasir şərtlər çərçivəsində deflyasiya iqtisadi enişdən, məhsul istehsalının aşağı düşməsi
və işsizliyin artımından xəbər verir. Qiymətlərin aşağı düşməsinə görə iqtisadi agantlər
investisiyaların həcmini azalda bilər ki, bir neçə müddət sonra (bir neçə ildən sonra) həmin
vəsaitləri daha sərfəli şəkildə yerləşdirsin (qiymətlərin enməsi nəticəsində resursları daha ucuz
alsın). Bu isə davamlı şəkildə tələbin aşağı düşməsinə aparır və qiymətlərin enişinin və istehsal
həcminin azalmasını daha da çox stimullaşdırır.

161
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Tənzimlənmə

 Dövlət xərclərinin ixtisarı


 Uçot faizinin yüksəldilməsi
 Vergi təzyiqinin gücləndirilməsi
 Pul kütləsinin azalması

Bütün bunların “bahalı pullar” siyasətinin nəticəsi kimi ortaya çıxır.

“Bahalı” pul siyasəti (uçot dərəcəsi yüksəldilir) Mərkəzi Bank tərəfindən inflyasiyanı
azaltmaq lazım olduğu təqdirdə həyata keçirilir. Uçot dərəcəsinin yüksəldilməsi
kommersiya banklarının kredit əldə etmək istəyini azaldır, bununla da ölkədəki pul
təklifini azaldır. Bundan əlavə yüksək uçot dərəcəsinin təsiri altında kommersiya bankları
müxtəlif korporativ və fərdi müştərilərə təklif etdiyi kreditlərin faiz dərəcələrini də
yüksəldirlər. Bunun nəticəsində isə ucuz kredit əldə etmək imkanından məhrum olan bir
sıra kompaniyalar istehsalı azaldırlar. “Bahalı” pullar siyasəti həyata keçirməklə
hökumət istehsalın aşağı düşməsi və işsizliyin artımı sayəsində inflyasiya templərinin
aşağı düşməsinə nail olur.

162
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İqtisadi tsikl
(Economic cycle)
İqtisadi tsikl ictimai istehsalın bir iqtisadi böhrandan digərinə doğru ( iqtisadi böhran,
durğunluq, canlanma, yüksəliş) dövri olaraq təkrarlanmasıdır. İqtisadi tsikli çox hallarda sənaye
istehsalını əhatə etdiyinə görə sənaye tsikli də adlandırırlar. İqtisadi tsikl öz inkişafında aşağıdakı
mərhələlərdən keçir:

1) İqtisadi böhran,

2) Durğunluq,

3) Canlanma

4) Yüksəliş.

Adı çəkilən hər bir mərhələ iqtisadi tsiklin fazalarını təşkil edir. İqtisadi tsiklin ilkin fazası
iqtisadi böhrandır. İqtisadi böhran heç də müəyyən əmtəələrin istehsalı və yaxud xalq
təsərrüfatının ayrılıqda götürülmüş bir sahəsində deyil, bütövlükdə təsərrüfat sistemində köklü
sarsıntılara səbəb olur. İqtisadi böhran satışın çətinləşməsi, əmtəə kütləsinin artıq yığılıb qalması
ilə səciyyələnir. İstehsal olunmuş məhsulun kütləsi, mal təklifi onlara olan tələbi qabaqlayır. Ifrat
istehsal böhranları baş verir. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Sənaye və ticarət
firmalarının kütləvi şəkildə iflası müşahidə olunur. Maliyyə- kredit sistemi pozulur. İstehsalın
kəskin şəkildə aşağı düşməsi nəticəsində işsizlik kütləvi xarakter alır. Kütlələrin iqtisadi
vəziyyəti kəskin şəkildə pisləşir.

İlk ifrat böhranlar 1825- ci ildə o dövrün ən inkişaf etmiş kapitalist ölkəsi olan İngiltərədə
baş vermişdir. XIX əsrin birinci yarısından başlayaraq iqtisadi tsikl müntəzəm təkrarlanan
xarakter alır. İqtisadi tsikllər əvvəlcə hər 10- 11 ildən bir, sonralar 7-9 ildən bir təkrarlanmağa
başladı. 1873- cü ilin dərin ifrat istehsal böhranalrı və onu təkrarlayan 1882- 1887- ci il
böhranları kapitalist iqtisadiyyatının azad rəqabətdən inhisarçılığın hökmranlığına keçməsini
sürətləndirdi. Birinci dünya müharibəsindən sonra yenə də ifrat istehsal böhranları təkrarlanmağa
başladı. Böyük depressiya adlanan 1929- 1933- cü illər böhranı iqtisadiyyat vurduğu dağıdıcı
zərbəyə görə xüsusi ilə fərqlənirdi.

163
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

30- cu illərin iqtisadi böhranları inhisarçılığın dövlət- inhisarçı kapitalizminə çevrilməsinə


səbəb olur. Böhrandan sonra iqtisadi tsiklin durğunluq fazası başlayır. İqtisadiyyatda durğunluq
uzun müddət davam edə bilər. O əmtəələrə zəif tələblə səciyyələnir. İstehsalın səviyyəsi çox
aşağı olsa da sabit qalır. İşsizliyin yüksək səviyyəsi müşahidə olunur. Qiymətlərin aşağı
düşməsinin qarşısı alınır, borc faizi azalır, əmtəə ehtiyatalrı sabitləşir.

İqtisadi tsiklin üçüncü fazası canlanma adlanır. Üçüncü fazada istehsalın səviyyəsində
nəzərə çarpacaq dərəcədə dirçəliş baş verir, işsizliyin nisbətən azalması müşahidə olunur.
Tədricən qiymətlər yüksəlməyə, borc faizi artmağa başlayır. Əmtəə bazarında yeni sənaye
avadanlığına tələb yüksəlməyə başlayır.

İstehsal resurslarının tam yüklənməsi imkanının mümkünlüyü və bunun nəticəsində


mənfəətin qısa bir müddətdə artırılması iqtisadi tsiklin yüksəliş mərhələsinə daxil olmasına
imkan yaradır. İqtisadi tsiklin yüksəliş fazası əvvəlcə istehsalın böhrana qədərki səviyyəsinə
çatmaq üçün iqtisadi fəallığı artırır. Yüksəliş fazasında işçi qüvvəsinə tələb işsizliyin aradan
qaldırılmasına və əmək haqqının yüksəlməsinə səbəb olur.

Karl Marksın nəzəriyyəsinə görə iqtisadi tsikl aşağıdakı fazalardan keçir:

1. Zirvə
2. Enmə
3. Böhran

164
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

4. Canlanma

Zirvə

İqtisadiyyatın bütün sahələrində işgüzar fəaliyyətin dayanıqlı inkişafı iqtisadi yüksəliş


fazasını təşkil edir. İqtisadi yüksəliş öz yüksək nöqtəsinə çatdıqda inkişafın “tsiklik yüksəlişinin
zirvəsinə” və ya iqtisadi “bum”-a yetişir. Bu zaman istehsal maksimum səviyyədə olur, işçi
qüvvəsi başda olmaqla bütün məhsuldar qüvvələr milli məhsulun inkişafına cəlb olunur. Sənaye
yüksəlişi zamanı tətbiq olunan yeni texnika və texnologiyalar tam qüvvəsi ilə işləyir, işçi
qüvvəsinin məhsuldarlığı artır, işçilərin və kapital sahiblərinin gəlirləri maksimuma çatır.

Enmə

Təbii ki, yüksəliş daimi ola bilməz. Belə ki, məhsuldar qüvvələrin gücü tədricən zəifləyir.
İstehsal elə səviyyəyə çatır ki, istehsalçı istehsalın nəticələrini, yəni əmtəə və xidmətləri öz
xərcini bərpa edəcək, üstəlik mənfəət qazanacaq qiymətə sata bilmir. Bu, zirvə dövrünün
yaşandığı müddətdə həddindən artıq istehsalın nəticəsində bazarda əmtəə və xidmətlərin,
malların ani artması ilə əlaqədardır. Mənfəətin aşağı düşməsi investorun iqtisadiyyata kapital
qoymaq istəyini azaldır. İnvestisiyaların azalması ilə istehsalda enmə başlayır. Bu prosesin
nəticəsi kimi işçilərin işdən çıxarılması, işsizliyin artması, əhali gəlirlərinin azalması müşahidə
olunur. İstehsalda enmə prosesi daha kəskin formaya keçir – iqtisadi böhran başlanır.

Böhran

Böhran, iqtisadi tsiklin ən “məşhur” fazasıdır. İqtisadi tsiklin heç bir fazasını bilməyən
insan belə iqtisadi böhran haqqında müəyyən informasiyaya malikdir (istər öz təcrübəsi ilə
qazandığı, istərsə də haradansa eşitdiyi) Elə həyatımıza ən böyük təsiri göstərən də məhz odur.
Böhran əvvəlki dövrlə müqayisədə istehsalın əhəmiyyətli dərəcədə enməsi ilə səciyyələnir.
Müəssisələrin çoxu bağlanır və ya daha qısa iş gününə keçir, işçilər işdən azad olunur.
Müqavilələr yerinə yetirilmir, pozulur, kreditlər qaytarılmır, müəssisə və banklar müflisləşir,
ticarətdə satılmamış məhsulların kəmiyyəti artır. Böhran tsiklin ən ağır fazasıdır, o,
iqtisadiyyatda ciddi dağıntılara, vətəndaşların rifah halının ağırlaşmasına səbəb olur.

165
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Əgər böhran vəziyyəti aylar, bəzən illərlə uzanırsan, bu, iqtisadiyyatın depressiya-durğunluq
halına keçməsi, böhranın bəzi səciyyələrinin xroniki hal alması deməkdir. Bu halın tarixdəki
nümunələrindən biri məşhur alman yazarı H.Böll’ün və bir çox başqa yazıçıların qələmə aldığı
əsərlərdə cəmiyyətə təsirini dəqiqliklə müşahidə edə biləcəyimiz 1929-1933 illərdəki “böyük
durğunluq” hadisəsidir.

Canlanma

Müəyyən müddətdən sonra iqtisadiyyatda canlanma başlayır. Böhranı nisbətən “ağrısız”


keçirən müəssisələr istehsalı bərpa edib modernləşdirir, yeni işçi qüvvəsi cəlb edir və yeni
müəssisələr yaranır. Gəlirlərin artımı tədricən tələbi genişləndirir və iqtisadiyyatda canlanma
müşahidə olunur. Canlanma dövründə böhran zamanı dağılmış istehsal potensialı bərpa olunur,
köhnəlmiş texnologiyalar yeniləri ilə əvəzlənir. Canlanma fazası özündən sonra yüksəliş və
zirvəni doğurur, bu da bütün proseslərin təkrarlanmasına gətirib çıxarır.

Ümumiyyətlə, iqtisadi tsikllərin 1380’dən artıq növü məlumdur. Bu növlər hər biri
müxtəlif müddətləri əhatə edir və hər birində fazaların bir-birini əvəz etmə səbəbi müxtəlifdir.
Təsnifatın strukturunu anlamaq üçün bir-neçə tsiklə baxaq:

TOFFLER tsiklləri- 1000-2000 ili əhatə edir. Yaranma səbəbi sivilizasiyaların inkişafı və
dəyişməsidir. Misal olaraq Şumerləri göstərmək olar. Şumerlərdə sivilizasiya çox-çox əvvəl
inkişafa başlasa da, sonralar çökməyə başlayır, iflas edir.

FORRESTER tsiklləri- təqribən 200 ili əhatə edir. Yaranma səbəbi yeni enerji və
materiallar balansında baş verən dəyişikliklərdir. Buna misal olaraq neftin sənayedə istifadə
olunduğu vaxtdan bu günə qədər istifadə miqyasına görə keçdiyi yolu göstərmək olar. Artıq neft
sənayesi enməkdədir. Bir-neçə ildən sonra o, çöküşünü yaşayıb, öz yerini tamamilə onu əvəz
edəcək digər enerji mənbəyinə-elektrik enerjisinə verəcək. Sonra isə, neftin keçdiyi
mərhələlərdən elektrik enerjisi də keçəcək və onu əvəz edəcək yeni mənbə tapılanda o da öz
çöküşünü yaşayıb dövriyyədən çıxacaq. Bu proseslərin iqtisadiyyata təsiri həmin anda mövcud
enerji mənbəyinin əsas istehsalçısı olan dövlətlərin iqtisadiyyatında müşahidə olunur.

166
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Böhranlar

Artıq iki əsrlik bir müddətdə iqtisadiyyatda inkişaf edən sənayə cəmiyyətində dəfələrlə
böhranlar müşahidə olunmuşdur. Hansı ki, bu böhranlar tədrici azalan istehsal, reallaşmamış
məhsulların bazarda toplanması, qiymətlərin düşməsi, qarşılıqlı hesab sistemlərinin uçurumu,
bank sistemlərinin çökməsi, sənaye və ticarət firmalarının iflası və artan işsizliklə müşahidə
olunurdu.

İqtisadi dərsliklərdə iqtisadi böhran əmtəə və xidmətlər üzərindən tələb və təklif arasında
əlaqənin pozulması kimi izah olunur.

Böhranlar bütün tarix boyu bəşəriyyəti izləyib. Sadəcə dövrlərdən asılı olaraq böhranlar
müxtəlif səbəblərdən yaranırdılar: erkən böhranlar kənd təsərrüfatı mallarının çatışmazlığı
səbəbindən yaranırdısa, 19-cu əsrin ortalarında böhran sənaye məhsulları ilə ödəmə qabiliyyətli
tələb arasındakı əlaqənin pozulması səbəbindən yaranmışdır.

20-ci əsrə kimi baş verən iqtisadi böhranlar adətən 1,2 və maksimum 3 yaxın ölkəni əhatə
edirdi. 20-ci əsrdən sonra isə iqtisadi böhranlar qlobal xarakter almağa başladı. Baxmayaraq ki,
beynəlxalq cəmiyyətlər böhranın dünyəvi xarakter almaması üçün tədbirlər görür (təsərrüfat
prosesləri üzrə dövlət nəzarətinin gücləndirilməsi, beynəlxalq maliyyə təşkilatlarının yaradılması
və s.) böhranı qabaqcadan təxmin etmək yaxud qarşısını almaq qeyri-mümkündür. Avrasiya və
Amerikada son iki əsrdə 20 böhran hadisəsi baş vermişdir.

Dünyada ilk beynəlxalq iqtisadi böhran 1857-ci ildə baş verərək ABŞ, AFR, İngiltərə və
Fransanın təsərrüfat və ictimai həyatına zərbə vurmuşdur. Böhranın səbəbi isə dəmiryol
şirkətlərinin kütləvi iflası və aksiyalarının düşməsi olmuşdur. Fond bazarının çökməsi isə ABŞ
bank sistemində böhrana şərait yaratdı.

Növbəti beynəlxalq iqtisadi böhran 1873-cü ildə Avstriya və Almaniyada baş


verdi. 1873-cü ildə yaranan bu böhran iri maliyyə böhranı kimi qiymətləndirilirdi. Böhranın
yaranmasına səbəb Latın Amerikasında kredit artımı və Almaniya, Avstriyada olan daşınmaz

167
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

əmlak bazarının spekulyativ artımı zəmin yaratmışdır. Almaniya və Avstriyadakı artım Vyanada
fond bazarının çökməsinə səbəb olmuşdur.ABŞ-da isə bank panikası Nyu-York fond birjasında
aksiyaların düşməsi və ölkənin baş maliyyəçisinin dəmiryol şirkətinin iflasa uğraması ilə
başlamışdır. Böhranın Almaniyadan ABŞ-a irəliləməsinə səbəb alman banklarının kreditlərin
prolonqasiyasından imtina etməsi olmuşdur. Amerikan və Avropa iqtisadiyyatlarının resessiya
fazasına (istehsalın çökməsi) daxil olması Latın Amerikası ölkələrində ixracın kəskin azalmasına
səbəb olmuşdur. Bu böhran tarixdə qeydə alınan ən uzun maliyyə böhranı kimi 1878-ci ilə qədər
davam etmişdir.

1914-cü ildə Birinci Dünya Müharibəsi ilə əlaqədar beylnəlxalq maliyyə böhranı hər iki
yarımkürəni bürüyür. Səbəb kimi ABŞ, İngiltərə, Fransa, Almaniya hökümətlərinin hərbi
fəaliyyəti maliyyələşdirmək məqsədi ilə xarici emitetlərin qiymətli kağızlarının satışı olmuşdur.
Bu böhran digərlərindən fərqli olaraq mərkəzdən periferiyaya deyil, elə bir neçə yerdə eyni
zamanda yarandı. Bu isə bütün bazarların (pul və əmtəə) çökməsinə səbəb oldu.

Növbəti beynəlxalq iqtisadi böhran müharibədən sonra yaranan deflyasiya və resessiya ilə
əlaqədar 1920-1922-ci illərdə yaranmışdır. Böhran Danimarka, İtaliya, Finlandiya, Hollandiya,
Norveç , ABŞ və İngiltərədə bank və valyuta böhranlarına zəmin yaratmışdır.

1929-1933 Böyük depressiya illəri. 1929-cu il 24 oktyabr (qara cümə axşamı) tarixində
Nyu-York fond birjasında aksiyaların kəskin azalması baş verdi, hansı ki bu hadisədən sonra
tarixin ən iri böhranlarından biri üçün başlanğıc oldu. Qiymətli kağızların dəyəri 60-70%-ə kimi
düşdü, əhalinin iş fəaliyyəti kəskin azaldı və əsas dünya valyutaları üçün qızıl standartı ləğv
olundu. Baxmayaraq ki, Birinci Dünya Müharibəsindən sonra ABŞ iqtisadiyyatı sürətlə inkişaf
edirdi (milyonlarla aksiya sahibləri öz kapitallarını durmadan arıtırırdılar, istehlakçı tələbi
yüksək templə artırdı,) hər şey bir anda çökdü. Böhran vaxtı aksionerlər 1929-cu ilin sonunda
artıq 40 mlrd. Dollar itirmişdilər və bu rəqəm fasiləsiz artırdı, firma və zavodlar ard-arda
bağlanırdı, bank sistemi çökmüşdü, milyonlarla işsiz insan isə artıq ümidini itirmişdi. Böhran
1933-cü ilə qədər davam etdi, lakin onun təsirləri 30-cu illərin sonuna kimi iqtisadiyyat və
əhalinin rifahında mənfi şəkildə əks olundu.

168
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

1973-cü ildə ABŞ-da başlayan iqtisadi böhran digər ölkələri əhatə etmə miqyasına və
iqtisadiyyatı məhv etmə gücünə görə 1929-1933 illərdə olan böhranla eyni sırada durur. Beləki
bu böhran bir çox ölkələrdə resessiya ilə bağlı olmuşdur. Eyni zamanda bu dövrdə “Neft
partlayışı” adlanan hadisə də enerji qıtlığına səbəb olmuşdur. Beləki, OPEK ölkələri neft
hasilatını azaldaraq neftin dəyərini əhəmiyyətli dərəcədə artırmışdılar.

1987-ci il Qara Bazar Ertəsi. 19 oktyabr 1987-ci ildə Amerikanın fond indekslərindən
biri olan Dow Jones Industrial dəyərini 22,6% itirmişdir və bununla da amerika bazarı
çökmüşdür. Amerika bazarının ardınca isə Avstraliya, Kanada, Honkonq bazarları iflasa
uğramışdır. Böhranın yaranma mənbəyi bir sıra iri şirkətlərin kapitallaşmanı azaltdıqdan sonra
investorların xaricə axını olmuşdur.

1997-ci il Asiya böhranı. Cənub-Şərqi asiyada baş verən böhrana yaranmasına səbəb
xarici investorların geri çkilməsi səbəb olmuşdur. Xarici investorların qeyd olunan addımı
regiondakı milli valyutanın devalvasiyası və alıcılıq qabiliyyətli istehlakçıların qıtlığı ilə izah
olunur.

169
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Azərbaycanda Makroiqtisadi islahatlar və onun


nəticələri2

1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında

demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli

iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin

transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında: dövlət

müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar

iqtisadi sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və

sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr

qoyuldu.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə

ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü.

İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf

dövrü.

Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi (1991-

1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın Azərbaycana qarşı hərbi

təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək erməni silahlı qüvvələrinin işğalı

altındadır. Ermənistandan və Azərbaycanın işğal olunan ərazilərindən qovulmuş 1 milyondan

çox azərbaycanlıların əksəriyyəti hələ də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə

yaşayırlar. Bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da,

faktiki olaraq onların çoxunun daimi iş yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi
2
http://azerbaijan.az/portal/Economy/Reforms/reforms_01_a.html

170
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş müttəfiq

respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya

əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı

düşdü, müəssisələrin əksəriyyəti öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq

məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin

əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı,

inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real

imkanları nəzərə alınmadan əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və

çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya

çevrilməsinə səbəb oldu) problemlər vəziyyəti ağırlaşdırmışdı.

Bu dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici iqtisadi

fəaliyyətin liberallaşdırılmasından başlanılmışdır. Liberallaşdırma prosesi 1995-ci ilə kimi

ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət olunmuşdur. Belə ki, 1991-ci ildə

istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım

bir neçə dəfə sürətlənmişdir. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə,

1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,65 dəfə

artmışdır.

Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir

istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)''

adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru

istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca

belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi

171
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların

sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.).

Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində aparılmış zəif

islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər

müşahidə olunmuşdur. Belə ki, 1991-ci ildə ümumi daxili məhsul (ÜDM) 2,7 milyard manat

olmuş, 1991-1995-ci illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il 13-20% azalmışdır. Bunun

nəticəsi olaraq əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri

real ifadədə 3,6 dəfə, adambaşına pul gəlirləri orta hesabla 1,4 dəfə aşağı düşmüşdür. İstehsal

sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi xeyli yüksəlmişdir. Belə ki, 1991-1995-

ci illər ərzində iqtisadi fəal əhali içərisində məşğul əhalinin sayında azalma müşahidə

olunmuşdur.

1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin

səviyyəsi 8,2 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və bu dövrdə

inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper inflyasiya mərhələsinə qədəm qoymuşdur

(1994-cü ildə inflyasiya səviyyəsi 1763.5 faiz olmuşdur). Belə ki, istehsalın kəskin şəkildə

azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi

proseslər və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi

vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-

bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından

inflyasiyanı daha da sürətləndirirdi.

Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə aparılmış

sistemsiz iqtisadi islahatlar aşağıdakı neqativ hallara səbəb oldu: (I) maliyyə-bank sistemi iflic

172
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

vəziyyətə düşdü; (II) büdcə kəsirinin ÜDM-ə nisbəti 1994-cü ildə 13 faizə çatdı; (III) bütünlüklə

büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox

artmasına səbəb oldu; (IV) 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45

faizini təşkil etdi; (V) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60

faiz təşkil etdi; (VI) 1994-cü ildə Milli Bankın faiz dərəcələri 250 faizə çatdı; (VII) 1992-ci ildə

tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı və 1995-ci ilədək

onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı

düşdü; (VIII) ölkədə inflyasiya özünün pik səviyyəsinə çatdı; (IX) 1992-1994-cü illərdə xarici

ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı; (X) 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da

olsun belə xarici sərmayə qoyulmadı; (XI) bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə

azaldı və s.

1993- cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli

liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə

baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat

sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə

ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi

islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında

qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri

(konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (''Azərbaycanda Kiçik və Orta

Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan Respublikasında kiçik

və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan

173
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)",

"Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)",

"Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında

2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında

yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)",

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci

illər)", ("Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər)və s.) və bir

çoxları da hazırlıq mərhələsindədir, (“Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və

davamlı inkişaf üzrə Dövlət Programı”, "Azərbaycan Respublikasında nəqliyyat sisteminin

inkişafı Dövlət Proqramı", “Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin inkişaf

startegiyası” və s.).

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı

kimi səciyyələndirilir: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə

malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın

formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki

potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya

təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması.

Bu model üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyətlərini

- göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən

əlaqələndirilmiş proqramlar üzrə aparılması; qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv

qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması;

174
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya

təcrübəsinə arxalanması təşkil edir.

Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olmasının

ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş

nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə

iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə səbəb olmuşdur: inflyasiya

cilovlanmış (1996-cı ildən başlayaraq 2003-cü ilə qədər Azərbaycanda inflyasiyanın səviyyəsi 2-

3%-dən yuxarı qalxmamış), Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi

praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Bu

dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi

sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin

etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%,

1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir. 2005-2006-cı illərdə isə real iqtisadi

artım tempi 26,4 və 34,5% təşkil etmişdir.

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm

istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı

üçün əlverişli şərait yaradılması təşkil etmişdir. Artıq torpaq və aqrar islahatları institusional

baxımdan faktiki olaraq başa çatmışdır. 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq

kəndlilərə paylanmış, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradılmışdır. Hazırda

kənd təsərrüfatı məhsulunun 99,0%-i özəl bölmədə istehsal olunur. Bu proses ölkədə mühüm

sosial-siyasi dəyişikliklərlə yanaşı, kənd təsərrüfatı sahələrinin iqtisadi səmərəliliyinin

175
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

yüksəlməsinə də təkan vermişdir. Son illərdə bir sıra ərzaq məhsulları (məsələn ət və süd

məhsulları, kartof-soğan və s.) idxalının xeyli dərəcədə azalması buna bariz sübutdur.

Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi artıq başa çatmış və II

özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılmış və bu proqram çərçivəsində rabitə,

nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin müəssisələri özəlləşməyə

açılmışdır.

Sahibkarlığın inkişafı və özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar görülən işlər

nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq 2006-cı ildə 81% təşkil

etmişdir.

Son illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu da xeyli artmışdır. 2000-2006-cı

illərdə əsas kapitala bütün maliyyə mənbələri hesabına 26 mlrd. ABŞ dollarından çox investisiya

qoyulmuşdur.

Bu dövrdə görülən işlər içərisində 1999-cu ilin sonunda Neft Fondunun yaradılması xüsusi

qeyd edilməlidir. Vaxtında qəbul edilmiş bu qərar iqtisadi inkişafda yeni mərhələnin

başlanmasını göstərir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli

sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin

olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının məhsulu kimi qiymətləndirilməlidir.

Bu davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq

edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005-2025-ci

illər) mühüm əhəmiyyət kəsb edir.

176
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Həmçinin son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın

yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və

keçirilən iqtisadi islahatların, tədbirlərin (bu islahat və tədbirlərin hansı siyasi sənədlərlə həyata

keçirilməsi yuxarıda qeyd edilmişdir) davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi

ilbə-il yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il

Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası

hazırlanır. 2007-ci ildə “Azərbaycan Respublikasının 2008-ci və gələn üç il üzrə iqtisadi-sosial

inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət proqramları ilə əlaqəli şəkildə

hazırlanmışdır. Bu sənəd Azərbaycan Respublikasının 2008-2011-ci illərdə iqtisadi və sosial

inkişafının əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2008-ci və sonrakı üç

il üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini əsaslandırır.

Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil

olmuşdur. Azərbaycan xalqının ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin sözləri ilə

desək, ölkədə demək olar ki, keçid dövrü başa çatmışdır, müstəqil siyasi və iqtisadi əsasları olan

Azərbaycan Dövləti qurulmuşdur.

Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin

yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla,

uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən

ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda,

təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri

olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın

177
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-

neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının

formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması

və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait

yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və

ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid

etmək olar.

178
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Gəlin öyrəndiklərinizi test edək

1. Keyns “Klassik nəzəriyyənin” işləməməsini nələri nəzərə almadığı üçün olduğunu izah
edir?

1.Milli gəlir səviyyəsini

2.İnvestisiya ilə qənaətin əlqəsinin olmamasını

3.Əmək haqqının əsas gəlir mənbəyi olmasını

4.İnvestisiyaların faiz dərəcəsindən asılı olmasını

A)2,3,4 B) 2,3 C)yalniz 1 D) yalnız 3 E)heç biri

2. Məcmu təklifin artmağı nəyə səbəb ola bilər

A) staqfilyasiyaya
B) staqnasiyaya

C) defilyasiya və işsizliyə

D) işsizliyin azalmasına və defilyasiya

E) infilyasiya və məhsul istehsalının artımına

3.Aşağıdakilardan hansı dövlətin bazarı tənzimləmə metoduna aiddir?

1.Vergi-subsidiya 2.Pul kredit 3.Kvotalaşdirma 4.Monetar siyasət 5.Qiyməti fiksə etmə

A) 1,3,5 B) 1,2,4 C) 2,3,5 D) 1,4,5 E) 2,4,5

4. Baza dövrünün qiymətləri ilə ümummilli məhsulun dəyəri:

A) Nominal ÜMM-dur

179
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

B) Real ÜMM-dur

C) Potensial ÜMM-dur

D) XMM-dur

E) Earazlıq ÜMM-dur

5. Birbaşa vergilərə aiddir:

A) Dövriyyə vergisi

B) ƏDV

C) Mənfəət vergisi

D) Aksiz vergis

E) Xarici ticarətdən alınan vergilər

6. Koorporasiyaya xas olsan əlamətləri müəyyən edin ?

1.Bütün məhsuliyyət müəyyn edilmiş bir şəxsin üzərində formlaşır


2.Öz şəxsi vəsaiti ilə də cavabdehdi
3.Səhmlərə bölüşdürülür
4.İkiqat vergi tutulur

A) yalniz 1
B) 2,4
C) 2,3,4
D) 1,4
E) 3,4

180
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

7. Əmək haqqı – 3 mlrd, İstehlak xərci – 4 mlrd,

Ev təsərrüfatları - 2,5 mlrd,

Renta ödənişləri – 1 mırd, İdxal – 2,5 mlrd,

Gəlirlər – 6 mlrd,

Amortizasiya ayrmaları – 1 mlrd,

İxrac – 2 mlrd,

İnvestisiya xərcləri – 3mlrd,

İnvestisiya gəlirləri – 2 mlrd,

Dövlət xərcləri 4,5 mlrd, firma istehsalı – 5 mlrd

Verilənlərə əsasən ÜMM-ni hesablayın

8. Aşağıdakılardan hansı klassiklərin tam məşğulluq alətləridir?

1.Faiz dərəcəsi

2.Qənaət

3.Qiymət

4.İnvestisiya

5.Əmək haqqı

9.İnzibati amirlik iqtisadi sisteminə uyğun variantları seçin?

1.mərkəzdən idarə etmə var.

2.təbəqələşmə yoxdur (varlı-kasıb)

181
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

3.işləmək üçün stimul güclü idi

4.nəzarət çətinliyi vardı

5.azad fəaliyyət mövcud idi

6.xüsusi təsərrüfatlar vardır.

A) 1,2,4 B) 1,4 C) 1,4,6 D)2,3,4 E) 1,2,3,4

10. c= 2500 + 0,8Y və S=500 verilənlərə əsasən gəlirim tamamən istehlak olunubsa istehlak
xərcini müyyən edin.

A) 12500

B) 15000

C) 10000

D) 0

E) 500

11. Qrafikə əsasən istehlak funksiyasını qurun və 1ci oxun işarə etdiyi sahənin nə oldugu
müəyyən edin.

182
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

A) c = 200 + 0,25Y; borc

B) c = 100+0,25Y; borc

C) c= 100+0,75Y; borc

D) c= 200+0,75Y; yığım

E) c= 200+0,75Y; borc

12.

İllər Nominal Real ÜDM Qiymət


ÜDM(mlrd) indeksi

2010 100 1.25

2011 132 110

2012 158.4 1.1

2010-ci ilə nəzərən 2012h-cü ildə Real artım neçə faizdir?

A) 2 B) -2 C) 0 D) 10 E) 20

13.İstehlak xərci=1.5 mlrd , əmək haqqı=2mlrd, amortizasiya ayırmaları=2.5mlrd, investisiya


xərcləri=3mlrd, idxal=2.5mlrd, dividentlər=0.8mlrd, ixrac=2mlrd, % ödənisləri=5mlrd,
nəqliyyat sahəsinin sahəsini gəlirləri=6mlrd, dövlət xərcləri=3mlrd, dövlət gəlirləri= 2.8mlrd,
ÜMM-u hesablayın?

A) 7mlrd

B) 8mlrd

C) 10.8mlrd

D) 6.8mlrd

183
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

E) 7.2mlrd

14.Düzgün olanı gösterin?

1.ÜMM>ÜDM

2.MG<XMM

3.ÜMM>şəxsi malik olduğu gəlir(Ş.M.G)

4.sərəncamında qalan gəlir<Ş.M.G

5.MG>Ş.M.G

A) 2,3 B) 2,3,4 C) 1,3,5 D) 2,3,5 E) 1,2

15.Ratchet mexanizmi özünü harda göstərir?

A) AD və AS-in klassik hissədə kəsişib və AD-nin azalması zamanı

B) AD və AS-in keyns hissədə kəsişib və AS-in artması zamanı

C)AD və AS-in keyns hissədə kəsişib və AD-nin azalması zamanı

D) AD və AS-in klassik hissədə kəsişib və AD-nin artması zamanı

E) AD və AS-in klassik hissədə kəsişməsi və AS-in artması zamanı

16. Bissektirisa əyrisi nəyi göstərir?

A) Gəlirin istehlakla,qənaət arasında bölüşdürülməsini

B)Kəndar nöqtənin müəyyən edilməsi

C) Gəlirin tamamən istehlakını

D) İstehlakla qənaətin qarşılıqlı əlaqəsi

E) İstehlakla gəlirin arasındakı fərqi

184
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

17. MPC-ni hesablayın?

Istehlak Gəlir Qənaət A) 0.8


xərcləri
B) 0.75

320 400
C) 0.2

380 100
D) 0.15

E) məlumat kifayət etmir

18.Sahibkar tikinti sahəsinə qoyduğu 40000 azn-lik investisiya hesabına 12% infilyasiya baş
vermiş növbəti ildə 46000 azn gəlir əldə etmişdir.Əgər həmin ildə bank faizləri 18% olubsa
,invertisiyadan gələn gəliri hesablayın?

A) 20%

B) 5%

C) -15%

D) 9%

E)25%

19.Multiplikatoru hesablayın?

Gəlir Istehlak
xərci A) 1.25 B) 5 C) D)

800 650 E) 4

1000 810

185
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

20.Multipikatorun təsir dərəcəsi nə zaman daha böyük olur?


A) AS-nin keyns hissəsində

B) AS-nin aralıq hissəsində

C) AS=AD qiymətində

D) AS-nin klassik hissəsində

E) AD-nin artması zamanı

21.Ölkədə əlavə olaraq 12mln investisiya buraxılmışdır. Bunun isə 2mln-u qənaət
olunmuşdur, 2mln-u vergi kimi tutulmuş və 1 mln-u idxal məhsullarına xərclənmişdir.
Mürəkkəb multipikatoru hesablayın?

A) 5/15

B) 7/15

C) 15/7

D) 15/5

E) 59/120

22.Dövlət xərci 3mlrd, idxal 1mlrd, ixrac 1.5mlrd, investisiya 3mlrd, qənaət 2.5mlrd-dır.
Ölkədə tarazlıq olması üçün vergi nə qədər olmalıdır?

A) 4mlrd

B) 2mlrd

C) 3mlrd

D) 6mlrd

E) 1mlrd

186
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

23. Dövlət xərclərinin olmadığı qapalı bir iqtisadiyyatda C = 60 + 0,8Y və I = 150 isə
tarazlıq səviyyəsindəki yığım miqdarı neçədir ?
a. 1050
b. 900
c. 150
d. 210
e. 90

24. Avtonom istehlak 70 vahid, son hədd istehlak meylliliyinin 0,9 olduğu qapalı bir
iqtisadiyyatda gəlir səviyyəsi 140 vahid olduqda orta yığım meylliliyi neçədir ?
a. -0,7
b. -0,4
c. 1,4
d. 0,4
e. -1,4

25.2014 və 2015 – ci illərdə A ölkəsində ÜDM nominal olaraq 300 mlrd dollar və 400 mlrd
dollar təşkil edib. Həmin illər üçün ÜDM deflyatorunun 1,5 və 1,6 olduğu məlumdursa,
real ÜDM artımını və infilyasiya səviyyəsini hesablayın
a. 20% və 10%
b. 25% və 3,33%
c. 25% və 6,67%
d. 20% və 5%
e. 10% və 1%

26. Son hədd istehlak meylliliyi MPC = 0,65, son hədd investisiya meylliliyi MPI = 0,1
olduğu bir iqtisadiyyatda özəlsektor firmalarının 100 mln AZN-lik əlavə investisiya həyata
keçirməsi nəticəsində milli gəlirdə necə bir dəyişiklik baş verər ?
a. 400 mln artacaq
b. 100 mln azalacaq

187
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

c. 40 mln artacaq
d. 400 mln azalacaq
e. 100 mln artacaq

27. Son hədd yığım meylliliyi son hədd istehlak meylliliyinin üçdə birinə bərabərdir.
Multiplikator əmsalı neçədir ?
a. 1/3
b. 3
c. 2/3
d. 2
e. 4

28. Aşağıdakılardan hansıbir əmtəənin təklif əyrisini sağa doğru sürüşdürər ?


a. Əmtəənin qiymətində artış
b. Subsidiyanın azalması
c. Bazar tələbinin azalması
d. Əmək haqqlarının azalması
e. Firmaların sayının azalması

29. Ölkədə iqtisadi fəaləh alinin sayı 120 min nəfərdir. Bunlardan 54 min nəfəri işçi
qüvvəsinə daxildir və 45,9 min nəfəri işləyir. Bu ölkə üçün işçi qüvvəsində iştirak əmsalı və
işsizlik dərəcəsini hesablayın.
a. 80% və 25%
b. 48% və 12%
c. 60% və 12%
d. 48% və 20%
e. 45% və 15%

188
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

30.Dövlət xərclərinin olmadığı qapalı bir iqtisadiyyatda istehlak funksiyası C = 30 + 0,8Y


və investisiya funksiyası I = 50 + 0,1Y olaraq verilmişdir. Bu iqtisadiyyatda tarazlıq
vəziyyətindəki gəlir səviyyəsi və investisiya miqdarı neçədir ?
a. 600
b. 700
c. 800
d. 900
e. 1000

31.Həm IS, həm də LM əyrisinin sağında qalan zona üçün aşağıdakılardan hansı doğrudur
?
A) M < L və S > I
B) M = L və S > I
C) M > L və S < l
D) M < L və S < I
E) M < I və S = I

32. .FaiZ dərəcəsi 10% olan. bir il müddətlı 100 AZN dəyərindəki dövlət istiqrarının satış
qiyməti neçə AZN- dir?
A) 110 B) 95.55 C)100 D) 90.91 E) 107.22

33. IS əyrisi ilə bağlı aşagıdakılardan hansı dogru deyil?


a. Mənfi meylliliyə malikdir
b. Əmtəə bazarının tarazlıqda olduğu nöqtələri göstərir
c. Faiz dərəcəsinin dəyişməsi IS əyrisinin yerdəyişməsinə səbəb olur
d. Avtonom xərclərin dəyişməsi IS əyrisinin yerdəyişınəsinə səbəb olur
e. Gəlirdəki dəyişiklik IS əyrisi üzərindəki hərəkəti ifadə edir

34. Dövlətin olduğu açıq bir iqtisadiyyatda son hədd istehlak meylliliyi c=0,8: son hədd
idxalat meylliliyi m=0, l və son hədd vergi norması t=0,1 olarsa, dövlət xərclərindəki 10
vahidlik bir artım tarazhq gəlir miqdarı nə qədər artırar?

189
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

A) 35.71

B) 50

C)20

D) 46.44

E) 26,31

35. .Əmtəə bazanndakı tarazhq əyrisi hansıdır?


A) Məcmu tələb əyrisi
B)LMəyrisi
C) lS əyrisi
D) Məcmu təklif əyrisi

E) Filips əyrisi

36.Bir iqtisadiyyatda C=200+0.8Y. I=200. G=100 və NX=100 olarsa tarazıhq gəlir


səviyyəsini hesablayın.

A) 3000

B)6000

C) 4600

D) 3800

E) 1900

37. Əgər ÜMM ÜDM-dən böyükdürsə, onda ....


a. Büdcə kəsri mövcuddur
b. Xarici ticarət kəsri mövcuddur
c. Xalis amil gəlirləri müsbətdir

190
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

d. Xalis amil gəlirləri mənfıdir


e. Tədiyyə balansi kəsri mövcuddur

38.Dövlət xərclərinin olmadığı qapalı bir iqtisadiyyatda istehlak funksiyası C=150+0,9Y isə
planlanan investisiyalar 100 vahiddən 150 vahidə yüksələrsə, yeni tarazlıq milli gəlir
səviyyəsini (Y) hesablayın.

39.Dövlətin olmadığı qapalı bir iqtisadiyyatda tarazlıq vəziyyəti mövcudkən planlaşdırılan


investisiyalarda bir artım olarsa tarazlığın yenidən bərpa olunması üçün aşağıdakılardan
hansı haş verməlidir?
A) Yığımlar artmalıdır

B) Yığımlar azalmalıdır

C) Istehlak artmalıdır

D) İstehlak sabit qalmalıdır

E) Yığımlar dəyişməməlidir

40. “Sey” qanunu nədir?


A) Tələb öz gəlirini yaradır ki, bu da tam məşğulluğu pozur
C) Tələb öz təklifini yaradır ki, bu da tam məşğulluğu yaradır
D) Təklif öz gəlirini yaradır ki, bu da tam məşğulluğu pozur
E) Təklif öz tələbini yaradır ki, bu da tam məşğulluğu pozur

41. Sey qanununun işləməsi üçün hansı şərt ödənilməlidir?


A) Qazanılan gəlir tamamilə istehlak olunmalıdır, yəni investisiya olmamalıdır
B) Milli gəlir məcmu gəlirə bərabər olmalıdır
C) Tam məşğulluq şəraiti olmalıdır
D) Qazanılan gəlir tamamilə istehlak olunmalıdır, yəni qənaət olmamalıdır
E) Faiz dərəcəsi ilə investisiyadan gələn gəlir səviyyəsi eyni olmalıdır

191
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

42. Aşağıdakılardan hansı klassiklərin tam məşğulluq alətləridir?

1. Faiz dərəcəsi 2. Qənaət 3. Qiymət 4. İnvestisiya 5. Əmək haqqı

A) Hamısı B) 1,3,5 C) 1,2,4,5 D) 2,4 E) 1,5

43. Aşağıdakılardan hansı tam məşğulluq şərtidir?

1. Gəlir = İstehlak 2. Faiz dərəcəsi = İnvestisiya


3. Qənaət = İnvestisiya 4. İstehlak = Qənaət

A) Hamısı B) yalnız 3 C) 1,2,3 D) 2,4 E) 1,5

44. Keyns Klassik nəzəriyyənin işləməməsini nələrlə izah edir?

1. Milli gəlir səviyyəsi nəzərə alınmır


2. İnvestisiya ilə qənaətin əlaqəsinin olmaması
3. Əmək haqqının əsas gəlir mənbəyi olması
4. İnvestisiyaların faiz dərəcəsindən asılı olmaması

A) 2,3,4 B) 2,3 C) yalnız 1 D) yalnız 3 E) heç biri

45. Uyğunlaşdırın.

1. İstehlakdan yüksək meyillilik A) MPS


2. Qənaətdən orta meyillilik B) MPC
3. Qənaətdən yüksək meyillilik C) APC
4. İstehlakdan orta meyillilik D) APS

192
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

46. Gəlir = 200 AZN, Qənaət = 40 AZN olarsa APC = ?

A) 0,8 B) 0,2 C) 160 D) 40 E) 200

47. Gəlir = 220 ⟶ 250


İstehlak = 150 ⟶ 170 olarsa, MPS = ?
A) 0,67 B) 17/25 C) 0,33 D) 8/17 E) 8/25

48. Gəlir = 100, Qənaət = 80 olarsa, MPS = ?

A) 0,8 B) 0,2 C) 20 D) 80 E) Hesablamaq olmaz

49. İnvestisiyadan gələn gəlir səviyyəsi 17%-dir. Faiz dərəcəsi 17%-dir. Defilyasiya isə
4%-ə bərabərdir. Gəlir səviyyəsini hesablayın.

A) 7% B) 1% C) 35% D) 27% E) 1%

50. Bissektrisa əyrisi nəyi göstərir?

A) Gəlirin istehlakla qənaət arasında bölüşdürülməsini


B) Kəndar nöqtənin müəyyən edilməsini
C) Gəlirin tamamilə istehlakını
D) İstehlakla qənaətin qarşılıqlı əlaqəsini
E) İstehlakla gəlirin arasındakı fərqi

51. Kəndar nöqtə nəyi bildirir?

A) İnvestisiya = Qənaət B) Gəlir = İstehlak C) İstehlak = Qənaət


D) Gəlir = İnvestisiya + İstehlak E) İstehlak  Qənaət

52. Gəlir = 100 AZN, İstehlak = 30 AZN olarsa Multiplikatoru hesablayın?

193
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

A) 10 B) 9/10 C) 1/10 D) 10/9 E) Hesablamaq olmur

53. Multiplikatorun təsiri daha güclüdür?


A) Keyns hissədə qiymətin dəyişməsi zamanı
B) Klassik hissədə qiymətin dəyişməsi zamanı
C) Klassik hissədə qiymətin sabit qalması zamanı
D) Keyns hissədə qiymətin sabit qalması zamanı
E) Aralıq hissədə

54. Multiplikatorun düsturu ola bilər?


1 1 1 1 1 1
1. 2. 3. 4. 5. 6.
MPS MPC 1  MPC 1  MPS APS APC

A) 1,3,5 B) yalnız 1 C) 2,4,6 D) 1,3 E) 2,4

55. Gəlir = 160 ⟶ 200


İstehlak = 140 ⟶ 170 olarsa Multiplikator = ?
3 1
A) 20/17 B) 20/3 C) 4 D) 4 E) 4

56. Mürəkkəb multiplikatoru hesablamaq üçün nə lazımdır?


A) istehlak və qənaət
B) yalnız qənaət
C) dövlətin təsiri
D) dövlətin təsiri, idxal-ixrac və s.
E) gəlir

57. Toplam istehlak funksiyası


C = 120 + 0,8 (Yd) və
T = 50 + 0,2 Y isə, Gəlir 2500 olduğunda toplam istehlak xərcləri nə qədərdir?

194
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

58. İstehlak (C) -12;


İnvestisiya (I)- 14;
Dövlət xərcləri-5;
İxracat-4;
İdxalat-5 olduğuna görə, toplam tələb nə qədərdir?

59.Amortizasiya: 12;
Pul: 14;
Mənfəət: 9;
Vergilər: 3;
Borc faiz ödəmələi: 1;
Net Export: 25;
Faiz: 8;
Bölüşülməyən mənfəət: 4;
Mənfəət payları: 1;
Fərdi vergilər: 0,5;
Dolaylı Vergilər: 8;
Mənfəət: 7;
Sos. Güv.: 2;
Transfer harcamaları: 2
Buna görə bu iqtisadiyyatda ÜDM neçədir?

60. Əgər bir ölkənin əhalisi 400 nəfərdirsə, işçi qüvvəsi 360 nəfərdir və 300 nəfər işlə təmin
olunur
İşsizlik faiz nisbəti?

61. İstehlak funksiyası ilə dövlət iqtisadiyyatında xərclər C = 80 + 0.8 Yd


250, planlaşdırılan sərmayələr 120, vergi dərəcələri isə 250 ədəd,
büdcə multiplikatoru? (Yd - Çıxarılan gəlir)

195
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

62. Bir iqtisadiyyatda istehlak 1400 ədəd, investisiya 600 ədəd, dövlət xərcləri 800
vahid, birdəfəlik gəlir 1930 ədəd, vergi isə 825 ədəd təşkil edir
Bu ehtimala görə, Net Export NƏ QƏDƏRDİR?

63. Makroiqtisadi təhlilin məqsədi


a)iqtisadi artımı müəyyən etmək
b)effektli məşğuliyyət
c)qiymətlərin stabilləşdirilməsi
d)xarici iqtisadi tarazlığı təmin etmək
d)cavablar düzdür

64. ÜDM nədir?


a) əmtəə və xidmətlərin istehsalının cəmi
b)əmtəə və xidmətlərin reallaşdırılan həcmi
c)hazır əmtəə və xidmətlərin cəmi
d) bazar qiymətində bütün əmtəə və xidmətlərin cəmi
e)ilkin məhsulun dəyəri

65. . Nominal Ümumi Milli Məhsul ölçülür:


a)cari qiymətlərdə
b)real qiymətdə
c)bazis dövrünün qiymətində
d)əvvəlki dövrün qiymətində
e)istehsalçının qiymətində

66. . ÜDM-ölçülür
a) əsas qiymətlərdə
b)istehsalçı qiymətində
c)bazar qiymətində
d)ixrac qiymətində
e)sahibkar qiymətində

196
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

67. Aşağıdakılardan hansı istehsal amillərindən biri deyil?


A) Əmək
B) Təbii ehtiyatlar
C) Faiz
D) Kapital
E) Sahibkarlıq fəaliyyəti

68. Aşağıdakılardan hansı bir istehsalın dayandığı bir firmanın daşıyacağı ümumi
dəyərdir?
A) Dəyişən xərc
B) Marjinal qiymət
C) Sabit qiymət
D) Zero
E) maksimum qiymət

69. İnflyasiya və işsizliyin azalması ilə konyuktur nədir?


A) Stagflasyon
B) Deflyasiya
C) Dezinflyasiya
D) Depressiya
E) Konsolidasiya

70. Aşağıdakılardan hansı bir çox alıcı və satıcının yerləşdiyi bazar növüdür və onlardan
heç biri yalnız qiymətə təsir göstərə bilməz?
A) Monopolist rəqabət
B) Tam müsabiqə
C) Yarımçıq rəqabət
D) Oligopol
E) Monopol

71. Aşağıdakı hansılardan biri sıfır tələbat elastikliyidir (0)?

197
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

A) Geyim
B) Drugs
C) Qida maddələri
D) Təhsil kitabları
E) Avtomobillər

72. Qısa müddət ərzində iqtisadi artımdan yaranan geriləmənin adı nədir?
A) Resesiya
B) Depressiya
C) Tənəzzül
D) Devalvasiya
E) Yenidən qiymətləndirmə

73. Ölkədəki mövcud iş şəraitində və əmək haqqı səviyyəsində işləməyən işsizlərin adı
nədir?
A) Cyclic İşsizlik
B) Mövsümi işsizlik
C) İşsizliyin axtarılması
D) Qeyri-formal işsizlik
E) Kronik işsizlik

198
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Ümumi təkrar

74. İqtisadi sistem özündə nəyi birləşdirir?


a) Cəmiyyətin tələbatlarının ödənilməsi prinsiplərinin qanunauyğunluqlarını və motivlərini
b) İqtisadi həyatla bağlı olan təbiətin, cəmiyyətin və insan təfəkkürünün qarşılıqlı əlaqə və
inkişafından irəli gələn prinsipləri
c) İstehsal, istehlak, bölgü və mübadilə proseslərinin aternativ variantlarını və iqtisadi aktları
d) Yalnız iqtisadi səmərəli olan təbii ehtiyatlardan istifadə imkanlarına əsaslanan iqtisadi
strategiyaların məcmusunu

75. Hansı cəhətlərə görə bir-birindən fərqlənən iqtisadi şərtlərin və amillərin


məcmusu iqtisadi sistem adlanır?
1. İqtisadiyyatın başlıca probleminin həllinin təşkili və idarə olunmasına görə
2. Məhdud imkanlardan daha çox uyğun gələn istiqamətləri seçmək qaydalarına görə
3. Mövcud məhdud resurslardan istifadə olunması səviyyəsinə görə
4. Cəmiyyət və onun üzvlərinin tələbatlarının ödənilməsinə görə
5. Resursların məhdudluğu dərəcələrinə görə

a) 1, 2 və 5
b) 1, 3 və 4
c) 2, 4 və 5
d) 2, 3 və 5

76. İqtisadi sistemlər bir-birindən nəyə görə fərqlənirlər?


a) İqtisadiyyatın başlıca probleminin həllinin təşkili və idarə olunmasına görə
b) Mövcud məhdud resurslardan istifadə olunması səviyyəsinə görə
c) Məhdud imkanlardan məqsədlərinə daha çox uyğun gələn istiqamətləri seçmək qaydalarına
görə
d) Resursların məhdudluğu dərəcələrinə görə

199
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

77. Səmərəli fəaliyyət dedikdə nə başa düşürsüz?


a) Daha az resursla daha çox əmtəə istehsalına yönəldilmiş iqtisadi fəaliyyət
b) Mövcud məhdud resurslardan istifadə olunması səviyyəsinə istiqamətlənən iqtisadi fəaliyyət
c) Resursların məhdudluğu və tələbatların sonsuzluğu şəraitində effektiv iqtisadi fəaliyyət
d) Məhdud və mümkün istehsal imkanlarını nəzərə alan məqsədlərə istiqamətlənən şüurlu
fəaliyyət

78. ________________ insanların tələbatlarının ödənilməsinə çatmaq istəyi kimi


başa düşülür;
a) İqtisadi fəaliyyət
b) Tələb
c) İqtisadi məqsəd
d) Tələbat

79. Məhdudluq nədir?


a) Hamının istəyinə uyğun olaraq tələbatlarının ödənilməsi üçün resursların çatışmazlığı
b) Bütün iqtisadi dövrlərdə resursların kifayətliliyi
c) Hər hansı bir əmtəə istehsalı üçün resursun olmaması
d) Tələbatların sonsuzluğu şəraitində iqtisadiyyatın tələbi ödəmə qabiliyyəti

80. İqtisadi sistem XX əsrin 40-cı illərindən başlayaraq, neoliberalizm nəzəriyyəsinin


görkəmli nümayəndələri olan alman iqtisadçıları V.Ryopke, L.Erxard və V.Oyken tərəfindən
necə qeyd olunurdu?

a) Sərbəst və tənzimlənən bazar iqtisadiyyatı tipləri kimi


b) İqtisadi hüquqi aktların toplusu kimi
c) İnzibati-amirlik sisteminə keçid zərurəti kimi
d) Təsərrüfatçılıq prosesinin istiqamətləri forması kimi

200
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

81. İqtisadi sistemin formalaşmasına hansı iki mühüm amil təsir edir?
a) İqtisadi resurslar və onlardan səmərəli istifadə etmək dərəcəsi
b) Resurs məhdudluğu və sonsuz tələbatlar
c) Mühit və iqtisadi sistemi təşkil edən elementlərin struktur əlaqələrinin xüsusiyyətləri
d) İqtisadi kateqoriyaların hər hansı birinin olmaması və başqa iqtisadi sistemə keçid zərurəti

82. İqtisadi sistemlərin ən mütərəqqi forması hansıdır?


a) İnzibati amirlik
b) Bazar sistemi
c) Ənənəvi sistem
d) Qarışıq sistem

83. Bazar iqtisadi sistemi əsasən hansı dövrdə meydana gəlmişdir?


a) XXI əsrin ilk onilliyində
b) Son iki yüzillikdə
c) 17-ci əsrin ortalarında
d) Alqı-satqı əməliyyatı baş verən ilk gündən etibarən

84. Bazar sisteminin ən vacib elementləri hansılardır?


a) Tələb, təklif, qiymət və rəqabət
b) Qiymət, inflyasiya və tələbat
c) İstehsal, bölgü, mübadilə və istehlak
d) Pul-kredit, sahibkar və iqtisadi “oyunlar”

85. Bazar sisteminin öz daxili qanunauyğunluqlarının inkişafına uyğun olaraq


hansı mərhələləri mövcuddur?
a) Sərbəst tip və tənzimlənən tip
b) Kapitalizm tipi və sahibkarlıq tipi
c) Klassik tipi və müasir tip
d) Rəqabət tipi və inhisarçılıq tipi

201
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

86. Bazar sisteminin birinci tipi hansıdır?


a) Kapitalist tipi
b) Tənzimlənən tip
c) Sərbəst və ya azad tip
d) Klassik tip
87. Bazar sisteminin birinci tipinin ən klassik nümunəsi nə zaman və harada
mövcud olmuşdur?
a) 15-16-cı əsrlərdə Fransada
b) 19-20-ci əsrlər və 21-ci əsrin ilk onilliyində ABŞ-da
c) 18-19-cu əsrlərdə Yaponiyada
d) 18-19-cu əsrlərdə və 20-ci əsrin ilk onilliyində İngiltərədə
88.Bazar sisteminin birinci tipi üçün xarakterik hal nədir?
a) Qeyri-təkmil inhisarçılıq
b) Kəskin antiinhisar tədbirləri
c) Azad rəqabət
d) Kapitalist münasibətləri
89. Bazar sisteminin birinci tipini başqa necə adlandırırlar?
a) Xalis kapitalizm
b) Azad rəqabət bazarı
c) Kapital münasibətləri
d) Böhranlı tənəzzül
90. Bazar sisteminin birinci tipində əsas oyun “qaydalarını” kimlər müəyyən
edirlər?
a) İnhisarçılar
b) Dövlət
c) Kapitala sahib olanlar
d) Sahibkarlar
91. Bazar sisteminin birinci tipində əsas müəyyənedici rolu nə oynayır?
a) Rəqabət
b) Qiymət
c) Tələb
d) İstehsal imkanları

202
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

92. Bazar sisteminin birinci tipində iqtisadiyyatda böhranlı tənəzzül


vəziyyətlərin meydana gəlməsinin əsas səbəbi nədir?
a) Resurslardan istifadə etmək hüququnun sahibkarların nəzarətində olması
b) Bazara dövlət müdaxiləsinin minimum səviyyədə olması
c) Tələbatların sonsuzluğu və resursların məhdud olması
d) Qiymətin müəyyənedici rol oynaması
93. Bazar sisteminin ikinci tipi hansıdır?
a) Kapitalist tipi
b) Tənzimlənən tip
c) Sərbəst və ya azad tip
d) Klassik tip

94. Bazar sisteminin ikinci tipi üçün aşağıdakılardan hansı xarakterik deyil?
a) Sahibkarlar təbəqəsinin meydana gəlməsi
b) Resurslardan istifadə etmək hüququnun dövlət nəzarətinə keçməsi
c) Dövlətin qiymət, kredit, vergi vasitəsi ilə iqtisadiyyata müdaxilə etməsi
d) Azad rəqabətin hakim olması
95. Aşağıdakılardan hansı bazar sisteminin ən mühüm üstünlüklərinə aid
deyil?
a) İnsanlara gələcəkdə yüksək rifahın vəd edilməsi
b) Daima istehsalın səmərəliliyinin stimullaşdırılması
c) İstehsalın maddi-texniki bazasının təkmilləşdirilməsi
d) Şəxsi və ictimai mə’nafeyin birləşməsi
96. Bazar sisteminin mənfi cəhətlərinə aid olanları seçin;
1. Gəlirlərin bölgüsündə qeyri-bərabərlik törətməsi
2. Resursların bölgüsündəki sərt inzibatçılığın olması
3. Tam məşğulluq və sabit qiymət səviyyəsinə tə’minat verməməsi
4. İqtisadi fəaliyyətlərin əlaqələndirilməsində dövlətin əsas, müəyyənedici rol oynaması
5. Cəmiyyətdə müəyyən kübar və varlı tayfa qrupunun əmələ gəlməsi

a) 1, 2
b) 2, 5
c) 1, 3
d) 4, 5

203
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

97. Hansı iqtisadi sistem insanlara gələcəkdə yüksək rifah halını vəd edir?
a) Bazar sistemi
b) İnzibati - amirlik sistemi
c) Ənənəvi sistem
d) Qarışıq sistem
98. İnzibati amirlik sistemi öz başlanğıcını hansı nəzəriyyədən götürür?
a) Neoklassik
b) Marksizm
c) Liberalizm
d) Kommunizm

99. Aşağıdakılardan hansı inzibati-amirlik sisteminin mənfi cəhətlərinə aiddir?


a) Cəmiyyətdə ədalətli iqtisadi proseslərin olmaması
b) İnsanların cəmiyyətdəki resurslardan istifadədə bərabər və ədalətli mövqedə durmamaları
c) Resursların bölgüsündəki sərt inzibatçılıq
d) İctimai bölgünün qeyri-bərabərliyi

100.Aşağıdakı xüsusiyyətlər hansı iqtisadi sistemə aiddir?


1. İctimai mülkiyyət adı altında bütünlüklə o, dövlət mülkiyyətindədir
2. Mərkəzləşdirilmiş iqtisadi planlaşdırma ön mövqedə dururdu
3. Bütün yaradılmış nemətlər, regional xüsusiyyət nəzərə alınmadan bərabər bölünürdü
4. İqtisadi aktivliyin yüksəldilməsinə və şəxsi mənafeyin reallaşmasına şərait yaradılmırdı
5. bütövlükdə iqtisadi resurslar hərbi sənaye kompleksinin tələbatı istiqamətində istifadə
olunurdu

a) Bazar sistemi
b) İnzibati - amirlik sistemi
c) Ənənəvi sistem
d) Qarışıq sistem

204
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

101. Qarışıq iqtisadi sistem nə üçün istifadə edilir?


a) Bazar sistemi və inzibati-amirlik sistemində yaranan çətinlikləri aradan qaldırmaq üçün
b) Bazar sistemi və ənənəvi sistemdə yaranan çətinlikləri aradan qaldırmaq üçün
c) İnzibati-amirlik və ənənəvi sistemdə yaranan çətinlikləri aradan qaldırmaq üçün
d) Hər üç iqtisadi sistemin formalaşmasının mümkün olmadığı şəraitdə iqtisadi fəaliyyətləri
həyata keçirmək üçün

102. Qarışıq sistemdə iqtisadi fəaliyyətlərin əlaqələndirilməsində əsas,


müəyyənedici rolu kim oynayır?
a) Sahibkar
b) Mərkəzi plan orqanları
c) Əsasən sahibkar, qismən də dövlət
d) Dövlət
103. Ümumiyyətlə iqtisadi sistemlərin əsasən ________________________
sistemlərin arasında fəaliyyət göstərdiyini demək olar;
a) İnzibati-amirlik və ənənəvi 205ystem
b) Bazar sistemi və ənənəvi sistem
c) Bazar sistemi və inzibati-amirlik
d) Bazar sistemi və qarışıq
104. İnzibati amirlik sistemində resursların bölgüsünü kim iştirak edir?
a) Mərkəzi plan orqanları
b) Dövlət
c) Xüsusi sahibkarlar
d) Əsasən sahibkarlar, qismən də dövlət
105. Bazar sistemində resursların bölgüsünü kim iştirak edir?
a) Mərkəzi plan orqanları
b) Dövlət
c) Xüsusi sahibkarlar
d) Əsasən sahibkarlar, qismən də dövlət

205
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

106. Qarışıq sistemdə resursların bölgüsünü kim iştirak edir?


a) Mərkəzi plan orqanları
b) Dövlət
c) Xüsusi sahibkarlar
d) Əsasən xüsusi sahibkarlar, qismən də dövlət
107. Qarışıq sistem ________________ səviyyəsinə görə fəaliyyət göstərir?
a) Resursların bölgüsündəki ədalətlilik prinspiləri
b) İqtisadiyyata dövlət müdaxiləsi
c) Xüsusi sahibkarlarin iqtisadi aktlardakı rolunun
d) Mərkəzi plan orqanlarının fəaliyyət

108. “İqtisadiyyat nə öz-özünə tənzimlənir, nə də mərkəzləşdirilmiş formada həyata keçirilir”


– bu hansı iqtisadi sistemin spesifik xüsusiyyətidir?

a) Bazar sistemi
b) İnzibati - amirlik sistemi
c) Ənənəvi sistem
d) Qarışıq sistem
109. “İqtisadi fəaliyyətin təşkili və əlaqələndirilməsi üçün stabilliyin yaradılması və
gəlirlərin yenidən bölgüsünün həyata keçirilməsi” – bu hansı iqtisadi sistemin əsas
məqsədidir?

a) Bazar sistemi
b) İnzibati - amirlik sistemi
c) Ənənəvi sistem
d) Qarışıq sistem
110. Milli adət və ən’ənələrə, eləcə də etik qaydalara və dini e’tiqadlara əsaslanaraq
iqtisadiyyatın inkişaf etdirilməsi hansı iqtisadi sistemə aiddir?

a) Bazar sistemi
b) İnzibati - amirlik sistemi
c) Ənənəvi sistem
d) Qarışıq sistem

206
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

111.Hansı iqtisadi system yarı inkişaf etmiş şəkildə olur və burada iqtisadiyyat vərəsəlik
prinsiplərinə tabe edilir?

a) Bazar sistemi
b) İnzibati - amirlik sistemi
c) Ənənəvi sistem
d) Qarışıq sistem
112.Ənənəvi iqtisadi sistemdə iqtisadiyyatın əsas problemləri necə həll edilir?

a) Tayfa və qəbilə başçılarının göstərişi və məsləhətləri əsasında


b) Dövlətin xüsusi müdaxiləsi ilə
c) Külli miqdarda kapital qoyuluşları ilə
d) Sahibkarların müəyyən etdiyi “oyun qaydaları” ilə
113. Aşağıdakılardan hansı müəssisənin təsərrüfat fəaliyyətinin təhlilinin əsas mahiyyətinə
aid deyil?

a) İstehsalın texniki səviyyəsinin öyrənilməsi


b) İstehlak planlaşdırmasının istehsal normalarına uyğunlaşdırılmasının öyrənilməsi
c) İstehsal olunan məhsulun keyfiyyət və rəqabət qabiliyyətliliyinin öyrənilməsi
d) İstehsalatın material, əmək və maliyyə resursları ilə təmin edilməsi və onların səmərəli
istifadəsinin öyrənilməsi
114. Aşağıdakılardan hansı müəssisənin təsərrüfat fəaliyyətinin təhlilinin əsas məqsədinə
aiddir?

a) İqtisadiyyatı hərtərəfli öyrənmək və beləliklə də istehsal – istehlak normalarını müəyyən


etmək
b) İstehlak planlaşdırmasının istehsal normalarına uyğunlaşdırılmasını öyrənmək
c) İstehsalatı material, əmək və maliyyə resursları ilə təmin etmək və onların səmərəli
istifadəsini öyrənmək
d) Bütün fəaliyyət növlərini sistemli şəkildə öyrənmək və alınmış nəticələrin ümumiləşdirilməsi
əsasında müəssisənin fəaliyyətinin səmərəliliyini yüksəltmək
115.Aşağıdakılardan hansı müəssisənin təsərrüfat fəaliyyətinin təhlilinin
predmetinə aid deyil?
a) İstehsal olunan məhsulun bazar rəqabətli olub-olmamasının qiymətləndirilməsi
b) Müəssisənin istehsal və iqtisadi göstəricilərinin qiymətləndirilməsi
c) Müəssisənin maliyyə vəziyyətinin, sosial inkişafın nəticələrinin və əmək ehtiyyatlarından
istifadənin qiymətləndirilməsi
d) Əsas fondların vəziyyətinin və istifadəsinin, məhsulun (işin, xidmətin) istehsalına və
realizasiyasına çəkilən xərclərin təhlili, səmərəliliyinin qiymətləndirilməsi

207
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

116. Aşağıdakılardan hansı idarəetmə qərarlarının qəbul edilməsində iştirak


edən üsullara aid deyil ?
a) İntuitiv qərar
b) Proqnozlar əsasında qərar
c) Müşahidə və ya səriştə əsasında qərar
d) Rasional qərar

117. Rəhbər işçinin intuisiyası əsasında qəbul etdiyi qərar hansı qərardır ?
a) Mülahizə və ya səriştə əsasında qərar
b) Proqnozlar əsasında qərar
c) İntuitiv qərar
d) Rasional qərar
118. Aparılmış müşahidələrin yekunlaşdırılması və yaxud da əvvəllər baş vermiş
pozuntuların (xətaların) həlli zamanı müsbət nəticə vermiş təcrübənin (səriştənin) tətbiqi
yolu ilə qəbul edilən qərar hansı qərardır ?

a) Müşahidə və ya səriştə əsasında qərar


b) Proqnozlar əsasında qərar
c) İntuitiv qərar
d) Rasional qərar
119. Elmi və təcrübi biliklərin tətbiqi, rəhbər işçinin intellektual səviyyəsi və
qabiliyyəti əsasında qəbul edilən qərar hansı qərardır ?
a) Müşahidə və ya səriştə əsasında qərar
b) Proqnozlar əsasında qərar
c) İntuitiv qərar
d) Rasional qərar
120. ___________ – müəyyənliyin elə bir səviyyəsidir ki, onun köməyilə nəticəni
proqnozlaşdırmaq mümkündür;
a) İqtisadi qərar
b) Risk
c) İqtisadi təhlil
d) Proqnoz

208
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

121. Müəyyənlik şəraitində qərar qəbul edilməsi;


a) Seçiləcək qərar variantının səmərəsiz olması ilə səciyyələnməsi ilə bağlı olur
b) İnformasiya olmaması səbəbindən qərar variantlarının hazırlanmasının mümkün olmaması
ilə bağlı olur
c) Həll ediləcək problem barəsində kifayət qədər informasiyanın olması və qərar variantlarının
çox olması ilə bağlı olur
d) Bütün variantlar doğru ola bilər
122. Qeyri - müəyyənlik şəraitində qərar qəbul edilməsi;
a) Seçiləcək qərar variantının səmərəsiz olması ilə səciyyələnməsi ilə bağlı olur
b) İnformasiya olmaması səbəbindən qərar variantlarının hazırlanmasının mümkün olmaması
ilə bağlı olur
c) Həll ediləcək problem barəsində kifayət qədər informasiyanın olması və qərar variantlarının
çox olması ilə bağlı olur
d) Bütün variantlar doğru ola bilər
123. Hansı şəraitdə qərar qəbul edilməsi böyük risk doğurur və çox böyük
itkilərə səbəb ola bilər?
a) Qeyri-müəyyənlik şəraitində qəbul edilən qərar
b) Müəyyənlik şəraitində qəbul edilən qərar
c) Həll ediləcək problem barəsində kifayət qədər informasiyanın olması şəraitdə qəbul edilən
qərar
d) İstənilən şəraitdə qəbul edilən qərar
124. İqtisadi hadisələrə neçə cür yanaşma mövcuddur?
a) İki
b) Üç
c) Dörd
d) Bir

125. İqtisadiyyatın, mövcud vəziyyəti araşdıraraq nə olduğunu təyin etməyə


çalışan, obyektiv və elmi izahat axtaran hissəsi;
a) Normativ yanaşmadır
b) İqtisadi nəzəriyyədir
c) Pozitiv yanaşmadır
d) İstehsal texnologiyaları nəzəriyyəsidir

209
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

126. İqtisadiyyatın, rifahın ən üst səviyyədə təmin edilə bilməsi üçün nə olması
lazım olduğunu araşdıra hissəsi;
a) Normativ yanaşmadır
b) İqtisadi nəzəriyyədir
c) Pozitiv yanaşmadır
d) İstehsal texnologiyaları nəzəriyyəsidir
127. İqtisadi hadisələrə hansı yanaşma “nə mövcuddur və nə ola bilər” sualına
cavab verir?
a) Normativ yanaşma
b) İqtisadi yanaşma
c) Pozitiv yanaşma
d) İstehlakçı yanaşması
128. İqtisadi resurs nədir?
a) Cəmiyyətin bütün tələbatlarını ödəyən və onlara iqtisadi baxımdan yararlı olan bütün
resurslar
b) Əmtəə və xidmət istehsalı üçün istifadə olunan bütün təbii, insan və insan tərəfindən
yaradılan resurslar
c) İstehsal prosesində istifadə olunan, təbii resursları çıxmaq şərtilə yerdə qalan bütün resurslar
d) Yalnız iqtisadi səmərəli olan təbii ehtiyatlar və insanların sosial kapitalı

129. Digər nemətlərin istehsalı üçün istifadə edilən nemətlər nə adlanır?


a) Nemət
b) İqtisadi resurs
c) Təbii resurs
d) İstehsal imkanı

130. İqtisadi resursların istehsal sferasında reallaşması;


a) Onları istehsal resurslarına çevirir
b) Onları istehsal amillərinə çevirir
c) Onları iqtisadi imkanlara çevirir
d) Onları iqtisadi amillərə çevirir

210
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

131. Cəmiyyətin sərəncamında olan potensial istifadə qabiliyyətinə malik olan


sərvətlər nə adlanır?
a) Nemət
b) İqtisadi resurs
c) Təbii resurs
d) İstehsal imkanı

132. Aşağıdakılardan hansılar iqtisadi resurs deyil, istehsal amili hesab olunur?
a) Vaxt, təşkilatçılıq
b) Təbii resurslar
c) Xammal ehtiyyatı
d) Meşə sahəsi

133. Tələbat nədir?


a) Cəmiyyətin ehtiyaclarını ödəmək üçün istehsal olunan bütün əmtəə və xidmətlər
b) Həyat fəaliyyətinin qorunub saxlanması, şəxsiyyətin və ümumilikdə cəmiyyətin inkişafı üçün
vacib olan hər hansı bir şeyə ehtiyacdır
c) Həyat fəaliyyətinin qorunub saxlanılması üçün lazım olan ehtiyacların istehsalına sərf olunan
resurslar
d) İstehsal amillərindən istifadə etməklə hazırlanan tədiyyə qabiliyyətli əmtəələr

134. Nemət nədir?


a) Təklif olunan məhsullar
b) Tələbatın ödənildiyi vasitələr
c) İqtisadi resursların reallaşması prosesinin nəticəsi
d) Bütün cavablar doğrusur

135. Aşağıdakılardan hansı qeyri-məhdud nemətlərə aiddir?


a) Ərzaq
b) Geyim
c) Hava
d) Tibbi ləvazimatlar

211
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

136. Aşağıdakılardan hansı iqtisadi nemətlər adlandırılır?


a) Məhdud nemətlər
b) İstehsal vasitələri
c) Qeyri-məhdud nemətlər
d) Bütün nemətlər

137. Nemətlərin tələbatla müqayisədə az olması faktı hansı problemi meydana


çıxarır?
a) Tələbat sonsuzluğu
b) Səmərəli bölüşdürmə
c) Resurs məhdudluğu
d) Heç bir problemi

138. Aşağıdakılardan hansı təsərrüfat həyatının subyektlərinə aid deyil?


a) Ev təsərrüfatları
b) Sahibkarlıq subyektləri
c) Müəssisələr
d) Dövlət

139. Təsərrüfat həyatının subyektlərinin ən qədimi hansı hesab olunur?


a) Ev təsərrüfatları
b) Sahibkarlıq subyektləri
c) Müəssisələr
d) Dövlət

140. Aşağıdakılardan hansı ev təsərrüfatının xüsusiyyəti deyil?


a) Üzvləri adətən birgə yaşayırlar
b) Üzvləri adətən ümumi təsərrüfat aparırlar (ümumi büdcələri var)
c) Üzvlərinin arasında iqtisadi fəaliyyətlərini təşkil edən münasibətlər var
d) Dövlət qeydiyyatından keçmiş şəkildə fəaliyyət göstərməkləri məcburidir

141. Bir və ya bir neçə şəxsi cəmləyən iqtisadi vahid;


a) Ev təsərrüfatlarıdır
b) Sahibkarlıq subyektidir
c) Müəssisələrdir
d) Dövlətdir

212
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

142. Ev təsərrüfatları aşağıdakılardan hansını təmin edir?


a) İnsan kapitalının istehsalı və təkrar istehsalını
b) Dövlətin qərarlarının rəsmi formada müəssislərə çatdırılmasını
c) Resursların səmərəli bölüşdürülməsini
d) Sosial kapital və analoji kapitalın qarşılıqlı əlaqəsini

143. Aşağıdakılardan hansı ev təsərrüfatının xüsusiyyətlərinə aid deyil?


a) İnsan kapitalının istehsalı və təkrar istehsalını təmin edir
b) İstehlak bazarında sərbəst surətdə qərarlar qəbul edir
c) İstənilən bir istehsal amilinin (torpaq, kapital, işçi qüvvəsi) mülkiyyətçisi kimi çıxış edir
d) Antiinhisar tədbirləri çərçivəsində mühüm qərarlar qəbul edir

144. Aşağıdakılardan hansı ev təsərrüfatının xüsusiyyətlərinə aid deyil?


a) Birgə yaşayış və məişətin qurulması
b) Birgə təsərrüfatın aparılması
c) Təsərrüfat qərarlarının qəbulunda müstəqillik
d) Yeni dəyərə malik xidmətlət və məhsullar yaratmaq
e) Təlabatın maksimum ödənilməsinə çalışmaq

145. Ölkəmizdə əsasən;


a) Ailə və ev təsərrüfatı üst-üstə düşür
b) Roman ailələrində olduğu kimi, ev təsərrüfatları ailə təsərrüfatlarından ayrıdır
c) Ailə təsərrüfatı üstünlük təşkil edir və beləliklə ev təsərrüfatı dövriyyədən çıxır
d) Ailə və ev təsərrüfatları üst-üstə düşmür

146. Ev təsərrüfatının əsas iqtisadi funksiyası nədən ibarətdir?


a) Məsrəflərin yerini doldurmaması və yığımın baş verməməsindən
b) Müəssisə fəaliyyətinə keçidin yollarının araşdırılmasından
c) İnsan resurslarının –insan, sosial və fizioloji kapitalın təkrar istehsalından
d) Cəmiyyətin tələbatlarının ödənilməsindən

147. İnsan kapitalı nədir?


a) İş qabiliyyətli əhalinin tərkibində gənclərin payının kəmiyyətlə ifadəsi
b) Fərdin sosial şəbəkələrə və insanlarla başqa qarşılıqlı münasibətlərə daxil olması
c) İnsandan ayrılmaz olan bilik, vərdiş və təcrübənin məcmusu
d) İnsanın işçi kimi anadangəlmə bioloji potensialı

213
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

148.Sosial kapital nədir?


a) İş qabiliyyətli əhalinin tərkibində gənclərin payının kəmiyyətlə ifadəsi
b) Fərdin sosial şəbəkələrə və insanlarla başqa qarşılıqlı münasibətlərə daxil olması
c) İnsandan ayrılmaz olan bilik, vərdiş və təcrübənin məcmusu
d) İnsanın işçi kimi anadangəlmə bioloji potensialı

149. Analoji kapital nədir?


a) İş qabiliyyətli əhalinin tərkibində gənclərin payının kəmiyyətlə ifadəsi
b) Fərdin sosial şəbəkələrə və insanlarla başqa qarşılıqlı münasibətlərə daxil olması
c) İnsandan ayrılmaz olan bilik, vərdiş və təcrübənin məcmusu
d) İnsanın işçi kimi anadangəlmə bioloji potensialı

150. İnsan kapitalının yekun faydası nədən ibarətdir?


a) Bu insanın əmək məhsuldarlığını artırır
b) Bu insanın yekun tələbatlarını minimuma endirir
c) İnsan bu kapitalı realizə edərək həm özü, həm də yaxınları üçün maddi şərait yaradır
d) Variantların hər biri doğrudur

151. Sosial kapitalın yekun faydası nədən ibarətdir?


a) Bu insanın əmək məhsuldarlığını artırır
b) Bu insanın yekun tələbatlarını minimuma endirir
c) İnsan bu kapitalı realizə edərək həm özü, həm də yaxınları üçün maddi şərait yaradır
d) Variantların hər biri doğrudur

152. Aşağıdakılardan hansı ev təsərrüfatının gəlirlərinin xərclənməsinin əsas


istiqamətlərindən biri deyil?
a) Dövlətə vergilərin ödənilməsi
b) Şəxsi tələbatın ödənilməsi
c) Təsərrüfat fəaliyyətinin genişləndirilməsi
d) Şəxsi ehtiyat pul yığımının formalaşdırılması
153. Müəssisələrin istehsal etdiyi məhsulların təxminən hansı hissəsini ev
təsərrüfatları istehlak edir?
a) 1/3
b) 2/3
c) 3/4

214
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

d) 1/2

154. Müəssislər və dövlət;


a) Bir-birindən törəmədir
b) Müəssisələr törəmə, dövlət isə fundamentaldır
c) Hər ikisi ev təsərrüfatından törəmədir
d) Hər iki fundamentaldır

155. Bizim dövrə qədər mövcud olan iqtisadi sistemlərin ilk elementi;
a) Vahid iqtisadi birliklərdir
b) Ev təsərrüfatlarıdır
c) Natural birliklərdir
d) Müəssisələrdir

156. Məhsul istehsalı, işçilərin istehsal vasitələri ilə münasibətləri harada baş
verir?
a) Ailədə
b) Ev təsərrüfatında
c) Müəssisədə
d) İqtisadi institutlarda
157. Aşağıdakılardan hansı müəssisə üçün xarakterik deyil?
a) Öz fəaliyyətini müstəqil olaraq müəyyən edir
b) Məhsul istehsalı ilə bağlı qərarlar qəbul edir
c) Bütün vergiləri və məcburi ödənişləri ödədikdən sonra qalan mənfəəti müstəqil olaraq idarə
edir
d) Bazarı sərbəst idarə edir

215
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

158. Mülkiyyət formasına görə müəssisələrin hansı növləri var?


a) Kollektiv müəssisələr, sahibkarlıq orqanları, korporasiyalar, özəl müəssisələr
b) Özəl müəssisələr, dövlət müəssisələri və bələdiyyə müəssisələri
c) Xüsusi müəssisələr, kollektiv müəssisələr, korporasiyalar, dövlət və bələdiyyə müəssisələri
d) Kollektiv müəssisələr, sahibkarlıq orqanları, korporasiyalar, bələdiyyə müəssisələri
159. Bazar münasibətləri şəraitində kommersiya fəaliyyəti göstərmək üçün iqtisadi resursları
bir yerə toplayan, müxtəlif mülkiyyət formasına məxsus olan təsərrüfat birlikləri nə adlanır?

a) Kollektiv müəssisələr
b) Xüsusi (özəl) müəssisələr
c) Sahibkar
d) Bələdiyyə müəssisələri
160. Aşağıdakı xüsusiyyətlər hansı təsərrüfat subyektinə aid edilir?
1. Maddi, mənəvi, sosial məsuliyyəti üzərinə qəbul etməkdir
2. Yeni dəyərə malik xidmətlət və məhsullar yaratmaqdır
3. Əldə olunmuş nəticə əsasında gəlir gətirən və sahibkara zövq verən prosesdir
4. İstehsal və ya məhsul satışını həyata keçirmək ( öz məsuliyyəti altında) üçün tamamilə və ya
qismən maddi dəyərlilərə malik, çevik və enerjili şəxsin fəaliyyətidir

a) Sahibkarlıq fəaliyyəti
b) Müəssisə
c) Ev təsərrüfatları
d) Heç birinə
161. Müstəqillik, iqtisadi maraqlar, təsərrüf riski və məsuliyyət kimi
xüsusiyyətlər əsasən hansı təsərrüfat subyektinə aid edilə bilər?
a) Ev təsərrüfatları
b) Müəssisə
c) Sahibkarlıq fəaliyyəti
d) Dövlət
162. Aşağıdakı xüsusiyyətlər hansı təsərrüfat subyektinə aid edilir?
1. Cəmiyyətin tələblərinin ödəyən əsas subyekt rolunda çıxış edir
2. Bazarın aktiv subyektidir
3. Bazar münasibətlərində azad bağlanan alış-satış sazişləri, dövlət sifarişləri, müqavilələr
əsasında bazar münasibətlərində aktiv iştirak edən mülkiyyətçidir
4. Daşınan və daşınmaz mülklərin alıcısı cə satıcısı kimi çıxış edir
5. İctimai tələbləri ödəyəcək, siyasi və hüquqi hakimiyyət yürüdən dövlət qurumları qismində

216
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

istehlak bazarında təmsil olunur


6. Digər subyektlərə nəzərən daha yuxarı prioritetə malikdir və onun göstərişləri digər
subyektlər üçün məcburidir
7. Bazar subyekti kimi cəmiyyətin iqtisadi və sosial inkişafını təmin etmək üçün bazarda öz
idarə edən, tənzim edən və mühafizə qurumları ilə təmsil olunur

a) Sahibkarlıq fəaliyyəti
b) Müəssisə
c) Ev təsərrüfatları
d) Dövlət
163. Suverenitetlik, alilik, xarici ünsürlərdən müstəqillik, qanun və aktların
sahiblik hüququ, tənzimləyici subyekt olması hansı təsərrüfat subyektini
digərlərindən fərqləndirir?
a) Sahibkarlıq fəaliyyəti
b) Dövlət
c) Ev təsərrüfatları
d) Müəssisə
164. Dövlət tərəfindən müdafiəyə ehtiyacı olan təsərrüfat subyektləri arasında olan
münasibətləri tənzimləməyə yönəldilmiş funksiya dövlətin hansı funksiyasıdır?

a) İstehsal – texnoloji
b) Hüquqi
c) Tənzimləyici
d) Stabilləşdirici
165. Dövlət hüquqi funksiyası vasitəsilə aşağıdakıların hansını tənzimləmir?
a) İqtisadi agentlərin statusu
b) Təsərrüfatçılıq qaydalarının və normalarının müəyyənləşdirilməsi
c) İstehsalın, təhsilin, tədrisin və həyatın lazımı resurslarla təmin olunması
d) İdarəçiliyin təşkilatı qruluşunun formalaşdırılması
e) Mülkiyyət münasibətlərinin reqlamentləşdirilməsi
166. Dövlətin təkrar istehsal prosesinin normal gedişatını təmin funksiya
dövlətin hansı funksiyasıdır?
a) İstehsal – texnoloji
b) Hüquqi
c) Tənzimləyici
d) Stabilləşdirici

217
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

167. Dövlət istehsal-texnoloji funksiyası vasitəsilə aşağıdakıların hansını


tənzimləmir?
a) Maddi və mənəvi rifahın yüksəldilməsi
b) Resursların yenidən bölgüsü
c) İstehsalın, təhsilin, tədrisin və həyatın lazımı resurslarla təmin olunması
d) Gəlirlərin yenidən bölgüsü
e) Mülkiyyət münasibətlərinin reqlamentləşdirilməsi
168. Monopoliyanın nəticələrini aradan qaldırmaq üçün dövlət bir sıra tədbirlər görür. Hər
şeydən qabaq bazarların çox dəqiq analizinə başlanılır, rəqabət əmsalı müəyyən edilir və
buna uyğun da azad rəqabətli və monopoliyalı sahələr müəyyən edilir. – dövlət bu tədbirləri
hansı funksiyası vasitəsilə həyata keçirir?

a) İstehsal – texnoloji
b) Rəqabətin qorunub saxlanılması
c) Tənzimləyici
d) Stabilləşdirici
169. Dövlətin antiinhisar siyasətinin əsasını nə təşkil edir?
a) Təbii inhisarın saxlanılması və firmalara qarşı sərt antiinhisar fəaliyyətinin həyata keçirilməsu
b) Rəqabətin qorunması və gücləndirilməsi, uzunmüddətli iqtisadi gəlirlərin əldə olunması
imkanın azaldılmasına yönəldilmiş hüquqi normalar əsasında formalaşdırılmış müəyyən
qanunvericilik
c) İnhisarlaşdırılmış sahələrin müəyyən edilməsi və mənfi nəticələrin aradan qaldırılması
tədbirləri
d) Rəqabətin qorunmasında dövlətin diferensial mövqedə dayanması
170. Hakimiyyətin iqtisadi artım, tam məşğulluq və qiymətlərin stabilliyinin
təmin olunmasına yönəlmiş fəaliyyəti hansı funksiya vasitəsilə həyata keçirilir?
a) İstehsal – texnoloji
b) Rəqabətin qorunub saxlanılması
c) Tənzimləyici
d) Stabilləşdirici
171. Dövlət stabilləşdirici funksiya vasitəsilə tam məşğulluq problemini həll
etmək üçün nə etməlidir?
a) İqtisadiyyatı balanslaşdırmalıdır
b) Ümumi xərcləri artırmalıdır
c) Dəyişən xərcləri azaltmalıdır
d) Antiinhisar tədbirləei həyata keçirməlidir

218
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

172. Dövlətin ümumi xərclərini artırması hansı yolla həyata keçirilir?


a) Ümumi sektorun xərclərini artırmaq
b) Xüsusi sektorun xərclərini artırmaq
c) Dəyişən xərcləri sabit xərclərlə balanslaşdırmaq
d) Bunların hamısı

173. İnflyasiya şəraitində dövlət stabilləşdirici funksiya vasitəsilə tam


məşğulluq problemini həll etmək üçün nə etməlidir?
a) İqtisadiyyatı balanslaşdırmalıdır
b) Ümumi xərcləri artırmalıdır
c) Dəyişən xərcləri azaltmalıdır
d) Ümumi xərcləri azaltmalıdır
174. İnflyasiya şəraitində dövlətin ümumi xərclərini azaltması hansı yolla
həyata keçirilir?
a) Ümumi sektorun xərclərini artırmaq
b) Xüsusi sektorun xərclərini artırmaq
c) Dəyişən xərcləri sabit xərclərlə balanslaşdırmaq
d) Dövlət alışını ixtisar etmək və xüsusi sektorda vergiləri çoxaltmaq
175. İqtisadiyyatın inkişaf proqnozlarının hazırlanması əsasında, bazar təsərrüfatının
hərəkəti və formalaşması mexanizminin tendensiya və istiqamətini müəyyən edən,
əhalinin məşğulluğu və işsizliyini tənzim edən funksiya dövlətin hansı
funksiyasıdır?

a) Proqnozverici
b) Rəqabətin qorunub saxlanılması
c) Tənzimləyici
d) Stabilləşdirici
176. Dövlətin bazar iqtisadiyyatında neqativ halların azaldılması, bazarın hüquqi,
maliyyə, sosial əsaslarının yaradılması, əhalinin sosial müdafiəsinin təminolunması
məqsədini güdən geniş və çoxtərəfli fəaliyyəti;

a) Proqnozverici
b) Rəqabətin qorunub saxlanılması
c) Tənzimləyici
d) Stabilləşdirici

219
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Hər zaman kəsiyində ________________:

1) bu dövrdə əldə etdikləri bütün gəliri istehlaka sərf edə bilər;


2) əldə etdikləri gəlirin bir hissəsini xərcləyib, qalan vəsaiti qənaət edib saxlaya bilərlər;
3) maliyyə bazarlarından borclanaraq, əldə etdiklərindən çox xərcləyə bilərlər.

177. Boş buraxılan yerdə hansı təsərüfat subyektinin adı yazılmalıdır?


a) Sahibkarlıq fəaliyyəti
b) Dövlət
c) Ev təsərrüfatları
d) Müəssisə

220
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

Ədəbiyyat siyahısı
1. Atakişiyev M.C., Abbasov H.M., . Abbasova N.H, Mikro və Makro İqtisadiyyat , Bakı, 2010
2. Manafov Qabil N., İqtisadi Nəzəriyyə və Mikroiqtisadiyyat, Bakı,2008
3. Türkay O., Mikroiktisat Teorisi , İmaj yayınevi, Ankara, 2010
4. N. Qreqori Mənkkyu, çev: İbadov E., İsayev R., Qurbanov A.,
5. Ekonomiksin Əsasları, R.R. Donnelley Willard, 2007
6. Karl E. C., Ray C. F., Principles of Microeconomics, by Prentice
7. Hall, Inc., New Jersey, 2002
8. Türkay O., İktisat Teorisine Giriş , İmaj yayınevi, Ankara, 2010
9. Dinlər Z., Mikro Ekonomi, Ekin Kitabevi , Bursa , 2000
10. Orhan Z.O., Erdoğan S., İktisada Giriş, Avcı yayın, 2006
11. Özgüven A., İktisat Bilimene Giriş, Filiz Kitabevi, İstanbul,1991
12. Jonn Sloman, çev: Çakmak A., Mikro İktisat , Bilim teknik
13. Yayınevi, Eskişehir, 2003
14. Harrison B., İntroductory Economics Course Companion,
15. Macmillan press, Hong Kong, 1993
16. Aristotle, The Politics, Penguin Classics, 1962.
17. Audi, Robert. General Editor, The Cambridge Dictionary of Philosophy, Cambridge University
Press: Cambridge, 1995.
18. Bacon, Francis. The Worlds Great Classics: The Advancement of Learning and Novum Organum,
revised edition, The Colonial Press: New York, 1899, Edited by J. E. Creighton.
19. Bentham, Jeremy, edited by Stark, W. Jeremy Bentham 's Economic Writings, Volume III, George
Allen & Unwin, Ltd.: London, 1954.
20. Bentham, Jeremy. An Introduction to the Principles of Morals and Legislation, 1789, reprinted in
The Utilitarians, Anchor Books, Anchor Press/doubleday: Garden City, New York, 1973
21. Blaug, Mark. The Methodology of Economics: or how economists explain, Cambridge University
Press, Cambridge, 1980.
22. Boland, Lawrence. “Methodology”, The New Palgrave : a Dictionary of Economics, Edited by
Eatwell, John, Murray Milgate and Peter Newman, MacMillan Press Limited, London, 1987.
23. Boorstin, Daniel J. The Discoverers: A History of Man’s Search to Know His World and Himself,
Random House: New York, 1983.
24. Boulding, Kenneth. Evolutionary Economics, Sage Publications: Beverly Hills, 1981.
25. Bronowski, Jacob, The Common Sense of Science, Harvard University Press, Cambridge, MA,
1978. Bronowski, Jacob, The Origins of Knowledge and Imagination, Yale University Press, New
Haven, 1978.
26. Burke, James and Robert Ornstein. Axemaker’s Gift, Grosset/Putnam Books: New York, 1995.
27. Burke, James, Connections, Little, Brown and Company, Boston, NY, Tronto, London, 1978.
28. Bynum, W.F., E.J. Browne and Roy Porter. Dictionary of th History of Science, Princeton
University Press: Princeton, 1981.

221
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

29. Coase, Ronald, “The Nature of the Firm,” Economica, November 1937, Reprinted in The Firm,
The Market and the Law, University of Chicago Press, 1988. Coase, Ronald, “The Institutional
Structure of Production,” 1991 Alfred Nobel Memorial Prize Lecture in Economic Sciences,
Stockholm, 1991, Essays on Economics and Economists, University of Chicago Press, 1995.
30. Coase, Ronald, “The Problem of Social Cost,” The Journal of Law and Economics, 3, October
1960, Reprinted in The Firm, The Market and the Law, University of Chicago Press, 1988
31. Commons, John R. Legal Foundations of Capitalism, university of Wisconsin Press, 1924,
reprinted 1957.
32. Eklund, Robert, and Robert Hébert, Secret Origins of Modern Microeconomics, University of
Chicago Press, 1999.
33. Feyerabend, Paul. Against Method, Verso: London, 1988. (Originally published by New Left
Books, 1975)
34. Fisher, Robert. The Logic of Economic Discovery, New York University Press: NY, 1986.
35. Friedman, Milton. "The Methodology of Positive Economics," The Methodology of Positive
Economics, University of Chicago Press: Chicago, 1953
36. . Furubotn, Eirik and Svetozar Pejovich, The Economics of Property Rights, Cambridge, Mass.
Ballenger, 1974
37. Hausman, Daniel. Essays on Philosophy and Economic Methodology, Cambridge University
Press, Cambridge, 1992.
38. Hausman, Daniel. The Inexact and Separate Science of Economics, Cambridge University Press,
1992
39. Heilbroner, Robert, The Making of an Economic Society, 9th edition, Prentice Hall, 1993
40. Heilbroner, Robert, Behind the Veil of Economics, W.W Norton,NY, London, 1988.
41. Hill, Ivan,(editor) The Ethical Basis of Economic Freedom, American Viewpoint, Chapel Hill,
NC,1976.
42. Jardine, Lisa. Worldly Goods: A New History of the Renaissance, Doubleday: New York, 1996.
43. Kahneman, Daniel, “Maps of Bounded Rationality” Psychology for Behavioral Economics,”
American Economic Review, vol. 93, no. 5, December, 2003, pp 1449-1475.
44. Keen Sam and Anne Valley-Fox. Your Mythic Journey, Jeremy P. Tarcher, Inc.: LA 1989.
45. Kuhn, Thomas. The Structure of Scientific Revolutions, 2cd Edition, University of Chicago Press:
Chicago, 1970.
46. Lakatos, Imre and Alan Musgrave. Criticism and The Growth of Knowledge, Cambridge
University Press: Cambridge, 1970.
47. Lakatos, Imre. Proofs and Refutations, Cambridge University Press: Cambridge, 1976. Lessig,
Lawrence. The Future of Ideas: The Fate of The Commons in a Connected World, Vintage
Books/Random House Inc., 2002
48. McCloskey, Deirdre. "The Rhetoric of Economics," Journal of Economic Literature, Volume 21,
June 1983, pp 481-517.
49. McCloskey, Deirdre. If You're So Smart, University of Chicago Press: Chicago, 1990.
50. McConnell, Principles of Economics, McGraw-Hill Irwin, 2002.
51. Meeks, Gay. Thoughtful Economic Man, Cambridge University Press, Cambridge, 1991.

222
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

52. Mill, John Stuart. “A System of Logic: Ratiocinative and Inductive,” 1843, the abridged version
John Stuart Mill’s Philosophy of Scientific Method, Hafner Publishing Co.: New York, 1950.
53. Mill, John Stuart, Principles of Political Economy, The Colonial Press, 1900. Mokyr, Joel, The Gifts
of Athena: Historical Origins of the Knowledge Economy, Princeton University Press, Princeton,
2002. Newton, Isaac. (1687) The Principia, Prometheus Books: Amherst, New York, [Translated
by Andrew Motte], 1995. North, Douglass C.
54. Institutions , Institutional Change and Economic Performance, Cambridge University Press,
Cambridge, 1990. Pheby, John. Methodology and Economics: a critical introduction, M.E.
Sharpe, Armonk, NY, 1988.
55. Амосова В., Гукасьян Г., Саховикова Г. Экономическая теория: Учебник для вузов. СПб.:
Питер, 2001.
56. Базелер У., Сабов 3., Хайнрих И., Кох В. Основы экономической теории (базовый курс):
Учебник для вузов. СПб.: Питер, 2000.
57. Беленов О.П., Стадниченко Л.И. Поведение потребителей(Факторы. Процессы. Модели):
Учеб. пособие. Воронеж: Изд-во Воронежского гос. ун-та, 2001.
58. Гребенников П.И., Леусский А.И., Тарасевич Л.С. Микроэкономика: Учебник. Спб.: Изд-во
СПГУЭиФ, 1998.
59. Гребенев Л.С., Нуреев Р.М. Экономика. Курс основ: Учебникдля вузов. М.: ВИТА, 2000.
60. Добрынин А.И., Журавлева Г.П. Общая экономическая теория: Учеб. пособие. СПб.: Питер,
2002.
61. Журавлева Г.П. Экономика: Учебник. М.: Юристь, 2002.
62. Иохин В.Я. Экономическая теория: Учебник. М.: Юристь, 2000.
63. Кейнс Дж.М. Общая теория занятости, процента и денег. Антология экономической
классики. В 2-х т. М.: МП «Эконов», 1993.
64. Коллинс. Словарь по экономике/Кристофер Пасс, Брайен Лоуз, Лесли Дэвис; Пер. с англ.
П.А.Ватника. СПб.: Экономическая школа: СПГУЭиФ: Высшая школа экономики, 1998.
65. Курс экономической теории/Под общ. ред. проф. М.Н.Чепурина, проф. Киселевой. Киров:
АСА, 2000.
66. Курс экономической теории / Научн. ред. А.В.Сидорович. М.: ДИС, 1997.
67. Кэмпбелл Р. Макконнелл, Стенли Л. Брю. Экономикс. М.:Республика, 1993. Т. 2.
68. Львов Д.С. Экономика развития. М.: Экзамен, 2002.
69. Нуреев Р.М. Сборник задач по микроэкономике. М.: НормаИнфра-М, 2002.
70. Маршалл А. Принципы экономической науки. М.: Прогресс,1993. Т. 1-3.
71. Микроэкономика. Теория и российская практика. М.: ИТД «КноРус», 1999.
72. Мэнкью Н. Грегори. Принципы экономики. Учебник XXI века. СПб.: Питер, 1999.
73. Петти В. Трактат о налогах и сборах. Антология экономической классики. В 2 т. М.: МП
«Эконов», 1993.
74. Пиндайк Роберт, Рубинфельд Даниэль. Микроэкономика.М.: Экономика: Дело, 1992.
75. Попов А.И. Рыночные процессы в микро- и макроэкономике. Учеб. пособие. СПб.:
СПГУЭиФ, 2001.
76. Риккардо Д. Начала политической экономики и налогового обложения. Антология
экономической классики. В 2 т. М.: МП «Эконов», 1993.

223
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

77. Розанова Н.М. Фирма в экономической системе. М.: Теис,1998.


78. Самуэльсон Пол Л., Нордхаус Вильям Д. Экономика. М.: Бином-КноРус, 1997.
79. Смит А. Исследование о природе и причинах богатства народов. Антология экономической
классики. В 2 т. М.: МП «Эконов», 1993.
80. Тарануха Ю.В., Земляков Д.Н. Микроэкономика: УчебникМ.: Дело и Сервис, 2002.
81. Теория переходной экономики/Под ред. В.Ц.Герасименко.М.: Теис. 1997. Т. 1, 2.
82. Теория фирмы/Под ред. В.М.Гальперина. СПб.: Экономиче ская школа, 1995.
83. Тироль Жан. Рынки и рыночная власть. В 2 т. СПб.: Эконо мическая школа: СПГУЭиФ:
Высшая школа экономики, 2000.
84. Фишер С., Дорнбуш Р., Шмалензи Р. Экономика / Пер.с англ.М.: Дело, 1993.
85. Шаститко А.Е. Новая теория фирмы. М.: Теис, 1996.
86. Экономика: Учебник / Под ред. А.С.Булатова. М.: Юристь,1999.
87. Экономика: Учебник / Под ред. С.Г.Землянухиной. Саратов,2000.
88. Экономическая теория (политэкономия)/Под ред. В.И.Видяпина, Г.П.Журавлевой. М.: РЭА
им. Г.В. Плеханова, 2000.
89. 923
90. Ədəbiyyat
91. Экономическая теория: Учебно-методические материалыв помощь студентам, аспирантам
и преподавателям. М.: РЭА им.
92. Г.В.Плеханова, 2000.
93. Экономическая теория/Под ред. А.И.Добрынина, Л.С.Тарасевича. СПб.: Питер, 2002.
94. Экономическая теория: Учебник для вузов./Под ред. В.Д.Камаева. М.: Владос. ИМПЭ, 1998.
95. Экономическая теория: Учебник / Под ред. В.И.Видянина,А.И.Добрынина, Г.П.Журавлевой,
Л.С.Тарасевича. М.: Инфра -М,

224
Makroiqtisadiyyat (26-cı proqram) Ali məktəb və Magistraturaya hazırlıq üçün dərs vəsaiti

İstifadə olunan internet səhifələri


1. www.az.wikipedia.org
2. www.marja.az
3. www.kayzen.az
4. www.economicslecture.com
5. www.khanacademy.com (video lectures)
6. Youtube economic lecture channel (Asiman Ilyasov,
İsa Şərifov, Pərvin İsgəndərov)
7. https://elsenbagirzade.com/
8. http://azerbaijan.az/portal/Economy/Reforms/refor
ms_01_a.html

225

You might also like