You are on page 1of 2

İşə qəbul üçün daxili müraciət elanı 62009615

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Texnik (Sabirabad rayonu, Kargüzarlıq və inzibati təsərrüfat xidməti)
Elanın bitmə tarixi 14.10.2022
Keçid kodu 10352/2022 INT
Müəssisə, Təşkilat Azəriqaz İB
Struktur vahidi Kargüzarlıq və inzibati təsərrüfat xidməti
Ştat vəzifəsinin adı Texnik (Sabirabad rayonu, Kargüzarlıq və inzibati təsərrüfat xidməti)
Struktur vahidinin ünvanı Sabirabad şəhər H.Əliyev Pr.21
Şəhər/rayon Sabirabad rayonu
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 07
Əmək haqqı 725.00 azn/aylıq
Əlavə məlumat SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə
yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir.
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) •İnzibati rayon üzrə struktur bölmələrdən işçilərin işəçıxma tabellərinin
yığılmasını, yoxlanmasını, ümumiləşdirilməsini və təsdiqə hazırlanmasını
təmin etmək;
•Daxil olan texniki sənədləri və korrespondensiyanı qeydiyyata almaq,
onların mühafizəsini təmin edərək sənədlərin daxil olması uçotunu
aparmaq, onların vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
•Sənədləri təyinatı üzrə göndərmək;
•Sənədlərin icra müddətinə nəzarət etmək;
•Sənədlərin surətlərini çıxarmaq və aidiyyatı üzrə struktur bölmələrinə
çatdırmaq;
•İcra edilmiş sənədləri struktur bölmələrdən tələb etmək;
•Sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
•Rəhbərliyin aparıcı iclas və müşavirələrinin hazırlanması işini görmək, lazım
olan sənədlərin yığılmasını təmin etmək,
keçiriləcək iclas və ya müşavirənin vaxtı və tarixi haqqında iştirakçıları
xəbərdar etmək, onların qeydiyyatını aparmaq;
•Rəhbərliyin iş yerini dəftərxana ləvazimatı, texniki təşkilatı vasitələrlə
təmin etmək, onun səmərəli işləməsinə şərait yaratmaq;
•Sənədlərin məxfiliyinin qorunmasını təmin etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Orta-ixtisas təhsili Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Tələb edilən iş stajı yoxdur.
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Dürüstlük
Etik davranış
Məsuliyyət
Nizam-intizam
Şifahi özünüifadə
Microsoft Excel
Microsoft Outlook
Microsoft Word
Bilməlidir
•“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı;
•Tabel uçotunun aparılması qaydalarını;
•Kargüzarlığın təşkili qaydalarını;
•Xidməti sənədlərin hərəkətinə nəzarət qaydasını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizəninin norma və
qaydaları.

You might also like