You are on page 1of 56

FƏRDİ PEYK RABİTƏSİNİN ÇOXFUNKSİYALI SİSTEMLƏRİ

M1. Peyk rabitəsi və yayımının inkişafı mərhələləri


4 saat
Keçmiş SSRİ məkanında ilk kosmik rabitə ötürücü stansiyası (“Rezerv” obyekti -
Medvejyi ozera, Moskva vilayəti) 1967-ci il noyabrın 4-də istismara verildi. 20 qəbul
“Orbita” stansiyasının Sibirin, Uzaq Şərqin və Uzaq Şimalın iri şəhərlərində
quraşdırılması ilə Mərkəzi TV-nin proqramları müntəzəm olaraq birinci nəsil “Molniya”
seriyalı rabitə peykləri qruplaşmaları ilə translyasiya edilməyə başladı. “Molniya” seriyalı
üç ədəd peyk Şimal yarımkürəsi üzərində yüksək elliptik orbitə çıxarıldı və onların
köməyilə sutka ərzində Rusiyanın bütün regionlarını səs və TV yayımı ilə təchiz etməyə
imkan verdi. “Orbita” stansiyaları mürəkkəb texniki qurğular kompleksi idi və tam fırlana
bilən 12 m diametrli antenalarla (THA-57) təchiz olunmuşdu.
1976-cı ildə dünyada ilk dəfə olaraq birbaşa TV yayımı sistemi (CHTB) olan “Ekran”
istismara verildi. Bu sistemin köməyilə Mərkəzi TV-nin birinci proqramını Sibir, Uzaq
Şərq və Uzaq Şimal bölgələrinə çatdırmağa imkan yaradıldı.
Moskvadakı Olimpiada-80-a hazırlıq işləri zamanı yeni nəsil “Horizont” seriyalı
peyklər, həmçinin “Moskva” tipli (antenasının diametri 1,5÷2,5 m olan) qəbul stansiyaları
işlənib hazırlandı. Artırılmış gücə malik retranslyatorlu “Horizont” kosmik aparatları
geostasionar orbitə çıxarılaraq, çox da baha olmayan “Moskva” tipli qəbul stansiyalarını,
praktiki olaraq Rusiyanın bütün şəhərlərində istifadə etməyə imkan yaratdı.
Orbital qruplaşmada ilkin mərhələdə yeddi, 90-cı illərdə isə 10 kosmik aparatın
tətbiqi sayəsində mərkəzi TV-nın iki proqramının beşzonalı peyk teleradio yayımını təşkil
etmək mümkün oldu. Bununla da ölkə əhalisinin 98-99%-ni bu proqramlarla təchiz etmək
mümkün oldu. Bu, ölkədə istehsal olunan texnika sayəsində yeni peyk rabitəsi
texnologiyalarının inkişafının ikinci mərhələsi idi.
İkinci nəsil kosmik aparatlarında geostasionar orbitdə aktiv mövcudluq və buraxma
imkanları məhdud idi. 1990-92-ci illərdə Rusiya Federasiyasının Rabitə Nazirliyi
tərəfindən “2000-ci ildə RF-də peyk rabitəsi vasitələrinin və televiziya yayımının inkişaf
proqramı” qəbul edildi. Bu proqrama uyğun olaraq, ölkədə üçüncü nəsil “Ekspress”
seriyalı kosmik kompleks və rabitə peykləri yaradıldı. Bunlar, kosmik aparatın geo-
stasionar orbitdə yüksək dərəcəli saxlanılmasına və çoxlu sayda retranslyatorlara malik
idilər. 1997-ci ildə RF-in Rabitə Nazirliyi qərar qəbul etdi ki, yeni kosmik aparatlar aparıcı
xarici kompaniyalarla birgə hazırlansın. Fransanın “Alkatel” kompaniyası ilə müqavilə
bağlandı və üç ədəd “Ekspress-A” seriyalı rabitə peyklərinin hazırlanması qərara alındı.
Bu kosmik aparat 17 ədəd transponderə (qəbuledici-ötürücü) malikdir və onlardan
beşi 11-14 QHs tezlik diapazonundadır. Bu seriyadan olan iki kosmik aparat 2000-ci ildə
işə salındı və radio-televiziya proqramların yayılmasını uğurla yerinə yetirməyə imkan
verdi, həmçinin VSAT kommersiya şəbəkələrinin inkişafına təkan verildi.
Hal-hazırda Rusiyada mülki yayım və rabitə - iki ədəd “Ekspress” kosmik aparatın,
iki ədəd yeni nəsil “Ekspress-A” kosmik aparatlarının, altı ədəd “Horizont” və bir ədəd
“Ekran-M” KA-ın istifadəsinə əsaslanır. Bundan başqa, “LMİ-1” KA bazasında
“Rostelekom” peyk rabitə şəbəkəsi və bir ədəd “Yamal-100” KA-nın bazasında korporativ
şəbəkənin tətbiqinə başlanılıbdır. Xarici kompaniyalarla birlikdə iş qurarkən (“Ekspress-
A” və “Yamal-100”) faydalı yük xarici firma tərəfindən həyata keçirilir, KA-ın
platforması və peykin inteqrasiyası Rusiya müəssisəsində həyata keçirilir. Bütün bu təd-
birlər sayəsində 2005-ci ilə qədər “Horizont” və “Ekspress” peyklərini, aktiv mövcud olma
müddəti 12 ildən çox və transponderlərin sayı 30-dan çox olan KA-a keçməyə imkan
yaratdı.
Rəqəm televiziyası yüksək templərlə inkişaf edir. Birbaşa peyk yayımının əsas yer
stansiyası Plyus “Skolkovo”, proqramların peykə ötürülməsi üçün 1998-ci ildə Moskvanın
sərhəddində tikildi. Proqramların peykə verilməsi 8 işçi (üstəgəl 2 ehtiyatda olan)
vericilərlə (gücləri-hərəsininki 425Vt) və diametri 9,2 m olan antena ilə 17,3...18,1 QHs
tezlik diapazonunda yerinə yetirilir. Məlumdur ki, bu cür yüksək tezliklərdə güclü yağış
şəraitində sönmə çox ola bilər, lakin yer stansiyasının şüalandırdığı gücdən effektiv
istifadə və peykin həssaslığının yüksək olması sayəsində Yer-Peyk xəttində təxminən 25
dB energetika üzrə ehtiyat yaratmaq mümkün olur. 25 dB-dən çox sönmələr zamanı
(təcrübələr göstərir ki, il ərzində bu hal 1-2 dəfə və bir neçə dəqiqə ərzində baş verir), siq-
nalların yerdəki ehtiyat stansiyaya ani olaraq ötürmək imkanı vardır (həmin stansiya
Ostankinoda tikilib və “Skolkovo” stansiyası ilə optik-lifli rabitə xətti ilə əlaqəlidir.) Bütün
TV proqramları SDİ standartı üzrə (270 Mbit/san - hər proqrama) rəqəm formasında
kompressiya avadanlığının girişinə daxil olur.
Hər stvolda (stvolun zolağı 33 MHs) siqnalların ötürülməsi 27,5 Msimv/san - simvol
sürəti ilə həyata keçirilir (dördfazalı modulyasiya zamanı bu sürət 55 Mbit/san-yə
uyğundur ki, bunlardan faydalı TV və səs informasiyasını ötürmək üçün 38 Mbit/san sürəti
ayrılır).
Təcrübə göstərir ki, təsvirin yüksək keyfiyyətli qəbulunun təmini üçün, kompressiya
avadanlığının çıxışında bir proqram üçün sürət ≥ 4,6 Mbit/san olmalıdır. Əgər proqramın
sonradan retranslyasiyası nəzərdə tutularsa (yerüstü efir vericiləri, kabel şəbəkələri,
radiorele xətləri ilə), onda veriliş sürəti ≥6,8 Mbit/san olmalıdır. Bu onu göstərir ki, bir
stvolda 6 və daha çox proqram ötürmək olar.
MPEG-2/DVB-S - standartı ilə işləyən qəbuledicilər, abonentin iştirakı olmadan
avtomatik olaraq TV proqramlarının istənilən veriliş sürətlərinə (2-dən 15 Mbit/san – yə
qədər) köklənə bilirlər. Ona görə də proqramın xarakterindən və keyfiyyətinə qoyulan
tələblərdən asılı olaraq, veriliş sürətini hər bir kanalda istismar prosesi zamanı dəyişdirmək
mümkündür.
Müxtəlif peyklərdən retranslyasiya olunan siqnalların qəbulu üçün “Skolkovo” yer
stansiyasında qəbuledici mərkəz yaradılmışdır və 15 qəbul traktı ilə təchiz olunmuşdur.
Bundan başqa, “Skolkovo”da ayrıca verici stansiya (diametri 7m olan antenaya malik) da
vardır ki, buradan “Hot Brid-2” (130.B.g.) peykinə Beynəlxalq Eutelsat təşkilatının
siqnallarını göndər-mək olur. Burada 1 stvol 4 proqramın Avropadakı rusdilli
teletamaşaçılarına göndərilməsi və daha iki proqram ikinci sıçrayışla - “Orion” (37,5 0 b.g.)
peyki vasitəsilə - ABŞ-a göndərilir ki, oradan bütün ölkəyə “Echostar” (61,5 03.g.) peyki
ilə ötürülür.
Rəqəm proqramlarını qəbul edə bilmək üçün, Rusiya abonenti aşağıdakı
avadanlıqlara malik olmalıdır:
1) Diametri təxminən 60 sm olan parabolik antena;
2) Azküylü gücləndirici - konverter (xarici blok), hansı ki, 11,7÷12,5 QHs diapazonuna
hesablanmışdır, dairəvi polyarizasiya (sağ və sola fırlana bilən), 1 dB-dən çox olmayan
küy-faktorla rəqəm siqnallarının qəbulu (Cambridge - İngiltərə firmasının xarici blokları
daha çox tətbiq olunur).
3) MPEG-2/DVB-S standartı üzrə rəqəm siqnallarının qəbulu üçün nəzərdə tutulan tüner.
Tüner xarici blokun enerji qidalandırılmasını təmin edir, siqnalları açır (şərti daxilolma
“Viaccess” sistemi ilə kodlaşdırılmış). X-SAT (Fransa) və Samsung (Cənubi Koreya)
firmalarının istehsalı olan tünerlər geniş yayılmışdır. Bağlı rəqəm proqramlarının qəbulu
üçün abonent xüsusi maqnit kartını sənədləşdirir ki, bundan sonra öz televizoruna peyk
vasitəsilə göndərilən icazə verici komandanı qəbul edir.
Yüksək sürətli İnternet (≥300...400kbit/san) şəbəkələrinin qeyri-simmetrik sxem üzrə
(abonentdən şəbəkəyə adi yerüstü telefon kanalı ilə sorğu, informasiyanın peykdən
alınması) yaradılması da planlaşdırılmışdır. Bunun üçün verici yerüstü stansiyada
inkapsulyator – internet standartı (İP) ilə olan siqnalların MPEG-2/DVB-S standartına
çeviricisi qoyulmuşdur. Fərdi kompüterə əlavə plata qoymaqla İnternet siqnallarını da
qəbul etmək mümkündür. Həmin plata TV proqramlarının qəbuluna da imkan verir.
TV proqramlarının peyklərdən fərdi qəbulu məsələsi XX əsrin 80-cı illərinin
sonlarından tətbiq olunmağa başlanmışdır. 90-cı illərin ortalarında Avropada diametri 80 ÷
120 sm olan (balkon və ya evin divarına bərkidilən) antenalar və sahə tranzistorlu azküylü
giriş qurğularından istifadə etməklə 50-yə qədər TV proqramlarını bir orbital mövqeden
(məs. Hot Brid peykindən 130.B.g. nöqtəsində) qəbul etmək olurdu.
Cəmi bir neçə il keçdikdən sonra isə həmin peyklərdən yüzlərlə TV proqramları qəbul
etmək mümkün oldu. Bir neçə TV proqramını bir peyk kanalında (hansı ki, əvvəllər yalnız
bir proqramın ötürülməsi üçün istifadə edilirdi) necə ötürüldüyünü aydınlaşdıraq. Peyk
retranslyatorlarının buraxma qabiliyyətlərinin sıçrayışla bu cür artırılmasının əsas səbəbi -
TV siqnallarının formalaşdırılması və emalında rəqəm üsullarına keçilməsi olmuşdur.
TV siqnalın abonentə rəqəm formasında necə ötürüldüyünü nəzərdən keçirək. Müasir
studiyada siqnalın rəqəm formatına çevrilməsi birbaşa telekameranın çıxışında baş verir və
onun emalı, saxlanması və ötürülməsi rəqəm formasında olur.
Adi analoq videosiqnalının rəqəm formatına çevrilməsinin ən geniş yayılmış üsulu -
impuls-kod modulyasiyasıdır (İKM). Burada analoq siqnal diskret sayılmalar şəklində
(bərabər zaman intervallarında götürülmüş) təsvir olunurlar. Sonradan isə hər sayılma
kvantlanılır - ötürülməsi üçün icazə verilən qiymətlərdən ən yaxındakı ilə əvəz edilir.
Nəticədə analoq siqnalı, müxtəlif impulslar səviyyələri yığımlarına çevrilmiş olur.
İKM çevirməsinin növbəti mərhələsi - siqnalın rəqəmlərlə təvir olunmasıdır. Bu
mərhələdə rəqəm siqnalı əmələ gəlir. Rəqəm videosiqnalı telekameranın çıxışında, rəqəm
videomaqnitofonun çıxışında və yaxud da videoserverin çıxışından sıxma (kompressiya)
koderinin girişinə daxil olur. Bu koder 1994-cü ildə qəbul olunmuş MPEG-2 standartı ilə
işləyir. Həlletmə xüsusiyyətinə görə standartda 4 səviyyə (level), istifadə olunan alqo-
ritmin mürəkkəbliyinə görə - 5 profil (profile) təyin edilmişdir. Yayım veriliş sistemləri
üçün MP@ML variantı təklif edilmişdir ki, burada MP-main profile (əsas profil), ML-
main level (əsas səviyyə) olduğunu göstərir. Burada bir proqrama videoverilənlərin 15
Mbit/san sürəti ilə rəqəm axınlarını formalaşdırmağa yol verilir. Videoinformasiyanın
rəqəm sıxılmasının (kompressiya) əsasını, təsvirin izafiliyinin (artıqlığının) onun sətr və
sahələrinin oxşarlığı (korrelyasiyası) sayəsində aradan qaldırılması təşkil edir. Izafiliyin iki
növünü fərqləndirirlər:
- Zaman (təsvirin iki ardıcıl kadrı bir-birindən çox az fərqlənirlər);
- Fəza (təsvirin çox hissəsini eyni tipli eyni cür rənglənmiş sahələr təşkil edirlər).
Zaman izafiliyi, təsvir kadrının əvəzinə, onun əvvəlki kadrdan fərqliliyinin ötürülməsi
ilə aradan qaldırılır. Onların fərqini tapmaq üçün sadə çıxılma əməliyyatı sonralar
təkmilləşdirildi. Müəyyən edildi ki, təsvirdə əmələ gələn dəyişikliklərin çox hissəsi -
təsvirin kiçik oblastlarının sürüşməsi kimi qeyd oluna bilər.
Təsviri xırda bloklara bölməklə (16x16 element) və onların əvvəlki kadrda
yerləşməsini tapmaqla, hər bir blok üçün elə parametrlər toplusu tapmaq olar ki, onun
sürüşməsinin istiqamətini və qiymətini göstərsin. Bu toplunu hərəkət vektoru, bütün
əməliyyatı isə - hərəkətin kompensasiyasına malik olan qabaqcadan xəbər vermə
adlandırırlar.
Məsələn, əşyanın düz xətt boyunca hərəkəti zamanı onun yalnız başlanğıc və son
vəziyyətləri barədə siqnal vermək kifayət edir. Bu zaman həmin əşyanın aralıq vəziyyətləri
barədə siqnal vermək zərurətinə ehtiyac qalmır.
Rabitə kanalı ilə yalnız hərəkət vektoru və cari blokla qabaqcadan xəbər vermə
bloklarının arasındakı nisbətən kiçik fərq ötürülür (bizim misalda cari blok - əşyanın
başlanğıc vəziyyəti bloku, qabaqcadan xəbər vermə bloku - hərəkətin sonundakı blok).
Əşyanın aralıq vəziyyətləri ötürülmədiyindən, əşyanın hərəkətlərini ardıcıl ötürmək
üçün tezlik zolağı da azalır. Beləliklə, bu mərhələdə fəza izafiliyi aradan qaldırılır - fərq
siqnalı fəza oblastından tezlik oblastına çevrilir - bu əməliyyat xüsusi riyazi əməliyyatın -
iki ölçülü diskret - kosinus çevir-məsi (DKÇ) vasitəsilə həyata keçirilir.
Siqnal emalının növbəti mərhələsi - alınmış ikilik ədəd-lərin (əmsalların) adaptiv
kvantlanmasıdır. Hər bir blokun əmsalları toplusuna vektor kimi baxılır və kvantlanma
əməliyyatı, bütövlükdə toplu üzərində aparılır (vektor kvantlanması). Yekun siqnalın
izafiliyinin əlavə olaraq aradan qaldırılması, məlumatın rabitə kanalına verilməsindən
əvvəl kodlama mər-hələsində yerinə yetirilir. Kvantlama nəticəsində alınmış siq-nalın
qiymətləndirilməsi üçün (yəni aparılan əməliyyatların düzgünlüyünü müəyyənləşdirmək
üçün) kvantlanmış siqnalın əks çevrilməsi yerinə yetirilir (əks kvantlama, əks DKÇ, cəm-
ləmə, kvantlamanın idarə olunması) və hərəkəti qiymətləndirmə düyünündə, çıxılmaya
qədər olan siqnalla müqayisə olunur. Siqnal barədə alınmış məlumatlar, məlumatın
kodlanması düyününə göndərilir.
MPEG-2 standartında səs siqnallarının rəqəm kompressiyası ilə ötürülməsi alqoritmi
də nəzərdə tutulmuşdur. Səs siqnalının bütün tezlik spektri, xüsusi zolaq süzgəclərinin kö-
məyilə 32 zolağa bölünür. Sıxılma (kompressiya) prosesi onun sayəsində alınır ki,
zolaqların kiçik spektral enerjili çıxış siqnalları kiçik amplitudaya malik olurlar və ona
görə də daha qısa kod sözləri ilə kodlana bilərlər. Kod sözü - rəqəm emalı zamanı tam
kimi baxılan bitlər toplusudur. Psixoakustik effekt də istifadə olunur (zəif səsin, tezlikcə
yaxın olan daha güclü səslə maskalanması). Kvantlama küyləri dinamiki olaraq mas-
kalanma astanasına uyğunlaşdırılır və kanalda səslənmənin yalnız dinləyicinin qəbul edə
biləcəyi detalları ötürülür. Hər bir zolaqdakı kvantlama ya bu zolaqdakı siqnal enerjisinin
ölçül-məsi (səviyyə), ya da xarici spektral analizdən istifadə etməklə (səviyyə II) həyata
keçirilir.
Ötürülən siqnalın keyfiyyəti koderin çıxışındakı rəqəm axınının sürəti ilə düz
mütənasibdir. Standartda audio-verilənlərinin 64-dən 384 kbit/san çıxış sürəti ilə müxtəlif
dərəcəli sıxılmalar alınması (stereoproqramlar üçün) nəzərdə tutulmuşdur.
MPEG-2 - nın sistem hissəsi, bir və ya bir neçə proqramın təsvir, səs və
sinxronlaşmanın ayrı-ayrı axınlarını vahid bir rəqəm axınına birləşdirilməsini nəzərdə
tutur. Bu əməliyyatı - multipleksor adlanan xüsusi qurğu yerinə yetirir. Maneələrə malik
mühitdə ötürülmək üçün “nəqliyyat axını” formalaşdırılır ki, onun tərkibinə səhvlərin
aradan qaldırılması və itirilmiş paketlərin aşkarlanması vasitələri də daxil olur. O, qeyd
olunmuş uzunluqlu (188 bayt) paketlərdən (start baytı olan), pefiks (3 bayt) və televiziya
verilənləri oblastından ibarətdir. Siqnal rabitə kanalı ilə ötürülməzdən əvvəl, əlavə mane-
əyədavamlı kodlamaya məruz qalır və modulyatora daxil olur. Bu əməliyyatlar MPEG-2
standartına daxil deyildir və müxtəlif peyk sistemlərində, müxtəlif üsullarla yerinə yetirilə
bilər. Bu hal isə, avadanlıq birgəliyinin olmamasına səbəb olar. Avropa ölkələri bu
problemi həll etmişlər: MPEG-2-nın bazasında çoxproqramlı rəqəm TV yayımı
standartları peyk və yerüstü kabel və efir şəbəkələri üçün (uyğun olaraq DVB-S, DVB-C
və DVB-T) işlənib hazırlandı. DVB-S (ETS 300421) standartında faza modulyasiyası,
siqnalın skremblirlənməsi istifadə edilir. Siqnalın skremblirlənməsi zamanı rəqəmli
informasiya axınına təsadüfi xarakter vermək üçün onu psevdotəsadüfi ardıcıllığa vururlar
və paket səhvlərindən müdafiə üçün kaskadlarda növbələşdirmə ilə maneədavamlı
kodlamadan istifadə edilir. Skremblirləmə, qəbuledicinin takt sinxronlaşması sxeminin
işinin dayanıqlığını artırmaq və radiosiqnalın müntəzəm spektrini almaq üçün tətbiq
olunur. Skremblirləmədən sonra nəqliyyat axını xarici kodla maneəyə davamlı kodlamaya
məruz qalır. Böyük davametmə müddətli paketlənmiş səhvlərdən müdafiə üçün - fasiləsiz
açılış sıralandırılması, yəni qonşu baytların yerlərinin dəyişdirilməsi əməliyyatı yerinə
yetirilir. Sıralandırma (növbələşdirmə) dərinliyi 12 baytdır.
Modulyasiya 70 MHs və yaxud 140 MHs aralıq tezliyində həyata keçirilir. DVB-S
standartında dördmövqeli faza modulyasiyası (ingiliscə - QPSK) tətbiq olunur.
Modulyatorun çıxışında alınmış QPSK - rəqəm siqnalı sonradan yerüstü stansiyanın bütün
standart qurğularından keçir: yüksəldici tezlik çevricisi, güc gücləndiricisi, dalğaötürən
trakt və antena vasitə-silə peykə tərəf şüalandırılır.
Subyektiv ekspert qiymətləndirilmələrinə görə videoveri-lənlərin 9÷15 Mbit/san
sürəti ilə ötürüləməsi, studiya keyfiyyəti almağa imkan verir. Yayım TV- də lazım olan
keyfiyyəti almaq üçün 4÷7 Mbit/san sürəti kifayət edir. Buraxma qabiliyyəti 40 Mbit/san
olan peyk kanalı ilə yaxşı keyfiyyətli 5 - 6 proqramı və yaxud 8 - 10 proqramı məişət TV-
nin keyfiyyəti ilə ötürmək mümkündür.
M3. Peyk sistemləri barədə ümumi məlumat

İlk əvvəllər peyklər sadə transponderlər idi, hal-hazırda isə onlar uçan
marşrutlaşdırıcılara oxşayırlar. Transponderlər hər hansı tezlikdə siqnalı qəbul edir, onu
gücləndirir, sonra isə başqa tezlikdə göndərirlər. Əvvəllər, yalnız analoq gücləndirməsi
mümkün idi, lakin rəqəm siqnallarından istifadə etməklə də verilənləri bərpa etmək
mümkündür. Peyk, siqnalı bitlər selinə dekodlayır, sonradan yenə siqnala kodlanılır.
Analoq gücləndirilməsi ilə müqayisədə rəqəm bərpa olunması - yerdə qəbul olunan
siqnalın daha yüksək keyfiyyətini təmin edir.
Müasir rabitə peykləri yüksək səviyyə rabitəsinin bir çox funksiyalarını da, məsələn,
peyklərarası marşrutlama, səhvlərin korreksiyası və s. yerinə yetirə bilirlər.
Şəkil 8.1 - də qlobal mobil rabitəni həyata keçirən peyk sisteminin strukturu
göstərilmişdir. Növündən asılı olaraq peyklərdən hər biri öz şüası ilə Yerdə müəyyən
ərazini - xidmət zonası adlandırılan sahəni örtə bilir. Xidmət zonası daxilində peyk və
mobil istifadəçilər arasındakı rabitə mobil istifadəçilər kanalları (MUL - Mobile User
Link) vasitəsilə həyata keçirilir. Peyk və digər şəbəkələr arasında şlüz kimi təsir göstərən
baza stansiyası (BS), peyki şlüz kanalı (GWL - Gate Way Link) vasitəsilə idarə edir.
Bundan başqa, bəzən peyklər birbaşa öz aralarında peyklərarası kanallarla (İSL - İnter
Satellite Link) əlaqəndirilə bilirlər. Bu, müxtəlif xidmət zonalarındakı abonentlərə BS-dən
və ya digər yerüstü şəbəkələrdən istifadə etmədən öz aralarında birbaşa rabitə
yaradılmasına imkan verir. Əlavə peyk kanallarının saxlanması nitqin və verilənlər
paketinin ləngiməsini azaltmağa imkan verir.
Bəzi peyklərdə xüsusi antenalar tətbiq etməklə fokuslanmış şüaların köməyilə az
sayda manqalar yaradılmasına nail olunur (məsələn, İCO - “İntermediate Circular Orbit -
aralıq dairəvi orbit” sistemində hər peykə 163-fokuslanmış şüa uyğun gəlir).
Peyk sistemləri bir çox mövcud yerüstü şəbəkələrə qiymətli əlavələr olmaqda davam
edəcəkdir. Istifadəçilər öz aralarında İSDN (İntegrated Services Digital Network -
xidmətlərin inteqrasiyası ilə rəqəm rabitə) şəbəkəsi, PSTN-nin (Public Switched
Telephone Network - kommutasiya olunan ictimai telefon şəbəkəsi) digər şəbəkələri və
yaxud hətta şanı şəbəkələri vasitəsilə (məsələn, GSM sistemi ilə) öz aralarında rabitə ya-
rada bilirlər.
Bir çox şlüzlər, bu müxtəlif növ şəbəkələr arasında birbaşa əlaqəni təmin edə bilir. Burada
əsas problem - şanı şəbəkəsi ilə peyk sistemi arasında birbaşa səlis çevrilmənin təmin edil-
məsidir.
M4. Peyk sistemlərinin nəzəri əsasları

Peyklər Yerin ətrafında orbitlər üzrə hərəkət edirlər. Bu orbitlər, əsasən dairəvi və
yaxud elliptik ola bilər. Dairəvi orbitdəki peyklər həmişə Yer səthindən eyni məsafədə
yerləşirlər və sadə qanunlara tabe olurlar.

()
2
R
F g =mg
- Yerin qravitasiya cazibə qüvvəsi r
kimi təyin olunur;
F 2
- Mərkəzəqaçma c - qüvvəsi peyki orbitdən “itələyir” və Fc=mr ω kimi təyin olunur.
Burada: m - peykin kütləsi ;
R = 6370 km - Yerin radiusu; r - peykdən Yerin mərkəzinə qədər olan məsafədir; g= 9,81
m/san2- sərbəstdüşmə təcilidir;
ω=2 π f- bucaq sürətidir, f-dövretmə tezliyidir.
Dayanıqlı dairəvi orbitlər üçün aşağıdakı tənliklər ödənilməlidir:
1) Fg=Fc, yəni qüvvələr qiymətcə eyni olmalıdır. Bu ifadəyə nəzər yetirəndə görünür ki,
oradan peykin kütləsi ixtisar olunur.

[ ]
1
gR 2 3
r=
2) tənliyi r-ə görə həll etsək: ( 2 πf )2 - alarıq. Buradan görünür ki, peykdən Yer
səthinə qədər olan məsafə onun dövretmə tezliyindən asılıdır. Bu asıllıq və peykin
müvafiq nisbi sürəti şəkil 8.2 - də göstərilmişdir. Diaqramın ən maraqlı nöqtələrindən biri
- peykin dövretməsi 24 saata bərabər olduğu nöqtədir. Bu halda r = 35786 km olur.

Əgər peyk 24 saatlıq orbital vaxtla xarakterizə olunursa və ekvator üzərində


yerləşirsə ona geostasionar peyk deyilir. Maillik bucağı və hündürlük bucağı peyk
rabitəsində vacib parametrlərdən hesab olunur. Maillik bucağı δ - ekvatorial müstəvi və
peykin orbit müstəvisi arasındakı bucaq kimi təyin olunur (şəkil 8.3).
Bu bucağın qiyməti δ =00 olanda, peyk dəqiq olaraq ekvator üzərində yerləşmiş olur.
Əgər peykin orbiti dairəvi deyildirsə, onda onun yerə ən yaxın nöqtəsi perigey adlandırılır.
Hündürlük bucağı ε -peykin mərkəzi şüası ilə Yer səfhinə çəkilmiş toxunan
arasındakı bucaq kimi təyin olunur (şəkil 8.4).
Xidmət zonası - peykin siqnallarının qəbul olunduğu ərazidir. Peyk rabitəsinin
xüsusiyyətlərindən biri - siqnalın yayıldığı yolda itkilərə məruz qalmasıdır. Siqnal
gücünün zəifləməsi - peyklə yerüstü qəbuledici qurğu arasındakı məsafədən, peykin
hündürlük bucağından və atmosferdəki şəraitdən asılıdır.
r -məsafəsindən asılı olan L - itkilərini
Verici və qəbuledici qurğular arasındakı
aşağıdakı düsturla hesablamaq olar:

( )
2
4 π rf
L=
c
burada: f − daşıyıcı tezlik, c - işıq sürətidir.
Bu ifadə göstərir ki, qəbul olunan siqnalın gücü - məsafənin kvadratına mütənasib
olaraq azalır. Bu hal verilənlərin ötürülməsinin mümkün ola bilən maksimal sürətinə də
birbaşa təsir edir. Bir neçə 100 km- məsafədə yerləşən peyklər istifadə edilən halda,
daşıyıcı tezlik 2 QHs və adi mobil telefonların antenası istifadə edilərkən 10 kBit/san
sürəti əldə etmək olur. Bununla eyni vaxtda qeyd edək ki, 36000 km məsafədə yerləşən
geostasionar peyklər üçün ötürülmə sürəti 10-larla Bit/san-dən çox olmur. Bəzi atmosfer
şəraitlərin təsirindən siqnalın zəifləməsi daha mürəkkəb şəkildə baş verir (şəkil 8.5).
Hündürlük bucağından asılı olaraq, siqnal atmosferin az və yaxud çox qalın
təbəqəsindən keçməlidir. Adətən hündürlük bucağı 100-dən az olarsa, rabitə üçün yararsız
sayılır. Yağışın təsirindən radiodalğaların udulması prosesi tropik zonalarda daha güclü
olur.
M5 Aktiv və passiv peyk radiotexniki sistemləri

Peykin bortunda yerləşdirilən aparatlara görə peyk radiotexniki sistemləri iki yerə
ayrılır. Əgər peykin bortunda radioelektron qurğuları yerləşdirilərsə, belə peyk qurğuları
aktiv, bortunda yalnız elektromaqnit dalğalarını əks etdirən anten olan peyklər isə passiv
peyk sistemləri adlandırılır.
Aktiv peyk rabitə sistemlərində peykin bortunda siqnalları qəbul edib güjləndirərək,
onların tezliyini çevirən və sonra yer səthi stansiyasına verən retranslyator yerləşdirilir
(şəkil 14.1).

Şəkil 14.1.Aktiv peyk retranslyatorunun struktur sxemi.


Bu halda, ola bilər ki, qəbul olunan siqnal, həmin anda şüalandırılır. Belə sistemlər ani
retranslyasiyalı sistemlər adlanır. Elə sistemlər də var ki, onlar qəbul etdikləri siqnalı bir
müddət keçdikdən sonra şüalandırırlar. Belə sistemlər gejikdirməli retranslyasiyalı
sistemlər adlandırılır. Belə sistemlərdə peyk bir yer səthi stansiyası üzərindən uçduqda
ondan məlumatı qəbul edib yaddaş qurğusuna yazır. Bir müddət keçdikdən sonra peyk o
biri yer səthi üzərində olan stansiya üzərindən uçduqda, məlumatı ona verir və yeni
məlumat alıb yaddaş qurğusuna ötürür (şəkil 14.2).
Şəkil 14.2. Gejikdirməli retranslyasiyalı sistemlər

Ani retranslyasiyalı sistemlərdə rabitə müddətində hər iki yer səthi stansiyasının
peykinin radiogörmə zonasında yerləşməsi vajib olduğu halda, gejikdirməli
retranslyasiyada bu tələb olunmur. Məhz buna görə də yer səthi stansiyaları arasında
məsafə böyük olduqja, ani retranslyasiyalı güjləri daha yüksək orbitlərə buraxmaq lazım
gəlir. Əksinə, gejikdirməli retranslyasiyalı peyklər aşağı orbitlərdə də uça bilərlər.
Bununla əlaqədar olaraq gejikdirməli retranslyasiyalı peyklərin veriji göstərijiləri daha
yüksəkdir, yəni verijinin güjü kiçik, qəbuledijinin həssaslığı aşağı, antenanın ölçüləri isə
kiçik götürülə bilər. Gejikdirməli retranslyasiyalı peyklərin çatışmayan jəhəti bort
aparatlarında yaddaş qurğusunun olması hesabına mürəkkəbləşdirilməsidir. Ani
retranslyasiyalı peyk sistemlərinin orbitləri daha yüksək olduğundan, bu sistemlərdə
istifadə edilən yer səthi stansiyalarının verijilərinin güjü böyük, qəbuledijinin həssaslığı
yüksək, antennanın ölçüləri çox böyük (antenanın diametri d≈25 m) olur.Aktiv və passiv
peyk sistemini müqayisə etdikdə aşağıdakıları qeyd etmək lazımdır.
Passiv peyk sistemlərində bortda heç bir güjləndiriji qurğu olmadığından, yəni passiv
əks etdiriji səthdən istifadə edildiyindən sistemin etibarlığı yüksək alınır. Digər tərəfdən
eyni bir peyk istənilən miqdarda yer səthi stansiyaları tərəfindən istifadə edilə bilər. Bu
halda bortda heç bir əlavə qurğu yerləşdirmək tələb olunmur. Əksinə, aktiv peyk
sistemlərində yer səthi stansiyalarının sayı artdıqda bort retranslyatorunun ya tezlik
buraxma zolağı genişləndirilməli və ya bortda yeni komplekt apparatlar yerləşdirilməlidir.
Hal-hazırda hansı tip peykdən istifadə edilməsi hansı məsələlərin həll edildiyi (nə kimi
məlumatlar verildiyi) və enerci siqnalları ilə təyin edilir.
Radiotexnikanın indiki inkişaf mərhələsində yalnız aktiv peyklərdən istifadə edilməsi
qarşıya qoyulan məsələlərin həll edilməsinə imkan verir. Radiotexnikada hal hazırda bir
qayda olaraq genişzolaqlı siqnallar verilir və bunu aktiv peyk sistemləri həll edir.
Peyklərin hərəkət trayektoriyası və bununla əlaqədar olaraq peykin radiogörmə zonası
peykin orbital parametrləri ilə təyin edilir. Bu parametrlərə peykin uçuş trayektoriyasının
müstəvisi ilə ekvator müstəvisi arasında əmələ gələn meyl bujağı, peykin yer səthindən
olan maksimal məsafəsi-apogey və peykin yer səthindən olan minimal məsafəsi -perigey
aiddir. Apogey və perigey arasındakı nisbətdən asılı olaraq orbitlər iki jür olur: dairəvi və
elliptik.
Ellipsin oxları arasındakı nisbət böyük olarsa belə orbit kəskin dartılmış elleptik orbit
adlanır. Dairəvi orbit üzrə uçan peyklərdə peykin yer səthi ətrafında fırlanma sürəti:

υ=
630
√r [ ]
san
km

ifadəsi ilə təyin edilir. Burada r-orbitin radiusu olub, peyk ilə yerin mərkəzi arasındakı
məsafədir.

Peykin yer səthi ətrafında fırlanma periodu Т=1,66⋅10


−4
√ r 3 (км) [ д яг ] düsturu ilə
tapılır və bu period siderik (ulduz) periodu adlanır.
Siderik period yerin fırlanmasını nəzərə alınır. Yer səthi üzərində yerləşən müşahidəçi
üçün peykin fırlanma periodu yalnız siderik periodla deyil, peykin yerə nisbətən hərəkəti
ilə təyin ediləjək. Belə ki, peyk ekvator müstəvisində yerin fırlanması istiqamətində
(qərbdən şərqə) hərəkət edərsə və onun periodu 24 saata bərabər olarsa, bu halda
müşahidəçi üçün peykin fırlanma periodu sonsuz olajaq, çünki peyk həmin müşahidəçi
üçün hərəkətsiz olajaq. Belə orbit stasionar orbit adlanır. Stasionar orbit üzrə uçan peyklər
yer kürəsinin qütb rayonu ilə rabitə yaratmağa imkan vermir. Daha geniş imkanlara
elliptik orbit üzrə uçan peyklər malikdir.

Qlobal rabitə yaratmaq məqsədi ilə yer səthindən  36000 km. hündürlükdə uçan və
yerin mərkəzi ilə 1200 bujaq əmələ gətirən üç ədəd stasionar peykdən istifadə etmək
kifayətdir.
M6,7. Orbitlərin və peyk sistemlərinin əsas növləri
4 saat
Orbitlərin 4 müxtəlif növü fərqləndirilir (şəkil 8.6).
1) Geostasionar (və ya geosinxron) yerətrafı orbitlər - GEO - Geostationary (or
Geosynchronous) Earth Orbit - bunların peykləri Yer səthindən 36000 km-ə yaxın
məsafədə yerləşir. Bu növ peyklərə misal kimi - bütün tele - və radioyayım peyklərini, bir
çox meteoroloji peykləri, həmçinin telefon şəbəkələrinin magistralları kimi təsir göstərən
peykləri qeyd etmək olar.
2) Orta yerətrafı orbitlər (MEO - Medium Earth Orbit). Bu peyklər Yer səthindən 5000
- 12000 km məsafədə hərəkət edirlər. İndiyə qədər bu növdə az peyk var idi, lakin bəzi
sistemlər (məsələn, İCO sistemi) müxtəlif səbəblər üzündən məhz onu istifadə etmək
qərarına gəlmişdir.
3) Aşağı yerətrafı orbitlər (LEO - Low Earth Orbit). İlk əvvəllər LEO peykləri - əsas
etibarilə kəşfiyyat məqsədləri üçün tətbiq olunurdu. Hal - hazırda bu növ peyklərin 500
÷1500 km hündürlüklərini istifadə edən variantları yeni peyk sistemlərində tətbiq
tapmışdır.
4) Güclü elliptik orbitlər (Highly Elliptical Orbit - HEO ). Bura bütün qeyri-dairəvi
orbitli peyklər daxildir. Bu cür sistemlər, böyük şəhərlər üzərində perigeyə malik olurlar
və rabitənin keyfiyyətini yaxşılaşdırmağa imkan verirlər.
Van Allen radiasiya qurşağı (ionlaşmış hissəciklərdən ibarət olan zona) 2000
6000 km hündürlüklərində (Van Allenin daxili qurşağı) və 15000 ÷30000 km
hündürlüklərində (Van Allenin xarici qurşağı) yerləşir. Deməli, bu orbitləri peyk rabitəsi
üçün istifadə etmək çox çətindir.
GEO peykləri. Peykin səmadakı vəziyyəti qeyd olunmuş kimi görünə bilməsi üçün,
o 24 saatlıq dövretmə müddətinə malik olmalıdır. Yerlə peyk arasındakı məsafə üçün

[ ]
1
gr 2 3
r=
( 2 πf )2 ifadəsini istifadə etməklə təyin etmək olar ki, bu məsafə 35786 km-ə
bərabərdir. Bundan başqa orbitin mailliyi (əyilməsi, enməsi) sıfra bərabər olmalıdır.
Üstünlükləri. Üç ədəd GEO peyki Yer kürəsinin istənilən nöqtəsini örtməyə kifayət
edir. Verici və qəbuledicilərin antenalarının vəziyyətlərini qeyd etmək olar, tənzimləmə
lazım gəlmir. Ona görə də GEO peykləri tele - və radioyayımları üçün ideal münasib
hesab olunurlar. Xidmət müddətləri - 15 ilə yaxındır. GEO peykləri üçün xidmət zonası
böyük olduğuna görə, adətən çevirmələr tələb olunmur. Nisbi hərəkətləri olmadığı üçün,
onlar dopler sürüşməsinin təsirinə məruz qalmırlar.
Çatışmazlıqları: Yer kürəsinin Şimal və Cənub oblastlarında GEO peyklərinin
siqnallarının qəbulu çətinləşir. Bu hal, 600- dən yuxarı en dairələri üçün ε - bucağının kiçik
olması ilə izah olunur. Beləliklə, bu regionlarda böyük radiusa malik antenalar istifadə
etmək lazım gəlir. Veriliş üçün xeyli yüksək güc (onlarla Vt) lazım gəlir, batareyalarla
işləyən qurğular istifadə edərkən isə vəziyyət daha da çətinləşir. Deməli, GEO peykləri
çox da böyük olmayan mobil telefonlarda istifadə edilə bilməz. Nitqin və verilənlərin
ötürülməsindəki ən böyük problem isə - ləngimənin çox olmasıdır (0,25 saniyədən çox).
Ona görə də stasionar şəbəkələrdən məlum olan yenidən göndərmələrin bir çox sxemləri
burada işlədilə bilmir. Bunlardan başqa, xidmət ərazisi böyük olduğuna görə tezlikləri
təkrar istifadə etmək olmur. Əks halda, GEO peyklərinə kiçik xidmət zonalarına
fokuslanmış xüsusi antenalar lazım gəlir. GEO peyklərinin orbitə çıxarılması da baha başa
gəlir.
LEO peykləri. Bu peyklər daha aşağı orbitlərdə hərəkət edirlər və aydındır ki,
onların dövretmə müddətləri azdır (adətən 95÷120 dəqiqə olur). Burada rabitə kanallarının
daha yüksək keyfiyyətini təmin etmək üçün Yerin istənilən nöqtəsində böyük ε - bucağı
təmin edilir. LEO peyklərinin hər biri Yer səthindən yalnız 10 dəqiqə ərzində görünə
bilirlər. LEO peyklərini az buraxma qabiliyyətinə malik (bir neçə yüz bit/san) çox da
böyük olmayan peyklərə; iri peyklərə (bir neçə min bit/san) və genişyayımlı peyklərə
(planlaşdırılan sürət bir neçə Mbit/san-yə çatır) ayırmaq olar.
Üstünlükləri: Nitq rabitəsi üçün sıxlaşdırma sxemi istifadə edərkən verilənlərin
ötürülməsi üçün 2400 bit/san-yə yaxın sürət kifayətdir. LEO peykləri belə buraxma
qabiliyyətini hətta mobil terminallar üçün (istiqamətlənməmiş antenalı) veriliş gücü az (1
Vt) olduqda təmin edə bilirlər. Bundan başqa, LEO sistemləri ilə göndərilən paketlərin
ləngiməsi xeyli azdır (~10 msan). Bu ləngimə qiymətcə uzaq məftilli rabitələrdə olan
ləngimə müddətinə (5÷10 msan) yaxındır. LEO peyklərinin xidmət zonaları az olduğu
üçün, şanvari sistemlərdə olduğu kimi tezlikləri təkrar istifadə etməyə imkan verir. Belə
peyklər ε - bucağının böyük qiymətlərini və qütb oblastlarında daha yaxşı örtməni təmin
edirlər.
Çatışmazlıqları: Ən böyük problem - bütün yer kürəsini əhatə edə bilmək (örtə
bilmək) üçün çoxlu sayda peyklərə tələbatın olmasıdır. Bəzi sxemlərdə orbitlərdə 50÷200
peyk olur, hətta daha çox - peyklərin görünmə müddətlərinin az olması və ε - bucağının
böyüklüyü - bir peykdən digərinə qoşulmaların çevrilməsi kimi əlavə mexanizmlər tələb
edir. Peyklərin sayı çox olduğuna görə və onlar tez hərəkət etdikləri üçün bütün peyk
sisteminin mürəkkəbliyi artır. Xidmət müddətlərinin az olması (5÷8 il) da ümumi problem
hesab olunur. Müddətin belə az olması, atmosferin müqaviməti və Van Allenin daxili
qurşağının şüalanmaları ilə izah olunur. Ona görə də 8 ilə hesablanmış olan 48 - peykli
“Globalstar” sistemində hər iki aydan bir yeni peyk lazım gələcəkdir. Yer kürəsinin
ixtiyari nöqtəsi ilə birləşmələr yaradılarkən verilənlər paketinin bir peykdən digərinə
marşrutlandırılması (ünvan-lanması) zərurəti yarana bilər (və yaxud bir neçə dəfə BS-dən
peykə və əksinə ötürülmələr tələb oluna bilər). GEO-da isə xidmət zonası böyük olduğuna
görə, belə marşrutlamaya ehtiyac qalmır, çünki verici və qəbuledicilər böyük ehtimalla bir
xidmət zonasında olurlar.
MEO peykləri . Bu cür peykləri GEO və LEO peykləri arasındakı hissədə
yerləşdirmək olur.
Üstünlükləri . 10000 km radiuslu orbit istifadə etdikdə sistemə bir düjinə yaxın (12
ədəd) peyk tələb olunur. Bu GEO ilə müqayisədə çoxdur, lakin LEO ilə müqayisədə xeyli
azdır. Bundan başqa bu peyklər, Yerin fırlanmasına nəzərən yavaş hərəkət edirlər ki, bu da
sistemin layihələndirilməsini yüngülləşdirir (peyklərin dövretmə müddətləri ~ 6 saata
yaxındır). MEO peyki, maillikdən asılı olaraq böyük ərazini əhatə edə bilər, ona görə də
bunlarda az sayda çevirmələr baş verir.
Çatışmazlıqları. Yer səthindən olan məsafə çox olduğundan siqnalın ləngiməsi artır
və 70÷80 msan-yə çatır. Burada daha yüksək güc və kiçik xidmət zonaları üçün xüsusi an-
tenalar tələb olunur.
M8,9. Müxtəlif veriliş sürətli peyk sistemləri
4 saat
Peyk sistemləri ifrat aşağı sürətli, aşağı və orta sürətli, həmçinin yüksək sürətli
növlərə bölünürlər.
İfrat aşağı sürətli peyk sistemləri. Bu cür peyk sistemlərində informasiyanın veriliş
sürəti ≤ 1,2 kbit/san olur. Bu cür sistemlər, qəzaya uğramış gəmilərin və təyyarələrin
yerini, ətraf mühitin monitorinqini təyin etmək üçün, dənizdəki və qurudakı obyektlərdən
məlumatların yığılması məqsədilə istifadə olunur. Belə sistemlərin kanalları ilə, əsasən,
uzunluğu 256 bitdən artıq olmayan bir paketli məlumatlar verilir. Bunlarda LEO və GEO
orbitləri tətbiq oluna bilər. LEO KA – ları olan sistemlərdə (“Cospas – Sarsat “, “Kurs”)
Beynəlxalq Elektrik Rabitəsi İttifaqı tərəfindən ayrılmış ( 121,5 / 243 MHs və 406 MHs )
tezliklərdə, aviasiya və dəniz obyektləri üçün qəza xidməti rabitəsi aparılır. Burada
abonent avadanlığı kimi, əl ilə və ya avtomatik işə düşən radiomayaklardan istifadə olu-
nur. Bunlar avtonom qida mənbələrindən qidalanırlar. Geostasionar KA – ın bazası
üzərində qurulmuş sistemlərdə (İnmarsat – E və s.) isə rabitə kanalları, zamana görə
ayrılan çoxsaylı daxilolma rejimində yerinə yetirilir. Burada bütün xidmət olunan
obyektlər eyni zamanda KA–ın radiogörünüş zonasında yerləşir. Məlumatların verilməsi
müntəzəm olaraq fiksə olunmuş zaman intervallarında yerinə yetirilir ki, bu halda hər bir
radiomayak üçün konkret interval ayrılır və hər bir platforma retranslyatorun fiksə
olunmuş kanonlarından birini istifadə edir.
Aşağı və orta sürətli peyk sistemləri. Bunlar qısa paket verilənlərin ötürülməsini və
telefon radiorabitəsini təmin etmək üçün istifadə olunur. Sistem, istifadə olunan orbitlərin
növündən asılı olaraq beş qrupa bölünür:
Little LEO, big LEO, MEO, HEO və GEO.
Little LEO qruplu sistemlər, verilənlərin (1,2 ÷ 9,6) kbit/san sürəti ilə verilişini təmin
etmək üçün istifadə olunur. Tezlik diapazonu 1 QHs - ə qədər, kütləsi ( 50 ÷ 250 ) kq olan
yüngül KA-dan istifadə olunur. Bu sistemlərdə 6 ÷ 48 KA – dan istifadə olunur. Əsas iş
rejimi – real zaman və ya elektron poçtu rejimində verilənlərin paket ötürülməsidir.
Xarakterik cəhətləri aşağıdakılardır :
• Kanallarda qrup sorğusunu tətbiq etməklə, verilənlərin (qısa
məlumatların) paket veriliş rejimi;
• İstiqamətlənməmiş antenalı yüngül portativ terminalların
istifadə olunması;
• Kiçik KA – ların qrup şəklində orbitə çıxarılması;
• Daha aşağı tarif qiymətlərinin olması.
Big LEO qruplu sistemlər qlobal miqyasda telefon və peycinq radiorabitəsini təmin
etmək üçün istiqamətlənmişdir. Peyk telefon və müxtəlif standartlı şanvari şəbəkələrin
vahid şəbəkədə birləşməsi və little LEO sistemlərinin təmin etdiyi tam xidmət (verilənlər,
teleks, faksimil məlumat, qısa məlumatların verilişi, koordinatların təyini) növləri də
nəzərdə tutulur. Abonentlərə göstərilən xidmətin fasiləsiz və real zaman miqyasında
olması üçün, tərkibində 48 66 peykdən ibarət olan korreksiyaedici orbital
qruplaşmasından istifadə olunur.
L - və S - tezlik diapazonları istifadə olunur, peyklərin kütləsi 300 700 kq olur. Real
buraxma qabiliyyəti - hər KA düşən 1200 ekvivalent telefon kanalından çox olmur.
“İridium”, ”Globalstar”, ”Siqnal” sistemləri bu qrupa aiddir.
MEO qrupu- bunlar orta hündürlüklü orbitlərdə tətbiq olunur və big LEO
sistemlərinə əsas rəqib sayılırlar. Bunlar da qlobal telefon və peycinq radiorabitəsi
üçündür. Big LEO-da 150 210 uzlaşma stansiyası tələb olunurdusa, MEO-da 7 12
qov-şaq stansiyası kifayət edir. Real buraxma qabiliyyəti 3000 4500 ekvivalent telefon
kanalı həddindədir. Bu qrupa “Odissey” və “İCO” sistemləri aiddir.
HEO və GEO qruplarında yüksək elliptik və geostasionar orbitlərdə KA-dan
istifadə olunur. Mobil peyk rabitə sistemləri bütün növ (nitq, verilənlər, teleks, faks və s.)
rabitə növlərini təmin edə bilir. ”İnmarsat-C”, “Omnitracs”, ”Euteltracs”, ”Prodat”
(verilənlərin ötürülməsi), “İnmarsat-M”, “Marafon” (telefon radiorabitəsi) bu sistemə
aiddir. HEO və GEO orta sürətli qrup sistemləri yüksək keyfiyyətli telefon radiorabitəsi və
64 kBit/san sürətilə məlumatların ötürülməsini təmin edə bilir. Bunlara “İnmarsat-B” və
“Odissey” sistemləri də aiddir.
Yüksək sürətli peyk sistemləri. Bunlarda LEO, MEO və GEO orbitləri istifadə
olunur və genişzolaqlı rabitə sistemləri hesab olunurlar. Yüksək keyfiyyətli nitq, yüksək
sürətli verilənlər axını, multimedia, konferens rabitənin verilişi, İnternetə daxilölma,
interaktiv rabitə və s. üçün tətbiq olunurlar.
Mütəhərrik PRRS üçün abonentlər arasında rabitənin təşkili üsulları aşağıda göstərilən
əlamətlərə görə fərqlənə bilər:
• abonentlər bir peykin radiogörünüş zonasında yerləşdikdə
real zamanda rabitə;
• abonentlər müxtəlif KA-ın radiogörünüş zonasında yerləş-
dikdə, məlumatlar isə peyklərarası və ya yerüstü rabitə xətləri
ilə retranslasiya olunduqda real zamanda qlobal rabitə;
• məlumatların KA-ın yaddaşında saxlanıldığı və peykin təyinat məntəqəsinin üstündən
keçdiyi anda təyinat məntəqəsinə ötürülən vaxt, qeyri-real zamanda (virtual kanallara
görə) rabitə. Bu halda sistem elektron poçt rejimində işləyir. Verilənlərin ötürülməsi üçün
bortda elektron “poçt qutusu” olan peykin olması kifayət edir. Bu halda peyk hər dəfə
Yerin yeni bir rayonu üzərindən keçərkən, qlobal xidməti təmin edir. Peyklərin sayı az
olanda bu rejimdə informasiyanın çatdırılması bir neçə saat ərzində baş verir.

M10,11. Peyk rabitə sistemlərinin (PRS) növləri


4saat
1. VSAT (Very Small Aperture Terminals) texnologiyası əsasında korporativ şəbəkələr.
Bu növ PRS-i diametri 1,8÷3,5 metr olan antenalı və kiçik ölçülü peyk terminallarından
istifadə etməklə qurulur. Hal-hazırda dünya üzrə 300 000 - ə yaxın VSAT-stansiyalar
mövcuddur.
2. Fərdi PRS. Bunlara misal olaraq “İridium”, “İnmarsat”, “Globalstar”, “İCO”,
“ELLİPSO” və “Thuraya” sistemlərini göstərmək olar. Fərdi rabitə terminalları VSAT -
stansiyalardan xeyli fərqlənir. Onlar daha yığcamdır, universaldır, şanvari sistemlə
uyğunlaşdırıla bilir, ən əsası isə abonent hərəkətdə olanda da işləyir. Bu növ PRS-də
tariflər yüksəkdir.
3. Televiziya yayımı sistemləri. Bunlar əsasən Ku - tezlik diapazonunda (14/11 QHs)
işləyirlər və kiçik ölçülü yerüstü stansiyalar istifadə etmək mümkündür ki, bu stansiyaların
qiyməti 500 ABŞ dollarından çox deyildir. Bu növ peyk yayımı ilk növbədə kənd əhalisinə
və kabel infrastrukturu zəif inkişaf etmiş kiçik şəhərlərə xidmət üçün nəzərdə tutulmuşdur.
4. Yüksək sürətli PRS-lər.
VSAT- şəbəkələr daha dinamik inkişafa malik olan peyk sistemləri hesab olunurlar.
Müasir qlobal korporativ şəbəkələr əsasən VSAT - texnologiyasına üstünlük verirlər.
VSAT -terminallar əsasında ayrılmış şəbəkələr özlərinin uzaqda yerləşən istifadəçilərinə
geniş xidmətlər spektri təklif edirlər, o cümlədən, yüksək keyfiyyətli telefon rabitəsi və
faksimil rabitəni, həmçinin müxtəlif sürətlə verilənlərin ötürülməsi, videokonfransların
təşkili və teleproqramların paylanması kimi xidmətləri də təklif edirlər.
Peyk kanalının ayrılması müxtəlif cür təşkil oluna bilər: həmişəlik istifadə üçün, ya
da tələbata görə.
Müasir VSAT avadanlığı İSDN-in yerüstü şəbəkələrinə qoşulmağa imkan verir. Bu
cür qoşulma zamanı ( bir ədəd BRİ interfeysi) verilənlərin nominal ötürülmə sürəti 128
kBit/can –dən 160 kBit/san aralığında olur. Verilənlərin sıxlaşdırılması-nın müasir
alqoritmlərini istifadə etməklə, nitq siqnallarının ötürülməsi zamanı peyk kanalının
buraxma qabiliyyətini 10 – 12 dəfə artırmaq mümkün olur.
Orta və yüksəksürətli informasiya axınlarının VSAT kanalları ilə ötürülməsində səhv
ehtimalı 10–7- dən pis olmur. VSAT terminalları bütün növ şəbəkə intrfeyslərini dəstək-
ləyirlər: RS 232, RS 449/422, Ethernet (İEEE 802.3), Token Ring (İEEE 802.5). Ona görə
də lokal şəbəkələri daha geniş yayılmış olan İP, İPX, Net - BİOS kimi protokollar
bazasında birləşdirməyə imkan verir. Bundan başqa, çoxprotokollu mühit və frame relay
texnologiyasının (kadrların retranslyasiyası: İSDN şəbəkələri üçün interfeys) tətbiqi
sayəsində sürəti dəyişdirilə bilən şəbəkələr və ötürmə zamanı keyfiyyətli xidmət yarat-
mağa imkan verir.
QEYD: Frame relay - kadrların retranslyasiyası deməkdir: İTU-T 1.122 təkliflərinə
əsasən İSDN şəbəkələri üçün işlənib hazırlanmış interfeysdir. Kommutasiya qovşağında
minimal ləngimələrlə kadrların və yaxud paketlərin yüksəksürətli ötürülməsi və şəbəkənin
buraxma qabiliyyətindən effektiv istifadə etmək üçün nəzərdə tutulmuşdur. OSİ modelinin
kanal səviyyəsində təsir göstərir. Lokal hesablama şəbəkələrində, zaman
multipleksləməsinə malik olan kanallarda, həmçinin kanal və paketlərin kommutasiyasına
malik olan şəbəkələrdə tətbiq oluna bilər. Retranslyasiya zamanı şəbəkə kadrı təyinat
nöqtə-sinə tərəf istiqamətləndirir. Veriliş sürətini artırmağın əsas faktoru odur ki, bu halda
səhvlərin analizi aparılmır və retran-slyasiya qovşaqları səhv qəbul olunmuş kadrlar üçün
sorğu və ya bildiriş göndərmir. Bu hal - daha keyfiyyətli rabitə kanalı (əsasən lifli optik -
bunlar ötürülən verilənlərə çox az təhriflər daxil edir) istifadə etmək sayəsində mümkün
olmuşdur. Bunun sayəsində verilənlərin ötürülməsinin düzgünlüyü üzrə məsuliy-yət
nəqliyyat səviyyəsinə həvalə edilə bilir: səhvlər yalnız son nöqtələrdə yoxlanılır.
Multimedia və verilənlərin yüksəksürətli ötürülməsi xidmətlərinin əsas tələbatçıları
bank və sığorta kompaniyaları, kütləvi informasiya vasitələri, dövlət müəssisələridir.
VSAT texnologiyası çoxlu sayda uzaq stansiyalara malik paketlərin kommutasiyalı
çoxməqsədli korporativ şəbəkələrin yaradılmasına da imkan verir. Bu cür şəbəkələrdə
ötürmə sürəti adətən 64 kbit/san-dən çox olmur, verilənlərin ötürülməsi isə X.25,
X.3/X.28, LAP-B, HDLC, SNA/SDLC kimi standart protokollardan istifadə etməklə
həyata keçirilir. Belə şəbəkələr çoxlu sayda qovşaqlara və asimmetrik trafikə malik olur.
Burada VSAT texnologiya daimi və yaxud da “tələbata görə” əlavə kanal təşkil etməyə,
bununla da trafikin birinciliyini təmin etməyə də imkan verir. Misal kimi, real zaman
rejimində benzindoldurma stansiyalarında kredit kartlarının yoxlanılması şəbəkələrini,
bankomatların yoxlanılması şəbəkələrini, telemet-rik və meteoroloji informasiyaların
yığılması və emalı şəbəkə-lərini göstərmək olar.
İnternat şəbəkələrinin məşhurluğunun durmadan artması və VSAT texnologiyasının
kəskin inkişafı onu söyləməyə əsas verir ki, gələcəkdə bu iki texnologiya vahid bir
texnologiyada birləşə bilər. Hal - hazırda peyk vasitəsilə korporativ şəbəkənin serverini
ABŞ-da, Avropada, Avstraliyada birbaşa İnternet şlüzlərinə qoşmaq olar və şəbəkənin tam
xidmətləri paketini seçilmiş kanal üzrə 19,2 kBit/san-dən 8,448 kBit/san – yə qədər
sürətilə almaq mümkündür. İnternetə daxilolma həm asimmetrik, həm də cimmetrik
sxemlər üzrə təşkil oluna bilər. Bu hal üçün verilənlərin ötürülməsi interfeysi RS 232,
Ethernet (İEEE 802.3) və ya Token Ring (İEEE 802.5) istifadə edilə bilər.
Kosmik aparatın (peyk) qlobal şüasını istifadə edən C2 şəbəkələrindən fərqli olaraq,
VSATз – şəbəkələrində bütün xidmət olunan ərazi - dar parsial zonalara bölünür ki,
bunların hər biri, bir dar şüa ilə əmələ gəlmişdir. VSAT şəbəkələrində yükün ümumi
səviyyəsini azaltmaq üçün, aşağı trafikə malik olan abonent kanalları ilə yanaşı, qrup
traktlarının sayı çox olan bir neçə rabitə istiqaməti də təşkil edilir. Qrup traktlarının sayı
çox olanlar isə peykdə quraşdırılan müxtəlif buraxma qabiliyyətli PAMA (Permanantly
Assignment Multiple Access) peyk kanalları ilə həyata keçirilir.
VSAT şəbəkələrində daxilolmanın müxtəlif baza texnologiyaları istifadə edilir:
“nöqtə-nöqtə” sxemi üçün - SCPC (Single Channel Per Carrier) daşıyıcısına bir kanal;
“hər kəs –hər kəslə” sxemi üçün – DAMA (Demand Assignment Multiple Access) tələbatı
ilə çoxsaylı daxilolma və “ulduz” sxemi üçün – kanalların zamana görə ayrılması ilə
(TDMA) çoxsaylı daxilolma. SCPC iki uzaq məntəqə arasında birbaşa dupleks rabitə
yaratmağa imkan verir və çətin gedilən yerlərdə yerləşən azsaylı (15 – 20 ədəd) yerüstü
stansiyalara malik, çox da böyük olmayan korporativ şəbəkələrin yaradılması üçün
əlverişlidir. Belə şəbəkələr avadanlığın baha olmaması ilə xarakterizə olunurlar, lakin
ləngimə müddəti böyük olduğundan bunlar vasitəsilə lokal şəbəkələrin qarşılıqlı təsirini
təmin etmək mümkun olmur. SCPC texnologiyasının daha bir çatışmayan cəhəti - peyk
ehtiyatlarından səmərəli istifadə edilməməsidir.
DAMA (Demand Assignment Multiple Access) tələbatı ilə kanalların ayrılması
daxilolma texnologiyası şəbəkənin istə-nilən nöqtələri arasında birbaşa birləşmələr
yaradılmasını təmin edir. Bu cür tam daxilolmalı sistem rabitəni minimal ləngimə ilə
yaratmağa imkan verir - mərkəzi stansiyada informasiyanın təkrar qəbulu olmadan (buna
bəzən bir sıçrayışla rabitə də deyirlər). Bu daxilolma texnologiyası uzaq, çətin gedilən yer-
lərdə telefon şəbəkələri yaratmaq üçün optimal hesab olunur. Bu cür rayonlarda abonentlər
arası istiqamətlərdə trafikin payı, mərkəzi stansiya istiqamətindəkindən çox olur. DAMA
istifadə etməklə verilənlərin ötürülməsini təşkil etmək və lokal şəbəkələrlə qarşılıqlı təsir
yaratmaq olar, lakin belə qarşılıqlı təsirin effektivliyi az olur. DAMA-da abonent VSAT
terminallarının qiyməti SCPC – dəkinə nəzərən bahadır.
TDMA texnologiyasına əsaslanan “ulduz” topologiyalı şəbəkələr daha çox tətbiq
olunur. Onların fəaliyyət sahəsi – çoxlu sayda qarşılıqlı trafiki olmayan uzaq terminalları
və mərkəzi stansiyası (teleport) olan verilənlərin ötürülməsinin çoxnöqtəli şəbəkələri.
Əyani misal – aviabiletlərin satışı şəbəkəsi. VSAT şəbəkə üçün bu cür texniki həll mərkəzi
stansiyada (Hub) böyük diametrli antenalardan və güclü vericilərdən istifadə etməyə,
abonent periferiya terminalları üçün isə nisbətən ucuz olan kiçik antenalı VSAT
stansiyalar (sürəti itirmədən: 32 ÷ 2048 kBit/san) istifadə etməyə imkan verir.
İri rabitə operatorları tərəfindən yaradılan mərkəzləşdirilmiş idarəetməyə malik olan
VSAT - şəbəkələrdə çox zaman “ulduz” topologiyası əsasında kombinə olunmuş şəbəkələr
tətbiq olunur. Bunlarda iri periferiya stansiyaları bazasında yaradılan “ulduz” və ya “hər
kəs - hər kəslə” tipli məxsusi şəbəkələr mövcuddur. VSAT - texnologiyanı istifadə
etməklə qurulan rabitə sistemlərinə “Yamal” C2 sistemini (Rusiya, Qazprom), “Bankir”
C2 sistemini (Rusiya, bank şəbəkəsi) misal göstərmək olar.
Fərdi peyk rabitəsi (FPR) anlayışı əvvəlcədən xalis peyk rabitəsi kimi deyil, peyk
rabitəsi ilə mövcud şanvari sistemlərin kombinasiyasını özündə birləşdirir. Burada peyk
rabitəsinin əsas vəzifəsi - əhatə zonasından kənarda, daha doğrusu, şanvari sistemin
infrastrukturunun iqtisadi və texnoloji cəhətdən yaradılmasının məqsədəuyğun olmadığı
yerlərdə bu rabitənin imkanlarına əlavə etmək və onu genişləndirməkdir. Çoxrejimli
abonent terminalları şanvari rabitənin zonalarında işləmə zamanı avtomatik olaraq şanvari
şəbəkə ilə birləşmə yaradırlar (GSM, AMPS, CDMA, PDC standartlarından biri ilə),
şanvari sistemin əhatə dairəsindən kənarda isə peyk retranslyatorunu istifadə edirlər.
Stasionar abonent peyk terminallarından xüsusən o rayonlarda əlverişlidir ki, burada
rabitə ümumiyyətlə yoxdur, çünki onlar peyk vasitəsilə yerüstü ümumi istifadəli
şəbəkələrə, o cümlədən, stasionar telefon şəbəkələrinə qoşulmanı təmin edirlər.
FPR-nin təşkili prinsipi çox sadədir: terminal yerüstü şanvari şəbəkəni axtarır və
onun vasitəsilə işləyir. Əgər yerüstü şanvari şəbəkə əlçatmazdırsa, onda o peyk rejiminə
keçir. Peyklərdən siqnallar uyğunlaşdırma (qoşalaşdırma) stansiyalarına
istiqamətləndirilir. Bu stansiyalar isə ümumi istifadəli şəbəkələrlə əlaqəli olurlar. Hal-
hazırda Rusiyada üç peyk sisteminin (İnmarsat, Globalstar və İCO) köməyilə fərdi telefon
rabitəsi yaratmaq mümkündür. Azərbaycanın “AzərSpace” peykinin 2012-ci ilə
planlaşdırılmış olan orbitə çıxarılması ilə bu sahədəki rabitə xidmətlərinin daha səmərəli
olacağı gözlənilir.
M 12. Mütəhərrik peyk rabitə sistemlərinin (MPRS-in) tərkibi

Mütəhərrik peyk rabitə sistemlərinin (MPRS-in) tərkibinə aşağıdakılar aid edilir:


- kosmik-raket kompleksi;
- yerüstü idarəetmə seqmenti;
- kosmik seqment;
- yer qovşaq stansiyaları seqmenti;
- istifadəedicilər (abonentlər) seqmenti;
Kosmik - raket kompleksinə - lazımi avadanlıqları hazırlayan müəssisələr, rabitə
peyklərini buraxmaq üçün kosmodromlar və peyklərin yerüstü idarəetmə stansiyaları və s.
aid edilə bilər. Yüksək orbitli sistemlərdə retranslyator rabitə peyklərinin buraxılışı çox
baha qiymətə başa gəldiyindən, alçaq orbitli sistemlərdə, eyni zamanda bir neçə peyk, bir
daşıyıcı raketlə orbitə çıxarılır.
Yerüstü idarəetmə seqmenti - peyk rabitə sistemlərinin istismarının təmini, sistemin
elementlərinə nəzarət etmək, trayektoriya ölçmələrinin aparılması, kosmik aparatların
orbital qruplaşması və orbitin parametrlərinin təyin olun-ması üçün istifadə olunur. Peyk
qruplaşmasının idarəetmə və nəzarət sistemlərinin tərkibinə daxil olan yer stansiya-larını
adətən mərkəzi stansiyalar da adlandırırlar. Bu stan-siya, sistemin idarəetmə mərkəzi ilə
birlikdə və ya avtonom olaraq yerləşdirilə bilər və mərkəzlə telefon şəbəkəsi vasi-təsilə
birləşdirilə bilər, yaxud kənara çıxarılmış antena postlarına malik ola bilər. PMRX-də,
adətən 1¸2 mərkəzi stansiyadan istifadə edilir.
Kosmik seqment - orbital qruplaşma adlanan kosmik aparatlar məcmusundan ibarət
olur. Xüsusi hallarda, geostasionar orbitlərdə sistemin yalnız bir peyki ola bilər.
Yer qovşaq stansiyaları (YQS) seqmenti - dünyanın ayrı-ayrı coğrafi zonalarında
yerləşən istifadəçilər şəbəkəsinin işini idarə etmək üçündür. Qovşaq stansiyalarından (QS)
abonentlərin yerüstü şəbəkələrə çıxışı təmin olunur. Qovşaq stansiyaları və retranslyatorlar
arasında böyük informasiya axınları verilən fider xətləri - maqistral xətlər təşkil olunur. Bu
xətlər vasitəsilə bir qayda olaraq, 4…30 QHs tezlik diapazonunda rabitə təşkil olunur.
İstifadəedicilər seqmentinə bilavasitə istifadəedicilərin yanında quraşdırılan yer
stansiyalarının bütün növləri aiddir. Bunlara abonent verici və qəbuledici radiostansiyaları
(peycerlər), ekoloji monitorinqin xidmət olunmayan stansiyaları və s. aiddir.

.
Şəkil 8.7. Peyk MRS-in sadələşdirilmiş strukturu
Şəkil 8.7-də MPRS-in sadələşdirilmiş strukturu göstərilmişdir.
Abonent xətlərinin tezlik diapazonları, adətən 150 MHs 2,5 QHs intervalında
olur. İstismar şəraitindən asılı olaraq, abonent yer stansiyaları 3 növə ayrılır:
- stasionar;
- nəqliyyat vasitəsi ilə daşınan;
- səyyar (portativ) stansiyalar.
Kosmik aparatlı geostasionar orbitli sistemlərdə gücü 5 Vt olan bərk cisimli
gücləndiricilər və diametri 0,6…2 m olan antenalarla təchiz olunmuş VSAT (kiçik peyk
terminalları ilə rabitə sistemi) tipli terminallar geniş tətbiq olunur. Aşağı orbitli sistemlərdə
isə çıxış gücü 0,25…0,6 Vt olan «Telefon dəstəyi» tipli portativ terminallardan istifadə
edilir.
Mütəhərrik peyk rabitəsi konsepsiyası, kosmik aparatlı geostasionar və qeyri-
stasionar orbitlərdə istifadə oluna bilər. Məlum olan qeyri-stasionar sistemlərin əksəriyyəti
«həlqə» prinsipi üzərində qurulur. Bu prinsipdə bir neçə peyk Yerə yaxın orbitlərdə bir
müstəvi üzrə hərəkət edərək, Yer səthində rabitə zonası yaradırlar. «Həlqələrdə» kosmik
aparatlar, orbitlər boyunca bərabər məsafələrdə yerləşdiril-miş olur.
Yuxarıda qeyd etdiyimiz kimi, istənilən peyk rabitə sisteminin (PRS) tərkibinə
aşağıdakılar daxildir:
• kosmik seqment, bir neçə peyk-retranslyatordan ibarət olur;
• yerüstü seqment - sistemin idarə olunması mərkəzindən, kosmik aparatın (KA)
buraxılması mərkəzindən , «ölçü»-komanda stansiyalarından, rabitənin idarə olunması
mərkəzindən və şlüz stansiyalarından ibarət olur;
• istifadəçilər (abonent) seqmenti, bunlar fərdi peyk terminalları ilə rabitənin həyata
keçirirlər;
• yerüstü rabitə şəbəkələri, bunlarla rabitə interfeysi vasi-təsilə, kosmik rabitənin şlüz
stansiyalarını qoşalaşdırırlar.

M13,14. Kosmik seqment


4 saat
Kosmik seqmentin tərkibində bir neçə peyk – retranslyator olur ki, bunlar kosmik
qruplaşmanı əmələ gətirirlər. Adətən, bu peyk - retranslyatorlar, müəyyən orbitlərdə mün-
təzəm qayda üzrə yerləşdirilirlər.
İstənilən rabitə KA-nın tərkibinə aşağıdakı əsas elementlər (şəkil 8.8) daxildir:
mərkəzi prosessor; bort retranslyasiya kompleksinin radio-elektron avadanlığı; antena
sistemləri; istiqamətləndirmə və stabilizasiya sistemi; mühərrik qurğusu; elektriki
qidalandırma sistemi (akkumlyatorlar və ğünəş batareyası).

Şəkil 8.8. Kosmik aparatın ümumi strukturu

Orbital qruplaşmadakı peyklərin sayı, orbitin növündən asılıdır. Aşağı orbitli peyk
1000 km-ə yaxın hündürlükdə yerləşir və orbitdə təxminən 7 km/san sürətlə hərəkət edir.
Görünmə müddəti (Yer səthinin müəyyən nöqtəsində) ≤14 dəqiqə olur. Bundan sonra peyk
üfüq xəttinin arxasına keçir (görünüş zonasından çıxır). Fasiləsiz rabitəni təmin etmək
üçün birinci peykin xidmət olunan zonanı tərk etməsi zamanı, onu ikinci peykin, sonra
üçüncünün və s. əvəz etməsi lazımdır.
Qlobal peyk sistemləri, həmişə planetin bütün səthini görünüş zonasında saxlaya
bilməlidir. Yer kürəsinin bütün ərazisində abonentləri rabitə ilə təmin etmək üçün qonşu
peyklər bir-birilə əlaqəli olmalıdır və informasiyanı zəncir-vari olaraq ünvanına ötürə
bilməlidir.

Şəkil 8.9. Peyk-retranslyatorları:


a) aşağı orbitli; b) orta orbitli; c) geostasionar

Bu məsələni, bəzi sistemlərdə yerüstü şlüz stansiyaları yerinə yetirir və bir KA-dan (şəkil
8.9) informasiyanı digərinə translyasiya edirlər.
Yer kürəsini etibarlı əhatə etmək üçün çoxlu sayda (adətən onlarla, «Teledesik»
layihəsində isə onların sayı 1000-ə yaxınlaşır) peyk tələb olunur.
Orbitin hündürlüyü artdıqca, peyklərin sayına olan tələbat və qiyməti azalır. Lakin bu
halda fərdi peyk terminalları mürəkkəbləşir və baha başa gəlir.

Yerüstü seqment

Sistemin idarə olunması mərkəzi. Bu mərkəz KA-ın izlənilməsini həyata keçirir,


onların koordinatını hesablayır, vaxtı yoxlayır və korreksiya edir, bort avadanlığının işini
diaqnostika edir, xidməti informasiyanı (komanda) ötürür və s. Bu funksiyalar, hər bir
KA-dan daxil olan telemetrik informasiya əsasında yerinə yetirilir.
Kosmik qruplaşmanı müxtəlif iş rejimlərində idarə etmək üçün, ştatlı rabitə kanalları
(çarpazi peyk rabitəsini nəzərə almaqla) və ayrıca - ərazicə paylanmış komanda-ölçü stan-
siyaları istifadə olunur. Bunun sayəsində sistemin idarə olunması mərkəzi aşağıdakıları
təmin etməyə imkan verir:
- KA-ın verilmiş orbitə çıxarılması dəqiqliyi və buraxıl-masına nəzarət;
- hər bir KA-ın vəziyyətinə nəzarət;
- ayrıca KA-ın orbitinin nəzarəti və idarə olunması;
- KA-ın qeyri-ştat iş rejimində nəzarəti və idarə olunması;
- KA-ın orbital qruplaşmanın tərkibindən çıxarılması.
Kosmik qruplaşmanın idarə olunmasını, idarəetmə və analiz qrupu həyata keçirir.
KA-ya xidməti informasiyanın ötürülməsi, komanda - ölçü sisteminin (şəkil 8.10) ərazicə
paylanmış olan əsas və rezerv stansiyaları ilə həyata keçirilir.

Şəkil 8.10. Komanda - ölçü sisteminin antenaları

Kosmik aparatın buraxılması mərkəzi. Bu mərkəz buraxılmanın proqramını təyin


edir, daşıyıcı-raketin yığılmasını həyata keçirir, onu yoxlayır, faydalı yükün (KA – şəkil
8.11) quraşdırılmasını və start öncəsi yoxlama və sınaqların aparılmasını təmin edir.
Daşıyıcı raketi buraxıldıqdan sonra, uçuşun aktiv hissəsində trayektoriya ölçmələri
aparılır, bu ölçmələr sistemin idarəetmə mərkəzinə translyasiya olunur ki, burada aralıq
orbitin formalaşdırılması üçün, hesabi trayektoriya verilənləri korreksiya edilir. KA-ın
sonrakı idarə olunması, sistemin idarəetmə mərkəzi ilə, aşağıdakı proqram üzrə komanda -
ölçü stansiyalarının köməyilə həyata keçirilir:
- KA - ın günəş batareyaları açılır;
Şəkil 8.11. Aşağı orbitli peyk – retranslyatorunun quruluşu

- KA-ın əsas orbitə çıxarılması üçün, korreksiyaedici mühərriklərin qısa müddətli


qoşulması yerinə yetirilir;
- KA-ın bort avadanlığının vəziyyətinə nəzarət üçün telemetrik informasiya götürülür.
Rabitənin idarə olunması mərkəzi. Bu mərkəz, peykin ehtiyatının istifadəsini
planlaşdırır və bu əməliyyatı sistemin idarəetmə mərkəzi ilə koordinasiya edir. Bu mərkəz
milli şlüz stansiyaları vasitəsilə rabitəni analiz edir və nəzarət edir. Ştat iş şəraitləri zamanı
orbital peyk qruplaşmasının şlüz stansiyaları və istifadəçilər terminalları ilə rabitəsi avto-
nom olaraq yerinə yetirilir. Qeyri - ştat şəraitlərdə isə (ayrıca KA-ın qruplaşmadan
çıxarılması və ya şlüz stansiyasının elementlərinin sıradan çıxması zamanı) bu mərkəz,
artırılmış yüklü rabitəni saxlamaq rejiminə keçir.
Şlüz stansiyaları. Bir neçə qəbuledici-verici kompleksindən ibarət olur (adətən,
üçdən az olmayaraq) ki, bunların hər birində izləyici parabolik antena (Şəkil 8.11) olur.
Qəbuledici-verici komplekslər aşağıdakı kimi işləyirlər:
- 1- ci kompleks, i- ci KA - la rabitəyə girir;
- 2- ci kompleks i+1 - ci KA - la rabitəyə girir;
- sonra 1 - ci kompleks, i- ci KA - ın görünüş zona-sından getdikdən sonra, i+2 - ci
KA - l a rabitəyə girir;
- 2- ci kompleks, i+1- ci KA zonadan getdikdən sonra, i+3 - cü KA - la rabitəyə girir
və s.
Böyük həcmli informasiya axınını idarə etmək üçün, şlüz stansiyasının tərkibinə cəld
EHM-lər qoşulur ki, bunlarda fərdi terminalların verilənləri bankı olur.

Şəkil 8.11. Şlüz stansiyasının antenaları

Şlüz stansiyalarının tərkibində kommutasiya avadanlığı (rabitə interfeysləri) olur ki,


bunların köməyilə müxtəlif yerüstü rabitə sistemləri ilə birləşmələr təmin edilir. İstənilən
şlüz stansiyasının əsas vəzifəsi - dupleks telefon rabitəsini təşkil etmək, faksimil
məlumatları ötürmək, həmçinin böyük həcmli verilənləri ötürməkdir.
Fərdi istifadəçilər seqmenti. Fərdi peyk rabitəsi sistemləri (Şəkil 8.12) aşağıdakı
xidmət növlərini təklif edir:
- fərdi peyk terminalları olan abonentlərin bir-birilə rabitəsi;
-fərdi peyk terminalları olan abonentləri ilə ümumi istifadəli telefon şəbəkəsi
abonentlərinin, peycinq və şanşəkilli şəbəkələrin abonentlərinin, həmçinin şəxsi rabitə
kanalları ilə dupleks rabitəni təmin etmək, bir şərtlə ki, göstərilən şəbəkələr, şlüz
stansiyalarının rabitə interfeyslərinə qoşulmuş olsun;
- mütəhərrik peyk rabitə sistemi abonentlərinin yerinin (koordinatlarının) təyini.

Şəkil 8.12. Fərdi peyk rabitəsinin istifadəçiləri

Peyk rabitəsini təşkil etmək üçün, səyyar fərdi peyk terminalları (çəkisi 700 qrama yaxın)
və mobil terminalları (çəkisi 2,5 kq-a yaxın) tətbiq edilir. Bu terminallar, şanvari rabitədə
olduğu kimi, abonentlər arasında 2 saniyə ərzində rabitə yarada bilir. Hal-hazırda firmalar,
aşağıdakı peyk terminallarını təklif edillər:
- səyyar terminal (peyk telefonu);
- daşınan (portativ) fərdi terminallar;
- avtonəqliyyat, avia- və dəniz vasitələri üçün mobil
terminallar;
- kiçik ölçülü peycinq terminalları;
- kollektiv istifadə üçün terminallar.
Fərdi peyk terminalları 137¸900 MHs və 1979¸2520 MHs tezlik diapazonlarında
işləyir ki, bunlar şanvari rabitənin (450¸1800 MHs) tezlik diapazonundan praktiki olaraq
fərqlənmir. Vericinin orta gücü böyük deyildir (məsələn. «İridium» üçün 15¸400 mVt).
Peyk telefonu, peykə istiqamətləndirməni tələb etmir, adi mobil telefon-lardan azca böyük
olur (çəkiləri ~800 qram).
Peyk telefonunun, şanvari rabitə şəbəkələri ilə qoşalaşdırılması əlavə qurğu - SİM -
kartla təmin edilir. Bu cür SİM - kartlar GSM və D-AMPS standartının telefonları üçün
mövcüddür.
Peyk telefonu sadə idarəetmə sisteminə malikdir, nömrə knopkaların köməyilə yığılır.
Sistem, avtomatik olaraq boş kanalı tapır və onu danışıq müddəti ərzində abonentin
istifadəsinə verir. Adətən, bu cür telefonlarda kanalların zamana və ya tezliyə görə
sıxlaşdırılmasından istifadə edilir.
M15. VSAT (Very Small Aperture Terminal) texnologiyası əsasında fərdi peyk rabitə
sistemi

Son illərdə VSAT (Very Small Aperture Terminal) texnologiyası əsasında fərdi peyk
rabitə sisteminin yaradılmasına xüsusi diqqət yetirilir. VSAT- kiçik peyk terminalları ilə
rabitə sistemi kimi tərcümə olunur. Bu texnologiya, antenasının diametri 2,5 m - ə qədər
olan peyk terminalları (şəkil 8.13) hazırlamağa imkan verir.

Şəkil 8.13. Fərdi peyk terminalı

Dünya üzrə 150 mindən çox peyk terminalı mövcüddür. Təkcə ABŞ-ın «Hughes Network
Systems» firması 85 mindən çox VSAT- terminalı satmışdır. İri bankların hamısı, is-
tehsalat kompaniyaları hal-hazırda məxsusi korporativ şəbəkəyə malikdir ki, bunlarda
peyk rabitəsi VSAT- terminalların köməyilə yerinə yetirilir. İnforomasiyanın ötürülməsi
sürəti - çox şərti anlayışdır. Hətta az sürət (64 kbit/san) şəraitində VSAT- terminalı eyni
vaxtda bir neçə telefon danışığını təmin edə bilir. Verilənlərin mübadiləsi və faksimil mə-
lumatlarını ötürə bilir. Lazım olarsa, bu sürət çox asanlıqla 512 kbit/san-ə, bəzi
terminallarda isə 2048 kbit/san-yə qədər artırıla bilər. Peyk rabitə sistemi istifadəçilərinin
əksəriyyəti üçün, informasiyanın yüksək ötürülmə sürəti o qədər də vacib əhəmiyyət kəsb
etmir, əsas məsələ kimi onların terminalının müxtəlif periferiya avadanlıqlarına qoşula
bilməsi sayılır. Bütün qlobal peyk rabitə sistemləri təxminən eyni növ xidmətlər yığımı
təklif edirlər:
- danışığın (nitqin) ötürülməsi - telefon rabitəsi;
- faksimil məlumatların ötürülməsi;
- verilənlərin ötürülməsi;
- fərdi radioçağırış (peycinq);
- abonentin yerinin (koordinatlarının) təyini;
- qlobal rouminq.
Fərdi kompüterləri peyk terminalına qoşmaqla real zaman miqyasında saniyədə 0,5¸1
səhifəlik mətn ötürmək də mümkündür.
Peyk rabitə sistemləri obyektin yerini, çox yüksək dəqiqliklə təyin etməyə imkan
verir. Bu dəqiqlik - hava şəraitindən, sutkanın müddətindən və s. asılı olmayaraq ~300
metr və daha az təşkil edir.

Qlobal mobil rabitə sistemləri


M16. Peyk rabitəsinin tezlik zolaqları

Radio üzrə beynalxalq məsləhət komitəsi (MKKP) və tezliyin qeydiyyatı üzrə


beynəlxalq komitələri tərəfindən (MKP) peyk sistemləri üçün cədvəl 8.1- də göstərilən
tezlik zolaqları ayrılmışdır.
Cədvəl 8.1

Diapazonun Tezlik zolağı,


adı QHs

L (1,5/1,6 1,452-1,500 və 1,61-


QHs) 1,71
S (2,4/2,5 1,93-2,7
QHs)
3,4-5,25 və 5,725-
C (4/6 QHs)
7,075
10,70-12,75 və 12, 75-
KU (11/14QHs)
14,80
14,40-26,50 və 27,00-
Ka (20/30 QHs)
50,20
K 84,00-86,00

Spektrin paylanması. Radiotexnikada istifadə olunan radiodalğalar


100 Mm(3 Hs )÷0,1mm(3000 QHs) spektral diapazonu əhatə edir. Beynəlxalq razılaşmaya
əsasən radiorabitədə istifadə olunan tezlik diapazonu cədvəl1.1-də göstərilmiş
diapazonlara bölünmüşdür.
Lakin bu diapazon genişdir və bu yenidən yarımdiapazonlara, yəni, radioyayım və
televiziya diapazonlarına, yerüstü, aviasiya, kosmik və dəniz rabitəsi üçün, verilənləri
ötürmək üçün, tibbi, radiolokasiya və radionaviqasiya diapazonlarına və s. ayrılırlar. Hər
bir radioxidmət üçün xüsusi tezlik diapazonu ayrılır.
Cədvəl 1.1.
Müxtəlif diapazonlu radiodalğalar

Cədvəl 1.2-də radiorabitənin tələbindən asılı olaraq optimal tezlik diapazonundan


istifadə tövsiyələri verilmişdir.

Cədvəl 1.2.

Müxtəlif rabitə xidmətlərində istifadə olunan tezlik spektrinin əyani bölünməsi şəkil
1.8-də verilmişdir.
Şəkil 1.8. Müxtəlif rabitə xidmətlərində tezlik spektrinin bölünməsi
Radiorabitənin uzaqlığı. Radiorabitənin uzaqlığına təsir edən əsas faktor dalğa
uzunluğu və ya verilişin aparıldığı tezlikdir. Uzun radiodalğalar üçün yer kürəsi kiçik
ölçülü maneədir və onu asanlıqla aşa bilir. Lakin qısa və xüsusi ilə ultra qısa radiodalğalar
üçün yer kürəsi həddən böyük maneədir. Bu dalğalar yer kürəsini aşa bilmir və praktik
olaraq horizont (üfiq) xəttinə qədər yayıla bilir. Bütün bunlara baxmayaraq, orta və əsasən
qısa dalğalar uzaq məsafəli radiorabitədə istifadə olunur. Qısa dalğa diapazonunda
radiodalğaları yer atmosferinin 50-500km yüksəkliyində yerləşmiş ionlaşmış qaz qatından
əks olunaraq yayıla bilirlər. Bu qat ionosfera adlanır. İonosferanın xassəsi bütün dalğalar
üçün eyni deyildir. Belə ki, orta dalğalar yalınz gejələr əks olunur və uzaq orta dalğada
işləyən radiostansiyalar gündüzlər eşidilmirlər. Qısa dalğalar da ionosferadan ilin müxtəlif
vaxtlarında və günün müxtəlif saatlarında müxtəlif jür keçirlər. Ultra qısa və daha qısa
dalğalar isə ümumiyyətlə ionosferadan əks olunmurlar və kosmik fəzaya yayılır. Şəkil 1.9-
da dalğa uzunluğundan asılı olaraq radiodalğalarının ionosferada yayılması göstərilmişdir.
Burada 1-yernən göndərilən (Yer səthi ilə yayılan) radio şüa; 2- ionosferadan əks olunan
şüa; 3 – ionosfera qatıdır.

Şəkil 1.9. Radiodalğalarının ionosferada yayılması

Radiorabitənin uzaqlığı iki faktorla təyin edilir:


1.Seçilmiş diapazonda radiodalğalarının yayılma şərti,
2.İstifadə olunan radioaparatın texniki xarakteristikası.
Uzaq məsafəyə radiorabitə üçün uzun, orta və qısa dalğa (UD, OD və QD)
diapazonlarını istifadə etmək daha məqsədə uyğundur.
UQD diapazonunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onlar düzxətli
yayılmaya malikdirlər. Əgər radiorabitə veriji və qəbuledijinin hündürlüyü 1,5m olan
portativ radiostansiya arasında aparılarsa, bu halda mümkün olan maksimal məsafə 5km-ə
qədər ola bilər. Əgər radiorabitə xüsusi hündür yerdə və ya qüllədə yerləşdirilmiş baza
stansiyaları arasında aparılarsa, bu halda mümkün ola bilən maksimal məsafə 60-70km
qədər çatdırmaq mümkün olur. Təbii ki, verijinin çıxış güjü və ya qəbuledijinin həssaslığı
rabitənin ümumi keyfiyyətinə və maneədavamlılığına təsir edən parametrlər olsalar da,
uzaq məsafədə rabitənin yaradılmasına mühüm dəyişikliklər vermir. Müasir
qəbuledijilərin zəif siqnalları tutmaq qabiliyyəti o qədər yüksəkdir ki, düz görünüşdə 5
vattlıq verijinin siqnalını 80-90km məsafədən tutmaq imkanına malikdir. Beləliklə
antenanın yerləşdiyi hündürlük radioavadanlığın digər xarakteristikasından daha vajibdir.
Əgər rabitə yaşayış məntəqəsində aparılarsa, bu halda binaların hündürlüyü artdıqja
rabitənin real məsafəsi, hesabatdan alınan qiymətə nəzərən, daha çox azalır.
Radiodalğalar antenna ilə fəzaya şüalandırılır və elektromaqnit enerjisi şəklində
yayılır. Dalğaların təbiyəti eyni olsa da onların yayılma imkanları dalğa uzunluğundan çox
güjlü asılıdır. Radiodalğalar üçün yer səthi keçiriji mühit sayılır. Yer səthi ilə yayılan
dalğa getdikjə zəifləyir. Bu onunla əlaqədardır ki, elektromaqnit dalğaları yer səthində
elektrik jərəyanı yaradır və buna xeyli enerji sərf edir. Beləliklə dalğa enerjisi yer səthində
sönür və bu sönmə dalğa uzunluğu azaldıqja (tezlik artdıqja) daha çox olur. Antenadan
yayılan dalğanın enerjisi birdə ona görə zəifləyir ki, şüalanma fəzanın bütün
istiqamətlərinə yayılır və verijidən uzaqlaşdıqja enerjinin intensivliyi də azalır. Buna görə
də qəbulediji antenna nə əqədər uzaqda yerləşsə onun vahid səthinə bir o qədər az enerji
təsir etmiş olur.
M17,18. Peyk mütəhərrik radiorabitə sistemlərinin tətbiqi
4 saat

MPRRS ikinci dünya müharibəsindən sonra istifadə olunmağa başlanmışdır. İlk peyk
1957-ci ildə buraxılmışdır (SSRİ). 1960-ci ildə isə ABŞ əksetdirici rabitə peykini buraxdı
– ECHO adlandırdı və bu peyk güzgü şəklində idi. Rabitə - siqnalların əks olunması ilə
yaradıldı. Üç il sonra SYNCOM geostasionar peykini buraxdılar. Bu cür peyklərin əsas
üstünlüyü - Yer üzərində qeyd olunmuş vəziyyətdə olmalarıdır və Yerlə sinxron fırlanırlar
və elə bil ki, müəyyən yerdə asılmış kimi olurlar. Nəhayət, 1965-ci ildə ilk geostasionar
kommersiya peyki rabitə məqsədilə buraxıldı – İNTELSAT 1 [və ya «Early Bird»- dan
(erkən) quşçuğazı] və ilyarım müddət ərzində istifadə edildi, çəkisi 68 kq idi, 240 dupleks
telefon kanalı yarada bilirdi və ya alternativ kimi - bir televiziya kanalı yaratmaq üçün də
tətbiq olundu. İNTELSAT 2 və İNTELSAT 3 peykləri uyğun olaraq 1967 və 1969-cü
illərdə buraxıldı və 1200 telefon kanalına imkan yaradılmışdı. Yerüstü rabitə üçün həmişə
məftildən istifadə etmək olar, lakin gəmilər üçün bunu etmək olmur. Ona görə də 1976-ci
ildə üç ədəd MARİSAT peykləri istifadə olunmağa başladı. Onların vəzifəsi dünya üzrə
dəniz rabitəsini təmin etmək idi. Gəmilərdəki verici və qəbuledicilər üçün nisbətən böyük
antenalar (veriliş gücü 40 Vt olanda təxminən 1,2 metr) xarakterik idi. İlk mobil peyk
sistemi İNMARSAT-A 1982-ci ildə işləməyə başladı. Altı il bundan sonra, yəni 1988-də
İNMASAT-C sistemi yaradıldı - ilk peyk sistemi idi ki, mobil telefon rabitəsini və
verilənlərin ötürülməsini təmin edirdi (verilənlərin ötürülməsi sürəti 600 bit/san idi, X.25-
standartına uyğun şəbəkələrlə qoşalaşdırma qurğuları var idi).
1993-cü ildə peyk sistemldəri tamamilə rəqəmli oldu. Lakin, həqiqətdə istifadəçilərin
mobilliyi nisbi idi, çünki stasionar peyklər vasitəsilə rabitə üçün lazım olan qurğuların çə-
kisi çox idi (bir neçə kq), sürətin münasib olması üçün isə böyük güclər tələb olunurdu.
1998-ci ildə qlobal peyk sistemləri tətbiq olunmağa başladı, mobil telefonları
kiçikdir («İridium» və «Global-star» sistemləri). Hal-hazırda 200-dən çox geostasionar
peyk kommersiya məqsədilə istifadə olunur.
Peyk rabitə xidmətinin (PRX) təyinatından və istifadə olunan yerüstü stansiyaların
(YS) növündən asılı olaraq, üç əsas peyk rabitə xidmətini fərqləndirirlər:
- fiksə olunmuş (qeyd olunmuş) rabitə xidməti (FRX);
- mütəhərrik rabitə xidməti (MRX).
- radioyayım rabitə xidməti (RRX).
Fiksə olunmuş rabitə xidməti stasionar abonentlər arasında rabitə yaratmaq üçün
istifadə olunur. Hal-hazırda VSAT tipli terminallar bazası üzərində qurulmuş FRX
elektron kommersiya şəbəkələrində, bank informasiya mübadiləsində, topdan satış ticarət
anbarları şəbəkələrində və s. istifadə olunur.
PRX kompüterlərinə (Direc PC) birbaşa peyk yayımlanmasını təmin edə bilər. Direc PC
xidməti peyk kanalları ilə sürəti 30 Mbit/s olan TV təsvirləri və sürəti 400 kbit/s olan
İnternet informasiyalarını, fərdi qəbul avadanlığı olan kompüterlər vasitəsilə almağa
imkan verir. Peyk mütəhərrik radiorabitə sistemləri (PMRRS) ilə verilənlərin
ötürülməsi zamanı, aşağıdakı tətbiq sahələrini fərqləndirirlər:
- yükləmə məntəqəsindən təyinat məntəqəsinə qədər keçid nəzarətini təmin edən
yükdaşınmalarının qlobal monitorinqi;
- dövlət və korporativ istifadəçilərin marağına uyğun olaraq elektron poçtu ilə
verilənlərin mübadiləsi;
- nəqliyyat vasitəsinin və ya yüklü konteynerin coğrafi koordinatlarının təyini;
- hərəkətdə olan obyektlərlə rabitə, o cümlədən, verilənlərin ikitərəfli mübadiləsi;
- axtarış - xilasedici işlərin koordinasiyası və qəza-bərpa işlərinin aparılması;
- fövqəladə hadisələr zonasında təcili rabitə xidmətinin təmin edilməsi;
- qlobal peycinq;
- qaz, su və elektrik sayğaclarının göstərişlərinin avtomatik nəzarəti;
- ictimai və beynəlxalq nəqliyyatın hərəkət qrafikinə nəzarət edilməsi də daxil olmaqla,
nəqliyyat vasitələri parkının idarə olunması;
- itirilmiş, qaçırılmış və ya prokata verilmiş nəqliyyat vasitələrinin izlənməsi;
- ekoloji və ya sənaye nəzarəti vericilərindən verilənlərin avtomatik yığılmasının
köməyilə ətraf mühitin monitorinqi;
- neft və qaz kəmərinin ucqar obyektlərinin vəziyyətinə nəzarət və məlumatların
toplanması;
- gözətçi siqnalizasiyanın işə düşməsi haqda xəbərdarlıq (bildiriş);
- idman oyunları və ya istirahət zamanı rabitə;
- heyvan sürülərinin miqrasiyasının izlənməsi.
Bunlardan başqa, darzolaqlı peyk telefon RRS-nin digər tətbiq sahələri də vardır:
- az məskünlaşmış rayonlarda fərdi telefon və peycinq radiorabitəsinin təmini;
- peyk rabitəsi abonentlərinin xidmət spektrinin genişlənməsi;
- mövcüd mobil rabitənin şanvari şəbəkəsinin zənginləşməsi;
- qlobal rouminqin mümkünlüyü və s.
Bir sıra məlumatlarda qeyd olunur ki, yalnız Ka-diapazonunda 1300 peykdən istifadə
olunmalıdır. Yaxın illər ərzində genişzolaqlı peyk rabitəsi üçün 500 yeni peyk bura-
xılacaqdır. Yeni sistemlərin buraxma zolağının əsas hissəsi biznes məqsədləri üçün
istifadə olunur. Bu sistemlərlə məşğul olan bir sıra konsaltinq firmalarının qiymətləndiril-
məsinə görə gələcəkdə ümumdünya işgüzar trafikinin 15% - i genişzolaqlı peyklərdən
keçəcəkdir. Bu işə əsas təkanı – 1993-cü ildə (sentyabr) ABŞ-ın aeronavtika və kosmik
fəzanın tədqiqi (NASA) milli idarəsi tərəfindən ACTS - peykinin buraxılması vermişdir.
Müasir avadanlığa və çoxşualı antenalara malik olan peyklər Ka - diapazonunda
işlədiyindən, atmosfer maneə-lərinin təsirinə məruz qalmadan, istənilən şəraitdə rabitə
yaratmağa imkan verir. Bu diapazonun dalğa uzunluğu kiçik olduğundan, yerüstü
stansiyaların qabarit ölçüləri də çox kiçik və qiymətləri münasib olur. Bundan başqa,
ACTS peykləri yüksək sürətli kanallarla yanaşı, internet və intra şəbəkələri üçün də geniş
imkanlar yaratmışdır.
Genişzolaqlı peyk rabitə sistemlərinin hazırlanması ilə məşğul olan firmalar bir sıra
çətinliklərlə üzləşir. PRSX-nin lideri sayılan «Hughes» firması öz «Space way» sisteminin
genişləndirilməsini nəzərdə tutan geostasionar orbitlərdə «Space way EXP» və orta
hündürlüklü orbitlərdə «Space way NGSO» sistemlərinin yaradılması layihəsini təqdim
etmişdir. Bu sistem 16 geostasionar və 20 orta hündürlüklü peyklərə malik olacaqdır.
«Hughes» firması, iki geniş yayılmış fərdi peyk-televiziyasını və fərdi kompüter
sistemlərini birləşdirmişdir.
«Direc PC» sisteminin texnologiyasının əsasını kanalları zamana görə ayrılan
çoxsaylı daxilolma (TDMA) metodunun reallaşması təşkil edir.
«Asta start» mexanizminə əsaslanan TCP/İP proto-kolu, iki qovşaq arasındakı
verilənlər mübadiləsini əvvəlcə minimal, lakin verilənlərin çatdırılmasının təminatverici
sürətilə başlayaraq, sonra kanalın resurslarını tamamilə istifadə edir.
Ənənəvi peyklər aşağıdakı məqsədlər üçün tətbiq olunurlar:
- hava haqqında məlumat. Bir neçə peyk, Yerin infraqırmızı və görünən
diapazonlarda şəklini verirlər. Qasırğaların baş verəcəyini peyksiz xəbər vermiək qeyri-
mümkündür;
- radioyayımın və TV peykləri. Peykdən istifadə etməklə, 100-lərlə radio- və tele-
proqramlar əldə etmək mümkündür. Bu texnologiya bir çox yerlərdə kabel radioyayımı və
TV-ni sıxışdırıb aradan çıxarır, çünki onun quraşdırılması ucuz başa gəlir. Avropada peyk
tarelkalarının diametri 30¸40 sm-dir, şimal ölkələrində isə bir az böyükdür;
- hərbi peyklər. Kəşfiyyat məqsədilə ilk tətbiqi olmuşdur. Bundan başqa, bir çox
rabitə kanallarının idarə olunması da peyklər vasitəsilə yerinə yetirilir, çünki onlara hücum
etmək çətindir;
- naviqasiya peykləri. Naviqasiya və yerləşmə yerinin təyininin qlobal GPS-sistemi
(Global Positioning System) ilk vaxtlarda yalnız hərbi məqsədlər üçün tətbiq olunurdu.
Hal-hazırda isə hər bir kəs üçün əlçatandır. Bu sistem dünya üzrə obyektin yerləşdiyi yeri
təyin etməyə imkan verir və bəzi əlavə texnologiyaların tətbiqi sayəsində təyinetmənin də-
qiqliyini bir neçə metrə qədər yaxşılaşdırmaq mümkün olur. Bütün gəmi və təyyarələr,
demək olar ki, GPS –sisteminə arxayındır (ənənəvi naviqasiya sistemlərinə əlavə olaraq).
Hal-hazırda çoxlu sayda yük və sərnişin avtomobilləri yaradılır ki, bunlarda GPS
sisteminin qəbuledicisi olur. Qaçırılmış avtomobili tapmaqda, yüklərin daşınmasında da
istifadə olunur.
Verilənlərin ötürülməsi üçün peyklərin tətbiqi xüsusi maraq kəsb edir.
- qlobal telefon magistralları. MPRRS-nin ilk tətbiq sahələrindən biri beynəlxalq telefon
magistralları olmuşdur. Bəzi hallarda kabel çəkməkdənsə, yeni peyk buraxmaq əlverişli
olur. Lakin, telekommunikasiya şəbəkələrinin mAgistralları kimi istifadə olunan peyklər,
okean vasitəsilə çəkilən optik lifli kabellərlə əvəz olunurlar. Bunun əsas səbəbi-lifli optik
birləşmələr zamanı buraxma qabiliyyətinin yüksək olmasıdır (dalğa uzunluğuna görə
ayrılmaya malik sıxlaşdırma zamanı onlarla Qbit/san). Bundan başqa, peyk-lərlə
müqaisədə ləngimə də xeyli az olur. Geostasionar peyklə vericidən qəbulediciyə çatmaq
üçün siqnal 72000 km yol qət edir. Optik lifli kanallarda (Sakit və ya Atlantik okeanı
içərisindən keçən) isə bu məsafə 10000 km-dən çox olmur. Təəssüf ki, işığın sürəti
sonludur. Geostasionar peyklərdən istifadə etdikdə, yayılma zamanı ləngimələr 0,25
saniyə olur. Telefon danışıqları zamanı bu cür ləngimələr, istifadəçidən hövsələ tələb edir.
- uzaq yerlər və ya inkişafda olan sahələrlə birləşmələr. Bir çox yerlərdə telefon
şəbəkəsi ilə birbaşa naqillə rabitə və yaxud İnternetə qoşulma, coğrafi yerləşmədən asılı
olaraq (məsələn, Arktikanın tədqiqi) mümkün olmur. Peyklərlə qlobal şəbəkələrə sadə və
tez bir zamanda qoşulmalar təmin edilə bilər;
- qlobal mobil rabitə. Peyklərin tətbiqindəki son nailiyyətlərdən biri - verilənlərin qlobal
mobil mübadiləsini təmin etməyin mümkünlüyüdür. Bu məqsəd üçün geostasionar peyk-
lər ləngimələrin olmasına görə yaramır, ona görə də nisbətən aşağı orbitlərdə hərəkət edən
peyklər lazım gəlir. Mobil rabitədə istifadə olunan peyklərin əsas vəzifəsi - heç də mövcud
mobil telefon şəbəkələrini əvəz etmək deyil, onları əhatə olunmanın yayılmadığı tərəfə
genişləndirməkdir. Belə yerlərə - əhalisinin sıxlığı az olan ərazilər aid edilir ki, burada
baza stansiyalarının quraşdırılması iqtisadi baxımdan özünü doğrultmur. Peyk rabitəsi ilə
inteqrasiya zamanı mobil telefonlar peyklərlə kommutasiya sayəsində avonentə bütün
dünya üzrə birləşmələr yaratmağa imkan verə bilər.
M19. Fərdi peyk rabitəsi nümunələri

İRİDİUM – dünya üzrə ilk fərdi peyk telefon rabitəsi və peycinq sistemidir. Bu
sistem 1980-cı illərin başlanğıcında işlənib hazırlanmışdır. Rusiyada bu sistem iki ilə
yaxın müddət ərzində istifadə edilmiş, sonra isə konsorsiumun iflasa uğradığı elan
edilmişdir.1999-cu ildə bu sistemin dünya üzrə 30 minə yaxın abonenti olmuşdur.
İRİDİUM-da, GSM standartlı şanvari şəbəkədə olduğu kimi, TDMA kadr formatı 8 zaman
slotundan ibarətdir. Lakin GSM-dən fərqli olaraq, “yuxarı” və “aşağı” radioxətlərinin
kadrları strukturca eyni olmasına baxmayaraq, veriliş sürətinə görə fərqlənirlər (uyğun
olaraq 180 kBit/san və 400kBit/san). Kadrın yekun davametmə müddəti 90 millisaniyədir.
Hər kanalın tezlik zolağının eni 126 kHs (“yuxarıya” xətti) və 280 kHs (“aşağıya” xətti)
təşkil edir. Hər zaman anında bir daşıyıcı tezlikdə 29 (4 xidməti) kanal ötürülə və 64 (9
xidməti) kanal isə qəbul oluna bilir. Bu sistemin yerüstü seqmenti, dünya üzrə
yerləşdirilmiş olan 12 uyğunlaşdırma (qoşalaşdırma) stansiyasından ibarətdir ki, onlardan
biri Moskva şəhərindədir. Buradakı uyğunlaşdırma stansiyası telefon şəbəkəsi ilə yuxarı
səviyyədə Beynəlxalq kommutasiya mərkəzləri ilə əlaqələndirilmişdir.
Motorola firması səyyar peyk terminalı (dəyişdirilə bilən kartricli) işləyib
hazırlamışdır və onu GSM, AMPS, CDMA standartlı şanvari sistemlərdə telefon aparatı
kimi də istifadə etmək olur. Abonent vericisinin orta gücü 0,57 Vt, qəbuledicinin həs-
saslığı isə 118,4 dBm-dir. Batareyadan fasiləsiz olaraq 2 saat ərzində, gözləmə rejimində
isə 16 saat işləyə bilir.
Hər bir peyk telefonu (terminalı) özünün abonentin iden-tifikasiya moduluna (SİM-
kart) malikdir, burada sistem üçün vahid nömrə, abonent barədə əsas məlumatlar,
bloklayıcı kodlar və s. olur. Həmin firma avtomobil və ofislər üçün də terminallar
buraxmışdır. Ofis terminalının ölçüləri 240x200x64 mm, çəkisi 1,5 kq-dır və
çoxfunksiyalı telefon adapteridir.
İNMARSAT – beynəlxalq peyk rabitəsi təşkilatı (86 ölkə daxildir - 1999-cu il
məlumatı) və peyk rabitəsinin 143 mindən çox yerüstü istifadəçilər stansiyasının işini
təmin edir. İnmarsat sistemi peyklərin orta orbital qruplaşmasına malikdir. Hal-hazırda
səyyar mobil terminal təxminən 2000 dollaradır və 1 dəqiqə danışıq üçün tarif isə 3 dollara
qədərdir. Rusiya ərazisində İnmarsatın maraqlarını “Mossvyazsputnik” provayderi
qoruyur. Xidmətlər ( o cümlədən 2,4 ÷ 9,6 kbit/san sürətilə telefon və faksimil rabitəsi və
zonal şüada 54/64 kbit/san sürətilə verilənlərin yüksəksürətli ötürülməsi) İnmarsatın sahil
stansiyaları tərəfindən 015 müdaxilə kodu ilə verilir.
İlk qlobal peyk mütəhərrik rabitə sistemi olan “İNMARSAT–A”m1982–ci ildə
“İNMARSAT” – İnternational Maritime Satellite Telecommunications Organization -
dəniz peyk rabitəsi təşkilatı tərəfindən istismara daxil edilmişdir. Beynəlxalq İNMARSAT
təşkilatı kommersiya əsaslarında qlobal radiotelefon, teleks, faksimil rabitə, verilənlərin
mübadiləsi və fərdi radioçağırış kimi xidmətləri təklif edir. Bu təşkilatın 1996 – cı ilə
qədər 79 üzv dövləti olmuşdur. 1993–cü ilin iyulunda beynəlxalq İNMARSAT təşkilatı
MEO və GEO – orbital qruplaşmalardan istifadə etməklə rabitə sistemi qurmağı qərara
aldı. 1994 – cü ilin mayında hərtərəfli analiz aparıldıqdan sonra, MEO– konsepsiyasına
üstünlük verildi və perspektiv “İNMARSAT- P” sisteminin yaradılması qərara alındı.
1998-ci ilə qədər İNMARSAT sistemi özündə 5 – həmişə işləyən peyk – retranslyatora
malikdir ki, bunlar geostasionar orbitdə yerləşdirilmişdir və Atlantik, Sakit və Hind okean-
ları akvatoriyasına xidmət etməyə imkan verir (şəkil 8.14).
Perspektivdə nəzərdə tutulan “İNMARSAT–P” orbital qruplaşma sistemi 10 KA –
dan ibarətdir və iki ədəd orta hündürlüklü orbitdə ( MEO – 10300 km ) i = 45 0 – maillik
bucağı ilə təşkil olunacaqdır. Bu layihənin əsas üstünlükləri aşağıdakılar hesab olunur:
- Sistemin qlobal işçi zonası;
- Peyklərin yüksəlmə (qalxma) bucağının böyük olması və müşahidəçilərin görünüş
sahəsində yerləşən peyklərin sayının çoxluğu;
- Peyklərin xidmət müddətinin çox olması ( ≥ 10 il ) ;
- Orbital qruplaşmanın idarə olunması mürəkkəbliyinin
münasibliyi;
- Layihənin qiymətinin münasib olması (2,4 mlrd. ABŞ dolları).

Şəkil 8.14. “İNMARSAT” – ın indiki (bir GEO-da 5 KA) və perspektiv ( iki MEO-da
10 KA) sistemləri
1998-ci ilə qədər İNMARSAT sistemi özündə 5 ədəd həmişə işləyən peyk – retranslyatora
malik GEO stasionar KA istifadə edən və dəniz və quru qoşunları növlərinin hərəkət edən
obyektlərinə kommersiya xidmətlərinin göstərilməsi üçün rabi-tə sistemi mövcuddur:
İNMARSAT – A, İNMARSAT – B, İNMARSAT – C, İNMARSAT – M, İNMARSAT –
D.
Layihələndirilən İNMARSAT – P sistemi, tamamilə yerüstü şanşəkilli
radiosistemlərə inteqrasiya edəcəkdir ki, bunun sayəsində kosmik seqmentin istifadə
dərəcəsini artıracaqdır.
İNMARSAT – A sistemi 1982-ci ildən qlobal sistem kimi işləyir. Hal – hazırda bu
sistem 17.000 – dən çox gəmi telefon, teleks və faksimil rabitə stansiyalarını rabitə ilə
təmin edir, həmçinin verilənlərin yüksək sürətli ötürülməsini həyata keçirir. Bu sistemin
terminalları, az hərəkətli obyektlərdə (gəmilərdə və kommersiya təyyarələrində), həmçinin
yerüstü verilənlərin ötürülməsi xidmətlərinin təsir zonasından kənarda yerləşən stasionar
obyektlərdə istifadə olunur.
İNMARSAT – C sistemi 1991-ci ildə istismara buraxılıb və aralıq toplanma ilə (SF –
Store an Forward) verilənlərin və teleks məlumatlarının ötürülməsini təmin edir. Burada
çox da böyük olmayan və yüngül terminallar istifadə olunur.
Hal-hazırda müxtəlif mütəhərrik obyektlərdə quraşdırılan 10.000 - ə yaxın
“İNMARSAT - C” terminalları işləyir. Bu system, “Qəza zamanı qlobal dəniz rabitə
sistemi və təhlükəsizliyin təmini üçün” təlabatları ödəməkdə vacib vasitə sayılır.
“İNMARSAT – M” sistemi 1993-сü ildə istismara buraxılıb və ikitərəfli rəqəm
telefon rabitəsindən başqa, ucuz və yüngül terminalların köməyilə (sürət 2,4 kbit/s)
verilənlərin və teleks informasiyasının ötürülməsini təmin edir. Bu sistem, həmçinin
paketli kommutasiya və elektron poçtu şəbəkələrində verilənlərin mübadiləsi üçün
interfeys də təmin edir. Müxtəlif mütəhərrik obyektlərdə 1000-dən çox terminalı vardır.
Müasir rəqəm texnologiyası istifadə olunur ki, bunun sayəsində ayrılmış tezlik
diapazonunu və bort vericilərinin istifadə effektivliyini artırmağa imkan yaranır. Bu
terminal portativ variantda keysdə (diplomat) yerləşdirilir. Bu terminalda əlavə olaraq
“Notebook” tipli kompüter və ya azölçülü printerə də ola bilər. İNMARSAT–M – in mini
terminalları çəkisi 700 qram olan rəqəm telefonudur və azölçülü radiostansiyanı
xatırladır.
“İNMARSAT – B” sistemi 1994 – 95 - ci illərdə istifadəyə buraxılıb və
“İNMARSAT – A” – nı əvəz etmək üçün nəzərdə tutulub. Telefon, teleks, faks
verilənlərin ötürülməsi kimi xidmətləri təklif edir, lakin peyklərdən effektiv istifadə
sayəsində tariflər aşağıdır. 1994 – cü ilin başlanğıcına istismara 11 ədəd İNMARSAT – B
sahil stansiyası daxil edilir ki, onlar ÜİTŞ – si ilə interfeys rolunu yerinə yetirirlər.
“İNMARSAT-D” sistemi peycinq şəbəkələrinin təbii genişləndirilməsi üçün nəzərdə
tutulmuşdur: burada yerüstü ÜİTŞ – si abonentlərindən məlumatların mobil istifadəçilərə
ötürülməsi xidməti (birtərəfli) təmin edilir. Peycerlərin bir neçə variantı təklif edilir:
- Informasiyanı printerə çıxaran peycer;
- Keysdə quraşdırılan 2 peycer (uzunluq üzrə paylanmış) hərəkət zamanı qəbul
keyfiyyətini artırmaq və istifadəçinin bədəni ilə bloklanmadan müdafiə üçün nəzərdə
tutulur;
- “Laptop” tipli peycer (İNMARSAT–M - in terminalı ilə birləşdirilmiş);
- Kollektiv istifadə üçün stasionar peycer.
“İNMARSAT–P” sistemi XXI əsrin beynəlxalq layihəsidir. Rabitə avadanlığı
istehsal edən kompaniyalar və kosmik sənayesi ekspertlərinin əməkdaşlığına və
tədqiqatlarına əsaslanır. İNMARSAT sistemi istifadəçilərinin sayı 100 milyondan çoxdur.
“İNMARSAT – P” sistemində ən çox peyk telefonları (“Planet – 1” markalı) yayılmış
olacaqdır və milli şanvari rəqəm sistemlərinə də inteqrasiya edəcəkdir ( GSM, D – AMPS
və J – DAMPS ).
GLOBALSTAR – qlobal FPR-nin aşağı orbitli sistemidir. Bu şəbəkənin rəsmi
yaranma tarixi 11 oktyabr 1999-cu il hesab olunur. Rusiyada bu sistemin istismarı və
xidmətlərin verilməsi məsələsi ilə “QlobalTel” məşğul olur. Sistemdə 48-ə yaxın peyk
istifadə olunur. Bu peyklər hündürlüyü 1414 km olan dairəvi orbitə çıxarılmışdır.
Globalstar peykləri siqnal emalını etməyən sadə retranslyatorlara malikdir, onların çəkiləri
450 kq, etibarlılığı yüksəkdir, xidmət müddəti 7,5 il, qiymətləri isə azdır. Peyklərarsı
rabitə xətləri nəzərdə tutulmamışdır. Bort retranslyatoru ilə qəbul olunan verilənlər axını
6875,95 ÷ 7052,9 MHs (veriliş) və 5091 ÷ 5250 MHs (qəbul) tezlik diapazonlarında Yerə
translyasiya edilir.
Globalstar layihəsi dünya üzrə 50-dən artıq uyğunlaşdırma stansiyalarına malik
olacaqdır. Uçuşları və rabitəni idarəetmə mərkəzi ABŞ-da, xidmətlərin təklifedicilərinin
milli idarəetmə mərkəzləri isə servis provayderlərin ölkəsində yerləşdirilir.
Globalstarın texnoloji əsasını CDMA standartı təşkil edir. Bunun sayəsində digər
sistemlərlə müqayisədə yüksək keyfiyyət və ötürülən informasiyanın mühafizəsi yerinə
yetirilə bilir. Xətti qabaqcadan xəbərverməyə və dəyişkən sürətə (1,2 kBit/san-dən 9,6
kBit/san-yə qədər) malik olan nitq kodeki 2,4 kBit/san orta veriliş sürətini təmin edir.
Uyğunlaşdırma stansiyalarında əks-səda söndürücülü dekoderlər tətbiq olunur.
CDMA texnologiyasını və bir neçə peyklə hər regionu fasiləsiz olaraq əhatə etmək
sayəsində siqnalın peykdən - peykə səlis estafet ötürülməsini həyata keçirməyə imkan
verir, bununla da şəhər tikililəri və ərazi relyefi ilə siqnalların ekranlanması sayəsindəki
itkiləri minimuma endirilmiş olur.
Globalstar sisteminin abonent avadanlığı çoxrejimli trubkalarla və stasionar telefon
aparatları ilə xarakterizə olunur.
İCO (İntermediate Circular Orbit) – beynəlxalq peyk rabitə sistemidir. Orta hündürlüklü
peyklərlə qurulmuşdur. Bu sistemin yaradıcısı “İCO Global Communications”
kompaniyası 1995-ci ildə İnmarsatdan ayrılmışdır. Təşkilatın ştab-kvartirası London
şəhərində yerləşir. İCO şəbəkəsində fərdi rabitə 1980÷2100 və 2170÷2200 MHs tezlik
diapa-zonlarında yerinə yetirilir. Əhatə zonasının qloballığı 10390 km hündürlüyündə
yerləşən 10 ədəd peyklə təmin edilir. Peykin radiogörünüş zonasında maksimal qalma
müddəti 6 saatdır (iki ədəd rezerv peyk də nəzərdə tutulmuşdur).
Yerüstu struktur İCONET (İCO Network) şəbəkəsinin bazasında qurulur ki, burada
dünyanın müxtəlif ölkələrində yerləşdirilən 12 ədəd SAN (Satellite Access Mode) peyk
daxilolma qovşaqları vardır. Sistemin idarəetmə seqmenti Londonda və Tokioda yerləşən
iki ədəd uçuşu idarəetmə mərkəzindən və iki ədəd şəbəkəni idarə edən mərkəzdən
ibarətdir.
İCO sistemində baza terminalı kimi ikirejimli mobil terminal istifadə edilir. Bu
terminal verilənləri saxlamaq üçün quraş-dırılmış yaddaş qurğusuna malik olan şanvari
sistemin telefonu ilə və xarici portla birgələşdirilmişdir.
İNMARSAT kompaniyası çərçivəsində “ XXI əsr layihəsi ” adını almış xüsusi qrup
yaradılmışdır. Bu qrup qarşısında belə bir məqsəd qoyulmuşdur: Kiçik ölçülü fərdi peyk
terminalının yaradılması üçün peyk rabitəsinin imkanlarının öyrənilməsi. Aparılan
tədqiqatların sayəsində qərara gəlinmişdir ki, orta hündürlüklü orbitlərdəki peyklərin
bazasında İCO sistemləri qurulsun. Sistemin xidmət zonası genişdir və kosmik aparatların
xidmət müddəti 12 ilə qədərdir. İCO Global Communications kompaniyası 1995 – ci ildə
yaradılmışdır. Bu kompaniyanın ABŞ - da, Avropada, Afrikada, Cənubi Amerikada, Asiya
– Sakit okean regionunda, yaxın Şərqdə, Rusiyada, Çin və Hindistanda nümayəndəlikləri
açılmışdır. İCO sistemi üçün L - və C – tezlik diapazonlarından ( L – 1,452 1,500 və
1,61 ÷ 1,71 QHs; C – 3,40 ÷ 5, 25 və 5,725 ÷ 7,075 QHs) istifadə olunur və peykin
bortunda siqnalların rəqəmli işlənil-məsi nəzərdə tutulmuşdur. Kanalların zamana görə
ayrılması ilə çoxssaylı daxilolma (TDMA) metodu tətbiq edilir.
Abonent radioxətləri üçün “Terminal – peyk” 1980 2010 MHs, “Peyk –
terminal” – 2170 2200 MHs diapazonları seçilmişdir. Qovşaq stansiyaları ilə kosmik
aparatlar arasındakı rabitənin təşkili üçün fider xətləri təyin olunmuşdur. Onların işləməsi
üçün, fider xətləri üzrə Ümumdünya Radiorabitə konfransı (WARC – 95) 5/7 QHs tezlik
diapazonlarını tövsiyə etmişdir (“Qovşaq stansiyası - peyk” üçün 5,15 5,25 QHs ; “
Peyk – qovşaq stansiyası” üçün isə 6,975 7,075 QHs).
İCO sistemi kosmik, yerüstü və istifadçi seqmentlərindən ibarətdir. Kosmik
seqmentin tərkibinə - 10355 km hündürlükdə dairəvi orbitdə yerləşən 12 kosmik aparat
(bunlardan 10-u işçi , 2-si ehtiyat) daxildir. Peykin start çəkisi 2750 kq, istismar müddəti
12 ildir. Peykləri iki ədəd ortoqonal müstəvilərdə (hərəsində 6 kosmik aparat)
yerləşdirmək nəzərdə tutulmuşdur. Orbit müstəvisi, ekvator müstəvisi ilə 45 0 - lik bucaq
əmələ gətirir. Belə orbital qruplaşma qütb rayonları da daxil olmaqla, yer kürəsi ərazisini
qlobal əhatə etmək imkanlarına malikdir. Abonentlərə xidmət olunmanın orta müddəti bir
peyk üçün – 500 dəqiqədir. Bir KA–ın radiogörünüş zonasında qalma müddəti 1,5 – 2
saatdır. Qəbul və verici traktların qarşılıqlı təsirini aradan qaldırmaq üçün, KA-da hər bir
diapazon üçün ayrı – ayrı antenalar istifadə edilir.
L – diapazonu üçün antenanın diametri 2 metrdir. Hər KA-ın xidmət zonası təqribən
7000 km – dir. Bortunda C - və S - diapazonlarının retranslyatorları quraşdırılan peyklər,
eyni zamanda 4500 telefon kanallarını rabitə ilə təmin edə bilərlər. Qalium – arsenid
batareyalarının tətbiqi sayəsində istismarın sonuna qədər 700 Vt gücün təmininə imkan
verir. İCO-da KA-ın bortunda siqnalın tam işlənilməsi nəzərdə tutulmamışdır, tezliyin
təyini və siqnalın marşrutlanması əməliyyatlarını isə bort prosessoru yerinə yetirir.
Sistemin yerüstü seqmentinə SCC (Satellite Control Centre) -peyk qruplaşmasının
idarəetmə mərkəzləri (Network Manag-ement Centre ) və yerüstü İCONET (İCO
Network) şəbəkəsi daxildir. İCONET yerüstü şəbəkənin idarəetmə mərkəzi – Yaponiyada,
SCC – mərkəzini isə Londonda yerləşdirmək planlaşdırılmışdır. SCC – xidməti KA-ların
buraxılışı və KA-ların şüaları arasında tezliklərin paylanması üçün cavabdeh sayılır. Peyk
kanalları mövcud olan rabitə şəbəkələrinə özünün İCONET şəbəkəsi vasitəsilə qoşula
bilər. İlk mərhələdə siste-min 12 yerüstü stansiyaları mövcuddur ki, bunlar da peyk
daxilolma qovşaqları SAN (Satellite Access Node) adlanırlar. Peyk daxilolma qovşaqları
(SAN qovşaqları) - İCO peykləri və yerüstü stasionar şəbəkələrinin abonentləri arasında
şlüz rolunu oynayır. SAN qovşaqları, İCO peykləri ilə ilkin interfeysi təmin etməlidir ki,
bu da trafikin marşrutlanması və abonentin yeri haqqında məlumatları vemək üçündür. Bu
məqsədlə orada diametri 8 metr olan 5 peyk rabitə antenaları, kommutasiya avadanlığı və
baza verilənlərini yaratmaq üçün hesablama vasitələri quraşdırılır. Abonentlər arasında
rabitə SAN qov-şaqları ilə yaradılır (abonentlər birbaşa rabitə yaratmaq imkanlarına malik
deyillər). İCO peyk şəbəkələrində baza avadanlığı kimi GSM standartının telefonları ilə
uzlaşdırılmış portativ ikirejimli terminallardan istifadə olunur, həmçinin birrejimli
radiotelefon terminallarının da yaradılması planlaş-dırılmışdır. Bu cür baza terminallarının
çəkisi 750 qram, həcmi 500 sm3, qiyməti isə 750 ÷ 1500$ olur. Vericinin orta gücü 0,25 Vt
– dır.
İCO sisteminin aşağıdakı xidmət növləri vardır :
- Ikitərəfli danışıq rabitəsi;
- Faksimil məlumatların verilişi;
- Verilənlərin 2,4 kbit / san sürətilə ötürülməsi.
Bu sistemin 5 əsas istiqamət sahələri mövcuddur:
1) Şanvari şəbəkə ilə əhatə olunmuş rayonlarda abonentlər üçün peyk rabitəsinin xidmət
spektrinia genişləndirilməsi;
2) Şanvari şəbəkə ilə əhatə olunmamış rayonlarda portativ radio-telefon terminalları
vasitəsilə ümumi istifadəli mütəhərrik rabitənin təşkili;
3) Yüklərin daşınması və həmçinin avtomobil, dəniz və hava rabitəsi üçün
xüsusiləşdirilmiş mütəhərrik rabitənin təşkili;
4) Neft və qaz hasilatı sənayesinin korporativ işlədiciləri üçün yarım fiksə olunmuş
rabitənin təşkili;
5) Dövlət strukturları üçün rabitənin təşkili.
M 20,21. Yüksək sürətli peyk sistemləri nümunələri
4 saat
Bu cür peyk sistemləri, hər şeydən əvvəl rabitə xidmətlərinin inkişafına və İnternetə
fərdi daxilolmaya hesablanmışdır. Bunlara peyk rabitəsi və verilənlərin ötürülməsi
sistemləri aiddir.
Peyk sistemləri ifrat aşağı sürətli, aşağı və orta sürətli, həmçinin yüksək sürətli
növlərə bölünürlər.
İfrat aşağı sürətli peyk sistemləri. Bu cür peyk sistemlərində informasiyanın veriliş
sürəti ≤ 1,2 kbit/san olur. Bu cür sistemlər, qəzaya uğramış gəmilərin və təyyarələrin
yerini, ətraf mühitin monitorinqini təyin etmək üçün, dənizdəki və qurudakı obyektlərdən
məlumatların yığılması məqsədilə istifadə olunur. Belə sistemlərin kanalları ilə, əsasən,
uzunluğu 256 bitdən artıq olmayan bir paketli məlumatlar verilir. Bunlarda LEO və GEO
orbitləri tətbiq oluna bilər. LEO KA – ları olan sistemlərdə (“Cospas – Sarsat “, “Kurs”)
Beynəlxalq Elektrik Rabitəsi İttifaqı tərəfindən ayrılmış ( 121,5 / 243 MHs və 406 MHs )
tezliklərdə, aviasiya və dəniz obyektləri üçün qəza xidməti rabitəsi aparılır. Burada
abonent avadanlığı kimi, əl ilə və ya avtomatik işə düşən radiomayaklardan istifadə olu-
nur. Bunlar avtonom qida mənbələrindən qidalanırlar. Geostasionar KA – ın bazası
üzərində qurulmuş sistemlərdə (İnmarsat – E və s.) isə rabitə kanalları, zamana görə
ayrılan çoxsaylı daxilolma rejimində yerinə yetirilir. Burada bütün xidmət olunan
obyektlər eyni zamanda KA–ın radiogörünüş zonasında yerləşir. Məlumatların verilməsi
müntəzəm olaraq fiksə olunmuş zaman intervallarında yerinə yetirilir ki, bu halda hər bir
radiomayak üçün konkret interval ayrılır və hər bir platforma retranslyatorun fiksə
olunmuş kanonlarından birini istifadə edir.
Aşağı və orta sürətli peyk sistemləri. Bunlar qısa paket verilənlərin ötürülməsini və
telefon radiorabitəsini təmin etmək üçün istifadə olunur. Sistem, istifadə olunan orbitlərin
növün-dən asılı olaraq beş qrupa bölünür:
Little LEO, big LEO, MEO, HEO və GEO.
Little LEO qruplu sistemlər, verilənlərin (1,2 ÷ 9,6) kbit/san sürəti ilə verilişini təmin
etmək üçün istifadə olunur. Tezlik diapazonu 1 QHs - ə qədər, kütləsi ( 50 ÷ 250 ) kq olan
yüngül KA-dan istifadə olunr. Bu sistemlərdə 6 ÷ 48 KA – dan istifadə olunur. Əsas iş
rejimi – real zaman və ya elektron poçtu rejimində verilənlərin paket ötürülməsidir.
Xarakterik cəhətləri aşağıdakılardır :
• Kanallarda qrup sorğusunu tətbiq etməklə, verilənlərin (qısa
məlumatların) paket veriliş rejimi;
• İstiqamətlənməmiş antenalı yüngül portativ terminalların
istifadə olunması;
• Kiçik KA – ların qrup şəklində orbitə çıxarılması;
• Daha aşağı tarif qiymətlərinin olması.
Big LEO qruplu sistemlər qlobal miqyasda telefon və peycinq radiorabitəsini təmin
etmək üçün istiqamətlənmişdir. Peyk telefon və müxtəlif standartlı şanvari şəbəkələrin
vahid şəbəkədə birləşməsi və little LEO sistemlərinin təmin etdiyi tam xidmət (verilənlər,
teleks, faksimil məlumat, qısa məlumatların verilişi, koordinatların təyini) növləri də
nəzərdə tutulur. Abonentlərə göstərilən xidmətin fasiləsiz və real zaman miqyasında
olması üçün, tərkibində 48 66 peykdən ibarət olan korreksiyaedici orbital
qruplaşmasından istifadə olunur.
L - və S - tezlik diapazonları istifadə olunur, peyklərin kütləsi 300 700 kq olur. Real
buraxma qabiliyyəti - hər KA düşən 1200 ekvivalent telefon kanalından çox olmur.
“İridium”, ”Globalstar”, ”Siqnal” sistemləri bu qrupa aiddir.
MEO qrupu- bunlar orta hündürlüklü orbitlərdə tətbiq olunur və big LEO
sistemlərinə əsas rəqib sayılırlar. Bunlar da qlobal telefon və peycinq radiorabitəsi
üçündür. Big LEO-da 150 210 uzlaşma stansiyası tələb olunurdusa, MEO-da 7 12
qov-şaq stansiyası kifayət edir. Real buraxma qabiliyyəti 3000 4500 ekvivalent telefon
kanalı həddindədir. Bu qrupa “Odissey” və “İCO” sistemləri aiddir.
HEO və GEO qruplarında yüksək elliptik və geostasionar orbitlərdə KA-dan
istifadə olunur. Mobil peyk rabitə sistemləri bütün növ (nitq, verilənlər, teleks, faks və s.)
rabitə növlərini təmin edə bilir. ”İnmarsat-C”, “Omnitracs”, ”Euteltracs”, ”Prodat”
(verilənlərin ötürülməsi), “İnmarsat-M”, “Marafon” (telefon radiorabitəsi) bu sistemə
aiddir. MEO və GEO orta sürətli qrup sistemləri yüksək keyfiyyətli telefon radiorabitəsi
və 64 kBit/san sürətilə məlumatların ötürülməsini təmin edə bilir. Bunlara “İnmarsat-B” və
“Odissey” sistemləri də aiddir.
Yüksək sürətli peyk sistemləri. Bunlarda LEO, MEO və GEO orbitləri istifadə
olunur və genişzolaqlı rabitə sistemləri hesab olunurlar. Yüksək keyfiyyətli nitq, yüksək
sürətli veri-lənlər axını, multimedia, konferens rabitənin verilişi, İnternetə daxilölma,
interaktiv rabitə və s. üçün tətbiq olunurlar.
Mütəhərrik PRRS üçün abonentlər arasında rabitənin təşkili üsulları aşağıda göstərilən
əlamətlərə görə fərqlənə bilər:
• abonentlər bir peykin radiogörünüş zonasında yerləşdikdə
real zamanda rabitə;
• abonentlər müxtəlif KA-ın radiogörünüş zonasında yerləş-
dikdə, məlumatlar isə peyklərarası və ya yerüstü rabitə xətləri
ilə retranslasiya olunduqda real zamanda qlobal rabitə;
• məlumatların KA-ın yaddaşında saxlanıldığı və peykin təyinat məntəqəsinin üstündən
keçdiyi anda təyinat məntəqəsinə ötürülən vaxt, qeyri-real zamanda (virtual kanallara
görə) rabitə. Bu halda sistem elektron poçt rejimində işləyir. Verilənlərin ötürülməsi üçün
bortda elektron “poçt qutusu” olan peykin olması kifayət edir. Bu halda peyk hər dəfə
Yerin yeni bir rayonu üzərindən keçərkən, qlobal xidməti təmin edir. Peyklərin sayı az
olanda bu rejimdə informasiyanın çatdırılması bir neçə saat ərzində baş verir.

Əsas nümunələri aşağıdakılardır:

ASTROLİNK – Bu sistemdə 9 ədəd geostasionar peyklər istifadə olunur. Bu peyklər


97 , 21,50 qərb və 380, 1300, 170,250 şərq uzunluq dairələrində yerləşirlər və praktiki olaraq
0

qlobal xidmət zonasını təmin edirlər. Sistem 1995-ci ilin oktyabr ayında qeydiyyatdan
keçmişdir. Bu sistem rəqəm telefon rabitəsini, verilənlərin ötürülməsini və genişzolaqlı
videoinformasiyanın translyasiyasını təmin edir. Burada müxtəlif nəşrlərin elektron
versiyalarının yayılması, distant təhsil, tibbi tomoqrafik verilənlərin ötürülməsi və digər
böyük həcmli informasiyaların ötürülməsi məsələlərinin həlli də mümkündür.
Sistemin yerüstü seqmenti - diametri 65,85 və ya 120 sm olan antenalara malik
stasionar və hərəkət edə bilən abonent stansiyalarından ibarətdir. Stansiyalarda
şüalandırılan gücün səviyyəsinin avtomatik olaraq saxlanılması rejimi nəzərdə tu-
tulmuşdur; onlar İSDN şəbəkələrində və ATM texnologiyasını istifadə edən şəbəkələrdə
işləmək imkanına malikdirlər. İri istifadəçilər üçün antenanın diametri 1,2 – 2,4 metrə
qədər olur ki, bunların köməyilə sistemin resurslarına kollektiv daxil olmaq imkanı təmin
edilir. Mərkəzi regional stansiyalar yerüstü ümumi istifadəli telefon şəbəkələrinə çıxışa
malik olurlar (ante-nanın diametri 2,4 m). Hər bir işçi zonada 24-ə qədər mərkəzi regional
stansiyalar yerləşdirilə bilər.
SPACEWAY - Peyk rabitəsinin və verilənlərin ötürülməsinin regionlararası
sistemidir. Beynəlxalq videotelefon şəbəkələrinin və qlobql miqyasda verilənlərin
ötürülməsinin yüksək informativliyə malik şəbəkələrinin yaradılması üçün nəzərdə
tutulmuşdur. Layihəyə görə kosmik seqmentdə 17 ədəd geostasionar peyk nəzərdə tutulur.
Bu peyklər 500, 1010 qərb və 250, 1100, 1750 şərq uzunluq dairəsində durma nöqtələrində
yerləşirlər. Bütün peyklər peyklərarası xətlərlə əlaqələndirilmişdir. Peyklərin çoxşüalı
antenaları bir neçə regionda işçi zona yarada bilirlər:
Region 1 – Şimali Amerika;
Region 2 – Mərkəzi Amerika, Cənubi Amerika;
Region 3 – Afrika, Orta Şərq, Avropa;
Region 4 – Avstraliya, Uzaq Şərq, Okeaniya.
Hər regiona 4 peyk xidmət edir. Bu peyklər geostasionar orbitin uyğun nöqtəsində klaster
əmələ gətirirlər. Bir peyk (1750 şərq uzunluq dairəsi) ABŞ və Asiya - Sakit okean arasında
trafiki təmin etmək üçün ayrılmışdır. İşçi zonalar çoxşüalı antenalarla formalaşdırılır. 48
şüadan hər biri rəqəm axınının 92 Mbit/san sürətilə ötürülməsinə imkan verir. Yerdə
antenasının diametri 66 sm və gücü 2 Vt-a yaxın olan vericilərə malik USAT abonent
stansiyalarının müxtəlif növləri istiufadə edilir. Bu sistemdə orta orbital peyklərə
(geostasionar orbitdəkiləri ixtisara salmaqla) malik əlavə kosmik qruplaşmanın yaradılma-
sı məsələləri də paralel olaraq aparılır.
CYBERSTAR – ABŞ –da videotelefon rabitəsi üçün peyk sistemidir. Bu sistemin
kosmik seqmentində üç ədəd geo-stasionar CYBESTAR (bir ədədi Yerdə ehtiyatda
olmaqla) peyklə 1100 qərb uzunluq dairəsindəki durma nöqtəsində klas-terin yaradılmasını
nəzərdə tutur. Peyklər ABŞ ərazisində (Alyaska və Havay da olmaqla) çoxkanallı rəqəm
videotelefon rabitəsini yaratmaq üçün ifratgenişzolaqlı informasiyanın translyasiyasını
təmin etməlidir. Bu sistem Ka - diapazonunda işləmək üçün lisenziyaya malikdir. Peyklərin
retranslyasiya avadanlığı siqnalların regenerasiyasını təmin edir. VSAT şəbə-kəsi
abonentləri üçün informasiyanın ötürülməsi sürəti 384 kbit/san-dən 3,088 Mbit/san –dək
istifadə oluna bilir. VSAT stansiyalarının bu hal üçün antenalarının diametri 0,7 – 1,5 m
olur.
SKYBRİDGE - Peyk rabitəsinin və verilənlərin ötürülməsinin aşağı orbitli sistemidir.
Bu sistemdə aşağıda göstərilən xidmətlər təklif olunur:
- İnternet şəbəkəsində mübadilə və verilənlərin elektron bazalarına müdaxilə
rejimlərində işləmək;
- Televiziya proqramlarında reklam olunan alışların ödənilməsi;
- Distant təhsil, videokonfransların keçirilməsi, faylların göndərilməsi, elektron poçtu;
- Videotelefon rabitəsi;
- Abonentin sifarişi ilə əyləncəli televiziya proqramları, interaktiv kompüter oyunları;
- Tibbi diaqnostika informasiyalarının ötürülməsi, distant tibbi məsləhətlər.
Bu sistemin kosmik seqmentində dairəvi orbit üzrə 1475 km hündürlüyündə yerləşdirilən
64 peyk vardır. Peyklərin maillik bucağı 550- dir. Peyklər iki altqrupa bölünmüşdür. Hər
altqrupda 32 peyk istifadə edilir və bunlar 8 orbital müstəvidə (hərəsində 4 peyk olmaqla)
yerləşdirilmişdir. Belə mürəkkəb orbital qruplaşma 10 – 18 QHs diapazonunda
geostasionar sistemlərlə uyğunlaşdırılma kriteriyasınin optimallaşdırılma-sına görə
edilmişdir və Yer kürəsinin əhali sıxlığı az olan regionlarının daha yaxşı xidmət
göstərilməsi şərtləri ilə əlaqə-dardır. Sistemdə CDMA/TDMA çoxsaylı daxilolma metodu
tətbiq edilmişdir. Peyk – Yer xəttində verilənlərin ötürül-məsinin kanal sürəti 41,5
Mbit/san, Yer – Peyk xəttində isə 5,2 Mbit/san təşkil edir. Ötürücü kanalın işçi tezlik
zolağı kimi 22,6 MHs (Peyk – Yer xətti üçün) və 2,93MHs (Yer – Peyk xətti üçün) istifadə
edilir. Yerin süni peykinin (YSP) və yerüstü stansiyaların energetik parametrləri səhv
qəbul ehtimalının hər informasiya biti üçün 10–6 tərtibində olmasını təmin edir.
Abonent stansiyaları, zonalarında yerləşdikləri mərkəzi fider stansiyası vasitəsilə
çağırış edilmə imkanına malik olurlar. Mərkəzi fider stansiyaları siqnalların
marşrutlaşdırılmasını və yerüstü ümumi istifadəli şəbəkələlə birləşməni təmin edirlər. Hər
bir belə stansiya diametri təxminən 350 km olan təsir zonasına malik olur. Mərkəzi
stansiyalar arasında əlavə olaraq yüksək informativliyə malik rabitə kanalları təşkil edilir
ki, bunların yerüstü ümumi istifadəli şəbəkələrə çıxışları olmur. Yerüstü şəbəkəni təşkil
edərkən ATM (Asynchronous Transfer Mode - verilənlərin ötürülməsinin asinxron rejimi)
texnologiyası istifadə edilir ki, bu texnologiya tez bir zaman ərzində və heç nədən asılı
olmadan şəbəkəni genişləndirməyə imkan verir. Qeyd edək ki, ATM şəbəkələrində manqa
53 - baytlıq paket təşkil edir və bu verilənlərin ötürülməsinin baza vahidi kimi qəbul
olunur. Sistem üçün nəzərdə tutulan abonent terminalları antena avadanlığından və xarici
multimedia avadalığı üçün interfeysdən ibarətdir. Fərdi istifadəçilər üçün nəzərdə tutulan
və diametri 50 sm-ə yaxın olan antena evlərin damında yerləşdiriləcəkdir. Bunun
sayəsində abonent verilənləri 20 Mbit/san – yə qədər sürətlə qəbul edə və onları 2
Mbit/san – yə qədər sürətlə ötürə biləcəkdir. İntefeyslərin lazım gələn sayları ilə terminalı
bir neçə fərdi kompüterlə birləşdirmək mümkün olacaqdır. Terminal, İnternetin emal
etdiyi verilənlərin ötürülməsinin seans rejimində işləyəcəkdir.
Korporativ abonentlərin peşəkar terminallarında diametri 80 – 100 sm olan antenaların
tətbiqi planlaşdırılmışdır. Burada verilənlər axınının ötürülməsi sürəti, fərdi abonentlərin
termi-nallarındakına nəzərən 3 - 5 dəfə çox olacaqdır. Peşəkar terminalların modul tipli
struktura malik olmaları, onlarda verilənlər axınının qəbulu sürətini 60 Mbit/san-yə qədər
artırmağa imkan verəcəkdir. Peşəkar terminallar korporativ ATS-lə (PBX) və ya lokal
hesablama şəbəkələri (LAN) ilə birləşdiriləcəkdir. İki cür idarəetmə rejimi nəzərdə tutulur:
- Standart rejim, burada telefon və videotelefon trafikinin ötürülməsi üçün n x 64 kBit/san-
lik kanallar yaradılır;
- Verilənlərin ötürülməsi rejimi. Bu rejim İnternet-sessiyalar və ya İntranet şəbəkələrində
trafikin ötürülməsi üçündür.
TELEDESİC - digər peyk sistemlərindən həm təyinatına, həm də istifadə olunan texniki
həllərə görə fərqlənir. Bu sistem hərəkətli abonentləri də yüksək keyfiyyətli telefon
rabitəsi ilə, həmçinin qlobal miqyasda genişzolaqlı informasiya mübadiləsinə ehtiyacı olan
digər xidmətləri də təmin edir. Potensial buraxma qabiliyyətinə görə bu sistem lifli optik
veriliş üsulu ilə müqayisə oluna bilər və magistral xətlərdə onlarla birlikdə istifadə üçün
nəzərdə tutulmuşdur. Sistemin əsas sahibləri McCaw Cellular Communications firması və
Microsoft firmalarıdır.
Qlobal xidmət zonasını təmin etmək üçün TELEDESİC sistemində peyklərarası
radioxətlər nəzərdə tutulur. Ümumi xidmət zonası ölçüləri 100 km x 100 km olan 20000
lokal zonalara bölünmüşdür. Hər bir lokal zona ölçüləri 53,3 km x 53,3 km olan 9 - ədəd
parsial manqalara ayrılmışdır. Lokal zonalar ekvator xəttinə paralel olan “lentlər” əmələ
gətirirlər (ekvator boyunca 250 lokal zona, onların sayı qütb nöqtələrinə tərəf getdikcə
azalır). Sistemin kosmik seqmenti – Yerdən 1375 km hündürlüyündə dairəvi orbitlərdə
yerləşdirilən 288 peykdən ibarətdir. Bu peyklər 12 müstəvi üzrə 98,142 0 - 98,1820
mailliklə (sinxron-günəş orbitləri) yerləşdirilir. Hər bir orbitdə 24 peyk yerləşdirilir.
Peyklərin ekvator müstəvisində fəzada ayrılması 180-yə yaxındır. İşləyən hər bir peyk 64
lokal zonanı (diametr 1400 km,576 manqa) əhatə edən işçi oblast yaradır. Orbit boyunca
peykin hərəkəti zamanı antena sisteminin 64 şüasının fəza istiqamətlənməsi dəyişir və
manqaların yerləşməsinin stasionarlığını təmin edir. Hər bir manqa üçün əvvəlcədən
müəyyən edilmiş peyk kanalının buraxma qabiliyyəti ehtiyatı təyin olunmuşdur ki, bunun
sayəsində xidmət olunan ərazilərin sərhədlərini dəqiqləşdirmək mümkündür. Peyklərarası
radioxətləri 60 QHs diapazonunda işləyir; peyklərarası radio xətlərin maksimal uzunluğu
2586 km-dir; buraxma qabiliyyəti 1,531 Qbit/san-dir.
Sistemin yerüstü seqmenti müxtəlif terminallardan ibarətdir. Fifsə olunmuş
(hərəkətsiz) abonentlər üçün diametri 0,16 – 1,8 m olan antenalı terminallar, mobil
abonentlər üçün diametri 0,08 m olan antenalar nəzərdə tutulmuşdur.Verici qurğuların
gücü 0,01 – 4,7 Vt, veriliş sürəti isə terminalın növündən asılı olaraq 16 kbit/san-dən 2,048
Mbit/san-yə qədər ola bilər. Yüksək sürətli rabitə xətləri yaratmaq üçün diametri 0,28 –
1,6 m olan antenaya malik və vericisinin gücü 1 – 49 Vt olan terminallardan istifadə edilir.
Veriliş sürəti 155,5 Mbit/san –dən 1,24416 Qbit/san-yə qədər ola bilər.
Hər bir peyk onun işçi zonasında olan 16 yüksək sürətli terminalla işləyə bilər.
Ayrıca manqanın daxilində həcmi 1400 kanaldan ibarət və buraxma qabiliyyəti 16
kBit/san olan və yaxud 15 kanal və 1.544 Mbit/san olan variantda şəbəkə yaratmaq imkanı
da mövcuddur. Sistemin mərkəzi stansiyaları arasında və xüsusi dövlət istifadəçiləri
arasında ifrat yüksək sürətli kanalların (155 Mbit/san – dən 2 Qbit/san – yə qədər) təşkili
də mümkündür. Teledesic peyklərinin bortunda kommutasiya qovşaqları vardır. Sistem
paketlərin kommutasiyasına malik olan şəbəkədir. Bu mənada o, ATM şəbəkələrinə
analojidir, lakin Teledesic şəbəkələrinin paketləri ATM – manqalarınkından (bunlarda 53-
baytdır) uzundur. Hər bir paket təyinat ünvanına malik başlıqdan, informasiya
ardıcıllığından, başlığı səhvlərdən qoru-yan müdafiə sahəsindən və istifadəçilər
verilənlərindən (payload) ibarət olur. Şəbəkə daxilində verilənlərin ötürülməsi paket
formasında olur. Verilənlərin formatının dəyişdirilməsi terminallarda həyata keçirilir. Hər
bir paket fərdi olaraq təyinat məntəqəsinə paketlərin adaptiv marşrutlanması alqoritmindən
istifadə etməklə göndərilir ki, bunun sayəsində paketin yayılma müddəti və onun dəyişə
bilməsi minimallaşdırılmış olur.
CELESTRİ - Bu sistem müxtəlif təyinatlı, ümumi istifadəli yerüstü telefon
şəbəkələrinin və fiksə olunmuş, həmçinin hərəkətdə olan tələbatçıların lokal şəbəkələrinin
birləşdiril-məsini də daxil etməklə, genişzolaqlı rabitə şəbəkələri yarat-maq üçündür.
Sistemin aşağı orbitli kosmik seqmenti 70 peykdən (onlardan 7-si rezervdir) ibarətdir. Bu
peyklər aşağı dairəvi orbitlərdə yerləşmiş olur. Qlobal əhatəni təmin etmək üçün, peyklər-
arası radioxətləri istifadə edilir. Burada 40, 50, 60 QHs diapazonlarından, ya da optik
diapazondan istifadə edilməsi variantları nəzərdən keçirilir. Sistemin yerüstü seqmentində
kiçik ölçülü antenalardan (diametri 66 sm) istifadə edilməsi planlaşdırılmışdır.

M 22,23. Peyk rabitə sistemlərinin inkişaf prespektivləri

4 saat
Peyk rabitə sistemlərinin əsas problemi- istifadə olunan tezlik diapazonlarının çox
yüklənməsidir. Məsələn, C, Ku- diapazonlarında (bax: cədvəl 8.1) Beynəlxalq
Elektrorabitə İttifaqına geostasionar orbitdə kosmik aparatlar (KA) üçün işçi tezliyin
verilməsi üzrə daxil olmuş sorğular, mövcud ehtiyatlardan dəfələrlə çoxdur. Düzdür, Ka –
diapazonu hal-hazırda tam istifadə edilmir və rabitə texnikasının bu istiqamətdə sonrakı
inkişafı üçün əsas ehtiyat hesab olunur. Bu diapazonun istifadəsində bəzi texniki
çətinliklər mövcuddur. İlk növbədə, bu diapazona keçilməsi atmosferin nəmliyində və
yağışlarda radiodalğaların çox udulması ilə bağlı olan energetik itkilərin xeyli artmasına
gətirib çıxarır. Bu itkilərin qiyməti, Yer stansiyalarının yerləşdiyi ərazilərdəki hava
şəratindən və peyk trassasının atmosferdən keçən hissəsinin uzunluğundan asılı olur. Bu
itkiləri kompensasiya etmək üçün, peyk rabitə xəttlərində əlavə energetik ehtiyatlar həyata
keçirmək lazım gəlir. Bu əlavə ehtiyatların qiyməti isə, abonentlər tərəfindən tələb olunan
rabitə etibarlılığından da asılıdır. Ona görə də, adətən əlavə energetik ehtiyatların lazım
olan dəqiq qiymətini göstərmək çətin olur. Təxmini olaraq bu qiymət 20 QHs tezliyində 6
dB və 40 QHs tezliyində isə 13 dB tərtibindədir. Bir məsələni də qeyd etmək lazımdır ki,
Ka- diapazonunda kabellərdə, dalğaötürənlərdə, birləşdiricilərdə, ferrit məmulatlarında,
süzgəclərdə və digər qurğularda itkilər xeyli çox olur. Nəticədə K a- diapazonuna keçərkən,
energetik itkilər o qədər çoxalır ki, xidmət prinsiplərinin radikal olaraq dəyişdirilməsi
(yəni şanvari strukturlara keçilməsi yolu) məsələsini gündəmə gətirirlər.
Peyk TV yayımı sistemlərinə gəldikdə isə, bu sahədəki son illərin nailiyyəti –
spektrin sıxlaşdırılması ilə təsvirlərin rəqəmli ötürülməsinə keçilməsidir. Əvvəllər TV
siqnalı peyk rabitə xəttləri ilə analoq formasında tezlik modulyasiyasından istifadə etməklə
verilirdi. Bu zaman bir proqramın retranslyasiyası üçün tezliyi 30 MHs - dən başlayaraq və
gücü 100Vt tərtibində olan stvolun (lüləsinin) ayrılmasıı tələb olunurdu. Ona görə də ən
güclü peyk retranslyatoru vasitəsilə yalnız onlarla proqramı translyasiya etmək olurdu (bu
rəqəm iri şəhərlərdə yerüstü vasitələrlə təmin edilən proqramların sayına yaxındır). Məhz
bu səbəbdən istifadıçilərin peyk yayımına olan marağı azalırdı. Eyni zamanda
mütəxəssislərə çoxdan aydın idi ki, TV siqnalın tərkibində xeyli artıqlıq (izafilik) var, ona
görə ki, hərəkətsiz təsvir elementlərin (bunlar informasiyanın çox hissəsini təşkil edirlər)
ötürülməsi, çoxqat (kadr tezliyi ilə) təkrar olunur. Ona görə də XX əsrin ortalarından
başlayaraq TV siqnalın sıxlaşdırılması üzrə işlər aparılırdı. Burada əsas çətinlik – insan
gözünün, təsvirin təbiiliyinin azca da olsa pozulmasına yüksək dərəcədə həssas olması idi.
Yalnız XX əsrin 90-cı illərində onun qarşısını almaq mümkün oldu. Işlənib hazırlanmış
olan standart, TV siqnalın rəqəmli təsvir edilməsinin həcmini 2÷8 Mbit/san –yə qısaltmağa
imkan verdi. Aşağı hədd - aşağı dinamikalı verilişlərə (studiyadan xəbərlərin verilməsi,
müsahibələr və s.), yuxarı hədd isə - yüksək dinamikalı verilişlərə (məsələn, idman
yarışları) uyğundur. Əgər sıxlaşdırılmış TV məlumatların həcmini, sıxlaşdırılmamış
haldakı ilə (məsələn, İKM-çevirməsi ilə) müqayisə etsək, sonuncuda 100 Mbit/san-yə
yaxın qiymət alınar. Bu standartın istifadə edilməsi, eyni retranslyasiya ehtiyatlarının
(hansılar ki, bir TV proqramını analoq şəklində translyasiya üçün ayrılmışdır) tətbiqi ilə,
rəqəm formasında 6 ÷ 8 proqramın ötürülməsini təmin etməyə imkan yaradır. Proqramlar
zamana görə sıxlaşdırılaraq, təxminən 35 Mbit/san sürəti ilə qrup siqnalı əmələ gətirir və
ümumi daşıyıcı tezliyində bir stvol (lülə) vasitəsilə ötürülürlər. Abonent teleyayımı
terminalının (ATT) kabinet blokunda istifadəçinin istəyi ilə stvol (lülə) ayrılır,
demodulyasiya və zamana görə ayrılmadan sonra – tələb olunan proqram təmin edilmiş
olur. Nəticədə bir ədəd peyk – retranslyator vasitəsilə 60 ÷ 80 TV kanalı təşkil etmək olar
ki, bunun sayəsində istifadəçilərin peyk yayımına marağı artmış olur. ATT, adətən
qəbuledici olur. Bu yer stansiyaları antenalarının güzgüsünün diametri 0,6 ÷ 1,0 metr
aralığında olur. Belə terminallar tələbatçının yanında quraşdırılır və antenadan başqa,
kabinet blokuna da malik olurlar. Bu blok retranslasiya, demodulyasiya, dekodlama,
zaman arılması və baxmaq üçün proqramın seçilməsi stvolunun (lüləsinin) təyin edilməsi
funksiyasını yerinə yetirir . Baxışın özü, abonentin ev televizorunda həyata keçirilir. Peyk
kanalları ilə ötürülən proqramların bəziləri xüsusi çevrimələrə sövq edilir ki, nəticədə
onlara sanksiyasız (icazə olmadan) baxmaq olmur. Bu proqramlara baxış üçün abonent
xüsusi ödəniş edir və bundan sonra onun terminalına xüsusi açar verilir ki, bununla həmin
istənilən proqramı açmaq olur. Son zamanlar media xidmətlərinin inkişafı ilə əlaqədar
olaraq, interaktiv televiziyaya təlabat artmağa başlamışdır. Burada abonentə istədiyi TV
proqramını tələb etmək imkanı verilir. Belə xidmət növü, abonentlərin İnternet şəbəkəsinə
daxil olmaları üçün yüksək sürətli kanalların yaradılması məsələsi ilə yaxşı uzlaşır. Birinci
mərhələdə sadalanan xidmətlər aşağıdakı kimi təmin edilir: Abonent istədiyi xidmət üçün
(TV proqramı, İnternet şəbəkəsindən məlumat) sorğusunu (tələbini), ümumi istifadəli
telefon şəbəkəsini naqilli kanalları ilə. onun fərdi kompüterilə uzlaşdırılmış olan adi
telefon modeminin köməyi ilə göndərir. Cavab məlumatını o, öz ATT – si ilə alır. Bu
məqsədlə bir və ya bir neçə teleyayım proqramı müfaviq informasiya ilə əvəz olunur. Bu
variantda multimedia rabitə xətlərinin qeyri- simmetrik olmasından faydalı istifadə edilir:
abonentdən mərkəzə (sorğu göndərilən) istiqamətdə informasiyanın həcmi, əks
istiqamətdə (mərkəzdən cavab) göndərilən informasiya həcmindən xeyli az olur. Lakin
məsələnin bu cür həlli, yalnız başlanğıc mərhələdə münasib ola bilər. Hal-hazırda bir sıra
sistemlərin verici traktı olan ATT-nin istifadəsi nəzərdə tutulur ki, bunun sayəsində multi-
media şəbəkələri təşkil edilrəkən naqilli rabitənin tətbiqinə ehtiyac qalmır. Bu cür ATT-
lərin yaradılması iki əsas problemlə bağlıdır:
- Verici traktın əlavə edilməsi ATT-nin kəskin bahalaşmasına səbəb olmamalıdır;
- Belə traktın olaması, bu cür hər stansiyanın quraşdırılmasına icazə alınması zərurətinə
gətirib çıxarmamalıdır;
Sonuncu təlabata görə, peyk rabitəsi üçün hər bir konkret verici – qəbuledici stasniyaların
quraşdırılmasına bir sıra dövlət orqanlarından xüsusi icazə alınması lazım gəlir. Burada isə
bir çox problemlərin (ekologiya, yer stasniyalarının quraşdırılma yeri və s.) həll edilməsi
lazım gəlir. Bunları isə ATT-yə şamil etməklə, müvafiq şəbəkəni inkişaf etdirmək praktiki
olaraq qeyri-mümkündür (yalnız qəbul üçün nəzərdə tutulan və ölçüsü böyük olmayan
ATT –lərdə isə belə problem olmur). Analoji çətinliklər şanvari rabitə sistemlərində də ola
bilərdi. Lakin əvvəlcədən qeyd olundu ki, mütəhərrik (mobil) rabitə üçün ayrılmış dalğa
diapozonunda, hər bir ayrıca abonenet terminalına (AT) icazə almağa lüzum yoxdur:
kifayətdir ki, cari növ AT müəyyən olunmuş qaydada sertifikatlaşdırılsın. Beləliklə, inte-
raktiv ATT üçün ya mütəhərrik (mobil) rabitə üçün ayrılmış işçi tezliklərini veriliş üçün
istifadə etmək, ya da sorğu kanalları üçün xüsusi tezlik diapozonun ayrılmasına nail olmaq
lazımdır. Birinci yol mobil (mütəhərrik) rabitə istifadəçiləri tərəfindən etirazla qarşılana
bilər, çünkü ATT mütəhərrik yox, qeyd olunmuş xidmət stansiyasıdır. İkinci yol, hüquqi
baxımdan daha düzgün hesab edilir.

You might also like