You are on page 1of 11

MÜHAZİRE 1

ELEKTRIK RABITƏ SIQNALLARININ


XARAKTERISTIKALARI VƏ ÇOXKANALLI
VERİLİŞİ
1.1. Əsas anlayışlar və təyinlər

Müstəqil Azərbayjan Respublikasının müstəqil telekommunikasiya şəbəkəsinin təşkili


məqsədi ilə müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, əhaliyə
müxtəlif növ rabitə xidmətlərin göstərilməsi, maddi istehsalın fasiləsiz inkişafı, elm və texni-
ka sahəsində irəliləyişlər, lokal, korporativ və qlobal şəbəkələrin təşkili və əhalinin mədəni sə-
viyyəsinin yüksəlməsi rabitə vəsaitləri vasitəsi ilə ötürülən informasiya həjminin artmasına
səbəb olur. İnformasiyanın həjmi istehsal həjminin artmasının kvadratına uyğun olaraq artır.
Demək olar ki, müasir jəmiyyətin fəaliyyəti informasiya mübadiləsi olmadan mümkün deyil-
dir.
İstənilən informasiya verijidən qəbuledijiyə texniki qurğuların və fiziki mühitin köməyi
ilə ötürülür. Belə fiziki mühit kimi hava, kabel rabitə xətlərindən, işıq və dalğa ötürüjülərin-
dən və radiorele xətlərindən istifadə olunur. Son zamanlar isə optik kabel xətlərindən geniş is-
tifadə olunmağa başlanmışdır. Xətt qurğularının yüksək qiymətə malik olması onlardan effek-
tiv istifadə olunması zəruriyyətini meydana çıxarır. Ona görə də rabitə xətlərinin buraxma qa-
biliyyətinin artırılması məqsədilə telekommunikasiya sistemlərinin işlənib hazırlanması çox-
kanallı rabitə texnikasının əsas məsələsidir. Çoxkanallı telekommunikasiya sistemləri bir döv-
rə üzrə eyni zamanda çoxlu sayda birjinsli və ya myxtəlif jinsli elektrik rabitə siqnallarının
uzaq məsafələrə yüksək keyfiyyətlə və ehtibarlı ötürülməsini təmin edir.
Müasir çoxkanallı telekommunikasiya sistemləri müxtəlif növ məlumatları bir neçə min
kilometr məsafələrə ötürməyə imkan verirlər. Belə uzaq məsafələrə siqnalların verilməsini
təmin etmək üçün xətt traktı boüunja güjləndiriji qurğulardan istifadə olunması zəruriyyəti
meydana çıxır. Telekommunikasiya sistemlərinin tərkibinə çoxlu sayda müxtəlif növ
güjləndiriji qurğular daxildir ki, onların da parametrləri sistemin əsas göstərijilərini müəyyən-
ləşdirir.
Bu məqsədlə elektrik rabitə siqnallarının çoxkanallı verilişi prinsipi və çoxkanallı tele-
kommunikasiya sistemlərinin təsnifatı hərtərəfli işıqlandırılmışdır. Bununla yanaşı, müxtəlif
növ çoxkanallı telekommunikasiya sistemlərində istifadə olunan xətti gyjləndiriji qurğuların
parametr və xarakteristikaları, qurulma prinsipləri, gyjləndiriji elementlərin iş recimləri, müx-
təlif gyjləndiriji pillələr və əks rabitəyə malik gyjləndirijilərin iş prinsipləri araşdırılmışdır.
Çoxkanallı telekommunikasiya sistemləri vasitəsi ilə təşkil olunan rabitə ikitərəfli olduğuna
görə ikitərəfli rabitənin təşkili prinsipləri, rabitə kanallarının növləri və xarakteristikaları,
tranzit birləşmələr və standart kanal qruplarının ayrılması məsələləri əhatə edilmişdir.
Rabitə - məlumatın mənbədən qəbulediciyə ötürülməsi prosesidir. Məlumat - hər hansı
maddi obyektin vəziyyətini müəyyənləşdirən bilginin məjmuəsidir. Siqnal - ötürülən məluma-
tın fəzada və zamana görə dəyişməsini əks etdirən fiziki reallıqdır. Məsələn, danışıq zamanı
məlumat mənbəyi rolunu insanın səsi, siqnal rolunu hava təzyiqinin fəzada və zamana görə
dəyişməsi, yəni akustik dalğa, qəbulediji rolunu isə insanın qulağı oynayır.
Rabitə kanalı - məlumatın mənbədən qəbuledijiyə ötürülməsini təmin edən stansiya və
xətti qurğularının məjmuəsidir. Rabitə kanallarında ötürülən siqnal ilə yanaşı, müxtəlif mən-
şəli kənar təsirlər də mövjuddur ki, bunlar da faydalı siqnallara mənfi təsir edir və qəbulediji-
də məlumatların dəqiq bərpa olunmasına mane olur. Bu xariji təsirlər maneələr adlanır.
Məlumatların elektrik siqnallarının köməyi ilə ötürülməsi elektrik rabitəsi adlanır. Elek-
trik rabitəsinin müxtəlif növləri - telefon, internet, teleqraf, videotelefon, radioyayım, televizi-
ya, verilənlərin ötürülməsi və s. kimi növləri mövjuddur. Elektrik rabitə siqnallarının ötürül-
məsini təmin edən texniki vəsaitlərin kompleksi elektrik rabitə sistemi adlanır.
Veriliş kanalı - elektromaqnit siqnallarının müəyyən veriliş sürəti ilə və müəyyən tezlik
diapazonunda güjə görə məhdud şəkildə ötürülməsini təmin edən texniki vəsaitlərin və ötürü-
jü mühitin məjmuəsidir. Veriliş kanallarının formalaşdırılmasını təmin edən texniki vəsaitlə-
rin məjmuəsi veriliş sistemi adlanır.
Ötürülən siqnalın növündən asılı olaraq rabitə kanallarının parametrlərinə və xarakteristi-
kalarına müəyyən tələbatlar qoyulur. Məsələn, telefon siqnallarını ötürmək üçün istifadə olu-
nan kanalın tezlik spektrinin eni ən azı 3100 Hs, teleqraf siqnallarını ötürmək üçün - ən azı
140 Hs, səs yayım siqnallarını ötürmək üçün isə - 10 kHs tezlik zolağı tələb olunur.
Rabitə dövrəsi - kabel və ya hava rabitə xətlərində istifadə olunan naqillərdir ki, bunların
köməyi ilə də informasiyanın veriliş və qəbulu təmin edilir. Naqillərin sayından asılı olaraq
bir, iki, üç və dördnaqilli dövrələr mövjuddur. Əgər dövrə üzrə yalnız bir rabitə kanalı təşkil
olunursa, onda dövrə sıxlaşdırılmamış, əgər iki və ya daha çox sayda rabitə kanalı təşkil olu-
nursa, onda dövrə sıxlaşdırılmışdır.
Hal-hazırda müxtəlif rabitə şəbəkələrində hava, kabel, lifli-optik və radiorele rabitə xətlə-
rindən geniş istifadə olunur. Hər bir rabitə xətləri üzrə onların fiziki xüsusiyyətlərindən asılı
olaraq müəyyən məhdud tezlik diapazonunda müəyyən miqdarda rabitə kanalları təşkil etmək
mümkündür.

1.2. Elektrik rabitə siqnalları və onların əsas


xarakteristikaları

Müxtəlif məlumatlara uyğun gələn ilkin elektrik rabitə siqnalları təsadüfi proseslərdir.
Ona görə də informasiya və təsadüfi proseslər nəzəriyyələrindən bəzi anlayış və təyinləri nə-
zərdən keçirək.
Təsadüfi proses elə arqumentinin funksiyasıdır ki, bu funksiyanın
qiymətləri də təsadüfi kəmiyyətlərdir. Təsadüfi proseslər ehtimalın n-ölçülü paylanma funksi-
yası ilə xarakterizə olunur və n nə qədər böyük olarsa, bu funksiya təsadüfi prosesi bir o qədər
tam xarakterizə edir. Lakin təjrübi olaraq ehtimalın çoxölçülü paylanma funksiyası təsadüfi
prosesin böyük miqdarda realizasiyalarının işlənilməsi nətijəsində alınır. Bu işlənilmə prosesi
həddən çox mürəkkəb və böyük zəhmət tələb edən bir prosesdir. Çoxölçülü paylanma funksi-
yasından istifadə olunması mürəkkəb və zəhmət tələb edən əməliyyatların yerinə yetirilməsi
zəruriyyəti ilə bağlıdır. Bununla yanaşı, bəzi təjrübi məsələlərin həllində daha sadə və tam ol-
mayan xarakteristikalardan - təsadüfi proseslərin ədədi xarakteristikalarından və ya orta
qiymətlərindən (riyazi gözləmə) istifadə olunur.
Təsadüfi prosesin orta qiyməti aşağıdakı kimi təyin olunur:
, (1.1)

burada - ehtimalın birölçülü sıxlığı, funksiyanın üzərindəki xətt isə çoxluq


üzrə orta qiymətini göstərir.
Analoci olaraq təsadüfi siqnalın kvadratından orta qiymətini təyin etmək olar:

, (1.2)

burada - fiziki məna etibarı ilə zaman anında təsadüfi siqnalının


müqavimətdə yaratdığı orta güjdür.
Bu kəmiyyətin kvadrat kökünün müsbət qiyməti təsadüfi prosesin ortakvadratik qiyməti-
dir:

Təsadüfi prosesin dispersiyası onun aldığı qiymətlərin orta qiymət ətrafında səpələnməsi-
ni göstərən ölçü olub, aşağıdakı kimi təyin olunur:

(1.3)

Əgər olarsa, onda olar.


Yuxarıda qeyd olunan orta qiymətlər zamanın ayrı-ayrı anlarında təsadüfi prosesləri təx-
mini xarakterizə edirlər və zamanın müxtəlif anlarında onun aldığı qiymətlər arasında əlaqəni
göstərmirlər. Bu əlaqə korrelyasiya funksiyası vasitəsi ilə qiymətləndirilir:

(1.4)

burada - təsadüfi prosesin ehtimalının ikiölçülü sıxlığıdır.


Siqnallar nəzəriyyəsində stasionar və erqodik təsadüfi proseslər geniş yer tutur. Stasionar
təsadüfi proseslər elə proseslərdir ki, bunlar üçün birölçülü paylanma funksiyası zamandan
asılı deyildir.
ikiölçülü paylanma funksiyası isə zaman fərqindən asılıdır, yəni

(1.5)
Yuxarıda verilən ifadələrdən görünür ki, stasionar proseslərin orta və ortakvadratik qiy-
mətləri zamandan asılı deyil, yəni sabit kəmiyyətlərdir, korrelyasiya funksiyası isə yalnız 
zaman fərqindən asılıdır.
Təsadüfi prosesin erqodiklik xassəsi ondan ibarətdir ki, onun istənilən realizasiyası üçün
«vahid» ehtimallı çoxluq üzrə orta qiyməti zamana görə orta qiymətə bərabərdir. Zamana görə
orta qiyməti işarənin üstündə dalğalı xətt ilə işarə etsək, onda erqodiklik xassəsini aşağıdakı
kimi yaza bilərik:

Əgər burada olarsa, onda olar, yəni fiziki məna


etibarı ilə prosesin sabit təşkiledijisi,
isə onun tam güjüdür.
Təsadüfi prosesləri xarakterizə edən əsas xarakteristikalardan biri onun enerci spektridir
və aşağıdakı kimi təyin olunur:
. (1.6)

Xinçin-Viner teoreminə görə əsadüfi prosesin energetik spektri korrelyasiya funksiyası-


nın Furye-kosinus çevirməsini göstərən funksiyadır. Bunun əsasında əks kosinus-çevirməni
yazmaq olar:

funksiyası təsadüfi prosesin orta güjünün spektral sıxlığıdır, yəni çox kiçik
tezlik zolağında toplanmış güjdür. və arasındakı məhdud tezlik zolağında toplanmış
güjü funksiyasını inteqrallamaqla təyin etmək olar:

(1.7)

Stasionar proseslər nəzəriyyəsi müqayisə olunajaq dərəjədə sadədir, lakin təjrübədə ən


çox qeyri-stasionar proseslərlə rastlaşırıq. Bir sıra rabitə siqnalları qeyri-stasionar proseslərə
aiddir. Qeyri-stasionar proseslərin çoxluğa görə orta qiymətləri zaman funksiyaları adlanır.
Bu asılılığı aradan qaldırmaq üçün təkrar orta qiyməti, yəni bu dəfə isə zamana görə orta
qiəməti təyin etmək lazımdır. Nətijədə alınmış kəmiyyətlər orta statistik siqnalı xarakterizə
edir. Bu xarakteristikalar orta hesabla qeyri-stasionar prosesə uyğun gələn hər hansı stasionar
erqodik təsadüfi prosesin xarakteristikaları hesab oluna bilər. Məsələn, qeyri-stasionar prose-
sin ortastatistik orta qiymətini tapmaq üçün , funksiyasının zamana görə orta qiymə-
tini təyin etmək lazımdır:

(1.8)

Qeyri-stasionar prosesin orta güjü və korrelyasiya funksiyası analoci üsulla


hesablanır, orta spektral sıxlığı təyin etmək üçün ifadədə korrelyasiya funksiyası-
nın yerinə orta korrelyasiya funksiyasının qiymətini qoymaq lazımdır.
Rabitə siqnallarının ani güjü böyük hədd daxilində müxtəlif qiymətlər alır. Bu həddi xa-
rakterizə etmək üçün dinamik diapazon və pik-faktor anlayışlarından istifadə olunur.
Siqnalın dinamik diapazonu aşağıdakı kimi təyin olunur:

(1.9)

burada - siqnalın ani güjünün maksimum, - isə minimum qiymətləridir. de-


dikdə siqnalın ani güjünün elə qiyməti başa düşülür ki, bu qiyməti aşma ehtimalı çox kiçikdir
(məsələn, 0,01-ə bərabərdir). Hər bir konkret siqnal üçün bu ehtimalın ədədi qiyməti əvvəljə-
dən müəyyənləşdirilir. Siqnalın ani güjünün minimal qiyməti ortakvadratik xətanın buraxıla
bilən qiymətinə bərabər götürülür.
və - isə siqnalın maksimum və minimum səviyyələridir.
Siqnalın pik - faktoru aşağıdakı kimi hesablanır:

(1.10)
burada - siqnalın maksimum, - isə orta güjüdür.
Siqnalın güjünün minimal buraxıla bilən qijməti maneə güjünün qiymətindən asılı olaraq
təyin olunur. Ona görə də keyfiyyətli rabitə təşkil etmək üçün faydalı siqnalın güjü maneə siq-
nalının güjündən böyük olmalıdır. Əgər siqnalın səviyyəsi maneə siqnalının səviyyəsindən ki-
çik olarsa, onda faydalı siqnal maneə siqnalı tərəfindən örtülə bilər və bu zaman siqnal maneə
siqnalı kimi qəbul olunur. Onda rabitə sistemlərində müdafiəolunmadan istifadə olunur və
aşağıdakı kimi təyin edilir:

(1.11)

burada siqnalın güjü, maneə siqnalının güjü, və isə faydalı siqnalın və


maneə siqnalının dB ilə ifadə olunmuş səviyyələridir.
Elektrik rabitə siqnallarının digər xarakteristikaları informasiya tutumu və informasiya
həjmidir.
Siqnalın informasiya tutumu vahid zaman ərzində verilən informasiya miqdarı olub, ana-
loq və diskret siqnallar üçün ayrı-ayrılıqda təyin edilir.
Analoq siqnallar üçün informasiya miqdarı aşağıdakı kimi hesablanır:

, (1.12)

burada siqnalın tezlik spektrinin eni, siqnalın orta güjü, maneə siqnalının
güjüdür.
Diskret siqnallar üçün informasiya miqdarı aşağıdakı kimi hesablanır:

(1.13)

burada ədədi qiymətjə veriliş sürətinə bərabər takt tezliyi, yəni bir saniyədə ötü-
rülən impulsların sayı; impuls ardıjıllığının periodu; diskret siqnalın ala biləjəyi ija-
zə verilən qiymətləri; səviyyəli siqnalın yaranma ehtimalıdır.
Əgər müxtəlif səviyyəli impulsların yaranma ehtimalları eynidirsə, onda olur və
informasiya miqdarı aşağıdakı ifadə ilə təyin olunur:

(1.14)

Siqnalın həjmi aşağıdakı kimi təyin olunur:

(1.15)

burada informasiya həjmi, davametmə müddəti, tezlik spektrinin eni və


dinamik diapazonudur.

1.3.Veriliş səviyyələri
Rabitə kanalının ölçü aparılan müxtəlif nöqtələrində siqnalın güjü, gərginliyi və ya jərəyanı ara-
sında nisbəti ədədi qiymətjə qiymətləndirmək yçün loqarifm formasında ifadə olunan nisbi vahidlər-
dən istifadə olunur və güjə, gərginliyə, jərəyana görə veriliş səviyyələri adlanır.
Loqarifmik formadan istifadə etmək riyazi əməliyyatları sadələşdirməyə, tezlik asılılıqları qurmaq
üçün Bode diaqramından istifadə etməyə, elektrik dövrələrinin köməkçi funksiyaları hesabatı üçün
birbaşa ifadələri tətbiq etməyə və qəbul edilən məlumatlar haqqında obyektiv fikir yürütməyə imkan
verir.
Onluq loqarifmin əsasına görə hesablanmış loqarifmik vahidlər desibel (dB), natural loqarifmin
əsasına görə hesablanmış loqarifmik vahidlər isə neperlərlə (Nep) ifadə olunur.
Güjə, gərginliyə, jərəyana görə veriliş səviyyələri aşağıdakı kimi hesablanır:

(1.16)

burada baxılan nöqtədə güjün, gərginliyin və jərəyanın qiymətləri; veri-


liş səviyyələri təyin olunarkən güjün, gərginliyin və jərəyanın qəbul olunmuş ilkin qiymətləridir.
Ümumi halda güjə görə veriliş səviyyəsi gərginliyə və jərəyana görə veriliş səviyyəsinə bərabər
deyildir. Lakin və güjlərinin ayrıldığı və müqavimətlərinin qiymətləri məlum
olarsa, onda bunlar arasında çox asanlıqla əlaqə yaratmaq mümkündür. Doğrudan da

və ya

Əgər olarsa, onda

Əgər güjün, gərginliyin və jərəyanın ölçülən qiymətləri uyğun olaraq və


, yəni və olarsa, onda səviyyə mütləq sə-
viyyə adlanır.
Əgər güjün, gərginliyin və jərəyanın dövrənin baxılan nöqtədə qiymətləri ilkin qiymətlərə, yəni
və olarsa, onda səviyyə mütləq sıfır səviyyəsi adlanır.
Kanal və traktlar üzərində ölçü aparmaq üçün güjə, gərginliyə, jərəyana görə tövsiyə olunan müt-
ləq səviyyələr ölçü səviyyələri adlanır.
Əgər traktın baxılan nöqtəsində səviyyələr traktın başlanğıjı kimi qəbul edilən nöqtədə güjün,
gərginliyin və jərəyanın qiymətlərinə Nisbətən təyin olunursa, onda səviyyə nisbi veriliş səviyyəsi ad-
lanır. Nisbi veriliş səviyyələri ölçmə aparılan və ilkin nöqtələrdəki mütləq səviyyələrin fərqi kimi təyin
olunur:

(1.17)

Baxılan nöqtədə ölçü səviyyəsi elə mütləq səviyyədir ki, bu zaman traktın girişinə daxili müqavi-
məti 600Om, e.h.q.-si 1,55V olan və müəyyən tezlijə malik sinusoidal rəqs generatoru qoşulmuş ol-
sun.

1.4. Çoxkanallı telekommunikasiya sistemləri

Rabitə kanallarının təşkilinin əsas tərkib hissələrindən biri yayılma mühiti olan telekom-
munikasiya sistemləri, yəni kommutasiya və transmissiya sistemləri təmin edir. Belə yayılma
mühiti kimi simmetrik, koaksial, optik kabellərdən və hava, radiorele xətlərindən geniş istifa-
də olunur. Kabel, hava və radiorele xətlərinin quraşdırılma və istismar proseslərinə qoyulan
kapital xərjlərinin böyük olduğu üçün müxtəlif məlumatları daşıyan böyük sayda siqnaların
eyni vaxtda və bir-birindən asılı olmayaraq bir fiziki dövrə üzrə ötürülməsini təmin etmək zə-
ruriyyəti meydana çıxır. sayda siqnalların eyni vaxtda və bir-birindən asılı olmayaraq bir
fiziki dövrə üzrə ötürülməsini təmin edən texniki vəsaitin məjmuəsi kanallı telekommu-
nikasiya sistemi adlanır. Yayılma mühitindən əlavə telekommunikasiya sisteminin tərkibinə
son və aralıq stansiyalar daxildir.
Çoxkanallı telekommunikasiya sisteminin (ÇKTS) sadələşdirilmiş struktur sxemi şəkil
1.1-də verilmişdir.

c (t) u1(t)
u~1 (t ) c~1 (t ) Son veriji stansiyada ka-
u~(t )
1

M1 u(t) DM1 nal üzrə ötürülən


ilkin fərdi siq-
c (t)
2

M2
u2(t) Dövrə
AS
Dövrə
u~2 (t )DM c~2 (t ) nallar modulya-
BQ AQ
torları vasitəsi ilə
2

u~N (t ) c~N (t )
uN(t) kanal siq-
c (t)
N

MN uM(t) uM(t) DMN nallarına çevrilir. Bu çevir-


mə prosesini riyazi jəhətdən
ifadə etmək üçün
Son stansiya Son stansiya
operatorundan
Şəkil 1.1 istifadə edək. Onda aşağıda-
kı ifadəni yaza bilərik:

(1.18)

Birləşdiriji qurğu (BQ) kanal siqnallarını birləşdirərək, qrup siqnalını əldə etməyə
imkan verir. Birləşdiriji operatorundan istifadə edərək aşağıdakı ifadəni yaza bilərik:

(1.19)

Bəzən qrup siqnalını kanal siqnallarını toplamaq yolu ilə də əldə etmək olar:

(1.20)

Aralıq stansiya (AS) qrup siqnallarının ötürülmə uzaqlığını artırmaq üçündür.


Qrup siqnalı telekommunikasiya sisteminin elementlərindən keçərkən xətti və qeyri-xətti
təhriflərə uğrayır. Bununla yanaşı, siqnal rabitə xətləri üzrə ötürülürkən maneə siqnalının təsi-
rinə də məruz qalır. Ona görə də sistemin qəbul hissəsinin girişinə daxil olan siqnalı
siqnalından fərqlənir. Əgər təhriflər az olarsa, onda dövrəni iki paralel birləşmiş dörd-
qütblü kimi təsəvvür etmək olar. Bunlardan biri operatoru ilə xarakterizə olunan xətti təh-
riflər, digəri isə operatoru ilə xarakterizə olunan qeyri-xətti təhriflər daxil edir. Onda
maneə siqnalının təsirini nəzərə alaraq aşağıdakı ifadəni yaza bilərik:

. (1.21)

Əgər dövrənin impuls reaksiyası məlumdursa, onda operatorunu Dyüamel in-


teqralından istifadə edərək təyin edə bilərik:
. (1.22)

operatorunu isə aşağıdakı kimi təyin etmək olar:

(1.23)

Əgər qeyri-xətti təhriflər olmazsa, onda bütün və olur.


Qəbulediji son stansiyada ayırıjı qurğu (AQ) vasitəsi ilə qrup siqnalı kanal
siqnallarına ayrılır. ayırıjı operatorundan istifadə etsək, onda bu ayrılma prosesini aşağı-
dakı kimi ifadə edə bilərik:

(1.24)

kanal siqnalları demodulyatorları vasitəsi ilə ilkin siqnalla-


rına çevrilir, sonra isə qəbulediji qurğulara ötürülür.
Çoxkanallı telekommunikasiya sistemləri qurularkən əsasən kanalların tezliyə və zamana
görə bölünmə prinsipindən istifadə olunur. Kanalları tezliyə görə bölünən telekommunikasiya
sistemləri analoq telekommunikasiya sistemləri, kanalları zamana görə bölünən telekommuni-
kasiya sistemləri isə rəqəm telekommunikasiya sistemləri adlanır.

1.5. Analoq çoxkanallı telekommunikasiya sistemləri

Kanalları tezliyə görə bölünən-analoq (KTB) çoxkanallı telekommunikasiya sistemlərində


hər bir kanal üçün xətt tezlik spektrinin içərisində müəyyən tezlik zolağı ayrılır. Ona görə də
son veriji stansiyanın çevirijiləri bu və ya digər kanal üçün ayrılmış tezlik zolaqlarına uyğun
olaraq ilkin siqnalların tezlik spektrlərini tezlik oxu boyunja sürüşdürür. Bu sürüşdürmə amp-
litud, tezlik və faza modulyasiyalarından istifadə etməklə həyata keçirilir. Bu zaman daşıyıjı
tezlikləri elə seçmək lazımdır ki, kanal siqnallarının tezlik spektrləri bir-biri ilə kəsişməsin.
Kanalları tezliyə görə bölünən ÇKTS-lərinin sadələşdirilmiş struktur sxemi şəkil 1.2-də
göstərilmişdir.
f1f2
FminFmax f1f2 FminFmax
M1 ZS1 ZS1 DM1 ATS ÇKTS-lərinin kanalları
əsasən birjinsli siqnalların
fd1 f3f4 fd1 (məsələn, telefon siqnalları-
FminFmax FminFmax
M2 ZS2 f3f4 ZS2 DM2 ATS nın) ötürülməsi üçün istifadə
QT
fd2 fd2 olunur. Bu birjinsli siqnalla-
FminFmax FminFmax rın tezlik spektrləri uyğun
MN ZSN ZSN DMN ATS
fLfN gəlir. Ona görə də şəkil 1.2-
fLfN
fdN fdN də ilkin siqnalların tezlik zo-
laqları eyni ö-
türülür.
GAver GAqəb Kanalların girişinə daxil
olan ilkin siqnallar
Şəkil 1.2
daşıyıjı tezliklərinin vasitəsilə modulyatorlarında modulyasiya olu-
nurlar. Kanal siqnallarının formalaşdırılması veriliş üçün lazım olmayan modulyasiya məhsul-
larını dəf edən zolaq süzgəjlərinin vasitəsilə həyata keçirilir. Zolaq süzgəjləri-
nin köməyi ilə ayrılmış kanal siqnalları uyğun olaraq tezlik zolaq-
larını məşğul edir. Bu tezlik zolaqları kəsişmirlər və birləşdirilərək tezlik zolağını
məşğul edən qrup siqnalı formalaşdırılır. Kanal siqnallarının tezlik spektrinin eni ümumi
halda ilkin siqnalların tezlik spektrinin enindən fərqlənə bilər, yəni ola bilər.
Çalışmaq lazımdır ki, olsun, çünki bu halda kanalların məlum sayında qrup siq-
nallarının tezlik spektrinin eni minimal olur. Bu da öz növbəsində telekommunikasiya siste-
minin istifadə effektivliyinin artırılmasına səbəb olur.
Kanal siqnallarının tam ayrılmasını təmin etmək üçün zolaq süzgəjlərinin
xarakteristikaları ideal olmalıdır. Anjaq real halda süzgəjlərin zəifləməsinin artma dikliyi
məhduddur ki, bu da kanallararası keçid maneələrinin yaranmasına səbəb olur. Keçid maneə-
lərinin buraxıla bilən qiymətini təmin etmək üçün kanal siqnallarının tezlik spektrləri arasın-
da tezlik üzrə müdafiə zolağı daxil edilir. Məsələn, danışıq siqnallarının verilişi zamanı
bu tezlik zolağı 0,9kHs təşkil edir.

1.6. Rəqəmli çoxkanallı telekommunikasiya sistemləri

Kanalların zamana görə bölünməsi (KZB) üsulunda kanal siqnallarının ani qiymətlərinin
amplitudalarına bərabər amplitudalı qısamüddətli impuls ardıjıllığı formalaşdırılır. Bu zaman
birinji kanal üzrə impuls ötürüldükdən sonra ikinji, üçünjü və s. kanallar üzrə impulslar ötü-
rülür və bundan sonra veriliş dövrü təkrar olunur. Eyni bir kanalın iki qonşu impulsları ara-
sındakı interval digər kanalların impulslarının verilməsi üçün istifadə olunur. Kanal üzrə fasi-
ləsiz siqnalı (məsələn, danışıq siqnalı) ötürmək üçün həmin siqnal diskretləşdirilir. Amplitud-
impuls modulyasiyasından (AIM) istifadə etməklə diskretləşdirilən siqnal müxtəlif amplitu-
daya malik impuls ardıjıllığına çevrilir. Bundan sonra zamana görə bölünmə impuls siqnalla-
rının ötürülməsi prosesində olduğu kimi həyata keçirilir.
Kanalları zamana görə bölünən ÇKTS-lərinin sadələşdirilmiş struktur sxemi şəkil 1.3-də
verilmişdir.
A1 A1
с (t) ATS с (t) İlkin fasiləsiz siqnallar
1
ATS 1

hər bir kanal üzrə alçaq tez-


A2 A2 lik süzgəji (ATS) vasitəsi ilə
с (t) ATS Dövrə с (t)
2
ATS 2
məhdudlaşdırıldıqdan sonra
AN
bu siqnalları diskretləşdirən
AN
с (t) ATS с (t) açarlarına
N
ATS N

daxil olur. Bu
açarların işini generator ava-
GAver SSB SSQ GAqəb danlığı tərəfindən istehsal
olunan dövrü impuls ardıjıllı-
Şəkil 1.3 ğı idarə edir. Bu impulsların
izləmə tezliyi diskretləşdirmə
tezliyinə bərabərdir ki, bunun da qiyməti Kotelnikov teoreminə əsasən fasiləsiz siqnalın tezlik
spektrinin maksimum tezliyinin iki mislindən kiçik olmamalıdır, yəni Kanal im-
pulslarının izləmə periodu yə bərabərdir.
Müxtəlif kanalların elektron açarlarının işini idarə edən impuls ardıjıllıqları bir-birinə nə-
zərən bərabər zaman intervallarına sürüşdürülmüşdür ki, bu interval da kanal impulslarının iz-
ləmə periodundan və kanalların sayından asılı olaraq təyin olunur. Hər bir periodu
ərzində hər bir kanala məxsus elektron açarları bir dəfə qapanır. Açarların qapanma momen-
tində kanal siqnalının ani qiyməti xəttə ötürülür. Kanal siqnallarının hesabat ardıjıllığı qrup
AIM - siqnalını təşkil edir.
Qəbulediji son stansiyada kanal siqnallarının ayrılması elektron açarlarının
köməyi ilə həyata keçirilir. Açarların işini generator avadanlığının qəb) istehsal etdiyi im-

puls ardıjıllığı idarə edir. Ötürülən siqnalın uyğun qəbuledijiyə daxil olması üçün veriji və qə-
bulediji stansiyaların elektron açarları sinxron və sinfaz işləməlidir. Bu məqsədlə son veriji
stansiyadan son qəbulediji stansiyaya xüsusi sinxronlaşdırıjı siqnal (SSV) göndərilir ki, bu da
hər iki son stansiyanın generator avadanlıqlarının razılaşdırılmış iş recimini təmin edir.
Qəbulediji stansiyada AIM impuls ardıjıllığı əsasında ilkin analoq siqnalın bərpası alçaq tezlik
süzgəjləri (ATS) vasitəsi ilə həyata keçirilir.
Çoxkanallı telekommunikasiya sistemləri rabitənin yüksək keyfiyyətini təmin etməklə ya-
naşı, onun lazımi uzaqlığını da əldə etməyə imkan verməlidir. Bu halda rabitənin uzaqlığı bir
neçə min kilometrlərə çatdırıla bilər. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəyinə
görə beynəlxalq rabitənin uzaqlığı 25000 km-ə qədər ola bilər. Çoxkanallı rabitə texnikasının
vajib məsələlərindən biri 1,0km rabitə kanalının tikintisi və istismarı ilə qiymətləndirilən yük-
sək iqtisadi səmərəlilik əldə etməkdir. Bununla əlaqədar olaraq rabitənin lazımi keyfiyyətini
və uzaqlığını təmin etməklə həmin göstərijini minimuma endirməyə imkan verən ÇKTS-nin
layihələndirilməsi məsələsi də qoyula bilər.
Beləliklə, çoxkanallı rabitə texnikasının əsas məsələlərindən biri lazımi sayda kanal təşkil
etməyə imkan verən, rabitənin lazımi keyfiyyətini, etibarlılığını, effektivliyini və uzaqlığını
təmin edən telekommunikasiya sisteminin işlənib hazırlanmasıdır.

1.7. Optik çoxkanallı telekommunikasiya sistemləri

Optik telekommunikasiya sistemlərində (OTS) çoxkanallı rabitənin təşkili zamanı tətbiq


olunan kanalların tezliyə və zamana görə bölənmə prinsiplərindən istifadə olunur. Hər iki hal-
da tezlik və ya zaman üsulu ilə formalaşdırılan elektrik siqnalları optik daşıyıjı siqnalı
vasitəsilə modulyasiya edilir və sonra optik kabel üzrə ötürülür. Bu zaman modulyasiyanın iki
növündən - daxili və xariji modulyasiyadan istifadə oluna bilər. Daxili modulyasiya zamanı
elektrik siqnalı lazerin şəalandırma prosesinə təsir edir və siqnalın lazımi forma və intensivli-
yini təmin edir. Xariji modulyasiya zamanı xüsusi modulyasiyaediji qurğudan istifadə olunur
ki, bunun da köməyi ilə ötürülən siqnalın artıq formalaşdırılmış lazer şüalarına təsiri təmin
edilir. Yarımkeçiriji lazerlərə malik sistemlər üçün bir qayda olaraq daxili modulyasiyadan is-
tifadə olunur.
Optik telekommunikasiya sistemlərində əsasən optik daşıyıjı siqnalın intensivliyinin mo-
dulyasiyası üsulundan istifadə olunur ki, bu zaman şüalanmanın güjü elektrik siqnalının amp-
litudasından asılıdır. Optik telekommunikasiya sistemləri üçün intensivliyin modulyasiya
üsulunun seçilməsi siqnalın veriliş və qəbulunun realizasiyasının sadə olması ilə müəyyənləş-
dirilir. Prinsip etibarı ilə optik diapazondan istifadə olunması çox böyük veriliş sürəti əldə et-
məyə imkan verir, lakin müəyyən səbəblərdən həmin veriliş sürətini məhdudlaşdırmaq zəru-
riyyəti meydana çıxır. Bu məhdudiyyətlər veriliş traktının elementləri tərəfindən yaradılır və
başqa telekommunikasiya sistemlərində olduğu kimi, optik telekommunikasiya sistemlərinin
də rabitə xətlərindən çoxqatlı istifadəsinə gətirib çıxarır. Siqnalların modulyasiya və demodul-
yasiya üsullarından asılı olmayaraq optik telekommunikasiya sistemlərinin struktur sxemi şə-
kil 1.4-də verildiyi kimidir.

ŞM OM VOS ORX QOS FD Verilişdə müxtəlif kanal siq-


nallarının birləşdirilməsi və
qə- bulda onların ayrılması tele-
kommunikasiya sisteminin son
VRQ QRQ
standart avadanlığı vasitəsi ilə
hə- yata keçirilir. Çoxkanallı qrup
siqnalı veriji razılaşdırısı qur-
ÇKTS ÇKTS
ğu- dan (VRQ) keçərək ya optik
modulyatora (OM), ya da şüa-
1 23 N 123 N landırma mənbəyinə (ŞM) da-
xil Şəkil 1.4 olur. Modulyasiya olunmuş
şüalanmanın və optik rabitə
xəttinin (ORX) parametrlərini razılaşdırmaq məqsədi ilə xüsusi veriji və qəbulediji optik sis-
temlərdən (VOS və QOS) istifadə olunur. ORX-nin çıxışından siqnal qəbulediji stansiyaya
daxil olur, fotodetektorda (FD) optik siqnal elektrik siqnalına çevrilir və qəbulediji razılaşdırı-
jı qurğu (QRQ) vasitəsi ilə çoxkanallı telekommunikasiya sisteminin qəbulediji hissəsinə
ötürülür.

You might also like