You are on page 1of 565

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

MEHMAN AĞAYEV
SEVİNC ƏLİYEVA

OSMANLI TARİXİ
(DƏRS VƏSAİTİ)

ADPU-nun Tədris Metodiki Şurasının


6 iyul 2021-ci il tarixli iclasının
qərarına əsasən çap edilir (pr № 4 )

BAKI-2021
Redaktor: AMEA akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun Beynəlxalq
əlaqələr şöbəsinin müdiri, t.ü.f.d.
Gülər QAFQAZLI

Rəyçi: TC Bakü Büyükelçiliği Eğitim Müşaviri Dr.


Nihat BÜYÜKBAŞ

Mehman Ağayev, Sevinc Əliyeva. Osmanlı Tarixi (dərs


vəsaiti). Bakı: ”AVROPA” nəşriyyatı , 2021. 565 s.

Osmanlı tarixi fənni üzrə təqdim olunan bu dərs vəsaiti tarix və


tarix-coğrafiya müəllimliyi ixtisasları üzrə bakalavr pilləsində təhsil
alan tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsaitin hazırlanmasında əsas
məqsəd Osmanlı tarixini qərəzsiz və olduğu kimi tələbələrə çatdırmaq,
bu tarix haqqında mövcud olan müxtəlif yanaşmalara dair məlumat
verməkdir. Tələbələrdə, Dövlət-i Aliyyəyi Osmaniyyə haqqında elmi
bilikləri formalaşdırmaq, Osmanlı dövlətində mövcud olan siyasi
prosesləri, idarəçilik sistemi, beynəlxalq vəziyyət haqqında olan bilikləri
daha da dərinləşdirmək, tələbələrdə siyasi analiz keyfiyyətini
artırmaqdır.
Bu dərs vəsaitində Osmanlı tarixinin öyrənilməsinin xronoloji
çərçivəsimüəyyənləşdirilərək, dövrün öyrənilməsinə aid mənbəşünaslıq
və tarixşünaslıq materiallarının əhəmiyyəti şərh edilmişdir. Osmanlı
dövlətinin ərazi məkanında baş verən dəyişikliklərin izahıverilmiş,
dünyanın siyasi mənzərəsində baş vermiş dəyişikliklərdə Osmanlının
rolu dəyərləndirilmişdir.

ISBN-978-9952-8324-1-9

© “AVROPA” nəşriyyatı-2021
MÜNDƏRİCAT
Ön söz ..........................................................................................7
I. Osmanlı tarixinə giriş ...........................................................10
1. Osmanlı tolerantlığı (Pax Ottomana) ......................................10
2. Klassik dövr Osmanlı tarixşünaslığına qısa bir baxış .............14
3. Osmanlı siyasi tarixinin dövrlərə ayrılması ............................19
II. Osmanlı bəyliyinin tarix səhnəsinə çıxışı ..........................20
1. Osmanlının mənşəyi və quruluş tarixi haqqında irəli sürülən
mülahizələr .................................................................................20
2. Osmanlının quruluşu ərəfəsində Anadoluda siyasi
vəziyyət ......................................................................................28
3. Yeni bir dövlətin doğuşu və ilk Osmanlı fəthləri ..................31
III. Bəylikdən mərkəziyyətçi dövlətə keçid ............................39
1. Qısa bir müddətdə Osmanlı bəyliyinin inkişafını təmin edən
amillər ........................................................................................39
2. Orxan Qazi dövründə (1326-1362) Anadolu və Rumelidəki
fəthlər, həyata keçirilən islahatlar ..............................................40
3. Sultan titulunu daşıyan ilk Osmanlı hökmdarı I Murad
Xüdavəndigar (1362-1389) ........................................................46
IV. Sultan I İldırım Bəyazid dövrü (1389-1402)....................53
1. Anaoluda siyasi birliyi qurmaq siyasəti ...............................53
2. Bəyazidin xaçlılar üzərindəki zəfərləri .................................56
3. Əmir Teymur - İldırım Bəyazid münasibətləri .....................58
V. Fətrət (interreqnum) və bərpa dövrləri .............................62
1. Şəhzadələr arasında hakimiyyət uğrunda mübarizə ..............62
2. Osmanlı dövlətinin ikinci qurucusu sayılan Mehmed Çələbi
dövrünün mühüm hadisələri (1413-1421) .................................70
3. II Sultan Murad dövrü (1421-1444) – (1446-1451) ..............76
VI. İstanbulun fəthi və imperiyanın təşəkkülü ......................84
1. İstanbulun fəthi ilə tarixdə yeni çağ açan Fateh II Mehmed 84
2. Fəthdən sonrakı mühüm siyasi hadisələr ..............................91
3. Bir renessans hökmdarı Fatehin daxili siyasəti ..................106

3
VII. Osmanlı dövləti “qızıl dövr”ün astanasında: Sultan II
Bəyazidin hakimiyyəti illərində (1481-1512) daxili və xarici
vəziyyət ....................................................................................110
1. Cem Sultan məsələsi ...........................................................110
2. Osmanlı və Avropanın xristian dövlətləri arasında
münasibətlər .............................................................................113
3. II Bəyazid dövründə Məmlük və Səfəvilərlə siyasi
münasibətlər .............................................................................119
4. II Bəyazid dövründə baş verən maraqlı faktlar ...................131
VIII. Osmanlı dövləti Yavuz Sultan Səlim dövründə
(1515-1520)............................................................................. 134
1. Yavuz Sultan Səlim və şahzadələr arasında iqtidar
mübarizəsi ................................................................................134
2. Yavuz Səlim dövründə Osmanlı-Səfəvi münasibətləri ........136
3. Yavuz Səlimin Misir səfəri ..................................................148
4. Yavuz Səlimin qərbə səfər planı ..........................................153
IX. Osmanlı dövlətinin “qızıl dövrü”nün möhtəşəm
hökmdarı: Qanuni Sultan Süleyman (1520-1566)...............156
1. Qanuni Sultan Süleymanın hakimiyyətinin ilk illərində daxili
üsyanlar ....................................................................................156
2. Qanuni Sultan Süleyman dövründə Osmanlı və xristian
Avropası arasındakı münasibətlər ............................................158
3. Qanuni dövründə Osmanlının şərq siyasəti .........................170
4. Qanuni Süleymanın son Ziqetvar səfəri və vəfatı ...............178
X. Osmanlıda yüksəliş dövrünün sonu.................................182
1. Sultan II Səlimin dövründə (1566-1574) yaşanan siyasi
proseslər ...................................................................................182
2. Sultan III Murad dövründə (1574-1595) daxili və xarici
siyasət .......................................................................................192
XI. Quruluş və yüksəliş dövrlərində Osmanlıda dövlət
quruluşu və ordu sistemi .......................................................206
1. Osmanlıda dövlət anlayışı və idarə mexanizmi ...................206
2. Osmanlıda ordu sistemi........................................................214
3. Osmanlıda vergi sistemi ........................................................221
4. Osmanlıda torpaq sahibliyinin formaları .............................223
4
XII. Osmanlı dövləti durğunluq dövründə (1579-1699) .....225
1. Durğunluq dövrünün səbəbləri ............................................225
2. Osmanlıda daxili üsyanlar ...................................................237
XIII. Durğunluq dövrü islahatları və xarici siyasət ............250
1. Dövrün islahatları ................................................................250
2. Xarici siyasət .......................................................................260
XIV. Osmanlı geriləmə (düşüş) dövründə (1699-1792) ......284
1. XVIII əsrdə Osmanlı dövlətində ümumi vəziyyət ..............284
2. Geriləmə dövründə yenilik hərəkətləri ................................285
3 Geriləmə dövründə Osmanlının xarici siyasəti ...................294
XV. Yeni dövrün (Yakınçağ) əvvəllərində Osmanlı
dövləti ......................................................................................314
1. III Səlim dövrü (1789-1807) islahatları və siyasi
prosesləri ..................................................................................314
2. Sultan II Mahmud dövrünün (1808-1939) siyasi prosesləri və
modernləşməyə yol açan islahatlar ..........................................328
XVI. Osmanlı restavrasiyası: Tənzimat dövrü....................345
1. İslahatdan əvvəlki tarix və onu doğuran əsas şərtlər ...........345
2. Tənzimat dövrü islahatları ...................................................346
3. I Əbdülməcid dövrünün digər mühüm hadisələri ...............354
4. I Sultan Əbdüləziz dövrü (1861-1876)................................368
XVII. Osmanlıda konstitutsiyalı monarxiyaya keçid və Sultan
II Əbdülhəmid dövrü (1876-1908) ........................................375
1. I Məşrutiyyətin elanına qədərki siyasi proseslər .................375
2. Sultan II Əbdülhəmid dövrü................................................379
XVIII. Yeniləşmə dövründə Osmanlıda yayılan cərəyanlar
(düşüncə axınları)...................................................................421
1. Osmanlıçılıq ..........................................................................421
2. İslamçılıq (ümmətçilik) ........................................................423
3. Adəmi Mərkəziyyətçilik .......................................................425
4. Qərbçilik ..............................................................................426
5. Türkçülük ..............................................................................428
XIX. II Məşrutiyyət dövründə Osmanlıda cərəyan edən
siyasi-ictimai proseslər və dövlətin xarici siyasəti
(1908-1913)............................................................................ 443
5
1. Gənc Türklər hərəkatı və II Məşrutiyyətin elanı ...................443
2. II Məşrutiyyət dövrünün siyasi prosesləri ............................449
XX. Osmanlı dövləti I Dünya müharibəsi illərində.............463
1. I Dünya müharibəsinin başlıca səbəbləri.............................463
2. Osmanlı dövləti müharibənin başlaması ərəfəsində ............465
3. Osmanlı dövlətinin vuruşduğu cəbhələr, Dövlət-i Aliyyəni
parçalayan gizli müqavilələr və erməni təhciri ........................468
4. Brest-Litovskdan Mudrosa gedən yol .................................. 487
XXI. Türk Milli Qurtuluş Savaşı və Türkiyə
Cümhuriyyətinin doğuşu .......................................................493
1. Mudros müqaviləsindən sonra Türkiyədə siyasi vəziyyət ....493
2. Qurtuluş müharibəsində cəbhələr (Mudrostan Mudanyaya
gedən yol).................................................................................505
3. Osmanlı səltənətinin tarixə qovuşması və yeni Türk dövlətinin
doğuşu ......................................................................................517
XXII. Osmanlı mədəniyyəti...................................................527
1. Osmanlı memarlığı................................................................527
2. Osmanlı miniatürü ................................................................533
3. Osmanlıda təmizlik anlayışı və su mədəniyyəti ....................534
4. Osmanlı musiqisi və səhnə oyunları .....................................536
5. Osmanlı təhsil sisteminə qısa baxış ......................................541
İstifadə edilmiş ədəbiyyat siyahisi ........................................544

6
Ön söz

"Osmanlı tarixi" dərsi Azərbaycan universitetlərinin "Tarix


müəllimliyi" kafedrasında ilk dəfə bu ildən etibarən tədris planına
əlavə olunmuşdur. Bu dərs tarix təhsilində mütəxəssisləşmiş tarix
fakültələrinin 1-ci kurs tələbələri üçün düşünülmüşdür.
Tarix dərsləri sayəsində hər fərd və ya vətəndaş, ölkəsinin
və bütün dünyanın tarixi haqqında əsas məlumatları əldə edə bilir.
Tarix dərs kitabları eyni zamanda, dövlətin mənfəətlərini müdafiə
etmək üçün istifadə olunduğuna görə siyasi bir qaynaq olaraq
görülməkdədir. Məktəb və universitetlərdəki tarix dərsləri keçmiş-
dəki yaşanmışlıqların qiymətləndirilməsi üçün çox əhəmiyyətlidir.
Azərbaycandakı dərsliklərdə Türkiyə tarixi uzun bir müddət, Sovet
təhsil sistemi tərəfindən, Rusyaİmperiyasının xarici siyasəti və
Osmanlı İmperiyası münasibətləri konteksində verilmişdir.
Azərbaycan Respublikası müstəqilliyini yenidən əldə etdikdən
sonra, Türk xalqlarının ölkəmizdəki tarixinə və təhsilinə olan
maraq artmağa başlamışdır. Bununla yanaşı, təhsil sistemindəhələ
də köhnə düşüncələrin qalıqlarının olduğunu və günümüz
sistemiylə ziddiyyətlər təşkil etdiyini qəbul etmək lazımdır.
SSRİ dövründə "Şərqi Avropa Ölkələri Tarixi" dərsində
Varşava Paktı ölkələrinin də daxil olduğu Qərbi Slav xalqlarının
tarixinə üstünlük verilmişdi. Öz dövrü üçün ideoloji baxımdan
əhəmiyyətli olaraq qiymətləndirilə bilər bir tərəfi olan bu dərslər
günümüzun təlabatlarını qarşılaya bilmir.Sovet sonrası dövrdə
dərs proqramlarının hazırlanması, Sovet məktəbinin heyətləri
tərəfindən və Sovet ədəbiyyatına uyğun bir şəkildə edilirdi.
Bu akademik təqvimdən etibarən Təhsil Nazirliyi tərəfin-
dən "Türk xalqları və dövlətləri tarixi" proqramı təsdiq edilmişdir.
Türk xalqlarının bənzərsizliyi, mədəniyyətlər tarixinə iz buraxaraq
dövlətlər qura bilmişdilər.Məsələn Osmanlı tarixinə ayrıca dərs
ayırmaq, sivilizasiya tarixinə yenidən baxılması mənasına gəlir.
Sovet sisteminin təsiriylə uzun müddət Ümumi Tarix proq-
ramında, ABŞ və Latın Amerikası, Qərbi Avropa və Şərqi Avropa,
Asiya və Afrika ölkələrinin tarixi detallı bir şəkildə öyrədilirdi.
7
Türkiyə və İran tarixi isə, müsəlman olduqları belə ifadə
edilmədən, yalnız rus-türk, rus-iran döyüşləri və ya Qızıl Ordayla
olan münasibətlər ön planda tutulurdu.Ən böyük Türk sərkərdələri
və idarəçiləri, Avropa və Xristian mədəniyyətlərini yox edən və
Avropanın təhlükəsizliyini təhdid edən tiran və despotlar olaraq
təsvir edilirdi. Türkiyə ümumiyyətlə Avropa siyasətinin bir
vasitəsi olaraq təqdim olunurdu.
Bu kimi əskikliklərin və səhv qiymətləndirilmələrin aradan
qaldırılması üçün Türk tarixinə dair dərslərin təhsil proqramlarına
əlavə edilməsi lazımlı görülmüşdür. Məsələn Osmanlı tarixinin
araşdırılması, Türkiyə ilə tarixi, coğrafi, mədəni və dini yaxınlıq
olması səbəbiylə əhəmiyyətli görülməkdədir. Türkiyə üç qitədə,
Avropa, Asiya və Afrikada, uzun illər var olan tək Türk dövləti
olduğunu söyləmək kifayətdir.
Osmanlı tarixi tədrisi bir sıra problemləri də bərabərində
gətirmişdir. Bunun səbəblərini orta məktəbdə görmək mümkündür.
Orta məktəblərdəki tarix dərsliklərində Osmanlıya bağlı məlu-
matlar çox qısa və bəzəndə Sovet düşüncəsindən ilhamlanaraq
verilməkdədir. Eyni zamanda Osmanlı tarixinə bağlı tədqiqatlar
Azərbaycan Türkcəsində yox kimidir.
Müstəqillik sonrası təyin olunan tarix dərsləri, İslam
dünyası və Asiya mədəniyyətlərini geri qalmış olaraq görən Qərbi
Avropa və Şimali Amerika tarix elminin anlayış və terminlərini
"kor-koranə" köçürməyi özü üçün hədəf seçmişdi deyə bilərik.
Onsuz da Sovet dövründə hökm sürən Marksist yanaşma da öz
içində Avropa mərkəzçilik ehtiva edirdi. 19-cu əsrin irqçi müs-
təmləkəçi Avropa mərkəzçiliyi və 20-ci əsrin ikinci yarısının irqçi
deyil, "daha" demokratik olan Avropa mərkəzçiliyi yalnız Qərbin
müstəmləkə siyasətlərini əsaslandırmağa çalışırdı. Tarix kitabla-
rında Osmanlı İmperiyasının dəniz qüdrətinə dair hər hansı bir
məlumat verilmədiyi halda, İspaniya armadası və ya İngilis hərbi
dəniz gücüylə əlaqəli kifayət qədər məlumatlar vardı.
Amma Osmanlı, bəşər tarixin bir parçası olaraq, böyük bir
türk-Müsəlman dünyası, tolerantlıq və rəhbərlik nümunəsi kimi
qarşımıza çıxır. Altı əsrlik hakimiyyəti xüsusi bir xronologiyaya
8
layiq olduğunu qəbul etmək lazımdır.Osmanlı dövləti, bütün
Müsəlmanların himayəsini öz üzərinə götürdü və onlara sanki bir
məşəl olaraq xidmət etdi. Müasir dövrdəki nəvələri üçün bu tarix,
ideallarını, inanclarını, vətənlərini və qürurlarını qorumaq adına
yüksək səviyyədə mədəniyyət, təhsil, dayanıqlılıq, mətanət, cəsa-
rət və igidliyin bir göstəricisidir.

Ümumi Tarix və Tarixin tədrisi


kafedrasının müdiri, tarix elmləri doktoru
Sevinc İsrafil qızı Əliyeva

9
I. OSMANLI TARİXİNƏ GİRİŞ

1. Osmanlı tolerantlığı (Pax Ottomana)

Osmanlı dövləti türklərin tarixi nüfuz dairəsi baxımından


ən böyük nailiyyəti olmuş və ən geniş ərazini əhatə etmişdir. 623
il davam edən bu böyük imperiyaAralıq dənizi və Qaradənizi əhatə
edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm
sürmüşdür. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları
ilə birlikdə bir dövlətdə birləşdirmişdir. Tarixdə belə geniş tor-
paqlara bu qədər uzun müddət hökmranlıq edən digər quruluşlar
Roma və Britaniya imperiyaları olmuşdır. Osmanlı dövlətində
(Dövlət-i Aliyyə) 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən
etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz
üzərinə götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, dövlət
Afrikada təqribən 4 əsr, Avropada 5,5 əsrdən çox, Asiyada isə
bütün hakimiyyəti boyu qalmışdır.
XV-XVI əsrlərdə özünün çiçəklənmə dövrünü yaşayan
Osmanlı dövləti ərazisinə görə dünyada I-ci yeri tuturdu. Onun
tarixinin tədqiqi təkcə bu dövlətin deyil, eyni zamanda bu gün
Avropa, Asiya, Afrikanın 38 dövlət və federal respublikasının
tarixinin, mədəniyyətinin tədqiqinin bir hissəsidir. Bu mənada
Osmanlı dövlətinin tarixinin tədqiqi aktual elmi əhəmiyyət kəsb
etməkdədir.
623 il hakamiyyətini davam etdirən bir dövlət və onun
təcrübələri şübhəsiz ki, bir çox cəhətdən tənqid edilə bilər. Bununla
yanaşı imperialist ölkələrə asanlıqla aid edilə biləcək işğal,
müxtəlif şəxsiyyət və mədəniyyətlərə zülm etmə ittihamı Osmanlı
dövləti üçün açıq bir böhtan olacaqdır. Türkiyədə müəyyən kəslər
bunun ziddinə Osmanlı dövlətini fərqliliklərə yönəldilmiş
assimilyasiya siyasəti tətbiq etmədiyi üçün tənqid edirlər. Onların
fikrincə belə bir siyasət tətbiq edilsəydi, Osmanlıların idarə etdiyi
coğrafiya bu gün daha çox türk və müsəlman olardı. İngiltərə və
Fransa tərəfindən idarə olunan icmaların bu gün daha çox bu
ölkələrə oxşadığı nəzərə alındığında, bu iddianın əsassız
10
olmadığını görmək mümkündür. Ancaq qeyd etmək lazımdır ki,
Osmanlı dövləti tərəfindən belə bir siyasətin olmaması özünü
imperialist ölkələrdən fərqləndirən faktlardan biridir.
Osmanlı dövlətinin əsrlərlə hakimiyyətini davam etdirdiyi
coğrafiyalar hazırda “qan gölü”nə çevrilmişdir. Balkanları, Yaxın
Şərqi, Afrikanı əsrlərlə sülh içərisində, bu gün belə əldə edilə bil-
məyəcək tolerantlıqla, fərqli din və mədəniyyətlərə hörmət içində
idarə edib. Bu vəziyyətin konkret ifadəsi Osmanlı dövlətinin haki-
miyyətində ikən, Osmanlı coğrafiyasındakı bütün fərqliliklərin öz
dilləri, mədəniyyətləri və dinlərilə yaşaya bilmələri və Osmanlının
sözü gedən coğrafiyadan çəkilməsindən sonra fərqliliklərini eyni
şəkildə davam etdirə bilməmələridir. Osmanlının tolerantlığı
ədəbiyyatda Pax Ottomana (Osmanlı sülhü) olaraq qeyd olunur.
Osmanlının təmin etdiyi tolerantlığın qiyməti Amerikanın kəş-
findən sonra Amerikanın yerlilərinə edilən rəftar, yerlilərin din-
lərinin, dillərinin, mədəniyyətlərinin yox olması; İngiltərənin Hind
coğrafiyasında təqribən 150 il qalmasına baxmayaraq, buralarda
qurulan ölkələrin rəsmi dillərindən birinin də ingilis dili olması ilə
müqayisə edildiyi zaman daha yaxşı təqdir edilir.
Təəssüflər olsun ki, Qərb ədəbiyyatında və bəzi ərəb
ölkələrinin dərs kitablarında da arabirOsmanlı dövləti haqqında
həqiqəti əks etdirməyən məlumatlar verilməkdədir.
Livanlı və xristian olan, bir çox qiymətli əsərin yazıçısı
olan Amin Maaloufun imperialist ölkələri ilə Osmanlı dövlətini
müqayisə etmə mənasını da daşıyan bu sözlərini,Osmanlıya və
İslama qarşı yönələn ittihamlara bir cavab olaraq qəbul etmək olar:
“Heç bir din tolerantsızlıqdan azad edilmiş deyildir. Lakin
bu iki “rəqib” dinin (xristianlıq və islam) bir tarazlığı ortaya
qoyulacaqsa İslam heç də pis görünmür. Əgər atalarım müsəlman
orduları tərəfindən fəth edilən bir ölkədə xristian olmaq əvəzinə
xristianlar tərəfindən fəth edilən bir ölkədə müsəlman olsaydılar,
onların inanclarını qoruyaraq 14 əsr kənd və şəhərlərində
yaşamağa davam edə biləcəklərini zənn etmirəm. Həqiqətdən də
İspaniyadakı müsəlmanlara nə oldu? Sicilyadakı müsəlmanlar?

11
Yox oldular, bir adam da qalmayacaq şəkildə qətl edildilər, sürgün
yaxud zorla xristian edildilər”.
İsrailli tarix professoru, son zamanların populyar yazarı
Yuval Noah Hararin “Pax Ottomana”nı Osmanlı sülhünü,
tolerantlığını dəqiq şəkildə ortaya qoymaqdadır:
“Orta əsr Avropasında tolerantlığın işarəsi də yox
idi.1600-cü ildə Parisdə hər kəs katolik idi. Bir protestant şəhərə
girdiyi zaman onu öldürürdülər. Londonda hər kəs protestant idi.
Bir katolik şəhərə girəndə onu öldürürdülər. O illərdə Avropada
yəhudilər sürgün edilirdi.Heç kəs müsəlman istəmirdi. Halbuki
həmin dövrdə İstanbulda fərqli məzhəblərdən müsəlmanlar,
katoliklər, ermənilər, ortodokslar, rumlar, bolqarlar yan-yana
xoşbəxt yaşayırdılar”.
1955-ci illərdə Yuqoslaviyanın Buxarestdəki səfirliyində
keçirilən toplantıda bir serb diplomatı, bir çox ölkənin rəsmi
nümayəndələri qarşısında bu sözləri bəyan etmişdi: "Biz serblər
varlığımızı Şeyxülislam Zenbilli Əli Əfəndiyə borcluyuq!"
Hələ XVI əsrin əvvlllərində bəzi serb ictimai xadimləri
Osmanlı sultanına xoş görünmək üçün Serbiyanın tamamilə
İslamlaşması kimi fikirlər səsləndirmişdilər. Yavuz Sultan Səlim
bu mövzuda Zenbilli Əli Əfəndidən fikirlərini soruşduqda: "Əsla,
mənim Sultanım! İslam dinində belə bir şey yoxdur. Hər kəs istəsə
əgər, zorla deyil könüllü şəkildə İslamı qəbul edə bilər. Bir millətin
dinini zorla və bir neçə nəfərin istəyi ilə dəyişmək olmaz. Bu,
İslama ziddir!" dedi və belə bir yanlış hərəkətin qarşısını aldı. Bu
səbəbdən də serb diplomatı varlıqlarını Şexülislamın şəxsində
Osmanlı tolerantlığıylaəlaqələndirmişdi.
2016-cı ildə Macarıstan Parlamentinin spikeriolan Laszlo
Köver,parlamentdəki çıxışlarının birində: ''Macaristanda, 150 illik
Osmanlı dövründə dini tolerantlıq höküm sürdü.'' -deyə bəyanatı
da Osmanlı tolerantlığına bir nümunədir.
Osmanlı dövləti “millət sistemi” adlandırılan bir sistemlə
idarə edilirdi. Bu sistemin başlıca xüsusiyyəti onun fərqli inanclara
malik insanlara öz dinlərini, hətta hüquqlarını istədikləri şəkildə
yaşamaq imkanı verməsi idi. Quranda əhli-kitab olaraq göstərilən
12
xristian və yəhudilər Osmanlı torpaqlarında humanizm, təh-
lükəsizlik və azadlıq qazanmışdılar. Millət sisteminə görə, hər dini
icma öz liderinə - müsəlmanlar Xəlifəyə, pravoslavlar Konstan-
tinopol patriarxına, yəhudilər Hahambaşı baş ravvinə, erməni
əhalisi katolikosa tabe idi.
Bir çox tarixçi və siyasətçilər də bu həqiqətə diqqət
yetirmişdir. Bunlardan biri də dünyada məşhur olan YaxınŞərq
tarixi üzrə mütəxəssis, Kolumbiya Universitetinin (ABŞ)
Professoru Dr. Edvard Səiddir. Qüdslü xristian ailədə doğulmuş və
Amerika universitetlərində uzun müddət təcrübə toplamış Edvard
Səid İsraildə nəşr olunan “Na`aretz” qəzetinə müsahibəsində
YaxınŞərqdə daimi sülhün bərqərar edilməsi üçün “Osmanlıların
millət sistemi”ni məsləhət görmüşdür. Professor Səidin izahı
belədir:
“Ərəb dünyasındakı digər etnik qruplar necə yaşaya
bilirsə, ərəblər arasındakı bir yəhudi azlığının yaşaması da müm-
kündür… Bu, Osmanlı imperiyasının idarəçiliyi altında çox gözəl
şəkildə baş vermiş və tətbiq olunmuşdur. Onların sistemi hazırda
sahib olduğumuzdan daha insanpərvər olması ilə seçilir”.
Bu kimi tarixi faktların sayı çoxdur. Osmanlı arxiv
sənədlərində və o dövrün xarici mənbələrində Dövlət-i Aliyyənin
qeyri-müslümlərə qarşı izləmiş olduğu himayəçilik və qoruma
siyasəti, ədalət anlayışı haqqında çox sayıda məlumatlar vardır.
Müasir dövrdə başqa millətlərin təmsilcilərinin Osmanlı tole-
rantlığı haqqında söyləmiş olduqları sözlər və etiraflar isə, ayrıca
əhəmiyyət kəsb etməkdədir.
Ona görə də, türklərin qurmuş olduqları ən uzun ömürlü
Osmanlı dövləti tarixini öyrənərkən o dövrün sənədlərinə istinad
etməli və obyektiv təhlil aparılmalıdır.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürkün səsləndirdiyi bu sözlər hər bir tədqiqatçının yaddaş
kitabına yazılmalıdır:
“Tarih yazmak, tarih yapmak kadar mühimdir. Yazan
yapana sadık kalmazsa değişmeyen hakikat, insanlığı şaşırtacak
bir mahiyet alır”
13
(Tarix yazmaq-tarixi yaratmaq qədər çətindir. Əgər yazan
yaradana sadiq qalmazsa, yazılan tarix insanları çaşdıracaq
mahiyyət alır.)

2. Klassik dövr Osmanlı tarixşünaslığına qısa bir baxış

Anadolunun şimal-qərbində Bizans imperiyası sərhəd-


lərində qurulmuş kiçik Türkmən bəyliyi ikən, tarix səhnəsinə
çıxdıqları coğrafiyanın ictimai və siyasi quruluşunun gətirdiyi
dinamiklər sayəsində zamanla böyük bir imperiyaya çevrilən
Osmanlının altı əsrdən çox sürən tarixinə dair tədqiqatların sayının
artması sevindirici bir haldır.
Osmanlı tarixşünaslığı dövlətin qurulma tarixi ilə müqa-
yisədə olduqca gec başlamışdır. Osmanlı İmperiyasının tarix
səhnəsinə çıxdığı və güclənməyə başladığı XIII əsrin sonu -XIV
əsrə aid Osmanlı türk mənşəli mənbələr olmadığı kimi, o dövrdə
digər millətlərin tarixçilərinin yazdığı mənbə əsərləri də çox azdır.
Üç Bizans tarixçisi Meres, Nicephoras, Kantakousenos və üç ərəb
səyyahı və coğrafiyaçısı İbn Battuta, İbn Səid, əl-Umarinin əsər-
lərində Osmanlı bəyliyi haqqında verilən məlumatlar isə son
dərəcə məhduddur.
Osmanlı Dövləti haqqında məlumat verən tarixi mənbələr
bu dövlətin quruluşundan sonra, XV əsrin başlarından etibarən
yazılmağa başlamışdır. Bu baxımdan XV əsrin ilk yarısı, xüsusilə
II Murad dövrü (1421-1451), Osmanlı tarixşünaslığının başlanğıcı
olaraq qəbul edilir.
Bəs, sual yarana bilər, II Murad dövrünə qədər Osman-
lılarda tarix əsəri yazılmayıbmı? Əlbəttə yazılmışdır, ancaq bu
əsərlərdən biri istisna digərləri günümüzə gəlib çatmamışdır.Yazı
nüsxəsi günümüzə gəlib çatan olan ən erkən Osmanlılar haqqında
məlumat ala biləcəyimiz ilk mənbə, 1390-ci illərdə Türkcə yazıl-
mış Əhmədinin “İsgəndərnamə” adlı əsəridir. 1412-1413-cü illər-
də vəfat edən Əhmədi, Böyük İsgəndər əfsanəsi əsasında hazır-
lanan bu poetik kitabda fəlsəfə, ilahiyyat, tibb və tarixdən bəhs

14
edir. 8 mindən çox cütlükdən ibarət bu məsnəvinin 340 cütündə
Osmanlıdan bəhs edilir.
Əhmədinin bu mənzum əsərindən başqa, II Murad dövrünə
qədər Osmanlı tarixi haqqında yazılmış olan hər hansı bir tarix
əsəri bilinməməkdədir. Bu dövrdə daha çox, Türkiyə Səlcuqluları
ve Bəylikləri dövründə ərəbcə ya da farsca olaraq qələmə alınmış
olan əsərlərin türkçə tərcümələrinə rast gəlinməkdədir. Müxtəlif
mövzularda olan bu tərcümələr Anadolu coğrafiyasında höküm
sürən bəylər adına türkcəyə tərcümə edilmişdir.
Osmanlı mənbələrindən müasir zamana qədər qorunub
saxlanılan ən qədim nümunələrdən biri də 1470-80-ci illərdə
Dərviş Əhməd Aşiqi(Aşıqpaşazadə) tərəfindən yazılmağa başla-
yan "Tevarih-i Âl-i Osman" (Osman sülaləsinin salnaməsi) əsəri-
dir. Bu əsərin ortaya çıxmasında isə Yaxşi Fakih Mənakıbnamə-
sinin böyük rolu olmuşdur. İmperiyanın ilk məşhur salnaməçisi
Yaxşi Fakih (1413-cü ildən sonra vəfat etmişdir) olmuşdur, onun
atası Orxanın yanında imam idi. Yaxşı Fakih“Menakıb-ı Ali
Osman Yıldırım Han’a Gelince” adlı əsərində Osmandan başla-
yaraq I Bəyazidə qədər olan dövrü salnamə şəklində qələmə almış-
dı. Bu salnamənin əsli müasir zəmanəyə qədər gəlib çatmamışdır,
lakin hesab olunur ki, o, sözbəsöz olaraq Aşıqpaşazadə və bir sıra
digər Osmanlı tarixçilərinin əsərlərinə daxil olmuşdur. Eyni
mətndən Yaxşi Fakihin özü haqqında da məlumatlar götürül-
müşdür. İlk dövrlər haqqında əhəmiyyətli məlumatlar verən bir
tarix yazan Aşıqpaşazadə, 1413-cü ildə Gəbzədən keçərkən
xəstələnmiş və Yaxşi Fakihin evində qonaq olmuşdur. Burada
Yaxşi Fakihin yazdığı kitabı görüb oxumuş və öz tarixini yazarkən
buradakı məlumatlardan istifadə etmişdir. Bu mənakıbnamə,
ehtimal ki, Osmanlı bəyliynin ilk illəri haqqında məlumat verən
Tevârih-i Al-i Osman üçün bir qaynaq rolunu oynamışdır.Tevârih-
i Âl-i Osmân və ya Aşıqpaşazadə tarixi kimi də bilinən bu əsər
tamamən Osmanlılardan bəhs edən ilk Türkcə əsərlərdən biridir.
Çələbi Mehmet, II Murad və Fateh Sultan Mehmed
dövründə yaşamış Aşıqpaşazadə, II Murad dövründə (1438/39) və
II Kosovo səfərləri sırasında (1448), Fateh dönəmində İstanbulun
15
fəthində iştirak etmişdi. Həyatının son illərində gördüyü, eşitdiyi
və şahidi olduğu hadisələri xronoloji ardıcılıqla bir Osmanlı tarixi
yazmağa başladı. 1476-cı ildə yazmağa başladığı bu əsərin Ankara
müharibəsinə qədər olan hissəsini ilk bilinən Osmanlı tarixi kitabı
olduğu deyilən, lakin bu günə qədər gəlib çatmayan "Yaxşi Fakih
Əfsanəsi"ndən (Mənakıbnaməsi) köçürmüşdü. Sonrakı hadisələri
isə eşitdikləri və gördükləri kimi izah etdiyi təxmin edilir.
II Murad dövründə ədəbiyyat ve başqa elm sahələrindəki
müsbət faəliyyətlərə paralel olaraq tarixşünaslıq da inkişaf etmişdi.
Xüsusilə Əmir Teymurun varislərindən Şahruxun: “öz soyunun
Osmanlıdan üstün olduğu üçün türk törəsinə görə də Teymuri
hakimiyyətinə tabe olunması iddiası” , Osmanlı tarixşünaslığının
başlamasında vacib amil olmuşdur. II Murad, Yazıçızadə Əliyə
Osmanlı tarixinə dair bir əsər yazmasını əmr etmişdi. Yazıçızadə
Əli də, İbn Bibinin “El-Evamirü’l-Alâ’iyye fi’l-Umûri’l-
Alâ’iyye”adlı əsərinin bəzi hissələrini dəyişdirib, əlavələr edərək,
Osmanlının mənşəyinin Ali Çingizdən daha yüksək olduğunu
vurğulamışdı. Ümumiyyətlə, II Murad dövründən başlayaraq
yazılan, Tevârih-i Âl-i Osmân adı verilən və çoxunun müəllifi
bilinməyən anonim tarix qaynaqlarında Osmanlıların soyunun
Oğuz Xaqana vəNuhun oğlu Yafəsə qədər uzandığı qeyd olmuş-
dur.
Osmanlı tarixi haqqında məlumat veren ilk salnamələr olan
bu Tevârih-i Âl-i Osmânlar, II Muraddan sonraki dövrlərdə,
xüsusilə Fateh Sultan Mehmed ve II Bəyazid dövründə də davam
etmiş, hətta bu adət Qanunî Sultan Süleyman dövrünə qədər gəlib
çatmışdır. Bu xronikaların çoxunun kim tərəfindən yazıldığını
müəyyən etmək çətindir. Çox sadə dillə, XV əsr Anadolu insanının
danışdığı Türkcə ilə yazılmış olan bu əsərlərə daha sonra bəzi
əlavələrin edildiyi anlaşılmaqdadır.
Klassik dövr Osmanlı tarixçiləri arasında əslən Şirvandan
olan Şükrullahınadını da qeyd etmək lazımdır. I Mehmed, II Murad
və Fateh Sultan Mehmed dövrlərində yaşayan Şükrullah. xüsusilə
II Muradın rəğbətini qazanaraq, əvvəlcə Karamanoğullarına, daha
sonra Qaraqoyunlu sarayına səfir göndərilmişdir.
16
Şükrullah 1456-1459 illəri arasında Behçetü't-Tevârih adlı
Fars dilində yazmış olduğu əsərini dövrün böyük vəziri Mahmud
Paşaya təqdim etmişdir. Şükrullahın bu əsəri 13 fəsildən ibarət
olan bir dünya tarixidir və son hissəsi Osmanlı tarixinə aiddir. Bu
hissədə Osmanlı Dövlətinin qurulmasından Fateh dövrünə qədər
baş verən hadisələrdən bəhs olunur.
Klassik dövr Osmanlı tarixçilərindən Ənvərinin “Düstür-
namə” (XV əsrin ortaları), Mövlana Cəlaləddin Ruminin soyundan
gələn,Fateh Sultan Mehmed kimi böyük bir hökmdarın sadrazamı
(baş vəzir) olan Karamani Mehmed Paşanın “Tevârihü’s-
Selâtini’l-Osmâniyye” əsərləri də mühüm mənbələr sayıla bilər.
Fatehdən sonra hökmdar olan oğlu II Bəyazid dövründə
Osmanlı tarixi haqqında olduqca çox əsərlər qələmə alınmışdır. II
Bəyazidin elm adamlarını himayə edib onları əsər yazmağa təşviq
etməsi nəticəsində bu dövrdə tarixşünaslıq çox inkişaf etmiş və
mühüm əsərlər yazılmışdır.
II Bəyazid dövründə yazılan Osmanlı tarixlərindən
birincisi, yuxarıda da qeyd etdiyimiz Aşıqpaşazadətərəfindən
yazılmış Tevârih-i Âl-i Osmân adlı əsərdir.
II Bəyazid dövründə yazılmış başqa bir Tevârih-i Âl-i
Osman da Oruç b. Adil tərəfindən yazılmış əsərdir.Bir çox kitab-
xanada əlyazma nüsxələri olan “Oruc Tarixi” Alman Türkoloq
Franz Babinger tərəfindən Oxford və Cambridge-də tapılmış iki
nüsxə müqayisə edilərək nəşr edilmişdi.
Uzun Həsənin oğlu Yakub Bəyin sarayında katib olarkən
1501-ci ildə Osmanlı dövlətinə sığınan İdris Bitlisi, II Bəyazidin
əmri ilə 1502-ci ildə Fars dilində böyük bir Osmanlı tarixi yazdı.
Heşt bi-Hişt (Səkkiz cənnət)adlı bu əsər 8 Osmanlı padışahının
hakimiyyət dövrlərini əks etdirməkdədir.
II Bəyazid dövrünün ən əhəmiyyətli tarixçilərindən biri də
Kamal Paşazadədir (ibni Kamal).II Bəyazidin əmri ilə türkcə bir
Osmanlı tarixi qələmə almışdır. 1505-ci ildə tamamlanan əsər 10
dəftərdən ibarətdir, hər sultanın hakimiyyət dövrü bir dəftər təşkil
edir. Elmi tarixçilik Kamal Paşazadə ilə başlayır, çünki əsərdə

17
hadisələr ön plana çıxır və bu hadisələrsəbəb-nəticə əlaqəsində sa-
də bir şəkildə dəyərləndirilir. Kamal Paşazadə Qanuni Süleyman
dövründə şeyxülislamlıq vəzifəsinə qədər yüksələ bilmişdi.
Osmanlı tarixşünaslığında II Bəyazid dövründə bir çox
ətraflı əsərlər yazılmışdı. Bunun səbəbi IIBəyazidin bütün alimləri
himayə etməsi və onları əsər yazmağa təşviq etməsidir. Buna görə
də bu dövrdə həm tarixdə, həm də digər elm sahələrində mühüm
əsərlər yaradılmışdı.
II Bəyazid dövründən sonra ümumi tarixlərlə yanaşı, yalnız
bir hökmdarın və ya müharibənin tarixini izah edən tarixlər də
yazılmağa başladı. Səlimnamə və Süleymannamə kimi əsərlər
məhz bunlardan sayılır. Daha sonra Şahnamə tipində miniatür
əsərlər ortaya çıxdı. XVII əsrdən etibarən isə salnamələr
(vekayinamus) və illik kitablar da yazılmağa başlanmışdı.
Osmanlının quruluş dövrünü təsvir edən bu mənbələri
dəyərləndirərkən, mütləq nəzərə alınmalıdır ki, bütün bu salna-
mələr Osmanlı sülaləsinin banisinin (Osman Qazi) ölümündən
xeyli bir zaman keçdikdən sonra yazılmışdır. O vaxta qədər isə
Osmanlının qurucuları haqqında müəyyən əfsanə və rəvayətlər
formalaşmışdı. Ayrıca bu salnamələr XV əsrin sonu — XVI əsrin
əvvəllərində Osmanın nəsil davamçılarının sifarişi ilə və nəzarəti
altında yaradılırdı. Tədqiqatçılar hesab edirlər ki, Osmanlı
tarixinin erkən dövrü ilə bağlı hekayələrdə həqiqəti bədii ədəbiy-
yatdan ayırmaq olduqca çətindir.
Hətta Kolin İmberbaşda olmaqla bəzi Qərb tədqiqatçılarına
görə,Osmanlı bəyliyinin quruluşu haqqında bütün məlumatlar,
xeyli sonradan yaranan və inkişaf etdirilən şifahi rəvayətlər və
əfsanələrə söykəndiyindən, Osman Qazi və onun ardıcılları ilə
bağlı demək olar ki, bütün faktlar uydurmadır.
XVIII əsrdən etibarən Osmanlıda bir çox sahədə hiss edilən
qərbləşmə, Osmanlı tarixşünaslığına da təsir etmişdi. Daha çox
hərbi sahədə həyata keçirilən islahatlarla yanaşı mədəni sahədə də
yeni addımlar atılmışdır. İbrahim Mütəfərriqa tərəfindən qurulan
ilk Osmanlı mətbəəsində (1727) hərb sənəti, idarə etmə və tərcümə

18
əsərləri ilə yanaşı Osmanlı tarixçilərinin də əsərlərinin nəşr
olunaraq, daha geniş kütləyə çatdırılma imkanı əldə etmişdi.
XIX əsr Osmanlı tarixçilərinin əsərlərinə baxdığımızda isə,
geriləmənin prosesindəki dövlətin qurtarılması üçün ilk əvvəl
keşmişi incələyib dərs çıxarılması kimi mövzuların qabardıldığı
görülməkdədir.

3. Osmanlı siyasi tarixinin dövrlərə ayrılması

Osmanlı siyasi tarixinin daha rahat tədqiq olunması üçün


Türkiyəli tarixçilər tərəfindən Osmanlı tarixi dövrlərə ayrılmışdır:
1- Quruluş dövrü (1299 (1302) - 1402)
2- Fətrət (hökmdarsızlıq/ fasila-i-saltanat - interregnum)
dövrü (1402-1413)
3- Toparlanma (bərpa) dövrü (1413-1451)
4- Yüksəliş dövrü (1453-1579)
5- Durğunluq dövrü (1579-1699)
6- Geriləmə dövrü (1699-1792 )
7- Dağılma dövrü (1792-1922)

19
II. OSMANLI BƏYLİYİNİN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI

1. Osmanlının mənşəyi və quruluş tarixi haqqında


mülahizələr

Tarix literaturasında Osmanlı kəliməsi 3 şeyi ifadə etməkdədir:


- Xanədanlığın adını
- Dövlətin adını
- Bu dövlətin təbəəsinin adını
Osmanlı tarixinin erkən dövrü haqqında ilk Osmanlı yazılı
mənbələrinin quruluşundan 100 il sonra ortaya çıxması,
xanədanlığınının mənşəyini və quruluş dövrü hadisələrinin
xronologiyasını təyin etməkdə böyük çətinliklər yaradır.
1916 ilində “The Foundation of the Ottoman Empire: A
History of the Osmanlis up to Death o Bayezid I (1300-1403)” (I
Bəyazidin (1300-1403) ölümünədək Osmanlı İmperiyasının
Tarixi) adlı bir kitab qələmə alan Herbert Adams Gibbons-dan
(1880-1934 ) günümüzə qədər bu mövzularda elmi müzakirələr
davam edir. Fuad Köprülü, Paul Vittek, Halil İnalcık, Faruk
Sümer, Paul Lindner, Kolin Imber, Heath Lowry, Feridun
Emecen,Cemal Kafadar, Murat Bardakçı kimi bir çox tədqiqatçı
bu müzakirələrə qatılaraq Osmanlının mənşəyi və quruluş tarixi ilə
əlaqədər müxtəlif fikirlər səsləndirmişlər.
Rəsmi qəbul olan tarixə görə Osmanlı dövlətini yaradan və
ona öz adını verən Osman Qazi Oğuz türklərinin Qayı boyundan
idi. Oğuz türkləri Oğuz xanın 6 oğlundan törəmiş 24 boydan ibarət
idi. Qayı, oğuzların Bozaklar qolundan olan Gün xanın böyük
oğlunun adı idi.Qayı kəlməsi, “möhkəm, qüvvət və qüdrət sahibi”
deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir.
Oğuz Xan oğlu Gün Xan oğlu Qayının, bu boyun cəddi olduğu
söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu
məqamda qalmışdır. Bu səbəblə Qayı boyu Oğuz boyları arasında
ilk sırada göstərilməkdədir. Qayılar Səlcuqlularla birlikdə fəth
sırasında və daha sonra Anadoluya yerləşdilər. Osmanlı dövlətinin

20
quruluşunda nüvə rolunu oynadılar. Osmanlılar zamanında
Rumelinin fəthi və məskunlaşmasına qatıldılar.
Sultan İkinci Murad soyunun bu boya mənsubiyyətini
göstərmək üçün sikkələrinə Qayı boyuna aid iki ox və bir yaydan
təşkil olunmuş simvolu qoydurmuşdu. Sonrakı padşahlar döv-
ründəki sikkələrdə görülməyən Qayı damğasının Qanuniyə qədər
müxtəlif əşya və silahlar özərinə qoyulmasına davam edilmişdir.
Osmanlıların Qayı boyuna mənsub olmasını Avstriyalı
tarixçi Paul Vittek (1894-1978) öz əsəri “Osmanlı imperiyasının
doğuşu”nda təkzib etmişdir. Vittek dövlətin quruluşundan 100-150
il sonra yazılan qaynaqlara əsasən Osmanlının kökünün Qayılara,
oradan isə Yafəs və Nuh peyğəmbərə qədər uzandığını əks etdirən
əfsanənin inadırıcı olmadığını qeyd edir.Osmanlıların Anadolunun
uclarında məskunlaşan toplama bir qəbilə, bir qazi birliyi olduğu
tezisini müdafə edir. Vittekə görə, II Murad dövründə Anadoluda
digər bəyliklər üzərində üstünlük qurmaq və Osmanlı hakimiy-
yətini leqallaşdırmaq üçün Qayı soyuna mənsubiyyət məsələsi
qabardılmışdır.
Osmanlıların Oğuz xanın övladlarına mənsub olmadığını
söyləyən başqa bir tədqiqatçı da Alman əsilli Josef Markvartdır
(1864-1930). 1914-cü ildə nəşr ettiği Kumanlar ilə əlaqəli tədqi-
qatında Osmanlıları bir Monqol topluluğu olarak təsvir etmişdi.
Osmanlıların atalarının Çingiz xanın mənsub olduğu Kay soyun-
dan gəldiyini demişdi. Osmanlıların əcdadlarının Anadoluya XIII
əsrdə monqollarla gəldiyini iddia etmişdir. Əslən başqırd türkü
olan keçən əsrin böyük tarixçisi sayılan Zəki Vəlidi Toqan (1890-
1970) da Markvardın bu iddialarına bənzər “Türkləşmiş Monqol”
tezisini irəli sürmüşdü. Lakin həm Markvard, həm də Toqanın
görüşləri Türkiyəli tarixçi Fuad Köprülünün tənqidinə məruz
qalmışdı. Köprülüyə görə, Divanı Lûgat’it Türkdə (1072-1074 )
keçən “Kay”ları “Qayı” olaraq izah edilməsi doğru deyildir. Oğuz
boyu olan Qayılar Səlcuqlularla bərabər XI əsrdə Anadoluya
gəlmişdir. Ayrıca Qaşgarlı Mahmudunəsərində həm Kaylardan,
həm də Qayılardan (Qayığ) bəhsetməsi onların eyni olmadıqlarını
ve bu bənzətmənin böyük bir xəta olduğunu vurğulamaqdadır.
21
Burada maraqlı bir məsələ var. Köprülünün tələbəsi sayılan və
Osmanlı tarixi ilə əlaqədar yenilikçi fikirlər irəli sürən Halil İnalcıq
(1916-2016) uzun müddət ustadının fikirlərini qəbul etmiş kimi
görünürdü. Lakin ölümündən 5-6 il əvvəl Osmanlının Oğuzların
Qayı boyuna bağlanmasının II Murad dövrünün tarixçilərindən
Yazıçızadə Əlinin uydurması olduğu görüşünü ortaya atmışdı.
Müasir Türkiyəli tarixçi Feridun Emecen isə, öz tədqiqatlarında
Toganın “Türkləşmiş Monqol” tezisinə qarşı Köprülünün “Qayı”
tezisini dəstəkləmiş; Osmanlıların Anadolunun fəthi sırasında
bölgəyə yerləşməsi məsə-ləsində isə Köprülünün tezisini rədd
etmiş, Toqanın, köçün Monqol axını zamanı gerçəkləşdiyini qəbul
etmişdi.
Osmanlıların Qayılarla bağlı olduğunu inandırıcı görmə-
yən tədqiqatçılar arasında Ruminyalı tarixçi Nicolae Jorqa (1871-
1940), Miçiqan Universiteti(ABŞ) profesoru Rudi Paul Lindner və
Türkiyəli alim Mehmet Ali Kılıçbayın da adlarını saya bilərik.
Osmanlı tarixi ilə əlaqədar tədqiqatları ilə bilinən Herbert
Adams Gibbons (amerikall jurnalist-tədqiqatçı (1880-1934)) isə,
Osmanlının mənşəyi və quruluşu ilə əlaqadar çox maraqlı fikirlər
söyləmişdir. Gibbonsa görə:
- Ertoğrul Qazi, Monqol işğalından qaçaraq Söyüdə
gələn kiçik bir qəbilənin başçısıdır.
- Osman Qazinin kiçik qəbiləsi müşrik olan çobanlardan
ibarət idi.Yəni Osmanlı bəyliyi quruluş ərəfəsində Osman Qazi
müsəlman deyildi. O dövrdə Anadoluda böyük nüfuza sahib Şeyx
Ədabali ilə görüşüb onunla ünsiyyət qurduqdan sonra İslamı
qəbul etmişdi.
- Osmanlıların nüfuzunun artmasında ən böyük amil
Anadolunun rum (yunan əsillilər) və digər yerli əhalisinin onlarla
qaynaşmasıdır.
- Osmanlılar yeni bir irq yaratdılar. Bu irq bir Türk irqi
deyil. Bütpərəst türklər və xristian rumlar İslamı qəbul edərək yeni
bir irq qurdular.
Başda Fuad Köprülü olmaqla bir çox türk tarixçisi
Gibbonsun düşüncələrini sərt bir şəkildə tənqid etmişdi.
22
Göründüyü kimi, Osmanlıların Oğuzların Qayı boyuna
bağlılığı məsələsi günümüzə qədər mübahisəli mövzu olaraq gəlib
çatmışdır. Günümüzdə Anadolu coğrafiyasında Qayıya bağlı bir
çox Yörük qəbiləsi mövcuddur. Bunlardan Sarıkeçililer, Kara-
keçililer, Haytalar,Honamlılar vb. obalardır. Burada xüsusilə
Karakeçili kimliyini də gözdən qaçırmamaq lazım. Dövlətin
qurulduğu coğrafiyada var olan Qayıların olduğu bölgə (Bursa,
Bilecik, Eskişehir ve Kütahya) Karakeçililerin de coğrafiyasıdır
ve bugün Qayı bir kimlik olaraq istifadə olunmasa da, Karakeçili
bir kimlik olaraq varlığını davam etdirir.
Qayı boyuna mənsub Karakeçili köçəri qəbiləsi qədim
zamanlardan bəri hər il Söyüddəki Ərtoğrul Qazi Türbəsini ziyarət
etməkdə və bununla bağlı şənliklər keçirtməkdədir. Sultan İkinci
Əbdülhəmid Xan ( 1876-1909) bu ziyarət və şənliklərə rəsmilik
qazandırdı. Öz qəbiləsi saydığı Karakeçili gənclərindən Ərtoğrul
Alayını təşkil etdirdi. Hətta 1898 ilində İstanbula ziyarətə gələn
Alman imperatoru II Vilhelmə rəsmi qarşılamada bu alayı
“əqrəbalarım” deyərək təqdim etmişdi.
Türkiyəli tədqiqatçıların ortaya qoymuş olduqları Osman-
lıların Qayıya bağlığını isbat edən bir başqa fakt, XIV əsrdə basılan
sikkələrdir. Bu sikkələrdə xüsusilə Orcan Qazi dövründə (1326-
1362) Qayı damğası var. Yəni II Muraddan daha əvvəl Osmanlıda
Qayı damğasının istifadə edilmişdir.
Osmanlıların quruluş dövrünə aid ən qədim sikkənin Orxan
Qazinin Bursada basdırdığı (1327) tarixli sikkələr olduğu düşü-
nülürdü. Ancaq məşhur numizmatist İbrahim Artuk, 1977-ci ildə
Arxeologiya Muzeyində etdiyi bir araşdırma zamanı ön tərəfində
“Osman bin Ərtoğrul”, arxa tərəfində isə “Ərtoğrul bin Gündüz
Alp” yazısı olan yeni bir sikkəyə rast gəldi və Osmanlı tarixinin
tədqiq edilməsində bir elmi yenilik olan bu hadisəni 1980-ci ildə
bütün dünyaya elan etdi. Düzdür , bəzi tədqiqatçılar ilk Osmanlı
sikkələrinin Osman Qazi dövründə basıldığına hələ də tərəddütlə
yanaşırlar.
Burada qeyd etmək istədiyimiz digət bir mühüm məsələ də
Osmanın babasının, yəni Ərtoğrulun atasının kim olduğudur.
23
Klassik dövr Osmanlı mənbələrində Ərtoğrul Qazinin
atasının adı 2 müxtəlif formada göstərilir. İlk Osmanlı tarixçilə-
rindən Əhmədi, Ənvəri və Qaramanlı Mehmed Paşaatasının adının
Gündüz Alp olduğunu yazsalar da, Oruc bəy, Aşıqpaşazadəvə
Mehmed Nəşri kimi tarixçilər onun adını Süleyman Şah olaraq
qeyd etmişdir.
XIX əsr tanınmış Osmanlı dövlət adamı və tarixçisi Ahmed
Cevdet Paşaya görə də (1822-1895) Ərtoğrul Qazinin atası
Süleyman Şah Kaya Alpoğlu idi. 1227-ci ildə Fərat çayını
keçərkən boğularaq öldü və Hələbdəki Süleyman Şah Türbəsində
dəfn edildi.
Süleyman Şah türbəsi — Suriyanın Hələb vilayətinin
Karakozak kəndi sərhədləri içərisində olan və Türkiyənin öz
hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir.
Türbədə Osmanlı İmperiyasının qurucusu və ilk padşahı
Osman Qazininbabası və Ərtoğrul Qazinin atası olan Süleyman
Şahın qəbri olduğu ehtimal olunur. Süleyman Şah yeni yurdlar
axtarmaq məqsədiylə boyu ilə birlikdə Fərat çayı sahilinə
gəlmişdir. Qayı boyundan olan iki əsgəri ilə Caberə getmək üçün
Fərat çayından keçərkən boğularaq vəfat etmişdir. Ölümündən
sonra onunla birlikdə iki adamı da Caber Qalasının ətəklərindəki
bir qübbədə basdırılmışdır.
Fəqət bəzi tarixçilərə görə, bu türbə, Osman Qazinin əcdadı
olan Süleyman Şaha deyil, Türkiyə Səlcuqlu dövlətinin qurucusu
Qutalmışoğlu Süleyman Şaha (ölüm tarixi 1086) aiddir. Lakin
Türkiyəli tədqiaqatçı Erhan Afyoncu bu iddialarla razılaşmayaraq,
Qutalmışoğlunun məzarının Hələb qapısında olduğunu iddia
etməkdədir. Ona görə, Qutalmışoğlu Süleyman Şah öldükdə Caber
Qalası hələ Səlcuqlular tərəfindən ələ keçirilməmişdi.
Ərtoğrul Qazinin atasının kim olduğuna gəlincə, Osman
bəyə aid edilən sikkədə“Osman bin Ərtoğrul bin Gündüz
Alp”ifadəsindən yola çıxsaq, Osman Qazinin babasının Gündüz
Alp olduğu ehtimalını irəli sürmək mümkündür. Tarixçi Halil
İnancığa görə, Osman Qazinin babasının Süleyman Şah olduğunu
iddia edən müasir dövr tədqiqatçıları, çox gümanki XV əsrdə
24
yaşamış Osmanlı şairi Ənvərinin Düstûrnâme-i Enverî adlı
əsərində bildirdiyi soy ağacında bəhsi keçen və Gündüz Alpın
babası olan “Mir Süleyman Alp” ilə qarışdırmaqdadırlar.

Süleyman Şah Türbəsi


Süleyman Şah Türbəsi və Caber Qalası Osmanlı Sultanlığı
dağılandan sonra Fransaya aid olan Suriya ərazisi sərhədləri
içərisində qalmışdır. Ancaq Türkiyə Respublikasının Fransa ilə
bağladığı Ankara Andlaşması (1921) və Lozan sazişinə görə
(1923) qala və türbə Türkiyənin torpağı sayılmışdır. 1938-ci ildə
Türbə yanına Jandarma polis bölməsi inşa edilmişdir. Bundan son-
ra torpağın və türbənin keşiyi türk əsgərlərinə həvalə edilmişdir.
1973-cü ildə Suriya hökuməti Tabka Anbarı inşasının
bitiriləcəyini və türbənin Əsəd Baraj gölünün suları altında
qalacağını bildirmişdir. Buna görə türbə və polis bölməsi Hələb
vilayətinə aid Karakozak kəndindəki 10.096 m² lik yeni yerinə
köçürülmüşdür. Fəqət Suriyadakı qarışıqlıqlar səbəbi ilə 2015-ci
ildə türbə, bu dəfə Şah Fırat adlı bir hərbi əməliyyatla Türkiyə
sərhədinə yaxın bir yerə köçürülmüşdür.

Osman adı haqqında


Müxtəlif tarixçilər uzun illərdən bəri Osmanlı dövlətinin
qurucusunun isminin xristian, İslam ve Osmanlı mənbələrində,
birbirindən fərqli şəkillərdə zikr olunduğunu görüb və bunlara
istinadən bəzi mülahizələr irəli sürüblər. Qərb tədqiqatçılarından
fransız alimi Joseph de Guignes (1721 – 1800), ingilis Edward
Gibbons (1737 - 1794), polşalı Friedrich Giese (1870-1944 ),
alman Franz Babinger (1891-1967), amerikalı professor Andrew
Maitland Moravcsik (1967-?) dövlətin qurucusunun həqiqi adının
Atman, Azman, Taman ola biləcəyini, Osman isminin isə İsla-
miləşmiş şəkli olaraq sonradan ortaya çıxdığını qeyd etmişdilər.
Məşhur ərəb səyyahı İbn Battuta (1304-1369) Səyahət-
namə əsərində dövlətin qurucusundan Osmancıq deyə bəhs edər:
“Bursanın sultanı Osmancık oğlu İhtiyaruddin Orhan
Bey’dir. Bu hükümdar Türk padişahlarının en ulusu olduğu kadar,
25
toprak, asker ve varlık bakımından da onların en üstünü
bulunmaktadır. Yüz kadar kalesi vardır. Çoğu zamanını bunları
dolaşmakla geçirir ve her kalede bir müddet kalarak durumlarını
anlamak, noksanlarını tamamlamakla meşgul olur. Anlatıldığına
göre, hiçbir şehirde bir aydan fazla oturmaz, aralıksız olarak
kâfirlerle savaşı sürdürür, onların kalelerini bir bir kuşatarak
fethedermiş!”
Osmanlı tarix kitablarının çoxunda dövlətin qurucusunun
ismi Osman olaraq qeyd edilməkdədir. Hətta Orxan Qazinin
sikkələrində, Bursadakı kitabəsinde ve tuğrasında (hökmdar
möhrü) Osman ismi keçməkdədir.
XV əsr Osmanlı tarixçilərindənYazıçızadə Əlinin “Tarixi
ali-Selcuq”adlı əsərində isə, Dədə Qorqud dastanında keçən
qayılardan bəhs edərkən “oğlancıkların ağlatmayan, tokların
banlatmayan, nakasların çaldırmayan Otman oğlu” şəklində
ifadələr keçməkdədir.
II Bəyazid dövründə (1481-1512) yazılmış, mənşəcə
Xorasan türklərindən olan görkəmli mütəssəvüf Hacı Bektaş
Vəlinin (1209-1271) həyatından bəhs edən “Velayetname-i Hacı
Bektaşı Veli” əsərində də Otmandan bəhs edilməkdədir:
“ zikr olan Ertuğrul Alpın ey aziz
var idü Otman nam bir oğlu biz”
O dövrdə ucqarlarda milliadət və ənənələrini unutmadan
yaşayan türk boyları arasında, biri İslami və biri də ənənəvi olmaq
üzrə, bir şəxsə eyni anda iki isim qoyulduğu da məlumdur. Bütün
bunları diqqətə alaraq, Osmanlı dövlətinin qurucusunun da həm
Osman, həm də Otman və ya Toman adları ilə tarix səhnəsində yer
aldığını söyləmək mümkündür. Ayrıca tarixi mənbələrdən Osman
Qazinin “Fahrüddin” ( dinin qüruru, fəxri) ləqəbini aldığı da
bilinməkdədir.

Osmanlı bəyliyinin müstəqilliyi məsələsi


Osmanlı bəyliyinin quruluşu məsələsi tarixçilər arasında
mübahisəli bir mövzu olaraq qalmaqdadır. Əsasən üç görüş ortaya
atılmaqdadır:
26
1- Bəzi tarixçilər Qaracahisar qalasının fəth olunmasından
sonra 1299-cu ildə Bilecik və İnəgölün də alınmasını Osmanlı
dövlətinin quruluş tarixi olaraq qəbul edirlər. Anadolu Səlcuq
sultanı III Ələddin Keykubadın Osman Qaziyə təbil, bayraq , qılınc
və at göndərməsini bəyliyə istiqlal vermək mənasına gəldiyini
qeyd edirlər.
2- Əhməd Şimşirgil və İsmayıl Haqqı Uzunçarşılı kimi
alimlər bəyliyin müstəqil olmasını qazanılan zəfərlərdən savayı,
1299-cu ildə Elxanilərin idarəsinə qarşı monqol noyanı Sulamışın
uğursuz üsyanından sonra, Sultan III Ələddinin də idarəsindən
narazı qalan Elxani hökmdarı Qazan xanın əmri ilə Sultanın əsir
götürülməsi və Səlcuqlu taxtının faktiki olaraq başsız buraxılması
ilə əlaqələndirirlər. Bu vəziyyətdə Anadolu Səlcuqlu dövləti
funksionallığını itirmiş və Osman Qazi də öz adına xütbə oxut-
duraraq rəsmi müsəqilliyini elan etmişdi.
3- Türkiyəli tarixçilərdən Halil İnalcıq isə, Osmanlı döv-
lətinin quruluşunu 1302-ci ildə Bizans imperiyasına qarşı
qazanılan Bafeus (Koyunhisar) döyüşünə bağlamaqdadır. Türk
törəsinə görə, xanlığa namizəd olan şəxs mütləq böyük bir zəfər
əldə etməli idi. Bu zəfər, Tanrının ona bir qut verməsi kimi təsvir
olunur. Halil İnalcığa görə, Koyunhisar Zəfərinin Osman Qazi
üzərində böyük bir təsiri olmuş və xarizmatik bir liderə çevril-
məsinə səbəb olmuşdur. Bu zəfər nəticəsində Anadolunun müxtəlif
yerlərindən gələn türk köçəriləri onun əmri altına girmişdi. Bafeus
zəfəri türk törəsinə görə Osman Qaziyə xanədan sahibi olma
haqqını vermişdir.O dövrdə xanədanlıq demək dövlət mənasına
gəlməkdədir. İstanbul Universiteti professorlarından Feridun
Emecen də, Bafeus zəfərinin əhəmiyyətini vurğulamış, buna
baxmayaraq Osmanlı dövlətinin quruluşuna dair dəqiq tarix
verilməsinin doğru olmadığı bildirmişdir. Müsahibələrinin birində
“1299 Söğüt mü, yoxsa 1302 Yalova mı?” sualına, “yuvarlaq bir
rəqəm olaraq 1300 tarixi qəbul edilə bilər”- cavabını vermişdi.

27
2. Osmanlının quruluşu ərəfəsində Anadoluda siyasi vəziyyət

Tarixi ənənəyə görə hökmdar seçimində iştirak edən 5


Oğuz boyundan biri olan qayılara mənsub Ərtoğrul Qazinin
babaları Anadolunun ilk fəthi əsnasında Sultan Toğrul və
Alparslanın əmirlərinin tabeliyində olmuş, əvvəlcə Əhlət bölgə-
sinə (Van gölünün şimal-qərb sahili Bitlis ətrafı) gələrək buradan
Anadoluya tərtib olunan hücumlarda iştirak etmişdir. Daha sonra
Əhlət əmirlərinə tabe olan qayılar gürcülərə və Trabzon rum
imperiyasına qarşı tərtib olunan hücumlarda iştirak etmişdir. XIII
əsrin əvvəllərində Əhlətin əvvəlcə Əyyubilərin, daha sonra isə
monqolların hücumuna məruz qalması nəticəsində Mardinə
gələrək burada özləri kimi qayı boyuna mənsub olan Artuk
oğullarıilə birləşdilər. Burada bir müddət qalan Gündüz Alp və
yanındakı türkmənlər, monqolların Mardin və ətrafına hücumu
nəticəsində bu bölgədən də ayrıldılar və Anadolunun daxili bölgə-
lərinə köç etdilər. Türkmənlər əvvəlcə Ərzurum yaxınlığındakı
Pasinlər yaylağına gəldilər. Buraya gəldikdən bir müddət sonra
Gündüz Alpın (Süleyman şah) vəfatı üzərinə, yerinə oğlu Ərtoğrul
Qazi qəbilənin rəisi olmuşdur.
Monqol hücumlarının bu bölgələrə qədər gəlməsi nəticə-
sində qardaşları Sunqur Təkin və Gündoğdu Əhlətə qayıtmış, Ər-
toğrul bəy və kiçik qardaşı Dündar bəy isə qərbə doğru irəlilə-
mişdir. Köç əsnasında səlcuqlularla monqol dəstələri arasında baş
verən Sivas yaxınlığındakı döyüşə şahid olmuş və bu döyüş-
də səlcuqluların tərəfində vuruşmuşdur.
Döyüşdən sonra Anadolu Səlcuqlu sultanı I Əlaəddin
Keyqubad (1221-1237) tərəfindən Ərtoğrul Qaziyə xələt geyin-
dirilmiş, Anadoluda yaşamaq üçün Ankara yaxınlığındakı Qara-
cadağ bölgəsi ona verilmişdir (1230).
Bir müddət sonra Səlcuqlu orudusuyla Nikeya (İznik)
imperatoru Teodoros Laskarisə bağlı birliklər arasında gedən
döyüşdə Ərtoğrul bəyin başçılığı altında qayı alpları da qatılmışdır.
Bu döyüş Ərtoğrul bəyin dəstəyi ilə səlcuqlu qələbəsi ilə başa

28
çatmışdır. Qələbə xəbərini eşidən Sultan Əlaəddin Keyqubad fəth
olunan Söyüd elini (Bilecik) Ərtoğrul bəyə iqta olaraq vermişdi.
Əlaəddin Keyqubadın ölümündən sonra yerinə keçən oğulu
II Qiyasəddin Keyxosrov zamanında (1237-1246) mərkəzi
hakimiyyətə qarşı Baba İshaq adlı bir sufi dərvişin başçılığı altında
Anadoluda məskunlaşan bəzi türkmən tayfalarının üsyanı
oldu.Böyük köçəri türkmən kütləsini ətrafında toplayaraq
«peyğəmbərliyini» elan edən və dövlətə qarşı üsyana qalxan Baba
İshaq özünü qədim şamanlara bənzədib şamani, şiə və yerli
əqidələri birləşdirərək yeni bir dini hərəkata başladı.Asi
türkmənlər onun adına bir çox vilayətləri işğal etdi, Baba İshaq
Amasiyada tutulub öldürüldü. Lakin üsyançılar Baba İshaqın
ölmədiyini, onun yeni qüvvə əldə etmək üçün göylərə merac
etdiyini bildirərək mübarizəni davam etdirdilər. Səlcuq qoşunları
Kırşehir yaxınlığında 1240-cı ildəki döyüşlərdə üsyançıları məhv
etdilər. Üsyan yatırılsa da, Baba İshaqın müridləri onun ideyalarını
yaşatdılar.Orta Anadoluda baş qaldıran Baba İshaq üsyanı dövlətin
təməlini sarsıtdı və Çingizoğullarına qarşı gələcək müqavimətini
azaltdı. Çingizoğullarından Hülakülər, Səlcuqluların müəyyən
mənada zəiflədiyini düşünərək Anadoluya hücum edirdilər. Bəyçi
Noyan komandanlığındakı monqol ordusu 1243-cü ildə Kösedağ
müharibəsində səlcuqluları ağır məğlubiyyətə uğradır. Bu
məğlubiyyətdən sonra Anadolu Səlcuqlu dövləti monqollardan
asılı vəziyyətə düşdü. Artıq kimin sultan olacağına monqollar
qərar verməyə başlamışdı. Səlcuqlu hakimiyyətinin nominal
xarekter daşımağa başladığı bu ərəfədə, Anadolunun siyasi birliyi
də parçalanmağa üz tutmuş, ikinci bəyliklər dövrü başlamışdır:

Hakimiyyət
Bəyliyin adı Paytaxtı
müddəti
Alanya bəyliyi Alanya 1293-1421
Birgi sonra Ayasuluk
Aydınoğulları bəyliyi 1308-1426
(Selçuk)
Candaroğulları bəyliyi Kastamonu 1299-1461

29
Canik bəylikləri Samsun XIII-XIV əsrlər
Çobanoğulları bəyliyi Kastamonu 1227-1309
Zülqədəroğulları Elbistan sonra
1339-1521
bəyliyi Qəhrəmanmaraş
Eretna bəyliyi Sivas, sonra Kayseri 1328-1381
Ərzincan bəyliyi Ərzincan 1379-1410
Əşrəfoğulları bəyliyi Konya 1250-1326
Gərmiyanoğulları
Kütahya 1300-1428
bəyliyi
Həmidoğulları bəyliyi Eğirdir 1301-1423
İnancoğulları bəyliyi Denizli 1261-1368
Qadı Bürhanəddin
Kayseri 1381-1398
bəyliyi
Qaramanoğulları
Konya 1256-1483
bəyliyi
Karəsi bəyliyi Balıkəsir 1297-1360
Menteşe bəyliyi Muğla 1280-1424
Osmanoğulları bəyliyi Söğüt 1281-1922
Pərvanəoğulları
Sinop 1277-1322
bəyliyi
Ramazanoğulları
Adana 1325-1608
bəyliyi
Sahib Ataoğulları
Afyonqarahisar 1275-1342
bəyliyi
Sarıxanoğulları bəyliyi Manisa 1302-1410
Tacəddinoğulları
Niksar 1303-1415
bəyliyi
Təkəoğulları bəyliyi Antalya 1321-1390

30
Ərtoğrul Qazi Söyüd qəsəbəsinə yerləşdikdən sonra Bizans
sərhəddində olan digər üc bəyləriylə birlikdə mübarizəni güclən-
dirdi. Bununla yanaşı mərkəzi hakimiyyətə tabe olmayan Bizans
təkfurları ilə yaxın münasibətlər qurdu. Xüsusilə də Biləcik və
Osmaneli təkfurları Ərtoğrul bəylə yaxın dostluq əlaqələri
qurmuşdu. Özü kimi qayı türkməni olan Kastamonu uc bəyi
Hüsaməddin Çobanın oğulları ilə də yaxın münasibət qurmuşdu.
Beləliklə, qışı Söyüddə, yayı Domaniç yaylağında keçirən
Ərtoğrul bəy və türkmənlər tez-tez Bizans sərhədinə hücumlar
təşkil edirdi. Bu bölgədə oturaq həyata başlayan türkmənlər
getdikdə böyüməyə başlamışdı.

3. Yeni bir dövlətin doğuşu və ilk Osmanlı fəthləri

Təxminən 1281/1282-ci ildə 90 yaşında vəfat edən Ərtoğ-


rul Qazinin 3 oğlu vardı: Savcı bəy, Gündüz bəy və Osman bəy.
Bir çox tarixçinin ortaq fikrinə görə, bəylik vəzifəsinin
Osman bəyə keçməsi sülh yolu ilə olmamışdır və bəylik vəzifəsini
üzərinə götürmək üçün Osman Qazi yaxınları ilə "taxt mübarizəsi"
aparmışdır. Bu mübarizənin kiminlə aparıldığı və necə inkişaf
etdiyi mübahisəlidir və bu haqda tarixçilər fərqli izahatlar
vermişlər.
Bir çoxlarının qəbul etdiyi bu izahatlardan birinə əsasən,
Osman Qazi əmisi Dündar Qazi ilə bəylik uğrunda münaqişəyə
girişmişdir. Bu izahata görə Qayı boyunun ağsaqqalları Dündar
Bəyin tərəfini saxlamaqda, boyun gənc igidləri isə Osman Bəyi
dəstəkləməkdə idi. Bu münaqişənin necə və nə qədər müddət
davam etdiyi bilinmir. Amma münaqişənin sonunda Osman Bəy
qalib gəlmiş və düşmənə qarşı edilən axınlara qarşı çıxdığı
bəhanəsi ilə yaşlı Dündar Bəyi bir oxla öldürmüşdür. Bundan sonra
Osman Bəy Oğuz adətinə uygun olaraq Qayı boyunun başçısı
olmuşdur.
Başqa bir versiya olan XV əsrin sonları bir Bektaşı dərvişi
tərəfindən qələmə alındığı ehtimal olunan “Vilayet-name-i Hacı
Bektaş-ı Veli və ya Manakib-ı Hacı Bektaş-ı Veli” (Hacı Bektaş
31
Vilâyetnâmesi) əsərində isə Osmanın bəyliyin başına keçməsi
fərqli şəkildədir. Atası Ərtoğrul bəyin vəfatından sonra kiçik əmisi
Dündar bəy Qayı boyuna bəy olmuşdur. Bu dövrdə Osman Qazi
alpları ilə birlikdə Bizans şəhərləri Yarhisar, Biləcik, İnəgöl və
İznik bölgələrinə axınlar təşkil etməyə başlamışdır. Bizanslı Bursa
təkfuru (hakimi) Konyada olan Anadolu Səlcuq sultanı III
Əlaəddin Keyqubada elçilər göndərərək bu axınları şikayət
etmişdir. Səlcuq sultanı Dündarbəyə xəbər yollayaraq axınları
təşkil edən Osman Qazini çəkindirməsini istəmişdir. Dündar bəy
isə Osman Qazini tutduraraq Konyaya, III Əlaəddin Keyqubadın
hüzuruna göndərmişdir. Ancaq III Əlaəddin Keyqubad Osman
Qazinin şəxsiyyətini bəyənir. Sultan razılıq alması üçün onu
Qarahöyükdə olan Hacı Bəktaş Vəlinin yanına yollamışdır. Hacı
Bəktaş Vəli Osman Qazini qonaqpərvərliklə qarşılamış və öz
tülbəndini onun başına sarımış, sanki onun başına tac qoymuşdur.
Osman Konyaya geri qayıdarkən Hacı Bəktaş Vəli 1 onunla
birlikdə sultana Osmanı tərifləyən bir məktub yollamışdır.
Mənbədə sultanın məktubu oxuduqdan sonra Osmana böyük bir

1
Hacı Bəktaşi Vəli (d. 1209 - ö. 1271). Türk dünyasının görkəmli mütəs-
səvüfüdür. Bəktaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bəktaşın adı
ilə bağlayırlar. Monqollar Səlcuqlular dövləti və xilafətin qalıqlarını dağıdandan
sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bəktaşın öz ruhani silsiləsini
Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi Kazıma çıxdığı
deyilir. Hacı Bəktaşın əsərləri qalmadığından onun təlimi haqda geniş bir fikir
ortaya qoymaq çox çətindir. Ərəb dilində «Məqalət» adlı əsərin müəllifi olduğu
deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər
gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu,
sonralar bəktaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduizm və
buddizm ənənələrindən təsirlənib. Qələndərilər, adətən, sədəqə toplamaqla
dolanırdılar. Ən zəruri şəxsi əşyalardan savayı heç bir əmlaka sahib olmazdılar.
Sərgərdan həyat tərzi sürən qələndərilər nikahsız yaşamaq haqda əhd də
edərdilər. Qələndərilərin bir qisminin çox ekzotik görünüşü də vardı: onlar
başlarını, üzlərini, bığ, saqqal, hətta qaşlarını da tərtəmiz qırxdırar, qısa xirqə
geyərdilər. Başlarına konusşəkilli papaq qoyar, üstlərində isə ağır dəmir
bəzəklər –boyunbağı, üzük, bilərzik və s. gəzdirərdilər. Onların həyat tərzi çox
sadə idi. Bahalı olan bütün şeylərə nifrət edər, həmişə gülərüzlü olar, daim
səfərlərdə dolanırdılar.
32
mənsəb verilməsini istədiyi bildirilir. Osman Qazi Sultanönünün
mərkəzi olan Söyüdə geri döndükdən sonra sultan ona qızıl başlı
bayraq və at göndərib, onu mükafatlandırmışdır. Bu versiya
"Vilayətnamə" əsərindən başqa Yazıçızadənin "Səlcuqnamə"
əsərində də təkrar olunur. Bir sıra tarixçilər bu mükafatlandırmanı
Osmanın bəyliyinə müstəqillik verilməsi kimi qiymətləndirirlər.
Əsas olaraq Hacı Bəktaşın həyatının əfsanə və rəvayətlərlə təsvir
edildiyi "Vilayətnamə" əsərində sonradan Osman Qazi və
Dündarbəy arasında olan münasibətlərin necə cərəyan etdiyi
haqqında məlumat yoxdur. Buna baxmayaraq bəzi tarixçilər hesab
edir ki, Osman Qazi ilə Dündar bəy arasında mübarizə olmuşdur
və Osman Qazi Dündar bəyi məğlub edərək bəyliyi ələ
keçirtmişdir. Bəzi tarixçilər isə belə bir mübarizənin olmadığını,
bu versiyanın Osman Qazi və qardaşı Gündüz Alp arasındakı
mübarizədən təsirlənərək ortaya atıldığını hesab edirlər.
Osman Qazi 1280-ci illərdən 1300-cü ilə qədər təqribən 20
il Osmanlı dövlətinin yaranması ərəfəsində Bitaniya bölgəsində
(Bursa-Biləcik-İznik ətrafı) Bizans qüvvələri ilə bəyliyini güclən-
dirmək üçün bir sıra toqquşmalar yaşamışdır. Bu toqquşmalardan
onun silahdaşları Samsa Çavuş, Qonur Alp, Ağca Qoca, Aygüt
Alp, Qazi Əbdürrəhman və başqa "alp" bəylərin axınçıları
olmuşdur. Osman Qaziyə dini və mənəvi dəstəyi əxilər vermişdir.
Xüsusən də qızı Bala xatunla evləndiyi Eskişehir əxilərinin İtburnu
şeyxi olan Şeyx Ədəbalı ona müşavirlik etmiş, dəstək olmuşdur.
Şeyx Ədəbalını (1206 - 1326) - Osman Qazinin müəllimi
və Osmanlı Dövlətinin fikir atasıda saymaq mümkündür. Öz
tikdirdiyi mədrəsədə şagird yetişdirir və xalqı maarifləndirirdi.
Biləcikdə tikdirdiyi dərgahda, Osman Qazini də bir çox dəfə qonaq
etmişdir.
Rəvayətə görə, Osman Qazi dərgahda olduğu bir gecə
yuxusunda Şeyx Ədəbalınin sinəsindən bir ayın çıxıb öz sinəsinə
girdiyini və sinəsindən bir böyük ağac çıxıb şaxələrinin aləmi
bürüdüyünü, altından bir çox çayların çıxıb insanların bu sulardan
keçdiklərini görmüşdür. Şeyx Ədəbalı yuxunu belə yozmuşdur:

33
“Sən,Ərtoğrul Qazioğlu Osman, atandan sonra bəy
olacaqsan. Qızım Bala Xatun ilə evlənəcəksən. Məndən çıxıb sənə
gələn nur budur. Sizin nəslinizdən neçə padşahlar gələcək və nə
qədər dövlətləri bir dam altında toplayacaqlar və Allah nə qədər
insanın İslama qovuşmasına sənin nəslini vəsilə edəcək.”
Əxilik -İslamda sufi təriqətlərindən biridir.XIII əsrdə
Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan
mənşəcə Azərbaycan türklərindən olan böyük sufi alim Şeyx
Nəsrəddin Mahmud Xoyidir (1169-1261). Bəzi tədqiqatçılara
görə, Şeyx Nəsrəddin Mahmud Xoyi ilə xalq arasında Molla
Nəsrəddin adı ilə məşhur olan şəxs eyni adamdır.
Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması
vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq
götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı
bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına
daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına
da sahib olmalı idi. Çünki, cihad Quranda fərz qılınmışdır. Ona
sual verib, nəsihət istəyənlərə - "Ey əxi qardaşım! Alış-veriş elmini
bilməyən haram loxmadan xilas ola bilməz.Haram loxma yeyən isə
ibadətlərinin savabını tapa bilməz. Zəhməti həmişə boşa gedər.
Sonunda böyük əzaba tutular və peşman olar."– deyərmiş. O,
getdiyi yerlərdə bütün əsnafı bir araya toplayıb təşkilatlandırırdı.
Beləliklə o, Anadolu şəhərlərində əxi təşkilatlarının qurucusu
oldu, bütün Anadolu əxilərini şeyxi qəbul edildi. Əxi Evrən
təsəvvüf fəlsəfəsi və ədəbiyyatı sahəsində əsərlər də yaratmışdır.
Əxi Evrənin ölümündən sonra onun yolunu tələbələri
davam etdiriblər. Eyni zamanda Əxi Evrənin xanımı Fatimə
Bacının yetişdirdiyi bacılar da əldə etdikləri əxilik mədəniyyətini
bacıdan, bacıya nəql etdilər. Söyüd civarında – Bizans sərhəddində
inkişaf etməyə başlayan Osmanlı bəyliyinə tabe olan və bir qismi
ucqarlara yerləşdirilən əxilər özlərinin təkkə və zaviyələrini
qurdular. Bir əxi şeyxi olan Şeyx Ədəbali qızını Osman bəyə
verərək, aralarında qohumluq əlaqəsi yaratdı.
Bacıyanı Rum- Əxi Evrənin arvadı olan Fatma Bacı isə
qadın əxilik təşkilatının banisidir. Mənbələrdə onlara "Bacıyani-
34
Rum", yəni "Anadolu bacıları" adı verilirdi. Tarixdə ilk qadın
təşkilatlanmasıdır. Sonrakı əsrlərdə Baciyanı Rum böyük bir
hissəsi Səfəvi ölkəsinə köçərək, Şah İsmayılın arvadı Taclı
Bəgümün ətrafında toplandığı da iddia edilir. Çaldıran döyüşündə
öldürülən çox sayda qadın döyüşçünün "bacıyan-i Rum"a mənsub
qadınlar olduğu iddia təxmin edilir.Türkiyəli Prof. Dr. Mikayıl
Bayrama görə, 13-cü əsrdə Monqollar Anadoluya soxulduqda,
Mövlana Cəlalədin Rumi (1207-1273) monqollarla əməkdaşlıq
etmişdi. Əxi Evrən türkmənləri təşkilatlandırdı və monqollara
qarşı müqavimət göstərdi. Bu səbəbdən Əxi Evrən ilə Mövlana
arasında fəlsəfi fərqlərinin yanında böyük bir mübarizə də
vardı.1261-ci ildə Əxilərin başçısı olan Əxi Evrən, “monqol
kuklası” Səlcuqlu hakimiyyətinə qarşı üsyan başlatmışdı.
Səlcuqlular, üsyanı yatırtmaq üçün Mövlanadan yardım istədilər.
Mövlananın göstərişi ilə müridi olan Cacaoğlu Nurəddin ordusu ilə
üsyanı yatırdıb Əxi Evrəni də öldürmüşdü.
Əxilərin (Ahilərin) və alperenlərin (axıncı(axın edən) türk
döyüşçüləri) yardımı ilə Osman Qazi civardakı rum tekfurlarına
qarşı mübarizə apararaq nüfuzunu artıra bilmişdi. 1284-cü ildə
Osmanlı qaynaqlarında “Cebel-i Ermeniyye” (Ermeni-beli) olaraq
keçən yerdə İnögöl tekfuru Nikola ilə ilk ciddi toqquşmasını
yaşayan Osman Qazi, bu döyüşdə qardaşı oğlu Bayhocanı şəhid
vermişdi. Bayhocanın şəhadəti İnegölün fəthi yolundakı ilk addım
idi. Ermeniibeli (Pazarköy) döyüşü Osmanlı dövlətinin
qurulmasından əvvəlki ilk müharibə olaraq tarixə keçmişdi. 1285-
ci ildə Osman Qazinin komandanlığındakı türk axıncıları ani bir
gecə basqını ilə Kulucahisar qalasını fəth etmişdilər. 1286-cı ildə
İnögöl tekfuru Nikolanın komandanlığındakı rum birliklərinə qarşı
əldə edilən Domaniç (İkizcə) zəfərindən sonra qısa bir müddət
ərzində Karacahisar qalası da türlkər tərəfindən ələ keçirilmişdir
(1287/1288). Domaniç döyüşündə Osman Qazinin qardaşı,
Bayhocanın atası Sarı Batu Savcı bəy şəhid olmuşdu.
1299-cu ildə sırası ilə Yarhisar və Biləcik də Osman Qazi
tərəfindən fəth edilmış, bəyliyin mərkəzi Biləcikə köçürülmüşdü.
1299-cu ildə İnögöl qalası da Turqut Alpın başçılığı altında qayı
35
alpları tərəfindən ələ keçirilmiş, tekfur Nikola öldürülmüşdü.
1300-cü ildə Yundhisar və Yenişehirin fəthindən sonra isə,
bəyliyin mərkəzi Yenişehir olmuşdu. 1302-ci ildə Bizansa qarşı
əldə olunan Bapheus (Koyunhisar) zəfəri ilə) Osman Qazi öz
nüfuzunu daha da artırmışdı. Bu zəfərin önəmi:
- Osmanlılar Bizans tekfurlarının (Bizansda xristian
knyazlarına verilən ad) güclü ordusunu məğlub edərək onsuz da
zəifləmiş olan Bizansın gücünü daha da zəiflətmişdir.
- Bursanın şimalı istisna olmaqla üç tərəfi Osmanlı torpaqlarına
çevrilmişdir.
- Bu zəfər Osman Qazinin gücünə güc qatmışdır. Anadolunun
dörd bir yanından könüllülər Osman Qazi komandanlığı altındakı
Osmanlı ordusuna qatılmışdılar.
- Tarixçi Halil İnalcıq 2009-cu ildə verdiyi bir açıqlamada
Osmanlı bəyliyinin dövlət xarakterini 1302-ci ildə Koyunhisar
müharibəsindəki Osman bəyin qalibiyyətindən sonra qazandığını
iddia edir.
Osman Qazi fəth siyasətinə davam edərək, 1326-cı il vəfat
tarixinə qədər Yenişəhir ətrafında bir çox qala və yaşayış
məskənini, Mərmərə dənizindəki İmralı adasını (1308), Mudan-
yanı (1321) və Sakaryaya bağlı Akyazı ilçəsini (1324) fəth etdi.
Bursa şəhərini mühasirəyə alsa da, onu ələ keçirməyə ömrü
yetmədi. Bəzi mənbələrdə 1324, bəzilərində isə 1326-ci ildə vəfat
etdiyi qeyd olunan Osman Qaziilk öncə Söyüddə atası Ərtoğrul
bəyin türbəsində dəfn olunmuş, Bursanın fəthindən sonra isə
məzarı Bursa qalasında Osmaniyyə meydanında yerləşən
Gümüşlü Kümbetə (Aya Ella) köçürülmüşdür.
Osman Qazinin özündən sonra dövlətin başına keçəcək
oğlu Orxana Osmanlı dövlətinin siyasi gələcəyi üçün vəsiy-
yətnaməsi çox ibrətamizdir və ondan çox şeylər öyrənmək müm-
kündür:
- Oğul! Hər vəzifədən əvvəl dini vəzifələrə üstünlük ver.
Dini qaydalar qüvvətli dövlət qurar.
- Laqeyd, kafir, günahkar, diqqətsiz və ya təcrübəsiz bir
adama dini xüsusları əhd etmə. Belə adamlara dövlət idarəsini
36
tapşırma. Allahdan qorxmayan məxluqlardan (yaradılmışlardan)
qorxmaz.
- Böyük günah işləyən və ona davam edən bir adam sadiq ola
bilməz.
- Sadiq məmur diləyənin özü də dürüst olmalıdır. O, Həzrəti
Peyğəmbərin əmrlərinə itaət edəndir və şəriətdən vaz
keçməyəndir. Zalım olmaqdan və xurafatdan (batil etiqaddan)
çəkinəndir.
- Bizim dövlətimizdə qəddarlıq və xurafatçılığa təşviq edənləri
işlərindən çıxar.
- Çünki bu insanlar sənin zavalına səbəb olacaqlar. Dövləti
həmişə cihadla genişləndir, çünki çox uzun zaman səfərbərlik
olmadan dayansaq, kişilərin mərdliyi, hərbi kəşfiyyatlar,
məlumatlar və komandirlərin verdiyi tənzimlər zərər və dəyişikliyə
uğrayar. Döyüşün ərbabları ölər və onların yerinə təcrübəsizlər
keçər. Bundan səhvlər meydana gələr və dövləti çətin vəziyyətə
salar.
- Beytül-malı (Dövlət xəzinəsini) mühafizə et və dövlətin
sərmayəsini artırmağa səy göstər.
- Əslində nə varsa ondan məmnun ol və israf etmə, ehtiyacdan
başqa faydasız yerə xərcləmə.
- Əsgərlərinə və malına görə qürurlanma, çünki onlar Allah
yolunda xalqa xidməti və bütün dünyaya ədaləti və fəziləti yaymaq
üçün vasitədir.
- Allahın qürurunda çalışan məmurları qoru. Vəfatlarından
sonra ailələrinə qayğı göstər və onların ehtiyaclarını qarşıla.
Təzyiq və şiddətli rəhbərliklə ümumi mülkünü artırma.
- Yoxsulların imdadına çat və qohumlarını bəladan qurtar.
- Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri
himayə et. Onlara qarşı nəzakətli ol və şərəf ver. Bir fəzilətli
adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə
söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et.
Ərdəm(müdriklik), alim və təhsilli insanların sayı onda artacaq.

37
- Dövlətin dini xüsuslarını davam etdir. Məni nümunə götür,
gücsüz komandir olaraq başladım və layiq olmadığıma
baxmayaraq, Allahın köməyi ilə müvəffəq oldum.
- Mənim tərzimi təqib edərsənsə və Həzrəti Məhəmmədin dinini
və möminləri müdafiə edəcəksənsə, sənin xələflərin də eynisini
edəcəklər.
- Allahın və qulların ədalətinə riayət et. Bunu davam etmələri
üçün xələflərinə nəsihət və tövsiyə etməkdə əsla tərəddüd etmə.
- Ədalət və hakimiyyətdə Allahın köməyini dilə, qəddarlığı yox
etmək üçün bütün üsulları sına.
- Millətini düşmənlərin və zalımların hücumlarından qoru.
- Heç kimə qarşı yanlış və insafsız davranma.
- Milləti məmnun et və bütün sevdiklərini qoru.

38
III. BƏYLİKDƏN MƏRKƏZİYYƏTÇİ DÖVLƏTƏ KEÇİD

1. Qısa bir müddətdə Osmanlı bəyliyinin inkişafını təmin


edən amillər

Osman Qazinin vəfat etməsindən sonra oğlu Orxan 1326-


cü ildə bəyliyə sahib olmuşdur. Orxan Qazi hakimiyyətə gələn
zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. Orxan Qazi,
hakimiyyəti ərzində (1326-1362) imperiyanın ərazilərini 95.000
km² qədər genişləndirə bilmişdi.
Osmanlının qısa bir müddətdə ərazilərini genişlədib
qüdrətli bir dövlətə çevrilməsinin təmin edən amillər:
1- Mərkəzçi bir dövlət anlayışına sahib olması (digər Türk
dövlətlərindən fərqli olaraq, ölkə sülalə üzvləri arasında
bölünməmişdir).
2- Bir uc bəyliyi olması (küffarlara qarşı qaza və cihad
siyasəti səbəbiylə digər bəyliklərdən, türk boylarından,
əxilərdən, alp ərənlərdən dəstək görmüşdür).
3- O dövrdə Bizansın, Balkanların və Anadolunun qarışıqlıq
içində olması, Avropada feodal dağınıqlığın hökm sürməsi,
İngiltərə və Fransa arasında yüz illik müharibə (1337-
1453) və s.
4- Şərqdən davamlı şəkildə gələn türkmən köçləri sayəsində
həm əhali sayını, həm də hərbi gücünü artırması.
5- Osmanlıda dövlət adamlarının bacarıqlı olması.
6- Fəth edilen torpaqlarda iskan (məskunlaşma) siyasətini
həyata keçirmələri. Bu iskan siyasəti nəticəsində çoxlu
türkmən ailələri bu ərazilərə yerləşdirilmiş və fəth edilən
torpaqlar Türkləşdirilməyə çalışılmışdır.
Türkiyəli tədqiqatçı Əmrə Konqar, Osmanlının dövlət kimi
tarix səhnəsinə çıxmasında Bizansın da böyük rolu olduğunu qeyd
etməkdədir. Anadoludakı digər türk bəyliklərinə görə Osmanlının
ən böyük üstünlüyü onun Bizans torpaqlarına sərhəd ərazilərdə
yerləşməsi idi. Rumelinin və Trakyanın zənginliklərinə sahib
olmaq, Osmanlıya imperiya olmaq yolunu da açmışdır. Təbii ki,
39
burada Bizansda taxt-tac uğrunda gedən daxili mübarizəni də
nəzərdən qaçırmamaq lazımdır. ƏmrəKonqara görə, Osmanlının
Trakya bölgəsinə yerləşməsinə Bizans özü kömək etmişdir.
Bizansda o dövrdə Yuannis Paleoloq və Yuannis Kantakuzen adlı
iki əsilzadə arasında taxt uğrunda mübarizə gedirdi. Kantakuzen,
Orxan Qazidən yardım istəmişdir.Orxan bəy də qızı Theodora ilə
evlənmək müqabilində Kantakuzenə yardım edir (1346).
Ümumiyyətlə Orxan Qazi, “xanədanlıqlar arasında evlilik siya-
səti”ndən daha əvvəldə istifadə etmiş, xristian olan Yarhisar
tekfurunun (vali) qızı Holofira (Nilufər xatun) ilə izdivac quraraq,
nüfuzunu xristian ərazilərində artırmaya çalışmışdı. Orxanın
sayəsində imperiya taxtına əyləşən Kantakuzen, serb və bolqar
hücumlarına qarşı da kürəkəninin yardımından istifadə etmişdi.
Orxan bəy, bu yardım qarşılığında isə, Geliboludakı Çimpe
qalasına sahib olmuş və Rumelinin fəthinə gedən yol açılmışdır
(1352).

2. Orxan Qazi dövründə (1326-1362) Anadolu və


Rumelidəki fəthlər, həyata keçirilən islahatlar

Orxan Qazi bəy olduqdan sonra ona "Şücaəddin", "Sey-


fəddin", "İxtiyarəddin" təxəllüsləri verilmişdir. Orxan Qazi adına
tuğra(imza) çəkilən ilk Osmanlı hökmdarıdır.
Orxan Qazinin bəylik dönəminin ilk illəri isə Anadoluda
etdiyi fəthlərlə keçmişdir.İlk hədəf illərdir ki, mühasirə altında
olan və bölgənin ən böyük şəhəri sayılan Bursa olmuşdur. Osmanlı
tarixçiləri Bursa fəth olunandan sonra (1326) bu şəhərin dövlətin
paytaxtı olduğunu qeyd edirlər. 1329-cu ildə Bizansa qarşı
qazanılan Pelekanon (Maltepe Meydan Müharibəsi) ilə Osmanlılar
Kocaeli yarımadasına yerləşməyə başladılar. 1331-ci ildə İznik
(Bursa yaxınlğında), 1333/34 -cü ildə Gemlik, 1337-ci ildə isə
İzmit fəth edildi. İzmitin fəthi ilə Kocaeli yarımadası tamamilə
Osmanlı nüfuzu altına keçdi. Kocaeli yarımadasının fəthində
Osmanlı dəniz güclərinin böyük rolu olmuşdu. Hələ 1327-ci ildə
Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradılmış və
40
Kocaelidə baş verən döyüşlərdə də dənizdən dəstək təmin
edilmişdi.
Karesioğulları Bəyliyinin Osmanlıya ilhaqı: Karesi Bəyi-
nin ölümü ilə oğulları arasındakı taxt mübarizəsindən istifadə edən
Orxan Qazi, Balıkesir yaxınlığında olan bu bəyliyi Osmanlı
sərhədlərinə qatmışdı. Karesi bəyliyinin Osmanlıya ilhaqının
nəticələri:
1. Osmanlılar Karesi bəyliyinin ərazilərinə (Balıkesir,
Manyas və Kapıdağı) sahib çıxaraq Mərmərə dənizi və Çanaqqala
Boğazı sahillərinə qədər nüfuzunu artırdılar.
2. Osmanlılar Karesi bəylinin donanmasını da ələ
keçirərək, bu şəkildə ilk dəniz qüvvətlərinə sahib oldular.
3. Hacı İlbey, Evrenus bəy, Ece Halil kimi dəyərli Karesi
ordu sərkərdələri Osmanlı xidmətinə girdi.
4. Karesioğulları bəyliyinin Osmanlıya ilhaqı ilə Anadolu
Tiirk birliyini qurmaq üçün ilk addım atıldı.
O dövrün bəzi mənbələrinə görə, 1354-cü ildə Trakya-
da şiddətli zəlzələ olmuş, qar və fırtına vəziyyəti daha da
çətinləşdirmişdir. Bu hadisədən sonra Gelibolu şəhəri darmadağın
olmuş, əhali tərəfindən tərk edilmişdir. Orxan Gazinin oğlu
Süleyman paşa (anası Nilufər Xatun) və ordusu Çanaqqala
(Dardanel boğazı) boğazını keçərək özü ilə birlikdə gətirdiyi
köçəri türkmənləri boş qalmış Geliboluda məskunlaşdırmışdır. Bir
müddət sonra Gelibolu bərpa olunaraq, yenidən inşa olunmuş və
əhalisi tamamilə türklərdən ibarət olmuşdur. Bizans imperatoru
Süleyman paşadan Geliboluya yerləşdirdiyi türklərlə birlikdə oranı
tərk etməsini istəmişdir, amma Süleyman paşa türklərin bura
Allahın niyəti ilə gəldiyini, şəhərin tərk edilmiş olduğunu, heç
kimin evinin zorla alınmadığını və şəhəri tərk etməyin Allahın
niyətinə qarşı olduğunu bildirmişdir. İmperator şəhərin tərk edilmə
xərclərini qarşılayacağını və təzminat ödəyəcəyini bildirsə də
Süleyman paşa fikrini dəyişməmişdir. Bizans imperatoru
Süleyman paşanı kürəkəni olan Orxan bəyə şikayət etmişdir.
Orxan bəy bu mövzuda İzmitdə imperatorla görüşə biləcəyini
bildirmişdir, lakin sonradan xəstə olduğunu bildirib görüşə
41
getməmişdir. Bunun fəlakət olduğunu anlayan imperator ümid-
sizliyə qapılmışdır. Daxildəki hərc-mərclikdən də bezən imperator
Kantakuzen 1354-cü ildə öz istəyi ilə taxtdan çəkilərək bir
monastra keşiş olaraq getmişdir. Qayınatasının hakimiyyətdən
getməsi üzərinə Orxan Qazi də Gelibolu yarımadasını tamamilə
öz nüfuzu altına almış, Trakya bölgəsində də fəth siyasətini davam
etdirmişdi.
Rumelidəki Osmanlı torpaqlarında bəylərbəyi vəzifəsini
tutan Orxanın böyük oğlu Süleyman Paşa, Çorlu ətrafında bir ov
sırasında atından düşərək dünyasını dəyişmişdi (1357). Süleyman
Paşanın ölümü ilə, 1359-1362-ci illər arasında Orxan bəyin digər
oğlu və varisi Murad bəy Rumelidəki Osmanlı ordularına koman-
danlıq etməyə başlamışdı.

Ədirnənin fəthi
Fəthin keçirildiyi ili fərqli göstərən mənbələr mövcud-
dur.Osmanlı mənbələrində fəth tarixi 1359 ilə 1362-ci illəri
arasında dəyişik göstərilməkdədir. Bəzi mənbələrdə isə 1362 və
ya 1363-cü ildə Bizans -Bolqar ordusuna qarşı qazanılan Sazlıdərə
zəfərindən sonra, Ədirnənin fəthinin gerçəkləşdiyi qeyd olun-
maqdadır. Serb və bolqar salnamələrinin bəzilərində isə Ədirnənin
fəthinin Çirmən müharibəsindən sonra (1371) olduğu vurğu-
lanmaqdadır.
Türkiyəli tarixçi İsmayıl Haqqı Uzunçarşılı da, 1362-ci ilin
martında vəfat edən Orxan Qazinin daha sonra taxta keçən oğlu I
Murad ilk olaraq qardaşlarının qiyamları ilə qarşılaşdığını və
bunlarla məşğul olmaq məqsədilə Ankara tərəflərinə doğru yürüş
etməsini, buna görə də Ədirnənin fəth tarixinin 1363-1365-ci illər
arasında olduğunu bildirmişdir. Halil İnalcıq isə, Ədirnənin Orxan
Qazi öldükdən və I Murad taxta çıxdıqdan sonra Osmanlı torpaq-
larına qatıldığı fikrini sübut edilməmiş olduğundan bu tarixlərin
doğruluğunu qəbul etməmişdi.
Daha çox qəbul edilən görüş isə, 1362-ci ildə Orxan bəy
vəfat edəndə artıq Osmanlı orduları Adrianopola (Ədirnə) çatmışdı
və həmin il şəhər ələ keçirilmişdi.. Fəth edilməsindən bir müddət
42
sonra Osmanlı imperiyasının paytaxtı olan şəhər, 1453-cü il
İstanbulun (o dövrdəki adı Kostantinopolis) ələ keçirilməsinə
qədər bu statusunu davam etdirmişdi. Ədirnədən sonra Filibenin
də Osmanlı nəzarətinə keçməsi Bizans imperiyasının Avropa və
Balkanlar ilə quru əlaqəsi kəsilmiş oldu.

Orxan Qazi dövründə həyata keçirilən islahatlar

Dövlət idarəsində
Orxan bəy Osmanlı bəyliyini yeni qanunlar və islahatlar
həyata keçirərək dövlətə çevirmişdir. Onun vaxtında ilk dəfə
vəzirlik təşkilatı qurulmuşdur. Qardaşı Əliəddin bəy Osmanlı
tarixində ilk vəzirlik vəzifəsini yerinə yetirən şəxs olaraq tarixə
keçmişdir. İlk dəfə qazı və subaşı vəzifəsinə təyinetmələr onun
vaxtında həyata keçirilmişdir. Sancaqlara (bölgə) qazılar təyin
olunmuşdur. Divan təşkilatı, vəqf sistemi və ədliyyə təşkilatı
qurulmuşdur.

Hərbi idarədə
Ordunu piyada və müsəlləm birliklərindən təşkil
olunmaqla ilk dəfə nizami şəkildə yenidən qurmuşdur. Donanma
yaradılmağa başlamışdır.
Müsəlləm, ordunun müharibə dövründə keçəcəyi yolların
təmizlənməsi, körpülərin düzəldilməsi və yolların açılması kimi
Osmanlı İmperiyasındakı bir çox vəzifədən məsul bir şəxsdir.
Digər tərəfdən, barışıq dövründə bütün vergilərdən azad sayılır-
dılar. Rumelidə aparılan müharibələr nəticəsində ələ keçirilən
bölgələrin xristian təbəələri arasından seçilirdilər. Dövlətin sər-
hədləri genişləndikcə Şimali Afrika və Yaxın Şərqdə müsəlman
təbəələrdən də müsəlləm birliklər təşkil olunmuşdu.

Ticarət və İqtisadiyyat sahəsində


Osman Qazi tərəfindən 1300-cü ildə verilən fərmanla
bazarlarda, yarmarkalarda alınıb satılan heyvanlardan, hər növ

43
maldan, idxal olunan və Osmanlı torpaqlarından tranzitlə keçən
mallardan bac vergisi alınırdı.
Orxan Qazi isə bunu bir qədərdə təkmilləşdirərək, Os-
manlıların ən qədim ticarət qanunu olan 21 maddəlik ilk İhtisab
Qanununu qəbul etdi. Bu qanunda Bursadakı ustalar və mağazalar
tərəfindən ödəniləcək bac miqdarını təyin edən maddələrlə yanaşı,
ilk dəfə şərab satanların, qalay satıcılarının və hamam sahiblərinin
iş və istehsal standartlarını müəyyənləşdirmək üçün bəzi meyarlara
da yer verilmişdir. Qanunda, Osman Qazninin təyin etdiyi 2 sikkə
bac qiyməti qorunub saxlanılmışdır. Orxan Qazi 1324-cü ildə öz
adına gümüş sikkə də kəsdirmişdi.

Osmanlının Rumelidəki iskan siyasəti (istimalet-


yerleşdirmə siyasəti)

- Anadoludan gələn Türk köçərilər fəth edilən bölgələrə


yerləşdirilirdi. Bunun məqsədi köç edənləri oturaq həyata məcbur
etmək və fəth edilmiş yerləri Türkləşdirmək idi. Bu köç iki yolla
könüllü və sürgün şəklində həyata keçirilirdi.
- Köçərilərin daha rahat məskunlaşması üçün yaxın
bölgələrdən seçilməsinə, iqlim şəraitinin eyni olmasına diqqət
yetirilirdi. Beləliklə, insanların yeni yerə uyğunlaşması daha asan
olurdu.
- Köç ailələri seçilərkən, xüsusilə aralarında anlaşmazlıq
olan ailələrdən biri seçilirdi. Məqsəd qan davalarının qarşısını
almaq idi.
- Köç edən ailələrə torpaq verilir və bir müddət heç bir vergi
alınmazdı. Onlar yeni yaşayış yerlərini tərk edə bilməzdilər.
- Fəth edilmiş yerlərdə üsyan çıxarmaq ehtimalı olan yerli
əhali isə başqa yerlərə köçürülürdü.
- Dövlət fəth edilən yerlərdə türk ailərini yerləşdirməklə,
həm özünə dayaq nöqtəsi yaratmaq, həm də buraların türk-İslam
sintezi ilə qaynaşmasını məqsəd olaraq qarşısına qoymuşdu. Bütün
bunlar həyata keçirilərkən, təbii ki, qeyri-müslümlərin də
hüquqları qorunmuş, inanc və adətlərinə hörmətlə yanaşılmışdı.
44
Orta əsrlərin ən böyük səyyahı sayılan İbni Batutta, 1332-
1347 illəri arasında Orxan bəyin idarə etdiyi Osmanlı bəyliyi də
daxil olmaqla Anadolu bəyliklərini ziyarət etmişdi. Rıhlet-ü İbn
Battuta adlı səyahət kitabında, "İhtiyareddin Sultan Orhan Bek,
Osmancık oğlu" adlandırdığı Orxan bəy və hökmranlığı haqqında
aşağıdakıları yazmışdı:
“Bursa'nın sultanı "Osmancık" oğlu "Orhan Bekdir. Bu
hükümdar Türkmen hükümdarların en ulusu olup servet, araziler
ve askeri güçler bakımından da en üstünüdür. Yaklaşık yüz kadar
kaleye sahiptir. Çok zamanını devamli olarak bu kaleleri kısa
süreli olarak ziyaret edip orayı teftiş etmekle ve doğru olmayan
sorunları doğrulaştırmaya çalışmakla geçirir. Kafirlerle savaşır
ve onları kalelerinde kuşatma altına alır. Bizanslı Rumlardan
Bursa'yı beyliğin eline geçiren babasıdır. Söylenenlere göre
babası İznik'i (Nicea) 20 yıl kuşatma altında tutmuştur ama şehri
ele geçirmeden önce ölmüştür. Oğlu Orhan bu şehri eline
geçirmeden 12 yıl kuşatama altında tutmuştur. Ben kendisini
orada gördüm.
3 yıldan beri başkent olan kente ulaşmadan gece bastırdı
ve Gürle köyünde bir Ahinin zaviyesinde kaldık. Ertesi sabah nar
ağaçları ile kaplı bir vadiden tam gün yol alarak İznik şehri kalesi
önüne geldik. İznik dört tarafı gölle çevrili bir kale ve kaleye
sadece atlılar için tek yönlü geçiş sağlayan bir köprü ile girilmekte.
Kentin bir kısmı terkedilmiş harabelik olup Bey'in hizmetinde
bulunan küçük sayıda asker hariç yaşanılmaz durumda. Şehrin
dört bir tarafı aralarında su dolu hendek bulunan iki taraflı taştan
surlarla çevrili ve buralardan kaleye hendek üzerinde bulunan
ahşaptan iner-kalkar köprüler vasıtası ile girilip çıkılabilmekte.
Surlar içinde evler, meyva bahçeleri ve tarlalar bulunmakta ve
içme suyu kuyulardan elde edilmekte. İznik'e Orhan Bey'in
eşlerinden Buyon Hatun (Bayalun/Nilüfer) egemen. Bu kadın
olgunluğu ve dindarlığı ile tanınıyor. Kendisini imam Hoca
Alaeddin ile ziyaret ettik ve bizlere ikram ve iltfatta bulundu.
Birkaç gün sonra Orhan Bey geldi.

45
Atlarımın birinin hastalığı nedeni ile kentte 40 gün kaldım.
Ama sonunda sabırsızlanıp yol arkadaşım üç kişi ve üç erkek bir
kız kölelerimle birlikte kentten ayrıldım. Bu kentten ayrıldıktan
sonra Sagari (Sakarya Nehri) adlı bir nehrinin üzerinden birbirine
sıkıca kalın iplerle bağlanmış dört uzun kütükten yapılmış ve
eğerleri ile taşıdıkları eşya torbalarıyla yolcuların üzerinde
taşındığı, yolcularının atlarının yüzerek arkadan geldikleri ve
sahilden iplere çekilip ilerletilen bir salla bir müddet seyahat
ettik…”

3. Sultan titulunu daşıyan ilk Osmanlı hökmdarı I


Murad Xudavəndigar (1362-1389)

I Sultan Murad Xudavəndigar Osmanlı tarixində Sultan


ləqəbi ilə tanınan ilk hökmdardır. 27 illik hakimiyyəti dövründə
Anadolu və Rumelidə 37 mühüm döyüş keçirmiş və Ploşnik mü-
haribəsi(1386 / 1387) xaric hamısından zəfərlə ayrılmışdır. Atası
Orxan Qazi dövründə 95.000 km² olan dövlətin ərazisi, onun
hakimiyyətində təqribən 500.000 km² qədər genişləmişdi.
Hakimiyyətinin ilk ilini ona qarşı üsyan edən qardaşları
Xəlil və İbrahimlə mübarizəyə sərf edən I Murad, onları yaxaladıb
edam etdirmişdi. O zamana qədərki dövlət ənənəsinə görə bəy-
lərbəylik və sancaq bəylikləri hökmdarın qardaşlarına və ya oğul-
larına verilirdi. Ancaq Sultan I Murad qardaşlarını boğdurğuna və
övladlarının da çox gənc olduğuna görə sülalə xaricində təyinatlar
aparmaq məcburiyyətində qaldı: Lələ Şahin Paşa bəylərbəyi
rütbəsi ilə ordu komandanı, Bursa qazısı Cendereli (Çandarlı) Qara
Xəlil Xeyrəddini "kadıasker" olaraq təyin etdi. Kazasker və ya
kadıasker, Osmanlı dövlətində şəriət məsələləri ilə məşğul olan ali
dini-hərbi hakim idi. Onun səlahiyyətləri arasında qazı, müdərris
(o dövrdə professor) və ruhani din adamlarının təyin edilməsi,
yerdəki hakim qazıların qərarlarının dəyişdirilməsi və yeni qərar-
ların verilməsi var idi. 16-cı əsrdən etibarən səlahiyyətlərinin çoxu
şeyxülislama keçmişdi.

46
1362-ci ildə Ankarada ona qarşı baş qaldıran əxilərin
üzərinəsəfər edərək, buranı yenidən Osmanlıya bağlamışdı. I
Murad bəzən zorla, bəzən nikah diplomatiyası ilə dövlətin
sərhədlərini genişləndirmə siyasəti izləmişdi. Oğlu şəhzadə
Bəyazidi Germiyanoğlu Süleyman bəyin qızı ilə evləndirərək,
Kütahya, Emet, Tavşanlı, Simav və ətrafı ərazilərini cehiz olaraq
onlardan almışdı. Hamidoğulları bəyliyinin çətin vəziyyətdə
olmasından yararlanaraq, Akşehir, Beyşehir, Karaağaç, Yalvaç,
İsparta, Seydişehir və Eğirdir şəhərlərini almışdı.
O dövrdə Osmanlının Anadoludakı ən böyük rəqibi
Karamanoğulları bəyliyi idi. Karamanoğulları özünü, Anadolu
Səlcuqlu dövlətinin varisi olduqlarını iddia etməklə, Osmanlıların
Anadoluda irəliləməsinə qarşı çıxırdı. Karamanoğulları ilə
düşmənçiliyin qarşısını almaq üçün I Murad qızı Nefise Sultanı
Karamanoğlu Əlaəddin Əli bəylə evləndirib qohum oldu. Bununla
I Murad arxa cəbhəni sağlamlaşdırıb Rumelidəki fəthlərini davam
etdirmək istəyirdi. Ancaq Serbistan, Venedik (Venesiya) ve Roma
Papasının təhriki ilə Əlaəddin Əli Bey, 1386-da Osmanlıların
əlindəki Hamidoğulları topraqlarını almaq üçün hərəkətə keçdi.
Anadoludaki nüfuzunu qorumaq və mövqeyini sağlamlaş-
dırmaq istəyən I Murad, Rumelidəki yürüşünü durdurub, təcili bir
şəkildə Karamanoğullarının paytaxtı Konyanı mühasirəyə aldı.
1387-ci ildə baş verən döyüşü uduzan Karamanoğlu Əli bəy sülh
istədi. Əsas diqqətini Rumeliyə verən I Murad qohumunun bu
istəyini qəbul etdi. Beləcə, Anadoluda siyasi nüfuz üstündə
Osmanlı - Karamanoğlu mübarizəsinin ilk raundu birincilərin
uğuru ilə nəticələnmişdi.
Osmanlı dövlətinin Rumelidə irəliləyişi I Murad dövründə
daha da genişləmişdi. Ədirnə və Filibenin Osmanlıların əlinə
keçmesi serb ve bolqarların bərk narahatlığına səbəb olmuşdu.
Papanın da dəstəyi ilə Osmanlıya qarşı serb kralı I Layoşun koma-
danlığında serb, bolqar, macar, Eflak-Boğdan (rumun-moldavan)
və bosniyalılardan ibarət bir xaçlı ordusu qurulmuşdu.1364-cü ildə
Sırpsındığı deyilən yerdə baş verən döyüşdə Osmanlılar xaçlı
ordusunu məğlub etmişdi.
47
Bu qalibiyyət nəticəsində Osmanlının Trakyada nüfuzu
möhkəmləndi. Meriç çayı Osmanlı nəzarəti altına keçdi.
Balkanlarda Macarıstanın üstünlüyü pozuldu. Bolqarıstan vergiyə
tabe edildi və Bolqarıstanın Osmanlı əlinə keçməsi prosesi
sürətləndi. Balkanlara keçid asanlaşdı. Lakin bu müharibə
serblərdə intiqam hissi oyatdığından, serblər revanş hazırlığına
başladılar.
1371-ci ildə serb kralı Jovan Ugljesa, Sultan Muradın
Anadoluya getməsindən istifadə edərək, qəfil hücuma keçməyi
qərara aldı. Buna görə də 70 minlik ordu yaradılır (Bu rəqəm
dövrün bizanslı tarixçiləri tərəfindən göstərilib). Lələ Paşa və
Evrenos bəyin rəhbərlik etdiyi Osmanlı birlikləri əvvəlcə serb
ordusunun irəliləməsinə imkan verir. Serb və Makedon ordusu
Çirmən kəndinə gələrək, burada düşərgə salır. İçki məclisi quran
ittifaq ordusu gecəyə qədər yeyib-içir, şənlənir. Taktiki baxımdan
əlverişli yerdə mövqe tutmuş 800 türk əsgəri gecəyarısı serb-
makedon birliyinə hücum edir. Ani hücumdan çaşbaş qalan ittifaq
əsgərlərinin bir qismi məhv edilir, bir qismi isə qaçmağa çalışır.
800 Osmanlı əsgəri bu hücumla 70 minlik ordunu pərən-pərən
salır. Düşmən qüvvələrinin daxilinə girməyi bacaran Osmanlı
süvariləri serb və makedon komandirləri öldürürlər. Bundan sonra
ordunun digər hissəsi də başsız qaldığı üçün nə edəcəyini
bilmir.Qaçmaq istəyən serb əsgərləri Meriç çayında boğuldu,
öldürüldü və əsir düşdü. Mənbələrin yazdığına görə, Çirmən döyü-
şündən sonra sözügedən çay serb əsgərlərinin qanına boyanmışdı.
Bu qələbədən sonra Osmanlının Makedoniyaya, Avropaya
yolu açıldı, Drama, Kavala, Serez və Yunanıstandakı başqa
ərazilər türklərin əlinə keçdi.Makedoniyadakı serb şahzadələri,
Bolqar kralı və Bizans İmperatoru Osmanlının hakimiyyətini
tanıdılar və vergi ödəməyə razı oldular. Çirmən zəfəri Osmanlı
İmperiyasının yerləşdiyi coğrafiyaya daha da yayılmasının, burada
böyüməsinin, qüdrətlənməsinin başlanğıcı idi.
I Murad dövlətin nüfuzunu Anadoluda və Balkanlarda
yaymaqla məşğul ikən, ailə daxilindəxoşa gəlməz hadisə baş verdi.
Oğlu şəhzadə Savcı bəy atasına qarşı üsyan bayrağı qaldırdı.
48
Şahzadə Savcı Bəy üsyanı
Osmanlı ənənələrinə uyğun olaraq Bursada hakim təyin
edilmişdir. Savcı bəyin dəlisov təbiəti və ətrafının təsirinə məruz
qalması atasının gözündən qaçmadı və I Murad böyük oğlu
Şahzadə Bəyazidə qardaşları haqqında məlumat toplamağı tap-
şırdı. Şahzadə Bəyazid verdiyi məlumatda ortancıl qardaşı
Şahzadə Yaqubun çox səssiz və sakit olduğunu, kiçik qardaşı Şah-
zadə Savcı bəyin isə çox çılğın və dəlisov olduğunu qeyd edirdi.
I Murad1373-cü ildə Bizans imperatoruVII İohann
Paleoloqla birlikdə Candaroğulları bəyliyi üzərinə səfərə çıxdı.
İmperatorun böyük oğlu Andronikos kiçik qardaşı Manuellə taxt
mübarizəsinə başlamış, atasının Konstantinopolda olmamasından
istifadə edərək özünüimperatorelan etmişdir. Bu vaxt Ədirnədə
taxt vəkili olan Savcı bəy də eyni anda üsyana başladı. Hələ 14
yaşında olan Savcı bəy öz adına xütbə oxudaraq özünüsultanelan
etdi. I Murad xəbəri alan kimi böyük bir qoşunla geri döndü və
oğlunun Bizans qoşunlarıyla birləşmiş qüvvələrini darmadağın
etdi. Savcı bəy dərhal Dimetokaya qaçdı ancaq burada ələ keçirildi.
Paytaxta gətirilən Savcı bəyin gözlərinə mil çəkildi və daha sonra
edam edildi (1385). Eyni aqibət imperatorun oğlu Andronikos
üçün də baş tutdu. Ancaq tarixi mənbələrə görə, imperator oğluna
daha mərhəmətli davrandı. Belə ki, Andronikosun gözlərinə qay-
nar sirkə töküldü və yarı kor vəziyyətə gətirildi.
Sırpsındığı və Çirmən məğlubiyyətlərinə baxmayaraq,
serblər heç bir şəkildə Balkanlarda Osmanlı üstünlüyünü həzm edə
bilmirdilər. I Muradın Anadoluda Karamanoğulları ilə müca-
diləsini bir fürsət görərək, bosniyalılarla birlikdə yenidən hərəkətə
keçmişdilər. Karamanoğlu ilə məsələni yoluna qoyan I Murad,
Şahin Paşa komandanlığında 20 minlik ordunu Bosniyaya gön-
dərmişdi. Osmanlı himayəsinə girəcəyini söyləyən İşkodra bəyi
(Albaniya) də Osmanlı ordusuna dəstək verəcəyinə söz vermişdi.
Fəqət sözünütutmayaraq serblərin tərəfində döyüşə qatılmışdı.
Osmanlı ordusunu zəiflətmək üçün ilk əvvəl açıq toqquşmadan
qaçan serblər, ordunun böyük bir hissəsinin yağmaya başının

49
qarışmasından istifadə edərək, Topliça çayı kənarındakı Ploşnik
adlı yerdətürklərə ağır zərbə vurmuşdular (13 min itki).
1386/1387 Ploşnik məğlubiyyəti Osmanlıların xaçlılar
qarşısında almış olduğu ilk böyük uğursuzluq idi. Bu ciddi
məğlubiyyətdən sonra Osmanlı ordusunun irəliləməsi yavaşladı və
bu qələbə serbləri və bosniyalıları cəsarətləndirdi. I Murad özü də
bu məğlubiyyətin intiqamını almaq hazırlığında idi. Nəhayət 1389-
cu ilin yazında Osmanlı sultanI Murad Serbiyaya qarşı yürüşə
başladı. Şəhzadə Lazarın komandanlığındakı 30 minlik serb-
bosniya ordusu ilə 40 minlik Osmanlı qüvvətləri arasında 1389-cu
ilin iyununda Kosovada(Priştina) amansız bir döyüş oldu.Hər iki
tərəfin çox sayıda itkiyə məruz qaldığı bu müharibə Osmanlının
qələbəsi ilə bitmişdi.
Müharibə bitdikdən sonra və ya müharibə zamanı Sultan I
Murad, Serb Miloş Obiliç tərəfindən xəncərlənərək şəhid edildi.
Beləcə I Murat hərb zamanı şəhid düşən tək Osmanlı sultanı oldu.
Bir ölüm-dirim mübarizəsi halına girmiş olan vuruşma və
hökmdara sui-qəsd hadisəsi Türk / Osmanlı və xarici mənbələrdə
çox fərqli şəkillərdə izah edilir: Bir çox Türkcə mənbədə I Murad
ənənəvi olaraq döyüş sahəsinin gəzərkən Serb despotu Lazar
Xrebelyanoviçin kürəkəni olan yaralı Milosun xəncərinə hədəf
olmuş; otağına aparılmış; amma qurtarıla bilməmiş ölmüşdür.
Xarici mənbələrdən əldə edilən məlumatlara(xüsusilə serb)
görə, isə bir serb əsilzadəsi olan Miloşun görüş tələb etdiyi; bunun
qəbul edilib sərbəst məiyəti ilə birlikdə I Muradın otağında
hüzuruna çıxdığı və onun üzərinə atılıb onu xəncərləyib öldürdüyü
yazılır.
Bu hadisə ilə əlaqədar əldəki tək bir yazılı sənəd isə,
Bosniya Kralı I Tvrtkonun Florensiya Senatına göndərdiyi 20
oktyabr 1389-cu il tarixli bir məktubdur. Bu məktuba görə
müharibənin əvvəllərində Serb ağır atlılardan 12 nəfərlik bir qrup
Osmanlı ordusunu yarmağı bacarmış və onlardan biri I Muradı
öldürdü.
Mənəb qarışıqlığı səbəbindən hələ sirrini qoruyan bu sui-
qəsd hadisəsi necə olursa-olsun, Şahzadə Bəyazidin müharibə
50
sahəsindən çağırılıb otaqda Sultan elan edilib ona beyət edilməsi,
tutulub əsir düşən Serb despotu Lazarın və yaxınlarının isə qan
borcu olaraq öldürülməsi, I Muradın müharibə tam olaraq
bitmədən bir sui-qəsdə məruz qaldığını açıqca göstərməkdədir.

I MURAD DÖVRÜNDƏ DÖVLƏT TƏŞKİLATINDA VƏ ORDU


QURUCULUĞUNDAKI YENİLİKLƏR

- Osmanlı dövlət idarəsi I Murad dövründə kiçik bir


bəylik idarəsindən Sultanlıq idarəsinə çevrildi
- Vərasət sistemində dəyişiklik oldu: “dövlət, hökmdarın
və ailəsinin (yəni bütün Osmanlı nəsli) ortaq mülküdür "anlayışı
yerini” dövlət hökmdarın və oğullarının ortaq mülküdür"
anlayışına buraxdı.Daha sonra Fateh Sultan Mehmed dövründə
(1451-1481) bu anlayış ilə qardaşlar arasında mübahisələrin
yaşanması ölkədəki idarəninzəifləyəcəyini düşünüldüyü üçün
qardaş qətlini qanuni bir hal almasına səbəb oldu və “ölkə yalnızca
hökmdarındır” anlayışına keçildi. Son olaraq taxta keçən I Əhməd
(1613-1617), qardaşlar arasında yaşanan problemi həll etmək
məqsədilə, qardaş qətlini ləğv etmiş və “əkbər və irşad” sistemini
gətirmişdi. Buna görə Osmanlı sülaləsində ağlı-dərrakəsi yerində
olan, ən böyük kişi üzvü taxta çıxa bilərdi.
- Ədirnə dövlətin paytaxtı elan edilmişdi.
- Balkanlarda fəthedilen torpaqların idarəsini asanlaşdır-
maq məqsədi ilə Rumeli Bəylərbəyliyi qurulmuşdur. Rumeli
əyalətinin mərkəzi ilk zamanlarda Ədirnə, daha sonra bir müddət
Filibe, 1382'de Sofiya əyalətinmərkəzi olmuşdu. Rumeli əyaləti
digər əyalətlərdən daha imtiyazlı bir əyalət idi. Daha sonra İldırım
Bəyezid dövründə "Anadolu Bəylərbəyliyi" quruldu (1393).
Sonrakı dövrlərdə edilən fəthlərlə yeni bəylərbəyiliklər (əyalətlər)
qurulmuşdu. İlk Rumeli bəylərbəyi Lələ Şahin Paşa təyin
olunmuşdu.
- Divan təşkilatı sistemli və qalıcı hala gətirildi.

51
- Dəftərdarlıq, kazaskerlik ve veziriazamlık idarələri
quruldu.
- Orduda “Pencik” sistemi tıtbiq edildi, acemioğlanları və
yeniçəri ocaqları quruldu.
Pencik, Farscada beş ve bir mənasına gələn pənc və yek
kəlimələrindən törəmişdir. Osmanlı Dövlətində 1363-dən sonra
tətbiq edilməyə başlanmış, müharibələrdə əldə edilən əsirlərin
beşdə birinin əsgər olaraq istifadə edilməsini ifadə edən termindir.
Pençik üsuluna görə, xristian əsirlər ilk əvvəl müsəlman ailələrin
yanına verilir, daha sonra acemioğlan ocaqlarında əsgər
kimi xidmət göstərirdilər.
Yeniçərilər - ( mənası :yeni əsgər, döyüşçü) XIV-XIX
əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu.Yeniçərilər
sipahilər və akıncılarla birlikdə imperiya qoşununun əsasını təşkil
edirdilər. Qapıqulu ocağının (sultanın şəxsi qvardiyası) tərkib
hissəsi idilər. Yeniçərilər dövlətdə həmçinin polis rolunu oyna-
yırdılar. Yeniçəri ocağı Sultan Muradın hakimiyyəti dövründə
təşəkkül tapdı. Osmanlılar tutduqları ərazilərdə 8-18 yaşlı xristian
uşaqları toplayaraq İstanbula yollayır və onlara məcburi İslamı
qəbul etdirirdilər. Müsəlmanlaşdırılmış uşaqlara 12 ilə yaxın məşq
keçirilirdi. Onlara at çapmaq, ox atmaq, qılıncdan istifadə
öyrədilirdi. Yeniçərilərə evlənmək və ticarət fəaliyyəti ilə məşğul
olmaq qadağan edilmişdi.

52
IV. SULTAN I İLDIRIM BƏYAZİD DÖVRÜ (1389-1402)

1. Anadoluda siyasi birliyi qurmaq siyasəti

Kosova döyüşü əsnasında Sultan Murad ağır yaralanmış,


böyük oğlu olması və üstün bacarığı səbəbilə öz yerinə Şahzadə
Bəyazidin gətirilməsini vəsiyyət etmişdir. Sultanın vəfatından
sonra vəsiyyəti yerinə yetirildi və Şahzadə Bəyazid, döyüş mey-
danındakı sultan çadırında taxta çıxarıldı. Dövlət xadimlərinin
tövsiyəsilə, yeganə qardaşı Şahzadə Yaqubu edam etdirdi. Bu
əsnada əsir düşən Serbiya şahzadəsi Lazar da ələ keçirilərək döyüş
meydanında qətlə yetirildi.
Yeni sultan döyüşdən dərhal sonra Bursaya dönmək üzrə
yola çıxdı. Çünki bu əsnada Osmanlı tabeliyindəki Anadolu
bəylikləri üsyan qaldırmış, əvvəllər hakim olduqları əraziləri geri
ala bilmək üçün Karamanoğlu bəyliyinin ətrafında toplanmışdı.
İldırım Bəyazid də Anadoluda siyasi birliyi saxlamaq üçün
atası kimi evlilik, müharibə və satın alma olmaq üzərə üç yol
izləmişdi. Sultan Bəyazid itaətsizlik göstərən bəyliklərə qarşı
1389-cu ilin qışında Anadoluya bir səfər tərtib etdi. Bu səfər
nəticəsində Alaşəhəri ələ keçirdi, ardından qərbi Anadoludakı
türkmən bəyliklərini, Aydın, Saruhan, Məntəşə, Hamidoğulları və
Germiyan bəyliklərini Osmanlı idarəsində topladı. Anadoluda
nüfuz uğrunda İldırım Bəyazidin qarşısında iki böyük rəqibi var
idi: Karamanoğulları və Qazı Bürhanəddin. Qərbi Anadolu
bəyliklərinin zəbtindən sonra Osmanlı ərazilərinin Orta Anadoluya
qədər uzanması və Karaman bəyliyinə qarşı edilən səfər Osmanlı
dövlətini Qazı Bürhanəddin dövlətilə qarşı-qarşıya qoymuşdu.
Türkiyəli tarixçi Yaşar Yücelə görə, “Bəyazidin Anadolunun
siyasi birliyini qəti surətdə gerçəkləşdirmə yolunda əldə etdiyi bu
uğurlar, Orta Anadoluda mərkəziyyətçi dövlətini surətlə inkişaf
etdirməkdə olan Qazı Bürhanəddinlə I Bayəzidin rəqabətinin
başlanğıcı” kimi qəbul edilməlidir. Daha geniş mənada bu rəqabət
Səlcuq Rum imperiyasının çökməsi və parçalanmasından sonra
Anadolu torpaqlarını yenidən mərkəzləşdirmək uğrunda başlayan
53
mübarizənin bir təzahürü idi. Bu mübarizə nəticəsində Anadoluda
tədricən iki siyasi qütb – “qərb” və “şərq” qütbləri meydana
çıxmışdı. “Qərb” qütbünü Osmanlı dövləti, “şərq” qütbünü isə ilk
mərhələdə, yəni XIV əsrin sonlarında Qazı Bürhanəddin dövləti
təmsil edirdi.
Mənşəcə Azərbaycan türklərindən olan məşhur şair, dövlət
xadimi və alim olan Qazı Bürhanəddin, Səlcuqluların məğlubiy-
yətindən sonra Sivas və ətrafında qurulan Eretna Bəyliyində 1335-
1381-ci illərdə sıra ilə qazılıq, vəzirlik və padşahlıq vəkilliyi kimi
vəzifələrdə işləmiş və bir müddət sonra bəyliyin zəifləməsindən
istifadə edərək öz adını daşıyan Qazı Bürhanəddin Əhməd Bəyliyi
dövlətini qurmuşdur (1381-1396). Hər hansı bir hökmdar süla-
ləsinə mənsub olmayan Qazı Bürhanəddinin gələcəkdə siyasi
həyatda yüksəlməsinin yeganə dəstəyi ona qarşı geniş xalq
kütlələri tərəfindən duyulan bu sevgi və hörmət hissləri idi. Qazı
Bürhanəddin Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı Osmanlı
tarixində də silinməz iz qoymuşdur. Maraqlıdır ki, hələ 1388-ci
ildə İldırım Bəyazidin atası Sultan I Muradın Balkanlarda serblərlə
apardığı müharibə dövründə və Kosovo döyüşü ərəfəsində bəzi
Anadolu bəyləri Qazı Bürhanəddinə bu fürsətdən istifadə edib
Osmanlı dövlətinə hücuma keçməyi təklif etmişdilər. Ancaq Qazı
Bürhanəddin bu təklifləri rədd etmiş və belə hərəkətin İslamı
zəiflədəcəyini bildirmişdi. Ancaq İldırım Bəyazidin Anadolunu öz
siyasi nüfuzuna almaq siyasətini izləməsi, Qazı Bürhanəddinin
mövqeyini tamamilə dəyişdirmişdi. O, Karamanoğlunun təşəb-
büsü ilə yaranan və Saruxan, Germiyan, Aydın, Məntəşə və Hamid
bəylərini də birləşdirən anti-osmanlı ittifaqına qoşulmuşdu.
Beləliklə, Qazı Bürhanəddin dövlətinin Orta Anadoluda
güclü bir hərbi siyasi varlıq halına gəlməsi, onun Osmanlı dövlətilə
qarşıdurmasına strateji bir mahiyyət qazandırmaqda idi. Anadolu-
da siyasi nüfuz üstündə iki tərəf arasında müharibə qaçınılmaz idi.
1392-ci ildə Çorum yaxınlığındakı Qırxdilim adlı yerdə baş tutan
döyüşdə, Qazı Bürhanəddin Osmanlıları məğlub etdi. Bu savaşda
İldırım Bəyazidin varisi – oğlu Ərtoğrul öldürüldü.

54
Aralarındakı nifaqa baxmayaraq, şərqdən yaxınlaşan Əmir
Teymur təhlükəsinə qarşı Qazı Bürhanəddin, İldırım Bəyazidə
ittifaq qurmağı təkilf etmişdi. Qazı Bürhanəddinin uzaqgörən
siyasəti nəticəsində 1394-cü ildə ümumi düşman Əmir Teymura
qarşı mübarizədə İldırım Bəyazid, Qazı Bürhanəddin, Məmluk
sultanı Berkük və Qızıl Orda xanı Toxtamış ittifaq qurmağı
qərarlaşdırırlar. Dövrün mənbələrindən də məlum olur ki, Əmir
Teymurun Anadoluya yürüşü ərəfəsində ən çox çəkindiyi şəxs
İldırım Bəyazid deyil, Qazı Bürhanəddin olmuşdur. Fəqət bu
məqamda gözlənilməyən bir hadisə olur, 1398-ci ildə Qazi
Bürhanəddin Ağqoyunlu bəylərindən olan Qara Yuluq Osman
tərəfindən öldürülür. Bu qəfil ölüm hadisəsi həm Əmir Teymuru,
həm də Qazının “müttəfiqi” olan İldırım Bəyazidin də ürəyincə
olur. Əmir Teymur Anadoluda nüfuz mübarizəsində ən böyük
düşmənindən qurtulur. İldırım Bəyazid isə, Qazı Bürhanəddinin
idarəsindəki torpaqlara sahib olma imkanını yaxalayır.Sivas və
Kayseri ətrafı ərazilər Osmanlı nüfuzu altına keçir. Bundan sonra
Karamanoğulları üzərinə səfər edən Bəyazid, öz nüfuzunu ona da
qəbul etdirir. Karamanoğulları Osmanlıya vergi ödəməyə,
Anadoludakı torpaqlarını tanımağa məcbur olur. Lakin Əmir
Teymurun Anadoluya yürüşü sırasında Osmanlıdan üz döndərən,
teymurilərin tərəfini tutan Karamanoğulları, bu ikisi arasındakı
mücadilədən qazanclı çıxan tərəf olmuşdu.
Karamanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar.
Karamanoğulları bəyliyi (1250-1487) Anadoluda ən güclü ailə və
soy qəbul edilirdi. Osmanlı, Anadoludaki son bəylik olaraq
Karamanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə
problem çıxarmasının qarşısını almaq üçün Osmanlı dövləti
Karamanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaq-
larına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə
sürgün etmişlər.

55
2. İldırım Bəyazidin xaçlılar üzərindəki zəfərləri

Bəyazid Osmanlı dövlətini güclü bir mərkəzi nüfuza sahib


impariyaya çevirmək istəyirdi. Bu səbəblə Anadoluda siyasi birliyi
saxlamaqla yanaşı, Rumelidə də ənənəvi Osmanlı fəth siyasətini
davam etdirmişdi. Sultan Bəyazidin ani və sürətli fəthlərinin
ardından, Avropadakı xristian dövlətləri Osmanlılara qarşı ittifaq
quraraq yeni bir səlib yürüşünə başladılar. 1396-ildə Osmanlıilə
Avropadakı xristian dövlətlərinin təşkil etdiyi xaçlı ordusu
arasında Nikopol (Niğbolu) döyüşü baş verdi. Xaçlılar bu döyüşə
çoxlu sayda qoşun gətirmişdi. Hətta macar kralı Sigizmund
möhtəşəm xaçlı ordusu ilə Niğboluya yaxınlaşarkən başını qürurla
yuxarı qaldırmış, yanındakılara belə demişdi: "Göy çöksə,
nizələrimizlə saxlarıq!"
Döyüş fransız cəngavərlərinin güclü hücumu ilə başladı.
Onların ardınca başqa millətlərin süvariləri gəldi. Türk yüngül
süvarisi düşmənin zirehli süvarisi ilə bacara bilmədiyi üçün itki
verirdi. ŞahzadəMustafa ÇələbininAnadolusüvariləriylə etdiyi
yayındırıcı əks-hücumu vaxtı padşahın əmriylə ikinci xətdəki
qüvvələr yanlara doğru çəkilməyə başladı. Türk ordusu yavaş-
yavaş aypara şəklini alırdı. Cəngavərlər bu manevri anlamamış,
türk ordusunu dağıtdıqlarını və zəfər qazandıqlarını sanaraq irəli
atılmışdılar. Ancaq qarşılarındakı təpəni aşınca yenidən döyüşə
girmiş üçüncü xətdəki türk qüvvələri ilə qarşılaşdılar. Bu vaxt
ayparanın ucları getdikcə yaxınlaşır, türk süvariləri xaçlı ordu-
sunun arxasına keçirdi. Oxçular süvariləri piyada qoymaq üçün
atlarını nişan alırdılar. Bunu anlayan cəngavərlərin bir qismi daha
əvvəl atlarından endilər. Bu anda Bəyazid ümumi hücum əmri
verdi. Cəngavərlər geri dönüb, atlarına minmək istədikdə arxa-
larının da kəsilmiş olduğunu gördülər. Bu vəziyyətdə heç nə edə
bilmədilər. Çoxu öldü, qalanlar isə təslim oldular. Ayparanın hələ
birləşməmiş ucları arasından geri çəkilmək təlaşına düşən macar-
ların böyük hissəsi Dunayçayında boğuldular. Döyüş türklərin tam
və qəti qələbəsiylə nəticələndi. Bu, tarixin ən qanlı döyüşlərindən
biri olmuş, 130 min nəfərlik xaçlı ordusu 100 minə yaxın itki
56
vermiş, 10 mini əsir düşmüş, 20 minə qədəri qaçaraq canını
qurtarmışdı.
Xaçlı ordusunun keçdiyi yerlərdə müsəlmanları hətta
pravoslav əhalini qətl etdiyini öyrənən İldırım Bəyazid çox
qəzəblənmişdi. Onun əmri ilə əsir düşən əsilzadələr və uşaqlar bir
kənara ayrıldıqdan bütün əsirlər edam edilmişdi. Niğbolu
müharibəsi, o tarixə qədər Osmanlının əsirləri edam etdirdiyi ilk
savaş idi. Uşaqların canı bağışlandı, onlar müsəlman olaraq
yetişdirilməsi üçün türk ailələrinə verildi. Əsilzadələr isə fidyə
qarşılığında sərbəst buraxıldı.
Niğbolu müharibəsində türkləri ilk dəfə tanıyan və İldırım
Bəyazidin komandanlığına ve qəhrəmanlığına heyran qalan Bur-
qonya dükü Qorxusuz Jean əsarətdən qurtulur və bir daha türklərə
qılınc çəkməyəcəyinə dair and içir. Fidyə qarşılığında sərbəst
qaldıqdan sonra İldırım Bəyazid onu yanına çağıraraq lağ
edərcəssinə bu sözləri demişdi:
“Ettiğin yemini sana iade ediyorum. Aksine eğer şerefini
koruyan bir adam isen silahını al ve Hristiyanlığın bütün
kuvvetlerini aleyhime topla. Böylece bana kazanmak için yeni
fırsatlar tanımış olursun. Zira ben ancak Allah'ın dinini yaymak ve
Onun rızasına kavuşmak için dünyaya Cihad yapmaya gelmişim.”
Niğbolu zəfərindən sonra:
- Eflak ve Boğdan Osmanlı üstünlüyünü tanıdı.
- Bolqar krallığı ləğv edildi, Bolqarıstanın fəthi tam başa
çatdırıldı.
- Osmanlı türklərini Balkan yarımadasına məğlub et-
məyin mümkünsüzlüyü bir daha ortaya çıxmışdı. Xristian Avropa
dövlətləri o qədər zəif düşdü ki, Bəyazidin ölümündən sonra
Osmanlı dövlətində yaranmış dağınıqlıqdan istifadə edəcək gücləri
də qalmamışdı.
- Bu zəfər Osmanlı Dövlətinin və İldırım Bəyazidin Türk-
İslam dünyasındaki etibarını artırdı. Məmluq xəlifəsi İldırım
Bəyazidə “Sultanı İklimi Rum” (rum diyarının hökmdarı) ünvanını
verdi.

57
İldırım Bəyazidin əsil hədəfi isə, Bizansın qəlbi olan
Konstantinapolu (İstanbul) fəth etmək idi. İldırım Bəyazid 1391-
1400 illəri arasında İstanbulu 4 dəfə mühasirəyə almış, hətta
Bizansa Qaradənizdən gələ biləcək yardımı əngəlləmək üçün
boğazın Anadolu yaxasına Anadolu Hisarını (Güzelce hisar) inşa
etdirmişdi (1397).
Bəyazid 4-cü mühasirəsində İstanbulun fəth edilməsi an
məsələsi idi. Fəqət Əmir Teymurun Anadoluya hücumu qarşısında
mühasirəni dayandırıb bütün diqqətini şərqə yönəltməyə məcbur
oldu. Buna baxmayaraq, bəzi istəklərini imperatora qəbul etdirə
bildi. Bizansla-Osmanlı arasında imzalanan müqaviləyə görə:
- İstanbulda türk məhəlləsi qurulacaq və bir məscid inşa
olunacaq.
- Türklər ticarət məqsədilə sərbəst şəkildə İstanbula girə
biləcək.
- İstanbulda türklərin məhkəmələrinə baxmaq üçün qazı
təyin ediləcək.
- Bizans Osmanlı dövlətinə vergi verəcək.

3. Əmir Teymur - İldırım Bəyazid münasibətləri

İstanbulun fəthi an məsələsi ikən, şərqi Anadoluda Əmir


Teymur təhlükəsi peyda oldu. Əmir Teymur, özünü Çingizxanın -
Hülakilərin varisi olaraq gördüyündən Anadolu torpaqlarına da
iddialı idi. Sultan Bəyazid isə Səlcuqluların varisi iddiasında idi və
Anadoludakı birliyi təmin etmək istəyirdi. Məhz bu nöqtədə 2 türk
sultanının arasında ziddiyət yaranmışdı. Əmir Teymur Şam, Hələb
və Bağdadı tutduqdan sonra, düşmənləri olan Qara Yusif və Sultan
Əhməd Cəlayır İldırım Bəyazidə, Osmanlı tabeliyindən qaçan
Anadolu bəylərinin isə Əmir Teymura sığınması, Bəyazidlə Əmir
Teymurun münasibətlərinin daha da gərginləşməsinə səbəb oldu.
Əmir Teymuru Osmanlı dövləti ilə döyüşməyə təhrik edənlər
Ərzincan əmiri, Ağqoyunlu bəyi və başda Karaman bəyliyi
olmaqla digər Anadolu bəylikləri idi. Bundanbaşqa Genoa, Fransa,

58
Kastiliya və Bizans kimi dövlətlər də bu toqquşmanın olmasında
maraqlı idi. Konstantinopolun İldırım Bəyazid tərəfindən müha-
sirəsi zamanı İmperator II Manuel Əmir Teymura tabe olub xərac
verəcəyini bildirmişdi.
Əmir Teymurla İldırım Bəyazidin döyüş meydanında
qarşılaşmazdan əvvəl məktublaşdıqları məlumdur. Əmir Teymur
məktublarında: “…Uca tanrının istəyi ilə müzəffər bir hökmdar
olduğunu; məqsədinin və yolunun cihangirlik olduğunu; soyunun
Elxandan olduğunu, bütün müsəlmanlarının əmiri olduğu üçün də
Osmanlının onun nüfuzunu qəbul etməsini”vurğulamışdı. Əmir
Teymurun Bəyazidə 4 məktub göndərdiyi anlaşılmaqdadır. Bu
məktubların birində bu ifadələr yer almaqda idi: “Yeri və göyü
yaradan Allaha sonsuz şükürlər olsun ki, yeddi iqlimdəki
məmləkətlərin çoxunu mənim fərmanıma daxil elədi və dünyanın
sultanları, hökmdarları mənə baş əyərək itaət sırğasını qulaqlarına
taxdılar. Öz qədrini bilən, həddini aşmayan, ayağını yorğanına
görə uzadan bəndənin günahından Allah özü keçsin. Sənin
nəslinin-nəcabətinin kimliyi dünyada hamıya bəllidir. Belə olan
halda, özünə yaraşan iş tut, cürət ayağını qabağa qoyma ki, inciklik
və möhnət bataqlığına batıb, fəlakət quyusuna yuvarlanmayasan.
İqbal qapısından qovulan bir çox böhtan atamlar qərəzli
niyyətlərini yeritmək üçün sənin qoltuğuna sığınmış, yuxulayıb
yatan fitnəkarlığı oyatmışlar. Onların təhriki ilə fəlakət və bəla
qapısını yenidən öz dövlətinin üzünə açma. Bu məktubu alan kimi
Qara Yusifi mənim yanıma göndər. Dediyimi eləməsən, qədər-
qismət pərdəsi sənin üzünə qoşunlarımızın səfərləri toqquşanda
açılacaqdır.”
İldırım Bəyazidisə Teymurun istəklərini əmr hesab edərək
ağır cavab yollamışdır. Bu vəziyyət Əmir Teymuru qəzəblən-
dirmişdi. Dərhal Ərzincanagələn Əmir Teymurburada şəhər
qapısında qarşılanmış və çox keçmədən Osmanlılara aid Sivas
qalasını mühasirəyə almışdı (1400). Şəhər əmirin ordusuna təslim
olsa da, qalada dəhşətli qətliamlar oldu və qala əhalisi qılıncdan
keçirildi. Darmadağın edilən bölgə Ərzincan hakiminə verildi
(1401). Bəyazid və Teymur arasında həlledici döyüş isə, 1402-ci
59
ilin iyulunda Ankaranın Çubuq Düzənliyində baş vermişdi.
Osmanlı sultanı I İldırım Bəyazidin 70 min ordusuna qarşı Əmir
Teymur 150 minlik ordu və 32 fillə çıxmışdı. Tarixə iki Türk
dövlətinin qanlı toquşması kimi düşən Ankara döyüşü (1402)
Osmanlının məğlubiyyətilə bitmişdi. Sultan İldırım Bəyazid əsir
düşmüşdü. Ankara döyüşünün Osmanlı üçün məğlubiyyətlə
nəticələnməsinin səbəblərinə gəlincə:
- Cəsarətli olduğu qədər həddindən artıq qürurlu olan
İldırım Bəyazid, düşmənin gücünü və taktikasını yetərincə
qiymətləndirmədiyi üçün Sivas daxil bir çox şəhərin müdafiəsini
düzgün təşkil edə bilməmişdi. Sivasın itirilməsi bəlkə də Ankara
məğlubiyyətinin xəbərcisi idi. Bəyazid, Teymur təhlükəsinə qarşı
Məmlüklərlə ittifaq quracağına, onlara aid Əlbistan və Malatya
bölgəsini ələ keçirərək əlavə düşmən qazanmışdı. Bəzi türk
tarixçiləri haqlı olaraq Bəyazidi “ehtirasının kölgəsində bir sultan”
olaraq portretini çizmişdilər.
- Teymurun birliklərinin sayca üstünlüyü və Hindistandan
gətirilən döyüş filləri müharibədə mühüm rol oynamışdı.
- Osmanlıların sağ cinahında durmuş 18 minlik tatar
ordusunun, həmin cinahda duran Anadolu türkmən bəylərinin
birliklərinin xəyanəti və Teymurun tərəfinə keçməsi döyüşün
taleyini həlletdi.

Ankara döyüşünün nəticələri:


- Anadolunun siyasi birliyi pozuldu. Çünkü Əmir
Teymurun da icazəsi ilə bəyliklərin çoxu Osmanlıya tabeliklərini
sonlandırdılar.
- Balkanlarda Osmanlı irəliləyişi bir müddət durdu və
bəzi ərazilər itirildi. Amma Avropadakı yüz illik müharibə, feodal
dərəbəyliyi, uclarda türk qəbilələrinin sayəsində Osmanlı
Rumelidə varlığını qoruyub saxlaya bilmişdi.
- Osmanlı Dövləti 11 illik Fətrət dövrünə (1402-1413)
girdi.

60
Mərkəzləşmiş güc pozuldu, İldırımın oğulları arasındaki
taxt mübarizəsi dövründə (fətrət - Fasıla-i Saltanat) dövlət dağılma
təhlükəsi keçirdi.
- İstanbulun fəthi ve Bizansın dağılması 50 il gecikdi.
- Bizans şəhzadələri qızışdıraraq Osmanlının daxili
işlərinə qarışma imkanı əldə etmişdi.
- Osmanlı xəzinəsi və əsərləri yağmalandı. Quruluş dövrü
iləəlaqəli məlumatların azlığının səbəblərindən biridə budur.
Əmir Teymurun Anadoluya səfərinin ümumtürk davası
baxımından yalnız tək bir əhəmiyyətli hadisəsi isə, İzmirin
müsəlman-türklər tərəfindən fəth olunması idi.
Ankara müharibəsində əsir düşən İldırım Bəyazidə qarşı
Əmir Teymurun münasibətinə gəlincə, bəzi qərb və ərəb
mənbələrində sonuncunun Osmanlı hökmdarına qarşı çox pis
davrandığı, hətta onu təhqir edərək qəfəsə saldığını qeyd edirlər.
Osmanlı və Teymuri mənbələrində isə, Əmir Teymurun bir qazi
olaraq gördüyü İldırıma qəlbən hörmət bəslədiyini, hətta nəvəsi
şəhzadə Əbubəkirə Osmanlı xənadanlığından qız aldığını qeyd
etməkdədirlər. Əmir Teymur, İldırımın xahişi üzərinə Osmanlı
şəhzadələrinin canını bağışlamış, 1403-cü ildə Osmanlı sultanının
“müəmmalı” ölümünə də çox üzülərək Bursa da dəfn olunmasına
imkan yaratmışdı.
Burada maraqlı bir faktı qeyd etmək istərdik. Əmir Teymur və
İldırım Bəyazid arasındakı çəkişmə tarixə böyük bir marağı olan
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün də
diqqət mərkəzində olmuşdu. Atatürkün yaxın dostu və dövlət adamı
olan Muhammet Esat Bozkurt “ Aksak Demirin Devlet politikası”
adlı əsərində Atatürkün xüsusilə Əmir Teymurun şəxsiyyətinə böyük
heyranlıq duyduğunu , iki türk hökmdarını müqayisə edərkən bu
ifadələri işlətdiyini qeyd etməkdədir: “Yıldırım bir kahraman, bir
cihan kahramanıdır, büyük manevracıdır, fakat Demir’in ( Teymur)
yanında çocuktur, korkusuz bir deli oğlandı... Ben Demir zamanında
gelseydim onun yaptığı işleri başaramazdım. O benim zamanımda
gelseydi, yaptıklarımdan daha çok büyüklerini yapardı...” Atatürkün
mənəvi qızı sayılan , tarixçi-sosioloq Afet İnan da xatirələrində,
61
Atatürkün , Əmir Teymurun böyük komandan kimi dühasına heyran
olduğunu, hətta bu dahi şəxsiyyət haqqında bir pyes yazdığını qeyd
etməkdədədir. Pyesdə, əsasən Əmir Teymurin danışıığna yer verən
Atatürkə, bununla əlaqədar sual verilərkən, Atatürkün cavabı çox
maraqlı olmuşdu: “ Dəmir varkən, kimsə onun önündə danışa
bilərmi? “

62
V. FƏTRƏT (İNTERREQNUM) VƏ BƏRPA DÖVRLƏRİ

1. Şəhzadələr arasında hakimiyyət uğrunda mübarizə

Fətrət (İnterreqnum) - İldırım Bəyazidin Ankara müha-


ribəsində Teymura əsir düşməsindən sonra dağılan Osmanlı
birliyinin 1413-cü ildə I Mehmed tərəfindən yenidən bərpa
edilməsinə qədər adlandırılan dövrdür. Bu dövr 1402-ci ildən
başlayan və 1413-cü ilə qədər qardaşlar arasında davam edən taxt
müharibəsi dövrüdür. Fətrət sözünün mənası ərəb dilində “iki
hadisə arasında keçən zaman” deməkdir. Dini ədəbiyatda iki
peyğəmbər İsa və Məhəmməd arasında keçən “boşluq dövrü”
nəzərdə tutulmaqdadır. Siyasi tarixdə interreqnum, mərkəzi
hakimiyyətin zəif olduğu, dövlətin nüfuzunun azaldığı bir dövr
olaraq görülür. Osmanlı dövlətində fətrət dövrü 1402-1413 illəri
əhatə edir. Bu dövrə "Fasıla-i Saltanat" da deyilir.
Ankara savaşındakı məğlubiyyət və Bəyazidin əsir düşməsi
ilə varisləri arasında hakimiyyət uğrunda amansız mübarizəyə
başlamışdı. İldırımın sağ qalan varisləri haqqında Osmanlı
tarixçilərindən Aşıqpaşazadə, əsərində bunları nəql etmişdi;
“Bayezid’in altı oğlu kalmıştı. Beşi belli, biri görünmez
oldu.Çünkü biri Timur'la yapılan savaşta ortadan kayboldu.
Oğlanlarının biri Emir Süleyman, ikincisi Mehmed, üçüncü İsa,
dördüncü Musa, beşinci de Kasım'dır. Lakin bu Kasım, o zaman
sarayda olup daha küçüktü. Sonra o ortalıktan kaybolan Mustafa
idi.”
Ankara savaşından sonra bir-biri ilə taxt davasına girən
İldırım Bəyazidin oğulları Əmir Süleyman,İsa Çələbi,Mehmed
ÇələbivəMusa Çələbidir.
Əmir Süleyman "Süleyman Çələbi” (1377-1411).
1402-ci ildə Ankara döyüşündə Osmanlı ordusunun sol
qanadının komandiri olan Süleyman Çələbi, məğlubiyyətdən sonra
özünə bağlı birliklər və İldırım Bəyazidin vəziri olan Çandarlı Əli
Paşa ilə birlikdə Bursaya doğru qaçmağa başlamışdı. Bursaya
qaçma səbəbi tarixçilər tərəfindən müxtəlif səbəblərlə izah olunur.
63
Bəzi qaynaqlara görə Süleyman Çələbi Osmanlı Dövlətinin
xəzinəsini almaq üçün əvvəl Bursaya gəlmiş və Teymurun ordusu
şəhərə çatmamış bu xəzinə ilə şəhərdən qaçmağa imkan tapmışdır.
Digər qaynaqlar isə xəzinəni ala bilmədiyi tezisini dəstəkləyirlər.
Amma bu səbəbi müxtəlif səbəblərlə izah edilir: ya dövlət
xəzinəsini almağa vaxt olmadan Teymurun ordusu Bursaya gəlib
xəzinəni öz əllərinə keçirmişlər ya da dövlət xəzinəsi ordu ilə
birlikdə Ankara döyüşündə Teymurun əlinə keçmişdir. Ən son
şərh isə xəzinə paytaxt Ədirnədə idi və Süleyman Çələbi Ədirnəyə
gəldiyində xəzinəni ələ keçirmişdir. 1402-ci ilin avqustunda
xristian Venesiya və Genoa ilə anlaşaraq, onların gəmiləri
vasitəsilə Rumeliyə keçib, Ədirnədə hökmranlığını elan etmişdi.
Süleyman Çələbi tarix kitablarında Osmanlı dövlətinin mövcud
olduğu dövrdə qətiyyən Osmanlı sultanı kimi qeyd edilməmişdir.
Lakin müasir tarixçilərin bəziləri onu Osmanlı Dövlətinin 5-ci
hökmdarı olaraq qeyd edir. Hətta onu Rumelinin ilk sultanı
olduğunu bildirirlər.
Süleyman Çələbi Rumelidəki Osmanlı bölgələrinə hakim
olmaq və Bizansın dəstəyini almaq üçün o zaman Avropada olan
Bizans İmperatoru II Manuel Paleoloq yerinə taxt naibliyi edənVII
Yannis Paleoloq ilə müzakirələrə girişdi. İl sonunda müzakirələr
sona çatdı. 1403-cü ilin əvvəllərində şəxsən Əmir Süleyman ilə
Bizans taxt naibi,Venesiya,Genoa,Rodos, Sankt Cin Cəngavərləri,
Serb desbotu Stefan Lazareviç və Latın Naksos Dükü arasında sülh
müqaviləsi imzalandı. Bu müqaviləyə görə:
- Bizans Osmanlıların aslılığından çıxacaq və illik təzminat
ödəməyi dayandıracaq
- Yaxşı niyyətini göstərmək üçün Süleyman Çələbi Bizansa
Egey sahillərində Selanik və ətrafını, Aynaroz (Athos)
yarımadasını, bəzi Egey adalarını və Qara dəniz sahillərində Boğa-
za girişdən Nişabura qədər (hətta Varnaya) ərazini geri verəcəkdi.
- İtalyan dənizçi şəhərlərinə (Venesiya və Genoa)
Osmanlıdan asılı vəziyyətdə olan ölkələrdə daha çox ticarət
imtiyazları təmin ediləcəkdi.

64
- Osmanlılar əllərindəki bütün Bizans və digər müqavilə
imzalayan ölkələrin əsirlərini geri təslim edəcəkdi.
- Osmanlı gəmiləri Çanaqqala və İstanbul boğazlarına
Bizansdan icazə almadan girə bilməzdilər.
- Buna qarşılıq müqaviləni imzalayan bütün ölkələr
Süleyman Çələbini paytaxtı Ədirnə olan Osmanlı Dövlətinin
hökmdarı olaraq tanıyacaqdılar. Bu xəbəri Avropada Venesiyada
alan II Manuel Paleoloq dərhal İstanbula geri döndü və öz imzası
ilə bu müqaviləni təsdiq etdi.
Rumelidə hakimiyyətini möhkəmlədən Süleyman Çələbi,
Anadolunu da alıb Osmanlı Dövlətini yeniləmə idealını həyata
keçirməyə çalışmışdı. İçkiyə düşkünlüyü ilə bilinən Süleyman
Çələbiyə dövlət işlərində ən böyük dəstəkçisi başvəziri Çandarlı
Əli Paşa idi.
O dövrdə Anadolunun mərkəz şəhəri sayılan Bursanın
alınması uğrunda Osmanlı şəhzadələri arasında amansız rəqabət
vardı.
Əmir Teymur Bursa şəhərini aldıqdan sonra İldırımın
övladlarından Musa Çələbini (ö.1413) buraya hakim təyin et-
mişdi. Əmir Teymurun fərmanı ilə şəhəri idarə edən Musa
Çələbiyə qarşı qardaşı İsa Çələbi (1380-1406) hərəkətə keçmişdi.
Balıkesir ətrafında baş verən vuruşmada İsa Çələbi qalib gəldi və
Bursada idarəni ələ keçirdi. Şəhzadələr arasında yaşanan bu
çəkişmələri öz siyasəti üçün uyğun görən Əmir Teymur, bu dəfə
İsa Çələbiyə fərman göndərək onu şəhərin hakimi kimi tanıdı.
Əmir Teymurun fərmanı ilə Amasya civarını idarəsində
tutan I Mehmet Çələbi (1386-1421) qardaşı İsa Çələbiyə bir
məktub göndərərərək Anadolu torpaqlarının ikisi arasında
bölüşdürülməsini təklif etdi. İsa Çələbi bu təklifi qəbul etmədi və
"ulu qarındaşın" özü olması səbəbiylə hökmdarın özü olduğunu
müdafiə etdi.Amasyadanyürüşə başlayan Mehmed Çələbi əsgəri
ilə Bursaya gəldi. İsa Çələbi ilə Mehmed Çələbinin ordusu
arasında Ulubat döyüşü (1403) baş verdi. Bu döyüşdə İsa Çələbi
məğlub oldu və Konstantinapola qaçdı.

65
Yuxarıda da vurğuladığımız kimi, bu dövrdə Bizans,
Süleyman Çələbi ilə çox əlverişli olan bir müqavilə imzalamışdı.
Bu müqaviləyə əsasən Ədirnədə qanuni olaraq Osmanlı hökmdarı
kimi hökm sürən Əmir Süleyman qardaşı İsa Çələbini ona
göndərməsini tələb etdi. Beləliklə İsa Çələbi Ədirnəyə göndərildi.
Əmir Süleyman öz səltənətinə ən böyük rəqib olaraq o zaman
Bursada hökm sürən qadaşı Mehmed Çələbini görürdü. Onu
aradan qaldırmaq üçün qardaşı İsa Çələbiyə güclü bir ordu
verərək Bizansın dəstəyi ilə Anadoluya keçməsini təmin etdi. Bu
ordunun köməyi ilə İsa Çələbi Bursa önlərinə qədər gəldi. Fəqət
Bursa yaxınlarındakı savaşı da uduzan İsa Çələbi bu dəfə Osmanlı
idarəsindən qopan Candaroğlu, Saruhan, Menteşe bəylərinin
köməyinə sığındı.Bunlardan topladığı ordu ilə İsa Çələbi 1404-
1405-ci illər arasında üç dəfə Bursaya hücum etdi. Amma hər
səfərində Mehmed Çələbiyə məğlub olaraq geri çəkildi. İsa Çələbi
axırıncı müvəffəqiyətsizliyindən sonra Karamanoğullarının
ərazisinə qaçdı. Karamanoğlu İsa Çələbi ilə Mehmed Çələbi
arasında bir seçim etmək məcburiyyətində qaldı. Anadoluda çox
güclənmiş olan Mehmed Çələbiyə qarşı dura bilməyəcəyini
anlayaraq İsa Çələbini ölkəsindən qovdu.
Atalarının yurdu olan Sultanönünə gələn İsa Çələbi bir
müddət burada gizləndi. Amma 1406-cı ildə İsa Çələbinin Eski-
şəhərdə bir hamamda olduğu Mehməd Çələbinin adamları
tərəfindən öyrənildi. Mehmed Çələbinin adamlarının hamama
etdiyi basqında İsa Çələbi tutulub öldürüldü. Bursaya gətirilən
cəsədi Murad Xudavəndigar türbəsi kənarına basdırıldı. Mehmed
Çələbi qardaşını öldürən adamları edam etdirdi.
Osmanlı taxtı uğrundakı mübarizədə rəqiblərindən birinin
ortadan qalxması ilə, I Mehmed Çələbinin önündə ən böyük əngəl
özünü “Rumeli sultanı” olaraq elan edən Əmir Süleyman idi.
Doğrudur, Əmir Süleyman Rumelidə taxta çıxınca, Amasyada
olan Mehmed Çələbi qardaşına göndərdiyi məktubda: “Emirim
ve ulu karındaşım. Eğer ki atamız öldüyse kendileri sağ olsun.
Padişahlık mübarek olsun” – deyərək ona tabe olduğunu beyan

66
etsə də, sonradan yaşanan hadislərin əslində ikisi arasında
düşmənçiliyin olduğunu göstərməkdəydi.
Mehmet Çələbiyə qarşı ilk əvvəl İsa Çələbini dəstəkləyən,
ikincisinin ölümündən sonra isə, Süleyman Çələbi Anadolunu ələ
keçirmə idealına daha qüvvətlə sarıldı və qüvvələrini topla-
yıb Anadolu yaxasına keçdi. Mehmed Çələbi orada olmadığından
Bursaya hücum edib şəhəri ələ keçirdi. Qardaşına qarşı mübarizə
apara bilməyəcəyini anlayan Mehmed Çələbi Amasyaya çəkildi.
Baş vəzir Çandarlı Əli Paşanın müvəffəqiyyətli manevriylə
Ankaranı aldı və qardaşının geridə buraxdığı yerləri talan etdi.
Ankaranı ələ keçirdikdən sonra Əmir Süleyman bütün Osmanlı
ölkəsinin hökümdarı kimi hərərkət etməyə başladı. Bu dəfə də
Əmir Süleyman Rumeli və Anadolunun hökmdarı olaraq özünü
Bursada eyş-işrətə verdi. Bunu fürsət bilən Mehmed Çələbi
yenidən Bursa üzərinə hücuma keçdi. İki ordu Yenişəhər
düzənliyində qarşı-qarşıya gəldilər. Lakin Süleyman Çələbinin baş
vəziri Çandarlı Əli Paşa müxtəlif manevrlərlə Mehmed Çələbi
ordusunun məsləhətçilərini aldadıb ordunun döyüşə girmədən
dağılmasına səbəb oldu. Mehmet Çələbi bu səfər ordusuz qalaraq
təkrar Amasyaya qaçmaq məcburiyyətində qaldı.
1406-cı ildə Süleyman Çələbinin bu müvəffəqiyyətinin
memarı olan və I Murad dövrünün sonundan bəri 20 il baş vəzirlik
etmiş Çandarlı Əli Paşa öldü. Bu təcrübəli dövlət adamının ölümü
Süleyman Çələbi üçün bir güc itkisi oldu və bundan sonra Əmir
Süleyman zəifləməyə başladı. Süleyman Çələbinin içki və əylən-
cəyə aludəçiliyi isə ən böyük nöqsanlarından biri olaraq görül-
məlidir. Əhali və axıncı türk boyları arasında narazılıq getdilcə
artmaqda idi. Təbii ki, bundan Mehmet Çələbi istifadə etməyə
çalışmışdı. Mehmet Çələbi, Süleymana qarşı mübarizədə digər
qardaşı Musa Çələbi ilə yaxınlıq edərək, 1409-cu ildə onunla bir
sövdələşəmə qurmuşdu.Bu sövdələşməyə görə, Musa Çələbi
Rumeliyə keçərək, Əmir Süleymanı burada yubadarkən, Mehmed
Çələbi də Anadolunu və Bursanı ələ keçirəcəkdi.
Qara dəniz vasitəsilə Eflaka gələn Musa Çələbi burada
özünə yeni qüvvə toplamaqda gecikmədi. Eflak şahzadəsi Mirça,
67
Serb despotunun qardaşı Vuk Brankoviç və Bolqar boyarları ona
kömək edirdi.Əmir Süleyman, Musa Çələbinin topladığı qüvvələrə
qarşı Bizans imperiyasından kömək əldə etmək qərarına gəldi.
İstanbuldakı görüşmədə Bizans İmperatoru II Manuelə "sevgili
ata" deyərək xitab edən Əmir Süleyman, Musa Çələbinin
hücumlarına Bizansın dəstəyi olmadan qarşı gələ bilməyəcəyi
xüsusunda imparatoru inandıra bilmişdi. Musa Çələbinin Bizansa
qarşı çox daha sərt bir siyasət yeridəcəyini bilən və İldırımın
İstanbul mühasirəsini hələ unutmayan İmperator II Manuel ilə
Süleyman Çələbi bir dəstəkləmə müqaviləsi imzaladılar. Bizansa
yaxşı niyyətini ortaya qoymaq üçün Əmir Süleyman gənc qardaşı
Qasım Çələbi və bacısı Fatiməni Bizansa girov olaraq verdi və
imperatorun qardaşı qızı ilə evləndi. Bundan sonra Kara-
manoğulları ilə də sülh müqaviləsi imzaladı. Bu siyasətinin birinci
mərhələsində müvəffəqiyyətli olan Süleyman Çələbi isə dərhal
Bursaya girib Anadoludakı vəziyyəti öz xeyrinə dəyişə bildi. 1410-
cı ildə isə Çatalca yaxınlığnda qardaşı Musa Çələbini məğlub
edərək geri çəkilməsinə nail oldu.
Çatalca qalibiyyətindən sonra qardaşı Musa Çələbinin bir
daha qarşısına çıxmayacağını zənn edən Süleyman Çələbi Ədirnə
sarayına çəkilib təkrar içki və əyləncəyə qurşandı. Lakin döyüşdən
məğlub çıxan Musa Çələbi əzim və cəsarətini itirməyərək, yenidən
güclü bir ordu qurmağa başladı. Əmir Süleymanın ətrafındakılar
bu vəziyətdən, xüsusilə xristianlara qarşı çox yaxşı davranması və
vaxtını içki və əyləncəyə sərf etməsindən məmnun deyildilər.
Buna görə də bir çox tərəfdarı Süleyman Çələbinin yanından
ayrıldı.
Baş verən hadisələrdən ən yaxşı şəkildə istifadə edən Musa
Çələbi, 1411-ci ilin fevral ayında Ədirnəni tutdu və ümidini itirmiş
Süleyman Çələbi tərəfdarları buna qarşı mübarizə apara bilmədi.
Süleyman Çələbi o sırada sərxoş idi. Özünə qardaşının basqının-
dan xəbər gətirən yandaşlarını çox əsəbi bir şəkildə qovdu və hətta
cəza olaraq bəzilərinin saqqal və bığlarını təraş etdirdi. Hətta ona
yaxın olan Qazi Everansoğluna:"Ey Hacı İslam, nedir bu pür
alam? Musa kimdir ki benim üstüme leşger çekip dava-yi saltanat
68
eyleye?" (Ey Hacı İslam, bu nə xəbərdir mənə gətirmisən? Musa
kimdir ki mənim üstümə ordu yeridib səltənət davası eləsin?") -
dediyi rəvayət olunur.
Sonunda ağlı başına gəlib gecə qaranlığında yanında çox az
adamla Bizansdan yardım almaq məqsədilə İstanbula doğru
qaçmağa başladı. Döyənçilər kəndinə gəldiyi zaman bələdçisi
xəyanət edib kəndlilərə onun şəxsiyyətini bildirərək onları təhrik
etdi və kəndlilərin də sırf Musa Çələbidən bəxşiş ala bilmək
məqsədilə Süleyman Çələbini 1410-cu ildə öldürdükləri və başını
qardaşına göndərdikləri rəvayət edilir. Düşmən də olsalar, Osmanlı
soyundan gələn birisinin bu şəkildə öldürülməsinə könlü razı
olmayan Musa Çələbi qatilləri cəzalandırmışdı. Süleyman
Çələbinin cəsədi Bursaya göndərilərək Çəkirgədəki babası
Muradın yanında dəfn edilmişdi.
Əmir Süleymanın öldürülməsindən sonra Musa Çələbi,
Mehmed Çələbi ilə bağladığı müqavilənin əsassız olduğunu elan
etdi və adına xütbə oxutduraraq sikkə basdırdı. Bununlada qardaşı
ilə bağladığı müqaviləni pozmuş oldu. Rumeli yaxasında Ədirnədə
hökmranlıq etməyə başlayan Musa Çələbi, Süleyman Çələbidən
daha təsirli siyasət tətbiq etməyə başladı. Əvvəlcə sərhəd qazi-
lərinin istəklərini yerinə yetirərək Körpülü və Provadı qalalarını
tutdu. Göndərdiyi qüvvələr Sitirya yarımadasına qədər gəldilər.
Yenə Əmir Süleymanla olan mübarizəsində ona qarşı cəbhə alan
Serb despotu Stefanın üzərinə hücuma keçən Musa Çələbi
Novobirda gümüş mədənlərini ələ keçirdi. Üsyana başlayan Vidin
Bolqar şahzadəsini özünə tabe etdi. Mihaloğlu və axınçıları
Makedoniyanın içlərinə axınlar etdi.
Bizans imperatoru ilə Süleyman Çələbinin bağladığı müqa-
vilə ləğv edildi. Bununla birlikdə Süleyman Çələbinin Bizansa
vermiş olduğu əraziləri geri istədi. Bu istəyinin rədd edilməsi və
Süleyman Çələbiyə verdiyi real dəstək səbəbindən II Manueli
cəzalandırmaq lazım olduğunu düşündü. Bizansın əlinə keçmiş
olan bölgələri Musa Çələbi təkrar geri aldı. Amma Musa Çələbinin
əsas tətbiqi 1412-ci ildə yeni bir Konstantinopol mühasirəsini

69
başlatması oldu. Musa Çələbinin kiçik dəniz gücünün məğlu-
biyyətə uğradılması və Konstantinopolun quru istehkamlarının
aşılmaz olaraq görülməsinə baxmayaraq Musa Çələbi qurudan
mühasirəyə davam etdi. 1411-ci ildə Bizans İmperatoru İstanbulda
girov olaraq tutulan Qasım Çələbinin oğlu Orxan Çələbini sərbəst
buraxdı. Orxan Çələbi özünə əsgər yığaraq Selanikdə üsyan
qaldırdı. Lakin Musa Çələbi bu üsyanı yatıra bildi. Bundan sonra
İstanbulun mühasirəsi daha da gücləndirildi.
Bizans ənənəvi siyasətini davam etdirərək bu dəfə də
Mehmed Çələbi faktorundan istifadə etməyə çalşdı. Bizans
İmperatoru 1412-ci ilin əvvəllərində Bursaya gizli elçi göndərdi
və Mehmed Çələbini İstanbula dəvət etdi. Onu 3 gün çəkən
cahcəlallı qarşılama mərasimindən sonra Musa Çələbiyə qarşı
mübarizəyə razı saldı. 1412-ci ilin oktyabrında iki qardaş
Çatalcada İncəyiz döyüşünə girişdilər. Bu müharibədə Musa
Çələbi qalib gəldi. Mehmed Çələbi yaralandı və İstanbula sonra
da Bursaya çəkildi. Mehmed Çələbi bundan qorxmadı. O ilin
sonlarında yeni bir ordu ilə gəlib boğazı keçərək Bizans və Serb
hərbi yardımları ilə Musa Çələbinin üzərinə getdi. İkinci dəfəki
döyüşdə də Musa Çələbi qalib gəlib qardaşını Bursaya qovdu.
Hər şey Musa Çələbinin xeyrinə görünərkən, daxildə onun
idarəsinə qarşı narazılıqlar başlamışdı. Musa Çələbinin sərt təbiəti
və özünü tərəfdarlarından ayrı tutması onların narazılığına səbəb
oldu. Məsələn, Köhnə Saray ətrafına çəkdirdiyi yüksək qala
divarları öz şəxsi təhlükəsizliyi üçün lazım olsada, özünü xalqdan
və tərəfdarlarından ayırmasının simvolu kimi başa düşüldü.
Balkanlarda olan qazi axınçıların qazanmış olduqları güc, qənimət
və onlara verilən timarları imtiyazlar olaraq görərək onları
azaltmağa başladı. Kadıasker olaraq təyin etdiyi Şeyx Bədrəddinin
fikirləri ilə, həm mədrəsəli sünnilərin həm də ölkənin zənginlərini
hirsləndirdi. Daha əvvəl Əmir Süleymanın tərəfini saxlayan
Skopye sancaqbəyi Paşa İgid və axınçıların komandanı Evrenos
bəylə digərlərinə sərt davrandı və bacarıqsız şəxsləri vəzifəyə
gətirdi. Bu səbəblərdən dövlətin idarəsini əlində tutan Çandarlı
vəzirləri Bizansla və Anadoluda olan Mehmed Çələbi ilə gizli
70
müzakirələrə girişdilər. Din adamları və idarəçilərin mühüm bir
hissəsinin Musa Çələbidən üz çevirdiyini görən, Mehmet Çələbi
qardaşına qarşı yenidən hərəkətə keçdi. İkili arasında həlledici
döyüş 1413-cü ilin iyulunda Sofiyanın cənubunda Palçıqlı
Dərbəndə gerçəkləşdi. Döyüşdə ağır yaralanaraq qaçmağa çalışan
Musa Çələbi yaxalanaraq öldürüldü. Musa Çələbinin cənazəsi
Bursaya göndərilərək qardaşları İsa Çələbi və Əmir Süleymanın
yanında İldırım Bəyazidin türbəsində dəfn edildi.
Beləcə, Osmanlı Dövlətinin ikiyə bölünüb, tək dövlət
olaraq gələcəkdə yaşamasını təhdid edən, çox böyük və təhlükəli
bir dövr olan Fətrət Dövrünün son mərhələsi başa çatdı.

2. Osmanlı dövlətinin ikinci qurucusu sayılan Mehmed


Çələbi dövrünün mühüm hadisələri (1413-1421)

Ankara savaşından sonra Osmanlı şəhzadələrı arasındakı


hakimiyyət uğrunda gedən mübarizənin qalibi olan, bəzi tarix-
çilərin də qeyd etdiyi kimi dağılmaqda olan bir dövləti toparla-
maqla onun ikinci qurucusu sayılan Mehmet Çələbi Osmanlı
dövlətinin beşinci padşahı olaraq tarixə keçmişdir.
Mehmet Çələbinin ən böyük amalı atası Bəyazid dövründə
Anadolunun böyük bir hissəsində qurmuş olduğu siyasi birliyi
bərpa etmək, Rumelidə Osmanlı nüfuzunu yenidən bərqərar etmək
idi. Ağır bir yükün altına girən Mehmet Çələbi, hakimiyyətinin ilk
illərində qardaşı Musa Çələbiyə qarşı mübarizədə müttəfiqləri olan
dövlətlərlə hələlik isti münasibətlərini davam etdirirdi. Taxta
keçməsi münasibəti ilə onu təbrikə gəlmiş Bizans elçilərini
mehribanlıqla qarşılamış, onlara müxtəlif hədiyələr vermişdi. İki
tərəf arasında imzlanan anlaşma ilə Qara dəniz və Mərmərə dənizi
sahillərindəki bəzi qalalarla, Teselya vilayəti (Yunanıstanda bir
bölgə) Bizansa verilmişdi. Yardımını gördüyü serblərə də Musa
Çələbinin onlardan aldığı əraziləri qaytarmaqla, Venesiya və
Genuya ilə ticarət və dostluq anlaşmaları imzalamaqla xristian
ölkələrlə bir növ sülh şəraitində yaşamaq istədiyi imici verməyə
çalışmışdı. Təbii ki, hələlik bu siyasəti izləməklə, əsas öncəliyi
71
Anadoluda qayda-qanun yaratmaq olan Mehmet Çələbi, amalını
həyata keçirərkən iki od arasında qalmaq istəmirdi.
Çələbi Mehmed Rumelidə olduğu müddətdə Karamanoğlu
Mehmed bəy Bursanı mühasirəyə almış, Musa Çələbinin
cənazəsinin gətirildiyini eşidəndə şəhəri yandırıb geri qayıtmışdı.
Aydınoğlu Cüneyd bəydə bu vaxt Ohridən qaçıb Aydına gəlmiş və
Ayasluqu mühasirəyə alıb sancaqbəyini öldürmüşdü. Bu səbəbdən
Çələbi Mehmed Anadoluya qayıdan kimi öncə Cüneyd bəyin
üstünə getmiş Çandarlının əli ilə Mənəmən, Qayacıq və Nif
qalalarını ələ keçirmişdi. Bundan başqa İzmiri də ələ keçirmişdi.
Çələbi Mehmed Cüneyd bəyin anasının xahişi ilə onu bağışla və
1414-cü ildə Niğbolu sancaqbəyliyini ona vermişdi. Bu şəkildə
işləri yoluna qoyan Çələbi Mehmed həmin il Bursaya gələrək
Karaman səfərinə çıxdı. Akşehir, Beyşehir və Seydişehiri aldı və
Karamanoğlu Mehmed bəyi məğlub edib oğlunu əsir aldı.
Karamanoğullarının sülh istəyini geri çevirməyən Mehmet Çələbi
Karamanoğlunu və ailəsinin canını da bağışladı. Karamanoğlu
Osmanlıya düşmənçilikdən əl çəkəcəyinəand içdi. Fəqət bəzi
mənbələrdə sülh danışıqları zamanı Mehmed bəyin paltarının içinə
göyərçin qoyaraq and içdiyi və Sultan Mehmedin yanından
çıxarkən bu quşu azad edərək andının əsassız olduğunu iddia
elədiyi qeyd olunmaqdadır.
Anadoluda işləri qaydasına qoyan I Mehmed 1416-cı ildə
Rumeli səfərinə çıxdı. Albaniyanın yerli əsilzadələri Fətrət döv-
ründə burada olan Osmanılı qarnizonunu şəhərdən çıxartmışdılar.
Buradakı vəziyyəti ələ almaq üçün I Mehmed sahildə yerləşən
Avloniya və dənizdən içəridə yerləşən indiki Kloje qalalarını ələ
keçirdi. Valaxiya İldırım Bəyazidin vaxtında olduğu kimi yenidən
Osmanlıların nəzarətinə keçdi. Dobrucanın tamamilə ələ
keçirilməsinə şərait yaratdı. Buralara göz dikən Macar Krallığına
gözdağı vermək üçün Macarıstana axınçılar göndərdi. Türk axın-
cılarının təzyiqləri qarşısında Bosniyakralı II Tvrtko Osman-
lılardan asılılığı qəbul elədi.
Buradan təkrar Anadoluya keçib Çandarlılarınha kimiyəti
altında olan Samsuna getdi. Çandaroğulları Teymurdan
72
Kastamonu, Safranbolu və ətrafındakı əraziləri almış,
Karamanoğulları ilə Osmanlılar əleyhinə ittifaq qurmuşdular.
Mehmed bu bölgələri və Samsunu geri ala bildi. Teymurla buraya
gəlmiş tatarları və türkmənləri Filibe ətrafında Tatar bazarı adlanan
bölgəyə köçürdü.
Sultan I Mehmedin hakimiyəti dövründə Geliboluda
Osmanlı donanması demək olar ki yenidən quruldu (1416). (Qeyd:
xatırlayacağınız kimi, ilk Osmanlı donanması 1327-ci ildə
Qaramürsəl bəyin rəhbərliyində təşkil olunmuşdu). Bu yeni
qurulan donanmanın başına Çalı bəy gətirildi və Egey dənizindəki
Osmanlı ticarət gəmilərini qarət edən xaçlı piratlara qarşı
göndərildi. Lakin ilk Osmanlı donanması qəfildən istiqamətini
dəyişdirdi və Trabzonda nəmtəə ilə qayıdan Venesiya gəmisini
təqib etməyə başladı. Venesiyayaaid Egey dənizində yerləşən
Əyriboğaz limanına bir neçə dəfə hücüm etsə də, bir nəticəsi
olmadı və geri qayıtdı. Bu hadisədən qəzəblənən Venesiyalılar
Osmanlı donanmasını təqib etməyə başladılar. 1416-cı ilin
mayında Çanaqqala yaxınlığında qarşılaşan iki donanma bu
dövlətlər arasında baş verən ilk dəniz döyüşünü başlatdılar. Döyüş
günorta saat ikiyə qədər davam etdi və Venesiya donanmasının
qalibiyəti ilə başa çatdı. Venesiyalılar Osmanlıların donanmasının
böyük bir hissəsini darmadağın etdilər. Venesiyalılar Çalı bəy
başda olmaqla bütün ələ keçən əsirləri müsəlman və ya xristian
olaraq ayırmadan öldürdülər. Bu döyüşlər Osmanlılar və
Venesiyalılar arasında sülh müqaviləsinin imzalanması ilə
nəticələndi.

Şeyx Bədrəddin üsyanı


I Mehmed dövrünün ən vacib hadisələrindən biri də Şeyx
Bədrəddin üsyanıdır. Şeyx Bədrəddin Musa Çələbi zamanında
qazılığa təyin edilmişdi. Lakin I Mehmedin taxta çıxmağından
sonra aylıq min axca ilə təqaüdə göndərilmiş və ailəsi ilə birlikdə
İznikə sürgün edilmişdi. Şeyx Bədrəddin Ədirnədə və İznikdə əsər
yazmaqla məşğul olub onu ziyarət etməyə gələnlərə öz fikirlərini
təbliğ edirdi. Ədirnəyə gəlməmişdən əvvəl Anadoluda şöhrət
73
qazanmışdı. İznikdə də boş dayanmayan Şeyx müridlərindən
Börklücə Mustafanı Aydın ətrafına göndərərək təbliğat aparırdı.
Bundan başqa Torlaq Kamal adındakı başqa müridi də Manisa
ətrafında fəaliyətə başlamışdı. Anadoluda tərəfdarlarının
fəaliyyətə keçməsi üzərinə, Şeyx Bədrəddin də əvvəlcədən tanış
olduğu Valaxiya hakimi Mixailin yanına gedərək maddi dəstək
aldıqdan sonra Dəliorman (Bolqarıstan) tərəflərə keçdi. Burada
Osmanlı idarəsindən məmnun olmayan kəndliləri, ələvi türkmən
qəbilələrini və yoxsul dərvişləri ətrafına yığaraqordu topladı.
Nəticədə 1418-ci ildə Osmanlı idarəsinə qarşı ilk dəfə dini və
ictimai xarakterli üsyan başladı. İzmirin qərbində Karaburun
yarımadasında Börklücə Mustafanın başçılıq etdiyi üsyançıların
sayının 6-10 min civarında olduğu və ilk başlarda üzərlərinə
göndərilən Saruhan birliklərini məğlub etdiyi nəql olunmaqdadır.
Qısa zamanda genişlənən bu üsyanı yatırmaq üçün Sultan Mehmet
Çələbi (I Mehmet), oğlu Murad ilə vəziri Bəyazid Paşanı bölgəyə
yolladı. Üsyan yatırıldı, üsyancılar Börklücə Mustafanın gözü
önündə qılıncdan keçirildi. Börklücə Mustafa isə çarmıxa çəki-
lərək öldürüldü və bir dəvə üzərində şəhərdə dolaşdırıldı..
Manisada Torlaq Kamal və digər asilər də eyni aqibətlə üzləşmişdi.
Müridlərinin uğursuzluğundan sonra qısa vaxtda Şeyx Bədrəddin
də ələ keçirilərək, padşahın hüzuruna gətirildi. Şeyxin cinayətləri
üləma tərəfindən tədqiq olunduqdan sonra İslam dininə zidd olan
hərəkətlərə yol verdiyinə və cəmiyyətin nizamını pozduğuna görə
günahkar sayılaraq, dar ağacına çəkildi.
Şeyx Bədrəddin üsyanından sonra I Mehmet diqqətini
yenidən Anadoluya yönəltdi. I Mehmet 1415-ci ildə Saruhan və
1416-cı ildə Menteşe bəyliklərini Osmanlı dövlətinin tərkibinə
qatmışdı. Növbə Antalya tərəflərində mövcud olan Təkəoğulları
bəylərinə gəlmişdi və I Mehmet bu bəyliyi də qısa müddət ərzində
Osmanlı dövlətinin tərkibinə qatdı. Germiyanoğulları da Os-
manlıdan vassallığı qəbul edərək, Afyonkarahisar və Kütahya
şəhərlərini Osmanlılara verdi.

74
Düzməcə Mustafa hadisəsi ( Şahzadə Böyük Mustafa
hadisəsi)

Bu dövrdə Osmanlının başını ağrıdan problemlərdən biri də


Düzməcə Mustafa məsələsi idi. Osmanlı padşahı İldırımın oğlu
olduğunu söyləyən bir nəfər özünü Şahzadə Mustafa (Kasum)
adlandıraraq taxta iddiasını irəli sürmüşdü. Bəzi tarixçilərə görə
həqiqətən Şahzadə Mustafa olan bu adam dövrün Osmanlı
tarixində Düzməcə Mustafa olaraq adlandırılmışdır.
Mustafa Çələbi 1402-ci ildə Ankara döyüşündə iştirak
etmişdir. Atası ilə birlikdə Əmir Teymura əsir düşmüş və
Səmərqəndə aparılmışdır. Atasının vəfatından bir müddət sonra
1405-ci ildə Anadoluya geri qayıtdı, əvvəlcə Niğdəyə, daha sonra
isə Kastamonuya getdi. 1416-cı ildə Venesiyanın yardımıyla
Rumeliyə və Valaxiyaya qaçdı və burada bəzi sancaqbəylərinin,
eyni zamanda Bizans imperatoru II Manuilin, Valaxiya çarının və
bəzi Avropa dövlətlərinin dəstəyini aldı. Topladığı qoşunla
Selanikdə I Mehmetlə toqquşdu. Bu döyüşdə ağır itkilər verdi və
Selanikə çəkildi. Mustafa Çələbinin Selanikə sığınması I
Mehmetlə Bizans imperatoru II Manuil arasındakı münasibətləri
pozdu. Münasibətlərin düzəldilməsi üçün qısa zamanda danışıqlar
başladı. Nəticədə iki dövlət arasında razılığa gəlindi. Bizans
imperatoru II Manuil illik 900 min axca qarşılığında Mustafa
Çələbinin Limni qalasında həbs olunmasına razılıq verdi.
Ancaq I Mehmedin vəfatından sonra bu razılaşma pozul-
muş, II Manuil Limnidə həbs olunan Mustafa Çələbini, yeni
Osmanlı padışahı II Murada qarşı istifadə etməyə çalışmışdı.
Gelibolu bölgəsinın Bizansa verilməsi qarşılığında Mustafa Çələbi
azad edilib Osmanlı sultanı elan olundu. Böyük bir Bizans
donanması ilə Rumeliyə keçdi. Mustafa Çələbi xüsusilə İzmiroğlu
Cüneyd bəyin köməyi ilə digər Rumeli bəylərinin də dəstəyini aldı.
Düzməcə Mustafa ilə Sultan II Muradın orduları arasındakı ilk
vuruşmada Osmanlılar məğlub oldu. Osmanlının ikinci paytaxtı
hesab olunan Ədirnə Düzməcə Mustafanın əlinə keçdi. Şəhərdə

75
böyük təntənə ilə qarşılanan Mustafa Çələbi burada öz adına xütbə
oxudub pul kəsdirdi.
Ancaq Ədirnənin işğalından sonra ard-arda böyük səhvlər
edən Mustafa Çələbi Bizansa vəd etdiyi Gelibolu bölgəsini
verməyərək ilk və əsas müttəfiqini itirdi. Daha sonra 12 min sipahi
və 5 min piyadalıq orduyla Geliboludan Anadoluya keçdi və
Bursanın mühasirəsinə hazırlaşdı. Ancaq hələ yeni formalaşan bu
ordu paytaxtın mühasirəyə alınmasıa könülsüzyanaşdı. Digər
tərəfdən orduda müxtəlif şayələrin gəzməsi də bu mühasirənin
qaldırılmasına səbəb oldu. Şayələrə görə Mustafa Çələbi İldırım
Bəyazidin öz oğlu deyil, Bizans cəsusu idi. Sultan II Murad İzmir
və Aydın bəyliklərini vəd etməsilə İzmiroğlu Cüneyd bəy də öz
tərəfdaşları ilə Mustafa Çələbini tərk etdi. Geridə qalan dəstəylə
Mustafa Çələbi Geliboluya çəkilməyə məcbur oldu. Bu vaxt II
Murad da artıq Geliboluya gəlmiş və 2 min zirehli gəmiylə
mühasirəyə hazırlaşırdı. Mühasirədən son anda canınını qurtaran
Mustafa Çələbi Ədirnəyə getdi və buradakı xəzinəni alıb qaçmaq
istərkən yaxalandı. Mustafa Çələbinin Ədirnə qalasının bürclə-
rindən asılaraq edam edilməsilə illərdir davam edən Mustafa
Çələbi problemi aradan qaldırıldı.

Sultan I Mehmed Çələbinin vəfatı

Sultan I Mehmed Ədirnədə olarkən çıxdığı ovda iflic


keçirmiş və at belindən düşərək yaralanmışdı. Bundan xilas ola
bilməyəcəyini başa düşən Sultan vəzirlərindən böyük oğlu
Amasya hakimi Muradın tez paytaxta gətirilməyini istəyərək belə
demişdi:
“Tez oğlum Muradı gətirin. Mən bu yataqdan qalxa
bilmərəm. Murad gəlmədən ölsəm fitnə çıxar. Tədbir görün,
ölümümü gizlədin.”
Qısa çəkən xəstəlikdən sonra 1421-ci ilin iyun ayında I
Mehmed vəfat etdi. Çələbi Mehmedin vəfatı çox gizli saxlandı.
Bunun əsas səbəbi isə o zaman Selanikdə olan Düzməcə Mustafa
idi. Cəsədi mumiya edilərək sarayda saxlandı. Şahzadə Muradın
76
paytaxta gəlişinə qədər 40-42 gün padşahın vəfatı gizli saxlanıldı.
Ölümündən şübhələnən əsgərlərin üsyan qaldırmamaqları üçün
mumiyalanmış cəsədinə paltar geyindirilib, başına əmmamə qoyu-
lub saray eyvanından əsgərlərin qarşısında əllərinin hərəkət etdi-
rildiyi rəvayət olunur.Muradın Bursaya gəlib taxta çıxmasından
sonra I Mehmedin cəsədi Bursaya gətirilərək Yaşıl Türbədə dəfn
olundu.

3.II Sultan Murad dövrü (1421-1444) – (1446-1451)

I Mehmedin vəfatından sonra taxt mübarizəsinə başlayan


şahzadələr səbəbilə II Murad səltənətinin ilk illəri qarışıqlıqlarla
keçmişdi. Bizansın da dəstəyi ilə ortaya çıxan Düzməcə Mustafa
hadisəsindən sonra, bu dəfə də Bizans imperatoru II Manuil,
sultanın qardaşı olan şəhzadə Kiçik Mustafadan istifadə etməyə
çalışmışdı. Bizansın da təşviqi ilə Karaman və Germiyan bəyləri
ilə birlikdə Həmid elindən hərəkətə keçən Şahzadə Kiçik Mustafa
Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Şahzadə
Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri
çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Şahzadə Kiçik
Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra
şəhəri ələ keçirdi. Şahzadə Kiçik Mustafa burada özünü sultan elan
etdi. Bütün bu özbaşınalıqdan sonra II Murad 1422-ci ilin
sentyabrında Konstantinopol mühasirəsini qaldırmaq məcburiy-
yətində qalıb Anadoluya keçdi. Şahzadənin lələsi Şərabdar İlyas
bəy ələ alındı və 1423-cü ilin fevral ayında qoşunlar İznikə daxil
oldu. Bu vaxt hamamda olan Kiçik Mustafa lələsi tərəfindən
saraydan gizlicə qaçırıldı və II Murada təhvil verildi. Kiçik
Mustafa boğularaq edam edildi. Cəsədi İznikdən kənarda bir əncir
ağacından asıldı, daha sonra Bursaya aparıldı və burda Yaşıl
Türbəyə dəfn olundu.
Kiçik Mustafa məsələsinin də həll edən Sultan II Muradın
hədəfində Bizans var idi. Osmanlı orduları qısa bir vaxt ərzində
Trakya bölgəsini xaçlılardan təmizləyib Konstantinopolu müha-
sirəyə aldı. Bu vaxt Bizansda taxt dəyişikliyi olmuş yeni seçilən
77
imperator VIII İoannis, təhlükənin böyüklüyünü görüb Osmanlı-
dan barış istədi. II Murad Konstantinopolu mühasirəyə aldığı
vaxtda Venesiya donanması Selaniki ələ keçirib Gelibolu yarım-
adasına doğru hərəkət etmişdi. Bu vəziyyətdə iki od arasında
qalmaq istəməyən II Murad, Bizansın sülh təklifini qəbul etdi.
1424-cü ildə bağlanan sülh müqaviləsinə görə:
- Bizans Fətrət dövründə ələ keçirdiyi Trakyadakı, Egey
və Qara dəniz sahillərindəki ərazilərindən çəkildi.
- Hər il Osmanlıya 100 min axça (30 min qızıl Bizans
dukası) xərac ödəməyi qəbul etdi.
Bizansla sülh anlaşmasından sonra diqqətini Anadoluya
yönəldən II Murad 1425-1429-cu illər arasındakı səfərlərində
Təkə, Menteşe və Germiyanoğulları bəyliklərini öz nüfuzu altına
ala bilmişdi. Fəqət 1428-1429-cu illərdə Osmanlıda böyük
vəba epidemiyası yayılması, II Muradın yaxınındakı bir çox
dövlət və elm adamının həyatına son qoymuşdu. 1429-cu ildə
Teymuri əmirlərdən Şahruxun (1409-1447) Anadolu torpaqlarına
səfər etmə xəbəri, II Muradı daha təmkinli bir siyasət izləmək
məcburiyyətində qoymuşdu. Şahrux Anadolu üzərində haqq iddia
edərək, Osmanlı daxil bütün bəyliklərdən itaət tələb etmişdi.
Teymurilərlə toqquşmadan çəkinən II Murad, digər Anadolu
bəylikləri kimi onun ali hakimiyyətini hələlik tanımışdı. Lakin
sonrakı illərdə II Muradın daha qətiyyətli siyasət yürüdərək,
Şahruxa qarşı dirəndiyi görülməkdədir. Hətta Şahruxun: “öz
soyunun Osmanlıdan üstün olduğu üçün türk törəsinə görə də
Teymuri hakimiyyətinə tabe olunması iddiası”, Osmanlı
tarixşünaslığının başlamasında vacib amil olmuşdur. II. Murad,
Yazıcızâde Aliyə Osmanlı tarixinə dair bir əsər yazmasını əmr
etmişdi. Yazıcızâde Ali də, İbn Bibi’nin “ El-Evamirü’l-Alâ’iyye
fi’l-Umûri’l-Alâ’iyye” adlı əsərinin bəzi hissələrini dəyişdirib ,
ora əlavələr edərək , Osmanlının mənşəinin Ali-i Çingizdən daha
yüksək olduğunu vurğulamışdı. Ümumiyyətlə, II Murad
dövründən başlayaraq yazılan, Tevârih-i Âl-i Osmân adı verilen
ve çoxunun yazarı bəlli olmayan anonim tarix qaynaqlarında

78
Osmanlıların soyunun Oğuz Kağana və Hz Nuhun oğlu Yafəsə
qədər uzandığı qeyd olumuşdur.
Sultan II Murad Anadoluda sülhü təmin etdikdən və vəbanı
önlədikdən sonra bütün gücünüVenesiyaya yönəltdi.Venesiya
Respublikası hələ də Selaniki əlində saxlayaraq, Çanaqqala
boğazına tez-tez hücumlar etməkdə idi. Osmanlılar 1430 tarixində
Selaniki, ardından isə Yuvanili və sonra Yanya qalasını ələ
keçirdilər. Müharibəni dayandırmaq məqsədilə Osmanlı-Vene-
siya sülhü imzalandı.
Osmanlının Fətrət dönəmində Balkan regionunda macar-
ların hakimiyyəti artmışdı. Xüsusilə Serbiya taxtı uğrunda tərəflər
arasında amansız rəqabət yaşanmaqda idi.
Osmanlı və Macar krallığı arasında baş tutan müharibədə
(1437-1444) bəzən türklər, bəzən isə xaçlılar üstünlük qura
bilmişdilər. Osmanlı - Macar krallığı arasında yaşanan döyüşlər:
- Meddiaş döyüşü (1438)- Osmanlıların zəfəri ilə nəticə-
lənmiş,Sekelistan (Rumıniya - Macar sərhədində bölgə) türklərin
əlinə keçmişdi.
- Serbistan səfəri (1439) - Osmanlı ordusu serb-macar qüv-
vətlərini əzərək Səməndirə qalasını fəth etdi. 1440-cı ildə Belqrad
qalası mühasirəyə alınsa da, onu ələ keçirmək mümkün olmadı.İlk
dəfə türklərə qarşı istifadəedilən tüfəng bu uğursuzluğun
amillerinden biri kimi görünür. Buna baxmayaraq Osmanlılar,
serb-macar qüvvələrinin əlində olan Nobirda qalasını fəth edə
bildilər (1441).
1442 - 1444-cü illlərin hərbi əməliyyatları isə, Osmanlılar
üçün kiçik qalibiyyətləri saymasaq, demək olar ki uğursuz
olmuşdur. 1442 -ci ildə Vazaq döyüşündə macarlar Osmanlıları
məğlub etmişdilər. Bundan cəsarətlənən digər xaçlı dövlətləri də
Papanın da dəstəyi ilə Osmanlıya qarşı macarlarla ittifaq qurmuş-
dular.1443-cü il Niş döyüşündə dəxaçlılar Osmanlıya üstünlük
quraraq Niş və Sofiya şəhərlərini ələ keçirdilər. Macarların
başçılıq etdiyi xaçlı ordusun əsas niyyəti paytaxt Ədirnəni tutmaq
idi. Fəqət II Murad Osmanlı qüvvələrini qısa zamanda toplayaraq
1443-cü ilin noyabr tarixində İzladi Dərbəndi (Bolqarıstan dar
79
keçid) keçidində xaçlıları durdura bildi. Hər iki tərəf ağır itkilər
vermişdi. Osmanlılar bu döyüşdən qalib ayrılmış kimi görünsə də,
irəli hərəkatı davam etdirib düşməni tamamilə məhv etmək
iqtidarında deyildi. Bu ağır müharibədən sonra II Murad daha ağır
bir itki verdi. Belə ki, ən sevimli oğlu Amasya hakimi olan Şahzadə
Ələddin ani şəkildə vəfat etmişdi. Bir çox tarixçilərə görə, müttəfiq
xaçlı qoşunları ilə sülh bağlamağın əsas səbəbləri aşağıdakılardır:
- Balkan əhalisinin II Murada qarşı qaldırdığı üsyan;
- Ard-arda gələn məğlubiyyətlər;
- Böyük itkilərlə əldə olunan qalibiyyət;
- Karamanoğullarının Anadoluda yenidən hərəkətə keçməsi;
- Övlad itkisi;
- Hərəmi Mara Xatun və Sədrəzəm Çandarlı Xəlil Paşanın
təkidləri.

Ədirnə -Segedin müqaviləsi


1444-cü ilin iyun ayında tarixdə Ədirnə-Segedin olaraq
bilinən 10 illik sülh müqaviləsi ilə tərəflər razılığa gəldi. Bu
andlaşmanın qalıcı olması üçün II Murad Ədirnədə Quran üzərinə,
Macar kralı I Vladislav isə Segedində İncil üzərinə and içərək
müqaviləni imzaladı. Bu müqavilənin şərtlərinə görə, Osmanlılar
vaxtilə ləğv etdikləri Serbiya knyazlığını yenidən qurmalı
vəidarəni serb şahzadəsinə buraxmalı idi. Eflak bəyliyi Osmanlıya
illik vergi vermək şərtilə, macarların nüfuzu altına keçəcəkdi.
Macarlar isə Osmanlıların Bolqarıstan üzərindəki suveren
hakimiyyətini tanımalı idi. Hər iki dövlət arasındakı sərhəd isə
Dunay çayı olaraq təyin edildi.

Yenişehir andlaşması
Bu müqavilənin ardından II Murad oğlu Şahzadə Mehmedi
Ədirnəyə çağırdı və onu paytaxtda taxt naibi təyin edərək
Karamanlıların üzərinə səfərə çıxdı. Səbəb isə Karamanoğlu
İbrahim bəyin Ankaraya qədər irəliləməsi idi. Osmanlı ordusunun
irəlilədiyini görən İbrahim bəy sülh təklif etdi. 1444-cü ilin iyul

80
ayında tərəflər razılığa gəldi. Yenə and içməylə bağlanan sülh mü-
qaviləsinə görə, Akşehir və Beyşehir bölgələri Karamanoğulları
bəyliyinə geri qaytarıldı.
Ədirnə-Segedin müqaviləsi və Yenişehir andlaşması ilə o
vaxta qədər işğal olunan bütün torpaqların bir qismini geri qaytaran
II Murad bu yolla şərqdə və qərbdə sülhü təmin etdi. Yaşlı, yorğun
və depressiyada olduğu güman edilən II Murad bu andlaşmaların
sonunda Osmanlı tarixində görünməyən bir qərar verdi. 1444-cü
ilin avqust ayında Bursa yaxınlığında yerləşən "Hanedan
çifliği"ndə dövlətin nüfuzlu şəxsləri, əsgər və üləma sinfinin ən
böyük nümayəndələri və qapıqulu əsgərləri (yeniçəri və sipahi)
çağırıldı. Bu məclisdə artıq oğlu 12 yaşlı Şahzadə Mehmedin
lehinə taxtdan çəkildiyini, bundan sonrakı həyatını dinə bağlı
şəkildə Manisada keçirəcəyini bildirdi.
Osmanlının yeni elan edilən hökmdarının azyaşlı və
təcrübəsiz olmasından xaçlı (səlib) dünyası istifadə etməyə çalış-
mışdı. Həmin il Papa IV Yevgeni və yaxın köməkçisi radikal
dindar Gialiano Cesarininin təşkilatçılığı ilə yeni bir Səlib yürüşü
hazırlığı başladı. Bilavasitə Gialiano Cesarininin də təkidilə Macar
kralı I Vladislav Papanın da razılığı ilə and içərək imzaladığı
müqavilənin şərtlərini pozdu. 1443-cü ilin yay aylarından başla-
yaraq əsasını macar və serblərin təşkil etdiyi 25 minlik səlib ordusu
Macar kralı I Vladislav və Transilvaniya hakimi Yanoş Hünyadi-
nin başçılığı ilə Balkan yarımadasının cənubuna doğru irəlilədi.
Eyni dönəmdə Bizansın dəstəyini alan Osmanlı şəhzadəsi Orxan
Çələbi də Dobrucada üsyana qalxdı ancaq, Rumeli bəylərbəyi
Şəhabəddin Paşa tərəfindən bu üsyan yatırıldı. Ancaq Şəhabəddin
Paşa Niş yaxınlığında Səlib ordusu ilə döyüşə girdi və məğlub
oldu. Bu döyüş yalnızca qurudan yox, eyni zamanda dənizdən də
davam edirdi. Belə ki, Burqundiya krallığı və Papanın da maliyyə
dəstəyilə böyük bir Səlib donanması yaradılmışdı. Bütün bunlarla
yanaşı daxildə də çaxnaşmalar baş verirdi. Belə ki, sentyabrayının
ortalarından başlayaraq paytaxt Ədirnədə dini qarşıdurmalar
güclənmişdi. Hürufilərin sayı artmış, bu isə əksəriyyəti sünni olan
Ədirnə üləmasını narahat edirdi. Hurifilərin yeniçərilərin arasına
81
və saraya da sızdığını bəzi mənbələr qeyd etməkdəydi. Hətta Gənc
sultan II Mehmedin də ilk başlarda hurifiliyin təsiri altında qaldığı
rəvayət olunur. Hurifilik fəaliyyətinin Dövlət-i Aliyyə üçün
təhlükəli bir hal alması üzərinə, başda dövrün şeyxülislamı Molla
Fəxrəddin Əcəminin öndərliyi ilə ülemanın onlara qarşı qəti və
qanlı mübarizəsi başladılmışdı. Türkiyəli tarixçi Əmrə Konqara
görə, II Mehmed ülemanın da təsiri ilə o dövürdə çox sayıda
hurifini yaxaladıb diri-diri yandırılmasını əmr etmişdi.
Daxildə qarışıqlıqlar davam edərkən xaçlı ordusu da Dunay
çayını keçərək Osmanlı sərhədlərinə doğru irəliləməkdə idi. Bəzi
tarixçilərə görə, dövlətin içinə düşdüyü böhrandan qurtarmaqda
yetərsiz olan gənc sultan II Mehmed atasına aşağıdakı kimi bir
fərman göndərmişdir:
“Əgər atam Murad sultandırsa, gəlib taxtın başına keçsin.
Yox əgər sultan mənəmsə, əmr edirəm gəlib mənim ordularımın
başına komandan olsun.”
Ancaq bir qrup tarixçi isə bu razılıq məktubunun Çandarlı
Xəlil Paşa tərəfindən gənc sultan adına gizlicə yazıldığını iddia
edir. II Murad isə bu iki seçim arasında ikincini seçdi vəsultan
titulu olmadan Anadolu birliklərinin başına keçdi və Varnaya
doğru irəlilədi. 10 noyabr 1444 tarixində II Muradın idarəsindəki
Osmanlı ordusu səlib ordusu ilə Varnada qarşılaşdı. Döyüş əsna-
sında Macar kralı I Vladislav öldürülmüş, kəsik başı və andını
pozduğu Ədirnə-Segedin andlaşması eyni nizəyə taxılaraq döyüş
meydanını gəzdi. Bu isə düşmən ordusunda ruh düşkünlüyünə
səbəb oldu. Eyni döyüşdə Papanın yaxın adamı və bu döyüşün
tərtibatçılarından olan Gialiano Cesarini də həlak oldu. Bu
döyüşdən salamat qurtulan tək xaçlı komandanı isə, Transilvaniya
hakimi Yanoş Hünyadi oldu. Döyüşün sonunda II Murad bir
müddət Ədirnədə qaldı və daha sonra yenidən Manisaya çəkildi.
Qələbə haqqında qonşu dövlətlərə göndərilən bütün fəthnamələr
isə II Mehmedin adından yollanıldı. Bəzi tarixçilərə görə, bundan
sonraki 1,5 ili bir “ata-oğul fətrət dövrü” kimi xarakterizə etmək
mümkündür.

82
Muradın Manisaya çəkildiyi dövrdə paytaxt Ədirnədə barış
tərəfdarı Sadrazam Çandarlı Xəlil Paşa ilə xarici siyasəttə daha çox
hücumu dəstəkləyən Şəhabəddin və Zağanos paşalar ilə arasındaki
çəkişmə var idi. Sadrazam Halil Paşa bu dövrdə gənc Mehmedi
ciddiyə almayaraq, II Muradı hələ də rəsmi sultan kimi görməkdə
idi. Bir tərəfdən də Şəhabəddin və Zağanos paşalar isə gənc
padşahı Şərqi Romaya (Bizans) qarşı hücuma təşviq edirdilər.
Halil Paşa öz gücünü zəiflədəcəyi düşüncəsiylə bu hücuma qarşı
gələrkən, gənc Mehmedin idarəsinə qarşı tarixdə “Buçuktepe” adı
ilə bilinən yeniçəri üsyanını təşkil etdi. Yeniçərilər aldıqları
ülufələrinin (maaş) dəyəri düşük axçalarla ödənildiyini bahanə
edərək üsyan qaldırdılar. Hətta bir az da irəli gedərək Bizansın
əlində “kukla” olan şahzadə Orxana biət etməklə Mehmed və
tərəfdarlarını hədələdilər. Sarayda vəziyyət tam qarışıqkən, Halil
Paşa keçmiş sultan II Muradı yenidən iqtidarı ələ almaq üçün
Ədirnəyə gəlməyə razı saldı. Yeganə varisi olan oğlu Mehmedi
qorumaq üçün, 1446-cı ildə II Murad yenidən taxta keçdi. II
Muradın yenidən taxta keçməsinin ardından gənc Mehmed,
Zağanos və Şəhabəddin Paşaların müşayiətində Manisaya sancaq-
bəyi olaraq göndərildi.
Varna məğlubiyyətindən sonra, xaçlı dövlətləri revanşı
almaq üçün macar hökmdarı Yanoş Hünyadinin komandanlığında
70 minlik ordu ilə Osmanlıya qarşı yeni bir səfər təşkil etdi. Sultan
II Murad 60 minlik ordusu ilə düşməni Kosovo düzənliyində
qarşıladı. Tarixə II Kosovo savaşı (1448) kimi keçən bu müba-
rizəni ənənəvi türk döyüş taktikası (Turan - qurdqapanı) işlədərək
qazanan Osmanlılar oldu.Əsir düşən macar kralı Yanoş
Hünyadinin 100 min qızıl florin qarşılığnda sərbəst buraxıldı.
II Kosovo zəfərinin əhəmiyyəti;
a) Balkanlardaki Osmanlı hegemonyası rəsmiləşdi.
b) Osmanlılara qarşı olan bu altıncı xaçlı səfərində də
qələbə əldə edə bilməyən Avropa artıq xaçlı səfərləri təşkil
etməyəcək, müdafiə vəziyyətinə keçəcəkdi (1683-cü ilə qədər).
II Muradın əmri ilə Osmanlı axıncı qüvvələri Transil-
vaniyaya hücum edərək bir neçə mühüm qalanı fəth etdilər (1449).
83
Daha sonra II Murad varisi Mehmedin mürüvvətini gördükdən qısa
bir müddət sonra 1451 ilində iflic keçirərək dünyasını dəyişdi.
Vəsiyətinə uyğun olaraq Bursada gənc yaşda vəfat edən oğlu
Şahzadə Ələddinin yanında üstü açıq türbədə dəfn olundu. Səbəb
isə Allahın rəhməti və bərəkətinin üstünə yağması idi.

84
VI. İSTANBULUN FƏTHİ VƏ İMPERİYANIN
TƏŞƏKKÜLÜ

1. İstanbulun fəthi ilə tarixdə yeni çağ açan Fateh II


Mehmed

II Muradın vəfatı üzərinə 1451-ci ildə oğlu II Mehmed


təcili bir şəkildə Ədirnəyə hərəkət edərək, taxtaçıxdı. Bu onun
ikinci dəfə taxta çıxışı idi (1451-1481). 1444-1446-cı illərdəki
birinci hakimiyyətində təcrübəsizliyə görə uğursuzluq yaşamışdı.
Manisada keçirdiyi 5 il onu daha da gücləndirmiş, dövlət idarə-
sindəki təcrübəsi artmışdı.
II Mehmed ilk başlarda düşmənlərini ümidləndirmişdi. İlk
səltənəti əsnasında dövlətin düşdüyü vəziyyəti xatırlayanlar
Osmanlı dövlətinə yeni bir zərbə endirməyi planlaşdırırdılar.
Balkanlarda və Anadoluda Osmanlıya tabe olan dövlətlər də
mərkəzi hakimiyyətə qarşı baş qaldırmağa başlamışdılar. Anadolu-
da Karamanoğlu İbrahim bəy Həmid elindəki bəzi qalaları ələ
keçirmiş, Germiyanda, Aydında və Menteşedə keçmiş bəylərin
sülaləsindən olanlar siyasi rəqabətə başlamışdı. Yeniçərilər
arasında da II Mehmedin hakimiyyətini tanımayanlar vardı. Bizans
imperatoru Konstantin isə Çorluya qədər olan bəzi torpaqları ələ
keçirərək, əsirlikdə saxlanılan Şahzadə Orxan Çələbi üçün illik
300 min axca vergi verilməsini tələb edirdi. Belə bir vəziyyətdə
Sultan II Mehmed çox təmkinli və ağıllı addımlar ataraq, cəsarətli
bir siyasət yürütməyə başladı. İlk öncə ona qarşı çıxan yeniçəriləri
sakitləşdirmək üçün, qapıqulu ocağı üzərində böyük nüfuza sahib
olan, fəqət II Mehmedlə ulduzu barışmayan Çandarlı Xəlil Paşanın
Sadrazamlıq vəzifəsində qalmasını uyğun gördü. Xəlil Paşanın
araya girməsilə yeniçərilər üsyandan vaz keçdi. Fəqət II Mehmed,
Xəlil Paşanın ona qarşı mənfi münasibətini heç bir zaman
unutmamış İstanbulun fəthindən sonra onun edamına fərman
vermişdi. II Mehmedin ən böyük xəyalı, Bizansın qəlbi sayılan
İstanbulu (Konstantinopolu) fəth etmək idi. Bizansın ortadan
qaldırılaraq, İstanbulun fəthini hazırlayan səbəblər:
85
1. Bizansın, Osmanlı Dövlətinin Rumelidəki irəliləməsinə
və böyüməsinə əngəl olması
2. Bizansın Anadolu bəyliklərini Osmanlı Dövlətinə qarşı
qızışdıraraq Anadoludaki Türk birliyini pozmağa çalışması
3. Bizansın Osmanlı şahzadələrindən istifadə Osmanlı
Dövlətində taxt mübarizələrinə səbəb olması
4. Bizansın, Avropa-xristian dünyasını qızışdıraraq xaçlı
səfərlərinə zəmin hazırlaması
5. Osmanlının Anadolu ve Rumeli torpaqları arasındaki
bağlantının qurulması üçün İstanbulun alınmasının vacibliyi
6. İpək yolunun Avropaya açılan qoluna hakim olmaq
7. Quru və dəniz ticarəti baxımından, iqtisadi cəhətdən
İstanbulun mühüm bir coğrafi mövqeyə sahib olması
8. İstanbulun geosiyasi mövqeyi, Boğazlara nəzarət etmək,
Anadolu və Rumeli arasındaki əsgər tədarükü üçün əhəmiyyəti
böyük idi.
9. II. Mehmedin, Hz. Məhəmmədin: "İstanbul əlbəttə fəth
olunacaqdır. Onu fəth edən o komandan nə gözel komandandır.
fəth edən əsgər nə gözəl əsgərdir." hədisi şərifinə layiq ola bilmə
düşüncəsi. Böyük hədis alimi İmam Buxari (810-870) başda
olmaqla bir çox islam aliminin əsərlərində bu barədə məlumatlar
verilməkdədir. Peyğəmbər dövründən 1453-ə qədər İstanbul
təqribən 29 dəfə mühasirəyə alınmışdı, fəqət alına bilməmişdi.
Sultan II Mehmedə qədərki bir çox İslam və türk fatehlərinin də ən
böyük arzusu buşəhəri fəth etmək olmuşdu. Lakin bu şərəf sultan
II Mehmedə nəsib oldu. II Mehmed ikinci dəfə hakimiyyətə gəldiyi
vaxtdan Konstantinopolun fəthi ilə bağlı hazırlıqlarla məşğul
olmağa başladı. Mehmed Konstantinopolun fəthini iqtidarının ilk
şərti olaraq görürdü. Bu yoldakı ən böyük maneə isə Çandarlı Xəlil
Paşa idi. Çandarlı Xəlil Paşa Konstantinopolun fəth ediləcəyi
təqdirdə bütün siyasi gücünü itirəcəyini bilirdi. Bu səbəblə bütün
gücüylə fəthin qarşısını almağa çalışırdı. Ancaq Zağanos Paşa və
Şəhabəddin paşaların da dəstəyi ilə II. Mehmed Ədirnədə böyük
bir məşvərət məclisi topladı və şəhərin fəthi məsələsini müzakirəyə
qoydu. Bu məşvərətdə dövlət adamları iki qrupa ayrılsalar da, azlıq
86
çoxluğa tabe oldu və şəhərin fəthi üçün rəsmi hazırlığa başlandı. 6
aprel - 29 may 1453 tarixləri arasında 54 gün davam edən
Konstantinopol mühasirəsi əsnasında II Mehmedin əmri üzərinə:
- Bizansa Qaradənizin şimalından gələ biləcək yardımları
əngəlləmək üçün Anadolu Hisarının (Güzelce Hisar) qarşısına
Rumeli Hisarı (Boğazkesen) inşa olundu. Bununla boğazın
nəzarəti türklərin əlinə keçdi.
- İstanbul yaxınlarındaki Silivri ve Vize qalaları alındı.
- Ədirnədə Şahi adlanan böyük toplar hazırlandı.Bu
topların hazırlanmasında macar əsilli usta Urbanın böyük rolu
olmuşdu.
Osmanlılara qarşı tək başına qarşı gələ bilməyəcəyini
anlayan Bizans imperatoru başda Papa olmaqla xristian dünya-
sından yardım istəmişdi. Yardım almaq üçün hətta əhalisi
pravoslav olan xalqın inancına tərs düşən bir qərar alaraq, 12
dekabr 1452-ci ildə Ayasofyada iki məzhəbin birləşdirilməsi üçün
ayinlər keçirmişdi. Şəhərin katoliklərin əlinə keçməsinə qarşı
çıxan yerli əhali və bir çox keşiş Gennadiyin rəhbərliyi ilə üsyan
etdmişdilər.Pravoslav əhali 1204-1261-ci illərdə Konstantino-
polun latınlar (katolik cəngavərlər) tərəfindən işğal edilərək idarə
olunduğu illərin acısını unutmamışdıı. Şəhərdə pravoslavlar
arasında “Latınların başlığını görməkdənsə, türk sarığını görmək
yaxşıdır” sözləri şüara çevrilmişdi. İmperator şəhərdəki idarəni
tamamilə itirmişdi. Mühasirə əsnasında yunanlardan bir çoxu pulu
vaxtı-vaxtında almadığına görə işləməkdən imtina edirdilər. 8-9
minlik müqavimət dəstəsinin 3 minlik hissəsini latınlar təşkil
edirdi. Padşah isə şəhəri dağıdılmadan ələ keçirmək istəyirdi.
Mənbələrə görə, katolik latınlar yunanları müqavimətə məcbur
edirdilər. Bir çox tarixçinin ortaq qənaətinə görə də, Bizansda
məzhəblər arasında gedən qovğa və yerli əhalinin türklərə
müqavimətdə istəksiz olması II Mehmedin İstanbulu fəthini
asanlaşdırmışdı. Avropadakı mövcud siyasi vəziyyət, Bizansın
yetəri qədər yardım ala bilməməsi, II Mehmedin yanında dövrünün
böyük alimi Ağ Şəmsəddinin olması böyük üstünlük idi.
Mehmedin kamil hökmdar kimi formalaşmasında Ağ Şəmsəddinin
87
böyük xidmətləri olub. II Mehmet 1453-cü ildə İstanbulu fəth edən
zaman ona dəyərli məsləhətləri ilə yardım edən müəllimini çox
yüksək qiymətləndirib. Osmanlı tarixçilərinin də anlatdıqlarına
görə, onun məsləhətinə qulaq asan II Mehmet 54 günlük
mühasirədən sonra qəti hücum əmrini verir və Konstantinopol
1453-cü il mayın 29-u səhər saat 8-də fəth edilir. Fateh Sultan
Mehmet şəhərə həmin gün günorta saatlarında ağ atın belində
Topqapı istiqamətindən daxil olub, Ayasofyaya doğru irəliləyir.
Fəthin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin
yanında olur. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab
edərək ona gül dəstələri verirlər. O isə gənc Fatehi göstərərək:
“Sultan budur, gülləri ona verin”, deyir. Fatehsə: “Sultan mənəm,
ancaq İstanbulun fəthinin mənəvi atası odur” deyə Ağ Şəmsəddini
göstərir.
Rəvayətə görə, İstanbulun fəthindən sonra Fateh Sultan
Mehmet Ağ Şəmsəddindən onu yenidən tələbəliyə, dərvişliyə
qəbul etməsini xahiş edib. Ağ Şəmsəddinsə təklifi rədd edərək belə
cavab verib: “Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq
olsan, səltənəti buraxarsan”

Türk islam tarixi baxımından İstanbulun fəthinin


əhəmiyyəti:

- İstanbulun fəthi ilə Osmanlı Dövlətinin Anadolu ve


Rumeli torpaqları arasındakı Bizansın yaratdığı təhlükə ortadan
qalxdı.
- Qara dənizi Ağ dənizə (indiki Egey dənizi) bağlayan
ticarət yolları ələ keçirildi. İpək yolunun Avropaya gedən qolu
müsəlman türklərin nəzarətinə keçdi.
- Konstantinopol şəhəri İslambol adlandırılaraq
Osmanlının paytaxtı elan edildi. İstanbulun fəthindən çox
sonralar Napaleon Bonapartın: “Əgər dünya tək bir ölkə olsaydı,
paytaxtı İstanbul olardı” sözləri çox şeyi ifadə edir. Bu şəhəri
fəth edən II Mehmed Osmanlını da bir imperiya halına
gətirmişdi.
88
- Fəthdən sonra II Mehmed, Fəthin atası mənasını verən
"Əbül-Fəth", daha sonrakı dövrlərdə isə "çağ açan hökmdar" və
"Kayser-i Rum" (Roma imperatoru) ünvanları ilə anıldı. Fateh,
İslam Peyğəmbəri Hz.Məhəmmədin bir hədisinə nail olduğu
üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir
hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir.
- Fənər Patrikliyinin Osmanlı dövlətinə bağlanmasıyla
Osmanlı Ortodoks (pravoslav) xalqın qoruyucusu oldu.
Fateh II Mehmedin Bosniyanı ilhaq edərkən oradakı qeyri-
müslümlər ilə əlaqədar vermiş olduğu fərmanda Dövləti Aliy-
yənin himayədarlıq siyasəti açıq bir şəkildə özünü göstərməkdə
idi:
"Ben, Sultan II. Mehmed Han, bundan böyle bütün dünyaya
ilân ediyorum ki, Bosna Fransiskanları bu ferman ile benim
korumam altındadır. Ve emrediyorumki;
Kimse bu insanlara veya kiliselerine zarar vermeyecek!
Devletimde barış içinde yaşayacaklar. Göçmen haline gelmiş bu
insanlar, güvende ve özgür olacaklar.
Devletim sınırları içerisinde olan manastırlarına geri
dönebilirler.
Devletimden hiçbir önemli kimse, vezirler, kâtipler veya
hizmetkârlar onların izzetlerini kıracak ya da onlara zarar verecek
bir şey yapmayacaklar!
Kimse onlara hakaret etmeyecek, tehlikeye atmayacak ya
da kendilerine veya mallarına veya kiliselerine saldırmayacak!
Ayrıca, bu insanların kendi memleketlerinden getirdikleri şeyler ve
kimseler de aynı haklara sahiptir...
Bu fermanı buyurarak, gökleri ve yeri yaratan Allah’ın ve
onun Resûlünün ve ondan önceki 124,000 peygamberlerin adına
kılıcım üzerine yemin ederim ki; hiçbir vatandaşım bu fermanın
aksine hareket etmeyecek!"

89
İstanbulun fəthinin dünya tarixinə təsiri:

- Pravoslavların mərkəzi sayılan minillik Şərqi Roma


(Bizans) imperiyası tarix səhnəsindən silindi.
- Xaçlı dünyasının türkləri Balkanlardan çıxarma ümidi
qalmadı
- İstanbulun türklər tərəfindən ələ keçirilməsi bir çox
tarixçi tərəfindən orta əsrlərin sonu yeni çağın başlanğıcı olaraq
qəbul edildi.
- Qala divarlarının top mərmiləri ilə dağıdıla biləcəyi
həqiqəti Avropada feodal dərəbəylik sisteminin sürətlə
dağılmasına, mərkəzi krallıqların güclənməsinə təkan verdi.
- Ticarət yollarının Osmanlı nəzarətinə keçməsi ilə,
Avropalılar yeni ticarət yolları axtarışına girdilər, bu şəkildə
coğrafi kəşflər də başladı (1492-də Xristofor Kolumbun “yeni
qitə”ni kəşfi; 1498-də Vasko de Qamanın Ümid burnuna çataraq
Afrikadan Hindistana səyahəti və s.)
- Bizansdan Avropaya gələn elm adamları burada
Renessans (intibah) və Reformasiyanın (dində islahat hərəkatları)
başlamasına öz töhfələrini verdilər. Fəqət Türkiyəli tarixçi İlber
Ortaylı, Avropa Renessansının başlamasını bir başa İstanbulun
fəthinə bağlamağın doğru bir düşüncə olmadığını, qədim yunan
düşüncəsini daşıyan elm adamlarının 14-cü əsrdən etibarən qərbə
doğru axın etdiyini söyləməkdədir.
- Ortodokslar, Osmanlının qoruması altına keçdi və bu
siyasət nəticəsində Avrupa xristian dünyasının din birliyi adı
altında birləşə biləcəyi ehtimalının da qarşısı alındı.
Fateh Mehmed, İstanbulu aldıqdan sora qeyri-müslümlərə
qarşı xoş rəftar etmişdi. Şəhərinin ticarət mərkəzi olan Qalatadan
qaçan Rumların və Genoalıların geri dönməsini təmin etmişdi.
Yunan Patriarxlığının yenidən açılmasına icazə vermişdi. Bir
yəhudi ravvin ilə, bir erməni patriarxlığını da qurmuşdu. II
Mehmed, İstanbulu fərqli dinlərdən olan insanların birlikdə
yaşadığı bir paytaxt, ticarət və mədəniyyət mərkəzi halına
gətirməyi qarşısına məqsəd doymuşdu. Fatehin, Osmanlya xidmət
90
etməyə hazır olan xristian rum əsilzadələrini himayə edərək,
dövlət vəzifələrinə gətirdiyi də bilinməkdədir.
II Mehmed qərbə qaçdıqdan sonra geri dönən Georgios
Trapezuntios, sultana istinad edərək bir Osmanlı tarixi yazan
Kritovoulos və Trabzonlu məşhur alim Amirutzes kimi yunan
alimlərini öz sarayına alaraq, bununla da Osmanlının intellektual
səviyyəsini yeni elementlərlə zənginləşdirmişdi.
Fateh II Mehmed özünü Bizans imperiyasının keçmiş mülk
və torpaqlarının sahibi olaraq görməkdə idi. Fatehin düşüncələrini
və siyasi fəaliyyətini tədqiq edərkən nəinki Bizans, qərbi Roma
torpaqlarını da fəth etmək niyyətində olduğu aşkardı.
Fatehin bu anlayışı bəzi tarixçilər tərəfindən tək bir
cahanda bütün inancları və millətləri əhatə edən tək hökmdar
olmaq istəyi kimi şərh edilməkdədir. 1456-cı ildə yunanlı alim
Amirutzesə dünya xəritəsini tərtib etdirməklə, hakimiyyəti
dövründə qədim Bizans torpaqlarını öz hakimiyyəti altında
birləşdirməyə çalışmaqla xəyalında olduğu dünya imperiyasını
qurmağı hədəf olaraq görmüşdü. Şərqi Romanın paytaxtı İstanbul
fəth edildikdən sonra, hədəf Qərbi Roma idi. Türklərin ayaq səsləri
başda Vatikandakı Roma Papası olmaqla, bütün xristian dünyasını
bərk təşvişə salmışdı. Osmanlı tarixi üzrə tədqiqatları ilə bilinən
alman elm adamı Franz Babinger (1891-1967), o tarixlərdə Roma
Papası II Piusun, Fatehə bir məktub yazdığını iddia etməkdədir.
Məktubda:“Azıcık suya ehtiyacın var (vaftiz üçün) bu şəkildə
dünyaya da hakim olarsan”deməklə, Papa türk hökmdarını
xristianlığa dəvət etmiş, bunu gerçəkləşdirdiyi təqdirdə bütün
Avropanın tək hakimi kimi qəbul ediləcəyini bildirmişdi. Türkiyəli
tarixçı İlber Ortaylı, Papaya aid edilən belə bir məktubun Vatikan
arxivlərində var olduğunu və şərqşünas Peder Vincenzo Poggi
tərəfindən təsbit edildiyini qeyd etməkdədir. Fəqət bu məktub heç
bir zaman Fatehə göndərilməmişdir. İlber Ortaylıya görə, Fateh
Qərbi Avropanı da öz nüfuzu altına almağı düşünmüşdü, amma bir
müsəlman türk cahangiri kimi.

91
2. Fəthdən sonrakı mühüm siyasi hadisələr

BALKANLARDAKI ANADOLUDAKI DƏNİZLƏRDƏ


FƏTHLƏR SİYASİ MÜBARİZƏ FƏTHLƏR VƏ
VƏ FƏTHLƏR SƏFƏRLƏR
-Serbiyanın Fəthi -Genoalılardan Egey Adalarının
(1459) Amasra alındı (1459) Fəthi: Limni,
-Mora yarımadası Candaroğullarından Eğriboz, Taşoz,
(1460) Sinop alındı (1460) Semadirek,
-Eflakın Osmanlılara Trabzon Rum İmroz, -Midilli
bağlanması (1462) İmperiyasına son adaları fəth edildi
-Bosnaiyanın ilhaqı verilmişdir(1461) ( 1454-1462)
(1463-1465) Karamanoğullarından -Krım xanlığı
-Boğdanın Konya ve Karaman Osmanlılara
Osmanlılara alındı (1465-1468), bağlandı (1478)
bağlanması (1476) Karaman bəyliyi -Osmanlı-
-Albaniyanın fəthi Osmanlının nəzarəti Venesiya
(1479) altına keçdi (1474) Savaşları (1463-
-Otluqbeli Savaşı 1479)
(1473) (Ağqoyunlu -Kefalonya,
dövləti hökümdarı Ayamavra, Zenta
Uzun Həsən ile Fatih kimi yunan
Sultan Mehmed adaları fəth edildi
arasındaki bu savaşı (1479)
Osmanlılar qazandı) -1480-1481
Otronto səfəri

Osmanlı-Venesiya müharibələri (1463-1479)

Fateh dövründə Osmanlının Avropadaki ən güclü rəqibi


Venesiya idi. Fatehin həyata keçirdiyi fəaliyyətlər, Venesiyanın
ticari mənfəətlərinə zərər vurduğu üçün, hər iki tərəf dənizdə və
quruda qarşı-qarşıya gəlmişdilər.
16 illik müharibədən sonra Osmanlı və Venesiya arasında
imzalanan “İmtiyazlar” anlaşmasına görə:
- Kroya və İşkodra qalaları, Egey dənizində bir çox ada
Osmanlılarda qalacaq,
92
- Venesiyalılar illik vergi və savaş təzminatı ödəyəcəkdir.
Buna qarşılıq Venesiyalılar İstanbulda elçi saxlayacaq,
- Venesiyalılar Osmanlı sularında sərbəst dolaşa və ticarət
edə biləcəklər,
- Osmanlı ərazilərində yaşayan Venesiyalıların məhkə-
mələrinə öz hakimleri baxacaq,
- Venesiya bayrağı daşıyan gəmilərə hücum edilmə-
yəcəkdir.
Qeyd: İlk imtiyazlar (kapitülasiyalar), Fateh tərəfindən
ticarəti inkişaf etdirmək və xristian birliyini parçalamaq
məqsədilə Venesiyalılara verilmişdi.

Krımın Osmanlıya bağlanması

Qızıl Ordanın süqutundan sonra Hacı Gəray tərəfindən


qurulduğu qəbul edilən Krım xanlığı (1441-1783) ilə Osmanlı
arasında münasibətlərin mühüm əhəmiyyəti vardı. Krım-Osmanlı
birliyi həm Krıma Rusiya tərəfindən hücumun qarşısını ala bilər,
həm də Osmanlı dövləti Krımın köməyi ilə özünün şimal və şimal-
qərb sərhədlərini genişləndirə bilərdi. Fateh Sultan Mehmedin
əmri ilə yarımadaya gedən Gedik Əhməd Paşa Balaklava, Sudak
və Kefeni (Feodosiya) Osmanlı İmperiyasının ərazisinə əlavə etdi
və Krım xanlığını öz himayəsinə götürdü. 1475-ci ildə Krım xanı
və Osmanlılar arasında bağlanan sazişə görə, Krım Osmanlının
vassalı oldu. Daxili işlərində sərbəstliyini qoruyan Krım xanlığı,
Osmanlının səfərləri əsnasında ona lazım olan qoşun və silah
dəstəyini verməliydi. Xütbələrdə birinci Osmanlı sultanının adı
oxunacaq, sikkələrdə də hər iki dövlətin başçılarının adları zərb
ediləcəkdi. Krımda xan seçiləcək şəxs, Osmanlı sarayı tərəfindən
təsdiq olunmalı idi. Krımın Osmanlıya bağlanması ilə, Qara dəniz
tamamilə Osmanlının nəzarətində bir türk gölü halına gəlmişdi.

93
Vlad Tepeş Drakula və ya orta əsrlərin qatil ruhlu kralı

Tarixə nəzər salsaq görərik ki, Vlad Tepeş Drakula XV


əsrdə yaşamış və Osmanlı türk ordusuna qarşı savaşmış həqiqi bir
Rumıniya kralı (voyvoda) olmuşdur. Bu gün belə Vlad Tepeş
Drakula Rumıniya tarixində qəhrəman hesab edilir. Təsadüfi deyil
ki, Rumıniya ordusu onun şərəfinə modern bir hücum vertolyotuna
"AHO1-RO Drakula" adını vermişdir. Qəhrəman olmasına
baxmayaraq o, həm də bir qatil idi. Canavar ruhlu olan bu adamın
ən sevimli qətl üsulu isə qurbanını paza keçirərək öldürmək idi.
Onun qəsri Rumıniyada Valaxiya bölgəsində yerləşirdi.
1456-cı ildə Vlad Tepeş Drakula buraya hakim idi. Onun qəsri
qayalar üzərində əlçatmaz bir yerdə yerləşdiyindən strateji
baxımdan çox əlverişli idi. Osmanlılar Balkanlara yayıldığı
ərəfədə, Drakula türklərə qarşı gizli şəkildə təşkilatlanırdı.
Nəhayət o, 1457-ci ildə bir hücum hazırladı və gecə yarısı Osman-
lıların tərəfini saxlayan boyarların qəsrlərini tək-tək ələ keçirərək
onları ailələri ilə birlikdə əsir götürdü. Vəhşət və barbarlıq həmin
gecə başladı. Belə ki, o, əsirləri aylarla dolandıraraq tək-tək
öldürtdü. İnanılmaz işgəncələr edirdi. Əsirlərdən bəzilərini
uçurumlardan atır, bəzilərinin diri-diri dərilərini soydurtdurur, bir
qismini aclıqdan öldürtdürür, bir hissəsini isə buzlu sularda
boğdurtdururdu. Bu xəbər türk fatehinə çatdıqdan sonra Osmanlı
ordusu bölgəyə daxil oldu. Vlad Tepeş əvvəlcə bir neçə döyüşü
qazandı və əsir götürdüyü türkləri vəhşicəsinə qətlə yetirdi.
Çoxunun əmmaməsini başına mismarladaraq paza oturtdururdu.
Deyilənlərə görə Vlad Tepeş həmin vaxt 20 min türkü paza
keçirmək üsulu ilə öldürtdürüb meyitlərini paza keçirilmiş
vəziyyətdə yan-yana sıraladaraq düzdürtmüşdü. O, sözün əsl
mənasında, azğınlaşmışdı. Yağ qazanları qaynadır, insanları diri-
diri içlərinə atdırırdı. Kəsdiyi başlardan qüllələr yığını düzəltdirib
qarşısında oturaraq şərab içirdi. Belə vəhşi qətl mərasimlərini
günlərlə davam etdirirdi. Vlad Tepeş öldürtdüyü insanları bişirib
doğramaqdan da zövq alırmış. O, həmçinin yeməklərində
qurbanlarının qanlarını çörəyə batırıb yeyərmiş. Vlad Tepeş
94
Drakulanın həqiqətən insan qanı içməkdən zövq alması tarixi
sənədlərlə də təsdiqlənir. Törətdiyi vəhşiliklər onun inanılmaz
dərəcədə qəddar biri olduğuna dəlalət edir.
Nəhayət 1462-ci ildə Osmanlı qüvvətləri tərəfindən
yaxalanan drakulanın başı kəsilərək İstanbula gətirilmiş, bədəni
isə qayalardan aşağı atılmış, cəsədinin hissələrini toplayan rahiblər
onu Snaqovda bir monastırın gizli zirzəmisində basdırmışlar.
Maraqlı məqam isə odur ki, 1931-ci ildə monastırda açılan həmin
məzar boş olmuşdur.
Drakulanın qəsrinə gəlincə isə, bu qəsr, türklər tərəfindən
Tepeşdən qisas almaq üçün dağıdılmışdır. Qəsrin qalıqları 1940-cı
ildə baş vermiş zəlzələ zamanı tamamilə məhv olmuşdu. Qeyd
edək ki, 1960-cı illərədək qəsrin yeri bilinmirdi. Onun yerini
Raymond T. McNally və Radu F. Florescu tapmışdır. Daha sonra
qəsr bərpa edilmiş, Rumıniya üçün mühüm gəlir mənbəyi
olmuşdur.

Anadoluda hegemonluq uğrunda mübarizə (Osmanlı-


Karamanoğulları- Qaraqoyunlu -Ağqoyunlular)

Orta Anadolu torpalarına hegemonluq uğrunda Osmanlının


ən böyük rəqibi heç şübhəsiz Karamanoğulları bəyliyi idi. Anadolu
Səlcuqlu dövlətinin tənəzzülü üzərinə paytaxt Konyada qurulan bu
bəylik, özünü Səlcuqluların varisi olaraq da görməkdə idi. II
Muradın 1386-cı il Karaman səfərinə qədər Orta Anadolu torpaq-
larının böyük bir hissəsi onların nəzarəti altında idi. Osmanlıların
bölgədə güclənməsi ilə zaman-zaman onlara bağlılığını bildirsələr
də, hətta evliliklər yolu ilə qohum olsalar da fürsət düşən kimi
Karamanoğulları Osmanlıya tabe olmaqdan qaçmışdı.
Karamanoğlu Əlaəddinin İldırım Bəyazidə "Nə üçün sənə itaət
etməliyəm, mən də sənin kimi bir hökmdaram” şəklində verdiyi
cavabdan da anlaşılacağı üzrə Karamanoğulları özlərini hər zaman
üstün görmüşdülər. Anadoluda Türk və İslam birliyini məhz
onların saxlayacağına inanmışdılar.

95
Fateh Sultan Mehmedin hakimiyyətə gəlməsi ilə Karaman
və Osmanlı arasındakı münasibətlər daha da gərginləşmişdi. Fateh,
Karamanoğulu şahzadələri arasında gedən hakimiyyət uğrunda
mübarizədən məharətlə istifadə edə bilmişdi. Karaman taxtı
uğrunda şahzadələr arasında gedən mübarizəyə mərkəz Diyarbəkir
olmaqla Şərqi Anadolu torpaqlarını nüfuzu altında tutan
Ağqoyunlu bəyi Uzun Həsən də qatılmışdı. Bu mübarizədən qalib
ayrılan Fateh, 1474-cü ildə etdiyi hərbi yürüş nəticəsində
Karamanoğlu bəyliyini tamamilə nüfuzu altına almış, 1487-ci ildə
isə Karamanoğulları bəyliyi tamamən tarixdən silinmişdi.Bu güclü
ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı
dövləti Karamanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan
torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və
Kiprə sürgün etmişdilər.
XV əsrdə Şərqi və Orta Anadolu torpaqlarında iki türkmən
bəyliyi olan Qaraqoyunlular və Ağqoyunlular arasında da böyük
bir mübarizə yaşanmaqda idi. Qaraqoyunlularla Osmanlı dövləti
arasında isti münasibətlər hələ İldırım Bəyazid dövründə
Qaraqoyunlu bəyi Qara Yusifin Əmir Teymurun təqibindən qaça-
raq Osmanlının himayəsinə sığınması ilə başlamışdı. Sultan II
Murad dövründə də bu səmimi dostluq əlaqələri davam etdiril-
mişdi.
Türkiyəli tarixçilərindən də qeyd etdiyi kimi, Osmanlı
hökmdarı II Murad ilə Cahanşah arasında çox səmimi namələr
mübadiləsi edilmiş və məşhur tarixçi Şükrullah elçi kimi onun
yanına göndərilmişdi.
Bu barədə XV əsr Osmanlı tarixçisi Mövlana Şükrullah
"Behcətüt-Təvarix" əsərində bunları qeyd etmişdi:
“...Sultan Murad məni Mirzə Cahanşaha elçi göndərdi...
Danışdığımız vaxt Cahanşah buyurdu ki:"Sultan Murad mənim
axirət qardaşımdır, bu qardaşlıqdan əlavə qohumumdur".
Qohumluğunu soruşanda Mövlana İsmayıl Uyğur əlifbası ilə
yazılmış kitab gətirdi. Bu kitabdan aydın oldu ki, Oğuzun
oğullarının adları Göyalp, Yeralp, Günalp, Dənizalp, Ulduzalp və
Ayalpdır. Cahanşah buyurdu ki: "Qardaşım Sultan Muradın əsli
96
Oğuz oğlu Göyalpa çatır(Qayının atası), Qara Yusifin əsli isə
Dənizalpa (Yıvanın atasına) çatır".
Cahanşah II Murada göndərdiyi məktubunda iki dövlət
arasında qədimdən mövcud olan dostluq əlaqələrini xüsusilə qeyd
etmiş, II Murad isə cavab məktubunda aralarındakı qədim
məhəbbətin pozulmasına heç bir bəhanə olmadığını bildirmiş, bu
vəziyyətin heç bir dəyişikliyə uğramadan davam edəcəyini
göstərmişdi. Hər iki hökmdar qazanılmış uğurlar münasibətilə bir-
birinə fəthnamələr və təbriknamələr göndərməkdə davam
etmişdilər.
Qaraqoyunlularla Ağqoyunlular arasındakı qədim düş-
mənçilik, Ağqoyunluların Osmanlı sultanlarının rəqibləri olması
Cahanşahı Osmanlılarla müştərək mənfəətə əsaslanan dostluq
münasibətləri yaratmağa vadar etmişdi. Qaraqoyunlu-Osmanlı
münasibətləri II Mehmedin dövründə (1451-1481) daha da inkişaf
etmişdi. Türkiyəli tarixçiXəlil İnalcık yazır ki, Cahanşah Fateh II
Mehmedə hər zaman «oğlum» deyə məktublar, yazmış və ondan
«atam» ünvanı ilə hörmətli cavablar almışdır. Sultan II Mehmed
Trabzona yürüşü ərəfəsində Cahanşaha göndərdiyi məktubunda
yazırdı: «... Pedəri-əzizim Cahanşah, tərəfindən mövlana
Şükrullahla bizim dərgahımıza göndərilən kitabətin çatdı... Biz
Trabzona yollanırıq... Əgər bu hücumla əlaqədar olaraq bizim
məktublaşmamız bir qədər təxirə düşərsə, başqa şey haqda
düşünməyib məktublaşma qapılarını qapamayın».
Cahanşahla II Mehmed arasındakı yazışmalarla tanışlıqdan
məlum olur ki, iki dövlət arasında dostluq əlaqələrini möhkəm-
ləndirmək üçün onlar daim bir-birinə fəthnamələr və məhəbbət-
namələr göndərmişlər. II Mehmedin Cahanşaha göndərdiyi
məktublardan birində Bursadan Təbrizə, kəsbkarlıq məqsədilə
gələnlərdən söhbət açılması göstərir ki, bu dövlətlər arasında sıx
iqtisadi əlaqələr də mövcud idi. Sultan II Mehmed yazır ki,
«Bursadan sizin diyarınıza öz kəsbkarlığı üçün Əhməd Musa adlı
bir tacir getmişdir. O, Təbrizdə səfərdə ölmüş və onun əlində olan
bütün nəğd pul və mallar...sizin dərgahınızın ümənası (əmin-
amanlıq yaradanları) tərəfındən götürülmüşdür... Onun fərzadı
97
olan Şeyx Məhəmməd Bursavi onun varisidir... oraya gəlir...
valilərə işarət olunsun şəri hökmə riayət edilərək alınmış şeylər
qaytarılsın». Cahanşah məktubunda alınmış əşyaların qaytarıl-
dığını, həmçinin Farsın və Əcəm İraqının şəhər və qalalarının
Cığataylardan təmizlənməsi haqqında məlumat vermiş, bu xəbəri
ona çatdırmaq üçün Əmir Tacəddin İbrahim Mehtəri hədiyyələrlə
göndərmişdi.
Qaraqoyunlu hökmdarı Cahanşah XV əsrin 50-ci illərində
Teymurilərə, daha sonra Ağqoyunlulara qarşı mübarizədə uğur
əldə etmək üçün Osmanlılarla xoş münasibətdə olmağı vacib
saymış, hətta xüsusilə Ağqoyunlulara qarşı mübarizəyə Osmanlını
təhrik də etmişdi.Cahanşah II Mehmedə göndərdiyi məktubunda
yazırdı: «...Qədim vaxtlardan bəri bizim, sizin şərəfətli
xənədanımza həqiqi məhəbbətimiz və dostluğumuz olmuşdur və
olmaqdadır... Bizim dostluğumuza heç nə mane olmur. Amma
ortaya çıxmış Həsən Ağqoyunlu bu müddət ərzində zahirdə
yazıqlıq və məhəbbətini göstərsə də, əslində başqa cür hərəkət
edirdi. Onun zahiri və batini bir olmadığı üçün günbəgün nifaq
yaranmaqda idi. Onda bu günlərdə xəbislik tam şəkildə göründü,
onun əhdi-peymanı sındırdığı məlum oldu... bizə hücum etdisə də
onun dəfi asanlıqla mümkün oldu... O, büləndhimmət həzrət...
onun dəfi və cəzalanması üçün cəhd etsinlər. Sizdən sədaqətlə rica
olunur ki, bu məsələdə iradə, istək və inadınız qırılmasın və həqiqi
dostların məqsəd və istəkləri həyata keçsin»
Təbii ki, Osmanlı-Ağqoyunlu münasibətlərinin gərginləş-
məsini bir tək Cahanşahın təhrik edici davranışlarına bağlamaq
doğru deyil. Ağqoyunlu-Osmanlı münasibətlərinin pisləşməsində
Şərqi və Orta Anadolu torpaqlarına nüfuz uğrunda mübarizə ilə
bərabər, ticarət mənafelərinin toqquşmasının da mühüm rolu
olmuşdu. XV əsrin II yarısında beynəlxalq əhəmiyyəti olan başlıca
karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. Bu
yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbrizlə, Xəzər sahili
Azərbaycan bölgələrini isə, Həştərxan vasitəsilə Moskva ilə
birləşdirirdi. Digər mühüm karvan yolu Hindistanı, İranı və
Azərbaycanı Qara dənizlə birləşdirən Hörmüz-Təbriz-Trabzon
98
ticarət yolu idi. Şərq-Qərb ticarət əlaqələrinin inkişafında Təbriz-
Bursa-İstanbul yolunun da böyük əhəmiyyəti var idi. İstanbul və
Boğazların fəthi, Orta Anadolunun böyük bir hissəsində Osmanlı
hakimiyyətinin qurulması, ipək və ticarət yollarında da nəzarətin
Osmanlıya keçməsi demək idi. II Mehmedin qanunlarına görə,
xam ipəyin və ipək parçanın dəyərinin hər 100 axçasından 2 axça
gömrük haqqı alınırdı. Burada ümumi ticarət gömrüyündən əldə
edilmiş 3 milyon axça gəlirin 2 milyonu ipəkdən alınırdı. Beləliklə,
Ağqoyunlu dövləti ilə Osmanlı arasında dərin ticarət ziddiyyətləri
vardı. Osmanlı dövlətinin iqtisadi siyasətinin bu məcrada gedişi
Ağqoyunlu dövlətinin süqutuna səbəb ola bilərdi.
Sultan II Mehmedin Trabzon rum-yunan dövlətini aradan
qaldırmaq cəhdləri də Ağqoyunlu-Osmanlı ziddiyyətlərini kəskin-
ləşdirdi. II Mehmed Trabzonu tutmağa və beləliklə özünün başlıca
rəqibi olan Ağqoyunlu dövlətini Qara dənizə çıxış yolundan
məhrum etməyə, onun Qərblə əlaqələrini kəsməyə can atırdı. Fateh
Trabzonu almaqla Şərq ilə Qərbi birləşdirən böyük dəniz ticarəti
yolunun nəzarətini öz əlinə keçirmiş olacaqdı.
Uzun Həsən, ticari mənfəətlərdən başqa, qohumu olan
Trabzon Rum imperiyasını Osmanlının hücumundan qorumaq
üçün ilk başlarda diplomatik yolu seçdi. 1459-cu ildə Murad bəyin
başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər və Trabzonun
Osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun
cehizi olaraq Sivas-Kayseri bölgəsinin Ağqoyunlulara təslim
edilməsini tələb etdilər. II Mehmed bu tələbi rədd etdi və Trabzon
səfərinə hazırlığa başladı.
Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşun-
larının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh
xahişi ilə onlara müraciət etsin. Bu dövrdə Ağqoyunlu dövləti çox
çətin vəziyyətə düşmüşdü. Çünki Uzun Həsən keçmiş rəqibi olan
Qaraqoyunlularla mübarizə aparırdı. Teymuri hökmdarı Əbu Səid
də Qaraqoyunlu dövləti ilə ittifaq bağlamışdı. Ağqoyunlular iki
təhlükə arasında qalmışdılar. Beləliklə, o zaman hələ kiçik feodal
bəyliyi olan Ağqoyunlu dövlətinin aradan qaldırılması təhlükəsi
yarandı. Vəziyyəti düzgün qiymətləndirən Uzun Həsən
99
Yassıçəmənə, II Mehmedin hərbi düşərgəsinə anası Sara xatunun
başçılığı ilə bir elçi heyəti göndərdi.
Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun
Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı.
Mənbələrin verdiyi məlumata görə, danışıqlar zamanı Sara Xatun
II Mehmed bir-birinə «ana» və «oğul» deyə müraciət etmişlər. Sara
Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik bacarığından
istifadə etdi və Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi:
II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən
daşındırdı. İki tərəf arasında, Ağqoyunluların Osmanlı dövlətinə,
habelə onun himayəsindəki ərazilərə hücum etməməsi, Osmanlı
qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin
bitərəf qalması şərtilə sülh müqaviləsi bağlandı. Bu sülh müqa-
viləsinin Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz
Sara Xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Osmanlı
imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti
öz müstəqilliyini saxlaya bildi. Lakin Sara Xatunun bütün
səylərinə baxmayaraq, II Mehmedi Trabzon fəthindən çəkin-
dirmək mümkün olmadı.Fateh bütün Trabzon səfəri boyunca Uzun
Həsəndən çəkinmişdi və onun arxadan edəcəyi hücumdan ehtiyat
etmişdi. Sultanın Sara Xatunu özü ilə götürməsi də bunu sübut
edir.
Bununla, Osmanlıların Yassıçəmən yaylağında yerləşən
düşərgəsinə Uzun Həsənin elçiləri yollanır. Sara Xatun mahir bir
diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O,
bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir - sülh bağlanır. Bu
sülhün şərtlərinə görə, Uzun Həsən Osmanlıların Trapezundu işğal
etməsinə mane olmamalı, Osmanlılar isə onun dövlətinin
ərazisindən çıxmalı idilər.
1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. Şəhərin
əldən getdiyini görən Sara Xatun öz gəlininin (Dəspinə xatunun)
Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan
istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü. Sultan Fateh
Uzun Həsənin sərhədlərinə gəldikdə orduda girov olaraq
götürülmüş Sara Xatunu bir elçi heyəti və Trabzon xəzinəsindən
100
əldə olunmuş hədiyyələrlə oğlunun yanına göndərdi. Osmanlı
heyəti Uzun Həsənlə mövcud olan müqaviləni «Şərq sərhədlərinin
təhlükəsiz olması şərtilə təzələdi». Osmanlı sultanı bu tədbir
vasitəsilə qərbdəki fəthlərini həyata keçirərkən öz arxasını
təhlükəsizləşdirmək istəyirdi.
Trabzonun fəth olunması nəticəsində Ağqoyunlu dövləti
nəinki öz müttəfiqini, habelə Qara dənizə olan yeganə çıxış yolunu
da itirdi. Karaman hadisələri isə Ağqoyunlu-Osmanlı ziddiyyət-
lərini son həddə çatdırdı. Aralıq dənizi sahilində, çox əlverişli
coğrafi mövqedə yerləşmiş Karaman bəyliyinin Osmanlı nüfuzuna
keçməsi isə Ağqoyunluları daha da çətin vəiyyətə salmışdı.
«Qaraman məsələsində» müvəffəqiyyətsizliyə uğramış
Ağqoyunlu hökmdarı Uzun Həsən bunun intiqamını əzəli düş-
mənlərindən olan Qaraqoyunlulardan çıxır. Belə ki, 1467-ci ildə
Qaraqoyunlu Cahanşahın Təbrizdən öz qoşunu ilə Diyarbəkirə
tərəf hərəkət etdiyini duyan Uzun Həsən, gözlənilmədən Muş
düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah məğlu-
biyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək, gecə
düşmənin Ərzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir.
Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah öldürülür.
Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında
Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək etmək istəyən
oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını
onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II
Mehmedə göndərir. Bununla rəqiblərinə bir növ göz dağı vermək
istəyir. Uzun Həsən qələbəsi münasibətilə Fatehə bir məktubda
göndərir. Qəribəsi odur ki, məktubdakı istifadə edilən diplomatik
üsluba diqqət yetirsək, sanki Fateh ilə Uzun Həsən arasında
mehriban münasibətlərin olduğu görüntüsü vardı:
“Allahu Teâla yeryüzünde mülkünü ve hilafetini ve
sultanlığını dâim etsin ve tüm alame onun adaletini ve
merhametini ve ihsanını ulaştırsın. Devletinizi seven muhlis bir kul
olarak, yürekten bir kulunuz ve nökercesine bir küçüğünüz
olduğumu, kendi ihlas, devlet seven ve sizi dua ettiğim üzere, hiç
bir kuşku duymadan takdim eder ve sürekli olarak günü günden
101
artan devletinize dua ederim. Ümit ederim ki kabul olsun. Güzel
dualardan sonra, dünyayı feth eden ve onu bezeyen padişaha
söylerim ki Rebiüs'sani ayının ilk gününde Cihânşah kendi ordusu
ve evlatlarını topladı. Akkoyunlular üzerine geldi. Muş yolundan
geçip bana ait olan Çapakcur’a geldi oturdu. Ben de yedi günlük
bir yol sonunda ona doğru geldim ve onunla aramda yaklaşık iki
fersah yol kaldığında ben yolu tuttum. Büyük evladım Halil’i 3 bin
atlı kişi ile gözlemci olarak yolladım. Aynı gün onun (Cihânşah’ın)
en büyük emiri olan ve otuz meşhur emir ve beş bin sarsılmayan
alcınlısilahlı ile karavulluğa gelen Mir Kasım Pervaneci ile
karşılaştı. Subhan ve büyük Allah yardım etti ve düşman koşununa
karşı zafer kazandılar. Kasım’ı yaraladılar, emirlerden ve
atlılardan birçok kişiyi öldürdüler ve bazıları ise Fırat Irmağı’nda
boğuldular. Hakkında konuştuğumuz kimse (Cihânşah) üç gün
sonra buradan göçtü ve Keyfi vilayetinde oturdu. Ben de onun
ardınca göçtüm. Onun iki fersahlığına ulaştım ve birkaç kişiyi
onlar buradan da göçerlerse bana söylesinler ben de üstlerine
yürüyeyim diye karavulluğa gönderdim. Ertesi gün oradan da
göçtü, Erzincan, Kemah, Karahisar ve yukarılara gidip, oraları
harap etmek kararına geldi. Ben onun ardınca yürüdüm ve 872
yılında adı geçen ayın (Rebiüs’sani) onüçünde iki namaz arası
onunla karşılaştım ve epeyce savaştıktan sonra Cebbar Melik'in,
şanı büyüktür, ihsanı ve Tanrı'nın yardımı ile o saâdetli padişah
hazretlerinin himmetinin kutluluğu yüzünden düşman yenildi ve
Cihânşah, oğlu Muhammedî, bütün meşhur emirlerinin hepsi –
öyle ki biri de kurtulamadı - ve beşbin alcınlı silahlı atlı kişi
öldürüldüler. Ve Emir Yusuf Mirza, bazı meşhur emirler ile hapse
atıldılar. Onların başları dokuz dokuz ülkelere gönderildi.
Cihânşah’ın başı sultan Ebû Said-i Gürkan’a gönderildi
Muhammedî, Rüstem Tavacı ve divan hâkimi olan Pirsal’ın
başları ise siz hazretin âlem penah sarayına gönderildi. Siz
hazretin ölçülemez keremlerinden isteğim şudur ki beni unutmasın
ve yüce sarayının muhlisleri ve devlet sevenlerinden sansın7 ve
dünyada herkesin itaat ettiği dergâhı tarafından beni de
şereflendirsin, ben de bunun fahrinden dolayı size hizmet etmeye
102
hazırlanayım ve ebedi olan devletinize dua etmeyi çoğaltayım.
Daha fazla küstahlık etmeyeyim. Saltanatınızın gölgesi dünyanın
sonuna kadar devamlı olsun. Bi Muhammed ve alihi’l-emcad”.2
Osmanlı Türkiyəsi ilə müharibənin labüd olduğunu
anlayan Uzun Həsən toqquşmaya ciddi hazırlıq görürdü. XV əsrin
60-cı illərinin sonuna yaxın Osmanlı imperiyasına qarşı mübarizə
Ağqoyunlu dövlətinin başlıca xarici siyasət məsələsinə çevril-
mişdi. Uzun Həsən Osmanlı dövlətini aradan qaldırmağa, bütün
Kiçik Asiyanı ələ keçirməyə, Avropa ölkələri ilə bilavasitə ticarət
əlaqələri qurmağa çalışırdı. Türkiyəli tarixçi Yılmaz Öztuna yazır
ki, Təbrizdə Uzun Həsənin sarayında Osmanlı dövlətini Kiçik
Asiyanın siyasi xəritəsindən yox etmək planı hazırlanırdı. Bu plana
əsasən İstanbul da daxil olmaqla Anadolu Ağqoyunlulara, bütün
Rumeli isə Venesiya və onun müttəfiqlərinə veriləcəkdi. Osmanlı
dövləti məhv ediləcək, Uzun Həsən isə İstanbul taxtında otura-
caqdı.
Uzun Həsənə böyük ümidlər bəsləyən xristian Avropa
düşünürdü ki, indi yalnız o, Osmanlı imperiyasının fikrini yayın-
dıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilərdi.
Venesiya odlu silah təminatı barədə Uzun Həsənlə razılığa belə
gəlmişdi.
Ağqoyunlu hökmdarının hərbi uğurları (Qaraqoyunlu
dövlətini aradan qaldırması, Teymuri Əbu-Səid qonuşlarının
darmadağm olunması, Misirlə, gürcü knayzları ilə müharibələrdə
qələbələr) və Avropa dövlətləri ilə Osmanlı əleyhinə fəaliyyətləri
Fateh Sultan II Mehmedi narahat etməyə bilməzdi. Türkiyəli
tarixçi Səlahəddin Tansel qeyd edir ki, dövrünün böyük sərkər-
dələrindən biri olan Fateh ləqəbi qazanmış sultan II Mehmed
Ağqoyunlu hökmdarı ilə üzüzə gəlməkdən çəkinirdi. Ümu-
miyyətlə başda İsmayıl Haqqı Uzunçarşılı, Bəkir Sidqi Baykal

2
XVI əsr Osmanlı tarixçilərindən Feridun Əhməd bəy Münşeatında
mektubun başlığı Türkçe olarak “Ebu’l-Feth ve’l-Megâzi Cennet-mekân Sultan
Mehmed Hân Gâzi Hazretleri Dergâhına Uzun Hasan Şâh-i İran Cihân Şâh
Mirzâ’yı Bozdukta Takdim Eylediği Nâmenin Suretidir”şəklində keçir.
103
kimi bir çox tarixçi XV-XVI əsrlərdə Osmanlıların Asiya və
Avropadakı düşmənlərini müqayisə edərək belə bir qənaətə
gəlmişdir ki, şərqdəki rəqiblər Osmanlı üçün daha qorxulu
olmuşdur. Şərqdəki üç təhlükə Teymurun, Uzun Həsənin və Şah
İsmayılın hərbi qüvvələri Osmanlı dövlətini aradan qaldırmaq, onu
kiçik bir bəylik səviyyəsinə salmaq iqtidarında idi.
Vəziyyətin gərginliyini görən Fateh sülh müzakirələri ilə
vaxt qazanmaq və qarşıdakı müharibəyə hazırlığı başa çatdırmaq
üçün Ağqoyunlu sarayına elçilər göndərdi. Lakin Dəspinə
Xatunun, Karaman şahzadələrinin və Venesiya səfiri Katerino
Zenonun ümumi səyləri nəticəsində Uzun Həsən sultan II
Mehmedin elçilərini qəbul etmədi. Ağqoyunlu hökmdarı Aralıq
dənizi istiqamətində hücuma keçib Karamanı fəth etmək, Qərb
dövlətlərinin (o cümlədənVenesiya Respublikasının) hərbi
qüvvələri ilə birləşmək üçün öz qoşunlarına döyüş əmri verdi.
1472-ci ildə Ağqoyunlu-Osmanlı müharibəsi başlandı.Ağqoyunlu
dövləti müvəfəqqiyyətli döyüş əməliyyatları keçirərək Toqatı,
Qeysəriyyəni, Ağsarayı, Ağşəhəri zəbt etdi və Karamana daxil
oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, Osmanlı qüvvələ-
rindən qat-qat az olan, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü
yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə
əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed
Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı
səfərə çıxacağını bildirdi. Sultan əmin idi ki, artıq Karaman
Osmanlıların əlində olduğuna görə, Ağqoyunlu dövləti və
Venesiya ona qarşı birləşə bilməyəcəkdir. Buna görə də, o,
Osmanlı dövlətinin bütün qüvvələrini Ağqoyunlulara qarşı
yönəltmək qərarına gəldi. Fateh Sultan Mehmed Osmanlı döv-
lətinin gələcəyinin Şərqdə baş verəcək böyük bir döyüşdə həll
edəcəyinə inanmışdı. 1473-cü ilin 1 avqustunda Fərat çayı sahi-
lində Malatya yaxınlığında Ağqoyunlularla Osmanlılar arasında
şiddətli vuruşma baş verdi. Uzun Həsənin seçdiyi düzgün taktika
nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə
qüvvəsini çaşdırdılar, çayın sol sahilinə keçirdilər və sultan II
Mehmedi ağır məğlubiyyətə uğratdılar. Tarixçi Şərafəddin Turan
104
qeyd edir ki, qələbəyə ümidini itirmiş Osmanlı sultanı döyüşdən
sonra öz zabitlərindən birini barışıq əldə etmək üçün Ağqoyunlu
hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən Venesiya elçisi
Katerino Zenoya verdiyi anda sadiq qaldı və II Mehmedin sülh
təklifini qəbul etmədi.
Osmanlı sultanı öz hərbi qüvvələrini Bayburd istiqa-
mətində geriyə çəkdirdi. 1473-cü ilin 11 avqustunda Ağqoyunlu
süvariləri II Mehmedin qoşunlarını Ərzincanla Ərzurum ara-
sındakı Üçağızlı dərəsində qarşılaşdılar. Otluqbeli döyüşü adı ilə
məşhur olan bu vuruşmada Ağqoyunlu süvarilərı əvvəldən axıra-
dək üstünlüyü öz əllərində saxladılar, lakin döyüşün sonunda odlu
silahları olan türk piyadasının əks hücumu nəticəsində məğlub
oldular. Döyüş Osmanlı qoşununun qələbəsi ilə sona yetdi.
Otluqbeli döyüşündən sonra Osmanlılarla Ağqoyunlular arasında
sülh bağlanması haqqında türk tarixçiləri arasında fikirlər haça-
lanır. Yaşar Yücəl, Əli Sevim və İ.H.Uzunçarşılı Osmanlılarla -
Ağqoyunlular arasında sülh müqaviləsinin bağlanmadığını
yazırlar. Səlahəddin Tansel, Şərafəddin Turan və Halil İnalcıq isə
İbn Kamalın verdiyi məlumatlara əsaslanaraq sülh müqaviləsinin
bağlandığını qeyd edirlər. Azərbaycan tarixşünaslığında Ağqoyun-
lularla Osmanlılar arasında sülh bağlanması haqqında heç bir qeyd
yoxdur.
Ağqoyunlu hökmdarı üzərindəki qələbədən sonra Fateh
Mehmedin şərqdə ən böyük düşməni olan Ağqoyunlu dövlətini
aradan qaldırmaq üçün imkanı olmasına baxmayaraq, onu təqib
etməməsinin səbəbini isə, Malatya və Otluqbeli savaşlarında
Osmanlıların ağır itkilər verməsinə bağlamaq mümkündür.
Otluqbeli vuruşmasından sonra Ağqoyunlu-Osmanlı mü-
nasibətləri gərgin məcrada davam etmişdi. Uzun Həsən Osmanlını
məğlub etmək planından əl çəkməmişdi. O, döyüşdən cəmi bir
həftə sonra Venesiya diplomatı Katerino Zenonu və Macarıstan
elçisini qəbul etmiş, onlara Osmanlı dövlətinə qarşı yeni
müharibəyə hazırlaşdığını bildirmişdi. Tarixçi Halil İnalcıq yazır
ki, Otluqbeli döyüşündən az sonra Uzun Həsənin xristian döv-
lətlərini Osmanlılara qarşı təhrik etməkdə davam etdiyini öyrənmiş
105
Fateh Mehmed Teymuri hökmdarı Hüseyn Bayqaraya göndərdiyi
məktubunda, Uzun Həsəni məhv etmək üçün ikitərəfli hücuma
keçməyi təklif etmişdi. Fəqət 1478-ci ilin yanvarında Uzun
Həsənin ölümündən sonra bu planın həyata keçirilməsinə ehtiyac
qalmamışdı.Beləliklə, Uzun Həsənin ölümü ilə xaçlıların da
Osmanlını əsasən Ağqoyunlu dövlətinin qüvvəsi ilə məğlub etmək
cəhdi tamamilə boşa çıxmışdı. Bəzi türk tarixçıləri, Uzun Həsənin
vəfat öncəsi varsilərinə: “Osmanlıya qarşı bir daha savaşa
girməyin” deyə vəsiyyət etdiyini qeyd edirlər. Hadisələrin gedişatı
da onu göstərir ki, Uzun Həsənin xələfləri bu vəsiyyətə əməl
edərək, Osmanlı dövləti ilə dostluq münasibətlərində olmuşdular.

Fateh Mehmedin son səfəri və ölümü

1480-1481-ci illərdə Fateh yeni bir səfərə çıxmaq hazırlı-


ğında idi. Fəqət yeni səfərin detallarını heç kimlə bölüşmürdü.
Fatehin hansı istiqamətə səfər edəcəyi bu günə qədər tarixçilərin
ən böyük mübahisə mövzusudur. Ehtimal olunan bir neçə versiya
var. Daha çox İtaliya və Misir versiyaları üzərində dayanırlar.
Bu bir faktdır ki, Fateh Sultan Mehmed ömrünün son
illərini İtaliya və Romanı fəth etmək xəyalları ilə yaşayıb. Bunun
üçün 1480-ci ildə o, Rodos adasını almağa cəhd etmiş, lakin adanın
müdafiəsi demək olar ki, yarıldığı zaman maraqlı bir hadisə baş
vermişdi. Orduya komandanlıq edən Mahmud Paşa adada yerləşən
«Hospitalier» Ordeninin (İonit Ordeni) zəngin xəzinəsinin
hamısının Sultana aid olduğunu və Rodosun yağmalanmayacağını
elan etdikdən sonra ordu içində döyüşə olan həvəs itmişdi. Əks-
hücuma keçən ionitlər türk ordusunu məğlub etmişdi.
Digər versiyaya görə, Məkkəni ələ keçirmək istəyən
Sultan, əsas maneəni-Misir Məmlük dövlətini ortadan qaldırmaq
istəyirmiş. Bundan başqa Fatehin İrana, Ukrayna çöllərinə,
Mərkəzi Asiyaya səfər edəcəyi ilə bağlı təxminlər var. Ordugahın
məhz Anadoluda, Gəbzədə yerləşməsi tarixçiləri doğurdan böyük
çətinliklərə salmağa davam edir. Buna görə də səfərin Romaya
ediləcəyi ehtimalı ilə razılaşmayanlar da az deyil. Amma o da
106
faktdır ki, 1480-ci ildə Fateh İtaliyaya kiçik dəstə göndərmiş və
onun yolladığı ordu Otronto şəhərini alaraq burda böyük bir
ordunun İtaliyanın içərilərinə girə bilməsi üçün körpü inşa
etmişdilər.
Fateh Sultan Mehmed yeni bir səfər üçün Üsküdara
keçdikdən sonra Üsküdarla Gəbzə arasında Maltəpə yaxınlığındakı
ordugahında 3 may 1481-ci ildə müəmmalı şəkildə vəfat etmişdi.
Ölüm səbəbi olaraq nikris xəstəliyi göstərilsə də, zəhərlənərək
öldüyü də bəzi mənbələrdə göstərilir. Zəhərlənərək öldürülməsi
belə deməyə əsas verir ki, düşmənləri Fatehin son səfərindən ciddi
narahatlıq keçirirmiş. Alman tarixçisi Franz Babinger Venesiya
arxivlərində tapdığı sənədlərə əsaslanaraq bildirir ki, Fatehi
zəhərləyiblər. Fakt isə odur ki, Sultanın ayağındakı şişi müalicə
etmək üçün həkim ona dərman verib, bundan sonra Sultanın halı
pisləşib və Osmanlının ən böyük Sultanı son nəfəsini verib.
Fatehin zəhərlənməsi ilə bağlı iddiaya görə, Fatehi
venesiyalılar zəhərləyib. Onu zəhərləmək üçün isə Sultanın
əvvəllər qeyri-müslüm olmuş italyan əsilli baş həkimi Yaqub
Paşanı (xristian və ya yəhudi mənşəli əsl adı maestro Lakoppo) ələ
alıblar.
Fakt odur ki, Fateh Sultan II Mehmed öldükdən sonra başda
Papa olmaqla Avropanın xaçlı dövlətləri rahat nəfəs almışdı. Papa
Avropada bayram elan etmiş və Fateh Sultan Mehmedin
öldürülməsi şərəfinə kilsə zənglərinin 3 gün dayanmadan
çalınmasını əmr etmişdi.

3. Bir renessans hökmdarı Fatehin daxili siyasəti

Bir çox tarixçi tərəfindən yenilikçi, elmə və mədəniyyətə


diqqət yetirən bir hökmdar olaraq bilinən Fateh, bir çox
mənbələrdə “üləmaya qarşı yaxınlıq göstərən, onlarla görüşərkən
təzim edən, ana dili türkçənin yanında ərəbcə, farsca, yunanca,
latınca da bilən biri” olaraq qeyd olunur.İstanbulun fəthindən sonra
şəhərdəki 8 kilsəni mədrəsəyə çevirdi (Ayasofya mədrəsəsi başda
olmaqla). 1470-ci ildə öz məscidinin ətrafında məşhur Sahn-ı
107
səman mədrəsələrini inşa etdirdi. Türkiyəli tarixçilər, İstanbul
Universitetinin quruluşunu da 1453 İstanbul fəthi ilə başladığını, o
dövrdə qurulan Fateh mədrəsələrinin günümüzdəki Universitetin
ilk rüşeymi olduğunu iddia edirlər. Fateh tarixə portretini çəkdirən
ilk türk-müsəlman hökmdar olaraq keçmişdi. Bunun üçün məşhur
Venesiyalı rəssam Bellinini İstanbula dəvət edilmiş, o da 1479-
1481-ci illərdə İstanbulda qalaraq Fatehin 3 portretini yaratmışdı.
Bellini bundan başqa yeni sarayın (Topqapı sarayı) divarlarını
Renessans üslublu freskalarla bəzəmişdir. Belliniyə aid edilən
Fateh portretlərdən biri 2020-ci ilin iyununda Londonda keçirilən
hərracda 770 min funt-sterlinqə satılmışdı. Fateh, yunanvə italyan
mədəniyyətinə çox yaxından bələd olan nadir şərq hökmdarı idi.
Şərq və qərb dünyasını təmsil edən elm və incəsənət adamlarını
hər zaman himayə etmişdi.
Fateh Sultan Mehmed İstanbul ətrafında Anadolu-Rumeli
mərkəzli bir imperiya qurarkən mühüm ticarət tədbirləri də gördü.
Osmanlı imperiyasının müxtəlif bölgələri arasında formalaşan
ticarətdə italyanların yerinə, türk əsilli müsəlmanlar, yəhudi, yunan
və erməni tacirlər gəlmişdi.
Güclü bir mərkəzi idarəyə dayanan imperiya yaratmaq
niyyəti olan Fateh Sultan Mehmed, Bizans əsilzadələrindən olan
gəncləri Osmanlı sarayına alaraq Osmanlı bürokratı kimi
yetişdirmişdir. Rum Mehmeddən başqa, Paleoloqlardan Has
Murad Paşa və qardaşı Məsih Paşa bunlardan ən tanınmışları idi.
Bundan başqa Avropaya qaçdıqdan sonra orada yaşaya bilməyən
və səfalətə düşən bəzi Bizans əsilzadələri sonralar yenidən
İstanbula qayıtmışdı. Türkiyəli tədqiqatçı Əmrə Konqar, bu
devşirmə saray bürokratı yetiştirmə siyasətinindəki əsas məqsədin
gələcəkdə dövlət idarəsində Osmanlı ailəsinə rəqib ola biləcək
müsəlman-türk əsilli sülalərinin gücünə son vermək olduğunu
qeyd etməkdədir.
Fateh Sultan Mehmedin daxili siyasətindəki əsas məsələlər
bir yandan İstanbulun abadlaşdırılması və yüksəlməsi, digər
yandan isə səfərlər və fəth olunan bölgələrin qorunması üçün
mərkəzləşdirilmiş hərbi sistemin yaradılması idi. Bu iki məsələ
108
xərclərin artmasına və bu səbəblə yeni vergilərin qoyulmasına yol
açmış, nəticədə əhali arasında gizli və açıq narazılıqlar yaranmışdı.
İstanbulun abadlaşdırılması və yüksəlməsi cəhdləri bir çox
problemləri dəyaratmışdı. Artan xərcləri qarşılamaq üçün Sultan
Mehmed yeni axça çıxarmaq və keçmiş axçaları beşdə bir
dəyərində dəyişmək üçün fəaliyyətə başlamışdı. Belə ki, 1451,
1460, 1470, 1475 və 1481-ci illərdə yeni axçalar kəsilmişdi.
Osmanlıda pulun dəyərinin düşürülməsinə “tağşiş” deyilir. Yəni
Osmanlıda ilk devalivasiya Fateh dövründə həyata keçirilmişdir.
Tez-tez yeni axçaların kəsilməsi o qədər narazılığa səbəb olmuşdu
ki, II Bəyazid taxta çıxanda ona qoyulan ilk şərt bir dəfədən çox
olmamaqla yeni axça kəsdirməməsi idi. Bundan başqa Sultan
Mehmed duz, sabun və şam kimi gündəlik ehtiyac mallarını ayrı-
ayrı şəxslərdə inhisarlaşdırdı. 1458-ci ilin payızında Anadolu
sipahilərini döyüş meydanında saxlamaq üçün Anadoludakı
əhalidən toplanan verginin miqdarını 22 axçadan 33 axçaya
yüksəltdi. Bütün torpaqlar nəzarətə alındı və 20 mindən çox kənd
və torpaq sahəsi iqta olaraq sipahilərə paylandı. Nişançı Mehmed
Paşanın sədarəti dövründə baş tutan bu torpaq islahatı ölkədə
narazılığa səbəb olmuşdu. Bu islahatın əsas məqsədi isə timarlı
sipahilərin sayını artırmaq idi.
Fatehin həyata keçirmiş olduğu ən mühüm işlərdən biri də,
Osmanlı ailəsi içindəki taxt davalarının qarşısını almaq və dövlətin
parçalanmasının qarşısını almaq üçün, hakimiyyətə gələn
hökmdarın sülaləsi içindəki bütün şahzadələri qətlə yetirməsini
qanuniləşdirən fərmanı verməsi idi. Sultan Mehmed özü taxta
çıxar-çıxmaz hələ südəmər qardaşı Şahzadə Əhmədi boğdurmuş,
“Karındaşlarını nizâm-ı âlem için katletmek câizdir” hökmü ilə
şahzadələrin dövlətin bölünməsində istifadə olunmasının qarşısını
almağa çalışmışdı. Şəriət və İslama görə bəlkə də günahsızların
qətlə yetirilməsi doğru olmasa da, dövlətin varlığı üçün zəruri bir
addım idi. Fatehə qədər də Osmanlı hökdarlarından I Murad
Xudavəndigar hakimiyyətinə göz dikdiyi üçün oğlu Savcı bəyi,
İldırım Bəyazid qardaşı Yaqub Çələbini, Fətrət dövründə Mehmet
Çələbinin qardaşı Musa Çələbini, II Murad (Fatehin atası) əmisi və
109
öz qardaşını qətlə yetirmişdi. Fateh Qanunnaməsi ilə “qardaş qətli”
rəsmi hal almışdı. Osmanlı padşahları arasında ən çox qardaş
qətlini həyata keçirən III Mehmet (1595-1603) olmuşdu. Belə ki
hakimiyyətini qorumaq üçün 19 qardaşını boğdurmuşdu. Padişah I
Əhməd dövründə (1603-1617) xanədan vərasət sistemini dəyiştirib
qardaş qətli qanununu qaldırmış, bunun yerinə “əkbəriyyət və
irşadiyyət” (ən böyük və ağlı yerində olan) əsas alınaraq taxta
keçilməsi və qəfəs sistemini getirmişdir. Bu yeni qaydaya görə
Osmanlı sülaləsində ağlı başında və yaşca ən böyük olan şahzadə
taxta keçəcəkdi. Digər şəhzadələr isə öldürülməyib, bir növ ev
həbsinə göndəriləcəkdi.
Fateh Qanunnaməsi — İstanbulun fəthindən sonra, dövlət
təşkilatına imperiyanın böyüklüyünə və coğrafi vəziyyətinə
yaraşan bir xarakter vermək, müxtəlif müəssisələrin vəzifələrini
müəyyən etməyə ehtiyac duyulduğundan, Mehmed tərəfindən
tətbiq olunan qanunlar toplusudur.
Fateh Qanunnaməsi üç hissədən ibarətdir. Birinci hissədə,
dövlət vəzifələrinə, qazilərin mərtəbələrinə; ikinci hissədə, səltənət
işlərinin tərtibinə, yəni divan, has otaq təşkilatına və saray
xidmətçilərinin bayramlaşma mərasimlərinə; üçüncü hissə isə,
cinayətlər və mənsəb sahiblərinin gəlirlərinə dair məlumatları
ehtiva edirdi. Son hissədə həmçinin qeyri-müsəlman dövlətlərin
verəcəkləri illik vergilər ilə dövlət vəzifəliləri və xanədan
mənsublarına dair ləqəb örnəkləri yer almışdı. Bundan başqa, bu
qanunlar toplusu mədrəsələrin idarəetmə, tədris planı və akademik
quruluşunu yenidən təşkil edən, akademik heyətin seçki və təyin
olunması ilə maaşların müəyyən olunmasına dair əməliyyatları
üsul və əsaslara bağlamışdır. Bu fərman Türk tarixində ilk ali təhsil
qanunvericiliyini yaratması baxımından da mühümdür.

110
VII. OSMANLI DÖVLƏTİ “QIZIL DÖVR”ÜN
ASTANASINDA: SULTAN II BƏYAZİDİN HAKİMİYYƏTİ
İLLƏRİNDƏ (1481-1512) DAXİLİ VƏ XARİCİ VƏZİYYƏT

Fateh Sultan Mehmedin 1481-ci ildə Gəbzə yaxınlığında


gözlənilməz bir şəkildə vəfat etməsi üzərinə Sadrazam Karamanlı
Mehmed Paşa, Bəyazid və Bəyazidin qardaşı Cem Sultana qasidlər
göndərdi. Ancaq Cem Sultan, ona göndərilən qasid yolda, Anadolu
Bəylərbəyi Sinan Paşa tərəfindən tutulduğu üçün atasının ölüm
xəbərini gec öyrəndi. Bu vaxt Bəyazidin tərəfini tutan yeniçərilər
İstanbulda üsyan edərək Cem Sultan tərəfdarı Karamanlı Mehmed
Paşanı öldürdülər və Bəyazidin oğlu Şahzadə Qorqudu atasına
vəkalətən taxta çıxardılar.
Atasının vəfatını öyrənən və dövlət böyüklərinin, tələsik
paytaxta gəlməsi haqqında göndərdikləri məktubları alan II
Bəyazid Amasyadan yola çıxıb 9 gündə Üsküdara gəldi. Ertəsi gün
oğlu Şahzadə Qorquddan səltənəti təslim alıb 22 may 1481-ci ildə
Osmanlı taxtına çıxdı və dövləti idarə etməyə başladı. II Bəyazid
ilk olaraq kapıqullarına üç min axça cülus(taxta çıxış) bəxşişi
payladı. Yeniçərilərin ülufələrini 5 axçaya yüksəltdi.
Taxta keçəndə 511.000 km²-i Asiyada, 1.703.000 km²-i
Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya
torpaqları, II Bəyazidin ölümündə təxminən 2.375.000 km²-ə
qədər genişləyə bimişdi.
II Bəyazid dövrünün mühüm siyasi hadisələri:

1- Cem Sultan məsələsi

Cem Sultan böyük qardaşı II Bəyazidin səltənətini qəbul


etmədi. Beləcə Osmanlı dövləti II Bəyazid ilə Cem Sultan arasında
uzun sürən və Avropanın da içinə qarışacağı bir taxt mübarizəsinə
səhnə oldu.
II Bəyazid İstanbulda taxta çıxmış olmasına baxmayaraq
Cem Sultan 4.000 əsgəriylə İnəgöl önlərində Bəyazidin hələ hazır
111
olmayan Ayas Paşa idarəsindəki ordusu ilə döyüşdü. Bu döyüşü
qazanan Cem Sultan Bursada öz adına xütbə oxutmaq və pul
kəsdirmək surətiylə hökmdarlığını elan etdi. Bursada 18 gün
səltənət sürən Cem Sultan ətrafdakı şəhər və qəsəbələrə də
hakimiyyətini qəbul etdirdi və II Bəyazidə imperiyanın bərabər
bölüşdürməyi təklif etdi. Buna görə imperiyanın Anadolu torpaq-
ları Cem Sultana veriləcəkdi. Ancaq dövlətin ikiyə bölünməsi
mənasını verən bu təklif, yalnız Bəyazid tərəfindən deyil, bütün
dövlət irəli gələnləri tərəfindən dəhşətlə qarşılandı. Osmanlı
Dövlətinin bölünməsini öz maraqlarına uyğun görən Avropalılar
və Məmlüklər bu mövzuda Cem Sultanı dəstəklədilər.
1481-ci ilin iyun ayında II Bəyazidin ordusu ilə Yenişehir
düzənliyində etdiyi döyüşdə məğlub olan Cem Sultan öncə
Konyaya çəkildi. Konyada kifayət qədər dəstək tapa bilməyən
Cem Sultan Tarsusa keçdi. Daha sonra da Məmlük sultanından
aldığı dəvət üzərinə Qahirəyə getdi. Qahirədə böyük maraq görən
Cem Sultan orada qaldığı müddət ərzində Məkkəyə gedərək həcc
vəzifəsini yerinə gətirdi. Cem Sultan həcc ziyarətinə getmiş
yeganə Osmanlı şahzadəsidir.
Bu dövrdə, böyük qardaşı II Bəyazid ona padşahlıqdan
imtina etməsi halında 1 milyon axça verməyi təklif etdi. Amma
Cem Sultan bu təklifi rədd etdi. Buna bənzər təkliflər təkrar
edildisə də, nəticə vermədi. Məmlüklər və keçmiş Karaman
Bəylərinin köməyi ilə təkrar bir ordu toplayan Cem Sultan, 27 may
1482-ci ildə Konyanı mühasirəyə aldı. Ancaq Osmanlı Ordusunun
Konyaya hərəkət etməsi üzərinə mühasirə qaldırıldı. İki tərəf
Akşehirdə qarşılaşdı. Döyüşü uduzan Cem Sultan Ankaraya keçdi.
Ankarada da qaçışına davam edən Cem Sultan 1482-ci ilin yazında
otuz qədər adamıyla birlikdə Rodosa getdi. Cem Sultan 29 iyul
1482-ci ildə Rodos Cəngavərlərinin Böyük Ustadı Pierre
d'Aubusson tərəfindən böyük bir mərasimlə qarşılandı. Cem
Sultanın məqsədi Rumeli'yə keçərək mübarizəsini davam etdirmək
idi. Ancaq bundan sonra bir daha vətəninə dönə bilmədi. Artıq,
Cem Sultan üçün Avropada macəralı bir əsarət həyatı başladı.Cem
Sultan amilindən istifadə etmək istəyən Roma papası VIII
112
İnnokkenti Cem Sultana xristianlıq dinini qəbul etməyi təklif etmiş
və bunun əvəzində ona taxt mübarizəsində dəstək vəd etmişdir. Bu
təklifi rəddedən Cem Sultan taxt uğrunda dinindən heç vaxt imtina
etməyəcəyini bildirmişdir. Cem Sultan Romada 6 ilə yaxın
qalmışdır. Bu dövr ərzində Macarıstan kralı başda olmaqla,
Məmlük sultanı və digər krallar Cem Sultanın azad olunmasını
tələb edirdilər. Roma Papası təzyiqlər nəticəsində Cem Sultanı
Fransa kralına verməyə razılaşmışdı.Bu məqsədlə hərəkət edən
Fransa Kralı VIII. Çarlz Roma üzərinə gedərək 26 yanvar 1495-də
Cem Sultanı Papadan təslim aldı. Fransız Ordusu ilə birlikdə yola
çıxan Cem Sultan 25 fevral 1495-də vəfat etdi. Bəzi qaynaqlar,
Cem Sultanın əlindəki qiymətli girovu buraxmaq məcburiyyətində
qaldığı üçün Papa tərəfindən zəhərləndiyini ifadə edir.
Cem Sultanın ölümünü öyrənən II Bəyazid Osmanlı
ölkəsində 3 gün yas elan etdi. Ölkədəki məscidlərdə Cem Sultan
üçün qiyabi cənazə namazı qılındı. Bundan başqa II Bəyazid
qardaşının günahlarının bağışlanması üçün kasıblara 100 min axça
sədəqə payladı.
İtaliyada torpağa verilən Cem Sultanın cənazəsi də bazarlıq
mövzusu oldu. Uzun sürən bir mübarizənin ardından Cem Sultanın
cənazəsi, vəfatından 4 il sonra 1499-cu ildə Osmanlı torpaqlarına
gətirildi. Mudanyada sahilə çıxarılan cənazə Bursada Muradiyə
Məscidinin həzirəsində (məzarlıq) qardaşı Şahzadə Mustafanın da
məzarının içində olduğu türbəyə basdırıldı.
Cem Sultan Avropadaykən, İspanlar qarşısında məğlubiy-
yətə uğrayan Əndəlüsdəki müsəlmanlar Osmanlı dövlətindən
kömək istədilər. II Bəyazid qardaşı Cem Sultanın Avropada əsir
olması səbəbiylə lazımlı köməyi tam mənasıyla edə bilmədisə də,
Kamal Rəisi İspaniyaya göndərdi. Kamal Rəis İspaniyadakı
müsəlmanları Şimali Afrikaya, yəhudiləri də Selanik və İstanbula
daşıdı. 1492-ci ildə müsəlmanlarla yanaşı on minlərlə yəhudi də
Osmanlı torpaqlarında yerləşdirildi.
Sultan II Bayezid dövlətinə sığınan yəhudillərlə bağlı
əyalət rəhbərliyinə bir əmr göndərdi. Əmrdə:

113
«... İspanya Yahudilerini geri çevirmek şöyle dursun tam
bir içtenlikle karşılanmalarını, aksine hareket ederek göçmenlere
kötü muamele yapacakların veya en ufak bir zarara sebebiyet
vereceklerin ölümle cezalandırılacakları...»- buyrulmaqda idi.
Yəhudilərin gəlişi ilə Osmanlı paytaxtında sinaqoq sayısı
44-ə, musəvi camaatın nüfusu isə 30.000 qədər artdı. İstanbul
şəhəri o dövrdə Avropanın yəhudi mərkəzinə çevrildi. Osmanlının
yəhudiləri himayə etməsi sonraki illərdə də davam etmişdi. Belə
ki, 1497-1498-ci illərdədə Portuqaliyada zorla xristianlaşdırma
siyasətinin tətbiq edilməsi üzərinə minlərlə yəhudi İspanyadakı
soydaşları kimi Osmanlıya pənah gətirmişdilər.Osmanlının
yəhudilərə qarşı bu tolerantlığı haqqında İsrailin sabiq Xarici İşlər
Naziri olmuş Alba Eban (1918-2002) Mon Peuple adlı kitabındakı
bu ifadələr bir çox şeyə aydınlıq gətirməkdədir:
«İranlılardan, Romalılardan ve her istilacıdan sadece
zulüm, kan ve işkenceye lâyık görülen Kudüs ve Yahudi halkı,
Ancak Yavuz Sultan Selim'in Kudüs'ü fethetmesinden ve bu fethin
Kanuni tarafından takviye edilmesinden sonradır ki, insanca
yaşamanın, eşitliğin ne demek olduğunu ve huzur tadının ne
anlama geldiğini öğrendi».

2. Osmanlı və Avropanın xristian dövlətləri arasında


münasibətlər

- İtalyadan geri çəkilmə


1480-ci ildə Fateh Sultan Mehmed həyatda ikən
Osmanlılar İtaliyanın ələ keçirilməsi üçün yarımadanın cənub-
şərqində yerləşən Otronto qalasını ələ keçirmişdi. Fatehin ölümü
və Şahzadə Cemlə II Bəyazid arasındakı taxt mübarizəsi,
İtaliyanın fəthi düşüncəsinin ikinci plana atdı.
Napoli Krallığı, əlindəki qüvvələrlə Osmanlı ilə vuruşa
bilməyəciyini bilirdi. Bundan başqa Osmanlıların İtaliyada
olmasının krallığın gələcəyi üçün yaxşı hal deyildi. O səbəblə
Napoli kralı, kürəkəni Macarıstan kralı və eyni ailəyə mənsub
114
olduğu, o zamanlar Araqon olaraq adlandırılan Şimali İspaniya
kralından tələsik kömək istədi. Macarıstan kralının göndərdiyi
2.000 atlı və digər İtalyan dövlətlərindən aldığı yardım
qüvvələriylə Otronto qalası önlərinə gəldi. Bu ordunu dənizdən
Napoli, Papalıq və İspaniya gəmilərindən mütəşəkkil bir donanma
dəstəkləyirdi. Bu zaman sərdar Gədik Əhməd Paşa, yanına aldığı
bir miqdar əsgər və donanma ilə ani bir şəkildə Otrontonu tərk etdi.
Bir rəvayətə görə bunu öz qərarı, bir digərinə görə isə Sultan
Bəyazidin istəyi ilə həyata keçirmişdir. Gədik Əhməd Paşa
Otrontoda 8.000 qədər əsgər və əsgər üçün 1,5 illik sursat buraxdı.
Bu qədər qüvvə ilə böyük bir orduya qarşı qoyulması da mümkün
deyildi. Müqavimət göstərib 8.000 əsgəri həba etmək yerinə
qalanın təslim edilməsinə qərar verildi. Osmanlı qüvvələri,
əsgərlərin bütün silah və cəbhəxanalarını yanlarına alaraq
çəkilməsinə icazə verilməsi halında, qalanı təslim edəcəklərini
dedilər. Qalaya kömək gəlməsindən qorxan Napoli Kralı bu
müqaviləni qəbul etdi. Beləcə 8.000 Osmanlı əsgəri bütün sursatı
ilə gəmilərə minib, Otrontonu tərk etdi.
Napoli kralı, türklərin yenidən İtaliyaya çıxmaması üçün II
Bəyazidin elçisi ilə görüşdü və türklərin İtaliyaya bir daha səfər
etməməsi vədinə qarşılıq Napoli, aparılmayan türk toplarını,
Napoli krallığı içərsindəki bütün türk və müsəlman əsirləri
Osmanlı dövlətinə geri verdi. Bundan başqa dost olmaq şərtiylə
Osmanlı Donanmasına, Adriatik dənizində sərbəst hərəkət etmək
hüququ tanıdı.
Nəhayət Osmanlı dövlətinin, İtaliyadakı tək qalası olan
Otrontonun ələ keçirilməsindən 13 ay sonra, 10 sentyabr 1481-ci
ildə itirildi. Beləcə, Fateh Sultan Mehmed tərəfindən başladılan
İtaliya səfəri Osmanlı dövlətinin daxili problemləri səbəbiylə
dayandırıldı.

Osmanlılar tərəfindən xaçlılara qarşı həyata keçirilən


Səfər-i Hümayunlar
Cem Sultan hadisəsi səbəbiylə Avropalıların İstanbulu geri
alma ümidləri yenidən gündəmə gəldikdə, II Bəyazid çox diqqətli
115
və sülhsevər bir xarici siyasət təqib etmək məcburiyyətində
qalmışdı. Bununla birlikdə lazım gəldikdə döyüşdən çəkinmədi və
Osmanlı dövlətinin sərhədlərini genişləndirdi. Padşahların şəxsən
sərdarlıq etdiyi bu səfərlərə Osmanlılar tərəfindən Səfər-i
Hümayun adı verilmişdir.
Birinci Səfər-i Hümayun -7 ay davam edən bu səfər
nəticəsində Macar kralı, 1483 sonlarında Osmanlı Dövləti ilə bir
sülh imzaladı. Səfər nəticəsində Herseqovina çarlığı da ilhaq
edilərək Bosniya əyalətinə qatıldı.
İkinci Səfər-i Hümayun - Boğdan Voyvodasının (bugünkü
Moldova) illik vergisini ödəməməsi, Boğdanın daha möhkəm bir
şəkildə Osmanlı dövlətinə bağlanması və Qara dəniz sahilindəki
torpaqların alınıb, bu bəyliyin dənizlə olan əlaqəsini kəsmək
məqsədilə, II Bəyazid, birinci səfər-i hümayundan bir il sonra
təkrar səfərə çıxdı. Dnestrin Qara dənizə töküldüyü bölgədə olan
Akkerman mühasirə altına alındı və 1484-cü ilin avqustunda ələ
keçirildi. Bu mühasirəyə Krım xanı Məngli Gəray da ordusuyla
qatıldı. Beləcə ilk dəfə bir Krım xanı Osmanlı ordusunda vəzifə
almış oldu. 1419, 1454, 1474-ci illərdə dövrün padşahları Çələbi
Mehmed və Fateh tərəfindən 3 dəfə mühasirəyə alınıb da alına
bilməyən bu qalanın fəthi üzərinə Uzun Həsənin oğlu Ağqoyunlu
hökmdarı Sultan Yaqub, Mərakeş Sultanı, hətta Macarıstan Kralı
Matthias kimi bir çox hökmdarlar elçilərini göndərərək II Bəyazidi
təbrik etdilər.
Üçüncü Səfər-i Hümayun -Sultan II Bəyazid 1492-ci ilin
martında Belqradın fəthi məqsədiylə İstanbuldan səfərə çıxdı.
Sultan Sofiyaya qədər gəldi. Burada qərar dəyişdirən Bəyazid bu
vəzifəni Süleyman Paşaya verib, özü Albaniya üzərinə getdi.
Yolda ikən bir ələvi-qızılbaş fədaisi tərəfindən edilən sui-qəsd
cəhdindən xilas olan Sultan, 1492-ci ilin son günlərində İstanbula
döndü. Təqribən 9,5 ay davam edən bu səfərdə Osmanlı
torpaqlarından çıxılmadığı üçün hər hansı bir vuruşma olmadı.
Belqrada çataraq qalanı mühasirəyə alan Süleyman Paşa
Osmanlı tarixində II Murad və Fatehdən sonra qalanı mühasirəyə
alan üçüncü adam olmuşdur. Mühasirə davam edərkən macarları
116
qorxutmaq məqsədiylə Transilvaniyaya girən Süleyman Paşa
burada məğlub olmuşdur. Bu məğlubiyyət ilə müvəffəqiyyət
ehtimalı qalmadığını düşünərək mühasirə qaldırıldı və Qanuni
Sultan Süleymana qədər bu şəhər alına bilmədi.
Bu uğursuzluğa baxmayaraq, Bosniya Sancaq bəyi və eyni
zamanda axıncı sərdarı olan Yaqub Paşanın 8 minlik axıncı
birliyinin 5 dəfə çox olan nizamlı macar ordusunu Xoravatya
yaxınlığındakı Kırbova (Adbina) adlı yerdə darmadağın etməsi isə,
müsəlmanlar arasında bayram havası yaşatmışdı.
Bu zəfərdən sonra Yaqub Paşa Rumeli Bəylərbəyliyinə
gətirilmişdi. Eyni zamanda da şair olan Yaqub Paşa Kırbova zəfəri
münasibətilə yazmış olduğu mənzumədə belə demişdi:
“ Buluştuk düşmana çün "Kırbova"da
Nida erişti kim kır bu arada
Hak emriyle ettim bir gaza kim
Murad Hân etti ancak Kosova'da
Ururduk kâfirin boynuna şemşîr
Melekler bağlayıp saflar hevâdâ
Benim Bosnâ beyî dervîş Yâ'kuub
Hudâ avniyle erdim bû cihânda”

Dördüncü Səfər-i Hümayun- Odövrdə Venesiya dövləti


dənizlərdə Osmanlının ən böyük rəqibi idi. Venesiyanın
Osmanlıya bağlı olan Mora yarımadasındakı yerli xalqı türklərə
qarşı provakasiya etməsi üzərinə, II Bəyazidin əmri ilə Osmanlı
donanması Egey dənizində hərəkətə keçdi. Venesiya və Osmanlı
donanmaları Sapienza adası yaxınlığnda qarşılaşdılar. Döyüşün
qızğın vaxtında Türk donanmasının sağ cinah komandanı Barak
Rəis düşmən gəmilərinin ən sıx olduğu bölgəyə girib, gəmidəki
barıt anbarını atəşə verdi. Barak Rəis, böyük bir partlayışa və
onlarla Venesiya gəmisinin batmasına səbəb oldu. Lakin özü ilə
birlikdə 500 ləvənt də ölənlər arasında idi. Bu hadisənin ardından
hücuma keçən Osmanlı Donanması Venesiyalıları pərişan etdi.
Sapienza Dəniz Döyüşü adı ilə tarixə keçən bu döyüş Osmanlıların
tarixdə qazandıqları ilk açıq dəniz döyüşüdür (1499). Böyük
117
qəhrəmanlığından ötrü Sapienza adasına Barak Rəis adası adı
verildi. Venesiya elçisi Alvise Manenti dövlətinə göndərdiyi
hesabatda Osmanlı sədrəzəminin elçiyə: "Sən Sinyoriya
hökumətinə söylə, artıq dəniz ilə evlənməsinlər; artıq sıra
bizdədir" dediyini bildirmişdir.
Beşinci Səfər-i Hümayun - 30 avqust 1499 tarixində,
Sapienza Dəniz Döyüşündən 33 gün sonra İnebahtı qalası da
Osmanlının olmuşdu. Bölgədəki böyük Venesiya Admiralının
donanması ilə geri çəkilməsi ucbatından qala komandiri qalanı
təslim etmişdi. Osmanlı Ordusu üçün sıra, Moradakı 3 böyük
Venesiya bazası olan Koron, Modon və Navarinə gəlmişdi. Qısa
bir vaxtda bu limanlarda Osmanlıların əlinə keçmişdi. Papa VI
Aleksandrın təşviqi ilə Fransa da, Venesiyanın müttəfiqi olaraq
Osmanlıya qarşı müharibə elan etmişdi. 1501-ci ilin sentyabr
ayında Egey dənizinə girən Fransız donanması 10.000 piyada
daşıyırdı. Sentyabr ortalarında da Lesbos mühasirəsi başladı.
Bunun üzərinə Sultan Bəyazidin Manisa sancaqbəyi olan ikinci
oğlu Şahzadə Qorqud, indiki Ayvalığa gələrək 800 nəfərlik yardım
qüvvələrini adaya keçirmişdi. Oktyabr sonlarında Osmanlı
donanmasının Çanaqqala boğazından çıxdığını öyrənən Fransızlar
6 həftədən bəri davam etdirdikləri mühasirəni qaldırmış və
Moranın cənubundakı Çuha Adası sahillərinə gəlmişdilər. Burada
bir fırtınaya qapılan donanmadan yalnız bir neçə yüz adam
qurtulmuşdu.
Fransız donanması geri çəkilərkən, ispanlar hazırladıqları
donanma ilə Egeyə girmiş lakin, fransızlarla birləşə bilməmiş və
heç bir şey edə bilmədən geri dönmüşdülər.
Venesiya, Osmanlı Dövləti ilə artıq mübarizə apara
bilmirdi. Xüsusilə Osmanlı axıncılarının etmiş olduğu hər axın
Venesiya üçün böyük bir təhlükə idi. Çünki Osmanlıların hər an
üçün Venesiya şəhərini belə zəbt etmə ehtimalı mövcud idi.
Moradan tamamilə qovulan Venesiya, dənizlərdə də fəaliyyət
göstərə bilmir, türk dənizçiləri Venesiyaya göz açdırmırdı. Mora
və Albaniyadakı böyük bazalarını və dənizlərdəki üstünlüyünü
itirən Venesiya üçün sülhdən başqa çıxış yolu qalmamışdı.
118
İzdihamlı bir qrupla İstanbula gələn Venesiyalılarla 14 dekabr
1502 tarixində 31 maddəlik bir sülh müqaviləsi imzalanmışdı.
Yalnız Kefalonya adası Venesiyaya buraxılmış, bunun xaricindəki
bütün fəthləri Venesiya tanımışdır.

- Osmanlı və Rusiya arasında ilk münasibətlərinin


qurulması

Osmanlı dövləti ilə Rusiya arasında ilk münasibətlər 1475-


ci ildən sonra, Rus tacirlərinin Krımdakı Genoa koloniyalarında və
Osmanlı hakimiyyəti altında olan Azov şəhərində ticarət etdikləri
zaman başlamışdı. O dövrdə Rus tacirləri Azov və Kefe şəhər
idarəçiləri tərəfindən müəyyən təzyiqlərə məruz qalmışdılar.
Bunun üzərinə Rus Çar III İvan 1492-ci ildə Sultan Bəyazidə
məktub ünvanlamışdı. Məktubda deyilirdi:
"Türkiye beylerinin hükümdarı ve bir bahrin padişahı
Sultan'ı zi istiklal Bayezıd'e : Biz ki Allah'ın lutfu ile bütün Rusların
ve Kuzey Doğuda bir çok kıtaların yegane hükümdarı hakikisi
İvanız; zatı şevketlerine yazmak istediğimiz şudur ki: şimdiye
kadar beyan-ı ihlas için sefir göndermedik, bununla beraber Rus
tacirleri sizin memleketinizi dolaşmış ve iki hükümetimiz içinde
faydalı ticarette bulunmuşlardır. Bunlar sizin hakimlerinizden
görmüş oldukları mezalimden dolayı bana defalarca şikayet
ettiler. Lakin ben sükut ettim. Geçen sene Azak paşası bunları bir
hendek aşmaya ve muhtelif inşaat için araba ile taş taşımaya
mecbur etmiştir. Bundan daha ileri gidilerek Azak ve Kefe
tacirlerimiz mallarını yarı fiyatıyla teslime icbar olunmuştur. Eğer
bunlardan biri hastalanacak olursa cümlesinin emvali
haczolunuyor; eğer vefat edecek olursa hükümet tekmil envalini
zaptediyor; iyileşicek olursa malının yarısından fazlası verilmiyor;
vasiyet namelerinin şartları mer'i tutulmuyor. Türk hakimlerinden
başka varis tanımıyorlar. Bu kadar haksız muameleler, tacirlerime
sizin memleketinizde ticareti men eylemeye beni icbar eylemiştir.
Bu tacirler mukaddema ancak kanunen muayyen olan miktarı
tediye eyledikleri ve kendilerine serbestane ticarete müsaade
119
olunduğu halde şimdi bu muamelenin sebebi nedir? Bunu biliyor
musunuz? Yoksa bilmiyor musunuz? Babanız İkinci Mehmet büyük
ve meşhur bir hükümdar idi, rivayete göre bize beyan-ı meveddet
için sefir göndermek arzusunda bulunmuş, lakin Cenab-ı Hak
müyesser etmemiş. Bu tasavvurun şimdi icra olunduğunu neden
görmiyelim? Cevabınıza intizar ederiz”
Rus çarı daha sonra Mixail Plesçeyevi (1496-98), ardınca
da Aleksey Qoloxvastovu (1499) elçi olaraq İstanbula göndərmiş
və Osmanlı ilə münasibətlərini yaxşılaşdırmağa çalışmışdı. Lakin
o dövrdə II Bəyazid rus çarını “dəngi” yəni özü ilə eyni səviyyədə
görmədiyi üçün, Rusiya ilə münasibətlərin vassalı olan Krım
xanlığı üzərindən davam etdirilməsini uyğun görmüşdü. Rus
tacirlərinin ticari maraqlarının təmin olunması haqqında da
göstəriş vermişdi.

3. II Bəyazid dövründə Məmlük və Səfəvilərlə siyasi


münasibətlər

Karamanoğlu bəyliyinin Osmanlıya ilhaqı

Osmanlılar, Avropada xaçlılarla müharibə apararkən, daha


öncə Osmanlıya bağlılığını bildirən Karamanoğulları bəyliyi
ənənəvi siyasətini davam etdirərək hər fürsətdə Osmanlını arxadan
vurmağa çalışmışdı. Daha əvvəl Cem Sultan məsələsində də
Karamanoğulları, II Bəyazidin qəzəbini öz üzərinə çəkmişdi. II
Bəyazid 1487-ci ildə Karamanoğulları üzərinə yürüş edərək
bəyliyi tamamən ortadan qaldırmışdı. Venesiyaya qarşı
döyüşərkən Karamanoğlu Mustafa Bəy, Karamanoğullarının
tarixdəki son qiyamını çıxarmışdı. Üzərinə göndərilən Osmanlı
ordusu qarşısnda tab gətirməyən Karamanoğlu Mustafa Bəy, qaçıb
Məmlüklərə sığınmışdı. Osmanlılarla yeni bir anlaşmazlığa
düşmək istəməyən Məmlük sultanı da Karamanoğlu Mustafa bəyi
öldürtmüşdü.

120
Osmanlı-Məmlük münasibətlərində beş illik müharibə
(1485-1490)

Yaxın Şərqin iki böyük türk dövləti olan Osmanlı ilə


Məmlük Sultanlığı arasındakı sərhədi Fərat çayı və Toros dağları
təşkil edirdi. Bir zamanlar Orta Anadoluya qədər gəlib çıxan
Məmlük nüfuzu, artıq Toros dağlarının cənub ətəklərinə
çəkilmişdi. Cənub-Şərqi Anadolunun bir hissəsi və Çuxurovanı
əlində saxlayan Ramazanoğulları Məmlüklərin hakimiyyətində,
buna qarşılıq Zülqədəroğulları isə Osmanlıların hakimiy-
yətindəidi. Məmlüklər ilə Osmanlıların əlaqələri başlanğıcda
müsbət idi. Osmanlı Dövlətinin Avropadakı zəfərləri Məmlük
paytaxtı Qahirədə rəsmi şənliklərlə qeyd edilirdi. Amma
Məmlüklər Osmanlıların Çuxurova bölgəsindəki varlıqlarından
məmnun deyildi. Osmanlıların bölgəyə etdiyi basqınlar iki ölkənin
arasını pozdu. Türklər tərəfindən idarə olunan bu iki ölkənin
aralarının pozulmasında bir başqa səbəb isə prestij məsələsi idi.
Dövrün ən böyük dövləti mövqeyində olan Osmanlı İmperiyası
eyni zamanda da dövrün ən böyük İslam ölkəsi idi. Xilafətin,
müqəddəs əmanətlərin və müqəddəs şəhərlərin (Məkkə, Mədinə)
Məmlük dövlətinin əlində olması Osmanlının qəbul edə
bilməyəcəyi bir vəziyyət idi. Fatehin Hicaz su yolları və türk
hacılar üçün bəzi tənzimləmələr etmək istəməsini Məmlüklər
daxili işlərinə müdaxilə saydı və rədd etdi. Məmlüklər coğrafi
şərtlərə çox güvənir və heç bir ordunun Misirə girə bilməyəcəyini
düşünürdülər.
İlk Osmanlı-Məmlük döyüşü 1485-də baş verdi və 5 il
davam etdi. Döyüşün zahiri səbəbi 1485-ci ildə Osmanlı
ölkəsindən gedən hacılara hücum edilməsi və İstanbula göndərilən
Bəhməni hədiyyələrinə müvəqqəti olaraq əl qoyulmasıydı. 2 mart
1482-ci ildə Cənubi Hindistan Türk İmperiyası taxtına atasının
yerinə oturan Mahmud Şah Bəhməni, Sultan Bəyazidə içlərində
qiymətli ləl-cəvahiratlar olan hədiyyələr göndərmişdi. Misir
gömrük idarəsi, sonradan göndərmələrinə baxmayaraq ilk əvvəl bu
121
hədiyyələrə əl qoydu. Hədiyyələr İstanbula göndərilmək üzrə yola
çıxanda artıq Osmanlı Dövləti Məmlüklərə müharibə elan etmişdi.
Müharibənin digər səbəbi isə, hər il Osmanlı torpaqlarından
Hicaza gedən hacıların, bədəvi ərəblər tərəfindən hücuma məruz
qalmaları idi. İstanbul Qahirəyə, Həcc yollarının təhlükəsizliyini
təmin etməsi üçün notalar göndərmiş, lakin Məmlüklər dolanışıq
qaynağı qarət olan bədəvilərə heç cür ciddi bir şəkildə mane
olmamışdılar. Bu səbəblərə II Bəyazidin o zamanlar Avropada
olan qardaşı Cem Sultanın Qahirədə qalan ailəsinin qaytarmasını
istəməsi və bu tələbin Məmlüklər tərəfindən rədd edilməsi də əlavə
oluna bilər.
1485-ci ilin may ayında başlayan döyüş heç bir zaman
bütünlüklə bir müharibə şəklində reallaşmadı. İki imperiya heç bir
zaman bütün orduları ilə qarşı-qarşıya gəlmədi. Əslində nə
Osmanlılar, nə də Məmlüklər bir-birlərinin torpaqlarını ilhaq etmə
niyyətində deyildilər. Hərb iki ölkə torpaqları arasında sərhəd
bölgə mahiyyətindəki Çuxurova və Dülqadiroğullarının torpaqları
üzərində reallaşan vuruşmalar səviyyəsində qaldı. İki tərəf də 5 il
ərzində bir-birilərinə qarşı üstünlük qura bilmədilər.
1491-ci ildə Osmanlı və Məmlüklər arasında sülh imzaladı.
Bir müddət sonra II Bəyazid qardaşı Cem Sultanın qızı ilə yeni
Məmlük sultanı Nasir Məhəmmədi evləndirmək surətiylə sülhü
gücləndirdi. Ancaq 5 illik müharibə nəticəsində illərdir dost,
dindaş və soydaş olaraq sülh içində yaşamış bu iki ölkə arasında
artıq bir münaqişə prosesi başlamışdı.

Osmanlı - Səfəvi münasibətlərinin yaranma tarixinə


qısa bir baxış

İlk vaxtlar Səfəvi-Osmanlı münasibətləri qarşılıqlı hörmət


prinsipləri əsasında qurulmuşdu. Osmanlı Səfəviyyə təriqətini
sufi-dərviş təriqəti kimi qəbul etdiyi üçün “çeraq axça”sı adı
altında hər il Ərdəbil dərgahına yardım göndərirdi. Çünki həmin
dövrdə Osmanlı sultanları sufiliyə hörmətlə yanaşırdılar. Təriqətin
Osmanlı sərhədləri daxilində rəğbət qazanmasında Səfəvi şeyxi
122
Xoca Əlinin xüsusi rolunun olduğu dövrün mənbələrində qeyd
edilmişdir. Belə ki, Şeyx Xoca Əlinin rəhbərliyi dövründə
səfəviyyə təriqətinin inkişafının zirvə nöqtəsinə çatdığını deyə
bilərik. O, özü Türküstan, Şam, Hicaz, Fələstin kimi islam
ölkələrinə səyahət edərək, təriqətin irşad halqasını daha da
genişləndirmişdi. Onun zamanında təriqət Ön Asiyada xüsusi
təsirə sahib bir gücə çevrilmişdi. Hətta Əmir Teymurun da dərgaha
ehtiram göstərdiyi haqqında dövrün mənbələrində məlumatlar
vardır. Şeyx Xocə Əli dövründə Əmir Teymurun Osmanlı üzərində
qələbədən (1402) sonra geri qayıdarkən Ərdəbil dərgahını ziyarət
etməsi bu dövrə aid mötəbər mənbələrdə xüsusi qeyd edilir.Bu
hadisə haqqında İsgəndər bəy Münşi (1561-1634)“Tarixi-
aləmarayi-Abbasi” əsərində geniş məlumat verərək yazır ki, Əmir
Teymur Şeyxdən nə ehtiyacı olduğunu soruşduğu zaman dünyəvi
işlərdən uzaq Şeyx ehtiyacları barəsində heç nə demir. Teymurun
təkidlərindən sonra Allah rızası üçün Rum əsirlərini azad
buraxmasını xahiş edir. Əmir Teymur razılıq barmağını gözünün
üstünə qoyaraq, bütün əsirlərin azad olunması barəsində hökm
verir. Ərdəbildə və onun hüdudlarında olan bir neçə kəndi və
məhsuldar torpaqları öz halal pulu ilə alaraq o müqəddəs türbəyə
bağışlayır. Buranın xəracının da o ali sülaləyə verilməsini buyurur.
İsgəndər bəy Münşinin Rum əsirləri deyə bəhs etdikləri Əmir
Teymurun Sultan Bəyazidi məğlub etdikdən sonra Osmanlıdan
əsir olaraq apardığı minlərlə türkmən ailələri idi.Azad edilən
əsirlərin bir qisminin qəlbində təriqət sevgisi formalaşaraq geri
qayıtmış, bir qismi isə dərgahda qalaraq Səfəvilərə xidmət etməyə
başlamışdır. Anadoluya geri qayıdanlar hər yerdə Səfəvilərin
yaxşılıqlarından danışırdılar. Bu hadisə Səfəviyyə təriqətinin
Anadoludakı şöhrətini daha da artırmışdır. Burada təriqətə meylin
gücləndiyini görən Səfəvi şeyxləri Anadoluda təriqətin təbliğatını
daha da gücləndirmək üçün səylərini artırmışlar. Xoca Əlidən
sonra Şeyx İbrahimin atası ilə Həcc ziyarəti zamanı Anadolu və
Suriyadan keçməsi onun buranı canlı olaraq müşahidə etməsi və
müridləri ilə yaxından əlaqə qurması ilə nəticələnmişdi. Həmin
dövrdə Anadoluda yaşayan və məşhur olan dərvişlər öz şeirlərində
123
İbrahim Şeyxşahın adını səsləndirirdilər. Seyvori Şeyxşahın
təbliğatı ilə bağlı yazır ki, Şeyx İbrahim Anadoluda və digər
yerlərdə aktiv bir şəkildə Səfəviyyə təriqətini yaymaqla məşğul
olan tərəfdarlarının sistemini mühafizə edə bildi və onu güc-
ləndirdi. Şeyx İbrahim zamanında Ərdəbil təkkəsinə gələnlərin
sayı o qədər artmışdı ki, Şeyxin hüzuruna qəbul olunmaq onların
hər birinə nəsib deyildi.
Şeyx İbrahimin dövründə Osmanlı ilə münasibətlər yaxşı
idi. Görünür, Osmanlı Səfəviyyə təriqətini öz dövləti üçün təhlükə
kimi qəbul etmirdi. Səfəviyyə təriqətinin rəhbəri Şeyx Cüneyd
dövründə təriqətdə yeni şiə meylləri ortaya çıxdı və o, siyasi gücü
ələ keçirmək niyyətində olduğunu açıq şəkildə elan etdi. Şeyx
Cüneydin dövründə belə fikirlərin ortaya çıxması səbəbindən
Osmanlı ilə münasibətlərdə dəyişikliklər baş verdi.1448-ci
ildəƏrdəbili tərk edən Cüneyd Anadoluya üz tutdu. Cüneydin
Anadoluya yönəlməsinin bir neçə səbəbi var idi. Bunlardan biri
səfəviyyə təriqəti ilə Osmanlı arasında əvvəldən yaxşı
münasibətlərin olması idi. Yuxarıda qeyd etdiyimiz kimi, Osmanlı
hökuməti hər il Ərdəbil dərgahına “çıraq axça”sı adı altında yardım
göndərirdi. Hətta bu yardım Şeyx Cüneydin dövründə bir dəfə
göndərilmədiyi üçün o, Osmanlı sultanı II Murada (1421-1444)
şikayət etmişdir. Bu əlaqə səbəbi ilə Şeyx Cüneyd Anadoluya
yönəlmişdir. Onun Anadoluya yönəlməsinin başqa bir səbəbi də
orada tərəfdarının çox olduğunu bilməsi idi. Şeyx Cüneyd
Anadoluya gəldikdən sonra buradakı yarımköçəri türkmən tayfa-
ları arasında təbliğatı gücləndirərək, onların təriqətə bağlılığını
daha da artırır, bu tayfalar arasında güclü nüfuz əldə edir.
Anadoluda olduğu zaman Sultan Murada məktub yazaraq, Qurtbeli
adlanan ərazidə özünə ibadət etmək üçün səccadəsini sala biləcək
qədər torpaq sahəsi verməsini istəyir. Həmin məktubu göndərərkən
həm də məktubun yanında bir Quran, bir səccadə və bir təsbeh də
həddiyə olaraq Osmanlı sultanına göndərmişdi. Hədiyyələri qəbul
edən Xəlil Paşa vəziyyəti padşaha ərz edir. Türkiyəli tarixçi
İsmayıl Haqqı Uzunçarşılı yazır ki, padşah hədiyyələri qəbul edib,
Şeyx Cüneydin istəyi məsələsi mövzusunda Xəlil Paşa ilə
124
məsləhətləşir. Sultan Murad Şeyx Cüneydin əsl məqsədini başa
düşdüyünə görə, onun məktubuna “bir taxta iki padşah sığışmaz”
ifadəsi ilə cavab verir, istəyini rədd edir.Şeyx Cüneydin elçisi sifəti
ilə Sultanın yanına gələn səfəviyyə müridinə isə Şeyxə təqdim
etmək üçün yardımlar verilir. Osmanlı hökuməti də Şeyx
Cüneydin dövlət qurmaq istəyindən xəbərdar idi. Amma səfəviyyə
müridinə bəxşiş verərək geri göndərilməsi Osmanlı sultanının
Şeyx Cüneydlə düşmənçilik aparmaq istəmədiyini göstərirdi.
Osmanlı sultanı Şeyxin Anadoludakı təsirindən xəbərdar idi və
onunla düşmənçilik apararsa, Anadolunun yarımköçəri əhalisinin
Cüneydi dəstəkləyəcəyini bilirdi. Osmanlıdan rədd cavabı
almasından sonra da Şeyx Cüneydin Anadoluda müridlərinin
sayını artırmağı bacarması onun nə qədər fərasətli biri olduğunu
göstərir. Sultan Muradın cavabından sonra, Osmanlı torpaqlarında
qala bilməyəcəyini başa düşən Şeyx Cüneyd Ağqoyunlulara üz
tutur. Osmanlı Şeyx Cüneydi qəbul etmədiyi halda, Ağqoyunlu
Uzun Həsən Şeyxin gücündən istifadə etmək üçün onu sarayında
qonaq edir.Hətta öz bacısını Uzun Həsənə, daha sonralar isə qızı
Aləmşahbəyimi də Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə verərək
qohumluq əlaqəsi qurur. Uzun Həsənin dəstəyini qazanan Şeyx
Cüneyd yenidən Ərdəbilə qayıtsa da, cihad adı altında çərkəzlər
üzərinə yürüş bəhanəsi ilə Şirvana hücumu zamanı öldürülür.
Bundan sonra təriqətə rəhbərlik edən Şeyx Heydər dövründə də
Osmanlının təriqətə münasibəti dəyişmir. Osmanlı səfəviyyə
təriqətinin öz dövləti üçün nə qədər böyük bir təhlükə olduğunu
başa düşürdü. Başı Ərdəbildə olan səfəviyyə təriqətinin gövdəsi
Osmanlı ərazisi olan Anadoluda idi.Anadolu türkmənləri
Osmanlıdan daha çox Ərdəbilə bağlı idilər. Buna baxmayaraq,
Osmanlı sultanı II Bəyazid Ağqoyunlu hökmdarı Sultan Yaqubun
təriqətə qarşı mübarizə apardığından xəbərdar olduğu üçün təriqətə
qarşı Osmanlı Dövləti səviyyəsində müdaxilə etməyi lazım
bilmirdi. Həqiqətən də çətin mübarizənin sonunda Sultan Yaqub
Şeyx Heydərin öhdəsindən gəlir. Şeyx Heydər 1488-ci ildə
Şirvanşahların və Ağqoyunluların birləşmiş qüvvələri ilə döyüşdə
öldürülür. Bu hadisə Osmanlı Hökuməti tərəfindən sevinclə
125
qarşılanır. Heydərin ölüm xəbərini Sultan Yaqub Osmanlı sultanı
II Bəyazidə yazdığı məktubla birbaşa özü çatdırmışdır. Məktubda,
həmçinin deyilirdi ki, “Səfəviyyə təriqəti bizim ədalətimiz altına
alınmışdır”. Sultan Bəyazidin cavab məktubunda isə deyilirdi ki,
“sənin bu zəfərin Şam və Ruma sevinc gətirmişdir”. Qızılbaşların
Osmanlı sarayında nə qədər arzuedilməz olduqlarını Sultan
Yaqubla Bəyazid arasında Şeyx Heydər üzərindəki qələbə ilə
əlaqədar göndərilmiş həmin bu məktublaşmalara baxdığımız
zaman da görə bilərik. Məktubda II Bəyazid Səfəviyyə təriqətinin
müridləri üçün “azğın qızılbaş topluluğu” ifadəsini işlədir.
Bu məktublaşma, əslində, səfəviyyə təriqətinin həmin
zaman üçün nə qədər güclü olduğunun göstəricisi idi. Bölgənin ən
güclü iki dövləti birləşib bu təriqətin öhdəsindən gəlməyə çalışırdı.
Onlar düşünürdülər ki, artıq bu məğlubiyyətlə təriqət öz gücünü
itirmişdir və siyasi məqsəd üçün mübarizə aparmaq iqtidarında
deyildir. Həqiqətən də Sultan Yaqub təriqətə ağır zərbə vurdu.
Heydərin ölümündən sonra da onun ailəsini İstəxr qalasında həbs
etdirdi.Amma yenə də mövcud zamanın inkişafi səfəviyyə
təriqətinin xeyrinə oldu. 1490-cı ildə Sultan Yaqub vəfat etdi və
hakimiyyətə oğlu Baysunqur Mirzədən (1490-1492) sonra qardaşı
Rüstəm Mirzə (1492-1497) gəldi. O, Səfəvilərin dəstəyini
qazanmaq üçün 1493-cü ildə onları həbsdən azad etdi. Səfəvi ailəsi
Ərdəbilə yola düşdü. Təriqətin başına Heydərin böyük oğlu Sultan
Əli keçdi. Sultan Əlinin də mübarizəsi uğurla nəticələnmədi.
Bütün bu məğlubiyyətlərə baxmayaraq, təriqət dağılmadı və
yenidən Şeyx İsmayılın ətrafında birləşərək, sonda qələbə çaldı,
mübarizənin sonunda Səfəvilər Dövləti quruldu. Bu qalibiyyətin
əldə olunmasında əksəriyyətini Anadolu türkmənlərinin təşkil
etdiyi Səfəvi müridlərinin(qızılbaşların) rolu böyük olmuşdur.
Osmanlı sultanları bu türkmən tayfaların səfəviyyə təriqətinə
qoşulmalarının qarşısını ala bilməmişdir. Hətta deyə bilərik ki,
XV-XVI əsrlərdə Osmanlının yürütdüyü siyasi istiqamət özü
Anadolu türkmən qəbilələrinin səfəviliyə meyl etməsinə, bir növ,
şərait yaratmışdır.

126
Belə ki, Osmanlının mərkəzləşdirmə siyasətinə uyğun
surətdə bu köçəri türk tayfaların oturaq həyata keçməyə məcbur
edilməsi və üzərilərinə vergilər qoyulması onların Osmanlı
dövlətindən soyumalarına, Səfəvilərə daha çox meyl etmələrinə
təsir edən əsas amil olmuşdur. Fateh Mehmedin İstanbulu fəth
etməsindən sonra Osmanlı ərazisində, demək olar ki, müstəqil
fəaliyyət göstərən ayrı-ayrı bəyliklərin mərkəzləşmiş dövlətə
birləşdirilməsi prosesi gücləndirildi. Buna tam nail olmaq üçün isə
köçəri əhalini də oturaq həyata keçirmək lazım idi. Bu isə uzun
illərdir belə həyata alışmış türkmən ailələrinin narazılığına səbəb
olmuşdu. Türkiyəli tarixçi Mustafa Əkinçi Anadolu türkmənləri-
nin səfəviyyə təriqətinə qoşulmasının bir səbəbinin də Osmanlıda
yeniçəri ocağının qurulması, bu əsgəri birliyin, əsasən, Balkan
millətlərindən təşkil olunması və bunun da türkmən oymaqları
üzərində yaratdığı mənfi təsirlə izah edir.Əslində, bu hadisə ilə
türkmən oymaqlarının dövlət idarəsində iştirakının da qarşısı
alınmış oldu. Bunu tətbiq etməkdə Osmanlının özünəməxsus haqlı
yönləri ola bilər. Amma bu hadisə ilə türkmənlərin dəstəyini
itirmiş oldu. Beləcə, özlərinə yeni bir dayaq tapmaq axtarışında
olan türkmənlər onlara yeni imkanlar vəd edən Ərdəbil dərgahına
yönəldilər. Qeyd edək ki, belə bir şəraitdə tarix, sanki Səfəvilərin
nailiyyətləri üçün münbit şəraiti hazırlamaqda idi. Osmanlının II
Bəyazid dövründə yürütdüyü siyasət Anadolu türkmənlərinin
Səfəvilərə yönəlməsini prosesini daha da sürətləndirirdi. Türkiyə-
nin tanınmış tarixçisi Faruk Sümer yazır ki, təriqətin Anadoluda
yayılmasında II Bəyazidin möhkəm olmayan siyasətinin mühüm
rolu var idi. Xülasə, bu təriqətin Anadoluda yayılmasında və
Səfəvilər dövlətinin qurulmasında II Bəyazid də məsuliyyət
daşıyır.
Türkmən tayfalarının qızılbaşlaşmış hissəsi Səfəvilər
Dövlətinin qurulması ilə Osmanlı ərazisini kütləvi şəkildə tərk edib
Səfəvi ərazisində yerləşməyə başladılar. Osmanlı dövləti köçün
qarşısını nə qədər almağa çalışsa da, bu cəhdlər nəticəsiz qalmış,
Anadoludan xeyli sayda qızılbaş türkmən köç etmişdir. II
Bəyazidin türkmənlərin sərhədi keçməsinə icazə verilməməsi
127
barəsində bir neçə fərmanı olmuşdusa da, köçün qarşısı tam olaraq
alınmamışdır. Əslində, 1496-cı ilə qədər, yəni II Bəyazidə qarşı
sui-qəsd planı təşkil edilənədək Bəyazid qızılbaş türkmənlərinə
qarşı xüsusi nəzarət tətbiq etməmişdi. Bəyazid hərbi səfərdən geri
dönərkən İşıq adında bir qızılbaşın ona qarşı sui-qəsdə cəhd
etməsindən sonra qızılbaşlara qarşı tədbir görməyə başlamış,
onların İrana getməsini qadağan edən fərmanlar vermişdi.
Şah İsmayılın Bəyazidə müraciətindən sonra, qızılbaşların
Ərdəbili ziyarət edib geri qayıtmaq şərti ilə gedişlərinə qismən
icazə versə də, Sultan Səlimin hakimiyyət başına keçməsi ilə
Anadolu türkmənlərinin sərhədləri keçməsi tam qadağan
edilmişdi. Əslində, Bəyazidin nisbətən yumşaq davranmasının
səbəbi onların gücündən çəkinməsi idi. Onlar Səfəvi eşqi ilə alışıb
yanır və hər cür üsullarla şahlarına (İsmayıla) qovuşmağa
çalışırdılar. Bunu Anadoluda yaşamış qızılbaş ozanı Pir Sultan
Abdal belə dilə gətirirdi:
Yaz selleri gibi akar çağlarım
Hançer aldım, ciğerciğim dağlarım
Garip kaldım, şu arada ağlarım
Açılın kapılar şaha gidelim.
Ümumiyyətlə baxdığımızda II Bəyazid Səfəvilərlə mü-
haribədan yana deyildi. Şah İsmayıla göndərdiyi məktublarda da
ona bir böyük kimi məsləhətlər verir, əhli sünnə camaatına qarşı
sərt siyasət izləməməsini nəsihət edirdi. Şah İsmayıl da cavab
məktublarında ona “ata” deyə xitab edərək hörmətini bildirirdi.
Bununla belə, Anadoludakı fəaliyyətlərini də davam etdirirdi. Şah
İsmayıl 1507-ci ildə həm İstanbulun, həm də Qahirənin göstə-
rəcəyi reaksiyanı görmək məqsədiylə Zülqədəroğulları Bəyliyinin
üzərinə getdi. Əsl səbəbi bu olmamaqla birlikdə görünüşdəki
səbəb, Zülqədər bəyi Əlaüddövlə Bozqurd bəyin şiə olan Şaha
qızını vermək istəməməsi idi. Şah İsmayıl Osmanlı torpaqlarından
keçərək Kayseri üzərindən Zülqədər torpaqlarına girdi. Döyüşdə
məğlub olan Əlaüddövlə Bozqurd Bəy qaçdı və Şah İsmayıl
Əlaüddövlə Bozqurd bəyin bir oğlu ilə iki nəvəsini ələ keçirərək
öldürtdü. Bunun üzərinə Maraşa və Əlbistana gedən Şah İsmayıl
128
Zülqədər Xanədanının məzarlarını yandırtdı. Sonradan da Osmanlı
Dövlətinə bir məktub yazıb torpaqlarını tapdaladığına görə də üzr
istədi. İllərdən bəri Zülqədəroğulları bəyliyinin özlərinə bağlı
olduğunu iddia edən Məmlüklər və Osmanlı sultanı II Bəyazid bu
hərəkətə sərt reaksiya vermədilər. Bu da Şah İsmayılın Ana-
doludakı prestijini artırdı. Lakin atasından fərqli olaraq Trabzon
sancaq bəyi Şahzadə Səlim bu hadisəyə səssiz qalmadı. Ana
tərəfindən Zülqədər bəyi Əlaüddövlə Bozqurd Bəy ilə qohum olan
Şahzadə Səlim Azərbaycana qədər Səfəvi torpaqlarına girərək
Səfəvi Xanədanına mənsub bəzi kəsləri əsir alıb Trabzona
gətirərək dayısına edilənin intiqamını aldı. Atası Bəyazid heç bir
şey etməmiş ikən Şahzadə Səlimin bu hərəkəti gözlərin ona
çevrilməsinə səbəb olmuşdu.Bu arada II Bəyazid də Şah İsmayılın
hər hansı bir səfərinə qarşı Orta Anadoluya əsgər yığmağa
başlamışdı (təqribən 115.000 nəfər). Bu səbəblə Şah İsmayıl
Anadolunun içlərinə girməkdən çəkindi, lakin Səfəvi müridləri
(xəlifələri) vasitəsilə Anadoluda təbliğatını da davam etdirirdi. Bir
çox Osmanlı tarixçisinin qeydlərinə görə, o dövrdə Anadoluda
Osmanlı əleyhinə olan Şahqulu (1511), Nur Əli xəlifə (1512)
üsyanlarının da təşviqçisi Şah İsmayıl olmuşdur.
1511-ci ildə reallaşan “Şahqulu üsyanı”, bəzən "Şeytanqulu
üsyanı" adlandırılan və Osmanlı İmperiyasında baş vermiş bu
üsyan tarixdə lazımi qədər öyrənilməyib. Şahqulu üsyanı haqqında
tarixçi Oqtay Əfəndiyev yazır: "Həsən xəlifədən sonra onun oğlu
Şahqulu ağa Təkəli öz atasının davamçısı oldu. Sultan II Bəyazidin
hakimiyyətinin sonlarında o, bir dəstə Menteşe və Germiyan
qızılbaşları ilə I Şah İsmayılın (1501-1524) yanına yollandı. Təkə
eli hakimi onlara mane olmaq istədikdə, Şahqulu ona qarşı çıxıb,
döyüşdü və qalib gəldi. Tezliklə öz ətrafına çoxlu şiə toplayan
Şahqulu Qaraman vilayətini ələ keçirdi. Sivas üzərinə hücuma
keçdi. Sultan Bəyazidin baş vəziri Xadim Əli paşa 50 minlik ordusu
ilə ona hücuma etmək məcburiyyətində qaldı. Çünki üsyançıların
hərəkətləri Osmanlı dövləti üçün artıq böyük təhlükə yaratmışdı;
onlar məscidləri dağıdır, kəndləri yandırır, müqəddəs ziyarətgah
və məzarları viran edirdilər. Üsyanın yatırılması və Şahqulunun
129
öldürülməsindən sonra, sağ qalan üsyançılar Qızılbaş dövlətinə
qaçmaq məcburiyyətində qaldılar".
Yol boyu qarət və soyğunçuluqla məşğul olan Şahqulu
tərəfdarları, Təbrizdən gələn böyük ticarət karvanına da basqın
edərək, mindən çox insanı qətlə yetirmişdilər. Bu hadisə Şah
İsmayılın də səbrini daşırmış, günahkarları ağır bir çəkildə
cəzalandırmışdı.
Osmanlı tarixçiləri, II Bəyazidin Səfəvilərlə baş verəcək
müharibənin dövləti üçün ağır itkilərə səbəb olacağını düşünərək,
münaqişənin olmaması üçün əlindən gələni etdiyini qeyd edirlər.
II Bəyazidin bu səbirli siyasətinə görə tənqid edənlər də kifayət
qədərdir. II Bəyazid dəfələrlə Şah İsmayılla, xüsusilə əhli sünnəyə
qarşı sərt siyasətindən vaz geçməsini nəsihət etmiş, əks halda
şərqdə və qərbdə dövlətini təhlükə altında buraxacağı ilə əlaqədar
xəbərdalıq da etmişdi. O dövrdə Səfəvi dövlətinin şərqində
Şeybani Məhəmməd xanın sünni inanclı Özbək dövləti yerləşirdi.
Şeybanilər ilə Səfəvilər arasında dini ixtilafla yanaşı, Xorasan
bölgəsinə nüfuz qurmaq üçün böyük rəqabət yaşanmaqda idi.
Nəhayət 1510-cu ildə Mərv yaxınlığnda iki türk cahangiri
qarşılaşdı, döyüş Şeybanilərin məğlubiyyəti ilə nəticələndi. Şah
İsmayılın əmri ilə Şeybani xanın başının dərisi çıxarılıb samanla
doldurulur və onun müttəfiqi olan Osmanlı sultanı II Bəyazidə
göndərilir. Xanın kəsilmiş qolu isə onun digər müttəfiqi -
Mazandaran hökmdarı Ağa Rüstəmə göndərilir.Şah nifrət etdiyi
Şeybani xanın kəllə sümüyündən qızıldan tökmə qədəh
hazırlamağı əmr edir və həmin qədəhdən öz məclislərində istifadə
edir. Şah İsmayılın bu hərəkəti qarşısında II Bəyazid də ona
müqəddəs Qurandan ayələrin yer aldığı, bir qədər şərt üslubda
yazılmış bir məktub yollamışdı. Məktubda bu ifadələr diqqət
çəkici idi:
“Eğer herkes bilerek bir mümini öldürse Allah`ın ona
verdiği ceza sürekli cehenem olacaktır... Şeybek Han`ın gönderilen
kesik başı cesaretli Osmanlı Sultanlarını korkutmaya yetmez”.
II Bəyazidin daxili və xarici siyasətindən narazılıq getdikcə
artmaqda idi. Sultanın şahzadə oğulları arasında da artıq taxta
130
keçmək uğrunda mübarizə başlamışdı. II Bəyazidin o dövrdə
həyatda 4 oğlu vardı: Şahzadə Əhməd, Şahzadə Qorqud, Şahzadə
Səlim və Şahənşah. Baş vəzirAzam Hadım Əli Paşa və saraydakı
yüksək rütbəli əyanlar Şahzadə Əhmədin, yeniçərilər isə Şahzadə
Səlimin hakimiyyətə gəlməsini istəyirdilər. Səltənətdən qəti
surətdə çəkilməyə qərar verən II Bəyazid, dövlətin qabaqcıl
adamlarını dəvət edib görüşdü və əksəriyyət Şahzadə Əhmədin
hökmdar olmasını dəstəklədi. Fəqət başda yeniçərilər olmaqla
ordunun mühüm bir hissəsi Şahzadə Səlimin tərəfində idi. II
Bəyazidin könlü Əhməddən yana olsa da, münaqişənin qarşısını
almaq üçün şahzadələri arasında heç kimi vəliəhd elan etməməsi
barədə bir əhdnamə yazdırdı. Fəqət qısa bir müddət sonra ani
qərarla Şahzadə Əhmədə İstanbula gəlməsi üçün xəbər göndərdi.
Bəyazidin verdiyi əhdnaməyə əməl etmədiyini anlayan
Şahzadə Səlim, 40.000 nəfərlik qüvvə ilə, Çorluda atasının
qüvvələrinin olduğu düzənliyə girdi. 1511-ci ilin avqust ayında baş
verən döyüş sonunda Səlimin qüvvələri məğlub oldu. Şahzadə
təqib edənlərin əlindən zorla xilas olaraq Qara dəniz sahilinə gəldi
və ona qatılanlarla bərabər gəmiylə Kəfəyə getdi. Səlimin
məğlubiyyətindən sonra İstanbula gələn Şahzadə Əhməd sultan
elan edildi. Fəqət Şahzadə Əhmədin hökmdarlığını tanımayan
yeniçərilər, bununla qalmayıb aralarında dövlət xadimlərinin
evlərinin də olduğu bir çox evi talan etdi. Yeniçərilər, Səlimə
sədaqət göstərərək onun gəlməsi və vəliəhd olması lazım olduğunu
təkid etdilər. Bunu xəbər alan Əhməd Anadoluya qayıtdı. Səlim
əleyhdarları bunun üzərinə Şahzadə Qorqudu (Səlimin anadan
qardaşı) hökmdar etmə düşüncəsiylə onu tələsik İstanbula
çağırdılar. Bunun üzərinə İstanbula gələn Qorquda yeniçərilər
hörmət göstərsə də, Səlimdən başqasını istəmədiklərini söylədilər
(Yenibağça qiyamı 6 mart-24 aprel 1512). Çətin vəziyyətə düşən
və artıq hökmü və nüfuzu qalmayan Bəyazid Səlimi İstanbula
dəvət etdi. 24 aprel 1512-ci ildə II Bəyazid oğlu Səlim adına
taxtdan imtina etdiyini açıqladı. Beləcə atasının vəfatından sonra
yeniçərilərin dəstəyi ilə taxta çıxan II Bəyazid uzun bir səltənətin
sonunda yenə yeniçərilərin təzyiqi ilə taxtdan çəkilmiş
131
oldu.Ömrünün qalan hissəsinin keçirmək niyyəti ilə İstanbuldan
Dimetokaya doğru yola çıxan II Bəyazid, yola çıxışından 32 gün
sonra 26 may 1512-ci ildə Ədirnənin cənub-şərqindəki Havsa
mahalının Abalar kəndində vəfat etdi.II Bəyazidin cənazəsi
İstanbula gətirildi, Fateh Məscidində qılınan cənazə namazından
sonra öz tikdirdiyi Bəyazid məscidindəki türbəsinə dəfn edildi.

4. II Bəyazid dövründə baş verən maraqlı faktlar

Xristofor Kolumbla dialoq


Amerika qitəsini kəşf edən İtalyan dənizçi Xristofor Ko-
lumb, təxminən 14 ildir hazırladığı okean səfərini 1484 tarixində
Portuqaliya Kralına təqdim etdi amma rədd edildi. Dəstəkləyəcək
bir maliyyəçi tapa bilmədiyi üçün maddi çətinliklərə girən
Kolumb, Avropa ilə Osmanlı arasında ticarət ilə məşğul oldu. Bu
dövrdə, 1484 tarixində Sultan II Bəyazidə bir keşiş müşayiəti ilə
müraciət etdi və bu istəyi Osmanlı qeydlərində:
“II. Bayezid'den sultanın adına yeni ülkeler keşfedebilmek
için emrine gemiler vermesi istedi”- şəklində keçməkdədir.
Sultan, qarşısına çıxan bu dəlidolu insanı ciddiyə almadı və
tələbini rədd etdi. Kolumb, Bəyazidin iki il sonra İspaniya kralı və
kraliçasına müraciət etdi.1492-ci ildə də Amerikanı bilmədən də
olsa kəşf etdi. Sonrakı illərdə Kolumb ilə üç dəfə Amerikaya
getmiş bir ispan, bir döyüş sonrasında Piri Rəisin əmisi Kamal
Rəisə əsir düşdü və Kolumbun kəşf etdiyi Amerika sahillərinin
xəritəsini əmisinə verdi. Piri Rəis bu xəritədəki məlumatlardan
yola çıxaraq 1513-də ilk dünya xəritəsini çəkdi.

Leonardo Da Vinci ilə dialoq


1502-ci ildə, tarixin ən böyük ixtiraçılarından və sənət-
çilərindən biri olaraq göstərilən İtalyan Leonardo Da Vinçi II
Bəyazidə, Haliç üzərinə tikilməsi üçün 240 metr uzunluğunda bir
körpü layihəsi təqdim etdi. Ancaq Da Vinçinin bu qeyri-adi
layihəsi II Bəyazid tərəfindən qəbul edilmədi və illər sonra bənzəri
bir körpü 2001-ci ildə Norveçdə tikildi.
132
Gül Baba ilə dialoq
XVII-ci əsrin qabaqcıl səyyahlarından olan Övliya
Çələbinin dediyinə görə, Sultan II Bəyazid 1481-ci ilin bir qış günü
Qalata ətəklərində ovlanarkən son dərəcə baxımlı və güllərlə
bəzədilmiş bir bağça və içində köhnəlmiş kiçik bir daxma gördü.
Daxmada fasilə verən Sultan, buranın sahibi Gül Baba ilə tanış olur
və onu, bağçaya göstərdiyi diqqətə görə mükafatlandırmaq
istədiyini söyləyir. Gül Baba da padşahına sarı və qırmızı iki ədəd
gül verərək, bu bağçaya bir məktəb və xəstəxana tikdirməsini
istədi. Qalata Sarayı Ocağı (indiki vaxtda Qalatasaray Liseyi)
beləcə quruldu və Yavuz Sultan Səlimin oğlu Qanuni Sultan
Süleyman da daxil olmaq üzrə bütün şahzadələr, şahzadələrin
uşaqları və əhəmiyyətli dövlət vəzifəliləri ilk və orta təhsillərini
burada aldılar.

Kiçik qiyamət (1509 İstanbul zəlzələsi)


10 sentyabr 1509-da Məmaliki-i Rum adı verilən Amasya,
Tokat, Sivas, Çorum və ətrafından başlayıb 45 gün şiddətlə davam
edən zəlzələdə xalq, iki ay qədər çadırlarda yaşadı. Bu zəlzələ, eyni
şiddətdə İstanbul və Ədirnədə də meydana gəldi. 14 sentyabr 1509-
da İstanbul, Osmanlı tarixinin qeyd etdiyi ən şiddətli zəlzələyə
məruz qaldı. Kiçik qiyamət (Qiyamət-i Suğra) adlanan bu
zəlzələdə İstanbulda 109 məscid ilə 1.070 ev yararsız hala gəldi.
Xalqdan da 5.000 qədər insan həyatını itirdi. Minlərlə insan
dağıntılar altında qaldı. Azğın bir hal almış olan dəniz dalğaları,
İstanbul və Qalata divarlarını aşaraq küçələrdə tufan meydana
gətirdi. Bu vaxt köhnə su bəndləri də yıxıldı. Sultan II Bəyazid,
sarayının divarlarına güvənmədi və bağçasında çox yüngül və
təhlükəsiz bir çadır qurduraraq orada on gün qədər iqamət etdi.
Təxminən 45 günə qədər, fasilələrlə davam edən bu zəlzələ,
İstanbul sakinlərini davamlı bir həyəcan içində yaşatdı. Çorum
xalqının üçdə ikisi, şəhərlərindəki torpaq sürüşmələri ucbatından
yarılıb açılan torpaqlar altında həyatını itirdi. Yenə bu əsnada
Gelibolu istehkamları da yıxıldı. Sultan II Bəyazidin doğulduğu
şəhər olan Dimetoka bir torpaq yığını halına gəldi.
133
Sultan Bəyazid, bu zəlzələ səbəbiylə dövlətin ikinci
paytaxtı olan Ədirnəyə getdisə də İstanbul zəlzələsindən 15 gün
sonra Ədirnədə İstanbuldakının bənzəri olan və eyni şiddətdə bir
zəlzələ daha meydana gəldi. Memar Xeyrəddin, 15 gün içində
Padşah üçün Ədirnədə taxta bir ev tikdi. Padşah, bu taxta evdə
iqamətə başladı. Eyni il Ədirnədə yenə bənzər şiddətdə bir zəlzələ
daha oldu. Tunca çayı daşaraq və yatağını da aşaraq zəlzələnin
dağıntılarını örtdü. Üç gün keçid verməyən Tuncanın daşmasıyla
da bir çox insan öldü.
Zəlzələdən sonra II Bəyazid şəxsən abadlıq işlərində iştirak
etmiş, bu səbəblə xalqdan böyük rəğbət görmüşdür.

134
VIII. OSMANLI DÖVLƏTİ YAVUZ SULTAN SƏLİM
DÖVRÜNDƏ (1512-1520)

1. Yavuz Sultan Səlim və şahzadələr arasında iqtidar


mübarizəsi

I Səlim və ya Yavuz Sultan Səlim, 9-cu Osmanlı sultanı


eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-
Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malik,
tarixçilər tərəfindən zamanın İskəndəri olaraq da görülən qüdrətli
bir türk hökmdardır. 8 illik hakimiyyəti dövründə 3 böyük meydan
müharibəsindən zəfərlə ayrılaraq, taxta oturanda 2.375.000 km2
olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat
böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2-ə
çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş,
xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı
xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki
ticarət yolu olan ipək və ədviyyat yolunu ələ keçirən Osmanlı, bu
sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır.
Osmanlı üçün ənənəvi olan olan qərbə doğru yayılma siyasəti,
Yavuz dövründə daha çox şərqdə dövlətin sərhədlərini genişlən-
dirmək olmuşdu. Təbbi ki, bunda dövlətin maddi maraqlarının
yanında o dövürdə Osmanlı xənədanlığının varlığı üçün böyük
təhlükə olan Səfəvi faktoru da rol oynamışdır. Şərqdəki böyük
zəfərlərindən sonra Yavuzun da əsas məqsədi qərbə doğru
yönələrək, yeni fəthlər etməkdi, lakin ömrü buna yetmədi.
Yavuz Səlimin Osmanlı iqtidarı ələ keçirməsini qardaşı
Şahzadə Əhməd, qəbul etməmişdi. Şəhzadə Əhməd Konyada
hökmdarlığını elan etməklə qalmamış, 19 iyun 1512-ci ildə oğlu
Ələddini göndərərək Bursanı da ələ keçirmişdir. Ələddin, Bursa
subaşısını öldürərək padşahlıq əlaməti olan xütbəni atası Şahzadə
Əhməd adına oxutmuşdur. Bunun üzərinə Yavuz Səlim, 29 iyul
1512-ci ildə Bursaya yürüyərək Ələddini şəhəri tərk etməyə
məcbur etmişdir. Daha sonra Şahzadə Əhmədlə gizli ünsiyyəti

135
olan başda vəzir Qoca Mustafa Paşa olmaqla bəzi dövlət
adamlarını da ortadan qaldırmışdı.
Səlimin padşahlığını tanıyan öz böyük qardaşı Şahzadə
Qorqud bunun üzərinə Saruhan Sancaqbəyliyinə təyin edilmişdir.
Yavuz Sultan Səlim, öz böyük qardaşının fikrini öyrənmək üçün,
bəzi dövlət adamlarının dilindən padişah olmasını arzu edər tərzdə
məktublar yazdırmış, Şahzadə Qorqudun, məktublara müsbət
cavablar verməsi üzərinə Manisa mühasirəyə alınmışdır. 1513-cü
ildə Berqama yaxınlarında tutulmuşdur. Ardından Sultan Səlim,
böyük qardaşını 9 mart 1513-cü ildə yay kirişiylə boğdurtmuştur.
Yavuzun yanındakı dövlət adamları Şahzadə Əhmədə
məktublar yazaraq, şahzadələrin və sədrəzəm Qoca Mustafa
Paşanın öldürülməsindən şikayət edərək, Səlimə qarşı vuruşmada
ona dəstək verəcəklərinə inandırmışdıdır. Şahzadə Əhməd qardaşı
Sultan Səlimə qarşı mübarizədə Səfəvi şahından kömək istəmiş, bu
məqsədlə oğlu Muradı onun yanına göndərmişdi. Sultan IV Murad
zamanında (1623-1640) rəis-ül-küttab - Divan dəftərxanasının
rəisi vəzifəsində çalışmış Osmanlı tarixçisi Qoca Hüseyn “Bədayə-
ül-vəqayə” (`Heyrətamiz hadisələr) əsərində yazır ki, Səfəvilərə
sığınan Murad şiəliyi qəbul etmiş, “başına qırmızı tac geyib ayini-
islamı tərk” etmiş, bundan sonra onun başına iyirmi min nəfər cəm
olmuşdu. Sultan II Bayəzidin vəfatını və özünün taxta çıxdığını
İsmayıla bildirmək üçün məktub göndərən Sultan Səlim ondan
Muradı tələb etmiş, lakin rədd cavabı almış, bu tələbi çatdıran
elçilər isə öldürülmüşdü. Təbii ki, bu hadisə Şah İsmayılla araları
əvvəlcədən soyuq olan Yavuzda intiqam hissini bir az da
gücləndirmişdi. Amma ilk öncə taxta iddialı olan qardaşı Əhmədi
ortadan qaldırmaq lazım idi. Yenişəhir düzənliyində iki qardaşın
toqquşmasında Əhməd əsir alınmış və Qapıçıbaşı Sinan Ağa
tərəfindən edam edilmişdir. Bununla da 1514-cü ilin yanvar ayında
Sultan Səlim artıq tam hakimiyyəti ələ almışdı.

136
2. Yavuz Səlim dövründə Osmanlı-Səfəvi münasibətləri

Sultan Səlimin hakimiyyətə gəlməsi ilə Osmanlı-Səfəvi


münasibətlərində yeni mərhələ başlamışdı. Yavuz Səlim atası II
Bəyaziddən fərqli olaraq dövləti üçün ən böyük təhlükə olaraq
gördüyü Şah İsmayıl və Səfəvilərə qarşı müharibə siyasətini
izləməyə başlamışdı. Yavuzun daha əvvəldə Trabzonda sancaq-
bəyi olarkən, qızılbaş əsgərləri ilə toqquşması olmuşdu. Şah
İsmayılın 1507-ci ildə Anadoluda Dülqadiroğulları üzərinə etmiş
olduğu yürüşə bir növ cavab olaraq, Səlim də İstanbuldan izin
almadan Səfəvilərin nüfuzu altında olan torpaqlara basqın etmişdi.
Bu səfərlərin ən əhəmiyyətlisi olan Kutaisi səfərində Qars,
Ərzurum, Artvin bölgələri ilə bir çox yeri fəth edərək Osmanlı
torpaqlarına qatmışdır (1508). Onun bu hərəkəti Şah İsmayılın
qəzəbinə səbəb olmuş və şahzədəni şikayət üçün İstanbula elçi belə
göndərmişdi. Mülayim xasiyyətli II Bəyazid isə, oğlu Səlimə
Trabzon sancaqbəyliyinin vəzifələrini icra etmsini və ətraf
bölgələrə təcavüz etməməsini tənbeh etmişdi. Fəqət atasının
sözünə qulaq asmayan Səlim, bir müddət sonra Səfəvilərə aid
Ərzincan vilayətini də ələ keçirmişdi. Bunun üzərinə müharibə
çıxmasını istəməyən II Bəyazid, Təbrizə elçi göndərmiş, əmri
üzərinə Ərzincan qızılbaşlara geri verilmişdi. Səfəvi-Osmanlı,
daha dəqiq desək Yavuz-İsmayıl münasibətlərinin gərginləş-
məsində Anadoluda baş verən Şahqulu və Nur Əli başçılığındakı
qızılbaş üsyanları da böyük rol oynamışdı.
Şah İsmayılın Osmanlı taxtı uğrunda gedən mübarizədə
Şahzadə Əhmədi dəstəkləyərək onun oğluna sığınacaq verməsini,
taxta çıxdığında ona təbrik məktubu göndərməməsini, Yavuz
Səlim heç cür qəbul edə bilməmişdi. Lakin bu dövrdə Osmanlı-
Səfəvi münasibətlərinin gərginləşməsinin səbəbini yalnız
İsmayılla Yavuzunbir-birinə mənfi münasibəti kontekstindən
qiymatləndirmək böyük yanlışlıq olardı. Bir-birinə qarşı müba-
rizədə dini ideologiyadan istifadə etsələr də, Osmanlı-Səfəvi
münasibətlərinin gərginləşməsini şərtləndirən beynalxalq amillər

137
da mövcud idi. Bütün bunlar dövrünün iki qüdrətli türk imperiyası
arasında müharibəni qaçılmaz etmişdi.
Osmanlıların Səfəvi dövlətinə hücum hazırlığı ilə əlaqədar
bir məsələnin də nəzərə çatdırılması əhəmiyyətli olardı. Sultan
Səlim, məlum olduğu kimi, qızılbaşları müsəlman saymamış, bu
xüsusda başqa ölkə başçılarına da müxtəlif risalə və fitvalar
yollamışdır:
“Cənabi-Allahın haram buyurduğuna halal deyən,
Qurani-kərimi atəşə atan, şəriət kitablarını cıran, həzrət Əbu
Bəkr ilə həzrət Ömərə söyüb, onların xilafətini inkar edən,
Peyğəmbər əfəndimin xatunu Ayişə anamıza küfr edən bu qızılbaş
tayfasına qarşı hərb elan edilməsi xüsusunda şəriət kitablarımızın
ehkamlarına uyğun olaraq fitva verdik. Zira onlar kafi olmuşlar.
Onlarla əlbir olanlar və onların etdiklərini edənlər də kafirdirlər.
Bu kafirlərin cəmiyyətini dağıtmaq bütün müsəlmanlara vacib və
fərz olmuşdur. Bu iş uğrunda döyüşən müsəlmanların ölənləri
şəhid, qalanları isə qazi olacaqdır. Öldürülən qızılbaşlar isə
cəhənnəmlikdir!”
Şah İsmayılı və qızılbaşları, dinsiz adlandıran bəzi
Osmanlı tarixçiləri də Sultan Səlim tərəfindən yazdırılan fitvaya
tərəfdar çıxır, İslam dininə küfr edib, onu rədd edən Şah İsmayıl
və onun tərəfdarlarına qarşı başlanacaq savaşların başqa din
düşmənlərilə edilən savaşlar kimi cihad sayılacağını bildirir, şiə-
qızılbaşların öldürülmələrinin haqlı, mallarının halal, nigahlarının
isə batil olduğunu xüsusi olaraq nəzərə çatdırırdılar. Vaxtilə
Ərdəbildə yaşayan, sonra Anadoluda sığınan Molla Ərəb adlı,
əslən Xorasanlı olan bir türk aliminin də Sultan Səlimin
Azərbaycana yürüşə çıxmasında böyük rolu olmuşdur. Şiə-
qızılbaşlıq məsələsinin ciddiliyini Osmanlı sultanına anladan
Molla Ərəb qızılbaşlar üzərinə hücumun zəruriliyini bildirir və
sonralar, yürüş zamanı Çaldırana qədər gedib, Osmanlı əsgərlərini
hərbə təşviq edirdi.
Yavuz Səlim, tarixə adını yazdırmış böyük cahangirlər
kimi, bir cahan hakimi olmaq qayəsi ilə yaşamışdı. Babası Fateh
Sultan Mehmed İstanbulu fəth edərək, həm də Kayser (ərəbcədə;
138
Roma və Bizans imparatorlarına verilen ünvan) Türk imperatoru
olaraq tarixə keçmişdi. Yavuz da dövlətini şərqdə genişlədərək,
şərq və qərb, müsəlman-xristian aləminin ən qüdrətli cahangiri
olmaq sevdasında idi (cihanşümul hakimiyyəti). O dövrdə
Osmanlıdan sonra İslam aləminin iki böyük dövləti vardı:
Səfəvilər və Məmlüklər. Səfəvilərə qarşı mübarizədə özünə haq
qazandırmaq üçün din faktorundan istifadə edərək, başladacağı
“cihad”da, əhli sünnə aləmini də arxasına almaq istəmişdi.
Sultan Səlimin bir müttəfiq kimi özünə cəlb etmək istəyi
hökmdarlardan biri Mavəraünnəhr dövlətinin başçısı Şeybani
Übeydulla xandır. Osmanlı hökmdarının ona yazdığı məktubda:
“Şərq ölkələri əhalisinin Sufioğlunun (Şah İsmayılın) əlindən cana
doyduqları, onun qədəm basdığı yerlərdə fitnə-fəsad törətdiyi” və
s. hərəkətləri pislənilərək, bu şiə hökmdara qarşı yürüşün zəruriliyi
qarşıya qoyulur. “Yaxın zamanda böyük bir ordu ilə hərəkət
olunacaqdır. Sizə atamın zamanından bəri güvəncimiz vardır və
Sizin də bu işdə bizə yardımınız lazımdır.Tezliklə Sizdən sevindirici
xəbər gözləyirik” yazan Sultan Səlim tezliklə də Übeydulla xandan
cavab məktubu alır. “Siz hücum edən kimi biz də hərəkətə gəlməyi
qərara almışıq. Elçimiz Nizaməddin Məhəmməd bəy gələn andan
Səmərqənd sərhəddindən tutmuş Daşkəndə qədər bütün mirzələrə,
şahzadələrə, xanlara, bahadırlara, özbək-cağatay bəylərinə tabe
olanlara – Çingiz xan soyuna qurultay qurub, rafizilər (qızıl-
başlar) üzərinə yürümələri xüsusunda qərar verildi” yazan
Übeydulla xan tamamilə Sultan Səlimə tərəfdar olduğunu bildir-
mişdi.
Osmanlı sultanı Ağqoyunlu bəylərindən Fərruxşad bəyə
(O, Sultan Murad Ağqoyunlunun vəziri olmuşdur) də məktub
yollayaraq, onu da “əhli-sünnə” (sünnilər) kimi özünə həmkar ol-
mağa dəvət edir.
Yavuz, Şərqi Anadoluda nüfuz uğrunda zaman-zaman
anlaşmazlığa girdiyi Məmlük dövlətini də Səfəvilərə qarşı ittifaqa
cəlb etmək istəyirdi. Bir tərəfdən Şah İsmayıl da Məmlükləri
Osmanlıya qarşı təhrik edirdilər. Halbuki, daha əvvəl hər üç dövlət
arasında konfliktər vardı. Şah İsmayılın istəyi üzərinə 1512-ci ildə
139
Təbrizdən Qahirəyə (Misir) bir elçi heyəti göndərilir, fəqət
görüşmələrdən heç bir nəticə əldə edilmir. Hazırki vəziyyətdə
Məmlüklü açıq bir şəkildə Osmanlıya cəbhə almağı uygun
görməmişdi. Çünkü o dövrdə Osmanlı donanması Portuqaliyaya
qarşı mübarizədə Məmlüklərə dəstək verməkdə idi. Səfəvi-
Osmanlı münaqişəsində tərəfsiz olmaqla Məmlüklər öz hərbi-
siyasi güclərini qorumaq niyyətində idilər. Hər iki tərəfin bir-birini
zəif düşürməsi Məmlüklərin lehinə olacaqdı. Çünki Məkkə və
Mədinə kimi müqəddəs yerləri nəzarəti altında tutan Məmlük
sultanları özlərini bütün İslam dünyasının lideri olaraq görür,
Səfəvi və ya Osmanlının qüvvətlənməsini təbii ki istəmirdilər. Bu
arada iki müsəlman türk dövləti (Səfəvi və Osmanlı) arasında
münasibətlərin savaş həddinə gəlməsini ən başda Venesiya
olmaqla Xristian Avropa ölkələri də arzulayırdı.
Yavuz Səlim şahzədəliyinin son ilində və hakimiyyətə
gəldiyi ərəfədə Anadoluda Şahqulu və Nur Əlinin başçılığı altında
qızılbaş üsyanları baş göstərmiş, bu olaylar dövlətdə daxili
vəziyyəti kəskinləşdirmişdi. Səfəvilərə qarşı səfərə hazırlaşarkən
üsyankar qızılbaş kütlələrinə qarşı bir tədbir görülməsi lazım idi.
O dövrün tarixçilərindən ilk olraq İdris Bitlisi “Selimşahname”
adlı əsərində Yavuz Səlimin cəza tədbiri olaraq 40 min qızılbaşı
öldürdüyünü qeyd etmişdir. Daha sonra bir çox tarixçi də bu
məlumata istinad edərək, Yavuz tərəfindən Anadoluda qızılbaş
qətliamının törədildiyini bildirmişdilər. Unutmayaq ki, mənbə-
lərdə eyni qətliamdan bu dəfə İranda əhli sünnəyə qarşı Şah
İsmayılın törətdiyi haqda məlumatlar da vardır. Fəqət başda
Feridun Emecen olmaqla müasir Türkiyəli tariçilərin bir çoxu
qızılbaşların qətliamı ilə əlaqədar əldə heç bir arxiv sənədinin
olmadığı deyirlər. Əlbəttə ki, dövlətə qarşı üsyan edənlərə qarşı
cəza tədbirlərinin görülməsi mümkündür. Amma bu şişirdiləcək
rəqəmlər səviyyəsində deyil, bu cəza tədbirlərini “qızılbaş
təmizliyi” şəklində görmək doğru deyil.
Yavuz Səlim, Səfəvilərə qarşı hazırlıqlarını tamamlayıb,
1514-ci ilin baharında ordusuyla birlikdə İran səfərinə çıxmışdır.
Oğlu Süleymanı 50 minlik nəfərlik qüvvə ilə Anadolu mühafizi
140
təyin edib, özü 100 minlik tam təhcizatlı ordu ilə Ərzincandan
Təbrizə doğru irəlilməyə başladı. Hücum ərəfəsində Sultan Səlim
düşməni Şah İsmayıla bir-birinin ardınca üç məktub göndərir.
Həmin məktublar hədə-qorxu ifadələri ilə doludur. Osmanlı sultan
qızılbaş şahının əlindən bərk yanıqlı idi. Məlumdur ki, bir çox
ölkələrin, o cümlədən də Şərq ölkələrinin diplomatiyasına xas
cəhətlərdən biri də, taxta yeni cülus edən hökmdarın başqa yaxın
və uzaq dövlət başçıları tərəfindən də rəsmən tanındığına
baxmayaraq, hələ Şah İsmayıl onu təbrik etməmiş, beləliklə də
yaxın bir qonşu kimi onunla siyasi əlaqə yaratmaq cəhdində
olmamışdı. Təbiət etibarilə sərt və kin-küdurətli bir şəxs olan
Sultan Səlim Azərbaycana qoşun çəkməklə bu hərəkətin əvəzini
Şah İsmayıldan çıxmalı idi. Məhz elə buna görə də Sultan Səlim
birinci məktubunda qızılbaş hökmdarının da müqabil olaraq özü
tərəfindən şah kimi tanınmadığını bildirmək məqsədilə ona “Əmir
İsmayıl” deyə müraciət etmişdir. Sultan Səlimin Şah İsmayıla ilk
məktubu Qurani-Kərimin "Əli-İmran” surəsinin 85-ci ayəsi ilə
başlayır: "Hər şeyi bilən Allah buyurur ki, Allah qatında din, heç
şübhəsiz, İslamdır. Kim İslamdan qeyri bir din ardınca gedərsə, o
din heç vaxt ondan qəbul olunmaz. Axirətdə isə o şəxs zərərə
uğrayanlardan olar". Daha sonra məktubda özünü "kafirləri və
müşrikləri qətlə yetirən, dinin düşmənlərini məhv edən, fironların
burnunu əzən, xaqanların başını üzən, qazilər və mücahidlər
sultanı, Firidun əzəmətli, İsgəndər qüdrətli, Keyxosrov ədalətli
Sultan Səlim xan ibn Sultan Bəyazid xan ibn Sultan Məhəmməd
xan ibn Sultan Murad xan” adlandıran Osmanlı sultanı Səfəvi
şahına "Əcəm hökmdarı, böyük sərkərdə, güclü sərdar, zəmanənin
Zöhhakı, döyüş meydanının Darabı, dövrün Əfrasiyabı əmir
İsmayıl” deyə müraciət edir. Daha sonra özünün qızılbaşlara qarşı
yürüşünə yenə Qurandan sitatlar gətirməklə uzun-uzadı dini-
ideoloji don geyindirməyə çalışan Sultan Səlim Şah İsmayılı ağır
ifadələrlə təhqir edir, onu "Şərq ölkələrinin hökmranlığını zorla ələ
keçirməkdə, fərmana tabe olanların alçaq cərgəsindən fərman
verənlərin möhtəşəm mərtəbəsinə yüksəlməkdə, zülm və əziyyət
qapılarını müəlmanların üzünə açıb zındıqlıqla dinsizliyi bir-birinə
141
qarışdırmaqda, fitnə və fəşadı yaymağı özünə şüar va məqsəd edib
zülm bayraqlarını ucaltmaqda” ittiham edir. Məktubunun sonunda
Osmanlı sultanı Səfəvi şahına iki yol təklif edir: "Bütün hallarda
Allah-təalanın yanında bilib bəd işlərindən, nasavab əməllərindən
və çirkin xasiyyətlarindən peşman olsan, ürəkdən tövbə və istiğfar
edib bağışlanmağını diləsən, bir zamanlar bizim qalibiyyətli
ordumuzun atlarının tapdağı olan va bizə itaət halqasını boynuna
keçirmiş guşə va nahiyələri sevimli Osmanlı məmləkətinə birləş-
dirib bizim əzəmətli bəndələrimizə təhvil versən, xoşbəxt olacaq-
san. Bizdən yaxşılıq, mehribanlıq, mərhəmət va xoş münasibət
görəcək, başqalarından ayrı tutulmayacaqsan. Yox, əgər... o
qəbahət işlərini və rüsvayçı əməllərini davam etdirsən, zorla ələ
keçirdiyin məmləkət, inşallah, müzəffər ordumun düşərgəsinə
çevriləcək”.
Səfəvi torpaqlarında irəliləyərkən rəqibi ilə üzləşməyən və
ondan heç bir cavab almayan Türk sultanı Şaha ikinci məktubunu
göndərir. Sultan Səlim Yavuzun bu məktubu “İsmayıl Bahadır,
Allah səni islah etsin!” sözləriylə başlayır. Daha sonra Şah İsmayıl
Səfəvini növbəti dəfə İslama zidd əməllərdə günahlandıran sultan
ona məktub göndərərək yürüşü barədə xəbərdar etməsini belə
əsaslandırır: “Məqsədim odur ki, bir neçə ay və gün öncədən sən
də bilib tədarükün görəsən, “qəfil yaxalandım, əlimin altında olan
əsgəri cəm etməyə vaxtım çatmadı” deyə bəhanə etməyəsən”.
Səfəvi şahını qorxaqlıqda ittiham edən Osmanlı sultanı bəzi
ifadələrlə heysiyyətinə toxunaraq onu müharibəni tez başlamağa
təhrik edir: “Bu vəchlə halını gizlədirsən ki, varlığın və yoxluğun
bərabərdir. Bəlalara sipər kimi köks gərmək qılınc davası
edənlərin daim peşəsidir. Sərvərlik sevdasında olanların qılınc və
nizə yarasından qorxmamağı gərəkdir. Pərdə arxasında
gizlənənlərə ərlik adı xəta, ölümdən qorxan kimsələrə ata minmək
və qılınc bağlamaq yaraşmayandır”. Qırx min Osmanlı əsgərini
Sivasla Qeysəriyyə arasında yerləşdirməsini Şah İsmayılın
qorxusunu aradan qaldırmaq üçün etdiyini yazan Sultan Səlim
bununla onun boynuna minnət də qoyur: “Düşmənə qarşı
başıpozuqluq etmək və meydan dairəsini genişləndirmək bu cür
142
olur. Bundan artıq olmaz. Əgər zatında qeyrət və cəsarətdən
azacıq əsər varsa, gəlib qalib əsgərimlə üzləşməlisən. Əzəldə
müqəddər olan hər nə isə, baş verər”.
Sultan Səlimin Şah İsmayılı müharibəyə cəlb etmək
məqsədilə israr nümayiş etdirməsi, bu niyyətini gerçəkləşdirmək
üçün bir-birinin ardınca məktublar göndərərək onu alçaldıcı
ifadələrlə təhqir etməsi heç də səbəbsiz deyildi. Qızılbaşların
döyüşü ləngitməsi “Rum əyanları” arasında narazılığa səbəb
olmuş, onlar bu məsələdə yeniçəriləri də özlərinə həmfikir etmiş-
dilər: “Biz buraya döyüşməyə gəldik, lakin İran viranələrində
əylənmək qeyri-mümkündür”.
Şah İsmayılın susqunluğunu qoruması üzərinə Yavuz
tərəfindən ona üçüncü məktub yazılır. Osmanlı ordusu Ərzincan-
dan Azərbaycana doğru daha da irəliləyir, nəhayət sultanın üç
məktubuna şahın bir cavab məktubu gəlir. Şah İsmayıl Sultan
Səlimə bildirir ki, Qızılbaş və Osmanlı dövlətləri arasında heç də
elə böyük ixtilaf yoxdur, onların münasibətlərinin pisləşməsinə
Əlaüddövlə Zülqədər (qonşu hakim) səbəb olmuşdur. Bu
məktubun yazı tərzindən görünür ki, Şah İsmayıl da döyüşdən
çəkinir və arada sülh yaranacağına ümid edir. Məhz bu niyyətlə də
o, Şahqulu ağanın elçi sifətilə Osmanlı sultanının hüzuruna
göndərildiyini bildirir. “Bu məktubu dostcasına yazdıq və Sizə
qarşı çıxmaq üçün hazırlığa başladıq. İndi, istədiyinizi edin. Əli
övladları ilə savaşanların özləri yox olmalıdır!”
Sultan Səlimin bu məktuba cavabı özünü çox gözlətmədi.
O, kəşfiyyata göndərdiyi dəstələrin əsir aldığı qızılbaşlardan iki
nəfəri azad edib söyləmişdi: “hoqqe-ye məcunu gətirən məqtul
şəxsin gətirdiyi naməyə benüm cevabumu getüresüz. Üstəlik, bu
boyunbağı və baş örtüyünü de çatdırasuz.”
Səlimin bu davranışı heç də səbəbsiz deyildi. O, hələ
Trabzon valisi olarkən qızılbaşların nəzarətində olan torpaqlara
hücum etməsinə cavab olaraq Diyarbəkir valisi Məhəmməd xan
Ustaclu Şah İsmayıldan xəbərsiz Osmanlı sarayına qadın paltarları
göndərərək, Səlimin ünvanına təhqir və hədələr yağdırmışdı.
Olduqca kinli və qisasçı bir şəxs olan bu Osmanlı sultanı,
143
göründüyü kimi, həmin hadisəni unutmamışdı. Sultan Səlim Şah
İsmayıla cavabında onun məktubunun gəlib çatdığını bildirir və bu
faktı böyük cəsarət kimi qiymətləndirirdi: “İndi cəsarətini artıracaq
bir məktub göndərildi ki, gəlməkdə tələskənlik edəsiz, biz dəxi
intizardan xilas oluruz”. Daha sonra təhqirlərini daha da
şiddətləndirən sultan bildirir ki, hər bir hökmdar üçün nəzarəti
altında olan məmləkət qanuni arvadı kimidir və o, bu torpaqları öz
namusu kimi qorumalıdır: “Amma neçə gündür mənim qalib
əsgərlərim məmləkətinə daxil olub kamranlıq edərlər, hənuz
səndən nə nam, nə nişan, nə də vücudundan bir əsər görünür”. Şah
İsmayılı dəfələrlə qorxaqlıqda ittiham edən Osmanlı sultanı
məktubunu bu sözlərlə bitirir: “Əgər bundan sonra da qorxaqlıq
və cəsarətsizlik guşəsinin küncünə qapanmış olsan, ərlik sənə
haramdır. Dəbilqə yerinə yaylıq, zireh yerinə çadra geyib
sərdarlıq və şahlıq sevdasından əl çəkəsən”. Bu, Çaldıran savaşı
ərəfəsində Osmanlı sultanı I Səlimlə Səfəvi şahı I İsmayıl arasında
sonuncu məktublaşma oldu. Artıq tərəflər arasında son söz cəng
meydanında deyiləcəkdi. Tarixçi Oqtay Əfəndiyevin qeydinə görə,
Səfəvi dövlətinin hərbi-siyasi tarixində Çaldıran döyüşü mühüm
mərhələ olmuşdur. Bu döyüş Kiçik Asiyada yaşayan şiələrdən
kömək ala biləcəkləri xüsusunda Səfəvilərin ümidinin yanlış
olduğunu göstərdi. Döyüşdən əvvəl Sultan Səlimin güclü hazırlıq
işi apardığının əksinə olaraq Şah İsmayıl İsfahan boyalarında ov
etməklə məşğul idi.
23 avqust 1514-cü ildə Çaldıran çölündə iki ordu üz-üzə
gəldi. Osmanlı ordusu Səfəvi ordusundan sayca üstün idi. Çaldıran
döyüşündəki qüvvələr nisbəti ilə bağlı tədqiqatlar nəticəsində
müəyyən olunmuşdur ki, Osmanlı ordusu 100 min, Səfəvi
qoşunları 40 min nəfərdən ibarət idi. Bundan başqa Osmanlıların
daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar
döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Mənbələrdən döyüş-
dən qabaq sərkərdələrin top atəşindən yayınmaq məqsədi ilə gecə
ikən hücum etmək təklifinə Şah İsmayıl “Mən karvan basan quldur
deyiləm” cavabını verdıyi anlaşılır. Qürurlu olduğu qədər
cəsurluğu ilə də bilinən Şah İsmayıl savaş alanında, özünün qeyri-
144
adi gücü və döyüş bacarığı ilə məşhur olan Turəli bəy
Malqoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah
İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki
yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir.
Döyüşün qızğın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin
artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib
yıxılır. Şah İsmayıla çox bənzəyən Sultanəli Mirzə Əfşar: "Şah
mənəm", deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və
beləliklə yaralanan şah ata qalxaraq döyüş meydanından qaça bilir.
Savaşı qazanan I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini
tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən
sonra xeyli qənimət götürərək, Təbrizi tərk edir.
Tarixçilər Çaldıran döyüşündə belə bir maraqlı hadisənin
yaşandığını qeyd edirlər. Şah İsmayıl Çaldıran döyüşündə topları
bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli
zərbəsi topun lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran
döyüşündən uzun müddət sonra Sultan Səlim Şah İsmayıldan
həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı Sultana
göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir.
O Şaha məktubunda deyir: "Sən məni aldadırsan, bu həmin qılınc
deyil." Şah İsmayıl cavab məktubunda ona belə cavab verir:
"Qılınc həmin qılıncdı, qol o qol deyil."
Tarixçi Şahin Fərzəlibəyliyə görə, hərbi təchizat və qüvvə
cəhətdən Osmanlılardan xeyli zəif olan Qızılbaşlar gərək həmin
döyüşə çıxmayıb gözləmə mövqeyi tutaydılar. Əgər belə olsaydı,
Osmanlılar elə onsuz da öz torpaqlarına dönmək məcburiyyətində
qalacaqdılar, çünki Azərbaycana yürüş edən yüz minlik böyük bir
ordunun yad ölkədə qalması üçün heç bir şərait yox idi. Sultan
Səlimin bu xüsusda Sevindik adlı bir xana yolladığı “Çaldıran
fəthnaməsi”ndə açıq-aşkar belə yazılmışdır: “O zalım və qəddarın
(Şah İsmayılın ) şərindən ətraf əmin olmadığı üçün bu vilayətlərdə
qışlamaq çox zor olduğundan Osmanlı mülkünə dönmək lazım
gəldi.”
Çaldıran müharibəsinin necə dəyərləndirə bilərik:

145
- Osmanlı ordusu həm say baxımından, həm də silah
yönündən Səfəvilərdən üstün idi. Məhz bu savaşı topların hesabına
qazanmışdı.
- Səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ağır ziyan
vurdu. Deyilənə görə, bu döyüşdəki məğlubiyyətdən sonra I Şah
İsmayıl bir daha şəxsən hər hansı bir vuruşda iştirak etməmişdir.
- Şərqi Anadoluda Ərzincan, Bayburt və s. vilayətlər
Osmanlı nüfuzu altına keçdi. Osmanlı torpaqlarında qızılbaş
təhdidi azalmış oldu.
- İpək yolu üzərində Səfəvilərin nüfuzu azalmış oldu.
- Xorasanda Şeybani özbəklər yenidən fəallaşmağa başladı.
- Bir çox sənətçi və elm adamı İstanbula göndərildi.
Osmanlı paytaxtının mədəni cəhətdən daha da inkişaf etməsində
bu şəxslərin böyük rolu olmuşdur.
- Çaldıran döyüşünü (1514), eləcə də Ankara (1402) və
Otluqbeli (1473) döyüşlərini ümumtürk faciəsi kimi qiymətləndirə
bilərik. Bu müharibələrdən ən çox karlı çıxan tərəf isə xristian
Avropa dövlətləri olmuşdur.
Çaldıran zəfərindən sonra Yavuz Səlim, Səfəviləri
tamamilə ortadan qaldırmaq niyyətində idi. O dövrün tarix-
çilərinin anlatdığına görə, Təbrizdə ikən onun qəbuluna gələnlər
arasında Teymurilər soyundan olan Hüseyin Bayqara oğlu Mirza
Bədiüzzaman vardı. Yavuz Səlim onu sultanlara layiq bir
mərasimlə qarşılayıb yanındakı taxta oturmuşdur. Yavuz gələcək-
dəki planı ilə əlaqədar ona bunları demişdi: “Eğer Allah yardım
ederse Şah İsmail’i bertaraf edip İran’ı Anadolu’ya birleştirmek
isterim. Şimdi arzum Horasan, Hind ve Sind’dir”.
Yavuz Səlim Səfəvilərlə bağlı öz düçüncələrini Misir və
Suriyada da böyük qələbə əldə etdikdən sonra da Şirvanşah Şeyx
İbrahimə göndərdiyi məktubunda da bildirmişdi. Özünün Yaxın
Şərqin bu iki dövləti üzərindəki qələbəsini xəbər verməklə,
qarşıdakı yeni yürüşü barədə də məlumat verir. Onun məlumatına
görə o, tezliklə Şah İsmayıl üzərinə yeni hücuma keçmək
niyyətindədir. Bu xəbəri bildirən Sultan Səlim Şirvana çatacağı

146
tədqirdə Şirvanşahdan Osmanlı qoşunu üçün azuqə və ülufə
hazırlanmasını xahiş etmişdi.
Bəs, niyə Çaldıran zəfərindən sonra Yavuz Səlim ani bir
qərarla Anadoluya geri dönmək qərarı almış, Səfəvilərlə tam
bitməmiş haq-hesabını təxirə salmaq məcburiyyətində qalmışdı?
Bunun əsas səbəblərindən biri yeniçəri ordusunda və ətrafındakı
bəzi əyanların səfər sırasında Yavuza qarşı müxalifət etməsi,
qələbədən sonra da İranı tərk etmə istəyi idi. Uzun sürən səfər
ordunu yormuş, Səfəvilərə həlledici zərbə vurmaq üçün zamana
və toparlanmağa ehtiyac vardı. Və “xainlərin” cəzası verilməli idi.
Deyilənə görə səfər əsnasında bəzi yeniçərilər Yavuzun çadırına,
onu qorxutmaq məqsədilə ox belə atmışdılar. Təbii ki, sultana
qarşı bu xəyanət cəzasız qalmamışdı. Ayrıca o əsnada Anadoluda
da qarışıqlıqlar çıxma ehtimalı vardı. Ona görə də Yavuz geri
dönmə qərarı almışdı.
Çaldıran döyüşündən sonra Şah İsmayıl məktub yazaraq,
Osmanlılarla bir neçə dəfə sülh bağlamağa cəhd etdisə də, bu
cəhdlərin müsbət nəticəsi olmamışdı. Bunun üzərinə Şah İsmayıl
Məmlük sultanına elçi göndərərək Osmanlıya qarşı itifaq qurmağı
təklif etmişdi. İlk başda Məmlük sultanı, Yavuzla İsmayılı
barşdırmağa çalışsa da, Osmanlı sultanı buna soyuq yanaşmışdı.
Yavuzun 1515-ci ildə Dülqadirbəyliyini ələ keçirib Şərqi
Anadoluda Məmlük mülklərinə təhlükə törətməsi üzərinə Misir
sultanı ilə Səfəvilər arasında gizli görüşmələr olmuşdu. Məmlük
Sultanının eyni zamanda Osmanlı sarayına da elçilər göndərərək
ikili siyasətə aparması, Səfəvilərlə arasının açılmasına və
gələcəkdəki Osmanlı-Məmlük müharibəsində müttəfiqsiz qalma-
sına səbəb olmuşdu.
Şah İsmayılın Çaldıran döyüşündə məğlubiyyəti qərb
dövlətlərini fikirləşməyə məcbur etdi və onlar öz maraqlarına
uyğun olaraq taktikalarını dəyişərək Səfəviləri odlu silahlarla
təhciz etməyə başladılar.
Venesiyanın Kiprdəki canişini Zuan Paolo Qradeniqo
1515–ci il aprelin 29–da Nikoziyadan öz hökumətinə yazırdı:
"Təsdiq edirəm ki, senyor Sofi (Şah İsmayıl) 100 min nəfərdən çox
147
döyüşçü toplamış və çoxlu top əldə etmişdir... Həmçinin deyirlər
ki, Sofi Türkiyə sərhədinə yaxınlaşacaq, türklər geri çəkiləcəklər."
1518–ci ilə aid digər sənəddə isə göstərilirdi ki, "Sofi 70 min
döyüşçüsü ilə birlikdə Təbrizdədir. Portuqaliya kralının
göndərdiyi tüfənglərlə silahlanmış əsgərlər və artilleriya
mütəxəssisləri də onların arasındadır."
Səfəvilərlə Osmanlı arasında ikinci ciddi toqquşma 1516-
cı ilin mayında Mardinin cənubunda Koçhisarın yaxınlığında
gerçəkləşmişdi. Bu döyüşdə Osmanlı türklərinin xeyrinə
qurtarmışdı. Nəticədə, şimalda Harputdan və Bitlisdən başlayan,
cənubda isə Rəqqə və Mosula qədər uzanan geniş ərazi Osman-
lının nüfuzu altına keçmişdi.
Bu məğlubiyyətdən də aydın olmuşdu ki, Şah İsmayıl tək
başına Yavuzla baş edə bilməyəcək. Səfəvi şahı Almaniya
imperatoru və İspaniya kralı V Karlla yaxınlaşmağa çalışmışdı. O,
1518-ci ildə V Karl və macar kralı II Lüdviqə məktubla müraciət
etmişdi. Lakin məktublar ünvanlara vaxtında çatmadığı üçün öz
əhəmiyyətini itirmişdi. Bundan əlavə, Avropa ölkələrilə Səfəvilər
arasında məsafənin uzaqlığı da onların Osmanlıya qarşı birgə
əməliyyatına mane olmuşdu. Onu da deyək ki, Səfəvi dövlətinin
Avropa dövlətlərilə daha sonrakı dövrlərdə də qarşılıqlı əlaqə-
lərinin genişlənməsi ölkənin ağır iqtisadi vəziyyəti ilə şərtlənirdi.
Bu dövrdə, məlumdur ki, Osmanlı imperiyası Səfəvi tacirlərinin
Aralıq dənizinə girməsinə mane olurdu. Bundan əlavə böyük
coğrafi kəşflər, xüsusilə, Hindistana dəniz yolu açıldıqdan sonra
Səfəvi dövlətinin iqtisadi vəziyyəti daha da pisləşdi. Səfəvi
dövlətinin ticarət mərkəzinə axışan hind ədviyyatı portuqaliyalılar
tərəfindən mənimsənilir, nəticə etibarilə isə bu malların alverində
vasitəçilik edən Azərbaycan tacirlərinin mənafeyinə zərbə
vurulurdu. Portuqaliya Hindistanın İran körfəzinə-Hörmüzdə çı-
xan əsas sahil məntəqələrinə (1515) yiyələndi. Bu vaxt Səfəvi
dövlətinin Hind okeanına çıxış yolu bağlı idi. Ona görə də Səfəvi
şahları belə məqsəd güdürdülər: əvvəla, Avropa dövlətləri ilə birgə
hərbi əməliyyat yolu ilə Osmanlı dövlətinə zərbə endirmək, Aralıq
və Qara dəniz vasitəsilə Qərblə tranzit ticarətini qaydaya salmaq,
148
ikinci, Şərq bazarı uğrunda Avropa dövlətləri arasında ticarət və
siyasi ziddiyyətlərin mövcudluğundan istifadə edərək potuqal-
lardan Hörmüz adasını geri alıb, Hind okeanı və Hindistanla
ənənəvi ticarət münasibətlərini bərpa etmək.
Səfəvi dövlətilə qarşılıqlı əlaqədə olan Avropa dövlətləri
isə başqa məqsəd güdürdülər. Onların hər birinin Şərqdə öz marağı
vardı. Avropada ilkin kapital yığımı və böyük coğrafi kəşflər
vaxtında Səfəvi dövləti və Osmanlı imperiyası Qərb dövlətlərinin
Şərqdə öz müstəmləkəçilik siyasətlərini həyata keçirməsi yolunda
başlıca maneə idilər. Avropa diplomatiyası Şərqin bu iri türk
dövlətlərini bir-biri ilə savaşdırıb, onları daim müharibə vəziy-
yətində saxlayaraq, zəiflətməyə və nəticə etibarilə Avropa kapi-
talının Şərq ölkələrinə daxil olması üçün münasib şərait yaratmağa
çalışırdı.

3. Yavuz Səlimin Misir səfəri

Osmanlılar ilə Məmlüklər arasında, Fateh Sultan Meh-


med və II Bəyazid dövründən bəri anlaşılmazlıqlar mövcud
olmuşdu. Yavuzun Səfəvilərə qarşı səfərə çıxdığını xəbər alan
Məmlük sultanı ordusunu Osmanlı sərhədinə yığmışdı. Lakin
Yavuzun Sivasda oğlu Süleymanın komandanlığnda buraxmış
olduğu 50 minlik qüvvədən böyük ehtimalla çəkinərək hücuma
keçməmişdi. Yavuz Sultan Səlim tərəfindən 1515-ci ildə
Dülqadiroğulları Bəyliyinə son verilməsi, Osmanlılar ilə Məm-
lüklər arasındakı mövcud gərginliyi daha da artırmışdı. Məmlüklü
Sultanı Yavuza elçi göndərərək, “Ələ keçirdiyi torpaqları
Osmanlılar tərəfindən öldürülən Dülqadiroğlu Əlauddövlə bəyin
oğullarına verməsini” rica etmişdi.
Bu sıralarda Məmlüklərə qarşı ciddi savaşa hazırlaşan
Sultan Səlim, Misir Sultanını arxayınlaşdırmaq məqsədilə, Şah
İsmayıla qarşı yeni bir səfər hazırlığına başladığı xəbərini
yaymışdı. Yavuz diplomatik yolla Məmlük-Səfəvi ittifaqına mane
olmağa çalışmışdı. Bu məqsədlə Sultan Səlimin Misir Sultanı
Kansu Gavriyə göndərdiyi məktubda, “Sen benim babamsın. Ben
149
sadece senin izninle Alaüddevle ülkesine girdim… Alaüddevle
ülkesinden aldığım yerleri size geri veriyorum. Yeter ki Şah İsmail
ile aramıza girmeyin”, yazaraq Memlük Sultanının Səfəvilərlə
yaxınlaşmasını əngəlləməyə çalışmışdı. Bununla bərabər, Yaxın
Şərqin təbii zənginliklərini və ədviyyat yollarını ələ keçirmək,
müqəddəs yerlərin olduğu Hicaz bölgəsini nüfuz altına alaraq
İslam dünyasının liderliyini ələ almaq Yavuz Səlimin ən böyük
qayələrindən biri idi. Osmanlı sultanı Məmlük təhlükəsindən
birdəfəlik qurtulmaqla Səfəvilərə qarşı düşündüyü növbəti
səfərdə arxasını sağlama almaq istəmişdi. Bu arada portuqalların
Qızıl dənizdə müsəlman limanlarına qarətçi basqınlar edib
minlərlə müsəlmanı qətl etməsi və o dövrdə “İslam xəlifəsinin
qoruyucusu” titulunu daşıyan Məmlük sultanının bu hadisələrin
qarşısını almaqda aciz davranışı, “xəlifəlik” məqamının daha
layiqli olan sülaləyə keçməsi üçün zəmin hazılamışdı.
1516-ci ildə vəzir Hadım Sinan Paşa əmrindəki Osmanlı
ordusunun Suriyadan keçməsinə Məmlüklərin icazə verməməsi
üzərinə, Yavuz Sultan Səlim 5 iyun 1516-da Misir səfərinə
çıxmış, 27 iyul günü Osmanlı Ordusu Misir sərhədinə çatmışdır.
Məmlük sultanlığına bağlı Antep (18 avqust 1516) və Besni (19
avqust 1516) qalaları bir gün arayla təslim olmuşdur. Ancaq, əsl
döyüş 24 avqust 1516'da Hələb yaxınlarında Mərcidabıqda
reallaşmış, Məmlük Ordusu Osmanlıların əzici top atəşi qarşı-
sında davam gətirə bilməmişdir. Döyüş sonunda yaşlı Məmlük
sultanı Kansu Gavri atından düşərək ölmüşdür.
28 avqust 1516-da Hələbə girən Yavuz Sultan Səlim heç
bir qüvvə ilə qarşılaşmadan şəhəri təslim almışdır. Sentyabr ayında
isə Hama, Hum və Şam şəhərləri də eyni şəkildə təslim olarkən,
Livan əmrləri də Osmanlı hakimiyyətini qəbul etmişdir.
Yoluna davam edən Yavuz 30 dekabr 1516-da Qüdsə
(Fələstin) girmiş və Qüdsdəki müqəddəs yerləri ziyarət etmişdir.
Osmanlı ordusu 2 yanvar 1517-də Qəzzəyə girmişdir. Mərcidabıq
müharibəsindən sonra Məmlük dövlətinin başına keçən
Tomanbay, Osmanlı hakimiyyətini qəbul etmədiyi kimi sülh təklifi
üçün gələn Osmanlı elçisini də öldürmüşdür. Tomanbay,
150
venesiyalılardan top və silah alaraq Ridaniyədə qüvvətli bir
müdafiə xətti qurmuşdur. Yavuz Sultan Səlim, ordusuyla birlikdə
Sina Çölünü 5 gün içində indiki tank sürətiylə (11-16 yanvar)
keçərək, Ridaniyədə Məmlük Ordusu ilə qarşılaşmışdır. Dərhal
sahil yolunu buraxıb cənuba Sina səhrasına doğru yönəlib, sürətlə
yol alıb Məmlük Ordusuna, Əl-Müqəddəm dağının ətrafını
gəzərək cənubdan hücum edən Yavuz Sultan Səlim, bu manevr
sayəsində Məmlük Ordusunun istiqamətləri sabit olan toplarını
təsirsiz hala gətirmişdir.
Məmlük sultanı Tomanbay məğlub olacağını anladı və 22
yanvar günündə kiçik bir dəstə ilə ordu mərkəzinə hücum etdi.
Sultan Səlimin çadırı olaraq hücum etdikləri çadırda sədrəzəmi
tapdılar və Hadım Sinan Paşa qətlə yetirildi. Yanlış addım atdığını
anlayan Tomanbay dərhal döyüş meydanından qaçdı. Həmin gün
başa çatan Ridaniyə döyüşü Osmanlıların zəfəri ilə bitdi və hər iki
tərəfin də 25.000 nəfərə qədər itkisi ilə başa çatdı.
Məmlük paytaxtı Qahirəni heç bir itki vermədən və
şəhərin ictimai və iqtisadi həyatına zərər vermədən əlinə keçirmək
niyyətiylə Sultan Səlim müqavimət göstərməyən bütün
Məmlüklərin bağışlanılacağını elan etdi. Lakin Tumanbay və ona
yaxın Məmlük sərkərdələri partizan tipli müqavimət təşkil etməyə
başladılar və bu səbəblə Qahirə ancaq üç gün davam edən çox
şiddətli döyüşdən sonra ələ keçdi və şəhər qismən yıxıldı və
minlərlə adam öldü. 4 fevral 1517-də Yavuz mərasimlə Qahirəyə
girmiş və Misir Məmlüklərinə bağlı Abbasi xəlifəliyinə son
vermişdi. Məmlüklərin qalıntıları Nil deltasında və Yuxarı
Misirdə müqavimətə davam etsələr də,çox zaman keçmədən
Osmanlı qüvvələri bu müqavimət mərkəzlərini ləğv edib
Tumanbayı tutmağı bacardılar. 13 aprel 1517-də Tumanbay
Qahirə qala qapısında asılaraq edam edildi. Bu zəfərlə birlikdə
Məmlük dövləti süqutetmiş, torpaqları Osmanlı hakimiyyətinə
girmişdir.
Misir səfərinin nəticələri:

151
- Sultan Yavuz Səim 1516 Mərcidabıq və 1517 Ridaniyə
zəfərləri ilə Məmlüklərə ağır zərbə vurmuş və bu dövlət tarix
səhnəsindən silinmişdir.
- Suriya, Misir, Hicaz, Fələstin və ədva yolları
Osmanlıların əlinə keçmişdi.
- Müsəlmanlar üçün müqəddəs yerlər olan Məkkə və
Mədinənin Osmanlı nəzarətinə geçməsi Türklərə həm mənəvi,
həm də gələcəkdə maddi qazanc da gətirmişdir.
- Venesiyalılar Kipr adası üçün ödədikləri vergini
Osmanlılara verməyə başladılar.
- Sultan Yavuz Səlimdən etibarən Osmanlı padşahları
xəlifə unvanını aldılar. Yavuz Sultan Səlim, Ayasofya Məscid-
ində edilən bir mərasimlə, müqəddəs torpaqları aldığı zaman
oradakı idarəçilərin istifadə etdiyi Hakimül-Hərəmeyn (Müqəd-
dəs diyarların hakimi) ünvanını uyğun görməyib özünü Xadimül-
Hərəmeyn (Müqəddəs diyarların xidmətçisi) elan etmişdi.
- Müqəddəs əmanətlər və Misirdəki bir çox sənət əsəri
İstanbula gətirilmişdi.3
Yavuz Səlimin Misir zəfəri üzərinə Şah İsmayıl ona
hədiyyələrlə bərabər bir məktub göndərmişdi. Şah İsmayıl
yolladığı məktubda hörmət dolu ifadələrlə aşağıdakı sözləri qeyd
etmişdir:
"Sən bir çox əraziyə və təbəqəyə malik oldun, xüsusilə də
Misiri almaqla Məkkə və Mədinənin xidmətçisi ünvanını aldın.

3
Qeyd: Topqapıda Məhəmməd Peyğəmbərin müqəddəs əmanətləri - qılıncı,
oxu, əbası, dişi, yazdığı məktubu, möhürü, rəngli mərmər üzərindəki ayaq izi,
qızıl sandıqdakı bir ovuc torpağı qalmaqdadır. Yavuz Sultan Səlimin Misirə
səfərindən sonra İstanbula gətirilən, sonrakı dövlərdə sayı davamlı artaraq çox
dəyərli xəzinəyə çevrilən Müqəddəs Əmanətlər Topqapı Sarayındakı “Has
Otaq” da 500 ildir mühafizə edilir və sərgilənir. Müqəddəs əmanətləri Ramazan
ayı müddətində daha çox insan görmək istəyir. Peyğəmbərlərin xüsusi əşyaları
ilə yanaşı Məkkə və Mədinəyə aid nümunələrdən ibarət əsərlərin də nümayişdə
olduğu Müdəqqəs Əmanətlər bölməsi 24 saat oxunan Qurani-Kərim
müşayiətində gələnləri qonaq edir. Əndərun həyətindəki Müqəddəs Əmanətlər
bölməsi padşahlar tərəfindən istifadə edilən, Fateh Sultan Mehmedin də xüsusi
həyatını keçirdiyi yer kimi bilinən “Has Otaq”dadır.
152
İndi sən Şərqin İsgəndərisən. Aramızda olan oldu, keçən keçdi. Bir
daha geri dönməz. Sən məmləkətinə get, mən məmləkətimə gedim.
Aramızda müsəlman qanı tökülməsin. Arzun və məqsədin nədirsə,
mənim qəbulumdur."
Şah İsmayılın sülh cəhdinə baxmayaraq, Sultan Səlim
yumşalmaq bilmirdi. O, Şirvanşaha yazdığı məktubda “mən gərək
o tayfanın vücudunu iti qılıncımla yer üzündən siləm. Buna görə
də, o tərəfə yürüş etmək fikrindənyəm” yazaraq, “ətrafda olan
başqa hörmətli əmirlərlə də məsləhətləşəcəyini və sonra fitnə-
fəsadı” aradan götürəcəyini bildirmişdi.
Bu arada Anadoluda yeni bir qızılbaş üsyanı baş qaldır-
mışdı. Bozok türkmənlərindən və Amasyanın Turxal qəsəbəsi
sakinlərindən Cəlal adında timarlı bir qızılbaş üsyan edərək 20.000
adam yığıb Tokata gəlmişdi. Bu hadisənin yatırılması üçün Rumeli
Bəylərbəyi Fərhad Paşa vəzifələndirilmişdi. Eyni zamanda
Şahsüvaroğlu Əli bəy də hadisədən xəbərdar edilmişdi. Fərhad
Paşa gəlmədən əvvəl, Əli bəy, Qızılbaş Cəlalın üzərinə getmiş və
Cəlalı məğlub etmişdir (1518-1519). XVI əsrdə Anadoluda
Osmanlı dövlətinə qarşı baş vermiş və Azərbaycana da yayılmış
qiyamlar,Cəlalilər hərəkatı adı altında tarixə keçmişdir.
Misir səfəri əsnasında Aralıq dənizində önəmli bir əyalət
Əlcəzairin də Osmanlıya bağlanması hadisəsi Dövlət-i Aliyyənin
tədricən Şimali Afrikaya da nüfuz etməyə başladığını göstərməkdə
idi.

Əlcəzairin Osmanlıya bağlanması

Bu əyalətin Osmanlıya bağlanması əslən alban olan


piratlıqla məşğul olan Xızır və Oruc qardaşlarının adı ilə bağlıdır.
Avropalıların, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə
verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə
olunan Barbarossa ləqəbi onun vəfatından sonra kiçik qardaşı
Xızır rəisə də da aid edilmişdi. Bu səbəbdən qərb tarixçiləri onları
ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar.

153
Tarixçi Halil İnalcıq bu adın "Baba Oruc"dan törəmiş olabilə-
cəyini söyləyir.
Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü
bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı
Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan
Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı.
Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara
qatılmasından sonra 1516-1517-ci illərdə ispanlara qarşı müha-
ribələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ
keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan
edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə
birləşərək hücuma keçdilər. Bu savaşda İshaq Rəis və Oruc Rəis
öldürüldü. Elə həmin il Xızır Rəis Yavuz Sultan Səlimin adına pul
buraxdırıb xütbə oxutduraraq ona bağlılığını bildirdi. Yavuz
Sultan Səlim də Xızır rəisi Əlcəzair Bəylərbəyliyinə təyin edərək
onu himayəsi altına aldı. 1519-cu ildə Xızır rəis ispan
donanmasını yenə həzimətə uğradır, lakin yerli ərəblərlə və Tunis
bəyi ilə mübarizədə istənilən nəticəni ala bilmədiyi üçün bir
müddət Əlcəzairi tərk etmək məcburiyyətində qalmışdı. Daha
sonralar bu bölgə yenidən Xızır rəsin sayəsində yenidən Osman-
lıya bağlanmışdı. Osmanlı tarixinin ən məşhur dənizçilərindən
biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz
komandanı olan Xızır rəisə, Yavuzun oğlu Sultan Süleyman
Qanuni tərəfindən, dövlət və İslam qarşısındakı xidmətlərinə görə
"dinin xeyirlisi" mənasını daşıyan Xeyrəddin adı verilmişdi
(Barborossa Xeyrəddin Paşa).

4. Yavuz Səlimin qərbə səfər planı

Yavuzun Misir dönüşü Osmanlı və Səfəvilər arasında artıq


yeni müharibə təhlükəsi gerçəkləşməkdə idi. Hətta 1519-cu ildə
Nikosiyada Venesiya Respublikasının canişini olan Alvikos
d'Armer Hələbdən aldığı xəbər barədə öz respublikasına məlumat
verib, “Böyük Türkün ordusunun Sufinin (Şah İsmayıl) üzərinə
hücuma hazırlaşdığını” yazmışdı. Fəqət Yavuz ani bir qərarla
154
ortalığı bulandıran və Aralıq dənizində Osmanlı üçün narahatçılıq
çıxaran Venesiyaya və onun müttəfiqləri olan xaçlılara qarşı bir
səfər hazırlığna girdiyi anlaşılmaqdadır.Yavuz Sultan Səlim,
Misir səfərindən qayıtdıqdan sonra donanmaya əhəmiyyət vermiş,
hazırlığa başlamışdı. Bu hazırlıq başda Venesiya və Papa olmaqla
xristian dünyasınının təlaşına səbəb olmuşdur. Papa, Osmanlıya
qarşı ittifaq bağlamaq məqsədiylə İspaniya, Avstriya, Fransa və
İngiltərə dövlətləri ilə görüşməyə başlamışdı.
Bəzi Osmanlı dövlət xadimləri Venesiyanın əlində olan
Rodosun fəthi mövzusunda Sultan Səlimi təşviq edirdi. Ancaq
Səlim adanın zəbti üçün hazırlığı kafi görməmişdi. Daha əvvəl
Fateh Sultan Mehmed tərəfindən da mühasirəyə alınan Rodosun,
fəthinin yenə müvəffəqiyyətsiz olmasını istəmirdi və buna görə də,
Sultan Səlim çox yaxşı hazırlanılmasını əmr etmişdir.
Lakin böyük sultan və ilk türk xəlifəsi Yavuz Səlimə yeni
fəthlər gerçəkləşdirmək nəsib olmamışdır. Yavuz kürəyində bir
çiban çıxmasından ötrü narahat idi. Xalq arasında yanıqara olaraq
da adlandırılan bu çiban, Şirpəncə ya da Aslan Pəncəsi adıyla
bilinir. Xoca Sadəttin Əfəndi, yazılarında Yavuz Sultan Səlimin
ölümünə səbəb olan çiban haqqında ətraflı məlumatlar vermişdir
və buna görə dövrümüzdə qaynaq olaraq ümumiyyətlə onun
yazılarına baxılır. Yazılarına görə; Yavuz Sultan Səlim, Ədirnəyə
hərəkətə qərar verdikdən sonra bir gün müsahib Həsən Cana
kürəyinə bir şeyin batdığını söyləmiş, bunun üzərinə Həsən Can,
əlini hökmdarın kürəyinə salmış lakin bir şey tapa bilməmişdir.
Ancaq ikinci səfər yenə eyni şeydən şikayət etdikdə o zaman
Həsən Can, Sultan Səlimin kürəyinə baxmış və ətrafı qızarmış və
tam yetişməmiş sərt bir çiban görmüşdür. Bunu Sultan Səlimə
deyəndə, Sultan çibanı sıxmasını istəmişsə də Həsən Can:
"Padşahım, böyük bir çibandır, hələ xamdır, məcbur etmək caiz
deyil, bir münasib məlhəm qoyaq" demiş, bunun üzərinə Sultan
Səlim "Biz Çələbi deyilik ki, bir çiban üçün cərrahlara müraciət
edək" cavabını vermişdir. O gecəni əzab içində keçirən sultan,
ertəsi gün hamama gedərək orada çibanı sıxdırıb zədələmiş, lakin
bu da ağrısını artırmaqdan başqa bir işə yaramamışdır. Bunun
155
üzərinə Həsən Cana "Səni dinləmədik amma özümüzü məhv
etdik" deyib çibanın macərasını danışanda Həsən Can "az qala
ağlım başımdan gedirdi" deyir. Bütün bu çətinliklərə baxmayaraq
Yavuz, səfər daha əvvəl razılaşdırıldığı üçün geri dönməyərək
xəstə olduğu halda avqust 1520 tarixində Ədirnəyə doğru yola
çıxmışdır.
Yavuz, Çorluda qırx gün Baş həkim Əhməd Çələbi
tərəfindən müalicə edilmiş lakin yara yenə də böyüyüb açılmışdır.
Hərəkət edə bilməyəcək qədər yorğun düşən Yavuz, müalicədən
ümidini kəsdikdə Ədirnədə olan əyanlarını yanına çağırtmış və
vəsiyyətini etmişdir. Bundan başqa tələsik gəlməsi üçün Manisa
hakimi olan oğlu Şahzadə Süleymana xəbər göndərmiş ancaq oğlu
gəlmədən 1520-ci ilin sentyabrında Çorlu qərargahının olduğu
kənddə vəfat etmişdir. Sultan Səlimin vəfatı, həyatda olan tək
oğlu Manisa hakimi Şahzadə Süleyman gələnə qədər gizli
tutulmuşdur. Süleymanın İstanbul tərəfinə gəlib gəmi ilə saraya
endiyi xəbər alındıqdan sonra, Səlimin vəfatı və yeni padşahın
İstanbula gəldiyi elan edilmişdir.

156
IX. OSMANLI DÖVLƏTİNİN QIZIL DÖVRÜNÜN
MÖHTƏŞƏM PADŞAHI: QANUNİ SULTAN SÜLEYMAN
(1520-1566)

1. Qanuni Sultan Süleymanın hakimiyyətinin ilk illərində


daxili üsyanlar

Yavuz Səlimin vəfatı üzərinə taxta çıxan I Süleyman


özündən əvvəlki padşahların yaşadığı qardaşlar arasındakı taxt
qovğaları ilə qarşılaşmamışdı. Çünkü qardaşlarının 3-ü (şahzadə
Orxan, Musa və Qorqud) hələ kiçik yaşda ikən vəfat etmişdi. I
Səlimin adı bilinməyən bir kənizdən olan oğlu Üveys isə saraydan
uzaqda böyüdüyü və anası başqa biri ilə sonradan evləndirildiyi
üçün vəliəhd olaraq qəbul edilməmişdi. I Süleyman 1545-ci ildə
Üveysi paşa ünvanıyla təltif edərək Yəmən Bəylərbəyi təyin
etmişdir. Üveys Paşa 1547-ci ildə Yəməndə çıxan bir qiyam
əsnasında öldürülmüşdür. Rəvayətə görə, Üveys Paşanın ölüm
xəbəri Süleymana çatdırılanda "O mənim ata bir qardaşım idi"
demişdir.
Yavuz Səlim oğluna miras olaraq dolu bir xəzinə və
6.557.000 km2 yaxın geniş torpaqlar buraxmışdı. Bu baxımdan
Süleymanı şanslı bir hökmdar olaraq görmək mümükündür.1520-
dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş I
Süleyman da öz əcdadlarından miras aldığı Osmanlı mülklərini
genişlədərək 14.893.000 km2-ə qədər çatdırmışdı.13 dəfə səfərə
çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçir-
mişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun
müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. Osman-
lının qızıl dövrünün böyük hökmdarı Süleyman Qərb dünyasında
möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni
Sultan Süleyman olaraq da tanınır.
Türkiyəli tarixçi Feridun Emecenin araşdırmalarına görə,
"Qanuni" ünvanını, ilk dəfə XVIII əsrdə Osmanlı tarixinə dair bir
əsər yazan, Rus çarı I Pyotr tərəfindən bir müddət Moldava taxtına
oturdulan, dövrünün tanınmış elm adamlarından sayılan Dimitri
157
Kantemir ortaya atmışdı. Kantemir, Süleymanın Osmanlı hüquq
sistemində gətirmiş olduğu qanunlar üzərində dayanaraq bu
ləqəbi ona layiq görmüşdü. Daha sonraki dövrlərdə başqa
tarixçilər də bu fikri mənimsəyərək, I Süleymanı "Qanuni" deyə
zikr etmişdilər. Hətta ABŞ Konqresinin divarlarında, çıxarmış
olduğu qanunlarla tarixdə iz buraxmış dövlət adamlarının əks
olunduğu relyef portretlərindən biri Möhtəşəm Süleymana aiddir.
ABŞ prezidenti Harri Trumanın (1945-1953) dövründə dünya
tarixində çıxarmış olduğu qanunlarla iz buraxmış 23 nəfər tarix
şəxsiyyyətin xatirəsinə hörmətdən Capitoli binasında bu relyef
portretlər qoyulmuşdur.
I Süleymanın taxta çıxmasından qısa bir müddət sonra
daxildə mərkəzi hakimiyyətə qarşı üsyanlar baş göstərmişdi.
1) Canberdi Qazali Üsyanı (1521):Yavuz tərəfindən Suri-
yanın bəylərbəyliyinə təyin olunan, keçmiş Məmlük komandir-
lərindən biri olan Canberdi Qazali, Süleymanın hakimiyyətini
tanımayaraq üsyan bayrağını qaldırmışdı. Üzərinə göndərilən
Osmanlı ordusu üsyanı yatırmış, Canberdi Qazali isə tutularaq
edam edilmişdi.
2) Əhməd Paşa Üsyanı (1524):Misir bəylərbəyi olan
Əhməd Paşa Osmanlı hakimiyyətini tanımayaraq müstəqilliyini
elan etdmişdi. Fəqət bu üsyanın da aqibəti Canberdi Qazali üsyanı
kimi olmuşdu.
Qeyd: Bu iki üsyan hərəkatı, Məmlük dövlətini yenidən
qurmaq üçün ortaya çıxmışdı. Misir qiyamları olaraq da bilinir.
3) Baba Zünnun üsyanı (1526):Yozqatda torpaq məsələsi
və ağır vergilər səbəbiylə çıxan, qızılbaş -ələvi qiyamıdır.
4) Qələndəroğlu (Kalender Çələbi) Üsyanı (1527): Timar
torpaqlarının haqsız yerə əllərindən alındığını irəli sürüb Hacı
Bektaşi Vəlinin nəslindən olduğunu iddia edən Qələndəroğlu bəzi
qızlbaş qruplarını da arxasına alaraq Konyada üsyan etdi.
Qeyd: Bu iki üsyan hərəkatının ortaq nöqtəsi, sosyal-
iqtisadi məsələlərlə bərabər, dini xarakterli (Anadoluda
qızılbaşlığı yaymaq istəyi) üsyanlar olmasıdır. Hər iki üsyan
dövlət gücləri tərəfindən basdırılmışdır.
158
2. Qanuni Süleyman dövründə Osmanlı və xristian
Avropası arasındakı münasibətlər

Daxili sabitliyi saxladıqdan sonra Qanuni, dövlətin ənənəvi


fəth siyasətini davam etdirmək üçün diqqətini qərbə doğru
yönəltmişdi.
Ulu babası Sultan Mehmed Fatehin cahan hakimiyyəti
idealını şərqdə atası Yavuz Sultan Səlim, qərbdə isə özü
gerçəkləşdirmişdir. O dövrdə Avropada Osmanlının ən böyük
rəqibi Habsburqlar sülaləsinin hökmran olduğu Müqəddəs Roma
imperiyası idi. Habsburqlar sülaləsi — Avropanın ən nüfuzlu və
məşhur kral ailələrindən biridir. 1438-1740 tarixlərində Müqəddəs
Roma imperiyasını idarə edən Habsburqlar sülaləsi bir neçə
holland və italyan hakimlə yanaşı, Bohemiya krallığı (Çexiya),
Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı,
Portuqaliya və İspaniya krallığına da krallar və imperatorlar
yetişdirmişdir. Habsburqlar sülaləsindən olan I Karlın (1519-1530)
Müqəddəs Roma imperiyasının imperatoru seçilməsi, Avropanın
siyasi həyatına təsir göstərmişdi. Məhz bu dövrdə Habsburqlar
imperiyasının şimal hüdudları İngiltərə və Skandinaviyaya qədər
Avropa ölkələrini, qərb hüdudları isə Qərbi və Mərkəzi Avropanın
şərqini əhatə edirdi. V Karl Macar krallığnı da nüfuz altına almaq
istəyirdi.
Belqradın fəthi (1521) Süleyman ilk səfərini 18 may 1521
tarixində Macarıstan Krallığının idarəsindəki Belqrada hazırla-
mışdı. Macarların vergilərini vaxtında ödəməyib bir də göndərilən
Osmanlı elçisini öldürməsi bu səfəri zəruri etmişdi. Ətrafındakı
Böyürdələn, Zəmun və Salankamen şəhərlərinin alınmasının
ardından 1 avqust günü mühasirəyə alınan şəhər 29 avqust 1521
tarixində təslim oldu. Avropada planlaşdırdığı səfərlər üçün arxa
cəbhə rolunu oynayan bu şəhər I Süleymanın növbəti fəthlərinin
müjdəçisi oldu.
Mohaç Meydan Müharibəsi və Türk zəfəri (1526)
Belqradın və Rodosun fəthi, Osmanlı ilə Habsburqlar arasında
münasibətləri daha da gərginləşdirmişdi. Bu arada Habsburq
159
imperatoru V Karlın Avropada, xüsusilə İtaliyadakı ərazilərə nüfuz
üstündə daha bir rəqibi ortaya çıxmışdı: Fransa kralı Fransisk.
1525-ci ildə iki xaçlı dövlətləri arasında “Pavia müharibəsi” baş
vermişdi. Müharibədə məğlub olan Fransa Kralı I Fransis
(François) Müqəddəs Roma German İmperatoru Karla əsir
düşmüşdü. Oğlunun əsir düşdüyünü öyrənən Ana kraliça Louis de
Savoine çarəsizlikdən Qanuni Sultan Süleymana məktub
göndərərək yardım istəmişdi. Fransis özü də İspaniyada əsir
tutulduğu həbsxanadan gizlicə Qanuniyə məktub göndərib yardım
üçün yalvarmışdı. Ümumi düşmənləri Habsburqlara qarşı
Osmanlının hərəkətə keçməsini təmənni etmişdi. Qanuni Sultan
Süleyman tərəfindən göndərilən cavab məktubunda yer alan
ifadələr o dövürdə Osmanlının qüdrətinin bir təzahürü idi:
“…Ben ki; Sultanlar Sultanı, Hakanlar Hakanı, Hüküm-
darlara taç veren, ALLAH'ın yeryüzündeki gölgesi, Akdeniz'in ve
Karadeniz'in ve Rumeli'nin ve Anadolu'nun ve Karaman'ın ve
Rum'un ve Dulkadir Vilayeti'nin ve Diyarbakır'ın ve Kürdistan ve
Azerbaycan'ın ve Şam'ın ve Halep'in ve Mısır'ın ve Mekke ve
Medine'nin ve Kudüs'ün ve Bütün Arap diyarının ve Yemen'in ve
daha nice memleketlerin ki, yüce atalarımızın ezici kuvvetleriyle
fethettikleri ve benim dâhi ateş saçan zafer kılıcımla fetheylediğim
nice diyarın Sultanı ve Padişahı Sultan Bayezid Han’ın torunu,
Sultan Selim Han oğlu Sultan Süleyman Han'ım. Sen ki; Françe
vilayetinin Kralı Fransuva'sın (Françeskosun-François).
Hükümdarların sığındığı kapıma adamın Frankipan ile mektup
gönderip, memleketinizin düşman istilâsına uğradığını, hâlen
hapiste olduğunuzu bildirip, kurtulmanız hususunda bu taraftan
yardım ve medet istida etmişsiniz (istemişsiniz). Her ne ki demiş
iseniz dünyayı idare eden tahtımızın ayaklarına arz olunmuştur.
Her şeyden haberdar oldum. Padişahların mağlup olması ve
hapsolması tuhaf değildir. Gönlünüzü hoş tutup, hatırınızı
incitmeyiniz. Böyle bir durumda atalarımız düşmanları mağlup
etmek ve ülkeler fethetmek için seferden geri kalmamışlardır. Biz
dahi onların yolundan yürüyüp, her zaman memleketler ve kuvvetli
kaleler fetheylemekteyiz. Gece gündüz daima atımız eyerlenmiş ve
160
kılıcımız kuşanılmıştır. Allah hayırlar müyesser eyleyip meşiyyet
ve irâdâtı neye müteallik olmuş ise vücuda gele. (Allah hayırlar
versin ve iradesi neyse o olsun.) Bunun dışındaki vaziyet ve
haberleri adamınızdan sorup öğrenesiniz. Böyle bilesiniz. Bu yazı,
932 yılı Rebî’ülâhir ayının ilk günlerinde (Ocak 1526) saltanat
makamı Konstantaniyye’de yazıldı.”
Göründüyü kimi, Qanuni Süleyman Fransisə Fransa
vilayətinin hakimi kimi xitab edərək, bir növ özünü fransızların
himayədarı göstərmiş və Macarıstana səfər təyin olunması barədə
fərman vermişdi. Bu səfərdən məqsəd;
- Orta Avropada möhkəmlənmək üçün Macar krallığını dizə
gətirmək
- Habsburqlara gözdağı vermək
- Fransanı öz tərəfinə çəkərək, xristian dünyasındakı bu
parçalanmadan dövlətinin mənfəətləri üçün istifadə etmək.
Sultan Süleyman Qanuni 10 mart 1526-cı ildə Rumelidə
yerləşən ordu başçılarından Bəhram Paşaya, Bosniya bəylərbəyinə
və Krım xanına səfərə hazırlaşmaq barədə göstəriş vermişdi.
Səfərdə Suriya və Misir əyalətlərində yerləşən əsəgərlərin də
iştirak etməsinə icazə verilmişdi. Sultan Süleyman Qanuni 23 aprel
1526-cı ildə Topqapı sarayından yola çıxdı. Qanuninin ordusunda
50-60 min nəfərlik ordu və 300 səhra topu vardı. Yol üstündə
yerləşən Petervaradin, Ujlak və Eszek qalaları fəth edildi. Macar
paytaxtı Budinə gedən yol açılmışdı.
Osmanlılar Drava çayını keçərək Mohaç ovasına yaxınlaş-
mışdı. Macar və digər müttəfiq ordular Osmanlı ordusunu Mohaç
ovasında gözləyirdi. Macar odusuna Macarıstan kralı II Layoş
rəhbərlik edirdi. II Layoş Erdel voyvodası Yanos Szapolyaya öz
qoşunu ilə birlikdə dəstək olmasını istədi. Ancaq iddialara əsasən
Yanos Szapolya 30 minlik qoşunla yola çıxmış, lakin Osmanlı
ordusuna qarşı döyüşməyin mənasız olması səbəbindən qoşununu
Erdelə doğru geri çəkmişdir. Digər bir iddiaya görə Yanos
Szapolya kral II Layoşa aralarında olan mənfi münasibətlər
səbəbindən köməklik etməmişdir. İki saat davam etmiş Moxaç
döyüşü nəticəsində Macarlar məğlub olmuşdu. II Layoş Osmanlı
161
birliklərinə əsir düşməmək üçün şəxsi mühafizəsi ilə birlikdə
döyüş meydanından qaçmaq istəyərkən, Qarasu bataqlığında
bataraq öldü. Döyüş meydanında altı gün istirahət edən Osmanlı
birlikləri Macarıstan krallığının paytaxtı Budin şəhərinə doğru
hərəkət etməyə başladı. Başda kraliça Maria olmaqla kübar
cəmiyyətin bütün üzvləri və orta təbəqə şəhəri tərk etmişdi.
Şəhərdə yalnız Yəhudilər qalmışdılar. Şəhərdə yaşayan yəhudi
icmasının rəhbəri Salamon Budin yaxınlığında yerləşən Foedvard
kəndində şəhər açarlarını Sultan Süleyman Qanuniyə təqdim etdi.
Mohaç döyüşü Osmanlı ordusunun ən qısa zamanda böyük zəfər
qazandığı ilk döyüşdür. Mohaç zəfəri ilə Macarıstanın böyük bir
hissəsi 150 ildən çox Osmanlı dövlətinin nüfuzu altında qalmışdır.
Osmanlıya bağlı krallığın başına da Ərdəl hakimi Zapolya
gətirilmişdi.

Birinci Vyana mühasirəsi (1529) Müqəddəs Roma impe-


ratoru V Karlın qardaşı, Avstriya hersoqu Ferdinand, Osmanlının
təyin etdiyi Zapolyanın Macarıstandakı hakimiyyətini tanımayaraq
ordusu ilə Budinə hücum etmiş və Zapolyanı məğlub etmişdi
(1527). Dərhal Osmanlıya müraciət edərək onun macar kralı kimi
tanınmasına qarşılıq illik vergini İstanbula ödəyəcəyinə söz
vermişdi. Ancaq bu təklifi rədd edən I Süleyman 10 may 1529
tarixində yeni bir səfərə çıxma qərarı almışdı. 1529-cu ilin
sentyabrında Budin təkrar ələ keçirimiş və Zapolya taxta geri
gətirilmişdi. Bundan dərhal sonra Osmanlı ordusu Avstriya
sərhədini keçərək, 27 sentyabr günü Vyana şəhərini mühasirəyə
almışdır. Ancaq ağır hava şəraiti (qışın gəlişi), möhkəm qala
divarlarını yıxmaq üçün lazım olan ağır topların gətirilməməsi
səbəbilə mühasirə qaldırılmış və ordu İstanbula geri dönmüşdü.
Alman səfəri (1532-1533) I Vyana mühasirəsinin uğursuz
olmasından sonra, Qanuni Süleyman Alman torpaqlarına bir səfər
planlamışdı. Məqsəd həm V Karlın qardaşı Ferdinanda dərs ver-
mək, həm də Vyananı yenidən təhlükə altında buraxaraq Habs-
burqları açıq meydan müharibəsinə çəkmək idi. Krım xanlığından
gələn yardımcı qüvvələrlə bərabər 150 minlik Osmanlı ordusu
162
Almanya torpaqlarında irəliləyərək, Kanije, Güns, Graz kimi
mühüm qalaları ələ keçirmişdi. V Karl açıq meydan müha-
ribəsindən çəkinərək müdafiə taktikasını seçmişdi. Bir tərəfdən də
Osmanlı əleyhinə şərqdən hərəkətə keçməsi üçün Səfəviləri təşviq
edirdi. Aralıq dənizində də Malta sərkərdələri fəaliyyətə keçmişdi.
Buna baxmayaraq V Karl və qardaşı Ferdinand ikinci Mohaç
fəlakətinin yaşanacağından qorxaraq sülh istədilər. Bu arada
Anadoluda da qarışıqlıqlar özünü göstərməkdə idi. Bunun üzərinə
Qanuni hələlik almanlarla sülh imzalayıb bütün diqqətini
Səfəvilərə yönəltmək qərarı aldı.
22 iyun 1533 tarixində Avstriya Hersoqluğu və Osmanlı
dövləti arasında İstanbulda sülh bağlandı. Yazılı bir mətnə
əsaslanmayanbu sülhə görə Ferdinand, protokolda Sultan
Süleymanı “atası” kimi bilib itaət edəcəkdi. Vəzir İbrahim Paşanı
isə “qardaşı” olaraq qəbul edəcəkdi. Öz aralarında belə olsa
Osmanlı padşahı xaricində heç bir hökmdardan “imperator” deyə
bəhs etməyəcəkdi. Bu andlaşmaya görə Macarıstan ikiyə ayrıl-
mışdı. Osmanlının nəzarəti altındakı torpaqlarda Zapolyanın
krallığını tanıyan Ferdinanda da Macarıstanın qərbindəki kiçik bir
hissə buraxılmışdı. Ferdinand bunun qarşılığında Osmanlıya illik
30.000 qızıl vergi verməli idi. Bu müqavilə Osmanlının Mərkəzi
Avropada üstünlüyünün bariz nümunəsi idi.
Bu müqavilənin şərtlərinə bir müddət riayət edən Ferdinand
Zapolyanın 1540 tarixindəki ölümündən sonra Macarıstan taxtına
iddiasını sürdürməyə başlamışdı. Lakin Zapolyanın xanımı
İzabella da ərinin ölümündən bir neçə gün əvvəl dünyaya gətirdiyi
oğlu Janos Sigmund Zapolyanın adından Macarıstanın başına
keçməsi üçün Süleymandan icazə almışdı. Bütün bunları bilən
Ferdinand 1541-ci ilin avqustunda Budini mühasirəyə aldı. Bunun
üzərinə I Süleyman 23 iyun 1541 tarixində orduyla birlikdə səfərə
çıxdı və Budindəki Ferdinandın qoşunlarını məğlub etdi. Budin
mühasirəsini qaldırdıqdan sonra qurulan Budin əyalətiylə
Macarıstanı birbaşa Osmanlıya bağlayan Süleyman İzabella
Jagiellonka və oğlu Sigmund Zapolyanı Erdelə göndərdi. Fəqət
rahat durmayan Ferdinandın 1542 tarixində yenidən Budinə
163
hücum etməsiylə Osmanlı ordusu da yenidən səfər hazırlığına
başlamışdı. 1543-cü ilin avqustunda Esterqon qalası, Siqlos ve
Szeged şəhərləri də ələ keçirilmişdi. Tərəflər arasında fasilələrlə
sürən çarpışmalardan sonra 1547 tarixində Müqəddəs Roma
imperiyası ilə Osmanlı dövləti arasında imzalanan ilk yazılı
andlaşma sayılan İstanbul andlaşması ilə Ferdinand və V Karl
Macarıstandakı Osmanlı hakimiyyətini tanımağı və Habsburq
xanədanına məxsus olan şimali və qərbi Macarıstan üçün illik
30.000 qızıl duka vergi verməyi qəbul etmişdi.

Osmanlı və Fransa arasında imzalanan kapitulasiya


müqaviləsi
Kapitulasiya (latınca:"kapitus", yəni fəsil) — ilk dəfə 1536-
cı ildə Osmanlı dövləti ilə Fransa arasında bağlanmış müqavilə
fəsillərə bölündüyü üçün belə adlandırılmışdı.
Sultan Süleyman Habsburqlara qarşı mübarizədə xristian
cəbhəsini parçalamaq üçün, ondan yardım istəyən Fransanı
dəstəkləmək siyasəti güdmüşdü. Bu isə Osmanlılarla Fransanın
yaxınlaşmasını və ilk fransız-türk müqaviləsinin bağlanmasını
doğurmuşdu. Bu müqavilənin mətnindən məlum olur ki, Osmanlı
hökuməti Fransaya əsasən aşağıdakı imtiyazları vermişdi: 1)
Fransız səfiri İstanbulda, konsulu isə İsgəndəriyyədə əyləşəcək. 2)
Fransız tacirləri 5%-dən yuxarı gömrük ödəməyəcək. 3) Onlar
Osmanlı mülklərinə gəlişlərinin ilk 10 ilində bütün vergilərdən
azaddırlar. 4) Avropa millətləri – ingilislər, kataloniyalılar,
siciliyalılar, genoalılar, portuqallar və b. Fransız bayrağı altında
üzə bilərlər və Osmanlı mülklərində Fransa qəyyumluğunda ticarət
apara bilərlər. 5) Fransızlar öz dinlərinə sərbəst şəkildə riayət
etməkdə azaddırlar və Fələstində müqəddəs yerlərini qoruya-
caqlar. Lakin şəriətə müvafiq, fransızlara, monastırlara və kilsələrə
Osmanlı dövlətində daşınmaz əmlaka malik olmaq qadağan
olunurdu. Əvəzində türk hökuməti vəd edirdi ki, fransızlar təqib
olunmayacaq, qazılər onları məhkum edə bilməz, İslam onlara
zorla qəbul etdirilməyəcək.

164
1535-ci ildə Osmanlı imperiyası tərəfindən Fransaya verilən
məşhur «kapitulyasiyalar» Avropada böyük əks-səda doğurmuşdu.
İlk vaxtlarda sırf iqtisadi xarakter daşıyan bu müqavilələr Qərbi
Avropa dövlətlərinin Osmanlı mülklərində əvvəlcə ticarət, daha
sonralar siyasi fəallığı üçün böyük imkanlar açmış oldu. Məhz
fransız kapitulyasiyaları gələcəkdə digər Avropa dövlətləri üçün
nümunə olmuşdu. Orta əsrlərdə ticarət münasibətlərini
tənzimləyən hüquqi akt yeni dövrdə Türkiyənin müstəmləkə
asılılığına salınması üçün bir alət olmuş və ölkənin sosial-iqtisadi
tərəqqisini əngəlləmişdi.
1536-cı il müqaviləsinin gizli şərtlərinə görə, Türkiyə və
Fransa Alman imperiyasına qarşı eyni vaxtda hərbi əməliyyatlara
başlamalı idi. Fransanın katolik dünyasının reaksiyasından
çəkinərək Osmanlı ilə itifaq qurduğunu gizli tutmağa çalışmışdı.
Osmanlı ilə danışıqlar aparmasını xristianları himayə etməsi ilə
əlaqələndirmişdi. Tarix də onu göstərir ki, Habsburqlara qarşı
varlığını qorumasnı, Fransa məhz Osmanlıya borcludur.
Osmanlı Habsbuqlara qarşı mübarizə aparmaq üçün
Fransanı həm hərbi, həm də maddi cəhətdən dəstəkləmişdi.
1543-ci ildə Fransanın kömək tələbi üzərinə Barbaros
Xeyrəddin əmrində 100-160 arasında döyüş gəmisindən meydana
gəldiyi təxmin edilən donanma səfərə çıxmışdı. Osmanlı əsgərləri
Fransızlar tərəfindən mərasimlə qarşılanmış və 20 Avqust 1543
tarixində Nice ələ keçirilmişdi.
Yenə də Habsburqlarla Fransa arasında 1551 tarixindən bəri
davam edən müharibədə məğlub olmağa başlayan Fransa kralı II
Henri Sultan Süleymana məktub yazaraq yardım istəmişdi.
Osmanlının müdaxiləsi ilə fransızlar yenə ayaqda qala bilmişdilər.

Katolik kilisəsinin parçalanmasında Osmanlının rolu

XV-XVI əsrlərdə Avropada katolik kilsəsinə qarşı başlanan


dini etirazlar, Reformasiya hərəkatını doğurmuşdu. Almaniyada
Martin Lüterin, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları
protestantlığın əsasını qoymuşdu. Protestantlıq katolik kilisəsinin
165
başında duran Papanın və onun himəyadarı sayılan Habsburqlar
xanədanlığı üçün böyük təhlükə idi. O dövrdə Habsburqlarla
mübarizə içində olan Osmanlı, protestantlıq və katolik nüfuzuna
qarşı mübarizə aparan cərəyanlardan məharətlə istifadə etmişdi.
İ.H. Uzunçarşılı, “Osmanlı Tarihi “ adlı əsərində “Feridun Beyin
Münşeatında “ yer alan tarixi vəsiqələrdən yola çıxaraq,
Qanuninin, Alman İmperatoru Karlı öz içindən vurmaq məqsədilə
plan tərtib etdiyini, Martin Lüterlə irtibata keçdiyini, onunla
yazışdığını, Papaya qarşı mücadilə başlatması Osmanlı əsgərinin
qurudan və dənizdən ona yardım edəcəyini sənədlərlə əks
etdirmişdir. Tarih ve Tabiat Vakfından çıxan, Hans Pfeffermannın
yazdığı, tərcüməsini Kemal Beydillinin etdiyi ‘Rönesans
Papalarının Türklerle İşbirliği’ kitabı da bu mövzuda mühüm
mənbədir.
Yeri gəlmişkən qeyd edək ki, XVI əsr Avropasında xüsusilə
sadə xalq arasında heyranlıq doğuran Osmanlı gerçəklərindən
birisi də türklərin tam dini dözümlülüyü, “çağdaş dövrün ifadəsi
ilə desək, dini tolerantlıq” idi. Osmanlı dövləti hüdudları daxilində
yaşayan bütün xristianlar öz dinlərinin ehkamları əsasında yaşayır,
heç bir inkviziasiyaya məruz qalmır və təqib olunmurdular.
Halbuki, həmin dövrdə Avropa hökmdarları rəsmi xristianlıq
xaricində təriqət və inanclara məxsus bütün dindarları təqib edir,
müəyyən zamanlarda həvəslə və kütləvi şəkildə məhv edirdilər.
Protestanların Avropada katoliklər tərəfindən təqib və
təhdidlərə məruz qalması səbəbindən bir çox Avropalı protestant
son çıxış yolu kimi, ya Şimali Amerikaya köçməyi seçmiş, ya da
ki Osmanlının himayəsinə sığınmışdır.
Sultan Süleyman Qanuninin rəhbərliyi ilə Osmanlı ordusu
İspaniya zülmündən təkcə müsəlmanları deyil, oradakı yəhudiləri
də qurtarmış, hətta Roma Papasına məktub göndərərək İtaliyada
həbsdə olan Maranları (Xristianlığı guya qəbul edən gizli
yəhudilərə Maranlar, yəni “dönmələr” deyilmişdi) da həbsdən azad
etdirərək Türkiyəyə gətirtmişdi.

166
Osmanlı donanmasının dənizdəki fəaliyyətləri
Qanuni Süleymanın dövrü Osmanlı dənizçiliyinin
zirvəsidir. Bunda Aralıq dənizində piratlıq edən Xızır Rəisin
Osmanlı xidmətinə girməsinin də böyük rolu olmuşdur. Osmanlı
dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı (Kaptan-i
Dərya) olan Xızır Rəisə dövlət və İslam qarşısındakı xidmətlərinə
görə Qanuni Süleyman tərəfindən"dinin xeyirlisi" mənasını
daşıyan Xeyrəddin adı verilmişdi.
Rodosun fəthi (1522) — Rodos adası 1309-cu ildən katolik
xaçlı cəngavərlərinin idarəsi altında idi. Rodos adası 1522-ci ildə
Osmanlı sultanı Sultan Qanuni Süleyman tərəfindən göndərilən
tam təminatlı 100.000 əsgər və 400 gəmidən ibarət olan Osmanlı
donanması tərəfindən fəth olunmuş və bununla da ada Osmanlı
imperiyasının ərazisinə qatılmışdır.Adanın idarəsi Osmanlı
imperiyasının nəzarətinə keçdikdən sonra cəngavərlər özlərinə
yeni mərkəz axtarmağa başlayırlar. Bəzi dövlətlərin ərazilərində
yaşamaq və təşkilatlanmaq üçün müaricət etsələr də, bir çox
müraciətlər rədd edilir. Dini baxımdan ona yaxın olan Müqəddəs
Roma imperiyasının kralı V Karl Malta adasını ordenin sərən-
camına verir.
Əlcəzairin yenidən Osmanlıya ilhaqı (1534/1535) 1516-
1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak edən Xızır
Rəis və qardaşları Əlcəzairi ələ keçirərək Osmanlıya bağlılıqlarını
bildirmişdilər. Yavuz Sultan Səlim də Xızır rəisi Əlcəzair
Bəylərbəyliyinə təyin edərək onu himayəsi altına almışdı. 1519-cu
ildə Xızır rəis ispan donanmasını yenə məğlubiyyətə uğradır, lakin
yerli ərəblərlə və Tunis bəyi ilə mübarizədə istənilən nəticəni ala
bilmədiyi üçün bir müddət Əlcəzairi tərk etmək məcburiyyətində
qalmışdı. 1534-1535-ci illərdə Əlcəzair əyalət şəklində yenidən
Osmanlıya ilhaq olunmuşdu. 1541-ci ildə Müqəddəs Roma
imperatoru V Karlın donanmasının Əlcəzairi işğal etmə təşəbbüsü
də, Avropalıların həziməti ilə nəticələnmişdi.

167
Tunisin ələ keçirilməsi və itirilməsi (1534/1535)
Barbarossa Paşa komandanlığındakı Osmanlı donanması
İstanbuldan yola çıxaraq əvvəlcə İtalya sahillərini vurdu, sonra isə
cənuba doğru enərək 16 avqust 1534-cü ildə Tunisə hücum etdi.
Tunisin bərbəri sülaləsindən olan hökmdarı Mövla Həsən Osmanlı
təzyiqi altında tab gətirməyib qaçdı. Fəqət Tunisi əldə tutmaq
mümkün olmadı. Mövla Həsən İspaniyanın da yardımı ilə 1535-ci
ilin iyun ayında Tunisi ələ keçirmiş, Osmanlı geri çəkilmişdi.
1574-cü ildə Osmanlılar Tunisi yenidən fəth edərək, öz nüfuzu
altına ala bilmişdi.

Preveze dəniz zəfəri (1538)


1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə
Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib
donanması arasında dəniz döyüşü baş vermişdi. Döyüşdə
Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral
Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etmişdi. Bu
dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donan-
masına müqavimət göstərə biləcək donanma qalmamış və Aralıq
dənizində türk hakimiyyəti başlamış oldu.

Cerbe dəniz müharibəsi (1560)


1538-ci ildə Prevezedə olan məğlubiyyət və 1541-ci
ildə imperator Karlın fəlakətlə nəticələnən Əlcəzair yürüşündən
sonra Aralıq dənizinin güclü dəniz qüvvələrinə sahib olan İspaniya
və Venesiya dövlətləri, Osmanlılar və müttəfiqləri olan piratları
özlərinə böyük bir təhdid olaraq görməyə başladılar. Bu məqsədlə
İspaniya, Papa, Malta, Genoa, Venesiya və Savoya Hersoqluğunun
birləşməsi ilə yaradılan və 100-150 hissə gəmi və təxminən 30 min
əsgərdən ibarət olan donanma hazırlandı. 1560-cı ilin may ayında
Tunisin Cerbe adası yaxınlığnda Kaptan-ı Dərya Piyalə Paşanın
komandanlığndakı Osmanlı donanması ilə xaçlı donanması
arasında böyük bir döyüş yaşanmışdı. Osmanlıların böyük bir
qələbə qazandığı bu müharibədə Səlib gəmilərinin yarısı
batırılmışdır. Türk tarixində Cerbe qələbəsi, Prevezedən sonra
168
gələn ikinci böyük dəniz qələbəsi kimi bəhs edilir. Cerbe
müharibəsində qazanılan qələbə ilə Osmanlı İmperiyasının Aralıq
dənizində 22 il əvvəl Preveze qələbəsi ilə başlayan hakimiyyəti
zirvə nöqtəsinə çatmışdır.
Bir neçə il sonra 1565-ci ildə Osmanlı donanması Rodosdan
qaçan xaçlı cəngavərlərinin yeni bazası olan Malta adasını
mühasirəyə almış, ancaq bu dəfə uğur əldə edilməmişdi
(mənbələrə görə Osmanlının itkisi 25- 35 mim civarında idi).
Osmanlının bu uğursuzluğu Vatikanda böyük sevincə səbəb
olmuş, xaçlıların qələbəsi şərəfinə günlərcə kilisə zəngləri
çalınmışdı. Stratejik baxımdan çox mühüm olan Malta adasının
türklərin əlinə keçməsi, başda Roma şəhəri olmaqla İtaliya üçün
böyük bir təhdid ola bilərdi. Maltada xaçlıların qələbəsi, Avropada
Osmanlların da məğlub edilə biləcəyini göstərmişdi. Bu
uğursuzluğa baxmayaraq Osmanlı donanması toparlanaraq Egey
dənizində Genoa koloniyası olan Sakız adasını fəth etmişdi(1566).
Sakız adasının fəthi ilə, qərbi Anadolu sahillərinin təhlükəziliyi də
əmin edilmiş oldu.

Osmanlı donanmasının Hind Dəniz səfərləri


XVI əsrdə Hind okeanı bölgəsi uğrunda mübarizə aparan
əsas tərəflər Osmanlı imperiyası və Portuqaliya idi.Osmanlı
imperiyasının Hind okeanı bölgəsində başlıca problemi
portuqalların burada güclənməsi və Şərqlə ticarəti Qırmızı dəniz
və İran körfəzindən Ümid Burnuna keçirmələri cəhdi idi. Üstəlik,
portuqallar Osmanlı ticarətinə də müdaxilə etməkdən çəkin-
mirdilər. İran körfəzinə çıxışda yerləşən Hörmüzün və Qırmızı
dənizin çıxışında yerləşən Ədənin ələ keçirilməsi portuqalları
Osmanlılardan üstün etmişdi. Bundan əlavə, portuqallar Tunisi də
tutmaq niyyətində idilər. Bu arada portuqallar Hindistandakı mü-
səlman sultanlıqları üçün də təhdit olmaqda idi. 1535 tarixində
Qucarat sultanı Bahadır şah göndərdiyi məktubla portuqallara
qarşı apardığı mübarizədə kömək istədi. Bunun ardından I
Süleyman, Hadım Süleyman Paşa rəhbərliyi ilə Hindistana
donanma göndərdi. Süveyşdən yola çıxan Süleyman Paşa ilk
169
növbədə Qırmızı dənizin cəbunundakı Ədəni (Yəmən) ələ keçirdi.
Daha sonra ərəb yarımadasının ve İranın cənubsahillərini izləyərək
Hindistana doğru yol almışdı. Bu əsnada Qucarat sultanı Bahadır
şah vəfat etmiş, yerinə keçən III Mahmut şah isə portuqallarla
anlaşmışdı. Bunun üzərinə Osmanlı donanması geri dönmək
məcburiyyətində qalmış, amma səfər əsnasında Yəməni və
Həbəşiştan sahillərindəki bir çox məskənləri ələ keçirə bilmişdi
(1538).
Portuqalların hücum edərək Ədəni işğal etməsi üzərinə
Osmanlı ikinci Hind səfərinə qərar vermişdi. 1548 tarixində Ədən
portuqallardan geri alınmış və yenidən Osmanlı imperiyasına
birləşdirilmişdi. Avqust 1552 tarixində isə Portuqaliya krallığına
məxsus Maskat bölgəsini (Oman) özünə tabe edən Osmanlı
qüvvələri daha sonra Ərəbistan yarımadasının sahil əyalətləri
Qətər və Bəhreyn bölgəsini də ələ keçirmişdi. Ancaq güclü bir
Portuqaliya donanmasının gəldiyini öyrənincə, donanmanı Bəsrə
körfəzində boş buraxıb özü geri dönmüşdü. Bu vəziyyət böyük
reaksiya doğurmuş və həbs olunmuşdu. 1554 tarixində isə I
Süleyman tərəfindən edam edilmişdi (Mənbələr Piri Rəisin 90
yaşında olduğunu qeyd edirlər).
1552-ci ildə Osmanlı donanmasına bağlı bəzi gəmilər
portuqallar tərəfindən Bəsrə körfəzində sıxışdırılmışdı. Onları
qurtarmaq üçün Qoca Murat Rəisin komandanlığında 3-cü Hind
səfəri gerçəkləşmişdi. Portuqallarla toqquşmada Osmanlı donan-
ması üstün olsa da, vəzifəsinin öhdəsindən gələ bilməmiş, türk
gəmilərini qurtara bilməmişdi. Bu səbəbdən bir müddət sonra
Qoca Murad Paşa da vəzifəsindən azad edilmişdi.
1553-cü ildə Seyid Əli Rəisin başçılıq etdiyi 4-cü Hind
səfərindən də istənilən nəticə əldə olunmamışdı. Portuqal donan-
ması ilə gedən döyüşlər və Hind okeanında baş verən fırtınalar
səbəbilə türklər ağır itkilər vermiş və geri çəkilmək məcbu-
riyyətində qalmışdı.
Hindistan dəniz səfərlərinin nəticələri:

170
- Ərəbistan yarımadası, Həbəşistan, Sudan və Eritreya
Osmanlı hakimiyyəti altına girdi. Qırmızı dənizdə türk nüfuzu
artdı.
- Fəqət Hind dənizində Portuqallara qarşı üstünlük qurula
bilməmişdi. Bunda həm yerli xalqın türklərə tam dəstək
çıxmaması, Osmanlı donamasının uzaq dənizlərdə və okeanlarda
güclü düşmənlərlə rəqabət edəcək səviyyədə olmaması da rol
oynamışdı.

3. Qanuni dövründə Osmanlının şərq siyasəti

Osmanlı-Səfəvi münasibətləri
Sultan Səlimin vəfatından sonra da Osmanlı-Səfəvi
münasibətləri düşmənçilik olaraq qalmaqdaydı. Şah İsmayıl yalnız
1523-cü ildə Sultan Süleymana ilk məktubunu yazıb, onu həm
taxta cülusu, həm də Rodosu fəth etməsi münasibətilə təbrik
etmişdi.. Sultan Süleyman Osmanlı taxtına çıxdığı ilk illərdən
başlayaraq “Şərq diyarına” Səfəvilərə hücum etmək fikrində idi.
Bu məqsədini həyata keçirmək üçünsə hər hansı bir bəhanə lazım
idi. Şah Təhmasibə atasının vəfatından az sonra sultanın olduqca
təhdid bir məktubu təqdim olundu. Şah İsmayılın 1523-cü ildə, gec
də olsa Osmanlı sultanının taxta çıxmasını təbrik etdiyinə
baxmayaraq, görünür ki, diplomatik əlaqə saxlamaq naminə həmin
hadisə yeni Səfəvi hökmdarı tərəfindən də alqışlanmalı və hətta
Səfəvilərin hərbi cəhətcə onlardan güclü Osmanlılardan asılılığı
xüsusi olaraq qeyd edilməli idi. Şah Təhmasibə gələn məktub
təhqiramiz ifadə və hədələrlə dolu idi: “Nə üçün sarayıma adam
göndərib, öz tabeliyini bizə izhar etmədin? Ağlının nöqsanı mənim
yaxın vaxtlarda Şərq diyarına hücum edəcəyimə səbəb olubdur.
Çadırımın təkcə Təbriz və Azərbaycanda deyil, bəlkə də bütün İran
və Turan məmləkətlərində qurulması müəyyən edilmişdir”. Sultan
Süleyman bu hədə-qorxudan sonra Səfəvi şahına hətta döyüşsüz
təslim olmağı təklif edir: “İndi sən gərək öz xanimanın və
məmləkətini taraca vermədən tacını başından çıxarıb, əcdadın
kimi əyninə kətan parçadan paltar geyərək dərvişlik zaviyəsində
171
əyləşəsən. Fərmanıma cavab göndər, əgər ərsənsə döyüşə hazır
olasan”.
Belə sərt yazılmış məktub göndərildiyinə baxmayaraq,
Qanuninin Səfəvilərə qarşı səfəri 1533-cü ilə kimi ləngimişdi.
Bunun ən başlıca səbəbi isə Osmanlı dövlətinin Avropada
müharibələr aparması idi. Xorasan uğrunda Səfəvilərlə amansız
müharibə aparan Özbək xanları da Osmanlı sultanına bir an öncə
“kafir qızılbaşlara” qarşı hərəkətə keçmək üçün təşviq edirdilər.
Nəhayət 1533-də Habsburqlarla atəşkəs bağlandıqdan sonra
Osmanlı ordusuna şərqə doğru səfər əmri verilmişdir. Səfər 2
mərhələdən ibarətdir. Birinci mərhələ 1533-cü ilin yayında baş
tutmuş və İraq-i Əcəm adlanan İranın şimal-qərbinə yönəlmişdi.
İkinci mərhələ isə 1535-ci ilin yazında başlamış, Bağdad və
ətrafına yönəlmişdir. Buna görə də tarixi mənbələrdə İraqeyn (iki
İraq) Səfəri adlanır. Osmanlıların Səfəvi torpaqlarında irəliməsi
qarşısında I Təhmasib atası Şah İsmayılın buraxdığı səhvi
təkrarlamaq istəməmiş və açıq döyüşdən çəkinmişdi. Təhmasibin
əmri üzərinə Osmanlıların keçdiyi ərazilərdə ərzaq ehtiyatları
gizlədilmiş, otlaqlar məhv edilmiş, yandırılmış torpaq taktika-
sından istifadə edilmişdi. Həmçinin Osmanlılara qarşı bəzi yerlərin
əhalisi də güclü müqavimət göstərmişdi. Sultan Süleyman I Şah
Təhmasibə göndərdiyi məktubda onu qorxaqlıqda təqsirləndirib
döyüşə başlamağı təkid etsə də, I Şah Təhmasib Osmanlıların
sayca çox olmasını nəzərə alaraq, əsaslı döyüşdən çəkinmiş, tətbiq
etdiyi döyüş taktikasını davam etdirmişdi. Havanın soyuması,
ərzaq çatışmamazlığı nəticəsində Osmanlılar böyük itkilər verərək,
qışlamaq üçün Bağdad istiqamətində geri çəkilmişdilər. Bu səfər
nəticəsində tam istədiyinə nail olmayan Qanuni Süleyman, 1535-
ci ilin yazında Bağdaddan Azərbaycana doğru hərəkət etmişdi. I
Şah Təhmasib bu dəfə də Osmanlılara qarşı yandırılmış torpaq
taktikasından istifadə etmişdi. Təbriz şəhəri ikinci dəfə Osman-
lıların əlinə keçsə də, burada uzun müddət qala bilməmişdilər. I
Şah Təhmasib Sultan Süleymanın yanına öz elçilərini göndərərək,
Ərəb İraqını vermək şərti ilə sülh bağlamağı təklif etsə də, Sultan
barışıq təklifini rədd etmişdi. Səfər əsnasında ərzaq qıtlığından və
172
taun xəstəliyindən Osmanlı ordusunun canlı qüvvəsi böyük itkiyə
məruz qalmaqdaydı. Qızılbaşların aparmış olduğu partizan
müharibəsi də Osmanlıları zəiflədirdi. Qanuni Süleyman ikinci
yürüşdə də istədiyini ala bilməmişdi. Şah Təhmasibi bu dəfə də
döyüşə cəlb edə bilməyən Sultan Süleyman Anadoluya qayıtmış,
onun ardınca hücuma başlayan qızılbaşlar isə Van və Ərciş
qalalarını ələ keçirmişdilər. Osmanlının Səfəvilərə qarşı bu
səfərlərini uğursuzluq kimi qiymətləndirən I Təhmasib, Osmanlı
sultanına bir şeir yazıb göndərərək, rəqibin məğlubiyyətini özünün
müqəddəs nəsildən olması ilə izah etmişdi. Maraqlıdır ki, Sultan
Süleyman da bu şeirə nəzirə olaraq cavab yazmışdır. Beləliklə, I
Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni
(diyaloq) onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni
ana dilində deyişmə formasında davam etdirmişlər.
Qofteye-Şah Təhmas
Şahi-mərdan dövlətində geydügim narincidür,
Nara qarşu varmazam, zira bəni nar incidür.
Xan Süleyman gəldi kim, bizdən vilayət istəyə,
Biz anı yola qoduq, yollar anı zar incidür.
Bu cəhanə kim ki, gəlmişdir, yola gəlmişdürür,
Bir qədəm taşra çıxanı bigüman xar incidür.
Xanəsindən taşra çıkub tağlara düşən kişi,
Bad əsüb baran olur, zəhmət çəkər, qar incidür.
Şahi-Təhmasəm cahanda, şahi-şəh, nəsli-Əli,
Yar ilə yar olmuşam, sanma ki, əğyar incidür.
Nəzireye-Sultan Süleyman xan
Şah Süleymanam cahanda, geydügim narincidür,
Səbbi-əshab eyləyənləri yakar nar, incidür.
Ol Rəsuli-kibriyanın yarıvü əshabına,
Gər sən iqrar eyləməzsən, bəlkə inkar incidür.
Cümlə aləm bu cəhana yolla gəlmişdürür,
Yoldan azğın olubən çıxanları xar incidür.
Bərrü bəhrün şahıyam, seyran dilər könlüm bənim,
Pəs müsafir evini yövmül-şita qar incidür.

173
Ali-Osmanam cahanda, taleim qüvvətlidür,
Səltənət sədridə sanma bəni əğyar incidür.
Sultan Süleymanın qızılbaş torpaqlarında qala bilmədiyini
nəzərə çatdıran tarixçi Əbdülhüseyn Nəvai yazır: “Mərkəzi
Avropada Vyana şəhərini tutan və İstanbuldan İsveçrəyə qədər
ölkələri zəbt edən Sultan Süleyman İranla bacarmadı, Avropada
hökmranlıq edən ən qüdrətli türk sultanı İranla bacarmadı”. Lakin
bu heç də o demək deyildi ki, Osmanlı Səfəvilərə hücum etmək
cəhdindən tamamilə əl çəkmişdi.
Sultan Süleymanın “Şərq diyarı”na üçüncü yürüşünün əsas
təhrikçisi və səbəbkarı Şah Təhmasibin qardaşı, 1538-ci ildən bəri
Şirvanda bəylərbəyi olan, 1547-ci ildə isə Şirvanda uğursuz
müstəqillik cəhdindən sonra İstanbula qaçan Əlqas Mirzə olmuş-
dur. İndi artıq Osmanlıların əlində Səfəvilərə qarşı istifadə edə
biləcəyi gözəl fürsət yaranmışdı. Səfəvi taxtına əllərində kukla
olan şahzadə Əlqas Mirzəni oturtmaqla “qızılbaş təhlükəsi”ndən
bir dəfəlik qurtulmaq üçün kifayət qədər şərait yaranmışdı. Əlqas
Mirzə Sultan Süleymana söz verir ki, əgər Səfəvilər üzərində qalib
gələrsə, yerli əhali onu böyük sevinc və həvəslə qarşılayacaqdır.
Sultan Süleyman Əlqasdan belə bir mənəvi dayaq aldıqdan sonra
Təbrizə qoşun yürüdür. Sultan Süleymanın ordusu 1548-ci il
iyulun 27-də Təbrizə daxil oldu. Təbriz əhalisi Osmanlılara qarşı
üsyan qaldıraraq ciddi müqavimət göstərirdilər. Su mənbələrini və
suvarma kanallarını doldurdular. Osmanlı ordusu böyük çətinlik
qarşısında qaldı. Yem çatışmaması üzündən minlərlə at, dəvə və
qatır məhv oldu. Təbrizdə qalmağın və irəliləməyin mümkün
olmadığını görən Osmanlılar 1548-ci il avqustun 1-də Təbrizdən
geri çəkildilər. I Sultan Süleyman Kürdüstandan keçərək Van
qalasını ələ keçirdi, sonra Diyarbəkirə döndü. İbrahim xan və
Məhəmməd bəy Türkmənin başçılığı ilə qızılbaş dəstələri Osmanlı
ordusunu təqib edir və onlara böyük tələfat verirdilər.Süleymanın
əmri ilə Əlqas Mirzə beş minlik dəstəsi ilə Kürdüstandan
Həmədana, oradan Quma, sonra Kaşana daxil oldu. Şahın
yaxınlaşma xəbərini aldıqda Şiraz-İsfahan yolu ilə Bağdadın
hüdudlarına çıxdı. Lakin 1549-cu ildə ələ keçirilərək Qəhqəhə
174
qalasında öldürüldü.Şah Təhmasib Osmanlıların gələcəkdə
yürüşlərinin qarşısını almaq, Şərqi Anadoluda qarətlər, talanlar
törətməklə bu bölgəni keçilməz həddə gətirmək və nəhayət
Osmanlıları sülh bağlamağa məcbur etmək üçün özü Kürdüstanda
Osmanlı sərhəddinə yürüşlər etdi.Şah Təhmasibin həyata keçirdiyi
tədbirlər Sultan Süleymanın yenidən yürüşünə səbəb olmuşdu.
Səfər öncəsi özbək xanına məktub göndərərək onların da hərəkətə
keçməsini istəmişdi: “Biz Azərbaycan torpağında və İraqi-Əcəmdə
kama yetdik, qazilərimiz neçə-neçə qala aldı. İki ilə yaxındır ki,
əsgərlərimiz öz ipək libaslarını polad paltarlarla əvəz etmişdir.
Əgər o tərəfdən də (yəni Mavəraünnəhrdən) din qoşunları hücuma
keçərsə, o yolunu azmış tayfa yer üzündən silinər. Həmin yolunu
azanlar olduqca zəifdirlər. Əgər Sizin də qoşunlarınız o müridləri
əzmək üçün, gələrsə, işlərimiz düzələr.”
Sultan Süleyman qızılbaşlara müxalif olan hakimlərə də
məktublar göndərərək, onların da hərəkətə keçməsini istəmişdi.
1554-cü ildə Səfəvilərə qarşı dördüncü yürüşünə başlayan Sultan
Süleyman böyük ordu ilə Qarsa gəlib, oradan Naxçıvan
istiqamətinə hərəkətə başladı. O, Qarsda olarkən, şah Təhmasibə
məktub yollayaraq, onu “din yolundan döndüyü və düzgün şəriəti
dəyişməklə insaf dairəsindən çıxdığı” üçün töhmətləndirir, artıq
“şüarı küfr olan Şərq diyarını dağıtmaq niyyəti ilə fəqih və
seyidlərin fitva” verdiklərini bildirir, şahın yenə də, əvvəllərdə
olduğu kimi açıq müharibəyə dəvət edirdi: “Əgər, yenə cürət
etməsən şahlıq adı sənə haram olsun. Mənim bu fərmanıma cavab
göndərib, vaxtlı-vaxtında döyüşə hazır ol”. Ehtiyatlı şah və
uzaqgörən sərkərdə olan Şah Təhmasib, bu dəfə də hərbi qüvvə və
sayca qızılbaşlardan üstün olan Osmanlılarla üzbəüz gəlmir, lakin
Osmanlı ordusunun Naxçıvanda olmasından istifadə edərək,
özünün iki qoşununu Van bölgəsini, həmçinin Pasin vilayətini
işğal etmək, beləliklə də, geri qayıdacaq Osmanlı qoşunları üçün
ərzaq və daldalanacaq sarıdan çətinlik yaratmaq məqsədilə
hücuma göndərir. Doğrudan da, Naxçıvanda iki gündən çox qala
bilməyən, Bazarçay və Qanlıçəməni adlı yerlərdə məğlubiyyətə

175
uğrayan Osmanlı qoşunları tezliklə öz ordularına qoşularaq
Ərzuruma qayıtdılar.
Səfəvilərə qarşı aparılan müharibələrdən istənilən nəticənin
alınmaması üzərinə Qanuni Süleyman sülh danışıqlarına
başlamağa razı oldu.1555-ci il mayın 29-da imzalanmış Amasya
sülh müqaviləsi ilə müharibəyə son verildi. Bu müqavilə Osmanlı
dövləti ilə Səfəvi xanədanı arasında bağlanmış ilk rəsmi sülh
müqaviləsi oldu. Amasya sülh müqaviləsinə görə, Qərbi Gürcüstan
vilayətləri (İmereti çarlığı, Menqreliya, Quriya) Osmanlının təsir
dairəsinə, Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartli, Kaxetiya)
isə Səfəvilərin hakimiyyəti altına düşdü. Şərqi Anadoluda olduğu
kimi Ərzurum, Şəhrizor və Vanda da bir neçə bufer zonası quruldu.
Qars neytral elan edildi və mövcud qalası dağıdıldı. Osmanlılar,
şiə zəvvarlarının müsəlmanların müqəddəs Məkkə və Mədinə
şəhərlərinə, habelə İraqdakı şiə müqəddəs ziyarət yerlərinə
getmələrinə zəmanət verdi.
Beləliklə, təxminən yarıməsrlik gərgin Osmanlı-Səfəvi
siyasi münasibətlərindən sonra hər iki ölkə üçün zəruri olan
sakitlik dövrü başlanmışdı. Müvəqqəti olsa da, sülhün yaranması
XVI əsrin II yarısında ilk növbədə Azərbaycan ərazisində əmin-
amanlığın bərqərar olmasına və Səfəvi hərbi qüvvələrinin
müəyyən dincliyinə səbəb olmuşdu. Osmanlı isə hələ qüvvələrinin
Qərb dövlətləri, o cümlədən Avstriya, Venesiya, Macarıstan və
Kiprlə öz hərbi münaqişələrini davam etdirirdi. Səfəvi-Osmanlı
müharibələrinin davamını arzulayan Almaniyanın Türkiyədəki
səfiri Busbekin mülahizəsinə görə, əgər İran olmasaydı, Türkiyə
bərk şadyanalıqla onlarla (Avstriya-Almaniya bloku ilə) öz haqq-
hesabını çürüdə bilərdi. “Bizimlə ölüm arasında İran (Səfəvi)
durur”, deyən səfir Amasya sülhündən bərk narahat olduğunu açıq-
aşkar nümayiş etdirmişdi.
Amasya sülhü ilə Qanuni və Təhmasib arasında müla-
yimləşmənin yarandığını mənbələr də xəbər verməkdədir.
Sultan Süleyman tərəfindən Türküstan xanlarına göndərilən
məktublarda da artıq cəngə dəvət əvəzinə sülhə dəvət çağırışları
səslənmişdir. Hücumun artıq lüzumsuz olduğu bildirən Osmanlı
176
sultanı onlara “islam əhlinin asudəliyi üçün” Səfəvilərlə sülh
bağladığını xəbər verir, qızılbaşların da özbəklərin hakimiyyətində
olan “müsəlman ölkələrinə təcavüz” etməyəcəklərini bildirirdi.
1556-cı ilin 16 avqustunda İstanbulda 6 illik tikinti
işlərindən sonra inşası bitən Süleymaniyyə məscidinin istifadəyə
verilməsi münasibətilə Sultan Süleymanı təbrik edən Şah
Təhmasib bu məktubu ilə sanki dağıntı yox, abadlıq işlərində
çalışmağın savaba uyğun olduğunu anlatmışdır. Süleymaniyyə
məscidinin inşası xüsusunda Şah Təhmasibin bacısı Məhinbanu
adından da sultanın sevimli zövcəsi Xürrəm Sultana təbrik
məktubu yollamış, məktubla bərabər bir neçə nüsxə Quran və bir
neçə əla xalı da göndərilmişdi ki, bu hərəkət Osmanlı-Səfəvi
münasibətlərində keçici də olsa mülayimləşmə yarandığını
göstərməkdə idi. Hətta Səfəvi hökmdarı atasına qarşı gələrək ona
sığınan Şahzadə Bəyazidi də istəməyərək, iki dövlət arasında
savaşa səbəbiyyət verməmək üçün Osmanlıya təslim etmişdi.
Başda Venesiya olmaqla Avropa dövlətlərinin Səfəviləri Os-
manlıya qarşı hərəkətə keçməsi təqdirində gərəkli hərbi silah və
ləvazimatla təmin olunacağı, itirilmiş torpaqlarının qaytarılmasına
kömək edəcəkləri kimi şirnikləndirici təkliflərinə də aldanmayaraq
Osmanlı ilə münasibətlərində ehtiyatlı olmağa çalışmışdı.
Əlbəttəki hər bir dövlətin öz mənfəətləri olsa da, Şah Təhmasib
gözəl dərk edirdi ki, iki əzəmətli imperiyanı (Səfəvilər dövlətini və
Osmanlını bir-biriləri ilə döyüşdürmək, nəticədə isə onların hər
ikisini zəiflətmək Avropa dövlətləri üçün faydalı idi.

Kazan və Həştərxanın ruslar tərəfindən işğalına Osman-


lının mövqeyi
Qızıl Orda xanlığının tənəzzülü əsnasında Dəşti-qıpçaq
coğrafiyasında meydana gələn Qazan xanlığı (1438-1552) və Həş-
tərxan xanlığının (1466-1556) Osmanlı dövləti ilə münasibətləri
daha çox Krım xanlığı (1441-1783) vasitəsilə gerçəkləşməkdə idi.
Fateh Sultan Mehmed dövründən Osmanlı dövlətinin vassalı olan
Krım xanlığı vasitəsilə həm Kazan, həm də Həştərxan xanlığı bir
müddət Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Hər iki
177
xanlıq Osmanlı sultanının əhli sünnə məzhəbinin xəlifəsi kimi ali
hakimiyyətini qəbul etmişdi. O dövrdə bölgədəki müsəlman-türk
xanlıqları üçün ən böyük təhlükə Böyük Rusiya knyazlığı
olmuşdur. Dövlətinin ərazilərini xanlıqları işğal edərək genişlət-
məyi planlayan Rus çarı IV İvan Qroznının bu təcavüzkar siyasəti
qarşısında xüsusilə Krım xanları böyük mübarizə vermişdilər.
Böyük başqurd tarixçisi Zəki Vəlidi Toqana görə, IV İvanın ən çox
qorxduğu şəxs isə Qanuni Süleyman olmuşdu. Ona görə də,
sultanın yaxın çevrəsi ilə “dostanə” münasibətlər qurmağa
çalışmış, çeşidli hədiyyələrlə Osmanlı sarayındakı bəzi əyanları öz
tərəfinə çəkə bilmişdi. Bir sözlə, Kazanı işğal etmədən öncə ən
böyük əngəl olan Krım xanı I Sahib Giray haqqında Osmanlı
sarayında mənfi fikirlər yarada bilmişdi. O dövrdə Sahib Giray xan
da özünü müstəqil apararaq mərkəzi hakimiyyətə qarşı (Osmanlı
sarayı) bəzi davranışlar sərgiləməkdə idi. Hətta Osmanlı vəziri
Rüstəm Paşaya qarşı təkkəbbürlü davranışları və İran səfəri
əsnasında öz əsgərləri ilə qatılmaqdan imtina etməsi İstanbulda
hiddət doğurmuşdu. Sahib Girayın Kazan müsəlmanlarını da
nüfuzuna alaraq güclənməsindən ehtiyat edən Qanuni Süleyman
onun ortadan götürülməsi haqqında göstəriş vermişdi. Təbii ki
Krım-Osmanlı münasibətlərində yaranan bu gərginlikdən ən çox
yararlanan tərəf IV İvan Qroznı olmuşdur. Bəzi mənbələrdə
Qanuni Süleymanın rusların Kazana doğru irəliləməsi üzərinə
Noqay xanınna məktub yazaraq “Kazana yardım edin” istəyini
qeyd etsələr də, o dövrdə noqayların Osmanlıya nəzərən ruslarla
daha yaxın olduğunu da unutmamaq lazımdır. Fakt odur ki, 1552-
ci ildə Kazan ruslar tərəfindən işğal olunmuş və minlərlə tatar
türkü qətlə yetirilmişdi. Türkiyəli tarixçi Rəmzi Kılıcın bu
məsələyə münasibəti də maraqlıdır: “Rus Çarı IV. İvan, Kazan ve
Astarhan’da on binlerce Türkü katlederek, Türk illerini birer birer
işgal ettiği halde, Osmanlı devletinin Kanunî gibi büyük bir
padişaha rağmen zamanında gereken müdahaleyi yapmaması çok
ilginçtir.”
1556-cı ildə Həştərxan xanlığının da ruslar tərəfindən işğal
olunması, dolayı yolla Osmanlı mülklərini Rusiya ilə qonşu
178
etmişdi. Həştərxanın işgalından sonra Türküstan müsəlmanların
alternativ həcc yolları da bağlanmışdı. Bunun üzərinə Türküstanın
xadimləri tərəfindən Osmanlı sarayına çox sayıda məktublar
göndərilərək, müsəlmanların xəlifəsindən onları himayə etməsi
istənmişdi. Bunun üzərinə Qanuni Süleymanın Həştərxan səfərinə
çıxılması üçün hazırlıqlara başladığı haqqında mənbələrdə
məlumatlar yer almaqdadır. Fəqət Avropada vəziyyətin yenə də
kəskinləşməsi üzərinə Osmanlı əsas diqqətini qərbə yönəltmişdi.

4. Qanuni Süleymanın son Zigetvar səfəri və vəfatı

Osmanlı dövləti, 1562-ci ildə bağlanan müqaviləyə görə


illik vergisini ödəməyən Ferdinandın 1564 tarixindəki vəfatının
ardından taxta oturan II Maksimilyandan həm köhnə borcunu
ödəməyi, həm də gələcəkdəki vergisini ödəyəcəyi barədə təminat
istədi. II Maksimilyan İstanbula göndərdiyi elçiylə bu tələbləri
yerinə yetirəcəyi barədə söz verdi. Ancaq sərhədlərin qarşılıqlı
pozulmasının ardından və sədarətə gətirilən Sokullu Mehmed
Paşanın təhriki ilə I Süleyman 1 may 1566 tarixində 72 yaşınday-
kən 13-cü və son səfərinə çıxdı. 27 iyun tarixində Belqrada çatan
və burada Sigismund Zapolyanın qüvvələrinin də qatıldığı
Osmanlı ordusu 2 avqust tarixində Zigetvara çatdı. Süleyman isə
mühasirə bölgəsinə 5 avqust tarixində çatdı və mühasirənin görülə
biləcəyi bir təpədə çadırını qurdu. 7 sentyabr 1566 gecəsi, Zigetvar
qalasının alınmasından 1 gün öncə vəfat etdi. Ölüm səbəbi isə bəzi
qaynaqlarda qut və ya iflic olduğu qeyd olunur. Süleymanın vəfatı
48 gün boyunca gizlədildi və 21 oktyabr tarixində Osmanlı
ordusunun Zigetvardan ayrılmasına qədər gizli saxlanıldı. Səfərdə
ikən sultanın vəfatı ordunu ruhdan sala, mərkəzdə isə təşvişə səbəb
ola bilərdi. Bu barədə tarixçi İlbər Ortaylı yazır:
“Cahangir padşahın ölümü daxili qarışıqlıq təhlükəsinə
görə gizlədilir. Cəsədinin iç orqanları taxtın altına gömülür. Nəşi
isə mumiyalanır. Zigetvar qalası da həmin ərəfədə fəth edilir.
Sultanın nəşi geyindirilərək taxta oturdulur və müzəffər ordunun

179
rəsmi keçidi salamlanır. Dönüşdə “xəstə padşah arabasında
səyahət edir” deyilir”.
Beləliklə, sultanın mumiyalanmış cəsədi İstanbula
gətirilərək dəfn edilir.
Macar və türk alimlər isə hazırda onun ürəyinin dəfn
olunduğu yerin axtarışındadırlar. Bu barədə ara-sıra yeni iddialar
söylənsə də, yekun fikir hələ ki yoxdur. Macar professor Norbert
Pap 2015- ildə verdiyi açıqlamada iç orqanlarının Zigetvar Üzüm
təpəsində dəfn edildiyini bildirmişdi. Macar alimi təpədəki
türbənin yanında kiçik Osmanlı qəsəbəsinin də qalıqlarına rast
gəldiyini qeyd etmişdi.
Qanuninin cənazəsi 28 noyabr tarixində Süleymaniyyə
külliyəsindəki türbəsinə (Sultan Süleyman türbəsi) dəfn
olunmuşdu. Vəfatının ardından oğlu II Səlim taxta keçmişdi.
Bəzi mənbələrə görə, Qanuni Sultan Süleymanın vəfat
etdiyi zaman yerinə yetirilməsini istədiyi bir vəsiyyəti var idi. Bu
vəsiyyət hamını təəccübləndirmişdi. O istəyirdi ki, özünə aid kiçik
sandığı da yanında dəfn edilsin. Bu vəsiyyətdən sonra sandıq
meydana çıxarılır və hazır saxlanılır.
Ölümündən sonra sultanın nəşi dəfn edilmək üçün öz adına
tikdirdiyi Süleymaniyyə məscidinin həyətindəki türbəsinə gətirilir
və ortaya qoyulur. Sandığın içində nə olduğundan hamı xəbərsiz
idi. Şeyxülislam Əbussuud əfəndiyə Sultan Süleymanın belə bir
vəsiyyəti olduğu deyilir. O isə “bu vəsiyyəti yerinə yetirə bilmərik,
İslama ziddir” deyir. Ona padşahın vəsiyyətini bir daha
xatırladırlar. Əbussuud əfəndi deyir ki, Sultan Süleyman heç vaxt
dinin əmrlərinə qarşı gəlməzdi.
Çox götür-qoydan sonra vəsiyyətin yerinə yetirilməməsinə
qərar verilir. Lakin hər kəsi bu sual düşündürürdü: Sandığın içində
nə var? Əbussuud əfəndi sandığın açılmasını istəyir. Xidmətçilər
sandığı ona verəndə yerə düşür və içindəki kağızlar yerə tökülür.
Bunlar Sultan Süleyman Qanuninin edəcəyi işlərin, verəcəyi
qərarların dinə uyğun olub-olmadığı haqqında Şeyxülislamdan
aldığı fətvalar idi. Qanuni bu addımı ilə “Nə etdimsə, fətva ilə

180
etdim. Qəbirdə sorğuya çəkilsəm, şahid olaraq bunları
göstərəcəyəm və Allahın hüzuruna elə çıxacağam” demək istəyib.
Əbussuud əfəndi “Ey böyük Sultan, sən Allah yanında özünü
təmizə çıxardın, məsuliyyəti bizə yüklədin, biz necə bunun
altından qalxacağıq” deyib ağlamışdı.
“Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar
görsün ki, Şah Süleyman bu dünyadan əliboş gedir” deyən Qanuni
hakimiyyətdə olduğu 46 il ərzində Osmanlı dövləti ən qüdrətli
dövrünü yaşamışdı. Qanuni Süleyman yalnızca fəthləri ilə deyil,
elmə, mədəniyyətə və abadlıq işlərinə də böyük əhəmiyyət verən
bir hökmdar olmuşdu.
Qanuni səltənəti illərində ən çox külliyə tikilən Osmanlı
padşahıdır:
- İnşası I Səlim dövrüdə başlasa da, Süleyman tərəfindən
tamamlanan Sultan Səlim Külliyəsi;
- Oğlu Şahzadə Mehmed üçün inşa etdirdiyi Şahzadəbaşı
Külliyəsi;
- Hasəkisi Xürrəm Sultan tərəfindən Üsküdar və Ədirnə qapıda
inşa edilən Hasəki Külliyələri;
- Qızı Mihrimah Sultan üçün inşa etdirdiyi Üsküdar Mihrimah
Sultan külliyəsi və Ədirnəqapı Mihrimah Sultan külliyəsi;
- Öz adına inşa etdirdiyi Süleymaniyyə Külliyəsi;
- Rüstəm Paşa Külliyəsi;
- Sokullu Mehmed Paşa Külliyəsi;
- Qılınc Əli Paşa Külliyəsi;
- Hadım İbrahim Paşa Külliyəsi;
- Qara Əhməd Paşa külliyəsi.
Digər tərəfindən əhalinin artımı səbəbilə paytaxtda baş
verən su çatışmazlığı problemini həll etmək üçün su təsisatları
yeniləndi və Qırxçeşmə su sistemi quruldu. Bütün bu memarlıq
fəaliyyəti saraya bağlı olan Hassa Memarlar Ocağı tərəfindən
aparılırdı. Süleyman taxta çıxdığı dövrdə hassa memarbaşı Əcəm
Əli idi. 1539 tarixində vəfat edən Əcəm Əlinin yerinə hassa
memarbaşı vəzifəsinə Memar Sinan gətirilmişdi.

181
I Süleymanın səltənəti dönəmində məşhurlaşan şairlər
arasında Füzuli, Baki, Pir Sultan Abdal və Bağdadlı Ruhi kimi
görkəmli şəxsiyyətlər vardır. Matrakçı Nasuh isə dövrünə-
həmiyyətli rəssam, tarixçi və miniatür ustası idi. Yenə bu illərdə
yaşayan və Süleymaniyyə əsərini yazan Arifi, nəqqaş Nigari və
xəttat Əhməd Qarahisari də dönəmin sənətkarlarındandır.
I Süleyman dövründə Sədrəzəm Parqalı Məqbul İbrahim
Paşa, Mohaç Meydan Müharibəsinin ardından Budindən gətirdiyi
"Üç Gözəl" olaraq qeyd olunan heykəlləri At meydanında yerləşən
sarayının bağçasında ucaltmışdır. Bu heykəllər incəsənətin
inkişafında rol oynasa da, paytaxt əhalisi arasında narazılıqlara
səbəb olmuşdu.
Sultan Süleyman dönəmində çox sayda mədrəsələr açıl-
mışdır. O dönəmdə hər bir mədrəsənin özünəməxsus kitab-
xanasının olduğu da bilinir.
I Süleyman dövründə qurulan və Osmanlı dövlətinin ikinci
ən böyük təhsil ocağı olan Süleymaniyyə Mədrəsələri o dövr üçün
çox da yayılmayan elmləri (xüsusilə də tibb, riyaziyyat və digər
məntiqi elmlər) tədris etməklə qısa zamanda tanınmışdı.

182
X. OSMANLIDA YÜKSƏLIŞ DÖVRÜNÜN SONU

1. Sultan II Səlim dövründə (1566-1574) yaşanan siyasi


proseslər

Qanuni Sultan Süleymanın vəfatı üzərinə taxta çıxan II


Səlim, tarixdə “Sarı Səlim”, “Sərxoş Səlim” olaraq bilinmək-
dədir.Türkiyəli tarixçi Ahmet Şimşirgil, II Səlimin düşünüldüyü
kimi içkiyə meylli olmadığı, şahzadəliyi illərində bu alışqanlığı
olsa da, taxta keçdikdən sonra tövbə ettiyini qeyd etməkdədir.II
Səlim Osmanlı tarixində səfərlərə qatılmayan ilk sultandır. II
Səlim taxta keçdikdən sonra dövlət işlərini kürəkəni və dövlətin
Sədrəzəmi Sokullu Mehmed Paşaya həvalə etmişdi. Mənşəcə
boşnak əsilli olan Sokollu güclü və iradəli bir dövlət adamı
olduğunu sübut etmişdi. Qanuni dövrünün sonlarında bu mühüm
vəzfiyə gətirilən Sokollu, onun xələfləri olan II Səlimə, həm də III
Murada da tam 14 il 3 ay vəzirlik etmişdi. Bəzi tədqiqatçılar hətta
Osmanlı tarixinin (1565-1579) illərini Sokollu dövrü kimi də qeyd
etməkdədirlər.
II Səlim iqtidara gəldiyini başda Səfəvilər olmaqla Avropa
ölkələrinə namələr göndərərək elan etmişdi. II Səlim Səfəvi
hökmdarı şah Təhmasibə göndərmiş olduğu namədə ayrıca qərb
istiqamətinə yeni səfərlər planladığını da bildirmişdi. Osmanlı ilə
“dost” münasibətlərinin sürdürülməsindən yana olan Şah
Təhmasib də dərhal cavab məktubu yazaraq atasının ölümü
münasibətilə təsəlli, özünün cülusuna görə isətəbrik vermişdi.
Şah Təhmasibin məktubu Şahqulu Sultan Qacar tərəfindən
yeni sultana təqdim edilmişdi.Şahqulu Sultanın Türkiyəyə bu
səfərindən məqsəd, həmçinin, 1555-ci il sülh sazişini təzələmək
idi. Türkiyədə Şahqulu Sultanın Osmanlı hökmdarına təqdim
etdiyi 1500 sətrlik şah məktubunda yeni Osmanlı sultanı “İkinci
İsgəndər Zülqərneyn” adlandırılmış, onun şərəfinə şeir və nəsrlə
çoxlu təriflər deyilmişdir. Şah Təhmasib yeni Osmanlı sultanının
xarici siyasətinin doğru istiqamətə yönəldiyindən şad olduğunu
bildirərək, Sultan Səlimə yazmışdı: “Sizin tərəfinizdən göndərilən
183
Sənan Kəndxuda və Ərzurum bəylərbəyisi Əli paşa gəlib xəbər
gətirdi ki, sizdər firəng kafirləri ilə cihada getmişlər və istəyirlər
ki, Firəngistanı xəbis kafirlərin vücudlarından təmizləyələr, öz
ataları [Sultan Süleyman] kimi, onların kilsə vəməbədlərini
məscidlərə döndərələr İslamla müşərrəf olmayan o firənglərin hər
birini qətlə yetirib, cəhənnəmə yollayalar. Bu xeyirxah xəbər
dövlətxahınız olan mən kimi bir dost bəndəyə çatdıqda dua etməyə
başladı və bu sadiq bəndənin qələmrəvində (ölkəsində) olan hər
bir qəsəbə və şəhərə adam göndərildi ki, üləmalar və zahidlər
Quran oxumağa başlasınlar və mən özüm də xətmi-Quran və dua
ilə məşğul oldum.”
Ümumiyyətlə, Şah Təhmasibin Osmanlı sultanlarına
yolladığı məktubların əksəriyyətində onun xasiyyətinə uyğun
ehtiyatkarlıq və diplomatik yazışma tərzinə əməl etmək prinsipi
açıq-aşkar görünür. Öz yaxın qonşusu ilə belə davranmağa məcbur
olan Şah Təhmasibin Osmanlılara qarşı ehtiyatlı münasibəti məhz
onun uzaqgörənliyindən irəli gəlirdi. İyirmi il ərzində, dörd
Osmanlı yürüşünün şahidi olan və həmin yürüşlərin xalq üçün
böyük münasibətlərini görən Səfəvi hökmdarı əslində başqa cür
hərəkət edə bilməzdi, əks təqdirdə, hərbi cəhətcə qızılbaşlardan
üstün olan Osmanlıların yürüşləri təzələnə bilərdi. 4

Yəmənin yenidən Dövləti Aliyyəyə birləşdirilməsi


Bilindiyi kimi 1538 tarixli Hindistan səfəri ilə Yəmən
Osmanlı torpaqlarına qatılmışdır. 1567-ci ildə bölgədə Zeydi
imamı Topal Mutahhar rəhbərliyi ilə üsyan çıxmış, qısa bir müddət
də olsa, hakimiyyəti zeydilər ələ keçirmişdi. 1568-ci ildə bölgəyə
göndərilən Osmanlı ordusu zeydiləri məğlub edərək Yəməni
yenidən Osmanlı torpaqlarına birləşdirmişdilər.

Avstriya ilə əlaqələr


1566 Zigetvar döyüşündə Osmanlılar Alman-Avstriya
ordusu üzərində qələbə qazanmış, lakin Sultan Süleymanın ani

4
Böyük siyasətdə daimi dost və düşmən yoxdur, ancaq maraqlar var.
184
ölümü üzərinə sədrəzəm Sokollu Paşanın məsləhətilə İstanbula
dönmək uyğun görülmüşdür. II Səlim taxta möhkəmləndikdən
sonra Osmanlı ordusu yenidən qərbə doğru səfərə çıxmışdı.
Türklərlə toqquşmaqdan çəkinən Avstriya sülh bağlamağı təklif
etmişdi. Hər iki tərəfin sülh meylli olması ilə 17 fevral 1568
tarixində Ədirnə sülhü imzalandı. Sülhün şərtlərinə görə Avstriya
Şimali Macarıstan üçün ödədiyi 30.000 düka qızıl vergisini
ödəməyə davam etməli idi.

Sumatra səfəri
İndiki İndoneziyaya məxsus Sumatra adasının şimal-
qərbində yerləşən Açe Sultanlığı bölgədəki sərvətlərə göz dikən
portuqalların hədəfinə çevrilmişdi. Gündən günə artan portuqal
təzyiqinə dözməyən dövrün Açe sultanı Əlaüddin şah İstanbula
yardım üçün elçi heyəti yolladı. Bu heyət 1566 tarixində İstanbula
çatanda I Süleymanın ölüm xəbəri yenicə gəlmişdi. Hakimiyyətə
yeni gələn II Səlim heyətə hər cür köməkliyi göstərəcəkləri barədə
söz verdi. 1569 tarixində Osmanlının Qırmızı dəniz admiralı
Qurdoğlu Xeyrəddin Xızır rəis idarəsindəki 22 gəmilik Osmanlı
Donanması Hind okeanı üzərindən adaya yardıma gəldi. Bununla
da Açe sultanlığı Osmanlı hakimiyyətini qəbul etmişdir.

Don-Volqa çaylarının birləşdiriməsi təşəbbüsü (Don-


Volqa kanal proyekti)
Rus Moskva Knyazlığı 1552-ci ildə Qazan Xanlığının,
1556-cı ildə də Həştərxan Xanlığının mövcudluğuna son vermiş,
Don və Volqa çayları boyunca güclü bir şəkildə yerləşmişdi.
Sonrakı əsrlərdə Rusiya iqtisadiyyatının şah damarı halına gələcək
olan bölgənin Rusiya tərəfindən ilhaq edilməsi, Mərkəzi Asiya ilə
Krım və Anadolu arasında Xəzər dənizinin şimalından keçən
ticarət yolu və həcc yolunu da kəsmişdi. Rus Knyazlığı isə Ural və
Qara Dənizə doğru genişlənmə strategiyasının ilk addımını atmış
oldu. Sultan II Səlim ilə kürəkəni və sədrəzəm Sokollu Mehmed
Paşa, Rusiyanın Qafqaz və Krıma genişlənmə təhlükəsini sezdilər.
Bunun qarşısını almaq strategiyası olaraq Həştərxan qalasının fəthi
185
və bu qalanın bir müdafiə sisteminin mərkəzi kimi istifadə
edilməsinin lazım olduğu fikri ortaya çıxdı. Beləliklə Rus
Knyazlığının cənuba irəliləməsi alındığı kimi, Osmanlı Dövlətinin
Səfəvi dövlətinin Qafqaz və Azərbaycandan sıxışdırıb çıxarma
strategiyasını asanlaşdırmalı idi.
Avqust 1569 tarixində Kəfə sancaqbəyi Qasım Paşanın
rəhbərliyi altında 17 minlik türk ordusu Kəfə limanına çıxdı. Krım
xanı Dövlət Gəray da çoxminlik atlı dəstələri ilə türk qoşununa
qoşuldu. Krım və Tamandan işçi qüvvəsi toplandı. Qasım Paşa bu
qüvvələr vasitəsilə çaylararası torpaqda xəndək qazdırmalı, bu
yolla Astraxanla güclü əlaqə yaratmalı idi. Avqustun 15-də kanalın
qazılmasına başlandı. Məlumatlara görə, kanalın qazılmasında 30
min işçi çalışırdı.Volqa ilə Don çayını birləşdirən bu kanal işi çox
ağır məşəqqətli olduğundan aradan keçən 3 ay ərzində istənilən
nəticə əldə olunmamışdı. İşçilər bir yandan da maaşlarını vaxtında
ala bilmədiklərindən təbii ki narazılıq artırdı. Özünü göstərməkdə
olan qış soyuğu əsil xof yaratmış, həm də qazmaçılar kazakların
arasıkəsilməz basqınlarından da bezmişdilər. Bir yandan Astraxanı
mühasirəyə alan Osmanlı əsgərləri üzücü mühasirə vəziyyətindən
ruhdan düşməklə bərabər üzbəüz vuruşduqları Moskva qüvvələri
ilə bərabər kazakların arxadan həmlələri də qoşunda hərcmərcliyi
artırırdı. Bu arada Krım xanlığının təxribatları da yayılmışdı.
Krım xanına yaxın şəxslər işçilər arasında “Buranın qışı
çox sərt keçir, o zaman hər kəsin əli ayağı işləməz olur”; “bütün
məmləkəti gətirib bura çıxarsanız belə bu işi bitirmək olmaz”, deyə
şayələr yayaraq, onları işdən soyutmağa çalışırdılar. Krım xanlığı,
bu kanalın çəkildiyi halda Osmanlının bölgəyə tamamilə
yerləşəcəyindən, o zaman Krım xanlığına belə ehtiyac qalmaya-
cağını, siyasi hüquqlarını itirəcəyindən qorxaraq, “dost və
müttəfiq” vassal bir dövlətə yaraşmayan bir mövqedə durmuşdu.
Osmanlı komandanlığı kanal qazma işinin ağır getdiyini
görüncə işi dayandırıb, birbaşa Həştərxana hücum qərarı almışdı.
Lakin bu hücumdan da bir nəticə əldə olunmamışdı.Qışın
yaxınlaşması və ərzaq çatışmazlığı səbəbindən ordunu geri
çəkmək qərarı verilmişdi. Nəticə etibarilə, Həştərxan səfəri və
186
Don-Volqa kanal proyekti Osmanlı üçün uğursuzluqla bitmiş,
külli miqdarda həm maddi , həm də canlı qüvvə itkisinə səbəb
olmuşdu.5

5
Osmanlının bu təşəbbüsündən 100 ildən çox vaxt keçdikdən sonra Rus çarı I
Pyotrun da kanalla bağlı nəticəsiz qalan bir çalışması olmuşdur. Osmanlı dövləti
və Qafqazlar hesabına, Rusiyanı cənuba doğru da genişləndirmək istəyən Pyotr
bu torpaqları gəzərkən yarımçıq buraxılmış kanal onu bərk düşüncəyə çəkir.
Coşğun temparamentli, dəlisov gənc çar göründüyü üzrə bu işə girişməkdədir.
Türklərin 100-130 il bundan əvvəl qazdığı bu xəndək onu vəcdə gətirmişdi.
Azak dənizinə yürüşlərin uğurlu gedişində o xarici mütəxəssisləri bura cəlb etdi.
1697-ci ildə ingilislərin rəhbərliyi ilə işə başlandı. İşçi qüvvəsini Azov
yürüşündə əsir düşən türklər (istər hərbi qüvvə, istərsə də Azov boyu türk əhali)
və sənədlərdən məlum olduğu kimi bura qovulan işçilər – İnsar, Arzamas,
Kasım, Nijni –Novqorod və Aşağı Volqa şəhərlərindən olan 20-35 min tatarlar
təşkil edirdi. Onlar həqarətlə "lopatniki" (bellə işləyənlər) adlanırdı. Çox-çox
sonra rusların bitib-tükənməyən istila yürüşlərində daim yeni qazanılan
topraqlarda qala, körpü, liman, qışla və s. işlərdə istifadə edilən belə əsir-yesir
zümrələr bu adla qeyd olunurdu. İş ağır idi, işçilər qırılır, onların yerinə dərhal
Aşağı Volqa tatarlarını sürüb gətirirdilər. Təsadüfi deyil ki, XIX əsrin lap
axırlarında belə həmin xəndəkdən insan skeleti çıxırdı. Amma tələsgən, dəlisov
Pyotr bir tərəfdən də İsveçlə Baltik sahilləri üstündə davaya girişmişdi. İndi
hələlik kanal məsələsi ona əhəmiyyətli nəsə vəd etmirdi.Həm də çar xəzinəsi
onun arasıkəsilməz müharibələrinə ağır xərci ancaq çatdıra bilirdi. Odur ki, çar
1701-ci ildə Volqa-Don kanalında işi dayandırmaq əmrini verdi. Ardınca 1711-
ci ildə isə məğlub olub Prut sülhü nəticəsində Azov və Don ağzı torpaqları itirən
Rusiyanın bu yerlərdən əli çıxmışdı. Yarımçıq buraxılmış kanallar hər zaman
səyyahların, tarixçilərin marağına səbəb olmuşdur; 1826-cı ildə kanalın
qalıqlarına baxan yol mühəndisi general Nikolay Kraft burada iki böyük kanal
gördüyünü yazırdı: yuxarı xəndək Türk kanalı adlanır; onun eni 22 m dərinliyi
8 metrdir. Aşağı xəndək isə Pyotrun başlatdığı kanaldır, dərinliyi 7 metrdir. Türk
kanalı düzgün çəkilmiş, aşağıdakı Pyotr xəndəyinə nisbətən yaxşı qalmışdır.
Ondan 130 il əvvəl çəkilsə də XX əsrin başlanğıcında Yol-nəqliyyat nazirliyinin
baş mühəndisi Moquçiy kanallara baxdığında Türk xəndəyini 8 m dərinlikdə,
Pyotr xəndəyinin isə uçurulduğunu, yamaclarının sürüşdüyünü, dibinin də
dayazlaşdığını xəbər verməkdədir.
Don-Volqa kanalı yalnız SSRİ dövründə 700 minlik böyük işçi qüvvəsinin və
100 mindən artıq alman əsirlərinin iştirakı ilə 1948-1952-ci illərdə çəkilə
bilmişdi.
187
Süveyş kanalı proyekti
16-cı əsrdə portuqallar Hind okeanını keçərək, ədviyyat
yolunu nəzarətə götürmüşdülər. Portuqallar Osmanlı İmperator-
luğunun şərq torpaqlarını təhdid etməyə başlamışdılar. Bu təhlükə
qarşısında Böyük Vəzir Sokullu Mehmet Paşa və Kaptan-ı Dərya
Kılıç Əli Paşa, Aralıq dənizini Qırmızı dənizə bağlayacaq bir kanal
açıla biləcəyi ilə əlaqədar II Səlimə bir layihə təqdim etdilər. Lakin
bu cəhdlər müxtəlif səbəblərdən baş tutmamışdı.
Kanalın çəkilişi 300 il sonra fransız diplomatı və mühəndisi
Ferdinand de Lessepsin rəhbərliyi altında 1869-cu ildə baş
tutmuşdur.

Mərmərə- Qaradəniz layihəsi


Layihənin məqsədi; İznik Gölü-Sakarya çayı ilə Sapanca
Gölü-Mərmərə dənizi arasında kanallar açaraq, Mərmərə-Qara
dəniz yolunun qurulması idi. Bu layihə müxtəlif səbəblərdən
reallaşa bilmədi. Hazırkı “Kanal İstanbul” adlı layihə də buna
bənzəyir.
Bosfor boğazı ilə paralel olaraq Mərmərə və Qara
dənizlərini birləşdirəcək və uzunluğu 50 kilometr olacaq “Kanal
İstanbul” layihəsi sayəsində İstanbulda ikinci boğaz olacaqdır.
Kanalın dərinliyi 25 metr, eni isə 150 metr təşkil edəcəkdir. İri
gəmi və tankerlərin keçəcəyi bu yeni boğazın üzərində İstanbulun
üçüncü körpüsü, hava limanı və yeni bir şəhərcik inşa ediləcəkdir.
Kanal İstanbul layihəsinin həyata keçirilməsi üçün işlər
2020-ci ilin martında başlamış, layihənin 2025-ci ilin sonu, ən gec
2026-cı ildə tamamlanması planlanır.

Krım xanının Moskva səfəri


Osmanlının Don-Volqa kanalı çəkmə təşəbbüsündə yalnış
bir mövqedə durmasına baxmayaraq Krım xanı Dövlət Gəray
hədsiz dərəcədə IV İvan və ruslara nifrət etməkdə idi. Rusların
Kazanda və Həştərxanda müsəlmanlara qarşı qətliamlarını
unutmayan Dövlət Gəray rus təhlükəsini bir dəfəlik aradan
qaldırmaq üçün böyük bir orduyla Moskva səfərinə çıxmışdı. Oka
188
çayını keçərək burada qarşılaşdığı rus ordusunu darmadağın
etmişdi. IV İvan tatar qorxusundan Moskvadan qaçıb gizlənmişdi.
24 may 1571 tarixində Moskvanı yandıraraq bütün şəhəri
xarabalığa çevirən Dövlət Gəray xan minlərlə rusu da qılıncdan
keçirərək, tatarların intiqamını almışdı. Fəqət başda IV İvan
olmaqla rus ordusunun əsas hissəsi məhv edilmədiyindən,
Moskvada durmağı anlamsız görən Krım xanı geriyə dönməyi
uyğun görmüşdü. Bu uğurlu səfər İstanbulda duyulunca, Sultan II
Səlim Krım xanınna təbrik məktubu göndərmişdi.
Tatar qorxusundan çar IV İvan barış üçün yollar axtararaq
Osmanlı sultanı II Səlimə məktub yazıb, Krım xanından verdiyi
ziyana görə şikayət edir və sultandan mərhəmət istəmişdi. Sultan
II Səlim isə cavab məktubu yazaraq, Kazan və Astraxan qalalarının
Krım xanlığına təslim edilməsini tələb etmişdi. Həmin məktubun
özəti:
"Moskva kralına nameyi humayun yazıla ki;
Andrey Kuznunski adlı elçinizlə göndərdiyiniz məhəbbət
dolu məktubunuz gəldi. Bundan öncə Kabardin bəyi və ona tabe
olanların iltiması ilə tikilən qalanın dağıdılması ilə bağlı göndə-
rilən məktubunuza əməl olundu. Adıkeçən qalanın dağıdılma-
sından sonra qala içində olanlar da Astraxan qalasına köçürüldü.
Qalanın hakimi də tənbeh edildi. Səmərqənd və Buxaradan bu
tərəfə (Osmanlı məmləkətinə) gedib-gələnlərə zərər verilməməsi
üçün tapşırıqlar verildi.
Və dünya kimi qüvvətli iqtidarımıza sədaqətli qul-kölə
olduğunuzu və eyni zamanda dostluğunuzu bildirirsiniz. Mən də
bunu öyrəndim və sevindim.
Əks halda pis fikirlərin öhdəsindən gəlmək üçün Allahın
inayəti və Peyğəmbərimizin möcüzələri və övliyanın yardımı ilə
müsəlman əsgərləri düşmənlərin öhdəsindən gələrək bir çox
qalaları fəth edib. Yeri gəlmişkən, neçə-neçə sultanlar hünər
göstərib ala bilmədikləri Venesiyanın əlində olan Kipr adasını da
biz ölkəmizə qatdıq.

189
Astraxan və Kazan qalası İslam məmləkətlərinin olduğu
halda Astraxanın Osmanlılara, Kazanın da Dövlət Gəray xana
təslim edilməsi arzusundayıq.
Bundan öncə olduğu kimi, dostluğa xələl gətirməmək üçün
buranın təslim edilməsi münasib görülüb. Əgər sizə qarşı da
dostluğumuza zidd bir hərəkət edilərsə, bizə bildirin."
Üzülərək söyləmək lazımdır ki, Krım xanının bu qələbə-
sinin davamı gəlməmişdi. Çünkü IV İvan ordusunu toparlayaraq
1572-ci ildə Moskva şəhərinin 60 km uzaqlıqda Molodi deyilən
yerdə Krım ordusunu məğlub edəbilmişdi.

Kiprin fəthi
Şərqi Aralıq dənizi I Süleyman dövründə Osmanlının daxili
dənizinə çevrilmişdi. Ancaq Venesiyalı dəniz quldurlarının
sığınacaq yeri olan Kipr adası hələ də fəth olunmamışdı. Kiprin
fəth edilməsinin səbəbləri bunlardır:
- I Süleymanın oğlu II Səlimə"Kipri fəth etmək bizə
nəsib olmazsa, sən fəth elə" şəklində vəsiyyət etməsi, bunun
qarşılığında II Səlimin "Əgər padşah olsam, Kipri quldurların
başına yıxacam" deməsi;
- Kiprin çox əhəmiyyətli geosiyasi mövqeyi (Anadolu,
Suriya və Misir arasındakı dəniz yolu təhlükəsizliyi və Aralıq
dənizində tam hegemonluq üçün adanın fəth olunması vacib idi);
- Aralıq dənizi ilə Misirdən II Səlimə göndərilən
hədiyyə dolu gəminin quldurlar tərəfindən qaçırılması və bütün
əsgərlərin zindana atılması.
Kiprə səfər qərarı alınarkən Divan-ı Hümayunda Sədrəzəm
Sokullu Paşa ilə Lələ Mustafa Paşa arasında fikir ixtilafı
yaşanmışdı. Sokullu, Həştərxan səfərinin uğursuz olması və
dövlətə maddi yöndən böyük xərcə səbəb olduğundan; ayrıca
Kiprə hücum olunarsa yeni bir səlib yürüşü ilə qarşı-qarşıya
qalacaqlarından hazırki vəziyyətdə belə bir səfərə gərək
olmadığını bəyan etmişdi. Lələ Qara Mustafa Paşa isə, bu səfərin
təcili vacibliyini qeyd etmişdi. Sultan II Səlim də, şahzadəlik
illərində ona lələlik etmiş və qardaşı Bəyazidə qarşı mübarizə də
190
ona böyük yardımı toxunmuş Qara Mustafa Paşanın mövqeyini
dəstəkləmişdi.
1570-ci ilin may-iyun aylarında səfərə çıxan Osmanlı
donanması Girne, Lefkoşa və nəhayət 1 avqust 1571-ci ildə
Magosanı da ələ keçirərək, Kiprin fəthi tamamlandı. Osmanlılar
bir illik səfər əsnasında 50 minə yaxın itki vermişdilər. Lələ
Mustafa Paşa bu zəfər münasibətilə “Kipr fatehi” olaraq tarixə
keçmişdi.

İnebahtı (Lepanto) dəniz döyüşü


Kiprin Osmanlı dövləti tərəfindən fəth edilməsi, Avropada
böyük reaksiyalara səbəb olmuşdu. Nəticədə Papa V Pius, İspaniya
kralı və Venesiya dukası Osmanlılara qarşı ittifaq qurub hərəkətə
keçmişdilər. 1571-ci ilin oktyabrında İnebahtıda (Mora-
Yunanıstan)iki donanma dünya tarixindəki ən böyük dəniz
döyüşlərindən birinə başladı. Osmanlı donanması tarixinin ən
böyük məğlubiyyətini almış 142 gəmi məhv edilərək yandırılmış,
20 min Osmanlı əsgəri isə dünyasını dəyişmişdi.
Məlumat:
Osmanlı donanması tarixində ən ağır məğlubiyyətlər
1571- İnabahtı (Egey-Mora)- xaçlılar
1770-Çeşmə (Egey-İzmir) – ruslar
1827- Navarin (Egey-Mora) – rus, ingilis, fransızlar
1853 -Sinob (Qaradəniz-Türkiyə)- ruslar

İnəbahtı məğlubiyyəti üzərinə Sokollu Mehmed Paşa vaxt


itirmədən yeni bir donanma hazırlaması üçün fəaliyyətə keçmişdi.
Bunun üçün çox sayda texnikin lazım olduğunu və belə bir
donanmanın qısa müddət ərzində hazırlanmasının çətin olacağını
söyləyən Kaptan-ı Dərya Qılınc Əli Paşaya, Sokollu Mehmed
Paşa; "Bütün donanmanın gəmi lövbərlərini gümüşdən, ipdən,
yelkənlərini atlasdan edə bilərik. Hansı gəminin materialı çat-
masa, gəl məndən al" demişdirki, buda o dövrdə Osmanlı im-
periyasının gücünü göstərmək baxımından əhəmiyyətlidir. Altı ay
ərzində 150 gəmidən ibarət Osmanlı donanması yenidən bərpa
191
edilmişdi. Qısa zamanda qurulan yeni donanma 1572-ci ilin
yayında Aralıq dənizinə açılmışdı. İspaniyanın da ittifaqı tərk
etməsiylə tək qalan Venesiya, Osmanlının qısasından ürkərək sülh
danışıqları üçün elçilərini İstanbula göndərmişdi. Sokollu Mehmed
Paşa göndərilən Venesiya səfirinə, İnebahtı dəniz döyüşü ilə
əlaqədar olaraq "Biz Kipri almaqla sizin qolunuzu kəsdik, siz
İnebahtı döyüşündə bizi məğlub etməklə saqqalımızı təraş etdiniz.
Kəsilən qolun yerinə yenisi gəlməz, ancaq kəsilmiş saqqalın yerinə
yenisi daha gur çıxar" deyə cavab vermişdi. 1573 tarixində
imzalanan sülh andlaşması ilə Venesiya Kiprin fəthini və döyüş
təzminatı ödəməyi qəbul etmişdi.

Tunis səfəri
1573-cü ildə Venesiyanı sülh bağlamağa vadar edən bu
böyük donanmanın ilk hədəfi 1574 tarixində İspaniya tərəfindən
işğal olunan Tunis qalası oldu. Bu qala 1534 tarixində Barbaros
Xeyrəddin Paşa tərəfindən fəth edilmiş, ancaq ertəsi il V Karl
idarəsindəki ordu tərəfindən geri alınmışdı. 13 sentyabr 1574
tarixində Tunis yenidən fəth edilərək, əyalət şəkilində Dövlət-i
Aliyyəyə bağlanmışdı.
Sultan II Səlim hakimiyyətə gəldiyində tək varis
olduğundan, atasından üç qitəyə qədər uzanan geniş bir imperiya
miras qaldığından, (təqribən 14.892.000 km2) Turqut Rəis kimi
dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbussuud
Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən
şanslı Osmanlı sultanlarından biri olmuşdur. II Səlim atasından
miras olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək
15.192.000 km2-ə çatdırmış, Osmanlı dövləti Aralıq dənizində
güclü mövqeyə sahib olmuşdur. Lakin bu həyatdan gedişi qəribə
bir hadisə nəticəsində olmuşdur.
Osmanlı tarixçilərindən İbrahim Pəçəvi (1574-1650)
“Tarih-i Peçevi” əsərində II Səlimin vəfatı ilə ilgili bu məlumatı
vermişdi: “Padişah hazretleri hamam içerisinde gezinirken
mübarek ayakları mermere takılarak birdenbire bir yanı üzerine
yıkıldı. Hemen hizmetçi ve ağaları onu kaldırıp odasına götürdü.
192
Hekimbaşı gelerek tedaviye başladı. Fakat ateşi yükseldi. Ne
yaptılarsa bir yarar sağlamadı. 50 yaşında cennetin en yüksek
katına erişti.”

2. Sultan III Murad dövründə (1574-1595) daxili və xarici


siyasət

Zirvədən enişə: Sokollunun ölümü və ilk rəsədxananın


uçurulması hadisəsi

Atasının vəfatı xəbərini sədrəzəm Sokollu Mehmed Paşa və


anası Nurbanu Sultanın göndərdiyi adamlardan alan və böyük oğul
olaraq taxta dəvət edilən Şahzadə Murad dərhal İstanbula doğru
yola çıxmış, 1574-cü ilin dekabr 22-i II Səlimin ölümü və III
Muradın taxta çıxdığı rəsmi şəkildə elan olunmuşdu. Saraya
gəldiyi gecə boğdurduğu 5 qardaşı və atasının cənazə mərasimi
eyni gündə keçirilmişdi. III Murad dövründə Osmanlı dövləti ən
geniş ərazilərinə ulaşaraq 19.902.000 km²-ə qədər yüksəlmişdir.
Buna baxmayaraq, irəlidə görəcəyimiz kimi bəzi daxili və xarici
səbəblərdən dövlət durğunluq dövrünə girmişdir.
III Murad səltənət dövrünü həm yüksəliş dövrünün sonu,
həm dədurğunluq dövrünün başlanğıcı şəklində ələ almaq
mümkündür.
21 il hakimiyyətdə qalan III Murad dövründə 11 sədrə-
zəm,7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında
qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III Muradın
ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur.
Bu arada Sədrəzəm Sokollu Mehmed Paşanın əleyhdarları
da hərəkətə keçərək, qoca vəzirin vəzifədən uzaqlaşdırılması üçün
yeni sultana təsir göstərməyə çalışmışdılar. Buna baxmayaraq III
Murad bir müddət daha Sokollu Mehmed Paşanı vəzifədə
saxlayaraq təcrübəsindən istifadə etmiş, ancaq zaman keçdikcə
gücünü zəiflədərək sədrəzəmi təsirsiz hala salmışdı. Hətta III
Murad növbəti dəfə Səfəvilərə qarşı səfərə hazırlaşırkən Sokollu
buna qarşı çıxmışdı. Yavuz Səlim və Qanuni dövrlərində də buna
193
təşəbbüs edildiyini, fəqət İranın həm geosiyasi, həm də şiə əhalinin
ram edilməsinin çətin olduğu üçün zəfərlər əldə edilsə də, oralarda
qalıcı olmayacaqlarını söyləyən Sokollunun fikrinə, III Murad
əhəmiyyət belə verməmişdi. Osmanlı tarixinin böyük dövlət adamı
sayılan Sokollu Mehmed Paşa 1579-cu ildə sui-qəsd nəticəsində
öldürülmüşdür. Bəzi mənbələrdə zəif ehtimal da olsa bu sui-qəsdin
arxasında III Muradın da əli olduğu güman edilməkdədir. Modern
türk tarixçilərindən bir çoxu Sokollu Paşanın öldürülməsi ilə,
Osmanlı da yüksəliş dövrünün bitdiyini, durğunluq dövrünün
başladığını qeyd etməkdədirlər. Türkiyəli tədqiqqatçı Əmrə
Konqar isə, durğunluğun Sokollunun öldürülməsindən daha çox,
Osmanlının ilk rəsədxanası olan “Topxana rəsədxanası”-nın top
atəşləri ilə uçurdulmasına bağlamağın daha doğru olduğunu qeyd
etməkdədir. Bilindiyi kimi III Murad rəmmal və münnəcimlərə
çox inandığıdan, İstanbulda da bir rəsədxananın inşa olunmasını
əmr etmişdi. Yəni bu rəsədxana astrologiya elminin inkişafından
və irfandan çox padişahın inanclarını tətmin etməli idi. O dövrdə
baş vəzir olan Sokollu Paşanın təşəbbüsü ilə İstanbul Topxanada
dövlətin ilk rəsədxanası inşa edilmişdi. Dövrün tanınmış
alimlərindən Sadüddin və baş münəcimbaşı Takiyeddin əfəndilərin
Sokollu himayəsində fəaliyyətə başlaması sarayda bir çoxunun
qısqanclığına səbəb olmuşdu. 1577-ci ildə göy üzündə “uğursuzluq
əlaməti” sayılan bir quyruqlu ulduz sezilmiş və ertəsi ildə bütün
Avropanı bürüyən vəba Osmanlıya da yayılmışdı.
Orta əsr Avropasında Papanın başçılığında katolik
kilsəsinin inkvizisiya məhkəmələrində mütərəqqi insanlar “dinin
ehkamları”na zidd təbliğata görə “cadugər”, “kafir-dinsiz” adı ilə
müxtəlif işgəncələrə məruz qoyulmuş, diri-diri tonqallarda
yandırılmışdı. Vəba xəstəliyinin yayılmasında günahkar bilinən
“dinsiz-yəhudilər” də inkvizisiya məhkəməsinin qurbanları
olmuşdur. Osmanlıda isə, vəbanın səbəbini gavur icadı olan “bu
rəsədxana”da görən gerici qüvvələrin təbliğatı geniş vüsət almışdı.
Elm adamlarını himayə edən Sokollunun öldürülməsindən sonra
meydan gericilərə qalmışdı.Gericilərin başında duranŞeyxülislam
Kadızadə, Sultan III Murada yolladığı məktubda, "Rasat icrasının,
194
(gözlem yapmanın) eflakin (evrenin, Allah'ın) sırlarını öğrenmeğe
teşebbüs mahiyetinde bir küstahlık olduğunu rasathane ihdas eden
(gözlemevi kuran) devletlerin zeval bulduğunu (yıkıldığım)"
bildirmşdi. Sonunda 1580-cı ildə III Murad, Kaptanı Derya Kılıç
Əli Paşaya bir hattı hümayun göndərərək rəsədxananın
uçurulmasını əmr etmişdi. Bu hadisə, elmə vurulan bir zərbə
olduğundan, Əmrə Konqarın düşüncəsində də “acı həqiqət” vardır.
Sultan Muradın taxta çıxması ilə müxtəlif dövlətlər İstan-
bulda olan vəya bu münasibətlə göndərdikləri elçiləri vasitəsilə
əvvəlcə padşahı təbrik etmiş, ardından əvvəlki müqavilələri
yeniləmişdilər. Məsələn Venesiya elçisi Soranza Venesiya baş
hersoqunun təbrikləriylə birlikdə divana 50 min qızıl, Xorvat
hakimi 12 min qızıl və gümüş qab-qacaq hədiyyə etmişdir. Bu
elçilər arasında Səfəvi elçisi Məhəmməd xan Ustaclı həm gətirdiyi
hədiyyələr, həm də elçi heyətinin çox olması ilə digərlərindən
fərqlənirdi. Səfəvi hökmdarı Şah Təhmasib sultana bir də məktub
göndərmişdi. Şah Təhmasib, yeni sultan III Murada atasının vəfatı
münasibətilə təsəlli verərək, həmin itkini “müsibət” adlandırmış,
III Muradın cülusunu da təbrik etmişdi: “Qoy dünya o alişan
sultanın (III Muradın)cülusu münasibətilə ədalət və ehsanla
bəzənsin, rəiyyət əmin-amanlıq beşiyində asudə olsun”. Səfəvi
hökmdarı yeni Osmanlı sultanı ilə dostcasına münasibətə tərəfdar
olduğunu da bildirmişdi.
Doğrudan da Şah Təhmasibin vəfatınadək (1576) Osmanlı-
Səfəvi münasibətlərində düşmənçilik əhval-ruhiyyəsi açıq-şəkildə
görünməmişdi. Lakin Osmanlı sarayının yeni tacdarı ilk fürsətdə
şərqə-Səfəvilərə qarşı bir səfər etməyi beyninə qoymuşdu.

Lehistanın himayə altına alınması


O dövrdə Şərqi Avropada yer alan Lehistanda (Polşa)
hakimiyyət uğrunda gedən çəkişmələrə Osmanlı dövlətinin də
müdaxilə etdiyi görülməkdədir. Sokullu Mehmet Paşa, Dövləti
Aliyyəyə bağlı olan Erdel əyalətinin voyvodası Stefan Bathorini
taxta keçirərək "Polşa Kralı" elan etmişdi (1576). Bu şəkildə
Osmanlı, şərqi Avropada Lehistan krallığını himayəsinə götürərək
195
təsir dairəsini Belarus, Şimali Ukrayna, Baltik dənizinə qədər
yaymışdı. Fəqət bu bölgədə Dövləti Aliyyənin nüfuzu uzun
sürməmiş, 1586-cı ildə Stefan Bathorinin vəfatı ilə Osmanlının da
təsir gücü azalmışdı.

Fasın (Mərakeş) himayə altına alınması (1577)


Fas sultanlığında iqtidar uğrunda gedən mübarizədə bir
qrup portuqaldan, bir qrup da Osmanlıdan yardım istəmişdi. Bunun
üzərinə portuqallarla Osmanlı ordusu Vadi’s Sebil deyilən yerdə
qarşı-qarşıya gəlmiş, döyüşdə portuqallar məğlub olaraq, kralları
Sebastian da həlak olmuşdu. Fas taxtına Osmanlı tərəfdarı biri
oturdulmuş və bölgə Osmanlının himayəsi altına girmişdi.

Səfəvi-Osmanlı müharibələri (1578-1590)


Şah Təhmasibin vəfatından sonra taxt uğrunda gedən
mübarizəni qazanan II Şah İsmayılın bir dövlət xadimi kimi
fəaliyyətinə nəzər salaraq, biz onun xasiyyətində öz baba və
atasının əksinə olaraq, qatı şiəliyə deyil, sünniliyə doğru meylin
güclü olduğunu görürük. O, şiə ruhanilərinin müqavimətinə
baxmayaraq, “təbərrayi adəti”ni (İlk üç xəlifə Hz.Əbu Bəkr, Hz.
Ömər və Hz. Osmanın lənətlənməsini) qadağan etmişdi. Yeni
Səfəvi hökmdarının belə dəst-xətt götürməsinə səbəb nə idi? Baş
verməkdə olan bu hadisələri şəxsən müşahidə edən Şərəfxan
Bitlisinin (1543-1603) yazdığına görə, II Şah İsmayıl ölkədə elə
üsul-idarə yaratmaq istəyirdi ki, sünnilər və şiələr öz əqidələri üzrə
hərəkət edərək, bir-birilərinin işlərinə qarışmasınlar. Tarixçi Oqtay
Əfəndiyevin gəlmiş olduğu qənaətə görə, II Şah İsmayıl belə
hərəkət etməklə II Muradla sülh münasibəti yaratmaq, şiə-sünni
ziddiyyətini bir qədər yumşaltmaq fikrindəydi. “Ola bilsin ki, elə
buna görə də, II İsmayılın qısa hakimiyyəti müddətində Səfəvi-
Osmanlı sərhədində sakitlik hökm sürmüş, tərəflərin heç biri sülhü
pozmamışdı” yazan O. Əfəndiyevlə həmin məsələ xüsusunda türk
tədqiqatçısı F.Kırzıoğlunun fikirləri arasında nəzərə çarpan fərq
mövcuddur. Bu türk aliminin Bəkir Kütükoğluya istinadən verdiyi
məlumata görə, II Şah İsmayılın döyüşçüləri Zəncanda olan bir
196
Osmanlı karvanını basmış və qarət etmiş, Səfəvi hökmdarı isə bu
işin təhqiq etmək üçün Ərzurumdan (Osmanlı tərəfi)gələn iki
çavuşu həbsxanaya atmış, hətta həmin çavuşların əhvalını
öyrənməyə gələn Van paşasının adamlarını da dustaqxanaya
göndərmişdi. Bundan başqa yeni Səfəvi hökmdarı I Şah İsmayıl və
I Şah Təhmasib vaxtlarında olduğu kimi, Osmanlıların Anadolu-
dakı qızılbaş ələvi tayfaları arasına onların Ərdəbil təkkəsinə və
Səfəvilərə bağlılıqlarını təbliğ edən xəlfələr yollamışdı. O,
Amasya sülhünü açıqca pozub, Osmanlıların mal, torpaq və
təbəəsinə təcavüzə başlamışdı. Bütün bu hərəkətlər isə, nəticə
etibarilə Osmanlıların II Şah İsmayıla qarşı səfərə çıxmaq barədə
qərara gəlməsinə səbəb olmuşdu.
Tarixçilər araında Osmanlı-Səfəvi müharibələrində 2-ci
mərhələsinin başlama səbəbləri və səbəbkarları arasında bəzi fikir
ixtilaflarının olduğunu görürük.
Ümumiyyətlə belə qənaətə gəlmək olar ki, Osmanlılara
kin-küdurət bəslənməsinə baxmayaraq, II İsmayıl dövlətlər arası
sülh və əmin-amanlığın bərqərar olunmasına narazı deyildi. O,
müxtəlif səbəblərdən Təhmasibin sünni məzhəbinə qarşı həyata
keçirdiyi siyasətdə müəyyən dəyişiklər aparmaq fikrinə düşmüşdü.
Tarixçilərdən bəzilərinin yazdıqlarına görə onun belə bir əhval-
ruhiyyədə olmasına böyük təsir göstərən şəxslərdən biri də
Qəzvində yaşayan və zahirdə özünü şiə kimi qələmə verən, əslində
isə sünni məzhəbini yaymağa can atan Mirzə Məxdum Şərifi
olmuşdur. İsmayıl ilə yaxın münasibətdə olduğu üçün şübhəsiz ki,
onu sünni məzhəbinə sövq edən də məhz onun özü olmuşdur.
Mirzə Məxdum İsmayıl ilə o qədər yaxınlaşa bilmiş ki, şah onu
özünün ən yaxın müşavirlərindən biri seçmiş və sünni məzhə-
bindən olanlara maliyyə yardımı paylanılmasını məhz ona həvalə
etmişdi. Tarixçilərin bəziləri II İsmayılın həyata keçirdiyi siyasəti
təhlil edərkən yazmışdılar ki, o, belə bir addımı illərlə Qəhqəhə
qalasında dustaq olmasına səbəb olan atasının siyasətinə müxalif
olaraq atmışdı.
Məlum məsələdir ki, şahın belə bir siyasəti şiə məzhəbinə
son dərəcə təəssübkeş olan və “şahı”sufilərin mürşidi hesab edən
197
qızılbaşlara mənfi təsir göstərmişdi. Verilən məlumatlardan belə
məlum olur ki, bəzi türkmən qəbilələri şahın sünni məzhəbinə
meylli olmasından hiddətlənmiş və ona qarşı üsyan etmək
istəmişdilər. Təkcə adi camaat deyil, alimlərin də böyük bir hissəsi
şahdan üz çevirmişdi. 1578-ci ildə II İsmayılın sui-qəsd
nəticəsində gözlənilməz ölümü ilə “dini islahatlar” da əhəmiy-
yətini itirmişdi. Səfəvilərdə vəziyyətin yenidən kəskinləşməsini
fürsət bilən III Murad da yeni bir şərq səfərinə çıxmaq üçün
hazırlığa başlamışdı.
Bəzi Türkiyəli tarixçilərə görə, 1555-ci il Amasya sülhünün
II Şah İsmayılın fitnəkar fəaliyyətləri ilə pozulması, Anadoludakı
qızılbaşların fitnə-fəsadı, Dağıstan, Şirvan, Gilan əhalisi və Yəqə
türkmənləri kimi İran sünnilərinin də İslam xəlifəsi və dünyanın ən
böyük və adil padşahından (yəni III Muraddan) yardım istəmələri,
Özbək və Xarəzm xanlıqlarının, eləcə də, onlardan şərqdə yaşayan
türklərin Xəzər-Qara dəniz ticarət yolunun açılması üçün İstanbula
tez-tez müraciətləri kimi səbəblərə görə Osmanlı dövləti İranla
döyüşmək qərarına gəlmişdi. Təbii ki, bu qeyd olunanlarda həqiqət
payı olsa da, III Muradın əsl məqsədinin əcdadları Yavuz Səlimin
və Qanuninin missiyasını davam etdirərək Səfəviləri tamamən
ortadan qaldıraraq Azərbaycan daxil, Cənubi Qafqazı, İranı ələ
keçirmək, ən əsası da Xəzər dənizində nüfuz sahibi olmaq idi. III
Murad bu səfərinə haq qazandırmaq üçün daha əvvəlki sələfləri
kimi şeyxülislamın da fitvası ilə ortodoksal İslamın şiələrə qarşı
sınaqdan çıxmış cihad şüarından yenidən istifadə etmişdi. Səfəvi
taxtını ələ keçirən Şah Məhəmməd Xudabəndə (1578-1587) ilə
məktub yazışmalarında da bu görülməkdədir. III Murad ilə sülh
bağlamaq üçün adətən dil tökən Məhəmməd Xudabəndinin
məktubunun xülasəsi;
“Bizim atalarımız bir-biriləri ilə rəftarda qarşılıqlı
razılaşma və sədaqət yolunu tutdular. Yeni cənnət olan Həzrət şah
fani cahandan əbədi məkana köçəndən sonra İsmayıl Mirzə öz ata-
babasının yolu ilə getmədi, öz qardaş və qohum-əqrabasının
hamısına qanlı kəfən geydirib o dünyaya göndərdi. Elə buna görə
də o, öz əməl budağından həsrət və məlamət meyvəsindən başqa
198
heç nə dərə bilmədi. Hakimiyyət bu sadiq şəxsə yetən kimi o, yeri
cənnət olan şahın yolu ilə getməyə başladı. Sədaqət, birlik və
səmimiyyət qanunlarını təzələmək üçün Vəli bəy – Məhəmmədi
Sultanın vəkilini sizin dərgahınıza yolladıq. Amma xəbər gəldi ki,
Lələ paşa Şirvan ülkəsində nüfuz edib, sülh evini viran eyləmişdir;
orada çoxlu rəiyyət öldürüldü. Müsəlman qanı axdı. Qoy sizə
məlum olsun ki, bizim tərəf heç bir cəvhlə əhd-peymana müxalif
olmamışdır və yenə də sədaqət və əhdimizdə möhkəmik.”
III Muradın cavab məktubunun özəti:
“ Diyare-əcəmin məkrli valisi olan Xudabəndə qoy bu
tovqini alıb, bilsin ki, günahkar İsmayıl öz fitnəkar atası Şeyx
Heydərin təbəəsi olan bir neçə natəmiz adamın köməyi ilə səltənət
ucalığına yüksəlib fəsad edərək hidayət yolundan dönmüşdü.
Babam Sultan Səlim isə əcəm mülkünü tutmaq və o məlunu əzmək
üçün yürüş edib, Çaldıranda döyüşdə babanız Allahın qəzəbinə
gəldi. Siz peyğəmbər səhabələrinə, yəni həzrət Əbu Bəkrə və
Ömərə öz düşmənçiliyinizi və kininizi izhar etdiniz, fəzilətli və
sülhsevər sünniləri qətlə yetirdiniz. Sünnilər də, cahana pənah
verən dərgahdan pənah istədilər. Səltənət bizə çatanda şəriət
qayda-qanununun kamilliyi və şiə qanunlarının aradan götürməsi
üçün bir nəvvabımı çoxlu ləşkərlə sizin diyarınıza yolladım. O, sizi,
torpaqlarınızı ələ keçirdi, siz isə ona qarşı çıxmayıb gizləndiniz.
Vallah bizim gözümüzdə dünyanın zərrə qədər də qiyməti yoxdur.
Bizə tabe ol! Ahu kimi qaçsan belə, Məhəmməd, millətinin
Azərbaycana, İraqa, İsfahana, hətta Türkistana, Çinə və Oman
sahillərinə getsən belə səni tutub gətirəcəklər.”
1578-1590-cı illərdə Səfəvi və Osmanlı imperiyaları
arasında baş vermiş müharibədə Səfəvilər bəzi uğurlar qazansalar
da, dövlətin daxili vəziyyətində baş verən çəkişmələr Osmanlı
dövlətinin qələbəsinə gətirib çıxarmışdı.
Bu ərəfədə Osmanlı və Səfəvilərin ilk böyük toqquşması
Çıldırda (1578 avqust - Qars yaxınlığnda) baş vermişdi. Bu döyüş
Osmanlı qələbəsi ilə başa çatmışdı.“Tarixe-aləmaraye-Abbasi”
əsərinin müəllifiİskəndər bəy Münşinin (1560-1639) fikrincə,
Çıldır döyüşündə Səfəvilərin məğlubiyyətinin başlıca səbəbi
199
bunda idi ki, qızılbaş əmirləri “təkəbbürün və özlərinə güvənməyin
bolluğundan rumilərlə müharibəni yüngül və sadə iş hesab
edirdilər. Buna görə də, onlar 10-15 min nəfərlik qoşunla Mustafa
paşanın yüz minlik qoşununa qarşı çıxmağı mümkün saymışdılar”.
Çıldır döyüşü Gürcüstanın qapılarını Osmanlıların üzünə
açmışdı. Fəqət qızılbaş dəstələri 1578-ci ilin sentyabrında Qanıxda
(Alazan çayı-Car-Balakən) anidən hücum edərək Osmanlılara
xeyli tələfat verə bilmişdilər. 1578-ci ilin noyabrında Ağsu çayı
sahilində, Mollahəsən adlı yerdəki döyüşdə də qızılaşlar üstün
olmuşdu. Fəqət Osmanlıların irəliləyişini durdurmaq mümkün
olmamışdı. Osmanlı ordusu çox da çətinlik çəkmədən Ərəş,
Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı ələ
keçirmişdi. Rus şərqşünası İlya Petruşevski (1898-1977) düzgün
olaraq qeyd edir ki, “Osmanlı Türkiyəsinin Şirvanı işğal etməsini
Azərbaycanın cənub hissəsində və Ermənistanda bir çox köçəri
kürd tayfalarının, Şimali Azərbaycan əyanlarının bir hissəsinin
onun tərəfinə keçməsi, habelə qızılbaş əmirlərinin arasındakı
çəkişmələr və onunla ümumi rəhbərliyə tabe olmaq istəməməsi
asanlaşdırmışdı.”
Osmanlı və Səfəvilər arasında ən böyük döyüş isə 1583-cü
ildə Samur çayı sahilində baş vermişdi. Mənbələrə görə 3 gün
gecə-gündüz məşəllərin işığında gerçəkləşən bu döyüş tarixə də
“Məşəl savaşı” olaraq keçmişdi. “Məşəl savaşı”nı qazanan Osman-
lılar Şirvan və Dağıstanda tam möhkəmlənmişdilər. Səfəvilərlə
müharibədə Osmanlının yanında Krım xanı tərəfindən göndərilən
tatar birlikləri də vuruşmaqda idi. Bu arada 1587-ci ilin avqustunda
Özbək xanı Abdullah xan da İstanbula Ali Bahadır Hacı ismində
bir elçi göndərərək, qızılbaşlara qarşı eyni zamanda hücum etməyi
təklif etmişdi. Bunun üzərinə III Muradın əmri ilə Özbək xanına
lazım olan o dövrün modern silah ləvazimatı və “Ləşkəri
Rum”adlanan birliklər göndərilmişdi. Osmanlı tərəfindən gön-
dərilən mütəxəssislərdən ibarət heyət isə özbək ordusunun quruluş
və təşkilatlanmasına köməklik edəcəkdi. Osmanlı ordusunun və
özbəklərin hücumu arasında sıxışıb qalan Səfəvilər ard-arda
əllərindəki torpaqları itirməkdə idi.
200
Osmanlı ordusunun 1588-ci ildə Qarabağ və Gəncə
hərəkatı sırasında, Abdullah xanın başçlığı altında özbəklər də
Xorasana hücum edərək Heratı, ardınca Məşhədi ələ keçir-
mişdi(1589). Abdullah xanın oğlu Əbdülmöminin əmri üzərinə
Səfəvi soyuna aid məzar yerləri dağıdılmışdı. Bəzi mənbələrə görə,
o dövrdə İmam Rzanın məzarına yaxın bir yerdə olduğu düşünülən
Şah Təhmasibin məzarı da dağıdılaraq, sümükləri Buxaraya
göndərilməli, orada nümayişkəranə şəkildə təhqir olunmalıydı.
Vaxtı ilə, Şah İsmayılın Şeybanı Məhəmməd xana elədiklərininin
intiqamı bu şəkildə alınacaqdı. Lakin bu sümükləri Mavərəünnəhrə
aparacaq Dostum Bahadır adlı şəxslə əlaqə quran qızılbaş
böyükləri bir şəkildə onu razı salaraq, Təhmasibin sümüklərinin
onun nəvəsinə yeni Səfəvi hökmdarı seçilmiş Şah Abbasa (1587-
1629) çatdırıblar. Şah Abbasın əmri ilə kimsəyə məlum olmayan,
lakin “müqəddəslərin yatdığı” bir yerdə xəlvətcə dəfn edilmişdi.
Əsas sual isə budur: Şah Abbasın əldə etdiyi kisədəki
sümüklər, doğrudanmı babası Şah Təhmasibə məxsus idi?
Mənbələrdə keçən məlumatlara görə, özbəklər Məşhəddən
çıxarıldıqdan sonra qəbirlər incələnmiş, aşağı səfdə uyuyan
məzarların dağıdıldığı aşkarlanmış, Dostum Bahadırın söylədikləri
də öz təsdiqini tapmışdı. Xorasan Səfəvilər tərəfindən yenidən
alındıqdan sonra isə Şeyx Həsən Həffar adlı dövrün nüfuzlu və
məlumatlı adamlarından biri-Şah Təhmasibin Məşhəddəki qəbir
yerini müəyyən edən şəxs İskəndər bəy Münşiyə bir sirr açmışdı.
Demişdi ki, imam Rzanın yaxınlığında basdırılmış şəxs Şah
Təhmasib deyil, həmin ərəfədə vəfat etmiş ağır cəddli bir seyiddir
və and içmişdi: "Cənnətməkan şahın mübarək qəbrinə naməhrəm
əli dəymədi".
Abdullah xan Xorasandakı bu uğurlarını bir namə yazaraq
elçi ilə İstanbula bildirmişdi. Ard-arda qazandığı zəfərlərlə çox
qürurlu olan Abdullah xan müsəlmanlar üçün önəmli bir şəhər olan
Həştərxana da səfər düzənlənməsinin zəruri olduğunu, bunun üçün
paytaxtdan (İstanbul) əlavə hərbi güc və silah ləvazimatının
göndərilməsini rica etmişdi. Abdullah xan hal-hazırda Səfəvilərin
mərkəzi Qəzvinə doğru hücum etmək niyyətində olduğunu da
201
bəyan etmişdi. Fəqət gözlənilənin əksinə özbək elçisi Osmanlı
sarayında soyuq qarşılanmışdı.Avstriyalı tarixçi Von Hammerə
(1774-1856) görə, Abdullah xanın Heratı alaraq İran içinə doğru
irəliləməsi İslam dünyasında “Xəlifəninn gücünün kölgələn-
məsinə” səbəb olmuşdu.Beləliklə, Osmanlı dövlətində siyasi
mənfəətlər dini mənfəətlərin önünə keçmişdi.
O sıralar həm özbəklərlə, həm də Osmanlılarla savaşaraq
böyük çətinlik qarşısında qalan Şah Abbas elçilərini İstanbula
göndərərək sülh xahişində oldu.Uzun sürən savaşlar Osmanlı
dövlətində də maliyyə çətinlikləri yaratmışdı, tutulan torpaqları
əldə saxlamaq üçün çoxlu güc tələb olunurdu. Birdə ki, hal-hazırda
bağlanacaq sülh müqaviləsi ilə Osmanlı ələ keçirmiş olduğu
əraziləri düşməninə də qəbul etdirmiş olacaqdı. Ona görə, Osmanlı
sarayından,özbək xanına da Səfəvilərlə sülh imzalanacağından
hərbi fəaliyyətin durdurulması bildirilmiş, İran tərəfdən hər hansı
bir hücum olmazsa, özbəklərin də sakit durması tənbeh edilmişdi.
1590-cı ildə İstanbulda Səfəvi və Osmanlı dövlətləri ara-
sında sülh müqaviləsi bağlanmışdır. Osmanlı tarixində durğunluq
dövrünün ilk müqaviləsi olaraq bilinən İstanbul sülhü, mənbələrdə
o sıralar görüşmələri yürüdən vəzir Fərhad Paşanın adına istinadən
“Fərhad Paşa” anlaşması olaraq da keçməkdədir. Müqavilə
nəticəsində Azərbaycan ərazisi Osmanlı və Səfəvi dövlətləri
arasında bölünmüşdü. Şirvan, Qarabağ, Təbriz və onun ətraf
nahiyələri, Sərab, Marağa və bu şəhərdən qərbdə yerləşən bütün
vilayətlər Osmanlı imperiyasının əlinə keçmiş, Xalxal, Ərdəbil,
Qaradağ, Talış, Zəncan və Sultaniyyə isə Səfəvilər dövlətinin
tərkibində qalmışdı. Bundan başqa Gürcüstan, Dərbənd, Mosul-
Kərkük, Luristan (İran) da Osmanlı nüfuzu altına keçmişdi.
Osmanlı hakimiyyət orqanları zəbt olunmuş ərazilərdə yeni
inzibati idarə vahidləri yaratmış, vilayətlərə hakimlər təyin
etmişdilər. Azərbaycanın ən iri yaşayış məntəqələrində hərbi
hissələr yerləşdirmiş, vergi və mükəlləfiyyətlərin növlərini,
məbləğini müəyyənləşdirmişdilər. 1590-cı ilin sülh müqaviləsi
şərtlərinə əsasən Şah Abbas belə bir öhdəliyi də üzərinə
götürmüşdü ki, əmri altındakı təbəədən kimsə məzhəb ayrılığına
202
görə incidilməyəcək, peyğəmbərin əshab və xəlifələrinə qarşı
küfrə yol verilməyəcəkdi.
İstanbul (Fərhad Paşa) sülhü ilə Osmanlı şərqdə ən geniş
sərhədlərinə çatmışdı.

Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası)


1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə
başlayan, Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk
üsyandı. Onu da qeyd etməliyik ki, ilk dəfə III Murad dövründə
devşirmə olmayanlar da yeniçəri ocağına alınmağa başlanmış və
qapıqulu sistemində yavaş-yavaş pozulmalar özünü göstərmişdi.
Bir vaxtlar dövlətin və padşahın ən güvəndiyi ordu olan
yeniçərilər, tədricən daxili çəkişmələrə daha çox müdaxilə edən,
hətta sonrakı illərdə bir “qanqren yarası” olmağa başlamışdı.
Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları
başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi
boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə
divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə
dərəcədə çıxılmaz olduğunu göstərirdi.
Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri
qəzəbləndirmişdi. Bütün dövlət xadimləri divan məclisində ikən,
yeniçərilər saraya doluşmuşdu. Aşağı əyarlı sikkələrin həqiqi
qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri
Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud
Əfəndinin kəllələrini istəmişdilər. Tələb olunan dövlət adamlarını
təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən
yeniçərilər sakitləşmiş və dağılmışdılar.

Osmanlının qərb siyasətində İngiltərə


Osmanlı dövlətinin qərbdə ən böyük düşməni Habsburqlar
sülaləsi idi. Qanuni Süleyman dövründə Fransa krallığı himayə
altına alınaraq xristian Avropasını parçalamaq siyasəti məharətlə
hayata keçirilmişdi. XVI əsrin sonlarına doğru Avropada Osmanlı
dövləti ilə yaxın əlaqələr qurmaq istəyən bir dövlət daha vardı:
İngiltərə krallığı. Protestant məzhəbindən olan kraliça Elizabeth
203
iqtidarı dövründə (1558-1603) İngiltərənin də ən böyük rəqiblə-
rinin başında İspaniya (Habsburqlar) gəlməkdə idi. İspaniya,
katoliklik vasitəsilə İngiltərə üzərindəki nüfuzunu davam etdirmək
istəyirdi. Amma ölkədə protestantlığı möhkəmləndirməyə səy
göstərən Elizabeth onların başına bəla olmuşdu. Ona qarşı
dəfələrlə sui-qəsd təşəbbüsləri olsa da, nəticəsiz qalmışdı. Kraliça
Elizabeth həm özünün, həm də İngiltərənin müstəqilliyi üçün
güclü bir müttəfiqə ehtiyacı vardı. O dövrdə xristian Avropasında
katolik kilisəsinə və Habsburqlara qarşı çıxa biləcək real bir qüvvə
olmadığından, katolik mühasirəsini qırmaq üçün Elizabeth və
İngiltərənin gələcəyi üçün, dini inancları fərqli də olsa, müttəfiq
ola biləcəyi tək süper güc Osmanlı dövləti idi. Beləliklə,
Habsbuqlara və Papanın başını çəkdiyi katolik kilsəsinə qarşı
mübarizə faktoru iki dövlət arasında əlaqələrin yaranmasının əsas
səbəbi sayıla bilər. Təbii ki, kraliça Elizabethi Osmanlıya bağlayan
yalnız siyasi deyil, həm də iqtisadi ticari maraqlarını da gözardı
etməmək lazımdır.
İngiltərə ilə Osmanlı dövləti arasında diplomatik müna-
sibətlərin qurulması iki ölkə arasında ticarət əlaqələrinin başlanğıcı
ilə bağlı idi. 1575-ci ildə iki London tacirləri Edvard Osborn və
Riçard Steyper öz vəsaitləri hesabına əməkdaşlarını (Con Uaytı və
Cozef Klementsi) Polşa ərazisindən keçməklə İstanbula yola
saldılar. Bu səfərin əsas məqsədi türk sultanı III Muraddan ingilis
ticarət agenti Vilyam Xarborna vizit üçün icazə almaq idi. Belə bir
icazə alınandan sonra Vilyam Xarborn 1578-ci ildə İstanbula səfər
etmişdi. Bu səfər sayəsində yuxarıda adları çəkilən Osborn və
Steyperə türk mülklərində ticarət azadlığı verildi. Xarborn
İngiltərəyə sultanın kraliça Elizabethə ünvanladığı məktubla
qayıtmışdı. Öz məktubunda sultan ingilis kraliçasını türklərin
İngiltərəyə səmimi münasibətlərində və ingilis təbəələrinin türk
mülklərində ticarətə icazə verməsində əmin etmişdi. Cavab
məktubunda Elizabeth Osborn və Steyperə verilmiş imtiyazların
bütün ingilis tacirlərinə şamil edilməsini xahiş edirdi. Qeyd etmək
lazımdır ki, istər İngiltərə kraliçası, istərsə də ona xidmət edən
ingilis diplomatiyası bu dövrdə «Türkiyə məsələsi»ndə əsas
204
diqqəti «kapitulyasiyalar» almağa yönəltmişdilər. 1536-cı ildə
Osmanlı imperiyası tərəfindən Fransaya verilən məşhur
«kapitulyasiyalar» Avropada böyük əks-səda doğurmuşdu. İlk
vaxtlarda sırf iqtisadi xarakter daşıyan bu müqavilələr Qərbi
Avropa dövlətlərinin Osmanlı mülklərində əvvəlcə ticarət, daha
sonralar siyasi fəallığı üçün böyük imkanlar açmış oldu. Məhz
fransız kapitulyasiyaları (1536) digər Avropa dövlətləri üçün
nümunə oldu. Məhz belə bir «kapitulyasiya» İngiltərə ilə Osmanlı
imperiyası arasında 1580-ci ildə imzalanmışdı. Bu «kapitu-
lyasiyalar» (və ya imtiyazlar) 22 maddədən ibarət olub hər iki ölkə
arasında «möhkəm dostluq, sülh və ittifaq»ı nəzərdə tuturdu.1581-
ci ildə yaradılan İngiliz Levant şirkəti türk sultanının mülklərində
inhisar ticarət hüququ almışdı.
Katoliklərə qarşı protestantları dəstəkləyərək bölgədəki
balansa nəzarət edən Osmanlı dövləti, Elizabeth üçün böyük
imkanlar açmış və ingilis ticarət gəmilərinin Aralıq dənizindəki
türk limanlarına sərbəst girişə icazə vermişdi. İngiltərənin Osmanlı
dövlətindəki ilk səfiri olan Uilyam Xarborn məhz bu arada – 26
mart 1583-cü ildə İstanbula gələrək işə başlamışdı.
Osmanlıdan aldığı kömək müqabilində Elizabeth da boş
dayanmır, padşahın anası Nurbanu Sultanı, xanımı Safiyə Sultanı,
xocası Səadəddin Əfəndini, vəzirlərini və Osmanlı donanmasının
baş komandanı Qılınc Əli Paşa kimi sərkərdələri hədiyyə yağışına
tuturdu. Digər tərəfdən, o, Osmanlı padşahı III Murada yazdığı
məktublarda katolikləri “bütpərəst” kimi təqdim etmiş, protes-
tantlıqda isə müsəlmanlıqda olduğu kimi surətlərə tapınmağın
qadağan edildiyindən danışaraq, padşahın rəğbətini qazanmağa
çalışmışdı. III Muradın cavab məktubunda da Osmanlının
ispanlara qarşı mübarizədə kraliçanı dəstəklədiyi açıq bir şəkildə
vurğulanmışdı.
İngiliz tarixçisi Jerry Brotonun, kral arxivlərində üzə
çıxarmış olduğu və Kraliça Elzabethin hərbi müşaviri Sir Francis
Walsinghamın, 1588-ci ilin başlarında İstanbuldaki İngiliz səfiri
Uilyam Xarborna göndərdiyi bir məktubda Osmanlı İmpariyasının
ispanların “məğlubedilməz armadası” olan donanmasını Aralıq
205
dənizində hücumlarla zəif düşürməyə təşviq edilməsi istəyi yer
almışdı. Osmanlıdan istənilən hərbi dəstəyin alınması üçün ingilis
elçisinin adatə yalvararaq dil tökdüyü anlaşılmaqdadır. Osmanlı
arxivində yer alan bir sənəddə də III Muradın ingilislərə bu şəkildə
cavab verdiyi bilinməkdədir:
"İki ülke arasındaki dostluk ve Ahitname-i Hümâyûn
gereğince dost ve düşmana karşı birlikte hareket edilecek. Ahit-
name şartlarına uyulduğu takdirde İngiliz tüccarlarına kimsenin
zulüm etmek ihtimali olmaz. Eskiden Osmanlı Padişahları ile
dostluk edenler nasıl saygı görüp himaye edilmişlerse size de o
şekilde muamele edilecek. İspanya'da esir olan Müslümanların
İngiltere tarafından kurtarılması sadakat ve bağlılığınızın gös-
tergesi. Elçinizle göndermiş olduğunuz mektubunuzda Osmanlı
Donanması'na ilişkin söyledikleriniz hususunda hepsiyle ilgili
malumum olmuştur. İlkbaharda büyük bir Donanma gönderilmesi
kararlaştırıldı. Allahü Teâlâ Donanma'yı zafere ulaştırsın."
Jerry Broton “This Orient Isle: Elizabethan England and
the Islamic World” (London: 2016) əsərindən də məlum olurki,
vaxtilə 400 il əvvəl ingilisləri də ispanların təzyiqlərindən Osmanlı
türkləri qurtarmışdı.
Təsadüfi deyil ki, Kraliça Elizabeth La-Manşda İspa-
niyanın “Məğlubedilməz armadası”nı darmadağın edəndə (1588),
Osmanlı donanması da Aralıq dənizində İspaniya donanmasının
bir hissəsinin başını qatmış və kraliçanın işini yüngülləşdirmişdi.
1593-cü ildə isə Habsburqların Balkanlarda Osmanlı
mülklərinə hücum etməsi iki ölkə arasında yeni bir müharibəyə
səbəb olmuşdu.
Müharibənin sürdüyü əsnada Sultan Murad da iflic
keçirərək vəfat etmiş (1595) və Ayasofya məscidinin həyətindəki
türbəsinə dəfn edilmişdi.

206
XI. QURULUŞ VƏ YÜKSƏLİŞ DÖVRLƏRİNDƏ
OSMANLIDA DÖVLƏT QURULUŞU VƏ ORDU SİSTEMİ

1. Osmanlıda dövlət anlayışı və idarə mexanizmi

Osmanlıda hakimiyyət anlayışı İslam hüququna (şəri


hüquq və köhnə Türk ənənələrinə (örfü hüquq) əsaslanır.
İslam hüququna görə, hakimiyyət Allaha məxsusdur.
Hökmdar, Allahın vəkili olaraq insanları ədalətlə idarə etməli,
idarə olunanlar da hökmdarın əmrlərinə tabe olmalı idi.
Törəyə, yəni köhnə Türk ənənələrinə görə, İslamdan
əvvəlki Türk dövlətlərində hökmdarların dövləti idarə etmək
səlahiyyətinin Tanrı tərəfindən verildiyinə inanılırdı.Ona görə
iqtidar müqəddəs sayılmaqda idi.
Quruluşundan Sultan I Murad Xüdavəndigarın dövrünə
qədər (1362-1389) Osmanlıda köhnə Türk vərasət sistemi anlayışı
hakim olmuşdu. Buna görə “dövlət xanədan üzvlərinin ortaq
mülkü kimi” qəbul edilmiş, Osmanlı soyundan olan hər kəsin taxta
çıxma hüququ vardı.
I Muradın dövründə mərkəzi hakimiyyətin güclənməsi və
bəylikdən dövlət olmağa doğru irəlilədiyində “Ölkə mülkləri
xanədan üzvlərinin deyil, yalnız padişah və oğullarının malıdır”
anlayışı hakim olmaya başlamışdı.
Fateh Sultan Mehmed xanın çıxarmış olduğu: “dövlət
nizamının qorunması üçün qarınbiraderin katli münasibdir”
fərmanı ilə ölkə bir tək padişahın mülkü anlayışı gətirilmişdir.
Fateh Qanunnaməsi ilə “qardaş qətli” rəsmi hal almışdı. Osmanlı
padişahları arasında ən çox qardaş qətlini həyata keçirən III
Mehmed (1595-1603) olmuşdu. Belə ki hakimiyyətini qorumaq
üçün 19 qardaşını boğdurmuşdu.
Osmanlı dövlətinin başında mütləq monarx olan padşah
durmaqda idi. Osmanlı rəhbərliyi, quruluşdan I Murad dövrünə
qədər bəy vəqazi ünvanlarını daşımışdılar. I Murad ilə bərabər
xudavəndigar, sultan, padşah, hünkar, xan, zat-ı şahanə kimi
ünvanlar da əlavə edilmişdir. Yavuz Səlimin Misirdə qazandığı
207
zəfərlər nəticəsində Osmanlı padşahları əhli-sünnə dünyasının
xəlifəsi olaraq da qəbul edilmişdir.
Fateh Sultan Mehmedin İstanbulu fəthindən sonra təqribən
1478-ci ildə inşa olunan Topkapı sarayı, 1856-cı ilə qədər Osmanlı
hökmdarlarının rəsmi iqamət etdiyi yer olmuşdur. Sultanların
əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray “Yeni Saray”
adlandırılmışdır. Saray XIX əsrdən etibarən Topqapı adlandırıl-
mağa başlamışdır. 1856-cı ildə Sultan I Əbdülməcid(1839-
1861) iqamətgahı şəhərin ilk Avropa stilli sarayı olan, yeni
tikilmiş Dolmabağça sarayına köçürmək qərarına gəlmişdi. Lakin
hökmdar xəzinəsi, kitabxana və sair funksiyaları yenə də Topqapı
sarayı yerinə yetirmişdi.
Osmanlı padşahlarının ən çox bilinən titulu “sultan”
olmaqla bərabər onun hərəmxanasından bəzi ailə üzvlərinə də bu
ünvan verilmişdir. Padşahın anasına “Validə sultan”, bacılarına
“Mihracı sultan”, qızlarına da “xanım sultan” deyə xitab olun-
muşdur. Bundan başqa padşaha övlad nəsib edən cariyələrinə də
“Haseki sultan” deyilirdi. XVII əsrin sonlarından etibarən pad-
şahın övrətləri“Qadın efendi” adlandırılmışdır.Padşahın qzı və ya
bacısı ilə ailə quran şəxslər “damad” ünvanını alaraq “paşa”
rütbəsinə yüksəldilirdi. Osmanlı padşahlarının ailə üzvlərinin
qaldığı yer “Hərəm-i Hümayun” adlanırdı. Dövlət içində yer əldə
etməyə başlayan hərəmin iki əsas funksiyası vardır. Birincisi
Padşahın xüsusi həyatını sürdüyü və həyat yoldaşı tapdığı yer idi.
Əgər əvvəllər Osmanlı hökmdarlarının başqa dövlətlərin və ya
bəyliklərin şahazadələri ilə nigahları müşahidə edilirdisə, sonrakı
illərdə xüsusilə Qanuni Süleyman dövründən başlayaraq hərəm-
xanaya gətirilən cariyələrlə evlənməyə üstünlük verilmişdi.
Sultanla birlikdə sultanın övladları da xarici şahzadələrlə evlən-
mədiklərindən bu çox əhəmiyyətli və xanədanın davam etməsi
üçün vacib idi. İkincisi bura bir məktəb idi. Əndərun məzunu
devşirmə (xristianlardan toplanma uşaqlar) gəncləri ilə sarayda
təhsil almış cariyələrin evləndirilməsinə əsaslanan bir qurum idi.
Padşaha və xanədana bağlı zadəgan sinifinin yaradılmasını təmin
edən bir qurum idi.
208
Osmanlı imperiyasında hərəmxana, hər kəsin girə bilmə-
diyi bir yer idi. Əgər söz olaraq hərəm 'toxunulmaz, müqəddəs'
mənasını verirdisə, Osmanlıda 'Hərəm-i Humayun' həm də dövlət
adamları yetişdirən 'Əndərun' məktəblərinə paralel bir məktəb idi.
Əndərun: Osmanlı dövlətində sarayda bürokratik və hərbi sahədə
ixtisaslı kadrlar yetişdirən təhsil qurumudur. Osmanlı dövlətində
XV əsrin ortalarından etibarən mədrəsələr istisna olmaqla, ən
mühüm rəsmi təhsil qurumu idi. Əsasən, mülki və hərbi
idarəçilərin hazırlandığı bu məktəb, Osmanlıda mərkəzi və
regional bürokratiya üçün lazımi insan resurlarını formalaşdırırdı.
Əndərun təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis
olunmuş, II Mehmed dövründə isə tamamlanmışdır.
Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və devşirilən
uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən
keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk
ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni
öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının
birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara
"acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar
buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif
hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən
yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil
Böyük və Kiçik odalar, Şahinçilər sinfi, Səfərlilər sinfi, Anbar
odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə ayrılmışdı.
Buradakı təhsilini sona qədər davam etdirə bilməyən iç oğlanlar
eyni şəkildə, çıxma olaraq müxtəlif hərbi vəzifələrə gətirilirdi.
Əndərunun ilk iki pilləsi olan Böyük və Kiçik odalar,
Səadət darvazasından içəridə uyğun olaraq, sağda və solda
yerləşirdi. Bu mərhələlərə acemi oğlanlar məktəbindən olan
qabiliyyətli və bacarıqlı məzun gənclər alınırdı. Bu gənclər İslam
dini və mədəniyyəti, türkcə, ərəbcə və farsca dərslər alır, güləş,
tullanma, qaçış, oxçuluq kimi idman təlimlərinə də qatılırdılar. Bu
siniflərdə oxuyanlar "dolama" adlanan bir növ cübbə geyindiyi
üçün, bunlara çox vaxt "dolamalı" da deyilirdi. Bu gənclər təx-
minən 15 yaşlarında olurdular. Bu siniflərdə həmçinin gənclərə
209
müəyyən məsələlərdə kömək edən və yol göstərən lələlər də
olurdu. Böyük odanın məskunu 100, Kiçik odanın isə 60 ikən,
XVII əsrdə ümumi say 258 olmuşdur. Bu iki sinif 1675-ci ildə ləğv
edilmişdir. Əndərunun üçüncü sinfi Şahinçilər sinfi idi. 40-a yaxın
gəncin təhsil aldığı bu sinif isə IV Mehmed dövründə ləğv
edilmişdir.
Əndərunun dördüncü sinfi olan Səfərlilər sinifi 1635-ci ildə
IV Murad tərəfindən təsis olunmuşdur. Əvvəllər Əndərundakıların
camaşırlarını yuyub-təmizləməklə vəzifələndirilən bu sinifdəkilər,
daha sonra musiqişünas, xanəndə, pəhlivan, bərbər və s. peşələr
üzrə yetişdirilmişdir. Saraydakı dilsizlər, təlxəklər və cücələr də bu
sinifdə yetişdirilmişdir. Səfərlilər sinifində təxminən 100 nəfər
gənc təhsil alır, bu sinifin iç oğlanları çıxmalar əsnasında daha çox
sipahi dəstələrinə verilirdi.
Anbar odası Fateh Sultan Mehmed dövründə qurulmuşdur.
Padşaha yemək xidməti məhz bu sinif tərəfindən göstərilirdi.
Burada olan iç oğlanlar hökmdarların və hərəmin çörək, ət, qoz-
fındıq, şirniyyat, şərbət kimi hər cür qida və içki ehtiyacını
hazırlayır və qoruyurdu. Saraydakı otaqların və məscidlərin
şamları da bu oda tərəfindən təmin olunurdu. Odaya mənsub tələbə
sayı 30 idi. Buradakı gənclər çıxmalar əsnasında daha çox qapıqulu
süvari dəstələrinə verilirdi.
Xəzinə odası da Fateh Sultan Mehmed tərəfindən təsis
olunmuşdur. Buranın rəhbəri baş xəzinədar və xəzinə kəndxudası
idi. Baş xəzinədar sarayın ən nüfuzlu vəzifəlilərindən idi. Sarayda
xidmət edən və sayı 2000-ə yaxın sənətkarların da rəhbəri olan baş
xəzinədar Əndərun xəzinəsinin və saraya aid olan cəvahiratın və
qiymətli əşyaların qorunmasında da məsuliyyət daşıyırdı. Sülh və
müharibə şəraitlərində padşahın yanından ayrılmırdı. Bu bölmənin
üzvlərinin sayı vaxtilə 150-yə qədər artmışdır. Buradan çıxma alan
gənclər qapıqulu süvari dəstələrinə, mütəfərrikalığa və çeşnigirliyə
alınırdı.
Xas oda Əndərunun ən yüksək mərhələsi idi və yenə II
Mehmed tərəfindən qurulmuşdur. Xas odanın 4 yüksək rütbəlisi
isə xas odabaşı, silahdar, çuxadar və rikabdar idi. Xas odanın
210
ümumi üzv sayı 40 idi. Xas odalıların vəzifələri Hırka-i Səadət
otağını təmizləmək və müqəddəs əmanətləri qorumaq idi. Padşah
müəzzini, katibi, qəhvəçisi, baş çavuşu da bu sinifə aid edilirdi.
Hərəmə bitişik olan Mabeyn otağında yerləşən bu sinifdən
çıxmalar daha sonra vəzifə müddətlərinə görə, mühüm vəzifələrə
gətirilirdi. Bu təyinatlar müəyyən ardıcıllığa və ənənəyə uyğun
şəkildə aparılırdı. Ancaq bəzən padşahlar bu ənənəyə zidd olan
təyinlər də etmişdir. Bunlara misal isə Sultan Süleyman Qanuninin
xas odabaşı olan İbrahim ağanın sədarətə gətirilməsidir.
Birun: Sarayın xarici bölümünə deyilirdi. Birunda geniş bir
idarəci heyət yer alırdı. Birundaki vəzifəlilər və təşkilatlar:
1) Yeniçərilər
2) Altı Bölük xalqı (sipahiler, silahdar, sağ və sol qəriblər,
sağ və sol ülufəcilər.)
3) Topçular və Cəbəcilər
4) Mehtərlər
5) Mütəfərrikalar: (Əndərundan çıxma iç oğlanlar, bəyzadə
uşaqları, dövlət xadimlərinin övladları)
Birunda başqa vəzifəlilərdə vardı. Məsələn, Padşah müəl-
limi: Şahzadələrin təhsiliilə məşğul olur. Həkimbaşı: Cərrahbaşı da
deyilən həkim. Çavuşlar və Çavuşbaşı: xəbərləşmə və elçilik
vəzifəsi görürlər. Bundan başqa münəccimbaşı, memarbaşı,
səyisler (mehtər), oxçularvə s. vəzifəsində müvəffəqiyyətli olanlar
sarayda daha yüksək postlara gətirilirdi.
Osmanlı Dövlətində idarə mexanizmi mərkəz və əyalət
təşkilatı olaraq ikiyə ayrılmışdı.

Mərkəz təşkilatı

Divan-ı Hümayun
Osmanlıda bütün dövlət işləri Divanda görüşülürdü. Divan
ilk olaraq Orxan Qazi dövründə qurulmuşdu. Fateh Sultan
Mehmed dövrünə qədər divan toplantılarına başqanlığı padşah
həyata keçirməkdə idi. Daha sonrakı dövrlərdə baş vəzir başçılıq
etməyə başladı.
211
Divanda alınan qərarlar padşahın təsdiqi iləqüvvəyə
minirdi. Divan toplantısı adətən sübh namazından sonra olurdu.
Divan üzvləri saray içindəbir otaqda toplanır və qərarlar alırlardı.
Qanuni dövründə isə Topqapı sarayında Qübbəaltı adlı binanın
inşası ilə Divan-ı Hümayun yığıncaqlarını orada keçirilməyə
başladı.Divanın vəzifələri arasında qanunlar çıxarmaq, üst
məhkəmələrə baxmaq, yeni sikkələrin basılmasına qərar vermək,
xəzinə və maliyyə məsələlərini həll etmək, vergilərin toplanmasına
nəzarət və s. daxil idi. Divan-ı Hümayun XVII əsrin sonlarına
qədər padşahlıq məqamından sonra sonra dövlətin ən mühüm
müəssisəsi olmuşdur. Daha sonralar nüfuzu azalmış, XIX əsrdən
etibarən isə Sultan II Mahmudun idarə reformları ilə yerini Bab-
Ali (ərəbcə bab qapı sözündən) yəni Nazirlər Kabinetinə burax-
mışdı.
Divan-ı Hümayun Seyfiyyə, İlmiyyə və Kalemiyyə olaraq
üç qrupa ayrılmışdı. Üst sinif idarəcilər ( sədrəzəm, vəzirlər,
yeniçəri ağası və kaptan-ı dərya) Seyfiyyəyə; din, təhsil və
məhkəmə işlərindən məsul olan şəxslər ( şeyxül-islam və kadı-
əskərlər ) İlmiyyəyə; mailiyyə və idarə işlərindən məsul olanlar
isə ( dəfdərdar, nişançı , rəisül- küttab) Kalemiyyə qrupuna aid
idi.
Sədrəzəm və ya vəziriəzəm— Osmanlı dövlətində padşa-
hın adına dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən
siyasi ünvandır. Bugünki baş nazir vəzifəsi ilə eynidir. Sədrəzəm
hökmdarın mütləq vəkili olduğu üçün həmişə sultanın tuğralı
möhrünü gəzdirirdi. Buna görə də sədrəzəmin sözü və yazısı
padşahın fərmanı deməkdir. Belə ki, Fateh Qanunnaməsində
sədrəzəmin(baş vəzir) dövlətdəki yeri belə ifadə edilmişdir.
"Bilgil ki vüzerâ (vəzirlər) və ümerânın (əmirlər) vezîr-i
âzam; başıdır, cümlenin ulusudur, cümle umûrun vekîl-i
mutlâkıdır ve mâlımun vekîl-i defterdârıdır ve ol vezîr-i âzam
nâzırıdır ve oturmada ve durmada ve mertebede vezîr-i âzam
cümleden mukaddemdir (öncə gəlir)."
Güclü hökmdarlar tərəfindən təyin edilən sədrəzəmlər
dövlətə böyük işlər görmüşdür. (Məsələn: Sokullu Mehmed Paşa)
212
Ancaq XVI əsrin sonlarından etibarən dövlətin durğunluq dövrünə
girməsi ilə bu işləri sədrəzəmlər yox, Validə Sultanlar, saray
işçiləri və ya özbaşına olan yeniçərilər görürdülər. Buna bax-
mayaraq bu dövrlərdə də sədarətə Köprülü Mehmed Paşa, Quyucu
Murad Paşa, Tarhuncu Əhməd Paşa və digər görkəmli şəxsiyyətlər
gətirilmişdi.

213
Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının
Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlara qübbə
vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Yeniçəri ağası; Yeniçəri Ocağı ile Acemi Ocağı işlərindən
məsul olan şəxsdir. Yeniçəri ağasının həm sivil, həm də hərbi
vəzifələri vardır. Əsnafa (ticarət və sənətkarlıqla dolanışınıq
saxlayanlar) nəzarət etmək, paytaxtın asayişini, ən əsas da sarayın
təhlükəsizliyini qorumaq kimi mühüm vəzfələri vardır.
Kaptan-ı dərya — Osmanlı imperiyasında donanmanın
başçısına verilən hərbi statusdur. Kaptan-i dəryalığın bu qədər
yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə
gətirilməsi ilə bağlıdır. 16-cı əsrin sonlarında kaptan-ı dəryalığa
yüksələnlərin vəzir rütbəsilə Divan-ı Hümayuna qatılması adəti
başlanmışdır.
Kaptan-ı dərya həm Donanma-yı Hümayünün, həm də
Tərsanə-i Amirənin ən böyük rütbəsi idi. Dənizçilikdə bütün
təyinatları edə bilər, dövlət səviyyəli sənədlərə sultan adına imza
ata bilərdi. Kaptan-ı dəryalıq və onun vəzifələri 1867 tarixində
ləğv edilərək Bahriyə Nəzarətinə verilmişdi.
Şeyxülislamlıq dərəcəsi tarixən müsəlman dünyasında
böyük məqam sayılmışdır. “İslamın şeyxi”, “müsəlmanların ağ-
saqqalı”, “müsəlmanların başçısı” mənalarını verən “şeyxülislam”
ləqəbini tanınmış fiqh alimləri, məşhur sufi mürşidləri daşımışlar.
Hərfi mənada “şeyx”-qoca, “şeyxülislam” - “İslamın xocası (müəl-
limi)”, “dini rəhbər” deməkdir.
XVI əsrdən etibarən şeyxülislamın mövqeyi o qədər
yüksəlmiş nüfuzu o dərəcədə güclənmişdir ki, o, nəinki ali səla-
hiyyətli din xadimi, din alimlərinin başçısı, həm də ən mötəbər
dövlət adamlarından biri sayılmışdır. Sarayda ən böyük məra-
simlərə şeyxülislam rəhbərlik etmiş, sultanın dəfnini, keçirmiş,
vəliəhddən əhdi o almış və onu taxta o, əyləşdirmiş, qazıları o,
təyin etmişdir. Xilafət ləğv edildikdən və Türkiyə Cümhuriyyəti
qurulduqdan sonra bu ölkədə şeyxülislamlıq vəzifəsi ləğv
edilmişdir.

214
Kazasker: Büyük məhkəmələrə baxar, eyni zamanda
qazıların və müdərrislərin (mədrəsəmüəllimləri) təyin olunması ya
da vəzifədən uzaqlaşdırılmasına qərar verirdi.
Nişancı: Padşahın möhrünü daşıyardı. Padşah əmirlərinin
altına bu möhrü basardı. Ayrıca fəth edilən yerlərin qeydiyyatını
aparardı.
Dəftərdar: Dövlətin maliyyə işlərinə nəzarət edər, mədaxil
və məxaric hesablarını tutardı.
Reisülküttab: Divanı-ı Hümayunda maliyyə xaricindəki
bütün yazışmaların həyata keçirilməsinə nəzarət edən nişancıya
bağlı olan bir vəzifədir.

OSMANLIDA ƏYALƏT ( TAŞRA) TƏŞKİLATI

İdari Birim Yöneticisi Adalet işleri Güvenlik


işleri
Eyalet Beylerbeyi Kadı Subaşı
Sancak Sancak Beyi Kadı Subaşı
Kaza Kadı Kadı Subaşı
Köy Köy Kadı Naibi Yiğit başı
Kethüdası

Osmanlı torpaqları tədricən genişləyərək bir çox bölgəyə


yayılmışdı. Bütün mülkləri tək bir mərkəzdən idarə etmək
çətinləşmişdi.
Mərkəz xaricində qalan yerlər əyalət prinsibinə əsasən
idarə olunmağa başlandı.
Əyalət:
Sancaqların bir araya gəlməsi ilə qurulan bir inzibati
vahiddir.Başında bəylərbəyi durmaqdadır. Həm Anadolu, həm də
Rumelidəki sərhədlərin genişləməsi üzərinə I Murad dövründə
Rumeli Bəylərbəyliyi, oğlu İldırım Bəyazid dövründə isə Anadolu
Bəylərbəyliyi qurulmuşdu. XVI əsrin sonlarına doğru Osmanlı
dövlətində 40-ın üzərində əyalət (bəylərbəyliyi) mövcud idi. Misir
valilərinə bəylərbəyi ünvanı ilə bərabər “Hidiv” adı ilə də xitab
215
olunmuşdur. Əlcəzair və Tunis əyalət başçıları isə XVII əsrdən
etibarən “Dayı” ünvanı ilə bilinməkdədir.
Bəylərbəyi əyalətlərdə padşahın vəkili idi. Onun tərəfindən
verilən əmirləri və qanunları həyata keçirərdi. Savaş zamanında
ordusuyla padşaha qatılırdı. Bir də bunların xaricində muxtar
idarəyə sahib olan bəyliklər vardı:
a) Salyaneli (illik) əyalətlər: Bu əyalətlər ildə bir dəfə
olmaq üzrə dövlət xəzinəsinə vergi ödəyirdilər. Bu vergiyə salyane
deyilirdi. Bu əyalətlərə aid idi; Tunis, Cəzair, Yəmən, Trablusqərp
(Livya), Misir.
b) Salyanesiz (illiksiz) əyalətlər: Bu əyalətlərillik vergi
ödəməzdi. Onun yerinə tətbiq olunan timar sistemi ilə ordunun
ehtiyacını qarşılayırdılar. Bu əyalətlərə aid idi: Anadolu, Rumeli,
Erzurum, Mosul, Bosniya, Sivas, Bağdad, Karaman və s.
c) Vassal Bəyliklər: Bu əyalətlər daxili işlərində sərbəst,
xarici əlaqələrdə isə Osmanlıya bağlı idilər. Bu əyalətlərə aid idi:
Eflak, Erdel, Boğdan, Krım, Hicaz.
Bu əyalətlərin başçıları müharibə vaxtı lazım gələrsə, öz
əsgərləri ilə Osmanlı ordusuna qatılmalı idilər.
Sancaq, qəza, nahiyə və kəndlər
Əyalətlər sancaqlara bölünürdü. Osmanlı şəhzadələri 17-ci
əsrin başlarına qədər dövlət idarəsi təcrübəsi qazanmaq üçün
sancaqlara göndərilirdi. Sancaqlarda özlüyündə qəzalara, onlarda
qəsəbə və kəndlərə ayrılmaqda idi.

2. Osmanlıda ordu sistemi

Qapıqulu piyadaları

Əcəm Ocağı – digər bir adı Gənc Oğlanlar Ocağı. Osmanlı


dövlətində başda piyada qismi olmaq üzrə qapıqulu ordusunun
ehtiyac duyduğu əsgərləri yetişdirmək üçün qurulmuş olan
ocaqdır. Osmanlı dövlətinin öz təbəəsi olan xalqların qeyri
müsəlman olanların və xüsusən Balkanlardan 8-18 yaş arasında
uşaq və gənclərin toplanması ilə tətbiq olunan devşirmə sistemi ilə
216
qaynaq təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər bəzən də
saray üçün işçilər yetişdirilirdi.
Xristian ailələrdən alınmış uşaqlar əvvəl bir Türk ailəsinə
verilirdi. Beləliklə Türkcə öyrənmələri və Türk-İslam ənənələrinə
görə tərbiyə edilmələri təmin olunur, ondan sonra Əcəm Ocağına
göndərirdilər. Sonra Əcəm Ocağında müəyyən bir müddət ərzində
uşaqların zəkaları və istedadları kəşf edilirdi. Qüvvətli və döyüş
qabiliyyəti olanlar Yeniçəri Ocağına, zəkası üstün gələn uşaqlar isə
təhsillərinə davam etmək üçün saray məktəbinə gedirdilər. Qayda-
qanununa görə müharibələrdə alınan əsirlərin beşdə birinin (pençik
sistemi) dövlət hesabına yetişdirilməsi üçün Əcəm Ocağına
verilənlərə Əcəm oğlanı deyirdilər. Burada aldıqları təhsillərinin
sonunda uğurlarına görə ya Enduruna gedir, ya da başda Yeniçəri
Ocağı olmaqla Qapıqulu ocaqlarına aparılırdılar .
I Murad dövründə Çandarlı Qara Xəlil Paşa və Molla
Rüstəmin səyləri ilə ilk dəfə Geliboluda qurulan Əcəm oğlanları
ocağı 1826-cı ildə Yeniçərinin dağıdılmasına qədər davam etmişdi.
Yeniçərilər — yeni döyüşçü, XIV-XIX əsrlərdə Osmanlı
ordusunda daimi piyada qoşunu.
Yeniçərilər sipahilər və axınçılarla birlikdə imperiya
qoşununun əsasını təşkil edirdilər. Qapıquluların (sultanın
qullardan ibarət şəxsi qvardiyası) tərkib hissəsi idilər. Yeniçərilər
dövlətdə həmçinin polis rolunu oynayırdılar. Onlar dərviş libasına
bənzəyən libas geyinir, bayraqlarında isə şiə nişanı - Həzrət Əlinin
zülfüqarı və əl təsvir olunmuş nişan gəzdirirdilər.
Yeniçəri Sultan Muradın hakimiyyəti dövründə təşəkkül
tapdı. Osmanlılar tutduqları ərazilərdə 8-18 yaşlı xristian uşaqları
toplayaraq İstanbula yollayır və onlara məcburi İslamı qəbul
etdirirdilər. Müsəlmanlaşdırılmış uşaqlara 12 ilə yaxın məşq
keçirilirdi. Onlara at çapmaq, ox atmaq, qılıncdan istifadə öyrə-
dilirdi. Bu cür əsgərlər "Yeniçəri" adlanırdılar. Yeniçərilər yüngül
zireh və silahla təchiz olunurdular. Buna görə onlar döyüşdə çox
çevik hərəkət edirdilər. Yeniçərilər, Osmanlı ordusunun əsas
qüvvələrindən biri sayılmaqda idi.

217
Cəbəcilər Ocağı — Osmanlı ordusunu təşkil edən Qapıqulu
ocaqlarından biri idi. Cəbəci sözü monqol dilindən tərcümədə
"silah, zireh" mənasını verən cəbə sözündəndir. Yeniçəri ocağı
üzvlərini ox, kaman, qılınc, zireh, tüfəng, barıt, güllə kimi silah və
döyüş sursatları ilə təmini, bunların istehsalı, təmiri və
saxlanılması ilə məşğul olan ocağın adıdır. Quruluş tarixi dəqiq
bilinməsə də, XV əsrin ortalarından mövcud olmuşdur.
Cəbəcilər ocağına üzvlər isə Yeniçəri ocağında olduğu
kimi Acemi oğlanlarından seçilirdi. Ocağa yeni alınanlar öncə
şagird, daha sonra isə usta adlanırdı. Ocaq nizamının pozulmasının
ardından Acemi ocağından başqa, digər yerlərdən də üzv seçilirdi.
Hətta evlənməsinə icazə verilən cəbəcilərin övladları da qeyd
olunurdu.
Ocağın ən yüksək rütbəli məmuru cəbəcibaşı adlanırdı.
Ordunun başında padşah vəya sərdar-ı əkrəm rütbəsiylə
sədrəzəm səfərə çıxarsa, cəbəcilərin hamısı; əgər başqa biri
sərdar rütbəsiylə səfərə çıxarsa, cəbəcilərin yalnız müəyyən qismi
səfərə qatılırdı. Ocağa bağlı əsgər sayı dövr ərzində dəyişmişdir.
Belə ki, I Süleyman dövründə ocağa bağlı əsgər sayı 700, XVI
əsrin sonlarında 4000, IV Murad dönəmində 7000-8000-ə çatsa da,
daha sonra bu rəqəm 2500-ə düşmüşdür.
Cəbəcilər ocağı Yeniçəri ocağının ləğvi ilə birlikdə 1826-
cı ildə ortadan qaldırılmışdı. Ancaq çox keçmədən yeni bir
tərtibatla Cebehâne-i Âmire adıyla bərpa olunmuşdu.
Topçu Ocağı - Top tökmək və istifadə etməkdən məsul
olan, Qapıqulu Ocaqlarına bağlı piyada əsgərlərin bağlı olduqları
ocaqdır.
Top arabaçıları - Müharibə vaxtı topları daşımaqla
vəzifələndirilən əsgər qrupu.
Lağımcılar – Tünel qazan əsgərlər. Məqsədləri, xüsusilə
qala mühasirələri zamanı tunel qazaraq divarlara çatmaq, divarları
aşağıdan uçurmaq və ya qalaya qədər bir tunel qazaraq qalanı
içəridən fəth etməkdir. Döyüş əsnasında qarşıdakı səngərə qədər
bir tunel qazılır və bomba ilə partladılır, düşmən əsgərlərinə və
səngərlərinə zərər verilirdi.
218
Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında
qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat.
Dünyanın ilk hava topu sinfidir. Qumbara dəmir və ya tuncdan
tökülmüş əl bombasıdır.
Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa
adındakı bir topçu bölük başçısının ilk tunc qumbara emalat-
xanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya
iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf
Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edilmişdi.

Qapıqulu süvariləri
Sipahilər - Osmanlı ordusunun ağır süvariləridir. Timar
sahibi olan timarlı sipahilər və Qapıqulu Ocağına bağlı qapıqulu
sipahiləri olmaq üzərə ikiyə ayrılır. Timarlı sipahilər savaşarkən
sərt davranışlarına görəqərbmənbələrində "Doğrayıcı" olaraq
adlandırılmışdır.
Silahtar ağa - Saraydaki bütün silahlardan və padşahın
silahlarından məsul olan şəxsdir. Müharibə vaxtı qapıqulu
süvarilərindən silahtar birliyinin başında mərkəzdə padşahın
yanında yer alırdılar.
Sağ ülufəçilər - səfərdə padşahın sağında yürüyən sipahi
birliyinin sağında hərəkət edirdilər. 210 bölükdən ibarət sağ
ülufəçilərə - Yaşıl bayraq da deyilirdi. Xəzinəni qorumaq bunların
vəzifəsi arasında idi.
Sol ülufəçilər - səfərdə padşahın sağında yürüyən sipahi
birliyinin solunda hərəkət edirdilər. Ordunun ağır texnikasını və
xəzinəni qorumaq da bunların vəzifəsi arasında idi.
Sağ gariplər - Müharibə vaxtı düşmənə hücum edib
mühasirəyə alınmasına yardımcı ola biləcək atlı birliklər.
Sol gariplər - Müharibə vaxtı düşmənə hücum edib
mühasirəyə alınmasına yardımcı olmaq və səltənət sancaqlarını
qorumaq bunların vəzifələri arasında idi.

219
Əyalət əsgərləri
Timarlı sipahilər (atlı süvarilər): Timar sistemi daha
əvvəlki müsəlman-türk dövlətlərində gördüyümüz iqta sisteminin
Osmanlılar tərəfindən inkişaf etdirilmiş şəkli idi. Timarlı sipahilər
öz dolanışıqlarını xidmət müqabilində onlara verilən dirlik adlanan
ərazilərdən əldə edirdilər. Timar sistemi ile yetişən əskərlərə
cebelüdeyilirdi. Savaş sırasında ordunun sağ ve sol cinahlarında
duraraq, ordu mərkəzini yanlardan gələcək hücumlara qarşı
qoruyurdular. Qanuni Sultan Süleymanın son zamanlarına qədər
dövlətin ən mühüm və ən böyük hərbi gücü idi.
Timar sistemində dirliklər gəlirlərinə görə üçə bölün-
müşdü:
-İllik gəliri 3000-20000 axça olan dirlikərə- timar deyil-
mişdi,
-İllik gəliri 20000-100000 axça olan dirliklərə-zəamət deyil-
mişdi,
-İllik gəliri 100000 axçadan çox olan dirliklərə -xass deyil-
mişdi.
Yayalar- maaşlı piyada birlikəri.
Müsəlləm - ordunun müharibə vaxtı keçəcəyi yolların
təmizlənməsi, körpülərin düzəldilməsi və yolların açılması kimi
bir çox vəzifədən məsul şəxslərdir. Digər tərəfdən, barışıq
dövründə bütün vergilərdən azad sayılırdılar.
Axıncılar— Osmanlı dövlətinin hərbi təşkilatında, sərhəd
bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək
onları zəiflətməyə çalışan yüngül süvari birlikləridir. Osmanlı
İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza
məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara
çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla
gələn şey Osmanlı hərbi gücünün ən mühüm təşkilatı olan
axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla
dövləti, milləti və İslam dini uğrunda vuruşan, lazım gələndə
canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma
üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir topluluq
deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman
220
istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda
yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan
taktikalarından istifadə edərək düşmən birliklərini dağıtmaq idi.
Hər biri bir neçə xarici dili, ana dili kimi danışan, möhtəşəm
cəngavərlərdi. Axıncılar, axın etməklə kifayətlənməyib, eyni
zamanda düşmənin vəziyyətini, yolları və qüvvələri haqqında
məlumat toplamaq kimi kəşfiyyat vəzifəsini də yerinə yetirirdilər.
Axıncılıqda xüsusi qaydalar var idi. Axıncılıq atadan oğula keçirdi
və yalnız türklərə məxsus hərbi bir birləşmədir. Bunları indiki
hərbi təşkilatdakı desant birliklərinə bənzətmək olar.
Azaplar - Osmanlı dövlətindəsubay və könüllü cavan-
lardan təşkil olunan garnizon birliyidir. Azap sözünün mənası
subay kişi deməkdir. Müharibə vaxtı ordunun ən önündə yer
almaqda idi.
Yörüklər - qərbi Anadoluda yaşayan köçəri türklərə
deyilir. Ehtiyac yarandığında onlardan da istifadə olunmuşdu.
Beşlilər: Hər beş evdən bir kişi alınaraq təşkil olunan bu
birliklər sərhəddəki qalalarıın qorunmasından məsul idilər.
Dəlilər: Osmanlı quru ordusundakı bir əsgər birliyidir.
Dəli adı verilən süvarilərdən ibarət bu birlik, savaşlarda üstün
cəsarət göstərmələri və fərqli geyinmə şəkilləri səbəbi ilə bu isim
onlara verilmişdir.Silah olaraq əyri pala, qalxan, mizraq
götürərdilər. Qalxanları quş tükü ilə bəzədilən dəlilərin geyimləri
şir, pələng və tülkü dərisindən, şalvarları ayı və ya qurd dərisindən
olardı. Ayaqlarına isə şişburun, mahmızlı çəkmə geyərdilər.
Bayraqlarına "qismətdə nə varsa, o, başa gələr" yazılardı.
Ümumiyyətlə, igidlər barədə "dəli" ifadəsi bir zamanlar türklər
arasında geniş yayılıb. Təsadüfi deyil ki, Koroğlunun döyüşçüləri
də "dəli" adlandırılırdı.
Sakalar və ya Saka ocağı- Yeniçərilərin su ehtiyacını
qarşılamaq üçün vəzifələndirilən əsgərlərdən təşkil olumuşdu.

221
Osmanlı donanması

Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı


Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri, XIV əsrdə
yaradılmışdı. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth
edərək dənizə çatmışdı. Qaramürsəl bəyin rəhbərliyində ilk
donanma yaradılmış və Kocaelidə baş verən döyüşlərdə dənizdən
dəstək təmin edilmişdi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı
limanı qurulmuş və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri
başlamışdı. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy
olmuşdu. 1337-ci ildə Kocaeli ələ keçirilmişdi. Beləliklə 1353-cü
ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açılmışdı. Bundan
sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq
İstanbul olmuşdu.
İstanbulun fəthində II Mehmed donanmadan faydalanmış-
dı. Qara dənizdə və Aralıq dənizində təsiri çoxalan Osmanlı
donanmasının XVI əsdə dənizlərdə ən böyük rəqibləri Venesiya və
Habsburqlar idi. Bundan başqa Osmanlıya aid ticarət gəmiləri və
limanları tez-tez xristian pirat gəmilərinin hücumlarına məruz
qalmaqda idi. Xristian piratçılığına qarşı mübarizə aparmaq üçün
Osmanlı da “türk korsancılığının” yaranmasına imkan yaratmışdı.
Fransızcadan gələn “korsan” kəliməsi, Osmanlıcada “dəniz
haramisi”, “dəniz əşkiyası” deməkdir. Müasir Türkcə də haydut,
quldur anlamını verməkdədir. Korsanlar rəsmi olaraq bir milləti ya
da ordunu təmsil etməzlər və məqsədləri qənimət əldə etməkdir.
Xristian piratçılğına və ya korsancılığına qarşı Osmanlı dövləti
“icazəli” olaraq türk korsancılığını dəstəkləmişdir. Osmanlı
dövlətində korsanlar dəniz komando sinfi olaraq qəbul edilmişdi.
Ən böyük bazaları Əlcəzairdə yerləşirdi.Demək olar ki, bütün
böyük türk admiralları bu sinifdən yetişmişdilər. Korsan sinfinin
qurulmasında Sultan Yavuzun böyük qardaşı Şahzadə Qorqudun
böyük əməyi olmuşdur. Məhz onun sayəsində ilk Osmanlı korsan
ocağı qurulmuş, Turqut rəis, Barbarossa qardaşları himayə altına
alınmışdır. Sultan Yavuzun Misir səfərində Osmanlı ordusuna

222
dənizlərdən ən böyük dəstəyi də “müsəlman-türk korsanlar”
vermişdir.
Osmanlı donanma tarixində qazanılan ən böyük dəniz
zəfərləri arasında Preveze zəfəri (1538), Cerbe zəfəri (1560),
Çanaqqala zəfərini (1915) göstərə bilərik. O dövrdə Osmanlıda
dəniz donanması admirallarına Kaptan-ı Dərya”, dəniz əskərlərinə
isə “levent” deyilməkdə idi.

3. Osmanlıda vergi sistemi

Bir davamlılığı üçün ən vacib gəlir mənbələrindən biri


vergilərdir. Osmanlı dövlətində də müxtəlif vergilər tətbiq
edilmişdir. Osmanlı vergi sistemi Tekâlif-i Şer'iyye (Şəriət
vergiləri) və Tekâlif-i Örfîye (adət vergiləri) olaraq iki əsas başlıq
altında tənzimlənmişdi. Bunlardan birincisi dinə görə toplanan
vergilərdir. Quran, icma, qiyas və sünnəyə əsaslanan bu ilk
başlıqdakı vergilər, əyalətdə yaşayan insanların inanclarına görə
təyin edilmişdir. Dini, başqa sözlə, əsas şəriət vergiləri bunlardır:
Zəkat: (ərəbcə: çoxaltma, təmizlik) – müsəlmanların ver-
diyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət
qanunları ilə müəyyənləşdirilmiş dini vergidir. Zəkat islamın beş
şərtindən biri hesab olunur (xristianlıqda buna bənzər şəri vergi
desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf
olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə
bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri
təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-
fitr (fitrə) ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam
olan gün verdiyi zəkat növüdür və əl-fitr günlərində sədəqə kimi
paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan
tutulur. Zəkatın miqdarına gəldikdə, zəkatı veriləcək ümumi malın
2,5 faizi (1/40-ni) təşkil etməkdədir (məsələn 1 kq qızılın zəkatı 25
qr olur. 1000 Osmanlı axçasının zəkatı 25 axça olur. Heyvanlara
gəldikdə bu 40 qoyundan 1 qoyun zəkata düşür. Və sair say
hesabına görə).

223
Öşr (Aşar): Müsəlmanlardan toplanan məhsul vergisidir.
Osmanlı vətəndaşı olan və əkinçiliklə məşğul olan hər bir
müsəlman dövlətə vergi olaraq istehsal etdiyi məhsulun onda birini
ödəməli idi. Onluq vergisi yalnız Cümhuriyyət dövründə ləğv
edilmişdi (1925).
Xərac: Qeyri-müsəlmanlardan toplanan məhsul vergisidir.
Bu verginin dərəcəsi 1/2 ilə 1/10 arasında dəyişirdi. 1856 İslahat
fərmanı ilə qaldırılmışdı.
Cizyə — ərəb mənşəlidir. Quranda bu haqda belə deyilir:
"Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən,
Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan
və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz
əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun." (Tövbə
surəsi / 29) Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən
can və mal mülkiyyətinin qorunması qarşılığında alınan vergidir.
Osmanlıda da yeni fəth edilən ərazidə qeyri müsəlmanlardan
alınırdı. Cizyəni ağıl və bədəncə sağlam yetişkin kişilər ödəyirdi.
Qocalardan, qadınlardan, uşaqlardan, xəstələrdən müharibədə
iştirak qabiliyyətləri olmadıqları üçün bu vergi alınmırdı. Korlar,
şikəst olanlardan yalnız varlılar cizyə ödəyirdi. Dilənçilər və din
xadimləri bu vergidən azad idi.
- Ağnam Resmi ve ya Adet-i ağnam - Osmanlı dövlətində
qoyun ve keçi kimi kiçikbaş heyvanlardan alınan vergi.

Tekâlif-i Örfiye vergiləri:

- Çift-bozan - torpaqlarını tərk edənlərdən və torpaqlarını


üst-üstə 3 il boş qoyanlardan alınan vergidir,
- Rəsm-i çift- müsəlmanlardan alınan ərazi vergisi,
- İspənc- qeyri-müsəlmanlardan alınan ərazi vergisi,
- Avariz vergisi- Fövqəladə vəziyyətlərdə həm müslüm, həm
də qeyri-müslümlərdən alınan vergi (günümüzün Türkiyəsində
deprem vergisi kimi),
- Baclar ve Gümrük rüsumları- Ticarət ilə məşgul
olanlardan, əsnaf və sənətkarlardan alınan vergi,
224
- İmdadiyyə- Müharibə vaxtı hərbi xərcləri qarşılamaq və
sülh şəraitində də büdcə kəsrini bağlamaq üçün əhalidən toplanan
vergi,
- Amədiyyə- Tənzimat dövrünə qədər xaricdən Osmanlı
torpaqlarına gətirilən mallardan alınan gömrük vergisi,
- Hınzıriyye (Canavar vergisi)- Osmanlıda donuza “canavar-
hınzır” deyilirdi. Donuz bəsləyənlərdən alınan vergidir,
- Resm-i mücerred - Bekarlardan (subay) alınan vergidir.
- Bennak Resmi - Osmanlı Dövlətində torpaq sahibi olan
atalarınını yanında yaşayan oğulların evləndikləri zaman
ödədikləri vergidir.

4. Osmanlıda torpaq sahibliyinin formaları

Yuxarıdakı rəsmdən də görülürür ki, Osmanlıda torpaq


sahibliyi miri (dövlət torpaqları) və mülk (şəxsi torpaqlar) olaraq
ikiyə ayrılmışdı. Miri torpaqlar ümumi ərazilərin təqribən 87%
əhatə etməkdə idi. Miri torpaqlar dövlətə aid olduğu üçün satıla,
başqasına dövr edilə və miras bıraxıla bilməzdi.
Paşmaklık - Sultanın anasının, qızlarının və xanımlarının
ehtiyacları üçün dövlət tərəfindən ayrılan torpaqdır. XVIII əsrdən
bəri, paşmaklık termininin yerinə “xassə” ifadəsi istifadə
edilmişdir.
Ocaqlıq - qalaların mühafizəsi və tərsanələrin ehtiyacını
qarşılamaq üçün ayrılan torpaqlardır.
Malikanə - dövlətə üstün xidmət göstərmiş sərkərdələrə,
valilərə, börokratlara ömürlük verilən bu torpaqlar, bu şəxslər vəfat
etdikdən sonra yenidən dövlətə keçir.
Yurtluq - Osmanlı sərhədlərini mühafizə edən əsgərlərin
ehtiyacını qarşılamaq üçün ayrılan torpaqlardır.
Vəqf torpaqları (dini torpaqlar) - Bu torpaqlar müqəddəs
şəhərlər, pirlər, şəhid ailələrinə yardım; xəstəxanalar və
karvansarayların inşası; mədrəsələrə dəstək və digər sosyal
xidmətlər üçün nəzərdə tutulmuşdu. Bu torpaqlarda məscidlər və
müqəddəslər üçün türbələr tikilirdi. Mukataa- gəlirləri dövlət
225
xəzinəsinə gedən bu torpaqlar iltizam üsulu ilə mültəzim adlanan
şəxslərə icarəyə verilirdi. Mültəzim də misal üçün 3 illik vergiləri
nəğd olaraq qabaqcadan dövlətin xəzinəsinə ödəyir, daha sonra isə
sərbəst şəkildə illik vergilərini əhalidən toplayırdı. İltizam üsulu
daha sonralar sui-istimallara, əhalidən daha çox vergi alınmasına
və narazılığa səbəb olmuşdu.
Dirilik - dövlətə xidmət müqabilində verilən bu torpaqlar,
böyüklüyünə və gəlirinə görə üçə bölünürdü. Vəzifəsi və rütbəsi
daha böyük olan şəxslərə (şahzadə, vəzir, bəylərbəyi, sancaqbəyi)
has, orta dərəcəli olanlara zəamət (qazi, timar dəftərdarı,
kəndxuda,qala komandanı), nisbətən daha alt olanlara isə timar
torpaqları verilirdi. Has torpaqlarının illik gəliri 100 min axçadan
çox, zəamətin 20-100 min arası, timar isə 3-20 min arası idi.
Osmanlı dövlətində şəxslərə aid xüsusi torpaqlar mülki
ərazi və ya “Arazi-i Memlüke”adlanırdı. Müsəlmanların sahib
olduğu bu xüsusi mülklərə “öşri torpaq”, qeyri-müslümanların
sahib olduqları mülklərə isə. “haraci torpaq” deyilirdi. Arazi-i
Memlüke sahibləri qanunlar çərçivəsində sahib olduqları mülkü
sata, dövr edə, icarəyə verə, bağışlaya , miras buraxa bilərdi.

226
XII. OSMANLI DÖVLƏTİ DURĞUNLUQ DÖVRÜNDƏ
(1579-1699)

Durğunluq dövrü, Sokollu Mehmed Paşanın vəfatı ilə


başlayaraq ilk dəfə geniş miqyaslı torpaq itkisi yaşandığı Karlo-
vitsa (Karlofça) müqaviləsinə qədər olan dövrü əhatə etməkdədir.
Təxminən 120 il davam edən bu dövrdə 12 sultan və 61 sədrəzəm
dövlətin başında olmuşdu.
Durğunluq dövrünün padşahları:
- III. Murad (1574 - 1595)
- III. Mehmed (1595 - 1603)
- I. Əhməd (1603 - 1617)
- I. Mustafa (1617 - 1618)
- II. Osman (1618 - 1622)
- I. Mustafa (1622 - 1623) (2-cidəfə taxta çıxmışdı)
- IV. Murad (1623 - 1640 )
- İbrahim (1640 - 1648 )
- IV. Mehmed (1648 - 1687)
- II. Süleyman (1687 - 1691)
- II. Əhməd ( 1691 - 1695 )
- II. Mustafa (1695 - 1703)

1. Durğunluq dövrünün səbəbləri

Osmanlıda durğunluq dövrünün səbəblərini daxili və xarici


səbəblərə ayırmaq mümkündür:

DAXİLİ SƏBƏBLƏR:

Mərkəzi idarənin pozulması


Osmanlı imperiyası fərqli din, dil, irq və mədəniyyətdə olan
insanlardan ibarət olan bir dövlət quruluşu olaraq meydana
gəlmişdir. Dövlətin fəth siyasəti ilə Avropa, Asiya və Afrikada
geniş ərazilər Osmanlının nüfuzu altına keçmişdi. Lakin zamanla
fəth edilən ərazilərdə nizamlı sistemin qurulmasında axsamalar
227
ortaya çıxmaya başlamışdı. Problemlər daha çox mərkəzdən uzaq
əyalətlərdə özünü büruzə verməyə başlamışdı. Bundan əlavə,
sərhədlərin genişlənməsi də daha əvvəlki tempdə davam etmə-
mişdi. Dövlət idarəçiliyinin pozulması nəticəsində qanunların tam
olaraq icra olunmaması əyalətlərdə haqlı narazılığa səbəb oldu və
bununla da ölkədə ciddi qanun boşluğu formalaşdı.
Mərkəziyyətçi mütləq monarxiya olan Osmanlı
imperiyasında bütün güc mütləq güc olan Osmanlı sultanının
əlində cəmlənmişdi. Dolayısı ilə onların siyasi və əqli vəziyyəti
ölkənin də siyasi və ictimai şəraitinə birbaşa təsir edirdi. Adətən
sultan ölkəni idarə edir və səfərə gedən orduya da rəhbərlik edirdi.
Fəqət Qanuni Süleymandan sonra padşahlar demək olar ki, hərbi
səfərlərə artıq qatılmırdılar. Şahzadələrin “sancağa çıxma”
üsulunun qaldırılması və “vərasət sistemi”ndə edilən dəyişikliklə
“qəfəs üsulu”nun tətbiqi nəticəsində təcrübəsiz, iradəsi zəif,
azyaşlı və bəzən də “dəlisov” hökmdarların taxta çıxması
müşahidə olunmaqdadır. Bunun nəticəsində də saray qadınlarının
(Haseki və Validə Sultanlar), sədrəzəm və digər dövlət adaml-
arının ölkə idarəçiliyinə daha aktiv müdaxiləsi görülməkdədir.
Durğunluq dövrünün öndə gələn və dövlətin idarəsində söz sahibi
olan saray qadınları arasında xüsusilə Səfiyyə Sultan, Handan
Sultan, Mahpeykər Kösəm Sultan və Turxan Sultanların adlarını
qeyd etmək mümkündür.

Osmanlının ən nüfuzlu “qadın sultanları”


Yüksəliş dövrünün “qadın sultanlar”ı arasında heç şübhəsiz
Qanuni Süleymanın ən çox sevdiyi xatunu olan Xürrəm Sultan
(1504-1558), maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi
ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində
önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti"
adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı
tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir.
Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan
paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini
aradan qaldırmışdır.
228
Xürrəm Sultan o dövrə qədər görülməmiş şəkildə xarici
siyasətlə maraqlanmış, diplomatik yazışmalar aparmışdır. İran
səfərlərinə dəstək vermiş, 1548-ci ildəki İkinci İran Səfəri zamanı
Lehistan taxtına çıxan yeni krala təbriknamə göndərmişdir.
Osmanlı dövlətində kralla məktublaşan ilk və tək hasəki
sultandır. Gəlini Nurbanu Sultan və onun gəlini Səfiyyə Sultan
kraliçalarla yazışmalar aparsa da, Xürrəm Sultandan başqa kralla
şəxsən yazışan bir sultan olmamışdır.
Bundan başqa Xürrəm Sultan Osmanlı dövlətinə sığınan
Səfəvi şahzadəsi Əlqas Mirzəyə naxışlı dəsmal və dualı köynəklər
hədiyyə etmiş, Səfəvi şahının bacısı isə Xürrəm Sultanı fironun
qadını Züleyxaya və Həzrəti Məryəmə bənzətmişdi.
Xürrəm Sultan Osmanlı tarixində ilk dəfə qanuni xanım
sultan olaraq kraliça mənasında işlənən Şah ünvanını işlətmişdir.
Buna sübut isə Qüds şəhərindəki imarətin və İstanbuldakı Hasəki
Xəstəxanasının kitabəsində "Devletlu İsmetlu Hurrem Şah Sultan
Aliyyetü'ş-şân Hazretleri" ifadəsinin işlənməsidir.
Mihrimah Sultan (1522-1578), Osmanlı padşahı Qanuni
Süleyman və Hasəki Xürrəm Sultanın qızı.Anası 1558-də öldük-
dən sonra atasına anasının oynadığı məsləhətçi rolunu oynamışdı.
1566-ci ildə atası öldükdən sonra yerinə keçən qardaşı II Səlimin
səltənəti boyunca da məsləhətçiliyini davam etdirmişdi. Anaları
Xürrəm Sultan ölmüş olduğu üçün qardaşı üçün sanki bir Validə
Sultan rolunu oynamışdı.
Afifə Nurbanu Sultan (1525/1530 - 1583) — Osmanlı sul-
tanı II Səlimin hasəkisi və III Muradın anası, Validə sultan. Əslən
Venesiyalı olduğu güman edilən və 1537-ci ildə Barbaros
Xeyrəddin Paşanın Paros adasına hücumu əsnasında əsir alındığı
və kölə olaraq saraya hədiyyə edildiyi bilinir. Nurbanu Sultanın
validə sultanlıq dövründə hərəmin bu qədər güc qazanmasında,
əlbəttə ki, Sultan Muradın anasına olan hörməti əsas rol oynayırdı.
Buna ən gözəl nümunə isə həm ailə üzvləri arasında, həm də
saraydakı şəxslər arasında ən yüksək – günlük 2 min axca
maaşın validə sultana verilməsidir. Nurbanu Sultanın Venesiya-
lılarla qurduğu siyasi-diplomatik əlaqələr barədə lazımi qədər
229
sənəd günümüzə qədər gəlib çatmışdır. 1583-cü ildə Venesiya
senatı üstün xidmətləri səbəbilə ona 2 min Venesiya qızılı
dəyərində hədiyyə yollamışdı. Digər bir sənədə görə isə, Krit
adasının Osmanlı hücumundan qorunması və Venesiyaya
müharibə elan edilməməsi barədə dövrün kaptan-ı dəryası Qılınc
Əli Paşanı tənbeh etmişdir. Bundan başqa Fransa kralının anası
Yekaterina de Medici ilə yazışdığı da bilinir. Bu yazışmalarda
Fransa və Osmanlı sarayı arasındakı münasibətlərin yaxşılaşması
və ticarət müqavilələrinin yenilənməsi məsələləri müzakirə
edilmişdir. Nurbanu Sultanın şəxsi işləri üçün yəhudi əsilli Ester
Handalini xidmətə aldığı, məşhur tacir Jozef Nassi ilə də iqtisadi
əlaqələr qurduğu bilinir. Məhz bu əlaqələri səbəbilə o dövrdə
yəhudi olması haqqında şayələr yayılmışdır.
Səfiyyə Sultan (1550-1605), III Murad taxta keçdikdə baş
qadın olaraq paytaxta gətirilmişdi. Gözəlliyi və zəkası ilə qısa
zamanda böyük bir nüfuz sahibi olan Səfiyyə Sultanla, yenicə
Validə Sultan olan Nurbanu Sultan arasında ilk sürtüşmələr də
məhz bu dövrdə başlamışdı. Sultan Murada hər gün yeni cariyələr
təqdim olunsa da, Səfiyyə Sultan gözdən düşməmişdi. Rəqibləri ilə
mübarizə apararkən yavaş-yavaş da dövlət işlərinə qarışmağa
başlayan Səfiyyə Sultan, Sokullu Mehmed Paşanın 1579 tari-
xindəki ölümündən sonra dövlət idarəsində olduqca mühüm rol
oynamışdır.
Səfiyyə Sultan sadəcə dövlətin daxili işləri ilə yox,
həmçinin xarici siyasəti ilə də maraqlanırdı. Xarici dövlətlərin
hökmdarları ilə şəxsən yazışmaları olduğu bilinməkdədir. İngiltərə
kraliçası I Elizabeth ona 1593 tarixində zinət əşyaları ilə bəzənmiş
bir portretini yollamış, cavab olaraq kraliçaya gümüş naxışlı bir
araba dolusu geyim, qurşaq, yaqut və incilərlə bəzənmiş bir tac
yollanmışdı. Bu tipli hədiyyələşmələr onun validə sultanlığı
dövründə də davam etmişdi. İngiltərə elçisi Edward Bartonun
validə sultana verdiyi hədiyyələrlə İstanbuldakı vəzifə bölgülərinə
təsir göstərdiyi bilinir. Belə ki, bu hədiyyələşmələr öz nəticəsini
verəcək və Səfiyyə Sultan sarayda kraliçanın ən güclü dəstəkçisi
olaraq bilinəcəkdir. Kraliça 1599 tarixində ona bərbəzəkli bir at
230
arabası və İran cinsi bir pişik hədiyyə etmış, Səfiyyə Sultan da bu
arabayla bütün İstanbulu gəzmişdir.
1595 tarixində III Muradın vəfatı və oğlu III. Mehmedin
taxta keçməsiylə validə sultan olaraq dövlət içindəki gücünü daha
da gücləndirmişdir. Sultan III Mehmed əhəmiyyətli məsələlərdə
anası ilə məsləhətləşirdi. 1596 tarixində Əyri səfərinə çıxan III
Mehmed 1 milyard axcalıq bir xəzinəni anasının himayəsinə
vermiş, Əyri qalasının fəthi xəbərinin İstanbula gəlməsilə şəhərin
bütün yoxsul, yetim və dullarına sədəqə paylamış, qurbanlar
kəsilmişdir. Xarici siyasətdə həm ingilis, həm də Venesiya yönlü
siyasət yürütmüşdür. Sözsüz ki, bu siyasətdə Venesiya elçilərinin
ona verdiyi qiymətli hədiyyələrin də payı az deyildi.Səfiyyə
Sultanın həm Avropalılardan, həm də daxildə dövlət adamlarından
rüşvət və hədiyyələr alaraq məmur təyinatlarına müdaxilə etdiyi
bilinməkdədir.
Səfiyyə Sultan gəlinləri arasında ən çox Handan Sultanla
anlaşırdı. İkili arasındakı bu ittifaq nəticəsində, III Mehmeddən
sonra taxta keçmə ehtimalı olan Şahzadə Mahmud və anası
boğdurulmuş, ağlı başında tək varis olan Handanın 13 yaşlı oğlu
Əhmədə taxt yolu açılmışdı. O dövrdə III Mehmedin başqa bir
xatundan olan Mustafa adında əqli cəhətdən zəif bir oğlu da
həyatda idi.
I Əhmədin çox kiçik yaşda taxta oturması və ailədə başqa
şahzadənin olmaması səbəbilə Şahzadə Mustafaya toxu-
nulmamışdır. Bəzi əcnəbi qaynaqlar I Əhmədin onu bir neçə dəfə
öldürmək istədiyini, ancaq sonradan peşman olub imtina etdiyini
yazır. Venesiya elçisi Kontarini 1612-ci ilə aid qeydlərində bu
təşəbbüslərdən birincisinə padşahın anidən xəstələnməsi,
ikincisinə isə güclü bir fırtınanın mane olduğunu qeyd edir. Bu
dövrdə Şahzadə Mustafanın sarayda çox sərt nəzarət altında
saxlanılması onun psixoloji vəziyyətini daha da pisləşdirmiş, əqli-
zəifliyini artırmışdır. Fələyin işinə bax ki, I Əhmədin gözlə-
nilmədən gənc yaşda vəfatı isə Şahzadə Mustafaya da taxt yolunu
açmışdı. I Əhməd dövründə vərasətdə “əkbər və irşad” üsulunun
gətirilməsi Şahzadə Mustafa kimi əqli cəhətdən geri birinin taxta
231
gəlməsinə şərait yaratmışdı. Düzdür, “əkbər və irşad”, “ən böyük
və ağılı başında” mənalarını bildirsə də, saray intriqalarının bol
olduğu bir dövrdə hər kəsim mənfəətlərini təmin edəcək şəxsin
hökmdar olmasına çalışmışdı.Dövrün tarixçilərindən Əhməd Paşa
Həsənbəyzadə yeni sultanın əqlən zəif olduğunu, ancaq sonra
düzələr ümidiylə taxta çıxardıldığını qeyd etmişdi. Bu divanə
sultan taxtda uzun müddət qalmamışdı. Bir çox mənbələrdə
taxtdan salınmasının səbəbləri açıq şəkildə qeyd olunmuşdur. Tez-
tez dəniz səyahətinə çıxması, dənizdəki balıqları qızıl sikkələrlə
yemləməsi, divan məclisindəki vəzirlərin başındakı çalmaları
açmaq və s. Bu divanə padşahın hər an saraydakı digər şahzadələri
də edam etdirə biləcəyi qorxusu davardı.
Bunun üzərinə başda şeyxülislam olmaqla sarayın
seçkinləri məsləhətləşərək padşahın əqlən zəif olduğu və bu
vəziyyətdə taxtda qalmasının şəri cəhətdən uyğun olmayacağı
qərarını vermişdi. Dəli Mustafa hərəmxanadakı otaqlardan birinə
həbs olunmuş və ardından I Əhmədin böyük oğlu Şahzadə Osman
taxta çıxarılmışdı (1618). Amma qəribəsi odur ki, Sultan II Gənc
Osmanın idarəsindən narazı qalan yeniçərilər 1622-ci ildə onu
ortadan qaldıraraq yenidən Dəli Mustafanı taxta keçirmişdilər.
Fəqət Mustafanın bu dəfəki iqtidarı da yalnız 1il 3 ay sürmüş,
sarayın seçkinləri dövlətin daha çox etibar itirməsinin qarşısını
almaq üçün yeniçərilərlə də razılığa gəlinərək, yeni sultan kimi IV
Murada (I Əhmədin oğlu )biət etmişdilər.
I Əhmədin hakimiyyətə gəlişindən qısa bir müddət sonra
nənəsi Validə Səfiyyə Sultan vəfat etmiş və oğlunu himayəsi altına
alan yeni Validə Handan Sultan 2 il dövlətdə söz sahibi olmuşdur.
Validə Handan Sultanın 1605-ci ildə vəfatı ilə gəlini Kösəm
Sultanın ulduzu parlamaya başlamışdı.
Mahpeykər Kösəm Sultan (1590 - 1651), Osmanlı dövlət
idarəsində əhəmiyyətli rol oynamış Hasəki Sultan və Validə Sul-
tandır. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün
imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV
Murad və I İbrahimin validəsi, Sultan IV Mehmedin nənəsidir.
Osmanlı tarixinin 1605-1651 dövrlərində, təxminən 45 il
232
müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Saray
tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm
adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən,
hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray
daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil
edirdi. Saray daxilində ciddi və qəddar olaraq tanınsa da, xalq
içində çox sevilmiş, hətta vəfatından sonra İstanbulda şəhər əhalisi
40 gün yas tutmuşdur.
Kösəm Sultan 11 yaşlı oğlu IV Muradın taxta oturması ilə,
oğlunun yaşının az olması səbəbi ilə Səltənət naibəsi olaraq 10 il
Osmanlı dövlətini şəxsən özü idarə etmişdir. Keçən 10 il ərzində
IV Murad təlim-tərbiyə dərslərini başa çatdırmış və dövlət işləri ilə
maraqlanmağa başlamışdı. Rəvayətə görə, günlərin bir günü bütün
yeniçəriləri mərasim bəhanəsi ilə Sultan Əhməd Meydanına yığan
Sultan IV Murad, yeniçərilərdən birinin onun yaşına lağ
etməsindən əsəbləşib qılıncı ilə həm yeniçərini, həm də atını ikiyə
bölmüşdür. Ümumiyyətlə, sərt təbiətli olan IV Murad, iki bacısı
ərlərini, qardaşlarını da boğduraraq edam etdirmişdi. Yalnız
Kösəm Sultan sayəsində doğma qardaşı olan, əqli problemləri olan
Şahzadə İbrahim canını qurtara bilmişdi. IV Murad ölüm
döşəyində ikən qəfəs həyatı yaşayan doğma qardaşı şahzadə
İbrahimin öldürülməsi barədə əmr versə də, şahzadə İbrahimin
ailənin tək oğlan övladı olması səbəbi ilə Kösəm Sultanın da
razılığı alınaraq IV Muradın əmri icra olunmamış və ondan sonra
taxta şahzadə İbrahim oturmuşdur. IV Muradın bu əmri vermə
səbəbi isə qardaşı İbrahimin zəif xarakterli olması və əgər taxta
keçərsə, ölkənin böyük bir uçuruma doğru getməsinə inanması idi.
I İbrahim şahzadəlik dövründə hər an öldürüləcəyi qorxusu
ilə yaşamış, bu səbəbdən psixoloji cəhətdən zəif xarakteri vardı.
Bundan istifadə edən Kösəm Sultan bu oğlunun da səltənətində söz
sahibi olmuşdu. İbrahim taxta çıxanda Osmanlı xanədanı pis
vəziyyətdə idi.
Sultan İbrahim xanədanın tək kişi varisi idi və hələ də
şahzadəsi yox idi. Bu səbəbdən Topqapı Sarayına dünyanın dörd
tərəfindən cariyələr, cadugərlər gəlməyə başlamışdı. Gələn
233
cadugərlər arasında ən məşhuru Cinci Xoca ləqəbi ilə tanınan
Safranbolulu Qarabaşzadə Hüseyn Əfəndidir. Nəhayət, taxta
çıxdıqdan 2 il sonra Sultan İbrahimin 3 oğlu: şahzadə Mehmed,
şahzadə Süleyman və şahzadə Əhməd dünyaya gəlmişdi. Bunun
qarşılığında Kösəm Sultan Cinci Xocaya Safranboluda imarət
tikdirmişdir.
Bundan sonra oğlunun təkbaşına hakimiyyətə can atmasını
hiss edən Kösəm Sultan gözünü belə qırpmadan öz doğma
oğlundan imtina etmiş və dövlət adamları ilə görüşərək oğlu I
İbrahimi devirmişdir. Kösəm Sultan yeniçəriləri də öz tərəfinə
çəkərək 6 yaşlı nəvəsi IV Mehmedi (Ovçu Mehmed) taxta keçirmiş
və bir müddət daha dövlətin idarəsinə nəzarət etmişdi. Fəqət onun
siyasi intriqalarından narazı qalan saray əyanlarından bir qrup IV
Mehmedin anası rus əsilli Turxan Xədicə Sultanı (1627-1683)
təşviq edərək ona qarşı rəqib çıxarmaya nail olmuşdular. İkisi
arasındakı rəqabətdən Turxan Sultan və tərəfdarları qalıb çıxmış,
Kösəm Sultan amansız bir şəkildə qətlə yetirilmişdir. Osmanlıda
öldürülən ilk Validə Sultan olaraq tarixə keçmişdir.
Kösəm Sultan və tərəfdarlarının ortadan qaldırılması ilə,
Turxan Sultan sarayda bütün vəzifələri əlində cəmlədi. Ancaq
bundan sonrakı 5 ildə mühüm hadisələrin baş verməsi, məsələn,
Çinar hadisəsi, Venesiyalılara qarşı ard-arda gələn məğlubiyyətlər,
hətta Venesiya gəmiləri tərəfindən İstanbul boğazının mühasirəyə
alınması cəhdləri, ölkədə yaranan maliyyə böhranı və siyasi hərc-
mərclik. Turxan Sultanı çətin vəziyyətdə qoymuşdu.

Köprülülər dövrü
Dövlətin düşmüş olduğu bu çətin vəziyyət qarşısında
Validə Turxan Sultanın kəndxudası memar Qasım ağa əslən
devşirmə arnavut olan Mehmed Paşanın sədrəzəmliyə gətiril-
məsinin uyğun olacağını bildirmişdi. 1656-cı ildə İstanbula
çağrılan Mehmed Paşa həm IV Mehmedə, həm də Validə Turxan
Sultana bəzi şərtlər irəli sümüşdü. Köprülü Mehmed Paşanın
şərtləri qısaca belə idi:

234
1. Padşaha təqdim olunan bütün qərar və fərmanlar
müzakirə edilmədən qəbul edilməli idi.
2. Ən kiçik rütbədən ən böyüyünə qədər bütün təyinatlar
sədrəzəm tərəfindən edilməli idi.
3. Dövlət adamlarının təhriki ilə vəzifələri və səlahiy-
yətləri məhdudlaşdırılmamalı idi.
4. Dövlət işlərində sədrəzəmə düşmən olanların fikirləri
alınmamalı idi.
Padşah və validə sultan bu şərtləri and içərək qəbul
etmişdilər. Beləliklə, Osmanlıda “Köprülülər dövrü” başlamışdı
(1656-1683). Bu sülalədən istər Osmanlı İmperiyasının, istərsə də
Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında çox əhəmiyyətli
rol oynayan dahi şəxsiyyətlər çıxmışdır.
Köprülülər Osmanlı dövlətinin idarəçilik sistemində
özünəməxsus bir cığır açmışdır. «Köprülülər dövrü» adlandırılan
zamanda padşahlar– sədrəzəmlərə, vəzirlərə vermədikləri hü-
quqları Köprülülərə vermiş və bunun sayəsində də Köprülülərin əli
ilə dövlətin maliyyə və idarəçilik sistemlərini nizama salmışlar. Bu
dövrdə çoxlu məscid, mədrəsə, kitabxana, türbə və çeşmələr də
inşa edilmişdir.

Köprülülər dövrünün sədrəzəmləri:


Ad Yaşadığı illər Sadrazamlık Padişah
dönəmi
Köprülü 1578-1661 1656-1661 Mehmet IV
Mehmet Paşa
Köprülü Fazil 1635-1676 1661-1676 Mehmet IV
Ahmet Paşa
Kara Mustafa 1634-1683 1676-1683 Mehmet IV
Paşa

Köprülülər dövrü, Osmanlı dövlətinin içəridə sabitlik və


xaricdə isə nüfuzunu yenidən əldə etməsi dövrüdür. Köprülüler
dövrünün bitməsi ilə Osmanlıda durğunluq dövrü sona çatmış və
geriləmə dövrü başlamışdır.
235
Təcübəli dövlət adamlarının kifayət qədər olmaması
Bu dövrdə dövlət adamlarının çoxu tutduğu vəzifədə
təcrübəli deyildilər. Rüşvətlə paylaşılan vəzifələr belə bir böhranın
yaranmasına şərait yaratmışdır. XVII əsrdə Osmanlıda 61 vəzir
təyin olunmuşdu. Halbuki ötən üç yüz ildə imperiyada cəmi 55
vəzir vəzifədə olmuşdu. Təyin olunan vəzirlər içərisində vəzifədə
sadəcə 1-2 gün qalanlar belə var idi. Vəzirlər tez-tez vəzifədən
azad edilir və daha çox rüşvət verən təyin edilirdi. Burada təbiiki
Köprülülərin 28 illik sədrəzəmlik dövrünü ayrı tutmaq lazımdır.

Ordu sistemin pozulması


Dirlik torpaqlarının bölgüsündə yaşanan haqsızlıqhərbi
sistemə də təsiretmişdi. Bir çox timar sahibləri müflisləş-
diklərindən vəzifə borclarını lazımi qaydada yerinə yetirə bilmir,
orduya döyüşçü verməkdə çətinlik çəkirdilər. Ordunun zərbə
qüvvəsini təşkil edən yeniçərilər arasında nizam-intizamsızlıq
artmaqda idi. Bir zamanlar xanədanlığın ən etibarlı ordusu sayılan
yeniçərilər, artıq mənfəətlərinə tərs düşən bir vəziyyət olduqda
onları bəsləyən “iqtidara” asi olmaqdan çəkinmirdilər. Xüsusilə
XVII əsrdə yeniçərlər tez-tez üsyan edərək xaos yaranmsına səbəb
olmuşdular. Çıxardıqları üsyanların birində sultan II Osman
öldürülmüşdü. Bu dövrdə ən məşhur yeniçəri üsyanlarından biri də
tarixə Çinar hadisəsi olaraq keçmişdir.

Çinar hadisəsi (Vaka-i Vakvakiye - 1656)


Ülufələrini (maaş) vaxtında ala bilmədiklərini bəhanə edən
sipahilər və yeniçərilər “Ət meydanı”nda toplanaraq “qazan
qaldırdılar”, yəni üsyan etdilər. 30-a yaxın saray adamı ələ keçirildi
və öldürüldü. Qətlə yetirilənlərin cəsədləri Sultan Əhməd
meydanındakı çinar ağaclarından asıldı. Buna görə də, bu hadisə
Osmanlı tarixində Çinarhadisələri adlanır. Üsyan nəticəsində
üsyançıların tələbinə uyğun olaraq sədarət və şeyxülislamlıq
vəzifələrində dəyişikliklər oldu. Nəhayət, 8 mart 1656 tarixində
sipahilərə ülufələri paylandı və yeniçərilər üsyanı dayandırdılar.

236
Yeniçərilərin bu asi davranışlarının altında yatan ən əsas
səbəblərdən biri də “Devşirmə Sisteminin Pozulması”dır.
Bu dövrdə “Qanun-i Qədim”ə zidd olaraq yeniçəri ocağına
devşirmə olmayanlar da, nəyinsə qarşılığında alınmağa
başlanmışdı. Nəticədə, yeniçərilərin sayı artdığı halda keyfiyyəti
azalmışdı. Hətta III Murad oğullarının sünnətində təlxəklik edən
bəzi xristian hoqqabazların yeniçəri ocağına alınması haqda əmr
verilmişdi. Yeniçəri Ocağı ağası Fərhad ağanın buna qarşı
çıxmasına rəğmən təlxəklər yeniçəri ordusuna alınmışdı. Bununla
da ən sərt sistemlərdən olan devşirmə sistemi pozulmuşdu.
“Yeniçəri ocağı dövlət üçündür” anlayışını “Dövlət
yeniçəri ocağı üçündür” anlayışı əvəz etmişdi. Bu vəziyyət II
Mahmudun yeniçəri ocağını ləğv etdiyi dövrədək (1826 ) davam
etmişdi.

Sosial quruluşun pozulması


Rüşvət nəticəsində əyalətlərə təyin olunan valilər və qazilər
təcrübəsiz idilər. Getdikləri bölgələrdə xalqı soyur, dövlətə yaxşı
görünmək üçün mərkəzə bol-bol hədiyyələr göndərirdilər.
Əyalətlərdə yaranmış qanun boşluğu nəticəsində silahlı quldur
dəstələri (eşkiyalar) peyda olmağa başladılar. Bölgələrdə nüfusun
sürətli artımı və təhlükəsizlik probleminə görə kəndlilər
torpaqlarını tərk etməyə başlamışdılar. Bunu nəzərə alan I Əhməd
“Ədalətnamə” adlı bir qanunlar toplusu olan sənəd qəbul etmişdir.
Bu sənəddə eşkiyaların qarşısının alınması üçün tədbirlər də qeyd
edilmişdir. Lakin bu tədbirlər lazımi səviyyədə həyata
keçirilməmişdi.

Təhsil sisteminin pozulması


Osmanlı təhsil sistemi geriləmə dövründə əvvəlki kimi
deyildi. Avropa coğrafi kəşflər, renessans və reformlarla inkşaf
etdiyi halda, Osmanlı üləmaları bu yeniliklərə cavab verə bilmədi.
Daha əvvəlki kimi tibb, riyaziyyat, fəlsəfə kimi fənnlərdən dərs
deyə biləcək müəllimlər yetişmədi. Rüşvət nəticəsində mədrəsə
təhsili olmayan bir xeyli insana elmi rütbə verilməyə başlanıldı.
237
Hətta bəzi yüksək rütbəli insanların uşaqlarına beşikdə
“müdərrislik” rütbəsi verilmişdi. Bununla da “beşik üləması”
deyilən bir anlayış formalaşdı. Rüşvət o dərəcədə yayıldı ki, III
Muradın və daha sonra oğlu III Mehmetin müəlliminin oğlu hələ
çox kiçik yaşlarında Məkkə qazisi, daha sonra İstanbul qazisi təyin
edildi. Bu dövrdə üləmalar nüfuzlarını öz məqsədləri üçün də
istifadə edirdilər. Bəzən əsgərlərə qarşı, bəzən də sultanlara qarşı
gizli planlar qururdular. Hətta əsgərlərlə əlbir olub saray çevrilişi
etdikləri də olmuşdu.

İqtisadi sistemin pozulması

Səbəbləri:
- Coğrafi kəşflər nəticəsində ticarət yollarının dəyişməsi ilə
artıq Avropalılar, Osmanlıya yüksək gömrük rüsumu ödəmədən
alternativ yollardan istifadə edirdilər. Bu da təbii ki Osmanlını
gəlir mənbəyindən etmişdi.
- Saray xərclərində ciddi artım (cülüs, saray əyləncələri və
s.)
- Qapıqulu əsgər sayında artım üzərinə bunların saxlanılması
xərcləri də artmış, vaxtında və əskik ödənilən maaşlar isə əlbəttəki
narazılığa səbəb olmuşdu.
- Kapitulyasiyalar sayəsində Avropalıların Osmanlı bazarını
ələ keçirərək, “yeni müstəmləkələr”dən əldə etdikləri gümüş və
altınları piyasaya sürməsi Osmanlı parasının getdikcə dəyərini
itirməsinə gətirib çıxarmışdı.Ölkəyə Avropa manufakturalarında
istehsal olunmuş yüksək keyfiyyətli malların gətirilməsi
sürətlənirdi. Həmin malları almaq üçün pula ehtiyacı olan yerli
feodallar kəndlilərin istismarını gücləndirirdilər. Kəndli təsərrüfatı
ilə yanaşı sənətkarlıq da tənəzzül edirdi. Türk sənətkarlarının
məhsulları Avropa malları ilə rəqabətə tab gətirmirdi
- Kənddən şəhərə köçün artması və kənd təsərrüfatı
istehsalında azalmanın olması
- Uzun sürən müharibələr

238
XARİCİ SƏBƏBLƏR
1. Osmanlı dövlətinin təbii sərhədlərinə çatması (Osmanlı
İmperiyası güclü dövlətlərlə (Avstriya, Rusiya və İran), okeanlar
və səhralarla sərhəd olması)
QEYD: Osmanlı dövləti ən qüdrətli dövründə şərqdə İrana,
Azərbaycana və Xəzər dənizinə, qərbdə Adriatik dənizinə,
Vyanaya və Şimali Afrikada Atlantik Okeanına, cənubda Qırmızı
dəniz və Fars körfəzinə, şimalda Krım və Polşaya qədər uzanan
təqribən 19 milyon kvadrat kilometrlik bir ərazidə nüfuz sahibi idi.
2. Avropanın elmi, mədəni və iqtisadi sahələrdə irəliləməsi
(Renessans (İntibah), İslahat və Maarifçilik).
3. Coğrafi kəşflər və yeni ticarət yolları. Nəticədə Avro-
palılar zəbt etdikləri ölkələrdə müstəmləkə qurmuş, öz ölkələrini
lazımi material və qızılla təmin etmişdilər. Kəşflər nəticəsində
həmçinin alternativ marşrutlar kəşf edilmiş, əvvəlki kimi Osmanlı
ərazisindən keçən marşrutdan istifadə edilməmişdir. Beləliklə,
Osmanlı ən böyük iqtisadi payından da məhrum olmuşdur. Kəşflər
həmçinin yeni silahların yaranmasına şərait yaratmış, dənizlərdə
güclənməyi vacib etmişdir. Lakin Osmanlı rəhbərləri dövrlə
ayaqlaşmadığından texnoloji cəhətdən geri qalmış, dənizlərdə və
quruda üstünlük tədricən Avropalıların əlinə keçmişdi.

2. Osmanlıda daxili üsyanlar


XVII əsrdə Habsburqlarla və Səfəvilərlə amansız
müharəbələr aparan Osmanlı dövləti daxildə də yaşanan üsyanlar
nəticəsində çox çətin bir vəziyyət qarşında idi. Bu dövrdəki
üsyanları İstanbul və taşra (əyalət) üsyanları olaraq ikiyə ayırmaq
mümkündür.
İstanbul Üsyanları. Bu üsyanlar İstanbuldakı Qapıqulu
Ocaqlarının (yeniçərilər və sipahilərin iştirak ilə) çıxardığı
qiyamlardır. Bəzən xalq və üləma sinifi də bu qiyamlarda iştirak
etmişdi.
Səbəbləri:
- Devşirmə sisteminin pozulması,

239
- Dövlət idarəçiliyinin pozulması (hakimiyyətə “ortaq”
olmaq istəyən vəzirlər və saray xatunları, saray intriqaları),
- Ülufə və cülusun vaxtında verilməməsi və ya əyarı düşük
sikkələrlə ödənməsi.
O dövrdə yeniçərilərin çıxarmış olduğu ən böyük üsyan
yuxarıda da qeyd etdiyimiz kimi tarixə “Çınar hadisəsi” olaraq
keçmişdi. Bu üsyanlar nəticəsində paytaxt İstanbulda hüzur və
asayiş pozulmuş, ordunun dövlət işlərinə müdaxiləsi artmışdı.
Taşra üsyanları: Osmanlıya bağlı əyalətlərdə və Anadoluda
çıxan qiyamlardır. Yəmən, Bağdad, Krım, Valaxiya (Eflak -
Boğdan (Moldova-Rumıniya), Erdeldə çıxan üsyanların səbəbləri:
- Əyatlərdəki bəzi idarəçilərin mərkəzi hakimiyyətdəki
boşluqdan istifadə edib öz müstəqilliyini elan etmə təşəbbüsü
- Əyalətlərdəki idarəçilərin keyfi davranışları və
zorluqlarına qarşı yerli əhalinin reaksiyası
Dövlət bu üsyanları çox çətinliklə yatıra bilmişdi.

Cəlali üsyanları və ya Cəlalilər hərəkatı


Bu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı
illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı.
Bu hərəkat adını 1518-1519-cu illərdə Tokatda üsyan başçısı
olmuş Şeyx Cəlaldan almışdır. Sonralar Osmanlı imperiyasının
müxtəlif vilayətlərində genişlənən kəndli hərəkatları Osmanlı
tarixlərində "cəlali fitrəti" adı altında yad edilmişdir. 1590-cı il
Osmanlı-Səfəvi sülh müqaviləsinə əsasən Osmanlı imperiyası
tərkibinə qatılmış Azərbaycan torpaqlarında Osmanlı idarəsinə
qarşı çıxan üsyanlar Cəlalilər hərəkatı adı ilə məşhur olmuşdur.
XVI əsrin sonu - XVII əsrin əvvəllərində Şərqi Anadoluda baş
verən Cəlalilər hərəkatı uzun müddət tarixi ədəbiyyatda "Türkiyə"
amili kimi qeyd olunmuş, onun digər ölkələrdə yayılmadığı
göstərilmişdir. Bu hərəkatın Azərbaycana və qonşu ölkələrə
yayılması ilk dəfə rus alimi İlya Pavloviç Petruşevski (1898-1977)
tərəfindən qeyd edilmişdir.
İlk Cəlali üsyanlarında dini tərəfi qabardılsa da, iqtisadi
sistemin pozulması əsas amil olaraq görülməlidir.
240
- Hərbi sisteminin pozulması
- Vergilərin ağırlığı
- Mərkəzi idarədə boşluq
- Sosial ədalətsizlik (yerlərdə sancaq bəylərinin və qazıların
xalqa qarşı haqsız davranışları bir çox kəndlinin yaşadığı yerləri
tərk etməsinə, demoqrafik prosesin dəyişməsinə, asayişin
pozulmasına gətirib çıxarmışdı).
- Devşirmə mənşəli dövlət adamlarının Anadolu xalqı ilə
qaynaşa bilməmələri, bir sözlə saray və xalq (rai və rəiyyət)
arasında uçurumun yaranması. Hətta o dövrdə Osmanlıda geniş
yayılmış Divan ədəbiyyatında Türk kəliməsinin qaba, abdal, geri
kimi alçaldıcı ifadələrlə göstərildiyi, saraydakı “elit devşirmələr”in
Anadoludakı türkmən aşirətlərinə qarşı qərəzli olduğu bilinmək-
dədir.
- Uzun sürən müharibələr nəticəsində orduda fərarilik
hallarının çoxalması, əyalətlərdə başı-boş gəzən quldurların
artmasına gətirib çıxarmışdı.
Dövlətin başını ağrıdan başlıca Cəlali üsyanları arasında
bunları zikr edə bilərik:
Şeyx Cəlal üsyanı (1518-1519). Osmanlı mənbələrində
Bozoklu Şeyx Cəlal adlanan üsyançı Səfəvi tərəfdarı olan
türkmənlərin yeni lideri idi. Yozqatda bir mağarada yaşayan
şeyxin yanına şiə əhali, şeyxlər, xəlfələr gəlirdilər. Hətta onu
“Mehdi-i dövran” adlandıranlar, həqiqətən Mehdi olduğuna
inananlar da vardı. Bəzi qaynaqlarda isə adı Cəlal Şah kimi keçir.
Baş vəzir Piri Paşanın səfərdən İstanbula qayıdışı, Anadoludakı
siyasi boşluq Tokat ətrafında Cəlalın üsyanına səbəb olmuşdu.
Mənbələrin yazdığına görə, ona əmri Şah İsmayıl vermiş və
Anadolu qızılbaşlarından Cəlal Şaha dəstək üçün getmələrini xahiş
etmişdi. O, ilk üsyana 4 min silahlı ilə başlamışdı. Üzərinə gələn
Rumeli bəylərbəyi Sədi Paşanı məğlub etmişdi. Şeyx Cəlalın
şöhrəti Anadolunu da aşmışdı. Türkmənlər ona qoşulmaq üçün
dəstə-dəstə Tokata gəlirdilər. Lakin qarşıda güclü bir ordu və
dövrünün ən böyük hökmdarı Sultan Yavuz Səlim olunca əlbəttəki
nəticədə üsyançılar üçün acı olmuş, asilərin çoxu qılıncdan
241
keçirilmişdi. Şeyx Cəlalı məğlub etmmək o qədər çətin olmuşdu
ki, paşaların qəlbinə qorxu salan bu adam sonrakı üsyanların da
səbəbkarı adlanacaq və ümumilikdə bu üsyanlar Cəlali üsyanı
adlanacaqdı.

Qələndər Şah Cəlali üsyanı (1526-1527)


Cəlali hərəkatının davamı kimi qiymətləndirilən üsyanın
rəhbəri Hacı Vəli Bektaşi soyundan olan Rəis-i Cəlali Şeyx
Qələndər idi. Üsyan Sultan Süleymanın 1526-cı il Mohaç səfəri
zamanı baş vermişdi.İlk üzərlərinə gələn Anadolu Bəylərbəyi
Bəhram Paşa idi ki və onu iki dəfə məğlub etmişdilər. Şan-şöhrəti
artan Qələndərə Dülqədiroğulları və torpaqları əllərindən alınmış
sipahilər də qoşulmuşdular. Getdikcə böyüyən üsyanın qarşısını
almaq üçün vəzir Parqalı İbrahim Paşa qəbilələrə və sipahilərə
məktub göndərərək, dövlətə sadiq olarlarsa bağışlanacaqları,
yenidən timar sahibi olacaqları xəbəri göndərmişdi. Bu siyasət
nəticəsində o, üsyanı içdən parçalaya bilmiş və öz nəzarətindəki
ordusu ilə hərəkətə keçərək asilərə son zərbəni vurmuşdu.
Qələndər Şah üsyanının bir xüsusiyyəti də vardı ki, Cəlali
üsyanları tarixində təriqəti önə sürərək ədalət tələb edən sonuncu
böyük üsyan olmuşdu. Bundan sonra Canbolatoğlu, Qarayazıçı-
Dəli Həsən, kiçik Qələndəroğulları üsyanları çıxsa da, dini tərəf-
keşlik qabardılmamışdı.
Canbolatoğlu Əli Paşa; Əli Paşanın atası olan Canbolad
bəyə vaxtilə Kilis vilayətinin hakimliyi, əmisi Hüseyn Paşaya isə
Hələb bəylərbəybəyi vəzifəsi verilmişdi. Atasından sonra özü də
Kilisin hakimi olmuşdu. Fəqət əmisi Hüseyn Paşa, Osmanlının
İran yürüşü əsnasında yaşanan uğursuzluqdan məsul tutularaq
1605-ci ildə edam edilmişdi. Hüseyn Paşanın edamından sonra
qardaşı oğlu Əli Paşa əmri altındakı otuz min nəfərlik qüvvə ilə
dövlətə qarşı qiyam qaldırmışdı.
Əli Paşa Tripolini (Trablusqarb - Liviya) sonra Humus
(Suriya) və ətrafını ələ keçirərək öz adına xütbə oxutmuş, haki-
miyyətini elan etmişdi. Sədrəzəm Kuyucu Murat Paşa, Avstriya ilə
Zitvatorok sülhünü (1606) imzaladıqdan sonra Canboladoğlunun
242
üzərinə yürümüşdü. Osmanlı ordusunun hücumu qarşısında tab
gətirməyən Canboladoğlu Əli Paşa 1607-ci ildə İstanbula sığınaraq
Sultandan əfv diləmişdi. Sultan I Əhmədlə görüşdükdən sonra
bağışlanmış və Temeşvar (Rumıniya) bəyliyinə təyin olunmuşdu.
O müddətdə kiçik Qələndəroğlu qiyamını yatırmaqla
məşğul olan Kuyucu Murat Paşa, keçmiş Cəlali başçısının sağ
buraxılmasını istəməmişdi. İstanbula döndükdən sonra padişahı da
razı salaraq Canbolatoğlunun qətlinə fərman çıxarda bilmişdi.

Qarayazıcı-Dəli Həsən üsyanı


Cəlali üsyanlarının məşhur liderlərindən biri də qa
Qarayazıcı (Karayazıcı) olub. Əsl adının Əbdülhalim olduğu
bilinən Qarayazıcının bəzi mənbələrdə Urfa, bəzi mənbələrdə isə
Çorum bölgəsindən olduğu qeyd edilir. Venesiyanın Hələbdəki
konsulu Qarayazıcının üsyandan əvvəl Hələb paşasına katiblik
etdiyini yazır.
Sivasa bağlı sancaqların birində mütesellim (keçici sancaq
bəyi vəkili) olan Qarayazıcı, sancaqbəyi vəzifəsinə onun deyil
başqa bir məmurun təyin olunmasını həzm etməyərək dövlətə qarşı
üsyan qaldırmışdı. Narazı kəndlilərdən özünə 20 minlik qüvvə
düzəldərək üzərinə göndərən cəza birliklərin məğlub etmiş, Urfa
və civarını ələ keçirmişdi (1600). Fəqət 1601-ci ildə dövlət
ordusunun təzyiqi qarşısında dağlara çəkilmək məcburiyyətində
qalmış və bir müddət sonra həyatını itirmişdi.
1602-ci ildə onun ölümündən sonra qardaşı Dəli Həsən
üsyançıların yeni lideri olmuşdu. Dəli Həsən cəsur və qorxmaz bir
şəxs olaraq üsyançı qüvvələri mütəşəkkil şəkildə idarə etməyi
bacarmış,qısa bir vaxtda Ankarayadək bir çox ərazinin hakimini
xəraca bağlamışdı.
Avstriya ilə müharibə aparan Osmanlı dövləti Dəli Həsən
liderliyindəki üsyançı qüvvələri silah gücü ilə məğlub etməyin
çətin olduğunu anlamışdı. Şərqi və Mərkəzi Anadoluda üsyan-
çılarla davam edən müharibələr ordunun gücünü zəiflətdiyindən
Dəli Həsənlə danışıqlar yolu axtaran Saray, nəhayət onu silahı yerə
qoymağa razı sala bilmişdi. 1603-cü ildə Dəli Həsənə Bosniya
243
bəylərbəyi, tabeliyindəki dəstə başçılarına isə əvvəlki əməlləri əhv
olunmaqla sancaqbəyliyi və digər vəzifələr verilmişdi. Fəqət
Bosniyadakı fəaliyyəti və orada əhaliyə qarşı sərgilədiyi münasibət
İstanbulu rahatsız etdiyindən oradan Temeşvar bəylərbəyiliyinə
təyin olunmuşdu. Esterqon qalasının 1605-ci ildə Osmanlı
qoşunları tərəfindən Avstriyalılardan geri alınmasından sonra
öldürüləcəyi xəbərini duyan Dəli Həsən Belqrada qaçmış, lakin
1606-cı ildə orada yaxalananaraq edam olunmuşdu.

Qələndəroğlu Mehmet Paşa (kiçik Kalenderoğlu)


1590-cı illərdə Anadoluda quldurluq edən Qələndəroğlu,
daha sonra dövlət tərəfindən “satın alınaraq” kəndxuda və
mütəsəllim vəzifələrində işləmişdi. Gözü yuxarıda olan
Qələndəroğlu sancaqbəyi olmayınca, 1604-cü ildə yenidən üsyan
bayrağını qaldırmışdı. 3-4 il ərzində Anadoluda fəaliyyətini
sürdürən Qələndəroğlunun bir ara İstanbula yürüş etmə ehtimalı
belə yaranmışdı. Lakin 1608-ci ildə Osmanlı ordusuna məğlub
olaraq Səfəvi hökmdarı şah Abbasa pənah aparmışdı. Osmanlı ilə
müharibə aparan Şah Abbas Cəlali üsyanlarından məharətlə
istifadə etmişdi. Cənubi Qafqazda Səfəvi-Osmanlı hərbi əməliy-
yatlarının gedişində Cəlalilər hərəkatının arealı daha da geniş-
lənmişdi. Nəzərə alsaq ki, hələ 1591-ci ildə Təbrizdə Osmanlı
idarəsinə qarşı xalq üsyanı baş vermişdi. Bu üsyanda şəhərdə
yerləşdirilmiş Osmanlı qarnizonunun bir hissəsi də iştirak etmişdi.
Osmanlı əsgərlərinin bu üsyanın fəal iştirakçısı kimi çıxış etməsi
onların uzun müddət ərzində məvacib almaması ilə əlaqədar idi.
Osmanlı əsgərlərinin Təbrizlilərin üsyanına qoşulması onların
Azərbaycandakı hökmranlığı üçün böyük təhlükə idi. Təbriz
üsyanı zorla yatırılsa da, Anadoludan gələn Cəlalilərin də iştirakı
ilə, Osmanlı idarəsinə qarşı bölgədə xalq hərəkatı geniş bir şəkil
almağa başlamışdı. Bütün bunlar isə, İstanbul müqaviləsi ilə
Osmanlıya buraxılmış ərazilərin yenidən geri alınması üçün Şah
Abbasa fürsət yaratmışdı. Hadisələrin gedişi göstərir ki, iki ilədək
Şah I Abbasa xidmət edən Anadolu cəlaliləri Səfəvi hökmdarının
onların istəklərini qarşılamadığından və münasibətindən narazı
244
qalmışdılar. Osmanlı hakim dairələrinin təbliğatı, üsyançıların
bağışlanması haqqındakı vədlər, vətənə qayıtmaq çağırışları da öz
nəticəsini vermişdi. 1610-cu ilin ortalarına doğru 500 nəfərlik
dəstə istisna olunmaqla bütün Anadolu cəlaliləri Osmanlı
imperiyasına qayıtmışdılar. Qara Səidin və Hacı Məhəmmədin
rəhbərliyi altında cəlalilər Şah I Abbasa sədaqətli qalaraq Ali
Divanın şəxsi xidmətçiləri sırasına daxil olmuşdular.

Tarixdə Koroğlu kimdir?


Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər arasında
Koroğlu təxəllüsünü daşıyan şəxsin xüsusilə seçildiyini görə
bilərik. Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadi-
sələr əfsanəviləşərək öz əksini "Koroğlu dastanı"nda tapmışdır.
Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulma-
mış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan
istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanıl-
mışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa
bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi
simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur
(müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur).
XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı
çəkilir.
Tarix isə mənbələrə dayanaraq Koroğlu haqqında fərqli
məlumatlar üzə çıxarır. “Tarixdə Koroğlu kimdir? Belə bir şəxs
olubmu?” - sualı yaranır.
Koroğlunun gerçək şəxsiyyətinə dair məlumat verən ilk
türk müəllifi Övliya Çələbi olmuşdur. 1656 ilində İstanbuldan
Vana gedərken indiki Çankırıya bağlı Çerkeş tərəflərində onu
soymaq istəyən yeddi haramiyə (quldura), “Bu sizin ettiğinizi bu
dağlarda Köroğlu etmemiştir” deyərək etiraz etmişdi. Övliya
Çələbinin “Seyahatnâme”sində Koroğlu, Anadolunun şimal qər-
bində dövlətə baş qaldıran bir eşkiya olaraq təsvir olunmuşdur.
Tarixi ədəbiyyatda Koroğlunun tarixi şəxsiyyət olduğunu
ilk dəfə qeyd edən bolqar əsilli türk tarixçisi Pertev Naili Boratav
(1907-1998) olmuşdur. O, Türkiyə Cümhuriyyəti Başbakanlıq
245
Osmanlı Arxivində saxlanılan Mühimmə dəftərlərindən istifadə
edərək Koroğlu ilə bağlı 4 sənəd aşkara çıxarmışdır.
Türkiyə tarixçisi Faruq Sümer də Mühimmə Dəftərlərində
Koroğlu ilə bağlı saxlanılan 8 ədəd sənədi 1987-ci ildə nəşr
etdirərək onun fəaliyyəti haqqında reallıqları aşkara çıxarmışdı.
1580-ci il 25 oktyabr tarixli sənəddə Koroğlunun Bolu sancağına
bağlı Gerede mahalının Sayık kəndindən olduğu bildirilir.
Koroğlunun evlər basıb iki kişini yaraladığı və bir oğlanı apardığı
xəbər verilir, onun ələ keçirilməsi üçün dəfələrlə təşəbbüs
göstərilsə də, bir nəticə vermədiyi bildirilir. F.Sümerin fikrincə,
1578-ci ildə Səfəvi dövlətinə qarşı başlanılan müharibə davam
etdiyi üçün Koroğlunun bundan faydalanaraq hərəkətə keçdiyi,
əsgərlərin əksəriyyəti müharibəyə cəlb olunduğu üçün onun ələ
keçirilməsi uğursuz olmuşdu.
1581-ci il 11 aprel tarixli ikinci sənəd Anadolu bəylər-
bəyinə yazılmışdır. Bu sənəddə Kıbrus qazısının məktub göndərib
eyni mahalda Çakal oğlu Mustafa ilə Gerede mahalında Rövşən
adlı şəxsin ətrafına 15-20 nəfər toplayaraq "evlər basdığını, adam-
ları qətl etdiyini, Gerede, Kıbrus, Bəybazarı və Yörük mahal-
larındakı pis əməllərini getdikcə artırdıqları", xalqın qorxudan
şikayət etmədikləri bildirilir, Kıbrus mahalından Qızılcuk oğlu
Məhəmməd, onun oğlu Mustafa, Əbdürrəhman, Həmzə, Gerede
mahalından Doğançı Kamal, Yaralı oğlu Mustafa onların yaxın
silahdaşı olub cəlali olduqları bildirilirdi. Kıbrus qazısı bu cəlali-
lərin ortadan qaldırılması üçün hərbi qüvvə göndərilməsini xahiş
edirdi. Bu sənəddə Koroğlu Rövşən adı ilə təqdim olunur ki,
dastanda da belədir.
Mühimmə dəftərlərindəki 3 iyun 1581, 29 noyabr 1581 və
29 yanvar 1582-ci il tarixli sənədlərdə Koroğlu Rövşənin və
Kıbrus mahalından olan silahdaşı Çakal oğlu Qara Mustafanın hələ
ələ keçmədikləri, beş-altı mahalı qorxu içərisində saxladıqları,
yaratdıqları qorxu nəticəsində heç kimin şikayət etməyə cürət
etmədiyi bildirilirdi. Mühimmə dəftərindəki 20 iyul 1583 və 16
avqust 1584-cü il tarixli sənədlərdən aydın olur ki, Koroğlu dörd
ildən çox Bolu bölgəsində fəaliyyət göstərmişdi. F.Sümerin
246
fikrincə, Osmanlı ordusu Səfəvilərlə müharibəyə cəlb olunduğu
üçün Koroğlunun fəaliyyətinə geniş imkanlar açılmışdı. Bununla
yanaşı, Koroğlunun yaratmış olduğu qorxu nəticəsində bəylər və
qazılar ondan şikayət etməyə cürət etməmişdilər. Lakin bütün
bunlara baxmayaraq, o, müxtəlif istiqamətdən sıxışdırıldığı üçün
fəaliyyət göstərdiyi bölgəni tərk etmək məcburiyyətində qalmışdı.
F.Sümerin qənaətinə görə, Koroğlu bu zaman Çənlibelə (Çamlıbe-
lə) gəlmişdi. Çənlibel dastanda adı xatırlanan Bolu ətrafında deyil,
Sivas-Tokat karvan yolu üzərindədir. Çənlibel Koroğlunun əsas is-
tinadgahı olmuşdu. Şərqi Anadoluda və Azərbaycanın qərb bölgə-
sində Çənlibel adlı qalalar vardır. XIX əsrə aid mənbələrdə Çənli-
bel qalasının adı çəkilir. A.A.Bakıxanov Xoy hakimi Cəfərqulu
xan Dünbulinin bir müddət Naxçıvan yaxınlığındakı "Koroğlu
Çənlibelində" yaşadığını göstərmişdir. Koroğlu Tokatdan keçən
karvanlardan "yol bacı" almışdı. Dastanda onun karvanbaşı ilə de-
yişməsi də bunu təsdiq edir. Koroğlu Çənlibeldə də sıxışdırıldığı
zaman Azərbaycana gedərək Şah Abbasın xidmətinə girmişdi. Bu-
nu dövrün mənbələri də təsdiq edir.
XVII əsrin əvvəllərində Şah I Abbas dövründə yazılmış
tarixi mənbənin verdiyi məlumata görə, "Həzrəti şah Abbas Naxçı-
vanı Osmanlılardan geri aldığı zaman (1603) Koroğlu Osmanlı
sultanının xidmətinə girən və Pasində oturan Sədlu tayfa başçısı
Əliqulu bəyi, oğlunu və anasını ələ keçirərək Şaha göndərdi".
Cəlalədin Münəccim Yəzdi "Tarix-i Abbasi" əsərində yazır: "Bu
xanədanın çörəyi və duzu ilə özünün və atalarının sümüklərini
bəsləmiş olan Sədlu tayfa başçısı Əliqulu bəy nankorluq edərək
Osmanlıların xidmətinə girərək çaşnigir (süfrəçibaşı) vəzifəsini
əldə etmişdi. Koroğlu Pasin ətrafında onu, oğlunu və anasını tutub
şahın hüzuruna göndərmişdi". Bu bir daha sübut edir ki, Koroğlu
Səfəvi şahının xidmətinə girmişdir. Lakin digər cəlali rəhbərləri
kimi Koroğlunun da Səfəvi şahı ilə münasibətləri son nəticədə
kəskinləşmişdi. Səfəvi-Osmanlı müharibəsinin başa çatması,
Azərbaycan torpaqlarının Osmanlı işğalından azad edilməsindən
sonra Koroğlu və dəlilərinin fəaliyyəti Şah I Abbası narahat
etmişdi. Şərqi Anadolu və Azərbaycan rəvayətlərində dastan
247
qəhrəmanımızın aqibəti barədə deyilir: "Səfəvi hökmdarı Şah
Abbas Koroğlunun igidliyindən xəbər tutaraq ondan
komandanları arasında yer almasını istəyir. Ancaq Koroğlu
"şahlar insan dəyərini bilməzlər" söyləyərək şahın təklifini qəbul
etmir. Səfəvi hökmdarı təklifinin mənfi qarşılanmasına qəzəb-
lənərək Koroğlunun başını gətirənə "sərdarlıq" verəcəyini elan
etdirir. Şah Abbasın bu qərarından xəbərdar olmayan Koroğlu
yaşlandığını anlamış, buna görə Şaha hörmətini çatdırdıqdan
sonra Məkkə ziyarətinə getməyə qərar verir. O, dəlilərini
çağıraraq qərarını onlara bildirir, Eyvazı yerinə xələf təyin edir.
Dəliləri Qazlı gölə kimi gələrək onu yola salırlar. Onlardan
ayrılmadan öncə Koroğlu üzünü Çənlibelə çevirərək dağlara
xitabən bir misra oxuyaraq həyatında ilk dəfə ağlamışdı. Sonra
Şahın hüzuruna yollanan Koroğlu yolda İlyas və Bəhram xana rast
gəlir. Onlar şahın gözündən düşərək vəzifədən uzaqlaşdırıl-
mışdılar. Buna görə də, şahın diqqətini cəlb etmək üçün Koroğlunu
öldürməyə qərar verdilər. Onlar öncə Qıratı öldürürlər. Koroğlu
bu iki adamın hücumu qarşısında Qıratsız heç nə edə bilməyə-
cəyini bilərək boynunu vurmaları üçün onlara uzadır. Onlar
Koroğlunun başını Şaha aparırlar. Şah Abbas qəhrəmanın başına
baxan zaman ətəyinə bir damcı qan damır. Buna görə o, "bu
məsum qanıdır, siz onu igidcəsinə öldürmədiniz" deyir və Çənli-
beldən gətirtdiyi üç "dəli"nin sözlərindən həqiqəti öyrənir. Dəlilər
və onu sevən insanlar Koroğlunun ölümünə ağlayırlar. Şah Abbas
İlyas və Bəhram xanı İsfahan xalqına parçalatdırır və Eyvazın
Çənlibeldəki hakimiyyətini təsdiq edir".
Bəzi tədqiqatçılara görə, o dövrdə xalq arasında məşhur
olan “Koroğlu” adını daşıyan iki şəxs olmuşdur: birincisi yuxarıda
qeyd olunan arxiv sənədlərindəki quldur Koroğlu, digəri isə sözü
ilə, sazı ilə könülləri fəth edəm aşıq Koroğlu. Müasir dövr Türk
ədəbiyyatçılarından sayılan Ali Yakıcının “Halk anlatılarında yer
alan Köroğlu tipleri ve Âşık Köroğlu’nun bu tipler arasındaki yeri”
məqaləsində bu barədə vermiş olduğu məlumatlar maraqlıdır:
“Sonuç olarak diyebiliriz ki Köroğlu, halk anlatılarında,
anlatıldığı coğrafya ve anlatıcıların bağlı bulunduğu toplumun
248
yapısına göre destan kahramanı, hikâye kahramanı, masal ve
efsane kahramanı olarak görülmektedir. Bunların dışında tarihi
kişiliği bilim insanı ve araştırmacılar tarafından kabul edilen iki
Köroğlu daha vardır ki; bunlardan biri Osmanlı kayıtlarına göre
Celâli isyanlarına katılan “eşkıya Köroğlu”, diğeri de Osmanlı
ordusuyla aynı yıllarda İran seferine katıldığı belirtilen ordu şairi
“âşık Köroğlu”dur. Kimi araştırmacı ve bilim insanları bu iki
Köroğlu’nun aynı kişi olduğunu iddia etmektedir ki bu iddia tarihi
ve sosyolojik bakımdan sağlıklı değildir.
Çünkü bir kişi aynı tarihlerde hem Bolu dolaylarında, hem
Şirvan ve Tebriz’de olamaz. Kişinin aynı anda iki yerde olma gibi
mucizevî bir özelliğinin olduğu kabul edilse bile sosyolojik olarak
mümkün görünmemektedir. Çünkü 1581’li yıllarda “isyanlara
katıldığı gerekçesiyle bertaraf edilmesi” için hakkında ferman
çıkartılan bir kişi, yine aynı yıllarda kendisini düşman bellemiş bir
yönetimin ordusuyla yıllar süren bir fetih yolculuğuna çıkmış
olamaz ya da olmamalıdır. Kanaatimizce, Köroğlu takma adını
alan ister halk şairi, ister eşkıya olsun, bu kişilerin destan/hikâye
kahramanı Köroğlu’dan etkilendikleri düşünülebilir. Zaten bu
etkilenme, Âşık Köroğlu’nun şiirleri için de geçerlidir. Çünkü bu
ordu şairinin, Osmanlı ordusunun İran seferiyle ilgili birkaç şiiri
dışındaki manzumelerinin Köroğlu anlatılarından alındığı,
dolayısıyla Âşık Köroğlu’nun yeni bilgi, belge ve araştırmalara
muhtaç olduğu söylenebilir.”
Tədqiqatçılar arasında “Koroğlu" eposunun Cəlalilər üsya-
nı, ümumiyyətlə, hər hansı kəndli üsyanı ilə heç bir əlaqəsi
olmadığını iddia edənlər də vardır. Onlara görə, Koroğlu həqiqətən
Cəlalilər üsyanının başçılarından biri olsaydı belə, dastanı həmin
hərəkatla bağlamaq mümkün deyil. Üsyan "köhnə ictimai quruluşu
yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi
silahlı çıxışlara" deyilir. Koroğlu dastanında isə heç bir ictimai
quruluşu yıxıb, yenisini qurmaq barədə söhbət getmir. Nə
Koroğlunun, nə də dəlilərin, ümumiyyətlə, yeni quruluş yaratmaq
məqsədlərinin olmadığı dastandan aydın görünür. Koroğlunun və
dəlilərin döyüşlərinin məqsədi heç vaxt kimisə öldürüb, onun taxt-
249
tacına yiyələnmək olmamışdır. Əgər tədqiqatçılar Koroğlunun
paşalarla, bəy və xanlarla silahlı vuruşmalarını üsyan adlan-
dırırlarsa, bu da səhv fikirdir. Əvvəla ona görə ki, bu silahlı vuruş-
maların hamısını paşalar, xanlar və bəylər başladırlar. İkincisi,
Koroğlu həmin döyüşlərdə qalib gəlir, paşaları, xanları və bəyləri
ya öldürür, ya əsir alır, ya onlar qaçıb aradan çıxırlar, ancaq onların
yerinə göz dikmir, adam qoymur, deməli könlündən paşalıq,
xanlıq, bəylik keçmir. Bu da o deməkdir ki, Koroğlu heç vaxt heç
kimə qarşı üsyan etməmişdir. Bütün səfərlərdə Koroğlu ya öz
dəlilərini qurtarmaq, ya da öz atını almaq üçün mübarizəaparmalı
olur. Özü də həmişə istəyir ki, işi davasız yoluna qoysun. Ancaq
xanların, paşaların, bəylərin günahı üzündən iş davasız düzəlmir
və o da məcbur olub qılınca əl atır.
Koroğlunun bir üsyançı kimi kitabdan-kitaba düşməsi ilkin
mənbələrə kor-koranə yanaşmağın, onları saf-çürük eləməməyin,
əldə olan qaynaqlara, bu qaynaqlardakı fikirlərə tənqidi
yanaşmamağın nəticəsidir. XVII əsr salnaməçilərindən Təbrizli
Arakel "Tarix" kitabında Koroğlunun Cəlalilər üsyanının başçı-
larından biri olduğunu yazmışdır. Məhz onun məlumatının bu
cəhətini nəzərə alaraq düşünmək olar ki, Arakel Təbrizlinin
kitabında adı çəkilən Koroğlu xalq qəhrəmanı Koroğlu deyil.
Rus tarixçisi İlya Pavloviç Petruşevski də Arakel
Təbrizlinin kitabına istinadən əvvəllər Koroğlunu Cəlalilər üsyanı
ilə əlaqləndirmiş, lakin sonralar bu fikirdən dönmüş, daha doğrusu,
onu bir qədər düzəldərək yazmışdır: "Ola bilər ki, Cəlalilər
hərəkatının başçılarından biri daha qədim əfsanələrlə şöhrət-
lənmiş olan Koroğlu adını sonralar öz üzərinə götürmüşdür".
Buradakı "daha qədim əfsanələrlə şöhrətlənmiş Koroğlu" fikri
daha doğrudur.
Bir sıra tarixi dəlillər Koroğlunun XVI-XVII əsrlərdə deyil,
ən azı XIV-XV əsrlərdə yaşadığını göstərməkdədir. Bunlardan ən
birincisi tüfəng məsələsidir. Biz tüfəngi ilk dəfə "Koroğlunun
qocalığı"nda görürük. Tüfəngin çıxması Koroğlunun qocalığına
təsadüf edir. Koroğlu "Mənmi qocalmışam, ya zəmanəmi?"

250
qoşmasının dördüncü bəndində tüfəngin çıxmağı ilə mərdliyin
getdiyini bildirir:
Axır əcəl gəldi yetdi, ay haray!
Çəkdiyim qovğalar bitdi, ay haray!
Tüfəng çıxdı, mərdlik getdi, ay haray!
Mənmi qocalmışam, ya zamanəmi!
Deməli, Koroğlu bir ömür igidliklər eləmiş, qəhrəmanlıqlar
göstərmiş, bir ucu Bağdad, bir ucu İstanbul arası dünyanın yarısını
gəzmiş, ancaq hələ tüfəngin nə adını eşitmişdi, nə də üzünü gör-
müşdü.
Tarixçilərə görə, Osmanlı dövlətində ilk dəfə II Muradın
dövründən başlayaraq atəşli əl silahlarından istifadə edildiyi
məlumdur. Fateh II Sultan Mehmedin vaxtında isə Türk ordusunun
odlu silahla silahlandığı, hətta top, qumbara və bomba kimi güclü
partladıcı silahlara malik olduğu mənbələrdə göstərilir. Çaldıran
döyüşündə (1514-cü ildə) Osmanlı sultanı Yavuz Səlim,Şah
İsmayılın üstünə tüfənglə yox, toplarla gəlmişdi. Deməli, 1514-cü
ildə tüfəng artıq topun kölgəsində qalmışdı.
Burada bir faktı da gözdən qaçırmaq olmaz ki, Koroğlu hər
halda 150 ildən çox yaşayıb və tüfəng onun qocalığı illərində ön
planda olur. Koroğlu özü bir şeirində deyir ki, "Yüz il lotuluq
işlətdin, Axır oldun xam, Koroğlu". Yüz il vurub-tutan, haqqı nahaq-
dan, düzü əyridən, yaxşını pisdən seçən və qoruyan Koroğlunun
cavanlıq və qocalıq illərini də nəzərə alsaq, onun yüz əlli il yaşa-
dığı şübhə doğurmur. Əgər Koroğlunun qocalığı Sultan Mehmed
Fateh dövrünə düşsə belə, cavanlığı ən azı 100 il əvvələ, Orxan
Qazi dövrünə (1324-1360) qədər gedir.

251
XIII. DURĞUNLUQ DÖVRÜ İSLAHATLARI VƏ XARİCİ
SİYASƏT

1. Dövrün islahatları

XVII əsrdən etibarən Osmanlı dövlətinin həm xarici


siyasətdə, həm də daxildə yaşadığı böhrandan qurtulması üçün
islahatların həyata keçirilməsi zəruriyyəti vardı. Bu dövrdə
xüsusilə ordu sistemində və iqtisadi sahədə islahatlar həyata
keçirilməyə təşəbbüs edilmişdi. Dövrün islahatçı dövlət adamları
arasında padşahlardan I Əhmədin, II Gənc Osmanın və IV
Muradın; sədrəzəmlərdən isə Kəmankeş Kara Mustafa Paşanın,
Tarhuncu Əhməd Paşanın, Köprülü Mehmet paşanın və Köprülü
Fazil Əhməd Paşanın isimlərini zikr edə bilərik.
Sultan I Əhməd (1603-1617) dövründə vərasət sistemində
dəyişiklik edilərək, “əkbər və irşad” üsulu gətirilmiş, şahzadələrin
sancağa göndərilməsi yerinə,“ qəfəs” üsulu tətbiq olunmağa
başlanmışdı.
Sultan II Gənc Osman (1618-1622), taxta çıxdıqda 14
yaşında olan bu gənc hökmdar, bir çox yenilikləri həyata
keçirməyə cəhd etmişdi:
- Üləma sinfini dövlət işlərindən uzaq tutmaqla sultan
hakimiyyətini möhkəmləndirməyə çalışmışdı. Qazı və müdər-
rislərə ayrılan büdcəni də azaldaraq onların iqtisadi gücünü də
qırmağa çalışmışdı.
- Xanədanlıqdakı evlənmə ənənəsinin ziddinə gedərək
hərəmdəki devşirmə cariyələrlə deyil, kənar ailələrindən olan
xanımlarla evlənməyə üstünlük vermişdi. Türk tarixçisi İsmail
Hami Danışməndə görə (1899-1967), bu hərəkəti ilə xanədanlıq
üzvlərinin türk ailələri ilə izdivac qurmasına cığır açmağa çalış-
mışdı.
- Dönmə və devşirmələrlə dolu dövlət strukturunu
təmizləyərək, vəzifəyə türk mənşəli şəxslərin gətirilməsinə dəstək
vermişdi.

252
- Hətta paytaxtı İstanbuldan Anadoluya, böyük ehtimalla
Bursaya nəql etmək fikrində olmuşdu.
- Geyim tərzində yeniliklər edərək göstərişli bahalı kaftan
və kavukların (baş geyimi) yerinə sadə düz geyimləri sosial hayata
soxmaq istəmişdi.
- Həccə getməyə qərar verərək Osmanlıda müqəddəs
yerləri ziyarət edən ilk sultan olaraq tarixə keçmək istəmişdi.
Tarixi mənbələrə əsaslansaq heç bir Osmanlı sultanı Həcc
ziyarətində olmamışdı.Sultan Yavuz Səlimin Misir səfərindən
sonra islam xəlifəliyi statusunun da sultanlara keçməsi ilə dini
rəhbər olan sultanlar niyə islamın 5 vacib şərtindən birini yerinə
yetirməyiblər? Orta əsrlərin şərtlərini nəzərə alsaq İstanbuldan
Məkkəyə ziyarətə getmək 3 aydan az olmazdı. Piyada səfər isə
daha çox 6-7 aya mümkün idi. Təbii ki, sultanlar heç bir zaman
səfərə tək çıxmırdılar. Bu mümkün deyildi. Sultanın səfəri zamanı
məiyyəti, hərəmi, xidmətçiləri, yəni demək olar ki, bütün saray
onunla getməliydi. Bu da xərc aparan və təhlükəli iş idi. Təbii ki,
Sultanın təhlükəsizliyini təmin etmək üçün ordu da onunla getməli
idi. Sultanın ordu ilə Həcc ziyarətinə getməsi həm ordunu təyinatı
üzrə istifadə etməmək, həm də artıq xərc sayılırdı ki, bu da ciddi
ənənələrə söykənmiş Osmanlı dövlətində mümkünsüz idi.Osmanlı
xalqı padşaha olduqca bağlı idi. Sultan vacib səfərlər, fəthlər xaric
həmişə taxtda olmalı, ölkənin başında dayanmalı idi. Bundan
başqa dövlət sistemində son qərarlar da sultana məxsus
olduğundan demək olar ki, dövlətin bütün idarəetmə işlərində
sultan özü birbaşa iştirak etməli olurdu. Sultanın ölkəni aylarla
başsız qoyub Həccə getməsi isə xalq içində narazılıq yarada
bilərdi. Üstəlik sultanın Həccdə olduğunu bilən düşmən dövlətlər
də hücum edə bilərdilər. Saray içində çevrilişlər baş verə, üsyanlar
baş qaldırardı. Bütün bu fitnə-fəsadları önləmək üçün sultanın
sarayda olması vacib idi.Osmanlı sultanları Həccə getməsələr də,
hər zaman islamın bu müqəddəs şəhərinə hörmət və ehtiramla
yanaşmış, Kəbə evinin inşası, təmiri prosesində səxavətlə iştirak
etmişlər. Misal üçün, sel nəticəsində dağılan Kəbəyi-
Müəzzəmənin bugünkü binasını IV Murad tikdirmişdir. Bundan
253
başqa minarələrin tikilməsi, təmiri, Kəbə örtüyünün dəyişdiril-
məsi, minarələrin işıqlandırılması, hacıların pulsuzqalması üçün
yerlər, su kanalları inşa etdiriblər. Hər il İstanbuldan Məkkə-
Mədinəyə “Surre Alayları”, yəni hədiyyələr, nəzirlər göndərilib.
Hətta Sultan Əbdülməcidin zəvvarların ayaqları qumda yanmasın
deyə Kəbənin təvaf yerini kaşı ilə döşətdirdiyi və kaşıların üstünə
hacıların ayaqlarını basa biləcəyi bir şəkildə adını yazdırdığı da
deyilir.Yuxarıda sadaladığımız məlum səbəblərdən heç zaman
Həccə getməmiş Osmanlı sultanları, İslam xəlifələri hər zaman
bunun mənəvi yükünü duymuş, İslamın vacib şərtinin ehtiramını
başqa mümkün vasitələr saxlamağa çalışmışlar.
Türkiyəli tədqiqatçı Murat Bardakçının bu məsələ ilə
əlaqədar düşüncələri də maraqlıdır:
“Osmanlı Hanedanının hacca giden tek erkek mensubu,
Fatih Sultan Mehmed’in küçük oğlu Cem Sultan idi ve
imparatorluk döneminde Cem Sultan dışında hanedanın hiçbir
erkek mensubu hiç hacca gitmedi. Son padişah Sultan Vahideddin
sürgün senelerinde hacı olmak istedi ise de, siyasi sebepler ile
güvenlik endişesinden dolayı sadece umre yapmak zorunda kaldı...
Padişahlar, hacca gitmediler ama kendileri için her sene
birden fazla vekil gönderdiler. Şehzadelere denetimden uzak kalıp
siyasî etkinlik fırsatı bulabilecekleri endişesiyle hacca gitmelerine
zaten izin yoktu. Padişahlar hacca gitmezlerdi ama kesilmiş
saçlarını gönderirlerdi! Berberbaşının kestiği saçlar gümüş bir
leğende yıkandıktan sonra buhurla tütsülenip mühürlü bir
çekmeceye konur, çekmece her sene Mekke ile Medine’ye doğru
yola çıkan surre alayına teslim edilir ve Hazreti Muhammed’in
Medine’deki kabrinin yakınlarında bir yere gömülürdü”
Yuxarıda vurğuladığımız səbəblərə görə XIX əsrə qədər
sultanların həccə getməməsinin doğru bir hərəkət olduğunu da
vurğulayan Bardakçı bir məsələyə daha diqqət çəkmişdi: “Bu
konuda tartışılması gereken husus, 19. yüzyılın ikinci yarısından
itibaren ulaşım imkânlarının artması sayesinde hac yolculuğunun
süresinin kısalmasına ve Osmanlı tahtının da bir sisteme
bağlanmış olmasına rağmen padişahların hacca niçin gitmedikleri
254
konusudur.Sultan Abdülaziz 19. yüzyılın ortalarında Avrupa
başkentlerine gitmiş, Sultan Reşad da Kosova’da uzun bir geziye
çıkmıştı ancak hacca gitmemişlerdi.”
II Gənc Osman bu adəti pozaraq, həccə getməyi hədəfinə
qoymuşdu. Onun bununla əlaqədar hazırlıqlara başlaması qısa
zamanda İstanbulda yayılmışdı. Bir Osmanlı sultanının həccə
getmək istəməsi isə xüsusilə, üləma tərəfindən xoş qarşılan-
mamışdı. Venesiya elçisinin qeydlərinə görə, sultanın qaynatası
olan şeyxülislam Əsad Əfəndi bu həcc ziyarətinin qarşısını almaq
üçün Sultan Osmana öz adına bir məscid inşa etdirməyi təklif
etmiş, ancaq bu da sultanı fikrindən daşındıra bilməmişdir. Fəqət
bu arzusunu gerçəkləşdirə bilməmiş, yeniçərilər tərəfindən qətlə
yetirilmişdir.
- II Gənc Osmanın həyata keçirmək istədiyi ən radikal
islahatı isə yeniçəri ocağı ilə əlaqədar idi.1621-ci ildə Lehistana
səfər reallaşdıran II Gənc Osman, tarixə Xotin səfəri olaraq keçən
bu yürüşdən istədiyi nəticəni ala bilməmişdi. Səfər əsnasında
yeniçərilərin yorğunluğu bəhanə edərək istəksiz davranışları gənc
sultanı hövsələdən çıxarmış və orduda ciddi islahatların
keçirilməsinə qərar vermişdi. İsmail Hami Danışməndiyə görə,
getdikcə dövlət üçün “çiban yarası” olan yeniçəri ocağını ortadan
qaldıraraq Anadolu, Suriya və Misir türklərindən ibarət yeni bir
ordu qurmağı hədəfləmişdi. Bu radikal istəyi gənc sultanın canına
mal olmuşdu. Yeniçərilər tərəfindən çıxarılan üsyan nəticəsində
Gənc Osman təhqiramiz bir şəkildə qətlə yetirilmişdir.
Sultan IV Murad (1623-1640) Osmanlı sultanı II Os-
manın taxtdan salınaraq öldürülməsi nəticəsində yerinə zehni
pozğunluğu olan I Mustafa taxta yenidən çıxarılmışdı. Mustafanın
zehni pozğunluğunun olduğu üçün o dövləti idarə edə bilməzdi və
bunun üçün bir müddət sonra o da taxtdan salınaraq 10 sentyabr
1623-cü il tarixində yerinə qardaşının övladı 11 yaşlı Murad
gətirilmişdi. Sulatnınazyaşlı və təcrübəsizliyindən bir müddət
dövləti hökmdar əvəzinə anası Kösəm Sultan "səltənət naibəsi" adı
ilə dövləti idarə etmək məcburiyyətində qalmışdı. Hökmdar
əvəzinə dövləti anasının idarə etməsi Osmanlı dövləti tarixində bir
255
ilk idi. Bu müddət ərzində hakimiyyətdə anarxiya və böyük daxili
qarışıqlıqlar yaranmışdı. Bundan istifadə edən Səfəvi dövləti də
Bağdad daxil İraqı ələ keçirmiş, Anadolunun şərqinə doğru
yayılmışdı.Müxtəlif səltənət naibləri kimi dövləti idarə edən anası
Kösəm Sultan və digər dövlət məmurlarının təsiri ilə keçən
səltənətinin ilk illərində dövlət idarəsinə təsiri məhdud olan IV
Murad, 1632-ci ildən idarədə gücünü göstərmiş oldu. IV Muradın
daxili siyasəti:
- Təzyiq və şiddətə əsaslanan güclü bir intizam qurmuşdu.
- Başda yeniçərilər olmaq üzrə mərkəzi hakimiyyətə qarşı asi
olanlara qətiyyətlə mübarizə aparmışdı.
- İçki və tütünə qadağa gətirmiş, meyxana və qəhvəxanaları
bağlatdırmışdı. 1633-cü ildə İstanbulda böyük yanğın çıxmış,
şəhərdəki evlərin çoxunun ağac olmasından bir çox insan evindən-
yurdundan olmuşdu. Evsizlərin, sərsəri kəsimin o dövrdə
toplandığı yer əsas etibarilə qəhvəxanalar idi. IV Murad, kütlə
arasında fitnə çıxacağından ehtiyat edərək, insanların toplanma
yeri olan qəhvəxanaların dağıdılmasını əmr etmişdi. Yanğına
tütünün səbəb olduğunu bahanə edərək onun istifadəsini qadağan
etmiş, həttə tiryakilərin öldürülməsi haqqında fitva da çıxart-
dırmışdı. Qadağalara riayət olunub olunmadığını görmək üçün,
təğyiri-libas (sıravi xalq libası geyinmək) olub İstanbul küçələ-
rində təftişə çıxan IV Murad, bu hərəkəti ilə xalqla qaynaşan,
karizmatik bir padişah olaraq tarixə keçmişdi. Xalq arasında IV
Murad ilə əlaqədar müxtəlif rəvayətlər yaranmışdı. Çox sərt təbiətə
sahib olan IV Murad xalq arasında qorxu xofu sala bilmişdi.
Qəribədir ki, xalqa içkini qadağan edən bir IV Muradın özünün isə
içkiyə çox düşkün olduğu bilinməkdədir.Məhz bu onun ölümünə
səbəb olmuşdur.Sonuncu Osmanlı xəlifəsi Əbdülməcid 1920-ci
illərdə qələmə aldığı bir risaləsində IV Murad haqqında "geleceğin
en büyük hükümdarı olmaya namzet (aday) iken içtiği rakının
kurbanı olduğu" nu yazmışdı. Mehmed Halife adlı bir Osmanlı
tarixçisi də Tarih-i Gılmâni adlı əsərində Sultan IV Murad ilə ilgili
bunları qeyd etmişdi: “Düşmanın kökünü kesti, eşkiyadan intikam
aldı. O güruhun hiçbiri elinden canını kurtaramadı. Revan ile
256
Bağdat'ı alıp Kızılbaş'ı kahretti. Sağ kalaydı eğer bütün İran'ı ve
Turan'ı alırdı. Cihanda on yedi yıl saltanat sürdükten sonra
sonunda Allah'ın emriyle onun da devri son buldu. Merhum Sultan
Murat gayet yiğit, boylu boslu ve heybetli idi. Öylesine iyi cirit ve
ok atardı ki, akranı bulunmazdı. Ciritine kimse dayanamazdı. Mer-
hum, cirit ile sekiz Arnavut kalkanını delip Budin'e göndermiştir.
Bir okla on iki zırhı delip Mısır'a göndermiştir”.
Həqiqətən də, istərsə dövrün xalq ədəbiyyatında, istərsə də
saray ədəbiyyatında Sultan Muradın fiziki gücü ilə bağlı çoxlu
sayda ifadələr gözə çarpır. IV Muradın at üstündə duran bir əsgəri
atla birlikdə ikiyə bölməsi, yola aşan yüzlərlə kiloluq ağacları tək
başına qaldırıb atması, qala qapılarını qoç başı ilə qırması, güləşdə
məğlub olmaması, İrəvan səfərində top güllələrini tək başına topa
yerləşdirməsi, İrandan gələn və qırılmaz olaraq söylənən bir
kamanı iki dəfə sındırması, Bağdadda ikən çadırına girən 4 sui -
qəsdçini təkbaşına öldürməsi və s. Bütün bunlar onun fiziki
baxımdan həddən çox güclü olmasına sübutdur. Şəxsən IV Murada
məxsus gürz və kaman hal hazırda Topqapı Sarayında sərgilənir.
IV Muradın əmri ilə yatsı (xiftən) namazından sonra asa-
yişi qorumaq üçün küçəyə çıxmaq da qadağan edilmişdi. Xərcləri
azaldaraq maliyyənin düzəlməsi istiqamətində müəyyən addımlar
atılmşdı. Dövrün xadimlərindən dövlət problemlərini və bu
problemlərin həll yollarını müəyyənləşdirmək üçün ilk dəfə
müxtəlif hesabatlar hazırlanmasını əmr etmişdi. Bu hesabatların ən
əhəmiyyətlisi 1631-ci ildə hazırlanıb IV Murada təqdim olunan
Koçi bəy Risaləsidir. Padşahın ən çox etibar etdiyi adamların
başında gələn Koçi bəyin ilk risaləsi, dövlət idarəsində gördüyü
yolsuzluqlar haqqında 1631-ci ildə padşaha ərz etdiyi bir
məruzədir. Bu risalədə Osmanlı dövlətinin geriləmə səbəblərini I
Süleyman dövrünə qədər götürməkdə, fəqət o dövrdə dövlətin
güclü olması üzündən bu zəifliklərin yaxşı anlaşılmadığını, ancaq
III Murad dövründə bunların yaxşıca ortaya çıxdığını irəli
sürməkdədir. Bu görüşlər bəzən rəqəmlərlə, bəzən hadisələrlə,
bəzən da sərt bir üslubda açıqlamalar ilə izah edilmiş və islahat
üçün görüşlər irəli sürülmüşdür. Koçi bəy bu zəifliklərin başda
257
"timar" sisteminin yozlaşmasına (pozulma/degenerasiya) bağlı
olduğunu düşünərək, daha intizamlı bir ordunun qurulması və sıx
mərkəzi bir dövlət idarəsi uyğulanmasını çarə olaraq irəli
sürmüşdür. Koçi bəy risaləsi IV Murad üzərində böyük təsir
buraxmışdı. O zamana qədər IV Murad anasının tövsiyələrinə görə
siyasət tətbiq etməkdə ikən bu tarixdən sonra dövlət idarəsini
tamamiylə öz əlinə almış və Koçi bəyin tövsiyələrinə baxaraq bəzi
islahatlar etməyə başlamışdı. İçki və tütünü qadağan etmiş,
itaətsizlik göstərən qapıqulu əsgərlərinin başçılarını edam
etdirmiş, dövlət təşkilatında vəzifəsindən sui-istifadə edənləri
cəzalandırmış, rüşvət və digər bəd niyyətləri azaltmağa çalış-
mışdı.Koçi bəy Sultan Muradın yerinə keçən qardaşı Sultan
İbrahimin (1616-1648) də müsahib və sirdaşı olmuşdur. Ona da
1640-cı illərdə ikinci risaləsini təqdim etmişdir. Bu risalənin əhatə
və üslubundan risalənin Sultan İbrahimin dövlət idarəsini
ayrıntılarını öyrənmək üçün Koçi bəyə etdiyi istəkdən ortaya
çıxdığı iddia edilir. Koçi bəy bu risaləsində sadə bir dil işlədib
dövlət idarəsində bəzi işlənən kəlimə, termin və anlayışlarıgeniş
izah etmişdir. Beləcə sultana dövlət təşkilatını öyrətmə hədəfini
bildirmişdi. Bu risalədə dövlət ərkanına sultanın necə davranacağı
və xitab edəcəyi, fərmanlar ilə xətt-i hümayunları necə yazacağı
haqqında geniş məlumatlar da vardır. Bunların təsirləri Sultan
İbrahimin risaləni aldıqdan sonra hazırlatdığı xətt-i hümayunlarda
açıqca görülə bilinir.
IV Murat dövründə risalə hazırlayan bir başqa mühüm şəxs
də Katib Çələbidir. Tarix, coğrafiya, tibb və astronomiya kimi bir
çox sahədə elm sahibi olan Katib Çələbi, 4 fəsildən ibarət olan
"Düsturü'l Amel li-Islahi'l Halel" risaləsində Osmanlı
İmperiyasının ömrünün uzanması üçün müxtəlif tədbirlər və
təkliflərə yer verilmişdir.
Övliya Çələbinin məşhur əsəri olan “Səyahətnamədə” IV
Muradın dövründə baş verən iki maraqlı faktdan bəhs edilmək-
dədir. Səyahətnamədə bəhs edilənlərə görə 4-cü Muradın qızı
dünyaya gəlməsi səbəbi ilə edilən şənliklər əsnasında əfsanələşən
bir hadisəyə imza atılmışdır.O dövrdə yaşamış olduğu güman
258
edilən Osmanlı sənətkarı və elm adamı Laqari Həsən Çələbi
hazırladığı yeddi qollu fişəngləri alışdıraraq 300 m havaya qalxmış
və orada 20 saniyə qaldıqdan sonra fişənglərdəki barıt bitdikdən
sonra özünə bağlı qanadlar vasitəsi ilə dənizə enmişdir. Həmin
gecə dənizin üzü qızılı rəngə boyandığı rəvayət edilir. Hətta bu
macerasından sonra padışahın hüzuruna çıxan Laqarı Həsən
Çələbi:” Hünkarım, Hz. İsadan sizə salam gətirdim” - deyə zarafat
etməkdən də çəkinməmişdi. Etdiyi ixtiralar və çalışmalar IV
Murad tərəfindən də dəstəklənən Laqari Həsən Çələbi, daha
sonrakı zamanlarda elmi inkişafdan qorxanların təzyiqi nəticəsində
mühakimə olunaraq Kırıma sürgün edilmişdi. Bir müddət sonra
burada dünyasını dəyişən, tarixdə raketlə havaya qalxmış ilk insan
hesab olununan Laqari Həsən Çələbinin günümüzdə Ankarada
Türk Hava Müzeyində heykəli qoyulmuşdur.
Evlya Çələbinin “ Səyahətnaməsi”-ndə 1632-ci ilin küləkli
bir günündə Qalata qülləsindən quş qanadlarına bənzəyən bir
vasitə ilə özünü boşluğa buraxan və uçaraq Bosforu keçib 3358
metr kənarda Üsküdarda Doğancılara eniş etdiyi güman edilən
Hezarfən Əhməd Çələbidən də bəhs edimişdir. Övliyə Çələbi
əsərində bunları yazıb:
“Ox meydanının minbəri üstündən qartal qanadları ilə səkkiz,
doqquz dəfə havada pərvazlanmışdı. Sultan Murad xan
Sarayburnunda Sinan Paşa Köşkündən tamaşa edərkən Qalata
qülləsindən uçaraq Üsküdarda Doğancılar meydanına enmişdir.
Bu hadisə Osmanlı dövlətində əks-səda yaratdı və həmin dövrün
padşahı IV Murad tərəfindən bəyənildi. Sonra Murad xan
Hezarfən Əhməd Çələbiyə bir kisə qızıl hədiyyə etmişdir.”
Türkiyənin məşhur tarixçisi İlbər Ortaylı, bu maraqlı
hadisələrə münasibətini bildirərkən, Laqarı Həsən Çələbi
məsələsinin doğru ola biləcəyini, amma Hezarfenin hazırlamış
olduğu quş qanadları ilə Bosforu keçməsinin Evliya Çələbinin
xəyal məhsulu olduğunu vurğulamışdı.
Sədrəzəm Tarhuncu Əhməd Paşa (1652-1653) Tarhuncu
Əhməd Paşa xəzinəni doldurmaq, tarazlığı pozulan pul əyarını
tənzimləmək, gömrük gəlirlərini artırmaq, sarayın və donanma
259
tərsanəsinin məsrəflərini azaltmaq üçün ciddi tədbirlər almışdı.
Osmanlı tarixində ilk dəfə olaraq dövlətin gəlir və məsrəflərini
detallı şəkildə öyrənib dövlət büdcəsinin hazırlanması üçün xüsusi
bir komitə qurulmuşdu. Bu komitə 1640-cı illərdən sonrakı bütün
maliyyə dəftərlərini incələməyə almışdı. Bu dövrdə dövlət gəlirləri
yeni vergilərin (dəyirman vergisi, xana vergisi və s.) hesabına 5329
yük qızıl olmuş, dövlət məsrəfləri isə təxminən 5500 yük qızıl
olmuşdu. Bundan başqa Osmanlı imperiyası maliyyə sistemində
ilk dəfə olaraq gələcək il üçün Tarhuncu büdcəsi adlanan büdcə
dəftəri hazırlamışdı. Bu büdcəyə görə, əyalətlərdən gələcək olan
gəlirlər 5329 yük olmalı idi. Tarhuncu Əhməd Paşa detallı büdcə
dəftərini hazırladıqdan sonra sarayın və bəzi dövlət adamlarının
gəlirlərini azaltmağa başlamışdı. Məhz bu fəaliyyəti səbəbilə
özünə çoxlu sayda düşmən qazanmışdı. Ən sonda də əleyhdarları
tərəfindən qətlə yetirilmişdi.

Köprülülər dövrü
Dövlətin düşmüş olduğu bu çətin vəziyyət qarşısında Validə
Turhan Sultanın kəndxudası memar Qasım ağa əslən devşirmə
alban olan Mehmed Paşanın vəzirliyə gətirilməsinin uyğun
olacağını bildirmişdi. 1656-cı ildə İstanbula çağrılan Mehmed Paşa
həm IV Mehmedə, həm də Validə Turhan Sultana bəzi şərtlər təklif
etmişdi. Köprülü Mehmed Paşanın şərtləri qısaca belə idi:
1. Padşaha təqdim olunan bütün qərar və fərmanlar
müzakirəsiz qəbul edilməli idi.
2. Ən kiçik rütbədən ən böyüyünə qədər bütün təyinatlar
sədrəzəm tərəfindən edilməli idi.
3. Dövlət adamlarının təhriki ilə vəzifələri və səlahiyyətləri
məhdudlaşdırılmamalı idi.
4. Dövlət işlərində sədrəzəmə düşmən olanların fikirləri
alınmamalı idi.
Padşah və validə sultan bu şərtləri and içərək qəbul
etmişdilər. Beləliklə, Osmanlıda “Köprülülər dövrü” başlamışdı
(1656-1683). Bu sülalədən istər Osmanlı İmperiyasının, istərsə də

260
Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında çox önəmli rol
oynayan dahi şəxsiyyətlər çıxmışdır.
Köprülülər Osmanlı dövlətinin idarəçilik sistemində
özünəməxsus bir çığır açmışdır. «Köprülülər dövrü» adlandırılan
zamanda padşahlar – sultanlar sədrəzəmlərə, vəzirlərə vermə-
dikləri hüquqları Köprülülərə vermiş və bunun sayəsində də
Köprülülərin əli ilə dövlətin maliyyə və idarəçilik sistemlərini
nizama salınmışdır. Bu dövrdə çoxlu məscid, mədrəsə, kitabxana,
türbə və çeşmələr də inşa edilmişdir.

Köprülülər dövrünün sədiəzəmləri:


Sədrəzəm Köprülü Fazil Əhməd Paşa (1661-1676) atası
Mehmed Paşanın siyasətini davam etdirmişdi. Xarici siyasətdə də
bəzi uğurlar əldə edilmiş, Venesiya ilə 24 illik çətin mübarizədən
sonra 1669-cu ildə Krit adası fəth olunmuşdur.
Fazil Əhməd Paşanın vəfatı üzərinə sədrəzəmliyə
Köprülülər ailəsinin kürəkəni olan Merzifonlu Qara Mustafa Paşa
(1676-1683) gətirilmişdi. Merzifonlunun sədrəzəmliyi dövründə
xüsusilə xarici siyasətdə ruslara və lehlilərə qarşı bəzi müvəf-
fəqiyyətlər əldə olunsa da, 1683-cü ildə II Vyana mühasirəsindəki
ağır həzimət onun da sonunu gətirmişdi.
Köprülülər dövrü, Osmanlı dövlətinin içəridə sabitlik və
xaricdə isə nüfuzunu yenidən əldə etməsi dövrüdür. Köprülülər
Çağının bitməsi ilə Osmanlıda durğunluq dövrü sona çatır və
geriləmə dövrü başlamışdır. Bəzi tarixçilər Köprülülərin idarəsini
durğunluq dövründə dövlətin yenidən yüksəlişi şəklində də
xarakterizə edirlər.

Durğunluq dövrünün islahatlarının ümumi


xüsusiyyətləri:
1. İslahatlarda şiddət və təzyiq metodu izlənilmişdi.
2. İslahatlar əsas olaraq hərbi və maliyyə sahələrində həyata
keçirilmişdi.
3. İslahatlar şəxslərə bağlı qalmış və davamlılığı olmamışdı.
4. Durğunluğun səbəbləri dərindən araşdırılmamış, səthi həll
261
yollarına baş vurulmuşdu. Bu səbəbdən istənilən nəticə əldə edilə
bilməmişdi.
5. İslahatlar yenilikdən çox köhnə nizamı canlandırmaq məqsədi
daşımışdı. Bu dövrdə qərbdəki yeniliklərdən ümumiyyətlə istifadə
olunmamışdı.

2.Xarici siyasət

Osmanlı-Səfəvi münasibətləri
Osmanlı və Səfəvilər arasında 1590-cı ildə bağlanan
İstanbul sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla
Bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi
Azərbaycanın bir hissəsi - Şirvan və Qarabağdan Təbriz və
Marağayadək ərazilər Osmanlı dövlətinin nəzarətinə keçmişdi.
XVII əsrin əvvəlllərində Osmanlıdakı daxili ziddiyətlərdən
yararlanmaya çalışan I Şah Abbas itirilmiş torpaqları yenidən
qaytarmaq üçün Osmanlıya qarşı müharibə hazırlığına
başlamışdı.Bu dövrdə Avropa dövlətləri də Osmanlı qüvvələrinin
şərqə çəkilməsi üçün Səfəvilərin Osmanlı ilə toqquşmasına maraq
göstərirdilər. Şah Abbas Osmanlılara qarşı müharibəyə hazır-
laşdığı zaman alman imperatoru II Rudolf öz elçisini Səfəvi
sarayına danışıqlara göndərmiş, türklərə qarşı hərbi ittifaq
yaradılmasını şaha təklif etmişdi. İspaniya kralı II Filip də Səfəvi
şahını Osmanlılara qarşı müharibəyə təhrik edərək, əvəzində İran
körfəzində ona kömək göstərəcəyini vəd vermişdi.
1603-cü ildə hərəkətə keçən Səvəvi ordusu qısa bir
müddətdə Naxçıvan və İrəvanı ələ keçirməyə müvəffəq olmuş-
du.Osmanlı ordusunu ərzaq təminatından məhrum etmək və
zəiflətmək üçün I Şah Abbas Səfəvilərin ənənəvi "yandırılmış
torpaq" taktikasını tətbiq etmişdi. Şahın fərmanında deyilirdi:
"Arazın sol sahilini dağıtmaq və əhalisizləşdirmək; bütün yerli
əhalini köçürmək, ərzaq və ələf nə varsa götürmək, qalanını isə
məhv edib yandırmaq". Şah Abbasın əhalinin köçürülməsi və
yaşayış məntəqələrinin dağıdılması haqqında əmri təcili həyata

262
keçirilmişdi. Bununla da Ön Qafqazda yaşayan çoxlu azər-
baycanlı, gürcü və kürdün zorla digər bölgələrə köçürülməsi məhz
bu dövrdən etibarən geniş miqyas almışdı. Zorla, amansızlıqla
həyata keçirilən bu siyasət nəticəsində Cənubi Qafqaz xalqlarının
ictimai-iqtisadi baxımdan inkişafı prosesi xeyli ləngidildi.
Əhalinin zor gücünə İsfahana, Mazandarana və İranın digər
bölgələrinə köçürülməsi, ölkənin talan edilməsi Azərbaycan xalqı
üçün böyük müsibət idi. Bu zorakılıq tədbiri tarixşünaslıqda Böyük
sürgün adı ilə tanınmışdır.
İsgəndər bəy Münşi yazırdı ki, fərman veriləndən bir neçə
gün sonra Şahın qərargahını yerləşdirməyə yer yox idi. Çünki
Naxçıvan və onun ətrafındakı yaşayış məntəqələri xarabalığa
çevrilmişdi. Beləliklə, Naxçıvan, İrəvan, Culfa və digər abad
diyarlar Səfəvi Şahının fərmanı ilə yandırılmış və əhalisi
köçürülmüşdü.
Hərbi-siyasi tədbir kimi qələmə verilən bu köçürmə prosesi
başqa bir məqsədə də xidmət edirdi. Köçürmənin digər səbəbi
Səfəvi şahının İranın daxili vilayətlərinin məhsuldar qüvvələrini
inkişaf etdirmək və dünya tranzit ticarətinin əsas yolunu Səfəvi
dövlətinin cənubuna köçürmək niyyəti idi. Culfa tranzit ticarəti
baxımından son dərəcə əlverişli ərazidə yerləşirdi. Buradan
Avropaya gedən karvan yolu Osmanlı Türkiyəsindən keçirdi. Şah
Abbas Şərq-Qərb ipək ticarət yolunu Cənuba-Fars körfəzi
limanlarına keçirmək qərarına gəlmişdi. Bu məqsədlə Culfa
əhalisini İsfahana köçürmüşdü. Lakin qeyd etmək lazımdır ki, Şah
Abbas bu tədbiri həyata keçirməyə məcbur olmuşdu. Ölkənin
ticarət mərkəzinin dəyişdirilməsi istiqamətində görülən işlər
obyektiv zərurətin tələbi,Osmanlı təhlükəsinin mövcudluğu ilə
əlaqədar idi.
Bu köçürülmə zamanı xüsusilə ərazidəki ən qədim yaşayış
məskənlərindən biri olan Culfa şəhəri dağıdılmış,sakinləri isə (bəzi
mənbələrdə 12.000 ailə, bəzilərində 20.000 nəfər kimi qeyd edilir)
İsfahan ərazisinə köçürülmüş və burada onlar üçün ayrılmış
ərazidə Yeni Culfa şəhərciyinin əsasını qoymuşlar.

263
Sinan Paşa komandanlığında Osmanlı ordusunun İrəvanı
almaq cəhdi uğursuz olmuş, geri çəkilmək məcburiyyətində
qalmışdı.
Sinan Paşa 1605-ci ilin mayında 100 minlik qoşunla Azər-
baycana ikinci dəfə yürüşə başlamışdı. 1605-ci ilin noyabrında
Təbrizdən bir qədər aralı Sufiyan adlanan yerdə baş verən döyüşdə
Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə edərək Təbrizi
onlardan təmizləmişdi. Ümumiyyətlə, 1606-1612-ci illərin hərbi
əməliyyatları Səfəvilər üçün uğurlu olmuş, Dərbənd daxil
Azərbaycanın bir çox vilayətləri Osmanlıdan alınmışdı.Bunun
üzərinə hər iki tərəf arasında danışıqlar başlamış və 1612-ci ildə
İstanbul sülh müqaviləsi imzalanmışdı. Osmanlı tərəfini sədrəzəm
Nasuh Paşa təmsil etdiyindən bu müqavilə tarixdə “Nasuh Paşa
anlaşması” olaraq da bilinməkdədir.
1612-ci ildə imzalanmış İstanbul sülh müqaviləsinə görə
Osmanlı dövləti Səfəvilərdən almış olduğu ərazilərin çoxundan
imtina etmişdi. 1590-cı ildə imzalanmış müqavilə əsasında Os-
manlılara verilmiş Kartli, Kaxetiya, Şirvan, Qarabağ, Çuxursəd,
Azərbaycan və Qərbi İran torpaqları Səfəvi dövlətinə qaytarıl-
mışdır. Şimali Qafqaz və Qərbi Gürcüstan isə Osmanlılarda
qalmışdı.
Osmanlı dövlətinin irəli sürdüyü şərtlər əsasında I Şah
Abbas hər il 200 tay ipək xərac verməyi; rusların Terek çayı
sahilində tikdikləri qalanı dağıtmaq və onları uzaqlaşdırmaq üçün
Osmanlılar tərəfindən təşkil olunan yürüşə mane olmayacağını
öhdəsinə götürmüşdü. Bundan başqa Səfəvilər söz vermişdilər ki,
İraq sərhədində Osmanlılara qarşı qiyam qaldıran bəylərə yardım
etməyəcək, Dağıstan Şamxalı başda olmaqla buradakı Osmanlı
hakimiyyəti tanıyacaqdır. Həmçinin müqavilədə göstərilirdi ki,
Səfəvilər dövlətində şiələr sünni böyüklərinə küfr etməyə-
cək,Səfəvi ölkəsindən olan hacılar Həccə Bağdad və Bəsrə yolu ilə
deyil, Hələb-Şam yolu ilə gedib gələcəklər.
İstanbul sülh müqaviləsində ilk dəfə idi ki, tərəflər arasında
“Şimali Qafqaz məsələsi” öz əksini tapmışdı. Həmçinin 1555-ci il
sülhünə görə şərqi Mesxeti və Ahalsıx Səfəvi dövlətində qalsa da
264
İstanbul sülhü bağlanan zaman Osmanlı dövlətinin nəzarətində
qalmışdı. Bu müqaviləyə görə Şəhrizor, Kürdüstanın bir hissəsi,
Bağdad əyalətinin müəyyən hissəsi də Osmanlı dövlətinə
verilmişdi. Ona görə də I Şah Abbas 1555-ci il Amasya sülh
müqaviləsini tam bərpa etmədiyi üçün sülhün şərtlərindən tam razı
deyildi.
I Şah Abbasın İstabul sülh müqaviləsindəki öhdəliyə görə
Osmanlılara verməli olduğu 200 tay ipəyi göndərməməsi də
Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirmişdi. Şah tərəfindən
Səfəvi dövləti ilə danışıqlara gələn Osmanlı elçisinin iki ilə yaxın
saxlanılması və geri qayıtmağına icazə verilməməsi də Osman-
lılarla münasibətə mənfi təsir göstərmişdi. 1616-1618-ci illərdə iki
dövlət arasında yenidən başlayan müharibədə həlledici döyüş isə,
1618-ci il sentyabrın 10-da Sərab vilayətinin Ərəştaban və
Səkəmsaray qəsəbələri arasındakı düzənlikdə, Sınıq körpü
(Qırmızı körpü) adlı yerdə baş vermişdi. Osmanlı ordusu 15 min
əsgər itirərək ağır məğlubiyyətə uğramışdı (Sərab döyüşü).
Sərab yaxınlığındakı bu məğlubiyyətdən sonra iki tərəf
arasında 1618-ci ildə Mərənd (Cənubi Azərbaycanda şəhər) sülhü
bağlanmışdı. Bu sülhün 1612-ci il İstanbul sülhündən əsas fərqi
Səfəvilərin ildə verəcəyi 200 tay ipək bacın 100 taya endirilməsi
idi.
1618-ci ildə Səfəvilərlə Osmanlı arasında bağlanan sülh
müqaviləsindən sonra Osmanlıda baş verən çəkişmələrdən istfadə
edən Şah Abbas 1622-1623-cü illərdə Ərəb İraqına qoşun yeridib,
Bağdadı, Kərbalanı, Nəcəfi tutmuşdu. Çuxursəd bəylərbəyi
Əmirgünə xan Qacar Osmanlı tabeliyində olan Axıskanı ələ
keçirmişdi. I Şah Abbas öləndə (1629-cu il) bütün Azərbaycan,
Ahalkəli daxil olmaqla Şərqi Gürcüstan və İraqi Ərəb Səfəvilərin
hakimiyyəti altında idi. Şah Abbas oğlu Səfi Mirzəni öldürtmüşdü.
Hakimiyyətə Səfi Mirzənin 18 yaşlı oğlu Sam Mirzə I Səfi Mirzə
(1629-42) adı ilə keçmişdi. Osmanlı Anadoludan İran körfəzinə
çıxan karvan yolu üzərindəki Bağdadın itirilməsi ilə barışa
bilmirdi. Şah Abbasın vəfatından sonra Bağdadın geri qaytarılması
ön plana çəkilmişdi. Fəqət Sultan IV Murad 1629-1632-ci illərdə
265
Səfəvilərə qarşı hərbi əməliyyatlarda istəyinə nail ola bilməmişdi.
Osmanlı hökmdarı daxildə çıxan qiyamı yatırıb, Polşa və Rusiya
ilə münasibətləri sülh yoluna qoyduqdan sonra əsas diqqətini yenə
Səfəvilərə qarşı yönəltmişdi. 1634-1635-ci illər hərbi əməliy-
yatlarında Osmanlı ordusu Xoy, Təbriz şəhərlərini ələ keçirsə də,
ərzaq və ələfin çatışmazlığı, qışın yaxınlaşması, Səfəvi qoşununun
hücum təhlükəsi onları geri dönməyə məcbur buraxmışdı.
Səfəvi-Osmanlı qarşıdurmasında Bağdad məsələsi müba-
hisə obyekti kimi qalmaqda idi. IV Murad şəhəri ələ keçirmək üçün
özünün uğursuz cəhdindən sonra da bu niyyətindən əl çəkməmişdi.
Nəhayət Osmanlı ordusu uzun müddət davam edən mübarizəədən
sonra 1638-ci ildə Bağdadı ələ keçirə bilmişdi. 1639-cu ildə iki
tərəf arasında İranın Kirmanşah vilayətində yerləşən Qəsri-Şirində
sülh müqaviləsi imzalanmışdı. Müqaviləyə görə Bağdad, Mosul
daxil İraq torpaqları Osmanlının nüfuzuna keçmişdi. Ayrıca
Səfəvilər Van və Qars qalalarına, həmçinin Ahalkəliyə hücum
etməyəcəklərinə dair təminat vermişdilər. Qəsri-Şirin müqaviləsi
ilə XVIII əsrin əvvəllərinə qədər Səfəvi-Osmanlı münasibətlərində
sakitlik hökm sürmüşdü.

Osmanlı-Babur münasibətləri

Baburların erkən dövrdə Osmanlılarla birbaşa əlaqəsi


olması barədə heç bir məlumat yoxdur. Babur şahın dövründə
(1526-1530) Osmanlı türklərindən olan bəzi hərbi mütəxəssislərin
və sənətkarların Hindistandakı fəaliyyəti haqqında bəzi
məlumatlatlar olsa da, tərəflər arasında diplomatik əlaqələr hələki
qurulmamışdı. 1530-cu ildə ölümündən sonra Babur Şahı əvəz-
ləyən Humayun Şahın (1530-1540, 1555-1556) dövründə iki tərəf
arasında qarşılıqlı münasibətlərin yarandığı müşahidə olunur.
Baburlarla ilk ciddi münasibətlər 1555-ci ildə Bəsrədə portuqallar
tərəfindən tələyə düşürülən Osmanlı donanmasını çıxarmaq üçün
Seydi Əli Rəis kapitanlığında göndərilən əlavə qüvvənin şiddətli
fırtınanın təsiri ilə Hindistan sularına sürüklənməsi ilə başlamışdı.
Humayun şah torpaqlarına qədəm basan Osmanlıları mehribanlıqla
266
qarşılamışdı. Osmanlı dəniz kapitanı Seydi Əli Rəislə görüş
əsnasında Moğol hökmdarının: “Hindistanmı, yoxsa Vilayəti
Rummu (Osmanlı) daha böyük?” sualına, Osmanlı elçisi:
“Hindistanın, yeddi iqlimin hökmdarı sayılan sultanın mülklərinin
yalnız onda biri qədər olduğu; səyyahların verdiyi məlumatlara
görə Çindəki məscidlərdə belə xəlifə-sultanımızın adına xütbə
oxunur” cavabını vermişdi. Bunun üzərinə Humayun Şah da
təvazükarlıqla yer üzündəki bütün hökmdarların ən qüdrətlisinin
Osmanlı xudavəndigarı olduğunu beyan etmişdi.O dövrdə
Humayun Şah Səfəvilərin yardımı ilə taxtını geri alsa da, nə I
Təhmasibə, nə də şiəliyə etibar etməmişdi. Səfəviləri öz dövlətinin
gələcəyini təhdid edən bir təhlükə kimi görən Humayun Şah,
Qanuni Sultan Süleymana "padşah baba" deyə xitab edən
məktublar yazmışdı. Məktublarında şərqin ona veriləcəyi halda,
Səfəvi dövlətini birlikdə yox edə biləcəklərini bildirmişdi.
Humayundan sonra taxta gələn Əkbər Şah da (1556-1605)
hakimiyyətinin ilk illərində Qanuni Sultan Süleymanı xəlifə olaraq
qəbul etdiyini bəyan etmişdi. Fəqət daha sonrakı illərdə Osmanlıya
qarşı mənfi bir mövqe tutmuş, özünün də “xəlifə” məqamına
iddiası olduğunu bildirmişdi. Hətta Osmanlıya qarşı Səfəvi və
özbəklərlə ittifaq qurmağa çalışaraq, portuqallarla bərabər Yəmənə
hücum etməyi planlaşdırmışdı. Bunun üzərinə Osmanlı da
Yəmənin müdafiəsi üçün əlavə birliklər göndərmişdi.
Əkbərdən sonra Moğol taxtına çıxan Cahangir Şah da
(1605-1627) hakimiyyətinin ilk illərində Osmanlılara laqeyd
yanaşmışdı. Cahangir Şahın əsl adının Səlim olmasına baxmayaraq
bu adı vaxtilə Osmanlı sultanı Yavuzun da daşıdığını bilərək, bu
addan istifadə etməmişdi. Tüzük-i Cihangir-i adlı əsərində əcdadı
Əmir Teymurun Osmanlılara qarşı qazandığı zəfərdən qürurla
bəhs edərək, Babur soyunun daha üstün olduğunu vurğulamışdı.
İlk başlarda Səfəvilərlə dostluq münasibətlərində olan Cahangir
Şah, daha sonra araları açıldığı üçün Osmanlı ilə bir sünni ittifaq
qurmağa təşəbbüs göstərmişdi. Osmanlı Sultanı IV Murada
bununla əlaqədar məktub göndərilsə də, Moğol şahının ölümü bu
təşəbbüsü nəticəsiz qılmışdı.
267
Tarixi mənbələrə görə, Osmanlılarla ilk müntəzəm
diplomatik münasibətlər Şah Cahan (1628-1658) tərəfindən
başlamışdı. Qəndəharı Səfəvilərdən geri almaq və sünni ittifaq
bloku yaratmaq məqsədilə 1637-ci ildə Mir Zərif İsfahani elçi
olaraq IV Muradın hüzuruna göndərmişdi. O ərəfədə Bağdad
səfərinə çıxan IV Murad Moğol elçisini Mosulda qarşılamış,
müxtəlif hədiyyələr və bir məktubla Hindistana uğurlamışdı.
Babur hökmdarına ünvanlanan məktubda: “ona sadəcə “Hind
hökmdarı” - deyə xitab edilərək, əmri altındakı qüvvələrin
Səfəvilərlə baş edə bilməyəcəyi” vurğulanmaşdı. Osmanlı sultanın
bu məktundan narazı qalan Şah Cahanın özünün deyil, vəzirinin
İstanbula cavab göndərməsi və bu məktubda Şah Cahan üçün
“Dörd xəlifənin xələfi”, “Sultanların şahı” və “Allahın yer
üzərindəki kölgəsi” kimi onu tərifləyən sözlərdən istifadə edilməsi,
Osmanlı sarayında diplomatik nəzakət qaydalarından anlamayan
və təcrübəsiz dövlət adamlarının olması və Babur ordusunun
gücünün vurğulanması, iki dövlət arasında soyuq rüzgarın əsdiyini
göstərməkdə idi.
Osmanlı hökmdarı IV Mehmed (1648-1687) Baburlarla
yaranan soyuqluğu bitirmək üçün ilk addımı ataraq Seyyid
Muhyiddin adlı elçisini bahalı hədiyyələrlə Hindistana gön-
dərmişdi. O dövrdə Baburlarla Buxara xanlığı arasında Mərkəzi
Asiya torpaqları uğrunda amansız bir çəkişmə yaşanmaqda idi.
Osmanlı sultanı da sünni dünyasının xəlifəsi olaraq, bundan
rahatsız olmuş ki, bu ədavətin bitirilməsi üçün Babur Şahına bir
məktub da yollamışdı. Həm Buxara, həm də Səfəvilərə qarşı
uğursuz müharibələr Baburların nüfuzuna xələl gətirmişdi. Belə
bir vəziyyətdə Osmanlı ilə də düşmən olmaq, əlbəttə ki Baburların
siyasətinə böyük zərbə olardı. Ona görə də Şah Cahan da qarşılıqlı
olaraq öz elçilərini İstanbula göndərərək, xüsusilə Qəndəhar
əyalətini (Əfqanıstan) Səfəvilərdən geri almaq üçün sünni ittifaqı
qurmağı təklif etmişdi. Lakin tarixi proseslər göstərir ki, o dövrdə
Səfəvilərlə imzanan Qəsri Şirin sülhünün (1639) pozulması
dövlətlərin heç birinin mənfəətlərinə uyğun deyildi. Ona görə də
Baburların ittifaq təşəbbüsü nəticəsiz qalmışdı. Ancaq İstanbuldan
268
göndərilən memarlar dünyanın ən gözəl, ən möhtəşəm türbəsi olan
Tac-Mahalı inşa etmişdilər. Şah Cahan bu türbəni çox sevdiyi və
erkən vəfat etmiş xanımı Banu Bəyim (Mümtaz Mahal) üçün
tikdirmişdi. 1632-ci ildə inşasına başlanan bu əfsanəvi memarlıq
əsəri 20 il sonra, 1652-də başa çatdırılmışdır. Bu əsəri meydana
gətirənlər Memar Sinanın şagirdləri olan İsa Mehmet Çələbi,
İsmayıl Çələbi və ona yardım etmək üçün dəvət alaraq
Səmərqənddən Aqraya gələn Mehmet Şərifdir.

Osmanlı -Venesiya münasibətləri


XVI əsrin sonu-XVII əsrin birinci yarısında Venesiya
Respublikasının Osmanlı dövləti ilə münasibətləri daha çox
diplomatik-siyasi xarakter almışdı. Bunun başlıca səbəbi
Venesiyanın xarici siyasi xəttinin zəifləməsi, Avropada onun güclü
rəqiblərinin ortaya çıxması idi. 1603-1612-ci il müharibələrində
Səfəvi diplomatiyasının Osmanlıya qarşı Venesiyanı da savaşa
soxma cəhdləri nəticəsiz qalmışdı.Bununla yanaşı Venesiya üçün
səciyyəvi olan cəhət-yəni digər dövlətin hərbi qüvvələri ilə
Osmanlını zəiflətmək xətti bu dövrdə də davam etmişdi. Venesiya
çox diqqətlə Osmanlı cəbhəsində baş verən bütün yenilikləri
izləməkdə idi.Venesiya da digər xristian dünyası kimi Səfəvilərlə
Osmanlı arasında gərginliyin çıxmasında maraqlı idı. Fəqət bu
dövrdə Avropada Otuzillik müharibənin başlaması (1618-1648) ilə
“Osmanlı problemi” bir qədər arxa plana keçmişdi.
Otuzillik müharibə (1618-1648) — Avropada ağalıq
uğrunda: bir tərəfdən Papanın, Almaniyanın katolik knyazlarının
və Reç Pospolitanın dəstəklədiyi İspaniya və Avstriya
Habsburqları ilə; o biri tərəfdən Fransa, İsveç, Danimarka, Birləş-
miş Hollandiya respublikası, İngiltərə, Rusiya, Almaniyanın
protestant knyazlarının qoşulduğu və Çexiya, Transilvaniya və
İtaliyanın Habsburqlar əleyhinə hərəkatlarının da dəstəkləndiyi
koalisiya arasında müharibədir. Avropadakı bu qanlı müharibə
Vestfaliya sülhünün bağlanması ilə bitmişdi. Vesfaliya sülhü iki
müqavilədən ibarətdir – (Müqəddəs Roma imperiyası ilə İsveç
arasında bağlanan) Osnabrük və (Müqəddəs Roma imperiyası ilə
269
Fransa və onun müttəfiqləri arasında bağlanan) Münster
razılaşmaları. Bu müqavilədə ilk dəfə Rusiyanın Avropa dövlətləri
sırasında Moskoviya kimi adı keçir. Vestfaliya sülhü İsveç və
Niderlanda öz müstəqilliyini qorumaq imkanı vermişdi, ancaq
Almaniyanın taleyində mənfi rol oynamışdı: onun ərazisinin bir
hissəsinin İsveç və Fransaya keçməsindən başqa, ölkədə uzun
müddət yarımfeodal pərakəndəlik bərqərar olmuşdu.Tarixçilər
arasında Vestfaliya sülhünə müxtəlif münasibət var. Bəziləri hesab
edir ki, bu sülhün əsas prinsipləri: bərabər hüquqlu dövlətlər,
problemlərin sülh yolu ilə həll edilməsi öhdəlikləri, birgə asayişi
saxlamaq ideyası; suverenlik anlayışınınmeydana gəlməsi, olan
müasir beynəlxalq hüququn əsasını qoymuşdu. Başqaları hesab
edir ki, Vestfaliya sülhü beynəlxalq münasibətlərin köhnə
iyerarxik qaydalarını dağıdaraq, əvəzində qayda qanunu saxlamaq
üçün əməli mexanizm yarada bilməmişdi.
Osmanlı dövləti Avropada Otuzillik müharibədən istifadə
edərək Venesiyanın nəzarəti altında olan Krit adasını mühasirəyə
almış, 25 illik mübarizədən sonra ada türklər tərəfindən fəth
olunmuşdur (Osmanlı-Venesiya müharibəsi, 1645-1669).

Osmanlı-Lehistan münasibətləri
Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında
1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən
Avropa tarixində - Reç Pospolita adlı yeni bir federativ dövlət
ortaya çıxmışdı. Bu dövlətin ən böyük rəqibi Çar Rusiyası olmuşdu
ki, ruslarla mübarizədə Osmanlı dövləti də Reç-Pospolitaya dəstək
vermiş, hətta taxta özünə yaxın olan Stefan Batorinin keçməsini
təmin etmişdi. Fəqət XVII əsrin əvvəllərindən Osmanlı və Lehlilər
arasında münasibətlər kəskinləşməyə başlamışdı.
1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsi —
XVII-ci əsrdəki ilk Osmanlı-Reç Pospolita müharibəsidir. 1514-cü
ildən Moldova bəyliyi Osmanlı İmperiyasının birbaşa ərazisi
olmasa da, himayəsi altında sayılırdı. Moldova bəyliyi Dunay çayı
ilə Qaradənizə gedən ticarət yollarının üstündə olduğu üçün
coğrafi mövqeyi baxımından Reç Pospolita üçün əhəmiyyət kəsb
270
edirdi. XVI-cı əsrin sonlarında Reç Pospolita əsilzadələri
Moldovanın daxili işlərinə qarışmağa başlamışdılar. Osmanlılar
tərəfindən təyin edilmiş Moldova Voyvodinası Kaspar Qraziani də
Reç Pospolitaya meyl etməyə başlamışdı. Bundan başqa Reç
Pospolita Transilvaniya knyazlığına hücum etdilər. Osmanlılar
üçün qəbul edilməz bir vəziyyət idi. Transilvaniya Knyazı və
protestant Betlen Gabor Osmanlı dövlətindən yardım istəməsi
üzərinə, Sultan II Osman Reç Pospolitaya müharibə elan etmişdi.
II Osmanın Lehistana müharibə elan etməsi, Osmanlının da dolayı
yolla Avropadakı Otuzillik müharibəyə qatılmasına səbəb
olmuşdu.Tədqiqatçılar, II Osmanın hədəfinin Lehistan torpaqlarını
ələ keçirərək Baltik dənizinə çıxmaq olduğu, burada böyük bir
donanma təsis edib, həm cənubdakı Aralıq dənizi donaması, həm
də şimaldakı bu yeni qurulacaq donanma ilə Avropadakı siyasi
balansı tamamilə Osmanlının lehinə dəyişdirmək olduğunu qeyd
etməkdədirlər.
Osmanlı və lehlilər arasında ilk toqquşma 10 sentyabr
1620-ci ildə Prut çayı ətrafında Yassı şəhəri yaxınlığındaki Çuçoro
mövqeyində olmuşdu. Çuçoro döyüşü Osmanlının zəfəri ilə
nəticələnmişdi. Çuçoro döyüşündə əldə edilən zəfərdən sonra
Sultan II Osman Reç Pospolitanı tamamilə məğlub edərək dövlətin
sərhədlərini Baltik dənizinə qədər uzada biləcəyini düşünmüşdü.
Bu məqsədlə 1 il sonra 200.000-lik bir ordu hazırlayaraq
İstanbuldan Ədirnəyə doğru yola çıxmışdı. Tarixə Xotin səfəri
(Ukrayna -1621 sentyabr/oktyabr) olaraq keçən bu yürüşdən II
Osman istədiyi nəticəni ala bilməmişdi. Hər iki tərəf bir-birilərinə
qarşı açıq üstünlük qura bilməmişdi. Tərəflər arasında imzalanan
müqaviləyə görə:
- Reç Pospolita və Osmanlı dövlətləri arasında sərhədlər
demək olar ki olduğu kimi saxlanıldı;
- Reç Pospolitaya Tatar axınları qadağan olundu;
- Xotin, Osmanlı himayəsində olan Moldovaya verildi;
- Reç Pospolita Krım xanlığına vergi ödəməyə davam etdi.
Müharibədən sonra Sultan II Osman Xotin qalasında yerləşən
Yeniçəri Ocağını istəklə döyüşmədiklərinə görə ləğv edəcəyini
271
bildirdi. Bu da yeniçəri üsyanına gətirib çıxardı. Üsyan nəticəsində
II Osman öldürüldü.
1633-1634 Osmanlı-Reç Pospolita müharibəsi, Reç
Pospolita himayəsində olan kazaklar cəngavər və köçəri həyat tərzi
sürən insanlar idi. Zaman-zaman kazaklar Osmanlı dövlətinin
ərazisinə girir və basqınlardan sonra qənimətləri ilə geri
qayıdırdılar. Kazakların cəsarəti XVII əsrin birinci yarısında o
qədər artmışdı ki, Dunay və Qara dəniz sahilləri boyunca Osmanlı
şəhərlərini talan etməklə kifayətlənmədilər, İstanbul boğazından
daxili regionlara daxil olaraq Sarıyer və Yeniköy kimi bölgələri də
talan etməkdən çəkinmədilər. Reç Pospolitanın bu zaman Rusiya
çarizmi ilə müharibə vəziyyətində olmasını fürsət bilən Osmanlı
lehlilərə qarşı müharibə elan etmişdi. Noqay və Krım tatarları da
bu müharibədə Osmanlı ordusuna yardımcı qüvvələr olaraq
qatılmışdılar. Bu müharibədə də tərəflər bir-birinə qarşı üstünlük
qura bilməmiş və sülh bağlanmışdı (Xmelnitski sülhü).
Osmanlı-Leh müharibəsi (1672-1676) Osmanlı hima-
yəsindəki Ukrayna kazaklarına hücum edən lehlilər, 1634 sülhünü
pozmuşdular. Ukrayna kazaklarının da kömək istəməsi üzərinə
Lehistan yürüşünə çıxılması uyğun görülmüşdü. Kamaniçe yürüşü
olaraq da adlandırılan səfərdə Osmanlı ordusunun ard-arda
qazandığı uğurlardan sonra, Krım xanının da vasitəsilə lehlilər sülh
istəmişdi.
İmzalanan Buçaş (Buczacs) müqaviləsinə (18 oktyabr
1672) görə, Podolya Osmanlılara keçdi, Ukrayna da Osmanlı
himayəsində Kazaklara buraxılmışdı. Reç Pospolita Krım xanına
vergi ödəməyə davam etdiyi kimi peşkəş adı altında hər il Osmanlı
İmperiysına 22.000 qızıl vergi ödəməyə məcbur edilmişdi. Sazişin
digər maddələrinə görə, Reç Pospolitadakı Lipka tatarlarından
Türk ordusuna qoşulanların mallarına və ailələrinə zərər
verilməyəcəkdi. Saziş Krım tatarlarının və Ukrayna kazaklarının
Polşaya etdikləri hücumları da qadağan edirdi.
Reç Pospolita məclisinin, bu müqavilədəki vergi (peşkəş)
maddəsini qəbul etməməsi ilə Osmanlı-Polşa müharibəsi yenidən
başlamışdı. 4 il davam edən bu müharibədə ümümi baxıldığında
272
Osmanlının üstün olduğu görülmüşdür. Çətin bir vəziyyətdə olan
və itirdiyi torpaqları geri ala bilməyəcəyini anlayan lehlilər
nəhayət sülh təklif etmişdilər. Barışıq təklifi Osmanlı tərəfindən
qəbul edilmiş və 27 oktyabr 1676-cı ildə sülh müqaviləsi imza-
lanmışdı. Ukraynanın Zuravno şəhərində imzalandığı üçün
Zuravno müqaviləsi kimi də tanınır. Türkcə adını isə Zuravno
şəhərinə Osmanlıların verdiyi İzvança adından götürür.
Bumüqavilə, Buçaş müqaviləsinin şərtlərini bir qədər
yüngülləşdirdi, lakin Osmanlı İmperiyasının xeyrinə idi.
Müqaviləyə görə, Buçaş müqaviləsi ilə Osmanlı döv-lətinə
verilən Podolyenin Türk torpağı olması təsdiqlənmiş, Osmanlıya
verilən kazakların üstünlük təşkil etdiyi Ukrayna ərazisinin üçdə
biri Polşaya qaytarılarkən, üçdə ikisi yenidən Osmanlı
İmperiyasının hakimiyyətinə həvalə edilmişdi. Buçaş müqavilə-
sinin müddəaları arasında yer alan illik vergi isə qaldırılmışdı.

Osmanlı-Rusiya münasibətləri
XVI əsrin ikinci yarısından etibarən sərhədlərini genişlən-
dirərək Kazan, Həştərxan, Qasım, Sibir xanlıqlarını və Başqırd
torpaqlarını işğal edən Rusiyanın əsas hədəflərindən biri də cənuba
doğru irəliləyərək Qara dənizə çıxış əldə etmək idi. Təbii ki, Qara
dənizə gedən yol Ukrayna torpaqlarından keçməkdə idi. O dövrdə
Ukraynanın böyük bir hissəsi Reç Pospolitanın nəzarəti altında idi.
Leh hakimiyyətinə qarşı Ukraynada azadlıq uğunda mübarizə
başlamışdı. Bu mübarizədə kazaklarının lideri Boqdan Xmelnitski
xüsusilə seçilməkdə idi. Xmelnitskinin Osmanlı əsirliyinə dair
bəzi mühüm tarixi sübutlar da maraq doğurur. O, İstanbuldan
Ukraynaya, salnaməçilərin adlandırdıqları kimi, “Uca dövlət”in
paytaxtında çoxlu dost-tanış qazanaraq dönmüşdü. Bütün bu
tanışlıqlardan Xmelnitski daha sonralar Krım xanlığı və Osmanlı
dövləti ilə diplomatik intriqalarında istifadə etmişdi. O dövr
Osmanlı cəmiyyətinin qaydalarına görə əsir deyil, yalnız azad olan
bir şəxs çoxlu dost qazanacaq dərəcədə özünü müsəlmanların
arasında əmin və rahat hiss edə bilərdi. Reç Pospolitadan olan
əsirlər isə yalnız İslamı qəbul etdikdə azad edilə bilərdilər.
273
Ukraynalı türkoloq Aleksandr Qalenkonun dediyi kimi, o dövrün
ukraynalı siyasətçiləri Osmanlı dövlətinə indikilərin ABŞ-a
baxdıqları kimi baxırdılar, İslam isə onlar üçün müsəlman
cəmiyyətində möhkəmlənmək “vəsiqə”si idi. Odur ki, bir tərəfdən,
kələkbaz və hiyləgər diplomat, digər tərəfdən, öz dövrünün qibtə
ediləcək dərəcədə təhsilli insanı olan Xmelnitski türk əsirliyində
olarkən İslam dini ilə yaxından tanış olmaya bilməzdi.Beləliklə,
Xmelnitskinin Osmanlı rəhbərliyi ilə danışıqlarına onun dini
baxışlarının və əqidəsinin nə dərəcədə təsir göstərdiyini bu gün
qətiyyətlə demək çətindir. Çox güman ki, özünü müsəlman kimi
göstərərək Osmanlı rəhbərliyi ilə “oynayırdı”. Bu da ola bilərdi ki,
o, İstanbulda əsir olduğu dövrdə vəziyyətini yaxşılaşdırmaq və
sağ-salamat vətənə qayıtmaq məqsədilə İslamı qəbul etmişdi, lakin
orada əsl məqsədini heç vaxt açıqlamamışdı.
Tarixi proseslər onu göstərir ki,Getman Boqdan Xmelnitski
əsil məqsədini kazakların Perayaslav Radasında (kazak məclisi)
1654-cü il yanvarın 8-də çıxış edərək bildirmişdir: “Ukrayna
xalqının Polşa şlyaxtasına qarşı azadlıq mübarizəsində qazandığı
uğurları möhkəmləndirmək üçün yeganə vasitə Rusiyanın
hakimiyyətini tanımaqdır.” Əvvəlcə getmanın özü, sonra sıravi
kazaklar və meşşanlar rus çarına sədaqət andı içmişdilər.
Ukraynaya nüfuz uğrunda Rusiya və Reç Pospolita ara-
sında 1654-1667 -ci illərdə müharibə olmuş və tərəflər arasında
Andrusova (Smolensk) sülhü imzalanmışdı. Bu sülhə görə
Smolensk eləcə də Kiyev daxil Ukraynanın bir hissəsi Rusiyaya
keçmiş, Zaporojye ərazisi isə Rusiya ilə Polşanın birgə idarəsinə
verilmişdi. Ukrayna torpaqlarının Rusiya və Reç Pospolita
arasında bölüşdürülməsini öz dövlət mənfəətlərinə qarşı bir
hərəkət kimi Osmanlı dövləti, bəzi kazak getmanlarının da
İstanbuldan himayə istəməsi üzərinə öncə lehlilərlə (1672-1676),
daha sonra isə ruslarla (1676-1681) müharibəyə girişmişdi. 1676-
1681 müharibəsi Osmanlı dövləti ilə Rusiya Çarlığı arasında baş
verən ilk böyük müharibədir. Osmanlı-Rusiya müharibəsinin
sonunda Osmanlı, Krım xanlığı və Rusiya çarlığı arasında Krımın
Bağçasaray şəhərində 3 yanvar 1681-ci ildə imzalanmış sülh
274
müqaviləsi, (Baxçasaray-Çehrin müqaviləsi) eyni zamanda da
Rusiya çarlığı ilə Osmanlı İmperiyası arasında imzalanmış ilk
rəsmi müqavilədir. Bu müqavilənin maddələrinə görə Osmanlı və
Rusiya çarlığı arasında 20 il müddətinə sülh olmalı idi. İki dövlətin
əsas sərhədi kimi isə Dnepr çayı nəzərdə tutulmuşdu. Hər iki tərəf
də Dnepr çayı ilə cənubdakı Buq çayı arasında yaşayış məskəni
salmayacağını öz öhdəsinə götürürdü. Noqay köçərilərinin
Ukraynanın cənub steplərində köçəriliklə məşğul olmaları qəbul
edilirdi. Zaporojye Kazaklarının Dnepr çayı və onun qolları
üzərində balıqçılıqla məşğul olma, cənubda duzlaq işlətmə, Dnepr
çayı və Qara dənizdən istifadə haqları dəyişmədən qalırdı.
Sağsahil Ukrayna, yəni Ukraynada Dnepr çayının şərqi və
Zaporojye Kazaklarının bölgələrinin Rusiya çarlığının nəzarətində
olduğunu Osmanlılar qəbul edirdi. Buna qarşılıqisə, Kiyev
bölgəsinin cənubu (xüsusilə Çexrin), Bratislava bölgəsivə Podolye
Osmanlı İmperiyasının nəzarətində qalırdı.
1686-1699-cu illərində gerçəkləşmişOsmanlı və Rusiya
arasında ikinci böyük müharibəni isə, Osmanlı-Müqəddəs İttifaq
Müharibəsinin bir hissəsi olaraq görmək lazımdır. II Vyana
mühasirəsindən sonra bir çox Avropa ölkələri Osmanlı İmpe-
riyasına qarşı birləşərək hücuma keçmişdi. 1686-cı ildə Rusiya da
Müqəddəs İttifaq ölkələrinə qoşulmuşdu. 1687 və 1689-cu illərdə
Krıma, 1695 və 1696-cı illərdə isə Osmanlılara aid Azaka hücuma
keçmişdilər. Krımda uğurlu olmayan Rusiya, Azakı ələ keçirməyi
bacarmışdı. Müharibə 1700-cü ildə İstanbulda imzalanan bir
sazişlə sona çatmış. Azak qalası Rusiyaya buraxılmışdı.

Osmanlı -Avstriya münasibətləri


Osmanlı dövləti ilə Avstriya arasında 1568-ci ildə imzala-
nan və 1591-ci ildə yenilənən sülh müqaviləsinə görə, Vyana
hökuməti Osmanlının Macarıstandakı üstünlüyünü tanımaqla
bərabər, illik vergi verməyi öhdəsinə götürmüşdü. Fəqət Avstriya
illik vergilərini gecikdirməklə bərabər, ona bağlı birliklər sərhəd
zonalarda ixtişaşlar törədirdi. Bunun üzərinə, Osmanlı dövlətinin
sərhəd komandanı olan Bosniya bəylərbəyi Telli Həsən Paşa əmri
275
altındakı sipahilərlə sərhəd vilayətlərində asayişi qorumaq üçün
hərəkətə keçmişdi. Kulpa çayının yaxınlığında Sisak adlı yerdə
Avstriya hersoqluğu ilə Xorvatiya krallığının birləşmiş orduları
anidən Osmanlılara hücum etmişdilər.
Tarixə Sisak döyüşü olaraq keçən bu toqquşmada Bosniya
bəylərbəyi Telli Həsən paşanın qüvvələri ağır məğlubiyyətə
uğradılmiş, özü isə həlak olmuşdu. Bu döyüşün nəticəsi 1593-
1606-cı illərdə baş tutmuş Osmanlı-Avstriya müharibəsinə gətirib
çıxarmışdı.Habsburqların məqsədi,Osmanlının nüfuzu altında olan
Macarıstanın mərkəzi ərazilərini ələ keçirmək, Osmanlıların
hədəfi isə, Habsburqların can damarı olan Vyananı almaq idi.
Dunay xəttinə nəzarət və orada yerləşən qalalara sahib olmaq çox
vacib idi. Müharibə əsasən Macarıstanda və Balkan torpaqlarında
aparılmışdı. Müharibənin gedişində Osmanlı taxtında dəyişiklik
olmuş, vəfat edən III Muradın yerinə oğlu III Mehmed (1595-
1603) hakimiyyətə gəlmişdi. Sultan III Mehmed taxta çıxdığı gecə
Topqapı sarayından 19 tabutun çıxması dövrün bir çox
tarixşünaslarının qeydlərində rast gəlinir. Bunlar yenicə taxta çıxan
sultanın qardaşları idi. Bundan başqa bəzi qaynaqlarda Sultan III
Mehmedin edam edilən qardaşlarının bir neçə hamilə qadınını və
8 bacısını edam etdirdiyi də qeyd edilir. Bu hadisə Osmanlı
tarixinin ən qanlı səhifələrindən biri idi, çünki öldürülənlərin
yarıdan çoxu körpə uşaq idi. Bu hadisədən sonra xalqın bir çox
kəsimində gənc sultana qarşı nifrət hissini oyandırmışdı. Hətta bu
hadisədən 300 il sonra Padşah Mehmed Rəşadın (1909-1918)
qılınc geyinmə mərasiminin ardından dədələrinin məzarlarını
ziyarət edərkən III Mehmedin qəbrini ziyarət etməz ve "Ben çocuk
katilinin kabrini ziyaret etmek istemiyorum." dediyi
bilinməkdədir. Tarixdə bu acı hadisə ilə yadda qalan III Mehmed,
hərbi səfərlərə çıxma məsələsində II Səlimə qədər olan
əcdadlarının yolunu izləmişdi. Sultan III Mehmed dövlət
adamlarını toplayıb "Cəddimiz, dövlətimizin qurucusu Osman
Qazi həzrətlərindən, böyük babamız Qanuni Sultan Süleymana
qədər bütün sultanlar əsgərlərinin önündə səfərə çıxmışdır.
Babamız Sultan II Səlimlə cənnət-i məkan atamız Sultan III Murad
276
bu ənənələri pozdular. Biz belə, ilk öncə səfəri paşalarımıza
tapşırmaqla xəta etdik. Əsgər övladlarımız bizi başlarında görmək
istəyir. Qərarımız budur ki, səfərə çıxmaq vaxtıdır. Hazırlıqlar
tamamlansın. Kafirlərə həddini bildirmək gərəkdir!" dediyi, ona
qarşı çıxan anası Safiyyə Sultana "Validə, biz sultan oğlu sultanıq,
işlətməyəcəkdiksə, Əyyub Sultanda bu qılıncı niyə qurşandıq?
Qərarımız qərardır, səfərə çıxacağıq. Taxt-tac uğruna dövləti fəda
edə bilmərik" şəklində cavab verməsi və bundan sonra hərəkətə
keçərək mühasirəyə alınan Əyri qalasını (almanca Eqer qalası) 12
oktyabr 1596 tarixində fəth etdiyi söylənilir.
Əyri qalasının fəthindən sonra Osmanlı birlikləri
irəliləyərək 15 oktyabr 1596 günü Xaçovada böyük bir Avropa
ordusu ilə qarşılaşmışdı. Bu orduAvstriya, Almaniya, İtaliya,
İspaniya, Fransa, Hollandiya, Belçika, Çexiya, Xorvat, Slovak və
polyak hərbi dəstələrinin birləşməsindən ibarət idi. Bununla da 140
minlik Osmanlı qoşununun qarşısında 300 minlik bir xaçlı ordusu
dayanmışdı. Bu xaçlı ordusuna Avstriya hersoqu III Maksimilyan
rəhbərlik edirdi.
Osmanlı cəbhəsində" ordunun mərkəzi ələ keçirilib və
padşah qaçıb" dediqodusu yayılmış və buna görə də qorxuya
düşən ordu dağılmağa başlamışdı. Bunu görən xaçlı ordusu qalib
gəldiyinə inanıb, döyüş meydanına səpələndi. Bu vaxt Os-
manlıların arxa cəbhəsində çalışan odunçular, çadırçılar, dəvəçilər
və aşbazlar əllərinə aldıqları balta, odun parçaları, kürək, külüng,
hətta qazan-qaşıqla xaçlı ordusunun üzərinə hücum çəkdilər.
Gözlənilmədən edilən bu hücum əslində səpələnmiş xaçlı
ordusunu zəiflətmiş və bundan həvəslənən yeniçəri və sipahilər
yenidən döyüşə qayıtmışdılar. Bu gözlənilməz zəfər tarixdə
"Qazan-qaşıq Müharibəsi" olaraq qeydə alınır.
Osmanlı birlikləri müharibənin gedişində fəth etdikləri
Esterqon və Kanija qalalarını da Avstriya ordusuna qarşı
müvəffəqiyyətlə müdafiə edərək, əks hücumlarla düşmənə ağır
tələfatlar vermişdilər.
Anadoluda daxili vəziyyətin pisləşməsi və Səfəvilərlə
müharibə vəziyyətinin yaranması, qərbdə daha böyük zəfərlər əldə
277
edilməsinə imkan verməmişdi. Xaçova döyüşündən sonra
Anadoluda Cəlali üsyanları güclənmişdi. III Mehmed Anadoluya
bu səbəbdən bir sıra dövlət adamı və paşaları göndərsə də, üsyanı
yatırmaq mümkün olmurdu. Oğlu Şahzadə Mahmud dəfələrlə
atasından üsyanı yatırmaq üçün ordu istəsə də, atası razı olmurdu.
Hətta atasına:"Məni ordunun başına sərdar olaraq Anadoluya
göndərməyiniz üçün sizdən rica edirəm, qısa müddətdə Anadoluda
bir nəfər quldur belə qalmayacaq" dediyi rəvayət edilir. Şahzadə
Mahmud bu sözləri xoş niyyətlə desə də, əslində onun sonunu
hazırlamışdı. Anasının təsirindən çıxmayan III Mehmed anası
Safiyyə Sultanın "Əgər Mahmud üsyanı yatıra bilsə və geri dönsə,
xalq onu padşah elan edər, sənin sonun olar" sözlərinə inanmış və
öz doğma oğlunu edam etdirmək qərarını almışdı. Bütün bu
hadisələr cərəyan edərkən bir şeyxin Şahzadə Mahmuda yaxında
taxta çıxacağını deməsi və şahzadənin, atasının əleyhinə bir sıra
dövlət adamları ilə məktublaşması Sultan III Mehmedin qəzəbinə
səbəb olmuşdur. Manisa sancaqbəyliyinə getmək üçün hazırlıq
görən Şahzadə Mahmud 7 iyun 1603 tarixində otağında yatarkən 4
dilsiz cəllad tərəfindən boğularaq öldürülmüş, tabutuna bir şal
bağlanaraq səhərə yaxın saraydan gizlicə çıxarılmışdır. Rəvayətə
görə, yolda tabutu görən əhali "kimdi bu" demiş, saray ağaları da
"dövlətin bir daha görməyəcəyi bir igiddir" demişdir.
Şahzadə Mahmudu ortadan qaldıran Sultan III Mehmedin
özü də qısa bir müddət sonra ürək tutmasından dünyasını dəyişmiş,
yerinə digər oğlu I Əhməd (1603-1618) taxta keçmişdi. Şərqdə
Səfəvilərlə, qərbdə isə xaçlılarla uzun sürən müharibələr, daxili
üsyanlar Osmanlı dövlətininin güclərini parçalamışdı. Avstriya
dövlətinin də gücü zəifləmişdi. Ona görə tərəflər 13 illik
müharibəni dayandırmağı qərara almış və 1606-cı ildə indiki
Slovakiya ərazisində yetləşən Zitvatorok adlı yerdə sülh müqa-
viləsi imzalanmışdı. Zitvatorok müqaviləsinə görə:
- Əyri,Esterqon,Kanija qalaları Osmanlılarda, Raab (Yanıq-
qala) və Komarom qalaları Avstriyalılarda qalacaqdı.
- Avstriya birdəfəlik 200.000 qızıl müharibə təzminatı
ödəyəcəkdi.
278
- Avstriya hökmdarı bundan sonra hüquqi baxımdan
Osmanlı padışahına bərabər qəbul ediləcək; Osmanlı sultanı,
Avstriya hersoquna, Roma imperatoru yəni Sezar (Kayzer) titulu
ilə müraciət etməli və üç ildən bir biri-birilərinə hədiyyələr
göndərəcəkdilər.
- Avstriyanın Şimali Macarıstan üçün ödədiyi illik 30.000
qızıl vergisi ləğv ediləcəkdi.
Zitvatorok müqaviləsi ilk baxışda Osmanlı dövlətinin
xeyrinə görünsə də, əslində bu müqavilə Osmanlının artıq köhnə
gücündə olmadığını göstərmişdi. Bu müqavilə ilə Osmanlı
dövlətinin Orta Avropadakı üstünlüyü sona çatmışdı. Artıq hüquqi
baxımdan da bir Avropa hökmdarının statusu Osmanlı sultanı ilə
eyniləşmişdi.
Zitvatorok müqaviləsindən sonra Avstriya-Osmanlı
sərhədlərində bəzi ixtilaflar cərəyan etsə də, iki tərəf arasında 50
ildən artıq bir müddətdə böyük müharibə olmamışdı. Fəqət XVI
əsrin 60-cı illərində vəziyyət yenə də kəskinləşmişdi. 1663-cü ildə
Osmanlı ordusu sədrəzəm Köprülü Fazıl Əhməd Paşanın
komandanlığında Slovakiyanın içlərinə doğru irəliləyərək Uyvar
qalasını fəth etmişdilər. Uyvar qalasının fəthi Avropada böyük səs-
küyə səbəb olmuşdu. Papa, İspaniya, Saksoniya və Bran-
denburqdan başqa Fransa kralı XIV Lüdovik də 5 min nəfərlik
könüllü dəstə yollamış, bütün Avropa ölkələri müqəddəs ittifaq
qurmuşdu. 1 avqust 1664-cü ildə xaçlılarla Osmanlı ordusu ara-
sında Sentqothard döyüşü olmuşdu. Bu döyüşdə xüsusilə bir
vaxtlar Osmanlının yardımları ilə ayaqda qalan Fransa krallığına
bağlı birliklər cənfəşanlığı ilə seçilmişdilər. Fransızların intensiv
hücumu nəticəsində öncü Osmanlı birlikləri geri çəkilərək
Rabaçayını keçməyə çalışmışdılar. Fəqət çayın üzərindəki körpü
minlərlə əsgərin təzyiqinə davam gətirməyib dağılmış, əsgərin bir
hissəsi çayda boğularkən, bir qismi çaydan xilas olmağa çalışarkən
xaçlılar tərəfindən öldürülmüşdü. Sipahilərə hücum edən Fransız
süvarilərinin uzun saçlarını (peruk) və saqqalsız üzlərini görən
sədrəzəm "Bu gənc qızlar da kim"? deyə soruşduqda, ona
fransızlar olduğu söylənmişdir.
279
Sentqothard döyüşü Osmanlı ordusunun irəliləyişini
durdursa da, türklərin geridəki əsas birliklərinin hələ də qüvvətli
olduğundan xaçlılar qəti əks hücuma keçməyə cəsarət etmə-
mişdilər. Türklərin yenidən toparlanaraq hərəkətə keçməsindən
təlaşlanan, Avstriya sülh görüşmələrini başlatmışdı. 1664-cü ildə
tərəflər arasında 20 illik müddətdə keçərli olan Vasvar müqaviləsi
imzalanmışdı. Müqavilənin əsas maddələri bu şəkildə idi:
- Müharibə vaxtı ələ keçirilən Uyvar və Noqrad qalaları
Osmanlı nüfuzunda qalmışdı
- Erdel vilayətinin Osmanlıdan vassallığı davam etmiş; Erdel
voyevodasının Avstriya sərhədlərinə hücum etməyəcəyi haqqında
Osmanlı öhdəlik götürmüşdü.
- Avstriya da Transilvaniya (Rumıniya) daxil Osmanlı
mülklərinə müdaxilə etməyəcəyinə təminat vermişdi.
- Avstiya müharibə təzminatı ödəməli idi.
Avstriya və Osmanlı arasında imzalanan 20 illik bu mü-
qavilənin vaxtı dolmadan tərəflər arasında yeni bir müharibəyə
başlamışdı. Müharibənin başlamasının görünüşdəki səbəbi katolik
Avstriya hökumətinin protestan macarları təqib etməsi və bu
təzyiqlər qarşısında macarların da üsyan edərək Osmanlıdan
yardım istəməsi olmuşdu. Siyasi səbəblərə görə Osmanlı dövləti
illərdir Macarıstanda və Avstriyada qeyri-katolik azlığa kömək
etməkdə idi. Osmanlılar macar üsyancıların lideri Tökeli İmreyi
Yuxarı Macarıstanın kralı olaraq tanımışdılar. Bundan başqa
Avstriyaya göz dağı vermək üçün Sultan IV Mehmed (1648-1687)
sədrəzəm Merzifonlu Qara Mustafa Paşanın komandalığında
ordunun Yanıqqala və Komom qalalarını ələ keçirmək üçün
hərəkətə keçməsini əmr etmişdi. Osmanlı ordusu səfər əsnasında
Merzifonlu Qara Mustafa Paşa və dövlət xadimləri arasında bir
məşvərət keçirilmişdi. Rəisül-katib Mustafa Paşanın təhriki ilə bu
qədər güclü bir ordunun Yanıqqala kimi zəif bir qala yox,
sədrəzəmə şöhrət qazandıracaq ola Vyana şəhərini mühasirəyə
alması qərarlaşdırılmışdı. Gedən müzakirələrdə Krım xanı Murad
Gəray və Budin bəylərbəyi Uzun İbrahim Paşa istisna olmaqla

280
sədrəzəmə heç kim qarşı çıxmamışdı. Bu səbəblə Mustafa Paşa
Krım xanına və İbrahim Paşaya düşmən olmuşdu.
Osmanlı ordusunun Vyanaya irəliləməsindən xəbərsiz olan
IV Mehmed, “Kastımız Yanık ve Komorn idi. Beç Kalesi dilde
yoktu. Paşa ne acib saygısızlık edip bu sevdâya düşmüş. Hoş imdi
Hak Teâlâ âsan getire. Lâkin mukaddem bildireydi rızâ
vermezdim” (Məqsədimiz Yanıqqala və Komorn idi. Vyana qalası
dildə belə yox idi. Paşa nə əcəb ki, hörmətsiz edib bu xəyala
qapılıb. İş bu yerdədir, Allah işlərini rəvan gətirsin. Lakin
əvvəlcədən bildirsəydi, icazə verməzdim) deyərək heyrətləndiyini
bildirmişdir.
Sədrəzəm Mustafa Paşa 14 iyul 1683 tarixində Vyana
qalası önlərinə gələndə imperator I Leopold Vyana şəhərinin
mühafizəsini fon Starhembergə tapşıraraq Avstriyanın mərkəzi
bölgəsindəki Lenzə çəkilmişdi. Avstriya ordusunun rəhbəri isə
əvvəllər Lehistan krallığına namizəd göstərilən V Karl olmuş-
du.Təslim təklifinin qəbul edilməməsinin ardından Vyana qalası
mühasirəyə alınmışdı. Ancaq bu mühasirə əvvəlcədən planlaş-
dırılmadığı üçün böyük mühasirə topları gətirilməmişdi. Bu
səbəblə Avstriyalıların top atəşləri daha güclü olmuş və mühasirə
müddəti uzanmışdı. Sərdar-ı əkrəm qalanın döyüşlə deyil, təslim
yoluyla alınmasını istəyirdi. Mühasirənin 2 ay davam etməsinin
ardından ordudakı əsgərlər bezmişdi. Avstriyanın yardım almasına
baxmayaraq Osmanlı ordusunda qida problemi yaranmağa
başlamışdı. O əsnada Avstriyaya yardım üçün Lehistan kralı
böyük bir orduyla hərəkətə keçmişdi. Mustafa Paşa onların
qarşısını almaq üçün Krım xanı Murad Gərayı vəzifələndimişrdi.
Ancaq Murad Gəray sədrəzəmlə olan düşmənçiliyi səbəbilə
yaxınlaşan polyak qoşunlarının qarşısını almamışdı.
1683-cü ilin sentyabrında xaçlılarla Osmanlılar arasındakı
döyüş, ikincilərin məğlubiyyəti ilə nəticələnmiş, türklər geridə 300
döyüş topu, 15 min çadır, saysız-hesabsız döyüş sursatı, ordu
xəzinəsi buraxaraq geri çəkilmişdilər.
Vyana məğlubiyyəti Mustafa Paşanın rəqiblərinə fürsət
qazandırmışdı. Rəqiblərinin səyi ilə sədrəzəminə düşmən olan
281
Sultan Mehmed Mustafa Paşanın edamı üçün fərman göndərmişdi.
Halbuki, Mustafa Paşanın məqsədi qışı Belqradda qalıb, növbəti il
ordunu toplayaraq yenidən Avstriyaya səfərə çıxmaq idi.

Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699)


Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğra-
masından cəsarət alan Avropa dövlətləri "Müqəddəs İttifaq" adı
altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan,
Ukrayna və Dalmaçyada (Xorvatiya) hakimiyyət qurub
Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə
nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri"
olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müha-
ribəsi" olaraq bəhs edilir.
Vyanada toplaşan İttifaq qüvvələri mühasirədən geri
çəkilən bitkin Osmanlı qüvvələrini tutub onlara ciddi zərbə
vurmaq məqsədilə vaxt itirmədən Osmanlı-Macar torpaqlarına
hücuma keçmişdilər. 1683-cü ilin oktyabrında Ciğerdelen
(Parkani) döyüşündə Alman-Leh birlikləri Osmanlılar üzərində
qələbə əldə etmiş, Esterqon qalası və ətrafı ələ keçirilmişdi. 1684-
cü ildə Venesiya da Müqəddəs İttifaqa qoşularaq Osmanlıya
müharibə elan etmişdi. 1685-ci ildə Uyvar qalası, 1686-cı ildə isə
Budin şəhəri də xaçlıların nəzarətinə keçmişdi.1687-ci ildəki
Mohaç döyüşü və alınan məğlubiyyət isə, Osmanlının Maca-
rıstandakı hakimiyyətini demək olar ki sonlandırmışdı.
Ölkə torpaqları cənubdan və şimaldan itirilməsinə Sultan
Mehmedin bu qədər etinasız yanaşması əhalinin etirazlarına səbəb
olmuşdu. Asılılıq halını alan ov mərasimlərindən geri qalmayan
Sultan Mehmed artıq üləma zümrəsinin də narazılığına səbəb
olmuşdu. Bunun üzərinə "Ovçu" ləqəbli Sultan IV Mehmed
taxtdan endirilmiş, yerinə qardaşı II Süleyman (1687-1691)
çıxarılmışdı.
Osmanlı dövləti qarışıqlığın içərisində olarkən Habsburq
ordusu 1688-ci ilin sentyabr ayında Belqradı ələ keçirmiş və
müsəlman xalqa qarşı qətliamlar həyata keçirmişdi. Sultan
Süleyman səfər hazırlığı elan etsə də, ancaq xəzinədə səfər üçün
282
lazım olan pul məbləği yox idi. Çünki Osmanlı xəzinəsi Avropa-
dakı torpaqların əldən çıxmasıyla buradakı qeyri-müsəlman
əhalidən alınan vergilərdən məhrum olmuşdu. Digər yandan
Anadoludakı üsyanlar buradan vergi yığılmasına da mane olurdu.
Xəzinənin doldurulması üçün dəftərdar Mehmed Paşanın səyləri
ilə yeni vergilər təyin olunmuşdu. Ancaq aparılan maliyyə
islahatları əhalini çətin vəziyyətə salmışdı. Ən ağırı isə misdən
kəsilən və “mangır” adlanan pul vahidinin dövriyyəyə buraxılması
ilə başlayan inflyasiya olmuşdu. Bu pul vahidi ilə ticarət aparmaq
istəməyən tacirlər isə İstanbula mal göndərməyi dayandırmış, bu
səbəblə paytaxtda qiymətlər bahalaşmışdı. Maliyyə vəziyyətinin
yaxşılaşdırılması üçün görülən tədbirlər, vergi toplanması üçün
şərabxanaların yenidən açılması, tütünə gömrük vergisinin tədbiq
edilməsi və s. tədbirlər də çarə olmamışdı.
Bu arada Rus çarının 1686-cı ildə "Müqəddəs İttifaq"a
qatılıb Osmanlı dövlətinə müharibə elan etməsi ilə Krımda daha
bir cəbhə açılmışdı. Çar naibi Sofya Alekseyevnanın rəhbərlik
etdiyi Boyar hökumətinin əmri ilə Rus ordusu 1687 və 1689-cu
illərdə Osmanlı dövlətinə bağlı Krım xanlığının ərazisində iki
böyük işğal hərəkatı həyata keçirmişdi.
1687-ci ilin may ayında knyaz Vasili Qolitsinin başçılığı ilə
təxminən 100.000 nəfərlik rus ordusu Zaporojye və Don
kazaklarını yanına alaraq Tatar torpaqlarına doğru yerimişdi. Bu
hücuma hazırlanmış olan tatarlar yerlərini tərk etmiş və
qənimətləri də yanlarına alıb çəkilmişdilər. Bu qeyri-müəyyənliyə
görə rus ordusu geri qayıtmışdı.
1689-cu ildə ikinci bir yürüşün hazırlığı başlamışdı. Qar-
şılarına ilk çıxan tatar əhalini qətl edən ruslar tatarların nəza-
rətindəki Perekop qalasını mühasirəyə almışdılar. Uzun sürən
blokada nəticəsində ruslar heç bir mühüm uğur əldə edə bil-
məyincə mühasirə sona çatmışdı. Uğursuzluğa görə Sofya
Alekseyevna taxtdan endirilmiş və Böyük Rusiyanın gələcəyi
olacaq I Pyotr taxta çıxarılmışdı.
Dövlətin bu çətin vəziyyətində sədrəzəmliyə Köprülülər
ailəsindən olan Fazil Mustafa Paşa (1689-1691) gətirilmişdir.
283
1689-cu ildə sədrəzəm olan Fazil Mustafa Paşa əvvəl orduda
yeniliklər etmiş, intizamsız əsgərləri cəzalandırmış, daha sonra
Barutxanada (barut-enerjini saxlamaq üçün istifadə edilən tex-
nologiya) müvafiq nizamlamanı edib, büdcəni bərabərləşdirərək
səfərə çıxmışdır.
Fazil Mustafa Paşanın komandanlığı altındakı Osmanlı
ordusu Krım xanı I Səlim Gərayın köməkçi qüvvələri ilə 1690-cı
ilin avqust-oktyabr hərbi əməliyyatlarında Avstriya ordusunu
məğlub edərək Belqradı geri almışdılar. 1691-ci ilin yayında
Avstriyalılara növbəti zərbəni vurmaq üçün hərəkətə keçən Fazil
Mustafa Paşa, düşmənin anı hücumu qarşısında məğlub olmuş, özü
isə şəhid düşmüşdü (Salankamen savaşı). Fazil Mustafa Paşanın
ölməsi Osmanlı ordularının yenidən geriləməsinə və "Müqəddəs
İttifaq" güclərinin yeni hücumlarına səbəb olmuşdu. Bu arada I
Pyotrun komandanlığında rus ordusu 1696-cı ildə Azov qalasını
nəhayət ki ələ keçirə bilmişdilər. Azovun itirilməsi Osmanlıda ruh
düşkünlüyünə səbəb olmuşdu.
Xaçlılarla müharibə davam edərkən, bir yandan da
Osmanlıda hakimiyyət dəyişikliyi yaşanmaqda idi. II Süleyman
(1687-1691) və II Əhməddən (1691-1695) sonra hakimiyyətə II
Mustafa (1695-1703) gəlmişdi. II Mustafa Osmanlı ordusunun
başında səfərə çıxan son hökmdar olaraq tarixə keçmişdi. Avstriya
üzərinə 3 səfər edən II Mustafa bəzi uğurlar əldə etmiş olsa da, 11
iyul 1697-ci ildə Tisa çayı sahilindəki Zentada xaçlılara məğlub
olmuşdu. Osmanlı-Müqəddəs İttifaq müharibələrinin son
əhəmiyyətli toqquşması olan Zenta döyüşünün ardınca 1699-cu
ildə Karlofça (Karlovitsa) sazişi imzalanmışdır.
Serbiyanın sərhədləri daxilində kiçik bir qəsəbə olan
Karlovitsa da iki ay davam edən müzakirələrdən sonra imzalanan
müqaviləyə görə:
- Banat və Timişoara istisna olmaqla bütün Macarıstan və
Transilvaniya Şahzadəliyi Avstriyaya verilmişdi
- Ukraynanın cənub-qərbi (Podolya) Reç Pospolitanın
nüfuzuna keçmişdi.
- Moreya və Dalmaçya sahilləri Venesiyalılara verilmişdi
284
-Ümumiyyətlə, bu müqavilə ilə Habsburqlar 249.000 km2,
Venesiya 32.000 km2 və Polşa 45.000 km2 ərazi əldə etmişdi. Bu
müqavilə ilə Osmanlı 326.000 km2 ərazisini itirmişdi.
- Sülhün müddəti 25 il olaraq təyin edilmiş və müqavilənin
qarant dövləti də Avstriya seçilmişdi.
- Bu müqavilə ilə Osmanlı ilk dəfə qərbdə böyük həcmdə
ərazilər itirmiş, Orta Avropadakı nüfuzuna böyük zərbə
vurulmuşdu.
- Karlovitsa müqaviləsi türk tarixşünaslığında Osmanlı
dövlətində "geriləmə dövrü"nün başlanğıcı hesab olunur.
Karlovitsa müqaviləsindən sonra Osmanlı dövləti itirdiyi
torpaqları geri alma siyasəti aparmağa başlamışdı.

İstanbul müqaviləsi (1700)


Osmanlı dövləti ilə Rusiya Çarlığı 1700-ci ildə İstanbul
müqaviləsi adlı ayrıca bir saziş imzaladılar. Sazişə görə,
Azov qalası və ətrafının Rusiyaya verilməsi qəbul edildi.
Azovun alınması Rusiyada uzun sürən müharibəyə və
itkilərə baxıldığında kiçik bir qazanc kimi görünsə də, gələcəkdə
Rusiyanın bir donanma qüvvəsinə çevrilməsində çox mühüm bir
amil oldu və Karlovitsa ilə İstanbul müqavilələrində Rusiyanın
əlində mühüm bir kozr oldu. Azovda bir dəniz bazası quran Pyotr
bunu da yetərli görməyib Taqanroqda yeni bir baza qurdu və Rus
Qara dəniz donanmasının təməllərini atdı. Yenə də Krımda davam
edən Osmanlı hakimiyyəti üzündən Azov o illərdə Rusiyanın Qara
Dənizə tam açılmasını təmin edə bilmədi.
Azovun alınması və bunun Osmanlılar tərəfindən qəbul
edilməsi sayəsində I Pyotr Osmanlı cəbhəsini bağlayıb, marağını
Baltik dənizinə yönəltdi və şimalda İsveç ilə müharibəyə başladı
(Şimal müharibəsi (1700-1721)).
Bu müqavilə ilə də Osmanlı dövləti 20.000 km2 torpaq daha
itirdi. Beləliklə, Osmanlının ümumi torpaq itkisi 346.000 km2-ə
çatdı.

285
XIV. OSMANLI GERİLƏMƏ (DÜŞÜŞ) DÖVRÜNDƏ

1. XVIII əsrdə Osmanlı dövlətində ümumi vəziyyət


Osmanlı dövlətinin düşüş dövrü, Osmanlı tarixində Karlo-
vitsa müqaviləsindən (1699) başlayaraq Yaş ( Yassı) müqaviləsinə
(1792) qədər olan bir dövrdür.
Osmanlı dövləti bu əsrə ilk dəfə geniş miqyasda torpaq
itirərək girmiş və bu dövrdə əvvəl itirdiyi torpaqları geri almağa
çalışmışdı. Lakin itirdiyi əraziləri geri ala bilmədiyi üçün 1718
Pasarofça müqaviləsindən etibarən əlində qalan torpaqları
qorumaq siyasətini izləmişdi. Bununla belə bu əsrdə də torpaq
itkisi davam etmişdi.
Bu əsrin başqa bir xüsusiyyəti də Osmanlı dövlətinin,
Avropadan inkişaf baxımından gerisində olduğunu qəbul etməsi və
islahatlarda qərbi nümunə götürməyə başlaması idi. Dövlət
idarəçiləri dəyişən dünyaya uyğunlaşmalı olduğunu anlamağa
başlamışdı. Yuxarıda qeyd olunan səbəblərin təsiri ilə Avropa
dövlətləri ilə diplomatik əlaqələr qurulması artıq zəruri bir hal
olmuşdu.Əsrin əvvəllərində (Lalə Dövrü) müvəqqəti elçilər
göndərilmiş və sonunda isə Avropanın əhəmiyyətli şəhərlərində
daimi səfirliklər açılmışdı (III Səlim Dövrü). Müharibə meyda-
nındakı uğursuzluqlara görə əsas olaraq hərbi sahədə islahatlar
keçirilməsinə təşəbbüs edilmişdi. Bu dövrdə həyata keçirilən
islahatlara qarşı xüsusilə üləma və yeniçərilər tərəfindən güclü bir
müxalifətin olduğunu da qeyd etməliyik. Yeniliklərə qarşı çıxan
bəzi gerici kəsimlərin, yenilikçi dövlət adamlarını "dinsizlik"lə
günahlandıraraq ortadan qaldırdığı da müşahidə olunmaqdadır.
Bu əsrdə Osmanlı dövlətinin ən böyük düşmənləri Rusiya
və Avstriya olmuş, şərqdə isə Səfəvi və Əfşarlar sülaləsi ilə
Azərbaycan torpaqları uğrunda mübarizə aparılmışdır.
Geriləmə dövrünün hökmdarları:
- II Mustafa (1695 – 1703)
- III Əhməd (1703 – 1730)
- I Mahmud (1730 – 1754)
- III Osman (1754 – 1757)
286
- III Mustafa (1757 – 1774)
- IƏbdülhəmid (1774 – 1789)
- III Selim (1789 – 1807)

2. Geriləmə dövründə yenilik hərəkətləri

Sultan III Əhməd dövrü islahatları


Sultan Əhməd 27 illik səltənətində, xüsusilə də kürəkəni
Nevşəhərli İbrahim paşanın sədarəti dövründə (1718-1730)
iqtisadi və sosial məsələlərə əhəmiyyət vermişdi. Avstriya ilə
imzalanan 1718 -ci il tarixli Pasarofça (Pojarevatsk) müqavilə-
sindən sonra Kürəkən (Damat) İbrahim Paşa itirilən torpaqları geri
almaqdan daha çox, ölkənin ictimai və maliyyə problemləri ilə
məşğul oldu. Memarlıq fəaliyyətinə əhəmiyyət verən İbrahim Paşa
sülh imzalandıqdan sonra dərhal xəzinənin doldurulması üçün
fəaliyyətə başlamışdı. Dərhal Dəməşqdə olan yeniçərilərin bir
qismini ocaqdan uzaqlaşdıraraq onların maaş xərclərindən azad
olmuşdu.Eyni vəziyyət Bosniya əyalətində də baş tutmuşdu.
Aparılan islahatlar nəticəsində xeyli vəsait əldə olunmuşdu. Əldə
etdiyi bu gəlirlərlə Anadolunun müxtəlif yerlərində, xüsusilə də
doğulduğu yer olan Nevşəhərdə və İstanbulda bir çox məscid,
məktəb, mədrəsə, çeşmə, kitabxana, imarət, saray, qəsr və köşklər
inşa etdirmişdi. Paytaxt İstanbulu Parisə bənzətmək arzusunda
olan Damat İbrahim Paşa, həm özü üçün, həm də digər dövlət
adamlarına da İstanbul boğazı sahillərində müxtəlif köşklər inşa
etdirmişdi. Bu köşklərdə yay aylarında ziyafətlər, qış aylarında isə
halva söhbətləri adlanan şənliklər keçirilirdi. Ölkəyə müxtəlif
yeniliklər gətirən, sənətkar və şairləri qoruyan Nevşəhərli İbrahim
Paşa bu xüsusiyyətləri ilə Osmanlı dövlət adamları arasında xüsusi
yerə malikdir. İncəsənəti vəədəbiyyatI sevən sədrəzəm İbrahim
Paşa dövrün məşhur şairlərini, musiqişünaslarını və sənətkarlarını
ətrafında toplamış, əlyazma kitabların ölkə xaricinə aparılmasını
qadağan etmişdi. Ən əhəmiyyətli məsələ isə rəsmi tərcümə

287
heyətinin qurularaq şərq və qərb ədəbiyyatından əsərlərin Osmanlı
türkcəsinə çevrilməsidir.
Ədəbi həyatın da inkişaf etdiyi 12 illik bu dövrdə bir çox
əsərlər yazılmışdır. Dövrün saray tarixçilərinin yazdığı əsərlərlə
yanaşı, Seyid Vehbinin dövrün əyləncə həyatından bəhs edən
"Surnamə" və Pojarevatsk sülhü ilə bağlı yazdığı "Sülhiyyə"
əsərləri, Osmanzadə Əhməd Taib, Səfai, Səlim və İsmayıl Bəliğ
kimi müəlliflərin yazdığı tərcümələr dövrün ən mühüm əsərləridir.
Hətta bəzi əsərlər bu dövrdə fransız dilinə tərcümə edilmişdir.
Bundan başqa Topqapı sarayında, Yeni məsciddə və İbrahim
Paşanın Şahzadəbaşı səmtindəki külliyəsində kitabxanalar
qurulmuş, Təkfur sarayında qurulan kiçik çini emalatxanasında bu
sənət sahəsi inkişaf etdirilmiş, İznik və Kütahya emalatxanaları
bərpa edilmiş, kirəmit istehsalına başlanılmışdır.
Belqrad meşəsindəki şirin su qaynaqlarının İstanbula
daşınması üçün su bəndlər çəkilmiş, şəhərin bir neçə yerində
çeşmələr, bulaqlar inşa edilmişdir. Bu dövrdə inşa edilən çeş-
mələrdən ən önəmlisi isə Bab-ı Hümayun önündəki III Əhməd çeş-
məsidir. İstanbulda yeni yollar çəkilmiş, yeni limanlar qurul-
muşdur.
Bütün bunlara baxmayaraq İbrahim Paşanın sədarəti
dövründə itirilən torpaqlar, öz adamları və qohumlarını müxtəlif
vəzifələrə gətirməsi isə ona qarşı güclü bir müxalifətin yaran-
masına, Osmanlı cəmiyyətində gərginliyin artmasına, gələcəkdə
arzu olunmaz hadisələrin ortaya çıxmasına səbəb olmuşdur.
Bu dövrdə yenilikçilik siyasətinin ən əhəmiyyətli nümunəsi
heç şübhəsiz Çələbi Mehmed Əfəndinin oğlu Mehmed Səid
Əfəndi və İbrahim Mütəfərrikanın səyləri ilə 1727-ci ildə qurulan
mətbəə olmuşdur. Bəşəriyyət tarixində ilk dəfə olaraq 1445-ci ildə
metal lövhələrin köməyi ilə kitab çapetmə üsulunu tətbiq edən
alman ixtiraçısı İohann Qutenberqin məşhur ixtirasından təxminən
300 il sonra mətbəə rəsmi bir şəkildə Osmanlı cəmiyyətinə daxil
olmuşdu. Mətbəənin Osmanlıya gec gəlişi xəttatların müqaviməti
ilə əlaqədar idi. İşin maraqlı tərəfi isə, hələ XV-XVII əsrlərdə
İstanbul və Selanikdə qeyri-müslümlərə (rum, erməni və yəhudi)
288
aid “basmahane” adlı mətbəələr mövcud olub onların dillərində az
sayıda olsa da, kitablar nəşr edilmişdi. Müsəlman təbəə arasında
isə mətbəə uzun illər “gavur icadı” olaraq görülmüş, yuxarıda da
qeyd etdiyimiz kimi dolanışığını xəttatlıqla əldə edən on minlərlə
insanın müqaviməti üzündən mətbəə Osmanlı müsəlmanları
arasına gec daxil olmuşdu. Xəttatların və üləmanın reaksiyasından
çəkinilərək, mətbəə də dini kitabların nəşri qadağan olunmuşdu.
Mətbəə üzərində güclü senzura da vardı. Osmanlıda mətbəənin
fəaliyyəti ilə əlaqədar Yalovada kağız fabrikası qurulmuşdur.
Bu dövr, qərb dünyası ilə siyasi, iqtisadi və mədəni
əlaqələrin qurulması ilə səciyyələnir. Belə ki, Parisə, Vyanaya və
Moskvaya göndərilən müvəqqəti elçilərdən yalnız diplomatik və
ticarət əlaqələrinin tənzimlənməsi yox, eyni zamanda Avropa
diplomatiyası və hərbi gücü barədə informasiya toplamaq da tələb
olunurdu. XV Lüdoviq dövründə Parisə elçi olaraq göndərilən
İyirmisəkkiz Çələbi Mehmed Əfəndi buradakı təhsil səviyyəsini
eynilə İstanbula daşımağa cəhd göstərmişdir. Bu əsnada ticarət
əlaqələri genişlənmiş, iki ölkə arasında ildə 500 ticarət gəmisi
səyahət etmişdir.İyirmisəkkiz Çələbi Mehmed Əfəndinin
Fransadan gətirtdiyi planlar üzrə Boğaziçi və Haliç sahillərində
çox sayıda binalar inşa edilmişdi. İnşa olunan bu binalarda Avropa
memarlığının təsiri hiss edilmiş, bu binaların daxili interyeri məhz
Avropalı sənətkarlar tərəfindən bəzədilmişdir.
Fransız zabiti olan və Osmanlı hökumətinə sığınan de
Rochefort bəzi hərbi reformasiyalar aparmağa cəhd etsə də,
yeniçərilərin hədə-qorxusu ilə bu proses yarım qalmışdı. Əslən
fransız olan bir digər reformist isə Davud ağa idi. Onun səyləri ilə
Şahzadəbaşı səmtində ilk yanğınsöndürmə qurumu olan Tulum-
baçılar ocağı qurulmuş, İstanbul boğazının təhlükəsizliyi
məqsədilə Qız qalasına fənər yerləşdirilmişdir. Bu əsnada
donanma tərsanəsi yenidən qurulmuş, ilk dəfə 3 anbarlı gəmilərin
inşasına başlanılmışdır. Seyid Vehbi və Mehmed Hazinin
əsərlərində təsvir olunan, dövrün toy əyləncələrində istifadə
edilmiş və içərisində 5–6 nəfərin yerləşdiyi timsah şəkilli sualtı
gəmilər bu dövrdə texnoloji yeniliklərin də olduğunu sübut edir.
289
İstanbulda bir çox xəstəliklərə, xüsusilə də çiçək xəs-
təliyinə qarşı peyvəndlər vurulması da bu dövrün müsbət
hadisələrindəndir.

Lalə dövrü
1718-ci ildə Avstriya ilə imzalanan Pojarevatsk sülhü ilə
başlayıb, 1730-ci ildəki Patrona Xəlil üsyanı ilə sona çatan, "Eyş-
işrət və əyləncə" dövrü olaraq da bilinən bu dövrdə, Haliç və
Boğaziçi səmtləri başda olmaqla paytaxtın əksər yerlərində israf
dərəcəsində lalə bağçaları qurulmuş, bu səbəblə tarixdə ilk dəfə bu
dövr şair Yəhya Kamal Bəyatlı (1884-1958) tərəfindən Lalə dövrü
adlanmışdır. Yaxın dostu tarixçi Əhməd Rəfiq Altınayın 1913-cü
ildə İkdam qəzetində dərc olunan məqaləsində və iki il sonra eyni
adla nəşr olunan “Lalə dövrü” kitabında bu dövr Osmanlı tarixinin
əyləncə, sülh, yeniliklər və ictimai reformasiya dövrü olaraq
anılmışdı. Osmanlı xronologiyasında və XVIII əsr mənbələrində,
Lalə dövrü anlayışı yoxdur. Əhməd Rəfiq Altınayın sayəsində
“Lalə dövrü” termini populyarlıq qazanmışdır.
Bu dövrdə Damat İbrahim Paşa və Sultan III Əhməd artıq
dərəcədə eyş-işrətli və əyləncəli mərasimlər təşkil etmiş, bütün bu
şənliklərin simvolu da lalə olmuşdur. Bu dövrdə lalənin 839 sortu
yetişdirilmiş, lalə soğanlarının qiyməti bahalaşdığı üçün 1722-ci
ilin oktyabrında bu qiymətləri tənzimləyən bir dövlət fərmanı
qəbul edilmişdir.
Xüsusilə yay aylarında gecə əyləncələri olduqca dəbdəbəli
keçmişdir. Tısbağaların belinə bağlanan şamlar və lalə kollarına
bağlanan çıraqlarla keçirilən bu şənliklərə çox vaxt xarici ölkələrin
elçiləri də qatılmışdır. Bu elçilər şənliklərə çox vaxt rəssamlarla
gəlmiş, bu rəssamlardan ən məşhuru olan Jean Baptiste van Mour
xüsusilə dövrün libas və yaşayış tərzi ilə əlaqədar əsərlər rəsm
etmişdir. Yerli əsərlərin ən əhəmiyyətiləri isə dövrün məşhur
miniatur ustası olan Levniyə aiddir. Lalə mövsümü bitib qış ayları
başlayanda Sultan Əhməd və vəzirləri qapalı məkanları isidərək
(indiki istixana sistemi ilə) burada lalə və qərənfil yetişdirir, digər
yandan halva ziyafətləri və söhbətləri keçirirdilər. Osmanlı
290
sülaləsindən olanların sünnət və toy mərasimləri isə günlərlə,
bəzən həftələrlə davam edirdi.
Osmanlı tarixi mənbələri bu eyş-işrət dövründə əhalinin
yaşayış tərzində və adət-ənənələrdə dəyişikliklərin olduğnu qeyd
edir. Həddindən artıq israfçılığın, xüsusilə qadınların həddindən
artıq ləl-cəvahirli bəzənmələrinin qarşısının alınması üçün dövlət
fərmanı belə qəbul edilmişdi.
Başda padşah və sədrəzəm olmaqla, dövlət adamlarının
ənənəyə zidd hərəkətləri, israfçılığa çatacaq dərəcədəki şənlikləri
əhalini narazı salmağa başlamışdı. Sarayın hədsiz məsrəfləri və
sədrəzəm tərəfindən tədbiq olunan əlavə vergilər əhalinin, xüsusilə
də üləma zümrəsinin vəziyyətini ağırlaşdırmışdı. Hərbi sahədə
gedən reformasiyalardan narazı olan yeniçərilər də əhalini
dəstəkləyirdilər. Bəzi üləmaların bu narazılıqları təhrik etməsinə
baxmayaraq üsyan siyasi səbəblə baş vermişdi. Rusiyanın Xəzər
sahillərinə qədər olan bölgəni işğal etməsi, bölgənin müsəlman
əhalisinin Osmanlı padşahından yardım tələb etməsi və Səfəvi
taxtında baş verən hadisələr istər-istəməz Osmanlı dövlətinin
diqqətini özünə cəlb edirdi. Salmas, Xoy, Mərənd kimi bəzi qərbi
İran şəhərlərini ələkeçirən Osmanlı qüvvələri bu bölgədə rus
qoşunları ilə qarşı-qarşıya qalmış, ancaq paytaxtdakı fransız elçisi
Marquis de Bonnac vasitəçiliyi ilə 1724-cü ildə bu iki dövlət
arasında sülh əhdnaməsi bağlanaraq ələ keçirilən şəhərlər
bölüşdürülmüşdür (İstanbul sülhü). Fəqət qısa bir müddət sonra
Nadirqulu xan Əfşarın Səfəvi dövlətinin torpaqlarını yenidən
birləşdirmək üçün hərəkətə keçərək, 1729-cu ildə İsfahan
döyüşündə Osmanlı-əfqan qoşunlarını məğlub etməsi, ardınca
Həmədan və Təbrizi tutması Osmanlı sarayında müxalif qüvvələri
hərəkətə gətirmişdi. Səfər xərcləri üçün yeni vergilərin tədbiq
olunması isə əhalinin səbrini daşırmışdı. Əyalətlərdə yaranan
siyasi boşluq səbəbi ilə paytaxta olan köçlər mərkəzdə işsizliyin
artmasına gətirib çıxarmışdı.
Siyasi, iqtisadi və ictimai vəziyyətin ağırlaşması Damat
İbrahim Paşanın gözdən düşməsinə səbəb olmuşdu. Nəticədə

291
İstanbulda Patrona Xəlil üsyanı başlamışdı. Əvvəlləryeniçəri oca-
ğına mənsub olan və bir müddət donanmada ləvənd olaraq çalışdığı
üçün Patrona ləqəbiylə tanınan Xəlilin adıyla tarixə keçən üsyan,
mənbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd
edilir. Əhalinin etirazlarını alovlandıran Patrona Xəlil 25 sentyabr
1730 tarixində əhalini Ətmeydanına toplayaraq sultandan Damat
İbrahim Paşanın kəlləsini istəmişdi. Sultan Əhməd üləmadan
olanların təkidi və üsyan rəhbərlərinin tələbi ilə sevimli sədrəzəmi
İbrahim Paşanı və onun kürəkənləri olan sədarət kəndxudası
Mehmed Paşa ilə kaptan-ı dərya Mustafa Paşanı üsyançılara təslim
etmişdi. 1 oktyabr 1730 tarixində sarayda öldürülən İbrahim
Paşanın cəsədi kürəkənlərinin cəsədləri ilə birlikdə üsyançılara
təslim edilmişdi. İstanbul küçələrində gəzdirilən və ardından
parçalanan cəsəd sonda Sultan Əhməd meydanındakı III Əhməd
çeşməsi önünə buraxılmışdı.Bir neçə gün sonra III Əhməd də öz
taxtından əl çəkməyə məcbur olmuş və yerinə qardaşı oğlu Sultan
Mahmud taxta çıxarılmışdı.
Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan
rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur olmuşdu. Yüklü
miqdarda mal-dövlət əldə etdikdən sonra özü üçün heç bir rütbə
almayan Patrona Xəlil yaxın adamlarını mühümdövlət məmuriy-
yətlərinə təyin etdirmişdi. Bundan başqa Nevşəhərli İbrahim Paşa
səltənətində təyin edilən bəzi vergiləri ləğv etdirmişdi. İstanbul
qazısı Dəli İbrahim Əfəndinin təşviqiylə Kağıthane səmtindəki
120 köşk padşahın verdiyi fərmana zidd olaraq dağıdılmışdı.
Patrona Xəlil və digər üsyan rəhbərləri dövlət məsələlərinə
müdaxilə etməyə, paytaxtda və ətraf bölgələrdə iğtişaş törətməyə
davam etmişdilər.
Bundan qəzəblənən Sultan Mahmud üsyançıların başçıları
ilə bərabər cəzalandırılması üçün uyğun bir zamanı gözləmişdi.
Nəhayət, 25 noyabr 1730 tarixində yandaşları ilə birlikdə saraya
dəvət olunan Patrona Xəlil və tərəfdarları İrəvan köşkündə
toplanan qurma divan məclisi əsnasında qətlə yetirilmişdi.
Üsyançılardan Anadoluya qaçanların ələ keçirilmələri üçün

292
fərmanlar yazılmışdı. Üsyan rəhbərlərinin öldürülməsiylə şəhərdə
sükunət təmin edilsə də, ixtişaşlar bir müddət davam etmişdi.

Sultan I Mahmuddan I Əbdülhəmidə daxili vəziyyət


(1730-1789)
Sultan I Mahmud (1734-1757) dövründə də qərbyönlü
islahatlara davam edilmişdi. İslahatlarda ağırlıq orduya
verilmişdir. Qərb cəbhəsində yaşanan uğursuzluqdan sonra artıq
Osmanlı idarəciləri də Avropanın üstünlüyünü qəbul etmiş və qərb
tərzində yeni birliklər qurulmağa təşəbbüs edilmişdi. Təbii ki
köhnəlmiş yeniçəri, sipahi ocaqlarını qaldırmağa cəsarət
edilməmişdi. 1734-cü ildə Üsküdarda yeni bir humbaracı məktəbi
(həndəsəxana) açmışdır. Beləliklə, III Mustafa və III Səlim
dövründə qurulacaq yeni məktəb və ocaqların ilk nümunələri
yaradılmışdır. Avropadan mütəxəssislər dəvət olunmuşdu. İbrahim
Mütəfərrikanın ölümündən sonra (1747) bağlanan mətbəənin
yenidən fəaliyyətə başlaması, yeni kağız emalatxanalarının
açılması, yanğınlara qarşı ilk dəfə xortumlu tulumbacıların istifadə
edilməsi məhz bu dövrə təsadüf edir. Top dökümü və tüfəng
fabrikasını qurduran I Mahmud mədrəsələrin də islahı ilə əlaqədar
bəzi addımlar atmışdı.
İstanbulda sərt bir rejim tədbiq edən Sultan Mahmud bir
çox tədbirlər almışdı; qadınların geyimi, zina, əsnafın yoxlanışı
kimi bir çox məsələlərə əhəmiyyət vermişdir.
1740-cı ildə Osmanlı və Fransa dövlətləri arasında
kapitulyasiya haqqında yeni müqavilə imzalanmışdı. Əvvəlki
kapitulyasiyalar yalnız onları lütf edən sultanların hakimiyyətləri
dövründə qüvvədə idi, hətta ləğv oluna da bilərdilər. Lakin I
Mahmud kapitulyasiya hüquqlarının bütün Osmanlı imperiyası
ərazisində daimi, müddətsiz olaraq qüvvədə olduğunu təsdiq-
ləmişdi. O, öz adından və xələfləri adından öhdəçilik götürmüşdü
ki, 1740-ci il müqaviləsinin maddələrinə əməl olunacaqdır. Fran-
sadan sonra digər Avropa dövlətlərinə də analoji kapitulyasiyalar
verilmişdi. Xarici tacirlər malın 3%-i dəyərində, yerli tacirlər isə
7-10%-i dəyərində gömrük haqqı ödəməli idilər. Xarici tacirlər
293
gömrük haqqını yalnız ölkəyə girəndə verirdilərsə, yerli tacirlər
daxili gömrükxanalarda da haqq ödəyirdilər. Xaricilər bütün
vergilərdən azad edildilər. Həmçinin missionerlər də bir sıra
imtiyazlar əldə etmişdilər.
Osmanlı dövlətində 1754-1757-ci illərdə padşah olan III
Osman dövründə qərbyönlü islahatların durduğu müşahidə
olunmaqdadır. Sultan III Osmanın ilk gördüyü iş isə birlikdə
çalışacağı dövlət adamlarını seçmək olmuşdu. Səltənəti boyunca
sədarət başda olmaqla, bir çox mühüm dövlət vəzifəsi tez-tez əl
dəyişmişdir. Bununla da bu şəxslərin dövlət idarəsindəki gücünü
azaltmağı planlaşdırmışdı. Sultan Osmanın səltənəti zəlzələ, sel
fəlakəti, şiddətli şaxta və yanğınlar kimi bir çox təbii fəlakətlərlə
keçmişdi. 1755-ci ilin yanvarında Haliç boğazı donmuş, insanlar
boğazı yeriyərək keçmişdir. Baş tutan 4 yanğın isə paytaxtda
böyük dağıntılara səbəb olmuşdu.
27 il qəfəs həyatı yaşadıqdan sonra, əmisinin oğlu olan III
Osmanın ölümü üzərinə III Mustafa (1757-1774) taxta keçmişdir.
Maliyyə vəziyyətini düzəltmək üçün sarayın xərclərini azaltmış,
sui-istifadələrin üstünə getsə də, tam müvəffəqiyyətli ola
bilməmişdi. Dövlətin iqtisadi vəziyyətinin pisləşməsi səbəbindən
pula olan tələbatı ödəmək üçün III Mustafa dövründə “Esham
usulü” tətbiq olunmaya başlanmışdır. Esham sözü pay (səhm),
hissə sənədi deməkdir. Dövlət qiymətli hissə sənədlərini satışa
çıxararaq, xəzinəyə “sıcaq para”nın girməsini düşünmüşdü.
Səhmləri hər kəs nəğd pulla ala bilər, sata bilər, fəqət miras buraxa
bilməzdi. Səhm sahibi öldükdə, səhmlər xəzinəyə dövr olunurdu.
III Mustafa keyfiyyətsiz, lakin ucuz Avropa mallarının
daxili bazarları doldurmasını təhlükə olaraq görmüş və bu
məhsulların yerli istehsala mənfi təsir göstərməməsi üçün bu
sahədə bəzi dəyişikliklər etmişdi. Osmanlı dövlətinin xidmətinə
keçən macar əsilli François Baron de Tottun təcrübələri və
yardımları sayəsində ordu sahəsində bəzi yeniliklər həyata
keçirilmişdi. Orduda artilleriya sinfini düzəltmək üçün Baron de
Totta "Sürət topçuları" adında hərbi bir birlik qurdurmuşdu.
Rusların 1770-də Çeşmədə Osmanlı donanmasını yandırmaları
294
üzərinə yeni bir donanma hazırlanmasına çalışmışdı. Bu donan-
manın əsgərlərini yetişdirmək üçün 1773-ci ildə Mühəndishaney-i
Bahr-i Hümayunu qurdurmuşdu. Türkiyə tarixində mühəndis
hazırlayan ilk ali məktəbi olan bu təhsil ocağı, hal-hazırda İstanbul
Texnik Universiteti olaraq bilinməkdədir.
III Mustafa köklü reformlar üçün dövlət adamlarının
yetərsizliyindən və savadlı mütəxəssislərin azlığını yazdığı
şeirlərində açıq şəkildə dilə gətirmiş, ətrafındakı idarəçilərlə
dövləti əvvəlki gücünə qaytarmağın mümkün olmadığını
anlamışdı.Ordu sahəsində, xüsusilə Yeniçəri ocağında ciddi islah
işlərinin zəruriliyini görsə də, bununla əlaqədar radikal addımlar
atmaqdan çəkinmişdi. Hətta III Mustafa dəftərdarı olan Hilmi
Əfəndi ilə bir görüşündə də yeniçərilərlə bağlı bu narahatlığını
bildirmiş, daha sonra Hilmi Əfəndinin bu məsələni yayacağından
ehtiyat edərək, bir bəhanə ilə onu ortadan qaldırmışdı.
III Mustafa dövründə əyalətlərdə mərkəzdən qaçmaların
tədricən yayıldığı da müşahidə olunmaqdadır. Xüsusilə Misir,
“Qərb Ocaqları” kimi bilinən Tunis, Əlcəzairdə bəzi yerli
idarəçilərin İstanbulla hesablaşmadan müstəqil siyasət izlədiyi
görülməkdədir. Hətta o dövrün Misir valisi olan abaza əsilli
Bulutkapan Ali bəy bir qədər də irəli gedərək, 1768-1769-cu
illərdə dövlətə üsyan etməkdən, müstəqilliyini elan edib, öz adına
sikkə basdırmaqdan belə çəkinməmişdi. 1773-cü ildə Osmanlı
ordusu bu üsyanı yatırsa da, sonrakı dövrlərdə də Misirdə əvvəlki
dövlət avtoritarizmini bərpa etmək mümkün olmamışdı.
III Mustafanın səltənətinin son dövrünə 1768-1774
Osmanlı-Rus müharibəsi hakim olmuşdu. Döyüş əsnasında Baltik
dənizindən yola çıxan Rus onanması Çeşmədə Osmanlı
donanmasını yandırmışdı (1770). Bu acı hadisə III Mustafanı çox
sarsmış, ruh və psixologiyası pozulmuşdu. Savaş davam edərkən
dünyasını dəyişmişdi.
Sultan I Əbdülhəmid (1774-1789), Osmanlı-Rus
müharibəsində vəziyyətin Devlət-i Aliyyə üçün çox ağır olduğu bir
dövrdə taxta keçmişdi. Ruslara qarşı gələ bilməyəcəyini anlayan
Osmanlı dövləti, 21 iyul 1774 tarixində Kiçik Qaynarca sazişinə
295
imza atmışdı. Bu müqaviləyə görə Krıma müstəqillik verilmiş,
ruslar Qara dənizdə ticarət edib, donanma saxlama hüququ almışdı.
Müharibədə alınan ağır məğlubiyyət üzərinə I Əbdülhəmid də
idarə sistemində və orduda reformları davam etdirməyə çalışmışdı.
Bəzi xarici mütəxəssislər və dövlət adamları tərəfindən padşaha
“reform layihələri” təqdim olunmuşdu. Sultan I Əbdülhəmid bu
gün İstanbul Texniki Universiteti olaraq bilinən ali təhsil ocağına,
yeniçəri ocağına və donanmaya yeni bir çöhrə qazandırmağa
çalışmışdı. Orduya yardımcı olacaq istehkam məktəbləri
qurulmuşdu. Yeniçəriləri siyahıya aldırmış və dövlət xəzinəsindən
lazımsız sahələrə ayrılan maddi vəsaitlər təsbit edilmişdi.
I Əbdülhəmid təğyiri libas olub tez-tez İstanbul
gəzintilərinə çıxan, əsnaf və xalqın dərdini dinləyən bir hökmdar
olmuşdu. Əbdülhəmid dövrünün ən ağılda qalıcı hadisələrindən
biri də böyük İstanbul yanğınlarıdır. 1782-ci ilin yayında
İstanbulda çıxan yanğında xilasetmə işlərinə padışahın şəxsən
özünün də iştirak etməsi nəticəsində, I Əbdülhəmid xalqın
sevgisini və təqdirini də qazanmışdı.Dövrün şərtlərindən istədiyi
reformaları həyata keçirə bilməyən I Əbdülhəmid 1787-1792
Osmanlı-Rus müharibəsində Ozi qalasının (Ukrayna) rusların əlinə
keçdiyi, qala içindəki xalqın ruslar tərəfindən qətl edildiyi xəbərini
eşidən kimi iflic keçirərək 1789-cu ildə dünyasını dəyişmişdi.

3. Geriləmə dövründə Osmanlı dövlətinin xarici siyasəti

Osmanlı-Səfəvi münasibətlərində son mərhələ və Nadir şah Əfşar

XVIII əsrin əvvələrində Səfəvilər dövləti daxili çəkişmələr


və xaricdən edilən müdaxilələr nəticəsində dağılma ərəfəsində idi.
Əfqanıntan ərazisində qurulan Hotaki dövləti (1709-1738) ilə
aparılan müharibədən sonra əfqanların lideri Mir Mahmud Hotaki
Səfəvilərin paytaxtı İsfahanı ələ keçirmiş, Şah Hüseyni əsir alaraq
özünü İranın yeni şahı elan etmişdi. Digər tərəfdən Şahzadə
Təhmasib Mirzə də İsfahandan qaçmağı bacararaq, Qəzvində
özünün yeni Səfəvi şahı olduğunu duyurmuşdu.
296
Səfəvilərdəki bu qarşıqlıqdan istifadə edən ruslar da 1722-
1723-cü illərdə Dərbəddən Ənzəliyədək Xəzər dənizi sahillərini
işğal etmişdi. 1723-cü il sentyabrın 12-də II Təhmasibin
Peterburqa göndərdiyi elçisi İsmayıl bəy, şahdan xəbərsiz olaraq
Xəzəryanı bölgələrin-Dərbənddən Gilana qədər olan torpaqların
Rusiyaya birləşdirilməsi haqqındakı müqaviləni özbaşına imza-
lamışdı. Rusiya bunun əvəzində Səfəvi şahına əfqanlarla müha-
ribədə yardım göstərəcəyini öhdəsinə götürmüşdü. Lakin II
Təhmasib müqaviləni təsdiq etməmişdi.
Rusiya çarlığının Səfəvi imperiyası ərazisinə yürüş etməsi
və Xəzəryanı vilayətlərin əksəriyyətini ələ keçirməsi Osmanlı
dövlətinin böyük narahatçılığına səbəb olmuşdu. Osmanlının
Səfəvi torpaqlarında təbii ki öz maraqları vardı. Lakin Qəsri Şirin
müqaviləsindən (1639) sonra Səfəvi -Osmanlı münasibətlərində
bir sükunət və mülayimləşmə olduğu görülmüşdür. Bu
dövrdədövlətlər arasında mütəmadi olaraq elçi mübadiləsi həyata
keçirilmişdi. 1696-ci ildə Səfəvi kəşfiyyatçılarının mərkəzi dövlətə
verdikləri xəbərlərə əsasən Osmanlıların başı Avropada bərk
qarışmışdı. Səfəvi dövləti tərəfindən Osmanlılara bir səfir getmiş
və Sultan III Əhmədlə görüşmüşdü. Maraqlıdır ki, III Əhməd
səfirdən gətirdiyi əsgərlərin onun hüzurunda çovqan oynamalarını
istəmişdi. Onlar da sultanın istəyini yerinə yetirmiş və III Əhməd
də "digərlərindən daha yaxşı oyun nümayiş etdirən iki nəfərə
iyirmi əşrəfi miqdarından ənam" vermişdi. Səfir iki aydan bir az
artıq müddətdən sonra Səfəvi dövlətinə qayıtmışdı. Səfəvilərlə
Osmanlıların arasında son səfir get-gəli əfqanların üsyanı
ərəfəsində olmuşdu. Həmin vaxt Osmanlılar tərəfindən Səfəvi
dövlətinə səfir gəlmiş və yazdığı müfəssəl hesabatda Səfəvilər
dövlətinin vəziyətini çox böhranlı və dağılmaq ərəfəsində vəsf
etmişdi. Şah Sultan Hüseynin gələn səfir vasitəsi ilə sultana
ehtiramını bildirən bir məktub göndərmişdi:
“Mən ona dua edirəm. Onlar ata-babadan cihad edən
Xandırlar və onlar həmişə vaxtlarını kafirlərlə müharibədə
keçiriblər və onlara dua etmək bizə vacibdir.”

297
Lakin XVIII əsrin 20 -ci illərində Səfəvilərdə yaranan xaos
Osmanlının da bölgə ilə əlaqədar siyasətini dəyişdirməsinə səbəb
olmuşdu. 1722-1723-cü illərdə Pyotrun Xəzəryanı bölgələrə
yürüşü və Peterburq sülhünün imzalanması Osmanlıda böyük
narahatlıq və narazılıqla qarşılanmışdı. Sultan III Əhməd
hökumətinin vəziri İbrahim paşa Rusiyanın İstanbuldakı konsulu
İ. Nepluyevə 1722-ci ilin noyabrında etiraz bəyənatı vermişdi.
Bəyənatda bildirirdi ki, rus qoşunları İrana tabe olan torpaqlarda
olduqca türk xalqırahatlıq tapa bilməyəcək. Həmin ilin oktyabr
ayında Osmanlı dövləti Hacı Davudun Şirvan üzərində
hakimiyyətini tanıyaraq onu öz himayəsinə götürmüşdü. Hacı
Davud Krım xanı hüququ, yəni Osmanlı imperiyası tərkibində
vassal hökmdar hüququ almışdı. Ona sultanın ayrıca fərmanı,
ikibuncuqlu (birinci dərəcəli) paşa şərafəti, quyruqlu bayraq, 30
min çervonpul verilmişdi. Dekabr ayında böyük vəzir İbrahim
paşa, iki dövlət arasında savaş olmasın deyə, Nepluyev vasitəsilə
çar Pyotra yenidən öz tövsiyəsini bildirmişdi: “Bir yaxşı dost, iki
imperiya arasında sülh saxlamaq istəyən bir adam kimi qoşunlarını
alıb öz məmləkətinə varıb getsin”. Pyotrun Xəzər yürüşü təkcə
Dövlət-i Aliyyədə deyil, Londonda da narahatlıq yaradmışdı.
Britaniya rusların Xəzər dənizində ağalığının gələcəyini bəlkə də
hamıdan yaxşı anlayırdı. Rusiyanın cənubdakı uğurlarını ingilis
hökuməti özü üçün bir fəlakət olaraq görürdü, çünki təkcə ipək
ticarəti deyil, bütün Hindistan ticarəti üzərində Rusiyanın
bölünməz inhisarı yarana bilərdi. Bu, ingilis millətinin varlanma
açarı olan Ost-Hind və Levant şirkətlərinin işini heçə endirə
bilərdi. Buna görə Britaniya krallığı Osmanlı dövlətinin siyasətini
müdafiə etmişdi. Dərbənddən Moskvaya qayıdan Pyotr 13 fevral
1723-cü ildə Osmanlı elçisi Nişli Məhəmməd Ağa ilə görüşmüşdü.
Davud bəyin Osmanlı himayəsinə götürüldüyünü rəsmən bildirən
bu elçi qoşunları Xəzər vilayətlərindən çıxarmaq haqqında öz
hökumətinin tələbini yenidən Pyotra bildirmişdi. Həmin ilin
yazında Türkiyə ordusu hərəkətə keçərək Kartli, Kaxetiyavə Tiflisi
ələ keçirmiş, sonra Gəncə, İrəvan və Naxçıvan üzərinə yürümüşdü.
Prut məğlubiyyətindən sonra Osmanlı ilə müharibə etməkdən
298
çəkinən ruslar sülh bağlamağı təklif etmiş, sədrəzəm damat
İbrahim Paşanın da buna isti yanaşması üzərinə tərəflər arasında
1724- cü il iyunun 12-də İstanbulda müqavilə imzalanmışdı.
Müqaviləyə əsasən Osmanlı tərəfi Rusiyanın işğal etdiyi
Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq etmişdi.
Rusiya tərəfi isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın
Osmanlıya çatmasına etiraz etmədiyini bildirmişdi. İstanbul
müqaviləsinə görə Şirvan Osmanlıların himayəsi altında
yarımmüstəqil xanlıq elan olunmuşdu. Müqavilənin imzalanması
sayəsində Osmanlı və Rusiya qoşunlarının Azərbaycan ərazisində
toqquşmasının qarşısı alınmışdı.
1724-1725-ci illlərdə Osmanlı qoşunu hərəkətə keçərək
Naxçıvanı, Ordubadı, Gəncəni, Xoyu, Marağanı, Təbrizi və
Ərdəbili ələ keçirmşdi. Xüsusilə Səfəvilərin dini mərkəzi sayılan
Ərdəbilin alınması paytaxt İstanbulda top atəşləri ilə qeyd
olunmuşdu.
Yuxarıda da qeyd etdiyimiz kimi bu ərəfədə İsfahanda
əfqanlar (Hotakilər), Qəzvində isə II Təhmasib öz hakimiyyətlərini
elan etmişdilər. 1725-ci ilin aprelində Hotakilərdən Mir Əşrəf öz
əmisi oğlu Mir Mahmud şaha qarşı İsfahanda sui qəsd təşkil edərək
onu ortadan qaldırmışdı. Mir Əşrəf özünü İranın yeni şahı elan
etmişdi. Osmanlı-rus müqavilsindən narazı qalan Mir Əşrəf 1726-
cı ildə öz elçilərini məktublarla İstanbula göndərmişdi.
Məktublardan da anlaşıldığına görə, Mir Əşrəf nəzarəti altında
olan ərazilərdən imtina etmək və Osmanlıya qarşı ərazi
güzəştlərinə getmək fikrində deyildi. Əksinə, Osmanlı dövlətindən
tələb olunurdu ki, işğal etdiyi keçmiş Səfəvi ərazilərini azad etsin.
Əşrəfin məktubunda Osmanlı sarayına qarşı iradlar öz yerini
tapmışdı. Əşrəfin iradlarından biri bu idi ki, Osmanlı dövləti şiə
iranlılara qarşı mübarizə aparılmasında əfqanlara kömək
göstərmir. Əşrəfə görə onu İranda fateh kimi qəbul edirdilər və bir
fateh kimi onun haqqı var ki, Osmanlı dövlətinin və Rusiyanın
əlinə keçirdiyi əraziləri geri qaytarsın.
Əşrəf sadəcə olaraq müəyyən iddialar irəli sürməklə
kifayətlənməmişdi. Bağdad hakimi Əhməd Paşanın sultan sarayına
299
göndərdiyi məktubundan bilinirdi ki, Əşrəf əməli fəaliyyətə
başlayıb. Xüsusi ilə öz nümayəndələrini Osmanlı qoşunları arasına
yollayıb Osmanlı döyüşçüləri arasında təbliğat aparırdı ki, nə üçün
sünni Osmanlı sünni əfqanlara qarşı mübarizə aparır. Əşrəfin
təbliğatçıları Osmanlı döyüşçülərini inandırmaq istəyirdilər ki,
eyni məzhəb üzvləri bir-birini müdafiə etməlidirlər. Belə bir
təbliğat Osmanlı döyüşçülərinə azçox təsir edir və onlarda
əfqanlara qarşı rəğbət əhval-ruhiyyəsini gücləndirirdi. Osmanlı
sarayı və əyanları Əşrəfin iddialarını heç də xoşluqla qarşılamamış
və ona qarşı müharibə elan olunmuşdu. 1726-cı ilin payızında
Osmanlı dövlətinin Bağdad valisi Əhməd Paşa İsfahana doğru
irəliləməyə başladı və Əşrəf xana məktub göndərərək İranın
qanuni şahına qanuni hakimiyyətini geri qaytarmağa gəldiyini
bildirdi. Buna cavab olaraq isə Əşrəf xan Şah Hüseynin başını
kəsərək ona göndərmiş və bu sözləri yazmışdır:
“Ümid edirəm ki, Əhməd paşa buna öz qılıncı və nizəsi ilə
cavab verər”
Əşrəfin əmri iləOsmanlı qoşununun marşrutu üzərində olan
yaşayış məntəqələri dağıdılıb məhv edilmişdi. Eyni zamanda özü
də ətrafına toplaya bildiyi qoşunlarla Osmanlı qoşununu
qarşılamağa yola düşmüşdü. Osmanlı qoşunu rəhbərliyinin
laqeydliyi və qətiyyətsizliyi nəticəsində təxminən 2 minlik dəstə
əsas qoşundan ayrı düşmüşdü. Əşrəf bundan xəbər tutmuş və
həmin dəstənin yolunu kəsib onu mühasirəyə almışdı. Osmanlı
dəstəsi tamamilə məhv edilmişdi. Bu uğursuzluq Osmanlı dö-
yüşçülərində ruh düşkünlüyü, əfqanlarda isə əksinə ruh yüksəkliyi
yaratmışdı. Bununla belə, Əşrəf yaxşı anlayırdı ki, Osmanlı
qoşununa qarşı sona qədər müqavimət göstərmək üçün lazımi
qüvvəyə malik deyildir. Ona görə də Osmanlı qoşunları daxilində
yenidən təxribat xarakterli təbliğat aparılmasına başlamışdı. Onun
adamları Osmanlı döyüşçülərinə bildirirdilər ki, apardıqları
müharibə dinə ziddir, sünnilərin sünnilərə qarşı döyüşməsi düzgün
deyil. Əşrəf tərəfindən Osmanlı qoşunlarında olan kürd rəhbərlərin
pulla alınmasına da cəhd göstərilmişdi. Eyni zamana bir neçə
tanınmış dini xadim Osmanlı qoşunlarına göndərilmişdi. Həmin
300
din xadimləri də aparılan mübarizənin məzhəb baxımından düzgün
olmadığını əsaslandırmağa çalışmışdılar. Onların fikrincə,
həmməzhəblərin qanının tökülməsinin günahı Osmanlıların
üzərinə düşəcəkdir. Aparılan təbliğatın dini əsaslar üzərində qurul-
ması Əhməd paşanın təşvişinə səbəb olmuşdu. Çünki bu təbliğat
doğrudan da Osmanlı qoşununa təsir etməyə başlamışdı. Əfqan
mollalarının təbliğatı kifayət qədər təsirli olmuş və onlar gedəndən
sonra 5 minə qədər döyüşçü Osmanlı qoşunlarından ayrılmışdı.
Osmanlılar üzərində bu qələbəsinə baxmayaraq Əşrəf, Dövlət-i
Aliyyə ilə düşmənçiliyin davam etdirilməsinin hakimiyyəti üçün
zərərli olcağını düşünərək, sülh danışıqları üçün İstanbulla təmas
qurmuşdu. Osmanlı hökuməti də müharibənin ölkə miqyasında
getdikcə artan qeyri-populyarlığını və davam etdiriləcəyi təqdirdə
böyük məsrəfə başa gələcəyini nəzərə alaraq, müharibəyə son
qoymaq qərarına gəlmişdi. Həmədanda bağlanmış sülhə (4 oktyabr
1727) görə Əşrəf Osmanlı sultanını bütün müsəlmanların xəlifəsi
kimi tanımış; Osmanlının Cənubi Qafqazda nüfuzunu və tutduğu
əraziləri təsdiqləmişdi. Əşrəf özü də İran şahı kimi tanınmaqla
yanaşı, xütbədə öz adının çəkilməsi, öz adına sikkə basılması, hər
il Məkkə ziyarətinə göndərilən karvana əmir əl-Həcc təyin etmək
hüququ almışdı.
Görüldüyü kimi, Şah İsmaylın yaratmış olduğu qüdrətli
Səfəvilər dövlətinin dağılması labüd idi. Fəqət bu dəfə tarix
səhnəsinə çökməkdə üz tutan bu dövlətin sərhədlərini yeni bir
sülalənin bayrağı altında birləşdirməyə çalışan, Azərbaycan
türklərindən olan böyük sərkərdə, dövlət xadimi Nadir Şah Əfşar
çıxmışdır.Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan
adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona
Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər
vermişlər. II Təhmasibə bağlı birliklərin komandanı təyin olunan
Nadirqulu bəy, qısa müddətdə saraydakı əleyhtarlarını
susdurmağa, hətta Təhmasibin üzərində belə nüfuz qurmağı
bacarmışdı. Bundan sonrakı hədəf itirilmiş torpaqların qay-
tarılmasına gəlmişdi. 1729-cu ildə Damğan və ya Mehmandust
döyüşündə, ardıncada da Murçe Xort döyüşündə əfqan birliklərini
301
ağır məğlubiyyətə uğradan Nadirqulu bəy, İsfahan şəhərini azad
etmişdi. Bu döyüşdən əvvəl Osmanlı dövləti Əfqan Əşrəf xana 5
min nəfərlik əsgərvə artilleriya yardımı göndərərək dəstəkləmişdi.
Nadirqulu bəy İsfahanda əfqan hakimiyyətinə son verdikdən sonra
sıra rus və Osmanlı idarəsində olan digər ərazilərin azad
edilməsinə gəlmişdi. 1730-cu ildəNadirqulu bəyəOsmanlıya qarşı
hərbi əməliyyata başlamaq üçün əlverişli şərait yaranmışdı.
Əvvəla, bu dövrdə baş vermiş çevriliş nəticəsində III Sultan
Əhməd taxtdan salınmışdı və Dövlət-i Aliyyədə hakim dairələr
daxili vəziyyətin nizama salınması ilə məşğul idi.Şəraiti düzgün
qiymətləndirən Nadirqulu bəy Osmanlı dövlətinə qarşı hərbi
əməliyyatlara başlamışdı. Qısa müddətdə Təbriz və Ərdəbil daxil
Cənubi Azərbaycanın bir çox vilayətini Osmanlılardan geri alan
Nadirqulu bəy, Xorasanda üsyan çıxması üzərinə oraya
yönəlmişdi. Bu arada Şah II Təhmasib, Nadirin nüfuzu altında
əzilməkdən qurtulmaq və özünü isbatlamaq üçün Osmanlı ilə
savaşı davam etdirmək qərarına gəlmişdi. Fəqət ağır məğlubiyyətə
uğrayaraq, Nadirqulu bəyin uğurlarını heçə endirmişdi. O sıralar
Xorasanda olan Nadirqulu bəyin etirazlarına baxmayaraq, 1732-ci
ildə Osmanlı ilə Kirmanşah müqaviləsi bağlamışdı. Həmin
müqavilənin şərtlərinə görə, İrəvan, Gəncə, Tiflis, Şamaxı
şəhərləri ilə birlikdə Şirvan vilayəti, habelə Dağıstan Osmanlının
ixtiyarında qalır, Təbriz və Kirmanşah İrana qaytarılırdı. Araz çayı
göstərilən dövlətlər arasında sərhəd olmalı idi.
Xorasandan qayıdan Nadirqulu bəyŞah Təhmasibin Os-
manlı ilə imzalamış olduğu Kirmanşah müqaviləsini tanımayıb
onun qüvvədən düşmüş hesab etmişdi. 1732-ci ilin avqustunda
ordu komandanlarına arxalanaraq II Təhmasibi taxtdan salmışdı.
Nadirin göstərişi ilə saraydan Məşhədə sürgün edilən şahın gözləri
çıxarılmışdı. Bir daha Nadirin işlərinə qarışmaması üçün səkkiz
aylıq oğlu III Abbas adı ilə “şah” elan edilmişdi. Uşağın adına
xütbə oxunub sikkə kəsilmişdi. Tam əl-qolu açılan Nadir xan bütün
dövlət işlərini öz əlinə alıb, faktiki olaraq İran dövlətinin tam
səlahiyyətli hökmdarı olmuşdu. Bundan sonra Osmanlıdan 1723-
cü ildən bəri ələ keçirmiş olduğu Səfəvi mülklərindən çəkilməsini
302
tələb etmişdi.Osmanlının bu tələbi yerinə yetirməkdən imtina
etməsi Nadirin başçılığıaltında Səfəvi qoşunlarının güclü hərbi
əməliyyatlara başlamasına səbəb olmuşdu. Nadirin əsas hədəfində
Bağdadı ələ keçirmək vardı. Nadirin Bağdada yönəlməsinin ən
əsas səbəblərindən biri İraq ərazisində yerləşən Bağdad, Mosul,
Hələb şəhərlərindən keçən, oradan isə Avropaya qədər uzanan
Aralıq dənizi ətrafı ticarət yollarını, o cümlədən Osmanlı dövləti
ilə Səfəvilər arasında böyük əhəmiyyətə sahib olan Hac ticarət
yollarını öz nəzarətinə keçirmək istəyi idi. Bundan başqa şiəliyin
müqəddəs ziyarətgah yerlərini yenidən Səfəvi dövlətinin tərkibinə
daxil etmək istəyi də bu səfərin əsas məqsədlərindən biri idi.
Bağdadı mühasirəyə alan Nadirqulu bəy ilə Osmanlı komandanı
Topal Osman Paşa arasında böyük bir döyüş olmuşdu. Tarixə
Samara döyüşü(1733) olaraq keçən bu cəngdə Osmanlılar üstün
olmuş və Nadirqulu bəy həyatında ilk məğlubiyyətini almışdı.
Nadir Samaradakı məğlubiyyəti düzəltmək üçün təcili tədbirlərə
başlamışdı. Onu buna vadar edən səbəblər içində siyasi səbəblər
də var idi. O, məğlubiyyət xəbərinin imperiya ərazisində yayılaraq
onun siyasi nüfuzunu azaltmasından və bərəkətli torpaqlarda
başlanan üsyanın daha da böyüməsindən qorxurdu. Nadir öz
nüfuzunu və eqosunu təmin etmək üçün təcili tədbirlərə baş-
lamışdı. Samara döyüşündə onu məğlub edən Topal paşa bunu
bacaran ilk insan idi. Nadir onunla yeni döyüş üçün öz ordusunun
sürətli formada yenidən təşkil edilməsinə başlamışdı. 1733-cü ilin
oktyabrında Kərkük döyüşündə zəfər qazanan Nadirqulu xan
Osmanlıdan və şəxsən döyüşdə həlak olan Topal Paşadan da
intiqamını almışdı. Azərbaycan əyalətlərinin böyük bir qismini
Osmanlı idarəsindən qurtaran Nadirqulu xanın bu uğurları
qarşısında Rusiya da 1735-ci ildə Gəncə müqaviləsi ilə qoşunlarını
Xəzərsahili vilayətlərdən çəkmək məcburiyyətində qalmışdı. Bu
dövrdə Osmanlı ilə Nadir qüvvətləri arasında həlledici döyüş
1735-ci ildə İrəvan şəhəri yaxınlığında Arpaçay adlanan yerdə baş
vermişdi. Nadirqulu xanın növbəti qələbəsindən sonra Osmanlı
sülh istəmək məcburiyyətində qalmışdı. 1736-cı il İstanbul sülh
müqaviləsinə görə, Osmanlı Nadir Şah Əfşarı İran və Azərbaycan
303
taxtının hökmdarı olaraq tanımış, Qafqazda ələ keçirmiş olduğu
ərazilərdə onun nüfuzunu qəbul etmişdi.
Nadir Şah Əfşarın ən böyük icraatlarından biri də
müsəlmanlar arasında məzhəb qovğasını önləmək üçün şiəlikdə
reformasiya apararaq Cəfərilik məzhəbini rəsmi dövlət ideolo-
giyası halına gətirməsi idi. 1743-cü ildə Nəcəfdə dövrün seçkin şiə
və süni din adamlarını bir araya gətirərək məşvərət məclisini təşkil
etmişdi. Məşvərət sonrası Raşidi Xəlifələri olan üç xəlifənin (Hz.
Əbubəkir, Hz Ömər və Hz .Osman) xilafəti qəbul edilmiş, əhli
sünnə böyüklərinə ehtiram göstərilməsi və Cəfəri şiə məzhəbi üçün
də beşinci məzhəb kimi Məkkədə ibadət yerləri ayrılması uyğun
görülmüşdü. Bununla əlaqədar Nadir Şah daha əvvəl Sultan I
Mahmuda məktub yazaraq onun bütün müsəlmanların xəlifəsi
olmasını aşağıdakı 5 şərtinə əməl olunacağı təqdirdə tanıyacağını
bildirmişdi:
1) Osmanlılar yeni cəfəri məzhəbini tanıyacaq; 2) bu
məzhəbə Məkkədə bir ibadət yeri (rükn) veriləcək; 3) Əfşar¬lar
hər il Şam (Suriya) üzərindən bir əmirhac göndərəcək; 4) əsirlər
dəyişdiriləcək; 5) qarşılıqlı elçilər göndəriləcək.Osmanlı Sultanı
və üleması Şah Nadirin müsəlmanlar arasında nifaqın qalxması
yolunda bu addımlarını təqdir etsə də, açıqcası onun nüfuzunun
artmasından ehtiyat edərək cəfəriliyi 5-ci məzhəb kimi rəsmən
tanımamışdı. Bəzi tarixçilərin də iddiasına görə, Nadir Şahın
məqsədi Hind çayından Bosfora qədər uzanan imperiya qurmaq
idi. Təbii ki Bosfor demək dünyanın ürəyi sayılan İstanbula sahib
olmaq deməkdir. Mənfəətlərin toqquşması iki türk xanədanlığını
Osmanlı və Səfəvilərin mirasçısı qəbul edə biləcəyimiz Əfşarları
yenə qarşı-qarşıya gətirmişdi. 1743-1746-cı illərdə baş verən yeni
müharibə əsasında tərəflər elə də bir üstünlük əldə etmə-
mişdi.Tərəflər arasında Tehran yaxınlığında imzalanan Kürdan
müqaviləsindən (1746) sonra Qəsri Şirin müqaviləsi sərhədlərinə
geri dönülmüşdür. Kürdan müqaviləsi II Qəsri Şirin müqaviləsi
olaraq da bilinir.
Nadir Şah Əfşar və Osmanlılar arasında müharibələrin
olmasına baxmayaraq, birincisi sultana qarşı yeri gəldiyində böyük
304
ehtiram göstərmişdi. Nadir şah Əfşar sultan I Mahmuda Hindistana
hərbi yürüş gedişində əldə etdiyi taxt (Təxte-Tavuz), rəqs edən
fillər və digər qiymətli hədiyyələr göndərmişdi. Bundan xeyli
məmnun qalmış Osmanlı hökmdarı da Nadir şaha təşəkkür əlaməti
olaraq üstü bahalı daş-qaşla bəzədilmiş xəncər və çeşidli
hədiyyələrlə elçi heyəti göndərmişdi. Lakin Osmanlı sultanının
diplomatik nümayəndələri 1747-ci ildə Tehrana çatdıqda eşitdilər
ki, Nadir şah Əfşar qətlə yetirilmişdir. Səfirlik həmin xəncərlə və
digər qiymətli hədiyyələrlə İstanbula qayıtmalı oldu. Misli -
bərabəri olmayan bir zərgərlik əsəri sayılan bu xəncər hal-hazırda
Nadir şah Əfşara ünvanlanmış digər qiymətli hədiyyələr kimi
İstanbulun “Topqapı” Muzeyində saxlanılır.
Nadir şahın ölümündən sonra XVIII əsrin II yarısından, yəni
Azərbaycan xanlıqlarının yarandığı dövrdən başlayaraq
xanlıqların Osmanlı dövləti ilə xüsusi əhəmiyyətli münasibətləri
olmuşdur. Azərbaycanın müstəqil xanları Osmanlı dövləti ilə
qarşılıqlı əlaqələr yaratmağa daha çox üstünlük verirdilər.
Xüsusilə, şimaldan gələn Rus təhlükəsi qarşısında Osmanlı
dövlətinə müraciət edildiyi arxiv sənədlərindən də
anlaşılmaqdadır. Rusiyanın Cənubi Qafqazda işğalçılıq
siyasətinin güclənməsinə qarşı Azərbaycan xanlıqlarının yeganə
arxalandıqları qüvvə Osmanlı dövləti idi. Azərbaycan xanlıqları
ilə Osmanlı dövlətinin qarşılıqlı münasibətləri 1768-1774- cü və
1787-1791-ci illərdə illərdə baş vermiş Rusiya-Türkiyə
müharibəsi dövründə daha da güclənmişdir. Dövlət-i Aliyyə
Qafqazda ona yönəlmiş Rusiya-Gürcüstan hərbi blokuna qarşı
müsəlman dövlətlərinin ittifaqını yaratmağa çalışmışdı. Bu
münasibətlə təkcə Azərbaycan xanlıqlarına deyil. həmçinin
Dağıstan feodal hakimlərinə də elçilər göndərilmış, xanlara
çatdırılan fərmanlarda Rusiya ilə mübarizəyə qoşulmağın
zəruriliyi xatırladılmışdı. Lakin xanlıqlar arasında gedən amansız
çəkişmələri əngəl ola bilməyən Dövlət-i Aliyyə , Rusiya
qarşısında da ağır məğlubiyyətlərlə üzləşincə, bölgədəki nüfuzu
sarsılmışdı.,Bu vəziyyətdə İranda iqtidara gələn Ağa Məhəmməd
Şah Qacar ( 1789-1797) rusların Qafqaza təcavüzünün qarşısını
305
almaq məqsədi ilə Osmanlı dövlətindən ona kömək göstərməsini
istəmək üçün İstanbula elçilər göndərmişdi. Lakin Osmanlı
dövləti müharibədən yeni qurtarmış, ağır şərtlərlə yüklənmiş
olduğunu və Rusiya ilə qarşılaşmaqdan çəkindiyi üçün Ağa
Məhəmməd Şahın müraciəti cavabsız qalmışdı. Bütün bunlarla
yanaşı Osmanlı dövlətinin özünün də bu hücumlardan
ehtiyatlanaraq tədbirli davranmağa üstünlük verdiyi
anlaşılmaqdadır. Xülasə, XVIII əsrin 90-cı illərindən Dövlət-i
Aliyyənin Cənubi Qafqazda gedən proseslərə müdaxiləsi etmək
imkanları xeyli məhdudlaşmışdı.

Osmanlı- Venesiya/Avstriya müharibələri


Venesiyalılar Karlovitsa müqaviləsinin müddəalarını ta-
mamilə pozaraq Çernoqoriya üsyanını təşviq edib, üsyançılara
kömək etməyə başlamışdı. Ayrıca İstanbul-Misir səfərləri edən
Osmanlı ticarət və həcc gəmilərinə hücumlar təşkil etdiyinə görə,
1715-ci ildə Dövlət-i Aliyyə Venesiya Respublikasına müharibə
elan etmişdi. Peloponnes səfəri olaraq bilinən bu yürüşdə Osmanlı
ordusu Korinf, Anapoli, Modon, Koron, Navarin qalalarını fəth
edərək Venesiyalılara ağır zərbə vurmuşdu. Ancaq Venesiya ilə
ittifaq bağlayan Avstriya, Peloponnesin Venesiyaya qaytarılması
üçün Osmanlıya təzyiq göstərməyə başlamışdı. Bunun üzərinə
Osmanlı və Avstriya arasında yeni bir müharibə başlamışdı (1715-
1718). 1716-cı ildə Petrovaradin (Serbiya) döyüşündə Avstriya
ordusu Osmanlıları məğlub edərək, Timişioara, Belqrad və bəzi
şəhərləri ələ keçirmişdilər. Belqraddan Nişə qədər bölgənin
müsəlman və türk xalqları ac və pərişan halda Ədirnə və İstanbula
doğru qaçmağa məcbur olmuşdu. Bu məğlubiyyətin yaratdığı
pessimist əhvali ruhiyyəni üzərindən qısa bir vaxtda atmağı
bacaran Osmanlı ordusu toparlanaraq, Bosniya və Vidində
Avstriyalılara qarşı uğurlar əldə etmişdi. Bu müharibə tərəflər
arasında imzalanan Pasarofca müqaviləsi (1718) (Pojarevatsk) ilə
nəticələnmişdi. 21 iyul 1718-ci ildə Avstriyalılar ilə 20 maddəlik,

306
Venesiya Respublikası ilə 26 maddəlik müqavilə imzalanmışdı.
Müqavilələrə əsasən,
- Avstriya ilə Niş (Serbiya), Banat dağları və Transilvaniya
(Rumıniya), Alp dağları sərhəd müəyyən olunmuşdu.
- Venesiyalılar Peloponnes yarımadasını, Korinfiyanı və
ətraflarını, Egey körfəzindəki adaları, İon adalarını, Aya
Mavri adasını və Kritdəki üç limanı Osmanlı dövlətinə
vermişdi.
- İran yoluyla Avropaya gələn tacirlər geri qayıtdıqları
zaman Dunay gömrük rüsumlarından azad tutulmuşdu.
Pasarofça müqaviləsi ilə Osmanlı dövləti Avstriyaya
torpaq verməsinə baxmayaraq, Venesiyadan almışdı. Timişoara,
Banat, Belqrad kimi mühüm qalalar Avstriyanın nüfuzu altına
keçmişdi.
Osmanlı dövlətinin Səfəvilərə qarşı müharibəsindən
istifadə edən Avstriya Rusiya ilə ittifaq bağlayaraq ona qarşı yeni
müharibəyə başlamışdı (1735-1739). Avstriya bütün Serbiya
ərazisini, habelə Bosniya və Hersoqovinanı ələ keçirməyə can
atırdı. İki cəbhədə müharibə aparmasına baxmayaraq, Osmanlı
dövləti bir sıra uğurlar qazanmışdı. 1739-cu ilin sentyabrında
Fransanın vasitəçiliyi ilə Osmanlı dövləti ilə Avstriya arasında
Belqrad sülhü imzalanmışdı. Sülhə görə Pojarevatsk müqaviləsi ilə
Avstriyaya verilmiş Şimali Serbiya və Belqrad, Banat istisna
olmaqla Osmanlı dövlətinə qaytarılmışdı. Fransa bu müharibədə
öz iqtisadi maraqları naminə Osmanlını müdafiə edtmişdi. Buna
cavab olaraq, 1740-cı ildə Fransaya əvvəllər verilmiş kapitulyasiya
imtiyazları genişləndirilmişdi. Müttəfiqi olan Avstriyanın məğlub
olması, İsveçlə yeni müharibə təhlükəsi Rusiyanı da sülh
bağlamağa vadar etmişdi.
1787-1791-ci illərdə Osmanlı və Rusiya arasında yenidən
müharibənin başlamasını fürsət olaraq görən Avstriya-Macaristan,
yenidən türklərə qarşı hərbi fəaliyyərlərə başlamışdı.1788-ci ilin
sentyabrında Sebeş (Rumıniya) yaxınlığında ağır bir məğlubiyyətə
uğrayan Avstriya-Macarıstanın köməyinə rusların Osmanlılara
qarşı uğurlu hücumları çatmışdı.Ozi qalası kimi müxtəlif qalaların
307
rusların əlinə keçməsi Osmanlı ordusunun Avstriyadakı
əməliyyatlarını dayandırmasına və qüvvələrini Rusiyaya
istiqamətləndirməsinə səbəb olmuşdu. Bu da Avstriyaya bərpa və
Osmanlı dövlətindən müharibə təşəbbüsünü almağa imkan
vermişdi. Bir müddət sonra Avropadakı siyası balansı alt-üst edən
Fransa inqilabından (1789) və Fransanın artan hərbi təhlükəsindən
sonra yayılmağa başlayan millətçi fikirlər səbəbindən Avstriya
Osmanlılarla yeni bir müqavilə imzalamağa məcbur olmuşdu.
Böyük Britaniya, Prussiya və Hollandiya tərəfindən vasitəçilik
edilərək, 4 avqust 1791-ci Bolqarıstanın şimalında yerləşən
Zestoviç şəhərində imzalanmışdır. Ziştovi (Sistova) müqaviləsi ilə
Avstriyanın qazancı çox cüzi olmuş, Orsow və Unno məntəqələri
xaric müharibə zamanı aldığı torpaqları Osmanlı İmperiyasına geri
vermişdi. Avstriya Rusiyaya heç bir açıq və ya gizli yardım göstər-
məyəcəyinə dair bir zəmanət vermişdi.

Osmanlı- Rusiya müharibələri


Əsrin əvvəllərindən etibarən Osmanlı dövlətinə qarşı olan
düşmənçiliyi daha da artan, isti dənizlərə enmək və Qara dənizə
çıxış əldə etmək istəklərini daha da qətiləşdirən Rusiya türklər ilə
müharibə üçün bəhanə axtarırdı. Şimal müharibəsi zamanı İsveç
ordusunun Poltava döyüşündə ağır məğlubiyyətindən sonra
Dəmirbaş ləqəbli XII Karl qaçaraq Dövlət-i Aliyyəyə sığınmışdı.
Bunu bəhanə edən I Pyotrun qoşunları Osmanlı ərazisinə daxil
olmuş və bu müdaxilə müharibənin də başlamasına səbəb olmuşdu
(1710).Yenicə Sədrəzəm təyin olunan Baltaçı Mehmed Paşa 200
minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərilmişdi.
Onun ardından Osmanlı donanması və Krım xanın qoşunları da
səfərbərliyə alınmışdı. Osmanlı qoşunları Rus qoşununu Prut çayı
sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə almışdı.
Vəziyyətin ağırlığını görən I Pyotr sülh danışıqları təklif etmişdi.
Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı
Mehmed Paşa sülh bağlamaqla kifayətlənmişdi (1711-ci il, avqust
ayında). Baltaçı Mehmed Paşanın nəyə görə sülhə razılaşdığı hələ
də tam bəlli deyil,Bəzi araşdırmaçılara görə, I Pyotrun həyat
308
yoldaşı Çariça I Yekaterina Baltaçı Mehmed Paşanı sülhə razı
salmışdır. Bəzi araşdırmaçılara görə isə, Mehmed Paşa qiyam
əhval-ruhiyəsi olan yeniçərilərə güvənmədiyinə görə sülhə razı
olmuşdur.
Bu məsələ ilə əlaqədar Türkiyəli tarixçilərdən bəzilərinin
düşüncələri bu şəkildə olmuşdur;
İlber Ortaylı:
“Prut Savaşı sırasında Baltacı Mehmet Paşa ile görüşmeye
gelen heyet arasında Çariçe adayı Katerina ve bazı hediyeler
vardır. Paşa’nın rüşvet aldığına dair dedikodudan başka bir delil
yoktur. I. Petro kuşatmadan kurtulduktan sonra çıkardığı
emirnamede Katerina’dan kurtarıcı olarak söz ediyor ve onunla
nikah kıyıyor.”
Erhan Afyoncu:
“Hediye gönderiliyor. Ancak Katerina kendisi Baltacı
Mehmet Paşa’nın yanına gelmiyor. Baltacı-Katerina ilişkisinin
aslı astarı yoktur. İşin ilginci bu 19. yüzyıldan sonra uydurul-
muştur. Ne Türk ne Rum tarihçilerinde, ne de Avusturya
kaynaklarında yoktur. O dönemde Katerina’nın çadıra geldiği
hikayesi yok. Daha sonra edebiyatçılar tarafından uydurulmuş,
romanlar yazılmış. 1912’de yazılmış Alman balatında anlatıyor
mesela, Katerina şöyle geldi, üzerinde şu elbise vardı gibi
teferruata giriyor.”
Murat Bardakçı:
“Prut kuşatması sırasında Katerina, askerinden generaline
kontundan çöpçüsüne kim varsa, kıymetli madenleri, mücevherleri
topluyor ve 7 araba dolusu kıymetli eşyayı, mücevheri Prut’ta
Osmanlı karargahına rüşvet olarak gönderiyor ve Baltacı Mehmet
Paşa bir barış anlaşması imzalıyor.”
Hətta Rusiya prezidenti Vladimir Putin də Hürriyyət
qəzetinin yazarı Ertuğrul Özkoka verdiyi reportajda,Baltacı
Mehmet Paşanın ruslardan “rüşvət” aldığının doğrulamışdı.
Ruslarlarla sülh müqaviləsi bağlayan Baltaçı Mehmed
Paşaya qarşı sarayda böyük bir müxalifət formalaşmış və o 1712-

309
ci ildə sürgünə göndərilərək cəzalandırılmış, qısa bir müddət sonra
da dünyasını dəyişmişdi.
Ruslarla imzalanan1711-ci il tarixli Prut sülh müqaviləsi ilə
Azov qalası Osmanlıya geri verilmişdi. Bundan sonra, Ruslar,
İstanbulda davamlı elçi saxlaya bilməməli və İsveç kralının sərbəst
şəkildə öz ölkəsinə geri dönməsinə maneə olmamalı idilər. Rusiya
Polşa krallığının daxili işlərinə qarışmayacaqdı. Bununla da,
Osmanlı dövləti, 1700-ci il İstanbul müqaviləsi ilə itirdiyi Azov
qalası və ətrafını geri almış, Karlovitsa sülhü ilə itirdiyi torpaqları
geri almaq haqqında ümidlənmişdi. Prut döyüşü nəticəsində İsveç-
Osmanlı münasibətləri inkişaf etmişdir.
Osmanlı ilə Rusiya arasında növbəti konflikt isə Qafqazda
olmuşdu. Prut məğlubiyyətindən sonra Osmanlı ilə müharibə
etməkdən çəkinən ruslar sülh bağlamağı təklif etmiş, sədrəzəm
damat İbrahim Paşanın da buna müsbət yanaşması üzərinə tərəflər
arasında 1724-cü il iyunun 12-də İstanbulda müqavilə imzalan-
mışdı. Müqaviləyə əsasən Osmanlı tərəfi Rusiyanın işğal etdiyi
Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq etmişdi.
Rusiya tərəfi isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın Osman-
lıya çatmasına etiraz etmədiyini bildirmişdi. İstanbul müqaviləsinə
görə Şirvan Osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq
elan olunmuşdu. Müqavilənin imzalanması sayəsində Osmanlı və
Rusiya qoşunlarının Azərbaycan ərazisində toqquşmasının qarşısı
alınmışdı.
Rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil
etməyi bacaran I Pyotrun vəfatından öncə bir vəsiyyətnamə
yazdırdığı bilinməkdədir. Rusiya dövlətinin dövlətçilik tarixində
çox mühüm mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir
sənəd kimi diqqəti cəlb etməkdədir. Rusiyanı ən böyük dünya
dövləti kimi görmək istəyən I Pyotr onun sərhədlərini Hindis-
tandan Avropaya qədər genişləndirməyi, Çarqradın da (İstanbul)
Rusiyanın paytaxtı olmasını arzulayaraq məramını belə açıqlayır:
"Bu məqsədi (Rusiyanın dünya ağalığını həyata keçirməklə
İstanbulun da paytaxt olmasını) həyata keçirmək üçün həmişə
Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş
310
yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı
ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın
nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir
vasitədir."
İran və Osmanlı arasında çaxnaşma salmağı planlaşdıran I
Pyotr bu ölkələri Avropa ilə təmasdan məhrum etməyi vəsiyyət
edərək xəbərdarlıq edirdi ki:
"Əgər bu ölkələrin (İran və Osmanlının) müsəlmanları göz
açıb hüquqlarını qansalar o, bizə böyük zərbə olar. Həm Osmanlı,
həm də İranın din xadimlərini ələ almaq və onlar vasitəsi ilə sünni
və şiə ixtilaflarını qızışdırmaq lazımdır."
Üçüncü Roma ideyaları IV İvan Qroznı (1547-1584) döv-
ründə inkişaf etdirilərək, Qərbi Roma və Bizans imperiyalarının
dağılmasından sonra bu tarixi missiyanın Rusiyaya keçdiyinə dair
bir düşüncə formalaşdırılmağa çalışılmışdı. Rusiyanın öncü-
lüyündə qurulacaq Üçüncü Romanın paytaxtı da Çarqrad olacaqdı.
I Pyotrun varisləri tam iki əsr boyu bu vəsiyyətin həyata keçməsi,
xüsusilə də Çarqradın yəni İstanbulun Böyük Rusiyanın paytaxtı
olması üçün Osmanlı ilə amansız mübarizələr aparmışdılar.
1724-cü il Rusiya-Osmanlı müqaviləsi tərəflər arasındakı
ziddiyyətləri həll etməmişdi. Qara dənizə çıxmağa və Krım
xanlığına zərbə vurmağa çalışan Rusiya Avstriyanın təsiri altında
Osmanlı dövləti ilə müharibəyə başlamışdı. Tarixçi Tofiq
Mustafazadə haqlı olaraq yazmışdır ki, "Rusiya-Osmanlı
münasibətlərinin kəskinləşməsi nəhayət iki dövlət arasında açıq
müharibəyə gətirib çıxartdı. ... İki imperiya arasında
münasibətlərin kəskinləşməsində onların Xəzəryanı regionda,
xüsusilə də Azərbaycanda maraq və mənafelərinin toqquşması da
çox mühüm rol oynamışdır. Ona görə XVIII əsrin 20-30-cu
illərində Azərbaycanda Rusiya-Osmanlı ziddiyyətlərinin 1735-
1739-cu illər Rusiya-Osmanlı müharibəsinin əsas səbəblərindən
biri olduğunu güman etmək düzgün olar..." Ruslar 1736 və 1737-
ci illər kampaniyasının gedişində Krım xanlığının paytaxtı
Baxçasarayı və ətraf məntəqələri tutmağa nail olmuşdular.İlk
başlar müttəfiq olan Rusiya və Avstriya arasında ziddiyyətlərin
311
yaranması Osmanlı dövləti üçün də yararlı olmuşdur. Rusiyanın
mövqeyinin möhkəmlənməsindən narahat olan Avstriya Osmanlı
dövləti ilə separat müqavilə bağlamışdı. Bu Rusiyanın mövqeyinə
də təsir göstərmişdi. 3 oktyabr 1739-cu ildə Rusiya ilə Osmanlı
dövləti arasında Belqrad sülhü imzalanmışdı. Müqavilənin başlıca
maddələri aşağıdakılardı:
1. Rusiyaya aid Azov ətrafı istehkamlar dağıdılmalı və
ruslar Krımda işgal etdikləri yerlərdən çəkilməlidirlər.
2. Rusiya Qara dənizdə savaş və ticarət gəmiləri saxlaya
bilməzdi.
3. Şimali Qafqazda yerləşən dağ və keçidlərə nəzarət
edən Kabardin ərazisi neytral bölgə elan edilirdi. Böyük və kiçik
Kabardin xalqlarına müstəqillik hüququ verilirdi. Amma
Kabardinlərdən iki dövlətdən birinə şikayət gələrsə, həm Rusiya,
həm də Osmanlı bu şəxsləri cəzalandıra bilərdi.
4. İki tərəfin də əsirləri heç bir qarşılıq tələb edilmədən
geri qaytarılmalı idi.
5. Bu dövlətlərdə baş verən üsyanlar nəticəsində üsyan
rəhbərləri qarşı tərəfə sığınarsa, aradakı münasibətləri korlamamaq
üçün onları geri qaytarmağı hər iki dövlət də öz öhdəsinə
götürürdü.
6. Müqavilənin doqquzuncu maddəsi ticarət ilə əlaqəli
idi. Belə ki hər iki dövlətin tacirləri iki ölkədə də sərbəst bir şəkildə
ticarət edə bilərdilər. Bununla birgə Türkiyə tərəfi ilə ticarət yalnız
onun gəmiləri vasitəsi ilə aparıla bilərdi.
7. Rusiyadakı dindarlar Qüds və digər müqəddəs yerlərə
səfər edə bilərdilər. Bunun qarşılığında Osmanlı dövləti onlardan
heç bir vergi tələb etməməli idi.
Bir qədər əvvəl 18 sentyabr 1739-cu il tarixində Avstriya
ilə də Belqrad sülhü imzalanmışdı. Burada nəzərdə tutulurdu ki,
Avstriya Pasarovitsa müqaviləsi ilə əldə etdiyi torpaqları-Serbiya,
Belqrad, Bosniyanın bəzi sərhədyanı bölgələrini geri qaytarmalıdır
(Banat istisna). Rus tarixçiləri İ.Zaiçkin və İ.Poçkayev Osmanlı
dövləti ilə müharibədə 100 min əsgər itirən Rusiya üçün Belqrad
sülhünü biabırçı sülh adlandırmışdır.
312
Belqrad müqavilələri, Osmanlıların 18-ci əsrdə imzala-
dıqları son qazanclı müqavilələr idi. Belqrad müqavilələri ilə bir
daha Qara dənizin türk gölü olduğu qəbul edilmişdi. Bu müqavilə
ilə Qara dənizin bir türk gölü olması son dəfə təsdiqlənmişdi.
XVIII əsrin 60-cı illərinə qədər Osmanlı-Rusiya müna-
sibətlərində bəzi anlaşmazlıqlar olsa da, müharibə həddinə
çatmamışdı. II Yekatirinanın (1762-1796) hakimiyyətə gəlməsi ilə
Rusiya yenə də genişlənmə siyasətinə davam etmişdi.
Əslən alman əsilli olmasına baxmayaraq öz həki-
minə:“Vücudumdakı son alman qanını axıdın ki, rus qanından
başqa bir şey qalmasın” deyə biləcək qədər rus milliyyətçisi olan
bu kraliçanın xarici siyasətində iki böyük hədəfi var idi:
- Mərkəzi Avropada yerləşmək üçün Polşa torpaqlarını
Rusiyaya bağlamaq,
- Osmanlı dövlətini məğlub edərək isti dənizə yəni Aralıq
dənizinə çıxmaq.
Osmanlı qarşısında əldə etmiş olduğu zəfərlərdən sonra isə,
II Yekaterina hədəfini daha da böyüdərək Osmanlının aqibətini
gətirəcək “Yunan layihəsi”ni irəli sürmüşdü. «Yunan layihəsi»nə
görəOsmanlı dövlətinin ərazisi Avstriya və Rusiya arasında
bölüşdürülməli və Rusiyanın himayəsi altında «Bizans imperiyası»
bərpa edilməli idi. II Yekaterina Balkan yarımadasını
Osmanlılardan təmizləməyi, Bizans imperiyasını bərpa etməyi və
taxt-taca öz nəvəsi Konstantini gətirməyi düşünürdü. Fəqət Fransız
inqilabı və Avropanın aparıcı dövlətlərinin əsas diqqətini bu
məsələyə yönəltməsi, o dövrdə “Yunan layihəsi”nin həyata
keçirilməsinin qarşısını almışdı. Fəqət Osmanlının qəti qarşıdur-
masına baxmayaraq 1772-1795-ci illərdə Polşa torpaqları Rusiya,
Avstriya və Prussiya arasında bölüşdürülmüşdü. 1768-1774-cü
illər rus-türk müharibəsinin başlama səbəblərindən biri də
Rusiyanın Lehistana müdaxiləsi, rus kazaklarının yerli vətən-
pərvərlərə qarşı qətliamlar törətməsi və müxalif leh əsilzadələrin
Osmanlıya sığınması olmuşdur. Təbii ki rusların Qara dənizə çıxış
əldə etmək və isti dənizə çıxmaq üçün Krıma iddialarını da gözardı
etməmək lazımdır.
313
1768-1774-cü illər Osmanlı-Rus müharibəsi Dunay, Krım,
və Cənubi Qafqaz istiqamətinə aparılmışdı.Osmanlı qoşunları
1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də sonrakı hərbi
əməliyyatlar uğurlu alınmamışdı.Rus qoşunlarının baş komandanı
Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul (Moldova-Qartal
Ovası döyüşü) döyüşlərində qələbə qazanaraq Dunayın sağ
sahilinə keçmişdi. Bessarabiya, Valaxiya və Moldova ruslar
tərəfindən tutulmuşdu. Rus donanması 1770-ci ilin iyununda İzmir
əyalətinin Çeşmə buxtasında Osmanlı donanmasını yandırması isə
Osmanlıya böyük bir zərbə olmuşdu. Lakin Yemelyan Puqaçovun
liderliyində Rusiyada başlayan xalq üsyanı (1773-1775) Osman-
lının bir qədər nəfəs almasına imkan vermişdi. Bəzi mənbələrdə
Dövlət-i Aliyyə tərəfindən Puqaçov hərəkatına maddi yardım
göndərildiyi, hətta Krım tatarlarından da üsyançılara dəstək gəldiyi
qeyd olunmaqdadır. Bu arada başda Fransa olmaqla bəzi Avropa
dövlətlərinin Rusiyanın bölgədə güclənməsindən narahat olmuş və
təzyiqlərini Sankt-Peterburq üzərində artırmışdı. Bütün bu amillər
bəlkə də Osmanlını daha böyük məğlubiyyətlərdən qurtarmışdı.
Rusiya da türklərlə danışıqlara başlamağa razılıq vermişdi.
Nəhayət 1774-cü ildə hər iki dövlət arasında Kiçik Qaynarca sülh
müqaviləsi bağlanmışdı. Müqaviləyə əsasən:
1. Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi;
2. Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ
verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi);
3. Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından
sərbəst keçmək hüququ verildi;
4. Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi;
5. Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu (1783-
cü ildə Rusiya Krım xanlığını ləğv edərək "Tavrida" adı ilə özünə
birləşdirdi);
6. Osmanlı ruslara 4,5 milyon rubl (15 bin kisə axça) hərbi
təzminat ödəməli idi;
7. Fransa və İngiltərəyə verilən kapitulyasiyalar Rusiyaya
da verildi.

314
8. Ruslar, İstanbulda daimi bir səfirlik və Balkanların hər
yerində konsulluq aça bilərdilər. Bu da Rusların Panslavizm
siyasətinə zəmin hazırlamışdı.
9. Rusiya Osmanlı pravoslavları üzərində himayədarlıq
hüququnu almışdı.
Kiçik Qaynarca müqaviləsi ilə Osmanlı dövləti Krımın
müstəqilliyini qəbul etmişdi. 1777-ci ildə rus tərəfdarı kimi tanınan
Şahin Gəray taxta keçmişdi. Bu dövrdə ruslar bölgəyə çoxlu
slavyan immiqrantı yerləşdirmişdilər. Bir müddət sonra ruspərəst
Şahin Gərayın iqtidarına qarşı bir qiyam başlamışdı. Üsyanın
yatırılmasından sonra İngiltərə və Fransanın vasitəçiliyi ilə
Osmanlı və Rus nümayəndələri bir araya gələrək İstanbulda
Aynalıkavak Köşkündə yeni bir müqavilə imzalamışdılar. 1779-cu
ildə imzalanan Aynalıkavak müqaviləsinə görə:
- Osmanlı dövləti Şahin Gəray xanlığını tanıyacaq, lakin
sonrakı xanların seçkisi zamanı sultan bir xəlifə olaraq onları
təsdiqləyəcəkdi.
- Aralıq dənizi və Qara dənizdə Fransa və İngiltərəyə tanınan
ticarət hüquqlarını Rusiya da tanıyacaqdı
- Krımdakı rus qüvvələri geri çəkiləcəkdi.
Bu anlaşmanın imzalanmasından sonra, beynəlxalq siyasi
vəziyyət Rusiyanın Krım məsələsində daha rahat hərəkət edə
bilməsinə imkan yaratmışdı. Ancaq Krımda vəziyyət gərgin
qalmaqda davam edirdi. Ruspərəst Şahin Gərayın idarəsinə qarşı
1782-ci ilin may ayında başlayan üsyan general Potyomkinin
rəhbərlik etdiyi rus ordusu tərəfindən qanlı bir şəkildə yatırılmış,
30 mindən çox tatar türkü qətlə yetirilmişdi. Bu sırada general
Potyomkin çariça II Katerinanı Krımın işğalı məsələsini
uzatmamağa çağırmış və 1783-cü ildə Rusiya Krımı rəsmən işğal
etmişdi.
Rusların Krımı işğal etməsi Osmanlı dövlətinin barışa bilmədiyi
məsələ idi və Dövlət-Aliyyə onun nəzarətində olan müsəlman
diyarının xristian dövlətinin nəzarətinə keçməsini qəbul etmək
istəmirdi. Bu məqsədlə itirdiyi əraziləri və öz mövqeyini yenidən
bərpa etmək niyyətinə düşmüşdü. Həmçinin həmin dövrdə
315
Rusiyanın İstanbulu işğal etmək və Bizansı yenidən bərpa etmək
niyyəti və bu məqsədlə Osmanlı dövlətinin parçalanmasını nəzərdə
tutan Avstriya ilə imzaladığı müqavilə Osmanlını daha çox narahat
edirdi. Beləliklə, Osmanlı dövləti Fransa və İngiltərə
hökumətlərinin də təşviqi ilə Qaradənizdə möhkəmlənən və
Osmanlı dövləti üçün açıq bir təhlükə olan Rusiyaya qarşı 1787-ci
ildə müharibə elan etmişdi. 1787-1791-ci il müharibəsi Osmanlı
dövləti üçün uğursuz olmuşdu. Osmanlı ordusu rusların müttəfiqi
olan Avstriyalılar üzərində üstünlük qazansa da, rusların Suvorov
komandanlığında əldə etdiyi zəfərlər və Ozi(Oçaqov), Anapa, Kili,
İzmail kimi əhəmiyyətli qalaları işğal etməsi müharibəni türklərin
əleyhinə çevirmişdi. Fəqət Avropadakı siyası balansı alt-üst edən
Fransa inqilabı, İngiltərə başda olmaqla qərb dövlətlərini hər iki
tərəfi masaya oturmağa vadar etmişdi. 1792-ci ildə Yassıda
(Moldova) imzalanan sülh müqaviləsinə görə:
1. Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın
əlinə keçdi.
2. Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu.
3. Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri
Rusiyaya verildi.
4. Osmanlı Krım haqqında iddialarından əl çəkdi və onun
Rusiyaya mənsub olduğunu təsdiq etdi.
Bu müqavilə ilə Rusiya Qara dənizdə qəti olaraq
möhkəmlənmişdi.Osmanlıların isə həm Balkanlarda, həm də
Qafqazda mövqeyi zəifləmişdi.
Bir çox tədqiqatçıya görə, Yassı müqaviləsi ilə (1792)
Osmanlı dövlətində dağılma (çöküş) dövrü də başlamışdır.

316
XV. YENİ DÖVRÜN (YAKINÇAĞ) ƏVVƏLLƏRİNDƏ
OSMANLI DÖVLƏTİ

4. III Səlim dövrü (1789-1807) islahatları və siyasi


prosesləri

Nizami Cədid islahatları


III Səlim taxta keçdiyində Osmanlıda siyasi və iqtisadi
böhran daha da dərinləşmişdi. Rusiya və Avstriya dövlətləri ilə
uğursuz müharibələr davam etməkdə idi. Bununla yanaşı
Avropada bütün siyasi balansı pozan Fransız inqilabı baş vermişdi.
Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş
bu inqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla
müşahidə olunmuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq
doğurmuşdur. Bu inqilabı o dövr Fransasında, eləcə də digər
aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə
verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq
monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və
azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyasi-sosial
qiyam şəklində də görmək mümkündür. Osmanlı dövləti ilk başlar
qərb dövlətlərindən fərqli olaraq, bu inqilabı Fransanın daxili işi
olaraq görmüş, inqilabi mahiyyətdə olan “azadlıq”, “bərabərlik”,
“qardaşlıq”, “ədalət” şüarlarından da narahatolmamışdı. Dövlət-
Aliyyədə hakim olan düşüncəyə görə, onların sahib olduqları
ədalətli bir idarə sistemi əsrlərdir dinindən və milliyyətindən asılı
olmayaraq bütün rəiyyətə şamil edilmişdir. Fransanın coğrafi
olaraq da Osmanlıdan çox uzaqda olmasından inqilabi düşün-
cələrin Osmanlı cəmiyyətinə girəməyəcəyi düşünülmüşdür.Fəqət
sonrakı proseslər onu göstərir ki, xarici amillərin də təsiri ilə
xüsusilə “milliyyətçilik” düşüncələri əsrlərdir Dövlət-i Aliyyənin
çətiriətrafında yaşayan millətlərə öz təsirini göstərmiş və XIX
əsrdən etibarən dövlətin dağılmaya doğru getməsi labüd olmuşdu.
Ziştovi və Yassı müqavilələrin imzalanmasına razılıq verməyə
məcbur olan III Səlim, çöküşü durdurmaq üçün dövlətdə köklü
reformlara gedilməsi istiqamətində mühüm addımlar atmağa
317
çalışmışdı. Hələ şahzadəliyi dövründə Fransaya heyranlığı ilə
bilinən III Səlim, həyata keçirəcəyi reformlarda da “Fransa
modeli”ni əsas almışdır. Bunun üçün başda Fransa olmaqla qərb
ölkələrinə güvəndiyi adamlarını göndərərək məlumatlar toplamağa
çalışmışdı. 1791-ci ildə sultan ali dünyəvi və dini əyanlara
sərəncam verdi ki, keçirilməsi lazım olan islahatlar haqqında öz
mülahizələrini bildirsinlər. Təqdim olunan layihələrin çoxunda
əsas diqqət ordunun Avropa qaydasında qurulmasına yetirilmişdi.
III Səlim 1792-1793-cü illərdə əməli olaraq islahatlara başlamışdı.
III Səlimin dövründə həyata keçirilən islahatlara “Nizami Cədid”
deyilmişdir.
Nizami Cədid termini ərəbcə sözbirləşməsindən yaranıb
“yeni qayda”, “yeni quruluş” deməkdir.XVIII əsrin sonları-XIX
əsrin əvvəllərində Osmanlı dövlətindəAvropa dövlətlərinin (ilk
növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı övlətin
müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quru-
culuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə or-
qanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə
regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində
həyata keçirilən tədbirlər seriyasına “Nizamı Cədid” demək
mümkündür. Qarşıya qoyulan əsas məqsəd Avropa tipli ordu
quruculuğuna nail olmaq idi.
III Səlimin fərmanı ilə Yeniçəri Ocağının yanında Avropa
tipli yeni "Nizam-Cedit Ocağı" qurulmuş (1793), Səlimiyyə
kışlası (kazarma) təsis edilmişdir.Avropadan yeni müasir silahlar
gətirilmişdir.Nizami Cədid əsgərləri eyni forma daşıyaraq, Fransa
və İsveçdən gətirilən zabit heyətinin təlimləri ilə qısa bir vaxtda
modern bir orduya çevrilə bilmişdi. Hətta bu yeni ordu Akka qalası
(İsrail ərazisi) önündə Napoleon Bonapartın fransız qüvvələrini
məğlub edərək ilk zəfərini əldə etmişdi (1799). Napoleon geri
çəkilərkən bu sözləri demişdi: "Əgər Türklər məni Akka önündə
durdurmasaydı, bütün şərqi ələ keçirmək an məsələsi idi."
Nizami Cədid ordusunun maliyyə xərclərini qarşılamaq
üçün “İrad-Cedit” adı ilə yeni bir xəzinə (fond) təsis edilmişdi.
Bəzi vergilərin toplanması həmin xəzinənin ixtiyarına verilmişdi.
318
Hərbi islahatların ən əhəmiyyətli hissəsi olaraq əsgərlərə
verilən timar torpaqları nizama salınmış və yararsız olanları ləğv
edilərək boşalmış torpaqlar dövlət xəzinəsinə verilmişdi. Cəbhədə
düşmənə qarşı yararsız olan komandanların hamısı vəzifəsindən
uzaqlaşdırılmış, xüsusilə yeniçərilərə qarşı məsafəli davranılaraq
sayılarının azaldılmasına çalışılmışdır. Beləliklə, islahat və
reformasiya hərəkətlərinə olan ilk müxalifət meydana çıxmağa
başlamışdı.
III Səlim dövründə donanmanın yenidən təşkili istiqa-
mətində də müəyyən tədbirlər həyata keçirilirmiş, yeni gəmilər
hazırlanmışdı.
III Səlimin göstərişi ilə I Mahmud dövründə açılmış hərbi
mühəndislik məktəbinin fəaliyyəti xeyli genişləndirilmişdi.
Fransadan kitablar və vəsait gətirilərək məktəblərdə fransız dilinin
tədrisi təşkil olunmuşdu. Qumbaracı və lağımcı ocaqlarının
qurulması ilə hərb məktəblərinin sayı artırılmışdı. III Səlim mətbəə
işinə də xüsusi diqqət yetirmişdi. Tez-tez yoxlamalarda iştirak edir,
nəşr olunacaq kitabları müəyyənləşdirir, usta və sənətkarları təltif
edirdi. Atası kimi o da, hərbi qurumları ziyarət edirdi. Gördüyü
əskiklikləri isə yazıb müvafiq şəxslərə bildirir, hətta qırx dəfə
yazdığı bir şeyinhələ də düzəldilmədiyini gördükdə sədrəzəmə
“Bu yazdıqlarımı toplasam kitab olardı” deyərək şikayət də
etmişdir. Yumşaq və üzüyola xasiyyətə malik olan Sultan Səlimin
bu davranışları, köklü bir reform hərəkatında heç də arzu
olunmayan bir xüsusiyyət idi.
Avropada baş verən dəyişikliklərdən xəbərdar olmaq üçün
London, Paris və Vyanada daimi səfirliklər açılmışdı.
Mühafizəkar qüvvələr islahatlara inadla müqavimət
göstərirdilər. Onlar yeniçərilərə arxalanırdılar. Yeniçərilər saray
qruplaşmalarının əlində alətə çevrilmişdilər. Yeni hərbi islahatlar
onları təmin etmirdi. Hər nə qədər reformist bir dövlət adamı
olaraq III Səlim təqdir olunsa da, bəzi məsələlərdə qətiyyətsizlik
göstərməsi, islahatların həyata keçməsinə maneə törətdiyini də
qeyd etməliyik. Sultan Səlimin Nizami Cədid Ocağının sayını
artırmaq və icbari hərbi mükəlləfiyyət tətbiq etmə istəyi sarayda və
319
yerlərdə bəzi idarəcilərin müxalifətə ilə qarşlışamışdı. Padşah
tərəfindən vəzifələndirilən Qazı Əbdürrəhman Paşanın yeni
orduya əsgər yazılması üçün yerlərdə gərəksiz yerə zor tətbiq
etməsi, əhali arasında narazılığa səbəb olmuşdu. Əyalətlərdə
silahlı çatışmalar olmuşdu. Yeni əsgərə alma siyasətinin tətbiqinin
cəmiyyətdə yaratdığı mənfi əks-sədanın ardından III Səlim də bu
fikrindən daşınmışdı. Bu hadisələrin baş verməsində şəxsən
sədrəzəm İsmayıl Paşanın xəyanəti və əl altından gizlicə onları
dəstəkləməsi əhəmiyyətli meyar idi. Yumşaq xasiyyəti səbəbiylə
sədrəzəmi sadəcə vəzifədən alıb sürgünə göndərməklə
kifayətlənən Sultan Səlim, vəziyyəti ələ almaq məqsədilə yenilik
tərəfdarı olan şeyxülislam Əsad Əfəndini də vəzifədən almışdı.
Ardından üsyançı əyanların təzyiqi ilə yeniçəri ağası İbrahim ağanı
sədarətə, islahat hərəkatının amansız düşməni olan Ataullah
Əfəndini isə şeyxülislamlığa təyin etmişdi (1806). Sonun baş-
lanğıcı olan bu təyinatlar səltənətinə ağır zərbə vurmuş və bütün
siyasi qüdrətini itirməsinə səbəb olmuşdu.
Səlimin başlatdığı islahatların uğursuzluqla nəticələn-
məsinin əsas səbəblərindən biri də, o, Avropanın burjua dövlətləri
nümunəsində ordu yaratmağa çalışdığı halda, eyni zamanda
Osmanlı dövlətinin feodal əsaslarına toxunmaq istəməsi idi.
Bütün bunlara baxmayaraq, olduqca yenilikçi bir padşah
olan Sultan Səlim səltənəti boyunca bir çox ilklərə imza atmışdır.
Belə ki, 1797-ci ildə Avropadan gələn bir qrup sənətçi tərəfindən
ilk dəfə İstanbulda opera səhnəyə qoyulmuşdu. Əslən fransız olan
səyyah və memar Antuan İgnas Melling bu illərdə İstanbulda
yaşamış və burada bir çox əsər inşa etmişdir.

Napoleon Bonapartın Misir ekspedisiyası və sonrasında


Fransız -Osmanlı münasibətlərində Rusiya faktoru
XVIII əsrin axırlarında İngiltərə ilə Fransa arasında
rəqabətin qüvvətlənməsi o zaman, xüsusilə Napoleon müharibələri
dövründə bütün beynəlxalq vəziyyətin, o cümlədən “Şərq
məsələsinin” də kəskinləşməsinə səbəb olmuşdu. Yaxın və Orta
320
Şərqdə İngiltərənin mövqeyini zəiflətməyə çalışan Napoleon
1798-ci ilin yayında Osmanlı dövlətinin ən mühüm əyalətlərindən
biri olan Misirə hücum etmişdi. Fransa Misirin hərbi-strateji
mövqeyinə böyük əhəmiyyət verirdi. Napoleon belə hesab edirdi
ki, Misirdə Fransa hegemonluğunun bərqərar edilməsi, Hindistana
hücumu reallaşdırmaqla bərabər, gələcək işğallar üçün əlverişli
şərait yaradır. Napoleonun Misiri işğal etməsi üzərinə Osmanlı
dövləti də Fransaya müharibə elan etmişdi. Fəqət Napoleon
komandanlığında fransızlar Osmanlı birlikləri üzərində rahat
qələbə əldə etmişdi. Napoleon Bonapart əmrindəki 12 min nəfərlik
Fransa ordusu, Piramidalar döyüşündə 30 min nəfərlik Osmanlı
ordusunu məğlub etmişdi. Türk ordusunun yalnızca 3500 nəfərlik
nizami yeniçərilər qoşunu var idi, geri qalan qoşun birlikləri əyalət
əsgərləri və ərəb tayfalarından toplanmışdı. Müasir Fransız ordusu
qarşısında yeni çərilərancaq bir saat dayana bilmişdi. Daha uzun
mənzilli olan və daha dəqiq atəş aça bilən fransız topçuları
qarşısında Osmanlı topçuları təsirli olmamışdı. Fransız topçu
batareyaları, Məmlük ənənəsini davam etdirən süvari qoşunlarını
dağıtmışdı. Napoleonla yalnız başına mücadilə edə bilməyəcəyini
anlayan Osmanlı, o dövrdə fransızlarla mənfəətləri tərs düşən
İngiltərə və Rusiya ilə ittifaq arayışlarına girmişdi. Fransızların
Misirə yerləşməsini hec cürə qəbul etməyən ingilislər, Napoleonun
izi ilə Aralıq dənizinə qədər donanmalarını gətirmişdilər.1-2
avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş
Əbukir burnu yaxınlığında eyniadlı körfəzdə admiral Nelsonun
başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Fransa
donanması arasında dəniz döyüşü baş vermiş və döyüş fransızların
biabırçı məğlubiyyəti ilə sona yetmişdir. Bu məğlubiyyətə
baxmayaraq Bonapart Qahirəyə doğru irəliləyərək bütün Misirə
hakim ola bilmişdi. Bu məqamda müharibə bir müəmmaya
çevrilmişdi. Fransızlar Misiri ələ keçirmişdi, amma donanmanın
yox olması səbəbilə Misir və Fransa arasındakı əlaqəni qurmaq
mümkün deyildi. Bu səbəbdən Bonapartın əmrindəki ordu
döyüşün davam etməsi üçün lazım olan logistika və hərbi kömək
də ala bilmirdi. Britaniya donanması da dənizlərə hakim olmasına
321
baxmayaraq donanmalarının Misir qarşısında yerləşmiş olmasıyla
əlaqədar olaraq fransız ordusunu Misirdən çıxardacaq quru
qoşunlarını Britaniyadan gətirə bilmirdilər. Bu müəmmanın
fərqində olan Bonapart Misirə quru istiqamətindən gələ biləcək
təhlükələrin qarşısını almaq üçün Suriyaya doğru hərəkətə
keçmişdi. Osmanlı əyalət ordusu 18 mart 1799-cu il tarixində kiçik
bir liman şəhəri olan Akkanın qarşısına toplanmışdı. 25.000
nəfərlik Osmanlı ordusu 12.000 nəfərlik fransız ordusu qarşısında
dalbadal məğlubiyyətə uğrasa da, III Səlimin müasir tərzdə təlim
keçmiş və Britaniya tərəfindən silahlandırılmış yeni "Nizami
Cədid" ordusu 8 min 500 nəfər heyəti ilə Akkanın qarşısına
yardıma gələ bilmişdi. 1799-cu ilin mayında Osmanlının Nizami
Cədid ordusu Akka yaxınlarında fransızları durdura bilmişdi.
Fəqət 1799-cu ilin iyulunda Əbukir döyüşündə ingilis donan-
masının dəstəklədiyi Osmanlı ordusu fransızlara məğlub olmaqdan
qurtula bilməmişdi.Bununla da Napoleon bir il öncə Britaniya
donanması tərəfindən məruz qaldığı biabırçı məğlubiyyətin
əvəzini çıxmışdı. Bu hadisədən qısa bir müddət sonra Fransadakı
siyasi gərginlik xəbərini alan Napoleon 3 min fransız əsgərini
Misirdə qoyaraq Fransaya geri dönmüşdü. 1799-cu ilin noyabr
tarixində baş vermiş dövlət çevrilişi ilə "Konsul" ünvanı alaraq
başa keçmişdi. Misirdə qalan fransız qüvvələri isə 2 illik
dirənişdən sonra geri dönmək məcburiyyətində qalmışdı.1802-ci
ilin iyununda Osmanlı və Fransa arasında Parisdə sülh müqaviləsi
bağlanmışdı.
1804-cü ildə Napoleon Bonapart özünü imperator elan
etmiş, bununla əlaqədar Parisdə olan bütün dövlətlərin səfirlik-
lərinə bir yazı göndərilmişdi. Napoleonun bu yeni ünvanının
tanınması ilə əlaqədar Osmanlı-İngiltərə-Rusiya və Fransa
arasında sıx bir siyasi-diplomatik çəkişmə yaşanmışdı. Osmanlı
dövləti Napelonun imperator seçilməsindən məmnun olduğunu
bildirsə də, Rusiya və İngiltərənin təzyiqləri qarşısında rəsmi
şəkildə Napoleonun imperatorluğunu tanımamışdı. Buna
baxmayaraq əvvəllərdə fransızpərəst olan III Səlim və Napoleon
arasında xoş niyyətli məktublaşmalar olmuşdu. Napelon
322
məktublarında, Osmanlı sultanının həyata keçirmiş olduğu
islahatları tərifləmiş, onun islahatçı ruhunu xoş tutacaq ifadələrdən
istifadə etmişdi. Bonapartın İstanbul və türklər haqqında
söylədikləri o məşhur sözlər də tarixin yaddaşına həkk olun-
muşdur;
“Dünya tek devlet olsaydı merkezi İstanbul olurdu.”
«Türkler öldürülebilir ama mağlup edilemez”.
İki hökmdar arasında bu səmimiyyətə baxmayaraq, III
Səlim dövlətinin mənfəətlərini də düşünərək, Rusiya və İngiltərə
ilə aralarında saziş olduğundan, yalnız onların Napelonun
statusunu qəbul etməsindən sonra Dövlət-i Aliyyənin də rəsmi bir
addım ata biləcəyini fransız tərəfinə bəyan etmişdi. Bunun üzərinə
Fransa Xarici İşlər Naziri Talleyrand, Osmanlı səfiri Halet Efendi
ilə gerçəkləşdirdiyi görüşmədə, Osmanlı dövlətinin bu mövqeyinin
Napoleon Bonapartı narahat etdiyini bildirmiş və bunları əlavə
etmişdi: “Osmanlı Devleti, Rusya'dan daha güçlü bir devlettir.
Zira Mısır'da Fransa'ya yaptıklarını gördüm. Yüz Osmanlı askeri,
bin düzenli askeri bozar idi. Böyle iken, bu şanı bir kuruntuya telef
edip Rusya'ya bu derece itaat etmenin manası nedir? Tarafımızdan
bu zamana kadar dostane olarak yapılan ihbar ve bildirimler asla
etki etmemiş ve bu şekilde Osmanlı Devleti bizim dostluğumuzu
anlamamıştır. Biz, Osmanlı Devleti'ni başlı başına bir devlet
olarak biliyoruz. Onlar ise, Rusya'nın maslahatını düşünüp, kendi
şanlarını mülahaza etmiyorlar. Bu kadar yüz seneden beri Fransa
ile olan dostluğu bir kuru vehme feda ederler.”
Osmanlı tərəfi Fransanın dostluğundan məmnun olduq-
larını, lakin yuxarıda zikr olunan məsələdə bir az daha təmkinlə
davranılmasının məqsədə uyğun olduğu, zamanı gəldiyində
Bonapartın imperator ünvanının tanıyacaqlarını bildirmişdi.
Osmanlının bu mövqeyi Rusiya və İngiltərə də məmnunluqla
qarşılanmışdı, Çar I Aleksandr özü şəxsən İstanbuldakı rus
elçisindən Bab-ı Aliyyəyə məmnuniyyətinin çatdırılmasını
istəmişdi. Rusiyanın istəyi üzərinə 1805-ci ildə Osmanlı və Rusiya
arasında ittifaq müqaviləsi 9 il qüvvədə qalma şərti ilə
yenilənmişdi. Bu ittifaq müqaviləsinə görə, tərəflərdən biri
323
təcavüzə məruz qalarsa, digər tərəf ona hərbi və maddi yardım
edəcəkdi; boğazlar Rusiyanın savaş gəmiləri üçün hər zaman açıq
tutulacaqdı. Rusiya üçün diplomatik bir zəfər olaraq qəbul edilən
bu müqavilə imzalandığı ərəfədə, Napoleonun ordusu Austerlits
(Çexiya) döyüşündə (1805) Avstriya-Rusiya birliklərini ağır
məğlubiyyətə uğratmışdı. Napoleonun bu zəfəri üzərinə Dövləti-i
Aliyyə də siyasətində ani dəyişiklik edərək müxtəlif hədiyyələrlə
Parisə elçi heyəti göndərmiş, Bonapartı Fransanın imperatoru və
İtaliya taxtının kralı kimi tanıdığını rəsmən bəyan etmişdi.
1806-cı ildə Fransadan Napoleonun xüsusi elçisi general
Sebastiani İstanbula rəsmi səfərə gəlmişdi. 1806-1807-ci illərdə
İstanbuldakı fransız səfiri general Qorasiy Sebastiani islahatlar
sahəsində III Səlimin demək olar ki, əsas məsləhətçisi idi. Səfərdə
əsas məqsəd nəyin bahasına olursa-olsun Osmanlı dövlətini
Rusiyaya qarşı müharibəyə sövq və təhrik etmək idi. İlk növbədə,
Sebastiani müttəfiqliyə dair bağlanmış 1805-ci il rus-türk
müqaviləsini ləğv etdirməli idi. Rusiya ilə rəqabət aparan Fransa
üçün bu müqavilənin ləğv edilməsi xüsusi əhəmiyyət daşıyırdı.
Çünki Napoleon boğazlardan Rusiyaya qarşı mübarizədə istifadə
etmək istəyirdi. Napoleon Bonapart Yaxın və Orta Şərqdə öz
planlarını həyata keçirmək – Rusiyanın Cənubi Qafqazda və
İngiltərənin Hindistanda mövqeyini zəiflətmək üçün Osmanlı
dövlətini, İranı və Əfqanıstanı vahid ittifaqda birləşdirməyə səy
göstərirdi. Xatırladaq ki, o dövrdə İran Qacarlar xanədanlığı və
Rusiya arasında Cənubi Qafqaz və Azərbaycana nüfuz uğrunda
müharibə başlamışdı (1806-1813). Napoleon bu müharibəyə
Osmanlını da daxil etməyə səy göstərmişdi. Rusiya və Osmanlı
arasında saziş olmasına baxmayaraq birincilərin Dövlət-i Aliyyə
hüdutlarında yaşayan pravoslavları dövlət əleyhinə qızışdırma
siyasəti nəticəsində Balkanlarda serb üsyanı çıxmışdı (1804-1805).
Tarixşünaslıqda Serb üsyanı Osmanlıda milli zəmində çıxan ilk
üsyan olaraq keçməkdədir. Serb üsyanlarının səbəbləri arasında
aşağıdakılar göstərilə bilər:
- Rusiya və Avstriyanın qızışdırmaları,
- 19-cu əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi,
324
- Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması,
- Fransa İnqilabından sonra ortaya çıxan milliyyətçilik
cərəyanları,
- Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin
müharibə sahəsi halına gəlməsidir.
Osmanlı dövləti serb üsyanını yatırmaqla məşğul ikən
Rusiya ordusu 1806-cı ilin oktyabrında müharibə elan etmədən
Dnestri keçərək Osmanlı ərazisinə hücum etmişdi. Bununla da,
1806-1812-ci illər Rusiya-Osmanlı müharibəsi başlanmışdı.
Rusiya-Osmanlı müharibəsinin başlanması ilə Osmanlı dövlətinin
İranla Rusiyaya qarşı vahid ittifaqda birləşməsi üçün real imkanlar
yaranmışdı. Bu planı həyata keçirmək üçün Napoleon hər iki
dövlətin nümayəndələri ilə 1807-ci ildə Fingenşteyndə (müasir
Polşa ərazisində) görüş keçirtmişdi. Napoleonun tövsiyəsi ilə İran
və Osmanlı dövləti hərbi sahədə əməkdaşlıq haqqında razılıq əldə
etmişdilər. Bu arada 1807-ci ilin iyununda Fridland yaxınlığında
fransızlar da ruslara ağır zərbə endirmişdilər. İyul ayında isə
Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalanmışdı.
Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən
Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental
blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa məcbur olmuşdu.
Artıq Napoleon üçün öz nüfuzu altına aldığı Rusiyaya qarşı, İran
və Osmanlı ittifaqının yaradılması maraqlı deyildi. Hətta
İngiltərəyə qarşı mübarizədə bütün qüvvələri səfərbərliyə almağa
çalışan Napoleon, ruslarla müharibənin durdurulması üçün
vasitəçilik roluna soyunmuşdu. Çünki Tilzit müqaviləsinin
şərtlərinə əsasən Napoleon Osmanlı hökumətinin Fransanın
vasitəçiliyindən imtina edəcəyi təqdirdə, Rusiyanın tərəfində
türklərə qarşı çıxış edəcəyini öz öhdəsinə götürmüşdü. Əslində,
Tilzit müqaviləsi Fingenşteyndə əldə edilmiş razılığa əsasən
yaradılmaqda olan Fransa-İran-Osmanlı ittifaqını tamamilə iflasa
uğratmışdı.
Fransanın İranda və Osmanlı dövlətində mövqeyinin
zəifləməsi, üçtərəfli hərbi ittifaqın yaradılması planının iflasa
uğraması və nəhayət, Rusiyaya qarşı İranla Osmanlı dövlətinin
325
birgə çıxış etməsinin baş tutmadığı bir dövrdə İngiltərə Rusiya
əleyhinə bu iki dövləti birgə hərbi əməliyyatlara cəlb etmək üçün
fəaliyyətə başlamışdı. Bundan daha bir il əvvəl 1807-1809-cu
illərdə ingilislər Osmanlı ilə müharibə vəziyyətində idi. Hətta
1807-ci ilin fevral-mart aylarında Çanaqqala boğazını tutaraq
Osmanlı paytaxtıüçün təhlükəli olan ingilis donanması son anda
durdurulmuşdu. Yalnız 1809-cu ildə tərəflər arasında Qaleyi
Sultaniyyə (Çanaqqala) müqaviləsi imzalanmışdı. 12 maddədən
ibarət olan bu müqaviləyə görə Birləşmiş Krallıq işğal etdiyi
torpaqları Osmanlı imperiyasına geri verəcəkdi. Osmanlı ərazi-
sində olan və müharibə vaxtı malları müsadirə olunan Britaniyalı
tacirlərin malları geri qaytarılacaqdı.
Müqavilənin IV maddəsi 1675-ci ilin sentyabrında
Birləşmiş Krallıq ilə Osmanlı imperiyası arasında imzalanmış olan
və daha əvvəlki Britaniya imtiyaz və kapitulyasiyalarının xülasəsi
olan müqavilənin keçərli olduğunu bildirirdi. Buna əlavə olaraq V
maddədə Birləşmiş Krallığın da öz sərhədləri içində ticarət edəcək
olan Osmanlı gəmilərinə və tacirlərinə əlverişli şərait təmin
edəcəyi bildirilirdi. VI maddədə Osmanlı imperiyasının müəyyən
etdiyi gömrük həddinin Britaniyalı tacirlər tərəfindən qəbul
ediləcəyi bildirilirdi.
VII, VIII və IX maddələri diplomatik təmsil edilmə sahə-
sinə aid idi. Elçilərə qarşılıqlı olaraq hörmət göstəriləcək, Osmanlı
dövləti öz təbəələrinin haqlarını qorumaq üçün Malta daxil
olmaqla, Birləşmiş Krallıq hakimiyyətində olan torpaqlara
şəhbəndər (konsul) göndərə biləcəkdi. Birləşmiş Krallığın
Osmanlı torpaqlarındakı diplomatik nümayəndəliklərinə tərcü-
məçi göndərməsi Osmanlı imperiyasının verəcəyi icazədən sonra
münkün ola bilərdi. Tacir və sənətkarlara tərcüməçi icazəsi
verilməyəcəkdi. Osmanlı imperiyası təbəəsi olan şəxs konsul təyin
edilə bilməzdi. X maddəyə görə, Birləşmiş Krallıq Osmanlı
təbəəsinin olan şəxsləri himayəsinə ala bilməzdi.
Müqavilənin ən mühüm maddəsi olan XI maddə görə,
döyüş gəmilərinin Çanaqqala və İstanbul boğazlarından keçmələ-
rinin əvvəlki dövrlərdə hər zaman qadağan edildiyi xatırladılır, bu
326
köhnə qanuna bütün dövlətlərin sülh dövründə də əməl etməsi
istənilirdi. Birləşmiş Krallıq bununla razılaşırdı.Son maddədə
müqavilənin qüvvəyə minməsi vaxtı müəyyən edilirdi.Bundan
əlavə, bu müqavilənin bəzi gizli maddələrində Osmanlı
imperiyasının Fransaya qarşı döyüşməsi halında Birləşmiş
Krallığın Osmanlıya dəstək verəcəyi bildirilirdi.
Osmanlı ilə münasibətlərini hələlik qaydaya qoyan
İngiltərə, Qacar xanədanlığını da öz tərəfinə çəkmək üçün səy
göstərmişdi. Fransanın İranda uğursuz siyasəti nəticəsində
İngiltərə-Qacar xanədanlığı münasibətlərinin yaxşılaşması Os-
manlı-İran ittifaqının həyata keçirilməsi üçün real şərait yarat-
mışdı. İngiltərənin bilavasitə təkidi ilə 1810-cu ilin avqustunda
İranla Osmanlı dövləti arasında Rusiyaya qarşı ittifaq sazişi
imzalanmışdı. Sazişə əsasən, bundan sonra İran və Osmanlı
qoşunları ingilislərin işləyib hazırladıqları plan əsasında Rusiyaya
qarşı müharibədə birgə çıxış etməli idilər. İngiltərə hər iki dövləti
maliyyə yardımı və silahla təmin etməli idi. İran və Osmanlı
dövlətinin Rusiyaya qarşı birgə döyüşləri 1810-cu il sentyabrın 5-
dən 8-dək Axalkələki qalasında olmuşdu. Lakin bu döyüşdə Şərif
paşanın komandanlığı altında türk qoşunlarının köməyinə
baxmayaraq İranın tərəfində vuruşan İrəvan xanı Hüseynqulu xan
məğlub olmuşdu. Bu məğlubiyyətdən sonra İranla Osmanlı
dövlətinin Rusiya əleyhinə ittifaqı bir müddət zəifləmişdi. Bu
arada ruslar həm Balkanlarda, həm də Qafqaz cəbhəsində türklərə
qarşı qələbələr qazanmış, Osmanlı üçün mühüm olan Axalkələki
qalası da ələ keçirilmişdir. Fəqət fransızlarla münasibətlərin
yenidən pozulması və Napoleonun Rusiyaya hücum niyyətində
olması, Çar Rusiyasını türklərlə müharibəni dayandırmağa vadar
etmişdi. Daxili çəkişmələr içində olan Osmanlının da savaşı davam
ettirmə gücü qalmamışdı. 1813-cü ildə tərəflər arasında imzalanan
Buxarest müqaviləsinə əsasən Prut çayı sərhəd qəbul edilmişdi.
Rus orduları işğal etdikləri Eflak və Boğdandan çəkilməli,
Osmanlı nüfuz altında qalan bu bölgələrdən, həmçinin Bosniyadan
2 il vergi alınmaması qərarlaşdırılmışdı. Valaxiya və Moldova
knyazlığı, həmçinin Suxumi Rusiya imperiyasına,Anapa qalası,
327
Poti isə Osmanlı dövlətinə verilmişdi. Dunay çayında rus
gəmilərinə üzmə hüququ verilmişdi. Dunay knyazlıqları özünü-
idarətmə, Serbiya isə daxili muxtariyyat hüququ qazanmışdı.
Müqavilə nəticəsində Rusiya imperiyası cənub sərhədlərinin
təhlükəsizliyini təmin etmişdi. Dunay ordusunu isə qərb
sərhədlərinin müdafiəsi üçün səfərbərliyə almışdı.
Osmanlı-rus müharibəsi davam edərkən, İngilis donan-
masının da Çanaqqala boğazına qədər irəliləməsi (fevral 1807) və
bölgəni blokadaya alması nəticəsində İstanbulda başlayan qıtlıq və
bahalılıq əhalinin reform səbəbilə yaranan narazılığını daha da
artırmışdı. Gələn düşmən donanmasının yeniçəri ocağını məhv
etmək üçün xüsusi olaraq dəvət edilməsi barədə yayılan şayələr isə
meydanı daha da qızışdırmışdı. 1807-ci ilin yazında Nizami Cədid
əleyhdarları yaranmış xaosdan istifadə edərək Qabaqçı Mustafa
Paşa rəhbərliyində üsyan çıxartdılar. Qan tökülməsini istəməyən
III Səlim: “Bu işlere sebep, benim hilmimdir (yumuşak xasiyyətli
olmamdır)!” deyib Nizami Cədid ordusunun ləğvi haqqında
fərman vermişdi. Lakin gözü dönmüş asilər paytaxt İstanbulu bir-
birinə qatmış, Nizami Cədid tərəfdarı bir çox dövlət adamını qətl
etmişdilər. Daha sonra da: “Padişahı da istemiyoruz” deyib, III
Səlimin yerinə qardaşı oğlu IV Mustafanı (1807-1808) taxta
çıxarmışdılar.Üsyanın ardından asilərin başçısı Qabaqçı Mustafa
və yeniçəri ocağının zabitlərinin də iştirakıyla bir məclis
toplanmışdı. Məclisin sonunda üsyançıların dövlət işlərinə
qarışmamaq şərtiylə, bağışlanacaqlarına dair söz verilmiş və
fərman hazırlanmışdı. Ertəsi gün fərmanı təsdiqləyən Sultan
Mustafa üsyançıları bağışlayacağına dair and içmişdi. Ancaq çox
keçmədən bunun heç bir faydasının olmadığı aşkarlanmış və bütün
dövlət idarəsi saray çevrilişini tərtibləyənlərin əlinə keçmişdi.
Beləliklə, Sultan Mustafa səltənəti qısa zamanda peşmançılıq,
dövlət strukturunda axsama və islahat tərəfdarları ilə əleyhdarları
arasındakı mübarizə meydanına çevrilmişdi. III Səlimin
tərəfdarları Boqaristandakı Ruscuk şəhərinə qaçıb Ələmdar
Mustafa Paşanın himayəsinə sığınmışdılar. Ələmdar Mustafa Paşa
da III Səlimi yenidən taxta keçirmək üçün İstanbula doğru hərəkətə
328
keçmişdi. İlk öncə Qabaqçı Mustafa və ona bağlı qiyamçı
dəstələrini ortadan qaldıran Ələmdar Paşa, saray qapılarına qədər
gəlib III Səlimin taxta yenidən gətirilməsini tələb etmişdi. Bundan
qorxuya düşən IV Mustafa isə, ondan sonra xanədanlığın başına
keçmə ehtimalı olan əmisi III Səlimin və qardaşı şahzadə
Mahmudun qətlə yetirilməsini əmr etmişdi.III Səlim onu boğmağa
gələn cəlladlara qarşı son nəfəsinə qədər mübarizə aparmış,
qəddarlıqla boğdurulmuşdu. Şahzadə Mahmud isə gizlənərək
canını qurtara bilmişdi. Artıq bütün ipləri əlində tutan Ələmdar
Paşa, IV Mustafanın hakimiyyətinin düşdüyünü, II Mahmudun
yeni sultan olduğunu bəyan etmişdi.

Sultan II Mahmud dövrünün (1808-1939) siyasi proseləri


və modernləşməyə yol açan reformları

Sənədi İttifaq və Ələmdar Vakası (hadisəsi)


1808-ci ildə Ələmdar Mustafa Paşanın köməkliyi ilə
Osmanlı taxtına çıxan II Mahmud, Osmanlı tarixində iz buraxan
hökmdarlardan biri olmuşdur. Hərbi uğurları və uğursuzluqları
qədər, həyata keçirmiş olduğu radikal reformlarla tədqiqatçıların
maraq dairəsində olmuşdur.
Bu dövrdə, Osmanlı dövlətinin mərkəzi hakimiyyəti
vilayətlərdə zəifləmişdi. Rumeli, Anadolu və Misir kimi
vilayətlərinin “Əyanlar” sinfi adlanan əsilzadələri nüfuzlarını
gücləndirərək, demək olar ki dövlətin idarəsində ortaq olmuşdular.
Bu şərtlər daxilində sədrəzəm Alemdar Mustafa Paşa da padşahın
və mərkəzi dövlətin nüfuzunu qorumaq üçün tək çarəni
“Əyanlar”la hesablaşıb onlarla bir müqavilə bağlamaqda gör-
müşdü. Bu məqsədlə “Əyanlar” sinfinə aid valiləri və tanınmış
əsilzadələri paytaxta məşvərətə dəvət etmişdi. Bu iclasda qəbul
edilən qərarlar “Sənəd-i İttifaq” (İttifaq sənədi)olaraq dövlətin
idarəciləri və “Əyanlar” sinfinin nümayəndələri tərəfindən
imzalanmış və II Mahmud tərəfindən də təsdiq olunmuşdu(1808
sentyabr).
Sənəd-i İttifaqa görə:
329
-Əyanlara muxtariyyət verilmişdir.
- Əyanlar, dövlətin əyalətlərdən əsgər və vergilərin
vaxtında toplamasına yardım edəcək;
- Bu sənəddəki şərtlərə həm Əyanlar, həm də dövlət
idarəçiləri riayət edəcəklər, itaət etməyənlərə qarşı birlikdə hərəkət
ediləcək;
- Padşah ağır vergilər qoymayacaq, ədalətli davranacaq;
- İstanbulda yeniçəri və digər ocaqlarda üsyan çıxdığında
Əyanlar əmr gözləmədən birlikləri ilə paytaxta üsyanı yatırmağa
gələcək ;
- Ayanların haqları tanınanacaq və canlarının və mallarının
təhlükəsizliyi qorunacaq
Bu sənədlə Osmanlı padşahı ilk dəfə, öz gücündən başqa
bir gücün olduğunu qəbul etmiş, səlahiyyətləri qismən məh-
dudlaşdırılmışdı. Sənədi İttifaq xalqın vətəmsilçilərinin iştirakı
olmadan imzalanmışdı. Osmanlı tarixində işgəncəni qadağan edən
ilk hüquqi sənəddir.
Bəzi tədqiqatçılar Osmanlıdakı Sənədi İttifaqla İngiltərə-
dəki Maqna Carta arasında bir bənzərlik qurmağa çalışmışdılar.
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum)
— İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci
ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir.
Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının
inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan
belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və
iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya
hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq
tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir.
Sənədi İttifaqın meydana çıxmasında mühüm rol oynayan
sədrəzəmƏləmdar Mustafa Paşanın təşviqi ilə II Mahmud, Nizami
Cədid ordusunun bənzəri olan Sekbanı Cədid ordusu qurulmasına
razılıq vermişdi. Bundan narahat olan yeniçərilər, Nizami Cədiddə
olduğu kimi yenə etirazlarını yüksək səviyyədə dilə gətirməyə
başlamışdılar. Taxtdan salınmış IV Mustafa hadisələrin bu cür
inkişafından istifadə edərək taxta yenidən çıxmağa təşəbbüs
330
göstərmiş, lakin müvəffəq olmamış II Mahmudun əmri ilə
öldürülmüşdü. Bu əsnada yeniçərilərin qiyamı da geniş vüsət
almışdı. Tarixə Ələmdar Vakası olaraq keçən 1808-ci ilin noyabr
hadisələrində qiyamçılar Hökumət Evi (Paşa kapısı) kimi bilinən
Bab-ı Aliyə basqın edərək Ələmdar Mustafa Paşanı qətlə
yetirmişdilər. Yeniçərilərin növbəti hədəfində II Mahmud vardı.
Sultana bağlı Sekbanı Cədid ordusu padşahın sarayını qıyamçıların
hücumlarından qorumuş, donanma isə yeniçərilərin sıx olduğu
səmtləri top atəşinə tutmuşdu. O günlərdə İstanbul küçələri
minlərlə əsgər və sivil meyitlərlə dolmuşdu. Ən son ülemanın da
araya girməsi ilə qiyamçı yeniçərilərlə padşah arasında bir razılıq
əldə olunmuş və Sekbanı Cədid ordusu ləğv edilmişdi. II Mahmud
hadisələr səngiyənə və idarədəki cilovları tam əlinə keçirənə qədər
bir müddət radikal reformlarına ara verməyi uyğun görmüşdü.

2. Sultan II Mahmud dövrünün (1808-1839) siyasi prosesləri


və modernləşməyə yol açan islahatlar

İnzibati sahədə edilən reformlar


- Divanı Hümayun ləğv edilmiş, yerinə Heyəti Vükela adı
ilə (Nazirlər Kabineti) Avropalı dövlətlərdə olduğu kimi kabinet
sistemi gətirilmiş, nazirliklər qurulmuşdu. Dövlət idarələrində öz
rəsmini asdırmışdı.
- Polis və poçt təşlilatları təsis olunmuşdu
- Dövlət məmurları daxili və xarici işlər üzrə ikiyə
ayrılmışdır. Günümüzün deyimiylə, bürokrat və diplomatlar.
- Məmurların geyimləri dəyişdirilmiş, şalvar, pencək və
fəs geyinmək məcburi hala gətirilmişdi. Kiçik baş geyimi olan fəs
adını Mərakeşin Fas şəhərindən götürmüşdür. Osmanlı imperiyası
və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları
arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl
rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Əyanlara
məxsus fəslərin qotazları qiymətli qaş və muncuqlarla bəzədilirdi.
1826—1925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və
əsgərlərin rəsmi baş geyimi olmuşdur.
331
- Əyanlıq ləğv edilmiş, kəndlərə “muxtar”, əyalətlərə
“müşir” (yüksək rütbəli maaşlı məmur)təyin etmişdi.
- Əsgərə çağırışı asanlaşdırmaq üçün ilk dəfə yalnız
kişilər arasında nüfus sayımı həyata keçirilmişdi.
- Xarici dövlətlərə səfər edənlərə pasport verilməyə
başlanmışdı.
- İstanbulun giriş-çıxışlarında viza tətbiq olunmağa
başlanmışdı.
- 1831-ci ildə Osmanlı imperiyası sərhədləri içində ilk
türkcə qəzet olan “Takvimi-Vekayi” nəşrə başlamışdı. Bu, daha
çox rəsmi elanları verdiyi üçün Osmanlı dövlətinin ilk rəsmi qəzeti
olaraq tarixə düşüb.
- Bələdiyyə işlərini formalaşdırmaq üçün “İhtisab
Nezareti” təsis edilmiş; Evkaf Vekaleti (Vəqflər Müdürlüyü)
qurulmuşdu.
- Xarici dil bilən müsəlman diplomat yetişdirmək üçün
“Tərcümə Odaları” qurulmuşdu.
- Timar sistemi ləğv edilmişdir.
- Məmurların mühakimə olunması üçün Dar-ı Şura-yı
Bab-ı Ali adında bir məhkəmə qurulmuşdur.
- II Mahmudun ən mühüm reformlarından biri də dövlətin
idarəsi altındaki insanlar için reaya (sürü) yerinə, təbəə (tabe
olanlar) şəklində bir anlayışın qəbulu olmuşdur. Çünki artıq idarə
olunanlar reaya olmaqdan çıxmış, bir xanədana tabe olan hər kəs
təbəə olaraq adlanmağa başlamışdır. Bu mənada təbəə çok fərqli
insanların ortaq ismi olmuşdur. Sultan II Mahmudun təbəəsi
haqqında düşüncələri bu şəkildə idi:
“Ben tebaamın Müslümanını câmide, Hıristiyanını
kilisede, Mûsevîsini de havrada fark ederim, aralarında başka
gûnâ bir fark yoktur. Cümlesi hakkındaki muhabbet ve adaletim
kavîdir ve hepsi hakiki evladımdır… Bundan böyle tebaamdan
Müslümanları ancak camide, Hıristiyanları kilisede, Mûsevîleri
havrada tanımak isterim...Siz Rumlar, siz Ermeniler, siz Yahudiler,
hepiniz Müslümanlar gibi Allah’ın kulu ve benim tebaamsınız:
Dinleriniz başka başkadır, fakat hepiniz kanunun ve irade-i
332
şahanemin himayesindesiniz. Size tarh edilen vergileri ödeyin;
bunların kullanılacakları maksatlar sizinemniyetiniz ve sizin
refahınızdır”

Hərbi sahədə edilən islahatlar


- Ələmdar Mustafa Paşanın təşviqi ilə qurulan Nizami
Cədid ordusunun bir bənzəri olan Səkbanı Cədid ordusu yeniçəri
üsyanı nəticəsində ləğv olunmuşdu.
- II Mahmud, Avropa tərzində modern bir ordu qurmaq
təşəbbüsündən vaz keçməmişdi. 1825-ci ildə Eşkinci Ocağını
qurmuşdu. Bunu həzm etməyən yeniçərilər yenə də qiyam
qaldıraraq mərkəzi hakimiyyətə meydan oxumuşdular. Sultan II
Mahmud artıq dövlətin vücudunda sağalmaz bir qanqren olan
“yeniçəri ocağı”nı tamamilə ortadan qaldırmaq üçün hərəkətə
keçmişdi.
II Mahmud üləma sinfini də yanına alaraq qiyamçılara qarşı
xalqı Sancağ-ı Şərifin altında toplanmağa çağırmışdı. Sancağ-ı
Şərif İslam peyğəmbəri Hz. Məhəmmədin istifadə etdiyi qara
rəngli bayraqdır. XVI əsrdən etibarən İstanbulda mühafizə edilən
bayraq hal-hazırda Topqapı Sarayında digər Müqəddəs
Əmanətlərlə birlikdə saxlanılır.Sultan Yavuz Səlimin Misir
səfərinin sonunda Hicaza girməsi nəticəsində 1517-ci ildə bayraq
İstanbula göndərilmişdi. XVI əsrin sonlarından etibarən bayraq
uğur gətirməsi inancı ilə padşahla birlikdə səfərlərə götürülürdü.
İlk dəfə III Mehmed tərəfindən 1596-cı ildə Əyri Səfərinə
aparılmışdı. Daha sonrakı illərdə Osmanlı padşahlarının səfərlərə
qatılmaması ilə bağlı səfərə çıxan sədrəzəm vəya sərdar-i
əkrəmlərlə birlikdə səfərə göndərilmişdi. Bundan başqa Sancağ-ı
Şərif Osmanlılara qarşı çıxan üsyanlarda xalqı cuşa gətirmək üçün
də istifadə edilmişdir. Sancağ-ı Şərif köhnəldikcə yeniləri hazır-
lanmış, köhnə bayraqdan parçalar əlavə olaraq yenisinə tikilmişdir.
II Mahmud da yeniçəriləri “kafir” elan edərək, xalqı onlara
qarşı cihada çağırmışdı. Daxili üsyanların gətirdiyi xaosdan bezən
əhali və digər ordu birlikləri padşaha sədaqətlərini bildirmişdilər.
II Mahmudun əmri ilə Aksarayda Ətmeydanındakı yeniçərilərinin
333
kazarmaları top atəşinə tutularaq, 6 mindən çox yeniçəri
öldürülmüş, 20 mindən çoxu isə həbs olunmuşdur. Yeniçəri
ocağının ləğvi iləislahatların önündəki ən böyük maneə qalxmışdı.
Bu hadisə tarixə Vakayi Xeyriyyə (xeyirli hadisə) olaraq keçmişdi
(1826).
Yeniçəri ocağının ləğvindən sonra II Mahmudun əmri ilə
1826-cı ilin yayında nizamlı Asakir-i Mansure-i Muhammediye
(Məhəmmədin müzəffər əsgərləri) ordusu qurulmuşdur.Yeni
qurulan orduya zabit heyəti yetişdirmək üçün Mekteb-i Fünun-ı
Harbiye təsis edilmişdir.
- Jandarmanın təməli sayılan “Redif Birlikleri” qurulmuşdu.
- Yeni hərbi və tibbi məktəblər açılmışdı.
- Yeniçəri ocağının bir parçası olan Mehterhane 1826-cı ildə
ləğv edilmiş, yerinə Avropa tərzində “Mızıkayı Hümayun”
bandaları qurulmuşdu. Sonradan 1914 yılında Türkçülük
düşüncəsinin güclənməsi ilə Ənvər Paşanın əmri ilə Mehteran-ı
Hakaniye adıyla yenidən təşkil olunmuşdu.

İqtisadiyyat sahəsində edilən reformlar


- Özəl sektor və yerli maldan istifadə təşviq edilmişdir.
- Fəs (papaq) və parça istehsal edilən müəssisələr
qurulmuşdur.
- 1838-ci ildə imzlanan Balta Limanı müqaviləsi ilə
İngiltərəyə böyük iqtisadi güzəştlər verilmişdir.
Osmanlı dövlətində 1826-cı ildən ölkə üçün zəruri olan
xammadələrin xaricilər tərəfindən xaricə çıxarılmasını qadağan
edən qərarlar qəbul edilmişdi. Bu qadağalar Büyük Britaniyanın
mənfəətlərinə tərs düşmüş və ingilislər əlavə imtiyazların
verilməsi üçün Dövlət-i Aliyyəyə təzyiqlərini artırmışdılar. Bu
əsnada Misirdə çıxan üsyan qarşısında çarəsiz qalan Osmanlı
hökumətinin ingilislərdən yardım istəməsi,Böyük Britaniyanın
istədiyi imtiyazları almasını asanlaşdırmışdır. Tərəflər arasında
1838-ci ildə İstanbul Balta Limanında imzlanan ticarət
sözləşməsinə görə:

334
- Britaniya Osmanlı torpaqlarından istədiyi qədər
xammadə satın ala biləcək
- Britanyalılar Osmanlı mallarını yerli əhaliyə tətbiq
olunan qiymətdən ala biləcək
- Britaniyadan gələn mallardan yalnız sərhəddə daxil
oldqları yerdən bir dəfəlik gömrük vergisi alınacaq, tranzit vergisi
tətbiq olunmayacaq. Halbuki Osmanlı təbəəsi olan biri misal üçün
Selanikdən İstanbula mal göndərərkən ondan tranzit vergisi
alınmaqda idi. İngilislərə tanınan bu imtiyaz təəssüflər olsun ki,
yerli müsəlman tacirlərə tanınmadığından, onların Dövlət-i Aliyyə
hüdudlarında bir əyalətdən digərinə mal aparması məsrəflərə görə
çətinləşmişdi.
1838-1841-ci illərdə Fransa, İsveç, Norveç, İspaniya, Hol-
landiya, Belçika, Danimarka və Portuqaliya ilə də oxşar müqa-
vilələr imzalanmışdır. Bu müqavilələr kapitulyasiya sistemini
gücləndirmiş və Osmanlı sənayesinə böyük bir zərbə vurmuşdu.
Bu imtiyazlar irəlidə Osmanlı dövlətinin qərb ölkələrinə qarşı
borclanmasına və maddi çöküşünün sürətlənməsinə gətirib
çıxartmışdı.
-Mütəmadi olaraq davam edən müharibələr Osmanlı iqtisa-
diyyatına böyük ölçüdə zərər vurmaqda idi. Osmanlı pulunun
(altın və gümüş sikkələr) dəyəri ucuzlaşaraq alıcılıq qabiliyyəti
azalmışdı. Misal üçün 1814-cü ildə bir ingilis sterlini 23 Osmanlı
kuruşuna bərabər idisə, 1839-cu ildə bu rəqəm 40 kuruşa qədər
yüksəlmişdi.

Təhsil və mədəniyyət sahəsində edilən islahatlar


- Dövrün ehtiyaclarına cavab verməyən köhnə üsullu
mədrəsələrin yanında Avropa tərzində hərbi və tibbi məktəblər
açılmışdır.
- Mektep-i Ulum-u Edebiye ve Rüştiye adlı orta dərəcəli
məktəblər açılmışdır.
- Sadəcə İstanbulda qız və oğlan uşaqlarına ibtidai təhsil
məcburiyyət halına gətirilmişdir.

335
- Funksiyasını itirmiş Əndərun yerinə dövlət üçün
idarəçi kadrlar yetişdirəcək Mektep-i Maarif-i Adliye açılmışdı.
- Avropaya ilk dəfə tələbələr göndərilmişdi.
Osmanlı tarixində reformist padşah kimi bilinən II
Mahmud bütün səylərinə baxmayaraq, Dövlət-i Aliyyə Avropanın
iqtisadi və texnoloji inkişafı ilə rəqabət aparacaq səviyyəyə çata
bilməmişdi.

II Mahmud dövründə imperiya daxilində baş göstərən


üsyanlar və xarici siyasət
XIX əsrin əvvəllərində Osmanlı dövlətinin başını ağrıdan
ən mühüm məsələlərdən biri də daxildə baş verən milli hərəkatlar
və üsyanlar olmuşdur. Bu dövrdə Dövlət-i Aliyyəyə qarşı ilk
başqaldıran azlıqlar serblər olmuşdur.
Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar
göstərilə bilər:
- Rusiya və Avstriyanın qızışdırması,
- XIX-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi,
- Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması,
- Fransa İnqilabından sonra ortaya çıxan milliyyətçilik
cərəyanları,
- Osmanlı - Avstriya müharibələri zamanı Serbiya
ərazilərinin müharibə sahəsi halına gəlməsi.
XIX əsrin əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı
Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə
başlamışdılar.Həmçinin buradakı yeniçərilərdə yerli əhaliyə qarşı
çox pis davranmışdılar.Bu şəraitdə serblər adi bir çoban olan Qara
Yorkun başçılığı ilə üsyan qaldırmışdılar. Ruslardan da aldığı
dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.
1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara
Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qalmışdı.Osmanlı
dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə
Serblərə bəzi imtiyazlar verilmişdi. 1812-ci ildə Napoleon
Bonapartın Rusiyaya hücum etməsi üzərinə, Osmanlı ordusu
hərəkətə keçib Belqradı serb qiyamçılarından geri almış, Qara
336
Yorkun canını xilas etmək üçün Avstriyaya qaçmışdı. Beləliklə,
ilk Serb üsyanı məğlubiyyətlə başa çatmışdı(sentyabr 1813). Rus-
fransız müharibəsinin Napoleon üçün fəlakətlə bitməsi və
Rusiyanın yenidən Balkanlarda əhəmiyyətli bir güc halına
gəlməsindən cəsarətlənən serblər 1815-ci ildə Miloş Obrenoviçin
liderliyi altında yenidən qiyam qaldırmışdılar. Bu arada 1814-
1815-ci illərdə bütün Avropa dövlətləri Vyana konqresində
toplanmışdı. Konqresin məqsədi I Napoleon müharibələrindən
sonrakı dövlətlərarası münasibətlərin yeni qaydalarını müəyyən
etmək idi. Konqresin işində Osmanlı dövləti istisna olmaqla, bütün
Avropa dövlətlərinin 216 nümayəndəsi iştirak etmişdi. Lakin əsas
rolu İngiltərə, Rusiya, Avstriya və Prussiya oynamaqda idi.
Konqresin qərarına görə, I Napoleondan geri alınan ərazilərdə
etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, onların
monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu.
Fransanın inqilabdan əvvəlki sərhədləri bərpa edildi. Rusiya
Polşanın bir hissəsini ilhaq etdi. Böyük Britaniya Malta, Seylon və
Afrikanın cənubuna sahib oldu.
Vyana konqresinin qərarına əsasən, alman dövlətləri
konfederasiyada birləşdi. Ümumi müdafiə prinsipinə əsaslanan
Almaniya konfederasiyasında Avstriya və Prussiya əsas rol
oynayırdı.
1814–1815-ci illər Vyana konqresindən sonra Avropada
münasibətlər müntəzəm olaraq çağırılan konqreslərlə tənzim-
lənməyə başlandı. Güc tarazlığına və monarxiyaların hakimiy-
yətini qoruyan legitimliyə (qanuniliyə) əsaslanan dünya düzəni
quruldu. Bu sistemin əsasını qoyanlardan biri Avstriya impe-
riyasının Xarici İşlər naziri Klemens Metternix idi. XIX əsrin
birinci yarısında Avropada dövlətlərarası münasibətlər “Metternix
sistemi”nə görə tənzimlənirdi. Bu sistem monarxiya sülalələrinin
legitimlik prinsipinə əsaslanırdı. Yəni hər bir dövlət hakim
sülaləninhökmdarına məxsus hesab edilirdi.
Vyana Konqresində Rusiya tərəfindən irəli sürülmüş
məsələlərdən biri də “şərq məsələsi” idi. Ruslar, Osmanlı
dövlətinin ərazilərini işğal etmək və bölüşdürməyi təklif etmişdi.
337
Çar Rusiyasının Balkanlarda nüfuzunu artırması, İstanbulu və
boğazları işğal etmək istəyi o dövrdə Avstriya və İngiltərənin
dövlət maraqlarına uyğun deyildi. Ona görə bu təklifə müsbət
baxmamışdılar. Hətta Metternix, Napoleona qarşı Misirdə
vuruşduğu üçün Vyana Konqresinə Osmanlını da dəvət etmişdi.
Metternixin əsas narahatlığı, rusların təzyiqi ilə Osmanlı dövlətinin
parçalanması ehtimalında Avropada güc tarazlığının pozulacağı
və bunun ümumi bir müharibəyə səbəb ola biləcəyi idi. Osmanlı
dövləti isə bu dəvətə rəğmən Vyana Konqresinə qatılmağa
çəkinmişdi. Dövlət-i Aliyyə Avropa dövlətləri tərəfindən ərazi
bütövlüyünün təmin edilməsini, bu dövlətlərin himayəsinə girmə
olaraq görməkdə idi. Bu arada serb üsyanının geniş vüsət alması
üzərinə bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane
olmaq istəyən Osmanlı Dövləti serblərə bəzi muxtariyyət hüququ
verməyə razı olmuşdu. Osmanlı valisi Maraşlı Əli Paşa Miloş
Obrenoviçlə razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil
olmasını təmin etmişdi (1817).
Serblərdən sonra Osmanlı dövlətində ən böyük etnik üsyan
yunanlılar tərəfindən olmuşdu. Rusiyanın da təhriki ilə 1821-ci
ildə Mora yarımadasında yunan milliyyətçiləri üsyan çıxarmış və
bölgədə yaşayan türk müsəlmanlara qarşı qətliam həyata
keçirmişdilər.Tripoliçe qətliamı Moreya üsyanı zamanı bölgədə
türklərə qarşı edilən qətliamların ən böyüyüdür. Təxminən 30
minin üstündə türkün qətlima məruz qaldığı sənədlərdən də
anlaşılmaqdadır.
Yunan üsyanının ən böyük dəstəkçisi Rusiya olsa da,
Fransa və İngiltərə kimi ölkələrdə də rəğbətlə qarşılanmışdı.
Xüsusilə, İngiltərə Rusiyanın Şərq məsələsində təşəbbüsü tək ələ
almaq siyasətinə mane olmaq istəyirdi. Üsyanı yatırmaqda çarəsiz
qalan II Mahmud öz vassalı-əslində isə Misirin müstəqil canişini
Kavalalı Mehmed Əli Paşadan yardım istəməli olmuşdu.
MehmedAli Paşa Misirdə Avropa qaydası ilə təşkil olunmuş
nizami ordu yaratmışdı. Göstərəcəyi yardım müqabilində sultan
Suriyanı və Krit adasını MehmetAli Paşanın ixtiyarına verməyi
vəd emiştdi. Mehmet Ali Paşanın ordusu öz sayı, xüsusilə silahı və
338
hərbi təlimi cəhətdən yunanlardan üstün idi. 1826-cı ilin yazında
yunanlıların müqaviməti qırılmış, bütün Moreya artıq Misir
qoşunları tərəfindən tutulmuşdu. II Mahmud, Avropa dövlətləri
arasındakı ixtilaflara ümid bağlayaraq yunanlılara qarşı qəti zəfər
əldə edəcəyindən ümidli idi. Lakin onun mülahizələri düz
çıxmamışdı. Yunanıstandakı müharibə tezliklə Rusiya ilə
müharibəyə səbəb olmuşdu. Sultan yunan üsyanını yatırmağa
fiziki cəhətdən müvəffəq olsa da, üsyanda maraqları olan Rusiya
və Avropa dövlətlərilə mübarizədə diplomatik və siyasi cəhətdən
buna nail ola bilməmişdi. Həm Rusiya, həm İngiltərə bu məsələnin
yunanlılar lehinə nəticələnməsini istəyirdilər. Misir valisi Mehmet
Ali Paşanın Aralıq dənizində qüvvətlənməsi də xüsusilə İngiltərəni
narahat etmişdi. 1826-cı il, 4 aprel tarixində İngiltərə və Rusiya
arasında imzalanan Peterburq protokoluna görə, Osmanlı
ordularının Yunanıstandan çəkilməsi və bölgəyə geniş muxtariyyət
verilməsi üçün hərəkətə keçilməsi qərarlaşdırılmışdı. Bu protokol
imzalanandan dərhal sonra Rusiya, siyasi manevr edərək, serblərə
münasibətdə 1812-ci il Buxarest müqaviləsinin şərtlərini həyata
keçirmədiyinə görə İstanbula ultimatum vermişdi. Bu ultimatum
yunanlarla əlaqədar deyildi. Çünki bu məsələdə Rusiya İngiltərə
ilə bağlı idi və separat çıxış edə bilməzdi. 1826-cı il protokolu
rusların müstəqil siyasətinə müəyyən dərəcədə mane olduğuna
görə, onlar serb məsələsini ortaya atmışdılar. Bununla, Rusiya
Balkanlarda müstəqil slavyan dövlətləri yaratmaq, İngiltərəni
dolayı yolla öz siyasətindən uzaqlaşdıraraq Osmanlı dövlətindən
daha çox ərazi qoparmaq, Boğazlar və Qara dənizdə qəti olaraq
möhkəmlənmək istəyirdi.
Rusiya müharibəyə başlamaq üçün bəhanə tapmasın deyə
Avstriya və İngiltərə Osmanlıya məsləhət gördülər ki, ultimatumu
qəbul etsin. Nəticə etibarilə Akkermanda keçirilən rus-türk
konfransı 1826-cı il oktyabrın 7-də saziş imzalanması ilə nəticə-
lənmişdi. Həmin saziş əvvəlki müqavilələr əsasında müəyyən
edilmiş rus-türk sərhədlərini təsbit etmiş və Buxarest sülh
müqaviləsinin Moldova, Valaxiya və Serbiyaya vermiş olduğu

339
hüquqları bərpa etmişdi. Beləliklə, yeni sazişə əsasən Rusiya
Balkanlarda öz mövqeyini möhkəmlətmişdi.
Bu arada isə Misir qoşunları, yunanlılara qarşı müharibəni
davam etdirirək, onların Attikada axırıncı əsas dayağı olan Afinanı
ələ keçirmişdilər. Qiyamçıların əlində yalnız Evbey və arxipelaqın
adaları qalmışdı. Bunun üzərinə dərhal hərəkətə keçən Rusiya,
İngiltərə və Fransanı da razı salaraq 1827-ci il iyulun 6-da
Londonda bir saziş imzalanmasına nail olmuşdu. Bu saziş əsasında
Osmanlıdan tələb edilirdi ki, Yunanıstana müstəqillik verilsin, əks
təqdirdə, ona qarşı güç tətbiq ediləcəkdi. Sultan II Mahmud bu
tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir
hissəsi ingilislərlə birləşərək və Aralıq dənizinə girmişdi. Rus-
ingilis dəstələrinə fransız dəstələri də qoşulmuşdu.
20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə
İngilis,Rus və Fransız donanmaları arasında Navarin limanında
(Yunanıstan) baş vermiş dəniz döyüşündə türklər ağır məğlu-
biyyətə düçar olmuşdular. Bu döyüş Osmanlı tarixinə Navarin
hadisəsi,Navarin Faciəsi kimidə düşmüşdür.
Navarin faciəsindən sonra Osmanlı və Rusiya arasında
rəsmən müharibə başlamışdı (1828-1829). Təəssüflər olsun ki, bu
müharibədə türklər üçün uğursuz olmuş və tərəflər arasında 1829
tarixli Ədirnə müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə:
- Osmanlı dövləti 1827-ci il London konvensiyasının
tanıyaraq Yunanıstana müstəqillik verəcəkdi;
- Anapanın və Potinin Rusiya imperiyasına birləşməsini
qəbul ediləcəkdi;
- Serbiyanın, Eflak-Boğdanın müxtariyyəti təsdiq edilə-
cəkdi;
- Dunay çayı sahillərində yerləşən bir sıra türk qalaları ləğv
ediləcəkdi;
- Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri
üçün açıq saxlanılacaqdı;
- Rusiyaya hərbi təzminat ödəniləcəkdi.
Bundan başqa Osmanlı dövləti tərəfindən Ahalsıx
paşalığının (Axısqa türklərinin yaşadığı ərazi, indiki Gürcüstanın
340
Samtsxe Cavaxeti bölgəsi) bir hissəsi Rusiyaya güzəştə gedilmiş
və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin
köçürülməsinə razılıq verilmişdir. Köçürülən ermənilər sonradan
Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində
də yerləşdirilmişdi. Ayrıca Dövlət-i Aliyyə tərəfindən Rusiyanın
İranla apardığı müharibənin (1826-1828) nəticəsi olaraq Naxçıvan
və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi də rəsmən
tanınmışdı..
Beləliklə də, Avropa dövlətlərinin də yardımı ilə 1832-ci
ildə rəsmi bir şəkildə müstəqil bir Yunan krallığı qurulmuşdu.

Vəhabi qiyamları
XIX əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən
milli hərəkatlardan bəhs edərkən, Qərb tarixçilərinin təsiri ilə
sadəcə xristianlar arasında cərəyan edən milliyyətçilik axımlarına
toxunmaq adət halına gəlmişdir. Lakin XVIII əsrin sonlarında və
XIX əsrin əvvəllərində ərəblər arasında bir sıra hərəkatlar baş
vermişdi. Bu hərəkatlar diqqətlə tədqiq edildikdə milli bir
mahiyyət daşıdığı başa düşülür. Bunlardan biri də Vəhhabi hərə-
katıdır. Vəhhabi hərəkatı Osmanlı dövlətinin ən zəif dövrlərinə
təsadüf etməkdədir. Bu dövrdə böyük dövlətlər Osmanlı torpaq-
larından öz paylarını əldə etmək üçün hər cür vasitədən istifadə
etmişdilər.
Vəhhabilərin Osmanlı hakimiyyətinə qarşı gəlmələrinin
sözdə və görünüşdə səbəbi dini idi. Onlara görə, bu dövlət və onun
hakimiyyəti altında olan xalqlar dindən uzaqlaşmışdı.
Vəhhabiliyin banisi Məhəmməd bin Əbdülvəhhabın (1703-1792)
dediyinə görə, Osmanlı sultanlarının təmsil etdikləri din həqiqi
İslam dini ola bilməz və Osmanlı sultanı da ümmətin
(müsəlmanların) həqiqi lideri deyildi. İslam cəmiyyətinin dindən
ayrılmasının səbəbi olaraq türkləri görən vəhhabilər hər zaman
Osmanlının siyasi hakimiyyətinə meydan oxumuşlar. Çünki,
özlərinə qarşı ən böyük güc olaraq Osmanlı dövlətini görürdülər.
Vəhhabilik hərəkatının Osmanlılar üçün əhəmiyyətli bir problem
vəziyyətinə gəlməsi üzərinə sultan II Mahmud, Misir valisi
341
Kavalalı Mehmed Əli Paşanı problemin həlli üçün vəzifə-
ləndirmişdi. Mehmed Əli Paşanın oğlu Tosun əmrindəki orduyla
Məkkə, Mədinə və Taifi vəhhabilərin əlindən qurtarmışdı (1812-
1813). Daha sonra vəhhabi liderlərini də ələ keçirib İstanbula
göndərmişdi. Bunların İstanbulda asılaraq öldürülmələri ilə
vəhhabilik hərəkətinin ilk dövrü qapanmışdı(1818). Savaş əsna-
sında qaçaraq xilas olmağı bacaran vəhhabilərin ən böyük dəstək-
çilərindən Səud xanədanından Türki bin Abdullah, Nəcd
bölgəsində yenidən fəaliyyətə keçərək 1821-ci ildən 1891-ci ilə
qədər sürəcək ikinci Vəhhabi dövlətini qurmağı bacarmışdı. Səud
sülaləsinin idarə etdiyi birinci vəhhabi dövlətinin paytaxtı Dəriyyə
şəhəri (Hicaz bölgəsi) olduğundan, bəzi tarixçilər əmirliyi Dəriyyə
əmirliyi adlandırırlar (1744-1818).
Yaxın Şərqdə yaranan xaosdan istifadə edən fransızlar da
Əlcəzairə hərbi ekspedisiya göndərərək buranı işğal etmişdi. 300
illik Osmanlı hakimiyyətindən sonra bölgə fransız müstəmləkəsinə
çevrilmişdi.

Osmanlı-İran müharibəsi (1821-1823)


1813-cü ildə Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan
və Qafqazda ruslara xeyli torpaq verən İranın Qacar xanədanı, bu
torpaq itkilərini Osmanlılardan torpaq alaraq kompensasiya etmək
istədiyi üçün, Avropalıların da qızışdırması ilə Bağdad və Şehrizor
bölgələrinə hücumlar təşkil etmişdi. Sərhəd hadisələrinin və
hücumların intensivləşməsi ilə II Mahmud İran dövlətinə müharibə
elan etmişdi. Müharibənin ilk dövrü İran üçün uğurlu olmuşdu.
Osmanlı dövlətinin Cənubi Azərbaycanla bitişik rayonları,
Bəyazid, həmçinin Süleymaniyyə İran tərəfindən tutulmuşdu.
1822-ci ildə Kərkük, Mosul və digər şəhərlər də ələ keçirilmişdi.
Lakin İran-Osmanlı müharibəsi İngiltərənin mənafeyinə uyğun
deyildi. Ona görə də bütün vasitələrdən istifadə edərək onun
qarşısını almağa çalışmışdı.
İran və Osmanlı dövlətlərinin bu müharibədə bir-birini
zəiflətməsi Rusiyanın niyyətlərinə də uyğun idi. Bir tərəfdən
İngiltərənin təzyiqi, digər tərəfdən isə İranın ətrafında baş verən
342
üsyanlar və taun epidemiyası müharibənin dayandırılmasını
sürətləndirmişdi. 1 iyun 1823-cü il tarixində Ərzurum müqaviləsi
imzalanaraq müharibəyə son qoyulmuşdu. Müqaviləyə görə, iki
ölkə arasındakı sərhədlər 1821-1823-cü illər İran-Osmanlı
müharibəsindən əvvəl mövcud olduğu vəziyyətdə təsdiq olunur;
müqaviləyə girən tərəflər arasındakı əbədi sülhün bərpa olunduğu
elan edilirdi; müharibə zamanı İran qoşunlarının tutduğu bütün
Osmanlı vilayətləri bu müqavilə imzalandıqdan sonra 60 gün
ərzində ona qaytarılmalı idi. Həmçinin də Qacarlar dövləti
ərazisindən gələn ziyarətçilərə İslam dininin müqəddəs ziyarət-
gahlarına girişinə Osmanlı dövləti tərəfindən qarantiya verildi.

Mehmed Əli Paşa üsyanı və Misir məsələsi


Misir valisi Kavalalı Mehmed Əli Paşanın, 1828-1829 rus-
türk hərbində Dövlət-i Aliyyənin savaşa ordu göndərməsi tələbini
diqqətə almaması İstanbulda xoş qarşılanmamışdı. Üstəlik
Mehmed Əli Paşa sultanın ona yunan üsyanını yatıracağı təqdirdə
vəd etdiyi Suriya və Krit adasını tələb etmişdi. Lakin Mehmed
Əlinin tələblərinə cavab olaraq, II Mahmud da Misir hakimindən
mərkəzi hökumətin büdcəsinə vergi, daha doğrusu rus-türk
müharibəsi zamanı qoyulmuş təzminatın bir hissəsini ödəməyi
tələb etmişdi. Əli Paşanın rədd cavabı verməsi üzərinə müna-
sibətlər daha da gərginləşmişdi.1831-ci ilin payızında, Misir
qoşunları Mehmed Əli Paşanın oğlu İbrahim Paşanın koman-
danlığı ilə sultan hökumətinə qarşı yürüşə başlamışdı. Vaxtilə
Napoleonun hücumuna tab gətirmiş Akka qalası alındı. Sultan II
Mahmud Mehmed Əlini qiyamçı adlandıraraq, onu və İbrahim
paşanı bütün vəzifələrindən azad etdi, qiyabi olaraq onlara ölüm
hökmü vermişdi. 1832-ci ilin yaz-yay ayları ərzində bütün
Suriyanı ələ keçirən Misir ordusu əhali tərəfindən dəstəklənirdi.
Buna görə də, istər Suriyanın alınmasında, istərsə də Kilikiya və
Fələstinin fəth edilməsində İbrahim paşa çox çətinlik çəkməmişdi.
Anadolunun içərilərinə doğru irəliləyən İbrahim paşanın ordusu
1832-ci il dekabrın 21-də Konya yaxınlığındakı 7 saatlıq döyüş
sonunda sultan qoşunlarını məğlubiyyətə uğratmışdı. Misir ordusu
343
üçün paytaxt İstanbul yolu açılmışdı. Yaranmış vəziyyət II
Mahmudu Fransa və İngiltərədən yardım istəməyə məcbur etmişdi.
Fəqət istədiyi yardımı ala bilməmişdi. Sultana yardım əli
gözləmədiyi yerdən Rus çarı I Nikolaydan gəlmişdi. I Nikolay
Mehmed Əlinin başçılığı ilə yenilənmiş imperiyadansa, Bosfor
sahilində zəif sultan hökumətinə üstünlük verirdi. O, qorxurdu ki,
bacarıqlı Mehmed Əli Paşa Osmanlı mirasına sahib çıxaraq
quracağı dövlətlə, Rusiyanın “şərq siyasəti”nin gerçəkləşməsində
böyük əngəl olacaqdır. I Nikolay II Mahmuda təcili yardım
göstərərək, rus donanmasını Bosfora göndərmişdi (1833 fevral).
Rusiyanın Boğazlara yerləşib isti dənizlərə çıxmasını mənfəətləri
üçün təhlükəli görən İngiltərə və Fransa təcili hərəkətə keçərək
Mehmed Əli Paşaya təzyiqləri gücləndirmiş, Osmanlı ilə masaya
oturmağa məcbur buraxmışdı. 1833-cü il mayın 9-da sultan ilə
onun rəsmi vassalı Mehmed Əli Paşa arasında Kütahyada
müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, Mehmed Əli öz
hakimiyyətində Misiri, Suriyanı, Fələstin və Kilikiyanı, eləcə də
Torosun dağ keçidlərini saxlayır, əvəzində qoşunlarını Anado-
ludan çıxarır və formal olaraq sultanın suverenliyini qəbul edirdi.
II Mahmud Osmanlı taxtının “qurtarıcısı” olan Rusiya ilə
də Hünkar İskələsi (İstanbul) müqaviləsi imzalamışdı (8 iyul
1833). Müqaviləyə əsasən, hər iki tərəf razılaşdırılmış siyasət
yeritməyi, tərəflərin əmin-amanlıq və təhlükəsizliyini təmin
etməyə ehtiyac olduqda bir-birinə kömək etməyi öhdələrinə
götürürdülər, xüsusilə Rusiya Osmanlıya həm xarici, həm də daxili
düşmənlərə qarşı mübarizədə silahlı yardım göstərməyi öhdəsinə
götürürdü. Müqavilənin gizli maddəsi Osmanlını Rusiyaya yardım
göstərmək öhdəçiliyindən azad edirdi, lakin bunun müqabilində
Rusiyanın tələbi ilə Osmanlı xarici hərbi gəmilərin Dardaneldən
keçməsinə yol verməməli idi. Müqavilə imzalandıqdan 3 gün
sonra rus qoşunları Osmanlı torpaqlarını tərk etmişdi. Bu müqavilə
Avropa dövlətlərinin narazılığına səbəb olmuşdu. Çünki müqavilə
Rusiyanın regionda mövqelərini daha da gücləndirirdi. Protest
əlaməti olaraq İngiltərə və Fransa Osmanlı sahillərində öz hərbi-
dəniz donanmalarının gücünü nümayiş etdirmişdilər. Avstriya da
344
bu müqavilənin imzalanmasından narahatlığını bildirmişdi. Buna
baxmayaraq, tərəflər müqaviləni ləğv etməmişdilər.
Kütahya müqaviləsinə baxmayaraq, Mehmed Əli Paşanın
Osmanlı padşahının əmrlərini yerinə yetirməməsi və ən sonda tək
tərəfli olaraq istiqlalını elan etdiyinə görə Sultan II Mahmud, 1839-
cu ilin iyununda bu üsyankar paşanın yola gətirilməsi üçün Rusiya
və İngiltərənin dəstəyini aldıqdan sonra Misirə müharibə elan
etmişdi. Nizip (Antep) yaxınlığındakı döyüşdə Misir ordusu
Osmanlı birliklərini bu dəfə də məğlub etmiş, bu fəlakət xəbəri
İstanbula yetişmədən 1 iyul 1839-cu ildə Sultan II Mahmud vəfat
etmişdi. Yerinə keçən 16 yaşlı oğlu I Əbdülməcid (1839-1861)
ordusu və donanması dağılmış bir vəziyyətdə olduğundan,
Mehmed Əli Paşadan sülh istəmək məcburiyyətində qalmışdı.
Fəqət Misir valisi razılığa gəlməkdən imtina etmişdi. Bunun
üzərinə gənc sultanın Hünkar İskələsi müqaviləsinə görə yardım
üçün yenidən ruslara üz tutmasına imkan verməmək üçün İngiltərə
Misir məsələsinə müdaxilə etməyə qərar vermişdi. Misir
məsələsini Avropa məsələsi halına gətirən İngiltərə, Avstriya baş
naziri Metternixin təklifi ilə Osmanlı və Misir idarəçilərinə
ultimatum göndərilməsinə nail olmuşdu. Ultimatumda tərəflərdən
müharibənin durdurulması və sülh müzakirələrini Avropa
dövlətlərinin də iştirakı ilə görüşülməsi tələb edilmişdi. Bu
ultimatuma Prussiya ilə bərabər, İngiltərə ilə münaqişəni gözə
almayan Rusiya da imza qoymuşdu. Fəqət Suriya torpaqlarının
Kavalalılardan alınıb Osmanlıya verilməsini qəbul etməyən Fransa
açıq bir şəkildə Misir valisinin tərəfini tutmuş və 15 iyul 1840-cı il
tarixində keçirilən London müzakirələrində iştirakdan boyun
qaçırmışdı. London müzakirələrindən çıxan qərara görə Mehmed
Əli Paşa tutmuş olduğu ərazilərindən geri çəkilərək, Misirdə əl
qoyduğu Osmanlı donanmasını da Dövlət-Aliyyəyə geri verə-
cəkdi. Rəsmi İstanbul da atadan oğula keçməsi şərtilə Kavalalıların
Misir üzərindəki hüquqlarını tanıyacaqdı. Lakin Mehmed Əli Paşa
Fransanın dəstəyinə arxalanaraq Londonda alınan qərarlara əməl
etməkdən boyun qaçırmışdı. Bunun üzərinə Osmanlı, İngiltərə,
Avstriya ortaq donanması Suriya sahillərinə qədər irəliləmişdi.
345
Fransadan istədiyi dəstəyi ala bilməyən Mehmed Əli Paşa,
müharibənin sürdürməyin mənasız olduğunu anlamış və
Osmanlının ali hakimiyyətini tanımağa razılıq vermişdi. 1841-ci
ildə çıxarılan padşah fərmanına görə, Misir valiliyi Kavalalı
sülaləsinə verilir;protokol baxımından onların hüquqları Osmanlı
vəzirləri ilə bərabər olacaq; vergilər padşah adına toplanacaq və
sikkələr da onun adından basılacaq; Misir ordusu 18 min nəfəri
keçməyəcək və yüksək rütbəli zabitlər İstanbuldan təyin
olunacaqdı.
Misir məsələsi Avropa dövlətlərinin də müdaxiləsi ilə bu
şəkildə çözülmüş və bu ərazilər daha bir müddət Osmanlının
nüfuzu altında qalmışdı.

Osmanlı-ABŞ münasibətlərinin qurulması


Osmanlı ilə ABŞ arasındakı əlaqələr, ABŞ-ın qurul-
masından (1783-cü il) bir neçə il sonra Aralıq dənizidəki ticarət
fəaliyyətləri çərçivəsində başlamışdı. Həmin vaxt Əlcəzair dəniz-
çiləri ABŞ-ın Aralıq dənizində icazəsiz səfərdə olan iki gəmisini
həbs etmişdi. Osmanlı ilə ABŞ arasındakı bu ilk problem Osman-
lının hələ ABŞ-ı tanımadığı dövrə təsadüf edirdi. Osmanlının
tabeliyində olan Əlcəzair əyaləti ilə ABŞ arasında 1795-ci ildə,
Trablus əyaləti ilə 1796-cı ildə, Tunis ilə 1797- ci ildə əldə olunan
müqaviləyə görə ABŞ hər il Osmanlıya 12 min qızıl və ya
ekvivalent məbləğdə silah-sursat ödəməyə razı olmuşdu. ABŞ
1795-1815-ci illər arasında müntəzəm olaraq bu vergiləri Osman-
lılara ödəmişdi.
ABŞ, 1799-1828- ci illər arasında Osmanlı ilə bir neçə dəfə
dostluq və ticarət razılaşmaları əldə etməyə cəhd göstərsə də uğur
əldə edə bilməmişdi. 1827-ci ildə Osmanlı donanmasının Fransa-
İngiltərə-Rusiya müttəfiq donanması tərəfindən yandırılmasından
sonra, II Mahmud 1830-cu ildə ABŞ ilə Ticarət Anlaşması imza-
lamışdı. ABŞ, Osmanlı ilə rəsmi əlaqələrini nizamladıqdan dərhal
sonra XIX əsrin ikinci yarısından etibarən Osmanlı tabeliyində
olan digər dinlərdən olan millətlərə münasibətdə pozuculuq fəaliy-

346
yətinə başlamışdı. Ortodoks və katolik xristianları protestant kilsə-
sinə tərəf istiqamətləndirmək bu fəaliyyətin əsasını təşkil edirdi.
Erməni kartından istifadə etmək faktlarına da ilk dəfə həmin illərdə
rast gəlinir. Zəifləyən Osmanlı ABŞ-ın İstanbul, Beyrut və İzmir
konsulları vasitəsilə protestant məktəblərini açmasına və erməni-
lərin hakimiyyətə qarşı təxribatlarına da mane ola bilməmişdi. XIX
əsrin sonunda ABŞ-la Osmanlı arasındakı illik ticarət həcmi bir
milyon dollara çatarkən, Amerikanın "Board" təşkilatı, Osmanlı
ölkələrində 400-ə yaxın protestant məktəbi aça bilmişdi. Bu təşki-
latın səyləri nəticəsində Osmanlıda protestantların sayı otuz minə
yaxınlaşmış və ölkədə yeni bir milli azlıq doğulmuşdu. Osmanlı
hakimiyyəti Antakya, Urfa, Mardin və Mosula qədər ərazilərdə
açılan əlliyə qədər məktəb istisna olmaqla, digər yerlərdə sənədsiz
və icazəsiz açılan protestant məktəblərini nəzarətdə saxlamır, bu
məktəblərin ABŞ və ermənilərin maraqlarına xidmət etməsini ön-
ləyə bilmirdi.

347
XVI. OSMANLI RESTAVRASİYASI: TƏNZİMAT DÖVRÜ

1.İslahatdan əvvəlki tarix və onu doğuran əsas şərtlər

XIX əsrin I yarısında Osmanlıda xarici kapitalın ağalığı


yerli istehsalatçıları çox pis bir vəziyyətə salmışdı. Xarici
kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından
istifadə edərək hazır sənaye məhsullarının idxalını və kənd
təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləşdirmişdilər.
Osmanlının kapitalist dövlətlərinin xammal bazasına çevrilməsi
prosesi güclənmişdi. Osmanlının iqtisadiyyatı getdikcə daha çox
birtərəfli şəkildə inkişaf edirdi.
Artıq XIX əsrin birinci yarısında, xüsusən Avropadakı
sənaye inqilabının başa çatmasından sonra Osmanlıda şəhər
sənətkarlığının fəaliyyət göstərməsi üçün şərait kəskin şəkildə
pisləşmişdi. Bir çox sənətkar sex və müəssisələri bazara daha ucuz
və keyfiyyətli Avropa malları girməsi səbəbindən iflasa uğramışdı.
Anadoluda ən inkişaf etmiş istehsal sahələri- pambıq, parça,
ipək,metalemalmərkəzləri Bursa, Ankara, Diyarbəkir, Amasya,
Tokat xüsusilə bunun ağır nəticələrini hiss etməkə idi. Belə ki, XIX
əsrin ilk 40 ilində əsas ixrac olunan malların: ipək parçalar, yun,
işlənməmiş dəri, yağlı bitkilər, təbii boyalar, zeytun yağı, tütün,
taxıl, qoz-fındıq və s. istehsalı kəskin şəkildə azalmışdı.Beləliklə,
XIX əsrin 30-50-ci illərində Osmanlının iqtisadi cəhətdən
Avropanın iri dövlətlərinin, başlıca olaraq İngiltərə və Fransanın
müstəmləkəsinə çevrilməsi üçün zəmin yaranmışdı.
Balkan və Yaxın Şərqə iddiası olan böyük dövlətlər hər an
Osmanlının zəifləməsini gözləyirdilər. Üstəlik ucqarlarda olan
yerli feodallar da seperatizmə meyl edirdilər. Eyni zamanda,
imperiyada siyasi böhranda davam edirdi və bu böhranın ən parlaq
təzahürü XIX əsrin 20-30-cu illərində olmuşdu. Müasir
Balkanların bir hissəsini və Yunanıstan ərazilərini itirən Osmanlı
Misir məsələsini və Hicazda vəhhabi üsyanını çətinliklə də olsa
müvəqqəti olaraq həll etmiş görünürdü.

348
Osmanlı dövlətinin geriliyini başa düşən mütərəqqi
qüvvələr islahatların keçirilməsini istəyirdilər. Onlar bu yolla
Avropa dövlətlərinin Osmanlının daxili işlərinə qarışmasının
qarşısını almaq, daxili böhranı zəiflətmək niyyətində idilər.Bu
əsnada London və Parisdə Osmanlı dövlətindəki islahat işləriylə
bağlı danışıqlar aparan dövrün xarici işlər naziri Mustafa Rəşid
Paşa dərhal İstanbula gəlmişdi. Misir problemində Avropanın
dəstəyini almaq məqsədilə onları məmnun edəcək bir reform
proqramının qəbul edilməsi barədə gənc sultan I Əbdülməcidi
(1839-1861) razı salmışdı. I Əbdülməcid Osmanlı tarixində
Tənzimat padşahı olaraq da xatırlanmaqdadır. Ümumiyyətlə, tarix
ədəbiyyatında 1839(Gülxanə Xətt-i Şərifin (Hümayunu) verildiyi
tarix) -1876-cı illər (İlk Osmanlı Konstitusiyasının qəbul edildiyi
tarix) arası dövr Osmanlıda Tənzimat islahatları dövrü olaraq
keçməkdədir.
Tarixşünaslıqda bu islahatlar şərti olaraq iki dövrə bölünür:
- Birinci dövr – 1839-1853-cü illər, yəni Krım müharibəsi
başlamazdan əvvəl.
- İkinci dövr – 1856-cı ildən 1876-cı ilədək, yəni mü-
haribənin sonundan 1876-cı ildə konstitusiyanın qəbul
edilməsinə qədər.

2. Tənzimat dövrü islahatları

Gülxanə Xətt-i Şərifi (padşah yazısı)


1839-cu il noyabrın 3-də Xarici İşlər Naziri Mustafa Rəşid
Paşanın komissiyası tərəfindən sultanın ali fərmanı elan edilmişdi.
Bu fərman İstanbulda Gülxanə parkında oxunduğu üçün “Gülxanə
fərmanı” adlanmışdı. Türk tarixində demokratikləşmənin ilk
konkret addımı olan bu fərmana, Gülxanə Xətt-i Hümayunu və ya
Tanzimat-ı Hayriye (Hayırlı Düzenlemeler, "tənzimləmə", "yoluna
qoyma") də deyilir.Mustafa Rəşid Paşa bütün əcnəbi dövlət
səfirləri və nüfuzlu dövlət adamlarının önündə çıxış edərək, şəxsən
hazırladığı və Tənzimat fərmanı adı verilən reform proqramının
başladığını bildirmişdi.
349
Təxminən üç səhifəlik bir mətn olan fərmanda, dövlətin bir
geriləmə dövründə olduğu vurğulanmış, amma ediləcək
yeniliklərlə və çıxarılacaq yeni qanunlarla bu vəziyyətdən
qurtulacağı müjdələnmişdir. Daha sonra din və məzhəb ayrı-
seçkiliyi olmadan bütün Osmanlı əhalisinin can, mal və "ismət-ü
namus" təhlükəsizliyinin zəmanət altına alındığı Quran və şəriətə
əsasən elan edilmişdir. Haqsız və balanssız vergilərin zərərindən
söz edilərək hər kəsdən "əmlak və qüdrətinə görə" vergi alınacağı;
əsgərə almanın nüfusla mütənasib və maksimum "dörd və yaxud
beş il müddət"lə məhdud olacağı; kimsənin mühakiməsiz edam
edilməyəcəyi və malının müsadirə edilməyəcəyi; xüsusi mülkiy-
yətin qorunacağı; Meclis-i Ahkâm-ı Adliye'nin (Ali Məhkəmə)
gücləndiriləcəyi; yeni Ceza Qanunnamesi təşkil ediləcəyi; məmur
maaşlarının ədalətə uyğun olaraq təşkil ediləcəyi; rüşvətin
qarşısını almaq üçün sərt qanunlar çıxarılacağı bildirilmişdir. Fikir
və quruluş baxımından fərman, Fransız inqilabının insan və
vətəndaş hüquqları bəyannnaməsindən ilham alınaraq
hazırlanmışdır. Osmanlı hüququ tarixində ilk dəfə vətəndaşlıq
anlayışı və vətəndaşlıqdan irəli gələn hüquqlar müəyyən edilmişdi.
Gətirilən yeniliklərin Osmanlı törə və qaydalarına əsaslan-
dırılmasına diqqət edilmişdir. Bu fərman sultanın hakimiyyətini
köklü şəkildə sarsıtmadan bir qədər məhdudlaşdırmışdı. Dövlət-i
Aliyyə tarixində ilk dəfə olaraq sultan öz vədinə sadiq qalacağına
dair əyanların və üləmaların qarşısında and içməli idi. Sonra isə
özü üləmalardan və əyanlardan belə bir and qəbul etməli idi.Xətt-i
Şərif yeni qaydaya qarşı çıxan hər bir kəsin cəzalandırılacağı
xəbərdarlığı ilə bitirdi.
Gülxanə Xətt-i Hümayunun elanından sonra 20 illlik bir
zamanda bir çox sahədə yeniliklər həyata keçirilmişdi.

İslahatların siyahısı:
-İqtisadi islahatlar
- İlk Osmanlı əskinasları buraxıldı (1840);
- Maliyyə islahatı. Maliyyə Nazirliyi Fransa nümunəsində
işləməyə başladı (1840). İlk dəfə yenidən maliyyələşdirmənin faiz
350
dərəcəsi tətbiq olundu, səhmdar cəmiyyətlər anlayışı, ilk birja
yaradıldı.
- İlk dəfə ölkənin büdcəsi nəşr olundu (1841-1842) və
1846-1847-ci illərdə ilk müasir peşəkar büdcə qəbul edildi.
- İqtisadiyyatda orta əsr qaydaları ləğv edildi. Manufak-
turalar fabriklərlə əvəzolundu;
- Müsəlmanolmayanlar üçün əlavə vergilərləğvolunaraq,
normal gəlir vergisinə keçildi.
Vergi hər kəsin bacarığına görə müəyyən edilməli və
bundan artıq alınmamalı idi. 1840-cı ildə vergi toplanması
tamamilə qaydaya salınmışdı. Belə ki, vergi toplama işi valilərin
və mültəzimlərin əlindən alınaraq maaşlı xüsusi maliyyə
məmurlarının əlinə keçdi. Valilər isə yalnız asayiş və hərbi işlərlə
məşğul olmalı idilər. Toplanan pullar birbaşa xəzinəyə təhvil
verilməli idi. İltizam sistemi ləğv edildi.
Tənzimat dövründə kənd təsərrüfatında ciddi artım
müşahidə olundu. Bunun sübutu ölkədə toplanan aşar vergisinin
ümumi məbləğinin miqdarının artmasıdır. 1848-1876-cı illər
ərzində bu vergi üzrə dövlət xəzinəsinə daxil olan gəlirlər 194,8
milyondan 743,6 milyon quruşa qədər çoxalaraq demək olar ki, 4
dəfə artmışdır. Eyni zamanda, 1863-1872-ci illərdə idxalın dəyəri
ixracatın dəyərini hər il orta hesabla 27 milyon ton üstələyirdi.
İmperiyanın xarici ticarət kəsiri xarici kreditlər hesabına örtülürdü
və ölkənin Avropa kapitalından iqtisadi və maliyyə asılılığını
gücləndirirdi.
- Məmurlar korrupsiyaya qarşı qismən mübarizənin bir
hissəsi olaraq rəsmi vergilərdən azad edildi.
- Türkiyədə ilk gəmi düzəldən şirkət Şirket-i Hayriyen
quruldu (1851).
- 1855-ci ildə Osmanlı İmperiyası ilk dəfə olaraq
İngiltərədən böyük məbləğdə borc götürdü.
- İstanbulun Zeytinburnu rayonunda ilk mexaniki parça
fabriki və nəzdində professional tikiş məktəbi açıldı.

351
- İplik və pambıq istehsalı zavodlarının kütləvi açılışı.
Dövlət məmurları yalnız Osmanlı istehsalı olan parçalardan
tikilmiş paltarlar almağa məcbur idilər.
- İlk model-sənaye parkı-Yedikulenin yaradıldı.
- İlk teleqraf şəbəkələrinin quraşdırıldı (1847-1855).
- İlk dəmir yollarının tikintisi (1851-1856); kütləvi yol
tikintisinə başlnaıldı.
Tənzimat dövründə Osmanlı dövləti tarixində ilk dəfə
olaraq dəmir yollarının inşası məsələsi qaldırılmışdı. Osmanlı
torpaqlarında ilk dəmiryolu inşaatı 1851 – ci ildə İskəndəriyyə-
Qahirə (211 km) arasında imtiyaz sahibi olan İngilislər tərəfindən
başladılmışdı. Anadolu coğrafiyasında ilk dəmir yolu İzmir-Aydın
xəttinin inşaatı da İngiliz Ottoman Railway Company (ORC)
firmasına verilmişdi. 1856-1860-cı illərdə inşa edilən bu xəttin
ətraf bölgələrindəki yeraltı qaynaqlarının istismarı da imtiyaz
olaraq ingilislərə verilmişdi. Osmanlının dağılmış və geridə
qalmış yol infrastrukturu Qərbin iqtisadi və ticarət ekspansiyasının
genişlənməsinə mane olurdu. Osmanlı hökuməti də yol sisteminin
yenilənməsinin zəruriliyini anlayırdı. 1866-cı ildə imperiyada yol
tikintisi layihələrini hazırlamaq üçün xüsusi bir hökumət
komissiyası yaradılmışdı. Ancaq əslində bu komissiyanın
fəaliyyəti əsasən İstanbul küçələrinin təmir edilməsi ilə
kifayətlənmişdi. Buna görə vilayətlərdə yol tikintisi ilə bağlı
məsələlər yerli hakimiyyət orqanlarının əlində idi. Misal üçün, 60-
cı illərin ikinci yarısında Midhət Paşanın valisi olduğu Dunay
vilayətində yol tikintisinə çox diqqət yetirilmişdi. Onun rəhbərliyi
ilə vilayətdə təxminən 3 min km yol çəkilmiş və 420 körpü tikilib
istifadəyə verilmişdi. Yeni yolların inşasında xarici kapital da
əhəmiyyətli rol oynamışdı. Fransızların iştirakı ilə o illərdə Beyrut
və Dəməşqi, Qərbi Anadoluda Bursa da Mudanya ilə birləşdirən
dəmir yolları inşa edilmişdi. Osmanlı dövlətinin bir sıra
ərazilərindəki yolların vəziyyəti bununla da bir qədər
yaxşılaşmışdır. XIX əsrin ikinci yarısında Osmanlı dövləti hələ də
dəmir yollarının inşası və istismarını müstəqil şəkildə həyata
keçirə bilmirdi. Osmanlı hökuməti əvvəlcə nəzərdə tutulduğu kimi
352
dəmir yollarını müstəqil şəkildə çəkmək niyyətindən imtina etmək
məcburiyyətində qalmışdı. XIX əsrin 50-70-ci illərində Osmanlı
dövlətində dəmir yolu tikintisi (həm də sonrakı illərdə) əsasən
xarici konsessiyalar tərəfindən həyata keçirilmişdi. 1870-ci illərə
qədər bütün imperiyadakı dəmir yollarının uzunluğu cəmi 1600 km
təşkil etmişdi. Onların hamısı nisbətən kiçik dəmiryol xətləri idi.
Onların da əsas məqsədi Osmanlı limanlarının daxili bölgələrlə
etibarlı əlaqəsini təmin etmək və bununla da Avropa məhsullarının
ölkədə satışını asanlaşdırmaq və kənd təsərrüfatı xammalının
ixracını genişləndirmək üçün şərait yaratmaq idi.
Osmanlı Mərkəzi Bankının yaradılması.
Dövlətin xarici köçürmələrini həyata keçirmək üçün ilk
dəfə 1847-ci ildə Osmanlı Hökuməti “Bank-ı Dersaadet”in
yaradılmasına icazə vermişdir. 1856-cı ildə isə fransız və ingilis
kapitalının iştirakı ilə Osmanlı Bankı yaradılmış və 1863-cü ildən
etibarən isə mərkəzi bankın funksiyalarını həyata keçirməklə
dövlət bankı statusunu almışdır.

Siyasi islahatlar
- Gələcəkdə formalaşacaq parlamentin prototipi olan ilk
Osmanlı Vilayət (sancaq) Məclislərinin yaradılması (1848/1849),
- Daxili İşlər Nazirliyinin (1845) və Təhsil Nazirliyinin
(1857) yaradılması,
- Müasir İstanbul bələdiyyəsinin (Şehremaneti, 1854) və
şəhərsalma şurasının (İntizam-ı Şehir Komisyonu, 1855) yara-
dılması,
- Milli və ya dini əsaslardan ayrılmadan, imperiyanın
bütün əhalisini rəsmi olaraq "Osmanlı" elan edən milli qanun
(1869),
- Qeyri-müsəlmanlar (xristianlar da daxil olmaqla) dövlət
xidmətinə qəbul edildi,
- İlk dəfə olaraq müsəlmanlarla qeyri-müsəlmanlar siyasi
hüquqlar baxımından tam bərabərləşdirildi,
- 1876-cı ildə tam hüquqlu ikipalatalı parlament təsis
edildi (1878-ci ildə ləğv edildi).
353
Qanunvericilik islahatları
- İlk dəfə olaraq Osmanlı Dövlətində bütün vətəndaşlara
yaşamaq, şərəf və ləyaqət, habelə əmlak hüququ təmin edildi
(1839)
- Fransa nümunəsi əsasında mülki və cinayət məcəlləsi qəbul
edildi (1840);
- Beləki 1845-ci ildə qurulan Osmanlı polis təşkilatı məhkəmənin
qərarı olmadan hər hansı bir vətəndaşa dair həbs qəti imkan
tədbirləri həyata keçirə və ölüm hökmü çıxara bilməzdi.
- Yeni ticarət və kommersiya kodeksi qəbul edildi (1850);
- İlk mülki (yəni qeyri-müsəlman) məhkəmələrin yaradılması
(Meclis-i Ahkam-ı Adliye, 1853) həmçinin kommersiya
məhkəmələri və Ali Məhkəmə (Meclis-i Ali-yi Tanzimat, 1853);
- Torpaq Məcəlləsinin qəbulu (Arazi Kanunnamesi (1857);
- Mətbuat kodeksinin qəbulu (Matbuat Nizamnamesi, 1864);
- Dövlət qulluqçularına qarşı iddiaları nəzərdən keçirmək üçün
Dövlət Şurası təsis edildi (1867);
- İlk dəfə olaraq xarici vətəndaşların Osmanlı İmperiyasında
mülk, torpaq və daşınmaz əmlak hüququ təmin edildi, torpaq
qanunu təsdiqləndi;
- Osmanlı İmperiyasının ilk konstitusiyası qəbul edildi (1876)

Sosial islahatlar
- Osmanlı Dövlətinin poçt şöbəsi quruldu (1840);
- İlk Osmanlı marşı və 8 guşəli ulduz və ayparanın əks
olunduğu qırmızı rəngli bayraq Osmanlı dövlətinin rəsmi bayrağı
qəbul edilmişdi (1844).
Osmanlı imperiyasının klassik dövrdə istifadə etdiyi
müəyyən bir bayrağı yox idi. Suverenlik əlamətləri olaraq müxtəlif
tuğvə sancaqlar istifadə edilmişdir. Osmanlı dövlətinin quruluşu
ilə dövlətin varlığının simvolu olaraq Səlcuqlu hökmdarı
tərəfindən Osman Qaziyə Ağ Sancaq göndərilmişdir. Ağ Sancağın
Yavuz Sultan Səlim dövrünə qədər tək sancaq olaraq davam etdiyi
bilinməkdədir.
354
Ay-ulduzun simvol olaraq qəbulu III Mustafa (1757–1774)
dövründə başlamış, I Əbdülhəmid (1774–1789) və III Səlim
(1789–1807) dövrlərində davam etmişdir. Alfred Znamierovskiyə
görə, Osmanlı imperiyasının ay-ulduzlu qırmızı bayrağı istifadə
etməyə başlaması 1793-cü ildən başlamışdır. Bu ilə aid əmrdə
donanma kalyonlarına çəkilərək sancaqların al rəngdə olması və
üzərilərində ağ ay və ulduzun olması əmr edilmişdir. 1844-cü ildə
bu bayrağın bir versiyası Tənzimat reformunun bir hissəsi olaraq
rəsmi Osmanlı bayrağı edilmişdi. Bu bayraq hələ də Türkiyə
Respublikasının bayrağı olaraq istifadə edilməkdədir. Bayrağın
geometrik xüsusiyyətləri 1936-cı ildəki "Türk bayraq qanunu" ilə
hüququ baxımdan standartlaşdırılmışdır.
-1856 İslahat fərmanlı ilə bütün dinlərin nümayəndələrinə
bərabərlik təmin edilmişdi. Artıq qeyri-müslümlər də dövlət və-
zifələrində işləyə biləcək; əyalət məclislərinə seçilə biləcəkdilər.

-Təhsil islahatları
- İlk Osmanlı universitetinin (darülfünun, 1848) və
pedaqoji məktəblərin (darülmuallimin, 1848 ) təsis edilməsi;
- İlk dünyəvi məktəblərin (yəni dini olmayan)
yaradılması;
- Səhiyyə Nazirliyinin yaradılması (Tıbbiye Nezareti,
1850);
- Osmanlı Elmlər Akademiyasının yaradılması
(Encümen-i Daniş, 1851);
- İqtisadi və siyasi elmlər məktəbinin yaradılması
(Mekteb-i Mülkiye, 1859).
1840-cı illərdə başlayan dünyəvi məktəblərin açılışı davam
etmişdi - ibtidai, orta və ali. Dünyəvi məktəblərə rəhbərlik etmək
üçün təhsil nazirliyi yaradılmışdı. 60-cı illərin ortalarında dünyəvi
ibtidai məktəblərdə 660 min şagird təhsil alırdı. Orta məktəblərın
sayı isə50-yə çatmırdı. Eyni zamanda məscidlərin nəzdindəki
bütün məktəblər qorunub saxlanıldı, dünyəvi ibtidai məktəblərdə
isə dinin tədrisinə təhsil ilinin yarısı ayrılmışdı. Məktəblərə faktiki
nəzarət ruhanilərin ixtiyarında qalırdı. 1869-cu ildə Türk
355
məktəblərində üç və dörd illik ümumi təhsilin tətbiqini nəzərdə
tutan qanun qəbul edilmişdi.

Hərbi islahatlar
- Osmanlı İmperiyasının peşəkar və daimi ordu sisteminə
keçid (20 yaşdan yuxarı kişilərin çağırşı başladı);
- Məcburi hərbi xidməti 15 ildən 5-7 ilə (sonra isə 4 il)
endirildi;
- Orduda ilk dəfə olaraq qeyri-müsəlmanlara xidmət
etməyə icazə verildi (1856). Lakin ticarət işlərini buraxıb əsgərə
getməyə soyuq yanaşan qeyri-müslümlər ordudan yayınmaya
başladılar. Bunun üzərinə Osmanlı höküməti də qeyri-müslümlər
üçün “bədəlli əsgərlik” gətirmişdi. Yəni müəyyən olunmuş pulu
dövlətə ödəyənlər əsgərlikdən azad olunurdular;
- Sultan Əbdüləziz modelləşdirilmiş Avropa üslubunda
donanma yaratmağı əmr etdi;
- 1867-ci ildə Hərbi-Dəniz Nazirliyi yaradıldı;
- 1869-cu ildən Avropa sisteminə bənzər hərbi rütbə və
xidmətdə yüksəlmə sistemi tətbiq olundu.
Tənzimat dövründə bir sıra tədbirlərin həyata keçirilməsi
istiqamətində mühüm addımlar atılsa da, həyata keçirilən islahatlar
dərin sosial-iqtisadi böhran keçirən, daxili və xarici problemlərin
həlli ilə üz-üzə qalan imperiyanı tənəzzül və süqutdan xilas edə
bilmədi. Ən əvvəl ona görə ki, islahatların həyata keçirilməsi üçün
kifayət qədər güclü şəkildə formalaşmış sosial təbəqə yox idi.
İslahatların həyata keçirilməsini yuxarılar dərk etsə də, ona dayaq
olacaq və onun həyata keçirilməsində maraqlı olan orta təbəqənin
olmaması faktiki olaraq bu proqressiv addımın reallığını sual altına
alırdı. Əhali arasında bu islahatların nədən ibarət olduğu başa
düşülməmiş, kütləvi dəstək verilməmişdi.
İslahatların əsas hissəsinin kağızda qalması isə onun
əhəmiyyətini azaltmışdı. Dövlət-i Aliyyədə mövcud olan nəhəng
korrupsiya; ciddi maliyyə çatışmazlığı (bu sıxıntılı dövrdə Sultan
I Əbdülməcid tərəfindən möhtəşəm Dolmabaxça sarayının tikin-
tisinə böyük miqdarda pul xərclənmişdi);imperiya daxilindəki
356
ciddi mədəni və milli ziddiyyətlər və başqa səbəblər islahatların
tam həyata keçirilməsinə mane olmuşdu. Bəzi əyalətlərdə yaşayan
müsəlman əhali bu reformlara sərt reaksiya vemriş, onu
“firəngləşmə” və “gavurlaşma” olaraq görmüşdü. Hətta qeyri-
müslümlərin ən qələbəlik topluluğu olan və klasik dövdə ən
imtiyazlısı sayılan pravoslavlar da, katolik və protestantlara onlarla
bərabər hüquqların verilməsindən məmnun qalmamışdılar.
Xaricdə isə, İngiltərə və Fransa özəlliklə iqtisadi maraq-
larına bu islahatları müsbət qarşılamış, Rusiya isə qərbin Osmanlı
üzərində təsirinin gücləndirəcəyini düşünüb mənfi yanaş-
mışdı.Qatı mütləqiyyətçi olan Avstriya bürokratı Metternix də bu
yenilikləri xoş qarşlamamışdı.

3. I Əbdülməcid dövrünün digər mühüm hadisələri

Boğazlar haqqında London konvensiyası (1841)


Misir üsyanının sonunda Osmanlı dövlətinin tənəzzülə
doğru getməyə başlaması, Boğazlar məsələsini əhəmiyyətli bir
məsələ olaraq ön plana çıxarmışdı. Çünkü Aralıq dənizinin şərq
qapıları olan Bosfor və Dardanel boğazları, dövlətlərarası müna-
sibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı.
Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın
nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəki-
nərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd
göstərməmişdilər.
Boğazların statusu ilə əlaqədarAvstriya imperiyası, Fransa
krallığı, İngiltərə, Prussiya, Rusiyavə Osmanlı arasında 13 iyul
1841-ci ildə Londonda beynəlxalq konvensiya (saziş) imza-
lanmışdı.
Bir qədər əvvəlki dövrlərə nəzər salsaq Boğazlar ilə
əlaqədar aşağıdakı tarixi proseslərin yaşandığını görərik:
-1535-ci il kapitulyasiyaları ilə Fransa bayrağını daşıyan
ticarət gəmilərinin bütün Türk limanlarına giriş-çıxışına icazə
verilmişdi. Bu icazələr vaxtaşırı digər dövlətlərə də verilmişdi.

357
-1774-cü il Kiçik Qaynarca müqaviləsi, Rus ticarət gəmi-
lərinə boğazları sərbəst keçmək hüququ vermişdi.
-1798 və 1805-ci illərdə Rusiya ilə bağlanan müttəfiqlik
müqavilələrində, Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsinə
dair hökmlər verilmişdi. 1806-cı il iki dövlət arasında baş verən
müharibə bu müqavilənin müddəalarını qüvvədən salmışdı.
-1809-cu ildə İngiltərə ilə imzalanan Qaleyi Sultaniyyə
müqaviləsində Boğazların bütün dövlətlərin döyüş gəmilərinə
bağlı qalması prinsipi qəbul edilmişdi.
-1829-cu ildə Ədirnə müqaviləsində boğazların bütün
dövlətlərin ticarət gəmilərinə açıq qalması şərt idi.
-1833-cü il Hünkar İskelesi müqaviləsinin məxfi məqalə-
sində Osmanlı Dövlətinin Dardanel boğazını Rusiyanın xeyrinə
bağlayacağı, yəni heç bir xarici hərbi gəminin Çanaqqaladan hər
hansı bir səbəb və bəhanə ilə girişinə icazə verməyəcəyi bildiril-
mişdi.
Misir hadislərindən sonra Boğazlar beynəlxalq məsələ
olaraq yenidən gündəmə gəlmişdi. London konvensiyası (1841) ilə
boğazların sülh dövründə hərbi gəmilərlə məhdudlaşdırılması
beynəlxalq öhdəlik altına alınmışdı. Osmanlı dövləti müharibəyə
girərsə, Boğazlardan istədikləri kimi istifadə edə biləcəkdilər. Yəni
istənilən dövlətin hərbi gəmilərinə aça biləcək. Necə ki, bu prinsip
Krım müharibəsində tətbiq ediləcək, ingilis və fransız gəmilərinin
Qara dənizə keçməsinə icazə veriləcəkdi.
Nəticə olaraq; 1841-ci ildə Rusiyanın Osmanlı impe-
riyasına təsiri və təzyiqi azalmış; Fransa Misir üzərindəki təsirini
itirmiş; Hünkar İskelesi müqaviləsinin müddəaları sona çatdırıl-
mış; İngiltərə isə ən çox qazanc əldə etmiş ölkəyə çevrilmişdi.
Beləliklə, XIX əsrin 30-50-ci illərində Türkiyənin həm
siyasi, həm də iqtisadi sahədə Avropa dövlətlərinin, başlıca olaraq
İngiltərə və Fransanın yarımmüstəmləkəsinə çevrilməsi üçün ilkin
zəmin yaranmışdı.

358
Livan iğtişaşları, Eflak-Boğan qiyamı və Macar
mühacirlər məsələsi
Osmanlının bir əyaləti olan Livanda müxtəlif etnik və dini
qruplar yaşamaqda idi. Bu qruplardan olan xristian marunilərlə
dürzilər (batini ismailiyəçilər) arasında tez tez toqquşmalar baş
verməkdə idi. Bundan başqa XIX əsrin 2-ci yarısı-XX əsrdə
Osmanlı İmperiyası hakim dairələrinin dürzi "sərbəstliyinə",
"imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək
hüququ, dürzi zadəganlarının sıravi dürzilər üzərindəki qeyri
məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər
əleyhinə çıxışlara səbəb olmuşdu. Tənzimat fərmanından sonra
Livanda siyasi idarəni ələ keçirmək uğrunda marunilərlə dürzilər
arasında yaşanan münaqişəyə fransız və ingilislər də müdaxilə
etməyə başlamışdı. Fransızlar marunilərə, ingilislər isə dürzilərə
dəstək vermişdi. Osmanlı xarici işlər naziri Şakib Əfəndi
hadisələrin yatırılması məqsədilə Beyruta göndərilmışdi. Tərəflər
arasında münaqişəyə son qoymaq üçün bölgəyə daxili muxtariyyət
verilmiş, maruni və dürzi təmsilçilərinin yer alacağı, hər iki klanı
təmsilən iki kaymakam (idarəci) başçılığında bir məclis
formalaşmışdı(1845/1846). Livandakı dini və etnik zəmindəki
münaqişələr sonrakı illərdə də davam etmiş, Fransa bu hadisələrə
aktiv müdaxilələr etmişdi. Birinci dünya hərbində isə Livan və
ətrafı fransızlar tərəfindən işğal edilmişdi.
XIX əsrin əvvəllərində Eflak-Boğdan muxtariyyət
hüququna sahib hüquqi baxımdan Osmanlıya bağlı iki bəylik
idi.Bu dövrdə Rusiyanın da bu ərazilərdə bəzi imtiyazları vardı.
Tarixən və etnik baxımdan bir birlərinə yaxın olan bu bəyliklər
birləşərək müstəqilliklərini elan etmək təşəbbüsünə girmişdilər.
Bu isə nə Osmanlının, nə də Rusiyanın maraqlarına uyğun
gəlmirdi. Hər iki dövlət öz ordularını bölgəyə sövq etdi və tərəflər
arasında növbəti qarşıdurma yaranmaq üzrə idi. Lakin sonradan
Rusiyadan gələn təklif üzərinə 1 may 1849-cu il tarixində
İstanbulda Balta limanda bir müqavilə imzalandı. Müqaviləyə
görə, vəziyyət sabitləşənə qədər Rusiya və Osmanlı bölgədə öz
ordularını saxlayacaqdı; Eflak-Boğan bəyləri 7 illiyinə Dövlət-i
359
Aliyyə tərəfindən təyin olunacaqdı; Rusiya və Osmanlının nəzarəti
altında çox məhdud səlahiyyətlərə sahib bölgənin aydınlarından
ibarət bir məşvərət məclisi fəaliyyət göstərə biləcəkdi.
Göründüyü kimi, bu müqavilə ilə Osmanlı dövləti böyük
bir siyasi böhranı diplomatik yollarla həll etməsinə baxmayaraq,
Rusiyanın Eflak və Boğdanın idarə olunmasında müəyyən
dərəcədə ortaqlığını da qəbul etmişdi. Bu da öz növbəsində Rusi-
yanın Qara dənizin qərbindəki bu bölgədə təsirinin güclənməsinə
kömək etmiş, digər tərəfdən, Dövlət-Aliyyənin Eflak və Boğdan
üzərində suverenlik hüquqlarının zəifləməsinə səbəb olmuşdu.
1848-ci ildə Avropada ən geniş inqilab dalğası yayılmış-
dı.İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və
müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə
demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin
mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. Üsyanlara
təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq,
hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək,
mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin
yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair
tələblər daxil idi. 1848-149-cu illərdə Macarıstanda da Layoş
Koşutun rəhbərliyində Habsburq idarəsinə qarşı milli zəmində
inqilab baş göstərmişdi. Avstriya ordusunu məğlub edən macar
inqilabçıları, parlament formalaşdıraraq müstəqilliklərini elan
etmişdilər. İnqilabçılar paytaxt Vyananı da tutaraq Habsburqlara
son zərbəni vurmaq düşüncəsində idilər. Habsburqlar tamamilə
məhv olmaqdan qurtulmaq üçün Çar Rusiyasından kömək
istəmişdilər. “Avropanın jandarmı” rolunu oynayan Çar I Nikolay
rus qoşunlarının Macarıstanda baş verən inqilabi çıxışların
yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı qan və güc
yolu ilə yatırılmışdı. Layoş Koşut və bir çox macar inqilabçısı
Osmanlı dövlətindən sığınma istəmiş, Dövləti-Aliyyə də onlardan
missafirpərvərliyini əsirgəməmişdi. Bu arada Rusiya zülmündən
qaçan bəzi polyak qruplar da Osmanlıya pənah gətirmişdilər.
Avstriya və Rusiya, Osmanlıya nota göndərərək bu mühacirlərin
geri göndərilməsini tələb etmişdilər. Bunun üzərinə də Sultan
360
Əbdülməcid, "Tacımı veririm, tahtımı veririm fakat, devletime
sığınanları asla geri vermem. Mültecilerin kendisinin misafiri
olduklarını, saçlarının bir teline zarar gelmektense tebaasından 50
bin kişinin kurban edilmesini yeğleyeceğini " cavabını vermişdi.
Osmanlı padişahının bu davranışı Fransa, İngiltərə və ABŞ kimi
dövlətlərdə müsbət qarşılanmış, hətta qərb ictimaiyyətində bəzi
kəsimlər o dövrdə “insan haqları və azadlığın müdafiəçisi” kimi
Dövlət-i Aliyyənin bu hərəkətini rəğbətlə qarşılamışdı. Xülasə,
Sultan Əbdülməcidin mühacirləri təslim etməməsi Avropada
Osmanlıların lehinə güclü əks-səda doğurmuşdu.
Macar inqilabının lideri Layoş Koşut da onlara zor
günlərdə qucaq açan Osmanlı ilə əlaqədar düşüncələrini bu şəkildə
dilə gətirmişdi:
"Bugünkü hayatım ve hürriyetime sahipliğim Avusturya ile
Rusya'nın tehditlerine, baskılarına rağmen beni ve arkadaşlarımı
muhafaza eden Türkler sayesindedir. O Türkler ki, yüksek hislerle
ve insan haklarına saygılı oluşları ile tüm tehditlere boyun
eğmediler. Türk milleti bu yönüyle üstün bir güce sahiptir.
Türkiye'nin bugün ve istikbalde mevcut olması Avrupa'nın ve
insanlık aleminin yararınadır. Ben, Türklerden gördüğüm lütuf ve
saygının hatıralarıyla yaşayacağım".

Krım müharibəsi (1853-1856)


Avropa dövlətləri arasında həmrəyliyin pozulmasında
mühüm əhəmiyyətə malik 1848-1849-cu illər inqilabları Vyana
sisteminin çökməsində də böyük rol oynamışdı. Vyana sisteminə
sonuncu zərbə isə 1853-1856-cı illər Krım müharibəsi vurmuşdu.
Onun başlanmasında Fransa, Rusiya və İngiltərə ilə yanaşı
Avstriya və Prussiya da maraqlı idilər və hər biri konkret məq-
sədlərə malik idilər. Bu dövrdə “Şərq məsələsi” yenidən kəskin-
ləşməyə başlamışdı. Şərq məsələsinin kökləri tarixin dərinlik-
lərindədir, konseptual əsasları isə rus çarı I Pyotrun «Vəsiyyət-
naməsinə» əsasən qoyulmuşdur.
XIX əsrin ortaları üçün Rus çarı I Nikolayda belə bir fikir
yaranmışdı ki, Türkiyə «xəstə adam» timsalındadır və tezliklə
361
«öləcəkdir». Buna görə də, Osmanlı imperiyasının ərazisini
bölüşdürmək və Qara dəniz planını reallaşdırmaq olar. Təbii ki,
“Şərq məsələsi”ndə Avropanın ən güclü dövləti olan, o dövrdə
“üzərində günəşin batmadığı imperatorluq” kimi də görülən
İngiltərənin mövqeyini müəyyənləşdirmək Rusiya üçün zəruri idi.
1853-cü il yanvarın 9-da ingilis diplomatik korpusu Çar sarayında
olarkən I Nikolay İngiltərənin Rusiyadakı səfiri Seymur Hamiltona
yaxınlaşaraq Türkiyənin gələcəyinə İngiltərənin münasibətinin
necə olacağı fikrini öyrənmək istədiyini bildirmişdi. Səfir
Rusiyanın mövqeyini İngiltərə hökumətinə çatdırmağa söz
vermişdi. Bir aydan sonra, fevralın 9-da İngiltərənin ştats-katibi
Con Rosselin imzası ilə Rusiyanın mövqeyinə İngiltərənin kəskin
mənfi münsibətini bildirən cavab gəlmişdi. Bu onunla əlaqədar idi
ki, İngiltərə Qara dəniz boğazında qüdrətli Rusiyadansa, zəif
Osmanlının olmasına üstünlük verirdi.
Buna baxmayaraq Rusiyanın xarici işlər naziri Nesselrod I
Nikolayı inandırmışdı ki, Türklər Avropa dövlətlərinin gözündən
düşmüşdür. Rusiyanın Fransadakı səfiri Kiselyov, İngiltərədəki
səfiri Brunnov və Avstryadakı səfiri Meyndorf I Nikolayı
arxayınlaşdırmışdılar ki, Rusiya Osmanlıya müdaxilə edəcəyi
təqdirdə Avropa diplomatiyasının dəstəyini qazanacaqdır. Çar elə
hesab edirdi ki, 1848-1849-cu il inqilabından sonra Avstriya
Rusiyaya müttəfiq olmaq üçün onun tərəfində çıxış edəcəkdir.
Fransa isə 1852-ci il dövlət çevrilişindən sonra özünə gəlməyib,
buna görə də Avropada hamı Rusiyanın tərəfində duracaq. Çar
bununla olduqca ciddi siyasi səhvə yol verirdi. Çünki Fransa
keçmiş müttəfiqlərin arasını vurmaq üçün belə fürsəti çoxdan
gözləyirdi.
Xaricdəki rus diplomatlarından yalnız Aleksandr Qorçakov
əvvəlcə Vyanadan, sonra isə Alman knyazlarından I Nikolayın
adına göndərdiyi təqdimatda göstərirdi ki, Avropadakı beynəlxalq
şərait Rusiyanın əleyhinə çevrilmişdir. Avstriya Rusiyanın
hegemonluğundan çıxmaq üçün fürsət axtarır. III Napoleon isə
"Avropa konsertini" dağıtmaq üçün bəhanə gəzir. Təsadüfi deyildi
ki, Fransa Avropa dövlətlərindən ilkini kimi, 1853-cü ildə hələ
362
1740-cı ildə imzalanmış Fransa-Osmanlı müqaviləsinin şərtlərini
bərpa etməyə müvəffəq olmuşdu. Müqavilənin şərtlərinə görə,
Fransa Yaxın Şərqin katolik xristianları üzərində Osmanlıdan
qəyyumluq hüququ alırdı. Bundan xəbər tutan I Nikolay türk
sultanına etirazını bildirərək analoji hüququn 1829-cu il Ədirnə
sülhü ilə Türkiyənin pravoslav xris-tianlarına aid olduğunu
bildirmişdi. Nikolayın əmri ilə İstanbuldakı rus səfiri A.Menşikov
1853-cü il martın 10-da Osmanlı dövlətininxarici işlər naziri Rüfət
Paşaya Rusiyanın aşağıdakı məzmunda notasını təqdim etmişdi:
“Rusiyanın Osmanlıdakı pravoslav kilsəsi və pravoslav
əhalisi üzərində qəyyumluq hüququ sultanın möhürü olan sənəd ilə
təsdiq olunmalıdır. Çünkü sultanın möhürü olan sənəd beynəlxalq
hüquqi qüvvəyə malik idi.”
Bu məsələ ilə əlaqədar dövrün mətbuatının yazdığına görə,
əgər padşah həmin fərmanı qəbul edərsə, onda I Nikolay
Osmanlının “ikinci sultanı” kimi görünəcəkdi. Bu nota türk-rus
münasibətlərinin daha da pisləşməsində əsas rol oynamışdı.
1853-cü ilin aprelində İngiltərə hökuməti Rusiyaya qarşı
barışmaz mövqeyi ilə məşhur olan Stratford Kanninqi (Lord
Redklif) İstanbula səfir təyin etmişdi. Kanninq rus səfiri ilə ilk
görüşündən sonra müəyyənləşdirdi ki, Menşikovun baçlıca
məqsədi Osmanlı ilə müharibəyə nail olmaqdır və çox ustalıqla iki
işi reallaşdırmışdı:
- Osmanlının ruspərəst mövqeyə malik Xarici İşlər Naziri
Rüfət Paşanın Rəşid Paşa ilə əvəz olunmasına nail olmuşdu. Rəşid
Paşa isə Rusiyaya düşmən münasibət bəsləyən şəxslərdən idi.
- Rusiya ilə Osmanlı arasında diplomatik münasibətlərin
qırılmasına nail olmaq, bu isə müharibə demək idi.
Məlum olduğu kimi, çar knyaz Menşikova verdiyi məxfi
göstərişdə notanın qəbul edilməyəcəyi təqdirdə Osmanlı ilə
diplomatik münasibətləri kəsməsi səlahiyyətini vermişdi. Osman-
lının notanı rədd etməsi ilə rus səfiri Menşikov mayın 21-də
Dövlət-i Aliyyə ilə diplomatik münasibətləri kəsmiş və Odessaya
qayıtmışdı.

363
Rusiyanın xarici nümayəndəliklərinin susduğu dövrdə
Vyanadakı səfir A.Qorçakov sonuncu dəfə Rusiyanı Osmanlı ilə
müharibəyə getməkdən çəkindirmək üçün xarici işlər nazirinə
təqdimatı göndərmişdi. Lakin buna əhəmiyyət verilməmişdi.
Çünki heç kəs çarın arzusunda olduğu müharibənin əleyhinə
getməyə cəhd etməmişdi. Müharibə dövründə Rusiyada Avropada
təcrid vəziyyətinə düşmüşdü. Bu da çox tezliklə Rusiyanı böyük
fəlakət qarşısında qoymuşdu. Real siyasi vəziyyəti düzgün
qiymətləndirməyən Ingiltərədəki rus səfiri Brunnov isə yenə də
XİN-ə müraciət edərək İngiltərə və Fransanın hadisələrə müdaxilə
etməyəcəyini Nesselrodun və I Nikolayın diqqətinə çatdırmışdı.
Bundan sonra I Nikolay bildirdi ki, tələbləri yerinə yetiril-
məyənədək Dunayboyu knyazlıqları işğal edib girov götürün.
İyunun 21-də general M. Qorçakovun komandanlığı altında 80
minlik rus ordusu Prut çayını keçərək Moldava və Valaxiyanı işğal
etmişdi.
Osmanlı İngiltərə və Fransanın mövqelərindən arxayın-
laşdığı üçün nə quru qoşunlarında, nə də dəniz qüvvələrində ciddi
hazırlıq görməmişdi. Uzun sürən diplomatik mübarizədən sonra
1853-cü il oktyabrn 16-da ingilis səfiri Stratford və fransız səfiri
Lakurun təhriki ilə Osmanlı Rusiyaya müharibə elan etmişdi.
Noyabrın 2-də I Nikolayın Osmanlı ilə müharibə haqqında mani-
festi elan olunmuşdu. Müharibə başladıqdan az sonra noyabrın 18-
də rus admiralı Naximovun başçılığı altında 8 gəmidən ibarət rus
donanması Sinop buxtasında dayanmış 16 gəmi və çoxlu sursata
malik türk donanmasını darmadağın etmiş, komandan Osman
Paşanı isə əsir götürmüşdü. Sinop məğlubiyyəti Avropada sensa-
siya yaratmışdı. Bu hadisədən sonra ingilis və fransız donanmaları
Qara dəniz boğazlarına daxil olmuş və 1854-cü ilin yanvarında
admirallar bildirmişdilər ki, Qara dənizə daxil olmaqda əsas
məqsədləri Osmanlının sahil məntəqələrini rusların qəfil
hücumundan qorumaqdır. Bunun üzərinə I Nikolay London və
Parisdəki elçilərini geri çağıraraq bu ölkələrlə də diplomatik
əlaqələrini dayandırmışdı. 1854-cü il yanvarın 29-da Fransanın
hökumət orqanı olan "Monityer" qəzetində III Napoleonun I
364
Nikolaya açıq məktubu dərc olunmuşdu. İlk dəfə idi ki, bir monarx
digər monarxa mətbuat vasitəsi ilə açıq müraciət edirdi.
Müraciətdə Sinop döyüşünün təkcə Osmanlının yox, İngiltərə və
Fransanın da ləyaqətini təhqir etdiyi göstərilirdi.III Napoleon tələb
edirdi ki, nə qədər Rusiya Avropa ilə üz-üzə qalmayıb rus
donanması Qara dənizdən çıxarılmalı, Osmanlıya heç bir şərt irəli
sürülmədən danışıqlar başlamalıdır. III Napoleonun bəyanatına I
Nikolayın Rusiya XİN-nin mətbuat orqanı olan "Jurnal De Sen-
Peterburq"da cavab məktubu dərc olunmuşdu. Jurnalda dərc
edilməklə yanaşı, I Nikolay cavab məktubunu rəsmi sənəd kimi
Fransanın Rusiyadakı səfirinə də təqdim etmişdi. Məktubda Sinop
döyüşünün günahı I Nikolay tərəfindən həm Osmanlı, həm də
İngiltərə və Fransa üzərinə qoyulurdu. Burada göstərilirdi ki,
İngiltərə və Fransa diplomatiyasının təhriki ilə Osmanlı-Rusiya
münasibətləri müharibə həddinə çatmışdı.
Tərəflər arasında müharibə Dunay, Qaradəniz və Qafqazda
sürdürülmüşdü. Müharibənin ağırlıq mərkəzi Krım yarmadası
olmuşdur. Böyük Britaniya, Fransa və Sardiniya krallığı Osmanlı
dövlətinin tərəfində müharibəyə qatılmışdılar. Rusiyanın, Avstriya
və Prussiyanı öz tərəfinə çəkmək cəhdi isə uğursuz olmuşdu.
Rusların Balkanlarda irəliləməsini öz mənfəətləri üçün təhlükəli
hesab edən Avstriya müharibədə aktiv şəkildə iştirak etməsə də,
ordularını səfərbər edib rusların Dunay çayı boyunca irəliləməsinə
mane olmuşdular. Ruslar Qafqaz cəbhəsində bəzi üstünlüklər əldə
edib Doğu Bəyazid, Qars və ətrafını tutsalar da, bu müharibənin
gedişinə həlledici təsir göstərməmişdi. Müttəfiqlərin Krım yarım-
adasına donanma və ordu çıxarması üzərinə Rusiya əsas gücünü bu
bölgəyə yönəltmişdi. 1854-cü ilin sentyabrında müttəfiqlər
Almaçay döyüşündə və ardıncada 1854-cü ilin noyabrında İnker-
man döyüşündə rus ordusunu darmadağın edərək Sevastopola ge-
dən yolu açmışdılar. 1855-ci ilin oktyabrına qədər sürən təxminən
bir illik mühasirədən sonra Sevastopol müttəfiq qoşunlarının nəza-
rətinə keçmişdi. Bu arada Rusiyada da taxt dəyişikliyi olmuş, I Ni-
kolayın vəfatı üzərinə II Alexsandr (1855-1881) çar elan edilmişdi.

365
Yeni imperator müharibənin davam etdirilməsinin Rusiya üçün da-
ha ağır nəticələr verəcəyini düşünərək anlaşma zəmini axtarmışdı.
Müttəfiqlərdən İngiltərə 1855-ci ilin oktyabrında İsveç ilə müqa-
vilə bağlayıb müharibəni Baltik dənizinə də yayaraq Rusiyanı
uzun müddət özünə gəlməyəcək şəkildə zəiflətmək niyyətində idi.
Fəqət Fransa imperatoru III Napoleon Rusiyanın cəzalandırıldığını
düşünərək, müharibənin uzanmasının ordunu da yoracağını və da-
xildə narazılıq yaradacağını irəli sürərək sülh görüşmələrinə baş-
lanmasını təkid etmişdi. Nəticədə1856-cı il martın 30-da Parisdə
Rusiya ilə müttəfiqlər arasında müqavilə imzalanmışdı. Paris danı-
şıqlarında Osmanlı, İngiltərə, Fransa, Prussiya, Rusiya, Avstriya,
Sardiniya krallığı iştirak edirdi. Baxmayaraq ki, Osmanlı danışıq-
larda qalib dövlət kimi təmsil olunurdu, o, bu sülhlə siyasi tərəfdən
itkilər vermişdi.Bu müqavilənin qısa şərhinə görə:
- Rusiya Qara dənizdə hərbi donanma saxlamaq, sahillərdə
qalalara sahib olmaq hüququndan məhrum edildi;
- Bessarabiyanın cənub hissəsi Osmanlı imperiyasına
verildi. Rusiya Qarsı Osmanlıya, müttəfiqlər isə Sevastopolu və
digər işğal olunmuş şəhərləri Rusiyaya qaytardılar. Osmanlı
dövlətinin ərazi bütövlüyü təmin olundu. Rusiyanın beynəlxalq
nüfuzu xeyli sarsıldı;
- Qara dəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan
edildi.
Bu müqavilənin Türkcə geniş şərhi aşağıdakı kimidir:
Tamamı 34 madde olan Paris Andlaşması'nın getirdiği
başlıca hususlar şunlardı:
1) Osmanlı Devleti ve Rusya, savaş sırasında birbirlerinden
ele geçirmiş oldukları yerleri ve esirleri geri vereceklerdi.
2) Avrupa devletleri; Osmanlı Devleti'nin, Avrupa
devletler hukukundan ve haklarından yararlanmasını kabul
ediyordu. Ayrıca, her biri ayrı ayrı, Osmanlı Devleti'nin toprak
bütünlüğüne ve bağımsızlığına saygı göstermeyi garanti ediyor ve
bu garantinin tamamen uygulan masına da ortaklaşa kefil
oluyorlardı.

366
3) Osmanlı Devleti ile, andlaşmada imzası bulunan
devletlerden biri veya birkaçı arasında bir anlaşmazlık çıkacak
olursa, Osmanlı Devleti ve adı geçen devletlerin herbiri, kuvvete
başvurmadan önce, diğer devletlerin arabuluculuk yapmasını
kabul ediyordu.
4) Osmanlı Padişahı'nın (18 Şubat 1856'da) ilan etmiş
olduğu İslahat Fermanı, diğerdevletler tarafından memnunlukla
karşılanıyordu. Ancak bu Ferman, andlaşmayı imzalayan hiçbir
devlete, Osmanlı Devleti'nin içişlerine karışma hak ve yetkisini
vermeyecekti.
5) Boğazların kapalılığına dair 1841 Londra Andlaşması
aynen yürütülecekti.
6) Karadeniz, tarafsız duruma getirilecek, bütün devletlerin
ticaret gemilerine açık, fakat savaş gemilerine sürekli olarak kapalı
olacak, kıyılarında hiçbir tersane bulunmayacaktı.
7) Tuna Nehri'nde ulaşım serbest olacak, bunu andlaşmada
imzası bulunan devletlerin temsilcilerinden kurulacak bir
komisyon yürütecekti.
8) Rusya tarafından terk edilecek olan Tuna Nehri
deltasının bir bölümü, Boğdan'a verilecekti.
9) Eflâk ve Boğdan Beylikleri Osmanlı Devleti'ne bağlı
kalacak, ancak bunların sahip bulundukları ayrıcalıklar ve haklar
genişletilecek ve bunlar andlaşmayı imzalayan devletlerin ortak
garantisi altında olacak; hiçbir devlet bu Beyliklerin iç işlerine
karışmayacaktı.
10) Sırbistan da, bundan böyle devletlerin ortaklaşa
garantisi altında bulunacak, devletlerin onayı alınmadan Osmanlı
Devleti Sırbistan'a hiçbir şekilde asker sokamayacaktı.
Krım müharibəsində Osmanlı ilk dəfə xarici bir dövlətdən
İngiltərədən borc pul almışdı. 1855-ci ildə Rotşild şirkəti ilə
5.000.000 funt sterlinq dəyərində bir müqavilə imzalanmışdı. Bu
borcun qarşılığında, İzmir və Suriyanın gömrük gəlirləri ilə, Misir-
dən gələn vergilər göstərilmişdi. Borc alınacaq pulun yalnız müha-
ribə xərcləri üçün istifadə edilməsi və buna nəzarət etmək üçün İn-

367
giltərəvə Fransa hökumətləri nümayəndələrdən ibarət bir komissi-
yanın yaradılması qəbul edilmişdi. Xaricdən borc alma sonrakı il-
lərdə də davam etmiş və Osmanlı iqtisadi cəhətdən xarici sərma-
yənin nəzarəti altına keçmişdi.Osmanlı dövlətinin daxili məsələsi
olan İslahat Fərmanının müqavilənin mətninə daxil edilməsi son-
rakı illərdə daxili işlərə müdaxilə üçün zəmin hazırlamışdı.

İslahat fərmanı (1856)

1856-cı il fevralın 18-də Osmanlı sultanı ölkədə islahatların


keçirilməsi haqqında yeni bir fərman vermişdi. Bu fərman 1839-cı
il fərmanından onunla fərqlənirdi ki, burda Fransa və İngiltərənin
Osmanlıya təqdim etdiyi memorandum tətbiq edilmişdi. Bu
fərman qeyri-müsəlmanlara müsəlmanlarla bərabər hüquqlar verir,
dini etiqadından asılı olmayaraq, bütün təbəələrin şəxsiyyət və
mülkiyyət təhlükəsizliyinin təmin olunmasını, insan şərəfinin
qorunmasını təsdiq edirdi. Xristian və digər azlıqlara dövlət
qulluğuna girmək imkanı verilmişdi. Azlıqlara bədəlli hərbi
xidmət gətirilmişdi.Azlıqlara banklar, şirkətlər və məktəblər
açmaq imkanı verilmişdi.Əcnəbilərə isə vergiləri ödəmək şərti ilə
Dövlət-i Aliyyə hüdudlarında əmlaka sahib olmaq imkanı
tanınmışdı.Xülasə, bu fərman müsəlman xalqa heç bir imtiyaz
gətirməsə də, qeyri-müsəlmanların hüquqları daha da genişlən-
dirilmişdir.

İslahat Fərmanının Türkcə özəti:


1) Gülhane Fermanı ve Tanzimat ile her din ve mezhepde
bulunan bütün uyruklara vaad olunan güvenceler, bu fermanla
yenilendiğinden, bunların uygulanması için gerekli önlemler
alınacak (bütün din və məzhəblərə vəd edilən əvvəlki imtiyazlar
burada da təsdiqlənir),
2) Müslümanlar ile Müslüman olmayanlar kanun önünde
eşit olacaklar (müsəlmanlarla qeyri-müslümlər qanun qarşısında
bərabərdir),

368
3) Patrikhanelerde yeni meclisler kurulacak ve bu
meclislerin verecekleri kararlar Babıâli tarafından onaylandıktan
sonra yürürlüğe girecek (patriarxlıqlarda yeni məclislər qurulacaq
və bu məclislərdə qəbul edilən qanunlar Bab-ı Alidə təsdiq-
ləndikdən sonra qüvvəyə minəcək),
4) Patrikler ömür boyunca bu makama seçilecek
(patriarxlar ömürlük olaraq bu vəzifəyə seçiləcək),
5) Şehir ve kasabalarda bulunan kilise, manastır, mezarlık,
okul ve hastahane gibi yerlerin tamir veya yeniden yapılmasına
izin verilecek(şəhər və qəsəbələrdəki kilsə, monastr, qəbirstanlıq,
məktəb və xəstəxana kimi yerlərin təmirinə icazə veriləcək),
6) Irk, din, dil farkı gözetilmeden hiçbir mezhep diğerine
üstün sayılmayacak(irq, din, dil fərqi olmadan bütün məzhəblər
bərabərdir),
7) Hiç kimse din değiştirmeye zorlanmayacak (heç kim din
dəyişdirməyə məcbur edilməyəcək),
8) Devlet hizmetlerine, askerlik görevine ve okullara bütün
uyruk eşit olarak kabul edilecek (dövlət xidməti, hərbi xidmət və
məktəblərdə bütün millətlər bərabərhüquqlu qəbul ediləcək),
9) Bütün toplumlar okul açabilecek (bütün cəmiyyətlər
məktəb aça biləcək),
10) Vergiler eşit alınacak, iltizam usulü kaldırılacak
(vergilərin miqdarı eyni olacaq və iltizam ləğv ediləcək),
11) Bütün uyruğun eşit ve serbest şekilde ticaret ve
ekonomik girişimlerde bulunması sağlanacak (bütün millətin
bərabər və sərbəst şəkildə ticarət və iqtisadi təşəbbüs haqqı var),
12) Mahkemeler açık olacak, keyfî cezalar verilmeyecek
(məhkəmələr açıq olacaq və istəyə görə cəza verilməyəcək),
13) Müslümanlar ile Müslüman olmayanlar arasındaki
davaları görmek üzere, karma mahkemeler kurulacak (müsəl-
manlar ilə qeyri-müsəlmanlar arasındakı məhkəmə işləri üçün
qarışıq məhkəmələr qurulacaq),
14) Yabancı devletler ile yapılacak anlaşmalar gereğince,
yabancılar da Osmanlı Devleti sınırları içerisinde mülk sahibi
olabilecek (xarici dövlətlər ilə imzalanacaq müqavilələrə görə
369
əcnəbilər də Osmanlı dövləti hüdudları daxilində mülk sahibi ola
biləcək).
Bəzi dəyişiklikləri istisna olmaqla tənzimatın ikinci
mərhələsi də ölkədə əsaslı dəyişikliklərə gətirib çıxarmamışdı.
Xarici dövlətlər hələ də Osmanlının daxili işlərinə qarışmağa
davam edirdilər. İmperiyanın maliyyə vəziyyəti ağır idi. Əslində
Avropa dövlətlərinin məqsədi əsrlərdir hərbi yolla çökdürə
bilmədikləri imperiyanı iqtisadi asılılığa salmaq və tədricən
müstəmləkəyə çevirmək idi. Ölkədəki ağır vəziyyət bəzi əyalət-
lərdə qarışıqların çıxmasına gətirib çıxartmışdı. 1858-ci ildə
Ciddədə (Səudiyyə Ərəbistanı), 1860-1861-cı illərdə isə Suriya-
Livan ərazilərində etnik dini səbəblərdən çıxan qarışıqlıqların
fransız və ingilislərin də açıq müdaxilələri ilə “nizama qoyulması”,
Osmanlıda mərkəzin əyalətlərdə nəzarəti tək başına təmin edə
bilmədiyini göstərməkdə idi. Balkanlarda da Osmanlıya bağlı
Eflak və Boğdanın yerli xalqı vahid Rumıniyaya birləşmə qərarı
almışdılar (1859). Formal olaraq Osmanlıya bağlı görünən və vergi
ödəməyə davam edən bu krallıq, 1862-ci ildə öz parlamentini
formalaşdırmış, 1877-ci ildə isə tamamilə müstəqilliyini elan
etmişdi. 1881-ci ildə isə Rumıniya krallığı olaraq tarix səhnəsində
yerini almışdı.
Paytaxt İstanbulda da vəziyyət sabit deyildi. Xalq arasında
"Padişah gâvur oldu, din elden gidiyor, medreseleri kapatacaklar"
şəklində təbliğat aparan bəzi zabit, məmur və mədrəsə
tələbələrinın qurduğu gizli cəmiyyət Sultan Əbdülməcidə qarşı
sui-qəsd hazırlamışdı. Bu sui-qəsdi “Türkiyənin ilk hərbi çevriliş
təşəbbüsü” adlandıran tədqiqatçı Murad Bardakçı bunları qeyd
etməkdədir:
“Hükümet, darbe girişimini 13 Eylül 1859 günü, geceya-
rısına yakın saatlerde haber aldı. Tophane-i Âmire kâtiplerinden
Arif Bey, Serasker Rıza Paşa'ya giderek "Padişaha suikast yapmak
için gizli bir cemiyetin kurulduğunu, Sultan Abdülmecid'in
Tophane'ye gidişi sırasında birkaç kişinin yaylım ateşi açarak
hükümdarı öldüreceğini, cemiyetin birkaç saatten buyana

370
Tophane'deki Kılıç Ali Paşa Camii'nde toplantı halinde bulun-
duğunu ve kendisinin de bu cemiyetin mensubu olmasına rağmen
her şeyi itiraf etmeye karar verdiğini" söyledi. Kılıç Ali Paşa
Camii'ne hemen baskın yapıldı ve toplantı halinde yakalanan 41
kişi Bayezid'de bugün İstanbul Üniversitesi Rektörlüğü olarak
kullanılan "Seraskerlik" binasına götürülüp sorguya alındılar,
oradan da Çengelköy'deki Kuleli kışlasına kapatıldılar.”
Bu hadisə tarixə “Kuləli Vakası” şəkilində keçmişdi.

İrlandiyada böyük qıtlıq və Osmanlı yardımı


1840-50-ci illərdə İrlandiyada böyük qıtlıq və xəstəliklər
nəticəsində 1 milyona yaxın insan həyatını itirmişdi. İngilis
ağalarının təzyiqi nəticəsində irlandların bir çoxu vətənlərini tərk
edərək «yeni dünya» Amerikaya köç etmişdi. Amerika Birləşmiş
Ştatları sənət və dövlət adamları arasında çox sayıda İrlandiya əsilli
var.
İrlandiyada yaranan aclıqdan xəbərdar olan Osmanlı
sultanı Əbdülməcid 1847-ci ildə İngiliz kraliçasının mane ol-
masına baxmayaraq gizli yolla o vaxtın pulu ilə 8 milyon lirə yar-
dım göndərmişdi. 1995 –ci ildə irlandlar bu yardıma minnətdarlıq
əlaməti olaraq Droqheda bələdiyyə binasına təşəkkür lövhəsi
yerləşdirmiş, qəsəbənin gerbinə da ay ulduz simvolu əlavə
etmişlər.
4. Sultan I Əbdüləziz dövrü (1861-1876)
Sultan Əbdüləzizin taxta çıxdığı günlərdə Osmanlı impe-
riyası olduqca qarışıq dövrdə idi. Maliyyə böhranı dərinləşmiş, Qa-
radağ üsyanı artıq müharibə halını almışdı. Herseqovina əyaləti də
çalxalanırdı. Avropa dövlətləri də bunları bəhanə edərək öz müda-
xilələrini artırırdı. Bunun qarşısını almaq istəyən Sultan Əbdüləziz
taxta çıxdıqdan bir neçə gün sonra bir fərman imzalamışdı. Sədrə-
zəmə xitabən yazılan və Bab-ı Alidə mərasimlə elan edilən fərman-
da, yeni sultan tənzimatdan imtina etmədiyini bəyan etmişdi.Bun-

371
dan başqa, fərmanda, ölkənin iqtisadi böhrandan çıxarılması, irqin-
dən və dinindən asılı olmayaraq hər kəsin dövlət qarşısında bərabər
hüquqlu olması kimi sosial məsələlərə də toxunulurdu.
Əsas problem iqtisadi böhran olduğu üçün, Sultan Əbdüləziz
hökumətdən ilk öncə bu məsələnin həllini tələb etmişdi. Özü də bu
məsələnin həlli uğrunda öz illik gəlirinin və saray məsrəflərinin
azaldılmasına razı olmuşdu. Bu vədlərini yerinə yetirərək sarayda
lazımsız bütün məmurları uzaqlaşdırmışdı. Sarayda qızıl, gümüş
və digər qiymətli əşyaların istifadəsini qadağan etmişdi. Şəxsi gə-
lirlərinin üçdə bir hissəsini dövlət xəzinəsinə verəcəyini də bildir-
mişdi. Siyasi məhkumlar üçün ümumi əfv elan etmişdi. Rüşvətə
qarışan məmurları cəzalandırmışdı. Nazirliklərdə xüsusilə də, Sə-
darət binasındakı məmurların sayını da azaltmışdı. Görülən bu təd-
birlərlə iqtisadi böhran qismən azalmışdı.
Sultan Əbdüləziz yeni sədrəzəm Yusif Kamil Paşanın tək-
lifi ilə 3 aprel 1863-cü ildə Misirə səyahət etmişdi. Əcdadı Yavuz
Sultan Səlimdən sonra Misir torpaqlarına gələn ilk Osmanlı sultanı
olmuşdu. Burada böyük sevinclə qarşılanan Sultan Əbdüləziz
Mehmed Əli Paşa üsyanından sonra demək olar ki, ayrı bir dövlətə
çevrilən Misir əhalisini Osmanlı imperiyasına qazandırmaq istə-
mişdi.
Maraqlı bir fakt: ABŞ-ın Azadlıq Heykəlinin Nyu-York
macərasından əvvəl çox maraqlı bir hekayəsi var. Hekayə Misirin
Port Səid şəhərindən başlayır. Süveyş kanalının girişində bir hey-
kəlin qurulması üçün Sultan Əbdüləziz tərəfindən memar Barthol-
diyə müəyyən bir ilkin ödəniş ödənib sifariş edilir. Misirdəki
Sfinksdən (daşdan yonulmuş adam başlı şir heykəli) iki dəfə hün-
dür olmaqla həmin heykəl Suveyş kanalının girişində mayak rolu-
nu oynamalı idi. Heykəlin adı isə “Yolu işıqlandıran misirli” olmalı
idi. O, azadlıq məşəlini əlində saxlayan Misirin kəndli qadınının
surətini özündə əks etdirməli idi. Bartholdi də Parisdəki atelyesin-
də heykəli düzəltməyə başlayır. Ancaq Misirdəki qarışıqlıq səbə-
biylə Misir valisi heykəlin gətirilməsinə qarşı çıxır. Heykəl Parisdə
bir depoya qoyulur.Bu hadisədən 20 il sonra 1885–ci ildə Fransa

372
hökuməti bu heykəli ABŞ-a hədiyyə edir. Heykəl Nyu-yorkun
Manhetten bölgəsi Liberty (Azadlıq ) adasında yerləşir.

Şeyx Şamilin Devlət-i Aliyyəyə gəlişi

Sultan Əbdüləzizin hakimiyyət illərində əlamətdar hadisələrdən


biri də o dövürdə Qafqaz xalqlarının milli qəhrəmanı sayılan Şeyx
Şamilin İstanbulda Dolmabaxça sarayında qonaq edilməsi idi. 1834-
cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə
baxmayaraq usanmadan cihad edən, ona böyük zərbələr vuran
“ Qafqaz qartalı” Şeyx Şamil güclü düşmən qarşısında çarəsiz təslim
olmaq məcburiyyətində qalmışdı. Şeyx Şamil əsir düşdükdən sonra
Çar hökuməti belə illərcə ona dirənən bu mücahid qəhrəmana
səmimi münasibət göstərmişdi. Uzun bir müddət Kaluqa şəhərində
sürgün yaşadıqdan sonra ona ailəsi ilə birlikdə həcc ziyarəti üçün
Səudiyyə Ərəbistanına getməyə izn verilmişdi. Şeyx Şamil 1869-cu
ilin yayında ailəsi ilə bərabər Rusiyadan çıxaraq əvvəlcə İstanbula
gəlmişdi. Şeyx Şamilin İstanbula gəlməsi xəbəri yayıldığı zaman
şəhər bir-birinə qarışmış, xalq bu böyük qəhrəmanı görmək üçün
saray qapısına axışmağa başlamışdı. Sulatn Əbdüləziz tərəfindən
böyük hörmətlə qarşılanan Şeyx Şamilə və ailəsinə xüsusi imarət
ayrılmış və maaş bağlanmışdı. 1870-ci ilin yanvarında Şeyx Şamil
arzuladığı son mənzilə ( həcc ziyarətinə ) vaxtında yetişmək üçün
Sultanın məxsusi olaraq ona ayırdığı gəmi ilə yola çıxmışdı. Şeyx
Şamil Ciddə limanında Məkkə əmiri, şəhərin iləri gələnləri və böyük
bir izdiham tərəfindən təntənəli mərasimlərlə qarşılanaraq ,
Məkkədə şərəfli şəxslər üçün ayrılan Şürəfa dairəsində qonaq
edilnişdi. Adını dünya tarixinə "gəlmiş-keçmiş ən böyük müqavimət
lideri" olaraq yazdıran İmam Şamil 4 fevral 1871-ci ildə 74 yaşında
“ müqəddəs torpaqlarda” ( Mədinədə ) fani dünyaya gözlərini
yummuşdu.

373
Qərblə münasibətlər

Fransa imperatoru III Napoleon Beynəlxalq Paris Sənaye


Sərgisinin açılışı münasibətilə Sultan Əbdüləzizi Fransaya dəvət
etmişdi. İstanbuldakı fransız səfirinin vasitəçiliyi ilə bu dəvətin
beynəlxalq sülhə təkan verəcəyini də bildirmişdi. Bu əsnada İngil-
tərə kraliçası Viktoriya da sultanı Londona dəvət etdi və beləliklə,
Sultan Əbdüləziz hər iki ölkənin dəvətini qəbul edərək 21 iyun
1867-ci ildə Avropa səyahətinə çıxdı. Beləliklə, Osmanlı tarixində
xarici ölkələrə səyahət edən yeganə sultan və xristian dünyasına
dost olaraq gedən ilk xəlifə Əbdüləziz olmuşdu. Fransa və İngiltə-
rəni ziyarət edən, bu əsnada Belçika, Prussiya və Avstriyadanda
keçən sultan7 avqust 1867 tarixində İstanbula qayıtmışdı.
Sultan Əbdüləziz qərblə, xüsusilə Fransa iləyaxşı münasi-
bətlərin qurulmasına diqqət yetirmişdi. 1869-ci ildə Darülfünun-i
Osmani də (İstanbul Universiteti) fransız təhsil sistemi əsas götü-
rülmüşdü. Əbdüləziz dövründə bir sıra yeni məktəblər açılmışdı ki,
onlar arasında Darülmuallimat-ı (1870) (Kız Öğretmen Okulu) və
yetim uşaqların həm qalmaları, həm də təhsillər üçün nəzərdə tu-
tulan Darüşşafaka təhsil müəəssisəsini (1873) xüsusilə vurğulamaq
lazımdır.Osmanlı dövlətinin uzun illər rəsmi bankı və xəzinədarı
sayılan Bank-ı Osmanî-i Şahanedə (1863) onun dövründə qurul-
muşdur. Osmanlının ilk poçt markaları da bu dövrdə çap edilmişdi
(1863). Əbdüləzizin göstərişi ilə, bələdiyyəyə bağlı ilk müasir yan-
ğından xilasetmə təşkilatı qurulmuş, Divan-ı Ahkâm-ı Adliye
(Yargıtay-Ali məhkəmə) fəaliyyətinə başlamışdı. 1871-1875-ci il-
lərdə İstanbulda Qalata-Bəyoğlu səmtləri arasında tunel (funikul-
yor) xətti qurulmuş və bu tunel xətti dünyanın ikinci metro xətti
olaraq da bilinməkdədir. Hal-hazırda da İstanbulda vətəndaşlara
xidmət göstərməkdədir.Sultan Əbdülməcid səltənətində başlayan
teleqraf çəkilişləri Əbdüləziz dövründə demək olar ki, bütün ölkə-
də yayılmışdı.
Sultan Əbdüləziz dövründə ABŞ və Osmanlı münasibətlə-
rində də bir canlanma olmuşdur. 1862-ci ildə ABŞ-la imzalanan
ticarət anlaşması və daha əvvəlki illərdə verilən bəzi imtiyazlar,
374
Vaşinqton hökuməti tərəfindən dəstəklənən protestant misyonerlə-
rin Osmanlı torpaqlarında rahat şəkildə fəaliyyətlərinə də imkan
yaratmışdı. 1863-cü ildə İstanbulda açılan Robert Kolleci və onun
ardınca digər əyalətlərdəki sözdə bu “təhsil ocaqları” əslində döv-
lətin daxildən çökməsinə yardımçı olacaq “militanlar”, “terrorcu-
lar” yetişməsinə səbəb olmuşdu. ABŞ-dan gələn protestant missio-
nerlər hədəf kütləsi olaraq Dövlət-i Aliyyədə bir vaxtlar “millət-i
sadiq” sayılan erməniləri seçmişdilər. Osmanlını yıxmaq üçün
“erməni kartı”ndan XIX əsrin 70-ci illərindən başlayaraq digər im-
perialist dövlətlər də (İngiltərə, Fransa, Rusiya kimi) öz məqsədləri
üçün istifadə etmişdilər.
Xaricə qarşı sülhpərvər bir siyasət güdməyə çalışan Sultan
Əbdüləzizin bu xoş niyyəti təəssüflər olsun ki, başda Rusiya ol-
maqla Qərb dövlətləri tərəfindən eyni qarşılığı almamışdı. Avro-
pallıların təhrikləri sayəsində Balkanlarda yenə də üsyanlar baş
göstərmişdi. Serbiya-Çernoqoriya, Herseqovina, Eflak-Boğdan və
Kritdə baş verən iğtişaşlar Dövlət-i Aliyyənin nüfuzuna böyük xə-
ləl gətirmişdi. Ən sonda 1878-ci il Berlin anlaşması ilə, Serbiya,
Çernoqoriya və Eflak -Boğdan (Rumıniya) Osmanlı ilə tamamən
bağlarını qoparaq müstəqil olmuş; Bosniya-Herseqovina isə 1908-
ci ilə qədər kağız üzərində hüquqən Osmanlıya bağlı görünsə də
Avstriya-Macarıstanın nüfuzu altına keçmişdi. Krit adası isə I Bal-
kan hərbininin sonunda (1913) Yunanıstan tərəfindən işğal edil-
mişdi.
Sultan Əbdülzəziz dövrünün ən mühüm hadisələridən biri
də, heç şübhəsiz Aralıq dənizini Qırmızı dənizə bağlayan Süveyş
kanalının açılması idi (1869). Hüquqən Osmanlının bir əyaləti
sayılan Misirin valisi İsmail Paşanın böyük səyləri ilə inşaatı
tamamlanan bu kanalın açılış mərasiminə Avropanın dövlət
adamları dəvət edilmişdi. Təəssüflər olsun ki, Osmanlının çətin bir
vəziyyətdə olmasından istifadə edən İngiltərə 1882-ci ildə Misiri
rəsmən işğal edərək, Süveyş kanalı üzərindəki nəzarəti də öz əlinə
almışdı.
1870-1871-ci illərdə Avropada Prussiya və Fransa arasında
baş verən müharibə dolaylı yolla Osmanlıya təsir etmişdi.
375
Müharibə Prussiyanın qələbəsi ilə bitmiş və Sultan Əbdüləzizin
yaxın münasibətdə olduğu Fransa imperatoru III Napoleon da
almanlar tərəfindən əsir alınmışdı. Otto von Bismarkın kansleri
olduğu dövrdə Prussiya və Rusiya dövlətləri arasında yaranan
ittifaq ikinciləri cəsarətləndirmiş və 1856 Paris müqaviləsi ilə Qara
dənizdə itirilmiş nüfuzunu bərpa etməyə yardımçı olmuşdu. O
dövrdə Osmanlı hökumətində də dəyişiklik olmuş və padşahın
rəğbətini qazanan Mahmud Nədim Paşa sədrəzəm təyin
olunmuşdu. Mənfəətpərəst olan Nədim Paşa hətta o dövrdə
Rusiyanın İstanbuldakı səfiri olan Kont İqnatyevlə sövdələşməyə
girərək qiymətli kağızlar üzərində manipulyasiya yolu ilə xeyli
mənfəət əldə etmişdi. Kont İqnatyevin səyləri nəticəsində Osmanlı
xarici siyasətində qısa bir müddət də olsa Rusiyaya meyllilik
yaranmışdı.Hətta Mahmud Nədim Paşanın Kont İqnatyevlə
yaxınlığı, Rusyönümlü siyasəti səbəbilə ona "Nədimov" ləqəbi belə
verilmişdir.
O dövrdə Osmanlının bəlkə də ən böyük problemi borclar
və iqtisadi müstəqiiliyini itirməyə doğru getməsi idi. Dövlətin
borcları 200 milyon qızıla çatmışdı. Bir il ərzində borc və faiz
olaraq ödənən pul miqdarı 14 milyon olmuşdu. O illərdə Osmanlı
imperiyasının maliyyə siyasəti borcu borcla ödəməkdən ibarət idi.
Xarici ölkələrdən borc alma imkanı olmadığı hallarda isə, Qalata
sərraflarından yüksək faizlə borc alınırdı. Nəticədə ölkədəki
iqtisadi böhran dərinləşmişdi. 1875-ci ilin büdcəsində 5 milyon lirə
kəsr var idi və artıq daxili və xarici borclanma imkanı qalmamışdı.
Bu vəziyyətfəsədrəzəm Mahmud Nədim Paşa rus səfirinin
tövsiyəsilə, bütün Avropa ölkələrinin etirazı ilə qarşılanan bir qərar
qəbul etmişdi. 6 oktyabr 1875 tarixli qərarla, dövlətə borc verən
şəxslərə pul yerinə qiymətli kağızlar paylanmışdı. Qərar daxildə və
xaricdə böyük əks-sədaya səbəb olmuşdu. Avropada, əllərində
qiymətli kağızlar olan şəxslər Osmanlı səfirlikləri önündə
mitinqlərə başlatmışdı. Nəticədə həm ölkənin prestiji azalmış, həm
də ingilis və fransızlar Osmanlılara düşmən olmuşdular. Əlbəttəki
bu Rusiyanın mənfəətlərinə tamamilə uyğun idi.1871-ci ildə
Londonda keçirilən beynəlxalq konfransda Rusiya yenidən Qara
376
dəniz sahillərində qalalar tikmək və orada hərbi donanma saxla-
maq hüququ almışdı.
Bu hadisə Sultan Əbdüləzizin xalq arasında etibarını
zədələmiş və səbəbkar kimi Nədim Paşa tutduğu vəzifədən
kənarlaşdırılmışdı. Rusiyanın Balkanlarda ekspansionist siyasətini
davam etdirməsi irəlidəki tarixdə türk-rus müharibəsinə gətirib
çıxartmışdı (1877-1878).
Ruslar öz məqsədlərinini həyata keçirmək üçün Balkan-
lardakı xristian azlıqlardan istifadə etmişdilər. Rusiyanın gizli
yollarla silah sursatla təmin etdikləri milliyyətçi bolqar kəndlilər
ətrafdakı türk yaşayış məntəqələrinə hücum edərək 1000-dən çox
müsəlmanı vəhşiliklə qətlə yetirmişdilər. Bu vəhşətin qarşısını
almaq üçün göndərilən Osmanlı birlikləri ilə qiyamçılar arasında
yaşanan çarpışmada 4000-dən çox bolqar dünyasını dəyişmişdi.
Bu hadisə Avropa, hətta ABŞ mətbuatında anti-Osmanlı təbli-
ğatına çevrilmiş “xristianların qətliama uğradığı, məskənlərinin
yerlə-bir edildiyi” şəklində ictimaiyyətə çatdırılmışdı. 1876-cı ilin
mayında rus və yunanlıların qəsdən hazırlamış olduqları ssenari
(komplo) ilə Selanikdə alman və fransız konsullarının yerli müsəl-
manlar tərəfindən işgəncəyə məruz qalması isə, Avropa icti-
maiyyətini tamamilə Osmanlı düşmənçiliyinə çevirmək cəhdi idi.
Düzdür, Babı-Ali bu məsələdə günahkar olanları təspit edip ağır
bir şəkildə cəzalandırmış (asdırmış), Selanik valisi Mehmed Refet
Paşanı da vəzifəsindən kənarlaşdırmışdı. Lakin bu belə Avropalı
dövlətlərin Dövlət-i Aliyyə üzərində təzyiqlərini azaltmamışdı.
Osmanlı dövlətində yaranan bu böhran müxalif qüvvələrin
də aktiv fəaliyyətə keçməsinə səbəb olmuşdu. Müxalif qruplar
Sultan Əbdüləzizi devirib, yerinə əvvəlki sultan Əbdülməcidin
oğlu Murad Əfəndini taxta çıxarmağı planlamışdılar.Keçmiş
sədrəzəmMithat Paşanın köşkündə toplanan iclasda Sultan
Əbdüləzizin səltənətdə qalması həm ölkənin, həm də müxalif
qüvvələrin gələcəyi üçün təhlükəli olaraq görülmüş və mədrəsə
tələbələrinin üsyana sövq edilmələrinə qərar verilmişdi. Digər
tərəfdən isə vəliəhd Murad Əfəndi üsyan edəcək tələbələrə
paylamaq üçün şəxsi sərrafı Xristaki Əfəndidən təmin etdiyi
377
sandıq-sandıq qızılı Mithat Paşaya göndərmişdi.10 may1876 günü
Fateh, Bəyazidv əSüleymaniyyə mədrəsələrinin tələbələri
dərslərdən imtina edərək mitinq keçirmişdi. Bunlara Şirvanizadə
Əhməd Hulusi və Gürcü Şərif Əfəndi kimi yüksək rütbəli üləmalar
da qatılmışdı. Hərəkatın planı isə o əsnada vəzifədən alınan Mithat
Paşanın şəhər kənarındakı köşkündə hazırlanmışdı. Üsyançılar
Ulduz sarayı önünə qədər gələrəkşeyxülislamın və sədrəzəmin
vəzifədən alınmasını tələb etmişdi. Tarixə “Softalar Üsyan” olaraq
keçən bu qiyam nəticəsində Sultan Əbdüləziz “göz həbsinə”
alınmış, Mehmed Rüşdü Paşanın sədarətə, Həsən Xeyrullah
Əfəndinin şeyxülislamlığa, Hüseyn Avni Paşanın sərdarlığa və
Mithat Paşanın isə Dövlət Şurası rəisliyinə gətirildiyi elan
olunmuşdu.Sultan Əbdüləziz düşmənçiliyində ortaq olan və
“möhtəşəm dördlük” adı verilən bu qrup iqtidarı ələ aldıqdan sonra
Sultan Əbdüləzizin devrilməsi məsələsində razılaşmış və planı
vəliəhd Murad Əfəndiyə bildirmişdilər.
29-30 may 1876 tarixlərində Sultan Əbdüləziz əvvəlcə
Dolmabağça sarayından Topqapı sarayına aparılmışdı. Burada onu
III Səlimin otağında məhkum etmişdilər. Bundan məyus olan
Sultan Əbdüləzizin “Məni də əmim Sultan Səlim kimi burda
bitirmək istəyirlər” sözlərini sərf etmişdi. Üstəlik otaqda oturmağa
yer də yox idi. Həm özü, həm də ailəsi o əsnada yağan yağışın
altında saraydan atılması ona olduqca güclü zərbə endirmişdi. Bir
müddət sonra başqa bir otağa alınan Sultan Əbdüləziz burada yeni
sultan V Murad Əfəndiyə (30 may 1876- 31 avqust 1876) məktub
yazmış və öz istəyilə Fəriyə sarayına aparılmışdı (1 iyun). Ancaq
4 iyun 1876 günü otağında Əbdüləzizin biləkləri kəsilmiş bir halda
cansız bədəni aşkarlanmışdı. Sultan Əbdüləzizin intiharmı etdiyi,
yoxsa cinayətəmi qurban getdiyi hələ də mübahisəli mövzu olaraq
qalmaqdadır.

378
XVII. OSMANLIDA KONSTİTUTSİYALI
MONARXİYAYA KEÇİD VƏ SULTAN II ƏBDÜLHƏMİD
DÖVRÜ
(1876-1909)

1. I Məşrutiyyətin elanına qədərki siyasi proseslər


Tənzimat dövründə daxildə və xaricdə yaşanan siyasi pro-
seslər Osmanlı ictimai dairələrində dərin həyəcan doğurmuşdu.
İrticaçı mühafizəkarlar bütün fəlakətlərin əsas səbəblərini
islahatlarda görürdülər, çünki bu islahatlar onların fikrincə, kafir
xristianları təqlid etməkdən başqa bir şey deyildi. Bunun əksinə
olaraq, radikal-liberal təbəqələr qəbul edilmiş islahatları olduqca
məhdud və imperiyanın dağılmasının qarşısını almaq üçün qeyri-
kafi hesab edirdilər. Bir qədər sonralar radikal-liberallar
içərisindən bir cərəyan yetişdi ki, bunlar yeganə çıxış yolunu
konstitusiyalı-parlamentar monarxiya yaradılmasında görürdülər.
Bu cərəyanın tərəfdarları içərisində zabitlər, yeni yetişmiş
məmurlar, aşağı təbəqələrin nümayəndələri, hətta əyanlar da var
idi. II Mahmudun islahatları və tənzimat sayəsində bir çox türk
gənci Avropa siyasi həyatı və burjua ideyaları ilə tanış olmaq
imkanı əldə etmişdi. Avropadakı inqilablar nəticəsində qərb
ictimaiyyətində yayqın olan “məşrutiyyət”(konstitutsiya),
“hürriyyət”, “ vətəndaşlıq haqları” və s. bu kimi düşüncələr bu
gənclərin siyasi görüşlərinə dərindən təsir etmiş və özləri də bəlkə
dərk etmədən “mason liberalizmi” toruna düşmüşdülər.
Masonluq - 1717-ci ildə İngiltərədə gizli beynəlxalq təş-
kilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan
(freemason) sözündən yaranmışdır və tərcüməsi azad bənna
deməkdir. Böyük İsrail krallığının kralı olmuş Süleyman
peyğəmbərin (e.ə.1010-931) şərəfinə tikilən məbəddə bir araya
gələn azad bənnaları təmsilən bu isim götürülmüşdür. Hətta
təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi
var. Onların ideologiyasına görə Allah da dünyanın memarıdır.
Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid
mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir.
379
Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin
varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən
istifadə edirlər. ABŞ-ın quruluşunda, Avropada bütün siyasi
tarazlığı dəyişdirəcək Fransız inqilabının ortaya çıxmasında mason
təşkilatlarının böyük rolu olmuşdur. Masonların Osmanlı
torpaqlarında geniş fəaliyyətə başlaması isə Krım müharibəsindən
sonra olmuşdur. Bildiyiniz kimi Osmanlı dövləti ilk dəfə məhz bu
müharibədə xarici dövlətlərdən xüsusilə masonların geniş nüfuz
sahibi olduqları İngiltərə və Fransadan borc pul almışdır. Bundan
sonra bu dövlətlərin Osmanlı üzərində nüfuzu daha da güclənmiş
və Dövlət-i Aliyyənin hüdudları daxilində çox sayıda mason
locaları qurulmuşdu. Təəssüflər olsun ki, o dövrdə beyinləri
hürriyyət abu-havası ilə doldurulmuş bir çox türk gənci, ziyalısı və
hətta dövlət xadimi masonların əsl niyyətinin Osmanlı dövlətini
parçalayıb dağıtmaq olduğunu anlamamışdılar.
Avropanın təsiri altında qurulan və bəzi qaranlıq fikirlərin
yayılmasında rolu olan və ələlxüsusda dövlətin çöküşündə xüsusi
rol oynamış, cəmiyyətlərdən ilki “Gənc Türk cəmiyyəti”dir.Gənc
Türk cəmiyyətini, ordu başçısı Hüseyin Daim Paşa qurmuşdur.
O,özü kimi bəzi qaranlıq işlərlə məşğul olan insanları ətrafına
toplamışdı. Daim paşanın əsasını qoyduğu “Gənc Türk
Cəmiyyəti”nin qayəsi Sultan Əbdülməcidi qətlə yetirərək onun
hakimiyyətinə son qoymaqdı.Osmanlı tarixinə “Kuleli hadisəsi”
kimi keçən uğursuz sui-qəsdin təşkilatçısı da bu cəmiyyət
olmuşdur. Cəmiyyət üzvləri dövlət gücləri tərəfindən cəzlandırılsa
da, sonrakı illərdə də Osmanlı padşahı və hökumətinə qarşı
mübarizə, onların ardıcılları olan “İTTİFAK-I HAMİYET
CEMİYETİ” və “Yeni Osmanlılar” kimi təşkilatlar tərəfindən
davam etdirilmişdi.
1865-ci ildə İbrahim Şinası, Namiq Kamal, Ali Süavi kimi
dövrünün tanınmış ziyalı və mütəfəkkirlərinin təşkilatçılığı ilə
hökumətə müxalif olan “İTTİFAK-I HAMİYET CEMİYETİ”
qurulmuşdu. Ziya Paşa və Mustafa Fazil Paşa kimi bəzi dövlət
xadimləri də bu təşkilatın qurulmasına dəstək vermişdilər. İlk
başlarda maarifçilik yolu ilə, xüsusən çıxarmış olduqları “Tasvir-i
380
Efkar” qəzeti vasitəsilə düşüncələrini dilə gətirən bu cəmiyyət,
“Avropalaşma” xəstəliyinə tutulmuş bəzi paşazadə, bəyzadələr,
hətta qeyri müslümlərdən xristian, yəhudi və mason liderlərindən
Leon Kahunun qatılması ilə sayısını və nüfuzunu daha da artıra
bilmişdi. Cəmiyyət mövcud rejimi tənqid edərək məşrutiyyəti
müdafiə etmiş, açıq bir şəkildə kütlələləri mübarizəyə səsləmişdi.
Hətta istədikləri məşrutiyyəti elan etməyə soyuq baxan Sultan
Əbdüləzizə qarşı sui-qəsd təşəbbüsündən çəkinməmişdilər. Bunun
üzərinə hökumət də sərt tədbirlərə əl atmağa məcbur olmuş,
cəmiyyət üzvlərinin bir çoxu həbs edilmiş, başda Namiq Kamal
olmaqla bir qrup da xaricə qaça bilmişdi. 1867-ci ildə Parisdə
toplanan müxaliflər “Yeni Osmanlılar” və ya “Gənc Osmanllıar”
adı ilə bilinən yeni bir cəmiyyət təsis etmiş və mübarizələrinə
qürbətdə davam etdirmişdilər. Fəqət cəmiyyətin liderləri arasında
şəxsi mənfəətlər və bəzi məsələrdə fikir ayrılığı yaranmışdı.
Padşahın amnistiya elan etməsi üzərinə müxaliflərin bir hissəsi
geri dönmə qərarı almış və cəmiyyət qruplara parçalanmışdı. 1870-
ci illərdə Osmanlıda vəziyyətin daha da kəskinləşməsi üzərinə
“Yeni Osmanlılar” dediyimiz bu ünsürlərin qalıqları yenidən
fəaliyyətlərini artırmışdılar. Yeni Osmanlılar, bu dəfə masonlarla
yaxın əlaqəsi olan keçmiş sədrizəm Əhməd Şəfiq Midhat Paşa və
şahzadə vəliəhd Murad Əfəndinin himayəsinə sığınmışdılar.
Məhz, Sultan Əzizə qarşı edilən saray çevrilişi və onun əsrarəngiz
şəkildə öldürülməsindən sonra, Murad Əfəndi padişah elan
edilmiş, Midhat Paşa da Dövlət Şurası rəsiliyinə gətirilmişdi.
Sultan Murad (may-avqust 1876) ilk iş olaraq, onun taxta
çıxmasında yardımçı olan “Yeni Osmanlı” liderlərindən Ziya
Paşanı baş katib təyin etmiş, sürgündə olan Namiq Kamal və digər
dostlarının isə geri çağırılmasını əmr etmişdi.Bu arada saray
çevrilişini gerçəkləşdirən"möhtəşəm dördlük" (sədrəzəm Mehmed
Rüşdü Paşa, Şeyxülislam Həsən Xeyrullah Əfəndi, sərdar Hüseyn
Avni Paşa və Mithat Paşa) arasında qısa zamanda anlaşmazlıqlar
yaranmışdı. Mithat Paşa təcili məşrutiyyətin elan edilməsini istəsə
də, digərləri isə keçmiş siyasi rejimin davam etməsindən tərəfdar
idi. Sərdar Hüseyn Avni Paşa əsl diktator kimi hərəkət edir və hər
381
işə müdaxilə edirdi. Saraya giriş-çıxışları nəzarət altına alan
Hüseyn Avni Paşa, yeni sultanla görüşmək istəyənlərin ondan
icazə almasını tələb edirdi. Sultan Əbdüləzəzin müəmmalı
ölümündən sonra, onun qaynı olan Çərkəz Həsən bəy, sabiq
sultanın intiqamını almaq üçün Hüseyn Avni Paşanı Mithat
Paşanın köşkündə keçirilən iclas əsnasında öldürmüşdü (15-16
iyun 1876).
Əvvəllər də əqlən zəifliyi bilinən Sultan Muradın baş verən
hadisələrdən sonra əsəbləri daha da korlanmışdı. Anormal
hərəkətləri Ayasofya məscidində keçirilən ilk cümə salamlığında
da müşahidə edilmişdi. Əmisinin müəmmalı ölümündən sonra
şoka düşən Sultan Murad Ulduz sarayına alınmışdı. Burada
vəziyyəti daha da pisləşən sultanın özünü hovuza atmasından sonra
yenidən Dolmabağça sarayına gətirilmişdi. İkinci cümə
salamlığındakı davranışları onun əqli zəifliyinin və psixi
vəziyyətinin yaxşı olmamasını bir daha sübut etmişdi. Saraya
məhkum edilən sultan heç kimlə görüşdürülməyərək artıq cümə
salamlığına da çıxarılmamışdı. Ənənəvi olaraq, Əyyubsultan
məscidində tərtiblənən qılınc qurşanma mərasimi də keçirilməmiş,
əcnəbi elçilər krallarının təbrik məktublarını yeni sultana təqdim
edə bilməmişdir. Sultan Muradın xəstəliyini gizlətməyə çalışan
hökumət, sultanın üzündə və belində çiban çıxdığını, bu səbəblə
cümə salamlığına çıxmadığı şayəsini yayırdı. Ancaq sultanın
xəstəliyi artıq bütün paytaxtda bilinirdi və sədrəzəmin səltənət
naibi kimi dövləti tək başına idarə etməsi şiddətlə tənqid edilirdi.
Üləmalar isə sultanı əqli zəif olan bu ölkədə cümə namazının
qılınmamasını irəli sürürdü. Bu vəziyyət qarşısında hökumət,
sultanı yenidən cümə salamlığına çıxarmağa başlamışdı. Araba ilə
ən yaxın məscidə aparılan sultanın önündə, ənənəyə zidd olaraq, 2
zabit əyləşir, sultan isə bir küncə qısılırdı. Çıxdığı cümə
salamlığından birində saraya dönən sultan əynini dəyişmədən
yatağa girmiş, ertəsi gün otağın şüşələrini sındıraraq özünü
öldürmək istəmiş, ardından həkim heyəti tərəfindən müayinə
edilmişdi. Heyətin gəldiyi nəticə isə sultanın sağalma ehtimalının
az olması olmuşdu. Hökumət isə İngiltərə səfirinin tövsiyəsilə
382
sultanı Vyanalı həkim Leydesdorfa müayinə etdirmişdi. Ondan da
alınan mənfi rəyin ardından Sultan Muradın taxtdan endirilməsi
müzakirəyə qoyulmuşdu. Mithat Paşa vəliəhd Əbdülhəmid
Əfəndini ziyarət etmiş, 30 avqust 1876 tarixində keçirilən gizli
iclasda Sultan Muradın devrilməsinə və Əbdülhəmid Əfəndinin
taxta çıxarılmasına qərar verilmişdi. Ertəsi gün sultanın devrilməsi
haqqında verilən fətva oxunmuşdu (31 avqust 1876). Beləliklə, 93
gün davam edən Sultan Murad səltənəti başa çatmışdı. Taxtdan
endirildikdən sonra onunÇırağan sarayında yaşamasına icazə
verilmişdi. Bir neçə dəfə müalicə edilmək istənsə də, bir nəticə
alınmamışdı. Bu arada ölkədə qarşıqlıq çıxartmaq üçün başda
mason birliyi olmaq üzrə, tərəfdarları onun əqlən sağlam olması və
haqsız yerə devrilməsi şayələrini yayırdılar. Hətta onu qaçırıb
yenidən taxta əyləşdirmək üçün bir neçə dəfə uğursuz cəhdlər də
olmuşdu. Bunlardan ən yadda qalanı isə vaxtilə “Yeni
Osmanlı”lardan olan, əsl məqsədinin isə nə olduğu anlaşılmayan
Əli Suavinin tarixə “Çırağan hadisəsi” kimi keçən qaçırma
əməliyyatı olmuşdu.Sultan Əbdülhəmid tərəfindən əfv olunaraq
İstanbula qayıdan, fəqət rahat durmayıb sultan əleyhinə
fəaliyyətlərini davam etdirən Əli Suavinin bu cəhdi uğursuz olmuş,
özü isə öldürülmüşdü (1878). Bu qaçırma cəhdləri Sultan
Əbdülhəmidi bərk narahat etdiyindən, qardaşı Murad Əfəndi ölənə
qədər (1904) “ev həbsi”ndə ciddi nəzarət altında tutulmuşdu.

2. Sultan II Əbdülhəmid dövrü (1876-1909)

"İnkişaf, harici tesirlerle ve tazyik neticesinde olamaz;


içimizden gelmeli, kendiliğinden, tabii olmalı ve kendi yolunu takip
etmelidir."
“Ben terakki taraftarıyım. Avrupa’da ne icat olunursa
memleketimizde yapılmalıdır. Yalnız bir noktaya dikkat etmelidir.
Hem de çok dikkat etmeli. Yalnız İslamiyet’e muvafık olmayan
şeyleri edemeyiz. Ettik mi İslamiyet mazaallah dağılır. Ben buna
dikkat ettim.…Din-i İslam hiçbir vakit mâni-i terakki değildir.

383
Mâni-i terakki derler ama yalandır. İslam dini kadar serbest bir
din yoktur”.

Sultan II Əbdülhəmid xan


Sultan II Əbdülhəmid Osmanlı tarixinin ən maraqlı və ən
ziddiyyətli şəxsiyyətlərindən biri olmaqla, son illərin ən aktual
tarixi şəxsiyyətlərindən birinə çevrilmişdir. Türkiyədəki
müxalifləri və Avropalılar tərəfindən Qızıl Sultan, mühafizəkar
çevrələr tərəfindən isə Əbdülhəmid xan, xalqı və vətənini qorumaq
üçün gecə-gündüz yorulmadan çalışan Ulu Xaqan olmuşdur. Qızıl
Sultan fikrinin tərəfdarı olanlar Əbdülhəmidin despot və diktator
olduğunu, xüsusilə dövlətə asi olan ermənilərə qarşı bəzi cəza
tədbirləri aldığı üçün onu Qızıl Sultan adlandırırdılar.
O dövrdə erməni kartından istifadə edərək öz siyasi
ambisiyalarını həyata keçirmək istəyən İngiltərə və Rusiya,
“Vilayət-i Sitte” adlanan Ərzurum, Van, Bitlis, Diyarbəkir,
Mamüret-ül Aziz (Elazığ), Harput vilayətlərində azlıqda yaşayan
ermənilərə mədəni muxtariyyət vermək üçün Osmanlı dövlətindən
adları çəkilən ərazilərdə islahat aparılmasını istəyirdilər.
Lakin II Əbdülhəmid ermənilərə heç bir güzəşt olun-
mayacağını açıq bir şəkildə bəyan etmişdi. Bu məsələ ilə əlaqədar
1894-cü ildə Sultan II Əbdülhəmid Almaniya səfiri Prins de
Radolenə belə demişdi: “Ermənilər heç bir vilayətdə əhalinin
əksəriyyətini təşkil etmirlər. And içirəm ki, ermənilərin yanlış
basqılarına qətiyyən boyun əyməyəcəyəm. Qaldı ki, erməniləri
muxtariyyətə aparacaq bir islahatı qəbul etməyə, bunu ölsəm də,
etməyəcəyəm”.
Sultanın bu qətiyyətli mövqeyi üzərinə, Avropalıların
təhrik və dəstəkləri ilə ermənilər Dövlət-i Aliyyəyə qarşı qiyamlar
qaldırmış, müsəlman əhaliyə qarşı qətliamlar həyata keçirmişdilər.
Bu iğtişaşları yatırmaq üçün yenə də qətiyyətli addım atan Sultan
Əbdülhəmid, üsyançılara heç vaxt boyun əyməyəcəyini İngiltərə
ilə yaxın əlaqəsi olan və o dövrdə qonağı olaraq qəbul etdiyi Macar
əsilli şərqşünas alim Armin Vamberiyə (1832-1913) də

384
bildirmişdi. Vamberinin İngiltərəyə göndərmiş olduğu raportlarda
II Əbdülhəmidin söyləmiş olduğu ifadələr bu şəkildə yer almışdı:
“Ermeni meselesinde İngilizlerin gözleri hiçbir şey görmez
olmuştur; emelleri, “Bulgar mezalimi” yaygaralarını bir kez de
burada tekrarlayarak, tıpkı Bulgaristan’ın İmparatorluktan
ayrılışında olduğu gibi Doğu Anadolu’da bağımsız bir Ermenistan
kurmaktadır.” Sözüm ona Ermeni meselesi hakkında Times’e
yazdığınız mektup elime geçmiştir; gerek bu konuda İngiliz
kamuoyuna yaptığınız açıklamalar ve gerek memleketimin
selameti için giriştiğim bu çabaları ifade etmenize teşekkür
ederim. Fakat, yine de makalenizde Ermenilerin hiçbir zaman
Bulgarlara benzer bir mesele olamayacaklarını ilave etmeliydiniz.
Ermenistan’ın çok eski zamanlarda coğrafi bir bölge olduğunu,
bugün ise tüm siyasi ve etnolojik önemini kaybettiğini
yazabilirdiniz.” Lütfen İngiliz dostlarına ve kendisine hürmetim
olan Lord Salisbury’ye aynen şunu aktarınız: Ermenistan’daki
kötü şartları düzeltmeye amâdeyim; ama bağımsız bir Erme-
nistan’ın kuruluşuna müsaade edeceğime- burada padişah çok
heyecanlandı- şu kellemi keserim daha iyi! Ermenistan’ın tesisi,
sadece dindaşlarımın açısından çok büyük bir adaletsizlik örneği
değil, aynı zaman iktidarımın ve Türkiye’nin varlığının sonu
demek olur”.
Sultan II Əbdülhəmid tədbiri qətiyyən əldən qoymayaraq
erməni üsyanlarının qarşısını almaq üçün tez bir zamanda
“Həmidiyyə alayları” adı altında hərbi birlik yaratmış və asilərə
layiq olduqları cəzalarını vermişdi.
Bu olaydan sonra Avropa ölkələrinin mətbuatında
Əbdülhəmidə qarşı qatı propaqandaya start verilmiş, “Qızıl
Sultan”, yaxud “Qanlı Sultan” başlığı ilə cürbəcür yalan və iyrənc
təbliğat karikaturaları yayınlanmışdı.
II Əbdülhəmidin hakimiyyətə gəldiyi illərdə Osmanlı
dövlətinin düşdüyü vəziyyəti analiz etmək mühümdür. Kons-
titusiyaya əsaslanan idarəçilik forması qurmaq istəyən və bu
səbəblə Sultan Əbdüləziz və Sultan Muradı taxtdan endirən Mithat
Paşa və dostlarıyla razılığa gələn Əbdülhəmid Əfəndi 31 avqust
385
1876-cı ildə cümə axşamı günü taxta çıxmışdı. Bu əsnada dövlət
dərin böhran içərisində idi. Sultan Əbdüləziz dövründə başlayan
bolqar və boşnaq üsyanlarına Murad dövründə serb və alban
ayaqlanmaları da qoşulmuşdu. Bu üsyanları pərdə arxasından
dəstəkləyən Rusiya imperiyası “Şərq məsələsi”nin həllində
maraqlı idi. Dövlət isə düşdüyü maliyyə çətinlikləri səbəbilə
üsyanları yatıra bilmirdi. Sultan Əbdüləzizin son illərində
Mahmud Nədim Paşanın xarici borcların faiz dərəcələrini aşağı
endirmək qərarı isə Avropada böyük etirazlara səbəb olmuşdu.
Avropa ictimaiyyəti Osmanlı dövləti əleyhinə çevrilmişdi.
Bu şəraitdə taxta çıxan Sultan Əbdülhəmid Osmanlı
tarixində o günə qədər görülməmiş bir çox addımlar atmışdı.
Əsgərlərlə, məclis üzvləri ilə və üləmadan bir çox alimlə görüşlər
keçirir, Ulduz sarayında iftar gecələri təşkil edirdi. Hərbi
hospitalda Balkan cəbhəsindən gələn yaralıları şəxsən ziyarət
edərək hədiyyələr paylayır, sədrəzəm və nazirlərlə birlikdə
məscidləri gəzərək əhaliylə birlikdə namaz qılırdı.
Yeni sultanın bu kimi hərəkətləri əhali və ordu mənsubları
arasında məmnunluq hissi yaratmışdı. Hamıda və xüsusilə də,
orduda yüksək əhval-ruhiyyə müşahidə olunurdu. Serblərlə gedən
döyüşlərdə Osmanlı ordusu əhəmiyyətli qələbələr qazansa da,
Rusiyanın göndərdiyi ultimatom səbəbilə serblərlə 3 aylıq atəşkəs
imzalanmışdı. İngiltərə isə “Şərq məsələsi”nin İstanbulda topla-
nacaq bir konfransda müzakirə olunmasını istəmişdi.İngiltərənin
təklifini qəbul edən dövlətlər 23 dekabr 1876-cı ildə tarixdə
Tərsanə konfransı kimi kimi bilinən konfransda bir araya
gəlmişdi.Elə həmin gün 101 top atəşi ilə Osmanlı imperiyasının ilk
konstitusiyası qəbul edilmişdi (23 dekabr 1876). Tələm-tələsik
hazırlanaraq İstanbul konfransının toplandığı gün elan edilən
konstitusiya ilə qərb dövlətlərinin ekstremal istəklərinin qarşısı
alınmaq istənilmişdi. Ancaq qərb dövlətləri buna əhəmiyyət
verməmişdi. Daha öncə Rusiya səfirliyində müzakirə edilərək
hazırlanan təkliflər qəbul edilməsi üçün Bab-ı Aliyə təqdim
edilmişdi. Osmanlı imperiyasının suverenliyini təhlükəyə atan bu
təkliflər hökümət tərəfindən rədd edilmişdi. Gələn əcnəbi elçilər
386
öz yerlərinə vəkil qoyaraq İstanbuldan ayrılmışdılar. Mithat Paşa
İngiltərəyə, konstitusiyanın tam tədbiq edilməsi şəraitində qərb
dövlətləriylə razılığa gələcəyini bildirmişdi. İngiltərə hökuməti isə
Londonda yeni bir konfransın toplanması üçün danışıqlara
başlamışdı. Mithat Paşa istər bu hərəkətləri, istərsə də Osmanlı
sülaləsini devirərək öz ailəsini taxta çıxarmaq istəməsi haqqında
yayılan şayələr səbəbilə vəzifədən alınaraq 5 fevral 1877-ci ildə
ölkədən sürgün edilmişdi.

Osmanlı Türkiyəsinin 1876-cı il Anayasası – Qanun-i Əsasi


Osmanlı Türkiyəsinin ilk Kontitusiyası (Qanun-i Əsasi)
1876-cı il dekabrın 23-də elan edilmişdir.1876-cı il Konstitusiyası
olaraq bilinən "Qanun-i Əsasi", əslində padşahın suverenlik
haqlarına məhdudiyyət qoymurdu. İcra səlahiyyətini tam əlində
saxlayan padşah, sədrəzəm və vəkilləri (nazirləri) istədiyi kimi
təyin və vəzifədən azad edə bilirdi. Məclisin vəkillər üzərində
yoxlama səlahiyyəti yox idi. Padşah, sülh və müharibə etmək,
istəyərsə məclisi buraxmaq və yenidən seçkiyə aparmaq
səlahiyyətinə sahib idi. Bundan başqa, padşahın "ictimai xeyir
üçün" polis istintaqı nəticəsində sürgün etmə səlahiyyəti var idi.
Hökmdara tanınan haqlara baxmayaraq, konstitusiya Avropa
təsirinin Osmanlı bürokratiyasının bir hissəsində hansı səviyyəyə
çatdığının göstəricisiydi. Türkiyəli hüquqçu alim Orhan Aldıkaçtı
(1924-2006) özünün «Anayasa hukukumuzun gelişmesi ve 1961-
ci il Anayasası», əsərində göstərir ki, «…Türkiyənin dövlət
quruculuğunda ilk dəfə olaraq tətbiq edilən həmin tədbir öz-
özlüyündə mütərəqqi bir hadisə idi və feodal-monarxiya rejimi
şəraitində burjua azadlıqlarından şəxsiyyət və mətbuat azadlığı,
əmlak toxunulmazlığı və s. Konstitusiyada təntənəli surətdə elan
edilməsi faktının özü irəliyə doğru ciddi addım idi…».
Konstitusiya Osmanlı imperiyasının dövlət idarəçiliyində
dini əsasları nəinkiməhdudlaşdırmırdı, əksinə dövlətin teokratik
mahiyyətini qanunvericilik yolu ilə təsbit edirdi. Dövlətin dini
başçısı olan Şeyxülislamın hüquq və səlahiyyətini Konstitusiya baş
nazirin hüquqi statusu ilə eyniləşdirirdi. Baş nazir və Şeyxülislam
387
şəxsən sultanın özü tərəfindən, nazirlər isə onun xüsusi fərmanı ilə
təyin edilirdi (maddə 27).
Göründüyü kimi, Konstitusiya sultanın həm dövlət başçısı
və həm də dini başçı olmasını əsaslandırırdı. Ancaq buna bax-
mayaraq, o, dövlət işlərini baş nazirin, dini işləri isə Şeyxülislamın
vasitəsilə həyata keçirirdi.
Məhkəmə funksiyasını isə inzibati məhkəmələr və şəriət
məhkəmələri vasitəsilə həyata keçirilməsini elan etməklə
Konstitusiya dövlətin teokratik mahiyyətdə olduğunu bir daha
təsdiq edirdi.
Türkiyənin 1876-cı il Konstitusiyası icra orqanının məclis
qarşısında cavabdehliyini tanımırdı. Maraqlı cəhət burasıdır ki,
Konstitusiya Nazirlər Kabinetinin (başbakanlığın) öz fəaliyyətinə
görə kollektiv məsuliyyət daşımasını müəyyən etsə də (maddə 30),
əslində hər bir nazir ayrı-ayrılıqda sultanın qarşısında məsul idi.
Ona görə ki, bu nazirlər vəzifəyə baş nazir tərəfindən deyil,
bilavasitə sultanın özü tərəfindən fərdi qaydada təyin edilirdi.
Əsas qanun bir tərəfdən ölkənin daxili və xarici siyasətinə
dair bütün işlərin Nazirlər Kabineti (başbakanlık) tərəfindən yerinə
yetirilməsi elan edilirdi, digər tərəfdən isə sovetin qərarlarının
yalnız sultan tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə
malik olmasını əsaslandıraraq hökuməti monarxdan tam asılı
vəziyyətə salırdı. Konstitusiyada baş nazirin Nazirlər Kabinetinin
sədri elan edilməsi əslində formal xarakter daşıyırdı. Ona görə ki,
baş nazirin mövqeyi digər nazirlərin mövqeyindən heç nə ilə
fərqlənmirdi. Onların arasında münaqişə baş verdikdə bu mü-
naqişəni sultan özü həll edirdi (maddə 29).Osmanlı tarixində belə
münaqişələr əksər hallarda baş nazirin istefası ilə nəticələnirdi.
Konstitusiyanın 42-ci maddəsinə əsasən, ölkənin qanun-
verici orqanı olan parlament (Meclis-i Ümumi) senat (Heyeti
Ayan-əsilzadələr) və deputatlar palatası (Heyeti mebusan) olmaqla
iki palatadan ibarət tərkibdə təşkil edilirdi. Hər iki palatanın
sessiyası sultanın fərmanına əsasən eyni vaxtda, yəni noyabrın 1-
də bağlı elan edilirdi (maddə 43). Palataların birgə təntənəli

388
açılışında ölkənin daxili və xarici siyasət məsələləri barədə ya
sultanın özü, ya da onun tapşırığına əsasən baş nazir məruzə edirdi.
Deputatlar palatasının (Heyeti mebusan) üzvləri kişilərdən
ibarət Osmanlı əhalisi tərəfindən hər əlli min nəfərdən bir deputat
hesabı ilə gizli səsvermə yolu ilə 4 il müddətinə seçilirdi. Nazirlər
müstəsna olmaqla, deputat seçilənlər eyni zamanda dövlət qullu-
ğunda ola bilməzdilər. Bununla bahəm Konstitusiyada, əhalinin
geniş təbəqəsideputat seçilmək hüququndan məhrum edilirdi. Belə
ki, Osmanlı təəbəliyini qəbul etməyənlər, 25 yaşı tamam
olmayanlar, digər şəxsin xidmətində olanlar, müflisləşənlər,
istintaq altında olanlar, hüquqdan məhrum olunanlar, müəyyən
əmlak senzinə sahib olmayanlar deputat mandatı ala bilməz-
dilər.Deputatlar palatasının sədri və onun iki müavini deputatlar
arasından onların səs çoxluğu ilə müəyyən etdiyi doqquz nəfərin
içərisindən sultanın xüsusi fərmanı ilə təyin edilirdi.Yuxarı palata
olan senatın sədri və üzvləri də sultan tərəfindən qırx yaşına çatmış
və dövlət qarşısında xüsusi xidməti olan yüksək rütbəli şəxslərdən
ömürlük təyin edilirdilər. Onların sayı deputatlar palatası üzvləri-
nin ümumi miqdarının üçdə birindən çox ola bilməzdi. Senatın
hüquq və vəzifələri Konstitusiyanın 64-cü maddəsində öz əksini
tapmışdı. Həmin maddəyə əsasən, senatın veto hüququ göstərilirdi.
Belə ki, aşağı palata olan deputatlar palatasının qəbul etdiyi qanun
layihələrini senat ya qəbul edib təsdiq edilməsi üçün sultana
təqdim edirdi və yaxud da öz qeydləri ilə yenidən müzakirəyə
qoyulmaq üçün aşağı palataya geri qaytarırdı.
Həmin maddədə rəsmən elan edilirdi ki, Konstitusiyaya
zidd olan və sultanın hüquqlarını məhdudlaşdıran və təsadüfən ona
yönələn qanun layihəsi senat tərəfindən ləğv edilməlidir. Beləliklə,
senat əslində deputatlar palatasının funksiyası üzərində nəzarət
vəzifəsini ifa edirdi.
Qanun-i Əsasinin ən çox mübahisə doğuran maddəsinin
padşaha xaricə sürgün etmə səlahiyyəti verən 113. Maddəsi olduğu
anlaşılmaqdadır. Bu maddəyə görə Sultan Əbdülhəmid müxalif-
lərini sürgünə göndərərək cəzalandırmışdır. Sultanın mütləq veto
hüququna malik olması və qanunvericilik təşəbbüsünün ancaq
389
onun icazəsi ilə mümkün olması faktı əslində Osmanlı məclisinin
formal xarakter daşımaqla sultanın mütləq hökmranlığını
pərdələmək üçün bir vasitə olduğunu aydın surətdə təsdiq
edir.Bütün bunlarla yanaşı, Qanuni Əsasiyəyə görə Osmanlıda ilk
məclisinin yaradılması faktının özü hər halda müsbət hadisə idi. O,
fəaliyyət göstərdiyi 3-4 ay ərzində ölkənin zəruri ehtiyaclarını az-
çox təmin edən müəyyən qanunlar qəbul etmişdir. Buna misal
olaraq vilayətlərin təşkili haqqında, mətbuat, bələdiyyə, deputat
seçkiləri, maliyyə, vergi və s. barədə olan qanunları göstərmək
mümkündür.Nəticə etibarilə1876-cı il Anayasası formal xarakter
daşısa da, ölkədə parlamentarizmin inkişafı istiqamətində ilk
zəmin olmuşdu. Anayasanın qəbulu ilə mütləq monarxiya öz yerini
formal da olsa, əhali üçün müəyyən siyasi hüquq və azadlıqlar elan
edən Konstitusiyalı monarxiyaya verməli olmuşdu. Parlament,
seçki hüququ - bütün bunlar cəmiyyətin inkişafı nöqteyi-
nəzərindən o dövr üçün böyük bir tərəqqi hesab olunmalıdır.

1876-cı il Qanun-ı Əsasinin (119 maddə) Türkcə özəti:


-Devlet bir bütündür (Madde 1). –
-Devletin başkenti İstanbul’dur (Madde 2).
-Saltanat ve hilafet Osmanoğulları'nın en büyük erkek
evladına aittir
(Madde 3);
-İslam halifesi olan Padişah bütün Osmanlı vatan-
daşlarının hükümdarıdır (Madde 4) ve kutsal ve sorumsuzdur
(Madde 5); vekillerin tayin ve azli, yabancı devletlerle sözleşme
yapılması, savaş ve barış ilanı, hutbelerde isminin okunması, kara
ve deniz kuvvetlerinin kumandası Meclis-i Umumi’nin toplanması
ve tatili, Heyet-i Mebusan’ın feshi Padişahın mutlak
haklarındandır (Madde 7).
- Devletin resmi dini İslam’dır (Madde 11).
- Basın, kanun dairesinde serbesttir (Madde 12); Genel
adabı ve asayişi ihlal etmemek şartıyla diğer din mensuplarının
dinî ve vicdanî özgürlükleri ile mezhep imtiyazları tanınmıştır
(Madde 13).
390
-Herkesin eğitim ve öğretim hakkı vardır (Madde 15);
Osmanlı toplumunun bir parçasını oluşturan Gayrimüslimler
kendi inançları doğrultusunda eğitim yapabilirler (Madde 16);
Osmanlı tebaasının mülkiyet dokunulmazlığı hakları vardır
(Madde 14, 21, 22); Hiç kimse kanunda öngörülenden başka bir
mahkemede yargılanamaz (Madde 23); Müsadere, angarya ve
işkence yasaktır (Madde 24, 26)
- Sadrazam ve Şeyhülislam bizzat padişah tarafından
belirlenerek tayin edilir, diğer vekiller Sadrazam tarafından
belirlenip Padişah tarafından onaylanır (Madde 27); vekiller
görevleriyle ilgili faaliyetlerinden sorumludur. Görevleriyle ilgili
olarak yüce divana gitmelerine Heyet-i Mebusan karar verir
(Madde 30, 31, 33); Vekillerle Heyet-i Mebusan arasında bir
anlaşmazlık çıktığında vekilin değiştirilmesi veya Heyet-i Mebu-
san'ın feshi padişahın yetkisindedir (Madde 35); Gecikmesinde
sakınca bulunan hallerde muvakkat (geçici) kanun çıkarılabilir
(Madde 36).
-Meclis-i Umumi, Heyet-i Mebusan ve Heyet-i Âyan olmak
üzere iki meclisten oluşur (Madde 42); Meclis her yıl Ekim ayı
başında toplanır ve Mart başında faaliyetlerine son verir, Padişah
gerek görürse meclisi vaktinden önce toplantıya çağırır (Madde
43, 44).
-Meclis-i Umumi üyeleri düşünce ve beyanlarında
özgürdürler; gerek meclisteki konuşmaları gerekse genel olarak
açıkladığı görüşleri için haklarında soruşturma açılamaz (Madde
47); Üyelerin vatana ihanet, Kanun-ı Esasi'yi değiştirme ve
irtikapla suçlanmaları durumunda üyeliklerinin düşmesine üçte iki
çoğunlukla karar verilir, haklarında kesinleşmiş mahkumiyet
kararı olanların üyeliği düşer (Madde 48); Kanun teklifi Heyet-i
Vükela’ya aittir; Heyet-i Âyan ve Heyet-i Mebusan Padişahtan izin
alarak kendi görevleri dâhilindeki kanun tekliflerini Şura-yı
Devlet’e iletirler. Burada hazırlanan kanun tasarıları her iki
mecliste kabul edilir ve Padişah tarafından onaylanırsa kanunlaşır
(Madde 53, 54)

391
--Meclis-i Âyan'ın üyeleri Meclis-i Mebusan üyelerinin
üçte birini geçmemek üzere Padişahça belirlenir (Madde 60);
Heyet-i Âyan, Meclis-i Mebusan'dan geçen kanun tasarılarını
kabul veya reddeder yahut değişiklik yapılması için geri gönderir
(Madde 64); Her 50 bin erkek nüfus için bir milletvekili seçilir
(Madde 65).
-Heyet-i Mebusan Padişahın iradesiyle feshedildiği
takdirde altı ay içinde yeni bir seçim yapılır (Madde 73); Meclis
başkanını, ikinci ve üçüncü başkanları üç misli aday arasından
Padişah seçer (Madde 77).
-Hâkimler azledilmezler (Madde 81); Yargılama alenîdir
ve mahkemeler yetki ve sorumluluk alanına giren davaları
kabulden kaçınamazlar (Madde 82, 84, 86); Her ne ad altında
olursa olsun olağan üstü yetkili mahkemeler kurulamaz (Madde
89); Vekillerin, Mahkeme-i Temyiz başkan ve üyelerinin,
Padişahın hakları aleyhinde harekete geçenlerle devleti tehlikeye
düşürenlerin yargılanmaları 30 üyeden oluşan Yüce Divan’da
yapılır (Madde 92).
-Malî yükümlülükler ancak kanunla konulabilir (Madde
96); Özel bir kanunla izin verilmedikçe bütçe dışında harcama
yapılamaz (Madde 100, 101).
- Ülkenin herhangi bir yerinde ihtilal çıkacağını gösteren
emarelerin ortaya çıkması durumunda hükümetin o bölgeye has
olmak üzere sıkıyönetim ilan hakkı vardır, hükümetin emniyetini
ihlal ettikleri kolluk kuvvetlerinin araştırmalarıyla sabit olanlar
padişah tarafından ülkeden uzaklaştırılabilir (Madde 113).
-Kanun-ı Esasi’nin hiçbir maddesi hiçbir bahane ile askıya
alınamaz (Madde 115);
- Kanun-ı Esasi hükümleri her iki meclisin ayrı ayrı
vereceği üçte iki çoğunluk ve Padişahın onayıyla değiştirilebilir
(Madde 116)
1876 Anayasasına əsasən seçimlər növbəti 3 ay içində
keçirilmiş və 19 mart 1877-ci ildə məclis şəxsən sultan tərəfindən
Dolmabağça sarayında açılmışdı. Ümumi 141 üzvdən ibarət olan
Osmanlı tarixinin ilk parlamentində (Meclis-i Umumi) 115 nəfər
392
millət vəkili Məclis-i Mebusana, qalan 26 nəfər isə əyanlar
məclisinə seçilmişdi. Məclis-i Mebusandakı millət vəkillərinin 69-
u müsəlman, 46-sı isə qeyri-müsəlman idi. Qeyri müslümlərin
məclisdə əhəmiyyətli bir sayıda olması çox təhlükəli bir məqam
idi.Daxili işlərində tamamilə müstəqil olan Tunis, Misir,
Rumıniya, Serbistan və Qaradağ əyalətləri isə məclisə deputat
göndərməyə belə gərək duymamışdılar.

Rus -Türk müharibəsi (1877-1878) (93 hərbi) və nəticələri


Osmanlıda bu hadisələr yaşanırkən İngiltərənin təşəbbüsü
ilə toplanan London konfransı hazırladıqları yeni təklifləri 31 mart
1877-də imzalayaraq qəbul edilməsi üçün 3 apreldə Bab-ı Aliyə
təqdim etmişdi. Ağır şərtlərdən ibarət bu protokol sultanın istəyilə
məclisdə müzakirə edilmiş və yenə qəbul edilməmişdi. Vəziyyət
12 apreldə hökumət tərəfindən qərb dövlətlərinə bildirilmişdi.
Beləliklə, əsas istəyinə çatan Rusiya imperiyası 24 apreldə
Osmanlı dövlətinə müharibə elan etmişdi. Rusiya imperatorunun
1877-ci il aprelin 22-də verdiyi manifestdə deyilirdi:
“Osmanlı xristian əhalinin təhlükəsizliyini təmin etməkdən
boyun qaçırdı. Biz müharibə elan etməyə məcbur olduq.”
Rumınlar, serblər, bolqarlar və albanlar Rusiyanın yanında yer
almışdılar. Maliyyə və hərbi baxımdan olduqca pis vəziyyətdə olan
Osmanlı imperiyası xaricdən də dəstək ala bilməmişdi. Plevnedə
Qazi Osman Paşanın, şərq cəbhəsində isə Əhməd Muxtar Paşanın
fövqəladə zəfərləri belə, müharibənin gedişatını düzəldə
bilməmişdi. Osmanlı orduları cəbhədən çəkilməyə başlamışdı.
Onların ardından on minlərlə müsəlman türk əhalisi də İstanbula
köç etmişdi. Ölkənin olduqca çətin olan bu günlərində, yeganə
qanunverici orqan hesab edilən məclis isə anarxiya vəziyyətində
idi.
Qurulan bu ilk məclis siyasi milliyyətçi qrupların mübarizə
meydanına çevrilmişdi. Konstitusiyanın təmin etdiyi şəxsi azadlıq
hüququ, ölkənin qeyri-müsəlman əhalisi tərəfindən milli azadlıq və
hətta muxtariyyət hüququ olaraq qəbul edilirdi. Yenə konstitu-
siyaya görə, rəsmi dil türk dili olsa da, erməni və yunan vəkillər öz
393
dillərinin də rəsmi dil olaraq qəbul edilməsini istəyirdi. Hər millət
vəkili mənsub olduğu millətlərin problemləri ilə məşğul olurdu.
Belə bir xaos vəziyyətində II Əbdülhəmidin məclisi buraxaraq rus-
larla sülh müzakirələrinə başlamaqdan başqa çarəsi qalmamışdı.
Anayasanın ona verdiyi hüquqa əsasən, 13 fevral 1878
tarixində Məclis-i Mebusanı müddətsiz olaraq tətilə yollamışdı.
Buna baxmayaraq tam mütləqiyyətə qayıtmamış və qəbul etdiyi
bütün qanunlarda məşrutiyyət və konstitusiyadan tez-tez bəhs
etmişdi. 10 ay 25 gün davam edən bu ilk məclis dövründən sonra
konstitusiyalı idarəçilik sistemi sadəcə sözdə qalmış və dövlət
idarəsi getdikcə Sultan Əbdülhəmidin əlində cəmlənməyə
başlamışdı. Hətta o dövrdə Almaniyanın kansleri Otto fon Bismark
sultanın parlamenti tətilə göndərməsinə müsbət yanaşmış və
yazdığı məktubda qeyd etmişdi ki, sizin parlamenti tətilə
göndərməyiniz müsbət addımdır. Bir dövlət vahid millətdən ibarət
olmayınca parlamentin ona xeyrdən çox zərəri ola bilər.
3 mart 1878-ci ildə ruslarla İstanbul yaxınlığında San-
Stefano (Yeşilköy və ya Aya Stefanos) sülhü imzalanmışdı. Bu
sülh müqaviləsinə görə, Çernoqoriya, Serbiya və Rumıniya
müstəqil dövlətlər elan edildilər. Osmanlı imperiyası daxilində
Bosniya və Herseqovinaya muxtariyyət verildi. Hüquqən
Osmanlıya bağlı olan böyükbir Bolqarıstan qurulacaq, onun
hüdudları Dunaydan Egeyə, Trakyadan Albaniyaya uzanacaqdı.
Egey dənizindəki Teselya bölgəsi Yunanınstana buraxıldı. Batum,
Ərdəhan, Qars, Bəyazid və Cənubi Bessarabiya Rusiyanın
tabeliyinə keçdi. Ayrıca Osmanlı 300 milyon rubl hərbi təzminat
ödəməli idi.
93 hərbində şərq cəbhəsində rus ordusunun irəliləməsi
üzərinə ermənilər də silahlanaraq müsəlman əhaliyə hücum
edərək, yüz illərdir onları himayə edən Dövlət-i Aliyyəyə xəyanət
etməyə başladılar. Hətta İstanbuldakı erməni camaatını təmsilən
Patrik Nersesin təlimatı ilə Stefan Aslanyan Paşa, Ohannes
Nuriyan Efendi və Kevork Ruçukluyan ismində üç erməni gizlicə
Ədirnəyə gedərək rus baş komandan vəkili Nikolay ilə
görüşmüşdülər. Rusiyanın sabiq İstanbul elçisi İqnatyevin də
394
iştirak etdiyi bu görüşmədə ermənilər Rusiyaya bağlılıqlarını
bildirmiş və türklərlə müzakirələrdə onlarla bağlı maddənin
müqaviləyə qoyulacağı sözünü almışdılar. Ruslar ermənilərə
verdiyi sözü tutmuş və San Stefano müqaviləsinə belə bir maddə
salınmışdı:
"Madde 16 - Ermenistan’da (Doğu Anadolu’da) Rus
işgalinde bulunan ve Türkiye’ye geri verilecek olan toprakların
Rus askerince boşaltılması, oralarda, iki devletin (Türkiye ve
Rusya’nın) iyi ilişkilerine zararlı karışıklıklara yol açabilece-
ğinden, Babıâli (Osmanlı Hükümeti), Ermenilerin yaşadığı
vilâyetlerde yerel durumun gerektirdiği iyileştirmeleri ve reform-
ları zaman yitirmeden gerçekleştirmeyi ve Kürtler ile Çerkezlere
karşı Ermenilerin güvenliğini sağlamayı üzerine alır."
Beləliklə ilk dəfə “erməni məsələsi” deyilən bir məsələ
beynəlxalq müqaviləyə salınmış oldu.
San-Stefano müqaviləsində yer almayan, fəqət türkləri
mənəvi cəhətdən yaralayan bir hadisə daha yaşanmışdı. Paytaxtı
İstanbul olan III Roma xəyalı ilə yaşayan ruslar, rəmzi də olsa bunu
gerçəkləşdirmişdilər. İslam xəlifəsinin mərkəzi sayılan bir şəhərdə
qazandıqları zəfərin “qılınc haqqı” olaraq Şenlikköy civarında
abidə-kilsə inşa olunmasına nail olmuşdular.18 dekabr 1898-ci ildə
Rus çarının əmisi oğlu Nikolay Nikolayeviçin, Fənər Yunan
Patriarxı və Osmanlı dövlət adamlarının da qatıldığı bir mərasimlə
açılan bu abidə- kilsə, Türklər üçün 93 məğlubiyyətinin və ruslar
üçün zəfərin simvolu olmuşdu. Yalnız I Cahan hərbinin çıxması və
türklərin yenidən ruslarla savaş vəziyyətində olması üzərinə,
İttihad və Tərəqqi partiyasının iqtidarı bu kilsənin zənginin əskəri
müzeyə, xristianlar üçün müqəddəs sayılan əşyaların isə rus
rahiblərə verilməsindən sonra, bu xoş olmayan xatirənin
uçurulmasını əmr etmişdi.
San-Stefano müqaviləsi ilə Balkanlarda və Şərqi
Anadoluda əhəmiyyətli qazanclar əldə edən Rusiyanın nüfuzunun
güclənməsi başda İngiltərə olmaqla qərb dövlətlərini narahat
etmişdi. Hətta İngiltərə rusların cənuba doğru irəliləməsini Aralıq
dənizindəki mənfəətlərinə zərbə olacağını irəli sürərək, Britaniya
395
qüvvələrinin Kipr adasına yerləşdirilməsinin təsdiq olunmasını
sultandan tələb etmişdi. Bunun müqabilində ingilislər, ehtimal
olunan hər hansı rus hücumuna qarşı Osmanlıya yardım edəcəkdi.
II Əbdülhəmid buna könüllü olmasa da, mövcud vəziyyət və
çarəsizlik onu İngiltərə ilə 4 iyun 1878-ci ildə bir saşiz imzalamağa
məcbur etmişdi. Lakin mahir diplomat olan II Əbdülhəmid bu
sazişə dövlətinin mənafeyinə uyğun əlavə bir maddənin
qoyulmasına da nail olmuşdu. Bu maddəyə görə;
"Madde - 6. Rusya, Kars'ı ve son savaşta Doğu Anadolu'da
işgal etmiş olduğu diğer yerleri Osmanlı Devleti'ne geri verdiği
takdirde, Kıbrıs Adası İngiltere tarafından boşaltılacak ve 4
Haziran tarihli sözleşmenin hükmü kalmayacaktır”
Avropa dövlətlərindən gələn təzyiqlər nəticəsində onlarla
müharibəyə hazır olmayan Rusiya müqavilənin şərtlərinə yenidən
baxılmasına razılıq vermişdi.1878-ci il, 13 iyunda Almaniya
kansleri Otto fon Bismarkın başçılığı altında Berlində, Osmanlı,
Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan və
İtaliyanın iştirakı ilə bir konqres toplanmışdı.
Tərəflər arasında imzalanan Berlin müqaviləsinin əsas
nəticələrini belə qruplandırmaq olardı:

Osmanlının torpaq itkiləri


Osmanlı, Serbiya, Bolqarıstan, Rumıniya və
Çernoqoriyanın krallıq olmalarını qəbul etmişdi. Osmanlı
dövlətinə bağlı geniş imtiyazlı Şərqi Rumeli vilayəti qurulmuşdu.
Bundan əlavə:
- Bosniya və Herseqovina imtiyazlı vilayət elan edildi; Kağız
üzərində Osmanlıya bağlı qalsa da,artıq Avstriya tərəfindən idarə
olunan bir vilayət olmuşdu,
- Kipr sancaqlığı İngiltərəyə icarəyə verildi,
- Niş sancaqlığı Serbiyaya verildi,
- Tesselya sancaqlığı Yunanıstana (1881) verildi,
- Qars, Batum, Artvin və Ərdəhan sancaqlıqları Rusiyaya
verildi,
- Dobruca sancaqlığı Ruminiyaya verildi,
396
- Bunlardan əlavə bir necə qəza Çernoqoriyaya verildi,
- Vanın şərqindəki Qotur bölgəsi İrana verildi.
Bundan başqa konqres dövründə Fransanın etdiyi pərdə
arxası işlər nəticəsində, müqavilədə olmadığı halda 3 il sonra Tunis
fransızlar tərəfindən işğal edilmiş (1881), əsas kimi də Berlin
müqaviləsi göstərilmişdir.
Krit, Şərqi Bəyazid və Alaşkert bölgələri Osmanlıya
buraxıldı.

Etnik azlıqlar məsələsi


Osmanlı imperiyası, Vilayət-i Sittə adlanan Şərqi Anado-
ludakı bölgələrdə ermənilər lehinə islahatlar edəcəkdi. Buna
bənzər islahatlar Manastır əyalətində də reallaşdırılmalı idi ( Bu iki
maddə heç vaxt həyata keçirilmədi. II Əbdülhəmid, büyük dövlət-
lərin çəkişmələrindən faydalanaraq bu maddələri tətbiq
etməmişdir).
Nəticə
Berlin müqaviləsi Karlovitsa müqaviləsindən sonar Balkan-
lardakı Osmanlı varlığının yox edilməsi yolundakı ikinci böyük
addımdır.
Rusiya San-Stefano ilə əldə etdiyi bəzi üstünlüklərdən
məhrum olmuş, xüsusilə Balkanlarla bağlı planlarını tam istədiyi
kimi həyata keçirə bilməmişdi.
Müqavilədən ən çox faydalanan yeni qurulan krallıqlar və
İngiltərə olmuşdur.
Dunay çayı üzərindəki Adaqalanın (Adakale) adı Berlin
müqaviləsində keçmədiyi üçün bu ada Osmanlı idarəçiliyində
qaldı.
Müqavilə Osmanlının geri çəkilməsi ilə başqa dövlətlərə
verilən torpaqlardakı müsəlman əhalinin haqqları barədə bir qayda
nəzərdə tutmadığı üçün, bu müharibə ilə başlanan köç dalğası
Osmanlı imperiyasının sonuna qədər davam etdi.
Müqavilə Paris müqaviləsində qərara alınmış olan
Osmanlının ərazi bütövlüyü anlayışının artıq aradan qaldırıldığını

397
açıq şəkildə göstərdi. Müqavilədə göstərilən torpaq itkiləri müqa-
vilə imzalanandan sonra da davam etdi. 1881-ciildə Fransa Tunisi,
1882-ci ildə İngiltərə Misir və Sudanı, 1885-ci ildə Bolqarıstan
Şərqi Rumelini, eyni ildə İtaliya Həbəş vilayətini işğal etdi.
Erməni məsələsi beynəlxalq səviyyədə gündəmə gətirildi.

Ulduz kəşfiyyat xidməti- Osmanlı Türk tarixinin ilk


mütəşəkkil kəşfiyyat idarəsi və II Əbdülhəmidin xarici siyasəti
Sultan Əbdülhəmidin siyasi düşüncələrindən biri də o idi
ki, bir dövləti ayaqda saxlamaq üçün mütləq şəkildə həmin döv-
lətin güclü kəşfiyyat orqanı olmalıdır. XIX əsrin sonlarında
Osmanlı imperiyasının daxilində və imperiya xaricində baş verən
hadisələr II Əbdülhəmidi birbaşa özünə tabe olan kəşfiyyat idarəsi
yaratmağa sövq etdi. Bu cür hadisələrə öz vəziri də daxil olmaqla
bir çoxlarının başqa dövlətlərin adından öz dövlətinə qarşı
fəaliyyət göstərmələrini misal göstərmək olar. Bunun nəticəsində
"Ulduz" Kəşfiyyat İdarəsi yaradıldı. "Ulduz" Kəşfiyyat İdarəsi
digər idarələrdən fərqli olaraq, dövlətə yox, tək bir nəfərə bağlı
şəkildə xidmət göstərirdi. İdarə ölkə daxilində, xüsusilə də erməni
komitəçilərə qarşı kəşfiyyat fəaliyyətləri aparmaqla məşğul
olurdu. Bununla yanaşı ölkə xaricində də yaxşı təşkilatlanmışdılar.
İdarə mənsubları Paris, Roma, London kimi müxtəlif mərkəz-
lərdəki şəxsləri və qurumları yaxından izləy-irdilər. Çox qısa
müddət ərzində geniş əraziyə yayılan xəfiyyələri sayəsində saraya
hər ay 3000-dən çox jurnal gəlirdi. İdarənin fəaliyyəti 1908-ci ildə
Sultan II Əbdülhəmidin taxtdan endirilməsinə qədər fəaliyyətini
davam etdirdi. Osmanlı sultanının yaratdığı idarənin öz dövründə
kəşfiyyat məlumatları əldə etmə və cəsusluq etməsindən ona qarşı
istifadə edənlərə öz xatirələrində bu idarənin yaradılma məqsədləri
haqqında belə demişdir:
“Hökmdar təbəəsinin nə düşündüyünü, hansı şikayətləri
olmasını bir tərəfdən öz valilərindən, qazilərindən hökumət
mərifəti ilə xəbərdar olur, bir tərəfdən də məmalikin (dövlətin)
ətraf-i ərbəəsindən (dörd tərəfindən), oralara yayılmış təkkələrin
şeyxlərindən, dərvişlərindən məlumat (xəbərlər) əldə edir, buna
398
əsasən də dövləti idarə edir. Cəddim Sultan Mahmud (II Mahmud),
bunlara səyyah (gezginci) dərvişləri də əlavə edərək kəşfiyyatı
genişləndirmişdir. Mən taxta çıxdığım zaman da vəziyyət belə idi
və belə də davam edirdi. Bir gün London Səfiri Musurus Paşadan,
keçmiş Sədrəzəm və Sərəsgər Hüseyin Avni Paşanın İngilislərdən
pul aldığını öyrəndim. Padşah adına dövləti idarə edən bir
Sədrəzəm öz dövlətinə xəyanət edirsə, kəşfiyyat da əlbəttə ki
məntiqə uyğun formada Saraya bu barədə bildirirdi. Şübhəyə
düşdüm, mütəəssir oldum. Məhz bu günlərdə Mahmud
(Cəlaləddin) Paşa yanıma gəldi və Gənc türklərdən bəziləri
haqqında məlumat (xəbərlər) gətirdi. Bu xəbərlər mühüm idi.
Özünə bunları necə öyrəndiyini soruşdum. Xüsusi bir kəşfiyyat
təşkilatı qurmuş, bəzi şəxslərin yaxınlarını pul ilə satın almışdı. Bu
şəxslər də görüb eşitdiklərini xəbər verirlər, o da bunları
əhəmmiyətlərinə görə qiymətləndirirdi. Lap istəyir bacımın əri
olsun, dövlətin bir parçasında dövlətdən gizli bir kəşfiyyat
qurulması doğru deyildi. Özünə bu təşkilatı dərhal mənə təhvil
verməyi vəbundan sonra bu işlərlə məşğul olmamasını dedim.
Təşkilatı mənə təhvil verdi; lakin buna görə çox incidi. Xarici
dövlətlər öz məqsədlərinə xidmət edən şəxsləri vəzir və sədrəzəm
vəzifəsinə qədər irəli çəkə bilmişdirlərsə, dövlətin təhlükə içində
olmadığını demək olmazdı. Bu səbəbdən birbaşa özümə tabe olan
kəşfiyyat idarəsi yaratmaq qərarına gəldim. Düşmənlərimin
məlumat əldə edən idarə dedikləri məhz budur.”
"Ulduz" Kəşfiyyat İdarəsində Sultan II Əbdülhəmidin
şəxsən etibarını qazanmış olan şəxslər vəzifəyə təyin edilmişdi.
Kəşfiyyatçılar içərisində hər rütbədən və hər səviyyədən ad
çıxarmış və ya o qədər nüfuzu olmayan şəxslər də vardı. Təşkilatda
generallar, admirallar, valilər, hakimlər, professorlar, həkimlər,
müəllimlər, jurnalistlər və başqa peşə sahibləri olmaqla 990 cəsus
və 23 cəsus mərkəzi fəaliyyət göstərirdi. Rəsmi kəşfiyyatçıların
diqqətini daha çox cəlb edən şəxslər sədrəzəmlər idi. Sultan II
Əbdulhəmidin səltənətinin ikinci yarısında cəsus qorxusundan,
insanların üçüncü bir şəxs olan yerlərdə söhbət etməsi mümkünsüz
bir hal almışdı və Avropaya qaçanların sayı artmışdı. 1908-ci il
399
hüriyyətçilərinin safdilliklə və cəhalətlə mühakimə etdikləri, xarici
dövlətlərin isə məqsədli şəkildə əleyhinə propaqanda apardıqları
Ulduz- Kəşfiyyat xidməti 30 il məmləkət daxilində və dünyanın
hər tərəfində bütün kəşfiyyat, cəsusluq və sabotaj təşkilatları ilə
mübarizə aparmış və bu mübarizədən qalib çıxmışdır. 1908-ci
ildən bəri hüriyyətçilərin Ulduz Xəfiyyələri deyə həqarət etdikləri
Əbdülhəmid- Kəşfiyyat Xidməti ingilislərin İntelligence Service
və rusların Oxrana kəşfiyyat xidmətlərini geridə qoyurdu.Ulduz
Kəşfiyyat xidməti vasitəsilə Avropa dövlətləri haqqında
məlumatlar toplayan II Əbdülhəmid,böyük dövlətlər arasındakı
ixtilaflardan faydalanır və imperialist dövlətlərin bir-biriləri ilə
olan rəqabətindən Osmanlı dövlətinin lehinə istifadə edirdi.
Sultanın əsas məqsədi isə Osmanlı dövlətinin ərazi bütövlüyünü
qorumaq idi.
Uzun illər sultanın baş katibi olan Tahsin Paşa Sultan
Əbdülhəmidin xarici siyasətini xatirələrində belə səciyyələndirir:
“Rusiyanı idarə etmək, Böyük Britaniya ilə problem yaratmamaq,
Almaniyaya arxalanmaq, Avstriyanın Makedoniyada gözünün
olmasını unutmamaq, digər dövlətlərlə mümkün səviyyədə xoş
davranmaq, Balkanları bir-birinə vurub bolqarlar, serblər və
yunanlar arasında nifaq və ixtilaf yaratmaq”.
II Əbdülhəmidin gözündə o dövrdə ən ehtiyatlı dav-
ranılması olan dövlət İngiltərə idi. II Əbdülhəmid Böyük Britaniya
haqda fikirlərini bu sözlərlə ifadə etmişdir: “Böyük dövlətlər
arasında ən çox ehtiyat ediləsi dövlət Böyük Britaniyadır. Onlar
üçün söz verməyin heç bir dəyəri yoxdur. 1882-ci ilin noyabrında
lord Qrenvil Böyük Britaniyanın öz Misir siyasətini
dəyişdirməyəcəyini, bizim fərmanımızda yazılanların qüvvədə
qalacağını söyləmişdi. Həmin il iyul ayında admiral Seymur
ingilislərin Misiri işğal etmək niyyətində olmadıqlarını bildir-
mişdi. Avqust ayında ingilis əsgərləri Misirə girdikdə bunun Misir
xədifinin nüfuzunun qorunması məqsədilə edildiyini söylədilər.
Lakin dönük Böyük Britaniya verdiyi sözləri çox tez unutdu.
Nəticədə biz aciz qaldıq”.

400
Sultan II Əbdülhəmid İngiltərənin Misirdə və Ərəbistanda
elmi araşdırma adı altında göstərdiyi anti-Osmanlı fəaliyyətini
yaxından izləyirdi. İngilislərin ərəblər arasında yaratdığı əsas
müzakirə məsələsi isə xilafət məsələsi idi. Dünya müsəlmanlarına
rəhbərlik edən şəxsin Qureyş sülaləsindən olması məsələsindəki
müzakirələr yenidən alovlanmışdı. İngilis təbliğatı nəticəsində
bəzi ərəb qəbilələri arasında “Osmanlı sultanı bu sülalədən
olmadığı üçün qanuni xəlifə hesab edilməməli” düşüncəsi yayıl-
mağa başlamışdı. Ancaq Sultan Əbdülhəmid dövrün üləması və
din adamlarının dəstəyi ilə bu ittihamları aradan qaldırmışdı.
Sultan Əbdülhəmid ingilis cəsuslarının ərəb milliyyətçi-
liyini yaymaq, xəlifəliyin ərəblərin haqqı olması iddiasıyla Misir
valisini xəlifə seçmək uğrunda aparığı fəaliyyətə qarşı panis-
lamizm (İttihad-ı İslam) siyasəti yürütmüşdü. XIX əsrin sonlarında
Yaxın və Orta Şərqdə yaranmış dini-siyasi ideologiya olan
panislamizm Osmanlıda meydana gəlmiş və müsəlman ölkələrində
yayılmışdır. Panislamizm milliyyətindən asılı olmayaraq bütün
müsəlman xalqların vahid dövlətdə birləşməsini təbliğ edirdi.
Müsəlmanlar arasında birliyi təmin etmək üçün dini təbliğat
apardı. Bu məsələdə təriqət şeyxlərindən və nüfuzlu qəbilə
rəislərindən də faydalandı. Ən əhəmiyyətli və təcrübəli idarəçiləri
Anadolu və Suriya başda olmaqla, müsəlmanların çoxluq təşkil
etdiyi vilayətlərə göndərdi. Xəlifəliyindən istifadə edərək
panislamist ideologiyanı yaymağa çalışdı. Belə ki, bu ünvanı
lazımınca istifadə edən yeganə Osmanlı sultanı idi. Bu ünvanın
verdiyi güclə Cənubi Afrika, Çin və Yaponiya kimi uzaq ölkələrə
din adamları göndərərək İslamın bu bölgələrdə də yayılmasına
çalışmışdı. II Əbdülhəmidin panislamizmi, qərbin imperializminə,
rus “panslvayanizm”inə qarşı müsəlmanları qorumaq siyasəti idi.
“İslami vətənsevərlik” düşüncəsi daşıyırdı. Dövrün siyasi
proseslərini çox ağıllı təhlil edən II Əbdülhəmid, qərb dünyasına
qarşı düşünülmədən elan ediləcək “cihad”ın Dövlət-i Aliyyə və
müsəlmanlara fəlakət gətiricəyini düşünürdü. Müsəlmanlar
arasında ilk öncə mədəni birliyi möhkəmlətmək, Osmanlı sultanı
və bütün aləmi İslamın xəlifəsi kimi onları mənəvi baxımdan bir
401
bayrağın altında toplandığını dünya güclərinə nümayiş etdirmək
əsas qayə olmuşdu.II Əbdülhəmidin bu düşüncəsinin ən açıq
sübutlarından biri qızı Ayşe Osmanoğlunun xatirələrində söylədik-
ləridir:
“Babam, Birinci Umumi Harbin safhalarını büyük bir
üzüntü içinde takip ediyor, Rasim Bey ile de konuşup tamamlayıcı
malumat almak istiyormuş. Gazete havadislerini bazen hayret,
bazen üzüntüyle okuyor, pek müteessir oluyormuş. “İki gemi için
(Goeben ve Breslau) feda olduk. Üç büyük devlete karşı bu harbe
girmemiz akıl karı değil. Vahim bir neticeden pek korkuyorum,”
diyormuş. Bir kaç defa da, “Nasıl olur? Bu bir deliliktir,” demiş.
Cihat ilan olununca babam büsbütün şaşırmış ve “Cihadın kendisi
değil, fakat ismi bizim elimizde bir silahtı. Ben bazen sefirleri
tehdit etmek istediğim vakit, ‘Bir İslam halifesinin iki dudağı
arasında bir kelime vardır. Allah bunu çıkartmasın’ derdim. Cihat
bizim için ismi olup da cismi olmayan bir kuvvetti. Bunun altından
nasıl çıkacaklar, İngiltere buna aldanacak mı?” diyerek
teessürlerini bildirmiş.”

II Əbdülhəmid və Uzaq Şərq


1899-1901-ci illərdə Çində “Boxer” (Boksçular) adı altında
anti-imperialist xalq üsyanı baş vermişdi. Avropada "boksçular"
adlandırılan İxetuan ("Ədalət və həmrəylik naminə yumruq") gizli
antimancur təşkilatının üzvləri Pekindəki əcnəbi diplomatlar
məhəllələrinə hücum etmişdi. 230-dan çox xarici vətəndaşın və
minlərlə xristianlığı qəbul edən çinlinin ölümü ilə müşahidə olunan
bu hadisələr, Yaponiyadan, Almaniyadan, Rusiyadan, Fransadan,
Avstriyadan, ABŞ-dan və İtaliyadan gələn 20.000 əsgərdən ibarət
koalisiya qüvvəsinin Pekinə hücum etməsinə səbəb olmuşdu. Bu
dövrdə Çin torpaqlarında 50 milyon civarında müsəlman
yaşamaqda və Osmanlı sultanını “İslamın xəlifəsi” olaraq
tanımaqda idi. II Əbdülhəmid Çinin müsəlman liderləri ilə əlaqələr
qurmuş, ilk öncə İslami dəyərlərin qorunub yaşadılması üçün ora
müəllimlər və müxtəlif elmi-dini kitablar göndərmişdi. Sultan
Əbdülhəmidin Çindəki təsiri o qədər güclü olmuşdu ki, Pekində
402
onun adına bir İslam universiteti “Pekin Hamidiye Koleji” açılmış
və qapısında Osmanlı bayrağı dalğalanmışdı. Boxer üsyanı
sırasında Çinli müsəlmanların zərər görməsinin qarşısını almaq
üçün Mirliva Ənvər Paşanın başçılıq etdiyi, içində iki din aliminin
də olduğu dörd nəfərlik bir heyət göndərmişdi. Heyətin əsas
vəzifələrindən biri çinli müsəlmalara bu qiyamdan uzaq durması
üçün nəsihətlər vermək olmuşdu. Boxer üsyanında Çindəki alman
səfirliyi və vətəndaşları da zərər görmüşdü. O dövrdə Osmanlı ilə
yaxın münasibətlərdə olan Almaniya imperiyası, II Əbdülhəmid-
dən öz nüfuzundan istifadə edərək bölgədəki müsəlmanları
iğtişaşlara qarışmaması üçün bu heyətin göndərilməsini də təşviq
etmişdi. Tarixdən də göründüyü kimi boxer qiyamı imperialist
güclər tərəfindən qanla yatırılmışdı.
Çindən ayrılan türk heyəti dönüş əsnasında Yaponyanı da
ziyarət etmişdi. Yaponya və Osmanlı münasibətləri XIX əsrin 70-
ci illərindən etibarən dostanə şəkildə davam etməkdə idi. Yapon
imperatoru Merji (1868-1913) hakimiyyəti dövründə bir neçə dəfə
Osmanlı sarayına heyətlər göndərilmiş və misafirlər sultan
tərəfindən yüksək səviyyədə qarşılanmışdı. 1887-ci ilin
sentyabrında Yaponiyadan İstanbula yeni bir yüksək səviyyəli
ziyarət gerçəkləşmişdi. Yaponiya imperatorunun əmisi şahzadə
Komatsu və həyat yoldaşı İstanbula gəlmiş, şəxsən Əbdülhəmid
tərəfindən yüksək səviyyədə qarşılanmışdı. Bu münasibətdən çox
razı qalan imperator Merji də Yaponyanın ən üstün medalı sayılan
Krizantem nişanını ehtiram əlaməti olaraq sultana göndərmişdi. Bu
dövrdə Osmanlı mətbuatında Yaponiya haqqında bir çox xəbər və
məlumatlar nəşr olunmuşdu. Yaponiya ziyalıları arasında İslam
dininə və Osmanlıya qarşı maraq yaranmışdı.İslam dininin Şərq
ideologiyası ilə bu qədər yaxın olduğunu görən bəzi yapon
ziyalıları dini dərindən araşdırmağa başlamış və aralarında İslamı
seçənlər də olmuşdu.Məşhur yaponiyalı jurnalist Toraciro Yamada
Osmanlını səyahət edərək, uzun müddət burada yaşamışdı. İslam
dinini qəbul edən bu şəxsin ilk yerli yapon mənşəli müsəlman
olduğu deyilir. O, adını dəyişərək Əbdülxəlil edir. Qəzetlərdə daim
Osmanlılar, onların dini və mədəniyyəti haqqında yazılar çap
403
etməyə başlayır. Eyni zamanda, jurnalist Məkkəni ziyarət edən ilk
yapon olmuşdur.
II Əbdülhəmid öz adət-ənənələrinə bağlı qalaraq, elmi-
texniki tərəqqi yolunda sürətlə böyüyən Yaponyanı heyranlıqla
təqib etmiş və əlaqələrin daha da möhkəmlənməsi üçün 1889-cu
ilin 14 iyulunda Miralay Osman bəyin rəhbərliyi altında 609
nəfərlik hərbi mütəxəssisdən ibarət nümayəndə heyəti “Ərtoğrul”
gəmisində (Ertuğrul Firkateyni) Yaponiyaya göndərmişdi. Padşah
tərəfindən heyətə imperatora təqdim olunması üçün “Murassa
İmtiyaz Nişanı” daverilmişdi. 11 aylıq yolculuqdan sonra türk
heyəti 7 iyun 1890-cı il tarixində Yaponiyaya gələ bilmişdi.
Nümayəndə heyəti Yaponiyada bir sıra görüşlər keçirdikdən,
Yaponiya imperatoru tərəfindən qəbul edildikdən sonra geri
qayıdarkən gəmiləri Osaka yaxınlığında tufana düşmüş və
batmışdı. Bu qəzadan yalnız 69 nəfər sağ qurtulmuş və Yapon
imperatorunun ayırmış olduğu iki kreyser (gəmi) vasitəsilə
İstanbula gətirilmişdi. Həlak onların şərəfinə Kuşimoto və
Yaponiyanın bir çox başqa ərazilərində xatirə abidəsi ucaldılır və
günümüzə qədər yad edilir.
Bundan sonra da Osmanlı-Yapon münasibətlərin davam
etmişdi. 1904-1905-ci ildə rus-yapon müharibəsi zamanı Osmanlı
ictimaiyyəti dost bildikləri Yaponiyanın qazanmasını canı
könüldən arzu etmişdilər. Çox ağıllı bir diplomat olan II Əb-
dülhəmid isə hər nə qədər qəlbindən Yaponiyanın zəfərini arzulasa
da, hər zamankı kimi təmkinli və uzaqgörən olmuşdu.Müharibənin
gedişi haqqında dəqiq məlumatlar almaq üşün polkovnik Pertev
Sait Demirhan Paşanı xüsusi tapşırıqla Yaponiya və Mancuriya
bölgəsinə göndərmişdi. Ayrıca müxtəlif kəşfiyyat kanalları vasi-
təsilə prosesləri yaxından incələmişdi. Bu müharibədə dövlətinin
mənfəətlərini düşünərək balanslı bir siyasət izləməyə çalışmışdı.
“Əzəli düşmən” olan Rusiyanın Osmanlıdan başqa bir dövlətə
məğlub olması belə Osmanlı ictimaiyyətində sevinclə qarşı-
lanmışdı. II Əbdülhəmid isə bu məğlubiyyətdən sonra Rusiyanın
bütün diqqətini şərqdən Balkanlara doğru yönəldəcəyini və

404
Dövlət-i Aliyyə üçün yenidən başağrısı olacağını düşünməkdə idi.
Tarix Əbdülhəmidi düşüncələrində haqlı çıxartmışdı.

II Əbdülhəmid və Türk aləmi


II Əbdülhəmid xarici siyasətində “İttihad-ı İslam” amilini
əsas tutmaqla bərabər, o dövrün şərtləri daxilində türk aləmini də
qorumaqdan çəkinməmişdir. II Əbdülhəmidin səyi nəticəsində
Osmanlının ilk anayasası “Qanun-i Əsasi”də dövlətin rəsmi dilinin
türkcə olduğu açıq bir şəkildə vurğulanmış; Osmanlı soyunun
türklərin qayı boyundan gəldiyini göstərmək üçün “həmşəhərli-
lərim” dediyi Karakeçili qəbiləsindən 200 nəfər seçmə gənci
saraya gətirdərək Söyüdlü Maiyet Bölüğünü (Ertuğrul Süvari
Alayı) təşkil etmişdi. II Əbdülhəmid Azərbaycan və Türküstan
türklərinin problemləri ilə də yaxından maraqlandığı bilinmək-
dədir.
Osmanlı məktəblərində (xristian məktəbləri də daxil
olmaqla) türk dilinin yaxşı öyrədilməsi əmrini verən Əbdülhəmid
İranın nəzarətində olan Cənubi Azərbaycan məktəblərində də türk
dili qadağasının ləğv edilməsində böyük rol oynayıb. Qeyd edək
ki, həmin vaxt İranın nəzarətində olan Cənubi Azərbaycandakı
məktəblərdə türk dilinin öyrədilməsi qadağan idi. Əbdülhəmid
1900-cü ilin oktyabr ayında İstanbula səfər edən İran şahı
Müzəffərəddin Qacarla görüş keçirir və həmin görüşün nəticəsi
olaraq Azərbaycan məktəblərində türk dili qadağası aradan
götürülür.Tarixçilər hesab edirlər ki, Cənubi Azərbaycan türk-
lərinin tarixi kimliklərini qoruyub saxlamasında bu addımın böyük
rolu olub.
O dövürdə Sultan II Əbdülhəmidin Bakı milyonçusu,
xeyriyyəçi, maarifpərvər şəxsiyyət Hacı Zeynalabdın Tağıyev ilə
də münasibətdə olduğu bilinməkdədəir. Hətta H.Z. Tağıyev 1907-
ci ildə müqəddəs Qurani-Kərimin təfsirini üç cilddə – ”Kəşfül-
Həqayiq” (“Həqiqətlərin Kəşfi”) adı ilə Azərbaycan Türkcəsində
nəşr etdirərək , bir nüsxəsini türk sultanı Sultan Əbdülhəmidə
hədiyyə olaraq göndərmişdir. Sultana göndərilən bu hədiyyyə,
xüsusi nüsxə olaraq qızıl suyu ilə yazılmış, almaz qaşlarla
405
bəzədilmiş və qalın gümüş qutuda yerləşdirilərək Xeyriyyə
Cəmiyyətinin üzvü müəllim və pedaqoq, görkəmli şair, ictimai
xadim Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadə (Yusif Ziya
adı ilə də məşhurdur) tərəfindən 1907-ci ilin 19 avqustunda Sultan
Əbdül Həmidə çatdırılmışdır. Quranın türkcə təfsir edilməsini
təqdir edən II Əbdülhəmid də, H.Z. Tağıyevi 1-ci dərəcəli,
A.Y.Talıbzadəni də 3-cü dərəcəli Məcidiyyə ordeni ilə
mükafatlandırmışdı.
Türküstana gəlincə, XVI-XVIII əsrlər arasında Osmanlı və
Türküstan xanlıqları arasında münasibətlərdə “Səfəvi-İran”
faktoru əsas rol oynamışdır. XIX əsrdə Türküstanda mövcud olan
Buxara, Xivə və Xokand xanlıqları arasında yaşanan mübarizədə,
hər biri Dövlət-i Aliyyəyə bağlılığını bildirmiş, bu şəkildə onun
dəstəyini almağa çalışmışdır. Osmanlı dövlətinin və təbii olaraq
xəlifənin dəstəyinin israrla tələb olunmasının səbəbi, öz
aralarındakı mübarizələrdə ondan üstünlük vasitəsi kimi istifadə
etmək istəmələridir. Bu vəziyyətin ən tipik nümunəsi Özbək
xanlıqlarının ən böyüyü və ən qədimi olan, 1800-cü illərdə Buxara
xanlığının taxtını ələ keçirən, Osmanlı dövləti ilə ən yaxın
münasibətdə olan Əmir Heydərdir. Əmir Heydər 1800, 1813,1819
illərdə Osmanlı dövlətinə dəfələrlə göndərdiyi elçilər ilə əvvəldən
Buxaraya bağlı olan Xarəzm və Xokand ərazilərinin özünə tabe
olduğunu göstərən sənəd göndərilməsini istəmişdir. Buxara əmiri
Heydər Töre ilə mübarizə aparan Xokand xanı Məhəmməd Ömər
də, 1820-ci ildə İstanbula elçiyi göndərərək Osmanlı dövlətinə tabe
olduğunu və hakimiyyətini təsdiqləyən fərman göndərilməsini
xahiş etmişdir. İlk başlarda Osmanlı dövləti Türküstan ilə olan
siyasi əlaqələrində Şeybanilərin mirasçısı olaraq Buxara xanlığını
gördüyündən, Xivə və Xokand xanlıqları ilə məsafəli davranmışdı.
Fəqət Buxara xanının Dövlət-i Aliyyə ilə birləşmək istəyinə də
soyuq baxılmışdı. Bunun səbəbi həm coğrafi uzaqlıq, həm də
Osmanlı dövlətindəki daxili vəxarici vəziyyət, xüsusilə Rusiya ilə
mübarizə aparması idi. Rusiya o dövrdə Türküstan xanlıqları üçün
də böyük təhdit idi. Bu vəziyyətdə Dövlət-i Aliyyə tərəfsizlik
prinsipini pozacağına və rus təhlükəsi qarşısında bölgədəki
406
tarazlığa mənfi təsir edəcəyindən heç bir xanı “xanlar xanı” kimi
rəsmən tanımamışdır. Osmanlı dövləti yaxınlaşan rus təhlükəsinə
qarşı xanlıqlar arasında anlaşmazlıqlara son verilməsini nəsihət
etsə də, rəsmi istəklər olmasına rəğmən bölgəyə hərbi mütəxəssis
və silah-sursat göndərməmişdi. Yalnız dini mövzularla əlaqədar
kitabların göndərildiyini söyləmək mümkündür. Osmanlı dövləti
rus işğalları ərəfəsində ondan kömək istəyən Türküstan xanlıq-
larına, içində olduğu ağır vəziyyətdən ötrü kömək edə bilməmiş-
di.Osmanlı ictimaiyyətindəki bu istilalar dərin qəzəbə səbəb
olmuş, müsəlman-türk qardaşlarla birlikdə olma fikri formalaşmış
və Rusiyaya qarşı mövcud düşmənçilik artmışdı.
Bu dövrdə özbək əsilli Məhəmməd Yaqub bəy Şərqi
Türküstanı öz idarəsində birləşdirərək Qaşqar əmirliyini yarat-
mışdı(1866/1867).Qaşqar dövlətinin qurulduğu Şərqi Türküstan;
Çin, Qərbi Türküstan, Əfqanıstan, Hindistan və Rusiya ilə əha-
tələnərək geosiyasi baxımdan Asiyanın ən mühüm mərkəzlərin-
dən idi. Yaqub bəy dövlətini Rusiya,İngiltərə və Çinin aralarındakı
rəqabətlərdən yararlanaraq mühafizə etməyə çalışmışdı.
Yaqub bəy ölkədə əmin-amanlığı bərpa etdikdən sonra
tarixi və mədəni bağları olan və İslam dünyasının hamisi sayılan
Osmanlı dövlətinə elçi göndərmiş Sultan Əbdüləziz xandan yar-
dım və himayə istəmiş; dövlətinin Dövlət-i Aliyyənin bir parçası
olaraq qəbul edilməsini diləmiş və ona biət etdiyini bildirmişdir.
Osmanlı dövləti də Yaqub xanın bu tələbini qəbul etmiş və
padşahın direktifi üzərinə Albay Kazım bəy başçılığında hərbi
mütəxəssilər və silah-sursat Hindistan üzərindən Şərqi Türkistana
göndərilmişdir. Heyət Qaşqarda büyük coşğu və sevinc ilə
qarşılanmış, xütbələr padşah adına oxunmuş və sikkələr də Sultan
Əbdüləziz adına kəsilmişdir. Şərqi Türküstan səmalarında
Osmanlı sancağı dalğalandırılmışdır.Yaqub bəyə İngiltərə elçi-
sinin də qatıldığı mərasimdə Osmanlı tərəfindən əmirlik ünvanı
verilmiş və Qaşqar xanlığı “taht-ı himayet-i saltanat-ı seniyyeye”
girmişdir. Türküstan torpaqlarında “Böyük oyun” oynayan
İngiltərə və Rusiya da siyasi məqsədləri üçün Yaqub bəyin
dövlətini tanımış və elçiliklərini Qaşqarda açmışdılar. Təəssüflər
407
olsun ki, Yakub bəyin qurmuş olduğu Qaşqar dövlətinin ömrü
uzun olmamış, böyük dövlətlərin siyasi oyunlarına qurban
getmişdi. 1877-ci ildə 40 min nəfərlik Çin ordusu hücuma keçərək
Qaşqarı ələ keçirmiş, Yaqub bəy isə öldürülmüşdür. 1878-ci ilin
yazında isə bütün Şərqi Türküstan çinlilər tərəfindən işğal
olunmuşdur. Təəssüflər olsun ki, 1877-1878-ci illərdə ruslarla
müharibədə olan Osmanlı dövləti də bu işğalın qarşısını ala
bilməmişdir.
Bu həngamədə Qaşqarın işğalı zamanı əsr düşən Osmanlı
zabitləri də Çin rejimi tərəfindən edam ediləcəkkən yalnız
İngiltərənin vəziyyətə müdaxilə etməsi ilə sərbəst buraxılmışdır.
Qaşqar əmirliyinə son qoyulsa da, onun İstanbuldakı keçmiş səfiri
Yaqub Töre hələ də bir ümidin olacağını düşünərək sultan II
Əbdülhəmidə müraciət etmişdi. Müraciətində Qaşqarın Memaliki
Mahrusai Şahanə (Osmanlı dövləti) daxilində olduğu vurğulanmış,
Bab-Ali də Şərqi Türküstan məsələsinə baxılmasının lazım olduğu
ifadə edilmişdi. Fəqət II Əbdülhəmid hakimiyyətinin ilk illərində
dövlətin yaşamış olduğu böhran vəziyyətində, Qaşqar məsələsinin
siyasi həllini müsəlmanların xeyrinə həll etmək mümkün deyildi.
Ona görə də II Əbdülhəmid daha çox Türküstan müsəlmanlarının
mədəni və elmi baxımdan inkişafına dəstək üçün Şeyx Süleyman
Əfəndi kimi böyük alimləri bölgəyə göndərmiş, ilk öncə onların
irfanibaxımdan özlərini inkişaf etdirmələrini istəmişdi.

II Əbdülhəmidin Dövlət-i Aliyyəni ayaqda tutmaq səyləri


Sultan Əbdülhəmid, böyük siyasi güclər arasındakı rəqa-
bətə əsaslanan xarici siyasətin ölkənin müstəqilliyini uzun müddət
qoruya bilməyəcəyini bilirdi. Əsas məqsədi vaxt qazanmaq və bu
müddət ərzində ölkəni iqtisadı baxımdan gücləndirmək idi. Ancaq
özündən əvvəlki sultanların yüklədiyi borclar onun əlini qolunu
bağlayırdı. Taxta çıxdığı il, 1854-1874-cü illər ərzində yığılan
xarici borcların miqdarı və faizləri dövlətin illik gəlirinin yarısını
keçmişdi. Xarici siyasətə mane olan bu borclardan dərhal azad
olmaq istəyirdi. Avropalı kreditorların təmsilçiləri ilə 20 dekabr
1881-ci ildə bir razılıq imzalanmışdı. Məhərrəm qanunnaməsi
408
adlanan bu razılıqla borclu ölkələrə, müəyyən dövlət gəlirlərinin
toplanması imtiyazı daşıyan Düyun-i Ümumiyyə idarəsini yaratma
hüququ verilmişdi. Beləliklə, Osmanlı dövləti üzərində xaricilərin
maliyyə nəzarəti qurulmuşdu. Türkiyəli tədqiqatçı Əmrə Konqar,
idarənin qurulmasını iqtisadi müstəqilliyini itirən Osmanlı
dövlətinin əsil çöküşü olduğunu bildirməkdədir.
Duyunu Ümumiyyə idarəsi Osmanlının kreditorlarına olan
borclarının ödənilməsi ilə məşğul idi. Bu məqsədlə ona, kəndli-
lərdən və əhalinin başqa təbəqələrindən bilavasitə vergi toplamaq,
o cümlədən feodal əşar vergisini yığmaq ixtiyarı verilmişdi.
İdarənin başında kreditor dövlətlərin nümayəndələrindən ibarət
şura dururdu(İngiltərə, Fransa, Almaniya, Avstriya-Macarıstan,
İtaliya). Şuraya sədrlik növbə ilə ingilislər və fransızlara aid idi.
Osmanlı hökumət komissarı şurada məşvərətçi səsə malik idi. Bu
idarənin ölkədə 720 şöbəsi var idi və Osmanlının bütün maliyyə
sisteminə nəzarət edirdi. Bab-ı Aliyə təsir etməkdə bankların çox
böyük rol oynadığını nəzərə alan Avropa dövlətləri burada öz
banklarını açmağa başlamışdılar. Xarici borclanmalara qarşılıq
olaraq ölkənin yeraltı və yerüstü sərvətlərindən istifadə hüququ
ingilis, fransız və alman şirkətlərinə verilmişdi. İngilis sərmayəsi
ilə fəaliyyətini davam etdirən Osmanlı bankına yüksək səlahiy-
yətlər verilərək ölkə iqtisadiyyatının yoxlanılması təmin edilmişdi.
Xarici şirkətlər arasında dövlət gəlirlərinin və müəyyən təsərrüfat
sahələrinin bölüşdürülməsi əcnəbi dövlətlər arasında amansız
rəqabətə səbəb olmuşdu. Osmanlının xarici ticarəti demək olar ki,
xarici inhisarların nəzarəti altına keçmişdi.Onlar Türkiyənin kənd
təssərrüfatı məhsulları istehsalçısına və xarici mallar alıcısına zorla
öz qiymətlərini qəbul etdirirdilər. 1883-cü ildən etibarən, kənd
təssərrüfatında dövlət inhisarı hüququna malik olan «Reji de Tabak
Ottoman» (qısaca Reji) adlı fransız tütün inhisarı fəaliyyət
göstərirdi. Türkiyənin 140 min tütün istehsalçısı həmin inhisardan
asılı idi. «Reji»nin tütün alınması, istehsalı və eksportunda inhisar
hüquqi var idi. «Reji»nin icazəsi olmadan kəndlilər tütün becərə və
sata bilməzdilər. «Reji» kəndlilərdən aldığı tütün üçün çox aşağı
qiymətlər təyin edirdi və onlar öz məhsullarını bu qiymətə verməyə
409
məcbur olurdular. «Reji» tütünün hər kiloqramını 4 piastra
(Misirdə pul vahidi) alıb, onu istehsalçılara 40 piastra satırdı.
«Reji» inhisarı Türkiyənin bir sıra tütün fabriklərinin ləğv
olunmasına səbəb oldu. «Reji» həm də tütün əkin sahələrinin
ölçüsünə də təsir göstərirdi. Onun fəaliyyəti əhalinin bütün təbəqə-
ləri arasında nifrətlə qarşılanırdı. Hətta yüksək vəzifəli əyanlar
belə Türkiyənin kiçik, gizli emalatxanalarında istehsal edilən
papiroslara üstünlük verirdilər.
XIX əsrin sonlarında böyük dövlətlər arasındakı barışmaz
ziddiyyətlər və onların müstəmləkəçilik ekspansiyası Fars körfəzi
hövzəsinə yayılmışdı. Kayzer Almaniyası bu məsələdə xüsusi
fəallıq nümayiş etdirirdi. Özünü “islamın müdafiəçisi” elan etmiş
II Vilhelm hökuməti sultan hökuməti ilə də çox yaxınlaşmış və
Osmanlı imperiyasında iqtisadi, siyasi və hərbi mövqelərini möh-
kəmləndirməyə başlamışdı. Strateji cəhətdən mühüm əhəmiyyət
kəsb edən Berlin-Fars körfəzi magistralının yaradılması gündəmə
gəlmişdi ki, bu da İngiltərənin Fars körfəzi, Ərəbistan, bütün Yaxın
və Orta Şərqdəki hökmranlığına böyük təhlükə yaradırdı.
Hələ taxt-taca varis olduğu dövrdə II Vilhelm, Rusiya ilə
müharibənin qaçılmaz olduğunu düşünən hərbi dairələrə çox yaxın
idi. Bir çox generallar kimi Vilhelm də bu müharibədə Osmanlı
imperiyasından özlərinə müttəfiq kimi istifadə etməyin zəruri
olduğunu düşünürdü. Bununla bağlı olaraq Osmanlı dəmir yolları
Almaniya üçün təkcə iqtisadi yox, eyni zamanda hərbi-siyasi
maraq da doğururdu. 1893-cü ilin fevralında sultan II Əbdülhəmid
“Döyçe bank” tərəfindən yaradılmış Anadolu dəmir yolları
cəmiyyətinə dəmir yolunun İzmit-Ankara xətti üzərində yerləşən
Eskişehirdən Konyayadək uzadılmasına razılıq vermişdi. Həm
Rusiya, həm Fransa, xüsusilə də İngiltərə yeni alman
konsessiyasına qarşı etirazlarını bildirdilər. İngiltərə səfiri sultana
etiraz bildirərək bəyan etdi ki, bu müqavilə Smirna-Aydın dəmir
yolunun sahibi olan ingilis şirkətinin maraqlarına toxunur. Lakin
Almaniya rəqiblərinin müqavimətini qıra bilmişdi. Almaniya
İngiltərə hökumətini işğaldan sonra Misirin maliyyə məsələlərində
ona göstərdiyi dəstəyi kəsəcəyi ilə hədələmiş, bu dərhal öz təsirini
410
göstərmişdi. İngilis kabineti alman konsessiyasına qarşı
etirazlarından imtina etmişdi. Konyaya qədər dəmir yolunun
çəkilişi 1896-cı ildə başa çatmışdı.
1898-ci ildə II Vilhelm “müqəddəs yerləri” ziyarət adı ilə
Fələstinə yollanmışdı. Ora gedərkən yolüstü İstanbulda olub,
sultanla da görüşmüşdü. Onunla eyni vaxtda “Döyçe bank”ın
direktoru Simens də İstanbulda idi; Simens dəmir yolu xəttinin
Konyadan Bağdada qədər uzadılması və Bosforun Asiya hissə-
sində, Heydər Paşada limanının qurulması ilə bağlı danışıqlar
aparırdı. “Müqəddəs yerləri” ziyarətdən sonra kayzer Dəməşqdə
olmuşdu. Oradakı açıq çıxışında o özünü 300 milyon müsəlmanın
və onların xəlifəsi olan türk sultanının dostu adlandırdı. Onun
çıxışı Əbdülhəmidin çox xoşuna gəlmişdi. Bu çıxışı ilə kayzer
“Döyçe bank”a Bağdada qədər dəmir yolu xətti çəkilişi ilə əlaqədar
nəhəng konsessiyanı əldə etməsinə yardım göstərmiş oldu.
Limanın inşası ilə bağlı icazəni sultan artıq 1899-cu ilin yanvarında
vermişdi.Burada deyilirdi ki, alman şirkətinə səkkiz il ərzində
Konyadan Bağdada, oradan isə Bəsrəyə qədər uzanacaq dəmir
yolunun çəkilməsi ilə bağlı konsessiya verilib.Bu alman dəmiryol
proyekti ədəbiyyatda «Üç B planı» adını almışdır. I «B»- Berlin;
II «B»- Bizans yəni İstanbul; III «B» -Bağdad. Almaniya və
Osmanlı arasında yaranmış bu isti münasibətlər hərbi sahəyə də
sirayət etmiş, türk ordusunun alman nümunəsində yenidən
qurulması üçün fon der Qoltsun başçılığı altında hərbi missiya
İstanbula dəvət olunmuşdu. Bir çox türk gənci Almaniya hərbi
məktəblərinə təhsil almaq üçün göndərilmişdi. Bütün bunlar
tədricən Dövlət-I Aliyyənin Almaniya nüfuz dairəsinə çevrilmə-
sinə səbəb olmuşdu. II Əbdülhəmid özü, Almaniya ilə siyasi
ittifaqdansa, daha çox iqtisadi işbirliyinin qurulmasına üstünlük
vermişdi. Almaniyanın seçilməsində bir çox səbəb vardı. Bu
səbəblər arasında Almaniyanın heç bir İslam ölkəsini işğal
etməməsi, erməni məsələsində Osmanlı imperiyasını dəstəkləməsi
və Almaniya imperatoru II Vilhelmin müsəlman dostu olduğunu
açıq şəkildə elan etməsi əhəmiyyətli yer tutur. Siyasi ittifaqdan
çəkinən Sultan Əbdülhəmid Almaniya ilə yaradılan iqtisadi
411
əlaqələrlə ölkənin inkişafına ümid edirdi. Bu səbəblə başda
dəmiryolu sənayesi olmaqla, bütün sahələrdə alman sərmayəçilərə
imtiyazlar verilmişdi. 1890-cı ildə Almaniyada yaşanan sel
fəlakətində isə Dövlət-i Aliyyə zərər çəkmiş alman xalqına maddi
yardım göndərməyi özünə borc bilmişdi. 750 Osmanlı lirası
məbləğindəki yardımın böyük bir hissəsini (500 Osmanlı lirası)
şəxsən II Əbdülhəmid öz vəsaitindən göndərmişdi.
Almaniyanın Osmanlı imperiyasına, xüsusilə də Fars
körfəzi sahillərinə daxil olması artıq birbaşa İngiltərənin də
maraqlarına toxunmuşdu. İngilislərin qızışdırması ilə Kuveyt,
Tabe, Akabe, Yəmən və Hicazda ərəb qəbilələri Osmanlıya qarşı
üsyanlar çıxartmağa başlamışdı. İngiltərə donanması isə həm
Aralıq dənizində, həm də Bəsrə körfəzində yerləşərək Osmanlı və
Almaniyaya qarşı güc nümayiş etdirmişdi (1906). Tərəflər
arasında amansız bir rəqabət olmasına baxmayaraq böyük
müharibə üçün şərait hələlik tam yetişməmişdi.
Yaxın Şərqdə bu hadisələr cərəyan edərkən Balkanlar
qaynayan qazanı xatırladırdı. Daha əvvəlki müharibələrdə almış
olduğu məğlubiyyətlər nəticəsində bu bölgədə Osmanlının nüfuzu
daha da azalmışdı. Rusların “panslavizm”, yunanlıların isə
“enosis” siyasəti nəticəsində Makedoniyada xristian kütlələr
“muxtariyyət” şüarı altında silahlı mübarizəyə başlamışdılar.
Makedoniyadakı hadisələrə, Krit məsələsi və Anadoluda erməni
qiyamları da bilavasitə təsir etmişdi.
Osmanlı imperiyasına aid olan Tesseliya və İon dənizi
sahilindəki Arta limanı 1878 Berlin müqaviləsinə görə 1881-ci ildə
Yunanıstana verilmişdi. Bu genişlənmədən sonra Yunanıstanın
yeni hədəfi Epir (Yanya vilayəti) və Krit adası idi. Bu bölgələrdəki
əhalinin təxminən 2/3-ni təşkil edən rumlar, Yunanıstan tərəfindən
Osmanlıya qarşı davamlı qızışdırılırdı. Ayrıca yunan hərbi
qüvvələrinin və mülki partizan dəstələrinin sərhəd boyunca
qırğınlar təşkil etməsi və Yunanıstan rəhbərliyinin və Avropa
dövlətlərinin bunun qarşısını almaq üçün bir iş görməmisinə cavab
olaraq, Osmanlı özü müharibə elan etməyə məcbur olmuşdu.
Yunan və türk ordularıyla yanaşı yunan kralının Danimarka əsilli
412
olmasına görə bir qrup danimarkalı və italiyalı könüllülərdə bu
müharibədə iştirak etmişdi. Təxminən bir ay sürən bu müharibədə
(aprel -may 1897) Osmanlı ordusu bir neçə döyüşdə yunanlılara
ağır zərbə vuraraq Afinaya gedən yolu açmışdılar.Sədrəzəm Xəlil
Rüfət Paşa Sultandan ordunun Afinaya girməsi üçün xahiş etmişdi.
Bunun yunanlar üzərində psixoloji üstünlük yaradacağını
düşünürdü.Lakin rus çarı II Nikolayın şəxsən teleqraf çəkərək,
Osmanlıdan dərhal müharibənin dayandırılmasını tələb etməsin-
dən sonra, 19 mayda döyüşlər faktiki olaraq dayandırılmış. 20 may
1897-ci ildə isə atəşkəş imzalanmışdı. Yunanıstanı məhv olmaq-
dan qurtaran Avropa dövlətləri, bu dəfə Makedoniya hadisələrində
Osmanlının başını ağrıtmağa başlamışdı. Lakin Balkanlara nüfuz
uğrunda xüsusilə Avstriya və Rusiya arasında yaşanan çəkişmədən
istifadə edən II Əbdülhəmid, Makedoniyada islahatlar keçiriləcəyi
haqqında qərar qəbul edərək, ehtimal olunan bir müharibənin
qarşısını ala bilmişdi(1903). Bu şəkildə II Əbdülhəmid 1912-1913-
cü illərdə meydana gələn Balkan müharibəsini 10 il müddətinə
gecikdirmiş oldu.

Anadoluda erməni qiyamları


“Ermənilər kimi salnaməsi cinayətlərlə dolu olan digər bir
xalq tapmaq çətindir, çünki onlara xeyirxahlıq və dinc keyfiyyətlər
deyil, çürüklük və zorakılıq xasdır”

Lord George Gordon Byron (XIX əsr ingilis şairi)


Xarici müdaxilələrin nəticəsində XIX əsrin 70-ci illərində
Osmanlı dövlətində erməni elementi içərisində milliyyətçi istəklər
artmış, muxtariyyət qurulması üçün hərəkat güclənmişdi. Bu
hərəkatı erməni din xadimləri fəal müdafiə edirdilər. Erməni
kilsəsi bütün erməniləri birləşdirən bir amil idi. Erməni din
adamları din işlərindən daha çox xristianlarla müsəlmanlar
arasında nifaqı yayırdılar.Erməni qiyamlarının təşviq edilməsində
Anadoluda çalışan missioner təşkilatları xüsusi rol oynayırdılar.
Əvvəlcə müsəlman əhalini xristianlaşdırmağa çalısan həmin təşki-
latlar bunu bacara bilmədikdə erməniləri türk hökuməti əleyhinə
413
qiyamlara qaldırmağa başladılar. Bununla yanaşı, Anadoluda çalı-
şan çar Rusiyası konsulları və vitse-konsulları da bu işdə müəyyən
rol oynayırdılar. Onlar əsasən çarizm hərbi kəşfiyyatının tapşırıq-
larını yerinə yetirərək yerlərin fotoşəkillərini çəkir, iqtisadi imkan-
larını və demoqrafik şəraiti öyrənirdilər.
Çarizmin “erməni məsələsi” ilə yaxından maraqlanmasına
bir sıra daxili və beynəlxalq amillər təsir edirdi. Hər şeydən əvvəl,
Rusiya ərazisində yerləşdirilən ermənilər Osmanlı ərazisində
yaşayan ermənilərlə maraqlanırdılar. Bu isə Cənubi Qafqazda gər-
ginlik yaradırdı. Daxili siyasi sabitlik səbəbindən çarizm ermə-
nilərlə maraqlanırdı.Digər bir amil isə beynəlxalq şərait idi.
Avropanın böyük dövlətləri və ABŞ mallarını satmaq üçün
əlverişli bazarlar, ucuz xammal mənbələri və əlverişli mövqeləri
ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Buna görə
də həmin ölkələr Osmanlıdakı ermənilərlə maraqlanır, onların
üzərində təsir qazanmağa çalışırdılar. Ermənilər üzərində təsir,
Yaxın və Orta Şərqin xristianları üzərində nüfuz qazanmaqda bir
vasitə kimi görülürdü. Rusiyada belə hesab edirdilər ki, əgər
Avropa dövlətləri və ABŞ Osmanlı erməniləri üzərində təsir
qazansa, onda həmin təsir Cənubi Qafqaza da keçə bilər və burada
separatçı hərəkat güclənər. Ona görə də ermənilər üzərində təsir
Rusiya ilə Avropa ölkələri və ABŞ arasında diplomatik-siyasi
mübarizə halına gəlmişdi.
1878 tarixli San-Stefano və Berlin müqavilələri ilə
beynəlxalq bir hal alan “Erməni məsələsi” böyük dövlətlər
arasında regionda gedən mübarizədə bir “topa” çevrilmişdi.
Qərblilərin və Rusiyanın da yardımları ilə Anadoluda separatizmi
yayan çox sayıda erməni təşkilatları qurulmuşdu. Bundan başqa
1887-ci ildə Cenevrədə “Hınçaq” və 1890-cı ildə isə Tiflisdə
“Daşnaksütyun” adında erməni terror təşkilatları yaradılmışdı ki,
onlara "Anadolu torpaqlarının və Osmanlı ermənilərinin qurtarılması"
hədəf olaraq göstərilmişdi.
Xarici qüvvələrin də təhriki ilə Anadoluda ilk erməni üsyanı
Ərzurumda baş tutmuşdu (1890). Bunu Qumqapı (İstanbul 1890),
1892-93-cü ildə Kayseri, Yozqat, Çorum və Merzifon hadisələri,
414
1894-cü ildə Sasun üsyanı (Bitlis) təqib etmişdi. Dövlətin güc
strukturları bu iğtişaşları yatırsa da, azğınlaşan erməni separitistləri
Bab-ı Aliyə belə basqın etməkdən çəkinməmişdilər(1895). İstanbul-
dakı Osmanlı bankına növbəti erməni basqınını (1896), II Sasun
(1905) üsyanı və Sultan II Əbdülhəmidə sui-qəsd cəhdləri izləmişdir.
Sultan Əbdülhəmidə sui-qəsd — türk tarixində “Yıldız Suikasti”
kimi adlanır, bunun səbəbi sui-qəsdin “Ulduz Həmidiy- yə”
məscidinin qarşısında baş verməsidir. 21 iyul 1905-ci ildə
Daşnaksütyunun üzvləri olan erməni terrorçuları tərəfindən Sultan
II Əbdülhəmidə qarşı edilən sui-qəsd hadisəsi 20-ci əsrin
əvvəllərində Türkiyədə baş vermiş ən mühüm hadisələrdən biridir.
Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların
işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə
ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda
peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard
Jorrisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq,
İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması
mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü
Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə
ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi.
Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir
araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula
gətirilərək montaj edilmişdi. 80 kiloqram partlayıcı və 20 kiloqram
partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya
yerləşdirildi. Sui-qəsdin gerçəkləşdiriləcəyi gün
komitəçilər diqqət çəkməmək üçün bombalı arabanın içinə bir
qadın da alaraq avropalı ziyarətçilər kimi mərasimə getdilər, lakin
padşah namazda ikən arabanı tərk etdilər. Plana görə onun içindəki
bomba II Əbdülhəmid məscid ilə fayton arabasındakı yolda
yürüyərkən partlamalı və hökmdarı mütləq qətlə yetirməli idi.
Lakin gözlənilməyən bir hadisə baş verdi: II Əbdülhəmid məscid-
dən çıxarkən qarşılaşdığı şeyxülislam Cəmaləddin əfəndi ona bir
məsələ ərz etdiyi üçün hökmdar bir neçə saniyə dayanmalı oldu.
Bu bir neçə saniyə erməni təşkilatçıların sui-qəsd planını alt-üst
etdi və bomba II Əbdülhəmid söhbəti bitirib pilləkənlərlə aşağı
415
addımlamaq istəyəndə partladı. Mərasimi izləmək üçün bir çox
yerli və əcnəbi, o cümlədən dövlət rəsmiləri, səfirlər və adi turistlər
toplaşdığından Ulduz məscidinin önündə qələbəlik vardı. Sui-qəsd
zamanı 26 nəfər həlak oldu və 58 nəfər yaralandı. Sağ qalanlar ara-
sında isə panika yarandı. Lakin bu panika içərisində tövrünü poz-
mayan yeganə insan II Əbdülhəmid əlini havaya qaldıraraq hamını
sakitliyə çağırdı və əmrlər verdi. Ətraf bir az sakitləşdikdən sonra
sultan faytonuna minərək onu özü birbaşa Ulduz sarayına sürdü.
Təmkinli və soyuqqanlı hərəkətinə görə xalqın və turist-
lərin alqışına tuş gələn II Əbdülhəmid saraya daxil olduqda bura-
dakı əcnəbi elçilər tərəfindən də alqışlandı. Heç bir şəkildə proq-
ramını pozmayan sultan diplomatlarla 20 dəqiqə görüşdükdən
sonra istirahət etmək və olayın təfərrüatını öyrənmədən ötrü
hərəmxanaya çəkildi. Bir çox dövlət liderləri Osmanlı hökmdarına
teleqram göndərdilər. Hadisədən sonra komitəçilərin bir qismi, o
cümlədən Jorris yaxalandı. Maraqlısı budur ki, padşah edama
məhkum edilməsinə baxmayaraq illik həbs cəzasından sonra
Jorrislə anlaşaraq Avropadakı təşkilatlar və anarxiya məsələsində
gizli məlumatlar verməsi şərti ilə onu əfv etdi. Belçikalıya 500 qızıl
hədiyyə verən II Əbdülhəmid onu Avropada öz xəfiyyəsi kimi
çalışdırmağa çalışdı. Baş katib Tahsin Paşanın yazdığına görə,
Jorris Avropadan dəyərli hesabatlar göndərmiş və bu məlumatlar
sayəsində düşmənlərin bir sıra planları pozulmuşdu. Daha öncə də
II Əbdülhəmid Şərqi Anadoluda erməni təxribatlarına son
qoymaqdan ötrü kürd tayfalarından ibarət Həmidiyyə süvari
alayları təşkil etmiş, bu alaylar regionda sabitliyin yaradılmasında
çox faydalı olmuşdur.
II Əbdülhəmidin taxtdan getməsindən sonra da, II
Məşrutiyyət dövrü və I Cahan hərbi sırasında da üsyanlar davam
etmiş və yüz illərlə onları himayə edib qoruyan Dövlət-i Aliyyəyə
qarşı ermənilər xəyanətlərini sürdürmüşdülər.

II Əbdülhəmid və sionizm
Erməni milliyyətçilərinin canına qəsd etməsindən də
çəkinməyən Sultan Əbdülhəmidin uğurla mübarizə apardığı digər
416
məsələ isə Fələstin məsələsi idi. XIX əsrin sonlarında sionistlər
Fələstində bir yəhudi dövləti qurmaq üçün hərəkətə keçmişdilər.
Sionizm - tərəfdarlarının təbliğinə görə yəhudilərin vaxtilə
qovulduqları öz doğma torpaqlarına qayıdaraq, öz müqəd-dərat-
larını təyin etmək hüquqlarıdır. İlk baxışda adi hüquq kimi
müəyyən edilən bu təyin, əslində 19-cu əsrin sonundan bu günə
qədər ciddi tarixi sualların və qlobal qarşıdurmaların başlanğıcını
qoymuşdur.
Sionizm termini ilk dəfə avstriyalı yazıçı Nathan Birnbaum
tərəfindən 1885 və ya 1890-cı illərdə işlədilmişdir. Bunu o
almanca yazdığı “Yəhudi məsələsinin həllinə tərəf olaraq Yəhudi
xalqının ana vətənində yenidən doğulması” kitabında ilk dəfə
lüğətə gətirmişdir. Qüdsün Tövratda keçən adlarından biri olan
“sion”dan törəmişdir. Siyasi sionizm, yəhudi problemini siyasi bir
problem olaraq görən və beynəlxalq arenada atılacaq konkret
addımlarla həll edilməsi lazım olduğuna inanan Avstriya-
Macarıstan vətəndaşı olan jurnalistTheodor Herzlilə başlamışdır.
Siyasi və müasir sionizm formal olaraq 1897-ci ildə Teodor Herzl
tərəfindən yaradılmışdır. O belə hesab edirdi ki, yəhudilər özgə
ölkələrdə heç vaxt rahat yaşaya bilməyəcəklər və onların
təhlükəsizliyinin təmin edilməsi üçün ən düzgün yol yəhudi
dövlətinin yaradılmasıdır. Odur ki, rəsmi sionizmin əsasında
yəhudilərin Fələstinə qaytarılması və orada "Yəhudi dövlətinin"
yaradılması ideyası dayanır. O dövrdə Fələstin ərazisi Dövlət-i
Aliyyənin mülkü və dövlətin başında da sultan II Əbdülhəmid
durmaqda idi. İmperialist güclərin və sionistlərin qarşısında ən
böyük əngəl olan II Əbdülhəmidə qarşı mübarizədə müxtəlif
yollardan istifadə edildiyi görülmüşdür.Avropadan Osmanlıya
yaşanan yəhudi mühacirətindən strateji məqsədilə istifadə
edilməklə bərabər, II Əbdülhəmidin idarəsinə müxalifət olan
İttihad və Tərəqqi və Jön türklərə də dəstək verilmişdi.Digər
tərəfdən Osmanlı torpaqlarında erməni üsyanlarını da tərtib
edərək, ərəb milliyətçiliyini alovlandırmağa başlamışdılar.
93 hərbi olaraq bilinən 1877-1878 rus-türk müharibəsindən
ağır bir məğlubiyyətlə ayrılan Osmanlı dövləti üzərində ingilis
417
siyasətçilərinin təzyiqi daha da artmışdı. İngilis diplomatyasının
1879 və 1880-ci illərdə “Avropada anti -semitizmə məruz qalan
yəhudilərin Fələstinə köçürülməsi” ilə əlaqədar hazırlamış olduq-
ları layihələr, Sultan II Əbdülhəmid xan tərəfindən qəbul edilmə-
mişdi. XIX əsrin sonlarına doğru başda Rusiya və Rumıniya
olmaqla bir çox Avropa ölkəsində yəhudi düşmənçiliyi olaraq
bilinən anti-semitizmin artması, qəribəsi odur ki, sionizm düşün-
cəsinin genişləməsi ilə paralellik göstərməkdə idi. Sionist liderlərə
görə, xüsusilə çar II Aleksandra qarşı sui-qəsd cəhdindən sonra
Rusiyada böyük təqiblərə məruz qalan yəhudilər üçün tək qurtu-
luşun anti-semitizmin olmadığı Osmanlı torpaqlarına, əsasən də
Fələstinə köçürülməsi idi.Sionistlərin ən böyük dəstəkçisi olan
İngiltərə, Avropa yəhudilərinin Yaxın Şərqə köçürülməsi üçün
bütün səylərini artırmaqla bərabər, xüsusən bölgədə maraqları
toqquşduğu Fransa ilə müharibədən çəkindiyi üçün açıq bir şəkildə
Londonun himayəsində Fələsində bir yəhudi dövlətinin qurulma-
sını dilə gətirməmişdi. İngiltərə, Avropada Almanya öncülüyündə
formalaşan “Üçlər İttifaqı”na qarşı siyasi balansı qorumaq üçün
Fransanı öz tərəfində tutmaq istəmişdi. Ona görə, İngilis hökuməti,
sionistlərin lideri Teodor Herzlə Afrikada Uqandanı “yəhudi vətə-
ni” olaraq təklif etmişdi.Lakin bu İngiltərənin “müqəddəs torpaq-
larda” bir yəhudi dövləti qurmaqdan vaz keçdiyi anlamına gəl-
mirdi. Çünkü Birinci Dünya müharibəsinin sonlarına doğru qalib
bir tərəf olaraq çıxması ehtimal olan bir dövlətin xarici işlər naziri
Arthur James Balfourun adı ilə yayınlanan məşhur “Balfour Bə-
yannaməsi” ilə Fələstin torpaqlarında yəhudi işğalınının yolu da
açılmışdı.
Beynəlxalq rəqabətdə sionizm kartından o dövrdə Almanya
imperiyası da istifadə etməyə çalışmışdı. Yəhudi düşmənçiliyinin
bəlkə də ən çox yaşandığı Almanya imperiyası, musəvilərin Fə-
ləstinə köçürülməsini dəstəkləməklə, bu sayədə “bütün uğursuz-
luqların səbəbkarı” olaraq gördükləri bu kütlələrdən qurtulmağı
hədəfləmişdi. Hətta alman imperatoru Kayzer II Wilhelm İstanbu-
lu ziyarəti sırasında şəxsən Sultan II Əbdülhəmidə Almaniyadakı
yəhudilərin Fələstinə köçürülməsi məsələsini gündəmə gətirmiş,
418
sionist düşüncələrinin “tolerantlığı” ilə bilinən Osmanlı üçün heç
bir təhlükə olmadığını bəyan etmişdi. Almaniya ilə yaxın iqtisadi
və siyasi münasibətlər qurmağı hədəfləyən II Əbdülhəmid isə gə-
ləcəkdə dövlətin mənfəətinə təhlükəli bir addım olacağı üçün bu
məsələyə soyuq yanaşmışdı. Nəticə etibarilə İngiltərə və Fransa ki-
mi dişlirəqiblərlə mübarizədə II Əbdülhəmid kimi dövrün ən mahir
diplomat hökmdarının dostluğunu itirməmək üçün alman siyasi
dairələri sionist liderlərə açıq dəstək verməkdən uzaq durmuşdular.
Maraqlısı odur ki, daha əvvəl “Fələstində dövlət qurmaq istəyən
sionistlərin arxasındayıq” – kimi bəyanatlarla çıxış edən Rusiya
rəsmiləri də Almaniyanın bu addımından sonra əvvəlki cənfəşan-
lıqlarını göstərməmişdilər.
XIX əsrdə Osmanlı ilə həm ticari-iqtisadi, həm də mədəni
sahələrdə münasibətlər quran ABŞ da xüsusilə etnik və dini azlıq-
lardan istifadə edərək, öz imperialist ambisiyalarını həyata keçir-
məyə çalışmışdı. ABŞ diplomatları rüşvət qarşılığında bəzi Os-
manlı dövlət adamlarını ələ alaraq yəhudilərin köçürülməsinə qo-
yulan qadağaların qaldırılmasına təşəbbüs etmişdilər. Bunun aşkar
olması üzərinə II Əbdülhəmidin əmri ilə ABŞ-ın İstanbuldakı səfiri
Oskar Straus vəzifəsindən geri çağrılmışdı. Fəqət ABŞ siyasilərinin
sionizmə dəstəyi müxtəlif şəkilllərdə hər zaman davam etmişdi.
İmperialist dövlətlərin xüsusilə Avropada qettolarda sıxış-
mış yəhudilərdən öz siyasi məqsədləri üçün istifadə etməsinə qar-
şılıq Sultan II Əbdülhəmid də 1883-cü il tarixli fərmanla Osmanlı
vətəndaşı olmayan musəvilərin bölgəyə yerləşməsini qadağan
etmişdi. Müqəddəs torpaqlar yalnız həcc mərasimini icra edəcəklər
üçün xüsusi icazə ilə 3 ay müddətinə açıq olacaqdı. 1891-ci ildə
çıxarılan əmrə görə isə, sionistlərlə əlaqəsi olan yəhudilərə
bölgədən torpaq satın almaq da qadağan edilmişdi. Sırf ibadət
məqsədi düşünən bəzi musəvilərə istisnalar tətbiq edilmiş və “sicili
təmiz”olanlara müəyyən ərazilər almağa izin verilmişdi. Ayrıca
bundan sonra xaricdən gələn heç bir yəhudinin də Osmanlı
vətəndaşlığına alınmayacağı bəyan edilmişdi. Fəqət sionistlərin
İngiltərə, Almaniya və Avstriya kimi dövlətlərin vətəndaşlığına
keçərək, qeyri-qanuni yollarla Fələstinə sızdığı görülmüşdür.
419
Sionistlərin lideri Teodor Herzl, Osmanlı dövlətinin siyasi və
iqtiadi cəhətdən çox çətin bir vəziyyətdə olmasından istifadə
etməyə çalışmış və Sultan II Əbdülhəmid ilə şəxsən görüşüb onu
razı salacağını düşünmüşdü. Bu səbəblə Herzl, Sultana yaxınlığı
ilə bilinən Correspondance de I’Est (Doğu Yazışmaları) dərgisinin
redaktoru Polşa əsilli Philip Newlinskidən kömək istəmişdi. 1896-
cı ilin mayın 7-də Vyanada tərəflər arasında keçirilən telefon
görüşməsində, Nevlinski, Fələsin məsələsində sultanın heç bir
güzəştə yanaşacağını düşünmədiyini, ancaq “erməni məsələsi”ndə
yəhudilərə kömək ilə əlaqədar dəstəyə də çox ehtiyac olduğunu
bildirmişdi. 17 iyun 1896-cı ildə İstanbula gələn Herzl burada bir
çox elçi və dövlət adamı ilə görüşmüşdü. Fəqət Sultan II
Əbdülhəmid müəyyən səbəblərə görə sionist lideri qəbul
etməmişdi. Teodor Herzl, vasitəçilər yolu ilə “Fələstin qarşılığında
Osmanlı maliyyəsinə 20 milyon pound verə biləcəkləri” təkilfini
bildirmişdi. Sultan Əbdülhəmidin tarixi cavabı isə belə olmuşdu:“
Bu yerlər mənə aid deyil millətimə aiddir. Bu yerlərin hər
qarışında millətimin qanı vardır. Fələstini ancaq cəsədlərimiz
üzərindən keçərək ala bilərsiniz.” Bir dövlət başçısından torpaq
satmasını istəməyin nə qədər kobud bir şey olduğunun fərqinə
varan Herzl səhv etdiyini başa düşər amma işin ardını buraxmaz.
Sultanın bu sözləri nə qədər Herzlin planlarını suya salmış olsa da,
Herzla təsir etmiş və günlük not dəftərinə bunları qeyd etmişdir:
“Hər nə qədər o açıqlama ilə xəyallarım suya düşmüş olsa da,
Sultanın bu sözlərindən həqiqətən təsirlənmişdim”. Öz ideolo-
giyası uğrunda mübarizə aparan Herzl yeni bir təklif ilə
Əbdülhəmidin qarşısına çıxmağa cəsarət tapmışdı. Nəhayət Herzl,
İngilis cəsusu olduğu güman edilən Macar əsilli türkoloq Arminius
Wanberynin vasitəsi ilə 18 may 1901-ci il tarixində Ulduz
Sarayında Sultan II Əbdülhəmidlə görüşə bilmişdi. Teodor Herzlin
xatirələrində də qeyd etdiyi kimi, səmimi keçən görüşmədə sultana
yeni təklif təqdim olunmuşdu. Buna görə, yəhudi sərmayəçilərinin
Osmanlıda sərmayə qoyuluşu və maddi yardım qarşılığında
Fələstində sadəcə yerləşmək üçün icazə istənilirdi. Əbdülhəmid isə
sionizmdən istifadə etməyin daha məqsədə uyğun olduğu
420
qənaətinə gəlmişdi.Hətta Theodor Herzli “Birinci Sınıf Mecidiye
Nişanı” ilə təltif edərək, yəhudiləri “öz dostu “ olaraq tərif etmişdi.
Dövrünün ən manevracı dövlət adamı və diplomatı olaraq görülən
II Əbdülhəmid, Herzlə öz təkliflərini vermişdi. Buna görə:
-Yəhudilər Osmanlının 30 milyon funt sternlinq borcunu
ödəməsi üçün bir konsorsium qurmalıdırlar.– Buna qarşılıq olaraq
Osmanlı torpaqlarına yəhudilərin yerləşdirilməsinə icazə
veriləcək amma gələnlər öz vətəndaşlıqlarından çıxaraq Osmanlı
vətəndaşlığına keçəcəklərdi.– Əsas ən qatı şərt isə ondan ibarət idi
ki, Yəhudilərə toplu şəkildə Fələstinə yerləşə bilməyəcək, fərqli
bölgələrə dağlışılacaqdı. Fələsin yerinə Mesopotamya, Suriya və
ya Anadoluda yerləşmə təklif edilmişdi.
Əbdülhəmidin bu manevrası yəhudi sərmayə sahibləri
olan sionistlərin qəzəbinə səbəb olmuşdu.Artıq dəqiq bir şey var
idi, sionizmin məqsədlərinə çatması üçün Osmanlı dövlətinin
yıxılması vacib idi. Təbii ki ilk öncə Sultan II Əbdülhəmidin taxtan
düşürülməsi lazım idi. Bunun üçün dərhal hərəkətə keçən sionistlər
İttihad və Tərəqqi və Jön türklərə dəstək verərkən, digər tərəfdən
Osmanlı torpaqlarında ərəb milliyyətçiliyini alovlandırmağa
başlamışdılar.
İkinci məşrutiyyətin elanından (1908) sonra hakimiyyəti
məhdudlaşdırılmış Sultan II Əbdülhəmid, 13 aprel 1909-cu il
tarixində (Rumi təqvimlə 31 mart tarixi) hökumətə qarşı tərtib
olunan böyük hərbi çevrilişdə haqsız yerə ittiham olunaraq,
İttihadçılar tərəfindən taxtdan endirilmiş və Selanikə sürgünə
göndərilmişdi.
Təəssüflər olsun ki, hakimiyyətdə olduğu 33 il ərzində
Sultan Əbdülhəmidin şəxsi, sionist və Türk-İslam düşməni olan
imperializm tərəfindən daxili və beynəlxalq ictimaiyyətdə bir
mənada şeytanlaşdırılan bir fiqur kimi bütün mənfiliklərin qaynağı
kimi göstərilmiş, bu fiqur məhv ediləcəyi təqdirdə bütün
problemlərin həllini tapacağı düşüncəsi yaradılmışdır. Bu
təbliğatın aparılmasında da Jön Türklər və İttihadçılar bir maşa
kimi istifadə olunmuşdur.

421
Daha sonralar II Əbdülhəmid bu barədə düşüncələrini bu
şəkildə dilə gətirmişdi:
”Necə də qəribə bir haldır.Əmim Əbdüləziz xanı devirmək
üçün Avropaya qaçan gənc osmanlılar, əvvəl-axır muradına
çatmışdılar, həm əmimi(Əbdüləziz xanı)devirmiş, həm də həmən
ardıncada başlayan 93-cü Rus Savaşı nəticəsində Rumelinin yarısı
getmişdi.Eyni onlar kimi, məni də devirmək üçün Avropaya qaçan
Jön türklər də muradlarına çatmış, məni devirmiş və girdikləri
Cahan savaşında da Osmanlı imperiyasını əldən vermişdilər.
Hər iki qrup da məmləkətin oxuma-yazma bilən insanlarını
içinə almışdı.Hər iki qrup da Qərb heyranı idi.Yenə hər ikisi də
məmləkətin tək qurtuluşunu Məşrutiyyətdə görürdü.Hər ikisi də
əməllərinə ordunu bir hissəsini vasitəçi edə bilmişdi.Hər iki
qrupun dayandığı ordu da içindən parçalandı...Belə yenə də nə
qəribə bir məsələdir ki, mən bu hadisələrin hər ikisinin də içində
yaşadım.Əmimin hirslə edə bilmədiyini, mən səbirlə etməyi
sınadım.Yenə əmimin cəza ilə edə bilmədiyini, mən bağışlayaraq
əldə etməyə çalışdım.Amma yenə də buna müvəffəq ola bilmədim!
Və daha da qəribi, gənc osmanlıları da, jön türkləri də
Osmanlı imperiyasını parçalamaq istəyən böyük dövlətlərin
hamısı onların arxalarında idi.Bu dövlətlərin ümidi bu
gənclərdi...Guya bu gənclərin dediklərinə əməl olunarsa Osmanlı
qurtulacaq, yox əksi olarsa Osmanlı batacaqdı!İki dəfə istə-
məyərək də olsa, dediklərini etdik və nəticə iştə batdıq! Barı son
qalan bir ovuc vətən torpağında yaşayanların gözləri açıldımı?
İnşAllah!
Osmanlını aradan götürmək üçün razılığa gələn qərbi,
övladım sayılan bu vətən oğulları, mənim, bir sarayın dörd divar-
ları arasında gördüyüm həqiqətləri necə oldu da bu böyüklükdə
dünyanı gəzmiş gənclər görə bilmədilər; Onlar görmürdülərmi ki,
əcdadlarımızın qanı ilə sulanmış böyük bir ölkəni öz əlləri ilə
batırdılar!
Onları günahlandırmaq istəmirəm... Ancaq anlamırdılarmı
ki, daima bir-biri ilə dava edən Avropa dövlətləri, necə olurdusa
Osmanlını bölmək mövzusunda asanlıqla yola gedirdilər.Razılaşa
422
bilmədikləri tək məsələ Osmanlının ən böyük hissəsinin kimin
payına düşəcəyi idi.Belə olan halda bu dövlətlərin onları
aldatmaqlarındandamı bir nəticə çıxıra bilmirdilər?
Demişəm, yenə də deyəcəm, düşünmürlər ki Osmanlı ölkəsi
bir çox millətlərin qaynayıb-qarışmasından əmələ gəlmişdir.Belə
bir ölkədə məşrutiyyəti qurmaq iflasdır.İngilislərin parlamentində
bir hindli, misirli, afrikalı, fransız parlamentində bir Cəzayirli üzv
var idi ki Osmanlı parlamentində də bir rum, erməni, bolqar, ərəb,
serb üzv olmasını istəməyə cürət edirdilər! Xeyr, bu qədər oxumuş,
vətənin davasını çəkmiş insanlara mənfur deməyəcəm!Sadəcə,
aldandılar deyirəm.Aldandılar...amma, cəzasını onlardan çox,
aldanmayan milyonlarca məsum vətən övladları çəkdi;təəssüf ki,
həm öldülər, həm də vətənlərindən oldular...
Fikirləri də, təsirləri də məhdud idi.Jön türk deyilən bu
adamlar illərcə mənim əleyhimə işlədilər ancaq anlamadılar ki,
mənim əleyhimə işləmək vətənin də əleyhinə işləmək idi.Bunu
anlamadılar...Fəqət mən buna baxmayaraq onlarla maraqlandım,
qərib ellərdə sıxıntı çəkmələrinə icazə vermədim.Qəzet pulu adı ilə
yüksək məbləğlərdə yardım etdim.Təki xaricilərin maşası
olmasınlar deyə, müxalifətləri yanlış olsa da, namuslu qalsınlar
deyə!.
Bəs sual verirəm, Əhməd Rıza, Mizancı Murad nə ilə bu
işləri görür, dolanırdılar?Biri Məşvərət qəzetini, digəri Mizan
qəzetini çıxarmışdı.Onlar hansı pul ilə bu qəzetləri çıxarmışdılar?
Nəysə onların gəlir mənbəyini axtarıb-araşdırmaq istəmirəm.
Masonların bəslədiyi Jön türklər!Gedib “Ulduz” sənədinə baxa
bilərsiniz orada Abdullah Cevdət, İshaq Sükuti, Nazim, İbrahim
Temonun fransız və italyan localarına bağlı olduqlarını və bu
locaların yardımı ilə yaşadıqlarını, hətta ailələrinə belə locaların
əli ilə pul göndərdiklərini yazır.
Bu adamların fəaliyyəti məmləkətə ciddi bir zərər vermədi.
Ancaq Mason lojaları bütün təqiblərimizə baxmayaraq, İttihad və
Tərəqqilə əlaqədə olan zabitləri hərəkətə gətirincə, bu avara
insanlarda birləşərək bir bayraq altında çıxış etdilər.Belə Jön
türklər və İttihad və Tərəqqi cəmiyyətinin hekayəsi budur.Bəli
423
hekayəsi budur, amma nəticəsi də, təəssüf ki, bu gün gözlərimizin
önündədir.Mənə deyəcəklərdir ki, bütün bunları bilirdin də, nə
üçün əngəl olmadın, nə üçün dövlətin yıxılmasına göz yumdum?

Yalnız idim!
Əstağfrullah! Göz yummaq bir yana olsun, hər an gözüm açıq
tətikdə yaşadım.Ancaq qarşısını ala bilməzdim, bilmədim də.Çünki
yalnız idim. Onların arxasında bütün düşmən dünyası var idi.Mənim
xasiyyət və təbiətim onlarla başqa cür rəftar etməyimə şərait yarat-
mırdı. Dostlarım məni, yumşaq üzlü olmaqla, düşmənlərimsə, zalim
və qəddar olmaqla suçlayırdılar. İki tərəfdə qənaətində yanılırdı.Mən
nə bir Yavuz Səlim xan idim, nə də Yavuz Səlim xanın ölkəsi mənim
buyruğumda idi.Bir neçə kəllə qoparmaq, deyilişdə asandır. Ancaq
hər qoparılan kəllə insan ömründə bir uçurum açar. Bu uçurumu dol-
dura bilirsənsə, gözdağı verə bilərsən və gözdağı verdiklərin də dedi-
yindən çıxmaz.Ancaq uçurumlar doldurula bilmirsə, heç bir şey et-
mək mümkün deyildir.Mən doğuştan mərhəmətli bir insan idim.Fəqət
dövlətin də mərhəmətlə idarə edilə bilməyəcəyini bilirdim.Nə etmi-
şəmsə, edə bildiyim idi.Yavuz Səlim xan da mənim zamanımda padi-
şah olsaydı, oda mənim kimi edərdi.Lazım olanı etdim, faydalının ar-
xasınca qaçdım, əhalini əzdirməməyə çalışdım, boş yerə qan tökül-
məsinin hər yerdə qarşısın aldım. Məmləkətim, Jön türklərə göstərdi-
yim şəfqətin deyil, Jön türklərin bağışlanmaz səhvlərinin (qəflətləri-
nin)qurbanı oldu;işdə o qədər!
14.03.1917
Bəylərbəyi -İstanbul”

424
XVIII. YENİLƏŞMƏ DÖVRÜNDƏ OSMANLIDA
YAYILAN CƏRƏYANLAR (DÜŞÜNCƏ AXINLARI)

XIX əsrdə O manlı İmperiyası Qərbi Avropada intibah,


elmi inqilab, maarifçilik və sənaye inqilabı kimi bir çox yeniliklərə
tab gətirə bilməyərək geridə qalmışdır. Bunun üzərinə mövcud
problemlərindən xilas olmaq üçün müxtəlif yollar axtarılmışdır.Bu
çarə axtarışlarının başlanğıcını XVII əsrin əvvəllərinə aid etmək
mümkündür. II Osman və IV Murad, onların ardınca Köprülü
ailəsinə mənsub vəzirlər bəzi islahatlar həyata keçirmişlər. Ancaq
bu islahatlar qərbin təsirindən uzaq bir şəkildə olmuşdur. Daha
sonra Lalə dövrü, Nizami Cədid, Tənzimat fərmanı, İslahat
fərmanı, I Məşrutiyyət və II Məşrutiyyət Osmanlının çətin
vəziyyətdən xilas olmaq üçün və Qərbin təsiri ilə atdığı addımlar
olmuşdur. Osmanlıdakı XVII əsrin əvvəllərində başlayan və ilk
növbədə hərbi sahələrdə icra edilən Qərbə açılma və islahat
hərəkatları Tənzimat ilə sürətlənmişdi. I və II Məşrutiyyətin elanı
ilə dövlətin qurtuluşuna çarə axtarışları zirvəyə çatmışdır.
Osmanlı yeniləşmə tarixində fikir axınlarının Tənzimat
dövründən başlayaraq Birinci Məşrutiyyət dövrünə qədər uzanan
müddətdə gedərək daha da genişləndiyi görülür. XIX-XX əsrin
əvvəllərində Osmanlıda mövcud olmuş fikir axınları: Osmanlıçılıq
(İttihad-i Anasıl), İslamçılıq (Ümmetçilik), Türkçülük, Qərbçilik
(Batıçılık), Adem-i Merkeziyetçilik. Hamısının ortaq məqsədi:
Osmanlını dağılmaqdan necə qurtarmaq olmuşdur?!

1. Osmanlıçılıq
Osmanlıçılıq, XIX əsrdə Osmanlı İmperiyasındakı bütün
millətləri və ünsürləri Osmanlıçılıq ruhunda birləşdirməyi hə-
dəfləyən bir ideologiyadır. Türkçülüyün əksi bir düşüncə axınıdır.
İmperiyadakı bütün millətlərin, topluluqların və millətlərin din,
məzhəb və etnik fərqlərdən asılı olmayaraq ədalət, azadlıq və
bərabərlik mühitində birlikdə yaşamalarını təmin etmək istəyən bir
anlayışdır. Osmanlıçılıq əslində dövlətin quruluşundan etibarən
var olan bir düşüncə idi. Düşüncə axını olaraq tarix literaturunda
425
yer almasında isə Fransız inqilabının təsiri böyük olmuşdur. 1789-
cu il Böyük Fransa İnqilabı daxilində çox millətli imperiyalar üçün
sonlarının gəlməyə başladığını göstərən ən əhəmiyyətli
hadisələrdən biridir. İnqilabın ortaya çıxardığı “milliyətçilik” və
“azadlıq” “xalqçılıq” axını, imperiyalar daxilində olan millətlərdə
bir xalq şüuru meydana gəlməsinə səbəb olmuş, bu isə gələcəkdə
onların təşkilatlanıb öz dövlətlərini qurmalarına yol açmışdır. Çox
millətli və müxtəlif dini topluluqların yaşadığı Osmanlı dövləti də
ciddi mənada eyni problemlə qarşılaşmışdır. Bu məzmunda XIX
əsrdə çox sayda qiyam baş verdi, bu da imperiyanın dağılma
nöqtəsinə gətirib çıxardı. Dağılmağa maneə törətmək və dolayısı
ilə dövlətin yıxılmasını önləmək üçün idarəçilər isə imperiyanı
meydana gətirən xalqlar arasında bir Osmanlı milləti və ruhu
meydana gətirmək məqsədiylə “osmanlıçılıq” siyasətini
yeritmişdilər. Osmanlılıq çətiri altında fərdləri ortaq bir şüur
ətrafında toplamaya çalışan dövlət, islahatlarla bu problemi
aşmağa çalışmışdılar. Böyük türk mütəfəkkiri Yusuf Akçura, Üç
tərzi siyasət əsərində Osmanlı milləti anlayışının Sultan II
Mahmudun dövründə yarandığını yazır. Əsərdə sultanın məşhur
fikrini misal gətirir:
“Mən təbəələrim arasındakı din fərqini məscid, sinaqoq və
kilsələrə girdikləri zaman görmək istəyirəm.”
Yusuf Akçuraya görə, Osmanlı milləti yaratmaq anlayı-
şında məqsəd o idi ki, Osmanlıdakı müsəlman və qeyri-müsəlman
əhaliyə eyni siyasi haqlar tanınır; fikir və din azadlığı verilir;
yekunda amerikan milləti kimi Osmanlı milləti yaradılır. Bununla
da Osmanlı dövləti köhnə sərhədlərini mühafizə etməyin
mümkünlüyü düşünülür.
“Tənzimat-İslahat” fərmanlarıyla müsəlman və qeyri-
müsəlmanlar arasındakı fərqlər aradan yavaş-yavaş qaldırılmışdı.
Qeyri-müsəlmanlar da dövlət idarəçiliklərində iştirak etmək
hüququ əldə etmişdilər. Bunun sayəsində müsəlman olmayanlar
yalnız məmurluqda və nazirliklərdə deyil, eyni zamanda həm
Məclisi Vala və Məclisi Mebusanda, həmçinin də Məclisi Ayanda
iştirak edə bildilər. İmperiyanın son dövründə az qala bütün
426
nazirliklərdə, xüsusilə də xarici işlərdə çox sayda müsəlman
olmayan məmur vəzifə qazanmışdır. Əvvəllər Babı-Ali
qələmlərində tərcüməçi və diplomat olaraq çalışan rumlar var idi.
Yunan üsyanı ilə Yunanıstanın müstəqilliyini qazanmasından
sonra rumların dövlət idarəçiliklərindəki yerlərini ermənilər ələ
keçirtmişdilər. Yüksək vəzifələrə qalxan ermənilər vəzifələri
əsnasında dövlətə sədaqətlərindən ötəri, müstəqillik məqsədiylə
fəaliyyətlərə başladıqları XIX əsrin sonlarına qədər “Milləti
Sadiqə” olaraq xatırlanacaqlar.
Namiq Kamal, Midhat Paşa və Şinasi kimi dövrün gənc
türkləri, yəni gənc Osmanlılar bu görüşün təmsilçiləri olaraq
görülməkdədir. Yusuf Akçura əsərində, Fransız imperatoru III
Napaleon ilə yaxın münasibətlərdə olan Keçizadə Fuat və Mehmet
Əmin Əli Paşaların sədrəzəmlikləri dövründə Osmanlı milləti
yaratmaq ideyasının gücləndiyini, fransız imperatorunun da
paşalara dəstək verdiyini qeyd etməkdədir. Lakin 1870-71-ci il
savaşında almanların fransızları məğlub etməsindən sonra eyni
zamanda vicdani dəyərlərə əsaslanan fransız milliyyətçiliyi, irqi
əsasa söykənən alman milliyyətçiliyi qarşısında yenilmişdi. Bu
yenilgi həm də fransızlardan təsirlənərək tətbiq edilmək istənən
Osmanlı milləti anlayışını da məhv etmişdi.

2. İslamçılıq (Ümmətçilik)
19-cu əsrin 2-ci yarısında Avropa dövlətləri müsəlman
ölkələrini xammal bazarına çevirmək üçün var qüvvələri ilə
hücuma keçmişdilər. Onlar Osmanlı imperiyasın «xəstə adam»
kimi baxır və bu «xəstə adam»-ı xammal bazarını ələ keçirmək
yolunda əngəl sayırdılar. Bu ərəfədə Osmanlıda «İslam birlik-
çiliyi» (İttihad-i islam) ülküsü-məfkurəsi meydana çıxmışdı.
İrəliçi-mütərəqqi İslam ziyalıları «İslam birlikçiliyi» axımına
müstəmləkəçiliyə qarşı mübarizə vasitəsi kimi baxırdılar. XIX
əsrin ikinci yarısında islam birliyi hərəkatının öncüsü və ideoloqu
olan Şeyx Cəmaləddin Əfqani (1838-1897) 70-ci illərdə bir sıra
müsəlman ölkələrini dolaşaraq bütün müsəlmanları birliyə
çağırmışdı. İslami modernizmin banilərindən və ümmət birliyinin
427
müdafiəçilərindən olan Cəmaləddin bütün elmi mübahisələrdə
qətiyyətlə deyirdi ki, "elmə və mədəniyyətə ən yaxın və ən doğma
din islam dinidir".
Lakin elmə doğma olan belə bir din son əsrlərdə cahil
təfsirçilərin ucbatından xurafat, mövhumat dininə çevrilmişdir.
Mürtəce din xadimləri hər şeyi alın yazısı ilə, qəzavü-qədərlə
əlaqələndirir, insanları əməli fəaliyyətdən, işgüzarlıqdan, təşəb-
büskarlıqdan uzaqlaşdırmağa çalışır, beyinlərə boş-boş şeylər
yeridirlər. Cəmaləddin Əfqani hələ 1872-ci ildə Kəlküttədəki
ingilis məktəbində oxuyan müsəlman gəncləri qarşısında çıxış
edərək deyirdi: "Qəribə burasıdır ki, müsəlman üləmaları elmi iki
yerə bölmüşlər: müsəlman elmləri və Avropa elimləri. Bununla da
onlar müsəlman xalqını faydalı elmləri mənimsəməkdən
çəkindirirlər. Onlar başa düşmürlər ki, insanı şərafətli edən elm
ayrıca heç bir xalqa mənsub deyil, kim ona yiyələnsə onundur".
Cəmaləddin həmin cıxışında belə bir maraqlı məsələyə də
toxunurdu: "Təəccüblü burasıdır ki, müsəlmanlar Aristoteli o
qədər rəğbətlə oxuyurlar ki, elə bil o əsl müsəlmandır. Amma
Nyutonu, Qalileyi, Kepleri kafir hesab edirlər. Elmin atası-anası
və sübutu dəlildir. Burada əsas Aristotel, yaxud Qaliley deyildir,
haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar qadağan edirlər,
elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə adamlar
əslində islamın düşmənləridir".
Cəmaləddin Əfqani başqa din xadimlərindən fərqli olaraq
tərəqqinin,təkamülün əsasını elmdə görür və deyirdi: "Dünyanın
sultanı həmişə elm olmuş,elmdir və elm olaraq qalacaqdır. Hələ
heç kəs bu sultanı sarayından qova bilməmişdir. Dünyanın həqiqi
hökmdarı olan elm ancaq vaxtaşırı paytaxtını dəyişmiş, gah
Məşriqdən Məğribə, gah da Məğribdən Məşriqə getmişdir".
Azərbaycan və Türk dünyasının tanınmış ictimai xadimi
olan Əhməd Ağaoğlunun fikrincə, ittihadi-islam Quranın
təbiətindən doğsa da o, siyasi bir cərəyan kimi ancaq "Seyid
Cəmaləddin Əfqaninin zühuru ilə dünya üzü gördü", çünki
Cəmaləddin Allah kəlamlarına başqa yöndən yanaşır, dövrün

428
tələblərindən və Quranın təbiətindən çıxış edərək ciddi islahatlar
irəli sürür və ittihadi islama Şərq xalqlarının nicatı kimi baxırdı.
Əfqani Osmanlı Sultanı II Əbdülhəmidin dəvəti ilə 1892-ci
ildə İstanbula gələrək ömrünün sonuna qədər orada yaşamışdı.
Osmanlıda «İslam birlikçiliyi» axımının formalaşmasında
Əfqaninin fikirlərinin rolu da böyük olmuşdur. Əslində Osmanlı
imperiyası üçün İslamçılıq ülküsü-məfkurəsi səciyyəvi idi. Belə ki,
Osmanlı dövlətində din ilə millət eyni sayılır, daha doğrusu,
«ümmət» və «millət» anlayışları arasında heç bir ayrılıq
görülmürdü; «millət»i «ümmət» anlayışı əvəz edirdi. Sultan həm
də xəlifə idi. Deməli, həm siyasi, həm də dini hakimiyyət onun
əlində toplanmışdı. II Əbdülhəmid dövründə isə «İslam birlik-
çiliyi» siyasəti qızğın şəkildə yeridilməyə başlanmışdı. Lakin II
Məşrutiyyətin elanından bir müddət sonra II Əbdülhəmidin taxtan
endirilməsi, Ərəbistan yarımadasında ərəblərin və Balkanlarda da
alban müsəlmanlarının üsyanları ilə Osmanlı dövlətinin “İttıhad-ı
İslam” düşüncəsinə də böyük zərbə olmuşdu.

3. Adəmi Mərkəziyyətçilik (Teşebbüs-i Şahsi ve Adem-i


Merkeziyet Cemiyeti )
Adəmi mərkəziyyətçilik fikir axımının qurucusu Avropa
sosialistlərindən qidalanmış Prins Mehmet Sabahəddin bəy idi. II
Əbdülhəmidin bacısı oğlu olan Sabahəddin, atası Damat Mahmud
Paşa ilə bərabər sultana ən çox sərt müxalifət edənlərin başında
gəlməkdə idi. Mason locaları ilə yaxın əlaqəsi olan Sabahəddin
gizlicə Parisə qaçaraq buradakı Jön Türklərin liderlərindən ola
bilmişdir. 1906-cı ildə Teşebbüs-i Şahsi ve Adem-i Merkeziyet
Cemiyeti'niquraraq siyasi fəaliyyətini sürdürmüşdü.Adəmi mərkə-
ziyyətçilikdə iki fikir - mərkəzin olmaması və şəxsi təşəbbüs əsas
götürülürdü. Osmanlıçılıq prinsipinə söykənən adəmi mərkəziy-
yətçilər mərkəzdən asılılığı azaltmağın, yerlərə geniş muxtariy-
yətlər verməyin və şəxsi təşəbbüslərin, liberal iqtisadiyyatın tərəf-
darı idilər. Əslində adəmi mərkəziyyətçilik yeni bir Osmanlıçı-
lıqdan başqa bir şey deyildi. İzmir,Alanya və Şamda da şöbələri

429
olan bu cəmiyyətin xüsusilə milli azlıqlar arasında dəstəkçiləri
mövcud idi.

4. Qərbçilik ideya-siyasi cərəyanı


Yeniləşmə prosesi ilə birlikdə ortaya çıxan düşüncə axın-
ları içərisində, şübhəsiz ən mühüm mövqeyə malik olanlardan biri
Qərbçilik axınıdır. Bu axın da digər axınlar kimi “bu ölkə necə
xilas ola bilər” sualından meydana gəlmiş və qurtuluşun yolunu
Qərbdə görmüşdür. Qərbçilik mənbəyini Tənzimat və əvvəlki
dövrlərin islahat təşəbbüslərindən almışdır. Qərbçilər qərb
mədəniyyətini bir bütöv olaraq görür və mədəni ola bilmək üçün
bütün bu dəyərlərin mənimsənilməsinin vacibliyini müdafiə
edirdilər. Abdullah Cevdət, Celal Nuri, Kılıçzade Hakkı qərb-
çiliyin tanınmış nümayəndələri olaraq bilinirlər. Qərbçilik anlayışı
mədəniləşmə, müasirləşmə, yenilənmə, çağdaşlaşma, mo-
dernləşmə və s. kimi terminlərlə də ifadə olunmuşdur.
Osmanlıda qərbləşmə siyasətinin izləri XVIII əsrin
əvvəllərində özünü göstərməyə başlayır. XVII əsrin sonu – XVIII
əsrin əvvəlində Osmanlının Qərblə savaşlarında məğlubiyyəti və
nəticədə Karlovitsa (1699) və Pasarofça (1718) müqavilələrinin
imzalanması Osmanlıda qərbin üstünlüyü haqda düşüncələrin
yaranmasına səbəb oldu. Bu səbəbdən, XVIII – XIX əsrlərdə
həyata keçirilən bir sıra islahatlar qərbə yönəlik olmuşdur. Os-
manlı tarixinin Pasarofça müqaviləsindən dərhal sonra başlanmış
Lalə dövründə (1718-1730, padşah III Əhməd, Sədrəzəm Damat
İbrahim Paşa) həyata keçirilən islahatlar nəticəsində Osmanlıda ilk
mətbəə və kağız emalatxanaları quruldu; qərb klassiklərinin
əsərlərinin, həmçinin fizika, coğrafiya, astronomiya elmlərinə aid
bəzi kitabların türk dilinə tərcümə edilməsinə başlandı;
kitabxanalar fəaliyyətə başladı (Topqapı sarayında, Yeni məsciddə
və b.); yanğınsöndürmə dəstələri yaradıldı; parça fabriki və
keramika sexləri açıldı; Avropa dövlətlərinə ilk səfirlər
göndərildilər (Parisə, Vyanaya, Moskvaya göndərilən elçilərdən
yalnız diplomatik və ticarət əlaqələrinin tənzimlənməsideyil, eyni
zamanda Avropanın hərbi gücü haqda məlumat toplanması tələb
430
olunurdu); ilk dəfə Avropa tərzində memarlıq abidələri inşa edildi.
Lalə dövrü Avropa düşüncəsinin və Avropa texnologiyasının
Osmanlı cəmiyyətinə gətirilməsi, qərb dünyası ilə siyasi, iqtisadi
və mədəni əlaqələrin qurulmasına başlandığı dövr olaraq
qiymətləndirilir. II Mahmud və sonrakı dövrdə də qərbləşmə
fəaliyyətləri davam etmişdir.
Qərbçilər Məşrutiyyətin elanından dərhal sonra İstanbulda
nəşr olunan “Mehtap” adında bir jurnalda fikirlərini dilə gətirməyə
başlamışlar. Bu jurnalın əsas ideyası qərbləşmənin təxirə
salınacağı halda Osmanlının qısa müddətdə süqut edəcəyi fikri idi.
1911-ci ildə Abdulla Cevdət tərəfindən İstanbulda nəşr olunmağa
başlayan “İçtihad” jurnalı da bu mövzuları tez-tez müzakirə edirdi.
Radikal qərbçilər yazılarında materializm, pozitivizm, Darvinizm
və Freydizm kimi Qərbdəki cərəyanları müdafiə edirdilər.
Ümumiyyətlə qərbçilər arasında iki qol yaranmışdı: Abdullah
Cevdətin başçılıq etdiyi Tam Qərbçilər (vəya “aşırı batıçılar”) və
Celal Nurinin başçılıq etdiyi Qismən Qərbçilər (vəya “ılımlı
batıçılar”). Avropanın sadəcə texnikası və elmindən faydalana
biləcəkləri fikrini irəli sürən qismi qərbçilərdən fərqli olaraq,
radikal qərbçilər hər cəhətdən ənənəvi dəyərlərdən xilas olub
Qərbə yönəlmənin Osmanlının qurtuluşu olduğunu iddia
etmişdilər. Radikalların hədəflərini aşağıdakı kimi sıralamaq
mümkündür:
1. Fəs atılmalı, yerinə başa geyilən yeni bir şey qəbul
olunmalıdır.
2. Mövcud parça fabrikaları genişləndiriləcək və yeniləri
açılacaqdır. Yerli malların istifadə olunmasına təşviq ediləcəkdir.
3. Qadınlar istədikləri tərzdə geyinəcək, yalnız israf
etməyəcəklər. Polislər və mədrəsə tələbələri qadınların geyim-
lərinə qarışmayacaqlar. Şeyxülislamlar da çarşaflar haqqında
bəyannamələr yazmayacaqlar. Qadınlar vətənin ən böyük neməti
hesab edilərək kişilər tərəfindən onlara hörmət ediləcəkdir.
4. Qadınlar, cavan qızlar müsəlman boşnaq və çərkəzlərdə
olduğu kimi kişilərdən qaçmayacaqlar. Hər kişi özü görüb

431
bəyəndiyi qızla evlənəcəkdir. Beləliklə görücülük adəti ləğv
olunacaqdır.
5. Qızlar üçün digər məktəblərdən başqa bir də Tibbiyə məktəbi
açılacaqdır.
6. Tənbəllik yuvası olan bütün təkkələr və zaviyələr bağlanacaq,
varidat və təsisatları kəsilib Maarif büdcəsinə əlavə ediləcəkdir.
7. Bütün mədrəsələr bağlanacaqdır.
8. Sarıq sarmaq və cübbə geyinmək yalnız yüksək alimlərə
məxsus hala gətiriləcəkdir.
9. Övliyaya nəzirlər qadağan ediləcək, bu kimi nəzirlər
donanma və Milli Müdafiə Cəmiyyətinə veriləcəkdir.
10. Ərazi və vəqf qanunlarından başlanaraq bütün qanunlar
islah ediləcəkdir.
11. Şəriət məhkəmələri və nizami məhkəmələr islah ediləcəkdir.
12. Məcəllə ləğv olunacaq və ya dəyişəcəkdir.
13. Mövcud Osmanlı əlifbasından imtina ediləcək yerinə Latın
hərflərindən istifadə olunacaqdır.
14. Avropa mədəni qanunu qəbul edilərək bugünkü
evlənməboşanma şərtləri tamamilə dəyişəcəkdir. Birdən çox
qadınla evlənmək və bir sözlə qadını boşamaq ləğv ediləcəkdir.
Göründüyü kimi, qərbçilik sadəcə bir təqlidçilikdən ibarət
olmuşdur. Hər şeydən əvvəl qərbçilik fikrinin Osmanlı cəmiyyətini
və ölkənin ehtiyaclarını nəzərə alması lazım idi.Xüsusilə dinin
cəmiyyətdə qəti olaraq ikinci rola keçirilməsini vacib sayan radikal
qərbçilərin bu düşüncəsinin, o dövrdə müsəlman əhalisi tərəfindən
müsbət qarşılanmamışdı. Buna baxmayaraq qərbçilik ideyası
türkçülük ideyası ilə birlikdə, Birinci dünya müharibəsindən
sonrakı çox çətin vəziyyətdə Türkiyə Cümhuriyyətinin
qurulmasında mühüm rol oynamışdır.

5. Türkçülük
XIX yüzillikdə Osmanlıda milliyyətçilik daha çox
Osmanlılıq anlayışı üzərində qurulmuşdu. Səbəb isə Osmanlıdan
ayrılıb müstəqil dövlət olmaq istəyən Balkan millətlərini imperiya
sərhədləri içində saxlaya bilməkdi. Digər bir tərəfdən XIX əsrin
432
sonlarına doğru güclənən erməni və kürd separatçı meylləri
Osmanlının mütərəqqi təbəqəsi içində vahid “Osmanlı milləti”
anlayışını birdəfəlik əritdi. Ümumən Osmanlıda türkçülük-
milliyyətçilik fikirlərinin yaranma səbəbləri :
1) Zəifləmiş imperiyanın keçmiş hərbi zəfərlərə və fəthlərə
həsrəti.
2) Avropada gedən milliyyətçilik fikirlərinin Balkan
yarımadasındakı qeyri-türk millətlərə təsiri.
3) Osmanlı xaricində yaranan Türk millətçiliyinin
Osmanlıya təsiri
4) XIX əsrdən etibarən Avropada türklərin tarixini , dilini,
ədəbiyyatını, folklorunu, etnologiyasını müqayisəli şəkildə
öyrənilməsinə başlanılması-türkologiyanın inkişafı
Türkçülüyün ayrıca bir mədəni və siyasi hərəkat kimi
ortaya çıxmasında XIX əsrdə qərbdə aparılan Türkoloji tədqi-
qatların da rolu böyük olmuşdur.İlk türkologiya inistitutu 1795-ci
ildə Parisdə École des Langues Orientales Vivantesdə qurul-
muşdur. Bunu şərqşünaslıq və türkologiya ilə bağlı digər inisti-
tutlar izləmişdir. Moskvada (1814), yenə Parisdə (1821) və Lon-
donda (1906) qurulanbu çürin istitutların yayımladığı xeylisay-
daelmi əsər, jurnal, məqalə və s. mövcuddu.Bu dövrdə xüsusilə
Macar türkoloqlarının artan elmi tədqiqatları, 1893-cü ildə
Danimarkalı dilçi alim Wilhelm Thomsen tərəfindən ilk dəfə
qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki
yazıların oxunması Osmanlı aydınları üzərində də müsbət təsiri
olmuşdu. Hətta Sultan II Əbdülhəmid belə Göktürk dövrünə ait
kitabələrin oxunmasını və bununla əlaqədar aparılan tədqiqatları
dəstəkləmiş, Danımarkalı alim Thomseni Məcidiyyə nişanı ilə
təltif etmişdir.Osmanlıda türkçülük düşüncəsinin yayılmasında
əsas amillərdən biri də milli dildə bədii əsərlərin yazılması idi. O
dövrdə Osmanlı siyasi və ədəbi həyatında mühüm iz bıraxan
Əhməd Vefik Paşanı (1823-1891) , Mustafa Cəlaləddin Paşanı (
1826-1876) və İbrahim Şinasi Əfəndini (1826-1871) ilk
türkçülərdən hesab etmək olar. Əhməd Vefik Paşanın, Ebu'l-Gazi
Bahadır Hanın “Şəcəreyi-türki”ni (Türklərin soykötüyü”-
433
1663/1664 ) Şərq türkcəsindən (Çağatay) Osmanlı türkcəsinə
çevirməsi , “Lehçe-i Osmanî “ adlı ilk türkçə lüğətini hazırlaması;
Mustafa Cəlaləddin Paşanın “Əski və modern türklər” kitabını
yazması; İbrahim Şinasinin isə ilk Türkcə özel mətbuat
orqanlarından olan “Tercüman-ı Ahval'i” və “Tasvir-i Efkârı”
qəzetlərini nəşr etdirməsi cəmiyyətdə türkçülük meyllərinin
güclənməsinə səbəb olmuşdu. Osmanlı türkçü aydınları arasında
xüsusilə həm dövlət adamı, həm də ədəbi sima kimi Əhməd Befik
Paşanın fəaliyyətini Ziya Gökalp yüksək qiymətləndirmişdi. Ziya
Göyalpın yazdığına görə, Əhməd Vefik Paşanın elmi
türkçülüyündən başqa, sənətdə də türkçülüyü vardır; evinin bütün
mebeli, özünün, hətta ailə üzvlərinin geyimləri bütünlüklə türk
malından ibarət idi. Əhməd Vefik Paşa hətta fransız yazarı
Molyerin komediyalarını türk dilinə çevirərkən şəxslərin adlarını
da türkcələşdirmiş, türk gələnəklərinə uyğun təsvir edərək səhnədə
oynatmışdır.
Osmanlıda XIX əsrin sonlarından başlayaraq sürətlə
inkişaf edən “Türkçülük-Turançılıq” ideologiyasının baniləri daha
çox Osmanlıxaricində, rus işğalı altındakı Krım və Azərbaycandan
çıxmışdır.
Görkəmli krım-tatar yazıçısı və ictimai xadimi, İsmayıl
Bəy Qaspiralı (1854-1914), 1883-cü ildən dərc etdiyi "Tərcüman"
qəzetində ilk dəfə türk xalqlarının vahid konsolidasiya halında
birləşməsini irəli sürmüşdür. Bu fikir digər krım-tatar, volqo-tatar
və azərbaycan intelegensiyasında böyük səda doğurdu. İsmayıl
Qaspiralı həmçinin vahid türk dilinin unitifikasiyasında ilk addımı
atmışdır. O, buna dildə olan fars və ərəb mənşəli sözlərdən
təmizləməsi ilə başlayıb. Onun fikrincə bu dil bütün dünyada türk
xalqlarının dili olmalı idi. Qaspiralı düşüncələrini 1918-ci ilə qədər
varlığını davam etdirən "Tərcüman" adlı qəzeti ilə yaymışdır.
Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi
də öz aktuallığını qoruyub saxlayan "Dildə, fikirdə, işdə birlik!"
şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini
müəyyənləşdirmişdir.

434
Qaspiralı tərəqqi və müasirləşmənin tək yolunun təhsil
olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan
təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı
mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif
etmişdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-
ci il tarixli bir yazısında: "Geri qalmışlığımızın tək səbəbi
cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr
olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas
olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini
Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin
tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni
şagirdlərimiz bu fikirlərə çata bilsin" deyərək düşüncələrini ortaya
qoymuşdur. Qaspiralı İsmail Bəy həm cəhalətlə, həm də Çarlıq
Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı maarifçilik yolu ilə
mübarizəsini sürdürmüşdü.
O dövrdə müstəmləkə olaraq gördüyü Orta Asiya Türkləri
arasında ruslaşdırma və xiristiyanlığı yaymağın ən təsirli yolunun
maarifdən, təhsil və rus məktəblərindən keçdiyini düşünən Çarlıq
Rusiyası rəsmiləri , bu iş üçün Nikolay İlminski adında missioneri
vəzifələndirmişdi. Bu məqsədlə ilk olaraq pravoslav məzhəbini
təbliğ edən bir çox dini kitab yerli xalqın dilinə tərcümə edilib
dağıdılmışdı. Yerlilərin Rus dilini öyrənməsini asanlaşdırmaq üçün
lüğətlər tərtib edilmişdi. Rus pravoslav kilisəsinin rəhbəri
Tolstoyun dəstəyi və İlminskinin fəaliyyəti nəticəsində Tatarıs-
tanda, Qazaxıstanda vaftiz ruhani xiristian məktəbləri qurulmuşdu.
Bu məktəblərdə yetişən və xiristian olan uşaqların
ailələrinə maddi yardımlar edilirdi. Xiristian ruhu və rus
mentaliteti ilə yetişən bu gənclər gələcəkdə missioner kimi
Rusiyanın ali ideallarına xidmət edəcəklərdi. “ İlminski metodu”
olaraq bilinən bu təhsil sistemi vasitəsilə müsəlman türk əhalisini
ruslaşdırmaq və xiristianlaşdırmaq səyləri, o dövrdə türk
dünyasının maarifpərvərlərindən sayılan Qaspiralı İsmail bəyi
təhsil sahəsində islahatlar həyata keçirməyə sövq etmişdir.Türk
dünyasında “dildə, fikirdə və işdə birlik”düşüncəsini yerləşdir-
məyə çalışan İsmail bəy Qaspiralının açmış olduğu “üsuli cədid”
435
adlı modern məktəblər rus şovenizminə qarşı ən güclü mübarizə
ocaqları olmuşdur.
“Tərcüman” qəzeti vasitəsilə ortaq türkcə ətrafında türk
dünyasını bir araya gətirmək İsmayıl bəy Qaspiralının əsas qayəsi
idi. Qaspiralıya görə, türk dilinin İstanbul ləhcəsi sadələşdirilməli,
içindən qəliz ifadələr atılaraq bütün türk xalqlarının anlayacağı bir
şəklə salınmalıdır. Rusiya ərazisindəki türklərin fikri, mədəni və
siyasi hərəkatı Qaspiralı ilə başlamışdı.
Qaspiralının başladığı və İlminskinin təhlükəli bir proses
kimi qələmə verdiyi «ortaq dil» ideyası Kazanda olduğu kimi
Azərbaycanda da böyük əks-səda doğurmuşdur. 20-ci əsrin
əvvəllərində Azərbaycan əbədi dili ilə bağlı mübahisələrin olduğu
məlumdur: Osmanlı türk ədəbi dilindən istifadə edənlərlə xalq
danışıq dilindən yararlanaraq yeni bir ədəbi dil yaratmaq istəyənlər
arasında şiddətli münaqişələr olmuşdur. Hələ 1876-cı ildə Həsən
bəy Zərdabi «Əkinçi» qəzetində türkcənin ümumiləşdirilməsi
təklifini irəli sürmüşdür. Osmanlı türk ədəbi dilini müdafiə edənlər
Əli bəy Hüseynzadənin «Füyuzat», «Şəlalə» və «Dirilik»
məcmuələrində fəaliyyət göstərdilər.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperi-
yasının əsasən türk mənşəli müsəlman xalqları arasında təşəkkül
tapan ictimai-siyasi və intellektual hərəkat olan Cədidizm
(Cəditçilik) XIX əsrin 80-ci illərində Krım, Kazan, həmçinin
Azərbaycanda, 90-cı illərdən isə Mərkəzi Asiyada yayılmışdı.
Əvvəllər köhnə müsəlman təhsil sistemini dəyişdirmək və
müsəlman üçün Avropa təhsilinin zəruriliyi uğrunda məhdud
mədəniyyətçilik hərəkatı idi. Cədidçilər, yaranan burjuaziyaya
maneəçilik törədən feodalizm qalıqlarının ləğvinin zəruriliyini,
İslamın və dini məktəblərin məhdud islahatını, İslamın milli
burjuaziyanın tələblərinə uyğunlaşdırılması xeyrinə çıxış edirdilər.
1905-ci il rus inqilabından sonra cədidçilər konstitusiyalı
monarxiya, yerli özünüidarəetmə, ümumi səsvermə hüququ,
demokratikləşmə ideyalarını dəstəkləyən "İttifaq-əl-müslimin"
("Müsəlman ittifaqı") partiyasının əsasını təşkil etmişdilər.

436
Qaspiralı, İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından
biri olmuşdur.
Qaspıralını türk xalqları üçün irəli sürmüş olduğu “dildə,
fikirdə və işdə birlik” ideyası yalnız Rusiya türkləri deyil, Osmanlı
ziyalıları arasında da təsirli olmuşdur. Daha əvvəlki illərdə
Azərbaycanın görkəmli maarifçisi və ictimai xadimi olan Mirzə
Fətəli Axundzadə (1812-1878) ərəb əlifbasından vaz keçərək türk
xalqları arasında latın əlifbasının istifadə olunması fikrini irəli
sürmüşdü. Bu məqsədlə hətta 1867-ci ilə İstanbula səfər edərək,
əlifba islahatı ilə əlaqədar layihələrini Osmanlı dövlət adamlarına
təqdim etmişdi. O dövrdə Gənc Osmanlılar dediyimiz ziyalılar
arasında da əlifba dəyişikliyini və ya ərəb əlifbasının islah
edilməsinin tərəfdarları vardı. Fəqət o dövr üçün çox radikal sayıla
biləcək bu islahat sarayın təşkil etdiyi “elmi şura” tərəfindən qəbul
edilməmişdi. Lakin Osmanlı rəsmiləri tərəfindən Axundzadəyə
hörmətlə yanaşılmış, ona Məcidiyyə nişanı və təqdirnamə
verilmişdir. Əlifba islahatı ilə əlaqədar arzusunu gerçəkləşdirə
bilməyən Axundzadə yazırdı ki:
“Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda İslam xalq-
larının başçıları xalqın tərəqqisi xatirinə İslam əlifbasını dəyiş-
məyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qa-
dınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar
və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin
ərzində İslam xalqlarının dilinə tərcümə edilsin və elmlərin
yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”
Bəzi tədqiqatçılar Mirzə Fətəlini türkçü bir ədib olaraq
görsələr də, Yusuf Akçura “Üç tərzi-siyasət" adlı məqaləsində,
Axundzadə haqqında danışarkən onu türkçülük hərəkatına daxil
olan bir aydın kimi nəzərdən keçirilməsinə tam əmin olmadığını
qeyd edir, lakin onun türk dili üçün verdiyi təklifləri, xüsusən
əlifba islahatı ilə bağlı Osmanlıda Keçəçizadə Fuad Paşaya
təqdimatını qeyd edir. Akçura yazır:
“Axundzadənin əsərlərini gözdən keçirə bilmədim. Həyatı
və əsərlərindən bəhs edən şəxslər, Mirzənin komediyalarını
Azərbaycanda danışılan dil ilə yazdığını bildirirlər. Elə bir dil ki,
437
xalq və yüksək təbəqə, kəndli və şəhərli hər kəs anlamış, süsdən
uzaq, saf və həqiqi Azəri ləhcəsindən Mirzə əsərlərində ustalıqla
istifadə etmiş. Bu vəziyyətdə Axundzadə Mirzə Fətəli dildə feilən
türkçülük etmiş olur. Fəqət Mirzənin türk milliyyətçiliyi ilə bağlı
düşüncə və görüşlərinə dair mənim əlimdə ciddi məlumatlar
yoxdur”
Türk millətçiliyinin ideoloqlarından sayılan tatar əsilli
Yusuf Akçura (1876-1935)türkçülüklə bağlı görüşlərini əks
etdirən ilk yazısı 1904-cü ildə Qahirədə yayımlanan Türk
qəzetində Türkçülüyün manifesti hesab olunan 32 səhifəlik "Üç
tərzi-siyasət" adlı məqaləsidir.Yusuf Akçura “Üç tərzi-siyasət”də
Osmanlı imperiyasının üç ideoloji platforma – osmanlıçılıq,
islamçılıq və türkçülük – qarşısında qaldığını, lakin ən optimal
seçim və bu dövlətin milli nicat yolu kimi türkçülüyə söykənməli
olduğunu bəyan etmişdir. Yusuf Akçura əsərində ilk dəfə olaraq
imperiya başlanğıcının üstün olduğu osmanlıçılığın və dini
başlanğıcın üstün olduğu islamçılığın deyil, milli başlanğıcın üstün
olduğu türkçülük siyasətinin – dövlət siyasəti statusuna
qaldırılmasını irəli sürmüş və bununla da, siyasi türkçülüyün
əsasını qoymuşdur. Yusuf Akçura türkçülük siyasəti deyərkən,
Rusiyada, Osmanlı imperiyasında yaşayan türk xalqlarının vahid
türk milləti təşkil etdiyini nəzərə alır, türk amilinə dayanan
dövlətin yaranmasını müdafiə edir, bütün türklərin bir-birini
tanımalarını, sevmələrini, mədəni cəhətdən birləşmələrini və
birləşərkən güclü olmalarını istəyirdi. Əslində, türkçülüyün Yusuf
Akçura tərəfindən irəli sürülən proqramı ən sonda ayrı-ayrı türk
dövlətlərinin yaranmasını, türk xalqlarının milli azadlıq əldə
etməsini nəzərdə tuturdu. O, türk xalqlarının müstəqil dövləti
olmadan, vahid dövlətdə birləşmələri ideyasının nə qədər absurd
olduğunun isbata ehtiyac olmadığı qənaətində idi. Yusuf Akçura
türkçülüyün problemlərinə konseptual yanaşmış və onu bütün
hərəkət istiqamətləri ilə, tarixi, coğrafi, siyasi, regional, kulturoloji
və humanitar planda əhatə etməyə çalışmışdır.
Akçuranın müasirlərindən olan, Türkçülük ideyasınıın
formalaşmasında mübarizə dolu bir həyat keçən Azərbaycanın
438
böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin (1864-1940) Türk
dünyasında önəmli mövqeyi vardır.Rusiya imperiyasının
paytaxtındakı ictimai-siyasi hadisələr səbəbindən Əli bəy
Hüseynzadə 1889-cu ildə Türkiyəyə getmiş və burada İstanbul
Universitetinin əsgəri-tibbiyyə fakültəsinə daxil olmuşdur.
Təhsilini həkim yüzbaşı olaraq tamamladıqdan sonra, Osmanlı-
Yunanıstan müharibəsində (1897) Osmanlı ordusunun tərkibində
hərbi həkim kimi çalışmışdır. Müharibə bitdikdə, Əli bəy türk
millətçiliyi hərəkatı olan “Gənc Türklər” hərəkatına qoşulmuş və
Türkiyədə “İttihad və tərəqqi” partiyasının ilk özəyini yara-
danlardan biri olmuşdur. İctimai-siyasi fəaliyyətinə görə Osmanlı
monarxiyası tərəfindən təqib edilmiş və 1903-cü ildə yenidən
Bakıya qayıtmışdır. Burada Əhməd bəy Ağaoğlu ilə birlikdə
milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat"
qəzetinin nəşrinə başlamışdı. Nəşrinin ilk sayından sonra
"Həyat"ın dili müzakirə obyektinə çevrilmiş və bu açıq-aşkar
polemikalara gətirib çıxarmışdı. Dil məsələlərində Əli bəy
Hüseynzadənin özünün baxışları vardır ki, bu yanaşma sistemi
ümumtürk ədəbi dil konsepsiyasına əsaslanırdı. Azərbaycanda
ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı
praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy
Hüseynzadə idi. Təsadüfi deyildi ki, ümumtürk dil birliyinin
ideoloqu olan "Tərcüman"ın baş redaktoru İsmayıl bəy Qaspiralı
"Həyat" qəzetini "Tərcüman"ın varisi hesab edirdi. İsmayıl bəy
Qaspiralı kimi Əli bəy Hüseynzadə də hesab edirdi ki, bütün
türklər vahid millətdir və buna görə də vahid dilə, yazı
mədəniyyətinə malik olmalıdırlar. Başqa sözlə, türk xalqlarının
milli-mənəvi birliyinə nail olmaq üçün Əli bəy Hüseynzadə
ümumtürk ədəbi dilin qaydalarının işlənib hazırlanması və orta
məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk
dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da
güclənmişdi. Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspiralı kimi
dünyada yaşayan türklərin ortaq dilini, imperiya dili məqamına
yüksəlmiş Osmanlı türkcəsi olmasını qəbul edirdi.

439
Osmanlı imperiyasında İkinci Məşrutiyyət (1908-1920)
elan edildikdən sonra, 1909-cu ildə Əli bəy Hüseynzadə yenidən
İstanbula dönmüş və 1911-ci ildə yaradılmasında iştirak etdiyi
“İttihad və tərəqqi” partiyasının idarə heyətinin üzvü seçilmişdir.
O artıq bu dövrdən başlayaraq türkçülük fəaliyyətini həm təşkilati,
həm də təbliğati baxımdan daha da genişləndirmiş, həmin
hərəkatın öncülləri sırasında “Türk yurdu” (1911) və “Türk
ocağı”nın (1912) qurucularından olmuşdur. Birinci Dünya
müharibəsi dövründə məsləkdaşı – böyük türkçü-ideoloq Yusuf
Akçura ilə birlikdə “Turan Heyəti”ni təşkil etmiş, Mərkəzi Avropa
ölkələrinə gedərək orada fəal təbliğat işləri ilə məşğul olmuşdur.
Siyasi türkçülüyü sistem halına salan, Türkləşmək, islam-
laşmaq, avropalaşmaq düsturunun müəllifi Əli bəy Hüseynzadə,
müstəqil milli dövlətimizin – Azərbaycan Xalq Cümhuriyyətinin
quruculuğu prosesində bilavasitə iştirak etmiş, çox çətin bir tarixi
dövrdə Cümhuriyyəti yaşatmaq üçün Məhəmməd Əmin Rəsulzadə
ilə birlikdə Osmanlı dövləti ilə danışıqlar aparmışdır.
Osmanlıda türkçülük davasına böyük xidmətləri olmuş
Azərbaycandan olan tanınmış ictimai xadimlərdən biri də Əhməd
bəy Ağaoğlu (1869-1939) idi. 1905-ci ildə çar hökumətinə və
daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai
təşkilatını quran, bir müddət sonra çar hökuməti tərəfindən təqib
olunan Əhməd bəy 1908-ci ilin sonlarında İstanbula köçməli olur.
Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu
hərəkat tərəfindən keçirilmiş konqresə sədr seçilir. Sonradan gənc
türklərin İttihad və tərəqqi partiyasına daxil olur. Süleymaniyyədə
kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla
yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus
dilindən dərs deyir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə
gəlmiş Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi
müşaviri olmuşdur. AXC dövründə Bakıda parlamentə üzv seçilir.
Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün
göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi.
Lakin İstanbula çatanda İttihad və tərəqqi partiyasının digər
440
rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına
sürgün olunur.
Ankara hökumətinin böyük səyləri nəticəsində digər türk
əsirləri ilə bərabər azadlığa qovuşan Ağaoğlu hislərini bu şəkildə
dilə gətirmişdi: “Məmləkəti qurtaran Kuvayi-Milliye (milli
qüvvətlər) bizi də qurtardı”. Sürgündən qayıtdıqdan sonra Ankara-
dakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyəti-
Milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış
Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra
Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi
olmuşdur.
O dövrdə Rusiya müsəlmanların arasında islam və türk
birliyi ideyalarının tanınmış təbliğatçılarından biri də tatar ictimai
xadimi, naşir, jurnalist, publisist Əbdürrəşid İbrahimov ( 1857-1944
) idi. "Miraf", "Ülfət" , "Tilimiz" və s. adlar altında qəzet-
məcmuələr nəşr etdirən Əbdürrəşid bəy , birinci rus inqilabı illərində
( 1905-1907 ) siyasi mübarizəyə qoşulmuş, Ümumrusiya
müsəlmanlannın qurultaylarında fəal iştirak etmişdir. O , 1905-ci ilin
avqustunda keçirilən birinci qurultayda yaradılması qərara alınmış
"İttifaqi-müslimin" partiyasının məramnaməsi və nizamnaməsini
hazırlayanlardan biri olmuşdu. O, "İttifaqi-müslimin" partiyasının
müsəlmanlan birləşdirmək məramını açıqlayaraq yazırdı:
"Müsəlmanlar arasında qohumluq və həmrəylik sözdə, kağız
üzərində deyil, onların ürəyində və qanındadır. Buna görə də təkcə
Rusiya müsəlmanlarının deyil, bütün dünya müsəlmanlarının ittifaqı
bərqərar olmalı, bütün müsəlmanlar bir istiqamətdə hərəkət
etməlidirlər. Belə isə mən nə üçün "İttifaqi-islamın" (islam birliyinin
) əleyhinə hərəkət etməliyəm?". "İttifaqi-müslimin" partiyasının 15
nəfərdən ibarət daimi fəaliyyət göstərən Mərkəzi Komitəsinin
nəzdində Əlimərdan bəy Topçubaşov və Molla Abdulla Tonayevin
daxil olduğu 3 nəfərdən ibarət büronun üzvlərindən biri də
Əbdürrəşid bəy idi. Birinci rus inqilabının məğlubiyyətindən sonra
ölkədə Stolıpin irticası şiddətlənərkən İbrahimov da İstanbula
mühacirət etmişdi. Burada "Türk ocağı" dərnəyinin fəaliyyətlərinə
qatılaraq, "Türk yurdu" jurnalı ilə əməkdaşlıq etmişdir. 1913-cü ildə
441
İstanbulda Ə. İbrahimovun redaktorluğu ilə "İslam dünyası" adlı
məcmuə çıxmışdır. İbrahimov ömrünün bir hissəsini Tokioda
yaşamış, yaponlar arasında islamın təbliğinə böyük əmək sərf
etmişdir. İbrahimovun Azərbaycanla sıx əlaqələri olmuşdur. XX
əsrin əvvəllərində "Şərqi-Rus", "Həyat" və s. qəzetlərdə məqalələri
dərc edilmiş, ictimai-siyasi fəaliyyəti Azərbaycan mətbuatında
vaxtaşırı işıqlandırılmışdır.

Türk millətinin həyatını geniş ölçüdə dəyişəcək əsas


aydınlardan biri Ziya Gökalp (1876-1924) olmuşdur. Xüsusilə,
Z.Gökalpın Türkçülük düşüncələri və Turan ülküsü türk xalqları
arasında geniş yayılmış, günümüzədək öz aktuallığını qoruyub
saxlamışdır.Ziya Gökalp da Türkçülük düşüncələrinin yaran-
masında Yusuf Akçura və Əli bəy Hüseynzadə və başqa Türk
aydınları kimi mühüm rol oynamışlar.
Ziya Gökalp bir tərəfdən onlardan türkçülük (turançılıq),
islamlaşmaq, qərbləşmək (müasirləşmək) ideyalarını mənimsəmiş,
digər tərəfdən isə onları formulə etməyə çalışmışdır. Ə.
Hüseynzadənin "İslam imanlı, Türk qanlı və Avropa qiyafəli"
düsturunu mənimsəməsinin nəticəsi olaraq Gökalp “Türk millə-
tindənəm, İslam ümmətindənəm və Qərb mədəniyyətindənəm”
ideyalarını daha da zənginləşdirmişdir. Bu məsələ ilə bağlı
Azərbaycan Cümhuriyyətinin qurucularından biri, milli ideoloq
Məhəmməd ƏminRəsulzadənin Azərbaycan bayrağının mənasını
izah edərkən dediyi fikirlər çox əhəmiyyətlidir. Rəsulzadə yazırdı ki,
ilk qaynağı Hüseynzadə olan Azərbaycan bayrağındakı üç simvolun
formalaşmasında Gökalpın da rolu az olmamışdır: «Azərbaycan
bayrağındakı mavi rəng – türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng
də – təcəddüd (yeniləşmə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi
tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm,
islam ümmətindənəm, qərb mədəniyyətindənəm» – düsturunu ifadə
etmiş olur.»

442
1912-1913-cü illərdə «Türk yurdu» jurnalında dərc
etdirdiyi «Türkləşmək, islamlaşmaq və müasirləşmək» başlıqlı
silsilə məqalələrində Z.Gökalp yazırdı: «Türkləşmək və islamlaş-
maq ülküləri arasında bir çatışma olmadığı kimi, bunlarla
çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud deyildir…
Sonucda, hər birinin təsir çərçivələrini bəlirləyərək bu üç amacın
üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunların bir
ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr olduğunu
anlayaraq «çağdaş bir İslam Türklüyü» yaratmalıyız.»
Ziya Gökalp 1923-cü ildə yazmış olduğu “Türkçülüyün
əsasları” əsərində Türkiyədə türkçülük axınının ortaya
çıxmasından öncə Avropada da türklüklə bağlı bəzi inkişafın
olduğunu qeyd etmişdir:
“ Türkçülüyün ölkəmizdə ortaya çıxmasından öncə
Avropada türklüklə bağlı iki axım - hərəkat özünü göstərdi. Bun-
lardan birincisi fransızca «Türkeri» deyilən «Türksevərlik»dir.
Türkiyədə toxunan və hazırlanan ipək və yun parçalar, xalılar,
kilimlər, çinilər, dəmirçi və xarrat işləri (məmulatları), cildçilərin,
yazı bəzəkçilərinin hazırladıqları cildlər və bəzəklər, manqallar,
şamdanlar və s. kimi türk sənətinin əsərləri çoxdan Avropadakı
sənətsevərlərin (zərif şeylər sevən adamların) diqqətini çəkmişdi.
Onlar türklərin əsəri olan bu gözəl şeyləri minlərlə lirə verərək
toplayır və evlərində bir türk salonu, yaxud türk odası
yaradırdılar. Bəziləri isə bunları başqa millətlərin gözəl əsərləri
ilə birlikdə özlərinin zərif kiçik bəzək (bəzək-düzək) şeyləri
arasında nümayiş etdirirdilər. Avropalı rəssamların türk
yaşayışına dair yaratdıqları tablolar, şairlərin və filosofların türk
əxlaqını tanıtmaq üçün yazdıqları kitablar da «türkeri»yə daxildi.
Lamartinin, Ogüst Kontun, Pyer Lalayetin, Ali Paşanın xüsusi
katibi Mismerin, Pyer Lotinin, Farerin türklər haqqında dostca-
sına yazıları bunlardandır. Avropadakı bu hərəkat tamamilə
Türkiyədəki türklərin incəsənət və əxlaqdakı yüksəkliklərinin
təzahürüdür. Avropada ortaya çıxan ikinci hərəkata isə «Türko-
logiya» adı verilir. Rusiyada, Almaniyada, Macarıstanda,
Danimarkada, Fransada və İngiltərədə bir çox elm adamları əski
443
türklərə, hunlara, monqollara dair tarixi və arxeoloji araş-
dırmalar aparmağa başladılar. Türklərin çox əski bir millət oldu-
ğunu, olduqca geniş bir əraziyə yayıldıqlarını və müxtəlif
zamanlarda çox qüdrətli dövlətlər və yüksək mədəniyyətlər
yaratdıqlarını ortaya qoydular. Bununla belə, bu sonuncu
incələmələrin tədqiqlərin mövzusu Türkiyə türkləri deyil, əski Şərq
türkləri idi. Ancaq birinci axım kimi, bu ikinci axım da ölkəmizdəki
bəzi mütəfəkkirlərin ruhuna təsirsiz qalmırdı.”
Ziya Gökalpın Türkçülük ülküsünün böyüklüyü baxımın-
dan üç dərəcəyə ayırmışdır:
1. Türkiyəçilik;
2. Oğuzçuluq yaxud Türkmənçilik
3. Turançılıq.
Ziya Göyalp bugün yalnız Türkiyəçiliyin gerçəklik
sahəsində olduğunu göstərir. Milli türk dövlətinin Türkiyə
Respublikasının qurulması və türk adını alması bunu təsdiq edir.
Böyük sosioloq Türkçülükdə yaxın və uzaq ülkü kimi iki ülkünün
olduğunu irəli sürür. Yaxın ülkümüz Oğuzçuluq Oğuz birliyi və ya
Türkmənçilikdir. Bugün kültür (milli duyğuların bütünü)
baxımından asanlıqla birləşə bilənlər oğuzlardır. Türkiyə, Azər-
baycan, İran vəMərkəzi Asiya türkmənləri Oğuz soyundandır.
Ancaq bu yaxın ülkü oğuzların kültür baxımından birləşməsindən
ibarətdir. Siyasi birləşmədən danışmaq isə hələ tezdir. Türkçü-
lüyün uzaq ülküsü Turançılıqdır. Turan yer üzündəki bütün
türklərin birləşməsidir - Böyük Türküstandır. Turan adı ilə birləşən
bütün türk xalqlarının (Oğuzlar, Tatarlar, Özbəklər, Qırğızlar,
Yakutlar, Qazaxlar və s.) dil, ədəbiyyat, kültür baxımından
birləşməsi Türkçülüyün uzaq ülküsüdür.
Türk xalqlarının yurdunun hansı coğrafi ərazilərin olması,
yaxud da bütün Türklər üçün tək vətən adının nə cür adlanması
məsələsinə isə, Gökalp belə aydınlıq gətirmişdir:
Vatan ne Tükiyedir Türklere, ne Türkistan;
Vatan büyük ve sonsuz ülkedir: Turan!
Şübhəsiz, bir çox Türk aydınları kimi Gökalp da Turan
ülküsünü də daha çox Azərbaycan türk mütəfəkkiri Əli bəy
444
Hüseynzadədən mənimsəmişdir. Hələ, XIX əsrin sonlarında qələm
aldığı bir şeirində Hüseynzadə yazırdı:
Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan!
Bir dindəyiz biz, həpimiz haqpərəstan;
Mümkünmü bizi ayırsın İncil ilə Quran?.
Gökalp da Hüseynzadənin bu düşüncələrinin təsiri altında
Turan vətənini, Türk xalqlarının hamısını içinə alan və Türk
olmayanları kənarda qoyanməfkurəvi yurd kimi başa düşmüşdür:
“Turan, Türklerin oturduğu, Türkçenin konuşulduğu bütün
ülkelerin toplamıdır”
Gökalpın əsil Türkçülüyü milli və özə əsaslanan türkçülük
olmuşdur. O, heç bir zaman milli və özə əsaslanan Türkçülük və
Turançılıqdan vaz keçməmişdir. Sadəcə, Gökalp nisbətən 1918-
1920-ci illərdə və daha sonralar milli və öz əsaslanan Türkçülüyə,
Turançılığa yeni Türkiyə Cümhuriyyətinin qurulması və yaşaması
naminə, bir az fərqli təriflər verməyə məcbur olmuşdur. Xüsusilə,
I Dünya müharibəsindən Osmanlının məğlub çıxmasının nəticəsi
olaraq da, milli və özə əsaslanan Türkçülük, Turançılıq, artıq
gerçəkçi və praqmatist bir formada Gökalp və digər Türk
aydınlarımızda öz əksini tapmağa başlamışdır. Belə ki, 1920-ci
illərdə Türk aydınlardan bir çoxu, o cümlədən Gökalp
turançılıqdan, vahid Türk milləti düşüncəsindən uzaqlaşıb ayrı ayrı
müstəqil Türk dövlətlərinin mövcudluğu ideyasını daha çox təbliğ
etmişlər. Çünki Qərb sivilizasiyasının çiçəkləndiyi bir dövrdə
Turançılıq ideyasının Rusiya əsarətində yaşayan bütün türklərin, o
cümlədən Türkiyə türklərinin əsas hədəflərindən biri kimi qalması
çox çətin reallaşa bilər. Çar Rusiyasının yerini tutan Sovet
Rusiyasının Türk dövlətlərini yenidən yağmalaması, vaxtilə Ziya
Gökalpın ümid etdiyi Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb
Turan olması ideyasını xeyli dərəcədə zədələmişdi.
Bu səbəbdəndir ki, xüsusilə 1923-cü ildə yazdığı
“Türkçülüyün əsasları” kitabında Gökalp Türkçülük (Türk Birliyi)
və Turan ülküsünü yenidən dəyərləndirmişdir. Ziya Gökalp yazırdı
ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq
445
Türkiyəçilik mühümdür. Ona görə, Türkçülük-oğuzçuluq və
Turançılıq isə bütün Türklərin gələcək idealları idi. Əslində bütün
bunları Gökalpın Türk birliyi, Turançılıq ideyasından vaz keçməsi
kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla
Turan ülküsünə bağlı olan Gökalp qeyd etdiyimiz kimi, Türkiyə
Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu
naminə türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Ancaq
onun belə bir dövrdə “Türkçülüyün əsasları” (1923) kitabını
yazmaqda əsas məqsədi heç də Türk Birliyindən, Turan ülküsün-
dən vaz keçməsini ortaya qoymaq deyil, tam əksinə bir gün
dünyanın şərtlərinin dəyişəcəyi təqdirdə onun gerçəkliyə çevrilə
bilməsini ifadə etmək idi. Ona görə də, Gökalp bu kitabını ancaq
Türkiyə türkləri üçün deyil, bütün Türk xalqlarının (Azərbaycan,
Qazaxıstan, Türkmənistan, Tatarıstan, Uyğur, Kərkük, Hələb,
Krım vəb.) ortaq proqramı kimi yazmış, Türkçülüyə xidmət edən
bütün Türk aydınlarını və onların gördüyü işləri bir bir ortaya
qoymuşdur.
Ziya Göyalp millətə tərif verərək onun dil, din, əxlaq,
estetika baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş
fərdlərdən (insanlardan) ibarət topluluq olduğunu demişdi.
Görkəmli sosioloq bununla həm də irqçiliyə qarşı çıxmışdı. Ziya
Göyalp millətin mənəviyyatını araşdırarkən kültür və mədəniyyət
məsələsinə böyük əhəmiyyət verir. Burada o, fransızca «kültür»
sözünə ərəbcədən aldığı «hars» sözünü, «sivilizasiya»ya isə
«mədəniyyət» sözünü qarşılıq kimi işlədir. Ziya Göyalpın
sosiologiyasının, təliminin əsasını hars (milli kültür) və mədə-
niyyət ikilisi və sintezi təşkil edir. Ona görə, kültür (hars) milli,
mədəniyyət isə beynəlmiləldir. Türk milləti yüksəlmək və
qurtulmaq üçün öz milli harsını - kültürünü (din, əxlaq, hüquq,
bədii, iqtisadi həyatlarının ahəngdar bir toplamını) qoruyaraq tam
şəkildə Qərb mədəniyyətinə girməlidir. Ziya Göyalp göstərir ki,
türklər öz milli kültürünü, milli ruhunu saxlamaqla tam şəkildə
Qərb mədəniyyətinə ona görə girə bilərlər ki, Qərb mədəniyyətinin
feminizm (qadın hüququ), demokratiya və s. kimi təməl dayaqları,
prinsipləri türklərdə ən əski çağlardan vardır. Ziya Göyalp yazır;
446
«Başqa millətlər bugünkü mədəniyyətə girmək üçün keçmiş-
lərindən uzaqlaşmağa məcburdurlar; halbuki, türklərin bugünkü
mədəniyyətə girmələri üçün yalnız əski keçmişlərinə dönüb bax-
maları yetər»
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Ata-
türk, Ziya Gökalpı öz müəllimi kimi görüb yüksək qiy-
mətləndirmişdir:
“Bedenimin babası Ali Rıza Efendi, hislerimin babası
Namık Kemal, fikirlerimin babası ise Ziya Gökalp’tir”
Ümumi dəyərləndirildiyində, XIX-XX əsrin əvvəllərində
Osmanlıda mövcud olmuş fikir axınları müvəffəqiyyət əldə edə
bilməmiş və gözlənilən nəticəyə nail ola bilməmişlər. Yəni Os-
manlı dövlətinin dağılmasının qarşısını almaq mümkün olma-
mışdır. Fikir axınlarının uğursuzluqlarının səbəbləri: 1.Ölkə
daxilində fikir axınlarına xalqdan dəstək gəlməməsi. 2.Fikir axın-
larının geniş xalq kütlələrinə nüfuz edə bilməməsi. 3.Fikirlərin bir-
birinə qarşı ortaya atılmış olması. 4.Xarici təzyiqlərin artması.
5.Daxili dəyişikliklər, üsyanlar və azadlıq hərəkatları.

447
XIX. II MƏŞRUTİYYƏT DÖVRÜNDƏ OSMANLIDA
CƏRƏYAN EDƏN SİYASİ-İCTİMAİ PROSESLƏR VƏ
DÖVLƏTİN XARİCİ SİYASƏTİ (1908-1913)

1. Gənc Türklər hərəkatı və II Məşrutiyyətin elanı


Osmanlı imperiyasının son dövründə ortaya çıxan
məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif
olan gənc və ziyalı nəslə Jön Türklər deyilirdi.İlk dəfə, 1828-ci ildə
ingilis teatr sənətçisi və dramaturqu Carlz Mc. Farleym tərəfindən
dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir. Daha
sonra 1855-ci ildə, Fransız səyyahı Abdolonyme Ubiceni II
Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm
də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını
ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie
d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri ilk
istifadə edən fransız müəllifHippolyte Kastille olmuşdur.
Gənclərin başında durduğu bu müxalifət hərəkatının
konsepsiyası əslində yeni deyildi.O, dövrdə Avropada da bunun
kimi hərəkatlar vardı (Məs: Almaniyada “Gənc Almanlar”,
İtaliyada “Gənc İtalyanlar”, Polşada “Gənc Polyaklar” və s.).Bu
kimi cərəyanların analoqu idi “Gənc Türklər” cərəyanı.Qısacası
Avropa gənclərinin təsirilə “Jeine Turks”, “Young Turkey”
adlandırdıqları “Gənc Türklər” siyasi cərəyanı, hərəkatı, inqilabı
yaranmışdı.Sultan Əbdüləzizin dövründə “Yeni Osmanlılar”adı ilə
başlanan hərəkat ll Əbdülhəmidin dövründə “Jön Türklər”adını
alaraq davam etmişdi.
Jön türklər, dövlətin vəziyyətinin ağır olduğu bir zamanda
ortaya çıxmışdılar.Bəzi tarixçilərə görə,Jön türklərin ideolo-
giyasına baxıldığında, onlarındüşüncələrinin Fransadakı burjua-
ziya təbəqəsinin düşüncələrinə yaxın olduğu açıqca hiss olunurdu.
Necə ki, Fransada burjuaziya gücünü artırdıqdan sonra idarəçiliyə
səsini eşitdirmək üçün siyasi bir çəkişmənin içinə girdisə, eyni
formada Jön Türklər də Avropadakı yeniliklərdən təsirlənib
mövcud iqtidara qarşı oxşar bir mübarizəyə girişmişdir. Jön türk
adlandırılan şəxslərin əsas məqsədi sultanlıq idarəçiliyinin altında
448
bir də seçkili məclisin olması idi. Heç bir zaman sultanlığı ləğv
edib, respublika quruluşunun yaradılmasını istəməyiblər. Qarşı
olduqları vəziyyət qərblilərin də baxışı ilə “II Əbdülhəmid idarə-
çiliyinin istibdad quruluşu” idi.
Avropadakı burjua hərəkatı ilə tanış olan türk ziyalıları və
tələbə gənclər Türkiyədə də konstitusiyalı quruluşa keçilməsini
zəruri hesab edirdilər. Onlar 1865-ci ildə «Yeni osmanlılar
cemiyyeti»ni yaratmışdılar. Onun yaradıcıları arasında görkəmli
ədib olan İbrahim Sinasi və yazıçı-dramaturq Namiq Kamal da var
idi. Lakin tezliklə «Yeni Osmanlılar» cəmiyyətinin fəaliyyətinə
son qoyulmuşdu. Təşkilatın bir çox üzvləri həbs edilmiş, qalanları
isə xaricə getməyə məcbur olmuşdular.Osmanlı dövlətində olan
siyasi dəyişikliklərdən hər cür mənfəət əldə edən, bəzi masson
şirkətləri(Rotşild, Openheym) bu müxalifətə maliyyə yardımı
etmişdi. Müxalifət qərbin təfəkkürünü, fəlsəfəsini, ideologiyalarını
Osmanlıya gətirməklə imperiyanın süqutunun qarşısını ala
biləcəklərini düşündükləri halda əksinə olmuşdu.İmperiyanın
çöküşünə tarixi bir imza atmışdılar.Onların yenilikçi inqilabları,
hərəkatları imperiyanın devrilməsində xüsusi bir istiqamət
olmuşdu.Onlar bəlkə də, həqiqətən güclü əsaslara söykənən Türk
dövləti qurmaq istəyirdilər.Ancaq onlar bilərək yada bilməyərək
Avropanın maşası halına gəlmişdilər.Dinlərinə, adətlərinə dönük
çıxıb, elmi-texniki sahə istisna olmaqla, istər mədəniyyət, istərsə
də mənəviyyat cəhətdən onlardan zəif olan Qərb heyranları olub,
öz milli-mənəvi-mədəni-ideoloji mənliklərindən çıxıb, imperiya
içərisində mükəmməl pozuculuq fəaliyyəti həyata keçirmişdilər.
1876-cı ildə saray çevrilişi edərək, liderləri sayılan Midhat Paşanın
sədrəzəm təyin olunmasına nail olan Yeni Osmanlılar (Gənc
Türklər), ardınca yeni sultan II Əbdülhəmidə dəMəşrutiyyəti
(konstitutsiyalı monarxiya ) elan etdirərək “Qanun-i Əsasi”-ni
qəbul etdirmişdilər.“Məclis-i Mebusan”-ın bir çox üzvünün mason
və bu məclisin tərkibinin çox millətli (erməni, yəhudi, serb, bolqar
və s.) olmasının gələcəkdə dövlət üçün böyük təhlükələr
çıxaracağını anlayan II Əbdülhəmid 93 hərbinin (1877-1878)
başlamasından da faydalanaraq məclisi fəsh etmişdi. Amma
449
Qanun-i Əsasi hüquqən saxlanılmışdı, yəni Dövlət-i Aliyyə
məclisi olmayan konstitutsiyalı monarxiya kimi görünürdü.
Dövrün bütün siyasi hadisələri Jön türk hərəkatında da
canlanma yaratmış, onların təşkilatlanması ilə nəticələnmişdi.Bu
təşkilatlanmanın əsl məqsədi Osmanlıda dövlətində “hürriyyət,
ədalət və bərabərliyin” olması üçün ən böyük əngəl olaraq
gördükləri Sultan ll Əbdülhəmid xanı devirməkdi.

İttihad-ı Osmaniyyə cəmiyyəti


Sultan ll Əbdülhəmidə qarşı müxalifət olaraq yaranan ilk
“Jön Türk” təşkilatının adı “İttihad-ı Osmaniyyə” cəmiyyəti
olmuşdur.1889-cu ildəTibbiyə-i şahanə məktəbinin 5 tələbəsi –
türk Şərafəddin, alban İbrahim Temo, kürd İshaq Sükuti və
Abdulla Cevdət tərəfindən “İttihadi-Osmaniyyə” (Osman Birliyi)
adı ilə gizli bir təşkilat olaraq qurulmuşdu. Qısa müddət ərzində
cəmiyyətə tibb tələbələrindən başqa hərbiçilər, baytarlar və s. daha
qoşulmuş və sayları 900-ə çatmışdı. ll Əbdülhəmidin əmrilə
cəmiyyətə qoşulan tələbələr o zamanlar məktəbdən qovulmuş və
başda İbrahim Temo olmaqla bir çoxu Avropaya qaçmaq
məcburiyyətində qalmışdı.“İttihad-ı Osmaniyyə”cəmiyyətinin
Parisdəki üzvləri burada birlik yaratmışdılar. Birliyin başına isə
Jön türklərin ən tanınmışlarından olan Əhməd Rza seçilmiş-
di.Əhməd Rza burada “Məşvərət”qəzetini nəşr etdirməyə başla-
dı.Tarix müəllimi olan, Murad bəy isə “Mizan” qəzetini nəşr
etdirdi.Bu qəzetlər gizli yolla ölkəyə gətirilərək oxuculara təqdim
edilirdi.Ən çox diqqəti cəlb edən Mizan qəzeti olmuşdur.Bu
dövrdə Jön Türklər, II Əbdülhəmidin idarəsinə qarşı əsasən
mətbuat yoluyla mübarizə aparmış və bu məqsədlə müxtəlif ölkə-
lərdə 95'i Türkçə, 12'si fransızca, 8'i ərəbcə, 1'i yəhudi dilində
olmaq üzrə, 116 qəzet çıxartmışdılar. Bu arada gənc türklər
arasında fikir ayrılıqları da özünü göstərməyə başlamışdı.
1902-ci ildə Parisdə gənc türklərin I qurultayı təşkil
olunmuş və bu qurultayda parçalanma baş vermişdi. İttihad və
Tərəqqinin ilk qurucuları və Əhməd Rza Bəyin tərəfdarları ilə
Şahzadə Səbahəddinin başçılıq etdiyi «Adəmi mərkəziyyət və
450
xüsusi təşəbbüs cəmiyyəti» arasında fikir ixtilafları yaranmışdı.
Şahzadə Səbahəddinin başçılıq etdiyi «Adəmi mərkəziyyət və
xüsusi təşəbbüs cəmiyyəti» üzvləri belə hesab edirdilər ki,
Osmanlı imperiyasının süqutunun qarşısını almaq üçün xarici
dövlətlərin yardımına arxalanmaq və imperiyanı federativ əsaslar
üzərində təşkil etmək lazımdır.
Bu arada, 1906 ildə Selanikdə "Osmani Hürriyet Cemi-
yeti", Şamda, "Vatan ve Hürriyet Cemiyeti" qurulmuş və bunlar
1907-de İttihad və Tərəqqi adı altında birləşmişdilər. Təşkilatın
xaricdəki mərkəzi Paris, daxildəki mərkəzi isə Selanik təyin
olunmuşdu.Qeyd edək ki, təşkilatın təsisçiləri sırasında Azər-
baycan milli hərəkatının görkəmli xadimi Əli bəy Hüseynzadə də
vardı. Çoxmillətli bir imperiynın son dövrlərində ortaya çıxan və
dövləti içində olduğu çətin vəziyyətdən çıxararaq bir bütün
şəklində varlığını davam etdirə bilməsini təmin etmək məqsədi ilə
yaradılmış İttihad və Tərəqqi Cəmiyyətinin ideologiyasını dəqiq
bir şəkildə müəyyən etmək heç də asan deyildir. Cəmiyyətin
tərkibində türk milliyyətçiliyi çərçivəsində düşünənlərin sayı çox
idi. Ancaq osmanlıçı və qərbçi ziyalılarla bərabər az sayda da olsa,
qeyri-müsəlman ünsürlər də var idi. Bunları da nəzərə alaraq,
cəmiyyətin fikir quruluşunu dəqiq sərhədləri olmamaqla 2
mərhələyə ayırmaq mümkündür:
Birincisi, 1889-cu ildən Balkan müharibələrinə qədər olan
Osmanlı birliyinin müdafiə edildiyi dövr,
İkincisi, Balkan müharibələri və sonrasında cəmiyyətdə
türkçülük fikrinin ön plana çıxmağa başladığı dövr.
Fəaliyyətinin birinci mərhələsində İttihad və Tərəqqi türk
milliyyətçiliyi fikrini açıqça ortaya qoymaqdan çəkinmiş,
hakimiyyətə müxalif mövqeyini daha güclü təşkil edə bilməsi üçün
qeyri-müsəlman təbəələrlə də işbirliyi qurmağa cəhd etmiş, din və
məzhəb fərqi qoymadan, Osmanlı dövləti daxilindəki bütün
topluluqları osmanlıçılıq düşüncəsi ətrafında birləşdirmək, 1876-
cı il konstitusiyasını bərpa etməyə çalışmışdı.
Bu dövrdə cəmiyyətin daxili və xarici təşkilatlarında qeyri-
müsəlman adları da görmək mümkündür. Bunların arasında
451
Əhməd Rza bəylə bərabər “Məşvərət” qəzetini nəşr etdirən Albert
Fau (yəhudi), Aristidi Paşa (rum) və Halil Ganemi (Livanlı) qeyd
etmək olar. Cəmiyyətin ilk hədəfi 1908-ci ildə nəşr olunan
“Təşkilati-Daxiliyyə Nizamnaməsi”nin birinci maddəsində də
görünür. Nizamnamədə cəmiyyətin məqsədinin vətəni düşmüş
olduğu çətin vəziyyətdən xilas etmək, milləti də içində olduğu
zülm və əsarətdən çıxararaq insanlığa yaraşan bir şəkildə yaşatmaq
olduğu qeyd olunur. Lakin, cəmiyyətin səylərinə baxmayaraq,
qismən də olsa əldə olunmuş işbirliyi çox sürməmiş, hürriyyətin
elanından sonra yəhudi camaatı İttihad və Tərəqqinin yanında yer
almağa davam etsə də, rum və erməni camaatları ilə ittihadçıların
yolları ayrılmışdır.
İttihad və Tərəqqinin fəaliyyətində ikinci mərhələyə keçid,
yəni osmanlıçılıq ideyasından uzaqlaşıb türkçülük ideyasına
yönəlmə, İkinci Məşrutiyyət sonrasında ön plana çıxmışdı. Bu
tarixdən sonra Balkanlarda, Ərəb torpaqlarındaDövlət-i Aliyyə
əleyhinə fəaliyyətlərin davam etdirilməsi, hətta Anadoluda
ermənilərin ardı-arası kəsilməyən üsyanları və təşkilatlanmasından
sonra, ittihadçılar ən azından tamamilə türk və müsəlmanların
hakim olduğu Anadolu torpaqlarında, mərkəzi Osmanlı dövlətini
bir arada tutmaq üçün mübarizəyə başlamışdılar. Bu siyasət
dəyişikliyi cəmiyyətin mətbuat qanadındakı mühüm nümayəndə-
lərindən olan Yalçın Hüseyn Cahid tərəfindən aşağıdakı kimi izah
edilmişdir: “İttihad və Tərəqqi osmanlıçılıqdan imtina etmişdir.
Türkçülükdən başqa davam etdirəcəyi bir yol yoxdur. Əgər türklər
imperiyanı idarə etməyə davam edəcəklərsə, türkçülük tək
seçimdir. Etnik ayrı-seçkilik cərəyanları səbəbindən İttihad və
Tərəqqi, Adəmi-mərkəziyyət idarəsinə tamamilə qarşıdır. Çünki bu
Midilli, Saqqız və digər adaları Rumların qucağına atmaq
mənasına gəlir.”Cəmiyyətdə türkçülük ideologiyasının ön plana
çıxdığı dövrdə İttihad və Tərəqqi əhalinin əksəriyyətinin xristian
olduğu Balkanlarda müsəlman türklərin yaşadığı Albaniyada,
Yaxın Şərq torpaqlarında Osmanlının bütövlüyünü qorumaq üçün
lazım olan hallarda, hər cür iğtişaşı zor gücü ilə yatırtmaq yolunu
seçmişdi; etnik və dini qruplara arxalanan və onların adını daşıyan
452
siyasi dərnəklərin açılmasına icazə verməmişdi. Ancaq bu siyasət
də üsyanların qarşısını ala bilməmişdi. Belə olduqda, türkləşmə
siyasətinin Gökalpın ortaya qoyduğu üsul ilə həll edilməsinə
çalışıldı. Milli şüuru oyandırmaq üçün ilk növbədə Balkanlar
olmaqla, bir sıra yerlərdə cəmiyyətin fikirlərini əks etdirən təhsil
ocaqları açılmışdı, yeni nəsillərin türkçülük milli şüuru ilə
yetişdirilməsinə çalışılmışdı. Həmçinin, milli burjuaziyanın ortaya
çıxa bilməsi üçün milli iqtisadiyyat siyasəti həyata keçirilmişdi.
İttihad və Tərəqqinin türkçülük və türk birliyi ideyasına
yönəlməsi o dövrdə çar Rusiyasının əsarəti altında olan türk
xalqlarının, o cümlədən Cənubi Qafqaz türklərinin "İttihad və
Tərəqqi"yə rəğbətini artırmışdı. Gizli şəkildə olsa da, bu ərazilərdə
İttihad və Tərəqqinin şöbələri yaranmışdı. Türk xalqlarının Rusiya
imperiyasına qarşı milli azadlıq hərəkatının əsas mərkəzlərindən
biri olan Azərbaycanda İttihad və Tərəqqiyə rəğbət daha güclü idi.
Azərbaycanda İttihad və Tərəqqiçilər, hətta özlərinin müstəqil
partiyalarını da yaratmışdılar. Təbii ki ilk öncə Osmanlıda İttihad
və Tərəqqinin iqtidarına uzanan yola nəzər yetirməkdə fayda
vardır.
1907-ci ilin sonlarında Parisdə “İttihad və tərəqqi”
cəmiyyətinin və ona qoşulmuş təşkilatların birləşmiş konfransı
çağırılmışdı. Konfrans mövcud rejimi silahlı üsyan yolu ilə
devirmək və 1876-cı il konstitusiyasını bərpa etmək qərarını qəbul
etmişdi. Məhz bu illərdə Osmanlı üçün digər bir mühüm hadisə
Revel danışıqları olmuşdu. 1908-ci il iyunun 9-10 da Reveldə
(Estonya) İngiltərə ilə Rusiya arasında Osmanlı imperiyasının
bölüşdürülməsi haqqında razılıq əldə olunmuşdu. Makedoniya
tamamilə türklərdən alınmalı və İngiltərə ilə Rusiyanın
himayasində müstəqil olmalı idi. Anadolunun şərq bölgələri
Rusiyaya, bütün ərəb ölkələri isə İngiltərəyə verilməli idi. Bunun
qarşısını almaq üçün Gənc türklər müəyyən olunmuş vaxtdan tez
çıxış etməyi qərara almışdılar. İnqilab, təşkilatın Makedoniya
komitəsi üzvlərinin təşəbbüsü ilə başlamışdı. 1908-ci il iyulun 3-
də Makedoniyada Resne şəhərinin komendantı leytenant Niyazi
bəy 200 əsgər və 200 mülki vətəndaşdan ibarət bir qrupla dağlara
453
çəkilmişdi. İyulun 6-da Ənvər bəyin komandanlığı ilə başqa bir
hərbi dəstə də üsyançılara qoşulmuşdu. Ədirnəni də üsyan
bürümüşdü. Təkcə əhali deyil, bütün ordu üsyançılar tərəfə
keçmişdi. II Əbdülhəmid bu hərəkat qarşısında dayanmağa və
hərəkatın liderlərini ələ almağa çalışsa da, buna müvəffəq
olmamışdı. Selanik və Manastırdakı ordular açıq surətdə sultana
qarşı cəbhə təşkil etmişdilər və Ədirnədəki ikinci ordudan da
kömək almışdılar. 1908-ci il iyulun 23-də “İttihad və tərəqqi”
təşkilatının Mərkəzi Komitəsi Manastır şəhərində böyük bir
mitinqlə konstitusiyanın bərpa olunmasını elan etmiş, sultana isə
ultimatum göndərmişdi. Əbdülhəmidə qəti olaraq bildirildi ki, 3
gün ərzində konstitusiya bərpa olunmasa, İstanbul üzərinə hərbi
hücum təşkil olunacaqdır. Çıxılmaz vəziyyətdə qalan Əbdülhəmid
1908-ci il 23 iyulda 1876-cı il konstitusiyasının bərpası və tezliklə
parlament seçkiləri haqqında fərman imzalamışdı.İkinci Məşrutiy-
yətin elanından dərhal sonra seçkilər keçirilmişdi. Seçkilərdə əsas
iki partiya, İttihad və Tərəqqi ilə Prins Səbahəddinin də dəstək-
lədiyi Əhrar Firqəsi mübarizə aparırdı. Seçkini ittihadçılar
qazanmış, seçkinin ardından yaranan yeni Məclis-i Mebusan 17
dekabr 1908-ci ildə fəaliyyətə başlamışdı.

2. II Məşrutiyyət dövrünün siyasi prosesləri

31 mart hadisələri
İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il
fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə
başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən
11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir.
Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və
diktatorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan
müharibələri və I Dünya Müharibəsi) və imperiyanın dağılması da
bu dövrdə baş vermişdi.
Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və
konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid
Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar. II Məşrutiyyətdə
454
Qanuni-Əsasiyəyə bəzi dəyişikliklər edilərək padşahın səla-
hiyyətləri əvvəlkinə görə məhdudlaşdırılmışdı. Nazirlər Kabineti
məclis qarşısında cavabdehlik daşıyırdı. Məclisdən təsdiq rəyini
almayan hökumət üzvləri səlahiyyətlərini icra edə bilməzdi.
Məclis sədrini padşah deyil, məclisdəki vəkillər özü seçməkdə idi.
Padşah ciddi bir səbəb olmadan məclisi fəsh edə bilməzdi. Əgər
belə bir qərar çıxsa belə, üç ay içində yeni seçkilərin keçirilməsi
zəruri idi.Bu dəyişikliklərlə parlament sistemi ilk dəfə tətbiq
olunmağa başlamışdı. Sərbəst toplaşma hüququ kimi fundamental
hüquq və azadlıqların bəziləri konstitusiyaya əlavə edilmişdi.
İkinci Məşrutiyyətlə bərabər Osmanlı siyasi həyatında ilk
dəfə çox partiyalı sistemə keçid olmuşdur.İkinci Məşrutiyyətin
elanından dərhal sonra seçkilər keçirilmişdi. Məclisdə səs çox-
luğuna baxmayaraq bəlkə də dövlət idarəsindəki təcrübəsizlik-
lərindən İttihatçılar ilk dövrlərdə qurulan hökumətlərdə açıq
şəkildə təmsil olunmayaraq dövləti pərdə arxasından idarə etməyə
üstünlük vermişdilər.
Hüseyn Hilmi Paşa (may 1909 - yanvar 1910), İbrahim
Haqqı Paşa (yanvar- sentyabr 1910) və Mehmed Səid Paşa
(sentyabr 1910-iyun 1912) zamanında İttihad və Tərəqqi rəsmi
olaraq vəzifəsi olmamaqla yanaşı, həqiqətən ölkə siyasətinin
hərəkət verici qüvvəsi olmuşdu.
Bu dövrdə Avropada vəziyyət getdikcə gərginləşməyə
başlamışdı. Bismarkıntəşəbbüsü ilə Almaniya, Avstriya-Macarıs-
tan və İtaliyanın kollektiv müdafiə məqsədi ilə 1882-ci ildə
yaratdıqları hərbi-siyasi bloka qarşı, 1904—1907-ci illərdə Böyük
Britaniya-Rusiya-Fransa arasında kollektiv müdafiə ittifaqı
yaradılmışdı. Bəşəriyyət böyük fəlakətlərə yol açacaq dünya
müharibəsinin astanasında idi. II Məşrutiyyəti elan etməklə
Avropa siyasi çevrələrinin gözünə girəcəyini və bu şəkildə Bal-
kanlarda və Yaxın Şərqdə əlində qalan torpaqları qoruyacağını
düşünən İttihadçılar çox qısa müddətdə yanıldıqlarını və II
Əbdülhəmid kimi dövrünün ən diplomat və uzaqgörən hökmdarını
devirərək daha böyük xaoslara yol açdıqlarını anlayacaqdılar.
Çünkü II Məşrutiyətin elə ilk illərində Avstriya-Macaristan
455
Dövlət—Aliyyəyə hüquqən bağlı olan Bosniya-Hersoqovinanı, bu
əyalətdən Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını
almaq üçün işğal etmişdi (5 oktyabr 1908). Həmin gün Bolqarıstan
da tam müstəqilliyini elan edərək İstanbulla bağlarını qoparmışdı.
Ardınca 1908-ci ilin oktyabrında Krit adası da yunanlıların nüfuzu
altına keçmişdi. Anadoluda ermənilər (1909 Adana üsyanı) və
Balkanlarda son qala olan albanlar da Dövlət-i Aliyəyə qarşı üsyan
qaldırmışdılar (1910).İttihadçılar inqilab ərəfəsində verdikləri
vədlərinə (aqrar islahatı, fəhlələrin vəziyyətini yaxşılaşdırmaq,
xarici kapitalı məhdudlaşdırmaq və s.) əməl etmədiklərindən
onların sosial bazaları getdikcə zəifləməkdə idi. Hökumət üzvləri
də pərdə arxasından dövləti idarə etməyə çalışan İttihatçıların
əmrvari yanaşmalarından məmnun deyildi. İttihadçılara qarşı sərt
tənqidlər dərc edən Sərbəsti qəzetinin redaktoru Həsən Fəhmi
bəyin sui-qəsdlə öldürülməsi isə paytaxtda gərginliyini pik həddə
çatdırmışdı. Öldürülən jurnalistin cənazə mərasimi İttihadçılara
qarşı mitinqə çevrilmişdi. Özlərini təhlükədə hiss edən İttihadçılar,
üçüncü ordu bölüyünə bağlı 4 batalyonu məşrutiyyətin qorunması
və İstanbulun təhlükəsizliyi bəhanəsiylə Selanikdən İstanbula
gətirtmişdi.
Selanikdən İttihadçıları qorumaq üçün gətirilən batalyon
əsgərləri onların iç üzünü görmüş və bəzi mühafizəkar çevrələrin
də təşviqi ilə 13 aprel 1909 (Rumi təqvimi ilə 31 mart) tarixində
qiyam qaldırmışdılar. Bir neçə zabiti Daş-qışlada həbs edən
əsgərlər İstanbuldakı digər ordu birliklərini də özlərinə qoşaraq
Ayasofya məscidi yaxınlığındakı Məclis-i Mebusan binası önündə
toplanmışdılar. Əllərində ağ, yaşıl və qırmızı bayraqlar tutan 3-4
min üsyançıya daha sonra Vulkan qəzeti redaktoru Dərviş Vəhdəti
rəhbərliyindəki minə yaxın mədrəsə tələbəsi də qatılmışdıdı.
Üsyançılara mane olmaq istəyən bir neçə üləma və zabit də isə
qətlə yetirilmişdi.İstanbuldakı hadisələrlə yanaşı, əyalətlərdə və
xüsusilə də Balkan yarımadasında böyük iğtişaşlara səbəb olan 31
mart hadisəsi 11 gün davam etmişdi. İşğal altında olan Məclis-i
Mebusanda üsyançıların başlıca tələblərinin hökumətin istefası,
İttihad və Tərəqqi cəmiyyətinin ləğv edilməsi və hadisəyə adı
456
qarışanlar haqqında əfv qərarı çıxarılması şəklində idi.Məclisdə
səsvermə üçün yetərli sayda vəkil olmamasına baxmayaraq silah
zoruyla bu tələblərin qəbul edilməsi haqqında məclis bəyannaməsi
qəbul edilmişdi. Teleqrafla saraya bildirilən qərar sultan tərəfindən
də təsdiq edilmişdi.İtihad və Tərəqqi cəmiyyətinin üzvləri
gizlənmiş və ya İstanbuldan uzaqlaşmışdı. Ancaq bu siyasi təşkilat
hələ də əyalətlərdə və xüsusilə də Makedoniya bölgəsində hakim
mövqedə idi. Məşrutiyyətin qorunması və üsyanın yatırılması üçün
dərhal əyalətlərdən əsgər toplanıb İstanbula yeridilməsinə qərar
verilmişdi. İkinci və üçüncü ordu birliklərindən ibarət olan və
“Hərəkat ordusu” adlanan bu ordu 19 apreldə qatarla Yaşılköyə
gətirilmişdi. Mahmud Şövkət Paşa komandanlağındakı Hərəkat
ordusu şəhərə yeridilmiş və şəhərin idarəsini ələ almışdı. Yüzlərlə
insan öldürülmüşdü. İttihadçılar yenidən İstanbula qayıtmışdılar.
Ardından təşkil olunan məhkəmədə Dərviş Vəhdəti də daxil
olmaqla, bir çox şəxs meydanlarda qurulan dar ağaclarında edam
edilmişdi. Həbs olunan bəzi siyasi şəxslər isə İngiltərənin
müdaxiləsi ilə azadlığa buraxılmışdı. Həbsdən qurtulub daha sonra
xaricə qaçanlar arasında Prins Səbahəddinin də olması isə çox
qəribə idi. 31 mart hadisələrində adı keçən Əhrar partiyası da
bağlanmışdı. Hadisələrdən sultanı da təqsirləndirən məclis 27
apreldə Sultan Əbdülhəmidi taxtdan endirmiş və vəliəhd Mehmed
Rəşad taxta çıxarılmışdı. Bu əsnada sultan, sədrəzəm Tofiq
(Tevfik) Paşaya səltənəti qardaşına buraxa biləcəyini, ancaq 31
mart hadisələrində heç bir günahının olmadığını bir komitə
vasitəsilə sübut edilməsini tələb etmişdi. Tofiq Paşa vəziyyəti Səid
Paşaya bildirsə də, Səid Paşa “Əgər sultan bəraət qazanarsa, bizim
halımız necə olar ?” deyərək təklifə etiraz etmişdir.
31 mart vəfat edənlərin xatirəsinə inşa olunan Hürriyət
abidəsinin açılış mərasimi isə 23 may 1911-ci ildə baş tutmuşdu.

457
Trablusqərb və Balkan müharibələri

İtaliya-Osmanlı müharibəsi (1911—1912) və ya Tripoli


müharibəsi (Trablusqərb)
XIX əsrin sonlarında İtaliya imperializmi tarix səhnəsinə
çıxmış, müstəmləkələr ələ keçirmək üçün fəallıq göstərməyə
başlamışdı. Ancaq bir qədər gecikmişdi. Belə ki, İngiltərə və
Fransa artıq dünyanın bir bir çox ölkələrini müstəmləkəyə
çevirmişdilər. Osmanlı dövlətinin Quzey Afrikadakı Trablusqərb
bölgəsi (Benqazi də daxil olmaqla) hələ istila edilməmişdi. İtaliya
Osmanlı imperiyasının Quzey Afrikadakı son torpaqları olan
Trablusqərb vilayətini ələ keçirməyi öz istilaçılıq məqsədinə çox
münasib hesab edirdi. İngiltərə və Fransa kimi böyük dövlətlər
İtaliyanı narazı salmamaq üçün onun bu niyyətinə «yaşıl işıq»
yandırmışdılar. Xüsusilə, İngiltərə böyük bir rəqib və təhlükə kimi
gördüyü Almaniyanın Quzey Afrikada möhkəmlənməsindən
ehtiyat etdiyi üçün İtaliyanı belə bir addım atmağa əslində
diplomatik yolla təhrik etmişdi.
Dövlət-i Aliyyənin daxili qarışıqlığından istifadə edən
İtaliya digər Avropa dövlətlərinin də köməyi ilə Osmanlı
imperiyasından Trablus və Kirenaika əyalətlərini (Şimali Afrika)
qoparmaq və müstəmləkəyə çevirmək məqsədilə 1911-ci il
sentyabrın 29-da türklərə müharibə elan etmişdi. İtalyan qoşunları
oktyabr ayında sahil rayonlarını tutsalar da, yerli əhalinin, türk
qarnizonları və Tunis, Əlcəzair, Misir və b. ərəb ölkələrindən
gəlmiş könüllü dəstələrin güclü müqavimətinə rast gələrək ölkənin
içərilərinə irəliləyə bilməmişdilər. İtalyanlarla vuruşma
Trablusqərbdən başqa Adriatik Dənizi, Egey Adaları, Çanaqqala
Boğazı və Qırmızı dəniz kimi fərqli bölgələrdə də sürmüştür.
Trablusqərb hərbində dünya tarixində ilk dəfə təyyarələrdən
istifadə edilmişdir. Türk mövqelərini bombalamaq və yerli ərəblər
arasında xüsusi bildirişlər dağıdılaraq təbliğat aparmaq üçün
italyanlar təyyarələrdən istifadə etmişdilər. Bütün səylərinə
baxmayaraq İtalyanlar istədiyi uğuru əldə edə bilməmişdilər.
Yalnız böyük dövlətlərin təzyiqi və Balkan savaşının başlaması ilə
458
Osmanlı höküməti 1912-ci il 15-18 oktyabr tarixində İtaliya ilə
Trablusqərbin istila edilməsinə əsaslanan sülh müqaviləsini
imzalamalı olmuşdu. Yaranmış beynəlxalq şərait İtaliyanın
xeyrinə olmuşdu. İsveçrənin Lozan şəhərində imzalanan və tarixə
Uşi müqaviləsi olaraq keçən bu anlaşma ilə Osmanlı dövləti Şimali
Afrikada son torpaqlarını da itirmiş oldu. Əslində Trablus və
Kirenaika (sonralar Liviya adlandı) o zamandan etibarən (1943-cü
ilə qədər) İtaliyanın müstəmləkəsinə çevrilmişdi.

Birinci Balkan müharibəsi (7 oktyabr 1912-30 may 1913)


8 oktyabr1912-ci ildə Bolqarıstan, Serbiya, Yunanıstan və
Çernoqoriyadan ibarət "Balkan ittifaqı" Osmanlı imperiyasına
müharibə elan etmişdi. Beləliklə, tarixdə Birinci Balkan
müharibəsi (8 oktyabr 1912-ci il - 30 may 1913-cü il) adlandırılan
müharibə başlanmışdı. Müharibənin başlamasının səbəbi
Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyanın öz ərazilərini
genişləndirməyə can atmaları olmuşdur.
Müharibənin birinci mərhələsi (oktyabr-dekabr 1912-ci il)
Balkan ittifaqı qoşunlarının hücumları ilə səciyyələnirdi. Mü-
haribəyə hazır olmayan Osmanlı qoşunları elə ilk günlərdən
Trakyanı tərk edərək Çatalcaya doğru geri çəkilmək məc-
buriyyətində qalmışdı. Serblər Kimovoda, yunanlar isə Selanikdə
türkləri məğlub etmişdilər. Müvəqqəti barışıq zamanı Osmanlı,
Serbiya və Bolqarıstan hərbi əməliyyatları dayandırsalar da, Yu-
nanıstan və Çernoqoriya müharibəni davam etdirirdilər. Müha-
ribənin ikinci mərhələsi (fevral-may 1913-cü il) Ədirnəyə hücum
istisna olmaqla, mövqe müharibəsi ilə fərqlənirdi.
1913-cü il 3 mayda tərəflər arasında barışıq sazişi imza-
lanmış, elə həmin il 30 mayda isə Londonda sülh müqaviləsi
bağlanmışdı. Bu müqavilənin şərtlərinə görə Osmanlı imperiyası
Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl
çəkmək məcburiyyətində qalmışdı. Balkanlarda Dövlət-i
Aliyyənin əlində qalan son torpaqlar olan Kosova və Makedoniya
qaliblər arasında bölüşdürülmüş, Albaniya ərazisi də müstəqil-
liyini elan etmişdi.
459
İkinci Balkan müharibəsi (1913)
Birinci Balkan müharibəsində Osmanlı diplomatik–hərbi
baxımdan təklənmiş, başda Rusiya olmaqla böyük dövlətlərin bu
və ya digər himayəsinə, yardımına arxalanan Balkan dövlətləri
savaşa hazırlıqsız olan Türklərə var qüvvəsilə hücum etmişdilər.
Balkan dövlətləri birinci savaşdan qalib ayrılmışdılar. Ancaq yenə
də Balkanlardakı ziddiyyətlər, mübahisəli məsələlər, ixtilaflar
ortadan qalxlmamışdı.
Birinci Balkan müharibəsi Avstriya-Alman qruplaşmasını
zəiflətmişdi. Serbiyanın güclənməsi Avstriya-Macarıstanı məcbur
etdi ki, Qalisiyadan öz qüvvələrinin çoxunu Balkan cəbhəsinə
gətirsin. İndi Avstriya-Macarıstan ona çalışırdı ki, Bolqarıstanı
Serbiyadan ayırsın. Bununla o Balkan blokunu dağıtmaq, arxada,
Serbiyaya düşmən ola biləcək Bolqarıstandan onun üçün təhlükə
yaratmaq məqsədini güdürdü. Balkan ittifaqının şəxsində Antanta
tərəfdə güclü hərbi qüvvə dururdu. Avstriya diplomatiyasının
vəzifəsi bu qüvvəni parçalamaq idi.Avstriya-Macarıstan və
Almaniya tərəfindən təhrik edilən Bolqarıstan 1913-cü ildə
Serbiya və Yunanıstana qarşı qoşun çıxartmışdı. Çernoqoriya və
Rumıniya Serbiyanın və Yunanıstanın köməyinə gəlmişdilər.
Osmanlı imperiyası da Bolqarıstana qarşı çıxdı. 1913-cü il 30
iyunda başlanan İkinci Balkan müharibəsi həmin il 19 avqustadək
davam etmişdi. Bolqarıstan ağır məğlubiyyətə uğradılmışdı.
Bunufürsətbilən Ənvər Paşa komandanlığındakı Osmanlı ordusu
1913-cü ilin iyulunda Ədirnə, Kırklareli və Dimetokanı geri
almışdı.
10 avqust 1913-cü il tarixli Buxarest müqaviləsinə görə
Dobruca və Silistrə Rumıniyaya; Monastır, Üsküp, İştip və Priş-
tine Serbiyaya; Selanik, Serez, Drama və Dədəağac Yunanıstana
verilmişdi.
Bolqarıstan ilə imzalanan 29 sentyabr 1913-cü il tarixli
İstanbul müqaviləsinə görə Meriç çayı Türk-Bolqar sərhədi kimi
müəyyənləşdirildi, Ədirnə və Dimətoka Türkiyəyə verildi,
Bolqarıstanda qalan türklərin hər cür din, məzhəb, ibadət hüquq və
azadlıqları müqavilə ilə təminata alındı. Osmanlı dövləti
460
Yunanıstan ilə sülh müqaviləsini 14 noyabr 1913-cü il tarixində
Afinada imzalamışdı. Ancaq Osmanlı hökuməti Anadolunun təbii
uzantısı olan Egey adalarını Yunanıstana verməyi qəbul etmədi.
Buna görə də Egey adaları məsələsinin həlli müqavilədə əksini
tapmadı. İmzalanan sülh müqaviləsi Yunanıstanda qalan türklərin
hüquq və azadlıqlarının təsdiq və möhkəmləndirilməsinə dair
öhdəliklərdən ibarət idi. Adalar ilə bağlı məsələ böyük dövlətlərin
mühakiməsinə buraxıldı. Böyük dövlətlər isə İmroz, Bozçaada,
Kaş və Meis adalarını çıxmaqla yerdə qalan bütün adaları 16
dekabr 1913-cü il tarixində, hərbiləşdirməmək şərti ilə Yuna-
nıstana verdilər. Serbiya ilə Osmanlı dövlətinin artıq ortaq
sərhəddi yox idi. Osmanlı dövləti ilə Serbiya arasında 13 mart
1914-cü ildə İstanbulda imzalanan saziş isə Serbiyada qalan
türklərin statuslarını əks etdirirdi.

Garbî Trakya Hükûmet-i Müstakilesi və Təşkilatı Mahsusa


I Balkan müharibəsinə qədər Osmanlı idarəsi altında olan
Qərbi Trakya, daha sonra qalib gələn Balkan dövlətlərinin
hakimiyyəti altına keçmişdi. Qərbi Trakya yaxınlığında Ədirnə və
Kırklareli də daxil olmaqla Trakiyanın şərq bölgələri də işğal
olunmuşdu. Fəqət Balkan dövlətləri arasındakı anlaşmazlıq
üzərinə yenidən müharibə başlamış və bundan istifadə edən
Osmanlı ordusu da Ədirnə, Kırklareli və Şərqi Trakyanı geri ala
bilmişdi. Qərbi Trakya bölgəsi isə Bolqarıstanın nüfuzu altında
qalmışdı.
Ənvər Paşanın rəhbərliyi altında gizli fəaliyyətini sürdürən
Teşkilât-ı Mahsusa tərəfindən Qərbi Trakyaya Kuşçu Əşrəf
komandanlığında bir bölük əsgər göndərilmişdi. Bunların əsas
vəzifəsi Bolqar zülmünə qarşı yerli xalqı təşkilatlandıraraq
mübarizəni davam etdirmək idi.
Yerli əhalidən təşkil olunan milis qüvvətlərinin də yardımı
ilə 31 avqust 1913-də Gümülcine, 1 sentyabrda İskeçye, 2 ok-
tyabrda isə Dədəağac bolqar işğalından qurtarılmışdı. Gümül-
cinenin azad edilməsindən sonra Müderris Salih Mehmed Hocanın

461
başçılığında"Garbi Trakya Hükümet-i Muvakkatası" qurulmuşdu
(31 avqust 1913).
Bu arada Osmanlı hökuməti, Bolqaristan ilə imzalanan
İstanbul sazişinə görə (1913 sentyabr), Ədirnə və Şərqi Trakyaya
qarşılıq, Qərbi Trakyanı bolqarlara verməyi qəbul etmiş, bölgədəki
öz əsgəri birliklərinə geri dönmək əmrini vermişdi.Fəqət Qərbi
Trakya idarəçiləri bu əmrə tabe olmayıb Dövlət-i Aliyyə ilə maddi
əlaqələrini kəsib, dövlətin adını da bu "Garbi Trakya Hükümet-i
Müstakilesi" olarak elan etmişdilər (23 Sentyabr 1913).
Təşkil olunan hökumət üzvləri arasında sabiq Osmanlı
məbusları Raif və Halit bəylər, Osmanlı zabitlərindən Süleyman
Askeri bəy, Kuşcubaşı Əşrəf bəy və onun qardaşı Hacı Sami bəylər
də vardı. Türk İslam aləminin tarixdə bilinən ilk respublikası olan
Garbî Trakya Hükûmet-i Müstakilesinin (31 avqust -30 oktyabr
1913) paytaxtı Gümülcinə şəhəri olmuşdur. Bu ilk türk
respublikasının ərazisi təqribən 8578 kvadrat kilometr olub,
sərhədləri müəyyən edilmiş, Osmanlı əsgərləri və yerli milislərdən
mütəşəkkil ordusu qurulmuşdu. Müstəqilliyin rəmzi bayraqları
bütün rəsmi binalarda yüksəldilərək və Süleyman Əskəri
tərəfindən milli marşları yazılmışdı. Bayraqlarındakı qara rəng
Balkanlardakı zülmü, yaşıl İslamı, ay-ulduz isə Türklüyü təmsil
etməkdə idi.

Osmanlı qanunları və nizamnəmələrinə uyğun olaraq idarə


və ədliyyə sistemi təşkil olunmuş, hökumətin büdcəsi, milli

462
valyutası qəbul edilmiş və vətəndaşları üçün pasportlar belə
hazırlanmışdı.

Garbî Trakya Hükûmet-i Müstakilesi nüfus dağılımı

Etnos, din Əhalinin sayı Faiz


Cəmi 23 4700 100%
Müsəlmanlar 18 5000 78,82
Bulgar 25 500 10, 86
Yunan 22 000 9, 37
Yahudi, digər 2 200 0,94%

Qəribədir ki, Bolqarıstanın qüvvətlənməsini istəməyən,


ayrıca bölgənin yenidən Osmanlı ilə birləşməsini arzulamayan
Yunanıstan bu kiçik türk respublikasını tanımışdı. Fəqət bu gənc
respublikanın onlardan qat qat güclü bolqar güclərinə qarşı Dövlət-
i Aliyyənin yardımları olmadan dayanması imkansız idi. Bab-ı Ali
israrla Osmanlı hərbçilərinin dönüşünü tələb etməkdə idi, əks
halda əmrə itaətsizlikdən türk zabit və əsgərlərini ağır cəzalar
gözləyirdi. Qərbi Trakya türklərinin ən böyük dayaq hesab
etdikləri Osmanlı hökuməti tərəfindən yalnız buraxılması onlarda
bir ruh düşkünlüyü yaratmışdı. Qərbi Tarkya respublikasının
idarəcilərindən sayılan, eyni zamanda da Osmanlı hərbçisi olan
Kuşçu Əşrəf Bəyin, bolqarlarla müzakirələri aparan o dövrdə
polkovnik rütbəsində olan Albay Cemala (Paşa) ünvanladığı
məktub əsl həqiqəti açıb göstərməkdə idi.
Kuşcu Əşrəf məktubunda: “ Ana vatanın menfaati neyi
gerektiriyorsa o yönde hareket edeceklerini ancak verilen kararın
yanlış olduğunu, böyle bir fırsatın tarih boyunca bir daha Türklere
nasip olamayabileceğini ,burayı terk ettikleri takdirde manevî ve
tarihî mes'uliyetin kendilerine (Cemal Paşaya ve hükümete) ait
olacağını"açıq bir şəkildə bəyan etmişdi.
Nəticə etibarilə, Balkanlarda qurulan və təqibən 3 aylıq
qısa müddət ərzində fəaliyyət göstərən Türk İslam aləminin ilk

463
Türk respublikası olan "Garbi Trakya Hükümet-i Müstakilesi tarix
səhnəsinə qarışmışdı.

Təşkilat Mahsusa
Teşkilatı-Mahsusa ilk başlarda İttihad və Tərəqqi daxilində
Ənvər Paşanın rəhbərliyində qurulan gizli qurum idi.İttihad və
Tərəqqinin Türkçü və İslamçı fikirləri istiqamətində, daxildə və
xaricdə, əks-kəşfiyyat, təbliğat, təşkilatlanma və sui-qəsd
əməliyyatlarını icra edirdi. Müxtəlif şahid ifadələrinə görə, 1911-
ci ildən təsirli olmuş, 1913-cü ilin noyabrında Hərbiyyə Nəzarətinə
bağlı “Umûr-ı Şarkiyye Dairesi” adında rəsmi bir təşkilata
çevrilmişdir. 8 Oktyabr 1918-ci ildə İttihad və Tərəqqi hökumə-
tinin iqtidardan ayrılması ilə birlikdə Teşkilatı-Mahsusanın da
işinə son verilmişdir.Teşkilatı-Mahsusa Trablusda italyanlara,
Qərbi Trakyada bolqar və yunanlara, Misir və İraqda ingilislərə
qarşı müqavimət-təşkilatlandırma işlərini həyata keçirmişdir. I
Dünya Müharibəsindən sonra Anadoluda yaradılan Kuva-i Milliye
(Milli Qüvvələr) və Müdaffa-i Hukuk (Hüquq Müdafiəsi)
təşkilatlarının qabaqda gedən liderlərinin demək olar ki, hamısı
Teşkiatı-Mahsusa üzvləri idi. Buna baxmayaraq, Təşkilatı-
Mahsusa ilə Milli Mübarizə arasındakı təşkilati əlaqə kifayət qədər
araşdırılmamışdır.Ənvər Paşanın rəhbərliyi altında qurulan və
təqribən 30 mindən çox üzvü olan Təşkilatı-Mahsusanın (Umûr-ı
Şarkiyye Dairesi) ilk sədrinin Süleyman Askeri bəy, daha sonra
sırası ilə Halil Paşa Kut, Cevat bəy və Ali Başhampa olduğu
bilinməkdədir.
I Dünya Savaşının sonunda imzalanan Mudros
Atəşkəsindən bir qədər əvvəl ölkədən ayrılmağa məcbur qalan
Ənvər Paşa tərəfindən Teşkilât-ı Mahsusanın adı "Umum-u Âlem-
i İslam İhtilali Teşkilatı" olaraq deyişdirilmiş və başına da
Hüsaməddin Ərtürk gətirilmişdir. Bu barədə daha sonralar
Hüsaməddin Ərtürk “İki dövrün pərdə arxası” adlı xatirə kitabında
bunları qeyd etmişdi:
“ Bu teşkilatın gayesi, bir taraftan bütün İslamları bir
bayrak altında toplamak, bu suretle Panislamizme vasıl olmaktır.
464
Diğer taraftan da Türk ırkını siyasi bir birlik içinde bulundurmak,
bu bakımdan da Pantürkizmi hakikat sahasına sokmaktır. Enver
Paşa'nın bir yandan Emiri Efendi'nin İttihat ve Terakki
programındaki panislamizminden, diğer taraftan da Ziya Gö-
kalp'in pantürkizminden ilham aldığı muhakkaktır.”
Teşkilatı Mahsusanın sədrləri və üzvləri haqqında
məlumatlar gizli saxlanılmaqda idi. Ümumiyyətlə bu təşkilatın
fəaliyyəti ilə əlaqədar arxiv sənədlərinin çoxunun Ənvər Paşa və
ittihatçı liderlər tərəfindən yox edildiyi ehtimal olunur. Təşkilat
haqqında ilk akademik tədqiqat Dr. Philip Stoddardın 1963 tarixli
“The Ottoman Government and the Arabs, 1911 to 1918: A Study
of the Teskilat-i Mahsusa”( Princeton University, ABŞ) doktorluq
dissertasiyası göstərilə bilər. Bundan başqa Vahdet Keleşyılmazın
“Birinci Dünya Savaşı’nda Türk-Hint İlişkileri” başlıqlı doktorluq
dissertasiyası (1997), Atatürk Araştırma Merkezi tərəfindən nəşr
olunan “Teşkilâtı Mahsusa’nın Hindistan Misyonu (1914- 1918)”
(Ankara, 1999), Attilla Çeliktepenin (eyni zamanda magistr
dissertasiyası) “Teşkilâtı Mahsusa’nın Siyâsî Misyonu” (İstanbul,
2002) və Mustafa Balcıoğlunun “Teşkilâtı Mahsusa’dan
Cumhuriyete” (İstanbul, 2001), Çağdaş Yükselin, “Birinci dünya
savaşı yıllarında Teşkilat-ı Mahrusa”, başlıqlı doktorluq
disertasiyası (2019), Dr. Ahmet Tetikin “Teşkilat-ı Mahsusa
(Ümumi Şarkiyiyye Dairesi)“, (3 cilddə, 2014-2021) tədqiqatları
da Ankaradakı Genelkurmay Askeri Tarih ve Strateji Etüt
(ATASE) arxiv sənədləri əsasında yazılan mühüm əsərlərdir.
Bundan başqa bu təşkilatla bilavasitə əlaqəsi olan Əşrəf
Kuşcubaşının, Hüsaməddin Ərtürkün, Rauf Orbayın xatirələrindən
də müəyyən hadisələr haqqında məlumatlar əldə etmək
mümkündür.

Bab-ı Ali basqını


21 noyabr 1911-ci ildə İttihad və Tərəqqi müxalifləri
tərəfindən Hürriyyət və İtilaf partiyası qurulmuş, qısa müddətdə
xeyli millət vəkili bu cəmiyyətin ətrafında cəmlənmişdi. Partiyanın
liderləri arasında gələcək sultan Vahidətdinin bacısı ilə evli olan
465
Damat Fərit Paşa da vardı. Qurulduqdan 20 gün sonra baş tutan
seçkilərdə qələbə qazanan bu partiya hakimiyyətdə çox qala
bilməmişdi. Belə ki, İttihadçılar hiləylə Sultan Rəşada məclisi ləğv
etdirmiş, 1912-ci ilin aprelində keçirilən növbədən kənar seçkiləri
qazanmışdı. "Dəyənəkli seçimlər" adıyla xatırlanan və müxalif
qüvvələrin təqibiylə nəticələnən bu seçkilərin sonunda məclisə
yalnız 6 nəfər müxalif vəkil daxil ola bilmişdi.
Seçkidə məğlub olan Hürriyyət və İtilaf partiyası isə seçki
əsnasındakı hilə və zorakılıqları bəhanə edərək bu seçimin ədalətli
olmadığını elan etmişdi. Bu əsnada İttihadçıların zorla hakimiyyəti
ələ almasından narazı olan bir qrup ordu zabiti “Halaskar
Zabitan”Rumelidə dağlara çəkilərək üsyan başlatmış, İstanbuldakı
digər İttihad müxaliflərini, o cümlədən Prins Səbahəddin bəyi də
öz yanlarına çəkmişdilər. Mətbuatda sərt dillə məqalələr nəşr
etdirən və hərbi şuraya memorandum göndərən bu zabitlər birliyi
sədrəzəm Səid Paşanın istefa verməsinə səbəb olmuşdular.
21 iyul 1912-ci ildə Əhməd Muxtar Paşanın rəhbərliyində
yeni hökumət kabineti qurulmuşdu. Tərəfsiz dövlət adamlarından
təşkil olunan hökumət kabinetinə 3 sabiq sədrəzəm daxil olduğu
üçün, əhali bu hökumətə “böyük kabinet” adını vermişdi. Yeni
hökumətdə İttihadçılardan heç kimin olmaması səbəbilə hər kəs
məclisin bağlanacağını düşünürdü. Belə də olmuşdu. Belə ki,
Hürriyyət və İtilaf tərəfdarı olan “Halaskar Zabitan”qrupu məclis
sədri İttihadçı Xəlil Menteşə bəyə xəbər göndərərək məclisin 48
saat ərzində bağlanmasını tələb emişdi. İttihadçıların çoxluq təşkil
etdiyi məclisin, bu tələbi qəbul etməyib, sərt tənqid etməsinə
baxmayaraq sədrəzəm Əhməd Muxtar Paşa Məclis-i Mebusanı
ləğv etmişdi (4 avqust). Məclisin bağlanması ilə hərbi vəziyyət
elan olunmuşdu. Balkan müharibəsinin başlamasının ardından (8
oktyabr) İtaliyayla sülh bağlayan hökumət (18 oktyabr) bu sülhlə
birlikdə Trablusqərb-Benqazi bölgəsinin itirilməsini qəbul
etmişdi. Ordu daxilindəki nizamsızlıq cəbhədə ağır
məğlubiyyətlərə səbəb olmuşdu. I Balkan hərbində Egey adaları və
Ədirnəyə qədərki bütün Rumeli torpaqları itirilmişdi. Bu
vəziyyətdə sultan, Əhməd Muxtar Paşanı vəzifədən almış və
466
Mehmed Kamil Paşa sədarətə gətirilmişdi. İngilislərlə yaxın
münasibətləri olan Mehmed Kamil Paşanın alman ekolunun ağır
basdığı İttihadçılara qarşı münasibəti çox pis olmuş, bir çox
İttihadçı təzyiqlərə məruz qalmışdı. Mehmed Kamil Paşa İttihadçı
əleyhdarı olaraq bilinən Hürriyyət və İtilaf partiyasının hökumətdə
təmsil olunma istəyini də rədd etmiş, bununla da özünə qarşı
müxaliflərinin sayını artırmışdı. Maraqlıdır ki həm İttihadçılar,
həm də İtilafçılar Mehmed Kamil Paşa iqtidarına qarşı hərbi
çevriliş etmək hazırlığına girişmişdilər. Hər iki tərəf o zaman
Hərbiyyə naziri olan Nazim Paşanı öz tərəflərinə çəkmək üçün
böyük səy göstərmişdilər. Hətta İttihadçı Tələt bəyin Nazim
Paşaya sədrəzəmlik belə təklif etdiyi bilinməkdədir. Bu əsnada
əhali Ədirnənin bolqarlara təslim ediləcəyi şayələriylə qızışdırıl-
mış, camaat Bab-ı Ali binası önünə toplanmışdı. 23 yanvar 1913-
cü ildə Ənvər və Tələt bəylərin rəhbərliyi altında hərəkətə keçən
İttihadçılar, Bab-ı Aliyə basqın edərək Sədrəzəm Kamil Paşaya
silah zoruyla istefa sənədini imzalatmış, Ənvər bəy istefa
məktubunu saraya şəxsən özü təqdim etmişdir. Bab-ı Ali basqını
ilə Ənvər-Camal-Tələt üçlüyü tərəfindən idarə olunan yeni
hökumət qurulmuşdu. İttihadçıların istəyilə sədarətə gətirilən
Mahmud Şövkət Paşanın 11 iyun 1913-cü ildə Bəyazid meyda-
nında avtomobilinin içində uğradığı silahlı hücum nəticəsində
öldürülməsi üzərinə Osmanlı dövlətində müxalifətə qarşı bir
“İttihadçı terroru” əsdirilmişdi. Bir zamanlar II Əbdülhəmidi
istibdad idarəsi qurmaqda suçlayan Jön Türklər indi özləri
iqtidarlarını qorumaq üçün despotizm yolunu tutmuşdular. 1913-ci
ildəki Bab-ı Ali hücumu ilə hakimiyyətə gələn bu üç paşa (Ənvər-
Tələt- Camal) Osmanlı İmperiyasında bundan sonrakı dövrdə
həqiqətdə tək söz sahibi insanlar olmuşdular. Bu dövr Osmanlı
İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürmüşdü
(30 Oktyabr 1918).

467
XX. OSMANLI DÖVLƏTİ BİRİNCİ DÜNYA
MÜHARİBƏSİNDƏ

1. Birinci dünya müharibəsinin başlıca səbəbləri

XX əsr bəşəriyyət tarixi üçün ən fəlakətli bir dövr olaraq


yaddaşlara həkk olunmuşdur. İki dünya müharibəsinə, milyonlarla
insanın ölümünə səhnə olan acı faciələrlə dolu bir əsr...

Britaniya tarixçisi Erik Hobsbaumun fikrincə, XIX əsr öz


başlanğıcını 1789-cu ildən, yəni Böyük Fransa inqilabından
götürür və 1913-cü ildə başa çatır. Öz növbəsində, XX əsr –
təqvimlə yox, tarixi olaraq – 1914-cü ildən, yəni I Dünya
Müharibəsindən başlayır və 1991-ci ilə – dünyada qlobal
dəyişikliklərin başladığı, 1990-cı ildə Almaniyanın birləşdiyi və
1991-ci ildə SSRİ-nin süqut etdiyi dövrə qədər davam edir.
Birinci dünya müharibəsinə (28 iyul 1914 — 11 noyabr
1918) iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri
qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər
ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci
ildə Antantanın tərəfinə keçir) var idi. Nəticədə 70 milyondan artıq
hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük
müharibələrindən birinə səfərbər edilmişdi. Bu müharibədə 10
milyona yaxın əsgər ölmüş, əsasən silahlardakı texniki tərəqqinin
olması, onların mobilliyi ölümlərin sayını daha da artırmışdı.
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans
Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip
tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinin
başlaması üçün bəhanə olmuşdu. Müharibənin əsas səbəblərinə
gəlincə, alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın
hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı
zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq
niyyətində idilər. Onun müttəfiqi Avstriya-Macarıstan dövləti isə
Balkan yarımadasında öz nüfuzunu genişləndirməyə və yeni
ərazilər işğal etməyə çalışırdı. 1870-1871-ci illər Prussiya ilə
468
aparılan müharibədə alınan faciəvi nəticələr Fransa üçün böyük
rüsvayçılıqlabitmişdi. Fransa-Prussiya müharibəsinin sonlarında
doğulan Üçüncü respublikanı kiçiyindən-böyüyünə qədər
birləşdirən revanş ideyası, məhz, onda meydana çıxmışdı. (Üçüncü
Fransa Respublikası 1870-ci ilin sentyabrından 1940-cı ilin
iyununa qədər Fransada mövcud olmuş siyasi rejimdir). Kimin kim
olduğu – sosialist, monarxiyaçı, mərkəzçi – əhəmiyyətini itirmişdi.
Almaniyadan qisas almaq və Elzasla Lotaringiyanı geri qaytarmaq
ideyası hamını birləşdirmişdi.
Almaniyanın Avropa və dünyadakı iqtisadi dominantlığı
Britaniyanı da narahat edirdi. 1890-cı illərdə Almaniya ümumi
daxili məhsulun həcminə görə, Avropada Britaniyanı ikinci yerə
sıxışdırmış və birinci yerə keçmişdi.Britaniya hökuməti bu faktla
barışa bilmirdi. Nəzərə alaq ki, Britaniya uzun yüzillər boyu
dünyanın emalatxanası, iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsi
olmuşdu.
Rusiya üçün ən vacib mövzu slavyanlarla, daha doğrusu,
Balkanlarda yaşayan slavyan xalqları ilə bağlı məsələ idi. 1860-cı
illərdə vüsət almağa başlayan panslavizm ideyaları 1877-1878-ci
illərdə Rusiya-Türkiyə müharibəsinə gətirib çıxarmışdı.
Bu ideya XX əsrə ötürülmüş və birinci dünya müharibəsi
ərəfəsində Osmanlı dövləti Balkan yarımadasından tamamilə
sıxışdırılıb çıxarılmış, bu bölgənin slavyan topluluqları Dövlət-i
Aliyyədən ayrılmışdır.
Rus panslavyanizmi ideyasının təməlində İstanbul-Kons-
tantinopolu geri qaytarmaq və Müqəddəs Sofiyanın (Ayasofya)
üzərinə xaç qoymaq arzusu yatmaqda idi. Digər tərəfdən
Konstantinopolun qaytarılması körfəzlərlə, Qara dənizdən Aralığa
(sıcaq dənizə) keçməklə bağlı bütün problemləri həll etməli
idi.Rusiyanın əsas geosiyasi hədəflərindən biri bundan ibarət idi.
Bir də, təbii ki, almanları və müttəfiqi Avstriya-Macarıstanı da
Balkanlardan çıxartmaq lazımdı.
Birinci Dünya müharibəsi ərəfəsində müharibəyə
hazırlaşan dövlətlərin hər birinin dünyanın siyasi xəritəsini öz
xeyrinə dəyişdirməklə bağlı planları var idi. Odur ki, sözügedən
469
mövzudan danışarkən həm siyasi, həm geosiyasi, həm iqtisadi,
həm də mədəni səviyyəni nəzərdən keçirmək eyni dərəcədə
vacibdir.
Frans Ferdinandın öldürülməsi Avstriya-Macarıstan ilə
Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə
olmuşdu. 1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu
Serbiya ərazisinə daxil olmuş, Belqrad şəhəri bombardman
edilmişdi. Rusiya İmperiyası Serbiyanı müdafiə etmək üçün
səfərbərliyə başladığı müddətdə avqustun 1-də Almaniya
İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya
müharibə elan etmişdi. Almaniya Prussiyatərəfindən imzalanmış
Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlan-
dıraraq avqustun 4-də Belçikaya hücum etmişdi.
Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya da
Almaniyaya müharibə elan etmişdi. Getdikcə yeni-yeni ölkələr
müharibəyə qoşulmuşdular. 1914-cü il avqustun 23-də Yaponiya
da Almaniyaya qarşı müharibə elan etmişdi. Lakin o Avropaya
qoşun göndərməmiş, Almaniyanın Uzaq Şərqdəki torpaqlarını
tutmağa və Çini itaət altına almağa çalışmışdı.

2. Osmanlı dövləti müharibənin başlaması ərəfəsində


Müharibə başladığında Osmanlı dövlətinin xarici
siyasətində qeyri-müəyyənlik sezilirdi, bunun da səbəbi hökumət
daxilində fikir ayrılığının olması idi. Belə ki, hərbi nazir Ənvər
Paşa başda olmaqla bir qrup Almaniya ilə ittifaq tərəfdarı olduğu
halda, maliyyə naziri Cavid bəy başda olmaqla digər bir qrup isə
Antanta dövlətləri ilə ittifaq tərəfdarı idi.
Hələ 1909-cu ildə Berlin hərbi attaşesi olaraq təyin edilən
Ənvər bəy, bu vəzifədə olduğu zaman alman mədəniyyəti ilə
tanışmış və çox təsirlənmişdir. 1913-cü il Bab-ı Ali basqınından
sonra Ənvər-Tələt-Camal triumviratrı (Üç Paşa) iqtidarı dövründə
dövlətin bir nömrəli adamına çevrilən Ənvər Paşanın Almaniya ilə
münasibətləri daha da sıxlaşmışdı. 1913-cü ilin dekabrında general
Liman fon Sanders başda olmaqla Türkiyəyə yeni alman hərbi
nümayəndəliyi gəlmişdi. Bu nümayəndəliyə Balkan müharibələri
470
dövründə dağıdılmış türk ordusunu yenidən təşkil etmək
tapşırılmışdı. Nümayəndəliyin başçısı İstanbulda yerləşən birinci
türk korpusunun komandanı təyin edilmişdi. Paytaxtda olan türk
qoşunlarının alman generalına tabe edilməsi, əslində Almaniyanı
boğazların ağasına çevirmişdi. Buna görə də general Limanın
nümayəndəliyi təbii olaraq Rusiyanın hakim dairələrində güclü
həyəcana səbəb olmuşdu. 1914-cü il avqustun 2-də alman-türk
ittifaq müqaviləsi imzalanmışdı. Müqaviləyə görə, əgər Rusiya
Avstriya-Macarıstan münaqişəsinə qarışarsa, Almaniya Avstriya-
Macarıstan tərəfindən müharibəyə qoşularsa, Osmanlı da Rusiyaya
müharibə elan etməli idi. Osmanlı ordusunu bütünlüklə
Almaniyanın ixtiyarına vermişdi.
Lakin Osmanlının Antanta dövlətlərindən maliyyə-iqtisadi
asılılığı çox böyük idi. 1914-cü ilin avqustun 18-də Rusiya ilə
İngiltərə birlikdə irəli sürdükləri təklifdə Türklərin bitərəf qalması
müqabilində Osmanlı dövlətinin müstəqilliyinə və ərazi
bütövlüyünə təminat verdiklərini və hər hansı bir təcavüzə qarşı
çıxacaqlarını bildirdilər. Rusiya və İngiltərənin müştərək təklifinə
qarşı Dövlət-i Aliyyə də aşağıdakı təklifləri irəli sürmüşdü:
1. Kapitulyasiyaların tam ləğv edilməsi;
2. Müharibənin başlanğıcında İngiltərə hökumətinin
müsadirə etdiyi iki zirehli gəminin geri verilməsi;
3. Qərbi Trakiyanın Osmanlı dövlətinə geri verilməsi;
4. Yunanıstan tərəfindən işğal edilmiş adaların Osmanlıya
qaytarılması;
5. Misir məsələsinin həll edilməsi;
6. Rusiyanın Osmanlının daxili işlərinə qarışmamasına
təminat verilməsi;
7. Rusiyanın Osmanlıya üzərinə hücum edəcəyi təqdirdə
İngiltərə və Fransanın həqiqətən Dövlət-i Aliyyəni müdafiə
edəcəklərinə vəd verməsi.
Osmanlı Bahriyə Naziri Camal Paşa bu təklifləri İstan-
buldakı ingilis səfiri Malletə təqdim etmiş, o da öz növbəsində bu
təklifləri Londona çatdırmışdı. Üç gündən sonra Mallet, Osman-

471
lının irəli sürdüyü təkliflərə ətraflı cavab vermişdi. Rəsmi Lon-
donun mövqeyinə görə, indiki vaxtda İngiltərə öz müttəfiqlərinin
razılığı ilə bəzi maliyyə kapitulyasiyalarının ləğv edilməsinə qarşı
deyildi. Osmanlının adalarla bağlı Yunanıstanla olan mübahisənin
müəyyən vaxta qədər təxirə salınması lazım idi. Misir məsələsinin
müharibədən sonra həll edilməsi uyğun görülmüşdü. İngilis səfiri
Mallet İngiltərə və Fransanın adından Dövlət-i Aliyyəni
inandırmağa çalışmışdı ki, Rusiyanın Osmanlıya qarşı təcavüzkar
niyyəti yoxdur, əgər türk hökuməti səfərbəlik qərarını ləğv edərsə,
“Goben” və “Breslau” adlı alman gəmiləri tərksilah edilərsə,
alman təlimatçıları ölkədən kənarlaşdırılarsa, onda müttəfiqlər
Osmanlının toxunulmazlığına təminat verər, adalar məsələsini
Türklərin xeyrinə həll edər, iqtisadi kapitulyasiyalar məsələsində
güzəştə gedərlər. Malletin irəli sürdüyü şərtlər Bab-ı Aliyə
tərəfindən Antanta dövlətlərinin zəiflik əlaməti kimi qəbul
edilmişdi. İngiltərə Osmanlının bitərəf qalması üçün çox səy
göstərmişdi. Sentyabrın 27-də ingilis səfiri bildirmişdi ki, əgər
Türklər bitərəfliyini qoruyub saxlayarsa İngiltərə hökuməti
müharibənin başlanğıcında müsadirə etdiyi hərbi gəmiləri geri
qaytara bilər. Lakin müharibəyə qoşulmaqla daha çox fayda əldə
edəcəyini düşünən və getdikcə daha çox Almaniyanın təsiri altına
düşən Osmanlı hökuməti İngiltərənin bu müraciətini cavabsız
qoymuşdu. 1914-cü ilin iyulun sonunda alman hərbi gəmilərinin
Aralıq dənizindən keçib Osmanlıya gəlməsi ölkənin hakim dairə-
lərindəki almanpərəst qrupun mövqeyini xeyli möhkəmləndir-
mişdi. Osmanlının ordu və donanması tamamilə Almaniyanın
nəzarəti altında idi. Oktyabrın 16-17-də alman-türk donanması
Odessa, Sevastopol, Feodosiya və Novorossiyski atəşə tutmuş,
cavab olaraq da oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan
etmişdi. İngiltərə və Fransa da dəstək məqsədilə türklərə savaş
açmış, beləliklə Dövlət-i Aliyyə də sonunu gətirəcək bir
müharibəyə cəlb olunmuşdu.

472
3. Osmanlı dövlətinin vuruşduğu cəbhələr, Dövlət-i
Aliyyəni parçalayan gizli müqavilələr və erməni təhciri

Qafqaz cəbhəsi
Müharibənin başlanması ilə, Türkiyə xaricindəki iki yüz
milyondan artıq müsəlmandan və xüsusilə də Rusiyadakı türk-
müsəlman zümrələrindən geniş ölçüdə faydalanmaq məqsədilə
Osmanlı dövləti «Cihad» elan etmiş və bütün türk-islam dünyasını
Antanta dövlətlərinə qarşı müharibəyə səsləmişdi. Qafqazda isə
«türkçülük» və «turançılığ»ın əsaslarına söykənən bir siyasətin
gerçəkləşdirilməsi planlaşdırılmışdı. İlk olaraq 93 hərbində
itirilmiş olan torpaqları (Qars, Batum, Ərdəhan, Artvin, Sarıqamış)
ruslardan geri almağı planlayan Osmanlı dövləti, daha sonra
Rusiya imperiyası tərkibində yaşayan türk xalqlarını, xüsusilə
Azərbaycan və Dağıstan müsəlmanlarını çarizmin əsarətindən
azad etməyi düşünmüşdü. Osmanlı dövləti Rusiyaya qarşı
müharibəyə başladıqdan sonra «İttihad və Tərəqqi» Cəmiyyəti
tərəfindən 1914-cü il noyabrın 11-də cəmiyyətin bütün şöbələrinə
göndərilən bəyannamədə deyilirdi: «Vətənimizin və millətimizin
milli idealları bizi Moskva düşmənini məhv etməyə
yönəltməkdədir; beləliklə, Rusiyadakı bütün irqdaşlarımızı içinə
alan, onlarla birləşməyimizə imkan verəcək təbii hüdudlarımız
əldə edilmiş olacaqdır». Bu idealı gerçəkləşdirmək məqsədilə
1914-cü ildə Osmanlı dövlətinin baş komandan vəkili və Hərbi
nazir Ənvər Paşa, Sarıqamış hərəkatının planını öz qərərgah
zabitlərinə təqdim etmişdi. 1914-cü ilin noyabr ayında Azap və
Köprüköy döyüşlərində rus ordusunun irəliləyişini durduran
Həsən İzzət Paşa və bəzi komandanlar qışın girməsi ilə havaların
soyumasını, orduda xəstəliklərin yayılmasını, ümumiyyətlə belə
bir hərəkat üçün hazırlıqlarının tam olmadığını irəli sürərək bu
plana qarşı çıxaraq istefa etmişdilər. Fəqət Ənvər Paşanın siyasi
iradəsi və alman zabitlərinin də təsiri ilə Sarıqamış hərəkatı
başladılmışdır. Qafqaz cəbhəsində türk ordusunun qarşısında
aşağıdakı vəzifələr qoyulmuşdu: qalib türk orduları bütün Qafqazı
tutmalı, Cənubi Azərbaycana keçməli, Xəzər dənizini bütün
473
tərəflərdən əhatə etməli, sonra Volqa-Ural rayonlarında tatar
əhalisini və Mərkəzi Asiya müsəlmanlarını Rusiyaya qarşı ayağa
qaldırmalı idi.
Ənvər Paşanın şəxsi əmri altında olan 75 minlik Osmanlı
türk ordusu 22 dekabr 1914-ci ildə Sarıqamış hərəkatına
başlamışdı. Rusları ilk toqquşmalarda geri çəkilməyə məcbur edən
Osmanlı ordusunda başda Albay Hakkı Bəy olmaqla bəzi
komandirlar şəxsi təşəbbüsləri ilə tələskənlik edərək Allahu Əkbər
dağlarını aşaraq Sarıqamış və çevrəsini mühasirəyə almaq
istəmişdilər. Fəqət iqlim şərtləri, əsgərlərin bu şəraitə uyğun
geyimlərinin olmaması və yayılan tifus xəstəliyi minlərlə Osmanlı
əsgərinin Allahu Əkbər dağlarında həlak olmasına səbəb olmuşdu.
Bundan istifadə edən ruslar əks hücuma keçərək Osmanlı ordusunu
geri çəkilməyə məcbur buraxmışdılar. Bu uğursuzluq üzərinə
İstanbula dönən Ənvər Paşa mətbuata senzura qoyaraq Sarıqamış
hərəkatı haqqında heç bir xəbər çıxmasına icazə verməmişdi.
Sarıqamış məğlubiyyəti ilə əlaqədar bəzi həqiqətlər də şişirdilmiş
bir şəkildə 1922-ci ildən etibarən ictimaiyyətə məlum olmuşdur.
Bununla əlaqədar Türkiyəli tədqiqatçı Murad Bardakçının qeydləri
çox maraqlıdır:
“Kamuoyu, Sarıkamış’ta yaşanan faciadan 1922 yılına
kadar haberdar olamadı. Bunda, Enver Paşa’nın bozgundan sonra
uyguladığı sansürün yanısıra savaş yıllarındaki irtibat ve haber
alma zorluklarının da rolü vardı. Türkiye, Sarıkamış’ta büyük bir
dram yaşandığından Şerif Köprülü’nün 1922 yılında yayınladığı
bir kitap sayesinde haberdar olabildi. Sarıkamış dramı, kitapta son
derece etkileyici bir üslupla anlatılıyordu ama verilen bilgiler
gayet abartılıydı ve ‘donarak şehid olan 90 bin asker’ ifadesi de,
ilk defa bu tarihte gündeme geldi. Devlet ise, Sarıkamış
gerçeklerinin abartılmasına ses çıkartmamak bir yana,
abartmaları destekleyici bir yol tuttu ve bu davranışın sebebi de
siyasi idi. O dönem, İstiklál Savaşı’nın karanlık günleriydi, sabık
başkumandan Enver Paşa, Türkiye’ye dönüp Mustafa Kemal
Paşa’nın yerine geçebilmek için Batum’da bekliyor ve
Yunanlılar’a karşı savaşan Türk Ordusu’nun uğrayacağı ilk
474
bozgundan sonra Anadolu’ya geçme hazırlıkları yapıyordu.
Ankara hükümeti, işte bu yüzden Enver Paşa aleyhinde bir
karalama kampanyasına girişmeye mecburdu ve Sarıkamış
bozgunuyla ilgili abartmalar da kampanyanın bir parçasıydı.
Bunu, Enver Paşa ve arkadaşlarının ‘Bolşevik oldukları’, ‘Rus-
lar’dan para aldıkları’, hattá ‘erkeklerle kadınların birarada
dolaşmasına izin verdikleri’ şeklinde daha başka aleyhte
propagandalar takip edecekti.”
Həqiqətən də, Türkiyədə nəşr olunan bir çox rəsmi tarix
kitablarında Sarıqamış hərəkatı bir “faciə” olaraq göstərilir və “90
min mehmetciyin” ölməsinin cavabdehinin də Ənvər Paşa olduğu
yazılır. Lakin son dövrlərdə tədqiqatçılar bu məsələ ilə əlaqədar
arxiv materiallarına da istinadən Sarıqamış hərəkatının
uğursuzluğunuvurğulamaqla bərabər, ölən türk əsgərlərinin
sayının həddindən artıq şişirdildiyini qeyd etməkdədirlər. Nəticə
etibarilə, Sarıqamış hərəkatında türklərin ümümi itkisi 41 min
nəfər, ruslarınki isə 32 min civarında olmuşdur.Sarıqamış
savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi
Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində
yerləşdirmişdi.6

6O dövrdə Qafqaz cəbhəsində əsir düşən türk əskərlərinin bir hissəsi Bakı
yaxınlığındakı Nargin adasında dustaq edilmişdi. Bu əsirlərdən 16 türk zabitinin
milliyətçi Azərbaycanlı tələbələrin və Aşurbəyov kimi zəngin şəxslərin , hətta
xanımlarının da yardımları ilə qaçırılması təşkil edilmiş və lazımi qayğı göstərilmişdi.
Ümumiyyətlə, Osmanlı dövlətinin Trabluqarb , Balkan və I Cahan müharibələrinin
gedişinə Azərbaycan ictimaiyyəti çox yaxından qardaş münasibəti göstərmişdir. O
dövrdə müstəmləkə senzurasının bütün məhdudiyyətlərinə baxmayaraq Şimali
Azərbaycan mətbuatının demokratik orqanlarında - «İqbal», «Sədayi-Vətən» , “ İqbal, “
Kaspi” və digər qəzetlərdə bu müharibə ilə bağlı bir çox məqamlar geniş işıqlan-
dırılmışdı. Bununla birlikdə o dövr Azərbaycan mətbuatında ayrı-ayrı müəllif yazılarına
da yer verilmişdi. Bundan başqa Azərbaycan xalqı Anadoludakı qardaşlarına yardım
məqsədilə kampanyalar düzənləmişdilər. “Baku Müslüman Cemiyet-i Hayriyesi” isə
ruslar tərəfindən işğal olunan Şərqi Anadolu ərazilərində müxtəlif şöbələr açaraq ehtiyac
içində olan müsəlman türk ailələrin qayğısıma qalmış, yetim qalan uşaqları Azərbaycana
gətirərək himayə altına almışdı.
Bəzi könüllülərimiz isə , Anadoluya keçərək həm Balkan , həm də I Cihan mühari-
bələrində Osmanlı türkləri ilə bərabər düşmənlə mübarizə aparmışdılar. .
475
Sarıqamış uğursuzluğundan sonra rus orduları irəliləyərək
erməni qiyamçılarının da yardımları ilə Türkiyənin şərq hissəsini
(Ərzurum, Bitlis, Muş, Van, Ərzinca, Trabzon , Rize) işğal
etmişdilər.
Rusiya, İskenderun körfəzindən keçərək Aralıq dənizinə
çatmağı planlaşdırırdı. Bu şəkildə də Şərqi Anadolu ilə birlikdə
Kilikiya da daxil olmaqla Rusiyanın himayəsində, "Böyük
Ermənistan" yaratmağı düşünürdü.

İraq cəbhəsi
Müharibə başlayandan sonra ingilislər Bəsrə körfəzinə
ordu çıxartmışdılar. İngilislərin Bəsrə körfəzindəki hücumlarının
hədəfi hər şeydən əvvəl Hindistanla dəniz əlaqəsini qurmaq, eyni
zamanda bölgədə alman təhlükəsini aradan qaldırmaq idi. Bu
baxımdan İngiltərə Misirlə Hindistan arasında yerləşən həm də
petrol baxımdan zəngin olan Mosul-Kərkük və Bəsrə bölgəsini ələ
keçirmək istəyirdi. İngiltərə bu hədəflərinə çatmaq üçün 1914-cü
ilin oktyabrında Hindistandan gətirdiyi birliklərlə İraqın içərilərinə
doğru irəliləməyə başlamışdı. Bağdad yaxınlarına qədər gələn
ingilis qüvvələrini 22-24 oktyabr 1915-ci ildə Ktesifon döyüşündə
türklər durdura bilmişdilər. Bu cəbhədə türk ordusunun tarixə
düşən ən böyük uğuru isə,Qut-ül Amarə zəfəri olmuşdur. Türk
ordusu hücuma keçərək Bağdaddan 160 km aralı Qut qəsəbəsində
31 minlik ingilis-hind qarnizonunu mühasirəyə almışdır. 7 dekabr
1915 - 29 aprel 1916tarixləri arasında hər iki tərəf arasında gedən
mübarizə nəticəsində ingilislər ölü və yaralı olaraq təqribən 23
min, türklər isə 10 minə yaxın itki vermişdir. 29 aprel1916-ci ildə,
ingilisgeneralı Tounshend Qutda olan aclığında təsiriylə digər 5
general, 481 zabit və 13.300 əsgər ilə birlikdə Osmanlı qüvvələrinə
təslim olmuşdu. Türk komandanı Xəlil Paşa Qut-ül Amarə
qələbəsindən sonra VI Orduya yayımladığı məktubda bunları
demişdi:
“Aslanlar! Bütün Osmanlılara şərəf və şan, ingilislərə
qara meydan olan bu qızğın torpağın günəşli səmasında
şəhidlərimizin ruhları sevinclə gülərək uçarkən, mən də hamınızın
476
pak alınlarından öpərək, təbrik edirəm. Ordum həm Qut
qarşısında, həm də Qutu qutarmağa gələn ordular qarşısında 350
zabit, 10 min əsgər şəhid vermişdir. Lakin buna qarşılıq bu gün
Qutda 13 general, 481 zabit və 13 min 300 əsgər təslim alıram. Bu
təslim aldığımız ordunu qurtarmağa gələn ingilis qüvələri də 30
min nəfər ziyan edərək geri dönmüşlərdir. Bu iki fərqə baxınca,
cahanı heyrətlərə salacaq qədər böyük bir fərq görülür. Tarix bu
hadisəni yazmaq üçün kəlmə tapmaqda çətinlik çəkəcəkdir. Budur,
Osmanlı səbatının ingilis inadını qırdığı birinci zəfəri
Çanaqqalada, ikinci zəfəri burada görürük “
İngilis tarixçisi Ceyms Morris, Qut itkisini "Britaniya
(İngiltərə) hərbi tarixindəki ən alçaldıcı şərtlərlə təslimi" olaraq
ifadə etmişdir. Bu məğlubiyyət ingilis mətbuatında və ictima-
miyyətində çox böyük bir hay-küy salmışdı. Bu səbəbdən general
Lake və general Qorrinq vəzifələrindən azad edilmiş və yerlərinə
general Frederik Maud təyin edilmişdi. Bu döyüşün hərbi tarix
baxımından əhəmiyyəti odur ki, burada ingilis təyyarələri
tərəfindən bilinən ilk hava yoluyla ordu təminatı həyata keçiril-
mişdir. Lakin bu kifayət etməmiş və nəticəni dəyişməmişdir.
Cümhuriyyətin ilk illərində Qut-ül Amarə qələbəsi sadəcə
Türk ordusu içərisində bayram olaraq qeyd olunurdu. 1952-ci ildə,
Türkiyənin Adnan Menderes iqtidarı dövründə NATO-ya üzv
olmasının ardından bayramın qeyd edilməsi ləğv edilmişdi.
Günümüz Türkiyəsində isə Qut-ül Amarə zəfəri dövlət rəsmiləri
tərəfindən türk tarixinin şərəfli səhifəsi olaraq qeyd edilmək-
dədir.Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Erdoğanın 19 aprel
2020 tarixli mesajından:
"Milletimizin tüm zor şartlara ve kısıtlı imkanlara rağmen
destansı bir mücadeleyle şanlı tarihimize altın harflerle kazıdığı
Kut'ül Amare Zaferi'nin 104. yıl dönümü kutlu olsun. Tüm
şehitlerimizi rahmetle, hürmetle ve minnetle yad ediyorum."
Təəssüflər olsun ki, bu zəfər düşməni durdurmağa
yetməmişdi. Qut-ül Amarə məğlubiyyətindən sonra ingilislər
bölgəyə əlavə qüvvətlər cəlb etmiş və 11 mart 1917-ci ildə Bağdad

477
şəhəri daxil olmaqla İraq çoğrafiyasının böyük bir hissəsini ələ
keçirmişdi.

Kanal cəbhəsi
İngilislər savaşın başlaması ilə Misirdəki vəziyyətini
gücləndirmək,buranı tamamilə özünə bağlamaq,eyni vaxda
bölgədəki mənfəətlərini qorumaq və inkişaf etdirmək üzərə
hərəkətə keçmişdi. Osmanlı ingilislərin Misirdə yerləşməsini
əvvəldən istəməmiş və buranı ala bilmək haqda düşünürdü. Buna
görə də Almaniyanın istəyilə müharibə başlayandan sonra
ingilisləri can damarından vurmaq,buraları geri almaq üçün
Süveyş kanalını və Misiri ələ keçirməyə qərar vermişdi. Bu
mühüm vəzifə üçün Bahriyə Naziri Camal Paşa 13 noyabr 1914-
cü ildə Suriya və Fələstindəki 4-cü ordu komandanlığına gətiril-
mişdi. Camal Paşa hazırlıqlarını gördükdən sonra 14 yanvar 1915-
ci ildə Süveyş kanalı hərəkatına başlamışdı.
Türk ordusu böyük çətinliklə kanala qədər gələ bil-
mişdi.Ancaq fevral 1915-ci ildə kanalı keçmək üçün elədiyi iki
cəhd uğursuz olmuşdu. Bundan sonra bu cəbhədəki savaş əhəmiy-
yətini itirməyə başlamışdı.

Cənub cəbhəsi (Fələstin-Suriya-Yəmən-Hicaz bölgələ-


riində gedən müharibələr)
Müharibənin lap başlanğıcından İngiltərə öz xəfiyyələri
vasitəsilə ərəblər arasında fəaliyyətini genişləndirmişdi. Bu
xəfiyyələrin başında məşhur kəşfiyyatçı polkovnik Tomas Edvard
Lourens dayanırdı.Lourens 1910-cu ildə Türkiyəyə gələrək Dəclə
çayının ətrafında arxeoloji qazıntılar adı altında bölgədə neft
axtarışı və siyasi,etnolojik məlumatlar toplamışdı. Daha sonra
Suriya, Fələstin və Misiri gəzərək ərəb dilini və İslam adətlərini
öyrənmişdi. Birinci dünya müharibəsində isə ərəblərin Osmanlıya
qarşı üsyanlarını təşviq etməyə başlamışdı.
II Məşrutiyyətin elan edilməsindən sonra Hicaza şərif təyin
olunan Hüseyn ibn Əli əl-Haşimi I Dünya müharibəsinin
əvvəllərində Osmanlı hakimiyyətinə və Osmanlı sultanına bağlı
478
olaraq görünsə də, sonradan hakimiyyətini möhkəmləndirmək,
bütün ərəbləri hakimiyyəti altına salmaq üçün Osmanlılara qarşı
Böyük Britaniya ilə əməkdaşlığa başlamışdı. Bir məsələni də qeyd
etmək lazımdır ki, Birinci dünya müharibəsinin ilk illərində
ingilislər Ərəbistanın digər əmirliklərindən daha çox Məkkə
şərifinədiqqət ayırırmışdılar. Çünki şəriflər peyğəmbər nəslindən
olduqları üçün onların müsəlman ərəblər arasında böyük nüfuzları
vardı. Böyük Britaniya Osmanlılara qarşı döyüşlərdə Hicaz
ordusundan istifadə etmək məqsədilə Hüseyn ibn Əli əl-Haşimiyə
Osmanlılara qarşı döyüşəcəyi təqdirdə silahlı yardım edəcəyi,
xəlifələrin Məhəmmədin soyundan olmasını təmin edəcəyini
bildirmişdi.
10 iyun 1916-cı ildə türklərə qarşı ərəbləri cihada çağıran
Şərif Hüseyn müstəqilliyini elan etmişdi. Məkkədə olan türk
qarnizonunu təslim alaraq, ardınca Hicazın digər iri şəhərlərini ələ
keçirmişdi. Bu arada ingilislər də Ciddə şəhərini işğal etmişdilər.
Bir tək müqəddəs Mədinə şəhəri və Yəmən bölgəsi Ömər
Fəxrəddin Paşanın böyük fədafarlıqları hesabına Mudros
barışığına qədər (30 oktyabr 1918) mühafizə edilmiş yalnız, 13
yanvar 1919-cu ildə Sultanın əmri ilə şəhəri Hicazlılara təhvil
vermişdi.Yuxarıda da qeyd etdiyimiz kimi türklərə qarşı qaldırılan
ərəb üsyanın əsas təşkilatçılarından biri ingilis kəşfiyyatçı-
polkovniki Lourens olmuşdur. Məkkə Şərifi Hüseynin xüsusi
etibarını qazanan Lourens digər tərəfdən Vəhhabi Əbdüləziz İbn
Suud ilə yaxın əlaqələr quraraq İngiltərədən onun üçün çoxlu silah
və qızıl təmin etmişdi. Türk ordusunun Hicaza gedən yolunu
kəsmək üçün ərəblərlə birlikdə Şam-Hicaz dəmir yolu xəttini
dəfələrlə dağıtmışdı. Lourens ərəblər içindəki fəaliyyəti ilə
Osmanlının Fələstin və Suriyadakı məğlubiyyətlərində böyük rol
oynamışdı. 1918-ci ildə müharibə başa çatdıqdan sonra İngiltərə
Krallığı Lourensin Şərif Hüseynə verdiyi bəzi sözləri yerinə
yetirmişdi. Şərif Hüseynin oğlu Feysəl İraq krallığına, digər oğlu
Abdullah İordaniya Əmirliyinə gətirilmişdi. Lakin Şərif Hüseyn
Lourensin ona söz verdiyi Ərəb Xilafətini istəyirdi. İstəyinin
yerinə yetirilmədiyini gördükdə İngiltərəyə qarşı üsyan etmişdi.
479
İngiltərə də üsyankar Şərifi cəzalandıraraq Kiprə sürgünə
göndərmişdi. Lourens sonralar açıq şəkildə Hüseynlə Britaniya
arasındakı razılığa dair belə demişdi: “Hər şey əvvəldən məlum idi
ki, biz müharibəni udsaq, vədlərimiz boş kağızdan başqa bir şey
olmayacaq. Mən yalan danışarkən inanırdım ki, ərəblərin köməyi
bizə Şərqdə çevik qələbə qazanmaq üçün çox vacibdir və qələbə
qazansaq, vədimizi pozarıq, bu isə məğlub olmaqdan daha
yaxşıdır”.
I Dünya müharibəsinin gedişində ABŞ siyasətində böyük
təsirə sahib sionistlərin dəstəyini qazanmaq üçün ingilislər Fələstin
məsələsini gündəmə gətirmişdilər. 2 noyabr 1917-ci il tarixində
Böyük Britaniya Xarici İşlər Naziri Lord Barfour, Beynəlxalq
Sionizm hərəkatının liderlərindən Lord Rotşildə İngiltərə
hökumətinin Fələstində,yəhudi əhalisinin az məskunlaşdığı
Osmanlı bölgəsində "Yəhudi xalqı üçün milli ev"in qurulmasına
dəstəyini elan edən bəyanatınını göndərmiş, bu bəyanat 9 noyabr
1917-ci il tarixində rəsmən ictimaiyyətə də açıqlanmışdı.Tarixə
Balfour Bəyannaməsi olaraq keçən bu bəyannamədə deyilirdi:
“Əlahəzrət hökuməti Fələstində yəhudi xalqı üçün milli bir
evin qurulmasına tərəfdardır və bu məqsədə nail olmaq üçün
əllərindən gələni edir,Fələstində mövcud olan yəhudi olmayan
icmaların vətəndaş və dini hüquqlarına və ya başqa bir ölkədə
yəhudilərin istifadə etdikləri hüquqlara və siyasi vəziyyətlərə xələl
gətirə biləcək heç bir iş görülməyəcəyi aydın şəkildə başa
düşülür.”
Bəyannamənin açılış sözləri böyük bir siyasi güc tərəfindən
sionizmə dəstəyin ilk ictimai ifadəsini təmsil etmişdi. "Milli ev"
termini beynəlxalq hüquqa uyğun deyildi və bir yəhudi dövlətinin
düşünülüb-düşünülmədiyi məsələsi qeyri-müəyyən idi. Fələstinin
nəzərdə tutulan sərhədləri göstərilməmiş və Britaniya hökuməti
daha sonra "Fələstində" sözlərinin yəhudi milli evinin bütün
Fələstini əhatə etməsi üçün nəzərdə tutulmadığını təsdiqləmışdi.
Bəyannamənin ikinci yarısı, Fələstinin yerli əhalisinin mövqeyinə
xələl gətirəcəyini və "Yəhudiləri öz doğma yurdlarında qərib kimi
damğalamaqla" dünyada antisemitizmi təşviq edəcəyini iddia edən
480
siyasətə qarşı çıxanları məmnun etmək üçün əlavə edilmişdi.
Antisemitizm- millətçilik, irqçilik ideologiyasının bir növü olub,
digər millətçilik formalarından fərqi onun yalnız bir xalqa - yəhudi
millətinə və ya mədəniyyətinə, iudaizm dininə qarşı nifrət
bəsləməsi və onları təqib etməsidir.BalfourBəyannaməsində yerli
əhalinin böyük əksəriyyətini təşkil edən Fələstin ərəbləri üçün
vətəndaş və dini hüquqların, həmçinin Fələstindən kənar a digər
ölkələrdəki yəhudi icmalarının hüquqları və siyasi vəziyyətlərinin
qorunmasına çağırış edilmişdi.
Türkiyəli tarixçı Əbubəkr Sofuoğlu Fələstinin itirilməsi ilə
əlaqadar pərdə arxası çox maraqlı məsələlərə toxunaraq demişdi:
“ I Dünya müharibəsində Ənvər Paşanın böyük səhv edərək,
Yaxın Şərq cəbhəsi komandiri Camal paşanın bütün eti- razlara
baxmayaraq Qüds Cəbhəsi Komandanlığına fransızlarla
apardığı Verden döyüşünü uduzmuş və bu səbəbdən almanlar
tərəfindən cəzalandırılmış Falkenhaynı təyin etdi. Falkenhayn da
ingilislərlə apardığı müharibəni qəsdən uduzaraq (Alman
imperatorunun gizli təlimatı ilə) 1714 il sonra yəhudilərin buraya
gəlməsinə imkan yaradır. Qüdsün I Dünya müharibəsində
müttəfiqimiz almanların əli ilə ingilislərə verilməsi ilə bağlı
Vyanada keçirilən təntənəli şənliklər Mehmet Akif Ərsoyun
heyrətinə səbəb olur.”
24 iyun1917-ci ildə Hələbdə (Suriya) Ənvər Paşanın və
alman komandirlərinin qatılması ilə (Mustafa Kamal Atatürk də
daxil) olan toplantıda general Falkenheynin rəhbərliyində "İldırım
Ordular qrupu"nun yaradılması qərara alınmışdı. İldırım Ordular
qrupunun quruluş məqsədi ilk əvvəllər Bağdadın geri alınması idi.
Ancaq qısa müddətdə bu hədəfin real olmadığı bilindikdən sonra
Fələstin-Suriya cəbhəsi əsas götürülərək təşkilatçılıq edilmişdir.
İldırım Ordular Qrupu, 1918 sentyabr ayında Megiddo döyüşündə
ingilis qüvvələri tərəfindən demək olar ki, darmadağın edildikdən
sonra, 30 oktyabr1918-ci ildə Antanta dövlətləri ilə Mudros
barışığı imzalanmışdı. Bu saziş əsasında Osmanlı dövlətində olan
almanların ölkəni tərk etmələri tələb olunurdu. Sədrəzəm Əhməd
İzzət Paşa 30 oktyabr 1918-ci ildə Otto Liman fon Sandersə
481
teleqram göndərərək, İldırım Ordular Komandanlığını Mustafa
Kamal Paşaya təhvil verməsini istəmişdi. 31 oktyabrda
komandanlığı Mustafa Kamal Paşaya təhvil verən fon Sanders,
əmrində olan əsgərlərə vəda məktubu yazaraq, vəzifəsindən
ayrılmışdı. Mustafa Kamal Paşa 31 oktyabr günü Adanada təhvil
aldığı İldırım Ordular qrupu komandanlığını 7 noyabr 1918-ci ilə
qədər davam etdirmişdi.

İran cəbhəsi
Qafqaz cəbhəsində türk və rus orduları arasında gərgin
döyüşlərin getdiyi bir vaxtda Ənvər Paşa əmisi Xəlil bəyin
komandanlığı altında Cənubi Azərbaycana 13 min nəfərdən ibarət
bir ordu göndərmişdi. «Birinci kuvve-i seferiye» adlanan bu ordu
Təbrizi tutduqdan sonra Şimali Azərbaycana keçərək Bakını
tutmalı, sonra Dağıstana doğru irəliləyib müsəlman əhalisini
Rusiyaya qarşı ayağa qaldırmalı, rus ordusuna arxadan zərbə
vuraraq onları Xəzər dənizinin qərb sahillərindən geri oturtmalı
idi. Ənvər Paşa Xəlil bəyə göndərdiyi teleqramda bu ordunun
vəzifəsini detallarına qədər açıqlamışdı: «Vəzifəniz fırkanızla
İranda Təbriz üzərindən Dağıstana yürüyərək orada ümumi bir
üsyana əsas olmaq, yürüş əsnasında rus dəmir yol və teleqraf
xətlərini, xüsusilə Bakı-Tiflis xəttini dağıdıb, rusları Xəzər
dənizinin qərbindən geri oturtmaq; yoldakı aşairi ruslar əleyhinə
müharibəyə təşfiq və sövq etməkdir.”
Xəlil bəyin komandanlığı altında türk ekspedisiya korpusu
1915-ci ilin yanvarında Təbrizi ələ keçirərək, Bakı istiqamətinə
doğru hərəkət etməyi planlaşdırmışdı.Lakin ruslar çevik
davranmış Təbriz şəhərinə hücum edərək türk ordusunu şəhərdən
çəkilmək məcburiyyətində buraxmışdı. Buna baxmayaraq strateji
cəhətdən xüsusi əhəmiyyət kəsb edən Cənubi Azərbaycanın
tutulmasına böyük əhəmiyyət verən Ənvər Paşa tərəfindən Xəlil
bəyə «Mosuldan Təbrizə hərəkət etməsi və rusların yenidən
Təbrizdən çıxarılması» əmri verilmişdi. Xəlil bəy 1915-ci il martın
əvvəllərində Mosula girmiş və oradan Rəvandüz-Urmiya
istiqamətində hərəkət etməyə başlamışdı. Lakin mayın 1-də
482
Dilman döyüşündə Xəlil bəyin korpusu ruslar tərəfindən məğlub
edilmişdi. 1915-ci ilin oktyabr-dekabr aylarında isə ruslar
tərəfindən Həmədan hücum əməliyyatı keçirilmişdi. Əməliyyatın
keçirilməsinə səbəb İranda və Əfqanıstanda fəallaşan alman-
osmanlı cəsus şəbəkəsinin fəaliyyəti, məqsəd isə onun neytral-
laşdırılması idi. Rusların iddiasına görə alman-osmanlı cəsusla-
rının fəaliyyəti nəticəsində İran vətəndaş müharibəsi həddində idi.
Eyni zamanda Əfqanıstanın da Rusiya və İngiltərəyə qarşı çıxmaq
ehtimalı artırdı. İran və Əfqanıstan sərhədində yer alan Sistanda
cəmləşən ingilis birlikləri ilə ortaqlaşa keçirilən bu əməliyyat
nəticəsində alman-türk diversant dəstələri məğlub edilmiş başda
Həmədan şəhəri olmaqla Qum, Birucərd, Dövlətabad kimi
mərkəzlər rusların nəzarəti altına keçmişdi. Türk və alman
qoşunlarının bu uğursuzluğu Osmanlı dövlətinin Azərbaycanla
bağlı planlarının bu dövrdə reallaşmasına imkan verməmişdi.

Qalitsiya cəbhəsi
1914-cü ilin avqust-sentyabr aylarında ruslar hücuma
keçərək Avstriya-Macarıstan imperiyasının nüfuzu altında olan
Qalitsiyanı (Ukrayna) ələ keçirmişdilər. Bunun üzərinə Alma-
niyanın çağırışı üzərinə müttəfiq dövlət kimi Osmanlı da 33 min
nəfərlik 15 Kolordu birliklərini Avstriya-Macarıstanın yardımına
göndərmişdi.1917-ci ildə Rusiyada meydana gələn siyasi hadisələr
(fevral-oktyabr inqilabları) cəbhəyə də sirayət etmiş, vuruşan
tərəflər arasında sanki rəsmi olaraq elan edilməmiş bir atəşkəs
dövrünə girilmişdi. Bu cəbhədəki nisbi sakitlik üzərinə Osmanlı
birliklərinin Fələstin cəbhəsinə sövq edilməsi qərarlaşdırılmışdı.
Vida ziyarətində Avstriya -Macarıstan imperatoru I Karl, türk
əsgərlərini tərifləyən bir çıxış edərək, başda kolordu komandanı
Cavad Paşa olmaqla bəzi Osmanlı zabitlərinə üstün xidmət
medallarını təqdim etmişdi.

Çanaqqala cəbhəsi
Avropa cəbhələrindəki hadisələr, İngiltərə və Fransanı
müttəfiqləri Rusiyanı dəstəkləmək məcburiyyətinə gətirmişdir.
483
Onsuz da Rusiya, Almaniya üzərində kifayət qədər güclü bir təzyiq
edə bilmirdi. Məhdud sənaye tutumu səbəbindən ingilis və fransız
dəstəyinə ehtiyac duyulurdu. Fransa və İngiltərənin bu dəstəyi
təmin etməsi üçün ola biləcək dörd yol var idi. Şimal nəqliyyat
xəttlərindən ikisi keçilməz idi. Şimal Dənizi, ilin çox böyük
hissəsində donmuş olduğundan dəniz nəqliyyatına imkan vermirdi.
Baltik dənizi isə alman donanmasının nəzarətində idi. Orta
nəqliyyat yolu olan Avropa quru yolu da almanların nəzarəti
altında idi. Dördüncü yol isə Osmanlı Dövlətinin nəzarətində olan
Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolu idi.
Avropalılar zəif hesab etdikləri Osmanlı Dövlətini boğazlardan bir
hücumla qovacaqlarını düşünürdülər. Bu zaman Rusiyanın
dəstəklənilməsi mümkün olacaqdı, həm də Osmanlı Dövlətinin
məğlubiyyəti ilə Almaniya bir müttəfiqini itirmiş olacaqdı. Qələbə
çalacaqları təqdirdə Rusiya ilə Qaradəniz üzərindən dəniz
nəqliyyatının açılması xüsusilə əhəmiyyətli idi. Boğazların ələ
keçirilməsi ingilis və fransız firmaları üçün böyük qazanclar
gətirəcəkdi.
19 fevralda 1915-ci ildə, güclü Fransız qüvvələri ilə ingilis
Elizabet döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq ilk
Çanaqqala hücumunu başlamış oldular.Admiral da Robeckun
tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng
donanma Çanaqqalanı keçməyə çalışırdı. Ancaq Nüsrət Mina
Gəmisi adlı Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə
yerləşdirdiyi dəniz minaları tərəfindən böyük ziyan aldılar. Bəzi
balıqçılar, ingilislər tərəfindən mina toplama işinə cəlb edilsələr
də, Osmanlı ordusunun açdığı top atəşindən qorxaraq qaçmışdılar.
Yerində qalmış bu minalar ingilis və fransızların üç döyüş gəmisini
batırmışdı. Daha bir-neçə ingilis və fransız döyüş gəmilərinə
böyük ziyan dəymişdi.
Müttəfiqlər əsl hücumunu 15 mart 1915-ci ildə etdilər.
Ancaq Çanaqqala Boğazından asanlıqla keçəcəyini fikirləşən
ingilis və fransızlar böyük məğlubiyyətə uğrayaraq geri çəkildilər
və dəniz yolundan boğazı keçə bilməyəcəklərini anladılar.İngilis
donanmasının məğlub olması Osmanlı əsgərlərinə inanılmaz
484
mənəvi qüvvət vermişdir. Türk əsgəri 18 mart 1915-ci ildə adını
tarixə bir daha zəfərlə yazdırdı. Dəniz döyüşünün qazanıldığı o gün
"Çanaqqala keçilməz" kəlamı Gelibolu yarımadasından bütün
dünyanın yaddaşına qazındı.
Çanaqqalanı dəniz yoluyla keçə bilməyəcəklərini anlayan
İttifaq dövlətləri quru əməliyyatlarına başlayaraq sahili toplardan
təmizləmək istədilər. İttifaq Dövlətləri Gelibolu yarımadasına
çıxaraq Osmanlı Dövlətini qurudan məğlub etməyi planlaşdır-
mışdılar. Hücum iki cəbhədən, Seddülbahir Cəbhəsindən və
Arıburnu Cəbhəsindən edilmişdir.
Beləliklə, Çanaqqala cəbhəsinin quru döyüşləri başladı
.Ancaq Müttəfiqlər burada Türk əsgərlərindən şiddətli qarşılıq
gördülər.Avqust ayında Geliboluya daha böyük əsgər çıxar-
dılar.Ancaq Mustafa Kamalın əmrindəki Türk əsgərlərinin Ana-
fartalar və Conkbayırı döyüşündəki uğuru üstünə burdan da
irəliləyərək istədiklərini əldə edə bilməyəcəyini anladılar.
Beləliklə, ingilis və fransızlar 19 dekabr 1915-ci ildən etibarən
Çanaqqala cəbhəsindəki əsgərlərini geri çəkməyə başladılar və 8-
9 yanvar 1916-cı ildə də buranı tamamilə boşaltdılar. Beləliklə
Türk mehmetciyi 8 aydan çox davam edən bir dirəniş göstərərək,
bir qəhrəmanlıq dastanı yazaraq yarım milyonluq düşmən
ordusuna “Çanaqqala keçilməz” dedirtdilər. Yaxın tarixin çox
vacib və özünəməxsus olan Çanaqqala döyüşlərindədə Türk
ordusu ilə müttəfiq dövlətlər təqribən 465000-500000 nəfər itki
vermişdilər.Ancaq Türk ordusunun verdiyi böyük itkilər əvəzinə
Çanaqqalada qazandıgı böyük zəfər çökməkdə olan bir
imperiyanın içində güclü Türk millətinin varlığını ortaya qoyması
cəhətdən ayrı bir dəyər qazanmışdı. Bir millətin gücünü ortaya
çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüşlər, Türk
Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurul-
duqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə
məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma
Günü olaraq elan edilmişdir.

485
Dövlət-i Aliyyəni parçalayan gizli müqavilələr
Müharıbənin lap qızğın çağında Antanta düşərgəsi
daxilində Osmanlı mülklərinin bölüşdürülməsi uğrunda qarşılıqlı
diplomatik mübarizələr də davam edirdi. Rusların təkidlə İstanbul
və Bosfor boğazının onun nəzarəti altına verilməsi istəkləri
nəticəsində onu müttəfiq kimi itirmək istəməyən İngiltərə və
Fransa bununla razılaşmışdı.1915-ci ilin martın 12-də İngiltərə
rəsmi nota ilə öhdəlik götürdüyünü bildirdi ki, İstanbul, Bosfor
boğazı və Mərmərə dənizinin qərb sahilləri, Gelibolu yarımadası,
İzmit körfəzinə qədər Cənubi Trakya Rusiyaya veriləcəkdir.
Bunların ancaq müharibə qurtardıqdan sonra veriləcəyi də
bildirilirdi. Bunun əvəzində İranın neytral zonası İngiltərənin
nüfuz dаirəsinə dахil еdilməli idi. Bu isə həmin ərazinin neft
sərvətlərinin İngiltərənin əlinə keçməsi demək idi. Çar Rusiyası
İngiltərənin təklifləri ilə razılaşdığını bildirmişdi. Fransa istəksiz
olsa da, 10 aprel 1915-ci il tarixində bu sövdələşməni qəbul
etmişdi. Görüldüyü kimi, əgər bu sövdələşmə həyata keçsə idi,
Qaradəniz Rusiyanın daxili dənizi halına gələcək idi.
I Dünya Müharibəsi başladığında tərəfsiz qalan İtaliyanı öz
yanlarına çəkə bilmək üçün Antanta dövlətləri ona Osmanlı
torpaqlarından pay veriləcəyini vəd etmişdilər. 26 aprel 1915-ci il
tarixində tərəflər arasında Londonda imzalanan protokola görə,
Antalya və ətrafının İtaliyaya verilməsi, bundan başqaon iki ada
üzərindəki hakimiyyəti də qəbul edilmişdi.
Sykes-Picot” (Saykes Pikot) müqaviləsi ( 16 may 1916)-
başqa adı ilə "Kiçik Asiya andlaşması" adlanan bu müqavilə
Britaniya diplomatı Mark Saykes və fransız Corc-Pikot tərəfindən
tərtib olunmuşdu. Müqavilənin məğzi Yaxın Şərqdə Osmanlı
ərazilərinin Britaniya və Fransa tərəfindən bölüşdürülməsi idi.
Ancaq bu anlaşmanın ən pis tərəfi o idi ki, bölgü ingilis və fransız
diplomatları tərəfindən xəritə üzərindən aparılırdı, bölgüdə yerli
xalqların təmsilçiləri iştirak etmirdi, onların rəyi alınmamışdı.
Bölgü sırf müharibə şəraitində işğal olunan və ya olunacaq
ərazilərin iki qalib imperiya tərəfindən bölüşdürülməsi idi. Bu
anlaşmaya görə, İngiltərə Bağdadla birlikdə Mesopotamiyanı,
486
lakin Mosul daxil olmadan alırdı. Bundan əlavə Ərəbistanın böyük
hissəsi də İngiltərənin nüfuz dairəsi kimi tanınırdı. Fələstin
beynəlxalq nəzarətə verilirdi, ancaq Hayfa və Akka limanları
İngiltərəyə çatırdı. Fransa Suriyanın sahil ərazilərini, Adana,
Antakya və Şərqi Anadolunun bir qisminə sahiblənirdi. Suriyanın
digər bölgələri, Mosul və İordaniyanı da əhatə edən ərazilərdə
fransız və ingilis qəyyumluğunda Böyük Ərəb Krallığı
qurulacaqdı. İskenderun sərbəst liman olacaqdı.
Fransa və İngiltərə arasındakı bu saziş rusları tam qane
etməmişdi. Ona görə də ruslar Şərqi Anadoluda bəzi ərazilərin ona
verilməsini tələb etmişdilər. 1916 tarixli Petroqrad protokoluna
görəTrabzon, Erzurum, Van ve Bitlis ile Cənubi-şərqi Anadolunun
bir hissəsi ruslara buraxılmışdı. Bu razılaşmada İtaliyanın payı
müəyyən olunmamışdı, ona görə də Roma bu müqaviləyə etiraz
etmiş və bəzi istəklərini dilə gətirmişdir.
Tərəflər arasında diplomatik müzakirələrdən sonra,
nəhayət 19 aprel 1917-də Saint-Jean de Maurienne (Fransada -
Savoie) bir anlaşma imzalanmışdı. Buna görə; İtalya, üç müttəfiqi
arasında imzalanmış olan Sykes-Picot anlaşmasını qəbul edirdi.
Buna qarşılıq olaraq da Antalya, Konya, Aydın ve İzmiri alırdı.
İngiltərə və Fransa İzmirdə sərbəst liman qura biləcəkdi. İtalyanın
da Mersin, İskenderun, Hayfa və Akkada sərbəst limanları
olacaqdı.
Bu anlaşma Rusiyanın da razılığı olduqdan sonra qüvvəyə
minəcəkdi. Lakin Rusiyada daxili qarşıqlıqların baş verməsi,
1917-ci il fevral burjua və ardınca da 25 oktyabr bolşevik
inqilablarının gerçəkləməsini bahanə göstərən ingilis və fransızlar
bu müqaviləni icra etməkdən boyun qaçırmışdılar. Bu da İtaliya ilə
aralarının soyumasına gətirib çıxartmışdı. Bolşevik inqilabından
sonra Rusiya müharibədən çəkildiyini bəyan edərək, bütün gizli
müqavilələri dünya ictimaiyyətinə açıqlamışdı.

Erməni təhciri
XIX əsrdən etibarən Osmanlı imperiyasının tarixi ilə bağlı
məsələlərdə “erməni məsələsi” amili özünü qabarıq şəkildə
487
göstərməkdədir.“Erməni məsələsi” praktiki olaraq XIX əsrin 70-ci
illərində, daha dəqiq desək, 1877-1878-ci illər rus-türk müharibə-
sinin ilkin və yekun sənədində (San-Stefano müqaviləsinin 16,
Berlin Konqresinin 61-ci maddələri ilə) özünə beynəlxalq status
qazansa da, əslində öz başlanğıcını XIX əsrin 30-cu illərindən
götürür. Məhz həmin illərdə Osmanlı imperiyasının ayrı-ayrı
əyalətlərinə Avropanın böyük dövlətləri tərəfindən göndərilən
missioner qrup və təşkilatların imperiyanın dostluq və mehribanlıq
şəraitində yaşayan azsaylı xalqları, o cümlədən erməni topluluğu
arasında dini ayrı-seçkiliklər, şovinist əhval-ruhiyyənin
qızışdırılması, milliyyətçilik toxumlarının səpilməsi istiqamətində
apardıqları meyllər özünü qabarıq şəkildə göstərməyə başlayır. Bu
işdə birincilik Böyük Britaniya, Fransa, ABŞ və Çar Rusiyasına
məxsusdur. Başqa sözlə, əlverişli geosiyasi məkana malik Osmanlı
imperiyasının əzəmətini zəiflətmək uğrunda Avropanın böyük
dövlətləri fəal mübarizə mövqeyinə keçmiş, Türkiyə tarixşünas-
lığında “Şərq məsələsi”nin tərkib hissəsi kimi nəzərdən keçirilən
“erməni məsələsi”ni ortalığa atmışdılar.
Böyük güclər “erməni kartı”ndan itifadə edərək, erməniləri
Osmanlı dövlətinə qarşı qiyam və terrora başlamağa təşviq
etmişdilər. Erməni məsələsini silahlı vasitələrlə həll etməyə
çağıran komitə, təşkilat və cəmiyyətlər şəbəkəsi Avropanı, Kiçik
Asiyanı, Qafqazı və Rusiyanın iri şəhərlərini bürümüşdü. "Hınçaq"
və "Daşnaksütyun" partiyaları terrorçu fəaliyyətə
başlamışdılar.Xarici qüvvələrin də təhriki ilə Anadoluda ilk erməni
üsyanı Ərzurumda baş tutmuşdu (1890). Bunu Qumqapı (İstanbul
1890), 1892-93-cü ildə Kayseri, Yozqat, Çorum və Merzifon
hadisələri, 1894-cü ildə Sasun üsyanı (Bitlis) təqib etmişdi.
Daşnakların dənizdən-dənizə erməni dövləti yaratmaq arzusu I Dünya
Müharibəsi ərəfəsində daha geniş miqyas almışdı. Çar Rusiyası da
gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində
erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə
yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi.
Birinci Dünya Müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi
və ermənilərə Osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni
488
daha da ciddiləşdirmişdi. Türk torpaqlarının işğalına və əhalisinin
məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni
kilsəsindən də xeyir-dua almışdılar.
Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin
türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratmışdı. Rus
ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir
günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz
dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında
Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə
Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş
rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.
Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, müsəlman əhalini
qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq
diri-diri yandırmış, qocaları və uşaqları torpağa basdırmış, hamilə
qadınların qarnını yırtıb körpələri çıxarıb boğaraq anaları öz
balalarının ətini yeməyə məcbur etmişdilər.
Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni
üsyanlarının və müsəlman əhaliyə qarşı törədilən qırğınların
qarşısını almaq üçün hazırlamış olduğu24 aprel 1915-ci il tarixli
müdafiə tədbirinə görə erməni komitələri və partiyalarının
fəaliyyətinə son verilmiş, İstanbulda yüzlərlə erməni terroristi həbs
edilmişdir. Bəzi tədqiqatçılara görə, həbs olunan teroristlərin sayı
2345 olmuşdur. Yəni burada heç bir ölüm və cinayət
hadisələrindən söhbət gedə bilməz. Ermənilər komitə üzvlərinin
həbs edildiyi 24 aprel tarixini soyqırımı günü elan etmişlər. Əgər
söhbət Osmanlılar tərəfindən ermənilərin təhcirindən gedirsə,
onların yerlərinin dəyişdirilməsinə qərar verilən Təhcir (Köç)
Qanunu 27 may 1915-ci ildə qəbul edilmişdir. Yəni “24 aprel”
ermənilərin iddia etdikləri kimi “soyqırımı”na səbəb olan
köçürülmə tarixi deyil, Daşnaksütyun, Hınçaq, kimi komitə
üzvlərinin həbs olunduğu tarixdir. Təhcir (köçürülmə) və buna
bağlı olaraq “erməni soyqırımı” adıyla önə sürülən hadisələrin əsl
kökü Osmanlı dövlətinin hər müstəqil dövlət kimi müharibə
əsnasındakı qanuni müdafiə hüquqlarını qorumaq istəməsindən
qaynaqlanmışdır. Qeyd etmək lazımdır ki, 1915-ci ildə qəbul
489
edilən “Təhcir Qanunu” sadəcə ermənilərə deyil, Osmanlı
dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə qarşı
tətbiq edilmişdir. Qanun mətnləri incələndiyində “erməni”
kəlməsinə rast gəlinmir.Tamamı 3 maddə olan bu qanunun bölgə
komandirlərinə köç etdirmə səlahiyyəti verən 2-ci maddəsi bu
şəkildə idi:
“ Madde 2- Ordu ve bağımsız kolordu ve tümen komu-
tanları, askeri nedenlerden dolayı veya casusluk ve hıyanetlerini
hissettikleri köy ve kasabaların halkını tek tek veya toplu olarak
memleketin diğer bölgelerine gönderebilirler ve oralara
yerleştirtebilirler”
(Ordu və müstəqil kolordu və tümən komandirləri hərbi
səbəblərdən və cəsusluq və xəyanətlərini hiss etdikləri kənd və
qəsəbələrin xalqını tək-tək və ya toplu şəkildə ölkənin digər
bölgələrinə göndərə bilər və oralara yerləşdirə bilərlər)
Osmanı Daxili İşlər Nazirliyi də müharibə vəziyyəti ilə
əlaqədar başqa bölgələrə göndərilən əhalinin (ermənilərin)
asanlıqla və nizamlı şəkildə yerləşdirilmələri,yedizdirilib-içizdiril-
mələri ilə bağlı 28 may 1915-ci il tarixli təlimatnamə yayım-
lamışdır.Bunun bəzi maddələri bu şəkildə idi:
- Köç etdirilənlər bütün heyvan və daşına bilən mallarını
özləri ilə bərabər götürə biləcəkdi;
- Köç vaxtı köçkünlərin can,mal,yedizdirilmə və istira-
hərlərinin təmini keçid yolundakı dövlət məmurlarına aiddir;
- Köç sonunda köçkünlər sağlam çalışmağa, əkinlə məsğul
olmaq üçün əlverişli kənd evlərinə yerləşdiriləcəkdir;
- Yeni yerləşmə bölgəsində köçkünlərə veriləcək əkinə
yararlı ərazi çatışmırsa, dövlət malı və kənd fermalarından
faydalana biləcəkdilər;
- Iskan bölgəsinə yerləşənə qədər möhtac vəziyyətdə olan
köçkünlərin xərclərini hökümət qarşılayacaq, onları maddi vəsaitlə
təmin edəcəkdi.
Digər tərəfdən yer dəyişdirilmə prosesisin tətbiqi məsə-
ləsində ayrıca bir qərar verilmişdir. Orijinal mətni ingilis
arxivlərində olan bu qərarın iki maddəsi bu şəkildə idi:
490
“Maddə-21 Köç edənlər həm düşərgələrdə,həm də səyahət
əsnasında hər hansı bir bir hücuma məruz qalmaları halında
təcavüzkarlar dərhal həbs olunaraq “Divan-ı Harbe” (Hərbi
Məhkəmə) göndəriləcəkdir.
Maddə-22 Köç edənlərdən hədiyyə və ya rüşvət alan,
onların ailə üzvlərinə sataşan hərbi və sivil məmurlar da ciddi
şəkildə cəzalandırılacaqdır.
Göründüyü kimi Osmanlı hökuməti müharibə vəziyyəti ilə
əlaqdar ermənilərin Şərqi Anadolu bölgəsindən cənuba köç
etdirilməsini qərarlaşdırarkən, köçkünlərin can, mal, şərəf və
sağlamlıqlarının qorunması üçün hər cür tədbiri almışdır. Ancaq
hökumətin aldığı tədbirlərə baxmayaraq yer dəyişdirmə sırasında
silahlı erməni bandaları konvoylara hücum edərək əsgərlərlə
münaqişəyə girmişdilər. Ayrıca erməni məzalimindən nəsibini
almış bəzi müsəlmanlar da intiqam məqsədilə bu konvoylara
hücumlar etmişdilər. Təbii ki bunun nəticəsində hökumətin əsla
arzulamadığı üzücü hadisələr olmuş, köçkünlər arasında tələfatlar
olmuşdur.Bu yerdəyişmə vaxtı iqlim dəyişikliyindən,yolun
çətinliyindən,keçici xəstəliklərdən də ölənlər olmuşdur. Daha
sonra erməni lobbisi
I Dünya Müharibəsində gerçəkləşən bu hadisləri
“soyqırım”7 deyə dünya ictimaiyyətinə çatdıraraq günümüzə qədər
sürən bir təbliğat maşını qurmuşdular. Ermənilərin əsilsiz
iddialarına görə, guya 1,5 milyon erməni Osmanlı tərəfindən qətlə
yetirilmişdir.Fəqət o dövrün arxiv sənədləri, müxtəlif xarici

79 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A Qətnaməsi ilə qəbul
olununan “SOYQIRIMI CİNAYƏTİNİN QARŞISININ ALINMASI VƏ
CƏZALANDIRILMASI HAQQINDA KONVENSİYA”ya görə: “Soyqırım – etnik, irqi,
dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv
edilməsidir.” Yerli Amerikalıların kütləvi şəkildə yox edilməsi, "Holokost"
hadisələri(yəhudi qətliamı), Avstraliyada aborigenlərin məhvi, fransızların Əlcəzairdə,
ingilislərin Hindistan və digər müstəmləkələrdə həyata keçirdiyi qətllər, Çarlıq Rusiyası
dövründə 1milyondan çox çərkəzin öldürülüb deportasiya edilməsi, Anadoluda və
Azərbaycanda ermənilərin vəhşətini bu kimi onlarla hadisələr tədqiq edildiyində,
soyqırım konsepsiyası açıq şəkildə özünü büruzə verməkdədir. Amma 1915-ci ildəki
uydurma erməni iddialarını “soyqırım” kimi qələmə vermək elmi baxımdan da doğru
deyil.
491
mənbələrin verdiyi məlumata görə 1914-cü ildə Osmanlıdakı
erməni nüfusunun sayı 1 300 000 civarında idi.Yuxarıda
göstərildiyi kimi yeri dəyişidirilən ermənilərin sayı isə 702 900-ə
qədər idi. Birinci Dünya Müharibəsi əsnasında ermənilərin hər
tərəfli verdikləri itki 300 000-i keçməmişdir.Bu itkinin çox böyük
bir qismi köç ettirmə tədbirinin xaricindəki hadisələr zamanı
olmuşdur.
Tarixdə uydurma eməni soyqırımı iddialarına qaynaq
sayıla biləcək iki əsərin olduğunu qeyd etmək mümkündür:
Birincisi 1913-1916 -cı illərdə Osmanlı dövlətində ABŞ-ın səfiri
olmuş Henry Morgenthaunun xatirələri, ikincisi isə ingilis
tarixçiləri James Bryce və Arnold Toynbeenin yazdıqları “Mavi
kitab” (blue book) The Treatment of Armenians in the Ottoman
Empire, 1915-1916 (London 1916).
Birinci Dünya Müharibəsində İngiltərə Xarici İşlər
Nazirliyinə bağlı Hərbi təbliğat bürosunda çalışan Toynbee, daha
sonralar xatirələrində, “Mavi kitab”da ermənilərin soyqırıma
məruz qalması ilə əlaqədar ortaya atılan iddaların əsilsiz olduğunu
etiraf etmişdir.
1915-ci il 24 mayda müttəfiq qüvvələr (Britaniya, Fransa
və Rusiya) ilk dəfə başqa hökumətə bu rejimin özünün xristian
azlıqlarını, o cümlədən erməniləri, assuriyalıları, yunanları və b.
təqib etməsinə münasibətdə aşkar surətdə "insanlıq əleyhinə
cinayət" ifadəsini ehtiva edən birgə bəyannamə vermişdilər.
Birgə bəyannamədə deyilirdi: "Türkiyənin bəşəriyyət və
sivilizasiya əleyhinə bu yeni cinayətlərini görərək, Müttəfiq
Hökumətlər ictimaiyyətə açıq olaraq keçid hökumətinə (Gənc
türklərə) elan edir ki, onlar bu kütləvi qırğınlarla əlaqəli olduqca
Osmanlı hökumətinin bütün cinayətlərinə görə fərdi məsuliyyət
daşıyacaqlar."

4. Brest Litovskdan Mudrosa gedən yol


1917-ci ildə Rusiyada baş verən fevral inqilabı və oktyabr
çevrilişi birinci Dünya Müharibəsinin mühüm hadisələrindən biri

492
olmuşdu. Çünki 1918-ci il martın 3-də Sovet Rusiyası ilə Alma-
niya başda olmaqla müttəfiq dövlətlər arasında (Avstiya-
Macaristan, Osmanlı və Bolqarıstan krallığı) Brest-Litovskda
(Ukrayna) sülh müqaviləsi imzalanmışdı. Müqavilənin şərtlərinə
görə, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək
idarəçilikdən imtina etmiş, bu ərazilər Almaniyanın vassalına
çevrilərək kiçik krallıqlara bölünmüşdü. Bu müqaviləyə görə rus
ordusu qısa müddətdə Şərqi Anadolunu da tərk edərək, Ərdəhan,
Batum, Qars vilayətlərini Osmanlının xeyrinə boşaltmalı idi.
Beləliklə, Brest-Litovsk müqaviləsi Osmanlı dövlətinin o dövrdə
ən nüfuzlu siyasi xadimi sayılan Ənvər Paşanın Qafqaz planının
reallaşması üçün münbit bir şərait yaratmışdı. Digər tərəfdən, I
Dünya müharibəsi illərində rus ordusunun köməyindən yararlanan
erməni silahlı dəstələri Anadoluda 100 minlərlə türkün həyatına
son qoyaraq "Böyük Ermənistan" planını reallaşdırmaq üçün
soyqırıma başlamışdılar. Lakin erməni hərbi birləşmələri öz
mənfur planlarını həyata keçirə bilməyib, geriyə-Cənubi Qafqaza
çəkilməyə məcbur olmuşdular. Erməni hərbi birləşmələri
Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman
əhalisinə qarşı qırğınları daha amansızlıqla həyata keçirməyə
başlamışdılar. Bütün bunlar, müəyyən qədər özünə gələn Osmanlı
dövlətini məcbur edirdi ki, din, dil və qan qardaşı olan Azərbaycan
Türklərini, eləcə də Qafqazı daşnak-bolşevik qırğınlarından
qurtarmaq üçün əməliyyata başlasın. Ona görə də, 1918-ci ilin
əvvəllərindən başlayaraq Osmanlı dövləti yaranmış tarixi
fürsətdən maksimum istifadə etmək üçün Qafqaz yürüşünü planına
daxil etmişdi. Doğrudur, Cənubi Qafqazda mövcud dövlət qurumu
olan Zaqafqaziya Seymi Osmanlı dövlətinə müsbət münasibət
bəsləmirdi. 1918-ci ilin martın 14-də Trabzonda Osmanlı və
Zaqafqaziya Seyminin nümayəndə heyəti arasında aprelin 10-a
qədər sürəcək sülh konfransı başlamışdı. Trabzon konfransının
arxiv materiallarından da məlum olur ki, erməni və gürcü
nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin şərtlərini yerinə
yetirmək fikrində deyildi. Erməni və gürcü nümayəndə heyəti
müqavilənin şərtlərindən doğan nəticələrlə barışmaq istəmir və
493
Osmanlıya düşmən münasibətdə olduqlarını açıq şəkildə bəyan
etmişdilər. Trabzon danışıqlarının nəticəsiz qalması üzərinə
tərəflər arasında qısa sürən müharibəyə başlamışdı.Zaqafqaziya
Seyminin gürcü və erməni birlikləri Osmanlı ordusunun irəliləyişi
qarşısında tab gətirməyərək geri çəkilmək məcburiyyətində
qalmışdı. Beləliklə, qırx illik bir fasilədən sonra Elviye-i Selase
(Qars, Batum və Ərdəhan) yenidən Osmanlı nüfuzu altına
keçmişdi.Bölgədə vəziyyətin kəskinləşməsi, xarici amillər və
daxili ziddiyətlərin artması üzərinə Zaqafqaziya Seyminin ləğvi
barədə qərar qəbul edilmişdi. Batumdakı Osmanlı heyəti də,
Qafqaz millətlərinin müstəqilliklərini elan etməsinə yol açan bu
qərarı dəstəkləmişdi. Bu dövrdə erməni-daşnaklarının
Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən
kütləvi qırğınlarının qarşısını almaq və Dağıstan müsəlmanlarına
yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş
hərbi struktur olan Qafqaz İslam Ordusu paytaxt Bakı şəhəri də
daxil olmaqla işğal altında olan Azərbaycan bölgələrini azad
etmişdi.Qafqaz cəbhəsində qazanılan uğurlara baxmayaraq,
Osmanlı dövlətinin bölgədə nüfuzu uzun sürməmişdi. Birinci
Dünya Müharibəsi Osmanlının da yer aldığı “alman bloku”nun
məğlubiyyəti ilə nəticələnmişdi.
30 oktyabr 1918-ci ildə Dövlət-i Aliyyə ilə Antanta
dövlətləri arasında bağlanmış Mudros anlaşmasının şərtlərinə görə
Osmanlı dövləti Dünya müharibəsi zamanı ələ keçirdiyi
ərazilərdən geri çəkilmişdir.Tamamı 25 maddə olan bu anlaşmaya
görə: (Türkçə mətn)
1. Çanakkale ve İstanbul Boğazlarının açılması, Kara-
deniz’e serbestçe geçişin temini ve Çanakkale ve Karadeniz istih-
kamlarının İtilaf Devletleri tarafından işgali sağlanacaktır
(Çanaqqala və İstanbul Boğazlarının açılması, Qara dənizə sərbəst
keçid, Çanaqqala və Qara dəniz istehkamlarının Antanta tərəfindən
işğalı).
2. Osmanlı sularındaki bütün torpil tarlaları ile torpido ve
kovan mevzilerinin yerleri gösterilecek ve bunları taramak ve

494
kaldırmak için yardım edilecektir(Osmanlı sularındakı partla-
yıcıların yerlərinin göstərilməsi və təmizlənməsinə kömək).
3. Karadeniz’deki torpiller hakkında bilgi verilecektir
(Qara dənizdəki partlayıcılar haqqında məlumat vermək).
4. İtilaf Devletlerinin bütün esirleri ile Ermeni esirleri
kayıtsız şartsız İstanbul’da teslim olunacaktır(Antantanın bütün
əsirləri ilə erməni əsirlərinin şərtsiz bir şəkildə İstanbulda təslim
edilməsi).
5. Hudutların korunması ve iç asayişin temini dışında,
Osmanlı ordusu derhal terhis edilecektir(Sərhədlərin qorunması və
daxili asayişin təmini istisna, Osmanlının ordusunun tərxis
edilməsi).
6. Osmanlı harp gemileri teslim olup, gösterilecek Osmanlı
limanlarında gözaltında bulundurulacaktır (Osmanlı hərbi
gəmilərinin təslim edilməsi və göstərilən limanda onlara nəzarət).
7. İtilaf Devletleri, güvenliklerini tehdit edecek bir
durumun ortaya çıkması halinde herhangi bir stratejik yeri işgal
etme hakkına sahip olacaktır (Antantanın təhlükəsizliyini təhdid
edəcək bir vəziyyət ortaya çıxarsa hər hansı bir stratejik yerin sözü
gedən dövlətlər tərəfindən işğalı).
8. Osmanlı demiryollarından İtilaf Devletleri istifade
edecekler ve Osmanlı ticaret gemileri onların hizmetinde
bulundurulacaktır (Osmanlı dəmiryollarının Antanta tərəfindən
istifadə edilməsi və Osmanlı ticarət gəmilərinin onların xidmətində
olması).
9. İtilaf Devletleri, Osmanlı tersane ve limanlarındaki
vasıtalardan istifade sağlayacaktır (Antantanın Osmanlı dəniz
limanlarından istifadə imkanı).
10. Toros Tünelleri, İtilaf Devletleri tarafından işgal
olunacaktır (Toros tunelləri Antanta tərəfindən işğal ediləcək).
11. İran içlerinde ve Kafkasya’da bulunan Osmanlı
kuvvetleri, işgal ettikleri yerlerden geri çekilecekler (İranın
daxilində və Qafqazdakı Osmanlı birlikləri işğal etdikləri
yerlərdən çəkiləcəkdir).

495
12. Hükûmet haberleşmesi dışında, telsiz, telgraf ve
kabloların denetimi, İtilaf Devletlerine geçecektir(Hökumət
xəbərləşməsi istisna, telqraf və xəttlərinin nəzarəti Antantaya
veriləcək).
13. Askeri, ticari ve denizle ilgili madde ve malzemelerin
tahribi önlenecektir (Hərb, ticarət və dənizlə əlaqəli maddə və
ləvazimatlara ziyan verilməyəcək).
14. İtilaf Devletleri kömür, mazot ve yağ maddelerini
Türkiye’den temin edeceklerdir (Bu maddelerden hiçbiri ihraç
olunmayacaktır). (Antanta kömür, mazıt və yağ maddələrini
Türkiyədən alacaqdır-bu maddələrədn heç biri ixraç edil-
məyəcəkdir).
15. Bütün demiryolları, İtilaf Devletlerin zabıtası
tarafından kontrol altına alınacaktır (Bütün dəmir yolları Antanta
tərəfindən nəzarətə götürüləcək).
16. Hicaz, Asir, Yemen, Suriye ve Irak’taki kuvvetler en
yakın İtilaf Devletlerinin kumandanlarına teslim olunacaktır
(Hicaz, Asir, Yəmən, Suriya və İraqdakı qüvvələr ən yaxın Antanta
komandanlarına təslim olacaq).
17. Trablus ve Bingazi’deki Osmanlı subayları en yakın
İtalyan garnizonuna teslim olacaktır (Trablus və Binqazidəki
Osmanlı zabitləri ən yaxın italyan qarnizonuna təslim olacaq).
18. Trablus ve Bingazi’de Osmanlı işgali altında bulunan
limanlar İtalyanlara teslim olunacaktır (Trablus və Binqazidəki
Osmanlı işğalı altında olan limanlar İtaliyaya təslim ediləcək).
19. Asker ve sivil Alman ve Avusturya uyruğu, bir ay
zarfında Osmanlı topraklarını terk edeceklerdir (Alman və
avstriyalı əsgər və mülki şəxslər bir ay müddətində Osmanlı
torpaqlarını tərk edəcək).
20. Gerek askeri teçhizatın teslimine, gerek Osmanlı
Ordusunun terhisine ve gerekse nakil vasıtalarının İtilaf
Devletlerine teslimine dair verilecek herhangi bir emir, derhal
yerine getirilecektir (İstər hərbi təchizat təslimi, istər Osmanlı
ordusu tərxisi, istərsə də nəqliyyat vasitələrinin Antantaya təslimi
ilə bağlı veriləcək əmr dərhal yerinə yetiriləcək).
496
21. İtilaf Devletleri adına bir üye, iaşe nezaretinde çalışacak
bu devletlerin ihtiyaçlarını temin edecek ve isteyeceği her bilgi
kendisine verilecektir(Antanta adına bir üzv, iaşə nəzarətində
işləyəcək bu dövlətlərin ehtiyaclarını təmin edəcək və istənilən
məlumat təqdim ediləcəkdir).
22. Osmanlı harp esirleri, İtilaf Devletlerinin nezdinde
kalacaktır(Osmanlı hərbi əsirləri Antanta nəzdində qalacaq).
23. Osmanlı Hükûmeti, merkezi devletlerle bütün
ilişkilerini kesecektir(Osmanlı hökuməti mərkəzi dövlətlərlə bütün
əlaqələrini kəsəcək).
24. Altı vilayet adı verilen yerlerde bir kargaşalık olursa,
vilayetlerin herhangi bir kısmının işgali hakkını İtilaf Devletleri
haiz bulunacaktır(Altı vilayət adı verilən yerlərdə bir qarışıqlıq
olarsa, vilayətlərin hər hansı bir qisminin işğal haqqı Antantada
olacaqdır).
25. Müttefiklerle Osmanlı Devleti arasındaki savaş, 1918
yılı Ekim ayının 31 günü mahalli saat ile öğle zamanı sona
erecektir(Müttəfiqlərlə Osmanlı arasındakı müharibə 31 oktaybr
1918-ci il məhəlli saatla günorta vaxtı bitəcəkdir).
Mudros sazişi Osmanlı Dövlətinin və türk millətinin
həyatında böyük acılara yol açan və qanlı hadisələrin yaşanmasına
zəmin hazırlayan yeni bir dövrün başlanğıcı olmuşdu. Bu acı və
iztirabın, Milli Mübarizə və Türkiyənin doğuşu ilə
nəticələnəcəyini qabaqcadan təyin etmək olduqca çətin idi.

497
XXI. TÜRK MİLLİ QURTULUŞ SAVAŞI VƏ TÜRKİYƏ
CÜMHURİYYƏTİNİN DOĞUŞU

1. Mudros atəşkəsindən sonra Türkiyədə siyasi vəziyyət

“20-ci əsrin ən uzun ilini müəyyən etmək lazım gəlsə, bu,


1919-cu il olar: "Türkiyə üçün də, dünya üçün də hər şey yenidən
başlayırdı, sanki kartlar yenidən paylanırdı. 1919-cu il çox
maraqlı il olub".
Prof. Dr. Mehmet Öznur Alkan
Türkiyəli tarixçi

30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsi ilə


Osmanlı hökuməti məğlubiyyəti qəbul etmişdi. Mudros müqa-
viləsinə görə, Antanta qüvvələrinin istədikləri yerləri tutmaq
haqları var idi. Türkiyəli tarixçi Mehmet Öznur Alkan o dövrdə
Britaniya siyasi dairələrində Türkiyəylə bağlı üç fərqli baxışın
ortaya çıxdığını qeyd etməkdədir:
"Birincisi baş nazir Lloyd Corcun təmsil etdiyi təklif idi:
Osmanlı imperiyasının dərhal bölüşdürülməsi. Qərbi Anadolunun
və Trakyanın Yunanıstan tərəfindən işğal edilməsini və türklərin
Anadoludan tamamən çıxarılmasını nəzərdə tutan radikal bir
yanaşmaydı.
O dövrün müharibə naziri Vinston Çörçilin təklif etdiyi
ikinci variantda radikal razılaşmanın türkləri bolşevizmin
qucağına atmasından ehtiyat edilir və daha yumşaq şərtlər nəzərdə
tutulur.
Üçüncü variantsa Hindistan müsəlmanlarının qəzəbindən
çəkinən 1917-1922-ci illərdə bu bölgədə İngiltərənin baş katibi
olmuş Edwin Samuel Montagunun təklifiydi: İstanbulun dərhal
türklərə təslim edilməsi və xilafətin qorunması".
30 oktyabr 1918-ci ildə Mudros müqaviləsi imzalandığı
zaman Mosul və ətrafı hələ də Əli İhsan Paşa komandanlığındakı
türk qüvvələrinin əlində idi. Atəşkəs imzalandıqdansonra
britaniyalılar Mosul və Zaho bölgələrindəki xristianların toplu
498
şəkildə qətl edildiklərini bəhanə edərək türk qüvvələrinin Mosulu
tərk etməsini istədilər. Əli İhsan Paşa bu istəyi rədd etdi. Lakin
Suriya və Dəməşq cəbhəsində Mustafa Kamal Paşa koman-
danlığındakı İldırım Orduları qrupunun daha çox itki verməmək
üçün Adanaya qədər geri çəkilməsi nəticəsində dəmiryolu təminat
xətləri kəsilmişdi. İstanbul Hökumətinin də bu barədə əmr
verməsindən sonra, Əli İhsan Paşa Mosulu tərk edərək Nusaybinə
geri çəkildi. Britaniya qüvvələri heç bir müqavimətlə
qarşılaşmadan Mosula girdilər. İstanbuldan oxşar bir əmr Mustafa
Kamal Paşaya Çukurova bölgəsini tərk etməsi üçün gəlsə də,
Mustafa Kamal Paşa Adananı boşaltmamış və Hərbi Nəzarət
İdarəsi ilə aralarında keçən teleqramlaşmada əmrin qanunsuz
olduğuna görə onu yerinə yetirməkdən imtina etdiyini bildirmişdi.
Hərbi Nəzarət İdarəsi onu vəzifəsindən kənarlaşdıraraq qərərgaha
çağırdığında ordunun silahlarının bir hissəsini düşmən əlinə
keçməməsi üçün xalqa paylamışdı. Bəzi silahlar isə Anadoluda
istifadə edilmək üçün Təşkilat-i Mahsusa fədailəri tərəfindən daha
təhlükəsiz olan Şərq Cəbhəsinə daşınmışdı. Mustafa Kamal
Paşanın İstanbula dönməsindən sonra Əli Fuad Paşa, əmrindəki
XX Ordu Korpusunu təchizatla birlikdə əvvəl Konyaya, sonrada
Ankaraya gətirərək İstiqlal Müharibəsinin hazırlıqlarına başladı.
Bu zaman Kazım Qarabəkir Paşa da əmrindəki XV Ordu
Korpusunu buraxmamış və Ərzurumdakı döyüş üçün saxlamaqda
idi.
13 noyabr 1918-ci ildə Antanta dövlətlərinin 61 ədəd hərbi
gəmidən ibarət donanması İstanbul limanına yanaşdı. Bu
donanmada 15 döyüş gəmisi, 29 kruvazyer, 29 daşıyıcı və 6 sualtı
gəmi var idi. Eyni gün İstanbul boğazından 11 hərbi gəmi ilə yunan
donanması da İstanbula yanaşdı. 13 noyabrda Antanta
dövlətlərindən 2.616 Birləşmiş Krallıq, 540 fransız və 470 italyan
əsgəri olmaqla, ümumi 3.626 əsgər İstanbula çıxarıldı. Antanta
dövlətləri türk xalqının təzyiqinə məruz qalmamaq və işğala haqq
qazandırmaq üçün işğalın müvəqqəti olduğunu, məqsədinin

499
Sultanlığı, Xilafəti və etnik azlıqları qorumaq olduğunu, Sultan-
lığın ləğv edilmədiyini və İstanbuldan verilən qərarların keçərli
olacağını bildirdi.
Paytaxt İstanbulun Antanta qüvvələri tərəfindən işğalı
müsəlman-türk əhali arasında ruh düşkünlüyü yaratmışdı. O sırada
İstanbulda olan Mustafa Kamal Paşa isə heç vaxt ümüdsüzlüyə
düşməmişdi. Onun Antanta qüvvələrinin İstanbula ayaq basdığı
gün söyləmiş olduğu sözlər, tarixə düşmüşdür: “gəldikləri kimi də
gedərlər”. Bununla da türk xalqının heç vaxt təslim olmayacağını
və istiqlalları üçün sona qədər mübarizə verəcəyini müjdələmişdi.
Amma bu heç də asan məsələ deyildi. Çünkü o dövrdə iqtidarda
olan İzzət Paşa hökuməti, təslimiyyətçilik bayrağı çəkib, Mudros
atəşkəsini əsas tutaraq xalqın işğala qarşı müqavimət göstərməsini
qadağan etmişdi. İngiltərənin himayəsinə sığınaraq bu şəkildə
Osmanlı taxtını və Anadoluda əldə qalan torpaqları qoruyacağını
düşünənlər yanıldıqlarını irəlidə görəcəkdilər.
Antantanın Türkiyədə həyata keçirdikləri tədbirlərlə bəra-
bər, ölkənin daxilində fəaliyyət göstərən “mili azlıqlar cəmiyyət-
ləri” də hər vasitə ilə ölkənin parçalanmasına çalışırdılar. İşğalçı
dövlətlər bu cəmiyyətlərin fəaliyyətini dəstəkləyir, öz məqsədləri
üşün istifadə edirdilər. Bu zərərli cəmiyyətlərin bəziləri:
Kürt Teali Cemiyəti: İngilislərin dəstəyi ilə İstanbulda
qurulan bu cəmiyyətin məqsədi müstəqil Kürd dövləti qurmaqdı.
İslam Teali Cemiyəti: İstanbulda bəzi mədrəsə müəllimləri
öndərliyində qurulan bu cəmiyyətin məqsədi, xilafət və səltənəti
gücləndirərək qurtuluşu reallaşdırmaq idi.
Wilson Prensipleri Cemiyeti: Halide Edip, Ahmet Emin,
Refik Halit kimi Osmanlı aydınları tərəfindən qurulan cəmiyyət,
ölkənin qurtuluşunun ancaq Amerika mantadlığına girərək
mümkün ola biləcəyini düşünmüşdü. 1918- ci ilin yanvarın 8-də
ABŞ prezidenti Vudro Vilsonuntəklifi ilə Konqres tərəfindən
qəbul edilən 14 maddəlik qərar “Vilson prinsibləri” olaraq tarixə
keçmişdi. Burada Türkiyənin gələcəyi ilə əlaqədar deyilirdi:
“Türkiyənin Osmanlı İmperiyası ərazisi suverenliyini
qazanmalıdır, lakin onların hakimiyyətində olan dövlətlər müstəqil
500
muxtariyyət əldə etməlidir. Dardanel boğazı ticarət üçün açıq
olmalıdır.”
Birinci dünya müharibəsində ABŞ-ın Osmanlı ilə savaş-
maması və prezident Vilsonun “türklərin də öz müqəddəratını
təyin etmək haqqının olduğu” düşüncəsindən yola çıxan “Amerkan
mandatçıları”nın bu mövqeyi Mustafa Kamal Paşanı çox narahat
etmişdi. Çünki başda Vilson olmaqla Amerikan siyasi dairələrində
Şərqi Anadoluda bir “Ermənistan” qurdurmaq planı da vardı. Bu
isə, türk xalqının mənafeyinə tamamilə zidd bir siyasət olduğundan
qəbul edilə bilməzdi.
İngiliz Muhipleri Cemiyeti: İngilislərin dəstəyi ilə
İstanbulda qurulan və milli varlığa düşmən cəmiyyətlər arasında
ən təsirlisi olan bu cəmiyyəti, başda sədrəzəm Damat Fərid Paşa
və bəzi dövlət adamları da dəstəkləmişdi. Cəmiyyətin ana qayəsi,
Osmanlı və İngilis dostluğunu gücləndirmək və İngiltərənin
qoruyuculuğu altına girmək idi.
Mavri-Mira Cemiyeti : Osmanlı rumları (yunan) tərəfindən
yaradılan bu cəmiyyətin əsas məqsədi İstanbul və Qərbi Anadolu-
nu Yunanıstana birləşdirərək, “Meqalo İdeya” (böyük ölkə)
ideyasını həyata keçirmək idi.
Pontus rum cemiyeti: Rumların qurmuş olduğu bu cə-
miyyətin isə əsas qayəsi Samsun və Trabzonun da daxil olduğu
Qara dəniz bölgəsində bir dövlət qurmaq idi.
Bundan başqa İstanbulda yaşayan bəzi yəhudilər “Alyans
İsrailit” və “Makkabi” cəmiyyətlərini quraraq yüz illər boyu onlara
qucaq açmış Dövlət-i Aliyyəyə qarşı təşkilatlanmışdılar.
Məqsədləri isə “Böyük İsrail dövləti”ni qurmaq idi. Anadoluda da
seperatçı çərkəz, kürd və erməni dəstələri fəaliyyətini geniş-
ləndirmişdi. Bunlardan xüsusilə ermənilər “Vilayəti Sittə”də
(Erzurum, Van, Mamüretü'lAziz (Harput -Elazığ), Diyarbekir,
Sivas, Bitlis) Aralıq dənizindən Qara dənizədək olacaq bir “Böyük
Ermənistan” yaratmaq xəyalına düşmüşdülər.
Bütün bu zərərli cəmiyyətlərə qarşı vətənin müdafiəsi
uğrunda qurulan milli cəmiyyətlərin də adlarını qeyd edə bilərik:
- Trakya-Paşaeli Müdafaa-i Hukuk Cemiyeti
501
- Şark Vilayetleri Müdafaa-i Hukuk Cemiyeti (Doğu
Anadolu Müdafaa-i Hukuk Cemiyeti)
- İzmir Müdafaa-i Hukuk Cemiyeti
- İzmir Redd-i İlhak Cemiyeti
- Trabzon Muhafaza-i Hukuk-u Millîye Cemiyeti
- Kilikyalılar Cemiyeti
- Millî Kongre Cemiyeti
Bu cəmiyyətlər və Anadoluda yeni formalaşmağa başlayan
“ Kuvayi Milliyə” birlikləri Türk İstiqlal müharibəsinin təməl
daşları olmuşdu. Təbii ki, bu milli qüvvələri bir qayə ətrafında
toplayacaq bir liderə ehtiyac vardı. O dahi şəxsiyyət öndər Mustafa
Kamal Paşa olmuşdur. İstanbulda Şişlidəki evində ən yaxın
sılahdaşlarını başına toplayaraq gizlicə Anadoluya keçməyi
planlayan Mustafa Kamal Paşaya bu fürsət gözləmədiyi bir yerdən
gəlmişdi. O sıralar Qara dəniz və Şərqi Anadolu bölgəsində yerli
müsəlman əhali ilə xristian azlıqlar arasında silahlı münaqişələr
baş vermişdi.Bundan bərk narahat olan Antanta dövlətləri Osmanlı
hökumətinə nota verərək şərqdə türklərin silahlanıb xristianları
öldürdüyünü, buna qarşı tədbir alınmasını tələb etmişdilər. Əks
təqdirdə Mudros atəşkəsinin 7-ci maddəsinə görə o ərazilərə
Antanta qüvvətləri tərəfindən işğal olunacaqdı. Siyasi fikirlərini
daima gizli saxlayan Sultan VI Mehmed Vahidəddin Anadoludakı
hadisələri nizama qoya biləcək və güvənə biləcəyi bir şəxsə
ehtiyacı vardı. Bu şəxs isə, sicili İttihadçlarla əlaqəsi olmayan və
hərbi kariyerasında da böyük uğurlar əldə edən, vəliəhdlik
dövründə Almaniya səfərində (1917) ona yavərlik edən çox
güvəndiyi Mustafa Kamal Paşa idi. 15 may 1919-cu ildə
"Anafartalar qəhrəmanı" və "Yavər-i Fəxri Həzrət-i Şəhriyari"
(Sultanın fəxri yavəri) Mirliva Musafa Kamal Paşa IX Ordu
Komandanı və Anadolu Ümumi Müfəttişi adı ilə Sultan VI
Mehmed Vahidəddin tərəfindən Anadoluya göndərilmişdi.
Daha sonralar Mustafa Kamal Paşa, yaxın münasibətdə
olduğu jurnalist Falih Rıfkı Ataya Samsuna hərəkət etmədən əvvəl
Vahidəddin ilə olan son görüşməsini izah etmişdir. Bu görüşdə
Vahidəddin, Samsuna hərəkət etmədən əvvəl özünü ziyarətə gələn
502
Mustafa Kamal Paşaya:"Paşa, paşa! İndiyədək dövlətə çox xidmət
etdin. Bunların hamısı artıq bu kitaba girmişdir, tarixə keçmişdir!..
Bunları unudun, əsl indi edəcəyiniz xidmət hamısından daha
önəmli ola bilər! Paşa, paşa... Dövləti xilas edə bilərsən!.."
demişdir.
Mustafa Kamal Paşa müəllifi olduğu Nitq adlı əsərinin 1-ci
bölməsində yer alan “Mənim qərarım” adlı qismində vəzifəni
qəbul etməsinin arxasındakı düşüncələrini bu şəkildə qələmə
almışdır:
“Osmanlı ölkələri bütünlüklə parçalanmışdı. Ortada bir
ovuc türkün sığındığı bir ata yurdu qalmışdı. Son problem, bunun
da paylaşılmasını təmin etməkdən başqa bir şey deyildi. Osmanlı
dövləti, onun müstəqilliyi, padşah, xəlifə, hökumət, bunların
hamısı mənasını itirmiş sözlərdi.
Nəyin və kimin toxunulmazlığı üçün kimdən və nə kimi
yardım istəmək düşünülürdü?
Elə isə sağlam və gerçək qərar nə ola bilərdi?
Bəylər, bu vəziyyət qarşısında bir tək qərar vardı. O da xalq
hökmranlığına söykənən, tam müstəqil yeni bir Türk dövləti
qurmaq.
Budur, daha İstanbuldan çıxmadan öncə düşündüyümüz və
Samsunda Anadolu torpaqlarına ayaq basar-basmaz tətbiq etməyə
başladığımız qərar, bu qərar olmuşdur.”
İndiki zamanda Sultan Vahidəttin və Mustafa Kamalın
Anadoluya göndərilməsi ilə bağlı müxtəlif şərhlər mövcuddur. Bu
şərhlər isə VI Mehmed Vahidəddinin Türk Milli Hərəkatına dəstək
verib vermədiyi mövzusu ətrafında dolaşır. Tarixçi Mətin
Hülagünün yazdığı “Yurdsuz İmperator Vahidəddin” adlı kitabbu
iddiaların yer aldığı kitablardandır. Kitabda ingilis gizli
sənədlərinə söykənərək VI Mehmed Vahidəddinin Mustafa
Kamala 40.000 məcidiyə verdiyi və Türk Milli Hərəkatını dəstək-
lədiyi qeyd edilir. Ancaq 2000-ci illərdə Türkiyədə bestseller
olmuş “Şu Çılqın Türkler” kitabının yazarı Turqut Özakman bir
konfransında bu iddiaların gerçək olmadığını müdafiə etmişdir.
Bundan başqa Mustafa Kamal, Nitq adlı əsərində VI Mehmed
503
Vahidəddinin Türk Milli Hərəkatına dəstək verməsi bir yana, bu
hərəkatı mənimsəməyə çalışdığını bildirmiş və haqqında vətən
xaini deyərək bəhs etmişdir.
Mustafa Kamal Paşa, 19 may 1919-cu ildə Refet Bəy
(Belə), Kazım bəy (Diri), 'Ayıcı' Mehmet Arif bəy, Xosrov
(Gerede) bəylərlə birlikdə Samsuna çıxmışdı. O tarixdən etibaren
“ya istiqlal ya ölüm” şüarı ilə milli müstəqillik mübarizəsini
başlatmışdı. 19 may 1919 tarixi milli azadlıq, müasirləşmə və
demokratikləşməyə gedən yolun ilk addımıdır. Bu gün Mustafa
Kamal Paşanın çox əhəmiyyət verdiyi bir gündür. Mustafa Kamal
Paşa cümhuriyyət qurulduqdan sonra 19 may tarixinin əhəmiy-
yətini, bu günü doğum günü kimi qəbul edərək göstərmiş-
dir.Bundan savayı 19 may tarixi, 1938-ci ildən bəri Türkiyədə milli
bayram olaraq qeyd edilir.
Bir həftə Samsunda, 17 gün də Havzada qalan Mustafa
Kamal bu müddətdə Anadolunun və xalqın ümumi vəziyyəti
haqqında məlumat alaraq milli hərəkatın ideya təməllərini
yaratmışdır.Ərzurum və Ankarada olan korpuslar ilə əlaqə quran
Mustafa Kamal müfəttişlik vəzifələri arasında yer alan "bölgədə
yer aldığı iddia edilən türk dirəniş qruplarının dağıdılması"nı
yerinə yetirmək bir kənara öz əli ilə milli dirəniş təşkilatlarının
qurulmasında təşəbbüskar olmuşdur.12 iyun 1919 tarixində
Amasyaya hərəkət edən Mustafa Kamal Paşa iyunun 22-də
Amasya bəyannaməsi deyilən sənədi paylaşmışdı. Türkiyə
Qurtuluş savaşının ilk sənədi olan bu bəyannamədə vətənin
bütövlüyü və millətin müstəqilliyinin təhlükədə olduğu, İstanbul
hökumətinin üzərinə götürdüyü məsuliyyəti yerinə yetirmək, bu
vəziyyətin milləti yox olmuş kimi göstərdiyi izah edilmişdir.
Bəyannamədə "Millətin istiqlalını yenə millətin əzm və qərarının
qurtaracağı" elan edilmişdir. Anadolunun hər baxımdan etibarlı bir
yeri olan Sivasda bir konqres toplanacağı ifadə edilmişdir. Bu
konqresə qatılmaq üçün hər şəhər 3 nümayəndənin seçilərək
göndərilməsi və nümayəndələrin səyahətlərini gizli tutmaları
istənmişdir. Şərq bölgələri üçün də Ərzurumda bir konqresin
toplanacağı, daha sonra Ərzurum Konqresi üzvlərinin də Sivasa
504
qatılmaq üzrə hərəkət edəcəyi ifadə edilmişdir. O sıralar başda
İstanbul olmaqla Anadolunun müxtəlif yerlərində işğalçılara qarşı
müsəlman xalq tərəfindən mitinqlər keçirilməkdə idi. Xüsusilə, 15
may 1919-cu il tarixində İzmirin yunan orduları tərəfindən işğal
edilməsi üzərinə 23 və 30 may 1919 tarixlərində İstanbul Sultan
Əhməd meydanında on minlərlə insanın qatıldığı mitinqlər, türk
xalqının işğalı qəbul etmədiyinin açıq təzahürü idi.
Mustafa Kamal Paşa da Amasya bəyannaməsi ilə Türk
xalqını istiqlalları üçün milli mübarizəyə səsləmişdi.Amasya
bəyannaməsi İstanbulda olan işğal güclərinin reaksiyasını çəkmiş
və ingilislər Mustafa Kamalı İstanbula geri gətirmək üçün İstanbul
hökuməti üzərindəki təzyiqlərini artırmışdır. Bu sırada Daxili İşlər
naziri olan Əli Kamal bəy bir bəyanat yayınlayaraq Mustafa
Kamalın yaxşı bir əsgər olduğunu ancaq ingilis təzyiqi nəticəsində
vəzifəsindən alındığını ifadə etmişdir. Hökumətin bu qərarını
əhəmiyyətsiz sayan Mustafa Kamal Paşa Ərzurumda toplanacaq
konqresdə iştirak etmək üçün yola düşmüşdü. Mustafa Kamal
Paşanın sədrliyi altında 23 iyul- 7 avqust 1919 tarixlərində
keçirilən Ərzurum Konqresində çox mühüm qərarlar alınmışdır:
1. Vətən bir bütündür, parçalana bilməz.
2. Hər cür əcnəbi işğalına və müdaxiləsinə qarşı millət
həmişə birlikdə müqavimət göstərəcək və vətəni müdafiə
edəcəkdir.
3. İstanbul hökuməti vətənin müstəqilliyini təmin edə
bilməsə, müvəqqəti bir hökumət qurulacaqdır. Bu hökumət milli
konqres tərəfindən seçiləcəkdir. Konqres toplanmamış isə, bu
seçkini Nümayəndələr Heyəti aparacaqdır.
4. Kuvayi Milliyəni tək qüvvət olaraq qəbul etmək, milli
iradəni hakim qılmaq əsasdır.
5. Azlıqlara siyasi hakimiyyətimizi və sosial balansımızı
pozacaq imtiyazlar verilə bilməz. Ancaq bu vətəndaşların canları,
malları və vicdanları hər cür təcavüzdən qorunacaqdır.
6. Mandat və himayə qəbul olunmazdır.
7. Milli iradəni təmsil edən milli qüvvələr padşahlıq və
xilafət məqamını qurtaracaqdır.
505
8. Məbuslar Məclisinin dərhal toplanmasına və höku-
mətin gördüyü işlərin millətcə nəzarətinə çalışılacaqdır.
9. Müstəmləkəçilik məqsədi daşımayan dövlətlərdən
texniki, sənaye və iqtisadi yardım qəbul etmək olar.
Ərzurum Konqresinin əhəmiyyəti və xüsusiyyətləri:
1.Mandat və himayə rədd edilərək ilk dəfə milli
suverenliyin qeyd-şərtsiz həyata keçirilməsinə qərar verilmişdir.
2.İlk dəfə milli sərhədlərdən bəhs edilmiş və Mudros
Müqaviləsinin imzalandığı anda Türk torpağı olan vətənin
parçalanmaması açıqlanmışdır.
3. Toplantı konqres forması baxımından regional olmasına
qarşı aldığı qərarlar baxımından milli konqresdir.
4. İlk dəfə müvəqqəti hökumətin qurulacağından bəhs
edilmişdir.
5. Ərzurum Konqresinin bir əhəmiyyəti də Qərbi Ana-
doluda Yunan qüvvələrinə qarşı mübarizə aparan Kuvayi Milliyə
üzərində müsbət mənada təsiri böyük olmuşdur.
6. Ərzurum Konqresi Sivas konqresinə bir ön hazırlıq
olmuşdur.
Anadolu və Rumelinin hüquqlarının müdafiə cəmiy-
yətlərinin ümumtürk konqresi 1919-cu ilin 4-11 sentyabrında
Sivasda açılmışdı. Konqresin qərarlarının Milli Qurtuluş Savaşının
məramnaməsinin hazırlanması üçün böyük əhəmiyyəti olmuşdu.
Sivas Konqresi «Ərzurum»un qərarlarını təsdiq etməklə yanaşı
belə bir tarixi qərar qəbul etdi ki, Mudros atəkəsinin müəyyən
etdiyi sərhədlər çərçivəsində işğala uğramamış mövcud olan
torpaqlar vahiddir, bölünməzdir və Osmanlı dövlətindən alına
bilməz.Konqresdə Kuvayi-Milliyənin tək qüvvət olaraq tanınması
və milli iradənin suveren qılınmasının əsas olduğu ifadə
edilmişdir.
Sivas Konqresində bütün milli cəmiyyətlər Anadolu və
Rumeli Müdafiə-i Hüquq Cəmiyyəti adı altında birləşdirilmişdir.
Sivas konqresi Mustafa Kamal Paşa sədrliyində Heyəti Təmsiliyyə
seçmişdi. Konqres işğalçılarla işbirliyi quran sədrəzəm Fərid
Paşanın istefasını tələb edərək, yeni Mebusan Məclisi quruluncaya
506
qədər İstanbul Hökumətiylə bütün rəsmi əlaqələrin kəsilməsi
qərarını almışdı.
Sultan Vahidəddin güzəştə getməyə məcbur qalaraq Damat
Fərid Paşanı dərhal istefaya göndərmiş və Kuvayi-Milliyəçilərə
qarşı simpatiyası olan Əli Rza Paşanı sədarətə gətirmişdi. İstanbul
hökuməti və Heyəti Təmsiliyyə nümayəndələri arasında
Amasyada keçirilən görüşmələr nəticəsində 22 oktyabr 1919
tarixli protokol imzlanmışdır. Bu protokola görə, Anadolu və
Rumeli Müdafiə-i Hüquq Cəmiyyəti rəsmən İstanbul hökuməti
tərəfindən tanınmaqla bərabər Məclisi Mebusana seçkilər
keçirilməsi də qəbul edilmişdir. Mustafa Kamal Paşanın məclisin
işğal altında olan İstanbulda toplanmasının təhlükəsizlik
baxımından əlverişsiz olacağı üçün Ankarada toplanılması təklifi
isə, Anayasaya zidd olduğu üçün qəbul edilməmişdi.
Dekabr ayında keçirilən ümumi seçkilər nəticəsində
Kuvayi Milliyə tərəfdarları böyük səs çoxluğu əldə etmişdi.
Mustafa Kamal Paşa da vəkil seçilməsinə baxmayaraq ehtiyat
tədbiri məqsədilə İstanbula getməmişdi. Son Osmanlı Məclis-i
Mebusanı 12 yanvar 1920-ci ildə toplanmış və Türk İstiqlal
Hərbinin qayəsini əks etdirən Misak-i Milli (Milli And və ya Milli
Pakt) adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini" qəbul etmişdi. 28
yanvar 1920-ci il tarixli Misak-ı Milli bəyannamənin əsas
prinsipləri bu şəkildə idi:
1. Mudros müqaviləsi nəticəsində Antanta dövlətlərinin
işğalı altında qalan və əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan
torpaqlarda yaşayan xalq öz müqəddəratını həll etmək hüququna
sahib olmalıdır. Mudros müqaviləsi ilə türk hegemoniyasında
qalan torpaqlar isə ayrılmaz bir bütündür (Hatay və Mosul daxil
olmaqla).
2. Referendum nəticəsində anavətənə birləşdirilən Qars,
Ərdəhan və Batumdalazım gəlsə yeni bir referendum keçirilməli
və nəticələrinin hamı tərəfindən qəbul olunması lazımdır.
3. Qərbi Trakyanın hüquqi statusu burada yaşayan
insanların iştirak edəcəkləri referendum nəticəsində müəyyən
edilməlidir.
507
4. Xilafətin və Osmanlı dövlətinin paytaxtı olan İstan-
bulun və Mərmərə dənizinin təhlükəsizliyi çox mühümdür. Bu
əhəmiyyət nəzərə alınaraq boğazların ticarət gəmiləri üçün
açılması məsələsi müzakirə edilməlidir. Bu mövzuda digər
dövlətlərlə birgə alınacaq qərarla razılaşacağıq.
5. Bağlanacaq sülh müqaviləsində türk torpaqlarında
yaşayan etnik azlıqların hüquqları qonşu ölkələrdə yaşayan
müsəlman xalqlara da buna bənzər hüquqların verilməsi şərti ilə
təminat altına alınacaqdır.
6. İqtisadi tərəqqimizə imkan yaratmaq üçün hər bir dövlət
kimi bizim də azad və müstəqil olmaq hüququmuz var. Bu səbəblə
mali, iqtisadi və hüquqi məhdudiyyətlərin əleyhinəyik. Xülasə
kapitulyasiyalar qaldırılmışdır. İqtisadi inkişafımız üçün hər bir
dövlətlə danışıqlara hazırıq.
Misak-ı Milli`nin elanı Antanta cəbhəsində böyük nara-
hatlığa səbəb olmuşdu. 16 mart 1920-ci ildə Məclis-i Mebusan da
daxil olmaqla, Bab-ı Ali və bütün hökumət idarələriylə bərabər
İstanbul ingilislər tərəfindən faktiki olaraq işğal edilmişdi.
Birləşmiş Krallıq qüvvələri İstanbulda olan, başda Rauf bəy
olmaqla Milli Mübarizə tərəfdarı millət vəkillərini həbs etmişdilər.
Bundan başqa teleqraf mərkəzləri də nəzarətə alınmış və rəsmi
dairələr arasında əlaqə imkanı qalmamışdı. Bu vəziyyətə görə
Anadolu, İstanbul və rəsmi məqamlarla ortaq hərəkətdən məhrum
qalmışdı. İstanbuldakı bu fövqəladə hal ortaya Osmanlı dövlətinin
kimin idarəsi və hansı güclərin qanunlarının keçərli olduğu sualını
ortaya çıxarmışdı. Bu zaman Mustafa Kamal Paşa Təmsil
Heyətinin rəhbəri olaraq bəyannamə yayımlamışdı:
“Bu hərəkatın Anadoluda Osmanlı qanunlarının keçərlili-
yinə maneə olmayacağından və hər nə formada olursa olsun
görüləcək tədbirlərə Osmanlı millətinin sivil bacarığı xüsusilə
diqqət çəkici olduğundan qanundan kənar heç bir iş edilməməsi və
bütün vəzifələrin xüsusi diqqətli şəkildə edilməsi həyatımızın
reallığıdır.“
Bundan sonra Məclis-i Mebusan 18 mart 1920-ci ildə
toplanaraq özünü buraxdığını açıqladı. Məclisin özünü buraxdığını
508
açıqlaması Sultanın 11 aprel 1920-ci ildə ikinci məşrutiyyənin
sona çatdığını açıqlaması ilə bir başqa məclis yaratma ehtimalını
da məhv etmişdi. Eyni gün Şeyxülislam Dürrizadə Abdullahın
"Padşah və Xəlifə qüvvələri xaricindəki milli qüvvələri kafir elan
edən və qətllərinin vacib olduğunu" bildirən fətvası "Təqvim-i
Vekayi"də yayımlanmışdı.
Osmanlı məclisinin ləğv edilməsi yeni bir müəssislər
məclisinin çağırılmasını daha da labüd etmişdi.Mustafa Kamal
Paşa öndərliyində Heyət-i Təmsiliyyənin qərarı üzərinə işğal
altında olmayan yerlərdən yeni nümayəndələrin seçilməsi
qərarlaşdırılmışdı.Ayrıca təzyiqdən qurtulan millət vəkilləri gizli
yollarla Ankaraya keçmişdilər. Beləliklə 23 aprel 1920-ci il
tarixində türk millətinin tarixində çox mühüm bir hadisə
gerçəkləşmiş və Ankarada toplanan Böyük Millət Məclisi millətin
yeganə təmsilçisi olduğunu bütün dünyaya elan etmişdi.
Osmanlıda faktiki olaraq iki hakimiyyətlilik yaranmışdı. İstanbul
hökuməti Mustafa Kamal Paşa və tərəfdarları haqqında ölüm
hökmü çıxararaq, Milli Mübarizəni boğmaq üçün yerlərdə
üsyanlar çıxartmış, işğalçı qüvvələrlə əməkdaşlııq etməkdən
çəkinməmişdi. Müxtəlif cəbhələrdə işğalçılarla Qurtuluş Müha-
ribəsi aparan Böyük Millət Məclisi hökuməti, daxili cəbhədə də bu
üsyanlara qarşı qətiyyətlə mübarizə aparmışdı.1920-ci ildə
İstiqlaliyyət müharibəsi dövründə üsyan edən və soyğunçuluqla
məşğul olanları, orduya aid silah və təchizatları oğurlayanları,
cəsusları, fərariləri, Milli Mübarizəyə maneə olmaq məqsədilə
propaqanda aparanları mühakimə etmək üçün “Hiyanət-i
Vətəniyyə Qanunu” çıxarılaraq İstiqlal Məhkəmələri qurulmuşdu.
Yenə avqust 1921-ci ildə Tekalif-i milliyə qərarları yayımlanmış
və xalq milli vəzifələrini yerinə yetirməyə təşviq edilmişdi. Həm
Anadolu torpaqlarının bir hissəsində yeni dövlət qurmağı məqsəd
kimi qəbul edən, həm də səltənət və xilafət tərəfdarı olanlar
tərəfindən çıxarılan üsyanlar yatırılmışdı.

509
2. Qurtuluş müharibəsində cəbhələr (Mudrostan
Mudanyaya gedən yol)

Cənub Cəbhəsi
Cənub cəbhəsi Kuvayi Milliyənin fransız legioner qüv-
vələrinə (fransız və ermənilərdən ibarət) qarşı mübarizəsindən
ibarət olmuşdur. Mudros atəşkəsindən sonra Antep, Maraş,
Elbistan, Urfa, Adana, Mersin, Hatay, Osmaniyə fransız və erməni
birlikləri tərəfindən işğal olunmuşdu. Maraşda fransız və
ermənilərin yerli müsəlmanlara qarşı təhqiredici davranışları
etirazlara səbəb olmuşdu. 31 oktyabr 1919-cu ildə Uzunoluq
Hamamından çıxan örtüklü türk qadınlarına, erməni və fransız
əsgərləri: "Burası artık Türk memleketi değildir. Fransız
müstemlekesinde peçe ile gezilmez!” deyərək baş örtülərinə əl
uzatmışdılar. Bu hadisəyə şahid olan Çaxmaqçı Səid adlı bir şəxs
gavurlara müdaxilə etmək istəmiş lakin öldürülmüşdü. Bunun
intiqamını almaq üçün Südçü İmam adlı bir vətənpərvər də silahına
əl ataraq bir erməni əsgərini öldürmüş, birini də yaralamışdı. Bu
hadisədən qısa müddət sonra yaşanan bayraq hadisəsi dəMaraşda
xalq hərəkatını başlatmışdı.
1919-cu ilin noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir
erməninin evində fransız komandirin şərəfinə bir məclis tərtib
edilmişdir. Komandirin rəqsə dəvət etdiyi bir erməni qızı "Sizinlə
rəqs edə bilmərəm. Çünki özümü əsarətdə hiss edirəm. Qalada türk
bayrağı dalğalandığı müddətcə, sizinlə rəqs edə bilmərəm"
deyərək təklifini qəbul etməmişdir. Bu hadisədən sonra qaladakı
türk bayrağı endirilmişdir. Ulu Məscid imamı Rıdvan Hocanın
"Qalasında bayrağı dalğalanmayan ölkədə cümə namazı
qılınmaz!" sözləri üzərinə Maraş əhalisi, qalaya hücum edərək
içəridəki fransız əsgərlərini təsirsiz hala gətirib türk bayrağını
yenidən ucaltmışdılar. Bundan sonra 72 gün ərzində şəhərin hər
yanında qarşıdurmalar baş vermişdi. Bu qarşıdurmalarda 200-ə
yaxın əsgər itirən fransızlar 1920-ci ilin fevral ayının 11-də şəhəri
tərk etmək məcburiyyətində qalmışdı. Maraşda fransız-ermənilərə
510
qarşı əldə olunan bu zəfər, Qurtuluş Savaşının ilk Türk zəfəri
olaraq da tarixə keçmişdir.
Maraş zəfərindən sonra Urfa şəhərində Əli Saip bəy
tərəfindən təşkilatlandırılan türk müqaviməti də uğurla nəticə-
lənmiş, fransız birlikləri 11 aprel 1920-ci ildə şəhəri tərk etmişdi.
Fransızların Adananın bu gün qəsəbələri olan Haçin
(Saimbəyli), Sis (Kozan) və Pozantıda xalqa verdikləri böyük
zülmə görə onlara qarşı burada da üsyan qalxmışdı. 2 iyun 1920-ci
ildə mərkəz olan Sis (Kozan) məntəqəsi də işğalçılardan azad
edilmişdi.
Fransız işğalçılarına qarşı Antep xalqının başlatmış olduğu
müqavimət hərəkatı isə bir ilə yaxın sürmüş (1 aprel 1920 - 9 fevral
1921), yalnız əlavə gələn qüvvələrin hesabına fransızlar şəhəri ələ
keçirə bilmişdilər. Antepdən və digər cənub bölgələrindən
fransızların tamamən çəkilməsi isə, qərb cəbhəsində yunanlılara
qarşı qazanılan Sakarya zəfərindən sonra gerçəkləşmişdi.
20 oktyabr 1921-ci il tarixində Fransa və TBMM hökuməti
arasında imzalanan Ankara müqaviləsi ilə Antanta dövlətlərinin
siyasi birliyi pozulmuş və yeni türk hökuməti Fransa tərəfindən de-
fakto tanınmışdır. Bu müqavilə nəticəsində cənub cəbhəsindəki
müharibə rəsmən sona çatmış və Türkiyənin cənub sərhədi
müəyyənləşmişdir. İskenderun sancaqlığı (Hatay vilayəti) Fransa
mandatlığında olan Suriyanın tərkibində qalırdı, lakin bu
sancaqlığa xüsusi imtiyazlar və muxtariyyət verilirdi. Türklər ən
böyük etnik qrup olduqlarından vilayətin idarə olunmasında üstün
qəbul edilirdilər. Osmanlının qurucusuI Osmanın atası Süleyman
şahın Suriyada olan məzar-türbəsi də Türkiyə torpağı hesab
edilmişdi.

Şərq Cəbhəsi
I Dünya müharibəsinin sonunda şimal-şərq cəbhəsi
Antanta dövlətlərinin tələbi ilə 1914-cü il sərhədlərinə çəkilmişdi.
Bu sərhəd Ardaşen–Yusifeli–Bəyazid xəttindən keçirdi. 1918-ci
ilin oktyabr ayının 30-da imzalanan Mudros atəşkəsinə görə,
Osmanlı ordusu Elviye-i Selaseden (Qars, Batum və Ərdəhan)
511
təxliyyə edilmişdi. Türklərin boşaltdığı bu ərazilər Antanta
güclərinin də dəstəyi ilə erməni və gürcülər tərəfindən işğal
edilmişdi. Gürcü və erməni birliklərin irəlilədiyi bir vaxtda
Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir
Paşadan səfərbərlik başlatmasını əmr etmişdi. Kazım Qarabəkir
Paşa komandanlığında 15-ci Ordu hərəkətə keçərək, 1920-ci ilin
sentyabr-oktyabr aylarında Sarıqamış və Qars bölgələrini erməni
işğalından qurtara bilmişdi.1920-ci ilin noyabrında isə Türk ordusu
Gümrü yaxıınlığında ermənilərə növbəti zərbə vuraraq, daşnak
hökumətini təslim olmağa vadar etmişdi. 3 dekabr 1920-ci ildə
daşnak hökuməti və Türkiyə arasında imzalanan Gümrü
müqaviləsinə görə:
- Qars, Sarıqamış, Kağızman, Iğdır bölgələri Türkiyəyə verildi;
- Ermənistan, Türkiyə əleyhinə üçüncü ölkələrlə razılaşdığı
bütün müqavilələrdən imtina edəcək;
- Türkiyə əleyhinə olan Sevr müqaviləsini Ermənistan qəbul
etməyəcək;
- Türkiyə və Ermənistan sərhəd bölgələrində yaşayan
vətəndaşlar bərabər hüquqlara sahib olacaq;
- İki dövlət arasında ən qısa zamanda diplomatik əlaqələr
qurulacaq;
- Türkiyə mühafizəsində olan Naxçıvan bölgəsi öz müqəd-
dəratını özü həll edəcək;
- Ermənistanın silah idxal etməsi qadağan edilir.
1921-ci ilin fevral-mart hərbi əməliyyatları nəticəsində
Ərdəhan, Artvin və Batum vilayətləri də gürcülərdən alınaraq, türk
komandanlığının nəzarəti altına keçmişdi. Türk ordusu irəliləyişini
davam etdirdiyi bir vaxtda, Ermənistan və Gürcüstanda da
hakimiyyət dəyişikliyi olmuş, bu respublikalar Sovet Rusiyanın
nüfuzu altına girmişdi.
Avropa imperialistlərinə qarşı mübarizə aparıldığı bir
dövrdə sovetlərlə problem yaşamaq gənc türk dövləti üçün əlbəttə
arzu olunmaz idi. Ankara hökuməti şərq sərhədlərini güvən altına
alaraq bütün qüvvələrini Anadolunun yunan işğalından təmizlən-
məsinə yönəltmək istəyirdi. Avropa imperialistlərinə qarşı
512
mübarizə aparan sovetlər də ümumi düşmənə qarşı Türkiyə ilə
müttəfiq olmaqdan yana idi. Mövcud siyasi şərait iki tərəfi də bir-
birinə yaxınlaşdırmışdı. Bunun nəticəsində 16 mart 1921-ci il
tarixində Sovet Rusiya ilə Moskva, 13 oktyabr 1921-ci il tarixində
isə Zaqafqaziya Sovet Respublikaları (Azərbaycan, Gürcüstan və
Ermənistan) ilə Qars müqavilələri imzalanmışdı. Hər iki
müqaviləyə görə, Misak-ı Milli hüdudlarında yer alan Qars və
Ərdəhan Türkiyənin, Batum isə Gürcüstanın tərkibində buraxıl-
mışdı. Batum vilayətinin Gürcüstana buraxılmasına o dövrdə
Türkiyənin Tiflisdəki rəsmi nümayəndəsi olan Əhməd Muxtar bu
şəkildə münasibət bildirmişdi:
“Biz şərqdə sağlam fikirli və ədalətli bir siyasət təqib
etdiyimiz üçün buna razı olduq. Əslində Acar Muxtar Bölgəsi
Misak-ı Milli hüdudları içində yer aldığı üçün Türkiyəyə verilməli
idi. Fəqət bu zaman on iki milyona yaxın Qafqaz xalqını xarici
aləmlə bağlayan yeganə limandan da məhrum etmiş olardıq. Bizim
üçün İzmirin əhəmiyyəti nə isə, Qafqaz üçün də Batumun
əhəmiyyəti odur. Batum limanının həm Qafqaz ölkələri, həm də
bizim üçün sərbəst liman elan edilməsi çox mühüm bir hadisədir.”
Sovetlərlə imzalanan müqavilələrlə Batum istisna olmaqla
Türkiyə hökumətinin siyasi mənfəətləri demək olar ki, təmin
olunmuşdu. Şərq sərhədləri dəqiq müəyyənləşdirilmiş, Mustafa
Kamal Paşanın “türk qapısı” dediyi Naxçıvan vilayəti
Azərbaycanın tərkibində saxlanılmış və ən əhəmiyyətlisi isə
“erməni məsələsi” Türkiyənin xeyrinə həll olunmuşdu. Mustafa
Kamal Paşa 1 mart 1922-ci il tarixli çıxışında da bu məsələyə
xüsusilə diqqət çəkmişdi:
“Erməni məsələsi deyilən və erməni millətinin mən-
fəətindən çox dünya kapitalistlərinin iqtisadi və siyasi mənfəət-
lərinə görə həll olunması istənilən bu məsələ, Qars müqaviləsi ilə
ən ədalətli həllini tapdı.”
Ankara üçün bitmiş sayılan “erməni məsələsi” hələ ki
Türkiyəni rəsmi bir şəkildə tanımayan qərb imperialist dövlətləri
tərəfindən gündəmdə saxlanılmaqda idi. Sevr müqaviləsi ilə şərqi
Anadoluda bir erməni dövləti qurmağı planlaşdıran qərb
513
imperialistləri ilə uyğun şərtlərdə masaya oturmağın tək yolu, qərb
cəbhəsində qazanılacaq zəfərlərdən keçməkdə idi. 8

Qərb Cəbhəsi
Qurtuluş Savaşında qərb cəbhəsində ən böyük düşmən
yunan işğalçıları olmuşdur. 15 may 1919-cu ildə Antanta
dövlətlərinin də arxa çıxması ilə İzmir şəhəri yunan orduları
tərəfindən işğal olunmuşdur. İzmirli rumların sevinc nümayişləri
arasında parad keçirən yunan əsgərlərinə atəş açan Həsən Tahsin
ismində türk vətənpərvəri bir yunan əsgərini öldürmüşdü, lakin
digər yunan əsgərlərinin cavab atəşi ilə özü də şəhid olmuşdu.
Həsən Tahsinin atəş açdığı güllə türklərin müstəqillik
müharibəsində düşmənə sıxılan ilk güllə kimi tarixə keçmişdir.
Yunan əsgərləri bu hadisəyə cavab olaraq ətrafa yaylım atəşi
açmışdılar. Türk qoşunlarının təslim olmasına baxmayaraq, hərbi
kazarmada olan silahsız türk əsgərlərini hədəfləyən güllələmə
davam etmişdi. Türk vətəndaşlarına qarşı qətl, soyğunçuluq və

8Mustafa Kamal Paşa öndərliyinində Anadoluda Qurtuluş Savaşı başladığında


da, Azərbaycan xalqı qardaş Türk xalqına həm maddi, həm mənəvi yardımlarını
əsirgəməmişdi. Türkiyəli qan qardaşlarımızın qazandığı tarixi zəfərdə Azərbaycan da
yaxından iştirak etmişdir. 1919-cu ildə qardaş ölkədə milli mücadilə hərəkatının
genişləndiyi xəbərini alan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi dərhal türk
xalqına dəstək planını həyata keçirməyə başladı. AXC-nin baş naziri Nəsib bəy
Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində pul yardımı çekini və neft qəbzlərini
Türkiyəyə göndərmişdi. Bundan başqa, Anadoluda milli mücadilənin başlandığını eşidən
analarımız, bacılarımız qulaqlarındakı sırğaları, əllərindəki üzükləri çıxararaq ayrı-ayrı
şəxslər vasitəsiylə Türkiyəyə göndərmişlər. AXC süquta uğradıqdan sonra isə sayı tam
məlum olmayan silahlı birləşmələrimiz polkovnik Səməd Sayqının komandanlığında
Cənubi Azərbaycanın ərazisindən keçərək Ərzuruma gəlmiş, Anadoluda müharibədə
iştirak etmişlər. Tarixi mənbələrdən belə məlum olur ki, bir piyada və süvari alayından
ibarət olan birlik dərhal Şərq cəbhəsinə göndərilir. 15-ci süvari alayına qoşulan bu birlik
1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun
ermənilərdən azad olunması uğrunda gedən döyüşlərə qoşulub. Azərbaycan əsgərləri
Sarıqamışın, Qarsın, Gümrünün düşməndən azad olunmasında böyük xidmətlər
göstəriblər. 1921-ci ildə baş verən I və II İnönü savaşlarında qazanılan zəfərlərdən sonra
Azərbaycan bu sevincə şərik olduğunu bildirmək məqsədi ilə Bakıdan təmannasız olaraq
hər dəfə onlarla vaqon mazut benzin və maye qaz göndərmişdir. Bütün bunlar
Azərbaycanın və azərbaycanlıların dostluğa, qardaşlığa sədaqətli olduğunun və qardaş
Türkiyəyə böyük sevgi bəslədiyinin təzahürü idi.
514
təcavüz başlamışdı. İzmirdə işğalın ilk günündə 400 mülki türk
həlak olmuşdu. 15-16 may tarixlərində yaxın kəndlərdə baş vermiş
insidentlərdə 5000 nəfərə qədər türk qətlə yetirilmişdi.
1920-ci ilin aprel ayından sonra Yunanıstan ordusu
İzmirdən hərəkətəkeçərək, Bursa, Eskişehir, Kütahya və
Afyonkarahisara qədər Qərbi Anadolununböyük bir hissəsini də
işğal etmişdir.
Antanta dövlətləri Anadoluda yunan işğalına “yaşıl” işıq
yandıraraq Osmanlı hökumətini bir an öncə alçaldıcı “Sevr
müqaviləsi”ni imzalamaya məcbur buraxmışdı. Sevrmüqaviləsi
(Fransa) 10 Avqust 1920-ci ildə Böyük Britaniya İmperiyası,
Fransa, İtaliya, Yaponiya, Ermənistan,Belçika, Yunanıstan, Hicaz
Krallığı, Polşa, Portuqaliya, Rumıniya, Serblər, Xorvatlar və
Sloveniya Krallığı, Çexoslovakiya və məğlub olan Osmanlı dövləti
arasında imzalanmışdır.
Sevr müqaviləsinin bəzi maddələri:
1. Sərhədlər (maddə. 27-36): Ədirnə və Kırklareli daxil
olmaqla Trakyanın əksəriyyəti Yunanıstana; Ceyhan, Antep, Urfa,
Mardin və Cizrə şəhər mərkəzləri Suriyaya verilir(Fransız
mandatı);Mosul vilayətinin şimaldakı qəzası daxil olmaqla Əl-
Cəzirəyə (Böyük Britaniyanın Mesopotamiya mandatı, sonradan
İraq) veriləcək, İstanbul Osmanlı İmperiyasının paytaxtı olaraq
qalacaq.
2. Boğazlar (maddə 37-61): İstanbul Boğazları və
Çanaqqala Boğazı və Mərmərə Dənizi silahsızlaşdırılacaq və
müharibə və sülh dövründə bütün dövlətlərin gəmiləri üçün açıq
olacaq;Boğazlardakı dəniz nəqliyyatını on ölkənin beynəlxalq
komissiyası idarə edəcək;Müttəfiq Dövlətlərinin Hərbi Dəniz
Qüvvələrinin Komissiyanı zəruri hesab edildiyi hallarda kömək
etməyə çağırmaq;
3. Kürd Bölgəsi(maddə 62-64): İngiltərə, Fransa və
İtaliya nümayəndələrindən ibarət bir komissiya, Fəratın şərqindəki
Kürd əyalətlərində yerli idarəetmə qaydası quracaq; bir il sonra
kürdlər müstəqillik üçün Millətlər Cəmiyyətinə müraciət edə
bilərlər;
515
4. İzmir (maddə 65-83): Osmanlı İmperiyası, Yuna-
nıstanın suveren hüquqlarından istifadəsini indiki İzmir əyaləti ilə
məhdud bir ərazidə 5 il müddətinə tərk edəcək; bu müddətin
sonunda bölgənin Osmanlı ya da Yunanıstana qatılması üçün
plebisit ediləcək;
5. Ermənistan (maddə 88-93): Osmanlı İmperiyası Er-
mənistan Respublikasını tanıyacaq;Türkiyə-Ermənistan sərhədini
ABŞ bir hakim olaraq müəyyən edəcək (ABŞ prezidenti Vudro
Vilson 22 Noyabr 1920-ci il tarixli qərarıilə Trabzon, Ərzurum,
Van və Bitlis əyalətləriniErmənistana verdi);
6. Ərəb ölkələri və Adalar (maddə 94-122): Osmanlı
İmperiyası, müharibə zamanı və ya əvvəl itirdiyi ərəb ölkələri,
Kipr və Egey adaları üzərində heç bir haqq tələb etməyəcək;
7. Azlıqların hüquqları (maddə 140-151): Osmanlılar
dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşlara bərabər
hüquqlar verəcək, sürgün edilmiş qeyri-müsəlmanların əmlakları
geri qaytarılacaq, azlıqlar bütün səviyyələrdə məktəb və dini
qurumlar qurmaqda azaddırlar;Osmanlı İmperiyasının bu məsə-
lələrdəki tətbiqləri lazım gələrsə, Müttəfiq Dövlətlər tərəfindən
nəzarətdə saxlanılacaq;
8. Xidməti məsələlər (maddə 152-207): Osmanlı
İmperiyasının hərbi qüvvəsi 50,700 nəfərlə məhdudlaşacaqdı ki,
onlardan 35000 nəfəri jandarma, 15 min nəfəri xüsusi dəstələr, 700
nəfəri isə sultanın yanındakı təhlükəsizlik qüvvələri idi.
9. Müharibə cinayətləri (maddə 226-230): Müharibə
vaxtında qətliam və cinayətlər törətməklə günahlandırılanlar
mühakimə olunacaq;
10. Borclar və Müharibə kompensasiyası (maddə 231-
260): Osmanlı İmperiyasının maliyyə vəziyyətindən ötrü döyüş
təzminatı istənməyəcək, Türkiyənin Almaniya və müttəfiqlərinə
olan borcları silinəcək;bununla birlikdə, Türkiyə maliyyəsi
müttəfiq maliyyə komissiyasının nəzarəti altına alınacaq;
11. Kapitulyasiyalar (maddə 260-268): 1914-cü ildə
Osmanlı İmperiyası tərəfindən birtərəfli olaraq ləğv edilmiş

516
kapitulyasiyalar müttəfiq dövlətlərin vətəndaşlarının xeyrinə
yenidən qurulacaq;
12. Ticarət və Özəl Hüquq (maddə 269-414): Türkiyə
qanunları və inzibati qaydalar, müttəfiqlərin demək olar ki, hər
sahədə müəyyən etdiyi qaydalara uyğunlaşdırılacaq; müttəfiq
dövlətlər arasında əmək bölgüsü çərçivəsində mülki dəniz və
dəmir yolu nəqliyyatı idarə ediləcək;Bu, əmək və əmək hüquq-
larının müddəalarını özündə birləşdirən bir razılaşmadır.
Ankaradakı Böyük Millət Məclisi müqaviləni qəti bir bə-
yanatla pisləmiş və Osmanlı hökuməti adından müqaviləni
imzalayanları və Sultənət Şurası Məclisində müsbət səs verənləri
xain elan etmişdi. Sevr müqaviləsini Ankaraya zorla qəbul
etdirmək üçün 1921-ci ilin yanvarında general Papulasın başçılığı
altında olan yunan ordusu Bursadan Eskişehir istiqamətində
hərəkət etməyə başlamışdı. Fəqət Albay İsmət bəy koman-
danlığındakı türk birlikləri 10-11 yanvar 1921-də yunan
irəliləyişini İnönü istiqamətində (Eskişehir) durdura bilmişdilər.
Rəsmi tarixə I İnönü zəfəri olaraq keçən bu müharibə Qurtuluş
Savaşında yunanlılara qarşı əldə olunan ilk uğur olaraq qəbul
ediməkdədir. Yüksək taktiki göstərişlərinə görə polkovnik İsmət
İnönüyə general rütbəsi verilmişdi. Bu döyüşdə qazanılan prestij
türklərə RSFSR ilə Moskva sazişini bağlamağa imkan yaratmışdı.
16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə TBMM
hökuməti ilk dəfə bir böyük dövlət tərəfindən tanınmışdır. Müqa-
viləyə əsasən Sovet Rusiyası Türkiyəyə təmənnasız olaraq silah və
hərbi sursat, həmçinin 10 min rubl (qızılla) verməyi qəbul etmişdi.
Ruslarla müzakirələr davam edərkən, o sıralar Moskvada olan
əfqan heyəti ilə də görüşmələr olmuşdur. Əfqanıstan XIX əsrin
ortalarında Hindistanla birlikdə ingilis müstəmləkəsi olmuşdur. 9
avqust 1919-cu ildə Əmanullah Xanın başçılığı ilə müstəqillik
qazanan ölkə imperializmə qarşı mübarizə aparmaq üçün
Sovetlərlə yaxınlıq qurmuşdu. Bu arada 1 mart 1921-ci ildə
Moskvada Türkiyə-Əfqanıstan İttifaq Andlaşması da
imzalanmışdır.Keçmiş Mədinə mühafizi Fəxrəddin Paşa Kabilə ilk
Türkiyə səfiri olaraq göndərilmişdir.
517
Bu arada 20 yanvar 1921-ci il tarixində Böyük Millət
Məclisi tərəfindən gənc türk dövlətinin ilk Anayası olan “Teşkilat-
ı Esasiye Kanunu” da qəbul edilmişdi. İstiqlal Hərbinin milli ruh
içərisində əldə edilməsi imkanını təmin etmək məqsədilə Mehmet
Akif Ersoyun yazmış olduğu “İstiqlal marşı”, BMM-nin 12 mart
1921 tarixli iclasında dövlət himni olaraq təsdiq olunmuşdu.
Qərb cəbhəsində türk-yunan birlikləri arasında ikinci
toqquşmada İnönü mövqeyində gerçəkləşmişdi. 23 mart-1 aprel
1921-ci il tarixlərində baş vermiş döyüşdə yunanlılar yenə də
məğlub olmuşdular. Tarixə II İnönü zəfəri olaraq keçən bu
müharibədən sonra Antanta blokunda ilk parçalanma olmuş,
“İzmir məsələsi”ndə onsuz da narazı qalan İtaliya öz birliklərini
işğal altında tutduqları Antalya, Bodrum, Kuşadası, Marmaris,
Bodrum ərazilərindən çıxartmağa başlamışdı. Hətta İtalyanlar
gedərkən əllərində olan bir çox silah-sursatı da Kuvayi Milliyə
birliklərinə buraxmışdı.
İnönü məğlubiyyətlərindən sonra Yunan komandanlığı
əlavə qüvvələrin də gəlməsi ilə Kütahya - Eskişehir cəbhə boyu
topyekun hücuma keçmişdilər. Əsas hədəf Ankarını ələ keçirərək
TBMM hökumətini təslim olmağa məcbur etmək idi. 10-24 iyul
1921-ci il tarixlərində baş verən müharibədə yunanlılar üstünlük
əldə edərək, Afyon, Eskişehir ve Kütahya bölgələrini işğal et-
mişdilər. Yunanlılar Sakarya çayına qədər irəliləmişdilər.Bu
vəziyyətdə Mustafa Kamal Paşa çox itki vermədən ordunun
Sakarya çayının şərqinə çəkilməsinə qərar vermişdi. TBMM-nin
mərkəzi Ankara təhlükə altında olduğundan hətta hökumətin
Kayseri şəhərinə köçürülməsi də gündəmə gəlmişdi. Məclisdə çox
hərarətli müzakirələrdən sonra, 5 avqust 1921-ci ildə Mustafa
Kamal Paşa Baş Komandan seçilərək, 3 ay müddətinə TBMM-in
orduya aid səlahiyyətlərinə də sahib olmuşdu. Mustafa Kamal
Paşanın əmri ilə yunanların irəliləməsinə mane olmaq üçün
Ankaraya gedən bütün dəmir yolları partladılmışdı. Ordunu
yenidən güçləndirmək məqsədi ilə 7 avqust 1921 tarixində
Tekalif-i Milliye Emirleri çıxarılmışdı. Bu sayədə ordunun

518
ehtiyaclarının büyük bir hissəsinin əhali tərəfindən qarşılanması
planlaşdırılmışdı.
10 maddədən ibarət olan Təkalif-i Milliye Əmrlərinə görə:
(Türkçə)
1. Her ilçede bir tane Tekâlif-i Milliye Komisyonu kuru-
lacak(Hər mahalda bir Tekâlif-i Milliye komissiyası qurulacaq).
2. Halk, elindeki silah ve cephaneyi 3 gün içinde orduya
teslim edecek(xalq əlindəki silah-sursatı 3 gün içərisində orduya
təslim edəcək).
3. Her aile bir askeri giydirecek (hər ailə 1 əsgər
geyindirəcək).
4. Yiyecek ve giyecek maddelerinin %40'ına el konacak
ve bunların karşılığı daha sonra geri ödenecek (yemək və geyimin
40%-i müsadirə ediləcək və bunların qarşılığı sonra ödəniləcək).
5. Ticaret adamlarının elindeki her türlü giyim eşyasının
%40'ına el konacak ve bunların karşılığı daha sonra geri ödenecek
(ticarətçilərin əlindəki bütün geyim əşyalarının 40%-i müsadirə
ediləcək və bunların qarşılığı sonra ödəniləcək).
6. Her türlü makineli aracın %40'ına el konacak (bütün
mexaniki vasitələrin 40%-i müsadirə ediləcək).
7. Halkın elindeki binek hayvanlarının ve taşıt araçlarının
%20'sine el konacak (xalqın minik heyvanlarının və daşıma
vasitələrinin 20%-i müsadirə ediləcək).
8. Sahipsiz bütün mallara el konacak (sahibsiz bütün
mallar müsadirə ediləcək).
9. Tüm demirci, dökümcü, nalbant, terzi ve marangoz
gibi iş sahipleri ordunun emrinde çalışacak (bütün dəmirçi,
qaynaqçı, nalbənd, dərzi və dülgər kimi fəaliyyət göstərənlər ordu
üçün işləyəcəkdir).
10. Halkın elindeki araçlar bir defa olmak üzere 100 km'lik
mesafeye ücretsiz askeri ulaşım sağlayacak (xalqın əlindəki
vasitələrdən qarşılıqsız və bir dəfəyə məxsus olaraq 100 km-lik
məsafə üçün hərbi daşımalar məqsədilə istifadə ediləcək).
Bütün bu tədbirlər türk ordusunun növbəti döyüş ərəfəsində
bərpa olunmasına kömək etmişdi. 1921-ci ilin 23 avqust – 13
519
sentyabr tarixlərində baş verən və türk milləti üçün ölüm-qalım
savaşı olan Sakarya meydan döyüşü istiqlaliyyət müharibəsində
əsas döyüş olmuşdur. Bu döyüşdən əvvəl yunanların başlıca hədəfi
Ankara istiqamətində irəliləyərək, türk ordusunu yox etmək və
İstiqlaliyyət müharibəsininin simvolu və müqavimət mərkəzi
halına gələn Ankaranı ələ keçirmək idi. Beləcə türklərin müqa-
viməti yox edilmiş olacaqdı. Türkiyə-Yunanıstan müharibələrində
Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən
"Melhame-i Kübra" ifadəsi ilə xatırlanan Sakarya döyüşləri 21
gün, demək olar ki, dayanmadan davam etmişdir. Baş Komandan
Mustafa Kamal, Sakarya döyüşündən əvvəl ölkənin müdafiəsinə
dair belə demişdi:
“Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. O səth bütün
vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə
islanmadıqca buraxılmaz. Onun üçün kiçik-böyük, hər birlik
olduğu mövqedən atıla bilər, fəqət kiçik-böyük hər birlik dura
bildiyi nöqtədən yenidən yunan qüvvələrinə qarşı cəbhə təşkil edib,
müharibəyə davam edər. Yanındakı birliyin geri çəkilməyə məcbur
qaldığını görən birliklər, ona fikir verməməlidir, olduğu mövqedə
sonuna qədər durmağa və dirənməyə məcburdur.”
Sakarya döyüşləri türk ordusunun son müdafiə döyüşü
olaraq, türklərin mütləq zəfəri ilə nəticələnmişdi. Sakarya Meydan
Müharibəsi sonunda türk ordusunun itkisi 5713 ölü, 18480 yaralı,
828 əsir və 14268 itkin olmaq üzrə cəmi 39289-dur. Yunan
ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə
cəmi 23007-dir. Sakarya Meydan Müharibəsində çox sayda zabit
itkisi olduğu üçün bu müharibəyə "Zabit müharibəsi" adı da
verilmişdir.
Sakarya döyüşünün qazanılması türk xalqının ümumi
döyüşün qazanılacağına olan inamını bərpa etmişdir. İstanbulda
bütün məscidlərdə Sakarya şəhidlərinə dualar oxunmuşdur. O ana
qədər, Ankara ilə arasında məsafə saxlayan İstanbul mətbuatında
bir sevinc duyğusu meydana gəlmişdir. Beynəlxalq cəmiyyətin
(xüsusilə İngiltərənin) Türkiyə Böyük Millət Məclisi güclərinə
baxışı dəyişmiş və Yunanıstan, arxasındakı İngiltərə dəstəyini
520
itirmişdir. Sakarya zəfərindən sonra Sovetlərlə Qars, fransızlarla
Ankara müqaviləsi imzalanmışdır. TBMM Anadoludamütləq güc
vəziyyətinə çatmışdır. Bu döyüşdən sonra Mustafa Kamala
marşallıq rütbəsi və Qazi fəxri adı verilmişdir (19 sentyabr 1921).
Sakarya çayı sahilində baş vermiş döyüşdən sonra
yunanların general Anastasios Papulasın rəhbərliyi altındakı Kiçik
Asiya Ordusu İzmitdən Eskişehir və Qara Hisar-ı Sahib (indiki
Afyonkarahisar) şəhərlərinə qədər uzanan müdafiə xəttinə doğru
geri çəkilmişdi. TBMM-də bəzi çevrələr yunanlılara qarşı vaxt
itirmədən hücumların davam etdirilməsi görüşünü müdafiə etsədə,
Ali Baş Komandan təyin olunmuş Mustafa Kamal Paşa gözləmə
mövqeyində dayanmış və mövcud fasilədən istifadə edərək
ordusunu gücləndirmişdi. Eyni zamanda yunanlarla müqayisədə
fransızların və italyanların türklərə qarşı rəğbətinin yaranmasını
təmin edən çevik diplomatik gedişlərlə Antanta ölkələrini çətin
vəziyyətə salmışdı.
Nəhayət həlledici an gəlib çatmış və 26 avqust 1922-ci il
tarixində yunan mövqelərinə qarşı “Büyük taarruz” (böyük
hücum) əmri verilmişdi. Kütahya yaxınlığında Dumlupınar
Meydan müharibəsində (Başkomandanlıq Meydan Savaşı) türk
ordusu yunanlıları ağır məğlubiyyətə uğratmışdı ( 30 avqust 1922).
30 avqust günü hal-hazırda Türkiyədə “zəfər günü” olaraq qeyd
olunmaqdadır.
Baş Komandan Mustafa Kamal Paşa 1 sentyabr 1922-ci
ildə türk ordusuna yeni bir əmr vermişdi, əmrin son başlığı belə
idi: "Ordular, ilk hədəfiniz Akdənizidir". Bu əmr üzərinə Manisa,
Turqutlu, Bursa düşmən işğalından azad edilmişdi. 9 sentyabr
1922 tarixində isə qalib türk ordusu İzmir şəhərinə daxil olmuşdu.
Sentyabrın sonlarına doğru yunanlılar Qərbi Anadoluda digər işğal
etmiş olduqları əraziləri də boşaltmışdılar.
Bundan sonra türk ordusu Antanta dövlətlərinin nəzarəti
altında “neytral zona” elan edilən Çanaqqalaya doğru irəliləməsi
üzərinə tərəflər arasında siyasi bir böhran yaranmışdı. Ankara
anlaşmasında Türk hökuməti ilə münasibətlərini normallaşdıran
Fransa öz birliklərini Çanaqqaladan geri çəkmək qərarını almışdı.
521
İngilis cəmiyyəti də yeni bir Çanaqqala müharibəsi yaşamaq
istəmədiyindən savaşa tərafdar deyildi. Əslində TBMM hökuməti
də hazırkı şəraitdə İngiltərə kimi güclü bir dövlətlə müharibənin
davam etdirməyin siyasi mənafelərinə zərbə olacağını bilirdi,
məqsəd “türk ordusunun gücünü” bir daha Avropalılara nümayiş
etdirmək idi. Ən sonda gəlinən razılığa əsasən Mudanyada
(Türkiyənin Mərmərə dənizi sаhilində yаşаyış məntəqəsi) tərəflər
arasında atəşkəs anlaşmasının imzalanması qərarlaşdırılmışdı.
Antanta birliklərinin Çanaqqaladan tamamilə çıxarılması isə
Lozan sülh müqaviləsinin imzalanmasından sonra gerçəkləş-
dirilmişdi.
1922–ci ilin оktyаbrın 11-də Mudаnyаdа Türkiyə Böyük
Millət Məclisi hökuməti ilə Böyük Britаniyа, Frаnsа və İtаliyа
nümаyəndələri аrаsındа atəşkəs sаzişi imzаlаnmışdı. Oktyаbrın
13-də Yunаnıstаndа Mudanya barışığınа qоşulmuşdu.Mudanya
atəşkəsinə görə yunаn qоşunlаrı Meriç çаyınа qədər şərqi Trаkyаnı
(Ədirnə şəhəri də dахil оlmаqlа) bоşаldıb türklərin iхtiyаrınа
vеrməli, Meriçin sаğ sаhili (Qаrааğаc dа dахil оlmаqlа) isə sülh
müqаviləsi bаğlаnаnа qədər müttəfiqlərin iхtiyаrındа qаlmаlı idi.
Mudanya barışığındа Türkiyə tərəfi güzəştə gеdərək, qаrşıdаkı
sülh kоnfrаnsının qəti qərаrınаdək “İstаnbul və Bоğаzlаr zоnаsınа”
qoşun yеritməmək bаrədə öhdəlik götürmüşdü.Nəticə etibarilə,
Mudanya barışığı türk хаlqının Аntаntа dövlətlərinin təcаvüzünə
qаrşı milli аzаdlıq mühаribəsinin uğurlа bаşа çаtdığını
göstərmişdi.
Sıra Lozan (İsveçrə) Konfransında Yeni Türk dövlətinin
mənafelərini qoruyaraq rəsmən tanınması üçün diplomatik
mübarizəyə gəlmişdi.

3. Osmanlı səltənətinin tarixə qovuşması və yeni Türk


dövlətinin doğuşu
Osmanlı sultanlığının ləğvi
Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət
müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması

522
düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə
dəvət edilmələri idi.
17 oktyabr 1922 tarixli teleqrafda sərdəzəm Tevfik paşa
sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa
Kamal Paşaya müraciət etmişdir. 20 oktyabr tarixli TBMM
rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfik Paşa Bab-i Ali
ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr
müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan
qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək
milli birliyin əhəmiyyətini vurğulamış, vətən uğruna şəxsi
ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir.
28 oktyabrda İsveçrənin Lozan şəhərində keçiriləcək olan
konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edil-
mişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul höku-
mətinin ləğvinə dair müzakirələr etmiş, lakin bir nəticəyə gələ
bilməmişdir. Yalnız 1 noyabrda Mustafa Kamal Paşanın müdaxilə
etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir.
Eyni gündə alınan bir başqa qərarlarla 1 noyabr günü milli bayram
elan edilmişdir.
Mustafa Kamal Paşa monarxiyanın ləğvi müzakirələrində
bunları demişdir:
“Hakimiyet ve saltanat hiç kimse tarafından hiç kimseye,
ilim icabıdır diye müzakereyle, münakaşa ile verilemez. Hakimiyet,
saltanat kuvvetle, kudretle ve zorla alınır. Osmanoğulları zorla
Türk milletinin hakimiyet ve saltanatına vaziülyed olmuşlardı. Bu
tasallutlarını altı asırdan beri idame eylemişlerdir. Şimdi de, Türk
milleti bu mütecavizlerin hadlerini ihtar ederek, hakimiyet ve
saltanatını isyan ederek kendi eline bilfiil almış bulunuyor. Bu bir
emrivakidir. Mevzubahis olan, millete saltanatını, hakimiyetini
bırakacak mıyız, bırakmayacak mıyız meselesi değildir. Mesele
zaten emrivaki olmuş bir hakikati ifadeden ibarettir. Bu behemehal
olacaktır. Burada içtima edenler meclis ve herkes meseleyi tabiî
görürse, fikrimce muvafık olur. Aksi takdirde, yine hakikat usulü
dairesinde ifade olunacaktır. Fakat ihtimal bazı kafalar
kesilecektir “
523
Qərarın elanından sonra sərdəzəm Tevfik paşa rəhbər-
liyində 4 noyabr günü son iclasını edən Osmanlı hökuməti
istefasını sultana təqdim etmişdir. 5 noyabrda Ankara hökumətinin
İstanbuldakı nümayəndəsi Refet Bele paşa bütün nazirlik
nümayəndələrini Divanyoluna toplayaraq hər cür fəaliyyətlərinə
son vermələrini tələb etmişdir. 7 noyabrda Bab-ı Alidəki nazirlik
dairəsi rəsmən boşaldılmış və Osmanlı dövlətinin rəsmi qəzeti olan
Təqvim-i Vəkayinin nəşrinə son verilmişdir. Hüquqi baxımdan
Xəlifə ünvanını qoruyan VI Mehmed Vahidəddin 10 noyabrda son
cümə xütbəsinə qatılmış, ancaq azadlığına və həyatına təhlükə
olduğunu səbəb göstərərək, 17 noyabrda Boğaziçində olan ingilis
zirehli gəmisi ilə Maltaya getmişdi. Bundan sonra 19 noyabrda
TBMM vəliəhd Əbdülməcid əfəndini Xəlifə elan etmişdir.

Lozan (Lozanna) müqaviləsi


1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında
"Lozanna" razılaşması imzalanmışdı. Türkiyənin indiki
sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə
tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də
platforma rolunu oynamışdı.
Lozan müqaviləsinə görə:( Türkçə mətn)
- Türkiye-Suriye Sınırı: Fransızlarla imzalanan Ankara
Anlaşması'nda çizilen sınırlar kabul edilmiştir (Türkiyə-Suriya
sərhədi: fransızlarla imzalanan Ankara müqəviləsindəki sərhədlər
qəbul edilmişdir).
- Irak Sınırı: Musul üzerinde antlaşma sağlanamadığı için,
bu konuda Birleşik Krallık ve Türkiye Hükûmeti kendi aralarında
görüşüp anlaşacaklardı. Bu anlaşmazlık Musul Sorunu'na
dönüşmüştür (İraq sərhəddi: Mosulla bağlı razılaşma olmadığı
üçün, bu mövzuda Britaniya və Türkiyə hökuməti öz aralarında
razılıq əldə edəcəkdi. Lakin bu sonra Mosul probleminə
çevrilmişdir).
- Türk-Yunan Sınırı: Mudanya Ateşkes Antlaşması'nda
belirlenen şekliyle kabul edildi. Meriç Nehri'nin batısındaki
Karaağaç istasyonu ve Bosnaköy, Yunanistan'ın Batı Anadolu'da
524
yaptığı tahribata karşılık savaş tazminatı olarak Türkiye'ye
verildi(Türkiyə-Yunanıstan: Mudanya müqaviləsindəki təyin
edilən sərhədlər olduğu kimi qəbul olunur. Meriç çayının qərbində
Qaraağac stansiyası və Bosnaköy Yunanıstanın qərbi Anadoluda
vurduğu zərərə qarşılıq olaraq Türkiyəyə verilir).
- Adalar: Midilli, Limni, Sakız, Semadirek, Sisam ve
Ahikerya adaları üzerinde Yunan hakimiyeti hususunda Osmanlı
Devleti'nin imzalamış olduğu 1913 tarihli Londra Antlaşması ve
1913 tarihli Atina Antlaşması'nın adalar hakkındaki hükümleri ve
13 Şubat 1914 tarihinde Yunanistan'a bildirilen karar, adaların
askeri gayelerle kullanılmaması şartıyla aynen kabul edilmiştir.
Anadolu kıyısına 3 milden az mesafede bulunan adaların ve
Bozcaada, Gökçeada ile Tavşan Adaları üzerindeki Türk haki-
miyeti kabul edilmiştir (Adalar: Midilli, Limni, Saqqız,
Semadirek, Sisam və Ahikerya adaları üzərində Yunan hakimiy-
yəti barəsində Osmanlı Dövlətinin imzalamış olduğu 1913 tarixli
London və Afina müqaviləsinin adalar haqqındakı hökmləri və 13
Fevral 1914 tarixində Yunanıstana bildirilən qərar, adaların hərbi
məqsədlərlə istifadə edilməməsi şərtiylə eynilə qəbul edilmişdir.
Anadolu sahilinə 3 mildən az məsafədə olan adaların və Bozcaada,
Gökçeada ilə Tavşan adaları üzərindəki Türk hakimiyyəti qəbul
edilmişdir.).
Osmanlı Devleti tarafından Uşi Antlaşması ile 1912 yılında
İtalya'ya geçici olarak bırakılan On İki Ada üzerindeki bütün
haklardan on beşinci maddeyle İtalya lehine feragat edilmiştir.
(Uşi müqaviləsi ilə İtalyaya buraxılan On İki ada üzərindəki bütün
haqlarından vaz keçilmişdir )
- Türkiye-İran Sınırı:Osmanlı İmparatorluğu ile Safevî
Devleti arasında 17 Mayıs 1639'da imzalanan Kasr-ı Şirin
Antlaşması'na göre belirlenmiştir (İran sərhədi: Osmanlı
imperiyası ilə Səfəvi dövləti arasında 17 may 1639-cu ildə
imzalanan Qəsri Şirin müqaviləsinə görə təyin edilib).
- Kapitülasyonlar: Tamamı kaldırıldı (bütün kapituly-
asiyalar ləğv edildi).

525
- Azınlıklar: Lozan Barış Antlaşması'nda azınlık,
Müslüman olmayanlar olarak belirlenmiştir. Tüm azınlıklar Türk
uyruklu kabul edildi ve hiçbir şekilde ayrıcalık tanınmayacağı
belirtildi (milli azlıqlar: Lozan müqaviləsində müsəlman olma-
yanlar olaraq müəyyən edilmişdir. Bütün azlıqlar Türkiyə
vətəndaşı olaraq qəbul edildi və onlara heç bir şəkildə imtiyaz
tanınmayacaqdır). Antlaşmanın 40. maddesinde şu hüküm yer
almıştır: "Müslüman olmayan azınlıklara mensup Türk uyrukları,
hem hukuk bakımından hem de uygulamada, öteki Türk uyruk-
larıyla aynı işlemlerden ve aynı güvencelerden yararlana-
caklardır. Özellikle, giderlerini kendileri ödemek üzere, her türlü
hayır kurumlarıyla, dinsel ve sosyal kurumlar, her türlü okullar ve
buna benzer öğretim ve eğitim kurumları kurmak, yönetmek ve
denetlemek ve buralarda kendi dillerini serbestçe kullanmak ve
dinsel ayinlerini serbestçe yapma konularında eşit hakka sahip
olacaklardır."(Müqavilənin 40-cı maddəsinə görə; müsəlman
olmayan Türkiyə vətəndaşları həm hüquqi, həm də tətbiqi
baxımdan, digər Türk vətəndaşlarıyla eynidir. Xüsusilə öz
ehtiyaclarını qarşılamada, hər cür xeyir qurumlarıyla, dini və sosial
qurumlar, məktəblər və buna bənzər qurumlar formalaşdırmaq,
idarə və nəzarət etmək, o qurumlarda öz dillərindən istifadə və dini
ayinlərini sərbəst bir şəkildə icra etmək xüsusunda bərabər hüquqa
sahibdirlər).
- Batı Trakya'daki Türklerle, İstanbul'daki Rumlar dışın-
da, Anadolu ve Doğu Trakya'daki Rumlar ile Yunanistan'daki
Türkler'in mübadele edilmeleri kararlaştırıldı(Qərbi Trakyadakı
türklərlə, İstanbuldakı rumlar istisna, Anadolu və Şərqi Trakyadakı
rumlar ilə Yunanıstandakı türklərin mübadilə edilməsi
qərarlaşdırıldı).
- Savaş tazminatları:İtilaf Devletleri, I. Dünya Savaşı
nedeniyle istedikleri savaş tazminatlarından vazgeçtiler. Türkiye,
tamirat bedeli olarak Yunanistan'dan 4 milyon altın talep etti,
ancak bu istek kabul edilmedi. Bunun üzerine 59. maddeyle
Yunanistan savaş suçu işlediğini kabul etti ve Türkiye tazminat
hakkından feragat etti ve sadece savaş tazminatı olarak
526
Yunanistan, Karaağaç bölgesini verdi (Müharibə təzminatları:
Antanta I Dünya Müharibəsi səbəbilə istədikləri təzminatlardan
imtina edəcəkdir. Türkiyə bərpa üçün Yunanıstandan 4 milyon
qızıl tələb etdi, ancaq bu istək qəbul edilmədi. 59-cu maddəyə görə
Yunanıstan müharibə cinayəti işlədiyini qəbul etdi və buna qarşılıq
Türkiyəyə təzminat olaraq Qaraağac bölgəsini verdi).
- Osmanlı'nın borçları:Osmanlı borçları, Osmanlı İmpa-
ratorluğu'ndan ayrılan devletler arasında paylaştırıldı. Türkiye'ye
düşen bölümün taksitlendirme ile Fransız frangı olarak öden-
mesine karar verildi. Duyunu Umumiye idare heyetinde bulunan
yenik Alman İmparatorluğu ve Avusturya-Macaristan İmpara-
torluğu devletlerinin temsilcileri idare kurulundan çıkartılmış ve
kurumun faaliyeti devam ettirilerek antlaşmayla birlikte yeni
görevler verilmiştir(Osmanlı borcları: Osmanlı borcları Osmanlı
imperiyasından ayrılan dövlətlər arasında bölüşdürüldü. Türkiyəyə
düşən hissənin kredit şəklində Fransa frankı ilə ödənilməsinə qərar
verildi. Duyunu Ümumiyə idarə heyətində olan Almaniya və
Avstriya-Macarıstan imperiyalarının nümayəndələri idarə
heyətindən kənarlaşdırıldı və yeni vəzifələrlə birlikdə qurumun
fəaliyyətinin davam etməsinə qərar verildi.).
- Boğazlar: Boğazlar, görüşmeler boyunca üzerinde en
çok tartışılan konudur. Sonunda geçici bir çözüm getirilmiştir.
Buna göre askeri olmayan gemi ve uçaklar barış zamanında
boğazlardan geçebilecekti. Boğazların her iki yakası
askersizleştirilip geçişi sağlamak amacıyla başkanı Türk olan
uluslararası bir kurul oluşturuldu ve bu düzenlemelerin Milletler
Cemiyeti'nin güvencesi altında sürdürülmesine karar verildi.
Böylece Boğazlar bölgesine Türk askerlerinin girişi yasaklandı. Bu
hüküm, 1936 yılında imzalanan Montrö Boğazlar Sözleşmesi ile
değiştirilmiştir (Boğazlar: Boğazlar, görüşmələr boyunca üzərində
ən çox mübahisə edilən mövzudur. Nəhayət keçici bir həll tapıldı.
Buna görə hərbi olmayan gəmi və təyyarələr sülh zamanı
boğazlardan keçə biləcək. Boğazların hər iki yaxasında demilitari-
zasiya şəklində keçişi təmin etmək məqsədiylə sədri türk olan
beynəlxalq bir qurum yaradıldı və bu tənzimləmələrin Millətlər
527
Cəmiyyətinin zəmanəti altında davam etdirilməsinə qərar verildi.
Beləcə Boğazlar bölgəsinə türk əsgərlərinin girişi qadağan edildi.
Bu hökm, 1936-cı ildə imzalanan Montrö Boğazlar Müqaviləsi ilə
dəyişdirilmişdir).
- Yabancı okullar:Eğitimlerine Türkiye'nin koyacağı
kanunlar doğrultusunda devam etmesi kararlaştırıldı (Xarici
məktəblər: Bu məktəblər öz fəaliyyətlərinə Türkiyənin müəyyən
edəcəyi qanunlar çərçivəsində davam edə biləcəklər).
- Patrikhaneler:Dünya Ortodokslarının dini lideri duru-
mundaki patrikhanenin Osmanlı Devleti zamanındaki bütün
ayrıcalıklarının kaldırılarak sadece dinî işleri yerine getirmek
şartıyla ve bu hususta verilen sözlere güvenilerek İstanbul'da
kalmasına izin verildi. Ancak antlaşma metnine patrikhanenin
statüsü hususunda tek bir hüküm konulmadı (Dünya
ortodokslarının dini lideri vəzifəsindəki patriarxlığın Osmanlı
zamanındakı bütün imtiyazları ləğv edilərək ancaq dini işləri
yerinə yetirmək şərti ilə və bu xüsusda verilən sözlərə güvənilərək
İstanbulda qalmasına icazə verildi. Ancaq müqavilənin mətninə
patriarxlıq statusu məsələsi ilə bağlı bir hökm qoyulmadı).
- Kıbrıs: Osmanlı Devleti Ruslara karşı İngilizleri yanına
çekebilmek için 1878 yılında Kıbrıs'taki hakları saklı olmak
şartıyla geçici olarak Kıbrıs'ı Birleşik Krallık idaresine vermişti.
Birleşik Krallık I. Dünya Savaşı'nın başlaması üzerine 5 Kasım
1914'te Kıbrıs'ı topraklarına kattığını resmen açıkladı. Osmanlı
Devleti bu kararı tanımadı. Türkiye Lozan Antlaşması'nın 20.
maddesiyle Kıbrıs'taki Birleşik Krallık egemenliğini kabul etti
(Kıbrıs: Osmanlı ruslara qarşı ingilisləri öz tərəfinə çəkmək üçün
1878-ci ildə Kıbrısdakı hüquqları davam etmək şərti ilə keçici
olaraq Britaniya idarəsinə verildi. Britaniya I Dünya
Müharibəsinin başlamasıyla 5 noyabr 1914-cü ildə Kıbrısı ələ
keçirdiyini rəsmi olaraq elan etdi. Osmanlı dövləti bu qərarı qəbul
etmədi. Türkiyə Lozan müqaviləsinin 20-ci maddəsinə əsasən
Kıbrısdakı Britaniya hegemonluğunu qəbul etdi).

528
Cümhuriyyətin elanı
1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə
dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin
29 oktyabrında cümhuriyyətin elanı ilə həll edilmişdi. 6 əsr ərzində
çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Osmanlı
dövlətinin mirasçısı sayılan Yeni Türkiyə dövləti, TBMM-in 29
oktyabr tarixli qərarı ilə siyasi həyatına respublika kimi davam
etmişdir. Cümhuriyyətin elanından sonra ilk cumhurbaşkanı
(prezident) Mustafa Kamal Paşa seçilmişdir. 1925-ci ildən etibarən
keçirilməyə başlayan Cümhuriyyət bayramı (29 oktyabr)
Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında
(KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində
qeyd edilir.

Xilafətin ləğv edilməsi


Vahidəddinin qaçışı və yeni xəlifənin seçimi 19 noyabr
mətbuat yoluyla xalqa çatdırılmışdı. Səltənətin qaldırılmasından
sonra bu səltənətin başqa bir adla eyni sülalədə davam etməsinin
qarşısını almaq üçün xəlifəliyin səlahiyyətsiz bir ünvan olaraq
saxlanılmasına hökumət böyük bir diqqət göstərmişdi. Sadə bir
beyət mərasimi hazırlanmasını istəyən Ankara hökumətinin bütün
səylərinə baxmayaraq, Əbdülməcid əfəndi göstərişli bir mərasimlə
xəlifəliyi almışdı.
Məclisdəki ənənəvi xəlifə tərəfdarları, xilafətə siyasi bir
avtoritet qazandırmaq istəmişdilər. Müxaliflər bu yoldakı düşüncə
və istəklərini 15 yanvar 1923-cü ildə payladıqları bir risalə ilə
ortaya qoymuşdular. Afyon millətvəkili İsmail Şükrünün imzasını
daşıyan "Xəlifət-i İslam və Böyük Millət Məclisi" başlıqlı risalədə,
səltənətin qaldırılmasının uyğun olduğunu, ancaq xilafətin əsla
qaldırılmayacağı, xilafətin sadəcə ruhani məsuliyyətlərinin deyil,
dünyəvi vəzifələrinin də olduğu və içində yaşanan fövqəladə
şərtlərin normala dönməsiylə xəlifənin bunları yerinə gətirəcəyini
bildirir və İslam aləminə səbrlə gözləməsi tövsiyə olunurdu.
Ayrıca müxaliflər xilafətə ayrılan bütcənin də artırılmasını tələb
edirdilər.
529
Xəlifə Əbdülməcid əfəndinin xilafət haqqının artırılmasına
və İstanbula gələn rəsmi heyətlərin onu da ziyarət etmələri
yolundakı istəkləri xəlifəliyin qaldırılması prosesini sürətlən-
dirmişdi. Dövlət başçısı Mustafa Kamal Paşa, xəlifənin xarici
dövlət təmsilçiləriylə görüşmə istəyini Türkiyə Cümhuriyyətinin
gələcəyinə açıq bir təcavüz olaraq qiymətləndirmiş və xəlifəni
səltənət xəyalı içində olmaması üçün xəbərdarlıq etmişdi. Lakin
xəlifənin bəzi xarici ölkə siyasiləri ilə gizli əlaqələrini davam
etdirməsi sonunu hazırlamışdı.
3 mart 1924 günü Urfa vəkili Şeyx Saffət əfəndi və əlli üç
dostunun hazırladığı, xəlifətin qaldırılmasına dair on iki maddədən
ibarət bir qanun təklifi məclisə gətirilmişdi. Təklif oxunduqdan
sonra xəlifənin həll olunduğunu(ləğv) və xilafətin qaldırıldığını
bildirən birinci maddə; ardından xanədan üzvlərinin ölkə xaricinə
çıxarılmasına dair 2-ci maddə eyni ilə qəbul edilmişdi. Qanun
iclasa qatılan 158 üzvün 157-sinin səsiylə qəbul edilmişdi.
Eyni iclasda Tövhid-i Tədrisat Qanunu və Diyanət İşləri
Rəisliyinin qurulmasına qərar verilmişdir .
Xanədan üzvlərinə ölkə xaricinə çıxmaları üçün on günlük
bir zaman tanınmışkən Əbdülməcid əfəndi eyni gecə on bir üzvlük
ailəsiylə bərabər Çatalca stansiyasından qatara mindirilmiş,
sərhədə qədər onları İstanbul meri və polis rəisi müşayiət
etmişdilər.
Türkiyədən ayrıldıqdan sonra İsveçrəyə gedən Əbdülməcid
əfəndi, 11 mart 1924 günü xəbər agentləri vasitəsiylə bir tezis
yayınlanmış və Türkiyə hökumətinin qərarını rədd etdiyini bəyan
edərək müsəlmanları bir konqres toplamağa çağırmışdı. Bir neçə
gün sonra İsveçrə hökuməti tərəfindən özünə, siyasi təbliğat
etməmək şərtiylə iclas icazəsi verildiyi xatırladılmışdı. Oktyabr
1924-cü ildə Fransaya keçən Əbdülməcid əfəndi xilafət
mövzusunda İslam aləmindən gözlədiyi diqqəti görmədiyi üçün
özünü daha çox ibadətə, rəsm və musiqiyə vermişdir.
Türkiyədə xəlifəliyin qaldırılmasından sonra 7 mart 1924-
cü ildə, Məkkə əmiri Hüseyn bin Əli, Məkkə və Mədinənin əlində
olmasını əsas göstərərəközünü xəlifə elan etmişdi. Hüseynin
530
xəlifəliyinə ən böyük reaksiya Nəcddəki səudilərdən gəlmişdi.
Səudi orduları 1925-ci ildə Məkkəni ələ keçirmiş, öndərləri İbni
Səud isə 1926-cı ilinin yanvar ayında özünü Hicaz kralı elan
etmişdi. Səudilər 1926-cı ilin başlarında Qahirədə bir İslam
konqresi toplayıb xilafət mövzusunu ələ almaq istədilərsə də,
mövzu ciddi olaraq ələ alınmadan konqres 1926-ci ilin mayında
sona çatmışdı.
Türkiyə Cümhuriyyətinin xilafəti bütünüylə qaldırıb Əb-
dülməcid əfəndi və ailəsini xaricə çıxarması Hindistanda xilafət
avtoritetini qorumaq məqsədiylə qurulmuş Hindistan Xilafət
Hərəkatı içində anlaşılmazlıq yaranmasına səbəb olmuşdu.
Bəziləri qərarın müzakirə olunmasını, bəziləri xəlifəliyin Mustafa
Kamal Paşaya təklif edilməsini, bəziləri isə Türk hökumətinin qə-
rarında İslama zidd bir tərəf olmadığı üçün hind müsəlmanlarının
da türkləri nümunə almasını istəmişdi. Hindistan Xilafət Hərəkatı
bu müzakirələrlə bütünlüyünü itirmiş, xilafət hərəkatına maraq
azalmışdı.

531
XXII. OSMANLI MƏDƏNİYYƏTİ

Yaxın Şərq mədəniyyətinin, həmçinin dünya mədəniy-


yətinin inkişafında Osmanlı türk mədəniyətinin xüsusi rolu
vəəhəmiyyəti var. Osmanlı imperiyası ərazisində çoxlu arxitektura
abidələri, bədii sənət, rəssamlıq, miniatür sənət nümunələri təkcə
Türkiyədə deyil, həmçinin onun sərhədlərindən çox-çox uzaqlarda
da məşhurdur.

1. Osmanlı memarlığı
Osmanlı memarlığı — Osmanlı Dövlətinin bəylik olaraq
qurulub, imperiya olaraq yayıldığı və hökm sürdüyü dövrlərdə
ucaltdığı memarlıq üslubları və əsərlərini əhatə edir. Osmanlı
memarlığı özündən əvvəl gələn Erkən dövr Anadolu memarlığı,
Səlcuqlu memarlığı, Bizans memarlığı, İran memarlığı və Məmlük
memarlığından təsirlənmişdir. Osmanlı memarlığının, Aralıq
dənizi regionu ilə Yaxın Şərq memarlığı ənənələrinin sintezi
olduğunu düşünən memarlıq tənqidçiləri də vardır.
Hər nə qədər fərqli dövrlərdəki ehtiyaca və texnologiyaya
görə fərqli quruluş növləri inşa edilsə də, ümumiyyətlə Osmanlının
hakim olduğu bölgələrdə məscidlər və ətrafındakı strukturların
inşa edilməsi sıxlıqla rast gəlinən bir hal idi. Məscidlər, ətraflarına
edilən ictimai strukturlarla birlikdə bir kompleks təşkil edirdilər.

Erkən dövr arxitekturası vəya bursa üslubu (1299-1501)


Erkən dövr arxitekturası 1299-ci ildə Osmanlı Dövlətinin
Osman Qazi tərəfindən Söyüddə qurulması ilə 1501-ci ildə
Bəyazid məscidinin (1501-1505) tikintisinin başlaması arasındakı
dövrü əhatə edir. Bəzi tədqiqatçılar isə bu dövrün Ədirnədə yer
alan Üçşərəfəli Məscid inşaatının 1437-ci ildə tamamlanmasıyla
bitdiyini qəbul edirlər. 1437-ci ildə tikintisi tamamlanan Üçşərəfəli
Məscid həm erkən dövrün ən əhəmiyyətli əsərlərindən qəbul
edilməkdədir; həm də klassik dövrün xüsusiyyətlərindən olan
daxili həyətə malik planlar və ana qübbə elementlərinin ilk dəfə
tətbiq olunduğu bir quruluşdur.
532
Bu dövrə aid strukturlar əsasən İznik, Bursa və Ədirnə
şəhərlərində inşa edilmişdir. Osmanlı arxitekturasına aid ilk
təqdirəlayiq tətbiqlər İznikdə inşa edildi. Ancaq 1335–1365-ci illər
arasında paytaxt olan Bursada daha monumental tətbiqlərin
reallaşması səbəbiylə bu dövrə Bursa üslubu adı da verilir. 1365-
1453-cü illər arasında dövlətə paytaxtlıq etmiş olan Ədirnədə isə
əsasən məscid və mədrəsə inşa edildi. Bizans memarlığı və
Səlcuqlu arxitekturası təsirlərini daşısa da bu dövrdə klassik dövrə
dayaq meydana gətirəcək fikirlərin ilk tətbiqləri reallaşdı.
Həmçinin, klassik dövrün ən əhəmiyyətli arxitektura anlayış-
larından biri olacaq qübbədən istifadə praktikası ortaya çıxdı.
Geniş və işıqlı məkanların yaradılmasına əhəmiyyət verilən
bu dövrün əvvəllərində tək qübbəli strukturlar inşa edilərkən,
irəliləyən dövrlərdə cüt və ya çox qübbəli strukturlar da tətbiq
olundu. 1333 ilə 1334-cü illərində inşa edilən Hacı Özbək Məscidi
Osmanlı memarlıq tarixində inşa edilmiş ilk məscid olaraq qəbul
edilir. İznikdə olan edən bu quruluş eyni zamanda tək qübbəli
Osmanlı məscidi növünə də ilk nümunədir. Dövrün təqdirəlayiq
digər strukturlarının başında 1472-ci ildə inşa edilən Çinili Köşk
gəlir. Çinili Köşk Osmanlı arxitekturasında sonra çox rəğbət
görməyəcək olan çininin xarici tərəfi örtmə olaraq istifadə edilən
nadir tətbiqlərdən biridir. Erkən dövr Osmanlı arxitekturasına
nümunə verilən digər bir tətbiq də Osmanlı İmperiyasının
təxminən 600 illik tarixinin 400 ili ərzində dövlətin idarə mərkəzi
olaraq istifadə edilən və Osmanlı padşahlarının yaşadığı məkan
olan Topqapı Sarayıdır. Topqapı sarayı — Türkiyənin İstanbul
şəhərində yerləşən və 400 il (1465—1856) Osmanlı sultanlarının
iqamətgahı olmuş saray kompleksidir. 1453-cü ildə Konstantino-
polun Osmanlılar tərəfindən fəth edilməsindən sonra Sultan II
Mehmed şəhərə daxil olarkən Böyük Konstantinopol sarayının
dağıldığını görür. Osmanlı iqamətgahı hazırda İstanbul Universi-
tetinin yerləşdiyi Köhnə Sarayda (Eski Saray) qərarlaşır. Bundan
sonra şəhərdə yeni sarayın inşası üçün müvafiq yer axtarılır və
qədim Bizans Akropolunun yeri seçilir. 1459-cu ildə sultan yeni
sarayın inşasına əmr verir. Sultanların əvvəlki iqamətgahından
533
fərqləndirilməsi üçün saray “Yeni Saray” adlandırılmışdır. Saray
XIX əsrdən etibarən Topqapı adlanmağa başlamışdır.Sarayın
planlanmasında əsas dəyişiklər Qanuni Sultan Süleymanın 1520-
1566-cı illəri əhatə edən hakimiyyəti dövründə baş vermişdir.
Osmanlı imperiyasının sürətlə genişlənməsi və güclənməsi
dövründə Sultan I Süleyman ölkənin gücünün onun iqamətgahında
da əks olunmasını istəyir, buna görə də saray kompleksinə yeni
binalar əlavə edir və köhnə binaları genişləndirirdi. O zaman
ölkənin baş memarı Səfəvilər imperiyası ərazisindən gəlmiş Əcəm
Əli adı ilə də tanınan Əlaəddin idi. Əlaəddin Hərəmin genişlən-
dirilməsindən məsul şəxs idi.
1574-cü ildə baş vermiş böyük yanğın nəticəsində saray
mətbəxləri sıradan çıxmışdır. Sultan II Səlim Memar Sinanı
sarayın məhv olmuş hissələrinin bərpası üçün təyin etmişdir.
Memar Sinan təkcə saray mətbəxlərini bərpa etməklə qalmamış,
hərəmxana, hamamlar, məhrəm otaqlarını genişlətmiş, sahilkənarı
pavilyonlar inşa etmişdir. XVI əsrin sonlarında saray nəhayət ki,
bu günkü görünüşünü əldə etmişdi.
Qapalı çarşı - Dünyanın ən köhnə və böyük qapalı çarşısı
İstanbul şəhərinin mərkəzində yerləşir. Nəhəng ölçülü bir labirint
kimi, 60 qədər küçəsi, üç mindən çox dükanı ilə Qapalı çarşı,
İstanbulun görülməsi lazım olan, bənzərsiz bir mərkəzidir. Sanki
bir şəhəri xatırladan, bütünlüklə qapalı bu yer zaman keçdikcə
inkişaf edib böyümüşdür.Fateh Sultan Mehmedin Qapalı çarşı
inşaatına başladığı il olan 1461 - Qapalı çarşının quruluş ili olaraq
qəbul edilmişdir. Əsl böyük çarşı isə Qanuni Sultan Süleyman
tərəfindən tikdirilmişdir. Köhnə zənginlərin ləl-cəvahirat, qiymətli
mədən, kürk və murassa (qiymətli daş-qaşla bəzədilmiş) silah kimi
qiymətli əşyalarının yanında dövlət xəzinəsinin böyük qismi də
buralardakı kassalarda mühafizə edilirdi. Övliya Çələbi buranı
böyük güclü bir qala kimi təyin etmişdi.
Prof. Dr. Öndər Küçükermana görə Topkapı Sarayı impe-
riyanın beyni, Qapalı çarşı isə iqtisadiyyatın ürəyi olmuşdur. XIX
əsrin başında Haliçin o biri hissəsi olan Qalataya banklar və
bankirlər yerləşməyə başladıqdan sonra iqtisadiyyatının əsas ürəyi
534
də orada atmağa başlamışdı. Daha sonra da dövlətin beyni, yəni
sultanın iqamətgahı da Dolmabağça, Ulduz və Çırağan saraylarına
köçərək yeni məkan hesab edilmişdi.

Klassik dövr Osmanlı memarlığı (1501-1703)


1501-1703-cü illər arasında hakim olan Klassik dövrün
nümunələri əsasən İstanbulda inşa edilmişdir. Xüsusi mülkiyyət
anlayışının olmaması səbəbilə vətəndaş arxitektura nümunələrinin
olmadığı bu dövrdə daha çox dini strukturlar və ictimai strukturları
inşa edildi. Klassik dövrün memarlarının ümumi yanaşması
yüksək və görkəmli strukturlar inşa etmək istiqamətində idi. Bu
səbəbdən erkən dövrdə tətbiq olunmağa başlanan günbəzli və
mərkəzi planlı strukturlar, klassik dövrdə daha monumental tətbiq
olundu. Bu dövrə təsir edən əhəmiyyətli strukturlardan biri də 537-
ci ildə inşa edilən Ayasofya idi. Ayasofya kimi böyük ana
günbəzlərin inşa edilə bilməsi üçün yarım günbəzlərin istifadə
praktikası də bu dövrdə yayıldı. Bu məqsədlə inşa edilən
strukturların başında gələn məscidlərdə əsas olaraq günbəzli və
yan qübbəli örtülü və tavanı dəstəkləyən filayaq dəstək sistemləri
istifadə edildi. Material kimi küfeki daşı və mərmərdən sıxlıqla
istifadə klassik dövr strukturlarının dizaynında ümumiyyətlə
yuxarıdan aşağıya əyildikcə genişlənən bir görünüş hakim oldu.
XVI əsr Osmanı memarlıq tarixinə dövrünə damğasına
vuran Memar Sinan və ya Böyük Memar Sinan Ağa (1490-1588),
I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi
Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata
görə 1512-ci ildə İstanbula gətirilmişdi. Orduya əsgər hazırlayan
Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran
döyüşündə, 1516-1520-ci illər arasında da Misir səfərlərində
iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu.
I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-
ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı
ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu
ildə Vyana, 1529-1532-ci illər arasında Almaniya, 1532-1535-ci
illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir.
535
Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç
gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə
Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə
qatıldı. 1538-ci ildə iştirak etdiyi Karabuğdan (Moldova) səfəri
ərəfəsində Prut çayı üstündə inşa etdiyi bir körpü ilə hamının
diqqətini öz üzərinə çəkdi. Bir il sonra Əcəm Əlinin ölümündən
sonra onun yerinə, sarayın baş memarı oldu. Ömrünü sonuna qədər
bu vəzifədə qalmışdır. Tanınmış işləri arasında Şahzadəbaşı (1543-
1548), Süleymaniyyə(1550-1558), Səlimiyyə camisini (1568-
1574), Drina körpüsünü (1577) xüsusilə vurğulamaq lazımdır.
Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-1567-
ci illərdə inşa edilən Mostar körpüsü isə Balkanlarda Osmanlı Türk
memarlığının ən nümunəvi əsərlərindən sayılır.

Müasirləşmə və Osmanlı arxitekturasına təsirləri

Lalə dövrü (1703-1730) / (1730-1754)


Bu dövrün başlamasıyla, Osmanlı İmperiyasındakı üst sinif
açıq və ümumi sahələri sıxlıqla istifadə etməyə başladı. Ənənəvi
və içə dönük cəmiyyət dəyişməyə başladı.Bulaqlar və Aynalıkavak
Qəsri kimi sahil sahilindəki residanslar yayıldı. Bir su kanalı (digər
adı hakimi-i Sim) gəzinti sahəsi, Dəftərxana istirahət sahəsi olaraq
təsis edildi. Lalə dövrünün Patrona Xəlil üsyanı ilə sona çatmasına
baxmayaraq, Qərbliləşmə prosesinin bir modeli oldu. I Mahmudun
səltənətinin sürdüyü dövrdə (1730-1754) Barok stili məscidlərin
inşasına başlandı.

Barok dövrü ( 1754-1808)


Barokko memarlığı — Avropa və Amerika ölkələri
memarlığının inkişafında təxminən 150—200 il davam etmiş
cərəyandır. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və
XVIII əsrin sonunda qurtarmışdır. Barokko üslub kimi bütün
incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, rəsmdə,
teatrda (onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü
daha parlaq göstərə bilmişdir.
536
Bu dövrün strukturları içində dairəvi, dalğalı və qıvrımlı
xətlər xüsusilə nəzərə çarpırdı. Barok arxitekturasında işıq və
daxili həcm əhəmiyyətli idi.Bunun böyük nümunələri Nuruos-
maniye Məscidi, Ayazma Məscidi, Zeynəb Sultan Məscidi, Laləli
Məscidi, Fatih Türbəsi, Laleli Çukurçeşme Hanı, Birge Çakırağa
evin, Aynalıkavak Qəsri və Səlimiyə Kışlasıdır. Məmməd Tahir
Ağa zamanın ən məşhur memarıdır.

Ampir üslub dövrü( 1808-1876)


Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası
dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir
incəsənəti motivlərindən istifadə edilmişdir. Klassisizm zəmində
yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi
tədricən onların yığcamlığı və monumental ifadəliliyi ilə əvəz
olunmuşdur.
Nüsrətiyyə Məscidi, Ortaköy Məscidi, Sultan Mahmud
Türbəsi, Mevlevi Dervişlerinin Qalada Lojası, Dolmabağça Sa-
rayı, Bəylərbəyi Sarayı, Sadullah Paşa Yalısı, Kuleli Kışlası
Qərbliləşmə tətbiqləriylə paralel bir şəkildə gedən ən əhəmiyyətli
nümunələrdir.

Dolmabağça sarayı
Sultan I Əbdülməcid tərəfindən inşa etdirilən saray İstanbul
boğazının Avropa sahilində 600 metr ərazini əhatə etməkdədir.
Saray müxtəlif Avropa memarlıq üslublarından istifadə edilməklə
1843–1855–ci illərdə inşa edilmişdir. 1855–ci ildə inşası
tamamlanan Dolmabağça sarayının açılış mərasimi ruslar və
türklər arasında bağlanan Paris müqaviləsindən (30 mart 1856)
sonra olmuşdur. İqtisadiyyatın iflasa uğradığı bir vaxtda
Dolmabağça sarayının inşası 5.000.000 qızıl pula başa gəlmişdi.
Tənzimat dövrü ( 1876-1922)
Pertevniyal Validə Sultan Məscidi, Şeyx Zafir Binalar
Qrupu, Haydarpaşa Əczaçılıq Məktəbi, İstanbul Lisesi binası,
Ulduz sarayı dövrün ən əhəmiyyətli tikililərindəndir. Raimondo
D'Aronco, Alexandre Vallaury zamanın öndə gələn memarlarıdır.
537
2. Osmanlı miniatürü
Miniatür sənəti İslam dünyasında saray sənətidir. İran, İraq,
Mərkəzi Asiya və Anadoluda türk və fars sülalələri dövründə son
orta əsrlərdə yüksək inkişaf və əhatə dairəsinə çatmışdır.
Miniatür sənəti Osmanlılara onlarla eyni dövrdə və əvvəl
yaşamış Elxanilər, İran, İraq və Qafqaz ərazilərində qurulmuş
Qaraqoyunlular, Ağqoyunlular, Teymurilər və Məmlüklər
vasitəsilə keçmişdir. Xüsusilə Fars mədəniyyəti Osmanlı Sarayının
mədəniyyətinə nümunə olmuş və Osmanlı sənəti və ədəbiyyatı fars
mədəniyyətindən təsirlənmişdi. Osmanlı miniatür sənəti, Xətt,
Naxış, Təzhib, Ebru və Cild kimi ənənəvi sənətlərindən biridir.
Sultan II Mehmed Fatehin miniatür sənətinə marağı bu
sənətin inkişafında mühüm rol oynamışdır. İstanbulun fəthindən
sonra Topqapı sarayı yaxınlığında Dövlət-i Aliyyə Nakkaşhanesi
inşa edilmişdir. II Mehmed sənətə böyük əhəmiyyət verdiyindən,
bu dövrdə bütün bölgələr və imperiya xaricindəki sənətkarlar
İstanbula gətirildilər. Bu dövrdə görkəmli italyan rəssamları
İstanbula dəvət edildi və bu sənətkarlar Osmanlı sənətçiləri ilə
texniki biliklərini paylaşdılar. 1479-cu ildə başqa bir Venesiyalı
rəssam Gentile Bellini İstanbula gəldi və 1481-ci ilə qədər Osmanlı
sarayında yaşadı. Bu dövrdə Sultan Mehmed Fatehin məşhur
portretini çəkmişdir.
II Mehmed portretlərinin təsiri və Osmanlı sənətkarlarının
İtalyan ustaları ilə müəyyən bir müddətdə işləmək imkanı
qazanması, Osmanlı miniatür sənətçilərinin portretlərə marağını
artırdı. Qısa müddət sonra portret Osmanlı miniatürünün repertua-
rına və Dövlət-i Aliyyə Nakkaşhanesi'ne daxil edilmişdir. Nakkaş
Sinan Bəy və şagirdi Ahmed Şiblizade miniatür portretlərində
ixtisaslaşmışdır. Osmanlı miniatür sənəti portret və miniatür
sənətinin qarışığından formalaşmışdır. Bu sənət həm qərbdə
kölgəlik, həm də perspektivli texnikaları əhatə edir və ənənəvi fars
miniatür sənətinin xüsusiyyətlərini yerləşdirdi.
Osmanlı miniatür sənəti II Bəyazid, I Səlim vəI Süleyman
dövrlərində böyük inkişaf etmişdir. Bu dövrlərdə tarixşünaslıqla
yanaşı Osmanlı miniatür sənəti əhəmiyyətini artırmışdır.
538
Çaldıran zəfərindən sonra I Səlim tərəfindən Təbrizdən
gətirilən çox sayıda sənətkar və rəssam Osmanlı miniatürünün
inkişafına böyük töhfələr vermişdilər. Osmanlıların Aralıq
dənizində mühüm dəniz qüvvəsinə çevrilməsi ilə Aralıq dənizi
sivilizasiyalarının qarşılıqlı təsiri ilə miniatür sənətində müsbət
mənada yeni dəyişikliklər baş vermişdi.

3. Osmanlıda təmizlik anlayışı və su mədəniyyəti


Bəşəriyyətin son Peyğəmbəri Hz. Məhəmməd (s.a.v) belə
buyurmuşdur: "Təmizlik - imandandır!"

Osmanlı dövlətinin sahib olduğu mədəniyyət və həyat tərzi


Avropa üçün nümunə olmuşdu. Osmanlı Türk hamamları Avropa
üçün təmiz olmaq və “duş qəbul etmə” mədəniyyətinin meydana
gəlməsində liderlik etmişdir. Tarixin şahid olduğu bir həqiqət də
budur ki, orta əsrlərdə qərbdə kral və zadəganların min otaqlı
imarətlərində heç olmasa bir hamam otağı belə yox idi.Daha
maraqlısı isə budur ki, Avropada “tualet anlayışı” da yox idi. 1600-
cü illərdə tualet anlayışından ümumiyyətlə xəbərsiz idilər. Orta
əsrlər Avropasında görülən epidemiya xəstəliklərinin başlıca
səbəbi məhz bundan ibarət idi. 1667-ci il tarixində Osmanlıda
"Tualet vəqfi" qurularkən, Avropada tualet anlayışı mövcud
deyildi. İnsanlar ehtiyaclarını boş tapdıqları sahələrdə, ya da evin
içində aradan qaldırıb, çölə atırdılar. Buna görə də, şəhərlərdə pis
qoxu yayılırdı. Hündür dikdaban ayaqqabılar, çətirlər, yelpiklər
məhz bu səbəbə görə dəbdə idi. Deyilənlərə görə, fransızların ətir
icad etmələri məhz pis qoxunu ortadan qaldırmaqla əlaqəlidir.
Osmanlıda isə bu ərəfələrdə hər yerdə, hər küncdə olan tualetlərin
sayı artırdı. Türkiyəli tədqiqatçı Səid Öztürk arxiv sənədlərinə
istinad edərək Osmanlıda “tualet” və “təmizlik” anlayışının Qərb
ilə müqayisədə kifayət qədər irəlidə olduğunu qeyd etməkdədir:
"Qərb ilə müqayisədə Osmanlıda tualet vəqfinin olması fövqəladə
bir üstünlükdür. Çünki, bu tarixdə Qərb dünyasında tualet
mədəniyyətindən bəhs etmək mümkün deyildi. Sonrakı dövrlərdə
vəziyyət yenə də eyni idi. Qərb tualetlə 18-ci əsrdə tanış oldu.
539
Osmanlı İmperiyasında təmizlik, sağlamlıq, gözəllik, gözəl qoxu
çox əhəmiyyətli idi. Sağlam və dinc həyatın gərəyi hesab edilən
təmizlik və gözəl qoxu günümüzə qədər gələn arxiv sənədlərindən
də aydın olur”. Gözəl qoxunun sənət halına gəldiyi Osmanlıda
ənənə olaraq qonağın gülsuyu ilə qarşılandığı bilinməkdədir.
Mövlud, həcc qarşılanması və digər dini mərasimlərdə gül suyu
tökmə adəti hələ də davametdirilir. Yeni inşa edilən və ya təmir
edilən məscidlərdə gül suyu ilə yuyulması adəti mövcud idi. Gül
suyu həm də Osmanlı mətbəxinin bir parçası idi. Güllaç, su
muhallebisi, güllabiyə və şərbətləri misal göstərmək olar. Tarixi
mənbələrdə dəri və göz xəstəliklərinə qarşı dərman olaraq gül
yağının istifadə edilməsi barədə məlumat var.
Xəttatlar Qurani Kərimi yazarkən, istifadə edilən mürək-
kəbin müşk və əmbərdən yazdıqları əlyazmalar bu gün də xoş
qoxularından hiss edilirlər. Osmanlılar, gözəl qoxunun adamı
sakitləşdirdiyinə inanırdılar. Osmanlı dövlətində hamam mədəniy-
yəti isə ayrıca bir tədqiqat mövzusudur. Osmanlılardan başqa,
yalnız Roma saraylarında hamam mədəniyyəti inkişaf etmişdir.
Hamamlar eyni zamanda mədəni görüşmə məkanları idi. Hamam,
yığıncaq və əyləncə yerləri, kitabxanalar kimi suyun ətrafında bir
mədəni görüşmə nöqtəsinə çevrilirdi. Təbii ki, buna dini baxımdan
çox xoş qarşılanmayan əyləncələr də yoldaşlıq edirdi.
Xristianlıq Avropada yayılarkən, Roma çökməyə başlamış
və hamam mədəniyyəti tamamilə yox olmaq üzrə idi. Kilsə
bədənin tamamilə yuyulub təmizlənməsinin şəhvətləndirici
olacağını əsas gətirərək təmizliyi xoş qarşılamırdı. Avropada yüz
illər davam edəcək çirkab içində yaşam dövrü başlamışdı. Tualet
mədəniyyəti, duş mədəniyyəti, təmizlik mədəniyyəti yox olmuşdu.
Sonrakı əsrlərdə Avropada müxtəlif yoluxucu xəstəliklərin yüksək
ölüm nisbətləri təmizliyə prinsipial olaraq qarşı olan bu
yanaşmanın dərin bir təsiri vardır. Şərq, tarix boyunca bütün
dinlərin və mədəniyyətlərin beşiyi olmuşdur. Türklərə məxsus çox
dəyərli, zaman-zaman tarixin süzgəcindən və təlatümlü dövr-
lərindən keçmiş bəşəri ənənələri, İslam əxlaqını əsas götürərək

540
qurmuş olduğu dövlət və idarəetmə sistemi, mədəniyyəti Avropa
və dünya ölkələri üçün həmişə bir nümunə olmuşdur.

4. Osmanlı musiqisi və səhnə oyunları

Klassik türk musiqisi


Adına bu gün daha çox «klassik türk musiqisi» və ya «türk
sənət musiqisi» də deyilən bu musiqi növü Osmanlı dövlətinin
qurulması, böyüməsi və güclənməsinə paralel olaraq zənginləşmiş,
forma və estetikasını inkişaf etdirmiş və sənət musiqisi adını
qazanmışdır. Bu musiqi din, eşq, ordu, savaş kimi bir çox
mövzularda incilər vermiş və hər biri öz növlərini, formalarını
yayılma dairəsini əmələ gətirmişdir.
Osmanlı musiqisi imperiyaya daxil edilən yeni ölkələrin
müxtəlif musiqi mədəniyyətlərindən təsirlənmiş və eyni zamanda
özü də onlara təsir etmişdir. Ancaq imperiyanın zəifləmə və
tənəzzül dövrünə daxil olduğu 19-cu əsrin əvvəllərindən etibarən
bu sənət musiqisində də tədricən bir inkişafdan qalma müşahidə
olunmaqdadır. Əvvəllər zəngin məqam və üsullardan istifadə
olunduğu halda sonradan tədricən bundan əl çəkilmiş və bu
əyləncə musiqisinə çevrilmişdir. Günümüzə qədər davam edən bu
prosesdə «mahnı» növü sanki bütün növlərin yerini tutmuş və
yayıldıqca populyarlıq qazanmışdır.
19-cu əsrin ortalarına kimi notlaşdırılmaya çox əhəmiyyət
verilmədiyi üçün bu sahəyə daxil olan bir çox nümunə unudularaq
yox olmuşdur. Hər hansı bir dövrdə notlara köçürülərək günümüzə
qədər gəlib çıxan musiqilərin sayı 15-ci əsrdən18-ci əsrin sonlarına
kimi bəstələnənlər 3000-ə yaxın, 19-cu əsrdə bu üsülla yaradılanlar
isə təxminən 5000 mindirki, onların də birlikdə ümumi sayı 8 minə
qədərdir.
Növ, üsul, forma, səsləndirmə yolları və məzmunları
baxımından kökü çox qədim dövrlərə gedib çıxan, müəyyən
qaydalar çərçivəsində yaranan bu musiqilərin sırasına 20-ci əsrin
ilk rübündə yaradılan bir sıra əsərlər də daxil edilə bilər.

541
O tarixdən günümüzə qədər «Türk sənət musiqisi və ya
Klassik türk musiqisi» başlığı altında yaradılan və gedərək
populyar formalara çevrilən musiqi isə Osmanlı musiqisinin
günümüzün normasına çevrilmiş qalığı sayıla bilər.
Osmanlı musiqisi bir sintezdir. Tarixin bir çox zənginliyini
özündə birləşdirir. Türklərlə birlikdə yaşayan rum, ərəb kimi
azlıqlarla birlikdə formalaşdırılmış və Osmanlı saray məktəbində,
Əndərunda yüksəliş dövrünə daxil olmuşdur. Bu sistemdən istifadə
edən heç bir ölkə Osmanlı dövründə mövcud sənət zirvəsinə
çatmamışdır.
Osmanlı musiqisi «səs tonuna»na əsaslanan, «fəsil»
nizamına uyğun yaradılmış və səsləndirilmişdir.

Mehtər Musiqisi
Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin,
ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə
işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət
anlayışında xalqın birliyi, dövlətin ucalığı kimi anlayışlar çox
əhəmiyyətlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk
dövlətlərində olduğu kimi Səlcuqlu və Osmanlı dövlətlərində də
kiçik dəyişikliklərlə özünə yer tapmışdır.
Burada üç əsas simvol var: Otaq adlanan xaqanın və ya baş
komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətlən-
dirilir, çünki otaq yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan
böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız
xaqana aiddir. Xaqanlıq mehtəri isə bayrağın altında və otağın
önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur.
Bayraq və mehtər türk dövlətində biri-birindən ayrılmaz
çox mühüm əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və
savaşa başlamaq üçün ilk addımlar atılır. Türklərin Mərkəzi Asiya
adətlərində dövlət başçısı olan xaqanın otağı önündə qoyulan
böyük təbilin və kösün günün müəyyən zamanlarında çalınaraq
gücünü göstərməsinə "Növbət döymə" ya da "vurma" deyilir.
Növbət döymək dövlət başçısı olan xaqanın gücünü dosta,
düşmənə göstərməsi və xüsusi ilə düşmənin ürəyinə qorxu salan
542
şəkildə həyata keçirilməsidir. Osmanlı dövlətində bayraqla birgə
müqəddəs bir varlıq halında yaşadılan mehtər müstəqilliyin, dövlət
varlığının mühüm göstəricisi olmaqla yanaşı, meydan
savaşlarında, qala mühasirələrində, dəniz savaşlarında düşmənə
hücum etmək ərəfəsində çıxardığı səslə əsgərləri şövqləndirir,
ordunun əhval-ruhiyyəsini yüksəldir, düşməni ruhdan salır, onun
sıralarının pozulmasına səbəb olurdu. Meydan döyüşündə tək bir
xaqanlıq kösü də ümumi mehtəri əvəz edə bilirdi. Hücum və
müdafiələri xaqanlıq kösü müəyyənləşdirir, təbil və gərənaylardan
ibarət olan mehtər, savaşda ordunu istiqamətləndirirdi. Döyüşdə
məğlubiyət mehtərin ələ keçirilməsi ilə müəyyənləşirdi. Bu
vəziyyətdə ən çətin döyüşlər bayraq və mehtər ətrafında olurdu.
Aydın görünür ki, mehtər döyüş meydanında sadəcə musiqi
toplusu demək deyildi, o eyni zamanda silahlı birliklərin mühüm
tərkib hissəsi idi. Lakin sülh dövründə onun musiqi tərəfi daha çox
önə çıxırdı. Sülh dövründə mehtər xaqanın hakimiyyətinin və
dövlət həyatının davam etdiyinin bir göstəricisi idi.
Osmanlı mehtərində zurna, boru, gərənay və nəfəsli mehter
tütəyi, təbil, nağara və çovğan kimi zərb alətləri də yer alırdı.
"Tablü alem-i hassa" adlandırılan və ən böyük mehtər olan padşah
mehtər qrupu doqquz qatdan ibarət idi. Bunun mənası hər çalğı
alətindən 9 ədəd olması demək idi. Bu say sonradan 12, 16-ya
qədər artmışdı.
Padşahdan başqa vəzirin (baş nazirin) qübbə vəzirlərinin
(kabinet üzvlərinin) dəftərdar və rəmis-ül küttabın (maliyyə və
xarici işlər nazirlərinin) mehtərxanaları olduğu kimi, ölkənin
müxtəlif əyalətlərində və qalalarında mehtər dəstələri fəaliyyət
göstərirdi.
Mehtərin təsir gücü avropalılar tərəfindən də yüksək
qiymətləndirilmiş və mehtər nümunə kimi götürülərək müxtəlif
Avropa ölkələrində hərbi musiqi bölmələri yaradılmışdır. Qlak,
Motsart, Bethoven kimi bəstəkarlar mehtərdən təsirlənərək
musiqilər bəstələmişlər.

543
Osmanlıda kölgə oyunu: Karagöz və Hacivat
Karagöz və Hacivat təqlidə ve qarşılıqlı dialoqa əsaslanan
iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Kara-
göz oynadana xəyalbaz deyirlər.Oyunda dialoqların dəyişməsi baş
rollar vasitəsilə edilir.
Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa,
harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayət-
lərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs
edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli
görülməyiblər. Folklorşünaslar Karagözün bəzi oyunlarda qaraçı
olduğunu öz dili ilə deməsi və bolqar qaydası çalmasını əsas
götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi
Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə
isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Hacivat və Trakyada
yerləşən Samakol kəndindən olan dəmirçi ustası Karagöz, Orxan
Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki
işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də
imkan vermirdilər. Orxan Qazinin "məscid vaxtında bitməsə,
kəlləni alaram" dediyi məscid memarı məscidin inşaatının
vaxtında bitməməsinə görə Karagöz və Hacivatı şikayət edir.
Bundan sonra onlar başları kəsilərək edam edilir. Karagöz və
Hacivatı çox sevən və ölümlərinə çox kədərlənən Şeyx Küştəri
ölümlərindən sonra kuklalarını düzəldərək pərdə arxasından
oynatmağa başlayıb. Buna görə də Karagöz və Hacivat
məşhurlaşıb.
XVII əsrdə son vəziyyətini alan Karagöz kölgə teatrının nə
zaman Osmanlı torpaqlarına gəldiyi ilə əlaqədar fərqli fikirlər irəli
sürülmüşdür. Bu fikirlərdən bəziləri aşağıdakılardır:
- Birinci fikir: Çindən Monqollara keçən bu kölgə
oyununu türklər də Anadoluya köçərkən özləri ilə gətiriblər.
Mərkəzi Asiyada çadırlarda oynadılan ve "Çadır Hayal" ya da
"Kolkorçak" adı verilən bir cür kukla oyunu ilə Karagöz oyunu
arasında büyük bənzərliklər var. "Kolkorçak" sözünün türk dilində
korçok, konçak kimi "çocuk" mənasına gələn bir çox sözlə məna
yaxınlığı var.
544
- İkinci fikir: Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri ələ
keçirməsindən sonra bu ölkədən Anadoluya gəlmişdir. Sultan
Səlim Məmlük sultanı Tomanbayın asılışının canlandırıldığı kölgə
oyununu izləmiş və çox bəyənmişdir. Sənətçiləri İstanbula gətirt-
miş, bu sənətçilər də İstanbulda başqa sənətçiləri yetişdirmişlər.
- Üçüncü fikir: Anadoluya Cava Adalarından və Hindis-
tandan qaraçılar əliylə gətirilmişdir. Buna sübut olaraq qaraçıların
Anadoluya gəldikləri vaxt ilə Karagözün gəliş vaxtının kəsişməsi
göstərilir. Bundan başqa Karagöz oyunlarında görülən bəzi qaraçı
xüsusiyyətləri də bunu sübut edir.
- Dördüncü fikir: yəhudilər tərəfindən İspaniyadan və
Portuqaliyadan gətirilmişdir.
"Karagöz və Hacivat" oyunlarında Osmanlı İmperiyasında
yaşayan və cəmiyyətin fərqli sosial ve iqtisadi təbəqələrindən
gələn tiplərlə (xuliqanlar, narkomanlar, əlillər və s.) imperiya çətiri
altında yaşayan müxtəlif millətləri təmsil edən parodiyaların
(yəhudi, rum, ərəb, əcəm, alban və s.) hamısı var. Bu parodiyalar
təmsil etdikləri kütlənin ən əsas xüsusiyyətlərini (görünüş, geyim,
davranış formaları, mahnılar, rəqslər, manilər və.) ilə ön plana
çıxırlar və pərdədə göründükləri anda bu xüsusiyyətləri ilə çox tez
fərqlənirlər. Bu parodiyalar və xüsusiyyətlər aşağıdakılardır:
- "Karagöz": Keçəl başına “ışqırlaq” adı verilən papaq
qoyur. Heç bir zaman düzgün bir işi olmayan Karagözün təhsili
yoxdur. Hacivatın onun üçün tapdığı müvəqqəti işlərdə işləyir. İçi
çölü bir, olduğu kimi görünən, etirazını tez bildirən bir xalq
adamıdır. Xalqın səsini təmsil etməkdədir. Mərd və cəsur olduğu
üçün həmişə başı bəlalıdır. Hər şeylə maraqlanandır, düşüncəsiz və
açıq-saçıq danışır. Bəzən hilə işlədərək başqalarını aldatmağa
çalışır. Arvadı ilə həmişə dava edir.
- "Hacivat": Yuxarıya doğru qıvrıq sivri bir saqqalı olan
Hacivat hiləgərdir. Təhsil almış olduğu bəllidir ve hər mövzuda az-
çox məlumatı var. Hər kəslə xasiyyətinə görə danışır. Karagözə
görə mədəniyyətli, ağlı başında və etibarlı adamdır. Ərəbcə və
farsca sözləri tez-tez araya soxduğu bəzəkli bir dillə danışır. Buna
görə də Karagöz onun dediklərini çox zaman başa düşmür ya da
545
özünü başa düşməmiş kimi aparır. Oyunlardakı güldürücü sözlər
ümumən bu söz oyunlarına və yanlış anlaşılmalara əsaslanır.

Milli Osmanlı Teatrı


XIX əsrin əvvəllərində Osmanlıda azınlıqlar tərəfindən
səhnə oyunları təşkil edilməyə başlanmışdı. Həmin əsrin 60-cı
illərindən etibarən isə Türk dilində də əsərlər səhnəyə qoyulmuş və
cəmiyyət tərəfindən rəğbətlə qarşılanmışdı.
II Məşrutiyyət dövründə yaradılan çoxsaylı həvəskar teatr
kollektivlərindən biri də Milli Osmanlı Teatrı idi. Qurucusu Rəşad
Rıdvandır. Dövrün görkəmli oyunçularını özündə toplayan bu teatr
əldə etdiyi gəliri xeyriyyə işlərinə xərcləmişdir. İcmanın ilk oyunu
Namiq Kamalın məşhur “Vətən yaxud Silistre” əsəri idi. Hərbiyyə
Nəzarəti (bu gün İstanbul Universiteti Mərkəz Binası) parkında
həqiqi əsgərlər və toplarla oynanmış bu oyun böyük əks-səda
doğurmuş, İttihad və Tərəqqi Cəmiyyəti xeyrinə nümayiş
etdirilmişdir.

5. Osmanlı təhsil sisteminə qısa baxış


Osmanlı dövlətində ibtidai təhsil verən müəssisələrə
“Sibyan məktəbləri deyilirdi. Osmanlıda ən əhəmiyyətli təşkilat-
lardan biri olan, İslam hüququna görə qurulan “Vəqf” deyilən
dərnəklərin nəzdində fəaliyyət göstərən Sibyan məktəblərində əsas
olaraq uşaqlara ərəb əlifbası ilə imla yazısı, hesab (vurma, bölmə,
çıxma, toplama) və Quran-ı Kərimin oxunması öyrədilirdi.
Osmanlıda digər müsəlman ölkələrində olduğu kimi orta və
ali təhsil verilən müəssisələrin ümumi adı mədrəsə idi. Mədrəsə
sözü ərəbcə “dərs “mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə
müdərris (professor), onların köməkçilərinə "muid" (asistent)
deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya
"tələbə" adlandırılır.Böyük məscidlərin nəzdində fəaliyyət
göstərən mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası,
məntiq, kəlam, fiqh (İslam hüququ), riyaziyyat, xəttatlıq, tarix və
əbəbiyyat öyrədilirdi. Müasir ali məktəblərə (universitetlərə)
bənzəyən böyük mədrəsələrdə həm də yunan fəlsəfəsi, astrologiya,
546
məntiq, natiqlik elmi, həndəsə, tibb, kimya və bu kimi fənnlər
tədris olunurdu. Burada əsasən mülkədarların və ruhanilərin
uşaqları oxuyurdular.
Osmanlı dövlətində bürokratik və hərbi sahədə ixtisaslı
kadrlar yetişdirən təhsil qurumu- Əndərun adlanırdı. Əndərun
təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis olunmuş,
II Mehmed dövründə isə tamamlanmışdır.
Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və devşirilən
uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən
keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk
ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni
öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının
birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara
"acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar
buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif
hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən
yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil
Böyük və Kiçik odalar, Şahinçilər sinfi, Səfərlilər sinfi, Anbar
odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə
ayrılmışdı.Buradakı təhsilini sona qədər davam etdirə bilməyən iç
oğlanlar eyni şəkildə, çıxma olaraq müxtəlif hərbi vəzifələrə
göndərilirdi.
Osmanlı dövlətində bir sıra elm sahələri inkişaf etməkdə
idi. Astronomiya sahəsində görkəmli türk astronomu və riyaziy-
yatçısı Əli Quşçunun əsərləri uzun illər boyu Osmanlı dövlətinin
mədrəsələrində öyrədilirdi. Osmanlıda tibb elminin də inkişafına
xüsusi diqqət yetirilirdi. Sultan II Bəyazidin dövründə Ədirnədə
Darüşşəfa adlı xəstəxana da açılmışdır. Burada göz xəstəlikləri,
ruhi xəstələr müalicə olunurdu. Osmanlı dövlətinin fəthləri
artdıqca, coğrafiyaya dair biliklər də inkişaf edirdi. Məşhur türk
dənizçisi və coğrafiyaçısı Piri Rəis 1513-cü ildə dünyanın böyük
xəritəsini çəkərək, Sultan Səlimə təqdim etmişdi. O, sonradan bu
sahədə fəaliyyətini davam etdirərək “Bəhriyyə” adlı dəniz atlasını
yaratdı və Sultan Süleymana təqdim etdi. Piri Rəisin dünya
xəritəsinə Amerika qitəsini də daxil etməsi onu sübut edir ki, türk
547
səyyah və coğrafiyaşünasları avropalılardan çox-çox əvvəl
Amerika qitəsinin varlığından xəbərdar idilər.
XVIII əsrin sonlarından başlayaraq Osmanlıda xüsusilə
hərbi sahədə mühəndis yetişdirmək üçün Avropa tərzində ali
məktəblər qurulmağa başlanmışdı. 1773-ci ildə Sultan III
Mustafanın hakimiyyəti dövründə Mühendishane-i Bahr-i
Hümayun adı ilə fəaliyyətə başlayan ali təhsil müəssisəsi gəmi
inşaatı və dəniz xəritələri üzrə mütəxəssis hazırlamaq üçün nəzərdə
tutulmuşdu. Haliç Tersanesində yerləşən ali məktəbin qurucusu
macar əsilli Baron de Tott olub. 1795-ci ildə Sultan III Səlimin
dövründə Mühendishane-i Berr-i Hümayun adlandırılaraq
topçuluq və astronomiya kimi fənlər də tədris olunmağa
başlamışdı. 1847-ci ildə ali təhsil ocağında memarlıq bölməsi
yaradılmışdı. 1883-cü ildən Hendese-i Mülkiye, 1909-cu ildən isə
Mühendis Mekteb-i Alisi adlandırılaraq yüksək ixtisaslı memar və
mühəndislərin yetişdirildiyi böyük bir təhsil mərkəzinə
çevrilmişdi. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ali təhsil
müəssiəsi sürətlə inkişaf edərək, 1944-cü ildən etibarən İstanbul
Texniki Universiteti kimi tanınmağa başlanmışdı.
1839 Tənzimat Fərmanından sonra Osmanlıda orta təhsil
verən məktəblər “rüşdiyyələr” qurulmuşdu. Bu rüşdiyyələrdə
oğlanlarla bərabər qızların da təhsil alması mümkün idi. Rüş-
diyyələrin müəllim ehtiyacını qarşılamaq üçün “Dârülmuallimîn-i
Rüşdî və Dârülmuallimât” (Kadın öğretmen okulu) açılmışdı.
Osmanlıda ali təhsil qurumu kimi bilinən mədrəsələrə alternativ
qurulan ilk Avropa tərzində Darülfünun -i Osmani (1900-cu ildə
Darülfünûn-ı Şahane), cümhuriyyət dövründə İstanbul Univer-
siteti olaraq bir çox mütəxəssisin, elm və dövlət adamının
yetişməsinə imkan yaratmışdı.

548
Ədəbiyyat siyahısı

Azərbaycan dilində

1. Aşırlı Akif, Nargin adasında türk əsirləri, Bakı, 2011.


2. Ağayev Mehman, “Qafqaz İslam Cümhuriyyəti”, Tarix və
onun problemləri (nəzəri, elmi, metodik jurnal), №4, Bakı-2008, s.
103-108.
3. Ağayev Mehman, “Azərbaycan Türkiyə mətbuatının gözü
ilə (1918-1922-ci illər )”, Azərbaycanda Atatürk Mərkəzi bülleten,
sayı:3 (27), Bakı, 2008, s. 40-50.
4. Ağayev Mehman, Ötən əsrin 20-ci illərində Türkiyə
hökümətinin siyasətində Azərbaycanlı mühacirlər məsələsi,
ADPU, Tarix, insan və cəmiyyət (Elmi-nəzəri və elmi-metodik
jurnal), 2020, 1 (28), s.23-29.
5. Baxşəliyev S.F, “Azərbaycan mətbuatında Trablis savaşına
münasibət haqqında (1911-1912)”, Bakı Universitetinin xəbərləri,
Humanitar elmlər seriyası, №2, 2010, s.144-148.
6. Baxşəliyev S.F, “İkinci Balkan savaşı Azərbaycan
mətbuatının diqqət mərkəzində”, Bakı Universitetinin xəbərləri,
Humanitar elmlər seriyası, №4, 2011, s. 178-185.
7. Dədəyev Bilal, Balayev Xaqan ”Tariximizin öyrənilməmiş
səhifələrinin izi ilə: H.Z.Tağıyev və Sona xanımın Osmanlı dövlət
ordenləri ilə təltifi“, Lənkəran Dövlət Universiteti, Elmi xəbərlər
jurnalı, 2020, səh.30-41.
8. Əfəndiyev Oqtay, Azərbaycan Səfəvilər dövləti, Bakı, 2007.
9. Əliyev İlhami, ”Nadir Şahın dini siyasətinə Osmanlı
dövlətinin münasibətləri”, Naxçıvan Universiteti, Elmi əsərlər,
№2, 2019, s.137-147.
10. Əmrahov Ziyad, Osmanlı imperiyasında “erməni məsələsi”
problemi, Bakı, 2017.
549
11. Əsgərova Lalə ”Osmanlıda qərbçilik və ideya-siyasi fikir
axını”, Bakı, Dövlət Universiteti “Türk dünyası gənc tədqiqatçılar
dərnəyi”nin araştırmaları, №2 (2), Bakı, 2018, s.42-50.
12. Feyziyev Cavanşir, Türk dünyası, Türkşünasılq (4-cü
kitab), Bakı, 2017.
13. Fərzəlibəyli Şahin Fazil, Azərbaycan və Osmanlı
imperiyası (XV-XVI əsrlər), Bakı, 1995.
14. Gökalp Ziya, Türkçülüyün əsasları, Bakı, 2010.
15. İsmayılov R. “A.Y, Krımskı XVI əsr Avropasında “Türk
heyranlığı” haqqında”, Bakı Universitetinin xəbərləri, Humanitar
elmlər seriyası, №1, 2014, s.44-49.
16. Qafarov Vasif “Osmanlı-Azərbaycan münasibətlərində
“ilhaq” məsələsi”, AMEA xəbərləri, ictimai elmlər seriyası, №1.
Bakı, 2015, s. 119-137.
17. Qafarov Vasif, Şükürov Qiyas, Azərbaycan Cümhuriyyəti
tarixi 1918-1920-ci illər (Osmanlı arxiv sənədləri əsasında) , Bakı
, 2017.
18. Qasımlı Musa, “Erməni məsələsi”ndən “erməni
soyqırımı”na gerçək tarix axtarışında (1724-1920), Bakı, 2014.
19. Qaziyev Yusif, Erməni məsələsi (yalanlar və gerçəklər),
Qafqaz Universiteti Qafqaz Araştırmaları İnstitutu, 2009.
20. Məmmədov Adıgözəl, Osmanlının çöküşünə Rusiyadan
baxış, Bakı, 2012.
21. Məmmədov Kərəm, Birinci dünya müharibəsindən sonra
Antanta-Osmanlı münasibətləri (1918-1923), Bakı, 2008.
22. Məmmədova N. “İngiltərənin “levant” şirkətinin təşkili
tarixindən”, Bakı Universitetinin xəbərləri, Humanitar elmlər
seriyası, №1, 2011, s.152-157.

550
23. Məmmədova N. “XVI əsrdə Hind okeanı uğrunda
Osmanlı-Portuqaliya rəqabəti” Bakı Universitetinin xəbərləri,
Humanitar elmlər seriyası, №1, 2014, s.84-89.
24. Mustafayev Şahin, Səlcuqilərdən Osmanlılara: XI-XV
yüzilliklərdə Anadolnun türk mühitində etnosiyasi proseslər, Bakı
2010.
25. Mustafazadə Tofiq, XVIII yüzillik-XIX yüzilliyin
əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri,Bakı, 2002.
26. Nəcəfli Güntəkin, Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə
siyasi əlaqələri (XVIII əsrin II yarısı), Bakı, 2002.
27. Tahirli Abid, Bütün türklərin tərcümanı İsmail bəy
Qaspıralı, Bakı, 2011.
28. Zeynalova Sevinc “XVI-XVII əsrin birinci rübündə Venesiya-
Osmanlı münasibətləri və Səfəvilər”, Tarix və onun problemləri, №3,
2012, s.24-29.

Türk dilində

1. Abdullah Manaz, “ Theodor Herzl, Filistin ve II


Abdülhamid”, İkinci Uluslararası İsrail və Yahudilik Çalışmaları
Konferansı”, 2018, s.12-28.
2. Abdüllatif Armağan, “Klasik dönemde Osmanlılarda devlet
yönetimi anlayışına dair bazı düşünceler”, Akademik Bakış, cild 5,
sayı 9, 2011, s. 139-156.
3. Ağalarlı Mübariz,“XVI yüzyılın başlarında Safevi devletiyle
Memlük devleti arasında siyasi ilişkilere genel bir bakış”, Uşak
Üniversitesi Sosyal Bilimler Dergisi, 2010, 3/2, s.124-135.
4. Ağayev Mehman, Kurtuluş savaşı yıllarında Türkiye
Azerbaycan ilişkileri, Monoqrafiya, İstanbul, 2008.
5. Ağayev Mehman, “1920 li yıllarda Türkiye Hükumetinin
Dış Politikasında Azerbaycanı ilhak meselesi var mıydı?”, Türk
551
Dünyası Genç Bilim Adamları 1. Sempozyumu Bildirileri,
İstanbul, 2005, s. 27-34.
6. Ağayev Mehman, “Bakünün 1918 de düşman işqalinden
kurtarılmasının tarihi önemiyle ilgili bazı değerlendirmeler”
Azerbaycanlı Genc Bilim Adamları 1. Sempozyumu Bildirileri,
İstanbul-2005, s. 19-25.
7. Ahmet Cevdet Paşa, Osmanlı imperatorluğu tarihi (2 cild),
İstanbul, 2011.
8. Ahmet Durak “Akdenizde Osmanlı korsanlığı ve Osmanlının
korsanlıkla mücadelesi(1530-1571)”, Erzurum Teknik
Üniversitesi, Sosyal Bilimler Enstitüsü Dergisi, 2016, s. 131-148.
9. Ahmet Uğur, Osmanlı Siyasetnameleri, İstanbul, 2001.
10. Ahmet Uğur, Yavuz Sultan Selimin siyasi ve askeri hayatı,
İstanbul, 2001.
11. Ali Kuşat “Fatih Sultan Mehmedin kişiliği ve fetihteki rolü”,
Sosyal Bilimler Enstitüsü Dergisi, sayı: 14, 2003, s. 131- 148.
12. Alphonse de Lamartine, Osmanlı tarihi, İstanbul, 2008.
13. Ali Yakıcı “Halk anlatımlarında yer alan Köroğlu tipleri ve aşık
Köroğlunun bu tipler arasındakı yeri”, Milli folklor, yıl: 19, sayı:
76, 2007, s. 113-123.
14. Ali Arslan, İstanbuldan çıkış, Milli Mücadeleye giriş, İstanbul,
2010.
15. Ali Arslan, “Avrupa'dan Türkiye'ye Yahudi Göçünün Stratejik
Olarak Kullanılması (1880-1920)”, Güvenlik Stratejileri Dergisi,
cilt:3, sayı:5, 2007, s.7-41.
16. Aslıhan Nakiboğlu,“II. Mahmud dönemi iktisadi ıslahatları”,
Diyalektolog Ulusal Sosyal Bilimler Dergisi, 2017, s.31-51.
17. Atatürk ilkeleri ve inkilap tarihi-I, Anadolu Üniversitesi dərslik,
İstanbul, 2012.
18. Atatürk ilkeleri ve inkilap tarihi-I, İstanbul Universiteti
dərslik, İstanbul, 2014.
552
19. Baran Hocaoğlu, İkinci Meşrutiyet dönemi siyasal yaşamında
iktidar ve muhalefet ilişkileri (1908-1913), Dokuz Eylül
Üniversitesi, yüksek lisans tezi, İzmir, 2008.
20. Bayram Kodaman, “Osmanlı devletinin yükseliş ve çöküş
sebeplerine genel bakış”, SDÜ Sosyal Bilmler Dergisi, 2007, sayı
16, s.1-24.
21. Belgelerle Osmanlı-Türkistan ilişkileri (XVI-XX yüzyıllar),
(Osmanlı Arşiv Daire Başkanlığı, Yayın №70) Ankara, 2005.
22. Caroline Finkel, Rüyadan imparatorluğa Osmanlı
imparatorluğunun öyküsü (1300-1923), İstanbul, 2014.
23. Cihan Oruc, “Şah Cihan döneminde Babürlü-Osmanlı diplomatik
ilişkileri”, VAKANÜVİS, Uluslararası Tarih Araştırmaları
Dergisi, sayı 2, 2017, s. 191-215.
24. Çağatay Gönder,“Kaşgar Emirliyinin Osmanlı Devletine
tabiyyeti”, Yakın Dönem Türkiye Araştırmaları, cild:15, sayı: 30,
2016, s.1-30.
25. Dedeyev Bilal, “Safevi tarikatı ve Osmanlı devleti ilişkileri”,
Uluslararası Sosyal Araştırmalar Dergisi, 2008, 205- 225.
26. Deniz Kılıc,“Ziştovi ve Yaş görüşmeleri örneği üzerinden
Osmanlı diplomasisini okumak”, Tarih ve Coğrafya Araştırmaları
Dergisi, sayı III/1, 2017, s. 95-107.
27. Ekmeleddin İhsanoğlu və digərləri, Osmanlı devleti ve
medeniyyeti tarihi -I / II, İstanbul, 1994.
28. Emre Kongar, Tarihimizle yüzleşmek, İstanbul, 2006.
29. Erdal İlter, “Osmanlılarda istihbarat (XIV-XX yüzyıllar)”,
Avrasya Dosyası, İstihbarat özel, 2002, cilt 8, sayı 2, s.233-254.

553
30. Erdal Taşbaş,“Klasik dönem Osmanlı tarih yazarları ve eserlerine
kısa bakış”, Mediterranean Journal of Numanities, ½, 2011,
s.213-223.
31. Erhan Afyoncu, “Osmanlı siyasi tarihinin ana kaynakları:
kronikler”, Türkiyat Araştırmaları Literatür Dergisi, cilt:1 , sayı:2,
2003, s.101-172.
32. Erhan Afyoncu və digərləri, Osmanlı imparatorluğunda askeri
isyanlar ve darbeler, İstanbul, 2010.
33. Erhan Afyoncu, Sorularla Osmanlı imparatorluğu, İstanbul
, 2012.
34. Erol Kürkçüoğlu, “Anadolunun parlayan yüzü: kayılar”, Atatürk
Üniversitesi Sosyal Bilimler Dergisi, sayı:51, 2013, s.135- 148.
35. Esra Mindivanlı, “Kuruluş döneminde Osmanlı devletinin kimlik
siyaseti ve ideolojisi”, Erzurum, 2008 ( Y/L tezi).
36. Fatma Akkuş Yiğit, “Osmanlı-Memlük mücadelesinde beş yıl
savaşları”, Türk Kültürünü Araştırma Enstitüsü Yayınları,
Ankara, 2017, s. 235-260.
37. Feridun Emecen,“Fatih Sultan Mehmed ve etrafındakı dünya:
Osmanlı devletinin doğu komşuları”, Osmanlı araştır- maları,
XXXIII, İstanbul, 2009, s.65-85.
38. Fuat Köprülü, Osmanlı devletinin kuruluşu, Ankara, 1991.
39. Hakan Uzun,“Türk demokrasi tarihinde I Meşrutiyet dönemi”,
Gazi Üniversitesi Kırşehir Eğitim Fakültesi, cilt 6, sayı 2 (2005),
s. 145-162.
40. Hakkı Karagöz, 1737-1739 Osmanlı-Avusturya harbi ve
Belgradın geri alınması, Süleyman Demirel Üniversitesi, doktora
tezi, İsparta, 2008.
41. Halil Bal, Azerbaycan Cumhuriyetinin Kuruluş Mücadelesi ve
Kafkas İslam Ordusu, İstanbul, 2010, s. 286.

554
42. Halil İnalcık,“Osmanlı-Rus rekabetinin menşei ve Don- Volga
kanalı teşebbüsü (1569)”, 46 sayılı Belletenden ayrı basım,
Ankara, 1948, s.348-402.
43. Halil İnalcık, Osmanlı imparatorluğu klasik çağ (1300- 1600),
İstanbul, 2003.
44. Halil İnalcık, Devlet-i Aliyye Osmanlı imparatorluğu üzerine
araştırmalar I-II, İstanbul, 2014.
45. Hamidreza Muhammednejad, Osmanlı-Safevi ilişkileri
(1501-1576), Ankara Üniversitesi doktora tezi, 2015.
46. Hüseyin Algül,“Osman Gazi ve Orhan Gazinin şahsiyeti”, Uludağ
Universiteti İlahiyat Fakültesi, sayı 8, cilt 8, 1999, s.59-73.
47. İlber Ortaylı,“İkinci Vyana kuşatmasının iktisadi sonuçları
üzerine”, Osmanlı Araştırmaları II, İstanbul, 1981, s. 195-202.
48. İlber Ortaylı, Üç kıtada Osmanlılar, İstanbul, 2007.
49. İlyas Topsakal, “Tarihi sürecte Rusiya-Türkiye ilişkileri”,
Marmara Türkiyat Araştırmaları Dergisi, cild 3, sayı 2, 2016, s.33-
53.
50. İsmail Hakkı Uzunçarşılı, Osmanlı tarihi, Ankara, 1988.
51. J. Von Hammer, Osmanlı imparatorluğu tarihi (2 cild),
İstanbul, 2011.
52. Kadir Kasalak, “Birinci dünya savaşı yıllarında Osmanlı- ABD
ilişkileri”, Ankara Üniversitesi Türk İnkilap Tarihi Enstitüsü
Atatürk Yolu Dergisi, Güz: 55. 2014. S. 108-124.
53. Kemalettin Taş-Betül Göksüçukur,“Osmanlı dönemi
batıçılık,islamçılık, türkçülük fikir akımları ve din”, Dini
Araştırmalar, cilt 22, sayı 56, 2019, s. 463-488.
54. Kuruluş ve yükseliş devri Osmanlı tarihi, İstanbul Üniversitesi
dərslik, İstanbul, 2010.
55. Lord Everesley Sir Valentine Chirol, Türk imparatorluğu
(1288-1924), İstanbul, 2013.

555
56. Lord Kinross, İmparatorluğun yükselişi ve çöküşü, İstanbul,
2017.
57. I. Mahmut-Nadir Şah mektuplaşmaları, (Osmanlı Arşivi
Daire Başkanlığı, Yayın № 136), İstanbul, 2014.
58. Mehmet Ali Beyhan. Nizam-ı Cedid Başlangıcının 220. Yılı
Münasebetiyle Tarih Boyunca Yenileşme Hareketleri. İstanbul:
Kitabevi, 2014, s.190.
59. Mehmet Ali Beyhan. Sultan Vahdettin ve Mustafa Kemal Paşa,
İstanbulun İşğal Yılları ve Milli Mücadeleye Giden Yol, istanbul,
2019, s. 9-61.
60. Mehmet Ali Beyhan. Osmanlı Devrinde İstanbul Yangınları,
Afetlerin gölgesinde İstanbul tarih boyunca İstanbul ve çevresini
etkileyen faktörler, İstanbul Büyükşehir Belediyesi Çevre
Koruma Ve Kontrol Daire Başkanlığı Çevre Koruma Müdürlüğü,
İstanbul, 2009, s.187-312.
61. Mehmet Ali Karaman, “Fransız ihtilalinin Osmanlı
imparatorluğuna etkileri”, SDÜ Sosyal Bilimler Dergisi, sayı 44,
2018, s. 62-79.
62. Mehmet Beşirli,“Osmanlıda modernleşme ve aydınlar, 1789-
1908”, Din Araştırmaları, c.2, sayı 5 , Eylül-Aralık 1999, s. 131-
157.
63. Mehmet Necmeddin Bardakçı,“Osmanlı devletinin Fetret dönemi
ve Şeyh Bedreddin hareketi”, Süleyman Demirel Üniversitesi,
Sosyal Bilimler Dergisi, 1999, sayı: 4, s. 55-62.
64. II Meşrutiyet dönemi tarihi, İstanbul Üniversiteti dərslik,
İstanbul, 2013.
65. Murat Yılmaz,“Bizans kaynaklarına göre Ankara savaşı”,
Uluslararası Sosyal Araştırmalar Dergisi, cilt 11, sayı :60, 2018.
66. Mustafa Akdağ, Celali isyanları (1500-1603), Ankara, 1963.

556
67. Mustafa Nuri Paşa, Netayic ül-vukuat (kurumlarıyla ve
örgütleriyle Osmanlı tarihi) (4 cild), İstanbul, Ankara, 1992.
68. N. Ahmet Asrar, Kanuni Sultan Süleyman ve İslam alemi,
İstanbul, 1972.
69. Nazan Ölmez, Jön türklerin Türk ve Batı kültürüne bakışı,
Necmeddin Erbakan Üniversitesi, yüksek lisans tezi, Konya, 2012.
70. Nicola Jorqa, Osmanlı imparatorluğu tarihi (5 cild), İstanbul,
2005.
71. Nihat Atsız, Aşık Paşaoğlu tarihi, İstanbul, 1992.
72. Nurullah Kartal,“Sultan III Selim döneminde Osmanlı
imperatorluğunun ekonomik durumu ve alınan tedbirler”, İğdır
Üniversitesi, Sosyal Bilimler Dergisi, sayı:6, 2014, s. 21-50.
73. Nuri Köstüklü, “Osmanlı çöküş sürecinde Batı Trakyada teşekkül
eden Türk hükümetleri(1878-1923)”, Türk İslam Medeniyeti
Akademik Araştırmalar Dergisi, cilt 14, sayı 28, 2019, s.287-294.
74. N.Nail Alkan,“1915 ermeni tehcir kanunu ve Almanyanın etkisi”,
Akademik Bakış, cild 8, sayı 15, 2014, s. 91-104.
75. Osmanlı denizçilik tarihi, İstanbul Üniversitesi dərslik,
İstanbul, 2010.
76. Osmanlı devleti ile Azerbaycan Türk hanlıkları arasındakı
münasibetlere dair arşiv belgeleri(1575-1918), Ankara, 1993.
77. Osmanlı Devletinde yenileşme hareketleri (1703-1876),
Anadolu Üniversitesi dərslik, Eskişehir, 2013.
78. Osmanlı diplomasisi, Anadolu Üniversitesi dərslik,
Eskişehir, 2013.
79. Osmanlı diplomasi tarihi, İstanbul Üniversitesi dərslik,
İstanbul, 2014.
80. Osmanlı iktisat tarihi, İstanbul Üniversitesi dərslik,
İstanbul, 2012.

557
81. Osmanlı sosyal hayatı, İstanbul Üniversitesi dərslik,
İstanbul, 2014.
82. Osmanlı tarihi (1300-1566), Anadolu Üniversitesi dərslik,
Eskişehir, 2013.
83. Osmanlı tarihi (1566-1789), Anadolu Üniversitesi dərslik,
Eskişehir, 2013.
84. Osmanlı tarihi (1789-1876), Anadolu Üniversitesi dərslik,
Eskişehir, 2013.
85. Osmanlı tarihi (1789-1908), İstanbul Üniversitesi dərslik,
İstanbul , 2017.
86. Osmanlı teşkilat ve kültür tarihi, İstanbul Üniversitesi dərslik,
İstanbul, 2014.
87. Özer Küpeli, Osmanlı-Safevi münasibetleri(1612-1639), Ege
Üniversitesi doktora tezi, İzmir, 2009.
88. Paul İmbert, Osmanlı imparatorluğu yenileşme hareketleri,
İstanbul, 1994
89. Recai Coşkun, “Türk aydınlanma girişimi olarak Turancılık
harekatı:özgünlüğü ve günümüze yansımaları”, Türk dünyası
araştırmaları, sayı:221, Nisan 2016, s.9-30.
90. Remzi Kılıç, “Yavuz Sultan Selim dönemi (1512- 1520)Osmanlı-
Özbek münasibetleri”, Kırğızıstan-Türkiye Manas Üniversitesi
Sosyal Bilimler Enstitüsü Dergisi, 2001, s. 88-102.
91. Rifat Uçarol, Siyasi tarih (1789-1994), İstanbul, 1995
92. Rudi Matthee,“Saiklerin ve sebeplerin ışığında 1578-1590 tarihli
Osmanlı-Safevi savaşı”(çev; İlker Kutbige), Tarih ve Coğrafya
Araştırmalar Dergisi, sayı IV/2-2018, s.115-140.
93. Sevinç Aliyeva. 1918-1920 yılları Türkiye-Kuzey Kafkasya
ilişkileri// XVII. Türk Tarih Kongresi. Ankara: 15-17 Eylül 2014.
Kongreye sunulan bildiriler II. Cilt – II Kısım Orta Asya ve
Kafkasya Tarihi. Ankara, 2018. s. 461-477.

558
94. Sevinç Aliyeva. Mondros Mütarekesi Öncesi ve Sonrasında
Müslüman Kafkasyadaki Türk Askerleri// Mondros
Mütarekesinin 100.Yıllı: I. Dünya Savaşının sonu Mütarekeler ve
Barış Antlaşmaları Uluslararası Sempozyumu. Bildiriler kitabı. 24
– 26 Ekim 2018/ Kahramanmaraş. Bildiriler. Cilt 1. Ankara:
AKDTYK ATAM, 2019, s. 275-313.
95. Sefa Dereköy,“17 yüzyıl Osmanlı trajedisi ve büyük kaçqunluğun
yönü”, Uluslararası Sosyal Araştırmalar Dergisi, cilt 12, sayı 64,
2019, s. 203-211.
96. Selaheddin Döğüş,“Osmanlı Beyliği topraklarında Ahi
zaviyyeleri ve Şeyh Edebalı meselesi”, Ankara Üniversitesi
Osmanlı Tarihi Araştırma ve Uyqulama Merkezi Dergisi , 2015,
s.61-86.
97. SelaheddinTansel, Osmanlı kaynaklarına göre Fatih
Sultan Mehmedin siyasi ve askeri fealiyetleri, Ankara, 1953.
98. Selahettin Tansel, Mondrostan Mudanyaya kadar (cild I-
IV), İstanbul, 1991.
99. Selcan Özyürt Ulutaş- Safiye Başer, “The London Gazette`e göre
Nadir Şah dönemi Osmanlı-İran ilişkileri”, Uşak Üniversitesi
Sosyal Bilimler Dergisi, Sayı: 2, 2019, s. 69-81.
100. Siyasi tarih, Anadolu Üniversitesi dərslik, Eskişehir,
2010.
101. Sultan II. Abdülhamid dönemi (siyaset-dış politika-
kültür-eğitim), İstanbul Sabahattin Zaim Üniversitesi(makaleler
toplusu), 2019.
102. Süleyman Tekir,“Sarıkamış harekatında Türk ve rus
kayıpları”, Yeni Türkiye 73, 2015, s.795-805.
103. Taha Niyazi Karaca, “Dostluktan çatışmaya: Osmanlı
dönemi Türk-İngiliz ilişkileri”, Journal of anqlo-turkish relations
volume 1, Number 1, 2020, s.11-32.

559
104. Tarkan Suçıkar, XV-XVII yüzyıl Osmanlı kaynaklarında
Yıldırım Bayezid ve Timur algısı, Fatih Sultan Mehmet Vakıf
Üniversitesi, 2014, Y/L tezi.
105. Toktamış Ateş, Türk devrim tarihi, İstanbul, 1997.
106. “Türkler Ansiklopedisi”, (21 cild), “Osmanlı” (9-15
cildlər), Ankara, Yeni Türkiye yayınları, 2002.
107. Türkiye Diyanet Vakfı ( TDV) İslam Ansiklopedisi
(1988-2016), 44 cild, (https://islamansiklopedisi org. tr/hakkinda/)
108. Umay Türkeş Günay, Türklerin tarihi geçmişten
geleceğe, Ankara, 2012.
109. Yahya Başkan, Orta Anadoluda hakimiyet mücadelesi
(1400-1500), İstanbul Üniversitesi, doktora tezi, 2007.
110. Yakup Yılmaz, “Osmanlının kuruluşuna dair ikilemler”
Journal of History and future, cild1, sayı :1, 2015, s.8-38.
111. Yaşar Yücel, Timurun Ortadoğu-Anadolu seferleri ve
sonuçları (1393-1402), Ankara, 1989.
112. Yaşar Yücel-Ali Sevim, Osmanlı klasik döneminin üç
hükümdarı Fatih-Yavuz-Kanuni, İstanbul, 1991.
113. Yavuz Güler, “Osmanlı devleti dönemi Türk-Amerikan
ilişkileri (1795-1914), Gazi Üniversitesi Kırşehir Eğitim Fakültesi
Dergisi, cild: 6, sayı:1, 2005, s.227-240.
114. Yıldıray Kara, Osmanlıda kadın saltanatı, İstanbul, 2010.
115. Yılmaz Öztuna, Osmanlı devleti tarihi (2 cild), İstanbul,
1986.
116. Yılmaz Öztuna, Yavuz Sultan Selim, İstanbul, 2006.
117. Yılmaz Öztuna, Kanuni Sultan Süleyman, İstanbul, 2006.
118. Yunus İnce, “II. Mahmud devri reformlarının tebaa
tarafından algılanışı”, Tarih İncelemeleri Dergisi, XXXII/2, 2015,
s.427-457.

560
119. Yunus İnce, “II. Murad döneminde Osmanlı tarih
yazıcılığının başlamasına Timurluların etkisi”, Selcuk Üniversitesi
Türkiyat Araştırmaları Dergisi, sayı 43, 2018, s. 459-470.
120. Yücel Öztürk,“Osmanlı-Lehistan ilişkilerinde savaş,
diplomasi ve ticaret”, Karadeniz Araştırmaları, XIV/55, 2017,
s.225-252.
121. 17-18 yüzyıl Osmanlı tarihi, İstanbul Üniversitesi dərslik,
İstanbul, 2010.
122. Zerrin Funda Ürük, “Medeniyetler içinde hamamın
gelişimi ve kültürel olarak mekan analizleri”, Akademik Sosyal
Araştırmalar Dergisi, yıl:4, sayı:28,2016, s.185-209.

Rus dilində:

1. Мейер М.С. История Османского государства,


общшества и цивилизации. Москва: Восточная литература,
2006, т.1-6.
2. Орешкова С.П. Османская империя: очерки истории.
Москва, 2018, с. 587.
3. Севиндж Алиева. Причерноморские города в османо-
северокавказских связях // Северокавказский город в регио-
нальном историческом процессе. Материалы международной
научной конференции 18-19 сентября 2012 г. г. Каспийск,
Республика Дагестан. Махачкала, 2012, с.96-100.
4. Севиндж Алиева. Некоторые аспекты османо-россий-
ско-сефевидского соперничества в борьбе за Кавказ в первой
половине XVIII в.// Кавказ и Ближний Восток: от Каспийского
похода Петра I до распада державы Надир-шаха. Материалы
международной научной конференции, проведенной в рамках

561
«Года Российской истории», 25 мая 2012, Махачкала:
ИИАЭДНЦ, АЛЕФ, 2012, с.16-22.
5. Севиндж Алиева. Причерноморские города в османо-
северокавказских связях // Северокавказский город в регио-
нальном историческом процессе. Материалы международной
научной конференции 18-19 сентября 2012 г. г. Каспийск,
Республика Дагестан. Махачкала, 2012, с.96-100.
6. Севиндж Алиева. Соперничество за Северный Кавказ:
приоритеты внешней политики Османской империи накануне
и после 1813 г. // Материалы Международной научной кон-
ференции «Гюлистанский мирный договор 1813 г.: основные
итоги и последствия для судеб народов Кавказа», посвя-
щенной 200-летию со дня подписания договора. Г. Махачкала,
24 сентября 2013 г. Махачкала: Изд-во ДГУ, 2013, с.30-35.
7. Севиндж Алиева. Турецкий фактор в народно-освобо-
дительной борьбе народов Кавказа в XIX веке// Материалы
международной научной конференции «Адыги (черкесы) в
историческом времени и пространстве, посвященной 150-
летию окончания Кавказской войны 19-21 мая. Майкоп, 2014,
с. 95-115.
8. Севиндж Алиева. Народно-освободительная борьба
народов Кавказа и их надежды, связанные с Османской
империей в XIX веке// Çankırı Karatekin Universitesi Uluslar-
arası Avrasya Strateji Dergisi. Cilt: 3, Sayı: 1. Bahar 2014, 13-41.
9. Севиндж Алиева. Азербайджанская Демократическая
Республика и Горская Республика: сотрудничество, проекты
объединения и взаимодействия с Османской империей (по
документам, договорам и нотам 1918 - 1920 годов) (часть
вторая) // Северо-кавказский юридический вестник, № 1, 2016,
с. 90-114.

562
10. Севиндж Алиева. Азербайджанская Демократическая
Республика и Горская Республика: сотрудничество, проекты
объединения и взаимодействия с Османской империей (по
документам, договорам и нотам 1918 - Türkiyenin Kafkaz
Politikası Tarihinin Araştırılmasında Rusya Arşivlerinin Önemi
(Azerbaycan Halk Cumhuriyeti ve Dağlı Cumhuriyeti Dönemi) //
Diploması ve dış politika araştırmalarlnda arşivlerin rolü
uluslararası sempozyumu 7-9 Nisan/April 2016. İstanbul. Bildirler.
Ankara, 2017, s. 641-670.

İnternet resursları

https://www.ttk.gov.tr/tarihveegitim/osmanli-tarihine-giris/
https://islamansiklopedisi.org.tr/osmanlilar
https://www.kulturportali.gov.tr/portal/osmanli-devri
http://www.enfal.de/osmtarih.htm
http://www.istanbultarih.com/kurulus-devri-osmanli-tarihinin-en-
karanlik-donemidir-233.html
Kudret Bülbül, “Mesele Osmanlıya bakış mı?”, adlı (analitik yazı)
http://kudretbulbul.com.tr/

563
QEYDLƏR

564
Nəşriyyatın direktoru
Şöhrət Səlimbəyli

Texniki redaktor
Mail Xəlilov

MEHMAN AĞAYEV
SEVİNC ƏLİYEVA

OSMANLI TARİXİ
(DƏRS VƏSAİTİ)

Şərti çap vərəqi: 35


Formatı: 60 x84 1/16
Tiraj 300

«AVROPA” nəşriyyatı

565

You might also like