You are on page 1of 3

Azərbaycan Texniki Universiteti “Xüsusi Texnika və Texnologiyası” fakültəsinin

749a qrup tələbəsi Nəcəfli Araz İlham oğlunun “Troposfer rabitə sisteminin
informasiyanı ötürmə sürətinin artırılması imkanlarının tədqiqi” mövzusunda
buraxılış işinə rəhbərin
RƏYİ

Buraxılış işi Troposfer rabitə sisteminin informasiyanı ötürmə sürətinin


artırılması imkanlarının tədqiqi həsr olunmuşdur.
Buraxılış işi girişdən, 3 bölmədən 6 alt bölmədən, nəticədən və ədəbiyyatın
siyahısından ibarətdir.
Buraxılış işinin tapşırığına uyğun olaraq birinci bölmədə tələbə Nəcəfli Araz
İlham oğlu tərəfindən Troposfer rabitəsi quruluşu və tətbiq sahələri haqqında
məlumat verilmiş və troposferin struktur sxemi tərtib edilmişdir.
Buraxılış işinin ikinci bölməsində İnformasiya haqqında ötürülmə imkanların
yaranması və ötürülməsində iştirak edən avadanlıqlardan bəhs edilmiş,üçüncü
bölməsində isə Aselsan şirkətinin istehsalı olan PRC-5433 EHKET, PRC / VRC-
9661 radio stansiyaları sistemlərin tətbiqi aparılmış və Detektorun hesabatı
parametrlərin hesablanması gücləndiricinin funksional sxemi və hesablanması yerinə
yetirilmişdir.
Bütün elektrik hesabatları kifayət həcmdə və düzgün yerinə yetirilmişdir.
Bundan başqa elektrik prinsipial sxemin elementlərinin seçilməsi standartın
tələblərinə uyğun aparılmışdır.
Buraxılış işinin izahat-yazı materialı qüvvədə olan tələbatlara uyğun olaraq
səliqəli və düzgün tərtib edilmişdir, qrafili materiallar standartın tələblərini ödəyir.
Deyilənləri ümumiləşdirərək, müvəffəqiyyətlə müdafiə olunma şərtilə,
buraxılış işinə ( ) bal qiymətə layiq görülür müəllif Nəcəfli Araz İlham oğluna
isə XTB 050104 –“Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının
hazırlanması, istismarı və təmiri” ixtisası üzrə bakalavr dərəcəsi verilməsini tövsiyə
edirəm.
Buraxılış işinin rəhbəri
Məcid İsgəndərov
Azərbaycan Texniki Universiteti“Xüsusi Texnika və Texnologiyası” fakültəsinin
749a qrup tələbəsi Nəcəfli Araz İlham oğlunun “Troposfer rabitə sisteminin
informasiyanı ötürmə sürətinin artırılması imkanlarının tədqiqi”mövzusunda buraxılış
işinə

RESENZİYA

Buraxılış işi aktual mövzuya – Troposfer rabitə sisteminin informasiyanı


ötürmə sürətinin artırılması imkanlarının tədqiqi həsr olunmuşdur.
Buraxılış işi girişdən, hesabat – izahat mətnindən, nəticədən və ədəbiyyatın
siyahısından ibarətdir.
Buraxılış işinin tapşırığına uyğun olaraq ilkin mərhələdə tələbə Nəcəfli Araz
İlham oğlu tərəfindən mövcud Troposfer rabitə sisteminin analitik xülasisəsi
aparılmış onun təsnifatına baxılaraq hesabatın nəticələri əsasında struktur sxem tərtib
edilmişdir.
Növbəti mərhələdə detektorun əsas hissələrinin hesabatı aparılmış və onun
prinsipial sxemi tərtib olunmuşdur.
Elektrik hesabatları kifayət həcmdə və əsasən düzgün yerinə yetirilmişdir.
Tələbə Nəcəfli Araz İlham oğlu sxemin elementlərinin seçilməsini standartın
tələblərinə uyğun aparmış, buraxılış işinin hesabat-izahat hissəsi və sistemlərin
ümumi quruluşunu yazmış texniki standartlara uyğun olaraq tərtib edilmişdir.
Deyilənlərin ümumiləşdirərək, müvəffəqiyyətlə müdafiə olunmaq şərtilə,
buraxılış işinə ( ) bal qiymət, müəllif Nəcəfli Araz İlham oğluna isə XTB
050104 ––“Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının
hazırlanması, istismarı və təmiri” ixtisası üzrə bakalavr dərəcəsi verilməsini tövsiyə
edirəm.

Resenzent:

You might also like