You are on page 1of 26

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

KAFEDRA: Muhasibat uçotu və audit.

MÖVZU: Sıranın əsas meylinin analitik üsulla əldə edilməsi.

FAKULTƏ: İİF

KURS: II

QRUP: 722

TƏLƏBƏ: Abbaslı Mirrahim

SƏRBƏST İŞ
PLAN:

Giriş.

1.Sıra anlayışı.Dinamika sıraları

2.Sıranın əsas meylinin analitik üsulla aşkar edilməsi

Nəticə.

Ədəbiyyat.

Giriş.
Sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluğunu müəyyən
etmək üçün ən çox istifadə olunan üsullardan biri sürüşkən orta
kəmiyyətlər üsuludur. Sürüşkən orta kəmiyyətlər dinamika
sıralarındakı təsadüfi kənarlaşmanı aradan qaldırmağa və sıranın əsas
meylini aşkar etməyə imkan yaradır. Dinamika sırasında ardıcıl
sürüşdürülən dövrlər üzrə hesablanan orta kəmiyyətə sürüşkən orta
kəmiyyət deyilir. Onlar sıranın üç, beş, yeddi və daha çox səviyyələri
əsasında hesablana bilər. Üç səviyyə əsasındı sürüşkən orta kəmiyyəti
hesablamaq üçün birinci üç səviyyənin cəmini üçə bölüb sıranın
ikinci səviyyəsini, sıranın ikinci, üçüncü, dördüncü səviyyələrinin
cəmini üçə bölüb sıranın üçüncü səviyyəsini və s. alırıq. Beş səviyyə
əsasında hesablama apardıqda sıranın birinci beş səviyyəsinin cəmini
beşə bölüb sıranın üçüncü səviyyəsini və s. alırıq. Sürüşkən orta
kəmiyyət sıranın üç üzvü əsasında hesablandıqda sıranın birinci və
axırıncı səviyyələri, beş səviyyə əsasında hesablandıqda isə sıranın
əvvəlki iki və axırıncı iki səviyyələri olmur. Yəni sıranın səviyyələri
müvafiq miqdarda azalır.
Sürüşkən orta kəmiyyət tədqiq olunan hadisənin dinamikasının
xüsusiyyətlərinə uyğun olaraq hesablanmalıdır. Əgər sırada dövrü
tərəddüdlər mövcuddursa, o zaman sürüşkən orta kəmiyyətli
dövrlərdə tərəddüd dövrləri uyğun, yaxud ondan 2 dəfə çox olmalıdır.
Sırada dövrü tərəddüdlər olmadıqda hadisənin inkişaf meyli aydın
müşahidə olunana qədər sürüşkən orta kəmiyyətlərə daxil olan
dövrlərin sayı tədricən artırıla bilər. Yəni sürüşkən orta kəmiyyətlər
dinamika sırasının iki, üç, dörd, beş və daha çox üzvləri əsasında
hesablana bilər.
Dinamika sırasının əsas inkişaf meylini sıranın cüt üzvləri
əsasında sürüşkən orta kəmiyyətlərlə müəyyən edilməsinin
özünəməxsus xüsusiyyəti vardır. Sıranın dörd üzvi əsasında
hesablanmış sürüşkən orta kəmiyyət ikinci, üçüncü dövrlərin arasına
və s. aid edilir. Belə dəyişməni ləğv etmək üçün səviyyələri dəyişmək
və mərkəzləşdirmə aparmaq lazımdır.

Sosial-iqtisadi hadisələrin dinamikasının tədqiqində müəyyən


dövr daxilində naməlum səviyyənin tapılması dinamika sırasının
interpolyasiyası adlanır. Dinamika sırasının səviyyələri sabit dəyişərsə
sıranın interpolyasiyasını orta mütləq artım və orta illik artım sürəti
əsasında aparmaq olar. Bu göstəricilər eyni keyfiyyətli dövr üçün
hadisənin inkişaf qanunauyğunluğunu düzgün xarakterizə etmək
imkanına malikdirlər.
Sosial - iqtisadi hadisələrin dinamikasının tədqiqi və keçmiş
sırada onların əsas xüsusiyyətlərinin aşkar edilməsi sıranın
proqnozlaşdırılması üçün əsas verir. Proqnozlaşdırma sıranın məlum
olmayan gələcək səviyyələrinin müəyyənləşdirilməsi əsasında
aparılır. Məlum olmayan keçmiş və gələcək səviyyələrin müəyyən
edilməsi dinamika sıralarının ekstrapolyasiyası adlanır.
Dinamika sıralarının interpolyasiyası və ekstrapolyasiyası
keyfiyyətcə eyni dövrlər əsasında aparılarsa, düzgün nəticə verə bilər.
Uzun müddətə və müxtəlif inkişaf qanunauyğunluqlarına malik olan
dövrlər üçün dinamika sıralarının ekstrapolyasiyası həqiqi vəziyyəti
düzgün xarakterizə edə bilməz. Çünki hadisələrin dəyişməsinə bütün
amillərin təsirini uzun müddət üçün əvvəlcədən nəzərə almaq qeyri -
mümkündür. Ona görə də proqnozlaşdırma üçün istifadə edilən
dinamika sıralarının ekstrapolyasiyasını qısa müddətə aparmaq
məqsədəuyğundur.

1.Sıra anlayışı.Dinamika sıraları


Statistika elminin mühüm vəzifələrindən biri sosial –iqtisadi hadisələri
zaman etibarı ilə dəyişməklə öyrənməkdən ibarətdir. Sosial –iqtisadi
hadisələrin zamanda dəyişilməsini öyrənmək üçün dinamika sıraları,
yəni xronoloji sıralar qurmaq lazımdır. “Dinamika” yunan sözü olub –
qüvvə, “xronos” isə vaxt deməkdir.
Sosial –iqtisadi hadisələrin zamanda dəyişilməsini xarakterizə
edən statistika göstəriciləri sırasına dinamika sırası deyilir. Dinamika
sıralarının statistik işlənməsi üsulları XX əsrin iyirminci illərində intensiv
inkişaf etməyə başlamışdır.
Dinamika sıralarının elementləri aşağıdakılardır: 1) statistika
məlumatının aid olduğu vaxt anı gün, ay, rüb, il; 2) sıranın səviyyəsi
adlanan məlumatın özüdür. Hər iki element –vaxt və səviyyə -dinamika
sırasının üzvləri adlanır.
Dinamika sıralarını düzgün tədqiq etmək üçün onların növlərini
bilmək lazımdır. Vaxt əlamətinə görə dinamika sıraları an və fasilə
dinamika sıranın səviyyəsi müəyyən tarixə verilir. Məsələn, statistika
müşahidəsi nəticəsində əhalinin sayı, kənd təsərrüfatı maşınlarının sayı
və gücü, mal –qaranın sayı, ticarətdə əmtəə qalığı və s. haqqında
toplanılan məlumat dinamika sırası şəklində sistemləşdirilir. An
dinamika sırasına misal Azərbaycan Respublikasının bütün təsərrüfat
kateqoriyalarında məhsuldar mal –qaranın sayını göstərmək olar.
Fasiləli dinamika sıralarında sıranın səviyyəsi sosial –iqtisadi
hadisələrin həcmini müəyyən vaxt ərzində ifadə edir. An dinamika
sırasından fərqli olaraq, fasiləli dinamika sıralarının səviyyələrini
cəmləmək olar və iqtisadi mənası olan göstəricilər alınar. Belə cəmləmə
nəticəsində daha iri dövr ərzində hadisənin səviyyəsini xarakterizə
etmək mümkündür.
Dinamika sıralarında öz əksini tapan vaxtın tamlığına görə onları
tam olmayan dinamika sırasına ayırmaq olar. Dinamika sırasında
dövrlər, ardıcıl bərabər fasilələrlə verilərsə, belə sıraya tam dinamika
sırası deyilir. Tam olmayan dinamika sıralarında ardıcıl bərabər fasiləli
dövrlər verilmir.
Dinamika sıralarının təhlili göstəriciləri.
Sosial –iqtisadi hadisələrin dinamikasını qurmaqda məqsəd
müxtəlif nöqteyi –nəzərdən onların inkişaf prosesini xarakterizə
etməkdir. Bu zaman dinamika sırasını xarakterizə etmək üçün bir sıra
göstəricilərdən istifadə olunur.
Mütləq artım: Sosial –iqtisadi hadisələrin dinamikada təhlilinin
mühüm göstəricilərindən biri mütləq artımdır. Dinamika sırasının
sonrakı səviyyəsi ilə müqayisə üçün əsas götürülmüş səviyyə
arasındakı fərqə mütləq artım deyilir.
Nisbi artım: Mütləq artımın müqayisə üçün əsas götürülmüş
səviyyəyə nisbəti nisbi artım adlanır. Nisbi artımın hesablanmasının
digər üsulundan biri də artım sürətindən 100 –ü çıxmaqdır. Nisbi artım
faizlə ifadə olunursa, onun heasblanması aşağıdakı düsturlar vasitəsilə
Δy
həyata keçirilir: n = Δ x *100 N =S -100

Statistikanın mühüm vəzifələrindən biri tədqiq edilən göstəricilərin


zaman etibarı ilə dəyişilməsini öyrənməkdən ibarətdir. Dinamika
yunan sözü olub, “qüvvə”, «xronos» isə «vaxt» deməkdir.
Statistik göstəricilərin qiymətlərinin xronoloji ardıcıllıqla
düzülüşünə dinamika (zaman) sıraları deyilir. Dinamika sıralarının
statistik işlənməsi üsulları XX əsrin iyirminci illərində intensiv inkişaf
etməyə başlamışdır. Çünki bu dövrdən başlayaraq ayrı-ayrı ölkələrin
iqtisadi inkişafında ciddi dəyişikliklər baş verməyə başlamışdır.
Dünya sosializm sisteminin süquta uğraması ilə əlaqədar olaraq bir
sıra ölkələrin, o cümlədən postsovet məkanında yaranmış müstəqil
dövlətlərin iqtisadi inkişafında da ciddi dəyişikliklər baş vermişdir.
Bu hadisə və proseslərin zaman etibarı ilə dəyişilməsini xarakterizə
etmək üçün dinamika sıraları qurulmalıdır. Çünki onların inkişaf
istiqamətlərini və qanunauyğunluqlarını aşkar etmək üçün müşahidə
nəticəsində toplanmış məlumatları dinamika sıraları şəklində
göstərmək mühüm əhəmiyyət kəsb edir.
Hər bir dinamika sırası iki elementdən ibarətdir: birincisi
statistika məlumatlarının aid olduğu vaxt anı (tarix və ya dövr), gün,
ay, il göstərilir; ikincisi müəyyən vaxt anında öyrənilən obyekti
xarakterizə edən statistik göstəricilər verilir.
Öyrənilən obyekti xarakterizə edən statistik göstəricilərə sıranın
səviyyəsi deyilir. Hər iki element – vaxt və səviyyə dinamika sırasının
üzvləri adlanır. Dinamika sıralarını düzgün tətbiq etmək üçün onların
növlərini bilmək lazımdır. Vaxt əlamətinə görə dinamika sıraları an
və fasilə dinamika sıralarına ayrılır. Müəyyən vaxt anına görə sosial -
iqtisadi hadisənin həcminin, səviyyəsinin dəyişilməsini xarakterizə
edən göstəricilər sırasına an dinamika sırası deyilir. Göründüyü kimi
an dinamika sırasında sıranın səviyyəsi müəyyən tarixə verilir.
Məsələn, statistika müşahidəsi nəticəsində əhalinin sayı, kənd
təsərrüfatı maşınlarının sayı və gücü, mal-qaranın sayı, ticarətdə
əmtəə qalığı və s. haqqında toplanılan məlumat an dinamika sıraları
şəklinlə sistemləşdirilir.
An dinamika sıralarının səviyyələrini cəmləməyin mənası
yoxdur, çünki eyni bir kəmiyyət bir neçə dəfə müxtəlif səviyyələrdə
təkrar iştirak edir.
Müəyyən vaxt fasiləsində sosial-iqtisadi hadisələrin həcminin,
səviyyəsinin dəyişilməsini ifadə edən göstəricilər sırasına fasilə
dinamika sırası deyilir. Tərifdən göründüyü kimi, fasilə dinamika
sırasında sıranın hər bir səviyyəsi müəyyən dövr ərzində hadisənin
həcmini, səviyyəsini xarakterizə edir. An dinamika sıralarından fərqli
olaraq fasiləli dinamika sıralarının səviyyələrini cəmləmək olar və
cəmləmə nəticəsində iqtisadi mənası olan göstərici alınacaqdır. Belə
ki, cəmləmənin nəticəsində alınan göstərici daha iri dövr ərzində
hadisənin həcmini xarakterizə edir. Məsələn, sıranın günlük
səviyyəsini cəmləmək nəticəsində 10 günlük, yarımaylıq, aylıq
səviyyəni cəmləməklə rüblük və illik səviyyəni, illik səviyyə əsasında
isə beş illik, onillik və s. səviyyəni almaq mümkündür.
Fasiləli dinamika sırasının səviyyəsini ardıcıl olaraq toplamaq
yolu ilə artan yekunlarla dinamika sırası qurmaq olar.
Dinamika sırasında öz əksini tapan vaxtın tamlığına görə, onları tam
və tam olmayan dinamika sırasına ayırırlar. Dinamika sırasında
dövrlər ardıcıl bərabər fasilələrlə verilərsə, belə sıraya tam dinamika
sırası deyilir.
Tam olmayan dinamika sıralarında isə ardıcıl bərabər fasiləli dövrlər
verilmir.
Dinamika sıralarının səviyyələrinin ifadə olunma üsuluna görə onları
mütləq, orta və nisbi göstəricilərlə ifadə olunan dinamika sıralarına
ayırırlar.
Məlumdur ki, statistika müşahidəsi nəticəsində toplanmış
məlumatlar dinamika sıraları şəklində sistemləşdirilir. Dinamika
sıralarının qurulmasında elmi prinsiplərə ciddi riayət edilməlidir. Belə
ki, dinamika sıralarının təhlili onların düzgün qurulmasından asılıdır.
Dinamika sıralarının düzgün qurulmasının mühüm tələblərindən
biri hər bir sıranın bütün səviyyələrinin müqayisəli şəkildə olmasıdır.
Müqayisəli verilməyən məlumatın dinamika sırasını təhlil etmək
olmaz. Müqayisəlilik prinsipinin pozulmasının əsas səbəbləri və
sıranın səviyyələrinin müqayisəli şəklə salınması üsulları ilə tanış
olaq.
1. Təcrübədə çox tez-tez inzibatı - ərazi dəyişiklikləri baş verir.
Bunun nəticəsində məlumatların müqayisəliliyi pozulur. Bu halda
dinamika sıralarının səviyyələrini müqayisəli şəklə salmaq üçün
əvvəlki səviyyələri müvafiq hesablama əsasında müasir sərhəddə
ifadə etmək lazımdır.
2. Dinamika sırasının səviyyələri əhatə olunan obyektlərin
dairəsi üzrə müqayisəli olmalıdır.
Obyektin bir hissəsinin bir tabeçilikdən digər tabeçiliyə keçməsi
nəticəsində sıranın səviyyələrinin müqayisəliliyi pozulur. Həmin
obyekt daxilində yeni tikilmiş sex, müəssisə əmələ gələrsə, yaxud
sıradan çıxmış müəssisə fəaliyyətini dayandırarsa, dinamika sırasının
səviyyələrinin müqayisəliliyi pozulmaz.
3. Bütün dövrlər üçün böhran anı eyni olmalıdır. Məsələn, mal-
qaranın illər üzrə sayının dinamikasını qurarkən sıranın bütün
səviyyələri üçün böhran anı 1- i yanvar vəziyyəti götürülməlidir.
Müxtəlif böhran anına qurulmuş dinamika sırasını müqayisəli sıra
hesab etmək olmaz.
4. Sıranın səviyyələri eyni ölçü vahidi ilə ifadə olunmalıdır. Bu
həm natural, həm də dəyər və əmək ölçü vahidlərinə aiddir. Məsələn,
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və ümumi yığımını bir
dövrdə pulla, digər dövrdə isə sentnerlə, yaxud tonla ifadə etməklə
qurulan dinamika sırası müqayisəli ola bilməz. Eləcə də müxtəlif pul
ölçü vahidlərində düzülmüş dinamika sırası müqayisəli ola bilməz.
5. Sıranın səviyyələrinin hesablanması metodologiyası eyni
olmalıdır. Məsələn, əmək məhsuldarlığının səviyyəsinin dinamikası
bir dövrdə adam saata düşən hasilat, digər dövrdə isə bir nəfərə düşən
hasilat əsasında qurula bilməz. Ancaq eyni metod əsasında
hesablanmış göstərici üzrə qurulmuş dinamika sırasının səviyyələri
müqayisəli ola bilər.
6. Müxtəlif dövrlərdə müşahidə vahidlərinin eyni şəkildə başa
düşülməsi təmin edilməlidir. Müşahidə vahidlərinin müxtəlif mənada
başa düşülməsi dinamika sırasının səviyyələrinin müqayisəli olmasını
təmin edə bilməz. Məsələn, sənaye müəssisələrinin sayının
dinamikasını tərtib edərkən bir dövrdə kiçik və iri müəssisələri, digər
dövrdə isə ancaq iri müəssisələri götürsək belə dinamika sırasının
səviyyələri müqayisəli ola bilməz.
7. Uzun vaxt dövrünü əhatə edən, eyni inkişaf qanunu ilə
xarakterizə olunan məcmunun inkişafını əks etdirən sıranın eyni
keyfiyyətli dövrləri birləşdirilməlidir. Belə ki, sosial - iqtisadi
hadisələrin müəyyən dövr ərzində inkişafında, hər şeydən əvvəl
kəmiyyət dəyişiklikləri, müəyyən mərhələlərdə isə hadisənin
qanunauyğun dəyişilməsinə gətirib çıxaran sıçrayışlı keyfiyyət
dəyişiklikləri baş verir. Məsələn, Azərbaycanda milli gəlirin, əsas
istehsal fondlarının və digər göstəricilərin 1941 - 1950 - ci illərdə və
sonrakı illərdə dəyişilməsini xarakterizə edən dinamika sırasını
qurmaq və onu təhlil etmək mənasız nəticəyə gətirib çıxarar. Belə ki,
1941 - 1945, 1946 - 1950 və 1950 - ci ildən sonrakı dövrlərdə
mövcud olan qanunauyğunluqlar bir - birindən ciddi fərqlənirlər.
Məlum olduğu kimi 1941 - 1945 illərdə respublika müharibə
dövründə, 1946 - 1950-ci illərdə iqtisadiyyatın bərpası, sonrakı
illərdə isə iqtisadi inkişaf dövründə olmuşdur. Həmin dövrlərdə
mövcud olmuş qanunauyğunluqlar isə fərqli xarakterə malikdir.
Deməli, ancaq eyni keyfiyyətli dövrlər əsasında dinamika sırasının
elmi xarakteristikası verilə bilər.
Dinamika sırasının təhlili zamanı istifadə edilən göstəricilərə
mütləq artım, artım sürəti, nisbi artım sürəti, 1% nisbi artımın mütləq
qiyməti aiddir.
Dinamika sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas
götürülmüş səviyyə arasındakı fərqə mütləq artım deyilir. Mütləq
artım sıranın sonrakı səviyyəsinin müqayisə üçün əsas götürülmüş
səviyyədən nə qədər çox və ya az olduğunu göstərir.
Mütləq artımı silsiləvi qaydada hesablamaq üçün sıranın hər bir
sonrakı səviyyəsindən əvvəlki səviyyəni çıxmaq lazımdır.
Dinamika sırasının ilk səviyyəsini Y1, son səviyyəsini Yn, sıranın
cari səviyyəsini Yi, özündən əvvəlki səviyyəni Yi-1, mütləq artımı isə
Δ ilə işarə etsək, onda mütləq artımı aşağıdakı düsturlarla hesablamaq
olar:

Δə=Yi-Y1 (əsas qayda);


Δs=Yi-Yi-1 (silsiləvi qayda).

Artım sürəti sıranın sonrakı səviyyəsinin əvvəlki səviyyədən


neçə dəfə (faiz) az və ya çox artdığını göstərir. Artım sürəti əmsal və
ya faizlə hesablanır. Mütləq artım kimi o da tədqiqatın vəzifəsindən
asılı olaraq əsas və ya silsiləvi qaydada hesablanır. Faiz ifadəsində
artım sürətini aşağıdakı düsturlarla hesablamaq olar:

Sə=Si / S1 x 100 (əsas qayda);

Ss=Si / Si-1 x 100 (silsiləvi qayda).

Mütləq artımın müqayisə üçün əsas götürülmüş səviyyəyə nisbəti


nisbi artım adlanır. Nisbi artımı artım sürətindən 100-ü çıxmaqla da
hesablamaq olar (artım sürəti əmsalla ifadə olunarsa 1-i çıxmaq
lazımdır). Artım sürəti faizlə ifadə olunarsa nisbi artımı aşağıdakı
kimi hesablamaq olar:
a) əsas qaydada
Nə= Sə-100 = Si / S1 x 100-100;
b) silsiləvi qaydada
Ns= Ss-100 = Si / Si-1 x 100-100.

Bir faiz nisbi artımın mütləq qiymətini hesablamaq üçün mütləq


artımı nisbi artım sürətinə bölmək lazımdır. Bu göstərici yalnız
silsiləvi qaydada hesablanır. Əsas qaydada o iqtisad məzmuna malik
deyil. 1% nisbi artımın mütləq qiymətini Δ% ilə işarə etsək, onda onu
aşağıdakı düsturla hesablamaq olar:

Δ% = Δs/ Ns.

Sıranın səviyyələri əsasında hesablanmış dinamika göstəriciləri


vaxta görə dəyişirlər. İllər üzrə dəyişən dinamika göstəricilərini
ümumiləşdirmək üçün orta kəmiyyət hesablamaq lazımdır. Məlumdur
ki, kənd təsərrüfatı istehsalı üçün bir il əlverişli olduğu halda, digər
halda əlverişli olmaya bilər. Ona görə də, kənd təsərrüfatının
inkişafının ümumi meylini aşkar etmək üçün orta səviyyə
göstəricisindən istifadə etmək lazımdır.
Orta səviyyənin hesablanma metodu dinamika sırasının
növündən asılı olaraq müəyyən edilir.
Fasiləli dinamika sırasında orta səviyyə
Σу
ȳ=
n
düsturu ilə hesablanır. Burada у - sıranın səviyyəsi, n - isə
səviyyələrin sayıdır.
Dinamika sırasının səviyyələri tam olmayan sıralar, yəni ardıcıl
olmayan dövrlər şəklində ifadə olunarsa, onların orta səviyyəsi hesabı
orta kəmiyyətin çəkili düsturu ilə hesablanmalıdır:
Σу
ȳ=
Σt
burada t-onlar arasındakı vaxtdır.
Bərabər fasiləli an dinamika sırasında orta səviyyə xronoloji orta
kəmiyyətin düsturu ilə hesablanır:
1 1
y 1 + y 2 +. ..+ у n
2 2
ȳ xr =
n−1
An dinamika sırasında fasilələr qeyri - bərabər olduqda, orta
kəmiyyət aşağıdakı düsturla hesablanır:
( y 1 + y 2 )t 1 +( y 2 + y 3 )t 2 +. ..+( y n=1 + y n )t n−1
ȳ=
2(t 1 +t 2 +. ..+t n−1 )
Burada t i у i və уi+1 qeydiyyat anları arasındakı vaxtdır. Dinamika
sırasının təhlilində mühüm əhəmiyyətə malik olan orta göstəricilərdən
biri orta mütləq artımdır. O müəyyən dövr ərzində sıranın
səviyyəsinin orta hesabla nə qədər artdığı və ya azaldığını göstərir.
Orta mütləq artımın hesablanması:
a) silsiləli mütləq artımlar əsasında
ΣΔi
Δ̄=
n−1 ;
b) sıranın səviyyələri əsasındı
у n− у 1
Δ̄=
n−1 .
Sosial iqtisadi hadisələrin inkişafının intensivliyinin
ümumiləşdirici göstəricisi kimi təhlil prosesində orta artım sürəti və
orta nisbi artım sürəti göstəricilərinin mühüm əhəmiyyəti vardır.
Əmsal ifadəsində orta artım sürətini aşağıdakı düsturlarla hesablamaq
olar:

Silsiləli artım sürəti əsasında


n

s̄= S1 ×S 2 ×.. .×S n .
Burada, s̄ orta illik artım sürəti, S1, S2,…,Sn silsiləvi artım
sürəti əmsalları, n isə silsiləvi artım sürəti əmsallarının sayıdır.
Dinamika sırasının səviyyələrinin nisbəti əsasında

s̄=

n−1

.
yn
y1
Orta illik nisbi artımı hesablamaq üçün orta illik artım sürətindən
əmsal şəklində verildikdə 1- i faiz şəklində verildikdə isə 100 - ü
çıxmaq lazımdır. Qeyri - bərabər dövrlər üzrə orta illik artım
sürətinin hesablanmasında aşağıdakı düstur tətbiq edilə bilər:


Σt t t
s̄= S 11 ×S 22 ¿ .. .×S nn
t

Burada t-vaxt fasiləsidir.


Orta illik artım sürəti və orta illik nisbi artım sosial-iqtisadi
hadisələrin inkişafının intensivliyini xarakterizə edən mühüm
göstəricilərdir. Respublikanın mühüm iqtisadi göstəricilərinin orta
illik artım surəti və nisbi artımını digər ölkələrin göstəriciləri ilə
müqayisə etdikdə iqtisadi inkişafımızın intensivlik səviyyəsini
xarakterizə etmiş olarıq. Bu baxımdan respublikanın ayrı-ayrı
rayonlarının iqtisadi göstəricilərinin də bu göstəricilər əsasında
müqayisəsi mühüm əhəmiyyətə malikdir.
2.Sıranın əsas meylinin analitik üsulla aşkar edilməsi
Sıranın səviyyələrinin təsadüfi tərəddüdlərin təsirindən azad
edilməsinin və zaman etibarı ilə inkişaf meylinin
müəyyənləşdirilməsinin ən mürəkkəb və səmərəli üsullardan biri
dinamika sırasının analitik üsulla hamarlaşdırılmasıdır.
Dinamika sıralarının əsas meylinin riyazi tənliklər əsasında
müəyyənləşdirilməsinə sıraın analitik üsulla işlənməsi deyilir.
Dinamika sıralarının analitik hamarlaşdırılması sosial – iqtisadi
hadisələrin dinamikada tərəddüdlərini,onların digər hadisələrlə əlaqəsini
öyrənmək məqsədilə digər üsulların tətbiqi üçün ilkin şərtdir.
Dinamika sırasının həqiqi səviyyələrini qrafiklə təsvir etdikdə
hadisənin əsas inkişaf meylini əks etdirən sınıq xətlər alınır.
Əsas meyli müəyyənləşdirmək üçün həmin sınıq xətləri
hamarlaşdırmaq lazımdır. Analitik hamarlaşdırma həmin dinamika
sırası üçün sıranın əsas xüsusiyyətlərini özündə əks etdirən, nəzəri
əyrini seçməkdən ibarətdir.
Hamarlaşdırma formasının seçilməsi sosial – iqtisadi hadisələrin
mahiyyətinin nəzəri təhlilinə istinad etməlidir.
Sosial - iqtisadi hadisələr az çox bərabər mütləq artım şəklində
inkişaf edirsə, hamarlaşdırmanı düzxətli tənliklə aparmaq lazımdır.
Əgər hadisələrin inkişafında həndəsi proqres müşahidə olunursa
hamarlaşdırmanı parabolanın ikinci, üçüncü qaydası ilə aparmaq olar.
Çox vaxt dinamika sıralarının analitik işlənməsi ən kiçik
kvadratlar üüsuluna əsaslanır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki,
həqiqi səviyyə ilə (y) nəzəri səviyyə (Yt) arasındakı uzaqlaşmaların
kvadratlarının cəmi minimuma bərabər olmalıdır. Bu tələbi düstur
şəklində aşağıdakı kimi istifadə etmək olar.

∑( y - ȳ t )²=min

Burada y -n həqiqi səviyyələr, y t -nəzəri səviyyələrdir, yəni


müvafiq dövr üçün y -ın hamarlaşdırılmış qiymətidir.
Sosial-iqtisadi hadisələr çox vaxt düzxətli tənliklə
hamarlaşdırılır,onun sadə ifadə forması aşağıdakı kimi yazılır.
ȳ t = a0 + a1 t

Bu ȳ t - y -in hamarlaşdırılmış qiymətidir.


a0 və a1 t düzxəttin parametrləridir.
t-onların sıra nömrəsidir,yaxud vaxt dövrüdür.
t-nin qiyməti həmişə məlumdur,ona görə ȳt -ni müəyyən etmək
üçün a0 və a1 parametrləri tapılmalıdır.Ən kiçik kvadratlar üsulunun
şərtlərini təmin edən aşağıdakı normal tənlik sisteminin həlli və
a0 və a1 parametrlərini müəyyən etməyə imkan verir:

na0 +a 1 ∑ t =∑y
a0 ∑ t+ a1 ∑ t 2 = ∑ yt

Burada y - sıranın həqiqi səviyyələridir.


t - vaxtdır.
n - səviyyələrin sayıdır.

a0 və a1 parametrlərin hesablanmasına şərti sıfır üsulunu


tətbiqetməklə xeyli sadələşdirmək mümkündür.Bunun üçün sıranın
vaxt göstəricisinin cəminin ( ∑ t ) sıfıra bərabər olmasını təmin etmək
lazımdır. ∑ t - nin sıfıra bərabər olması üçün tək üzvlü dinamika
sıralarında sıranın mərkəzi üzvü sıfıra bərabər götürülür və sıfırdan
yuxarı -1,-2,-3, və i.a...sıfırdan aşağı isə +1,+2,+3,və i.a...ifadə
olunur.Sıranın üzvləri cüt olduqda İ - nin cəminin sıfıra bərabər
olmasını təmin etmək üçün sıranın yuxarı yarısını -1,-2,-3, və i.a...
aşağı yarısını isə +1,+2,+3, və i.a...rəqəmləri ilə işarə etmək
lazımdır.Beleliklə ∑ t = 0 olduqda normal tənliklər sistemini aşağıdakı
kimi yazmaq olar.

na0 =∑ y
a1 ∑ t 2 =∑ yt
∑y a1 =
∑ yt
a=
Buradan 0 n , ∑ t2
olar.
Dinamika sırasının analitik üsulla işlənməsini 1994-2010-ci illərdə
ilin əvvəlinə Azərbaycan Respublikasında bütün təsərrüfat
kateqoriyalarında iri buynuzlu mal-qaranın misalında izah edək:
(cədvəl 10.18).
Normal tənlik sistemində müvafiq qiymətləri yerinə yazsaq və
a0 −a1 parametrlərini müəyyən edək.

a0 =
∑ y =13575 , 2 =798 , 54
n 17 min baş

a1 =
∑ yt = 6386 =15 , 65
∑ t2 408

Parametrlərin qiymətlərinin düzxətli tənlikdə yerinə yazsaq və hər


bir il üçün y-in hamarlaşdırılmış qiymətlərini alaraq:
Buradan

2005-cı il üçün mal-qaranın


sayı:

ȳ 1 = 798,54+15,65(-8)=673,34

2006-cı il üçün mal-qaranın


sayı:

ȳ 2 = 798,54+15,65(-7)=688,99

2007-ci il üçün mal-qaranın


sayı:

ȳ 3 = 798,54+15,65(-6)=704,64

Və i.a hesablamnın nəticəsini 10.18 nömrəli cədvəlin 5-ci


xanasında yerinə yazaq. Dinamika sırasının həqiqi səviyyələrinin
cəmi nəzəri səviyyələrin cəminə bərabər olduqda nəzəri
hesablamaların düzgün aparıldığını demək olar. Bizim
hesablamamızda 0,2 fərq vardır, bu rəqəmlərin yuvarlaq götürülməsi
ilə əlaqədardır.

Cədvəl 10.18
Azərbaycan Respublikasında ilin əvvəlinə bütün təsərrüfat
Kateqoriyalarında iri buynuzlu mal-qaranın sayı və parametrlərin
hesablanması

İLLƏR İnək və
camışlar, t t² yt ȳ t
min baş
y
a 1 2 3 4 5
1994 746,3 -8 64 -5970,4 673,34
1995 749,3 -7 49 -5245,1 688,99
1996 743.4 -6 36 -4460,4 704,64
1997 742,7 -5 25 -3713,5 720,29
1998 716,3 -4 16 -2865,2 735,94
1999 710,7 -3 9 -2132,1 751,59
2000 733,7 -2 4 -1467,4 767,24
2001 735,0 -1 1 -735,0 782,89
2002 711,7 0 0 0 798,54
2003 742,5 +1 1 742,5 814,19
2004 772,6 +2 4 1545,2 829,84
2005 826,7 +3 9 2480,1 845,49
2006 862,9 +4 16 3451,6 861,14
2007 895,0 +5 25 4475,0 876,79
2008 925,8 +6 36 5554,8 892,44
2009 958,9 +7 49 6712,3 908,09
2010 1001,7 +8 64 8013,6 923,74
YEKUN 13575,2 0 408 6386 13575,18

Dinamika sırasının analitik üsulla işlənməsi aydın göstərir ki,


Azərbaycan Respublikasının bütün təsərrüfat kateqoriyalarında inək
və camışların sayı 1994-cü ildən müntəzəm olaraq artmağa doğru
meyl edir.
İndi də illər əsasında dinamika sırasının analitik üsulla
işlənilməsini Azərbaycan Respublikasında əhali və kəndli (fermer)
təsərrüfatlarında olan inək və camışların misalında izah edək. Bu
məqsədlə əhali və kəndli (fermer) təsərrüfatlarında 1998-2010-cu
illərin əvvəlinə olan inək və camışların sayı haqqındakı məlumatdan
istifadə edək (cədvəl 10.19).

Cədvəl 10.19

Azərbaycan Respublikasında əhali və kəndli (fermer)


Təsərrüfatlarında olan inək və camışların sayı və parametrlərin
Hesablanması

İLLƏR İnək və
camışlar,min ȳ t
baş
t t² yt
y
1999 487,9 -11 121 -5366,9 453,27
2000 517,6 -9 81 -4658,4 503,55
2001 555,6 -7 49 -3889,2 553,83
2002 557,4 -5 25 -2787,0 604.11
2003 606,0 -3 9 -1818,0 654,39
2004 656,3 -1 1 -656,3 704,69
2005 778,0 +1 1 +778,0 754,95
2006 845,2 +3 9 2536,6 805,23
2007 886,0 +5 25 4280,0 855,51
2008 919,3 +7 49 6435,1 905.79
2009 952,5 +9 81 8572,5 956,07
2010 995,9 +11 121 10954,9 1006,35
YEKUN 8757.7 0 572 14380,3 8757,74

10.19 saylı cədvəlin məlumatı əsasında tənliyin parametrləri təşkil


edər:
a=
∑ y 8757 , 7
= =72 ,81
n
n 12 min baş

a1 =
∑ yt =14380 , 5 =25 ,14
∑ t2 572
y 1 =a0 +a1 t=729 , 81+25 , 14⋅t

Bu o demekdir ki, əhali və kəndli (fermer) təsərrüfatlarında olan


inək və camışların sayı orta hesabla hər il 25,14 baş artır.

y 1 =a0 +a1 t=729 , 81+25 , 14(−11)=453 , 27 min baş və.s

y- in hamarlaşdırılmış qiymətlərini cədvəlin axırıncı xanasında


yerinə yazaq.
Həqiqi və nəzəri səviyyələri qrafiklə təsvir edək.

30
25
20
15
10
5
0
2003 2004 2005 2006 2007 2008 2009

həqiqi səviyyə, nəzəri səviyyə

Şəkil 10.3. Azərbaycan Respublikasında əhalinin və kəndli


(fermer) təsərrüfatında inək və camışların dinamikası
Nəzəri səviyyələr Azərbaycan Respublikasında əhali və kəndli
(fermer) təsərrüfatlarında olan inək və camışların inkişaf meylini daha
aydın göstərir.
Dinamika sırasının analitik işlənməsində çox tez-tez parabola
tənliyinin ikinci qaydasından istifadə edilir. Bu tənliyin düsturu
aşağıdakı kimi yazılır:

2
ȳ 1 =a0 + a1 t +a2 t
Bu tənlikdə və parametrləri ən kiçik kvadratlar üsulunun
tələblərini təmin edən aşağıdakı normal təmlik sistemini həll etməklə
müəyyən edilə bilər:

na0 +a 1 ∑ t+a1 ∑ t =∑ y 2

a0 ∑ t+a1 ∑ t +a2 ∑ t =∑ yt
2 3

a0 ∑ t +a1 ∑ t +a2 ∑ t =∑ yt
2 3 4 2

Şərti sıfır üsulu tətbiq etdikdə bu sistem tənliyin həlli qaydası


xeyli sadələşir. Belə ki. Bu zaman ∑t və ∑t² sıfra bərabər olur və
bunun nəticəsində tənlik sistemi aşağıdakı vəziyyətə düşür:

na0 +a 2 t =∑ y
2

a1 ∑ t =∑ yt
2

a0 ∑ t +a2 ∑ t =∑ t y
2 4 2

a1 =
∑ yt
İkinci tənlikdə ∑ t2 olar. a0 və a2 parametrlərini
hesablamaq üçün birinci və üçüncü tənlikləri birgə həll etmək
lazımdır.
Həmin tənliklərin həlli a0 və a2 parametrlərini müəyyən etmək
üçün aşağıdakı düsturlara gətirilib çıxarır:
=
∑ y⋅∑ t 4 −∑ t 2 y⋅∑ t2
a0 n ∑ t 4 −∑ t 2⋅∑ t 2

n ∑ t 2 y−∑ y⋅∑ t 2
a2 =
n ∑ t 4 −∑ t 2⋅∑ t 2
Parabolanın ikinci qaydası ilə sıranın analitik işlənməsini
Azərbaycan Respublikasında 2004-2010-cu illərdə dənli bitkilərin
məhsuldarlığı misalında izah edək (cədvəl 10.20).

Cədvəl 10.20

Azərbaycan Respublikasının bütün təsərrüfat


kateqoriyalarında payızlıq buğdanın məhsuldarlığının
dinamikasının parabolanın
ikinci qaydası ilə işlənməsi

İLLƏR Məhsuldarlıq.
sentner
t t² yt yt²
2004 14,3 -3 9 81 -42,9 128,7 14,21
2005 16,0 -2 4 16 -32,0 64.0 15,11
2006 16,9 -1 1 1 -19,9 16,9 16,33
2007 15,8 0 0 0 0 0 17,55
2008 20,0 1 1 1 20,0 20,0 19,79
2009 23,2 2 4 16 46,4 92,8 22,71
2010 26,2 3 9 81 78,6 235,8 26,31
YEKUN 132,4 0 28 196 +53,8 558,2 132,71
Parametrləri hesablayaq:

a1 =
∑ ty 53 , 2
= =1 , 90
∑t 2 28
a0 =
∑ y ∑ t 4−∑ t 2 y ∑ t2 132,4⋅196−558,2⋅28
= =17 ,55
n ∑ t −∑ t ∑ t
4 2 2 7⋅196−28⋅28

n ∑ t y−∑ y ∑ t 7⋅558,2−132,4⋅28
2 2
a2 = = =0,34
n ∑ t −∑ t ∑ t
4 2 2 7⋅196−28⋅28

Tənlik aşağıdakı kimi olacaqdır:

2 2
ȳ t =a 0 +a 1 t+ a2 t =16 , 7+1 , 90⋅t +0 , 34⋅t

Tənlikdə t və t² -ın qiymətlərini yerinə yazıb müvafiq hesablamanı


aparsaq, o zaman 10.20 nömrəli cədvəlin axırıncı sütunundakı
nəticəni alarıq. Hesablama göstərir ki, respublikamızda payızlıq
buğdanın məhsuldarlığı müntəzəm olaraq artmağa doğru meyl edir.
Tənliyin parametrlərini aşağıdakı kimi izah etmək olar.
a0 - sıranın səviyyələrinin orta kəmiyyəti kimi, a1 - dinamika
a
sırası məlumatlarının inkişaf sürəti kimi, 2 - isə bu inkişafınsürəti
kimi xarakterizə oluna bilər.
Dinamika sırasının həqiqivə nəzəri səviyyələrini qrafiklə təsvir
edək.
Şəkil 10.4. Azərbaycan Respublikasının bütün təsərrüfat
kateqoriyalarında payızlıq buğdanın məhsuldarlığının
dinamikası.

Qrafikdə nəzəri səviyyələr məhsuldarlığın artma meylini aydın


xarakterizə edir.
Dinamika sırasının analitik işlənməsinin daha yüksək, parabolanın
üçüncü qaydası ilə aparmaq olar.Bu zaman tənlik belə yazılır:

ȳ t =a 0 +a 1 t+ a2 t 2 +a3 t 3

Parabola qaydası yüksəldikcə nəzəri səviyyələr həqiqi səviyyələri


daha dolğun xarakterizə edir. Bununla bərabər dinamika sırasının
analitik tənliyinin qurulmasının əsas mqsədi hadisənin zaman etibarı
ilə inkişaf modelini müəyyənləşdirməkdir.
Dinamika sırasında hadisənin artımı hesabı proqres üzrə baş
verərsə hamarlaşdırmanı üstlü funksiya ilə aparmaq lazımdır. Artım
həndəsi proqres üzrə olarsa, hamarlaşdırmanı üstlü funksiya ilə
aparmaq məqsədəuyğundur. Üstlü funksya üzrə hamarlaşdıma
aşğıdakı düsturla aparılır:

t
ȳ t =a 0⋅a1

a
Burada a0 və t əvvəlki mənanı, 1 - isə vaxt vahidində artım
sürətini göstərir. Üstlü funksiyanı loqarifmalasaq o zaman xətti tənliyi
alarıq. Belə halda səviyyələr və parametrlər onların loqarifmaları ilə
əvəz olunur:

lg { ȳ t =lga 0 +t lg a1 ¿
Loqarifmada ifadə olunan üstlü funksiyanın hamarlaşdırılması
texnikası xəttihamarlaşdırmanın aparılmasının eynidir, lakin burada
sıranın üzvlərinin özü deyil, onların loqarifmaları hamarlaşdırılır.
∑t=0 olduqda, lg a və lg a1 aşağıdakı düsturla müəyyən edilir:

∑ lg y lg a1 =
∑ t lg y
lg a =
0
n , ∑ t2

Nəticə.
Sosial-iqtisadi hadisələrin dinamikasının tədqiqində müəyyən dövr
daxilində naməlum səviyyənin tapılması dinamika sırasının
interpolyasiyası adlanır. Dinamika sırasının səviyyələri sabit dəyişərsə
sıranın interpolyasiyasını orta mütləq artım və orta illik artım sürəti
əsasında aparmaq olar. Bu göstəricilər eyni keyfiyyətli dövr üçün
hadisənin inkişaf qanunauyğunluğunu düzgün xarakterizə etmək
imkanına malikdirlər.
Sosial - iqtisadi hadisələrin dinamikasının tədqiqi və keçmiş
sırada onların əsas xüsusiyyətlərinin aşkar edilməsi sıranın
proqnozlaşdırılması üçün əsas verir. Proqnozlaşdırma sıranın məlum
olmayan gələcək səviyyələrinin müəyyənləşdirilməsi əsasında
aparılır. Məlum olmayan keçmiş və gələcək səviyyələrin müəyyən
edilməsi dinamika sıralarının ekstrapolyasiyası adlanır.
Dinamika sıralarının interpolyasiyası və ekstrapolyasiyası
keyfiyyətcə eyni dövrlər əsasında aparılarsa, düzgün nəticə verə bilər.
Uzun müddətə və müxtəlif inkişaf qanunauyğunluqlarına malik olan
dövrlər üçün dinamika sıralarının ekstrapolyasiyası həqiqi vəziyyəti
düzgün xarakterizə edə bilməz. Çünki hadisələrin dəyişməsinə bütün
amillərin təsirini uzun müddət üçün əvvəlcədən nəzərə almaq qeyri -
mümkündür. Ona görə də proqnozlaşdırma üçün istifadə edilən
dinamika sıralarının ekstrapolyasiyasını qısa müddətə aparmaq
məqsədəuyğundur.
Dinamika sıralarının interpolyasiyası və ekstrapolyasiyası sıranın
analitik metodla işlənilməsi əsasında aparıldıqda daha düzgün nəticə
verir. Dinamika sıralarının ekstrapolyasiyası orta illik mütləq artım və
orta illik artım sürəti əsasında da aparıla bilər.
Sıranın səviyyələri əsasında hesablanmış dinamika göstəriciləri
vaxta görə dəyişirlər. İllər üzrə dəyişən dinamika göstəricilərini
ümumiləşdirmək üçün orta kəmiyyət hesablamaq lazımdır. Məlumdur
ki, kənd təsərrüfatı istehsalı üçün bir il əlverişli olduğu halda, digər
halda əlverişli olmaya bilər. Ona görə də, kənd təsərrüfatının
inkişafının ümumi meylini aşkar etmək üçün orta səviyyə
göstəricisindən istifadə etmək lazımdır.

Ədəbiyyat siyahısı.

1. S.M. Hacıyev “Statistikanın ümumi nəzəriyyəsi”


2. “Metologiya, demoqrafikanaliz və əhalini proqnozlaşdırılma-
sının texniki üsulları”
3.www.google.az

4.www.kitab.az

5.www.firststeps.az

You might also like