You are on page 1of 3

Təqdimatçı:Humanitar Fənlər Təmayüllü Məktəb Lisey 6ç sinif şagirdi:Əlizadə

Vahab Teyyub oğlu


İstifadə edilən mənbələr:Uşaq bilik portalı Və Vikipediya

Cavanşir - Alban dövlətinin hökmdarı, görkəmli dövlət


xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən
qüdrətli nümayəndəsi olmuşdur.O, 637-ci ildən 681-ci
ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və
nüfuzunu qaldırmağa müvəffəq olmuşdur.

Cavanşirin anadan olduğu vaxt bəlli deyil. Atası Mehrani


Qriqor Varaz Girdman dövlətinin ilk hakimi və bütün
Albaniyanın knyazı olub. Atasının göstərişi ilə Cavanşir
ərəb-sasani müharibələrində Sasanilər tərəfində döyüşüb.
637-ci ildə baş vermiş Kadisiyyə döyüşündə xüsusən fərqləndiyinə görə Sasani
şahı II Yezdəgerd tərəfindən qızıl kəmərlə, qızıl dəstəkli qılıncla mükafatlandırılıb
və başına qızıl tac qoyulub.

638-ci ildə ərəb ordusu Sasani dövlətinin paytaxtı Ktesifonu mühasirəyə aldığı
zaman Cavanşir, 6 ay sasanilərin tərəfində şəhərin müdafiəsində dayanıb. Lakin
Sasanilərin sonunun yaxınlaşdığını, Ərəb Xilafətinin isə
gücləndiyini görərək müqavimət göstərməyin faydasız
olduğunu dərk edərək Girdimana qayıdıb.

642-ci ildə atası Qriqor Varazın vəfatından sonra


hakimiyyətə keçən Cavanşir hökmdarlığın paytaxtını
Partav (Bərdə) şəhərinə köçürüb.

654-660-cı illərdə Bizans imperatoru


II Konstantinlə siyasi müttəfiqliyə dair
müqavilələr imzalayıb. Lakin
sonradan Bizansın zəifliyini görərək
ərəblərlə danışıq aparmağa başlayıb.
Danışıqlar Albaniyanın daxili
müstəqilliyinin saxlanması ilə
nəticələnib. Bundan başqa, Cavanşir
Xilafət xəzinəsinə ödəniləcək
vergilərin üçdə birə qədər
azaldılmasına da nail olub.

Alban hökmdarı Cavanşir Xilafətlə


aparılan danışıqlardan narazı qalan bizanspərəst feodallar tərəfindən 681-ci ildə
sui-qəsd nəticəsində qətlə yetirilib.
İsmayıllı rayonu
ərazisində Cavanşir
qalası yerləşir. Qafqaz
Albaniyasında
Mehranilər sülaləsinin
hakimiyyəti dövründə
hökmdar Cavanşir
tərəfindən tikdirilən qala
onun adını daşıyır.
Qalanın inzibati mərkəz
kimi istifadə olunduğu
güman edilir.
Albaniyanın əhalisi
türkdilli və Qafqazdilli tayfaların birliyindən ibarət idi. Bu tayfaların arasında
albanlar çoxluq təşkil edirdilər. Qaynaqlarda Albaniyada 26 dildə danışan
tayfaların yaşaması göstərilir. Albaniya ərazisində albanlardan başqa leqlər,
kadusilər, kaspilər, utilər, qarqarlar və b. tayfalar da yaşamışlar.
Strabonun məlumatından Albaniyanın mərkəzləşmiş dövlət olması aydın görünür.
Strabon yazırdı ki, indi bir hökmdar onlara hakimdir. Əvvəllər hər bir qəbilənin öz
hökmdarı var idi.
Hazırda Azərbaycanda Qafqazdilli tayfalar da yaşayırlar. Bunlar Qəbələ rayonunun
Nic kəndində utilər, Quba rayonunun Xınalıq kəndində xınalıqlılar, Buduq
kəndində buduqlulardır.
Makedoniyalı İskəndərin imperiyasının dağılmasından sonra yaranan müstəqil
dövlətlərdən biri də Albaniya dövləti idi. Albaniya dövləti e.ə. IV əsrin axırı — III
əsrin əvvəllərində yaranmışdı. Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi
arasındakı ərazidə yaşamışlar. Şimalda bu ərazi Qafqaz dağları, cənubda
Atropatena ilə həmsərhəd idi.
Qədim yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisi ilə axaraq dənizə
töküldüyünü və Kaspiana vilayətinin Albaniyanın tərkibinə daxil olduğunu qeyd
edirdi. Xəzər dənizi Alban dənizi də
adlanırdı.
Albaniyada şəhərlər möhkəm müdafiə
divarları ilə əhatə olunurdu.
Bəzi yaşayış evləri daha geniş olub,
tikintisində çiy və bişmiş kərpicdən,
yonulmuş daş materialından istifadə
edilirdi.Albaniyanın əhalisi ictimai
vəziyyətinə görə fərqlənirdi.Varlılara
məxsus evərin üstü kirəmitlə örtülürdü.
Yoxsulların evləri isə çiy kərpicdən tikilir, damı qamış və torpaqla örtülürdü.
Xristianlıq və İslam dini qəbul edil ənədək dəfn zamanı qəbirlərə geyim, qab-
qacaq, əmək alətləri, silah, bəzək şeyləri qoyulurdu. Əhalinin varlı təbəqəsinə
məxsus olan insanların məzarına qızıl və gümüşdən bəzək əşyaları da qoyurdular.

You might also like