You are on page 1of 82

Vüqar Süleymanlı vuqar.s.f@gmail.

com
fGet add

İnformatika
üzrə

Süleymanlı
Vüqarın
Konspekti

2023 – 2024
1
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

2
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Əziz oxuyucular

Əziz oxuyucular

Bu konspekti sizlər üçün hazırlamaqda əsas məqsədim İnformatika kimi çətin bir fənni
sadələşdirilmiş vəziyyətə gətirməkdir. İncəliklərlə bol olan bu fənnin ən xırda detalına qədər
diqqət edib, sizin üçün bu vəsaiti hazırlamışam. Vəsaiti rəngli çap edib oxumağı tövsiyə edirəm,
çünki rənglər burada çox iş görür. İzahları diaqramlar, cədvəllər, şəkillərlə etməkdə və rəngli
yazmaqda məqsədim göz yaddaşının gücündən istifadə etməkdir. Konspekt sırf DÖVLƏT
QULLUĞU istiqaməti üçün hazırlanıb.

Qeyd: ASCII VƏ UNICODE, Fayl sistemləri, Əməliyyat sistemlərinin təsnifatı, Lokal


şəbəkələr və Access 2019 proqramı BB istiqamətini əhatə etmir.

Hər bir müdavimə uğurlar arzulayır, ona bu konspektdən istifadə edərək yüksək nəticələrə
çatmağı diləyirəm.

Konspekt tərəfimdən yazılıb və müəlliflik hüquqları şəxsən qorunur. Plagiata əl atmamalı


və müəlliflik hüquqları pozulmamalıdır.

Möhür yeri:

R1 ACADEMY +994516586293 +994515482529 +994555147484

Video dərslərlə youtube kanalından tanış ola bilərsiniz. Bunun üçün QR kodu oxutmağınız kifayətdir.
3
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
İnformatika elmi, ilkin anlayışlar, ölçü vahidləri və kodlaşdırma sistemləri
İnformatika elmi öyrənir: informasiyanın avtomatlaşdırılmasını və informasiya proseslərini
İnformasiya – latın sözü olub, “xəbər”, “məlumat” mənasına gəlir.
İnformatika elminin qolları:

Hardware Texniki və ya aparat təminatı

Alqoritmləşdirmə Brainware Software Proqram təminatı

İnformasiya mübadiləsi prosesi:

İnformasiya Rabitə İnformasiya


Koder Dekoder
kanalı
mənbəyi qəbuledicisi

Verilən – kompüterin yaddaşında saxlanılan informasiyadır.

Verilənlərin tipləri:

hesabi

mətni Verilən məntiqi

göstərici

1. Hesabi – rəqəm tipli;


2. Məntiqi – “0” və ya “1”;
3. Mətni – simvol tipli;
4. Göstərici – proqramlaşdırma üçün;
4
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Bilik – dərkolunma vasitəsi ilə əldə edilən və ya qərar qəbul etməyə imkan yaradan informasiyadır.
İnformasiya üzərində aparılan proseslər 4 cürdür:

İnformasiya prosesləri İnformasiyanın xassələri

İnformasiyanın toplanması Aydınlıq Tamlıq Əlçatanlıq

Faydalılıq Dəqiqlik Aktuallıq


İnformasiyanın saxlanması
Adekvatlıq Obyektivlik Mövcudluq
İnformasiyanın ötürülməsi
Etibarlılıq Qiymətlilik
İnformasiyanın emalı

Formasına görə informasiya

analoq kəsilməz duyğu orqanları vasitəsilə qəbul edilən informasiya


İnformasiya
formaları
rəqəmsal diskret kompüterlər tərəfindən emalı mümkün olan
informasiya

Kompüterin yaddaşında saxlanılan informasiyanın tipləri:

məntiqi

ədədi mətni

kompüterin
yaddaşında
saxlanılan
verilənlərin
qrafiki tipləri multimedia

audio video

Məntiqi – “1” və ya “0” Qrafiki – şəkil, qrafik Multimedia – fərqli tiplərin qarışığı
Mətni – sözlər, cümlələr Audio – səs
Ədədi – ədədlər və rəqəmlər Video – videogörüntülər

5
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

İnformasiyanın verilmə (təqdim olunma) üsulları


mətn qrafiki qarışıq (kombinasiyalı) ədədi səs

Kodlaşdırma
Kodlaşdırmasistemləri
sistemləri

ASCII UNICODE

Kodlaşdırma sistemi Maksimal simvol sayı Hər simvolun yaddaşda tutduğu yer
ASCII 256 (0 – 255) 1 bayt (8 bit)
UNICODE 65536 (0 – 65535) 2 bayt (16 bit)

Verilmiş sənədin (kitabın) yaddaş həcmini hesablamaq üçün isə aşağıdakı düsturdan istifadə etmək olar:

Y= Səh ∙ Sət ∙ Sim ASCII


Y= 2 ∙ Səh ∙ Sət ∙ Sim UNICODE

İnformasiyanın ölçü vahidləri və keçid cədvəli


bit
Bayt = 8 bit = 23 bit
Kbayt = 1024 bayt = 210 bayt = 213 bit
Mbayt = 1024 Kbayt = 210 Kbayt = 220 bayt = 223 bit
Gbayt = 1024 Mbayt = 210 Mbayt = 220 Kbayt = 230 bayt = 233 bit
Tbayt = 1024 Gbayt = 210 Gbayt = 220 Mbayt = 230 Kbayt = 240 bayt = 243 bit

Vurma qaydası
23
bit
210
bayt
Kbayt Bit – ikilik koddur, ən elementar ölçü vahididir.
10
2
Mbayt Bayt – əsas ölçü vahididir.
210
Gbayt
210
Tbayt
Bölmə qaydası

6
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Nümunə: “İnformatika_fənnini_sevərək_oxuyuruq!” cümləsində ümumilikdə neçə simvol olduğunu
sayırıq (dırnaq işarələri cümləni mətndən ayırmaq məqsədilə verildiyi üçün onları nəzərə almırıq).

“İnformatika_fənnini_sevərək_oxuyuruq!”

37

Nümunədə göründüyü kimi, 37 simvol vardır. Deməli, bu cümlə ASCII standartı ilə verilsə idi, 37 bayt (hər
simvol 1 bayt olduğuna görə), UNICODE standartı ilə isə 74 bayt (hər simvol 2 bayt olduğuna görə) yer zəbt
edərdi. Hərçənd ki, bu cümlə ASCII standartı ilə təqdim oluna bilməz, çünki, bu standartda Azərbaycan hərfləri
mövcud deyil [ü, ı, ğ, ə, ç, ş, ö].
Bəzi nümunələrdə ASCII və UNICODE kodlaşdırma sistemlərinin və ölçü vahidlərinin ətrafında yarana
biləcək suallara aydınlıq gətirək:
Nümunə 1: “101010001010100011010101010100011110101010011011” Verilmiş kodlar toplusu üçün aşağıdakı
sualları cavablandıraq.
Sual 1. ASCII kodlaşdırma sistemi ilə kodlaşdırılmış bu nümunədə neçə simvol var?
Sual 2. ASCII kodlaşdırma sistemi ilə kodlaşdırılmış bu nümunədə neçə fərqli simvol var?
Sual 3. ASCII kodlaşdırma sistemi ilə kodlaşdırılmış bu nümunədə neçə eyni simvol var?
Sual 1 – in həlli:
Bilirik ki, ASCII kodlaşdırmasında hər simvol səkkiz 0 və ya 1 – dən təşkil edilir. Ona görə də, bu
nümunədəki simvolların ümumi sayını tapmaq üçün nümunəni sağdan sola doğru səkkizlik hissələrə bölmək və bu
hissələrin sayını tapmaq lazımdır:

101010001010100011010101010100011110101010011011
A A B C D E
Nümunə 6 hissəyə bölündüyünə görə ilk sualın cavabı 6 – dır.
Sual 2 – nin həlli:
Hissələrə bölünmüş “səkkizlik” – lərə diqqətlə baxsaq, 1 – ci və 2 – ci hissələrin tamamilə eyni olduğunu görürük
və başqa bu tipli hal yoxdursa, həmin hissələri eyni simvol qəbul edib, şərti olaraq adlandırırıq. Beləliklə, görürük
ki, A, B, C, D və E simvolları fərqlidir, yəni 5 fərqli simvol vardır.
2 – ci sualın cavabı 5 – dir.
Sual 3 – ün həlli:
Nümunədə görünür ki, ilk iki “səkkizlik” bir – biri ilə eynilik təşkil edir. Və buna görə də, demək olar ki, 2 simvol
eynilik təşkil edir.
3 – cü sualın cavabı isə 2 – dir.
Qeyd: Bu tipli suallar UNICODE standartı ilə soruşularsa, nümunəni 16 – 16 hissələrə bölmək lazımdır. Çünki,
UNICODE standartında hər simvol 2 bayt yaddaşa malikdir, yəni 16 bit. Bu isə 16 ədəd 0 və 1 deməkdir.

7
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
HARDWARE – texniki və ya aparat təminatı.

Kompüterin əsas tərkib hissələri


Monitor Sistem bloku Klaviatura

Məlumatları xaric edir Vacib qurğuları daxilində saxlayır Məlumatları daxil edir.

Sistem bloku daxilindəki qurğular


kuller (sərinkeş) qidalanma bloku naqillər toplusu (sistem şini) sərt disk (hard disc) Ana plata

Kuller qızmanın qarşısını alır, ventilyatordur. Qidalanma bloku enerjini alır və ötürür. Naqillər toplusu
sistem bloku daxilindəki qurğulararası əlaqəni təmin edir. Sərt disk istifadəçinin məlumatlarını saxlayır. Ana
plata (motherboard) üzərində vacib qurğuları saxlayır.

Ana plata üzərindəki qurğular:


Mikroprosessor, RAM, ROM, BIOS, CMOS, Keş yaddaş (Cache), Registr yaddaş, Səskartı
Ana plata (audiocard), Videokart (videocard), Fləşyaddaş, Videoyaddaş, Çipset, Portlar
Qeyd: Riyazi soprosessor, takt impulsları generatoru, sayğac və adapter kimi qurğular da ana plata
üzərindədir.
Mikroprosessor –hesabi və məntiqi əməliyyatları icra və emal edir.
RAM – əməli yaddaş, operativ yaddaş, daimi olmayan (müvəqqəti), elektrik enerjisindən asılı yaddaşdır.
ROM – daimi yaddaşdır. Kompüterin zavod parametrlərini saxlayır. Enerjidən asılı deyil.
BIOS – əməliyyat sisteminin yüklənməsini və testləşdirməni edir. İki funksiyası var – BOOT və POST.
CMOS – Tarix, zaman və parol konfiqurasiyalarını yadda saxlayan qurğudur.
Keş yaddaş (Cache) – əməli yaddaşa sürətli müraciəti təmin edir. L1, L2 və L3 – dən ibarətdir.
Registr yaddaş – prosessor tərkibində yerləşən və informasiya emal edən oyuqlardır.
Səskartı (audiocard) – mikrofon və səs gücləndirici qurğuları birlikdə fəaliyyətə təşviq edir.
Videokart (videocard) – monitor və veb kameranı idarə edir.
Qeyd: Səskartı və videokart çevirici qurğu hesab olunur.
Fləşyaddaş – sonradan proqramlaşdırıla bilən, elektrik enerjisindən asılı olmayan daxili yaddaşdır.
Videoyaddaş – monitorun ekranındakı video görüntülərin yadda saxlanması üçün lazım olan, enerjidən asılı olan
daxili yaddaşdır.
Çipset – ana plata üzərində yerləşən qurğuları əlaqələndirir.

8
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Portlar – xarici qurğuların kompüterə qoşulması üçün yuvalardır. Portlar 2 növdür:

Portlar
Ardıcıl Paralel
PS/2, COM, USB, LAN, Audio, HDMI, IEEE 1394 (Firewire) LPT, VGA

PS/2 portu (yaşıl) – mausu qoşur.


PS/2 portu (bənövşəyi) – klaviaturanı qoşur.
COM – maus, klaviaturanı qoşur.
LPT – printer, faks qoşur.
LAN – internetə və lokal şəbəkələrə qoşulan zaman istifadə olunur.
Audio – səsgücləndirici və ya mikrofonu qoşur.
VGA – monitoru, proyektoru qoşur, yalnız görüntünü ötürür.
HDMI – monitoru, proyektoru qoşur, həm görüntünü, həm də səsi ötürür.
USB – universaldır, bütün qurğuları qoşur.
IEEE1394 – USB portuna rəqib kimi istehsal olunub.
Kontroller – xarici qurğularla kompüteri əlaqələndirən mikrosxem.
Drayver – xarici qurğuların sazlanmasını təmin edən proqram.
Ümumiyyətlə, daxili yaddaş qurğularını sürət və tutum həcminə görə səciyyələndirə bilərik:

Sürətinin azalmasına görə (üzü aşağı) Həcminin artmasına görə (üzü aşağı)

Registr Registr

Cache Cache

RAM RAM

ROM ROM

9
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Periferiya qurğuları – istifadəçinin işini sadələşdirən, kompüterə məlumatlar daxil edən və kompüterdəki
məlumatları xaric edən qurğulardır. Periferik qurğular daxiletmə – xaricetmə (daxiletmə, xaricetmə, həm
daxiletmə – həm xaricetmə) qurğuları, idarəetmə qurğuları və xarici yaddaş qurğuları olmaqla bir neçə
hissəyə bölünür.

Periferiya qurğuları
Daxiletmə – xaricetmə qurğuları İdarəetmə qurğuları Xarici yaddaş qurğuları
Daxiletmə Xaricetmə Həm daxiletmə, həm maus FDD
qurğuları (çıxış) qurğuları xaricetmə qurğuları
Klaviatura Monitor Modem joypad CD – R, CD – RW
Dicitayzer Proyektor Faks joystick DVD – R, DVD – RW
Mikrofon Plotter Optik – disk oxuyucusu penmaus HDD
Veb – Səs gücləndirici Toxunuşlu ekran touchpad SSD
kamera (Touchscreen monitor)
TV – tüner Printer Kombayn (printer + trekbol Fləşkart
skaner)
Skaner Şəbəkə adapteri Strimer
Videokart Blue – Ray
Səskartı
Daxiletmə qurğuları
Klaviatura – 104 – 110 arası düyməsi olur. Düymələrin 4 tipi var:
1. Hərf və rəqəmlər (simvollar) 2. İdarəetmə (xüsusi)
3. Funksional düymələr 4. Hərəkət düymələri
Dicitayzer (Qrafiki Planşet) – memarlar və dizaynerlər üçün qrafiki planşet.
Mikrofon – analoq formalı səsi daxil edir.
Veb – kamera – videogörüntüləri daxil edir.
TV – tüner – müxtəlif formatlı televiziya verilişlərinin monitorda göstərilməsini təmin edən daxiletmə
qurğusudur. Kompüter vasitəsilə televiziyaya baxmağa imkan yaradır.
Skaner – verilənləri qrafiki formada daxil edir.

Skaner
Əl ilə işləyən (Heldbed) Stolüstü (Desktop)
Barkodoxuyucu (marketlərdə rast gəlinir) Flatbed, Sheet – feed və Overhead
Xaricetmə (çıxış) qurğuları
Monitor (Displey) – kompüter daxilindəki informasiyanı vizual formada istifadəçiyə çatdırılmasını təmin edən
xaricetmə qurğusudur.
Monitorun üç növü vardır.
CRT elektron şüa borulu köhnə monitor
LCD enerjiyə qənaət edən maye kristallik ekran
Plazma yüksək qiymətə sahib ionlaşdırılmış monitor
Proyektor – verilənləri vizual formada istifadəçiyə çatdırır.
10
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Plotter – texnoloji sənədlərin, reklam, atlas və xəritələrin çapı üçün istifadə edilən xaricetmə qurğusudur.
Səs gücləndiricilər (Akustik gücləndiricilər) – səs (audio) məlumatların dinlənilməsi üçün istifadə olunan
xaricetmə qurğusudur.
Printer – informasiyanı kağıza çap edən qurğu.

Printerlər
Zərbli (impact) Zərbsiz (non – impact)
Literli, matrisli Termoqrafik, termodinamik, şırnaqlı və lazerli

Həm daxiletmə, həm xaricetmə qurğuları


Modem – modulyasiya demodulyasiya işi görür. Beynəlxalq ölçü vahidi – bod (1 bod = bit/san).
Buraxılış qabiliyyəti – BPS.
BPS = bod ∙ bit
Faks – təhlükəsizliyin yüksək olduğu giriş – çıxış qurğu.
Kombayn – həm printerin, həm də skanerin funksiyalarını icra edən qurğu.
Optik – disk oxuyucusu (Optic Disc Driver) – sistem bloku üzərində giriş hissəsi olan bu qurğu CD və DVD tipli
disklərdəki məlumatları oxumağa və onlara məlumat yazılmasına imkan yaradır.
Toxunuşlu ekran (Touchscreen monitor) – toxunuşlu ekranlar (telefonlar, notbuklar, ödəniş terminalları və s.).
Şəbəkə adapteri – kompüterin şəbəkəyə qoşulmasını təmin edən qurğu.
Səs kartı – səs gücləndirici və mikrofonun idarəetməsini təmin edən idarəedici qurğudur.
Videokart – monitorun və kameranın (həmçinin proyektor) idarəetməsini təmin edən idarəedici qurğudur.
Qeyd: Çevirici dedikdə analoqu rəqəmsala, rəqəmsalı analoqa çevirən qurğu nəzərdə tutulur.
İdarəetmə qurğuları – kompüterin işini idarə edən, həmçinin daxiletmə işinə də kömək edən qurğulardır.
Maus (Mouse) – idarəetmə qurğusu hesab edilir, bəzən isə daxiletmə qurğusu kimi qələmə verilir. Müasir
növləri lazer şüası ilə işləyir. Mausun trekbol, joypad, joystick, penmaus və touchpad kimi növləri mövcuddur.

Funksional baxımdan yaddaş qurğuları daxili və xarici olmaqla iki hissəyə bölünür. Xarici yaddaş qurğularının
təsnifatına baxaq.
FDD – çevik, maqnit, yumşaq, 3,5 düym diaqonala malik, 1,44 Mbayt tutuma malik yaddaş qurğusu.
CD disklər 700 Mbayt yaddaşa malik, 650 Mbaytı istifadə olunan kompakt disk. CD disklər CD – R və CD – RW
olmaqla iki yerə bölünür.
DVD disklər 4,7 Gb ölçüdən 17 Gb – a qədər intervalı əhatə edir. DVD disklərin də DVD – R və DVD – RW
növləri var.
R – yalnız oxuna bilən RW – həm oxunub, həm də yazıla bilən disklərə deyilir.
Blue Ray – ortalama 25 Gbayt yaddaş tutumuna malik olur.

11
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
HDD – üst – üstə qoyulmuş kompakt disklərdən ibarət yaddaş qurğusu. Etibarlıdır, istifadəçi məlumatlarını
saxlayır, sistem bloku daxilində yerləşir.
SSD – HDD – ya nəzərən daha etibarlı, sürətli və təhlükəsizdir. SSD və HDD Gbayt və Tbaytlarla ölçülür.
Fləşkart – xüsusi interfeysə sahib, rahat daşına bilən yaddaş qurğusudur.
Strimer – maqnit lenti üzərində məlumatları saxlıyır, etibarsız hesab olunur (toy kasetləri).
Yaddaş qurğuları birbaşa və ardıcıl ünvanlanan olur. Strimer ardıcıl, digərləri isə birbaşa ünvanlanandır.

Monitorun əsas göstəricisi


diaqonalının ölçüsü, piksellərinin sayı (ayırdetmə), əksetdirmə qabiliyyəti, müdafiə dərəcəsi, müşahidə bucağı

Prosessorun əsas xarakteristikaları


Takt tezliyi 1 saniyədə yerinə yetirə bildiyi əmrlərin sayı, Mhz və Ghz – la ölçülür
Mərtəbəlilik Bir dəfəyə emal üçün götürülə bilən bitlərin sayı
İşçi gərginlik Emal üçün götürülən informasiya hissələrinin sürəti
Keş yaddaşın həcmi Keş yaddaşın sürətinin prosessora təsiri
Əmrlər toplusu Prosessorun icra edə bildiyi müxtəlif tip əmrlərin miqdarı

Fərdi kompüterin əsas xarakteristikaları


işləmə sürəti Prosessorun 1 saniyədə yerinə yetirdiyi sadə (toplama,müqayisə) əməliyyatların sayıdır.
məhsuldarlıq Vahid zaman ərzində kompüterdə həll olunan məsələlərin orta sayıdır.
yaddaş tutumu (həcmi) Kompüterin yaddaşında saxlanıla bilən informasiyanın maksimum miqdarıdır (baytla ölçülür)

hesablama dəqiqliyi Ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır.
əmrlər sistemi Prosessorun hansı əməliyyatlarına yerinə yetirdiyini, əmrdəki operandların sayını təyin edir.
kompüterin qiyməti Kompüterin ümumi keyfiyyəti onun qiymətini müəyyən edir.
iş etibarlılığı Müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin öz xassələrini
saxlamaq qabiliyyətidir.

Yaddaş qurğuları
Daxili yaddaşlar Xarici yaddaş qurğuları
Enerjidən asılı olan Enerjidən asılı olmayan Birbaşa ünvanlanan Ardıcıl ünvanlanan
RAM, keş (cache), ROM, CMOS, fləş yaddaş HDD, SSD, Fləşkart, Blue – Ray, Strimer
registr, video yaddaş FDD, CD – R, CD – RW, DVD –
R, DVD – RW,

Printerin əsas xarakteristikaları


əməliyyat prinsipi, rəng imkanları, qrafiki imkanları və ya onların olmaması, işləmə qabiliyyəti, çap
keyfiyyəti, çap sürəti, qiyməti

12
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Fərdi kompüterin proqram təminatı – SOFTWARE
Əməliyyat sistemləri

Baza proqram təminatı Əməliyyat örtükləri


K
o
Şəbəkə əməliyyat sistemləri
m
Sistem
p proqram Utilitlər/Diaqnostika
ü təminatı proqramları
t
e Antivirus proqramları
r Servis proqram təminatı
i Drayverlər
n
Arxivator proqramları
p
r
o Proqramlaşdırma dilləri və sistemləri
q
r İnstrumental
a proqram Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti
təminatı
m
Proqram kompleksləri

t
ə
m Ümumi təyinatlı (universal)
i
n Üsulyönlü
Tətbiqi
a proqram
t təminatı Problemyönlü
ı
Qlobal şəbəkələrlə iş proqramları

13
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Sistem proqram təminatı
Baza proqram təminatı Servis proqram təminatı
MS DOS, Windows 98, Windows DR.Web, DR.Solomon, Kaspersky,
2000, Windows NT, Windows Avira, Avast, Panda, Nod 32,
Antivirus
Alta Vista, Windows XP, Norton Antivirus, Aidstest,
proqramları
Windows 7, Windows 8, Personal, Antiviral Toolkit Pro
Windows 10, Windows 11, Scaner, AVP
Əməliyyat sistemləri UNIX, MacOS, Linux, Ubuntu, Windows Accessories, Windows,
QNX, OS/2, NetWare, Solaris, Windows System, Utilities, PC
Andrioid, IOS Tools Deluxe, Mase Utilities
Utilitlər
Administrative Tools (Disk
Defragmenter, Cleanup, Scan Disk,
Back up, Drive Space)
Norton Commander, Windows WinZip, WinRar, 7 – Zip, WinAce,
Commander, Dos Navigator, Arxivləşdirmə PowerArchiver, ZipGenius,
Əməliyyat örtükləri
PC Shell proqramları PeaZip, CAB, Gzip, Jar, Tar, Rar

Şəbəkə əməliyyat Novell, NetWare, Windows Server, UNIX, Linux


sistemləri

İnstrumental Proqram təminatı


Proqramlaşdırma dilləri və sistemləri
Aşağı səviyyəli proqramlaşdırma sistemi Assembler, Avtokod
Fortran, Lisp, Planner, Scheme, Common, Turbo
Paskal, C, C++, C#, Eiffel, Java, Javascript, SQL,
Yuxarı səviyyəli proqramlaşdırma sistemi HTML, XHTML, XML, Delphi, Ada, Alqol, Python,
Matlab, Borland, Builder, PHP, Perl, ASP, Snobol,
Icon, Symantee Cafe, Occam, Linda, Basic
Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti
Proqramlaşdırma mühitləri yaradılmış proqramlaşdırma dilinin istifadəçilər üçün müəyyən əmr və işləmə
prinsiplərinin bir bazada saxlanması və o bazadan ortaq istifadəsi üçün nəzərdə tutulub.
Proqram kompleksləri
Proqram kompleksləri dedikdə iri firmaların öz gündəlik məsələlərini həll etmək üçün böyük xərclə ərsəyə
gətirdiyi güclü proqramlar nəzərdə tutulur.
Translyatorun (insan dilindən maşın dilinə çevirir) 2 növü var:
İnterpretator – hissə – hissə, kompilyator isə ümumilikdə çevirir. Çevirilməmiş proqram ilkin, çevrilmiş
proqram isə mütləq və ya işçi proqram adlanır.
Texniki interfeys Kompüterlərin öz aralarında birləşməsi və ya kənar qurğularla əlaqəsi
Aparat interfeysi Periferiya qurğuları ilə kompüterin əlaqələndirilməsi
Əlavələr interfeysi Tətbiqi proqramlarla əməliyyat sisteminin əlaqəsi
İstifadəçi interfeys İstifadəçi ilə kompüterin əməliyyat sistemi arasındakı əlaqə
İstifadəçi interfeysinin üç tipi var – əmrli (mətnli), obyektyönlü (qrafiki), səsli (audio)
14
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

Tətbiqi proqram təminatı


Ümumi təyinatlı (Universal)
Microsoft Word, Word Perfect, Leksikon, Ami Pro, ChiWriter,
Mətn redaktorları və prosessorları
MultiEdit, Word Star, Notepad, Wordpad
Elektron cədvəllər və cədvəl
Lotus 1 – 2 – 3, Super Calc, Quattro Pro, Microsoft Excel
prosessorları
Microsoft Power Point, Movie Maker, Prezi, Powtoon, OpenOffice
Təqdimat proqramları
Impress
Paint, Adobe PhotoShop, Painter, Fauve Matisse, Pixel Paint Pro,
Corel PhotoPaint, Adobe PhotoPaint, Picture Publisher
Corel Draw, Adobe Illustrator, Macromedia Freehand
Qrafik redaktorlar Autodesk, 3D Studio Max, Maya, Network Lightwave, Softimage
XSI, Rhinoceros 3D, Cinema 4D, Zbrush
Avtomatlaşdırılmış layihələndirnə sistemləri (CAD): AutoCAD,
ArchiCAD, OrCAD
Nəşriyyat sistemləri Aldus Page Maker, QuarkXPress, Page Maker, Vertura Publisher
Lüğət proqramları Polyglot, ABBVY Lingvo, Oxford, Style
Tərcümə proqramları Dilmanc, Prompt, Intelsoft, Socrat, Babylon, Translate
Mühasibat proqramları 1C, Smart, Uyum, Günəş, Logo
Dbase, FoxBase, Clipper, FoxPro, Paradox, MS Access, Dbase for
Verilənlər bazasının idarəedilməsi
Windows, R:Base, Informix, Ingress, Sybase, Progress, MySQL,
sistemləri (VBİS)
SQL Server, ORACLE
İnteqrallaşdırılmış paketlər Microsoft Office, Framework, Start – nave, Microsoft Works
Ekspert sistemləri EMYCIN, Expert – Ease
Üsulyönlü Tətbiqi Proqramlar Paketi
Üsulyönlü tətbiqi proqramlar isə riyazi iqtisadi məsələlərin müəyyən üsullarla həlli üçün nəzərdə tutulub.
MathCad, Matlab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Starts Network
Problemyönlü Tətbiqi proqram paketləri
Sənaye sahələri, qeyri – istehsal sahələri, müxtəlif tətbiq sahələri üçün istifadə olunur.
Qlobal şəbəkələrlə iş proqramları
Netscape Navigator, Internet Explorer, Mozilla FireFox, Mozaik,
Brauzerlər
Google Chrome, Opera, Safari, Microsoft Edge
Elektron poçt Eduardo (Eudaro), Microsoft Outlook

15
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Əməliyyat sistemlərinin təsnifatı
Əməliyyat sistemi – kompüter resurslarını idarəedən, istifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqə yaradan,
xarici qurğular və digər proqramlar arasında ünsiyyəti təşkil edən proqramlar məcmusudur. Əməliyyat sistemləri
müxtəlif əlamətlərinə görə aşağıdakı metodlarla təsnif olunur:
1. Sistemlə eyni anda işləyə bilən istifadəçilərin sayına görə – bir istifadəçili və çox istifadəçili
2. Prosessorlarının sayına görə – bir prosessorlu və çox prosessorlu
3. Sistemin idarə olunması zamanı eyni anda yerinə yetirilən məsələlərin sayına görə – bir məsələli və çox
məsələli
4. Prosessorun mərtəbələrinin sayına görə – 8 mərtəbəli (bitlik), 16 mərtəbəli (bitlik), 32 mərtəbəli (bitlik) və 64
mərtəbəli (bitlik)
5. İstifadəçi ilə interfeysin tipinə görə – əmrli (mətnli), obyektyönlü (qrafiki) və səsli (audio)
6. Resurslardan istifadəyə görə – şəbəkə və lokal
7. İnformasiya emalı rejiminə görə – paket emallı, vaxt bölgülü və real vaxt miqyaslı
Əməliyyat sistemlərinin aşağıdakı əsas funksiyaları mövcuddur:
✓ Diskdə verilənlərin saxlanılması üçün fayl sistemini təşkil edir;
✓ Fayl sistemlərinə müraciəti təmin edir və emal imkanı yaradır;
✓ Nüvəsinin avtomatik yüklənməsini təmin edir;
✓ Proqramı əməli yaddaşa yükləyir və icrasını idarə edir.
Əməliyyat sisteminin yüklənməsi dedikdə, kompüter işə düşən zaman əməliyyat sisteminin lazım olan hissəsinin
(özəyinin/nüvəsinin) xarici yaddaş qurğusundan əməli yaddaşa yüklənməsi başa düşülür (proses BIOS tərəfindən
icra olunur).

16
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Fayl sistemlərinin təsnifatı
Fayl sistemləri – faylların nizamlı şəkildə saxlanması üçündür.

Fayl sistemləri
FAT16 FAT32 NTFS
2 faylı özündə saxlayır, faylın yolu
16
2 faylı özündə saxlayır, faylın yolu
32
NTFS fayl sistemi fayllar haqqında
16 bit və ya 2 bayt qəbul olunur. 32 bit və ya 4 bayt qəbul olunur. məlumatları MFT cədvəlində saxlayır.

NTFS – in FAT – la müqayisədə üstünlükləri: sektor


➢ Verilənlərin mühafizəsinin təşkili;
➢ Fayl və qovluqların şifrələnməsi;
➢ Fayl və qovluqların sıxılması; cığır
➢ Fayl və qovluqların bərpası imkanı;
➢ Hər bir istifadəçi üçün ayrıca Səbət (Recycle klaster
bin) təmin olunması.

Faylların yaddaş disklərində nizamlı


yerləşdirilməsi, yəni sektor və klasterlərə bölünməsi
fiziki formatlaşdırma, C: və D: disklərinə bölünməsi isə məntiqi formatlaşdırma adlanır.
Sektor – faylın yazılıb – oxunulması üçün ən kiçik disk hissəsidir, yaddaşı 512 baytdır.
Klaster – faylların yazılması üçün minimal disk hissəsidir. 1 klaster maksimum 1 faylı yadda saxlayır, yaddaşı
adətən 4 – 64 Kb olur.

Fayl atributları
R (Read – Only) H (Hidden) S (System) A (Archive)
Yalnız oxumaq üçün gizlədilmiş və ya görünməyən əməliyyat sisteminin faylları Sıxışdırılmış faylları

➢ Faylların kompüterdə yerləşməsi iyerarxiya və ya ağacvari struktur adlanır.

➢ Faylların saxlanılması üçün yaradılmış vasitə qovluq (folder) və ya kataloq adlanır.


Obyektlərin solğun görünməsinə iki səbəb ola bilər:

1. Hidden atributunun tətbiqi 2. Cut əməliyyatının icrası


Disklərin adında bir simvoldan istifadə olunur.
A: – disket;
C: – sərt diskin əsas hissəsi;
D: – sərt diskin digər hissəsi;
E: – optik daşıyıcı;
F: – fləşkart.
17
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Windows 10 əməliyyat sistemi

Windows 10 əməliyyat sisteminin əsas komponentləri


Tapşırıqlar paneli Başlat menyusu İş masası

Windows 10 əməliyyat sisteminin əsas obyektləri


Fayl Qovluq Qısayol

Windows 10 – un Windows 7 – yə nəzərən üstünlükləri


Təhlükəsizlik tədbirləri (parol növləri) Vahid platforma (Continium xüsusiyyəti) Microsoft Edge brauzeri
Bing axtarış sistemi Cortana səsli süni intellekt məhsulu Microsoft Store mağazası

Sistem qovluqları:
User’s file — istifadəçi fayllarını özündə saxlayır.

This PC — kompüterin daxili strukturuna baxmağa imkan verir.

Recycle bin — silinən obyektləri saxlayır və formatdan sonra belə ikonu ekranda qalır.

Control Panel — kompüterin tənzimləmələrini icra edir.

Network — şəbəkələri idarə edir.

Bəzi piktoqramların görünüşü:

Boş qovluq: Daxilində sənədlər olan qovluq: Qısayol qovluq:

MS Word 2019 faylı: Arxiv qovluqları: — rar, — zip.

Tapşırıqlar paneli üzərində yerləşən düymələr


— Win (Başlat menyusu) — Search (Axtarış)

— Cortana (səsli interfeysi dəstəkləyən süni intellekt məhsulu) — Taskview

— Notification pane (saat, səs, internet, klaviatura dili və s.)

Action center — yenilənmə və xəbərdarlıqlar


Show desktop — ekranı şəffaflaşdırır, arxa fonu göstərir
18
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
İş masasının kontekst menyusu

View — görünüş ölçüsünə görə piktoqramları düzür.


Sort by — 4 xüsusiyyətə görə — ada, tipə, ölçüyə və dəyişiklik
tarixinə görə düzür.
Refresh — yeniləyir.
Paste — nüsxəsini yapışdırır.
Paste shortcut — qısayolunu yapışdırır.
New — yeni qovluq, qısayol və ya fayllar açır.
Display settings — ekran parametrlərini dəyişir (enini, uzunluğunu,
piksellərinin sayını).
Personalize — ekranı istifadəçiyə görə fərdiləşdirir (rəngini, şəklini
dəyişmək, ekran kilidi qoymaq və s.).

İş masasının fon şəklini aşağıdakı variantları tətbiq etməklə ekranda yerləşdirmək olur:

Fill Fit Stretch Tile Center Span


Qeyd: Obyekti Cut və ya Copy etdikdə Paste aktivləşir, Paste shortcut əmri isə obyekti Copy etdikdə aktivləşir.

Fayl və qovluğun kontekst menyuları:

Faylın kontekst menyusu

Open — açmaq;
Edit — redaktə etmək;
New — yenisini yaradır;
Print — çap edir;
Share — paylaşır;
Open with — hansı proqram vasitəsilə açılmanı təmin etmək;
Send to — müxtəlif vasitələrlə göndərir;
Cut — mübadilə buferinə düşərək yerini dəyişmək;
Copy — mübadilə buferinə düşərək nüsxəsini yaratmaq;
Create shortcut — qısayolunu yaradır;
Delete — silir, zibil yeşiyinə düşür;
Rename — adını dəyişmək (iki dəfə fasiləli kliklə və ya
xüsusiyyətlər bölməsindən də dəyişmək olar);
Properties — xüsusiyyətlər.

Faylın kontekst menyusu ilə qovluğun kontekst menyusu eynilik təşkil edir.
Open with, New, Print və Edit əmrləri qovluğun kontekst menyusunda yoxdur.
Qeyd1: Mübadilə buferinin yaddaşı 1 əməliyyata bərabərdir. Cut olunmuş əməliyyat 1 dəfə, Copy olunmuş
əməliyyatlar mübadilə buferindən silinənə qədər istənilən sayda yapışdırıla bilər.
19
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Windows əməliyyat sisteminin standart proqramları
Character Map — əməliyyat sisteminə daxil olan simvollar cədvəlini göstərir.
Snipping Tool — ekranın zəruri fraqmentini kəsir.
Steps Recorder — səs yazma proqramıdır.
File Explorer — fayl və qovluqları açır (fayl və ya qovluq bələdçisidir).
Internet Explorer — veb brauzerdir.
Microsoft Edge — veb brauzerdir.
Paint — qrafiki təsvirlər yaratmaq üçün proqramdır.
Calculator — riyazi hesablamalar aparmaq üçün istifadə olunur.
File explorer pəncərəsi
Quick access — özündə maksimum 7 obyekt saxlaya bilir.
Minimize — minimallaşdırır, taskbara göndərir.
Restore — köhnə vəziyyəti bərpa edir.
Maximize — tam ekran maksimallaşdırır.
Close — bağlayır.
1 düymə (File), 3 tab (Home, Share, View) var.
Home lent tabı

Clipboard lent qrupu


➢ Pin to Quick Access — qovluğu Quick Access panelinə yapışdırır.
➢ Copy — kopyalayır.
➢ Paste — nüsxəsini yapışdırır.
➢ Cut — kəsir.
➢ Copy path — cığırının (faylın tam adını) nüsxəsini yaradır.
➢ Paste shortcut — qısayolunu yapışdırır.
Organize lent qrupu
➢ Move to — mübadilə buferinə ehtiyac duymadan yerdəyiməsini təmin edir.
➢ Copy to — mübadilə buferinə ehtiyac duymadan köçürülməsini təmin edir.
➢ Delete — silinməni təmin edir (Recycle Bin – ə düşür).
➢ Rename — adını dəyişir.
New lent qrupu
➢ New Folder — yeni qovluq yaradır.
➢ New item — yeni obyekt yaradır.
➢ Easy Access – seçilmiş obyektlərə asan müraciət üçün əlaqə yolu yaradır.
Open lent qrupu
➢ Properties — xüsusiyyətlərini göstərir.
➢ Open — hansısa bir proqramla açır.
➢ Edit — redaktə üçün açır.
➢ History — görülən işin tarixçəsini icra edir.
Select lent qrupu
➢ Select all — hər şeyi seçir.
➢ Select none — heçnəyi seçmir.
➢ Invert selection — seçilmişləri seçmir, seçilməmişləri seçir.
20
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Share lent tabı

Sent lent qrupu


➢ Share — paylaşır.
➢ Email — emaillə göndərir.
➢ Zip — arxiv qovluğuna göndərir.
➢ Burn to disc — diskə yazır.
➢ Print — çap edir.
➢ Fax — faksla kiməsə göndərir.
Share with lent qrupu
Bu lent qrupunun əmrləri vasitəsilə şəbəkədə seçilmiş obyektlərə giriş icazəsi və ya məhdudiyyəti qoymaq olar.

View lent tabı

Panes lent qrupu


➢ Navigation pane (Naviqasiya paneli) — panelinin görünüb – görünməməsini təyin edir.
➢ Preview pane (Önbaxış panel) — panelinin görünüb – görünməməsini təyin edir.
➢ Details pane (Təfərrüatlar paneli) — panelinin görünüb – görünməməsini təyin edir.
Layout lent qrupu
Qrupun əmrləri vasitəsilə fayl və qovluqların görünüşünü dəyişmək mümkündür.

Extra large icons Large icons Medium icons Small icons List Details Tiles Content

Qeyd: Qırmızı rənglə işarələnmiş detallar iş masasının kontekst menyusunda da mövcuddur.


Current View lent qrupu
➢ Sort by — obyektlərin adına, dəyişdirilmə tarixinə, tipinə, ölçüsünə, yaradılma tarixinə və digər göstəricilərə görə
düzür.
➢ Group by — obyektlərin adına, dəyişdirilmə tarixinə, tipinə, ölçüsünə, yaradılma tarixinə və digər göstəricilərə görə
qruplaşdırır.
➢ Add columns — yalnız Details görünüş rejimində obyektlərin bir neçə sütunda düzülməsinə imkan verir.
➢ Size all columns to fit — Details görünüş rejimində bütun sütunların enini məzmuna uyğunlaşdırır.
Show/hide lent qrupu
➢ Item check boxes — seçim qutusu əlavə edir.
➢ File name extensions — genişlənmələri göstərir.
➢ Hidden items — gizlədilmiş obyektləri göstərir.
➢ Hide selected items — seçilmiş obyekti gizlədir.
➢ Options — parametrləri göstərir (neçə kliklə açılmanı təmin edir).
21
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Windows əməliyyat sistemində texnologiyalar:
OLE, Plug and Play və Drag and drop
OLE — bir proqram daxilində digər proqramın imkanlarından istifadə etməyə imkan yaradır.
Plug and Play — avtomatik sazlanmanı təmin edir, drayverə ehtiyac olmadan xarici qurğuların kompüterə
qoşulmasını təmin edir.
Drag and Drop — obyekt mausun sol düyməsi ilə tutulub Ctrl düyməsi basılı şəkildə sürüşdürüldükdə nüsxəsi,
Shift düyməsi basılı şəkildə sürüşdürüldükdə özü (kəsmək), Alt və ya Shift+Ctrl düyməsi basılı şəkildə
sürüşdürdükdə isə qısayolu yaranır.
Mübadilə buferi ilə işləyir: Mübadilə buferinə ehtiyac duymadan işləyir:
Ctrl+X (kəsir) Mausla sürüşdürəndə Ctrl (köçürür və yerində qalır)
Ctrl+C (nüsxəsini yaradır) düyməsi basılı saxlanıldıqda;
Ctrl+V (yapışdırır) Mausla sürüşdürəndə Shift (yerdəyişmə və qalmır)
düyməsi basılı saxlanıldıqda
Mausla sürüşdürəndə Alt və ya Ctrl+Shift
(qısayolunu yaradır) düyməsi basılı saxlanıldıqda

Qeyd: Obyekti sağ düymə ilə sürükləyən zaman açılan kontekst menyunun Copy here, Move here, Paste Shortcut
here əmrləri və File Explorer pəncərəsinin Home tabının Organize lent qrupunun Copy to və Move to əmrləri də
mübadilə buferinə düşmür.

Qeyd: Qısayolun yaddaşı 1 — 4 Kb arası dəyişir. Qısayol silinən zaman obyektə heçnə olmur, obyektin özü
silinəndə isə qısayolu açılmır.

AERO interfeysinin növləri:


AERO Snap açılmış pəncərənin ölçülərini dəyişməyə imkan verir
AERO Shake silkələyərək digər aktiv qovluqları gizlədir
AERO Peek aktiv qovluqların siyahısına baxmağa və ekranı şəffaflaşdırmağa imkan verir
AERO Flip aktiv faylların və ya proqramların siyahısına Alt+Tab və Win+Tab düyməsi ilə baxmağa imkan verir.

Windows 10 əməliyyat sisteminin buraxılışları


Home PRO for EDUCATION EDUCATION
PRO PRO for WORKSTATIONS Enterprise

22
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Yaddaşın müəyyən hissəsində ümumi ad altında saxlanılan verilənlər yığımı fayl adlanır. Faylın adı iki
hissədən ibarət olur: istifadəçi tərəfindən verilən ad (name) və əməliyyat sistemi tərəfindən verilən ad /
genişlənmə (name extension). İstifadəçi tərəfindən verilən ad 1 – 255 intervalında, genişlənmə adətən 1 – 5 arası
dəyişir. Faylın adında qadağan olunmuş simvollar:

? “
*
<:>
|
/\
Fayl və qovluğun adında qadağan olunmuş sözlər:
prn, aux, nul, con, com0, com1, com2, com3, com4, com5, com6, com7, com8, com9,
lpt0, lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8, lpt9 (yalnız verildiyi formada!!!)

Fayllar üçün bəzi genişlənmələr:

“.com”, “.exe” – maşın kodlarında ifadə olunmuş, yüklənməyə və icraya hazır olan proqram faylları;
“.bat” – əmrlər faylı;
“.wav” – səs tipli fayl;
“.bmp” – rəsm tipli fayllar;
“.jpg” – statik təsvir tipli fayllar;
“.gif” – animasiya tipli fayllar;
“.txt”, “.doc”, “.dot”, “.dotx”, “.dotm”, “.pdf” “.rtf”, “.xps”, “.html”, “.htm” və “.docx” – mətn və sənəd tipli
fayllar;
“.xls” və “.xlsx” – elektron cədvəl faylı;
“.ppt”, “.pptx”, “.potx” və “.ppsx” – elektron təqdimat faylı;
“.mdb” , “.accdb” və “.dat” – verilənlər bazası faylı;
“.bas” – Basic dilində ilkin proqram faylı;
“.pas” – Paskal dilində ilkin proqram faylı;
“.bak” – faylın sürəti;
“.c” – C dilində ilkin proqram faylı;
“.sys” – sistem faylı;
“.tmp” – əməliyyat sistemi və ya proqram tərəfindən müvəqqəti yaradılan fayl;
“.dll”, “.lib”, “.obj” – kitabxana faylları;
23
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
“.hlp” – məlumat, kömək faylı;
“.zip, “.rar”, “.arj”, “.tar”, “.jar” – arxiv faylları;
“.avi”, “.mpg”, “.vob” – rəqəm formatında olan video fayllar;
“.pst”, “.pab” – elektron poçt;
“.html”, “.htm” – internet sənədinin formatı;
“.wav”, “.mp3”, “.mid” – rəqəm formatında olan səs fayllarının genişlənməsini göstərir.
Qeyd1: “.ppsx” – faylı birbaşa Slide Show formatında açır.
Qeyd2: “.txt” – formatı özündə saxlamır, Notepad – in genişlənməsidir.
Qeyd3: “.gif” – hərəkətli şəkillərin genişlənməsidir.

Maska simvolları

* ?
Sıfır, bir və ya bir neçə simvolu əvəz edir. Yalnız bir simvolu əvəz edir.

Faylın tam adı/cığırı

Faylın yerləşdiyi ərazi

C:\Vugar\Photo\Mənzərə\şəkil2.jpeg
Diskin adı Faylın yerləşdiyi Faylın yerləşdiyi Faylın yerləşdiyi alt Fayla istifadəçinin faylın
ən üst qovluq \ üst qovluq qovluq verdiyi ad genişlənməsi \
İstifadəçi uzantısı \
qovluğu əməliyyat
sistemi
tərəfindən
verilən ad

24
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

Naviqasiya panelində hər hansı bir qovluğun önündə üzü aşağı baxan ox ( )
varsa, bu o deməkdir ki, həmin qovluq hal – hazırda açıqdır, biz həmin qovluğun
tərkibində olan qovluqları görürük. Əgər qovluğun önündə sağa baxan ox ( )
varsa, bu o deməkdir ki, həmin qovluğun daxilində başqa qovluqlar da var, əgər
heç bir ox yoxdursa, bu zaman həmin qovluğun daxilində başqa qovluqlar
yoxdur, amma fayl və qısayol ola bilər. Buna faylın cığırı, iyerarxiyası,
ağacvari quruluşu deyilir.

Windows Administrative Tools

Windows Administrative Tools (Windows İnzibati Alətlər) qovluğuna, əsasən, əməliyyat sisteminin
xidməti proqramları daxil olur.

Belə ki, sərt diskin virtual təmizlənməsini Disk Cleanup (Diski Təmizlə) proqramı vasitəsilə həyata
keçirmək mümkündür. Əməliyyat sistemi tərəfindən, fraqmentlər şəklində yerləşdirilmiş faylın, diskdə müəyyən
bir kəsilmaz sahədə, tam formada toplanması əməliyyatı disklərin defraqmentasiyası adlanır. Windows 10
sistemində diskin fraqmentsizləşdirilməsi əməliyyatını idarəetmə vasitələri proqramlar qrupuna daxil olan
Defragment and Optimize Drives (Diskin Optimallaşdırılması) proqramı, sistemin yüklənməsi zamanı mövcud
proqramların avtomatik yüklənməsini, ümumi parametrlərini və xidmətlərin tənzimlənməsini System
Configuration (Sistem konfiqurasiyası) proqramı, işlədiyiniz kompüterdə əməliyyat sistem haqqında məlumatların
əldə edilməsini System Information (Sistem məlumatı) proqramı, mikroprosessor, yaddaş diski və şəbəkə
fəaliyyəti ilə bağlı prosesləri tənzimləyən Resource Monitor (Resurs Monitoru) proqramı, sistemdə əvvəlcədən
təyin edilmiş qrafik əsasında hər hansı tapşırığın icrasını, sistemin yenidən yüklənməsini və s. əməliyyatları həyata
keçirən Task Scheduler (Тapşırıq planlaşdırıcı) proqramı həyata keçirir.

Açıq pəncərləri tapşırıq panelində üç əks olunma qaydası var:

➢ Always combine, hide labels (Həmişə birləşdir, nişanları gizlət) – bir neçə
proqram açılan kimi onların işarələri avtomatik olaraq bir düymədə
qruplaşdırılır, proqramların adları görünmür:
➢ Combine when taskbar is full (Tapşırıq paneli dolu olduqda birləşdir) –
düymələr üzərində pəncərənin adı görünür, qruplaşdırma tapşırıq panelində yer
çatmadıqda baş verir. Tapşırıqlar paneli dolur və pəncərələr şəklində qruplaşır.
➢ Never combine (Heç vaxt birləşdirmə) – düymələr üzərində pəncərənin adı
əks olunur, qruplaşma baş vermir.

25
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Word 2019
Microsoft Office 2019 paketinə aşağıdakı proqramlar daxildir:
Word 2019 PowerPoint 2019 Outlook 2019 OneNote 2019 Publisher 2019
Excel 2019 Access 2019 SharePoint Workspace 2019 Visio 2019 Project 2019
MS Word 2019 – mətn prosessorudur. Əsas genişlənməsi “.docx”. Bundan əlavə, “.txt”, “.doc”, “.dot”, “.dotm”,
“.pdf”, “.htm”, “.xml”, “.xps”, “.rtf” genişlənmələri də mövcuddur.
MS Word 2019 proqramı üçün minimal obyekt simvol, maksimal obyekt sənəddir. Worddə yaradılmış faylın adı
susmaya görə Document1, susmaya görə şrift Calibri, susmaya görə şriftin ölçüsü 11, susmaya görə şriftin intervalı
8 – 72 (ümumən 1 – 1638).
– Başlıq sətrinin sol hissəsində Quick Access Toolbar (sürətli müraciət paneli);
– sağ hissəsində isə minimize, maximize/restore, close düymələri yerləşir.

– Maximize( ) düyməsi sıxıldıqda o artıq restore( ) düyməsinə çevrilir, restore düyməsi sıxıldıqda isə
maximize düyməsinə çevrilir. Əslində 3 düymə görünsə də, praktiki olaraq 4 düymə mövcuddur.
Word 2019 mətn prosessorunda əsas lent tabları aşağıdakılardır:
File (Fayl), Home (Ev), Insert (Əlavə et), Draw (Çək) Design (Tərtibat), Layout (Səhifə düzəni), References
(İstinadlar), Mailings (Göndərişlər), Review (İcmal), View (Görünüş), Help (Kömək)
File Home Insert Draw Design Layout References Mailings Review View Help
File düyməsi (menyusu, tabı)
Word 2019 versiyasında da kateqoriyalar və əmrlər xüsusi görünüşlərlə fərqlənmirlər.
Home – müxtəlif şablonlara daxil olaraq yeni sənəd yaratmaq, son istifadə olunan və bərkidilmiş
fayllara baxmaq olar. Son istifadə olunmuş faylların sayını Options bölməsinə daxil olaraq 1 – 50
arası dəyişmək mümkündür.
New – Blank Document (Boş sənəd) seçərək, standart Word sənədi yaratmaq, həmçinin bizə
təklif olunan şablonlardan istifadə edərək yeni fayl yaratmaq olar.
Open – kompüterin xarici yaddaşındakı digər Word fayllarını açır.
Info – sənəd haqqında məlumatları göstərir. Protect Document vasitəsi ilə sənədə parol qoymaq
olur.
Save – sənədi yaddaşa verir.
Save as – sənədi fərqli formatda yaddaşa verir. Adını, tipini, yerini dəyişmək və parol qoymaq
olur.
Print – çap edir, vərəqin 1 üzünə maksimum 16 səhifə çap etmək olur.
Share (Paylaş) – hazırlanmış faylı təyin edilmiş ünvanlara göndərmək üçündür.
Export (İxrac) – hazırlanmış faylı PDF və XPS formatına çevirərək və ya faylın tipini dəyişmək,
hazırlanmış təqdimatı video şəklində ixrac etmək, həmçinin CD və USB diskdə yadda saxlamaq
mümkündür.
Close (Bağla) – cari və ya aktiv sənədi bağlayır.
Account (Hesab) – Word 2019 proqramında Account kateqoriyası OneDrive və SharePoint kimi
bulud xidməti hesablarını əlavə etmək və ya silmək imkanı verir.
Feedback (Əlaqə) – proqramın müsbət və mənfi cəhətləri haqqında rəylərin istifadəçilər
tərəfindən birbaşa daxil edilməsi üçündür.
Options – parametrləri tənzimləyir.
26
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Home lent tabı
Home (Ev) lent başlığı özündə istifadəçi tərəfindən ən çox istifadə olunan və primitiv funksiyaları saxlayır. Home
lent başlığının lent qrupları aşağıdakılardır:
Clipboard lent qrupu
➢ Paste – yapışdırır.
➢ Cut – kəsir.
➢ Copy – nüsxəsini çıxardır.
➢ Format Painter – mətnin formatını başqa fraqmentə köçürür. Format Painter
əmrindən istifadə edən zaman isə mübadilə buferindən istifadə edilmir.
Mübadilə buferinin yaddaşı 24 – dür. Kəsilən və ya köçürülən obyekt mübadilə
buferindən silinənə qədər istənilən sayda yapışdırıla bilir.
Font lent qrupu

susmaya görə şriftin stili və ölçüsü.

uyğun olaraq şrifti böyütmək və kiçiltmək.

registri dəyişir.

formatı silir.

uyğun olaraq, qalın, kursiv, altdan xətt və üstündən xətt çəkir.

uyğun olaraq, indeks və qüvvət yazır.

mətn fraqmentində vacib məqamların qabardılması üçün istifadə olunan əmrdir.

mətnin şriftinə müxtəlif rənglər vermək üçün istifadə olunur.


Paragraph lent qrupu

abzasları nömrələyir.

sol boşluğu artırıb/azaltmaq üçün istifadə edilir.

mətnin əlifba sırası üzrə və ya əksinə sıralanmasını təşkil etmək üçün istifadə olunur.
çap zamanı görünməyən simvolları göstərir (probel (spacebar), enter düyməsi (abzas) və tab).

uyğun olaraq, sola, ortaya, sağa, sonuncu isə mətni soldan və sağdan düzləndirir.

sətirlər və abzaslar arasındakı intervalı təyin edir.


mətnin arxa planını rəngləyir.
mətn hissəsini əhatəyə (sərhədlər) alır.

27
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Styles lent qrupu

Bu lent qrupu yazılara stillər verməyə və mündəricat hazırlamağa kömək olur.

Editing lent qrupu


➢ Find – sənəddə hər hansı bir sözü və ya fraqmenti axtarmaq üçündür.
➢ Replace – bir fraqmenti başqa bir fraqmentlə əvəz etmək üçündür.
➢ Select – mətn fraqmentlərinin seçmək üçündür.
Qeyd: Go to əmri sənədin bir səhifəsindən başqa bir səhifəsinə keçid üçündür. “+” və ya “–” – la işləyir. Sənədə
verilmiş keçid birdən kiçik ədəd alınarsa, birinci səhifədə, son səhifədən böyük ədəd alınarsa, sonuncu səhifədə
dayanır. Replace əmrinin üzərinə kliklədikdə açılan pəncərədə görünür.
Insert lent tabı
Pages lent qrupu
➢ Cover Page – ön səhifəyə şablon əlavə etmək üçündür.
➢ Blank Page – sənədə yeni bir boş səhifə əlavə edir.
➢ Page Break – cari səhifənin boş qalan hissəsini buraxaraq növbəti səhifəyə keçir.

Tables lent qrupu


Table düyməsinin alt əmrləri vasitəsilə sənədə cədvəl əlavə etmək mümkündür. Şablondan sətir və sütun seçərək,
sətir və sütunların sayını daxil edərək, Exceldən cədvəl açaraq, hazır şablonlardan birini yaradaraq və ya qələm
vasitəsilə istədiyimiz ölçülü cədvəl çəkərək sənədə cədvəl daxil edə bilərik.
Illustrations lent qrupu
➢ Pictures – sənədə şəkil əlavə edir.
➢ Online Pictures – Word proqramının bizə təqdim etdiyi şəkillərin
sənədə əlavə edilməsi üçündür.
➢ Shapes – həndəsi fiqurlar əlavə etmək mümkündür.
➢ Icons (Piktoqramlar) – əmri mətnin daxilində piktoqramların
daxil edilməsi üçündür.
➢ 3D Models – əmri ilə sənədə hər tərəfə döndərilə bilən üçölçülü modellər əlavə etmək olur.
➢ SmartArt – müxtəlif formalı sxemlərin hazırlanması üçündür.
➢ Chart – sənədə diaqram əlavə etmək üçündür.
➢ Screenshot – əmri vasitəsilə cari pəncərə bağlanır və skrin götürülür və sənədə əlavə olunur.
Add – Ins lent qrupu
➢ Get Add – ins – sənədə qoşma fayllara baxmaq üçün istifadə olunur.
➢ My Add – ins – vebdən istifadə etməklə sənədə qoşma fayllar əlavə
etmək üşündür.
➢ Wikipedia – Vikipediyada əlaqəli informasiyanın axtarılması üçündür.

28
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Media lent qrupu
Online Videos – müxtəlif onlayn mənbələrdən video faylların əlavə edilməsi üçündür.
Links lent qrupu
➢ Link – mətn daxilinə xüsusi keçid əlavə edir.
➢ Bookmark – əlfəcin əlavə edir.
➢ Cross – reference – çarpaz istinad.
Comments lent qrupu
Comment (Şərh) – yeni şərh əlavə etmək üçün yararlıdır.
Header & Footer lent qrupu
➢ Header (Yuxarı sərlövhə/kolontitul) – səhifənin yuxarı hissəsinə məlumat daxil etmək üçündür.
➢ Footer (Aşağı sərlövhə/kolontitul) – səhifənin aşağı hissəsinə məlumat daxil etmək üçündür.
Header & Footer bir dəfə yazılır və bütün səhifələrə düşür.
➢ Page Number – səhifələri nömrələyir.
Text lent qrupu
➢ Text box – mətn qutusu əlavə edir.
➢ Quick Parts – sənədə şablon mətn hissələri əlavə edir.
➢ WordArt – xüsusi formalı yazı daxil etmək üçündür.
➢ Drop Cap – abzasın və ya mətnin ilk hərfini böyüdür.
➢ Signature Line – müəllifin imzasını sənədə daxil etmək üçündür.
➢ Date & Time – tarix və saat əlavə etmək üçündür.
➢ Object – digər proqrama aid obyekt əlavə etmək üçündür.

Symbols lent qrupu


➢ Equation – müxtəlif riyazi ifadələrin yazılması üçün istifadə olunur.
➢ Symbol – çoxsaylı simvolları mətnə daxil edir.

Draw lent tabı


Draw lent başlığı vasitəsilə əlyazma qeydlər əlavə etmək, formalar yaratmaq, mətni redaktə etmək,
mümkündür.
Bu lent başlığının lent qrupları aşağıdakılardır:

Tools (Alətlər), Pens (Qələmlər), Convert (Çevir) və Insert (Əlavə et)

Eraser düyməsi səhifədə çəkilmiş təsvirləri silmək üçün istifadə edilir.

29
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Lasso Select – yazdığımız lazımi hissələri seçə bilərik.
Pens (Qələmlər) lent qrupunun əmrləri ilə qələm, karandaş və işıqlandırıcılardan
(marker) istifadə edərək sənəd üzərində çertyojların çəkilməsini təmin edir. Add pen
aşağıya açılan siyahıdan qələm, karandaş və işıqlandırıcıların rəngini və ölçüsünü
tənzimləmək mümkündür.
Convert (Çevir) lent qrupunun əmrləri xam çertyojları daxili formalara, riyazi tənliklərə dəyişir,
əlyazma fiqurları hazır fiqurlara çevirir və sənədləri redaktə etməyə kömək edir. Ink to Shape əmri
vasitəsilə əlyazma formasında daxil edilmiş cızma – qaralar ən optimal fiqura çevrilir, Ink to Math
əmri isə Equation – da öyrəndiyimiz kimi əlyazmanı düstura çevirir.

Insert (Əlavə et) lent qrupunun əmrləri isə sənəddə çertyojların daxil edilməsi üçün sahə yaradır. Drawing
Canvas əmrindən istifadə edən zaman Format kontekstual lent tabı açılır.

Design lent tabı


Design lent başlığı vasitəsilə səhifələrin tərtibatında düzəlişlər və nizamlamalar aparılır.

Document Formatting lent qrupu


Bu lent qrupunun elementləri vasitəsilə tamamilə sənədin dizaynı dəyişdirilir. Rəng, şrift, abzasdan yuxarı
və aşağı intervalı, sətirlərarası məsafələrin təyin olunması, effektlər kimi parametrlər daxildir. Set as Default
(Susmaya görə təyin et) əmri seçildikdə cari sənədə tətbiq edilən dizayn dəyişiklikləri susmaya görə təyin olunur.

Page Background lent qrupu


➢ Watermark – mətnin fonuna su nişanı əlavə edir.
➢ Page Color – səhifənin fonunu rəngləyir.
➢ Page Borders – səhifənin kənarlarına müxtəlif sərhədlər verir.

30
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Layout lent tabı
Page Setup lent qrupu
➢ Margins – səhifənin kənar boşluqlarını dəyişir.
➢ Orientation – səhifənin oriyentasiyasını dəyişir (kitab və ya albom).
➢ Size – mətnin yerləşəcəyi vərəqin ölçüsünü seçir.
➢ Columns – səhifəni bir və ya bir neçə sütuna bölür.
➢ Breaks – mətni yeni səhifə və ya sütundan yazılması üçündür.
➢ Line Numbers – sətirləri avtomatik nömrələyir.
➢ Hyphenation – sözləri hecalara ayırır.

Paragraph lent qrupu


➢ Indent – seçilmiş abzası və ya bütün mətni sola və ya sağa sıxır.
➢ Spacing – abzaslar arasındakı məsafəni avtomatik nizamlayır.

Arrange lent qrupu


➢ Position – obyektin yerləşəcəyi mövqeni dəyişir.
➢ Wrap Text – mətnlə şəklin qarşılıqlı əlaqəsi.
➢ Bring Forward – seçilmiş obyekti önə keçirir.
➢ Send Backward – seçilmiş obyekti arxaya keçirir
➢ Selection Pane – obyektlərlə işləmək üçün xüsusi
panel açılır.
➢ Align – obyektlərin yerini dəyişir (düzləndirir).
➢ Group – obyektləri qruplaşdırır.
➢ Rotate – obyektləri şaquli və ya üfuqi, 90° döndərir.

References lent tabı

➢ Table of Contents lent qrupunun köməyi ilə


mündəricatın avtomatik hazırlanmasını təşkil etmək olar.

➢ Footnotes lent qrupu vasitəsilə hər hansısa bir söz


haqqında izah vermək mümkündür.

References lent tabının digər qrupları vasitəsilə istinadların mənbəyini əlavə etmək, onları avtomatik
adlandırmaq, əlavə olunmuş istinadları siyahıya salmaq mümkündür.

31
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Mailing lent başlığı
Mailing lent başlığı vasitəsilə çoxlu sayda sənədlər və ya məktublar hazırlanıb, sürətli şəkildə göndərilə bilər. Bu
lent başlığına tələbat 2000 – ci illərin əvvəlindən azalıb, çünki müasir dövrdə poçtlaşma və yazışma üçün bir çox
proqram nəzərdə tutulub.

Review lent tabı


Proofing lent qrupu
➢ Spelling & Grammar – orfoqrafik və qrammatik səhvlərin tapılması üçündür.
Orfoqrafik səhvlər qırmızı dalğalı xətlə, qrammatik səhvlər isə göy qoşa xətlə
göstərilir.
➢ Thesaurus – sözün sinonimlərinin axtarılması üçündür.
➢ Word Count – əmri vasitəsilə sənəd haqqında statistik məlumatları görmək
mümkündür. Sözləri, sətirləri, boşluqları nəzərə alaraq simvolları, boşluqları nəzərə almadan simvolları,
səhifələri və abzasları sayır.

Speech Lent qrupu


Read Aloud – sənəddəki mətnin sözbəsöz səsləndirilməsi üçün nəzərdə tutulub.

Accessibility Lent qrupu


Check Accessibility – məhdud imkanlı şəxslərin sənədi oxuyarkən qarşılaşa biləcəyi problemləri bir sıra
qaydalarla yoxlayır.
Language Lent qrupu
➢ Translate – mətn hissəsini tərcümə etmək üçün nəzərdə tutulub.
➢ Language – mətnin yazılacağı dili təyin etmək üçün istifadə olunur.

Comments lent qrupu vasitəsilə mətnin ümumi formatına zərər gətirmədən müəyyən şərhlər əlavə etmək üçün
istifadə olunur.
Tracking lent qrupu vasitəsilə şərhləri izləmək və Comments lent qrupu ilə müştərək şəkildə işləmək üçün nəzərdə
tutulub.
Changes lent qrupu şərhlər üzərində dəyişiklik və düzəlişlərin gözdən keçirilməsi və qəbulu üçün nəzərdə tutulub
və Comments lent qrupu ilə müştərək işlənilir.
Compare lent qrupunun əsas məqsədi, dəyişikliklərin olduğu sənədlə əvvəlki versiyanın müqayisəsini təşkil
etmək, bir neçə müəllifin düzəlişlərinin bir sənəddə birləşdirilməsini təmin etməkdir.
Protect lent qrupu sənədin başqaları tərəfindən dəyişdirilməsinin qarşısının alınması üçün istifadə olunur.
Hide Ink lent qrupu sənəddə olan bütün əlyazmaları gizlətmək üçün istifadə edilir.

32
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
View lent tabı
Document Views lent qrupu
➢ Read Mode sənədin rahatlıqla oxuna bilməsi üçün istifadə olunur. Bu görünüş rejimi aktiv olan zaman lent
tabları və xətkeşlər gizlənir. Miqyası 100 – 300% arasında dəyişmək
mümkündür.
➢ Print Layout – sənəd standart halda bu görünüş rejimində açılır. Miqyası
10 – 500% arasında dəyişmək mümkündür.
➢ Web Layout – sənədi veb səhifə formatında açır. Miqyası 10 – 500%
arasında dəyişmək mümkündür.
➢ Outline – yazılar hər absazın önündə işarə olmaqla görünür, xətkeşlər və şəkillər isə yoxa çıxır. Miqyası
10 – 500% arasında dəyişmək mümkündür.
➢ Draft – mətnin yazı hissəsi ekranda kiçik formada əks olunur və bu rejimdə də şəkillər görünmür. Miqyası
10 – 500% arasında dəyişmək mümkündür.
Immersive lent qrupu
İmmersive Reader (İmmersiv oxuyucu) – əmri aktivləşdirildikdə İmmersive Reader alət tabı
aktivləşir. Həmin tabın əmrləri ilə mətni fərqli formada göstərmək olur. İmmersive Reader alət
tabından çıxış etmək üçün Close İmmersive Reader əmri icra edilməlidir.

Page Movement lent qrupu


Vertical (Şaquli) – sənədin səhifələri arasında keçidin şaquli şəkildə yerinə yetirilməsi üçündür.
Susmaya görə bu əmr seçilmiş olur.

Side to side (Yanbayan) – sənədin səhifələrini yanbayan yerləşdirərək onların arasındakı keçidi
sağdan sola (və ya əksinə) edir. Bu rejim seçildiyi zaman sənədin miqyasının dəyişdirilməsi üçün
nəzərdə tutulan əmrlər passiv olur.
Show lent qrupu
➢ Ruler – ekrandakı xətkeşi yığışdırmaq və ya göstərmək üçün istifadə olunur.
➢ Gridlines – sənədə tor xətlərinin görünüb – görünməməsi üçün istifadə olunur.
➢ Navigation Pane – naviqasiya panelinin görünüb – görünməməsini təmin edir.

Zoom lent qrupu

➢ Zoom – əmri üzərində mausu sıxdıqda açılan pəncərədə müxtəlif miqyaslar


seçərək sənədə tətbiq etmək olar.
➢ 100% – düyməsi sənədin ekranda 100% miqyasında göstərilməsini təmin
edir.
➢ One Page – aktiv proqram pəncərəsində bir vərəqin görünməsini təmin edir.
➢ Multiple Pages – eyni anda sənədin bir neçə vərəqləri ekranda görünür və sənədin ümumi miqyası kiçilmiş
olur.
➢ Page Width – əmrindən istifadə olunarsa, kursorun dayandığı cari səhifə ekranın eni boyunca tam formatda
açılır.

33
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Window lent qrupu aktiv Word pəncərələrinin qarşılıqlı əlaqələrini və görünüşünü təmin edir.
➢ New Window– cari sənədi yeni proqram pəncərəsində açır.
➢ Arrange All – bütün aktiv Word pəncərələrini eyni anda ekranda nümayiş etdirir.
➢ Split – sənədi ortadan iki yerə bölür. Sənədin
yuxarısı ayrı, aşağısı ayrı hərəkət edir. Split əmrini
aktivləşdirdikdən sonra Remove Split əmri aktivləşir
ki, bu əmr vasitəsilə bölünməni ləğv etmək
mümkündür.
➢ View Side by Side – aktiv olan Word pəncərələrini yan – yana göstərir.
➢ Synchronous Scrolling – əmri sənədlərin sinxron formada yerləşməsini və sinxron hərəkət etməsini təmin edir.
➢ Reset Window Position – pəncərənin ölçüsünü ekran boyunca böyüdür.
➢ Switch Windows – aktiv Word pəncərələrinin birindən digərinə keçidi təmin edir.

Macros lent qrupunun əmri vasitəsilə tez – tez istifadə olunan obyektlər və mətn hissələri adlandırılaraq
Makro formasında saxlanıla bilər.
SharePoint lent qrupu
Properties – əmrinin köməyi ilə paylaşılan sənədlərin xüsusiyyətlərinə baxış keçirmək və
onları redaktə etmək olur.

Help lent başlığı


Help lent tabının eyni adlı qrupunun əmrlərindən istifadə etməklə Microsoft Office ilə bağlı məlumat almaq üçün
kömək pəncərəsini açmaq, hər hansı məsələ ilə bağlı geri dönüş etmək, həmçinin proqramın hər hansı bir
funksiyası ilə bağlı onlayn formada yardım almaq olar.

Bununla da, Word 2019 mətn prosesssorunun lent başlıqları (tabları), lent qrupları və bu qruplarda yerləşən
əmrlərlə tanış olduq. Təbii ki, bütün əmrlərin yerləşdiyi yeri bilmək vacibdir, lakin praktiki iş zamanı klaviatura
kombinasiyalarından da istifadə etmək yararlıdır. Vaxt itkisinin qarşısını alır. Bunun üçün konspektimizdə
klaviatura kombinasiyaları haqqında əlavə bölmə mövcuddur ki, bütün klaviatura kombinasiyaları ilə oradan tanış
ola bilərsiniz.

Word 2019 mətn prosessorunda görünüş rejimlərinə aid qısa qeyd:


Üfüqi xətkeş Şaquli xətkeş Şəkillər Tablar
Print Layout + + + +
Read Mode – – + –
Web Layout + – + +
Outline – – – +
Draft + – – +
34
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Print əmri

❖ Print All Pages əmri seçilərsə, bütün səhifələr çap olunar.


❖ Print Selection əmri seçilmiş mətn hissəsini çap edir.
❖ Print Current Page əmri cari səhifəni çap edir.
❖ Custom Print əmri isə istifadəçinin daxil etdiyi səhifələri çap edir.
❖ Only Print Odd Pages əmri yalnız tək səhifələri çap edir.
❖ Only Print Even Pages əmri yalnız cüt səhifələri çap edir.

Qeyd: Print Selection əmri ona görə aktiv deyil ki, mətnin hər hansı bir
fraqmenti və ya hissəsi seçilməyib.

❖ Print One Sided əmri tək üzlü çap üçün nəzərdə tutulub
❖ Print on Both Sides əmri iki üzlü çap üçün nəzərdə tutulub.
Bu zaman ümumi səhifələrin sayı ikiyə bölünərək
yuvarlaqlaşdırılır.

❖ Collated (Dəstələnmiş) – kateqoriyasından (Uncollated əmri də bu


kateqoriyada yerləşir) sənədin səhifələrinin ardıcıl çap olunaraq bir
neçə nüxsədə çap olunmasını və ya hər səhifədən nüsxələrin sayı qədər
ardıcıl çap olunmasını icra etmək mümkündür. Sadə formada izah
etsək, 1, 2, 3, 4 rəqəmləri ilə nömrələnmiş sənədin üç nüsxə çapı zamanı Collated əmri aktivdirsə, (1, 2, 3,
4), daha sonra (1, 2, 3, 4), daha sonra (1, 2, 3, 4) şəklində, Uncollated (Dəstələnməmiş) əmri aktiv olduqda
isə (1, 1, 1), daha sonra (2, 2, 2), daha sonra (3, 3, 3), daha sonra isə (4, 4, 4) şəklində çap olunacaq

❖ Bu əmr bir vərəq üzərinə neçə səhifənin çap olunacağı seçilir. Maksimal say
16 – dır. Bu əmrin istifadəsi zamanı ümumi səhifələrin sayı göstərilən ədədə
bölünür və ədəd yuvarlaqlaşdırılır.

Qeyd: Yuvarlaqlaşdırma riyazi qaydalara əsasən hesablanmır. Məsələn 3,15 olsa


belə, 4 – ə yuvarlaqlaşdırma aparılır.

❖ Copies (Nüsxə sayı) – bu zaman alınmış ədəd nüsxə sayına vurulur və çap
olunacaq vərəqlərin sayı məlum olur.

35
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Excel 2019
Excel 2019 – cədvəl prosessorudur. Əsas genişlənməsi “.xlsx”. Bundan əlavə, “.xls”, “.htm”, “.xlt”,
“.mht”, “.txt” genişlənmələri də mövcuddur. Excel 2019 da Microsoft Office 2019 inteqrallaşdırılmış proqramlar
paketinə daxildir. Excel 2019 proqramında yaradılmış fayl kitab adlanır və faylın adı susmaya görə Book1 adı ilə
adlandırılır. Excel 2019 proqramında minimal obyekt xanadır. Miqyas 10 – 400 % arası dəyişir.
Başlıq sətrinin sol hissəsində Quick Access Toolbar (sürətli müraciət paneli);
sağ hissəsində isə minimize, maximize/restore, close düymələri yerləşir.

İngilis əlifbasının hərfləri ilə adlandırılan hissələr sütun, ədədlərlə adlandırılan hissələr isə sətir adlanır. Sətir və
sütunun kəsişməsi xana (oyuq) adlanır. Xana bəzən oyuq, dama, hücrə də adlandırılır. Excel vərəqində 214 (16384)
sütun və 220 (1048576) sətir mövcuddur. Xanaların sayı 234 – ə (214 × 220) bərabərdir.
Sətir və sütunları silmək, gizlətmək və ölçüsünü dəyişmək olar. Silinmiş sətir və ya sütunun yerinə yenisi
avtomatik olaraq əlavə olunduğu üçün sətir və sütunların sayında dəyişiklik olmur.

Ünvan qutusu – yalnız xanaların adlarını göstərir.

Düstur sətri – aktiv xananın məzmununu göstərir.

Sort&Filter əmrini Home lent tabının Editing lent qrupundan və Data lent tabının Sort&Filter lent qrupundan
icra etmək olar.

Xana ünvanları
Nisbi Qarışıq mütləq
A5, FC43 $B3, DF$11 $F$8, $BA$3

Qeyd: $ işarəsinin təyinatı nisbi ünvanı mütləq ünvana və ya əksinə çevirməkdən ibarətdir.
Düstur yerdəyişmələri zamanı dəyişilməsinə məhdudiyyət qoymaq istədiyimiz hissənin qarşısında (solunda) $
işarəsindən istifadə etmək olar. Ünvan daxilində sətirlərin nömrələri qarşısında və ya sütun adları qarşısında $
işarəsi varsa, sürüşmə zamanı bu sətrin və ya sütunun adı dəyişilməz qalacaq. $ işarəsi olmayan sətir və sütunlar isə
yerdəyişməyə uyğun olaraq dəyişəcəklər.
Nümunə kimi qeyd etmək olar ki, B3 xanasından F9 xanasına sürüşdürülürsə, bu halda düsturdakı bütün sütun
adları 4 vahid sağa sürüşəcək, sətirlər isə 6 vahid aşağı sürüşmüş olacaq. F9 xanasından B3 xanasına
sürüşdürülürsə, bu halda isə düsturdakı bütün sütun adları 4 vahid sola sürüşəcək, sətirlər isə 6 vahid yuxarı
qalxacaq.
B3 F9 9 – 3 = 6 (deməli, sətirlər 6 vahid sürüşəcək)

Halqaların sayı 4 olduğuna görə, deməli,


B––C––D––E––F sütunların sayı 4 vahid sürüşəcək.

Nümunə: C3 xanasında verilmiş “=A12+$B7+$F$11+5” düsturu G1 xanasına sürüşdürülmüşdür. Bu halda


C sütunundan G sütununa keçid baş verdiyi üçün sütunlar 4 vahid sağa sürüşəcək. Sətirlər isə 2 vahid yuxarı
qalxacaq və düstur aşağıdakı formaya düşəcək. “=E10+$B5+$F$11+5”
Sürüşdürmədən də göründüyü kimi sabit ədədlər dəyişimə məruz qalmır.
36
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Xanalar aktiv və passiv olmaqla iki yerə bölünür. Mausla üzərinə sıxılmış xana aktiv hesab olunur və
çərçivəsi digərlərindən fərqlənir. Xanaların tərkibində yerləşən məlumatlara görə isə onlar ilkin və asılı olmaqla iki
yerə ayrılır. Verilənlərin daxil edildiyi xanalar ilkin xana, bu verilənlərin istifadə olunduğu düsturların yazıldığı
xanalar isə asılı xana adlanır.
Hər hansısa bir düzbucaqlı formasında qeyd olunmuş xanalar çoxluğu diapazon adlanır. Diapazon
göstərilən zaman onun sol üst küncdəki ilk xanası, daha sonra “:” işarəsi, sonra isə sağ aşağı küncdə yerləşən xana
ardıcıllıqla qeyd edilir. Şəkildəki nümunə B2:C4 diapazonunu ifadə edir.

Qeyd: “:” diapazonu, “;” isə xanalar çoxluğunu bildirir.


Bir nömrəli sətrin üstündə və A nömrəli sütunun solunda yerləşən işarə ( ) vasitəsilə bütün işçi vərəqi seçmək
olar. İşçi vərəqin hər hansı sətir və ya sütununu seçmək üçün mausun göstəricisini həmin sətir və ya sütunun
başlığına gətirib bir dəfə sıxmaq lazımdır.
Standart açılış zamanı 1 işçi vərəq görünür və birinci işçi vərəq aktiv olur. İşçi vərəqin adı uyğun olaraq, Sheet1
kimi qeyd olunur. İşçi vərəq əlavə etmək üçün Home lent tabına müraciət olunur.
İşçi vərəqlərin adında maksimum 31 simvol ola bilər. Burada bəzi simvollardan istifadə etmək qadağandır.
: / \ ? * [ ]
Oyuqlar (xana) daxilində yerləşdirilmiş informasiya üç tipdə ola bilər: mətn tipli, ədəd tipli və məntiqi
tipli. Mətn tipli informasiya xananın sol tərəfində, ədəd tipli informasiya xananın sağ tərəfində, məntiqi tipli
informasiya isə xananın ortasında dayanır. Hər hansı ədəd tipli məlumatı mətn tipli məlumata çevirmək üçün qoşa
dırnaq (“ ”) işarəsindən istifadə olunur. Bu işarə vasitəsi ilə (’) isə qeyd olunan məlumatın üzərində isə hesablama
aparmaq olur.
Nümunə: B4:E11 diapazonundakı sətirlərin, sütunların və xanaların sayını hesablayın.
Sətirlərin sayını saymaq üçün böyük sətirin nömrəsindən kiçik sətirin nömrəsini çıxıb üzərinə bir gəlmək
lazımdır (11 – 4 + 1=8 – sətir). Sütunların sayını isə İngilis əlifbasının hərf sırasını pozmadan sayaraq təyin etmək
olar (B, C, D, E – 4 sütun). Xanaların sayının təyin olunması sətirlərin sayının sütunların sayına hasili ilə
hesablanır (8 × 4 = 32 xana).
Verilmiş nümunə üçün 8 sətir, 4 sütun və 32 xana var.
Ola bilər ki, diapazon göstərilən zaman “:” əvəzinə “;” işarəsi göstərilib. Bu halda diapazon deyil, ayrı –
ayrı xanalar nəzərdə tutulur.
Nümunə: B3;G7 burada üç və yeddinci sətir olmaqla iki sətir, B və G sütunları olmaqla iki sütun, B3 və
G7 olmaqla iki xana mövcuddur.
C6;F6 nümunəsində altıncı sətir olmaqla bir sətir, C və F sütunları olmaqla iki sütun. C6 və F6 xanaları olmaqla
iki xana mövcuddur.
G3;G9 nümunəsində üç və doqquzuncu sətirlər olmaqla iki sətir, G sütunu olmaqla bir sütun, G3 və G9 olmaqla iki
xana mövcuddur.

37
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Qeyd: #DIV/0! – sıfıra bölmə xətası; #REF! – istinad olunan xana və ya işçi vərəq silinib, #NAME? – funksiya və
ya ünvan adı səhvdir; ##### – düsturun nəticəsi xanaya yerləşmir; #NUMBER! – düstur daxilində düzgün
olmayan ədədlər istifadə edildikdə; #VALUE! – mətn və ədəd üzərində birgə əməliyyat aparanda çıxan xətadır.

Excel 2019 cədvəl prosessorunda diaqramların əsas tiplərinin sayı 17, alt tiplərinin sayı isə 61 – dir.

MS Excel funksiyalar
Riyazi funksiyalar Statistik funksiyalar Mətn funksiyaları Məntiqi funksiyalar
SUM, SUMIF, ABS, FACT, AVERAGE, COUNT, LEFT, RIGHT, LEN IF, AND, OR, NOT,
POWER, PRODUCT COUNTA, COUNTIF, TRUE, FALSE
MAX, MIN

Riyazi funksiyalar
SUM – seçilmiş diapazondakı və ya xanalardakı ədədlərin cəmini hesablayır.
SUMIF – verilmiş diapazondakı yalnız şərti ödəyən ədədləri toplayır.
ABS – ədədin modulunu tapır.
FACT – verilmiş ədədin faktorialını hesablayır.
POWER – birinci verilənin qüvvətinə ikinci veriləni qaldırır (qüvvətə yüksəldir).
PRODUCT – verilmiş xanalardakı ədədlərin hasilini tapır.

=SUM(B2:D3) = B2 + B3 + C2 + C3 + D2 + D3 = 23 A B C D
=ABS(A2) = |A2| = |– A2| = |– 2| = 2 1 3 1 3 6
=FACT(D2) = 5! = 1 ∙ 2 ∙ 3 ∙ 4 ∙ 5 = 120 2 –2 3 4 5
=POWER(A4;C1) = A4^C1 = 4^3 = 64 3 0 2 7 2
=PRODUCT(A1;C2) = A1 ∙ C2 = 3 ∙ 4 = 12 4 4 6 –3 0

Statistik funksiyalar
AVERAGE – seçilmiş diapazonda olan ədədlərin ədədi ortasını tapır (toplayıb sayına bölür).
COUNT – seçilmiş diapazonda yalnız ədəd olan xanaları sayır.
COUNTA – seçilmiş diapazonda boş olmayan xanaları sayır.
COUNTIF – diapazonun müəyyən şərtini ödəyən ədədlərini saymaq üçündür.
MAX – verilmiş diapazondakı ədədlərin ən böyük olanını tapır.
MIN – verilmiş diapazondakı ədədlərin ən kiçik olanını tapır.

=COUNT(A1:C4) = 7 A B C
=COUNTA(A1:C4) = 11 1 5d “5” Azər
=MIN(A1:C4) = –4 2 6 66,6 Dd3
=MAX(A1:C4) = 100 3 7 3
A2+A3+A4 6+7+14 4 14 –4 100
=AVERAGE(A2:A4) = = =9
3 3

38
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Mətn funksiyaları
LEFT – xanadakı məlumatın sol kənarından müəyyən sayda simvol seçməyə imkan verir.
RIGHT – xanadakı məlumatın sağ kənarından lazım olan sayda simvolları seçmək üçündür.
LEN – xanadakı simvolların sayını tapır.

=LEFT(C1;4) = Azər C D
=RIGHT(C1;5) = aycan 1 Azərbaycan 1048,576
=LEN(D1) = 8 2 İnfor matika
=C2&D2 = İnformatika

Məntiqi funksiyalar
IF – funksiyasından istifadə edərək şərtdən asılı olaraq hər hansı əməliyyatlardan birini icra etmək olar.
AND – məntiqi funksiyası ilə xanalardakı ədədlərə birdən çox şərt tətbiq etmək olar.
OR – verilmiş iki və ya daha çox sayda şərtdən ən az birini ödəyən verilənləri seçir.
NOT – əgər şərt ödənirsə, nəticə “FALSE”, əks halda “TRUE” olacaq, yəni nəticəni əksinə göstərir.
TRUE – xanaya “TRUE” qiymətini daxil edir.
FALSE – xanaya “FALSE” qiymətini daxil edir.

IF funksiyasının tətbiqi aşağıdakı kimidir:


IF (şərt, misal1, misal2)  şərt ödəndikdə misal1, ödənmədikdə misal2 həll edilir.
AND funksiyasının tətbiqi aşağıdakı kimidir:
AND (şərt1, şərt2, şərt3)  yalnız bütün şərtlər ödəndikdə cavab TRUE, digər hallarda cavab FALSE olur.
OR funksiyasının tətbiqi aşağıdakı kimidir:
OR (şərt1, şərt2, şərt3)  yalnız bütün şərtlərin cavabı ödənmədikdə FALSE, digər hallarda cavab TRUE olur.

=IF(A1>A2, B2/2, C2*2)


A1>A2 şərti ödənmədiyi üçün B/2 düsturu yox, A B C
C2*2 düsturu hesablanır. 1 140 50 300
600 ∙ 2 = 1200 2 240 300 600

=AND(A1>B1, B1<C1, C2>B2)


Bütün şərtlər ödəndiyi üçün cavab TRUE;
=AND(A1>B2, C2>A2, C1>B1)
Şərtlərdən biri ödənmədiyi üçün ümumi cavab FALSE olacaq (ikisi də, üçü də, ... verilən bütün şərtlər ödənməsə
də cavab yenə də, FALSE olacaq)

=OR(A1>100, B1>400, B2>1000)


Şərtlərdən birinin ödənməsi kifayət etdiyi üçün ümumi cavab TRUE olacaq (daha çox şərt ödənsəydi, cavab yenə
də TRUE olacaq)
=OR(A2<240, B2<>300, C1>1000)
Heç bir şərt ödənmədiyinə görə cavab FALSE çıxır.

39
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Excel 2019 cədvəl prosessorunda lent tabları haqqında qısa məlumatlar
Home lent tabı

Əsas əmrləri öz daxilində saxlayır və standart açılış zamanı Home lent tabı aktiv olur. Burada yerləşən düymələrin
bir çoxu Word proqramı ilə eynidir.
Clipboard (Mübadilə buferi) – xanalara məlumatların yapışdırılmasını, xanada olan məlumatın kəsilməsini,
nüsxəsini çıxarılmasını, mətnin xarici görünüşünün başqa mətn
hissəsinə köçürülməsini təmin edir. Format Painter əmrindən istifadə
edən zaman isə mübadilə buferindən istifadə edilmir.
Font (Şrift) – bu lent qrupunun əmrləri vasitəsilə yazının xarici
görünüşünü dəyişdirmək, ona xüsusi formalar vermək,
xanaların rəngini dəyişmək və s. üçün nəzərdə tutulub.
Alignment (Nizamlama) – xanaya daxil olunan
məlumatlar üzərində bəzi nizamlamalar aparmaq üçün
istifadə olunur.
Number (Ədəd) – xanaya müxtəlif formatların (pul vahidi, faiz, tarix, saat və s.) daxil edilməsi, ədədin kəsr
hissəsindəki rəqəmlərin sayının artırılması bu lent qrupu vasitəsilə həyata keçirilir.
Styles (Üslublar) – seçilmiş xanalara
görünüş şablonlarının tətbiq edilməsini,
müxtəlif xana stillərinin verilməsi üçün
istifadə edilən lent qrupudur.
Cells (Xanalar) – bu lent qrupuna daxil
olan düymələr vasitəsilə işçi vərəqə xanalar, sətirlər, sütunlar və əlavə işçi vərəqin əlavə edilməsi, işçi vərəqdə olan
xanaların, sətirlərin, sütunların və cari işçi vərəqin silinməsi və xanaların formatlarını (enini, uzunluğunu,
hündürlüyünü) təyin etmək kimi əmrlərini icra etmək mümkündür.
Editing (Redaktə) – lent qrupunda bizə tanış olmayan əmrlərlə tanış olaq. AutoSum – xanalar üzərində cəmləmə,
ədədi orta, ədədlərin sayılması, maksimum və minumumun tapılması əməliyyatlarının aparılması, Fill – xanalara
hər hansı xanadakı məlumatı daxil etmək, Clear – xanalardakı məlumatların təmizlənməsi, Sort&Filter –
verilənlərin sıralanması, filtrlənməsi üçün istifadə olunur.

Insert lent tabı

Tables – bu lent qrupu vasitəsilə cədvəllər üzərində müxtəlif


tipli hesabatların aparılması, qeyd olunmuş hissələri cədvəl
daxilinə salmaq mümkündür.
Illustrations – bu lent qrupunun əmrləri vasitəsilə işçi vərəqə
şəkillər, fiqurlar, piktoqramlar, 3D modellər, ağıllı diaqramlar və ekranın ani görüntüsünü əlavə etmək
mümkündür.
40
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Add-Ins – lent qrupu vasitəsilə kitaba
müxtəlif qoşmalar əlavə etmək
mümkündür.
Charts – işçi vərəqə müxtəlif formalı
diaqramların əlavə olunması üçündür.
Sparklines – bir sətir üzrə yerləşən verilənlər üzrə mini diaqramların hazırlanması üçündür.
Filters – bu lent qrupundan Slicer əmrindən isifadə edərək
böyük ölçülü cədvəllər üzərində müəyyən hissələri ayıraraq
işləmək mümkündür.
Links – lent qrupu vasitəsilə kitaba keçidlər əlavə edilir.
Text – lent qrupu vasitəsilə işçi vərəqə mətn qutusu, yuxarı
və aşağı sərlövhə, xüsusi formalı mətn obyekti, imza sətri əlavə etmək mümkündür.
Symbols – lent qrupunun əmrləri vasitəsilə müxtəlif riyazi ifadələrin və simvollarım daxil edilməsi mümkündür.

Page Layout lent tabı

Bu lent tabının qrupları vasitəsilə işçi vərəqin temalarının dəyişdirilməsi, vərəqin kənar boşluqlarının
nizamlanması, kitabın portret yoxsa albom formasında olmasını, vərəq növünün seçilməsini, işçi vərəqin seçilmiş
hissəsinin çap edilməsini, çap zamanı nüsxənin haradan başlayacağını, səhifə xüsusiyyətlərini, tor xətlərin proqram
pəncərəsində görünüb – görünməməsini, sətir və sütun başlıqlarının proqram pəncərəsində görünüb –
görünməməsini, obyektlər üzərində müxtəlif nizamlamalar aparmaq mümkündür.

Formulas lent tabı

Bu lent tabının qruplarının əmrləri düsturlarla işləmək üçün nəzərdə tutulub. Əsas istifadə olunan əmrlər Insert
Function əmridir. Bu əmr vasitəsilə açılan xüsusi pəncərədə bizə lazım olan istənilən funksiyanı seçə bilərik.
AutoSum əmri vasitəsi ilə seçilmiş diapozondakı verilənləri cəmləmək və ya açılan alt əmrlər vasitəsilə digər
funksiyaları həyata keçirmək mümkündür.

Data lent tabı

Bu lent tabının qrupları verilənlər üzərində işləməyə imkan yaradır. Get&Transform Data lent qrupu vasitəsilə
lazım olan məlumatın digər proqram fayllarından daxil edilməsi üçündür. Sort&Filter sıralama və filterləşdirmək
üçün istifadə olunur. Burada verilənləri artma/azalma, əlifba sırası və əksinə, verilənləri bir neçə meyara görə
sıralamaq mümkündür.

41
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Review lent tabı

Bu lent tabının əmrləri ilə verilənləri təhlil etmək, nəzərdən keçirmək üçün istifadə edilir.

View lent tabı

Bu lent tabı vasitəsilə proqram pəncərəsinin və sənədimizin görünüşü ilə bağlı xüsusiyyətləri nizamlamaq
mümkündür.

Excel 2019 cədvəl prosessorunda 4 görünüş rejimi var:

Normal, Page Break Preview, Page Layout, Custom Views

Standart açılış zamanı proqram pəncərəsinin aşağı sağ küncündə 3 görünüş rejimi görünür:

Normal, Page Layout, Page Break Preview

42
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Power Point 2019
MS PowerPoint 2019 – təqdimat proqramıdır. Microsoft Office 2019 paketinə daxildir. Əsas genişlənməsi “.pptx”.
Bundan əlavə, “.ppt”, “.potx”, “.ppsx”, genişlənmələri də mövcuddur. MS PowerPoint 2019 proqramı üçün
minimal obyekt slayd, maksimal obyekt isə təqdimatdır. PowerPoint – də yaradılmış faylın adı susmaya görə
Presentation1 adlanır. İlk slayd titul vərəqi adlanır.

Başlıq sətrinin sol hissəsində Quick Access Toolbar (sürətli müraciət paneli);
sağ hissəsində isə minimize, maximize/restore, close düymələri yerləşir.

File (Fayl), Home (Ev), Insert (Əlavə et), Draw (Çək), Design (Tərtibat), Transitions (Keçidlər), Animations
(Animasiyalar), Slide Show (Slayd Göstərilməsi), Review (İcmal), View (Görünüş), Help (Kömək)

File Home Insert Draw Design Transitions Animations Slide Show Review View Help

File düyməsi (menyusu, tabı)


PowerPoint 2019 versiyasında da kateqoriyalar və əmrlər xüsusi görünüşlərlə fərqlənmirlər.

Home – müxtəlif şablonlara daxil olaraq yeni təqdimat yaratmaq, son istifadə olunan və
bərkidilmiş fayllara baxmaq olar. Son istifadə olunmuş faylların sayını Options bölməsinə daxil
olaraq 1 – 50 arası dəyişmək mümkündür.
New – Blank Presentation (Boş təqdimat) seçərək, standart PowerPoint faylı yaratmaq,
həmçinin bizə təklif olunan şablonlardan istifadə edərək yeni fayl yaratmaq olar.
Open – kompüterin xarici yaddaşındakı digər PowerPoint fayllarını açır.
Info – təqdimat haqqında məlumatları göstərir. Protect Presentation vasitəsi ilə təqdimata parol
qoymaq olur.
Save – təqdimatı yaddaşa verir.
Save as – təqdimatı fərqli formatda yaddaşa verir. Adını, tipini, yerini dəyişmək və parol
qoymaq olur.
Print – çap edir, vərəqin 1 üzünə maksimum 9 slayd çap etmək olur.
Share – hazırlanmış faylı təyin edilmiş ünvanlara göndərmək üçündür.
Export – hazırlanmış faylı PDF və XPS formatına çevirərək və ya faylın tipini dəyişmək,
hazırlanmış təqdimatı video şəklində ixrac etmək, həmçinin CD və USB diskdə yadda saxlamaq
mümkündür.
Close – cari və ya aktiv təqdimatı bağlayır.
Account – PowerPoint 2019 proqramında Account kateqoriyası OneDrive və SharePoint kimi
bulud xidməti hesablarını əlavə etmək və ya silmək imkanı verir.
Feedback – proqramın müsbət və mənfi cəhətləri haqqında rəylərin istifadəçilər tərəfindən
birbaşa daxil edilməsi üçündür.
Options – parametrləri tənzimləyir.

Qeyd: PowerPoint proqramında Word – lə eynilik təşkil edən əmrlərin izahatları təqdim
edilməyib, onların izahı Word proqramında necədirsə, burda da eynilik təşkil edir.

43
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Home lent tabı
Clipboard lent qrupu mətnin müxtəlif hissələri üzərində işlər görmək üçün nəzərdə tutulub.
Slides lent qrupu

➢ New Slide – təqdimata yeni slayd əlavə edir.


➢ Layout – seçilmiş slaydın düzənini dəyişdirir
➢ Reset – slayd üzərində aparılan dəyişilikləri ləğv edir.
➢ Section – slaydları müəyyən başlıq altında qruplaşdırır.

Font lent qrupu


Standart şrift ölçüləri – (8 – 96) [klaviaturadan daxil etdikdə → 1 – 4000]
– seçilmiş mətn hissəsinə kölgə verir.
– simvollar arası məsafəni dəyişir.

Paragraph lent qrupu


– mətni müxtəlif istiqamətlərdə yazmaq üçündür.
– yazını yuxarıdan, ortadan və ya aşağıdan yazmaq üçündür
(şaquli düzləndirmə).
– ağıllı diaqramların daxil edilməsi üçündür.

Drawing lent qrupu


Bu qrupun əmrləri vasitəsilə müxtəlif
fiqurların çəkilməsi və onlarla işləmək
üçündür. Buradan fiqurun digər fiqurlarla
qarşılıqlı əlaqəsini təmin etmək, fiqura hazır
stillər vermək, onu rəngləmək, kənar xətlərinin ölçüsünü, rəngini və stilini dəyişmək və müxtəlif effektlər vermək
olar.

Editing lent qrupu


Bu qrupun əmrləri vasitəsilə mətndaxili axtarış etmək, sözləri və ya mətn hissəsini əvəz etmək, obyektləri seçmək
mümkündür.

Insert lent tabı


Slides lent qrupu
➢ New Slide – təqdimata yeni slayd əlavə edir.

Tables lent qrupu


Slaydlara cədvəl əlavə edir.

44
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Images lent qrupu
➢ Pictures – təqdimata şəkil əlavə edir.
➢ Online Pictures – PowerPoint proqramının bizə təqdim etdiyi
şəkillərin təqdimata əlavə edilməsi üçündür.
➢ Screenshot – əmri vasitəsilə cari pəncərə bağlanır və skrin
götürülür və təqdimta əlavə olunur.
➢ PhotoAlbum – təqdimata fotoalbom əlavə edir.
Illustrations lent qrupu
➢ Shapes – həndəsi fiqurlar əlavə etmək mümkündür.
➢ Icons – əmri təqdimatın daxilində piktoqramların daxil edilməsi üçündür.
➢ 3D Models – əmri ilə təqdimata hər tərəfə döndərilə bilən üçölçülü
modellər əlavə etmək olur.
➢ SmartArt – müxtəlif formalı sxemlərin hazırlanması üçündür.
➢ Chart – təqdimata diaqram əlavə etmək üçündür.

Add-Ins lent qrupu


➢ Get Add – ins – təqdimatda qoşma fayllara baxmaq üçün istifadə olunur.
➢ My Add – ins – vebdən istifadə etməklə təqdimata qoşma fayllar əlavə etmək üçündür.

Links lent qrupu


Zoom - əmrinə klikləməklə açılan siyahıdakı Slide Zoom əmri təqdimatı daha dinamik etməyə kömək edir və
təqdimatın axınını kəsmədən seçdiyimiz ardıcıllıqla slaydlar arasında sərbəst hərəkət etməyə imkan verir.
Link – təqdimata hiperəlaqələrin əlavə olunması üçündür.
Action – slayd üzərində seçilmiş obyekt üçün icra olunacaq hərəkətin əlavə
edilməsi üçündür.
Comments lent qrupu
Comment (Şərh) – yeni şərh əlavə etmək üçün yararlıdır.
Text lent qrupu
➢ Text box – mətn qutusu əlavə edir.
➢ Header & Footer – təqdimatın yuxarı və aşağı hissəsinə məlumat daxil etmək üçündür. Header & Footer
bir dəfə yazılır və bütün slaydlara düşür.
➢ WordArt – xüsusi formalı yazı daxil etmək üçündür.
➢ Date & Time – tarix və saat əlavə etmək üçündür.
➢ Slide Number – slaydları nömrələyir.
➢ Object – digər proqrama aid obyekt əlavə etmək üçündür.

Symbols lent qrupu


➢ Equation – müxtəlif riyazi ifadələrin yazılması üçün istifadə olunur.
➢ Symbol – çoxsaylı simvolları slayda daxil edir.

45
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Media lent qrupu
Slayda video, audio və ekran görüntüsü daxil etmək üçündür.

Draw lent başlığı


Draw lent başlığı vasitəsilə əlyazma qeydlər əlavə etmək, formalar yaratmaq, mətni redaktə etmək mümkündür.
Bu lent başlığının lent qrupları aşağıdakılardır:

Tools (Alətlər), Pens (Qələmlər), Stencils (Trafaretlər) və Convert (Çevir)

Eraser əmri səhifədə çəkilmiş təsvirləri silmək üçün istifadə edilir.


Lasso Select – yazdığımız lazımi hissələri seçə bilərik.

Pens (Qələmlər) lent qrupunun əmrləri qələm, karandaş və işıqlandırıcılardan (marker)


istifadə edərək slayd üzərində çertyojların çəkilməsini təmin edir. Add pen əmrinin
aşağıya açılan siyahısından qələm, karandaş və işıqlandırıcıların rəngini və ölçüsünü
tənzimləmək mümkündür.

Stencils lent qrupunun Ruler əmri vasitəsilə proqram pəncərəsinə xətkeş əlavə olunur.

Convert (Çevir) lent qrupunun əmrləri xam çertyojları daxili formalara, riyazi tənliklərə dəyişir,
əlyazma fiqurları hazır fiqurlara çevirir. Ink to Shape əmri vasitəsilə əlyazma formasında daxil
edilmiş cızma – qaralar ən optimal fiqura çevrilir, Ink to Math əmri isə Equation – da öyrəndiyimiz
kimi əlyazmanı düstura çevirir.

46
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Design lent tabı

Themes lent qrupu


Şablon temaları seçə bilərik.
Variants lent qrupu
Seçilmiş temalar üzərində dəyişikliklər aparmaq
üçündür.
Customize lent qrupu
Slaydların ölçüsünü təyin etmək, arxa fonu formatlaşdırmaq və gizlətmək mümkündür.

Transitions lent tabı

Preview lent qrupu


Slaydlara verilmiş keçid effektlərinə önbaxış etmək mümkündür.
Transition to This Slide lent qrupu
Bu qrupun əmrlərindən istifadə edərək slaydlara keçid effekti vermək mümkündür.
Timing lent qrupu
Slaydlara verilmiş keçidlərin vaxtla idarə olunmasını nizamlayır.
Sound – slaydlar arasında səsli keçid üçün səs seçilir.
Duration – slaydın ekrana gəlmə və ya canlanma müddəti təyin edilir.
Apply To All – cari slayda tətbiq edilmiş keçid bütün təqdimat üçün tətbiq edilir.
Advance Slide – keçidin hansı formada verilməsi tənzimlənir.

Animations lent tabı

Preview lent qrupu


Slayd daxilindəki obyektlərə verilmiş animasiyalara önbaxış etmək üçündür.

Animation lent qrupu


Bu qrupun əmrlərindən istifadə edərək obyektlərə animasiya vermək mümkündür.

47
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Advanced Animation lent qrupu
Bu qrupun əmrlərindən istifadə edərək obyektlərə əlavə animasiyalar əlavə etmək, əlavə edilmiş animasiyalara bir
– bir keçid etmək mümkündür.
Animation Pane – ni açaraq hər bir obyektə tətbiq olunmuş keçid effekti və müddət redaktə oluna və silinə bilər.
Trigger – xüsusi başlama şərtidir.
Timing lent qrupu
Obyektlərə verilmiş animasiyaların vaxtla idarə olunmasını nizamlayır.
Start – slayd obyektinə verilmiş animasiyanın başlama formaları təyin edilir.
Duration – siyahısından obyektə verilmiş animasiya müddəti və ona uyğun sürət təyin edilir.
Delay – bu sahəyə daxil olan qiymət slaydın ekranda görünməsi ilə obyektin effektinin başlanması arasında zaman
fərqini göstərir. Qısaca desək, iki slayd arasında gecikməni təyin edir.

Slide Show lent tabı

Start Slide Show lent qrupu


➢ From Beginning – nümayişə ilk slayddan başlayır.
➢ From Current Slide– nümayişə cari slayddan başlayır.
➢ Present Online – hazırlanmış təqdimatın internet vasitəsilə nümayişi üçündür.
➢ Custom Slide Show – nümayiş zamanı seçilmiş slaydları göstərir.
Set Up lent qrupu
➢ Set Up Slide Show – slaydların nümayiş parametrlərini sazlayır.
➢ Hide Slide – seçilmiş slaydı gizlədir.
➢ Rehearse Timings – nümayişin vaxtla idarəsini nizamlamaq üçündür.
➢ Record Slide Show – slaydın videoformatda qeydə alınması üçündür.
Review lent tabı

Proofing lent qrupunun köməyi ilə orfoqrafik səhvləri tapmaq, sinonimləri axtarmaq mümkündür.
Accessibility lent qrupu – məhdud imkanlı şəxslərin təqdimatı oxuyarkən qarşılaşa biləcəyi problemləri bir sıra
qaydalarla yoxlayır.
Insights lent qrupunun köməyi ilə müxtəlif onlayn mənbələrdən təriflər, şəkillər, veb səhifələr və digər
nəticələrin axtarılması üçün Search əmrinə müraciət edilir.
Language lent qrupunun köməyi ilə mətn hissəsini tərcümə etmək və hansı dildə yazılacağını qeyd etmək olar.
Comments lent qrupunun köməyi ilə slaydın hər hansı bir hissəsinə şərh əlavə etmək, silmək, növbəti və əvvəlki
şərhlərə baxmaq mümkündür.
48
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Compare lent qrupunun köməyi ilə dəyişikliklərin təklif edildiyi təqdimatla əvvəlki versiyanı müqayisə edir.
Ink lent qrupu təqdimatda olan bütün əlyazmaları gizlətmək üçün istifadə edilir.
View lent tabı

Presentation Views lent qrupu


➢ Normal – təqdimat üzərində işləmək üçün ən ideal rejimdir. Clict to add notes paneli mövcuddur.
➢ Outline View – bu rejimdə slaydların məzmununun strukturu görünür. Əmrin icrası zamanı proqram
pəncərəsinin sol kənarında slaydların eskizləri olan sahədə cari təqdimatda olan slaydların struktur formaları
əks olunur
➢ Slide Sorter – slaydları nizamlamaq üçün ən ideal rejimdir.
➢ Notes Page – slaydın aşağı hissəsindəki sahəyə mətnin daxil edilməsi üçündür (slayd üzərində deyil).
➢ Reading View – slaydlara tam ekran baxmaq, oxumaq üçündür. Bu zaman lent tabları gizlənir.
➢ Slide Show – hazırlanmış təqdimatı nümayiş etdirir.
Vəziyyət sətrində təqdimatın görünüş rejimlərindən yalnız dördü – Normal, Slide Sorter, Reading View və Slide
Show görünür.
Qeyd1:
Slide Show, Slide Sorter və Reading View görünüş rejimində şaquli və üfuqi xətkeş gizlənir.
Master Views lent qrupu
Bu qrupunun əmrləri vasitəsi ilə slaydların ümumi strukturunu dəyişmək, müxtəlif dizaynlar tərtib etmək
mümkündür.
Show lent qrupu
Bu qrupun əmrləri bəzi elementlərin göstərilib – göstərilməməsini təyin edir.
Zoom lent qrupu
Təqdimatın miqyasını tənzimləmək olur. Minimal miqyas 10%, maksimal miqyas 400%. Slide Sorter görünüş
rejimində isə minimal miqyas 20%, maksimal miqyas 200% – dir.
Color/Grayscale lent qrupu
Bu qrupun əmrləri vasitəsilə təqdimatın rəng sxemini idarə etmək mümkündür.
Window lent qrupu aktiv PowerPoint pəncərələrinin qarşılıqlı əlaqələrini və görünüşünü təmin edir.
Macros lent qrupunun əmri vasitəsilə tez – tez istifadə olunan obyektlər Makro formasında saxlanıla bilər.
Qeyd1: PowerPoint proqramında Animations və Transitions lent tablarını bir – birindən rahat ayırmaq üçün qeyd:

➢ Animations tabında bütün əmrlər slaydlara əlavə olunmuş obyektlərə aid hesab olunur.
➢ Transitions tabındakı bütün əmrlər isə slaydların özlərinə aid hesab olunur.
Qeyd2:
❖ Slaydın başlama şərti: Very Slow, Slow, Medium, Fast, Very fast
❖ Animasiyanın başlama şərti: On click, With Previous, After Previous

49
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Access 2019
Verilənlərin hazırlanması, emal olunması, sorğuların aparılması və hesabatların hazırlanması üçün nəzərdə
tutulmuş proqramlardan biridir. Microsoft Office 2019 paketinə daxildir. MS Access 2019 proqramı üçün minimal
obyekt yazı (kortej / sətir) hesab edilir. Access – də yaradılmış faylın adı susmaya görə DataBase1 – dir. Əsas
genişlənməsi “.accdb”, köhnə genişlənməsi – “.mdb”. Digər verilənlər bazasına nümunə olaraq Dbase, FoxBase,
FoxPro, SQL Server, Paradox, Oracle, Clipper göstərmək olar.
Strukturuna görə verilənlər bazasının dörd növü olur.
İyerarxik – ağacvari və ya budaqlanan struktur kompüterlərin ilk yarandığı vaxtlarda istifadə olunurdu.
Şəbəkə – verilənlər bazasının bu növündə verilənlər bir – birindən asılı olurlar və iyerarxik strukturdan daha
sürətlidir.
Obyektyönlü – verilənlər bazasının son meydana gələn formasıdır, mürəkkəb olduğu üçün geniş yayılmayıb.
Relyasiya modeli – verilənlər bazasının müasir dövrdə ən çox istifadə olunan növüdür, cədvəllər üzərində işdir.
Relyasiya modeli dedikdə, cədvəl modeli başa düşülür.

Verilənlər bazasının daxilində cədvəllərarası əlaqə tipləri:


Birin – birə Birin – çoxa Çoxun – birə Çoxun – çoxa

İyerarxik və relyasiya modelində birin – birə, birin – çoxa, çoxun – birə, şəbəkə modelində isə əlavə olaraq çoxun
– çoxa növündən də istifadə olunur.
Verilənin dörd tipi var – hesabi tipli, mətn tipli, məntiqi tipli və göstərici tipli
Verilənlər bazasında bəzi anlayışlar.
➢ Verilənlər bazası – kompüterdə saxlanılan verilənlərin xüsusi formasıdır.
➢ Verilənlər bazasının idarəetmə sistemi – kompüterdə saxlanılan verilənlər üzərində iş üçün nəzərdə
tutulmuş proqramdır.
➢ Relyasiya modeli – cədvəl şəklində verilənlər bazasıdır.
➢ Sahə – avtomatlaşdırılmış informasiya hissəsidir, sahə – domen – sütun eyni anlayışdır.
➢ Yazı – cədvəlin hər hansı bir sətridir, yazı – kortej – sətir eyni anlayışdır.
➢ Atribut – hər hansı bir sütunun başlığıdır.
➢ Rekvizit – sütun başlıqlarından (atributlardan) ibarət sətirdir.
➢ Nisbətin gücü – kortejlərin sayıdır.
➢ Nisbətin qüvvəti – domenlərinin sayıdır.
➢ Açar – verilənlərin birqiymətli təmin olunması üçündür.
Qeyd: İki cür açar var: Primary key (ilkin açar) – təkrarlanmaların qarşısını alır, sətirləri birqiymətli edir.
Foreign key (xarici açar) – cədvəllər arası əlaqə yaradır.
Cədvəllərə iş zamanı iki rejimdən istifadə olunur: Design (Konstruktiv) görünüş rejimi və Əməli (Operativ)
görünüş rejimi
Design görünüş rejimində cədvəllərin strukturu qurulur, sahə adları (field name), verilənin tipləri (data type) və
verilənlərin izahatı (data description) daxil olunur. Bu struktur əsasında isə cədvəlin verilənlərinin daxil
olunması üçün Əməli rejimə keçid edilir.
Qeyd: Description 255 simvoldan çox ola bilməz. Bir cədvəldə sahələrin sayı 255 – dən çox ola bilməz.
Atributların adı 64 simvoldan çox ola bilməz.

50
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Verilənlərin tipləri:
➢ Short Text – 255 – ə qədər simvoldan ibarət olan mətnlər üçündür.
➢ Long Text – 255 – dən çox, 65535 – dən az sahə tipləri üçündür, kompüterin yaddaşında əlavə yer tutur.
➢ Number – ədəd tipli verilənlərin daxil olunması üçündür, ədədlər (–231, 231 – 1) diapozonunda olur.
➢ Large Number – ədəd tipli verilənlərin daxil olunması üçündür, ədədlər (–263, 263 – 1) diapozonunda olur.
➢ Date&Time – tarix və zamanın avtomatik daxil olunması üçündür.
➢ Currency – pul vahidinin daxil olunması üçündür.
➢ AutoNumber – sayğac tipidir. Avtomatik nömrələməni yerinə yetirir.
➢ Yes / No – məntiqi tipdir, təsdiq və inkar üçün istifadə olunur.
➢ OLE Object – multimediya fayllarını saxlayır (şəkil, musiqi, video, audio və s.)
➢ Hyperlink – linklərin əlavə olunması üçündür.
➢ Attachment – qoşma fayllar əlavə etmək üçündür.
➢ Calculated – müxtəlif tip funksiyalardan istifadə edərək hesabatlar aparmaq üçündür.
➢ Lookup Wizard – cədvəllər arası əlaqələrinin yaradılması üçündür.

Access proqramının obyektləri:


➢ Cədvəllər – hər hansı mövzuya aid verilənlər toplusudur, sətir və sütunlardan ibarət olur.
➢ Sorğular – verilənlər bazasında ancaq müəyyən şərtə cavab verən məlumatlardan ibarət topludur.
Qeyd: Sorğular adətən cədvəllər əsasında qurulur.
➢ Formalar – informasiyanın daxil olunması və ona baxış üçün blankdır.
➢ Hesabatlar – verilənlər yığımının ekranda göstərilməsi və çapı üçündür.
➢ Makrolar – tez – tez lazım olan əməliyyatların avtomatlaşdırılması üçündür.
➢ Modullar – verilənlər bazası üzərində köklü dəyişikliklər üçündür.
➢ Səhifələr – lokal və qlobal şəbəkələr vasitəsilə bazaya daxil olmaq və orada işləməyə imkan verir.

Access proqramında adətən AND, OR və NOT məntiqi funksiyalarından istifadə olunur. AND məntiqi
funksiyası bütün şərtlərə cavab verdikdə TRUE çıxır, əks halda FALSE. OR funksiyası bütün şərtlərə cavab
vermədikdə FALSE, bütün əks hallarda TRUE. NOT funksiyası isə əməliyyatı tam əksinə icra edir. Yəni TRUE
olsa cavab FALSE, FALSE olsa TRUE çıxır.

51
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Access 2019 proqramında lent tabları:
Home lent tabı

Create lent tabı

External data lent tabı

Database Tools lent tabı

Help lent tabı

52
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Kompüter şəbəkələri
Şəbəkə – kompüterlərin bir – biri ilə qarşılıqlı əlaqəsidir.
Şəbəkələr
Lokal şəbəkələr [LAN] Qlobal şəbəkələr [WAN]
Kompüterlərin öz aralarında qurğular və ya kabellər Simsiz əlaqə və uzaq məsafələri əhatə edən şəbəkə
vasitəsilə qoşulması və 1 – 2 km məsafəni əhatə etməsi

Lokal şəbəkələr
Topologiya – kompüterin bir – biri ilə qoşulma üsullarına deyilir.

Lokal şəbəkələrdə topologiyalar


Şin [BUS] Halqa [RING] Ulduz [STAR]
Naqil qırıldıqda ümumi sistemin işi Bir tərəfli və ya iki tərəfli axın olur. Mərkəzi hissədə server kompüteri
çökür, məlumatlar kompüterlər İki tərəfli axın zamanı iki qat naqil (administrator) olur. Mərkəzi server
arasında ötürülən zaman toqquşma çəkilir. Məlumatı göndərən kompüter kompüter olduqda belə topologiya
baş verərsə, xaos yaranır. marker adlanır. aktiv ulduz, hub və ya switch
olduqda isə passiv ulduz olur.
Bir kompüterin sıradan çıxması Hər hansı bir kompüterin və ya Hər hansı bir kompüterin və ya
ümumi sistemin işinə zərər vermir. naqilin sıradan çıxması sistemin işinə naqilin sıradan çıxması sistemin
zərər verir. işinə zərər vermir. Mərkəzi serverin
sıradan çıxması ümumi sistemin
işinə zərər verir.

OSI (Open System Intreconnection – Açıq sistemlərin qarşılıqlı əlaqəsi sistemi)


OSI etalon modelinin yeddi səviyyəsi var. Yuxarı səviyyə tətbiqi, aşağı səviyyə isə fizikidir.
Tətbiqi İstifadəçinin fayllara, printerə və s. müraciətini təmin edir
Nümayiş İnformasiyanın təsvir olunmasını təmin edir
Seans Qarşılıqlı əlaqəni idarə edir
Nəqliyyat Verilənlərin Seans və Nümayiş səviyyəsinə ötürülməsinin təmin edir
Şəbəkə Bir neçə şəbəkənin birləşdirilməsi
Kanal Rabitə kanalında daxil olan və xaric edilən informasiyanın idarə olunması
Fiziki Fiziki əlaqə kanalında informasiyanı ötürülməsi

53
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Lokal kompüter şəbəkələrinin (Local Area Network – LAN) əsas aparat komponentləri kimi
aşağıdakılardan istifadə edilir:
işçi stansiyalar serverlər kabellər interfeys (şəbəkə) kartları (adapterləri)

İşçi stansiyalar (İST) – şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan fərdi kompüterlərdir.
Serverlər – lokal kompüter şəbəkələrində şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirirlər.
Adətən, server funksiyasını kifayət qədər güclü olan fərdi kompüterlər və ya xüsusi server kompüteri həyata
keçirə bilir.
Kabel – bir neçə izolyasiya qatı arasında yerləşən naqillərdən ibarətdir. Bundan başqa, kabel ucluqlarla
təchiz olunur ki, onların vasitəsi ilə istənilən avadanlığın cəld qoşulması mümkündür. Kompüter şəbəkələrinə 3
növ kabeldən istifadə olunur:

burulmuş cüt naqillər mis özəkli koaksial kabellər optik – lifli kabellər

Hər növ kabel mənfi və müsbət cəhətlərə malikdir. Bu səbəbdən də, kabelin seçilməsi zamanı şəbəkənin
xüsusiyyətləri, istifadə olunan topologiya nəzərə alınmalıdır.

Burulmuş cütlərin qoşulması üçün RJ – 45 ucluqlardan istifadə olunur. Onların 8 kontaktı olur. Burulmuş cütlər
– verilənlərin bir istiqamətli ötürülməsi üçün, yəni ulduzvari və dairəvi topologiyada istifadə olunurlar.
Koaksial kabellər əsasən şin topologiyasında istifadə olunurlar, əsas üstünlüyü təkrarlayıcılardan istifadə etmədən
uzaq məsafədə yüksək ötürmə qabiliyyətinin dəstəkləməsi imkanıdır.
Optik – lifli kabel ancaq ulduz və dairə topologiyalı şəbəkələrdə istifadə olunur.
Kompüter şəbəkələrinin əlavə avadanlıqlarına – fasiləsiz qida mənbələri, modemlər, transiverlər, repiterlər və
müxtəlif kontaktlar sistemi kimi istifadə olunan konnektorlar, terminatorlar, şlüz, təkrarlayıcı, çevirici, körpü,
marşrutlaşdırıcı, hub və s. daxildir.

Şəbəkə interfeys kartları – işıq dalğaları və elektrik siqnalları, elektromaqnit (Wireless) dalğalarını
rəqəmsal məlumatlara çevirir.
Fasiləsiz qida mənbəyi (UPS) – elektrik şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıldıqda
serverdə olan verilənlərin itməməsini təmin edir.
Transiver – İST – ni yoğun koaksial kabelinə qoşan qurğu olmaqla bərabər, şəbəkə adapterinin bir hissəsidir.
Repeater (Təkrarlayıcı) – şəbəkə seqmentlərini birləşdirən qurğudur.
Konnektorlar (birləşdiricilər) – kompüterlərin şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçün istifadə
olunur.
Terminatorlar – açıq kabellərə şəbəkənin qoşulması zamanı xəttin sonunda enerji uducusu rolunu oynayan
müqavimət (rezistor) kimi istifadə oluna bilər.
Modem – telefon xətti vasitəsilə LKŞ və ya ayrıca kompüteri qlobal şəbəkəyə qoşan qurğu olmaqla bərabər, həm
də kompüter verilənlərini həmin telefon xətləri ilə uzaq məsafəyə ötürən qurğudur.
Şlüz (Gateway) – iki müxtəlif kompüter şəbəkəsi (müxtəlif kommunikasiya protokolu istifadə edən) va ya iki
kompüter arasında əlaqə yaradan qurğudur.

54
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Çevirici (Switch) – kompüter şəbəkələrində əlaqənin yaradılması üçün istifadə olunan kommutator va ya keçirmə
qurğusudur. Belə kommutatorların iki əsas növü mövcuddur – körpü (bridge) və marşrutlaşdırıcı (router).
Körpü (Bridge) – müxtəlif topologiyalı, lakin eyni protokola malik iki və ya daha çox lokal şəbəkəni birləşdirən,
aparat – proqram təminatlı qurğudur. Körpü kiçik şəbəkələri vahid böyük şəbəkəyə çevirir. Körpü aralıq sistemdir.
Marşrutlaşdırcı (Router) – həm də, xüsusi proqram təminatının köməyi ilə paketləri bir şəbəkədən digərinə
göndərməklə fiziki olaraq iki va daha çox kompüter şəbəkəsini birləşdirən aparat – proqram təminatlı qurğudur.
Marşrutlaşdırıcı (Router) müxtəlif topologiyalı və müxtəlif protokollu şəbəkələri birləşdirə bilir. Körpülərdən
fərqli olaraq, marşrutlaşdırıcılar bir neçə konturlu, daha çox rabitə kanal malik böyük şəbəkələrə uyğun gəlir.
HOST (Hybrid Open Systems Technology) – şəbəkəyə qoşulmuş və TCP/IP protokollar istifadə edən istənilən
qurğudur va ya açıq sistemlərin hibrid texnologiyası olan HOST resursa malik ondan istifadəyə imkan yaradan
kompüterdir.
HUB (hab) – şəbəkə konsentratoru, HUB (hab) konsentrator va ya təkraredici şəbəkənin ulduzvari topologiyasında
şəbəkə abonentlərini birləşdirməyə imkan verir. Bu zaman aktiv konsentratorlar siqnalları bərpa və retranslyasiya
edə bilir, passivlər isə yalnız kommutasiyanı icra edir.
Lokal şəbəkənin idarə edilməsini təmin edən proqramlar kompleksinə şəbəkənin proqram təminatı deyilir.

55
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Qlobal şəbəkələr

İlk dəfə Amerikada ARPANET adı altında yaranıb. Daha sonra MILNET və INTERNET (Inter Connected
Network) şəbəkələrinə bölünüb.
İnternetə girişi təmin edən qurğu – modem, istifadə olunan texnologiya – Wi – Fi.
Modemin ölçü vahidi – bod, buraxılış qabiliyyəti – BPS

İnternetdəki ünvanlar
IP MAC DNS
İnternetə daxil olunmuş hər bir Cihazların identik ünvanı hesab Domen adlar sistemidir. Nöqtələrlə
kompüterə verilən ünvandır. olunur. 6 oktetdən ibarət olur, hər ayrılmış domenlərdən istifadə
➢ 4 oktet olmalıdır; oktet 2 simvoldan ibarət olur, 0 – 9 – olunur. Ciddi bir məhdudiyyət
➢ 3 nöqtə olmalıdır; a qədər rəqəm və A – F – qədər tətbiq edilmir. Adətən
Hər oktet 1 bayt yer tutur. IP hərflərdən təşkil olunur. Oktetlər simvollardan istifadə tövsiyə
ünvanın uzunluğu 4 baytdır. Heç bir arasında tire, qoşa nöqtə və ya olunmur. IP ünvanların
oktet sıfırla başlaya bilməz. İlk oktet boşluqdan istifadə olunur. MAC dəyişkənliyinin qarşısını almaq
sıfır ola bilməz. Hər bir oktet 0 – ünvanın yaddaşda tutduğu yer 6 üçün istifadə olunur.
255 arası qiymətlər alır. baytdır. Birinci oktet sıfırla başlaya
bilməz.

Doğru IP ünvana nümunə: 234.128.91.1  128.129.0.0  1.1.1.1  255.234.1.198  201.102.0.1


Yalnış IP ünvana nümunə: 09.12.123.65  259.34.21.134  234.212.254  12.13.32.3.1  1.190.12.12.
Doğru MAC ünvana nümunə: AB – CF – 09 – 7D – B3 – 11  10:23:FF:AA:A9:91  12 34 21 23 21 34
Yalnış MAC ünvana nümunə: 213 – AD – C2 – 0B – 11 – 00  AF:GC:09:90:19:12  BB AA AC CD F1
Doğru DNS ünvana nümunə: dim.gov.az  president.az  geoguess.com.tr  ebay.com.az
Yalnış DNS ünvana nümunə: dim/gov\az  presi dent.az  geoguesscomtr  e@bay.az

İnternet protokolları
TCP/IP İnternet şəbəkəsinin baza protokoludur. TCP və IP olmaqla iki protokoldan ibarətdir. IP
informasiya paketlərini göndərmək, TCP isə göndərməyə nəzarət üçün nəzərdə tutulub
HTTP Hiper mətnlərin ötürülmə protokolu
FTP Faylların ötürülmə protokolu
SMTP Elektron poçt protokolu, məktubların göndərilməsini təmin edir
POP3 Elektron poçt protokolu, məktubların qəbul edilməsini təmin edir
IMAP Elektron poçt protokolu, məlumatların qəbul edilməsini müəyyən şərtlə həyata keçirir
NNTP Telekonferansiya protokolu
WAP Mobil telefonlar üçün internet protokolu
GPRS İnformasiyanın paket şəklində ötürülməsi protokolu
56
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

İnternet xidmətləri
WWW Ümumdünya hörümçək toru.
Usenet Telekonferans xidmətidir.
ICQ Real vaxt anında yazaraq qarşılıqlı əlaqənin qurulması xidmətidir.
Telnet Məsafədən digər kompüterlərin idarə edilməsi (emulyasiyası) sistemidir.
Gopher İnformasiya axtarış xidmətidir, iyerarxik formada məlumatları axtarır.
E – mail İnternet vasitəsilə məlumatların göndərilməsi və qəbul olunması xidmətidir.
FTP İnternetdə faylların ötürülməsi xidmətidir.

URL – informasiyanı internetdə saxlamaq üçün istifadə edilir.

URL – in ən ön hissəsində protokol yer alır. Daha sonra “:” və “//” istifadə olunur. İnternet xidmətini göstərən
“www” göstərilə və ya göstərilməyə bilər. Daha sonra domen (sayt adı) adı gəlir. Domen adın sağdan sola getdikcə
domenlərinin səviyyəsi azalır, ən sağdakı domen yuxarı səviyyəli domen, ortadakı domen aşağı səviyyəli domen,
soldakı daha aşağı səviyyəli domen adlanır. ... “/” – dən sonrakı hissə isə faylın adını bildirir və burada faylın ad
və genişlənməsi mövcud olur. Saytın başlanğıc səhifəsinə index.htm (html) adı verilir.

URL (Uniform Resource Locator)

DNS ad

https://www.informatika.com/testler.html
Hipermətn oxuma İnternet xidmətinin Alt domen adı Birinci səviyyəli faylın adı faylın
protokolu göstəricisi domen adı genişlənməsi

57
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Brauzerlər – internet resursları ilə işləmək üçün nəzərdə tutulmuş proqramlardır. İlk brauzer WWW, Windows
əməliyyat sisteminin hazırladığı ilk brauzer isə Mozaic – dir.
Wikipedia – elektron ensiklopediyadır, etibarsız mənbədir.
Bulud saxlama sistemləri (Cloud Storage) – istifadəçinin fayllarını etibarlı şəkildə saxlamaq üçün nəzərdə
tutulmuş internet xidmətidir.
Axtarış sistemləri – lazımi informasiyanı internet axtarış saytlarından istifadə etməklə tapmaq üçün istifadə olunur.
Sosial şəbəkələr – ünsiyyət və qarşılıqlı münasibətlər üçün istifadə olunur.

Mozaic, Internet Explorer, Google Chrome, Mozilla FireFox, Yandex Browser,


Brauzerlər
Microsoft Edge, Opera, Safari,
Cloud Sistemləri Google Drive, Dropbox, Onedrive, Apple iCloud Drive, Amazon Cloud
Google, Yandex, Yahoo, Rambler, Bing, Altavistax WiseNut, Teema, Euroseek,
Axtarış sistemləri
Aliweb, Baidu
Facebook, Instagram, Twitter, VK , Youtube, Google+, Tumblr, Ixbt,
Snapchat, LinkedIn, Uber, Bolt, Pinterest, IMDb, Last.fm, Badoo,
Sosial şəbəkələr
Reddit, Quora, MySpace, Vimeo, Tsu, Medium, Tiktok, Viber, Wolt,
LinE, ICQ

Ethernet şəbəkəsi Şin topologiyasında istifadə olunur.


Token Ring şəbəkəsi Halqa topologiyasında istifadə olunur.
FDDI şəbəkəsi Halqa topologiyasında istifadə olunur.
ArcNet şəbəkəsi Ulduz topologiyasında istifadə olunur.
Birinci səviyyəli domen coğrafi sahəni və ya domenin aid olduğu təşkilatın işlədiyi sahəni bildirir.
com – kommersiya təşkilatları; az – Azərbaycan;
edu – təhsil müəssisələri; tr – Türkiyə;
mil – hərbi müəssisələri; de – Almaniya;
net – şəbəkə agentlikləri və ya provayderlər; ru – Rusiya;
int – beynəlxalq təşkilatlar; ch – İsveçrə.
gov – dövlət qurumları;
org – qeyri – kommersiya təşkilatları.
İnternet axtarış sistemlərinə aid məsələ tipləri içərisində yer alan xüsusi bir tipə nəzər salaq:
İzahlı AND konspekt – i x ilə işarə etsək,
Sorğu Tapılmış səhifələr
izahlı – i ilə, konspekti – k ilə işarə etsək,
izahlı AND konspekt 5400
izahlı OR konspekt – y ilə işarə etsək,
izahlı 2300
y=i+k–x
konspekt 4500
y = 2300 + 4500 – 5400 =1400
izahlı OR konspekt ?

Bu tənliklə istənilən bu qəbilədən olan sualları həll etmək olar.

58
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Virusların təsnifatı
Viruslar – kiçik həcmə malik dağıdıcı proqramlardır.

Yaşayış mühitinə görə viruslar


Fayl virusları İcra olunan faylların və ya əmrlər faylının (.com, .exe .bat) daxilində yaşayır.
Yükləmə virusları Diskin yükləyici sektoruna və ya sərt diskin yükləyicisinə düşür.
Fayl – Yükləmə virusları Həm faylların tərkibində, həm də diskin yükləyici sektorunda yaşaya bilir.
Şəbəkə virusları Lokal və ya qlobal şəbəkələr vasitəsilə yayılır.

Yoluxma üsuluna görə viruslar


Rezident Qeyri – rezident
RAM – a yoluxur və kompüter aktiv olanda işə düşür RAM – a yüklənə bilmir

Destruktiv (dağıdıcı) imkanlarına görə viruslar


Ziyansız Təhlükəsiz Təhlükəli Çox təhlükəli

Alqoritminin xüsusiyyətlərinə görə viruslar


Worms (soxulcanlar) özlərini kopyalaya bilən viruslardır, internet və ya lokal şəbəkə vasitəsilə yoluxurlar
Trojan viruslar onları hazırlayan şəxsin əmrlərini icra edirlər
Parazit viruslar özlərinin surətini yaradır və faylların tərkibini dəyişir
Makro viruslar makro istifadəsinə imkan verən proqramların fayllarına yoluxur
Stels viruslar yüksək səviyyədə hazırlanmış (gözə görünməz) viruslardır
Polimorf viruslar davamlı şəkildə özünü yeniləyən viruslardır
Tələbə viruslar primitiv viruslardır
Hoaxlar virusa bənzəyən, amma virus olmayan proqramlardır

Viruslara qarşı müdafiə texnologiyasına görə antivirus proqramlarından istifadə edilir.

Antivirus proqramları
faylların və sistemin yaddaşının yoxlanılmasına və virusların
Skanerlər (Həkimlər)
aşkarlanmasına əsaslanır
yaddaşdakı informasiyanı vaxtaşırı yoxlayır, cari vəziyyətlə əvvəlki
Disk müfəttişləri (Müfəttişlər)
vəziyyəti müqayisə edir
İmmunizatorlar (vaksinləşdirici) vaksinləşdirmə yolu ilə virusları aldadır. Rezident proqramlardır
Filtr proqramlar təhlükəli əməliyyatlara nəzarət edir, rezident proqramlardır
yaddaş qurğularının öz bazasında olan virusları axtarır və onları məhv
Dedektorlar
edir

59
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Elektron hökumət
Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq
olunmuş sənəddir.
Elektron sənəd dövriyyəsi – informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya
proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və
texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Elektron imza – elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter
daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s.
elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik
olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı
göndərəni təyin edən bir ədədi koddur.
Elektron hökumət – hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan
şəbəkədə yerləşdirilməsi deməkdir. Qısaca qeyd etmək olar ki, dövlət orqanlarının vətəndaşlarla qarşılıqlı əlaqəsini
təmin etmək üçün onlayn sistemdir.
Elektron dövlət və ya e – dövlət – İKT – dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata
keçirmək üçün nəzərdə tutulmuş üsuldur. Elektron dövlətin fəaliyyətini İKT – nin köməyi ilə icraçı hakimiyyət
(elektron hökumət), parlament (elektron parlament) və məhkəmə orqanları dəstəkləyir.
Elektron hökumət Elektron dövlətin bir qoludur.
E – dövlət xidmətləri hökumət vətəndaş (G2C), hökumət biznes (G2B), hökumət – hökumət (G2G), hökumət
qulluqçu (G2E) və hökumət qeyri – kommersiya təşkilatları (G2N) əlaqələri üzərində qurulmuşdur.
“Elektron hökumət” – in əsas fəaliyyət prinsipləri:
❖ Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi;
❖ İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
❖ İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin,
mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
❖ Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
 “Elektron Hökumət”in əhəmiyyəti:

● Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin


səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
● Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan
elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
● İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə
yetirilmə prosedurlarının sadələşdirilməsi;
● Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının,
etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
● İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum
azaldılması;
● İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron
xidmətlərdən istifadənin mümkünlüyü.

60
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
“Elektron hökumət”in əsas üstünlükləri
1. Hökumət üçün
➢ Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
➢ Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
➢ Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
➢ Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması

2. Vətəndaşlar üçün
➢ Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
➢ Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi və çevik formada həyata keçirilməsi
➢ İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
➢ Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi

3. Biznes sektoru üçün


➢ Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması, xərclərin azaldılması
➢ İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması

 Elektron hökumət infrastrukturunun əsas komponentləri

❖ Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu


❖ E – hökumət portalı
❖ E – hökumət şlüzü
❖ İnformasiya resursları və sistemlərinin dövlət reyestri
❖ E – imza üzrə milli infrastrukturu
❖ E – sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
❖ E – hökumət verilənlər mərkəzi (data – center) (hazırlanmaqdadır)

Portalın proqram – texniki vasitələri elektron xidmətlərin göstərilməsini, istifadəçilərin onlardan


istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, portalın fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini
təmin edir.

Portalın texniki – texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

Portalın proqram-texniki vasitələri “Elektron hökumət” şlüzü Dövlət informasiya ehtiyatlarının reyestri;
Telekommunikasiya kanalları Portalın ehtiyat mərkəzi

Portal oxşar interfeysə malik olan informativ və interaktiv hissələrdən ibarətdir. İnformativ hissə istifadə
üçün daim açıqdır və dövlət qurumları tərəfindən göstərilən informativ xidmətlərdən və interaktiv xidmətlər barədə
məlumatlardan ibarətdir. İnteraktiv hissə isə interaktiv xidmətlərdən ibarətdir və onlardan istifadəyə şərait yaradır.
Fərdi məlumatların mühafizəsi, portal vasitəsilə həyata keçirilən əməliyyatların və istifadə olunan elektron
xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün interaktiv portal elektron imza sertifikatı və operator
tərəfindən verilən kod – parolla daxil olmağa imkan verən müxtəlif autentifikasiya mexanizmləri ilə təchiz
olunmalıdır.

61
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
 Portalın fəaliyyət prinsipləri
1. modulluq və miqyaslılıq – ciddi dəyişikliklər edilmədən portalın proqram texniki komponentlərinin inkişaf
etdirilməsi imkanının olması;
2. sərbəstlik – portalın tərkibinin və fəaliyyətinin ona qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında
aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;
3. sistemlilik – dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi məqsədi ilə mövcud olan və ya yeni
yaradılan informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi;
4. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram – texniki vasitələrdən istifadə edilməsi,
məlumatlarla, o cümlədən fərdi məlumatlarla bağlı informasiya mübadiləsi zamanı qanunun tələblərinə riayət
edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər həyata keçirməklə informasiyanın mühafizəsinin təmin edilməsi;
5. istifadə asanlığı – informasiya ehtiyatlarına bir dəfə daxil edilmiş məlumatlardan “bir pəncərə” prinsipi
əsasında çoxsaylı istifadənin təmin edilməsi;
6. səmərəlilik – informasiya mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi, qarşılıqlı əlaqələrin
optimallaşdırılması və bununla bağlı vaxt itkisinin və maliyyə məsrəfinin azaldılması;
7. şəffaflıq – sistem daxilindəki fəaliyyətin şəffaflığının və hesabatlılığının təmin edilməsi, həyata keçirilən
prosedurların və onların nəticələrinin izlənilməsi üçün şəraitin yaradılması.

 Elektron imzanın üstünlükləri


Məxfilik – sənədlərin və məlumatların mübadiləsi zamanı onu başqalarının izləməsi mümkün deyil.
Bütünlük – göndərilən sənədlərə və məlumatlara başqalarının dəyişiklik etməsi mümkün deyil.
Tanınma – sənədləri və məlumatların mübadiləsi zamanı göndərən şəxsin həqiqiliyinə şübhə qalmır.
İnkar edilməzlik – sənədlərin və məlumatların mübadiləsi zamanı məsuliyyətdən yayınmanı mümkünsüz edir və
iddiaları aradan qaldırır.

 Gücləndirilmiş elektron imzanın növləri


“Kor İmza” – bir kimsənin, bir sənədin məzmununu görmədən, bilmədən imzalamasına imkan tanıyan rəqəmsal
imza protokoluna deyilir. Bu cür imzada riskli nəticələrlə qarşılaşılması mümkündür.
“Tələ İmza” – bir saxtacılıq nəticəsində atılan imzanın saxta olub – olmadığını sübut etməyə yarayan rəqəmsal
imza protokoludur.
“Vəkalət İmza” – rəqəmsal imza atacaq adama, öz gizli açarını açmadan bir başqasına imzasını istifadə etmə
haqqı tanıyan rəqəmsal imza protokoludur.
“İnkar edilə bilməyən imza”isə rəqəmsal imzaların kopyalanmasının qarşısını almaq üçün imzanı atanın razılığı
olmadan doğruluğu sübut edilə bilməyən “Rəqəmsal imza protokoludur”.

62
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Klaviatura Kombinasiyaları

Windows 10
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
Enter Qeyd olunmuş obyekti açır
F1 Kömək pəncərəsini açır
F2 Seçilmiş obyektin adını dəyişir
F3 File Explorer pəncərəsində axtarış sətirini aktivləşdirir
F5 Sistemi yeniləyir (Refresh)
Delete Seçilmiş obyekti silir
Win
Start menyunu açır
Ctrl+Esc
Ctrl+W Aktiv olan qovluq pəncərəsini bağlayır
Ctrl+F1 Collapse the Ribbon (Lenti yığışdır), Pin the Ribbon (Lenti
bərkit)
Alt+F4 Aktiv olan qovluq və ya proqram pəncərəsini bağlayır
Alt+Tab Aktiv pəncərələrin birindən digərinə keçid (Aero Flip)
Win+Tab Task View pəncərəsinə keçid (Aero Flip)
Win+Home AERO Shake
Alt+Shift Klaviaturanın dilini dəyişir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş obyektin nüsxəsini çıxarır
Ctrl+X Seçilmiş obyekti kəsir
Ctrl+V Kəsilmiş və ya nüsxəsi çıxarılmış obyekti yapışdırır
Ctrl+A Pəncərədəki bütün obyektləri seçir
Shift+F10 Mausun sağ düyməsi ilə açılan kontekst menyunu açır
Win+D İş masasında olan bütün pəncərələri gizlədir (Aero Peek)
Win+L Əməliyyat sistemini kilidləyir
Win+P Proyektorun idarə olunması
Ctrl+Shift+Esc Task Manager – i açır
Ctrl+Shift+N Yeni qovluq yaradır.
Shift+Delete Obyekti birdəfəlik silir (Recycle bin – ə düşmür)
Ctrl+Alt+Delete Windows logon screen pəncərəsini açlr

Qeyd: Ekranda və ya File Explorer pəncərəsinin daxilində obyektləri ardıcıllıqla seçmək üçün Shift, xaotik seçmək
üçün isə Ctrl düyməsinə müraciət edilir.

63
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Word 2019
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
F1 Kömək pəncərəsini açır
F7 Orfoqrafik və qrammatik səhvlərin tapılması
F12 Sənədi yeni adla yaddaşda saxlayır (Save as)
F10 və ya Alt Lent interfeysi üzərində müxtəlif hərf və rəqəmləri
aktivləşdirir (Type Key – Açar tipi)
Esc Lent interfeysi üzərində müxtəlif hərf və rəqəmlər görünürsə,
düymələrin əks olunmasından imtina etmək üçündür
End Kursoru cari sətrin sonuna aparır
Home Kursoru cari sətrin əvvəlinə sonuna aparır
Page Up Sənəd üzərində bir ekran boyu yuxarı hərəkət
Page Down Sənəd üzərində bir ekran boyu aşağı hərəkət
Alt+F4 Proqram pəncərəsini bağlayır
Ctrl+F4 Cari və ya aktiv faylı bağlayır
Ctrl+F1 Collapse the Ribbon (Lenti yığışdır), Pin the Ribbon (Lenti
bərkit)
Ctrl+S Sənədi yaddaşda saxlayır (Save)
Ctrl+O Yaddaşdakı sənədi açır
Ctrl+N Yeni sənəd yaradır
Ctrl+P Sənədi çap edir
Ctrl+A Bütün sənədi seçir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş mətn hissəsinin surətini alır
Ctrl+X Seçilmiş mətn hissəsini kəsir
Ctrl+V Köçürülmüş və ya kəsilmiş mətn hissəsini yapışdırır
Ctrl+G Go to pəncərəsini açır
Ctrl+K Hiperlink əlavə edir
Ctrl+H Replace pəncərəsini aktivləşdirir
Ctrl+L Seçilmiş mətnin sol tərəfini düzləndirir
Ctrl+E Seçilmiş mətni mərkəzə görə düzləndirir
Ctrl+R Seçilmiş mətnin sağ tərəfini düzləndirir
Ctrl+J Mətni hər iki tərəfə düzləndirir
Ctrl+B Mətni qalın yazır
Ctrl+I Mətni kursiv yazır
Ctrl+U Mətnin altından xətt çəkir
Ctrl+→ Mətn üzərində söz – söz sağa hərəkət
Ctrl+← Mətn üzərində söz – söz sola hərəkət
Ctrl+↑ Kursoru əvvəlki abzasın önünə aparır
Ctrl+↓ Kursoru sonrakı abzasın önünə aparır
64
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Shift+F3 Registri dəyişir
Shift+F7 Sözün sinonimlərini tapır
Shift+→ Kursordan sağa bir simvolu seçir
Shift+← Kursordan sola bir simvolu seçir
Shift+↓ Cari sətrin kursordan sağ hissəsi, altdakı sətrin isə kursordan
sol hissəsini seçir
Shift+↑ Cari sətrin kursordan sol hissəsi, üstdəki sətrin isə kursordan
sağ hissəsini seçir
Shift+Home Kursordan sətrin əvvəlinə qədər seçir
Shift+End Kursordan sətrin sonuna qədər seçir
Shift+Ctrl+Home Kursordan sənədin əvvəlinə qədər seçir
Shift+Ctrl+End Kursordan sənədin axırına qədər seçir
Shift+Ctrl+→ Kursordan sağa bir söz seçir
Shift+Ctrl+← Kursordan sola bir söz seçir
Shift+Ctrl+↑ Abzaslar üzrə mətni yuxarıya doğru seçir
Shift+Ctrl+↓ Abzaslar üzrə mətni aşağıya doğru seçir
Shift+Alt+↑ Seçilmiş abzası bir mövqe yuxarıya aparır
Shift+Alt+↓ Seçilmiş abzası bir mövqe aşağıya aparır
Delete Kursordan sağa bir simvolu silir
Backspace Kursordan sola bir simvolu silir
Ctrl+Delete Kursordan sağa bir sözü silir
Ctrl+Backspace Kursordan sola bir sözü silir
Ctrl+Shift+C, Ctrl+Shift+V Mətnin xarici görünüşünü başqa mətn hissəsinə köçürür
Ctrl+Enter Cari səhifənin boş qalan hissəsini buraxaraq növbəti səhifəni
əlavə edir

F8 düyməsinin müxtəlif sayda sıxılması nəticəsində aşağıdakı seçimlər baş verir:

F8 düyməsi 2 dəfə sıxılır – kursorun olduğu söz seçilir


F8 düyməsi 3 dəfə sıxılır – kursorun olduğu cümlə seçilir
F8 düyməsi 4 dəfə sıxılır – kursorun olduğu abzas seçilir
F8 düyməsi 5 dəfə sıxılır – bütün mətn seçilir

Cədvəlin hər hansı bir sətrinin, sütunun və ya xanasının silinməsini təmin etmək istəyiriksə – Backspace;
Cədvəlin hər hansı bir sətrinin, sütunun və ya xanasının daxilindəki məlumatların təmizlənməsi üçün – Delete;
Cədvələ yeni sətrin artırılması üçün istənilən sətrin sonunda (cədvəlin kənarında) – Enter;
Cədvələ yeni sətrin artırılması üçün sonuncu sətrin sonuncu xanasının daxilində və ya çölündə – Tab düyməsindən
istifadə olunur.
Enter düyməsi istənilən xananın daxilində xananın ölçüsünü (xana daxilinə sətir) artırır.
Mausu sətrin önünə (yazı yazılmağa məhdudlanmış sahəyə) gətirdikdə bir kliklə sətri, iki kliklə abzası, üç kliklə
mətni seçmək olar.
65
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Excel 2019
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
F1 Kömək pəncərəsini açır
F10 və ya Alt Lent interfeysi üzərində müxtəlif hərf və rəqəmləri aktivləşdirir (Type
Key – Açar tipi)
Esc Lent interfeysi üzərində müxtəlif hərf və rəqəmlər görünürsə,
düymələrin əks olunmasından imtina etmək üçündür
F11 Lazım olan diapozon seçildikdən sonra F11 düyməsi sıxılarsa,
avtomatik olaraq yeni işçi vərəqdə diaqram yaranacaq.
F12 Kitabı yeni adla yaddaşda saxlayır (Save as)
Alt+F4 Proqram pəncərəsini bağlayır
Ctrl+F1 Collapse the Ribbon (Lenti yığışdır), Pin the Ribbon (Lenti bərkit)
Ctrl+F4 Cari və ya aktiv faylı bağlayır
Ctrl+S Kitabı yaddaşda saxlayır (Save)
Ctrl+O Yaddaşdakı sənədi açır
Ctrl+N Yeni kitab yaradır
Ctrl+P Kitabı çap edir
Ctrl+A Bütün kitabı seçir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş mətn hissəsinin surətini alır
Ctrl+X Seçilmiş mətn hissəsini kəsir
Ctrl+V Köçürülmüş və ya kəsilmiş mətn hissəsini yapışdırır
Ctrl+G Go to pəncərəsini açır
Ctrl+K Hiperlink əlavə edir
Ctrl+H Replace pəncərəsini aktivləşdirir
Ctrl+B Mətni qalın yazır
Ctrl+I Mətni kursiv yazır
Ctrl+U Mətnin altından xətt çəkir
Alt+Enter Bir xananın daxilində iki sətirdə yazır
Enter Növbəti xanaya keçir
Ctrl+→ Hər hansı sətrin son xanasına keçmək
Ctrl+← Hər hansı sətrin ilk xanasına keçmək
Ctrl+↑ Hər hansı sütunun ilk xanasına keçmək
Ctrl+↓ Hər hansı sütunun son xanasına keçmək
Xanaları seçib sürüşdürdükdə: Xanaları seçib Ctrl düyməsi Xana içərisində olan tək Tək ədədi Ctrl düyməsi basılı
basılı şəkildə sürüşdürdükdə: ədədi sürüşdürdükdə: şəkildə sürüşdürdükdə:

66
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
PowerPoint 2019
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
F1 Kömək pəncərəsini açır
F5 Nümayişə ilk slayddan başlayır
F7 Orfoqrafik və qrammatik səhvlərin tapılması
F10 və ya Alt Lent interfeysi üzərində müxtəlif hərf və rəqəmləri aktivləşdirir
(Type Key – Açar tipi)
Esc Lent interfeysi üzərində müxtəlif hərf və rəqəmlər görünürsə,
düymələrin əks olunmasından imtina etmək üçündür
F12 Təqdimatı yeni adla yaddaşda saxlayır (Save as)
Alt+F4 Proqram pəncərəsini bağlayır
Ctrl+F1 Collapse the Ribbon (Lenti yığışdır), Pin the Ribbon (Lenti
bərkit)
Ctrl+F4 Cari və ya aktiv faylı bağlayır
Ctrl+S Təqdimatı yaddaşda saxlayır (Save)
Ctrl+O Yaddaşdakı sənədi açır
Ctrl+N Yeni təqdimat yaradır
Ctrl+P Kitabı çap edir
Ctrl+A Bütün slaydları seçir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş mətn hissəsinin surətini alır
Ctrl+X Seçilmiş mətn hissəsini kəsir
Ctrl+V Köçürülmüş və ya kəsilmiş mətn hissəsini yapışdırır
Ctrl+K Hiperlink əlavə edir
Ctrl+H Replace pəncərəsini aktivləşdirir
Ctrl+B Mətni qalın yazır
Ctrl+I Mətni kursiv yazır
Ctrl+U Mətnin altından xətt çəkir
Ctrl+M Yeni slayd yaradır
Shift+F5 Cari slayddan nümayişə başlayır

Slide Show görünüş rejimində:

Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş


Ctrl+P Ekrana qələm çıxarır
Ctrl+A Ekrana kursoru çıxarır
W Ekranı ağardır
B Ekranı qaraldır
S Nümayiş dayanır
Esc Slaydın nümayişindən imtina edir

67
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

Kontekstual tablar
Microsoft Office Word 2019
Əmrlər Həmin əmrlə aktivləşən kontekstual tablar
Table Table Design, Layout
Pictures Picture Format
Online Pictures Picture Format, Shape Format
Shapes Shape Format
Icons Graphics Format
3D Models 3D Models
SmartArt SmartArt Design, Format
Chart Chart Design, Format
Screenshot Picture Format
Header, Footer, Page Number Header & Footer
Text Box Shape Format
WordArt Shape Format
Equation Equation

Microsoft Office PowerPoint 2019


Əmrlər Həmin əmrlə aktivləşən kontekstual tablar
Table Table Design, Layout
Pictures Picture Format
Online Pictures Picture Format, Shape Format
Screenshot Shape Format
Photo Album Picture Format
Shapes Picture Format
Icons Graphics Format
3D Models 3D Models
SmartArt SmartArt Design, Format
Chart Chart Design, Format
Header & Footer Header & Footer
Text Box Shape Format
WordArt Shape Format
Equation Equation
Video Video Format, Playback
Audio Audio Format, Playback
Screen Recording Video Format, Playback

68
+994555147484 suleymanli_vuqar dovlet_qullugu_r1 Vuqar Suleymanli
VÜQAR SÜLEYMANLI
Qeyd: Bəzi əmrlər istifadə dillərini dəyişəndə itə və ya yeni əmrlər gələ bilər. Bəzən lent qruplarının şəkli tam formatda görünür və içərisindəki
əmrlərə də baxmaq olur, bəzən isə onlar aşağıya açılan siyahı düyməsində görünür. Bu da yenə də, dillərin tərcüməsi ilə bağlıdır, əmrin adı uzun
olduqca ekrana yerləşmə azaldığı üçün onları yalnız qrup formasında göstərir.

Word 2019

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI
PowerPoint 2019

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI
Excel 2019

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY
VÜQAR SÜLEYMANLI

0555147484 R1 ACADEMY

You might also like