You are on page 1of 9

Mühazirə 5

Molekulyar fizikaya giriş. İdeal qaz, qaz qanunları. MKN-nin əsas tənliyi. Qaz
molekullarını sürətlərə görə paylanması. Maksvel və Bolsman paylanması (hazir)
Plan
1. Qazların MKN – nin əsas müddəaları. İdeal qaz qanunları. Mendeleyev-
Klapeyron tənliyi.
2. Molekulyar- kinetik nəzəriyyənin əsas tənliyi.
3. Qaz molekulalarının sürətə görə paylanması (Maksvell paylanması).
4. Barometrik düstur. Bolsman paylanması

Qazların MKN – nin əsas müddəaları. İdeal qaz. Təcrübi qaz qanunları.
Təbiətdə elə fiziki hadisələr var ki, onları öyrənmək üçün maddənin daxili quruluşunu və
onun halını müəyyən edən makroskopik parametrləri- temperatur, təzyiq, həcm, daxili enerji
və sairləri bilmək, həmçinin bunlar arasında əlaqə yaratmaq lazım gəlir. Fizikanın belə
hadisələri öyrənən bölməsi molekulyar fizika adlanır.
Molekulyar fizika makroskopik cisimlərin (sistemin), onları təşkil edən hissəciklərin
hərəkəti və qarşılıqlı təsiri ilə bağlı yaranan fiziki xassələri öyrənir.
Molekulyar fizikanın öyrəndiyi obyekt çoxlu zərrəciklərdən ibarət olduğu üçün, onun
halını mexanikanın qanunlarını bilavasitə tətbiq etməklə tapmaq mümkün deyildir.
Molekulyar fizikanı öyrənmək üçün 2 metod mövcuddur: Statistik və termodinamik metod.
1) Statistik metod çoxlu sayda mikrozərrəciklərdən təşkil olunmuş sistemdə baş verən
hadisələrin riyazi ehtimal nəzəriyyəsinin köməyi ilə öyrənilməsidir.
2) Termodinamik metod sistemdə baş verən hadisələrin daxili mexanizminə fikir
vermədən sistemi bütövlükdə xarakterizə edən makroskopik fiziki kəmiyyətləri və onlar
arasındakı əlaqələri öyrənir.
Molekulyar kinetik nəzəriyyənin əsasını 3 müddəa təşkil edir:
1. Bütün maddələr çoxlu sayda atom və molekullardan ibarətdir.
2. Maddələri təşkil edən atom və molekullar daimi xaotik hərəkətdədir.
3. Molekullar (və ya atomlar) arasında qarşılıqlı təsir mövcuddur.
Qazların xassələri XIX əsrin ortalarında yaradılmış ideal qazın molekulyar-kinetik
nəzəriyyəsinin köməyi ilə öyrənilir. Bu nəzəriyyədə ideal qaz modelindən istifadə olunur.
Aşağıdakı şərtləri ödəyən ideallaşdırılmış sistem ideal qaz modelidir.
a) İdeal qaz molekulları arasındakı məsafə onların xətti ölçülərindən çox böyükdür. İdeal
qaz molejkullarına maddi nöqtə kimi baxımaq olar.
b) Qaz molekulları arasında qarşılıqlı təsir qüvvəsi yoxdur.
c) Qaz molekullarının bir biri ilə və yerləşdikləri qabın divarlarıilə
toqquşması mütləq elastiki xarakter daşıyır.
İdeal qaz modelindən istifadə edərək, normal şəraitə yaxın şəraitdə yerləşən real qazların
xassələrini öyrənmək olar.
İdeal qaz makroskopik sistem olduğu üçün onun halı termodinamik parametrlərlə
xarakterizə olunur. Xarici təsir olmadıqda bu parametrlər təzyiq, həcm və temperaturdur. Bu
parametrlərdən təzyiq və temperatur bilavasitə qazın daxili halını ifadə edir. Çünki onlar
qazın enerjisi ilə təyin olunurlar. Həcm isə qazın xarici parametri adlanır. Qaz olan qabın
divarlarının yerini dəyişdikdə onun həcmi dəyişir. Həcmin dəyişməsi qazın təzyiqinin və
temperaturunun dəyişməsinə səbəb olur. Deməli, bu üç parametr bir-birilə əlaqədardır.
Qazlarin molekulyar kinetik nəzəriyyəsi yaranmazdan
əvvəl təcrübi yolla bir sıra qaz qanunları müəyyən olunmuşdur.
XVII və XVIII əsrlərdə qazların təcrübi qanunları müəyyən
edilmişdir. Beləki, müəyyən olunub ki, sabit temperaturda
( T  const ) verilmiş qaz kütləsinin təzyiqinin həcminə hasili
sabit kəmiyyətdir, yəni
T  const , m  const , PV  const (1)
Bu proses izotermik proses adlanır (Boyl-Mariott qanunu).
Sabit həcmdə verilmiş qaz kütləsinin təzyiqi mütləq
temperaturla düz mütənasibdir:
P1 T1
 (2),
P2 T2
P
yəni  const asılılıq mövcuddur (Şarl qanunu). Sabit
T
həcmdə baş verən proses isə izoxorik proses adlanır.
Sabit təzyiqdə verilmiş qaz kütləsinin həcmi mütləq
temperaturla düz mütənasibdir:
V1 T1
 (3),
V2 T2
V
yəni  const (Gey-Lüssak qanunu). Bu proses izobarik
T
proses adlanır.
Ümumi halda verilmiş qaz kütləsinin eyni zamanda,
təzyiqi, temperaturu və həcmi dəyişərsə, onda Klapeyron
müəyyən etmişdir ki, qazın təzyiqinin həcminə hasilinin onun
mütləq temperaturuna olan nisbəti sabit kəmiyyətdir, yəni
PV
 const  B (4)
T
Avaqadro qanununa görə normal şəraitdə ( P0  10 5 Pa
T0  273 K) istənilən bir mol qazın tutduğu həcm sabit kəmiyyət olub, 22.4  10 3 m3 =22,4L
bərabərdir. Onda normal şəraitdə olan 1 mol qaz üçün Klapeyron qanunu belə ifadə olunar:
PV0 M
R
T
C
Bu ifadənin bütün qazlar üçün eyni olduğunu müəyyən etmiş olarıq. Burada R  8.31
mol  K
universal qaz sabiti adlanır. R – Universal qaz sabiti ədədi qiymətcə sabit təzyiqdə 1 mol qazı
1̊ K qızdırdıqda genişlənərkən xarici qüvvələrə qarşı görülən işə bərabərdir. 𝜈 = 𝑉⁄𝑉
𝑜𝑀
olduğundan 𝑉𝑜𝑀 = 𝑉/𝜈 olar. Onda 𝜈 miqdar qazin hal tənliyi
PV  RT
olar. Bu Mendeleyev – Klayperon tənliyi adlanır. İixtiyari qaz kütləsi üçün Mendeleyev –
Klayperon tənliyini belə ifadə olunar:
m
PV  RT (5)
M
Burada M –verilmiş qazın molyar kütləsidir.
Molekulyar- kinetik nəzəriyyənin əsas tənliyi və ondan alınan nəticələr.
Molekulyar kinetik nəzəriyyə mikrohissəciyin parametrləri ilə qazın hal parametrləri –
makroparametrlər arasındakı əlaqəni öyrənir. Indi isə qazların molekulyar kinetik
nəzəriyyəsinin əsas tənliyini nəzərdən keçirək. Fərz edək ki, müəyyən qabın içərisində bir
atomlu ideal qaz var. Istilik hərəkətində iştirak edən qaz molekulaları bir biri və qazın divarı
ilə mütləq elastiki toqquşurlar. Molekulalar tərəfinən qabın divarına vurulan zərbələr,
nəticədə qaz təzyiqinin yaranmasına səbəb olur. Məlumdur ki, təzyiq səthə normal yönəlmiş
qüvvənin, bu səthin sahəsinə olan nisbətinə deyilir, yəni
F
P
s
K
Digər tərəfdən Nyutonun ikinci qanununa görə F  burada K - impulsun dəyişməsidir.
t
Onda
K
P (6)
ts
Deməli, t zaman ərzində qabın s səthinə dəyən qaz molekullarının impulsunun
dəyişməsi nəticədə qaz təzyiqinin yaranmasına səbəb olur.
Qabın divarına perpendikulyar istiqamətdə hərəkət edən bir molekulanın divarla mütləq
elastiki toqquşması nəticəsində molekul hər bir zərbədə divara
m0  (m0 )  2m0

qədər impuls verir. m0 - bir qaz molekulasının kütləsidir.


Qapalı qabda olan qaz molekullarının konsentrasiyası n
olarsa, onda seçilmiş divar səthi istiqamətində hərəkət edən
1
molekulların sayı n -lə mütənasib olmalıdır. Məsələn,
6
baxdığımız həcm kub şəklində olarsa, qabın bütün səthləri
istiqamətində hərəkət edən molekulların sayı eyni olar. Onda  t
zamanı ərzində s səthindən t məsafəsində olan və bu səth
istiqamətində hərəkət edən qaz molekulaları s ilə toqquşacaq.
Onda s səthinin impulsunun dəyişməsi
1
K  2m0 nst olar.
6
Bu ifadəni (6) düsturunda nəzərə alsaq alarıq:
1
P  nm0 2 (7)
3
Həqiqətdə qaz molekulaları müxtəlif sürətlə hərəkət edirlər. Ona görə orta kvadratik
sürət anlayışından istifadə olunur:
1 N 2
kv  i
N i 1
Nəticədə qaz molekulalarının yerləşdikləri qabın divarına göstədikləri təzyiq
1
P  nm0 
2
(8)
3
Bu axırıncı ifadə qazların molekulyar kinetik nəzəriyyəsinin əsas tənliyi adlanır. Tənlik 1857-
ci ildə alman fiziki R.Klauzius tərəfindən nəzəri yolla alınmışdır.
(8) ifadəsini aşağıdakı şəkildə yazmaq olar.
2 m0  2 2
P n  nEK (9)
3 2 3
Burada EK - bir qaz molekulasının irəliləmə hərəkətinin orta kinetik enerjisidir. (9) ifadəsini
aşağıdakı kimi yazaq:
2 2N  2 Ek
P  n E K  Ek 
3 3V 3 V
Son ifadəyə görə ideal qazın təzyiqi mahiyyətcə enerji sıxlığı, vahid həcmə düşən enerjidir.
(9) ifadəsini bir mol qazın həcminə vursaq, onda
2
PV0  nV0 E K
3
alarıq. Nəzərə alsaq ki, PV0  RT və nV0  N A
Burada N A - bir mol qazda olan molekulların sayıdır, yəni Avaqadro ədədidir.
Onda
2 3 R
RT  N A E K və E K  T
3 2 NA
R
 k - Bolsman sabiti adlanır. Bolsman sabiti ədədi qiymətcə sabit təzyiqdə 1 mol qazı 1̊
NA
K qızdırdıqda genişlənərkən 1 hissəciyin xarici qüvvələrə qarşı gördüyü işə bərabərdir.
Deməli qaz molekulunun irəliləmə hərəkətinin orta kinetik enerjisi qazın mütləq
temperaturundan asılı olub,
3
E K  kT (10)
2
ifadəsindən təyin olunur.
T  0K olarsa E K  0 , yəni mütləq 0K elə temperaturdu ki, bu temperaturda qaz
molekulunun irəliləmə hərəkətinin orta kinetik enerjisi sıfra bərabərdir.
(10) ifadəsindən istifadə edərək orta kvadratik sürət üçün
3kT 3RT
KV   (11)
m0 M
ifadəsini alarıq. (10) – u (9) – da nəzərə alsaq alarıq:
P  nkT
Deməli, ideal qazın təzyiqi yalnız vahıd həcmdəki molekulların sayından və təzyiqdən
asılıdır. Tutaq ki, qaz bir neçə qazın qarışığından ibarətdir və onların parsial
konsentrasiyaları n1, n2,…- dir. Onda n=n1+n2+… olduğunu (12) ifadəsində yerinə yazsaq
alarıq:
P  (n1  n2  ...)kT  n1kT  n2 kT  ...  P1  P2  ...
Bu düstur Dalton qanununu ifadə edir: istilik tarazlığında olan qaz qarışığının təzyiqi ayrı-
ayrı qazların parsial təzyiqlərinin cəminə bərabərdir.
Qaz molekulalarının sürətə görə paylanması (Maksvell paylanması).
Molekulların sürətinin təyini
İstilik hərəkətində iştirak edən qaz molekulalarının aramsız olaraq bir birilə çoxsaylı
toqquşmaları nəticəsində onların sürətlərinin qiymət və istiqaməti dəyişir. Molekulların
sayının çox olması və onların xaotik hərəkətdə iştirak etməsi imkan verir ki, qəbul edək ki,
orta hesabla bütün istiqamətlərdə hərəkət edən molekulların sayı eynidir. Qazların kinetik
nəzəriyyəsinin əsas tənliyini cıxararkən biz molekulların yalnız orta kvadratik sürəti haqqında
söhbət aparmışıq. Həqiqətdə isə molekullar müxtəlif sürətlərlə hərəkət edir və ixtiyarı T
temperaturunda molekulların əksəriyyəti ən ehtimallı sürət ilə hərəkət edir. Bununla belə
sürəti ən ehtimallı sürətdən ya çox böyük, ya da çox kiçik olan molekullara da rast gəlmək
olur. Deməli baxılan həcmdə molekulların sürətlərə görə paylanmasından danışmaq olar.
Maksvell qaz molekullarının sürətlərə, kinetik enerjiyə görə paylanmasını müəyyən
etmək üçün aşağıdakı müddəaları əsas götürmüşdü.
1. İdeal qaz çox böyük sayda (N) eyni növ
molekuldan ibarətdir.
2. Qazın təzyiqi sabitdir.
3. Qaz molekulları xaotik istilik hərəkətindədir.
4. Qaza xarici sahələr təsir etmir.
Fərz edək ki, qaz molekulalarının ümumi sayı
N - dir. Onda sürətləri  ,  d sürətlər
intervalında olan qaz molekulalarının sayı dN ( )
olar. Sürət intervalının yeri dəyişdikdə, bu
intervalda olan molekulların sayı da dəyişir, amma
sürələri  ,  d intervalında olan molekulların
nisbi sayı dəyişməz qalır. Dəyişməz qalan bu
kəmiyyətə paylanma funksiyası deyilir.
dN ( )
f ( )  (1)
Nd
Maksvell ehtimal nəzəriyyəsinə əsaslanaraq paylanma funksiyası üçün aşağıdakı ifadəni
almışdır.
3 m 2
4  m0  2  20kT 2
f ( )    e  (2)
  2kT 
(2) ifadəsindən görünür ki, paylanma funksiyasınnı konkret forması qaz molekulasının
kütləsindən ( m0 ) və qazın temperaturundan asılıdır.
Paylanma funksiyasının sürətdən asılılq qrafiki şəkil 1- də verilmişdir. Bu funksiyanın
maksimumuna uyğun gələn sürət ehtimallı sürət olur, yəni qaz molekulalarının əksəriyyəti bu
sürətlə hərəkət edirlər. Paylanma funksiyasından sürətə görə törəmə alıb, sıfra bərabər etsək,
ən ehtimallı sürət üçün
2kT 2 RT
e   (3)
m0 M
ifadəsini alarıq.
Maksvel nəzəriyyəsindən molekulaların
orta sürəti üçün
8kT 8RT
or   (4)
m0 M
ifadəsi və orta kvadratik sürət üçün
3kT 3RT
KV   (5)
m0 M
alarıq. Bu axırıncı ifadə, molekulyar kinetik
nəzəriyyədən qaz molekulalarının orta
kvadratik sürətləri üçün təyin olunmuş ifadə ilə
eynidir. (3) düsturundan görünür ki, temperatur
ardıqca paylanma funksiyasının maksimumu qrafikin sağ
tərəfinə öz yerini dəyişdirir. Qeyd edək ki, paylanma
əyrisinin əhatə etdiyi sahə dəyişmir (şəkil 2). B
Molekulların istilik hərəkətinin orta sürəti təcrübi yolla R
ilk dəfə alman alimi Stern tərəfindən təyin olunmuşdur. C a
Ştern təcrübəsi hətta molekulların sürətinə görə A
paylanmasını da müşahidə etməyə imkan vermişdir. Bu
r 
təcrübənin mahiyyəti aşağıdakından ibarətdi (şəkil 3).
Məkəzi oxları eyni olan iki silindr vakkumda yerləşir, 
onların simmetriya oxları boyunca üzərinə gümüş ( Ag )
hopdurulmuş platin ( Pt ) tel xarici cərəyan mənbəyi
vasitəsilə qızdırılır. Qızma zamanı buxarlanan Ag Şəkil 3
atomları birinci silindrin yan səthində olan yarıqdan
keçərək, xarici silindrin daxili səthində toplanır. Sistem müəyyən bucaq sürıtilə fırlanarsa,
toplanan gümüş öz yerini dəyişəcək.
Gümüş atomlarının xarici silindrin daxili səthində paylanmasının forması Maksvel
paylanmasına çox oxşayır. Silindrlərin fırlanmasının bucaq sürəti  olarsa, onda qövsün
uzunluğu
s  R  Rt
təyin olunacaq.
R
Gümüş atomlarının uçuş zamanı t  ifadəsinə görə təyin olunur. Burada R xarici

silindrin radiusudur. Onda bu iki ifadədən
R 2
 (6)
s
sürəti təyin etmək olar. Bu üsulla qaz molekullarının sürətinin ölçülməsi nəticəsində
  600m/ san alınmışdır.
Barometrik düstur. Bolsman paylanması
Məlumdur ki, yer kürəsi müəyyən qaz örtüyünə malik atmosferlə əhatə olunmuşdur.
Yerin atmosferi bir neçə qaz qarışığından ibarətdir. Bu qazlar yerin cazibə sahəsində
olduqları üçün öz ağırlıqları ilə onun səthinə təsir edirlər və təzyiq yaradirlar. Bu təzyiqin
qiymətini tapmaq üçün oturacağının sahəsi vahid olan silindrik hava sütunun çəkisini
hesablamalıyıq. Hündürlük artdıqca Yerin cazibəsi zəiflədiyindən qazın sıxlığı azalır. Biz
cazibə sahəsinin bircins, temperaturun sabit, molekulların eyni olduğunu fərz edək.
Hər hansı h hündürlükdə təzyiq P, h+dh hündürlükdə isə təzyiq P+dP ilə işarə edək.
dh>0 olarsa, dP<0 olar və əksinə. Bu o deməkdir ki, Yer səthindən hündürlüyə qalxdıqca
təzyiq azalır (hava sütunun hündürlüyü azaldığı üçün sütunun çəkisi azalır). Yer səthindən h
və h+dh məsafədə P və P + dP təzyiqlərinin fərqi hidrostatik təzyiqin müəyyən olunduğu p
= ρgh düsturuna əsasən belə təyin edərik::
P – ( P + dP ) = gdh (1)

Burada  - havanın (qazın) sıxlığıdır.


dh
P + dP
h
P

P0 h0 = 0

dP = - gdh (2)
Normal şəraitdə atmosfer qazını ideal qaz qəbul edə bilərik. Ona görə

m m
 və PV  RT
V 
tənliklərindən istifadə edərək
P
 (3)
RT
şəklində yaza bilərik. (3) –ü (2) –də nəzərə alaq:
Pg dP g
dP   dh və  dh (4)
RT P RT
(4) ifadəsini inteqrallayaq:
dP g
 P   RT  dh
gh
ln P    ln C
RT
gh
ln P  ln C  
RT
P gh
ln  
C RT
gh

P  Ce RT

h=0 olarsa C = P0 olar.


gh

P  P0 e RT (5)
Bu ifadə barometrik düstur adlanır. Yer atmosferində qaz təzyiqinin hündürlükdən asılı
olaraq paylanmasını xarakterizə edir. O, 1823 – cü ildə Laplas tərəfindən alınmışdır və
 m
Laplas düsturu və ya barometrik düstur adlanır.  (Burada m – bir molekulun
R k
kütləsidir.) olduğu üçün (5) ifadəsini belə yazmaq olar:
mgh

P  P0 e kT (6)
Burada P və P0 ayrı-ayrı qazların h və h0 hündürlüklərindəki parsial təzyiqidir.
Buradan görünür ki, müxtəlif qazların müəyyən hündürlükdə yaratdıqları parsial təzyiq
onların molekullarının kütləsindən və mütləq temperaturdan asılıdır. Əgər h=0 hündürlükdə
qaz molekullarının konsuturasiyasının no, h-da isə n ilə işarə etək . Təzyiq ilə
konsentrasiyanın əlaqəsini
P = n0kT və P = nkT
(6) – da nəzərə alaq:
mgh

nkT  n0 kTe kT

mgh

n  n0 e kT (7)
Cazibə sahəsində qazın komsentrasiyası hündürlükdən eksporensial asılıdır.
Bir molekulun cazibə sahəsindəki potensial enerjisi hündürlükdən asılı olaraq belə ifadə
olunur.
Ep = mgh (8)
(8) – i (7) – də nəzərə alsaq alarıq.
E

n  n0 e kT (9)
n - molekulların potensial enerjisi Ep – yə bərabər olan nöqtədəki , n0 isə potensial enerjinin
sıfra bərabər olan nöqtədəki konsentrasiyasıdır. (9) ifadəsi Bolsman paylanması adlanır və
molekulların potensial enerjiyə görə paylanmasını ifadə edir. Bolsman sübut etmişdir ki, bu
asılılıq təkcə cazibə sahəsində potensial enerjiyə malik olan qaz molekulları üçün deyil həm
də istənilən potensiallı sahədə yerləşən xoatik istilik hərəkətində iştirak edən eyni cür
hissəciklərdən təşkil olunmuş sistem üçün doğrudur. Ümumi şəkildə Bolsman paylanması
belə ifadə olunur.
E(z)

n( z )  n0 e kT
(10)
E(z) – bir hissəciyin tam enerjisidir.

Suallar

1. Molekulyar kinetik nəzəriyyənin əsasını təşkil edən müdəaları söyləyin.


2. Hansı şərtləri ödəyən ideallaşdırılmış sistem ideal qaz modelidir?
3. İdeal qaz makroskopik sistem olduğu üçün onun halı hansı termodinamik parametrlərlə
xarakterizə olunur?
4. Boyl-Mariott qanunu necə ifadə olunur?
5. Hansı proses izotermik proses adlanır?
6. Gey-Lüssak qanunu necə ifadə olunur?
7. Hansı proses izobarik proses adlanır?
8. Şarl qanunu necə ifadə olunur?
9. Hansı proses izoxorik proses adlanır?
10. Klapeyron tənliyi necə ifadə olunar?
11. Hansı tənlik Mendeleyev – Klayperon tənliyi adlanır.
12. Universal qaz sabitinin fiziki mənası necədir?
13. Molekulyar- kinetik nəzəriyyə nəyi öyrənir?
14. Molekulyar- kinetik nəzəriyyənin əsas tənliyini yazın.
15. Qaz molekulunun irəliləmə hərəkətinin orta kinetik enerjisi hansı ifadə ilə təyin olunur?
16. Dalton qanununu ifadə edin.
17. Maksvell qaz molekullarının sürətlərə, kinetik enerjiyə görə paylanmasını müəyyən etmək
üçün hansı müddəaları əsas götürmüşdü?
18. Maksvell ehtimal nəzəriyyəsinə əsaslanaraq paylanma funksiyası üçün nansı ifadəni almışdır?
19. Ən ehtimallı sürətin, orta sürətin və orta kvadratik sürətin riyazi ifadələrini yazın.
20. Barometrik düsturu yazın.
21. Bolsman paylanmasının riyazi ifadəsini yazın.
Ədəbiyyat

1. E.Ə. Eyvazov, S.Ş. Qurbanov, Ş.X. Xəlilov. “Molekulyar fizika və termodinamikaya


giriş” ,Bakı, 2009. S. 5-11, 25-32, 42-50, 55-62,70-82.
2. N.M. Qocayev. “Ümumi fizika kursu (Molekulyar fizika)” 2008. S.27 – 44, 86 – 102.
3. F.A. Əhmədov. “Mexanika və molekulyar fizika”, Bakı, 2007. S.181 – 184, 238 – 260.
4. N.M.Mehdiyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.127-141.
5. B.Z. Əliyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.174 – 185, 199 – 205.
6. Т.И.Трофимова. Курс физики. Москва. 2006. C.81 – 90.
7. ÜMUMİ FİZİKA KURSU azkurs.org › pars_docs › refs
8. Mexanika və molekulyar fizika » KitabYurdu.org
9.Ümumi fizika kursu. Fizika www.anl.az › Kitab › Azf-274365
10. _mehdiyev.nmders-ves.fizika-kursuma
11. Курс физики. Трофимова Т.И.
12. Fizika. R.Rzayev – UNEC unec.edu.az › uploads › 2015/01 › fizika2211

You might also like