You are on page 1of 10

Mühazirə 2

Mexaniki iş və güc. Potensial enerji. Kinetik enerji. Mexaniki sistemin tam mexaniki
enerjisi və onun saxlanması qanunu. Ümumdünya cazibə qanunu. Kosmik sürətlər.
Elastiklik qüvvəsi. Sürtünmə qüvvəsi.
Plan
1. Mexaniki iş və güc.
2. Enerji. Kinetik və potensial enerji.
3. Mexaniki enerjinin saxlanma qanunu.
4. Ümumdünya cazibə qanunu. Cazibə sahəsinin enerjisi.
5. Kosmik sürətlər. Kepler qanunları.
6. Elastiklik qüvvəsi. Sürtünmə qüvvəsi
Mexaniki iş və güc
Cismə qüvvə təsir etdikdə o, vəziyyətini dəyişərsə bu zaman iş görülür. İş A ilə işarə
olunur.

Tutaq ki, cismə üfüqlə  bucağı əmələ gətirən istiqamətdə sabit F qüvvəsi təsir edir və
cisim üfüqi istiqamətdə S qədər yerini dəyişir. İş ədədi qiymətcə yerdəyişmə ilə təsir edən
qüvvənin yerdəyişmə istiqamətindəki proyeksiyası hasilinə bərabər
olub aşağıdakı düsturla hesablanır: 
A  FS cos (1) F
İşin BS-də vahidi C (coul) - dur. Düsturdan görünür ki,
yerdəyişməyə perpendikulyar istiqamətdə təsir edən qüvvə iş 
görmür. Yerdəyişmənin əksinə yönələn qüvvə mənfi iş görür (məs:
sürtünmə qüvvəsinin işi mənfi olur). S
Cismə təsir edən qüvvə dəyişən olduqda işi hesablamaq üçün
yerdəyişməni elə elementar hissələrə bölürlər ki, həmin hissədə Şəkil1
qüvvəni sabit qəbul etmək olsun. Həmin hissədə görülən iş
Ai  Fi Si cos i olar.
Tam iş isə aşağıdakı düsturla hesablanır: F
n S2

A  lim  Fi S i cos  i   FS dS (2) i


i 1 S1
Fi
Burada S1 hərəkətin başlanğıcının, S2-sonunun
koordinatları, Fs=Ficosi-dir.
Mexanizmin vahid zamanda gördüyü iş onun gücü
adlanır, N ilə işarə olunur və aşağıdakı düsturla S
hesablanır: S i
Şəkil 2
A dA FS dS
N  lim    FS . (3)
t 0 t dt dt
BS-də güc vahidi Vt (vatt)-dır. İş və güc skalyar kəmiyyətlərdir.
Enerji. Kinetik və potensial enerji
Sistemin iş görmə qabiliyyətini xarakterizə edən kəmiyyət enerji adlanır. Cismin
hərəkətdə olması hesabına malik olduğu enerji kinetik, qarşılıqlı təsir hesabına malik olduğu
enerji isə potensial enerji adlanır. Enerji skalyar kəmiyyətdir.
Kinetik enerji. Tutaq ki, xarici F qüvvəsinin təsiri altında m kütləsinə malik olan cisim
sürətini 1 – dən 2-yə qədər dəyişir. Bu zaman cismin elementar yolda gördüyü iş
d
dA  FdS  m dS  md ,
dt
tam iş isə
2
m22 m12

A  md 
1
2

2
. (1)

Buradan görünür ki, cismin gördüyü iş onun halının dəyişməsi hesabına olmuşdur. Cismin
halını təyin edən bu hal funksiyası kinetik enerji adlanır, Ek ilə işarə olunur və aşağıdakı
düsturla hesablanır:
m 2
Ek  (2)
2
(1) ifadəsindən yazmaq olar:
A  Ek 2  Ek1 (3)
Cisim üzərində görülən iş onun kinetik enerjisinin dəyişməsinə bərabərdir. Bu kinetik enerji
haqında teorem adlanır.
(3) ifadəsi göstərir ki, cisim özü iş gördükdə onun kinetik enerjisi azalır, cisim
üzərində kənar qüvvələr iş gördükdə isə onun kinetik enerjisi artır.
Potensial enerji. Sistemin potensial enerjisi onu təşkil edən cisimlərin qarşlıqlı
vəziyyətindən asılı olub, sistem bir haldan başqa hala keçdikdə görülən işlə ölçülür.
Bilirik ki, ağırlıq qüvvəsi P=mg kimi təyin olunur. Bunu A  ph  p(h1  h2 )
düsturunda nəzərə alsaq:
A  mgh  mg(h1  h2 ) (4)
(4) ifadəsindən görünür ki, ağırlıq qüvvəsi sahəsində görülən iş yolun formasından və
uzunluğundan asılı olmayıb başlanğıc və son nöqtələrin vəziyyətindən asılıdır. Əgər cismin
yerdəyişməsi zamanı görülən iş trayektoriyanın formasından deyil, yalnız başlanğıc və son
vəziyyətlərin koordinatlarından asılıdırsa, belə sahə potensiallı sahə adlanır. Yerin cazibə
sahəsi potensiallı sahədir. Potensiallı sahədə işi icra edən qüvvələr isə konservativ qüvvələr
adlanır. Ağırlıq və ya Yerin cazibə qüvvəsi konservativ qüvvədir. Konservativ qüvvələrin
işinin yolun formasından asılı olmamasına əsasən belə nəticə çıxarmaq olar ki, bu cür
qüvvələrin qapalı yolda gördüyü iş “sıfra” bərabər olacaqdır. Cisim bir vəziyyətdən başqa
vəziyyətə keçdikdə, qüvvənin gördüyü iş yolun formasından asılıdırsa, belə qüvvələrə
konservativ olmayan qüvvələr deyilir. (4) ifadəsini aşağıdakı şəkildə yazaq:
A=mgh1-mgh2 (5)
(5) düsturundan görünür ki, potensial sahədə görülən iş mgh kəmiyyətinin fərqinə bərabərdir.
Bu kəmiyyət potensial enerji adlanıb aşağıdakı kimi tapılır:
Ep=mgh (6)
Cismin potensial enerjisi müəyyən səviyyədə sıfır qəbul edilir və həmin səviyyəyə nəzərən
hesablanır.
(5) ifadəsini aşağıdakı kimi yazaq:
A  mgh  (mgh2  mgh1 )
A = - (EP2 – EP1)
Görülən iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Bu potensial enerji haqda
teoremdir. Deformasiyaya uğramış yayın potensial enerjisi isə belə ifadə olunur:
kx 2
EP  (7)
2
Mexaniki enerjinin saxlanma qanunu

Mexanikada enerjinin çevrilmə və saxlanma qanunu təbiətin əsas qanunlarından biri olub,
ixtiyari mexaniki sistemlər üçün doğrudur.
Fərz edək ki, qapalı sistemdə bu sistemi təşkil edən cisimlər arasında konservativ
qüvvələr təsir edir. Bu qüvvələr sahəsində sistem 1 halından digərinə keçir. Bu halda sistemə
təsir edən qüvvələr müəyyən iş görəcəkdir. Bu iş ya kinetik enerjinin ya da potensial
enerjinin dəyişməsi hesabına ola bilər Birinci halda sistemin potensial enerjisini 𝐸𝑃1 kinetik
enerjisini 𝐸𝐾1 , ikinci halda isə - 𝐸𝑃2 və 𝐸𝐾2 ilə işarə edək. Deyək ki, sistem 1- halından 2 –
halına keçdikdə görülən iş potensial enerjinin dəyişməsi hesabına olub:
A1, 2  ( E p2  E p1 )  E P1  E P2 (1)
Sonra sistem yenidən 2- halından 1 – halına qayıdıb və bu zaman görülən iş kinetik enerjinin
dəyişməsi hesabına olub:
A2,1  E K 2  E K1 (2)
Sistemin əvvəlki halı bərpa olduğu üçün A1, 2  A2,1 , onda
E P1  E P2  E K 2  E K1 (3)
(1) ifadəsində eyni indeksli hədləri bərabərliyin bir tərəfində yazsaq:
E K1  E P1  E K 2  E P2 (4)
Sistemin kinetik və potensial enerjilərinin cəminə tam mexaniki enerji deyilir:
ET  EK  EP (5)
(5) ifadəsini (4) – də nəzərə alsaq:
E1  E2 (6)
(6) ifadəsi mexanikada qapalı sistem üçün enerjinin saxlanma qanununu ifadə edir. Qapalı
sistemin tam mexaniki enerjisi sabit qalır. Bu qanun təbiətin fundamental qanunu olub,
zamanın bircinsliyindən çıxan nəticədir. Bu qanununu aşağıdakı kimi söyləyə bilərik:
Konservativ qüvvələrin sahəsində qapalı sistem bir haldan başqa hala keçdikdə onun tam
mexaniki enerjisi dəyişmir. Yəni,

E=EK + EP =const (7)

Ümumdünya cazibə qanunu


 Ümumdünya cazibə qanunu: İki maddi nöqtə bir – birini kütlələri hasili ilə düz,
aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir:
m m
F G 1 2 2 .
r

Burada G qravitasiya sabitidir:


F  r2 N  m2
G  6,67  1011 ,
m1  m2 kq2
Yerin səthində yerləşmiş m kütləli cisimlə Yer arasındakı cazibə qüvvəsi
mM y
F0  G (1)
Ry2
olduğundan Nyutonun II qanununa görə cismin aldığı təcil
F M
a  G 2y  g 0 (2)
m Ry
olar. Bu sərbəst düşmə təcili və ya yerin qravitasiya sahəsinin intensivliyi adlanır. Bütün
cisimlər Yerin səthində eyni təcil alırlar. Cisim Yerin səthindən h hündürlükdə olarsa Yerlə
cisim arasındakı məsafə Ry+h olar, cazibə qüvvəsi və sərbəst düşmə təcili aşağıdakı kimi
yazılar:
mM F0 M g0
F G  ; g G  . (3)
( R y  h) ( R y  h)
2 2 2 2
 h   h 
1   1  
 R   Ry 
 y  
Bildiyimiz kimi cismə Yer tərəfindən təsir edən qravitasiya qüvvəsi onun ağırlıq qüvvəsi
adlanır və F=mg ilə göstərilir. Yuxarıdakı ifadədən görünür ki, ağırlıq qüvvəsi cismin Yerin
mərkəzindən olan məsafəsindən asılıdır. Yerdən uzaqlaşdıqca
ağırlıq qüvvəsi azalır.
Yerin mərkəzindən onun səthinə yaxınlaşdıqca baxılan
cismin ağırlıq qüvvəsi xətti olaraq artır, Yerin səthində ən
böyük qiymət alır, Yerin səthindən uzaqlaşdıqca hündürlüyün
kvadratı ilə azalır. Deyilənlərə uyğun olaraq ağırlıq qüvvəsinin
Yerin mərkəzindən səthinə qədər və səthindən sonsuzluğa qədər
dəyişməsi qrafikdə göstərilmişdir. F0 – ağırlıq qüvvəsinin Yerin səthindəki qiymətidir.
Cazibə sahəsinin enerjisi
Tutaq ki, cazibə sahəsi kütləsi M olan cisim tərəfindən yaradılır. Onun sahəsinə kütləsi
çox kiçik olan cisim gətirək. Cisimlərin mərkəzləri arasındakı məsafə r olarsa gətirilmiş
cismə
mM
F G (1)
r2 
qüvvəsi təsir edəcəkdir. Cisim bu qüvvənin təsirilə ds qədər yerini dəyişərsə sahənin
gördüyü iş
dA=Fdscos
olar. Şəkildən görünür ki, ds cos   dr olduğundan elementar yolda
görülən iş
dA=Fdr
olar. Fərz edək ki, m kütləli cisim sahənin verilmiş nöqtəsinə
sonsuzluqdan gətirilmişdir və cismin səthinə düşür. Bu zaman
görülən iş
R R
mM mM
A   Fdr   G 2
dr  G (2)
  r R
olar. Bu iş ədədi qiymətcə sahənin potensial enerjisinin dəyişməsinə bərabərdir:
mM
E p  G (3)
R
Cazibə sahəsinin enerjisi mənfidir, çünki bu sahədə təsir edən qüvvə cəzb etmə xassəsinə
malikdir. İki cismi bir-birindən ayırmaq üçün bu qüvvəyə qarşı müsbət iş görmək lazımdır.
Ona görə də cazibə sahəsinin enerjisi həmişə mənfi olur. Cazibə sahəsinə gətirilmiş cisim bu
enerjinin hesabına potensial enerjiyə malik olur.
Kosmik sürətlər
Birinci kosmik sürət: Cismin cazibə qüvvəsinin təsiri altında planetin ətrafında
müəyyən radiuslu orbit üzrə hərəkət sürətinə birinci kosmik sürət deyilir (şəkil 1):
Məlumdur ki,
M m M m
Fc  G 2  G ,
r R  h 2 Şəkil 1.
2 2
Fn  m  a  m m,
Rh r
M m m  2 M M
G   I  G  G .
R  h  R  h
2
Rh r
Burada, Fn -mərkəzdənqaçma qüvvəsi, r  R  h - peykin orbitidir.
Sonuncu düstur Yer səthindən h – hündürlükdəki I kosmik sürətin ifadəsidir.
Yer səthi yaxınlığında h  0 olduğundan, birinci kosmik sürət:
GM
I  .
R (1)
GM
 g 0 bərabərliyi üzərində qruplaşma aparsaq, alarıq:
R2
GM GM
 g0  R  I   g0  R .
R R
km
I kosmik sürət 8 -dir. Cismə I kosmik sürət verildikdə o, Yerin ətrafında dairəvi
san
orbit boyunca fırlanır.
Yerin səthindən h hündürlükdə fırlanan cisim üçün
My I 0
 Ih  G  .
Ry  h h
1
Ry
Axırıncı düsturun birinci bərabərliyindən Yerin Günəş ətrafında hərəkət sürətini tapmaq
olar. Düsturda My, Ry əvəzinə MG, RG və h-ın yerinə Günəşə qədər məsafəni H yazsaq
MG km
y  G  30
RG  H san
alarıq.
Cazibə sahəsində cismin parabola boyunca hərəkət sürəti E=0 şərtindən, yəni cismin
kinetik enerjisinin onun potensial enerjisinə bərabərlik şərtindən tapılır:
m 2 mM M
G və II  2G  2I (2)
2 r r
Bu sürət ikinci kosmik sürət adlanır.
km
Yer üçün bu sürət 11,2 -dir. Bu sürətə malik olan cisim Yerin cazibə sahəsindən çıxır
san
və parabola boyunca sonsuzluğa uzaqlaşır.
Sürət ikinci kosmik sürətdən böyük olduqda cismin trayektoriyası hiperbola olur.
Günəşin cazibə sahəsini tərk etmək üçün Yerin səthində cismə verilən sürət üçüncü
kosmik sürət adlanır. Bu sürəti tapmaq üçün cismi əvvəlcə Günəş ətrafı orbitə çıxarmaq,
m 2
sonra isə ona əlavə sürət vermək lazımdır. Yerin səthində cismə qədər enerji verildikdə
2
o, Günəş ətrafı orbitə çıxır. (2) və (1) düsturlarının müqayisəsindən görünür ki, qapalı orbitdə
fırlanan cismi parabolik orbitə çıxarmaq üçün ona əlavə  II   I   I ( 2  1) qədər sürət
km
vermək lazımdır. Yer Günəş ətrafında  y  30 sürətilə fırlanır. Deməli cismə  y ( 2  1)
san
m[ y ( 2  1)]2
qədər əlavə sürət verilməlidir. Bu isə ona əlavə enerji verməyə uyğundur.
2
m III
2
m II2 m[ y ( 2  1)]2
Beləliklə, Yerin səthində olan cismə   qədər enerji vermək
2 2 2
lazımdır ki, o, Günəşin cazibəsini dəf edə bilsin. Bu şərtdən üçüncü kosmik sürət üçün
km
 III   II2  [ y ( 2  1]2  16,7
san
alınır.
Kepler qanunları
Keplerin birinci qanunu (ellipslər qanunu): Günəş sisteminin hər bir planeti, fokuslarının
birində Günəş yerləşən ellips boyunca hərəkət edir.
Keplerin ikinci qanunu (sahələr qanunu): Planetin radius-vektoru bərabər zamanlarda
eyni sahələr cızır.
Keplerin üçüncü qanunu: Günəş ətrafında hərəkət edən
planetlərin periodlarının kvadratları nisbəti, onların
yarımoxlarının kubları nisbətinə bərabərdir:
T12 a13
 .
T22 a 23
Elastiklik qüvvəsi.
Bildiyimiz kimi, bərk cisimlər forma və həcmini dəyişməyən maddələrə deyilir. Amma
xarici qüvvənin təsiri ilə bərk cismin formasını dəyişmək olar. Bu hadisəyə deformasiya
deyilir. Deformasiya iki cür olur: elastiki və qeyri-elastiki.
Xarici qüvvənin təsiri kəsildikdən sonra cisim ilkin vəziyyətinə qayıdırsa, belə
deformasiya elastiki deformasiya adlanır. Bilyard kürələrinin toqquşması, dinamometrin
yayının dartılması elastiki deformasiyaya misal ola bilər.
Xarici qüvvənin təsiri kəsildikdən sonra cisim əvvəlki vəziyyətinə qayıtmırsa qeyri-
elastiki və ya plastik deformasiya adlanır. Plastilindən və ya gildən müxtəlif formalı əşyaların
hazırlanması plastik deformasiya nəticəsində mümkün olur.
Elastiki və qeyri-elastiki deformasiyaların müxtəlif formaları mövcuddur: dartılma,
sıxılma, burulma, sürüşmə, əyilmə. Bütün deformasiyalar zamanı maddəni təşkil edən atom
və molekullar arasındakı energetik tarazlıq pozulur və cismi əvvəlki vəziyyətinə qaytarmağa
çalışan qüvvə yaranır.
Deformasiya zamanı meydana çıxan və cismi əvvəlki vəziyyətinə qaytarmağa çalışan
qüvvəyə elastiklik qüvvəsi deyilir. Maddəni təşkil edən atom və molekullar arasındakı
qarşılıqlı təsir elektromaqnit qüvvələri olduğundan elastiklik qüvvəsi də elektro-maqnit
təbiətli qüvvədir.
İngilis fiziki R.Huk təcrübi yolla göstərmişdir ki, elastiki deformasiya zamanı yaranan
qüvvə cismin deformasiyası ilə düz mütənasibdir.
Fel = - kx
“Mənfi” işarəsi elastiklik qüvvəsinin deformasiyanın azalması
istiqamətində olduğunu göstərir. k əmsalı elastiklik əmsalı və ya cismin
sərtliyi adlanır. Qeyd etmək lazımdır ki, Huk qanunu yalnız elastiki
deformasiyalarda ödənilir. Fərz edək ki, (şəkil 1) l0 uzunluqlu silindrik
mil qüvvəsinin təsiri ilə dartılır. l uzanmasına cismin mütləq uzanması
l

l0
isə cismin nisbi uzanmasıdır. F qüvvəsinin 𝜀 cismin S en kəsiyinin
=
sahəsinə olan nisbətinə mexaniki gərginlik deyilir:
F

S
Elastiki deformsiyalarda cismin nisbi uzanması mexaniki gərginlik
ilə düz mütənasib olaraq artır:
l F

l0 S
l 1 F
 
l0 E S
1
  
E
Huk qanununa görə elastiki deformsiyalarda mexaniki gərginlik cismin nisbi uzanması ilə
düz mütənasibdir:
  E
Burda – E - Yunq modulu adlanır. Yunq modulu maddələrin elastiki xassələrinin mühüm
xaraktersitikası olub, maddənin növündən asılıdır. Yunq modulu təcrübi yolla təyin edilir,
xüsusi cədvəllərdə verilir və materiallar müqavimətinin hesablanmasında istifadə olunur.
Yuxarıdakı ifadələri Huk qanununun klassik düsturunda nəzərə alsaq,

ES
F x
l0
alarıq. Buradan silindrik formalı cismin sərtliyi üçün
ES
k
l0
düsturu alınır. Yunq modulundan fərqli olaraq, cismin
sərtliyi ounu hazırlandığı materialdan forma və
ölçülərindən də asılıdır.
Cismə tətbiq olunan mexaniki gərginliyi artırsaq,
elastiki deformasiya qeyri-elastiki deformasiya ilə əvəz
olu-nur. Bunu 2-ci şəkildəki qrafikdən də görmək olar.
Qrafikdə 0a oblastı xətti oblast adlanır. Bu halda Huk
qanunu ödənilir və deformasiya elastiki de-
formasiyadır. ab oblastında maddənin elastiklik xassələri qalsa da, Huk qanunu ödənilmir.
Ona görə də a nöqtəsi xəttilik həddi, b nöqtəsi isə elastiklik həddi adlanır. Cismə təsir
qüvvəsini artırsaq, maddə elastikliyini itirərək, plastiki hala keçir. Ona görə də, bc oblastı
axma oblastı və ya plastiki deformasiya oblastı adlanır. Mexaniki gərginliyin sonrakı
artımında milin dartılması nəticəsində onun en kəsiyinin sahəsi azalır və d nöqtəsinə qədər
cisim mövcudluğunu saxlayır. Sonrakı dartılmada nümunə dağılır. Ona görə də d nöqtəsinə
uyğun mexaniki gərginliyə cismin möhkəmlik həddi deyilir. f nöqtəsində isə cisim və ya
nümunə dağılmağa məruz qaldığından ona dağılma həddi deyilir, df oblastı isə dağılma
oblastı adlanır.
Sürtünmə qüvvəsi
Cisimlərin bir-biri ilə toxunması zamanı yaranan və yerdəyişmənin əksinə yönələn
qüvvəyə sürtünmə qüvvəsi deyilir. Təbiətdə rast gəldiyimiz sürtünmə qüvvələrini iki qrupa
bölmək olar: 1) bərk cisimlər arasında yaranan quru sürtünmə qüvvəsi, 2) bərk cisimlə maye
və ya qaz arasında yaranan özlü sürtünmə qüvvəsi.
Quru sürtünmə qüvvəsi bir bərk cismin digəri üzərində sükunətdə olduğu halda, sürüşməsi
və diyirlənməsi zamanı yaranır. Bu sürtünmə qüvvələri, müvafıq olaraq, sükunət, sürüşmə və
diyirlənmə sürtünmə qüvvələri adlanır.
Cilalanma dərəcəsindən asılı olaraq bütün cisimlərin səthi bu və ya digər dərəcədə kələ-
kötürdür. Təmasda olan cisimlərin birinin digəri üzərində hərəkəti zamanı həmin kələ-
kötürlülük hərəkətə mane olur, dartı qüvvəsinin təsiri ilə cisimlərin səthləri deformasiyaya
məruz qalır. Yaranan bu mikrodeformasiyalar sürtümnə qüvvəsini yaradır. Deməli,
deformasiyanın yaratdığı elastiklik qüvvəsi kimi, sürtünmə qüvvəsi də elektromaqnit təbiətli
qüvvədir.
1-ci şəklində göstərilən 1 cismini dartma
qüvvəsinin təsiri ilə 2 cismi üzərində sürüşməyə
məcbur edək. Dartılan cismə bağlanmış
dinamometrin göstərişinin artmasına baxma-
yaraq cisim sükunətdə qalmaqda davam edir.
Nyutonun birinci qanununa görə, cisim o zaman
sükunətdə olur ki, ona təsir edən əvəzləyici
qüvvə sıfra bərabər olsun (Şəkil 1). Deməli,
üfüqi istiqamətdə cismə təsir edən dartı
qüvvəsinin əksinə, qiymətcə ona bərabər qüvvə təsir edir ki, bu qüvvə sükunət sürtünmə
qüvvəsidir. Dartı qüvvəsini artırdıqca sükunət sürtünmə qüvvəsi də artır. Nəhayət, dartı
qüvvəsinin elə bir qiymətinə gəlib çatırıq ki, cisim yerindən hərəkətə başlayaraq sürüşməyə
məruz qalır. Bərabərsürətlə hərəkət edən cismə dartı qüvvəsinə bərabər, istiqamətcə onun
əksinə yönələn qüvvə təsir edir ki, bu qüvvə (şəkil 2 ) sürüşmə sürtünmə qüvvəsi adlanır.
Əgər 1 cismi 2 cismi üzərindədirsə, ona normal istiqamətində Fn təzyiq qüvvəsi təsir edir.
Səthlər arasında yaranan sürüşmə sürtünmə qüvvəsi təzyiq qüvvəsi ilə düz mütənasibdir:
 
FS  Fn
Düsturdakı μ əmsalı adsız fiziki kəmiyyət
olub sürtünmə əmsalı adlanır. Sürtünmə əmsalı
toxunan cisimlərin hazırlandığı materialdan və
toxunan səthlərin cilalanma dərəcəsindən
asılıdır. Sürüşmə sürtünmə qüvvəsi cisimlərin
birinin digəri üzərində hərəkət sürətindən
asılıdır. Bu asılılıq toxunan səthlərin materialları
üçün müztəlif olub ən ümumi şəkildə 3-cü
şəkildə göstərilən kimidir. Xüsusi texnoloji
metodlar tətbiq etməklə sürtünmə qüvvəsinin sürətdən asılılığını müəyyən sürət intervalında
aradan qaldırmaq mümkündür. Sürtünmə qüvvəsinin təbiətdə əhəmiyyətli və zərərli cəhədləri
mövcutdur. Əgər toxunan cisimlər arasında sürtünmə qüvvəsi olmasaydı, reaktiv hərəkət
istisna olmaqla, mexaniki hərəkət mümkün olmazdı. Digər tərəfdən, maşın və mexa-
nizmlərin təkərləri, dişli çarxları sürtünmə nəticəsində yırtılır, qızır, F.İ.Ə. aşağı düşür və s.
Bunun qarşısını almaq üçün müxtəlif sürtkü yağlarından istifadə olunur, toxunan səthlər
cilalanır. Bu yolda ən təsirli və praktiki cəhətdən əlverişli çıxış yolu sürüşmə sürtünməsinin
diyirlənmə sürtünməsi ilə əvəz edilməsidir. Diyirlənmə sürtünmə qüvvəsi Kulon düsturu ilə
hesablanır.
F
F  d n
r
burada, μd -diyirlənmə sürtünmə əmsalı olub, ölçü vahidi
1m-dir, Fn - təzyiq qüvvəsi, r-diyirlənən cismin radiusudur.
Diyirlənmə sürtünmə qüvvəsi, sürüşmə sürtünmə
qüvvəsindən dəfələrlə kiçik olduğundan texnikada
kürəşəkilli və silindrik yastıqlardan geniş istifadə olunur.
Yağlanmış səthlər arasında, bərk cisimlərin maye və ya
qaz daxilində hərəkəti, mayelərin və qazların bir-birinə
nəzərən hərəkəti zamanı yaranan sürtünmə özlü sürtünmədir.
Quru sürtünmədən fərqli olaraq özlü sürtünmədə sükunət sürtünməsi yoxdur. Bu səbəbdən
də mayedə və ya qazdakı asılqanı asanlıqla hərəkətə gətrimək olur. Özlü sürtünmə qüvvəsi
mühitin özlülüyündən, temperaturundan, cismin sürəti, forma və ölçülərindən asılıdır.
Suallar
1. Mexaniki iş nəyə deyilir?
2. İşin vahidi nədir?
3. İş necə kəmiyyətdir?
4. Sabit qüvvənin işinin düsturunu yazın.
5. Dəyişən qüvvənin işini tapmaq üçün hansı düsturdan ifadə olunur?
6. Güc nəyə deyilir və hansı vahidlə ifadə olunur?
7. Enerji nəyə deyilir?
8. Hansı enerji kinetik enerji adlanır?
9. Kinetik enerjinin düsturu necə ifadə olunur?
10. Kinetik enerji haqqında teoremi söyləyin?
11. Potensial enerji nəyə deyilir?
12. Hansı sahə potensiallı sahə adlanır?
13. Hansı qüvvələr konservativ qüvvələr adlanır?
14. Potensial enerjinin düsturunu yazın.
15. Potensial enerji haqqında teoremi söyləyin?
16. Qapalı sistemdə Mexaniki enerjinin saxlanma qanununu söyləyin.
17. Ümumdünya cazibə qanunu necə ifadə olunur?
18. Ümumdünya cazibə qanununun riyazi ifadısini yazın.
19. Sdüşmə təcili və ya yerin qravitasiya sahəsinin intensivliyinin düsturunu yazın.
20. Ağırlıq qüvvəsi nəyə deyilir və riyazi ifadəsi necə yazılır?
21. Cazibə sahəsinin enerjisi necə ifadə olunur?
22. Birinci kosmik sürət nəyə deyilir?
23. Birinci kosmik sürətin riyazi ifadəsini yazın.
24. İkinci kosmik sürət nəyə deyilir?
25. İkinci kosmik sürət hansı şərtdən təyin edilir və riyazi ifadəsi necədir?
26. Hansı sürət üçüncü kosmik sürət adlanır və riyazi ifadəsi necədir?
27. Kepler qanunları necə ifadə olunur?
28. Deformasiya nəyə deyilir?
29. Elastiki və plastiki deformasiyanın tərifini deyin.
30. Huk qanununu necə ifadə olunur?
31. Nisbi uzanma ilə mezaniki gərginlik arasindakı asılılıq qrqfikini izah edin.
32. Sürtünmə qüvvəsi nəyə deyilir?
33. Təbiətdə rast gəldiyimiz sürtünmə qüvvələrini neçə qrupa ayirmaq olar və hansılardır?
34. Hansı qüvvə sürüşmə sürtünmə qüvvəsi adlanır?
35. Diyirlənmə sürtünmə qüvvəsi hansı düstur ilə hesablanır?

Ədəbiyyat
1. N. Qocayev. “Ümumi fizika kursu (Mexanika)” Bakı, 2011. S.172 -202, 207 - 237, 254-
269.
2. K.D. Hüseynov. “Mexanika”, Bakı, 2001. S.40 - 47, 76 – 93.
3. F.A. Əhmədov. “Mexanika və molekulyar fizika”, Bakı, 2007. S.30 – 40, 65- 70, 76 -86.
4. N.M.Mehdiyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.29 – 31, 55-63.
5. B.Z. Əliyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.40 – 74.
6. Т.И.Трофимова. Курс физики. Москва. 2006. C.17 – 19, 23-30, 42 - 44, 46 – 51.
7. Niftalı QOCAYEV ÜMUMİ FİZİKA KURSU I Cild MEXANİKA
8. Mexanika və molekulyar fizika » KitabYurdu.org
9.Ümumi fizika kursu. Fizika www.anl.az › Kitab › Azf-274365
10. _mehdiyev.nmders-ves.fizika-kursuma
11. Курс физики. Трофимова Т.И.
12. Fizika. R.Rzayev – UNEC unec.edu.az › uploads › 2015/01 › fizika2211

You might also like