You are on page 1of 9

Mühazirə 1

Kinematikanin əsasları. Bərabərsürətli və dəyişənsürətli hərəkət. Əyrixətli hərəkət.


Fırlanma hərəkətinin kinematikası. Nyuton qanunları. İmpulsun saxlanması qanunu.
Plan
1. İrəliləmə hərəkətinin kinematikası.
2. Əyrixətli hərəkət. Tangensial və normal təcil.
3. Fırlanma hərəkətinin kinematikası.
4. Nyuton qanunları.
5. İmpulsun saxlanması qanunu.

İrəliləmə hərəkətinin kinematikası


Mexaniki hərəkət. Hesablama sistemi. Trayektoriya.
Yol. Yerdəyişmə

Təbiət hadisələrini öyrənən elmlərdən biri fizikadır.


Fizika (fyuzis – yunanca təbiət deməkdir) – təbiətin ən ümumi qanunauyğunluqlarını, bizi əhatə
edən maddi aləmin quruluş və xassələrini öyrənən elmdir.
Ümumi fizika kursu mexanika, molekulyar fizika və termodinamika, elektrik və maqnetizm,
optika, atom və nüvə fizikasından ibarət olub, adətən göstərilən ardıcıllıqla öyrənilir.
Mexanika materiyanin ən sadə hərəkət formasıni - mexaniki hərəkəti öyrənir.
Mexanikanın üç növü var: klassik mexanika, relyativistik mexanika, kvant mexanikası.
Klassik mexanika – ölçüləri atom və molekulların ölçülərindən çox-çox böyük, sürəti işıq
sürətindən çox-çox kiçik olan cisimlərin hərəkət və qarşılıqlı təsiri haqqında elmdir.
Relyativistik mexanika – sürəti işığın vakuumda yayılma sürəti ilə müqayisə olunan cisimlərin
mexanikasıdır.
Kvant mexanikası – Mikrozərrəciklərin hərəkətini öyrənir( ayrı-ayrı atomlar və elementar
zərrəciklər).
Klassik mexanikanın üç tərkib hissəsi var: kinematika, dinamika və statika.
Kinematika – cismin və ya cisimlər sisteminin hərəkətini, bu hərəkəti doğuran səbəbləri nəzərə
almadan öyrənir.
Dinamika – cisimlərin hərəkətini, bu hərəkəti doğuran bu və ya digər səbəblərlə birlikdə
öyrənir.
Statika – cisimlərin tarazlıq şərtlərini öyrənir.
Mexaniki hərəkət – zaman keçdikcə cismin fəzada başqa cisimlərə nəzərən vəziyyətinin
dəyişməsidir.
Mexanikanın əsas məsələsi–istənilən anda cismin fəzada vəziyyətinin təyin edilməsidir. Bu məqsəd
üçün mexanikada sadələşdirilmiş – ideallaşdırılmış model olan maddi nöqtə anlayışından istifadə
olunur:
Maddi nöqtə - verilmiş hərəkət şəraitdə ölçüləri
nəzərə alınmayan cismə deyilir.
Cismin hərəkəti hər hansı nisbi sükunətdə olan
digər cismə nəzərən öyrənilərsə, həmin cisim
hesablama cismi adlanır.
Hesablama sistemi – hesablama cismi, onunla
bağlı koordinat sistemi və vaxtı ölçən cihaz birlikdə
hesablama sistemi adlanır.
Maddi nöqtə düzxətli hərəkət edirsə, onun vəziyyəti
bir koordinat, müstəvidə hərəkət edirsə, iki koordinat,
fəzada hərəkət edirsə, üç koordinat (şəkil 1) ilə təyin
edilir.
Maddi nöqtənin fəzada vəziyyəti radius vektorla da təyin edilə bilir.

Radius vektor – koordinat başlanğıcını maddi nöqtə ilə birləşdirən vektordur və r t  ilə işarə
olunur.
Maddi nöqtənin hərəkəti zamanı onun koordinatları zaman keçdikcə dəyişir. Ümumi halda
onun hərəkəti üç skalyar tənliklə
x = x(t)
y = y(t)
z = z(t)
və ya onlara ekvivalent olan r = r(t) vektorial tənliklə təyin edilir.
Trayektoriya – hərəkət edən maddi nöqtənin verilən hesablama sisteminə nəzərən cızdığı
arasıkəsilməz xəttə trayektoriya deyilir.
Trayektoriyanın formasına görə hərəkətlər düzxətli və əyrixətli olur.
Yol – Müəyyən zaman fasiləsində maddi nöqtənin cızdığı hərəkət trayektoriyasının uzunluğuna
gedilən yol deyilir.
Yol müsbət skalyar kəmiyyət olub, BS – də vahidi metrdir.   1m
Yerdəyişmə - maddi nöqtənin başlanğıc vəziyyətini son vəziyyəti ilə birləşdirən vektordur.
Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət
Trayektoriyanın formasına görə hərəkətlər düzxətli və əyrixətli olmaqla iki yerə bölünür. Maddi
nöqtənin hərəkətləri içərsində ən sadəsi düzxətli bərabərsürətli hərəkətdir.
Düzxətli bərabərsürətli hərəkət – maddi nöqtənin istənilən bərabər zaman fasilələrində eyni
yerdəyişmə icra etdiyi hərəkətdir.
Sürət – maddi nöqtənin yerdəyişməsinin, həmin yerdəyişməyə sərf olunan zaman müddətinə
nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
 s

t
Sürət vektorial kəmiyyətdir, onun istiqaməti yerdəyişmə vektorunun istiqaməti ilə üst – üstə
düşür.
BS – də sürət vahidi olaraq elə hərəkətin sürəti qəbul edilir ki, bu hərəkətdə maddi nöqtə 1 san
ərzində 1m yerdəyişmə icra etsin. Bu vahid saniyədə metrdir:
   s  1 m
t  san
Dəyişənsürətli hərəkət – bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edən cismin
hərəkətidir.
Belə hərəkəti xarakterizə etmək üçün orta sürət anlayışından istifadə olunur.
Orta sürət – trayektoriyanın verilmiş hissəsində icra edilən yerdəyişmənin zamana olan
nisbətinə bərabər olan fiziki kəmiyyətdir:
Fərz edək ki, maddi nöqtə müəyyən trayektoriya boyunca hərəkət edir və kiçik Δt zamanı
ərzində A vəziyyətindən B vəziyyətinə gəlir, yəni, onun

yerdəyişməsi  r vektoruna bərabər olur (Şəkil 2).
Yerdəyişmə vektorunun sərf olunan zamana nisbətinə orta
sürət vektoru deyilir:

 r
or  (2)
t
Orta sürət vektorunun istiqaməti yerdəyişmə vektorunun
isiqaməti ilə eyni olur. Burada t zamanını sonsuz
azaltsaq hərəkətin ani sürətini almış olarıq:
  
r dr
  lim  (3)
t 0 t dt
Ani sürət – Cismin verilmiş anda, trayektoriyanın verilmiş nöqtəsindəki sürətinə ani sürət

deyilir. Zaman azaldıqda ΔS məsafəsi r vektorunun moduluna yaxınlaşır. Onda ani sürətin ədədi
qiyməti
 
 r r S dS
    lim  lim  lim 
t 0 t t 0 t t dt
t 0

olar. Bərabərsürətli hərəkərtdə ani sürətin ədədi qiyməti sabit qalır, onda t, t + t zaman ərzində
gedilən yol
t  t
S  dt  t
t
(4)

ifadəsindən təyin olunar.


Dəyişən sürətli hərəkətdə sürətin zamana görə dəyişməsi əsas rol oynayır. Sürətin zamana görə
dəyişməsini təyin edən kəmiyyət təcil adlanır.
Fərz edək ki, maddi nöqtə müəyyən trayektoriya boyunca hərəkət edir və t zamanı ərzində sürətin
  
dəyişməsi    2  1 olur. Bu zaman hərəkətin orta təcili

 
a or  (5)
t
olar. Hərəkətin təcilinin ani qiyməti isə 

  d
a  lim  (6)
t 0 t dt
Deməli təcil sürətin zamana görə birinci tərtib törəməsidir.
 
(6) düsturundan aydın olur ki, a  0 olarsa   const , yəni hərəkət bərabərsürətli olur,

a  const olarsa, hərəkət bərabərtəcilli hərəkət adlanır. Bərabərsürətli hərəkətdə gedilən yol (4)
düsturuna əsasən s   (t 2  t1 )  t ilə hesablanır. Başlanğıcda t1  0 anında sürət 0 olarsa
bərabərtəcilli hərəkətdə t anında sürət (6) düsturuna əsasən
t
   adt  0  at ,
0
gedilən yol isə

at 2
t
s   (0  at )dt  0t  (7)
0
2
olar. Bərabərdəyişən hərəkətdə sürətin və
gedilən yolun zamandan asılılıq qrafiki
şəkil 3- də verilmişdir.

Əyrixətli hərəkət. Tangensial və normal təcil


Cismin hərəkət trayektoriyası əyri xətt şəklindədirsə belə hərəkət əyrixətli hərəkət adlanır.
Əyrixətli hərəkətdə sürətin həm qiyməti həm də istiqaməti dəyişə bilər. Əyrixətli hərəkətdə ani
sürəti tapmaq üçün yerdəyişmə vektorunu sonsuz kiçiltməklə limitə keçmək lazımdır.
  
r d r
  lim 
t  0 t dt
Əyrixətli hərəkətdə trayektoriyanın istənilən noqtəsində ani sürətin istiqaməti həmin noqtəyə
çəkilmiş toxunanın istiqaməti ilə eyni olur (Şəkil 1).
Şəkil 1 Şəkil 2
Əyrixətli hərəkətin ən sadə növü çevrə üzrə bərabərsürətli hərəkətdir (Şəkil 2).
Çevrə üzrə bərabərsürətli hərəkətdə sürətin modulu çevrənin bütün nöqtələrində eynidir:   const ,
sürətin istiqaməti isə hər nöqtədə müxtəlifdir. Əyrixətli hərəkətdə ancaq sürətin istiqamətinin
dəyişməsindən alınan təcil normal təcil adlanır. Normal təcilin riyazi ifadəsini çıxaraq. Şəkil 2 – dən
üçbucaqların oxşarlıq əlamətlərindən yazmaq olar:
ABO ~ BCD
CD BC

AB OA
Məlumdur ki, AB = ∆S; OA = R və |BC| = |BD| = 𝜗 olduğundan yazmaq olar:
 
 ;
S R
S  t olduğunu nəzərə alaq.
 

t R
  2

t R
  2
a n  lim  - normal təcil adlanır. Normal təcil sürətin istiqamətinin dəyişməsi
t 0 t R
nəticəsində yaranır. Normal təcilin istiqaməti radius boyunca çevrənin mərkəzinə doğru yönəlir.
İndi isə daha ümumi hala baxaq (şəkil 3). Burada sürətin həm qiyməti həm də istiqaməti dəyişir.
  
KD    2  1

 vektorunu iki toplanana ayırmaq olar:
  
  n  t
 
n - sürətin istiqamətinin dəyişməsini təmsil edir. t
- sürətin qiymətinin dəyişməsini
təmsil edir.
  
  n t  
a  lim  lim  lim  a n  at
t 0 t t 0 t t 0 t
at - tangensial təcildir. Əyrixətli hərəkətdə sürətin
qiymətinin dəyişməsindən alınan təcil tangensial təcil adlanır. Tangensial təcil əyriyə toxunan
istiqamətdə yönəlir. Ümumi şəkildə tam təcilin modulu belə ifadə olunur:
2 2
a  a n  at

Fırlanma hərəkətinin kinematikası


Maddi nöqtənin çevrə boyunca bərabərsürətli
olmayan fırlanma hərəkəti
Fırlanma hərəkəti icra edən maddi nöqtə t = 0 anında A vəziyyətində olur. ∆t müddətindən sonra
∆φ qədər dönmə bucağı icra edib B vəziyyətində olacaqdır.
Bucaq sürəti – radius vektorunun dönmə bucağının, bu dönməyə sərf olunan zamana nisbəti ilə
ölçülən kəmiyyətdir. Orta bucaq sürəti belə tapılır:

 or. 
t
Ani bucaq sürətini isə belə hesablamaq olar:
 d
  lim 
t 0 t dt
rad
Bucaq sürətinin vahidi saniyədə radiandır:   1 .
san
  const olduqda çevrə üzrə bərabərsürətli hərəkət alınar.
2 1 
  2 ;    ;   2
T T 2
Xətti sürət ilə bucaq sürəti arasındakı əlaqə düsturunu çıxaraq.
Məlumdur ki, mərkəzi bucaq, qövs və çevrənin radiusu arasında belə bir münasibət vardır:
S  R
Sürət üçün yazmaq olar:
S R 
  lim  lim  R lim  R
t 0 t t 0 t t 0 t
(1)
Bucaq sürəti vektorial kəmiyyətdir. Bucaq sürəti vektorunun istiqamətini burğu qaydası ilə təyin
edirlər. Sağ burğunun dəstəyinin hərəkəti cismin fırlanma istiqaməti ilə eynidirsə, onda burğunun
ucunun irəliləmə hərəkəti bucaq sürəti vektorunun istiqamətini göstərir. (1) münasibətini vektor
şəklində yaza bilərik:



  R 


 vektoru həm  - ya, həm də R - ə perpendikulyardır.
 
  R sin R  R sin 90 0
Bucaq sürəti həm qiymətini həm istiqamətini dəyişə bilər. Bu
dəyişmə bucaq təcili adlanan   kəmiyyətlə xarakterizə edilir.
Bucaq təcili belə təyin olunur:
 d
  lim 
t  0 t dt
 - nın modulu 0-dan böyükdürsə o  istiqamətində, 0-dan kiçikdirsə  -nın əksinə yönəlir.
rad
Bucaq təcilinin vahidi -   1 - dır.
san 2
Mərkəzə qaçma təcili ilə bucaq sürəti arasındakı əlaqəni müəyyən edək.
 2  2R2
a   2R
R R
Xətti təcilin tangensial komponenti ilə bucaq təcili arasındakı əlaqəni müəyyən edək. Məlumdur
ki,
t
at  lim və t  R
t 0 t

Onda
R  
at  lim  R lim  R
t 0 t t 0 t

at  R ifadəsi xətti təcilin tangensial komponenti ilə bucaq təcili arasındakı əlaqəni müəyyən
edir.
Nöqtə çevrə boyunca, bərabərdəyişən hərəkətdə iştirak edərsə, onda, bucaq sürəti üçün
 t2
  0  t və dönmə bucağı üçün isə    0 t  ifadələrini yazmaq olar.  0 - başlanğıc
2
bucaq sürətidir. Dönmə bucağı üçün həmçinin
𝜔2 − 𝜔02
𝜑=
2𝛽
ifadəsini yazmaq olar.
Nyuton qanunları
Nyutonun birinci qanunu
Dinamika cisimlərin hərəkətini onu doğuran səbəblə birlikdə öyrənir. Nyuton özündən əvvəlki
alimlərin mülahizələrini və özünün nəzəri tədqiqatlarını ümumiləşdirib dinamikanın üç qanununu
müəyyən etmişdir. Nyutonun qanunları mexanikanm kinematika və dinamika hissələrini, başqa
sözlə hərəkətin kinematik və dinamik qanunauyğunluqlarını üzvi şəkildə əlaqələndirmişdir.
 Nyutonun birinci qanunu: Elə hesablama sistemləri mövcuddur ki, bu sistemlərdə cisimlərə
başqa cisimlər təsir etməzsə və ya təsir edən bütün qüvvələr bir – birinin təsirini kompensasiya
edərsə, cisim ya sükunətdə qalar və ya düzxətli bərabərsürətli hərəkət edər.
Nyutonun birinci qanunu göstərir ki, cisim öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət
halını dəyişməsi üçün ona kənar maddi cisimlər təsir etməlidir.
Nyutonun birinci qanunu bilavasitə təcrübi faktlarla yoxlanmasa da müşahidələr və nəzəri
mühakimələr əsasında başa düşülür. Qanundan görünür ki, cismin sükunət və ya düzxətli
bərabərsürətli hərəkət halı eyni mexaniki haldır. Hər iki halda cismin təcili sıfırdır. Cisimlərin
hərəkətinin (xüsusi halda sükunət halının) xarakterini hesablama sistemlərinə nəzərən müəyyən
edirlər. Nyutonun birinci qanunu xüsusi tələblərə cavab verən hesablama sistemlərində ödənir. Belə
ki, bu sistemlərdə cismə kənar cisimlər təsir etməyincə o sükunət, yaxud düzxətli bərabərsürətli
hərəkət halım saxlamalıdır. Bu şərti ödəyən sistemlər ətalət hesablama sistemləri (inersial)
adlandığından Nyutonun birinci qanunu ətalət qanunu da adlanır. Başlanğıcı Günəşdə yerləşən,
koordinat oxları isə bir-birinə perpendikulyar qalmaq şərti ilə müəyyən ulduzlara tərəf yönələn
hesablama sistemi ətalət hesablama sistemi kimi qəbul oluna bilər. Nyutonun birinci qanunu
ödənməyən sistemlər isə qeyri-ətalət hesablama sistemləri adlanır. Yerlə bağlı hesablama sistemləri
qeyri-ətalət sistemlərinə misaldır. Yerin öz oxu və Günəş ətrafında fırlanması onunla bağlı
hesablama sistemlərindəki cisimlərdə əlavə təcil yaradır. Lakin Yerin istər öz oxu, istərsə də Günəş
ətrafında fırlanması nəticəsində yaranan təcil çox kiçik olduğundan praktik olaraq Yerlə bağlı
hesablama sistemlərini də ətalət hesablama sistemi kimi qəbul edib, dinamika qanunlarını Yerdə
öyrənə bilərik. Nyutonun birinci qanununun elmdə tarixi rolu məhz ətalət və qeyri-ətalət hesablama
sistemlərini aşkara çıxarmaq olmuşdur.
Cisimlərin sükunət halını və ya düzxətli bərabərsürətli hərəkətini saxlamaq qabiliyyəti onların
ətaləti və ya inersiyası adlanır.
Nyutonun ikinci qanunu.
Təcrübələr göstərmişdir ki, müxtəlif cisimlərin ətalətliliyi müxtəlifdir. Eyni materialdan
hazırlanmış kiçik cismin ətaləti kiçik, böyük cismin ətaləti böyük olur. Cismin ətalət ölçüsü olaraq
kütlə anlayışı daxil edilir, m ilə işarə olunur və BS-də kq-la ölçülür. Cisimlər arasındakı qarşılıqlı
təsir ölçüsü olaraq qüvvə anlayışından istifadə edilir, F ilə işarə olunur və BS-də onun vahidi N
(Nyuton) qəbul edilir. Qüvvə vektordur. Nyuton cismə təsir edən qüvvə ilə onun hərəkətinin
dəyişməsi arasında əlaqəni müəyyən etmişdir. Bu əlaqə onun II qanunu ilə verilir.
Nyutonun ikinci qanunu: Qüvvə təsiri nəticəsində cismin əldə etdiyi təcil, ona tətbiq olunmuş
qüvvə ilə düz, həmin cismin kütləsi ilə tərs mütənasibdir.
 F
a (1)
m
Buradan
 
F  ma (2)
Axırıncı ifadə irəliləmə hərəkətinin dinamikasının əsas tənliyi adlanır.
(1) ifadəsində F = 0 götürsək, m ≠ 0 olduğundan a = 0 alırıq. Deməli qüvvə təsir etmədikdə
cismin təcili sıfıra bərabər olur və Nyutonun birinci qanunu ikinci qanunundan xüsusi hal kimi
alınır.
(2) ifadəsindən istifadə edərək, BS-də qüvvənin vahidi təyin olunur.
Kütləsi 1kq olan cismə 1m/s təcil verən qüvvə 1N (Nyuton) adlanır.
2

m kqm
1N  1kq  1 2  1 2
s s
Nyutonun II qanununu aşağıdakı şəkildə də yazmaq  olar. 
  d d (m )
F  ma  m  (m=const)
dt dt
  
Cismin kütləsinin onun sürətinə hasili impuls adlanır: P  mv . P  1
kqm
san

İmpuls vektorial
kəmiyyətdir. Onda  
 d (m ) dP
F  (3)
dt dt
(3) ifadəsi Nyutonun ikinci qanununun daha ümumi şəklidir. Bu şəkildə Nyuton qanunu həm
klassik, həm də relyativistik mexanikada istifadə olunur.
Nyutonun üçüncü qanunu
 Nyutonun üçüncü qanunu: İki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə bir
– birinin əksinədir:
 
F12   F21 .
 
Burada F12 - birinci cismə ikinci cisim tərəfindən tətbiq olunan qüvvə, F21 - ikinci cismə birinci
cisim tərəfindən tətbiq olunan qüvvədir.
Nəzərə alınmalıdır ki, müxtəlif cisimlərin qarşılıqlı təsir qüvvələri modulca bəraəbr və istiqamətcə
əks olsalar da, heç vaxt bir – birinin təsirini tarazlamır, çünki bu qüvvələr eyni cismə deyil, başqa –
başqa cisimlərə tətbiq edilir.
İmpulsun saxlanma qanunu
 
Qeyd etdik ki, cismin kütləsinin onun sürətinə hasili impuls adlanır: P  m . İmpuls vektorial
kəmiyyətdir, istiqaməti sürətin istiqaməti ilə eynidir.
Sistemi təşkil edən cisimlər arasında təsir edən qüvvələri iki yerə ayırmaq olar. Daxili və xarici.
Sistemi təşkil edən cisimlər yalnız bir –birilə qarşılıqlı təsirdə olarsa, belə qüvvələr daxili qüvvələr
adlanır. Sistemə daxil olan cisimlərdən biri sistemə daxil olmayan başqa bir cisimlə qarşılıqlı
təsirdə olarsa, belə qüvvələr xarici qüvvələr adlanır. Xarici qüvvələr təsir etməyən sistem qapalı
sistem adlanır.
Fərz edək ki, hər hansı bir sistem n sayda cisimdən təşkil olunmuşdur. Bu cisimlərin kütlələri
m1, m2,.........mn, aldıqları sürətlər isə 𝜗1 , 𝜗2 ,....... 𝜗𝑛 - dir. Onda Nyutonun ikinci qanununa görə ,
d (m11 )     
 f 12  f 13    f 1n  F1 
dt 
d (m2 2 )     
 f 21  f 23    f 2 n  F2  (1)
dt 
 

d (mn n )     
 f n1  f n 2    f n ( n 1)  Fn 
dt 
yazmaq olar.
(1) ifadələrini tərəf tərəfə toplasaq alarıq:
n
d ( mi  i )     n 


i 1 dt
 ( f12  f 21 )  ( f13  f 31 )    ( f1n  f n1 )   Fi
i 1
(2)

Burada fik - daxili, Fi -lər isə xarici qüvvələrdir.
Nyutonun üçüncü qanununa görə cisimlərin qarşılıqlı təsiri qiymətcə bərabər və istiqamətcə əks
   
olduğundan, yəni, f12   f 21 , f13   f 31 . (2) ifadəsi aşağıdakı şəklə düşər.
n
d ( mi  i ) n 


i 1 dt
 
i 1
Fi
n
d  mi  i
n  n
d ( m i i )
Sistem qapalıdırsa, yəni F
i 1
i  0 - sa, onda 
i 1 dt
 0 və ya i 1

dt
0, 
n

 (m  )  const
i 1
i i
(3)
n
P1  P2  ...  Pn   Pi  const
i 1 (4)
alınar.
Deməli, qapalı sistem təşkil edən cisimlərin qarşılıqlı təsiri zamanı onların impulslarının cəmi
sabit qalır. Bu impulsun saxlanma qanunudur. İmpulsun saxlanması qanunu təbiətin fundamental
qanunlarından biri olub fəzanın bircinsliliyindən alınır.
Suallar

1. Fizika elmi nəyi öyrənir?


2. Kinematika nəyi öyrənir?
3. Mexaniki hərəkət nəyə deyilir?
4. Mexanikanın əsas məsələsi nədən ibarətdir?
5. Maddi nöqtə nəyə deyilir?
6. Hesablama sistemi dedikdə nə başa düşülür?
7. Hansı vektora radius vektor deyilir?
8. Maddi nöqtənin hərəkət tənliklərini ifadə edin?
9. Trayektoriya, yol və yerdəyişmənin təriflərini söyləyin.
10. Trayektoriyanın formasına gorə hərəkətin neçə növü var və hansılardır?
11. Hansı hərəkət düzxətli bərabərsürətli hərəkət adlanır?
12. Sürət nəyə deyilir və hansı vahidlə ifadə olunur?
13. Orta və ani sürətləri izah edib riyazi ifadələrini yazın.
14. Hansı kəmiyyət təcil adlanır və vahidi necə ifadə olunur?
15. Hansı hərəkət bərabərtəcilli hərəkət adlanır.
16. Bərabərtəcilli hərəkətdə sürət və yol düsturlarırı yazın.
17. Hansı hərəkət əyrixətli hərəkət adlanır və əyrixətli hərəkətdə ani sürət nacə tapılir?
18. Əyrixətli hərəkətdə ani sürətin istiqaməti istiqamətini söyləyin.
19. Hansı təcil normal təcil adlanır və riyazi ifadəsi necə yazılır?
20. Normal təcilin istiqamətini söyləyin.
21. Hansı təcil tangensial təcil adlanır və istiqaməti necə yönəlir?
22. Bucaq sürəti nəyə deyilir və hansı vahidlə ifadə olunur?
23. Bucaq sürətinin istiqamətinin təyin edilməsi qaydasını söyləyin.
24. Bucaq təcili nəyə deyilir və hansı vahidlə ifadə olunur?
25. Xətti təcilin tangensial komponenti ilə bucaq təcili arasındakı əlaqəni yazın.
26. Nöqtənin çevrə boyunca bərabərdəyişən hərəkəti zamanı bucaq sürətinin və dönmə
bucağının ifadələrini yazın.
27. Dinamika nəyi öyrənir?
28. Nyutonun birinci qanununu ifadə edin.
29. Hansı halda cisim öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını dəyişir?
30. Hansı hesablama sistemində Nyutonun birinci qanunu ödənilir?
31. Hansı hesablama sistemləri ətalət hesablama sistemləri (inersial) adlanır?
32. Ətalət hadisəsi nəyə deyilir?
33. Cismin ətalət ölçüsü nədir?
34. Qüvvə anlayışı necə ifadə olunur?
35. Nyutonun ikinci qanunu II qanunu necə ifadə olunur?
36. Qüvvənin vahidi nədir?
37. Cismin impulsu nəyə deyilir?
38. İmpulsun vahidi nədir?
39. Nyutonun üçüncü qanunu necə ifadə olunur?
40. İmpulsun saxlanma qanununu söyləyin.

Ədəbiyyat

1. N. Qocayev. “Ümumi fizika kursu (Mexanika)” Bakı, 2011. S. 41-161.


2. K.D. Hüseynov. “Mexanika”, Bakı, 2001. s.14 -38, 48 – 57.
3. F.A. Əhmədov. “Mexanika və molekulyar fizika”, Bakı, 2007. S.5 – 30.
4. B.Z. Əliyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.12 – 47.
5. N.M.Mehdiyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.11 – 28.
6. Т.И.Трофимова. Курс физики. Москва. 2006. c.7 – 21.
7. Niftalı QOCAYEV ÜMUMİ FİZİKA KURSU I Cild MEXANİKA
8. Mexanika və molekulyar fizika » KitabYurdu.org
9.Ümumi fizika kursu. Fizika www.anl.az › Kitab › Azf-274365
10. _mehdiyev.nmders-ves.fizika-kursuma
11. Курс физики. Трофимова Т.И.
12. Fizika. R.Rzayev – UNEC unec.edu.az › uploads › 2015/01 › fizika2211

You might also like