You are on page 1of 2

RANSOMWARE

“Ransomware” nədir?
Bu hücum proqramların köməyi ilə yoluxmuş sistemlərdəki fayl və ya məlumatlara girişin
məhdudlaşdırılması və məhdudiyyətin aradan qaldırılması qarşılığında fiziki və ya hüquqi
şəxslərdə fidyǝ tǝlǝb edilməsini nəzərdə tutur. Bu hücum zamanı kompüter sistemində olan
bütün faylları/məlumatlar şifrələnməklə bloklanır və açar şifrənin qarşılığında istifadəçilərdən
maddi vəsait/pul tələb edilir.

Beynəlxalq statistikaya əsasən, “ransomware” hücumları ümumi hücumların böyük bir hissəsini
təşkil edir, sayı və miqyası sürətlə artmağa davam edir. Bunun əsas səbəbi isə aşağıdakılardır:
● “Ransomware” hücumları nəticəsində cinayətkarlar qısa müddətdə külli miqdarda gəlir
əldə edə bilirlər.
● Əksər hallarda fişinq maillərinin müşayiəti ilə həyata keçirildikləri üçün bu hücumların
uğurla nəticələnməsi ehtimalı daha yüksək olur.

Əsas hədəf qismində seçilən iri hüquqi şəxslərin bu cür hücumların qarşısının alınması vǝ ya
zərərli tǝsirlǝrinin minimuma endirilməsi sahəsində bir sıra vəzifə vǝ öhdǝliklǝri mövcuddur.

Hücumlardan necə qorunmaq olar?


● Tǝhlükǝli keçidlǝrǝ kliklǝmǝyin!
● Fǝrdi mǝlumatlarınızı zərurət olmadan social şəbəkələrdə paylaşmayın!
● Şübhǝli e-poçt qoşmalarını açmayın!
● Mǝnşǝyi bilinmǝyǝn USB daşıyıcılardan, xarici yaddaş qurğularından istifadǝ etmǝyin!
● Proqramlarınızın vǝ ǝmǝliyyat sisteminizin yenilənməsini təmin edin!
● Yalnız rǝsmi onlayn yüklǝmǝ mǝnbǝlǝrindǝn istifadǝ edin!
● İctimai Wi-Fi şǝbǝkǝlǝrinə VPN xidmǝtlǝrindǝn istifadǝ etməklə qoşulun!
● Mütǝmadi olaraq mǝlumatların ehtiyat nüsxələrini çıxarın!

Məlumatların ehtiyat nüsxələrinin çıxarılması üzrə addımlar:


● Əhəmiyyətli məlumatları müəyyənləşdirin!
● Ehtiyat nüsxələrin saxlanılması üçün xarici sərt diski, yaddaş qurğularından istifadə
edin!
● Məlumatları mütəmadi olaraq xarici yaddaş qurğularına köçürün!
● Ehtiyat nüsxələrinizi ayrılıqda saxlayın!
● Ehtiyat nüsxələrinizin müntəzəm olaraq sınaqdan keçirilməsini təmin edin və
məlumatların tamlığını yoxlayın!
● Sistemlǝri yenidǝn quraşdırmaq üçün ehtiyat avadanlığı saxlayın!

Şübhəli vəziyyətdə nə etmək lazımdır:


● Sistemdəki səlahiyyətli istifadəçi məlumatlarını və şifrələri mümkün qǝdǝr tez-tez
dǝyişdirin!
● Hücuma məruz qalan sistemi şəbəkədən ayırın!
● Birbaşa zərər dəyməyən, lakin təsir dairəsində olan digər cihazları şǝbǝkǝdǝn ayırın!
● Ehtiyat nüsxələrinizin təhlükəsiz olduğundan ǝmin olun!

You might also like