You are on page 1of 14

Bakı Qızlar Universiteti

Fakültə: Sosial-pedoqoji
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup: İ1-21
Kurs: 2
Fənn: Sintaksisin aktual problemləri
Tələbə: Davudova Ləman

Elmi rəhbər: dos. Qəmbərova Qüdsiyyə


Mövzu siyahısı
1. II növ ismi birləşmələr
2. Cümlənin ikinci dərəcəli üzvləri
3. Ümumi şəxli cümlələr
4. Tabesiz mürəkkəb cümlələrdə semantik əlaqələr
5. Qrammatik təhlil qaydası
II növ ismi birləşmələr
Əsas tərəfi adlarla (isim, sifət, say, əvəzlik və bəzi ərflərlə) ifadə olunan
birləşmələrə ismi birləşmələr deyilir. Məsələn:dəmir qapı, almanın qırmızısı,
əldən itivə s.
İsmi birləşmənin növləri çoxdur; məsələn: yaşıl yarpaq, ağac yarpağı, yarpağın
rəngi, yaşıl yarpaqlı və s. birləşmələrin hər biri öz yaranma üsuluna görə o
birindən fərqlənir. Belə rəngarəng birləşmələrdən üç növü dilimizdə daha çox
işlənir. Buraya, qırmızı çiçək, çəmənin ətri, bülbülün nəğməsi tipli birləşmələr
daxildir. Asılı tərəfləri əsas tərəf izah etdiyindən belə birləşmələrə təyini söz
birləşmələri deyilir.
Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə üç növə
bölünür:
Birinci növ təyini söz birləşmələri
İkinci növ təyini söz birlləşmələri
Üçüncü növ təyini söz birləşmələri
Birinci növ təyini söz birləşmələri
Hal və mənsubiyyət şəkilçiləri olmadan yaranan birləşmələrə birinci növ təyini
söz birləşmələri deyilir.Məsələn: sərin su, işıqlı otaq, yağışlı hava və s.
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi isim, sifət, say, əvəzlik və feli
sifətlə, əsas tərəfi isə isimlərlə (və isimləşmiş sözlərlə) ifadə olunur. Məsələn:

Birinci növ təyini söz birləşmələrinin əsas tərəfi cəm, mənsubiyyət və hal
şəkilçiləri qəbul edə bilir. Məsələn: yaxşı şagird – yaxşı şagirdlər, yaxşı
şagirdlərimiz, yaxşı şagirdlərdə.
Lakin bu şəkilçilər birinci növ təyini söz birləşmələrinin əlaməti deyildir, çünki
belə birləşmələr həmin şəkilçilərin iştirakı olmadan əmələ gəlir.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi cümlədə təyin, ikinci tərəfi
mübtəda, xəbər, tamamlıq və ya zərflik olur. Məsələn: Bu kitab həmin kitabdır.
Sizi maraqlandıran həmin kitabdir cümlələrində bu kitab, həmin kitabdır birinci
növ təyini söz birləşməsidir. Birləşmələrdə bu həmin sözləri təyin, kitab
mübtəda, kitabdır – xəbərdir.
Bəzən birinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə cümlələrin bir
növü olur. Məsələn: Hər tərəf zil qaranlıq idi. Yaman gündə insan insana
arxadır – cümlələrində hər tərəf – mübtəda, yaman gündə – zaman zərfliyidir.
İkinci növ təyini söz birləşmələri
Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinçi tərəfi mənsubiyyət şəkilçili (-ı, -i, -u,
-ü) birləşmələrə ikinci növ təyini söz birləşmələri deyilir. Məsələn: insan
təbilləti, bildirçin yuvası, şəhər bağı, məktəb direktoru və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri, başlıca olaraq, isimlərlə ifadə
olunur (insan təbilləti, məktəb direktoru və s.). Lakin bəzən başqa başqa nitq
hissələri də isimləşərək belə birləşmələrin tərəfləri kimi işlənə bilir. Məsələn:
Gözəllər gözəli, yaxşılar yaxşısı və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında başqa söz artırmaq olmur.
Təyini söz birləşmələrinin bu növündə tərəflərdən biri cəmlənərək digər tərəf
tək olur. Məsələn: Xalqlar dostluğu, qocalar evi, mədəniyyət sarayları və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri birlikdə cümlənin bir mürəkkəb
üzvü olur. Məsələn: Yarış günü yaxınlaşırdı. Bu kitab sinif rəhbərinindir. Sinif
rəhbəri Leyla müəlliməni alqışladılar. – cümlələrində yarış günü – mübtəda,
sinif rəhbərinindir – xəbər, sinif rəhbəri – təyindir.

Üçüncü növ təyini söz birləşmələri


Bu birləşmə isə yiyəlik halı və mənsubiyyət şəkilçili olur. Birinci tərəf yiyəlik
hal şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili olur. Məsələn: kürün daşması,
sözün mənası və s.
Cümlənin ikinci dərəcəli üzvləri
Təyin
Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah (təyin) edən ikinci dərəcəli
üzvə təyin deyilir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? suallarından birinə cavab
verir. Məsələn: Anar intizamlı oğlandır. Sınifdə iyirmi şagird var. Çalısqan
şagırdlər misalları hamıdan tez həll etdilər və s.
Təyin daha çox sifət, feli sifət və işarə əvəzlikəri ilə ifadə olunur.
Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifət). Mağazadan beş dəftər
aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzlik). Yatmıs körpə səsə oyandı (feli
sifətlə) və s.
İsim və zərflər də sifətin xüsusiyyətlərini daşıdıqda (sifətləşdikdə) təyin
vəzifəsində işlənə bilir. Məsələn: Cərrah Əli qonşumuzdur. Özümə dəri çanta
aldım. Daş buna davamlı olur. Aşağı otaqlar nəmdir və s.
Təyin quruluşca sadə və mürəkkəb olur.
Nitq hissələri ilə ifadə olunan təyinlər quruluşca sadə olur.
İsmi birləşmələr və feli sifət tərkibləri ilə ifadə olunan təyinlər isə quruluşca
mürəkkəb olur. Məsələn: Məktəb direktoru Əli müəllim qabaq sırada
oturmuşdur. Səhərdən meşəyə gedən usaqlar axşama yaxın qayıtdılar.
Cümlədə isimlə (və ya isimləşmiş sözlərlə) ifadə olunan bütün üzvlərin təyini
ola bilər. Məsələn: Yaşıl zəmilər göz oxşayır. Qız gullü donunu geymişdi. Biz
birinci mikrorayonda yaşayınq. Məmməd Araz istedadlı şairdir. Bu
cümlələrdəki yaşıl, güllü, birinci və istedadlı təyinləri sıra ilə mübtədaya,
tamamlığa, zərfliyə və ismi xəbərə aiddir.
Təyin həmişə yanaşma əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur.

Tamamlıq
Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa,
qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə?
kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim
haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir.
Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı
kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim
haqqında?)nə bilirsiniz? və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə
olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və
isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı
atalardan öyrənin (məsdərlə). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri
qarşılayın (feili sifətlə) və s.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.. Söz
birləşmələri, mürəkkəb adlar, feli sifət və məsdər tərkibləri ilə ifadə olunan
tamamlıqlar quruluşca mürəkkəbdir. Məsələn: Elin sərvətini (nəyi?) göz
bəbəyi kimi qoruyun. Vətənin keşiyində duranlara (kimə?) qayğı gərəkdir və s.
Tamamlığın iki növü var: vasitəli tamamlıq, vasitəsiz tamamlıq

Vasitəli tamamlıq
Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli fellərlə bağlı olur və
kimi?nəyi?nə?suallarından birinə cavab verir.
Vasitəsiz tamamlıq iki cür olur:müəyyənlik bildirən vasitəsiz tamamlıq,
qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq. Müəyyənlik bildirən vasitəsiz
tamamlıq müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur və
kimi? nəyi? suallarına cavab verir. Məsələn: İclasda şagirdlərimizi (kimi?)
təriflədilər. Məktubu (nəyi?) yola saldım. Arazın qardaşını (kimi?) Türkiyəyə
oxumağa göndərirlər və s.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq qeyri-
müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur, nə? sualına
cavab verir. Məsələn: Uşaq su (nə?) istəyir. Bağban gül (nə?) əkir. Arxeoloqlar
qədim insan məskənləri (nə?) tapıblar. və s.Substantivləşən (isimləsən) işarə
əvəzlikləri, yer zərfləri (ora, bura, içəri, irəli və s.) də təsirlik halda olduqda
cümlənin vasitasiz tamamlığı olur.Məsələn: Ana bunu hiss etdi. İçərini diqqətlə
yoxla. Buranı kim təmizləyib və s.
Qeyd:Təsirlik halında olan söz zaman anlayışı birdirdikdə (nə vaxt?, nə zaman?
suallarına cavab verdikdə) cümlənin zaman zərfliyi olur. Məsələn: Keçən yayı
kənddə dincəlmişəm. Bu gecəni çox narahat yatmışam və s.
Bu cümlələrdəki yayı və gecəni sözləri nə zaman? sualına cavab verdiyi üçün
onları tamamlıq yox, zərflik kimi qəbul etmək lazımdır. Onu da nəzərə almaq
lazımdır ki,vasitəsiz tamamlıq həmişə təsirli feillərlə əlaqələnir.

Qeyd: Qeyri-müəyyənlik bildirən (nə? sualına cavab verən) vasitəsiz tamamlıq


eyni suala cavab verən mübtədaya oxşayır. Məsələn: Quzu (nə?) su (nə?) içir.
Quş (nə?) dən (nə?) yeyir. Lakin bu cümlələrdəki quzu və quş sözləri mübtəda,
su və dən sözləri isə tamamlıqdır. Bu cür tamamlığı nə? sualına cavab verən
mübtədadan asanlıqla fərqləndirmək olar. Birincisi, belə tamamlığa müəyyənlik
bildirən hal şəkilçisi artırmaq olur: Quzu suyu içir. Quş dəni yeyir. İkincisi isə,
bu cür tamamlıq həmişə felin yanında işlənir və onun yerini dəyişdikdə (və ya
əvvəlinə, o, bu işarə əvəzliklərini artırdıqda) həmin tamamlıq təsirlik halın
şəkilçisini qəbul edir: Suyu quzu içir. Dəni quş yeyir (Quzu bu suyu içir. Qus bu
dəni yeyir).

Vasitəli tamamlıq

Vasitəli tamamlıqlar kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə
ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından
birinə cavab verir.
Məsələn: Anaya hədiyyə aldıq. Biz onunla fəxr edirik. Uşaq üçün dərslik alın.
Dastanlar haqqında nə bilirsiniz? və s.
Tamamlığın hər iki növü daha çox feli xəbərlə bağlı olur. Lakin vasitəli
tamamlıq bəzən ismi xəbərlə də bağlı ola bilir. Məsələn: O, yaşca məndən
kiçikdir. Səninlə işim var. Onda gözəl qabiliyyət var. və s.
Tamamlıq xəbərlə, əsasən, idarə əlaqəsi ilə bağlı olur.

Zərflik
Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür.
Zərfliklər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə
onlara bağlanır. Məsələn: Şagirdlər imtahanlara ciddi hazırlaşırlar. Uşaqlar
həyətdə oynayırlar. Axşam bizə gələrsən. Əsgərlər irəli cumdular. Xəstə olduğu
üçün uşağın rəngi sapsarı idi və s. Bu cümlələrdəki ciddi zərfliyi işin icra
tərzini, həyətdə və irəli zərflikləri iş və hərəkətin icra olunduğu yeri, axşam
zərfliyi iş və hərəkətin icra zamanını bildirir. Bu zərfliklərin hamısı feli xəbərə
aiddir. Sonuncu cümlədəki xəstə olduğu üçün zərfliyi isə əlamətin yaranma
səbəbini bildirir və ismi xəbərə aiddir.
Zərflik daha çox zərflərlə ifadə olunur. Məsələn: Uşaq bərk yatmışdı. Mən onu
çoxdan tanıyıram. Qoca ehtiyatla yeriyirdi. Dünən yağış yağdı. Məruzəçi az
danışdı və s.İsim,feli bağlama və qoşmalarla işlənən məsdər də cümlədə zərflik
qlur. Məsələn: Dağlara qar yağır. Biz İçərişəhərdə yaşayırıq. Baba gülə-gülə
dedi. Qoca yıxılmamaq üçün ağaca söykəndi.Zərflik quruluşca sadə və
mürəkkəb olur.Nitq hissələri ilə ifadə olunan zərfliklər sadə, ismi birləşmələr
və feli bağlama tərkibləri ilə ifadə olunan zərfliklər
isə mürəkkəb olur.Yuxarıdakı zərfliklərin hamısı quruluşca sadədir. Aşağıdakı
cümlələrdə isə mürəkkəb zərfliklər işlənmişdir: Xəzər dənizinin dərinliyindən
neft çıxır. Kür çayı daşanda el — obanın vəziyyəti çətinləşir. Eşitdiklərimi öz
gözlərimlə görmək üçün hadisə yerinə getdim. Kişi geriyə baxmadan yeyin-
yeyin geditdi və s.

Zərfliyin mənaca növləri


1. Tərzi-hərəkət zərfliyi

İş və hərəkətin icra tərzini bildirir. necə? nə cür? suallarından birinə cavab verir.
Tərzi-hərəkət zərfləri, feli bağlama, feli bağlama tərkibləri, qoşmalı söz və söz
birləşmələri ilə ifadə olunur. Məsələn: Əsgərlərimiz qəhrəmancasına vuruşur.
Qapt taybatay açıldı. Düşünmədən danışma. Uşaq böyüklər kimi danışırdı. Ana
qayğılı halda dedi. Kişinin qara bığları qoç buynuzu kimi əyilmişdi və s.
Qeyd: Təyin ilə tərzi-hərəkət zərfliyini bir-birindən fərqləndirmək üçün onların
hansı cümlə üzvünə aid olduğuna fikir vermək lazımdır. Təyin həmişə isimlə
ifadə olunan üzvləri izah edir. Məsələn: Açıq qapı bizimdir. Anar yaxşı
oğlandır Tərzi-hərəkət zərfliyi isə feli xəbərlə bağlı olur. Məsələn Anar yaxşı
oxuyur. Mənimlə açıq danış və s.

2. Zaman zərfliyi
İş və hərəkətin, hadisənin zamanını bildirir, nə vaxt? nə zaman? haçan?
suallarından birinə cavab verir. Zaman zərfləri, zaman mənalı isimlər, feli
bağlama, feli bağlama tərkibləri və ismi birləşmələrlə ifadə olunur.
Məsələn: İndi hər kəs öz bacarığını göstərməlidir. Dünən səhərdən yağış yağır.
Tənəffusdə müdirin yanına get. Onu görəndə ürəkdən sevinirəm. Qış qurtarana
kimi buradayıq. Mən onu uşaqlıq illərinaən taniyıram. Biz səhər açılar-açılmaz
evdən çıxdıq və s.

3. Yer zərfliyi

İş və hərəkətin icra olunduğu yeri, istiqamətini, başlanğıc və bitmə nöqtəsini


bildirir, hara? haraya? harada? haradan? suallarından birinə cavab verir.
Yer zərfləri, yer mənalı isimlər və ismi birləşmələrlə ifadə olunur.
Məsələn: Yuxarıdan evimiz görünür. Evə tələsirəm. Oradan aşağı düs. Dəniz
sahilində dincəlirik. Dağın başında tonqallar yanırdı və s.

4. Kəmiyyət zərfliyi
İş və hərəkətin nə qədər icra olunduğunu bildirir, nə qədər? bəzən də nə
dərəcədə? sualına cavab verir.
Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunur. Məsələn: Dünən mən sizi çox
gözlədim. Bu gün az işlədik. O, həddindən çox kökəlibdir. Bu sözü mən sizə
dəfələrlə demişəm. Biz onunla bir neçə dəfə göruşmüsdük. Məhsulumuz ikiqat
artmışdır və s.

5.Səbəb zərfliyi
İş, hərəkət və ya əlamətin səbəbini bildirir, niyə? nə üçün? nə səbəbə? suallarına
cavab verir.
Uçün, ötrü, görə qoşmaları ilə işlənən sözlər və birləşmələrlə, feli bağlama və
feli bağlama tərkibləri ismi birləşmələr, sual əvəzlikləri və s. ilə ıfadə olunur.
Məsələn: Utandığından usağın sifəti qızarmısdı. Nəqliyyat işləmədiyi üçün evdə
oturmalı olduq. Oğlum universitetə qəbul olundugu üçün çox sevinirəm. Bu gün
niyə evdəsən? Düşmən qorxaraq geri çəkildi. Yer belləməkdən əllərinin içi
qabarmışdı və s.
Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur.

6.Məqsəd zərfliyi
İş və hərəkətin məqsədini bildirir, niyə? nədən ötrü? nəyə görə? nə məqsədlə?
suallarına cavab verir.
Üçün, ötrü qoşmaları ilə işlənən isim, məsdər və məsdər tərkibləri, sual
əvəzlikləri, ismi birləşmələr və s. ilə ifadə olunur. Məsələn: Müsyö Jordan
Qarabağa bu yerlərin təbiətini öyrənmək üçün gəlmişdi. Vətəni qorumaq üçün
vətənpərvər övladlar yetişdirməliyik. öskürməmək üçün əlimi ağzıma
tutmuşdum. Uşaq dincəlmək üçün bağa getdi. O, torpaqlarımızı düşməndən
təmizləmək üçün könüllü olaraq cəbhəyə getdi və s.
Məqsəd zərfliyi səbəb zərfliyinə oxşasa da, məna çalarına görə ondan fərqlənir.
Səbəb zərfliyinin ifadə etdiyi iş, qeyd olunduğu kimi, xəbərdəki işdən əvvələ
aid olur. Məqsəd zərfliyində isə əksinədir: Onun ifadə etdiyi iş xəbərdəki işdən
sonraya aid olur. Bundan əlavə, məqsəd zərfliyinə nə məqsədlə? sualını vermək
mümkün olduğu halda, səbəb zərfliyinə bu sualı vermək düzgün olmur. Bu fərqi
aşağıdakı ikinci nümunədə aydın görmək olar:
1. O, şəhərdə darıxdığı üçün kəndə getdi.
2. O, anasını görmək üçün kəndə getdi.
Birinci cümlədə səbəb zərfliyi, ikinci cümlədə isə məqsəd zərfliyi işlənmişdir.
Səbəb zərfliyindəki iş (darıxmaq) xəbərdəki işdən (getmək) əvvəl baş verir.
Bundan əlavə, birinci cümlədəki zərfliyə nə məqsədlə? sualını vermək düzgün
olmaz, ikinci cümlədəki zərfliyə isə bu sualı vermək olar.
Ümumi şəxsli cümlələr
Hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsli
cümlə deyilir. Ümumi şəxsli cümlələr xəbər əsasında formalaşır, mübtədası
olmur. Əsasən, atalar sözləri, məsəllər, aforizmlər, bu cümlələrlə ifadə olunur
və hərəkət, hökm hamıya aid olur. Məsələn: Dostu dar gündə sınayırlar (kim?
hamı.) Ümumi şəxsli cümlələr daha çox geniş cümlə şəklində olur. Mürəkkəb
cümlə tərkibində müxtəsər ümumi şəxsli cümlə işlənə bilər.
Məsələn: Oxuyarsan, adam olarsan.
Tabesiz mürəkkəb cümlələrdə
semantik əlaqələr
Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-biri ilə tabesizlik
əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Məsələn: Hava
birdən-birə soyudu və sulu qar yağmağa başladı. Torpaq qxzır, qar əriyirdi.
Müəllim danışır, uşaqlar diqqətlə ona qalıq asırdılar. Bu mürəkkəb cümlələr
bərabərhüquqlu sadə cümlələrin tabesizlik əlaqəsi ilə birləşməsindən əmələ
gəlmişdir, ona görə də tabesiz mürəkkəb cümlələrdir.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir — biri ilə müxtəlif məna
əlaqələri ilə bağlanır. Aşağıda öyrənəcəyimiz məna əlaqələri ya tabesizlik
bağlayıcılarının, ya da sadalama intonasiyasının köməyi ilə yaranır. Bu
baxımdan tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı tabesiz
mürəkkəb cümlələr, bağlayıcısız tabesiz mürəkkəb cümlələr.
Bağlayıcılı tabesiz mürəkkəb cümlələr
Bağlayıcılı tabesiz mürəkkəb cümlələrin tərkib hissələri, əsasən, aşağıdakı
bağlayıcıların köməyi ilə əlaqənir:

 Birləşdirmə bağlayıcısı: və. Məsələn: Qatar uzaqdan göründü və camaat


hərəkətə gəldi. Yağış yağdı və həyətdə gölməçələr yarandı və s.
 Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin. Məsələn: Bu barədə
qərar var, ancaq heç kim onu icra etmir. Qonaq getmək istədi, amma ana
onu buraxmadı. Yaz girmişdi, lakin havalar qızmırdı və s.
 İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da -da, də-
də.Məsələn: Kənddə həm dincələrəm, həm də anam mənə görə sevinər.
Birdən — birə göy quruldadı, hətta ildırım çaxdı. Uşaq da sevinirdi, baba
da altdan -altdan gülürdü və s.
 İnkar bağlayıcıları: nə, nə də (ki). Məsələn: Nə işıq yanırdı, nə də su
gəlirdi. Nə ana bir söz sorusdu, nə də oğlan danışdı və s.
 Bölüşdürmə bağlayıcdarı: ya, ya da (ki), gah, gah da, Məsələn: Kəndə
ya özün get, ya da yaxın hir adam getsin. Gah yağış yağırdı, gah da gün
çıxırdı və s.

Birləşdirmə bağlayıcısından başqa, qalan bağlayıcıların iştirakı ilə qurulan


tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur.

Bağlayıcısız tabesiz mürəkkəb cümlələr


Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız
sadalama intonasiyası ilə bağlanır. Bu cür tabesiz mürəkkəb cümlələrin tərkib
hissələri arasında vergül qoyulur. Məsələn: Yağış yağır, rəqs eləyir gur
damcılar. Zəng vurulur, uşaqlar sinfə daxil olur. Sel gəldi, çayın suyu
bulandı və s.
Bir çox hallarda bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri
arasında və bağlayıcısı işlənə bilər.
Həm bağlayıcılı, həm də bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkibindəki
sadə cümlələrin xəbərləri, əsasən, eyni qrammatik quruluşda olur, yəni biri
şühudi keçmiş zamandadırsa, o biri də eyni zamanda olur.

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri


Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında asağıdakı məna əlaqələri
vardır: zaman əlaqəsi, ardıcıllıq əlaqəsi, səbəb-nəticə əlaqəsi, aydınlaşdırma
əlaqəsi, qarşılaşdırma əlaqəsi, bölüşdürmə əlaqəsi.

 Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən


hadisələr sadalanır, başqa sözlə, belə cümlələrin tərkib hissələrindəki iş,
hərəkət, hadisə eyni zamanda olur.Məsələn: Nənə nağıl danışır, nəvələr
diqqətlə qulaq asırdılar. Həm yağış yağır, həm də külək əsirdi. Nə oğlan
dillənir, nə də qız onu içəri dəvət edirdi.
Nümunələrdən göründüyü kimi, zaman əlaqəli tabesiz mürəkkəb
cümlələrin tərkib hissələri ya ancaq sadalama intonasiyası ilə (birinci
cümlədəki kimi), ya da intonasiya və tabesizlik bağlayıcıları ilə (ikinci və
üçüncü cümlələrdəki kimi) bağlana bilir.
 Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində
müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: Qonaqlar
dağılıb getdilər, ana süfrəni yığışdırmağa başladı. Axşam düşür, camaat
yavaş- yavaş evə gedir. Küçədə maşın səsi eşidildi, qapı döyüldü, ev
sahibi qapıya tərəf getdi və s.
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri daha çox
sadalama intonasiyası ilə bağlanır. Və bağlayıcısının iştirakı ilə də
ardıcıllıq əlaqəii tabesiz mürəkkəb cümlələr yaranır. Məsələn: Buludlar
get-gedə sıxlaşdı və bir azdan yagış yağdı. Teatrda xəbərdarlıq zəngi
çalındı, tamaşaçılar salona daxil oldular və tamaşa başlandı.
 Səbəb- nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib
hissədəki iş səbəb, ikincidəki isə onun nəticəsi olur. Məsələn: Külək əsdi,
ağacların yarpaqları töküldü. Yağış yağdı, tozyatdı. Ağacdakı quşlar səs
saldı, uşaq diksindi və s.
 Səbəb- nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də
intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.
Qeyd: Səbəb- nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ardıcıllıq əlaqəli
tabesiz mürəkkəb cümlələrə oxşayır. Hər iki əlaqəli mürəkkəb cümlələrdə
iş müəyyən ardıcıllıqla yerinə yetirilir. Lakin səbəb-nəticə əlaqəli
cümlələrdə bir kortəbiilik və bir-başa səbəb məzmunu olur, yəni birinci
cümlədəki səbəb üzündən ikinci cümlədəki iş baş verir. Məsələn: Elektrik
məftilləri qırıldı, işıq söndü. Ardıcıllıq əlaqəli cümlələrdə isə işin ardıcıl
icrası əsasdır. Məsələn: İşıqlar söndü, film başlandı.
 Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən
biri (əsasən, ikincisi) o birindəki fikri aydınlaşdırır. Məsələn: Müəllim
düsündü: bunu kim yazmış olar? Çörək yaxşı bisməmişdi: içi çiy idi.
Uşaq bir şeyi yaxsı bilirdi: atası heç kimdən qorxmur.
Bu mürəkkəb cümlələrdəki ikinci tərkib hissələr birincidəki fikri
aydınlaşdırır. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib
hissələri arasında, adətən, vergül qoyulur. tkinci tərkib hissələrdə vergül
olduqda əvvəlki tərkib hissədən soma nöqtəli vergül qoyulur.
Məsələn: Sahədə qızğın iş gedirdi, kimisi çalalara gübrə tökür, kimisi
ağac əkirdi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri,
əsasən, intonasiya ilə əlaqələnir.
 Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib
hissələrindəki iş və ya hadisə bir-biri ilə qarşılaşdırılır.Məsələn: Mən
şəhərdə yaşayıram, anam isə kənddə olur. Göyün üzü buludla dolu idi,
ancaq yağış yagmırdı. Uşaq gəzməyə getmək istədi, ancaq anası icazə
vermədi və s.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri
intonasiya, qarşdaşdırma bağlayıcıları (amma, ancaq, lakin, bəzən
də isə) və antonim sözlərin köməyi ilə əlaqələnir.
Məsələn: Qonşularımızın çoxu varlıdır, bir isə kasıbıq. Düsmən aramsız
atəş açırdı, bizimkilər cavab ataşi açmırdılar. Yaz girmişdi, havalar isə
hələ də soyuq keçirdi. Qonaq ayaqqabısını çıxarmaq istədi, ev sahibi
qoymadı və s.
 Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki
iş, hadisə ya növbə ilə bir- birini əvəz edir, ya da onlardan yalnız birinin
mümkünlüyü bildirilir. Məsələn: Meşədə gah quşlar cəh-cəh vururdu, gah
da tam sakitlik olurdu. Torpağımız ya dinc yolla qaytarılmalı, ya da biz
vuruşub onu geri almalıyıq. Gah qızmar gün çıxırdı, gah da göyün üzünü
qara buludlar örtürdü və s.

Tabesiz mürəkkəb cümlələrin bu növü bölüşdürmə bağlayıcılarının köməyi ilə


düzəlir.
Qrammatik təhlil qaydası

You might also like