You are on page 1of 10

Mühazirə 1

Kinematikanin əsasları. Bərabərsürətli və dəyişənsürətli hərəkət. Əyrixətli


hərəkət. Fırlanma hərəkətinin kinematikası. Nyuton qanunları. İmpulsun saxlanması
qanunu.
Plan
1. İrəliləmə hərəkətinin kinematikası.
2. Əyrixətli hərəkət. Tangensial və normal təcil.
3. Fırlanma hərəkətinin kinematikası.
4. Nyuton qanunları.
5. İmpulsun saxlanması qanunu.

İrəliləmə hərəkətinin kinematikası


Mexaniki hərəkət. Hesablama sistemi. Trayektoriya.
Yol. Yerdəyişmə

Təbiət hadisələrini öyrənən elmlərdən biri fizikadır.


Fizika (fyuzis – yunanca təbiət deməkdir) – təbiətin ən ümumi qanunauyğunluqlarını,
bizi əhatə edən maddi aləmin quruluş və xassələrini öyrənən elmdir.
Ümumi fizika kursu mexanika, molekulyar fizika və termodinamika, elektrik və
maqnetizm, optika, atom və nüvə fizikasından ibarət olub, adətən göstərilən ardıcıllıqla
öyrənilir.
Mexanika materiyanin ən sadə hərəkət formasıni - mexaniki hərəkəti öyrənir.
Mexanikanın üç növü var: klassik mexanika, relyativistik mexanika, kvant mexanikası.
Klassik mexanika – ölçüləri atom və molekulların ölçülərindən çox-çox böyük, sürəti
işıq sürətindən çox-çox kiçik olan cisimlərin hərəkət və qarşılıqlı təsiri haqqında elmdir.
Relyativistik mexanika – sürəti işığın vakuumda yayılma sürəti ilə müqayisə olunan
cisimlərin mexanikasıdır.
Kvant mexanikası – Mikrozərrəciklərin hərəkətini öyrənir( ayrı-ayrı atomlar və
elementar zərrəciklər).
Klassik mexanikanın üç tərkib hissəsi var: kinematika, dinamika və statika.
Kinematika – cismin və ya cisimlər sisteminin hərəkətini, bu hərəkəti doğuran səbəbləri
nəzərə almadan öyrənir.
Dinamika – cisimlərin hərəkətini, bu hərəkəti doğuran bu və ya digər səbəblərlə birlikdə
öyrənir.
Statika – cisimlərin tarazlıq şərtlərini öyrənir.
Mexaniki hərəkət – zaman keçdikcə cismin fəzada başqa cisimlərə nəzərən
vəziyyətinin dəyişməsidir.
Mexanikanın əsas məsələsi–istənilən anda cismin fəzada vəziyyətinin təyin edilməsidir.
Bu məqsəd üçün mexanikada sadələşdirilmiş –
ideallaşdırılmış model olan maddi nöqtə anlayışın-
dan istifadə olunur:
Maddi nöqtə - verilmiş hərəkət şəraitdə
ölçüləri nəzərə alınmayan cismə deyilir.
Cismin hərəkəti hər hansı nisbi sükunətdə
olan digər cismə nəzərən öyrənilərsə, həmin cisim
hesablama cismi adlanır.
Hesablama sistemi – hesablama cismi, onunla
bağlı koordinat sistemi və vaxtı ölçən cihaz
birlikdə hesablama sistemi adlanır.
Maddi nöqtə düzxətli hərəkət edirsə, onun vəziyyəti bir koordinat, müstəvidə hərəkət
edirsə, iki koordinat, fəzada hərəkət edirsə, üç koordinat (şəkil 1) ilə təyin edilir.
Maddi nöqtənin fəzada vəziyyəti radius vektorla da təyin edilə bilir.
Radius vektor – koordinat başlanğıcını maddi nöqtə ilə birləşdirən vektordur və ⃗r ( t ) ilə
işarə olunur.
Maddi nöqtənin hərəkəti zamanı onun koordinatları zaman keçdikcə dəyişir. Ümumi
halda onun hərəkəti üç skalyar tənliklə
x = x(t)
y = y(t)
z = z(t)
və ya onlara ekvivalent olan r = r(t) vektorial tənliklə təyin edilir.
Trayektoriya – hərəkət edən maddi nöqtənin verilən hesablama sisteminə nəzərən
cızdığı arasıkəsilməz xəttə trayektoriya deyilir.
Trayektoriyanın formasına görə hərəkətlər düzxətli və əyrixətli olur.
Yol – Müəyyən zaman fasiləsində maddi nöqtənin cızdığı hərəkət trayektoriyasının
uzunluğuna gedilən yol deyilir.
Yol müsbət skalyar kəmiyyət olub, BS – də vahidi metrdir. [ ℓ ] =1 m
Yerdəyişmə - maddi nöqtənin başlanğıc vəziyyətini son vəziyyəti ilə birləşdirən
vektordur.
Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət
Trayektoriyanın formasına görə hərəkətlər düzxətli və əyrixətli olmaqla iki yerə bölünür.
Maddi nöqtənin hərəkətləri içərsində ən sadəsi düzxətli bərabərsürətli hərəkətdir.
Düzxətli bərabərsürətli hərəkət – maddi nöqtənin istənilən bərabər zaman fasilələrində
eyni yerdəyişmə icra etdiyi hərəkətdir.
Sürət – maddi nöqtənin yerdəyişməsinin, həmin yerdəyişməyə sərf olunan zaman
müddətinə nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
⃗ ⃗s
ϑ=
t
Sürət vektorial kəmiyyətdir, onun istiqaməti yerdəyişmə vektorunun istiqaməti ilə üst –
üstə düşür.
BS – də sürət vahidi olaraq elə hərəkətin sürəti qəbul edilir ki, bu hərəkətdə maddi
nöqtə 1 san ərzində 1m yerdəyişmə icra etsin. Bu vahid saniyədə metrdir:
[s] m
[ ϑ ]= =1
[ t ] san
Dəyişənsürətli hərəkət – bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edən
cismin hərəkətidir.
Belə hərəkəti xarakterizə etmək üçün orta sürət
anlayışından istifadə olunur.
Orta sürət – trayektoriyanın verilmiş hissəsində
icra edilən yerdəyişmənin zamana olan nisbətinə
bərabər olan fiziki kəmiyyətdir:
Fərz edək ki, maddi nöqtə müəyyən trayektoriya
boyunca hərəkət edir və kiçik Δt zamanı ərzində A
vəziyyətindən B vəziyyətinə gəlir, yəni, onun
yerdəyişməsi Δ ⃗r vektoruna bərabər olur (Şəkil 2).
Yerdəyişmə vektorunun sərf olunan zamana
nisbətinə orta sürət vektoru deyilir:
Δ ⃗r
ϑ or=
Δt (2)
Orta sürət vektorunun istiqaməti yerdəyişmə vektorunun isiqaməti ilə eyni olur. Burada Δt
zamanını sonsuz azaltsaq hərəkətin ani sürətini almış olarıq:
⃗ϑ = lim Δ⃗r = d ⃗r
Δt→ 0 Δt dt (3)
Ani sürət – Cismin verilmiş anda, trayektoriyanın verilmiş nöqtəsindəki sürətinə ani
sürət deyilir. Zaman azaldıqda ΔS məsafəsi |Δ⃗r| vektorunun moduluna yaxınlaşır. Onda
ani sürətin ədədi qiyməti
Δ⃗r |Δ⃗r | ΔS dS
ϑ =|ϑ⃗|=|lim |= lim =lim =
Δt →0 Δt Δt →0 Δt Δt dt
Δt →0

olar. Bərabərsürətli hərəkərtdə ani sürətin ədədi qiyməti sabit qalır, onda t, t + Δt zaman
ərzində gedilən yol
t+ Δt
S= ∫ ϑ dt=ϑΔt
t (4)
ifadəsindən təyin olunar.
Dəyişən sürətli hərəkətdə sürətin zamana görə dəyişməsi əsas rol oynayır. Sürətin
zamana görə dəyişməsini təyin edən kəmiyyət təcil adlanır.
Fərz edək ki, maddi nöqtə müəyyən trayektoriya boyunca hərəkət edir və Δt zamanı
⃗ ⃗
ərzində sürətin dəyişməsi Δ ϑ =ϑ 2−ϑ 1 olur. Bu zaman hərəkətin orta təcili

Δϑ
⃗a or =
Δt (5)
olar. Hərəkətin təcilinin ani qiyməti isə
Δϑ d ⃗ϑ
a = lim
⃗ =
Δt →0 Δt dt (6)
Deməli təcil sürətin zamana görə
birinci tərtib törəməsidir.
(6) düsturundan aydın olur ki,
a =0 olarsa ⃗υ =const , yəni hərəkət

bərabərsürətli olur, ⃗a =const olarsa,
hərəkət bərabərtəcilli hərəkət adlanır.
Bərabərsürətli hərəkətdə gedilən yol
(4) düsturuna əsasən
s=υ( t 2 −t 1 )=υΔt ilə hesablanır.
Başlanğıcda t 1=0 anında sürət 0
υ
olarsa bərabərtəcilli hərəkətdə t anında sürət (6) düsturuna əsasən
t
υ=∫ adt=υ 0 + at
0 ,

gedilən yol isə


t
at 2
s=∫ (υ 0 +at )dt=υ 0 t +
0 2 (7)
olar. Bərabərdəyişən hərəkətdə sürətin və gedilən yolun zamandan asılılıq qrafiki şəkil 3-
də verilmişdir.

Əyrixətli hərəkət. Tangensial və normal təcil


Cismin hərəkət trayektoriyası əyri xətt şəklindədirsə belə hərəkət əyrixətli hərəkət
adlanır. Əyrixətli hərəkətdə sürətin həm qiyməti həm də istiqaməti dəyişə bilər. Əyrixətli
hərəkətdə ani sürəti tapmaq üçün yerdəyişmə vektorunu sonsuz kiçiltməklə limitə keçmək
lazımdır.
⃗Δ ⃗r ⃗d ⃗r
ϑ = lim =
Δt→ 0 Δt dt
Əyrixətli hərəkətdə trayektoriyanın istənilən noqtəsində ani sürətin istiqaməti həmin
noqtəyə çəkilmiş toxunanın istiqaməti ilə eyni olur (Şəkil 1).

Şəkil 1 Şəkil 2
Əyrixətli hərəkətin ən sadə növü çevrə üzrə bərabərsürətli hərəkətdir (Şəkil 2).
Çevrə üzrə bərabərsürətli hərəkətdə sürətin modulu çevrənin bütün nöqtələrində eynidir:
ϑ =const , sürətin istiqaməti isə hər nöqtədə müxtəlifdir. Əyrixətli hərəkətdə ancaq sürətin
istiqamətinin dəyişməsindən alınan təcil normal təcil adlanır. Normal təcilin riyazi ifadəsini
çıxaraq. Şəkil 2 – dən üçbucaqların oxşarlıq əlamətlərindən yazmaq olar:
Δ ABO ~ Δ BCD
CD BC
=
AB OA
Məlumdur ki, AB = ∆S; OA = R və ‌|BC|‌‌= |BD| =
ϑ olduğundan yazmaq olar:
Δϑ ϑ
=
ΔS R ;
ΔS =ϑΔt olduğunu nəzərə alaq.
Δϑ ϑ
=
ϑΔt R
Δϑ ϑ 2
=
Δt R
Δϑ ϑ 2
a n= lim =
Δt →0 Δt R - normal təcil adlanır.
Normal təcil sürətin istiqamətinin dəyişməsi nəticəsində yaranır. Normal təcilin istiqaməti
radius boyunca çevrənin mərkəzinə doğru yönəlir.
İndi isə daha ümumi hala baxaq (şəkil 3). Burada sürətin həm qiyməti həm də
istiqaməti dəyişir.
KD=Δ ⃗
ϑ=ϑ⃗ 2− ⃗
ϑ1
Δ ϑ⃗ vektorunu iki toplanana ayırmaq olar:
Δ ϑ⃗ = Δ ⃗ϑ n + Δ ⃗ϑ t
Δ ϑ⃗ n - sürətin istiqamətinin dəyişməsini təmsil edir. Δ ϑ⃗ t - sürətin qiymətinin dəyişməsini
təmsil edir.
Δ⃗
ϑ Δ⃗
ϑn Δ⃗
ϑt

a = lim = lim + lim =⃗an + ⃗
at
Δt →0 Δt Δt →0 Δt Δt →0 Δt
a t - tangensial təcildir. Əyrixətli hərəkətdə sürətin qiymətinin
dəyişməsindən alınan təcil tangensial təcil adlanır.
Tangensial təcil əyriyə toxunan istiqamətdə yönəlir. Ümumi
şəkildə tam təcilin modulu belə ifadə olunur:

a= a 2 + a 2
n t

Fırlanma hərəkətinin kinematikası


Maddi nöqtənin çevrə boyunca bərabərsürətli
olmayan fırlanma hərəkəti
Fırlanma hərəkəti icra edən maddi nöqtə t = 0 anında A vəziyyətində olur. ∆t
müddətindən sonra ∆φ qədər dönmə bucağı icra edib B vəziyyətində olacaqdır.
Bucaq sürəti – radius vektorunun dönmə bucağının, bu dönməyə sərf olunan zamana
nisbəti ilə ölçülən kəmiyyətdir. Orta bucaq sürəti belə tapılır:
Δϕ
ω or .=
Δt
Ani bucaq sürətini isə belə hesablamaq olar:
Δϕ dϕ
ω= lim =
Δt →0 Δt dt
rad
ω=1 .
Bucaq sürətinin vahidi saniyədə radiandır: san
ω=const olduqda çevrə üzrə bərabərsürətli hərəkət alınar.
2π 1 ω
ω= =2 πν ν= =
T ; T 2 π ; ω=2 πν
Xətti sürət ilə bucaq sürəti arasındakı əlaqə düsturunu
çıxaraq. Məlumdur ki, mərkəzi bucaq, qövs və çevrənin
radiusu arasında belə bir münasibət vardır: ΔS=RΔϕ
Sürət üçün yazmaq olar:
ΔS RΔϕ Δϕ
ϑ = lim = lim =R lim =Rω
Δt→ 0 Δt Δt →0 Δt Δt → 0 Δt
(1)
Bucaq sürəti vektorial kəmiyyətdir. Bucaq sürəti vektorunun istiqamətini burğu qaydası ilə
təyin edirlər. Sağ burğunun dəstəyinin hərəkəti cismin fırlanma istiqaməti ilə eynidirsə,
onda burğunun ucunun irəliləmə hərəkəti bucaq sürəti vektorunun istiqamətini göstərir. (1)
münasibətini vektor şəklində yaza bilərik:
⃗ϑ =[ ω
⃗ ⃗R ]
⃗ ⃗ - ya, həm də R - ə perpendikulyardır.
ϑ vektoru həm ω
⃗ ⃗R )=ωR sin 900
ϑ =ωR sin ( ω
Bucaq sürəti həm qiymətini həm istiqamətini dəyişə bilər. Bu dəyişmə bucaq təcili adlanan
( β ) kəmiyyətlə xarakterizə edilir. Bucaq təcili belə təyin olunur:
Δω dω
β= lim =
Δt →0 Δt dt
β - nın modulu 0-dan böyükdürsə o ω istiqamətində, 0-dan kiçikdirsə ω -nın əksinə
rad
β=1
yönəlir. Bucaq təcilinin vahidi - san 2 - dır.
Mərkəzə qaçma təcili ilə bucaq sürəti arasındakı əlaqəni müəyyən edək.
ϑ 2 ω2 R 2
a= = =ω 2 R
R R
Xətti təcilin tangensial komponenti ilə bucaq təcili arasındakı əlaqəni müəyyən edək.
Məlumdur ki,
Δϑ t
a t = lim ϑ =ωR
Δt→ 0 Δt və t
Onda
Δ ( ωR ) Δω
a t = lim =R lim =βR
Δt→ 0 Δt Δt →0 Δt
a t =βR ifadəsi xətti təcilin tangensial komponenti ilə bucaq təcili arasındakı əlaqəni
müəyyən edir.
Nöqtə çevrə boyunca, bərabərdəyişən hərəkətdə iştirak edərsə, onda, bucaq sürəti
β⋅t 2
ω=ω + βt ϕ=ω0 t +
üçün 0 və dönmə bucağı üçün isə 2 ifadələrini yazmaq olar. ω 0 -
başlanğıc bucaq sürətidir. Dönmə bucağı üçün həmçinin
2 2
ω −ω0
φ=

ifadəsini yazmaq olar.
Nyuton qanunları
Nyutonun birinci qanunu
Dinamika cisimlərin hərəkətini onu doğuran səbəblə birlikdə öyrənir. Nyuton özündən
əvvəlki alimlərin mülahizələrini və özünün nəzəri tədqiqatlarını ümumiləşdirib dinamikanın
üç qanununu müəyyən etmişdir. Nyutonun qanunları mexanikanm kinematika və dinamika
hissələrini, başqa sözlə hərəkətin kinematik və dinamik qanunauyğunluqlarını üzvi şəkildə
əlaqələndirmişdir.
· Nyutonun birinci qanunu: Elə hesablama sistemləri mövcuddur ki, bu sistemlərdə
cisimlərə başqa cisimlər təsir etməzsə və ya təsir edən bütün qüvvələr bir – birinin təsirini
kompensasiya edərsə, cisim ya sükunətdə qalar və ya düzxətli bərabərsürətli hərəkət
edər.
Nyutonun birinci qanunu göstərir ki, cisim öz sükunət və ya düzxətli bərabərsürətli
hərəkət halını dəyişməsi üçün ona kənar maddi cisimlər təsir etməlidir.
Nyutonun birinci qanunu bilavasitə təcrübi faktlarla yoxlanmasa da müşahidələr və
nəzəri mühakimələr əsasında başa düşülür. Qanundan görünür ki, cismin sükunət və ya
düzxətli bərabərsürətli hərəkət halı eyni mexaniki haldır. Hər iki halda cismin təcili sıfırdır.
Cisimlərin hərəkətinin (xüsusi halda sükunət halının) xarakterini hesablama sistemlərinə
nəzərən müəyyən edirlər. Nyutonun birinci qanunu xüsusi tələblərə cavab verən
hesablama sistemlərində ödənir. Belə ki, bu sistemlərdə cismə kənar cisimlər təsir
etməyincə o sükunət, yaxud düzxətli bərabərsürətli hərəkət halım saxlamalıdır. Bu şərti
ödəyən sistemlər ətalət hesablama sistemləri (inersial) adlandığından Nyutonun birinci
qanunu ətalət qanunu da adlanır. Başlanğıcı Günəşdə yerləşən, koordinat oxları isə bir-
birinə perpendikulyar qalmaq şərti ilə müəyyən ulduzlara tərəf yönələn hesablama sistemi
ətalət hesablama sistemi kimi qəbul oluna bilər. Nyutonun birinci qanunu ödənməyən
sistemlər isə qeyri-ətalət hesablama sistemləri adlanır. Yerlə bağlı hesablama sistemləri
qeyri-ətalət sistemlərinə misaldır. Yerin öz oxu və Günəş ətrafında fırlanması onunla bağlı
hesablama sistemlərindəki cisimlərdə əlavə təcil yaradır. Lakin Yerin istər öz oxu, istərsə
də Günəş ətrafında fırlanması nəticəsində yaranan təcil çox kiçik olduğundan praktik
olaraq Yerlə bağlı hesablama sistemlərini də ətalət hesablama sistemi kimi qəbul edib,
dinamika qanunlarını Yerdə öyrənə bilərik. Nyutonun birinci qanununun elmdə tarixi rolu
məhz ətalət və qeyri-ətalət hesablama sistemlərini aşkara çıxarmaq olmuşdur.
Cisimlərin sükunət halını və ya düzxətli bərabərsürətli hərəkətini saxlamaq qabiliyyəti
onların ətaləti və ya inersiyası adlanır.
Nyutonun ikinci qanunu.
Təcrübələr göstərmişdir ki, müxtəlif cisimlərin ətalətliliyi müxtəlifdir. Eyni materialdan
hazırlanmış kiçik cismin ətaləti kiçik, böyük cismin ətaləti böyük olur. Cismin ətalət ölçüsü
olaraq kütlə anlayışı daxil edilir, m ilə işarə olunur və BS-də kq-la ölçülür. Cisimlər
arasındakı qarşılıqlı təsir ölçüsü olaraq qüvvə anlayışından istifadə edilir, F ilə işarə olunur
və BS-də onun vahidi N (Nyuton) qəbul edilir. Qüvvə vektordur. Nyuton cismə təsir edən
qüvvə ilə onun hərəkətinin dəyişməsi arasında əlaqəni müəyyən etmişdir. Bu əlaqə onun II
qanunu ilə verilir.
·Nyutonun ikinci qanunu: Qüvvə təsiri nəticəsində cismin əldə etdiyi təcil, ona tətbiq
olunmuş qüvvə ilə düz, həmin cismin kütləsi ilə tərs mütənasibdir.

F
a=

m (1)
Buradan
⃗F =m ⃗a (2)
Axırıncı ifadə irəliləmə hərəkətinin dinamikasının əsas tənliyi adlanır.
(1) ifadəsində F = 0 götürsək, m ≠ 0 olduğundan a = 0 alırıq. Deməli qüvvə təsir
etmədikdə cismin təcili sıfıra bərabər olur və Nyutonun birinci qanunu ikinci qanunundan
xüsusi hal kimi alınır.
(2) ifadəsindən istifadə edərək, BS-də qüvvənin vahidi təyin olunur.
Kütləsi 1kq olan cismə 1m/s2 təcil verən qüvvə 1N (Nyuton) adlanır.
m kqm
1 N=1 kq⋅1 2 =1 2
s s
Nyutonun II qanununu aşağıdakı şəkildə də yazmaq olar.
⃗ ϑ d ( m ϑ⃗ )
d⃗
F =m ⃗a =m =
dt dt (m=const)
kqm
[ P ]=1

Cismin kütləsinin onun sürətinə hasili impuls adlanır: ⃗
P=m⃗v . san İmpuls vektorial
kəmiyyətdir. Onda
⃗ d (m ⃗ϑ) d⃗P
F= =
dt dt (3)
(3) ifadəsi Nyutonun ikinci qanununun daha ümumi şəklidir. Bu şəkildə Nyuton qanunu
həm klassik, həm də relyativistik mexanikada istifadə olunur.
Nyutonun üçüncü qanunu
· Nyutonun üçüncü qanunu: İki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər,
istiqamətcə bir – birinin əksinədir:
⃗F =− ⃗F
12 21 .
⃗ ⃗
Burada F 12 - birinci cismə ikinci cisim tərəfindən tətbiq olunan qüvvə, F 21 - ikinci cismə
birinci cisim tərəfindən tətbiq olunan qüvvədir.
Nəzərə alınmalıdır ki, müxtəlif cisimlərin qarşılıqlı təsir qüvvələri modulca bəraəbr və
istiqamətcə əks olsalar da, heç vaxt bir – birinin təsirini tarazlamır, çünki bu qüvvələr eyni
cismə deyil, başqa – başqa cisimlərə tətbiq edilir.
İmpulsun saxlanma qanunu
Qeyd etdik ki, cismin kütləsinin onun sürətinə hasili impuls adlanır: ⃗ P=m ϑ . İmpuls ⃗
vektorial kəmiyyətdir, istiqaməti sürətin istiqaməti ilə eynidir.
Sistemi təşkil edən cisimlər arasında təsir edən qüvvələri iki yerə ayırmaq olar. Daxili
və xarici. Sistemi təşkil edən cisimlər yalnız bir –birilə qarşılıqlı təsirdə olarsa, belə
qüvvələr daxili qüvvələr adlanır. Sistemə daxil olan cisimlərdən biri sistemə daxil olmayan
başqa bir cisimlə qarşılıqlı təsirdə olarsa, belə qüvvələr xarici qüvvələr adlanır. Xarici
qüvvələr təsir etməyən sistem qapalı sistem adlanır.
Fərz edək ki, hər hansı bir sistem n sayda cisimdən təşkil olunmuşdur. Bu cisimlərin
kütlələri m1, m2,.........mn, aldıqları sürətlər isə ϑ 1 , ϑ 2 ,.......ϑ n - dir. Onda Nyutonun ikinci
qanununa görə ,

yazmaq olar.
d(⃗m1ϑ1)
dt dt } }
d(⃗m2ϑ2)
=⃗f12+⃗f13+…+⃗f1n+F⃗1¿ =⃗f21+⃗f23+…+⃗f2n+F⃗2¿ … … ………… ………… ¿} ¿
(1) ifadələrini tərəf tərəfə toplasaq alarıq:
(1)

n
d (⃗
mi ϑ i ) n
∑ dt =( f 12+ f 21 )+( f 13+ f 31 )+⋯+(f 1 n + f n 1 )+∑ F⃗ i
⃗ ⃗ ⃗ ⃗
i=1 i=1 (2)
f ⃗F
Burada ik - daxili, i -lər isə xarici qüvvələrdir.
Nyutonun üçüncü qanununa görə cisimlərin qarşılıqlı təsiri qiymətcə bərabər və
⃗ ⃗ ⃗ ⃗
istiqamətcə əks olduğundan, yəni, f 12=− f 21 , f 13=− f 31 . (2) ifadəsi aşağıdakı şəklə düşər.
n
d (⃗
mϑ) n
∑ dti i =∑ ⃗F i
i=1 i=1
n
n d (⃗ n
mi ϑ i ) d∑⃗
mi ϑ i
∑ F⃗ i =0 ∑ =0 i=1
=0
Sistem qapalıdırsa, yəni i=1 - sa, onda i=1 dt və ya dt ,⇒
n
∑ (⃗
mi ϑ i )=const
i=1 (3)
n
P1 + P 2 +.. .+ Pn =∑ Pi =const
i =1

(4)
alınar.
Deməli, qapalı sistem təşkil edən cisimlərin qarşılıqlı təsiri zamanı onların impulslarının
cəmi sabit qalır. Bu impulsun saxlanma qanunudur. İmpulsun saxlanması qanunu təbiətin
fundamental qanunlarından biri olub fəzanın bircinsliliyindən alınır.
Suallar

1. Fizika elmi nəyi öyrənir?


2. Kinematika nəyi öyrənir?
3. Mexaniki hərəkət nəyə deyilir?
4. Mexanikanın əsas məsələsi nədən ibarətdir?
5. Maddi nöqtə nəyə deyilir?
6. Hesablama sistemi dedikdə nə başa düşülür?
7. Hansı vektora radius vektor deyilir?
8. Maddi nöqtənin hərəkət tənliklərini ifadə edin?
9. Trayektoriya, yol və yerdəyişmənin təriflərini söyləyin.
10. Trayektoriyanın formasına gorə hərəkətin neçə növü var və hansılardır?
11. Hansı hərəkət düzxətli bərabərsürətli hərəkət adlanır?
12. Sürət nəyə deyilir və hansı vahidlə ifadə olunur?
13. Orta və ani sürətləri izah edib riyazi ifadələrini yazın.
14. Hansı kəmiyyət təcil adlanır və vahidi necə ifadə olunur?
15. Hansı hərəkət bərabərtəcilli hərəkət adlanır.
16. Bərabərtəcilli hərəkətdə sürət və yol düsturlarırı yazın.
17. Hansı hərəkət əyrixətli hərəkət adlanır və əyrixətli hərəkətdə ani sürət nacə tapılir?
18. Əyrixətli hərəkətdə ani sürətin istiqaməti istiqamətini söyləyin.
19. Hansı təcil normal təcil adlanır və riyazi ifadəsi necə yazılır?
20. Normal təcilin istiqamətini söyləyin.
21. Hansı təcil tangensial təcil adlanır və istiqaməti necə yönəlir?
22. Bucaq sürəti nəyə deyilir və hansı vahidlə ifadə olunur?
23. Bucaq sürətinin istiqamətinin təyin edilməsi qaydasını söyləyin.
24. Bucaq təcili nəyə deyilir və hansı vahidlə ifadə olunur?
25. Xətti təcilin tangensial komponenti ilə bucaq təcili arasındakı əlaqəni yazın.
26. Nöqtənin çevrə boyunca bərabərdəyişən hərəkəti zamanı bucaq sürətinin və dönmə
bucağının ifadələrini yazın.
27. Dinamika nəyi öyrənir?
28. Nyutonun birinci qanununu ifadə edin.
29. Hansı halda cisim öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını dəyişir?
30. Hansı hesablama sistemində Nyutonun birinci qanunu ödənilir?
31. Hansı hesablama sistemləri ətalət hesablama sistemləri (inersial) adlanır?
32. Ətalət hadisəsi nəyə deyilir?
33. Cismin ətalət ölçüsü nədir?
34. Qüvvə anlayışı necə ifadə olunur?
35. Nyutonun ikinci qanunu II qanunu necə ifadə olunur?
36. Qüvvənin vahidi nədir?
37. Cismin impulsu nəyə deyilir?
38. İmpulsun vahidi nədir?
39. Nyutonun üçüncü qanunu necə ifadə olunur?
40. İmpulsun saxlanma qanununu söyləyin.

Ədəbiyyat

1. N. Qocayev. “Ümumi fizika kursu (Mexanika)” Bakı, 2011. S. 41-161.


2. K.D. Hüseynov. “Mexanika”, Bakı, 2001. s.14 -38, 48 – 57.
3. F.A. Əhmədov. “Mexanika və molekulyar fizika”, Bakı, 2007. S.5 – 30.
4. B.Z. Əliyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.12 – 47.
5. N.M.Mehdiyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.11 – 28.
6. Т.И.Трофимова. Курс физики. Москва. 2006. c.7 – 21.
7. Niftalı QOCAYEV ÜMUMİ FİZİKA KURSU I Cild MEXANİKA
8. Mexanika və molekulyar fizika » KitabYurdu.org
9.
Ümumi fizika kursu. Fizika www.anl.az › Kitab › Azf-274365
10. _mehdiyev.nmders-ves.fizika-kursuma
11. Курс физики. Трофимова Т.И.
12. Fizika. R.Rzayev – UNEC unec.edu.az › uploads › 2015/01 › fizika2211

You might also like