You are on page 1of 63

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

İNŞAAT KONSTRUKSİYALARI KAFEDRASI

ELXAN ƏFQAN oğlu MƏHƏRRƏMOV

MAGİSTR DİSSERTASİYASI

MÜASİR RUS İNŞAAT NORMALARI ƏSASINDA SIXILAN


DƏMİR-BETON ELEMENTLƏRİNİN HESABLANMASI
METODİKASININ İŞLƏNMƏSİ

Elmi rəhbər: t.ü.f.d.,

Dosent

Ramiz Dadaş oğlu Əliyev

Bakı-2017
2

MÜNDƏRİCAT

GİRİŞ.............................................................................................................................4

I FƏSİL: SIXILAN ELEMENTLƏR, ÜMUMİ KONSTRUKTİV


XÜSUSİYYƏTLƏRİ. HESABLAMA PRİNSİPİ.....................................................6

1.1 Rus normaları. Hesablama metodlarının inkişaf tarixi......................................6

1.2 Dəmir-beton konstruksiyaların I qrup həddi hala görə hesablanmasının ümumi


müddəaları.................................................................................................................8

1.3 Sıxılan elementlərin ümumi konstruktiv xüsusiyyətləri..................................14

II FƏSİL: TƏSADÜFİ EKSENTRİSTETLƏ SIXILAN DƏMİR-BETON


KONSTRUKSİYALARI...........................................................................................18

2.1 Təsadüfi eksentristetlə sıxılan elementlərin hesablanması ..............................18

2.2 Təsadüfi eksentristetlə sıxılan dəmir-beton elementlərin hesablanmsı............21

2.3 Mərkəzi sıxılan sütunların hesablanması metodikası.......................................28

2.4 Simmetrik armaturlanmış mərkəzi sıxılan sütunun hesablanmasına aid məsələ


№1...........................................................................................................................30

III FƏSİL: MƏRKƏZDƏNXARİC SIXILAN DƏMİR-BETON


KONSTRUKSİYALARI...........................................................................................34

3.1 Mərkəzdənxaric sıxılan elementlərin layihələndirilməsi................................34

3.2 Mərkəzdənxaric sıxılan elementlərin dağılmasının 2 halı. Simmetriya


müstəvisində ixtiyari kəsik üçün hesabi düsturlar.................................................39

3.3Mərkəzdənxaric sıxılan elementlərin hesablanması ........................................43


3

3.4 Mərkəzdənxaric sıxılan sütunların hesablanması metodikası.........................51

3.5 Mərkəzdənxaric sıxılan elementlərdə çevikliyin nəzərə alınması ..................53

3.6 Simmetrik armaturlanmış mərkəzdənxaric sıxılan sütunun hesablanmasına aid


nümunə №1 ...........................................................................................................57

ƏSAS NƏTİCƏLƏR............................. ..............................................................60

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT.................................................................61


4

GİRİŞ

Mövzunun aktuallığı: Böyük şəhərlərdə bina və qurğuların sıx inşa edilməsi


və bu səbəbdən də onların mərtəbələrinin sayının artması tendensiyası müşahidə
olunur. İlk növbədə buna səbəb kimi torpaq sahələrinin qıtlığı və baha olmasını
göstərmək olar. Belə binalarda mərtəbələrin artırılması tikinti sahəsinin və xərclərin
azaldılması ilə nəticələnir.

Mərtəbələrin sayının artması ilə yükdaşıyan konstruksiyalara düşən yüklər


əhəmiyyətli dərəcədə artır. Dəmir-beton konstruksiyalar müasir sənaye və mülki
tikintinin bazası hesab edilir. Dəmir-beton konstruksiyalarından bir mərtəbəli və çox
mərtəbəli sənaye binaları, çoxmərtəbəli mülki binalar, ictimai binalar və bir sıra başqa
təyinatlı binalar inşa olunur.

Dəmir-beton sütunlar karkas binaların əsas yükdaşıyan konstruksiyası olmaqla,


sənaye tikintilərində istifadə edildiyi kimi eləcə də mülki tikintidə istifadə olunur.
Yaşayış binaların tikintisində adətən monolit dəmir-beton sütunları tətbiq edilir,
sənaye tikintisində isə daha çox yığma sütunlardan istifadə olunur.

Mülki binalarda mərtəbələrin sayının artması ilə əlaqədar olaraq yüklərin


artması zamanı dəmir-beton sütunlarda armaturlanma faizini çoxaldırlar.

Ümumiyyətlə inşaat normaları dedikdə, şəhərsalma fəalliyyətinin həyata


keçirilməsini tənzimləyən, texniki, iqtisadi və hüquqi xarakterli həmçinin mühəndis
tədqiqatlarının, memarlıq-inşaat planlaşdırılmasının və tikintinin normativ aktlarının
icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş məcmusu nəzərdə tutulur.

Bina və qurğular yerli orqanların təsdiq etdiyi normalara uyğunlaşdırılmalıdır.


Bu normaların başlıca məqsədi, bina və qurğulardakı sakinlərin ictimai sağlamlığını
qorumaq, təhlükəsizliyinin və rifahının yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.
5

Hazırki Rusiya Federasiyasının qüvvədə olan “İnşaat Normaları və Qaydaları”


(СНиП) , inşaatın bütün sahələrinə, o cümlədən mülki və sənaye tikintisinə, nəqliyyat
tikintisinə, hidrotexniki və başqa tip tikintilərə şamil edilir.

Praktiki əhəmiyyəti: Mərkəzi sıxılan və mərkəzdənxaric sıxılan elementlərin


Rusiya Federasiyasının normativ sənədlərinə əsaslanaraq hesablanması metodikası
işlənilmişdir. Həmçinin sıxılan elementlər haqqında qısa məlumatlar, konstruktiv
xüsusiyyətləri qeyd olunmuşdur. Mövzuya aid tədqiqat aparan mühəndis-
konstruktorlar, tələbə və magistrlar istifadə edə bilər.

İşin elmi yeniliyi:

— Müasir rus inşaat normalarına əsaslanaraq sıxılan dəmir-beton


konstruksiyalarının layihələndirilməsi və hesablanması tədqiq olunmuşdur;
— Hesablama metodikası işlənilmişdir;

— Hesablama alqoritmin tərtib olunmuş və nümunəvi həllər göstərilmişdir;

Dissertasiya işinin informasıya bazasını Rusiya Federasiyasının normativ


sənədləri, normativ sənədlər haqqında müxtəlif kitablar, nəşrlər, hesabatlar, metodiki
göstərişlər təşkil edir.

Tədqiqatın obyekti: Müasir rus inşaat normalarına əsasən sıxılan dəmir-beton


elementlərinin hesablanması metodikasının işlənilməsi.

Dissertasiyanın həcmi və strukturu. Dissertasiya işinin strukturu girişdən, 3


fəsildən, 62 kompüter səhifəsi, nəticə və 24 adda ədəbiyyat siyahısından ibarətdir.
6

I FƏSİL

SIXILAN ELEMENTLƏR, ÜMUMİ KONSTRUKTİV XÜSUSİYYƏTLƏRİ.


HESABLAMA PRİNSİPİ

1.1 Rus normaları. Hesablama metodlarının inkişaf tarixi

Rusiyada dəmir-beton konstruksiyalarının layihələndirilməsində, ilk normalar


və texniki şərtlər buraxıla bilən gərginliklər metoduna əsaslanaraq, 1907-1908-ci
illərdə meydana gəlmişdir. Bu illər ərzində rus alimlər və mühəndislər dəmir-beton və
onun praktikada tətbiqi haqqında çoxlu nəzəriyyələr irəli sürdülər. O cümlədən,
sıxılan elementlərdə əlavə armaturlanma xüsusiyyətləri haqqında təkliflər irəli
sürülmüş, tirsiz və çoxqabırğalı örtüklərin layihələndirilməsi yerinə yetirilmişdir.
1920-ci ildə Rusiyada, qeyri-elastiki deformasiyanın nəzərə alınması ilə dəmir-
beton elementlərin hesablanmasının prinsipal olaraq yeni metodu meydana gəldi.
Geniş tədqiqatlar, dəmir-beton konstruksiyalarının dağıdıcı qüvvələrə görə
hesablanmasının yeni metodikasını (hansı ki həmin illərdə dəmir-beton
konstruksiyalarının layihələndirilməsinin texniki şərtləri və normalarının əsasını təşkil
edirdi) işləməyə imkan verirdi. Bu metodika, elementlərin en kəsiyinin plastiki-
dağılma prinsipinə (A.F.Loleyta prinsipi) əsaslandırılmışdır, hansı ki, bu prinsipə
əsasən dartılan armaturdakı və sıxılan betondakı gərginlik eyni vaxtda həddi
gərginliyə çatır. Bu prinsipin istifadə olunması, daxili və xarici qüvvələrin müvazinət
şərtindən elementlərin möhkəmliyini təyin etmək üçün hesabi düsturların alınmasına
imkan verdi. Onu da qeyd edək ki, bu metoddan dövrümüzə qədər istifadə edən
ölkələr vardır (məs. Almaniya) [4].

Dəmir-beton nəzəriyyələri 1955-ci ildə konstruksiyaların həddi-hala görə


hesablanması metodunun yaradılması ilə növbəti inkişaf mərhələsinə keçdi. Bu
metoda əsaslanaraq layihələndirmə normaları (НиТУ123-55 və СН10-57) daha sonra
isə İnşaat norma və qaydaları (СниП II-B. 1-62) işlənilmişdir. Müqayisə üçün qeyd
7

edək ki, ABŞ-da “Buraxılabilən gərginliklər” üsulu tam ölçüdə 1965-ci ilədək qəbul
edilmişdir. Və ancaq bundan sonra, konstruksiyaların dağıdıcı qüvvələrə görə və
həddi hala görə hesablanılmasına keçid başlanılmışdır. Həmçinin digər ölkələr, Böyük
Britaniya, Almaniya, Fransa “klassik” metoddan xeyli sonra imtina etmişlər [4].

Nəzəri və təcrübi məlumatların toplanması baxımından rus normaları


təkmilləşdirilmiş və tamamlanmışdır. Beləki, 1971-1975-ci illərdə norma əsasları
yenidən müzakirə olundu (СНиП II-21-75). Sonralar, ona yeni dəyişikliklər və
əlavələr olundu, həmçinin ЕКБ/ФИП-in tövsiyyələrinə uyğunluğu ifadə edildi.

Hazırki dövrümüzdə, bir çox ölkələr dəmir-beton konstruksiyalarının


hesablanmasında həddi-hal üsulundan istifadə edirlər, hansı ki, onun hazırlanmasında
Rusiyanın prioriteti danılmazdı.

Bu üsulda elementin möhkəmliyi dağılma anında təyin olunması ilə xarakterizə


edilir. Bu hesablama üsulunda istifadə edilən fərziyyələr aşağıdakılardır:

- Beton və armaturdakı gərginliklər həddi qiymətə dağılma anında eyni vaxtda


çatır;
- Yük altında konstruksiyanın işinin təhlükəsizliyi əmsallar qrupu vasitəsi ilə
təyin olunur;
- Beton və armaturun elastiklik modulları sabit kəmiyyət kimi qəbul edilir;
- Deformasiyadan əvvəl elementin oxuna nəzərən normal müstəvilər
deformasiyadan sonra da öz müstəviliklərini saxlayırlar və s.

Hal-hazırda bina və qurğuların hesablanmasında istifadə olunan ən geniş


yayılmış hesablama metodu “Sonlu elementlər metod”dur. Bu metod əsasında tərtib
olunmuş “Lira” və bir neçə başqa proqramlar ən geniş yayılmış və kütləvi şəkildə
istifadə olunan proqramlardır.
8

Həddi hal iki qrupa bölünür. I qrup həddi-halda konstruksiyaların yükgötürmə


qabiliyyəti, dayanıqlığı hesablanır, II qrup həddi-halda isə konstruksiyanın normal
istismara yararlığı yoxlanılır.

1.2 Dəmir-beton konstruksiyaların I qrup həddi hala görə hesablanmasının


ümumi müddəaları

Əyici və yaxud mərkəzdənxaric yükləri qəbul edən elementlərdə dağılma


prosesi iki hal üzrə baş verə bilər: Birinci halda plastiki dağılma, ikinci halda isə
kövrək dağılma. Dağılma halları,elementin en kəsiyinin armaturlanma faizindən,
armaturun mexaniki xassələrindən eyni zamanda dartılan və sıxlan zonalarda yaranan
gərginliklərdən asılıdır. Plastiki dağılma, dartılan armaturun axıcılıq həddinə çatması
9

ilə başlayır və bu da öz növbəsində çatların açılmasına səbəb olur. Həmçinin əyilmə


artır və betonun sıxılan zonasının hündürlüyü çoxalır. Nəticədə sıxılan betondakı
gərginlik öz həddi qiymətinə çatır.

Həddi qüvvələrə görə hesablama prinsipi, hansı ki müvafiq olaraq elementin


dağılması dartılan armaturun və sıxılan zonadakı betonun həddi müqavimət
qiymətlərinə eyni zamanda çatması A.F. Loleyte prinsipi kimi tanınır. O dağıdıcı
qüvvələrə görə hesablama metodikasının daha sonra isə həddi hala görə hesablama
metodikasının əsasını qoymuşdur. Plastiki dağılma prinsipi, en kəsiklərlərdə hansı ki
müvazinət həddi halına çatmasını müstəvi en kəsik fərziyyələrindən istifadə etmədən
təmin edən elementlərin hesablanmasına icazə verir. Bu halda, statiki müvazinət
tənliklərinə əsaslanırlar. Bu prinsip eləcədə dağılma sıxılan zonada baş verdikdə
qırılma zamanı kiçik nisbi uzanmalar olan dartılan armaturlarla armaturlanmış
elementlərin hesablanmasında tətbiq olunur [4].

Elementlər həmçinin yüksək armaturlanma faizi (armaturun tipindən asılı


olmayaraq) olarsa sıxılan zona üzrə dağılır, hansı ki dartılan zonadakı armatur həddi
gərginliyə çatmır (ikinci hal).

Dağılma birinci və ikinci halın sərhədində sıxılan zonanın nisbi


hündürlüyündən ξ asılı olaraq meydana çıxır.

Dağılan elementlərin xüsusiyyətlərinə ardıcıllıqla baxaq.

Elementlərin uzununa oxuna nəzərən normal kəsik üzrə (əyici, mərkəzdənxaric


sıxılma, mərkəzdənxaric dartılma zamanı), III mərhələdə gərginliyin ikişarəli
qiymətinə ilə həmçinin gərginlik deformasiya halı eyni müşahidə olunur (Şəkil 0.1).
10

Şəkil 1.1 İkiişarəli gərginlik epürü ilə (dağılmanın birinci halı) elementlərin normal
kəsik üzrə möhkəmliyə hesablanması: a) - əyilən; b) – mərkəzdənxaric sıxılan; c) –
mərkəzdənxaric dartılan
11

Həddi qüvələrə görə hesablama zamanı aşağıdakı başlanğıc vəziyyətlər qəbul


olunur:

- betonun dartılan zonası işləmir, bu zonada bütün qüvvələri armatur qəbul edir,
armaturdakı gərginlik hesabi müqavimət qiymətinə çatır (σs=Rs);
- betonun sıxılan zonasındakı gərginlik hesabi müqavimət qiymətinə bərabərdir
(Rb), bu halda gərginliyin epüründə bölgülər düzbucaqlı alınır;

Baxdığımız hesabi sxem üzrə statiki müvazinət şərti (möhkəmlik şərti)


aşağıdakı yazıla bilər.

Birincisi, hər hansı nöqtəyə nisbətən xarici hesabi qüvvələrdən yaranan


moment, eyni nöqtəyə nəzərən daxili qüvvələrdən yaranan momenti keçməməlidir
(fərz edək ki, dartılan armaturun ağırlıq mərkəzində nəzərən moment alırıq).

M ≤ M ult =Rb Sb + R sc A s z s (1.1)

burada; M - dartılan armaturun ağırlıq mərkəzinə nəzərən xarici qüvvələrin


təsirindən yaranan əyici momentdir, mərkəzdənxaric sıxılan və mərkəzdənxaric
dartılan elementlər üçün bu Ne –dir (e- burada boyuna qüvvənin təsir xətti ilə dartılan
armaturun ağırlıq mərkəzinə qədər olan məsafədir); Sb – dartılan armaturun ağırlıq
mərkəzinə nəzərən betonun sıxılan zonasının statiki moment sahəsidir; z s – dartılan
armaturun ağırlıq mərkəzi ilə sıxılan armaturun ağırlıq mərkəzi arasındakı məsafədir;

İkincisi, betonun sıxılan zonasının hündürlüyü x , elementin boyuna oxuna


nəzərən bütün qüvvələrin proyeksiyaları cəmindən təyin olunur.

Rb Ab + R sc A s −Rs A s ± N=0 (1.2)


12

burada; Ab – betonun sıxılan zonasının sahəsidir, N – boyuna sıxıcı (mənfi işarə


ilə) və ya boyuna dartıcı (müsbət işarə ilə) qüvvədir, əyilən elementlər üçün N=0.
Elementlərin ikinci hal üzrə dağılması adətən kiçik eksentristetlə
mərkəzdənxaric sıxılma və həmçinin əyilən elementlərdə baş verir.

Bu halda, elementlərin dağılması sıxılan zonadan başlayır, hansı ki, beton və


armaturlar həddi müqavimətə çatır Rb və R sc. Dartılan armaturdakı gərginlik həm
dartılan həm də sıxılan olmağından asılı olmayaq istənilən halda armaturdakı
gərginlik həddi müqavimətdən az olur R s ≥ σ s ≥ Rsc .

Növbəti hesabi sxemə (Şəkil 0.2) nəzər salaraq aşağıdakı iki müvazinət şərtini
yaza bilərik:

1. Dartılan armaturun ağırlıq mərkəzinə nəzərən daxili və xarici yüklərdən


yaranan momentlərin cəmi:

M ≤ M ult =Rb Sb + R sc A s z s (1.3)

2. Elementin boyuna oxuna nəzərən daxili və xarici yüklərin proyeksiyalarının


cəmi:

Rb Ab + R sc A s −σ s A s ± N=0 (1.4)
13

Şəkil 2.2. Dağılmanın ikinci halında, normal kəsiyin möhkəmliyə hesablanması sxemi:
a - əyilən elementlər, b- mərkəzdənxaric sıxılan elementlər;
14

1.3 Sıxılan elementlərin ümumi konstruktiv xüsusiyyətləri

Mərkəzi sıxılan elementlər dedikdə aşağıdakı konstruksiya elementlər nəzərdə


tutulur: bina və qurğularda aralıq sütunlar, fermanın yuxarı kəməri, düyünlərdə
birləşən fermanın dirək və dirsək milləri və bir sıra başqa konstruktiv elementlər.
Konstruksiya elementinin real öçülərinin layihə ölçülərindən fərqlənməsi, betonun
bircinsli olmaması və bir sıra başqa səbəblərdən faktiki mərkəzi sıxılan elementlərə
rast gəlinmi. Bu elementlər mərkəzdənxaric sıxılır ki, onu da təsadüfi ekssentristetli
mərkəzdənxaric sıxılan elementlər kimi tanıyırıq.

Təsadüfi ekssentristetli sıxılan elementlərin en kəsik ölçüləri çox vaxt kvadrat,


düzbucaqlı daha az isə dairəvi, çoxbucaqlı qəbul edilir.

En kəsiyin ölçüləri hesabatla təyin edilir. Qəlib və armatur karkaslarının


standartlaşdırılması məqsədilə, en kəsiyi düzbucaqlı olan sütunların ölçülərini 50 mm-
ə bölünən, kəsiyin ölçüsü daha böyük olduqda isə 100 mm-ə bölünən qəbul edilir.

Monolit sütunlarda keyfiyyətli betonlamanı təmin etmək üçün en kəsiyin


ölçüsünü 25 sm-dən az qəbul olunması məsləhət görülmür.

Mərkəzdənxaric sıxılan elementlərə, birmərtəbəli sənaye binalarının


sütunlarını, dirəksiz fermaların yuxarı kəmərini, planda düzbucaqlı formada olan
yeraltı rezervuarların divarlarını, hansı ki üfiqi olaraq yandan qruntun və ya mayenin
təzyiqini qəbul edir, şaquli olaraq isə örtükdən düşən yükü qəbul edir. Onlara, N
boyuna sıxıcı qüvvə və M əyici moment təsir edir.

Boyuna sıxıcı qüvvə (N) ilə elementin məkəzi oxu arasındakı məsafə
“eksentristet” adlanır. Ümumi halda, statik həll olunan elementlər üçün
ekssentristetin qiyməti aşağıdakı ifadə ilə təyin olunur,

M
e 0=ea + ;
N
15

Statik həll olunmayan konstruksiyalarda isə,

M
e 0= ;
N

Mərkəzdən xaric sıxılan elementləri en kəsiyini, kəsiyə təsir edən momentin


təsirindən asılı olaraq seçmək məqsədəuyğundur.

Sıxılan elementlər üçün minimal olaraq betonun sıxılmada möhkəmlik sinifi


B15 olan betondan istifadə olunur, daha çox yüklənmiş elementlərdə isə B25 dən
istifadə olunur.

Sütunları uzununa diametri 12-40 mm olan armaturla armaturlayırlar (işçi


armaturlar). Əsasən isti halda çəkilmiş A-III sinifli armaturdan və ya termomexaniki
üsulla gücləndirilmiş AT-III armaturundan istifadə olunur. Eninə armaturlar kimi isə
A-III, A-II, A-I armaturlarından və B-I milindən istifadə olunur.

Təsadüfi ekssentristetlə sıxılan və ya mərkəzdənxaric sıxılan elementlərdə,


uzununa və eninə armaturları fəzada karkas şəklində, qaynaq və ya bağlama yolu ilə
birləşdirirlər.

Elementin en kəsiyindəki boyuna armaturların en kəsik sahəsinin elementin en


kəsik sahəsinə nisbəti armaturlanma əmsalı adlanır və “μ” ilə işarə olunur. Bu əmsalın
100`ə hasili isə armaturlanma faizi adlanır.

Praktikada sıxılan elementlər üçün adətən armaturlanma faizini 3%`dən çox


qəbul etmirlər.

Hesabi ekssentristetli mərkəzdənxaric sıxılan elementlərdə, boyuna işlək


armaturları elementin en kəsiyinin qısa hissəsi boyu yerləşdirirlər. En kəsik sahəsi A s
16

olan S armaturu boyuna sıxıcı qüvvədən uzaqda yerləşir, en kəsik sahəsi A s` olan S`
armaturu isə, boyuna sıxıcı qüvvənin təsir xəttinə yaxın məsafədə yerləşir.

Mərkəzdənxaric sıxılan elementlərdə en kəsiyin armaturlanma sahəsi


armaturlanma əmsalı ilə xarakterizə olunur və burada en kəsiyin qısa tərəfində
yerləşdirilmiş boyuna işlək armaturların en kəsik sahələri nəzərə alınır. Praktikada
mərkəzdənxaric sıxılan elementlərin en kəsiyində sıxılan işlək armaturların sahəsi,
adətən en kəsiyin 0,5-1,2 %`ni təşkil edir.

Əgər S və S` armaturlarının en kəsik sahələri bərabərdirsə, bu cür


armaturlanmanı “simmetrik armaturlanma” adlandırırlar. Bu cür armaturlanmanı,
qeyri simmetrik armaturlanmaya nisbətən daha yaxşı hesab etmək olar.

Sütunlarda işlək armaturları en kəsik boyu, mühafizə qatının tələblərinə riayət


etməklə yerləşdirirmək olar. Normativ tələblərə əsasən, mühafizə qatının qalınlığı,
minimal olaraq armaturun diametrindən və 20 mm`dən kiçik olmamalıdır.

En kəsik sahəsi 40x40 sm-ə qədər olan sütunlarda en kəsiyi 4 boyuna


millərlərlə armaturlamaq olar ki, bu da boyuna millər arasındakı ən böyük məsafəyə
uyğundur. İşçi armaturlar arasında ən kiçik məsafəsi əgər betonlama zamanı
armaturlar şaquli yerləşdirilibsə 50 mm qəbul edilir, əgər üfiqi yerləşdirilibsə aşağı
hissədəki armaturlar arasındakı minimal məsafə 25 mm, yuxarı hisədəki armaturlar
arasındakı məsafə isə 30 mm qəbul edilir. Bütün hallarda, armaturlar arasındakı
minimal məsafə keyfiyyətli betonlama baxımından armaturların diametrindən kiçik
olmamalır. İşçi millərin arasındakı məsafə 400 mm-i keçdikdə, perimetr boyu aralıq
milləri yerləşdirmək lazımdır ki, işçi millər arasındakı məsafə 400 mm-i keçməsin.

Eninə armaturlar hesabatsız lakin, normativ tələblərə riayət etməklə


layihələndirilir. Onlar arasındakı məsafə (addım) –s boyuna işlək millərin
diametrindən asılı olaraq, qaynaq karkaslarında -20d, bağlama karkaslarında isə -15d
olmaqla ümumilikdə -500 mm çox olmamaq şərti ilə qəbul edilir. Burada –d uzununa
17

işlək armaturların minimal diametridi. Eninə armaturlar arasındakı məsafə -s adətən


50 mm-ə bölünən olaraq, yuvarlaqlaşdırılır.

Qaynaq karkaslarında eninə millərin diametri qaynaq şərtlərinin tələblərini


nəzərə almaqla seçilir. Bağlama karkaslarında eninə millərin diametri -0,25d olmaqla
minimal olaraq 5 mm qəbul olunur. Burada, -d boyuna işlək armaturlardan diametri
ən böyük olan armaturun diametridir.

Eninə millərin mühafizə qatının qalınlığı –a, minimal olaraq 15 mm dən az


olmamaq şərti ilə qəbul edilir.

Eninə millər üçün B-I, A-I və A-II sinifli armaturlardan istifadə olunur. [2]

Mərkəzdən xaric sıxılan elementlərdə, boyuna sıxıcı qüvvə və ekssentristet


böyük olduqda, hansı ki əyici momentin qiyməti də çox olur və en kəsiyin bir hissəsi
dartılmaya işləyir, yaxud da elementin çevikliyi çox olduqda- qabaqcadan
gərginləşdirilmiş armaturlardan istifadə edilir. Qabaqcadan gərginləşdirilmiş
armaturlar vasitəsilə elementin çatadavamlılığı və sərtliyi müxtəlif mərhələlərdə -
istismar, istehsal, nəqletmə və quraşdırma mərhələlərində artır.

Mərkəzdənxaric sıxılan elementin en kəsiyinin ölçüsünü momentin təsir


müstəvisi istiqamətində daha çox götürürlər. Odur ki,kiçik ekssentristetli xarici
yüklərin təsiri zamanı elementin en kəsiyi kvadrat, dairəvi, halqavari qəbul edirlər,
ekssentristet böyük olduqda isə -düzbucaqlı, tavr, yaxud ikitavr qəbul edirlər. [2]

Sıxılan elementlər üçün maksimum armaturlanma faizini 3% götürmək


məsləhət olunur. Daha çox armaturlanma faizi yalnız xüsusi əsaslandırma olduqda
götürülə bilər. [2]
18

II FƏSİL
TƏSADÜFİ EKSENTRİSTETLƏ SIXILAN DƏMİR-BETON
KONSTRUKSİYALARI, HESABLANMASI METODİKASI

2.1 Təsadüfi eksentristetlə sıxılan dəmir-beton elementlər haqqında ümumi


məlumat

Ümumi halda, mərkəzi yüklənmiş elementlərin hesablanması, təsadüfi


eksentristet ea ilə mərkəzdənxaric sıxılan elementlərin hesablanmasına uyğun aparılır
[2]. Ancaq aşağıdakı tip elementlərin hesablanmasında normativ sənədlər mərkəzi
sıxılan elementlərin hesablanmasında istifadə olunan düsturlardan istifadə etməyə
icazə verir:

 hesabi uzunluğu qısa olan düzbucaq və ya kvadrat kəsikli , hesabi uzunluqla


l0
hündürlük arasında asılılığı ≤20 olan elementlərdə;
h

 boyuna işlək armaturlar simmetrik olduqda və A240 (A-I), A300 (A-II),


A400(A-III) sinifli polad armaturlar olduqda;

Bu cür elementlərin yükdaşıma qabiliyyətini təyin edərkən, təsadüfi


eksentristetin hesablanmamasına icazə verilir.

Mərkəzi sıxılan sütunlar daha çox yuxarı konstruksiyalardan düşən müntəzəm


yayılmış yükü qəbul edirlər. Bu zaman boyuna qüvvənin (N) təsir xətti, elementin
mərkəzi oxu ilə üst-üstə düşdüyü üçün qüvvə en kəsiyə bərabər yayılır (Şəkil 2.1).

Mərkəzdənxaric sıxılan konstruksiyalarda isə boyuna qüvvə elementin mərkəzi


oxuna nəzərən müyyən məsafədə (e0 eksentristeti ilə) təsir edir. Bu zaman boyuna
qüvvə ilə yanaşı M əyici moment də elementə təsir edir [4].

Beləliklə mərkəzi sıxılan konstruksiyalar daha az gərginlikli olduqları üçün


daha sərfəli hesab olunur. Lakin real praktikada tam mərkəzi sıxılma halına rast
19

gəlmək çətindir. Eksentristetin qiyməti əhəmiyyətsiz olduğu üçün nəzərə alınmır. Bu


səbəbdən mərkəzi sıxılan elementləri təsadüfi eksentristetlə sıxılan elementlər
adlandırırlar.

Şəkil 2.1. Təsadüfi eksentristetli sıxılan elementlərin hesabi sxemi

Bu cür elementlərin yükdaşıma qabiliyyətini , xarici yükə müqavimətini beton


və boyuna işlək armaturların müqavimətləri cəmi təmin edir. (Şəkil 2.1).
20

a)

b)

Şəkil 2.2. Təsadüfi eksentristetlə sıxılan elementlərin armaturlanması, qaynaq (a) və


bağlama (b) karkasları ilə: 1-qaynaq fəza karkası; 2-qaynaq müstəvi karkası; 3-
qaynaq karkaslarında birləşdirici millər; 4- bağlama fəza karkasları; 5-bağlayıcı
xamutlar; 6-əlavə xamutlar; 7- qarmaqlar.
21

2.2 Təsadüfi eksentristetlə sıxılan dəmir-beton elementlərin hesablanmsı

Təsadüfi eksentristetlə sıxılan elementlərin möhkəmlik şərti aşağıdakı kimi


yazılır,

[
N ≤ ηφ Rb A b + R sc ( A s+ A s ) ] (2.1)

burada; N – hesabi yüklərdən boyuna sıxıcı qüvvədir;

η – elementin iş şəraiti əmsalıdır (en kəsiyin ölçüsü h≤200 mm olarsa, η=0 , 9, h >

200 mm olarsa, η=1 qəbul edilir);

φ - yüklənmənin təsir müddətini, elementin çevikliyini və armaturlama xarakterini

nəzərə alan əmsaldır;

Ab =bh - elementin en kəsik sahəsidir;

A s+ A s - elementin en kəsiyindəki sıxılan və dartılan boyuna işlək armaturların sahələri

cəmidir.

Öz növbəsində φ - aşağıdakı ifadə ilə təyin olunur,

R sc A s
φ=φ b+ 2 ( φsb−φb ) ≥ φsb (2.2)
Rb A b

burada; φ b və φ sb - əmsallar olub, normativ tələblərə əsasən, elementin çevikliyindən


(l0/h), daimi və uzunmüddətli yükün (Ni ), tam yükə (N) nisbətindən və en kəsikdə
armaturların yerləşməsindən asılı olaraq, cədvəl 2.1-əsasən qəbul edilir.

Burada, l0 – elementin hesabi uzunuluğu olub, sütun sonluqlarının birləşmə


xüsusiyyətindən asılı olaraq əlavə cədvəllərdən qəbul edilir [4].
22

SNİP-ə əsasən φ əmsalı uzunmüddətli yükün təsiri zamanı cədvəl 2.2 də


göstərilmiş kimi, elementin çevikliyindən asılı olaraq qəbul edilir. Xətti qanunla qısa
müddətli yüklərin təsiri zamanı isə l0/h=10 olarsa φ=0 , 9 və l0/h=20 olarsa φ=0 , 85
qəbul edilir.

Cədvəl 2.1

l0/h

Ni/N 6 8 10 12 14 16 18 20

φ b əmsalı

0 0,93 0,92 0,91 0,90 0,89 0,86 0,83 0,80


0,5 0,92 0,91 0,90 0,88 0,85 0,81 0,78 0,65
1 0,92 0,91 0,89 0,86 0,81 0,74 0,63 0,55
φ sb əmsalı

A A a. m < ( A s + A s) /3

. olduqda

1-1-baxılan müstəvi; 2-aralıq milləri

0 0,93 0,92 0,91 0,90 0,89 0,87 0,84 0,81


0,5 0,92 0,92 0,91 0,90 0,87 0,84 0,80 0,75
1 0,92 0,91 0,89 0,88 0,86 0,21 0,77 0,70
B. A a. m ≥ ( A s + A s ) /3 olduqda

0 0,92 0,92 0,91 0,89 0,87 0,84 0,80 0,75


0,5 0,92 0,91 0,90 0,87 0,83 0,79 0,72 0,65
1 0,92 0,91 0,89 0,86 0,80 0,74 0,66 0,58
23

Cədvəl 2.2

l0/h 6 10 15 20
φ 0,92 0,9 0,83 0,87

Elementin hesabi uzunuluğu l0 elementin hər iki ucunun birləşmə şərtindən


asılı olaraq aşağıdakı kimi təyin olunur;

 hər iki ucu sərt birləşərsə - l0=0,5 l;


 bir ucu sərt digər ucu oynaq olarsa - l0=0,7 l;
 hər iki oynaq olarsa - l0=l;
 bir ucu sərt digər ucu sərbəst olarsa (konsol) - l0=2l;

burada; l- elementin həndəsi uzunuluğudur (elementin bərkidilmə yerləri


arasındakı məsafədir).
Elementlərin sonluqlarının bərkidilməsi mərhələləri çətin olduğu üçün SNİP
real konstruksiyalar üçün hesabi uzunuluq l0 –ın təyin olunması üçün təqribi təyin
etmədən istifadə etməyi təklif edir. Beləki, addımların sayı ikidən az olmayan və
rigellərlə sərt birləşən çox mərtəbəli binaların sütunlar üçün yığma örtüklər olan
zaman, hesabi uzunluq H-a bərabər götürülür, monolit örtüklər olan zaman isə 0,7H-a
bərabər götürülür.
Digər hallarda (birmərtəbəli binaların sütunları, tağların və fermaların sıxılan
elementləri) hesabi uzunluğun qiyməti cədvəl 2.3 və 2.4-ə əsasən təyin olunur.

Sıxılan elementlərin yükgötürmə qabiliyyəti, elementin en kəsik ölçüləri, xarici


yük və armaturlanma məlumdursa 2.2 düsturu elə yoxlanılır. Bu zaman, φ b və φ sb
əmsalı 2.1 cədvəli vasitəsilə təyin olunur.
24

Əgər elementin en kəsikləri məlumdursa, lakin boyuna armaturların tələb


olunan sahəsi məlum deyilsə, hesabat tədrici yaxınlaşma yolu ilə aparılır. Birinci
yaxınlaşmada, optimal armaturlanma əmsalı (μ=0,01÷0,02) təyin olunur, sonra cədvəl
2.1-ə əsasən , φ b və φ sb-in qiymətlərini qəbul edirik, daha sonra aşağıdakı ifadə ilə φ –
in qiymətinin hesablayırıq,

R sc A s
φ=φ b+ 2 ( φsb−φb ) μ
Rb A b

Daha sonra isə, tələb olunan armatur sahəsini aşağıdakı ifadə ilə təyin edirik:

N −ηφ Rb Ab
A s= (2.3)
ηφ R sc

Sonra, armaturlanma əmsalını yoxlayırıq μ= A s / A b. Əgər alınmış armaturlanma


əmsalı əmsalı çox deyilsə (μ=0,05-dən) əvvəl götürdüyümüz kimi saxlayırıq, bu
zaman hesabat bitmiş sayılır. Əks halda, birinci yaxınlaşma ilə alınmış φ əmsalını 2.2
düsturu ilə yenidən hesablayıb A s-i təyin edirik.
Elementin en kəsik sahəsi və tələb olunan armatur sahəsi məlum olmadıqda,
öncə η=φ=1 qəbul edərək və armaturlanma əmsalını μ=0,01÷0,02 qəbul edərək
elementin en kəsik sahəsini aşağıdakı ifadə ilə təyin edirik,

N
Ab = (2.4)
R b+ μ R sc

Daha sonra elementin en kəsik sahəsini təyin edilir (tipləşdirilmə nəzərə


alınaraq 50 mm-ə bölünən olmaqla). Sonra l0/h nisbətini hesablanaraq, ( 2.3 ) düsturu
ilə tələb olunan armatur sahəsi hesablanır. Alınmış armaturlanma əmsalı buraxıla
bilən armaturlanma şərtini ödəməlidir,
25

A s ,tot
μ= ∙ 100 % ≥ μmin
b∙h

μmin ≤ μ ≤ μ max

1) μmin =0 , 2 əgər l0/h<5;


2) μmin =0 , 5 əgər l0/h>25;

Mərkəzi sıxılan elementlər üçün optimal armaturlanma faizi 0,4-3 % hesab


olunur.

Şərt ödənilməsə, en kəsik sahəsini dəyişərək hesabat yenidən aparılaraq tələb


olunan armatur sahəsi A s təyin olunur.

Təcrübələr göstərir ki, qısa uzunluqlu mərkəzi sıxılan elementlərin xarici yükə
müqaviməti beton və armaturun müqavimətləri cəmindən ibarətdir.

Təsadüfi ekssentristetlə sıxılan dəmir-beton elementlərinə təsir edən boyuna


qüvvənin təsir xətti elementin mərkəzi oxu ilə üst-üstə düşdüyü üçün mərkəzdənxaric
sıxılan elementlərə nisbətən daha az gərginlikli vəziyyətdə olur.

Aşağdakı cədvəldə (cədvəl 2.3) bina və sütunların xarakteriskasından asılı


olaraq müstəvi hesablaması zamanı birmərtəbəli binaların sütunlarının - l0 hesbabi
uzunluğu göstərilmişdir [2].

Həmçinin cədvəl 2.4-də Sütun (və ya divarların) oturma xüsusiyyətindən asılı


olaraq mərkəzdənxaric sıxılan dəmir-beton elementlərin l0 hesabi uzunluğu
göstərilmişdir [2].
26

Cədvəl 2.3
Müstəvidə hesablama zamanı birmərtəbəli
binaların sütunlarının l0 hesabi uzunluğu
Eninə,yaxud estakadanın

oxuna
oxuna parelel istiqamətdə
Bina və sütunların Boyuna sıra sütunların

perpendikulyar
müstəvisində əlaqələr, yaxud
xarakteriskası

Eninə,yaxud
ankerlənmiş dayaqlar

estakadanın

çərçivənin
olduqda olmadıqda

Kəsilən
Kranlardan kranaltı tirlər
düşən yükü olduqda 1,5 H1 0,8 H1 1,2 H1
nəzərə aldıqda
Sütunların Kəsilməz
kranaltı (aşağı) kranaltı tirlər 1,2 H1 0,8 H1 0,8 H1
körpülü hissəsində olduqda
kranlı
Kəsilən
kranaltı tirlər 2,0 H2 1,5 H2 2,0 H2
Sütunların olduqda
kranüstü (yuxarı)
hissəsində Kəsilməz
kranaltı tirlər 2,0 H2 1,5 H2 1,5 H2
olduqda
Biraşırımlı 1,5 H 0,8 H1 1,2 H
Kranlardan Sütunların binalarda
düşən yükü kranaltı (aşağı) Çoxaşırımlı
nəzərə hissəsində binalarda 1,2 H 0,8 H1 1,2 H
almadıqda
Sütunların Kəsilən
kranüstü (yuxarı) kranaltı tirlər 2,5 H2 1,5 H2 2,0 H2
hissəsində olduqda

Kəsilməz
kranaltı tirlər 2,0 H2 1,5 H2 1,5 H2
olduqda
Sütunlar Biraşırımlı 1,5 H 0,8 H 1,2 H
körpülü pilləlidir Sütunun aşağı binalarda
kransız hissəsi Çoxaşırımlı 1,2 H 0,8 H 1,2 H
binalarda
Sütunların yuxarı hissəsi 2,5 H2 2,0 H2 2,5 H2
Binalar

Biraşırımlı binalarda 1,5 H 0,8 H 1,2 H


Sabit kəsikli sütunlar
Çoxaşırımlı binalarda 1,2 H 0,8 H 1,2 H
Kəsilən kranaltı tirlər olduqda 2,0 H1 0,8 H1 1,5 H1
kranlı Kəsilməz kranaltı tirlər olduqda 1,5 H1 0,8 H1 1,0 H1
boru Oynaqlı birləşmədə 2,0 H 1,0 H 2,0 H
kəmərləri Aşırım qurğusu ilə Sərt birləşmədə 1,5 H 0,7 H 1,5 H
üçün sütunlar
27

Cədvəl 2.3-də qəbul olunmuş işarələr:

H – özülün üst səviyyəsindən üfiqi konstruksiyaya (çatı, çatıaltı yaxud da dafiəyə)


qədər sütunun tam hündürlüyüdür (uyğun müstəvidə);

H1 – özülün üst səviyyəsindən kranaltı tirə qədər olan məsafədə sütunun kranaltı
hissəsinin hündürlüyüdür;

H2 – sütunun pilləsindən, uyğun müstəvidə, üfiqi konstruksiyaya qədər sütunun


kranüstü hissəsinin hündürlüyüdür;

Qeyd: Körpülü kranlı binalarda sütunun yuxarısına qədər rabitə olduqda


sütunun boyuna sıra oxundakı müstəvidə sütunların kranüstü hesabi uzunluğu H 2 –ə
bərabər götürülür [2].

Cədvəl 2.4

Sütun (və ya divarların) Mərkəzdənxaric sıxılan dəmir-beton


oturma xüsusiyyəti elementlərin l0 hesabi uzunluğu
1. Yuxarıda və aşağıda dayaqları olan
a) dayaqların yerdəyişməsinin
qiymətindən asılı olmayaraq hər
ucda oynaqlı birləşmə olanda H
b) uclarından biri sərt birləşən
zaman və aşağıdakı növ
binalarda, dayaqların mümkün
yerdəyişmələrində :
çoxaşırımlı 1,25H
biraşırımlı 1,5H
2. Sərbəst duran 2,00H
Cədvəl 2.4 də qəbul olunmuş işarələr: H-sütunun (divarın) mərtəbə hüdudunda
(örtük tavasının qalınlığını çıxmaqla) hündürlüyüdür, yaxud sərbəst duran
konstruksiyanın hündürlüyüdür
28

2.3 Mərkəzi sıxılan sütunların hesablanması metodikası

Mərkəzi sıxılan sütunların hesabatı zamanı aşağıdakı iki əsas tapşırığın yerinə
yetirilməsi nəzərdə tutulur:
1. En kəsiyə tələb olunan armatur sahəsini təyin etmək və layihələndirmək;
2. Sütunun yükgötürmə qabiliyyətini yoxlamaq (möhkəmliyə yoxlamaq);

Birinci tip məsələnin hesablama alqoritmi:

1) Yüklərin təyin olunması (əgər məlum deyilsə);


2) Hesabi sxem qurmaq;
3) Sütunun hesabi uzunuluğunu təyin etmək –l0;
4) Əgər en kəsik ölçüləri məlum deyilsə, aşağıdakı ilkin qiymətləri veririk en
kəsik üçün;
a) tərəflərin ölçülərinə görə kvadrat və ya düzbucaqlı olan sütunlar üçün en
kəsiyin ölçüləri 250 mm-dən kiçik qəbul etmək məsləhət görülmür;
b) en kəsik ölçülərini 50 mm olaraq tədricən artırmaq;
5) Əgər sütun üçün material məlum deyilsə, siniflərə görə aşağıdakı beton və
armaturlardan seçirik;
a) Beton B20-B35 (ağır)
b) Armatur sinifi A-II, A-III
6) Materialların hesabi müqavimətlərini normativ sənədlərdəki cədvəllərdən təyin
edirik; Rb (cədvəl 5.2 СП52-101-2003)
Rsc (cədvəl 5.8 СП52-101-2003)
7) Betonun iş şəraiti əmsalını təyin edirik (СП52-101-2003). Əsasən bu qiymət
0,9 götürlür.
8) Boyuna əyilmə əmsalı φ-ni təyin edirik (cədvəl 6.2 СП52-101-2003). Cədvəl
2.2.
9) Möhkəmlik şərtindən, en kəsik üçün tələb olunan armatur sahəsini təyin etmək:
29

N−R b ∙ γ b ∙ A ∙ φ
A s ,tot =
R sc ∙ φ

Hesabat zamanı mənfi qiymətin alınması, onu bildirir ki, elementdə armatur
tələb olunmur və beton özü ona təsir edən yükü qəbul edə bilir. Bu cür hallarda, en
kəsik ölçüsünü azaltmaq və yaxud da daha az möhkəmlikli beton tətbiq etmək
məsləhət götürülür.
Müsbət qiymət alındıqda isə armaturların sayını təyin etməklə (adətən 4 qəbul
olunur) onun sortamentə əsasən sahəsini müəyyən edirik.
10) Sütunun armaturlanma faizini yoxlamaq;

As
μmin ≤ μ= ∙ 100 % ≤ μmax
b∙h

11) Armatur karkasını layihələndirilməsi üçün eninə millərin diametrini təyin


etmək ( d sw);
d sw ≥ 0 ,25 d s( konstruktiv tələblərə əsasən, armatur karkaslarında eninə millərin

diametri 6-mm –dən (A-I) az olmamalıdır);

12) Eninə millərini addımını təyin etmək ( sw );

sw ≤15 d s (500 mm-dən çox olmamaq şərti ilə);

13) Sütunun layihələndirilməsi, o cümlədən armaturun layihə cizgilərinin


işlərinilməsi;
30

İkinci tip məsələnin hesablama alqoritmi:

1) Lazımı kəmiyyətləri təyin etdikdən sonra elementin möhkəmliyə yoxlanılması;

N ≤ φ(Rb ∙ γ b ∙ A+ R sc ∙ R sc ∙ A s ,tot )
şərt ödənmirsə, konstruksiyanın mövcud yükü qəbul edə bilməməsi haqqında
nəticə çıxarırıq;
2) Bəzi hallarda sütunun minimal yükgötürmə qabiliyyəti təyin edilir;

N max ≤ φ (R b ∙ γ b ∙ A + Rsc ∙ Rsc ∙ A s ,tot )

2.4 Simmetrik armaturlanmış mərkəzi sıxılan sütunun hesablanmasına aid


məsələ №1

Tələb olunur: Təsadüfi eksentristetlə sıxılan dəmir-beton sütun üçün armaturun


seçilməsi:

Verilir:

 Sütunun en kəsik ölçüləri: bxh=450x450 mm;


 Sütunun həndəsi uzunluğu: l=2,7 m;
 Beton: Ağır beton - B20
 Yüklənmənin növü: Uzunmüddətli;
 Yük: N=960 kN;
 Betonun iş şəraiti əmsalı: γ b=0 , 9 ( yüklərin təsir müddətindən asılı olaraq);
 Boyuna işlək armaturlar: A300 (A-II)
31

Həlli:
1. Sütunun hesabi sxemini qururuq:

Şəkil 2.3 Dəmir-beton sütunun hesabi sxemi

2. Hesabatı icra etmək üçün tələb olunan kəmiyyətləri təyin ediri:


Rb =11,5 MPa ( cədvəl 5.2 СП 52-101-2003);

Rb =280 MPa ( cədvəl 5.8 СП 52-101-2003);

3. Boyuna əyilmə əmsalı φ əmsalını təyin edirik: (Cədvəl 6.1 СП 52-101-2003)


2700
l 0 /h= =6 => φ = 0,92
450

4. Sütunun en kəsiyinin tələb olunan armatur sahəsini təyin edirik:


32

N−R b ∙ γ b ∙ A ∙ φ 960 ∙10 3−11, 5∙ 0 , 9 ∙ 450 ∙ 450 ∙0 ,92 2


A s ,tot = = =−3758 , 55 mm ;
φ ∙ Rsc 0 , 92∙ 280

Mənfi işarəsi onu göstərir ki, hesabatla armatur tələb olunmur. Belə vəziyyətdə
en kəsiyin ölçülərini və yaxud da betonun möhkəmliyini azaltmaq lazımdır.

5. Sütunun en kəsik ölçülərini yenidən qəbul edirik : bxh=300x300 mm;


6. Daxil edilmiş dəyişiklikləri nəzərə alaraq hesabatı yenidən aparırıq:
2700
l 0 /h= ≈ 10 => φ = 0,9
300

N−R b ∙ γ b ∙ A ∙ φ 960 ∙10 3−11, 5∙ 0 , 9 ∙ 300∙ 300 ∙ 0 ,9 2


A s ,tot = = =482 ,7 mm ;
φ ∙ Rsc 0 ,9 ∙ 280

7. Sortamentə əsasən bütöv en kəsiyin işlək boyuna armaturları seçirik: 4Ø14;


A s=616 mm .
2

8. Sütunun armaturlanma faizini yoxlayırıq:


As 616
μ= ∙ 100 %= ∙ 100 %=0 , 68 %
b∙h 300∙ 300

Aldığımız armaturlanma faizi buraxılabilən qiymətdir.

9. Eninə armaturların diametrini təyin edirik:

d sw=0 ,25 ∙ d s=0 ,25 ∙ 14=3 ,5 mm - Konstruktiv tələblərə əsasən, bağlama


karkaslarında eninə millərin ən kiçik diametri 5 mm-dir. Buna görə də d sw=5 mm A-
I qəbul edirik.

10. Eninə millərin addımını təyin edirik:

sw <15 ∙ d s ( 500 mm-dən çox olmamaqla ) = 15∙ 14=210 mm


33

11. Sütunun armaturlanması sxemini cizgidə göstəririk:

Şəkil 2.4. Təsadüfi eksentristetlə sıxılan dəmir-beton sütunun armaturlanması sxemi


34

III FƏSİL

MƏRKƏZDƏNXARİC SIXILAN DƏMİR-BETON KONSTRUKSİYALARI

3.2 Mərkəzdənxaric sıxılan elementlərin layihələndirilməsi

Mərkəzdənxaric sıxılmaya işləyən elementlər dedikdə, elementin vertikal


oxuna nəzərən başlanğıc eksentristet e0 –la tətbiq olunmuş N boyuna hesabi sıxıcı
qüvvə və yaxud da boyuna sıxıcı qüvvə N ilə M əyici momentin birgə təsirinə
məruz qalan elementlər nəzərdə tutulur. Bu cür elementlərə misal olaraq,birmərtəbəli
sənaye binasının sütunlarını, hansı ki, örtükdən düşən yükləri, körpü kranların vertikal
və horizontal təzyiqlərini, küləyin horizontal təzyiqini qəbul edir; dirəksiz fermanın
yuxarı kəmərini yüklənməsi; planda düzbucaqlı formasında olan rezervuarın
divarlarını hansı ki, yandan qruntun və mayenin təzyiqini, üstdən isə örtüyün təzyiqini
qəbul edir;

Sıxıcı qüvvə N və əyici moment M-in birgə təsir etdiyi elementlərdə, başlanğıc
eksentristet e0=M/N -lə təsir edən boyuna sıxıcı qüvvə N-lə əvəz etmək olar.

Bəzi hallarda, elementlərdə boyuna sıxıcı qüvvə, əyici momentsiz tətbiq olunur
(məsələn, natamam karkas çoxmərtəbəli binaların aralıq sütunları, fermanın yuxarı
kəmərində düyünlərə tətbiq olunmuş qüvvə, fermanın sıxılan dirəkləri və s.). Bu cür
elementlər hesablanarkən təsadüfi eksentristet e a –a əsaslanır, hansı ki, elementlərin
ilkin əyilmələrini nəzərə alır. Bu əyilmələrin səbəbi kimi, montaj işlərinin qeyri-
dəqiliyi, elementin en kəsiyi üzrə betonun bircinsli olmaması, boyuna işçi
armaturların layihə vəziyyətinə uyğun yerləşdirilməməsi, elementin en kəsiyinin real
həndəsi ölçülərinin layihə ölçülərindən kənara çıxmaları, təsadüfi horizontal
qüvvələrin təsirini göstərmək olar. Elementin uzunluğu nə qədər çox olarsa, o qədər
də onun ox üzrə müntəzəm sıxılmasını təmin etmək çətindir.
35

Təsadüfi eksentristet ea-nın qiymətini aşağıdakı qiymətlərdən ən böyüyünü


götürürlər;

 Elementin uzunuğunun 1/600 hissəsi ea=l/600;


 Elementin en kəsiyinin hündürlüyünün 1/30 hissəsi ea=h/30;
 1 sm

Burada; l –elementin uzunluğu, h- kəsiyin hündürlüyüdür.

Beləliklə, nəzəri olaraq mərkəzi sıxılan elementlər təsadüfi eksentristetli e0=ea


mərkəzdənxaric elementlər kimi hesablanmalıdır.

Statik həll olunan konstruksiyalar üçün eksentristetin qiyməti, konstruksiyanın


statiki hesabatından alınan M/N-in qiyməti və təsadüfi eksentristetin qiymətini
cəmləməklə alınır. Yəni,

e0=M/N+ea

Statik həll olunmayan konstruksiyalar üçün eksentristetin qiyməti isə, təsadüfi


eksentristet ea- nın qiymətindən az olmayaraq aşağıdakı kimi təyin olunur,

e0=M/N

Mərkəzi yüklənmiş elementlərin en kəsiklərini ən çox kvadrat formasında


layihələnirilir, mərkəzdən xaric sıxılan elementlərin en kəsiyi isə daha çox düzbucaqlı
formasında layihələndirilir və momentin təsir müstəvisi istiqamətində en kəsiyin
ölçüləri daha çox götürülür. Düzbucaqlı kəsiyin ölçülərinin tərəflərinin nisbəti
1:1,5-dən 1:3-ə qədər aralığında olur. Elementin istənilən istiqamətində çeviklik
λi=200 (yaxu da λh=l0/h≤57) qiymətindən çox olmamalıdır, binalarda sütunlar üçün
isə çeviklik λi=120 (yaxu da λh=l0/h≤35) qiymətindən çox olmamalıdır.
36

Qəliblərin və armatur karkasların standartlaşdırılması məqsədilə, elementin en


kəsiyinin sahəsini 50 mm-ə bölünən qəbul edirlər, monolit sütunlar üçün keyfiyyətli
betonlanmanı təmin etmək üçün en kəsiyin ölçülərini 250x250 mm-dən aşağı qəbul
etmirlər.

Sütunları diametri 12...40 mm olan, isti halda çəkilmiş A400 (AIII) boyuna
armatur milləri ilə armaturlayırlar. Praktikada, eninə armaturlar olaraq sinifi
A400 (A-III), A300 (A-II), A240 (A-I) və B500 (Bp-I) polad millərdən və
xomutlardan istifadə olunur. Boyuna və eninə armaturlar müstəvi və yaxud fəza
karkasları şəklində birləşdirilir. Birləşdirilmə, bağlama və ya qaynaq yolu ilə həyata
keçirilir (şəkil 1.1, 1.2).

Təsadüfi eksentristetlə sıxılan elementlərin en kəsiyinin boyuna armaturlarla


doyma intensivliyi, en kəsikdəki bütün armaturların sahəsinin bütün en kəsik sahəsinə
olan nisbətiilə xarakterizə olunur ki, bu da armaturlanma faizi adlanır.

AS
μ=
Ab
∙ 100% ;

Praktiki olaraq armaturlanma faizi 3%-dən çox qəbul olunmur.

Hesabi eksentristetli mərkəzdənxaric sıxılan elementlərdə boyuna armatur


milləri, elementin en kəsiyinin qısa hissəsinə yaxın yerləşdirilir, buna görədə
armaturlanma faizi qısa tərəfdə yerləşən işçi armaturların sahəsi ilə qiymətləndirilir.
Adətən, mərkəzdənxaric sıxılan elementlərdə armaturlanma faizi 0,5...1,2 % qədər
qəbul edilir. Mərkəzdənxaric sıxılan elementlərdən minimal armaturlanma faizi
çeviklikdən asılı olaraq aşağıda kimi götürlür;

l0/i < 17 olduqda - 0,05 %

17 ≤ l0/i<35 olduqda - 0,10 %

35 ≤l0/ i≤ 83 olduqda - 0,20 %


37

l0/i>17 olduqda - 0,25 %

burada; l0-sıxılan elementin hesabi uzunuluğu, i – boyuna qüvvənin


eksentristeti müstəvisində inersiya radiusudur.

İşçi armaturlar elementin en kəsiyi üzrə minimal beton mühafizə qatı nəzərə
alınmaqla mümkün qədər səthə yaxın yerləşdirilir, səthdən işçi armaturlaradək məsafə
armaturun diametrindən və 20 mm-dən az olmamalıdır.

a)
38

b)

Şəkil 3.1. Mərkəzdənxaric sıxılan elementlərin armaturlanması, qaynaq (a) və


bağlama (b) karkasları ilə.

Sütunların en kəsiyin ölçüsü 400x400 mm-dək olarsa, 4 boyuna işçi millərlə


armaturlamaq olar (şəkil 1.1) ki, bu məsafə millər arasındakı mümkün ən çox
məsafədir (400 mm-dən çox olmamalıdır). Millər arasındakı ən qısa məsafə isə 50
mm-dən az olmamalıdır, əgər millər betonlanma zamanı şaquli yerləşdirilibsə. Millər
betonlama zamanı üfiqi yerləşibsə o zaman, aşağı millər arasındakı ən qısa məsafə 25
mm, yuxarı millər arasındakı ən qısa məsafə isə 30 mm-dən az olmamalıdır.
39

Boyuna işçi armaturlar arasındakı məsafə 400 mm-dən çox olduqda, en kəsiyin
perimetri boyu diametri 12 mm-dən az olmayan aralıq millər yerləşdirilir.

Eninə armaturlar SNİP-in tələblərinə uyğun olaraq, hesabatsız yerləşdirilir.


Eninə armaturlar, boyuna işçi armaturların sıxılma zamanı yandan qabarmasınn
qarşısını alır. Təyin olunmuş addımla (s) yerləşdirilir, qaynaq karkaslarında addım
məsafəsi 20d, bağlama karkaslarında isə bu məsafə 15d olur (burada d – boyuna işçi
armaturların ən böyük diametridir). İstənilən halda, addım məsafəsi 500 mm-dən çox
olmamalıdır. Qaynaq karkaslarında eninə millərin diametri qaynaq olunma şərtinə
əsasən qəbul edilir (təqribən ən böyük diametrin 1/3 –qədər götürülür), bağlama-
karkaslarında isə ən böyük diametrin 1/4 – dən az olmamalıdır. Eninə millər üçün
beton mühafizə qatının qalınlığı 15 mm – dən az olmamalıdır.

Boyuna işlək armaturlarda calaq yeri ilə eninə armaturlar arasındakı məsafə
10d – dən artıq olmur. Elementin en kəsiyinin işlək armaturlarla doyması
(armaturlama faizi) 3% - dən artıq olduqda eninə armaturların addımını 10d
məsafəsindən və 300 mm - dən artıq olmamalıdır.

3.2 Mərkəzdənxaric sıxılan elementlərin dağılmasının 2 halı. Simmetriya


müstəvisində ixtiyari kəsik üçün hesabi düsturlar

Mərkəzdənxaric sıxılan elementlərdə gərginlik – deformasiya vəziyyəti


eksentristetin qiymətindən asılıdır. Beton və armaturun möhkəmliyi, yüklərin təsir
etmə müddəti və s. faktorlar elementin iki formada dağılmasına səbəb ola bilər.

Birinci hal (Şəkil 4.1-a). ξ ≤ξ R. Element, əyilən elementlərdə olduğu kimi


ω
ξR=
dağılır: böyük eksentristetlə təsir edən xarici qüvvədən ( ξ ≤ξ R, burada σ sR ,
1+
σ sc , u

СНиП 2.03.01-81*, (25)) en kəsikdə dartılan və sıxılan zona formalaşır, betonda


dartılan zonada çatlar yaranır və dartılan zonadakı armatur öz həddi müqavimətinə
çatır R s. Bundan sonra sıxılan beton dağılır.
40

Neytral oxun vəziyyətini bütün qüvvələrin, elementin oxuna nəzərən


proyeksiyaları cəmindən tapırlar:

N=R b A b + Rsc A s−R s A s ( 3.1)

Möhkəmlik şərti, xarici yüklərdən alınan moment ilə yuxarıda göstərilən daxili
qüvvələrdən, dartılan A s armaturun ağırlıq mərkəzinə nəzərən alınmış momentlərin
müqayisəsindən alınır:

Ne ≤ R b A b z b + R sc A s z s (3.2)

İkinci hal (Şəkil 4.1-b). ξ >ξ R . Beton daha çox sıxılan zonadan dağılmağa
başlayır. En kəsiyin kənarlarında, qüvvənin tətbiq nöqtəsindən daha uzaq məsafədə
sıxıcı və ya dartıcı gərginliklər yarana bilər.

A s armaturunda gərginlik ( N qüvvəsinin tətbiq nöqtəsindən uzaqda yerləşən)

sıxılan, dartılan və yaxud da sıfır ola bilər.

Mərkəzdənxaric sıxılan elementləri momentin təsir müstəvisində boyuna


qüvvələrin hesabi ekssentristetini ( M / N) və təsadüfi ekssentristeti nəzərə almaqla
hesablayırlar [2].

Əyilmə müstəvisinə perpendikulyar müstəvidə elementin möhkəmliyini yalnız


boyuna qüvvənin və təsadüfi ekssentristetin (ea) təsirinə yoxlayırlar [2].

Aşağıdakı şəkildə (Şəkil 3.2) mərkəzdənxaric sıxılan elementlərin hesabi


sxemləri göstərilmişdir (dağılmanın hər iki forması).
41
42

x
Şəkil 3.2. Mərkəzdənxaric sıxılan elementlərin hesabi sxemləri: a) ξ= h ≤ ξ R;
0

x
b) ξ= h >ξ R
0

Bu halda en kəsiyin möhkəmliyi (4.2) şərti ilə yoxlanılır, sıxılan zonanın


hündürlüyünü təyin edərkən isə bütün qüvvələrin elementin oxuna nəzərən
proyeksiyası cəmi yazılır,

Rb bx=N −Rsc A s +σ s A s (3.3)

Bu şərtdə σ s - aşağıdakı empirik asılılıq ilə təyin olunur:


σ sc , μ ω
σ s= ( −1)
ω ξ (3.4)
1−
1 ,1

(4.3) və (4.4) tənliklərini bir yerdə həll edərək x və σ s-ni tapmaq mümkündür.

Düzbucaqlı en kəsikli elementlərdə, beton B30 və aşağı olduqda və adi


(qabaqcadan gərginləşdirilməmiş) A-I, A-II, A-III sinifli armaturlar olduqda СНиП
(4.4) şərti ilə aşağıdakı xətti asılılığı qəbul etməyə icazə verir (СНиП 2.03.01-84*,
(39)).

x
1−
h0 (3.5)
σ s=(2 −1)∙ R s
1−ξ r

Düzbucaqlı en kəsik üçün hesabi düsturlar aşağıdakı formaya düşür:

Ab =bx ; z b =h0−0 ,5 x ; z s=h0 −a s (3.6)

Bu ifadələri (4.2) şərtində nəzərə alsaq aşağıdakı aşağıdakı kimi olar:

Ne=R b ∙ b ∙ x ∙ ( h0 −0 ,5 ∙ x ) + Rsc ∙ A s ∙ ¿) (3.7)

Müvafiq olaraq (3.1) və (3.3) şərtləri isə aşağıdakı kimi olacaq:


43

ξ ≤ξ R olarsa N =Rb ∙ b ∙ x + R sc A s−R s A s (3.8)

ξ >ξ R olarsa N =Rb ∙b ∙ x + Rsc A s−σ s A s (3.9)

3.3 Mərkəzdənxaric sıxılan elementlərin hesablanması

Mərkəzdənxaric sıxılan elementlərin gərginlik-deformasiya halı, elementlərin


çevikliyindən λ, eksentristetdən e0, yüklərin təsir müddətindən, sonluqlarının
bərkdilimə dərəcəsindən və s. faktorlardan asılıdır.

M
Eksentristetin e 0=( N )+ ea qiymətindən asılı olaraq, mərkəzdənxaric sıxılmanı

iki hal üçün fərqləndirirlər: böyük eksentristetli mərkəzdənxaric sıxılma və kiçik


eksentristetli mərkəzdənxaric sıxılma.

Birinci halda, elementlərin sıxılma zamanı gərginlik halı əyilən elementlərdəki


gərginlik halına yaxındır χ ≤ ξR h0 (Şəkil 3.1, a). Bu zaman boyuna sıxıcı qüvvənin
təsir xətti elementin ağırlıq mərkəzinə nisbətən daha böyük məsafədə təsir edir, yəni
boyuna qüvvənin eksentristeti böyükdür.Eyni zamanda bu halda, boyuna qüvvənin
tətbiq nöqtəsindən daha uzaqda duran kəsik hissəsi dartılır və bu zaman çatlar yaranır.
Burada yaranan dartıcı qüvvələri armaturlar qəbul edir. Boyuna qüvvənin tətbiq
nöqtəsinə yaxın olan kəsik hissəsi isə, armaturla birlikdə sıxılır. Elementin dağılması
prosesi (gərginlik-deformasiya halının III mərhələsi) tədricən olaraq baş verir, bu
halda dartılan və sıxılan zonadakı armaturlardakı gərginlik, sıxılan zonadakı beton
özlərinin həddi qiymətini alır: Rs, Rsc, Rb yəni dağılma betonun, sıxılan və dartılan
zonada yerləşən armaturların yükgötürmə qabiliyyətinin tamamən tükənməsinədək
davam edir.

İkinci halda, yəni kiçik eksentristetli sıxılma zamanı özündə elementin


gərginlik halının iki mümkün variantını birləşdirir: birincisi bütün kəsik sıxılır (Şəkil
3.1,b), ikincisi boyuna sıxıcı qüvvə tərəfdə kəsiyin çox hissəsi sıxılır və qarşı tərəf
44

zəif dartılmaya məruz qalır (Şəkil 3.1,c). Dağılma betonda və armaturda gərginliklərin
həddi qiymətlərinə çatması ilə baş verir. Bu halda, boyuna sıxıcı qüvvədən uzaqda
yerləşən kəsikdə gərginlik (sıxıcı və ya dartıcı) aşağı olur və materialın
möhkəmliyindən tam istifadə olunmur ( x >ξR h0 ).

Şəkil 3.3. Mərkəzdənxaric sıxılan elementlərin hesabi sxemləri: a - böyük


eksentristetli sıxılan elementlər ( x ≤ ξR h 0); b – kiçik eksentristetli sıxılan elementlər
45

hansı ki en kəsiyin bir hissəsi zəif dartılır x¿ ξR h 0); c - kiçik eksentristetli sıxılan
elementlər hansı ki, bütün kəsik sıxılır ( x >ξR h0);

Birinci və ikinci halda işləyən elementlərdə, en kəsikdə yaranan sıxıcı


gərginliklərin həqiqi epürünün hesablanmasını sadələşdirmək məqsədilə, düzbucaqlı
Rb ordinatı ilə əvəz edilir.

Mərkəzdənxaric sıxılan elementlərdə qabaqcadan gərginləşdirilmədən əsasən


montaj və nəqliyyat yükləri olduğu zaman, çatadavamlılığı artırılması məqsədilə
işlədilməsi məsləhət görülür. Bu halda, dartılan armaturları yüksək möhkəmlikli
poladdan qəbul etmək məsləhət görülmür, çünki qabaqcadan gərginləşdirmənin ( σ sp)
qiymətindən asılı olaraq o elementin yükgötürmə qabiliyyətini azalda bilər [4].

Verilmiş elementləri hesablayarkən, əyici momentin təsirindən elementlərdə


yaranan əyilmə zamanı artan başlanğıc eksentristetin e0 –in qiymətini hesablamaq
lazımdır. Əlavə əyilmənin yaranması və eksentristetin artması nəticəsində xaric yük
elementlərin yükgötürmə qabiliyyətini aşağı salır, xüsusilə çevikliyi böyük olan
elementlərdə ( l0/i≥14 və yaxud yaxud düzbucaqlı kəsikli elementlər üçün l0/i≥4).

Əyilmənin sıxılan elementlərin yükgötürmə qabiliyyətinə təsirinin


hesablanması konstruksiyaların deformasiya olunmuş sxemləri vasitəsilə yerinə
yetirilir. Bu halda, əsas diqqət, betonun qeyri-elastik deformasiyasına, armatura və
mövcud çatlara yönəldilir. Bu cür hesabatın çətin olduğuna görə SNİP
konstruksiyaları deformasiya olunmamış sxemə əsasən hesablamağa icazə verir,
ancaq əyintinin eksentristetə təsirini, e0 başlanğıc eksentristetinin qiymətini η
əmsalına vurmaqla nəzərə alır (e0).

η əmsalı aşağıdakı düstur ilə hesablanır,


46

1
η=
1−N cr

burada, N cr - şərti kritik qüvvədir.

Bu halda, 1¿ η ≤ 2, 5 və öz növbəsində, N cr qüvvəsi elementlərdə en kəsiyin


istənilən formasında aşağıdakı düstur vasitəsilə hesablana bilər,

N cr = 2
l0 [(
6 , 4 Eb I b
φ l 0 ,
0 , 11
1+δ l φ p )
+0 , 1 +α I s
] (3.10)

burada; φ l - əmsaldır, uzunmüddətli yükün elementin əyintisinə təsirini nəzərə alır


(həddi halda) və aşağıdakı kimi hesablanır,

φ l=1+ β ( M l / M ) ≤1+ β .

burada, β - əmsaldır, betonun quruluşundan asılı olaraq qəbul olunur ( β=1 , 0−¿ ağır
betonlar üçün; β=1 , 0 ÷1 , 5 – xırdadənəli betonlar üçün; β=1 , 0 ÷2 , 5 – yüngül betonlar
üçün); M l - daimi və uzunmüddətli yükün təsirindən, dartılan və yaxud az sıxılan
armaturlara nəzərən alınan momentdir, M – həmçinin tam yükdən alınan momentdir.

burada həmçinin, δ l - əmsaldır, aşağıdakı bəArabərliyə əsasən qəbul edilir,

e 0 /h ≥ δ min =0 , 5−0 ,1 ( l 0 /h ) −0 , 01 R b ; (Rb meqapaskal ilə);

α =E s / Eb; elastik modullarının nisbəti;


47

I b- elementin ağırlıq mərkəzinə nəzərən beton kəsiyinin inersiya momentidir;

( )
2
h0−a
I s=μb h 0 - beton kəsiyinin ağırlıq mərkəzinə nəzərən armaturun inersiya
2

momentidir; φ p- əmsaldır, armaturun qabaqcadan gərginləşməsinin elementin

sərtliyinə təsirini nəzərə alır;

Bütöv kəsiyin müntəzəm sıxılması zamanı dartılan armaturdakı φ p əmsalı


aşağıdakı empirik asılılıq ilə hesablanır;

σ bp e0
φ p=1+12
Rb h

Öz növbəsində, σ bp– betonda qabaqcadan gərginləşmənin təsirindən yaranan


gərginlikdir (γ sp <1 , 0 nəzərə alınmaqla); Rb – betonun iş şəraiti əmsalı nəzərə

alınmadan hesabi müqavimətidir e 0 /h ≤1 , 5;

Əgər (3.1) düsturundakı Ncr xarici yük N - dən az olarsa və ya hesablanmış η


- əmsalı 2,5 dən çox olarsa, o zaman elementin en kəsik sahəsini böyütmək lazım
gəlir.

Böyük və kiçik eksentristetlə mərkəzdənxaric sıxılan elementlərin (Şəkil 3.1)


normal kəsik üzrə möhkəmlik şərti aşağıdakı kimi xülasə edilə bilər: en kəsiyin
möhkəmliyi təmin olunmuş hesab edilir, əgər xarici qüvvədən yaranan moment M
dartılan (yaxudda az gərginləşən) armaturun ağırlıq mərkəzinə nəzərən daxili
qüvvələrdən yaranan Mult momentindən az və ya bərabərdirsə:
48

Ne ≤ M b + M sc=R b b x ( h0 −0 ,5 x ) + R sc A sc ( h0−a ) (3.12)

Betonun sıxılan zonasının hündürlüyü x , bütün normal qüvvələrin elementin


oxuna nəzərən proyeksiyasının sıfıra bərabər olması şərtindən təyin edilir;

N + R s A s−R sc A s −Rb bx=0 ξ ≤ξ R olarsa; (3.13)

N +σ s A s−R sc A s−Rb bx=0 ξ >ξ R olarsa; (3.14)

(3.4) tənliyindəki σ s – gərginliyi betonun sıxılan zonasının hündürlüyündən asılı


olaraq aşağıdakı ifadə ilə təyin olunur;

(
σ s= 2
1−ξ
)
R ;
1−ξ R s
(3.15)

burada; ξ - betonun sıxılan zonasının faktiki nisbi hündürlüyü; ξ R -betonun sıxılan


zonasının nisbi hündürlüyünün sərhəd qiyməti; R s-dartılan armaturun hesabi
müqaviməti;

Beləliklə, x=ξ R h0 olarsa, gərginlik σ s= R s olar, x=h 0 olarsa gərginlik σ s= R sc olar,


xüsusi hallarda, hansı ki bütün kəsik sıxılır ( x=h ¿, bu zaman 3.4 tənliyi aşağıdakı
formaya düşür;

N−R sc A s−Rsc A s −R b bh=0 ξ >ξ R olarsa; (3.16)


49

Böyük eksentristetlə sıxılan mərkəzdənxaric sıxılan elementlərin en kəsiyin


armaturlanmasının hesablanması, aşağıdakı kimi aparılır. 3.2 tənliyinə cədvəl əmsalı
α m əlavə etməklə aşağıdakı formaya düşür:

2
Ne ≤ R b b h0 α m + R sc A s ( h 0−a ) (3.17)

Nəzərə alsaq ki, hesabat zamanı sıxılan armatur o zaman tələb olunur ki,
betonun yükgötürmə qabiliyyəti sıxıcı qüvvələri qəbul etməyə kifayət etmir, 3.7
tənliyində α m=α mR . O zaman sıxılan armaturların tələb olunan sahəsi aşağıdakı kimi
təyin edilir;
2
Ne−Rb b h 0 α mR
A s=
R sc ( h 0−a )

Dartılan armaturların tələb olunan sahəsi 3.3 tənliyindəki x -i, ξ R h 0 ilə əvəz
etməklə hesablanır:

R b b h0 ξ R + R sc A s −N
A s=
Rs

Əgər hesabat zamanı A s< 0 alınarsa, o zaman tələb olunan armatur sahəsi
minimal armaturlanma əmsalı ilə qiymət alır A s=μmin b h0. Sonra, cədvəl əmsalı α m
aşağıdakı ifadə ilə təyin olunur;
50

Ne−R sc A s ( h 0−a )
α m= 2
Rb bh0

Əlavə cədvəllərə əsasən təyin olunmuş α m-ə uyğun ξ əmsalını götürürük və


tələb olunan dartılan armatur sahəsini təyin edirik;

R b b h0 ξ+ R sc A s−N
A s=
Rs

Kiçik eksentristetli elementlərin hesablanması, adətən sadələşdirilmiş iki


ekstremal varianta əsasən aparılır:

- ξ=ξ R qəbul edərək, böyük eksentristetli sıxılan elementlərdə olduğu kimi tələb
olunan armatur sahəsini hesablamaq;
- mərkəzi sıxılan elementlərin vəziyyətinə baxaraq, yəni x=h fərz edərək və
φ=η=1 əmsallarını qəbul edərək, tələb olunan armatur sahəsini ( A+ A ¿ 2.1 və

3.6 tənliklərinə əsaslanaraq təyin etmək;

Bundan sonra, A svə A s aralıqları təyin olunur 3.2 tənliyində elemenin


yükgötürmə qabiliyyəti yoxlanılır, bu halda betonun sıxılan zonasının hündürlüyü 3.4
tənliyinə əsaslanaraq dəqiqləşdirilir. Möhkəmlik şərti ödənmədikdə, armaturun en
kəsik sahəsində ( A svə A s) düzəlişlər edilərək, elementin yükgötürmə qabiliyyəti
yenidən hesablanır.
51

3.4 Mərkəzdənxaric sıxılan sütunların hesablanması metodikası


Mərkəzdənxaric sıxılan sütunlara təsir edən qüvvə elementin en kəsiyinin
ağırlıq mərkəzinə nəzərən müəyyən məsafədə təsir edir və bu da elementin en kəsiyi
üzrə qüvvənin qeyri bərbar paylanmasına səbəb olur. Bu daha çox gərginlikli hal
kimi xarakterizə olunur. Bu cür elementlərdə eksentristet mərkəzi sıxılan
elementlərdən daha çox qiymət alır. Boyuna qüvvədən elementin kəsiyinin ağırlıq
mərkəzinə nəzərən eksentristet təsadüfi (e a) və hesabi (e0) eksentristetlərin cəmi ilə
təyin olunur:
e 0=ea +e 0 ;

Yuxarıda qeyd etdiyimiz kimi, e a- aşağıdakı üç qiymətdən ən böyüyü götürlür:


a) e a=l0 /600 ;
b) e a=h0 /30 ;
c) e a=10 mm ;

Hesabi eksentristet isə e 0 - daha öncə qeyd etdiyimiz kimi, momentin boyuna
qüvvə ilə nisbətindən alınır.

e 0=M / N ;

Beləliklə mərkəzdənxaric sıxılan elementlər o elementlər hesab edilir ki,


boyuna qüvvənin (N ) təsir xətti istiqamətində, hesabi eksentristetin qiymətindən asılı
(e ¿¿ 0)¿olmayaraq əyilmə baş verir.

Eksentristetin kiçik qiymətində elementlərin en kəsik ölçüləri bir qayda olaraq


kvadrat layihələndirilir, eksentristet daha böyük qiymət alarkən momentin təsiri
52

zamanı elementlərin en kəsiyin ölçüləri momentin təsir müstəvisində böyüdülür


(düzbucaqlı və ikitavr en kəsikli).

Mərkəzdənxaric sıxılan elementlərin dağılması xüsusiyyətləri boyuna


qüvvənin təsirindən, elementin en kəsiyinin ağırlıq mərkəzinə nəzərən yaranan
eksentristetin qiymətindən asılıdı (e 0 ¿ , həmçinin elementlərin sıxılan və dartılan
zonada armaturlanma xüsusiyyətlərindən asılıdır.

Yuxarı bölmələrdə də qeyd etdiyimiz kimi, mərkəzdənxaric sıxılan


elementlərin iki cür dağılması müşahidə olunur:

1) Birinci hal (böyük eksentristetli hal):


Elementin yüklənməsi zamanı boyuna N boyuna qüvvəsi böyük eksentristetlə
təsir edir və yaxud dartılan zonada zəif armaturlar yerləşdirilmişdir. Bu halda
dağılma prosesi dartılan zonadan başlayır. Əvvəlcə dartılan betonda çat əmələ
gəlir, hansı ki bu sonradan armaturda gərginlik artması ilə daha da genişlənir.
Neytral ox bu halda sıxılan zonaya tərəf yerini dəyişir. Sonra, dartılan armatur
öz axıcılıq həddinə çatır və element dağılmağa başlayır. Dartılan zonada beton
və armatur həddi qiymətlərinə çatdıqdan sonra bütün yükləri sıxılan zona qəbul
edir. Sıxılan zonadakı beton və armatur da öz həddi qiymətlərinə çatdıqdan
sonra – element dağılır. Mərkəzdənxaric sütunun bu cür dağılması ξ ≤ξ R olduğu
zaman müşahidə olunur; burada ξ−¿ betonun sıxılan zonasının nisbi
hündürlüyü, ξ R −¿ betonun sıxılan zonasının nisbi hündürlüyünün həddi qiyməti
(Normativ sənədlərlə beton və armaturun xarakterindən asılı olaraq təyin
olunur).
2) İkinci hal (kiçik eksentristetli hal):
Kiçik eksentristetli boyuna sıxıcı qüvvənin təsiri zamanı və yaxud dartılan
zonada güclü armaturlar olduqda elementin en kəsiyi bütöv sıxılma və yaxud
çox kiçik (əhəmiyyətsiz) dartılma müşahidə olunur. Dağılma bu halda sıxılan
53

zonadan başlayır. Bu zaman betonun sıxılan zonasının nisbi hündürlüyü ilə


həddi qiyməti arasındakı asılılıq ξ >ξ R kimi olur;
Bu halda ξ R aşağıdakı ifadə ilə təyin olunur;
ω
ξR=
[ 1+( Rs /σ sc .u ) ∙ ( 1−ω/1 , 1 ) ]

Burada; ω – betonun sıxılan zonasının xüsusiyyəti;


ω=α −β ∙ R b;

burada; α - beton üçün əmsaldır (ağır beton üçün -0,85, yüngül beton üçün -0,8
qəbul olunur);
β – əmsal, qəbul edirik =0,008, betonun növündən asılı olmayaraq;
Rb −¿ betonun sıxılmada hesabi müqaviməti;

R s−¿ armaturun dartılmada hesabi müqaviməti;

σ sc . u−¿ sıxılan zonadakı armaturdakı həddi gərginlik;

Mərkəzdənxaric sıxılan sütunlar üçün buraxılabilən armaturlanma faizi


0,1-3%- dir. Optimal armaturlanma faizi 1-2 % hesab olunur.

3.5 Mərkəzdənxaric sıxılan elementlərdə çevikliyin nəzərə alınması


Yuxarıda alınan düsturlar çevikliyi nəzərə alınmayan mərkəzdənxaric sıxılan
elementlərə aiddir. Çevik elementlər xarici yükün təsiri altında əyilir və başlanğıc
ekssentristet artır (Şəkil 3.4). Bu zaman əyici moment artır və dağılma çevikliyi kiçik
olan elementə nisbətən nisbətən daha az boyuna qüvvənin təsirindən baş verir.
Əyilmənin sıxılan elementin yükgötürmə qabiliyyətinə təsiri, konstruksiyaların
deformasiyalı halı ilə nəzərə alınır [2].
54

Çevik mərkəzdənxaric sıxılan elementlərdə boyuna sıxıcı qüvvənin təsiri


zamanı element əyilir və bu səbəbdən də boyuna qüvvənin eksentristeti (e 0 ¿ artır.

Şəkil 3.4 Çevik elementlərdə boyuna qüvvənin təsirindən eksentristetin böyüməsi

Boyuna əyilmə əmsalı –η aşağıdakı ifadə ilə təyin olunur:


1
η=
( 1−( N /N cr ) )

burada; N - boyuna hesabi qüvvə;


55

N cr - kritik qüvvə;

( l0 /h ) ≤ 10 olduqda:
( Eb ∙b ∙ h )
N cr =0 , 15 2
( l0 /h )

burada; Eb −¿ betonun elastiklik moduludur, MPa;

Dartılma və sıxılmada betonun başlanğıc elastiklik modulu Е b, МПа∙10-3, betonun sıxılmada


möhkəmlik sinifinə əsasən
В10 В15 В20 В25 В30 В35
19 24 27 30 32,5 34,5

Mərkəzdənxaric sıxılan elementlərdə, boyuna əyilməni – η nəzərə almaq


ehtiyacı elementin həqiqi çevikliyinin buraxılabilən çevikliyi ilə müqayisəsindən
təyin olunur. Əgər elementin çevikliyi 20>λ>10 hüdudundadırsa onda əyilməni
nəzərə almaq lazımdır.
Bu halda, boyun qüvvədən eksentristet aşağıdakı ifadə ilə təyin olunacaq:

e=e0 ∙η+ 0 ,5 (h0−a)

Çox hallarda, sütunlar düzbucaqlı en kəsikli simmetrik armaturlanma ilə


hesablanır. Bu halda, As=As΄ ( yəni, dartılan armature sahəsi bərabərdir sıxılan
armature sahəsinə), və Rs=Rsc (yəni, dartılan və sıxılan armaturların hesabi
müqaviməti) => Rsc · As΄ = Rs· As.
56

Mərkəzdənxaric sıxılan elementlərdə (simmetrik armaturlanma zamanı) tələb


olunan armatur sahəsi aşağıdakı ifadə ilə təyin olunur;

A s= A s=
'
(
N e−h 0+
N
2 ∙ Rb∙ b )
Rsc ( h0−a' )

burada; N – boyuna hesabi qüvvə;


e - eksentristet, е=e0· η + 0,5(h0-a)- burada a- dartılan zonadakı beton
mühafizə qatının qalınlığı, adətən 3 sm-dən 5 sm-ə qədər qəbul olunur;
h 0 – betonun işçi hündürlüyü;

b−¿ en kəsiyin eni;


R sc−¿ armaturun sıxılmada hesabi müqaviməti;

a −¿ sıxılan zonadakı beton mühafizə qatının qalınlığı, bir qayda olaraq a =¿ a.


' '

Mərkəzdənxaric sıxılan dəmir-beton elementlərin möhkəmliyi aşağıdakı ifadə


ilə təyin olunur:

N ∙ e ≤ R b ∙ b ∙ x ( h 0−0 , 5 x ) + R sc ∙ A s ' ( h 0−a ' )

bu zaman həmçinin sıxılan zonanın hündürlüyü aşağıdakı ifadə ilə təyin edilə
bilər:

N
x=
Rb ∙b
57

x N
ξ= =
h0 Rb ∙b ∙ h 0

3.6 Simmetrik armaturlanmış mərkəzdənxaric sıxılan sütunun


hesablanmasına aid nümunə №1

Tələb olunur:
Düzbucaq kəsikli (bxh) simmetrik armaturlanmış dəmir-beton sütun üçün armaturun
seçilməsi.
Verilir:
Sütunun en kəsiyi: bxh=400x600 mm;
Sütunun həndəsi uzunluğu: l=8520 mm (bir ucu sərt digər ucu oynaqla

bərkidilmişdir, bu zaman l0=0 ,7 ∙ l=0 , 7 ∙ 8520=5964 mm ¿ ;


Yüklənmə: N=1100 kN ; M =600 kN ∙ M ;
Beton: Ağır beton –B20;
Armatur: A-II;
Qeyd: Elementin boyuna armaturlanması 4 millə yerinə yetirilir;

Həlli:
1. Hesabatı icra etmək üçün tələb olunan kəmiyyətləri təyin edirik;
Rb =8 , 5 MPa ;
Rb ∙ γ b=8 , 5 ∙1=8 ,5 MPa ;
3
E=27 ∙10 MPa ;
R s=Rsc =280 MPa ;
a=5 sm−¿ qəbul edirik;

1. Hesabi eksentristeti təyin edirik:


58

M 600
e oh= = =0,545 m=545 mm ;
N 1100

2. Təsadüfi eksentristeti təyin edirik:


5964
a) e a=l 0 /600= 600 =9 , 94 mm ;
600
b) e a=h0 /30= 30 =20 mm ;

c) e a=10 mm ;

3. e 0=eoh +e a=545+20=565 mm ;

4. Elementin çevikliyin yoxlayırıq:

λ=l 0 /h=5964/600=9 , 94 ; aldığımız 9,94 –qiyməti 20>λ>10 hüduduna daxil

olmadığı üçün η- əmsalını nəzərə almağa ehtiyac qalmır.

5. Tələb olunan armatur sahəsini hesablayırıq:

3
N 3 1100∙ 10
N ∙(e−h0 + ) 1100 ∙10 (0,565−0 ,55+ 6
)
2∙ Rb ∙b 2 ∙8 , 5 ∙10 ∙ 0 , 4 2 2
A s= A s= = =0,001388 m =1388 mm
Rsc ∙(h0−a ) 6
280 ∙ 10 ∙(0 , 55−0 , 05)

6. Sortamentə əsasən qəbul edirik: 4 Ø22 mm; A s .tot =1520 mm2 ;


7. Sütunun armaturlanma faizini yoxlayırıq:

A s .tot 1520
μ= ∙ 100 %= ∙100 %=0 ,63 % ;
b∙h 400 ∙600
59

Aldığımız qiymət buraxilə bilən qiymətdir.

8. Eninə millərin diametrini təyin edirik:

d s w ≥ 0 , 25∙ d s=0 , 25 ∙22=5 ,5 mm ; (d s w =6 mm ( A−I ) qəbul edirik);

9. Eninə millərin addımını təyin edirik:

sw ≤15 ∙ d s (500 mm-dən çox olmamaqla) sw ≤15 ∙ d s =15∙ 22=330 mm;


sw =330 mm => qəbul edirik;

10. Sütunun armaturlanma sxemini cizgidə göstəririk:


60

Şəkil 3.5 Mərkəzdənxaric sıxılan dəmir-beton sütunun armaturlanma sxemi


ƏSAS NƏTİCƏLƏR

Dissertasiya işində hazırki rus inşaat normalarına uyğun olaraq təsadüfi


ekssentristetlə sıxılan və mərkəzdənxaric sıxılan dəmir-beton elementlərinin
hesablanması metodikası təhlil olunmuşdur. Həmçinin sıxılan dəmir-beton
elementlərin layihələndirilməsi, konstruktiv xüsusiyyətləri və hesablanmas haqqında
məlumatlar qeyd olunmuşdur.
Normativ sənədlər tədqiq olunmuş, sıxılan dəmir-beton elementlərin
hesablanması metodikası işlənilmiş, təsdüfi eksentristetlə sıxılan və mərkəzdənxaric
sıxılan dəmir-beton hesablama ardıcıllığı göstərilmiş və nümunəvi olaraq
hesablanmışdır.

Giriş hissədə, mövzunun aktuallığı, praktiki əhmiyyəti, işin elmi yeniliyi,


dissertasiya işinin informasiya bazası, tədqiqat obyekti və dissertasiyanın həcmi
haqqında qeydlər aparılmışdır.

Nəzəri hissədə hesablama düsturları, ardıcıllığı göstərilmiş. O cümlədən


hesablama sxemləri tərtib olunmuşdur. Hesablama zamanı gərginlik vəziyyətindən
asılı olaraq ümumi təhlükəsizliyi təmin etmək üçün, müəyyən etibarlılıq
əmsallarından istifadə olunmuşdur.
Nümunə həllərdə, en kəsiyi 300x300 mm olan təsadüfi eksentristetlə sıxılan
dəmir-beton sütun üçün tələb olunan armatur sahəsi hesablanmışdır.Aldığımız
armaturlanma faizi buraxilən qiymətlər hüdudunda olduğu üçün hesabatın nəticəsi
qənaətbəxş qiymətləndirilmişdir. O cümlədən en kəsiyi 400x600 mm olan
mərkəzdənxaric sıxılan dəmir-beton sütun hesablanmış və tələb olunan armatur sahəsi
təyin olunmuşdur. Burada da aldığımız armaturlanma faizi buraxılabilən qiymətlər
hüdudunda alındığı üçün hesabat qənaətbəxş qiymətləndirilmişdir.
61

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. H.N.Salayeva , Dəmir-beton konstruksiyaları, Çaşıoğlu, Bakı- 2001.


2. Hüseyn Artıkoğlu, Xalid Məhəmmədoğlu, Dəmir-beton elementlərin
hesablanması, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi”, 2005.
3. А.А. Гвоздева, Развитие методики расчета по предельным состояниям,
М.:Стройиздат, 1978.
4. А.Г. Колмогоров, В.С.Плевков, Расчет железебетоных конструкций по
российским и зарубежным нормам, . Томск-2009.
5. А.П.Мандрикоов, Примеры расчета железебетонных конструкций,
Москва-1989.
6. Байков В.Н., Сигалов Э.Е. Железебетонные конструкции: Общий курс.
М.: Стройиздат, 1991.
7. В.М. Бондаренко, Р.О.Бакиров, В.Г.Назаров, В.И.Римшин,
Железебетонные и каменные конструкции, М.: Высщ. шк., 2004.
8. И.И. Пантелькин, Расчет элементов железебетонных конструкций, М.:
ИАСВ, 1998.
9. И.И.Улицкий, С.А.Ривкин, М.В.Самолетов, А.А.Дыховичный,
М.М.Френкель, В.И.Кретов, Железебетонные конструкции, Киев -1972.
10. Н.М.Леванов, Д.Г.Суворкин, Железебетонные конструкции, Москва -
1965.
11.Пособие по проектированию бетонных и железебетонных конструкций из
тяжелых и легких бетонов без предварительного напряжения арматуры (к
СНиП 2.03.01-84). М.: ЦНТП, 1986.
62

12.Пособие по проектированию предварительно напряженных


железебетонных конструкций из тяжелых и легких бетонов (к СНиП
2.03.01-84). М.: ЦНТП, 1988.
13. Пособие по проектированию предварительно напряженных
железебетонных конструкций из тяжелого бетона ( к СП 52-102-2003). М.,
ЦНИИ пром-зданий, 2005.
14.СНиП 2.01.07-85*. Нагрузки и воздействия. М.:ГУП ЦПП, 2003.
15.СНиП 2.03.01-84*. Бетонные и железебетонные конструкции. М.:ГУП
ЦПП, 2000.
16.СНиП 52-01-2003 Бетонные и железобетонные конструкции. Основные
положения. М.: ГУП НИИ НСБ Госсстроя России, 2003.
17. СП 52-101-2003 Бетонные и железобетонные конструкции без
предварительного напряжения арматуры. М.: ФГУП ЦПП, 2004.
18. СП 52-102-2004 Предварительно напряженные железебетонные
конструкции. М.:ФГУП ЦПП, 2005.

İnternet resursları

19. http://provse.news/remont-otdelka_793_795/532-osobennosti-rabotyi-
derevyannyih-stoek-pod-46725.html
20. http://betony.ru/zhelezobeton/raschet-elementov-pri-sluchaynih-
ekstrantrisitetah.php
21. http://studopedia.ru/2_36647_osnovi-konstruirovaniya-szhatih-elementov.html
22. https://www.science-education.ru/ru/article/view?id=11801
23. http://studme.org/54872/tovarovedenie/raschet_vnetsentrenno-
szhatyh_betonnyh_elementov_predelnym_usiliyam
24. http://5fan.ru/wievjob.php?id=22388
63

You might also like