You are on page 1of 14

II dərs.

Qanun təyin etmə nəzərindən


peyğəmbərlərə olan ehtiyac
Ötən dərsdə insanların peyğəmbərlərə
olan ehtiyaclarının cəhətini, yəni təlim
və tərbiyə cəhətindən olan ehtiyacını
öyrəndik. İndi isə növbə
peyğəmbərlərin insanların həyatında
ən əsas rolu olan ictimai qanunlarla
bağlılığına yetişmişdir.
Məlum olduğu kimi, insanların ən
böyük və əsas xüsusiyyəti, onların hər
bir sahədə qazandıqları uğurların
səbəbi ictimai şəkildə yaşamalarıdır.
Qətiyyətlə demək olar ki, əgər insanlar
bir-birindən ayrı yaşasaydılar, indi
onların hamısı fikir, düşüncə,
mədəniyyət tərzi nəzərindən eynilə daş
dövrünün insanları kimi olardılar.
İnsanlara mədəniyyət bəxş edən,
onların elmini bu qədər inkişaf etdirən
yalnız ictimai yaşamdır. Məsələn, aya
uçuşu təsəvvür etsək, görürük ki, bu,
bir, yaxud bir neçə nəfərin səyi
nəticəsində yox, milyonlarla alimin
min illərlə göstərdiyi səylər, təcrübələr,
kəşflər nəticəsində həyata keçmiş bir
işdir. Yaxud indiki zamanda mahir və
təcrübəli bir həkim özü ölmüş, lakin
qəlbi hələ döyünməkdə davam edən
insanın ürəyini başqa bir insanın ürəyi
ilə əvəz edərək onu ölümdən xilas
edərsə, bu minlərlə həkim və cərrahın
səyi nəticəsində və onların indiki
şagirdlərinin əli ilə həyata keçmiş bir
işdir. Əlbəttə, bunu da xatırladaq ki,
bu cür ictimai yaşayışın bəzi mənfi
cəhətləri də vardır. Məsələn, bir-birinin
haqqını tapdalamaq, bir-birinə
təcavüz və zorakılıq etmək,hətta bəzən
bir-birinə (ölkə-ölkəyə) qarşı müharibə
və qırğın törətmək kimi nümunələri
göstərmək olar. Bu halda qanuna,
nizam-intizama olan ehtiyac aydın hiss
olunur.
Qanun insanların üç əsas çətinliyini
aradan qaldırır:
1)Qanun hər bir insanın cəmiyyət
qarşısında, eləcə də cəmiyyətin hər bir
insan qarşısında vəzifəsini müəyyən
edir. İstedadları çiçəkləndirərək səyləri
bir-biri ilə uyğunlaşdırır.
2)Qanun insanların öz vəzifələrinə
əməl etmələri üçün lazım olan
nəzarətin yaranmasına yol açır.
3)Qanun insanların bir-birinin
hüququna təcavüz etməsinin qarşısını
alaraq hər cür hərc-mərcliyin,
çəkişmələrin baş verməsinə mane olur
və lazım olduğu vaxt caniləri münasib
cəzaya məhkum edir.
Ən gözəl qanun təyin edən kimdir?
İndi görək, insanların ehtiyacı olan
qanunları kim daha gözəl təyin edə
bilər? Bu şərtlə
ki, yuxarıda deyilən üç bəndin
hamısına riayət olunsun. Bu məsələni
daha yaxşı açıqlamaq
üçün sadə bir misaldan istifadə edirik.
İnsan cəmiyyətini uzun bir qatara,
qanunları isə həmin qatarı idarə edən
lokomotivə
bənzətmək olar. Qanun bütün yol boyu
çəkilmiş və qatarın məqsədini təyin
edən relsdir.
Məlumdur ki, yaxşı dəmir yolu
aşağıdakı xüsusiyyətlərə malik
olmalıdır:
A)Qatarın keçəcəyi yollar qatarın
bütün ağırlığını saxlaya bilməlidir.
B)İki relsin arasında olan məsafə
qatarın təkərlərinin məsafəsi ilə uyğun
gəlməlidir.
Həmçinin, yol boyu tunellərin
hündürlüyü qatarın hündürlüyünə
münasib olmalıdır.
V)Qatarın əyləc sistemi yollardakı
eniş-yoxuşun öhdəsindən gələ
bilmədir.
Q)Yollarda baş verə bilən hadisələr
dəqiq hesablanıb ehtimal edilməlidir
ki, qatar
bütün məsafəni salamat gedə bilsin.
Bu misalı nəzərə alaraq insan
cəmiyyətinə qayıdırıq. İnsanlar üçün
qanun təyin etmək
istəyən şəxs aşağıdakı xüsusiyyətlərə
malik olmalıdır:
A)Müxtəlif insanları yaxşı tanımalı,
onların bütün istək, meyl və
ehtiyaclarından agah
olmalıdır.
B)İnsanlarda olan bütün dəyər və
istedadları nəzərə alaraq onların
çiçəklənməsi üçün
qanun təyin etməlidir.
V) Cəmiyyətdə baş verən hadisələri,
eləcə də onlara qarşı göstərilə biləcək
müqavimətləri qabaqcadan bilməlidir.
Q)Cəmiyyətdən heç bir şəxsi mənafe
güdməməli və qanun təyin edən
zaman özünün və
ya yaxın adamlarının xeyrini
düşünməməlidir.
D)Gələcəkdə həyata keçəcək inkişaf və
geriləmələrdən xəbərdar olmalıdır.
E)Son dərəcə səhvsiz, nöqsansız və
eybsiz olmalıdır.
J)Nəhayət, qanun təyin edən şəxs
cəmiyyətdəki qüvvələrin heç birinin
təsiri altında
olmamalı, heç kimdən qorxmamalı,
eyni zamanda bütün insanlara qarşı
mehriban və
ürəyiyanan olmalıdır.
Kim bu xüsusiyyətlərə malikdir?
İnsan qanun təyin edənlərin ən yaxşısı
ola bilərmi? İndiyədək bir nəfər belə
olsun,
insanı yaxşı tanıyıbmı? Əsrimizin
böyük alimlərindən biri insan barədə
geniş bir kitab
yazaraq həmin kitabı «İnsan-
tanınmamış varlıq» adlandırmışdır.
İndiyədək insanın bütün meyl və
istəkləri kəşf olunubmu?
Adi insanlar arasında cəmiyyətdən
şəxsi mənfəət güdməyən bir şəxs tapa
bilərsinizmi?
Allahdan başqa insanın cismani və
ruhani ehtiyaclarını bilən varmı?
İnsanlar arasında səhv və nöqsanı
olmayan, bəşərə lazımlı bir şəxs
tanyırsınızmı?
Deməli, Allah və onun vəhyini qəbul
edən şəxsdən (peyğəmbərdən) başqa,
heç kim
qanunverici ola bilməz.
Bununla da belə nəticəyə gəlirik ki,
insanları təkamül və səadətə
qovuşmaq üçün xəlq
etmiş Allah onların hidayəti üçün bir
sıra qanunlar və rəhbərlər təyin
edərək insanlara
çatdırmalıdır.
Əgər camaat qanunun Allah
tərəfindən olduğunu bilsə, şübhəsiz ki,
xatircəmlik və
arxayınlıqla ona əməl edəcəkdir.
Başqa sözlə desək, bu arxayınçılıq
qanunun icra
olunacağını tam şəkildə təmin edir.
Tövhidlə nübüvvətin əlaqəsi
Xatırlatmaq lazımdır ki, yaranışda
olan nizam-intizamın özü də
peyğəmbərlərin olması
və onların vəzifəsinə açıq-aşkar bir
sübutdur.
İzah: Maraqlı və heyrətli yaranışın
quruluşunda azacıq araşdırma
apardıqda məlum
olur ki, Allah məxluqatın ona olan
ehtiyaclarının heç birini
əsirgəməmişdir. Məsələn, əgər o, bizə
görmək üçün göz veribsə, onu
qorumaq üçün qaş və kiprik də
vermişdir. Gözü həmişə
rütubətli saxlamaq üçün onda göz yaşı
xəlq etmişdir. Əgər göz qurusa, bu
gözün işdən
düşməsi ilə nəticələnər. Bundan əlavə,
gözün içində olan kiçik bir dəliyin
vasitəsi ilə gözün
artıq yaşları burna tökülür. Əgər bu
dəlik olmasaydı, artıq və əlavə göz
yaşlarının hamısı
insanın sifətinə tökülərdi. Göz
qapaqlarını elə həssas və dəqiq
yaratmışdır ki, onlar güclü və
zəif işığa qarşı öz-özünə kiçilib,
böyüyürlər. Bunun vasitəsi ilə işıq axını
tənzimlənir və gözə
heç bir zərər dəymir. Gözün ətrafında
olan kiçik əzələlər başı tərpətmədən
gözü o tərəf- bu
tərəfə fırlatmağa qadirdirlər. Bununla
da, göz ətrafında olan şeyləri asanlıqla
görə bilir.
İnsanın bu ehtiyaclarını təmin edən
Allah onu rəhbərlərdən və vəhylə
rabitəsi olan
məsum peyğəmbərdən məhrum
edərmi?
Tanınmış filosof Əbu Əli ibn Sina
«Şəfa» kitabında yazır: «İnsanın
peyğəmbərlərə olan
ehtiyacı qaş və kipriklərin tüklərinin
bitməsindən, ayağın altındakı
çökəkliyin içəri
batmasından daha zəruri və mühüm
bir şeydir. Buna görə də ola bilməz ki,
Allah o
ehtiyacları ödəsin (məsələn, qaşın
tükünü bitirsin), lakin insanın
peyğəmbərə olan
ehtiyacını ödəməsin.»
Fikirləşin və cavab verin
1.İnsan həyatının ən əsas
xüsusiyyətləri nədir?
2.Nəyə görə insan qanunsuz yaşaya
bilməz?
3.Qanunun insanların həyatındakı
rolunu göstərən sadə bir misal deyin.
4.Ən yaxşı qanun təyin edən hansı
xüsusiyyətlərə malik olmalıdır?
5.Nə üçün peyğəmbərlər elə insanların
özlərindən olmalıdırlar?

You might also like