You are on page 1of 35

1.

Əməliyyat sistemi haqqında anlayış


2. Əməliyyat sistemlərinin təyinatı, funksiyaları və arxitekturası
3. Əməliyyat sisteminin yerinə yetirdiyi funksiyalar.
4. Əməliyyat sistemlərinin əsas funksiyaları
5. Əməliyyat sistemlərinin əlavə funksiyaları

Əməliyyat sistemi -(ƏS) komputer resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını,
onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə komputer
arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur.
Resurs dedikdə komputerin istənilən komponenti - mərkəzi prosessor, əməli və ya xarici
yaddaş, xarici qurğu, proqram və.s başa düşülür.
Əməliyyat sistemləri - informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifadəçinin
qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə
prosesinin avtomatlaşdırılması və istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə
edilməsidir. ƏS lazım olan proqramı komputerin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə
nəzarət edir.
Əməliyyat sisteminin əsas funksiyaları aşağıdakılardır.
•Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi;
• Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin
mümkün edilməsi;
• Komputerin əməli yaddaşının idarə edilməsi;
• Komputerin sabit yaddaşının idarə edilməsi;
• İstifadəçi ilə komputer arasında qarşılıqlı əlaqənin yaradılması;
Əməliyyat sisteminin əlavə funksiyaları aşağıdakılardır.
• Bir neçə əməliyyatın paralel olaraq yerinə yetirilməsi;
• Prosesslər arasında bağlantının/qarşılıqlı əlaqəsinin qurulması;
• Komputerlər arasında bağlantının/qarşılıqlı əlaqəsinin qurulması (şəbəkə);
• Sistemin sıradan çıxmağının, informasiyanın itirilmasənin/ikinci çəxsin əlinə keçməsinin
qarşısının alınması;
• Qoşulmaların idarə edilməsi;

6. Əməliyyat sistemlərinin təsnifati.


7. Əməliyyat sistemlərinin növləri.

Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalarına görə üç (3) qrupa bölünür:


- birməsələli (biristifadəçili);
- çoxməsələli (çoxistifadəçili);
- şəbəkə.
Birməsələli ƏS - müəyyən bir anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə
tututlmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən MS-DOS-dur.
Çoxməsələli ƏS - komputerdən, multiproqram vaxt bölgüsü rejmində kollektiv istifadəsini təmin
edir. Bu tip ƏS-nə UNİX, OS/2, Windows 95, Windows 98, Windows 2000 və.s misal göstərmək olar.
Çoхməsələli əməliyyat sisteminin birməsələli sistemdən əsas fərqi bir neçə istifadəçinin eyni vaхtda
1
kompüterdə işləməsi zamanı müхtəlif terminallar tərəfində dəstəklənməsi və hər bir istifadəçinin
informasiyalarının icazəsiz müraciətdən qorunmasıdır.
Şəbəkə ƏS – kompüter şəbəkləri ilə işləmək üçün nəzərdə tutulmuşdur. Belə ƏS - də
informasiyanın şəbəkəyə qoşulması, kompüterlər arasında emalı, ötürülməsi saхlanması daha asan
olur. Bu ƏS-nə UNIX , Novell, NetWare, Windows NT, Windows Server, IBM LAN, Linux kimi əməliyyat
sistemləri tanınmış şəbəkə əməliyyat sistemləri hesab olunur. Windows NT geniş yayılmış 32
mərtəbəli şəbəkə əməliyyat sistemidir. İki modifikasiyası mövcuddur: Windows NT Server və
Windows NT Work Station.
Windows NT server - əsasən şəbəkə resurslarının idarə olunması üçündür.
Windows NT Work Station Windows NT-nin versiyasıdır, lokal kompüterlərdə və işçi
stansiyalarda işləmək üçün nəzərdə tutulub. Bu sistem bütünlükdə 32 mərtəbəlidir və olduqca
etibarlıdır, çoхməsələli rejimdə işləyir. ƏS komputerin qoşulması ilə yüklənir və istifadəçi ilə
hesablama sistemi ilə rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir.
Əməliyyat sisteminin təsnifatı (növləri ).
ƏS-nin aşağıdakı növləri mövcuddur:
- sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
- sistemin idarəsi ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli,
çoxməsələli;
- prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
- prosessorun mərtəbələrinə görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-mərtəbəli, 64-mərtəbəli 128-
mərtəbəli, 256-mərtəbəli;
-interfeysin tipinə görə: əmrli, obyektyönlü;
- informasiya emalı rejiminə görə: paket emalı, vaxt bölgüsü, real vaxta görə;
- resurslarından istifadəsinə görə: şəbəkə, lokal:

8. Əməliyyat sisteminin funksiyalarına görə interfeysin növləri

Funksiyalarına görə interfeysin aşağıdakı növləri var.


Proqram interfeysi - hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini
təmin edən vasitələr məcmusudur.
İstifadəçi interfeysi - istifadəçinin komputerlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat
vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrli və obyektyönlü ola bilər.
Əmrli interfeys - istifadəçiyə komputer resurslarını idarə olunması üçün əmrləri klaviaturadan
daxil etməyə imkan verir.
Obyektyönlü interfeys - obyektlər, yəni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd
və.s üzərində əməliyyatları həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.

9. Sistem proqramları.
10. Sistem proqramlarına daxil olan proqramlar və onların yerinə yetirdiyi iş.

2
Kompüterləri islətmək və tətbiq olunma sahələrini genisləndirmək üçün onlar mütləq proqram
təminatina malik olmalıdırlar. Proqram təminatı elə proqramlar kompleksindən ibaretdir ki , onsuz
komputerin işini təsəvvür etmek olmaz. Kompüterin proqram təminatı dedikdə kompüterdə istifadə
olunan bütün proqramlar nəzərdə tutulur.
Proqram təminatı 3 qrupa bölünür:
1. Sistem proqramları;
2. Tətbiqi proqramlar;
3. İnstrumental proqramlar (Alqoritmik dillər):
Sistem proqramları.
İstifadəçi ilə komputer arasında dialoq yaradan, komputerdə olan digər proqramların işləməsini
təmin edən və komputerin qurğuları arasında əlaqə yaradan proqrama sistem proqramları
deyilir.Sistem proqramları komputeri və ona qoşulan qurğuları idarə etmək üçündür.
Sistem proqramlarına daxildir:
1. Əməliyyat sistemi;
2. Örtük proqramları;
3. Arxiv proqramları;
4. Drayverlər (xarici qurğuları birləşdirən);
5. Utilitlər
Əməliyyat sistemi - (ƏS) komputer resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını,
onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə komputer
arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Əməliyyat sistemlərinə misal
olaraq MS DOS, Macintosh OS (Mac OS), OS/2, Windows NT, Unix, Linux göstərmək olar. Tədricən
əməliyyat sistemləri yeniləndi və Windows 95, Windows 98, Windows 2000, Windows XP, Windows
7, Windows 8, Windows 10 kimi tanınmış əməliyyat sistemləri meydana gəldi.

Örtük proqramları əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan
proqramlardır.Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə
yeni interfeys təqdim edir. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının
yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk
sahəsi və əməli yaddaş qurğuları haqqında məlumatların verilməsini təmin edir. Bütün örtük
proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü
korlanma ehtimalını azaldır.Misal üçün: NC, Windows 3.1, Windows. Windows özü həm əməliyyat
sistemidir həm də örtük proqramıdır.

Arxivləşdirmə proqramı -diskdəki fayılların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə


onları xüsusi arxiv proqramlarına yıga bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit
proqramlardır. Arxivatorlar – kompüterin yaddaşındakı informasiyanı sixlaşdıraraq yaddaşda daha az
yer tutmasına xidmət edir. Windows əməliyyat sistemlərində WinZip, WinRar kimi çox istifadə
olunan proqramlarla yanaşı WinArj, CAB, Gzip, Jar, Rar, Tar, 7-Zip sıxlaşdırma proqramlarındanda
istifadə olunur . Arxivatorlar utilitlərin tərkibinə aid edilir.
Drayverlər - utilitlərə daxil olan xüsusi proqramlardır. Onların vəzifəsi komputerin periferiya
qurğularının işini idarə etməkdir. Drayver proqramları xarici qurğuları komputerə tanıdır, yəni ƏS ilə

3
qurğular arasınada əlaqə yaradır. Buna görədə printer, skaner kimi qurğuları komputerə qoşmaq üçün
onun drayverini komputerə quraşdırmaq lazımdır.

Utilitlər latınca utilitas "fayda" sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını
təşkil edən proqramlardır.Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir.

Utilit – disk və fayl sistemi ilə işləmək, qarşıya çıxa biləcək problemləri aradan qaldırmaq üçün
nəzərdə tutulan proqramlar qrupudur. Utilitlər yaddaş qurğularına nəzarət edir,informasiyanın
qorunmasını və arxivləşdirilməsini yerinə yetirir, kompüterlə digər qurğuları birləşdirir,şəbəkələrin
işinə nəzarət edir və.s.

Tətbiqi proqramlar- hər hansı bir məsələni həll etmək üçün istifadə olunur( mətin redaktorları
elektron cədvəllərdə işləmək üçün proqramlar, verilenler bazası, tərcümə proqramları, tərcümə
proqramları , komputer qrafikası , arxiv proqramları və s.) Tətbiqi proqramlar özləridə tiplərə
bölünürlər. Əsas tətbiq proqramlar və köməkçi proqramlar (utilitlər). Utilit- konkrer işi görən və ofis
proqramlarına daxil edilen xüsusi proqramdir.

Alqoritmik diller proqramı


Alqoritmik diller proqramı- hər hansı proqram dili üçün nəzərsə tutulmuş proqramlar. Hal
hazırda çolu sayda proqramlaşdırma dilləri var.
Proqramlaşdırma dilləri 5 qrupa bölünür:

 Çoх yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoхPro, Paradoх,Visual Basic.
 Yüksək səviyyəli dillər: Pascal, Visual Basic, Fortran.
 Aşağı səviyyəli proqlamlaşdırma dilləri: Assembler, Avtokod və.s
 Orta səviyyəli proqlamlaşdırma dilleri: C++, Java

Maşın dili: Ən aşağı səviyyəli dil olub 0 və 1-lərdən ibarətdir.

11. Əməliyyat sisteminin iş vahidi.


12. Proses və axın.

Multiproqramlaşdırmanı dəstəkləmək üçün, əməliyyat sistemi prosessor və kompüterin


resursları arasında iş vahidini təyin etməlidir.(Multiproqramlaşdırma-çoxməsələlik deməkdir).
Əməliyyat sisteminin iki növ iş vahidi var: Proses və axın.
Proses-icra mərhələsində olan proqramdır və əmrlər sayğacının, reqistrlərin və dəyişənlərin
cari qiymətləri daxil olmaqla, yerinə yetirilən proqramın nüsxəsidir. Proseslərin uzlaşdırılması ilə bağlı
məsələlər əməliyyat sisteminin nüvəsində yerləşən planlaşdırıcı və dispetçer proqramları tərəfindən
həyata keçirilir.
Planlaşdırıcı dərhal gedən proseslərin hesabatını aparır, yeni prosesləri qeydə alır və bitmiş
prosesləri yaddaşdan silir. Proseslərə nəzarət etmək üçün planlaşdırıcı bütün proseslər haqqında olan
məlumatı proseslər cədvəli adlanan əməli yaddaşın bir hissəsinə yerləşdirir. Kompüterə yeni tapşırıq
veriləndə planlaşdırıcı onun üçün proses yaradır və cədvələ yeni verilənləri yerləşdirir. Proseslər
cədvəlində prosesə ayrılmış yaddaş, onun prioriteti, hazır olması və ya gözləməsi haqqında
məlumatlar saxlanılır.
4
Əgər prosesin işini davam etdirmək olursa, onda bu proses hazırlıq vəziyyətində sayılır. Əgər
prosesin davamı üçün xaricdən digər proseslərdən müəyyən məlumatlar gəlməlidirsə, onda o,
gözləmə vəziyyətindədir.
Dispetçer – əməliyyat sisteminin nüvəsinin bir hissəsidir. O, planlaşdırılmış proseslərin yerinə
yetirilməsinə nəzarət edir.
Axın prosesin tərkib hissəsidir. Axın əmrlər ardıcıllığından ibarətdir. Proses öz işini yerinə
yetirmək üçün axınlardan istifadə edir.
Məsələn: prosessor vaxtını axın bölür, prosessorun işi zamanı proqram əmrlərinin ardıcıllığını
tənzimləyir. Axın 3 vəziyyətdən birində olur:
1)Yerinə yetirilmə -bu axının aktiv vəziyyətidir.
2)Gözləmə- bu axının passıv vəziyyətidir(məs:giriş-çıxış əməliyyatının qurtarmasını gözləyir).
3) Hazırlıq - bu axının passıv vəziyyətidir,ancaq yerinə yetirilməyə hazır vəziyyətdədir.Ancaq
prossesor başqa axının icrası ilə məşğuldur.Yəni, həm də aktiv vəziyyətidir.

13. MS Dos əməliyyat sistemləri.

MS-DOS əməliyyat sistemi birməsələli (birtapşırıqlı) əməliyyat sistemidir. Ən mühüm


əməliyyat sistemlərindən biri də MS-DOS-dur. Bu əməliyyat sistemi 1981-ci ildə ABŞ-da İBM PC
kompüterilə ilə eyni vxtda meydana gəlmişdir. Sistemin yaradıcısı müasir dövrdə ən çox gəlir gətirən
firma olan Microsoft firmasıdır. MS-DOS əməliyyat sistemi üzərində Windows əməliyyat sistemi
qurulmuşdur. MS-DOS yalnız əmirlərdən ibarətdir o Windows kimi bir neçə əməliyyatı birdən birə
yerinə yetirə bilmir.Burada yalnız əməliyyatları ardıcıl yerinə yetirmək olar. Bu əməliyyat sistemi
sistem vasitələrinə çox asanlıqla uyğunlaşır.Bu xüsusiyyət imkan verir ki, istifadəçi öz sistem
proqramlarını yazıb əməliyyat sisteminin standart proqramlarını siyahıya əlavə etsin.MS-DOS
əməliyyat sistemi prqoramlarının icrasının yerinə yetirilməsini, fərdi kompüter resurslarının idarə
edilməsini, prosessorun və fərdi kompüterin xarici qurğularının iştirakı ilə informasiya emalının təşkili,
xarici yaddaşda informasiyanın saxlanması və disklərə xidmət işinin yerinə yetirilməsi kimi funksiyaları
yerinə yetirən kompleks proqramlara malikdir.

OS/ 2 – İBM firması tərəfindən 1987 – ci ildə istehsal olunan bu əməliyyat sistemi fərdi
kompüterlər üçün nəzərdə tutulmuşdu və çoxməsələli əməliyyat sistemidir.

14. Mac OS əməliyyat sistemləri.

Macintosh - qısaca (Mac OS) olaraq tanınır. MacOS personal kompüterlər istehsal eden Apple
firması tərəfindən 1984-cü ildə yaradılmış əməliyyat sistemidir. System adlandırılan ilk versiyası 1984-
cü ildə MacOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeyisə malik olan sistemdir.
Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün
çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki,virus yoxdur. Son versiyası MacOS
Mojave adı altında satılır.Yeni fünksiyalarla genişləndirilən MacOS Mojave Azərbaycanda da satış və

5
istismardadır. Maus və qrafik interfeys ilk dəfə Apple firması tərəfindən tətbiq edilib. Hal hazırda
Apple firmasının istehsal etdiyi kompüterlərdə MacOS ƏS- dən istifadə olunur.

15. Komputerdə işləyən proqramların kateqoriyaları və onların funksiyaları.

Kompüterləri islətmək və tətbiq olunma sahələrini genisləndirmək üçün onlar mütləq proqram
təminatina malik olmalıdırlar. Proqram təminatı elə proqramlar kompleksindən ibaretdir ki , onsuz
komputerin isini təsəvvür etmek olmaz. Kompüterin proqram təminatı dedikdə kompüterdə istifadə
olunan bütün proqramlar nəzərdə tutulur.
Proqram təminatı 3 qrupa bölünür:
1. Sistem proqramları;
2. Tətbiqi proqramlar;
3. İnstrumental proqramlar (Alqoritmik dillər):
Sistem proqramları.
İstifadəçi ilə komputer arasında dialoq yaradan, komputerdə olan digər proqramların işləməsini
təmin edən və komputerin qurğuları arasında əlaqə yaradan proqrama sistem proqramları
deyilir.Sistem proqramları komputeri və ona qoşulan qurğuları idarə etmək üçündür.
Sistem proqramlarına daxildir:
1. Əməliyyat sistemi;
2. Örtük proqramları;
3. Arxiv proqramları;
4. Drayverlər (xarici qurğuları birləşdirən);
5. Utilitlər
Əməliyyat sistemi - (ƏS) komputer resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını,
onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə komputer
arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Əməliyyat sistemlərinə misal
olaraq MS DOS, Macintosh OS (Mac OS), OS/2, Windows NT, Unix, Linux göstərmək olar. Tədricən
əməliyyat sistemləri yeniləndi və Windows 95, Windows 98, Windows 2000, Windows XP, Windows
7, Windows 8, Windows 10 kimi tanınmış əməliyyat sistemləri meydana gəldi.

Örtük proqramları əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan
proqramlardır.Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə
yeni interfeys təqdim edir. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının
yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk
sahəsi və əməli yaddaş qurğuları haqqında məlumatların verilməsini təmin edir. Bütün örtük
proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü
korlanma ehtimalını azaldır.Misal üçün: NC, Windows 3.1, Windows. Windows özü həm əməliyyat
sistemidir həm də örtük proqramıdır.

Arxivləşdirmə proqramı -diskdəki fayılların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi


ilə onları xüsusi arxiv proqramlarına yıga bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit
proqramlardır. Arxivatorlar – kompüterin yaddaşındakı informasiyanı sixlaşdıraraq yaddaşda daha az
yer tutmasına xidmət edir. Windows əməliyyat sistemlərində WinZip, WinRar kimi çox istifadə
olunan proqramlarla yanaşı WinArj, CAB, Gzip, Jar, Rar, Tar, 7-Zip sıxlaşdırma proqramlarındanda 6
istifadə olunur . Arxivatorlar utilitlərin tərkibinə aid edilir.
Drayverlər - utilitlərə daxil olan xüsusi proqramlardır. Onların vəzifəsi komputerin periferiya
qurğularının işini idarə etməkdir. Drayver proqramları xarici qurğuları komputerə tanıdır, yəni ƏS ilə
qurğular arasınada əlaqə yaradır. Buna görədə printer, skaner kimi qurğuları komputerə qoşmaq üçün
onun drayverini komputerə quraşdırmaq lazımdır.

Utilitlər latınca utilitas "fayda" sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını
təşkil edən proqramlardır.Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir.

Utilit – disk və fayl sistemi ilə işləmək, qarşıya çıxa biləcək problemləri aradan qaldırmaq üçün
nəzərdə tutulan proqramlar qrupudur. Utilitlər yaddaş qurğularına nəzarət edir,informasiyanın
qorunmasını və arxivləşdirilməsini yerinə yetirir, kompüterlə digər qurğuları birləşdirir,şəbəkələrin
işinə nəzarət edir və.s.

Tətbiqi proqramlar- hər hansı bir məsələni həll etmək üçün istifadə olunur( mətin redaktorları
elektron cədvəllərdə işləmək üçün proqramlar, verilenler bazası, tərcümə proqramları, tərcümə
proqramları , komputer qrafikası , arxiv proqramları və s.) Tətbiqi proqramlar özləridə tiplərə
bölünürlər. Əsas tətbiq proqramlar və köməkçi proqramlar (utilitlər). Utilit- konkrer işi görən və ofis
proqramlarına daxil edilen xüsusi proqramdir.

Alqoritmik diller proqramı


Alqoritmik diller proqramı- hər hansı proqram dili üçün nəzərsə tutulmuş proqramlar.
Hal hazırda çolu sayda proqramlaşdırma dilləri var.
Proqramlaşdırma dilləri 5 qrupa bölünür:

 Çoх yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoхPro, Paradoх,Visual Basic.
 Yüksək səviyyəli dillər: Pascal, Visual Basic, Fortran.
 Aşağı səviyyəli proqlamlaşdırma dilləri: Assembler, Avtokod və.s
 Orta səviyyəli proqlamlaşdırma dilleri: C++, Java
 Maşın dili: Ən aşağı səviyyəli dil olub 0 və 1-lərdən ibarətdir.

16. Örtük proqramları, arxivator proqramları.


17. Windows əməliyyat sistemində faylların arxivləşdirilməsi

Örtük proqramları - əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan
proqramlardır.Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə
yeni interfeys təqdim edir. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının
yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk
sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.Bütün örtük
proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü
korlanma ehtimalını azaldır.Misal üçün: NC, Windows 3.1, Windows. Windows özü həm əməliyyat
sistemidir həm də örtük proqramıdır.

7
Arxivləşdirmə proqramı - diskdəki fayılların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə
onları xüsusi arxiv proqramlarına yıga bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit
proqramlardır. Arxivatorlar – kompüterin yaddaşındakı informasiyanı sixlaşdıraraq yaddaşda daha az
yer tutmasına xidmət edir. Windows əməliyyat sistemlərində WinZip ,WinRar kimi çox istifadə
olunan proqramlarla yanaşı WinArj, CAB, Gzip, Jar, Rar, Tar, Zip sıxlaşdırma proqramlarındanda
istifadə olunur .
Komputerdə aparılan mühüm əməliyyatlardan biri informasiyanın arxivləşdirilməsidir. Bu
əməliyyat hər şeydən əvvəl mühüm faylların qorunması baxımından onların ehtiyat kopiyalarının
saxlanması üçün əhəmiyyatlidir. Belə ki, faylların hər hansı səbəbdən korlanması zamanı onları
arxivdən bərpa etmək olar. Eyni zamanda bu əməliyyat bərk diskdə istifadə olunmayan faylların
arxivləşdirilməsi hesabına diskin xeyli hissəsinin boşaldılmasına və boş yaddaş sahəsinin artırılmasına
imkan verir.

18. Şəbəkə əməliyyat sistemləri.

Şəbəkə əməliyyat sistemləri (Network Operation System ) informasiya şəbəkəsində verilənlərin


emalını, saxlanmasını və ötürülməsini təmin edən əməliyyat sistemidir.Şəbəkə əməliyyat sisteminin
əsas vəzifəsi şəbəkə resurslarının (fayllar,proqramlar,faks modem,printerlər,disk məkanı) bölünməsi
və şəbəkənin administrasiyası(idarəetmə,inzibatçılıq) sistem administratoru bölünən resusrları
müəyyənləşdirir,parollar verir.Hər bir istifadəçi üçün və ya istifadəçilər qrupu üçün onların
hüquqlarını təmin edir.Buna görədə şəbəkə əməliyyat sisteminin sxemini 2 qrupa bölmək olar:

1.Serverlər üçün şəbəkə əməliyyat sistemi.

2.İstifadəçilər yəni klientlər üçün şəbəkə əməliyyat sistemi.

Xüsusi şəbəkə əməliyyat sistemləri var ki,onlar adi sistemlərin funksiyasını yerinə
yetirir.Məsələn Windows NT və elə adi əməliyyat sistemi var ki, şəbəkə funksiyasını yerinə
yetirir.Məsələn Windows XP şəbəkə əməliyyat sistemi geniş mənada ayrıca kompyuterlərin vahid
qaydalara protokollara görə öz aralarında qarşılıqlı informasiya mübadiləsi və resurslarının
bölünməsini həyata keçirən əməliyyat sistemləri toplusu kimi başa düşülə bilər.Bu protokollar
şəbəkənin əsas funksiyalarını təmin edir:Obyektlərin ünvanlaşdırılması verilənlərin təhlükəsizliyinin
təmin olunması,şəbəkənin idarə olunması və s. Dar mənada şəbəkə əməliyyat sistemihər hansı bir
kompyuterin şəbəkədə işlənməsini təmin edən əməliyyat sistemi kimi başa düşülür.Şəbəkə
funksiyalarının kompyuterlər arasında bölünməsindən asılı olaraq kompyuter şəbəkələri 2 sinfə
bölünür:1.birranqlı .2.ayrılmış server.Əgər kompyuter öz resurslarını digər kompyuterlər üçün təqdim
edirsə onda o kompyuter server rolunu oynayır.Serverlər ixtisaslaşır: fayl-server,print-server,poçt-
server,verilənlər bazası, kommunikasiya – server, faks-server.Fayl-server bir halda serverdə birgə
istifadə olunan fayllar və proqramlar yerləşir.

Print-server kompyuterə kifayət qədər güclü printer qoşulur və bu printer bir neçə işçi
stansiyanı informasiyalarını dərhal çap edir.

Poçt-server: belə serverlərdə şəbəkədə ötürülən və qəbul edilən informasiya saxlanılır.


8
Faks-server bir və ya bir neçə faks modemdən daxil olan məlumatları idarə edir.

19. UNİX əməliyyat sistemləri.


20. Linux əməliyyat sistemləri.

UNİX əməliyyatlar sistemi – 32 mərtəbəli çoxmərtəbəli, çoxistifadəçili əməliyyat


sistemidir.Üstün cəhəti bütün muxtəlif komputerlərdə istifadə mümkünlüyüdür . UNIX ƏS interaktiv
sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə daxil
olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvari quruluşa malikdir. Ağacın
kökündə qurğu və ya əsas (kök) kataloq durur. Sonrakı şaxələnmə alt kataloqlar və fayllar üzrə
aparılır. İstifadəçi adətən, fayl və kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.UNİX
aşağıdakıları özündə birləşdidrir;

 Paylanmış verilənlər bazasına müraciət;


 Lokal şəbkədə işləmək
 Uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal çıxış imkanı.

UNİX –in müsbət cəhətləri.

- Müxtəlif kompüterlərdə istifadəsinin mümkünlüyü


- Mövcud sistemlər arasında ən təhlükəsiz etibarlı və sürətli sistemdir.

Linux (azərb.Linuks) – çox populyar, sərbəst paylanan bir əməliyyat sistemidir.Linux nüvəsinin
yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur
Linuxun üstünlükləri:

1. Pulsuz olması. Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır.

2. Yüksək etibarlılığı. Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə
olunur.

3. Təhlükəsizliyinin yüksək olması . Linuxu Seçməklə siz kompüter viruslarını tamamilə unutmaq
olar və həmçinin, heç bir antivirusa ehtiyac yoxdur. Çünki, Linux təhlükəsizdir.

4. Universallığı. Linuxun hər hansı distributivini seçməklə, yerinə yetirilən məsələlərdən asılı
olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilmək olar.

5. Yüksək məhsuldarlığı.

21. Disklər üzərində aparılan əməliyyatlar.


22. Diskin formatlaşması və defraqmentasiyası

Disklər haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə My computer qovluğunu
açıb sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və mausun sağ düyməsini sıxırlar.
9
Açılmış menyu pəncərəsində Properties (Свойства) əmrini yerinə yetirirlər. Açılmış pəncərədə
diaqram şəklində diskin ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur.
Diski formatlaşdırmaq tələb olunursa, My computer qovluğunu açıb paneldə kompüterin disklərindən
tələb olunanı qeyd edir və kontekst menyunun Format komandasını yerinə yetirib, açılmış pəncərədə
formatlaşmanın növünü göstərmək lazımdır.
Kompüterin diskinin, qovluğunun və ya fayllarının lokal şəbəkədə ümumi istifadəsini təmin
etmək üçün onları qeyd edib kontekst menyudan Sharing and security (Общий доступ и
безопасность) əmrini yerinə yetirmək lazımdır.
Verilənlərin mübadiləsi: Verilənlərin mübadiləsi dedikdə, verilənlərin bir obyektdən digər
obyektə ötürülməsi başa düşülür. Windows mühitində verilənlərin mübadiləsi ya mübadilə buferi
vasitəsilə , ya da qeyd edilmiş obyekti maus vasitəsilə çəkməklə həyata keçirilir. Bufer vasitəsilə
verilənlərin mübadiləsi standart əmrlərin – Cut (Вырезать), Copy (Копировать) və Paste (Вставить)
köməyi ilə həyata keçirilir. Xüsusi yerləşdirmə - Paste Special (Специальная вставка) əmri.
1.Disklərin yoxlanılması.
Komputerin normal işlənməsi üçün ona mütəmadi olaraq müəyyən xidmətlər göstərmək
lazımdır. Disklərdə korlanmış sektorların aşkar olunması və fayl sistemində ola biləcək səhvlərin üzə
çıxarılması üçün disklərin yoxlanılması, faylların disklərdə optimal yerləşdirilməsi üçün disklərin
defraqmentləşdirilməsi, mütamadi olaraq disklərin lazımsız fayllardan təmizlənməsi və mühüm
proqram və faylların ehtiyat kopyalarının yaradılması belə xidmətlərdəndir.Windows XP sistemi iş
prosesində üzə çıxan səhvlərin əksəriyyətini xüsusi yoxlama proqramından utilitdən istifadəetməklə
aradan qaldırmağa imkan verir. Bu diskləri yoxlamaq üçün nəzərdə tutulan chdsk.exe proqramıdır

2.Disklərin defraqmentasiyası .

Məlumdurki, təzəcə formatlaşdırılmış diskə fayllar yazılarkən proses çox sürətlə gedir. Lakin
zaman keçdikcə kompüterin sürətinin zəiflədiyi hiss olunur. Disk formatlaşdırılarkən hər birinin həcmi
512 bayt olan sektorlara bölünür. Fayl sistemi disk sektorlarını müəyyən bloklarda birləşdirir. Bu
bloklar klasterlər adlanır. Hər klaster yalnız bir fayla aiddir. Bir klasterə 2 fayl yazmaq olmaz.Fayllar
yeni formatlaşdırılmış bərk diskə yerləşdirilərkən Windows sistemi onlar üçün bir birinin ardınca
nömrələnmiş klasterlər ardıcıllığı ayırır. Lakin vaxt keçdikcə bərk diskdə ayrılmış klasterlərin ardıcıllığı
pozulur. Belə ki, diskdə mövcud olan fayla yeni verilənlər əlavə edildikdə həmin fayl üçün əlavə
klaster ayrılır və bu yeni klaster tamamilə aralı (diskin başqa yerinə) düşür. Beləliklə, bir fayl yaddaşın
ayrı-ayrı hissələrində fraqmentlər şəklində yerləşmiş olur.

Proqramların icrasını sürətləndirmək üçün proqram fraqmentləri saxlanılan klasterləri


“toplamaq” və imkan daxilində diskdə bir- birinə daha yaxın birləşdirmək lazımdır.

Bu proses diskin defraqmentləşdirilməsi- defraqmantasiya adlanır. Diskdə saxlanılan istənilən


informasiya zaman keçdikcə fraqmentləşdiyi üçün ən azı bir neçə ayda bir dəfə defraqmentləşdirmə
əməliyyatını aparmaq lazımdır.Disklərin defraqmentləşdirilməsi üçün Windows sistemində xüsusi
utilit – Дефрагментация proqramı nəzərdə tutulur. Bu proqram diskdə saxlanılan faylları elə
nizamlayır ki, diskin müxtəlif hissələrinə səpələnmiş fayl hissələri bir yerdə toplanmaqla diskin yalnız
bir hissəsində ardıcıl yerləşərək saxlanılır. Bundan əlavə defraqmentasiya əməliyyatı prosesindəki
10
diskdəki boş yerlər birləşərək bütöv disk sahəsi (yaddaş oblastı) əmələ gətirir ki, bu da gələcək də yeni
yazılan fayllarındiskdə müxtəlif hissələrlə (fraqmentlər şəklində) saxlanma ehtimalını azldır.

3.Disklərin təmizlənməsi.

Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması
nəticəsində diskin təmamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu
zaman əməliyyat sistemi məlumat verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə
olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar.
Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə edilir-
Очисткадиска Diskdə boş yerin olmadığı barədə sistem məlumatı üzərində mausun soldüyməsi
basılarkən Очистка диска proqramı avtomatik icra olunur.

4.Diskin formatlaşmasi
Diskin formatlaşması diskin yazı və oxuma üçün hazırlanması deməkdir. «Мои документы»
qovluğu açılır, disk(disket) göstərilir → kontekst menyuda «Форматировать…» → «Формат Диск…»
dialoq pəncərəsi açılır → Начать (Start).
Formatlaşma zamanı disketdəki bütün informasiyalar silinir, disk cığır və sektorlara ayrılır.
Dialoq pəncərəsində formatlaşmanın bir-neçə üsulundan istifadə etmək mümkündür:
«Быстрое» – diskdə bütün informasiya silinir, yalnız bir dəfə format olunmuş disklər üçün nəzərdə
tutulur;«Использовать сжатие» – NTFS ilə dəstəklənir.

23. Yaddaşın idarə olunması, virtual yaddaş

Əməliyyat Sisteminin funksiyalarından biri yaddaşın idarə olunması, proqramların əməli


yaddaşa köçürülməsi, onların tətbiqi, kompüterin əməli yaddaşının idarə edilməsi və kompüterin sabit
yaddaşının idarə edilməsinin tənzimlənməsini təmin etməkdir. Bütün ƏS-ri istifadəçi ilə həm paket,
həm də dialoq rejimində işi təmin etməyə imkan verir. Paket rejimində ƏS avtomatik olaraq verilmiş
əmrlər ardıcılığını yerinə yetirir. Dialoq rejimində isə ƏS istifadəçinin əmrlərini yeni əmr alınana kimi
gözləməlidir. Bütün ƏS-ri özünün avtomatik olaraq yüklənməsini təmin edir. Müasir komputerlərdə
ƏS-nin funksiyasının bir hissəsini komputerin daimi yaddaşında yerləşən proqramlar yerinə yetirir. Bu
proqramlar giriş-çıxış baza sistemi (BİOS) adlanır. Bunun hesabına bəzi əməliyyatların yerinə
yetirilməsi sürətlənir. Komputerdə bir neçə proqram işlədikdə operativ yaddaşın hansı hissəsinin bu
və ya digər proqram üçün nəzərdə tutulduğunun bilinməsi çox əhəmiyyətlidir. ƏS-nin bu funksiyası
yaddaşın idarə olunması funksiyası adlanır. Hər bir ƏS yaddaşın boş hissəsini onun tutulmuş
hissəsindən fərqləndirə bilir. Hər bir yeni proqram yüklənərkən ƏS yaddaşı idarə edən utilitə yaddaşın
boş hissəsindən proqrama uyğun ölçüdə yer ayırması sorğusu ilə müraciət edir. Yaddaşın idarə edən
Utilit lazımi sahəni tapır və proqramı orada yerləşdirir. Daimi yaddaşda ilkin yükləmə proqramı və
əsas qurğuların test proqramları yerləşir. Komputer işə salınarkən birinci olaraq ilkin yükləmə
proqramı yerinə yetirilir. Testləşmə başa çatdıqdan sonra ilkin yükləmə proqramı ƏS-ni yükləyən
xüsusi proqramı tapmağa çalışır.

11
Virtual yaddaş. Virtual yaddaş məsələnin həlli üçün ayrılan virtual fəzanın bir hissəsində, qalan
hissə isə disk yaddaşında yerləşir.Virtual yaddaş proqramın disk ilə fəal yaddaş arasında dövr
etməsidir. Yaddaşdan çıxarılan əlavələrin birinə idarəetmə əmri verildikdə o, yenidən fəal yaddaşa
yüklənir. Bunun nəticəsində yaddaşda olan digər əlavə yaddaşdan çıxarılır. Beləliklə proqramlar disk
və fəal yaddaş arasında dövr edir. Virtual yaddaşla təmin olunma həmdə çoxlu sayda əlavələrin
açılmasına imkan verir.Lakin bu halda diskdən yaddaşa və əksinə yükləmə əməliyyatları komputerlərin
məhsuldarlığını azaldır.Belə məqsədlər üçün istifadə olunan xarici yaddaşın bir hissəsi yükləmə
faylıdır.

24. Qeydiyyat yazısının yaradılması.

Əvvəlki versiyalardan fərqli olaraq Windows 7 sistemində təhlükəsizlik baxımından bir sıra
yeniliklər edilmişdir.Sistemin adminstratoru bir qayda olaraq həmişə komputerdə işləyənlərin hər biri
üçün qeydiyyat yazısı yaradır.İstifadəçinin qeydiyyat yazısı onun adı əlavə ola bilər ki, həm də sistemə
daxil olarkən istifadə etdiyi parolla təyin olunur.Eyni zamanda hər bir qeydiyyat yazısının adminstrator
tərəfindən təyin olunmuş”hüquqları” var. Odur ki, Windows 7 əməliyyat sistemi bu hüquqlara
əsaslanaraq bir sıra əməliyyatların aparılmasına nəzarət edir və eləcədə onlara müəyyən qaydalar
qoyur.

Qeydiyyat yazısının yaratmaq üçün baş menyudan idarəetmə paneli qovluğunu açmaq və
qeydiyyat yazıları (учетные записи пользователей) işarəsi üzərində sol düyməni basmaq lazımdır Bu
halda eyni adlı dialoq pencərəsi ekranda əks olunur. Açılmış dialoq pəncərəsindən istifadə edərək yeni
qeydiyyat yazısı yaratmaq və mövcud olan qeydiyyat yazıları uzərində müxtəlif əməliyyatlar aparmaq
olar.

25. BİOS – sistemi

Kompüternizdə hansı əməliyyat sistemi yüklənmiş olursa olsun,arхa planda işləməkdə olan daha
bir əməliyyat sistemi var.Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu
əməliyyat sistemi BİOS adlanır. BİOS -a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan
problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır. BIOS-un açılışı Basic İnput/Output
System, yəni Əsas Giriş/ Çıхış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib
işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyalari baхımından fərqlənir. BIOS sisteminizin
ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da BIOS silinmir. Bunun
səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oхuna bilən bir ROM yaddaş qurğusunda
qeydli olmasıdır. BIOS proqramı, digər proqramlarınızdan fərqli olaraq istəsəniz imtina edə
biləcəyiniz bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir hissəsidir. Əlavə
olaraq BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, nu səbəblə də hər ana platanın
BIOS-u özünə məхsusdur.Ən yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə əslində çoх köhnə

12
proqramlardır. BIOS –un nüvə funksiyaları 1981-ci ildə çıхan IMB PC-yə əsaslanır və bu funksiyalar
sisteminiz nə qədər yeni olursa olsun dəyişmir.

26. Nüvə və onun növləri

Nüvə əməliyyat sisteminin mərkəzi hissəsidir.O tətbiqi proqramlara prosessor zamanını və


yaddaş kimi kompyuterin resursların bölüşməyi təmin edir.Bundan başqa nüvə fayl sistemi və şəbəkə
protokalları servislərini təqdim edir.Nüvə əməliyyat sisteminin əsas elementi olaraq proqramların
resurslarından istifadəsində ən aşağı səviyyəni təşkil edir.Bu zaman nüvə-proqramın proseslərin
proseslərarası əlaqə meхаnizmi ilə qraşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə müraciətini
təmin edir.Qeyd olunan məsələnin həlli yolları nüvənin arхitekturasından və onun həyata keçirilməsi
üsulundan asılı olaraq müхtəlif ola bilərlər. Aşağdakı nüvə arхitekturası mövcuddur:

 Monolit nüvə
 Modullardan təşkil olunmuş nüvə
 Mikronüvə
 Ekzonüvə
 Nanonüvə
 Hibrid nüvə

27. Qurğuların tipləri.


28. Drayverlər.
29. Utilitlər.

Qurğular dispetçeri –kompüterin bütün qurğuları haqqında informasiyanın toplandığı əsas


verilənlər bazasıdır. Bu dispetçerin köməyilə praktik olaraq istənilən qurğunu idarə etmək
olur.Kompüterdə qurğuların dispetçerini açmaq üçün İdarəetmə panelinin (Панель управления )
(Control panel), Система и безопасность (Sistem və təhlükəsizlik) bölməsinin Система (Sistem)
bölməsindən Диспетцер устройств (Device Manager) (Qurğu meneceri) bölməsini seçmək
lazımdır.Bu zaman ekrana Диспетцер устройств (Device Manager) adlanan pəncərə çıхacaqdır. Bu
meneceri açdıqda budaqlanmış bir struktur açılır. Burada hər bir qurğu üçün хüsusi bir sətr
ayrılmışdır.Əgər hansısa bir qurğu qeyri korrekt işləyirsə (bu əsas hallarda drayverlər də
çatışmamazlıq, qüsur olduqda olur),onda onun adının sol hissəsində təhlükə bildirən nida işarəsi
görünəcəkdir.Əgər belə işarə yoхdursa,onda həmin qurğu tam qaydasında işləyir.Əgər nida işarəsi
varsa onda müəyyən tədbirlər görmək lazımdır. Məsələn drayveri yenidən quraşdırmağa çalışmaq və
ya onu tamamilə əvəzləmək lazımdır. Nida işarəsindən başqa, siz Windows-da qurğunun təyinat
meхanizminin qeyri korrektliyini göstərən digər məlumatı da görə bilərsiniz.Məsələn, müəyyən
formalı (bəzədilmiş) sual işarəsi ilə birlikdə Неизвестное устройство yazısı görə bilərsiniz. Bu
məlumat isə uyğun drayveri olmayan qurğunu göstərir.
13
Qurgu drayveri sistem səviyyəsində qurğunu idarəedən proqramdır. O əməliyyat sisteminə
sadəcə olaraq quraşdırılmır, onun özəyini təşkil edir. Faktiki olaraq hər bir yeni qurğu qoşulduqda
özəkdə yeni dəyişikliklər baş verir və biz yenisistem almış oluruq. Bu dəyişiklik komputerin yenidən
yüklənməsi zamanı baş verir.

Drayverlər - utilitlərə daxil olan xüsusi proqramlardır. Onların vəzifəsi komputerin periferiya
qurğularının işini idarə etməkdir. Drayver proqramları xarici qurğuları komputerə tanıdır, yəni ƏS ilə
qurğular arasınada əlaqə yaradır. Buna görədə printer, skaner kimi qurğuları komputerə qoşmaq üçün
onun drayverini komputerə quraşdırmaq lazımdır. Windows ƏS-də bir sıra xarici qurğuların qoşulması
üçün drayverin istifadəçi tərəfindən yazılmasına ehtiyyac yoxdur. Bir çox qurğuların drayveri ƏS-nin
tərkibində mövcuddur və qurğu komputerə qoşulduğu andaişə düşür. Komputerə qoşulmuş xarici
qurğunun drayverini avtomatik olaraq yükləyən bu texnologiya Plug and Play (Qoş və istifadə et)
adlanır.

Device Driver kompyuterı təşkil edən və ona qoşulmuş qurğuları /cihazları/ avadanlıqları
(hardware) idarə edən/düzgün işləməsini təmin edən proqramdır. Printer, Scaner, Monitor, Video
kart, şəbəkə kartı və s. avadanlıqları kompyuterə qoşulduqdan sonra normal işləmələri üçün həmən
kompyuterə onları tanıtmaq lazımdır. Əgər hər hansı avadanlıq üçün driver yazılmayıbsa, yanlış driver
yazılıbsa və ya yazılmış driver-də problem varsa, həmən avadanlıq ya ümumiyyətlə işləməyəcək, ya da
işləməsində müxtəlif problemlər yaranacaq. Məsələn:

 Video kartın driveri olmazsa, ekran görüntüsündə müxtəlif problemlər yaranacaq. Bulanıq
görüntü, ekran ölçüsündə problemlər və s. yaranacaq.
 Şəbəkə və Wi-Fi adapterin driveri olmazsa, kompyuter şəbəkəyə qoşula, internetə çıxa bilməz.
 Printerin driverləri olmazsa, kompyuterdan heç nəyi çapa verə bilmərik.

Utilitlər.Utilit latınca utilitas "fayda" sözündən götürülmüş və ikinci dərəcəli sistem


proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını
həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilit – disk və fayl sistemi ilə işləmək,
qarşıya çıxa biləcək problemləri aradan qaldırmaq üçün nəzərdə tutulan proqramlar qrupudur.
Utilitlər yaddaş qurğularına nəzarət edir,informasiyanın qorunmasını və arxivləşdirilməsini yerinə
yetirir, kompüterlə digər qurğuları birləşdirir, şəbəkələrin işinə nəzarət edir və.s.Utilitlərə aid olan
proqramlardan bəzilərini funksiyası aşağıda verilmişdir:

 Diskin optimallaşdırma praqramı-informasiyanı diskdə ən əlverişli şəkildə yerləşdirməklə,


ona daha sürətli müraciəti təmin edir (məs:Disk Defragmenter proq.)
 Diskdə informasiyanın ehtiyat sürətinin yaradılması proqramı-bərk diskdəki informasiyanın
disketlərə köçürülməsi üçündür (məs:Backup)
 Səhvləri tapıb aradan qaldırma proqramı-diskdeki səhfləri tapmaqa aradan qaldirmaqa
xidmət edir (məs:Scan disk)
 Diskin informasiya tutumunu artırmaq(informasiyanı sıxmaqla )-bu proqrama isə Drive
Space proqramını mimsal göstərmək olar.

14
30. Antivirus proqramları
31. Antivirus proqramları və onun növləri.

Antivirus proqramları və onun növləri.


Antivirus proqramları-kompyuter viruslarında mühafizə üçün xüsusi proqramlardır.VİRUS
proqramlarını aşkarlamaq və ləğv etmek ücün antivirus proqramlarından istifadə edilir.Viruslar
müxtəlif vasitələrlə bir kompyuterdən digər kompyuterə keçməyə cəhd eden,verilənlərin
korlanmasına(dəyişdirilməsivəyasilinməsi) gətirən və ya istifadəçinin işinə mane olan,digər
proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır.Virus özgə disketlerden,e-mail və ya digər internet
resurslarindan istifade edilen zaman təhlükə yarada bilər,bu zaman lazım olmayan tanımadıqımız
məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.Viruslar 3
məqsədlə yaradılır:intiqam,kommersiya,özünü təsdiq.Virusun aşkar edilməməsi üçün o çox kiçik
həcmə malik olmalıdır.odur ki,virus proqramları çox zaman Asembler proqram dilində yazılır. Virusları
aşkar və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir Antivirus paroqramları
funksiyalarından asılı olaraq aşağıdaki tiplərə bölünür:Antivirus, Kaspersky, Persanal, Nod 32, Panda,
Avista, Avast, Antivirus.
Antivirus proqramının növləri aşagıdakılardır;
Skanerlər. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və
onlarda məlum və ya yeni(skanerə məlum olmayan )virusların axtarışına əsaslanır.Məlum virusların
axtarışı üçün<<maska>>lardan istifade edilir. Virusun maskası konkret virus üçün spesifik olan
müəyyən sabit kodlar ardıcıllığıdır.Bir çox skanerlərdə həmçinin evristik skanlama alqoritmlərindən
istifadə edilir,yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır
və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir(<<ola bilsin yoluxub >>və ya<< yoluxmayıb)
Disk müfəttişləri.Disk müfəttişlərinin (CRC-skanerlərin iş prinsipi diskdə olan fayllar və sistem
sektorları üçün CRC-cəmlərin(nəzarət cəmlərinin)hesablanmasına əsaslanıb.
Rezident monitorlar. Rezident monitorlar-daim operativ yaddaşda yerləşən və disklə və
operativ yaddaşla aparılan əməliyyatlara nəzarət eden proqramlardır.Məhz bu proqramlar sistemin
real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir.

İmmunizatorlar. İmmunizatorların iki növü var:yoluxma barədə məlumat verən immunizatorlar


və hər-hansı növ virusla yoluxmanın qarşısını lan immunizatorlar .Onlardan birincisi adətən faylların
sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır.Bu immunizatorların bir nöqsanı
var-stels virusla yoluxma barədə məlumat verməyə qabil deyil.Buna gore bu immunizatorlar hazırda
praktikada istifade edilmir.İkinci növ immunizatorlar sistemi hər hansı müəyyən növ virusla
yoluxmaqdan mühafizə edir.Diskdə fayllar elə modifikasiya edilir ki,virus onları artıq yoluxmuş fayl
kimi qəbul edir.Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən
proqram yüklənir.

32. Virus proqramları və kompüter virusları.


33. İnformasiyanın təhlükəsizlik sistemi.
34. Təhlükəsizlik tədbirləri.
35. Virus və onların növləri, funksiyaları.
15
Təhlükəsizlik tədbirləri nəticəsində virusların kompüterə düşməsi təhlükəsi azaldılır. Şübhəli
mənbələrdən eldə olunan proqram təminatlarından istifadədən ' qaçmaq lazımdır. Kompüterə
kənardan, o cümlədən İnternetdən daxil olan proqram koduna çox ciddi nəzarət olunmalıdır.Yoluxma
faktını aşkarlamaq, virusların çoxalmasına mane olmaq və virus hücumlarının qarşısını almaq üçün
antivirus proqramlarından istifadə olunur.Verilənlərin mübadiləsi zamanı viruslara xas olan baytların
aşkar edilməsi və viruslar üçün xarakterik hərəkətlərin qeydə alınması onların axtarışının əsasını təşkil
edir.Müqayisə üçün zəruri olan verilənlər antivirus proqramının verilənlər bazasında saxlanılır.

Virus proqramları və ya kompüter virusları. Texniki vasitələrlə bir kompüterdən digər


kompüterə keçməyə cəhd edən,verilənlərin korlanmasına gətirən və ya istifadəçinin işinə mane olan
digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus dedikdə kiçik həcmə malik olan arzu
olunmaz dagıdıcı proqramlar nəzərdə tutulur.Viruslar kompüterin proqramlarına mənfi təsirlər
göstərərək onların işini pozur.Vaxtında qarşısı alınmadıqda çox ciddi və ağır nəticələr yarada bilən
viruslar komputerə müxtəlif şəkildə keçə bilər.
 Xarici yaddaş qurğularının kompüterə qoşulması zamanı;
 İnternetdən şəbəkəsindən əldə olunan hər hansı informasiya ilə birgə;
 Lokal şəbəkələrə qoşulan hər hansı virusa yoluxmuş kompüter və xarici qurğu ilə;
Viruslara qarşı ən yaxşı mühafizə onların yoluxmasının qarşısını almaqdır,çünki yoluxmuş virus
kompüterdən tamamilə təmizlənsə belə kiçikdə olsa zərər yetirmiş ola bilər.Buna görə də xarici
qurğuları qoşarkən diqqətli olmaq, əvvəlcədən antivirus proqramı ilə onları yoxlamaq,tanımadığımız
şəxslərdən gələn elektron poçtları açmamaq lazımdır. Viruslar yaşayış mühitinə görə 4 qrupa bölünür:
1. Fayl virusları – icra olunan faylların (.come , .exe , .bat) daxilində yaşayır;
2. Yükləmə virusları – diskin yükləyici sektorunda və ya sərt diskin yekləyicisinə düşür;
3. Fayl – Yükləmə virusları – həm faylların tərkibində həm də diskin yükləyici sektorunda
yaşaya bilir;
4. Şəbəkə virusları – lokal və ya qlobal şəbəkələr vasitəsilə yayılır.
Yoluxma üsuluna görə virusları Rezident və Qeyri – Rezident olmaqla iki hissəyə
ayırırlar.Rezident viruslar RAM – a yoluxur və kompüter aktiv olduğu zaman işə düşür.Qeyri – rezident
viruslar isə RAM – a yüklənə bilmir.
Viruslar 3 məqsədlə yaradılır:intiqam,kommersiya,özünü təsdiq.Virusun aşkar edilməməsi üçün
o çox kiçik həcmə malik olmalıdır. Odur ki,virus proqramları çox zaman Asembler proqram dilində
yazılır.Virusları aşkar və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Antivirus
paroqramları funksiyalarından asılı olaraq aşağıdaki tiplərə bölünür: Norton Antivirus, Kaspersky,
Persanal, Nod 32, Panda , Avast, Antiviruslari. Antivirusun növləri aşagıdakılardı. Fayl antivirusları,
Poçt antivirusları,Web antivirusları, Proqramlara nəzarət antivirusları,şəbəkə antivirusları, Anti –
Spam, Anti fişinqlər.

36. Windows –un İdarəetmə paneli (Control Panel)).


37. İdarəetmə paneli (Control Panel) və onun elementləri.
38. Control Panel – təyinatı və istifadəsi
16
Control Panel – kompüterə quraşdırılmış qurğu və proqramları sazlamaq üçün istifadə
olunur. Control Panel pəncərəsini açmaq üçün aşağıdakı üsullardan biri istifadə oluna bilər:

 Control Panel qovluğu İş masasında yerləşirsə mausun sol düyməsi ilə üzərində ikiqat
klikləmək
 Start/Windows System qovluğu daxilində Control Panel nişanı üzərində mausun sol
düyməsini bir dəfə klikləmək
 Tapşırıq paneli üzərində axtarış sətrində “Control Panel” yazıb açılan elementi klikləmək.
Control Panel qovluğunun İş masasında görünüb – görünməməsi üçün İş masasının kontekst
menyusundan Personalize/Themes/Desktop icon settings əmrindən istifadə olunur.
Control Panel vasitəsilə: iş mühitinin şriftləri, qrafiki tərtibatın sazlanması, şəbəkə
qoşulmalarının sazlanması, proqramların quraşdırılması və ləğv edilməsi, printer və başqa qurğuların
quraşdırılması, qeydiyyat yazılarının sazlanması, ləğvi və ya yeni qeydiyyat yazılarının əlavə edilməsi,
səsyazma və səsləndirmə prosesini tənzimləyən parametrlərin tənzimlənməsi, ədəd, pul vahidi,
vaxt/tarix formatlarının, milli dil və saat qurşaqlarının tənzimlənməsi və s. işlər görülə bilər.
System and security – buradan sistemin ehtiyat surətini almaq (Backup), faylları bərpa
etmək (Restore), sistemi yeniləmək, RAM və CPU – nun işləmə sürətinə baxmaq, Firewall
(təhlükəsizlik divarı) yoxlamaq və s. kimi təhlükəsizlik və sistem əmrlərini icra etmək olar
Network and Internet – şəbəkə və İnternetlə bağlı bütün əməliyyatlar yerinə yetirilir (İnternetin
statusuna baxmaq və ya onu dəyişdirmək, faylların ümumi istifadəyə verilməsi, şəbəkəyə kabelsiz
qurğuların əlavə edilməsi, lokal şəbəkənin sazlanması və s.)
Hardware and Sound - yeni qurğuların qoşulması, mövcud qurğuların silinməsi, sistem səslərinin
dəyişdirilməsi, qurğuların parametrlərinin dəyişdirilməsi, qurğu drayverlərinin yenilənməsi, qurğu
parametrlərinə baxış və s.
Programs – proqramların quraşdırılması və silinməsi, susmaya görə istifadə olunacaq
proqramların seçilməsi, bəzi Gadgetlərin Windows xüsusiyyətlərinin silinməsi və s.

Proqramlar Control Panel/Programs/Uninstall program əmri ilə silindikdə Recycle Bin - ə


düşmür.

User accounts and family safety – kompüterdə yeni istifadəçilərin yaradılması (qeydiyyat
yazıları) və silinməsi, istifadəçilərə parolların verilməsi və silinməsi, istifadəçilərə müəyyən
səlahiyyətlərin verilməsi, valideyn nəzarətlərinin yaradılması və s.
Appearance and Personalization – İş masasının görünüşü ilə bağlı əməliyyatlar (ekran temaları,
ekarn qoruyucuları, ekrandakı ikonların nizamlanması, qovluqların xüsusiyyətlərinin təyini, şrfitlərin
əlavə olunması və silinməsi və s.)
Clock, language and region – vaxt, tarix, vaxt zonalarının təyini və ya dəyişdirilməsi, klaviatura
dilinin və ya sistemin əsas dilinin dəyişdirilməsi və s.
Easy of Access –məhdud imkanlı insanlar üçün kompüteri idarəetmə parametrlərinin
dəyişdirilməsi Control Panelin 3 görünüş rejimi var: Category, Large icons, Small icons. Control
Paneldə yerləşən əmrlər hiperəlaqələr şəklində olur. Lazımi əmri tapmaq üçün axtarış sətrindən də
istifadə oluna bilər.

17
Windows 10 ƏS – də Control Panel və Settings tərkibcə bir – birinə oxaşrdır. Windows – un
çoxlu sayda dəyişikliklərini həyata keçirməyə imkan veren proqram qrupları idarəetmə paneli adı
altında birləşir. Control Panel (İdarəetmə paneli) Start menyusunun ən vacib elementlərindən biridir,
bu hissə vasitəsi ilə bir sıra vacib nizamlamalar aparmaq mümkündür. Buradan sistem və
təhlükəsizliklə bağlı nizamlamaları aparmaq, şəbəkələrə və internetə qoşulmaları, tənzimləmək,
avadanlıqları və səsi idarə etmək, proqramları ləğv etmək, istifadəçiləri hesablarına nəzarət,
görünüşlə bağlı dəyişikliklər etmək, vaxtı, dili, regionu nizamlamaq və əməliyyat sisteminin xüsusi
imkanlarından, yəni müraciətin asanlığından yararlanmaq olar.
İdarəetmə panelində ən çox istifadə edilən bölmə Proqramların silinməsi və dəyişdirilməsi
hissəsidir.Bu hissə vasitəsi ilə lazım olmayan proqramı silmək mümkündür. Silinəcək proqramı seçərək
Uninstall düyməsi sıxılarsa proqram silinmiş olacaq. Proqramları silən zaman diqqətli olmaq lazımdır,
çünki bu şəkildə silinmiş proqramı Silinənlər səbətindən qaytarmaq olmur. Start menyu ilə bağlı
nizamlamalar aparmaq üçün Taskbarand Start Menu Properties pəncərəsindən istifadə edilə bilər.
Bu pəncərəni müxtəlif formalarda açmaq mümkündür:
1. Start düyməsi üzərində mausun sağ düyməsi sıxılır və Properties əmri icra edilir.
2. Tapşırıqlar paneli üzərində mausun sağ düyməsi sıxılır və Properties əmri seçilir.
3. Start menyudan İdarəetmə panelinə keçilir, buradan Appearnce and Personalization
hissəsinə, oradan da Taskbar and Start Menu hissəsinə daxil olunur.

39. Windows əməliyyat sisteminin xidməti proqramları


40. Xidməti proqramlara nələr aiddir və onların funksiyaları.
41. Əməliyyat sisteminin işlərini yerinə yetirən xidməti proqramlar.
42. Xidməti proqramlara daxil olan proqramlar və onların funksiyaları.

Windows - Sistem reyestri - Sistem reyestrində komputerin konfiqurasiyası haqda məlumatlar


bazası və ƏS-nin sazlanması yerləşir. Regedit.exe açar faylıdır. Beş bölmədən ibarətdir:
HKEY_CLASSES_ROOT-altbölmədir.
HKEY_LOCAL_MACHINE\Software, bələdçinin köməkliyilə açılan fayllaarın parametrləri haqda
məlumat olur;
HKEY_CURRENT_USER-sistemə giriş təmin olunur;
HKEY_LOCAL_MACHINE-proqram təminatı və aparat konfiqurasiyası haqda məlumat olur.
HKEY_USER-Windows-un bütün istifadəçilər üçün profillərin sazlanması saxlayır.
HKEY_CURRENT_CONFİG-altbölmələrə istinad;
HKEY_LOCAL_MACHINE\SYSTEM\Hardware-qurğuların konfiqurasiyası haqda informasiya olur.

Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını xeyli yaxşılaşdırır. Bu


proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət edir, nasazlıqları aşkarlamağa, onların harada
baş verdiyini müəyyənləşdirir, əməliyyat sisteminin nüvəsinə müraciət etməyə, proqramların xarici
yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yüklənməsinə, iş zamanı səhvləri
düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, disklərin formatlaşdirilmasına və sair
işlərin həyata keçirilməsinə imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:
 interfeys proqramları;
18
 fayl, kataloq və qovluqlarla işləmə proqramları;
 antiviruslar;
 arxivləşdirmə proqramları;
 proqram örtükləri;
 qurğuların iş qabiliyyətini yoxlayan proqramlar;
 qurğuların işini idarə edən proqramlar-drayverlər;
 köməkçi proqramlar.
Xidməti proqramlar kompüterin istismarı zamanı aşağıdakı köməkçi funksiyaları yerinə yetir:
 kompüteri diaqnostika edərək nasazlıqları aşkar edir və imkan daxilində onları aradan
qaldırır;
 arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP? WINRAR);
 antivirus proqramlar kompüterin viruslrla yoxlanmasının qarşısını alır və əmələ gələn
virusları arada götürür (NOD32, Ативирус Касперского və s.).

43. Windows ƏS-də pəncərə, qovluq və qısayol (yarlık)


44. Papka (qovluq), yarlık (qısayol) yaratmaq.

İş masasında yerləşən fayl və qovluq elementləri piktoqram və ya ikon adlanır. Məsələn,


aşağıdakı şəkildə 6 piktoqram təsvir olunmuşdur.

Faylın xarici görünüşünə - piktoqramına baxmaqla onun tipini təyin etmək olar. Windows ƏS –
də qovluqların 2 tipi var:
1. İstifadəçi qovluqları – sarı rəngli olur:
2. Xidməti qovluqlar (ümumi və ya şəbəkə qovluqları, sistem qovluqları, arxiv qovluqları) –
hər birinin özünəməxsus piktoqramı olur :
Hər hansı bir obyekti daha asan və qısa yolla açmaq üçün onun qısayolunu (Shortcut, yarlık)
yaratmaq olar, qısayolu istənilən qovluqda, o cümlədən iş masasının üzərində yarada bilərik. Qısayol
işarəsi olduğu obyektə istinaddır. Shortcut ( qısayol) – 1kb həcmə malik olur. Qısayol silinərsə,
obyektə təsir etməz. Obyekt silindikdə qısayolu açmaq istədiyimiz zaman ekrana obyektin silinməsi
haqında xəbərdarlıq gələr. Obyektlə qısayolun fərqi ondadır ki, qısayolun işarəsinin sol aşağı
küncündə ox işarəsi olur:
Həm faylın, həm qovluun qısayolunu yaratmaq olar.Qısayoldan faylın olduğu qovluğa keçid
üçün qısayol üzərində sağ düymə ilə açılan kontekst menyudan Open file location əmri icra olur.
Qısayolun yaradılması üsulları:
- Kontekst menyudan Send to – Desktop (Create Shortcut) əmri ilə iş masasında
- Kontekst menyudan obyekti Copy edib, qısayolu yaratmaq istədiyimiz yerə keçib Paste
Shortcut əmrini icra etməklə
- Ctrl+Shift düymələri və mausun sol düyməsi ilə sürükləməklə
- Alt düyməsini sıxaraq obyekti sürükləməklə
19
- Kontekst menyudan New – Shortcut əmri ilə
- Obyekti mausu sağ düymə ilə sürüklədikdə açılan menyudan Create shortcut here əmri ilə.

45. Qovluqlar və fayllar üzərində əməliyyatlar


46. Fayl, Qovluq
47. Papka (qovluq) və onun təyinatı

Qovluqlar və fayllar üzərində əməliyyatlar.


Kontekst menyu istənilən obyekt üzərində, həmçinin iş masası və ya pəncərənin istənilən
yerində mausun sağ düyməsi klikləndikdə açılan menyuya deyilir. Kontekst menyuda obyektlə bağlı
icrası mümkün olan əmrlər siyahısı əks olunur. Kontekst menyunu açmaq üçün aşağıdakı üsullardan
biri istifadə oluna bilər:
 Obyekti seçib mausun sağ düyməsini klikləmək

 Shift+F10 düymələrini sıxmaq

 Klaviaturadan kontekst menyu düyməsini sıxmaq.


Faylın kontekst menyusunda olan əmrlər: Open (faylı açır və ya icra edir), Edit (faylı redaktə
üçün faylı açır), New (faylı yeni pəncərədə açır), Print (fayı çapa göndərir), Open with (faylın başqa
proqramla açılması), Share with (faylı şəbəkədə ümumi istifadəyə verir), Send to (faylı elektron poçt,
faksla göndərmək/faylın xarici yaddaş qurğularında surətini yaradır, iş masasında qısayolunu yaradır,
arxivləşdirir), Cut (faylın yerini dəyişmək üçün kəsir), Copy (faylın surətini alır), Give access to
(şəbəkədə girişə məhdudiyyət qoymaq), Create shortcut (obyektin olduğu yerdə qısayolunu
yaradır), Delete (obyekti
Recycle Bin - ə göndərərək silir), Rename (obyektin adını dəyişir), Properties (faylın
xüsusiyyətlərinə baxmağa, atributunu dəyişib gizli və ya yalnız oxunan etməyə imkan verir).
Qovluğun kontekst menyusunda olan əmrlər faylın kontekst menyusunda olan əmrlərlə demək
olar eynidir. Faylın kontekst menyusunda olan Open with, Print, Edit və New əmrləri qovluğun
kontekst menyusunda olmur. Əlavə olaraq qovluğun kontekst menyusunda Pin to Quick Access (File
Explorer pəncərəsində ən çox istifadə olunanlara əlavə etmək), İnclude in library (Kitabxanaya əlavə
etmək), Pin to Start (Start menyuya bərkitmək) – bu əmr icra olunan proqram fayllarının da kontekst
menyusunda olur, Paste (buferdə olan obyektin qovluğa əlavə edilməsi) əmrləri yerləşir.
Fayl və qovluqlar üzərində icra olunan əsas əməliyyatlar:
Obyekti açmaq – kontekst menyunun Open əmri; mausun sol düyməsini 2 qat klikləmək;
obyekti seçib Enter düyməsini sıxmaq
Obyektin yerini dəyişmək – kontekst menyunun Cut əmri; obyekti seçib Ctrl+X düymələri
Obyektin surətini almaq – kontekst menyunun Copy əmri; obyekti seçib Ctrl+C düymələri Buferdəki
obyekti lazımi yerə əlavə etmək – kontekst menyunun Paste əmri; Ctrl+V düymələri Obyekti silmək –
kontekst menyunun Delete əmri; obyekti seçib Del düyməsini sıxmaq; obyekti seçib Ctrl+D

20
düymələrini sıxmaq (hər 3 halda obyekt Səbətə düşür), Shift+Del sıxmaq (obyekt səbətə düşmədən
silinir)

Obyektin qısayolunu yaratmaq – kontekst menyunun Create shortcut əmri ilə (bu halda qısayol
obyektin olduğu yerdə yaradılır); obyekti mausun sağ düyməsilə sürüklədikdə açılan menyudan
Create shortcut here əmr ilə
Obyektin adını dəyişmək – kontekst menyunun Rename əmri ilə; obyekti seçib F2 düyməsini
sxımaqla; obyektin adı üzərində fasilə ilə 2 dəfə mausun sol düyməsini sıxmaqla
Obyektin xüsusiyyətlərinə baxmaq, atributunu dəyişmək – kontekst menyunun Properties
əmri ilə.

Qeyd: Computer qovluğunun kontekst menyusundan kompüterin xüsusiyyətlərinə baxmaq olar.


Obyekti arxivləşdirmək – obyektin kontekst menyusundan Add to archive əmri ilə

Arxivləşdirilmiş sənədin açılması yerini təyin etmək – Extract here (olduğu yerdə arxivdən azad
edir), Extract to (təyin edilmiş qovluqda arxivdən azad edir) əmrləri ilə

Xarici yaddaş qurğularına obyektin surətini göndərmək, İş masasında qısayolunu yaratmaq,


arxivləşdirmək – Send to əmri ilə

Obyekti seçmək üsulları:

Bir obyekti seçmək – obyektin üzərində mausun sol düyməsini 1 dəfə kliklə
Bir – birindən məsafəli yerləşən obyektləri seçmək : Ctrl basılı halda saxlamaqla mausla seç
Yanaşı obyektləri seçmək : 1 – ci obyekti mausla seç, Shift düyməsini basılı saxlamaqla sonuncu
obyekti seç
Yanaşı obyektləri seçmək: 1 – ci elementi seç, mausu basılı vəziyyətdə sonuncu obyektə kimi
sürüklə.
Bir – birindən ayrı yerləşən qrup elementlərini seçmək üçün bu üsullardan birlikdə istifadə
edilir.
Obyektlərin mübadilə buferi olmadan yerdəyişməsi və köçürülməsi (Drag and Drop
texnologiyası).
Obyektin mübadilə buferi olmadan yerini dəyişmək və surətini almaq üçün mausdan istifadə
edilir. Mausun sol düyməsi ilə tutub sürülədikdə obyekt yerini dəyişir. əgər qovluqlar eyni məntiqi
diskdədirsə, yerdəyişmə, fərqli məntiqi diskdədirsə, köçürmə əməliyyatı olacaq. Ctrl basılı ikən
mausun sol düyməsi ilə tutub sürüklədikdə surəti alınır. Mausun sağ düyməsilə sürüklədikdə isə seçim
menyusu açılır: Copy here, move here, create shortcut here, cancel. Shift düyməsi basılı halda
sürüklənərsə fayl yeri dəyişər.

48. «Мой компьютер» (My Computer) və «Корзина» (Recycle Bin) qovluğu.

This PC – xüsusi qovluq olub, kompüterin disklərinin daxilindəkiləri görmək imkanı verir, fayllar
21
və qovluqlarla müxtəlif əməliyyatlar yerinə yetirir (proqramların yüklənməsi, faylların köçürülməsi,
yerinin dəyişdirilməsi, ləğv edilməsi, qovluqların yaradılması, virusun yoxlanılması, disklərin
formatlaşdırılması və s.
Burada yerləşən File menyusunun tərkibi File Explorer proqramı ilə eynidir. Computer tabının
əmrləri ilə qısaca tanış olaq:
Bu əmrlərlə kompüterin xüsusiyyətlərinə baxmaq, seçilmiş qovluğu/diski açmaq, adını
dəyişmək, proqramı birdəfəlik silmək, ƏS haqqında məlumatlara baxmaq, Settings əmri ilə açılan
pəncərədən müxtəlif tənzimləmələr paramq olar.
This PC pəncərəsinə View tabı File Explorer ilə eynidir.
A: və B: ilə FDD, C: və D: ilə sərt disk, E: ilə optik disk, F: ilə isə digər informasiya daşıyıcıları (fləş
kart, mikrokart) işarə olunur. Sistem diski ƏS quraşdırılmış diskdir və üzərində nişanı olur. Sistem
diski üzərində format əmri icra oluna bilməz.
Qeyd: fayl və qovluqlar This PC qovluğuna kopyalana bilməz.
Network (Şəbəkə)–xüsusi qovluq olub, lokal şəbəkəyə qoşulmuş kompüterlərin diskləri
daxilində olan informasiyalara giriş və obyektlər üzərində müxtəlif əməliyyatların icrası üçün istifadə
olunur.

Personal folder qovluğu qeydiyyat yazısı olan şəxsin fayl və qovluqlarının saxlandığı xüsusi
qovluqdur.

Səbət (Recycle Bin). Silinmiş obyektlərin müvəqqəti saxlandığı xüsusi sistem qovluğudur. Yalnız
Recycle Bin qovluğunda iki eyni adlı obyekt ola bilər. ƏS kompüterə birinci dəfə quraşdırılarkən İş
masasında yalnız Səbətin nişanı olur. Səbətdən silinmiş obyekti geri qaytarmaq üçün Restore əmri,
səbətdəki bütün elementləri silmək üçün Empty Recycle Bin əmri icra olunur.

49. «Мои документы» (Sənəd) qovluğu

«Мои документы» qovluğu – içərisində sənədlərin, şəkillərin və tez müraciət tələb olunan
faylların saxlanması rahat olan qovluqdur. Ofis proqramları, WordPad və ya Paint kimi proqramlar, öz
fayllarını avtomatik olaraq «Мои документы» qovluğunda saxlayırlar.

50. Windows -un Bələdçi (Explorer) proqramı.

Windows Explorer (Windows bələdçi) - əmrinin üzərində mausun sıxılması nəticəsində


qovluqlar üzrə hərəkət etmə üçün nəzərdə tutulmuş xüsusi qovluq pəncərəsi açılır.
Windows Explorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri
kateqoriyasına aiddir. WINDOWS EXPLORER kompüterin fayl strukturu üzrə naviqasiyası
(naviqasiyanın məqsədi lazımi qovluğa və onun içindəkilərə müraciəti təmin etməkdir.Fayl strukturu

22
ilə naviqasiya bələdcinin sol panelində aparılır.) və xidməti üçün, yəni fayl və qovluqlarla işləmək üçün
nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır.

Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə, işçi
masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının dəyişdirilməsi,
silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa düşülür. Bu işlərin
səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan asılıdır. Belə texnologiyalara
nümunə kimi Windows Explorer proqramını göstərmək olar.

Windows Explorer proqramını yükləmək üçün:

1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).

2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).

3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer).

4.İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır.

Windows Explorer proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki
paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol
paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+”
işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını
göstərir.

Windows Explorer pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu
açmaq üçün mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki
panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir.

51. Fayl və onun tipləri.

Fayl – informasiyanın diskdə tutduğu yerdir. Yaddaşın müəyyən hissəsində bir ad altında qeyd
olunaraq saxlanılan verilənlər yığımına fayl deyilir. Komputerdə yazılıb saxlanılan və istifadə edilən
bütün mövcud informasiyalar (mətnlər, sənədlər, proqramlar,şəkillər,elektron cədvəllər və.s)
fayllarda saxlanılır. Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur.
Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun.
Faylın adında * / : < > ? \ | “ simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat
sistemi üçün xüsusi anlamı var.

İki cür fayllar olur:

1. Sistem faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları


digərlərilə əvəz olunduqda dəyişilirlər (*.sys).
2. İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:
23
 mətn redaktorlarında yaradılan fayllar (*.doc, *.odt, *.txt),
 verilənlər bazasının faylları (*.mdb, *.odb),
 elektron cədvəllərinin faylları (*.xls, *.ods),
 mediya-fayllar (səs faylları: *.wav, *.mp3, *.ogg, *.midi, *.au, video-fayllar: *.avi, *.mov),
 qrafik fayllar (*.jpg, *.gif, *.bmp, *.tif, *.png),
 prezentasiyalar (*.ppt, *.pps, *.odp),
 web-fayllar (*.htm, *.html),
 konfiqurasiya faylları (sistem reestr, DHCP, WINS, DNS və Active Directory verilənləri).

Hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.
Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Eyni
məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa
imkan verir.

52. Fayl üzərində aparılan əməliyyatlar

Faylın adının dəyişdirilməsi – bu əməliyyat faylın adının dəyişdirilməsi üçündür. Bunun üçün
kontekst menyudan Rename (Переименовать) əmrini yerinə yetirib yeni adı klaviaturadan daxil
etməliyik. Faylın adını dəyişdirmək üçün onun adının üzərində fasilə ilə iki dəfə mausla vurmaq, ya da
həmin faylı seçib, klaviaturadan F2 düyməsini vurmaq lazımdır.
Faylın yerinin dəyişdirilməsi – Əgər biz faylın surətini əvvəlki qovluqda saxlamadan başqa bir
yerdə saxlamaq istəyiriksə, onu həmin yerdən “kəsib” götürə bilərik: kontekst menyudan Cut
(Вырезать) , (Ctrl+X) əmrini yerinə yetirdikdən sonra lazım olan yeri seçib, Paste (Вставить) , (Ctrl+V)
əmrini yerinə yetiririk.
Faylın surətinin çıxarılması : bu əməliyyat faylın surətini yaradıb onu başqa yerdə yadda
saxlamaq üçündür. Bunun üçün həmin faylı qeyd edib kontekst menyudan Copy (Копировать) ,
(Ctrl+C) əmrini yerinə yetirmək, sonra surətin yerləşəcəyi qovluğu və ya diski açıb kontekst menyudan
Paste (Вставить) , (Ctrl+V) əmrini yerinə yetirmək lazımdır.
Faylın ləğv edilməsi : bu əməliyyat lazımsız faylları silmək üçündür. Bunun üçün faylı qeyd edib,
kontekst menyudan Delete (Удалить) , (Del) əmrini seçmək , və ya klaviaturanın Delete düyməsini
sıxmaq lazımdır. Ləğv edilmiş fayllar səbətə (Recycle Bin, Корзина )düşür. Əgər faylları səbətə
göndərilmədən ləğv etmək lazımdırsa, Shift+Del kombinasiyasından istifadə edilməlidir.
Faylı digər bir yerə göndərmək : faylı qeyd etdikdən sonra kontekst menyunun Send To
(Отправить) bölməsinin əmrlərindən birini yerinə yetirməklə faylı elektron poçtla bir ünvana , “My
documents” qovluğuna , Flash diskə və s. göndərmək olar.

Faylın yaradılması və onda edilmiş dəyişikliklərin tarixi, tipi, ölçüsü, atributları haqqında
məlumat əldə etmək üçün onu qeyd edib kontekst menyudan Properties (Свойства) əmrini yerinə
yetirmək kifayətdir.

53. Klaster və sektor.


24
Yaddaş diskləri klaster adlanan və nömrələnmiş kiçik hissələrə bölünür ki, fayllar yaddaşa yazılan
zaman informasiya müxtəlif klasterlərə yığılır. Əgər bir fayl klasterin müəyyən hissəsini tutubsa, boş
qalan hissəyə başqa bir fayl yazıla bilməz. Komputerin sürətli inkişafı nəticəsində yaddaş qurğularının
həcmi də artırdı və buna uyğun olaraq bir klasterədüşən yaddaş sahəsi də böyüdülmüş oldu. Lakin
yazılan fayl çox kiçik olsa belə ən azı bir klateri tutur və həmin klasterdə tutur və həmin klastredə
istifadə olunmayan yaddaş sahəsi də istifadədən kənarda qalır, yəni ititr. Klasterlər (cluster) diskin
ölçüsündən asılı olaraq bir və ya bir neçə sektordan ibarətdir, faylın və ya faylın bir hissəsinin
yazılması üçün nəzərdə tutulur.Sektor faylın oxunub - yazılması üçün ən kiçik disk hissəsidir. Windows
7 əməliyyat sistemində NTFS fayl sistemindən istifadə edilir və burada klasterin həcmi 512 bayt-dan
64 Kbayt-a qədər ola bilər (adətən 4 Kbayt olur). Disk sektorunun ölçüsü isə 512 bayt təşkil edir.Fayl
sistemləri tərəfindən diskin klasterə ayrılması fiziki

54. NTFS fayl sistemi.


55. Fayl .Fayl sistemləri

Windows ƏS-də birneçə fayl sistemi mövcuddur: FAT 16, FAT 32, NTFS.
FAT disk sahəsində klasterlərin vəziyyətini təsvir edən cədvəldir.
FAT 16 fayl sistemi.
FAT 16 fayl sistemi əməliyyat sistemində istifadə olunan ilk fayl sistemidir. Bu fayl sistemi
yaradılarkən kiçik həcimli disklər və fayllar sadə strukturlu kataloqlarla işləmək üçün nəzərdə
tutulmuşdur. Burada FAT yazılışı (File Allocation Table- Faylların Yerləşmə Cədvəli) mənasını verir.Bu
cədvəllədə faylın ünvanı 2 baytlıq ədəd şəklində göstərilir, yəni ünvanın yazılışı üçün cəmi 16 bit
yaddaş sahəsi ayrılır.Ona görə də faylların yerləşmə cədvəli çox vaxt FAT16 şəklində yazılır və buna 16
mərtəbəli fayl sistemi də deyirlər. FAT16 fayl sistemi maksimum 4Qb həcmi olan disklərdə və həm də
ən çoxu 2Qb həcmi olan fayllarla işləyə bilir.Yəni FAT16 fayl sisteminin tətbiq olunduğu disklərin
həcmi 4095 Mbayt-ı aşmır.Hazırda FAT16 fayl sistemi yalnız fləş – yaddaş tipli mobil daşıyıclarda və
oompakt disklərdə istifadə edilir.
FAT32 fayl sistemi.
İnformasiya daşıyıcılarında saxlanılan verilənlərin həcminin artması,həmçinin texnologiyanın
inkişafı və 4Qb – dan böyük həcmli disklərin buraxılması ilə əlaqədar olaraq FAT16 fayl sisteminin
təkmilləşdirilmiş yeni versiyası olan 32 mərtəbləli FAT32 fayl sistemi yaradıldı.
FAT16 və FAT 32 ilə yanaşı NTFS (New Technology File System - Fayl Sistemlərinin Yeni
Texnologiyası) adlı fayl sistemindən də istifadə olunur.
NTFS fayl sistemi Windows NT ilə inkişaf etdirilmiş bir fayl sistemidir.NTFS Windows 2000,
Windows XP və sonrakı versiyalar üçün nəzərdə tutulub. Bu sistem fayllarla bağlı əməliyyatları daha
sürətli aparmağa imkan verir, informasiyanı böyük həcmli disklərə daha keyfiyyətli şəkildə yerləşdirir,
sərt disklə bağlı problem yaranarsa informasiyanın daha da yaxşı bərpasını təmin edir. NTFS fayl
sistemində fayllar məlumatlar MFT (Master File Table - Fayl Cədvəli Ustası) cədvəlində saxlanılır.

56. Windows əməliyyat sisteminin işçi masası.


57. İş masası və onun əsas elementləri
25
İstifadəçilərinin işləməsi üçün Windows- un starda olan ekranı İşçi masa adlanan sistem
obyektindən ibarətdir. İşçi masa – Windows əməliyyat sisteminin obyektləri və Windows- un
idarəetmə elementləri əks olunan qrafiki mühitdir. Verilmiş əməliyyat sistemində kompüterlə
işlədikdə bizim işlədiyimizin hamısını ya obyektlərə, ya da idarəetmə elemetlərinə aid etmək olar.
Windows 7 əməliyat sistemi yeni quraşdırıldıqda, başlanğıc vəziyyətdə işçi masada yalnız yüxarı sağ
küncdə təkcə Корзина (Recycle Bin (Səbət)) nişanı yerləşir. Lakin qısa müddətdən sonra İşçi masa
çoxlu nişanlar dəstəsi ilə dolur, məsələn, bizim quraşdırdığımız proqramların əksəriyyəti, həmin an
İşçi masada öz xüsusi nişanlarını qeyd edirlər.

İş masasının alt tərəfindəki sətir-Tapşırıqlar sətri (Taskbar, Панель задач) adlanır. Tapşırıqlar
sətrində aşağıdakılar yerləşir.

 Sistemin baş menyusunu açmaq üçün nəzərdə tutulmuş Start (Пуск) düyməsi.
 Hal-hazırda iş üçün açılmış sənədlərin, qovluqların və.s nişanları.
 Əlavə informasiya (saat, dil, səs və.s göstəriciləri)
Əsas qovluqların adını qeyd edək:

 İş masası (Desktop, Рабочий стол).


 Mənim kompyuterim (My computer, Мой компьютер).
 Məntiqi disklər (3.5 Ploppy A:, Local Disk C:, Local Disk D:,
Bu disklərlə işləmək üçün My computer qovluğunu açmaq lazımdır).

Sistem yükləndikdən sonra alınan ekran təsvirinə işçi stol (Desktop, Рабочий стол) deyilir.
Adətən standart olaraq işçi stolun üzərində aşağıdakı nişanlar yerləşir.

1. Mənim kompyuterim (My computer. Мой компьютер).


2. Zibil qutusu (Recycle Bin. Корзина)
3. Şəbəkə göstəricisi ( My Network Places. Сетевое окружение)
4. Mənim sənədlərim ( My documents. Мой документы)
5. Internet Explorer
İşçi masada nişanları istənilən qaydada yerləşdirmək olar. Burada lazım olan nişanın üzərinə
nişanın üzərinə siçanın göstəricisini qoyub və sol düyməni sxaraq, onu buraxmadan siçanı
sürüşdürməklə həmin nişanı başqa bir yerə daşımaq olar, məsələn, məsələlər panelinə yerləşdirmək
olar. Əgər İşçi masada dağınıq şəkildə yerləşmiş nişanları səliqəli şəkildə qruplaşdırmaq üçün İşçi
masanın istənilən boş yerində siçanın sağ düyməsini sıxmaq lazımdır. Bu zaman açılan Kontekst
menyusundan Вид (View (Görünüş)) bölməsindən Упорядочить значки автоматически (Auto
arrange icons (Avtonizamlama piktoqramları)) əmrini seçmək lazımdır.

58. İş masasınım kontekst menyusu

İş masasının kontekst menyusunu açmaq üçün boş sahədə mausun sağ düyməsini sımaq
lazımdır
View – obyektlərin görünüşünü, ölçüsünü dəyişmək (Small icons, Medium icons, Large icons,
Auto arrange icons, Align icons to grid, Show desktop icons, Show desktop gadgets)
26
Sort by – name, size, item type, date modified –ada görə, ölçüyə görə, tipə görə, son dəyişiklik
tarixinə görə obyektləri sıralamaq
Refresh – F5 – sistemi yeniləmək

Paste – buferdəki obyekti iş masasına yerləşdirmək

Paste shortcut – buferdəki obyektin iş masasında qısayolunu yaratmaq

Undo (Ctrl+Z) – sonuncu əməliyyatı ləğv edir

Redo (Ctrl+Y) – ləğv olunmuş əməliyyatı bərpa edir


New – yeni obyekt yaratmaq (fayl, qovluq, qısayol və s.)
Display seetings – ekranın parlaqlığı, əksetdirmə qabiliyyəti və s. tənzimləyir

Gadgets – mini proqramları ekranda yerləşdirmək (Gadget – ləri gizlətmək üçün View/Show
desktop gadgets əmri passivləşdirilir)
Personalize – iş masasını tənzimləmək (arxa fonu, səs effektlərini, desktopdakı obyektlərin
ikonunu dəyişmək, həmçinin start menyu və taskbarla bağlı tənzimləmələr aparmaq)
İş masasında yerləşən This PC, Network, Control Panel, Recycle Bin və istifadəçi qovluğunu
(Personal folder) gizlətmək və ya ikonlarını dəyişmək üçün iş masasının kontekst menyusundan
Personalize/Themes/Desktop icon settings əmri seçilməlidir.
Qeyd. Control Panel qovluğunun ikonunu dəyişmək olmaz.

59. Windows əməliyyat sistemi

Windows ailəsinin əməliyyat sistemləri.


Windows əmaliyyat sistemi ilk dəfə 1985-ci ildə Microsoft firması tərəfindən
yaradılmışdır.Dünyada ən çox istifadə edilən əməliyyat sistemidir. Windows əməliyyat sistemini digər
əməliyyat sistemlərindən fərqləndirən ən böyük nailiyyəti onun interfeysidir. Windows yüklənəndən
dərhal sonra ekranda görünən onun interfeysidir. İnterfeyis Windows əmaliyyat sisteminin qrafiki
örtüyüdür,hansıki onun köməyilə istifadəçilər əmaliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows
əmaliyyat sistemində işləyən zaman ekranda nə görürüksə hamısı interfeyisə aiddir.

Windows əmaliyyat sisteminin üstün cəhətləri aşağdakılardır:

 Yüksək etibatrlılığı və asan idarə olunması.


 Aparat vasitələrinin yoxlanması.
 İnternetə böyük daxili inetqrasiya.
 Eyni zamanda bir neçə proqramdan istifadə mümkünlüyü.
Microsoft firması 1995-ci ildən etibarən əməliyyat sistemlərini Windows adı ilə istehsal etməyə
başlayır və son dövrlərdə ardıcıl olaraq Windows 95, Windows 98, Windows 2000, Windows NT,
Windows ME,Windows XP, Windows Vista, Windows 7, Windows 8, Windows 10 əməliyyat sistemləri
istehsal olunub. Windows XP (2001) özündən əvəlki versiyalardan kifayət qədər üstün xüsusiyyətlərə
27
malik idi, lakin ondan sonra istehsal olunan Windows Vista (2006- cı il) uğursuz oldu və bir sıra
çatışmazlıqları olan bu sistem istifadəçilər tərəfindən bəyənilmədi. Nəhayət 2009-cu ildə istehsal
olunana Windows 7 komputer istifadəçilər tərəfindən rəğbətlə qarşılandı. Microsft firmasının son
əməliyyat sistemi isə Windows 10-dur. Windows 10- Microsoft firması tərəfindən Windows NT ailəsi
çərçivəsində fərdi kompüterlər üçün hazərlanmış əməliyyat sistemidir.

60. Windows 10 əməliyyat sisteminin əsas komponentləri.

Windows 10 ƏS – nin əsas komponentləri:


İş masası (Desktop), Başlat menyusu (Start), Tapşırıq paneli (Taskbar) və onlarla iş.
Windows 10 ƏS yükləndikdən sonra displey ekranında alınan ilkin görüntü bütövlükdə İş masası
(Desktop) adlanır. Desktop, əsasən, aşağıdakı elementlərdən ibarətdir:
1. Məsələlər və ya tapşırıqlar paneli (Taskbar) (haqqında yazın)
2. Başlat (Start) menyusu(haqqında yazın)
3. Səbət (Recycle Bin) (haqqında yazın)
4. Mini proqramlar (Gadgets) (haqqında yazın)
Mini proqramlar (Gadgets).
Gadgets (kiçik Proqramlar) Gadget-lər İş masasında yerləşdirilən kiçik ölçülü mini
proqramlardır.Istifadəçi onları istədiyi vaxt desktop çıxara bilər. Tarix, saat, hava durumu, valyuta,
kalkulyator və s. kiçik proqramlardan ibarətdir.

61. Windows 10 əməliyyat sisteminin versiyaları.

Əməliyyat sistemləri kompüterin işini idarə edir, tətbiqi proqramları işə salır, onlar arasında
informasiya mübadiləsin təmin edir. Windows 10 əməliyyat sistemi də özündən əvvəlki sistemlər kimi
bütün bunların hamsını edir və özündən əvvəlki Windows sistemlərindən fərqli olaraq daha dinamik
daha təkmilləşdirilmiş bir interfeysə sahibdir. Və Aşağıdakı versiyaları var:
Home – Tablet və ya PC modunda işləmək üçün istifadə olunur.
Pro – İş mühüti üçün istifadə olunan versiyadır
Enterprise – Eynilə Pro versiyası kimi işləyənlər üçün nəzərdə tutulmuş versiyadır, firmalar və
şirkətlərdə istifadə olunan kompüterlər üçün nəzərdə tutulub.
Education – Təhsil müəssisələri üçün nəzərdə tutulmuş versiyadır, Enterprise versiyasının bütün
özəlliklərinə sahibdir. Əgər Kompüteriniz güclüdürsə işləyirsə ona Enterprise versiyası yükləyin.
Yox əgər zəifdirsə digər zəif versiyaları yükləməyiniz məsləhətdir.

62. Windows əməliyyat sisteminin AERO interfeysinin funksiyaları


28
AERO interfeysi vizual cəhətdən görünüşün dəyişməsinə və pəncərələrlə cəld və asan işləməyə
imkan verir. AERO interfeysinin 4 funksiyası var. Bunlar aşağıdakılardır: Aero Peek, Aero Shake, Aero
Snap, Aero Flip.
AERO PEEK – ekrandakı pəncərələri bağlamadan iş masasına baxmağa imkan verir. Mausun sol
düyməsini bu düymə üzərində sıxdıqda isə bütün aktiv pəncərələr ekrandan yığışdırılır, piktoqramları
Taskbar – da qalır (Klaviaturadan Win+D). Bu funksiyaya əsasən, Taskbarda aktiv pəncərənin eskizi
üzərinə mausun göstəricisini gətirdikdə həmin pəncərə ekranda əks olunur, digərləri şəffaflaşır,
mausu pəncərə üzərindən çəkdikdə həmin pəncərə yox olur.
Tapşırıq panelindəki AERO PEEK düyməsinin üzərinə mausu gətirdikdə ekranda olan pəncərələr
şəffaflaşır.
AERO SHAKE – mausun sol düyməsi ilə aktiv pəncərənin başlıq sətrindən tutub silkələsək aktiv
pəncərədən başqa digər pəncərələr Taskbara yığılacaq (Klaviaturadan Win+Home). Təkrar silkələsək
digər pəncərələr yenidən ekranda görünəcək.
AERO SNAP – mausun sol düyməsini pəncərənin başlıq sətrində sıxıb saxlayaraq pəncərəni
ekranın sol küncünə aparsaq pəncərə ekranın sol yarımtərəfini, sağ küncünə aparsaq sağ yarımtərəfini
tutacaq. Yuxarıya sürükləsək tam ekran açılacaq (və ya başlıq sətrində sol düyməni 2qat sıxmaqla).
Şaquli şəkildə uzatmaq üçün sol düymə yuxarı və ya aşağı sərhəddə 2qat sıxılır. Win + , , ,
AERO FLİP – açıq pəncərələrin 2D formatında məzmununa baxmağa imkan verir (bir
pəncərədən digərinə keçid). 2D formatda vərəqləmək üçün Alt+Tab,3D formatda vərəqləmək üçün
Win +Tab düymələri istifadə olunur. Qısayolu Alt+Tab (Ctrl+Alt+Tab)
Qeyd. Win+Tab düymələri Windows 7 ƏS – dən fərqli olaraq aktiv pəncərələri 3D formatda
göstərmir.

63. İstifadəçi interfeysi: İş masası (Desktop), Tapşırıq paneli (Taskbar), Başlat menyusu (Start) -
Cavab sual 56-58,64,66-68

64. Tapsiriq paneli (Taskbar)

Taskbar iş masasının aşağısında yerləşir. Onun əsas funksiyalarından biri kompüterə


quraşdırılmış müəyyən proqramların qısayolunu əks etdirmək və aktiv pəncərələrin birindən digərinə
keçidi təmin etməkdir. Üzərində soldan birinci sistemin baş (əsas) menyusu olan Start menyu
(Başlat), axtarış sahəsi, tez–tez istifadə olunan proqramlara cəld keçid üçün proqramların
piktoqramları, aktiv (cari anda işlək olan) proqramların pəncərələri, sağ hissədə isə - Notification
Bar (Bildirim paneli) – da Language Bar ( Dil paneli), Show Desktop (AERO Peek və ya Win+D)
düyməsi və bir sıra vacib düymələr (səs, enerji, sensor klaviatura, Action Center – bildirişlər və s.)
yerləşir. Action Center düyməsini sıxdıqda aşağıdakı kimi pəncərə açılır və buradakı əmrlərlə bir sıra
tənizmləmələri icra etmək olar:
1. Toolbars (Alət panelləri) əmri ilə Tapşırıq panelinə əlavə panellər əlavə etmək olur
2. Search (Axtar) – tapşırıq paneli üzərindəki axtarış sahəsi üçün istifadə olunur.
3. Show Cortana button – Cortana fərdi köməkçi proqramını tapşırıq panelində göstərmək və
29
ya gizlətmək üçün istifadə olunur.
Bir dildən başqa dilə keçmə əməliyyatı Mouse göstəricisini indikatorun nişanı üzərində vurub
açılan menyudan lazım olan dili seçməklə həyata keçirilir. Bundan başqa klaviaturadan düymələrin
kombinasiyalarından da istifadə edilir. Bu panelə yeni dil əlavə etmək üçün dil paneli üzərində sol
düyməni sıxdıqda açılan menyudan Language Preferences əmri seçilir. Adi halda, yəni əlavə sazlama
olmadan Alt + Shift düymələri vasitəsilə dil rejimini dəyişə bilərik.
Tapşırıqlar panelində vaxt/tarix oblastının üzərində mausun sol düyməsini sıxdıqda vaxt/tarixi
sazlamaq üçün pəncərə açılır.
İstənilən proqramın piktoqramını tapşırıqlar panelinə bərkitmək olar. Bunun üçün:
1. Mausun sol düyməsi ilə proqramın piktoqramını tutub Taskbara sürükləmək, Taskbarda Pin
to Taskbar (Tapşırıq panelinə daxil et) əmri aktivləşəndə maus buraxılır;
2. Aktiv proqramın piktoqramı üzərində kontekst menyunu açıb Pin to Taskbar (Tapşırıq
panelinə daxil et) əmrini icra etməklə.
Bərkidilmiş proqramları Taskbar – dan çıxarmaq üçün həmin proqramın üzərində mausun sağ
düyməsini sıxıb açılan kontekst menyudan Unpin this program from Taskbar (Bu proqramı tapşırıq
panelindən çıxar) əmrini seçmək lazımdır. Tapşırıq panelindəki piktoqramları sağa və ya sola
sürüşdürməklə yerlərini dəyişmək olar.
Tapşırıq paneli üzərində mausun sağ düyməsinı sıxdıqda Tapşırıq panelinin kontekst menyusu
açılır:
1. Show Task view button –Bu düyməni sıxdıqda ekranda açıq pəncərələr görünür. Bu əmr
vasitəsilə həmçinin yeni İş masası da yaratmaq olar.
2. Cascade windows (Pəncərələri kaskadlaşdır) əmri ilə ekranda açıq olan pəncərələr üst –
üstə pilləvari düzülmüş olur
3. Show windows stacked (Pəncərələri üst – üstə göstər) – açılmış pəncərələr ekranda üst –
üstə bərabər paylaşaraq əks olunur
4. Show windows side by side (Pəncərələri yan – yana göstər) – açılmış pəncərələr ekranda
yanaşı görünür
5. Show the desktop (İş masasını göstər) əmri ilə pəncərələr minimallaşır. İş masası görünür
6. Task manager – tapşırıqlar menecerini açır (Ctrl+Shift+Esc)
7. Lock the taskbar – tapşırıq panelini olduğu yerə kilidləyir. Bu zaman onun yerini dəyişmək
olmur. Bu əmr passivləşdirildikdə tapşırıq panelini sol düymə ilə sürükləməklə ekranın yuxarı, aşağı,
sağ və sol tərəflərində yerləşdirmək olar.
8. Taskbar settings – tapşırıq paneli və Start menyu ilə bağlı tənzimləmələr aparmaq üçündür.
Taskbar bölümündə tapşırıq panelinin kilidlənməsi (Lock the taskbar), gizlədilməsi (tapşırıq paneli
gizlənir, mausu üzərinə gətirdikdə görünür), tapşırıq panelindəki ikonların kiçildilməsi, AERO PEEK
(pəncərələrin şəffaflaşması) funksiyasının aktivləşdirilməsi, tapşırıq panelinin ekrandakı mövqeyinin
seçilməsi və açıq pəncərələrin tapşırıq panelində düzülüş formalarını tənzimləmək olar List sahəsində
görünməsini və s. təmin etmək olar.
30
65. İstifadəçi interfeysi:Pəncərələr və onların istifadəsi

Windows əməliyyat sistemlərini digər əməliyyat sistemlərindən fərqləndirən ən böyük nailiyyəti


onun interfeysidir. Windows yüklənəndən dərhal sonra ekranda görünən onun interfeysidir.
İnterfeys– Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onun köməyilə istifadəçilər
əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows əməliyyat sistemində işləyən zaman ekranda nə
görürüksə, hamısı interfeysə aiddir.

İnterfeys– Windows əməliyyat sisteminin bütün daxili «idarəetmə vasitələrini»nı insana aydın
olan qrafiki formaya çevirən məsələnin vasitəçisidir, tərcüməçisidir.
Windows əməliyyat sisteminin interfeysinin bu və ya digər elementlərinin çoxsaylı çatışmaz-
lıqları və nöqsanları haqqında uzun-uzadı, həmişə mübahisə etmək olar. Əvvəlki əməliyyat
sistemlərini müqayisə etdikdə görmək olur ki, Windows-a daxil edilmiş bütün daha yaxşı elementləri
Microsoft firması öz konkuryentlərinin əməliyyat sistemlərindən - Unix, Mac OS, Linux, OS/2 …
əməliyyat sistemlərindən götürmüşdür.
Windows-un interfeysi sadə və asan istifadə olunandır. Demək olar ki, onun bütün sirlərini
praktik olaraq hər bir kəs interfeysin köməyilə (hətta Windows-a aid olan kitabların köməyindən
istifadə etmədən də) başa düşə bilər.

Windows 10 ƏS pəncərələrlə işə əsaslanır. Windows sistemində işləyən bütün proqramlar,


qovluqlar, sənədlər və s. pəncərə şəklində açılır. 4 pəncərə tipi var:
1. Qovluq pəncərəsi– fayllar və qovluqlar əks olunur.
2. Sistem və tətbiqi proqram pəncərəsi – hər hansı tətbiqi proqrama məxsus pəncərədir.
3. Dialoq pəncərəsi – kompüterlə iş zamanı hər hansı dəyişikliklərlə bağlı ekrana çıxan bir
neçə idarəetmə düymələrinə malik olan pəncərədir
4. Sorğu pəncərəsi –ƏS işi ilə bağlı və ya hansısa proqramın işilə bağlı yardım məqsədilə açılan
pəncərədir.(F1)
Hər bir pəncərənin yuxarı sağ küncündə aşağıdakı işarələr vardır:

Minimize – pəncərəni minimallaşdırıb Tapşırıq panelinə yığır.


Restore Down – pəncərə tam ekran açıldıqda bu düymə aktivləşir. Bu əmri kliklədikdə pəncərə
əvvəlki ölçülərinə qayıdır.
Maximize – pəncərəni tam ekran boyu açır. Bu əmrin icrasından sonra düyməsi düyməsilə
əvəz olunur.
Close – pəncərəni bağlayır. (Alt+F4)
 Pəncərənin sərhədləri üzərinə mausu gətirdikdə mausun göstəricisi ←→ formasını alır ki,
bu ox vasitəsilə pəncərə ölçülərini dəyişmək olar
 Başlıq sətrindən tutub pəncərənin yerini dəyişmək olar
 Pəncərənin kontekst menyusunun əmrləri ilə pəncərənin ölçüsünü əvvəlki vəziyyətinə
qaytarmaq, yerini dəyişmək, ölçüsünü dəyişmək, minimallaşdırmaq, maksimum böyütmək və
31
bağlamaq olar.

66. Windows ƏS-nin baş menyusu (Start)


67. Start (Пуск (Başlat)) menyusunun əmrləri
68. Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi.

Start Menu(Başlat Menyusu) – Windows 10 əməliyyat sisteminin əsas menyusudur. Bu menyu,


3 hissədən ibarətdir

1)başlat menyusunun sol hissəsində İstifadəçi hesabı, Sənədlər, Şəkillər, Parametrlər və s. Ən


sonda isə Power düyməsi yerləşir.

Sleep - kompüteri az elektrik enerjisi sərf olunan rejimə keçirir və istənilən vaxt bir neçə saniyə
ərzində normal iş mühitinə qayıdış mümkündür. Bu əmr icra olunan kimi kompüter bütün
əməliyyatları dayandırır. Kompüter bu rejimə keçən kimi əməli yaddaşın məzmunu avtomatik olaraq
bərk diskə yazılır. Bu isə kompüterin şəbəkədən tamam ayrılması zamanı ilkin vəziyyəti bərpa etməyə
və eyni zamanda işlərə tez başlamağa imkan verir.

Hibernate - elektrik enerjisinin qənaət rejimidir. Bu rejimə keçərkən bütün açıq sənədlər və
proqramlar sərt diskdə hiperfıl.sys adlı faylda saxlanılır və kompüter sönür. Kompüteri yenidən işə
saldıqda isə

hiperfıl.sys qovluğundakı proqamlar əməli yaddaşa köçür. Bu rejim Sleep rejiminə nisbətən
daha çox enerjiyə qənaət edir. Əgər uzun müddət ərzində kompüterin işləməsi nəzərdə tutulmursa, o
halda Hibernate rejiminə keçilməsi yaxşı seçim olar. Shut Down - bu paneldə Shut down düyməsi
kompüteri söndürür.

Restart - kompüterin yenidən yüklənməsi, yəni qısa zaman ərzində söndürülüb yandırılması
üçündür. Adətən, bəzi yeni quraşdırılmış proqramlar quraşdırılmanı sona çatdırmaq üçün bu əmrin
yerinə yetirilməsini tələb edir.

2) bu bölmədən sonuncu əlavə olunmuş proqramlar (Recently added), ən çox istifadə olunan
proqramların (Most used) siyahısı və bütün proqramları görə bilərik. Proqramların daha tez tapılması
üçün baş hərflərin üzərinə klikləyib əlifba siyahısını açmaq mümkündür.

3)bu bölmədə isə çoxlu qutucuqlar görə bilərsiniz. Təbi ki, bu qutucuqlar proqramlardır. Yeni
qruplar yaradıb lazımlı proqramları pin to start əmri ilə bura yapışdırmaq olar. Ekranın vacib
elementlərindən olan Control Paneldən başqa digər bütün ekran elementlərini bu hissəyə
yapışdırmaq(pin to start) olar. Qutucuqların bir çoxu animasiyalıdır, Resize əmri vasitəsilə ölçülərini
dəyişmək mümkündür.

İndi isə start menyunun settings hissəsi ilə tanış olaq:

1 – start menyuda çoxlu başlıqlar görünsün


32
2 – bütün proqramların siyahısı start menyuda göstərilsin
3 – son əlavə olunan proqramların siyahısı start menyuda göstərilsin
4 - ən çox istifadə olunan proqramların siyahısı start menyuda göstərilsin
5 – bizə təklif olunan proqramların start menyuda göstərilməsi
6 – start menyunun bütöv ekran boyu açılması
7 – sonuncu istifadə olunmuş faylların start menyu və quick access də göstərilməsi
8 – bəzi qovluqların start menyunun 1 ci bölməsində göstərilməsi

69. Пуск (Start (Başlat)) menyusunun sağ sütununun aşağı hissəsində kompüteri söndürməyə
xidmət edən xüsusi alt bölmələr.
70. Kompüteri söndürməyə xidmət edən xüsusi düymələr, alt bölmələr və onların funksiyaları.

Start menyuda Power düyməsilə açılan siyahıda aşağıdakı əmrlər yerləşir:


Sleep (yuxu) – enerjiyə qənaət rejimidir. Əməli yaddaşın məzmunu sərt diskə yazılır
kompüterdə bütün əməliyyatlar dayanır, seans saxlanılır.
Hibernate (mürgüləmə) – Sleep - ə nisbətən ən az enerji sərf edir. Bu rejimdə aktiv proqramlar
sərt diskə hiberfil.sys adlı faylda saxlanılır, kompüter sönür. Komputer açılan kimi proqramlar öz işini
davam etdirir.
Shut down (Söndür) – bütün pəncərələr bağlanır, kompüter sönür.

Restart – kompüteri yenidən başladır (Ctrl+Alt+Del)


Start menyuda sol paneldə yerləşən Settings əmri ilə açılan pəncərədən kompüterlə bağlı bir
çox tənzimləmələri həyata keçirmək olar.
Start menyuda ən üstdə yerləşən istifadəçi adının üstündə sol düyməni kliklədikdə aşağıdakı
pəncərə açılır:
Change account settings – istifadəçi hesabını tənzimləməyə imkan verir
Lock – kompüteri kilidləməyə imkan verir (Win+L);
Sign out – seansı bitirərək istifadəçi hesabını dəyişməyə imkan verir.
Start menyunun üzərində sağ düyməni sıxdıqda onun kontekst menyusu açılacaq. Kontekst
menyunun əmrləri ilə proqramlara və onların xüsusiyyətlərinə baxmaq, Power düyməsinin alt
əmrlərini icra etmək, İş masasına baxmaq, axtarış aparmaq və s. sistem proqramları və qovluqlarına
baxmaq olar.

71. Windows -un Aksessuarlar qovluğunda yerləşən standart proqramlar və onların


funksiyaları.
72. Windows əməliyyat sistemində standart proqramlar.

33
Windows 10 ƏS – də standart proqramlar (Windows Accessories) Standart proqramlar kiçik
ölçülü proqramlar olub, ƏS ilə birlikdə kompüterə yüklənir. Standart proqramlara daxil olmaq üçün
Start/Windows Accessories ardıcıllığından istifadə olunur. Bu qovluqda aşağdakı standart proqramlar
yerləşir: Character map, İnternet Explorer, Math İnput Panel,Mobility Center, Notepad, Paint, Private
Character Editor, Quick Assist, Remote Desktop Connection Shape Collector, Snipping tool, Steps
recorder, TabTip, Windows Fax And Scan, Windows Media Player, Wordpad. Bu proqramlardan
bəzilərinin təyinatı ilə tanış olaq:
Internet Explorer – brauzer, veb səhifələrə baxış proqramı.

Math İnput Panel (Riyazi daxiletmə paneli) – sadə riyazi ifadələrin mausla daxil edilməsini təmin
edir
Mobility Center – ekran parlaqlığı, kompüterin səsi, batareya parametrləri və s. vacib
parametrləri tənzimləmək üçün proqram
Notepad (Bloknot) – kiçik ölçülü mətn redaktoru, ASCİİ ilə işləyir və formatlaşma saxlamır,
genişlənməsi .txt
Paint (Boyama) – sadə rastr qrafik redaktoru, genişlənməsi bmp
Snipping tool (Hissə aləti) – ekranın müəyyən bir hissəsinin təsvirini almaq və mübadilə
buferinə göndərmək, genişlənməsi png
Quick Assist – uzaqdan bağlantı ilə başqasına kömək etmək və ya kömək almaq üçün istifadə
olunan proqram
Remote Desktop Connection (Uzaq iş masası bağlantısı) – İnternet vasitəsilə kompüteri uzaqda
olan kompüterlə əlaqələndirir, icazə verildikdə kompüterin fayllarından istifadə etməyə kömək edir.
Steps recorder – kompüterdə icra olunan əməliyyatların hər birini şəkil formatında yadda
saxlayır.
Tabtip – sensor klaviatura

Windows Fax and Scan – kompüterə qoşulmuş faks və skaner qurğusunun idarə olunma
xüsusiyyətlərini tənzimləyir

Windows Media Player – kompüterdə mövcud olan multimedia faylların nümayişi üçün

Wordpad - Notepad - ə nisbətən geniş imkanları olan mətn redaktoru, genişlənməsi rtf.

73. Paint, WordPad, Блокнот proqramlarının işi.


74. Paint - qrafik redaktoru.
75. WordPad - qrafik redaktoru

Notepad (Blaknot - qeyd dəftəri) - istifadəçi üçün qeydlərin yazılmasını asanlaşdıran mətn
redaktorudur.Proqramlarda hazırlanan faylların genişlənməsi .txt şəklindədir. Word proqramı ilə
müqayisədə imkanları çoxazdır, bu proqram vasitəsi ilə daxil edilmiş mətni çap etmək, mətn hissələri
kəsmək, köçürmək, yapışdırmaq,şriftlərin tipini, formasını, ölçüsünü dəyişmək mümkündür. Proqram
ASCII standartı ilə işləyir bunun nəticəsində proqramda az yer tutur.
34
WordPad proqramı sənədlərin yaradılması, redaktəsi və formatlaşdınlması üçün nəzərdə
tutulan, Notepad (Блокнот-bloknot) proqramına nisbətən daha geniş imkanlara malik olan və *.rtf
(Rich Text Format) formatlı elektron sənədləri hazırlamaq üçün nəzərdə tutulan sadə mətn
prosessorudur. Bu proqram Microsoft Word proqramının qısaldılmış variantıdır. Odur ki, WordPad
proqramı pəncərəsində Notepad ilə müqayisədə redaktə olunan sənəd üzərində sadə formatlaşdırma
işləri üçün nəzərdə tutulan daha çox elementlər var. Belə ki, Notepad proqramından fərqli olaraq
WordPad proqramında yaradılan sənədlərdə cürbəcür şriftlər, ölçülər və rəng formatları öz əksini
tapa bilər. Həmçinin WordPad sənədlərində müxtəlif obyektlər şəkillər, sxemlər, diaqramlar,
videokliplər, musiqi və hətta səs effektləri yerləşdirilə bilər. Windows 7 əməliyyat sistemində olan
WordPad proqramı da Paint proqramı kimi Ribbon (Лент/Lent) interfeysi üzərində yaradılmışdır.

Paint.Sadə rəsm redaktoru olub, rastr tipli şəkillərin çəkilməsi və redaktəsi üçün nəzərdə
tutulmuşdur. Proqramın pəncərəsi aşağıdakı elementlərə malikdir: sərlövhə sətri, menyu sətri, alətlər
paneli, rənglər paneli, rəsm sahəsi, vəziyyət sətri. Alətlər qutusu aşağıdakı işləri görməyə imkan verir.

1-Düz xəttin çəkilməsi..


2-Əyri xəttin çəkilməsi.
3-Düzbucaqlı (kvadrat),ellipsis (çevrə ) və oval künclü düzbucaqlı (kvadrat) fiqurların çəkilməsi.
Çoxbucaqlının çəkilməsi. Lazım olan aləti (Многоугольник) seçirik. Alətlər qutusundan
aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub - olmamasını müəyyən edirik.Sol düyməni
sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində çoxbucaqlının tərəflərindən biri
çəkiləcəkdir, digər tərəfi çəkmək üçün sol düymənin sıxılmasını bir an dayandırıb yenidən sıxmaqla
kursoru hərəkət etdirmək lazımdır.Bu əməliyyatı bütün tərəflər çəkilənə qədər davam etdirmək
lazımdır.
3- İxtiyari xəttin çəkilməsi .
4- Şəklin rənglənməsi.Bu məqsədlə ilk növbədə istədiyimiz rəngi seçirik.Buna kursoru rənglər
qutusunun müvafiq rənginin üzərinə qoyub və ya Выборцветов alətini seçib, kursoru rəsmin bu və ya
digər rənginin üzərinə qoyub mışkanın sol düyməsini bir dəfə sıxıb buraxmaqla nail olmaq
olar.Bundan sonra aşağıdakı alətlərdən birini seçmək lazımdır.
Заливка – seçilmiş qapalı oblastı rəngləyir
Распылитель – kursorun durduğu mövqeyə rəng çiləyir Кисть- aləti adi fırça funksiyasını daşıyır
5- Rəsmin müəyyən hissəsinin silinməsi.Bufunksiyanı pozan(Ластик) aləti yerinəyetirir.
6- Rəsmin müəyyən hissəsini qeydetmək Выделение – aləti düzbucaqlısahəni
Выделение произвольной области – ixtiyari sahəni qeyd etməyə imkan verir
7- Масштаб aləti səhifənin ölçüsünü böyüdür
8- Надпись alətindən mətn yazmaq üçün istifadəolunur Çəkilmiş şəkli yadda saxlamaqüçün:
Fayl (Файл) → Save (Сохранить) → [Save az] pəncərəsində faylın adı, tipi, saxlanacağı yer təyin
edilir → Save(Сохранить).

35

You might also like