You are on page 1of 4

MÖVZU 9

FİZİKİ TƏRBİYƏ SİSTEMİ


Fiziki tərbiyə sisteminin inkişaf qanunlarının tarixi.

PLAN:

1.Fiziki tərbiyə sisteminin inkişaf qanunlarının tarixi

2.Fiziki tərbiyə sisteminin prinsipləri

3.Şəxsiyyətin hərtərəfli inkişaf prinsipi

ƏDƏBİYYAT

1.Əlibəy Tağıyev., Ağamirzə Şirinov. “Bədən tərbiyəsi nəzəriyyəsi və


metodikası”. Bakı-1996

2.H.H.Qurbanov., A.Y.Əsgərov., A.X.Ramazanov. “Bədən tərbiyəsi


nəzəriyyəsi və metodikası”. “Avropa”nəşriyyatı. Bakı-2006

İnsan mədəniyyətinin tarixi qazıntıları, qaayalarda olan yazılar, şəkillər,


məişət əşyaları, əfsanələr sübut edir ki, qədim insanlar yüksək mədəniyyətə
mənsub olmuşlar, o, cümlədən fiziki mədəniyyətə.

Alimlər qazıntılardan istifadə edərək sübut etmişlər ki, fiziki tərbiyədə təlimin
rolu hələ qədim insanlara məlum imiş.

Fiziki hərəkətlər əmək və hərbiçilik vasitəsi kimi meydana gəlmiş, fiziki


tərbiyə isə ovçunu, əsgəri hazırlamaq tələbatından əmələ gəlmişdir.

Tərbiyə, o, cümlədən, fiziki tərbiyə ictimai əməyin meydana gəlməsi


mərhələsində yaranmışdır. Fiziki tərbiyə sisteminin yaranması üçün kifayət qədər
material və mənəvi tərəflərin inkişafı lazımdır. İbtidai icma quruluşu formasiyasına
fiziki tərbiyənin bünövrəsi kimi baxmaq olar. Buna baxmayaraq bu dövrdə fiziki
hazırlığın rolu çox mühüm olmuş, bu da sərt yaşayış şəraiti ilə sıx əlaqədə idi.
Ancaq fiziki tərbiyə sisteminin yaranması üçün material baza çatışmırdı.

Quldarlıq forması özünəməxsus fiziki tərbiyə sistemi yaratmışdı. Bu gün


insanlar fəxr edə bilər, qədim elmlər belə bir sistem yaratmışdır ki, bu sistem
harmonik fiziki inkişafı insan tərbiyə etmək inkişafına malik idi. Ancaq bu elə
sistem idi ki, öz sinfinə, yəni quldarlara məxsus idi, daha doğrusu quldarlara qulluq
edirdi. Gözəl qurğular və stadionlar ancaq onlara malik idi və onlar bu gözəl
material bazalarından istifadə edə bilərdilər. Onlara qüvvətli olmaq lazım idi ki,
çox saylı qulları öz əsarəti altında saxlaya bilsinlər.

Feodal icma formasiyası öz fiziki tərbiyə sistemini yaratmışdır. Bu sistem


hərbi fiziki tərbiyə sistemi idi ki, burada əsasən cəngavərlər hazırlanırdı. Feodal
fiziki tərbiyə sistemi siniflərin ayrılmasına daha da kəskinləşməsi dövrünü əhatə
edir.

Kapitalist cəmiyyətində sinfi kəskinləşmələr daha da mürək-kəbləşir. Bu


mürəkkəbləşmələr fiziki tərbiyə sisteminin həm məqsədlərində, həm də
metodlarında özünü əks etdirir. Fiziki tərbiyə sistemində ziddiyyətlər ondan
ibarətdir ki, varlı təbəqə-lər, fəhlələrin sağlamlığı haqda narahat olmurlar. Ancaq
onlara qüvvətli, çevik, bacarıqlı əsgərlər, təsərrüfatda isə yüksək iş qabiliyyətinə
malik insanlar lazımdır. Bədən tərbiyəsi və idman onlara öz fikirlərini, yaşayış
tərzini təbliğ etmək üçün lazımdır.

Əlbəttə, bu vaxtlardakı fiziki tərbiyə sistemlərinə ancaq pis cəhətdən


baxmaqla böyük səhvə yol vermiş olarıq. Çünki, hələ insan cəmiyyəti təzə bir
sistemi əvəz edə bilsin. Düzdür yuxarıda adını çəkdiyimiz sistemlərdən fərqli, daha
doğrusu adı ilə fərqli “keçmiş sovet” fiziki tərbiyə sistemi mövcuddur ki, bu
sistem o biri sistemlərdən heç də fərqlənmir. Bu sistemin ən pis sahəsi ondan
ibarətdir ki, burada yalandan xalqın mənafeyi haqda fikirlər irəli sürülür.
Həqiqətdə isə xalq mənafeyi pərdə kimi olaraq qalır.
Fiziki tərbiyə sisteminin prinsipləri

Prinsip – hər hansı bir elmin və ya nəzəriyyənin başlanğıc əsasıdır. Fiziki


tərbiyə sisteminin prinsipləri aşağıdakı kimi ifadə edilir:

1 - İnsanın hərtərəfli hormonik inkişafı prinsipi

2 - Fiziki tərbiyənin əmək və hərb ilə sıx əlaqəsi prinsipi

3 - Sağlamlığa yönəlmiş fiziki hərəkətlər prinsipi

Şəxsiyyətin hərtərəfli inkişafı prinsipi

Şəxsiyyətin hərtərəfli inkişafı prinsipi insani tərbiyə prinsipi sisteminin


əsasını təşkil edir. Bu da bütün insanların ümumi inkişafını nəzərdə tutur. Burada
insanların həmişəki arzuları olan ideala qovuşaq fikridir.

Təcrübədə bu prinsip belə həyata keçirilir:

1. Fiziki tərbiyə başqa tərbiyəvi əhəmiyyətli prinsiplərlə sıx əlaqədədir


(estetik, mənəvi, şüurlu, əmək)

2. Şəxsiyyətin hərtərəfli fiziki inkişafını nəzərdə tutur (ümumi və xüsusi fiziki


hazırlıq, orqanizmin forma və funksi-yalarını, fiziki keyfiyyətləri, bacarıq və
vərdişlərə yiyələnmək)

Fiziki hərəkətlərlə məşğul olarkən mənəvi cəhətdən tərbiyə imkanları yaranır.


Oyunlarda və fəaliyyətdə uşaqların xasiyyət-lərini öyrənmək olur, burada da
müəllim, məşqçi, uşağın pis və yaxşı cəhətlərini görüb pis cəhətləri aradan götürə
bilər. Yaxşıları isə inkişaf etdirmək lazımdır.

Bədən tərbiyəsi dərsləri estetik imkanlara malikdir və bu imkanlardan istifadə


edərək estetik tərbiyə ilə də məşğul olmaq lazımdır.Bədən tərbiyəsi dərslərində
fiziki hərəkətlərin yaxşı yerinə yetirilməsi, gözəl rəftar və s. Hərtərəfli fiziki
tərbiyə uşağın və ya insanın fiziki hərəkət ehtiyatının çoxluğundan əmələ gələ
bilər. Bu isə insanın çox miqdarda fiziki hərəkət bacarığının olmasından əmələ
gəlir. O isə əsasən ümumi fiziki hazırlığından irəli gəlir. Ümumi fiziki hazırlığı
olmayan şəxsin xüsusi fiziki hazırlıq barədə fikirləşməyə haqqı yoxdur.

You might also like