You are on page 1of 149

Azərbaycan dilində

işgüzar və akademik kommunikasiya


Giriş
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni iki istiqaməti
əhatə edir. Bu fənnin tədrisi zamanı tələbələr Azərbaycan dilində aydın, səlis
danışmaq, savadlı yazmaq, ədəbi dil normalarına əməl etmək bacarıqlarına
yiyələnməklə bərabər, işgüzar və akademik mühitdə necə davranmalı, nələrə önəm
verməli, işgüzar və akademik sənədləri hansı yolla hazırlamalı kimi mühüm
əhəmiyyət kəsb edən bilikləri də mənimsəmək imkanı əldə edəcəklər.
Cəmiyyətdə tutduğunuz mövqedən, hansı peşənin sahibi olmağınızdan asılı
olmayaraq bu fənnin tədrisində öyrəndikləriniz bütün proffesional həyatınızda,
hətta bəzi şəxsi münasibətlərinizin qurulmasında sizə yardımçı olacaq.
Təəssüflər olsun ki, müasir gənclərimizin ən zəif cəhətlərindən biri özlərini
ifadə edə bilməmək, hətta bildikləri mövzu ətrafında belə aydın mülahizələr irəli
sürməkdə çətinlik çəkmək və savadlı yazmaq vərdişlərinin zəif formalaşmasıdır.
Özünü təqdim etmək, fikir və ideyalarını qarşı tərəflə bölüşmək, bilik və
təcrübələrini ötürmək üçün nitq qurmaq bacarığı gərəkdir. İstər şifahi, istərsə də
yazılı nitqə verilən bütün linqvistik, estetik, psixoloji tələbləri bilmədən, yetərincə
söz bazasına malik olmadan, idrak və ifadə bacarıqlarınızı təkmilləşdirmədən
gözəl, aydın, məntiqli danışmaq qeyri-mümkündür. Xüsusən də dünyada bütün
istiqamətlər üzrə inkişaf dinamikasının artdığı, rəqabətin gücləndiyi müasir dövrdə
istənilən sahə üzrə peşəkar mütəxəssis olmaq, fərqlənmək, uğurlu karyera qurmaq
üçün bir çox yeni tələblər mövcuddur ki, bunların önündə keyfiyyətli ünsiyyət
qurmaq bacarığı gəlir.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin əsas
məqsədi bu və digər bilik və bacarıqları tələbələrə aşılamaq, onların gələcəkdə ana
dilinin zəngin dil materialından istifadə edərək uğurlu karyera qurmalarına
yardımçı olmaqdır.
Mövzu 1. Azərbaycan dili və onun ünsiyyət imkanları. Azərbaycan
ədəbi dilinin inkişaf mərhələləri

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, 50 milyona yaxın


azərbaycanlının ana dili, ünsiyyət vasitəsidir. Dünyanın bir çox ölkələrində
yaşayan azərbaycanlılar bir-biriləri ilə ana dilində danışır, ünsiyyət qururlar.
Azərbaycan dili uzun inkişaf yolu keçmiş, bu dildə dünya ədəbiyyatı və
mədəniyyətinə çoxsaylı sənət nümunələri bəxş edilmişdir. Müasir Azərbaycan
dilinin semantik və qrammatik normaları istənilən funksional üslubda ünsiyyət
qurmağa, gözəl danışmaq və ifadəli yazmağa imkan verir. Dünyanın istənilən
dilindən tərcümə etmək üçün Azərbaycan dilinin zəngin leksik bazası və lüğət
fondu mövcuddur.
Bütün dillər iki prinsip əsasında təsnif edilir: genealoji və tipoloji. Genealoji
təsnif dillərin soykökü, qohumluq dərəcəsinnə görə, tipoloji təsnif isə qrammatik,
əsasən də morfoloji strukturuna əsasən aparılır. Azərbaycan dili genetik baxımdan
türk dilləri ailəsinə mənsubdur. Lakin daha geniş rakursdan Azərbaycan dilinin
söykökünü belə təqdim etmək mümkündür:

Ural-Altay dil ailəsi

Ural Altay

Tunqus- Yapon,
fin macar türk monqol
mancur koreya
Qədim
türk dili

Karluk- Uyğur-
Oğuz Qıpçaq Bulqar
uyğur oğuz

Türk dili
Azərbaycan
dili
Qaqauz dili
Türkmən dili

Cədvəldən də göründüyü kimi, bəzi türkoloqlar Ural və Altay dillərini də qohum


hesab edirlər. Lakin əksəriyyət türk dillərinin tarixini Altay dövrü ilə başlayır. Türk
dillərinin ən qədim mərhələsi hesab edilən Altay dövründə ümumi Altay dilinin
zamanla parçalanması nəticəsində türk, monqol, tunqus və mancur dilləri əmələ
gəlmişdir.
Qədim türk dili bütün müasir türk dillərinin, o cümlədən də Azərbaycan dilinin
əcdadıdır. Qədim türk dilinin tədqiqi göstərir ki, müasir türk dillərinin leksik və
qrammatik quruluşu öz mənbəyini bu dildən almışdır. Qədim türk dili (türki) uzun
zaman əcdad babalarımızın ortaq istifadəsindən sonra I minilliyin sonu II
minilliyin əvvəllərində oğuz, qıpçaq və karluk türkcələrinə bölünmüşdür.
Azərbaycan dili tipoloji cəhətdən isə iltisaqi (elmi ədəbiyyatda daha çox
“aqlütinativ” terminindən istifadə olunur) dillərə aiddir. Ümumiyyətlə, tipoloji
cəhətdən dillər 4 qrupa bölünür:
1.Amorf (kök) dillər – Çin dili;
2.Aqlütinativ dillər – türk dilləri, monqol, macar, mari, fin-uqor dilləri;
3.Flektiv dillər – ingilis, fransız, rus, alman, ərəb, fars və s.
4.İnkorporlaşan dillər – Amerika hindularının dili.
Aqlütinativ dillərin, o cümlədən Azərbaycan dilinin əsas qrammatik xüsusiyyətləri
bunlardır:
1. Aqlütinativ dillərdə sözlər asanlıqla kök və şəkilçiyə ayrılır. Bu dillərdə söz
kökünün leksik mənası olur.
2. Aqlütinativ dillərdə şəkilçi yalnız sözün sonuna əlavə edilıir: dağda, dağlar,
dağdakı və s. Flektiv dillərdə təsadüf etdiyimiz prefiks və infikslərə bu dillərdə rast
gəlmək mümkün deyil. Dilimizdə işlənən “bivəfa”, “nainsaf”, “biqeyrət” kimi
sözlərin ön şəkilçiləri ərəb-fars mənşəlidir.
3. Aqlütinativ dillərdə vurğu sözün sonuncu hecasına, sözə şəkilçi artırıldıqda isə
vurğu əsasən şəkilçinin üzərinə düşür.
4.Aqlütinativ dillərdə cins kateqoriyası yoxdur. Yalnız bioloji cinsi ifadə etmək
üçün leksik (ana-ata, bacı-qardaş, toyuq-xoruz və s.), morfoloji (müəllim-
müəllimə, şair-şairə və s.) üsullar mövcuddur.
Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri. Ədəbi dil seçmə və əvəzetmə
əməliyyatı ilə normaya salınmış dildir. Hər hansı bir dilin ədəbi dil səviyyəsinə
çatması üçün onun müəyyən normaları müəyyənləşməli, üslub sistemi
formalaşmalıdır. Dünyada ədəbi dilləri formalaşmayan, yalnız danışıq dilinə malik
olan yüzlərlə xalq və etnik qrup mövcuddur.
Azərbaycan ədəbi dili öncə şifahi formada yaranmış, xalqın minillik
yaddaşından gələn atalar sözü, bayatı, nağıl və dastanlar sayəsində cilalanmış və
yazılı ədəbi dilin formalaşması üçün əsas təşkil etmişdir.
Azərbaycan şifahi ədəbi dilinin ən önəmli abidəsi “Kitabi Dədə Qorqud”
dastanlarıdır. Abidə “Oğuznamə”lər silsiləsinə aiddir, belə ki Drezdendə saxlanılan
nüsxə “Kitabi-Dədəm-Qorqud əla lisani-taifeyi-oğuzan” adlanır. Dastanın dilində
oğuz qrupuna daxil olan digər türkcələrlə ortaq sözlər çoxdur. Bunun səbəbi
dastanın qələmə alındığı güman edilən XI əsrin türk dillərinin differensasiya
dövrü olmasıdır.
“Kitabi Dədə Qorqud” dastanlarında işlənən söz və ifadələrin əksəriyyəti müasir
Azərbaycan dilinin lüğət tərkibi ilə üst-üstə düşür:
“Məgər xanım, Bayandır xanın bir buğası vardır, bir dəxi buğrası vardır. Ol buğa
qatı daşa buynuz ursa un kibi ügidərdi. Bir yazın, bir güzin buğayla buğrayı
savaşdırarlardı. Bayandır xan Qalın Oğuz bəgləriylə tamaşaya baqardı, təfərrüc
edərdi”.

Bərü gəlgil, başum baxtı, evüm taxtı,


Evdən çıqub yürüyəndə səlvi boylum,
Topuğında sarmaşanda qara saçlum,
Qurulu yaya bənzər çatma qaşlum,
Qoşa badam sığmayan dar ağızlum,
Güz almasına bənzər al yanaqlum.
Azərbaycan yazılı ədəbi dilinin tarixi isə XIII əsrdən başlayır. Daha doğrusu,
Azərbaycan türkcəsində əlimizə çatan ilk yazılı ədəbi nümunə XIII əsrə aiddir.
Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixi 2 böyük dövrə ayrılır:
1. Əski dövr (XIII-XVII əsrlər)
2. Yeni dövr (XVIII-XXI əsrlər)
Hər dövr də müəyyən mərhələlərə bölünür. Əski dövrün mərhələləri aşağıdakı
kimidir:
• ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər);
• klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).
XIII-XIV əsrlər adından da göründüyü kimi, yazılı ədəbi dilin formalaşdığı,
təşkil olunma prosesini tamamladığı dövrdür. Bu dövr, eyni zamanda Azərbaycan
türkcəsinin daha geniş arealda istifadəsi ilə xarakterikdir. Yazılı ədəbi dilimizin
əlimizdə olan ilk nümunələri – İzzəddin Həsənoğlu qəzəllərinin dilindəki sistemli
dil strukturu, ifadə tərzinin bütövlüyü XIII əsrdə artıq formalaşmış Azərbaycan
ədəbi dilinin mövcud olduğunu deməyə tam əsas verir. Hətta Həsənoğlunun
əsərlərində sonrakı əsrlərdə görəcəyimiz ərəb-fars sözlərinin üstünlüyü də yoxdur:
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm, sən büti-şəngül, sürahi eyləmə qülqül.
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Nümunədən də göründüyü kimi, alınma və milli sözlərimizin paralelliyi ilə yanaşı,
sintaktik vahidlərdə də yanaşı işlənmə mövcuddur.
Ədəbi dilimizin təşəkkülü üçün ən mühüm mərhələ, təbii ki, Nəsiminin dilidir.
Nəsimi yaradıcılığı bir növ təşəkkül prosesinin yekunudur. İ.Nəsimi şəxsiyyət və
yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin fəlsəfi və elmi cəhətdən ifadə imkanlarını
müəyyənləşdirdi, qrammatik quruluş, alınma və milli sözlərin paralelliyi, dilin
üslub differensiallığı cilalandı, normativ səviyyə qazandı. Prof. T.Hacıyevin də
dediyi kimi, Nəsimi şəxsiyətinin kamilliyi XIII-XIV əsr Azərbaycan ədəbi dilini də
kamillik həddinə çatdırdı. Nəsiminin qəzəllərində bəzən çox sadə, xalq dilinə
yaxın, bəzən isə əksinə mürəkkəb ifadə və tərkiblərlə zəngin nümunələrə rast
gəlmək mümkündür. Şair lirik qəzəllərində daha sadə və aydın ifadə tərzi, fəlsəfi
məzmunlu əsərlərində isə mürəkkəb, qəliz dildən istifadə edir:
Gəl ey dilbər ki, qan oldu könül eşqin bəlasından,
Kərəm qıl, vəsl ilə qurtar məni hicran cəfasından.
Təallah nə dilbərsən bu hüsn ilə, bu lütf ilə
Ki, dildarın necə görsəm gözüm doymaz liqasından.
***
Ərşilə fər şu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Əski dövrün ikinci mərhələsi klassik şeir dili adlanmaqla XV-XVII əsrləri əhatə
edir. İ.Nəsimi ilə ənənəsi qoyulan kamil klassik poeziya bu mərhələdə özünün ən
yüksək inkişaf səviyyəsinə çatır. Şah İsmayıl Xətai və Məhəmməd Füzuli
yaradıcılığı bunun ən parlaq nümunəsidir.
Məlum olduğu kimi, Xətai həm xalq üslubunda, həm də klassik janrda əsərlər
yazmışdır. Şairin qoşma, gəraylı və bayatıları sadə dildə yazılmış, məcaz və
bənzətmələri xalq yaradıcılığı üslubundadır:
Eşq xərmənində sovruldum,
Həm ələndim, həm yoğruldum,
Qazana girdim, qovruldum,
Meydana yenməgə gəldim.
Ədəbi dilin aydınlıq və sadəlik kimi keyfiyyətləri Xətainin klassik üslubda yazdığı
əsərlərdə də qorunur:
Yarə yar olmaq dilərsən, qeyrü sən yar istəmə.
Cami dildən keçməmişsən, yeri, dildar istəmə.
Varü varlıq varmayınca şahə varmaz varımız,
Sən özüni şahə dapşur, dəxi gəl var istəmə.
Azərbaycan klassik şeirinin, eləcə də Azərbaycan ədəbi dili əski dövrünün
zirvəsi, şübhəsiz ki, Füzuli yaradıcılığı və Füzuli dilidir. Füzulinin dilində ərəb-fars
mənşəli sözlər üstünlük təşkil etsə də morfoloji quruluş oğuz türkcəsi ilə demək
olar ki uyğundur. Onun əsərlərində istifadə etdiyi təşbeh və bənzətmələrin
gözəlliyinə başqa heç bir müəllifdə rast gəlmək mümkün deyil.
Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən
Nola zənbur evinə bənzəsə beytül-həzənim.
Beləliklə, Azərbaycan ədəbi dilinin əski dövrünün əsas xarakterik
xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
1.Türk ədəbi dillərinin differensasiyası tam başa çatdığından Azərbaycan ədəbi dili
müstəqil inkişaf yoluna qədəm qoyur.
2. Azərbaycan ədəbi dilində klassik janr və xalq şeiri üslubunda əsərlər yazılır.
3. Azərbaycan ədəbi dilinin elmi və rəsmi üslublarının ilk ünsürləri yaranıb inkişaf
etməyə başlayır.
4. Azərbaycan türkcəsi və Osmanlı dili arasında mövcud paralellik tədricən aradan
qalxır.
5. Dövrün əvvəlində türk mənşəli sözlərlə ərəb-fars alınmalarının işlənməsindəki
balans alınma sözlərin üstünlük qazanması ilə pozulur.
6. Söz birləşmələrinin işlənməsində izafət tərkibləri üstünlük təşkil edir və s.
İkinci dövr Azərbaycan ədəbi dili isə üç mərhələni əhatə edir:
• ədəbi dilin xalq dilinə yaxınlaşması (xəlqiləşməsi) mərhələsi (XVIII əsr);
• milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli);
• müasir mərhələ (XX əsrin 1-ci rübündən sonra).
Azərbaycan ədəbi dili inkişaf tarixinin XVIII əsr mərhələsi xüsusi önəm daşıyır.
Belə ki, müasir Azərbaycan mədəniyyətinin əsasını təşkil edən milli mədəniyyət
məhz bu dövrdə formalaşmağa başlamışdır və milli dilin də yaranması eyni
prosesin tərkib hissəsidir. XVIII əsrdə folklor üslubu əlamətdar dil-nitq ünsürlərini
klassik üslubdan mənimsəməklə aparıcı mövqe əldə edir. Bədii ədəbiyyatın dili
xalqın dilinə yaxınlaşır, sadə Azərbaycan türkcəsində gözəl sənət nümunələri
yaranır. Bu istiqamətin ən bariz nümunəsi, şübhəsiz ki, Molla Pənah Vaqif
yaradıcılığıdır. M.P.Vaqifin ədəbi dilimizin inkişafındakı ən mühüm
xidmətlərindən biri folklor üslubu ilə klassik şeir janrını sintez şəklində təqdim
etməsidir. Hər iki janrda yazdığı əsərlərin dil xüsusiyyətləri keyfiyyət baxımından
vahid dil kimi çıxış edir.
Çoxdan bəri yarın fərağindəyəm
Nə olaydı bir buraya gələydi.
Çəkəydi könlümü künci-zülmətdən,
Döndərəydi üzün ayə, gələydi.

Görməyə-görməyə gülüzarımı,
Bülbül tək artırdım ahu zarımı.
Təbibim oluban bu azarımı
Yetirəydi bir dəvaya, gələydi.
XVIII əsr Azərbaycan ədəbi dilinin üslub mənzərəsini əsasən bədii, elmi və
rəsmi üslub müəyyən edir.
Azərbaycan ədəbi dili Yeni dövrünün ikinci mərhələsi XIX əsr və XX əsrin
əvvəllərini əhatə edir. Bu dövr Azərbaycan ədəbi dili və üslublar sisteminin
formalaşmasının yekunudur. XIX əsrdə nəzmlə yanaşı, nəsr əsərlərinin yazılma
intensivliyi artır, artıq Azərbaycan dilində dram əsərləri yaranmağa başlayır.
Elmi və rəsmi üslublar da XIX əsrdə yüksək sıçrayışla inkişaf edir. Elmin
müxtəlif sahələrini təmsil edən mətnlər qələmə alınır. Mirzə Adıgözəl bəyin
“Qarabağnamə”si, M,F,Axundovun fəlsəfi traktatları məhz bu dövrün məhsuludur.
Azərbaycan dilinə aid elmi əsər və dərsliklər XIX əsrdən etibarən yazılmağa
başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi
qrammatikası" əsəri məşhurdur.
XIX əsrin sonlarında “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan ədəbi dili publisistik
üslubunun təməli qoyulur.
XX əsrin əvvəllərində isə Azərbaycan ədəbi dili üçün ən mühüm məsələ
milli dilin yeni normalarının müəyyənləşməsi idi. Mürəkkəb inkişaf yolu keçən
Azərbaycan ədəbi dili yeni əsrin astanasında bir daha dilin norması, imla
məsələləri, orfoepik və orfoqrafik qaydalar kimi mühüm məsələlərin həll edilməsi
problemi ilə qarşı-qarşıya idi. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyl,
üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və
mətbuata aiddir.
1. Birinci meyl, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu
özünü "Molla Nəsrəddin" jurnalının və bu jurnalın əməkdaşlarının
(C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil
ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.
2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə
söykənən ədəbi dil yaratmaq meyli. Bu "Füyuzat" və "Həyat" kimi bir çox jurnal
və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə
və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o
vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.
3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq
meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A. Şaiq, C.
Cabbarlı, S. Hüseyn, A. Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil
sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.
Müasir Azərbaycan ədəbi dilinin sonrakı inkişafı isə məhz birinci istiqamət üzrə
davam etdi. Mayasını canlı xalq dili və dialektlərdən alaraq seçmə və əvəzetmə
əməliyyatı ilə tam mənada normativləşdi.
Mövzu 2. Azərbaycan dili rəsmi dövlət dilidir
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində deyilir ki,
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan dövləti
Azərbaycan dilinin inkişafını təmin edir.

Azərbaycan Respublikasında dövlət dili haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil


dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi
qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan
Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

I fəsil
ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1 . Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının


21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir
Azərbaycan Respublikası vatəndaşının borcudur.
1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai,
iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin
edir.
1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında,
dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və
fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və
filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata
keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və
ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar
Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə
tərcümə olunmaq şərtilə aparıla bilər.

M a d d ə 5 . Dövlət dilinin təhsil sahəsində işlənməsi

5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.


5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin
tədrisi məcburidir.
5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul
zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

M a d d ə 1 3 . Dövlət dilinin normaları

13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya
normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər
bu normalara əməl etməlidirlər. [9]
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını
təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.

M a d d ə 1 8 . Dövlət dilinin qorunması və inkişafı

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu
dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını
məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri
(mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar
Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2002-ci il


№ 365-IIQ

Hər bir xalğın dövlətçilik siyasətinin tərkib hissələrindən biri dil siyasətidir.
Azərbaycan dilinin dövlət səviyyəsində işlənmə tarixi Səfəvi dövləti ilə başlayır.
Daha dəqiq ifadə etsək, məhz səfəvilərin hakimiyyət zamanında Azərbaycan
türkcəsi sarayda, dövlət əhəmiyyətli bəzi yazışmalarda istifadə olunur. Azərbaycan
türkcəsinin Səfəvilər dövründə aparıcı olması əhalinin böyük əksəriyyətinin
türkmənşəliyindən irəli gəlirdi. Lakin az sayda olan sənəd və məktublar Səfəvi
dövlətinin rəsmi dilinin Azərbaycan türkcəsi olduğu anlamına gəlmir. Çünki həmin
dövrdə ərəb və fars dilləri bütün sahələrdə, xüsusən dövlət əhəmiyyətli
yazışmalarda dominantlığını davam etdirirdi.
Azərbaycan türkcəsinin ilk dəfə rəsmi dövlət dili kimi elan olunması XX əsrin
əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqdan bir ay sonra 27 iyun 1918-ci ildə türk dili (Azərbaycan
türkcəsi) rəsmi dövlət dili elan edildi. Qərara əsasən Cümhuriyyət daxilində bütün
kargüzarlıq işləri türk dilində aparılmalı, bütün müəssisələrdə dövlət dilindən
istifadə edilməli idi. Bununla yanaşı, 27.06.1918-ci il tarixli qərarda müxtəlif
vəzifələrdə çalışanlara dövlət dilini öyrənənədək rus dilindən istifadə etməyə icazə
verilirdi. Dövlət dilinin öyrənilməsi üçün dil kursları açan hökumət bu məqsədlə
budcədən 351 min manat vəsait də ayırmışdı.
AXC hökuməti dil siyasətini ardıcıl və planlı şəkildə həyata keçirirdi. 28 avqust
1918 ci ildə hökumət ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması ilə
bağlı qərar imzaladı. Qərarda bütün ibtidai təhsil müəssisələrində təhsilin türk
dilində aparılması və dövlət dilinin icbari qaydada tədris olunması nəzərdə
tutulurdu.
AXC dövründə dillə bağlı verilən qərarlardan biri də hərbi nazir Səməd bəy
Mehmandarovun 11fevral 1919-cu ildə orduda türk dilinin tətbiqini nəzərdə tutan
əmridir.
Göründüyü kimi, qısa zaman müddətində xalqımızın tarixində əvəzsiz rol
oynamış AXC milli dilimizin mənimsənilməsi, yaşaması üçün də mühüm qərarlar
almışdır.
Sovet hakimiyyətinin ilk illərində də dillə bağlı mütərəqqi mövqenin şahidi
oluruq. 30 -cu illərin ortalarına qədər ümumi mədəni dirşəliş kontekstində aparılan
islahatlar dil məsələlərindən də yan keçməmişdir. 1921-ci ildə Nəriman
Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili
(Azərbaycan türkcəsi) olması ilə bağlı dekret imzalayırlar. 1924-cü ildə Mərkəzi
İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı
qəbul olunur. Daha sonra 1922-ci ildən ərəb əlifbasından latın qrafikasına keçid, I
Türkoloji qurultayın keçirilməsi, ədəbi dil normaları ilə bağlı qərarların qəbul
edilməsi mədəni inqilabın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Lakin 30-cu illərin ortalarından başlayaraq artıq hakimiyyətini yetərincə
möhkəmlədən sovet höküməti milli respublikalara, xüsusən də türkdilli xalqlara
qarşı məkrli siyasətinə start verdi. 1937-cı ildə qəbul edilən Azərbaycan Sovet
Sosialist Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı maddə salınmır.
Normativ sənədlərdə türk dili ifadəsinin yerinə Azərbaycan dili işlədilir. Bütün
idarə və müəssisələrdə rus dilinin aparıcı dil statusu möhkəmlənir. Bütün SSRİ
məkanında rus dili yeganə ünsiyyət vasitəsinə çevrilir.
Heydər Əliyev və Azərbaycan dili. Azərbaycan dilinin ölkənin dövlət dili
kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox
böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə
Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.
Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət
tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sayəsində
səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda,
məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali
məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa
müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və
məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və
məhəbbət, eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət
dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə
aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-
havası yaratmağa xidmət edirdi. 1977-1978-ci illər respublika rəhbərini çətinliklər
qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası
təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni
konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı.
Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-
ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz
əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana
dilinin dövlət dili olması üçün mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili
uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada
qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı
ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək
bütün qüvvəsi ilə mübarizə apardı və çətinliklərə və maneələrə böyük hünərlə sinə
gərdi. 1978-ci il aprel ayının 2-də 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin
Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun)
layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci
sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni
aşağıdakı redaksiyada vermək təklif olundu: "Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir". Azərbaycan SSR dövlət və
ictimai orqanlarında, maarif idarələrində və başqa müəssisələrdə Azərbaycan
dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı
göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı,
öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Müstəqil Azərbaycanın 1995-ci
ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyasında da
Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur: Konstitusiyanın 21-ci
maddəsində yazılır “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Ana dilinə
həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət
dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun
ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman
imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla
yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş
təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu yolların
bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı, şübhə
yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri kökündən həll etdi.
Azərbaycan dili ilə bağlı qanun və fərmanlar. Dil, cəmiyyətlə bir vaxtda
yarandığından onun inkişafı da cəmiyyətin inkişafı ilə əlaqədardır. Cəmiyyətdə
baş verən hadisələr – elmi-texniki və mədəni tərəqqi dilin inkişafında mühüm rol
oynayır. Demokratik Azərbaycan cəmiyyətinin yaranması, inkişafı və onun
formalaşmasında mütərəqqi rol oynayan Ulu Öndərimiz H.Əliyev Azərbaycan
dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişafına, tətbiq
dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. H.Əliyevin
müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dili ilə bağlı qəbul
edilən fərman və qanunlar:

• 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusi¬yamızda


dövlət dili kimi Azərbaycan dili adı işlədildi. (21. maddə);
• 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” fərman verildi;
• 2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” fərman verildi;
• 2002-ci ilin sentyabrın 30-da 3 fəsil, 20 maddədən ibarət “Dövlət
dili haqqında” qanun qəbul edildi;
• 2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respub¬likasında Dövlət
dili haqqında” fərman imzalandı.

Müstəqilliyimizin sonrakı illərində verilən bu fərmanlar Azərbaycan


dilinin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiqi
dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır.
Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan
dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla
davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük
həssaslıqla yanaşır. Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar ana
dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı,
eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir.
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı − Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ
etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril
qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi
şəkildə həyata keçirilməsi mühüm tarixi hadisədir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23
may 2012-ci il tarixli Sərəncamı Azərbaycan dilinin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasını, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə
əlaqələndirilməsini təmin etməkdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında” 9 aprel 2013-cü il tarixli Sərəncam
“Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli
Sərəncamı dövlət dilimizi xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq
göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi
tədbirlərin həyata keçirilməsinə meydan açıb.
"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin
daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il
tarixli fərmanda haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az
qala adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılıb. Halbuki Azərbaycan
dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib
qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu
halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi
Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük
zərurət yaradır.
Mövzu 3. Kommunikasiya anlayışı.
Kommunikasiya prosesinin tərkib hissələri
Kommunikasiya anlayışı. Çağdaş günümüzdə kommunikasiya anlayışının aktual
olmadığı sahə tapmaq çətin olduğu kimi, müxtəlif tipli kommunikasiya prosesləri gündəlik
yaşantımızın da əsas atributuna çevrilmişdir. Təsadüfi deyil ki, yaşadığımız XXI əsr
informasiya və texnologiya dövrü kimi xarakterizə olunur. Gündəlik həyatımızı bütünlüklə
zəbt etmiş kommunikasiya proseslərini lakonik, lakin tam anlamda ifadə etmək bir qədər
çətindir. Çünki kommunikasiya deyərkən bir çox məna və anlayışlar nəzərdə tutulur:
Kommunikasiya – münasibətlərin, biliklərin, düşüncələrin, hisslərin və
davranışların "mənbədən" "hədəfə" köçürülməsidir;
Kommunikasiya – məlumatın bir şəxsdən və ya qrupdan digər şəxsə və ya
qrupa ötürülməsidir;
Kommunikasiya – insanların hiss və düşüncələrinin, inanclarının, münasibət
və davranışlarının şifahi, yazılı və şifahi olmayan formada ifadəsidir;
Kommunikasiya – məlumat və mənaların mənbədən hədəfə ötürülməsidir;
Kommunikasiya – mənaların simvollar vasitəsilə ötürülməsidir.
Ünsiyyət və kommunikasiya terminlərini bir-biri ilə qarışdırmaq olmaz.
Düzdür, müəyyən hallarda bu terminlərdən sinonim kimi istifadə edilir. Lakin bu
terminlər arasında müəyyən fərqlər mövcuddur. Məlum olduğu kimi, cəmiyyət
üzvləri arasında davamlı qarşılıqlı əlaqələr iki səviyyədə reallaşır. Bunlardan biri
daha çox cəmiyyət üçün nəzərdə tutulan sosial həyatdır, digəri isə insanın fərdi
ehtiyaclarından irəli gələn şəxsi həyat. Sosial səviyyədə qurduğumuz əlaqələr,
iştirakçısı olduğumuz ünsiyyət bizim iradəmizdən kənar formalaşır, daha doğrusu,
istəyib-istəməməyimizdən asılı olmayaraq müəyyən qarşılıqlı əlaqələrin
iştirakçısına çevrilirik. Bu səviyyədə münasibətlər zəminində sosial qaydalar
yaradılır və bu qaydaların qorunması təmin edilir. Cəmiyyətin hər bir üzvü həm
ishehlakçı, həm də istehsalçı olmaqla mövcud sistemin fəaliyyətinə öz töhfəsini
verir. İkinci səviyyə isə bizim şəxsi həyatımızdır. Burada qərarları biz veririk,
məsafəni biz təyin edirik. Bu səviyyədə ünsiyyətin yaranması insanın şəxsi seçimi
əsasında müəyyənləşir. Göründüyü kimi, burada 2 fərqli yanaşma mövcuddur:
obyektiv və subyektiv. Ünsiyyətin obyektiv sahəsi asılılıq, tabeçilik, əməkdaşlıq
kimi real əlaqələrlə, subyektiv sahə isə iştirakçıların bir-biri ilə şəxsi
münasibətlərində ifadə olunur. Kommunikasiya məhz obyektiv əlaqələr zamanı
mübadilə prosesidir. Daha doğrusu, bizim təhsil aldığımız mühitdə, iş həyatımızda,
müxtəlif qurumlarla əlaqə zamanı qurduğumuz münasibət kommunikativdir.
“Ünsiyyət”lə müqayiqədə “kommunikasiya” daha dar mənalı anlayışdır.
Kommunikasiya – informasiya ötürməkdir.
Kommunikasiyanın tərkib hissələri. Formal olaraq kommunikasiya
prosesində iki tərəf iştirak edir: mənbə (informasiya ötürən, kommunikator) və
alıcı (informasiya qəbul edən, resipient). Mənbə zehnində formalaşdırdığı mesajı
(informasiyanı )müəyyən simvollardan (səslər, işarələr, jestlər və s.) istifadə edərək
kodlayır və müvafiq kanallar (tellər, efir, kağız, telefon) vasitəsilə ötürür.
Göndərilən mesajın məzmunu mənbə ilə alıcının münasibətindən asılıdır.
Əgər mənbə alıcı ilə intellekt və peşəkarlıq, status cəhətdən eyni səviyyədədirsə,
mesajı düşüncəsində tərtib etdiyi formada ötürür. Yox, əgər alıcının səviyyəsi
fərqlidirsə, mesajın mətni adekvat qavrayış üçün redaktə edilməlidir.
Tədqiqatlar göstərir ki, müsbət, xoş məlumat asanlıqla mesaj şəklində
formalaşdırılır və alıcı tərəfindən daha tez və rahatlıqla qəbul edilir. Mənfi
məzmunlu məlumatı ötürmək, məzmunu formalaşdırmaq daha çətindir.
İstənilən kommunikasiya prosesində əsas 4 element çıxış edir: mənbə,
mesaj,kanal və alıcı.
Yuxarıda da qeyd eydiyimiz kimi, kommunikativ və yaxud rabitə prosesinin
baş tutması üçün ən azı iki tərəf olmalıdır: tələb olunan iki tərəfdən biri göndərən,
yəni informasiya mənbəyidir, digər tərəf isə qəbuledicidir. Göndərən əvvəlcə
fikrində göndərmək istədiyi mesajı yaradır və sonra bu fikri kodlaşdırır; yəni onu
sözlərə, rəqəmlərə, və ya bədən dilinə çevirir. Buna "simvollar yaratmaq" deyilir.
Rəmzlər müəyyən kodlara çevrilir və rabitə kanalı vasitəsilə qəbulediciyə
göndərilir.
Mənbə. Mesajın mənbəyi kommunikasiyanın təşəbbüskarıdır. Mənbə
olmadan rabitə mümkün deyil. Ünsiyyətdə ən vacib məsuliyyət göndərənə aiddir.
Müvəffəqiyyətli ünsiyyətin əsas şərtlərindən biri göndəricinin mövcud olmasıdır.
Göndərən mesajı alıcının zehni qavrayış qabiliyyətinə görə kodlaşdırmalıdır.
Alıcının anlamadığı bir mesaj heç bir işə yaramaz.
Kommunikasiya mənbə mesajı göndərməyə başlayanda yaranır. Keyfiyyətli
mübadilə üçün informasiya mənbəyi və yaxud qaynağı aşağıdakı xüsusiyyətləri
özündə birləşdirməlidir:

• Mənbə ətraflı məlumata malik olmalıdır;


• Mənbə kodlaşdırma qabiliyyətinə malik olmalıdır;
• Mənbə daşıdığı statusa uyğun davranmalıdır;
• Mənbə gizli olmamalıdır.

Mesaj (Məlumat, Xəbər). Mesaj, a lıcı üçün stimul rolunu oynayan bir
siqnal və ya siqnalların birləşməsidir. Kommunikasiya mənbə tərəfindən
göndərilən mesajın alıcı tərəfindən qavranılmasıdır. Mesaj mənbə tərəfindən
düşünülmüş fikir, və ya məlumatın kodlaşdırılmış forması kimi şifahi, vizual və
eşitmə işarələrindən ibarət konkret bir məhsuldur. Mesajlar mənbədən gələn
məlumatı birbaşa və birmənalı çatdırmaqla yanaşı, dolayısı ilə, sətiraltı mənalar da
ehtiva edə bilər. Məs. işə gecikən bir şəxsə rəhbərinin “sabahın xeyir” sözləri
həqiqi mənasından ziyadə digər ironik məqamlaqrı da ifadə edir.
Mesaj tərtib edilərkən bir sıra mühüm şərtlərə əməl etmək lazımdır:

• Mesaj aydın və anlaşıqlı formada tərtib edilməlidir. Aydın olmayan mesaj


keyfiyyətli kommunikasiyaya mane olan ən önəmli əngəllərdən biridir;
• Mesaj yetərincə açıq olmalı və mənbə alıcıdan nə istədiyini aşkar göstərməlidir;
• Mesajın ötürülmə vaxtı da dəqiq müəyyən edilməlidir. Vaxtında ötürülən mesaj
daha təsiredici keyfiyyətdə olur;
• Mesajın mənbədən alıcıya qədər izlədiyi yol da çox önəmlidir. Bu yolda mesaja
müəyyən əlavələr və dəyişikliklər edilə bilər ki, bu da alıcıda səhv düşüncə və fikir
formalaşdıra bilər.

Kanal. Kanal mesajları daşıyan hər hansı bir fiziki vasitədir. Kanal mesajın
göndəricidən alıcıya ötürülməsidir. Bunlar işıq dalğaları, radio dalğaları, səs
dalğaları, telefon kabelləri və sinir sistemi ola bilər. Kanal mesajın növünə görə
seçilməlidir. Bu baxımdan mesajı uyğun kanal vasitəsilə göndərmək keyfiyyətli
kommunikasiyanı təmin etmək üçün vacib bir ünsürdür.
Təşkilatlarda rabitə kanalları rəsmi və qeyri-rəsmi ola bilər. İş daxilində rəsmi
rabitə kanallarına əmr-göstəriş, təklif-şikayət qutuları, şirkət jurnalı və ya işgüzar
görüşlər zənciri nümunə ola bilər. Qeyri-rəsmi ünsiyyət kanalları dedi-qodu və
şayiələrdir. Digər tərəfdən, iş xaricində müxtəlif rabitə şəbəkələri, eləcə də yeni
mobil ünsiyyət vasitələri, internet insanlar və təşkilatlara çox inkişaf etmiş bir
ünsiyyət imkanı yaradır. Yadda saxlamaq lazımdır ki, işdən kənarda yaranan hər
hansı şəxsi dostluq artıq kommunikativ proses olmaqdan çıxıb, şəxsi ünsiyyətə
çevrilir.
Əsas qayda budur ki, ünsiyyət vasitəsi və yaxud ünsiyyət kanalı göndərilən
mesaja uyğun seçilsin. İnsanlarda eşitmə, görmə, duyma funksiyalarının inkişaf
səviyyəsinin müxtəlif olduğunu nəzərə alıb bir neçə ünsiyyət kanalından birlikdə
istifadə olunması daha çox effekt verir.
Alıcı (Hədəf). Mənbənin mesajını qəbul edən şəxs alıcı hədəfdir. Alıcı, tək və
ya çox adam, müəyyən və qeyri-müəyyən ola bilər. Ancaq alıcı yoxdursa, deməli,
rabitə hadisəsi baş verməyib.
Şifrəli mesajı alan və kodu açan şəxs alıcıdır. Alıcı mesajı qəbul edərək
rabitəni dayandırır və ya mesaj göndərməklə göndəriciyə çevrilir. Qeyd etdiyimiz
kimi, kommunikasiya ən azı iki nəfərin iştirak etməsini tələb edir. Onlardan biri
informasiya mənbəyidir, digəri isə qəbuledicidir. Bir insan təkbaşına ünsiyyət qura
bilmədiyi üçün (özü ilə qurduğu rabitədən başqa. Düşünmək və xəyal etmək şəxsin
özü ilə qurduğu ünsiyyətdir) alıcılar və ya reseptorlar mütləqdir. Rabitə ilə
göndərilən mesaj bir çox alıcıya ünvanlana bildiyi kimi, yalnız bir alıcıya da
sahib ola bilər.
Effektiv kommunikasiya prosesi üçün alıcının sahib olmalı olduğu
xüsusiyyətlər aşağıdakılardır:

• Alıcı mesajı qəbul edə bilməlidir.


• Alıcı göndərilən mesajı dərk edə biləcək səviyyədə olmalı, qavramada problem
yaşamamalıdır.
• Ayrıca, alıcı istəkli olmalıdır. Alıcının mənbə tərəfindən göndərilən mesajına
laqeyd qaldığı təqdirdə mesaj aşkarlanmayacaq.
• Alıcının məlumatlı olması və geribildirim sistemi olmalıdır.
• Alıcı seçici olmalıdır.
• Alıcı tutduğu mövqe ilə barışmalıdır. Məsələn, tələbə müəllimin bələdçi olduğunu
anlayarsa, mənbənin istəklərini qəbul edə, öz davranışlarının hüdudlarını bilər və
mesajdan səmərəli istifadə edər.
• Alıcı da bir mənbə olmağı bacarmalıdır.

Cavab reaksiyası (geridönüş). Dönüş, mənbənin ötürdüyü mesaja hədəf


alıcının cavabıdır. Bu rabitə prosesinin son mərhələsidir. Geridönüş vasitəsilə
mənbə kommunikasiyanın təsirli olub-olmadığı barədə məlumat əldə edir.
Geridönüşlə kommunikasiya prosesi tərsinə çevrilir və bu dəfə hədəf mənbə,
mənbə hədəf halına keçir. Üzbəüz ünsiyyətdə dərhal rəy alırıq. Buna “dərhal rəyi”
deyilir. Kütləvi ünsiyyətdə, rabitə prosesində rəy alınması müəyyən bir müddətdən
sonra baş verdiyinə görə, buna “gecikmiş rəy” deyilir.

Geridönüş nə üçün lazımdır?

• Məqsədə çatıb çatılmadığını müəyyən edir;


• Mesajın nəzərdə tutulduğu zamanda nəzərdə tutulan hədəfə yetişdiyini göstərir;
• Mənbənin müvəffəq olub-olmadığını ortaya qoyur;
• Mesajı göndərmək üçün istifadə edilən kanalın effektivliyini göstərir və s.
Qavrama və qiymətləndirmə. Bu mərhələdə alıcının mesajları qavraması və
qiymətləndirməsi reallaşır . Qavrama, insanın ətrafda baş verənlərin fərqinə
varması və onları zəka süzgəcindən keçirərək şərh etməsi prosesidir. Fərdin
yaşadıqları, içində var olduğu ictimai və sosial həyatı, malik olduğu əxlaqi-mənəvi
dəyərlər onun qavrama qabiliyyətinə təsir edən mühüm amillərdir. Məhz bu
səbəblərdən eyni mesaj fərqli insanlar tərəfindən müxtəlif anlamlarda qavranılır.
Qavrama prosesindəki bu fərqlər həm daxili, həm də xarici faktorların təsiri
ilə yaranır. Xarici faktorlara kişini digərlərindən fərqləndirən şəxsi keyfiyyətlər,
onun məşğulluq dərəcəsi, gündəlik həyatındakı hərəkətlilik, yeniliklər və s.
daxildir. Daxili faktorlar isə şəxsiyyət, ehtiyaclar, məqsədlər, motivasiya, inanclar,
dəyərlər, münasibətlər, ümidlər, gözləntilər, arzu və istəklər, keçmiş təcrübə və
vərdişlərdən ibarətdir.
Beləliklə, mesajın tam qavranılması mənbənin və alıcının kifayət qədər bilik
və bacarığa malik olmalarından çox asılıdır . Göndərən və alıcı simvollara eyni
məna vermirsə, rabitə prosesi qüsurlu olacaq. Mesajın dərk olunması, anlaşılması
da alıcının mənbəyə münasibətindən qaynaqlanır. Tədqiqatlar göstərir ki, eyni
məlumat müxtəlif kateqoriyalarda fərqli formalarda qəbul edilir:

• Müdir və iş yoldaşı
• Dost, ya düşmən.
• Yad, yaxud yaxın adam

Beləliklə, kommunikasiya prosesinin effektivliyi hər iki tərəfin mesajın


məzmununa münasibətindən asılıdır.
Mövzu 4. İşgüzar kommunikasiyanın təşkili
İşgüzar kommunikasiya hər hansı bir ümumi işin uğurunu təmin edən,
insanların müəyyən hədəflərə çatması üçün bir araya gəldikləri fəaliyyətdir.
İşgüzar kommunikasiya iş yoldaşları, rəhbər və tabeliyində olan işçilər,
tərəfdaşlar və rəqiblər arasında baş verir. İşgüzar kommunikasiyanın tərkibinə
məzmun, hədəf, vasitə, funksiya, forma daxildir.

İşgüzar kommunikasiya fərdlərarası əlaqələrin qurulması və inkişafına xidmət


etdiyi üçün sosial hadisədir. İnsanlar nə üçün işgüzar kommunikativ münasibətlər
qururlar? Bu sualın cavabı birbaşa işgüzar kommunikasiyanın məqsədlərini
müəyyən edir. Deməli, işgüzar kommunikasiya bizə aşağıdakı məqsədləri həyata
keçirmək üçün lazımdır:

• Subyekt və idarəedici obyektlər arasında informasiya mübadiləsi zamanı;


• İşçilər və işçi qruplar arasında məlumat mübadiləsi fəaliyyətlərinə nəzarət və
koordinasiya üçün;
• İdarəetmənin səmərəliliyini artırmaq üçün informasiya axınlarının tənzimlənməsi
və optimallaşdırılması proseslərində;
• İş prosesində fərdlərarası münasibətlərin qurulmasında.

Fərdlərarası işgüzar kommunikasiyanın məzmunu da çoxtərəflidir:

• Maddi, yəni məhsul mübadiləsi;


• Koqnitiv, bilik mübadiləsi;
• Bacarıq və vərdişlərin mübadiləsi;
• Psixoloji və fizioloji vəziyyətlərin mübadiləsi (gülmək, əhval yüksəltmək,
gülümsəyərək qəzəbləndirmək və s.);
• Həvəsləndirici mübadilə.
Bütün hallarda isə kommunikasiyanın məzmununu bir insandan digərinə
ötürülən informasiya təşkil edir.
İşgüzar kommunikasiya müəyyən bir fəaliyyət növünün (peşəkar, istehsalat,
elmi, ticari, siyasi və s.) təşkili və optimallaşdırılması üçün istifadə olunur. Və
kommunikasiya məqsədyönlü fəaliyyət olduğundan onun hər bir formasının
(müzakirə, söhbət, iclas və s) məzmunu kommunikativ niyyətdən və umulan
nəticədən asılıdır. Əgər ünsiyyətin məqsədi nəyi isə aydınlaşdırmaqdırsa, bu
informasiyanın məzmunu təlimat, izahat, məsləhət xarakterli olacaq. Yox, əgər
məqsəd kimin isə mülahizələrini təkzib etməkdirsə, bu zaman məzmun dəlil, sübut
və tənqidi fikirlərdən ibarət olmalıdır.
“Funksiya” latın mənşəli termin olub mənası icra, vəzifə, fəaliyyət dairəsi,
təyinat və s. deməkdir.
İşgüzar kommunikasiyanın aşağıdakı funksiyalarını göstərmək olar:
• İnstrumental, yəni zəruri fəaliyyətlərə təşəbbüskarlığı həyata keçirmək üçün
idarəedici vasitə;
• interaktiv, yəni insanları, iş ortaqlarını bir araya gətirən vasitə;
• özünüifadə etmə, yəni şəxsi hədəf və maraqlarını nümayiş etdirmə vasitəsi;
• Yayım vasitəsi, yəni məlumatötürmə (əmr, təlimat, hesabat və s.);
• Sosial nəzarət, yəni işçilərin davranış və fəaliyyətlərini tənzimləyən vasitə kimi;
• Sosiallaşma, yəni bir komanda daxilində işgüzar ünsiyyət mədəniyyəti
bacarıqlarını inkişaf etdirmə vasitəsi kimi.

İşgüzar kommunikasiyada davranış tipləri. Fərdlərarası kommunikasiyanın


əsas tipləri bunlardır: imperativ, manipulyasiya və dialoq.
İmperativ kommunikasiya tərəfdaşın davranış və hərəkətlərinə nəzarət edərək
onu müəyyən qərarlar qəbul etməyə məcbur buraxacaq avtoritar ünsiyyət
formasıdır. Burada partnyor passiv roldadır. Təsir vasitəsi kimi tələb, sifariş,
təlimatdan istifadə edilir.
Manipulyasiya isə müəyyən bir gizli niyyəti həyata keçirmək naminə
tərəfdaşa təsir etmək üsuludur. Bu nominasiya tipində də tərəfdaşın rolu passivdir.
İmperativ tipdən fərqi isə burada həqiqi ünsiyyət hədəfləri barədə tərəfdaşın
məlumatlandırılmamasıdır.
Həm imperativ, həm də manipulyasiya monoloji ünsiyyət tipidir. Burada fərd
tərəfdaşını təsir obyekti kimi seçərək onun mənafeyini heçə sayır, yalnız öz
xeyirini güdür.
Dialoq ikitərəfli ünsiyyətdir. Dialoji ünsiyyətin şərtləri aşağıdakılardır:

• Həmin andakı hiss, motiv və davranışları nəzərə alan “burada və indi” prinsipinə
uyğun ünsiyyət formasıdır.
• Bu ünsiyyət formasında tərəfdaşlarınızı şəxsi fikrə sahib bərabərhüquqlu fərd kimi
qəbul etməyi nəzərdə tutur;
• Dialoq zamanı ünsiyyəti fərdiləşdirərək öz fikir və düşüncələrinizi təqdim edə də
bilərsiniz;
• Dialoq zamanı sualları düzgün qoymaq və sual vermək taktikasından səmərəli
istifadə etmək də çox vacibdir.

İşgüzar kommunikasiyada maneələr. Kommunikasiya hər şeyin yolunda getdiyi,


ötürülən informasiyanın nəzərdə tutulduğu formada alıcıya çatdığı hamar bir
proses deyil. Nəzərə alsaq ki, kommunikasiyada ən önəmli faktorlardan biri insan
amilidir, müəyyən maneə, problem, anlaşılmazlıqların ortaya çıxması qaçılmazdır.
Çünki kommunikasiyanın tərəfləri olan insanlar müxtəlif dərketmə, qavrama,
yorumlama səviyyəsinə malikdir. İnsanların temperament və emosional çıxışları da
fərqli olduğundan informasiyanın mənbəyi və alıcı arasında maneələrin yaranması
təbiidir. Əsas məsələ bu tip baryerlərin vaxtında aşkarlanıb aradan qaldırılmasıdır.
İnformasiya mübadilə prosesində ən çox aşağıdakı tipli maneələrlə qarşılaşırıq:

1.Subyektiv interpretasiya – Hər bir alıcı qəbul etdiyi informasiyanı, ilk növbədə
şəxsi ünsiyyət təcrübəsi, təhsil və intellekt səviyyəsi, mühakimə, arzu və istəkləri
baxımından qiymətləndirir. Bu hallarda insanlar ötürülən mesajdan öz
mənafelərinə uyğun nəticə çıxarır, eşitdiklərini yox, eşitmək istədiklərini
anlayırlar. Bu maneəni minimuma endirmək üçün tərəfdaşlar düzgün seçilməli və
hazırlanan mesajlar aydın və birmənalı tərtib edilməlidir.

2.Kommunikatora şəxsi münasibətdən qaynaqlanan psixoloji maneə.


Kommunikasiyanın tərəfləri arasında inam və etibar prosesin keyfiyyətinə birbaşa
təsir edən amillərdəndir. Etibar edilməyən mənbədən alınan mesaj dəyərsiz hesab
edilir. Maneələr birbaşa mənbənin avtoriteti ilə bağlıdır. Avtoritet nə qədər yüksək
olarsa, maneələr bir o qədər az olacaqdır. Bu hallarda alınan məlumatların
yoxlanılması xüsusilə vacibdir. Bəzən etibar etmədiyiniz mənbədən belə mühüm
mesajlar ötürülə bilər. İşgüzar kommunikasiyada şəxsi münasibətlər yox,
obyektivlik öndə olmalıdır.

3.Sosial-mədəni maneə. Tərəfdaşlar arasında sosial durum, suyasi görüş, dini və


etnik mənsubiyyət baxımından mövcud olan fərqlər də birbaşa informasiyanın
qavranılmasında problemlər yaradır. Eyni simvollara müxtəlif anlamların
yüklənməsi, fərqli etiket və etik normalar, məfhum və hadisələrin
qiymətləndirilməsindəki baxış bucaqları və s. bu tip maneələrdəndir. Bu kimi
fərqlər nəinki, mesajın qəbuluna, hətta tərəflərin bir araya gəlməsinə belə neqativ
təsir edir. Sosial-mədəni baryerlərin aradan qalxması üçün insanların bir-birinə
tolerant münasibət göstərməsi, dəyərlərə hörmətlə yanaşılması gərəkdir. Sosial-
mədəni maneələrin aradan qalxması üçün tərəfdaşınızı yaxşı tanımalı, mənsub
olduğu sosial çevrə, dini və etnik mənsubiyyətindən irəli gələn xarakterik
xüsusiyyətləri barədə məlumatlı olmalısınız.

4.Anlamada maneə. Buna bəzən dil (linqvistik) baryeri də deyilir. Anlamada


maneələr 3 formada özünü göstərir: fonetik, üslubi, semantik.

-fonetik maneə şifahi nitqlə əlaqədardır və aşağıdakı hallarda yaranır:


a) həyəcan və düzgün nəfəs almamaqdan irəli gələn yavaş nitq. Belə nitq hətta bir
neçə metrlik məsafədən belə eşidilmir;
b) çox sürətli nitq də anlamada, dinləyicinin fikri təqib etməsində çətinlik yaradır;
c) monoton nitqlər də dinləyicini yoraraq diqqətin yayınmasına səbəb olur.
Nəticədə isə informasiyanın qəbuluna əngəl yaradır;
d) cümlələrin sonunda müəyyən sözlərin “yeyilməsi” uzun nitqlər zamanı ən çox
rast gəlinən maneələrdən biridir.
- semantik maneə ünsiyyət iştirakçılarının məna sistemlərindəki (tezaurilər)
fərqlərlə bağlıdır. Bu və ya digər sahələrlə bağlı xüsusi leksikanın anlaşılmaması,
eyni və yaxud oxşar sözlərin fərqli mənalarda işlənməsini göstərə bilərik. Məsələn,
“kosmopolitan” sözünün mənasını bilməyən şəxs bu ifadənin kosmosla bağlı
olduğunu düşünəcək. Əslində isə “kosmopolitan” bütün insanların yeganə
cəmiyyətdən ibarət olduğunu qəbul edən, heç bir dini-etnik fərq tanımayan dünyəvi
insan deməkdir. Təbii ki, sözün kökü ilə yeni yaranan termin arasında semantik
bağlılıq var, lakin leksik baxımdan termin yeni məna çaları əldə etmişdir.
- üslubi maneə kommunikasiya prosesini kökündən məhv edə bilər. Ötürülən
məlumatın üslub cəhətdən düzgün qurulmaması anlama və qavramada ən ciddi
əngəldir. Kütlə qarşısında çıxış zamanı ağır elmi üslubda danışmaq, yaxud
ikitərəfli işgüzar görüşdə həddindən artıq rəsmi-formal tərzdə ünsiyyət qurmaq,
ciddi mövzularda yüksək pafos və bədiilik nümayiş etdirmək yolverilməzdir.

Mövzu 5. İşgüzar kommunikasiyanın formaları:


şifahi işgüzar kommunikasiya
İşgüzar kommunikasiyanın ən geniş yayılmış formaları işgüzar söhbət,
işgüzar görüş, konfrans, islac və sairədir. Bundan əlavə, daha müasir innovativ
formalar – prezentasiya, dəyirmi masa, debat və s. də mövcuddur.
Təqdimat. Yeni yaradılmış müəssisə,layihə,məhsul və s.nin gözəl
təqdimatını hazırlamaq və hər kəsi heyran etmək, yəqin ki çoxlarının arzusudur.
İşinizdə sizə mütləq maraqlı təqdimat hazırlamaq və onu maraqlı formada təqdim
etmək həmişə lazım olacaq. Hər hansı mövzuda təqdimat hazırlamaq üçün
müəyyən təməl qaydalar var ki, bunlara əməl olunması məsləhətdir:

Hər hansı mövzuda təqdimat hazırlamaq üçün əsas qaydalar bunlardır:

• Təqdimatın əvvəlində dinləyiciləri salamlayın, mövzunu və özünüzü


təqdim edin;
• Təqdimatda uzun cümlələr daxil etməyin, cümlələri qısa və aydın
şəkildə daxil edin. Əlavə fikirləri isə şifahi şəkildə bildirin;
• Təqdimatınızın dizaynına xüsusi önəm verin: göz üçün yorucu tünd
arxa fondan, oxuna bilməyən rəngdə, ölçüdə və fontda olan yazılardan
istifadə etməyin;
• Həddindən artıq animasiya göz yorucu olduğundan onlardan yerində və
düzgün istifadə edin;
• Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın
mövzusuna uyğun olmalıdır;
• Başlıqları adi mətndən fərqləndirin, bötövlükdə böyük hərflərdən,
ehtiyac olmadıqca nömrələnmiş siyahılardan istifadə etməyin.
• İstifadə etdiyiniz mənbələri qeyd edin.
• Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs
tonunuzu təqdimat zamanı düzgün idarə edin;
• Təqdimat edərkən, sizi dinləyənlərə arxanızı çevirməyin və
təqdimatdan bir başa cümlələri oxumayın, təqdimatın mövzusuna
əvvəlcədən hazırlaşın;
• Sonda əsas fikrinizi, nəticənizi bir daha xatırladın və dinləyicilərə
təşəkkür etməyi unutmayın.

Mübahisə fikirlərin, mövqelərin kəsişməsidir. Mübahisə zamanı tərəflər öz


mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisə hər
hansı bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə
çalışan insanlar arasında baş verir. Hər bir müzakirə bu və ya digər dərəcədə
mübahisə ilə tamamlanır. Əslində müzakirənin özü də mübahisədir. Həqiqətin
ortaya qoyulması naminə aparılan müzakirə faydalı mübahisədir. Bu zaman
tərəflər yüksək dərəcədə intizamlı olmalı, bir-birinə hörmətlə yanaşmaları ilə
hadisələrin məcradan çıxmamasına nəzarət edirlər.
Polemika hər hansı konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və
s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz
fikirlərini və mövqelərini rəqibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu
söz yunancadan “düşmənçilik” kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq,
polemikada tərəflər arasında ziddiyyət təşkil edən tezis irəli sürülür və onun
ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə
çixiş edib öz mövqelərini sübut, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar.

Diskussiya (latinca discussio - baxılma, araşdırılma) hansısa çəkişməyə səbəb


olan məsələnin müzakirəsidir. Diskussiya yalniz dəlillərin ortaya qoyulması ilə
aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq
edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən
ictimai mübahisələri də diskussiya adlandırırlar. Diskussiyaların özəlliyi ondadır
ki, orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan
fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə
olunur.

Debat tərəflərin üçüncü tərəfi (tamaşaçıları, hakimləri) inandırmaq üçün


apardıqları çəkişmələrdir. Bu, diskusiyanın bir növü kimi də təqdim olunur.
Debatlar üçün müəyyən qaydalar tətbiq olunur. Udan və uduzan tərəflər üçüncü
tərəfin rəyi, səsverməsi ilə təyin olunur.

“Dəyirmi masa” isə müəyyən problemlərin birbaşa müzakirəsi üçün


iştirakçıların bir araya gəldiyi daha geniş miqyaslı toplantıdır. Bu kommunikasiya
forması aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:

• müzakirənin məqsədi gündəmdə olan problemlə bağlı fikir və ideyaları


ümumiləşdirməkdir;
• dəyirmi masanın bütün iştirakçıları tərəfdaş qismində çıxış edirlər,
başqa sözlə desək, digər iştirakçıların mövqeyinə deyil, müzakirə
olunan məsələyə dair fikirlərini bildirməlidirlər;
• müzakirənin bütün iştirakçıları bərabərdir; heç kim iradə və qərarlarını
diqtə etmək hüququna malik deyil.
“Dəyirmi masa”lar çox nadir hallarda hər hansı problemin həllində əsaslı rol
oynayır. Belə tədbirlərin təşkili demək olar ki, əksər hallarda diqqət cəlb etmək
üçün reklam xarakterli olur.
İşgüzar söhbət. idarəetmədə yaranmış hər hansı bir problemin həllinə xidmət
edən və əksər hallarda 2 nəfər arasında baş tutan kommunikasiya formasıdır.
Müxtəlif şirkət və təşkilat nümayəndələri arasında reallaşan işgüzar görüşlərdən
fərqli olaraq işgüzar söhbət əksər hallarda eyni iş yerində çalışan əməkdaşlar
arasında yaşanır və çox zaman qeyri-rəsmi xarakterdə olur. İşgüzar söhbətin
məqsədləri aşağıdakılardır:

• həmsöhbətə müəyyən təsir göstərməklə, onu hərəkətə gətirmək, yeni iş


münasibətləri yaratmaq;
• yaranmış problemin mahiyyətini başa düşmək;
• işçilərin açıqlamalarına və fikirlərinin təhlilinə əsaslanan həll yolu
işləmək;
• işçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və operativ
işlənməsi;

• artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqələndirilməsi;

• işgüzar fəallığın stimullaşdınlması;

İşgüzar söhbət dialoq şəklində baş verir. Bunun üçün görüş zamanı veriləcək
suallar, irəli sürüləcək mülahizələr diqqətlə seçilməli, həmsöhbətin müzakirə
olunan mövzuya şəxsi münasibətinin ortaya çıxmasına yardımçı olmalıdır.
Söhbəti sual verən şəxs idarə edir, buna görə söhbəti düzgün istiqamətə
yönəltmək və nəzarətdə saxlamaq üçün açıq və birmənalı suallardan istifadə etmək
məqsədəuyğundur.
İşgüzar söhbət növləri:
İş görüşməsi (işə qəbul).
Söhbətin məqsədi aşağıdakıları müəyyən etməkdir:
 namizədin işin öhdəsindən gəlmək potensialını və bunu başqalarından
daha yaxşı edə biləcəyini;
 namizədin şəxsi keyfiyyətlərinin təşkilatın davranış şərtlərinə uyğun
olub-olmamasını;

İşdən çıxarıldıqda söhbət (çıxış görüşü).


Söhbətin gedişi işçinin işdən çıxarılma səbəblərindən asılıdır.
• bir şəxs öz iradəsi ilə gedərsə, təşkilatda baş verənlər barədə doğru
məlumat əldə etmək üçün işdən çıxmağının səbəbini daha ətraflı
öyrənə bilərsiniz. Əgər səbəb iş prosesi ilə bağlı qarşıdurmadırsa,
təşkilatın imicinə xələl gətirən informasiyanın yayılmasının qarşısını
almaq üçün vəziyyəti yumşaltmağa çalışmaq, işçinin könlünü almaq
vacibdir.
• bir işçi işəgötürənin təşəbbüsü ilə işdən ayrılırsa, belə bir qərarın
səbəblərini izah etmək, zəruri hallarda təşkilatın əmək bazarında
nüfuzunu qorumaq üçün psixoloji və ya konsultativ dəstək vermək
mümkündür.

 İntizam söhbətləri.
Belə söhbətlər hər hansı əməkdaşın işində problemlər olduqda, intizam
pozuntuları baş verdikdə keçirilir. Bu söhbətin konstruktiv bir təbiətə sahib olması
üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:
• işçi və onun işi barədə bütün lazımi məlumatları əvvəlcədən toplamaq;
• aşağıdakı mesajlar ardıcıllığına əməl etmək:
 işçinin işi barədə müsbət cəhətləri öncə vurğulayıb daha sonra
tənqidə keçmək;
 işçinin qabiliyyətlərinə və motivasiyasına inam ifadə edərək
vəziyyəti necə düzəltməyi öyrətmək.
• şərhləri mümkün qədər spesifik etmək;
• şəxsiyyəti deyil, işi tənqid etmək.
İşgüzar görüş. İşgüzar görüş ünsiyyət mübadilə forması olaraq özündə
insanların bir-biri ilə kontaktı zamanı müəyyən informasiya mübadiləsini, birgə
fəaliyyət və əməkdaşlıq üçün bir araya gəlməyi ehtiva edir. Produktiv əməkdaşlıq,
məqsəd və mövqelərin yaxınlığı, tərəfdaşlıq münasibətlərinin inkişafı işgüzar
kommunikasiyanın əsas vəzifələrindəndir. İşgüzar görüş konkret vəzifələrin yerinə
yetirilməsi üçün müəyyən məqsədə yönəlmiş fəaliyyətdir. Məhz bu cəhəti ilə də
ümumi ünsiyyətdən fərqlənir.
İşgüzar görüş kontakt qurmaqla başlayır, ikinci mərhələ özünü təqdim
etməkdən ibarətdir. İlk görüş zamanı unutmayın ki, məhz qurduğumuz ünsiyyətin
keyfiyyəti insanların bizə yaxınlaşma dərəcəsini müəyyənləşdirir, ünsiyyətimizə
görə haqqımızda fikir formalaşır, ünsiyyətimiz qədər dəyər görürük. Belə olduqda,
xüsusilə peşəkar iş həyatında yazılmamış qaydalar ortaya çıxır. Xüsusən də bu
qaydalar yeni başlayan işgüzar münasibətlərdə çox önəmlidir. İlk işgüzar görüş
üçün aşağıdakılar nəzərə alınmalıdır:
1) Öncə siz salamlaşın və bacardığınız qədər gülərüz olun. Bu hərəkətlər sizi
daim bir addım irəlidə tutacaq;
2) Tərəfdaşınıza hörmətlə yanaşdığınızı və onu önəmsədiyinizi ilk
dəqiqələrdən hiss elətdirin;
2) Yaxşı dinləyici olmaq uğurlu ünsiyyət üçün vacib şərtdir;
3) Qarşınızdakının fikir və hisslərini başa düşməyə çalışın, anlayış göstərin;
4) İlk görüşdən tərəfdaşınızı inandırmaq, fikirlərinizi qəbul etdirmək bir o
qədər də vacib deyil. Bunu daha sonraya saxlayın. Hələlik isə onu olduğu kimi
qəbul edin.
5) Anlaşılmazlıqlara yol verməmək üçün kifayət qədər sadə, aydın bir
ünsiyyət qurun.
6) Danışıq və hərəkətlərinizdə uyum olsun, qarşı tərəfdə inanılacaq insan
təsəvvürü yaradın.
8) İnsanlar söylədiklərinizdən daha çox necə danışdığınıza diqqət yetirir,
bədən dilinizi düzgün və effektiv istifadə edin.
9) Uyğun olmayan hərəkətlərdən, yersiz pafosdan və ya zarafatlardan çəkinin,
qarşı tərəfdən gözlənilməz bir reaksiya ilə qarşılaşa bilərsiniz.
İstənilən növ işgüzar görüşlərin işlənib hazırlanmasına xüsusi diqqət
yetirilməli, aşağıdakı məqamlar nəzərdən qaçmamalıdır:
• həmsöhbətə veriləcək suallar üzərində düşünmək;
• istədiyiniz son nəticəni müəyyənləşdirmək;
• danışıqların vaxtını və yerini müəyyənləşdirmək;
• danışıqların strategiyasını və taktikasını müəyyənləşdirmək.
İşgüzar söhbətlərin düzgün aparılması əmək məhsuldarlığının 20-30%
artmasına şərait yaradır. Bəzi firmalar işgüzar danışıq sənətini mükəmməl
bilənləri “danışıq mütəxəssisi” kimi işə götürürlər.
İşgüzar görüşlər, ümumiyyətlə beş mərhələdən ibarətdir:
1) söhbətin başlanğıcı;
2) məlumat ötürülməsi;
3) mübahisə;
4) həmsöhbətin dəlillərinin təkzib edilməsi;
5) qərar vermə.
Araşdırmalar sübüt edir ki, işgüzar görüşləri uğurla yekunlaşdırmaq üçün
bəzi amillər mövcuddur və onları belə qruplaşdırmaq olar:
- peşəkar bilik, vəziyyəti düzgün dəyərləndirmək, informasiyanın
obyektivliyini, etibarlılığını təyin etmək imkanı yaradır;
- aydınlıq, ikibaşlı fikir və qeyri-müəyyənlikdən qurtulub fakt və detalları
doğru əlaqələndirməyə kömək edir.
- əyanilik, sənəd, cədvəllər, sxem kimi materiallardan maksimum istifadə
etmək informasiyanın mücərrədliyini azaldır.
- sabit diqqət, görüşün əsas məramını hər zaman ön planda tutaraq söhbətin
tempini qorumağa və müsbət nəticələrə nail olmağa imkan verir;
- əsas motiv və məqsədin təkrarlanması həmsöhbətə məlumatı qəbul və
dərk etməyə kömək edir;
- yumor və istehza (müəyyən bir dozada və uyğun vəziyyətlərdə)
həmsöhbətlərin əhvalını yüksəldərək qarşı tərəfə təsir mexanizmini gücləndirir.

Mövzu 6. Yazılı işgüzar kommunikasiya


Rəsmi-işgüzar üslub – sənədlərin, beynəlxalq aktların, hüquqi qanunların,
fərman və əmrlərin, iş yazışmalarının dilidir. Bu üslub qanunvericiliyə, bütün
sahələrdə kargüzarlığa, huquqi zəmində münasibətlərin tənzimlənməsinə xidmət
edir. Bu üslub üçün ümumiləşdirmə, obyektivlik, izahın məntiqi təşkili, fikrin
aydınlığı, birmənalılıq və əsas şərtlər hesab edilir. Rəsmi-kargüzarlıq üslubu
dövlətin digər dövlətlərlə, dövlətin vətəndaşlarla, vətəndaşların bir-biri ilə rəsmi
formada, daha doğrusu, sənədlərin dili ilə ünsiyyət formasıdır.
Rəsmi-işgüzar üslubda müəyyən qəliblərdən, standart formalardan istifadə
olunur, hər hansı bir sənədin xüsusi yazılma qaydası mövcuddur. Bu üslubda nə
forma, nə də məzmun standartlarından kənara çıxmaq olmaz. Çünki bu üslubun
təzahürü olan hər bir mətn sənəd xarakteri daşıyır.
Rəsmi-işgüzar üslubun dili digər funksional üslublarla müqayisədə daha
mühafizəkar xarakter daşıyır. Digər üslublarda rast gəldiyiniz dil zənginliyi,
obrazlılıq, ifadə rəngarəngliyi bu üslub üçün yolverilməzdir. Fikrin yığcam və
aydın formada çatdırılması, faktların dəqiqliyi, şablon ifadələrdən istifadə rəsmi-
işgüzar üslubun əsas göctəriciləridir.
Rəsmi-işgüzar üslubda istifadə olunan sənədləri 3 növə ayırmaq mümkündür:
- Diplomatik sənədlər
- Rəsmi sənədlər
- İşgüzar sənədlər
Diplomatik sənədlərə beynəlxalq sazişlər, konvensiyalar, deklorasiyalar və s.
aiddir. Bu tip sənədlərin hazırlanması xüsusi peşəkarlıq, maksimum diqqət, ən
xırda nüansın belə gözdən qaçmamasını tələb edir. Diplomatik sənədlərin
hazırlanmasında bütün söz və ifadələr həssaslıqla seçilməli, fikrin tam aydınlığı
üçün ən ideal variant əsas götürülməlidir. Bu sənədlərin dilində məna sürüşməsinə,
ikimənalılığa, lüzumsuz təkrara yol vermək olmaz. Bir sözlə, hər hansı diplomatik
sənəd hazırlayarkən dünən, bu gün və sabah da nəzərə alınmalıdır. Diplomatik
sənədlərin dilində işlənən sözlərin böyük bir qismi beynəlmiləl termin səciyyəli
olur. Əgər dildə hər hansı bir ifadənin həm beynəlmiləl, həm də milli terminlə
ifadəsi mövcuddursa, bu halda belə beynəlmiləl termindən istifadə daha
məqsədəuyğundur.
Böyük Britaniyada diplomatik sənədlərin dili üçün “5C” qaydası tətbiq edilir:
Clear – aydın
Complete – dolğun
Concise – yığcam
Courteous – nəzakətli
Correkt – düzgün (2)
Rəsmi sənədlərə qanunlar, əmr və fərmanlar, vətəndaş aktları, kodekslər,
konstitusiya və s. aiddir. Rəsmi-işgüzar üslubun bu növünə dövlət və ictimai
qurumların, ayrı-ayrı vətəndaşlar, eləcə də hüquqi şəxslərin rəsmi münasibətlərinin
tənzimlənməsində istifadə olunan sənədlər daxildir.
Bir çox rəsmi sənədlər kollektiv əməyin məhsuludur və peşəkar mütəxəssislər
tərəfindən hazırlanır. Məhz hər hansı yeni qanun və yaxud mövcud qanuna edilən
dəyişikliklər dövlətin qanunverici orqanında müzakirə edilir, müzakirə zamanı
edilən təklif və tövsiyələr nəzərə alınaraq redaktə edilmiş son variant qəbul edilir.
Bəzən müəyyən sənədlər ümumxalq müzakirəsinə təqdim edilir və ümumxalq
referendumu ilə qəbul edilir. Məs, Konstitusiyaya edilən əlavə və dəyişikliklər.
Rəsmi sənədlərin dilində fikrin dəqiqliyinə ifadələrin aydınlığına,
müddəaların hüquqi əsaslılığına xüsusi diqqət yetirilməlidir.
İşgüzar sənədlər vətəndaşların bu və ya digər problemlərini həll etmək
istiqamətində hazırlanan sənədlərdir. Bu sənədlər dövlət əhəmiyyəti daşımayaraq
ya vətəndaşın dövlətlə, ya da vətəndaşın vətəndaşla münasibətlərini tənzimləyir.
Belə sənədlərə misal olaraq, ərizə, izahat, tərcümeyi-hal, məktub və s. göstərmək
olar. Bu tip sənədlərin hazırlanmasında şablonlardan istifadə edilir. Belə
sənədlərdə məzmun yığcam verilməli, vətəndaşın mövqeyi aydın və lakonik
formada izah olunmalıdır. Sənədlərin dilində mürəkkəb sintaktik
konstruksiyalardan, obrazlı ifadələrdən, lüzumsuz təkrarlardan istifadə
yolverilməzdir. Bir çox işgüzar sənədlər hazır blank formasında olur ki,
vətəndaşlardan müvafiq yerləri doldurmaq tələb edilir.
İstənilən rəsmi və işgüzar sənədlərin hazırlanmasında standartlaşdırma,
unifikasiya və trafaretləşdirmə prinsiplərinə əməl edilməlidir. Bunlar sənədlərin
hazırlanması işini xeyli sürətləndirir və xətalara yol verməməyə imkan yaradır.
Standatlaşdırma – diplomatik, rəsmi, işgüzar sənədlərin hazırlanması və icrası
üçün qayda və tələblərin yaradılmasıdır. Rəsmi sənədlərin dilini standart əsaslarla
ümumiləşdirmək ünsiyyətin tipik vəziyyətlərini əks etdirən standart dil modelləri
sistemini formalaşdırır. Sənədin bütün semantik tərəfləri sabit məntiqi formalar –
modellər şəklində həyata keçirilir. Nəticədə rəsmi bir sənədin tərtib edilməsi
prosesi standart dil modellərinin müəyyən bir məntiqi ardıcıllıqla birləşdirilməsinə
qədər azalır. Sənədlərin dilini standartlaşdırmaq rahatlıq və vaxta qənaət etməyə
xidmət edir.
Unifikasiya – (birləşmə) müəyyən şeyləri vahid sistemə, formaya gətirməkdir.
Rəsmi sənədlərin unifikasiya edilməsinin mahiyyəti sənədlərin növlərini azaltmaq,
onların forma və quruluşunu, işləmə, saxlama, qeyd aparma əməliyyatlarının
vahidliyini təmin etməkdir. Sənəd axınının vahid formalara və standartlara
endirilməsi, eyni zamanda, sənəd formalarında detalların vahid yerləşdirilməsini,
onların azaldılmasını, bir-biri ilə əlaqəli sənədlərdə məlumatların müqayisəli
olmasını təmin etməkdir.
Trafaretləşdirmə isə mümkün qədər çox sayda məlumatı standart formada
daxil etməyə imkan verir. Trafaretdən istifadə edərək sənədlərin tərtib edilməsi çox
zaman istifadə olunan, dəyişdirilə bilən hissələri ilə hazır mətnlərin və ya onların
hissələrinin birləşməsinə əsaslanır.
Trafaretləşdirmə ofis proseslərinin mexanizasiyasından,
avtomatlaşdırılmasından və kompüterləşdirilməsindən istifadəni genişləndirməyə,
müasir informasiya texnologiyalarını tətbiq etməyə kömək edir.
Rəsmi-işgüzar yazılı nitqin leksik xüsusiyyətləri. Rəsmi-işgüzar yazılı nitq
leksik, qrammatik, morfoloji, sintaktik xüsusiyyətlərinə görə digər üslublardan
fərqlənir.
İşgüzar yazışmalarda ən çox istifadə olunan rəsmi- işgüzar yazılı nitqin leksik
xüsusiyyətləri elmi ədəbiyyatda aşagıdakı kimi xarakterizə olunur:
1.Rəsmi- işgüzar yazılı nitqin leksikası ali leksikadır. Bu üslubda dilimizdə
işlənən bir sıra qəlib ifadələr, ştamplaşmış sözlərdən və ifadələrdən istifadə
olunur. (məsələn: elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək,
müzakirə etmək və s.). Bu üslub üçün xarakterik cəhətlərdən ən başlıcası sabit söz
birləşmələrinə daha çox yer verilməsi və metaforaların, məcazların, epitetlərin,
frazeoloji birləşmələrin işlənməməsidir.
2.Rəsmi- işgüzar yazılı nitqdə ümumxalq danışıq dilində işlənən bəzi
sözlərdən də istifadə edilir ki, bu ifadələr sənədlərdə rəsmi xarakter daşıyır.
Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”, “səfər”, “razılıq” və s.
Lakin ümumxalq danışıq dilindən və bədii üslubdan fərqli olaraq, bu sözləri
rəsmiləşdirmək üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi görüş”,
“rəsmi səfər” və s.
3.Rəsmi- işgüzar yazılı nitqin dilində bir sıra terminlər daha fəal istifadə
edilir. Məs;bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, ultimatum,
fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış və s.
Qeyd olunanalarla yanaşı rəsmi üslubda müraciət formaları da xüsusi
əhəmiyyət kəsb edir. Müraciətə təntənəli xarakter vermək, xüsusi hörmət ifadə
etmək üçün
“cənab”, “zati alilər” kimi xitablardan istifadə olunur. Bu müraciətləri
formalaşdırarkən xüsusən diqqətli olmalı, müraciət olunan şəxsin mövqeyi, təmsil
etdiyi dövlətdə qəbul olunmuş normalar, milli və dini xüsusiyyətlər nəzərə
alınmalıdır.
Rəsmi- işgüzar yazılı nitqin morfoloji xüsusiyyətləri. Nazirliklərin, idarə və
müəssisələrin, vəzifə və vəzifəli şəxslərin adlarının yazılış qaydaları, fellərin
işlənməsi işgüzar üslubun morfoloyi xüsussiyətini özündə əks etdirir. Bu yazılı
nitqdə isimlərdən fərqli olaraq, sifətlər az işlənir. Saylara gəlincə rəsmi sənədlərdə
tarixlər, vaxt, nömrələr dəqiqlik tələb etdiyi üçün onlardan daha çox istifadə
olunur. Yuxarıda göstərdiyimiz kimi rəsmi sənədlərin hazırlanmsında fellər də
isimlər qədər böyük rol oynayır. Təlimatların, protokollrın, aktların və s.
hazırlanmasında fellərdən geniş istifadə olunur. Bu zaman konkret halların, hadisə
və prosseslərin vaxtından və zamanından, təzahür formalarından və üsulundan asılı
olaraq felin müxtəlif şəkilləri (əmr, vacib, xəbər, lazım, arzu şəkilləri) və zamanları
işlənir
Rəsmi- işgüzar yazılı nitqdə konkret isimlərin işlənməsi xüsusi məqsəd
güdür. Bununla belə qanunvericilik aktlarının xarakteindən asılı olaraq, cəza,
cinayət, icra, şikayət haqqında kodekslərdə “rəhbərlik”, ”plan”, yoxlama”, “qərar”,
”üsul”, “istehsalat”, “müvəffəqiyyət” və sair mürəkkəb isimlər işlədilir. Bu qrup
isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir.
Nəzərə almaq lazımdır ki, dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və
cəm halda olan konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrı-
ayrı sahələr üzrə məcəllə və əsasnamələrdə mücərrəd isimlərə tez-tez rast gəlinir.
Onu da qeyd etmək lazımdır ki, işgüzar üslubda lar, -lər şəkilçisi ümumiləşdirmə
məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik
sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ
bilmədilər» cümləsində göründüyü kimi, hər hansı iki dövlət və yaxud onların
nümayəndəsi nəzərdə tutulur. -lar, -lər söz birləşməsi tərkibində ismin
konkretləşməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki
hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddətlər və s.
İşgüzar sənədlərin tərtibi zamanı çalışmaq lazımdır kı, sənədin məzmununa
xələl gətirən morfoloji vasitələrdən biri olan qeyri- müəyyən əvəzliklərdən istifadə
edilməsin, çünki onlar əşya, fakt, hadisə və proseslər haqqında dəqiq məlumat və
anlayış bildirmir. İşgüzar üslubda qeyri-müəyyən əvəzliklərdən istifadə olunması
sənədlərin dilinin konkretliyini, dəqiqliyini və müəyyənliyini şübhə altına almaqla
onun düzgün tətbiqi imkanlarını məhdudlaşdırır, bəzi hallarda isə, ümumiyyətlə,
qeyri-mümkün edir.
Qeyd etmək lazımdır ki, işgüzar yazılı nitqdə şəxs əvəzliklərindən istifadə
edilməsinin özünəməxsus xüsusiyyətləri vardır. Qrammatik qaydalara uyğun
olaraq bu üslubda tərtib olunan rəsmi sənədlərin məzmununda əvəzliklərdən
istifadə olunarkən onlar birinci şəxsin təkində işlədilir
Rəsmi - işgüzar yazılı nitqin sintaktik xüsusiyyətləri. Qeyd etmk lazımdır ki,
işgüzar yazışmalar zamanı sənədlərin tərtib edilməsində sintaktik qaydalardan
düzgün istifadə edilməsi bu sənədlərin forma və məzmunun, habelə məqsəd və
vəzifələrinin tam aydın ifadə olunmasında mühüm rol oynayır. Ümumiyyətlə,
mövcud qrammatik qaydalara görə cümlənin əsas üzvü olan mübtəda və xəbərin
uzlaşması işgüzar sənədlərdə fikrin dolğun ifadə olunması, onun məzmun və
mahiyyətinin düzgün dərk edilməsi üçün zəruri şərtlərdən biri hesab olunur. Ona
görə də işgüzar sənədlərin tərtibatında bu mühüm qrammatik qaydaya ciddi surətdə
əməl olunmalıdır. Bunu nəzərə alaraq, işgüzar üslubun əhatə etdyi sənədlərin
tərtibatı zamanı mübtəda və xəbərin uzlaşması xüsusi olaraq diqqətdə
saxlanmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, bu üslubda mübtəda bir qayda olaraq, idarə,
müəssisə və təşkilatların adları ilə ifadə olunur. Sənədlərin tərtibi zamanı həmcins
üzvlü cümlələrə daha çox yer verilir. Həmin cümlələrdə adətən bir mübtəda bir
neçə xəbərlə və yaxud bir neçə xəbər bir neçə mübtəda ilə uzlaşdırılır.
Rəsmi- işgüzar üslubun dili bir sıra xüsusiyyətlərinə görə fərqlənən iki
normanı əks etdirir:
- Sənədin sxeminə uyğun dil materiallarını idarə edən dil normalarını;
- Sənədin məzmununu, mətnini idarə edən mətn normalarını.
Sənədlərdə təkcə xüsusi üslubu deyil, həmçinin onların tərtib olunması
qaydalarının düzgünlüyünü, ştampların mövcudluğunu da nəzərə almaq lazımdır.
Buna görə də çox vaxt hazır blanklardan istifadə olunur. Rəsmi-işgüzar üslub
sənədlərin-beynəlxalq razılıqların, dövlət aktlarının, hüquqi qanunların, işgüzar
sənədlərin və s. üslubudur. Məzmun müxtəlifliyinə və janr fərqlərinə
baxmayaraq, rəsmi-işgüzar üslub bir sıra ümumi cəhətlərlə xarakterizə olunur.
Buraya aiddir:
- mətnin yığcamlığı;
- materialın standart formada yerləşməsi;
- terminologiyanın, nomenklaturanın, mürəkkəb sözlərin ixtisarı,
abreviaturanın və s. istifadəsi;
- cümlədə sözlərin düzgün ardıcıllığı;
- ekspressiv leksikanın yoxluğu;
- - fərdi olmaması.
Bundan başqa, işgüzar nitqdə şəxs əvəzliklərinin (o, onlar) istifadəsi yol
verilməzdir. Belə ki, onlar məzmunun dəqiqliyinə və aydınlığına xələl gətirə bilər.
Sintaksis baxımından işgüzar nitq məntiqi olmalı, faktlara əsaslanmalıdır.
Bu səbəbdən də işgüzar mətnlərdə mürəkkəb konstruksiyalar üstünlük təşkil
edirlər; bağlayıcılı mürəkkəb cümlələr məntiqi münasibətləri ifadə etmək üçün ən
yaxşı vasitədir.
Rəsmi- işgüzar sənəd nümunələri. Rəsmi-əməli üslub, adından göründüyü
kimi, həyatın praktik tələbləri ilə bağlıdır. B Rəsmi işgüzar yazılı nitqin onlarla
sənəd növü vardır: qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə,
təlimat, protest, etimadnamə, hökm, qərar, göstəriş, əmr, akt və s. Dövlət
əhəmiyyətli rəsmi sənədlər xüsusi ayrılmış adamlar tərəfindən hazırlanır, dövlət
başçısı tərəfindən imzalanır. Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan
(teleqram, anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə,
arayış, vəkalətnamə və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, protokol,
müqavilə və s.) və iclas, toplantı, yığıncaq, konfransların qərarları-protokol,
hesabat və s. formasında olur. Tələbə və məzunlarımıza lazım ola biləcəyini
nəzərə alaraq əməli üslubun tələblərini özündə əks etdirən əsas rəsmikargüzarlıq
sənəd növlərini aşağıda nəzərinizə çatdırırıq.
1. AKT. "Akt" latın dilindən alınmış termindir, "aktos", "aktum" formasında
“hərəkət”, “fəaliyyət deməkdir. Müasir günümüzdə isə konkret bir sənəd növüdürş
Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün
tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti - hər hansı bir iş və ya hadisəni
qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu - Akt imzaları ilə
təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə
çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş
komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. Aktın forması:
1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi
qeyd verilir.
2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.
3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer
göstərilir.
4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:
6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.
7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.
8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.
3. ARAYIŞ. Arayış türk mənşəli söz olub "arama", "axtarma" mənasındadır.
Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya harada yaşaması, işləməsi,
təhsil alması haqqında təşkilat (idarə, müəssisə) tərəfindən verilən rəsmi sənəddir.
Təşkilatların bir-birinə ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir
hadisənin gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər.
Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir. Arayışın
özünəməxsus yazılma forması vardır: Vərəqin yuxarı hissəsində ortada böyük
hərflə "Arayış" sözü yazılır. Vərəqin sol tərəfdən üst küncündə idarənin ştampı,
ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olunur.
Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin məzmunu verilir,
axırdakı sətirbaşında arayışın təqdim olunduğu yer göstərilir. Sonda arayışı verən
idarə rəhbərinin titulu, soyadı (bütöv şəkildə), adı və atasının adı (ixtisarla) yazılır,
imza ilə təsdiqlənir və möhür vurulur.
4. BİLDİRİŞ. Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons,
bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və
məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər
hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə
əvvəlcədən verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı
məqamlar diqqət mərkəzində saxlanmalıdır:
1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın
yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;
5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və
ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.
5. ELAN. Elan çap olunmuş xəbərdir – müəyyən məlumatın əvvəlcədən
çatdırılması nəzərdə tutulur.
Elana verilən tələblər:
-məzmun aydın qeyd olunmalıdır;
-vaxt dəqiq göstərilməlidir;
-tədbirin keçiriləcəyi yer yazılmalıdır;
-tədbirin təşkilatçısı qeyd olunmalıdır.
Elanın aşağıdakı növləri vardır: reklam, afişa, anons.
-reklam latın dilində “qışqırmaq” mənasındadır;
-afişa fransızca “tamaşa, konsert, idman yarışı haqqında elan” deməkdir;
-anons fransızca “müəyyən bir məsələ ilə bağlı radio və televiziyada
əvvəlcədən verilən elan”dır.
6. ETİBARNAMƏ. Etibarnamə ərəbcə "etibar" ("nəzərə alma") və farsca
"namə" ("məktub", "kağız") sözlərinin birləşməsindən yaranıb, "etibaretmə sənədi"
mənasındadır. Etibarnamə bir şəxsin bir işin icrasını başqa birisinə etibar etdiyini
bildirən sənəddir. Bir şəxsin və ya bir idarənin adından iş görmək üçün verilən bu
rəsmi sənəd müəssisənin kadrlar şöbəsində, yaxud dövlət notariusu tərəfindən
təsdiq olunur.
7. Əmr. "Əmr" sözü ərəb mənşəli olub iş, şey, sərəncam mənasındadır, bir
işin görülməsi üçün verilən hökm, göstərişdir. Bu əməli yazı forması idarə,
müəssisə, təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır. Əmr müəssisənin xüsusi
əmr blankında çap olunur. Vərəqin birinci sətrində əmr verən müəssisənin adı
göstərilir. İkinci sətirdə böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol
tərəfdən əmrin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd
edilir. Altında aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıqlanır. Ondan
aşağıdakı sətirdə vərəqin ortasında "əmr edirəm" sözləri gəlir. Sonra əmrin
məzmunu verilir. Əmrin aşağı hissəsində əmrin əsası yazılır. Sonra əmri verən
məsul şəxsin vəzifəsi, titulu, adı və atasının adlarının baş hərfləri və soyadı
göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayanın və əmri verməyə razılığı
olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə bağlı qurumlara göndərilməsi
haqqında göstəriş olur. İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə
qəbul etmə, işdən xaric etmə, müəyyən iş tapşırma, komissiya yaratma, tədbir
keçirmə və s. kimi əmrlər vardır.
8. ƏRİZƏ. "Ərizə" ərəbcə "ərz" sözündən olub "bir şey bildirmə", "şikayət
etmə", "xahiş" mənalarında işlənir. Məzmununa görə ərizənin iki növünə təsadüf
olunur:
1. Şikayət xarakterli ərizə, 2. Xahiş məqsədilə yazılan ərizə. Ərizələr müxtəlif
məzmunlu olsa da, formaca eynidir. Ərizənin yazılış forması belədir:
1. Ərizə vərəqin sol tərəfindən 4-5 sm yer buraxılmaqla ortadan yazılır.
Nisbətən sağda, abzasdan böyük hərflə təşkilatın adı və ya müraciət edilən şəxsin
vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yönlük halda qeyd
olunur;
2. Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını və soyadını
bütövlükdə çıxışlıq halda göstərir;
3. Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.
4. Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkildə ərizəçinin istəyi,
fikri şərh olunur;
5. Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan sol tərəfdən
ərizənin yazılma tarixini (gün, ay və ili) göstərir.
10. XASİYYƏTNAMƏ. "Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars
mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir
şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın
xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı
məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə,
başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil
almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona oxuduğu və ya iş
yerindən xasiyyətnamə tələb olunur. Xasiyyətnaməyə verilən tələblər bunlardır:
1. Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü yazılır.
2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz
işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir.
3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır.
4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur.
5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir.
6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir,
onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri)
imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir.
11. HESABAT. "Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən
tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə,
təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı
olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan
şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı
sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan
hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix
göstərilir.
12. XƏBƏRDARLIQ. "Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi),
farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən
düzəlmişdir, "xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən
idarə, təşkilat və ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha
belə işləri təkrar etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir.
Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə
töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə görə edilən xəbərdarlıq
məktəblilərə, tələbələrə aiddir.
13. İZAHAT "İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi,
məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat
müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi
ola bilər. Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin
vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı
və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə
"İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı
açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.
14. MÜQAVİLƏ. "Müqavilə" ərəb mənşəli söz olub, "qarşılıqlı razılaşma",
"anlaşma" deməkdir. Məzmununa görə müqavilənin müxtəlif növləri vardır: sülh
müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, icarə müqaviləsi və s.
Müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin nümayəndələri tərəfindən
təsdiqlənir. Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və nəzərdə
tutulmuş vaxta qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və hər
tərəfdə eyni qüvvəyə malik 2 nüsxə saxlanılır.
15. MÜRACİƏT. "Müraciət" ərəb mənşəli söz olub "rica", "çağırış"
mənasını ifadə edir. Müraciət şifahi və yazılı formada olur. Yazılı formada olan
müraciətdə aşağıdakılar nəzərdə saxlanılır:
1. Müraciətin kimə ünvanlandığı qeyd olunur;
2. Müraciətin mətni məzmunlu və qısa olur;
3. Sonda müraciəti qəbul edən təşkilat və ya şəxs göstərilir.
4. Müraciətin qəbul olunduğu yer və tarix qeyd edilir.
16. PROTOKOL. "Protokol" yunanca protok "ilk, birinci", kolos
"yapışdırmaq" sözlərinin birləşməsindən düzəldilmişdir. Kollektivlərdə keçirilən
müşavirə, konfrans, yığıncaq, toplantı və iclasların gedişini nizamlamaq üçün sədr
və katib seçilir. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq,
katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı sənəd protokol
adlanır. Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni əhatə edə
bilər. Protokolun tərtibi və yazılışında aşağıda göstərilən cəhətlər nəzərdə
saxlanılır:
1. "Protokol" sözü və onun nömrəsi vərəqin yuxarısında, ortada böyük
hərflərlə yazılır.
2. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd edilir.
3. Yığıncaqda iştirak edən kollektiv üzvlərinin sayı, rəhbər orqanların
nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir.
4. Giriş hissədən sonra "Gündəlik məsələlər" qeydi ortadan böyük hərflə
yazılır, müzakirə olunacaq məsələ abzasdan verilir. Məsələ birdən çoxdursa,
nömrələrlə qeyd aparılır.
5. Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə "Eşidildi"
sözü yazılır.
6. "Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin əvvəlində
göstərilir, onların çıxışındakı fikirlərin qısa məzmunu aydın qeyd olunur.
7. Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar hissəsi
iclasın məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə yazılmalıdır.
8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu
imzalayırlar.
19. SƏRƏNCAM. "Sərəncam" fars mənşəli sər (baş) və əncam (son,
nəhayət, aqibət) sözlərinin birləşməsindən düzəlmişdir. Əmr, göstəriĢ, tədbir
görmə, həll etmə anlamındadır
20. TELEFONOQRAM. "Telefonoqram" yunanca tele(uzaq), fone(səs),
qramme (yazı) sözlərinin birləşməsindən düzəlmişdir. Müəyyən bir məlumatı,
hadisəni telefonla lazımi yerə çatdırmaq üçün telefonoqramdan istifadə olunur.
Telefonoqrama verilən tələblər:
1. Telefonoqramın nömrəsi göstərilməlidir;
2. Telefonoqramın nə məqsədlə vurulması yazılmalıdır;
3. Çağırılan yerin ünvanı, tarix və saat dəqiq göstərilməlidir;
4. Telefonoqramı göndərən və qəbul edən şəxslər vəzifəsini, ad və
soyadlarını, telefon nömrəsini, ayın tarixini dəqiq yazmalıdırlar;
21. TELEQRAM. "Teleqram" yunanca tele (uzaq), qramme (yazı) söz
birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır. Teleqram vasitəsilə
müəyyən məlumat və ya müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdırılır.
Teleqramın yazılış forması:
1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir;
2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır;
3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır.
22.TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA). "Tərcümeyi-hal" ərəbcə
"tərci" (geri çevirmə, təkrar etmə) və hal (surət, vəziyyət) sözlərinin
birləşməsindən düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir
etməsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyihalda şəxs özünün
keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə üzvləri haqqında da
məlumat verir. Tərcümeyi-hala verilən tələblər:
1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır;
2. Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğulduğu gün, ay, ili
və yeri (şəhər, rayon, kənd) şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir;
3. Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və nailiyyətləri ardıcıl
sadalayır.
4. Ailə üzvləri haqqında qısa məlumat verir;
5. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur və
altında yazılma tarixi göstərilir;
23. TƏŞƏKKÜR. "Təşəkkür" ərəb mənşəli "şükr" sözündən olub yaxşı bir
işə görə "minnətdarlıq", "razılıq etmə" anlamındadır.
24. TÖHMƏT. "Töhmət" ərəb mənşəli söz olub "danlama", "qınama",
"məzəmmət" mənalarını verir.Töhmət idarə, müəssisə və təşkilatlarda yazılı
şəkildə əmək kitabçasına və işçilərin şəxsi işinə yazılmaqla rəsmiləşdirilir.
Məktəblərdə şagirdlərə və tələbələrə daxili intizam qaydalarını pozduqlarına görə
rəhbərlik tərəfidən yazılı və ya şifahi töhmət verilə bilər.
25. ZƏMANƏT. "Zəmanət" ərəb mənşəli sözdür, "zamin olma", "öhdəsinə
götürmə" mənasındadır. Hüquqi sənəd olan zəmanət əsasında məhkəmə, prokuror
və ya müstəntiq müttəhimi azad edə bilər. Zəmanət əmək kollektivləri və ictimai
təşkilatlar tərəfindən hüquq mühafizə orqanlarının adına yazılır.

Mövzu 7. Qeyri-verbal (sözsüz) kommunikasiya


Kommunikasiyanın mühüm sahələrindən biri də qeyri-verbal ünsiyyətdir.
Gündəlik həyatımızda bəzən şüurlu, bəzən də şüursuz şəkildə müxtəlif anlayışları
ifadə etmək və yaxud informasiya ötürmək üçün bir çox simvol və kodlardan
istifadə edirik. Ümumiyyətlə, fərqli anlayış səviyyələrində fərqli məlumat
mübadiləsi formaları mövcuddur. Şifahi və yazılı mesajlar tarixin heç bir dövründə
yeganə ünsiyyət forması olmamışdır. Ünsiyyət zamanı duyğular, hisslər, üz
ifadələri, jestlər yetərincə işlək olmuş, bəzi hallarda isə ünsiyyəti tənzimləyən, ona
xüsusi anlam qatan vasitəyə çevrilmişlər. Sözlə ifadə olunmayan kommunikasiya
qeyri-verbal ünsiyyət adlanır.
Müasir dövrdə qarşılıqlı söhbətlərdə, xüsusən işgüzar görüşlər zamanı
həmsöhbətimizin sözləri qədər onun davranışları, jestləri, mimikaları da xüsusi
əhəmiyyət daşıyır. Belə ki, söhbət zamanı bu tip qeyri-verbal ünsiyyət amilləri də
diqqətdən kənarda qalmamalıdır. Unutmaq lazım deyil ki, hər bir uğurlu işin
özülündə tərəfdaşınızla güvənli münasibətlər yaratmaq dayanır ki, bu da
dediklərimizdən ziyadə necə davranacağımızdan asılıdır.
Qeyri-verbal, sözzsüz ünsiyyət formasının elmi maraq və araşdırma obyektinə
çevrilməsi yeni hadisədir. Şifahi və yazılı ünsiyyətə daha çox üstünlük verildiyi,
məhz bu ünsiyyət formalarının sənət səviyyəsinə yüksəldiyi müasir
cəmiyyətimizdə qeyri-verbal ünsiyyət bir qədər arxa planda qalmışdır. Bunun digər
səbəbi də fərdlərarası, üz-üzə ünsiyyətin yalnız danışıqla kifayətlənməsi kimi
yanlış bir fikrin son zamanlara qədər dominant olması ilə bağlıdır. Bir sözlə,
ünsiyyətin təbiəti ilə bağlı bu yanlış düşüncə insanın eşitmə qabiliyyəti qədər
əhəmiyyətli olan vizual kanalları ilə yaranan sözsüz ünsiyyəti uzun müddət
diqqətdən kənarda qoymuşdur. Halbuki qeyri-verbal ünsiyyət, vizual və əyani
kodlarla münasibət yaratmaq, informasiya ötürmək ənənəsi insanların ünsiyyət
tarixi qədər qədimdir.
İlk insan cəmiyyətindən tutmuş bu günə qədər müəyyən kodlarla, simvol və
şəkillərlə anlaşmaq, əşyalardan istifadə edərək xəbərləşmək, fikir mübadiləsi
aparmaq bütün xalqların tarixində mühüm yer tutur. Verbal ünsiyyət formaları
qədər qeyri-verbal ünsiyyət də xalqın milli-mənəvi kökləri, dini inancları, coğrafi
və sosial mühitləri ilə sıx bağlıdır. İstər qədim mifoloji görüşlərdə, istərsə də
klassik Azərbaycan ədəbiyyatında əşyalar vasitəsilə xəbər uçurmaq, gözlərlə söz
demək, bir baş hərəkəti ilə hökm vermək və s. kimi sözsüz ünsiyyyət nümunələrinə
rast gəlmək olar. Hətta yazının inkişaf tarixində rast gəldiyimiz əşyavi yazı da
qeyri-verbal ünsiyyət formalarından biridir.
Araşdırmalara görə, müəyyən edilmişdir ki, qarşılıqlı ünsiyyət prosesinin 60-
80%-i sözsüz vasitələrlə baş verir, məlumatların yalnız 20-40%-i şifahi vasitələrlə
ötürülür. Qeyri-verbal dilin mühüm bir xüsusiyyəti də ondan ibarətdir ki, bu dil
təzahürü birbaşa şüuraltı impulslarla bağlıdır. Bu impulsları saxtalaşdırmaq, onlara
kənardan müdaxilə etmək mümkün olmadığı üçün qeyri-verbal ünsiyyət verbal
ünsiyyət kanallarından daha etibarlı hesab edilir. Jest və mimikalarımızı tam
nəzarətdə saxlaya bilmədiyimiz, bəzən gözlərimizin bizə xəyanət edərək
duyğularımızı çölə vurması heş kəs üçün sirr deyil.
Qeyri-verbal işarələrin növləri. Elmi ədəbiyyatlarda qeyri-verbal işarələr
sistemini 3 qrupa ayırırlar:
1.optik-kinetik işarələr sistemi;
2.paralinqvistik və ekstralinqvistik işarələr sistemi;
3. məkanla bağlı işarələr sistemi;
1.Optik-kinetik (“kinetik” yunan mənşəli sözdür, hərfi mənası “hərəkət” deməkdir)
ünsürlərə jestlər, mimikalar, müxtəlif davranış kodları daxildir. Çox zaman fərdin
emosional cavabları kimi qiymətləndirilən bu elementlər insanın ümumi motor
bacarıqları kimi qəbul edilir. Qeyri-verbal ünsiyyət elementlərindən ən populyarı
da təbii ki, jest və mimikalardır. Buna bədən dili də deyilir. Bədən dili insanların
duyğu, davranış və niyyətlərini açığa vuran elementlərdir. Mimika (Üz ifadələri).
“Mimika” yunan mənşəli “mimikos” sözündən alınmış, hərfi tərcüməsi “təqlid”
deməkdir. İnsanın üzü onun fiziki görünüşünün əsasını təşkil edir. Üz əzələlərinin
gərginliyi insanın sifət ifadəsinin dəyişməsinə səbəb olur ki, bu da birbaşa həmin
şəxsin ruh halında baş verənlərin ilk siqnal işarəsidir. Üzdəki hər bir ifadə çox
sayda üz əzələsinin daralmasıdır. Çünki bütün üz əzələləri ümumi bir sinir
sisteminə bağlıdır və vahid mərkəzdən idarə olunur. Bir çox təqlidin (üz
ifadələrinin) mənası universaldır.

Üz ifadəsini idarə etmək olduqca çətindir, amma onu inkişaf etdirib "zəngin bir
üzə" sahibdir olmaq mümkündür. Belə bir ifadə var: “Qəlbi üzündən oxunur”.
Ümumiyyətlə, insanın xarici görünüşü və daxili aləmi arasındakı əlaqənin nisbəti,
birinin digərinə təsiri daim diqqət mərkəzində olan mövzulardandır. Fizioqnomika
elminin banilərindən olan antic yunan filosofu Aristotel insanların intellect və
davranışlarını onun xarici əlamətlərindən çıxış edərək şərh etmiş, heyvanlarla
müqayisədən belə çəkinməmişdir. Aristotel yazırdı:

“Öküz kimi yoğun burun tənbəllik, donuzda olduğu kimi iri deşikli burun
axmaqlıq əlamətidir. İtdəki kimi sivri burnu olanlar kəmhövsələ, qartal burunlular
cəsarətli, qarğa burunlular isə ehtiyatlı olurlar”.
Aristotelə görə, əgər bir insanın üzündə hər hansı bir emosional vəziyyətin
qabarıq təzahürləri varsa, o, böyük ehtimalla həmin xarakterin yiyəsidir. Yəni bir
insanın üzündən qorxaqlıq yağırsa o, qorxaq, hiyləgərlik tökülürsə o, hiyləgər,
cəsarət oxunursa, o, cəsarətlidir.
Yaxın Şərqdə, xüsusən bədəvilər arasında nəinki səhranın, eyni zamanda,
insan çöhrəsinin sirlərini oxumaqla məşğul olan qiyafə sənəti xeyli məşhur idi.
Bədəvi ərəblər üçün aslana bənzər adamlar cəsur, mərhəmətli, qururlu, bəbirə
bənzəyənlər isə kinli və xain hesab edilirdi. Onlara görə geniş alın axmaqlıq, dar
alın çeviklik əlamətidir. Örta ölçülü gözlərə sahib olanlar kəskin ağıl və gözəl
xarakterli olur, sabit baxışlar keylik, dağınıq baxış isə hərdəmxəyallıqdan xəbər
verir.
Insanlar razılıq və narazılıqlarını, sevinc və kədərini və s.məlumatları işarələr
sistemi kimi jestlərdən istifadə etməklə bir-birinə çatdırırlar. Lakin heç də jest və
mimikalar həmişə vahid şəkildə , eyni cür başa düşülmür. Müxtəlif mədəniyyət,
social inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edrilər.
Məsələn, əksər xalqlar kimi bizim xalqımız da başın yuxarıdan aşağıya doğru
hərəkətini təsdiq, razılıq, yanlara doğru hərəkətini isə narazılıq kimi başa düşürük.
Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür.
Bunula belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli
hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan
daha çox təsir göstərir.
2.Paralinqvistik və ekstralinqvistik işarələrə tələffüz xüsusiyyətləri, səs tembri,
səsin alçalıb-yüksəlməsi, nitqin surəti, nitqin təşkili və s. amillər aiddir.
Paralinqvistika və ekstralinqvistika şifahi ünsiyyətə əlavələrdir. Paralinqvistika
səsin keygiyyəti, diapazonu, tonudur. Ekstralinqvistika isə nitqdə fasilə, öskürək və
s.dir. Paralinqvistik və ekstralinqvistik işarələrə nitq zamanı intonasiyanın
dəyişdirilməsi, pauzanı, öskürməyi, narazılığı bildirmək üçün səs tonunun
yüksəltilməsi, bir anlığa danışığın dayandırılması və s. hərəkətləri aid etmək olar.
3. Məkanla bağlı işarələr sistemini çox zaman proksemimika (“proxomi” latın
mənşəli sözdür, hərfi mənası “yaxın”deməkdir) da adlandırırlar. Bəzən insanlarla
həm zaman, həm məkan baxımından saxladığın məsafə də müəyyən mesajlar
ötürmək üçün vasitəyə çevrilir. Bu baxımdan mütəxəssislər əsasən 4 yaxınlıq
bölgəsindən bəhs edirlər:
1.Məhrəm bölgə - 15-46 sm
2.Şəxsi bölgə - 46 sm – 1.2m
3.Sosial bölgə - 1.2m – 3.6m
4.Ümumi bölgə - 3.6 – daha artıq
Məhrəm bölgə ən yaxın qohumlar və ən səmimi dostlar, sevgililər arasında
mövcud olur. Tanımadığın, yaxud tanıyıb heç sevmədiyin birinin bu bölgəyə daxil
olması sizi narahat edəcək. Eləcə də sən başqasına bu məsafədə yaxınlaşdıqda onu
narahat edəcək, heç də xoş hisslər yaratmayacaqsan.
Şəxsi bölgə daha çox fərdi seçimlərlə bağlıdır. Bu bölgədə ətrafdakılarla
məsafənizi özünüz təyin edirsiniz. Bu bölgə müxtəlif tədbirlərdə, ofis daxilində
keçirilən mərasimlərdə, dost məclislərində yoldaşlarımızla aramıza qoyduğumuz
məsafədir.
Sosial bölgə isə yad insanlarla, misal üçün, evimizi təmir edən ustalarla,
mağazadakı satıcı ilə, işə yeni gələn əməkdaşla aramızdakı məsafədir.
Ümumi və ya ortaq ünsiyyət bölgəsində birinci və ikinci ünsiyyət
bölgəsindəki hərəkət və davranışları həyata keçirçək mümkün deyil və yersizdir.
Hətta bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə
olaraq, misal üçün mühazirə dinləyirsən və deyə bilərsən ki, ümumi ünsiyyət
bölgəsinə düşmüsən.

Mövzu 8. İşgüzar kommunikasiyada danışma- dinləmə


mədəniyyəti və etiket qaydaları
Kommunikasiya informasiya mübadilə sistemi olaraq insanların bir-birilə
davamlı fikir və məlumat bölüşməsini nəzərdə tutan aktiv prosesdir. Bəzən
monoloji, bəzən isə dialoji nitq vasitəsilə reallaşan bu kommunikativ proses hər iki
halda danışan və dinləyən tərəfin mövcudluğunu tələb edir. Başqa sözlə desək,
istər monoloq söyləyərkən, istərsə də dialoqun bir tərəfi olarkən qarşımızdakı
insanın bizi dinləməsinə ehtiyac duyuruq. Beləliklə, danışma və dinləmə bütün
ünsiyyət aktlarının vacib tərkib hissələridir.
Danışmaq insana xas olan əsas keyfiyyətlərdən biridir. Yəni hamı danışmağı
bacarır. Lakin hər kəsin danışıq qabiliyyəti fərqlidir. Aydın, səlis, ifadəli danışmaq
isə xüsusi bacarıqdır. Gündəlik həyatımızdan fərqli olaraq işgüzar mühitdə fikir və
mülahizələri dəqiq, aydın söyləmək, özünü ifadə edə bilmək iş prosesinin
səmərəliliyinə birbaşa təsir edən amillərdəndir. İşgüzar kommunikativ
münasibətlərdə danışıqlar adətən qarşılıqlı fikir mübadiləsi şəraitində dialoq
formasında reallaşır. Dialoq zamanı danışıqlar daha çox sual cavab tərzində davam
edir. Tərəfdaşın suallarına düşünülmüş, aydın cavab verməklə yanaşı, adekvat
sualların da düzgün tərtibi xüsusi önəm daşıyır. Sualların qoyuluşu zamanı etik
qaydaları gözləmək, uyğun intonasiya seçmək lazımdır. İşgüzar münasibətlərdə
suallar tərəfdaşı nəyəsə sövq etməyin ən rahat formasıdır. Düzgün qoyulmuş
sualların köməyi ilə qarşı tərəfin diqqətini cəlb edə, onu istədiyiniz cavaba
yönləndirə bilərsiniz. Bir sözlə, suallar etibarlı münasibət və işin uğurlu həlli üçün
əsas təşkil edir. İşgüzar kommunikasiyada bir neçə sual tipindən istifadə olunur:

-məlumat toplamaq üçün verilən suallar;

-tərəfdaşınızın sizi dinləyib dinləmədiyini anlamaq üçün yoxlama sualları;

-qarşılıqlı anlaşmaya nail olmaq üçün təsdiqedici suallar;

-əks mövqeyi ortaya qoyan suallar. Bu tip suallar düzgün tərtib edilərsə söhbətin
konkretləşməsinə səbəb olur və tərəfdaşı razılığa yaxınlaşdırır;

-istiqamətləndirici suallar. Söhbət əsas hədəfdən yayındıqda istifadə edilir.

-təxribat xarakterli suallar. Bu tip suallar qarşı tərəf əsl niyyətini gizlətdikdə onu
ortaya çıxarmaq üçün verilir.

-yekunlaşdırıcı suallar. Görüşün nəticələrini bir daha vurğulamaq və əmin olmaq


üçün verilir.

Peşəkar iş adamları sualların köməyi ilə məlumatı tez və dəqiq əldə etməyi
bacarırlar. İşgüzar kommunikasiyada zamanında tələb olunduğu kimi danışmaq bir
iş adamı üçün uğura gedən yolun açarıdır.
İşgüzar kommunikasiyanın uğuru təkcə məlumat ötürməkdən yox, həm də onu
qəbul etmək bacarığından, yəni dinləməkdən asılıdır. Həmsöhbəti dinləyirik,
dediklərinə maraq göstəririk və qarşı tərəfin hörmətini qazanırıq, bu da işgüzar
ünsiyyətə təsir göstərməyə bilməz; dinləmək – qarşılıqlı anlaşmaqdır. İşgüzar
ünsiyyət təcrübəsi göstərir ki, tərəfdaşı məqsədyönlü, aktiv şəkildə dinləmək
bacarığı qarşılıqlı anlaşma üçün böyük əhəmiyyət kəsb edir. Keyfiyyətli dinləmə
tərəfdaşın mövqeyini düzgün başa düşmək, fikir müxtəlifliyini aşkar edib
qiymətləndirmək uğurlu işgüzar ünsiyyəti təmin etmək üçün zəruri şərtdir.

Bizlər məlumat almaq, müəyyən mövzuya hakim olmaq, dünyagörüşümüzü


zənginləşdirmək, ətrafdakılarla münasibət qurmaq, qiymətləndirmək, onların
təcrübələrindən faydalanmaq üçün mütləq dinləməliyik. Ünsiyyətdə effektivliyi
təmin etmək üçün yazı, oxu, danışma bacarıqlarına əhəmiyyət verilsə də dinləmə
çox zaman diqqətdən kənarda qalır. Çünki dinləmək insanların anadangəlmə
qabiliyyəti hesab olunur. Bu məqamda dinləmə eşitməklə səhv salınır. Əslində
eşitmə dinləmə aktının başlanğıc mərhələsidir. Dinləmə isə eşitdiyimiz söz və
ifadələri başa düşməyi ehtiva edir. Dinləmə şifahi və şifahi olmayan mesajları
seçmək, onları anlamlandırmaq, dərk etmək, yadda saxlamaq kimi nüansları əhatə
edən mürəkkəb sistemdir. Bu haqda prof. N.Məmmədli yazır ki, eşitmək “hər hansı
bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək” dinləmək “bir şeyə
qulaq asmaqdır”. Eşitmək səsin fiziki olaraq qavranılmasıdırsa, dinləmək iradə
aktıdır – yüksək düşüncə tərzi, məzmunlu səsləri qavramaqdır.

Dinləmə aktiv prosesdir. Araşdırmalar göstərir ki, insanlar iş günlərinin 40% ni


dinləməyə sərf edirlər. Lakin bunun yalnız 25%-i informasiyanın dəqiq
qavranılması, yüksək səviyyədə dərketmə ilə müşaiyət olunan effektiv dinləmə
sayıla bilər. İşgüzar münasibətlər zamanı oxumaq, yazmaq, danışmaq
qabiliyyətləri ilə müqayisədə dinləmək bacarığı daha mühüm əhəmiyyət kəsb edir.
Dinləmə - iş vaxtının 40%, danışıq - 35%, oxu - 16%, yazı - 9% -ni əhatə edir.
İnsanın dinləmə tərzi isə şəxsiyyət, xarakter, maraqlar, cins, yaş, ünsiyyət
iştirakçılarının statusu və digər amillərdən asılıdır.
Dinləmə seçici bir prosesdir. Hər kəs öz ehtiyac və məqsədlərinə uyğun olan
informasiyanı dinləməyə üstünlük verir. Dinləmə prosesi adətən üç mərhələdən
ibarət olur.

Dinləmənin ilk mərhələsində məlumat hiss orqanları vasitəsilə qəbul edilir.


Bunun üçün öncə dinləyici düzgün eşitməyə mane olan fiziki və emosional
maneələrdən uzaqlaşmalı, eşidilə biləcək səs tonu təmin edilməlidir. Bu mərhələdə
eşitmə qədər görmə də əhəmiyyətlidir, çünki nə qədər papadoksal səslənsə də
qulaqlarımızla dinlədiyimiz qədər, gözlərimizlə də dinləyirik. Görmə mesajın
ötürülməsi və qavranılmasının xarakterini müəyən edən qeyri-verbal işarələr əldə
etməyə kömək edir.

Dinləmənin ikinci mərhələsi anlamaqla bağlıdır. Mesaj alındıqdan sonra onun


daxili emal prosesi başlayır. Beyin aldığı məlumatı analiz edərək “həmsöhbətim nə
demək istəyir?” sualına cavab verir.

Üçüncü mərhələ qiymətləndirmədir. Bu mərhələdə danışan dinləyicinin


reaksiyasını görür və eşidir. Dinləyici şifahi və şifahi olmayan vasitələrlə danışanı
başa düşüb-düşmədiyini təsdiq edir.

Natiq dinləyicinin onu başa düşdüyünü və qiymətləndirdiyini görəndə


həmsöhbətlər arasında sıx əlaqə yaranır ki, bu da əməkdaşlığın səmərəliliyini
artırır. Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli,
o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya
olmadığını bildirməli, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin
təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya
genişləndirmək və sairədə danışana kömək edir.

Dinləmənin növləri. Dinləmənin bir neçə növü mövcuddur:

Qeyri-refleksiv dinləmə. Bu növ dinləmə həmsöhbətin nitqinə qarışmamağı


nəzərdə tutur. Qeyri-refleksiv dinləmə informasiyanın mənimsənilməsinin ilk
mərhələsidir. Başqa sözlə desək, həmsöhbətin nitqinə müdaxilə etmədən və ya
minimal müdaxilə ilə diqqətli sükutdur. Bu dinləmə növündə kritik hallarda
mühakimə və qiymətləndirmə məzmunu olmayan sadə ifadələr (bəli, aha, aydındır
və s.) və mimika, jestlərdən istifadə etməklə söhbətə qoşulmaq mümkündür. Qeyri-
refleksiv dinləmə aşağıdakı hallarda uyğundur:

- həmsöhbət öz fikrini bildirmək istəyir;


- həmsöhbət problemini danışır;
- mübahisəli söhbətin kulminasiya hissəsində.

Qeyri-refleksiv dinləmə çox vaxt həmsöhbətin ehtiyac duyduğu yeganə şeydir,


çünki hər kəs ilk növbədə eşidilmək istəyir.
Refleksiv dinləmə isə danışan və dinləyici arasında daha aktiv üssiyyəti nəzərdə
tutur. Dinləyici diqqətlə dinləməklə yanaşı, həm də müxtəlif açıq və üstüörtülü
suallar , ifadə və izahlarla nə anladığını da ortaya qoyur. Məhz bu qarşılıqlı izah və
təkrarlar ünsiyyətin aydınlaşdırıcı və tənzimləyici elementi kimi ortaya çıxır. ”Başa
düşmədim, Nə demək istəyirsiniz?, Zəhmət olmasa, bir də təkrar edin və s. eləcə də
fikri başqa şəkildə ifadə etmək dəqiqliyi yoxlamaq üşündür. Belə başa düşdüm
ki,.... Siz demək istəyirsiniz ki,....Sizin fikrinizcə,....və s. ifadələrin köməyi ilə
dinləyənin emosional vəziyyətini əks etdirməyə yönəldir”.
Bunlardan əlavə, daha iki dinləmə üsulu haqqında danışmaq olar: tənqidi və
empatik. Tənqidi dinləmə zamanı dinləyici əvvəlcə alınan məlumatın tənqidi
təhlilini aparır, sonra onu anlamağa çalışır. Bu çox zaman dinləyicinin
münasibətindən asılı olur, daha doğrusu o, əvvəldən informasiyanı rədd etmək
mövqeyində dayanır. Müəyyən layihələrin, ideyaların, baxışların müzakirə edildiyi
yerdə belə dinləmə məqsədəuyğundur, lakin yeni məlumat və biliklərin ötürüldüyü
yerdə isə perspektivsizdir.
Empatik dinləmədə sözlərdən ziyadə sözlərin oyatdığı hisslər önəmlidir. Bu tip
dinləmədə əgər danışan dinləyicidə müsbət emosiyalar doğurursa, ünsiyyət təsirli,
mənfi emosiyalar doğurursa, təsirsiz olur.
Dinləmə zamanı aldığımız informasiyanın çox kiçik hissəsi yaddaşımızda qalır.
Lakin effektiv dinləmə üsullarından istifadə edərək bu nisbəti əhəmiyyətli dərəcədə
artırmaq mümkündür.
Dinləmə zamanı həmsöhbətə dəstək olmaq üçün aşağıdakı üsullardan istifadəni
nəzərdə tutur:
- aydınlaşdırma, “Mən başa düşmədim”;
- parafraz, yəni həmsöhbətin sözlərini öz sözlərinizlə təkrarlayın ki, onu düzgün
başa düşdüyünüzə əmin olsun: "Sən belə düşünürsən ...";
– hisslərin əks olunması: “Başa düşürəm ki, indi qəzəblisən…”;
- motivasiya: "bundan sonra nə var ...";
- qiymətləndirmələr: “təklifiniz cazibədardır”, “xoşuma gəlmir”;
– xülasə: “Deməli, siz düşünürsünüz…
İşgüzar ünsiyyətin əsas xüsusiyyəti onun müəyyən reqlamentə tabe olmasıdır
ki, bu da iştirakçıların işgüzar etiketə riayət etmə ehtiyacında özünü göstərir.
Ünsiyyət prosesi proqnozlaşdırıla bilən və normativ davranış qaydalarına tabe
olmalıdır ki, bunların məcmusu "etiket" anlayışı ilə ifadə edilir.
Etiket - ünsiyyət prosesində insan davranışının xarici formalarını və onların
münasibətlərini tənzimləyən norma və qaydalar sistemidir.
Etiket termini XVII əsrin əvvəllərindən işlənməyə başlasa da əlbəttə ki, bir sıra
nəzakətli davranış qaydaları xüsusi bir terminlə təyin edilməzdən çox əvvəl
mövcud idi. Qədim dövrlərdən bəri insan münasibətlərinin xarici təzahürlərini
tənzimləyən yazılmamış qaydalar inkişaf etməyə başladı. Bu qaydalar ünsiyyətdə
hörmət, xoşməramlılıq, mehribanlıq ideyaları ilə insanların davranış və
münasibətini əlaqələndirmək vərdişini formalaşdırmışdır.
Ünsiyyətdə etiket normaları insanların sevgi və hörmət daxilində bir-birini
tanıması üçün mövcud olan sosial ehtiyacı ödəmək naminə yaradılmışdır. Məqbul
davranış formalarını tənzimləyən etiket normaları və qaydalar toplusu tarixi
xarakter daşıyır və cəmiyyətin mədəni səviyyəsi ilə müəyyən edilir. İstənilən
cəmiyyətdə etiket normaları var ki, bunun sayəsində münasibətlərdə müəyyən bir
nizam qorunur və insanların hərəkətlərində və davranışlarında ardıcıllıq əldə edilir.
Müasir etiketin ümumi prinsipləri aşağıdakılardır:
- humanizm;
- fəaliyyətin məqsədyönlülüyü;
- davranışın estetik cəlbediciliyi;
- öz ölkəsinin və işgüzar əlaqələrin qurulduğu digər ölkələrin adət-ənənələrinə
hörmət.
İşgüzar etiketdə yaş, cins kimi dünyəvi modellər yox, subardinasiya önəmlidir. İş
prosesi müxtəlif yaş, cins, təhsil səviyyəsi və dünyagörüşü olan insanların birgə
fəaliyyətidir. Müəyyən ortaq hədəflərin həyata keçirilməsi üçün bir araya gələn
insanlar müəyyən ümumi qaydalara da əməl etmək məcburuyyətindədirlər. İş
həyatında əməl olunmalı əsas qaydalara nəzər salaq:
1.Dəqiqlik (punktual olmaq). Unutmamaq lazımdır ki, zaman ən qiymətli resursdur
və itirildiyi halda əsla bərpa edilmir. Uğurlu iş adamı olmaq istəyirsinizsə,
özünüzün və tərəfdaşınızın zamanını dəyərləndirməyi öyrənin. İşgüzar görüş və
səfərlərə gecikməyin. Əksər insanlar zamanı düzgün dəyərləndirməyənlərlə iş
görmək istəmir.
2.Nəzakətli olmaq. Səmimi təbəssüm bir çox iş adamının vizit kartıdır. Həmkar və
tərəfdaşlarla nəzakətli ünsiyyət problemlərin həllində sizə kömək edəcək.
3.Təvazökarlıq. Bu xüsusiyyət insana həmişə başucalığı gətirir. Təvazörkarlıq daha
çox özünə güvənən insanlarda rast gəlinir və qarşı tərəfdən yüksək qiymətləndirilir.
4.Tolerantlıq. İşgüzar ünsiyyət zamanı siyasi baxış, milliyət, dini mənsubiyyət,
xarici görkəm və s. asılı olmayaraq insanlara hörmətlə yanaşmaq etik qaydalarının
ən önəmlilərindəndir.
5.Təmkinli olmaq. İstənilən məsələdə həmkarınızın qərarına və ya fikrinə hörmət
etməlisiniz. İşgüzar etiket normaları hisslərinizə nəzarəti itirməməyi, təmkinli və
mehriban olmağı tələb edir. İstənilən vəziyyətdə, tərəfdaşların və ya rəhbərliyin
istənilən qərarına adekvat cavab vermək üçün emosiyalarınızı cilovlamaq lazımdır.
Bütün sadalananlardan əlavə, məxfi məlumatları açıqlamamaq, işi nəzərdə
tutulduğu vaxt təhvil vermək, müqavilədə nəzərdə tutulmuş öhdəlik və şərtləri
vaxtında və dəqiq yerinə yetirmək də iş həyatında etik normalar kimi qəbul edilir.
Akademik kommunikasiya
Mövzu 9. Akademik kommunikasiya anlayışı
Kommunikasiyanın bir forması da akademik mühitdə aparılan informasiya
mübadiləsidir. Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif
elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə
çatdırılmasını nəzərdə tutur.
“Akademik” termini yunan mənşəli olub antik yunanlıların mifik qəhrəmanı
Akademin (Ekadem, Gekadem) adı ilə bağlıdır. Rəvayətə görə, bu qəhrəman
Afinanın yaxınlığında yerləşən müqəddəs zeytun bağında yaşamış və dəfn
edilmişdir. Daha sonra, e.ə. IV əsrdə antik yunan filosofu Platon burada
şagirdlərinə dərs keçmiş, yaratdığı məktəbə də “Akademiya” adı vermişdir.
Akademik kommunikativ münasibətlərdən harada istifadə edirik? Təbii ki,
akademik mühitdə - ali və orta ixtisas məktəblərində , elmi-tədqiqat institutlarında,
müxtəlif səpkili elmi araşdırmalar aparan təşkilatlarda və s. Bəs bütün bu
müəssisələrdə aparılan informasiya mübadiləsi akademik kommunikasiya
nümunəsidirmi? Bu sualın birmənalı olaraq cavabı xeyrdir. Çünki hər bir
müəssissə ilk növbədə iş yeri, insanları bu və ya digər ümumi hədəflər ətrafında
birləşdirən təşkilatdır. Daha doğrusu, yuxarıda adlarını çəkdiyimiz bütün elm
ocaqlarında rəhbər işçilər, elmi işçilər, pedaqoji fəaliyyətlə məşğul olanlar (tədris
müəssisələrində), texniki işçilər və s. kimi qruplar fəaliyyət göstərir və onların
arasında reallaşan informasiya mübadiləsinin müəyyən hissəsi akademik yox,
işgüzar kommunikasiya formasıdır. Akademik kommunikasiya isə sırf koqnitiv
tiplidir, biliklərin, elmi məlumatların ötürülməsini təmin edir. Məhz bu baxımdan
“akademik kommunikasiya” ilə yanaşı, “elmi kommunikasiya” terminindən də
istifadə olunur.
Qloballaşma , elm və yeni texnologiyaların sürətli inkişafı, informasiya
çoxluğu, həyat dinamikamızın dəyişkənliyi bütün sahələrdə olduğu kimi, elm
aləmində də ünsiyyətin, qarşılıqlı anlaşmaların əhəmiyyətinin nə qədər zəruri və
mühüm olduğu gerçəkliyini ortaya qoyur. Müasir dövr tələb edir ki, hər bir
vətəndaş elm və texnikanın inkişafını izləyib ondan bəhrənməklə yanaşı, elmi-
texniki inkişafın yaratdığı problemləri də dərk edərək bunların həlli prosesində fəal
iştirak etsin, dövlət və cəmiyyətin ümumi irəliləmə strategiyasını anlasın. Bu gün
dünyada ən aparıcı elmi araşdırmalar hansı sahələri əhatə edir, bu araşdırmaların
məqsədi nədir? Yaxud yaşadığı dövlətdə nə kimi elmi araşdırma və təcrübələr
aparılır? Bu elmi-texniki nailiyyətlərin nə kimi fayda verdiyi və risklər daşıdığını
bilmək önəmlidir. Məhz bu baxımdan alimlər, siyasətçilər və cəmiyyət arasında
daimi qarşılıqlı əlaqəyə və sıx ünsiyətə ehtiyac var.
Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və
aşağıdakı terminlərlə ifadə olunur:
1. Elmdə kommunikasiya (Science communication)
2. Elmi kommunikasiya (Scientific communication)
Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında
tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication”
alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan
sosioloji istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu
növü alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir
edən nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science
communication” termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi
kommunikasiya” kimi tərcümə edilməlidir.
Elmdə ünsiyyət təcrübəsi hələ antik dövrdən yaranmışdır. Pifaqor və onun
məktəbi, Platon və Akademiyası və s. Qədim zamanlarda alimlər bilik əldə etmək
üçün çoxlu səyahətlər edər, öyrənmək üçün dialoqlar qurar, uzun-uzun söhbət
aparardılar. Bu zamanlar ünsiyyətin şifahi formaları daha çox populyar idi.
İlk universitetlər isə orta əsrlərdə yaranmağa başlayır. Bir-birinin ardınca
1088-ci ildə Bolonyada, 1109-da Kembricdə, 1160-da Parisdə, 1167-də Oksfordda
ali təhsil ocaqları açılır. Universitetlər təhsil verməklə yanaşı, tələbə, alim və
müəllimlərin bir araya gəldiyi, müxtəlif fikir mübadiləsi apardığı, mübahisələr
etdiyi bir məkana çevrilir ki, bu da öz növbəsində elmi yaradıcılığın davamlı və
məhsuldarlığının təminatçısı olur. Universitetlərdə mühazirələrlə yanaşı, elmi
diskussiyalarda iştirak etmək təhsilin mühüm və tələbolunan elementlərindən biri
hesab edilirdi.
Akademik sahədə kommunikasiyanı təmin edən elmi diskussiyalar İntibah
dövründə daha intensiv, məhsuldar xarakter alır. Bir çox məşhur alimlər bu
müzakirələrdə iştirak edir, fikir və düşüncələrini bölüşür, kəskin mübahisələr edir,
bir sözlə ünsiyyətdə olurdular. Daha çox şəxsi məktublar vasitəsilə həyata keçirilən
bu ünsiyyət XIV əsrdə kitab nəşrinin meydana çıxması ilə yeni keyfiyyətlər
qazandı. Artıq XVII əsrdə biliklərin bir araya toplanması və ötürülməsi sahəsində
kitab əsas vasitəyə çevrilir. Qeyd etdiyimiz kimi, uzun zaman ziyalılar arasında
elmi kommunikasiyanın əsas vasitələrindən biri məktubdan istifadə edilmişdir.
Alimlər məktublarında əldə etdikləri dəlil və arqumentləri, müəyyən faktları, xırda
detallarına qədər təsvir edir, mülahizələrini əsaslandırırdılar. İntellekt sahibləri
artıq anlayırdılar ki, yeni dünyada elm və texnologiya sahəsində müəyyən irəliləyiş
əldə etmək üçün birlikdə hərəkət etməli, problemlərin həllinə müxtəlif baxış
bucaqlarından baxmalı, bütün alternativ fikirləri dəyərləndirməlidirlər. Məhz bu
ehtiyacdan XVII əsrdən başlayaraq alimləri bir araya gətirən qeyri-rəsmi təşkilatlar
yaranmağa başladı. R.Boylun təşkil etdiyi “Görünməz kollec”, P.Beylin yaratdığı
“Məktublar respublikası”, və nəhayət “Alimlər respublikası” belə birliklərdən idi.
Bunların arasında “Alimlər respublikası” daha məşhur idi. Bekon, Paskal, Spinoza,
Luk, Dekart, Qaliley, Nyuton kimi alimlər bu birliyin üzvü idilər. Avropa
intellektuallarını birləşdirən “Alimlər respublikası”nın vətəndaşı olmaq üçün geniş
dünyagörüşünə sahib, müxalif fikirlərə qarşı tolerant, elmi mübahisə etikasına
malik olmaq kimi keyfiyyətlər tələb edilirdi.
XIX əsrdə ixtisaslaşmış elmi jurnalların nəşri akademik kommunikasiyada
yeni mərhələnin əsasını qoydu. Şəxsi məktubların yerini alan elmi jurnallar
mötəbər bilik mənbəyinə çevrildi. Qısa zamanda daha çox insana informasiya
ötürən bu nəşrlər akademik kommunikasiyanın keyfiyyətini yüksəltməklə yanaşı,
alimləri öz ətrafında sıx birləşdirməyə də nail oldu.
Müasir günümüzdə də alimlər arasında dialoq və ünsiyyət akademik
kommunikasiyanın ayrılmaz tərkib hissələrindən biridir. Belə ki, elmi-texniki
tərəqqi elmi araşdırma və kəşflərin sürətlə yayılmasına səbəb olmuş, informasiya
texnologiyalarının inkişafı dünyanın hər bir tərəfi ilə anında ünsiyyətə girmək
imkanı yaratmışdır.
“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə
ötürülməsini nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi
adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək,
birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin
müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə
tutulur.
Akademik kommunikasiya məzmun baxımından 2 böyük sahəyə ayrılır:
tədris və tədqiqat. Bunlara akademik kommunikasiya prosesinin mərhələlələri də
demıək mümkündür. Bu proses tədrislə başlayır. Hər bir kəs akademik
kommunikativ münasibətlərə təhsil almağa başladığı zamandan qoşulur. İlkin
təməlləri orta məktəbdə atılan elmi təfəkkür və dünyagörüşün sistemli şəkildə
inkişafı universitet dövrünə təsadüf edir. Biz ali təhsil aldığımız zaman akademik
elmlə tanış olur, gələcək həyatımızda elmin yerini müəyyənləşdiririk.
Tədris prosesində akademik kommunikasiya təhsilalan ilə təhsilverənlər
arasında şifahi-yazılı formada reallaşan bilik və bacarıqların mübadiləsi,
müzakirəsi, eyni zamanda qiymətləndirilməsi prosesidir.
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının
Konstitusiyasına, Təhsil Qanununa, digər normativ hüquq aktlarına, Azərbaycan
Respublikasının imzaladığı beynəlxalq müqavilələlərə uyğun müəyyən edilir. Bu
qanunlar Azərbaycan vətəndaşlarına qanunvericilikdə nəzərdə tutululmuş qaydada
təhsil müəssisələrinə qəbul olunmaq, təhsil müəssisəsini, təhsilin istiqamətini,
ixtisasını dəyişmək, dövlət standartlarına uyğun keyfiyyətli təhsil almaq və s.
yanaşı, elmi işlə məşğul olmaq hüququ da verir.
Mühazirələrin dinlənilməsi və qavranılması, akademik dərsliklərdə əks olunan
elmi məlumatların mənimsənilməsi ilə başlanan kommunikasiya prosesi, daha
sonra kurs işləri, referat, elmi məqalə, dissertasiya kimi daha mürəkkəb yazılı
formaların hazırlanması ilə davam edir.
Qeyd etdiyimiz kimi, akademik kommunikasiyanın digər mərhələsi
tədqiqatdır. Təhsil dövründə kiçik həcmlərdə aparılan tədqiqat işləri prosessional
elmi fəaliyyətdə həcm, əhatə dairəsi, tədqiqat üsulları və s. baxımından xeyli
mürəkkəb sistem xarakteri alır. İstənilən sahədə elmi tədqiqat işi aparmaq, ilk
növbədə bilik bazası, analitik təhliletmə qabiliyyəti, dəqiq müşahidə, məntiqlə
nəticə çıxarmaq və obyektivlik kimi keyfiyyətlər tələb edir.
Beləliklə, akademik kommunikasiya bir neçə istiqaməti özündə birləşdirən
mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik
kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin
mübadiləsini, eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə
paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə birləşdirir.
Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması isə XX əsrin
sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral
Cəmiyyətinin iclasında “Public Understanding of Science” (Elmin cəmiyyət
tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi.
Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması
milli yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən
qərarların keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının
yaxşılaşmasına səbəb ola bilər.

Mövzu10. Elmi tədqiqatların aparılma qaydaları


Müasir dünyada elm cəmiyyətin aparıcı gücü və gələcək rifahı üçün ən önəmli
sahədir. Bütün dövlətlərdə elmi-texniki tərəqqi cəmiyyətin inkişaf strategiyasının
əsas prinsiplərindən biridir. Elmi araşdırma və təcrübələrin aparılmasına
maksimum münbit şəraitin yaradılması, bir çox hallarda dövlət tərəfindən
maliyyələşməsi məhz bununla bağlıdır. Dünyanın ən aparıcı universitetlərinin eyni
zamanda elmi-tədqiqat institutları kimi fəaliyyət göstərməsi bir tərəfdən elm və
təhsilin paralel inkişafını təmin edir, digər tərəfdən də istedadlı tələbələrin elmi
fəaliyyətə cəlb edilməsi, elmi təcrübə və araşdırmalarda iştirak etməsinə şərait
yaradır.
Elmi işlər deyərkən müəyyən araşdırmaların nəticələrini özündə əks etdirən
məqalə, tezis, dissertasiya, monoqrafiya, dərslik və s. nəzərdə tutulur. Tədqiqata
cəlb edilən mövzu növ və həcmindən asılı olmayaraq elmi üslubda yazılmalıdır.
Bütün elmi tədqiqatlar yeni biliklərin əldə olunması, tətbiq edilməsi və cəmiyyətə
xidmət etməsi üçün aparılır. Lakin hər hansı bir elmi işin bütün cəmiyyət
tərəfindən anlaşılması da mümkün deyil.
Elmi dil elmi idrak fəaliyyətinin maddi ifadəsinə xidmət edən xüsusi işarələr
sistemidir. Bu dil müxtəlif elmi məlumatları almağa istəkli və dərk etməyə hazır
olan insanlar üçün nəzərdə tutulub. Ümumiyyətlə, vahid “elmi dil”, yəni “elmi
dildə vahid yazma üsulu varmı?” sualının birmənalı cavabı belədir: nə qədər elm
sahəsi varsa, bir o qədər də spesifik yazı üslubu var. Lakin elmin xarakter (təbiət ,
dəqiq, humanitar və s.) və janrından (məqalə, tezis, monoqrafiya və s.) asılı
olmayaraq elmi üslubun bir sıra ümumi xüsusiyyətləri də vardır. Bunları aşağıdakı
kimi qruplaşdırmaq olar:
1. Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi;
2. İfadənin monoloji xarakteri;
3. Əsaslandırılmış faktlar;
4. Fikirlərin sistemli və məntiqi ardıcıllığı;
5. Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi;
6. Terminoloji leksikadan istifadə.
Hər hansı tədqiqata başlamaq üçün ilk olaraq problem-sual müəyyən
edilməlidir. Başqa sözlə, tədqiqat mövzusu və tədqiqat problemi təyin edildikdən
sonra tədqiqatçının cavablamaq istədiyi sual dəqiqləşdirilməlidir. Tədqiqatın
məqsədi nə qədər aydın və birmənalı olarsa, araşdırma üsul və metodlarının
seçilməsi də bir o qədər asan və uğurlu olacaq. Cavablanacaq sual bir növ
araşdırmanın hədəflərini təyin edir. Tədqiqat prosesində hədəfdən yayınmamaq
çox önəmlidir. Bəzən araşdırdığımız mövzu ilə bağlı o qədər çoxşaxəli informasiya
alırıq ki, ilk qoyduğumuz hədəf unudulur, təqqiqatın istiqaməti fərqli yönə çevrilir.
Bu, tamamilə yolverilməzdir. Xüsusən də elmi fəaliyyətin ilk dövrlərində daha
konkret məsələlər ətrafında araşdırmalar aparmaq tövsiyə olunur. Mövzunu
incələyərkən sizə maraqlı gələn nüansları bir kənara qeyd edərək əsas hədəf
ətraflnda çalışmaq lazımdır. Bundan əlavə, tədqiqata başlamaq üçün mövzu ilə
bağlı müəyyən mühakimələrə də sahib olmalısınız. Bu mühakimələr məsələ ilə
bağlı müşahidə etdiyiniz, sınaqdan keçirdiyiniz, sizə doğru və yanlış gələn
məlumatlar, faktlardır.
Ümumiyyətlə, hər bir elmi araşdırmanın strukturunda sistem təşkil edən
elementlər mövcuddur. Bu elementlər sırasında ən önəmli olanları aşağıdakı kimi
sıralamaq olar:
1. Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi;
2. İfadənin monoloji xarakteri;
3. Əsaslandırılmış faktlar;
4. Fikirlərin sistemli və məntiqi ardıcıllığı;
5. Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi;
6. Terminoloji leksikadan istifadə.
Düzgün elmi araşdırma aparmaq, biliklərdən məqsədəuyğun şəkildə istifadə
etmək üçün bu elementlərdən hər birinin funksiyasını bilmək, fərqini anlamaq
lazımdır.
Faktlar – empirik (təcrübədən əldə edilmiş) məlumatlar olaraq reallığın bir
parçasıdır və elmin təməlini təşkil edir. Elmin inkişafı bir qayda olaraq köhnə
nəzəriyyə çərçivəsində proqnozlaşdırılması və izahı olmayan yeni faktların ortaya
çıxması hesabına mövcud nəzəriyyənin təkmilləşdirilməsi və dəyişdirilməsidir.
Müşahidə və təcrübələrin elmi fakt hesab edilməsi üçün isə 2 şərt lazımdır:
1. təkrar müşahidə və təcrübələr;
2. sistemləşdirmə, təsnifat və ümumiləşdirmə kimi nəzəri təhlillər.
Hipotez – bir faktın, hadisənin və ya prosesin doğruluğu və yanlışlığı haqqında
izahat vermək və ya nəticə çıxarmaq üçün irəli sürülən fərziyyədir. Hipotezin bir
sıra xarakterik xüsusiyyətləri var:
1. Aktuallıq, başqa sözlə reallığı əks etdirmək. Hər bir hipotez müşahidə
aparılaraq qeydə alınmış faktlara əsaslanmalıdır;
2. Empirik sınaq, müşahidə və təcrübələrdən keçərlilik;
3. Tədqiqatın əsasını təşkil edən elmi hədəflə uyğunluq;
4. İzahedici keyfiyyət. Hipotez izahedici xarakterdə olmalı, müəyyən qədər
real fakt və gedişata açıqlama gətirə bilməlidir;
5. Hipotezlər ixtiyari və subyektiv xarakterdə olmamalıdır.
Araşdırmanın gedişində öncə ilkin hipotez formalaşdırılır. Daha sonra bu
hipotez yoxlanılır, dəqiqləşdirilir, müəyyən əlavələr edilir, bəzən isə tamamilə
dəyişdirilir. Hesab edilir ki, elmi tədqiqata bir hipotezlə davam etmək düzgün
deyil. Ən azı 2 hipotezlə işləmək lazımdır. Əsas hipotez və onun əksi olan
konturhipotez.
Nəzəriyyə - Elmi nəzəriyyələrin yaradılması tədqiqatın bütün obyekt və hadisələri
haqqında müəyyən material toplandıqdan sonra baş verir. Buna görə də
nəzəriyyələr hər hansı bir tədqiqatın yekun dövründə ortaya çıxır. Bir sözlə, elmi
nəzəriyyələrin yaranması uzun zaman və gərgin əmək tələb edən bir prosesdir.
Nəzəriyyələr yarandıqdan sonra onun elmi cəmiyyət tərəfindən müzakirə edilərək
qəbul olunması, tətbiq edilərək dəfələrlə sınanması da prosesin tərkib hissəsidir.
Elmi nəzəriyyələr fəaliyyət və təyinat xarakterinə görə bir sıra funksiyaları
yerinə yetirir:
1.Təsviredici;
2.İzahedici;
3.Proqnozlaşdırıcı;
4.Metodoloji
Elmi nəzəriyyə müəyyən bir sahə, anlayışla bağlı əlaqə və qanunauyğunluqları
bütövlükdə təqdim etməyə imkan verən ifadələr toplusu olmaqla mövcud biliklərin
təşkilinin ən yüksək inkişaf etmiş formasıdır. Nəzəriyyə, ilk növbədə alınan
bilikləri sistemləşdirməli, aydın ardıcıllıqla qurmalıdır. Bütün faktlar, prinsiplər,
qanun və qanunauyğunluqlar inteqral biliklər sistemində təqdim edilməlidir. Bütün
bunları elmi nəzəriyyənin təsviredici funksiyası yerinə yetirir.
Əldə olunan nəticələri, yeni formalaşdırılmış prinsipləri, eksperimental faktları,
və s. əvvəl məlum olanlarla müqayisəli şəkildə analiz edərək təqdim etmək isə
elmi nəzəriyyənin izahedici funksiyasına aiddir.
Üçüncü, proqnozlaşdırıcı funksiya ilk iki funksiya əsasında qurularaq gələcək
haqqında təsəvvür yaratdığı üçün mühüm əhəmiyyət kəsb edir. Proqnozların
düzgün hesablanması prioritetləri təyin edərək daha perspektiv sahələrə diqqət
yetitmək imkanı yaradır.
Nəhayət, nəzəri prinsip və qanunauyğunluqlar əsasında elmi-tədqiqat
fəaliyyətinin metod və üsulları formalaşır. Unutmaq lazım deyil ki, fundamental
nəzəriyyələr tədqiqatçıların dünyagörüşünü, elmin metodologiyasını dəyişməklə
bərabər, bəzən bütün dünyanı yenidən qurur.
Metod anlayışı. İstənilən elmi tədqiqatın planlanmasının kökündə mövcud elmi
metodlar durur. Elmi metod elmi və idrak fəaliyyəti çərçivəsində obyektiv
gerçəkliklə bağlı biliklərin aşkar edilməsi prosesində tənzimləyici prinsiplər,
üsullar və metodlar sistemidir. Metod hər hansı bir fenomen və prosesin nəzəri,
təcrübi baxımdan öyrənilməsi üsulu olub elmin əsas vəzifəsi sayılan obyektiv
reallığın qanunlarını kəşfetmə vasitəsidir.
Qədim yunan sözü olan “metod” məqsədə çatmaq üçün yol deməkdir. Buna görə
də sözün geniş mənasında metod dedikdə konkret problemi həll etmək, təcrübi və
ya nəzəri məqsədə nail olmaq üçün həyata keçirilməli olan rasional fəaliyyətlərin
məcmusu başa düşülür.
İnsan fəaliyyətinin istənilən sahəsi üçün müəyyənləşmiş metodlar mövcuddur.
Obyektiv biliklər əldə etmək üçün əsas vasitəyə çevrilən elmi metodların meydana
çıxması və inkişafı öncə fəlsəfənin, sonra isə elmin yaranması ilə bağlıdır. Çünki
məhz fəlsəfə ilk dəfə rasional-nəzəri dünyagörüş tipini ortaya qoymuş, daha sonra
isə bu istiqaməti müxtəlif elmlər davam etdirmişdir.
Elmi biliklərin əldə olunması tarixən inkişaf edən bir proses kimi insan
təcrübəsi ilə təsdiq edilərək sübut olunan dünya haqqında etibarlı biliklərin
meydana çıxmasına yönəlmişdir. Elm təkcə insanın gündəlik həyatda qarşılaşdığı
obyektləri deyil, uzaq gələcəkdə mənimsəyə, qavraya biləcəkləri obyektləri də
araşdırır. Bu baxımdan da elmi metodun düzgün seçilməsi tədqiqatın uğurunu
təmin edən mühüm şərtlərdən biridir.
Elmi işlərin aparılmasında iki fundamental metod tipi mövcuddur:
1.İnsanın ümumidrak prosesləri ilə bağlı həm elmi, həm də praktiki bilikləri aşkar
edən universal metod.
2.Yalnız elmi idrakla bağlı metodlar. Bu metod özü də 2 yerə bölünür:
1) empirik elmi metodlar;
2) nəzəri elmi metodlar.
Universal və ümumi elmi metodlarla yanaşı, yalnız konkret elmi fənlər
çərçivəsində işlənən, tətbiq olunan və təkmilləşdirilən spesifik xarakterli yüksək
ixtisaslaşdırılmış metodlar mövcuddur. Nəzəri və empirik tədqiqatın fənlərarası
metodları, o cümlədən konkret tədqiqat metodları əsasən yüksək ixtisaslaşdırılmış
idrak təcrübələridir. Elmdən elmə dəyişən belə metodların əhatə dairəsinə,
məsələn, fiziki eksperimentin aparılması metodologiyası, biologiyada
eksperimentin metodologiyası, sosiologiyada sorğu metodologiyası, tarixdə
mənbələrin təhlili metodologiyası, və s. aiddir.
Elmi və idrak fəaliyyətinin növündən asılı olmayaraq, istənilən elmi metod üç
fundamental prinsipə - obyektivliyə, sistemliliyə və təkrar istehsala əsaslanır.

- Obyektivlik idrak subyektinin öz obyektindən uzaqlaşdırılmasını nəzərdə


tutur, yəni tədqiqatçı subyektiv fikirlərin elmi idrak prosesinə təsir
göstərməsinə imkan vermir.
- Sistemlilik elmi və idraki fəaliyyətin nizamlılığını nəzərdə tutur, yəni elmi
bilik prosesi sistemli, nizamlı şəkildə həyata keçirilir.
- Təkrarlanabilirlik elmi biliklər prosesinin bütün mərhələlərinin digər
tədqiqatçıların rəhbərliyi altında oxşar, ardıcıl nəticələr əldə edərək
təkrarlana (çoxaldıla) və bununla da onların etibarlılığının yoxlanıla
biləcəyini nəzərdə tutur. Nəticələr təkrarlana bilmirsə, onlar etibarlı hesab
edilə bilməz.
Elmi-nəzəri tədqiqatlarda istifadə edilən universal metodlar bunlardır:
1.Analiz və sintez. Bizi özündə bir çox element, xassə və əlaqələrin birləşməsindən
ibarət sistem təşkil edən obyektlər əhatə edir. Elmin əsas vəzifələrindən biri isə
dünyanı əlaqə və münasibətlərin məcmusunda, dəyişmə və inkişaf prosesində dərk
etməkdir. Bütövü tam dərk etmək üçün onu elementlərə, hissələrə ayıraraq tədqiq
edən metod analizdir.
Sintez isə əksinə hissələrinə bölünmüş obyektin xüsusiyyət, xassə və əlaqələrini
bir araya gətirərək bütövlükdə təqdim edən idrak üsuludur. Analiz və sintez insan
təfəkkürünün əsasında duran ən elementar və sadə idrak üsulları olmaqla bərabər,
eyni zamanda onun bütün səviyyə və formalarına xas olan ən universal
metodlardır.
2.İnduksiya və ya deduksiya. Elmi tədqiqat prosesində tədqiqatçı çox vaxt mövcud
biliklərə əsaslanaraq elmə məlum olmayan nəticə çıxarmalı olur. Məlumdan
naməluma keçərək tədqiqatçı ya ayrı-ayrı faktlar haqqında biliklərdən istifadə
edərək, ümumi prinsiplərin kəşfinə yaxınlaşa bilər, ya da əksinə, ümumi
prinsiplərə söykənərək, konkret hadisələr haqqında nəticə çıxara bilər. Belə bir
keçid induksiya və deduksiya kimi məntiqi əməliyyatların köməyi ilə həyata
keçirilir. İnduksiya müəyyən xüsusi detallar əsasında ümumi nəticənin qurulduğu
əsaslandırma və tədqiqat üsuludur. İnduktiv təfəkkürün elmi əsasını canlı aləmdə
mövcud olan hadisələr arasındakı universal əlaqələr təşkil edir. Deduksiya isə
ümumi mülahizələrə əsaslanaraq daha kiçik hissə ilə bağlı nəticə çıxaran
əsaslandırma üsuludur. Qısa olaraq, induksiya xüsusidən ümumiyə, deduksiya isə
ümumidən xüsusiyə doğru istiqamətlənmiş təqdiqat üsuludur.
3.Abstraktlaşdırma və ümumiləşdirmə. Abstraktlaşdırma tədqiq olunan cisim və
hadisənin bir sıra xassə və əlaqələrini nəzərə almadan yalnız tədqiqatçını
maraqlandıran cəhət və münasibətlərin araşdırılması üsuludur. Təfəkkürün
abstraksiya fəaliyyətinin nəticəsi həm ayrı-ayrı anlayışlar, həm kateqoriyalar, həm
də onların sistemləri olan müxtəlif növ abstraksiyaların formalaşmasıdır
Abstraksiya prosesi bir tərəfdən ayrı-ayrı xassələrin nisbi təcrid olmasını, digər
tərəfdən isə xassələrin və tədqiqatçı üçün maraq doğuran münasibətlərin
seçilməsini nəzərdə tutan iki mərhələli xarakter daşıyır. Obyektiv reallığın
predmetləri sonsuz sayda müxtəlif xassə, xüsusiyyət və əlaqələrə malikdir. Bu
xassələrin bəziləri bir-birinə bənzəyir və biri digərini müəyyən edir, bir qismi isə
fərqli və nisbətən müstəqildir. İdrak və təcrübə prosesində hər şeydən əvvəl ayrı-
ayrı xassələrin nisbi müstəqilliyi bərqərar olur, onların arasından predmeti dərk
etmək və onun mahiyyətini açmaq üçün mühüm əhəmiyyət kəsb edənlər seçilir.
Belə bir seçim prosesi onu deməyə əsas verir ki, bu xassələr və münasibətlər
xüsusi əvəzedici əlamətlərlə təyin olunmalıdır, bunun sayəsində onlar şüurda
abstraksiyalar kimi sabitləşirlər.
Ümumiləşdirmə əşya və hadisələrin ümumi xassələri və xüsusiyyətlərini izah
edən idrak üsuludur. Ümumiləşdirmə əməliyyatı xüsusi və ya daha az ümumi
anlayışdan və mühakimədən daha ümumi anlayışa və ya mühakiməyə keçid kimi
həyata keçirilir. Ümumiləşdirmə abstraksiya ilə sıx əlaqədə həyata keçirilir.
Düşüncə bir sıra obyektlərin bəzi xassələrini və ya münasibətini
mücərrədləşdirdikdə, onların vahid sinifdə birləşməsi üçün zəmin yaranır. Bu sinfə
daxil olan obyektlərin hər birinin fərdi cəhətlərinə rəğmən onları birləşdirən
amillər ümumi xüsusiyyət kimi çıxış edir. Ümumiləşdirmə nəinki empirik
tədqiqatlarda, bəzən nəzəri biliklərin qurulmasının ilk mərhələlərində də geniş
istifadə olunur.
Empirik tədqiqat metodları içərisində isə ən önəmliləri bunlardır:
Müşahidə - insanın baş verənləri anlamaq üçün ətraf mühiti izləməsidir. Müşahidə
uzun sürən və dəfələrlə təkrar edilən bir prosesdir. Unutmaq lazım deyil ki, elmin
inkişafı məhz müşahidə vasitələrinin ixtirası ilə mümkün olmuşdur. Bunlara misal
olaraq, teleskop, mikroskop və s. göstərmək olar.
Təsvir -müşahidə nəticəsində ortaya çıxan fakt və hadisələrin şərh və izahıdır.
Müqayisə - hər hansı fenomen və hadisəni anlamaq və dərk etmək üçün ən çox
istifadə etdyimiz metoddur. Müqayisə yalnız bir-birinə bənzər fenomenlər arasında
aparılmalıdır.Tamamilə fərqli predmet və hadisələrin müqayisəsi metodoloji
baxımdan düzgün hesab edilmir.
Mövzu 11. Şifahi akademik kommunikasiya
Akademik kommunikasiyanın şifahi və yazılı formaları mövcuddur. Hər iki
forma akademik kommunikasiyanın ümumi xüsusiyyəti olan elmi biliklərin
mübadiləsini ehtiva etsə də özünəməxsus cəhətlərə də malikdir. Şifahi akademik
kommunikasiyanın ən populyar növləri mühazirə və məruzədir.
Məlum ollduğu kimi, əsrlər boyu ali təhsil ocaqlarında tədrisin təşkili mühazirə-
seminar formasında həyata keçirilir. Mühazirə sözünün latın dilində qarşılığı
“oxuma”dır. Belə ki, orta əsr universitetlərində müəllimlər dərz zamanı bu və ya
digər kitabı ucadan oxuyar, lazım gələrsə çətin və anlaşıllmaz məqamların izahını
verərdilər. Müasir günlərimizdə də mühazirə müəllim və tələbə arasında ən mühüm
birbaşa kommunikasiya formasıdır. Mühazirə aydın, dolğun, düzgün ardıcıllıqla,
məntiqi cəhətdən sistemləşdirilmiş və ən mühümü fənn proqramını tam əhatə edən
materiallar toplusudur. Mühazirədə fənnin əsas ideya və məzmununun tam əhatə
olunmasına diqqət yetirilir və sonrakı müstəqil işlərin istiqamətləri
müəyyənləşdirilir. Tədris prosesində mühazirə aşağıdakı funksiyaları yerinə yetirir:
- məlumatlandırıcı (tədris materialına uyğun yeni bilik və informasiyanın
ötürülməsi);
- yönləndirici (ixtisas, gələcək peşə və akademik intizamla tanışlıq);
- metodoloji (müvafiq elmin metodologiyası, elmi-tədqiqat metodları ilə bağlı
təsəvvürün formalaşdırılması);
- həvəsləndirici və stimullaşdırıcı (fənni müstəqil öyrənməyə, tədqiqat işinə,
özünütəhsil və peşəkar inkişafa təşviq);
- tərbiyəvi (dəyərlərin dərk edilməsi və qəbulu; öyrənilən materialın məzmunu
vasitəsilə dünyagörüşünün, münasibətlərin formalaşdırılması, mühazirəçi-
müəllimlə ünsiyyət);
- inkişafetdirici (təfəkkürün, nitqin, yaddaşın, xüsusi qabiliyyətlərin və s. inkişafı).
Mühazirələr üçün xarakterik olan əsas cəhətlər isə bunlardır:
-ən azı 10-15 səhifəlik (bir mövzu üçün) material;
- məntiqi konstruksiyaların, sübutların və ümumiləşdirmələrin əsaslılığı,
mürəkkəbliyi;
- müvafiq elm sahəsinin əsas anlayışlar sisteminin , metodologiyasının izahı;
- fəndaxili və fənlərarası əlaqələrin əsaslandırılması;
- nəzəriyyə və təcrübənin inkişaf səviyyəsinin təhlili və elmi qiymətləndirilməsi;
- tələbələrin peşəkar inkişafı üçün tədris edilən fənnin və müvafiq elmin
əhəmiyyətinin əsaslandırılması.
Tədris prosesində bir neçə mühazirə növündən istifadə olunur. Bunların arasında
“giriş mühazirə”, “istiqamətrverici mühazirə”, “icmal mühazirə”, “yekun
mühazirə” və s. göstərmək olar. Strukturuna gəlincə isə tip və növündən asılı
olmayaraq mühazirə üç hissədən ibarət olmalıdır: giriş, əsas hissi və nəticə. Girişdə
lektor mühazirə mövzusunun məqsədini, toxunduğu məqamları, əhatə etdiyi
məsələləi izah etməklə tələbələrin diqqət və marağını cəld etməli, bir növ
auditoriyanı bu mövzu ətrafında düşünməyə, dinləməyə, yeri gələrsə dialoqa
qoşulmağa hazır vəziyyətə gətirməlidir. Bu baxımdan mühazirənin giriş hissəsinin
mükəmməl hazırlanması çox önəmlidir. Mühazirənin girişi ağır elmi dildə
olmamalı, terminoloji leksikadan az istifadə edilməlidir. Unutmaq lazım deyil ki,
mühazirə şifahi akademik kommunikasiya formasıdır və yazılı elmi dillə
müqayisədə daha aydın və anlaşıqlı hazırlanmalıdır.
Mühazirənin əsas hissəsi bütünlükdə mövzunun şərhi və izahına həsr olunur. Bu
hissə tamamilə elmi xarakter daşımalı, nəzəri məlumatlar müvafiq elmi
ədəbiyyatdakı fikirlərə uyğun olmalı, məsələ ilə bağlı mübahisəli məsələlərdən yan
keçilməməlidir. Ali məktəb təhsilinin ən mühüm keyfiyyətlərindən biri də məhz
budur. Müəyyən mövzularla bağlı alimlərin müxtəlif fikirlərini, fərqli yanaşma
tərzlərini tələbələrə olduğu kimi çatdırmaq, onların mövqeyini, hansı alimin
müddəalarına üstünlük verdiklərini öyrənmək, bir sözlə düşünməyə, müqayişə edib
nəticə çıxarmağa yönləndirmək universitet təhsilinin əsas məqsədlərindən biridir.
Nəticə isə mühazirədə izah olunan məsələlərin məntiqi yekunu, ümumiləşdirilmiş
icmalıdır. Nəticədə mühazirə zamanı ortaya çıxmış elmi biliklər, müddəa və
qanunauyğunluqlar bir daha qısa şəkildə vurğulanır. Daha doğrusu, bu
mühazirədən nələr öyrəndik sualına cavab verilir.
Mühazirə formasında dərs müasir təhsil sistemimizin əsasını təşkil etsə də burada
da bəzi çatışmazlıqlar mövcuddur. Əsas problem passiv dinləyici məsələsidir.
Təcrübə göstərir ki, bəzən hərtərəfli hazırlanan və təqdim olunan mühazirələr belə
auditoriyanın marağını cəlb edə bilmir.
Müasir dövrdə müxtəlif texniki vasitələrin tətbiqi ilə informasiyanın vizual
şəkildə təqdimolunması mühazirələrin daha dinamik və cəlbedici təşkil edilməsinə
şərait yaradır. Vizuallaşdırma verbal (sözlü) informasiyanın vizual (görüntülü)
formaya transformasiyasını nəzərdə tutur ki, bu, abstrakt və nəzəri anlayışların
təsəvvürünə şərait yaradaraq yalnız eşitmə deyil, görmə orqanlarının da
informasiyanın qəbulu prosesində iştirakını təmin edir.
Qərb təhsil sistemmində tələbələrdə idrak proseslərini sürətləndirmək, dinləmə
keyfiyyətini artırmaq üçün “ikilikdə mühazirə”, “səhv hazırlan mühazirə” kimi
variantlardan da istifadə edilir. “İkilikdə mühazirə” iki müəllimin eyni mövzu
ətrafında dialoq, fikir mübadiləsi, mübahisəsi əsasında qurulur ki, məqsəd
auditoriyanı da müzakirəyə qoşmaq, tələbələrin də mülahizələrini eşitməkdir. Bu
tərz mühazirələr üçün adətən problemli mövzular seçilir, material mövzu ilə bağlı
müxtəlif baxış və ziddiyyətli yanaşmalar formasında təqdim edilir.
“Səhv hazırlanan mühazirə”lər də tələbələrin aktivliyini artırmaq məqsədi güdür.
Bu tip mühazirələrin aparılması metodikası aşağıdakı kimidir: Mövzu elan
edildikdən sonra müəllim mühazirədə məzmun və metodik baxımdan səhvlərin
olduğunu elan edir. Səhvlərin miqdarı isə mövzunun həcmi və auditoriyanın
hazırlıq səviyyəsindən asılıdır. Müəllim və tələbələr arasında tam etibarı təmin
etmək üçün səhvlərin siyahısı əvvəlcədən hazır şəkildə olmalıdır. Mühazirənin
sonunda tələbələr müəllimin buraxdığı səhvləri adlandırmalı və düzəltməlidirlər.
Hər iki mühazirə tipi tələbələrin aktivlivliyi üçün zəmin yaradır, onlarda
informasiyanı sadəcə qəbul etməklə kifayətlənməmək, analiz və qiymətləndirmə
aparmaq bacarıqlarını da inkişaf etdirməyə sövq edir.
Məruzələr elmi konfrans və seminarlarda şifahi formada ifadə edilən
kommunikasiya növüdür. Belə konfransların təşkil edilməsində əsas məqsəd
iştirakçıları müxtəlif elmi tədqiqatların nəticələri ilə tanış etmək, elmdə
mübahisəli, həllini tapmayan problemləri birgə müzakirə etməkdir.
Məruzə xüsusi struktura malik şifahi akademik kommunikasiya növüdür. Bütün
məruzələr bir qayda olaraq giriş hissə ilə başlayır. Girişdə qısa olaraq elmi işin
mahiyyəti izah edilir, daha sonra məqsəd və vəzifələri təqdim olunur. Tədqiqatın
məqsəd və vəzifələri qısa və sayı çox olmayan bəndlər şəklində olmalıdır. Əks
təqdirdə hər bəndin izahı uzun zaman tələb edəcək.
Məruzənin ən geniş bölümü təbii ki, əsas hissəsidir. Burada tədqiqat prosesinin
gedişi, qoyulan vəzifələrin həyata keçirilməsi üçün atılan addımlar ətraflı izah
edilməlidir. İşin təqdimatında sxem, cədvəl və foto şəkillərdən istifadə məlumatın
daha vizual formada çatdırılmasını təmin edir.
Son olaraq işin nəticəsi ortaya qoyulur. Nəticənin də icmal formada olması, qısa
və konkret bəndlər şəklində verilməsi tələb edilir.
Məruzədəçidə isə 3 əsas keyfiyyət cəmlənməlidir: analiz aparmaq, nəticələri
dinləyicilərə dəqiq çatdırmaq və suallara mükəmməl cavab vermək. Məruzənin
əsas keyfiyyətləri bunlardır:
- mümkün qədər qısa və aydın cümlələrdən istifadə etmək;
- terminoloji leksikadan az istifadə etmək;
- işin önəmli yerlərinə xüsusi vurğulamaq;
- mövzunu slayd formasında təqdim etmək;
- jest və mimikalardan düzgün istifadə etmək.
Mühazirə və məruzə bir-birinə bənzər elmi mətn nümunəsi olsa da aralarında

incə fərqlər də vardır. Məruzə bir qayda olaraq, müəyyən bir mövzuda faktların
kifayət qədər konkret, aydın, ciddi sıralanmış siyahısıdır. Mühazirə isə lektorun bu
faktlara və ya bütövlükdə mövzuya baxışının təqdim edilməsini, onun fakt və
hadisələri şərh etməsini nəzərdə tutur. Mühazirə materialın təqdimatında daha çox
sərbəstliyi və mühazirəçi ilə auditoriya arasında kifayət qədər intensiv ünsiyyəti
nəzərdə tutur. Mühazirədə mövzu ilə bağlı artıq elmə məlum olan faktlar, müxtəlif
alimlərin fikirləri bir arada təqdim edilir. Elmi məruzə isə daha çox yeni
informasiya və təcrübə nəticələrini əks etdirir.

Mövzu 12. Yazılı akademik kommunikasiya


Yazılı akademik kommunikasiya elmi biliklərin qeydə alınması, saxlanılması
və ötürülməsi prosesində əvəzolunmaz rol oynayır. Uzun əsrlərdən bəri filosof,
alim və düşüncə sahiblərinin əsərləri bizə məhz yazılı şəkildə gəlib çatmış, elmin
inkişafı bu yolla davam etmişdir.
Monoqrafiya ən iri həcmli akademik yazı nümunələrindən biridir. Monoqrafiya
müəyyən bir mövzunun hərtərəfli araşdırıldığı elmi işdir. Burada mövzu ilə bağlı
mümkün qədər çox ədəbiyyat ümumiləşdirilir, təhlil edilir, problemlər diqqətə
çatdırılır, fərzsiyyələr irəli sürülür və nəhayət ən optimal həll yolları göstərilir.
Monoqrafiyalar adətən geniş biblioqrafik göstəricilər, qeydlər və s. ilə müşayiət
olunur.
Monoqrafiya bir müəllifin yazdığı əsər yox, konkret bir mövzuya həsr olunmuş
tədqiqatdır. Buna görə də fərdi və kollektiv monoqrafiyalar mövcuddur. Elmi
mühitdə monoqrafiyaların yazılmasına beşdən çox həmmüəllifin cəlb edilməsi
tövsiyə edilmir. Monoqrafiyanın həcminə gəlincə, bununla bağlı heç bir normativ
akt yoxdur. Lakin titul vərəqi, ədəbiyyat siyahısı, istinadlar və s. üçün qəbuledilmiş
normalar mövcuddur.
Dərslik və dərs vəsaitlərindən fərqli olaraq, monoqrafiya digər alimlərin
əsərlərinin məcmuəsi və ya məlum faktların ifadəsi ola bilməz. Monoqrafiya
müəllifin (yaxud müəlliflərin) şəxsi tədqiqatının nəticələrini, yeni fikirləri,
problemin orijinal təhlilini əhatə etməlidir. Dissertasiya işini də monoqrafiya kimi
çap etmək mümkündür. Lakin bu zaman onu daha oxunaqlı hala gətirmək, dilini
bir qədər sadələşdirmək lazımdır. Dar mütəxəssis dairəsi üçün yazılan
dissertasiyalardan fərqli olaraq, monoqrafiyalar daha geniş oxucu kütləsi üçün
nəzərdə tutulur.
Monoqrafik tədqiqatda elmi-publisistik üslubdan istifadə olunur. Burada
dəbdəbəli başlıqlar, frazeoloji birləşmə və obrazlı ifadələrdən istifadə etmək
yolverilməzdir. Materialın təqdimatını tədricən yekun nəticələrə çatdırmaq, onları
mümkün qədər aydın şəkildə ifadə etmək lazımdır. İstənilən monoqrafiyanın əsas
dəyəri məhz nəticələrdir.
Dərslik tədris olunan fənnin təsdiqlənmiş proqramını bütünlüklə əhatə edən
akademik nəşr növüdür. Dərslikdə bütün mövzular sistemli şəkildə, ardıcıllıqla,
başlıq, yarımbaşlıqlar formasında təqdim edilir. Elmi istiqamətə uyğun olaraq
cədvəllər, sxem və qrafiklər, müəyyən izahedici terminoloji lüğət, çalışma və
tapşiriqların verilməsi də dərsliyə xas xüsusiyyətlərdən biridir. Ali məktəb
dərsliklərinin hazırlanmasında diqqətə alınacaq əsas cəhətlər bunlardır:
- universitetin (yaxud ixtisasın) texniki və humanitar yönümlü olması;
- tələbələrin yaşı və bundan irəli gələn qavrama səviyyələri;
- fənnin məcburi, yoxsa seçici olması;
- dərsə verilən saatların miqdarı;
- fənnin nəzəri, yoxsa praktiki əhəmiyyət daşıması və s.
Dərsliklər daim yenilənən tədris vasitəsidir. Elmin durmadan inkişafı, müasir
gənclərin tələb və istəklərinin dəyişməsi dərsliklərin mütamadi olaraq
yenilənməsini, günün tələblərinə cavab verməsini tələb edir. İnformasiya
texnologiyalarınn inkişaf etdiyi, bütün dərslik, dərs vəsaiti və əlavə kitabların
əlçatan olduğu dövrdə yüksək səviyyəli dərslik yazmaq müəllifdən savad, təcrübə,
müasir tələbləri düzgün qiymətləndirməyi tələb edir. Çünki müasir tələbənin
müxtəlif dillərdə əldə edə biləcəyi dərslik sayı istənilən qədərdir.
Dərs vəsaiti də tədris proqramına uyğun hazırlanan, dərsliyi tam və ya qismən
əvəz edən nəşr hesab olunur. Dərs vəsaitinin hər bölməsində nəzəri materiala
uyğun sual və tapşırıqların verilməsi tələb edilir. Əksər hallarda dərs vəsaiti
dərsliyə əlavə olaraq hazırlanır. Bəzi istisna hallarda isə dərsliyi bütünlüklə əvəz
edə bilir. Dərs vəsaitlərində adətən daha yeni və uyğun tədris materialı verilir,
çünki dərsliklə müqayisədə daha tez və operativ hazırlanır. Bununla belə, dərs
vəsaitinə daxil edilmiş tədris materialı dərslikdə verilən fundamental biliklərə və
müddəalara uyğun olmalıdır.
Elmi məqalə ən çox istifadə olunan akademik yazı nümunəsidir. Növündən asılı
olaraq elmi məqalələrin məzmuni bir-birindən fərqlənir. İcmal məqsədilə yazılan
məqalələrdə müəllif mövcud ədəbiyyatları təhlil edərək mövzunun tədqiqat
səviyyəsini qiymətləndirir, həll edilməmiş problemləri və bu sahədə tədqiqat
perspektivlərini müəyyənləşdirir. Adətən icmal məqalələr mövzuya dərindən bələd
olan, bu sahədə sözünü demiş təcrübəli alimlər tərəfindən yazılır.
Elmi məqalənin digər növü hesab edilən eksperimental məqalələrin müəllifləri isə
əsasən magistr tələbə, doktorant və yaxud elmdə yeni addımlarını atan gənc alimlər
olur. Bu tip məqalələrdə müəəyən konkret tapşırığa əsasən aparılan təcrübə və
onun nəticələri ifadə edilir. Növündən asılı olmayaraq elmi məqalələr aydın
struktura malikdir və bir qayda olaraq aşağıdakı hissələrdən ibarətdir:
- başlıq (başlıq);
- annotasiya;
- açar sözlər;
- griş;
- ədəbiyyat icmalı;
- əsas hissə;
-nəticələr və tədqiqatın gələcək perspektivləri;
-biblioqrafiya.
Bəs elmi məqalə yazmağa necə başlamaq lazımdır? Hər şeydən əvvəl məqaləni
xırda detallarına qədər əhatə edən plan hazırlanır. Sonra addım-addım plana uyğun
hərəkət etmək gərəkdir. Məsələn, planın bəndlərindən biri məqaləyə ad seçməkdən
ibarətdir. Məqalənin başlığı bir cümlə olsa da onu diqqətlə düşünərək seçmək üçün
zaman ayırmağa dəyər. Başlıq məqalənin məzmununu tam əks etdirməklə yanaşı
cəlbedici olmalıdır. Əks halda bu qədər informasiya axını içərisində sizin işniz
diqqətdən kənarda qala bilər. Məqalənin oxucu marağına səbəb olması üçün
annotasiyanın da düzgün və keyfiyyətli hazırlanması önəmlidir.
Annotasiya elmi məqalənin məqsəd, məzmun və digər xüsusiyyətlərinə görə qısa
təsviridir. O eyni zamanda məqalənin aktuallığını da müəəyən edir. Oxucu
annotasiya ilə tanış olduqdan sonra məqaləni oxuyub-oxumayacağına qərar verir.
İşin praktiki və elmi əhəmiyyəti, həyata keçirilən metodologiya, əldə edilmiş
nəticələr haqqında məlumatlar da annotasiyada öz əksini tapmalıdır. Annotasiyada
rəqəm, cədvəl, vizual materialların istifadəsi tövsiyə edilmir. Annotasiyanın mətni
elmi üslubun tələblərinə uyğun, aydın, yığcam, anlaşılmaz sözlərə yol vermədən
hazırlanır. Annotasiyanın mətni məqalə ilə eyni olmamalıdır.
Açar sözlərin əsas vəzifəsi elmi məqalənin mənasını əks etdirməkdir. Bundan
əlavə, açar sözlər həm də müvafiq elektron məlumat bazalarında məqalələri
tapmağa kömək edir. Açar sözlər rus və ingilis dillərində tərtib olunur və
annotasiyadan dərhal sonra verilir. Tövsiyə olunan miqdar: 4-8 söz.
Məqalənin giriş hissəsində tədqiqatın məqsədi ilə bağlı məqamlar açıqlanır.
Müəllif öncə mövzu haqqında ümumi məlumatları göstərir sələf alimlərin mövzu
haqqında fikir və mülahizələrinə yer verir, problem kimi qiymətləndirdiyi
məqamları açıqlayır. Məqalənin giriş hissəsinə daxil olmalı ən vacib məqamları
belə qruplaşdırmaq olar:
- Tədqiqat predmetinin xassələrinin məqsədi və xüsusiyyətlərinin təsviri;

- Elmi məqalənin mövzusunun əhəmiyyət dərəcəsi və digər alimlərin oxşar


əsərləri ilə müqayisədə onun yeniliyi;
- Problemi nəzərdən keçirərkən ilkin fərziyyələr (əgər varsa);
Əsas hissə elmi məqalənin ən geniş və mühüm bölməsi olaraq tədqiqat
prosesini, nəticə çıxarmağa imkan verən əsaslandırmaları ortaya qoyur. Məqalə
təcrübələrin nəticələrinə əsasən yazılıbsa, bu təcrübələri ətraflı təsvir etmək,
mərhələləri və ara nəticələri əks etdirmək lazımdır. Bəzi təcrübələr uğursuz
olarsa, uğursuz nəticəyə təsir edən şərtləri və çatışmazlıqların aradan
qaldırılması üsullarını izah etmək vacibdir. Bütün tədqiqatlar mümkün qədər
əyani şəkildə təqdim olunur. Məqalədə bu məqamlar sxemlər, cədvəllər,
diaqramlar, qrafik modellər, düsturlar, fotoşəkillər vasitəsilə göstərilir.
Cədvəllər başlıqlarla, qrafik material isə şəkil başlıqları ilə təmin edilməlidir.
Hər bir belə element məqalənin mətni ilə birbaşa əlaqəli olmalı, məqalənin
mətnində ona istinad keçid verilməlidir. Təcrübə üsullarının təsviri və sxemi o
qədər təfərrüatlı olmalıdır ki, hər hansı digər alim mətni oxuyaraq işi təkrarlaya
və ideal olaraq oxşar nəticələr əldə edə bilsin.
Məqalənin nəticə hissəsində müəllifin əsas nailiyyətləri mücərrəd şəkildə dərc
olunur. Bütün nəticələr obyektiv olmalı, müəllifin şərhi olmadan olduğu kimi dərc
edilməlidir. Bu, oxuculara əldə edilən məlumatların keyfiyyətini qiymətləndirməyə
və onların əsasında öz nəticələrini çıxarmağa imkan verir.
Bütün elmi məqalələrin sonunda istinad edilən ədəbiyyat siyahısı əlifba sırasına
uyğun şəkildə təqdim edilir.
Tezis bir və ya bir neçə cümlə şəklində tərtib edilmiş fikirdir. Yunan dilindən
tərcümədə "tezis" sözü "quraşdırma" deməkdir. Fikirləri tezis formasında
formalaşdırmaq natiqin, siyasətçinin, təbliğçinin və jurnalistin faydalı
keyfiyyətidir. Elmi tezis isə məqalə, məruzə, dissertasiya və s.nin xülasəsidir.
Tezis müxtəlif konfranslarda, kütləvi çıxışlarda, dissertasiya müdafiəsində, eləcə
də həcm məhdudiyyətləri səbəbindən materialın tam təqdimatı mümkün olmadığı
elmi toplularda nəşr üçün, irihəcmli elmi işdə ilkin mərhələ kimi geniş istifadə
olunur.
Annotasiyadan fərqli olaraq tezisdə orijinal mətndən istifadə oluna bilər.
Konfranslara təqdim olunan tezislər 2 növdə hazırlanır. Birinci halda artıq
haqqında ətraflı məqalə yazılmış bir tədqiqat işinin tezisi hazırlanır. Məqalədəki
əsas fikirləri, alınan nəticələri bəndlər formasında təqdim edilir.. İkinci halda isə
tezis aparılması nəzərdə tutulan təcrübənin ilkin detalları, yaxud yazılacaq
məqalənin əsas məqamlarını əhatə edir.

Mövzu 13. Kommunikativ proseslərsə nitq. Nitqin tip və növləri


İşgüzar və akademik kommunikasiya dil vasitəsilə və nitq prosesində peallaşır.
Kommunikasiya üçün “dil” və “nitq” anlayışları çox mühümdür. Hər hansı bir fikir
və düşüncənin formalaşmasında dil, ötürülməsində isə nitq xüsusi əhəmiyyət kəsb
edir. Bu prosesi daha dərindən anlamaq üçün “dil” və “nitq” anlayışlarının
mahiyyətini düzgün dərk etmək, oxşar və fərqli cəhətlərini, funksiyalarını bilmək
zəruridir. Uzun zaman dilçilikdə nitq və dil əksəriyyət tərəfindən eyni anlayışlar
kimi qəbul edilmişdir. Düzdür, hələ antik dövrdə stoiklər dil və nitq məsələsi
barədə müəyyən fikirlər irəli sürməyə cəhd göstərmişlər. Lakin dil və nitqin fərqli
anlayışlar kimi tədqiqata cəld edilməsi ənənəsi alman filosof-alimi Vilhelm
Humboltla başlayır. Onun bir sıra əsərlərində dil və nitqin sərhədlərinin
müəyyənləşməsinə cəhd edilmişdir. Bu sahə ilə bağlı XX əsr dilçisi F.de Sössürün
fəaliyyəti daha hərtərəfli və genişdir. Struktur dilçiliyin banisi sayılan F.de
Sössürün sistemli dil haqqında təlimində əsas yeri dil və nitqi fərqləndirmək durur.
O, belə bir sxem təqdim edir:
nitq fəaliyyəti (langage) – nitq (parole) – dil (langua)
Nitq fəaliyyəti - konkret nitq aktı, danışıq prosesidir.
Nitq – insan danışığının cəmidir.
Dil – insanın ünsiyyəti, təfəkkürü və onun ifadəsinə xidmət edən işarələr
sistemidir.
Dil və nitqi bir-birindən fərqləndirən əsas cəhətlər aşağıdakılardır:
1.Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
Biz bütün ünsiyyətimiz zamanı, istər şifahi, istərsə də yazılı kommunikativ
münasibətlərimizdə hakim olduğumuz dil və ya dillərdən, dilin fonetik, leksik,
sintaktik vahidlərindən bir vasitə kimi istifadə edərək, daha doğrusu, bu
vahidlərdən öz fərdi kombinasiyalarımızı yaradaraq nitq prosesini reallaşdırırıq.
Ümumi dil vahidlərindən fərdi nitqimizi qururuq.
2.Dil həcm və keyfiyyət baxımından nitqdən genişdir.
Heç bir halda dilin potensialı ilə nitqin potensialı müqayisə edilə bilməz. Çünki
nitq dilin təzahür formasıdır. Ən istedadlı, dilin bütün incəliklərinə bələd, uzun
illər mütaliə təcrübəsi olan insanın nitqi belə dilin bütün potensialını özündə əks
etdirə bilməz.
3.Dil ümumi, nitq isə fərdi xarakter daşıyır.
Dil ictimai hadisə olduğu üçün xalqa məxsusdur, nitq isə qeyd etdiyimiz kimi,
fərdi insanların danışığının cəmidir. Məsələn, “Azərbaycan xalqının dili” ifadəsi
düzgün olduğu halda, “Azərbaycan xalqının nitqi” ifadəsini işlətmək doğru
deyildir.
4.Nitqi dildən fərqləndirən başlıca əlamətlərdən biri odur ki, nitq yalnız şəxslər
arasında baş verir. Şəxssiz nitq mümkün deyildir. Lakin dil belə deyil. Məsələn ölü
dillər hazırda şəxslərarası ünsiyyətə xidmət etməsə də mövcuddurlar və biz onlar
üzərində müəyyən tədqiqat işi apara bilirik.
5.Dil nitqə nisbətən sabit, nitq isə dəyişkəndir.
Dilin qrammatik quruluşu uzun zaman müddətində formalaşdığı üçün möhkəm bir
sistem təşkil edir və az dəyişir. Dil səviyyələri içərisində daha çox dəyişikliyə
uğrayan leksik səviyyədir. Qrammatik quruluş isə əsrlər boyu sabit olaraq qalır.
Müasir türk dilləri ilə onların əcdadı hesab edilən qədim türk dilinin qrammatikası
arasında oxşar cəhətlər fərqlərdən qat-qat çoxdur. Nitqə gəlincə isə fərdi xarakter
daşıdığından o daha dəyişkəndir. Bir insanın nitqi zamanla inkişaf edərək
təkmilləşə və yaxud deformasiya oluna bilər. Nitqimizi zənginləşdirmək, daha
təkmil formaya salmaq bizım əlimizdədir.
Dil və nitq arasında fərqləri daha detallı şəkildə belə qruplaşdırmaq olar:
Dil Nitq
ümumbəşərilik millilik
potensiallıq (mümkünlük) gerçəklik (realizə edilmək)
ümumilik xüsusilik
obyektivlik subyektivlik
mücərrədlik konkretlik
normalıq üslubilik
neytrallıq emosionallıq
ümumxalqlıq dialektlik
Dil və nitqin funksiyaları arasında da müəyyən fərqlər mövcuddur.
1. Dil ünsiyyət və kommunikasiya vasitəsidir. Bu dilin ən mühüm funksiyasıdır.
2.Dil düşüncə formalaşdırma vasitəsidir, daha dəqiq desək dil təfəkkürümüzün
sözlərlə ifadəsidir.

3.Dilin koqnitiv funksiya daşıyır. Dil dünyanı tanımaq, bilik toplamaq və başqa
insanlara və sonrakı nəsillərə ötürmək vasitəsidir.
Nitqə gəlincə, kommunikativ, emotiv (ekspressivlik), estetik (poetik)
funksiyaları göstərmək olar. Bunlardan əlavə, nitq prosesində əşya, hal-hərəkət,
vəziyyət, anlayışlar ümumi deyil, daha dar mənada, real vəziyyətdə adlandırılır.
Bütün bunlarla yanaşı, dil və nitq biri digərinin təzahürü, biri digərini
şərtləndirən anlayışlardır. Dil və nitqin qarşılıqlı münasibətləri obyektiv zərurət
kimi mövcuddur. Çünki dil öz varlığını nitqdə, nitq isə mənbəyini dildə tapır.
Bütün kommunikativ situasiyalar nitq prosesi ilə qurulur. Nitq prosesində üç
başlıca amil mövcuddur.
- danışmaq;
- eşitmək;
- dərk etmək.
Düzgün danışmaq, yaxşı eşitmək və normal dərk etmək nitq prosesinin
keyfiyyətini təmin edən əsas cəhətlərdir.
Nitqin tipləri. Daxili nitq emosional-iradi tənzimləmə vasitəsi və özünütərbiyə
üçün şərtdir. Bu nitq növünün köməyi ilə mürəkkəb nitq formaları formalaşır.
Daxii nitqi bəzən “təfəkkür laboratoriyası”,“dil laboratoriyası”da adlandırırlar. O,
təkcə nitqin inkişafının məhsulu deyil, həm də onun ən mühüm vasitəsidir.
Daxili nitq şəxslıərarası ünsiyyət üçün nəzərdə tutulmamışdır. Daxili nitq
səssizdir, tələffüz edilmir və daha çox düşüncə prosesi kimi xarakterizə edilir.
Daxili nitq 2 formada təzahür edir: şəxsi daxili nitq və daxili oxuma. Şəxsi daxili
nitq insanın düşüncələrindən, qısa mühakimələrindən ibarətdir. Daxili oxuma isə
hər hansı bir mətnin fikrən təkrarıdır. Məsələn, müəyyən bir məruzə, çıxış və
yaxud əzbər şeiri səsli təkrar etmək mümkün olmadıqda daxili oxumadan istifadə
edilir.
Daxili nitqin əsas xüsusiyyəti onun spesifik sintaktik quruluşa malik olmasıdır.
Daxili nitqi qeydə almaq mümkün olsaydı xarici nitqlə müqayisədə qısa,
parçalanmış, fraqment şəkilli, tutarsız, qarışıq bir mətn ortaya çıxardı. Daxili nitq
nominativ xarakter daşımır, yəni əşya və hadisələri adlandırmır. Bu baxımdan da
əksər hallarda cümlədə subyekti ifadə etmir. Daha çox nə edilməli olduğunu,
hərəkətin istiqamətini bildirir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, daxili
nitq predikativ xarakterdədir. Məsələn, “Biz səhər tezdən kəndə getdik”, “Bu gün
hava çox soyuqdur” cümlələri daxili nitqdə “getdik” və “soyuqdur” şəklində ifadə
olunur.
Daxili nitq sürətlidir. Biz daha çevik düşünür, daxili nitq prosesində fikirlərimizi
daha sürətli formalaşdırırıq. Fikirlərimizi başqalarına çatdırarkən isə daha
mürəkkəb cümlələr qurduğumuz üçün nitqin sürəti təbii olaraq aşağı düşür.
Daxili nitq elliptik xarakterlidir. Daxili nitqdə qurduğumuz cümlədə cümlə
üzvlərinin bir çoxu düşür və yaxud yerini dəyişir. Məsələn, “Bu gündən
məzuniyyətə çıxdım” cümləsi daxili nitqdə ya “Məzuniyyətə çıxdım”, ya da daha
qısa “Məzuniyyət!” formasında qurulur.
Daxili nitq eyni zamanda bütün norma və kriteriyalardan azad nitqdir. Burada
nə ədəbi dil normalarına, nə də etik normalara əməl etmək tələb edilmir. Lakin
unutmaq lazım deyil ki, insanın intellekti onun xarici nitqinin formalaşmasında
mühüm rol oynadığı kimi, daxili nitqi üçün də əsas meyarlardan biridir.
Xarici nitq səs siqnallarından, yazılı işarə və simvollardan istifadə edərək fikrin
maddiləşdirilməsi prosesidir. Xarici nitq ünsiyyətə xidmət etdiyi üçün əsas
xüsusiyyəti digər insanların qavrayışına münasib olmasıdır. Xarici nitq aydın və
anlaşıqlı, məntiqi cəhətdən düzgün qurulmalı, ədəbi dilin fonetik, leksik və
qrammatik normaları gözlənilməli, etik qaydalara əməl edilməlidir. Səslərdən,
yaxud yazı işarələrindən istifadə olunmasından asılı olaraq şifahi və yazılı
formada təzahür edən xarici nitq mədəni ünsiyyət nümunəsidir. Bu səbəbdən də
mədəni nitqə verilən bütün tələblərə cavab verməlidir.
Bəzən özümüzə aydın olan mətləbləri digərlərinə anlatmaqda, bildiklərimizi
doğru-düzgün ifadə etməkdə çətinlik çəkirik. Bunlar birbaşa xarici nitqimizin
inkişaf etməməsi ilə bağlıdır. Fikir və düşüncələrini dolğun, ətraflı, sərbəst ifadə
etmək bacarığı insanın iş həyatında mühüm əhəmiyyət kəsb edir. Əbəs yerə “insanı
geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” deyilməyib. Ağlınızı isə yalnız
nitqinizlə (şifahi, yaxud yazılı) nümayiş etdirə bilərsiniz.
Monoloji və dialoji nitq. Nitq şərait və məqsədlə əlaqədar iki növə ayrılır:
a)monoloji nitq;
b) dialoji nitq.
Monoloq və dialoq nitqin vəhdət təşkil edən vahidləridir. Buna görə də dialoji
nitqin ünsürləri monolojidə, monoloji nitqin ünsürləri isə dialojidə öz əksini tapır.
Bunların hər ikisi nitq ünsiyyəti sisteminə daxil olub ümumi bir vəzifə yerinə
yetirir. Bununla bərabər, hər növün özünə aid həm linqvistik, həm də
ekstralinqvistik xüsusiyyətləri vardır.
Monoloq yunan mənşəli söz olub mono (tək), loqos (söz, nitq, elm) sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Monoloq bir subyekt tərəfindən ifadə edilən qarşı
tərəflə tamamilə əlaqəsi olmayan mürəkkəb sintaktik bütövdür. Monoloq müəyyən
zaman kəsiyində öz fikirlərini ifadə etmək, yaxud da hər hansı bilik sistemini
ardıcıl təqdim etməkdir.
Monoloji nitq aşağıdakı meyarlarla xarakterizə olunur:
-fikrin tamlığını təmin edən ardıcıllıq və inandırıcılıq;
-qrammatik cəhətdən düzgün formalaşma;
-vokal vasitələrin keyfiyyəti və texniki cəhətdən düzgün istifadəsi.
Monoloji nitq məzmun və dil quruluşu baxımından dialoqdan daha mürəkkəbdir
və natiqdən yüksək proffesionallıq tələb edir.
Monoloqlar standart tipli nitq nümunəsi olmayıb yetərincə rəngarəngdir.. Fikrin
məzmunu baxımından monoloqları üç növə ayırmaq mümkündür: təsvir, təhkiyə
və əsaslandırma.
Təsviredici monoloqlarda əşya və hadisələrin xüsusiyyətləri xırda detallarına
qədər işıqlandırılır. Təsviredici monoloji nitqdən müxtəlif üslublarda istifadə edilir.
Elmi üslubda hazırlanmış monoloqda mövzunun xassə və əlamətlərinin açılması,
dəqiqlik, məntiqilik əsasdır. Elmi üslubda hazırlanan monoloqlara mühazirələr,
konfrans və seminarlarda söylənən məruzələr aiddir.
Bədii üslubdakı təsviredici monoloq bədii təsvir vasitələrindən geniş istifadə
olunması, obrazlı ifadələrin çoxluğu ilə seçilir. Bir çox bədii əsərlər məhz belə
təsviredici monoloqlarla başlayır.
İşgüzar üslubda isə təsviredici monoloqdan müəyyən xarakterik xüsusiyyətləri
sadalamaq üçün istifadə olunur.
Təhkiyə əsasında hazırlanmış monoloji nitq müəyyən hadisə haqqında məlumat
vermək məqsədi daşıyır. Bu səbəbdən də bəzi ədəbiyyatlarda məlumatverici nitq
adlanır. Məlumatverici nitq dinamikliyi ilə seçilir, bütün semantik və sintaktik
vasitələr də baş vermiş hadisələr zəncirini bir-biri ilə əlaqəli surətdə nəql etməyə
xidmər edir.
Əsaslandırma məzmunlu monloji nitq məntiqi nəticənin çıxarılması ilə
yekunlaşmalıdır. Bunun üçün hər hansı bir fikrin şifahi təqdimatı,
aydınlaşdırılması və təsdiqindən istifadə olunur.
Dialoji nitq bir qayda olaraq dialoqlar əsasında qurulur. Monoloji nitq prosesində
bir nəfər iştirak edirsə, dialoqlar ən azı iki nəfər arasında reallaşır. Şifahi
ünsiyyətin ilkin forması kimi dialoq daha çox məişət üslubunda istifadə edilir.
Lakin digər üslub növlərini də dialoqsuz təsəvvür etmək mümkün deyil. Əsas
ünsiyyət forması kimi dialoq spontan nitq növüdür. Hətta elmi, publisitik, işgüzar
nitqdə də dialoqlar gözlənilməz istiqamətdə davam edə bilər. Çünki
həmsöhbətlərin reaksiyaları naməlum və gözlənilməzdir.
Keyfiyyətli dialoq üçün həmsöhbətlərin müəyyən bilik bazasına malik olması,
intellekt səviyyələri arasındakı fərqin minimallığı şərtdir, əks halda verimli dialoq
aparmaq qeyri-mümkündür.
Kommunikativ baxımdan dialoqun aşağıdakı növləri var:
1.dialoq-söhbət;
2. dialoq-danışıq;
3.dialoq-mübahisə.
İştirakçıların münasibətlərinin xarakterinə gəlincə, dialoqun tiplərini belə
müəyyənləşdirmək olar:
1.bərabərhüquqlu;
2.tabeedici;
3.əməkdaşlıq.
Birinci təsnifata görə, dialoq-söhbət əməkdaşlıq strategiyası ilə xarakterizə
olunan şifahi ünsiyyət növüdür. İştirakçıların niyyətlərini ifadə edən məzmuna
əsasən dialoq-söhbəti üç yarımnövə bölmək olar: hər hansı bir məsələ üzrə fikir
mübadiləsi; şəxsi maraqlar haqqında məlumat mübadiləsi; məqsədsiz fikir, xəbər,
məlumat mübadiləsi (fatik ünsiyyət). Hər bir dialoq növünün adına uyğun
funksiyası var.
Söhbətdən fərqli olaraq, danışıq məqsədyönlü dialoqdur. Burada ünsiyyətin
stategiyası həm koperativ, həm də qeyri-kooperativ xarakterdə ola bilər.
Mübahisə isə qərar qəbul etmək və ya həqiqəti tapmaq məqsədi ilə fikir
mübadiləsidir. Dialoq-mübahisənin məqsədi məqbul həll yolu tapmaq olsa da, eyni
zamanda həqiqət axtarışıdır. Dialoq-mübahisədə replikaların təsdiqedici nida
xarakteri üstünlük təşkil edir.
Dialoqlar həcminə görə mikro və makrodialoqlara bölünür. Bədii ədəbiyyatda
mikrodialoqlara əsasən roman, povest və hekayələrdə past gəlirik.
Makrodilaloqlardan isə dram əsərlərində istifadə olunur. Dram əsərləri səhnə üçün
yazıldığından bütünlüklə obrazların arasında gedən dialoqlardan ibarətdir.
Dünya ədəbiyyatında məşhur dialoq və monoloq nümunələri mövcuddur.
Məsələn V.Şekspirin “Hamlet”ində Hamletin, Dostoyevskinin “İdiot” əsərində
knyaz Mışkinin, A.P.Çexovun “Qağayılar” pyesində Maşanın, H.Cavidin “İblis”
dramında İblisin, M,Cəlilin “Ölülər”ində kefli İskəndərin monoloqlarını göstərmək
olar. Dialoqlara isə ən gözəl nümunə antik yunan filosofu Platonun əsərləridir. O
bütün əsərlərində fikir və mülahizələrini dialoqlar şəkllində təqdim etmişdir.
Şifahi və yazılı nitq. Nitq iki formada maddiləşir: ya danışıq səsləri vasitəsilə
şifahi formada, ya da yazı işarələrinin köməyi ilə yazılı şəkildə. Yazılı və şifahi
nitq hər ikisi ədəbi dil nümunəsi, mədəni nitq faktıdır. Bu səbəbdən də hər iki
forma ədəbi dil normalarına tabedir, onların gözlənilməsini nəzərdə tutur. Bəzən
yazılı nitqin ədəbi dil normalarına tabe olduğu, şifahi nitqin isə sərbəst olduğu
düşünülür. Bu fikir tamamilə yanlışdır. Necə ki, yazarkən orfoqrafiya qaydalarına
əməl ediriksə, danışarkən də orfoepiya normalarını gözləmək mütləqdir. Yazarkən
sözləri doğru seçmək, cümləni qrammatik cəhətdən düzgün qurmaq səyimiz şifahi
nitqdə də eynilə təkrarlanmalıdır. Çünki həm şifahi, həm də yazılı nitqimiz
kommunikativ funksiya daşıyır, aydın, düzgün və məntiqi olması əsasdır. Bütün
bunlar şifahi və yazılı nitqin ortaq cəhətləridir. Lakin şifahi və yazılı nitq ifadə
vasitələri sisteminə, qavramanın təbiətinə və işlənmə yerinə görə fərqlənir. Şifahi
nitq öncə yaranmışdır və yazısı olmayan dillər üçün yeganə mövcudluq formasıdır.
İki tip şifahi nitq mövcuddur: rəsmi şifahi nitq və danışıq nitqi. Şifahi danışıq
nitqi ünsiyyətin sadəliyini, həmsöhbətlər arasında münasibətin qeyri-rəsmiliyini,
ekstralinqvistik və qeyri-verbal işarələrdən istifadəni, danışma-dinləmə
mövqelərinin dəyişdirilməsini nəzərdə tutur.
Rəsmi şifahi nitq iclaslarda, müxtəlif səpkili dövlət tədbirlərində, elmi
konfranslarda və s. səsləndirilir. Bu tip nitq öncədən hazırlıq tələb edir, qeyri-
verbal vasitələrdən nisbətən az istifadə olunur, ədəbi dil normalarına daha ciddi
əməl edilir.
Şifahi ünsiyyət quran insanlar bir-birlərini görürlər və birbaşa vizual əlaqə
qarşılıqlı anlaşmaya kömək edir. Şifahi nitq yazıdan qat-qat aktivdir - yazmaqdan
və oxumaqdan daha çox danışırıq və dinləyirik.
Yazılı nitqdə qrafik ifadə vasitələri sistemindən istifadə edilir və o, vizual
olaraq qavranılır, müəllif və oxucu arasında real ünsiyyət qurulmur. Bu baxımdan
yazılı nitq daha təkmil olmalıdır.
Qeyd etdiyimiz kimi yazılı nitqdə leksik və qrammatik baxımdan dilin ədəbi
normalarına ciddi riayət olunmalı, lüğət və frazeologiya xüsusi seçilməlidir. Yazılı
nitqin sintaksisi mürəkkəb cümlələrlə xarakterizə olunur. Söz düzümü, ciddi
ardıcıllıq, fikirlərin çatdırılmasında harmoniya böyük əhəmiyyət kəsb edir. Yazılı
nitq forması ifadələrin ilkin əks olunması, müəllifin özü tərəfindən həyata keçirilə
bilən mətnin redaksiya işlənməsi ilə fərqlənir. Bu, yazılı nitq formasının
düzgünlüyünü və dəqiqliyini müəyyən edir.

Mövzu 14. Mədəni nitqə verilən əsas tələblər


Hərtərəfli vətəndaş yetişdirmək üçün təhsil və elmi biliklər qədər tələbənin şəxsi
keyfiyyətləri, mədəni səviyyəsi, mənəvi inkişafı da önəmlidir. Məhz buna görə də
son zamanlar ali təhsildə əsas diqqət peşə-bilik bacarıqlarını yüksək ümumi
mədəniyyətlə birləşdirən şəxsiyyətin formalaşmasını təmin edən təhsilin
humanistləşməsinə yönəldilmişdir.
Nitq də insan xarakterinin ayrılmaz hissəsi kimi şəxsiyyəti geniş şəkildə
müəyyən edir. Nitq insanın təfəkkür tipini, zəkasını, xarakterini, temperamentini
əks etdirməklə yanaşı, insan hisslərinin də ifadəçısidir. Bir insanın nitqinin
keyfiyyətini artırmaq üçün müəyyən sözləri istifadə etməmək, bəzi gözəl ifadələri
əzbərləmək, müəyyən nitq texnikasını mənimsəmək kifayət deyil. Yalnız insanın
ümumi mədəni səviyyəsi və intellektinin inkişafı fonunda nitqin keyfiyyətcə
dəyişməsi mümkündür.
Mədəni nitq nümayiş etdirmək üçün ən zəruri amillər bunlardır:
a) dil vahidlərindən düzgün istifadə etmək. Ədəbi dildə istifadə olunmayan söz
qrupları haqda məlumatlı olmaq;
b) ünsiyyətin şərtlərinə uyğun ifadə və üslub seçmək;
c) yalnız içində olduğunuz cəmiyyətin qəbul etdiyi linqvistik və davranış
qaydalarından istifadə etmək.
Bütün bu ümumi qaydalarla yanaşı mədəni nitqin linqvistik və üslub baxımından
da müəyyən tələbləri vardır. Mədəni nitq istənilən halda düzgün, aydın, dəqiq,
təmiz, rabitəli və zəngin olmalıdır.
Düzgünlük mədəni nitqin əsas kommunikativ keyfiyyətidir. Məhz düzgün
qurulan nitq ünsiyyət iştirakçılarının bir-birini anlamasını təmin edir. Əksinə
düzgün qurulmayan nitq qavramada problem yaradaraq alıcını səhv yönləndirə
bilər. Düzgün nitq şifahi olarsa orfoepik, yazılı olarsa orfoqrafik qaydalara əməl
etməyi nəzərdə tutur. Nitqin düzgünlüyü uyğun variantın seçilməsi ilə birbaşa
əlaqəlidir. Məsələn, bəzi sözlərin yazılış qaydaları arasında bənzərlik onların səhv
yazılmasına səbəb olur. Bunlara misal olaraq bir saitlə fərqlənən sözləri göstərmək
olar: əsl-əsil, əsr-əsir, nəfs-nəfis, həsr-həsir. Yaxud feil, eyib, meyil, heyif, izin
kimi sözlər “i”siz, əksinə hüzn, qəhr, qəsr, sehr kimi sözlərdə isə sonda gələn iki
samitin arasına sait artırılır.
Nitqin dəqiqliyi istənilən ünsiyyət üçün ən vacib tələbdir. İnsan nitqinin dəqiq
olması üçün sözlər mənalarına uyğun işlədilməli, yanlış faktlardan istifadə
olunmamalıdır. Nitqin dəqiqliyini pozan əsas amil mövzunu dərindən
bilməməkdir. Bilmədiyiniz mövzu haqqında danışarkən daha çox səhvlərə yol
verir, dəqiq olmayan informasiyadan istifadə edirik.
Dəqiqlik kommunikativ keyfiyyətlərdən biri kimi nitqi məzmun baxımından
səciyyələndirir. O, nitqin reallıqla, təfəkkürlə əlaqəsi əsasında formalaşır və dil
vahidlərinin ifadə olunmuş informasiya ilə əlaqələndirilməsi yolu ilə həyata
keçirilir. Nitqin dəqiqliyi 2 istiqamətdə pozulur: ya faktlar təhrif edilir, ya da sözlər
dəqiq mənada işlənmir.
Faktların təhrif edilməsi nitqin məzmununun real məzmuna, nitqin predmetinə
uyğun olmadığını əks etdirir. Məsələn, “C.Məmmədquluzadənin “”Poçt qutusu”
romanında təsvir edilən hadisələr XVIII əsr cənubi Azərbaycanın ucqar dağ
kəndlərindən birində baş verir” cümləsində bir neçə faktiki səhvlər mövcuddur.
Bəzən isə nitqdə sözlər yerinə uyğun seçilmir. Müşahidələr göstərir ki, bu əsasən
aşağıdakı hallarda baş verir:
a) sözlər dəqiq leksik mənada işlənmir: “İmperativ ünsiyyət dialoji xarakterdədir”.
“İnsanın çəkisi Yerdə və Ayda eynidir”. Bu cümlələrdə terminlərin işlənməsində
qeyri-dəqiqliyə yol verilmişdir. Birinci cümlədə “dialoji” deyil, “monoloji”,
ikincidə isə “çəki” yox, “kütləsi” olmalıdır.
b) sinonimlər düzgün seçilmir: “Bu kitabın həcmi çox yekədir”. “Məni hərbi
kommissarlığa dəvət etdilər”.
c) çoxmənalı sözlərdən səhv istifadə edilir: “Şəhərin başında yarmarka təşkil
edilmişdi”, “Dağın üzü lalələrlə dolu idi”.
Natiq üçün nitqin aydınlığı öz fikirlərini, assosiasiyalarını sözlərlə ən dolğun
şəkildə ifadə etmək və adekvat başa düşülmək qabiliyyətidir. Nitqin aydınlığı
deyərkən başa düşülmək, əlçatanlıq, birmənalılıq nəzərdə tutulur ki, bu nitq-
təfəkkür-əlaqəsini əks etdirir. Şifahi nitq zamanı fikirləri daha sadə cümlələrlə
qəliz ifadə və terminlərdən az istifadə edərək sətiraltı mənalara yol vermədən ifadə
etmək lazımdır. Dinləyici və oxucunun təqdim edilən nitqi qavraması üçün bu
şərtlər olduqca vacibdir. Nitqin aydınlığına nail olmaq digər kommunikativ
şərtlərlə bir arada mümkündür:
-nitqin düzgünlüyü: yalnız normativ nitq aydın ola bilər;
-nitqin məntiqiliyi: məntiqi ardıcıllıq pozularsa, nitq qavranılmaz;
-nitqin dəqiqliyi: sözlərin dəqiq mənada işlənməsi ifadənin aydınlığını təmin edir;
Nitqin təmizliyi ədəbi dil üçün məqbul sayılmayan sözlərin nitqdə işlənməməsini
nəzərdə tutur. Loru və kobud sözlər, etik normalara uyğun olmayan ifadələr,
əksəriyyət tərəfindən anlaşılmayan dialektlərin istifadə edildiyi nitq təmiz nitq
deyildir. Mədəni nitqdə istifadə edilməyən və nitqin təmizliyinə xələl gətirən söz
qrupları aşağıdakılardır:
-dialek və şivə sözləri;
-tüfeyli sözlər;
-vulqarizmlər;
-varvarizimlər;
-jarqonlar.
Müəyyən bölgələrə aid dialekt və şivələrdən mədəni nitqdə istifadə etmək
yolverilməzdir. Dialekt və şivələr məişət üslubunun elementləridir və bədii üslubda
müəəyən obrazın dilində işlənməsi istisna sayılır. Digər heç bir fuknsional üslubda
istifadə edilmir. Hətta hər hansı bölgədə belə çıxış edirsinizsə yenə də nitqdə
dialekt sözlərdən istifadə etmək olmaz.
Nitqi ən çox “zibilləyən” tüfeyli sözlərdir. Bəzən hansısa sözü unutduqda,
cümləni bitirməkdə çətinlik çəkərkən “şeydir”, “deməli”, “adı nədir” tipli
ifadələrdən istifadə edirik. Bu hal natiqin lüğət ehyatının kasadlığından xəbər verir.
Tüfeyli sözlərdən istifadə dinləyicini yormaqla bərabər, nitqin keyfiyyətini
korlayır.
Vulqarizmlər kobud, etik normalara uyğun olmayan sözlərdir və mədəni nitqdə
istifadəsi yolverilməzdir.
Varvarizmlər isə dildə yersiz işlənən əcnəbi sözlərdir. Bəzən varvarizmləri
alınma sözlərlə səhv salırlar. Alınma sözlər dildə müəyyən ehtiyac üzündən digər
dillərdən alınıb istifadə edilən sözlərdir. Yəni alınma sözlərin istifadəsi bir
normadır. “Kitab”, “alim” kimi sözləri, eləcə də “kompüter, kommunikasiya” və s.
ifadələri işlədərkən heç kim “bu bizim sözlər deyil, nitqimizdə bunlardan istifadə
etməyək” deyə irad tuta bilməz. Lakin varvarizmlər lüzum olmadan nitqimizdə
mövcuddur. Məsələn “znaçit”, “spiçka”, “vsyo”, “hello”, “ok” və s.
Jarqonları bəzən süni dil də adlandırırlar. Jarqon müəyyən peşə sahibləri, ictimai
qurum üzvləri, hər hansı bir təbəqənin məlum sözlərə yeni məna çalarları
qazandıraraq istifadə etdiyi ifadələrdir. Məsələn müəllimlərin jarqonunda
“pəncərə” sözü iki dərs arasındakı boş dərs saatıdır. Yaxud “oblava” bir çox
dairələrdə “yoxlama var” kimi başa düşülür. Jarqonlardan daha geniş istifadə
olunan sahə kriminal dünyadır. Bu tip sözlərə də mədəni nitqdə yer yoxdur.
Nitq mədəniyyətinin tələbləri təkcə ədəbi dilin normalarını, məntiq qanunlarını
bilməklə və onlara əməl etməklə bitmir. Məharət eyni zamanda bildiklərini istifadə
etmək bacarığından asılıdır. Hamıya elə gəlir ki, o öz doğma dilində yetərincə söz
ehtiyatına malikdir. Lakin müəyyən fikir söyləmək, münasibət bildirmək lazım
olduqda əksəriyyət bəsit cümlələr qurmaqla kifayətlənir, bildiklərini ifadə edəcək
kəlmə və sintaktik vahid tapmaqda çətinlik çəkir. Məhz bu zaman nitqin düzgün,
məntiqli, aydın olması ilə bərabər zəngin olmasının da önəmi üzə çıxır. Nitqin
zəngin olması üçün ən mühüm şərt lüğət ehtiyatının genişliyidir. İnsanın zəngin
lüğət ehtiyatı olmalıdır ki, onun içindən düzgün sözü seçib onu nitqində tətbiq
etsin. Hər bir funksional üslubda nitqin zənginliyinə nail olmağın xüsusi yolları
var. Lakin ən zəngin nitq təbii ki, bədii üsluba aiddir. İstedadlı yazıçılar dil
vahidlərindən istifadə edərək möcüzələr yaradırlar.
Nitqin zənginliyi sinonim, frazeoloji birləşmə, bədii təyinlərdən, sitat və
aforizmlərdən düzgün və məqamına uyğun istifadə etməklə əldə edilir.
Nitqin rabitəliliyi mövzunun müəyyən bir sistemlə, ardıcıl təqdimatıdır. Nitq
zamanı ötürülən informasiya sadədən mürəkkəbə doğru inkişaf etməli, keçidlər
arasında sərt qırılma olmamalıdır. Mövzunun ana xətti daim diqqətdə saxlanılmalı,
məntiqi ardıcıllıq pozulmamalıdır.

Mövzu 15. Kommunikativ proseslərdə ədəbi dil normalarından


düzgün istifadə. Fonetik norma
Nitq mədəniyyətinin əsas göstəricisi, artıq qeyd etdiyimiz kimi, ədəbi dilin
tarixən formalaşmış normalarına və ya linqvistik prinsiplərinə əməl etməkdən
ibarətdir. Və həmin prinsiplər, bir qayda olaraq, dil yarusları, yaxud qatları üzrə
nəzərdən keçirilir:
1.Nitq mədəniyyətinin fonetik norması.
2. Nitq mədəniyyətinin leksik-semantik norması.
3. Nitq mədəniyyətinin qrammatik norması.
1. Fonetik norma
Nitq mədəniyyətinin fonetik prinsiplərinə nitqin şifahi, yaxud yazılı
olmasından irəli gələrək düzgün tələffüz (orfoepiya) və b) düzgün yazı
(orfoqrafiya) qaydalarına riayət edilməsi daxildir.
Həm orfoepiya, həm də orfoqrafiya qaydaları dilin fonetik strukturunun
tələbləri ilə diqtə olunmaqla tarixən formalaşır. Və müəyyən dövr üçün stabilliyi
ilə seçilir.

AZƏRBAYCAN DİLİNİN ORFOEPİYA VƏ ORFOQRAFİYA QAYDALARI


Azərbaycan dilində sözlərin düzgün tələffüz (orfoepiya) qaydaları barədə
danışarkən onları üç qrupda birləşdirmək lazım gəlir:
a) türk mənşəli sözlərin düzgün tələffüz qaydaları.
b) Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları.
c) Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları.
Əlbəttə, bu, o demək deyil ki, Azərbaycan dili ümumi (bütöv) orfoepiya
qaydaları sistemindən məhrumdur; burada söhbət, sadəcə olaraq, məsələyə
diferensial və ya analitik yanaşmaqdan, yalnız genetik deyil, həm də (və daha çox)
tipoloji fərqləri müəyyənləşdirməkdən gedir.
a) türk mənşəli sözlərin düzgün tələffüz qaydaları
1. Türk mənşəli sözlər, bir qayda olaraq, yazıldığı kimi tələffüz olunur;
məsələn: dağ, daş, ot, ət, əkin, biçin, yaz, qış, dərə, dəniz, duman, geyim, ağ, qara,
qırmızı, əyri, doğru, yuxarı, aşağı, qarı, qoca, birinci, sonuncu, gəl, get, danış, yaşa,
düşün, dayan və s.
2. Son səsi q hərfi ilə yazılıb müxtəlif cür deyilən sözlərdə həmin səsin
düzgün tələffüz şəkli [x]-dır; məsələn: otaq-otax, daraq-darax, qaymaq-qaymax,
soyuq-soyux, uzaq-uzax, quraqlıq-quraxlıx, sarmaşıq-sarmaşıx, axtarmaq-
axtarmax, yıxılmaq-yıxılmax, qorunmaq-qorunmax və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x] səsi [ğ] səsinə keçir;
məsələn: otax → otağa, darax → darağı, qaymax → qaymağın və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x] səsi olduğu kimi qalır;
məsələn: otax → otaxda, darax → daraxdan, qaymax → qaymaxlı və s.
3. Son səsi k hərfi ilə yazılıb müxtəlif cür deyilən ikihecalı sözlərdən həmin
səsin düzgün tələffüz şəkli [x']-dir; məsələn: ürək-ürəx', çiçək-çiçəx', çörək-çörəx',
kəpənək-kəpənəx', örpək-örpəx', gəzmək-gəzməx', getmək-getməx', tələsmək-
tələsməx' və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x'] səsi [y] səsinə keçir;
məsələn: ürəx'-ürəyə, çiçəx'-çiçəyi, çörəx'-çörəyin və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x'] səsi olduğu kimi qalır;
məsələn: ürəx'-ürəx'də, çiçəx'-çiçəx'dən, çörəx'-çörəx'li və s.
4. Son səsi c hərfi ilə yazılan iki və daha artıq sözlərdə həmin səs [ç] şəklində
tələffüz olunur; məsələn: qazanc → [qazanç], qılınc → [qılınç], sanc(maq) →
[sanç(max)] və s.
Bu qayda alınma sözlərə də aiddir; məsələn: möhtac → [möhtaç], merac →
[me:raç] və s.
Həmin sözlərə saitlə başlayan şəkilçi əlavə edildikdə [ç] səsi [c]-ya keçir;
məsələn: [qazanç] → [qazancı], [me:raç] →[meraca] və s.
5. Qoşa q hərfi ilə yazılan sözlərdə birinci hərf [k'], ikinci hərf isə [q] kimi
tələffüz olunur; məsələn: toqqa → [tok'qa], saqqal → [sak'qal], taqqıltı →
[tak'qıltı] və s.
b) Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları
1. Ərəb mənşəli alınma sözlərdə bir sıra sait səslər uzun tələffüz olunur;
məsələn:
[a:]- a:lim, a:rif, ha:kim, ta:rif və s.
[e:]- e:lan, e:tiraf, e:timad və s.
[ə:]- ə:la, tə:nə, mə:na və s.
[ö:]- mö:min, şö:lə, mö:təbər və s.
Ancaq sait səslərin alınma sözlərdə bu cür uzun tələffüzü fonoloji əhəmiyyət
kəsb etmir.
2. Qoşa [y] samitli ərəb mənşəli alınmalarda:
a) hər iki samit tələffüz olunur; məsələn: əyyam, əyyaş, müəyyən və s.
b) [y]-lardan biri deyilir; məsələn: ədəbiyyat- [ədəbiyat], mədəniyyət-
[mədəniyət], səhiyyə-[səhiyə], səmimiyyət-[səmimiyət] və s.
3. Söz sonunda [b] → [p] əvəzlənməsi baş verir; məsələn:
kitab → [kitap], ədəb → [ədəp] , katib → [katip] və s.
c) Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları
1. Qərb mənşəli sözlər Azərbaycan dilinə, əsasən, rus dili vasitəsilə keçib
sabitləşdiyindən tələffüzdə həmin sözlərin rus “aksent”i aparıcıdır; məsələn: teatr,
radio, televizor, kooperasiya, tolerant, subyektiv, professional və s.
2. İlk vurğusuz hecalarında o hərfi ilə ifadə olunan səslər [a] kimi tələffüz
olunur; məsələn: monarxiya-[manarxiya], kommunizm-[kammunizm],
kordinasiya-[kardinasiya], toponimiya-[tapanimiya] və s.
3. Rus dilində yazılışında ю hərfli alınma sözlər [ü] səsi ilə tələffüz olunur;
məsələn: компютер → [kampüter], агглютинация → [aqlütinasiya] və s.
4. Rus dilində yazılışında ц hərfli alınma sözlər [s] səsi ilə tələffüz olunur;
məsələn: цитата → [sitat], лицей → [lisey] və s.
Sözün düzgün tələffüzündə vurğuya ( söz vurğusuna) əməl etmək əsas
tələblərdən sayılır.
Azərbaycan dilində vurğu, bir qayda olaraq, sözün son hecasına düşür;
məsələn: [ağáç], [torpáx], [qırmızí], [yirmí], [ağár(max)], [yaralán(max)],
[mükəmməl], [seminár], [aqressiv] və s.
Həm Şərq, həm də Qərb mənşəli alınmalarda vurğunun mənbə dildəki yeri
dəyişmir; məsələn: [müvəffəqiyyət], [ümúmən], [máksimum], [televizya],
[texnalógiya]
Azərbaycan nitq mədəniyyətinin ən mürəkkəb ( və nitq praktikasında ən çox
problem yaradan) məsələsi, özünü fonomorfoloji proseslərdə göstərir. O baxımdan
ki, sözlərə artırılarkən şəkilçilərin əslində stabil olan fonetik quruluşunda müəyyən
( və qanunauyğun) dəyişikliklər baş verir:
1) isimdən isim düzəldən -lıq, -lik, -luq, -lük [-lıx, -lix', lux, lüx'] şəkilçisi
artırıldığı bəzi sözlərdən sonra [ -dıx, -dix', -dux, -düx'] kimi tələffüz olunur;
məsələn: [daşdıx], [təmizdix'], [otdux], [düzdüx'];
2) isimdən sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi artırıldığı bəzi sözlərdən
sonra [ -dı, -di, -du, -dü] kimi tələffüz olunur; məsələn: [atdı], [dərddi], [oddu],
[süddü];
3) cəmlik bildirən –lar, -lər şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [-dar, -
dər] kimi tələffüz olunur; məsələn: [qızdar], [saatdar], [adətdər], [əmanətdər];
4) ismin çıxışlıq hal şəkilçisi –dan,-dən artırıldığı bəzi sözlərdən sonra [-nan, -
nən] kimi tələffüz olunur; məsələn: [sənnən], [dərinnən], [axşamnan] və s.
Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də orfoepiya qaydalarının
pozulmasına ən çox səbəb olan səciyyəvi amillər var ki, onlar aşağıdakılardan
ibarətdir:
a) dialekt-şivə tələffüzü variantlarına meyl etmək;
b) yazı normalarını hərfi-hərfinə tələffüzə gətirmək;
c) əcnəbi dillərə məxsus tələffüz maneralarına uymaq.
Nitq mədəniyyətində düzgün yazıya ( orfoqrafiyaya), demək olar ki, bütün
dillərin təcrübəsində düzgün tələffüzdən (orfoepiyadan) daha çox önəm verilir.
Bunun birinci səbəbi yazının tarixən yaranmış özünəməxsus “kult”udur. Və bu
“kult” yazının, şifahi nitq kimi ötəri, keçici olmaması, yüz, hətta min illər qorunub
saxlanılmasından-“ yazıya pozu yoxdur” qənaətindən irəli gəlir.
Məlumdur ki, şifahi nitqdə çox “asanlıqla” ( və müxtəlif təbii səbəblər
üzündən) yol verilən qüsurlar yazılı nitqdə tamamilə qeyri-təbii ( və bağışlanmaz)
sayılmaqla dərhal yazı müəllifinin savadsızlığı təsəvvürünü yaradır. Və yazıda
normativliyin gözlənilməsinə verilən xüsusi önəmin nəticəsidir ki, hər bir dilin
orfoqrafiya qaydaları rəsmi status daşıyır.
Son orfoqrafik qaydalar 16 aprel 2019-cu ildə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 174 saylı qərarına əsasən yenilənmişdir.
1. Azərbaycan mənşəli sözlərin yazılışı
1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən,
tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və
s.
1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər
q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu
qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir:
otağa, bulağın, qonağımız və s.
1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k
hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan
sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi,
birliyimiz, ürəyim, üzüyün və s. Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma
sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir: əmlak –
əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s.
1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan
mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd, söyüd və s.
1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır:
qılınc, ülgüc, kərpic və s.
2. Alınma sözlərdə saitlərin yazılışı
2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz
edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant,
Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, professor, solist,
velosiped və s.
2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli
sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir, müdrik, müflis,
müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. 3 Qeyd. Mühüm,
müşkül və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.
2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro,
jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s.
2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır:
2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem, kaset,
kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, maşın, perspektiv,
planet, proqram, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. kimi
sözlərin sonunda a hərfi yazılmır; Mənbə dildə tərkibində qoşa b, p, n və m
samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də
atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika,
poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.
2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır:
2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin,
qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.;
2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr,
qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.
3. Alınma sözlərdə samitlərin yazılışı
3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı
qaydalar əsas götürülür:
3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey,
kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. vitse morfemləri və blits, ratsiya və
s. sözlər istisnadır.
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün
ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.
3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı
qaydalar əsas götürülür:
3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin,
Şerba, Şors, borş və s.;
3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və
s.
3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq,
harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital,
humanizm və s.
3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz
olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə,
tənbəl, zanbaq, zənbil və s.
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski,
Qorki, Mayakovski, Yaroslavski və s.
3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium,
natrium və s.
3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper,
Siciliya və s.
3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya,
dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.
3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və
s.
3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə
yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan
sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir dəyişiklik baş
vermir: filoloqa, şəfəqi, üfüqə və s.
4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı
4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa
saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat,
stadion, zəif və s.
4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b kimi
tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı,
toppuz və s.
4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g kimi
tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.
4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d kimi
tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s.
4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q 
kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s.
4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli
aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat,
apelyasiya, vat və s.
4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss,
xətt, küll, rədd, sirr, zənn, zidd və s. Belə sözlərə samitlə başlanan şəkilçi
artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən,
sirr – sirlər və s. Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz
şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.
4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır:
hüsnxət, kilovat, mühüm, rəsmxət və s.
4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır:
aksesuar, kaset, masaj, pasaj, şose.
4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres,
konqres, kros, bras, stres. Qeyd. Press (mətbuat) sözü istisnadır.
5. Şəkilçilərin yazılışı
5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır:
anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s. Qeyd. Anti
şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan,
Anti-Rusiya və s.
5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır:
5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər: -i şəkilçisi:
samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani,
tarixi və s; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi,
dairəvi, Gəncəvi, kütləvi və s.; -vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari,
yüngülvari və s.; -keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş; -daş şəkilçisi:
yoldaş, əməkdaş, yurddaş, soydaş; 6 -stan şəkilçisi: samitlə bitən sözlərdə
şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır:
Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi
olduğu kimi qalır: Gürcüstan; -gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.; -
zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;
5.2.2. iki cür yazılan şəkilçilər: kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili
samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən,
deyingən və s.; -ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;
5.2.3. dörd cür yazılan şəkilçilər: -kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki,
səhərki, gündüzkü və s.; sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını,
badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.; saitlə bitən sözlərdə bu
şəkilçinin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.
5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər:
5.3.1. kar samitlə bitən sözlərdə: -qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu,
sürtkü və s.; -qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun, ötkün və s. ;
5.3.2. cingiltili samitlə bitən sözlərdə: -ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi,
vurğu, bölgü və s.; -ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün və
s.
5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə
edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən.
Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -
cu, -cü) yazılır: 2-ci, 3-cü, 6- cı, 10-cu.
5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.
6. Mürəkkəb sözlərin yazılışı
6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır:
6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir, balacaboy, beşillik,
beşmərtəbəli, bugünkü, dilucu, əmioğlu, 7 bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan,
hərgecəki, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qarasaçlı, qurultayqabağı,
müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri, yenifikirli və s.;
6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan
mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.; Qeyd. Sözün
kökü kar samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə
ha bitişdiricisi yazılır. Gethaget sözü istisnadır.
6.1.3. eyni sözün təkrarı və ba, bə bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb
zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil və s.
6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-,
makro-, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-,
post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-,
ümummorfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik,
audioəlaqə, aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit,
fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal, multimilyonçu,
nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, oksitetrasiklin,
oliqofreniya, paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji,
postmodernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket, teletamaşa,
termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s. Qeyd. Bu morfemlərin bəziləri
xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans-
Avrasiya, transQafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan,
ümum-Avropa və s.
6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər
defislə yazılır:
6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-
qəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sürsümük və s.;
6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan
mürəkkəb sözlər: art-obyekt, eksprezident, əks-səda, kontr-admiral, qeyri-adi,
qeyri-iradi, oberleytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;
6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər,
tərcümeyi-hal, tərzi-hərəkət və s.; 6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb,
şərq-qərb, şimalşərq və s.;
6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözlər: ab-
hava, adlı-sanlı, ağıllı-kamallı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-
belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət,
təhvil-təslim, ucsuzbucaqsız və s.;
6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovatsaat, qram-kalori
və s.;
6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə
də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər:
açıq-sarı, tünd-göy, ala-seyrək və s. Qeyd. Tərkibində təhər morfemi olan sifətlər
istisnadır: bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s.
7. Köməkçi sözlərin yazılışı
7.1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən
zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də
ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən,
uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli
imiş, gəlmiş imiş, gəlmişdi və s. Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu
köməkçi sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla
bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.
7.2. Qoşmalar iki cür yazılır:
7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır:
dağacan, evəcən, küçəyədək, quştək və s.;
7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən
ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s.
Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə
şəklində bitişik yazıla bilər: qatarla, qələmlə və s. 2. Etibarilə, məqsədilə,
münasibətilə, vasitəsilə sözləri bitişik yazılır.
7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki,
həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki və s.
7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə, buna
görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də,
ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s.
7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən
yaxşı, gör ha, lap pis, sən ki və s. -mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları
aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A koskosa, gəlsənə,
torbanı doldursana! Yaxşıca dincəldim. İndicə gəlmişik və s.
7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-
ha, pəh-pəh, uy-uy, vay-vay və s. 7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı
yazılır: ay aman, ay haray.
8. Mürəkkəb adların yazılışı
8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən
başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun
Həsən, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı
Natəvan, Süleyman Sani Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli,
Mehdi Hüseynzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və s.
Qeyd. Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır:
Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s.
8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərflə
yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s.
8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s.
adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran
döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi,
Şuşa qalası, Versal 10 sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s. Belə
mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda, onun da birinci hərfi böyük
yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının
tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası,
Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar
Respublikası və s.
8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya,
Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn,
Venera və s.
8.6. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan
Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri),
nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr,
filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların
tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən
başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi,
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası,
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət
Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.
Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında
bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar
Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s. 2. Məşhur tarixi gün və
bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi
səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər
rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci
sözün ilk hərfi böyük yazılır. 3. Azərbaycan Respublikasının Səhiyyə naziri,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə
bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. 4.
Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb
adlarda ilk söz böyük, sonrakı sözlər kiçik 11 hərflə yazılır: Avropa liseyi, Dəyanət
vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-
gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik
İnstitutunun Terminologiya şöbəsi və s. 5. Tərkibində okean, dəniz, çay, göl, şəhər,
rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq,
boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk
söz böyük hərflə yazılır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal
gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər
prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət
sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı,
Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum
səhrası, İynə burnu.
8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər
kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb
adlarında hər üç söz böyük hərflə yazılır.
8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr,
mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və böyük hərflə yazılır:
“İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi
gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi,
“Bahar” mağazası, “Badamlı” mineral suyu və s.
Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır:
“Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s.
8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəb və titul
bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik
hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman,
Şah İsmayıl, Şeyx Nəsrullah və s. Qeyd. Ağa, bəy, xan, xanım sözləri insan
adlarının tərkib hissəsi kimi işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy,
Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya
hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy
Vəzirov, Fətəli xan Xoyski, Fatma xanım Kəminə və s.
9. İxtisar və qısaltmalar
9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır:
9.1.1.tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə
yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli
Məclis - MM və s.;
9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild
- c, və sairə - və s., və başqaları - və b.;
9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik
hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad.,
doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və
s.
9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır:
AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKOda, BDU-ya və s.
10. Sözün sətirdən sətrə keçirilməsi
10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təbli-lər və s. Sözün bir
saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək
olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə
keçirilir: ai-lə, azad-lıq, id-dia və s.
10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir:
5-cilər, 7-ci, 9-da və s.
10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir.
10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə,
M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin sonunda saxlamaq olmaz.
10.5. Durğu işarələri yeni sətrə keçirilmir.

Mövzu 16. Kommunikativ proseslərdə ədəbi dil normalarından


düzgün istifadə. Leksik norma.

“Söz” anlayışının nitq mədəniyyətşünaslığında necə mühüm yer tutduğunu


sübut etməyə, yəqin ki, xüsusi ehtiyac yoxdur; yalnız onu demək lazımdır ki,
sözün düzgün tələffüzü nitq mədəniyyətinin “xarici”, leksik-semantik mənasından
düzgün istifadə isə “daxili” təbiətinə aiddir.
Dilin səsləri (fonemləri), qrammatik göstəriciləri (morfemləri, sintaksemləri)
kəmiyyətcə nə qədər yiğcam və ya məhduddursa, sözləri (leksemləri) sayca o
qədər çoxdur. Müasir Azərbaycan dilində bir neçə yüz min söz vardır ki, nitq
praktikasında bunların yalnız bir neçə on minindən fəal istifadə olunur.
Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də nitqin leksik-semantik
əsasında ümumişlək sözlər dayanır. Bunlar o sözlərdir ki, cəmiyyətdə kifayət qədər
populyar olmaqla dilin əsas lüğət fondunu təşkil etməkdədir.
Əlbəttə, elə bir azərbaycanlı təsəvvür etmək mümkün deyil ki, ata, ana, ev,
ailə, məktəb, vətən , xalq, dövlət, dünya, həyat, yaşamaq, oxumaq, yazmaq,
ağlamaq, gülmək kimi minlərlə sözü əsas məna çalarları, leksik-semantik miqyas
genişliyilə bilməsin.
Və bu dil-ünsiyyət hazırlığı, bir tərəfdən, nitq mədəniyyətinin
fundamentlərindən birini təşkil edirsə, digər tərəfdən, onun dərəcədə mükəmməl
olması sonrakı mərhələlərin keyfiyyətinə əhəmiyyətli təsir göstərir. Hər şeydən
əvvəl o baxımdan ki, ədəbi dilin ümumişlək leksikasının tələb olunan səviyyədə
mənimsənilməsi (qeyd edək bu, orta təhsilin son illərində başa çatır) həm mədəni
nitq üçün təhlükə yaradan amillərin (dialektizmlərdən, yabançı sözlərdən, loru və
ya biədəb sözlərdən istifadə və s.) qarşısını alır, həm də arxaizmlər, neologizmlər,
intellektual və ya professional leksika ilə fərdi nitq təcrübəsini zənginləşdirmək
üçün şərait yaradır.
Müşahidələr göstərir ki, insanın söz ehtiyatının ( burada kəmiyyətlə yanaşı,
keyfiyyət də nəzərdə tutulur) aktiv müəyyənləşməsi prosesi, əsasən, üç mərhələdən
keçir:
1) 11-12 yaşından 17-18 yaşlarına qədər;
2) 17-18 yaşından 27-28 yaşlarına qədər;
3) 27-28 yaşından 37-38 yaşlarına qədər.
Birinci mərhələdə ədəbi dilin ümumişlək leksikası, ikinci mərhələdə
subyektin marağından, peşə yönümündən irəli gələrək professional leksika, üçüncü
mərhələdə isə daha çox universal-fəlsəfi məzmun daşıyan sözlər mənimsənilir.
Əgər bu mərhələlər lazımi keyfiyyətlərdə keçirilirsə, fərdin həm dil təfəkkürü
mükəmməl olur, həm də nitq mədəniyyəti tələb edilən səviyyəyə yüksəlir.
Çoxmənalılıq (polisemiya) sözün daxili təbiətini (mahiyyətini) əks etdirən
əlamətlərdən biridir.
Sözün çoxmənalılığı həm linqvistik, həm də stilistik ( üslubi) səciyyə daşıyır.
Lakin bu gün linqvistik çoxmənalılıq kimi tanıdığımız hadisənin də kökündə və ya
mənşəyində üslubilik, başqa sözlə, məcazlaşma dayanır.
Müşahidələr göstərir ki, çoxmənalı sözlərin müxtəlif məna nüanslarını,
adətən, bir-birindən kəskin şəkildə fərqlənən anlayışlar kimi təsbit etmək mümkün
olmur. Və bunun özü də çoxmənalılığın (polisemiyanın) əlamətlərindən biridir.
Məsələn:
Yol
1) hərəkət etmək üçün bu və ya digər dərəcədə münasib olan yer, məkan;
2) hərəkət edilən istiqamət və ya məsafə;
3) zaman məsafəsi ( məsələn: ömür yolu, yaradıcılıq yolu və s.);
4) üsul və ya üslub ( məsələn: demokratiya yolu, doğru yol, səhv yol və s.);
5) dəfə, kərə ( məsələn: yüz yol, əlli yol və s.) və i.

Omonimlik müəyyən mənada çoxmənalılığın davamıdır, belə ki,


çoxmənalılıqda sözün müxtəlif məna çalarları arasındakı assosiativ əlaqələr
mühafizə olunduğu, bir-birini “yada saldığı” halda, omonimlikdə həmin əlaqələr
“itmiş”, yaxud “unudulmuş” olur.
Azərbaycan dilində omonimləşmə hesabına lüğət tərkibinin zənginləşməsi
prosesi onun qədim dövrlərindən mövcud olmuşdur. Bu hadisə, xüsusilə bu gün,
isim və feillərə mənsub olan omonim sözlərdə özünü daha çox göstərir.
Azərbaycan dilinin omonimlərində əsas yer tutan bu xüsusiyyət rus dilinə aid
ola bilmir. Həmin dildə müxtəlif nitq hissəsinə mənsub məfhumları ifadə edən
omonim sözlər yoxdur.
İsim-feil ( əslində, feil-isim) omonimliyi Azərbaycan dili leksikonu üçün
genotipoloji hadisədir; ümumiyyətlə isə, təsadüfi omonimlik fərqli olaraq, bu cür
genotipoloji və ya etnolinqvistik mənşəli omonimlər nitq mədəniyyəti baxımından
xüsusi əhəmiyyət kəsb edir. Məsələn, düzmək feili əsasında düz sifəti, onun
əsasında isə düz ( “çöl” mənasında) ismi yaranır. Və hər biri müəyyən miqyasda
çoxmənalılıq qazanan həmin omonimlər kökü bir mənbədən gələn kifayət qədər
çoxşaxəli, qol-budaqlı bir leksik-semantik şəbəkə təşkil edir ki, onun bütöv bir
idrak ardıcıllığı üzrə qurulduğuna şübhə yoxdur.
Sinonimlik iki və ya daha çox sözün eyni bir anlayışı bildirməsindən
ibarətdir. Lakin buradakı “eyni bir anlayış-müxtəlif sözlər” münasibətində həmişə
aydın duyulan şərtilik vardır. Və həmin şərtiliyin mahiyyəti ondan ibarətdir ki,
“eyni bir anlayış”ın bir dildə “ müxtəlif sözlər”lə verilməsinə ehtiyac yoxdur. Odur
ki, “müxtəlif sözlər”, əslində, “eyni bir anlayış” ətrafında fərqli məna çalarlarını
saxlamaqla birləşə və ya qruplaşa bilər. Məsələn, “vətən” anlayışı vətən sözündən
başqa, yurd, ana torpaq, el-oba... kimi çoxlu sayda söz və ya söz birləşmələrilə
ifadə olunur. Yaxud “getmək” anlayışı birbaşa getmək sözü ilə yanaşı, çıxmaq,
tərk etmək, hərəkət etmək... kimi leksemlərlə verilir.
Bəzən sinonim sözlərin eyni mənaya da malik olduğunu göstərirlər. Lakin
belə sözlər sinonim deyil, dubletlər adlanır. Dubletlər dili lazımsız sözlərin təkrarı
hesabına ağırlaşdırır və ifadənin səlisliyini pozur.
Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir, onlar mətnə görə neytral
olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna görə də müxtəlif
şəraitdə ( mətn, nitq, situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilər.
Məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində aşağıdakı paralellər
mövcud oımuşdur:
universitet-darülfünun, eynək-çeşmək-gözlük, ağ-bəyaz, bahar-yaz, ad-san,
dava-dərman, sağ-salamat, bica-yersiz, künc-bucaq, şərəf-şan.
Sinonim dubletlərin bir hissəsi arxaikləşmiş də ola bilər:
Ayaq-qədəm, aydır-deyir, nəsnə-şey, dün-gecə, sayru-xəstə, tuş-yuxu, tanıq-
şahid, sağ-əsən və s.”
Hazırda müasir Azərbaycan ədəbi dilində nə universitet-darülfünun, nə də,
məsələn, tuş-yuxu, tanıq-şahid, sağ-əsən şəklində dubletlik yoxdur. Yəni
komponentlərin ikinci tərəfi tamamilə arxaikləşmişdir, yalnız ötən dövrlərin
təəssüratı olaraq müəyyən məqamlarda ( və ara-sıra) işlənir. Ağ-bəyaz, ad-san, sağ-
salamat... tipli leksik-semantik, münasibətlərə gəldikdə isə burada dubletlikdən və
ya mütləq sinonimlikdən danışmaq ümumiyyətlə mümkün deyil. Çünki sinonim
tərəflərin hər biri eyni zamanda kifayət qədər geniş əlavə məna çalarlarına
malikdir.
Bununla belə son zamanlar Azərbaycan dilində xüsusilə beynəlxalq alınmalar
hesabına terminoloji paralellik miqyas almışdır; məsələn: bəsit-primitiv, üzvi-
orqanik, təcrübə-praktika, sürət-temp, təcavüzkar-aqressor, müasir-modern,
əlamət-simptom, dövr-epoxa, mərhələ-etap, müvari-paralel, yoluxma-infeksiya,
fəal-aktiv, oftolmoloq-göz həkimi, kardioloq-ürək həkimi və s.
Sinonimlərdən istifadənin nitq mədəniyyəti baxımından əsas funksiyası “eyni
mənalı” sözlər içərisindən vəziyyətə, şəraitə, məqsədə və s. ən uyğun olanı seçib
işlətməkdən ibarətdir ki, bu, danışandan və ya yazandan ( adresantdan) dilin
sinonimiya imkanlarına bələdlik tələb edir.
Antonimlik əks mənalı sözlərin münasibətini ifadə etməklə dildə leksik-
semantik vahidlərin müəyyən sistemini yaradır.
Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də antonimliklə sinonimlik
tez-tez qarşılaşdırılır. Və bu zaman müəyyən məna çalarlıqlarının aktuallaşması
meydana çıxır. Məsələn, yaxşıdır yerinə pis deyil, yaxud maraqlıdır yerinə
maraqsız deyil və ya əksinə, pisdir yerinə yaxşı deyil, maraqsızdır yerinə maraqlı
deyil işlətmək artıq normativləşmiş üslub hadisəsidir.
Dialekt sözlər, alınmalar, arxaizm, tarixizm və neologizmlər.
Nitq mədəniyyəti təcrübəsində dialekt sözlərinə ( dialektizmlərə) münasibət
ən mühüm məsələlərdən biri hesab olunur. Və müşahidələr göstərir ki, burada
müəyyən ziddiyyət də yox deyil. Belə ki, xalq dili ( dialekt-şivələr), bir tərəfdən,
ədəbi dilin əsas “qida mənbələri”ndən biridir, digər tərəfdən, ədəbi dil xalq dilinin
( dialekt-şivələrin) qeyri-normativ, “pozucu” təsirindən qorunmalıdır.
Nitqdə dialektizmlərdən və ya məhəlli sözlərdən istifadə ədəbi normativlik
baxımından ciddi qüsur sayılır.
Məsələ burasındadır ki, ədəbi dil birdən-birə deyil, müəyyən tarixi proses
nəticəsində tədricən ( və kifayət qədər təbii sosial, siyasi, mədəni və s. şərtlər
əsasında) formalaşır. Ümumxalq və ya canlı xalq dilinin müəyyən coğrafi
mərkəzdə ( o həm də iqtisadi, siyasi, mədəni və s. mərkəzdir) konsentrasiya dialekt
çoxvariantlılığından (pərakəndəliyindən) təkvariantlılığa ( normativliyə) keçidlə
müşayiət olunur. Və ədəbi dil öz materialını ən azı üç mənbədən alır:
1) əcdad ədəbi dilin və ya dillərin norma ənənələri;
2) dialektlərdən, yaxud “tayfa dilləri”ndən gələn “seçilmələr”;
3) inkişaf etmiş qonşu ədəbi dillər.
Azərbaycan ədəbi dili həm “türki”nin (orta əsrlər ümumtürk ədəbi dilinin),
həm Azərbaycan ərazisindəki türk “tayfa dilləri”nin, həm də qonşu fars və ərəb
ədəbi dillərinin (dialektlərinin yox!) əsasında formalaşmışdır.
Bu da doğrudur ki, Azərbaycan ədəbi dilinə müxtəlif dövrlərdə bəzən az,
bəzən də çox sayda dialekt sözləri daxil olmuş və həmin proses, prinsip etibarilə,
ədəbi normanın demokratikləşməsi istiqamətində getdiyindən dialektizmlər ədəbi
dili onu “ağırlaşdıran” ərəb-fars alınmalarından təmizləməyə xidmət etmişdir.
Xüsusilə XVIII əsrdə, XIX əsrin sonu XX əsrin əvvəllərində canlı xalq dilinin
ədəbi dilə “saflaşdırıcı”, yaxud “milliləşdirici” təsiri, həqiqətən, tarixi və ya
həlledici olmuşdur.
Ancaq dialektizmlərin ədəbi dilə (və nəticə etibarilə, nitq mədəniyyətinə)
pərakəndə, yaxud xaotik müdaxiləsi, təbii ki, yolverilməzdir. Və bunun aşağıdakı
səbəbləri xüsusi olaraq qeyd edilməlidir:
a) məhəlli səciyyə daşıyan dialektizm ümumxalq və ya ümummilli ünsiyət
səviyyəsində anlaşılmazdır;
b) dialektizm ədəbi dildə “variantlılıq” yaratmaqla onun normativlik
prinsipini təhlükə altına alır.
Əlbəttə, bu, məsələnin ictimai tərəfidir, konkret bir fərd konkret ədəbi nitq
situasiyasında dialektizmlərə müraciət etdikdə isə üç səciyyəvi münasibətlə
qarşılaşır:
1) ətrafdakılar danışan şəxsdən həmin dialektizm və ya dialektizmlərin
mənasını soruşurlar;
2) onun nə dediyini, ümumiyyətlə fikrini anlamayıb sözünə laqeyd yanaşırlar
3) və ən təhlükəlisi, ətrafdakılarda belə bir təsəvvür yaranır ki, bu şəxs nitq
mədəniyyətindən məhrumdur.
Lakin unutmaq olmaz ki, Azərbaycanda ədəbi nitq mühiti ilə yanaşı, dialekt
nitqi mühiti də mövcuddur. Və etiraf etmək lazımdır ki, kifayət qədər canlı,
funksional olub öz müxtəlifliyi, rəngarəngliyilə ölkənin bütün coğrafiyasını əhatə
edir. Ona görə də burada ədəbi dil-dialekt münasibətlərinin mürəkkəb bir
mənzərəsilə qarşılaşmamaq mümkün deyil.
Məsələn, müşahidələr göstərir ki, dialekt mühitinin ədəbi dil daşıyıcısına
onun nitqdən irəli gələn münasibəti aşağıdakı şəkillərdə təzahür edir:
a) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aidliyi məlumdursa, onun
ədəbi nitqi bu və ya digər dərəcədə istehza doğuracaqdır;
b) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aid olmadığı məlumdursa,
onun ədəbi nitqi normal qarşılanacaqdır;
c) əgər danışan şəxsin mənşəcə hansı dialekt mühitinə aid olub-olmadığı
ümumiyyətlə məlum deyilsə (Azərbaycan şəraiti üçün bu, demək olar ki, nadir
hadisədir), tərəddüdlər baş qaldıracaqdır.
Odur ki, ümumiyyətlə, dialekt mühitləri ilə ünsiyyətə girərkən həmin mühitin
yerli nitq xüsusiyətlərinə və ya vərdişlərinə müəyyən hörmətlə yanaşmaq lazım
gəlir. Bütövlkdə isə, Azərbaycan nitq mədəniyyətinin müasir səviyyəsi elədir ki,
ədəbi dil-dialekt fərqlilikləri özünü leksikadan daha çox fonetikada göstərir. Və
ümumxalq, yaxud ümumdilli maraqlar baxımından ədəbi dil normaları, heç
şübhəsiz, dialekt-şivə variantlılığından müqayisə edilməyəcək qədər nüfuzludur.
Alınmalar
Hər bir dil yabancı ( alınma) sözlərə həm müqavimət göstərir, həm də onları
qəbul etməli olur.
Azərbaycan dilində fəal işlənən həm Şərq, həm də Qərb mənşəli alınma
sözlərin sayı on minlərlədir. Və bu dili kitab, elm, ədəbiyyat, incəsənət,
mədəniyyət, eşq, məhəbbət, həyat, adam, insan, tale, dövlət, xeyir, şər, can, vətən,
namus, qeyrət, müharibə, sülh... kimi Şərq, universitet, teatr, televiziya, kompüter,
akademiya, parlament, partiya, lisenziya, demokratiya, planet, sivilizasiya... kimi
Qərb mənşəli alınma sözlərdən kənarda təsəvvür etmək mümkün deyil.
Azərbaycan Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin qovşağında
yerləşdiyinə görə, artıq qeyd etdiyimiz kimi, Azərbaycan dili lüğət tərkibində Şərq-
Qərb paralelliyi və ya sinonimliyi adlandıra biləcəyimiz özünəməxsus ( unikal) bir
hadisə ilə rastlaşırıq; məsələn: müsbət-pozitiv, mənfi-neqativ, mütləq-absalyut,
peşəkar-professional, mənşə-genezis, kütləvi-total, intibah-renesans və s.
Hər bir dil, ilk növbədə, o əcnəbi sözləri qəbul edir ki, onlar dilə tamamilə
yeni ( və zəruri!) anlayışlar gətirir. Və bu anlayışlar aşağıdakı sahələri əhatə edir:
1) iqtisadi-təsərrüfat;
2) ictimai-siyasi, inzibati;
3) dini-mənəvi, ideoloji;
4) elmi, mədəni və s.
Tarix göstərir ki, çox zaman bir dilin başqa bir dilə və ya dillərə təsiri qlobal,
yaxud epoxal xarakter daşıyır. Azərbaycanın ərəb işğalına məruz qalması, xüsusilə
İslam dinini qəbul etməsi nəticəsində Azərbaycan türkcəsinə uzun əsrlər boyu
çoxlu ərəb sözləri keçmiş, XIX əsrin ortalarından isə bu proses tədricən dayanaraq
öz yerini rus dili vasitəsilə Qərb təsirinə vermişdir. Və həmin dövrdən etibarən
Azərbaycanın düşdüyü yeni tarixi şərait milli ictimai varlığa ( və onun şüuruna)
geniş miqyasda yeni texnologiyalar diqtə etdiyi kimi kütləvi olaraq yeni anlayışlar
və sözlər də gətirmişdir.
Müasir Azərbaycan dilində Şərq və Qərb mənşəli alınma sözlər tamamilə əks
coğrafi-mədəni mənbələrdən ( və müxtəlif tarixi dövrlərdən) gəlsə də, milli dil
təfəkkürü üçün nəinki problemlər yaradır, əksinə, onun universallığını, dünyaya
açıqlığını və tolerantlığını təmin edir.
Sual oluna bilər ki, bu qədər çoxsaylı ( və müxtəlif mənşəli) alınmalar nə
üçün Azərbaycan dilinə dağıdıcı təsir göstərmir?
Hər şeydən əvvəl ona görə ki, Azərbaycan dilinin, ümumiyyətlə türk dillərinin
iltisaqi genotipologiyasının olduqca möhkəm struktur dayaqları vardır. Alınma söz,
bir tərəfdən, milli ( türk mənşəli) sözlər qədər çoxmənalılıq qazanmır, digər
tərəfdən isə, milli sözyaradıcılığı standartları ilə əhatə olunub neytrallaşdırılır.
Hətta, məsələn, kitab, katib, məktəb kimi eyni flektiv olan ərəb sözləri də
azərbaycanlının dil təfəkküründə heç bir “qohumluq” ( eyniköklülük) assosiasiyası
yaratmayan tamamilə müxtəlif leksik vahidlər kimi qavranılır.
Azərbaycan dili uzun əsrlərin təcrübəsinə dayanaraq inkişaf etmiş dillərdən
zəruri sözləri maneəsiz aldığı kimi, zəruri olmayan əcnəbi sözlərə də həmişə ciddi
müqavimət göstərmişdir. Məsələn, Qərb mənşəli universitet, akademiya, partiya,
qrammatika, termin sözlərini almaq ehtiyacı meydana çıxdıqda darülfünun,
darülelm, firqə, sərf-nəhv sözlərindən imtina olunmuşdur.
XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə rus dilinin təsiri nə qədər
güclü olsa da, demək lazımdır ki, ədəbi dil yalnız ən zəruri sözləri qəbul etdiyi
halda, danışıq dili, hətta məhəlli səciyyə daşıyan dialektlər belə, çoxlu sayda
“rusizm”lə “zənginləşmişdir” ki, həmin əcaib vəziyyət bu günə qədər
qalmaqdadır...
Məsələ burasındadır ki, Azərbaycan danışıq dilinə Şimalda rus dili nə qədər
dağıdıcı təsir etmişdirsə, Cənubda da eyni təsiri fars dili göstərmişdir.
Arxazim və ya tarixizmlərdən, eləcə də neologizmlərdən istifadə nitq
mədəniyyətinin keyfiyyətinə bu və ya digər dərəcədə təsir göstərən amillərdəndir.
Əlbəttə, tarixdən danışan bir şəxsin bütün anlayışları müasir sözlərlə ifadə
etməsi yalnız anlaşılmazlıq və ya qeyri-dəqiqliklərlə müşahiət olunmur, həm də
nitqin mədəni-intellektual səviyyəsi barədə neqativ təsəvvür yaradır. Və
ümumiyyətlə, mükəmməl nitqdə tarixin ( arxaikanın) həm birbaşa, həm də
dolayısı ilə iştirakı mülahizələrindən çıxış edərək belə bir qərara gəlmək olar ki, bu
günün dili, o cümlədən daha dəyişkən olan leksikon dünənin dilindən heç də
kəskin şəkildə ayrılmır, sadəcə olaraq, leksik arxaika öz anlayışları ilə birlikdə
funksional aktivliyini müəyyən qədər itirmiş olur.
Yeni dövrdən başlayaraq elmi-intellektual təfəkkürün tarixə geniş miqyas alan
marağı kütləvi şüura da dərindən sirayət etmiş, əgər beklə demək mümkünsə, tarix
xeyli dərəcədə “müasirləşmiş”dir.
Eyni zamanda, zahirən nə qədər paradoksal görünsə də, müasir ictimai
təfəkkürdə, eləcə də dil təfəkküründə yeni anlayışlara ( və neologizmlərə) maraq
olduqca güclənmiş, keçmişə münasibət kimi gələcəyə münasibət də milli
hüdudlardan kənara çıxaraq beynəlmiləl və ya planetar xarakter kəsb etmişdir.
Neologizmlər dilin leksik-semantik sisteminin bərabərhüquqlu elementinə
çevrilməsi üçün müəyyən zaman keçməli, dilə yenicə daxil olmuş alınma söz
fonetik və qrammatik cəhətdən daxil olduğu sahənin digər sözlərilə qaynayı-
qarışmalı, bir növ vətəndaşlıq qazanmalıdır. İlk dönəmlərdə müəyyən qrup adamlar
üçün aydın olan sözlər tədricən ümumxalq dilinə keçir və əksəriyyət tərəfindən
anlaşılmağa başlayır: demarş, ştrix, faktor, kommunikasiya, kurasiya, skandal,
neqativ, impuls, transfer, ambisiya, aksiya, super market, vitirin, təhəddid, tarif,
insident, rezyume, fiasko, konflikt, presedent, analoq, unikal, ajiataj, cüzi,
infrastruktur, formirovka, dominant, zənn, eks, inteqrasiya, kompramant, passiv,
situasiya, optimal variant, təkzib etmək, musaj, adekvat, ironiya hotel, skeptik,
təbəə, qrimas ( görkəm), diversiya, restrukturzasiya, postsovet, provayder, sayt,
antiqlobalist, moralist, sinerkizm, prezentasiya, matç, liqa, klip, montaj kimi
vahidlər belə sözlərdəndir.
Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan dilinin hərtərəfli inkişafı,
zənginləşməsi, milliləşməsi üçün dövlət səviyyəsində beynəlxalq tələblərə cavab
verən bütün hüquqi bazalar yaradılmışdır. Dilimizin dövlət dili və rəsmi dil kimi
bütün fəaliyyət sahələrində başqa dillərlə bərabər hüquqda işlənməsi haqda
qanunlar qəbul olunmuşdur. İndi bircə şey qalır: ana dilini sevənlər-sıravi
vətəndaşlar, ziyalılar, yazıçılar, qəzetçilər, dilçilər məsuliyyət hirsini artırsın,
işlətdiyi hər sözə şüurlu yanaşsın, dili ürəkdən sevsin.
Hər bir dilin intellektual imkanlarının davamlı olaraq genişlənməsi üçün üç
mühüm şərt mövcuddur:
1) hər hansı güclü (beynəlxalq) dilin – “dil imperiyası”nın nəzarətində
olmayıb ümumdünya dil (və təfəkkür) proseslərində birbaşa iştirak etmək;
2) hər hansı ideoloji, dini məhdudiyyətlə kifayətlənməyib mümkün qədər
demokratik-“liberal” dil təfəkkürünü əks etdirmək;
3) həmin dildə elmi-təhsil müəssisələrinin, universitetlərin kifayət qədər
olması.
XX əsrin 20-ci illərdən 80-ci illərinə qədər Azərbaycan dili rus dilinin
“nəzarət”ində olmuş, kommunist (və ateist) ideologiyanın təsiri altında “inkişaf
etmişdir”. Və onun intellektual leksikonu da həmin linqvistik-ideoloji çərçivədən
kənara çıxmaq imkanından tamamilə məhrum edilmişdir.
Frazeoloji birləşmələr. Frazeologiya dilçiliyin ən gənc şöbələrindən biridir.
Bu sahənin banisi fransız dilçisi Ş.Balli hesab olunur. Belə ki, “dilə möhkəm
surətdə daxil olan birləşmələrin” öyrənilməsinin xüsusi üsullarının zəruriliyini ilk
dəfə Ş.Balli əsaslandırmışdır.

Dilin lüğət tərkibində, daha doğrusu, leksik sistemində elə birləşmələr vardır
ki, onlar öz məna xüsusiyyətinə görə hazır vahidlər olub, xüsusi bir qrup yaradır.
Həmin qrupa daxil olan sözlər öz leksik-semantik səciyyəsinə görə ümumi
sözlərdən və xüsusi adlardan fərqlənir. Belə ki, həmin qrupa daxil olan leksik
vahidlər bir qayda olaraq, öz lüğəvi mənalarından uzaq olur və əslində, ayrılıqda
müstəqil mənaya malik olmur. Daha konkret desək, birləşmələrin tərkib hissələri
birləşmədə ifadə olunan ümumi bir mənanın yaranmasına xidmət göstərir. Başqa
sözlə, özlərinin ilkin morfoloji və sintaktik mənalarını itirir; yəni ayrılıqda
müstəqil nitq hissəsi və cümlə üzvü olmaq qabiliyyətini mühafizə edə bilmir.
Fikrimizi aydınlaşdırmaq üçün əldən düşmək feilini nəzərdən keçirək. Adi leksik
və qrammatik səviyyədə olan bu birləşmə əldən və düşmək sözlərindən ibarətdir.
Əldən sözü leksik cəhətdən bədən üzvlərindən birinin, düşmək sözü isə müəyyən
bir hərəkətin adını ifadə edir. Əldən sözü öz morfoloji mənasına görə isimdir.
Təkdədir və ismin çıxışlıq halındadır. Düşmək sözü feildir, məsdər formasındadır,
məlum növdədir, təsirsizdir, təsdiqdədir. Lakin əldən düşmək birləşməsi dildə elə
məqamda işlənə bilər ki, onun tərkib hissələri barəsində yuxarıda deyilənlərdən
əsər-əlamət qalmaz. Məsələn, O, bütün günü işləyib əldən düşdü cümləsini
nəzərdən keçirək. Göründüyü kimi, burada əldən düşdü yorulmaq mənasını ifadə
etdiyindən, artıq onların ilkin lüğəvi mənalarından söhbət gedə bilməz. Bu sözlərin
birləşmə daxilində məna vəhdəti o qədər güclüdür ki, onları nə morfoloji, nə də
sintaktik cəhətdən ayırmaq qeyri-mümkündür. Bu birləşmələr leksikada müstəqil
nitq vahidləri, morfologiyada mürəkkəb nitq hissəsi, sintaksisdə isə sadə cümlə
üzvü hesab edilir. Müxtəlif dillərin materialının tədqiqi göstərir ki, dillərin
hamısında bu qəbildən olan söz birləşmələri geniş yayılmışdır. Söz birləşmələrinin
bu ikili xarakteri dildə olan söz birləşmələrini müxtəlif qruplara ayırmağı zəruri
edir.
Dilçilik elmi iki qrup: sərbəst və qeyri-sərbəst söz birləşmələrinin mövcud
olduğunu göstərir. Bu qruplar sabit və qeyri-sabit söz birləşmələri termini ilə də
adlandırılır. Sərbəst və yaxud qeyri-sabit söz birləşmələri o birləşmələrə deyilir ki,
onların tərkib hissələri müstəqil leksik mənaya malik olsun, mofoloji və sintaktik
cəhətdən üzvlərinə ayrılsın.

Sabit və yaxud qeyri-sərbəst söz birləşmələri isə o birləşmələrə deyiir ki,


onların tərkib hissələri müstəqil leksik mənaya malik olmur (onu itirir), morfoloji
və sintaktik cəhətdən üzvlərinə ayrıla bilmir. Belə birləşmələrə frazeoloji
birləşmələr və ya frazeologizmlər də deyilir.

Böyük rus dilçisi V.V.Vinoqradov frazeoloji vahidlərin təsnifini vermişdir. Bu


təsnifə görə, frazeoloji vahidlərin üç qrupu vardır: 1) frazeoloji uyuşmalar, 2)
frazeoloji birləşmələr, 3) frazeoloji qovuşmalar. Bu bölgü bu gün də öz
əhəmiyyətini itirməmişdir. Onlara frazeoloji vahidlərin yalnız bir qrupu –
frazeoloji ifadələr əlavə edilmişdir.

Frazeoloji uyuşmalar elə frazeoloji vahidlərdən sayılır ki, onun tərkib hissələri
arasında müəyyən dərəcədə müstəqillik vardır və onlar müəyyən mənada sərbəst
birləşmələri xatırladır. Məsələn, xoşu gəlmək. Frazeoloji vahidlərin bu növündə
müəyyən qrammatik sərbəstlik var; məsələn, xoşum gəlir, xoşunuz gəlir və s.

Frazeoloji birləşmələrdə isə istinad sözü nisbətən daha müstəqil olur. Belə ki,
həmin söz mənsubiyyət şəkilçilərinə görə dəyişilməklə bərabər, bu sözlə onun aid
olduğu sözün arasına müxtəlif sözlər də daxil ola bilir; məsələn, gözünə dəymək
(Çöldə gözümə bir şey dəymirdi). Belə birləşmələr sərbəst birləşmələrdən yalnız
məcazi məna bildirmələri ilə fərqlənir.

Frazeoloji qovuşmalar özlərinin möhkəm semantik bağlılığı, bölünməzliyi ilə


fərqlənir. Belə frazeoloji vahidlərdə istinad sözü qrammatik cəhətdən dəyişməz
qalır və tərkib hissələrinin arasına heç bir söz daxil ola bilmir, məsələn, qulaq
asmaq (Mən ona diqqətlə qulaq asdım).

Frazeoloji ifadələr Azərbaycan dilçiliyində leksik ibarələr kimi izah edilmişdir.


Belə frazeoloji birləşmələr istiarə mənşəli olur və daha çox ədəbi dildi istifadə
edilir. alovlu salam, kəskin baxış, sağlam fikir, qara qüvvə və s.
Mövzu 17. Kommunikativ proseslərdə ədəbi dil normalarından
düzgün istifadə. Qrammatk norma

Səs (fonem) də, söz (leksem) də bitkin fikir söyləmək, yaxud hökm vermək-
mühakimə yürütmək üçün vasitə olduğuna görə nitq mədəniyyətinin son nəticəsi
özünü cümlədə təzahür etdirir.
Cümlənin qrammatik normalara uyğun olaraq düzgün qurulması nitq
mədəniyyətinin əsas prinsipidir.
Azərbaycan dilində danışan bir şəxs səni gördüm əvəzində sənə gördüm və ya
sənə baxdım əvəzinə səni baxdım ifadələrini işlətsə, şəksizdir ki, belə ifadələr
qulağımıza ağır gələcək və belə ifadələri söyləyən şəxsi azərbaycanca düzgün
danışmayan şəxs hesab edəcəyik. Nə üçün belə ifadələri yanlış ifadələr sayırıq?
Əlbəttə, dilin daxili qanunlarını, qrammatik qaydalarını nəzəri surətdə
bilməyən şəxs deyər ki, azərbaycanca belə deməzlər və dədədən-babadan səni
gördüm, sənə baxdım ifadələri işlənmiş, belə də öyrənilmişdir. Buna görə də
doğrusu belədir.
Deməli, burada adət, vərdiş, həm də bununla bağlı olaraq estetik təsir nəzərə
alınır və ölçü vahidi məhz bunlar sayılır.
Lakin bunları dilin qrammatik qanunları əsasında daha dərindən yoxladıqda
aydın olur ki, bu ifadələrin məhz belə bir formada qurulması və dədə-babadan bəri
vərdiş halına düşməsi, üsttik təsir qüvvəsi kəsb etməsi ancaq və ancaq
ümumiyyətlə dilin, xüsusən onun ayrı-ayrı vahidlərinin daxili qanunları ilə, daxili
varlığı ilə əlaqədardır və belə təzahür edən qanunauyğunluqdur. Axı, görmək feili
ilə baxmaq feili öz təsirlərinə görə başqa-başqa xüsusiyyətlərə malikdir: görmək
feili öz daxili məzmununa görə bilavasitə təsir obyektini tələb edən feildir, buna
görə obyekti bildirən söz məhz təsirlik halda olmalıdır, buna görə də təsir
obyektini bildirən sözün yönlük halda işlənməsi məntiqi cəhətdən yanlışdır. Bunun
əksinə olaraq, baxmaq feili başqa bir vəziyyətdədir, burada iş başqa bir vasitə ilə
obyektə təsir edir; yəni bu ifadədə obyekt ( sən) “baxmaq” işinin bilavasitə təsir
etdiyi obyekti deyil, başqa hər hansı bir vasitə iləgələn təsirin istiqamətini, hədəfini
ifadə edən obyektdir. Buna görə də obyektin bilavasitə təsnə düşməsi, yəni sən
sözünün təsirlik halında olması məntiqi, doğru və normal vəziyyət sayılmır”.
Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:
1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda
işlədilir: iki top, üç kitab, dörd tələbə, yüz qoyun və s. Hazırda şagird və tələbələr
orta ümumtəhsil və ali məktəblərdə rus, ingilis, fransız, alman və s. dilləri (ən azı
iki xarici dili) öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları
ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq
ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir.
2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə
əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə
artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının
elementləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs
əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz,
çantası və s. Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib
şəxs ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir. Amma
rus, ingilis, fransız dillərində bu mümkün deyildir. Eləcə də, dilimizdə I və II
şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət
anlayışını ifadə etmək mümkündür (adları çəkilən xarici dillərdə olduğu kimi):
Bizim məktəb, sizin ev. Lakin birinci tərəfin işlənmədiyi hallarda mənsubiyyət
şəkilçisinin işlənməsi artıq labüd olur: məktəbimiz, eviniz. Dilimizin özünəməxsus
xüsusiyyəti burada da özünü göstərir. Mənim məktəb, sənin ev, onun və ya onların
bağ deyilməz. Deməli, nitqdə lll növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş
şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf isə ixtisar
oluna bilir: mənim anam əvəzinə anam, sənin adın; əvəzinə adın, onun (onların)
atası, əvəzinə atası və s. işlədilir və bu zaman əsas məna nəinki dəyişmir, həm də
üslubi məqam kimi cümlədə səlislik, ahəngdarlıq, yığcamlıq yaranır. Elə bu qayda
ilə mənsubiyyət şəkilçili getdiyim, gəldiyiniz, oyunçularımız, içdikləri tipli sözləri
də ayrılıqda işlətmək və cümləni daha yığcam şəklə salmaq olur. Canlı danışıq
dilində, sual-cavab şəklində gedən dialoq- müsahibələrdə mənsubiyyət
kateqoriyasının ikinci tərəfi ixtisara düşür. Məsələn: - Bu kimin topudur? - Mənim.
- Bəs dedilər ki, onundur. - Yox, onun deyil, mənimdir.
3) ll şəxsin cəmində xəbərlik kateqoriyasının -sınız4 şəkilçisi -sız4 şəklində
tələffüz
olunur: məşqçisiniz-[məşqçisiz], futbolçusunuz-[futbolçusuz] və s.
4) Feilin inkarlıq kateqoriyası təsdiq formada olan felə - ma/-mə şəkilçisini
artırmaqla düzəlir. Məs: o yazır-o yazmır, sən oxuyursan-sən oxumursan. Amma
inkarlığı -ma/mə şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları
işlənəndə felin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: O nə yazır, nə (də)
oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək,
dilimizin qrammatik norması pozulmuş olacaqdır. Nə, nə də ədatları felin
qarşısında deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr
qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məs: “Nə müəllimin
yazdığı aşağı kredit balı, nə də dekanın göstərişi mənim qanuni oxuduğum
Akademiyadan çıxarılmağıma haqq qazandıra bilməz”. Cümlədə inkarlıq
bağlayıcılarının işlənməsinə baxmayaraq xəbərin yenidən inkarlıq şəkilçisini qəbul
etməsi düzgün deyildir. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox
da danışıq dilində bu qayda tez-tez pozulur.
5) Zərflər işlənmə yerindən asılı olmayaraq hərəkətlə (fellə), cümlənin xəbəri
ilə əlaqədar olur. Tələbələr bilməlidirlər ki, zərf kimi işlənə bilən sözlər həm isim
(səhər, günorta, axşam), həm sifət (yaxın, uzaq, pis, yaxşı), həm də say (az, çox,
xeyli) kimi çıxış edə bilməz. Bir nitq hissəsinə aid olan sözün başqa bir nitq hissəsi
ola bilməməsi professor Yusif Seyidovun əsərlərində aydınlaşdırılsa da, hələ də
orta və ali məktəb dərsliklərində əvvəlki səhv fikirlər təkrarlanır. Tələbələr nitq
hissəsi olan zərfi cümlənin ikinci dərəcəli üzvü olan zərfliklə qarışdırırlar.
Doğrudur, onlar zərfin nitq hissəsi, zərfliyin cümlə üzvü olduğunu çox vaxt deyə
bilsələr də, cümlə təhlilində fikirlərini əsaslandıra bilmirlər.
6) Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra
mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri
(şəkilçilər) artırılır: tələbə+ lər+imiz +in+dir, məşq+çi+lər+imiz+dən+siniz və s.
7) Felin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə
şəxs - xəbər əlaməti (şəkilçisi) artırılır: sil+dir+ il+məli+dir. Bura inkarlıq,
kəmiyyət şəkilçilərini, hətta -mı4 sual ədatını da arıtrmaq mümkündür:
sil+dir+il+məli+dir+ mi? (gərək) yaz+iş+ma+ya+sınız. Tək-tək hallarda
qrammatik normanın pozulmasına rast gəlirik: “Onlar dərslərini gecələr
öyrənirlərmiş” cümləsində qrammatik norma pozulmuşdur, çünki -imiş hissəciyi -
lər cəmlik şəkilçisindən əvvəl işlənməli idi.
8) Sözlərin nitq axını prosesindəki sırası əhəmiyyətli olduğu üçün onun
pozulması qrammatik qaydanın pozulmasına gətirib çıxarır. Məsələn: “Sizi mən
çox vaxtlarda istəyirdim görmək”. “Artıq mənim gözləməyimdən nə çıxar indi”.
Danışıq dilində belə cümlələrə rast gəlirik. “Görmək” “istəyirdim” sözündən əvvəl,
“indi” cümlənin başlanğıcında, “artıq” sözü isə “nə çıxar”-dan əvvəl işənərsə,
cümlə dilin qrammatik normasına uyğun olar.
9) Dilimizdə mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və
kəmiyyətə görə uzlaşmalıdır: “Tələbələr-oğlanlı, qızlı hamı universitetə gedirlər”.
“Bir neçə tələbə futbol toplarını torda stadiona aparırlar”. İlk baxışda cümlələr
düzgündür. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə
və kəmiyyətdə olmalıdır.
“Tələbələr gedirdilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma
“hamı” əvəzliyində cəmlik anlayışı olsa da, “hamı gedirdilər” deyilməz (Xatırla:
Hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir). “Bir neçə tələbə” anlayışı cəmlik
bildirsə də, şəxs kimi
təkdədir, buna görə də “aparır” deyilməlidir. Yaxud “Səndən ötrü ayaqlarım
evə getmirdilər” cümləsi düzgün qurulmamışdır. “Ayaqlar” sözü cəmdə olsa da,
məntiqi cəhətdən “getmirdilər” demək olmaz, uzlaşma yanlışdır.
10) Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına tabedir.
Cümlə üzvlərinin sırası normativ nitqdə pozulmur. Əgər biz “Mən həvəslə futbol
matçlarını izləyirəm” desək, çoxları cümlənin düzgün qurulduğunu təsdiqləyəcək.
Amma “həvəslə” zərfliyi qrammatik normaya görə “izləyirəm” xəbərinin
qarşısında gəlməlidir. Yaddan çıxarılmamalıdır ki, nitq prosesində sintaktik
vahidlərin ardıcıllıq qanunu söz sırası ilə tənzimlənir. Qrammatik norma sözlərin
düzgün yazılışı və deyilişi, məna və məntiqi cəhətdən dəqiq işlədilməsi şərti ilə söz
birləşmələri və cümlələrin nitqdə düzgün əlaqələndirilməsini tənzimləyir.
11) Sifətin çoxaltma dərəcəsi qrammatik əlamətlərlə yanaşı bütöv sözlərlə də
düzəldilir. “Təmiz” əvəzinə “aydan arı, sudan duru” ifadəsi, “qırmızı” əvəzinə
“qan qırmızı”, “lalə kimi qırmızı”, “lalədən də qırmızı”, “ağ” “əvəzinə” “süd kimi
ağ” və ya “süddən də ağ” kimi bənzətmə bildirən birləşmələr daha təsirli üslubi
effekt yaradır.
12) Emosional nitqdə, yüksək pafosla ifadə olunan poetik dildə mübtəda ilə
xəbər yerini dəyişə bilir: Qoy sənə desinlər ay qaçaq Nəbi, Həcəri özündən ay
qoçaq Nəbi. Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz. Bu,quş dilidir, bunu
Süleyman bilir ancaq. (İ.Nəsimi) Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu
xəbəri gətirdiyinə görə. Dedilər kəndə gəlir Omaroğlu. -Niyə gəlir bu sağ olmuş,
başımızı yerə soxmağamı? (V.Nəsib) Gətirilmiş cümlələrdə sintaktik vahidlərin
ardıcıllıq qanunu söz sırası ilə tənzimlənməli olduğu halda bədii əsərlərdə
bilərəkdən pozulmuşdur ki, bu da şeirlərdə qafiyə və bölgü, nəsrdə isə yerli koloriti
və canlı danışıq dilini saxlamaq xatirinə edilmişdir.
13) Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozğunluğu fikrin dürüst və
kiçik vaxt kəsiyində anlaşılmasını çətinləşdirir: “Məşqçilər yenicə oyundan çıxmış
həndbolçulara söhbət apardılar” (idarə əlaqəsi pozulmuşdur). “Həyətyanı evin
sahəsi böyük idi (yanaşma əlaqəsi düzgün qurulmamışdır).
14) Elə söz birləşmələrinə də təsadüf edilir ki, onlarda əsas tərəflə asılı tərəfin
yerinin dəyişməsi özünü göstərir: gözü yaşlı, sözü məzəli, qəlbi tox, fikri geniş və
s.
Bunlar sintaktik cəhətdən birinci növ təyini söz birləşmələrinə yaxındır.
Mövzu 18. Nitq üslubları
İstənilən dilin leksikası üslubi baxımdan müxtəlif növlüdür. Bəzi sözlər
ümumişlək hesab edilir, digərləri yalnız müəyyən nitq vəziyyətlərində istifadə
edilir. Üslub nitq vasitələrinin insan ünsiyyətinin bu və ya digər sahəsində istifadə
edilən, tarixən formalaşmış sistemidir. Müasir dildə aşağıdakı üslubları
fərqləndirirlər: elmi, publisistik, rəsmi-işgüzar, danışıq (məişət); bir sıra alimlər
həm də bədii ədəbiyyat üslubunu bu sıraya daxil edirlər. Hər bir üslubun dil
normalarına aid öz tələbləri var: bu tələblər ciddi elmi terminologiyadan yüksək
emosionallığın sadə leksikasına qədər müəyyən hüdudları əhatə edir. Leksika bir
üslubdan digərinə keçir, daha çox isə bu və ya digər üslubların söz və ifadələri
danışıq (məişət) üslubuna keçib möhkəmlənir.
Elmi üslub - bu, elmi məqalələrin, məruzələrin, monoqrafiya və dərsliklərin və s.
üslubudur. Bu üslub həmin materialların məzmun və məqsədlərinə əsasən
müəyyənləşdirilir. Bunlar: bizi əhatə edən gerçəkliyin faktlarını mümkün olduğu
qədər dəqiq və ətraflı izah etmək, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini
göstərmək, tarixi inkişafın qanunauyğunluqlarını göstərmək, məlumat vermək və
bu kimi məsələlərdir. Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır:
• Şərhin məntiqi ardıcıllığı;
• Məzmunun informasiya zənginliyi ilə yanaşı birmənalılığı, dəqiqliyi və
yığcamlığı;
• Mühakimənin konkretliyi, bitərəfliyi, obyektivliyi;
• Mətnin bütün leksikasının 15-20 %-ni təşkil edən terminlərin bolluğu;
• Elmi frazeologiya (düz bucaq, kəsişmə nöqtəsi və s );
• Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf, hərəkət, amil, fəaliyyət və
s.);
• Tək anlayışı bildirən formanın cəm mənasında istifadə edilməsi (canavar- itlər
cinsindən yırtıcı hevandır);
• Fellərin əvəzinə daha çox isimlərin işlədilməsi (hərarət yüksəlir- hərarətin arması
halı mövcuddur);
• Mürəkkəb cümlələrdən istifadə.
Publisistik üslub-ictimai-siyasi ədəbiyyatın, dövri mətbuatın, natiqliyin və b.
üslubudur. Onun əsas məqsədləri kütlələrə təsir göstərmək, onları hərəkətə
səsləmək, məlumat vermək və b.k. məsələlərdir. Publisistik üslubun xarakterik
cəhətləri:
• İnformasiya zənginliyi şərtilə şərhin lakonikliyi;
• Şərhin anlaşıqlı olması (qəzet- kütləvi informasiyanın ən geniş yayılmış
növüdür);
• Mülahizənin emosional, ümumiləşdirilmiş, çox zaman isə sərbəst olması;
• İctimai-siyasi leksika və frazeologiya;
• Nitq ştamplanndan, qəliblərindən istifadə, onlann asan yaranması (tarla
zəhmətkeşləri, piştaxta işçiləri, dostluq şəraiti);
• Qısa cümlələrdən istifadə - qurulmuş nəsr;
• Elliptik (cümlədə asan anlaşılan sözün buraxılması) cümlələr, felsiz ifadələr
(hamıya - özəlləşdirmə çekləri; banklar təkcə bankirlər üçün deyil);
• Publisistik üslubun əlamətlərinin digər üslubların xüsusiyyətləri ilə
uyğunlaşdırılınası;
• Dilin təsvir və ifadə vasitələrindən istifadə (ritorik suallar, təkrirlər, inversiya və
s.). Publisistik üslubun qəzet-jurnal üslubu geniş yayılmışdır.
Rəsmi-işgüzar üslub - sənədlərin, beynəlxalq müqavilələrin, dövlət aktlarının,
qanunların, işgüzar sənədlərin və s. üslubudur. Bu üslub həmin sənədlərin
aşağıdakı məzmun və məqsədləri ilə müəyyənləşir: praktik əhəmiyyətə malik
məlumaün verilməsi, göstəriş və təlimatın verilməsi. Rəsmi işgüzar üslubun əsas
xüsusiyyətləri:
• Şərhin yığcamlığı, dil vasitələrindən qənaətli istifadə;
• Materialın standart yerləşdirilməsi, formanın mütləqliyi; • Mülahizənin
konkretliyi, bitərəfliyi, rəsmiliyi;
• Terminlərdən geniş istifadə;
• Xüsusi frazeologiyanm, həmçinin çoxsaylı nitq standartlarının- qəliblərin
mövcudluğu;
• Feldən yaranmış isimlərdən (əsasında, ona münasibətdə, ona görə və s.) istifadə;
• Sadalama xarakterli adlıq cümlələrdən istifadə;
• Mürəkkəb sintaktik quruluşlar;
• Emosional-ekspressiv nitq vasitələrinin olmaması.
Rəsmi işgüzar üslubun iki növü mövcuddur: rəsmi sənədlərin üslubu və gündəlik-
işgüzar üslub.
Danışıq (məişət) üslubu ünsiyyət funksiyasını (vəzifəsini) yerinə yetirir. Danışıq
(məişət) üslubununu xarakterik xüsusiyyətləri:
• Təsirlilik, mülahizənin əvvəlcədən düşünülməmiş olması;
• Emosional, sadə, ümumiləşdirilmiş olması;
• Gündəlik-məişət leksika və frazeologiyasından geniş istifadə;
• Qeyri-leksik vasitələrdən (intonasiya, vurğu, fasilə, nitqin sürəti və s.) istifadə;
• Mülahizənin dialoq, az hallarda monoloq forması;
• Nitqə ədatlann, nidaların, ara sözlərin, xitabların daxil edilməsi;
• Sadə cümlələrin mürəkkəblərə nisbətən çoxluq təşkil etməsi;
• Əlavə, qoşma və bağlayıcı vasitələrdən istifadə edilməsi;
• Leksik təkrirlər, inversiyalar (söz sırasının pozulması).
Bədii üslub - bədii ədəbiyyatın dilidir. Bu üslub bədii mətnlərin məzmunu və
ətrafdakılara, təsvir olunana öz münasibətini bildirmək, sözlə rəsmini çəkmək,
hadisəni təsvir etmək və s. kimi əsas məqsədləri ilə müəyyən olunur. Bədii üslubun
əsas xüsusiyyətləri:
• Obrazlılıq, emosionallıq;
• Kommunikativ və estetik vəzifələrin birliyi;
• Bütün üslubların leksika və frazeologiyasından geniş istifadə;
• Təsvir və ifadə vasitələrindən istifadə;
• Müəllifin fərdi yaradıcılığının aşkara çıxması. Aydındır ki, nitqin müxtəlif
üslublarının, xüsusilə yazılı nitqdən şifahi istifadədən fərqlənən iş forması olan
şifahi formada öyrədilməsi üzrə xüsusi iş aparılmalıdır. Tədris müəssisələrində
əsas diqqətyazılı formaların (qərarların, qanunların, iş prinsipinin təsvirinin, qanun
maddələrinin, göstəriş və təlimatların) öyrənilməsinə və onlardan şifahi nitq
fəaliyyətində istifadəyə yönəldilir. Hazırda kitab mətnlərinin mexaniki təkrarını
yox, həmin mətnlərə bu və ya digər fənnə, hadisəyə, yaxud prosesə xas olan
aynayn xüsusiyyələrin daxil edilməsini nəzərdə tutan metodikalardan istifadə
etməyin vaxtı çatmışdır.

Mövzu 19. Natiqlik sənətinin tarixi . Nitqin hazırlanması və


təqdim edilməsi

Natiqliyin yaranmasına ictimai əhəmiyyət kəsb edən məsələlərin kütləvi


müzakirəsi və həlli yollarının axtarışı səbəb olmuşdur. Tarixi təcrübə göstərir ki,
ritorikanın yaranması üçün ən mühüm şərt təkcə, inkişaf etmiş cəmiyyət deyil,
vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakıdır. Daha doğrusu, natiqlik
yalnız demokratik idarə forması olan dövlətdə inkişaf edə bilərdi. Təsadüfi deyil
ki, natiqlik ilk olaraq Yunanıstanda yaranıb çiçəklənmişdir. Aristokratiyanın hər
hansı məsələni nəzarətsiz şəkildə, istədiyi formada həll etmək hüququna malik
olduğu qədim yunan şəhər dövlətlərindən biri olan Spartada natiqlik sənəti məşhur
deyildi. Lakin xalq məclisinin ali hakimiyyətə malik olduğu Afinada isə qısa
müddətdə görkəmli natiqlər yetişdi, ritorika ilə bağlı əhəmiyyətli əsərlər yazıldı.
Tədqiqatçıların da qeyd etdiyi kimi, natiqlik ən çox kritik tarixi dövrlərdə
inkişaf edir. Bəlağətin çiçəklənmə dövrü sosial inqilablar zamanıdır. Natiqlik
insanları müəəyən məqsəd ətrafında toplamağa kömək edir, ruhlandırır,
istiqamətləndirir. Unutmaq lazım deyil ki, qədim zamanlarda insanlara təsir
etməyin, onları müəyyən fikirlərə inandırmağın, öz tərəfinə çəkib səni
dəstəkləməyə vadar etməyin yeganə yolu natiqlik idi.
Antik dövrdən başlayaraq natiqliyə münasibətdə iki yanaşma müəyyən
edilmişdir. Bəziləri natiqliyin əsas vəzifəsinin inandırmaq olduğunu düşünür, ilk
olaraq məzmuna, ideyaya önəm verirdilər. Ritoroka inandırmaq sənəti kimi başa
düşülürdü. Məsələn, Aristotel ritorikanı “hər hansı bir mövzu haqqında
inandırmağın mümkün yollarını tapmaq bacarığı” kimi dəyərləndirir. Bir qisim isə
ritorikanı nitqin bəzədilməsi sənəti hesab edir, forma və üslubu natiqliyin əsas
göstəricisi sayırdılar. Məşhur Roma natiqi F.Kvintilianın məşhur tərifində deyilir:
“Ritorika gözəl danışmaq sənətidir”. O hesab edirdi ki, natiqin nitqi saflığı,
aktuallığı, aydınlığı, gözəlliyi, zənginliyi və söz rəngarəngliyi ilə seçilməlidir.
Bu fikir ayrılıqları uzun əsrlər davam etmiş, bəzən qızğın mübahisə və
qarşıdurmalara səbəb olmuşdur. Məsələn rus alimi V.Q.Belinski ümumiyyətlə,
ritorikanın bir elm kimi qəbul edilməsinə qarşı çıxırdı. O, natiqlik sənətinin yalnız
təcrübə, real ifalarla inkişaf etdiyini, bu sənətin nəzəri cəhətdən əsaslandırılmasının
mümkün olmadığı fikrini müdafiə edirdi.
Qeyd etdiyimiz kimi, natiqliyin inkişafında ən mühüm mərhələ antik
Yunanıstandır. Ritorika Yunanıstanda e.ə.V-IV əsrlkərdə yaranmış, III-II əsrlərdə
inkişaf edərək çiçəklənmişdir. Ritorikanın baniləri sofistlərdir (sophia – müdriklik
sözündəndir). Sofistlər insanlara məntiqi təfəkkür, fikirlərin təqdimetmə
qaydalarını, sübut və təkzibetmə üsullarını öyrədirdilər. Ritorika nəzəriyyəsini
inkişaf etdirən ilk sofist filosoflardan biri Protaqordur. Sofistlər qeyd edirdilər ki,
nitqin inandırıcılığı çox vaxt irəli sürülən tezisin doğruluğundan asılı deyil. Onlar
qarşı tərəfi çaşdırıb qələbə qazanmaq üçün müxtəlif hiylələrə əl atırdılar.
Mübahisə, müzakirə, polemika mühüm ictimai-sosial ünsiyyət forması olmaqla
bərabər, həm də afinalıların sevimli əyləncəsi idi.
Afinada natiqlik sənətinin məşhur olma səbəblərindən biri də mövcud məhkəmə
sistemi idi. O zamanlar prokuror, vəkil kimi vəzifələr yox idi. Hər kəs ittihamçı
qismində çıxış edə bilərdi. İttiham olunan şəxs isə özünü müdafiə etməli idi. Hər
kəsin taleyini nitqinin nə qədər düzgün, məntiqli, inandırıcı olması həll edirdi.
Hətta antik Yunanıstanda insanları məhkəmələrə hazırlayan “loqoqraf” adlı
xüsusu peşə sahibləri fəaliyyət göstərirdi.
Hər 10 gündən bir isə şəhər meydanında dövlət və ictimai işlərin müzakirəsi
keçirilirdi. E.ə. 391-ci ildə Afinada İsokratın rəhbərliyi ilə ritorikanın tədris
edildiyi məktəb açıldı. İsokrat məktəbinin şagirdləri məhkəmə nitqləri qurmağı, ən
ümidsiz işləri, hətta öz fikirlərinə əks nöqteyi-nəzərləri belə müdafiə etməyi
öyrənirdilər. İsokrat məktəbinin ən məşhur yetirməsi Demosfen olmuşdur. Nitq
orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün
tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri
daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq
söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında
durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların
səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin
zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq
istəmirsə, o natiq deyil”. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O,
ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh
etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir.
Antik yunan ritorikasının ən böyük nəzəriyyəçisi filosof və alim Aristoteldir.
Onun “Ritorika” əsəri ictimai nitqin dili, üslubu və quruluşundan bəhs edən üç
kitabdan ibarətdir.
1. Nitqin tərtibi prinsipi;
2. Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
3. Nitqin texnikası, vasitələri və priyomları.

Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir
və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin
predmetinə uyğun olmalıdır. Aristotel mükəmməl nitq hazırlamaq üçün 5 mərhələ
ayırırdı:

1. Materialın icadı və onun hazırlanması.


2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s.
məsələlərin nəzərə alınması və onlara əməl olunması.
12 əsr davam edən orta əsrlərdə yeni sosial-iqtisadi quruluş bütün sahələrdə
olduğu kimi ritorikanın inkişafında da ciddi dəyişikliklərə səbəb oldu. Aparıcı janr
kilsə natiqliyi, şifahi kütləvi ünsiyyətin ən populyar forması isə kilsə moizəsi idi.
Orta əsrlər natiqliyi qədim ritorika və formal məntiqin əsas normalarını, antik dövr
natiqlərinin təcrübəsini mənimsəsə də dini istiqamətin üstünlüyü baxımından yeni
çalarlar qazanmışdır. Dəyişikliklər, ilk növbədə mütləq hakimiyyətin dini
doqmalarla bağlı olmasından irəli gəlirdi. Mövzudan asılı olmayaraq hər bir natiq
mühakimə və mülahizələrini “Müqəddəs Yazılar”la (Bibliya) əlaqələndirməli idi.
Təkzibedilməz mənbəyə istinad etmək natiqi dərin arqumentasiyadan istifadə
etmək zərurətindən azad edir, digər tərəfdən isə nitqə sxolastika (elmi söhbət)
elementləri daxil edirdi. Kilsə ritorikası ibrətamiz xarakter daşıyır, müqəddəslərin
həyatına, möcüzə hekayələrinə, qiyamətə əsaslanır, tövbə və saleh həyata
çağırışları ehtiva edirdi.
Orda əsrlərdə müsəlman dünyasında da adekvat vəziyyət hökm sürürdü. Natiqlik
sənəti birbaşa dini moizələrlə, Quranı ucadan oxumaqla bağlı idi. Qeyd etmək
lazımdır ki, həmin dövrdə ilahi mənşəyinə görə ərəb dilinə böyük diqqət yetirilir,
bir çox antik mədəniyyət nümunələri bu dilə tərcümə edilirdi. Ərəb-müsəlman
Şərqinin söz sənəti təkcə dinin, siyasətin və hüququn mülkü deyil, həm də ədəbi
müsabiqələr təşkil edən, eləcə də teoloji, etik mövzularda söhbətlər və müzakirələr
aparan imkanlı vətəndaşların gündəlik həyatının əvəzsiz tərkib hissəsi idi.
İntibah dövründə ritorika sənəti yeni çalarlar əldə etdi. Məhkəmə natiqliyi
yenidən aktuallaşdı, ticarət və parlament natiqliyi kimi yeni sahələr yarandı. Orta
əsrlərdən fərqli olaraq intibah dövrünün humanistləri hesab edirdilər ki, insan
fərdiliyi və azadlığı özünün ən parlaq ifadəsini məhz söz sənətində, ritorikada
nümayiş etdirir. Bu dövr həm də canlı milli dillərin dirçəlişi və latın dilinin ikinci
planda qalması ilə xarakterizə oluna bilər.
İntibah dövründə kilsə daxilində belə üsyan moizələri oxunurdu. İtaliyalı rahib
Savonarola (1452-1498) katoloik kilsəsinin zənginliyi və dəbdəbəsini qəzəblə
pisləyir, Vatikanı tənqid edirdi. Onun xütbələri 1494-cü ildə Mediçi tiranlarının
Florensiyadan qovulmasına və respublikanın yaranmasına səbəb olan xalq
üsyanına töhfə verdi. Çexiyada alman hökmranlığına və katolik kilsəyə qarşı xalq
hərəkatının lideri Praqa Universitetinin rektoru Yan Hus (1371-1415) öz nitqlərini
sadə xalq dilində söyləyir, müraciət etdiyi auditoriyanın tələbindən asılı olaraq
fikirlərinin təqdimat formasını dəyişmək bacarığı nümayiş etdirirdi.
Modern dövrünün görkəmli yazıçı və mütəfəkkirləri Blez Paskal, Mişel
Montaigne, Frensis Bekon və başqaları da natiqlik sənətinin inkişafına mühüm
töhfələr vermişlər.
Müasir dövrümüzdə də insanlara müəyyən məlumatlar ötürmək, həqiqətləri
demək, onları bu və ya digər fəaliyyətə cəlb etmək baxımından natiqlik və ritorika
sənəti aktual və tələbolunandır.
Natiqlik sənətinin sahələri. Adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə
nitq fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi
nitq, məişət nitqi, məhkəmədə söylənilən nitq və s.
İctimai-siyasi nitq. İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf
etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və
televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın
prezidenti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə
daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin
dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən
mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük
razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət
verir, onu düzgün yola istiqamətləndirir.
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə
səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu
görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də
publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir.
Məhkəmə natiqliyi. Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir
funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil
üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi
kateqoriyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə
prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və
mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq
üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə
publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək
üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim,
şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir
qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin
nitqi) müdafiəedici xarakterdə olur. İttihamçının nitqi yüksək səviyyədə olmalıdır.
O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara,
obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur.
İctimai-məişət natiqliyi. Bu nitqin geniş istifadə olunan növlərindən biridir.
Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad
günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış
etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər
digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında
danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı
ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.

Nitqin hazırlanması və təqdim edilməsi. Şifahi çıxış hiss və düşüncələrimizin


sözlərlə tez və daha asan ötürülməsi üçün əvəzsiz bir bacarıqdır. Danışdıqlarımız
bəzən doğru, bəzən də səhv başa düşüldüyündən şifahi ötürmələrin istənilən
nəticəni verməsi üçün müəyyən məqamları nəzərə almaq lazımdır. Danışarkən
diqqət etməmiz lazım olan detalları bilmək daha uğurlu bir həyatın qapılarını
açmaq üçün şərtdir. Bütün bu təfərrüatların uyğun ardıcıllıqla və bacarıqla
istifadəsi nitq bacarıqları kimi ifadə edə biləcəyimiz üsullar toplusudur. Natiqlik,
demək olar ki, təsirli nitq üsullarını özündə birləşdirən, nitq qaydaları ilə
dəstəklənən və xüsusi bacarıq tələb edən bir sənətdir.
Kütlə qarşısında çıxış birtərəfli deyil, qarşılıqlı əlaqə prosesini ifadə etdiyi üçün
ifadələrimizin audutoriyada gözlədiyimiz təsiri oyatması, ilk növbədə düşüncə və
ideyalarımızın informasiya alıcılarına doğru çatdırılması ilə bağlıdır. Təsirli nitqin
malik olduğu bir sıra ümumi keyfiyyətləri nəzərdən keçirək:
1.Danışıqda müvəffəqiyyəti konstruktivlik (məqsədyönlülük) müəyyən edir.
İnsanlara təsir etmək üçün təkcə düşüncələrə deyil, duyğulara da müraciət etməyi
bacarmaq lazımdır. Lakin burada tarazlığı tənzimləyə bilmək konstruktiv və təsirli
nitq üçün son dərəcə vacibdir. Yalnız emosiyaları cəlb edən və həmsöhbətlərin
emosiyalarından istifadə etmək məqsədi daşıyan çıxışlar məqsədyönlü hesab
edilmir. Konstruktiv çıxışlar dinləyicilərin dəyərlərini, inanclarını və düşüncələrini
müsbət istiqamətdə dəyişmək məqsədi daşıyır. Şirin dilin nitqə təsirini nəzərə
almaq, mühitdən asılı olmayaraq bizi dinləyənlərin dəyərlərinə, inanclarına,
düşüncələrinə hörmətlə yanaşmaq uğurun ən yaxşı açarıdır.
2.Uğurlu çıxış maraqlı və dəyərli mövzuları əhatə edir. Çıxış zamanı seçdiyimiz
mövzuların maraqlı və aktual olması tez bir zamanda dinləyicilərin diqqətini cəlb
edəcək, auditoriya ilə səmimi ünsiyyətin təminatçısı olacaqdır. Danışıq bacarıqları
arasında mühüm yer tutan mövzu seçimi çox vaxt nitqimizin səviyyəsini müəyyən
edir.
3.Şəxsiyyətiniz çıxışınızın ipuclarıdır. Dinləyicilər həmişə danışanın şəxsiyyəti ilə
danışdıqları arasında əlaqə yaratmağa çalışırlar. Bu səbəbdən şəxsiyyətinizlə
söhbətləriniz arasında düzgün əlaqə olmalıdır. Məsələn, siqaret çəkən şəxsin
siqaretin zərərləri və ondan qurtulmağın yolları haqqında danışması nə qədər
gülüncdür. Bu səbəbdən yalnız şəxsiyyətinizlə bütünləşən mövzularda
danışmağınız sizə uğur gətirə bilər.
4.Mənasız söhbət gözlədiyiniz effekti verə bilməz. Danışıq texnikaları arasında
bəlkə də ən mühüm məqamlardan biri çıxışın məqsədini müəyyən etməkdir.
Nitqimizlə dinləyicilərdə hansı təsirlər buraxmaq istəyirik sualına da cavab olan
məqsədlər nitqin həm məzmununu, həm də gedişatını müəyyən edəcək. Məqsədsiz
edilən çıxışlar dağınıqlıqdan, təsirsiz qalmaqdan xilas ola bilməyəcək.
5.Auditoriyanı tanımaq vacibdir. Söhbətlərimiz mənaların interaktiv
mübadiləsindən ibarətdir. Dinləyicilərin yaşı, cinsi, maraqları, ehtiyacları və
gözləntiləri nəzərə alınmadan edilən çıxışların təsiri həmişə effektiz olur.
Dinləyicilərin yaşı, sosial durumu, siyasi baxışları və bir çox başqa amillərə görə
çıxışın məzmunu, həcmi, qeyri-verbal elementlərdən istifadə nisbəti dəyişir. Təsirli
və uğurlu nitq ancaq həmsöhbətlərinizi tanıyıb dəyərləndirməklə mümkün ola
bilər.
6.Uğurlu çıxış tam diqqət cəlb etməklə başlar. Ünsiyyətin fasiləsiz davam edə
bilməsi birbaşa dinləyicilərin diqqəti ilə bağlıdır. Anlaşılmaq üçün dinlənilmək
lazımdır, dinlənilmək üçün isə maraq və diqqəti cəlb etmək. Çıxış boyu diqqəti
saxlamaq üçün dinləyicilərin maraq dairəsinə bələd olmaq, yeri gəldikcə incə
yumordan istifadə etmək, yorucu, durğun səs tonundan qaçmaq lazımdır.
Bütün bunları nəzərə alaraq təqdim olunan informasiya ünvana daha effektiv və
konkret şəkildə ötürülür, məlumatların daha asan başa düşülməsinə yol açılır.
Hər hansı bir şifahi nitq mövzusu və məqsədi, harada və nə vaxt təqdim
olunacağı məlum olan, plan üzrə hazırlanaraq dinləyicilər qarşısında söylənilən
çıxışdır. Nitq hazırlıq, planlaşdırma və təqdimat mərhələlərini əhatə edir. Nitqə
hazırlıq mövzunu, çıxışın məqsədini və hədəf auditoriyasını müəyyən etməklə
başlayır. Daha sonra mövzusunu araşdırmaq, məlumat toplamaq, məlumatları
təsnif edərək sistemləşdirmək lazımdır. Hazırlığın növbəti mərhələsi nitqin
planlaşdırılmasıdır. Planlaşdırma aşağıdakı ardıcıllıqla aparılır:
a. Nitqin əsas hissələrinin müəyyən edilməsi;
b. Hər fəsildə vurğulanacaq məqamların müəyyən edilməsi;
c. Nitqin məzmununun müddətə görə təşkil edilməsi;
ç. Transkript və qeydlərin hazırlanması;
d. Ucadan söyləmə məşqləri.
e. Nitqdə istifadə olunacaq vizual və eşitmə vasitələrinin hazırlanması.
Ən son mərhələ çıxışın təqdimatıdır. Təqdimatdan əvvəl nitqin dönə-dönə
ucadan oxunması vacibdir. Roluna hazırlaşan aktyor kimi natiqlər də saatlarla çıxış
üzərində məşq etməlidirlər. Nitqin əzbərlənməsi ilə bağlı müxtəlif fikirlər
mövcuddur. Bəzi mütəxəssislər əzbər tərəfdarıdır. Onların fikrincə, bu natiqi bəzi
xoşagəlməz məqamlardan sığortalayır. Lakin əksəriyyət çıxışın əvvəlcədən
öyrənməyin düzgün olmadığını düşünür. Əzbərlənən çıxış süni, qeyri-səmimi təsir
bağışlayır və müəllifə auditoriyanın reaksiyasına uyğun şəkildə müəyyən
manevrlər etməyə mane olur. Nitqi üzündən oxumaq da dinləyicilərlə göz təması
qurmağa, auditoriyanı hiss etməyə əngəl törədir. Ən uyğun variant mətnin
məzmununun tam mənimsənilməsi, ara-sıra vərəqə baxaraq keçidlərin gözdən
qaçırılmamasıdır.
Nitqin təqdimatı zamanı ən mühüm məsələlərdən biri də həyəcan və qorxu
hissinə qalib gəlməkdir. Həyəcanınızı aşa bilmək üçün öncə çıxışa yaxşı
hazırlaşmaq lazımdır. Əvvəlcə nə üçün danışdığınızı və dinləyicilərin niyə sizi
dinləməyə gəldiyini müəyyənləşdirin. Unutmayın ki, jest və mimikalarınız daxili
gərginliyinizi dərhal nümayiş etdirəcək. Bunun üçün də nitqə hazırlaşarkən güzgü
qarşısında məşq edin. Jest və mimikalara nəzarət etməyi, onlardan məqsədyönlü
istifadəni öyrənmək mümkündür. Tribunaya qalxarkən gülümsəməyi unutmayın.
Haqqınızda təəssürat ilk dəqiqələrdə yaranır və nadir hallarda dəyişir. Nitqinizin
mövzusunu dinləyicilərdən daha yaxşı bildiyinizi qəbul edin. Əvvəlcədən gözəl
çıxış edəcəyinizi, dinləyiciləri razı salacağınızı düşünün. Unutmayın ki, özünə
güvən və pozitiv düşüncə uğurun əsasıdır. Siz özünüzə güvənməsəniz dinləyicilər
də sizə güvənməyəcək.
Bütün sadalanan bu bilik və bacarıqlar gərgin əmək və davamlı məşqlər
sayəsində əldə edilir. Bu biliyə etinasız yanaşmaq, natiqliyin özünəməxsus
xüsusiyyətlərini mürəkkəb fəaliyyət kimi dərk etməmək deməkdir.
Mövzu 20. Nitq texnikası
Nitq texnikası natiqliyin davamlı məşqlər tələb edən bir sahəsidir və tələffüz
bacarıqları üzərində uzunmüddətli praktiki çalışma tələb edir. Nitq texnikasının
əsas elementləri bunlardır: səs, tembr, intonasiya, fasilə, vurğu.
Nitq məzmun baxımından nə qədər gözəl hazırlansa da natiqin səsinin düzgün
ayarlanmaması dinləyicilərin diqqətini yayındıracaq, qısa müddətdən sonra
darıxma və yorulmaya səsəb olacaq. Odur ki, nitqdə səs çıxışın məzmunu,
danışanın zahiri görkəmi və davranış tərzi qədər önəmlidir. Səs natiqin mesajını
dinləyicilərə çatdırmada ən önəmli vasitələrdən biridir. Natiq gözəl gur səsi
sayəsində ilk dəqiqələrdən dinləyicilərin diqqətini cəlb edə, onların rəğbət və
etibarını qazana bilər. Səsdən düzgün istifadə etməyin 4 əsas qaydası var:
1.Düzgün bədən duruşu. Düzgün bədən duruşu səsə təsəvvür edildiyindən də daha
çox təsir edir. Duruş səsin skeleti kimidir.
2.Adekvat nəfəs dəstəyi. Səsi yaradan enerjidir. Nəfəs alarkən səsin əsas enerjisi
ağciyərləri dolduran havanın sıxılması nəticəsində yaranır. Döş və qarın
boşluqlarını çevik bir silind kimi düşünün. Qirtlaq burada sadəcə səsin dəyişərək
ötürüldüyü transformator rolunu oynayır. Əgər içinizdəki səsin enerjisini şüurlu
şəkildə hiss edə bilsəniz onu nəzarətdə saxlayaraq düzgün yönləndirə biləcəksiniz.
3.Sağlam səslənmə texnikası. Bədən duruşu və nəfəsalma prosesini düzgün
tənzimlədikdən sonra sağlam səslənmə prosesi demək olar ki, təmin edilmiş olur.
Qırtlağımız agciyərlərdən gələn sıxılmış havanın enerjisini səs tellərinin köməyi ilə
səsə çevirən aparat kimidir. Bu mərhələdə əsas hadisə səsin formalaşmasında
iştirak edən əzələlərin düzgün işləməsidir.
4.Səs boşluqlarından düzgün istifadə. Səs boşluqlarından düzgün istifadə rezonansı
tənzimləmə prosesi olub səsin rəng və formasını yaratmaqdan ibarətdir. Boğazdan
çıxan səsi bir ovuc torpaq olaraq düşünsək, ağızdan çıxana qədər bu müəyyən
məna kəsb edən heykələ çevrilir. Səs tellərindən sonrakı boğaz, ağız və burun
boşluqları səsin fərdiləşdirilməsinə imkan verir. Çünki səs tellərindən çıxan çiy səs
cızıltıya bənzəyir. Səsinizdən düzgün istifadə edirsinizsə, almacıq sümüklərinizin
arxasındakı vibrasiyanı hiss etməlisiniz. Bu, üz sümüklərinə ötürülən səs
enerjisinin ifadəsidir. Bu boşluqlarda səslənmə zamanı edilən dəyişikliklər (dil-
damaq hərəkətləri, boğazın daralması və genişlənməsi və s.) səsin nitqə
çevrilməsinə şərait yaradır. Səs boşluqları düzgün istifadə edilmədikdə, səs telləri
bu vəziyyəti kompensasiya etmək üçün yanlış yollar tutur.
Ritorikada səsin tembri də nitqin texniki cəhətdən qurulmasında mühüm rol
oynayır. Tembr səsin əlavə artikulyar-akustik rənglənməsidir. Səsin tembrinə
uyğun olaraq onun növü müəyyən edilir: bas, bariton, tenor, soprano, və s. Səsin
növü ümumi ola bilər, lakin hər bir insanın öz tembri, öz tembr koloriti var.
Tembrə səsin “rəngi” də deyilir. Tembrin təbiəti çox müxtəlifdir, qavrayış isə
subyektivdir. Tembrin xüsusiyyətlərini təsvir edərkən vizual qavrayışı, eşitmə,
assosiativ, emosionallığı vurğulayan müxtəlif təriflərdən istifadə olunur.
Tembri iki əsas amil müəyyənləşdirir: insanın anatomik xüsusiyyətləri və onun
psixi vəziyyəti. Hər kəs akkordları məşq edə, tembrini dəyişdirə və bu alətdən
qeyri-verbal ünsiyyət forması kimi uğurla istifadə edə bilər. Səs tembri dəyişkən
bir anlayışdır. Tembrin dəyişməsinə təsir edən əsas cəhətlər bunlardır:
- əhval;
- psixoloji vəziyyət;
- sağlamlıq;
- yorğunluq dərəcəsi.
İnsanın yaşından və cinsindən asılı olaraq tembr növləri bölünür:
- kişilər - bariton, bas, tenor;
- qadın - mezzo-soprano, soprano, kontralto;
- uşaq - viola və trebl.
Qeyd etdiyimiz kimi, səsinizin emosional rəngi olan tembr söz və ifadələrin
arxasında gizlənən bir münasibətdir. Dinləyicilər natiqin hansı mövqe tutduğunu
hiss edir və bu hissdən çıxış edərək onun haqqında nəticə çıxarırlar. Mövqeyinizi
dəstəkləyən söz və ifadələr seçərək fikrinizi vurğulamaq, emosiya və müəyyən
münasibət bildirmək üçün tembrdən istifadə etmək olar.
İntonasiya (lat. İntonare – yüksək səslə danışmaq) danışanın mövzuya
münasibətini ifadə edən nitqin semantik melodiyasıdır. İntonasiya ifadənin məntiqi
və emosional əhəmiyyətini vurğulamağa imkan verir. İnsanın emosional reaksiyası
nə qədər yüksək olarsa, onun nitqinin melodik ifadəliliyi də bir o qədər zəngin
olar. Müvafiq melodik vurğulamadan məhrum nitq təsiredicilikdən uzaqdır.
İntonasiya tələffüzün vurğu, fasilə, temp, melodiya kimi elementlərini özündə
birləşdirən kompleks dil hadisəsidir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici
komponentləridir. Bu xarici komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin
texniki cəhətləri nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və
oxuda ifadəliliyin yaranmasına xidmət edir.(sitat. N.Abdullayev s. 65)
Dilçilikdə vurğunun 3 növündən bəhs edirlir: söz vurğusu, məntiqi vurğu,
həyəcanlı vurğu.
Söz vurğusu həm fonetik, həm də fonosemantik funksiya yerinə yetirir.
Vurğunun sözün gözəl səslənməsindəki rolu fonetik, yeni mənalar yaratması isə
fonosemantik xüsusiyyət daşıyır. Sözlərdə vurğunu doğru səsləndirmək nitqin
axıcılığına, doğru qavranılmasına zəmin yaradır. Səhv tələffüz natiqin
professionallığına şübhə düşürəcək qüsurdur.
Məlum olduğu kimi, Azərbaycan dilində vurğu əsasən son hecaya düşür. Təcrübə
göstərir ki, milli sözlərin tələffüzündə ümumiyyətlə, anomaliya müşahidə edilmir.
Problem daha çox alınma sözlərin tələffüzü ilə bağlıdır. Alınma sözlərdə mənbə
dildəki vurğu saxlandığından müxtəlif vurğu variantları meydana gəlir.
Bitişik yazılan mürəkkəb sözlərdə əsasən birinci söz vurğusunu itirir, vurğu ikinci
sözün üzərinə düşür: şəhərlərarası, ayaqqabı, qayınata və s. Təbii ki, istisna sözlər
də var: Ağdaş, Ağsu, Göyçay və s.
Birinci tərəfi saitlə bitib, ikinci tərəfi saitlə başlanan mürəkkəb xüsusi isimlərdə
vurğu ikinci tərəfin üzərinə düşür. Belə tərkibdə birinci tərəfin son saiti ixtisarla
olunur, tərkib qovuşmuş bir söz kimi deyilir. Məsələn; Molla Abbas – Mollabba`s,
Mirzə Ələkbər – Mirzələkbə`r, Əli Əsgər – Ələsgə`r, Əli ağa – Əlağa` və b.
Mürəkkəb birləşmələrin bir qismində tərəflər öz vurğusunu saxlayır, iki vurğulu
söz kimi tələffüz olunur. Bu hal özünü göstərir:
1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn; stolarxası,
sututumu, ağızdolusu və s.
2. Biri ləqəb, digəri insan adları bildirən sözlər. Məsələn; Mirzə Fətəli, Şah
İsmayıl, Molla Nəsrəddin, Nizami Gəncəvi və b.
3. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn; dava-
dərman, oğul-uşaq və s.
4. Müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; alış-veriş,
gecə-gündüz, dərə-təpə, ağız-burun və s.
5. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; aşıqaşıq, daş-
daş, top-top və s.
Tərkibində qeyri sözü olan sifətlərdə söz vurğusu qeyrı sözünün üzərinə düşür.
Məsələn; qe`yri-adi, qe`yri-qanuni, qe`yri-kafi, qe`yri-rəsmi və s.
Mürəkkəb sual və qeyri-müəyyən əvəzliklər qovuşuq halında bir vurğu ilə deyilir.
Məsələn; nə vaxt? , nə zaman?, nə cür?, heç kim, heç kəs, heç biri, hər kəs və s.
Məntiqi vurğu cümlədə sözlərdən birinin digərlərinə nisbətən daha qüvvətli
tələffüzünə deyilir. Cümlədə məntiqi vurğu əsas fikri ifadə edən sözün üzərinə
düşür. Nİtqdə məntiqi vurğu dinləyicilərin diqqətini cəlb etməyə, əsas mətləbi
çatdırmağa xidmət edir. Unutmaq lazım deyil ki, məntiqi vurğu mətnin ümumi
konteksti ilə bağlı olsa da cümlənin daxilində müəyyənləşir. Aşağıdakı cümlələrdə
məntiqi vurğunu işarələnmiş sözlərin üzərinə qoymaqla əsas nəzərə çatdırılan fikri
dəyişmək mümkündür:
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Lakin elə hallar vardır ki, məntiqi vurğu cümlədə konkret olaraqa həmin sözün
üzərinə düşür. Bu nümunələrdən bəzilərinə nəzər salaq:
1.Cümlədə bənzətmə olduqda məntiqi vurğu müqayisə edilən sözün üzərinə düşür.
Sənin saçların qar kimi ağarsa da mənim gözümdə həmin tələbə qızsan.
2.Həmcins üzvlü cümlələrdə sadalanan həmcins sözlərin hər biri məntiqi vurğu
qəbul edir, sonuncü söz isə digərlərinə nisbətən daha qüvvətli tələffüz edilir:
Bir dollara dəyməyənlər,
Alır, satır
Fikir dolu,
Əməl dolu,
İşıq dolu beyinləri. (B.Vahabzadə)

Üzüldük, düşündük, bilmədik ancaq


Nədir dərmanımız, çaramız bizim. (B.Vahabzadə)
3.Qarşılaşdırılan zidd mənalı sözlər də cümlədə vurğu altında tələffüz edilir:
Bayquş əməllidir əməlləriniz,
Buna biganədir qanun da, din də.
Neçin xoşbəxtliyi tapmalıyıq biz
Başqa ölkələrin bədbəxtliyində? (B.V.)
Hökmüylə, qəsdiylə nə deyir zaman?
Uçurur bir yandan, qurur bir yandan.
Günəşin başına dolanır cahan,
Fırlanır, fırlanır, fırladan nədir?
Ay nə, Gün nədir?
İlk nə, son nədir?
Enişi göstərir bizə dağ kimi,
Qaranı göstərir bəzən ağ kimi
Dünyanı oynadır oyuncaq kimi,
Qəsdi bilinməyən bu oyun nədir?
4.Tərzi hərəkət zərfləri vurğu ilə deyilir:
Sənin bu hərəkətin çox mənasız görünür.
Sevincin ürəyi bu xəbərdən sonra şiddətlə döyünməyə başladı.
4.Xitablar məntiqi vurğulu olur:
- Qızım, inad olma, inadı sındır,
Anla ki, xan sənin hökmdarındır!
Xacə, dediyini yaxşı düşün bir
, Qəlbin hökmdarı məhəbbətidir.
Həyəcanlı vurğu adından da göründüyü kimi, hiss və duyğularla bağlıdır. Nitqə
əlavə emosional çalarlar qatan həyacanlı vurğu bir cümləyə aid olduğu kimi, bir
neçə cümləni əhatə edən sintaktik bütövü də əhatə edə bilər. Həyəcanlı vurğudan
daha çox inandırma, fəaliyyətə çağırış, təbliğat məzmunlu nitqlərdə istifadə edilir.
Pauza sadəcə susmaq və ya nitqin dayandırılması deyil, nitq prosesinin bir
elementidir. Nitq zamanı pauza bir neçə məqsədin həyata keçirilməsinə xidmət
edir:
1.Nitqin əvvəlində auditoriya ilə təmas qurmaq və diqqət cəlb etmək üçün, daha
sonra isə çıxışın gedişində iştirakçıların sizi dinlədiyinə əmin olmaq məqsədilə;
2.Mühüm əhəmiyyət kəsb edən fikir və ifadədən sonra dinləyicilərin reaksiyasını
öyrənmək məqsədilə;
3.Çıxışın hissələri arasında;
4.Həyəcanı azaltmaq üçün;

Mövzu 21. Nitqin məzmununa görə növləri


İnformasiya (məlumat) verən nitq. Məlumatlandırcı nitqin məqsədi - yenini
dərk etmək və mənimsəməkdə kömək göstərmək, fənn (yaxud obyekt) haqqında
anlayış verməkdir. Bu isə yalnız nitq aydın və maraqlı olduqda mümkündür.
Məlumatverici nitqin aşağıdakı xüsusiyyətləri vardır:
1. məlumatın aktuallığı;
2. mübahisəli anların olmaması;
3. dinləyicilərin marağını oyadan ünsürlərin mövcudluğu;
4. dinləyicilərin informasiya-intellektual tələblərinin təmin edilməsi (natiqin
və auditoriyanın bütün suallarına cavab verilməsi).
Məlumatverici nitq ilk sözündən son sözünə kimi - əvvəlcədən düşünülmüş
planın məhsuludur. Əks halda o, dolaşıq və maraqsız olacaqdır. Həm aydın, həm
də cəlbedici olması üçün nitq dinləyicinin maraqlan nəzərə alınmaqla, köhnə və
yeni ünsürlərin məqsədyönlü şəkildə uzlaşdınlması əsasında qurulmalı, hər hissəsi
ayn-aynlıqda və bütünlükdə konkret olmalıdır. Bu funksional yönümlü çıxışlar
müasir cəmiyyətin informasiya tələbatlarının sürətli intensivləşməsi şəraitində
daha çox gərəkli olur. Elm və ona əsaslanan yüksək texnologiyalar bu gün, ictimai
münasibətlərin ötürülməsində əsas amilə çevrilmişdir. Dünyanın aparıcı ölkələri
informasiyalı, yəni biliklərə əsaslanan cəmiyyətlərə çevrilmişdir.
Məlumatverici nitqin mühüm janrlarına xronikal və elmi məlumatlar, hesabat
və tədqiqat məruzələri, akademik və elmi-kütləvi mühazirə, siyasi icmal və elmi
xülasələr aid edilir.
Məlumatverici nitqin yaradılmasının aparıcı prinsiplərini nəzərdən keçirək:
1. Natiqin «ehtiyat bilikləri» prinsipi. Ən qüvvətli təsir bağışlayan nitqlər
biliklərin dolğunluğu nəticəsində meydana gəlir. Bunun üçün elə böyük biliklər
ehtiyatı olmalıdır ki, onlardan ən lazımlı olanını seçmək mümkün olsun. Öyrənmə
ağacının budaqları çoxdur, kökləri dərinə işləyib. Müəllif informasiyaverici nitqə
daxil olacağından əhəmiyyətli dərəcədə çox miqdarda material hazırlayır, belə ki,
məlumatların bir qismi yalnız məruzəçiyə məsələnin dərindən və hərtərəfli
anlaşılması üçün gərəkli ola bilər. Hər hansı məsələnin izahı zamam obyektiv
olmaqdan ötrü, yazısı ilə tanış olduğunuz ilk müəlliflə, yaxud ideyaları sizinkilərlə
üst-üstə düşən mənbələrlə razılaşmaq lazım deyil. Bəlkə də, ətraflı öyrəndikdən
sonra siz şəxsi mövqeyinizi dəyişməli olacaqsınız. Ev tikintisi zamanı çox sayda
taxta materialından istifadə edilib, tikinti başa çatandan sonra onlar yığışdırıldığı
kimi, yalnız mövzunun işlənilməsi zamanı böyük həcmdə material gərəkli olur,
hazırlıq bitdikdən sonra yalnız auditoriyaya veriləcək material qalır.
2. İşıqlandırılan faktların seçilməsi zamanı sərtlik prinsipi onu bildirir ki,
gətirilən faktlar, rəqəmlər, adlar, tarixlər, nümunələr, sitatlar yerində, kifayət qədər
və yoxlanmış olmalı, əsaslandırılmış, yaxud illüstrasiya edilmiş müddəalara uyğun
gəlməlidir. Natiq faktik materialı nümunə göstərərkən dəqiq mənbəyə istinad
etməli, yaxud bu zəruri olmadıqda, kiçik bir sitat gətirildikdə, müəllifin, yaxud
həm də onun müvafiq məqaləsinin adı çəkilməlidir. Verilən statistik məlumatların
mənbənin etibarlılığı və bitərəfliyi baxımından yoxlanması zəruridir.
3. Məlum olanla yeninin qarşılıqlı əlaqəsi prinsipi. Dinləyici və tamaşaçını
yeni olan, köhnələrə bənzəməyən, lakin onunla bilavasitə əlaqəsi olan bütün
məsələlər maraqlandınr. Məlumatverici nitqin hazırlanması zamanı adi məsələləri
maraqlı, yeniləri isə anlaşıqlı etmək zəruridir. Birincisi, əgər mövzu yeni deyilsə,
onu yeni faktlarla və ən vacib maraqlarla əlaqədə inkişaf etdirirlər. İkincisi, əgər
mövzu yeni və qeyri-adidirsə, onu artıq məlum olan faktlara və həyat təcrübəsinə
əsaslanaraq inkişaf etdirirlər. Yeni və köhnəyə aid ünsürlər eyniyyət və
ziddiyyətlərin qarşılaşdınlması yolu ilə aydınlaşdırılır. Həqiqətən də, yenini başa
düşmək onun köhnə ilə nə qədər oxşar və məlumdan nə qədər fərqli olduğunu
görmək deməkdir. Müqayisələr hər şeyi öyrənmək həvəsini oyadır və təmin edir.
İnandırıcı nitq. İnandırmaq - hər hansı müddəanı məntiqi dəlillərlə sübut,
yaxud rədd etməkdir. Bu, sırf məntiqi məsələdir. Təcrübədə belə nitqləri təbliği
hesab edirlər, bu zaman natiq istənilən vasitələrlə - istər məntiqi, istərsə də
psixoloji üsullarla mübahisəli məsələlərdə razılaşma əldə etməyə çalışır. Belə nitq
təfəkkür və davranış tərzini müəyyən etməyə yönəldilmiş olur, lakin bilavasitə
hərəkətə çağınş etmir. İnandırıcı nitqin mühüm janrları aşağıdakılardır: siyasi və
iqtisadi proqramlar, parlamentdəki çıxışlar, ittiham, yaxud müdafiə və
özünümüdafiə nitqi və s. Siyasi nitq günün aktual məsələlərinə həsr edilir və
adətən, proqram xarakteri daşıyır. Belə nitq həmin anın tələbini əks etdirir, orada
dəlillər inandırıcı, problemlərin qoyuluşu dəqiq olur. Siyasi nitq böyük
səfərbəredici qüvvəyə malikdir və bir qayda olaraq, rəhbər, lider tərəfindən
söylənir. Nitq oxunur və proqram sənəd olduğu üçün orada məcaziliyə,
ikimənalılığa və improvizələrə yol vermək olmaz.
İnandırıcı nitqin qurulması prinsiplərini nəzərdən keçirək:
1. İstənilən növ inandırıcı nitq vahid dəlillər sistemindən ibarətdir ki, onun
tərtibi zamam məqsədəuyğun-məntiqi və emosional-ritorik əsaslandırma, mülahizə
və təlqinin uzlaşdırılması prinsipi üstünlük təşkil edir.
İnandırıcı nitqə arzuolunan cavab - dinləyicinin məqsədyönlü düşüncəyə və
bunun nəticəsi kimi fəaliyyətə yönəlmək istəyidir. İnandırma prosesi həm şüur,
həm də duyğular səviyyəsində gedir, yəni bu zaman məntiqi və psixoloji
dəlillərdən istifadə olunur. Auditoriyanın nəzər-nöqtəsinə yalnız iki metodla-
inandırma və təlqinetmə ilə təsir göstərmək mümkündür. Bu təsir üsulları bir-
birindən ayrılıqda mövcud ola bilməz
2. İnandıncı nitqin qurulması zamanı dəlillərin kəmiyyətindən çox, keyfiyyətli
seçilməsi prinsipinə üstünlük verilməlidir (klassik yanaşmada «dəlilləri saymır,
çəkirlər»). Dəlil - məntiqi sübutdur, onun həqiqiliyi təcrübədə yoxlanıb və isbat
edilib
Fəaliyyətə səsləyən nitq. Fəaliyyətə səsləyən nitqlər də bütün digərləri kimi
faktik məlumata malik olur, psixoloji həssaslıq oyadır, razılığa gətirir, bundan
başqa, özünəməxsus xüsusiyyətə malik olur, dinləyiciləri natiqin səslədiyi hərəkəti
yerinə yetirmək tələbatını duymağa məcbur edirlər. Dinləyiciləri fəaliyyətə - yeni,
yaxud əvvəlkinin davam etdirilməsinə, yaxud dayandırılmasına səsləyirlər - deməli
onları inandırıblar. Fəaliyyətə çağınş birbaşa və ya dolayısı ilə olur; hərəkət nə
zamansa, yaxud həmin anda başlaya bilər. Lakin bu zaman auditoriyada
olmayanların yox, yalnız dinləyicilərin hərəkəti nəzərdə tutulur.
Fəaliyyətə çağırış xarakterli nitqə hazırlaşarkən natiq aşağıdakı şərtlərə əməl
etməlidir:
1. Mövzunun dinləyicilər üçün aktual olmasını nəzərə almalıdır;
2. Dinləyicilərə təklif edilən fəaliyyət növünü, yaxud çağırışı onların yerinə
yetirmək imkanlarını dəyərləndirməlidir;
3. Müxalifətin nə qədər qüvvətli olduğunu müəyyənləşdirməlidir; dinləyiciləri
fəal hərəkətə səsləmək mümkündür, yoxsa yalnız onları inandırmaqla
kifayətlənməlidir; 4. Dinləyicilərə təklif edilən fəaliyyət proqramını onların
tələbatlarının ödənilməsi ilə əlaqələndirməlidir.
Fəaliyyətə səsləyən nitqin yaradılmasının aparıcı prinsipləri aşağıdakılardır:
1. Arzu olunan hərəkətin kompleks motivasiyası prinsipi. Oyadıcı nitqdəki
çağırış motivləşdirici olmayan, yaxud kifayət qədər motivləşdirilməyən olduqda
(pis hərəkət etmə, özünü yaxşı apar, demokrata səs ver və s . ) bir qayda olaraq,
cavab reaksiyası doğurmur, deməli, natiq auditoriyanın xüsusiyyətlərini və
ünsiyyət vəziyyətini nəzərə almaqla, fəaliyyətə çağırışı motivlər kompleksi ilə
möhkəmləndirməlidir. Bu nitqdə auditoriyanın eyni zamanda bir neçə tələbatına
( fiziki, iqtisadi, sosial, oyun və s .) müraciət olmalıdır. Fəaliyyətə çağırarkən nitqi
elə qurmaq mümkündür ki, onun hər bir bölməsində fəaliyyətin xüsusi motivinə
göstəriş mövcud olsun. Motivlərin daha tez-tez uyğunlaşması bir tərəfdən
məsuliyyəti, yaxud borc hissini və digər tərəfdən şəxsi mənafeyi birləşdirir.
2. Müsbət çağırışların mənfi çağırışlara nisbətən üstünlük təşkil etməsi.
Natiqin auditoriyanı səslədiyi fəaliyyət (yaxud fəaliyyət üçün proqram) çox zaman
vəsait, səy, vaxt itkisi, bir qisim rahatlıqlardan imtina ilə bağlıdır. Bu səbəbdən də
nitqin istiqamətverici bölümlərində təklifinizin xeyrinə olan müsbət hisslər
yaratmaq lazımdır. Müsbət motivasiya mütləq mənfidən üstün olmalıdır ki, nitq
tələb olunan səmərəni versin. Qeyd edək ki, borc hissinə müraciət edən çağırışlar
az həvəsləndirən və çox da xoşagələn olmayan məsuliyyət hissini ön plana
çəkməməlidir; belə çağırışlar qürur hissinə, ümumi işə sədaqət hissinə, qüvvə və
üstünlük duyğusuna və s. müraciətlə uzlaşmalıdır.
3. Gözlənilən fəaliyyət reaksiyasının maksimum konkretləşdirilməsi prinsipi.
Dinləyicilərin arzu olunan fəaliyyət reaksiyasını əldə etmək üçün nitqin əsas
hissəsində baş ideyanı təsvir edən konkret nümunələrdən istifadə edilməsi daha
məqsədəuyğundur, nəinki çoxsaylı faktlardan istifadə edilməsi. Oyandıncı nitqin
yekununda, bir qayda olaraq, həm bilavasitə fəaliyyətə çağırış olur, həm də
fəaliyyətin konkret xarakteri göstərilir. Çox zaman əgər kifayət qədər
əsaslandırılmış motivasiyadan istifadə edilibsə, hərəkətə keçmək çağırışı
bütünlükdə yalnız nitqin yekun hissəsinə daxil olur və onu tam əvəz edir. Bu halda
bir-iki ifadə kifayət edir. Həyəcanlı şüarların dalbadal düzülməsi kimi ənənəvi,
lakin köhnəlmiş üsuldan mütləq uzaqlaşmaq, əgər bəzən onlardan istifadə etsəniz
belə, onları diqqətlə seçmək lazımdır. Bəzi zəruri izahatlann olmaması
auditoriyada çaşqınlıq yaradar və onların təklif edilən fəaliyyətdən yayınmasını
asanlaşdırar. Çağınş edilən fəaliyyətlər elə bəsit və asan görünməlidir ki, dinləyici
onunla sadəcə razılaşsın və ona qarşı çıxmasın. Lakin əgər siz auditoriyanın təklif
ediləni yerinə yetirəcəyinə inanmırsınızsa, onda bunu xahiş etmək qətiyyən lazım
deyil.
Ruhlandırıcı nitq. Ruhlandırıcı nitq insanların hiss və arzularına yönələrək, ən
yaxşı mənəvi duyğuların oyadılması məqsədi daşıyır, dinləyiciləri vətəndaşlıq
borcunun şəxsi mənafedən üstün olması fikrinə istiqamətləndirir. Ruhlandırıcı
nitqdə yeni məlumat və faktlardan istifadə olunmur. Onun məqsədi - dinləyicilərin
diqqətini artıq məlum olan, lakin dərindən dərk edilməmiş məsələlərə cəlb etmək,
ilk növbədə, hisslərə təsir etmək, mənəvi həyatı fəallaşdırmaqdır. Ruhlandırıcı
nitqin əsas janrları bunlardır: hərbi vətənpərvərlik məzmunlu çıxışlar, salamlama,
təbrik və başsağlığı nitqləri, dini natiqlik və s.
Ruhlandırıcı nitqin yaradılmasının aparıcı prinsipləri aşağıdakılardır:
1. Təmkinli coşqunluq prinsipi. Ruhlandıncı nitq insanın hislərinə
istiqamətləndiyi üçün, onlann ifadəsində səmimi, təmkinli və ləyaqətli olmalıdır;
hədsiz emosionallıq, sentimentallıq nitqin intonasiyasım qeyri-səmimi edir, natiq
isə dinləyicilərin gözündə ləyaqətini itirir. Bu səbəbdən, öz emosiyalarına yox,
emosiyaları yarada biləcək faktlara müraciət edilməlidir. Əgər natiq dinləyicilərdə
müsbət emosiyalar yaratmaq istəyir və müsbət hislərə müraciət edirsə,
auditoriyanın həyəcanlılıq səviyyəsini nəzərə almalı, insanları hər şeyi əlvan
görməyə məcbur etməməlidir.
2. Nitqin qəlib formalarının qarşısının alınması prinsipi. İnsanlar duyğularına
aid olan hər şeyə mərifətli, təmkinli münasibət bəslənməsinə üstünlük verirlər.
Səmimiyyət, dərin təsirlilik yalnız nitqin intonasiyasından yox, həm də onun
formasından- çıxış edənin seçdiyi söz və ifadələrdən asılıdır. Nitqin bəzəkverici
ünsürləri - epitetlər, metaforalar və s. çox ciddi seçimə məruz qalmalıdır; burada
qəliblərə, şablonlaşmış metaforalara yer yoxdur. Ruhlandırıcı nitq - həmişə məlum,
dinləyicilərə yaxın olan məsələ haqqında yeni, bu səbəbdən də təsirli olan sözdür.
3. Mədhiyyəçilik prinsipi. Bu prinsip tərifedici məzmunlu nitqlər üçün
nəzərdə tutulur və səbəbkarın ünvanına tənqidin, mənfi ünsüurlərin nitqdən
çıxarılmasını tələb edir.

You might also like