You are on page 1of 4

Ad: Əli

Soyad: Xəlilov
Fakültə: Kompüter Mühəndisliyi
Qrup: 1202a
Kurs: 1
Fənn: Xətti cəbr və analitik həndəsə

Müəllim: Fikrət İsrafilov


Mövzu: Matrisin ranqı Və Tərs matris
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi.

Elementar çevrilmələr
Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar:

 Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək;

 Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq;

 Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək;

Matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz.

 Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar.

 Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir

və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar.

Elementar çevirmələr matrisin ranqını dəyişmir.

Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan

birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determ

sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matri

ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə
bir B matrisinə deyilirki,AB=BA= En şərti ödənilsin.
Burada , En n tərtibli vahid matrisdir.
Məsələn bu Matrisin Tərsini tapaq. Əvvəlcə
determinant tapaq:

Sonra Hər Elementin


cəbri tamamlayıcılarını tapıb
uyğun yerə yazaq sonra alınan
Matrisi transpanirə edək:

You might also like