You are on page 1of 1

Azərbaycan dili qayda

Azərbaycan ədəbi dil tarixində bədii üslub həmişə aparıcı olmuş, müəyyən mərhələlərdə bütövlükdə ədəbi dili
təmsil etmişdir. Bədii üslub funksional imkanlarının genişliyinə görə bir sıra hallarda ədəbi-bədii dil adlandırılır
və digər üslublara da təsir göstərir. Ədəbi dildə normaların yeniləşməsi, ümumxalq dil vahidlərinin yazılı dilə
gəlişi bədii üslubdan başlanır.
Bədii üslub ümumxalq dilinə əsaslanır. Buna görə də bədii üslubda xalq təfəkkürünün məhsulu olan söz və
ifadələrə, dialektizmlərə, vulqarizm və varvarizmələrə də rast gəlinir. Dialektizmlər, varvarizm və vulqarizmlər,
əsasən, obrazların dilində, onları fərdiləşdirmək məqsədi ilə işlədilir. Bu ifadələrdən vulqarizm və varvarizmlər
yazıçının obraza münasibətini, ironiyasını ifadə etmək üçün bəzən müəllifin də dilində işlənir. Q.Zakir,
S.Ə.Şirvani, M.Ə.Sabir və başqalarının yaradıcılığında bu, özünü aydın göstərir.
Bədii üslubda sözün əsas işi və ya vəzifəsi poetik funksiya daşımasıdır. Poetik funksiya daşıyan söz və ya ifadə
isə poetizm adlanır. Poetizmlər məcazi mənada işlənən söz və ifadələrdir - məcazlardır.
Deməli, bədii üslubda poetik funksiya daşıyan söz = poetizm = bədii söz = məcazi mənalı söz = məcazlar.

Üslubların ümumi və xüsusi əlamətləri


Hər üslubun özünəməxsus əlamətləri, dil vasitələri, tarixi inkişaf prosesləri mövcuddur. Məhz həmin əlamətlərlə
üslublar bir-birindən fərqlənir.
Funksional üslublar Fərqli əlamətləri Ortaq əlamətləri
sistemi
Bədii üslub Obrazlılıq
və emosionallıq
Elmi üslub Məntiqlilik, ardıcıllıq, konkretlik,
termin sıxlığı
Publistik üslub Kütləvi anlaşıqlılıq, Ədəbi dilin normalarına
aydınlıq, təsirlilik tabe olmalar
Rəsmi-işgüzar üslub Standart formalardan
istifadə və arxaik leksika
Məişət üslubu Nitqin sərbəstliyi, təbiiliyi və dialoji
nitq

You might also like