You are on page 1of 21

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Kimya və biologiya fakültəsi

Kimya və onuntədrisi metodikası KAFEDRASI

Ümumi kimya fənnindən

SƏRBƏST İŞLƏR

İxtisas: 050109- Kimya müəllimi

Qrup: 362

Kurs: I

Tələbə: Haşımov Ağahüseyn Elman

Fənn müəllimi: dos.Əhmədov Vəliyəddin

Sumqayıt- 2023
Plan:

1. Atom orbitallarının hibridləşməsi


2. Kovalent rabitə
3. Həllolma prosesində entalpiya və entropiyanın dəyişməsi
4. Maddələrin plazma halı
5. Kimyəvi elementlərin müasir təsnifatı
Mövzu I

Atom orbitallarının hibridləşməsi

Hibridləşmə anlayışı — ümumiləşmə anlayışıdır. Hibrid anlayışının əsasını atomun


valent halında (atomun birləşmənin tərkibindəki halı) ayrı-ayrı ilkin orbitalların müəyyən
prinsiplər üzrə hibridləşməsi (ümumiləşməsi) təşkil edir.

Karbon atomu adi halda iki açıq elektrona malikdir. Lakin o asanlıqla həyəcanlı hala
keçir və bu vaxt elektron cütü (2s2) açılır və onlardan biri 2p-yarımsəviyyədə olan boş
xanaya keçir.

Buna müvafiq olaraq, karbon atomu həyəcanlı halında dörd kimyəvi rabitə yaradır. Yəni
birləşmələrdə onun oksidləşmə dərəcəsi dördə bərabər olur. Karbon atomunun
həyacanlı halında valent elektronları müxtəlif yarımsəviyyələrdə yerləşdiyi üçün onların
əsasında əmələ gələn kimyəvi rabitələr öz təbiətinə görə bir-birindən
fərqlənməlidir.Yəni, p-elektronların əsasında yaranan üç rabitə bir cür təbiətə, s-elektron
əsasında yaranan rabitə isə başqa cür təbiətə malik olmalıdır. Lakin son illər aparılan
dəqiq tədqiqatlar yuxarıda göstərilən məntiq əsasında çıxarılan nəticələrin heç birinin
düzgünlüyünü təsdiq etməmişdir. Müəyyən olunmuşdur ki, metan molekulu
düzgün tetraedr formasına malikdir. Molekulda kimyəvi rabitələr tetraederin
mərkəzindən onun təpələrinə istiqamətlənmişdir. Bu isə öz növbəsində
CH4 molekulunda bütün C—H rabitələrin uzunluğunun və aralarındakı bucaqların eyni
olduğunu göstərir. Başqa sözlə, CH4 molekulunda mövcudn olan bütün kimyəvi rabitələr
eyni təbiətə malikdir. Beləliklə, metan molekulunun quruluşuna dair yığılmış zəngin
məlumata əsasən qəbul edilir ki, hidrogen ilə qarşılıqlı təsir zamanı karbonun valent
elektronlarının yerləşdiyi yarımcəviyyələr ümumiləşir, başqa sözlə, onların arasındakı
energetik fərq aradan qalxır.

Atomda ayrı-ayrı valent yarımsəviyyələrinin qarışması və nəticədə ümumi bir energetik


səviyyə yaratması hadisəsi hibridləşmə adlanır. Bu prosesdə iştirak edən orbitallara
hibrid orbitallar, elektronlara isə hibrid elektronlar adı verilmişdir. Bir s- və bir p-
orbitalının hibridləşməsi sp hibridləşmə kimi göstərilir. Molekulun əmələ gəlməsini və
quruluşunu, kimyəvi rabitənin təbiətini və s. daha dəqiq izah etmək məqsədilə amerikan
alimi Polinqin təklifi üzrə elmə hibrid anlayışı daxil edilmişdir. Hibrid anlayışının əsasını
atomun birləşmə tərkibindəki vəziyyətində ayrı-ayrı ilkin orbitalların müəyyən prinsiplər
üzrə hibridləşməsi (ümumiləşməsi) təşkil edir.
Atomda ayrı-ayrı valent yarımsəviyyələrin (kimyəvi əlaqədə iştirak edən yarımsəviyyə)
"qarışması" və nəticədə ümumi bir energetik səviyyə yaratması hadisəsi hibridləşmə
adlanır. Bu prosesdə "əmələ gələn" orbitallara hibrid orbitallar, elektronlara isə hibrid
elektronlar adı verilmişdir.
Əgər hibridləşmədə bir ədəd s-orbital və üç ədəd p-orbital iştirak edibsə hibridləşmə
forması sp3, bir ədəd s-orbital və iki ədəd p-orbital iştirak edibsə hibridləşmə forması
sp2 kimi göstərilir. Hibridləşmə nəticəsində baş verən dəyişiklikləri ifadə etmək üçün
bəzən sp3, sp2, sp əvəzinə müvafiq olaraq, q4, q3, q2 şərti işarələrindən istifadə olunur.
Hibridləşmədə s və p -orbitalları ilə yanaşı d-orbitallar da iştirak edir.
Hibridləşmə prosesi müəyyən enerji sərfi ilə əlaqədar olduğundan, o, orbitalların
energetik xarakteristikasının müəyyən yaxınlığı şəraitində baş verir. Bununla əlaqədar
olaraq, müxtəlif orbitalların hibridləşməsi bir qayda olaraq, onların arasında enerji
fərqinin az olduğu hallarda baş verir.
Atomda energetik səviyyələrin sayı artdıqca, onların arasındakı energetik fərq tədricən
azalır, odur ki, d-orbitalların iştirakı ilə hibridləşmə əsasən ağır elementlərdə müşahidə
olunur.
Hibridləşmədə adətən daxili d-orbitallar, bəzən isə xarici d-orbitallar iştirak edir.
Hibrid orbitallar daha effektiv qapanır. Buna görə də, onların arasında əmələ gələn
kimyəvi əlaqələr s- və ya p- orbitalların əmələ gətirdiyi kimyəvi əlaqələrə nisbətən daha
möhkəm olur. Kimyəvi reaksiyaların başa çatması üçün sərf edilən vaxt müxtəlifdir.
Məsələn, neytrallaşma və partlayışla gedən reaksiyalar - ani, sink parçasının duru xlorid
turşusunda həll olması bir neçə dəqiqə, dəmirin nəm havada paslanması bir neçə gün
ərzində başa çatır. Digər tərəfdən kömür, kükürd və ya fosfor havada, yaxud saf
oksigendə yandıqda eyni maddələr – oksidlər əmələ gəlir. Lakin, reaksiya oksigen
mühitində daha sürətlə gedir. Deməli, kimyəvi reaksiyaların sürəti şəraitdən asılı olaraq
müxtəlif olur. Reaksiyaların sürətindən və mexanizmindən bəhs edən təlimə kimyəvi
kinetika deyilir. Kimyəvi kinetika homogen və heterogen sistemlərdə öyrənilir. Homogen
reaksiyaların əsas xüsusiyyəti odur ki, reaksiya sistemin bütün həcmində gedir. Misal
olaraq qazlar və mayelər arasında gedən reaksiyaları göstərmək olar. Heterogen
reaksiyalar – yəni qarşılıqlı təsirdə olan maddələr müxtəlif aqreqat halında olduqda –
görünə bilən fazalar sərhəddində gedir. Turşu ilə metal arasında gedən reaksiyalar
yalnız səthdə baş verdiyi üçün heterogen prosesə aiddir. Kimyada məhdud həcmdə
götürülmüş maddə və ya maddələr qarışığına sistem deyilir. Sistem bircinsli olduqda
homogen ( eyni fazalı), müxtəlif cinsli olduqda heterogen ( müxtəlif fazalı) olur.
Heterogen sistemin görünən səthdə bir-birindən ayrılan tərkib hissələrinə faza deyilir.
Buzun əriməsi prosesində sistem bərk və maye olmaqla iki fazadan ibarətdir: Homogen
reaksiyalar sistemin bütün həcmində, heterogen reaksiyalar isə fazalar sərhəddində
getdiyi üçün onların sürətlərinin təyin olunması da müxtəlifdir. Homogen reaksiyaların
sürəti vahid zamanda sistemin vahid həcmində reaksiyaya daxil olan və ya reaksiya
zamanı alınan maddənin miqdarı ilə ölçülür. Heterogen reaksiyanın sürəti isə vahid
zamanda sistemin bərk fazasının vahid səthində reaksiyaya daxil olan və ya
reaksiyadan alınan maddələrin miqdarı ilə təyin edilir. Bərk cismin səth sahəsini ölçmək
həmişə mümkün olmadığından, bəzən heterogen reaksiyanın sürəti bərk fazanın vahid
kütləsinə aid edilir. Həyəcanlanmış atomlardan yaranan molekulun həndəsi forması
bilavasitə həmin atomun elektron orbitallarının fəzada istiqaməti ilə müəyyən edilir.
Kimyəvi əlaqəni yalnız bir enerji səviyyəsində olan elektronlar yox, müxtəlif enerji
səviyyələrinin elektronları da əmələ gətirir. Bu zaman hibrid orbitallar yaranır. Bu hibrid
orbitalları əmələ gətirən elektronlar öz ilkin formalarını itirir və yeni formalı və yeni
enerjili orbitallar əmələ getirir. Hibridləşmənin mahiyyəti belədir: əgər rabitənin əmələ
gəlməsində enerjiləri bir birindən cüzi fərqlənən orbitallar ( məsələn 2s- ,2p- ) iştirak
edirsə, onda həmin orbitalları bir birindən maksimum uzaqlaşmış hibrid orbitallar
adlanan yeni orbitallar əvəz edir.

Müxtəlif orbitalların kombinasiyasından eyni enerjili və eyni formalı yeni orbitalların


əmələ gəlməsi prosesi hibridləşmə deyilir. Hibridləşmədə örtülmələr daha çox olur,
beləcə əlaqə daha da möhkəm olur. Ən çox sp, sp 2 və sp3 hibrid hallarına rast gəlinir. sp
hibridləşmə üçün valent bucağı 180°, sp2 üçün 120°, sp3 üçün isə 109°28`.
Məsələn BCl3 molekulunda B atomunun orbitallarının sp2 hibridləşmə nəticəsində BCl 3
molekulu üçbucaq formalı olur.

Beləliklə, atom orbitallarının hibridləşməsi nəzəriyyəsi qeyri üzvi və üzvi birləşmələrin


quruluşunu və həmçinin kovalent rabitənin istiqamətliyini düzgün başa düşməyə kömək
edir. Kimyəvi rabitənin polyarlığı kovalent rabitəni əmələ gətirən elektron cütünün
atomlardan birinə tərəf yerdəyişməsindən asılıdır. Hidrogen-halogenlərdə (HF, HCl,
HBr, HJ) halogenin sıra nömrəsi artdıqca radiusu artdığından rabitənin uzunluğuda artır.
F ən qüvvətli qeyri- metal olduğundan HF daha polyar və daha davamlı olur. Rabitənin
uzunluğu, turşuluq, reduksiyedicilik artır, rabitənin polyarlığı, davamlılığı azalır.
Rabitənin tərtibi iki atomu birləşdirən elektron cütlərinin sayı (kovalent-rabitənin sayı) ilə
müəyyən edilir. Məsələn, etan C2H6, etilen CH2=CH2, asitilendə HC≡CH karbon atomları
arasındakı rabitə müvafiq olaraq birqat, ikiqat və üçqatdır. Rabitənin tərtibi (qatlığı)
artıqca (rabitənin tərtibi onun neçə qat olduğunu göstərir) onun enerjisi artır, uzunluğu
isə azalır. Rabitəni əmələ gətirən ümumi elektron cütünün atomlardan birinə doğru
çəkilməsi ilə yaranan kovalent rabitəyə polyar kovalent rabitə deyilir. Başqa sözlə
müxtəlif qeyri-metal atomları arasında ümumi elektron cütü ilə yaranan kovalent
rabitəyə polyar kovalent rabitə deyilir.

Tərkibində metal atomu olmayan mürəkkəb maddələrin (molekulunda karbonun sayı bir
olan üzvi maddələr) hamısı polyar kovalent rabitəli birləşmələrdir. Məsələn: HF, HCl,
HBr, HJ, CO, СО2, SО2, SО3, NO, NО2, N2O5, Р2O3, P2O5, H2S, H2O, (HNO3), H2SO3,
H2CO3, NH3, PH3, CS2 , SiO2, SiC, HNO3, H2SO3, H2SO4, (HРO3), H3PO3, H3PO2, H4P2O7,
H3PO4, CH2Cl2, CHCl3, CCl4, CF4, CH4 və s.

HF, HCl, HBr, HJ, H2O, SO2, H2S, NH3, PH3 kimi binar (ikielementli) birləşmələrin
molekullarında elektron cütləri rabitədə qeyri-simmetrik yerləşir. Bu halda dipol
(molekulda qütbləşmə) əmələ gəlir, yəni molekulun bir qütbü müsbət, digər qütbü mənfi
yüklənir. İki atom arasında 2-ci və 3-cü kovalent rabitənin əmələ gəlmə imkanı olduqda
elektron buludlarının ötrülməsi atomların mərkəzlərini (nüvələrini) birləşdirən xətt üzrə
baş verə bilmir. Bu onunla əlaqədardır ki, atomda olan elektron buludları bir-birinə
nəzərən müəyyən bucaq altında yerləşir. Ona görədə elektron buludlarının öütürlməsi
atomalrın mərkəzlərdən keçən xəttin hər iki tərəfində baş verir.

Kimyəvi rabitəni əmələ gətirən atomların mərkəzlərini birləşdirən oxun hər iki tərəfində
orbitalların yandan ötürülməsi hesabına yaranan kovalent rabitə π rabitə adlanır.
Mövzu II

Kovalent rabitə

Kovalent əlaqə —. Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent


əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron
cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün
elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz
enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına
nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar
əlaqələnmiş olur və birlikdə olur. Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə
Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında,
xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur.
Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır.
ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı
kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı
elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması
zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element
atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının
açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki,
bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına
səbəb olur. Beləliklə, atomlar arasında ümumi (ortaq) elektron cütləri vasitəsi ilə əmələ
gələn rabitə növü kovalent rabitə adlanır. Kovalent əlaqənin əmələ gəlməsinin iki
mexanizmi mümkündür:

1. mübadilə mexanizmi – əlaqə müxtəlif atomlara aid olan elektronların cütləşməsi


hesabına yaranır;
2. donor-akseptor mexanizmi – əlaqə bir atomun elektron cütü (donor) və digər atomun
(akseptor) vakant orbitalı hesabına yaranır. Donor-akseptor mexanizmi ilə yaranan
kovalent əlaqə az möhkəm olur.

- Kovalent əlaqə polyar və qeyri-polyar olur. O əlaqə polyar adlanır ki, bu əlaqədə
elektron sıxlığı daha çox elektromənfi atoma doğru yerini dəyişir. Qeyri-polyar əlaqə
əmələ gəldikdə belə yerdəyişmə olmur. Polyarlaşma nisbi elektromənfilikləri müxtəlif
qiymətlərə malik olan element atomları arasında əlaqə yarandıqda baş verir.

- Çox vaxt kovalent əlaqə elektron cütünü ifadə edən xətt (–) ilə ifadə olunur. Məsələn,
H–H, H–Cl, H–O–H

Əlaqənin belə ifadəsi ilə alınan yazı struktur formulu adlanır.

- Atom onun valent səviyyələrində olan ümumi orbitalların sayından çox kovalent
əlaqələr yarada bilməz. Kovalent rabitə nəəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika
alimi Lüis tərəfindən yaradılmışdır.

Kovalent rabitə çox geniş yayılmışdır. Molekulların əksəriyyətinin əmələ gəlməsi


kovalent rabitə ilə əlaqədardır.
İon rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı
kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus xarici
davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir. Lakin kovalent rabitənin
yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan
digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki
element atomlarının tək elektronlarının bir-birilə qapanması hesabına ümumi elektron
cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olub, onların arasında rabitənin
yaranmasına səbəb olur.
Beləliklə, atomlar arasında ümumi (ortaq) elektron cütləri vasitəsilə əmələ gələn rabitə
növü kovalent rabitə adlanır.
Elementlərin qarşılıqlı təsiri zamanı əmələ gələn ümumi elektron cütlərinin atomlar
arasında "paylanma" xarakterinə görə kovalent rabitə iki cür olur: qeyri-polyar və polyar
kovalent rabitələr
Kovalent rabitənin əmələ gəlməsində iştirak edən orbitalların örtülmə istiqamətindən
asılı olaraq kovalent rabitə σ-rabitə, π-rabitə və δ-rabitələrə bölünür. Kimyəvi rabitələrin
müxtəlif növləri vardır. Kovalent rabitələr bir-birindən rabitənin elektron buludunun
paylanma mənzərəsinə görə fərqlənirlər. Kovalent rabitə elektromənfilikləri eyni olan və
ya çox yaxın olan atomlar arasında yaranır. Rabitənin yaranmasında iştirak edən
elektronların spinləri antiparalel olur. Nüvələrarası oblastda elektron buludu sıxlığı 0-dan
fərqli olur. «-» yüklü bu bulud protonları özünə doğru çəkir, sistemin enerjisi azalır və
dayanıqlı rabitə yaranır. Kovalent rabitənin xassələri onun 2 eyni atom və ya 2 fərqli
atom arasında yaranmasından asılı olur. Eyni atomlar arasında yaranan kovalent
rabitəyə homopolyar kovalent rabitə deyilir. Əgər kovalent rabitə fərqli atomlar arasında
yaranarsa, heteropolyar kovalent rabitə adlanır. Rabitənin dalğa funksiyası aşağıdakı
kimi yazıla bilər: Burada, ψ A və ψ B rabitəni yaradan atomların dalğa funksiyaları, və
naməlum sabitlərdir. Onlar rabitənin dalğa funksiyasında a b ψ A və ψ B -nin paylarını
müəyyən edən əmsallardır. Əgər = ba olarsa, rabitə homopolyar, olduqda isə
heteropolyar olur. ≠ ba Müəyyən edilmişdir ki, homoployar kovalent rabitə qeyri
polyardır və belə rabitənin dipol momenti 0-a bərabər olur. Heteropolyar kovalent
rabitədə isə rabitənin elektron buludu az da olsa atomlardan birinə doğru sürüşür və
rabitə polyarlaşır. Müəyyən edilmişdir ki, heteropolyar rabitənin dipol momenti 3-4 Db
tərtibindədir. Qeyd edək ki, homopolyar kovalent rabitə də ani polyarlığa malik ola bilər.
Elektron dalğa xassəli olduğundan hər 2 elektronun eyni bir nüvə ətrafında olma
ehtimalı 0-dan fərqli olur. Məs: molekulunda rabitəni yaradan elektronlar müəyyən anda
I nüvənin ətrafında ola bilər, eyni ehtimalla hər 2 elektronun II nüvə ətrafında olması da
mümkündür. Bu hallarda rabitə ani polyarlığa malik olur. Lakin belə rabitənin uzun
müddət üçün dipol momentinin orta qiyməti 0-a bərabər olacaqdır.
Mövzu ııı

Həllolma prosesində entalpiya və entropiyanın dəyişməsi

Qazların kimyəvi həllolması zamanı həll olma ilə tənzimlənən kimyəvi tarazlıq mövcud
olur. Karbon qazının amin qrupuna malik (amin funksionallı) ion mayelərində həllolması
ən geniş öyrənilmiş nümunədir. Bir qayda olaraq R-NH2 tərkibli amin (hansı ki,
kationun, anionun və neytral molekulun bir hissəsi ola bilər) CO2 ilə qarşılıqlı təsirdə ilk
növbədə karbamin turşusu əmələ gətirir, sonra karbamat ionu əmələ gətirməklə protonu
ikinci mol aminə köçürür:

R-NH2 +CO2 ⇄ R-NH-COOH R-NH-COOH + R-NH2 ⇄ R-NH3 + + RNH-COO

Bu üsul ilə monoetanolamindən istifadə etməklə CO2-nin kənarlaşdırılması neft-qaz


sənayesində geniş tətbiq tapmış üsuldur. Burada həllolmanın dəqiq stexiometrik nisbəti
(1 mol karbon qazına (CO2) 2 mol amin birləşir) mövcuddur. Bunun absorbsiya
mexanizminə əlavə olaraq baş verdiyini qəbul etmək vacibdir. Belə ki, yüksək
təzyiqlərdə bu hüduddan kənarda müəyyən dərəcədə həllolma mümkündür. Amin
fraqmentli İM-nin ion quruluşları geniş şəkildə karbamatın əmələ gəlməsi ilə nəticələnən
reaksiyaların təməli olaraq araşdırılmışdır [60]. Funksional amin qrupu üçün daşıyıcı
kimi İM-dən istifadə edilməsində məqsəd, CO2 qazının absorbsiyası və desorbsiyası
zamanı qaz axınında aminin itkisinin qarşısının alınmasıdır. İM-nin quruluş
müxtəlifliyinin araşdırılmasında əsas məqsədlərdən biri absorbsiya/həllolma
proseslərinin həcm və ya qravimetrik səmərəliliyinin artırılması, yəni müəyyən material
kütləsinin və ya həcminin nə qədər qaz absorbsiya edə biləcəyini təyin etməkdir. CO2-
nin absorbsiyası məqsədilə amin əsaslı çoxfunksiyalı İM-lərin geniş tədqiqi, onların
sənaye standartlı metakril turşusu da daxil olmaqla molekulyar aminlərlə rəqabət apara
biləcəyini göstərmişdir [61]. Qazın həllolma prosesinin bir tarazlıq prosesi olduğunu və
məsələn temperaturun dəyişdirilməsi ilə tamamilə dönən proses ola biləcəyini bilmək
vacibdir. Rabitə əmələgəlmə və protonun ötürülməsi reaksiyası ekzotermik olduğundan,
temperaturun bu reaksiyalara təsiri nəticə- 210 sində tarazlıq sola yönəlir. Standart
termodinamika nöqteyi nəzərindən temperaturun bu reaksiyalarda tarazlıq sabitinə təsiri
belə ifadə olunur:

H d( / T ) d ln( K )   1

Kimyəvi reaksiya üçün reaksiyanın entalpiyası (ΔH) alınan məhsul və reagentlərin


entalpiyası arasındakı fərqi ifadə edir. ΔH kC/mol ilə ifadə olunur. ΔH–in qiyməti kifayət
qədər böyük olduğundan (udulma prosesi üçün 40-80 kC mol−1 arasında olur),
temperatur tarazlıq sabitinə olduqca kəskin təsir edə bilər. Bu səbəbdən yuxarıda
verilmiş reaksiyalarda temperatur artdıqca tarazlıq sağdan sola yönəlir. Həll olmuş
qazın tamamilə kənarlaşdırılması üçün desorbsiya temperaturu nəzərə alınmalıdır. Bu
tənlikdə prosesin sola yönəlməsi üçün entalpiyaya da ehtiyac duyulur. Bu,
elektrostansiyaların baca qazından CO2-nin ayrılaraq udulması kimi iri miqyaslı tətbiq
sahələrində istifadə olunan kimyəvi həllolma əsaslı qaz udulma proseslərinin əsasını
təşkil edir. Bu məqsədlə sintez edilmiş bəzi İM-ləri, ΔH-in 40 kC∙mol−1 qədər
nəzərəçarpan dərəcədə aşağı göstəriciləri ilə xarakterizə olunur ki, bu da CO2 ilə amin
arasındakı rabitə möhkəmliyinin daha zəif olduğunu göstərir. Nəzərə alınmalıdır ki,
entalpiya göstəricisinin azalması desorbsiya temperaturunu da aşağı salır. Bu isə yalnız
ətraf mühit temperaturundan yüksək temperaturlarda müəyyən dərəcədə əhəmiyyət
kəsb edir. AMEA NKPİ-da professor M.C.İbrahimova və digərləri tərəfindən N,N-dietil-N-
(2-metakriloksietil) ammonium xlorid tərkibli İM monomerin, onun əsasında
homopolimerin və stirol və ya metakril turşusu ilə birgə polimerlərin sintezi həyata
keçirilmiş və bu tərkiblərin karbon qazını udma qabiliyyəti tədqiq olunmuşdur. Aparılmış
tədqiqatlar əsasında sintez edilmiş ion maye monomerin karbon qazı üçün daha effektiv
adsorbent olduğu müəyyən edilmişdir. İon maye monomerdən onun homopolimerinə
keçdikdə karbon qazının udulma dərəcəsində müşahidə olunan bu azalma
makrozəncirdə müxtəlif yüklü fraqment- 211 lər, kation-anion arasında qarşılıqlı cazibə
qüvvəsinin zəifləməsi nəticəsində CO2 molekulları üçün yararlı sərbəst həcmin
azalması ilə izah edilə bilər. Birgə polimerlərdə ion maye monomerlərlə müqayisədə
adsorbsiya qabiliyyətində müşahidə olunan azalma birgə polimerlərin tərkibində ion
maye monomerin miqdarının azalması ilə izah olunur. Belə ki, ion maye monomer
əsasında alınmış homopolimerin 20oC temperaturda 30 dəqiqə ərzində kütlə artımı
7.2% təşkil etdiyi təqdirdə, bu ion maye monomerin stirol və ya metakril turşusu ilə 1:1
mol nisbətində sintez olunmuş birgə polimerlərdən adsorbent kimi istifadə etdikdə eyni
şəraitdə kütlə artımı müvafiq olaraq 4.0% və 2.0% (kütlə) təşkil edir. Maksimal udulma
45 dəqiqə ərzində müşahidə edilməklə müvafiq olaraq 4.5 və 2.2% təşkil edir. Beləliklə,
aparılan tədqiqatlar birgə polimerlərin sorbsiya qabiliyyətinin əsasən tərkibdə olan ion
maye monomerin miqdarı ilə müəyyən olunduğunu göstərir. Stirolun ion maye
monomerə 3:1 mol nisbətində sintez olunmuş birgəpolimer, komponentlərin 1:1 mol
nisbətində sintez olunmuş birgə polimerlə müqayisədə nisbətən yüksək absorbsiya
qabiliyyəti nümayiş etdirir və 40 dəqiqə ərzində nümunənin kütlə artımı 5.0% təşkil edir,
absorbsiya müddətinin uzadılması ilə karbon qazının sonrakı udulması praktiki olaraq
müşahidə edilməmişdir. Tarazlıq əsaslı absorbsiya prosesi SO2 qazının udulma
prosesində də müşahidə olunur. Məlumdur ki, SO2, kükürd tərkibli kömür və
karbohidrogenlərin yandırılmasında və mis filizləri kimi sulfid minerallarının emal
proseslərində alınır və atmosferə buraxılan SO2 hidratlaşır, turşu yağışına səbəb olan
kükürd turşusuna qədər oksidləşir. İM tərkiblərin SO2 qazını absorbsiya prosesində
tətbiqi məlumdur

Həll olmuş maddə hissəciklərinin ölçüsü 1 nm-dən kiçik olan dispers


sistemlərə həqiqi və ya molekulyar məhlullar (yaxud sadəcə məhlullar) deyilir. Belə
məhlullarda həll olmuş maddə həlledicinin molekulları arasında molekul və
ya ionlar şəklində paylanır.

İki və ya daha artıq komponentdən təşkil olunmuş birfazalı sistem məhlul adlanır.
Məhlullar homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin
kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat
halını dəyişməyən komponent həlledici hesab olunur. Məhlullar eyni aqreqat halına
malik komponentlərdən əmələ gəldikdə isə miqdarca çoxluq təşkil edən komponent
həlledici hesab olunur.

Aqreqat halına görə məhlullar qaz, maye və bərk olurlar.

Qazlarda molekullararası qarşılıqlı təsir son dərəcə az olduğundan adi təzyiqlərdə onlar
bir-birində qeyri-məhdud şəkildə həll olur. Sıxılmış qazlar mayeni və hətta bərk maddəni
həll edir.

Bərk məhlul bir maddənin kristal şəbəkəsində onun kristal quruluşunu dəyişdirmədən
başqa bir və ya bir neçə maddə atomlarının və ya ionlarının müəyyən qayda üzrə
paylanması nəticəsində əmələ gəlir.

Bütün məhlul növləri içərisində maye məhlullar (xüsusən sulu məhlullar) daha geniş
yayılmışdır.
Qazların suda həll olma qabiliyyəti müxtəlifdir. Bu və ya digər qazla təmasda olan maye
onun bir hissəsini özündə həll edir. Temperaturun atrması qazların mayelərdə həll
olmasına bir qayda olaraq, mənfi, təzyiqin artması isə müsbət təsir göstərir.

Mayelərin bir-birində həll olması onların təbiətindən asılıdır. Su və spirtin qarşılıqlı həll
olması onların molekulları arasında hidrogen rabitəsinin əmələ gəlməsi ilə əlaqədardır.

Bəzi mayelər isə bir-birində çox zəif həll olur: su və efir. Üçüncü qrup mayelər arasında
qarşılıqlı həllolma praktiki surətdə getmir: su və kerosin.

Mayelərin qarşılıqlı həll olmasına temperatur, adətən müsbət təsir göstərir.


Temperaturun artması ilə həllolma artdığı üçün müəyyən yüksək temperaturda
mayelərin tam qarşılıqlı həll olması baş verir. Bu temperatur həmin mayelərin bir-birində
həll olmasının böhran temperaturu adlanır.

Təzyiq mayelərin bir-birində həll olmasına çox zəif təsir göstərir.

Bərk maddələrin mayelərdə həll olmasına temperatur müxtəlif cür təsir göstərir.
Həllolma istilik udulması ilə getdikdə, temperaturun artması həll olmanı sürətləndirir və
əksinə.

Tempereturun 10C artması nəticəsində həll olmanın faizlə atrması və ya azalması həll
olmanın temperatur əmsalı adlanır.

Bərk maddələrin mayelərdə həll olmasına təzyiq çox zəif təsir göstərir. Bərk maddənin
doymuş məhulda həll olması zamanı həcmin artması baş verirsə, təzyiqin artması həll
olmanı azaldır. Nəticədə həll olan maddə məhlulda çokür.

Maddələrin həllolma qabiliyyəti həllolma əmsalı ilə xarakterizə olunur.

Müəyyən temperaturda 1000 ml həlledicidə maksimum həll olmuş maddənin qramlarla


miqdarına həllolma əmsalı deyilir. Vahidi q/l-dir.

Maddənin bir molunun həllolması prosesində ayrılan və ya sərf edilən istilik miqdarına
həllolma istiliyi deyilir. Entalpiya — tam enerji sisteminin termodinamik funksiyasıdır. Bir
çox hallarda P və PV parametrlərinin entalpiya adlanan ümumi kaloritik parametrdə
birləşdirilməsi məqsədəuyğun hesab edilir.

O, daxili enerjinin U və xarici enerjinin PV, ətraf mühitin xarici təzyiqinin P olması şərtilə
toplanır. Entalpiya da istilik, iş və daxili enerji vahidi kimi C/kq-la ölçülür.
Mövzu IV

Maddələrin plazma halı

Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat
halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş
hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin
təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla
dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi
tutur.

Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni
təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin
yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr
müəyyən forma və həcmə malik olur.

Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük,
cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən
quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan
hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur. Mayelər üçün müəyyən
həcmin olması və formanın olmaması xarakterikdir.

Maye maddə buxarlanma, qaynama nəticəsində qaz halına keçir. Bu halda hissəciklər
arasındakı məsafə mayedə olduğundan daha çox artaraq, onların öz ölçülərinə nisbətən
bir neçə dəfə böyük olur. Buna əsasən hissəciklər arasındakı qarşılıqlı təsir qüvvələri
daha artıq zəifləyir. Bu halda isə hissəciklər öz yerlərini sərbəst surətdə dəyişə bilir.
Maddənin dördüncü halı da mövcuddur. Çox yüksək temperaturlarda maddələr
ionlaşmış qaza - plazmaya çevrilir. Maddənin "plazma" adlanan bu halını yerlərini
fasiləsiz dəyişən elektron, ion, atom və hətta nüvələrin qarışığı təşkil edir. Temperaturu
10000-100000 0C-yə bərabər olan plazma "soyuq", 1000000 0C-yə qədər olan plazma
isə "qaynar" plazma adlanır. Axırıncı halda dur plazmada neytral atomlar olmur. O
yalnız elektron, ion və atom nüvələrinin qarışığından ibarət olur. Buna görə də, plazma
elektroneytral olsa da, o, elektron və ion keçiriciliyinə malik olur.

Ərimə - maddənin bərk kristal haldan maye hala keçməsidir.

Ərimə temperaturu - kristal maddənin maye hala keçdiyi temperaturdur. Oksigen qazı
üçün ərimə temperaturu -219 °C, buz üçün 0 °C, dəmir üçün 1535 °C-dir. Həcm və
formasını saxlamaq bərk cisimlərin əsas xassəsidir.

Xüsusi ərimə istiliyi - ərimə temperaturunda bir kiloqrqm bərk kristal maddəni mayeyə
çevirmək üşün lazım olan eneryidir, λ (lambda) hərfi ilə işarə olunur və BS-də ölçü
vahidi 1C/kq-dır. Yəni ərimə temperatundakı 1 kq bərk kristal maddənin daxili enerjisi
həmin temperaturdakı mayenin daxili enerjisindən azdır. Ona görə də maye kristallaşan
zaman bərkimə temperaturunda bu qədər enerji ayrılır.

Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq mayenin kristallaşması


zamanı ayırdığı enerjidir. Xüsusi kristallaşma istiliyi xüsusi ərimə istiliyinə ədədi
qiymətcə bərabərdir.

Amorf maddələr - zərrəcikləri nizamsız yerləşmiş bərk cisimlərdir və onların birqiymətli


ərimə temperaturu yoxdur, temperatur yüksəldikcə maddə tədricən maye hala keçir.

Mayelərin əsas xassəsi - həcmini saxlayıb formasını asanlıqla dəyişməkdir.

Qazların əsas xassəsi - həcm və formasını saxlamamasıdır,onlar verilən həcmi


tamamilə tutur.Temperatur yüksəldikcə maye zərrəciklərinin istilik hərəkəti enerjisi və
həm də buxarlanma sürəti yüksəlir.

Qaynama - maye daxilində baş verən intensiv buxarlanma hadisəsidir.

Xüsusi buxarlanma istiliyi - verilmiş temperaturda vahid kütləli mayeni buxara çevirmək
üçün lazım olan istilik miqdarıdır,L ilə işarə olunur,BS- də ölçü vahidi 1C/kq-dır.

Kondensasiya - maddənin qaz haldan maye hala keçməsidir.


Xüsusi kondensasiya istiliyi - verilmiş temperaturda 1 kq buxarın mayeyə çevrilməsi
zamanı ayrılan enerjidir və ədədi qiymətcə xüsusi buxarlanma istiliyinə bərabərdir.
Qaynama başladıqdan sonra xaricdən verilən istilik miqdarı mayenin temperaturunu
yüksəltməyə deyil mayenin buxarlanmasına sərf olunur.

Qaynama temperaturu - mayenin qaynadığı temperatura deyilir. Məsələn oksigen


qazının qaynama temperaturu -193 °C-dir, su isə 100 °C-də (normal atmosfer
təzyiqində) qaynayır.

Sublimasiya - bərk cismin maye hala keçmədən qaz halına keçmə prosesidir.

Desublimasiya - maddənin qaz halından maye hala keçmədən bərk hala keçmə
prosesidir. Maye tamamilə buxara çevrildikdən sonra möhkəm qapalı qabda istilik
verməni davam etdirsək istilik hərəkət enerjisi böyük olan molekullar bir-biri ilə
toqquşmada bir və ya bir neçə elektronunu itirir. Nəticədə mənfi yükə malik elektron və
müsbət ion yaranır.

Plazma - qismən və tamamilə ionlaşmış elə qazdir ki, orada müsbət və mənfi yüklərin
miqdarı eynidir. Aşağı temperaturlu plazmalar da mümkündür. Plazmanın temperaturu
təxminən 0 Kelvindən (bu zaman plasma kristal halda olur) 108 Kelvindədək dəyişir.
Qalaktikamızı təşkil edən maddənin 99%-i plazma halındadır. Fotonik maddə

Fotonik maddədə, fotonlar kütlələri varmış kimi davranır və bir-birləri ilə əlaqəyə girirlər
fotonik maddə molekulları belə oluşdura bilir. Bu vəziyyət kütlələri olmaması və əlaqəyə
girməməsi kimi ümumi xüsusiyyətlərinə qarşıdır.

Qəribə maddə

Qəribə maddə, Tolman-Oppenheimer-Volkoff sərhəddinə yaxın (təqribi 2-3 günəş


kütləsi) bəzi neytron ulduzları içində olabilən kuark maddənin bir növüdür. Aşağı enerji
vəziyyətində davamlı ola bilər.
Mövzu V

Kimyəvi elementlərin müasir təsnifatı

Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla
özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir.
Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və
oksigen elementdirlər.

Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq


eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və
atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni
cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan
uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların
hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom
növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün
mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda
elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan ibarətdir. Atom
kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün
maddələrin ilkin materialıdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət
edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi isə proton və neytronlardan
təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri sistemdə
elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların sayını göstərir.
Proton və neytron birlikdə nuklon adlanır.
Dövri sistem cədvəlini 1 mart 1869-cu ildə rus alimi D.İ.Mendeleyev tərtib etmişdir.
Həmin cədvəldə cəmi 63 element mövcud idi. Mendeleyev elementləri atom kütlələrinin
artması sırası ilə yerləşdirərək dövri qanunu belə ifadə etmişdir: Kimyəvi elementlərin və
onların əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri atom kütlələrinin
artmasından dövri surətdə asılıdır. Mendeleyev bəzi hallarda bu qanundan kənara
çıxaraq elementlərin cədvəldə yerini onların atom kütlələrinin artması ardıcıllığına deyil,
xassələrinin qanunauyğun dəyişməsinə görə müəyyən etmişdir. Daha sonra 1913-cü
ildə ingilis alimi Mozli müəyyən etmişdir ki, elementlərin xassələri onların atom
kütlələrinin artması ilə deyil, nüvələrinin yükü ilə bilavasitə müəyyən olunur. Dövri
qanunun müasir ifadəsi belədir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi
birləşmələrin forma və xassələri atom yükündən dövri surətdə asılıdır.

Bəzi kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Elementlərin yer qabığında
yayılması miqdarının tədqiqi ilə ilk dəfə amerika alimi Klark məşğul olmuşdur. O, 50-yə
qədər elementin yer qabığında yayılmasını faizlə hesablamışdır. Elementlərin yer
qabığında yayılma xarakteri və qanunauyğunluqları ilə geokimya elmi məşğul olur. Yer
qabığında ən geniş yayılmış element oksigendir və kütləcə yarısını təkcə o təşkil edir.
Ümumiyyətlə yer qabığında ən çox yayılmış elementlər bunlardır: O — 49,1%, Si —
26,0%, Al — 7,5%, Fe — 4,2%, Ca — 3,2%, Na — 2,4%, K — 2,3%, Mg — 2,3%, H —
1,0%, Ti — 0,9%. Kimyəvi elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər"
adlandırılır. Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az
olan və xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud
çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb,
Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər. Nadir elementlərin siyahısı sabit qalmayaraq
tədricən dəyişir, yəni istehsalı və tətbiqi genişləndikcə onlar adi elementlər qrupuna
keçir. Elementlərin canlı orqanizmdə yayılma xarakterinin öyrənilməsi ilə biokimya
məşğul olur. İndiyə kimi canlı orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən
edilmişdir. Orqanizmdə O, C, H və N daha çox yayılmışdır. Bu dörd elementin
orqanizmdə atomlarının miqdar faizi belədir: H- 63%, O- 25,5%, C- 9,5%, N- 2%.

Elementlər metallar, qeyri-metallar və təsirsiz qazlar olmaqla üç əsas təsnifə bölünür.


Dövri sistemdə yerləşən elementlər yuxarıdan aşağıya doğru qrupları, soldan sağa
doğru isə dövrləri təşkil edir. Cədvəldə 7 dövr, 8 qrup var. Hidrogen atomu və ya qələvi
metalla başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə üfüqi
vəziyyətdə düzülmüş elementlər ardıcıllığına dövr deyilir. Birinci üç dövr kiçik dövr,
qalanları böyük dövr adlanır. Kiçik dövrlər bir sıradan, böyük dövrlər isə iki sıradan
ibarətdir. Dövrün nömrəsi bu dövrdə yerləşən elementlərin atomlarındakı energetik
səviyyələrin sayına bərabərdir. Qruplar və dövrlər ayrılıqda müvafiq olaraq əsas və
əlavə yarımqruplara, böyük və kiçik dövrlərə bölünür. Həm böyük, həm kiçik dövr
elementlərindən təşkil olunmuş qrupa əsas yarımqrup (A qrupu) deyilir. Yalnız böyük
dövr elementlərindən təşkil olunmuş qrupa isə, əlavə yarımqrup (B qrupu) deyilir.

Məlumdur ki, 110-dan çox kimyəvi elementin 80-dən çoxu metallara aiddir. I, II, III
qrupların həm əsas, həm də əlavə yarımqruplarının (H və B-dan başqa), həmçinin IV, V,
VI, VII və VIII qrupların əlavə yarımqrup elementlərinin hamısı metaldır. Dövri sistemdə
əsas yarımqrupda yerləşən metallar bor-astat (B-At) diaqonalından aşağıda yerləşir.
Metalların atomları xarici elektronlarını asan verir. Bu səbəbdən metallar güclü
reduksiyaedicilərdir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi göstərirlər.
Onların reduksiyaedicilik xassəsi metalların aktivlik sırasında qızıldan kaliumadək artır.
Aktivlik sırası üzrə isə reduksiyaedicilik azalır. Metalların aktivlik sırası belədir: Li, K, Ca,
Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H2, Cu, Hg, Ag, Au. Həmçinin metallar müxtəlif
xassələrə (fiziki, kimyəvi, mexaniki, texnoloji və s.) malikdir. Metalların istilik keçirməsi
onların təbiətindən asılı olaraq dəyişir. Saf metalların istilik keçirməsi yaxşı, bunlardan
alınan ərintilərin istilik keçirməsi isə aşağı olur. Həmçinin metallar elektrik keçirmə
qabiliyyətinə də malikdir. Onların elektrik keçirməsi tərkib, temperatur və strukturundan
asılı olaraq dəyişir. Temperatur artdıqca elektrik keçiriciliyi azalır. Temperatur azaldıqda
isə əksinə, elektrik keçiriciliyi artır. Metalların hər birinin özünəməxsus ərimə
temperaturu var. Ən aşağı ərimə temperaturu olan metal Civə-dir. Civənin ərimə
temperaturu "−38.8290 °C"-dir. Ən yüksək ərimə temperaturu olan metal isə Volfram-
dır. Onun ərimə temperaturu 3422 °C-dir. Qızdırıldıqda metalların bərk haldan maye
halına keçmə temperaturuna ərimə temperaturu deyilir. Ərimə temperaturu 700 °C-dək
olan metallara asanəriyən, 700 °C-dən yüksək olan metallara isə çətinəriyən metallar
deyilir.

Dövri sistemdə olan elementlərin 16-sı qeyri-metallara aiddir. Qeyri-metallar bərk halda
bir qayda olaraq ya dielektrik, ya da elektrik cərəyanını və istiliyi pis keçirən, plastikliyi
və metal parıltısı olmayan kövrək maddələrdir. Bor və silisium yarımkeçirici xassəyə
malikdir. Metallarla qarşılıqlı təsirdə qeyri-metallar həmişə oksidləşdirici olur, yəni
özlərinə elektron birləşdirir. Ən güclü oksidləşdirici element flüordur. Flüorla qarşılıqlı
təsirdə bütün elementlər oksidləşir, yəni reduksiyaedici olur. Çünki, Flüor ən yüksək
elektromənfiliyi olan elementdir. Elementlərin elektromənfilikləri azaldıqca qeyri-
metalların oksidləşdiricilik xassələri zəifləyir. Qeyri-metallar oksigenlə turşu oksidləri
əmələ gətirir. Elementlərin dövri sistemində qeyri-metalların baş oksidlərinin
xassələrinin dəyişməsi ümumi qaydaya əsasən soldan sağa doğru turşu xassələri artır,
yuxarıdan aşağıya doğru isə zəifləyir.

Təsirsiz qazlar dövri sistemdə VIII qrupun əsas yarımqrupunda yerləşir. Bu qazlar oxşar
kimyəvi quruluşa malik, çox aşağı kimyəvi reaktivliyi olan, qoxusuz, rəngsiz biratomlu
qazlardır. Həmçinin ərimə və qaynama temperaturu da aşağı olub, sadəcə 10 °C ilə
fərqlənir. Bu elementləriən sayı metallar və qeyri-metallara nisbətən çox azdır. Cəmi 6
təsirsiz qaz var, həmin qazlar bunlardır: He, Ne, Ar, Kr, Xe, Rn.

Elementlərin elektron formullarının yazılışı zamanı energetik yarımsəviyyələrdəki


elektronların sayı müvafiq hərfi işarələrin üst indeksində göstərilir. Elektronların sayı
eyni zamanda energetik səviyyə və yarımsəviyyələrdə göstərildikdə s, p, d, f hərflərinin
əvvəlində müvafiq olaraq energetik səviyyənin nömrəsi yazılır.

Elementlərin dövrlər üzrə bəzi xassələri:

 Atom nüvəsinin yükü artır


 Xarici təbəqədə elektronların sayı artır
 Atomun radiusu azalır
 Elektromənfilik artır
 Metallıq xassələri zəifləyir, qeyri-metallıq xassələri güclənir
 Reduksiyaedicilik xassə azalır, oksidləşdirici xassə artır

Elementlərin A qrupları üzrə bəzi xassələri:

 Atom nüvəsinin yükü artır


 Xarici təbəqədə elektronların sayı dəyişmir
 Atomun radiusu artır
 Elektromənfilik azalır
 Metallıq xassələri güclənir, qeyri-metallıq xassələri zəifləyir
 Reduksiyaedicilik xassə artır, oksidləşdirici xassə azalır

Kimyəvi elementlərin miqrasiyası yer qabığında və onun səthində gedən geokimyəvi


proseslər nəticəsində elementlərin köçürülməsi və istənilən yerdəyişməsi (terrigen
komponentlərin mexaniki daşınması istisna olunmaqla). Kimyəvi elementin
xassələrindən (atomunun quruluşu, ölçüsü, valentliyi və b.) asılı olan daxili; temperatur,
təzyiq və mühitin tərkibi (qələvilik və ya turşluq, oksidləşmə-bərpaedici şərait və b.)
nisbətindən asılı olan xarici miqrasiya amillərinə ayrılır. Geokimyəvi şəraitdən asılı
olaraq elementlərin miqrasiya qabiliyyətinin dəyişməsinə baxmayaraq, çox mütəhərrik,
mütəhərrik və inert elementləri ayırmaq mümkündür. Burada elementin mütəhərrikliyi
onun diffuziya əmsalının maksimal konsentrasiyaya hasili kimi başa düşülür. Ən yüksək
miqrasiya qabiliyyəti olan elementlər — Cl, Br, J, N, B, Ra, Na; yüksək — K, Ca, Ge, U,
Fe; orta — Al, Si, Mg, ; aşağı — Zr, Nb, Ta, Sb; ən aşağı — platin qrupu metallarıdır.
Kimyəvi elementlərin miqrasiyası qabiliyyəti, kimyəvi elementin ana süxurdan daşınma
məsafəsi, onun konsentrasiyasının azalma qradiyenti, müxtəlif mənşəli mineralların
əmələ gəlməsində iştirakı, uçuculuğu və ya onun birləşmələrinin həll olma qabiliyyəti ilə
qiymətləndirilir. Kimyəvi elementlərin miqrasiyası sərbəst atomlar (inert qazlar, civə
buxarları), molekullar (azot, oksigen, su buxarları və b.), sadə və kompleks ionlar
(məhlul və ərintilər), nəhayət, kolloid hissəciklər (kül, lil hissəcikləri və b.) şəklində, yəni
maye, qaz və bərk halda baş verir və kimyəvi elementlərin yenidən paylanması ilə
nəticələnir. Kimyəvi elementlərin miqrasiyası bütün geoloji proseslərdə baş verir və
təbiətdə maddələrin fasiləsiz dövranının əsasını təşkil edir. Elementlərin yaşı mənşə-
yindən asılı olaraq qiymətləndirilir. Hazırda elementlərin əmələ gəlməsini izah edən
əsas iki nəzəriyyə vardır. Birinci nəzəriyyəyə görə, kainatda olan bütün elementlər
neytron nüvənin partlayışı nəticəsində təxminən 100 saniyə ərzində əmələ gəlir
(«Nəhəng partlayış» nəzəriyyəsi). Partlayışın yaşı 6-7×109 il müəyyən edilmişdir,
elementlərin də yaşı bu rəqəmə uyğundur. İkinci nəzəriyyəyə görə isə, elementlər
müntəzəm olaraq ulduzlarda baş verən termonüvə və neytron reaksiyaları nəticəsində
hidrogendən yaranır. Hər 300 ildən bir yeni ulduz partlayışları nəticəsində ulduzarası
fəzaya mütəmadi olaraq element atomları atılır. Günəşin və planetlərin yaranmasına
səbəb olan qaz yığımlarında müxtəlif dövrlərdə yaranmış elementlər iştirak edə bilər.
Astrofiziki qiymətləndirilməyə görə, elementlərin Qalaktik sintezinin başlanma dövrü
təxminən 20×109 il hesablanmışdır.

You might also like