You are on page 1of 2

Laboratoriya işi 1

Kompüter modelləşdirilməsində funksiyalardan istifadə

İşin məqsədi: Riyazi funksiyaların MatLAB sistemində işlənilməsi

MatLAB sistemi MathWork Inc. firması tərəfindən (ABŞ, Neytik şəh.,


Massaçusets ştatı) yaradılmışdır. Bu sistemdən keçən əsrin 70-ci illərin
axırlarından istifadə edilməyə başlanılsa da, onun tətbiq edilməsi 80-cı illərin
axırlarından sonra daha da artmağa başlamışdır. MatLAB sisteminin axırıncı
versiyaları – son dərəcə inkişaf etmiş sistemlərdir. MatLAB mühitində bütün işlər
matlab.exe proqramını işə salan zaman görünən əmrlər pəncərəsində (Command
Window) təşkil edilir. Əmrlər pəncərəsində dialoq rejimində hesablamalar aparılır.
İstifadəçi MatLAB dilində mətni olan əmrləri daxil edir və ya faylları yerinə
yetirilməsi üçün işə salır. İnterpretator bunları emal edir və nəticələri verir.
Nəticələr dedikdə ədədi və sətri verilənlər, xəbərdarlıqlar və səhvlər haqqında
məlumatlardır. Daxiletmə sətri >> işarəsi ilə nişanlanmışdır. = işarəsi mənimsətmə
operatoruna uyğundur. < Enter > klavişinin basılması sistemi ifadəni hesablamağa
və nəticəni göstərməyə məcbur edir. Dəyişənlərin cari iş seansı ərzində
hesablanmış bütün qiymətləri sistemin işçi sahəsində (Workspace) saxlanılır. Clear
Command Window əmri ilə əmrlər pəncərəsində olanları silmək mümkündür,
amma işçi sahədə olanlara toxunmur. MatLAB sistemində dəyişənin qiymətini
vermək üçün mənimsətmə operatorundan istifadə olunur və yazılışı belədir:

Dəyişənin_adı = İfadə

Əgər operatorun yazılışı < ; > işarəsi ilə qurtarmayıbsa, onda nəticə əmrlər
pəncərəsinə çıxarılacaq, əks təqdirdə, operatorun yazılışı < ; > işarəsi ilə
qurtarırsa, onda nəticə görünməyəcək.
Laboratoriya tapşırıqlarının yerinə yetirilməsində istifadə olunan funksiyalar
və sintaksisi cədvəldə qeyd edilmişdir.

Funksiya MATLAB syntax


x
e exp (x)

√x sqrt (x)

√n x nthroot(x,n)

ln x log (x)

sin x sin (x)

cos x cos (x)

tg x tan (x)

|x| abs(x)

MatLAB sistemlərində dəyişənlərin uyğun qiymətlərini daxil etməklə riyazi


ifadələri hesablamalı.

You might also like