You are on page 1of 72

ŞAHİN AYDƏMİR

ƏFSANƏYƏ
ÇEVRİLDİ

BAKI-2018
ŞAHİN AYDƏMİR

Kitab Şahin Aydəmirin


ad gününə hədiyyə olunur.

Nəşrə hazırlayan
və ön söz müəllifi:

SONA XƏYAL

Redaktorlar:
ƏLİHEYDƏR BİTƏMƏNNA
SEYİD MƏCİD ƏSRİ

Şahin Aydəmir. Əfsanəyə çevrildi.


Bakı-“Ecoprint”-2018. 72 səh.

“Əfsanəyə çevrildi” maştağalı şair Şahin Aydəmirin


oxucularla ilk görüşüdür. Kitabda şairin müxtəlif möv-
zularda qələmə aldığı şeirləri toplanmışdır.

ISBN 978 9952 29 097 0

© Ş.Adəmir

2
ƏFSANƏYƏ ÇEVRİLDİ

“MƏRDANƏ DAYANDIM”

Şahin Aydəmir hələ yeniyetmə vaxtlarından şeirə


böyük həvəs göstərmişdir ki, bu da çox təbiidir. Şahi-
nin anasının babası Kərbəlayi Mir Cəlal öz dövrünün
tanınmış şairlərindən biri idi. Mərsiyələri daim əza
məslislərində oxunan şair, həm də lirik qəzəlləri və sa-
tirik şeirləri ilə məşhur olmuşdur. Şahinin atası Kərbə-
layi Bilalın da bir sıra dini şeirləri vardır. Şahinin qar-
daşı, ulu babaları Məşədi Aydəmirin adını daşıyan
məşhur meyxana ustası Məşədibabanın lirik qəzəlləri
da oxucular tərəfindən çox sevilir. Şahinin bacılarından
Maştağa Ziyalı Qadınlar Məclisinin üzvü Məşədi İnsaf-
xanımın da həm almanaxlarda, həm də özünün şeirlər
kitabında dini və lirik şeirləri çap olunmuşdur. Ümu-
miyyətlə, bu ailənin demək olar ki, bütün üzvlərinin şe-
ir yazmaq məharəti vardır. Lakin əksər maştağalı şair-
lər kimi onlar da şeir yazmağa bir həvəs kimi baxır və
əsərlərinin çap etdirməyə səy göstərmirlər. Bu da şair-
lərin həyatının keşməkeşli olması ilə bağlıdır. Şahinin
həyatı nə qədər çətin keçsə də, o bütün bunları sinə
gərmiş, dözüb “mərdanə dayanmışdır”.
Haşiyə: Şahin 1976-cı ildə Bakının Maştağa qəsəbə-
sində dünyaya göz açmışdır. 1983-1993-cü illərdə qə-
səbədəki 209 saylı məktəbdə təhsil almışdır. Evlidir, iki
qızı, bir oğlu vardır.

3
ŞAHİN AYDƏMİR

Şahin Aydəmirin şeirlərini on beş il öncə oxumuş-


dum. İki qəzəlini İlqar Fəhminin vasitəsilə “Ədalət” qə-
zetində dərc etdirmişdim. “Paklıq” qəzetinin nəşrinə
başlayanda da onu yaddan çıxarmadıq. Amma bütün
bunlara baxmayaraq, Şahin yenə də çapa həvəs göstər-
mədi. Nəhayət, yaşı qırxı keçəndən sonra kitabının ça-
pına razılıq verdi. Budur, onun “Əfsanəyə çevrildi” adlı
ilk şeirlər toplusunu oxuculara təqdim edirik.
Şahin Aydəmir baxdığı, gördüyü, sevdiyi hər şeyi
şeirə çevirə bilir. Onun həm lirik, həm də satirik şeirlər
yazması bir şair kimi hərtərəfli istedada malik oldu-
ğunu göstərir. Mən Şahinin yaradıcılığı haqqında çox
danışa bilərəm, lakin bunu tənqidçilərin ixtiyarına bu-
raxıram.
Şahin Aydəmiri ilk şeirlər toplusunun işıq üzü gör-
məsi münasibəti ilə səmimi qəlbdən təbrik edir və ona
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

SONA XƏYAL
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun böyük elmi işçisi,
Azərbaycan Yazıçılar Birliyinin
“İRS” Komissiyasının sədri

4
ƏFSANƏYƏ ÇEVRİLDİ

ŞAHİNA, CƏHD ELƏ,


QAFİL GƏZMƏ

õ
Bəşərə vəsf eləyir Azəribaycanı Şuşa,
Özünə cəlb eləyib zövq ilə hər yanı Şuşa.

Bu gözəl torpağa minlərlə gəlir insanlar,


Necə heyrətdə qoyur, görsə, hər insanı Şuşa.

Yetirib dahiləri bəxş eləyibdir vətənə,


Natəvanla Üzeyir, Bülbül ilə Xanı Şuşa.

Diləyimdir ki, səni daima azadə görək,


Bir bədəndir Qarabağ, sənsən onun canı, Şuşa.

Hələ, Şahin, neçə toy-bayramı qeyd eyləyəcək,


Bizə xatırladacaq cənnəti-Rizvanı, Şuşa.

5
ŞAHİN AYDƏMİR

õ
Ey Xudavəndi-Kərim, eylə şəfaət atama,
Nə olar, görmə rəva bunca məlamət, atama.

Sən əgər hifz eləsən, heç birisi kar etməz,


Nə qədər gəlsə mərəz, dəysə xəsarət, atama.

Mən səni and verirəm Kərbübəla torpağına


Ki, o yer oldu nəsib, etdi ziyarət, atama.

Qocalıbdırsa əgər, ömrünü vurmuşsa başa,


Mənim ömrümdən alıb, eylə ziyadət atama.

Eşidib Şahinin aləmdə dua etdiyini,


Ey Xuda, səhhət elə bəxş, nəhayət, atama.

6
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Dilərəm Tanrı tərəfdən yetə hər kam bacıma,
Edərəm xeyli dua hər səhər-axşam bacıma.

Adı tək gül kimidir qəlbi də, xasiyyəti də,


Səhv deyildir, atamız verdi belə nam, bacıma.

Tanıyır Allahını, dinini, Peyğəmbərini,


Dayaq olsun həmişə dinimiz İslam, bacıma.

Ramazan bayramı gəldi, sevinir, qəlbi gülür,


Dilərəm qismət ola daima bayram, bacıma.

Yadigar saxla bu şe’ri, sənə Şahin yazmış,


Min canım olsa da, qurbandı Güləndam bacıma.

7
ŞAHİN AYDƏMİR

õ
Gözəlim, olsa idi zərrə qədər səndə vəfa,
Bu qədər verməz idin aşiqinə cövrü cəfa.

Nə olar, bircə gəl insafə yetir vəslə məni,


Nə qədər çəkməliyəm hicrini mən bəxti qəra.

Özgəsindən bu sınıq qəlbə dəva istəmirəm,


Sən özün aşiqinin dərdinə, gəl, eylə dəva.

Yetişək vəslə, sürək ömrümüzü xürrəmü şad,


Yaşayaq daima bir yerdə, görək zövqi-səfa.

Sən əgər Şahinə yar olsan, ona fəxr elə ki,


Onun üçün yaradıbdır səni aləmdə Xuda.

8
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Hanı bir yar sənin tək bu gözəl simadə?
Sənə bənzər görəsən varmı gözəl dünyadə?

İncə rəftarına, əxlaqına nöqsan yoxdur,


Tanrı göyçək yaradıbdır səni hər mə’nadə.

Görməsəm də səni hər gün, bunu dərd eyləmirəm,


Güli-rüxsarını hər gün görürəm röyadə.

Düşmə sevdayə, könül, sən də ziyan eylərsən,


De görüm, hansı bir aşiq qazanıb sevdadə?

Məncə, Şahin, bu qəzəllər o zaman ləzzət edər,


Ağaxan* zümzümə eylərsə gözəl ifadə.

Õ
*
Ağaxan Abdullayev

9
ŞAHİN AYDƏMİR

õ
Yar olmadı eşqində könül dilbəri ilə,
Qəm çəkdi hücum üstümə öz ləşkəri ilə.

Zalımdır, aman verməyir hicran qəmi bir an,


Hey parçalayır qəlbimi öz xəncəri ilə.

Yetsəydi əlim, çərxi-fələkdən soruşardım:


Dövran niyə getmir yola bu çakəri ilə?

Hicran oduna yandırır aşiqləri bir-bir,


Sanki öyünürmüş belə pis şakəri ilə.

Şahin, məni də eşqü məhəbbət dəli etdi,


Xalq indi nə etsin belə bir sərsəri ilə?!

10
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Ey könül, bir namə yaz, göndər gözəllər bəzminə,
Ərz edib aşiqliyin göstər gözəllər bəzminə.

Könlüm o nəzm içrə bir cananə dilbər sevdi ki,


Hökmdarlıq eylər o dilbər gözəllər bəzminə.

Min gözəl baş əysə gər qarşında, layiqdir sənə,


Çünki sənsən, ey gözəl, sərvər, gözəllər bəzminə.

İndi ki, yarım gözəllər bəzminin sultanıdır,


Razıyam mən də olam çakər, gözəllər bəzminə.

Dilbərin səndən yenə tər güllər istər, Şahina,


Sən də yığ göndər güli-əhmər, gözəllər bəzminə.

11
ŞAHİN AYDƏMİR

õ
Ey gül, nə üçün olmadın həmdəm mənim ilə?
Həmdəmlik edir indi kədər, qəm mənim ilə.

Biganə, bilirdim, səni xoşbəxt edə bilməz,


Olsaydın olardın yenə xürrəm, mənim ilə.

Kaş ki dönüb, ey gül, yenə bir gün qayıdaydın,


Bir ömrü vuraydın başa bahəm mənim ilə.

Mən aşiqəm, ey gül, sənə, sən də mənə yar ol,


Yoldaşlıq elə daima möhkəm, mənim ilə.

Şahin, yazıram şe’rimi şair kimi, bir gün


Fəxr eyləyəcək büsbütün aləm mənim ilə.

12
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Ola bilsəm mən əgər dini hökmdar kimi,
İçərəm küfr edənin qanını xunxar kimi.

Hakimiyyət hərisi qətlə yetirmiş neçəsin,


Qoymaram onda qisasım qala, sərdar kimi.

Əhli-beytin tökübən qanını kafirlik edən,


Saldı öz adını tarixə zülmkar kimi.

Gedirik məhşərə doğru, tutub Allah yolunu,


Kim mədədkar olacaqdır bizə ol yar kimi?

Əhli-beyt aşiqiyəm, çox sevinərdim, Şahin,


Şəhid olsaydım əgər mən də o Muxtar kimi.

13
ŞAHİN AYDƏMİR

õ
Sənsiz günüm, ey dilbər, qəmxanəyə çevrildi,
Hicrinlə bu can mülkü viranəyə çevrildi.

Bilməm nə günah etdim, ya ki, nə xəta oldu?


Yarım mənə yar ikən, biganəyə çevrildi.

Öz aşiqini bir gün tərk eyləyibən getdi,


Əğyarə yaxın oldu, həmxanəyə çevrildi.

Əl çək, könül, eşqindən, gəl dön bu fəna yoldan,


Eşq ilə çox aşiqlər divanəyə çevrildi.

Şahin, o unutmuşsa, gəl sən də unut getsin,


San gerçək olan eşqin əfsanəyə çevrildi.

14
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Ey bəni-adəm, oxu, öyrən həyatın sirrini,
Eımi-irfan öyrənib, bil, kainatın sirrini.

Asimandan bil nə üçün endi Qurani-Kərim,


Aç oxu, ol huşyar, gör külliyatın sirrini.

Bil ki, cənnət var, cəhənnəm var, Sirat tək körpü var,
Keçməyincə ta ki, bilməzsən Siratın sirrini.

Bir tərəfdən xəlq olur dünyadə, bir yandan köçür,


Xəlq edən Varlıq bilir tək, məxluqatın sirrini.

Şahina, sirri-məmati sordum aləmdən, fəqət,


Tapmadım bir öylə kəs, açsın məmtın sirrini.

15
ŞAHİN AYDƏMİR

õ
Gedirəm hər gecə meyxanəyə, yarım gedəni,
Salmışam meylimi peymanəyə, yarım gedəni.

Mən ki, bilməzdim əzəldən nədi qəm, qüssə, kədər,


Düşmüşəm qəm dolu qəmxanəyə yarım gedəni.

Nə qədər həmdəm idi yar, tənü can abad idi,


Çevrilib can evi viranəyə, yarım gedəni.

İndi mən dərk edirəm eşqdə Məcnun nə çəkib,


Var inam məndə o əfsanəyə, yarım gedəni.

Şahinəm, eşqü məhəbbət edib avarə məni,


Dönmüşəm bir dəli-divanəyə, yarım gedəni.

16
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Gəl gülüm, gəl sevgilim, qurtar bu möhnətdən məni,
Gəl ki, bitsin intizar, öldürmə həsrətdən məni.

Bunca möhnət çəkməyə cismimdə tabım qalmayıb,


Möhnətü dərdi-fəraqın saldı taqətdən məni.

Eşqinin bimarıyam, təkcə əlacım səndədir,


Ey təbibim, gəl, xilas eylə bu halətdən məni.

Getmə, əksildib məni, əğyarə sirrim söyləmə,


Salma gəl biganələr yanında qiymətdən məni.

Şahinəm, vardır mənim aqillər içrə hörmətim,


Kim salar fərzanələr bəzmində hörmətdən məni?

17
ŞAHİN AYDƏMİR

õ
Dedim: Ey gül, yanasan atəşi-hicranə, səni,
Dedi: Hicrin odu axır yığacaq canə səni.

Dedim: Hicran oduna yanmasam, aşiq deyiləm,


Dedi: Qorxum var, oda qısqana pərvanə səni.

Dedim: Hicran əgər olmazsa, vüsalın nə dadı?


Dedi: Bənzətdi bu söz sahibi-irfanə səni.

Dedim: Eşqində günüm ahü fəğan ilə keçir,


Dedi: Tay tutmaq olar bülbüli-nalanə səni?

Dedim: İnsaf elə, gəl, xəstəhal olmuş Şahin,


Dedi: Bəs tapşırıram Xaliqi-Sübhanə səni.

18
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Ta ki gördüm səni, ey nazlı gözəllər gözəli,
O zamandan qoyulub qəlbimə eşqin təməli.

Yıxma gəl nazın ilə aşiqi, ey nazlı pəri,


İzn ver aşiqə bu eşqdə getsin irəli.

Əgər istərsə bir insan yetə istəklərinə,


Saleh olsun onun aləmdə gərək hər əməli.

Necə ki, aşiqə eşqində səmər verməmisən,


Elə də görmə rəva aşiqə, görsün xələli.

Gülə bənzər üzünün, qönçə dodağın həvəsi


Yenə məcbur eləyib Şahini, yazsın qəzəli.

19
ŞAHİN AYDƏMİR

õ
Belə qəm çəkmə, könül, səbr elə, döz birtəhəri,
Hər qaranlıq gecənin vardı bir aydın səhəri.

Məni yad eyləməsin qoy o gözəl qız, nə olar,


Ona tə’sir eləyər bir zaman ahım əsəri.

Qınama, bəsdi, könül, hali-pərişanından


O gözəl dilbərinin bəlkə də yoxdur xəbəri.

Deyin ol yarə ki, son qoysun unutqanlığına,


Yad edib bir bizə sarı nola düşsün güzəri.

Bizim ünvanımızı tapmaq asandır, Şahin,


Bakıdır məskənimiz, yə’ni “Küləklər şəhəri”.

20
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Ya Rəbbim, özün saxla xətadan, balalarmı,
Hifz eylə bütün dərdü bəladan, balalarmı.

Övladlarının hicrinə dözmür ata qəlbi,


Hifz eylə özün zülmü cəfadan, balalarmı.

Ta sübh açılınca tutuban yellərə üzmü,


Hər gün soruram badi-səbadan, balalarmı.

Mən bir ata tək arxayınam, ey Ulu Tanrım,


Agah elə bu xeyr-duadan balalarmı.

Şahin kimi mən də açaram göylərə əlmi,


Hər gün dilərəm Rəbbi-Xudadan balalarmı.

21
ŞAHİN AYDƏMİR

õ
Cənab Prezidentimizə

Tanrı yar olsun sənə, rəhbər Prezidentim mənim,


Hər zaman biz sənləyik, ey ər Prezidentim mənim.

Hər məkr göstərsə düşmən, sən tükənməz qüvvəni


Var gücünlə düşmənə göstər, Prezidentim mənim.

Tək deyilsən, dar məqamda doğma xalqın sənlədir,


Bir də Allahdır sənə yavər, Prezidentim mənim.

Hər zaman amadəyik, bir əmrin ilə bizləri


Düşməni məhv etməyə göndər, Prezidentim mənim.

Şahinəm, yazdım sənə şe’ri vətənpərvər kimi,


Ey vətən oğlu, vətənpərvər Prezidentim mənim.

Õ
22
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
İyirmi altısı fevral dolu qandır, Xocalım,
Qırılan körpə uşaq, yaşlı, cavandır, Xocalım.

Xocalı soyqırımı ərşə bülənd oldu o gün,


Belə bir zülm ilə dünyayə bəyandır Xocalım.

Hələ də düşmənimin tapdağı altında qalıb,


Bu böyük dərdi çəkir gör bir haçandır Xocalım.

Analar ağı deyir matəmü yas içrə bu gün,


Xalqım üçün çəkilən ahü fəğandır Xocalım.

Şahinin xəlqi qisas hissi ilə ömr eləyir,


Gözləyirlər o günü xeyli zamandır, Xocalım.

23
ŞAHİN AYDƏMİR

õ
Xəzər telekanalına

Bəxş edir xalqına xoş ovqatı hər çağ “Xəzər”im,


Üzü ağ, alnı açıq, gün kimi parlağ “Xəzər”im.

Bu “Xəzər”dir ki, gəzir yurdunun hər bir yerini,


Xalqının şadlığına, dərdinə ortağ “Xəzər”im.

Çiçək açmış bu kanal, güllü çəmənzar kimidir,


Mavi ekranlara salmış elə bil bağ, “Xəzər”im.

Göstərir xalqına xidmət o ilin dörd fəsli,


Fərqi yoxdur, qışı qışlaq, yayı yaylağ, “Xəzər”im.

Yazdı Şahin sənə tərif, buna layiqsən çün,


Çöhrəsi nurlu, sözü doğru, şən, oynağ “Xəzər”im.

Õ
24
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Etibarın görməyib, bir məhliqadan küsmüşəm,
Etinasızlıq görüb, o bivəfadan küsmüşəm.

Adət etmişdir atıb getməkdə mən biçarəni,


Hiss edib laqeydlik, kəme’tinadan küsmüşəm.

Xəstə düşdüm, bihal oldum, açmadı bir yol qapım,


İndi hər gün gəlsə də, badi-səbadan küsmüşəm.

Üzmə, Şahin, canını, səbr et, şikayətlənmə çox,


Mən də sən tək inciyib çox bihəyadan, küsmüşəm.

25
ŞAHİN AYDƏMİR

õ
Ey təbib, etmə dəva ki, daha vurmur ürəyim,
Bu çətin gündə qoy Allah özü olsun köməyim.

Niyə bihudə yerə dərdimi Loğmanə deyim?


Nə əlac eyləsə də sonda Xudadır gərəyim.

Yenə şadəm, bilirəm çox da günahım yoxdur,


Həmişə xəlqə səvab eyləmək olmuş əməyim.

Bilmirəm ki, günəhim, yoxsa səvabmm çoxdur,


Onu yazmış iki çiynimdə oturmuş mələyim.

Şahina, ölsəm əgər, istəmə mərmərli məzar,


Bu qəzəl olsa, yetər, qəbrimin üstə bəzəyim.

26
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Mənə yarım bilirəm əhli-vəfadır daim,
Çünki bəxş eylədiyi zövqi-səfadır daim.

Mənə çox görmə, əzizim, o şirin sözlərini,


O gözəl kəlmələrin canə şəfadır daim.

Aşiqə naz eləsin, ya üzü gülsün hərdən,


Yenə biganə üçün eyni-səfadır daim.

O gözəl, incə səsinlə gül ətirli nəfəsin,


Elə bil, aşiq üçün badi-səbadır daim.

Şüəra içrə hünərsiz deməyin Şahin üçün,


Ona qiymət verən ustad şüəradır daim.

27
ŞAHİN AYDƏMİR

õ
Bunca ki, canan yolunda cövrü qovğa görmüşəm,
Şərhinə gəldikdə hər qovğadə mə’na görmüşəm.

Çün əzəldən olmayıb məqsudə yetsin hər sevən,


Aqibət hər sevgidə mütləq müəmma görmüşəm.

Qeys Məcnun oldu, Fərhad dağə saldı meylini,


Daima eşq əhlini hər yerdə rüsva görmüşəm.

Çatmayırsa onlara yaşım, məzəmmət etməyin,


Nola gər azdırsa yaşım, mən də dünya görmüşəm.

Şahina, şe’r aləmində yazmaram bihudə söz,


Çünki mən ustad Səyyah*, Bitəmənna** görmüşəm.

Õ
*
Əlibala Səyyah
**
Əliheydər Bitəmənna

28
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Həsrətindən, sevgilim, şamü səhər qan ağlaram,
Surətin xatırlayıb qəlbimdə pünhan ağlaram.

İntizarından tükənmək bilməyir göz yaşlarım,


Şam olunca ağlaram, həm sübh obaşdan ağlaram.

Əksi-rüxsarın gözümdə, şövqi-vəslin qəlbdə,


Bu xəyal ilə ötüb keçdikcə dövran, ağlaram.

Əl götürməz könlüm əlçatmaz vüsalından, gülüm,


Bu bəlakeş könlümü yaxdıqca hicran, ağlaram.

Şahinə tə’n etməyin, ağlarsa eşqi-yar ilə,


Etməyincə dərdimə dərman canan, ağlaram.

29
ŞAHİN AYDƏMİR

õ
Eşq aləmi xoşdur dedilər, mən də inandım,
Düşdüm birinin eşqinə, atəşlərə yandım.

Mən bilmədim eşq aləminin yoxdu səfası,


Çatdım elə bir həddə ki, öz sevgimi dandım.

Kim sevdisə öz dilbərini, vəslinə yetdi,


Mənsə bu fəna dəhrdə qəm-qüssə qazandım.

Yar olmadı bəxtim mənə, xar oldum həyatda,


Xəlq içrə gileylənməyə ar etdim, utandım.

Hər növ’ bəla çəkdi başım, sınmadım amma,


Şahin kimi mən ərsədə mərdanə dolandım.

30
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Gəlib dünyayə insanlar, olur mehmanı dünyanın,
Sürür beş gün ömür, sonda olur qurbanı dünyanın.

Əzəl gündən verib hökmün, dəyişməz qanunu əsla,


Yaranmış ölmək üçündür, budur fərmanı dünyanın.

Səmadan gəldi hikmətlə nizami-məxluqat üçün,


Zəburü İncili, Tövratı, həm Quranı dünyanın.

Bəşər ta xəlq olan gündən, fəlakətdən deyil xali,


Əsər rüzgar, yağar leysan, keçər dövranı dünyanın.

Darıxma, Şahina, səbr et, gələr bir gün xilaskarın,


Gəlib axır zühur eylər, qopar tufanı dünyanın.

31
ŞAHİN AYDƏMİR

õ
Məcnun oldum, görcəyin, bir nazənin leyla üçün,
Tə’n edər aləm mənə bu düşdüyüm sevda üçün.

Göstər öz gül çöhrəni, çıx bir gülüstan içrə gəz,


Nalə eylər bülbüli-şeyda güli-rəna üçün.

Çün əzəldən xəlq olub bir qız bir oğlandan ötür,


Allahım xəlq eyləmişdir Adəmi Həvva üçün.

Fani bir yerdir cahan, bizlər qonaq tək gəlmişik,


Çox da üzmə canını bu mehri yox dünya üçün.

Xatirimdən keçdi bir peyğəmbər ömrü, Şahina,


Gözlərim doldu bir anlıq Həzrəti-İsa üçün.

32
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Sevgilim, qəm çəkmə bir an, sən mənimsən, mən sənin,
Vəslə məğlub oldu hicran, sən mənimsən, mən sənin.

Gəl gəzək xoş gün görək daim bu xoşbəxt ölkədə,


Ömr edək azad, firavan, sən mənimsən, mən sənin.

Biz gərək şükr eyləyək hər dəm, böyük Xaliq bizə


Bəxş edibdir xoş güzəran, sən mənimsən, mən sənin.

Mən sənin tək bir gözəl sevməkdə çox fəxr eylərəm,


Qoy eşitsin, bilsin hər yan, sən mənimsən, mən sənin.

Sən də fəxr et, sevgilim, eşqində şair Şahinəm,


Yazmışam şənində dastan, sən mənimsən, mən sənin.

33
ŞAHİN AYDƏMİR

õ
Qoydun məni, ey gül, belə tənha, niyə getdin?
Səssiz və səmirsiz belə yüngül, niyə getdin?

Hər sübh çəmənzari gəzib seyr eləyərdik,


Bir bilmədi nə lalə, nə sünbül, niyə getdin?

Sən bülbülə, bülbül də sənə həmdəm olardı,


Tək qaldı çəmənzardə bülbül, niyə getdin?

Hər şamü səhər həsrətin ilə yanıram mən,


Bağrım alışıb, qəlbim olub kül, niyə getdin?

Heç cür baş aça bilmədim axır gedişindən,


Qalmış bu gediş Şahinə müşkül, niyə getdin?

34
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Olsa qəlbimdə sənə mehrü məhəbbət təzədən,
Qorxuram eyləyəsən əhdə xəyanət təzədən.

Sənə mən qəlbimi verdim, sən isə sındırdın,


Necə eylim sənə bu qəlbi əmanət təzədən.

Bir kərə sındısa qəlbim, sevə bilməz bir də,


Ola bilməz daha məndə o fərasət təzədən.

Nə sevim ta səni bundan belə, əğyar da sevir,


Yenə baş qaldıracaq köhnə ədavət təzədən.

Şahinəm, indi vəfasızları gendən tanıram,


Mənə çox qaş-göz ilə etmə işarət, təzədən.

35
ŞAHİN AYDƏMİR

õ
Bu xoş əyyamda xar olduq, heyf bizdən, heyif bizdən,
Tükəndik, tarümar olduq, heyf bizdən, heyif bizdən.

Qalıb üzdən irağ bir parə nadanlar arasında,


Şirin candan bezar olduq, heyf bizdən, heyif bizdən.

Nədir bilməm bu möhnətlər, bu ahü naleyi-qəmlər?


Əsiri-ahü zar olduq, heyf bizdən, heyif bizdən.

Bütün aləm bulundu nəş’eyi-zövqi-səfa içrə,


Bu aləmdən kənar olduq, heyf bizdən, heyif bizdən.

Ölüb tərk eylədik axır bu fani aləmi, Şahin,


Dönüb xaki-məzar olduq, heyf bizdən, heyif bizdən.

36
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Nigara, tutmadın bir dəm xəbər bu qəlbi-zarımdan,
Mən isə şövq ilə keçdim səninçün cümlə varımdan.

Cüda saldı bizi dövran, qəmindən xəstəhal oldum,


Səvab eylər, xəbər versə mənə hər kim nigarımdan.

Təbib dərmanı, ey dilbər, bu dərdə bir əlac etməz,


Yenə vəslin xilas eylər məni müşkül azarımdan.

Nə suç işlətdim aləmdə, nə də səhvü xəta etdim,


Nə bais oldu ki, düşdüm cüda istəkli yarımdan?

Yaz, ey Şahin, bu şe’ri göndər ol istəkli dildarə,


Oxur bəlkə bilər əhvalımı şe’rü şüarımdan.

37
ŞAHİN AYDƏMİR

õ
Gecə-gündüz, gözəlim, fikrü xəyalım sənsən,
Yoxdu bir özgə qəmim, dərdü məlalım sənsən.

Min gözəl görsə də, sevməz ürəyim heç birini,


Mənə qismətdə olan təkcə halalım sənsən.

Neylirəm dövləti sənsiz, mənə vəslindir əziz,


Eşq mülkündə mənim cahü cəlalım sənsən.

Mən elə ovçuyam, ey şux, səni azad edərəm,


Gər görəm damə düşən körpə maralım sənsən.

Mən də, Şahin kimi ölməzdim, əgər görsəydim


Allahın izni ilə əhli-əyalım sənsən.

38
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Səni sevdim ki mənə yar olasan,
Həmişə əhdə vəfadar olasan.

Nə məni dəştdə Məcnun edəsən,


Nə də sən Leyliyə oxşar olasan.

Sənə bağbanlıq edib gül demişəm,


Demədim qönçə ikən xar olasan.

Səni şövq ilə sevən aşiq üçün


Açılıb güllü çəmənzar olasan.

Şahina, cəhd elə, qafil gəzmə,


Sən gərək dəhrdə huşyar olasan.

39
ŞAHİN AYDƏMİR

õ
Olubdur binəva könlüm cəmalü hüsnünə vurğun,
Gəzər eşqinlə sərgərdan, olub divanəvü Məcnun.

Vüsalın görmək üçün mən keçərdim çövq ilə candan,


Diyari-eşqdə, canan, bilir hər kəs, budur qanun.

Gəzib eşqinlə səhrani, dolansam zarü sərgərdan,


Şikayət etmərəm bir dəm, qəmindən olmuşam yorğun.

Cəsarətlə keçib gəlləm, məni heç zərrə qorxutmaz,


Məhəbbət yolların hərgəh kəsə rüzgar, tuta çovğun.

Cəfakeş Şahinəm, dilbər, yetiş, qoyma gedim əldən,


Sənin vəslin xəyaliylə bu gənc ömrüm olub solğun.

40
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Gözəl, sən naz ilə söz sal vəcahətdən, nəzakətdən,
Açım söhbət sənə mən də məhəbbətdən, sədaqətdən.

Gəl, ey dilbər, gəzək, seyr eyləyək birlikdə gülzari,


Çəmənzar, qoymayaq, düşsün təravətdən, məlahətdən.

Qoy ölkəmdə həmişə mehribanlıq bərqərar olsun,


Uzaq olsun gözəl yurdum fəlakətdən, müsibətdən.

Mənim Tanrım, mənim dinim, mənim qəlbimdə sevgim var,


Sevən qəlbim uzaq olmaz ibadətdən, itaətdən.

Əgər, Şahin, varın yoxdursa da vicdanə sahibsən,


Bu dünyada nə artıqdır ləyaqətdən, şərafətdən?!

41
ŞAHİN AYDƏMİR

õ
Gəl yetiş, ey nazlı yarım, neyləmək fikrindəsən?
Parçalandı qəlbi-zarım, neyləmək fikrindəsən?

Gəl yetiş ki, intizarın dağ çəkibdir qəlbimə,


Günbəgün artır qübarım, neyləmək fikrindəsən?

Gəh mənimlə həmdəm oldun, gəh rəqibin həmdəmi,


Bilmədim, ey şux nigarım, neyləmək fikrindəsən?

Ey mələk üzlüm, fəraqın qoyma üzsün canımı,


Gəl, tükənsin intizarım, neyləmək fikrindəsən?

Şahinəm, hər yazdığım şe’rimdə vəsf etdim səni,


Dil açıb şe’rü şüarım, neyləmək fikrindəsən?

42
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Könlüm evini, ey pəri, viranə qoyubsan,
Azmış kimi bu, adımı divanə qoyubsan.

Divanə sən etdin məni, Məcnunə tay oldum,


İndi yolumu səmti-biyabanə qoyubsan.

Min dərdə salıb yarələdin qəlbimi, zalım,


Ümmidimi indi acı dərmanə qoyubsan.

Mən Yusifi-Misrəm elə bil, sən də Züleyxa,


Qəsdən aparıb Yusifi zindanə qoyubsan.

Rahət uyuyardım, aparıb Şahini, ey gül,


Bilsəydim əgər sən qəbiristanə qoyubsan.

43
ŞAHİN AYDƏMİR

õ
Dövran elə yormuş məni, qarənəfəsəm mən,
Namım da unutdum belə, bilməm nə kəsəm mən.

Zalım fələk istəklərimi saldı gözümdən,


Hətta yaşamaqdan belə tərki-həvəsəm mən.

Zindan kimi hər yer mənə dar gəldi cahanda,


Sandım bu geniş dəhrdə əhli-qəfəsəm mən.

Şadəm yenə şair kimi iz qoydum həyatda,


Dünyayə gəlib-getmədə sanma əbəsəm mən.

Şahin, daha bəsdir, yetişib axıra ömrüm,


Üqbayə tərəf, indi gərəkdir, tələsəm mən.

44
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Mən aşiqəm, ey dil, mənə canan vətənimdir,
Cismimdəki canımdan əziz can vətənimdir.

Can-başla qəbuldur mənə xidmətçisi olsam,


Billah, nökərəmsə, mənə sultan vətənimdir.

Uğrunda onun məndən əgər can tələb olsa,


Sözsüz edərəm mən ona qurban, vətənimdir.

Şair kimi vəsf eyləməyə hazıram hər an,


Şövq ilə yazım şə’ninə dastan, vətənimdir.

Şahin, özümü bəxtəvər insan kimi gördüm,


Fəxr eyləyirəm, Azəribaycan vətənimdir.

45
ŞAHİN AYDƏMİR

õ
Haçandır intizarəm, nazlı yardan bir xəbər yoxdur,
Həmişə firqətin gördüm, vüsalından əsər yoxdur.

Kədər, qəm, qüssədən dolmuş tənim yar hicri çəkməkdən,


O aşiq bəxtiyardır ki, tənində qəm, kədər yoxdur.

Tənim dolmuşsa da qəmlə, şikayətlənmirəm əsla,


Sevən mərd aşiq üçün heç zəlalətdən zərər yoxdur.

Olub azad bu möhnətdən qovuşsam vüsləti-yarə,


Sanardım ki, bu aləmdə mənim tək bəxtəvər yoxdur.

Bəlakeş Şahin, Allah, təkcə səndən istəyir imdad,


Onunçün bu cahanda səndən üstün, mö’təbər yoxdur.

46
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Bilməyib kim ki, muğamatımı mə’na eləyir,
Bilmiş olsun ki, özün xəlq ara rüsva eləyir.

Kim ucuz tutsa muğamatı, yəqindir bilmir


Ki, muğam aləminin qiyməti dünya eləyir.

Rəhmət olsun ona ki, yaxşı demişdir Haci:


“Hərənin hər nə gəlir əqlinə, ifa eləyir”.

Halal olsun görüm o bir neçə xanəndələrə,


Oxuyub irsi-muğamatımı bərpa eləyir.

Şahin istər həmişə var ola aləmdə muğam,


Allahından bunu ancaq o, təmənna eləyir.

47
ŞAHİN AYDƏMİR

õ
Getdi əyyami-cavanlıq, ta ki oldum ixtiyar,
Düşdü taqətdən vücudum, getdi əldən ixtiyar.

Bir zamanlar bilmədim növrəs cavanlıq qədrini,


İndi gənclik həsrətiylə biqəraram, biqərar.

Harda başlandı həyatım, harda bitdi, bilmədim,


Göz açıb yumduqda gördüm ömrüm olmuş tarümar.

Ey cavanlar, siz bilin bari cavanlıq qədrini,


Fürsəti fövt etməyin ki, ömrə yoxdur e’tibar.

Sən də, Şahin, ibrətamiz söylə gəl əş’arını,


Qoy nəsihət tək sözün ellərdə qalsın yadigar.

48
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Bülbüli-zarınam, ey gül, demə gəl, məndə nə var.
Gülə meyl etməsə bülbül, dəxi gülşəndə nə var?

Məni məftun eləyən səndə gözəl surətdir,


Bu da gər olmasa, ey sevgili-yar, səndə nə var?

Arif insan düşünər təkcə sözün hikmətini,


Cahil insan nə bilir söz dolu mə’dəndə nə var?

Bu gözəl yurdu gəzənlər bilər əlbət necədir,


Bizə biganə nə bilsin ki, bu məskəndə nə var?

Əhsən, əhsən sənə, Şahin, həmişə şükr etdin,


Allaha şükr eləsə daima hər bəndə, nə var?!

49
ŞAHİN AYDƏMİR

õ
Həyatda görməsin heç gülşəni-ömrün xəzan, ey dost,
Ömür sürdükcə qalsın daima bəxtin cavan, ey dost.

Sənin dostluq qürurundur verən güc bizlərə daim,


Bu olmazsa, inan, özmü sanardım bitəkan, ey dost.

Ömür insanə bir dəfə verilmiş fani dünyadə,


Həmişə bir-biriylə gəl olaq biz mehriban, ey dost.

Nə qədri ömrümüz vardır, bu dostluq möhkəm olsun qoy


Ki, inşallah qırılmaz bu əlaqə heç zaman, ey dost.

Yaz, ey Şahin, yarat sən də, bu şe’ri dostlara həsr et,


Bütün dostlar eşitsin şe’ri, olsun şadiman, ey dost.

50
ƏFSANƏYƏ ÇEVRİLDİ

õ
Bu dünyada sevən kəslər həmişə həmdəm olsun qoy,
Könüllər şadiman olsun, ürəklər xürrəm olsun qoy.

Sevilsin sevsin insanlar, məhəbbət mülkü var olsun,


Məhəbbət içrə bu mülkün əsasi möhkəm olsun qoy.

Yetişsin hər sevən vəslə, könüllər nurə qərq olsun,


Kədər bizdən uzaq olsun, ürəklər biqəm olsun qoy.

Çiçəklənsin gözəl yurdum, diyarım bəxtiyar olsun,


Zəlalət, iztirab, qüssə bu yerlərdə kəm olsun qoy.

Bu qədri sən ki, ey Şahin, dilərsən xəlqə xoşbəxtlik,


Sənin də sevdiyin dilbər səninlə bahəm olsun qoy.

51
ŞAHİN AYDƏMİR

ƏLİAĞA VAHİDİ TƏXMİS

Ta ki, səni gördüm, mənə aləm kədər oldu,


Bu eşqin həvasi mənə hər gün zərər oldu.
Sənsiz yediyim, içdiyim axır zəhər oldu,
“Ey gül, səni hər kim ki sevib, bəxtəvər oldu,
Eşqində bir ancaq mənim ömrüm hədər oldu.

Fikrin mənim, ey gül, nə yaman qəlbimi sıxdı,


Namümkün olan vəslivi andıqca, darıxdı.
Axırda fəraqın bu könül mülküni yıxdı,
“Kim sevdi qara zülfüni, ağ günlərə çıxdı,
Tale mənə yar olmadı, bir dərdi-sər oldu”.

Gördükdə məni hər dəli-divanə sevindi,


Öz həmdəmi bildi məni, pərvanə sevindi,
Bildi yanıram atəşi-hicranə, sevindi.
“Mən ağladım öz halıma, biganə sevindi,
Şükr Allaha, mən qaldım, o məndən betər oldu”.

52
ƏFSANƏYƏ ÇEVRİLDİ

Aşiqlərin ah eyləməyi köhnə xəbərdir,


Qanmaz bu sözü kim ki, uşaqdır, südəmərdir.
Təsdiq eləyən bu sözümü külli-bəşərdir,
“Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir,
Hər kim vətənin sevdi, o, əhli-hünər oldu”.

Şahin, elə yaz, əhli-qələm inciməsinlər,


Şe’rində xəta hiss eləyib, qəm yeməsinlər.
Səhv olsa da, ustadlərin gizləməsinlər,
“Səndən sora, Vahid, ayıq ol, qoy deməsinlər,
Dünyayə gəlib-getdi, heyif, bixəbər oldu”.

TİYUĞ

Rəhm etmədi gənc yaşıma bu gərdişi dövran,


Ötdükcə yaşım gördüyüm ancaq kədər oldu.
Yaş ilə dolub göz, məni boğdu qəhər hər an,
Allah mənə bəxş etdiyi ömrüm hədər oldu.

53
ŞAHİN AYDƏMİR

QIŞ GƏLƏNDƏ

İşıq sönsə yoxdu evdə şamımız,


Zülmət içrə qərq oluruq hamımız.
Bu yandan da damır köhnə damımız,
Evdə göl yaranır yağış gələndə.
Məni lap dərd alır hər qış gələndə.

Kasıbçılıq verir mənə əziyyət,


Bəs haçan düzələr bu pis vəziyyət.
Şəraitim yox, çəkirəm xəcalət,
Hər evimə bir dost-tanış gələndə.
Məni lap dərd alır hər qış gələndə.

Dinləyiniz dərdimi, ey bəndələr,


Qoy oxusun bu dərdi xanəndələr.
Tez-tez gəlib baxır nümayəndələr,
Xeyri də yoxdu hər baxış gələndə.
Məni lap dərd alır hər qış gələndə.

54
ƏFSANƏYƏ ÇEVRİLDİ

Ay kasıb, bu nə ömürdür sürürsən?


Xəstələnmisən, yenə öskürürsən.
Yaxşı şərait yuxuda görürsən,
Qohum-əqrəbaya danış, gələndə.
Məni lap dərd alır hər qış gələndə.

Şahin dərdin danışdı da, dindi də,


İstər şikayətə gedə indi də.
Deyirlər ki, eybi yox, Şahindi də,
Ağıllanar, üzünə qırış gələndə.
Məni lap dərd alır hər qış gələndə

55
ŞAHİN AYDƏMİR

HƏYATDA QALACAQ
ƏSƏRİM MƏNİM

İLAHİ

Bu dünyanı altı günə yaradan


Qüdrətinə qurban olum, İlahi!
Yeri, göyü xəlq eləyən, yaşadan
Hikmətinə qurban olum, İlahi!

Təbiətin gözəlliyi yan-yana,


Bax bu dağa, bu meşəyə, ümmana.
Yaşamağa nə vermədin insana,
Sərvətinə qurban olum, İlahi!

Sən layiqsən hər tərifə, ikrama,


Şükürlüyük hər səhərə, axşama.
Şahini də Sən yetirdin ilhama,
Ne’mətinə qurban olum, İlahi!

56
ƏFSANƏYƏ ÇEVRİLDİ

QÜDRƏTLİ DÖVLƏT BAŞÇIMIZ


Ulu öndərimiz Heydər Əliyevin 90 illiyinə

Ömrünü həsr etdin öz millətinə,


Qatlandın taleyin hər zillətinə.
Sadiq rəhbər oldun öz dövlətinə,
Ey bizim qüdrətli dövlət başçımız.

Haqq yolu axtarıb düşdün bu izə,


Tanrı da yar oldu bu yolda sizə.
Əbədi azadlıq bəxş etdin bizə,
Ey bizim qüdrətli dövlət başçımız.

Sevdin vətəninin torpaq-daşını,


Həmişə dik tutdun məğrur başını.
Bu il qeyd edirik doxsan yaşını,
Ey bizim qüdrətli dövlət başçımız.

57
ŞAHİN AYDƏMİR

MÜQƏDDƏS BAYRAĞIM

Dalğalanıb zaman-zaman,
Daima yüksəkdə dayan.
Səninlə fəxr edir hər an
Bu Ana torpağım mənim,
Müqəddəs bayrağım mənim.

Həkk olundun zəkalarda,


Səslənirsən dualarda.
Görün daim səmalarda
Günəş tək parlağım mənim,
Müqəddəs bayrağım mənim.

Şahin deyər hər bağımda


Görüm səni sol-sağımda.
Sən əsdikcə torpağımda,
Gülür dərəm, dağım mənim.
Müqəddəs bayrağım mənim!

58
ƏFSANƏYƏ ÇEVRİLDİ

ŞƏHİD QARDAŞIM

Öz xalqının naibi,
Amalının qalibi,
Müqəddəs ruh sahibi,
Mənim şəhid qardaşım.

Torpağının xan oğlu,


İgid, pəhləvan oğlu,
Elin qəhrəman oğlu,
Mənim şəhid qardaşım.

Şahin açar söhbətin,


Uca tutar hörmətin.
Sən sakini cənnətin,
Mənim şəhid qardaşım.

59
ŞAHİN AYDƏMİR

AKADEMİK VASİM MƏMMƏDƏLİYEVƏ

Həm Məhəmməd, həm də Əliyevsən,


İki əziz adla çəkilir adın.
Kimliyini bir də dərk elədim mən,
Müqəddəs, əzizdir sənin soyadın.
Əsl-nəcabətin bəllidir bizə,
Tanrı salamını yetirsin sizə.

60
ƏFSANƏYƏ ÇEVRİLDİ

QOCALMAYAYDI

Qocalıb getsə də külli-kainat,


Kaş ki, sənətkarlar qocalmayaydı.
Musiqi zövqünü duyan ürəklər,
Bilən xiridarlar qocalmayaydı.

Canəli, Alimim parlayan ulduz,


Arif, Əlibaba muğamı dilsuz.
Ağasəlim, Nazim, Fəxrəddin, Firuz,
Kamançalar, tarlar qocalmayaydı.

Nəğməli ürəklər, Eldar Mansurov,


Xəyyam Mirzəzadə, Arif Məlikov,
Faiq Sücəddinov, Oqtay Rəcəbov,
Dahi bəstəkarlar qocalmayaydı.

Bülbül zənguləli Şamo İsayev,


Əli Mirəliyev, Nazim Ağayev,
Ağadadaş, Baloğlan, Zaur Rzayev –
Bu cür nəğməkarlar qocalmayaydı.

61
ŞAHİN AYDƏMİR

Sənətkar aktyor Rasim Balayev,


Ağaxan Salmanov, Yasin Qarayev,
Hacı İsmayılov, Mirzə Ağayev –
Belə əməkdarlar qocalmayaydı.

Şahin, yaz, bu sözlər qalsın yadigar,


Verib ilhamını o Pərvərdigar!
Oxusun şe’rini hər bir bəstəkar,
Şe’rə həvəskarlar qocalmayaydı.

KINOKLUB – TOFİQ

Tofiq İncəsənət həvəskarıdır,


Kino aləminin xiridarıdır,
O öz sən’ətinin sənətkarıdır.
İşini həmişə görüb müvafiq,
Çox sevir öz işin, sən’ətin Tofiq!

Filmlə başlayıb fəaliyyətə,


Daim xeyir verib bizim dövlətə,
Ömrünü həsr edib incəsənətə.
Sən’ət ona, o da sənətə aşiq,
Çox sevir öz işin, sən’ətin Tofiq.

62
ƏFSANƏYƏ ÇEVRİLDİ

VAR

Könül, bir nəzər sal, tamaşa et sən,


İste’dadlar ilə boldur bu məskən.
Söz-sənət yurdunun övladıyam mən!
Şeirim, nağılım, əsatirim var!

Mənimçün fərqi yox, olsun haralı,


Xeyirxahlığımdan qalmam aralı.
Evim daim olub qonaq-qaralı,
Süfrəmdə həmişə müsafirim var!

Demirəm, elə də təmtəraqlıyam,


Şairəm, sənətə, sözə bağlıyam.
Bu gün öyünməyə, Şahin, haqlıyam,
Sona Xəyal kimi müasirim var!

HƏKİM

Sən Allah tərəfdən bir vasitə tək


Biz insanlar üçün dəvasan, həkim.
Sənin çarən ilə ağrımaz ürək,
Xəstə könüllərə şəfasan, həkim.

63
ŞAHİN AYDƏMİR

AHA

Gecəni yatmayıb sübhədək ana,


Yuxunu özünə haram eyləyib.
Ürəyi kövrəlib hey yana-yana,
Qatlaşıb hər dərdə davam eyləyib.

Qadına hörmət et, qadın anadır,


Anasa müqəddəs varlıq deməkdir.
Ən əziz bəndəsən, adın anadır,
Sənin əziyyətin sonsuz əməkdir.

Ananın bətnində tapmışam həyat,


Behişt meyvələrin orda yemişəm.
Təkcə o behiştdə yatmışam rahat,
Ananın bətninə behişt demişəm.

Şahin, bunu danmaq qəddarlıqdır ki,


Anadır, adında hikmət var onun.
Ona qurban olum, tək varlıqdır ki,
Ayağı altında Cənnət var onun.

64
ƏFSANƏYƏ ÇEVRİLDİ

ATA, MƏNİ AL YANINA

Sənsizlikdən sınıxmışam,
Dərd əlindən karıxmışam.
Sənsiz yaman darıxmışam,
Ata, al məni yanına.

Sən öldün, taleyim söndü,


Çoxlarının üzü döndü.
Gözlərimdə həyat söndü,
Ata, al məni yanına.

Demə qəlbim gülüb sənsiz,


Xiffət nədir, bilib sənsiz.
Oğlun Şahin ölüb sənsiz,
Ata, məni al yanına.

GÜLƏR

Gülüşün zərifdir, üzünsə çiçək,


Üzün çiçəkdirsə, gülə nə gərək?
Lalədən qırmızı yanaqlarınla,
Ənbərü müşk saçan dodaqlarınla
Rayihəsən demək bütünlüklə sən.

65
ŞAHİN AYDƏMİR

NƏVƏ

Sən mənim mehriban, əziz nəvəmsən,


Sənə baba kimi xeyir-duam var.
Səni xoşbəxt etsin Ulu Yaradan,
Göylərə ucalan səsim, sədam var.
Sənə baba kimi xeyir-duam var.

Sən mənə “babacan” deyib durmusan,


Neçə-neçə şirin xəyal qurmusan.
Mənə övladımı unutdurmusan,
Çünki sənin kimi şirin balam var.
Sənə baba kimi xeyir-duam var.

Mən səni öz şirin canım bilmişəm,


Hər şıltaqlığını deyib-gülmüşəm.
Səni şairə də vəsf etdirmişəm,
Gör onda nə qədər şirin kəlam var.
Sənə baba kimi xeyir-duam var.

66
ƏFSANƏYƏ ÇEVRİLDİ

SƏNİ

Ürəyimi alıb getdin,


Xəyalımda qalıb getdin.
Ömrümə iz salıb getdin,
Unuda bilmirəm səni.

Sevdim səni dünya qədər,


Çəksəm də min qüssə, kədər.
Fikrimdəsən axşam, səhər,
Unuda bilmirəm səni.

Şahinəm, baş çıxarmıram,


Yoxsa, fərqinə varmaram?
İstəsəm də bacarmıram,
Unuda bilmirəm səni.

67
ŞAHİN AYDƏMİR

XOŞBƏXT OLASAN

Sənsiz keçən günüm qəmdir, qubardır,


Sevinc, fərəh indi məndən kənardır.
Məni atıb getdin, nə eybi vardır?
Təki sən həyatda xoşbəxt olasan.

Fələk məni kama yetirməsə də,


Ömür bağım çiçək bitirməsə də,
Mənimki həyatda gətirməsə də,
Təki sən həyatda xoşbəxt olasan.

Şahinəm, köksümdə böyük ürək var,


Bəlkə də qarşımda xoş gələcək var.
Qəlbimdə Tanrıdan bircə dilək var,
Təki sən həyatda xoşbəxt olasan.

68
ƏFSANƏYƏ ÇEVRİLDİ

MƏHƏBBƏTİM MƏNİM
KƏDƏRİM MƏNİM

Sirrimi vermədim, özümdə qaldı,


O sirr sevgimdi ki, sözümdə qaldı,
Nakam məhəbbətim gözümdə qaldı.
Bilmədim beləymiş qədərim mənim,
Məhəbbətim mənim, kədərim mənim.

Deyirdim sevgimlə yaşa dolaram,


Sanırdım onunla xoşbəxt olaram,
Bilmədim həyatda gül tək solaram.
Qədərdən yox imiş xəbərim mənim,
Məhəbbətim mənim, kədərim mənim.

Şahinəm, dönmədim dəyanətimdən,


Ayrı salınsam da səadətimdən,
Amma yaza bildim məhəbbətimdən.
Həyatda qalacaq əsərim mənim,
Məhəbbətum mənim, kədərim mənim.

69
ŞAHİN AYDƏMİR

MÜNDƏRİCAT

“Mərdanə dayandım” (Sona Xəyal)..................................................................... 3


ŞAHİNA, CƏHD ELƏ, QAFİL GƏZMƏ ........................................................... 5
Bəşərə vəsf eləyir Azəribaycanı Şuşa .................................................................. 5
Ey Xudavəndi-Kərim, eylə şəfaət atama ............................................................. 6
Dilərəm Tanrı tərəfdən yetə hər kam bacıma ...................................................... 7
Gözəlim, olsa idi zərrə qədər səndə vəfa ............................................................. 8
Hanı bir yar sənin tək bu gözəl simadə? .............................................................. 9
Yar olmadı eşqində könül dilbəri ilə ................................................................. 10
Ey könül, bir namə yaz, göndər gözəllər bəzminə ............................................. 11
Ey gül, nə üçün olmadın həmdəm mənim ilə?................................................... 12
Ola bilsəm mən əgər dini hökmdar kimi ........................................................... 13
Sənsiz günüm, ey dilbər, qəmxanəyə çevrildi ................................................... 14
Ey bəni-adəm, oxu, öyrən həyatın sirrini........................................................... 15
Gedirəm hər gecə meyxanəyə, yarım gedəni ..................................................... 16
Gəl gülüm, gəl sevgilim, qurtar bu möhnətdən məni......................................... 17
Dedim: Ey gül, yanasan atəşi-hicranə, səni ....................................................... 18
Ta ki gördüm səni, ey nazlı gözəllər gözəli ....................................................... 19
Belə qəm çəkmə, könül, səbr elə, döz birtəhəri ................................................. 20
Ya Rəbbim, özün saxla xətadan, balalarmı........................................................ 21
Tanrı yar olsun sənə, rəhbər Prezidentim mənim .............................................. 22
İyirmi altısı fevral dolu qandır, Xocalım ........................................................... 23
Bəxş edir xalqına xoş ovqatı hər çağ “Xəzər”im ............................................... 24
Etibarın görməyib, bir məhliqadan küsmüşəm .................................................. 25
Ey təbib, etmə dəva ki, daha vurmur ürəyim ..................................................... 26
Mənə yarım bilirəm əhli-vəfadır daim ............................................................... 27
Bunca ki, canan yolunda cövrü qovğa görmüşəm ............................................. 28
Həsrətindən, sevgilim, şamü səhər qan ağlaram ................................................ 29
Eşq aləmi xoşdur dedilər, mən də inandım ........................................................ 30
Gəlib dünyayə insanlar, olur mehmanı dünyanın .............................................. 31
Məcnun oldum, görcəyin, bir nazənin leyla üçün .............................................. 32
Sevgilim, qəm çəkmə bir an, sən mənimsən, mən sənin.................................... 33
Qoydun məni, ey gül, belə tənha, niyə getdin? .................................................. 34
Olsa qəlbimdə sənə mehrü məhəbbət təzədən ................................................... 35
Bu xoş əyyamda xar olduq, heyf bizdən, heyif bizdən ...................................... 36

70
ƏFSANƏYƏ ÇEVRİLDİ

Nigara, tutmadın bir dəm xəbər bu qəlbi-zarımdan ........................................... 37


Gecə-gündüz, gözəlim, fikrü xəyalım sənsən .................................................... 38
Səni sevdim ki mənə yar olasan ........................................................................ 39
Olubdur binəva könlüm cəmalü hüsnünə vurğun .............................................. 40
Gözəl, sən naz ilə söz sal vəcahətdən, nəzakətdən ............................................ 41
Gəl yetiş, ey nazlı yarım, neyləmək fikrindəsən? .............................................. 42
Könlüm evini, ey pəri, viranə qoyubsan ............................................................ 43
Dövran elə yormuş məni, qarənəfəsəm mən ...................................................... 44
Mən aşiqəm, ey dil, mənə canan vətənimdir ..................................................... 45
Haçandır intizarəm, nazlı yardan bir xəbər yoxdur............................................ 46
Bilməyib kim ki, muğamatımı mə’na eləyir ...................................................... 47
Getdi əyyami-cavanlıq, ta ki oldum ixtiya,........................................................ 48
Bülbüli-zarınam, ey gül, demə gəl, məndə nə var ............................................. 49
Həyatda görməsin heç gülşəni-ömrün xəzan, ey dost ........................................ 50
Bu dünyada sevən kəslər həmişə həmdəm olsun qoy ........................................ 51
Əliağa Vahidi təxmis ......................................................................................... 52
Tiyuğ ................................................................................................................. 53
Qış gələndə ........................................................................................................ 54

HƏYATDA QALACAQ ƏSƏRİM MƏNİM


İlahi ................................................................................................................... 56
Qüdrətli dövlət başçımız.................................................................................... 57
Müqəddəs bayrağım .......................................................................................... 58
Şəhid qardaşım .................................................................................................. 59
Akademik Vasim Məmmədəliyevə ................................................................... 60
Qocalmayaydı.................................................................................................... 61
Kinoklub – Tofiq ............................................................................................... 62
Var..................................................................................................................... 63
Həkim ................................................................................................................ 63
Aha .................................................................................................................... 64
Ata, məni al yanına............................................................................................ 65
Gülər.................................................................................................................. 65
Nəvə .................................................................................................................. 66
Səni.................................................................................................................... 67
Xoşbəxt olasan .................................................................................................. 68
Məhəbbətim mənim kədərim mənim ................................................................. 69

71
ŞAHİN AYDƏMİR

Şahin Aydəmir

Əfsanəyə çevrildi

Bakı-“Ecoprint”-2018. 72 səh.

Naşir: Ceyhun Əliyev


Dizayner: İradə Əhmədova
Texniki redaktor: Ülvi Arif
Korrektor: Ülviyyə Hadiyeva

_________________________________________

Çapa imzalanmışdır: 08.01.2018


Tiraj: 200, ş.ç.v. 4,5
Sifariş № 37
“Ecoprint” nəşriyyatının mətbəəsində
çap olunmuşdur
Bakı, Mətbuat pr., 529
Tel.: (99455) 216 09 91

72

You might also like