Professional Documents
Culture Documents
ZƏLZƏLƏ
ZƏLZƏLƏ
- birlikdə evdə təhlükəsiz yer təyin edin (yükdaşıyan divar və beton sütun);
- kitab rəflərini, çilçıraq və dolabları divara, tavana və yaxud döşəməyə möhkəm bərkidin;
- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan
ehtiyat çantasını həmişə əl altında saxlayın;
- ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız
olduğunu bilin;
- əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;
- evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin;
- diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini
qucaqlayaraq qorunun;
- yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.
- bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə
çıxın;
- əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb,
içində təkanların bitməsini gözləyin;
- əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə
çıxın.
- zədələnmiş binada qaz sızması ola bildiyindən açıq alışdırıcıdan (kibrit, alışqan) istifadə
etməyin.
- zəlzələ sizi gecə vaxtı haqlayıbsa, kibrit və ya alışqandan deyil, fənərdən istifadə edin;
- yanğını müstəqil söndürmək mümkün deyilsə, uşaq, yaralı və əlillərə kömək etməklə
təhlükəsiz bir yerə çıxın;
- əgər özünüzü və ətrafdakıları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bunun üçün ən az
qüvvə tələb edən üsulu seçin;
- maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər “sükut anı” elan edib. Bu sükutdan
istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəclə