You are on page 1of 154

BEYNƏLXALQ MÜNASİBƏTLƏR NƏZƏRİYYƏSİ

MÜƏLLİF: İ.F.D. BAYRAMOV E.QİN ƏLİ OĞLU

Mövzu 1. Beynəlxalq Münasibətlər.

1.1 Beynəlxalq Münasibətlər anlayışı.


1.2 Beynəlxalq münasibətlər sistemi: formalaşma tarixi və əsas inkişaf mərhələləri.
1.3 Beynəlxalq Münasibətlər, Beynəlxalq siyasət və dünya siyasətinin qarşılıqlı əlaqəsi.
1.4 Müasir beynəlxalq müna-sibətlər sisteminin yaranması və əsas xarakterik
xüsusiyyətləri.
1.5 Yeni dünya nizamı və onun mahiyyəti.

1.1. Beynəlxalq Münasibətlər anlayışı.

Beynəlxalq münasibətlər elmi başqa elmlərə nisbətən gəncdir. Hər bir dövlətin yarandığı
gündən öz fəaliyyətində xarici əlaqələrə, beynəlxalq münasibətlərə daim xüsusi diqqət ayır-
masına, özünün dünya dövlətləri sırasında, beynəlxalq münasibətlər sistemində iştirakına böyük
əhəmiyyət verməsinə baxmayaraq, bu əlaqələri, təmasları uzun müddət başqa elm sahələrinin
nümayəndələri – tarixçilər, filosoflar, hüquqşünaslar, iqtisadçılar, hərbi strateqlər öyrənir və
təhlil edirdilər. Əslində, ayrılıqda bu elmlərin heç biri öz qarşısında beynəlxalq münasibətlərin
obyekt və subyektləri, millət və dövlətlərin meydana çıxması və qarşılıqlı əlaqələrə daxil olması,
dövlətlərin daxili quruluşlarında baş verən dəyişikliklərin xarici aləmə təsiri, dövlətlərarası
ticarət, maliyyə, iqtisadi, siyasi, mədəni münasibətlərin yaranması və inkişafı, dövlətlərarası
qrupların, ittifaqların formalaşması və onun dünya siyasətinə təsiri, diplomatik və başqa xarici
əlaqələrin yaradılması, beynəlxalq münasibətlər sisteminin strukturu və xüsusiyyətləri, döv-
lətlərarası konfliktlər, müharibələr, onların tənzimlənməsi yollarının və s. öyrənilməsi vəzifə-
lərini qoymurdu. Tarixçilər beynəlxalq münasibətlər və diplomatiya tarixini, filosoflar dövlətlər-
arası münasibətlərin mahiyyəti və nəzəri məsələlərini, hüquqşünaslar beynəlxalq hüquq prob-
lemlərini, iqtisadçılar dövlətlərarası iqtisadi əlaqələri, hərbi strateqlər dünyanın geosiyasi və
geostrateji xarakteristikasını və s. öyrənirdilər. Son dövrlərdə siyasətşünaslığın, sosiologiyanın
müstəqil elmə çevrilməsi ilə dünya siyasətinin və beynəlxalq münasibətlərin sosioloji prob-
lemlərinin öyrənilməsi də yavaş-yavaş digər elmlərin və fənlərin çərçivəsindən çıxaraq müstəqil
tədqiqat obyektinə çevrilmişdir. Beynəlxalq münasibətlər elminin vətəni ABŞ hesab olunur.
Birinci dünya müharibəsindən sonra ilk dəfə məhz bu ölkədə “Beynəlxalq münasibətlər” dərsliyi
nəşr olunur (1919), universitetlərdə və elmi mərkəzlərdə bu fənn üzrə ayrıca kafedralar yaradılır.
Sonrakı illərdə dünyanın digər super dövlətlərində - İngiltərədə, Fransada, Almaniyada, Çində və
SSRİ-də “Beynəlxalq münasibətlər”dən ayrıca elm və tədqiqat sahəsi kimi danışmağa baş-
layırlar. 1945-ci ildən – İkinci dünya müharibəsinin başa çatmasından və Birləşmiş Millətlər
Təşkilatının yaranmasından sonra bu ölkələrdə də “Beynəlxalq münasibətlər” dərslikləri və tədris
proqramları yaradılır. Beynəlxalq münasibətlərin predmeti kimi o illərdə əsasən bir neçə məsələ
ön plana çıxarılmışdı: əvvəla, dövlətlər arasında meydana gələn münaqişələrin əsas səbəbləri, bu
münaqişələrin ayrılıqda hər bir ölkəyə və bütövlükdə dünya birliyinə vurduğu zərbə; ikincisi,
dövlətlərarası münaqişələrin qarşısının alınması yolları, beynəlxalq hökumətlərarası təşkilatların
bu işdə istifadə edilməsi perspektivləri; üçüncüsü, dünyada müstəmləkə imperiyalarının
dağılması və yeni-yeni müstəqil dövlətlərin meydana gəlməsi şəraitində ölkənin milli maraq-
larının müəyyən edilməsi və qorunması yolları.
Göründüyü kimi, beynəlxalq münasibətlərin daxili strukturu zənginləşdikcə, yeniyeni
aktorlar hesabına mürəkkəbləşdikcə onun öyrənilməsi və təhlili də çətinləşirdi. Məhz elə bu illər-
də ABŞ, Böyük Britaniya, Fransa, SSRİ, Çin, Almaniya kimi dövlətlərdə beynəlxalq münasibət-
lərin geniş tədqiqi mərkəzləri meydana çıxır və ilk fundamental əsərlər ortaya qoyulur. Tanınmış
ABŞ alimi Hans Morqentaunun “Millətlər arasında siyasi münasibətlər. Hakimiyyət və dünya
uğrunda mübarizə” adlı fundamental əsəri (1948) o zamana qədər beynəlxalq münasibətlərlə
bağlı mövcud olan dünyagörüşünü kökündən dəyişdi. Onun ardınca Edvard Karr, Nikolas
Spaykmen, Reynhold Nibur kimi siyasətşünaslar bu mövzunu ciddi beynəlxalq müzakirəyə
çıxardılar. O vaxtdan sosial elmlər sırasında beynəlxalq münasibətlər öz məxsusi yerini tutmağa,
öz tədqiqatının obyektini, subyektini və problemlərini dəqiqləşdirməyə başlayır. Həmin illərdə
SSRİ başda olmaqla sosialist düşərgəsi ölkələri öz tədqiqatçılarını və elmi ictimaiyyətini ABŞ və
Qərb politoloqlarının beynəlxalq münasibətləri təhlil və müzakirə edən mərkəzlərindən hər vasitə
ilə təcrid edərək bu elmi ayrıca, “məxfiləşdirilmiş” qapalı institutlarda, hərbi-strateji mərkəzlərdə
tədqiq və təhlil edirdi. Bu məqsədlə SSRİ Elmlər Akademiyasının tərkibində yalnız müəyyən
seçilmiş şəxslərin daxil ola bildiyi “tədqiqat mərkəzləri”, məsələn, Dünya İqtisadiyyatı və Bey-
nəlxalq Münasibətlər İnstitutu, Dünya Sosialist Sisteminin İqtisadiyyatı İnstitutu və s. kimi
xüsusi elmi-metodoloji mərkəzlər yaradılmışdı. Bu mərkəzlərin tədqiqatlarının nəticələri açıq
dərc olunmurdu və yalnız arayışlar şəklində müəyyən ali dairələrə, hərbi, siyasi və ideoloji rəh-
bərlərə göndərilirdi. Beynəlxalq münasibətlər üzrə bütün ölkədə cəmi iki xüsusi institut –
Moskva və Kiyev Dövlət Beynəlxalq Münasibətlər institutları fəaliyyət göstərirdi ki, bu ali
məktəblərə də yalnız xüsusi seçilmiş tələbələr qəbul edilirdi. SSRİ dağılandan və sosialist düşər-
gəsi iflasa uğrayandan sonra beynəlxalq münasibətlər elmi bu məkanda da hamı üçün açıq elmə
və praktiki fəaliyyətə çevrildi. 1991-ci ildən başlayaraq beynəlxalq münasibətlər elmi
Azərbaycana da qədəm qoyub və bu gün respublikamızın ali məktəblərində, elmi institutlarında
tədqiq və tədris olunur. Beynəlxalq münasibətlər elminin tədqiqat obyekti həddən artıq mürək-
kəb, daxili qanunauyğunluqlara tabe olmayan, idarə edilməsi və tənzimlənməsi daha çox sub-
yektiv faktorlardan asılı olan – dünyanın ayrı-ayrı aktorları arasında cərəyan edən mürəkkəb
sosial-siyasi reallıqlar və bu prosesdə iştirak edən dövlətlər, insan cəmiyyətləri, təşkilatlar və
konkret insanlar arasında həyata keçirilən müxtəlif səviyyəli təmaslardır. Beynəlxalq müna-
sibətlər də başqa elmlər kimi, özünün tədqiqat predmetlərinə malikdir. Beynəlxalq münasibət-
lərin tədqiqat predmeti bu elmin ümumi anlayışından doğur. Tədqiqatçılar beynəlxalq
münasibətləri “dünyada mövcud olan dövlətlər, dövlətlər qrupu, siniflər, sosial, iqtisadi, siyasi
güclər, təşkilatlar və hərəkatlar, xalqlar və ayrı-ayrı insan qrupları arasında beynəlxalq aləmdə
(öz ölkəsinin sərhədləri xaricində istənilən təmas nəzərdə tutulur) həyata keçirilən siyasi,
iqtisadi, ideoloji, hüquqi, mənəvi, diplomatik və başqa əlaqələrin birgə məcmusu” kimi
xarakterizə edirlər.
Beynəlxalq münasibətlərin obyekt və predmetləri sırasına:
- dünyanın maddi (iqtisadi, hərbi, geosiyasi, demoqrafik, texniki və s.) və mənəvi (ideoloji,
hüquqi, informasiya, etik və s.) faktorları və onların subyektlərarası münasibətlərə təsiri;
- aktorlararası diplomatik, strateji, sosial, mədəni, elmi və s. münasibətlər; bu
münasibətlərin əsasını təşkil edən mənəvi-əxlaqi, hüquqi, sosial-mədəni və s. normalar;
- dünya siyasətinə təsir göstərən informasiya, maliyyə, kommunikasiya, miqrasiya və s.
proseslər;

2
- beynəlxalq aləmdə qərarların qəbul olunması, əməkdaşlıq, danışıqlar, konfliktlər və s.
proseslər;
- beynəlxalq aktorlararası münasibətlərin vəziyyəti, onlara təsir göstərən faktorlar (dünyada
baş verən transmilli proseslər və onların dövlətlərarası əlaqələrə, dünya siyasətinə təsiri və s.);
- ölkələrdaxili və ölkələrarası münasibətlərə təsir göstərən faktorlar, hadisələr, normalar,
proseslər, onlar arasındakı əlaqə və bağlılıq və s. aid edilir.
Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, beynəlxalq münasibətlərin nə qədər geniş
sahəni əhatə etməsinə və tərkibinin çoxsaylı aktorlardan (subyektlərdən) təşkil olunmasına
baxmayaraq, bu münasibətlərin əsasını hələ də dövlətlərarası qarşılıqlı siyasi və diplomatik
əlaqələr təşkil edir. Bu da ondan irəli gəlir ki, tarixin inkişafının hansı mərhələsində yaran-
masından və bundan sonra neçə müddət davam edibetməyəcəyindən asılı olmayaraq, insanları
hələ də bir-birindən köklü şəkildə ayıran və onlar arasındakı münasibətlərə müəyyən rəsmi status
verən varlıq rolunda dövlət, onun sərhədləri və vətəndaşları çıxış edir. Baxmayaraq ki, son illər-
də dünya siyasətinin transmilliləşməsi və qloballaşma milli sərhədləri, dövlətlərin daxili həyatını
şəffaflaşdırmış və suveren dövlət hüquqlarını ayrıca götürülmüş bir dövlətin daxili monopo-
liyasından çıxararaq beynəlxalq proses və tendensiyalardan asılı vəziyyətə salmışdır.
Tədqiqatçılar beynəlxalq münasibətlərin bəzi xarakterik xüsusiyyətlərini də qeyd edirlər.
Onların fikrinə görə, başqa tədqiqat sahələrindən fərqli olaraq, beynəlxalq münasibətlərə
tənzimlənməsi çox çətin olan anarxizm, yəni hamı tərəfindən qəbul edilmiş tənzimləyici yuxarı
instansiyanın və qəbul olunmuş qərarların icrasının məcburi təminat mexanizminin yoxluğu
xasdır. Odur ki, beynəlxalq münasibətləri bəzən “suverenlik plüralizmi”, hər bir iştirakçının öz
düşüncəsinə, gücünə və resurslarına uyğun qəbul etdiyi riskli qərar sahəsi kimi də xarakterizə
edirlər. Beynəlxalq münasibətlərin xarakterik xüsusiyyətləri sırasına bir neçə mühüm cəhəti də
aid edirlər:
- əsrlər boyu beynəlxalq münasibətlərin vəziyyəti, strukturu və konfiqurasiyaları nəticə-
sində formalaşmış davranış və hüquq normalarının getdikcə dövlətlərarası münasibətlərin
institutlaşmasına və onun iştirakçılarının davranışına təsirinin artması;
- ziddiyyətli xarakteristikaya malik olması (tamlıq və fraqmentarlıq, tarixi varislik və
təsadüfilik, əməkdaşlıq və münaqişə, inteqrasiya və mərkəzdənqaçma tendensiyaları və s.
proseslərin eyni zamanda müşahidə olunması);
- dünyanın qloballaşmasının, qlobal iqtisadi, siyasi, maliyyə, strateji, informasiya və eko-
loji proseslərin dövlətlərarası əlaqələrə, beynəlxalq münasibətlərə mənfi, yaxud müsbət təsiri,
milli sərhədlərin və suverenliyin tədricən itirilməsi, milli və transmilli maraq toqquşmalarının
müşahidə edilməsi;
- beynəlxalq münasibətlərin tərkibinin mürəkkəbləşməsi, ənənəvi dövlət və hökumətlərara-
sı təşkilatlarla yanaşı bu əlaqələrə qeyri-hökumət qurumlarının, transmilli korporasiyaların, küt-
ləvi informasiya vasitələrinin, firmaların, bankların, maliyyə qurumlarının, həmkarlar ittifaqları-
nın, destruktiv qüvvələrin, etnik elementlərin, dini, milli təşkilatların, diasporların və s. qoşul-
ması;
- beynəlxalq münasibətlərin əsas iştirakçıları olan milli dövlətlərin getdikcə öz suveren
hüquqlarını (təhlükəsizlik, sərhəd, vətəndaşlarının qorunması və s.) itirməsi, insan hüquq və
azadlıqlarının, insanlararası sərbəst mübadilə prinsiplərinin transmilliləşməsi;
- beynəlxalq münasibətlərin iştirakçılarının (aktorların) subyektivliyi, öz düşüncələrindən,
dünyagörüşündən, gücündən, marağından çıxış edərək beynəlxalq aləmi öz istəklərinə
uyğunlaşdırmağa çalışmaları;

3
- beynəlxalq münasibətlərin konkret məkan və zamana, daxili sabit qanunauyğunluqlara,
struktur bölgüsünə, iyerarxik düzüm mexanizmlərinə malik olmaması və s.
Bütün bu xarakterik xüsusiyyətlər onu göstərir ki, beynəlxalq münasibətləri tədqiq etmək,
ümumiləşdirmələr aparmaq, konkret elmi nəticələr çıxarmaq, onun daxili qanunauyğunluq-
larından çıxış edərək elmi, praktiki tövsiyələr vermək çox çətindir.
Beynəlxalq aləmdə və beynəlxalq münasibətlər sistemində baş verən hadisələri, cərəyan
edən prosesləri dərk etmək, anlamaq və izah etmək, onun səbəblərini, qarşısının alınması
yollarını dəqiq müəyyənləşdirmək üçün 100 ilə yaxındır ki, dünya filosofları, tarixçiləri,
hüquqşünasları, sosioloq və politoloqları ciddi səy göstərirlər. Lakin bu hələ ki, heç bir
mütəxəssisə nəsib olmayıb. Beynəlxalq münasibətlər elminin əsas tərkib hissələri – beynəlxalq
münasibətlər nəzəriyyəsindən; beynəlxalq münasibətlər sisteminin formalaşması, inkişafı və
diplomatiya tarixindən; beynəlxalq münasibətlər sistemi və dövlətlərarası əlaqələrin sosioloji
tədqiqatından; geosiyasətdən; beynəlxalq münasibətlər və müasir dünya siyasətindən ibarətdir.

1.2 Beynəlxalq münasibətlər sistemi: formalaşma tarixi və əsas inkişaf mərhələləri.

Bəşəriyyət bugünkü beynəlxalq münasibətlər sistemini yaratmazdan əvvəl minillərlə da-


vam edən çətin və keşməkeşli bir tarix yaşamışdır. İnsan cəmiyyətləri və birliklərinin sosial-
siyasi xarakterindən, insanların maddi və mənəvi tələblərindən, ehtiyaclarının ödənməsi
zərurətindən asılı olaraq onlar arasında müxtəlif xarakterli münasibətlər cərəyan etmiş, müha-
ribələr, qanlı döyüşlər yaşanmış, iri dövlətlər, imperiyalar qurulmuş, sonra da iflasa uğramışlar.
Bütün bunlara baxmayaraq, yaşayış davam etmiş, insanlar ən çətin vəziyyətlərə uyğunlaşmağı,
müxtəlif çıxış yolları tapmağı, irəliyə doğru inkişaf eməyi bacarmış, yeni-yeni yaşayış
məskənləri – kəndlər,
şəhərlər, ölkələr salmışlar. Əlbəttə, insanlıq uzun müddət təcrid vəziyyətində, bir-biri ilə
əlaqəsiz yaşaya bilməzdi. Odur ki, yaşayış məskənləri öz aralarında müxtəlif əlaqələrə girir,
ticarət edir, müharibələr aparır, barışır, müəyyən şərtlər kəsir və gələcək addımlar haqqında
zəmanətlər belə ala bilirdilər. Bütün bunlar bizim bu gün beynəlxalq münasibətlər sistemi kimi
xarakterizə etdiyimiz gerçəkliyin rüşeymləri idi.
Diplomatik münasibətlər tarixini şərti olaraq beş dövrə bölmək olar:
I. Qədim dövlətlərin yaranmasından Avropada Vestfal sülhünün (1648) bağlanmasına
qədərki dövr (qədim və orta əsrlər dövründə müxtəlif dövlət quruluşuna malik olan aktorlararası
diplomatik münasibətlərdən beynəlxalq münasibətlər sisteminin yaranmasına qədərki dövr);
II. Roma dini imperiyasının dağılması (Roma papaları epoxasının süqutu), Avropada milli
dövlətlərin yaranması, kapitalist münasibətlərinin inkişafı, dünya sisteminin formalaşması və
dünyanın müstəmləkə imperiyaları arasında bölünməsi; yeni müstəmləkələr uğrunda mübarizə
dövrü ((1648-1917) (bu dövr siyasi ədəbiyyatda beynəlxalq münasibətlər sisteminin yaranması,
yaxud Vestfal sistemi kimi də adlandırılır).
III. Üçüncü dövr Birinci dünya müharibəsinin (1914-1918) nəticəsi, Rusiyada sosializmin
qələbəsi, SSRİ-nin yaranması, dünyanın iki - sosializim və kapitalizm düşərgəsinə parçalanması
və onlar arasında mübarizənin başlanmasından – İkinci dünya müharibəsinin sonuna qədər olan
mərhələni əhatə edir(1917-1945).
IV. Dördüncü dövr İkinci dünya müharibəsinin yekunları – Yalta-Potsdam müqavilələrinin
bağlanmasından (1945) SSRİ və sosialist düşərgəsinin dağılmasına qədər (1991) olan mərhələni
təşkil edir.

4
V. Beşinci dövr sosialist-kapitalist qarşıdurmasının və onlar arasında soyuq müharibənin
başa çatması, çoxqütblü dünya sisteminin yeni – birqütblü dünya nizamı ilə əvəz olunması
mərhələsi (1991-ci ildən başlayaraq bu günə qədərki mərhələ). Bizim eradan əvvəl qədim yunan
şəhər-polisləri (bu ən qədim dövlət formalarından idi) arasındakı müharibələrdən, barışıq müqa-
vilələrindən, bir-birinə elçilər göndərmələrindən, mübahisəli məsələləri müzakirə etmələrindən
və s. qədim yunan tarixçisi Fukididin “Meloss danışıqları” və “Peloponnes müharibəsinin tarixi
səkkiz kitabda” əsərlərində bəhs olunur. Qədim afinalılarla lakedemonlar, yunanlar və farslar
arasındakı əlaqələr, farsların bəzi yunan polisləri ilə apardığı separat danışıqlar, Makedoniyalı
İsgəndərin yürüşlərindən qurtulmaq üçün göstərdiyi cəhdlər və s. məsələlər də müasir beynəlxalq
münasibətlərə qədərki dövrün (qədim dünyanın) dövlətlərarası əlaqə rüşeymləri hesab oluna
bilər.
Əslində Roma İmperiyasının yaranması və bizim eranın ilk əsrlərində Aralıq dənizi
hövzəsində və Avropanın digər ərazilərində həyata keçirdiyi idarəçilik sistemi də beynəlxalq
münasibətlərin indi başa düşdüyümüz bəzi parametrlərinin hələ o vaxt işlədiyini göstərirdi.
Qədim Çin dövlətinin yaranması, öz ətrafındakı əraziləri tutması, bu ərazilərdə idarəçilik sistemi
yaratması, digər dövlətlər ilə əlaqələri və s. də beynəlxalq münasibətlərin ilkin rüşeym və para-
metrlərini yaradırdı. Eyni nümunəni qədim Hindistan və Yaponiyaya da aid etmək olar. Bundan
başqa, VII-IX əsrlərdə Ərəb xilafətinin yürüşləri, böyük bir ərazidə həyata keçirdiyi idarəçilik,
qonşularla münasibətlər, əlaqələr və s. də o zaman dövlətlərarası diplomatiyanın və münasibət-
lərin ilkin formaları idi. Bunun ardınca Səlcuq türklərinin, monqol-tatarların yürüşləri, yaratdıq-
ları dövlətlərin apardıqları müharibələr və bağladıqları sülh müqavilələri də o zamankı döv-
lətlərarası münasibətlərin və diplomatiyanın təzahürü kimi qiymətləndirilməlidir. Orta əsrlərdə
Avropada başlayan inkişaf, XV-XVI əsrin intibah və reformasiya dövrü, yeni-yeni krallıqların,
monarxiyaların yaranması, onlar arasında başlanan çəkişmə və müharibələr, avropalıların yeni-
yeni əraziləri kəşf etməsi, Hindistana, Afrikaya, Amerikaya ilk yürüşləri və s. fəaliyyəti onlar
arasında istər-istəməz qarşılıqlı ünsiyyətə, müharibələrə, diplomatik danışıqlara və müqavilələrin
imzalanmasına rəvac verirdi ki, bu da beynəlxalq münasibətlərin formalaşmasını sürətləndirirdi.
Qərbi Avropa xalqları təxminən min il (500-1500-cü ilə qədər) milli və dini fərqlərinə bax-
mayaraq, vahid xristian ənənələri ilə yaşayır və Roma papaları tərəfindən ümumi prinsiplərlə
idarə olunurdular. Roma Papası xalqlar və feodallar arasında bütün mübahisələri həll edir, qərar
verir və məsələləri yoluna qoyurdu. Lakin XVI əsrdən başlayan reformasiya hərəkatı, mərkəz-
ləşmiş dövlətlərin yaranması və getdikcə güclənməsi, katolik kilsəsinin iyerarxik strukturuna,
torpaq mülklərinə qarşı çıxışlar (protestantizm) və s. getdikcə Papa İmperiyasının hakimiyyətini
laxladır və Avropada dünyəvi kral hakimiyyətlərinin güclənməsinə şərait yaradırdı. XVII əsrin
ortalarında müxtəlif dini, milli, sülalə, ərazi mübahisələrindən doğan üzücü münaqişələr, xüsusən
katolik-protestant ziddiyyətlərinin də təkan verdiyi 30 illik müharibə, getdikcə qarşıdurma
meydanına çevrilən Avropa xalqlarını Vestfala toplaşmağa və Roma Papasının dini imperiyası
ılə münasibətləri birdəfəlik nizamlamağa məcbur edir. Dünya siyasətşünaslıq elmində Roma
papalarının dini İmperiyasının süqutu və Avropada milli və ərazi prinsipləri əsasında yeni-yeni
knyazlıqların (dövlətlərin) yaranmasını (1648-ci il) beynəlxalq münasibətlər sisteminin yaranış
tarixi və Vestfal sistemi kimi xarakterizə edirlər. Məhz Roma İmperiyasının (dini imperiyanın)
süqutu ilə Avropada əsasında millət, milli dövlət və məxsusi ərazi prinsipi olan yeni
dövlətlərarası siyasi sistem yaranmağa başlayır.

1.3 Beynəlxalq Münasibətlər, Beynəlxalq siyasət və dünya siyasətinin qarşılıqlı


əlaqəsi.

5
“Beynəlxalq əlaqələr” termini, sosial-humanitar elmlərin ictimai hadisələri özündə əks
etdirən bölməsini və dünyada baş verən siyasi proseslərin öyrənilməsini özündə birləşdirir. Bu
elmə - “xarici siyasət”, “beynəlxalq siyasət” və “dünya siyasəti” kateqoriyaları daxildir. Bu
elmlərin mərkəzində duran və ya bu elmlərin əsasını təşkil edən “beynəlxalq əlaqələr” elmidir.
“Beynəlxalq əlaqələr” elmi daima dinamik inkişaf yolundadır. Onu heç vaxt 200 il bundan
əvvəlki dövrlə müqayisə etmək olmaz. “Beynəlxalq əlaqlərin” inkişafına bir neçə amillər təsir
göstərir. Onlardan biri qeyri-sosial mühitin təsiridir. Bura, toxunulmamış-yəni insan müdaxiləsi
olmayan təbii hadisələr, geoloji, coğrafi, meteoroloji, ekoloji və s. amillər daxildir. Məsələn,
iqlimin qlobal dəyişməsi, ölkələrin, qitələrin iqtisadiyyatının dəyişməsinə, bununla da ölkələrin
bir-biri ilə münasibətlərinin dəyişməsinə gətirib çıxarır.
“Beynəlxalq əlaqələr” elminin inkişafına təsir edən amillərdən biri də sosia mühitdir.
İnsanla birlikdə həyata gələn nə varsa sosial mühitə aiddir. Bu – iqtisadiyyatdır, siyasətdir,
texnikadır, texnologiyadır, ideologiyadır, mədəniyyətdir, dindir və s. Sosial mühit beynəlxalq
əlaqələrə daha dərin və daha dinamik təsir göstərir.
Sosial sferanın inkişafı, nəqliyyatın və informasiya texnologiyalarının inkişafı ölkələrdə
iqtisadiyyatın və siyasi əlaqələrin inkişafına böyük təkan verdi. Bu işdə beynəlxalq təşkilatların
rolu daha çox oldu. Bu proseslər öz növbəsində beynəlxalq əlaqələrin “transmilli” əlaqələrə
keçid almasına imkan yaradır.
Müasir beynəlxalq əlaqələr çox mürəkkəb daxili quruluşa malikdir. Bu quruluşda mərkəzi
xətti beynəlxalq siyasi münasibətlər tutur. Onlar siyasi əlaqələrin yarandığı ilk vaxtlardan forma-
laşmışlar.
Beynəlxalq siyasi münasibətlərə beynəlxalq siyasətin tərkib hissəsi kimi də baxmaq olar.
Əvvəllər – dövlət, koalisiya dövlətləri, dövlətlərarası siyasi təşkilatlar beynəlxalq əlaqələrin
subyekti sayılırdı.
Beynəlxalq siyasət əsasən regional və lokal çərçivədə formalaşıb, fəaliyyət göstərmişdir.
XIX əsrin ikinci yarısınadək belə onun qlobal səviyyəsi olmamışdır. Beynəlxalq əlaqələrin
qlobal səviyyəsi böyük-böyük siyasi-coğrafi xəritələrin epoxası ilə başladı. Dünya iqtisadiy-
yatının bazasında dünya siyasəti formalaşdı.
Son dövrlərə qədər bir çox müəlliflər tərəfindən “dünya siyasəti” termini “Beynəlxalq
siyasət” termini ilə eyni qəbul edilirdi. Bu düzgün təyinat deyildi. Dünya siyasətinin əmələ
gəlməsi, bütövlükdə siyasi sferanın (aləmin) inkişafına böyük təsir göstərdi. Dünya siyasəti
Beynəlxalq siyasətdən problemlərin məzmununa, subyektlərin xarakterinə görə və s. fərqlənir.
Dünya siyasəti məhz beynəlxalq münasibətlərin bünövrəsində yaranıb, inkişaf etmişdir. Lakin
bununla belə Dünya siyasəti və Beynəlxalq siyasəti bir-birindən tam təcrid edilmiş formada
düşünmək olmaz.

1.4 Müasir beynəlxalq münasibətlər sisteminin yaranması və əsas xarakterik


xüsusiyyətləri.

ATƏT-in ideoloji və sinfi qarşıdurma dövründə keçirilmiş son zirvə görüşü 1990-cı ildə
Parisdə toplandı. Bu sammitdə müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərini və
beynəlxalq hüququn bəzi yeni normalarını müəyyən edən “Paris Xartiyası” adlı mühüm bir sənəd
qəbul olundu. Sammit ərəfəsində artıq SSRİ və onun sosialist bloku ciddi böhran içərisində idi
və günü-gündən öz müqavimət gücünü itirirdi. Ümumiyyətlə, 1990-cı illərdə beynəlxalq
münasibətlər sistemində çox ciddi dəyişikliklər müşahidə olunmaqda idi. O vaxta qədər sistemin

6
daxili strukturunda və xarakterində mühüm təsir gücünə malik olan ABŞ və onun Qərb müttəfiq-
lərinin güclənməsi fonunda SSRİ və onun sosialist bloku çox gərgin böhranla üzləşmişdi.
İqtisadi, siyasi, sosial həyat həm SSRİ, həm də onun müttəfiqlərinin inkişaf potensialını tükətmiş
və Qərb ölkələri ilə yarışmada tam məğlub vəziyyətə salmışdı. Dövlət idarəçiliyi, daxili siyasət,
dövlət-vətəndaş münasibətləri iflasa uğrayırdı. Ölkə vətəndaşları, milli, dini, ictimai və siyasi
təşkilatları kütləvi hərəkatlara başlamışdılar ki, bu da Qərb ölkələri tərəfindən özlərinin antisovet
fəaliyyətində məharətlə istifadə olunurdu. ABŞ və onun Qərb müttəfiqləri SSRİ-nin zəiflə-
məsindən istifadə edərək tədricən onun təsir dairəsində olan ölkələrə və bölgələrə daxil olmağa
başlayırlar. 1990-91-ci illərdə ABŞ sosializmin ərəb dünyasında əsas müttəfiqlərindən biri olan
İraqı darmadağın edir, Suriyadan, Əlcəzairdən, Misirdən, Tunis və Liviyadan isə SSRİ-ni
tədricən sıxışdırır. 1986-1989-cu illərdə ABŞ güclü diplomatik və siyasi təzyiqlərlə sovet qoşun-
larının Əfqanıstandan çıxarılmasına, bu ölkədə yaradılmış sosialist yönlü dövlət quruluşunun
ləğv edilməsinə nail olur və beləliklə də, bütün islam dünyasında SSRİ-nin
nüfuzuna çox ciddi zərbə vurulur. Elə həmin dövrdə ABŞ və Qərb dövlətləri SSRİ-nin
ənənəvi təsir dairəsi hesab olunan Xəzər regionuna daxil olmağa, bu hövzənin əhəmiyyətli
geostrateji nöqtələrini və zəngin karbohidrogen sərvətlərini tədqiq etməyə başlayırlar. Bunun
ardınca, Baltikyanı ölkələrdə, Şərqi Avropada SSRİ-yə, sosializm quruluşuna qarşı kütləvi
çıxışlar başlanır və dərhal Qərbin dəstəyini qazanır. Qısa zaman çərçivəsində SSRİ-nin Şərqi
Avropada əsas müttəfiqləri hesab olunan Polşa, Macarıstan, Çexoslovakiya, ADR, Rumıniya və
başqa sosialist dövlətləri Qərbə və demokratik dövlət quruculuğuna istiqamət götürürlər. Bunun
ardınca, ADR və AFR-in tarixi birləşməsi baş verir və sovet qoşunlarının Avropadan çıxarılması
prosesi başlanır. Bütün bu proseslərə ABŞ və onun NATO üzrə müttəfiqləri rəhbərlik edirdi. 90-
cı illərin əvvəlində qarşıdurmanın kəskinləşdiyi və kim-kimi məsələsinin həll olunduğu bir
zamanda, üçüncü qütb ölkələri də beynəlxalq münasibətlər sistemində öz varlığını nümayiş
etdirməyə başlayırlar. Məsələ burasındadır ki, bəzi tədqiqatçılar və siyasi mərkəzlər «bitərəflər
bloku»nu SSRİ-ABŞ qarşıdurmasının məhsulu hesab edərək, 90-cı illərdə yeni birqütblü dünya
siyasətinin formalaşması ilə bu qütbün də aradan çıxacağını proqnozlaşdırırdı. Lakin "bitərəflər»
yaşadı və sübut etdi ki, «soyuq müharibə»nin məhsulu olaraq yaransalar da, onlar dünya
siyasətində və beynəlxalq münasibətlər sistemində möhkəm yer tutublar, öz mövqelərini heç
kimə təhvil vermək fikrində deyillər. «Bitərəflər» bloku bütün fəaliyyəti dövründə hər iki
qarşıduran blokdan müəyyən qədər məsafə saxladığı kimi, 90-cı illərdə ABŞ-ın tam birqütblü
dünya siyasəti formalaşdırmaq cəhdinə də layiqli müqavimət göstərməyi bacardı. SSRİ-nin
süqutundan sonra məhz bu blok beynəlxalq münasibətlər sistemində, sivil birgəyaşayış norma-
larının bərqərar olmasında, yeni dünya nizamının və müasir dövlətlərarası əlaqələrin forma-
laşmasında aparıcı faktor rolunda çıxış etməyə başlayır. 80-90-cı illərdə getdikcə zəifləyən
sosialist bloku ilə qarşıdurmada sərt mövqe nümayiş etdirən ABŞ və onun NATO üzrə
müttəfiqləri ilk müqaviməti də məhz «bitərəflər»dən gördü. Məlum oldu ki, getdikcə qloballaşan
dünyada kim-kimi məsələsini güc, zor yolu ilə həll etməyin, qarşıdurmanın, bəşəriyyəti fəlakətə
sürükləyə biləcək yeni müharibələrin qarşısında əsas hədəf məhz «bitərəf dövlətlər» və bütün
dünya ictimaiyyətidir. Avropa və dünya «bitərəflər»in 1986-cı ildə «N+N» adlı yeni hərəkatının
SSRİ və ABŞ qarşıdurması şəraitində nə qədər həyati və bəşəriyyət üçün əhəmiyyətli olduğunu
cəmi bir neçə il keçəndən sonra dərk etdi. Həmin il İsveçin təşəbbüsü ilə «bitərəf ölkələr» bloku
Stokholmda etimad, təhlükəsizlik və tərksilah məsələləri üzrə konfrans çağırır və qarşıduran
blokları bu tədbirə dəvət edir. Konfransdan sonra, noyabr ayında SSRİ və ABŞ rəhbərləri - M.
Qorbaçov və R. Reyqan görüşür və onlar arasında konstruktiv danışıqlar başlanır. Məhz bu
konfrans və «bitərəflərin» səyi SSRİ-nin XX əsrin 80-90-cı illərində Avropada, öz ərazisində və

7
dünyada baş verən proseslərə hərbi müdaxiləsinin qarşısını alır və «ümumavropa evi»nin
formalaşmasında iştirakını təmin edir. Əgər 50-60-cı illərdə SSRİ sosializmə qarşı azacıq
müxalifətə (Macarıstanda, Çexoslovakiyada, 1980-ci ildə Polşada və s.) dərhal reaksiya verib,
hərbi yolla yatırırdısa, 80-90-cı illərdə bütün sosializmin ləğvinə, Almaniyanın birləşməsinə və
nəhayət, SSRİ-nin özünün dağılmasına tam anlaşma ilə yanaşır. “Bitərflər” bloku 80-ci illərin
sonu, 90-cı illərin əvvəlində dünyada sinfi və ideoloji qarşıdurmanın aradan qalxmasında
oynadığı rolu, 90-cı illərin ikinci yarısında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində də
nümayiş etdirmiş, hazırda isə qloballaşmanın həyata keçirilməsində ən fəal faktor kimi çıxış edir.
Beləliklə, 90-cı illərin sonunda beynəlxalq münasibətlər sistemi həm tərkibinə, həm də
xarakterinə görə yeni bir mərhələyə qədəm qoyaraq - yeni dünya nizamının formalaşması
mərhələsinə keçir. Avropada və bütün yer üzündə yeni dünya nizamının formalaşması, bey-
nəlxalq münasibətlərin prinsip və normalarının dəyişməsi, aktorlarının yeniləşməsi ATƏT-in
Paris sammitində (1990) tam çılpaqlığı ilə özünü göstərdi. Sammit ərəfəsində artıq
sosializm düşərgəsi yox idi. Keçmişdə bu bloka daxil olan ölkələr SSRİ ilə əlaqələri kəsərək,
Qərbi Avropa və ABŞ-la birgə yeni dövlət quruluşu yaratmaqla məşğul idilər. SSRİ-nin
tərkibində olan üç Baltikyanı respublika – Litva, Latviya və Estoniya demək olar ki, müstəqil
dövlətlərə çevrilmişdilər. Üç Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan müstəqillik, Ermənistan isə
yeni dövlət quruluşu məsələlərini həll etməkdə idi. Digər sovet respublikaları da öz daxili işləri
ilə məşğul idilər və nəhəng SSRİ imperiyasının son günlərini sayırdılar. Odur ki, sammitdə qəbul
edilən qərarlar, hüquq normaları və prinsiplər keçmiş sosialist ölkələri və SSRİ üçün tam
gözlənilən idi. Əvvəllər bu düşərgə ölkələri üçün az qala müqəddəs sayılan, kənardan müdaxilə
edilməsi qəti mümkün olmayan, suveren hüquq hesab olunan dövlətdaxili məsələlər – insan
hüququ və azadlıqlarının qorunması, demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu tələbləri,
milli, vətəndaş və siyasi hüquqlar beynəlxalq hüquq normaları çərçivəsinə qaldırılaraq
“Paris xartiyası”na salındı. Bir az sonra, 1991-ci ildə Avropada sosializmin son mogikanı SSRİ
özünü buraxır və beləliklə, dünyada siyasi qarşıdurma üzərində qurulmuş beynəlxalq müna-
sibətlər sisteminə də son qoyulur. Keçmiş sosialist dövlətlərinin dünya siyasətindəki yeni
mövqeyi və SSRİ-nin dağılması, onun yerində yeni-yeni müstəqil dövlətlərin yaranması, bu
dövlətlərlə bağlı
qəbul olunan qərarlar, beynəlxalq münasibətlərin sonrakı inkişafı ilə bağlı əsas çalarlar
ATƏM-in Helsinki (1992) sammitində özünü göstərdi. Planetimizdə yeni vəziyyətin və dünya
nizamının yaradılması bu sammitin və 1994-cü ildə Budapeştdə keçirilən digər sammitin
gündəliyində müzakirə olundu. Budapeştə qədər Avropada mövsümi müşavirə xarakteri daşıyan
ATƏM, Budapeştdən başlayaraq daimi fəaliyyət göstərən və BMT ilə yanaşı Avropada təhlükə-
sizlik və əməkdaşlıq məsələlərini tənzimləyən mühüm bir təşkilata - ATƏT-ə çevrildi. Dünyanın
55 dövlətini öz tərkibində birləşdirən ATƏT – beynəlxalq münasibətlər sisteminin tənzim-
lənməsində yaxından iştirak edən və beynəlxalq hüququn təkmilləşməsinə yardım edən ən
mühüm dövlətlərarası təşkilata çevrildi. ATƏT hazırda ABŞ və Kanadanı bütün Avropa
dövlətləri ilə birləşdirən təşkilat kimi Avropanın siyasi və iqtisadi həyatının, dövlətlərarası sivil
birgəyaşayış qaydalarının, ümumavropa təhlükəsizliyi və əməkdaşlığı məsələlərinin mexanizm-
lərini yaradan və ümumdünya təhlükəsizliyi və əməkdaşlığı ilə əlaqələndirən mühüm bir
qurumdur. Getdikcə beynəlxalq münasibətlərin ən mühüm təşkilatlarından birinə çevrilən ATƏT
dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe
istiqamətinə yönəltməyə, Avropada demokratiya və insan hüquqlarını, təhlükəsizlik və qarşılıqlı
əməkdaşlığı inkişaf etdirməyə çalışır. Beləliklə, beynəlxalq münasibətlər sisteminin formalaş-
masının və inkişafının 1945-ci ildən - İkinci dünya müharibəsinin başa çatması və BMT-nin

8
yaranmasından başlanan üçüncü dövrü soyuq müharibədən ABŞ və onun Qərb müttəfiqlərinin
tam qalib çıxması ilə başa çatır. Bununla da dünya siyasətində və beynəlxalq münasibətlər
sistemində sinfi qarşıdurmaya son qoyulur və yeni dünya nizamı başlanır. 90-cı illərdən
başlayaraq, beynəlxalq münasibətlərin nəinki özü, sistemi və xarakteri dəyişir, həm də onun
öyrənilməsi və tədqiqi praktikası yeniləşir. Uzun müddət sovet tarixşünaslığı beynəlxalq aləmi
yalnız dövlətlərarası münasibətlər meydanı kimi təsvir edir və beynəlxalq münasibətlər sistemini
yalnız bu səpkidə öyrənirdi. Odur ki, dərsliklər, proqramlar əsasən dövlətlərarası münasibətlərə
həsr olunur, beynəlxalq əlaqələrin transmilli korporasiyalar, qeyri-hökumət təşkilatları, region-
lararası əlaqələr və s. kimi mühüm subyektləri diqqətdən kənarda qalırdı. Bu da müvafiq olaraq,
XX əsrin son illərində müasir dünya siyasətinin və beynəlxalq münasibətlərin əsasını təşkil edən
qloballaşma, demokratikləşmə, inteqrasiya və regionallaşma kimi proseslərin öyrənilməsinə öz
mənfi təsirini göstərirdi. Təcrübə göstərir ki, beynəlxalq münasibətlərin və dünya siyasətinin
müasir strukturu və aktorları elə bir vəziyyətə gəlib ki, çətin ki, təkcə dövlətlərarası rəsmi
münasibətləri, xarici siyasət idarələrinin fəaliyyətini öyrənməklə müasir dünya siyasətini,
beynəlxalq münasibətləri qavramaq mümkün olsun. Çünki yeni şəraitdə nəinki təkcə SSRİ-ABŞ
qarşıdurması aradan qalxmış, beynəlxalq münasibətlərdə yeni nizam yaranmış, eyni zamanda, bu
sistemin aktorları, tərkib hissəsi, gündəliyi, dövlətlərarası əlaqələrin xarakteri də yeniləşmiş və
tamamilə dəyişmişdir. Bu münasibətlər həm formaca (beynəlxalq münasibətlər əvvəllər əsasən
milli dövlətlər arasında əlaqə üzərində qurulurdusa, indi bu prosesə beynəlxalq və regional
təşkilatlar, qeyri-hökumət təşkilatları və s. subyektlər əlavə olundu), həm də mahiyyətcə (daxili
və xarici siyasət, dövlət suverenliyi və milli maraq anlayışları getdikcə yeni məzmun kəsb edir)
dəyişməyə başlayır. Əgər əvvəlki sistemdə beynəlxalq hüququn əsas vəzifəsi suveren dövlətlərin
milli haqlarının qorunması və dövlətlərarası münasibətlərin bu hüquqa uyğun tənzimlənməsi
idisə, yeni sistemdə bu vəzifələr dəyişmiş və mahiyyətcə yeniləşmişdir. İndi insan hüquq və
azadlıqlarının qorunması, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, qlobal ekoloji və sosial
təlatümlərin qarşısının alınması, dövlətlərin idarəçiliyində qanunçuluğun, şəffaflığın və azad
siyasi rəqabətin təmin edilməsi getdikcə suveren dövlət hüquqlarını, ayrıca götürülmüş
dövlətlərin milli maraqlarını kölgədə qoyur. Hər bir milli dövlət öz maraqlarını beynəlxalq
təşkilatların, ayrı-ayrı dövlətlərarası institutların tələblərini nəzərə almaqla təmin edə bilər.
Beynəlxalq qurumlar hər bir üzv dövlətin daxili idarəçiliyinə, dövlət və vətəndaş müna-
sibətlərinin qurulmasına, maliyyə və büdcə siyasətinin istiqamətlərinə, qiymət, bölgü, istehsal və
ticarət əlaqələrinə birbaşa və dolayı yolla müdaxilə edirlər. Müasir beynəlxalq münasibətlərin
əsas tendensiyalarından biri də beynəlxalq təhlükəsizlik tələblərinin, qlobal və lokal terrorizmə
qarşı mübarizənin ümumdünya siyasəti səviyyəsinə qaldırılması hesab oluna bilər. Bu prosesin
əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, dünyada başda ABŞ olmaqla, vahid anti-terror
koalisiyasının yaradılması prosesi həyata keçirilir və keçmişdə hansı hərbi və siyasi blokda
iştirak etməsindən asılı olmayaraq, dövlətlər iki meyara görə qruplaşır. Bir qrup ABŞ-ın təsiri ilə
terrorizmə qarşı mübarizə cəbhəsində yer tutursa, digərləri terror dəstəkləyən ölkələr sırasına aid
edilirlər. Ən maraqlısı isə ondan ibarətdir ki, bu ölkələrin hansı qrupa aid olmasını bəzən tam
subyektiv amillərlə ABŞ və onun təsiri altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar müəyyən
edir. Odur ki, bəzən bu qrupa bütün mövcudluğu dövründə terroru dövlət siyasəti səviyyəsində
dəstəkləyən, öz separatçı və digər məqsədlərini terror vasitəsilə reallaşdırmağa çalışan Ermə-
nistan kimi dövlətlər deyil, subyektivcəsinə hansısa müsəlman ölkəsi daxil edilir. Bu da dünya
ictimaiyyətinin nəzərində müvafiq olaraq terroru dəstəkləyənlərin və onun qurbanı olanların əsl
obyektiv qiymət almasına mane olur. Beynəlxalq münasibətləri və müasir dünya siyasətini
xarakterizə edən əsas səciyyəvi cəhətlərdən biri də beynəlxalq siyasi proseslərin yeni

9
subyektlərinin – hökumətlərarası beynəlxalq və qeyri-hökumət təşkilatlarının dünya siyasətində
rolunun artması hesab olunur. Vaxtilə milli dövlətlərin suveren hüququ hesab olunan prinsiplər
dövlət suverenliyi, daxili siyasət, dövlət və vətəndaş münasibətləri, demokratiya, vətəndaş
cəmiyyəti maraqları, insan hüquq və azadlıqlarının qorunması və s. adı altında getdikcə daha çox
beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının tələbləri və məsləhətləri ilə tənzimlənir.
Ümumiyyətlə, bu prinsiplərin qorunması və onlara hərtərəfli əməl olunması beynəlxalq hüquq
normaları səviyyəsində milli dövlətlərdən tələb olunur. Müasir beynəlxalq münasibətlərin yeni
təzahür formalarından biri də dövlətlərlə yanaşı ayrı-ayrı regionların, ölkələrin daxili subyekt-
lərinin beynəlxalq aləmə çıxması, beynəlxalq əlaqələrə qatılması, əməkdaşlıqda iştirakı hesab
oluna bilər. Bu tendensiya son zamanlar Avropada, Cənub-Şərqi Asiyada çox geniş yayılmış və
bəzi hallarda ayrıayrı dövlətləri təmsil edən regionların əlaqələri, həmin dövlətlərin əlaqələrindən
çox-çox intensiv xarakter almışdır.

1.5 Yeni dünya nizamı və onun mahiyyəti.

XX əsrin sonu - XXI əsrin əvvəllərində dünyada baş verən köklü siyasi proseslərin,
beynəlxalq münasibətlər və beynəlxalq hüququn məzmun və mahiyyətinin, dünya siyasətinin
ənənəvi prinsiplərinin radikal dəyişikliklərə məruz qalmasının, planetin siyasi həyatının əsas
subyektləri olan milli dövlətlərin öz suveren hüquqlarından tədricən məhrum edilməsinin və
dünyanın yeni nizamının yaranmasının üç əsas determinantı (səbəbkarı) vardır. Bunlar:
1) Qloballaşmanın bütün dünyanı əhatə etməsi və bəşəriyyətin “millət-dövlət-vətəndaş”
prinsiplərinə tədricən meydan oxuması;
2)Dövlətlərarası inteqrasiyanın insanlığın sosial sifarişi kimi beynəlxalq münasibətlərin
gündəliyinə çıxması;
3) Dünya siyasətinin transmilliləşməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüquq və
beynəlxalq davranışın əsasına demokratiya, vətəndaş cəmiyyəti prinsiplərinin, insan hüquq və
azadlıqlarının qoyulması və bu normaların hökumətlərarası, qeyri-hökumət aktorları tərəfindən
milli dövlət qurumlarının inhisarından çıxarılması, dövlətin suveren hüquqlarının yeni aktorlar
hesabına məhdudlaşdırılmasından ibarətdir.
Hər üç determinant nisbətən müstəqil şəkildə cərəyan etsə də, müasir dünya siyasətinin və
beynəlxalq münasibətlərin vahid tendensiyası çərçivəsində bir-birini tamamlayır. Çünki hər hansı
proses bir tərəfdən inkişafla, qloballaşma ilə bağlı təzahür edirsə, o biri tərəfdən bu prosesə
rəhbərlik edən qeyri-hökumət təşkilatlarının, yaxud digər aktorların rolu nəticəsində reallaşır. Bu
gün bəşəriyyətin sabit və fasiləsiz inkişafının təmin edilməsi vəzifəsi dövlətlər, xalqlar, insan
cəmiyyətləri və digər birliklər qarşısında qlobal və məhəlli problemlərin həllinin tapılması, indiki
və gələcək nəsillərin təbii və sosial təhlükələrdən qorunması, sivil birgəyaşayış normalarının
bərqərar olunması və digər strateji məsələlərin həllini tələb edir. Özlərinin inkişaf strategiyasını
reallaşdırmaq üçün insanlar təbii proseslərə müdaxilə edərək planlar cızır, proqramlar hazırlayır,
gələcəyin modelini tərtib edir, alına biləcək nəticələri proqnozlaşdırır. Arzu olunan gələcəyin
obrazını əsaslandırmaq, ona çatmağın yollarını müəyyən etmək işində insanların, xalqların,
millətlərin və dövlətlərin yolları ayrılır. İnsan birlikləri, xalqlar, dövlətlər gələcəyin modelini və
ona çatmağın yollarını öz mənafelərinə uyğunlaşdırmağa çalışdığından dünya nizamının müxtəlif
variantları, arzu edilən və mümkün modelləri meydana çıxır. Optimal və hamı üçün
məqbul hesab olunan dünya nizamını düşünmək, ona çatmağın universal yollarını tapmaq çox
çətin vəzifədir. Çünki dünyada mövcud olan geniş millət-dövlət sistemi, etnososial və mədəni
fərqlər planetin vahid homogeny quruluşa və taraz tərkib hissələrinə malik olmadığını göstərir.

10
Odur ki, müasir beynəlxalq münasibətlərin strateji və qlobal vəzifələrindən biri və ən mühümü
planetdə optimal birgəyaşayış formalarını və normalarını tapmaq, insanlığın gələcəyi naminə
qarşılıqlı faydalı əməkdaşlığa, səmərəli insan kooperasiyasına, təşkilati texnologiyalarına malik,
daha az münaqişəli mühit formalaşdırmaqdan ibarətdir. XX əsrin sonu və XXI əsrin əvvəllərində
dünyada baş verən radikal dəyişikliklər dünya nizamına, əvvəllər identik hesab olunan
beynəlxalq hüququn normalarına və beynəlxalq münasibətlərin formalarına yenidən baxmağı
tələb edir. Millətlər və dövlətlər arasındakı sosial-iqtisadi və mənəvi-mədəni fərqlərin aradan
qaldırılmasına göstərilən cəhdlər, bu cəhdlərin obyektiv və subyektiv şərtləri, nəticələri hazırda
həm beynəlxalq münasibətlərin nəzəri, həm də praktiki məsələlərinə yenidən baxmağı tələb edir.
Bəzi dövlətlərin xarici siyasət davranışları ilə beynəlxalq münasibətlər sisteminin qaydaları
arasında yaranan uyğunsuzluqlar müasir dövrdə elə bir həddə çatıb ki, bunu tədqiqatçılar yeni
dünya reallığı, yaxud “nizamı” adlandırırlar. Yeni dünya nizamının mahiyyəti dövlətlərin milli
maraqlarının təmin olunduğu beynəlxalq münasibətlər sistemində “çoxqütblülüyün” pozulması
və mərkəzdə ABŞ-ın dayandığı “təkqütblülüyün” yaranmasından ibarətdir. Əgər 1945-1990-cı
illərdə beynəlxalq münasibətlər sistemində SSRİ və ABŞ-ın müvafiq olaraq rəhbərlik etdiyi
sosialist və kapitalist dəyərləri ölkələrin, xalqların, insan birliklərinin ictimai davranışını, dövlət
quruluşlarının əsaslarını, məqsəd və vəzifələrini müəyyən edirdisə, yeni nizamda bu balans
pozulmuşdur. Dünyanın inkişafına, dövlətlərarası münasibətlərə, mövcud və arzu olunan
reallıqlara, dövlətlərin fəaliyyətinin məqsəd və vəzifələrinə, insan-cəmiyyəttəbiət münasibətləri-
nə artıq birqütblü yanaşma nümayiş etdirilir.
Beləliklə, XX əsrdə dünyanın siyasi inkişafında və beynəlxalq münasibətlərdə “çoxqütblü”
təsir üzərində qurulmuş beynəlxalq münasibətlər sistemi müasir dövrdə yeni dünya nizamı ilə
əvəz olunur. Bu da müvafiq olaraq beynəlxalq münasibətlər sisteminin əsas subyekti olan milli
dövlətlər arasındakı münasibətlərin nəinki təkcə xarakterini, eyni zamanda, onların gələcək
inkişaf yolunu, ictimai formasiyasını dəyişir və ümumdünya tarixinin gedişinə ciddi təsir
göstərir. Beynəlxalq münasibətlər tarixinin Vestfal (1648) müqaviləsindən başlayaraq Versal
(1919) sazişinə qədər olan dövrünün bir, Yalta-Potsdam (1945) sistemindən 1991-ci ilə –
Belovejsk sazişinə qədər davam etmiş dövrünün digər, 1991-ci ildən başlanan – soyuq
müharibədən sonrakı dövrün isə başqa xarakteri və qaydaları mövcuddur.
Müasir dövrdə dünya dövlətləri beynəlxalq proseslərə təsir gücünə və beynəlxalq
münasibətlərdəki roluna görə bir neçə qrupa bölünürlər:
- Fövqəldövlətlər: (bu rolu bir vaxtlar Böyük Roma və Britaniya imperiyaları, SSRİ və
ABŞ icra edirdi) öz milli maraqlarını bütün yer kürəsində təmin etməyə lazımi hərbi, iqtisadi,
mədəni potensialı olan, özünün və müttəfiqlərinin mənafelərini nəzərə almağı digər dünya
dövlətlərindən tələb edən və buna nail olan ölkə super fövqəldövlət hesab olunur. Bu rolu hazırda
yalnız ABŞ icra edir.
- Böyük dövlətlər: öz milli maraqlarını ölkəsində, regionunda və dünyanın digər
əhəmiyyətli bölgələrində təmin etməyə qadir olan (bütün dünyada deyil), başqa ölkələri onunla
hesablaşmağa məcbur edə bilən ölkələr bu sıraya daxildir (İngiltərə, Yaponiya, Fransa, Almaniya
və s.) Rusiya hazırda bu cərgəyə qoşulmaq uğrunda mübarizə aparır.
- Regional dövlətlər: öz ölkəsində və regionunda, sərhədlərinə yaxın ərazilərdə məxsusi
maraqlarını təmin edən və qorumağa qadir olan ölkələr. Bu ölkələr uzaq xaricdə ciddi müqa-
vimət göstərə bilməsə də, öz regionunda bunu edə bilir. (Çin, İran, Rusiya, Türkiyə, Pakistan,
Misir və s.)

11
- Adi dövlətlər: bu ölkələr öz milli maraqlarını daxildə, regionda və dünyada bacardıqları
kimi təmin edir. Belələrinin marağı, bir qayda olaraq, birinci üç qrupun marağına
uyğunlaşdırılırsa, təmin olunmaq ehtimalı artır.
Beynəlxalq münasibətlər sisteminin mövcud olduğu tarix ərzində (1648-2005-ci illər)
dünyada güc mərkəzləri çoxqütblü (bir neçə mərkəz), ikiqütblü (iki mərkəz) və təkqütblü (bir
mərkəz) güc balansı formasında dəyişərək, indiki “yeni dünya nizamı” adlanan sistemə gəlmiş-
dir. Yeni dünya nizamını fərqləndirən əsas cəhətlərdən biri bütün dövlətlərin və xalqların hansı
iyerarxik pillədə dayanmasından asılı olmayaraq, getdikcə qlobal problemlər önündə bərabər
vəziyyətdə qalması, planetin taleyi üçün bərabər məsuliyyət daşıması və deməli, insanlığın
qlobal ümumiliyinin dərk olunmasıdır. Bundan başqa, müasir dövrdə əsas insan hüquq və
azadlıqlarının, vətəndaş dövlət- cəmiyyət münasibətlərinin fundamental prinsiplərinin, müna-
qişəli vəziyyətlərin aradan qaldırılması kimi məsələlərin artıq ayrı-ayrı dövlətlərin daxili işi
deyil, bütövlükdə beynəlxalq hüquq normalarının, bu normaları qoruyan təşkilatların işi kimi
dəyərləndirilməsi də yeni dünya nizamını xarakterizə edən xüsusiyyət hesab olunur. Yeni dünya
nizamının keyfiyyət xarakteristikasını müəyyən edən başqa bir postulat isə onun kapitalist
istehsal münasibətləri üzərində bərqərar olmasıdır. İkinci dünya müharibəsindən sonra meydana
çıxmış kapitalizm-sosializm qlobal qarşıdurmasından Qərbin qalib çıxması, sosialist
düşərgəsinin və SSRİ-nin dağılması bazar münasibətlərində təcəssüm edən kapitalizmin dünya
nizamının alternativsiz iqtisadi əsası elan edilməsinə səbəb oldu. Bu da müvafiq olaraq yeni
müstəqillik qazanmış dövlətlərə inkişafın yeganə şərti və demokratikləşmənin maddi əsası kimi
yalnız kapitalist sistemini seçmək üçün əsas verdi. Yeni dünya nizamının xarakterik
xüsusiyyətlərindən biri də beynəlxalq münasibətlər sisteminin əsası kimi, getdikcə beynəlxalq
birliklər, təşkilatlar tərəfindən sosial-siyasi təmayüllərin liberallaşdırılması hesab oluna bilər.
Vaxtilə dünyada özünə tərəfdarlar tapmış və müəyyən dövlətlərin əsas ideoloji prinsipinə
çevrilmiş faşizm, sosializm kimi dəyərlər öz yerini tədricən liberalizmə verməkdədir. Düzdür, bu
gün dünyada millətçilik və dini ideyaların geniş yayılması da bəşəriyyəti müəyyən qədər
düşündürür. Lakin Qərbin iqtisadi, siyasi və mənəvi həyatında tam bərqərar olmuş, dünyada isə
ideya kimi çox populyar şəkildə təbliğ olunan liberalizm ideologiyası artıq yeni dünya nizamının
qarşısıalınmaz dəyəri kimi qiymətləndirilir. Yeni dünya nizamının ən mübahisəli məsələsi
müasir beynəlxalq münasibətlərin və dövlətlərarası qaydaların kim tərəfindən – beynəlxalq
təşkilatlar, yoxsa getdikcə hegemonluğa can atan ABŞ tərəfindən nizamlanması məsələsidir.
ABŞ politoloqları müasir dünyanın “maarifçi rəhbərliyə ehtiyacı olduğu” və belə bir rolu məhz
Amerikanın oynaya biləcəyi qənaətindədirlər. Onlar hesab edirlər ki, ABŞ-ın müasir dünya
iqtisadiyyatında və siyasətindəki yeri və rolu ona imkan verir ki, dünyanın liderliyini öz üzərinə
götürsün, planetdə sülhü, təhlükəsizliyi və əmin-amanlığı təmin etsin. Onların fikrinə görə, buna
ABŞ-ın həm hərbi, həm iqtisadi, siyasi, sosial və mədəni potensialı tam cavab verir. Başqa cür
düşünənlər də var. Bunların sırasında Çin, Rusiya, və ABŞ-ın Qərbi Avropa müttəfiqlərindən
hesab olunan Fransa və Almaniyanı göstərmək olar. Bu ölkələr
hesab edirlər ki, yeni dünya nizamı kollektiv məsuliyyət, kollektiv müdaxilə tələb edir.
Odur ki, beynəlxalq münasibətlər BMT çərçivəsində, onun Təhlükəsizlik Şurasında həllini
tapmalı, bütün məsələlər birgə razılıqla idarə olunmalıdır. Yeni dünya nizamı şəraitində
beynəlxalq münasibətlərdə geosiyasət məsələləri, regionlaşma və regional inteqrasiya,
qloballaşma prosesləri mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq aləmdə yeni dünya nizamına
geosiyasi yanaşma hazırda ən actual məsələlərdən biri hesab olunur. Dünya politoloqları
beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqları sırasında qarşı-qarşıya duran dəniz (ABŞ

12
və onun NATO üzrə müttəfiqləri) və quru (Çin, Rusiya, Hindistan) sivilizasiyalarının
mübarizəsini xüsusi
tədqiq edirlər. Tədqiqatçıların fikrinə görə, Çin, Rusiya və Hindistan öz aralarında nə
ideoloji, nə də ki, institusional bazis yarada bilmədiyi üçün dəniz sivilizasiyası bütün dünyada, o
cümlədən Avrasiya regionunda, Cənub-Şərqi Asiyada dominantlıq edir. Yeni dünya nizamının
səciyyəvi cəhətlərindən biri də qloballaşmanın getdikcə daha çox vüsət alması, Qərb dəyərlərinin
bütün dünyaya yayılması, dövlətlər, millətlər və mədəniyyətlər arasında milli sədlərin silinməsi,
dünyanın vahidləşməsi hesab olunur. Elmi ədəbiyyatda “mondializm” kimi qiymətləndirilən
dünyanın vahidləşməsi prosesi ümumən obyektiv olsa da, əslində ABŞ və onun müttəfiqləri
tərəfindən planlaşdırılan, tənzimlənən və idarə olunan qlobal, lakin subyektiv bir prosesdir.
Tədqiqatçılar qloballaşmanı obyektiv proses kimi qiymətləndirsələr də, “mondializmi” (Qərb
dəyərlərinin bütün dünyaya qəbul etdirilməsini) dəniz sivilizasiyasının quru sivilizasiyasına,
ümumiyyətlə dünyanın bütün nisbətən az inkişaf etmiş dövlətlərinə zorla qəbul etdirilən və fatal
sonluqla bitəcək düşünülmüş ssenari hesab edirlər. Qərb dəyərlərinin dünyanın qalan hissəsinə
qəbul etdirilməsinin perspektivinə qiymət verərkən, onlar gələcəkdə “vahid dünyanın ABŞ-ın
böyümüş proyeksiyası kimi təşəkkül tapacağı” proqnozunu verirlər. Yeni dünya nizamı hərbi
balans və kollektiv təhlükəsizlik məsələləri ilə bağlı BMT çərçivəsində formalaşmış sistemin
pozulması ilə şərtlənir. Vaxtilə dünyada hökm sürən hərbi qüvvələr balansı, qarşı-qarşıya duran
hərbi bloklar (NATO və Varşava Müqaviləsi Təşkilatı) artıq öz yerini ABŞ və onun NATO üzrə
müttəfiqlərinin ixtiyarına vermişdir. Hazırda bu düşərgəni təmsil edən dövlətlər dünyanın bütün
ərazilərinə hərbi müdaxilə və hərbi təsir imkanlarına malikdirlər. Yeni dünya nizamının ideoloji
əsasları Qərb həyat tərzinin, Qərbin mənəvi dəyərlərinin cəlbediciliyi, qabaqcıllığı, humanistliyi
və liberallığı ilə əsaslandırılır. Bu da qloballaşma, universallaşma və mənəvi inteqrasiya vasitə-
lərilə bütün dünyada insanların bu dəyərlərlə tərbiyə edilməsi, mənəvi cəhətdən qidalandırılması
istiqamətində istifadə olunur.

Mövzu 2. Beynəlxalq Münasibətlər Nəzəriyyəsi elminin təşəkkülü, predmeti və


metodları.

2.1 Beynəlxalq Münasibətlər Nəzəriyyəsi elminin təşəkkülü.


2.2 Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin metodları.
2.3 Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin funksiyaları.
2.4 Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin əsas inkişaf mərhələləri.

2.1 Beynəlxalq Münasibətlər Nəzəriyyəsi elminin təşəkkülü.

Alimlər və mütəfəkkirlər beynəlxalq münasibətlərlə, beynəlxalq siyasətlə bağlı nəzəri


məsələlərlə xeyli əvvəl məşğul olmalarına baxmayaraq, beynəlxalq münasibətlər nəzəriyyəsi
(BMN) bir müstəqil fənn kimi Birinci Dünya müharibəsindən sonra meydana gəlmişdir.
Yuxarıda qeyd olunduğu kimi, fənnin yaranması 1919-cu ildə Uels Universitetində (Aberistvis
şəhəri) beynəlxalq münasibətlər kafedrasının açılması ilə bağlıdır. O vaxtadək beynəlxalq müna-
sibətlərin, beynəlxalq siyasətin nəzəri məsələləri hüquq, fəlsəfə, iqtisadiyyat, siyasət, diplomatiya
tarixi kimi fənlər tərəfindən tədqiq olunurdu.
BMN fənninin meydana gəlməsi Birinci Dünya müharibəsinin dəhşətlərinə intellektual
reaksiyanın nəticəsi idi. Gələcəkdə belə müharibələrin qarşısını almaq üçün ictimai fikir tari-
xində müharibə bir sosial hadisə kimi diqqət mərkəzində idi. Tədqiqatçıları ilk növbədə

13
müharibənin başlanmasının səbəbləri maraqlandırırdı ki, gələcəkdə onun qarşısını almaq
mümkün olsun. Bu zaman tədqiqatçıların arasında belə bir fikir formalaşırdı: sülhü yalnız
kollektiv təhlükəsizlik sistemi vasitəsilə saxlamaq olar. Bu fikrin tərəfdarları (onlara idealist,
liberal və ya utopist deyirdilər) gələcəyə ümidlə baxaraq dünyada sülhü qoruyacaq beynəlxalq
təşkilatın (Məsələn, Millətlər Liqası kimi) yaranmasını istəyirdilər.
Birinci Dünya müharibəsinin başlanmasının səbəblərini araşdıran tədqiqatçılar müəyyən
etdilər ki, tarix fənni bu müharibənin bir sıra nəzəri məsələlərinin araşdırılmasında münasib
deyildi. Belə bir çatışmazlığı aradan götürmək üçün qalib ölkələrin, xüsusilə ABŞ və Böyük
Britaniyanın bir sıra universitetlərində beynəlxalq münaqişələr üzrə tədqiqat mərkəzləri
yaradıldı. Bu mərkəzlərdə müharibə arzuolunmaz, əxlaqa zidd, çoxlu xərc tələb edən bir sosial
hadisə kimi qələmə verilirdi. Qalib ölkələrdən olan tədqiqatçıların demək olar ki, hamısı
tədqiqatlarını əsasən aşağıdakı suallara yö- nəltdilər:
1. Müharibə milyonlarla insana aclıq və ölümdən başqa nə gətirmişdir?
2. Gələcəkdə belə müharibələrin qarşısını almaq üçün nə etmək lazımdır?
3. Müharibə səhvin, anlaşılmazlığın, yoxsa bəd fikrin nəticəsidir? Bu suallara cavab olaraq,
BMN fənninin “birinci məktəbi” (idealist) yarandı və fənnin erkən tarixində hakim məktəb kimi
fəaliyyət göstərdi. İdealistlərə (onlara liberal və utopist də deyirdilər) görə, müharibə insanın
təbiəti ilə bağlı olan hadisə deyildir. O, dövlət başçıları, siyasətçilər arasında yaranan anla-
şılmazlığın nəticəsidir. Belə anlaşılmazlıqların nəticəsində siyasətçilər siyasi hadisələrə nəzarəti
itirmişlər. Bunun nəticəsində müharibənin, o cümlədən Birinci Dünya müharibəsinin başlanması
zəruri olmuşdur. Onların fikrincə (Zimmern, Vilson, Noel-Beyker), “gizli diplomatiya” “kollek-
tiv təhlükəsizliklə, avtokratik idarəetmə üsulu demokratik idarəetmə üsulu ilə əvəz olunmalıdır.
Başqa sözlə desək, Birinci Dünya müharibəsindən irəli gələn dərslər düzgün başa düşülsə və
bunun əsasında müvafiq fəaliyyət istiqaməti götürülsə daha etibarlı və ədalətli dünya nizamı
yaradıla bilər. Hedli Bull bu idealistlər ba- rədə aşağıdakıları söyləmişdir: “Bu tədqiqatçıların
əsas fərqləndirici xüsusiyyətləri ondadır ki, onlar tərəqqiyə inanırlar, xüsusilə onlar əmindirlər ki,
Birinci Dünya müharibəsinə səbəb olan beynəlxalq münasibətlər sistemi ədaləti və sülhü
bərqərar edə bilən sistemə çevrilə bilər. Bu isə demokratiyanın inkişafı “beynəlxalq təfəkkü-
rün” yayılması, Millətlər Liqasının möhkəmlənməsi, sülhpərvər ide- yaların geniş yayılması ilə
bağlıdır”.
Qeyd etmək lazımdır ki, BMN fənni yarandığı zaman norma- tiv xarakter daşıyırdı. Birinci
Dünya müharibəsinin dağıdıcı nəticələrinə bir əks təsir kimi özünü büruzə verən beynəlxalq
münasibətlər fənni belə bir fikrə əsaslanırdı: müharibə bir daha baş verməməlidir, bu müharibə
bütün müharibələrin sonudur. Müharibənin bir sosial hadisə kimi əsaslı şəkildə tədqiq olunması
onun yaranmasının qarşısını gələcəkdə ala bilər. Buna görə də BMN fənninin maraq dairəsinə
əsasən müharibə ilə bağlı olan suallar düşmüşdür. Bu zaman BMN fənni liberal-utopist
tədqiqatçıların əlində idi.
BMN fənninin erkən tarixinin digər xüsusiyyəti liberal-uto- pistlərin bu fikirlərinə qarşı
realistlərin tənqidi çıxışı olmuşdur. Realistlərdən liberallara qarşı ilk dəfə olaraq E.H.Karr çıxış
etmişdir. Realistlərlə liberalların mübahisəsini ədəbiyyatda BMN fənninin Birinci Böyük Debatı
adlandırırlar. Bu mübahisə ilə əlaqədar BMN fənninə belə bir tərif verilmişdir: “İdealizm və
realizm arasında dualizm”.
BMN fənninin formalaşma mərhələlərində nəzəriyyə və təcrübə, vasitələr və məqsədlər
arasında əlaqə özünü aydın şəkildə büruzə verirdi. Bu fənnin əsas məqsədlərindən biri
müharibənin qarşısını almaq və xalqlar arasında siyasi, iqtisadi, sosial, mədəni əlaqələri inkişaf
etdirmək olmuşdur. BMN fənni inkişaf etdikcə onun tədqiqat sahəsi genişlənərək beynəlxalq

14
münasibətlər sahəsinə aid olan bir çox başqa məsələləri də ehtiva edirdi.

2.2 Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin metodları.

“Metod” anlayışı yunan dilindən tərcümədə “nəyəsə aparan yol” mənasını verir. Metod -
dərketmə prosesinin üsuludur. Xüsusilə isə o, elmin predmetinin öyrənilməsinin üsuludur. Elmi
cəhətdən əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətlə inkişafının ən
mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktiki fəaliyyətdə tətbiq
edilməsinin yollarını, üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi elmi biliyin
əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır. Buna görə də hər bir elmdə
tətbiq ediləcək müvafiq metodların se- çilməsi mühüm bir məsələdir.
İnteqrativ fənn olan BMN-nin xüsusi tədqiqat metodları yoxdur. O həm ümumi elmi
metodlardan, həm də konkret elmlərdə tətbiq edilən metodlardan istifadə edir. Bununla əlaqədar
A.Sıqankov hesab edir ki, siyasi elmin o cümlədən beynəlxalq münasibətlərin metodoloji yanaş-
maları üç aspekt ətrafında yerləşir: 1) tədqiqatçının mənəvi-dəyər meylləri və ya şəxsi fikirləri
onun elmi axtarışlarının nəticələrinə təsir etməməlidir; 2) bütün ictimai elmlər üçün ümumi olan
analitik üsullardan və proseduralardan istifadə edilməsi. Bu, faktların müəyyən edilməsində və
sonrakı təhlilində həlledici rol oynayır; 3) sistemləşdirməyi və ya “qanunların” aşkarlanmasını
asanlaşdıran ümumi yanaşmaların və maddələrin qurulmasına meyl. BMN-də ümumi və tətbiqi
xarakterli metodlardan istifadə edilir. Bu metodlar BMN fənninin predmetini dərindən və
hərtərəfli dərk olunmasına kömək edir.
Ümumi metodlar
BMN-nin ümumi metodları fənnin nəzəri səviyyəsində, tətbiqi metodları isə onun tətbiqi
səviyyəsində istifadə edilir.
BMN fənninin ümumi metodları fənnin tədqiqat obyekti və predmeti haqqında təsəvvür
yaradır. Bu metodlar fənnin nəzəri səviyyəsinə aid olan məsələlərin (beynəlxalq münasibətlərin
mahiyyəti, hərəkətverici qüvvələri, beynəlxalq aləmdə baş verən hadisələrin etik dəyər və nor-
malar baxımından qiymətləndirilməsi və s.) tədqiq olunmasında istifadə edilir. Ümumi metodlar
BMN fənni ilə yanaşı bir çox ictimai elmlərdə də tətbiq edilir.
Tətbiqi metodlar isə beynəlxalq münasibətlərin konkret praktiki problemlərinin tədqiq
olunmasına və onların həlli yollarının müəyyən edilməsinə yönəlmişdir.
BMN fənninin ümumi metodlarından ən geniş istifadə edilənləri aşağıdakılardır: Sosioloji,
kulturoloji, normativ, funksional, bixeviorist, struktur-funksional, sistem, institusional, antropo-
loji, psixoloji, fəaliyyət, tənqidi-dialektik, müqayisəli, tarixi metodlar.
Sosioloji metod
Sosioloji metod vasitəsilə beynəlxalq münasibətlərin, beynəlxalq siyasətin ictimai hadi-
sələrdən, ilk növbədə mövcud iqtisadi (istehsal) münasibətlərdən, cəmiyyətin sosial strukturun-
dan, bu və ya digər ölkədə hakim olan ideologiyadan, mədəni dəyərlərdən asılılığı müəyyən
edilir. Göründüyü kimi, sosioloji metod beynəlxalq münasibətlərin mahiyyətini, hərəkətverici
qüvvələrini bu və ya digər cəmiyyətin daxili inkişafı ilə əlaqələndirir. Sosioloji metodu tətbiq
edən nəzəriyyələr onu müxtəlif şəkildə təqdim edirlər. Məsələn, beynəlxalq münasibətlərin
marksist nəzəriyyəsində sosioloji metod ifrat şəkildə təqdim olunmuşdur. Burada o, iqtisadi
determinizm formasında çıxış edir. Sosioloji metodun çatışmazlığı ondadır ki, o, bioloji,
psixoloji amillərin beynəlxalq münasibətlərə təsirlərinə əhəmiyyət vermir.
Kulturoloji metod
BMN-də sosioloji metodun geniş yayılmış formalarından biri kulturoloji metoddur. Bu

15
metoda bəzən sivilizasion yanaşma da deyirlər. Kulturoloji metoda əsasən, müasir dövrdə, xüsu-
silə dünya kommunist sisteminin dağılmasından və “soyuq müharibənin” başa çatmasından sonra
mədəniyyətin dəyərləri (din, dil) dövlətlərarası münasibətlərə mühüm təsir göstərir. Kultu-roloji
metod bir tədqiqat metodu kimi müasir ədəbiyyatda geniş yayılmışdır. Bəzi tədqiqatçılar mədə-
niyyətin müəyyən dəyərlərinin ictimai inkişafda rolunu şişirdərək yanlış nəticələrə gəlirlər.
Məsələn, tanınmış Amerika politoloqu Samuel Hantinqton ictimai inkişafda dini faktorun rolunu
mütləqləşdirərək “sivilizasiyaların toqquşması” kimi yanlış bir konsepsiyanı irəli sürmüşdür.
Normativ metod
Ənənəvi olaraq qədim zamanlardan siyasi fikir normativ və ya normativ- dəyər metoduna
əsaslanırdı. Adından göründüyü kimi, bu metod beynəlxalq münasibətlər sahəsində baş verən bu
və ya digər hadisənin dövlət, fərd üçün əhəmiyyətinin müəyyən edilməsini, onun ədalət, azadlıq,
insan ləyaqətinə hörmət və digər dəyərlər baxımından qiymətləndirilməsini nəzərdə tutur. Bu
metoda əsasən, siyasətçi, dövlət xadimi qərar qəbul edən zaman öz fəaliyyətində etik dəyərlərə
əsaslanmalı, əxlaqa uyğun davranmalıdır. Normativ metod əsasını etik normalar təşkil edən
müəyyən idealın irəli sürülməsini və onun həyata keçirilməsini nəzərdə tutur. O, etik dəyər və
normaların əsas götürülməsini və beynəlxalq sahədə onlara uyğun şəkildə fəaliyyət göstəril-
məsini vacib sayır. Lakin bəzi hallarda etik dəyər və normalar real həyatın tələblərinə uyğun
gəlmir, ondan uzaq olur. Etik dəyər və normaların insanların dünyagörüşündən, sosial
mövqelərindən və fərdi xüsusiyyətlərindən asılılığı normativ metodun zəifliyini göstərir. Bir çox
hallarda real siyasət və etik normalar bir-birinə uyğun gəlmir. Bütün bunlar normativ metodun
BMN-nin bir ümumi metodu kimi çatışmazlığını göstərir. Lakin bu çatışmaz lığa baxmayaraq
normativ metodun BMN fənni üçün böyük əhəmiyyəti vardır. O, beynəlxalq münasibətlərə etik
insani ölçü verir, onun məzmununu mənəvi dəyərlərlə zənginləşdirir.
Funksional metod
Normativ metoddan fərqli olaraq funksional metod beynəlxalq münasibətlərdə baş verən
hadisələrə etik prizmadan yanaşmır. Bu metod bütövlükdə məntiqə və faktlara əsaslanır. Funk-
sional metod beynəlxalq münasibətlər sahəsində tədqiq olunan hadisələr arasında asılılıqların
öyrənilməsini tələb edir (məsələn, ölkənin daxili vəziyyətinin onun xarici siyasətinin istiqamə-
tinə təsiri). Funksional metodu siyasət elmində ilk dəfə tətbiq edənlərdən biri Makiavelli olmuş-
dur. Makiavelli “Hökmdar” adlı əsərində real həyatın öyrənilməsində dini ehkam və etik
normalardan əl çəkməyin vacibliyini göstərmişdir. Bundan başqa o, gerçəkliyi müşahidə olunan
şəkildə tədqiq etməyə çağırırdı.
Bixeviorist metod
Bixeviorist metod funksional metoda yaxın olan bir metoddur. Bixeviorist metod təbiət
elmlərinin və konkret sosioloji tədqiqatların metodlarından geniş şəkildə istifadə edir. O, biliklərin
aydın, dəqiq, birmənalı olmasını və onların təcrübə yolu ilə yoxlanılmasını tələb edir. Bixeviorizm
elmin birliyi ideyasına əsaslanır. Ona əsasən, gerçəkliyin dərk olunması mücərrəd təfəkkürə yox,
real faktların müəyyən edilməsinə və təhlilinə əsaslanır. Bu faktları əks edən elmi müddəalar və
əldə olunan nəticələr intersubyektiv olmalıdır, yəni digər tədqiqatçılar da yoxlanış məqsədilə eyni
elmi nəticələri asanlıqla əldə edə bilərlər. Bixeviorizmin bu mühüm cəhəti onun verifikasiya (təc-
rübə yolu ilə yoxlama) prinsipində öz əksini tapmışdır.
Struktur-funksional metod
Funksional metoda yaxın olan digər bir metod struktur-funksional metoddur. Struktur-
funksional metod da öz mahiyyəti etibarilə pozitivizmin metodlarındandır. Bu metod mürəkkəb
struk tura malik olan cəmiyyəti, dövləti, dövlətlərin birliyini sistem şəklində tədqiq edir. Bu
sistemin hər bir elementi xüsusi funksiyaları yerinə yetirir və bununla da sistemin müəyyən

16
tələbatlarını ödəyir. Sistemin elementlərinin fəaliyyəti onun struktur təşkilatı ilə, institutların,
insanların sistemdə tutduqları mövqelərlə və yerinə yetirdikləri rollarla əvvəlcədən proqram-
laşdırılmışdır. Başqa sözlə desək, sistemin elementləri təşkilatın strukturu tərəfindən əvvəlcədən
verilmiş müəyyən proqrama uyğun fəaliyyət göstərir. Təşkilatın əsas vəzifəsi sistemin tarazlığını
saxlamaq, təşkilatın elementləri tərəfindən müvafiq funksiyaların (rolların) yerinə yetirilməsini
təmin etməkdir. K.Marks və T.Parsons tədqiqatlarında struktur-funksional metodu geniş tətbiq
edirdilər. Qeyd etmək vacibdir ki, bu metod sistem təhlilinin (metod) prinsiplərindən biridir.
Sistem metodu
Siyasətə münasibətdə sistem metodunu ilk dəfə əsaslı şəkildə XX əsrin 50-60-cı illərdə
tanınmış Amerika tədqiqatçıları T.Parsons və D.İston irəli sürmüşlər. Bu metodun mahiyyəti
beynəlxalq münasibətlər sisteminə bütöv, mürəkkəb şəkildə təşkil olunmuş bir orqanizm və
özünü tənzimləyən bir mexanizm kimi yanaşmaqdan ibarətdir. Beynəlxalq münasibətlər sistemi
ətraf mühitlə sıx təmasda- dır. Cəmiyyətdəki ali hakimiyyət siyasi sistemə məxsusdur. D.İstona
görə, siyasi sistem özünü qorumağa can atır və iki mühüm funksiyanı yerinə yetirir:
1.Dəyərlərin və resursların paylaşdırılması;
2.Vətəndaşlar tərəfindən paylaşdırıcı qərarların zəruri şəkildə qəbul olunmasının təmin
edilməsi.
İnstitusional metod
Bu metod dövlətlər, beynəlxalq təşkilatlar, QHT-lər, TMŞ kimi beynəlxalq münasibətlərin
institutlarının aktorlarının öyrənil- məsinə yönəlmişdir. Bu institutlar vasitəsilə beynəlxalq
münasibət lər təşkil olunur və fəaliyyət göstərir.
Antropoloji metod
Əgər sosioloji metod, yuxarıda qeyd olunduğu kimi, beynəlxalq münasibətlərdə baş verən
hadisələrin səbəblərini sosial faktorlar- la bağlayırsa, antropoloji metod bu səbəbləri insanın təbiəti
ilə, hər bir kəsə xas olan təbii tələbatlarla (qida, paltar, yaşayış yeri, təhlükəsizlik, mənəvi inkişaf və
s.) bağlayır. Antropoloji metodu ilk dəfə tətbiq edənlərdən biri Aristotel olmuşdur. Aristotel
siyasətin əsasını insanın kollektiv mahiyyətində görürdü. Müasir dövrdə antropoloji metodu
aşağıdakı mühüm prinsiplərə əsaslanır: 1. Əzəldən azad olan insanın bir bioloji, sosial və mənəvi
varlıq kimi fundamental soy əlamətlərinin dəyişməzliyi, sabitliyi; 2. İnsanın universallığı, insan
nəslinin birliyi və etnik, irqi, sosial, coğrafi və digər fərdlərdən asılı olmayaraq bütün insanların
bərabərliyi; 3. İnsanların təbii, əsas hüquqlarının ayrılmazlığı, bu hüquqların siyasi quruluşun
prinsiplərinə, dövlətin qanununa və fəaliyyətinə münasibətdə üstünlüyü.
Antropoloji metod sosial mühitin və ya rasional səbəblərin real siyasi hadisələrə təsirinin
öyrənilməsi ilə bərabər, insanın təbiətindən irəli gələn və özünü daha aydın şəkildə ibtidai icma
cəmiyyətində göstərən siyasi fəaliyyətin irrasional, instintiv, bioloji və başqa səbəblərini də
araşdırmağı tələb edir.
Psixoloji metod
Antropoloji metod kimi bu metod da tədqiqatlarda insanı əsas götürür. Lakin artropoloji
metoddan fərqli olaraq psixoloji metod insanı ümumilikdə yox, konkret fərd kimi götürür. Bu isə
tədqiqat zamanı insanın ümumi təbiətinin, sosial mühitin və şəxsin fərdi inkişafının xüsusiy-
yətlərinin nəzərə alınmasını tələb edir.
Psixoloji metod siyasi fəaliyyətin subyektiv mexanizmlərinin öyrənilməsinə yönəlmişdir.
Bu metodu ilk dəfə tətbiq edənlərdən biri qədim Çin filosofu Konfusi olmuşdur. O, Çin hökm-
darlarına vətəndaşlarının etimadını və itaətliyini təmin etmək üçün onların psixoloji reaksi-
yalarına fikir verməyi tövsiyə edirdi. Makiavelli də hökmdarlıq psixologiyasının inkişafına öz
tövsiyəsini vermişdir.

17
Müasir psixoloji yanaşma çoxvariantlıdır. Burada mühüm yerlərdən birini əsası məşhur
psixoloq Ziqmund Freyd tərəfindən qoyulmuş psixoanaliz tutur. Psixoanaliz psixoloji tədqiqat-
ların mərkəzinə şüursuz psixi prosesləri və səbəbləri qoyur. Psixoanalizə əsasən, insanın həya-
tında baş verən affektiv (həyəcan xarakterli) təəssüratlar onun psixikasında qalır. Bu təəssüratlar
psixikanın şüursuz sferasına keçərək insanın fəaliyyətinə, o cümlədən siyasi fəaliyyətinə aktiv
təsir göstərir. Psixoanalizin vasitəsilə siyasi fəaliyyətin müxtəlif növlərini izah etmək müm-
kündür. Məsələn, şəxsi keyfiyyətsizlik, çatışmazlıqların müxtəlif növləri, daxili gərginlik his-
lərini ram etmək məqsədilə hakimiyyəti əldə etmək istəyən şəxsiyyətin avtoritar tipini psixo-
analizin köməkliyi ilə rasional cəhətdən izah etmək olar.
Psixoloji yanaşma siyasi həyatın ən mühüm aspektlərindən birini izah etməyə imkan verir.
Onun digər bir növü sosial-psixoloji metoddur. Sosial-psixoloji metod fərdlərin siyasi davra-
nışını, onların sosial qruplara daxil olmalarından asılılığını müəyyən edir. Bundan başqa o, sosial
qrupların (kiçik qruplar, kütlə, etnoslar, siniflər) müxtəlif psixoloji xüsusiyyətlərini öyrənir.
Fəaliyyət metodu
Beynəlxalq münasibətlərin, beynəlxalq siyasətin dinamik təsvirini fəaliyyət metodu verir.
O, beynəlxalq münasibətlər sahəsindəki fəaliyyəti ardıcıl mərhələləri olan silsilə proses kimi
nəzərdən keçirir: fəaliyyətin məqsədlərinin müəyyən edilməsi və qərarların qəbul olunması; qə-
bul olunmuş qərarların həyata keçirilməsi məqsədilə işin təşkil olunması; fəaliyyətin tən-
zimlənməsi; məqsədlərin həyata keçirilməsinin uçotu və bu işə nəzarət; əldə olunan nəticələ- rin
təhlili və yeni məqsəd və məsələlərin qoyuluşu.
Fəaliyyət metodu beynəlxalq münasibətlər və xarici siyasət sahəsində qərarların qəbul
olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu sahədə qərarların qəbul olunması bir proses kimi
özünü göstərir. Proses isə öz növbəsində hazırlıq, qəbul və icra mərhələlərindən ibarət olur.
Tənqidi – dialektik metod
Bir çox alimlərin fikrincə, tənqidi–dialektik metod fəaliyyət metodunun özünəməxsus inki-
şaf və konkretləşdirmə formasıdır. Bu metod siyasətin tənqidi təhlilini, onun daxili ziddiy-
yətlərinin, siyasi dəyişikliklərin hərəkətverici qüvvələrinin müəyyən edilməsini qarşı- sında
məqsəd kimi qoyur. Tənqidi–dialektik metoddan siyasətin marksist təhlilində, neomarksizmdə,
solçu liberal və sosial demokratik fikirdə və digər siyasi fikir cərəyanlarında geniş şəkildə
istifadə edilir.
İctimai-siyasi fikir sahəsində plüralizmin bütün tərəfdarları tənqidi–dialektik metoda yük-
sək qiymət verirlər, çünki plüralizm ziddiyyətlər prinsipinə, müxtəlif ideyaların, siyasi, iqtisadi
və mədəni institutların, fərdlərin və qrupların rəqabətinə əsaslanır. Bu metod konfliktologiya fən-
nində aparıcı metoddur.
Müqayisə (komparativist) metodu
Müqayisə metodu, demək olar ki, bütün ictimai elmlərdə ge- niş tətbiq edilir. Artıq Platon,
Aristotel və antik dünyanın digər mütəfəkkirləri bu metoddan geniş şəkildə istifadə edirdilər.
Müqayisə metodunu ictimai elmlərə, xüsusilə sosiologiyaya ilk dəfə Ogüst Kont (1798-1857)
daxil etmişdir. Müqayisə metodu beynəlxalq münasibətlər sahəsinə aid olan eyni tipli hadisələrin
müqayisəsini nəzərdə tutur. Belə müqayisənin məqsədi müqayisə edilən hadisələrə xas olan
oxşar və fərqli cəhətləri müəyyən etmək və bunun vasitəsilə tövsiyə xarakterli ideyaları irəli
sürərək hadisələrin optimal idarə olunmasına nail olmaqdır. Bu metodun beynəlxalq
münasibətlər sahəsində tətbiq edilməsi tədqiqatçının dünyagörüşünü genişləndirir, başqa
xalqların və dövlətlərin təcrübəsindən səmərəli şəkildə istifadə etməyə imkan verir.
Tarixi metod
Tarixi metod bütün ictimai elmlərdə geniş şəkildə tətbiq edilir. Bu metod tədqiq olunan

18
obyektlərin zaman etibarilə ardıcıllıqla öyrənilməsini tələb edir. O, keçmişin, indiki zamanın və
gələcəyin əlaqəsinin müəyyən edilməsini nəzərdə tutur. BMN-də tarixi metodun tətbiq edilməsi
beynəlxalq münasibətlər sahəsinə aid olan hadi- sələrin meydana gəlməsinin, formalaşmasının və
inkişafının təhlil edilməsini nəzərdə tutur.
Beynəlxalq münasibətlərin hər bir nəzəri məktəbi üçün yuxarıda təqdim etdiyimiz ümumi
metodların hər biri eyni əhəmiyyətə malik deyil. Müəyyən fikir cərəyanlarında, nəzəriyyələrdə
bu metodlardan birinə və ya bir neçəsinə üstünlük verilir. Həmçinin bu metodlardan bəziləri
müəyyən fikir cərəyanlarında, nəzəriyyələrdə tətbiq edilmir. Bundan başqa, bu və ya digər
metodun tətbiq edilməsi həll olunacaq məsələnin məzmunundan, tədqiqatçının subyektiv
fikrindən asılıdır.
İndi isə BMN fənninin tətbiqi metodlarını nəzərdən keçirək.
Tətbiqi metodlar
Yuxarıda qeyd olunduğu kimi, BMN fənninin tətbiqi metodları fənnin tətbiqi sahəsinə aid
olan konkret məsələlərin tədqiq olunmasına və onların həlli yollarının müəyyən edilməsinə
yönəlmişdir.
Ədəbiyyatda tətbiqi metodları üç böyük qrupa bölürlər: situasiyanın təhlili metodları, eks-
plikativ metodlar və proqnoz metodları. Bu bölgünün əsasında tətbiq edilən metodların yerinə
yetirdikləri funksiyalar durur. Məsələn, situasiyanın təhlili metodları, adından göründüyü kimi,
beynəlxalq aləmdə baş verən hadisələr haqqında məlumatın əldə olunmasını nəzərdə tutur.
Eksplikativ metodlar situasiyanın təhlili metodlarından fərqli olaraq hadisələri daha dərindən
tədqiq edir. Proqnoz metodları isə hadisələrin tədqiqi ilə kifayətlənmir. Burada tədqiq olunan
konkret məsələlərin həlli yollarının müəyyən edilməsinə xüsusi fikir verilir.
Situasiyanın təhlili metodları
Situasiyanın təhlili metodlarına müşahidə, sənədlərin öyrənilməsi və müqayisə daxildir.
Müşahidə
Müşahidə BMN fənninin bir tətbiqi metodu kimi tədqiq olunan obyekt haqqında ilkin
məlumatın alınmasına yönəlmişdir. Bir qayda olaraq müşahidə zamanı subyekt obyektin inkişa-
fına müdaxilə etmir. Müşahidə zamanı texniki vasitələrdən istifadə olunub-olunmamasından asılı
olaraq müşahidə bilavasitə və instrumental ola bilər. İnstrumental müşahidələrdən fərqli olaraq
bilavasitə müşahidələrdə subyekt obyekt haqqında məlumatı heç bir texniki cihazdan (televizor,
radio, internet) istifadə etməyərək əldə edir. Subyekt obyekt haqqında bilikləri dolayısı yolla da
(məsələn, müsahibə və ya anket sorğusu yolu ilə) əldə edə bilər. Belə müşahidəni dolayısı
adlandırırlar. Bundan başqa müşahidə faktların “açıq” təsdiq etmə şəklində (məsələn, kənardan
müəyyən hadisələrin inkişafının və ya qəbul olunmuş bu və ya digər qərar nəticəsinin izlənil-
məsi) və “daxil olunan müşahidə” formasında (məsələn, tədqiqatçının müəyyən diplo-matik
danışıqlar, hərbi münaqişələr və başqa bu kimi beynəlxalq münasibətlər sahəsində baş verən
hadisələrin iştirakçısı olması) ola bilər. Lakin qeyd etməliyik ki, müşahidə bəzi hallarda tam və
obyektiv məlumatın əldə olunmasına imkan vermir. Bu, obyektin tədqiq olunmasına subyektin
qərəzli yanaşması, bir də tədqiqat zamanı müşahidə vasitələri kimi istifadə edilən texniki ava-
danlıqların nasazlığı ilə izah olunur.
Sənədlərin öyrənilməsi
Sənədlərin öyrənilməsi metodunun mahiyyəti, adından göründüyü kimi, mövcud sənəd-
lərdən, mənbələrdən (qəzet, jurnal, statistik məlumat kitabçaları, audio-video materiallar, İnternet
materialları, rəsmi sənədlər, qeyri-rəsmi mənbələr, müəyyən hadisələrin iştirakçılarının xatirə-
ləri) biliyin əldə olunmasındadır. Tədqiqatçı onu maraqlandıran məsələlərə dair bu mən-
bələrdən məlumat əldə edir. Müşahidədən fərqli olaraq sənədlərin öyrənilməsi zamanı subyekt

19
beynəlxalq aləmdə baş verən hadisələrin aktiv və ya passiv iştirakçısı olmur, yəni o, bu və ya
digər hadisəni öyrənmək üçün onun şahidi olmaq məcburiyyətində olmur. Nəticədə hadisələrin
daha dərin təhlil olunması üçün əlverişli şərait yaradılır. Belə ki, subyekt əldə etdiyi məlumatı
əsaslı şəkildə təhlil etmək imkanı qazanır. Son zamanlar İnternet vasitəsilə dövlətlərin müxtəlif
göstəricilərini, fəaliyyət sahələrini əks etdirən məlumat Dünya Bankı, Beynəlxalq Valyu- ta
Fondu, Freedom House və bu kimi beynəlxalq təşkilatların və bir çox inkişaf etmiş demokratik
dövlətlərin tərtib etdikləri veb səhifələrdə geniş təqdim edilmişdir. Bununla bərabər bəzi
dövlətlər, xüsusilə “qapalı” avtoritar dövlətlər çalışır ki, onlar haqqında geniş ictimaiyyətə məlu-
matlar çatmasın. Belə olan hallarda sənədlərin öyrənilməsi bir metod kimi öz əhəmiyyətini itirir.
Bu metoddan səmərəli istifadə etməyi əngəlləşdirən başqa bir problem sənədlərin əldə olunması,
istifadə edilməsi və qorunması ilə bağlı olan maliyyə xərcləridir.
Müqayisə
Müqayisə situasiyanın təhlilində bir metod kimi mühüm rol oynayır. Bu metodun mahiy-
yəti tədqiq olunan iki və daha çox obyektə xas olan oxşar və ya fərqli cəhətlərin müəyyən
edilməsindədir. Müqayisə elmi biliyin mühüm mərhələsi olan ümumiləşdirmənin vacib şərtidir.
Bundan başqa müqayisə analogiya üzrə əqli nəticələrdə də əhəmiyyətli rol oynayır.
Müqayisə beynəlxalq münasibətlərdə istifadə edilən ən səmərəli metodlardan biridir.
Dövlətlərin və onların ayrı-ayrı əlamətlərinin (məsələn, siyasi rejim, iqtisadi inkişaf səviyyəsi,
əhali, ərazi, hərbi potensial və s.) müqayisəli təhlili beynəlxalq münasibətlər elmində kəmiyyət
metodlarından geniş istifadə edilməsinə təkan verir. BMN fənnində müqayisə metodunun tətbiqi
nəticəsində dövlətin beynəlxalq aləmdə davranışına onun bu və ya digər əlamətinin təsirini
müəyyən etmək mümkündür. Məsələn, dövlətin demokratik üsul-idarəsinin onun sülhsevər xarici
siyasət aparmasına təsir etməsi haqqında müddəanı bir neçə dövlətləri bir-birilə müqayisə
etməklə əldə etmək olar. Lakin müqayisə metodu empirik xarakter daşıdığı üçün bəzən müqayisə
müəyyən obyektiv səbəblərə görə bütün dövlətləri əhatə etmir. Buna görə də onun tətbiqi yolu ilə
alınan nəticə ehtimali xarakter daşıyır.
Eksplikativ metodlar
Qeyd olunduğu kimi, eksplikativ (“explikatio” latınca – izah) metodlar beynəlxalq müna-
sibətlər sahəsində baş verən hadisələrin daha dərindən tədqiq edilməsinə köməklik edir. Eksp-
likativ metodlar əsasən bu hadisələri izah edir. BMN-də eksplikativ metodların sırasında kon-
tent–analiz, ivent–analiz, koqnitiv kartlaşma və eksperiment ən geniş yayılmış metodlardır.
Kontent – analiz (məzmunun təhlili) metodu
Bu metodun mahiyyəti yazılı və ya şifahi mətndə müəyyən söz və ya söz birləşməsini tap-
maqla onun məzmununun öyrənilməsindədir. Daha konkret desək, əvvəlcə bir neçə yazılı və ya
şifahi mətndə bu və ya digər obyekt üçün mühüm əhəmiyyət kəsb edən söz və ya söz birləşməsi
tapılır. Sonra bu söz və ya söz birləşməsinin işlədilməsi baxımından tədqiq olunan mətnlər
müqayisə olunur. Bu söz və ya söz birləşməsinin hansı mətndə olması yaxud daha çox olması hə-
min mətnin müəyyən obyektə aid olmasını göstərir. Məsələn, kontent – analiz metodu vasitəsilə
siyasi partiyaların nizamnamələrini təhlil etməklə onların bu və ya digər ideologiyaya mənsub
olmalarını müəyyən etmək olar. Yaxud hansısa dövlət başçısının müxtəlif vaxtlarda etdiyi çıxış-
larını müəyyən söz və ya söz birləşməsinin işlədilməsi baxımından müqayisə edərək onun
baxışlarında müvafiq dəyişikliklərin olmasını göstərmək olar. Bununla belə qeyd etmək lazımdır
ki, kontent – analiz metodu bir tədqiqat metodu kimi bəzi hallarda öz əhəmiyyətini itirir.
Məsələn, əgər dövlət xadiminin dedikləri və/və ya yazdıqları ilə əməlləri uyğun gəlmirsə, yəni o,
çıxışlarında və/və yaxud yazdıqlarında öz həqiqi mövqeyini, fikirlərini gizlədirsə, bu halda
kontent – analiz metodunun tətbiqi səmərəsiz olur.

20
İvent – analiz (hadisənin təhlili) metodu
Bu metod “kim”, “nə vaxt”, “kimə” münasibətdə “nə” deyir, yaxud edir məlumatının təhlil
edilməsinə yönəlmişdir, Amerikalı tədqiqatçılar B.Rasset və H.Starr müvafiq göstəricilərin sis-
temləşdirilməsini və təhlilinin aşağıdakı xüsusiyyətlər üzrə aparırlar: 1) subyekt – təşəbbüsçü
(kim); 2) süjet və ya problem (“issue-area”) (nə); 3) subyekt – hədəf (kimə münasibətdə) və 4)
hadisənin tarixi (nə vaxt). Bu şəkildə sistemləşdirilmiş hadisələr elektron – hesablayıcı maşınlar
vasitəsilə təhlil olunur. Bu metodun səmərəliliyi təhlil olunan göstəricilərin çoxluğundan asılıdır,
yəni təhlildə nə qədər çox göstərici istifadə edilsə, iventanaliz metodunun tətbiq olunmasının
səmərəliliyi bir o qədər də çox olacaqdır. Bu metoddan istifadə edən elmi-tətbiqi layihələr tədqiq
olunan davranış növü, tədqiq olunan siyasi xadimlərin sayı, istifadə olunan mənbələrin sayı, baş-
qa göstəricilər üzrə bir-birindən fərqlənirlər.
Koqnitiv (idraki) xəritələşmə metodu
Bu metodun mahiyyəti ondan ibarətdir ki, o, siyasi xadim tərəfindən bu və ya digər siyasi
problemin necə dərk edilməsini müəyyən edir. Burada siyasi xadimin böhran situasiyalarına
reaksiyasına, sabit siyasi durumda onun mümkün davranış nümunələrinə, tərcümeyi-halına və
siyasi xadimlə bağlı olan digər məlumatlara xüsusi fikir verilir. Bütün bu məlumatlar siyasi
xadimin qəbul etdiyi qərarları izah etməyə köməklik edir.
Bəzən siyasi xadim qərar qəbul edəndə onu əhatə edən gerçəkliyə deyil, bu gerçəkliyə
özünün subyektiv münasibəti prizmasından yanaşmasına arxalanır. Başqa sözlə desək, siyasi
xadimin qəbul etdiyi qərarlara bəzən onun gerçəkliyə uyğun gəlməyən təsəvvürləri təsir göstərir.
Nəticədə qarşıda qoyulan vəzifələr əldə olunmur və problemlər həll edilmir. Yanlış təsəvvürlərə
arxalanan siyasi xadim, bir tərəfdən, onun baxışlarına zidd olan hər hansı bir vacib məlumata
lazımi qiymət vermir, digər tərəfdən isə mühüm olmayan hadisələrə həddindən artıq önəm verir.
Koqnitiv xəritələşmə metodunun əsas məqsədi siyasi xadimin bu və ya digər siyasi problemi
necə dərk etməsini müəyyən etməkdir. Bu metod siyasi xadimin gerçəkliyi necə dərk etməsini
açıqlayaraq onun qəbul etdiyi qərarın səbəbini izah edir, yəni məlum faktlara arxalanaraq yeni
bilik əldə olunur. Lakin bəzən mövcud məlumatın həqiqiliyi şübhə altında olduğuna görə əldə
olunan bilik gerçəkliyi düzgün əks etdirmir.
Eksperiment
Eksperiment digər eksplikativ metodlardan fərqli olaraq tədqiq olunan obyektin gedişatına
müdaxilə etməyi nəzərdə tutur. Eksperiment zəruri şərtlərin yaradılmasına maneçilik törədən
bütün təsirlərin və faktorların aradan götürülməsini, müxtəlif vasitələrlə obyektin təsbit olunma-
sını, müvafiq texniki qurğularla müşahidənin və ölçünün aparılmasını ehtiva edir.
Təbiət elmlərində eksperiment nəzəri fərziyyələrin, nəticələrin və müddəaların yoxlanıl-
ması məqsədilə süni şərait yaradır. İctimai elmlərdə isə o, əsasən “xəyali” formada çıxış edir.
“Xəyali eksperiment” “mövcud durumda müəyyən səbəblərə görə olmayan bəzi şəraitləri
yaratmaq mümkün olsaydı bu hadisələrin inkişafı necə olardı?” məsələsini müzakirə edir. İctimai
elmlərdə, o cümlədən BMN fənnində eksperimentin daha geniş yayılmış növlərindən biri də
imitasiya təqlid oyunlarıdır. İmitasiya oyunları tədris zamanı interaktiv metodlardan geniş isti-
fadə edilməsində mühüm rol oynayır.
İmitasiya oyunlarının tədris zamanı tətbiq edilməsi tələbələrin fəallığını artıraraq keçirilən
mövzunun yaxşı qavranılmasına kömək edir. İmitasiya oyunları əvvəlcədən tərtib edilmiş ssena-
riyə uyğun müəyyən rolların (məsələn, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən
aktorların rolları) icra olunması ilə bağlıdır. Oyun zamanı hər bir iştirakçı oyunun rəhbəri
tərəfindən nəzarət edilən oyun şərtlərinə ciddi əməl etməlidir. Məsələn, hər bir rolu ifa edən
oyunçunun (tələbə) gerçəklik haqqında tam məlumatı olmalıdır. O, bu məlumata əsasən qərar

21
qəbul etməli və fəaliyyət göstərməlidir.
Əks halda bu oyun özünün idraki əhəmiyyətini itirəcəkdir.
Proqnoz metodları
Proqnoz metodları situasiyanın təhlili və eksplikativ metodlardan fərqli olaraq beynəlxalq mü-
nasibətlər sahəsində baş verən hadisələrin mövcud durumu ilə bərabər onun gələcək durumunu,
inkişaf perspektivlərini də müəyyən edir. Beynəlxalq münasibətlərdə tətbiq edilən ən geniş proqnoz
metodlarının sırasında delfi metodu, ssenarilərin qurulması, sistemli yanaşma və modelləşdirməni
göstərmək olar.
Delfi metodu
Bu metodun mahiyyəti müstəqil ekspertlər tərəfindən müəyyən bir problemin əsaslı şəkildə
təhlil olunmasıdır. Bir neçə ekspert eyni problemi ayrı-ayrılıqda təhlil edib əldə etdikləri nəticəni
mərkəzə təqdim edir. Mərkəz bu ekspertlərdən aldığı cavabları ümumiləşdirdikdən və sistemləş-
dirdikdən sonra onları yenidən ekspertlərə qaytarır. Bu əməliyyat bir neçə dəfə davam etdirilə bilər.
Ssenarilərin qurulması
Bu metoda əsasən tədqiq olunan hadisənin mümkün inkişafının ideal (xəyali) modeli
ssenari formasında irəli sürülür. Mövcud situasiyanın təhlili əsasında onun sonrakı inkişafına dair
fərziyyələr təqdim olunur.
Sistemli yanaşma
Sistemli yanaşmanın bir proqnoz metodu kimi mahiyyətini açmaq üçün “sistem” anlayışını
nəzərdən keçirmək lazımdır. Sistem anlayışından bir çox beynəlxalq münasibətlər nəzəriyyə-
lərində istifadə edilir.
Modelləşdirmə
Modelləşdirmə bir proqnoz metodu kimi beynəlxalq münasibətlərin tədqiq olunmasında
geniş tətbiq edilir. Bu metodun mahiyyəti sistem kimi çıxış edən süni, ideal, təsəvvür olunan
obyektlərin, situasiyaların qurulması ilə bağlıdır. Sistemin elementləri və münasibətləri real bey-
nəlxalq münasibətlər sistemində olan hadisələrin və proseslərin elementlərinə və münasibətlərinə
uyğun gəlir. Modelləşdirmə müəyyən qaydalar üzrə tədqiq olunan obyektin bənzərində onun
əlamətlərinin əks olunmasıdır. Obyektin bənzəri model adlanır. Modelin qurulması üçün tədqiq
olunan obyektin və modelin əla- mətləri və prosesləri arasında müəyyən oxşarlığın olması
vacibdir.

2.3 Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin funksiyaları.

BMN fənni dövlətlərin, beynəlxalq təşkilatların, transmilli şirkətlərin, ictimai biliklərin,


qeyri-hökumət təşkilatlarının və digər aktorların müxtəlif sahələrdəki fəaliyyətini tədqiq edərək
real gerçəkliyin obyektiv əlaqələrini və qanunauyğunluqlarını əks edir. Əldə olunan biliklər elmi
status alaraq bu sahədə dünyagörüşümüzün formalaşmasına kömək edir. Bundan başqa BMN
beynəlxalq həyatda mövcud olan problemlərin həlli yollarının tapılmasında iştirak edir. Bununla
o, müəyyən funksiyalar yerinə yetirir. BMN fənninin əsas funksiyaları bunlardır: idraki, proq-
nozlaşdırıcı, idarəedici və ideoloji.
Ümumiyyətlə hər hansı bir fənnin metodları ilə onun funksiyaları arasında sıx əlaqə vardır.
Daha konkret desək, fənnin metodları onun funksiyalarını müəyyən edir. Buna görə də biz deyə
bilərik ki, BMN fənninin yuxarıda haqqında danışdığımız metodları onun funksiyalarını müəy-
yən edir.
İdraki funksiya
BMN fənninin idraki funksiyası beynəlxalq münasibətlər sisteminin mahiyyəti, qanunauy-

22
ğunluqları, onun hərəkətverici qüvvələri, aktorların fəaliyyəti haqqında biliklərimizi artırır.
İdraki funk siyanın həyata keçirilməsində müşahidə, sənədlərin öyrənilməsi, müqayisə, kontent –
analiz, ivent – analiz, koqnitiv xəritələşmə kimi metodlardan geniş istifadə olunur. Empirik
tədqiqatlar beynəlxalq münasibətlər sistemi haqqında yeni əsaslandırılmış biliklərin üstün-
lüyünü təmin edir. Bu, əsasən, beynəlxalq münasibətlər sahəsində yeni faktların və inkişaf istiqa-
mətlərinin aşkar olunması və təhlili ilə həyata keçirilir. Nəticədə beynəlxalq münasibətlər
sahəsində baş verən hadisələrin, proseslərin dərk olunması üçün əlverişli şərait yaradılır. Burada
situasiyanın təhlili və eksplikativ metodlarla yanaşı analiz, sintez, analogiya, induksiya, deduk-
siya kimi ümumməntiqi metodlar mühüm idraki rol oynayır.
Proqnozlaşdırıcı funksiya
Beynəlxalq münasibətlər sahəsində baş verən konkret hadisələr obyektiv və subyektiv
göstəricilərdə öz əksini tapır. Tədqiqatçı məlumatı hər iki göstəricilərdə əldə edir. Obyektiv
göstəricilərdə olan məlumat rəsmi statistikada əks olunur. Beynəlxalq münasibətlər sisteminin
müxtəlif tərəflərini əks etdirən soraq kitabçaları, müxtəlif təşkilatların tərtib etdikləri internet
səhifələri statistik məlumatların təqdim olunması baxımından proqnozlar onların aid olduğu öl-
kənin maraqlarına uyğun gəlir. Arzu olunmayan proqnozlar isə, əksinə, bu maraqlara zidd olur
(məsələn, ölkənin qonşu dövlətlə iqtisadi əlaqələrinin pisləşməsinə dair proqnoz). Təbiidir ki, bu
və ya digər ölkədə bütün səylər arzu olunan proqnozların reallaşmasına, arzu olunmayan proq-
nozların isə qarşısının alınmasına yönəlmişdir. Bu işlərin həyata keçirilməsi isə BMN-nin
idarəedici funksiyası ilə bağlıdır.
İdarəedici funksiya
BMN fənninin idarəedici funksiyası idraki və proqnozlaşdırıcı funksiyanın məntiqi
davamıdır. O, idraki və proqnozlaşdırıcı funksiyanın həyata keçirə bilmədikləri işlərin yerinə
yetirilməsinə yönəlmişdir.
BMN-nin idarəedici funksiyası ilk növbədə empirik məlumatın əldə olunması və təhlilində,
konkret idarəedici qərarların və tövsiyələrin irəli sürülməsində özünü göstərir. Xarici siyasətin
həyata keçirilməsi üçün dövlət başçılarına dolğun məlumat, onun əsaslı təhlili və təhlil əsasında
irəli sürülən tövsiyələr lazımdır. Ümumiyyətlə hər bir fəaliyyətin səmərəli idarə olunması və mü-
vafiq qərarların hazırlanması üçün mövcud şəraitin dərindən təhlil edilməsi müxtəlif qüvvələrin,
faktorların (siyasi, coğrafi, iqtisadi, hərbi, mədəni və s.) düzgün dəyərləndirilməsi və arzu olunan
proqnozların reallaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi vacibdir.
BMN-nin idarəedici funksiyası ondan ibarətdir ki, fənnin tətbiqi hissəsi beynəlxalq aləmdə
baş verən hadisələrin idarə olunması üçün praktiki tövsiyələrin hazırlanmasında bilavasitə iştirak
edir. BMN fənnində praktiki tövsiyələr obyektiv və subyektiv qruplara bölünür. Birinci qrupa
insan fəaliyyətinin obyektiv şəraiti daxildir. Tədqiqatçı, qərar qəbul edən şəxs (siyasi lider, hərb-
çi və s.) tədqiqat və ya kəşfiyyat zamanı əldə edilən konkret məlumata əsaslanaraq obyektiv
şəraitin beynəlxalq münasibətlər sisteminə təsirini təhlil edir. Məlumat təhlil ediləndən sonra
hadisələrin inkişaf meylləri müəyyən edilir: faktdan, konkret hadisədən ümumiləşdirməyə doğru
istiqamət götürülür. Sonra fənnin nəzəri səviyyəsi üçün tövsiyələr irəli sürülür. Tövsiyələrin
keyfiyyəti hazırlıq səviyyəsindən, onun təhlil etmək səriştəsindən, bir sözlə məsələnin subyektiv
tərəfindən asılıdır. Bundan başqa faktorların subyektiv qrupuna maraqlar, məqsədlər, ideoloji və
dünyagörüşü xarakterli mövqelər də daxildir. Proqnozlaşdırılmış qərardan əldə olunan nəticənin
uyğunsuzluğunun dərəcəsini bilmək üçün faktorların subyektiv qrupuna daxil olanları bilmək
vacibdir.
İdeoloji funksiya
Nəhayət, BMN fənninin ideoloji funksiyası da vardır. Ümumiyyətlə BMN fənninin ideoloji

23
funksiyası dedikdə onun konkret nəzəri müddəalarının müəyyən qrupların maraqlarına xidmət
etməsi nəzərdə tutulur. Bu dərs vəsaitinin giriş hissəsində qeyd olunduğu kimi, keçmiş Sovet
İttifaqında BMN fənni bir neçə ali məktəb istisna olmaqla tədris olunmurdu və bu sahədə
aparılan elmi tədqiqatlar ciddi dövlət nəzarəti altında idi. Bu onunla izah olunurdu ki, BMN fənni
Sovet dövləti və kommunist partiyası rəhbərliyi tərəfindən inkişaf etmiş ölkələrin təcavüzkar
siyasətinə bəraət qazandıran elmə zidd olan bir bilik sahəsi kimi qələmə verilirdi.

2.4 Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin əsas inkişaf mərhələləri.

Kennes Tomsona görə, beynəlxalq siyasət fənninin öyrənilməsinin dörd mərhələsi


olmuşdur.
I. mərhələ Birinci Dünya müharibəsinin sonunadək olan bir müddəti əhatə edir. Bu müddət
ərzində beynəlxalq münasibətlər təsviredici və xronoloji şəkildə təqdim olunurdu. Diplomatiya
tarixçiləri hadisələri təsvir edərək onlardan beynəlxalq münasibətlərin indiki və ya gələcək
durumunu anlamaq üçün istifadə etmirdilər.
II. mərhələdə (Birinci Dünya müharibəsindən sonra) tədqiqatçılar cari hadisələri şərh edərək
onların bilavasitə əhəmiyyətini açıqlayırdılar. Lakin tədqiq olunan cari hadisələr keçmişdə baş
vermiş analoji problemlərlə tutuşdurulmurdu. Nəticədə beynəlxalq münasibətlərə inteqral
(bütöv) baxış yaratmaq mümkün olmurdu. Bir sözlə, beynəlxalq sahədə baş verən hadisələr izah,
təhlil olunsa da I mərhələyə xas olan xronoloji yanaşma nəzərdən qaçırılırdı.
III. mərhələ ərzində (XX əsrin 30-cu illəri) beynəlxalq hüquq və beynəlxalq təşkilat bey-
nəlxalq münasibətlərin institutlaşmasını vurğuladı. Belə bir fikir formalaşmağa başladı ki,
beynəlxalq təşkilatlar vasitəsilə mövcud beynəlxalq problemlər həll olunacaqdır. Beynəlxalq
münasibətlər sahəsində aparılan tədqiqatlar beynəlxalq hüquq və beynəlxalq təşkilatlar möv-
zuları üzrə aparılmağa başlandı. Beynəlxalq situasiyanın pisləşməsi, İkinci Dünya müharibəsinin
başlanması III mərhələdəki yanaşmanın uyğunsuzluğunu göstərdi. Beynəlxalq münasibətlərin
öyrənilməsi üçün yeni yanaşmaya ehtiyac olduğu müəyyən olundu. Tədqiqatçılar diqqətlərini
beynəlxalq hüquq və beynəlxalq təşkilatlardan dövlətlərin davranışlarını müəyyən edən
faktorlara yönəltdilər. Əgər II və III mərhələlərdə beynəlxalq münasibətlərin diqqət mərkəzində
Millətlər Liqası dururdusa, IV mərhələdə beynəlxalq münasibətlər dünya siyasətinin çərçivəsində
öyrənilirdi.
İkinci Dünya müharibəsindən sonra beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin
inkişaf mərhələsi fundamental nəzəriyyələrin yaranması ilə müşahidə olunur.
“Soyuq müharibənin” başa çatması, dünya kommunist sisteminin dağılması, bir tərəfdən,
qloballaşmanın sürətlənməsindən, digər tərəfdən, BMN fənninin yeni mərhələsinin başlanma-
sından xəbər verir. Bu mərhələnin mahiyyətindən indi danışmaq bir qədər tezdir, çünki onun əsas
xüsusiyyətləri hal-hazırda tədqiq olunur. Bununla belə yeni mərhələyə xas olan əsas əlamət-
lərdən biri odur ki, bu mərhələdə beynəlxalq münasibətlərin öyrənilməsinin əvvəlki yanaşmaları
tətbiq edilir.
Beləliklə, BMN fənninin predmetinə dair müxtəlif fikirlər olsa da, aşağıdakı ümumi fikri
qeyd etmək olar. BMN fənni interdissiplinar (fənlərarası) bir elm, bilik sahəsidir. O, fəlsəfə,
tarix, hüquq, iqtisadiyyat, politologiya, sosiologiya və s. kimi elmlərdən bəhrələnir. Onun inki-
şafı empirik faktlara və abstrakt təfəkkürə (analiz, sintez, müqayisə, mücərrədləşdirmə, model-
ləşdirmə) arxalanır. BMN fənninin əsas məqsədi ölkələrin xarici siyasətini, beynəlxalq təşki-
latların, qeyri-hökumət təşkilatların (QHT) və transmilli şirkətlərin (TMŞ) beynəlxalq sistemdə
rolunu tədqiq edərək xalqlar və ölkələr arasında müharibənin qarşısını almaq və siyasi, iqtisadi,

24
sosial, mədəni əlaqələri inkişaf etdirməkdir.
BMN fənninin məzmunu meydana gəldiyi vaxtdan indiyədək nəzəri məsələlərin zənginliyi
ilə fərqlənir. Münaqişə və müharibənin əsas problem kimi qalmasına baxmayaraq, BMN fən-
ninin tədqiqat predmetinə bir çox hadisələr daxil olmuşdur. Yeni dövrdə (1990-cı illərdən sonra)
fənnin mahiyyətinə dair erkən yanaşmalar bir-biri ilə ziddiyyət təşkil edən nəzəri yanaşmalarla
əvəz olundu.

Mövzu 3.Liberalizm Nəzəriyyəsi.

3.1 Liberalizm nəzəriyyəsinin əsas müddəaları.


3.2 Beynəlxalq Siyasətin Liberal konsepsiyasının üstünlükləri.
3.3 Liberalizm nəzəriyyəsi qloballaşma dövründə.
3.4 Liberalizmin iqtisadi nəzəriyyəsi.
3.5 Liberalizmdə sərbəst ticarət. Neoliberalizm.

3.1 Liberalizm nəzəriyyəsinin əsas müddəaları.

XVIII-XIX əsrlərdə liberallar müharibə ilə kommersiyanı bir-birinə qarşı qoyurdular. Mü-
haribələrin əksəriyyəti dövlətlərin merkantilist məqsədlərinə nail olmaq üçün aparılırdı. Lakin
sərbəst ticarət var-dövlətə nail olmaq üçün daha səmərəli və dinc vasitə idi, çünki Rikardonun
nisbi üstünlük nəzəriyyəsinə görə, hər bir iqtisadiyyat millətçilik və avtarkiyadan əl çəksə, onun
maddi vəziyyəti yaxşılaşa bilər. Həmçinin sərbəst ticarət dövlətlərarası ayrılığı aradan götürərək
fərdləri bir icmada birləşdirəcəkdir. Ticarətə qoyulan süni maneələr fərdlər arasında münasibət-
ləri və baxışları pisləşdirərək beynəlxalq münaqişəyə səbəb olur. Sərbəst ticarət isə xalqlar
arasında əlaqələri genişləndirərək dostluğa və qarşılıqlı anlaşmaya şərait yaradır. Kantın fikrincə,
xalqlar arasında ticarət onları birləşdirir, sülhsevər xalqın gücünü və sərvətini artırır, müxtəlif
xalqlara sülhün vacibliyini anladır. Rikardo da inanırdı ki, sərbəst ticarət xalqların universal
cəmiyyətini yaradır. Adam Smit və Tom Peynin fikrincə, əmtəənin, kapitalın və əməyin sərbəst
hərəkəti münaqişələrin qarşısını ala bilər. Con Stüart Mill də bu cür fikirlərlə razılaşırdı. Ticarət
xalqlar arasında qarlılıqlı asılılıq əlaqələri yaradır. Bu isə xalqlar arasında anlaşmaya səbəb
olaraq münaqişənin qarşısını alır. Liberallara görə, sərbəst ticarət milli dövlətlərin milli ambisi-
yalarının qarşısını alaraq kosmopolitizmin yayılmasına şərait yaradır. O, xalqları bir-birindən elə
asılı edir ki, onlar müharibələr və hərbi büdcələr haqqında heç düşünmür. İmperializm və
avtarkiya mürtəce qüvvələrin işidir və müharibələrin bilavasitə səbəbidir. Sərbəst ticarətin xeyri
başqa ölkənin ərazisini zəbt etməkdən daha üstündür. Sərbəst ticarət və kommersiya üçün
maneələrin aradan götürülməsi müasir qarşılıqlı asılılıq nəzəriyyəsinin əsasını təşkil edir. Re-
gional iqtisadi inteqrasiyanın Avropada yaranması belə bir liberal fikrə əsaslanırdı ki, dövlət-
lərarası münaqişə ehtimalı region ölkələri arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində
ümumi marağın yaranması ilə azaldılacaqdır. Bu, aralarındakı problemləri tarixən hərbi yolla
həll edən Almaniya və Fransanı iqtisadi və siyasi bir təşkilatda əməkdaşlıq etməyə sövq edə-
cəkdir. Nəticədə Almaniya və Fransa bir-birinin iqtisadi inkişafında maraqlı olacaqdır. Avropa
Birliyi liberalların bu fikrinin gözəl nümunəsidir. Beynəlxalq təşki- latlara üzv olmaqla dövlətlər

25
maraqlarını genişləndirir və əməkdaşlıq edirlər. Bu təşkilatların qanunlarına, qaydalarına tabe
olaraq dövlətlər öz milli maraqlarını və suverenliklərini arxa plana çəkir.
Riçard Rozenkrans “Ticarət edən dövlətin inkişafı” (“The rise of the trading state”) adlı
əsərində qeyd edir ki, qarşılıqlı iqtisadi asılılığın artması ərazinin işğalının dəyərini və əhəmiy-
yətini azaldır. Müasir dünyada ticarətin və əməkdaşlığın xeyri hərbi rəqabətin və əraziyə nəza-
rətin xeyrindən olduqca çoxdur. Son illər aydın oldu ki, beynəlxalq sistemdə “hərbi dövlət”
ticarət edən dövlətlə rəqabət apara bilmir. Bunu, məsələn, Azərbaycan və Ermənistan arasındakı
münasibətlərin timsalında görmək olar. Rozenkrans hesab edir ki, 1970-ci illərdə dövlət elitası
anlamağa başladı ki, dövlətin zənginliyi onun dünya bazarında əlavə dəyər məhsulu və xidmət-
lərindəki payı ilə müəyyən edilir. Bu həqiqətin iki mühüm nəticəsi oldu. Birincisi, müstəqil,
iqtisadi cəhətdən bir-birindən asılı olmayan dövlətlərin dövrü başa çatdı. Qarşılıqlı iqtisadi
asılılığın mürəkkəb tərkib hissələri göstərir ki, hər hansı bir dövlət beynəlxalq təşkilatın digər
üzvləri tərəfindən sanksiyalara məruz qalmamaq üçün təcavüzkar siyasət aparmağa heç cəhd
belə etmir. Dövlətin öz ticarət partnyorunu təhdid etməsinin mənası yoxdur. İkincisi, nüvə
əsrində ərazinin zəbt olunması həm təhlükəli, həm də baha başa gələn işdir. Ticarət və xarici
investisiya vasitəsilə iqtisadi inkişaf isə daha cəlbedici və əlverişli strategiyadır.
Neorealistlər liberalların qarşılıqlı iqtisadi asılılığın beynəlxalq münasibətlərin sakitləş-
məsinə dair təlimlərinə iki təkzib irəli sürmüşlər. Birincisi, onlar hesab edirlər ki, iqtisadi asılılıq
heç vaxt strateji təhlükəsizlikdən üstün ola bilməz, çünki dövlətlər ilk növbə də ərazilərinin
bütövlüyü haqqında düşünməlidirlər. İkincisi, iqtisadi asılılıq ideyası bərabərliyi yanlış olaraq
bütün dövlətlərə şamil edir. O, hər bir dövlətin iqtisadi qüvvələrdən eyni dərəcədə asılı ol- masını
göstərir. Qarşılıqlı asılılıq beynəlxalq münasibətlərdə hegemonluğu və asılılığı ləğv etmir, çünki
qüvvə, hakimiyyət dünyanın ticarət və maliyyə bazarlarında olduqca qeyri-bərabər paylaş-
dırılmışdır. ABŞ kimi qüdrətli dövlətlər qarşılıqlı asılılıq münasibətlərinin qaydalarını müəyyən
edirlər. Buna görə də münaqişə və əməkdaşlıq çətin ki, ləğv olunsun. Düzdür, onlar bir qədər
sakit formalarda həyata keçirilə bilər.
Liberallar həmişə inanırlar ki, daxili siyasi nizamın legitimliyi, qanunun aliliyi və dövlətin
öz vətəndaşlarının haqlarına hörmət bəsləməsi və bu haqları bütün xalqlara şamil etməsi bey-
nəlxalq aləmdə əmin-amanlıq yaradır, çünki öz vətəndaşlarına etik cəhətdən yaxşı yanaşan və
onlara siyasi proseslərdə iştirak etmək imkanı verən ölkə çətin ki, özünü beynəlxalq aləmdə
təcavüzkar aparacaqdır. Liberallar bütün dövlətlər tərəfindən riayət olunacaq ümumi mənəvi və
etik dəyərlər sistemini yaratmaq istəyirdilər. Lakin bu bir qədər çətin məsələ oldu. Belə ki,
onların demokratiya və insan haqlarına dair fikirləri mədəni cəhətdən spesifik etnosentrik idi.
Buna görə də bu dəyərlər qeyri-Qərb xalqları üçün münasib deyildir. Bir sıra müasir qeyri-Qərb
dövlətləri, xüsusilə Şərqi Asiya dövlətləri Qərb dövlətlərinin irəli sürdükləri dəyərlərin onların
mədəniyyətlərinə zidd olmasını iddia edirlər (Li Kuan Yev, Məhəmməd Mahatir). Liberalların
bir qrupu (qeyri-intervensionistlər) Qərbin dəyərlərini qəbul etmək istəməyən dövlətlərin suve-
renliklərini müdafiə edir. Liberalların başqa bir qrupu isə bu dəyərlərin idxalına müqavimət
göstərən dövlətlərin daxili işlərinə müdaxiləni dəstəkləyir.
Beləliklə, liberalizmin iqtisadi nəzəriyyəsi onun əsasını təşkil edir. Bu nəzəriyyənin əsas
müddəaları, xüsusilə nisbi üstünlük və qarşılıqlı asılılıq nəzəriyyələri liberalizmin beynəlxalq
münasibətlər nəzəriyyələri arasında yerini müəyyən edir. İndi isə liberalizmin iqtisadi nəzəriy-
yəsinə qarşı sürülən ideyalarla tanış olaq.

3.2 Beynəlxalq Siyasətin Liberal konsepsiyasının üstünlükləri.

26
Liberalizmin sərbəst ticarət haqqında nəzəriyyəsi, ümumiyyətlə onun iqtisadi nəzəriyyəsi
tənqid olunmuşdur. Belə tənqidlərdən ən əsasını Karl Polanyi etmişdir.
Karl Polanyi XIX əsr liberalizminin iqtisadi nəzəriyyəsinin tənqidini XIX əsr kapita-
lizminin əsasında aparmışdır. Karl Polanyi hesab edir ki, 1830-cu illərdə Britaniyada iqtisadi
liberalizm geniş yayıldı və laissez-faire (sülh və mülkiyyət hüquqları məsələlərindən başqa
iqtisadi məsələlərdə hökumətin müdaxiləsinə qarşı çıxan doktrina.- Red.) mübariz doktrinaya
çevrildi. Bu doktrinanın yaranması zəruri idi, çünki o, təkamül prosesinin nəticəsi idi. Polanyiyə
görə, o, düşünülmüş dövlət siyasətinin məhsulu idi. Laissez-faire iqtisadiyyatının formalaş-
masında mühüm addım torpağın və əməyin (işçi qüvvəsininin) əmtəəyə çevrilməsi idi (XVIII
əsr). XIX əsrdə bazar münasibətlərinin genişlənməsi, beynəlxalq azad ticarətin yayılması,
rəqabət aparan (milli) əmək bazarının yaradılması və valyutanın qızıl standartlarına bağlanılması
ilə əlaqədar idi. Laissez-faire kapitalizmi dövlət tərəfindən şüurlu siyasi müdaxilənin yaratdığı
məhsul idi. Polanyi hesab edir ki, bazar iqtisadiyyatı cəmiyyətin yeni növünü yaratdı. İqtisadi
sahə meydana gələrək cəmiyyətdəki digər sahələrdən ayrıldı. Polanyiyə görə, cəmiyyətin
institutları bu iqtisadi sahə ilə müəyyən edilirdi. Mövcud şəraitdə bəşəriyyətin mahiyyəti, müm-
kün iqtisadi təşkilatlanmanın formaları, bir də cəmiyyətin və iqtisadiyyatın öyrənilməsinə dair
yanaşmalar haqqında üç yanlış fikir laissez-faire kapitalizminin xüsusi növü kimi meydana gəldi.
Bu fikirlərin yayılması bizim özümüzün və cəmiyyətimizin dərk olunmasını təhrif etdi.
Birinci fikrə əsasən, maddi qazancı güdmə insanların tələbatıdır. Polanyi hesab edir ki,
maddi qazancı güdmə elə bir motiv yarat- dı ki, dövlətin müdaxiləsi və müdafiəsi olmasaydı, bu
motiv ictimai quruluşu XIX əsrdə dağıda bilərdi. Laissez-faire tərəfindən irəli

3.3 Liberalizm nəzəriyyəsi qloballaşma dövründə.

1980-ci illərdə başlayan bütün iqtisadiyyatın qloballaşma prosesi inkişaf etmiş ölkələrdə
neoliberalizm ideologiyasının inkişafı ilə eyni vaxta düşdü. O vaxt Böyük Britaniya və ABŞ-da
“yeni sağçıların” siyasi qələbəsi keynsiaçılıq ideologiyasının mövqelərini zəiflədirdi. Məlum
olduğu kimi, keynsiaçılıq (ingilis iqtisadçısı Con Keyns.- Red.) bir iqtisadi nəzəriyyə kimi
dövlətin iqtisadi inkişafa fəal müdaxiləsini dəstəkləyir. Bu nəzəriyyəyə əsasən, dövlətin iqti-
sadiyyata müdaxiləsinin əsas məqsədi iqtisadi böhranın dağıdıcı nəticələrini nəzarət altında
saxlamaq, əhalinin sosial müdafiəsini təmin etmək və kütləvi işsizliyin qarşısını almaqdır. Bazar
münasibətlərinin geniş yayılmasını və dövlətin iqtisadi inkişafa müdaxiləsini minimuma endir-
mək istəyən neoliberallar sosial rifah dövləti ideyasını dəstəkləyirdilər.
Qərb dövlətlərinin ideoloji seçimi sosial ədalətdən, insanların rifahından daha çox səmə-
rəlik və məhsuldarlıq tərəfə istiqamətlənməsi ilə əlaqədar dövlətin bazarı tənzimləmək gücü qlo-
ballaşmanın qüvvələri xüsusilə maliyyə və valyuta bazarları tərəfindən zəiflədi. Sərmayə və
istehsalat uğrunda rəqabət gücləndi. Kapital dövlətin müdaxilə gücünü üstələdi. Qloballaşma ilə
əlaqədar 1990-cı illərdə dünya iqtisadiyyatında baş verən proseslərin izah olunmasında neo-
liberalizm nəzəriyyəsi münasibdirmi?
Adam Smit və David Rikardo tərəfindən ilk dəfə irəli sürülən sərbəst ticarətin prinsipləri
neoliberallar üçün öz aktuallığını itirməmişdir. Onların fikrincə, kommersiya tacirlərinə milli
sərhədlərdən asılı olmayaraq pul və əmtəə mübadiləsi ilə məşğul olmaq üçün icazə verilməlidir.
Beynəlxalq ticarətə dair hüquqi məhdudiyyət çox az olmalıdır. Əmtəə və xidmətlərin milli sər-
hədləri asanlıqla dəf edə bildiyi qlobal bazar bütün milli dövlətlərin siyasətçilərinin məqsədi
olmalıdır. Yalnız sərbəst ticarət təbii sərvətlərdən, insanlardan və kapitaldan səmərəli istifadə olun-
masını təşkil edə biləcək rəqabəti yarada bilər. “Proteksionizm” siyasəti (bazar münasibətləri şə-

27
raitində müəssisənin iqtisadi rəqabətdən müdafiə edilməsinə yönələn dövlət siyasəti.- Red.) isə
əksinə, iqtisadi inkişafa mənfi təsir göstərir. Bazar prinsiplərindən zəif müəssisələri müdafiə edən
proteksionizm siyasəti beynəlxalq ticarətə mənfi təsir göstərir, tələbi təhrif edir, süni şəkildə
qiymətləri aşağı endirərək və səmərəsizliyə şərait yaradaraq vicdanlı istehsalçıları və tacirləri
ruhdan salır. Buna görə də proteksionizm siyasətinin aparılması dövlətin milli maraqlarına ziddir.
Nisbi üstünlük nəzəriyyəsi sərbəst ticarət ideyasının əsasını təşkil edir. Bu nəzəriyyə
dövlətlərə daha ucuz başa gələn məhsulların istehsalında ixtisaslaşmağı məsləhət görür. Buna
görə də bu nəzəriyyə avtarkiyanı, qapalı iqtisadiyyatı (istehsalın daxili tələbatın ödənilməsinə
yönəlməsi – Red.) rədd edir. Nisbi üstünlük nəzəriyyəsinə əsasən, dövlət istehsalı ucuz başa
gələn məhsulları dünya bazarında ona lazım olan məhsula dəyişə bilər. Mübadilə olunan məh-
sullar dövlətlər arasında yaranan əmək bölgüsünün nəticəsi olduğuna görə onlar qiymət baxı-
mından səmərəli olur və buna görə də mübadilədə iştirak edən dövlətlərin hamısı qeyd olunan
ixtisaslaşmadan bəhrələnir. Adam Smitə görə, bazarın “görünməyən əli” hər bir ölkədə cəmiy-
yətin hər bir üzvünü qlobal iqtisadiyyatda ən üstün mövqeyə çıxarır. Hər bir kəsin marağı hamı
tərəfindən qorunur. Bununla belə qeyd etmək lazımdır ki, qloballaşma erasının başlanması ilə
əlaqədar nisbi üstünlük nəzəriyyəsinin bu dövrə mü nasibliyi şübhə altına düşmüşdür. Bu
nəzəriyyənin müasir dövrdə üzləşdiyi birinci çətinlik ondadır ki, o, kapitalın hərəkətinə dövlətin
nəzarəti olduğu zaman irəli sürülmüşdür. Smit və Rikardo kapitalın mobilliyini qəbul etmirdilər
və yalnız dövlət investisiyasının mümkünlüyünü qeyd edirdilər. Onlar kapitalisti milli siyasi
icmanın birinci və əsas üzvü hesab edirdilər. Smitə görə, bazar münaqişələri daxili münasibətləri
xarakterizə edir və buna görə də kapitalist xarici ölkələrə investisiya yatırmağa can atmır. Smit
və Rikardo kosmopolit maliyyə menecerlərinin və transmilli şirkətlərinin yaranmasını əvvəl-
cədən görə bilməmişlər. Onlar üçün özlərini icmadan, milli dövlətdən ayıraraq xarici ölkələrə
investisiya yatıran kapitalistlərin olması ağlasığmaz bir hadisə idi. Bir sözlə, yüksək dərəcədə
mobil və dəyişən kapital bazarlarının meydana gəlməsi nisbi üstünlük nəzəriyyəsinin üzləşdiyi
birinci çətinlikdir.
Nisbi üstünlük nəzəriyyəsinin münasibliyinə dair ikinci problem ondan ibarətdir ki, bey-
nəlxalq ticarətin formaları son bir neçə onilliklər ərzində əsaslı şəkildə dəyişmişdir. Bir-biri ilə
ticarət edən suveren dövlətlər ideyası artıq köhnəlmişdir. Müəssisələrarası ticarətin dünya iqtisa-
diyyatındakı payı daim artır. Son hesablamalara görə bütün dünya ticarətinin 40%-dən çoxu
müəssisələrarası əməliyyatların payına düşür. Müəssisələrarası ticarət dövlətlərə müəyyən məh-
sulların istehsalı üzrə ixtisaslaşmanı məsləhət görən nisbi üstünlük nəzəriyyəsinə qarşı çıxır.
Bütün sənaye ölkələrində hakimiyyət strateji sənaye müəssisələrində özünün müəssisələri ilə
qlobal şəbəkələr arasında olan əlaqələrin möhkəmlənməsində maraqlıdır. Bundan başqa dünya
iqtisadiyyatının qloballaşması istehsal müəssisələrinin bir çox inkişafda olan ölkələrə yayıl-
masının və transmilli istehsal mərkəzlərinin ucuz işçi qüvvəsi təklif edən regionlara yerləş-
dirilməsinin şahidi olur. Transmilli şirkətlər milli sərhədləri dəf edib ucuz işçi qüvvəsini ta- pır
və təbii sərvətləri əldə edirlər. Onlar inkişafda olan dövlətlərin hakim dairələri ilə asanlıqla
ümumi dil taparaq orada öz bizneslərini inkişaf etdirirlər. İstehsal mərkəzlərinin yaradılması gəlir
əldə oluna bilən yerlərdə baş verir, çünki investisiya qoymaq qərarına artıq nisbi üstünlük deyil,
gəlir əldə etmək imkanı təsir göstərir.
Beləliklə, 1990-cı illərdə ticarət üçün mövcud olan şərait neoliberalların bazar və ticarət
münasibətlərinə dair fikirlərini əsaslı şəkildə dəyişdi. İstehsalın beynəlmilləşməsi, kapitalın
mobilliyi və transmilli şirkətlərin hökmranlığı nisbi üstünlük nəzəriyyəsini köhnəldən üç mühüm
hadisədir. Belə olan şəraitdə bir-biri ilə ticarət edən suveren dövlətlər ideyası qaydadan çox
istisna hala çevrilir.

28
Nisbi üstünlük nəzəriyyəsinin üçüncü problemi İkinci Dünya müharibəsindən sonrakı
dövrdə çoxtərəfli ticarətin əsasını təşkil edən qaydaların ardıcıl şəkildə pozulmasıdır. Protek-
sionizm və neomerkantilizm faktiki olaraq Avropa və Şimali Amerikada yüksəlir. Burada bey-
nəlxalq rəqabətin müşahidə edilən enişi dövlətləri azad bazar prinsiplərindən uzaqlaşmağa məc-
bur edir. Avropa İttifaqı və NAFTA (North American Free Trade Agreement – Şimali Amerika
Sərbəst Ticarət üzrə Razılaşma) kimi blokların daxilində ticarət əngəllərinin aradan götürülməsi
müşahidə edildiyi halda, bloklararası əngəllər artmışdır. Düzdür tariflər artmır, lakin onların
yerinə idxal kvotalarını daxil edən qeyri-tarif əngəllər tətbiq edilir. Birtərəfli qaydada azad bazar
prinsiplərini qəbul edən ölkələr inkişaf etmiş ölkələrin əks siyasət apardığı bir şəraitdə dünya
iqtisadiyyatında özlərini çox pis vəziyyətdə qoymuş olurlar. Lakin tarif və qeyri-tarif əngəllərin
aradan götürülməsindən asılı olmayaraq, dünya bazarı azad olmayacaqdır, çünki transmilli
şirkətlər bazarı istədikləri kimi öz nəzarətləri altında saxlayır və onu idarə edirlər.
NAFTA, Dünya Ticarət Təşkilatı (DTT) kimi sərbəst ticarət təşkilatlarının yaradılması, G7
(G8) (Böyük yeddilik-səkkizlik), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi
beynəlxalq təşkilatların artan əhəmiyyəti liberal beynəlmiləlçiliyin İkinci Dünya müharibəsindən
sonrakı dövrdə təsirinin göstəricisidir. Bu transmilli təşkilatların ideoloji əsasını sərbəst ticarət
liberalizmi təşkil edir. Lakin bu təşkilatların tənqidçilərinin fikrincə, onlar inkişaf etməkdə olan
ölkələrlə münasibətdə azad bazar prinsiplərini tətbiq edirlər. Bu təşkilatlar dövlətlər arasında
bazar münasibətlərini institutlaşdırır. Məsələn, NAFTA və DTT inkişaf etməkdə olan ölkələrlə
müəyyən sazişlər bağlamaqla onların müdafiə xarakterli çətinliklərini aradan qaldırır və həmin
ölkələri məcbur edirlər ki, onlar təklif olunan qlobal modelləri qəbul etsinlər. BVF və Dünya
Bankı inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını birtərəfli şəkildə, bazar prinsiplərini
qəbul edilməsindən asılı olaraq edirlər. Qeyd edək ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatına
münasibətdə bu şərtlər tətbiq edilmir.
Dünya Bankı və NAFTA kimi təşkilatlar inkişaf etmiş ölkələrin maraqlarına xidmət göstə-
rərək və belə bir liberal prinsipə əsaslanaraq iddia edirlər ki, özəl müəssisələr arasında maneəsiz
rəqabət iqtisadi təşkilatlanmanın yeganə səmərəli formasıdır. Bundan başqa onlar iqtisadi
inkişafı bütün ölkələr üçün inkişafın yeganə yolu kimi təqdim edirlər. Bu fikrin tənqidçiləri isə
inkişaf etməkdə olan ölkələrə münasibətdə tətbiq edilən sərbəst ticarət siyasətinin bu ölkələrdə
ətraf mühitin çirklənməsi, cəmiyyətdə sosial bərabərsizliyin artması və iqtisadi asılılığın
meydana gəlməsi kimi mənfi nəticələrə gətirib çıxardığını iddia edirlər. Tənqidçilər qeyd olunan
təşkilatların fəaliyyətində şəffaflığın olmamasından da narahatdırlar.
Ən əsası isə odur ki, tənqidçilər bu sərbəst ticarət institutlarını qlobal qaydanın yalnız bir
növünü qeyri-bərabər bazar münasibətləri növünü leqallaşdırmalarına görə tənqid edirlər. Bu
institutlar inkişaf etməkdə olan ölkələrə onların konkret şəraitlərini nəzərə almadan iqtisadi
inkişafa dair eyni tövsiyələri verdiklərinə görə tənqid edilirlər. İnkişaf etməkdə olan ölkələrdən
aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutan sərbəst bazar planının qəbul edilməsi
tələb olunur: xarici investisiyaların qoyuluşu üçün zəruri şəraitin yaradılması, ölkənin maliyyə
sisteminin tənzim edilməməsi, dövlət xərclərinin və büdcə kəsirlərinin azaldılması, dövlət
müəssisələrinin özəlləşdirilməsi, subsidiyaların aradan götürülməsi, ixrac yönümlü iqtisadiy-
yatların inkişaf etdirilməsi. Əks halda bu ölkələr inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə
yardımından məhrum ola bilərlər. İnkişaf etməkdə olan ölkələrdən tələb olunur ki, onlar kapitalın
hərəkətinə öz ölkələrində nəzarət etməsinlər. Nəticədə bu ölkələrin iqtisadi inkişaf istiqaməti
maksimal gəlir əldə etmək məqsədilə fəaliyyət göstərən maliyyə bazarları tərəfindən müəyyən
edilir. Bir sözlə, bu ölkələrə edilən maliyyə yardımları və investisiyalar onların iqtisadi suve-
renliklərinin itməsi ilə nəticələnir. Bu isə liberal beynəlmiləlçiliyin ənənəvi tələblərinə uyğun

29
gəlir: dövlətin fərdlər arasında olan kommersiya münasibətlərinə müdaxilə etməsi aradan götü-
rülür. Dövlətin suverenliyi kapitalın suverenliyi ilə əvəz olunur.
Beləliklə, sərbəst ticarətin lehinə arqumentlər iqtisadi səmərəlilik baxımından öz əhəmiy-
yətini saxlamasına baxmayaraq, inkişaf etmiş ölkələr üçün sərbəst ticarət çox vaxt qarşılıqlı
olmur, yəni onlar sərbəst ticarətin prinsiplərinə öz ölkələrində əməl etmirlər. Onlar sərbəst tica-
rətdən yalnız iqtisadi cəhətdən geridə qalmış ölkələrə münasibətdə istifadə edirlər. Sərbəst ticarət
belə ölkələrin iqtisadi inkişafına müdaxilə etmək məqsədilə tətbiq edilir. Başqa sözlə desək sər-
bəst ticarət haqqında inkişaf etmiş ölkələrin sözləri ilə əməlləri arasında uyğunsuzluq vardır. Bu
uyğunsuzluq son zamanlar dünya iqtisadiyyatının strukturunda və beynəlxalq ticarətin forma-
larında baş verən fundamental dəyişikliklərlə bərabər liberalizm nəzəriyyəsinin dünya iqtisadiy-
yatının qloballaşma prosesini izah etmək üçün münasib bir nəzəriyyə olmasına şübhə yaradır.
3.4 Liberalizmin iqtisadi nəzəriyyəsi.

XVIII-XIX əsrlərdə liberallar müharibə ilə kommersiyanı bir-birinə qarşı qoyurdular.


Müharibələrin əksəriyyəti dövlətlərin merkantilist məqsədlərinə nail olmaq üçün aparılırdı. Lakin
sərbəst ticarət var-dövlətə nail olmaq üçün daha səmərəli və dinc vasitə idi, çünki Rikardonun
nisbi üstünlük nəzəriyyəsinə görə, hər bir iqtisadiyyat millətçilik və avtarkiyadan əl çəksə, onun
maddi vəziyyəti yaxşılaşa bilər. Həmçinin sərbəst ticarət dövlətlərarası ayrılığı aradan götürərək
fərdləri bir icmada birləşdirəcəkdir. Ticarətə qoyulan süni maneələr fərdlər arasında münasi-
bətləri və baxışları pisləşdirərək beynəlxalq münaqişəyə səbəb olur. Sərbəst ticarət isə xalqlar
arasında əlaqələri genişləndirərək dostluğa və qarşılıqlı anlaşmaya şərait yaradır. Kantın fikrincə,
xalqlar arasında ticarət onları birləşdirir, sülhsevər xalqın gücünü və sərvətini artırır, müxtəlif
xalqlara sülhün vacibliyini anladır. Rikardo da inanırdı ki, sərbəst ticarət xalqların universal
cəmiyyətini yaradır. Adam Smit və Tom Peynin fikrincə, əmtəənin, kapitalın və əməyin sərbəst
hərəkəti münaqişələrin qarşısını ala bilər. Con Stüart Mill də bu cür fikirlərlə razılaşırdı. Ticarət
xalqlar arasında qarlılıqlı asılılıq əlaqələri yaradır. Bu isə xalqlar arasında anlaşmaya səbəb
olaraq münaqişənin qarşısını alır. Liberallara görə, sərbəst ticarət milli dövlətlərin milli ambi-
siyalarının qarşısını alaraq kosmopolitizmin yayılmasına şərait yaradır. O, xalqları bir-birindən
elə asılı edir ki, onlar müharibələr və hərbi büdcələr haqqında heç düşünmür. İmperializm və
avtarkiya mürtəce qüvvələrin işidir və müharibələrin bilavasitə səbəbidir. Sərbəst ticarətin xeyri
başqa ölkənin ərazisini zəbt etməkdən daha üstündür. Sərbəst ticarət və kommersiya üçün ma-
neələrin aradan götürülməsi müasir qarşılıqlı asılılıq nəzəriyyəsinin əsasını təşkil edir. Regional
iqtisadi inteqrasiyanın Avropada yaranması belə bir liberal fikrə əsaslanırdı ki, dövlətlərarası
münaqişə ehtimalı region ölkələri arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində ümumi
marağın yaranması ilə azaldılacaqdır. Bu, aralarındakı problemləri tarixən hərbi yolla həll edən
Almaniya və Fransanı iqtisadi və siyasi bir təşkilatda əməkdaşlıq etməyə sövq edəcəkdir.
Nəticədə Almaniya və Fransa bir-birinin iqtisadi inkişafında maraqlı olacaqdır. Avropa Birliyi
liberalların bu fikrinin gözəl nümunəsidir. Beynəlxalq təşkilatlara üzv olmaqla dövlətlər maraq-
larını genişləndirir və əməkdaşlıq edirlər. Bu təşkilatların qanunlarına, qaydalarına tabe olaraq
dövlətlər öz milli maraqlarını və suverenliklərini arxa plana çəkir.
Riçard Rozenkrans “Ticarət edən dövlətin inkişafı” (“The rise of the trading state”) adlı
əsərində qeyd edir ki, qarşılıqlı iqtisadi asılılığın artması ərazinin işğalının dəyərini və
əhəmiyyətini azaldır. Müasir dünyada ticarətin və əməkdaşlığın xeyri hərbi rəqabətin və əraziyə
nəzarətin xeyrindən olduqca çoxdur. Son illər aydın oldu ki, beynəlxalq sistemdə “hərbi dövlət”
ticarət edən dövlətlə rəqabət apara bilmir. Bunu, məsələn, Azərbaycan və Ermənistan arasındakı
münasibətlərin timsalında görmək olar. Rozenkrans hesab edir ki, 1970-ci illərdə dövlət elitası

30
anlamağa başladı ki, dövlətin zənginliyi onun dünya bazarında əlavə dəyər məhsulu və
xidmətlərindəki payı ilə müəyyən edilir. Bu həqiqətin iki mühüm nəticəsi oldu. Birincisi,
müstəqil, iqtisadi cəhətdən bir-birindən asılı olmayan dövlətlərin dövrü başa çatdı. Qarşılıqlı
iqtisadi asılılığın mürəkkəb tərkib hissələri göstərir ki, hər hansı bir dövlət beynəlxalq təşkilatın
digər üzvləri tərəfindən sanksiyalara məruz qalmamaq üçün təcavüzkar siyasət aparmağa heç
cəhd belə etmir. Dövlətin öz ticarət partnyorunu təhdid etməsinin mənası yoxdur. İkincisi, nüvə
əsrində ərazinin zəbt olunması həm təhlükəli, həm də baha başa gələn işdir. Ticarət və xarici
investisiya vasitəsilə iqtisadi inkişaf isə daha cəlbedici və əlverişli strategiyadır.

3.5 Liberalizmdə sərbəst ticarət. Neoliberalizm.

Sərbəst ticarət və bazar münasibətləri səmərəlilik uğrunda rəqabətə səbəb olur. Nəticədə
rəqabətə dözməyən qüvvələr kənarda qalmış olurlar. Sərbəst ticarət var-dövlətin və hakimiyyətin
paylaşdırılmasına da təsir göstərir. Səmərəli istehsalın, ixrac qazancının və beynəlxalq əmək
bölgüsünün tələblərinə uyğun olaraq icma həyatı bazar həyatına çevrilir. Beynəlxalq sistemdə
hər bir ölkə sərbəst ticarət tərəfindən yaradılan imkanların üstünlüyündən faydalanma- ğa, yaxud
bazar qüvvələrindən öz maraqlarına uyğun istifadə etməyə qadir deyil. Yalnız zəngin cəmiy-
yətlər bazarın gücündən, üstünlüyündən istifadə edə bilər. Robert Qilpinə (neorealist) görə, “sər-
bəst ticarət bu və ya digər ölkənin iqtisadiyyatını daha güclü iqtisadiyyatlar tərəfindən istismara
məruz qoyaraq və dünya bazarının sabitsizliyinə səbəb olaraq milli muxtariyyatı və dövlət
nəzarətini dağıdır”. Bu fikri ilk dəfə XIX əsrin ortalarında liberalizmin “qızıl əsrində” söylə-
mişlər. O vaxt Britaniyada müstəmləkəçilik və sənaye ekspansiyası özünün ən yüksək inkişaf
mərhələsində idi. XIX əsrin ortalarında iqtisadi millətçiliyn görkəmli nümayəndələrindən biri
olan Fridrix List sərbəst ticarəti bir maska kimi qələmə verirdi. Onun fikrincə, sərbəst ticarətin
arxasında Britaniya özünün milli maraqlarını güdür. Daha konkret desək, Britaniya sənayesinin
böyük məhsuldarlığını və məhsullarının dünya ticarətində aparıcı mövqe tutduğunu istifadə
edirdi. Britaniya imperiyasının gücündən istifadə edən ingilislər dünya bazarı rəqabətində öz
sənayelərinin maraqlarını qoruyur, hərbi yolla rəqiblərini zəiflədirlər. Texnologiya və sənaye
sahəsində üstünlük əldə etdikdən sonra onlar sərbəst ticarətdə birinci oldular. Listə görə,
ingilislər öz sənayeləri güclənənə qədər proteksionizm, dövlət tərəfindən ölkənin mənafelərinin
qorunması siyasətini yeridirdilər. Buna nail olduqdan sonra onlar sərbəst ticarət vasitəsilə xarici
bazarlara maneəsiz giriş əldə etdilər. Listin fikrincə, XİX əsrdə ticarət Britaniya kimi sənaye
sahəsində lider olan dövlət üçün düzgün siyasət idi, lakin yalnız proteksionizm siyasəti daha zəif
ölkələrə hegenom ölkənin üstünlüyünə qarşı çıxmaq imkanı verə bilərdi.
Sərbəst ticarət orta sinfin hərəkatı kimi meydana gəlmişdir. 1846-ci ildə sərbəst ticarətin
Britaniyada yaranmasını Qobden manufakturaların maraqlarının aristokratların və mülkədarların
maraqları üzərində qələbəsi kimi qələmə verir. Britaniya manufakturaçıları gördülər ki, sərbəst
ticarət onların rifahı ilə bərabər ölkənin də rifahını yüksəldir. Buna görə də, onların maraqlarının
dövlətin maraqları ilə harmoniyada olması qeyd olundu. Liberalizmin belə bir mülahizəsi vardır
ki, “sərbəst rəqabət məhsuldar qüvvələrin inkişafının son formasıdır və buna görə insan azad-
lığının yüksək mərhələsidir”. Marks bu mülahizədən belə bir nəticə çıxarırdı ki, orta sinfin
hökmranlığı dünya tarixinin sonudur. Buna görə, fəhlələr tətil vaxtı manufakturaçılara və ticarət-
çilərə zərər gətirəndə onlar Britaniyaya zərər gətirmiş kimi qələmə verilirdilər.
XX əsrin ikinci yarısında da sərbəst ticarətin müəyyən maraqlara xidmət etməsi haqqında

31
fikir qalmaqda idi. Sərbəst ticarətin tənqidçiləri “imperializm” sözünü ona əlavə etdilər. 1866-cı
ildə bir ABŞ tədqiqatçısı qeyd edirdi ki, sərbəst ticarəti Britaniya dünyanı qarət etmək üçün icad
etmişdir. Buna cavab olaraq bir sıra ölkələrdə iqtisadi millətçilik yaranmışdır.
İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ tərəfindən liberal sərbəst ticarət reji-
minin yaradılması dövlət siyasətinin şüurlu fəaliyyətinin nəticəsi idi. ABŞ dünya iqtisadiyyatını
yenidən elə qurmaq istəyirdi ki, kapitalın və texnologiyanın sərbəst hərəkətinə uyğun olan açıq
dünya iqtisadiyyatını yaratmaq mümkün olsun.
ABŞ siyasətçiləri ingilis sterlinq blokunu dağıtmaq, konvertasiya edilən valyutalarını ya-
ratmaq və sərbəst ticarət üçün şərtləri müəyyən etmək istəyirdilər. Onlar xammala hər bir
dövlətin, xüsusilə inkişaf etmiş ölkələrin çıxışının olmasının tərəfdarıydılar. ABŞ anlayırdı ki,
dünyanın maliyyə hegemonu kimi Britaniyanın əvvəlki roluna yiyələnmək üçün dövlətin gücün-
dən istifadə etmək lazımdır.
ABŞ SSRİ-ni liberal beynəlxalq qaydalarda böyük bir təhlükə kimi qəbul edirdi, çünki
SSRİ-nin nəzarət etdiyi dövlətlərdə ABŞ öz maraqlarını yeridə bilmirdi. Hər hansı bir ölkə və ya
blok ABŞ-ın hegemonluq etdiyi sistemdən özünü ayırdıqda düşmənçiliklə üzləşirdi. ABŞ zəruri
hallarda belə ölkələrə qarşı hərbi güc tətbiq edirdi.
Tarixən iqtisadi inkişafın azad ticarət modelinə münasibətdə iki əsas istisnası olmuşdur:
1. Xammala sərbəst və bərabər girişi bağlayan qapılar yalnız dövlətin gücü ilə açılır. İkinci
Dünya müharibəsindən sonra bu işi ABŞ həyata keçirirdi. Bu qapılara müdaxilə olunmasa, onlar
bağlı qalacaqdır. Rövlanda görə, müvafiq siyasi hegemonluq olmasa, hər hansı bir sərbəst ticarət
mövcud ola bilməz. Bundan başqa İkinci Dünya müharibəsindən sonra Amerikanın sənaye
məhsulları satıla- caq bazar lazım idi və dövlət bunu təmin etməliydi. Buna görə də sərbəst
ticarətin təşkil olunması üçün dövlətin müdaxiləsi zəruri idi.
2. Liberallar dövlət və özəl iqtisadiyyat arasında fərqi şişirdirdilər. Onların arasındakı fərq
çox da böyük deyil. Vaxtaşarı dövlət özəl şirkətlərin, transmilli şirkətlərin adından müdaxilə
edir. Özəl şirkətlər və dövlət arasında qarşılıqlı əlaqə vardır. Məsələn, Amerika neft şirkətləri bu
və ya digər dövlətin neftini ələ almaq istəyəndə, onlar öz dövlətinin dəstəyinə bel bağlaya bilər.
Dövlət belə şirkətlərə öz dəstəyini verərək öz növbəsində strateji məhsul olan neftə nəzarət etmiş
olur.
Beləliklə, sərbəst ticarət imperializminin tənqidi sərbəst ticarəti dəstəkləyən dövlətlərin
ikiüzlülüyü ilə bərabər liberallar tərəfindən müdafiə edilən iqtisadi dünya düzəminin yaradılması
üçün paradoks olaraq dövlətin müdaxiləsinin vacibliyini göstərir. Bu və digər səbəblərə görə
inkişaf etmiş ölkələrin elitasından fərqli olaraq, inkişaf etməkdə olan ölkələrdə sərbəst ticarətə
şübhə ilə yanaşaraq onu sevinclə qarşılamırlar. Onlar sərbəst ticarəti ölkələrinin təbii sərvət-
lərinin istismarı, xarici investisiyaların qoyulmasını təmin edən imperializmin silahı kimi qələmə
verirlər. Sərbəst ticarət bu ölkələrin iqtisadi suverenliklərinin zəifləməsinə səbəb olur və onların
iqtisadi inkişafın alternativ yoluna keçmələrinə imkan vermir.
Müasir dövrdə – qloballaşma erasında – sərbəst ticarət dövlət elitası bir də qlobal bazar-
larda fəaliyyət göstərən biznes elitası tərəfindən dirçəldilmişdir. Neoliberalizm adlandırdığımız
iqtisadi liberalizmin dirçəlişinin bütün dünyada adamların həyatına böyük təsiri vardır. Bu,
XVIII əsr liberalizminin ən mühüm irsidir.

Mövzu 4. Realizm.
4.1 Realizmin ümumi xarakteristikası.
4.2 Ənənəvi realistlər və Ənənəvi realizmin tənqidi.
4.3 Edvard Karr və Hans Morgentau.

32
4.4 Neorealizm.
4.5 Beynəlxalq sistemin əsas qüvvələri və prinsipləri.

4.1 Realizmin ümumi xarakteristikası.

İdealizmlə (liberalizm) birlikdə realizm beynəlxalq münasi- bətlər nəzəriyyəsi fənninin


tarixində ilk meydana gələn ən nüfuzlu nəzəriyyələrdəndir. Onların hər biri paradiqma və nəzəri
ənənə kimi fənnin tarixinin ən azı əlli ili ərzində hakim ideologiya olmuşdur. Realizm ilə
liberalizm bir-birindən əsaslı şəkildə fərqlənərək daima mübarizədə olmuşlar. Yuxarıda qeyd
olunduğu kimi, bu mübarizə BMN fənninin tarixinə Birinci Böyük debat kimi daxil olmuşdur.
Realizm təhlükəsizlik və hakimiyyət faktorlarının əhəmiyyətini nəzərə alan ideyalar məc-
musudur. Bu ideyalar fərdin belə bir inamına əsaslanır ki, başqaları həmişə onu məhv etməyə
çalışırlar. Buna görə də o, özünü qorumaq üçün başqalarını öldürməyə hazır olmalıdır. Realizmin
əsasında xalqlar arasında mübarizə durur. Bu mübarizə təsadüfi deyil. O, qanunauyğun xarakter
daşıyır.
XX əsrin 30-cu illərində liberalizm ideyalarının puça çıxması, daha konkret desək,
Millətlər Liqasının Yaponiyanın Mancuriyanı, İtaliyanın isə Həbəşistanı işğal etməsinin qarşısını
ala bilməməsi realizm nəzəriyyəsinin meydana gəlməsinə və beynəlxalq münasibətlər nəzəriy-
yəsi fənnində hakim paradiqmaya çevrilməsinə şərait yaratdı.
Yuxarıda qeyd olunduğu kimi, BMN fənninin Birinci Dünya müharibəsindən sonra müs-
təqil fənn kimi formalaşmasına baxmayaraq, beynəlxalq münasibətlərə dair fikirlər bu vaxtdan
xeyli əvvəl irəli sürülmüşdür. Liberalizm kimi realizm də beynəlxalq münasibətlər nəzəriyyəsi
fənninin yaranmasından xeyli əvvəl meydana gəlmişdir. Realizmin müəyyən müddəalarına b.e.ə.
V əsrdə yaşamış yunan tarixçisi Fukididin, habelə Hobsun, Makiavellinin, Karl fon Klauzevitsin
əsərlərində rast gəlmək olar. Bu mütəfəkkirlərin hər biri xalqlar, dövlətlər arasında münasibətləri
tədqiq edərkən realiz min ruhuna uyğun şəkildə hakimiyyətin, güc amilinin aparıcı, əsas qüvvə
olmasını qeyd edirdilər. Makiavelli göstərirdi ki, tarixin hərəkətverici qüvvələri – maddi maraq
və qüvvədir. O, güclü milli dövlətin yaradılmasının zəruriliyini qeyd edirdi. Hakimiyyətə nail ol-
maq üçün hər bir vasitədən istifadə etmək lazımdır.
Realizm üç ideyaya əsaslanır:
1. Dövlət xadimi millətin maraqlarını güdür;
2. hər bir millətin maraqları – onun təsirinin, iqtisadi, siyasi və mədəni maraqlarının
yayılması, ərazisinin genişlənməsi deməkdir;
3. dövlətlər hakimiyyətdən öz maraqlarını qorumaq üçün istifadə edirlər.

4.2 Ənənəvi realistlər və Ənənəvi realizmin tənqidi.

Ənənəvi realizm 1920-ci və 1930-cu illərin liberalizminə cavab olaraq formalaşmışdır.


Ənənəvi realistlər (Hans Morqentau, Arnold Volfers, Klaus Knorr, Henri Kissinjer, Edvard Karr,
Corc Kennan) öz fikirlərini liberalizmin tənqidi əsasında formalaşdırmışdılar. Realizm şübhə
doğurmayan bir sıra müddəalara əsaslanırdı. Belə müddəalardan biri dövlətə aid idi. Müasir milli
dövlət siyasi təşkilatın ən arzuolunan forması hesab edilirdi. Milli suverenlik konsepsiyası insan-
ların təbii siyasi vəziyyəti kimi qələmə verilirdi. Buna görə, beynəlxalq sistem anarxiya kimi təs-
əvvür edilirdi, yəni milli dövlətlərin fəaliyyətlərini tənzimləyə biləcək qüvvəsiz. Dövlət bey-
nəlxalq münasibətlərdə əsas aktor hesab olunurdu, çünki o, güc nümayiş etdirmək hüququnu
özündə saxlayırdı. Realizm illər boyu özünü beynəlxalq münasibətlər nəzəriyyəsi fənninin hege-

33
mon yanaşması kimi göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı 20 il ərzində BMN fənni
və realizm eyniləşdirilirdi.
Marksizm realizmi tənqid edərkən göstərirdi ki, o, ilk növbədə kapitalist istehsal müna-
sibətlərinin həm daxili, həm də beynəlxalq səviyyədə saxlanılmasında maraqlıdır. Realizmlə
inkişaf etmiş ölkələrdə hakim sinfin maraqları arasında oxşarlıq vardır. Realizm ona görə tənqid
olunur ki, o, aşağıdakı suallara cavab verə bilmir: Niyə kapitalizm dövlət sisitemini tələb edir və
qlobal miqyasda beynəlxalq təşkilatın bəzi alternativ formaları ilə fəaliyyət göstərə bilmir? Niyə
SSRİ kimi inqilabi dövlət dövlət sisiteminin reproduksiyasının aparıcı agenti olmuşdur?
Ənənəvi realizmin bəzi müddəalarının gerçəkliyə uyğun gəlməməsi, onun bir sıra aktual
məsələlərə cavab verə bilməməsi neorealizmin formalaşmasına səbəb oldu. İndi isə neorelizmi
nəzərdən keçirək.
4.3 Edvard Karr və Hans Morgentau.

Ənənəvi realizmin banilərindən biri Edvard Karr hesab olunur. Realistlər Edvard Karrın
“Böhranın iyirmi ili” (“Twenty years of crisis. 1919-1939.”) (1939) əsərini beynəlxalq
münasibətlər nəzəriyyəsinin dərsliyi hesab edirlər. Bu kitab realizmin əsas müddəalarını irəli
sürməklə bərabər liberalizmin ideyalarını alt-üst edir. Karr liberalları utopist adlandırır. Qeyd
etdiyimiz kimi, liberallar müharibəni dövlətin bir fəaliyyət üsulu kimi ləğv etmək istəyirdilər.
Liberallar xarici siyasətin aparılmasında gizli diplomatiyanı ictimai razılıqla əvəz etmək
arzusunda idilər. Qüvvələrin balansı prinsipi kollektiv təhlükəsizlik prinsipi ilə əvəz olunmalı idi.
Millətlər Liqa- sı ilə münaqişələrin sülh yolu ilə həll edilməsi təmin olunmalı idi.
Karrın fikrincə, beynəlxalq siyasətin öyrənilməsini istək ilə əsaslandırmaq təhlükəlidir.
Beynəlxalq münasibətlər elminin teleoloji aspekti (məqsədəuyğunluğu əsaslandırmaq.- Red.)
əvvəlcədən şübhəli idi. Müharibənin qarşısını almaq istəyi beynəlxalq münasibətlər elminin ilkin
istiqamətini müəyyən edərək onu utopiyaya çevirdi. Beynəlxalq sülhə nail olmaq məqsədi
beynəlxalq münasibətləri elə bir fənnə çevirdi ki, orada arzu təfəkkürdən, ümumləşdirmə
müşahidədən üstün oldu. Mövcud faktların, yaxud vasitələrin tən- qidi təhlili istiqamətində çox
az cəhd edilmişdir. Karra görə, beynəl xalq münasibətlər fənnində teleologiya təhlildən əvvəl
gəlirdi. O qeyd edir: “1931-ci ildən sonrakı hadisələr təmiz istəyin beynəlxalq münasibətlər
fənninin əsası ola bilməsinin mümkünsüzlüyünü göstərdi. Beynəlxalq siyasətdə hakimiyyətin
reallıqlarını əsas kimi götürmək lazımdır”. Karr realizmi belə xarakterizə edir: “Hər hansı bir
elmin inkişafında təfəkkürün istəyə təsiri elmin utopik mərhələsinin sonunu göstərir və realizm
adlanır. Realizm utopik mərhələyə qarşı reaksiya olaraq tənqidi aspektin təqdim edilməsi ilə
bağlıdır. O, faktların qəbul olunmasını, onların səbəblərini və nəticələrinin təhlil etməyin
vacibliyini vurğulayır. O, təfəkkürün əsas funksiyasını hadisələrin ardıcıllığının öyrənilməsində
görür. Fəaliyyət sahəsində realizm mövcud istiqamətlərin zəruriliyini göstərir və hesab edir ki,
bu, faktları, tendensiyaları, istiqamətləri qəbul etmək və onlara uyğunlaşmaqdır”.
Karr əmin idi ki, liberalizm beynəlxalq siyasəti təhlil edərkən hakimiyyətin mərkəzi ele-
mentini tədqiq etmədiyinə görə realizmin tənqidinə məruz qalmalıdır. Beynəlxalq sistemdə
qüvvələrin qeyri-bərabər bölgüsü beynəlxalq münasibətlərin qərərsiz təhlilinin mərkəzi məsələsi
olmayınca, müharibə və münaqişələrin səbəbləri düzgün dərk olunmayacaqdır.
Liberallar inanırdılar ki, hər bir xalq sülhə can atır, müharibə siyasəti, təcavüzkar siyasət
aparan xalq isə özünü irrasional və mənəviyyatsız aparır. Karra görə, bu fikir mövcud durumun
saxlanılmasında maraqlı olan qalib ölkələrin mövqeyinin ifadəsi idi. Müharibədən sonrakı dövr
qalib dövlətlərin xüsusi maraqlarını əks etdirirdi və buna görə də Almaniya kimi ölkələr Versal
(1918) müqaviləsindən qane deyildi.

34
Karra görə, liberallar öz fikirlərini mütləqləşdirirlər. Onların universal hesab etdikləri prin-
sipləri (sülh, maraqların harmoniyası, kollektiv təhlükəsizlik və sərbəst ticarət) prinsip hesab
etmək düzgün deyil. Bu “prinsiplər” konkret vaxtda milli marağın konkret anlayışına əsaslanan
milli siyasətin şüursuz əks olunmasıdır. Bu, universal maraqların harmoniyası doktrinasının bir
hissəsidir Liberalizmin əsası olan maraqların harmoniyası isə qalib ölkələrdəki elitanın konkret
marağıdır. “Maraqların harmoniyası doktrinası elə bir mənəvi plandır ki, elita ondan öz hakim
mövqeyini təsdiq etmək və saxlamaq üçün istifadə edir”. Karr qeyd edir ki, “sənaye kapitalizmi
və sinfi sistem cəmiyyətin qəbul olunmuş strukturu olan kimi, maraqların harmoniyası haqqında
doktrina öz maraqlarını bütün cəmiyyətin maraqları kimi təqdim etməklə öz üstünlüyünü
qorumaq istəyən hakim sinfin ideologiyasına çevrildi”. Lakin beynəlxalq aləmdə onun qəbul
edilməsi müharibələrarası sülhün aradan qalxmasına səbəb olur.
Mövcud dünya nizamından razı olmayan, ərazisinin sərhədlərini, yaxud iqtisadi və strateji
qüvvəsini dəyişmək istəyən dövlət üçün beynəlxalq sülh universal harmoniya kimi qəbulolun-
mazdır. Beynəlxalq sülh öz iradəsini, istəyini digər dövlətlərə qarşı qoyan güclü dövlətlərin
şüarıdır. Beynəlxalq sistemdə dövlətlər arasında maraqların təbii harmoniyası yoxdur. Yalnız
qlobal hakimiyyətin konkret konfiqurasıyanın keçici və müvəqqəti harmoniyası vardır. Müharibə
beynəlxalq sistemdə qüvvələrin həyata keçirə biləcəyi yeganə və məqsədəuyğun yoldur.
Dövlətlər arasında maraqların harmoniyası məfhumunu təkzib etmək üçün Karr laissez-
faire iqtisadiyyatını misal gətirir. Onun fikrincə, laissez-faire aparıcı iqtisadi ölkələrdəki hakim
elitaların ideologiyasıdır. Bu ideologiyaya görə, hakim elitaya sərfəli olan hamı üçün sərfəlidir.
XIX əsrdə ingilis manufakturaçısı və taciri laissez-fairenın onun zənginliyini artırdığını gördükdə
əmin oldu ki, bu, bütün Britanaya üçün xeyirlidir. İngilis dövlət xadimi öz növbəsində görəndə
ki, laissez-faire ingilislərin rifafını qaldırır, o, qərara gəldi ki, sərbəst ticarət bütün dünyanın
rifahını artırır. Karr Fridrix Listi müdafiə edərək qeyd edirdi ki, sərbəst ticarət Britaniya hakim
sənaye ölkəsi olduğu zaman düzgün siyasət idi. O vaxt yalnız proteksionizm siyasəti zəif ölkələri
Britaniyanın caynağından qurtara bilən real bir siyasət idi. ABŞ və Almaniyada aparılan iqtisadi
millətçilik siyasəti Britaniyanın iqtisadi gücünə qarşı yönəlmişdir. Dövlət nəzarəti zəif dövlət-
lərin özünümüdafiə silahıdır. Millətlər arasında maraqların təbii harmoniyası yoxdur. Xalqlar
arasında ümumi maraq tənzimləmə yolu ilə yaranır.
Liberallar beynəlxalq sistemdəki dövlətlərə hörmət əlaməti olaraq hakimiyyəti aradan
götürmək istəyirdilər. Karr kimi realistlər isə hesab edirdilər ki, milli hakimiyyətin arxasınca
getmək təbiidir. Bunu nəzərə almadıqda dövlətlər risk edirlər. Gücünün artmasına laqeyd olan
milli dövlətlər sadəcə olaraq öz təhlükəsizliklərini təhlükə altına qoyurlar. Karra görə, müxtəlif
dövlətlər güclərini artırdıqda öz milli maraqlarını qorumağa qadir olurlar. Milli maraqların
toqquşması zəruridir. Belə toqquşmalar müharibələrə səbəb olur. Bu toqquşmaların qarşısının
alınmasının yeganə yolu dövlətlər arasında təxmini qüvvələrin balansının yaradılmasıdır.
Liberalların dediyi kimi, qüvvələrin balansı beynəlxadq münaqişənin səbəbi deyil. O, təbiətin
qanunlarına bənzəyir: o, beynəlxalq hakimiyyətin normal ifadəsidir və sülhün ən yaxşı təminat-
çısıdır. Kollektiv təhlükəsizlik isə qalib dövlətlərin hakimiyyətini, status-kvonu möhkəmlədir.
Karrın tənqidçiləri onun realizmlə idealizmi tamamilə bir-birinə zidd nəzəriyyələr hesab
etdiyini göstərirlər. Bir çox realistlərdən fərqli olaraq Karr dövləti siyasi icmanın son inkişaf
forması, milləti isə cəmiyyətin son qrupu hesab etmirdi. O, din, sinif və etnos kimi əraziyə
əsaslanmayan siyasi birliklərin başqa formalarını nəzərdən keçirirdi. Onun fikrincə, yeni dünya
nizamı qlobal hakimiyyətin mənəviyyatı vasitəsilə deyil, gerçəkliklərin vasitəsilə formala-
şacaqdır. Lakin o, beynəlxalq nizamın mənəvi əsasa malik olmasının vacibliyini qeyd edirdi. O,
hakimiyyəti hər bir siyasi nizamın zəruri tərkib hissəsi sayırdı. Bu fikrə görə Karr tənqidə məruz

35
qaldı. Karrın tənqidçilərinin fikrincə, o, hakimiyyəti, qüvvəni, gücü bütün amillərdən üstün
olmasını qeyd edirdi. Belə olan halda, Karr, məsələn, izah edə bilmir ki, niyə dövlətlər bey-
nəlxalq humanitarizmin maraqları naminə tez-tez öz milli maraqlarını dəyişirlər?
Karra və digər realistlərə görə, beynəlxalq sistemə nəzarət edən qüvvə olmasa, dövlət-
lərarası münaqişələr labüd olacaqdır. Məcburi yurisdiksiyanın olmaması, yəni anarxiyalı bey-
nəlxalq sistemin mövcudluğu daxili və beynəlxalq siyasət arasında fərqi təsdiqləyir. Vətəndaş
cəmiyyətindən fərqli olaraq beynəlxalq sistemdə tənzimləyici yoxdur. Millətçilik konkret dövlət-
də bir millətə mənsub olan müxtəlif sinifləri barışdırır. Beynəlxalq sistemdə belə bir qüvvə yox-
dur.
Yuxarıda təqdim etdiyimiz Edvard Karrın ideyaları belə bir fikri irəli sürməyə əsas verir ki,
onun ideyaları ilk növbədə liberalların tənqidi kimi qələmə verilməlidir. Karrı müstəqil bir meta
nəzəriyyənin müəllifi kimi qəbul etmək düzqün deyil.
Morqentaunun “Millətlər arasında siyasət. Hakimiyyət və sülh uğrunda mübarizə”
(“Politics among nations. The Struggle for Power and Peace.”) (1948) kitabı realistlərin çox
mühüm əsəri hesab olunur. Bu əsər İkinci Dünya müharibəsindən sonra yazılmışdır. O vaxt ABŞ
dünyada iqtisadi və hərbi-strateji sahələrdə öz hegemonluğunu yeridirdi. Bu əsər realizmin
prinsiplərini möhkəmlətməklə yanaşı yaranmış şəraitdə ABŞ-ın oynacağı rola intellektual dəstək
verirdi. Sözügedən əsər bir tərəfdən, akademiyada realizmin mövqelərinin möhkəmlənməsinə
xidmət etməli, digər tərəfdən, müharibədən sonrakı dövrdə ABŞ-ın xarici siyasətini istiqamət-
ləndirməli idi.
Karrın ideyasını inkişaf edərək Morqentau beynəlxalq münasibətlərin öyrənilməsinə təbiət
elmlərinin pozitivist metodologiyasını tətbiq edirdi və bu yolla beynəlxalq siyasət elmini
yaratmaq istəyirdi. Bu yanaşmanın intellektual dəqiqliyi dünya siyasətinin əsasını təşkil edən
gerçəkliyi aşkarlayır. Heç də təsadüfi deyildir ki, Morqentaunun ideyalarında qanuna, prinsip-
lərə, gerçəkliyə və elmə istinad edilir. Məsələn, Morqentaunun nəzəriyyəyə verdiyi tərif təbiət
elmlərindən alınmışdır. Morqentauya görə, nəzəriyyə abstrakt prinsiplərə, yaxud gerçəkliklə bağ-
lı olmayan məfhumlarla deyil, bizi əhatə edən hadisələrə qayda və məna gətirməklə özünü
göstərməlidir. Nəzəriyyə faktlara uyğun gəlməlidir. Bir sözlə, nəzəriyyə fakta əsaslanan və
müstəqil olmalıdır. O, empirik və məntiqi meyara da cavab verməlidir. Morqentauya görə, xarici
siyasətin rasional mahiyyəti vardır. Onu nəzəriyyələr aşkar etməlidir. Bu, pozitivizmin metodo-
loji əsasıdır. Morqentaunun bu mülahizələri 1980-ci illərdə beynəlxalq münasibətlər nəzəriyyəsi
fənnində özünü büruzə verən epistemoloji debatlara səbəb oldu.
Karr kimi Morqentau da öz konsepsiyasını liberalizmin tənqidi üzərində qurur. Onun bey-
nəlxalq münasibətlərin öyrənilməsinə yönəlmiş nəzəriyyəsinin əsasını siyasi realizmin altı
prinsipi təşkil edir:
1. Siyasət obyektiv qanunlarla idarə olunur. Bu qanunların kökü insan təbiətindədir. Vaxt
keçdikcə bu qanunlar dəyişmir və bizim nəyi üstün tutmağımızdan asılı deyildir. Biz bu faktları
dərk etməliyik. Beynəlxalq münasibətlər nəzəriyyəsi bu qanunlara əsaslanır. Bu qanunların əsa-
sında rasional siyasi davranışı proqnozlaşdırmaq mümkündür;
2. Beynəlxalq siyasətin dərk olunmasının açarı qüvvə, güc kimi tərif verilən maraq məfhu-
mudur. Bu məfhum siyasəti fəaliyyətin müstəqil bir sahəsi kimi görməyə kömək edir, siyasətin
predmetinə rasional qayda qoyur və siyasətin nəzəri şəkildə dərk olunmasını mümkün edir.
Hakimiyyət kimi təqdim olunan maraq ideyası siyasətçilərin həqiqi davranışlarını açıqlayır.
Xarici siyasətin müəyyən edilməsində etik məsələlərə, siyasi fəlsəfəyə və ya fərdi maraqlara yer
yoxdur. Hakimiyyət beynəlxalq münasibətlərin öyrənilməsində mərkəzi məsələdir. “Beynəlxalq
siyasət də bütün başqa siyasətlər kimi hakimiyyət, qüvvə uğrunda mübarizədir”. Beynəlxalq

36
siyasətin son məqsədi nə olursa olsun, onun bilavasitə məqsədi həmişə hakimiyyətdir, qüvvədir.
Morqentauya görə, hakimiyyət, qüvvə – insanın başqalarının fikirlərinə və hərəkətlərinə nəzarət
deməkdir;
Zamandan, məkandan və kontekstdən asılı olaraq dövlət hakimiyyətinin formaları və
mahiyyəti dəyişsə də, maraq məfhumu dəyişməz qalacaqdır. Siyasi, mədəni və strateji mühit
hakimiyyətin formalarına mühüm təsir göstərəcəkdir. Milli dövlət tarixin məhsulu kimi gələ-
cəkdə yox olacaqdır. Buna görə də realistlər maraq və mil- li dövlət arasında olan əlaqəni
mütləqləşdirməməlidirlər;
1. Universal etik prinsiplər dövlətin fəaliyyətini müəyyən et- mir. Lakin buna baxmayaraq,
şübhəsiz, dövlətin fəaliyyətinin etik və mənəvi əhəmiyyəti olmalıdır. Mənəvi prinsiplər fərdlərə
təsir edir, lakin dövlətlər mənəvi agent deyil. Buna görə də, dövlətlərin beynəlxalq fəaliyyətini
izah etmək cəhdi mənəvi prinsiplərə yönəlməməlidir. Siyasi fəaliyyət bu fəaliyyətdən irəli gələn
siyasi nəticələrə uyğun qiymətləndirilir. Mənəvi fəaliyyət ilə siyasi fəaliyyətin tələbləri arasında
ziddiyyət vardır;
2. Universal şəkildə razılaşdırılmış mənəvi prinsiplərin məcmusu yoxdur. Vaxtaşırı dövlətl-
ər öz fəaliyyətlərini etik müstəvidə (insan hüquqlarının müdafiəçisi) qələmə verməyə çalışmasına
baxmayaraq, onlar beynəlxalq sahədə fəaliyyətlərinə bəraət vermək məqsədilə mənəvi prinsip-
lərə əl ataraq öz üstünlüklərini göstərmək istəyirlər və milli maraqlarını müdafiə edirlər.
Universal mənəvi prinsiplər dövlətin fəaliyyətinin etibarlı istiqamətləndiricisi deyil. Morqen-
tauya görə, dövlətlər universal prinsipləri irəli sürməklə öz milli yaxud mədəni dəyərlərini
dünyaya tanıtmaq istəyirlər. Maraq elə bir daimi standartdır ki, onun vasitəsilə siyasi fəaliyyətə
qiymət verilir və o, istiqamətləndirilir;
3. Siyasi sahə intellektual cəhətdən digər sahələrdən asılı deyil. Buna görə də beynəlxalq
sahə, onun təhlil və dəyərləndirmə meyarları fərqlidir. “Bu siyasət millətin, dövlətin haki-
miyyətinə necə təsir edir” kimi əsas suallar beynəlxalq münasibətləri maraqlandırır. Morqen-
taunun irəli sürdüyü bu altı prinsip mövcud şəraitin intellektual əhval-ruhiyyəsini əks etdi-
rirdi. Bu prinsiplər liberalizmə qarşı yönəlmişdir. Morqentauya görə, beynəlxalq siyasət döv-
lətlər arasında hakimiyyət uğrunda mübarizədir: milli maraqları güdmək normal, arzuolunan və
müəyyən mənada zəruri bir fəaliyyətdir.
Morqentaunun siyasi fəlsəfəsinin əsasında belə bir fikir durur ki, siyasi qanunlar insanın
təbiətindən yaranır. Dünyada daim xeyir və şər, ölüm və həyat arasında mübarizə gedir. Bu
mübarizə tez-tez insana düşmən olan qüvvələrinin qələbəsi ilə nəticələnir. Bu dünya bir-birinə
zidd olan və münaqişə edən maraqların dünyasıdır. İnsanın iki xüsusiyyəti münaqişənin və şərin
səbəbidir: eqoizm və hakimiyyət arzusu. Eqoizm münaqişəyə səbəb olur, çünki birisi nə istəsə,
başqası da həmin şeyi istəyir, yaxud onda həmin şey artıq vardır. Eqoizm tam irrasional deyil.
Onun tələbi yerinə yetirilə bilər. Buna görə də Morqentau hesab edir ki, insanın insana qarşı
müharibəsi eqoizm kimi izah edilə bilməz. Belə izah hakimiyyət arzusundadır. Eqoizmdən fərqli
olaraq bu istəyin həddi-hüdudu yoxdur. Bu, irrasional impulsdur. Hakimiyyət arzusu hər cür
siyasətin mahiyyətini təşkil edir.
Morqentau hakimiyyəti, güvvəni zorakılıqdan ayırır. Siyasi hakimiyyət, güvvə hərbi, ya-
xud psevdo-hərbi qüvvəyə çevriləndə, zorakılıq yaranır. Güvvə beynəlxalq münasibətlərdə həm
vasitə, həm də məqsəddir. O, vasitədir, çünki milli marağa qulluq edir. O, məqsəddir, çünki əldə
qalanda milli maraq da təmin edilmiş olur.
Həm daxildə, həm də beynəlxalq sahədə hakimiyyət, qüvvə uğrunda mübarizə gedir. Lakin
daxili və beynəlxalq siyasətdə mühit fərqlidir. Onun fikrincə, mədəni oxşarlıq, birlik, texniki
birləşmə siyasi təşkilat milli dövləti sabit edir. Buna görə də beynəlxalq nizamdan fərqli olaraq,
daxili siyasi nizamı zorla dəyişməyə ehtiyac daha azdır. Daxili siyasətdə sabitliyi, beynəlxalq
37
siyasətdə isə qeyri-stabilliyi dövlətin özü yaradır. Beynəlxalq sahədə hakimiyyət uğrunda
mübarizəyə nəzarət edə biləcək mərkəzləşdirilmiş qüvvə yoxdur.
Başqalarına nəzarət, yaxud təsir etmək imkanını ifadə edən hakimiyyət, qüvvə dövlətlərin
xarici siyasətini də müəyyən edir. Hər bir siyasi akt hakimiyyəti, qüvvəni saxlamağa, artırmağa,
yaxud nümayiş etdirməyə yönəlmişdir. Üç müxtəlif siyasət qeyd olunan aktlara uyğun gəlir:
status-kvo hakimiyyəti, imperializm hakimiyyə ti və nüfuz hakimiyyəti.

4.4 Neorealizm.

Neorealizm 1970-ci illərdə qismən qarşılıqlı asılılıq nəzəriy- yəsinə cavab olaraq, qismən
də ənənəvi realizmin iqtisadi faktorlara fikir vermədiklərinə düzəliş vermək məqsədilə meydana
gəldi. Gör- kəmli neorealistlər Robert Qilpin və Stefan Krasner yeni tarixi şəraitdə beynəlxalq
iqtisadi aktorların dövlətin roluna davamlı surətdə təhdid etmələri səbəbindən sosial-iqtisadi
inkişafda dövlətin rolunun vacibliyini göstərdilər. Onlar “rejimlər” və “hegemon stabillik”
nəzəriyyəsini irəli sürərək yeni qlobal dünya iqtisadiyyatında milli dövlətin vacibliyini göstə-
rirdilər.
Neorealizmin əsas nümayəndələrindən biri olan Kennet Volts antropologiya və iqtisadiyyatı
beynəlxalq siyasətin öyrənilməsinə cəlb etmək istəyirdi. Voltsun neorealizmi və ya struktur realizmi
həm ənənəvi realizmin tənqidi, həm də nəzəri ənənənin əhəmiyyətli dərəcədə intellektual geniş-
lənməsi idi. Volts özündən əvvəl gələn realistlərin nəzəriyyəsinə nisbətən daha mürəkkəb nəzəriyyə
təqdim edir.
Volts XVII- XVIII əsrlərdə fəaliyyət göstərən fiziokratların siyasi iqtisadi konsepsiyalarına
istinad edir. Fiziokratlar iqtisadiyya- tı cəmiyyətdən və dövlət quruluşundan ayrılıqda götürür-
dülər. Buna görə də onlar iqtisadi inkişafın dərk olunmasında müəyyən nailiyyətlər əldə
edirdilər. Voltsa görə, fiziokratların bu səyi (yəni iqtisadiyyatı digər sahələrdən ayırmaq)
nəzəriyyənin inkişafına xidmət edir. Nəzəriyyə faktları, prosesləri və münasibətləri seçir və ayrı
bir sahə təşkil edir ki, bu sahənin mahiyyəti və əhəmiyyəti dərk olunur. Tədqiq etmək məqsədilə
bir sahəni başqasından ayırmaq süni bir işdir. Lakin bu, intellektual zəiflik deyil, gücdür. Bu
mürəkkəb işləri və münasibətləri sadələşdirməyə imkan verir. Volts eyni yanaşmanı beynəlxalq
münasibətlərin öyrənilməsinə tətbiq edir. Əgər dövlət sistemi hakim ideologiya, din, istehsal
üsulu və sosial təşkilat kimi daxili məsələlərdən ayrılıqda götürülürsə, bu beynəlxalq münasibət-
lərin mahiyyətini öyrənməyə səbəb olur. Beynəlxalq siyasətin müəyyən və müstəqil struktura
malik olan bir sistem kimi dərk olu- na bilməsi ideyası həm beynəlxalq nəzəriyyə üçün
başlanğıc, həm də ənənəvi realizmdən Voltsın uzaqlaşması kimi qəbul oluna bilər.

4.5 Beynəlxalq sistemin əsas qüvvələri və prinsipləri.

Voltsın irəli sürdüyü və sonra cavab verdiyi əsas sual belədir: niyə ölkələr müxtəlif siyasi
sistemlərə və bir-birinə zidd ideologiyalara malik olmalarına baxmayaraq, eyni xarici siyasət
aparırlar? Volts “soyuq müharibə” dövründə böyük dövlətlərin bir-biri ilə münasibətlərinə
istinad edərək liberalların belə bir fikrini təkzib edir ki, dövlətlərin daxili quruluşu beynəlxalq
siyasətin şəraitini, durumunu müəyyən edir. SSRİ və ABŞ tamamilə müxtəlif siyasi və sosial
sistemlər idi, lakin onların xarici siyasəti məzmun baxımından çox oxşar idi: hər iki dövlət hərbi
güc və təsirlərini yeritməyə can atırdılar və strateji üstünlük uğrunda rəqabət aparırdılar. Voltsa
görə, bu onunla izah olunur ki, hər bir dövlətin xarici siyasətinin istiqamətləri beynəlxalq
sistemin qüvvələri ilə müəyyən olunur, dövlətin daxili strukturu ilə yox. Başqa sözlə desək, bu

38
və ya digər dövlətin demokratik olması onun xarici siyasətinin sülhsevər olmasını müəyyən
etmir. Beynəlxalq sistemin qüvvələri dövlətlərin xarici siyasətini oxşar edir. Bu sistem
qüvvələrinin tapılması beynəlxalq münasibətlər nəzəriyyəsinə neorealizmin ən böyük töhvəsidir.
Ənənəvi realizmdən fərqli olaraq, Volts beynəlxalq siyasəti müəyyən struktura malik olan
sistem kimi qəbul edir. Realizm beynəlxalq sistemi bu cür təsvir edə bilmədi, çünki siyasi
nəticələri siyasi sistemin tərkib hissələrinin tədqiqi ilə izah edən onun bixeviorist metodologiyası
buna imkan vermirdi. Buna görə, sistemin tərkib hissələrinin xüsusiyyətləri və bir-birinə
qarşılıqlı təsiri siyasi hadisələrin bilavasitə səbəbidir. Morgentau tərkib hissələrin fəaliyyətini və
bir-birinə təsirini tədqiq etməklə beynəlxalq nəticələri dərk və izah etməyə cəhd edir. Morgentau
beynəlxalq siyasətin system məhduddiyyətlərinə fikir vermir, beynəlxalq strukturun mühüm
nəticələrini nəzərə almır. Voltsa görə, realistlər səbəbiyyət münasi-bətlərini dövlətlərdən yuxarı
səviyyəyə qaldıra bilmirlər, çünki onlar beynəlxalq sistemi elementləri formalaşdıran bir qüvvə,
yəni beynəlxalq sistemi dövlətin xarici siyasətinin xarakterini müəyyən edə biləcək bir qüvvə
kimi qəbul etmirlər. Morgentau kimi realislər hesab edirlər ki, hakimiyyət insanın təbiətindədir.
Volts kimi neo-realistlər isə beynəlxalq sahənin anarxiya vəziyyətində olduğunu göstərirlər. Bu
vəziyyət gücün artırılmasını bir tələb kimi dövlətlərin üzərinə qoyur. Morgentau beynəlxalq
siyasətdəki münaqişələri izah etmək üçün insanın təbiətininin dərk olunmasının vacibliyini
göstərir. Volts isə reduksionizmə müraciət etmir (beynəlxalq münasibətlərin reduksionist
nəzəriyyələri səbəbləri fərdi yaxud milli dövlət səviyyələri ilə bağlayır; beynəlxalq münasi-
bətlərin sistem nəzəriyyələri səbəbləri beynəlxalq səviyyəyə ucaldır). Volts beynəlxalq sistemə
bir müstəqil sahə kimi yanaşaraq onu bütün dövlətlərin fəaliyyətini müəyyən edən bir faktor kimi
qəbul edir.
Voltsun realizmə münasibəti onun liberalizmə və marksizmə münasibətinə bənzəyir. Volts
bu yanaşmaların hər birini reduksionist adlandırır. Bu yanaşmalar “unit-level” (yəni element,
vahid, hissə, səviyyə) nəzəriyyələridir, çünki onlar bütövü (qlobal sistemi) onun tərkib element-
lərini (daxili durumu) tədqiq etməklə izah etmək istəyir. Bu yanaşmalar struktur vəziyyəti, yəni
sistemin elementlərə təsirini dərk edə bilmir. Realistlər insan təbiətini və dövlət xadimlərinin
maraqlarını, liberallar demokratiyanı və sərbəst ticarəti, marksistlər isə kapital və əmək arasında
sinfi mübarizəni vurğulayırlar. Bu yanaşmaların hamısı beynəlxalq sistemin vacibliyini inkar
edir.
Beynəlxalq sistemin müəyyənedici xüsusiyyətlərini və daxili siyasi sistemlərdən fərqini aydın-
laşdırmağa çalışan Volts hesab edir ki, beynəlxalq sistemin üç mühüm xüsusiyyətə malik strukturu
vardır:
1. Sistemin fərqləndirici prinsipi;
2. Sistemdə elementlərin xarakteri;
3. Sistemdə elementlərin qabiliyyətinin paylaşdırılması.
1. Beynəlxalq sistemin fərqləndirici prinsipi anarxiyadır. Burada dövlətlərasası münasibəti
tənzimləyən yüksək səviyyəli hakimiyyət yoxdur. Fərdlərdən fərqli olaraq milli dövlətlər elə bir
mühitdə mövcuddurlar ki, onlar özlərinə kömək etməli olurlar. Belə bir mühitdə sağ qalmaq
üçün onlar təhlükəsizliklərini hərbi qüvvələrini artırmaqla təmin etmək istəyirlər. Bu təhlü-
kəsizlik dilemması bütün ölkələr üçün onların daxili mədəni və ya siyasi xüsusiyyətlərindən asılı
olmayaraq ümumidir. Voltsa görə, beynəlxalq sistemin anarxiyalı mahiyyəti bir neçə əsr ərzində
sistemin fərqələndirici prinsipi olmuşdur;
2. Voltsa görə, sistemdə olan elementlərin xarakteri eynidir, yəni beynəlxalq sistemdə bütün
dövlətlər strukturun məhdudiyyətlərinə görə funksional cəhətdən oxşardır. Anarxiyalı mühit
dövlətləri nizamlayır: onlar hər hansı funksiyadan əvvəl öz təhlükəsizliklərini güdürlər. Sağ qal-

39
maq istəyi onların fəaliyyətinin çox hissəsini müəyyən edir. Lakin dövlətlər funksional cəhətdən
eyni olsalar da, öz qabiliyyətlərinə görə fərqlənirlər;
3. Beynəlxalq sistem üzrə hakimiyyətin qeyri-bərabər və daim artan paylaşdırılması vardır.
Dövlətlər eyni məsələlərlə qarşılaşır, lakin onları yerinə yetirmək qabiliyyətlərinə görə dövlətlər
bir-birindən fərqlənirlər. Hər bir dövlətin ümumi məqsədlərə nail olmaq qabiliyyəti onun
beynəlxalq sistemdəki yerindən və xüsusilə onun nisbi hakimiyyətindən asılıdır. Beynəlxalq
sistemdə hakimiyyətin paylaşdırılması dövlətlərin fəaliyyətini dərk etmək üçün bir açar kimi
ideologiyanı, yaxud digər daxili amili nəzərə almır. Buna görə də neorealistlər böyük və kiçik
dövlətləri bir-birindən fərqləndirirlər.

Mövzu 5. Rasionalizm. Beynəlxalq Münasibətlər Nəzəriyyəsində Böyük Debatlar.

5.1 Rasionalizmin ümumi xarakteristikası.


5.2 Rasionalizmdə beynəlxalq cəmiyyət anlayışı. Nizam və ədalətin münasibəti.
5.3 Qeyri Qərb xalqlarına münasibət. Beynəlxalq cəmiyyətin genişləndirilməsi.
5.4 Rasionalizm nəzəriyyəsinin tənqidi.
5.5 Beynəlxalq Münasibətlərdə Böyük debatlar.

5.1 Rasionalizmin ümumi xarakteristikası.

Suverenlik, anarxiya və təhlükəsizlik dilemması terminləri realizmin leksikonunda mühüm


yer tutduğu halda, tərəqqi və mənəviyyat ideyası realistlərin çoxunun beynəlxalq münasibətlər
nəzəriy- yəsində yoxdur. Etik prinsiplər və sosial tərəqqi bir çox daxili siyasi sistemlərdə
mövcuddur. Lakin etik məsələlər beynəlxalq siyasətə az təsir edir, çünki dövlətlər ilk növbədə öz
təhlükəsizlikləri haqqında düşünməlidirlər və onlara qonşu olan dövlətlərin yalnız bəzilərinə
inanmalıdırlar. Xarici siyasətdə universial etik prinsiplər dövlətlərin milli maraqlarını əsaslan-
dırmaq və rəqib ölkəni tənqid etmək məqsədinə xidmət edir.
Realistlər daxili və beynəlxalq siyasət arasında əlaqəni inkar edirlər, yəni onların fikrincə,
daxildəki vəziyyətlə beynəlxalq vəziyyət bir-birindən əsaslı şəkildə fərqləndiyinə görə daxili və
beynəlxalq siyasətin məzmunu oxşar olmur). Kosmopolitlər (liberal beynəlmiləlçilər) dövlət-
lərarası münasibətlərdə etik prinsiplərin mövcud olmasını qeyd edirlər. Onların fikrincə, daxili
və beynəlxalq siyasət arasındakı uçurum azala, hətta ləğv ola bilər. Kosmopolitlərin fikrincə,
daxili və beynəlxalq siyasət arasındakı fərqin azalması nəinki mümkündür, hətta zəruridir. Bu iki
nəzər nöqtəsi arasındakı mübarizə beynəlxalq münasibətlərə dair fikir tarixində mühüm yer tutur
və realistlərlə idealistlər arasındakı birinci debatın mərkəzindədir. Kosmopolitlər hesab edirlər ki,
realistlər dünyada sülhün bərqərar olmasına inanmırlar. Realizm isə kosmopolitizmi qanunun
aliliyi, açıq diplomatiya və kollektiv təhlükəsizliyə əsaslanan yeni dünya nizamın gələcəyi
haqqında sadəlövh optimist və zərərli ideyaları irəli sürməkdə günahlandırır. İdealistlərin
kosmopolit fikirləri milli təhlükəsizliyin təmin olunması məsələsini diqqətdən kənarda qoyur.
Dünya müharibələri arası illərin təcrübəsi realizmin fikirlərinin doğru olmasını sübut etdi.
Rasionalist yanaşmanın əsasını holland hüquqşünası Huqo Qrosi (1585-1645) qoymuşdur.
Müasir dövrdə BMN-də bu yanaşmanın əsas nümayəndələri Martin Vayt və Hedli Bulldur.
Rasionalist nəzəri yanaşması BMN-də realizm və idealizm arasında yerləşən müstəqil bir
fikir cərəyanıdır. Burada həm realizmin, həm də idealizmin müəyyən əlamətləri vardır. Düzdür
bəzi rasionalist fikirlərində realizmin heç bir əlaməti yoxdur. Martin Vayt “Beynəlxalq nəzəriyyə

40
niyə yoxdur?” adlı əsərində qeyd edir ki, daxili siyasət firavan həyatın, beynəlxalq siyasət isə
təhlükəsizliyin təmin edilməsinə yönəlmişdir. Yəni burada Vayt realizmdən fərqli olaraq,
beynəlxalq sistemi anarxiya kimi təsvir etmir. Lakin başqa bir yerdə o, realist ruhda qeyd edir:
“Beynəlxalq münasibətlər tərəqqi nəzəriyyəsi ilə uzlaşmır”. Beləliklə, rasionalizm yanaşması-
nın realizmə və liberalizmə həm zidd, hə də uyğun gələn müddəaları vardır.
Realizm kimi rasionalizm də anarxiya ilə başlayır, lakin, realizmdən fərqli olaraq,
rasionalizm qeyd edir ki, insan cəmiyyətinə məxsusluq hissi dövlətə və beynəlxalq münasibətlərə
öz siviliza- siya möhürünü vurmuşdur. Rasionalislər kosmopolitlər kimi göstərirlər ki,
beynəlxalq sistem azadlıq və bərabərlik prinsiplərini özündə ehtiva edir.
Vayt 1950-ci illərdə London İqtisad Məktəbində oxuduğu mühazirələrində rasionalizmi
belə təsəvvür edirdi: “Rasionalizm realizm və idealizm yanaşmalarının arasında yer tutur.
Rasionalizmə əsasən, anarxiya dövlətləri öz təhlükəsizlikləri barədə düşünməyə vadar edir.
Universal mənəviyyat suveren dövlətin eqoizminin qarşısını alır. Hətta anarxiya şəraitində
beynəlxalq nizamın yüksək səviyyəsi mövcuddur”.
Rasionalizmin realizm və idealizm arasında tutduğu mövqe belə bir mühüm sualı ortaya
qoyur: rasionalist yanaşmada qayda-qanun və dəyişiklik bir-birilə necə uzlaşır? Bu sualla əlaqədar
iki əsas məqamı qeyd etmək lazımdır: 1. Anarxiya şəraitində dövlətlərin hakimiyyətə can
atmalarına nəzarət edə bilmələrini göstərməklə rasionalizm realizmdən uzaqlaşır (realizmə görə,
dövlətlər daima güclərini artırırlar. Bu, onların mühüm funksiyasıdır). Dövlətlərin bir- biri ilə
razılığa gələrək birgə yaşamaları məsələsi rasionalizmi rea- lizmdən daha çox maraqlandırır.
Realistlər diqqətlərini beynəlxalq sistemin mahiyyətinə yönəldirlər və hesab edirlər ki, rasionalistlər
beynəlxalq cəmiyyətin vacibliyini şişirdirlər. Beynəlxalq sistemdən (dövlətlərin bir-birinə təsir
etdikləri və bir-birinin iqtisadi və hərbi imkanlarını və siyasi məqsədlərini nəzərə aldıqları yer)
beynəlxalq cəmiyyətə (dövlətlərin ümumi məqsədləri olduğu və ümumi insti- tutlara etibar etdikləri
yer) keçmək rasionalizm üçün çox vacibdir;
Rasionalizm hesab edir ki, beynəlxalq nizam göydən düşməyibdir, yəni öz-özünə
yaranmayıbdır. O, çox möhkəm ol- mayan nailiyyətdir və təcavüzkar qüvvə onu dağıda bilər.
Rasiona- lizm belə bir sualı ortaya qoyur: beynəlxalq nizam necə dəyişməli- dir ki, o,
mənəviyyat və ədalətin tələblərinə cavab versin? Bu sualla əlaqədar Vayt bununla əlaqədar qeyd
edir: “Bütün zamanlar üçün əsas siyasi məsələ qanun və ya təhlükəsizliyin təmin edilməsi ol-
muşdur, çünki bunlar ədalət və inkişaf üçün şərait yaradır. Hesab olunur ki, 1980-ci və 1990-cı
illərdə rasionalizm bit nəzəriyyə kimi beynəlxalq münasibətlərdə ədalətin müdafiəçisi kimi çıxış
etməyə başladı (əvvəllər o, daha çox beynəlxalq nizamın bərqərar olmasını vurğulayırdı).

5.2 Rasionalizmdə beynəlxalq cəmiyyət anlayışı. Nizam və ədalətin münasibəti

Vayt kimi bəzi rasionalistlər tarix boyu mövcud olan bir neçə beynəlxalq cəmiyyətləri
göstərirlər. Bütün əvvəlki dövrlərin cəmiy- yətləri imperiyalar tərəfindən dağıdılmışdır. Bundan
başqa bu cə- miyyətlər inqilabların qurbanı olmuşlar. Vayt belə bir sual ortaya qoyur: ticarət və
kommersiya müxtəlif cəmiyyətləri bir araya gətirib dövlətlərin cəmiyyətlərinin yaranmasına necə
səbəb oldu? Üç bey- nəlxalq cəmiyyətə (Qədim çinlilər, Yunan-Roma, dövlətlərin müasir
cəmiyyəti) istinad edən Vayt qeyd edir ki, bu cəmiyyətlər ümumi dil və mədəniyyət olan
ərazilərdə yaranmışdır.
Başqa bir rasionalist Hedli Bull dövlətlərin cəmiyyətlərinin təkamülü haqqında yazaraq
qeyd edir ki, təbii qanun doktrinasının forması, ədalət ideyası dövlətlərarası, yaxud beynəlxalq
ədalət ideyasından əvvəl gəlirdi. Lakin Bull əlavə edir ki, Avropa dövlətləri orta əsrlər insan

41
cəmiyyəti konsepsiyasını zəiflətmişlər. Bullun fikrincə, beynəlxalq sistem iki və ya daha çox
dövlətin bir-biri ilə əlaqələri və bir-birinə təsir etməyə imkanları olanda yaranır. Dövlətlərin
cəmiyyəti (beynəlxalq cəmiyyət) isə ümumi maraqlara və dəyərlərə malik olan dövlətlər
tərəfindən yaradılır. Bulla görə, dövlətlər hiss edəndə ki, onlar ümumi sivilizasiyaya mənsub
deyil, onlar arasında nizam, qayda yaranır. Birgə yaşamaq zərurəti Bullun diplomatik
mədəniyyət adlandırdığı hadisəni yaratmaq üçün kifayətdir (diplomatik mədəniyyət elə qaydalar,
müqavilələr və institutlar sistemidir ki, müxtəlif mədəniyyətlər və ideyalar ilə siyasi biliklər
arasında nizamı saxlayır). Bulla görə, əgər siyasi vahidlərin beynəlxalq siyasi mədəniyyəti varsa,
onda diplomatik mədəniyyət daha da möhkəm olacaqdır.
Beynəlxalq nizamın yaranmasının əsas şərtlərinin ətraflı təhli- li Bullun “Anarxiyalı
cəmiyyət” (“The Anarchical Society”) adlı əsərində verilmişdir. Əsərdə daxili və beynəlxalq
cəmiyyət arasında müəyyən oxşarlıqlar göstərilir. Bull hesab edir ki, hər hansı bir cə- miyyətin
yaranmasından ötrü onun üzvləri üç əsas məqsədi təmin etmək üçün əməkdaşlıq etməlidir:
1. Zorakarlığa məhdudiyyət qoymaq;
2. Mülkiyyəti qorumaq;
3. Müqavilələrə əməl etmək.
Beynəlxalq və daxili cəmiyyətin bir-birindən əsas fərqi onda- dır ki, birincidə daha yüksək
hakimiyyət yoxdur. Beynəlxalq cəmiy- yətin yaranmasına ehtiyac qüvvələri nəzarətə almaq və
dövlətlərin arasına birgə yaşamağa dair qayda gətirməkdədir. Rasionalizmə gö- rə, müxtəlif
mədəniyyət və ideologiyalara mənsub olan dövlətlərin ümumi məqsədi olsa, onlar birləşə
bilərlər. Bu işin həyata keçirilməsində diplomatiyanın əvəzsiz rolu vardır. Beləliklə, beynəlxalq
cəmiyyət yalnız yeni ideologiyaya mənsub olan dövlətlər arasında yaranmır.
Rasionalizmin liberalizm ilə bəzi oxşarlığı vardır, çünki ona əsasən, beynəlxalq
münasibətlərin mahiyyətini anlamaq üçün daxili strukturları nəzərə almaq lazımdır. Rasionalizm
dünya siyasətinin mədəni ölçüsünə, xüsusilə milli və beynəlxalq ideyasına fikir verir.
Bull “Anarxiyalı cəmiyyət” əsərində beynəlxalq münasibətlərin tədqiq olunmasına
münasibətdə iki yanaşmanı göstərir. Birinci yanaşmanı Huqo Qrosiy yanaşması, ikincini isə
plüralizm adlan- dırır. Birinci yanaşmanın əsasında beynəlxalq cəmiyyəti təşkil edən dövlətlərin
həmrəyliyi durur. Beynəlxalq cəmiyyətin həmrəyliyi ideyası özünü belə bir fikrdə göstərmişdir:
Ədalətli və ədalətsiz mü- haribələr arasında aydın fərq vardır. Bir də hər bir fərd beynəlxalq
hüququn subyektidir və hüquqlarında beynəlxalq cəmiyyətin üzvüdür. İkinci yanaşmaya əsasən,
dövlətlər həmrəylik göstərmirlər, la- kin onlar müəyyən məqsədlər üzrə razılığa gələ bilərlər.
Bu yanaş- maya əsasən (Oppenheim), beynəlxalq cəmiyyətin üzvləri fərdlər yox, dövlətlərdir.
Beynəlxalq cəmiyyətlərin plüralist və həmrəy formalarını bir-birindən fərqləndirən Bull
“Anarxiyalı cəmiyyət” əsərində göstərir ki, daha böyük həmrəyliyin vaxtı hələlik çatmamışdır.
Beynəlxalq cəmiyyətin əsas məqsədləri arasında yarana biləcək münaqişələrə dair yazılarında,
bir də nizam və ədalət arasında ziddiyyətin təhlilində Bull plüralizmdən həmrəyliyə keçidin
çətin- liklərini göstərir. O, qeyd edir ki, dövlətin suverenliyinin saxlanılması əsas məqsəddir,
lakin böyük dövlətlər qlobal hakimiyyət ba- lansını saxlamaq və daha böyük sülhə nail olmaq
məqsədilə kiçik dövlətlərin müstəqilliyini qurban verəcəklər (yəni nizam naminə ədaləti qurban
vermək). XVIII əsrdə Polşanın qurban verilməsi, Millətlər Liqasının 1930-cu illərdə İtaliyanın
Həbəşistana təcavüzünün qarşısını ala bilməməsi dövlətlər arasında qüvvələrin balansından asılı
olan nizamın dövlətlərə eyni şəkildə bərabər münasibət bəsləməyi tələb edən ədalətlə
toqquşmasını göstərir. Bundan başqa Bulla görə, böyük dövlətlərin kiçik dövlətlərə nüvə silahı
əldə etməkdə mane olmaları ədalətlə nizamın digər bir ziddiyyətidir.
Müasir dünyada etik prinsiplərin seçmə tətbiqinin qorxusu özünü biruzə verir. Dövlətlərin

42
ədaləti müxtəlif, hətta bir-birinə zidd anlamaları beynəlxalq cəmiyyətə zərər vura bilər. Dövlətlər
ədaləti müxtəlif cür anlasalar da, onlar aralarındakı nizamı saxlayacaq hüquqi və mənəvi
razılıqları qəbul edirlər.
Bull hesab edir ki, nizam və ədalətin tələbləri bir-birilə toqquşa bilər, lakin beynəlxalq
nizamın elə mənəvi dəyərləri vardır ki, həmin nizam bütövlükdə hər bir cəmiyyətdəki nizamın
məqsədinə uyğun gəlir.
Beynəlxalq hüquqda daha çox qeyri-Qərb ideyalarının olması Qərb və başqa mədəniyyətlər
arasında olan uçurumu aradan qaldırmağa kömək edəcəkdir. Rasionalizmdə utopizm yoxdur,
çünki rasionalizm, məsələn, neorealizmdə olan beynəlxalq siyasətin fatalist interpretasiyasını
qəbul etmir. Rasionalistlər bir qədər optimisdirlər, belə ki, onlar hesab edirlər ki, müxtəlif
mədəniyyətlərə mənsub olan ölkələr arasında nizamı saxlayacaq qaydalar və müqavilələr üzrə
razılığa gəlmək olar. Rasionalistlərə görə, siyasi fəaliyyətin funksiyası universal normalar və
xüsusi mədəniyyətlər, maraqlar arasında balans yaratmaqdır.

5.3 Qeyri Qərb xalqlarına münasibət. Beynəlxalq cəmiyyətin genişləndirilməsi.

Rasionalistlərin 1980-ci illərdəki yazılarında əsas suallardan biri müxtəlif sivilizasiyaların


birgə mövcud olmaları haqqında razılığa nail olub-olmamaları, bir də onların beynəlxalq cəmiy-
yətə mənsub olub-olmamaları ilə bağlı idi. Bu suala cavab vermək üçün XVIII əsrin sonunu yada
salmaq lazım idi. O vaxt Avropa, Çin, İslam və Hind dünyaları dörd əsas regional beynəlxalq
sistemi təmsil edirdi və hər bir sistemdə olan dövlətlər hesab edirdilər ki, onlar başqalarından
daha yüksək sivilizasiyaya mənsub idilər. Dövlətlərin Avropa cəmiyyəti Avropada müstəqil
bərabərlik prinsipini uca tutaraq bu hüququ qeyri-Avropa xalqlarına şamil etmirdi. Avropa ölkə-
lərində Qərb ilə digər sivilizasiyaların münasibətləri müzakirə mövzusu idi. Qərbdə bəziləri
qeyri-Avropa xalqlarını qul etməyə, yaxud yox etməyə çağırırdı. Bununla belə Qərbdə qeyri-
Avropa xalqlarının hüquqlarını müdafiə edənlər də var idi və onlar bütün ölkələri beynəlxalq
cəmiyyətin üzvü hesab edirdilər. İmperializmin bəzi doktrinaları göstərirdi ki, Qərb qeyri-Qərb
xalqları ilə münasibətdə himayədarlıq funksiyasını yerinə yetirməlidir. Millətlər Liqası, daha
sonra BMT qeyri-Avropa xalqlarını dövlətlərin cəmiyyətinə daxil etmək məqsədilə onları
hazırlamalı idi. Avropalılar hesab edirdilər ki, bu prosesi başa çatdırmaq üçün bir neçə əsr vaxt
tələb olunacaqdır. Çünki bəzi qeyri-Qərb sivilizasiyaları özlərini ali sivilizasiya hesab edərək
digər sivilizasiyaların dəyərlərini qəbul etmək istəmirdilər. Onlar bunu özlərinə yaraşdırmırdılar.
Məsələn, çinlilər başqa xalqların siyasi və sosial inkişafın daha aşağı səviyyəsində olmaları- nı
qeyd edirdilər.
Avropa cəmiyyətinə üzv olmaq üçün sivilizasiyanın Avropa strukturlarına uyğun gəlməsi
şərt kimi irəli sürülmüşdür. Qeyri-Avropa xalqları daxili dəyişikliyin uzun və çətin prosesini
keçdikdən sonra suverenliyin, diplomatiyanın və qanunun Qərb konsepsiyalarını qəbul etdilər.
Bəzi qeyri-Qərb xalqlarının Qərbə qarşı üsyan etdiklərinə görə Qərb öz baxışlarına ciddi dəyişik-
liklər etməyə məcbur oldu. Bu üsyan dövlətlərin Avropa cəmiyyətindən universal cəmiyyətə
keçmələrinə səbəb oldu.
Qərbə qarşı üsyan beş əsas mübarizədən ibarət idi:
Birinci üsyan Çin və Yaponiya kimi cəmiyyətlər tərəfindən aparılan suverenlik uğrunda
mübarizə idi. Çin və Yaponiya öz formal müstəqilliklərini saxlasalar da aşağı statusda idilər. Bu
dövlətlər məcburən imzalanan qeyri-bərabər müqavilələr ilə idarə olunurdular. Bu ölkələr Qərb
vətəndaşını daxili qanuna tabe edə bilmirdilər. Hüquqi bərabərlik uğrunda mübarizənin bir nəti-
cəsi kimi Yaponiya 1900-cı ildə dövlətlərin cəmiyyətinə daxil oldu, Türkiyə – 1923-cü ildə,

43
Misir – 1936-ci ildə və Çin – 1943-cü ildə.
İkinci üsyan müstəmləkə ölkələrinin Qərb imperializmindən bərabər suveren hüquqlar
tələb etməsi idi.
Üçüncü üsyan irqçiliyin tənqidi idi.
Dördüncü üsyan Qərb ticarət və maliyyə sistemindəki bərabərsizliklərə qarşı yönəlmişdi.
Beşinci üsyan Qərb mədəni imperializminin normalarına qarşı idi. Bull və Vatson belə bir sual
ortaya qoyurlar – “dövlətlərin universal cəmiyyətinin yaranması mədəniyyətlərin və sivilizasiya-
ların bir-birinə yaxınlaşmasına, yoxsa onların bir-birindən aralanmasına səbəb olacaqdır?”. Bu
sual indiki debatların mərkəzində durur. Rasionalizmi bu sualla əlaqədar bu yaxınlarda qəbul
olunmuş üç başqa tezislə müqayisə etmək məsləhətdir:
Birinci tezisə əsasən, sivilizasiyalararası münaqişələr postkommunist məkanda daha da
intensivləşibdir (Hantinqton). Bull və Vatson ənənəvi fikirlərin dirçəlməsini və Qərb dəyərlərinin
təcavüzünə qeyri-Qərb xalqları tərəfindən müqavimətin artmasını qeyd edirlər;
İkinci tezis liberal demokratiyanın normativ üstünlüyünə dair universal razılığın artmasını
vurğulayır (Fukuyama). Bu tezis ilə Bull və Vatsonun qeyd etdikləri modernləşmənin elitar
kosmopolit mədəniyyətinin yaranması arasında əlaqə vardır;
Üçüncü tezisə əsasən, post-Avropa dünyasının inkişafı ilə əlaqədar mədəni müxtəliflik
artmışdır və daha Qərb iddia edə bilmir ki, ondakı dəyərləri başqa cəmiyyətlər qəbul etməlidir
(Braun). Bu tezisə əsasən, qeyri-Qərb xalqları müstəqil dövlətlər yaratmışlar, heç bir konkret
mənəvi standartları yeritmək lazım deyil və bütün dövlətlər birgə yaşamağın əsas qaydalarını
dəstəkləmək haqqında razılıq əldə etməlidirlər.
Bull və Vatson öz əsərlərində “Qərbə qarşı üsyan beynəlxalq cəmiyyətin plüralist
konsepsiyasının zəfəri ilə nəticələndi” fikrini bir qədər dəstəkləyirlər. Bununla bərabər onlar
iddia edirlər ki, modernləşmə mədəniyyəti dünya üzrə elitanı birləşdirir. Onların fikrincə, qeyri-
Qərb dövlətlərinin maraqlarını əks edən beynəlxalq nizam müəyyən dərəcədə bərqərar olduğuna
görə əksər xalqların legitimliyinə beynəlxalq cəmiyyətin göstəriş verməsindən əvvəl müəyyən
dəyişiklər tələb olunacaqdır. Bu legitimliyin mövcud olması üçün beynəlxalq hüquqa qeyri-Qərb
elementlərinin daxil edilməsi və dünya sərvətinin əsaslı surətlə bölüşdürülməsi vacibdir.
1970-ci illərdə nizam və ədalət arasında ziddiyyət rasionalizmdə mərkəzi mövzu idi. Lakin
1980-ci illərdə bəzi mühüm dəyişikliklər baş verdi. Bu ziddiyyət bir qədər yumşaldı. Tədqiqat-
çılar nizam və ədalətin arasında harmoniyanın olması haqqında fikir irəli sürməyə başladılar.
Məsələn, Bull iddia edirdi ki, ədalət nizam olan yerdə reallaşır. Onun fikrincə, üçüncü dünya
xalqlarına münasibətdə ədalətə nail olmaq üçün zəruri olan tədbirlər beynəlxalq nizamın
gələcəyini artıracaq eyni tədbirlərdir.
Ədalət və nizam arasında ziddiyyət Şərqi Avropada sosialist cəmiyyətlərinin dağılması ilə
əlaqədar beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Bu regionda sosialist cəmiy-
yətlərinin dağılması ədalətin nizamın bahasına əldə olunmasını göstərdi. Köhnə ərazi müba-
hisələrinin yenidən qaldırılması və dövlətlərin başqa cəmiyyətlərdəki azlıqları müdafiə etmək
üçün müdaxiləyə əl atması bu fikri bir daha təsdiqləyir.
Daha bir çətin sual – “beynəlxalq cəmiyyət müstəqilliklərini saxlayan, lakin aclıq, yaxud
vətəndaş müharibəsi səbəbindən çox pis sosial – iqtisadi durumda olan ölkələrlə necə rəftar
etməlidir?” Belə ölkələr (kvazi-ölkələr) dünya ictimaiyyəti qarşısında mürəkkəb sualları ortaya
qoyur – əziyyət çəkən əhaliyə kömək etmək üçün beynəlxalq cəmiyyətin təcavüzünün dərəcəsi
nə qədər olmalıdır? Aclıq və vətəndaş müharibəsindən əziyyət çəkən fərdlər üçün ədaləti təmin
etmək məqsədilə belə hallarda müdaxilə etməmək prinsipini qurban vermək lazımdırmı? Bu
suallara indiyədək müasir beynəlxalq cəmiyyət cavab tapmamışdır.

44
Robert Cekson “Beynəlxalq münasibətlərdə kvazi dövlətlər” (“Quasi-states in İnternational
Relations”) adlı əsərində hesab edir ki, zəif dövlət beynəlxalq cəmiyyətdə böyük dəyişikliklərin
simptomudur. Bu simpton özlərini müstəqil şəkildə idarə edə bilməmələrinə baxmayaraq müs-
təmləkə dövlətlərini bərabər hüquqa malik olan dövlət kimi beynəlxalq cəmiyyətdə qəbul olma-
larını göstərir. BMT- nin Baş Assambleyasının 1960-cı il 1514 saylı Qətnaməsi müstəqil xalq-
ların dövlət yaratmaqdan əvvəl bunun üçün onların zəruri imkanlarının olmasının nümayiş etdi-
rilməsinin vacib olmasına dair maddəni ləğv etdi. Xalqlara “hüquqi dövlətçilik” verilərkən empi-
rik dövlətçiliyin (dövlətin fəaliyyəti üçün zəruri olan iqtisadi və siyasi zəmin) olmasına artıq fikir
verilmişdi. Dövlətlər mənfi suverenliyi (xarici müdaxilədən azad olmaq hüququ) o vaxt əldə et-
dilər ki, onların müsbət suverenliyi (vətəndaşlarının iqtisadi və siyasi tələbatlarını ödəmək imka-
nı) yox idi. Kvazi dövlətin yaranması yenidən paylaşdırmanın etikası üçün çağırışlara səbəb
oldu. Zəngin dövlətlər zəif dövlətlərə müsbət suverenliyi əldə etmək üçün kömək etməkdə
özlərini borclu bildilər.
Dövlətlərin cəmiyyəti (yəni beynəlxalq təşkilat, məsələn, Avropa İttifaqı) ona üzv olmaq
istəyən dövlətdən tələb edə bilərmi ki, həmin dövlət öz vətəndaşlarının konstitusiya hüquqlarına
hörmətlə yanaşsın? Avropa İttifaqı Yunanıstan, Portuqaliya və İspaniya hökumətlərinə, Avropa
Şurası isə Şərqi Avropanın və keçmiş Sovet İttifaqının yeni dövlətlərinə bu cür tələblər irəli
sürmüşlər. Daha bir sual – “beynəlxalq cəmiyyətə üzv olmuş dövlət vətəndaşlarının hüquqlarını
sistemli şəkildə pozduqda suverenliyindən əl çəkir?” Qərb insan hüquqları və demokratiyanın
yayılmasında səy göstərir və dövlətin suverenliyi nizamı ədalətdən üstun tutduqda humanitar
təcavüzü həyata keçirməyə çalışır. Rasionalistlər bu məsələ üzrə daha çox humanitar təcavüzün
müəyyən hallarda tərəfdarları kimi çıxış edirlər.

5.4 Rasionalizm nəzəriyyəsinin tənqidi.

Beynəlxalq münasibətlərdə tərəqqi varmı? – Bu sual çox güman ki, beynəlxalq münasi-
bətlərin mərkəzi problemi kimi çıxış edir. Çox vaxt elə görünür ki, realizm və rasionalizm
beynəlxalq münasibətlərin eyni sahəsidir. Başqa sözlə desək, bu iki yanaşmalar arasında fərq
görünmür. Lakin daha dəqiq baxsaq görərik ki, rasio nalistlər realistlərdən fərqli olaraq inanırlar
ki, eynəlxalq münasibətlər haqqında məhdud tərəqqiyönümlü fikir mümkündür (yəni təkrar yox,
inkişaf). Realizm və inqilabçılıq (liberalizm) arasında olan bir yanaşma kimi rasionalizm nizamın
qorunmasına yönələn əməkdaşlığa dövlətləri cəlb etməklə hakimiyyət və təhlükəsizlik uğrunda
mübarizəni saxlayan sivil prosesləri müəyyən edir. Rasionalistlər inanırlar ki, beynəlxalq nizam
fərdlərin həyatlarına nizam gətirmək imkanı ilə ölçülməlidir. Lakin nizam ədalət ilə ziddiyyətdə
olanda, o halda seçim edilməlidir. Bull kimi rasionalistlərin kosmopolit layihələrə rəğbətləri var-
dır. Lakin onlar hesab edirlər ki, insan əqli bütün adamlar tərəfindən qəbul olunan etik prinsipləri
müəyyən etməyə qadirdir.
Dövlətlərin sistemlərinin dövlətlərin cəmiyətlərinə necə keçmələrinin tədqiq olunmasında
maraqlı olan rasionalizm icmaların başqalarının maraqlarını nəzərə almaqla daha açıq olmala-
rının yollarını tədqiq edir. Bu, Vaytın əsərlərində əks olunur: “icmalar başqalarının fikirlərini
nəzərə almaqla öz fikirlərini dəyişsələr, onda beynəlxalq cəmiyyət mövcud ola bilər”. Bey-
nəlxalq cəmiyyətin genişlənməsinin təhlili dövlətlərarası münasibətlərin iyerarxikdən daha çox
eqalitar olmasını göstərir.
Rasionalizmin gücü və zəifliyi nədədir? Onun gücü ondadır ki, o, realizm sterilliyindən,
idealizmin isə sadəlövhlüyündən azaddır. Realizmdən fərqli olaraq o göstərir ki, dövlətlər başqa
dövlətlərin maraqlarını necə nəzərə alır və hətta anarxiya şəraitində belə nizamı necə yarada bilir.

45
Rasionalistlər beynəlxalq münasibətlərin bir prinsipi kimi tolerantlığın vacibliyini vurğulamaqda
maraqlıdırlar. Nizam universal normaların və konkret mədəniyyətlər ilə maraqların balansından
asılıdır. Nizam möhkəm nailiyyət deyil və həmişə təcavüzkar dövlətlərin siyasətləri ilə pozula bi-
lər. Lakin o elə bir çərçivədir ki, orada mənəviyyat və ədalət inkişaf edə bilər. Dövlətlər arasın-
da nizam daimi deyil.
Rasionalizmdə əsas zəiflik ondadır ki, o inqilabi təfəkkürü təsvir etmək istəyir; mənəvi və
siyasi nəzəriyyə ilə əlaqəni nəzərə almır, həmçinin adekvat normativ fikri inkişaf etdirə bilmir.
Rasionalizm beynəlxalq münasibətlər nəzəriyyəsinin elə bir istiqamətidir ki, o, mədəni cə-
hətdən müxtəlif dövlətlərin beynəlxalq nizam və ədalət prinsipləri üzrə necə razılığa gəl-diklərini
dərk etməyə çalışır. Fərdlərin rifahının və mədəni müxtəlifliyin artmasının kontekstində onların
ilkin sosial qruplarının yaradılması elə bir təhlil üsulunu tələb edir ki, o, rasionalizmin gücünü
özündə saxlayır.

5.5 Beynəlxalq Münasibətlərdə Böyük debatlar.

Beynəlxalq münasibətlər nəzəriyyəsində əsas məktəbləri nəzərdən keçirdikdən sonra onla-


rın aralarında gedən mübahisələrdən, ideoloji qarşıdurmadan danışmaq məqsədəuyğundur.
Beynəlxalq münasibətlər nəzəriyyəsinin bir elm sahəsi kimi formalaşmasında və sonrakı
inkişafında onun tədqiqat sahəsinə aid olan bir çox məsələlərə dair müxtəlif məktəblər və nəzəri
yanaşmalar tərəfindən irəli sürülən anlayışlar, fərziyyələr, konsepsiyalar və nəzəriyyələr əhəmiy-
yətli rol oynamışlar. BMN-nin bir müstəqil elm sahəsi kimi meydana gəlməsindən indiyədək
onun bir sıra mühüm məsələlərınə dair müxtəlif məktəblər və nəzəri yanaşmalar arasında müba-
hisələr gedir. Bu mübahisələr BMN-nin tarixinə “Böyük debatlar” kimi daxil olmuşlar. Müba-
hisələrin predmeti müxtəlifdir: fənnin predmetindən tutmuş orada tətbiq edilən metodlaradək.
BMN-nin tarixində üç böyük debat olmuşdur- Birinci, İkinci və Üçüncü. Debatların hər
biri müxtəlif vaxt meydana gəlmişdir. Onların hər birinin meydana gəlməsində beynəlxalq aləm-
də baş verən hadisələr önəmli rol oynamışdır. Bu debatlar indi də davam etməkdədir.
Birinci debat
Dünya müharibələri arasındakı dövrdə realizmlə idealizmin qarşıdurması daha da sərtləşdi.
Bu iki paradiqma arasındakı qarşıdurma BMN sahəsində birinci böyük debatın meydana gəlməsi
ilə nəticələndi. Belə bir təsəvvür yaranmışdır ki, realizmə əsaslanan siyasətlər millətçi, idealizmə
əsaslanan siyasətlər isə beynəlmiləlçi idi. Realizm milli hakimiyyətin genişlənməsini məqsəd kimi
qarşıya qoymuşdursa, idealizm sülhü bərqərar etməyə və möhkəmlətməyə yönəlmişdir. Realizm və
idealizm arasındakı mübahisənin predmeti
BMN fənni üçün mühüm əhəmiyyət kəsb edən məsələləri əhatə edirdi. Belə məsələlərin sıra-
sında beynəlxalq münasibətlərin mahiyyəti, hərəkətverici qüvvələri, dəyərləri, aktorları kimi mə-
sələlər var idi.
Realizm və idealizm arasında əsas fərq ondadır ki, idealizm dəyərlərə üstünlük verir və
onlara əsaslanır, realizm isə gücə, hakimiyyətə əsaslanaraq onu dəyər kimi qələmə verir. İdealist-
lər hesab edirlər ki, beynəlxalq təşkilatlar, dövlətlərarası müqavilələr və qanunlar vasitəsilə mü-
haribənin qarşısını almaq mümkündür. Realistlər isə idealistlərin bu fikrini rədd edərək mühari-
bənin qarşısını sadalanan vasitələrlə alınmasının mümkün olmadığını iddia edirlər. Yuxarıda
qeyd olunduğu kimi, onlar idealistləri belə fikir irəli sürdüklərinə görə onları utopist adlan-
dırırdılar. Beləliklə, birinci debatın əsasında normalar və mənəviyyatın beynəlxalq davranışla
müna-sibəti durur. Burada etikanın fundamental problemi vardır.
Beynəlxalq mənəviyyatın üç ölçüsü vardır:

46
1. Xalqlar ən azı heç olmasa daxili sahədə mənəvi dəyərləri yüksək
tutmalıdırlar. Bununla onlar beynəlxalq sülhə və nizama şə- rait yaratmış olurlar
(əlbəttə, bu, onların həyati məsələlərinə təsir et- məməlidir);
2. Milli maraqların qarşılıqlı şəkildə üst-üstə gəlməsi. Müx- təlif xalqların
milli maraqlarının uyğun gəlməsi əmin-amanlıq üçün zəmin yaradır;
3. Tiraniyaya qarşı mübarizənin aparılması. Tiraniyaya qarşı mübarizə
dövlətin beynəlxalq aləmdə nüfuzunu artırır.
Milli maraqlara uyğun çıxış etmək siyasi uzaqgörənlikdir. Realizmin və idealizmin
tələblərini nəzərə alan siyasi kursu yürüt- mək isə siyasi və mənəvi uzaqgörənlikdir.
Beləliklə, BMN-nin tarixində meydana gələn ilk böyük debat fənnin iki əsas paradiqması
olan realizm və idealizm arasında özünü göstərmişdir. Bu debat beynəlxalq münasibətlərin
mübahisə doğu- ran bir sıra aktual məsələləri üzrə aparılır.
İkinci Debat
1960-cı illərin sonunda BMN sahəsində yeni debat meydana gəldi. Bu debat iki müxtəlif
intellektual mədəniyyətlər, daha konk- ret desək, tədqiqat metodları – biheviorizm, sayentisizm
(“science” ingilis dilindən tərcümədə “elm” deməkdir.- Red.) və ənənəçilik- arasında idi. İkinci
debat belə bir sual ətrafında gedirdi: Beynəlxalq münasibətlərin öyrənilməsində ən müvafiq
metod hansıdır – biheviorist yoxsa ənənəvi (fəlsəfə, tarix və hüquqa əsaslanan metod)?
Ümumiyyətlə, biheviorizm 1950-ci illərin ortalarında əsasən ABŞ-da formalaşmağa
başladı. Pozitivizmin ictimai elmlərdə tətbiq edilən bir metodu kimi biheviorizm beynəlxalq
münasibətlərin öy- rənilməsində də geniş tətbiq edilməyə başladı. İctimai elmlərdə bi- heviorizm
metodunun tətbiq edilməsinin tərəfdarları hesab edirdilər ki, dəqiq elmlərdə (fizika, kimya və s.)
tətbiq edilən metodlar icti- mai elmlərdə də tətbiq edilməlidir. Bu tələbləri onlar belə əsaslandı-
rırdılar ki, son zamanlar dəqiq elmlərdə tətbiq edilən metodların sayəsində mühüm elmi kəşflər,
nailiyyətlər əldə olunmuşdur. Onların fikrincə, dəqiq elmlərin metodlarının ictimai elmlərdə
tətbiq edilməsi onların da inkişafına səbəb olacaqdır. Biheviorizmin tərəfdarları qeyd edirdilər ki,
realizm özünün güc, milli maraq və digər əsas kateqoriyalarının dəqiq tərifini verməməsinə görə
beynəlxalq siyasət sahəsində düzgün proqnoz vermək mümkün olmamışdır. Əgər hər hansı bir
nəzəriyyənin müddəaları düzgün proqnoz vermək üçün yararlı deyilsə, onda həmin nəzəriy-
yədən imtina etmək məqsədəuyğundur. Bihevioristlərin fikrincə, elmin terminlərinin, kateqori-
yalarının dəqiq tərifi verilməlidir, elm düzgün metodları tətbiq etməlidir və hər bir elmi tədqiqat
riyazi metodla hesablana biləcək faktlardan istifadə etməlidir. Beynəlxalq münasibətləri əsaslı
öyrənmək üçün statistikadan, kompyutor proqramlaşdırmasından, simulyasiya və oyun nəzəiy-
yələrindən geniş istifadə etmək lazımdır.
Ənənəçilər isə əksinə hesab edirlər ki, beynəlxalq münasibətləri əsaslı şəkildə öyrənmək
üçün tarixə müraciət edib oradan müəyyən məsələlər ilə əlaqədar ümumiləşdirmələr etmək kifa-
yətdir. Onların fikrincə, bihevioristlərin dedikləri kimi empirik faktları toplayıb və təhlil etmək
məqsədilə yeni metodları icad etməkdə ehtiyac yoxdur. Ənənəçilərin fikrincə, cəmiyyət o
cümlədən beynəlxalq münasibətlər elə mürəkkəb və rəngarəngdir ki, onu quru statistik metodla
dərk etmək mümkün deyil. Beynəlxalq münasibətləri, ümumiyyətlə, ictimai münasibətləri dəqiq
elmlərin metodları vasitəsilə dərk etmək olmaz.
Bəzi tədqiqatçılar hesab edirlər ki, biheviorist-ənənəçilik qarşıdurmasının realizm-
idealizm qarşıdurması ilə heç bir əlaqəsi yoxdur, çünki ikinci debat təhlilin növü (metodu) ilə
bağlıdır, birinci debat isə beynəlxalq münasibətlərin predmetinə aiddir. Bu yanlış fikrin əsasında
digər bir yanlış fikir durur ki, ona əsasən, beynəlxalq münasibətlərin məzmunu və onu tədqiq
edən metod arasında heç bir əlaqə yoxdur. Lakin məzmun və tədqiqat metodu arasında sıx əlaqə

47
vardır. Tədqiqat metoduna məzmun təsir edir. Əgər beynəlxalq münasibətləri kimsə müəyyən
şəkildə təsvir edirsə, bundan asılı olaraq o, beynəlxalq münasibətlərin öyrənilməsi üçün konkret
metodun münasibliyini məsləhət görəcəkdir.
Biheviorizm və ənənəçilik arasında mübahisə ənənəçilərin beynəlxalq münasibətlərin
öyrənilməsində dəqiq elmlərin metodlarının tətbiq edilməsinə razı olmamalarının nəticəsində
yarandı. Elmi metodlar yalnız 1960-cı illərdə tətbiq edilməyə başlandı. Beynəlxalq müna-
sibətlərin öyrənilməsində dəqiq elmlərin metodlarının tət- biq edilməsinin tərəfdarları (Morton
Kaplan, Karl Doyç, Kvunsi Vrayt, Devid Sinqer, Ernst Xaas və başqaları) beynəlxalq münasi-
bətlərin öyrənilməsində ənənəvi yanaşmanın məhdud olmasını qeyd edərək dəqiq elmlərin
metodlarının istifadə edilməsinin əhəmiyyətini göstərdilər. Onlar öz tədqiqatlarında empirik
faktların toplanma- sına və təhlil olunmasına xüsusi fikir verirdilər. Bihevioristlər beynəlxalq
münasibətlərin tədqiq edilməsində təcrübə yolu ilə yoxlanılmayan hər bir müddəadan, fərziy-
yədən əl çəkməyə çağırırdılar. Onların fikrincə, bunu etməklə beynəlxalq münasibətlərin elmi
cəhətdən öyrənilməsinə nail olmaq mümkündür. Lakin bihevioristlərin bu fikirlərinə ənənəvi
metodların tərəfdarları fəal şəkildə qarşı çıxış edirdilər.
Ənənəçilərin mövqeyini fəal müdafiə edənlərdən biri Hedli Bull idi. Onun bu səpkidə
yazdığı məqalələr biheviorizm və ənənəçilik arasında mübahisəni daha da qızışdırdı. Hedli Bull
əsərlərində beynəlxalq münasibətlərin öyrənilməsində biheviorist yanaşmanı münasib metod
hesab etmirdi və üstünlüyü fəlsəfə, tarix və hüquqa əsaslanan ənənəvi metoda verirdi.
Biheviorist yanaşma belə bir fikrə əsaslanır: beynəlxalq münasibətlər insanlarla bağlıdır və
buna görə də o, bu sahədə fəaliyyət göstərən insanların fəaliyyətinin təhlil və izah olunması ilə
təhlil və izah oluna bilər. Bu mənada biheviorist yanaşma milli dövləti öz tədqiqat sahəsi hesab
edən və onu tədqiq edən ənənəvi yanaşmadan fərqlənir. Biheviorist yanaşmaya əsasən, tədqiqatın
əsas məqsədi insanların sosial cəhətdən müəyyən edilmiş fəaliyyətini öyrənmək- dir. Bunun üçün
tədqiqatçı bir neçə ictimai elmləri, xüsusilə sosiologiyanı, psixologiyanı, antropologiyanı yaxşı
bilməlidir, çünki bu elmlər insanın davranışını dərk etməyə kömək edir. Bihevioristlər nə vaxtsa
“ümumi nəzəriyyənin” (insanların bütün davranışlarını izah edə biləcək) yaradılmasının mümkün
olacağına inanırlar.
Ənənəçilər bihevioristlərin arzuladıqları “ümumi nəzəriyyənin” yaradılmasını şübhə altına
qoyurlar. Ənənəçi bihevioristdən fərqli olaraq hesab edir ki, faktlar həmişə özləri fikir daşıyı-
cıları olmur. Tədqiqatçı faktları izah etməklə onlara məna verir. Biheviorist qeyd edir ki, tədqi-
qatın əldə olunan nəticələri tədqiqatçının nəyəsə üstünlük verməsindən azad olmalıdır.
Biheviorist simulyasiya və kontent təhlil kimi kəmiyyət prosedurlarından istifadə edir. Bihevio-
ristlər nəzəriyyələrini (qərarın qəbul olunması nəzəriyyəsi, sövdələşmə və danışıqlar nəzəriyyəsi,
diplomatiya nəzəriyyəsi) statistika və riyaziyyat, kontent təhlil, oyun və simulyasiyanın
laboratoriya texnikası kimi yeni üsulları tətbiq etməklə irəli sürmüşlər.
Biheviorizm və ənənəçilik metodlarının hər ikisi beynəlxalq münasibətlərlərin öyrənil-
məsində faydalı metod kimi tətbiq edilə bilər. Lakin biheviorist yanaşması qarşıya qoyulmuş
məqsədləri əsaslı və hərtərəfli şəkildə əhatə edə bilmir. Bu isə ümumiləşdirmələrin aparılmasına
imkan vermir. Həmçinin o, metodun əhəmiyyətini şişirdərək hesab edir ki, metod tədqiqatın
mahiyyətini müəyyən edir.
Üçüncü debat
1970-ci illərin əvvəllərində BMN elminin inkişafında üçüncü debat meydana gəldi. Birinci
və ikinci debatlarda olduğu kimi üçüncü debatın da formalaşmasında beynəlxalq aləmdə baş
verən hadisələr mühüm rol oynamışdır. Üçüncü debatın əvvəlki debatlarla başqa bir ümumi
cəhəti mübahisə tərəflərindən birinin siyasi realizm nəzəriyyəsinin olmasıdır. Başqa sözlə desək,

48
debatların hər birində BMN-nin tarixində aparıcı nəzəri yanaşmalardan biri olan realizm
müəyyən tərəfi təqdim edirdi.
Üçüncü debatın formalaşmasına bilavasitə səbəb elmdə yenicə yaranan transmilli istiqa-
mətin tərəfdarlarının (Robert Koxen, Cozef Nay, Con Qrum, Robert Mansbeç və başqaları)
siyasi realizmin dövlət haqqında konsepsiyasına qarşı tənqidi çıxışları olmuşdur. Transmilli
istiqamətin nümayəndələrinin fikrincə, müasir dövrdə siyasi realizm və xüsusilə onun dövlət
haqqında konsepsiyası beynəlxalq münasibətlərin əsas inkişaf istiqamətinə uyğun gəlmir, çünki
müasir beynəlxalq münasibətlər artıq milli marağa və gücə əsaslanan dövlətlərarası münasibətlər
kimi xarakterizə edilə bilməz. Beynəlxalq aləmdə dövlətlərlə bərabər digər akrotlar da (məsələn,
beynəlxalq təşkilatlar, transmilli şirkətlər, qeyri-hökumət təşkilatları) fəaliyyət göstərir və
beynəlxalq münasibətlərin inkişaf istiqamətinə, xarakterinə təsir edirlər. Bunun nəticəsində
beynəlxalq münasibətlər dövlətlərarası münasibətlərdən transmilli münasibətlərə transformasiya
edir. Transmilli münasibətlərin xüsusiyyətləri ondadır ki, burada dövlət aparıcı rol oynamır və bu
münasibətlər dövlətin iştirakı olmadan meydana gəlir. Transmilli münasibətlərin formalaşmasına
beynəlxalq aləmdə transmilli şirkətlərin rolunun artması, elmi- texniki tərəqqinin nəticəsində
rabitə və nəqliyyat vasitələrinin surətlə inkişafı, dünya maliyyə bazarlarında baş verən proseslər
səbəb olmuşdur. Bütün bu proseslər, bir tərəfdən, beynəlxalq münasibətlər sahəsində dövlətin
rolunun azalmasına, digər tərəfdən isə dünyada qarşılıqlı asılılığın sürətlə artmasına gətirmişdir.
Aparıcı paradiqmalardan birinin mübahisə edən tərəflərdən biri kimi çıxış etməsi BMN-nin
bir elm sahəsi kimi daim inkişaf olmasından xəbər verir.
Təhlil etdiyimiz debatın hər birinin BMN-nin bir elm sahəsi kimi formalaşmasında və
inkişafında əvəzsiz rolu vardır. Debatların yaranması normal və obyektiv bir hadisədir. Bir
tərəfdən debatlar elmin inkişafını əks etdirir, digər tərəfdən isə onlar elmin inkişafına səbəb olur.
Başqa sözlə desək, debatlar elmin inkişafına münasibət- də həm səbəb kimi, həm də nəticə kimi
çıxış edir.
Debatlarda hər bir tərəfin təklif etdiyi yanaşma elmin müəyyən müddəalarını müxtəlif
səpkidən öyrənməyi təklif edir. Bu, isə öz növbəsində son nəticədə elmdəki bu və ya digər
paradiqmanın yeniləşməsinə və ümumilikdə elmin inkişafına səbəb olur.
Bu debatlar indiyədək davam edir. Onlar həll edilməmişlər. Bu, isə ilk növbədə bir müsbət
hadisə kimi beynəlxalq münasibətlər nəzəriyyəsi elminin inkişafı üçün əlverişli şərait yaradır.

Mövzu 6. Marksizm nəzəriyyəsi.

6.1 Marksizmdə Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin əsas müddəaları.


6.2 Marksizmdə tarix anlayışı.
6.3 Marksizm imperialist və millətçilik haqqında.
6.4 Marksizmin tənqidi.
6.5 Neomarksizm.

6.1 Marksizmdə Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin əsas


müddəaları

Marksizm realizm və liberalizm ilə bərabər BMN-nin klassik paradiqmalarındandır.


Marksizmin BMN realizmin və liberalizmin BMN-dən aşağıdakı müddəalara görə fərqlənir:
1. Beynəlxalq münasibətlərin aktorlarına görə.
Qeyd etdiyimiz kimi, realizmdə dövlətlər, liberalizmdə isə dövlətlərlə bərabər beynəlxalq

49
təşkilatlar, transmilli şirkətlər, qeyri-hökumət təşkilatları, ictimai qruplar və ayrı-ayrı şəxslər
aktor qismində çıxış edirlər. Marksizmdə beynəlxalq münasibətlərin aktorları kapitalist
cəmiyyətinin əsas sinifləri olan burjuaziya və proletariatdır;
2. Beynəlxalq münasibətlərin xarakterinə görə.
Realizm beynəlxalq münasibətləri anarxiya şəklində təsvir edir, liberalizm beynəlxalq hü-
ququn və dövlətlərarası etik kodeksin beynəlxalq münasibətlərin anarxiyalığının qarşısını
almaqla rolunu yüksək qiymətləndirir. Marksizm beynəlxalq münasibətlərin xarakterinin
cəmiyyətin daxilindəki burjuaziya və proletariat arasında olan ziddiyyət tərəfindən müəyyən
edildiyini göstərərək onu imperialist, istismarçı kimi təsvir edir;
3. Beynəlxalq münasibətlərin məqsədlərinə, vasitələrinə və baş verən proseslərin mahiy-
yətinə görə.
Realizmə əsasən, əsas məqsəd milli maraqların qorunması və dövlətin təhlükəsizliyinin
təmin olunmasıdır. Bu məqsədə nail ol- maq üçün vasitə kimi qüvvə və qüvvələrin balansı çıxış
edir. Belə olan şəraitdə müharibələr qaçılmazdır. Liberalizm ümumbəşəri də- yərlərin
yayılmasını məqsəd kimi əsas götürür. Bu məqsədə nail ol- maq üçün dövlətlərarası qarşılıqlı
əməkdaşlıq, beynəlxalq hüququn inkişafı əsas rol oynayır. Marksizmə əsasən, cəmiyyətin
daxilində milli burjuaziyanın hökmranlığına son qoymaq əsas məqsəd olduğu kimi, beynəlxalq
münasibətlərdə də dünya burjuaziyasının hökm- ranlığına son qoymaq əsas məqsəd kimi çıxış
edir. Vasitə kimi sinfi mübarizə və onun ən yüksək forması olan sosialist inqilabının keçi-
rilməsidir. Buna görə də marksizm beynəlxalq münasibətlərdə baş verən prosesləri müharibələr,
sinfi münaqişələr və inqilablar kimi təsvir edir;
4. Nəzəri təhlilin ilkin müddəasına görə.
Yuxarıda qeyd etdiyimiz kimi, realizm özünün BMN-də insan təbiətinin dəyişməzliyi
ideyasına əsaslanır, liberalizm demokra- tik dəyərlərin hər bir xalq tərəfindən qəbul olunmasına
inanır. Marksizm isə beynəlxalq münasibətləri izah edərkən iqtisadi determinizm prinsipini əsas
götürür.
Marksizmin beynəlxalq münasibətlər nəzəriyyəsinin əsasını sinfi yanaşma təşkil edir.
Sovet ədəbiyyatında bu yanaşmanın mütləqləşdirilməsi nəticəsində beynəlxalq münasibətlər üç
qrupa bölünürdü:
1. hökmranlıq və tabeçilik;
2. qarşılıqlı əməkdaşlıq və qarşılıqlı yardım;
3. keçid münasibətlərinə.
Qeyd olunan birinci münasibətlər feodal və kapitalist cəmiyətləri arasında, ikinci müna-
sibətlər – sosialist ölkələri arasında, üçüncü münasibətlər isə inkişaf etməkdə olan ölkələr
arasında mövcud idi. İnkişaf etməkdə olan ölkənin inkişaf istiqamətindən asılı olaraq, yəni onun
kapitalist və ya sosialist inkişaf istiqamətini seçməsindən asılı olaraq, birinci və ya ikinci
münasibətlər növünə keçid baş verə bilərdi.
Göründüyü kimi, marksizmin beynəlxalq münasibətlər konsepsiyasının metodoloji əsasını
sinfi yanaşma təşkil edir. Bu yanaşmaya əsasən, bu və ya digər dövlətin daxili vəziyyəti, xüsusilə
mülkiyyət münasibətləri və oradan irəli gələn istehsal və sinfi münasibətlər dövlətin xarici
siyasətinin xarakterini, yəni onun xarici siyasətinin sülhsevər və ya təcavüzkar olmasını müəyyən
edir. Bu yanaşma liberalizmdə qeyd olunan “daxili-xarici” yanaşma ilə forma baxımından
eynidir. Lakin məzmun baxımından marksizmin və liberalizmin “daxili-xarici” yanaşması bir-
birindən fərqlidir. Belə ki, marksizm xüsusi mülkiyyəti qəbul etmir, cəmiyyətdəki bütün
ziddiyyətlərin ondan irəli gəldiyini göstərir və nəhayət xarici siyasətin təcavüzkar olmasının,
müharibələrin başlanmasının səbəbini onunla bağlayır. Mülkiyyət hüququnu insanın ən vacib

50
hüquqlarından biri kimi xarakterizə edən liberalizm isə xüsusi mülkiyyəti demokratik cəmiyyətin
təməl daşlarından ən mühümü kimi qəbul edir, onun ləğvini cəmiyyətin inkişafının obyektiv
qanunlarına zidd olduğunu göstərir. Liberalizmə görə, xüsusi mülkiyyətin olmaması tota- litar
cəmiyyətin yaranmasına əlverişli şərait yaradır.
Liberalizmin və marksizmin forma baxımından oxşar olan metodoloji yanaşmalarının digər
bir oxşarlığı onların gercəkliyə uyğun gəlməsi idi. Neorealizmə aid olan fəsildə biz liberalların
“daxili-xarici” yanaşmasının konkret faktlar əsasında neorealistlər tərəfindən tənqid olunduğunu
göstərmişdik. Bu tənqid real faktlara istinad etdiyinə görə əsaslıdır. Marksizmin də beynəlxalq
münasibətlər konsepsiyası, “daxili-xarici” yanaşması gerçəkliyə zidd idi. Misal kimi SSRİ ilə bir
neçə sosialist ölkələrinin arasında (Çin Xalq Respublikası, Yuqoslaviya Sosialist Federativ
Respublika) olan cid- di ziddiyyətləri göstərmək olar.
XX əsrin 90-cı illərinin əvvəllərində dünya kommunist sisteminin dağılması marksizmin
sinfi yanaşmaya əsaslanan beynəlxalq münasibətlər konsepsiyasının yanlış olmasını açıq şəkildə
göstərdi. Bu tarixi hadisə sübut etdi ki, dünya kommunist sisteminə daxil olan dövlətlər arasında
çoxlu ziddiyyətlər vardır.
Dünya kommunist sisteminə daxil olan ölkələrdə başlamış milli azadlıq hərəkatı bu siste-
min dağılmasında mühüm rol oynadı. Bundan başqa, SSRİ-nin çoxmillətli bir dövlət kimi
süqutunda qeyri-rus xalqlarının milli azadlıq uğrunda mübarizəsi həlledici rol oynadı. Bu faktlar
isə millətçiliyin marksizmdən daha real nəzəri yanaşma olduğunu göstərdi.
Bull kimi rasionalistlər marksizmə inqilabi təfəkkürün forması kimi yanaşırlar. Vayt isə
Leninin “İmperializm kapitalizmin yüksək mərhələsidir” əsərini beynəlxalq münasibətlər sahə-
sinə aid olan bir ciddi əsər kimi qələmə verir.
Son illər BMN-də marksizmə münasibət birmənalı deyil. Onun üstün və zəif tərəflərinin
daha əsaslı təhlili ona münasibətdə stereotip olan yanaşmanın qarşısını alır. Marksizm bey-
nəlxalq münasibətlərin tənqidi nəzəriyyələrinin inkişafı ilə bağlı olan ədəbiyyatda mühüm mənbə
olaraq qalır. Onun təsiri beynəlxalq münasibətlərin siyasi iqtisadiyyatının yaradılmasında da
özünü biruzə verir (beynəlxalq münasibətlərin siyasi iqtisadiyyatı dövlətlər və bazarlar, dövlətlər
sistemi və kapitalist dünya iqtisadiyyatı, hakimiyyət və istehsalat sahələri arasındakı münasibəti
öyrədir). Müasir dövr üçün marksizmin münasibliyi ikiqütblü dünyanın dağılması, qloballaş-
manın və etnik münaqişələrin artan təsiri ilə əlaqədar artır. İnsanları birləşdirən proseslər, ilk
növbədə qloballaşma marksizmə mühüm təsir göstərir.
Marksın optimist proqnozuna əsasən, bütün xalqlar bir sosialist cəmiyyətində birləşəcəklər.
Bu proqnoz milli dövlətlər arasında sonsuz münaqişələrlə güclənən disinteqrasiya prosesinə görə
tənqid edildi. Realistlər universal sosializm ideyasını bir utopiya kimi rədd etdilər. Milli dövlətin
və zorakılığın vacibliyini nəzərə almamaq marksizmin əsas xüsusiyyətlərindən idi. Marks milli
fraqmentasiyanı kapitalist qloballaşmasının tərkib hissəsi hesab edirdi. Həqiqətən qloballaşma və
fraqmentasiya arasında olan ziddiyyət beynəlxalq münasibətlərin bir çox nəzəriyyələrində
mühüm yer tutur. Marks bu ziddiyyət barədə çox yazmışdır. Buna görə də marksizmin təhlili,
onun üstun və zəif cəhətlərinin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

6.2 Marksizmdə tarix anlayışı.

Marksa görə, insan tarixi siniflər mübarizəsi tarixidir. İnsan tarixi ətraf mühitin fəthini,
insanın nəzarətindən və dərk etmək qabiliyyətindən kənardakı qüvvələrin ram edilməsini, qor-
xunun və nadanlığın ləğv edilməsini göstərir. Qlobal cəmiyyətin dəyişdirilməsilə özgəninkiləş-
dirilmənin, istismarın qarşısı alınır. Buna görə də bu məsələ marksizmin əsas siyasi məqsədidir

51
(Karl Marksın “Feyer-bax haqqında tezislər” adlı əsərində 11-ci tezisdə qeyd olunmuşdur, ki
“Filosoflar dönyanı müxtəlif cür izah edirdilər. Lakin əsas məsələ onu dəyişdirmək idi”).
Marks hesab edirdi ki, cəmiyyətin strukturuna istehsalın təsiri siyasi nəzəriyyədə nəzərə
alınmırdı. O, xüsusilə idealistləri (Hegel) tənqid edirdi. Marksın əsas ideyası ondan ibarətdir ki,
tarix boyu sinfi antaqonizm münaqişənin əsas forması və sosial dəyişikliyin mühərriki olmuşdur.
Marksdan əvvəlki filosoflar tarixin, ictimai həyatın izahında idealist idilər, çünki tarixi
inkişafın səbəblərini ideyalar ilə bağlayırdılar. Marks iqtisadi sahələri digər sahələrdən, bütün
istehsal münasibətlərini isə digər ictimai münasibətlərdən ayırmaqla özünün tarix nəzəriyyəsini
irəli sürdü. Onun fikrincə, iqtisadi sahə, istehsal münasibətləri tarixi inkişafda aparıcı rol oynayır.
Marksın tarixi materializm nəzəriyyəsi iki prinsipə əsaslanır:
1. Tarixi inkişafın əsas səbəbləri maddi xarakter daşıyır;
2. Tarixin əsl yaradıcısı xalqdır.
“Lui Bonapartın 18-ci brümeri” əsərində Marks göstərir ki, insanlar tarixlərini özləri yara-
dırlar, lakin onlar bunu istədikləri kimi edə bilmirlər, yəni tarixin inkişafı obyektiv xarakter
daşıyır. İnsan onda olan öz müqəddəratını təyin etmək gücünə görə öz tarixini yarada bilir.
Marks və Engels bəzi yazılarında kapitalizm əsrində dövlətlərin inteqrasiyasının izahını
vermək məqsədilə daxili-xarici təhlili tətbiq edirlər. Kapitalizmin mahiyyəti “bütün dünyanı öz
bazarı üçün zəbt etmək”dir deyən Marks və Engels, kapitalizmdə inteqrasiya prosesini izah
etməyə çalışırlar. “Kommunist Partiyasının Manifesti” əsərində Marks qeyd edir: “Burjuaziya
dünya bazarını istismar etməklə hər bir ölkədə istehsala və istehlaka kosmopolit xarakter
vermişdir. Köhnə yerli və milli ayrıntılığın yerində millətlərin universal qarşılıqlı asılılığı vardır.
Burjuaziya bütün, hətta ən barbar millətləri sivilizasiyaya uğraşdırır”.
Qloballaşmanın inqilabi strategiya üçün müəyyən əhəmiyyəti vardır. “Manifest”də qeyd
olunur ki, proletariat əvvəlcə milli burjuaziya ilə hesabı çürütməlidir. Lakin inqilabi mübarizənin
forması millidir və qlobal cəmiyyətin transformasiyası böyük məqsəddir. Buna görə də
qloballaşmanın izah olunması Marksın və Engelsin təfəkküründə beynəlxalq münasibətlərin
təhlilini əvəz etdi. Bu kontekstlə əlaqədar üç məsələni qeyd etmək lazımdır:
1. 1848-ci ilədək Marks və Engels inanırdılar ki, kapitalist qloballaşmasını inkişaf etdir-
məklə dövlət idarəçiliyinin və diplomatiyanın ənənəvi anlayışı aradan götürülür;
2. Marks və Engels tarixdə müharibənin rolunu və kapitalizmdən sosializmə keçidin sürət-
ləndirilməsində onun rolunu qeyd etdilər;
3. Müharibəni və beynəlxalq münasibətləri yenidən nəzərdən keçirmələrinə baxmayaraq,
Marks və Engels cəmiyyətə və siyasətə tərəf bu sahənin tənqidi istiqamətlənməsi üçün onun
əhəmiyyətini qiymətləndirə bilmədilər. Etnosa, irqə və genderə əsaslanan istismarı, özgəninkiləş-
dirilmənin çoxşaxəli nümunələrini təhlil etmək üçün marksizm öz tədqiqat sahəsini genişləndirə
bilmədi.
Marksizmin tarix konsepsiyası ilə əlaqədar aşağıdakıları qeyd etmək vacibdir:
1. Marks və Engels cəmiyyətin endogen (səbəbi daxilində olan. Red.) izahına üçtunluk
verirdilər, çünki onların fikrincə, cəmiyyətlər dəyişikliyin daxili məntiqi ilə hərəkət edən bir-biri
ilə bağlı olan qurumlardır. Baxmayaraq ki, onlar dövlətlərarası münasibətləri inkar etmirdilər,
Marks bu münasibətləri istehsalın sahələri ilə müqayisə etdikdə onları ikinci və ya üçüncü
dərəcəli hesab edirdi. XIX əsrin ortalarında müşahidə olunan qloballaşma və beynəlxalq sistemin
sülhyönümlü olması göstərir ki, təhlilin əsas obyekti dövlət və müharibə deyil, iqtisadiyyat və
cəmiyyətdir. Marksizm zamanın bu əsas tendensiyasını əks edirdi;
2. Millətçiliyin meydana gəlməsi Marks və Engelsi öz nəzəriyyələrini yenidən nəzərdən
keçirməyə vadar etdi. Onlar qeyd etdilər ki, beynəlxalq fəhlə hərəkatına qoşulmaqdan öncə

52
millətçi hərəkat milli hökmranlıqdan azad olmalıdır. “Sosialist internasionalizminə qoşulmaq-
dan öncə müstəmləkəçiliyə son qoymaq lazımdır” fikri XX əsr marksistləri tərəfindən qəbul
olunmuşdur. Lakin bəzi nüfuzlu Üçüncü Dünya marksistləri millətçiliyi beynəlmiləlçilikdən
üstün tuturdular, çünki milli hökmranlığa qarşı mübarizə əhəmiyyətinə görə sinfi hökmranlığa
qarşı mübarizədən daha əhəmiyyətli idi;
3. Marks və Engels kapitalist özgəninkiləşdirmənin əsaslı təhlilini inkişaf etdirdilər, lakin
qlobal cəmiyyət səviyyəsində bunu edə bilmədilər.Kapitalist qloballaşmasına və milli müxtəlif-
liyə daha mürəkkəb cavabı avstiyalı marksistlər (Karl Renner və Otto Bauer) XX əsrin əvvəlində
vermişlər. Onların fikrincə, Marks və Engels tarixdə mədəniyyət müxtəlifliklərinin vacibliyini,
bir də milli kimliyin gücünü kifayət qədər anlaya bilməmişlər. Onlar
Beləliklə, marksizmin tarix anlayışında əsas fikir iqtisadi amillərə verilir. Buna görə də heç
təsadüfi deyil ki, bu nəzəriyyənin tənqidçiləri onu iqtisadi determinizmin növü kimi qələmə
verirdilər.

6.3 Marksizm imperialist və millətçilik haqqında.

Marks və Engels daxili sinfi münasibətlər və istehsalın üsulları ilə maraqlanmalarına


baxmayaraq, onlar insanların iqtisadi və texnoloji birləşmələrinə tərəf hərəkatı təhlil edirdilər və
müasir kapitalizmin kontekstində mərkəzəqaçan proseslər arasındakı münasibətə dair müəyyən
sualları ortaya qoymuşlar. Qloballaşmanın və fraqmentasiya proseslərinin təhlili sosial əlaqənin
təkamülündə mərhələləri müəyyənləşdirdi. Sosial əlaqə cəmiyyətin üzvlərini bir-biri ilə bağlayır
və onları dünyanın başqa xalqlarından ayırır. İlkin kapitalizm dağınıq əhalini bir millət şəklində
(ümumi ərazidə yaşayan) birləşdirdi. Kapitalizm özünün ilkin mərhələsində milli əlaqələri yarat-
dı. Bu əlaqələr sinfi mənsubiyyətin formalaşmasına mane olurdu. Lakin kapitalizm yetkin-
ləşdikcə o milli bəndləri ayıraraq proletariat arasında beynəlxalq birliklərin meydana gəlməsinə
şərait yaratdı. Lenin və Buxarın irəli sürdükləri imperializm nəzəriyyəsində Birinci Dünya müha-
ribəsinin səbəblərini açıqlayırlar. Onların fikrincə, müharibə ən güclü kapitalist dövlətlərində
yığılan artıq kapitalı yeni bazarlara yerləşdirmək zərurətindən meydana gəlmişdir. İmperalizm
nəzəriyyəsi liberalizmin belə bir fikrini rədd etdi ki, yetkin kapitalizm azad ticarət strate-
giyalarını dəstəkləyir və millətlər arasında sülh şəraitində qarşılıqlı asılılığı zəruri şəkildə inkişaf
etdirir. Lenin və Buxarin hesab edirdilər ki, əsrin əsas tendensiyası laissez-faire ideologiyasını
inkar etmiş və öz iqtisadi və siyasi məqsədlərinə zor hesabına nail olmaq istəyən yeni merka-
ntilist dövlətləri yaratmışdır. Əlavə kapitalın yığılması sülhə əsaslanan beynəlxalq şəraitin pozul-
masının əsas səbəbi kimi vurğulandı. Lakin Lenin hesab edirdi ki, başqa amillər, o cümlədən
Britaniyanın hegemonluğunun enməsi və hərbi gücün yeni konfiqurasiyasının yaranması bey-
nəlxalq münasibətlərdə gücün tətbiqinə qoyulan məhdudiyyətlərin zəifləməsinə səbəb oldu.
Lenin və Buxarin hesab edirdilər ki, sinfi mənsubiyyət və sinfi antaqonizm millətçi və
hərbi ideologiyaların artmasının bir nəticəsi kimi müasir dövrdə artıq əsas ideologiya deyil.
Baxmayaraq ki, Lenin müəyyən ölkələrdə imperalizmə qarşı yönələn millətçi hərəkatlara dəstək
verilməsinin zəruriliyini vurğulayırdı, o, milli mədəniyyətlərə münasibətdə avstro–marksist
federalist yanaşmasının mövqeyinə qarşı çıxırdı, çünki bu mövqe mövcud çoxmillətli döv-
lətlərin daxilində milli azlıqlara real avtonomiyanın verilməsini təklif edirdi. Milli hərəkatlar
çoxmillətli dövlətdən tam ayrılmaq, yaxud onun tərkibində qalmaq arasında seçim etməlidir.
Leninin fikrincə, milli hərəkatların əksəriyyəti çoxmillətli dövlətin tərkibində qalmaq istəyə-
cəklər, çünki milli azlıqlar iqtisadi inkişafı ayrılıqda təmin edə bilməzlər. Ayrılmağı seçənlər isə
özlərini milli düşmənçilik və inamsızlıq yaradan beynəlxalq şəraitlərdən azad edəcəklər. Yeni

53
şəraitdə milli proletariatın aralarında birləşmə mümkün olacaqdır. Millətçiliklə marksizmin
kompromisi sosializmin millətçiliyə uyğunlaşdırılmasının, bir də proletariatın ayrı-ayrı milli
qruplara bölünməsinin qarşısını almağı nəzərdə tutur. Millətçiliyə və imperializmə dair ədəbiy-
yatda göstərilir ki, kapitalist qloballaşması milli fraqmentasiyaya səbəb olur.
Marks hesab edirdi ki, “kapitalizm bütün dünyada sənayenin inkişafını təmin edəcəkdir”.
Bu fikir imperializm nəzəriyyəsində öz əksini tapdı. Lenin göstərdi ki, qloballaşmanın nəticə-
sində Qərb qeyri-Qərb dünyasını özünə oxşadacaqdır. Trotski isə irəli sürdüyü birləşmiş və
bərabər olmayan inkişaf qanununda alternativ imkanları təqdim etdi. Bu qanuna əsasən, kapi-
talist və kapitalizməqədərki dünyaların toqquşması nəticəsində yeni sosial formasiyalar meydana
gəlir. Bu fikir imperializmin müasir nəzəriyyələrində inkişaf etdirilmişdir.

6.4 Marksizmin tənqidi.

Beynəlxalq münasibətlərdə marksist yanaşması insanları birləşdirən və inkişafda kapita-


lizmin mühüm rolunu vurğulayan prosesləri əks edir. Marksın və Engelsin ilkin yazılarında bey-
nəlxalq proletariata bu proseslərdə aparıcı rol verilir, lakin universal sosial əməkdaşlıq üçün
imkanlar millətçiliyin yaranması işığında nəzərdən keçirilməlidir. Millətçilik problemi, dünya
iqtisadiyyatında periferiyanın mərkəzi ölkələr tərəfindən istismarı problemi müasir marksist
tədqiqatlarının diqqətindədir. Qlobal proletariat inqilabı ideyası artıq köhnəlmişdir. Marksizm
özgəninkiləşdirmək və istismar problemlərini tədqiq edir. Onu kosmopolit cəmiyyət ideyası
maraqlandırmır.
Əvvəllər beynəlxalq münasibətlərin öyrənilməsi və xüsusilə realizm marksist yanaşmasına
şübhə ilə yanaşırdı və onun sosialist internasionalizminə mənəvi bağlılığını tənqid edirdi.
Realizm hesab edir ki, Marks və marksizm diqqəti cəmiyyətlər ilə təbiətin qarşılıqlı müna-
sibətlərinə yönəldərək, cəmiyyətlərin bir-biri ilə strateji və siyasi münasibətlərini nəzərdən
qaçırır. Marksizm kapitalizmin tədqiqi ilə bağlıdır, lakin millətçiliyin, dövlətin və müharibənin
bir-biri ilə əlaqələrinə fikir vermir. Marksizmin irəli sürdüyü sosializm nəzəriyyəsi hakimiyyət
və təhlükəsizlik uğrunda mübarizənin mahiyyətinin dərk olunmasına mane oldu.
BMN sahəsində marksizmin yayılmasına realistlər və neorealistlər müqavimət göstərdilər.
Realistlər kapitalizmin dünyanı birləşdirməsinə dair marksistlərin proqnozlarını rədd etdilər.
Bundan başqa onlar marksistlərin müstəqil dövlətlərə bölünən dünyada inqilabi proletariatın
meydana çıxması ideyasını da inkar etdilər.
Volts hesab edir ki, əgər milli dövlət sosializmin inkişaf edəcəyi yerdirsə, onda sosialistlər
ilk növbədə onun salamat qalmasını təmin etməlidirlər. Hakimiyyətdə olan marksizmin milli
dövlətin təhlükəsizliyini qorumaq məqsədilə diplomatiyanın ənənəvi metodlarına, yəni realist-
lərin qeyd etdikləri metodlara əl atması realizmin mövqeyini gücləndirdi. Stalinin Hitler ilə
imzaladığı müqavilə, müharibələrarası Çin kommunistlərinə köməyin edilməməsi (həmin vaxt
SSRİ-yə Yaponiyanın artan hərbi gücünə qarşı ilk növbədə güclü hətta antikommunist Çin lazım
idi) realistlərin belə bir fikrini təsdiqlədi ki, anarxiya şəraitində milli dövlətlər ilk növbədə öz
maraqları haqqında düşünürlər. Beynəlxalq sistemi dəyişmək əvəzinə marksizm sistem tərəfin-
dən dəyişilirdi. Başqa sözlə desək, gerçəkliyə uyğun gəlmədiyinə görə marksizm sıradan çıxırdı.
Şərqi Avropanın bir sıra sosialist ölkələrində müstəqilliyin əldə olunmasına yönələn millətçi
hərəkatların baş qaldırması, SSRİ və Çin arasında sərhəd mübahisələri, Kambocanın Vyetnama
təcavüzü və Çin ilə Vyetnam arasında müharibə marksizmin nəzəri müddəalarının gerçəkliyə
uyğun gəlmədiyini göstərdi.
Realizm marksizmin əsas zəifliklərindən birini onun dövlətə reduksionist yanaşmasında

54
görürdü. Marksizm dövlətin rolunu hakim sinfin maraqlarını xarici rəqiblərdən və hakimiyyətdə
olmayan siniflərdən müdafiə etməkdə görürdü. Lakin marksistlər zorakılıq alətlərinə, dövlətin
monopoliya nəzarətinin vacibliyinə, bir də dövlətin cəmiyyətdə əmin-amanlığı təmin etmək, xa-
rici təhdidlərə müqavimət göstərmək, müharibəyə hazırlaşmaq və müharibə aparmaq kimi
funksiyalarına lazımi qiymət vermirdilər. 1960-cı və 1970-ci illər ərzində marksistlər dövlətin
muxtariyyətini qeyd edərək əvvəlki səhvlərini etiraf etməyə başladılar. Lakin bəzən onlar
dövlətin nisbi muxtariyyətini kapitalizmin bir funksional tələbi kimi qələmə verirdilər. Onlar
qeyd edirdilər ki, dövlətin istismarçı mahiyyətinin qarşısını almasan hakim sinif insan əməyini o
qədər istis- mar edəcək ki, kapitalizmin perspektivdə sağ qalması təhlükə altında ola bilər.
Marksizmi dəyişmək cəhdləri uğurla nəticələnmədi, çünki bu cəhdlər dövlətin və onun
fəaliyyətinin daxili əlamətlərinə əsaslanırdı. Dövləti beynəlxalq anarxiya mühitinə yerləşdirmək
və dövlətlərarası münaqişənin və rəqabətin əhəmiyyətini vurğulamaq daha radikal addım idi.
1970-ci və 1980-ci illərdə marksist ədəbiyyatında millətçiliyə, dövlət və müharibə haqqında
fikirlərə yenidən baxışın vacibliyi vurğulandı. Andersonun, Blokun, Nairnin və Skospolun əsər-
ləri marksizmin dövləti istehsal üsulundan asılı təqdim edən ortodoks baxışlarından uzaqlaş-
dıraraq dövləti beynəlxalq sistemin daxilində təhlil etdi və bununla onun əlavə xüsusiyyətlərini
aşkar etməyə nail oldu.
Dünya üzrə var-dövlətin qeyri-bərabər paylaşdırılması problemini tədqiq etdiyinə görə
marksist yanaşmalar beynəlxalq münasibətlərin öyrənilməsinə daxil edildilər. Dünyanın inkişafı
göstərdi ki, marksizm asılılıq və inkişaf məsələləri ilə yanaşı bir çox digər məsələlər üçün də
vacibdir.
Robert Koks öz əsərlərində nəzəriyyənin iki növünün olmasını qeyd edir:
1. Problemi həll edən nəzəriyyə. Bu nəzəriyyə mövcud nizamı verilmiş kimi götürərək onun
daha da yaxşı fəaliyyət göstərməsinin yollarını araşdırır;
2. Tənqidi nəzəriyyə. Bu nəzəriyyə mövcud nizamın necə yaranmasının və dəyişməsinin
mümkünlüyünü tədqiq edir.
Neorealizm onlardan birincisinə aiddir, yəni o, problemi həll edən nəzəriyyədir. Tənqidi
nəzəriyyə üstün olan dünya nizamında meydana gələn siyasi təşkilatın yeni prinsipləri və model-
lərinə tərəf tendensiyaları vurğulamaqla neorealizmi tənqid edən yanaşmadır.
Problemi həll edən nəzəriyyə və tənqidi nəzəriyyə arasında fərqi göstərməklə Koks sübut
edir ki, marksizmin ənənəvi tənqidi onun mahiyyətinin və məqsədinin süni dərk olunmasına
əsaslanır. Ənənəvi tənqidə əsasən, marksizm iqtisadi reduksionizmi, tarixi teleologiyanı və utopi-
yanı birləşdirir.
Son illərdə müşahidə edilən marksizmin metamorfozası belə bir sualı ortaya qoyur: bəlkə
marksizmin tənqidi beynəlxalq nəzəriyyənin inkişafında müəyyənedici rol oynayır? Son bir neçə
ildə bəzi aletrnativ tənqidi mövqelər, nəzəri yanaşmalar meydana gəlmişdir. Marksizm tənqidi
nəzəriyyənin ən güclü ənənəsi olmuşdur, çünki o, kapitalizmin əsas strukturunun təbii, yaxud
dəyişməz olduğunu inkar edirdi. Lakin onun sinfə əsaslanan bölgü ilə məşğul olması dilə, mil-
lətə, genderə, yaxud irqə əsaslanan bölgünün digər formaları ilə ciddi məşğul olmağa imkan ver-
məmişdir. Feminizm və postmodernizm kimi yanaşmalar tənqidi genişləndirdi. Onlar marksiz-
min kosmopolitizminə qarşı çıxış etdilər.
Beləliklə, marksizm tarixin ilkin mərhələsindən müasir mərhələsinədək insanın inkişafının
geniş tarixini təqdim etmişdir. Onun bu konsepsiyası qloballaşma dövründə öz aktuallığını
itirməmişdir. Marksizm fiziki şəraitin və sosial mühitin dəyişməsində istehsalın rolunu müəyyən
etmişdir. Marksizm konkret bir ölkənin, yaxud sivilizasiyanın vətəndaşlarının deyil, bütün insan-
ların azadlığına nail olmağı öz qarşısında məqsəd qoymuşdur. Bu, onun ən böyük nailiyyətidir.

55
Bir tənqidi nəzəriyyə kimi marksizm insanlar arasındakı maneələrin və əməkdaşlığın
qarşısında olan məhdudiyyətlərin aradan götürülməsinin vacibliyini təsvir edir. Lakin bu təsvirin
çoxlu məhdudiyyətləri və zəiflikləri var idi: millətçilik, dövlət, geosiyasət və müharibə kimi bir
çox hadisələrin yerinə sinfi mübarizəyə və istehsal münasibətlərinə həddindən çox fikir verilirdi.
Marksizm “sinfi mübarizə bütün insanları istismardan azad edəcəkdir”; “inkişaf etmiş texnika
insanların azad olması üçün mühüm şərait yaradacaqdır” kimi yanlış müddəalar irəli sürür.
Bundan başqa, marksizm Avropasentrik nəzəriyyələrdəndir, yəni o, Qərb sivilizasiyasını digər
dünya sivilizasiyalarından üstün hesab edir.

6.5 Neomarksizm.

Marksizm nəzəriyyəsinin, o cümlədəm marksizmin beynəlxalq münasibətlər nəzəriyyə-


sinin bir sıra müddəalarının gerçəkliyə uyğun gəlməməsi neomarksizmin meydana gəlməsinə sə-
bəb oldu. Neomarksistlər (İmmanuel Vallerştayn, Robert Koks, Samir Amin və başqaları) yeni
tarixi şəraitdə marksizm nəzəriyyəsinin müəyyən müddəalarını inkişaf etdirdilər.
Beynəlxalq münasibətlər nəzəriyyəsi sahəsində neomarksistlərin irəli sürdükləri əsas nəzə-
riyyələrdən biri mərkəzi və periferiya dövlətləri arasında münasibətlərin tədqiq olunması oldu.
Neomarksizm bu münasibətləri irəli sürdüyü asılılıq nəzəriyyəsində əsaslı şəkildə təhlil etmişdir.
Bu nəzəriyyəyə əsasən, müasir dövrdə kapitalist əmək bölqüsü dövlətlərin iqtisadi inkişafının
səviyyəsini nəinki bərabərləşdirmir, hətta inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
mövcud uçurumu daha da dərinləşdirir. Bu uçurumun dərinləşməsi beynəlxalq əmək bölgüsündə
inkişaf etmiş ölkələrin hazır məhsulun, inkişaf etməkdə olan ölkələrin isə xammalın ixracında
ixtisaslaşmaları ilə bağlıdır. Neomarksistlərin fikrincə, periferiya ölkələrinin inkişaf etmiş ölkə-
lərdən asılılığının qarşısını almaq üçün bu ölkələrdə yerli sənayenin inkişafına nail olmaqla
oradan xammalın ixracını azaltmaq lazımdır.
Müasir neomarksizmin görkəmli nümayəndələrindən biri olan Robert Koks öz əsərlərində
hiberliberalizm nəzəriyyəsinin tənqidinə xüsusi fikir verir. Hiberliberalizm nəzəriyyəsinə əsasən,
qloballaşma dövründə dövlət qlobal bazar qüvvələrinə dəstək etməlidir. Dövlətin bu dəstəyi
özünü ilk növbədə transmilli şirkətlərin inkişaf etməkdə olan ölkələrdəki fəaliyyətlərinə şərait
yaratmasında büruzə verir. Bazar qüvvələrinə yol açmaqla inkişaf etmiş ölkələr periferiya ölkə-
lərinin sosial-iqtisadi inkişafının qarçısını alırlar. Koks hiberliberalizm nəzəriyyəsini buna görə
tənqid edir. Bundan başqa Koks bu nəzəriyyəni əhalinin sosial məsələlərinin həllinə fikir
vermədiyinə görə də tənqid edir.
Neomarksistlərin asılılıq nəzəriyyəsinə görə, mərkəzi və periferiya ölkələrindəki hakim
sinfin maraqları arasındakı birlik periferiya regionlarının iqtisadi inkişafına maneçilik edir.
Periferiya ölkələri yalnız dünya kapitalist iqtisadiyyatından ayrılmaqla müstəqil şəkildə səna-
yeləşmək üçün real imkan əldə edirlər.
İmmanuel Vallerstein “dünya sistemi“ nəzəriyyəsində oxşar fikir irəli sürür. O, qeyd edir
ki, kapitalizm bütün dünyada sənayeləşməyə səbəb olmayacaqdır. Bu nəzəriyyəyə əsasən, dünya
sistemlərinin perspektivi kapitalist dünya iqtisadiyyatının siyasi prinsiplərinə və Qərbin elmi
mədəniyyətinin mədəni hegemonluğuna meydan oxumaqda periferiya və yarım periferiya ölkələ-
rinin rolunun artmasını göstərir.
Neomarksizm qlobal inkişafa kapitalizmin təsir etmək ideya- sını inkar edir. Bundan başqa
bu neomarksizm hesab edir ki, kapita- lizm bütün cəmiyyətləri vahid dünya tarixinin daxilinə

56
gətirir, iqtisadi istismara və qeyri-bərabərliyə qarşı milli üsyanlara şərait yara- dır. Müasir dövrün
neomarksist nəzəriyyələri marksist mövzusunu təkrar edir: qeyri-bərabər kapitalist inkişafı
millətçiliyin inkişafına səbəb olur.
Neomarksizm ənənəvi marksizm kimi beynəlxalq münasibətlərin təhlilində iqtisadi faktora,
onun ictimai inkişafda roluna yüksək önəm verir. Həmçinin o, marksizm kimi beynəlxalq
münasibətləri sinfi mübarizə, istismar və bərabərsizlik münasibətləri kimi xarakterizə edir, bey-
nəlxalq mühitin xarakterini münaqişəli şəkildə olduğunu vurğulayır. Nəhayət, neomarksizm
ənənəvi marksizm kimi beynəlxalq münasibətlərin tərəqqiyönümlü inkişafına inanır.
Qeyd olunan bu oxşar cəhətlərlə bərabər neomarksizm və ənənəvi marksizm arasında bir
çox fərqli cəhətlər də vardır.
Neomarksizm ənənəvi marksizmdən fərqli olaraq iqtisadi determinizmə əsaslanmır. Buna
görə də neomarksizm beynəlxalq münasibətləri ikinci və ya üçüncü dərəcəli kimi qəbul etmir,
mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığını göstərir.
Neomarksistlər milli mübarizəni sinfi mübarizədən daha vacib hesab edirlər. Milli hərə-
katlara dəstək məsələsi neomarksistlər və klassik marksistlər arasında böyük ziddiyyətə səbəb
olmuşdur. Bəzi marksistlər milli ayrılığın universal cəmiyyətin yaranmasına səbəb olması ideya-
sını inkar edirlər.
Qərbin hökmranlığı dövründə marksizm öz kosmopolitizmini formalaşdırdı. O vaxt hesab
olunurdu ki, qeyri–Avropa dünyası mo- dernləşmənin Qərb formalarını qəbul edəcəkdir. Lakin
məlumdur ki, dünya tarixi Qərb tarixi deyil. Bir çox qeyri–Avropa cəmiyyətləri fərdiçiliyi, mate-
rializmi və sekulyarizmi qəbul etmirlər.
Marksistlərdən fərqli olaraq neomarksistlər daxili və xarici siyasətin münasibətlərini təhlil
etdikdə ikincini əsas sayırlar.
Nəhayət, neomarksistlər xüsusi beynəlxalq münasibətlər nəzəriyyəsinin yaradılmasının
vacibliyini qeyd edirlər.

Mövzu 7. Beynəlxalq Münasibətlərin əsas iştirakçıları.

7.1 Beynəlxalq Münasibətlərin iştirakçıları və onların məqsədləri


7.2 Aktorların davranış nəzəriyyəsi.
7.3 Qərarların qəbul edilməsi nəzəriyyəsi.
7.4 Siyasət, millət, dövlət və suverenlik .
7.5 Beynəlxalq təşkilatlar və onların Beynəlxalq Münasibətlərdə rolu.

7.1 Beynəlxalq Münasibətlərin iştirakçıları və onların məqsədləri.

Beynəlxalq münaasibətlər elmində iştirakçilar “aktor”adlanırlar. Brayar və M.P.Çаlilinin


yazdığı kimi “aktor-aktiv (fəal) rol oynayan, istənilən şəxsdir (simadır)”. Aktor dedik-
də beynəlxalq münasibətlər sferasında müəyyyən rol oynaya bilən istənilən avtoritet, istənilən
təşkilat, istənilən qrup və hətta istənilən şəxs başa düşülür. Məsələn; sosial cəmiyyət beynəlxalq
aktor kimi o zaman rol oynaya bilər ki, əgər o, beynəlxalq münasibətlərə müəyyən təsir edə
bilsin, başqa sözlə dövlət və hökumət tərəfindən tanınırsa, öz qərarlarını verən zaman hər-hansısa
bir muxtariyyatı varsa. Hər-hansı bir təşkilat və ya qrup ola bilsin ki, beynəlxalq aktor rolunu oy-
naya bilməsin, amma hər-hansı bir şəxs beynəlxalq aktor rolunu oynaya bilər. Belə olduqda bir
sıra suallar ortaya çıxır; sosial cəmiyyətlərin hansı beynəlxalq aktor ola bilər? Beynəlxalq aktor-
lar arasında hansı iyerarxiya var, başqa sözlə onlardan hansı daha nüfuzludur, perspektivlidir?

57
Nəzəriyyəçilərin əksəriyyəti tipik beynəlxalq aktor – dövlət, beynəlxalq təşkilatlarları və
sistemləri hesab edirlər. Morton Kaplan beynəlxalq aktorun üç tipini qeyd edir; Milli (suveren
dövlət), transmilli (regional beynəlxalq təşkilatlar – məs. NATO) və universal (ümumdünya
təşkilatları məs. BMT). M.Merl tipik beynəlxalq aktor kimi – dövlət, beynəlxalq təşkilatlar və
transmilli qüvvələr (mültimilli firmalar, həm də dünya ictimayi rəyi) olduğunu qeyd edir. Brayar
və Calili bu üç tipə daha birini – potensial aktor əlavə edir- Milli-azadlıq hərəkatları və s.
Gördüyümüz kimi əsas aktor – dövlətdir, xüsusilə də siyasi realizm nümayəndələri dövləti əsas
aktor hesab edirlər. Dövlətin beynəlxalq münasibətlərin iştirakçısı kimi rolu və mahiyyəti: Bey-
nəlxalq hüququn əsas subyekti olan dövlət qeyd etdiyimiz kimi aparıcı və əsas aktordur. Dövlətin
xarici siyasəti çox hallarda dövrun beynəlxalq münasibətlərinin xarakterini müəyyən edir.
Beynəlxalq təşkilatların fəaliyyəti, hətta mövcudluğu belə dövlətlərin onlara necə münasibət
bəsləməsindən asılıdır. Bundan əlavə dövlət insan cəmiyyətinin universal siyasi təşkilat forma-
sıdır; müasir dövrdə praktiki olaraq bütün insanlıq, bəzi istisnalarla dövlətdə birləşmişlər.Yeni
dövlətlərin yaranması prosesi hələ də davam edir. Əgər XV əsrdə beynəlxalq münasibətlərin fəal
aktoru olan 5-6 dövlət var idisə, 1900-cu ildə – 30, 1945-də BMT üzvü – 60, 1965-də – 100,
1990-160, 1992-175dövlət, 1996 – 185 dövlət var idi. (hal-hazırda BMT üzvü – 192 olmalıdır).
Bilirsiz ki, BMT-yə üzv olmaq üçün, beynəlxalq hüququn subyektinə çevrilmək üçün
dövlətin müstəqilliyi, ərazi və əhalisi olmalıdır Amerikalı mütəxəssis D.Frenkel dövlətin yaran-
masını insanların birgə yaşamağa ehtiyac duyduqlarından, həmin ehtiyacın təklikdə öhdəsindən
gələ bilmədikləri üçün qruplarda birləşdikləri kimi izah edir. Dövlətin funksiyası ən inkişaf etmiş
formasında ayrılıqda sərhəd ərazisində nizam və təhlükəsizliyin qorunması ilə uyğun gəlir,
cəmiyyətin sosial və iqtisadi inkişafına şərait yaratmaq üçün, xidmətləri və nemətlərin
bölüşdürmək üçün və əhalinin əsas tələblərini təmin etmək üçün uyğun gəlir. Dövlətin tarixi
formaları müxtəlifdir.: dünya imperiyasından başlayaraq milli dövlətə qədər uzun yol keçib.
Müasir dövlət forması suveren anlayışı ilə bağlıdır. İlk növbədə bu monarxın hakimiyyəti ilə
məhdudlaşırdı- həm daxili, həm də xarici siyasəti o müəyyənləşdirirdi. 30 illik müharibədən
sonra Avropada 1648-ci il Vestfal sülh müqaviləsinə görə Vestfal sistemi yarandı hər bir
dövlətin hüquqi bərabərliyinə və müstəqilliyinin tanınmasına əsaslanan bir sistem. XVIII əsrdən
dövlətçilik monarxın suverenliyindən millətin suverenliyinə keçir.
Beləliklə, müasir dövlətin genezisi və mövcudluğu millətin-sosial birlik olan millətin
formalaşması ilə sıx bağlıdır. Qeyd etdiyimiz kimi, dövlətin yaranışı və mövcudluğunda, “milli
dövlət suverenliyi” kateqoriyası əsasdır. Onun iki əsas aspekti var- daxili və xarici. Bir tərəfdən
dövlətin iqtisadi inkişaf yolunun, siyasi rejimin, mülki və cinayət qanunçuluğunda öz yolunun
müstəqil seçilməsindən gedirsə, digər tərəfdə dövlətlərin bir-birinin daxili işlərinə qarışmamaq,
onların bərabərliyi və müstəqilliyi dayanır. Amma ki, dövlətin suverenliyi prinsipi beynəlxalq
münasibətlərdə birmənalı olmayan nəticələrə aparır.
I – hər bir dövlət istər-istəməz öz xarici siyasətində ziddiyyətli funksiyaları uyğunlaşdırır.
(Yəni ki, hər bir dövlət milli ekspansiyaya can atır, həm də öz ərazisinin və öz milli maraqlarının
qorunması üçün narahatdır. Eyni zamanda sülh və həmrəylik xatirinə bu və ya digər mən-
fəətindən imtina edə bilər.)
II –hər bir dövlət öz təhlükəsizliyini qorumağa can atır. Hər bir dövlətin özəlliyi olduğu
nəzərə alınarsа, beynəlxalq münasibətlərdə çox mürəkkəb problem – “təhlükəsizlik dilemması”
yaranır. Belə ki, bir dövlətin təhlükəsizliyin artması, digərinin daha təhlükəli vəziyyətə düş-
məsinə səbəb ola bilər və digər tərəfdən bu sürətlə silahlanma və yaxud “preventiv müharibəyə”
apara bilər.

58
III – əgər bütün milli dövlətlər bərabərdirsə, B.Rasset və X.Starrin dediyi kimi “onların
bəziləri digərlərinə nisbətən daha bərabərdir”. Həqiqətən də beynəlxalq hüquqi nöqteyi nəzər-
dən dövlətlərin bərabərliyi, onların ərazilərinə görə fərqi, əhaliyə, təbii ehtiyatlara, iqtisadi
potensiala, sosial stabilliyə görə, siyasi avtoritetə görə, hərbiyə görə, nəhayət, yaşına görə fərqi
ləğv edə bilməz. Bu fərqlər onların milli gücü nəzərindən qeyri-bərabərliklərini şərtləndirir.
Milli dövlət gücündən yararlanaraq dövlətlərin öz süverenliklərini müdafiə etmək imkanları
qeyri-bərabərdir. Bu baxımdan dövlətləri- fovqəldövlət, böyük dövlət, orta dövlət, kiçik dövlətlər
və mikrodövlətlərə ayırırlar. Fövqəldövlət bu xüsusiyyətlərlə ayrılır; a) kütləvi, planetar masş-
tablı dağıntılar törətmək qabiliyyəti, əlbəttə ki, nüvə silahı hesabına; b) bütün insanlığın möv-
cudluğu şərtlərinə təsir etmək qabiliyyətində olması; c) hər hansı bir dövlət və ya koalisiyaya
məğlub olmamaq qabiliyyəti (əgər həmin koalisiyaya digər fövqəldövlətlər daxil deyilsə).
Onlardan fərqli olaraq böyük dövlətlər dünyanın inkişafına təsir edir, amma beynəlxalq müna-
sibətlərdə hökmranlıq etmir. Onlar çox nadir hallarda liderlik etməyə çalışırlar, amma ki, onların
real imkanları, rolları müəyyən regionda məhdudlaşır. Orta dövlətlər- öz yaxın dairələrində güclü
təsirə sahibdir. Bu onları kiçik dövlətlərdən fərqləndirir. Amma ki, kiçik dövlətlər öz müstəqillik
və suverenliklərini qorumaq üçün kifayət qədər vasitələrə sahibdirlər.
Mikrodövlətlər – prinsip etibarilə öz suverenliklərini qorumaq iqtidarında deyillər.
Tədqiqatçılar arasında vahid fikir yoxdur ki, hansı dövlət kiçik, hansılar mikrodövlət hesab
olunur. Çoxları bunun üçün əhalinin sayının göstərici götürmək lazım gəldiyini söyləyirlər; bəzi
hallarda bu sayın 1 milyon, bəzi hallarda 2 milyon keçməməsi nəzərə alınır. Bəziləri bunu
müəyyənləşdirmək üçün başqa göstəriciləri; gücü, ərazi sahəsinə görə böyüklüyü, hərbi
potensial, əhalinin yaşayış həddi, üşaq ölümünün faizi, həkimlərin sayı və tibb müəssisələrində
yatağın sayı ilə, şəhər və kənd əhalisinin sayına görə və s. götürürlər. Ənənəyə üyğun olaraq
dövlət özünü beynəlxalq arenada xarici siyasətilə ifadə edir. Onların təyinatına milli maraqların
təmin olunması, ərazi bütövlüyünün, onun təhlükəsizliyinin və suverenliyinin qorunması
daxildir.
Lakin xarici siyasət və beynəlxalq münasibətlər anlayışları dar çərçivədə olduğunu hiss
edir, yəni ki, xarici siyasət ekologiya və elmi-texniki inkişaf, iqtisadi və KİVləri, kommunikasiya
və mədəni dəyərlər kimi problemləri öz hesabına ala bilməz. Beləliklə, qeyri-hökumət bey-
nəlxalq aktorların rolu və yeri artır. Beynəlxalq münasibətlərin Qeyri-dövlət iştirakçıları: Qeyri-
dövlət iştirakçıları sırasına Beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), Qeyri-hökumət
təşkilatları(QHT), transmilli korporasiyalar(TMK) və ictimai hərəkatlar aid edilir.(artmasının
səbəbləri..) Fransız mütəxəssisi Ş.Zorqbib beynəlxalq təşkilatların 3 əsas xarakterini verir: I
siyasi əməkdaşlığa istək, hansı ki, təsis sənədlərilə rəsmiləşir; II təşkilatın inkişafını təmin edən
daimi aparatın olması; III qərarlarda və səlahiyyətlərində muxtariyyatın olması. Qeyd olunanlar
ilk növbədə beynəlxalq hökumətlərarası təşkilatlara aiddir. Vyana konqresi 1815-ci ildə Napo-
leon müharibələrinin başa çatdığını və yeni bir dövrün başlandığını elan etdi. Konqresin yekun
sənədində ilk BHT-ın –Reyndə gəmiçilik üzrə daimi komissiyanın yaradıldığını da elan etdi.
XIX əsrin sonlarında dünyada 10-dan artıq təşkilat fəaliyyət göstərirdi: Beynəlxalq Sanitar
Konvensiyası(1853), Beynəlxalq Teleqraf İttifaqı(1865), Beynəlxalq çəki və ölçü Bürosu(1875),
Beynəlxalq Poçt İttifaqı(1878), Sənaye Mülkiyyətinin Qorunması İttifaqı(1883), Beynəlxalq
Cinayət Polisi Təşkilatı(İnterpol)(1923), Beynəlxalq Kənd Təsərrüfatı İnstitutu və s… BHT
siyasi xarakteri I dünya müharibəsindən sonra yaranır(Millətlər Cəmiyyəti, Beynəlxalq Əmək
Təşkilatı), xüsusilə də II dünya müharibəsindən sonra 1945-də San-Fransiskoda BMT-nin
yarandığı zaman sülhün, kollektiv təhlükəsizlik və əməkdaşlığa xidmət edəcəyi elan olunur.
Paralel olaraq onun ixtisaslaşmış orqanları və institutlar yaranır ki, bu da müxtəlif sahələrdə daha

59
sıx əməkdaşlığın inkişafına xidmət edir. 1945-ci ildən etibarən BHT-ın sayı ikiqat artır. Bu gün
400-dən çox beynəlxalq təşkilat fəaliyyət göstərir. Təşkilatların fəaliyyət göstərməsi mütəmadi
olaraq konfransların çağırılmasını, qəbul olunmuş qərarların həyata keçirilməsi, daimi aparatın
yaradılmasını tələb edir. Əgər əvvəllər bu aparatda çalışanların sayı az olurdusa ,təbii ki, dövrün
tələbatına uyğun olaraq bu gün daha çoxdur. Əlbəttə ki, həm BHT-ın, həm də onlarda çalışan-
ların sayının artması müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və qarşılıqlı asılılğın artması
ilə əlaqədardır. Beynəlxalq təşkilatların hüquq və öhdəlikləri üzv dövlətin hüquq və öhdəlik-
lərindən fərqlidir, buna görə də hökumətlərarası təşkilatlar beynəlxalq hüququn müstəqil
subyektidir. Millətüstü institutların qərarları üzv dövlətləri əgər tam qane etməsə belə yerinə
yetirilmə mütləq olmalıdır. Belə qərarlar bu gun hələ ki, Avropa Birliyi çərçivəsində verilir.
Beləliklə, beynəlxalq təşkilatlara tərif verək; Beynəlxalq təşkilat - beynəlxalq müqavilə əsasında
yaradılmış, daimi fəaliyyət göstərən orqanları olan, beynəlxalq hüquqisubyektliyi olan, müəyyən
məqsədi yerinə yetirmək üçün beynəlxalq hüquqa uyğun olaraq təsis olunmuş suveren dövlətlər
birliyidir. Beynəlxalq təşkilatlar nizamlayıcı, nəzarət, daxili və xarici operativ funksiyalar həyata
keçirirlər. Hər bir təşkitlatın mahiyyəti hər şeydən əvvəl onun fəaliyyətində, onun funksiyalarının
həyata keçirilməsində üzə çıxır.
Beynəlxalq təşkilatların bir sıra fərqli xüsusiyyətləri var:
-suveren dövlətlərin iştirakı;
-BT-ın müqavilə əsası;
- məqsədlərin özünəməxsusluğu;
- daimi fəaliyyət göstərən orqanlarının olması;
- beynəlxalq hüquqisubyektlik keyfiyyətinin olması;
- beynəlxalq hüquqa uyğun olması;
Mütəxəssislər BHT-nın müxtəlif təsnifatını verirlər.
Daha uğurlu təsnifat belədir:
1.Təşkilatın hüquqi təbiətinə görə(üzvlük prinsipləri)
2. Təşkilatın fəaliyyət masştabına görə(coğrafi prinsip)
3. Təşkilatın fəaliyyət predmetinə görə(funksional prinsip)
Bu göstəricilərinə görə beynəlxalq təşkilatların aşağıdakı növlərini qeyd edə bilərik.
Beynəlxalq universal təşkilatlar- məqsəd və fəaliyyət predmeti bütün üzv dövlətlər üçün ümumi
maraq kəsb edən təşkilatlar (BMT, ÜST, ÜTT, və s..)
Beynəlxalq regional, subregional təşkilatlar. İstənilən məsələ ilə bağlı bir regionda
yerləşmiş dövlətlərdən təşkil olunur. Fəaliyyət dairəsinə görə təşkilatlar – siyasi (BMT,ATƏT);
hərbi-siyasi (NATO); iqtisadi (BVF, Bİ və BB); social (BST,BƏT), mədəni-humanitar
(YUNESKO); elmi-texniki (Beynəlxalq Telekommunikasiya İttifaqı) ayırırlar.
Qeyd etmək lazımdır ki, bu bölgülərin hər biri nisbi xarakter daşıyır. Yəni hər hansı bir
təşkilat bu və ya başqa sinfə eynilə aid edilə bilər. Müasir dövrdə Beynəlxalq qeyri-dövlət
təşkilatlarının (BQHT) rolu çox sürətlə artmaqdadır. Qeyri Hökumət Təşkilatlarının Beynəlxalq
Hökumətlərarası Təşkilatlardan ən əsas fərqi BHT beynəlxalq hüququn subyektidır, amma QHT
isə yox. Amma ki, onların fəaliyyəti hər-hansı bir imkan daxilində dövlətlərası sistemə yol tapır
və ictimai rəyin ifadəçisi olaraq dövləti, dövlətlərarası təşkilatların siyasətinə təsir edir.
BHT-dən fərqli olaraq QHT-lər bir qayda olaraq ərazi əhatə etmirlər, yaxud onların üzvləri
suveren dövlətlər deyil. Onların üc cəhəti var: tərkibinin və məqsədinin beynəlxalq xarakteri;
təşkilatın özəl xarakteri; fəaliyyətin könüllülük xarakteri. BQHT-ləri “suverendən kənar” aktor,
“transmilli qüvvə”, “transmilli təşkilat” və s. adlandırırlar.

60
QHT-ləri dar və geniş mənada başa düşmək olar. Dar mənada – ictimai-siyasi hərəkatlar,
tarnsmilli təşkilatlar, həm də dövlətin himayəsi altında olan və fəaliyyət göstərən təşkilatları aid
etmək olmaz. F.Brayan və M.P.Calili QHT adı altında spesifik sahədə əməkdaşlıq başa düşürlər.
Qeyri-hökumət İnstitutları və bir neçə ölkənin fərdini birləşdirən struktur başa düşüldüyünü izah
edirlər. Ş.Zorqbib isə əksinə QHT texminində 3 xarakterin aid olduğunu qeyd edir. I- bunlar
“ictimai rəy gücləndirir”. Onlar beynəlxalq aktor kimi dövlətə konkurent(rəqib) ola bilməz,
yalnız beynəlxalq ictimai rəyə təsir edə bilərlər. II – bu “xüsusi transmilli hakimiyyətdir” - dünya
arenasında “iqtisadi olmayan və nəzarət olunmayan” yeni qüvvələrdir. Onlar beynəlxalq
münasibətlərdə beynəlxalq siyasi və iqtisadi hakimiyyət ayrılmasını ifadə edir və “dünya
ictimaiyyəti” təşkilatını ciddi şəkildə titrədirlər. III – bu “istehsalçı dövlətlər assosiasiyasıdır”.
Söhbət sturuktur və tərkibinə görə hökumətlərarası təşkilatdan gedir, amma ki, fəaliyyət
xarakterinə görə transmilli və beynəlxalq ictimaiyyətdə öz iqtisadi təsiri göstərmək istəyən
təşkilatlardan gedir. QHT-lər öz strukturu, ölçüsü, fəaliyyət istiqamətinə və məqsədlərinə görə
fərqlənir. Amma ki, həm də ümumi oxşarlıqları da var ki, hansına əsasən dövlətdən və höku-
mətlərarası təşkilatdan fərqlənirlər. Birincidən fərqli cəhət odur ki, onların əsas aktor ola bilməz.
İkincilərdən fərqli olaraq onların təsisçiləri suverenlər deyil, dini və ya xüsusi müəssisələr,
institututlardır ki, qəbul etdikləri qərarlar hüquqi qüvvəyə malik deyillər. Bunlara baxmayaraq
QHT qarşılarına qoyduqları məqsədlərə çatırlar, bu hətta dövlət tərəfindən edilən güzəştlərə də
aiddir.(Belə ki, son zamanlar QHT-lər, xüsusilə fəaliyyət dairələri insan haqları, ekoloji
problemlər, humanitar kömək olan QHT-ləri “dövlətin daxili işlərinə qarışmaq hüququ”
qazanmağa nail olublar.)
Belə demək olarsa, QHT-nin əsas “silahı” beynəlxalq ictimaiyyətin rəylərini səfərbər
etmək və BHT-lara təsir etməkdir.(Qrinpis, Beynəlxalq Amnistiya, İşgəncələ qarşı ümumdünya
təşkilatı və s. təşkilatlar belə fəaliyyət göstərirlər.)
Beynəlxalq əməkdaşlıqda transmilli korporasiyalar (TMK) böyük rol oynayırlar. Söhbət
məqsədi ilk növbədə gəlir olan müəssisə və təsisatlardan gedir. Bu zaman həmin müəssisələrin
filialları müxtəlif dövlətlərdə fəaliyyət göstərir və mərkəz bu dövlətlərdən birində olur.
İri TMK-lar böyük iqtisadi resurslara sahibdirlər ki, bu da onlara nəinki kiçik dövlətlər, bəzi
hallarda orta, hətta böyük dövlətlərlə münasibətlərdə üstünlük verir. TMK-ların yaranması çox
ziddiyyətlidir. Onlar ölkənin modernləşməsinə, inkişafına, ənənə və dəyərlərin yayılmasına,
iqtisadi azadlıq və siyasi liberalizmə yol açır. Eyni zamanda onlar özlərilə birlikdə sosial titrəyiş
aparırlar. Yəni ki, struktur yenidən qurulması ilə əməyin və sənayenin səmərəliliyinin artmasilə,
yeni hakimiyyət formaları ilə və s. yeni köklü sosial dəyişiklikləri şərtləndirir. Bir sıra hallarda
onların fəaliyyəti yeni ekoloji problemlərin yaranması, milli ənənələrin dağılması, mədəniy-
yətlərin münaqişəsinə aparır. Həmçinin, TMK-lar iqtisadi qarşılıqlı asılılığı və təsərrüfat
münasibətlərində dünyanın vahidliyinin, planetar mədəniyyətin yaranmasını sürətləndirir. Bütün
bunlar bir çox hallarda TMK-ların tənqid olunmasına səbəb olur.
Müasir dövrdə TMK-ların müxtəlif yerlərdə filialları olmaqla sayı 26 mini keçib. Bu o
deməkdir ki, dünya iqtisadiyyatının çox böyük hissəsi bu korporasiyaların əlindədir. Bu proses
Avropa, Amerika və Asiyaya iqtisadi inteqrasiyanın sürətlənməsinə səbəb olub və siya-
si xarakterli ciddi sonucları da olmuşdur. Belə ki, TMK-ların qərar və fəaliyyətlərində muxtariy-
yatları var, beynəlxalq münasibətlərdə hər hansı bir dəyişiklik etməyə qadirdirlər, dövlətlərin
xarici siyasətində onlarla hesabalşır- yəni ki, nüfuzlu beynəlxalq aktorların xüsusiyyətlərinə
cavab verir.
Beynəlxalq münasibətlərdə bu xüsusiyyətlərə cavab verən digər iştirakçılar da var; milli-
azadlıq hərəkatları, separatçı hərəkatlar, mafioz qruplar, terror təşkilatları, regional və yerli

61
adminstrasiyalar və ayrı-ayrı şəxslər. Onlar beynəlxalq münasibətlərin aktoru olmaq niyyətilə hər
hansı bir təşkilatda nəzarətçi statusunda olsa belə üzv olmağa çalışırlar(Məsələn: FAT- ƏDL-də,
İKT-da müşahidəçi statusundadır.)

7.2 Aktorların davranış nəzəriyyəsi.

Əvvəlki fəsillərdə təqdim olunan beynəlxalq münasibətlərin öyrənilməsinə dair məktəb-


lərin və nəzəri yanaşmaların hər birinin özünəməxsus konkret nəzəriyyələri vardır. Bu nəzə-
riyyələr mənsub olduqları məktəbin, yanaşmanın müəyyən müddəalarını əsaslandırır. Məsələn,
liberalizmin nisbi üstünlük nəzəriyyəsi beynəlxalq əmək bölgüsü şəraitində dövlətlərarası
münasibətlərdə sərbəst ticarətin əhəmiyyətini göstərir. Realizmin qüvvələrin balansı nəzəriyyəsi
isə dövlətlərarası münasibətlərdə qüvvənin, gücün əhəmiyyətini açıqlayır. Lakin bu qəbildən
olan nəzəriyyələr məhdud xarakter daşıyır. Onlar mənsub olduqları nəzəri yanaşmanın bu və ya
digər müddəasını əsaslandırdıqda bir növ ideoloji rol oynayır.
Bu nəzəriyyələrlə yanaşı beynəlxalq münasibətlərin öyrənilməsinə dair elə nəzəriyyələr var
ki, onlar qeyd olunan məhdudiyyətdən azaddır. Onlar neytral xarakter daşıyır, çünki heç bir
məktəbə, nəzəri yanaşmaya mənsub deyil. Beynəlxalq münasibətlərin bu qəbildən olan nəzəriy-
yələrinə dövlətin davranış nəzəriyyələrini aid etmək olar.
Dövlətin davranış nəzəriyyələrindən qərarın qəbul edilməsi nəzəriyyəsini, oyun nəzəriy-
yəsini, cücənin oyunu və sövdələşmə nəzəriyyəsini göstərmək olar. Bu nəzəriyyələr beynəlxalq
münasibətlərdə dövlətlərin optimal davranışlarını, seçimləri əsaslandırır. Bu nəzəriyyələrin
müddəalarını dövlətlərlə yanaşı qərar qəbul edən, seçim qarşısında olan hər bir aktora, subyektə
(beynəlxalq təşkilat, transmilli şirkət, qrup, fərd) şamil etmək olar. Buna görə də bu nəzəriyyələri
ümumilikdə üstün tutulan davranış nəzəriyyələri də adlandırmaq olar.

7.3 Qərarların qəbul edilməsi nəzəriyyəsi.

Qərarın qəbul edilməsi nəzəriyyəsinin intellektual kökləri XVIII əsrə gedib çıxır. Uzun
illər ərzində bu nəzəriyyə sosiologiya, psixologiya, iqtisadiyyat elmlərində tətbiq edilirdi. 1960-
cı illərin əvvəllərində seçkilərin və ictimai rəyin öyrənilməsi ilə əlaqədar bu nəzəriyyə
politologiya elmində geniş tətbiq edilməyə başladı.
Qərarların qəbul edilməsi prosesinin (QQEP) təhlilinə dair klassik yanaşma tədqiqatı iki
əsas mərhələyə bölür. Birinci mərhələdə qərar qəbul edən əsas şəxslər (məsələn, dövlət başçısı
və onun məsləhətçiləri, xarici işlər, müdafiə, mili təhlükəsizlik və digər nazirliklər) müəyyən
edilir və onların hər birinin rolları göstərilir. Nəzərə alınır ki, bu şəxslərin hər birinin istənilən
dövlət idarəsindən hər hansı bir vacib məlumatı tələb etmək səlahiyyətləri vardır. İkinci mərhə-
lədə qərarları qəbul edən şəxslərin (QQEŞ) dünyagörüşlərini, təcrübələrini, siyasi baxışlarını,
idarəetmə üsullarını nəzərə almaqla onların siyasətdə üstün tutduqları amillərin təhlili aparılır.
F.Brayad və M.R.Cəlili QQEP-nin təhlil metodlarını ümumiləşdirərək dörd əsas yanaş-
manın olmasını göstərirlər.
Birinci yanaşmaya (rasional seçim modeli) əsasən qərar milli marağın əsasında vahid və
rasional şəkildə düşünən lider tərəfindən seçilir. Hesab olunur ki, a). qərarı qəbul edən şəxs
dəyərlərin bütövlüyünü və iyerarxiyalığını nəzərə alaraq fəaliyyət göstərir. Onun bu dəyərlər
haqqında tam təsəvvürü vardır; b). o, seçiminin mümkün nəticələrini nəzərə alır; c). QQEP qəra-
ra təsir edə biləcək hər hansı bir yeni məlumat üçün açıqdır.
İkinci yanaşma göstərir ki, qərar müəyyən edilmiş qaydalara uyğun olaraq müxtəlif höku-

62
mət strukturlarının təsiri ilə qəbul edilir. Qərar ayrı-ayrı hissələrə bölünmüş olur. Hökumət
strukturlarının dağınıqlığı, xüsusilə onların bir-birilə qarşılıqlı münasibətlərinin mürəkkəbliyi
QQEP-nə maneçilik törədir, çünki bu və ya digər seçimin nəticələrinin sistemli şəkildə dəyər-
ləndirilməsi pozulur.
Üçüncü yanaşmada qərar sövdələşmənin nəticəsi kimi qələmə verilir. Sövdələşmə bürokratik
iyerarxiyanın, hökumət idarəsinin üzvləri arasında baş verir. Burada hər bir nümayəndənin dövlətin
xarici siyasətinin prioritetləri haqqında öz maraqları, mövqeyi vardır.
Nəhayət, dördüncü yanaşmada nəzərə alınır ki, QQEŞ bir çox hallarda mürəkkəb mühitdə
olduqlarına görə məhdud, yarımçıq məlumata malik olurlar. Bundan başqa onlar bu və ya digər
seçimin nəticələrini qiymətləndirmək iqtidarında deyillər. Belə olan şəraitdə onlar problemi
bölmək məcburiyyətində qalırlar.
F.Brayad və M.R.Cəlilinin fikrincə, bu dörd yanaşmadan heç birini ayrı-ayrılıqda istifadə
etmək düzgün deyil, çünki real həyatda hər bir yanaşmada təqdim olunan proseslər bir-biri ilə
bağlıdır.
QQEP bu və ya digər konkret beynəlxalq vəziyyətin, məsələn, dövlətlərarası münaqişənin
mümkün inkişafının proqnozlaşdırılması üçün istifadə edilir. Burada QQEP-nə bilavasitə aid
olan faktorlarla bərabər QQEŞ-in əlində olan resurslar da nəzərə alınır.
Qeyd etmək lazımdır ki, bəzən ədəbiyyatda qərarın qəbul edilməsini siyasi qərar qəbul
etmək (policy-making) ilə eyniləşdirirlər. Bu, düzgün deyil. Birinci məfhumun həcmi ikinci
məfhumun həcmindən daha genişdir. Daha konkret desək, qərarın qəbul edilməsinə bütün
seçimlər, o cümlədən siyasi seçimlər də daxildir. Siyasi qərar qəbul etməyə isə yalnız haki-
miyyətdə olan şəxslər tərəfindən qəbul olunan qərarlar aiddir.
Qərarın qəbul edilməsi problemin həll olunmasından (problem-solving) da fərqlənir, çünki
ikincidə problem və onun alternativ həlli yolları verildiyi halda birinci problemlərin və alter-
nativlərin axtarışı kimi çıxış edir. Ceyms Robinson qərarın qəbul olunmasını seçim üçün prob-
lemi müəyyən edən və həyata keçirmək məqsədilə konkret alternativlərin sırasından bir neçə
alternativi seçən bir sosial proses kimi izah edir.
Qərarın qəbul edilməsi təhlilini xarici siyasətin öyrənilməsinə ilk dəfə Robert Şnayder
tətbiq etmişdir. Qərarın qəbul edilməsi təhlili beynəlxalq münasibətlərdə aktorların davranışla-
rının səbəblərinin müəyyən olunmasına yönəlmişdir.
Qərarın qəbul edilməsi yanaşmasının iki əsas məqsədi vardır:
1.Qərarların qəbul olunduğu və konkret işlərin həyata keçirildiyi siyasi sahədə mühüm
strukturların müəyyən edilməsi; 2. Konkret fəaliyyətlə nəticələnən qərarın qəbul olunmasının
sistemli təhlili. Beləliklə, qərarın qəbul edilməsi qərar qəbul edənləri (aktorlar) və qərar qəbul
edən sahə kimi təqdim olunan dövləti tədqiq edir. Məlumdur ki, dövlətin fəaliyyəti qərar qəbul
edənlərin fəaliyyətlərinin prizmasından görünür. Qərarın qəbul edilməsi yanaşmasına əsasən,
qərar qəbul edənlərin fəaliyyətləri ümumilikdə fəaliyyətlərin məzmununun təhlili baxımından
təsvir olunmalıdır və aktorlar mövcud şəraitə qərarın qəbul edilməsinin əsası kimi yanaşma-
lıdırlar. Həmçinin bu yanaşmaya əsasən, qərar qəbul edənlərə ilk növbədə onların mövcud şəraiti
anlamaları təsir edir. Buna görə, bizim məqsədimiz qərar qəbul edənlər tərəfindən gerçəkliyin
dərk olunmasını təhlil etmək və anlamaqdır. Qərarın qəbul edilməsi yanaşması qərar qəbul
edənlər tərəfindən təsvir olunan şəkildə mövcud situasiyanın qurulmasında bizə kömək edə
biləcək nəzəri çərçivənin irəli sürülməsidir. Beləliklə, tədqiqatımız üçün faktları biz qərar qəbul
edənlərin fəaliyyətini izah edən faktorların əsasında seçməliyik.
Xarici siyasətə dair qərarların qəbul olunduğu şərait qərar qəbul edənlər tərəfindən dərk
olunan şəraitdir. Bu şərait daxili və zahiri hissələrdən ibarətdir. Daxili hissələrə qərar qəbul edən-

63
lərin fəaliyyət göstərdikləri hakimiyyət strukturları, psixoloji və texnoloji şəraitlər, əsas dəyər və
məqsədlər, cəmiyyətdəki təsirlərin müxtəlif növləri aiddir. Zahiri hissələrə isə beynəlxalq
sistemdə fəaliyyət göstərən bütün müvafiq faktorlar aiddir.
Qərarın qəbul edilməsi nəzəriyyəsinin bir neçə ciddi çatışmazlığı vardır: 1. O, qeyri-müəy-
yənlik prinsipinə əsaslanır və buna görə də faktorlardan hansının həqiqətə müvafiq olduğunu
göstərə bilmir; 2. O, xarici siyasət sahəsində qəbul olunan müxtəlif qərarların yalnız təhlili ilə
məşğul olur. Qərarlardan hansının doğru, hansının isə yanlış olması onu maraqlandırmır; 3. Qə-
rarın qəbul edilməsi nəzəriyyəsi bu və ya digər siyasəti izah etmək üçün, yaxud beynəlxalq
sahədə qaydaları təyin etmək üçün heç bir meyar irəli sürmür. Bunun əvəzinə o, səbəblər və fəa-
liyyətlər arasındakı münasibətlərin izahını təqdim edir.
Qeyd olunan çatışmazlıqlar qərarın qəbul edilməsi nəzəriyyəsinin beynəlxalq münasi-
bətlərin öyrənilməsində tamamilə yararsız göstərmir. Lakin bu yanaşmanın qərəzliliyini nəzərə
almaq vacibdir. Bu yanaşmanın müxtəlif xarici siyasətlərin müqayisəli tədqiq olunmasında əhə-
miyyəti böyükdür. Onun rolu xüsusilə böhran şəraitində qərarların təhlil olunması zamanı artır,
çünki böhran hər bir halda özünü müxtəlif cür göstərir və qərarın hər bir təhlili yalnız konkret
böhranın öyrənilməsi ilə bağlıdır.

7.4 Siyasət, millət, dövlət və suverenlik.

Siyasət — dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması


ilə bağlı fəaliyyət sahəsi. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası
münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi
xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi
mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı
dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi
idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata
keçirilir.
"Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası
"at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", alman-
dilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan
"Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir. Siyasət sözünü müasir za-
manda cəmiyyət daxilində aparılan məqsədyönlü bir iş kimi başa düşmək olar.
Politologiya elmində "siyasət" termini siyasi və dövlət hakimiyyəti uğrunda mübarizə kimi
qəbul edilir.
Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologi-
ya vasitələri ilə həyata keçirilir.
 Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən münasi-
bətləri ifadə edir.
 İkinci tərəf vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları
əhatə edir.
 Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən
baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur.
Millətçilik — dövlətin mövcudluq ilkinliyi prosesində ictimai birliyin ən yüksək forması
kimi millətin dəyəri tezisini əsas prinsip tutan siyasi istiqamət və ideologiya. Siyasi hərəkat kimi
millətçilik dövlət hakimiyyəti ilə münasibətdə müəyyən ümummilli maraqların müdafiəsinə cəhd
edir.

64
Millətçilik bir qayda olaraq millətinə sədaqəti və bağlılığı, siyasi müstəqilliyi və öz xalqı
naminə inkişafı təbliğ edir. Millətin mədəni və mənəvi inkişafı, həyat şəraiti, yaşadığı ərazi,
iqtisadi resurs və mənəvi dəyərlərin praktiki müdafiəsi üçün milli şüurun birləşməsinə çalışır.
O vətənpərvərliyə yaxın olan milli hisslərə söykənir. Bu ideologiya sosial və sinfi fərq qoymadan
cəmiyyətin müxtəlif laylarını birləşdirməyə çalışır. Onun üçün sosial və sinfi fərq yoxdur. Tarix
boyu millətçilik xalqları keçid dövrlərində müəyyən siyasi məqsədlər üçün birləşdirməyə nail
olmuşdur.
Bir çox müasir radikal hərəkatlar özünü millətçi olaraq qələmə aldıqları üçün millətçilik
tez-tez etnik, mədəni və dini dözümsüzlük ilə assosiasiya olunur. Bu cür dözümsüzlük digər
mülayim millətçi axınlar tərəfindən tənqid edilir.
Müasir elmlərdə dövlət anlayışınin tədqiqinə əsasən 3 yanaşma tərzini fərqləndirmək olar:
1. Siyasi-fəlsəfi və siyasi-elmi yanaşma. Antik dövrlərdən başlayan belə yanaşma tərzi bu
gün də qalmaqdadır. Burada dövlət cəmiyyətin "ümumi işlərini" həll edən, hakimiyyət və xalq
(cəmiyyət) arasındakı münasibətləri nizama salan, habelə cəmiyyətin və fərdlərin siyasi həyatını
təmin edən vasitə kimi nəzərdən keçirilir.
1. Sinfi yanaşma. Burada dövlət bir sinfin başqa sinfi əzmək, istismar etmək, iqtisadi
cəhətdən hakim olan sinfin siyasi hakimiyyətini təmin etmək aləti kimi müəyyən edilir.
1. Hüquqi və təşkilati-struktur yanaşma. Burada dövlət cəmiyyət həyatını, habelə ictimai-
siyasi münasibətlər sistemində dövlətin özünün və onun strukturlarının fəaliyyətini təşkil edən
normaların yaradıcısı, mənbəyi nəzərdən keçirilir. Dövlətin mahiyyətini izah edən nəzəriyyənin
tərəfdarları idda edirlər ki, dövlət ailənin böyüməsi nəticəsində yaranmışdir. Guya əvvəlcə ailə
mövcud olmuş, sonra o böyüyərək qəbiləyə, qəbilə isə tayfaya çevrilmişdir. Tayfa isə böyüyərək
dövlət meydana gəlmişdir. Onların fikrincə dövlət hakimiyyəti ata hökmranlığının öz şəklini
dəyişməsindən başqa bir şey deyildir. Ata ailə üzvlərinin hər birinə eyni qayğı və eyni münasibət
bəslədiyi kimi dövlət də cəmiyyətdəki bütün siniflərə eyni qayğı bəsləyir.
Politologiyada dövlətin yaranmasında əsasən üç qrup amilləri iştirak etdiyi qeyd olunur:
ictimai əmək bölgüsü; istehsal vasitələri üzərində xüsusi mülkiyyətin, istismarın antoqonist
siniflərin yaranması; insanın özünü təkrar istehsalında baş verən mühüm dəyişikliklərdir.
Dövlətin mövcud olması çox qədimdən insanlara bəlli olmuş və onlar onu müxtəlif anlayışlara
(polis, imperiya, krallıq, knyazlıq və s.) ifadə etmişlər. Bir çox burjua sosioloqları dövlətin
yaranmasını zorakılıq vasitəsilə izah edirlər. Onların fikrincə, dövlət bir tayfa və xalqın
başqalarını özünə tabe etməsi nəticəsində meydana gəlmişdir. Qalib xalq məğlub xalqın əmlakını
zəbt edir və xüsusi şəkildə yaradılmış aparatın köməyi ilə onu idarə etməyə başlayır. Zorakılıq
nəzəriyyəsinin tərəfdarları Durinq və Kautski dövlətin mənşəyini belə izah edir. Qalib tayfalar
məğlub tayfaları özünə tabe edir, onların bütün torpağını mənimsəyir və sonradan məğlub tayfanı
sistematik olaraq qaliblər üçün işləməyə, xərac və vergi verməyə məcbur edir. Məğlubları idarə
etmək üçün qaliblərin yaratdığı məcburetmə aparatı dövlətə çevrilir.
Dövlətin yaranması ilə onun vergi sistemi formalaşır. Vətəndaşlardan müxtəlif formalarda
vergilər yığılması demək olar ki, ümumən bütün dövlətlərdə qəbul edilmişdir. Engelsin dediyi
kimi, kütləvi hakimiyyəti saxlamaq üçün vergilər lazımdır. Qəbilə cəmiyyətində vergilər
qətiyyən yox idi. Lakin mədəniyyət inkişaf etdikcə, vergilər də kifayət etmir, dövlət gələcək
üçün vergilər verir, borc alır. Deməli, konkret olaraq dövlətin 3 əlaməti vardır:
1. Ərazi və sərhədlərin olması.
2. Kütləvi hakimiyyət.
3. Vergi sistemi.

65
7.5 Beynəlxalq təşkilatlar və onların Beynəlxalq Münasibətlərdə rolu.

Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı


ASOİƏ təşkilatı (APEC — Asia-Pacific Ekonomic Cooperations-dan ixtisarla) 1989-cu
ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq
yaradılmışdır. ASOİƏ-nin məqsədləri bunlardır: regionda və bütün dünyada iqtisadi artıma
dəstək; əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək; açıq
çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu Dünya ticarət təşkilatının prinsiplərinə əks
olan ticarətdə olan həmin maneələrin əmtəə və xidmətlərlə aradan qaldırılması APEC-nin
fəaliyyəti üç geniş miqyasda aparılır: ticarətin və investisiya ab-havasının liberallaşdırılması;
ticarətə və investisiyaya əlverişlilik; ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi
inkişafın sürətləndirilməsi məqsədilə. Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə
qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin
yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə
yönəldilir.
Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil; elektrik enerjisi; ətraf mühit və
davamlı inkişaf; əmək ehtiyatlarının inkişafı; elm və texnologiyada əməkdaşlıq; kiçik və orta
biznesin təşkili; telekommunikasiya və informasiya sənayesi; ticarət və nəqliyyat mövzularının
müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə,
texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya,
turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.
ASOİƏ-yə Avstraliya, Bruney, İndoneziya, Kanada, Çin, Malayziya, Meksika, Yeni Zelandiya,
Papua Yeni Qvineya, Peru, Koreya Respublikası, Rusiya, Sinqapur, Amerika Birləşmiş Ştatları,
Tayland, Tayvan, Filippin, Çili və Yaponiya daxildir. ASEAN-ın katibliyi, Sakit okean iqtisadi
əməkdaşlıq şurası (uyğun olaraq ing. PECC) və Cənubi Sakit okean forumu (uyğun olaraq ing.
SPF) müşahidəçi statusuna malikdirlər. İcraiyyə direktorunun rəhbərlik etdiyi ASOİƏ-nin
katibliyi Sinqapurda yerləşir.
Ərəb liqası/Ərəb dövlətləri liqası
Ərəb liqası 1945-ci ildə bağlanmış, 1959-cu ildə birgə müdafiə və əməkdaşlıq Müqaviləsi
ilə təkmilləşdirilmiş Ərəb dövlətləri liqasının Qahirə paktı əsasında yaradılmış ümumi mədəni
irsi və qarşılıqlı maraqları olan ölkələrin birliyini təmsil edir. Liqanın subyektlərinin vəzifəsi
üzv-dövlətlər arasında əlaqəni möhkəmləndirmək; ərəb ölkələrinin təhlükəsizliyini, müstəqilli-
yini və maraqlarını yerinə yetirmək məqsədilə siyasi fəaliyyətini koordinasiya etməkdir. Liqa
həmçinin mədəniyyət, səhiyyə, sosial təminat, nəqliyyat və kommunikasiya, pasportlaşdırma və
vizaların rəsmiləşdirilməsi, milli mənsubiyyət qanunları, ticarət, gömrük, valyuta, kənd
təsərrüfatı və sənaye də daxil olmaqla iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində əməkdaş-
lığı daha da sıxlaşdırmağa səy göstərir. Liqaya üzv-dövlətin təcavüz yaxud təhdid hallarında
Liqa Şurasını çağırmaq hüququ vardır. Qurumun üzvləri Əlcəzair, Bəhreyn, Cibuti, Yeqipet,
İordaniya, İraq, Yəmən, Qatar, Kanar adaları, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş,
Birləşmiş Ərəb Əmirlikləri, Oman, Fələstin, Səudiyyə Ərəbistanı, Suriya, Somali, Sudan və
Tunisdir. Ərəb ölkələri Liqası Baş məclisdə və tabelikdə olan təşkilatlarda müşahidəçi statusuna
malikdir. Liqanın katibliyi və qərargahı Qahirədə yerləşir.
Cənubi-Şərqi Asiya dövlətləri Assosiasiyası
ASEAN-ın (ASEAN — Assosiation of South-East Asian Nations-dan ixtisarla) əsası
İndoneziya, Malayziya, Sinqapur, Tayland və Filippin tərəfindən 8 avqust 1967-ci ildə
Banqkokda qoyulmuşdur. Bruney və Darüssəlam 1984-cü ildə, Vyetnam 1995-ci ildə, Laos və

66
Myanma 1997-ci ildə təşkilata qoşulmuşlar. Assosiasiyanın fəaliyyəti iqtisadi inkişafın sürətlən-
dirilməsinə, sosial inkişafa və mədəni tərəqqiyə, həmçinin regionda sülhün və sabitliyin saxlan-
masına yönəldilmişdir.
Əməkdaşlıq sahələri — siyasət, təhlükəsizlik, iqtisadiyyat, daxili və xarici əlaqələrdir.
ASEAN-ın əsas siyasi təşəbbüslərinə sülh, azadlıq və bitərəflik (uyğun olaraq ing. -ZOPFAN)
zonaları haqqında 1971-ci il Deklarasiyası, Cənub-Şərqi Asiyada dostluq və əməkdaşlıq
haqqında 1976-cı il Müqaviləsi (TAS) və Cənub-Şərqi Asiyada 1995-ci ildə bağlanmış nüvəsiz
zona haqqında Müqavilə (SEANÜFZ) əlavə edilir. 1994-cü ildə təsis edilmiş ASEAN-ın regional
forumu Asiya, Sakit okean regionunda siyasi dialoqun və təhlükəsizliyin təmin edilməsi
məqsədini daşıyır.
İqtisadi əməkdaşlıq sahəsi ticarət və investisiya; sənaye; ərzaq məhsulları; kənd təsərrüfatı
və meşəbəyilik; maliyyə və bank xidmətləri; nəqliyyat və kommunikasiya; mineral ehtiyatlar və
elektrik enerjisi və xüsusi sektoru əhatə edir. ASEAN 1992-ci ildə özünün müstəqil iqtisadi
zonası (AFTA) üçün ümumi qüvvədə olan, 2000-ci ilə kimi tarif vergilərini 0-5 dərəcəyə qədər
azaltmağa, 2003-cü ilə kimi isə tamamilə ləğv etməyə çalışan preferensial tarif Sisteminə (uyğun
olaraq ing. — CEPT) qoşuldu. Emal edilmiş və kənd təsərrüfatı məhsullarının emal edilməsində
istifadə edilməmiş bütün sənaye malları, o cümlədən istehsal vasitələri ümumi qüvvədə olan
preferensial tarif Sisteminə daxil olur. ASEAN həm də qeyri tarif məhdudiyyətlərini aradan
qaldırmaqla, tarif nomenklaturası ilə razılaşdıraraq, gömrük proseduralarının və dəyərlərinin
təyin edilməsi yolu ilə ticarət üçün əlverişli şəraitin yaradılmasına çalışır. Assosiasiyanın digər
fəaliyyət sahələrinə elm və texnologiyada əməkdaşlıq, ətraf mühitin mühafizəsi, mədəniyyət və
informasiya təminatı, sosial inkişaf, narkotik maddələr üzərində nəzarət daxildir.
ASEAN-ın böyük xidməti hövzə ölkələrinə, xüsusilə də Kambocaya, Laosa, Myanmaya kömək
göstərilməsi məqsədilə 1995-ci ildə Mekonq çayı hövzəsinin inkişaf Korporasiyasının təşkil
edilməsi oldu. Əməkdaşlıq sahəsi infraquruluşu, ticarət və investisiyanın cəlb edilməsini, kənd
təsərrüfatını, meşə təsərrüfatını, mineral ehtiyatları, sənayeni, turizmi, əmək ehtiyatlarını, elm və
texnologiyanı əhatə edir; işçi ekspert qrupları təşkil edilmişdir — maliyyə inkişafına, texniki
yardıma, nizamnamə kapitalının və borclarının iqtisadi səmərəliliyi analizinin aparılmasına,
Sinqapur və Çinin Kunminq şəhəri arasında dəmiryolu üzrə qrup (baxılma prosesində). ASEAN-
ın xarici əlaqələri iki təşkilatda cəmlənmişdir:
ASEAN-ın regional forumu
Regionda təhlükəsizliyin gücləndirilməsi üzrə ASEAN-ın regional forumu (ARF) xarici
dialoqun inkişaf etdirilməsi məqsədilə 1992-ci ildə təşkil edilmişdir və Sakit okean regionunda
davam edən təhlükəsizlik üzrə dialoqu tamamlayır. ASEAN dövlətləri Forumun üzvləridirlər,
müşahidəçi statusuna Papua Yeni Qvineya malikdir, dialoq üzrə tərəfdaşlar Avstraliya, Avropa
ittifaqı, Hindistan, Kanada, Çin, Yeni Zelandiya, Koreya Respublikası, Rusiya, Amerika
Birləşmiş Ştatları və Yaponiyadır. Forum Cənub-Şərqi Asiyada dostluq və əməkdaşlıq haqqında
müqavilənin prinsiplərini və məqsədlərini dəstəkləyir və onu region dövlətləri arasında rəftar
kodeksi qismində qəbul edir; Asiyanın Sakit okean regionunda daha qabaqcadan nəzərə alınmış
və konstruktiv əlaqələr təşkil etmək məqsədilə dövlətlər arasında etimadın bərqərar edilməsi
tədbirlərinə diqqət yetirir, həmçinin önləyici diplomatiyaya diqqət ayırır və münaqişələrin
nizama salınması mexanizmini qabaqcadan nəzərə alır.
Asiya-Avropa görüşü
Asiya-Avropa görüşü (uyğun olaraq ing. — ASEM) Avropa və Asiya arasında «birləşdirici
həlqə» kimi ASEAN tərəfindən düşünülmüşdür. Birinci Asiya-Avropa görüşü dövlət və hökumət
başçılarının iştirakı ilə 1-2 mart 1996-cı ildə Banqkokda keçirilmişdir. Bu Asiya və Avropa

67
rəhbərlərinin yüksək səviyyədə keçirilən ilk görüşü idi. Qurultay iştirakçıları Asiya-Avropa
görüşlərinin açıq və təkamül xarakterli olmasını və iclaslar arasındakı müddət ərzində
təşkilatlarda tədbirlər keçirməyin labüdlüyünü qəbul etdilər. Asiya-Avropa görüşləri mövcud
olduğu müddət ərzində iqtisadiyyata, ətraf mühitə, elm və texnologiyaya, siyasətə, mədəniyyət
və iki ölkə arasında əməkdaşlığın inkişafına aid on yeddi layihə-proqram təklif etdi. Bu layihə-
proqramlar müxtəlif səviyyələrdə həyata keçirilirlər və Universitet asiya-avropa mübadilə
proqramını, Sinqapur və Kunminq arasındakı transasiya dəmiryolunu birləşdirirlər. Asiya-
Avropa görüşlərinin üzvləri Çin, Koreya Respublikası, Yaponiya, Avropa ittifaqının on beş üzv-
dövləti və Avropa komissiyasının prezidenti, həmçinin ASEAN-a üzv-dövlətlərdir.
ASEAN-ın təşkilat quruluşu
Hökumət başçılarının qurultayı ASEAN-a qərarları qəbul edən ali orqandır, xarici işlər
nazirlərinin və iqtisadiyyat nazirlərinin hər il keçirilən iclasları da daxil olmaqla, eyni zamanda
müəyyən sahələrə aid olan on üç nazirlər görüşü keçirilir. Baş katibin rəhbərlik etdiyi ASEAN-ın
katibliyi Cakartada yerləşir.
Hind okeanı regional əməkdaşlıq Assosiasiyası
1997-ci ildə təsis edilmiş HORƏA qarşılıqlı qeyri-hərbi maraqlara aid olan əməkdaşlıq
məsələlərinin genişlənməsi məqsədini daşıyır. Üzvləri Avstraliya, Hindistan, İndoneziya,
Yəmən, Keniya, Mavrikiyə, Madaqaskar, Malayziya, Mozambik, Oman, Sinqapur, Tanzaniya,
Şri-Lanka və Cənubi Afrikadır.
Beynəlxalq hesablar bankı
Beynəlxalq hesablar bankı (uyğun olaraq ing. BİS) hökumətlərarası Konvensiyanın
qərarına müvafiq olaraq 20 yanvar 1930-cu ildə təsis edilmişdir. Bu dövlətlərarası təşkilatlara və
mərkəzi banklara xidmət göstərən mərkəzi bank təşkilatıdır. Bank həmçinin iqtisadi və pul
tədqiqatları mərkəzidir, müəyyən müqavilələrin bağlanmasında texniki vasitəçilik xidmətləri və
məsləhətlərlə kömək edir, məsələn, iqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı ilə və Avropa kömür
və polad birliyi (ESCS) ilə. BHB BVF kimi digər təşkilatlarla da əməkdaşlıq edir və 1982-ci
ildən başlayaraq borclu ölkələrdə qısamüddətli bank borclarının verilməsi vasitəsilə satılma
problemlərinin həllində xüsusilə faydalıdır. BHB-nin otuz iki üzvü praktik olaraq bütün Mərkəzi
Avropa banklarını, o cümlədən Yaponiya və Birləşmiş Ştatlar da daxil olmaqla bir neçə qeyri
Avropa ölkəsinin rəhbər pul kredit təşkilatlanın təmsil edirlər. Aksiyaların bir hissəsinin şəxsi
əllərdə olmasına baxmayaraq bütün səsvermə hüququ və nümayəndəlik ölkənin aksiyaları
buraxan mərkəzi bankına məxsusdur. Öz statusuna müvafiq olaraq Bank yalnız göstərilən
mərkəzi bankın valyuta siyasəti ilə razılaşdırılmış əməliyyatları apara bilər və qayda üzrə
əməliyyatlar qısamüddətli xarakter daşıyır. Beynəlxalq hesablar Bankının qərargahı Bazeldə
yerləşir.
Vışeqrad qrupu
Vışeqrad qrupu ümumi maraqlar sahəsində əməkdaşlıq üzrə regional təşkilatdır; onun
üzvləri Macarıstan, Polşa, Slovakiya və Çex Respublikasıdır. Əsas təşəbbüsü sonradan Sloveniya
və Rumıniyanın da qoşulduğu Mərkəzi Avropanın azad ticarət zonasıdır.
Avropa azad ticarət assosiasiyası Avropa iqtisadi məkanı
AATA (uyğun olaraq ing. — EFTA ) 1960-cı ildə Stokholmda Avropa iqtisadi
cəmiyyətinə daxil olmayan, Qərbi Avropa dövlətləri ailəsi tərəfindən təyin olunmuş qanunların
bazasında sənaye malları ilə azad ticarət zonasını yaratmaq məqsədilə imzalanmış Konvensiya
əsasında təsis edilmişdir. Həmin məqsədə 1966-cı ildə nail olunmuşdur və artıq 1972-1973-cü
illərdə Avropa cəmiyyəti ilə, Qərbi Avropa azad ticarət sisteminin yaradılmasına səbəb olan,
azad ticarət haqqında müqavilə bağlanmışdır. 1992-ci ildə AATA Avropa İttifaqı ilə sənaye

68
mallarının, xidmətlərin, kapitalın və adamların sərbəst (müəyyən edilmiş məhdudiyyətlərlə)
hərəkət sistemini təşkil edərək, Avropa iqtisadi məkanının uyğun olaraq ing. EEA ) yaradılması
haqqında müqavilə imzaladı. AATA-nın orqanı — nazirlər Şurası, daimi Komitə, parlament
üzvlərinin Komitəsi, Konsultativ komitə və Məhkəmədir — AATA və Aİ birgə təşkilatlarla
təkmilləşdirilmişdir. Assosiasiyaya İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir. AİM
Norveç, İslandiya, Lixtenşteyn və Avropa ittifaqının üzv dövlətlərindən təşkil olunmuşdur.
Qərbi Avropa ittifaqı
Qərbi Avropa ittifaqı (uyğun olaraq ing. — WEU ) özündə müdafiə və təhlükəsizlik
sahəsində, soyuq müharibədən sonra Şimali Amerikanın, Qərbi, Mərkəzi və Şərqi Avropanın
keçdiyi keçid dövrünün nümunəsini göstərir. Başlanğıcdan bu birlik ilk növbədə hərbi ittifaq
kimi hesab edilirdi. Birliyə daxil olan ölkələr silahlı hücum zamanı «onların sərəncamında olan
bütün hərbi və digər vasitələrlə» 1954-cü ildə Brüssel müqaviləsində dəyişdirilmiş V maddə)
Avropa çərçivəsində bir-birinə kömək etməyi öhdələrinə götürmüşlər. Sonralar Qərbi Avropa
ittifaqı Maastrixt müqaviləsi üzrə ona verilmiş tərifə müvafiq olaraq «Avropa ittifaqının inkişaf
sisteminin ayrılmaz hissəsi» (maddə j4 ) oldu və onun üzvləri "Şimali atlantika müqaviləsinin
(B4 Deklarasiyası) blokuna daxil olan ölkələrin təhlükəsizlik və müdafiə sahəsində
konsultasiyalar və razılaşmalar keçirilən əsas təşkilat olaraq qalmaqda davam edən NATO-ya
konsultasiyaların gedişində vahid mövqedən çıxış etmək üçün ümumi maraqlara toxunan
məsələlərin İttifaq çərçivəsində koordinasiyasının təkmilləşdirilməsi" haqqında razılığa gəldilər.
Qərbi Avropa ittifaqı yeni tərifə müvafiq olaraq «Avropa birliyi prosesinin ayrılmaz hissəsi və
Avropa ittifaqının NATO və OBCE ilə vəzifələrinin müdafiəsinin gələcək aləti», həmçinin
Avropada Şimali Atlantika blokunun statusunun möhkəmlənməsi vasitəsi oldu. Bundan başqa
Petersberqdə imzalanmış Deklarasiya çərçivəsində Qərbi Avropa ittifaqına humanitar və
sülhməramlı sahələrdə, həm də böhran vəziyyətlərin həll edilməsinin vacib olduğu yerlərdə hərbi
əməliyyatlar aparmaq rolu verilir.
Qərbi Avropa ittifaqının orqanları: ildə iki dəfədən az olmayaraq iclasları keçirilən nazirlər
Şurası, İttifaqa daxil olan ölkələrin hər həftə görüşü keçirilən nümayəndələrinin Daimi şurası,
həmçinin 115 üzvü olan, Parisdə ildə iki dəfə görüşü keçirilən Parlament assambleyasıdır. Qərbi
Avropa ittifaqına Avropa ittifaqının on ölkəsi daxil olur: Belçika, Almaniya, Yunanıstan,
İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq və Fransa, Avstriya,
Danimarka, İrlandiya, Finlandiya və İsveç müşahidəçi statusuna malikdirlər. Bolqarıstan,
Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Çexiya və Estoniya
assosiasiya edilmiş tərəfdaşlardır, İslandiya, Norveç və Türkiyə isə assosiasiya edilmiş üzvlərdir.
Təşkilatın katibliyi Brüsseldə yerləşir.
Karib regional təşkilatı Karib dövlətləri assosiasiyası
Karib dövlətləri assosiasiyası siyasi və iqtisadi danışıqlarda regionun işgüzar dairələrinin
statusunun möhkəmləndirilməsi məqsədilə əlaqələndirici təşkilat qismində 1995-ci ildə təsis
edilmişdir. Assosiasiya qarşılıqlı marağın mədəni, iqtisadi və texniki, həm də turizm və nəqliyyat
sahələrində konsultasiyalar, əməkdaşlıq və fəaliyyət uzlaşması üçün forumlarını keçirir.
Assosiasiyaya kontinental ölkələrlə (Kolumbiya, Meksika, Surinam və Venesuela) Karib adaları
dövlətləri, həmçinin altı müşahidəçi-dövlət daxildir. Assosiasiyanın katibliyi Port-of-Speyndə,
Trinidadda və Tobaqoda yerləşir.
Karib birliyi (KARİKOM — CARİCOM — of the Caribean Community-dan ixtisarla —
Red. qeydi) Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib
bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın
məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz,

69
Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits
və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və
Virciniya adalarıdır. Hökumət başçılarının konfransı Birliyin siyasətini müəyyən edir, ümumi
bazar üzrə nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun
şəhərində yerləşir.
Şərqikarib dövlətləri Təşkilatına (uyğun olaraq ing. OECS) Antiqua və Barbuda, Qrenada,
Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-
Lyusiya, yəni əvvəllər ümumi valyuta və ədliyyə sistemi kimi ümumi xidmətlərə malik olan
ölkələr daxildir. Bu xidmətlərin fəaliyyəti razılaşdırılmış xarici siyasəti və birgə diplomatik
nümayəndəliklərin təşkilini əhatə edir. Əsas məqsədi hökumətlərarası danışıqlarda şərqi karib
ölkələrinin işgüzar dairələrinin statusunun möhkəmləndirilməsidir.
Latın Amerikası iqtisadi təşkilatı
Latın Amerikası inteqrasiya assosiasiyası (uyğun olaraq ing. LAIA yaxud ALADI) Latın
Amerikasında azad ticarət zonasını (uyğun olaraq ing. — LAFTA) təsis etmiş 1960-cı il
müqaviləsini əvəz edən, 1980-ci ildə Montevideoda imzalanmış yeni Müqavilə əsasında
yaradılmışdır. Yeni Müqavilənin məqsədi regionun sosial-iqtisadi inkişafını harmonizasiya və
tarazlaşdırma yolu ilə inteqrasiya prosesinə irəliləməkdən ibarətdir; uzunmüddətli məqsəd Latın
Amerikasında ümumi bazarın yavaş-yavaş və ardıcıl surətdə qurulması (1-ci maddə). Yeni
Müqavilənin gücü əvvəlkindən daha böyükdür, amma sıx əməkdaşlığa nail olma metodları daha
çevikdir, quruluşu isə müəyyən məqsədlərdə nailiyyətlərin əldə olunmasından fərqli olaraq daha
praqmatik yanaşma əks etdirir. Müqavilə az inkişaf etmiş üzv-dövlətin başqa regional
təşkilatlarla əlaqələrinin qurulmasında kömək edir, regional əməkdaşlıq haqqında regional və
subregional sazişlər sistemini, tariflərdə preferensiyaları təmin edir. Katiblik Montevideoda
yerləşir üzv-dövlətlər isə bundan əvvəlki Müqavilədə olanlardır, yəni: Argentina, Boliviya,
Braziliya, Venesuela, Kolumbiya, Meksika, Paraqvay, Peru, Uruqvay, Çili və Ekvadordur.
Siyasəti hər üzv-ölkənin lazım gəldikdə toplaşan xarici işlər nazirləri Şurası tərəfindən müəyyən
edilir, nümayəndələr Komitəsi isə daimi icraiyyə orqanıdır. Əslində assosiasiya Latın
Amerikasının müxtəlif subregional təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinə kömək edən
və müşahidələr aparan "çətirşəkilli təşkilat«dır.
Əlavə təşkilatları bunlardır: tərkibinə bütün Latın Amerikası ölkələrinin daxil olduğu
iqtisadi planlaşdırmanın və siyasətin əlaqələndirilməsinin zərurətini müəyyən edən intervallarla
görüşlər keçirən Latın Amerika iqtisadi sistemi (uyğun olaraq ing. — SELA) və İqtisadi və sosial
informasiya mənbələrinin iqtisadi tədqiqatlar mərkəzi sayılan Birləşmiş Millətlər Təşkilatının
Latın Amerikası Kariblər üçün İqtisadi komissiyası. Komissiya Çilinin Santyaqo şəhərində
yerləşir.
And inteqrasiya sistemi And birliyinin yaradılmasını nəzərdə tutur və And qrupunun varisi
sayılır, Latın Amerikasının azad ticarət zonası hüdudlarında daha sıx iqtisadi ittifaqın təmin
edilməsi məqsədlərində subregional qrup kimi 1969-cu ildə yaradılmışdır, — hazırda Latın
Amerikası Assosiasiyasının inteqrasiyası. Məqsəd malların, xidmətlərin və kapitalın səyyar
azadlığı, habelə MERKOSUR ilə azad ticarət zonasının yaradılması. Üzvləri Boliviya,
Kolumbiya və Ekvador (azad iqtisadi zonanı 1993-cü ildə yaradanlar), Venesuela və Perudur.
MERKOSUR (uyğun olaraq ing. MERCOSUR/MERCOSUL) Asunson müqaviləsinə
əsasən 1991-ci ildə təsis edilmişdir. Malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin səyyar
azadlığı, həmçinin regional kapital qoymanın irəliləyişi də daxil olmaqla məqsədi 2006-cı ildə
gömrük ittifaqının yaradılmasından ibarətdir. Üzv-dövlətlər — Argentina, Braziliya, Paraqvay və

70
Uruqvaydır. Paraqvay və Uruqvay üçün bəzi istisnalar olmaqla 1995-ci ildə tariflər 85 faiz
aradan qaldırılmışdı. Azad ticarət haqqında Müqaviləyə Boliviya və Çili də qoşulmuşlar.
Üçlər qrupu — azad ticarət zonasının yaradılmasına yönəldilmiş, siyasi konsultasiyalar və
iqtisadi inteqrasiyanın fəaliyyətinin həyata keçirilməsi üçün forumdur. Üzvləri Kolumbiya,
Meksika və Venesueladır. Katibliyi Boqotada yerləşir.
Qərbi Afrikanın hökumətlərarası iqtisadi birliyi
Qərbi Afrikada otuzdan çox iqtisadi birlik vardır. Onların əmələ gəlməsi əsasən region
çərçivəsində tarixi ayrılıqlarla bağlıdır və təşkilatların çoxu nəticədə birləşməyə gətirib çıxaran
iqtisadi harmonizasiya məqsədini güdür. Nisbətən əhəmiyyətli birliklər bunlardır:
Qərbi Afrika dövlətlərinin iqtisadi birliyi (EKOVAS, uyğun olaraq ing. — ECOWAS)
kənd təsərrüfatının, sənayenin və pul sisteminin təkmilləşdirilməsi, həmçinin enerji istehsalı,
faydalı qazıntıların çıxarılması və birgə infraquruluşların yaradılması sahəsində inkişaf strategi-
yası da daxil olmaqla, dövlətlər arasında iqtisadi sazişlərin bağlanması zamanı və müxtəlif iqtisa-
di strategiyaların harmonizasiyasına yönəldilmiş bütün ayrı-seçkilik hallarının tədricən ləğv
edilməsi əsasında Qərbi Avropa ölkələrində iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə 28 may
1975-ci ildə Laqosda yaradılmışdır. 1993-cü ildə Birliyin məqsədləri sırasın, siyasi sahədə
əməkdaşlıq“ və 1981-ci ildə qəbul olunmuş qarşılıqlı kömək və müdafiə haqqında Protokol
çərçivəsində regionlarda sülhməramlı qüvvələrin yaradılması tapşırığı da əlavə edildi. Bu məq-
səd üçün təşkilat tərəfindən Müşahidəçi qrup (ECOMOG) yaradılmışdır.
EKOVAS regionun iqtisadi cəhətdən müxtəlif birliklərinin „çətirşəkilli təşkilatdır“. Təşki-
lata on altı ölkə daxildir: beş ingilisdilli Namibiya, Qana, Liberiya, Nigeriya və Serra-Leon, sək-
kiz fransızdilli Benin, Burkina-Faso, Qvineya, Mali, Niger, Fil Sümüyü Sahilləri Respublikası,
Seneqal və Toqo, portuqaliya dilində danışan iki ölkə Qvineya Bisau və Yaşıl Burun Adaları və
bir ərəbdilli ölkə — Mavritaniya. EKOVAS-ın orqanları: dövlət başçılarının illik Konfransı, ildə
bir dəfədən az olmayaraq keçirilən nazirlər Şurasının müşavirəsi, Müqavilənin müddəalarını şərh
edən və mübahisəli məsələlərin həllində arbitr olan Tribunal, əməkdaşlıq və inkişaf Fondu, Qərbi
Avropa dövlətləri birliyinin İqtisadi Bankı (EKOBANK), altı ixtisaslaşdırılmış komissiya və
qərargahı Abuyda yerləşən icraiyyə katibliyi. Dövlətlərin həmrəylik Şurası qədim təsisatlardan
biridir. Benin, Burkina-Faso və Fil Sümüyü Sahilləri Respublikası daxil olduğu təsisatın əsası 3
iyun 1959-cu ildə qoyulmuşdur və 1966-cı ildə Toqo da bu təşkilata qoşulmuşdur. Bu birlik
rəsmi birlik deyildir və onun məqsədi iştirakçı-ölkələr arasında iqtisadi siyasət məsələlərinin
koordinasiyasından ibarətdir. Dövlətlərin həmrəylik Şurası iqtisadi əməkdaşlığa kömək edən
qarşılıqlı yardım və təminat Fonduna malikdir.
Mano çayı dövlətləri İttifaqı (uyğun olaraq ing. — MRU) 1973-cü ilin oktyabrında Libe-
riya və Serra-Leon tərəfindən yaradılmışdır, sonra isə təşkilata 1980-ci ilin oktyabrında Qvineya
da qoşuldu. Birliyin məqsədləri bunlardır: gömrük ittifaqının təşkil edilməsi və bütün maneələrin
aradan qaldırılması yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi, birgə istehsal gücünün geniş-
ləndirilməsi üçün, yeni istehsalın qurulması sahəsində əməkdaşlıq üçün və iqtisadi əməkdaşlıq
nailiyyətlərinin ədalətli bölüşdürülməsini təmin etmək üçün əlverişli şəraitin yaradılması.
Niger çayı dövlətləri Komissiyası yaxud Niger çayı hövzəsi dövlətləri Şurası (uyğun
olaraq ing. — RNC) Benin, Burkina-Faso, Kamerun, Mali, Niger, Nigeriya, Fil Sümüyü Sahilləri
Respublikası tərəfindən 1983-cü ilin oktyabrında Niger çayı hövzəsində yerləşən dövlətlərin
inkişafı ilə bağlı layihələrin və proqramların stimullaşdırılması və əlaqələndirilməsinin təbliği
məqsədilə yaradılmışdır.
Seneqal çayı dövlətlərinin inkişafı üzrə Təşkilat 1972-ci ildə Mali Respublikası, Mav-
ritaniya və Seneqal tərəfindən Nuakşotda yaradılmışdır. Əgər bağlanmış Konvensiyanın üslubu

71
və şərtləri ilə razılaşsalar, ərazisindən Seneqal çayı axıb keçən bütün dövlətlər bu koalisiyaya
qoşula bilərlər.
Qərbi Afrikanın iqtisadi və valyuta ittifaqı (UEMOA) Qərbi Afrika dövlətlərinin Mərkəzi
bankı adlanan öz mərkəzi bankı ilə fəaliyyət göstərərək İttifaqa daxil olan ölkələrin
valyutalarının fransız frankına nisbətinə nəzarət edir.
İttifaqa Benin, Burkina-Faso, Mavritaniya, Mali, Niger, Fil Dişi Sahilləri Respublikası,
Seneqal və Toqo daxildirlər, qurumun tapşırıqları bunlardır: (a) regional səviyyədə iqtisadi
əməkdaşlıq və ilkin emal prosesini keçməmiş (yəni xammal) kənd təsərrüfat məhsullarının, balıq
və təbii sərvətlərin də daxil olduğu yerli istehsal malları ilə azad ticarət bazasında iqtisadi
inkişaf; (b) Şura üzvü olan ölkələrdə istehsal olunmuş malların idxalı üçün daha əlverişli gömrük
şəraitinin təşkil edilməsi (regional kooperativ vergisi); © vahid xarici tarifin qoyulması.
Cənub-Şərqi Afrika ölkələrinin Ümumi bazarı
Cənub-Şərqi Afrika ölkələrinin ümumi bazarı (uyğun olaraq ing. — COMESA) Şərqi və
Cənubi Afrika dövlətlərinin preferensial ticarət zonası fəaliyyəti əsasında 1993-cü ildə təsis edil-
mişdir. Şərqi Afrika ölkələrinin inkişaf üzrə Birliyi kimi, Cənubi Afrika ölkələrindən Namibiya,
Svazilenda, Lesoto və Botsvandan — ibarət olan (uyğun olaraq ing. — SACU) Cənubi Afrika
ölkələrinin gömrük ittifaqı kimi Təşkilat iqtisadi birləşməyə kömək edir, üzvləri — Anqola,
Burundi, Cibuti, Zambiya və Zimbabve, Komor, Keniya, Lesoto, Madaqaskar, Malavi, Mavri-
kiyə, Mozambik, Ruanda, Seyşel adaları, Somali, Sudan, Svazilend, Tanzaniya, Uqanda, Eritre-
ya, Efiopiya olan dövlətlər arasında öz pul-hesab vahidindən istifadə etməklə maliyyə əməliy-
yatlarının aparılması üçün hesabat palatasına xidmətlər təklif edir. Cənub-Şərqi Afrika
ölkələrinin Ümumi bazarının katibliyi Lusakda yerləşir.
Amerika dövlətləri Təşkilatı
ADT (uyğun olaraq ing. — OAS) Şimali, Mərkəzi və Cənubi Amerika arasında çoxdan
mövcud olan əməkdaşlıq ənənələrinin davamçısı oldu və hazırda həmin regionda dövlətdaxili
münasibətlərə aid olan bütün məsələlər üzrə regional əlaqələndirici ali orqandır. Onun əsası
ADT-nin 1948-ci il xartiyasında qoyulmuşdur və 1967-ci ildə Buenos-Ayresdə, 1985-ci ildə
Kartagen de İndiasda, 1992-ci ildə Vaşinqtonda və 1993-cü ildə Manaquada tərtib edilmiş Pro-
tokollarla əlavələr edilmişdir.
Təşkilatın üzvləri bu ölkələrdir: Antiqua və Barbuda, Argentina, Bahama, Barbados, Beliz,
Boliviya, Braziliya, Venesuela, Haiti, Qvatemala, Honduras, Qrenada, Quayyana, Dominika, Do-
minikan Respublikası, Kanada, Kolumbiya, Kosta-Rika, Kuba (müvəqqəti olaraq xaric edil-
mişdir), Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Sent-Vinsent və Qrenadina, Sent-Kits və
Nevis, Sent-Lyusiya, Surinam, ABŞ, Trinidad və Tobaqo, Uruqvay, El-Salvador, Ekvador, Çili
və Yamayka. Daimi müşahidəçi statusu otuz yeddi ölkəyə və Avropa ittifaqına verilmişdir.
Siyasi məsələlər hər il və bəzən xüsusi iclasları keçirilən, habelə lazım gəldikdə keçirilən xarici
işlər nazirlərinin konstruktiv görüşləri prosesində Baş assambleya tərəfindən həll olunur. Hər biri
bir iştirakçı-dövlətin nümayəndəsindən ibarət olan üç şura Baş katibliyin yerləşdiyi Vaşinqtonda
görüşlər keçirirlər. Bu şuralar təşkilatın işini təşkil edən və siyasi xarakterli məsələləri həll edən
daimi şuradan, Amerikaarası iqtisadi və sosial şuradan və Amerikanın təhsil, elm və mədəniyyət
üzrə şuralarından ibarətdir. Bunlara əlavə olaraq bir də Amerikaarası hüquq komitəsi, insan
haqları üzrə Amerikaarası komissiya və Amerikaarası inkişaf bankı fəaliyyət göstərir.
Afrika birliyi təşkilatı
ABT (uyğun olaraq ing. — OAU) Təşkilatın 25 may 1963-cü ildə Əddis-Əbəbədə üzv-
dövlətlər tərəfindən imzalanmış xartiyasına əsasən Afrika dövlətlərinin ali təşkilatıdır. Təşkilatın

72
üzvləri müvəqqəti xaric edilmiş Mərakeş istisna olmaqla Afrika kontinentinin bütün dövlətləri və
ona aid olan adalardır (Madaqaskar və Mavritaniya da daxil olmaqla).
Təşkilatın əsas tapşırıqları bunlardır: Afrika dövlətlərinin həmrəyliyinə və ittifaqına kö-
məyi; daha yüksək həyat səviyyəsinə nail olmaq üçün Afrika xalqlarının əməkdaşlığının əlaqə-
ləndirilməsi və genişləndirilməsi; öz suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin
müdafiəsi; bütün Afrika ərazisində müstəmləkəçiliyin aradan qaldırılması; BMT Nizamnaməsinə
və Ümumi insan haqları deklarasiyasına uyğun olaraq beynəlxalq əməkdaşlığa yardım edilməsi.
Təşkilatın əsas təsisatları: ildə ən azı bir dəfə çağırılan dövlət və hökumət başçılarının
Assambleyası siyasi kursu işləyən, formalaşdıran və həyata keçirən ali orqan; nazirlər şurası ildə
ən azı iki dəfə toplaşır; Assambleya tərəlindən təyin edilən baş katibin rəhbərlik etdiyi, təşkilatın
Əddis-Əbəbədə yerləşən Baş katibliyi; 21 iyul 1964-cü ildə Qahirədə ABT-nin üzv-dövlətləri
tərəfindən imzalanmış Protokol əsasında və 21 üzv tərəfindən təşkil edilmiş arbitraj, nizamlayıcı
və vasitəçi komissiya; Dar-əs-Salamda yerləşən Afrika azadlıq hərəkatı üzrə əlaqələndirici
komitə və səkkiz xüsusi komissiya.
İslam konfransı təşkilatı
İslam konfransı təşkilatı (İKT, uyğun olaraq ing. İCO) 1971-ci ildə yaradılmışdır və
Zanzibar ilə birlikdə əlli dörd üzv-dövlətdən ibarətdir. Mərkəzi Afrika Respublikası, Toqo və
Şimali Kipr Türk Respublikası müşahidəçi statusuna malikdirlər. Təşkilatın məqsədi islam
maraqlarının inkişafından və bütün sahələrdə həmrəyliyin əldə edilməsindən ibarətdir; Fələstin
xalqının öz vətənlərində milli hüquqlarını tam təsdiq edən 1974-cü il Laxor Deklarasiyasına
əsasən konfransın qərarı ilə 1975-ci ildə gələcək Yerusəlim məsələləri üzrə daimi komitə (Əl-
Qüds komitəsi) yaradılmışdır; Kasablanka xartiyasına əsasən 14 yanvar 1984-cü ildə regional
barışıq və üzvlər arasında razılıq üzrə komitələr yaradıldı.
İKT beynəlxalq münasibətlərdə aktiv rolunu saxlayır, buna misal olaraq Əfqanıstana aid
olan 28 yanvar 1979-cu il Məkkə deklarasiyasını və körfəzdə vasitəçiliyin gücləndirilməsi
missiyasını göstərmək olar. Dövlət başçılarının konfransı hər il bir dəfə keçirilir, xarici işlər
nazirlərinin görüşləri də ildə bir dəfə yaxud vəziyyət tələb edərsə daha tez keçirilir. Müxtəlif
əlavə təşkilatlar vasitəsilə iqtisadi işlər komitəsi qarşılıqlı iqtisadi əməkdaşlığı və müsəlman
ölkələri arasında həmrəyliyi inkişaf etdirir. Təşkilatın katibliyi Ciddədə yerləşir.
Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı
ATƏT-in (uyğun olaraq ing. OSCE) mənbəyi hələ soyuq müharibə dövründə də fəaliy-
yətdə olan və 1994cü ilə qədər Avropada əməkdaşlıq və təhlükəsizlik üzrə konfrans kimi fəaliy-
yət göstərən qurumdan başlayır. O zaman 1975-ci il Son Helsinki aktına əsaslanan qarşılıqlı
etimadın müəyyən edilməsi prosesi təzə yaranırdı. ATƏT özünün hazırkı vəzifəsinə 1990-cı ilin
yeni Avropası üçün Paris xartiyası, 1992-ci il Helsinki və 1994-cü il Budapeşt sammiti vasitəsilə
gəlmişdi. ATƏT-in hazırkı məqsəd və tapşırıqlarının tərkibinə münaqişələrə xəbərdarlıq
edilməsi, silahlanmaya nəzarət, insan haqlarının müdafiəsi, böhranların aradan qaldırılması,
həmçinin demokratik cəmiyyətdə silahlı qüvvələrin vəzifələri və səmimiliyi üzrə davranış
kodeksinin yaradılması aiddir. Yuxarıda sadalanan prinsiplərə müvafiq olaraq ATƏT 1966-cı il
Deyton sazişinə dəstək üçün Bosniya və Herseqovinada seçkilərdə müşahidəçi rolunda çıxış etdi.
ATƏT-in orqanları bunlardır: iki ildə bir dəfə toplaşan dövlət (hökumət) başçılarının sammiti;
ildə bir dəfə toplaşan ATƏT-in üzv-ölkələrinin xarici işlər nazirlərinin şurası; Praqada toplaşan
siyasi məsələlər üzrə Ali şura və hər il Vyanada toplaşan Daimi parlament Şurası. Varşavada
yerləşən demokratik institutlar və insan haqları üzrə büro öz gücünü insan haqlan problemlərinin
və milli səviyyədə demokratik seçkilərin keçirilməsinin həllinə yönəldir. Milli azlıqların işləri

73
üzrə ali komissar Haaqada, Dünya və arbitraj məhkəməsi isə Cenevrədə yerləşir. Hər həftə
Vyanada təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə forumun iclası keçirilir.
ATƏT-ə xüsusi əhəmiyyət verən amillər: keçmiş soyuq müharibənin bütün iştirakçıları da
daxil olmaqla, üzvlərinin tərkibidir. ATƏT tam həmrəylik prinsiplərinə əsaslanaraq fəaliyyət
göstərir və kontinentdə Birləşmiş Ştatların iştirakı ilə Yeni Avropa Qaydasının təşkil edilməsi
üçün əməkdaşlıq və diskussiyalara şərait yaradan vahid regional təşkilatdır. Keçmiş „Şərq“ və
„Qərb“ arasındakı əlaqələrin qaydaya salınmasında vasitəçi kimi ATƏT-in missiyasının
əhəmiyyətliliyi NATO və Rusiya arasında əməkdaşlıq və təhlükəsizlik qarşılıqlı münasibətləri
haqqında Aktın preambulasında qeyd edilmişdir. Burada xüsusilə ATƏT-in „fəaliyyət göstərdiyi
sahələrdə qarşılıqlı fəaliyyətə, konsultasiyaların alınmasına və qərarların qəbul edilməsinə
kömək edən hər şeyi əhatə edən təşkilat“ kimi, həmçinin regional səviyyədə fəaliyyətlərə aid
olan beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin dəstəklənməsi problemləri ilə məşğul olan
regional müqavilələr yaxud təşkilatlar haqqında danışılan BMT nizamnaməsinin VIII maddəsinə
müvafiq olaraq Regional müqavilə kimi vəzifələri müəyyən edilmişdir. Hər iki tərəf „ATƏT-in
Avropada rolunun gücləndirilməsinə kömək etmək“, həmçinin preventiv diplomatiyanın əsas
aləti, münaqişələrə xəbərdarlıq edilməsi, böhranların aradan qaldırılması, təhlükəsizlik sahəsində
mövqe toqquşma reabilitasiyası və regional əməkdaşlıq barədə razılıq əlaməti olaraq saziş
imzaladılar. Bundan əlavə tərəflər göstərilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün fəaliyyətdə olan imkanlarının daha da genişləndirilməsi barədə razılığa gəldilər.
ATƏT-in üzvləri Avstriya, Azərbaycan, Albaniya, Andorra, Ermənistan, Belarusiya, Belçika,
Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Dani-
marka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Kanada, Kipr, Qırğızıstan, Latviya,
Litva, Lixtenşteyn, Lüksemburq, Makedoniya, Malta, Moldova, Monako, Niderland, Norveç,
Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Müqəddəs Prestol, Slovakiya, Sloveniya,
Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan,
Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çex Respublikası, İsveçrə, İsveç, Estoniya, Yuqos-
laviyadır (Serbiyanın və Çernoqoriyanın üzvlüyü dayandırılmışdır). Əməkdaşlıq üzrə tərəfdaşlar
Yaponiya, Koreya; Aralıq dənizi tərəfdaşları — Əlcəzair, Misir, İsrail, Mərakeş və Tunisdir.
Katibliyi Vyanada yerləşir.
Neft ixracat ölkələri təşkilatı
OPEK (OPEC Orqanisation of the Petroleum Exporting Countries-dən ixtisarla. Red.
qeydi.) 1960-cı ildə yaradılmışdır, onun üzvləri Əlcəzair, Venesuela, İndoneziya, İran, İraq,
Qatar, Küveyt, Livan, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır. OPEK-in
birinci dərəcəli tapşırığı istehsalçılar üçün neftin ədalətli və stabil qiymətini təmin etməkdən,
həmçinin istehlakçılara daimi və kifayət qədər məhsul çatdırmaqdan ibarətdir, bununla belə
qiymətqoyma siyasəti qalan neft ixracat ölkələrinə lazımınca təsir göstərir. OPEK-in neft
nazirlərinin müntəzəm görüşləri, fövqəladə görüşlər sayılmadan yarım il intervalı ilə keçirilir.
OPEK-in katibliyi Vyanada yerləşir.
İqtisadi əməkdaşlıq təşkilatı
İqtisadi əməkdaşlıq təşkilatı iqtisadi əməkdaşlıq üzrə regional qrupdur, üzvləri Azər-
baycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə
və Özbəkistandır. Fəaliyyət dairəsi nəqliyyat, rabitə, ticarət, enerji təchizatı, həmçinin regional
ödəmə sisteminin yaradılması sahələrini əhatə edir.
İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT, uyğun olaraq ing. — OECD) Avropa iqtisadi
əməkdaşlıq Təşkilatının (AİƏT) davamçısı kimi 30 sentyabr 1961-ci ildə yaradılmışdır. Onun

74
məqsədi iqtisadi və sosial rifahın Avropa regionu ərazisində yayılmasına kömək etməkdir və
təşkilata üzv-ölkələrin hökumətlərinə bu məqsədə nail olmaq üçün yönəldilmiş siyasətin
hazırlanmasında və əlaqələndirilməsində yardım göstərir. Bundan əlavə İƏİT üzv-ölkələrin
inkişaf etməkdə olan ölkələrə kömək üçün istiqamətləndirilmiş güclərinin stimullaşdırılmasını və
əlaqələndirilməsini də qarşısına məqsəd qoyur. Üzv-ölkələrin nümayəndələrindən ibarət olan
Şura İƏİT-ə rəhbərlik edir. Şura baş katib başda olmaqla müntəzəm olaraq səfirlər səviyyəsində
həftədə bir dəfə, nazirlər səviyyəsində isə özlərindən hər il yeni sədr seçilməklə ildə bir dəfə
çağırılır. Tövsiyələr və qərarlar Şuranın bütün üzvlərinin razılığı əsasında qəbul edilir. Şuraya
hər il təyin edilən, on dörd üzvdən ibarət İcraiyyə komitəsi kömək edir. Təşkilatın işinin əsas
hissəsi iki yüzə yaxın ixtisaslaşdırılmış komitələr və işçi qruplar tərəfindən hazırlanır və yerinə
yetirilir. Bunların sırasına iqtisadi siyasət üzrə, iqtisadiyyata və inkişafa yardım üzrə, ticarət üzrə,
qeyri-müəyyən sövdələşmələr üzrə, maliyyə bazarları 155 üzrə, vergi qoyma üzrə, biznesdə
məhdudlaşdırmalar üzrə, istehlak sahəsində siyasət üzrə, turizm üzrə, dəniz nəqliyyatı üzrə,
beynəlxalq investisiyalar və müəssisələr üzrə, energetika sahəsində siyasət üzrə, sənaye üzrə,
polad üzrə, elm və texnika sahəsində siyasət üzrə, təhsil üzrə, əmək ehtiyatları və sosial siyasət
üzrə, ətraf mühitin mühafizəsi üzrə, kənd təsərrüfatı üzrə, balıq təsərrüfatı üzrə və s. komitələr
daxildir. Təşkilatın tərkibinə daha dörd muxtar orqan da aiddir: Beynəlxalq energetika agentliyi
(BEA, uyğun olaraq ing. — İEA), Nüvə enerjisi üzrə agentlik (NEA, uyğun olaraq ing. — NEA),
təhsil sahəsində inkişaf Mərkəzi və tədqiqatlar və yeniliklər Mərkəzi (TTYM). 1990-cı ildə keçid
iqtisadiyyatı münasibətilə məqsədi İƏİT ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında əlaqələrin
qaydaya salınması olan, bazar iqtisadiyyatına keçid prosesində köməyi lazım olan Avropa
ölkələri ilə əməkdaşlıq Mərkəzi açılmışdır.
İƏİT-in üzvləri Avstraliya, Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İslan-
diya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Por-
tuqaliya, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Türkiyə, Finlandiya, Fransa, Çex
Respublikası, İsveç, İsveçrə və Yaponiyadır. Avropa birliyi Komissiyası adətən İƏİT-in işində
iştirak edir. Baş katibin rəhbərlik etdiyi katiblik Parisdə yerləşir.
Azad ticarət haqqında Şimali Amerika müqaviləsi
NAFTA (NAFTA — North Amerikan Free Trade Agreement-dən ixtisarla. — Red. qeydi.)
Kanada, Meksika, Amerika Birləşmiş Ştatları arasında 1992-ci ildə imzalanmış müqavilə ilə təsis
edilmişdir. Onun əsas məqsədi on il müddətində (kənd təsərrüfatı və nəqliyyat vasitələri üçün on
beş il) sənaye və kənd təsərrüfatı mallarının tariflərinin və faizlərinin aradan qaldırılması yolu ilə
azad ticarət zonasının yaradılmasından, xidmət sahələrində sərbəstliyin təmin edilməsindən
ibarətdir.
Müqavilənin məqsədləri dövlətlərin tərəflər kimi qəbul etdiyi preambulada aşağıdakı
qaydada əks etdirilmişdir:
Xüsusi dostluq bağlarını və onların millətləri arasında əməkdaşlığı gücləndirmək; harmo-
nik inkişafa yardım və dünya ticarətinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın artımının
təmin edilməsi; üzv-dövlətlərin ərazisində istehsal edilmiş malların və xidmətlərin geniş-
ləndirilmiş və təhlükəsiz bazarının yaradılması; ticarətdə maneələrin aradan qaldırılması; tica-
rətin idarə edilməsində dəqiq və qarşılıqlı sərfəli qaydaların təyin edilməsi; biznes-planlaşdırma
və kapital qoyma üçün qabaqcadan nəzərdə tutulmuş kommersiya çərçivələrinin formalaş-
dırılması; Ümumdünya ticarət təşkilatının və başqa çoxtərəfli və ikitərəfli əməkdaşlıq orqan-
larının qanunlarına və prinsiplərini nəzərə almaqla vəzifələrinə hörmət göstərmək; onların
firmalarının dünya bazarında rəqabətqabiliyyətliliyini gücləndirmək; yaradıcılığa və yeniliklərə
yardım göstərmək; zehni mülkiyyət haqqında hüquq obyekti sayılan mallarla və xidmətlərlə

75
ticarəti inkişaf etdirmək; yeni iş yerlərinin təşkil edilməsi və müvafiq ərazilərdə həyat və əmək
şəraitinin, yaşayış göstəricilərinin yaxşılaşdırılması; bu məqsədlərdən hər birinə ətraf mühitin
mühafizəsini və saxlanmasını təmin etmək yolu ilə nail olmaq; dövlətlərdə ictimai firavanlığın
çevik və etibarlı sisteminin saxlanması; davamlı inkişaf; ətraf mühit problemləri üzrə qanunun
gücləndirilməsi; zəhmətkeşlərin əsas hüquqlarının müdafiəsi və möhkəmləndirilməsi.
Xüsusi qaydalar ozon qatını zəiflədən maddələr haqqında Monreal protokolunda, məhv
olmaq təhlükəsi altında olan vəhşi fauna və flora növləri üzrə 1973-cü il beynəlxalq ticarət
Konvensiyasında, 1989-cu il Bazel konvensiyasında və ABŞ və Meksika arasında sərhəd
zonasında ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması üzrə 1986-cı il Sazişində əks
etdirilmişdir.
1996-cı ilin yanvarında Çili NAFTA-nın üzvü olur ki, bu da „Alyaskadan Tyer-del-
Fueqoya kimi Amerika azad ticarət zonası“ prosesinin formalaşmasının başlanması olur.
Avropa şurası
Avropa Şurası 1939-1945-ci il müharibəsindən sonra Avropada təsis edilmiş ilk beynəlxalq
təşkilatdır. Təşkilatın 5 may 1945-ci ildə on müəssis-ölkə tərəfindən imzalanmış Nizamnaməsinə
müvafiq olaraq Avropa Şurasının fəaliyyəti sıx Avropa birliyinin, parlament demokratiyası
prinsiplərinin saxlanmasının, ümumi insan dəyərlərinin saxlanmasının, həyat səviyyəsinin
yaxşılaşdırılmasının təmin edilməsinə yönəldilmişdir. Hazırda təşkilatın fəaliyyətinin prioritet
istiqamətləri insan haqlarına riayət edilməsi, təhsil, mədəniyyət və idman, sosial məsələlər,
gənclər arasında işsizlik, səhiyyə, ətraf mühit və arxitektura mirası, yerli və məhəlli idarə və
hüquqdur. Təşkilat həm də ümumi mirası olan ideyalarının və prinsiplərinin təhlükəsizliyini və
reallaşdırılmasını təmin etmək məqsədilə üzv-dövlətlərin çoxluğunun razılığını əldə etməyə,
həmçinin iqtisadi və sosial tərəqqi üçün əlverişli şəraitin yaradılmasına səy göstərir. Bir sözlə
Avropa Şurasının əsas tapşırığı „bütün kontinentdə Avropa mədəniyyətinin orijinallığının
saxlanmasına kömək etməkdir“.
Şuranın fəaliyyətinin nailiyyətlərinə insan haqları üzrə Avropa konvensiyasının qəbul
edilməsi, Avropa komissiyasının və insan haqları Məhkəməsinin yaradılması, hazırda otuz dörd
üzv-dövlət tərəfindən tanınmış məcburi yurisdiksiya, həmçinin hansı cinayətlərin siyasi cinayət
olmadığını, hansıların siyasi cinayət olduğunu və hansı cinayətlərin siyasi motivlərlə nəticələ-
nəcəyini qabaqcadan nəzərə alan terrorizmlə mübarizə üzrə Avropa konvensiyasının qəbul
edilməsi aiddir.
Avropa Şurasının orqanlarına təşkilatın bütün üzv-ölkələrinin ildə iki dəfə çağırılan nazir-
lər Komitələri, bir sıra ixtisaslaşdırılmış idarələr, 286 üzvdən ibarət və özünün konsultasiya
orqanı olan ildə üç dəfə çağırılan Parlament assambleyası aiddir.
Avropa Şurasına Avstriya, Albaniya, Andorra, Belçika, Bolqarıstan, Macarıstan, Almani-
ya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Lixtenşteyn,
Makedoniya, Malta, Moldaviya, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-
Marino, Slovakiya, Sloveniya, Birləşmiş Krallıq, Türkiyə, Ukrayna, Finlandiya, Fransa,
Xorvatiya, Çexoslovakiya, İsveçrə, İsveç və Estoniya daxildir. Baş katiblik Strasburqda yerləşir.
Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurası
Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının əsası 1981-ci ildə qoyulmuşdur, onun
siyasəti 1981-ci ildə ratifikasiya edilmiş Xartiya ilə müəyyən edilmişdir. Üzv-dövlətlər Bəhreyn,
Qatar, Küveyt, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır. Əsas məqsədi
bütün iqtisadi, sosial və mədəni məsələlərdə əlaqələndirmə, əməkdaşlıq və inteqrasiyadır. Nisbi
nizamlama iqtisadi və maliyyə məsələlərində; kommersiyada, gömrükdə və kommunikasiyada;
təhsil və mədəniyyətdə; sosial və səhiyyə problemlərində; SMİ və turizmdə; qanunverici və

76
inzibati məsələlərdə həyata keçirilir. Saziş həmçinin sənayedə, kənd təsərrüfatında və su ehtiyat-
larının saxlanmasında elmi və texnoloji tərəqqini stimullaşdırmalıdır. Birləşmiş iqtisadi sazişin
şərtlərinə görə altı dövlət arasında tarif maneələri ləğv edilmişdir və Körfəz xalqları hər hansı
dövlətdə istehsal açmaqda azaddırlar və kontraktların bağlanmasında bərabər hüquqludurlar.
Bundan əlavə cəld manevr edilməsi üçün birləşmiş müdafiə qüvvələrinin yaradılması da
planlarda vardır. Hər il görüşü keçirilən dövlət başçılarının Ali şurası və üç aydan bir iclası
keçirilən nazirlər Şurası Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının orqanlarıdır. Baş
katiblik Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşir.
Birlik
Britaniya imperiyasının bir hissəsini təşkil edən yaxud Kralın mühafizəsi altında olan
dövlətlərin birləşməsi Birlik adlanır. Birlik ölkələrində keçirilən əməkdaşlıq və konsultasiyalar
mədəniyyət və təhsil məsələlərinə aiddir. Hökumət başçılarının yaxud onların nümayəndələrinin
görüşü qayda üzrə iki ildən bir praktiki məsələlərdə fikir mübadiləsi məqsədilə keçirilir. Birlik
tərəfindən göstərilən kömək və yardım Kolombo planında, həmçinin Birliyin maarifləndirici
proqramında; hazırda Lomey konvensiyasında qeyd olunmuş ticarət praktikasında, preferensial
tariflər və faizlərdə əks olunmuşdur. Əlahəzrət Kraliça II Yelizaveta Britaniya Birliyinin
başçısıdır; baş katiblik və katiblik Londonda yerləşir. Avstraliya, Antiqua və Barbuda, Baham
adaları, Banqladeş, Barbados, Beliz, Botsvana, Bruney, Vanuatu, Qayana, Qambiya, Qrenada,
Qana, Dominikan Respublikası, Zambiya, Qərbi Samoa, Zimbabve, Hindistan, Kamerun, Kana-
da, Keniya, Kipr, Kiribati, Lesoto, Mavrikiyə, Malavi, Malayziya, Maldiv adaları, Malta, Mo-
zambik, Namibiya, Nigeriya, Yeni Zelandiya, Sent-Kits və Nevis, Sent-Lyusiya, Sent-Vinsent və
Qrenadina, Pakistan, Papua-Yeni Qvineya, Svazilend, Seyşel adaları, Sinqapur, Böyük Brita-
niyanın Birləşmiş Krallığı və Şimali İrlandiya, Solomonov adaları, Syerra-Leon, Tanzaniya,
Tonqa, Trinidad və Tobaqo, Uqanda, Fidji, Şri-Lanka, Cənubi Afrika və Yamayka Birliyin tam-
hüquqlu üzvləri statusuna malikdirlər. Birliyin Parlament assosiasiyası Birlik qanunvericiliyində
qarşılıqlı maraqlara riayət edilməsinə nəzarət edir; o, konseptual yaxud praktiki parlament
idarəetmə formasını təmin etməyi bacarmayan ölkələrin üzvlüyünü müvəqqəti olaraq dayandırır.
Müstəqil Dövlətlər Birliyi
Müstəqil Dövlətlər Birliyi (uyğun olaraq ing. — CİS) — Britaniya Birliyi və Fransız
Cəmiyyəti ilə vəzifələri – üzv-dövlətlərin əməkdaşlığını və inkişafını effektli davam etdirmələri
çərçivəsində institutsional quruluşun təmin edilməsi üçün səy göstərməkdir. MDB digər oxşar
təşkilatlar kimi keçmiş Sovet İttifaqı ölkələrində ilkin iqtisadi qarşılıqlı asılılığın azaldılması və
milli cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi yolunda fasiləsiz inkişaf prosesini həyata
keçirir.
MDB-nin əsası 1991-ci ildə Rusiya, Belarusiya və Ukrayna arasında bağlanan müqavilə ilə
qoyulmuşdur. Keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlikləri SSRİ-nin „coğrafi reallıq və
beynəlxalq hüququn subyekti kimi fəaliyyətini dayandırdığını“ qəbul etdilər, bununla bərabər
„Birliyin üzvləri arasında əməkdaşlığın bərabərlik prinsipləri əsasında koordinasiya idarəsi
tərəfindən həyata keçiriləcəyini“ elan etdilər. Əməkdaşlıq sahəsi xarici siyasəti, vahid iqtisadi
zonanın formalaşdırılmasını və inkişafını, həmçinin gömrük siyasəti, nəqliyyat və rabitə, ətraf
mühit, miqrasiya və kütləvi cinayətkarlıqla mübarizə sahəsində ümumi Avropa və Avrasiya
bazarlarını əhatə edir.
Digər keçmiş respublikalar — Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıs-
tan, Moldaviya, Tacikistan, Türkmənistan və Özbəkistan — da Deklarasiyaya qoşuldular,
„strateji qüvvələrə birgə komandanlığın zərurətini və nüvə silahı üzərində ümumi nəzarətin
təmin edilməsini qəbul edən“ strateji qüvvələr haqqında Müqavilə və sülhün saxlanması üçün

77
sonrakı ikitərəfli danışıqların bazası sayılan silahlı qüvvələr və sərhəd qoşunları haqqında
Müqavilə imzaladılar. MDB qoşunlarının ümumi komandanlığının yaradılması təklifi qəbul
edilmədi və hərbi əlaqələndirmə komitəsi yaradıldı, Rusiya isə lazım gəldikdə Mərkəzi Asiya və
Zaqafqaziya respublikalarının sərhədlərinin qorunmasında onlara kömək göstərməyə razılıq
verdi. Əməkdaşlığın digər sahələri MDB Bankının, Neft-qaz komitəsinin yaradılmasını, azad
ticarətin təmin edilməsini və iqtisadi ittifaqın təşkil edilməsini, həmçinin MDB daxilində
maliyyə əməliyyatlarının vəzifələrini iqtisadi məhkəmə vasitəsilə nizamlayan orqanı əhatə edir.
MDB-nin təşkilat quruluşunu dövlət başçıları Şurası və hökumət başçıları Şurası, həmçinin
müxtəlif konsultativ və əlaqələndirmə təsisatları təmsil edir. Katiblik Minskdə yerləşir.
Ərəb Məğrib Şurası
ƏMŞ stabilliyə, təhlükəsizliyə və iqtisadi əlaqələndirməyə, kömək edən regional təşkilat
kimi 1993-cü ildə Mərakeş müqaviləsi çərçivəsində yaradılmışdır. Onun tərkibinə Əlcəzair,
Livan, Mavritaniya, Mərakeş və Tunis daxildir. Katibliyi Rabatda yerləşir.
Mərkəzi Amerika ümumi bazarı
Mərkəzi Amerika ümumi bazarının (uyğun olaraq ing.- MCCA) üzvləri Qvatemala, Hon-
duras, Kosta-Rika, Nikaraqua və Əl-Salvadordur. Ölkələr Manaqua və Qvatemala tərəfindən
imzalanmış pul-kredit Deklarasiyasına uyğun olaraq bütün regiondaxili ticarət sövdələşmələrinə
qoyulan tarifləri aradan qaldırmaq və sonra gömrük ittifaqını yaratmaq vəzifəsini öhdələrinə
götürürlər. Həmin tədbir vergi siyasətinin uyğunlaşdırılmasını, gömrük rüsumlarının bölün-
məsini, monopoliya məsələlərini, dempinqi və ədalətsiz rəqabəti, əlaqələndirilmiş sənaye inkişafı
və tranzit prinsiplərinin tətbiq edilməsini, həmçinin Mərkəzi Amerika iqtisadi inteqrasiya
bankının təşkil edilməsini nəzərdə tutur. Mərkəzi Amerika ümumi bazarının struktur orqanlarına
təşkilatın üzv-ölkələrinin nazirlərindən ibarət Mərkəzi Amerika iqtisadi şurası və hər bir ölkənin
nümayəndəsinin daxil olduğu İcraiyyə şurası aiddir. Baş katib və katiblik Qvatemala şəhərində
yerləşir.
Mərkəzi Avropa təşəbbüsü
MAT (uyğun olaraq ing.- CEİ) 1989-cu ildə Avstriya, Macarıstan, İtaliya, və Yuqoslaviya
tərəfindən iqtisadi və siyasi əməkdaşlığın aktivləşdirilməsi, transsərhəd infrastrukturunun inki-
şafı və regionda baş verən problemlərin müzakirəsi üzrə forumların təşkil edilməsi məqsədilə ya-
radılmışdır. 1997-ci ildə təşkilatın üzvlərinin sayı on altıya çatdı. Hazırda MAT-ın əsas məqsədi
hələ Avropa ittifaqına daxil olmamış, lakin parlament demokratiyasının, həmçinin insan
hüquqlarına əməl etmənin prinsiplərini elan etmiş dövlətlər üçün əlverişli şəraitin yaradılması və
Avropaya inteqrasiyasına kömək etməkdir. Üzvləri Avstriya, Albaniya, Belarusiya, Bolqarıstan,
Bosniya və Herseqovina, Macarıstan, İtaliya, Makedoniya, Moldaviya, Polşa, Rumıniya,
Slovakiya, Sloveniya, Ukrayna, Xorvatiya və Çexiyadır.
MAT-ın təşkilat quruluşu hökumət başçılarının illik qurultayı, xarici işlər nazirlərinin illik
görüşləri, milli əlaqələndirmə Komitələrinin müntəzəm iclasları, müəyyən sahələrin nazirlərinin
xüsusi görüşləri və milli parlamentlərin nümayəndələrinin iştirakı ilə Parlament konfransı kimi
müntəzəm forumlarda əsaslandırılmışdır. Bununla belə Avropa ittifaqı, Avropada təhlükəsizlik
və əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa yenidənqurma və inkişaf bankı, Baltik dənizi
ölkələri Şurası, Qara dəniz iqtisadi əməkdaşlığı, Alp Adriatik regionu ölkələri Birliyi və Dunay
hövzəsi ölkələri Birliyi kimi təşkilatlarla əməkdaşlıq və dialoq saxlanılır. Təşkilatın daimi
katibliyi yoxdur, Triest mərkəzi (TSEİ) 1996-cı ildə İtaliyada yaradılmışdır.
Qaradəniz iqtisadi əməkdaşlığı
Qaradəniz iqtisadi əməkdaşlığı (uyğun olaraq ing. BSEC) on bir ölkə tərəfindən İstanbulda
keçirilən Qara dəniz ölkələrinin iqtisadi əməkdaşlığı üzrə sammitdə 2 iyun 1992-ci ildə qəbul

78
edilən Deklarasiyaya müvafiq olaraq yaradılmışdır. Təşkilatın fəaliyyəti, demokratiya, sosial
ədalət, insan hüququ, qanunun aliliyi, əsas azadlıqlar və iqtisadi mülkiyyət kimi ümumi qəbul
edilmiş dəyərlər əsasında regionda sülhün, stabilliyin və çiçəklənmənin saxlanmasına yönəl-
dilmişdir. Qaradəniz iqtisadi əməkdaşlığının üzvləri Azərbaycan, Albaniya, Ermənistan, Bol-
qarıstan, Yunanıstan, Gürcüstan, Moldaviya, Rusiya, Rumıniya, Türkiyə və Ukraynadır. Avstri-
ya, Misir, İsrail, İtaliya, Polşa, Slovakiya və Tunis müşahidəçi statusuna malikdirlər. Qaradəniz
iqtisadi əməkdaşlığının strukturunu dövlət və hökumət başçılarının illik görüşləri, Parlament
assambleyası, Fessalonikada yerləşən Qara dəniz ticarət və inkişaf bankı, həmçinin Ankarada
yerləşən statistik məlumatlar mübadiləsinin əlaqələndirmə mərkəzi təşkil edir. Qaradəniz iqtisadi
əməkdaşlıq Şurası təşkilatın üzv-ölkələrinin işçi dairələrinin nümayəndələrindən ibarət və təşəb-
büslərin irəli sürülməsi və xüsusi sahədə əməkdaşlığın möhkəmləndirilməsi ilə məşğul olan
orqanı təmsil edir. Katibliyi İstanbulda yerləşir.
Cənubi Asiya regional əməkdaşlıq assosiasiyası
Cənubi Asiya regional əməkdaşlıq təşkilatının əsası (CARƏA, uyğun olaraq ing. —
SAARC) Banqladeş, Butan, Hindistan, Maldiv, Nepal, Pakistan və Şri-Lanka dövlət və hökumət
başçılarının 1985-ci ilin dekabrında Banqladeşin Dakka şəhərində keçirilən birinci görüşündə
qoyulmuşdur.
CARƏA institutsional dərəcələri ali hakimiyyətdən ibarət olan dövlət yaxud hökumət
başçılarının illik görüşləri; siyasətinin hazırlanmasına və qiymətinə cavabdehlik daşıyan əlavə
fövqəladə sessiyalar şəraitində və yaxud ildə iki dəfə iclası keçirilən xarici işlər nazirləri Şurası;
siyasətin ümumi əlaqələndirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinə cavab-
deh olan əcnəbi katiblərin Daimi komitəsi; təşkilatçılığa və idarəetməyə məsul böyük vəzifəli
şəxslərin Proqramlaşdırıcı komitəsi; proqramların və proyektlərin hazırlanmasını həyata keçirən
Texniki komitə və onların yerinə yetirilməsinə cavabdehlik daşıyan Məhkəmə komitəsidir.
Xüsusi əməkdaşlıq sahələri kənd təsərrüfatı, rabitə, ətraf mühit, sağlamlıq, əhali, mete-
orologiya, sui-istifadə və narkotika qaçaqmalçılığı, kənd yerlərinin inkişafı, elm və texnologiya,
turizm, nəqliyyat, qadın problemləri və istehsalatda məşğulluqdur. CARƏA-nın mühüm əhəmiy-
yətli təşəbbüsü insanlar arasında anlamanın inkişafı üçün radio və videomateriallar mübadiləsini
həyata keçirən audiovizual mübadilə proqramıdır. İqtisadi əməkdaşlıq Cənubi-Asiya inkişaf
fondu və regionlararası ticarətin və regionun az inkişaf etmiş ölkələrinin təchizatının tədricən
liberallaşdırılmasını nəzərdə tutan 1993-cü ildə yaradılmış CARƏA-nın Preferensial ticarət
müqaviləsi formasında həyata keçirilir.
Qərarlar bütün səviyyələrdə yekdillik əsasında qəbul edilir; ikitərəfli və mübahisəli
məsələlər CARƏA-nın iclaslarından çıxarılır; regional əməkdaşlıq ikitərəfli yaxud çoxtərəfli
əməkdaşlığın əvəzi sayılmır, lakin ona suveren bərabərlik, ərazi toxunulmazlığı, siyasi müstə-
qillik və başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə hörmət göstərməyə əsas-
lanan əlavələr edilir.
CARƏA Cənubi Asiya regionu ölkələrinin iqtisadiyyat, mədəniyyət, texnologiya və elm
sahəsində aktiv birgə işlər və qarşılıqlı yardım əməkdaşlıq forumunu özündə təmsil edir. O, həm
də qarşılıqlı etimadın möhkəmləndirilməsi və bir-birinin problemlərinə düzgün münasibət kimi
ümumi maraqlara aid olan məsələlər üzrə beynəlxalq forumlarda əməkdaşlığın gücləndirilməsinə
böyük əhəmiyyət verir. Katibliyi Katmanduda yerləşir.
Cənubi Afrika inkişaf birliyi
CAİB (uyğun olaraq ing. — SADC) 1992-ci il Müqaviləsinin imzalanması nəticəsində
yaradılmışdır və ümumi dəyərləri və məqsədləri olan ölkələrin postaparteid regional təşkilatı
kimi inkişaf etmişdir. Onun əsas məqsədi nəqliyyat, demokratik idarələrin qurulması, münaqi-

79
şələrin təhlükəsiz həll edilməsi sahəsində iqtisadi inteqrasiyaya və sıx əməkdaşlığa təkan
verməkdən ibarətdir.
Dövlət başçıları ildə bir dəfə, xarici işlər nazirləri isə ildə iki dəfə görüşlər keçirirlər;
CAİB-in üzvləri Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Zambiya, Lesoto,
Mavritius, Malavi, Mozambik, Namibiya, Svazilend, Tanzaniya və Cənubi Afrikadır. CAİB-in
katibliyi Qaboronda yerləşir.
Cənubi-Sakit okean regional təşkilatları
Cənubi-Sakit okean forumu (iqtisadi əməkdaşlıq üzrə Cənubi-Sakit okean bürosunun
davamçısı) — Cənubi-Sakit okean regionunda əsas regional təşkilatdır. Bu formal təşkilat
deyildir və Cənubi-Sakit okean regionunda əməkdaşlıqla bağlı olan iqtisadi məsələlərin, əmtəə
bazarında problemlər üzrə „dialoq üzrə tərəfdaşlar“la görüş vasitəsilə xarici əlaqələrinin,
sənayenin, turizmin, yük daşınmasının, mülki aviasiyanın, texnologiyaların ötürülməsinin, neft
axtarışının və ətraf mühitin mühafizəsinin inkişafının, geniş spektri kimi məşğul olur. Həmin
təşkilata üzvlük Cənubi-Sakit okean regionunun on altı suveren və muxtar dövlətləri (Avstraliya
və Yeni Zelandiya da daxil olmaqla) ilə məhdudlaşır. Forum ildə bir dəfə görüşü keçirilən
hökumət başçılarından ibarətdir; onların həm siyasi həm də iqtisadi məsələlər üzrə qərarları
konsensusla müzakirə olunur və qəbul edilir; Forumun rəsmi Komitəsinin tərkibinə hər bir
iştirakçı-dövlətin bir nümayəndəsi daxildir və bütövlükdə Forumun, həmçinin Şuvada yerləşən
katibliyin siyasətini həyata keçirir.
Cənubi-Sakit okean komissiyası (uyğun olaraq ing.- SPC) əsasən kəndlərin inkişafı,
gənclərin və cəmiyyətin inkişafı, xüsusi ekspert məsləhət fəaliyyəti, mədəniyyət mübadiləsi,
tədris texnikasının inkişafı və dəniz ehtiyatlarının tədqiqatı ilə məşğul olur. O, iyirmi yeddi
müstəqil dövlətdən və Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya və ABŞ da daxil olmaqla
Cənubi-Sakit okean regionunda muxtar ərazilərdən ibarətdir. Katibliyi Yeni Kaledoniyada
Numey şəhərində yerləşir.
Cənubi-Sakit okean təşkilatının əlaqələndirmə Komitəsi (uyğun olaraq ing. — SPOOC)
Cənubi-Sakit Okean regionunda müxtəlif təşkilatların səylərinin təkrarlanmasına yol verməməyə
və əməkdaşlığının gücləndirilməsinə çalışır.

Mövzu 8. Beynəlxalq Münasibətlərdə Münaqişə və Müharibələr.


8.1 Beynəlxalq münaqişələr.
8.2 Beynəlxalq münaqişələrin strukturu və inkişaf prosesi.
8.3 Beynəlxalq Münaqişələrin tənzimlənməsi.
8.4 Beynəlxalq Münaqişələrin tənzimlənməsinin metodları.
8.5 Müharibələrin mahiyyəti və onların növləri.

8.1 Beynəlxalq münaqişələr.

Münaqişələr fərdlər, qruplar və ölkələr arasında baş verdiyinə görə onları fərdlərarası,
qruplararası və ölkələrarası növlərə bölürlər. Qrupların və dövlətlərin daxilində baş verən
münaqişələr daxili münaqişələr kateqoriyasına, qruplararası və ölkələrarası münaqişələr isə
xarici münaqişələr kateqoriyasına aiddir. Xarici münaqişələrin əsas növü kimi beynəlxalq
münaqişələr çıxış edir.
BMN-nin aktual problemlərindən biri beynəlxalq münasibətlər sahəsində baş verən müna-
qişələr problemidir. BMN beynəlxalq aləmin müxtəlif sahələrində fəaliyyət göstərən aktorların
maraqları arasında yaranan ziddiyyətlərin tədqiq edilməsinə xüsusi fikir verir. Beynəlxalq

80
münaqişələrin yaranmasının səbəblərini bu ziddiyyətlərdə axtarmaq lazımdır.
Beynəlxalq münaqişələrin konkret misalı kimi ölkələrarası iqtisadi ziddiyyətləri, diplo-
matik mübahisələri və ərazi iddialarını göstərmək olar. Ölkələrarası iqtisadi ziddiyyətlər iqtisadi
ziddiyyətlərə, diplomatik mübahisələr diplomatik münasibətlərin pisləşməsinə, dövlətlərin bir-
birinə qarşı qaldırdıqları ərazi iddiaları isə müharibələrə səbəb olur.
“Soyuq müharibə” dövründə ölkələrarası münaqişələr nadir hallarda baş verirdi. Belə ki,
ölkələrarası münaqişələr əsasən ABŞ və SSRİ arasında olan qarşıdurmanın təsiri altında baş
verirdi. Ölkələrarası münaqişələrdə ABŞ və SSRİ arasında olan qarşıdurmanın izi özünü büruzə
verirdi. Misal üçün, 1950-ci illərdə baş verən Koreya müharibəsini və 1960-cı və 1970-ci illərdə
Yaxın Şərqdə olan müharibəni göstərmək olar. Ölkədaxili münaqişələr də ABŞ və SSRİ-nin
nəzarəti altında idi. BMT əsasən belə münaqişələrə qarış- mırdı. Bunu dövlətlərin daxili işi hesab
edirdi. Lakin ölkədaxili münaqişələr ölkələrarası münaqişələrdən daha çox baş veriridi. Belə
münaqişələr ABŞ-ın və ya SSRİ-nin təsiri altında olan dövlətdə baş verdikdə, bura başqa bir ölkə
müdaxilə etmirdi. Bu münaqişələrin tənzimlənməsi ilə ABŞ və ya SSRİ (hərəsi öz nəzarəti
altında olan ölkələrdə) məşğul olurdu. Misal üçün, 1954-cü ildə Qvatemalada, 1956-cı ildə
Macarıstanda, 1965-ci ildə Dominikan Respublikasında, 1968-ci ildə Çexoslovakiyada, 1981-ci
ildə Polşada baş vermiş ölkədaxili münaqişələri göstərmək olar.
“Soyuq müharibə” dövrünün başa çatması, SSRİ-nin dağılması və bipolyarlığın yox olması
beynəlxalq münaqişələrdə bir sıra dəyişikliklərə səbəb olmuşdur. Müasir dövrdə beynəlxalq
münaqişələrdəki dəyişikliklər dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.Beynəlxalq münaqişələrin səbəblərinin dəyişilməsi. “Soyuq müharibə” dövründə
beynəlxalq münaqişələr əsasən ideoloji zəmində yaranırdısa, müasir dövrdə onlar əsasən
mədəniyyət, daha dəqiq desək, dini və etnik zəmində meydana gəlirlər. Bazarlar və təbii sərvətlər
uğrunda mübarizə getdikcə kəskinləşir. Bu, təbii sərvətlərin, ilk növbədə neft və maye qazın
çatışmazlığı ilə bağlıdır. Bundan başqa bəzi ölkələrin iqtisadi cəhətdən geridə qalması, orada iş-
sizliyin yüksək səviyyəsi münaqişələr üçün əlverişli şərait yaradır;
2.Beynəlxalq münaqişələrin iştirakçılarının dəyişilməsi. Müasir dövrdə dövlətlər arasında
münaqişələr, o cümlədən hərbi münaqişələr yox olmasa da, irimiqyaslı dövlətlərarası mühari-
bələrin baş verməsinin ehtimalı azalmışdır. Bundan başqa, müasir dövrdə beynəlxalq
münaqişələrin iştirakçıları dəyişmişdir. Belə ki, bu mü- naqişələrdə qarşı tərəfdən biri dövlət,
digəri isə qeyri-qanuni fəaliyyətlə məşğul olan transmilli təşkilat, beynəlxalq terrorçu təşkilat və
ya beynəlxalq miqyasda fəaliyyət göstərən dini, etnik hərəkatlar olur;
3.Beynəlxalq münaqişələrin məzmununun və xarakterinin də- yişilməsi. Müasir dövrdə
beynəlxalq münaqişələrin qeyri-müəyyənliyi artır. Bu, özünü beynəlxalq münaqişələrin
müddətində və nəticələrində göstərir. Müddət baxımından beynəlxalq münaqişələrin qeyri-
müəyyənliyi onların başlanması və qurtarması tarixinin bilin- məməsindədir, nəticələr baxı-
mından isə qalib və məğlub olan tərəfin aydın olunmamasındadır.
Beləliklə, beynəlxalq münaqişələr problemi BMN-nin aktual problemlərindən biridir.
Beynəlxalq münaqişələr xarakterinə görə mənfi bir hadisədir. Onlar destruktiv münaqişələrin
sırasına daxildir. Buna görə, beynəlxalq münaqişələrin tənzimlənməsi mühüm əhəmiyyət kəsb
edən bir məsələdir.

8.2 Beynəlxalq münaqişələrin strukturu və inkişaf prosesi

Münaqişənin zaman ölçüsü münaqişənin xronoloji ardıcıllığı kimi başa düşülməlidir - bu


ardıcıllıqda çıxış nöqtəsini və başaçatma məqamını müəyyənləşdirmək olar. Həmin vaxt

81
müddətini münaqişənin inkişafının müəyyən fazalarına - mərhələlərinə bölmək olar. Fikrimizcə,
münaqişə fazaları daha çox zaman və intensivlik kateqoriyalarını ehtiva edən kompleksdə
tanınır. Dövlətləri beynəlxalq münaqişələrin əsas iştirakçıları hesab etsək, 0 zaman belə bir
məqamdan çıxış etmək lazımdır ki, onların «ali maraqlarının» müxtəlifliyi üzündən onlar
«mahiyyət etibarı ilə rəqibdirlər». Beləliklə, bütün dövlətlər arasında münaqişəli münasibətlər
mövcuddur və bu münaqişələr zaman daxilində inkişaf edir və məlum intensivliyə malik olur.
Çoxlu sayda dövlətlərarası qarşılıqlı əlaqələr üçün bu cur münaqişəli münasibətlər latentdir,
görünmür və dərk olunmur, yəni onların intensivliyi sıfra bərabərdir. Məsələn, ABŞ-la Nepal,
yaxud Almaniya ilə Somali arasındakı münasibətlər məhz bu cürdür. Beləliklə, beynəlxalq
təcrübədə münaqişə adlanan amil dövlətlərin maraqlarının yuxanda göstərilən prinsipial uyğun-
luğundan, ilk növbədə, bu və ya digər səviyyədə məcburiyyətin və / və ya zorakıhğm möv-
cudluğunun / əlamətlərinə görə fərqlənir.
Münaqişənin intensivliyi nöqteyi-nəzərində onun iştirakçıları olan dövlətlərin hərbi
toqquşmasını təsvir etsək, onda müharibə münaqişənin «ali forması» olur və bu formada silahlı
zorakılığın mütəşəkkil və kütləvi qaydada tətbiqi məcburedici davranışa malik olur. Bununla
belə, münaqişənin böhrandan hərbi əməliyyatlara keçməsi məcburi deyil, intensivlik şkala üzrə
yuxanda göstərilən münaqişənin hipotetik inkişafı iştirakçıların latent ziddiyyətlər vəziyyətindən
zorakılığın tətbiqi astanasına keçməsi deyil. Tarixi misallar sü büt edir ki, münaqişə qeyri-xətti
inkişaf xüsusiyyətinə malikdir, ən yüksək fazadan ən aşağı fazaya, yəni kəskin böhrandan
nisbətən aşağı intensivliyə malik B fazasının başlanğıc hissəsinə, bəzən isə A latent fazasına
qayıda bilər. Münaqişənin intensivliyi problemi və bu parametrin zaman xüsusiyyətlərlə əlaqələri
tətqiqatçıların diqqətini çoxdan bəri özünə cəlb etmişdir. Herman Kann tərəfindən təqdim
olunmuş mü naqişənin intensivliyi şkalası daha çox xatırlanır. Kannın təsnifatına əsasən müna-
qişəni 9 əsas mərhələyə bölmək olar və bu mərhələlərə məcburedici davranışın istifadə olunan
forma və üsullarının genişləndirilməsi və intensivliyi səviyyəsinin artırılması üzrə 44 mümkün
eskalasiya pilləsi daxildir. Qeyd etmək lazımdır ki, Kann tərəfindən təklif edilən «eskalasiya
nərdivanı» 1960-ci illərin astanasında dəbdə olan «strateji tədqiqatların» bəhrələrindən biri idi.
Onun yaradılmasının çıxış nöqtəsi nüvə dövlətlərinin birbaşa toqquşmasının mümkün
«ssenarisini» təsvir etmək arzusundan ibarət idi - ilk növbədə ABŞ və SSRİ nəzərdə tutulurdu.
Kannın sxemi «maraqların üst-üstə düşməməsi» mərhələsi ilə başlanır və «ənənəvi böhran»
mərhələsindən keçir - buraya «mövqelərin möhkəmləndirilməsi», «gücün nümayiş etdirilməsi»,
«rəqibə həmlə» «əhəmiyyətli hərbi konfrontasiya» daxildir. Daha sonra, Kannın fikrincə,
münaqişənin «nüvədənqabaqki astanasında» iştirakçılar arasındakı münasibətlər diplomatik
münasibətlərin pozulmasını, müharibənin elan olunmasını, «nüvə ultimatumunun» verilməsini,
təhlükəli zonanın blokadasını və əhalinin 20%-nin həmin zonadan təhliyyə edilməsinə
başlanmasını nəzərdə tutan «intensiv böhran» rejimində istifadə oluna bilər. Kann hesab edirdi
ki, münaqişənin inkişafının növbəti mərhələsi iştirakçı tərəflərdən biri tərəfindən nüvə
zərbələrinin endirilməsi və düşmənin «əks tədbirlərini» və artıq 70% əhalinin təhJiyyəsini
nəzərdə tutan «yerli nüvə müharibəsinin elan edilməsi (21-25-ci pillələr) olmalıdır. Daha sonra,
bu nəzəriyyəçinin fikrincə, tərəflər bir-birinin ərazisinə, hərbi obyektlərinə, əhalisinə və maddi
resurslarına hücum etməklə «müharibənin mərkəzi astanasından» keçirlər. Bu zaman hər iki tərəf
əhalinin əksər hissəsini təhliyyə etməyə çalışır və «ramedici» zərbələr endirməklə düşmənin
ərazisindəki şəhərlərin və digər maddi obyektlərin məqsədyönlü şəkildə dağıdılmasına başla-
yırlar. Kann öz sxeminin yekun mərhələsini (pillə 39-44) «şəhərlərə qarşı müharibələrdə» kütləvi
qırğın silahlarının digər növlərindən istifadə edilməsində və hərbi əməliyyatların «spazmatik»,
yəni demək olar ki, mənasız şəkildə davam etdirilməsində görürdü. Göründüyü kimi, Kann tərə-

82
findən təklif olunan «eskalasiya nərdivam» münaqişənin primitiv xətti inkişafın halından (üzə
çıxmış dövlətlərarası zidiyyətlərdən düşməni məhv etmək məqsədi ilə kəllə-kəlləyə gəlməyədək)
irəli gəlir.

8.3 Beynəlxalq Münaqişələrin tənzimlənməsi.

Beynəlxalq münaqişələr probleminin BMN-nin aktual problemlərindən biri olmasının əsas


səbəbi ondadır ki, onun tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Hər hansı bir sosial
hadisənin, o cümlədən beynəlxalq münaqişənin tənzimlənməsi onun mahiyyətinin dərk olunma-
sına əsaslanmalıdır. Buna görə də beynəlxalq münaqişələrin öyrənilməsinə xüsusi fikir verilir.
Beynəlxalq münaqişələrin öyrənilməsi ilə əlaqədar üç əsas yanaşma vardır:
1. Strateji tədqiqatlar;
2. Münaqişənin təhlili;
3. Sülhün tədqiq olunması.
1. Strateji tədqiqatlar mövqeyindən beynəlxalq münaqişələrin təhlili praktik məsələlərin
həllinə yönəlmişdir.
2. Strateji tədqiqatların metodoloji əsasını siyasi realizm təşkil edir. Buna görə də bu təd-
qiqatlar beynəlxalq münaqişələrin həll edilməsində güc amilinə xüsusi önəm verir. Strateji təd-
qiqatlarda dövlətin milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasının yolları araşdırılır.
Bundan başqa, strateji tədqiqatlarda müharibənin təhlil olunmasına xüsusi fikir verilir;
3. Münaqişəyə təhlili yanaşma beynəlxalq münaqişələrin bir sıra mühüm nəzəri məsələ-
lərinin (yaranmasının və inkişafının səbəbləri, növləri, subyektləri) təhlil olunmasına yönəl-
mişdir. Strateji tədqiqatlarda bu məsələlər təhlil olunmur;
4. Sülhün tədqiq olunmasına yanaşma əsasən beynəlxalq münaqişələrin tənzimlənməsinin
yollarının müəyyən edilməsinə yönəlmişdir. Bu yanaşmanın tərəfdarları (K. Bouldinq) hesab
edirlər ki, beynəlxalq sistemdə münaqişələrin indiki vəziyyəti elədir ki, o, yavaş-yavaş irimiq-
yaslı müharibəyə apara bilər. Bu təhlükəli meylin qarşısını almaq üçün tərəflər davranışlarını,
bir-birinə münasibətlərini dəyişməlidirlər və bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll
edilməlidir.
Beləliklə, beynəlxalq münaqişələr probleminin öyrənilməsinə dair qeyd olunan yanaşma-
ların hər biri bu problemi müxtəlif səpkidən öyrənir. Əldə olunan hər bir nəticənin beynəlxalq
münaqişələrin tənzimlənməsi üçün böyük əhəmiyyəti vardır.
Ümumiyyətlə, ölkədaxili münaqişələrdən fərqli olaraq beynəlxalq münaqişələrin qanun
vasitəsilə tənzimlənməsi obyektiv səbəblərə görə çətindir, çünki bu münaqişələrin xüsusiyyətləri
bir çox hallarda beynəlxalq hüquqda nəzərdə tutulmur.

8.4 Beynəlxalq Münaqişələrin tənzimlənməsinin metodları.

Beynəlxalq münasibətlər sahəsində münaqişələrin tənzimlənməsi siyasi metodlarla həyata


keçirilir. Fransız sosioloqu Merleyə görə, siyasi metodlar çərçivəsində münaqişələrin qarşısının
alınmasının və tənzimlənməsinin ənənəvi və institusional metodları vardır.
Ənənəvi metodlar
Ənənəvi metodlar dedikdə beynəlxalq münasibətlər sahəsində münaqişələrin tənzimlən-
məsinin ən geniş yayılmış üç metodu nəzərdə tutulur:
1. danışıqlar;
2. razılığa gəlməkdə qarşı tərəflərə üçüncü tərəfin köməyi;

83
3. vasitəçilik.
İkinci və üçüncü metodlarda vasitəçi qismində qarşı tərəflərin münaqişəsinə müdaxilə edən
üçüncü tərəf münaqişəni qərəzsiz tədqiq edərək onun səbəblərini müəyyən edir, tərəflərin
arqumentlərini dinləyir və münaqişənin tənzimlənməsinə dair qərar verir.
İkinci dünya müharibəsi dövründən beynəlxalq münaqişələrin tənzimlənməsinin başqa bir
metodu - barışıq metodu da məlumdur. Ona əsasən, qarşı tərəflər arasında mübahisəli məsələni
üçüncü tərəfin sədrliyi altında yaradılan Komissiya araşdırır. Üçüncü tərəfin münaqişəyə
müdaxilə etməsinə, Komissiyanın yaradlmasına razılığı qarşı tərəflərin özləri verməlidir. Başqa
sözlə desək, ənənəvi metodların tətbiq edilməsi qarşı tərəflərin razılığından asılıdır. Bu, ənənəvi
metodların tətbiq edilməsini bir qədər məhdudlaşdırır.
İnstitusional metodlar
Dövlətlərarası təşkilatların (Millətlər Liqası, sonralar BMT) təsis edilməsi və fəaliyyət
göstərməsi beynəlxalq münaqişələrin tənzimlənməsi məsələsində iki istiqamətdə irəliləyişə im-
kan yaratdı:
1. Dövlətlərarası təşkilatlar gücün tətbiq edilməsinədək tənzimlənmənin yalnız dinc vasitə-
lərindən istifadə etməlidirlər. BMT- nin Nizamnaməsinə əsasən, qarşı tərəflər əvvəlcə ənənəvi
prosedurların birindən istifadə etməlidirlər. Yalnız bunun faydası olmadıqda onlar BMT-nin
Təhlükəsizlik Surasına müraciət edə bilərlər. Təhlükəsizlik Surası, öz növbəsində, münaqişənin
tənzimlənməsi üçün istənilən vasitəni tövsiyə edə bilər;
2. İnstitusional mexanizmlərdən istifadə edilməsi bu mexanizmlərə kollektiv xarakter verdi.
Bunun nəticəsində qarşı tərəfləri hansısa bir üçüncü dövlət deyil, dövlətlərarası təşkilat ayırmağa
çalışır. Dövlətlərarası təşkilat ya münaqişə zonasına Təhqiqat Komissiyasını göndərir, ya vasitəçi
təyin edir, ya da ki, barışıq missiyasını öz üzərinə götürür.
Müasir dövrdə beynəlxalq münaqişələrin məzmununun, səbəblərinin, iştirakçılarının
dəyişməsi ilə yanaşı onun tənzimlənmə mexanizmləri də dəyişmişdir. Daha konkret desək, bu
mexanizm- lərin strukturu bir qədər mürəkkəbləşmişdir. Məsələn, müasir dövrdə milli dövlətin
rolunun azalması ilə əlaqədar beynəlxalq münaqişələrin tənzimlənməsində diplomatik vasitələrin
səmərəliliyinin azalması müşahidə olunur. Müasir dövrdə baş verən münaqişələrin səbəblərinin
və onların həll edilməsi metodlarının sırasında iqtisadi mexanizmlərin və maliyyə vasitələrinin
rolu artır.
Beynəlxalq münaqişələrin tənzimlənməsində humanitar əməliyyatların rolu artır. Bəzən
inkişaf etmiş ölkələr bu və ya digər geridə qalmış ölkənin daxili işlərinə müdaxilə etmək üçün
bəhanə kimi həmin ölkədə humanitar vəziyyətin pis olmasını, yəni orada insanların hüquq və
azadlıqlarının pozulmasını göstərirlər.
Beynəlxalq münaqişələrin tənzimlənmə mexanizmlərinin başqa biri informasiya elementi
adlanır. Beynəlxalq münaqişələrin tənzimlənməsində informasiyanın rolu getdikcə artır. KİV
ictimai rəyin formalaşmasında mühüm rol oynayaraq ictimaiyyəti münaqişəyə qarşı qaldırır.
Lakin KİV münaqişələrin tənzimlənməsi ilə bərabər onların başlanmasına, yaxud gərgin-
ləşməsinə də səbəb ola bilər.
Beynəlxalq münaqişələrin tənzimlənməsində hüquqi elementin rolu ilk növbədə beynəlxalq
hüquq normalarını BMT, ATƏT kimi təşkilatlar vasitəsilə yeridərək dövlətləri təcavüzkar
siyasətdən yayındırmağa vadar etməkdir.
Nəhayət, beynəlxalq münaqişələrin tənzimlənmə mexanizmlərinin sırasında hərbi element
özünəməxsus yer tutur. Onun vasitəsilə beynəlxalq münaqişələrin qarşısı alınır, münaqişələr
tənzimlənir və onlara dövlətlərarası təşkilatlar tərəfindən nəzarət olunur. Bununla əlaqədar
strateji tədqiqatlarla məşğul olan mütəxəssislər hərbi məsələlərin dörd növünü göstərirlər:

84
1. Hərbi əməliyyatlarda iştirak. Söhbət silahlanma üzərində nəzarətə dair əldə olunan
razılaşmaların yerinə yetirilməsindən, sülhməramlı əməliyyatların həyata keçirilməsindən gedir.
2. Yerlı mülki hökumətin fəaliyyətinə dəstək. Burada isə əsas məsələ sülhün saxlanılması
zonasında əmin- amanlığın, sərhədlərin təhlükəsizliyinin təmin olunması, həmçinin narkobiznes
və terrorçuluğa qarşı mübarizədir.
3. Təbii fəlakətlər zamanı əhaliyə humanitar yardımın göstərilməsi, beynəlxalq QHT-lərin
fəaliyyətinə dəstəyin verilməsi və qaçqınlara hərtərəfli yardımın edilməsi.
4. Mülki əhalini təhlükəli zonalardan çıxarmaq, girov saxlanılan insanları terrorçuların
əlindən xilas etmək.
Beləliklə, münaqişə bir sosial hadisə kimi cəmiyyətin inkişafının müəyyən bir mərhə-
ləsində yaranır. Onun yaranması obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bəzi münaqişələr,
xüsusilə konstruktiv münaqişələr cəmiyyətin inkişafina müsbət təsir göstərir. Belə münaqişələrə
milli azadlıq hərəkatlarını, inkişafda olan ölkələrin transmilli şirkətlərə qarşı mübarizəsini aid
etmək olar. Lakin münaqişə, o cümlədən beynəlxalq münaqişə ümumilikdə götürüldükdə mənfi
bir hadisədir. Onun ən ekstremal forması isə müharibədir.

8.5 Müharibələrin mahiyyəti və onların növləri.

Yuxarıda qeyd olunduğu kimi, müharibə xarici münaqişələrin əsas növlərindən biridir.
Müharibənin hərtərəfli təhlil olunması BMN-də mühüm əhəmiyyət kəsb edir. Müharibənin qarşı-
sının alınmasının yollarının müəyyən edilməsi isə BMN fənninin əsas məsələsi kimi çıxış edir.
Müharibənin qarşısının alınması probleminin həll edilməsinin mümkünlüyü ilə əlaqədar
tədqiqatçıları şərti olaraq iki qrupa bölmək olar. Birinci qrupa daxil olan tədqiqatçılar hesab
edirlər ki, müharibənin qarşısının alınması mümkün deyil. Belə tədqiqatçıları şərti olaraq
pessimist adlandırmaq olar. İkinci qrupa daxil olan tədqiqatçılar isə hesab edirlər ki, müharibənin
qarşısını almaq olar. Onların fikrincə, “soyuq müharibə” dövrünün başa çatması, dünya kom-
munist sisteminin dağılması və bipolyar sistemin ləğv olması müharibənin başlanması ehtimalını
əhəmiyyətli dərəcədə azaltmışdır.
İngilis tədqiqatçıları D. Smit və E. Brayana görə, 1998-2003- cü illər ərzində dünyada 120
müharibə baş vermişdir. Başqa tədqiqatçılar bu məsələ ilə əlaqədar müxtəlif rəqəmlər göstərirlər.
Bu, ilk növbədə ədəbiyyatda müharibəyə verilən təriflərin bir-birindən fərqlənməsi ilə bağlıdır.
Məsələn, Q. Butula görə, “müharibə mütəşəkkil qruplar arasında silahlı və qanlı mübarizədir. O,
müəyyən zaman və müəyyən məkanda baş verir və xüsusi qaydalara əsasən aparılır.” K. Vrayt
isə hesab edir ki, müharibə məfhumunun məzmununu bir qədər genişləndirərək onu müxtəlif
icmalar arasındakı zorakılıq kimi qələmə vermək olar. ABŞ tədqiqatçıları D. Sinqer və M.Smol
müharibə məfhumunun məzmununu daha da genişləndirərək onu iki və ya daha çox dövlətin
silahlı qüvvələri arasında, yaxud dövlətin nizami qoşunları və hər hansı bir hərbi qruplaşma
arasında baş verən və min nəfərdən çox adamın ölümünə səbəb olan silahlı toqquşma kimi
təqdim edirlər. Müharibəni tədqiq edən müəlliflər nəzəri əsas kimi əsasən Klauzevitsin
“Müharibə haqqında” əsərinə istinad edirlər. Yuxarıda qeyd olunduğu kimi, Klauzevits müha-
ribənin siyasi mahiyyətini müəyyən etmişdir. Onun fikrincə, müharibə – dövlətin və ya digər
icmanın adından icra olunan rasional bir hərəkətdir. Onun əsasında siyasi məqsədlər durur. Bu
tərifdə müharibə onun əsas iştirakçısı olan dövlətlə sıx bağlıdır.
Müharibələrin tarixinə nəzər salsaq, İntibah dövründən indiyədək iki əsas qanunauy-
ğunluğun olmasını görə bilərik. Birincisi, müharibələrin sayı və müddəti azalır. XV-XVII əsrlər-
də müharibələr təxminən hər 4 ildən bir baş verirdisə, XIX əsrdə onlar hər 15 ildən bir baş

85
verirdi. XX əsrdə, xüsusilə XX əsrin sonları və XXI əsrin əvvəllərində bu interval daha da
artmışdır.
İkincisi, 1945-ci ildən sonra dünyada dövlətlərin sayının artması ilə bərabər ölkələrarası və
ölkədaxili müharibələrin nəsbətində dəyişiklik özünü büruzə verir. Belə ki, 1936-cı ilədək
dünyada baş verən bütün müharibələrin 80 faizi ölkələrarası və 20 faizi ölkədaxi- li xarakter
daşıyırdısa, 1945-ci ildən sonra bu nisbət əksinə oldu, yəni ölkədaxili müharibələr 80 faiz,
ölkələrarası müharibələr isə 20 faiz oldu.
Qeyd edək ki, dövran dəyişdikcə müharibələrin keçmişdə geniş yayılmış növləri arxa plana
keçir və yeni növləri yaranır. Deyilənləri nəzərə alaraq növbəti paraqrafda müharibələrin
növlərini nəzərdən keçirək. Ədəbiyyatda müharibələr aşağıdakı beş əsas meyara görə bölünürlər:
mənəvi əsasa görə, iştirakçıların növünə görə, siyasi məqsədlərə görə, geosiyasi məqsədlərə görə
və hərbi əməliyyatların isti- qamətinə görə.
Mənəvi əsasa görə müharibələr ədalətli (ölkə ərazisinin, milli müstəqilliyin və suverenliyin
müdafiəsi) və ədalətsiz (təcavüzkar və işğalçı) olur.
İştirakçıların növünə görə müharibələr ölkələrarası və ölkədaxili (vətəndaş müharibəsi)
olur. Son zamanlar bura yeni növlər daxil olmuşdur. Məsələn, xarici müdaxilə ilə müşayiət
olunan daxili (vətəndaş) müharibələr (Yuqoslaviya, İraq).
Siyasi məqsədlərə görə müharibələr işğalçı və milli azadlıq müharibələrinə bölünür.
Geosiyasi baxımdan müharibələr dünya, regional, subregional və lokal olur.
Hərbi əməliyyatların istiqamətinə görə müharibələr konvensional və total olur. Kon-
vensional müharibələr düşmənin hərbi potensialının zərərsizləşdirilməsinə və/ və ya yox edil-
məsinə yönəlmişdir. Total müharibələr isə hədəf kimi düşmən tərəfin hərbi potensialı ilə yanaşı
onun əhalisini də götürür. Son zamanlar terrorizmin geniş yayılması ilə əlaqədar bu təsnifata
əsasən əhaliyə qarşı yönələn totalitar müharibələri də daxil etmək olar.
Dünyada başlayan qloballaşma prosesi müharibələrin başlanmasının səbəblərini kəskin-
ləşdirmişdir. Bu, ilk növbədə onunla bağlıdır ki, dünya siyasətində beynəlxalq münasibətlərin
ənənəvi aktorları ilə yanaşı onun yeni aktorları meydana gəlmişdir. Məsələn, beynəlxalq aləmdə
müxtəlif təyinatla fəaliyyət göstərən GHT-lər, beynəlxalq mafioz struktur və cinayət qrup-
laşmaları, böyük biznesin iqtisadi gücünün və siyasi potensialının artması, kütləvi miqrasiya
proseslərinin intensivləşməsi, aparıcı KİV-lərin insanların şüuruna və davranışına təsirlərinin
artması kimi beynəlxalq münasibətlərin xarakterinə təsir edən aktorların fəaliyyəti özünü büruzə
verir. Bir tərəfdən, aktorların bir-birinə münasibətləri mürəkkəbləşir, digər tərəfdən isə onların
beynəlxalq sistemə təsir etmək imkanları artır. Belə olan şəraitdə müharibələrin, xüsusilə
ölkələrarası müharibələrin baş vermək ehtimalı varmı? Qərb ölkələrində geniş yayılmış bir fikrə
əsasən, müasir dövrdə ölkələrarası müharibələrin qarşısı artıq alınmışdır. Fransız politoloqu J.-P.
Dyufurun fikrincə, əvvəlki dövrlə müqayisədə müasir dövrdə ölkələrarası müharibələrin baş
vermək ehtimalı aşağıdakı beş səbəbə görə azalmışdır: texnoloji, iqtisadi, strateji, hüquqi və
siyasi.
1. Texnoloji səbəb. Texnoloji səbəb dedikdə, ABŞ və Qərbi Avropa ölkələrinin hərbi sahədə
elə bir yüksək səviyyəyə çatması nəzərdə tutulur ki, heç bir başqa dövlət cürət edib onlarla
müharibəyə girişməyəcəkdir;
2. İqtisadi səbəb. Müasir silahların baha başa gəlməsinə görə iqtisadi baxımdan müharibə
etmək sərf etmir;
3. Strateji səbəb. Bipolyar beynəlxalq sistemin dağılmasından sonrakı dünyada müharibəni
törədən heç bir ölkəyə böyük dövlətlərin dəstəyinin təmin olunmasına zəmanət yoxdur. Bundan
başqa, dünya ictimaiyyəti çalışacaqdır ki, təcavüzkar dövlət cəzalansın;

86
4. Hüquqi səbəb. Hüquqi baxımdan müdafiə məqsədi güdən mü- haribələr istisna olmaqla bütün
başqa müharibələr qeyri-qanunidir;
5. Siyasi səbəb. Dünya kommunist sisteminin dağılmasının mühüm nəticələrindən biri
dünyada demokratik dövlətlərin sayının artması oldu. Dyufurun fikrincə, demokratik dövlətlər
obyektiv səbəblərə görə qeyri-demokratik, xüsusilə totalitar rejimlərdən fərqli olaraq müharibəyə
meylli deyil.
Dyufurun bu arqumentlərində müəyyən bir həqiqət olsa da, orada bəzi zəif məqamlar da
vardır. Məsələn, bəzi hallarda hüquqi faktor ədalətsiz müharibənin qarşısını ala bilmir (Azər-
baycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması), yaxud
demokratik sülh nəzəriyyəsinə söykənən Corc Buş administrasiyasının xarici siyasəti İraqa
təcavüz etməklə bu nəzəriyyənin müddəalarını alt-üst etdi.
Məlumdur ki, Fukuyama və demokratik sülh nəzəriyyəsinin digər tərəfdarları hesab edirlər
ki, “soyuq müharibə” dövrünün başa çatması, dünya kommunist sisteminin dağılması və bunun
bir mühüm nəticəsi kimi demokratik dövlətlərin sayının artması ölkələrarası müharibələrin
başlanması təhlükəsinin qarşısını alır. Bu fikir gerçəkliyə uyğun deyil. Müasir dövrdə böyük
dövlətlərin arasında müharibələrin baş verməsi ehtimalının az olmasına baxmayaraq dünyada
hələ də müharibə təhlükəsi qalmaqdadır. Bunu faktlar da sübut edir. Məlum statistik göstəricilərə
görə, 1990-cı illərdə dünyada 100-dən çox müharibə baş vermişdir. Bu müharibələrdə 90 dövlət
iştirak etmiş və 9 milyon insan həlak olmuşdur. Müharibə bey- nəlxalq münasibətlərin aktorları
arasında yaranan münaqişələrin həll edilməsinin bir vasitəsi kimi öz əhəmiyyətini itirməmişdir
və çox güman ki, yaxın gələcəkdə itirməyəcəkdir.

Mövzu 9. Beynəlxalq Əməkdaşlıq və İnteqrasiya.


9.1 Beynəlxalq Əməkdaşlıq və İnteqrasiya anlayışları.
9.2 Beynəlxalq Əməkdaşlığa sosioloji yanaşmalar.
9.3 Beynəlxalq Əməkdaşlıqda Beynəlxalq Rejimlər nəzəriyyəsi.
9.4 Beynəlxalq inteqrasiyanın konsepsiyası.
9.5 Müasir inteqrasiyanın əsas istiqamətləri.

9.1 Beynəlxalq Əməkdaşlıq və İnteqrasiya anlayışları.

Beynəlxalq əməkdaşlığın hərtərəfli təhlili üçün onu beynəlxalq aləmdə müşahidə olunan
inteqrasiya prosesləri ilə müqayisə etmək vacibdir. Əməkdaşlıqla inteqrasiyanın münasibətinə
dair ədəbiyyatda iki bir-birinə zidd fikir vardır. Birinci fikrə əsasən, dövlətlərarası əməkdaşlıq
inteqrasiya proseslərindən fərqlənir, çünki dövlətlərarası əməkdaşlıq dövlətlərin suverenliyi ilə
məhdudlaşırsa, yəni onu uca tutursa, inteqrasiya dövlətin suverenliyinin müəyyən hissəsindən
inteqrasiya naminə əl çəkməyi nəzərdə tutur. Digər fikrə əsasən, bu iki proses bir-birilə bağlıdır.
Daha konkret desək, inteqrasiya dövlətlərarası əməkdaşlığın inkişaf mərhələsidir. İnteqrasiya
probleminin elmi cəhətdən öyrənilməsi dünyada baş verən real inteqrasiya proseslərinin dərk
olunması ilə bağlıdır. Bu problemin tədqiqi ilə daha çox üç nəzəri məktəb məşğuldur: funk
sionalizm və ya neofunksionalizm məktəbi, federalizm və transnasionalizm (yaxud plüralist)
məktəbi.
Funksionalizm dövlətlərarası əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirməyi vacib hesab
edərək onu dövlətlərin suverenliyinin zəifləməsi vasitəsilə dövlətlərin inteqrasiyasına nail olmaq-
da mühüm bir faktor kimi dəyərləndirir. Funksionalizmə əsasən, milli dövlət iqtisadi, sosial və
texniki problemləri həll etməyə qadir deyil. Bu problemləri beynəlxalq əməkdaşlıq səviyyəsində

87
həll etmək mümkündür. Beynəlxalq əməkdaşlıq dövlətlərin bir-birindən asılılığını elə bir səviy-
yəyə çatdıracaqdır ki, onların arasında hərbi münaqişə qeyri-mümkün olacaqdır.
Funksionalizmin müddəalarının real praktikada tətbiq edilməsi müəyyən problemlərin
yaranmasına səbəb oldu. Dövlət suverenliyinin əhəmiyyətinin azalması ilə bərabər ixtisaslaş-
dırılmış beynəlxalq təşkilatların suverenliyinin güclənməsi müşahidə olunurdu. Bundan başqa
dövlətlər hərbi və siyasi sahədə öz hüquqlarından inteqrasiya naminə əl çəkmək istəmirdilər.
Neofunksionalizm (E.Haas, L.Lindberq) funksionalizmin ideyasını inkişaf etdirərək göstərir ki,
iqtisadi, sosial, yaxud mədəni fəaliyyətin bu və ya digər sahəsində əməkdaşlığın inkişaf etdiril-
məsi zərurəti bu fəaliyyətləri əlaqələndirmək məqsədilə ixtisaslaşdırılmış beynəlxalq institutların
yaradılmasına gətirəcəkdir. Nəticədə siyasi inteqrasiya prosesləri daha da sürətlənəcəkdir.
Neofunksionalizmə görə, hər bir dövlət siyasi plüralizm, fundamental dəyərlərə dair razılıq kimi
inteqrasiyanın mühüm şərtlərinə şərait yaratmalıdır.
Əgər funksionalizm siyasi institutları iqtisadi, sosial və digər proseslərdən asılı hesab edir-
sə, “federalizm” məktəbi siyasi institut- ları əsas hesab edərək onları konsepsiyalarının mər-
kəzinə qoyur. Bu məktəbin nümayəndələri (A. Etsioni, A. Spinelli, K. Fridrix və başqaları)
federalizmi mərkəzçilikdən imtina etmə, müxtəlif mərkəzlər arasında səlahiyyətlərin paylaş-
dırılması kimi qələmə verirlər. Onlar beynəlxalq inteqrasiyanın iştirakçılarının siyasi iradəsinin
inteqrasiya prosesləri üçün əhəmiyyətini və səlahiyyətlərin paylaşdırılmasının rolunu göstərirlər.
Federalizm konsepsiyası Qərbi Avropada gedən inteqrasiya proseslərində özünü tədricən
göstərməyə başlayıbdır. 1984-cü ildə Avropa parlamenti Avropa İttifaqı haqqında A. Spinellinin
hazırladığı müqavilənin layihəsini qəbul etdi. Bu layihədə Avropa İttifaqının fəaliyyətinin əsas
istiqamətləri əks olunurdu. Xüsusi fikir İttifaq ilə dövlətlər arasında səlahiyyətlərin bölüşdürül-
məsinə xüsusi fikir verilirdi. İttifaq dövlətlərin ayrılıqda səmərəli şəkildə həyata keçirə bilmə-
dikləri məsələləri öz üzərinə götürürdü. Lakin federalizm əvvəlcədən Avropa inteqrasiya prose-
sinin konseptual əsası kimi çıxış etmirdi. Bu prosesin başlanğıcında nəzəri cəhətdən üç mümkün
yol var idi:
1. Suveren və müstəqil qalan dövlətlər arasındakı birliklərin yaxud assosiasiyaların çərçivəsində
əməkdaşlıq. Bu, ən ənənəvi yol idi;
2. Müəyyən sahələrdə milli dövlətlərin hüdudlarını aşan vahid siyasi hakimiyyət. Bu, ən
cəsarətli yol idi;
3. İxtisaslaşdırılmış institutların çərçivələrində ümumi qaydada fəaliyyət göstərməyə imkan
verən funksional inteqrasiya. Bu isə ən orijinal yol idi.
Qeyd olunan yollardan birincisi zəruri və faydalı olmasına baxmayaraq, kifayət deyildir.
İkinci yol qeyri-mümkün idi. Buna görə də inteqrasiya prosesi funksional modelin inkişafı yolu
ilə gedərək adi əməkdaşlığın çərçivəsindən çıxdı və mümkün federasiya üçün şərait hazırladı.
Beynəlxalq inteqrasiyanın federalist modelinin əsas çatışmazlığı ondan ibarətdir ki,
funksional model ilə müqayisədə onun reallaşma şansları azdır. Bu çatışmazlığın əsas səbəbi
federalist modelində normaların çoxluğu ilə bağlıdır. Yuxarıda qeyd olunan yanaşmaların
çatışmazlığını nəzərə alaraq beynəlxalq inteqrasiyanın real prosesini bu yanaşmaların hər birinin
üstünlüyünü kompleks şəkildə dərk etməklə anlamaq olar.
Transmilli (plüralist) yanaşma obyekti məhz kompleks şəkildə öyrənir. Bu yanaşmada
inteqrasiya prosesi kommunikasiya şəbəkələri terminlərində tədqiq olunur. Plüralist yanaşmanın
tərəfdarlarından biri Karl Doyç hər birinin öz inteqrasiya prosesi olan siyasi birləşmələrin iki
növünü göstərir: amalqam və plüralist. Amalqam inteqrasiya əvvəllər müstəqil olan iki və ya
daha çox siyasi qurumun ümumi birləşməsini nəzərdə tutur. Birləşmənin nəticəsində qu- rumlar
müstəqilliklərindən məhrum olurlar. Plüralist inteqrasiyada qurumlar müstəqilliklərini saxlayır-

88
lar. Bundan başqa, amalqam inteqrasiyada əhali yeni yaranan siyasi institutlara loyal yanaşmalı,
bir-birinin adət-ənənələrini qəbul etməli, hətta milli dəyərlərindən əl çəkməli və birləşdiyi xalqla
birgə yaşamağı bacarmalıdır. Plüralist inteqrasiyada isə belə sərt şərtlər yoxdur. Orada sadəcə
olaraq birləşən xalqların mədəni dəyərləri arasında ziddiyyətlər olmamalıdır. Doyçun fikrincə,
plüralist inteqrasiya Avropada inteqrasiya proseslərinin vacibliyini göstərərək xalqların milli
dəyərlərini inkar etmir. Buna görə də Avropada inteqrasiya prosesləri plüralist modelə əsaslan-
malıdır.
Beləliklə, funksionalizm, federalizm və plüralizm inteqrasiya problemini müxtəlif səpkidən
tədqiq edir. Bu konsepsiyaların hər birinin mühüm praktiki əhəmiyyəti vardır. Onlar inteq-
rasiyanı əməkdaşlığın daha yüksək forması kimi qələmə verərək beynəlxalq inteqrasiya pro-
seslərinin yollarını araşdırır. Bu konsepsiyaların nümayəndələri tədqiqatlarından irəli gələn
ideyaları tövsiyə şəklində Avropa Birliyinin fəaliyyətinin təkmilləşdirilməsi üçün təklif edirlər.

9.2 Beynəlxalq Əməkdaşlığa sosioloji yanaşmalar

Bəzi tədqiqatçılar hesab edirlər ki, beynəlxalq əməkdaşlığın problemlərini beynəlxalq


strateji mühitin xüsusiyyətlərində axtarmaq lazımdır. Bu səbəbdən onlar beynəlxalq əmək-
daşlığın təhlilini sosioloji yanaşma çərçivəsində aparmağı məqsədəuyğun hesab edirlər. Onların
fikrincə, müasir dövrdə beynəlxalq əməkdaşlığın təhlili qlobal transmilli əlaqələrin daha geniş
miqyasında aparılmalıdır, çünki yeni şərait istər normativ-hüquqi, istərsə rejim yanaşmalarının
məhdudluğunu göstərir. Bu yanaşmaların ümumi çatışmazlığı ondadır ki, beynəlxalq aləmdə baş
verən proseslərin səbəblərini siyasətin rasionallığında, ölkənin iqtisadi inkişafında, qüvvələrin
balansında, yaxud maddi rifahda görərək onlar qeyri-maddi faktorların rolunu nəzərə almırlar.
Daha konkret desək, bu yanaşmalar beynəlxalq əməkdaşlığın formalaşmasında və inkişafında
sosial normaların və institutların, mədəniyyətlərin və ənənələrin, etnik dəyərlərin rolunu nəzərə
almır. Qeyd olunan faktorlar əməkdaşlıqda iştirak edən tərəflərin maraqlarını artırır.
Qloballaşma şəraitində beynəlxalq əməkdaşlıqda iştirak edən subyektlərin müxtəlifliyi
artır. Dövlətlərlə yanaşı beynəlxalq əməkdaşlıqda müxtəlif legitimliyə, müxtəlif insanlara,
maraqlara malik olan transmilli firmalar, banklar, maliyyə qrupları, müxtəlif peşəkar birləşmələr
və s. iştirak edir. Bir qayda olaraq belə şəraitdə əməkdaşlığın ümumi qaydaları olmur.
P.A. Sıqankov beynəlxalq əməkdaşlığın təhlili ilə bağlı olan müasir sosioloji yanaşmaları
dörd əsas qrupa bölür. Bu yanaşmalar beynəlxalq əməkdaşlığın müxtəlif tərəflərini göstərir:
beynəlxalq institutların legitimliyinin əhəmiyyətini (“Britaniya məktəbi”), beynəlxalq mədəniy-
yət normalarının legitimliyinin əhəmiyyətini (konstruktivizm), beynəlxalq aktorların formalaş-
masının tarixinin əhəmiyyətini (tarixi institutionalizm), daxili və xarici siyasət arasında sərhəd-
lərin yox olmasında və bununla əlaqədar beynəlxalq həya-tın mənzərəsinin dəyişməsində yeni
beynəlxalq aktorlarının rolunun əhəmiyyətini (“Fransız məktəbi”).
«Britaniya məktəbinin» nümayəndələri (M.Benks, H.Bull) beynəlxalq əməkdaşlığı Vestfal
sülhü nəticəsində meydana gələn «beynəlxalq cəmiyyətin» tarixi möhkəmlənməsinin nəticəsi
kimi qələmə verir. Beynəlxalq cəmiyyət üzərində heç bir ali hakimiyyəti olmayan, lakin ümumi
dəyərlərin və normaların müəyyən minimumuna malik olan suveren dövlətlərdən ibarət birlik
kimi təqdim olunur. Beynəlxalq cəmiyyət dövlətlərin bir-birinə münasibətdə məsuliyyətlərini
nəzərdə tutur. Beynəlxalq cəmiyyətin əsas siyasi aktorları dövlət xadimləridir. Dövlət xadimləri
qərar qəbul etdikdə ehtiyatlı və məsuliyyətli olmalıdırlar. «Britaniya məktəbinin» nümayən-
dələri beynəlxalq anarxiyanın olmasına etiraz etsələr də, onu xalqlar arasında münasibətlərdə hər
hansı bir idarəçiliyin və legitimliyin yoxluğu kimi deyil, beynəlxalq hökumətin yoxluğu kimi

89
izah edirlər.
Beynəlxalq əməkdaşlığın təhlilinə konstruktivizm və tarixi institusionalizm yanaşmaları
beynəlxalq normaların əhəmiyyətini qeyd edirlər. Bu yanaşmalara görə, beynəlxalq normalar
dövlətin fəaliyyətinə təsir göstərir. «Britaniya məktəbinin» nümayəndələrindən fərqli olaraq,
onlar normaların dövlətdən müstəqil olmalarını iddia edirlər. Konstruktivistlər hesab edirlər ki,
normaları beynəlxalq münasibətlərdə inkişaf edən sosial proseslərlə əlaqələndirmək lazımdır.
Konstruktivistlər beynəlxalq əməkdaşlığı xarici mühitin oxşar sosial təsirinin nəticəsi kimi
təqdim edirlər. Tarixi institusionalizmin nümayəndələri isə beynəlxalq əməkdaşlığı beynəlxalq
və daxili tarixi, sosial və siyasi faktorların təsirinin nəticəsi kimi göstərirlər. Konstruktivizmin və
tarixi institusionalizmin beynəlxalq əməkdaşlığa dair fikirlərindəki fərq onların dövlət suveren-
liyinə münasibətlərində öz əksini tapır. İnstitusionalistlərin fikrincə, dövlət suverenliyi sabit və
dəyişməyəndir. Buna görə də o, beynəlxalq əməkdaşlığın yaranmasına maneçilik törədir. Kons-
truktivistlər isə hesab edirlər ki, dövlət suverenliyi bir normadır. Onun yayılması beynəlxalq
sistemin müəyyən növü ilə bağlıdır. Buna görə də dövlət suverenliyi beynəlxalq əməkdaşlığın
yayılmasına maneçilik etmir.
Beynəlxalq münasibətlər sosiologiyasının fransız məktəbinin nümayəndələri hesab edirlər
ki, beynəlxalq əməkdaşlığın təhlili üçün dövlətlərlə beynəlxalq münasibətlərin yeni aktorları
arasında baş verən dəyişikliklərin tədqiq olunması böyük əhəmiyyət kəsb edir. Onların fikrincə,
bu, ilk növbədə, Vestfal sülhündən sonra dünyada baş verən dəyişikliklərlə bağlıdır. Müasir
dövrdə dövlət nəinki yeganə, hətta aparıcı aktor deyil.
Beləliklə, beynəlxalq əməkdaşlığın təhlilinə dair sosioloji yanaşma bu aktual problemin
tədqiq olunmasının imkanlarını genişləndirir. Beynəlxalq rejimlər nəzəriyyəsindən, realizm
paradiqmasından fərqli olaraq sosioloji yanaşma münaqişə ilə əməkdaşlığı sıx əlaqədə götürərək
əməkdaşlığı əsas aparıcı tərəf hesab edir. Bununla belə sosioloji yanaşmanın müəyyən çatış-
mazlıqları da vardır. P.A. Sıqankovun fikrincə, başlıca çatışmazlıq müasir sosioloji yanaşma
üçün əsas ideologiya olan liberalizmdən irəli gəlir. Liberalizmin təsiri qlobal marağın beynəlxalq
əməkdaşlığın ümumi səbəbi kimi qələmə verilməsində özünü büruzə verir. Sosioloji yanaşma
ümumi marağın əhəmiyyətini şişirdərək, milli, qrup maraqla- rının ictimai inkişafda rolunu
lazımınca dəyərləndirmir.

9.3 Beynəlxalq Əməkdaşlıqda Beynəlxalq Rejimlər nəzəriyyəsi.

Beynəlxalq rejimlər nəzəriyyəsi 1980-ci illərdə irəli sürülmüşdür. Bu nəzəriyyənin


tərəfdarlarından Stefan Krasneri, Robert Koheni, Ceyms Raqqini və başqalarını göstərmək olar.
Beynəlxalq rejimlər nəzəriyyəsinə əsasən, dövlətlərarası əməkdaşlığın əsasları və səbəbləri
beynəlxalq hüquqla və ya beynəlxalq təşkilatlarla bilavasitə əlaqəsi olmayan institutlarla bağlı-
dır. Məsələn, beynəlxalq ticarət rejimlərini (Dünya Ticarət Təşkilatı), kütləvi qırğın si- lahlarının
yayılmasının qarşısınının alınması rejimlərini, yaxud dəniz gəmiçiliyi rejimlərini göstərmək olar.
Beynəlxalq rejimlər dedikdə aktorların istəklərinə cavab verən qərarların qəbul olunması norma-
larının, prinsiplərinin, qaydalarının və prosedurlarının məcmusu nəzərdə tutulur. Beynəlxalq re-
jimlər dövlətlərarası əməkdaşlıq üçün əlverişli şərait yaradır. Onlar dövlətləri əmin edirlər ki,
digər dövlətlər əməkdaşlığı pozmayacaqlar. Dövlətlər müəyyən rejim yaradarkən (və ya mövcud
rejimə qoşularkən) özlərinin suveren hüquqlarının məhdudlaşdırılmasına digər dövlətlərin eyni
tərzdə hərəkət etdiyinə görə razılaşırlar. Rejimlərin yaradılması dövlətlərə müəyyən fayda
verməklə bərabər onların qarşısına bir çox vəzifələr də qoyur.
Rejimlər nəzəriyyəsi hakimiyyət məsələlərinə fikir vermədiyinə görə tənqid edilir. Beynəl-

90
xalq miqyasda gücün paylaşdırılması həm rejimlərin əsası kimi, həm də rejimlərdə baş verən
dəyişikliklərin səbəbi kimi qələmə verilir. Beynəlxalq iyerarxiyada dövlətlərin yerlərinin qeyri-
bərabər olması zəif dövlətləri narahat edir, çünki onlar güclü dövlətlər tərəfindən yaradılan,
onların maraqlarına cavab verən rejimlərə qoşulurlar. Lakin qeyd olunan çatışmazlıqlara bax-
mayaraq, dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsində beynəlxalq rejimlərin böyük əhə-
miyyəti vardır.
Qeyd etmək lazımdır ki, beynəlxalq rejimlər nəzəriyyəsi neorealistlər ilə neoliberalların
arasında olan mübahisənin nəticəsi kimi irəli sürülmüşdür. Məlum olduğu kimi, bu mübahisə
beynəlxalq əməkdaşlığa aid olan bir sıra vacib məsələləri ortaya qoydu. Bununla neorealistlər ilə
neoliberallar arasındakı mübahisə hər iki tərəfin zəif cəhətlərini üzə çıxartdı. Məsələn, neorealist-
lərin beynəlxalq sistemin anarxiyalı olması haqqında fikirləri öz məqsədlərinə nail olmaq üçün
hansı üsullardan istifadə edəcəklərini göstərmir.

9.4 Beynəlxalq inteqrasiyanın konsepsiyası

Fukidid, Makiavelli və Qobbsdan başlayaraq Morqentau və onun ardıcıllarına qədər ənə-


nəvi-realist yanaşma tərəfdarları hesab edirlər ki, dövlətlərarası rabitəsizlik və anarxiya prinsipcə
aradan qaldırılması mümkün olmayan, beynəlxalq münasibətlər isə öz mahiyyəti etibarilə
mübahisəlidir. Amma hələ antik dövrlərdə o vaxtkı dünyanın bütün məkanını əhatə edən
“kosmopolis”-qlobal dövlət ideyası yaranıb. Bu cür dövlətin yaradılması müxtəlif dövlətlərə
ayrılmanın qarşısını almalı, ardınca beynəlxalq münaqişələr və onların nəticəsi olan müharibələr
xalqların həyatından silinməli idi. Kosmopolis ideyasi “dünya dövləti” və ya “dünya hökuməti”
yaratmaq haqqında çoxsaylı layihələrdə, habelə beynəlxalq siyasətdəki liberal konsepsiyada öz
davamını tapdı. Bu konsepsiyanın tərəfdarları beynəlxalq təşkilatın, xüsusilə universal beynəl-
xalq təşkilatın yaradılmasına, dövlətlərarası ayırmaların və anarxiyaların qarşısının alınmasına və
tədricən ona qlobal status verməyə ümid edirdilər. Məlum olduğu kimi, beynəlxalq müna-
sibətlərin yenidən qurulması üçün liberal konsepsiyanın Birinci Dünya müharibəsindən sonra
Vudro Vilson tərəfindən təcrübədə istifadə cəhdi uğurusuzluqla nəticələndi. Bu ilk universal
beynəlxalq təşkilat olan Millətlər Liqasının yaradılması planına aiddir. Bu beynəlxalq qurumun
xarakteri və fəaliyyətinin nəticəsində məyusluq bir sıra tədqiqatçıları beynəlxalq inteqrasiyanın o
qədər də möhtəşəm olmayan, eyni zamanda konkret və praqmatik xarakter daşıyan modellərin
axtarışı ilə məşğul olmağa vadar edir. Beynəlxalq inteqrasiyanın ilk tarixi konsepsiyası XX əsrin
2-ci yarısında meydana çıxan funksionalizm konsepsiyası idi.
Funksionalizm mövqeyindən beynəlxalq inteqrasiya fenomeninin tədqiqi Millətlər Liqa-
sının yaradılmasının uğursuzluğunun öyrənilməsi ilə başlanıb. İngilis tədqiqarçısı D.Mitranı
1943-cü ildə “Dünya və beynəlxalq təşkilatların funksional inkişafı” adlı məqaləsini çap etdirdi.
Bu məqalədə o, Millətlər Liqasının dövlətlərin onu öz suverənliklərinə təhlükə gördükləri üçün
uğursuzluğa düçar olduğunu iddia edir. Müəllif yazır ki, hər hansı siyasi inteqrasiyanın ilkin
konstruksiyasının qurulmasında uğursuzluq ola bilər. Onun nöqteyi-nəzərincə qlobal beynəlxalq
təşkilat ümumiyyətlə, milli suverənliyin mənfi nəticələrini aradan qaldıra, hətta dövlətlər arasın-
da sülh münasibətlərinə təminat verə bilməz. Müəllif buna görə də, hesab edir ki, İkinci Dünya
müharibəsinin başa çatmasından sonra qlobal təşkilat yaratmaqdansa, dövlətlərin konkret iqtisa-
di, sosial, elmi-texniki, mədəni sahələrdə əməkdaşlığını təmin etmək lazımdır. Bu əməkdaşlığın
özü dövlətlərin dövlətlərarası orqanların formalaşması və siyasi kooperasiyasına təkan verəcək-
dir. Funksionalizm dövlətlərarası əməkdaşlığın ayrı-ayrı sahələrdə genişlənməsini siyasi məq-
sədlərə çatmağın dövlətlərin birləşməsi ilə tədricən onların suverenliyinin aradan çıxmasının

91
yolu kimi görürdü. Funksionalizm milli dövlətdə yeni iqtisadi, sosial, texniki və texnoloji
problemlərin perspektivdə həllini görmür. Bu problemlər yalnız beynəlxalq səviyyədə həll oluna
bilər. Buna görə də, məhəlli “şaquli” ayrılığın yerini konkret sahələrdə dövlətlərarası
əməkdaşlığın koordinasiyasını təmin edən “üfüqi” qarşılıqlı fəaliyyət modeli almalıdır.

9.5 Müasir inteqrasiyanın əsas istiqamətləri.

XX əsrin 50-60-cı illərindən etibarən bir çox regionlarda inteqrasiya meylləri sürətlə müşa-
hidə olunmağa başlayıb. Belə ki, 1958-ci ildə Mərkəzi Amerika ölkələri arasında azad ticarət və
iqtisadi inteqrasiya haqqında razılaşma imzalanıb(Tequsiqalplar müqaviləsi), 1959-cu ildə Qərbi
Afrika valyuta ittifaqı, 1960-cı ildə isə Latın Amerikası azad ticarət asosaiyası, Mərkəzi Amerika
ümumi bazarı yaradılıb. Ekspertlərin fikrincə, inteqrasiyanın hərəkətverici qüvvələrini, mexa-
nizmlərini aydınlaşdırmadan XX əsrin 80-90-cı illərindən başlamış Avropa ölkələrindəki milli
iqtisadiyyatların genişlənməsi və qovuşmasında və milli iqtisadi siyasətlərinin əlaqələndirilmə-
sində görünən inteqrasiya proseslərinin səbəblərini başa düşmək mümkün deyil. Məhz bu baxım-
dan müharibədən sonrakı dövrdə ticarətin liberallaşması inteqrasiya proseslərinin inkişafında
həlledici rol oynadı, və bəzi inteqrasiya sxemlərinin özünü doğrultmadığı hallar da müşahidə
olunur.
Avropa İttifaqının timsalında inteqrasiya proseslərinin inkişafı qanunauyğunluqların dərk
etmək, onun yaranması mexanizmlərini təhlil etmək olur. Təbii haldır ki, digər regionlardakı,
Asiyada və Afrikadakı inteqrasiya proseslərindəki təcrübələrdə nəzər beynəlxalq inteqrasiya özü-
nü tənzimləmək və inkişaf potensialı olan milli təsərrüfatçılıq sistemlərinin yaxınlaşması, bir-bi-
rinə uyğunlaşması və qovuşmasının istiqamətləndirilən obyektiv prosesidir. Yeri gəlmişkən, ba-
zar iqtisadiyyatlı ölkələrin inteqrasiyasının inkişafının praktiki zəruriliyinin dərk edilməsi və nə-
zəri cəhətdən əsaslandırılmasına hələ XX əsrin 50-60-cı illərində qərb iqtisadçıları tərəfindən
cəhd olunub. Bir qrup iqtisadçılar (R.Şuman, M.Paniç, P.Robson və b.) bu məsələnin təhlilində,
ancaq gömrük ittifaqı daxilində iqtisadi şərtlərə baxmağı əsas götürürlər. Burada inteqrasiya nəti-
cəsində bazarların genişlənməsi mümkün olur ki bu da əmtə axınlarının artmasına səbəb olur. Bu
yanaşmalar çərçivəsində iki yeni anlayış - "ticarət prinsiplərinin işlənib hazırlanmsı və əmtəə
axınlarının yaradılması" həmçinin "ticarətin diversifikasiyası və əmtə axınlarının diversifikasiya-
sı" müəyyənləşdirilib Coğrafiya elmləri doktoru Vüsət Əfəndiyev qeyd edir ki, cəmiyyətin dina-
mik inkişafı ilə əlaqəli olaraq iqtisadi inteqrasiya daha da inkişaf edir və təkmilləşir: "XXI əsr iq-
tisadiyyatında region ölkələri arasında iqtisadi inteqrasiya daha qlobal xarakter almış və bu ayrı-
ayrı dövlətlərin iqtisadi inkişafına müsbət təsir göstərən amillər kimi qiymətləndirilir. Azərbay-
canın XX əsrin axırıncı on illiyində müstəqilliyə nail olması və müstəqil dövlət kimi iqtisadi in-
teqrasiyaya qoşulmasını onun region ölkələri içərisində iqtisadi imicinin artmasını və dünyanın
bir çox region ölkələri ilə inteqrasiyaya qoşulmasını daha da intensivləşdirmişdir. Azərbaycanın
region ölkələri inteqrasiya proseslərinin daha qlobal xarakter alması, idxal və ixrac potensialının
getdikcə artması bu sahədə xüsusi tədqiqat işinin aparılması problemlərini doğurur. Bununla əla-
qədar coğrafiya elmləri doktoru, professor Zahid Səttar oğlu Məmmədovun "Azərbaycan Res-
publikasının region ölkələrinə inteqrasiyası" adlı dərc olunmuş monoqrafiyası xüsusi maraq do-
ğurur. Müəllifin uzun illərin tədqiqatı əsasında ərsəyə gətirdiyi bu əsərdə Azərbaycanın dünya-
nın region ölkələrinə inteqrasiya olunmasının əsas amilləri - iqtisadi, strateji və geosiyasi cəhət-
dən əlverişli mövqedə yerləşməsi, ölkələrin inteqrasiyasında mühüm faktor sayılan Avropa-Qaf-
qaz-Asiya nəqliyyat sisteminin Azərbaycan ərazisində mərkəzi mövqe tutması, "İpək yolu"nun
bərpası ilə əlaqədar Avrasiya, Transatlantika, Afrika ölkələrinin bir-birinə inteqrasiya olunmasın-

92
da mühüm rol oynayan təbii iqtisadi şəraiti və s. amillər elmi cəhətdən əsaslandırılır. Ümumilik-
də yeddi fəsildən ibarət bu əsərdə Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiya
olunmasının müasir aktual problemləri araşdırılır. "Azərbaycan Respublikasının region ölkələri-
nə inteqrasiyasının iqtisadi inkişaf xüsusiyyətləri" adlanan birinci fəsildə müəllif bu sahədə uzun
illər tədqiqat aparmış, dünya alimlərinin tədqiqatlarına istinad edərək region ölkələrinə inteqrasi-
yanın formalaşmasının qanunauyğunluqları və tipologiyasını və həmin tipologiyaya əsaslanaraq
regional inteqrasiyanın müasir problemlərini müəyyənləşdirib". V.Əfəndiyev onu da qeyd edir
ki, regional inteqrasiyada mühüm rol oynayan nəqliyyat sistemlərinin xarakterik xüsusiyyətləri
və mühüm nəqliyyat sistemlərindən hesab edilən "Avropa- Qafqaz-Asiya", "Trans Xəzər",
"Trans Atlantika və s. regional istiqamətdə inkişaf etdirilərək vahid dünya nəqliyyat sistemləri-
nin formalaşmasına təsir göstərən amillər kimi qiymətləndirilir: "Azərbaycanın regional iqtisadi
inteqrasiyada mühüm rol oynayan dəmir yolu, avtomobil nəqliyyatı, dəniz və boru kəmər nəqliy-
yatının xarakterik xüsusiyyətləri elmi cəhətdən araşdırılıb. Ölkəmizin qlobal inteqrasiyada rolunu
müəyyən edən əsas amillərdən biri dünya əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
həyata keçirilməsi ilə əlaqədar yeni infrastruktur sahələrin inkişaf istiqamətləri və reallıqları
əsərdə geniş miqyasda öz təhlilini tapıb. Regional inteqrasiyada enerji resurslarının dünya bazarı-
na səmərəli yollarla nəql olunmasında Bakı-Tbilisi-Ceyhan (uzunluğu 1768 km), Bakı-Novoros-
siysk, Bakı-Supsa neft kəmərlərinin və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin region ölkə-
lərinin iqtisadiyyatına göstərdiyi təsir mexanizmləri əks olunub. Perspektivli layihələrdən olan
Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) boru kəmərlərinin reallaşması Avrasiya region
ölkələrinin enerjiyə tələbatının təmin olunmasında olan reallıqları əsaslandırır". Yeri gəlmişkən,
bəhs etdiyimiz monoqrafiyanın ikinci fəsli "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Bir-
liyi region ölkələrinə inteqrasiyasının müasir vəziyyətinin təhlili və iqtisadi qiymətləndirilməsi"
adlanır. MDB region ölkələri ilə tarixən qonşuluq mövqeyində olması, təsərrüfat sahələrinin bağ-
lılığı, əlverişli nəqliyyat sisteminə malik olması əvvəlki illərdə olduğu kimi, müstəqillik illərində
də həmin region dövlətləri ilə iqtisadi inteqrasiya inkişaf etmiş və təkmilləşmişdir. Müəllif əsər-
də Azərbaycanın region ölkələrinə inteqrasiyasının müasir vəziyyətini təhlil etmək üçün çoxsaylı
cədvəllərdən istifadə etməklə region ölkələrinin idxal və ixracın quruluşunu iqtisadi göstəricilərlə
əks etdirib. Belə ki, 2006-2010-cu illər ərzində Azərbaycanla Müstəqil Dövlətlər Birliyi region
ölkələrarası iqtisadi göstəriciləri ətraflı təhlil olunub. Qeyd edək ki, dünyanın region ölkələrindən
Azərbaycanın 2010-cu ildə idxal etdiyi ümumi məhsulun 31,8%-i və həmin dövlətlərə ixrac etdi-
yi məhsulun 9,3%-i MDB region ölkələri təşkil edib. Həmin ilə müvafiq olaraq MDB region öl-
kələrindən idxal olunan cəmi məhsulun 55,8%-i və ölkələrə ixrac olunan məhsulun 39,45-i Rusi-
ya Federasiyası, həmin göstəricilərə müvafiq 5,5-0,4%-i Belarus, 14,3-2,2 Qazaxıstan, 22,6-
44,8% Ukraynanın, qalan faizlər müvafiq olaraq Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənis-
tan, Gürcüstan və Moldova respublikalarının payına düşür. Professor Zahid Məmmədov Azər-
baycanla regional inteqrasiyada iştirak edən Avropanın region ölkələrinin iqtisadi inkişafına görə
təsnifatını əsərdə verməklə həmin təsnifat əsasında iqtisadi inteqrasiyanın müasir vəziyyətini və
inkişaf istiqamətlərini araşdıraraq qeyd edir ki, Azərbaycanın dünyanın bütün region ölkələrin-
dən 2010-cu ildə idxal etdiyi cəmi məhsulun 53,1%-i və həmin dövlətlərə ixrac etdiyi məhsulun
59,1%-i Avropanın region ölkələrinin payına düşür. Əsərdə aparılan təhlillərdən aydın olur ki,
Avropanın 36-dan artıq ölkəsinin Azərbaycan Respublikası ilə idxal və ixrac əməliyyatlarında iş-
tirakı həmin dövlətlərin təsərrüfat sahələrinin təhlil olunması zərurətini doğurmuş və həmin zəru-
rətdən irəli gələrək region ölkələrinin təsərrüfat sistemlərinə inteqrasiya olunması istiqamətləri
müəyyənləşdirilib.

93
Aparılan təhlillərdən belə aydın olur ki, Azərbaycanın Avropanın region ölkələrindən idxal
etdiyi cəmi məhsulun 68%-i və ixrac olunan cəmi məhsulun 83%-i inkişaf etmiş region dövlətlə-
rinin payına düşür. Əsərdə Avropanın inkişaf etmiş region ölkələrinin (Almaniya, Fransa, İngil-
tərə, İtaliya) təsərrüfat sahələri geniş şəkildə təhlil olunmaqla regional inteqrasiyada mühüm rol
oynayan nəqliyyat sistemlərinin səmərəliliyi müəyyənləşdirilir. Azərbaycanın Avropanın region
ölkələrindən idxal etdiyi cəmi məhsulun 13,5%-i və ixrac etdiyi məhsulun 0,9%-i Şimali və Qər-
bi Avropa region dövlətləri təşkil edir. Bundan başqa, Avropanın region ölkələri ilə inteqrasiyada
Baltik sahili region dövlətlərinə xüsusi diqqət yetirilib. Bu ölkələrin əlverişli təbii iqtisadi şəraiti,
kifayət qədər sənaye əhəmiyyətli təbii resurslara malik olması Azərbaycanın bu region ölkələrilə
iqtisadi inteqrasiyaya qoşulmasına müsbət təsir göstərib (respublica-news.az). Xatırladaq ki, re-
gional inteqrasiya üç və daha artıq dövlətin iştirakı ilə, rəsmi və ya qeyri-rəsmi səviyyədə həmin
dövlətlərin hökumət və yaxud qeyri-hökumət təşkilatları arasında qarşılıqlı fayda əldə etmək
üçün qurulan daimi əməkdaşlıqdır. Məhz regional inteqrasiya məqsədilə yaradılan bu cür təşki-
latlar müxtəlif faktorlar (din, tarix, mədəniyyət və adət-ənənə, siyasi, iqtisadi və təhlükəsizlik və
s. ) əsasında yaradılır. Ekspertlər bildirirlər ki, Sovet Sosialist Respublikasının dağılmasından
sonra keçmiş postsovet ölkələri əvvəllər dövlətlər arasında mövcud olan siyasi, iqtisadi, sosial,
humanitar əlaqələri bərpa etmək məqsədilə birləşərək Müstəqil Dövlətlər Birliyini qurdular ki,
nəticədə də bu təşkilat Avropada mövcud olan regional təşkilatlar səviyyəsində inteqrasiya pro-
sesini tam təmin edə bilməsə də, regional əməkdaşlıq istiqamətində atılan mühüm bir addım sa-
yılır. Qeyd edək ki, müasir beynəlxalq münasibətlər sistemində kifayət qədər regional təşkilat
mövcuddur. Regional təşkilatların keyfiyyəti - mövcud olduğu dövr ərzində həyata keçirdiyi təd-
birlərlə üzv dövlətlər arasında siyasi, iqtisadi, təhlükəsizlik və s. sahələrdə inteqrasiyaya nə dərə-
cədə nail olması, mövcud problemləri həll edib etməməsi, ölkələr arasında əməkdaşlıq mühitinin
hansı səviyyədə təşkil olunması və s. amillərlə müəyyən olunur. Doğrudur ki, onların bəzilərinin
fəaliyyəti formal xarakter daşıyır, hətta bəziləri artıq öz fəaliyyətlərini dayandırıblar. Bütün bun-
lara baxmayaraq, müasir beynəlxalq sistemdə özünəməxsus yer tutan və bir çox məsələlərin həl-
lində mühüm rol oynayan, çoxtərəfli əməkdaşlıq mühitini yaratmağa nail olmuş regional təşkilat-
lar mövcuddur və onların hər birinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir.

Mövzu 10.Qloballaşma.
10.1 Qloballaşma anlayışı
10.2 Dünya siyasi məkanının qloballaşması.
10.3 Dünya iqtisadiyyatı qloballaşma şəraitində.
10.4 Dünya informasiya məkanının qloballaşması.
10.5 Müasir dünyada etnik siyasi proseslər.

10.1 Qloballaşma anlayışı

Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin ortalarında meydana gəlmişdir. Bu
termin yaranmağı ilə intellektual elitaya güclü təsir göstərmişdir. Həmin terminin yaranması
T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi
məqaləsini böyük və çox millətli korporasiyaların istehsal etdiyi ayrı– ayrı məhsulların
bazarlarının bir– birilə qovuşması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayıl-
ması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaş-
ma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd

94
etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində
qloballaşma anlayışının hərtərəfli izahını verməyə çalışmışdır. M.Uters qloballaşmanı sosial
proses kimi müəyyənləşdirmişdir. Həmin sosial prosesin gedişində sosial və mədəni sistemlərin
coğrafi sərhədləri silinir və əhali getdikcə daha çox bu fərqlərin aradan götürüldüyünü dərk edir.
Eyni zamanda qloballaşma dedikdə planetin bütün ölkələrinə qərb inkişaf modelinin yayılması
başa düşülür ki, bu da faktiki olaraq bir polyuslu (universal və ideal) dünya qaydasının nəzəri
cəhətdən əsaslandırılmasına xidmət edir. Qərb modeli nümunəvi model kimi etiraf edilir. Daha
dəqiq desək, hər bir digər inkişaf modellərindən fərqli olaraq yeganə mütərəqqi və yaradıcı
model hesab olunur. Həqiqətən də digər sivilizasiyaların 6– 8 min illik tarixindən fərqli olaraq
müasir sivilizasiyanın olduqca az zaman kəsiyində böyük tərəqqiyə nail olduğu göz qabağın-
dadır. Ona görə də qloballaşmanın amerikanlaşma ilə eyni olduğu yaxud da onun bəşəriyyət
tarixində keyfiyyətcə yeni bir proses olduğunu dəqiqləşdirmək olduqca vacibdir. Ümumiyyətlə,
qloballaşma proseslərinin qarşılıqlı asılılıq və qarşılıqlı şərtlənməyə tabe olduğunu da qeyd
etmək lazımdır. Lakin burada da bir sıra suallar meydana çıxır. Qloballaşma prosesi mərkəzi
Afrika və cənubi Amerika tayfalarını da əhatə edirmi? Yəni qloballaşma prosesi yayılma
baxımından məhdud hüdudlara malikdirmi? Əlbəttə, qloballaşma prosesi ümumbəşəri prosesdir
və gec– tez bütün ölkələri və xalqları əhatə edəcəkdir. XX əsrin sonunda qloballaşmanın o qədər
də geniş ərazidə yayılmaması haqqında V.Ştolun fikirləri ilə razılaşmaq lazımdır. O yazırdı ki,
faktiki olaraq real dünya iqtisadiyyatı XX əsrin 30– cu illərində olduğu səviyyədən o qədər də
irəli getməmişdir. Bəşəriyyətin mühüm hissəsi (50 faizdən çoxu), mütəxəssislərin hesablan-
masına görə qloballaşmadan kənarda qalmışdır. Qlobalizm nədir? sualına tədqiqatçılar belə
cavab verir: Qlobalizm dünya bazarının siyasi fəaliyyəti sıxışdırması və yaxud dəyişdirməsi
deməkdir. Bu dünya bazarının ağalığı ideologiyasıdır. O monokauzal olaraq fəaliyyət göstərir,
sırf iqtisadi prinsipə sadiq qalır, çoxölçülü qloballaşmanı bir ölçüyə– təsərrüfat ölçüsünə müncər
edir. Eyni zamanda qloballaşmanın digər aspektlərinin ekoloji, mədəni, siyasi, ictimai– siviliza-
siyalı və s.– ni müzakirə edir və çox vaxt onları dünya bazarının başçılıq etdiyi ölçüyə tabe edir.
Bu zaman qloballaşmanın mərkəzi rolunu, o cümlədən, təsərrüfat fəaliyyətinin aktlarının
qavrayışı və seçimi prinsipini inkar etmək və ya azaltmaq lazım deyildir. Qlobalizmin ideoloji
nüvəsi siyasətlə iqtisadiyyatın arasındakı fərqlərin aradan götürülməsidir. Siyasətin başlıca
vəzifəsi hüquqi, sosial və ekoloji hüdud şəraitini müəyyənləşdirmək sayəsində ümumiyyətlə
təsərrüfat həyatının mümkün və qanuni olmasını həll etməkdir. Qlobalizm mürəkkəb qurum olan
dövləti, mədəniyyəti xarici siyasəti– sadə müəssisə kimə idarə etməyə imkan verir.
Qara proteksionistlər dəyərlərin tənəzzülünün, milli başlanğıcın zəifləməsinin dərdini
çəkir, lakin öz– özünə zidd olaraq, milli dövlətlərin neoliberal dağıdılmasında iştirak edir. Yaşıl
proteksionistlər milli dövlətdə dünya bazarının müdaxiləsi nəticəsində ekoloji standartları
mühafizə edən milli dövlətdə ölməkdə olan siyasi biotopları görür, ona görə də milli dövlətin
özünün müdafiəyə ehtiyacı olduğunu hiss edir. Qırmızı proteksionistlər. Hər ehtimala qarşı öz
paltarlarından sinfi mübarizinin tozlarını təmizləyir. Onlara görə qloballaşma ancaq öz
fikirlərinin «doğruluğunu» sübut etmək üçün lazımdır. Sevinclə marksizmin intibahı bayramını
qeyd etsələr də bu yalnız utopik, kor həqiqətlərdən başqa bir şey deyildir.
Qloballıq dedikdə bizim çoxdan dünya cəmiyyətində yaşamağımız başa düşülür. Yəni
qapalı məkanlar fiksiyadan başqa heç nədir. Heç bir ölkə, yaxud ölkələr qrupu bir– birindən
ayrılıqda mövcud ola bilməz. İqtisadi, mədəni, siyasi cəhətdən qarşılıqlı təsirə malik olan ölkələr
bir– birilə mütləq əlaqədə olmalıdır. Bunun da sayəsində bir sıra qərb modelləri yenidən haqq
qazanmağa başlayır. «Dünya cəmiyyəti» sosial münasibətlərin ümumiliyi ucbatından milli
dövlət– siyasətinə inteqrasiya oluna bilmir. «Dünya» «dünya cəmiyyəti» söz birləşməsində

95
«müxtəliflik», «rəngarənglik» kimi başa düşülürsə, «cəmiyyət» isə inteqrasiyasızlıq kimi
anlaşılır. Deməli, dünya cəmiyyəti vəhdətsiz müxtəliflik, rəngarənglik kimi başa düşül-
məlidir. Qloballaşma isə elə prosesləri irəli sürür ki, milli dövlətlər və onların suverenliyi, trans-
milli aktların toruna çulğalaşır və onların hökm vermək imkanlarına oriyentasiya və identikliyi
ilə razılaşmalı olur. Artıq yaranmış qloballığı aradan qaldırmaq qeyri– mümkündür. Bu onu
sübut edir ki, bir– birilə yanaşı mədəni, ekoloji, iqtisadi, siyasi ictimai– vətəndaş qloballaşması
baş verir. Onların hər birinin öz məntiqi vardır. Qloballığı aradan qaldırmağın qeyri– müm-
künlüyünü səkkiz səbəblə izah edən tədqiqatçılar da vardır:
1) Beynəlxalq ticarət sahəsində kontraktların və coğrafiyanın genişlənməsi, maliyyə
bazarlarının çulğalaşması transmilli şirkətlərin qüdrətinin getdikcə artması;
2) İnformasiya və komunikasiya– texnoloji inqilabın davam etməsi;
3) insan hüququnun qorunması tələbinin birgə irəli sürülməsi, daha dəqiq desək (sözdə)
demokratiya prinsipi;
4) Dünyanı əhatə edən mədəniyyət industriyasının təsirinin yayılmasının genişlənməsi;
5) Postinternasional, polisentrik dünya siyasəti– hökumətlərlə yanaşı qüdrət və kəmiyyətcə
daim artan transmilli aktlar, (şirkətlər, qeyri– hökumət təşkilatları, Birləşmiş Millətlər Təşkilatı);
6) Qlobal yoxsulluq və dilənçilik məsələləri
7) Ətraf mühitin qlobal dağıdılması problemləri;
8) Yerlərdə transmədəni münaqişələr problemləri .
Çox ölçülü dünya faktiki olaraq özlüyündə məkan– zaman kontinuumunu göstərir. Məkan
lokal, regional, qlobal, mədəni, iqtisadi, siyasi və s. ola bilər. Özü də hər bir məkanda onun öz
qanunları işləyir. Zaman isə sosial, texnoloji, mifoloji, fiziki və s. ola bilər. Şüur fiziki zamanda
inkişaf edir. İnsanın inkişafı arxaik və infantil şüurdan, təbiətə inteqrasiyadan inkişaf etmiş
transendent şüura qədər tərəqqi mərhələlərini keçir. Burada isə zaman anlayışı yox olur. Zaman
koordinatları nöqtələrə çevrilir. Kontiniumun bu nöqtələrində keçmiş və gələcək görünür. Şüurun
inkişafı vektor xarakterinə malikdir və geriyə dönməzdir. Ona görə də canlı orqanizmin zaman
etibarilə tərsinə hərəkəti qeyri– mümkündür. Təsadüfi deyildir ki, canlı orqanizm üçün keçmişə
səyahət ağlabatan deyildir. Dünya çox ölçülü olduğundan onun ölçüləri fiziki koordinatlarla de-
yil, həm də mədəni– sosial və mənəvi ölçülərlə müəyyən edilir. Elə buna görə də dünyanın
inteqral inkişafı bir çox hallarda məkan vektoru ilə qiymətləndirilməlidir. İnkişafın kriteriyası
bütün məkanların qarşılıqlı təsirini kollektiv şüurun diferensasiya dərəcəsini nəzərə alan
dünyanın inteqral mürəkkəblikləri kimi göstəricilər ola bilər. Bu göstəricilər dünyanın həmin
mürəkkəbliklərini fərqləndirmək qabiliyyətinə malik olmalıdır. Belə bir şəraitdə sosiologiya
mühüm rol oynamağa başlayır. Müasir dünyada insan həyatının təhlükəyə düşməsi ən böyük
tədqiqat obyektinə çevrilir. Qloballıq elə bir vəziyyəti əks etdirir ki, bu gündən sonra planetdə
baş verəcək nə varsa onu lokal sahəyə məhdudlaşdırılmış hadisələr sırasında daxil etmək olmaz.
Yəni bütün ixtira və kəşflər qələbə və katastroflar bütün dünyaya aiddir. Deməli, bütün proseslər
«lokal– qlobal» xətti üzrə getməlidir. Bu şəkildə başa düşülən qloballıq diqqəti doğrudan–
doğruya cəlb edir.
Yuxarıda qeyd etdiyimiz kimi qloballıq anlayışından fərqli olaraq qloballaşma dialektik
proses olub, transmilli sosial əlaqələr və məkan yaradır, lokal mədəniyyətləri dəyərsizləşdirir,
yeni mədəniyyətlərin yaranmasına imkan verir. Bu cür münasibətlərin mürəkkəb sistemində
qloballaşmanın miqyası və sərhədləri haqqında məsələni qoymaq mümkündür. Hər şeydən əvvəl
üç parametri nəzərə almaq lazımdır– birincisi, məkanda genişlənmə; ikincisi, zamanda
sabitlik; üçüncüsü, transmilli əlaqə, münasibət və televiziya şəbəkələrinin sıxlığı; bu cür
anlayış kontekstində digər bir məsələni də qoymaq olar. Hazırkı qloballaşmanın tarixi

96
xüsusiyyətlərinin və onun paradokslarının mahiyyətini öyrənmək olduqca vacibdir. Müstəm-
ləkəçilik dövründən inkişaf edən «dünya kapitalizm sistemindən» müasir qloballaşmanın fərqli
və eyni cəhətlərinin təhlili də bura daxildir. Qloballaşmaya skeptik yanaşanlar adətən onda heç
bir yeniliyin olmadığını qeyd edirlər. Lakin onlar nə tarixi, nə empirik, nə də nəzəri münasibətdə
haqlı deyildirlər. Çünki müasir qloballaşmanı nə imperializm, nə də dünya kapitalizm sistemi ilə
müqayisə etmək olmaz. Çünki qloballaşmada o qədər yeni cəhətlər vardır ki, bu spesifik cəhətlər
onlarda qətiyyən olmamışdır.

10.2 Dünya siyasi məkanının qloballaşması.

Müasir dünyada müasir tendensiyalardan biri iqtisadi məkanla yanaşı siyasi məkanın da
qloballaşmasıdır. Hər şeydən əvvəl siyasi inteqrasiya prosesləri beynəlxalq, ölkələrarası və qeyri
dövlət təşkilatlarının formalaşmasında özünü göstərir. XX əsrin 80-ci illərinin ortalarında
dünyada mindən çox hökumətlərarası təşkilatlar mövcud idi. Aparıcı dövlətlər 100 təşkilatın
işlərində iştirak edirlər. Məs: Danimarka 164 təşkilatın, Fransa 155, Böyük Britaniya 140, ABŞ
122, Kanada 110, Yaponiya 106, Braziliya 100 təşkilatın üzvüdür. II dünya müharibəsindən
sonra qısa bir müddət ərzində BMT, NATO, BVF, BB, AB kimi təşkilatlar formalaşdı.
Geosiyasi arenada Amerika dövlətləri təşkilatı (ADT) OPEK (Neft ixrac edən ölkələr)
Afrika birliyi təşkilatı (ABT) islam ölkələri konfransı təşkilatı (İÇÖKT) və s. kimi təşkilatlar
böyük rol oynayır. Qeyd etmək lazımdır ki, belə təşkilatların sayı artır və öncədən mövcud olan
təşkilatların funksiyaları genişlənir.
BMT-ı çərçivəsində iki böyük təşkilat fəaliyyət göstərir – YUNESKO (mədəni və elmi
inkişaf problemləri ilə məşğul olur) və YUNEP (ətraf mühitin qorunması və mühafizəsi üçün
mexanizmlər işləyib hazırlayan) BMT-də əsas yerlərdən birini atom energiyası üçlün beynəlxalq
agentlik tutur (MAQATE). Bu təşkilat nüvə silahının yayılmasının qarşısını alır və atom
enerjisindən sülh niyyəti ilə istifadəni tənzimləyir.
Şimalı Amerika azad ticarət zonasının yaradılması üzrə aktiv işlər həyata keçirilir. Buraya
ABŞ, Kanada, Meksika daxil olacaq. 1989-cu ildə Asiya Sakit okeanı iqtisadi şurası (ASOİŞ)
yaradılıb. Asiyada cənub şərq Asiya ölKələri assosiyası, Asiya inkişaf bankı və başqa ittifaq və
birləşmələr uğurla fəaliyyət göstərir.
Daha uğurlu inteqrasiya prosesləri Avropada həyata keçirilir. Burada Avropa birliyi üzvi
olan ölkədə insanların azad gedib-gelmələri, ticari, xidmət, kapital maneələri aradan qaldırılıb.
Bütün böyük masştablar möhlif ölkələrin siyasi partiyaları ilə transnasyonal əməkdaşlıq əldə
edir. Müxtəlif ideoloji yönümlü partiyaların liderləri öz partiyalarını beynəlxalq səviyyədə idarə
etməyə çalışırlar, partiyaya qlobal ideyalar bəxş edir, bütün partiyalar üçün eyni olan ideya-siyasi
prinsip və qaydalar işləyib hazırlayırlar. Avropa partiyaları formalaşmışdır – Avropa sosialist
şurası, Avropa xalq partiyası, Avropa birliyinin liberal və demokratik partiyalarının federasiyası,
Avropa proqress demokratları və s. dünya siyasətinin əsas faktorlarından biri “böyük səkkiz-
liyin” iqtisadi və xarici məsələlər üzrə ildə bir dəfə yığışmasıdır.
Suveren milli dövlətlərlə yanaşı beynəlxalq münasibətlərin aktiv subyektləri müxtəlif
təşkilatlar, birliklər, institutlar timsalında trasnasyonal strukturlardır. Bu strukturlar beynəlxalq
əlaqələrin inkişafı tendensiyası və xarakterinə təsir edir. Adətən transnasyonal ştablarda qəbul
edilən qərarlar ayrı-ayrı ölkələrin vətəndaşlarının həyatlarına yerli hökumət qərarlarından daha
effektiv təsir edir. Bütün bu təşkilatlar, birliklər, korporasiyalar dövlətlərin dünyəvi birlik

97
çərçivəsində fəaliyyətlərini tənzimləmək üçün qaydalar kompleksi işləyib hazırlayır və təsdiq
edirlər. Onlar konfliktlərin həlli, əməkdaşlıq, müharibələrin qarşısını alma, qlobal iqtisadi inkişaf
prinsiplərini müəyyən edirlər.
Mərkəzə cəhd tendensiyalar, regionlaşma, qloballaşma prosesləri ayrı-ayrı ölkələrin rolu və
funksiyalarına həmçinin bütövlükdə beynəlxalq siyasi sistemə təsir göstərir. Hələ bu yaxınlarda
siyasət (xarici və daxili) məhz milli dövlətin funksiyası kimi qəbul edilirdi. Beynəlxalq
münasibətlər sahəsində ayrı-ayrı götürülmüş ölkələr öz maraqlarının həyata keçirilməsi üçün bir-
biri ilə münasibət yaratmışlar. Məhz individual ölkələrin cəmi dünya ictimaiyyətini təşkil edir.
Hər bir ölkə (müstəqil və ya koalisiya şəklində çıxış etməsindən asılı olmayaraq) müstəqil olaraq
öz müdafiə və təhlükəsizlik problemlərini həll edir.
İndiki dövrdə başqa bir vəziyyət yaratmışdır. Belə ki, dünya vahid kompleks şəklinə
düşmüşdür, onun hissələri bir-biri ilə sıx bağlıdır. Siyasi xadimlərin və təşkilatların, hökumət və
dövlətlərin hadisələri idarə etmə, qərarları qəbul etmə və reallaşdırma bacarıqları təkcə onların
ölkə daxili imkanlarından deyil həmçinin ölkənin xarici aləmdə mövqeyindən və xarici aləmə
təsir imkanlarından asılıdır.
Bu konteksdə aparıcı rolu müxtəlif mərkəzlərdə, dövlət və qeyri dövlət aktorlarının təmas
nöqtəsində ortaya çıxan bir çox problemin müxtəliflik, uzlaşma və s. xarakteriki əsasən rəsmi
dövlət instansiyaları və strukturları tərəfindən istifadə olunan ənənəvi, rəsmi üsullarda (müqa-
vilələrin imzalanması üçün aparılan danışıqlar, diplomatik əlaqələrin yaradılması və ya ləğv
edilməsi və s.) həll etməyə imkan vermir. Dövlətlərin öz səlahiyyətlərini effektiv həyata keçir-
məsinə regional və dünyəvi dövlətlərarası və qeyri hökumət təşkilatları, institutları timsalında
transnasyonal korporasiyaların və başqa transnasyonal aktorların genişlənən fəaliyyət dairəsi
güclü təsir göstərir. Məsələn: neftin, qazın, kofenin, südün və s. qiymətinin qaldırılması və ya
aşağı salınması ayrı-ayrı hökumətlərin qərarından deyil OPEK, AB və başqa beynəlxalq təşki-
latlar səviyyəsində müzakirə edilir.
Sərhədlərin aktiv aradan götürülməsi sayəsində daxili siyasi hesab edilən problemlər get-
dikcə beynəlxalq siyasi xarakter alır. Prezidentsiz xarici və daxili siyasətin qarşılıqlı uzlaşması
müşahidə edilir və bu qarşılıqlı uzlaşma ictimai həyatın b ütün sahələrində müşahidə edilir. Bir
tərəfdən xarici siyasətin və ya daxili siyasətin səlahiyyət dairəsinin nədən ibarət olduğunu təyin
etmək getdikcə çətinləşir. Digər tərəfdən xarici siyasətin daxili siyasi nəticələrinin önəmliliyi və
daxili siyasətin xarici siyasi nəticələrinin önəmliliyi artır. Problem daxili siyasi məsələlərin
beynəlxalq komponent daşıması faktı ilə əlaqədar olaraq daha xüsusi diqqət tələb edir. Nəticədə
hökumətin öz problemlərini müstəqil həll etmək üçün istifadə etdiyi ümumi qəbul edilmiş
normalar, siyasi idarəetmənin ənənə və praktikası yetəri hesab olunmur. Onların dəyişikliklərə
uyğunlaşma bacarığı ictimaiyyət qarşısında ortaya çıxan problemləri həll etmək üçün resursların
qıtlığı ilə əlaqədar olaraq həmçinin dövlətin xaricdə vəziyyətindən və xarici aktorlarla
əməkdaşlıqdan asılı olması ilə əlaqədar olaraq aşağı düşmüşdür.
Hətta belə bir fikir də vardır ki, ənənəvi olaraq beynəlxalq münasibətlərdə əsas və siyasətin
subyekti olan dövlət b izim dövrdə tam siyasi iqtisadi qurum deyildir. O, daha geniş qurumların
bir fraqmenti və hissəsi kimi çıxış edir – dünyəvi siyasi sistemin, dünya iqtisadiyyatının, dünya
ictimaiyyətinin.
Bütün proseslər “iki dünya siyasəti” haqqında danışmaya imkan verir. Biri suveren mili
dövlətlərdən təşkil olunan, digəri isə qeyri hökumət təşkilatları, birlikləri, korporasiyaları
şnelində fəaliyyət göstərən ölkə və xalqların artan iqtisadi və siyasi qarşılıqlı asılılığı arasında
ziddiyyət bir tərəfdən, digər tərəfdən dövlətin milli suverenitetinin aktiv subyekt rolunun qoru-
yub saxlanılması məsələsi getdikcə kəskinləşir. Ölkə və xalqların qarşılıqlı asılılığı və inter mil-

98
liləşməsinin digər tərəfi rəqabətin və onlar arasında təzyiqin güclənməsidir. Dövlətlər beynəlxalq
əməkdaşlığın gücləndirilməsi yolu ilə iqtisadi qloballaşmaya reaksiya göstərirdilər. Lakin
məsələnin təəssüflü tərəfi ondan ibarətdir ki, bu əməkdaşlıq şirkətin yerləşdiyi ölkənin əlində
möhkəm idarəetmənin toplanması əsasında qurulur. Əks halda şirkətlərə beynəlxalq razılaşmalar
əsasında öz milli sərhədlərindən kənar fəaliyyət göstərməyə imkan verilmir. Bu bank sistemində
xüsusilə aydın aşkar görünür, burada qloballaşma yüksək həddə çatmışdır. Mərkəzi banklar
arasında beynəlxalq əməkdaşlıq çox millətli razılaşmalara əsasən aparılır. Bu halda idarəetmə
funksiyaları ana ölkə tərəfindən qorunur. Milli maliyyə institutlarının fəaliyyətinin idarəetmə
məsuliyyəti dövlətin üzərinə düşür. Ana ölkənin idarəsi dövləti hökumət tərəfindən və ya
beynəlxalq forumlar tərəfindən qəbul edilmiş idarəetmə standartlarının həyata keçirilməsi üzrə
məsuliyyəti daşımağa məcbur edir.
Nəzərdən keçirilən konveksdə hərbi bloklar istisna edilməklə suveriniteti olmayan bir çox
trasnasyonal aktorların rəsmi qəbul edilmiş legitim zorakılıq alətlərinin olmaması faktı önəmli
yer tutur.
Onların müdafiə ehtiyacı olduğu sərhədləri yoxdur, b elə ki. onları ətraf aləmdən təcrid
edən sərhədlər abstakat xarakter daşıyır və iqtisadi fəaliyyətdən və sosial əlaqələrdən asılıdır. La-
kin buna baxmayaraq onları önəmsəməmək olmaz.
Həqiqətdir ki, onlar dövlətin hakimiyyətini zəiflədir və buna görə də bir neçə müəlliflərin
söylədiyi kimi gur siyasətinə daha bir zərbə endirirlər. Lakin eyni olaraq o da həqiqətdir ki,
dövlətin idarəsindən boyun qaçıraraq xalq tərəfindən seçilməyən, anonim və çox zaman milli və
ya qeyri milli aktorlar öz fəaliyyətlərinə görə ölkə əhalisi qarşısında məsuliyyət daşımırlar.
Müəyyən şəraitdə onlar idarədən çıxa bilər qaydaları və qanunları inkar edə bilər və özünə
ictimaiyyətli sıravi vətəndaşları tabe edən güclü, anonim hökumətə çevrilə bilərlər. Belə bir
vəziyyətdə elə bir hal yarana bilər ki, sıravi vətəndaş yalnız bir instansiyaya öz mili dövlətinə
müraciət edə bilər. Beynəlxalq siyasətdə ən çətin həll ola bilən məsələlərdən biri gücdən istifadə
məsələsidir. Gücdən istifadənin konfliktlərin həll edilməsi üçün qanuniliyi və hüquqi əsasda
olması önəm daşıyır. Bu gün BMT kiçik nizamnaməsinin 2(7) maddəsinin yenidə nəzərdən ke-
çirilməsi məsələsi ortaya çıxır. Bu maddə ölkə daxilində gedən proseslərin beynəlxalq dünyaya
və təhlükəsizliyə zərbə endirə biləcəyi halı istisna olmaqla dövlətin daxili işlərinə qatışmağı
qadağan edir.
Beynəlxalq aləmə təhlükəsizliyə zərbə endirməsi məsələsinin şərhinin genişləndirmək yolu
ilə bu və ya digər dövlətin daxili işlərinə qatışma məsələlərinin kriteriyaları yenidən nəzərdən
keçirilir. “Daxili işlərə qatışma hüququ” bir dövlətin və ya bir qrup dövlətin daxili işlərinə
qatışması hökumət tərəfindən vətəndaşların hüquqları pozulduqda hökumətin başlanmış vətəndaş
müharibəsini saxlamağa gücü yetmədiyi halında və həyata keçirilməsi ilə əlaqədar olaraq xüsusi
önəm daşıyır. Məs: Avropa şurası insan haqlarının qorunması bütün dünya ictimaiyyətinin əsas
vəzifəsidir prinsipi ilə idarə olunur. Bu prinsip Avropa şurasının sənədlərində öz əksini
tapmışdır. Bu təşkilatın üzv ölkələrinin bəyannaməsində (1992-ci ildə Helsinkidə qəbul edilmiş-
dir) bəyan edilmişdir ki, humanitar məsələlər üzrə öhdəliklərin həyata keçirilməsi dövlətin tam
daxili işi deyil.

10.3 Dünya iqtisadiyyatı qloballaşma şəraitində.

Qloballaşma müasir dünya sisteminin vacib real aspektinə çevrilmişdir. Qloballaşma bizim
planetin sonrakı inkişaf yolunu müəyyənləşdirən əsas qüvvələrdən biridir. Qloballaşma iqtisadiy-
yatı, siyasəti sosial sferanı, mədəniyyəti, ekologiyanı, təhlükəsizliyi daxil etməklə ictimai həyatın

99
bütün aspektlərinə toxunur. Ayrı-ayrı ölkələrin mövqeyindən çıxış edərkən iki istiqamətdə
inkişaf edən daxilə və xaricə qloballaşmanın kötükləri internasionallaşma prosesinə dərin nüfuz
edir. Daxildə inkişaf etmiş ölkənin daxili tələbat sferasında xarici malların, kapitalın, xidmətin,
texnologiya və informasiyanın istifadə genişliyinin artması deməkdir. Xaricə inkişaf ölkələrinin
dünya bazarına istiqamətlənməsi ilə ticarətdə şirkətlərin, investisiya və başqa sözləşmələrin eks-
ponsiyasıdır. Bu prosesin əsas məqsədi ölkələrin bir- birindən asılılığının artması ilə yanaşı
bazarın institusional və məkan inteqrasiyasıdır.
Son 10 il ərzində qloballaşmanın bir sıra mənbələri aşkar olunmuşdur. Onlardan biri
kommunikasiya və nəqliyyat sıxlığının qəfil surətdə aşağı düşməsi, işləməyə qoyulan xərclərin
azalması, informasiyanın istifadə və mühafizəsinə şərait yaradan texnoloji prosesdir. İnformasiya
xidməti, elektron poçtun yaradılması və elektronika sahəsində uğurlarla bağlıdır. İki min ABŞ
dolları qiyməti olan müasir kompüter 20 il bundan qabaq 10 milyon ABŞ dolları qiyməti olan
kompüterdən daha güclüdür. Qloballaşmanın ikinci mənbəyi dünya ticarətini daha azad edən və
proteksionizm siyasətini məhdudlaşdıran iqtisadi liberallaşmanın formalarından və ticarətin
liberallaşmasından ibarətdir. Nəticədə bir çox taariflər aşağı düşmüş xidmət və mal ticarəti
sahəsində bir çox baryerlər aradan götürülmüşdür. Başqa liberallaşma tədbirləri kapital hərə-
katının güclənməsinə və istehsalın başqa faktorlarına təsir etmişdir. İnternasyonilizasiya pro-
sesinin 3-cü və qloballaşmanın ən əsas mənbəyi transnasyonilizasiya fenomenidir. Bu fenomen
verilmiş dövlətin kənarlarında yerləşən beynəlxalq mərkəzlərin qərarından asılı olan istehsalın,
tələbin, idxalın, ixracın və dövlət gəlirlərinin payının müəyyən edir. İnternasyonlaşmanın əsas
aparıcı qüvvəsi və eyni zamanda nəticəsi kimi çıxış edən transnasyonal şirkətlər (TNK) əsas
fəaliyyət göstərən qüvvələrdir. Son 10 illərdə iqtisadiyyatın qloballaşma prosesi sürətlənmişdir.
Belə ki, çoxqatlı şəbəkədə kapital, texnoloji və mal həmçinin əmək bazarının sahələri daha
qarşılıqlı və uzlaşmış şəbəkə əmələ gətirmişdir. Təsirli və mükəmməl təşkil olunmuş b elə
formalar istehsalatda, mal işləmələrində, dizaynda mal universallaşması və marketinqdə yeni
əlaqələrin yaradılmasına cəhd göstərirlər. Onlar həmişə ekspansiyaya, hədəflənmiş yeni bazar-
lara can atır, təsərrüfat işlərində vahid liberal qaydalar üçün çıxış edir, təsərrüfat sözləşmələrinin
ləngiməsini aşağı salan və nəticələnmə prosesini sürətləndirən informasiya strukturunun
genişləndirilməsi yolu ilə qloballaşmanın əsas instrumenti kimi çıxış edirlər. Müəyyən TK-ların
ənənəvi ticarət sektorunda əməliyyat göstərməsinə baxmayaraq bütövlükdə beynəlxalq şirkətlər
tekstil və yeyinti sahələrinin modernləşməsi və yeni maşınqayırma neft-kimya, avtomobil,
elektron sahələrinin yaradılması ilə İEOO-in sənayesinin yenidən strukturlaşdırılmasının tərəf-
darı kimi çıxış edirlər. Belə struktur dəyişiklikləri belə şirkətlərin mövqeyini möhkəmləndirir,
gəlirlərini çoxaldır, istehsalı yüksəldir, buda onlara xammal mənbələrinin seçilməsi, başqa
ölkələrdə bazarların mənimsənilməsinə və yeni istehsalın açılmasına şərait yaradır. Praktiki ola-
raq bütün nəhəng müəssisələr, filiallar zəncirinə malikdirlər. Strateji müttəfiqlər bazarda onlara
mühitə uyğunlaşmağa və bazara təsir etməyə imkan yaradır. Belə çox millətli kooperasiyalar
çərçivəsində hal-hazırda dünya ticarətinin üçdə birini həyata keçirir.
Qlobal müəssisələrin yaranması ilə beynəlxalq konfliktlər ölkə müstəvisindən şirkət müs-
təvisinə keçmişdir. Mübarizə ərazi zəminində ölkələrarası getmir, mübarizə dünya bazarında pul
əldə etmək üçün şirkətlər arasında gedir. Bəziləri belə şirkətlər tərəfindən hökumətin ələ ke-
çirilməsini və ya ölkə muxtariyyəti qorxusunun olduğunu söyləyirlər. Lakin belə şirkətlər öz
güclərinə qənaət etdiyi zaman dövlət dünya iqtisadiyyat və siyasətində ənənəvi fəaliyyətini hə-
yata keçirə bilər.
Qlobal şirkətlər kimi qeyri hökumət təşkilatları qarşısında çoxmillətli və dünya səviyyəsinə
keçmək üçün daha geniş perespektivlər açılmışdır. BMT, BVF, Dünya Bankı, DTT kimi təşki-

100
latlar yeni qlobal rol oynamağa başlamışlar. Bu yolda çoxmillətli müəssisələr və başqa
təşkilatlar, özəl və dövlət müəssisələri qlobal iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişlər.
Qloballaşmanın dördüncü mənbəyi kimi azad ticarət sistemi və bazar iqtisadiyyatının qiymətlən-
dirilməsində qlobal həmrəyliyin əldə olunmasını nümunə gətirə bilərik. Bu prosesin başlanğıcı
1978-ci ildə Çində elan olunmuş islahatdan başlayır. Bunun ardınca Mərkəzi və Şərqi Avropa
ölkələrində iqtisadi və siyasi formalaşmalar yaranmış və SSR-nin süqutu baş vermişdir. Bu
proses ideoloji konvergensiyaya səbəb olmuşdur - Şərqin sosialist iqtisadiyyatı və Qərbin bazar
iqtisadiyyatı arasındakı ziddiyyətlərin yerini təsərrüfatın bazar sisteminə vahid nöqteyi-nəzər
tutulmuşdur. Belə konvergensiyanın nəticəsi öncəsi sovet dövlətlərinin bazar iqtisadiyyatına keç-
məsi qərarıdır. Lakin keçmiş SSR və Mərkəzi və Şərqi Avropa ölkələrində belə keçidin həyata
keçirilməsi cəhdi ancaq qismən baş tutmuşdur.
İnkişaf etmiş bazar iqtisadiyyatına malik olan Qərb ölkələrində və beynəlxalq təşkilatlarda
onları dəstəkləyən qüvvələr və bu ölkələrin hökuməti bazar iqtisadiyyatına keçidin üç şərti
üzərində öz diqqətlərini cəmləmişlər. Makro iqtisadiyyatın stabilləşdirilməsi, qiymətlərin liberal-
laşması və dövlət müəssisələrinin özəlləşdirilməsi Bununla yanaşı təəssüflə qeyd etmək lazımdır
ki, bazar institutlarının formalaşdırılması yetəri qədər qiymətləndirilməmiş, rəqabətin inkişaf et-
məsi üçün min bir şəraitin yaradılması nəzərə alınmamış, hökumətin müasir qarışıq iqtisadiy-
yatındakı rolu inkar edilmişdir.
Beşinci mənbə mədəni inkişafın özəlliklərində gizlənmişdir. Qlobal “eyni ansli” KİV-nin,
incəsənətin, pop mədəniyyətin, üçün ünsiyyət vasitəsi kimi ingilis dilindən istifadənin formalaş-
dırılması bu prosesdə böyük rol oynayır. Qismən buna görə bir neçə ölkələr xüsusilə Fransa və
başqa Avropa ölkələri qloballaşmaya ABŞ-ın mədəni, siyasi-iqtisadi sahələrdə hegemonluğu ələ
alması cəhdi kimi baxırlar.
Əslində onlar qloballaşmanı imperializmin yeni forması və ya elektronika ərzində kapita-
lizmin yeni mərhələsi kimi başa düşürlər. Başqaları qloballaşma adı altında kolonizasiyanın yeni
formasını başa düşürlər. Bu halda ABŞ yeni metropoliya rolunu oynayır onun müstəmləkələri isə
əvvəlki kimi oraya təkcə xammal deyil, həmçinin avadanlıq, işçi qüvvəsi, kapital və istehsal pro-
sesinə lazım olan başqa komponentlər təchiz edən; qlobal satış bazarının bir hissəsi olan, yerdə
qalan ölkələrin bir çoxudur. Qloballaşma münasibətinə baxmayaraq (onun tərəfdarı və ona qarşı
olanlar) o, dünyəvi sistemi təkcə yeni problemləri yaratması ilə deyil, həmçinin yeni imkanların
yaradılması ilə açıq-aşkar dəyişmişdir. Aydındırki, yuxarıda qeyd edilən texnoloji, siyasi, insti-
tusiyonal, ideoloji və mədəni inkişaf tendensiyası gələcəkdə sürətlənməsi ehtimal edilən qlo-
balizasiya prosesini aktivləşdirir.
Qloballaşmanın əsas sferası beynəlxalq iqtisadi sistem (dünya iqtisadiyyatı), qlobal isteh-
sal, mübadilə və tələbatdır. XX əsrin sonlarında beynəlxalq iqtisadi sistem 200 siyasi vahidi və
186 ölkəsi olan mürəkkəb struktura çevrilmişdir. Onların hamısı bu və ya digər yolla cəm məh-
sulun istehsalında iştirak edir və öz milli bazarlarının qurulmasına və idarə edilməsinə cəhd
göstərirlər.
Qloballaşma çox aspektli xarakter daşıyan bütün ölkələrin iqtisadiyyatına güclü təsir
göstərir. O, xidmət və məhsulların istehsalına, işçi qüvvəsinin istifadəsinə, “fiziki” və insani ka-
pitala qoyulan investisiyalara, bir ölkədən digərinə texnologiyaların yayılmasına toxunur. Bütün
bunlar son nəticədə istehsalın effektivliyində, əməyin istehsalat gücündə və rəqabətə dözüm-
lülükdə öz əksinin tapır. Bir çox ölkələrdə istehsal və istifadə enerji daşıyıcıların və xammalın
idxalın təmin edilməsi gücündən çox asılıdır. Bir sıra ölkələrdə iqtisadi inkişafın təmin edilməsi
üçün kapitalın və tələbat məhsullarının bəzən ixtisaslaşmış işçi qüvvəsinin idxalına ehtiyac du-
yurlar. Belə beynəlxalq münasibətlər maliyyə axınlarının və xidmətlərin, beynəlxalq yük daşın-

101
ma şəbəkələrinin və rabitənin aktivləşməsini tələb edir.
İqtisadiyyatı inkişaf etmiş ölkələrin gəlirlərinin 1/5-i və İEOÖ-in gəlirlərinin 1/3-i idxaldan
asılıdır. Qiymətləndirilməyə əsasən dünyada işləmə sənayesi ilə məşğul olan 40-45% və xidmət
sahəsində çalışan 10-12% insan dünya gəlirini paylaşdırma gücünə malik olan xarici ticarətlə bir-
başa və ya dolayısı ilə əlaqəlidirlər.
Qlobalizasiya prosesinin əsas aparıcı qüvvələri beynəlxalq şirkətlər, transmilli korpo-
rasiyalar və maliyyə institutları öz ekspansiyası üçün “qlobal məkana “ehtiyac duyurlar. Tipik
TK-lar bir sıra xarici filiallara malikdir və ya onları idarə edir, bütün kontinentlərdə iş ittifaqı
bağlamış (birbaşa investisiyaların sayəsində) xaricdə öz fəaliyyətini idarə etmək üçün strateji
üsullara əl atırlar. Belə korporasiya sərf edən yerdə iş ideyalarından, məhsullardan, kadrlardan,
xammal mənbəyindən istifadə etmə imkanını əldən buraxmaz. Analoji üsulla ticarət məkanında
onun siyasəti qurulur. Belə aktivlik bu korporasiyalara mili sərhədlərdən çox kənarda yeni
əlaqələrin qurulmasına şərait yaradır.
Qloballaşmanın milli iqtisadiyyata təsir aspektləri xüsusilə qeyd edilməyə layiqdir. Hər
şeydən əvvəl dünya ticarətinin inkişaf templərini üstələyən b irbaşa xarici investisiya inkişaf
tempini qeyd etmək lazımdır. Bu kapital qoyuluşları texnologiya mübadiləsində, sənayenin yeni-
dən strukturlaşmasında, qlobal müəssisələrin formalaşmasında əsas rol oynayır. Bütün bunlar
milli iqtisadiyyata birbaşa təsir göstərir. İkinci aspekt texnoloji innovasiyaya təsirdən ibarətdir.
Artıq qeyd edildiyi kimi yeni texnologiyalar qloballaşmanın hərəkətverici qüvvələrindən biridir.
Lakin o, öz növbəsində rəqabəti gücləndirərək onların ölkələr arasında yayılmasının və inkişafını
stimullaşdırır.
Beləliklə qloballaşma nəticəsində beynəlxalq ticarət münasibətlərinin əsas faktoruna çevri-
lən “görünməyən” bütün xidmət növləri, informasiya, idarəetmə, hüquqi, maliyyə sahələrinin
daxil olduğu xidmət ticarətinin artması baş verir. Əgər 1970-ci ildə xidmət idxalı ilə xarici
investisiyanın 1/3 bağlı idisə bu günkü dövrdə bu pay 50% qədər artmışdır. Bununla yanaşı
intellektual kapital dünya bazarında əsas məhsul kimi yer tutur.

10.4 Dünya informasiya məkanının qloballaşması.

Sputniklər, optik kabellər, kompüterlər və fakslar informasiya selinin eksponsenional


tezləşməsinə və sıxlaşmasına səbəb olur. Yer kürəsinin ən ucqar nöqtələrini birləşdirən teleko-
munikasiyyon xətlər ucqar nöqtələrlə ani rabitəni təmin edərək zamanı aşmaq imkanı yarat-
mışdılar. İndi isə insanın özü KİV—nin elektron vasitələrinin köməyi ilə eyni zamanda bir neçə
yerdə olmaq imkanı əldə etmişdir. Yer kürəsinin bir neçə yerlərində zaman anlayışının özü-
nəməxsus bərabərləşməsi hadisəsi baş vermişdir. Mərkəz və periferiyada bunun nəticəsində bir
bütün yer kürəsinin zaman-məkan nöqteyi-nəzərindən bütövlüyünü təmin etmişik.
KİV-nin vasitələri insanları nəhəng milli birləşmələr şəkilində formalaşdırır. Dil ünsiyyəti
sahəsində inqilabi dəyişikliklər baş vermişdir. Dünya ünsiyyəti formasında bir neçə dil liderliyi
əldə etmişdir (məsələn ingilis dili aviasiya sahəsində).ingilis dilinə əsaslanan kompüter və
kompüter dili xüsusilə iş aləmində milliyyətlərarası universal dil statusunu almışdır. Maşın
təraiməsi sahəsində yeni üsulların işlənib hazırlanması və həyata keçirilməsi üçün aktiv işlər
aparılır. Bu da müxtəlif ölkə və xalq nümayəndələri arasında dil baryerinin aşılmasına imkan
yaradır. Bu nöqteyi-nəzərdən planet masştabında mədəni və informasiyon birləşmə tamamlanır.
Bu sahədə müəyyənləşdirici rolu KİV üsullarının gücləndirilməsi və on ların elektron
vasitələrinin gücləndirilməsi təşkil edir. Qloballaşma transmilli media imperiyasının yaranma-
sından birbaşa asılıdır. Aydın olduğu kimi klassik demokratiyanın idealların a uyğun olaraq

102
media öz informasiya proqramının mətn seçimində dövlət və korporativ idarəetmədən bərabər
azad edilməlidir. Onların məqsədi ictimaiyyətə mümkün olduğu qədər geniş nöqteyi-nəzər
spektri təqdim etmək və bununla sosial problemlər haqqında mümkün olan müxtəlif yanaşmaları
təcəssüm etdirməkdir. Lakin bu günün “qlobal media” bir səsin digərindən bərk səslənməsinə
şərait yaradır və qiymətli neytrallıq müşahidə edilmir. Güman edilən proqram rəngarəngliyinə
baxmayaraq Amerikan alimi M. Parentinin fikrinə görə burada azad bazarın, imkan bərabər-
liyinin, individualizmin və tələbatın vurğulandığı unikallaşdırılmış menyu üstünlük təşkil edir.
Əlbəttə ki, yerli lokal “media – biznes” də öz yerində dayanmır, informasiya bazarındakı
yer uğrunda mübarizə aparır, lakin buradakı imkanlar müqayisə edilməzdir. Birincisi praktiki
olaraq transnasional media-imperiyalar sənayesi inkişaf etmiş ölkələrdə əsaslanmışdır. Məs:
“SNN” şirkəti (xəbərlərin kabel vasitəsilə yayımlanması) “BBC”, “News Corporation” (xəbər-
lərin ötürülməsi ilə məşğul olan kooperasiya) “Time-Warner” (Vorner imperiyasının bir hissəsi)
İngilis-Amerika mənşəli “Volt disney”, İtaliyada s. Berluskonni imperiyası, Yaponiyada “Sony”,
Almaniyada “Bertelsman”. Hərfi mənada bunlar media imperiyasıdır. Belə ki, “Bertelsman”
kooperasiyası kitab nəşri və satışı, qəzet və jurnal nəşri və satışı ilə məşğul olur, bir sıra
topoqrafiyalara sahibdir, kağız istehsal edir, bütün daşıyıcılarda musiqi yazılışı həyata keçirir,
onların istehsalı üçün lisenziya verir, musiqi klublarına sahibdir, internet provayderlik edir. Web
dizaynerliklə məşğul olur və internetdə bir sıra kommersiya saytına malikdir. Təbiidir ki, bu
bütün dünya ərazisində (imperiya) həyata keçirilir. Kanada sosioloqunun “The medium is the
message” ifadəsi ismarıcın əsas məzmununu ismarıcı söyləyən təşkil edir. İndiki dövrdə real
məna kəsb edir.
“Azad informasiya axını” termini ideologema funksiyasını həyata keçirir. K. Roaçın təd-
qiqatları göstərir ki, media imperiyalar tərəfindən yayımlanan xəbər proqramlarının əsas məğzi “
böyük millətlərin” ilk növbədə ingilis Amerikanların (anqlo) nöqteyi nəzərini əks etdirir.
Dünyanın ən böyük informasiya agentlikləri “Asoşeyd Prees” və “Yunayted Prees” dünyanın bir
çox KIV-ni gündəlik 17 və 14 milyon sözlə təmin etdiyini nəzərə alsaq M. Maklyuenini yenidən
yada salmaq yerinə düşər. İndiki dördə iki əsas qlobal televiziya xidməti şirkətləri mövcuddur.
Dünyavi televiziya xidməti “BBC” (BBC WSTV) və “CCN international” (CNNi) “BBC
WSTV” Avropada, Asiyada indiki Britaniya ittifaqının və keçmiş Britaniya müstəmləkələrinin
ərizələrində daha çox nüfuza malikdir. “CCN”-nin 60 milyondan yuxarı olan amerikan
izləyicilərinə əlavə olaraq Rusiya Federasiyasını, Çini, Afrika ölkələrin, Orta Şərq və Latın
Amerikasının daxil olduğu 140 ölkədə 50 milyon izləyicisi vardır. Elita nümayəndələri və biznes
dairələrlə ingilis dilində yayımın üstünlük təşkil etməsi səbəbindən bu nəhənglərin imkanlarının
məhdudlaşmasına baxmayaraq onlar tərəfindən yerli media şirkətlərlə müştərək təşkilatların
yaradılması tədbirləri görülmüşdür.
Bu izləyici dairəsinin artmasına səbəb olacaqdır.
“AOL Time Worner” şirkəti media imperiyaya parlaq nümunədir. Onun strukturuna
“Time” jurnalı, “CCN” telekanalı “Worner Brothers” kinostudiyası həmçinin ABŞ ən böyük
internet provayderi “ Amerika online” (AOL) daxildir. Onun mailiyə əməliyyatlarının genişliyi
haqqında kvartal ziyanın məbləği ilə məlumat əldə etmək olar -2002- ci ildə 45,5 milyad dollar
(Rusiya Federasiyasının 2003-cü il xərc budjet hissəsindən 1,5 milyard çox video musiqi
bazarında da belə oxşarlıq müşahidə olunur. Artıq yuxarıda qeyd edildi ki, bir çox ölkənin pop
musiqi bazarında ingilis dilim üstünlük təşkil edir. Əyləncəli televiziya proqramlarına gəldikdə
isə məs: Braziliyada müxtəlif telekanalarda yayımlanan 4000 filmdən hər il 99% sənaye
cəhətdən inkişaf etmiş ölkələrdə istehsal olunur (ABŞ üstünlük təşkil edir). Meksikanın aparıcı

103
kanalı olan “ Televiziya” öz proqramlarının 50%-ni idxal etdiyi zaman ABŞ-nın ispandilli əhalisi
yaşayan ərazilərdə bu proqramların yayın zamanı 0,5%-i aşmır (əsas efir vaxtından). Orta
Şərqdə, Qəza zolağında, Asiyada transnasyonal media nəhənglərinin dominantlığı göz
qabağıdadır. Səudiyyə Ərəbistanına 40%-dən çox əyləncəli proqramlar, qəza zolağı ölkələrinə
isə 90%-dən çox əyləncəli proqramlar idxal edilir.
Peyk televiziyasının yaranması belə tendensiyanın güclənməsinə səbəb olmuşdur. Ümum-
milli Cənubi Koreya kanallarının ən böyük üçlüyündən biri “AFN” (Armed Forces Network) öz
yayımını ingilis dilində aparır, qalan ikisi isə “Dallas” tipli seriyalar və analoji yerli şoular ya-
yımlayır. İnternet müxtəlif yönümlü informasiyaya ümumi istifadə təmin etdiyi halda, bir tərəf-
dən dünyəvi tor media imperiyanın təsirindən tam azad olmayıb, digər tərəfdən isə hər şeyə bax-
mayaraq internetlə istifadə ən çox “böyük millətlərə” əlverişlidir (əl çatandır), yarım periferiya
və periferiyalarda isə bu çətinlik törədir. XX əsrin sonunda ABŞ-186 milyon, Avropada-100
milyondan çox, Yaponiyada 50 milyona yaxın qeyd edildiyi kimi internetin ev istifadəçiləri 500
milyon təşkil edir. Bu yolla qlobal mass-media təkcə günlük icmalı təqdim etməklə deyil (nə
haqda fikirləşməli, nəyə diqqət yetirməli) həmçinin müzakirə edilən hadisələrin interpretasiya
sxemlərini verərək kütlə yaddaşını proqramlaşdırma imkanına malikdir.
Qloballaşma güman edir ki, çox sayda sosial, iqtisadi, mədəni, siyasi və başqa müna-
sibətlər dünyəvi xarakter əldə edir. Eyni zamanda qloballaşma həm ölkə daxilində və həm də
ölkələrarası çərçivədə qarşılıqlı təsir səviyyəsinin artmasını nəzərdə tutur.
Müasir qloballaşma prosesi üçün yenilik texnoloji təşkilaçı adminstativ hüquqi sahələrə
sosial əlaqələrin yayılması həmçinin yeni informasiya texnologiyası və müasir kommunikasiya
şəbəkəsi vasitəsilə qarşılıqlı əlaqənin yaradılması məqsədilə daimi intensifikasiya tendensiya-
sıdır. Qlobal axının müasir formaları İEO-in nəhəng investisiya qoyuluşları buraya İEOO-in
iqtisadiyyatına və həmçinin birinin digərinə investisiya qoyuluşu ilə bundan başqa kapital
hərəkatının yüksək səviyyəsi ilə xarakterizə edilir.
XX əsrin sonunda mallar, kapitallar, insanlar, biliklər, formalar, silahlar, narkotiklər və s.
dövlətlərin sərhədlərinin asanlıqla keçməyə başlayır. Transmilli şəbəkələr, sosial hərəkatlar və
münasibətlər insan fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Qlobal ticarət maliyyə istehsal
sistemlərinin mövcud olması dünya miqyasında millət və xalqların taleyini bir mərkəzə
cəmləmişdir.

10.5 Müasir dünyada etnik siyasi proseslər.

Qloballaşma təzyiqi altında dövlətin zəifləməsinə cavab olaraq “lokal”, nasyonalizm ortaya
çıxır, bu həmçinin sənaye cəhətdən İEÖ-lərə də aiddir. Hər şeydən əvvəl üçüncü dünya ölkə-
lərindən müharibədən sonra kütləvi informasiya axını nəticəsində ABŞ-da Qərbi Avropada daha
çox dərəcədə politik və müxtəlif mədəni cəmiyyətlər yaranmışdır. BMT-nin 1998-ci ilə olan
məlumatlarına əsasən, öz vətənlərindən kənarda 125 milyon insan yaşayır. Bununla yanaşı qeyri
leqal emiqrantların sayı 30 milyona çatır. Ən yaxın illərdə, hər dörd amerikalıdan biri etnik
azadlığa mənsub olunacaqdır. Emiqrantların ümumi dünya görüşü və mədəniyyəti çox aşağı
səviyyədədir. 1995-ci ildə 12% köklü amerikalı orta təhsil almamışdır. Digər amerikalıların
içində elələrinin 40%-dır. Onların orta təhsil səviyyəsi isə sıravi amerikalılardan 4 dəfə aşağıdır.
Təəccüblüdür ki, miqrantların çoxu təsərrüfatın az əmək haqqı verilən sahələrində çalışır və ya
köklü əhali tərəfindən əl altı işlədir.
Bunun nəzəri olaraq ölkə daxilində yeni mədəni boryerlər yaranır “Yeni miqrantlar

104
diaspora və lokal birliklər yaradır və öz qanunlarına” əsasən yaşayırlar, onlar öz yeni vətənlərinin
qanunlarını formal olaraq qəbul edirlər. Amerikada yaşayan etnik proseslərin çətinliyin təsvir
etmək üçün formalaşan yeni konsepsiya qeyri adenvat təsir bağışlayır. AB ölkənin Şimali Afrika
və Yaxın Şərq kimə sıx məskunlaşmış və siyasi qeyri stabil ölkələrə yaxın olmasına baxmayaraq
Avropa ölkələri və ona yaxın onun Mərakeş, Tunis, Misir arasında əhalinin gəlir fərqi çox
böyükdür. Bu fərq ABŞ və Meksika arasında arasında olan fərqdən daha böyükdür. Lakin çox
milli birliklərin formalaşdırılması problemi ABŞ da AB-dən daha kəskindir.
Lakin buna baxmayaraq son 10 ildə AB-nin 15 ölkəsinə Norveç, İslandiyada və İsveçə
gəlmə miqrantların sayı iki dəfə artmışdır. (1985-ci ildən 1995-ci ilə qədər 7,8 dən 14,7 milyon
nəfərə qədər) ümumi əhali payı o, qədər də yüksək deyil – 3,8% yaxın bu və ya digər ölkələrdən
aşağı olaraq dəyişilir. İspaniya və Portuqaliyada 1,8%, İtaliyada 2,1%, Almaniyada 8,9%,
Avstraliyada 9,1% xüsusilə qeyd etmək lazımdır ki, XX əsrin sonu XXI əsrin başlanğıcı arasında
Avropa miqrasiyası aydın şəkildə iki hissəyə bölünür:
1) Remiqrasiya; 2) Avropaya yaxın olan az inkişaf etmiş ölkələrdən gələn miqrasiya çıxır.
1996-cı ildə AB ölkələrinə miqrant təmin edən 10 ölkə içərisində qeyri Avropa mənşəli olan
türklər birinci yeri tutmuşdur. Birinci üç sıranı tutmuşlar: köçkün almanlar, Britaniya mənşəli
miqrantlar ölkələrində gəldikcə daha çox böyük azlıqlar formalaşır. Onlar böyük şəhərdə öz
birliklərini yaradır və bu birliklər daxilində ən çox İslama əsaslanan etno mədəni, eynilikləri
qorumağa çalışırlar. Onlar üçün yad olan uyğunlaşmaq və uğur qazanmaq bacarıqları olma-
dığından periferiyadan gələn gəlmələr tezliklə qapalı birliklər yaradırlar, burada onlar ənənəvi
münasibətləri yaxşılaşdırırlar. Bu zaman onlar adətən qərb əl altılarını qəbul edirlər və vətəndaş
cəmiyyətin prinsiplərini anlamayaraq bəzən oralara bölüşdürmək, qərb ölkələrinin sosial müna-
sibət yaratmağa davam edirlər.
2) Qərb ölkələrində, bu əsasda sosial sistemə inteqrasiya etməyən yeni alt təbəqə formalaşır.
Buna görə də qeyri bərabərlik əvvəlki kimi artır buna uyğun olaraq sosial qrupların güclənir bu
da müxtəlif sosial hərəkatlarının formalaşması üçün əlverişli sistem yaradır. Bu hərəkatlar mə-
dəni və etnik fundamentalizm simvolikin altında fəaliyyət göstərirlər. 1990-cı ildə milli sərhəd-
lərdən işçi qüvvəsini, kapitalı, texnologiyanın, maliyyənin daim artan bir yerdən digər yerə köçü-
rülməsi güclü qlobal qüvvələrin təsir qüvvəsi çərçivəsində dünyanın böyük şəhərləri dəyi-
şikliklərin əsas arenasına çevrilir. Bunun nəticəsi isə müasirliyin bir sıra problemlərinin kəs-
kinləşməsidir. Yeni miqrant axınları məhz buraya yönəlir.
Proqnozlara əsasən 2007-ci ildə bu şəhərdə dünya əhalisinin böyük qismi yaşayacaqdır.
1950-ci ildən etibarən hər 12-14 ildən bir, dünyada insan sayı 1 milyard artır. əgər hər hansı bir
kapitalizm baş verməzsə bu proses 2025-ci ilə qədər davam edəcəkdir. Bundan başqa iki
narahatçılıq törədən vəziyyət də yarana bilər. İlk öncə qeyd etməliyik ki, əhalinin 97% az gəlirli
təbəqəyə aiddir və buna əlavə olaraq bu əhali getdikcə daha çox şəhərlərdə cəmləşir. əgər 1950-
ci ildə əhalinin 2/3 hissəsini kənd əhalisi təşkil edirdi, 2025-ci ildə isə əhalinin 2/3 hissəsi şəhər
əhalisi olacaqdır. ən kəskin və radikal dəyişikliklərə qərb ölkələrinin inkişaf etmiş şəhərləri
məruz qalır. Son illərdə tədqiqatçılar müasir meqrapolislərdə sosial qeyri bərabərlik səviy-
yəsinin yüksəlməsini, etnik konfliktlərinin və mədəni konfliktlərin kəskinləşməsini, siyasi qeyri
stabilliyini gücləndirilməsini qeyd edirlər. Bu təhlükənin qarşısını almaq üçün ətrafın kütləvi
yoxsullaşma prosesini geri qaytarmaq lazımdır. Lakin əgər nəzərdə tutulan rifah yaxşılaşmasına
nail olmaq istəyiriksə iqtisadi məhsul 50 ildə beş dəfə artmalıdır. Enerji istehsalı 3 dəfə
artırılmalıdır ərzaq istehsalı isə 2 dəfə artmalıdır. Qlobal mühit potensial faciə nəticələrindən
qacınmaq üçün (atmosferə kömür turşu tullantısının yüksəltmək lazım deyil) üstün sayılan mə-
dən yanacağı üzərində olan enerji istehsalını başqa növ yanacağı dəyişmək lazımdır (indi 70%-

105
dən çox). Bu yanacaq mədən yanacağı olmamalıdır (70%- qədər çatdırılmalıdır).
Lakin bu gün keçid həyatı keçirə biləcək hər hansı bir institusiyonal struktur və mövcud
deyil. Bir sıra tədqiqatçıların rəyinə əsasən post industrial ölkələrdə sosial ziddiyyətlərinə
toplanması və kəskinləşməsi konfliktlərin ortaya çıxmasına gətirib çıxara bilər. Bu konfliktlər
insanların həyatında dünyəvi periferiyada bar vermə inkişaf etmiş hadisələrdən daha çox önəm
daşıyacaq. Böyük şəhərlər kütləvi savaşda insanların bir-biri ilə sıx yaşadığı və sosial problem-
lərin ortaya çıxdığı yerlərdir. Tarix boyu şəhər sakinləri bir yerdə yaşamağı və instusiyonal
iqtisadi sistem çərçivəsində mövcud olmuşlar. Müxtəlif qruplara bu müxtəlif müvəffəq olmuş-
dur. ərazi konsentrasiyası sosial streslərin, sosial innovasiyaların eyni zamanda şəhərin zəifliyi
və qüdrəti olmuşdur. İEO-lərdə meqopolislər sosial, etik və demoqrafik strukturlara aiddir dəyi-
şikliklərə məruz qalmışdır, yeni, sosial və mədəni reallığa uyğunlaşa bilməyən yoxsul ölkələrdən
gələn kütləvi miqrant axını ilə əlaqədar olaraq həyatın öz stilində dəyişiklik baş vermişdir. Qərb
sivilizasiyası zorakılığa əl atmadan və insan hüquqlarına riayət edərək başqa sivilizasiya və irqə
mənsub olan yeni yollarla miqrantı mədəni assimilyasiya edə biləcəkmi? Bu mədəniyyətin
qarşılıqlı zənginləşməsinə, millət “layihəsi” anlayışının bədii cəhətdən yenidən qavranılması və
mürəkkəbləşməsinə və ya konfliktlərin yaranmasına səbəb olacaq. Qlobal proseslər və çağırışlar
tərəfindən ortaya çıxan anlayışlar kütləvi rədd etmə hadisəsinə səbəb olur. XX əsrdə 20-ci
illərdən 70-ci illərə qədər 50 il ərzində İEO-lərdə əmlak bərabərsizliyi azalmışdır. 1970-ci illərin
ortalarından başlayaraq bu proses yüksəlir.
XX əsrin 90-cı illərində ABŞ-da orta təhsilli insanların və ali təhsilli insanların qeyri
arasında fərq 25-30% artmışdır. Muzdlu işçilərin 80% ABŞ-da olduğu kimi öz əmək haqlarının
azalmasının şahidi olur.
Məşhur Amerikan iqtisadçısı qeyd edir ki, orta işçi oyunun müsbət sonluğunu gözlə-
mir. O, bu sonluğu mənfi planda görür və burada uduzan zamanda çox olacaq. Onun ətra-
fında yaxşı iş yerləri yetəri qədər deyil və o, başqalar ilə iqtisadi cəhətdə həyata qalmaq üçün
mübarizə aparmalı olur. Belə ki, bu mübarizə ona mütləq və ya yaxşı iş yerlərini ələ keçirə bilə-
cək düşmən lazımdır (rəqib) təəccüblü deyil ki, bizim dövlət orta işçi etnik separitizm barədə təs-
süf edir. Onlar öz qorxularının təsdiqini siyasətçilərin sözlərində tapırlar. “Bütün iqtisadi çətin-
liklərdə sıx günahkar deyilsiz, günahkar başqa dili, başqa etnik və ya irqi məsubiyyəti olan” yad
xarici işçilərdir. Əgər biz onlarla başara bilsək-hər şey möcüzəli şəkildə yaxınlığa doğru çev-
riləcəkdir. Bunun nəticəsi olaraq ABŞ öz miqrasiya siyasətini və ərazisində müvəqqəti qalmaq
qaydalarını şərtləşdirmişdir.
Qərbi Avropa açıqlıq ideyası öz ərazi çiçəklənməsini özünləşdirmək üçün saxlama
ekspertiziyası olaraq Avropa demokratiyasını yaratma təzyiqi altında geri çəkilməyə məcburdur.
Praktikada bu AB daxilində miqrantlara yad elementlər üçün yanaşaraq milləarası səbəb olur.
1990-cı illərin əvvəllərindən AB-nə miqrasiya qaydaları kəskinləşməyə başlamışdır. Bunun
nəticəsi olaraq 1991-1995-ci illər arasında AB ölkələrinə miqrasiya 3 dəfə azalmışdır, yaşamaq
üçün qənaətbəxş bəyannamələrin sayı Fransada 3 dəfə, Avstriyada 5 dəfə, Almaniyada 7.5 dəfə
azalmışdır. Buna baxmayaraq miqrantlara neqativ münasibətlər fransızlarda 27.3%-39.6%
Alman və Belarusiyada 41% öz əksini tapır. Bu da AB ölkələrində immiqrasiya siyasətinin
liberallaşdırılmasında diqqətli olmağa məcbur edir və Avropa radikallarına yeni dividentlər
gətirir. Bu gün Qərbi Avropa ölkələrində heç vaxt görünməyən mərkəzə qaçma tendensiyaları
müşahidə olunur.

106
Mövzu 11. Beynəlxalq Münasibətlərdə Siyasət və Hüquq.

11.1 Beynəlxalq siyasi fəaliyyətdə əxlaqi dəyərlərin saxlanılması.


11.2 Əxlaq, hüquq və siyasət Beynəlxalq Münasibətlərin nizamlayıcısı kimi.
11.3 Müasir Dünyada Beynəlxalq Hüquq .
11.4 Beynəlxalq Hüququn norma və prinsipləri.
11.5 Silahlı Toqquşma Hüququ.

11.1 Beynəlxalq siyasi fəaliyyətdə əxlaqi dəyərlərin saxlanılması.

Siyasi həyatda tez-tez rast gəlinən əxlaqsızlıq təzahürü siyasi prinsiplərin mənəci-əxlaq
münasibətləri sahəsinə keçirilməsi ilə əlaqədardır. Bu halda siyasətdə bütün obyektlərin, təzahür,
hadisə və s. şəxsiyyətin maraqlarına uyğun və uyğunsuzluğuna görə bölünməsi ilə mütənasibdir.
Bu isə mütləq şəkildə çirkin əməllərin qiymətləndirilməsində ikili standartlara aparır, əxlaq-etik
normaları dəyişdirir. Məhz əksrə hallarda rast gəlinən vəziyyət bununla izah edilir: siyasi
xadimlər öz rəqibinə qarşı aktiv şəkildə əxlaqsız addımlar atması barədə ittihamlar səsləndirir,
özlərinin həmfikirləri və müttəfiqlərinin oxşar, hətta daha böyük günahlarını görmürlər. Siyasi
həyatda əxlaqsızlıq təzahürlərinə gətirib çıxaran ictimai zərəri azaltmaq üçün bütün siyasi xadim-
ləri reqlamentə tabe etməyi nəzərdə tutan etik normalara əməl olunmasına sərt nəzarət lazımdır.
Köhnə dilemmanı həll etmək üçün yeni yanaşma üsulu və bu zaman ifrat nəsihətçilikdən və
əxlaqsızlıqdan qaçmaq nəzəriyyəsini irəli sürmək M.Veberə müyəssər olub. O, siyasət nəzəriy-
yəsinə “inandırma etikası” və “məsuliyyət etikası” anlayışını gətirib. Birinci anlayış insan
əməlinin bir dəfə və həmişəlik müəyyən olunmuş şkala ilə qiymətləndirilməsidir, yəni dəqiq
şəkildə əxlaqlı və əxlaqsız kimi müəyyənləşdirilməsidir. İkinci anlayış insan əməlinin və fəaliy-
yətinin məkan və zaman şəraitini nəzərə alaraq qiymətləndirilməsini nəzərdə tutur. Etika
məsuliyyəti siyasət sahəsində xüsusi vacibdir. Ona görə ki, burada şəxslər insanın şəxsi həyatı
üçün deyil, ümumbəşəri əxlaq normalarına istiqamətlənmiş vəziyyətə uyğun olaraq, Q.Morgen-
taunun da beynəlxalq münasibətlərin nizamlanmasında əxlaqın yeri və rolu barədə təsəvvürləri
vardır.
Beynəlxalq əxlaq normalarının formalaşdırılması beynəlxalq hüquq normaları ilə paralel
olaraq qədim tarixə malikdir. Buna baxmayaraq, əxlaqi normaların təkamülü çox vaxt bey-
nəlxalq hüquq normalarını qabaqlayıb.
Əxlaqın hüquqa nisbətən daha öncə mövcud olmasını nəzərə alaraq beynəlxalq müna-
sibətlərin nizamlanması prosesində onun mühüm əhəmiyyəti barədə nəticə çıxarmaq olmaz.
Məsələ ondadır ki, əxlaq normalarının pozulması siyasi normaların pozulmasına bərarərdir.

11.2 Əxlaq, hüquq və siyasət Beynəlxalq Münasibətlərin nizamlayıcısı kimi.

107
Beynəlxalq münasibətləri tənzimləyən əsas sosil normalar kimi siyasət, hüquq və əxlaq
normaları qəbul edilib. Hər növ norma özünün üstünlükləri və çatışmazlıqlarına malikdir, lakin
onlara əməl olunmadan beynəlxalq həyatı təsəvvür etmək mümkün deyil.
Siyasi norma deyəndə dövlətin müəyyənləşdirdiyi və öz maraqlarına uyğun olaraq tərəfdar
olduqları davranış qaydaları başa düşülür. Məsələn, iki dövlət öz aralarında ümumi rəqiblərinə
qarşı istiqamətlənmiş hərbi ittifaq barədə razılığa gəlirlər. Bu razılıq həm şifahi, həm də yazılı
formada əldə edilə bilər, amma mütləq hüquqi sənəd statusu qazana bilməz. Hələlik ümumi
məqsəd və ümumi maraq var, dövlət isə öz üstünə götürdüyü öhdəlikləri yerinə yetirməyi dayan-
dırır, amma zərərçəkmiş tərəf onun hərəkətindən beynəlxalq təşkilatlara və beynəlxalq məhkəmə
instansiyalarına müraciət edə bilməz. Ona görə ki, bu cür öhdəliklər heç bir hüquqi qüvvəyə
malik deyil.
Siyasi normaların yerinə yetirilməməsi hər hansı rəsmi sanksiyaları özündə əks etdirmir,
onun beynəlxalq hüquqdan prinsipial fərqi də bununla izah olunur. Siyasi norma nisbidir və onlar
dövlətin cari maraqlarından asılıdır və onu uzunmüddətli perspektivə hesablamaq çətindir. Siyasi
normalar müxtəlif bəyannamə, bəyanat və saziş kimi qeydə alınır. Bəzi hallarda siyasi norma-
ların mənbələri zahiri cəhətdən beynəlxalq hüququn normalarının mənbələri ilə oxşardır. Ona
görə ki, dövlətin yüksək vəzifəli rəsmi nümayəndələri tərəfindən imzalanan yazılı sənəddir. La-
kin bu cür sənədlər beynəlxalq müqavilələrdən fərqlidir, ona görə ki, o hüquqi qüvvəyə minmə
prosedurunu keçmir, qaydaya görə isə onlar müvafiq dövlətin ali qanunverici orqanları tərə-
findən ratifikasiya olunmalıdır.
Belə bir nümunə gətirək. 1990-cı illərin ortalarında NATO-nun Şərqə doğru genişlənməsi
məsələsi gündəmə gəldi. Məlum olduğu kimi, Rusiya bu cür planlara qarşı etiraz edirdi. Rusiya
və Qərbin aparıcı ölkələrinin rəhbərləri arasında bu kəskin məsələ ilə bağlı aktiv fikir
mübadiləsinə başlandı. Varşava müqaviləsi blokunda SSRİ-nin keçmiş müttəfiqlərinin Şimali
Atlantika Alyansına daxil olması məsələsində Rusiyanın mövqeyi prissipcə, dəyişməsə də,
tərəflər müəyyən kompromisə gəldilər.
Əxlaqi normaların əsaslı çatışmazlıqlarından biri də beynəlxalq münasibətlərin təsiri
mexanizmi ilə əlaqədardır. Bu cür təsirin iki əsas yolu mövcuddur: birinci –ayrı-ayrı fərdlərin
səviyyəsində, onların şüur və qənaətləri vasitəsilə; ikincisi-etik prinsiplərinin müəyyən sistemi
əsasında formalaşmış ictimai rəy vasitəsilə.

11.3 Müasir Dünyada Beynəlxalq Hüquq.

Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də


beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası
siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağ-
ladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri
müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və
qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki, təxminən e.ə 1200-cü illərin əvvəlində bağ-
lanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kardeş şəhərində) bağlanıb və müharibənin
bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu.
Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz
müqəddaratını təyin etmə prinsipi və s.
Dövlətlər, beynəlxalq hüququn subyektləri ilə öz münasibətlərini xarici siyasət əsasında
qurur və bu siyasətin yerinə yetirlməsi nəticəsində beynəlxalq hüquq normaları yaradır ki, bunlar

108
da müxtəlif formalrda olur. Bu münasibətlər iki tərəfli, regionla, universal səviyyədə qurula bilir.
Bunun da əsasını müqavilə və konvensiyalar təşkil edir.
Xarici siyasət dövlətin beynəlxalq münasibətləri ilə, məqsədləri, istiqamətləri, vəzifəsini
müəyyənləşdirir. Dövlətlər xarici siyasət həyata keçirərkən əsas məqsədləri onun öz vətəndaş-
larının hüquq və azdlıqlarının qorunması və müdafiəsi eləcə də dövlətin irəliləyişi üçün çox
əlverişli mühitin yaradılması və təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Beynəlxalq hüququn xarci siyasətlə və ümumiyyətlə siyasətlə bağlılığı, onlardan hansının
daha önəmli olması və hansının digərini kölgədə saxlamsı məsələsi bu suallar və onların cavabı
çox vacib olan məsələlərdir. Ancaq burada bir həqiqət də var ki, hansı daha güclüdür və bütün
mübahisələrə baxmayaraq, onların arasında qırılmaz əlaqə vardır. Bu hətta beynəlxalq məhkə-
məninin aktlarında da öz əksini tapmışdır.
Dövlətlərin məsuliyyəti beynəlxalq hüququn əsas prinsipidir və beynəlxalq sistemin tə-
biətindən və dövlətlərin müstəqillliyi və bərabərliyi barədə doktrinalardan irəli gəlmişdir. Bey-
nəlxalq məsuliyyət anlayışı beynəlxalq hüquq subyekti tərəfindən həyata keçirilmiş beynəlxalq
hüquqa zidd hərəkətlərin və beynəlxalq hüquqa uyğun fəaliyyət zamanı yol verdikləri hərəkətlər
zamanı meydana çıxan zərərli təsirlərin nəticələrini zərər görən beynəlxalq hüquq subyektinə
münasibətdə aradan qaldırmaq məqsədi daşıyan beynəlxalq hüquq institutudur. Beynəlxalq
Əmək Hüququ sahəsində ilk müqavilələr 19-cu əsrin başlanğıcında bağlanmışdır. Əmək hüqu-
qunun beynəlxalq sferada tənzimetmə mexanizminin yaranması İngiltərədə Robert Ouenin
(Robert Owen), Fransada Blan və Vilyermin, Belçikada isə Düsepetönün (Ducepetiaux) adı ilə
bağlıdır. Elzaslı sənaye sahibi David Leqranın işçilərin əmək hüquqlarının sistemli şəkildə
qorunması və bu hüquqların qorunub inkişaf etdirilməsi ideyası 1840-1855-ci illər arasında
əsas Avropa dövlətlərinin hökumətlərinə ünvanlanmışdı.

11.4 Beynəlxalq Hüququn norma və prinsipləri.

Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız
beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin
normalar beynəlxalq hüququn əsas prinsipləridir. Beynəlxalq hüququn bir sıra əsas prinsipləri
BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi
göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan
dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi
dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.
Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və
qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn
bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır.
Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini şərt-
ləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və
əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində qeyd edilir
ki, bu prinsiplərin tətqiqi və təsfiri zamanı onların hər biri bütün digər prinsiplərin konteksində
nəzərdən keçirilməlidir. Bəyannamədə beynəlxalq hüququn heç də bütün prinsipləri deyil, cəmi
yeddi prinsipi əks olunmuşdur:
1) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;

109
4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;
5) xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi;
6) dövlətlərin suveren bərabərliyi prinsipi;
7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri
vicdanla yerinə yetirməsi prinsipi.
Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975-ci il
tarixli Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha
üçü əlavə olunmuşdur:
1) sərhədlərin toxunulmamazlığı prinsipi;
2) dövlətlərin ərazi bütövlüyü prinsipi;
3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.
Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı özü-özlüyündə beynəlxalq müqavilə
deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu üç
prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsi idi və
bütün dövlətlər tərəfindən tanınmışdı. Yəni Helsinki Yekun aktı, sadəcə olaraq, müasir bey-
nəlxalq hüququn hamılıqıa qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir.
Yadda saxlamaq lazımdır ki, hər bir prinsip özü bir hüquqi normadır və deməli, özündə
konkret normativ məzmun, yəni müəyyən beynəlxalq hüquqlar və müvafiq öhdəliklər ehtiva
edir. Aşağıda əsas diqqət məhz bu məqama yetirilmişdir.
Dövlətlərin suveren bərabərliyi prinsipi
Bu prinsip öz birbaşa ifadəsini BMT nin Nizamnaməsini 2-ci maddəsinin 1-ci bəndində
tapmışdır: “Təşkilat onun bütün Üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”.
Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir.
1. Hər bir dövlət tam suverenliyə malikdir və öz siyasi və ikdisadi sistemini sərbəst və
manesiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün digər dövlətlərin suverenliyinə, o
cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir.
2. Bütün dövlətlər ərazisinin miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və
hərbi-siyasi potensiallından asılı olmayaraq hüquqi cəhətdən bərabərdir. Beynəlxalq təşkilat-
larda, bir qayda olaraq, hər bir dövlət bir səsə malikdir. Beynəlxalq hüquq normaları dövlətlər
tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır.
Suveren bərabərlik prinsipi bütün dövlətlərin beynəlxalq məsələlərin həllində bərabər
iştirakını təmin etməyə yönəlmişdir.
Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi
Bu prinsip dövlətlərin suveren bərabərlik prinsipi ilə üzvi surətdə bağlıdır və əslində onu
tamamlayır. Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və
iradəsinə uyğun həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz.
BMT Nizamnaməsinin 2-cı maddəsinin 7-ci bəndində deyilir: “Bu Nizamnamənin heç bir
müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hası bir dövlətin əsas etibarilə daxili
yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin...”.
Doğrudur, göstərilən qadağa bilavasitə Birləşmiş Millətlər Təşkilatının üzərinə qoyul-
muşdur. Lakin məntiqi təfsir belə bir nəticə çıxarmağa imkan verir ki, dövlətləin daxili işinə qa-
rışmamaq öhdəliyi BMT-nin büyün üzvlərinə şamil olunur. Hazırda dünyanın hər bir dövləti
üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədiəlrdə, o
cümlədən Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyin, onların müstəqilliyinin və
suverenliyinin qorunması haqqında BMT-nin 1965-ci il Bəyannaməsində,yuxarıda adı çəkilmiş
1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır.

110
Qeyd edək ki, “dövlətin daxili yurisdiksiyasında olan məsələlər” onun ərazi daxilində olan
məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər,- misal üçün, xarici
səfirliyin binasına basqın edilməsi, — heç də onun daxili işi sayılmır. Digər tərəfdən, ilk
baxışdan, “beynəlxalq” sayılan hər hansı məsələ,- misal üçün, dövlətin başqa bir dövlət ilə
üçüncü tərəfin hüquq və mənafelərinə toxunmayan müqavilə bağlaması, — həmin dövlətlərin
daxili işi hesab olunur və ona istənilən müdaxilə qadağandır. Hansı məsələnin dövlətin daxili işi
olmasını beynəlxalq hüquq müəyyən emir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər
hansı məsələ üzrə dövlət öz üzərinə beynəlxalq öhdəlik götürmüşsə, bu, artıq onun daxili
məsələsi sayıla bilməz. Daimi Beynəlxalq ədalət məhkəməsi 1930-cu ildə qeyd etmişdi ki,
“dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin” həcmi sabit deyildir və bu, beynəlxalq
hüququn inkişafı ilə dəyişə bilməz. Məsələn, o vaxtlar və ondan sonrakı illərdə də dövlətlərin sirf
daxili işi olan insan hüquqlarının milli qanunvericilikdə təsbiti və qorunması məsələsi bu gün
prinsip etibarilə beynəlxalq məsələyə çevrilmişdir. Nəhayət, burada bir məqamı da vurğulamaq
lazımdır ki, əgər bir dövlətin ərazisindəki daxili münaqişə və ya situasiya beynəlxalq sülhə və
təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə də daxili məsələ sayılmır və BMT Təhlükəsizlik
Şurası bu hallarda BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq məcburiyyət tədbirləri
tətbiq edə bilər; təbii ki, həmin kollektiv sanksiyalar qətiyyən dövlətin daxili işlərinə qarışmaq
deyildir.
Sözü gedən prinsipin normativ məzmunu aşaıdakılardan ibarətdir:
1) dövlətin suverenliyinə və onun siyasi və iqtisadi əsaslarına qarşı yönəlmiş silahlı
müdaxilə və digər müdaxilə formaları qadağandır;
2) heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə
tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi,
siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz;
3) başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı və ya
terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir;
4) başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır;
5) hər bir dövlət digər dövlətərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi
olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir.
Güc tətbiq etməmək və ya güclə hədələməmək prinipi
Müasir beynəlxalq hüquq üçün müstəsna əhəmiyyətə malik olan bu prinsip öz birbaşa
ifadəsini BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki,
Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “öz beynəlxalq münasibətlərində, hər hansı bir
dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, yaxud Birləşmiş Millətlər Təşkilatının
məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən
çəkinirlər”. Prinsipi özündə əks etdirən sənədlər sırasında Təcavüzün tərifi haqqında BMT Baş
Assambleyasının 1974-cü il qətnaməsini, Beynəlxalq münasibətlərdə güclə hədələməkdən və ya
onun tətbiqindən imtina edilməsi prinsipinin səmərəliliyinin artırılması haqqında 1987-ci
il Bəyannaməsini xüsusilə qeyd etmək lazımdır.
“Güc” dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür. Ədəbiyyatda bəzən
rast gəlinən və bu terminin məna yükünün genişləndirilməsi, iqtisadi, və hətta ideoloji gücün də
bu termin vasitəsilə əhatə olunmasını nəzərdə tutan fikirləri birmənalı qəbul etmək olmaz və
demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir.
BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir ki, dövlətin
ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı olmayan, hər hansı “bəraətverici” məqsədlə,
məsələn, insan hüquqlarının kütləvi pozulmısı hallarının qarşısını almaq üçün birtərəfli qaydada

111
güc tətbiq olunması (buna “humanitar müdaxilə” deyilir) beynəlxalq hüquqa, daha doğrusu,
sözü gedən prinsipə zidd deyildir. Doğrudur, BMT Təhlükəsizlik Şurası tərəfindən
sanksiyalaşdırılmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən
haqq qazandırmaq olar, lakin dövlətlərin müvafiq praktikası güc tətbiqinin, BMT
Nizamnaməsində əks olunmuş və aşağıda şərh olunacaq iki istisnadan başqa, bütün hallarda
yolverilməzliyini təsdiq edir.
Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur:
 digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq mübahisələri,
o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc
tətbiqi ilə hədələmək;
 silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri; burada,qadağan olunmuş əməllər
sırasında bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin limanlarını blokadaya almasını
(buna “dinc blokada”deyilir) göstərmək olar.
 qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək verilməsi;
 digər dövlətlərin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlarının təşkil
edilməsi, onlara yardım edilməsi və ya onlarda birbaşa iştirak edilməsi;
 digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal edilməsi;
 güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ
keçirilməsi;
 xalqları özünümüəyyənetmə güququndan, azadlıq və müstəqillikdən məhrum edən zorakı
hərəkətlərin törədilməsi.
Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı
təcavüzhesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı əcavüzü, əlbəttə ki,
qarışdırmaq olmaz. Dövlət aktı kimi (fərdin törətdiyi beynəlxalq cinayət kimi yox) təcavüzün
anlayışı barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş assambleyasının XXIX sessiyasında
(14 dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün
tərifi” adlanan bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır.
 bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın
etməsi, yaxud hər hansı işğal;
 bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman etməsi və ya
onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi;
 bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya
alması;
 bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dənizz və ya hava qüvvələrinə,
yaxud dəniz və hava donanmasına basqın etmısi;
 bir dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı
qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin silahlı
qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər hansı
formada davam etməsi;
 dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı törətmək üçün
istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi;
 bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi
əməliyyatlar həyata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya
muzdluların göndərilməsi.
Qeyd etmək lazımdır ki, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının
müstəsna səlahiyyətinə aiddir (BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının

112
bu preroqativi, habelə “Təcavüzün tərifi haqqında” qətnamədə və Beynəlxalq cinayə
məhkəməsinin Nizamnaməsində ifadə olunmuşdur. Lakin, yaxşı məlum olduğu kimi, siysi
mülahizələr ucbatından çoxsaylı təcavüz aktları, birbaşa basqin faktları da daxil olmaqla,
Təhlükəsizlik Şurası tərəfindən lazımi tövsifini almışdır. Buna ən bariz misal kimi Ermənistanın
Azərbaycana qarşı törətdiyi məlum hərəkətləri göstərmək olar. Bu açıq-aşkar təcavüz aktları
nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal olunmuşdur. Təəssüflər
olsun ki, konfiliktlə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin heç birində (822,
853, 874 və 884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar dövlət elan olunması barəsində
heç nə deyilmir.
Yuxarıda göstədiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipindən
iki müstəsna halmövcuddur, yəni beynəlxalq hüquq yalnız iki halda silahlı gücün tətbiqinə yol
verilir:
 Özünümüdafiə.Dövlət silahlı basqından özünü müdafiə etmək məqsədilə fərdi qaydada və
ya başqa dövlətlərlə birgə və proporsionallıq prinsipinə əməl etmək şərtilə güc tətbiq edə bilər.
BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir: “Bu Nizamnamənin heç bir müddəası, əgər
Birləşmiş Millətlərin Üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən
beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlə görülənə
qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”.
 Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik
Şurasının qərarına əsasən.
BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası
“...hava, dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub
saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”.
Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi
BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndinə görə, Birləşmiş Millətlər Təşkilatının
bütün Üzvləri “öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, bey-
nəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın”. Əsas bir cəhəti qeyd etmək
lazımdır ki, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi yuxarıda şərh etdiyimiz güc
tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx surətdə bağlılıq və onun məzmununu
tamamlayır. Doğrudur, sözü gedən prinsip ümumi beynəlxalq hüquq norması kimi bir qədər
əvvəl- hələ ikinci dünya müharibəsindən qabaq formalaşmışdır.
Beynəlxalq toqquşmaların dinc həlli haqqında 1907-ci il Haqa Konvensiyasında (1-ci və
2-ci maddələr) və Millətlər Liqaının Sttutunda (12-ci, 13-cü, 15-ci və 17-maddələr) məhdud
çərçivədə təsbit olunmuş bu prinsip bu günkü anlamda, yəni heç bir qeyri-şərtsiz və imperativ
formada ilk dəfə olaraq 1928-ci il Brain-Kelloq Paktında öz əksini tapmışdır. Paktın II
maddəsində birbaşa göstərilirdi ki, müqavilənin iştirakçısı olan dövlətlər öz aralarında ortaya
çıxan bütün mübahisə və ya münaqişələri, onların xarakterindən və mənşəyindən asılı
olmayaraq, yalnız dinc vasitələrlə həll etməlidirlər. Sonralar BMT Nizamnaməsində təsbit
olunmuş bu mühüm norma, həmçinin əsas regional təşkilatların nizamnamələrində də birbaşa əks
olunmuşdur.
Prinsipin normativ məzmununa keçməzdan qabaq “beynəlxalq mübahisə” anlayışını
açıqlamağa ehtiyac vardır. Heç bir müvafiq beynəlxalq sazişdə, o cümlədən BMT Nizamna-
məsində beynəlxalq mübahisənin tərifi verilmir. Beynəlxalq Məhkəmə iki dəfə bu məsələ ilə
qarşılaşmışdır. Daimi Beynəlxalq ədalət məhkəməsi Mavromatis işində (1924-cü il) qeyd
edilmişdi ki, “mübahisə-iki şəxs arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müx-
təlifliyidir”. Oxşar tərif Cənub-qərbi Afrika işində (ilkin etirazlar mərhələsi, 1962-ci il) də veril-

113
mişdir. Sadəcə belə demək olar ki, mübahisə o zaman mövcuddur ki, bir dövlət digər dövlətə
qarşı iddia irəli sürür, o biri dövlət isə bu iddianı rədd edir. Beynəlxalq mübahisənin aşağıdakı
əlamətlərini göstərmək olar:
1) iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması;
2) mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması;
3)mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması;
4) tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi;
5)mübahisənin taranması anının müəyyən edilməsi.
Mübahisə “situasiya” dan fərqləndirilməlidir. Doğrudur, çox zaman bu iki termin
bir yerdə işlədilir. Misal üçün, BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndini, habe-
lə Beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisə və situasiyaların qarşısının
alınması və aradan qaldırlması və BMT-nin bu sahədə rolu haqqında Bəyannaməni göstərmək
olar. Situasiyadövlətlərin maraqlarının toqquşması nəticəsində gərginliyin yaranmasıdır, lakin bu
zaman tərəflər bir-birinə qarşı iddialar irəli sürmürlər. Situasiya zamanı sanki tərəflər olmur, yəni
qarşılıqlı iddialar yoxdur. Belə demək olar ki, hər bir mübahısə situasiyadır, lakin heç də hər bir
situasiya mübahisə deyildir. Mübahisə və situasiyanın fərqləndirilməsi nəzəri məsələ deyildir;
bunun olduqca mühüm praktik əhəmiyyəti vardır. Belə ki, BMT Nizamnaməsinin 27-ci
maddəsinin 3-cü bəndinə görə, mübahisənin tərəfi olan Təhlükəsizlik Şurasının daimi üzvü qərar
qəbul edilərkən səsvermədə iştirak etməməlidir. Bu müdda situasiyalara şamil olunmur. BMT
Nizamnaməsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən, Təhlükəsizlik Şurası həmin
mübahisənin, həm də situasiyanın istənilən mərhələsində müvafiq nizamlama prosedurları və ya
metodları tövsiyə edə bilər. 37-ci və 38-ci maddələrə görə isə, Təhlükəsizlik Şurası tərəflərə
situasiyanın yox, mübahisənin həlli şərtlərini töfsiyə edə bilər. Nəhayət, BMT Beynəlxalq
Məhkəməsinə iş situasiya ilə deyil, yalnız mübahisə ilə bağlı verilə bilər. Lakin istənilən halda,
beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi həm beynəlxalq mübahisəlrə, həm də
beynəlxalq situasiyalara şamil olunur. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin
məzmunu dövlətlərin aşağıdakı hüquq və öhdəliklərində öz ifadəsini tapır:
 Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq,
yalnız yə yalnız dinc vasitələrlə həll etməlidirlər. Lakin prinsipin məzmunundan belə alınmır ki,
dövlətlər öz beynəlxalq mübahisələrini mütləq həll etməlidirlər. Beynəlxalq hüquqda
dövlətlərdən bunu imperativ şəkildə tələb edən norma yoxdur. Beynəlxalq hüququn tələb etdiyi
budur ki, əgər dövlət öz mübahisəsini nizamlamaq qərarına gəlibsə, bunu yalnız dinc yolla
etməlidir.
 Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hanı birini seçmək
hüququna malikdirlər. Lakin dövlətlər qabaqcadan konkret beynəlxalq müqavilədə hər hansı
nizamlama vasitəsinə razılaşa bilərlər. Məsələn, Dəniz hüququ üzrə 1982-ci il BMT
Konvensiyasındamübahisələrin nizamlanmasının dörd məcburi proseduru nəzərdə tutulmuşdur
ki, bunlardan hər birini hər hansı dövlət Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən
yazılı bəyanat vasitəsilə seçə bilər: 1) Dəniz hüququ üzrə Beynəlxalq tribunal; 2) BMT-nin
Beynəlxalq məhkəməsi; 3) Konvensiyaya VII Əlavəyə müvafiq olaraq yaradılan arbitraj və 4)
Konvensiyaya VIII Əlavəyə müvafiq olaraq yaradılan xüsusi arbitraj.
 Dövlətlər arasında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim
etməyə məcbur oluna bilməzlər. Lakin bu norma beynəlxalq sülhə və təhlükəsizliyə qorxu
yarada bilən mübahisələrə aid deyildir.
 Dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola bilən hərəkətlərdən
çəkinməlidirlər. Mübahisənin həllini çətinləşdirə bilən, beynəlxalq sülhə və təhlükəsizliyə qorxu

114
yarada bilən, habelə mübahisənin tərəflərindən birinin vəziyyətini pisləşdirə bilən hərəkətlər
qadağan olunur.
 Dövlətlər öz mübahisələrini beynəxalq hüquq və ədalət əsaında həll etməlidirlər.
Sərhədlərin pozulmazlığı prinsipi
Sərhədlərin pozulmazlığı prinsipi güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi və
ya suveren bərabərlik prinsipi ilə sıx surətdə bağlıdır. Helsinki Yekun Aktında o, müstəqil
prinsip kimi təsbit olunmuşdur. Sərhədlərin pozulmazlığı prinsipi digər regionlarda — afrika və
Cənubi Amerikada da imperativ norma kimi tanınmişdır. Dövlətin razılığı olmadan onun
sərhədləri heç bir halda dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına görə,
belə bir razılıq yalnız referendum vasitəsələ ifadə oluna bilər.
Sərhədlərin pozulmazlığı prinsipinin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir:
 mövcud sərhədlər beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş sayılır;
 dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir;
 dövlət başqa bir dövlətin sərhədlərinə qarşı istənilən qəsdlərdən imtina etməlidir.
Ərazi bütövlüyü prinsipi
Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks
olunmuşdur. Müstəqil prinsip kimi o, Helsinki Yekun Aktında təsbit olunmuşdur. Göstərilən
prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir- birinin ərazi bütövlüyünə hörmət
etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş
hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz gqc tətbiqi nəticəsində hərbi
işğal obyekti ola bilməz. Ərazi bütövlüyü prinsipi özündə digər bir prisipi – hələ xıx əsrdə Latın
Amerikasında Formalaşmış və 1986- cı ildə Burkina Faso /Mali işində BMT-nin Beynəlxalq
Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş uti possidetis
prinsipini ehtiva edir. Uti prossidest prinsipinin məğzi ondan ibarətdir ki, müstəmləkələrin və ya
federasiya subyektlərinin əvvəlki sərhədləri tehi müstəqil dövlətlərin beynəlxalq sərhıdləri olur
və müvafiq razılıq olmadan dəyişilə bilməz. Azərbaycanla bağlı demək olar ki, onun SSRİ
dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd sözü sözü gedən
prinsipə tamamilə ziddir.
Xalqların özünümüəyyənetmə prinsipi
Bu prinsip BMT Nizamnaməsində, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik very-
lməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq
Paktlarının1-ci maddələrində, 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında, habelə
BMT-nin Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini
tapmışdır. Şərqi Timor haqqında işdə (1995-ci il) Beynəlxalq Məhkəmə qeyd etmişdir ki,
xalqların özünümüəyyənetmə hüququ erga omens hüququdur, yəni bütün dövlətlər bu hüquqa
hörmət etməlidirlər və onun həyata keçirilməsinə maneə törətməməlidirlər. Prinsipin
məzmununu açıqlamaq üçün iki anlayış – “xalq” və “özünümüəyyənetmə” anlayışlarının məna
yükünü düzgün bilmək lazımdır. Göstərilən prinsipin kontekstində və ümumiyyətlə, beynəlxalq
hüquqda “xalq”, bir qayda olaraq, etnik anlamında başa düşülmür. Beynəlxalq-hüquqi anlayış
kimi “xalq” hər hası milli və ya etnik qrupu deyil, məhz dövlətin (və ya dövlətçilikdən qeyri-
qanuni məhrum edilmiş ərazinin) bütün əhalisini bildirir. Yəni “xalq” etnos kimi deyil, demos
kimi başa düşülmür. Yalnız xalq bütövlükdə bu hüququn daşıyıcısıdır. Xalqın bir hissəsinin, o
cümlədən, milli azlıqların belə bir hüququ yoxdur. Bu, beynəlxalq hüquqda birmənalı olaraq
qəbul edilmişdir.

115
“Özünümüəyyənetmə” o deməkdir ki, hər bir xalq xaricdən müdaxilə olmadan sərbəst
olaraq özü öz siyasi statusunu müəyyən edə bilər və öz iqtisadi, sosial və mədəni inkişafını
həyata keçirə bilər. Müstəmləkə altında olan və ya ışğal olunmuş ərazinin bütün əhalisi üçün bu:
 müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında;
 hər hansı bir müstəqil dövlətə qoşulmaqda, yaxud
 hər hansı bir müstəqil dövlətələ birləşməkdə ifadə oluna bilər.
Təbii ki, müstəqil dövlətlərin xalqı (əhalisi) da özünümüəyyənetmə hüququna
malikdir. Həmin xalq üçün özünümüəyyənetmə, hər şeydən öncə, demakratik idarəet-
mə hüququ deməkdir. Yəni xalq daxildən və xaricdən təzyiq və ya müdaxilə olmadan demokratik
vasitələrlə öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirmək imkanına malik olmalıdır.
Əlbəttə ki, bu xalq öz siyası statusunu sərbəst surətdə özləri müəyyən edə bilərlər.
Xüsusi vurğulanmalıdır ki, özünümüəyyənetmə hüququnun həyata keçirilməsi dövlətlərin
suvernliyi və ərazi bütövlüyü ilə uzlaşmalıdır və sesessiyanı (dövlətdən müəyyən ərazinin
ayrılmasını) sanksiyalaşdıra bilməz. Başqa sözlə, bu hüququn həyata keçirilməsi müstəqil,
demokratik dövlətin parçalanması üçün əsas ola bilməz.
Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi
Bu olduqca mühüm prinsib ilk dəfə olaraq BMT Nizamhaməsində (1-ci, 55-ci və 56-cı
maddələr) ümumi formda təsbit olunmuş, sonralar bir sıra mühüm beynəlxalq sənədlərdə, o
cümlədən 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində dəqiqləşdirilmişdir. Yuxa-
rıda göstərmişdik ki, beynəlxalq hüququn müstəqil prinsipi kimi, o, Helsinki Yekun aktında əks
olunmuşdur. Prinsipin dövlətlərin üzərinə qoyduğu başlıca öhdəlik ondan ibarətdir ki, onlar insan
hüquqlarına hörmət etsinlər və bun beynəlxalq səviyyədə dəstək versinlər. Bu gün, bütün insan
hüquqlarına əməl etmək və onların həyata keçirilməsini təmin etmək kimi ümumi beynəlxalq
hüquq normalarının mövcudluğundan danışmaq hələ tezdir. Belə ki, əsas etibarilə, biz hər hansı
bir dövlətin insan hüquqlarını kobud və kütləvi surətdə pozduğu halda sözü gedən prinsipə əməl
olunmamasından danışa bilərik.
Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi
Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində
təsbit olunmuşdur. Beynəlxalq sülhün və təhlükəzliyin qorunmasında və iqtisadi, sosial, mədəni
və humanitar xarakterli beynəlxalq problemlərin həllində əməkdaşlıq etmək dövlətlərin həm
hüququ, həm də vəzifəsidir. Dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi, və sosial
sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.
Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi
Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi beynəlxalq hüququn ən qədim
prinsipidir və daha çox pacta sunt servanda (“müqavilələr yerinə yetirilməlidir”) kimi məlumdur.
O, BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində birbaşa təsbit olunmuşdur. Burada
deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “Təşkilata üzvlükdən irəli gələn hüquq
və üstünlükləri özlərinə təmin etmək üçün, bu Nizamnaməyə uyğun olaraq öz üzərlərinə
götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər”. Sözügedən prinsip habelə çox mühüm
beynəlxalq müqavilədə — Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana
Konvensiyasında (26-cı maddə) öz əksini tapmışdır.
Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi bütün beynəlxalq hüquq
sisteminin fəaliyyəti üçün əhəmiyyəti danılmazdır. Dövlət BMT Nizamnaməsinə uyğun olaraq,
öz üzərlərinə götürdükləri bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş prinsip və normalarından, beynəlxalq müqavilələrdən və beynəlxalq hüququn digər
mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməlidir. Onlar heç bir əsas olmadan özbaşına

116
öz beynəlxalq öhdəliklərindən imtina edə bilməzlər. Beynəlxalq öhdəliklərin yerinə yeti-
rilməməsi müvafiq dövlətin beynəlxalq məhsuliyyətini doğurmur. Dövlətlər elə etməlidirlər ki,
onların daxili qanunvericiliyi və inzibati praktikası üzərlərinə götürdükləri beynəlxalq öhdə-
liklərə uyğun olsun. Belə bir norma mövcuddur ki, beynəlxalq müqaviləni yerinə yetirmədiyinə
bəraət qazandırmaq üçün dövlət öz daxili hüququnun müddəalarına istinad edə bilməz
(Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsi).

11.5 Silahlı Toqquşma Hüququ.

Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təca-
vüz hesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı əcavüzü, əlbəttə ki, qarış-
dırmaq olmaz. Dövlət aktı kimi (fərdin törətdiyi beynəlxalq cinayət kimi yox) təcavüzün anlayışı
barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş assambleyasının XXIX sessiyasında (14
dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün tərifi” adlanan bu
qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır. 1) bir dövlətin silahlı qüvvələrinin
başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı işğal; 2) bir dövlətin
silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman etməsi və ya onun ərazisinə qarşı
hər hansı silahın tətbiq edilməsi; 3) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və
ya sahillərini blokadaya alması; 4) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru,
dənizz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etmısi; 5) bir
dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin bu
razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin silahlı qüvvələrin bu
razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər hansı formada davam
etməsi; 6) dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı törətmək üçün
istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi; 7) bir dövlət tərəfindən və ya
həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi əməliyyatlar hə-yata keçirən silahlı
bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya muzdluların göndərilməsi. Qeyd etmək
lazımdır ki, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının müstəsna
səlahiyyətinə aiddir (BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının bu pre-
roqativi, habelə “Təcavüzün tərifi haqqında” qətnamədə və Beynəlxalq cinayə məhkəməsinin
Nizamnaməsində ifadə olunmuşdur. Lakin, yaxşı məlum olduğu kimi, siysi mülahizələr
ucbatından çoxsaylı təcavüz aktları, birbaşa basqin faktları da daxil olmaqla, Təhlükəsizlik
Şurası tərəfindən lazımi tövsifini almışdır. Buna ən bariz misal kimi Ermənistanın Azərbaycana
qarşı törətdiyi məlum hərəkətləri göstərmək olar. Bu açıq-aşkar təcavüz aktları nəticəsində
Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal olunmuşdur. Təəssüflər olsun ki,
konfiliktlə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin heç birində (822, 853, 874 və
884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar dövlət elan olunması barəsində heç nə
deyilmir. Yuxarıda göstədiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək
prinsipindən iki müstəsna halmövcuddur, yəni beynəlxalq hüquq yalnız iki halda silahlı gücün
tətbiqinə yol verilir: 1. Özünümüdafiə. Dövlət silahlı basqından özünü müdafiə etmək məqsədilə
fərdi qaydada və ya başqa dövlətlərlə birgə və proporsionallıq prinsipinə əməl etmək şərtilə güc
tətbiq edə bilər. BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir: “Bu Nizamnamənin heç bir
müddəası, əgər Birləşmiş Millətlərin Üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik
Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan

117
tədbirlə görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə
hüququna xələl gətirmir”. 2. Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT
Təhlükəsizlik Şurasının qərarına əsasən. BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq,
BMT Təhlükəsizlik Şurası “...hava, dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”

Mövzu 12. Milli Maraq, Güc və İdeologiya.


12.1 Milli Maraq anlayışı.
12.2 Güc, Milli güc və Potensial.
12.3 Qüvvə və Qorxu Balansı nəzəriyyələri.
12.4 Gücdən istifadə edilmə metodları.
12.5 Milli Maraq və İdeologiya.

12.1 Milli Maraq anlayışı.

Güc məfhumunun müəyyən olunmasında milli maraq məfhumunun böyük əhəmiyyəti var-
dır. Milli maraq məfhumu BMN fənninin əsas kateqoriyalarından biridir. Beynəlxalq müna-
sibətlərlər sistemi dövlətlərin milli maraqlar uğrunda mübarizəsi ilə xarakterizə olunur.
Milli maraq məfhumu millətin meydana gəlməsi və onun maraqlarının dövlətin maraqları
ilə eyniləşdirilməsi ilə bağlıdır. Milli maraqdan əvvəl dövlətlər padşahların, kralların istəklərinə
istinad edirdilər.
Milli maraq dövlətin və millətin xidmət etdikləri ümumi məqsəddir. O, dövlətlərin bir-
birinə münasibətdə nail olmaq, yaxud müdafiə etmək istədikləri məqsəddir. Milli maraq dövlətin
xarici siyasət sahəsində uzun və qısa müddətli fəaliyyətinin məzmununu müəyyən edir. Hər bir
dövlətin milli marağının mahiyyətini xalqın, millətin həyati marağı təşkil edir. Dövlət öz milli
marağında güzəştə getmir və onu müdafiə etmək üçün müharibəyə də gedə bilər. Milli maraq
xalqın güzəranını yaxşılaşdırmağa, dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına, hakim
ideologiyanın müdafiəsinə və dövlətin gücünün artmasına yönəlmişdir. Dövlətin xarici siyasə-
tinin əsas istiqamətləri milli marağın əsasında formalaşır. Buna görə də dövlətin xarici siyasəti
elə aparılmalıdır ki, o, milli marağın reallaş- ması üçün zəmin yaratsın.
Milli marağın əsas məqsədlərindən biri təhlükəsizlik problemidir.
Təhlükəsizliyin əhəmiyyətini heç kəs inkar edə bilməz. Lakin onun aralıq, yəni vasitə və ya
son milli maraq, yəni məqsəd olması- na dair mübahisə gedir. Əgər o, aralıq maraqdırsa, onda o,
son maraqlar üçün vasitə olmalıdır (Makiavelli). Əgər milli təhlükəsizlik dövlətin hərbi gücünün
artmasına əsaslanırsa, onda bu siyasət təca- vüz siyasətindən fərqlənmir, çünki bu və ya digər
dövlətin öz təhlükəsizliyinə təminat verməsi asanlıqla başqa dövlətlərin təhlükəsizliyinə təhdid
kimi qələmə verilə bilər. Nəticədə Con Hertsin “təhlükəsizlik dilemması” kimi adlandırdığı
qapalı dairə yaranır.
Hertsə görə, özünün təhlükəsizlyini təmin etmək məqsədilə hərbi qüdrətini artırmaq istəyən
hər hansı bir dövlət başqa dövlətləri inandırmalıdır ki, onun hərbi hazırlıqlarından təcavüz
məqsədilə istifadə edilməyəcəkdir. Bu o deməkdir ki, dövlətin xarici siyasəti eyni zaman iki
məsələni həll etməlidir:
1. Dövlətin təhlükəsizliyini təmin etmək;

118
2. Təhlükəsizliyi təmin etmək məqsədilə aparılan tədbirlərdən digər dövlətlərin şübhələrini
yayındırmaq.
Bu o deməkdir ki, dövlətin milli təhlükəsizlik siyasəti başqa dövlətlərin də təhlükəsiz-
liklərinə dair maraqlarını nəzərə almalıdır. Milli təhlükəsizlik siyasəti elə bir siyasətdir ki, o,
bütün dövlətlər üçün qənaətbəxş olan dəyərlərin paylaşdırılmasına kömək edir. Mil- li təhlükə-
sizlik ölkənin xarici siyasətinin məqsədidir. Təhlükəsizliyi milli maraqla eyniləşdirmək düzgün
deyil. Yuxarıda qeyd olunduğu kimi, təhlükəsizlik milli marağın əsas məqsədlərindən biridir.
Müasir dövrdə bir sıra qeyri-demokratik ölkələrin nüvə silahını istehsal etmək imkanını əldə
etmələri, xüsusilə 9 sentyabr 2001-ci il tarixində ABŞ-da törədilən dəhşətli terror hadisələri ilə
əlaqədar təhlükəsizlik probleminin əhəmiyyəti artmışdır. Mövcud şəraitdə bu və ya digər
dövlətin deyil, bütün bəşəriyyətin təhlükəsizliyindən söhbət gedir. Bəşəriyyətin sağ qalması
problemi milli marağın yeni məqsədi kimi özünü göstərməlidir. Buna görə də müasir dövrdə
milli maraq beynəlxalq təhlükəsizliklə əlaqələnir, milli maraq isə yavaş-yavaş beynəlxalq
marağa çevrilir. Bununla əlaqədar Kennes Volts legitim milli marağın məzmununu açıqlayarkən
qeyd edir ki, o, beynəlxalq inteqrasiyaya tərəf yönəlmişdir. Buna görə də dövlətin milli marağını
dövlətlərarası münaqişəyə səbəb olmasına dair ənənəvi fikir gerçəkliyə artıq uyğun gəlmir. Onun
fikrincə, bütün xalqların maraqlarının birləşmə sahələrini göstərməklə milli maraq beynəlxalq
mənəviyyatın genişlənməsinə səbəb olur.
Beləliklə, müasir dövrdə dünyada baş verən hadisələrlə əlaqədar təhlükəsizlik probleminin
əhəmiyyəti artaraq ölkələrin milli maraqlarının əsas məqsədlərindən biri kimi özünü biruzə verir.
Hər bir dövlət öz təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi gücünün artmasının qeydinə
qalır. Bu isə öz növbəsində başqa dövlətlər tərəfindən onların təhlükəsizliyinə qarşı yönələn
təhlükə kimi qarşılanır. Öz təhlükəsizliyini möhkəmlətmək istəyən dövlət təcavüzkar dövlət kimi
qələmə verilir. Yaranmış dilemmadan çıxmaq üçün təhlükəsizliyini təmin etmək istəyən dövlət
başqa dövlətləri inandırmalıdır ki, onun həyata keçirdiyi tədbirlərdə heç bir təhlükə yoxdur.

12.2 Güc, Milli güc və Potensial.

Sözün geniş mənasında güc məfhumuna başqalarına nəzarət etmək, onlara müəyyən işləri
gördürmək, gördükləri istənilən işlərdən onları çəkindirmək qabiliyyəti kimi tərif verilə bilər.
Güc beynəlxalq münasibətlər sahəsində müəyyən dövlət tərəfindən başqa dövlətlərin fəaliy-
yətlərinə nəzarət etmək qabiliyyəti kimi müəyyən oluna bilər. Bir çox hallarda hesab olunur ki,
dövlətin var-dövləti, təbii sərvətləri, işçi qüvvəsi, hərbi qüvvələri onun gücünün əsasını təşkil
edir. Lakin bunların hamısı dövlətin potensialını təşkil etmir. Bu faktorların real gücə çevrilməsi
onlar vasitəsilə bu və ya digər dövlətin başqa dövlətlərin fəaliyyətinə təsir edə bilməsindən
asılıdır. Məsələn, 1940-cı ildə Çinin böyük ərazisi, ən böyük əhalisi və bö- yük ordusu var idi.
Lakin o, güclü dövlət deyildi. Siyasi münasibətlər digər münasibətlərlə sıx bağlı olduğuna görə
güc tək siyasi faktor kimi çıxış etmir. Lakin dövlətlər digər dövlətlərin fəaliyyətinə təsir, yaxud
onlara nəzarət edə biləndə, güc siyasi xarakter daşıyır və buna görə də beynəlxalq siyasətin
hadisəsinə çevrilir. Pulun bazar münasibətləri şəraitində oynadığı rolu güc beynəlxalq siyasət
sahəsində oynayır. İnsanlar onlara lazım olan məhsulları almaq üçün pul əldə etməyə çalışırlar.
Yaxud onlar gələcəkdə müəyyən məqsədlər üçün indidən pul yığırlar. Bununla belə bəzi insanlar
pulun yığılmasına məqsəd kimi yanaşırlar. Bu kateqoriya insanlar kimi bəzi dövlətlər gücü vasitə
yox, məqsəd hesab edirlər Gücün elementləri
Gücün elementlərini üç qrupa bölmək olar: təbii, sosial və ideoloji. Gücün təbii qrupuna
coğrafiya, təbii sərvətlər və əhali daxildir. Onun sosial qrupuna iqtisadi inkişaf səviyyəsi, siyasi struk-

119
tur və milli mənəviyyat daxildir. Gücün ideoloji qrupu isə idealları, elmin inkişaf səviyyəsini və
dövlət başçılarının müdrikliyini əhatə edir.
Bəzən gücün elementləri onun determinantları kimi qələmə verilir. Lakin bu səhv fikirdir,
çünki gücün elementləri onu müəyyən etmir. Bu elementlər gücün yalnız əldə olunmasına və
artması- na xidmət edir. Dövlətin güclü olması bu elementlərin bacarıqla tətbiq edilməsindən
asılıdır. Gücün hər bir elementi dövlətin inkişafın da müəyyən rol oynayaraq bir-birinə təsir
göstərir.
Geosiyasətçilərin fikrincə, coğrafiya dövlətin gücünün əsas elementidir. Ən mühüm coğrafi
faktorların sırasında ölkənin miqyası, onun iqlimi, topoqrafiyası və yerləşdiyi ərazi durur.
Dövlətin miqyası onun gücünə iki yolla təsir edir. Birincisi, dövlət böyük əraziyə və
münbit təbii sərvətlərə nəzarət edir. Bu, böyük ərazidə əkinə yararlı torpağın, müxtəlif çeşiddə və
miqdarda xammalın və çoxlu sayda əhalinin yaşaması üçün şərait yaradır. İkincisi, böyük ərazi
dövlətə hərbi üstünlüyün müxtəlif növünü verməklə onu gücləndirir.
Dövlətin ərazisinin böyüklüyü düşmənin hücumundan qorunmaq üçün dövlətə onun işğal
olunmayan ərazisinə çəkilməyə şərait yaradır. Məsələn, Rusiyanın ərazisinin böyüklüyü
Napoleon və Hitler ordularının darmadağın edilməsində böyük rol oynamışdır. Digər coğrafi
faktorların (iqlim, topoqrafiya və ölkənin yerləşdiyi əra- zi) da dövlətin gücünə böyük təsiri
vardır. Bu, bir tərəfdən onu təslim olmaqdan qurtarır, digər tərəfdən isə ona qücünü səfərbər
etməyə imkan verir.
Gücün təbii qrupuna daxil olan digər bir faktor təbii sərvətlərdir. Dövlətin gücünə ən çox
təsir göstərən təbii sərvətlərdən nefti, dəmiri, kömürü, aliminiumu göstərmək olar. Lakin bu və
ya digər dövlətdə təbii sərvətlərin olması onun güclü dövlət olmasını sübut etmir. Bunun üçün bu
dövlət təbii sərvətlərinə nəzarət etməlidir. Tarix boyu güclü dövlətlər zəngin təbii sərvətlərə
malik olan lakin sosial-iqtisadi və hərbi-strateji baxımdan zəif olan dövlətlərin təbii sərvətlərini
əllərinə alaraq onları özlərindən asılı vəziyyətə salmağa çalışmışlar. Bir çox hallarda onlar buna
müvəffəq olmuşlar.
Dövlətin gücünün təbii qrupuna daxil olan mühüm faktorlardan biri də əhalidir. Əhalinin
rolu ilk növbədə iqtisadi inkişafı və ordunu insan qüvvəsi ilə təmin etməkdədir. Lakin əhalinin
çoxluğu özü-özlüyündə dövlətin gücünə hərbi qüvvələrin, yaxud yüksək iqtisadi inkişafın
olmasına zəmanət vermir. Bunun üçün dövlətin sənayesi, o cümlədən hərbi sənayesi yüksək
inkişaf səviyyəsində olmalıdır.
Dövlətin gücünün təbii qrupuna daxil olan faktorlardan fərqli olaraq dövlətin gücünün
sosial qrupuna daxil olan faktorlar (iqtisadi inkişaf, siyasi struktur və milli mənəviyyat) insan
fəaliyyətinin nəticəsidir. Onlar ictimai həyatın müxtəlif tərəflərini xarakterizə edirlər. Dövlətin
iqtisadi inkişafının əsasını onun sənayesinin inkişaf səviyyəsi təşkil edir. Bir qayda olaraq
sənayeləşmiş ölkə istehlakdan çox istehsal etməlidir. Əldə olunan istehsal gəliri onun gücünün
artmasına yönəlməlidir. İlk növbədə istehsal gəliri ölkənin vətəndaşlarının həyat səviyyəsinin
artmasına yönəlməlidir. Həyat səviyyəsi nə qədər yüksək olsa, ölkə vətəndaşları hakimiyyətə
münasibətdə bir o qədər loyal olacaqlar. İqtisadi inkişafın əsasını təşkil edən sənayeləşməyə öz
növbəsində şəhərlərin inkişafı, təhsilin yayılması, coğrafi və sosial mobillik, elmi-texniki tərəqqi,
sekulyarizm kimi faktorlar təsir göstərir.
Beynəlxalq münasibətlər sahəsində dövlətin nüfuzunun artmasına xarici siyasət mühüm
təsir göstərir, çünki dövlətin beynəlxalq münasibətləri onun xarici siyasəti vasitəsilə həyata
keçirilir. Xarici siyasət ölkənin daxilindəki hakimiyyət dəyişmələrindən asılı olmamalıdır.
Bununla belə o, çevik olmalıdır. Beynəlxalq situasiyadan asılı olaraq o, dəyişə bilər. Xarici
siyasətin səmərəliliyinə dövlətin siyasi strukturu təsir göstərir. Tarixən digər dövlətlərin fəaliy-

120
yətlərinə hakimiyyətin, siyasi strukturun istər demokratik, istərsə də avtoritar formaları səmərəli
təsir göstərmişdir. Lakin müasir dövrdə digər dövlətlərin fəaliyyətinə təsir göstərmək
baxımından demokratik dövlətlərin xarici siyasəti totalitar dövlətlərin xarici siyasətindən daha
səmərəlidir. Bu fakt ilk növbədə onunla izah olunur ki, adətən demokratik dövlətin xarici siyasəti
müəyyən mübahisə doğuran problemi istər ölkənin daxilində, istərsə də beynəlxalq aləmdə güc
vasitəsilə deyil, müzakirə vasitəsilə, qarşı tərəfi inandırmaqla həll etməyə çalışır. Problemlər
bağlı qapılar arxasında deyil, açıq müzakirə vasitəsilə həll olunur. Beləliklə, dövlətin siyasi
strukturunun xarakteri onun beynəlxalq aləmdə nüfuzunun artmasına xarici siyasət vasitəsilə
təsir göstərir.
Milli mənəviyyat dövlətin, xalqın maraqlarını şəxsi maraqlardan üstün tutmağı məqsəd
kimi vətəndaşların qarşısında qoyur. Milli mənəviyyatın formalaşmasında siyasi ideologiya mü-
hüm rol oynayır. Bununla belə milli mənəviyyatın məzmununu ölkədə olan mövcud siyasi rejim
müəyyən edir. Totalitar cəmiyyətlərdə fərdin maraqları tamamilə dövlətin maraqlarına tabedir.
Demokratik cəmiyyətdə isə milli mənəviyyatın təbliğ olunması fərdin və onun rifahının
mühümlüyünü inkar etmir. Milli mənəviyyat ölkənin vətəndaşlarını birləşdirərək onlarda
vətənpərvərlik hissini inkişaf etdirir.
Dövlətin gücünün ideoloji qrupuna daxil olan faktorların sırasında ideyaları, insanların
intellektual fəaliyyətini, bir də siyasi və hərbi rəhbərliyin idarəetmə keyfiyyətini, səriştəsini
göstərmək olar. Dövlət ideyaları təbliğat yolu ilə əhaliyə aşılayaraq onların dəstəyini qazanır.
Beynəlxalq aləmdə bu işin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Nəticədə dövlət digər
dövlətlərə təsir etməklə yanaşı, beynəlxalq ictimaiyyətdən özünün xarici siyasətinə dəstək alır.
İnsanların intellektual fəaliyyətinin nəticəsində əldə olunan biliklər onların müxtəlif sahələrdəki,
o cümlədən xarici siyasət sahəsindəki fəaliyyətində tətbiq edilir. Lakin onları məqsədyönlü və
səmərəli tətbiq etmək üçün səriştəli kadrların olması çox vacibdir.
Dövlətin gücünün elementləri (faktorları) ilə əlaqədar iki sual ortaya çıxır:
1. Yuxarıda sadalanan faktorlardan hansı daha əhəmiyyətlidir;
2. Dövlətin güclü olması necə ölçülür?
Birinci sualla əlaqədar qeyd edək ki, yuxarıda sadalanan faktorlardan hər biri dövlətin
güclü olmasında müəyyən rol oynayır. Buna görə də onlardan hansının daha əhəmiyyətli
olmasını müəyyən etmək düzgün deyil. Gücün müxtəlif faktorlarının nisbi mümkünlüyünün
obyektiv ölçülməsi çox mürəkkəb məsələdir. Məsələn, dövlətin təbii sərvətlərinə istinad edərək
biz onun güclü olmasını deyə bilərik. Bəs onun milli mənəviyyatının səviyyəsini necə ölçmək
olar? Bundan başqa dövlətin gücünün müxtəlif elementləri bir-birilə bağlıdır. Bir elementin
əhəmiyyətini ölçmək üçün hökmən onunla bağlı olan digər elementi nəzərdən keçirmək vacibdir.
Məsələn, əgər müəyyən dövlətin iqtisadi inkişaf səviyyəsi yüksək deyilsə, onda onun münbit tə-
bii sərvətləri onun güclü dövlət olmasına səbəb olmayacaqdır.
Beləliklə, gücün elementlərinin hər biri istər beynəlxalq aləmdə, istərsə də ölkənin daxilində
dövlətin nüfuzunun artmasına səbəb olur.

12.3 Qüvvə və Qorxu Balansı nəzəriyyələri.

Hər bir dövlət öz imkanı daxilində gücdən istifadə edilmə metodları vasitəsilə başqa bir
dövlətin fəaliyyətində istədiyi dəyişikliklərə nail olmağa calışır. Sözsüz ki, dövlətin bu işdə
müvəffəqiyyəti onun gücündən asılıdır. Onun güclü, güvvətli olması başqa bir dövlətin və ya
dövlətlərin fəaliyyətlərinə təsir etmək imkanını artırır. Bundan başqa dövlətin güclü, güvvətli
olması onun fəaliyyətinə başqa dövlətlərin müdaxiləsinin qarşısını alır. Dövlətlərarası

121
münasibətlərdə gücün, qüvvənin mühüm bir amil olmasını nəzərə alan dövlətlər öz potensial-
larını artırmağa can atırlar. Bu, öz əksini ilk növbədə onların hərbi potensiallarının artırılmasında
tapır. Belə ki, hərbi yolla, başqa bir dövlətə və ya dövlətlərə təsir etmək ən səmərəli metoddur,
çünki söhbət fiziki gücün artırılmasından gedir. Hərbi sahədə rəqabətə yalnız inkişaf etmiş
ölkələr qoşulmaq iqtida- rındadırlar. Belə ki, hərbi potensialın inkişafını təmin etmək üçün
dövlətin ilk növbədə güclü iqtisadiyyatı olmalıdır, əks halda o, ciddi problemlərlə üzləşə bilər3.
Məhz güclü iqtisadiyyata malik olan ölkələr arasında hərbi sahədə rəqabət gedir. Rəqabətdə olan
tərəflərin hər biri çalışır ki, onun rəqibi hərbi səhədə ondan üstün olmasın, ən azı onların
səviyyələri bərabər olsun. Nəticədə tərəflər arasında tarazlıq, balans yaranır. Bu balansın dövlər-
lərarası münasibətlərdə böyük əhəmiyyəti vardır. O, rəqabətdə olan hər bir tərəfi sonsuz və təh-
lükəli rəqabətdən əl çəkməyə çağırır. Bundan başqa gücün, qüvvələrin balansı müharibə təhlü-
kəsinin qarşısını alır.
Morqentaunun fikrincə, sülhü yaxşı diplomatiya və beynəlxalq hüquq, beynəlxalq mənə-
viyyat və dünya ictimai rəyinin normativ məhdudlaşdırılması ilə bərabər qüvvələrin balansı vasi-
təsilə də saxlamaq mümkündür. Realistlər qüvvələr balansını “beynəlxalq münasibətlərin əsas
prinsipi”, “siyasətin fundamental qanunu” adlandırırlar.
Qüvvələrin balansı nəzəriyyəsinin tərəfdarları və tənqidçiləri vardır. Üçüncü fəsildə qeyd
olunduğu kimi, idealistlər qüvvələrin balansı nəzəriyyəsini tənqid edirlər, çünki, onların fikrincə,
bu nəzəriyyə gücün tətbiq edilməsini nəzərdə tutur. Realistlər onu müdafiə edirlər, çünki
dünyada etik prinsiplərin yayılması vasitəsilə sülhü qorumaq mümkün deyil. Onların fikrincə,
qüvvələrin balansı vasitəsilə sülhün qorunmasına nail olmaq olar.
Qüvvələrin balansı nəzəriyyəsinə əsasən, müxtəlif gücə malik olan çoxlu dövlətlərin
olduğu və hər birinin öz gücünü artırmağa can atdığı situasiyada bütöv sistem balansda olur.
Qüvvələrin balansı vasitəsilə sülh və kiçik dövlətlərin müstəqilliyi əldə olunur.
İki növ balans vardır:
1. Təxminən eyni gücə malik olan iki dövlət arasında mövcud olan sadə balans;
2. Bir çox dövlətlər arasında mövcud olan bir neçə dəfəlik balans.
Böhran zamanı yalnız sadə balans üstünlük təşkil edir, çünki hakimiyyət uğrunda əsas
mübarizə baş verdikdə, bütün dövlətlər iki əsas tərəfdən birini tutmağa çalışırlar.
Kvunsi Vrayt qüvvələrin balansına dair beş əsas fikir söyləyir:
1. Dövlətlər özlərinin həyati maraqlarını bütün mümkün vasitələrlə, o cümlədən müharibə
vasitəsilə müdafiə edirlər;
2. Dövlətlərin həyati maraqlarına təhdid edilə bilər, yaxud təhdid edilir;
Qüvvələrin balansı başqa dövlətə qarşı təcavüzlə təhdid etməklə, yaxud təcavüz
baş verdikdə təcavüzə məruz qalan ölkənin qələbəsini təmin etməklə dövlətlərin həyati
maraqlarının müdafiə olunmasına kömək edir. Başqa sözlə desək, güc üstünlüyünə
malik olan dövlət başqa dövlətə qarşı təcavüz etməyəcəkdir;
Müxtəlif ölkələrin nisbi gücü dəqiqliklə ölçülə bilər və bu ölçünün nəticələrindən dünya
gücünün tarazlaşdırılmasında istifadə edilə bilər;
Dövlət başçıları xarici siyasətə dair qərarlarını gücü nəzərə almağın əsasında müəyyən
edirlər.
Dövlətlər qüvvələrin balansını altı yolla öz xeyirlərinə uyğun saxlamağa cəhd edirlər:
1. Hərbi potensialı artırmaq. Bu, çox vacibdir, çünki dövlətlərarası münasibətlərdə müha-
ribə həlledici rol oynayır;
2. Rəqib dövlətin mümkün qədər daha çox ərazisini işğal etmək. Bu metoddan istifadə
ediləndə dövlət öz gücünü rəqib dövlətin gücü artanadək artırır;

122
3. İki böyük və düşmən dövlət arasında zəif bir bufer dövlət yaratmaq. Belə bufer-dövlət iki
düşmən dövləti bir-birindən ayıra- raq müharibənin ehtimalını azaldır. Məsələn, Birinci Dünya
müharibəsinədək Polşa Russiya və Almaniya arasında bufer dövlət idi. Bəzən bufer dövlət iki
rəqib dövlət arasında bərabər bölünə bilər. Belə olduqda bufer-dövlətin əhəmiyyəti minimuma
endirilir. Məsələn, Almaniyanın, Koreyanın bölünməsi;
4. Müttəfiqlər. Əgər çoxlu dövlətlər varsa və onların müttəfiq seçməyə imkanları varsa,
onda qüvvələrin balansı daha da səmərəli işləyir. Məsələn, soyuq müharibə dövründə
ikiqütblülük qüvvələrin balansı sisteminin səmərəsizliyinin əsas səbəblərindən idi;
5. Təcavüz. Adətən böyük dövlət kiçik dövlətin daxili işlərinə qarışaraq və orada özünə dost
olan hakimiyyət quraraq müttəfiq qazanmağa çalışır. Məsələn, İkinci Dünya müharibəsinin
sonunda Yunanıstanda kommunistlərin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Britaniya
Yunanıstana təcavüz etdi;
6. Müttəfiqləri əks tərəflərə ayırmaqla. Müttəfiqləri ya neyt- rallığa, yaxud təcridə
sövq etməklə, ya da ki, onlarla dost olmaqla gücün paylaşdırılmasını öz xeyirinə dəyişmək
mümkündür. Beləliklə, bu altı metodun hər biri dövlətin gücünün artmasına səbəb olur.
Qüvvələrin balansı nəzəriyyəsinə dair üç fikir vardır:
1. Qüvvələrin balansı – hakimiyyətin, gücün ideal paylaşdırılmasıdır. Qüvvələrin
balansına əsasən, sülhü bütün dövlətlərin hərbi qüvvəsini nəzarət altına qoymaqla deyil,
potensial təcavüzkar dövlətlərə qarşı çıxmağa hazır olan dövlətə dəstək verməklə qorumaq olar.
Lakin beynəlxalq təcrübə bu fikrin yanlış olduğunu göstərir;
2. Bəzi tədqiqatçılar qüvvələrin balansına seçim məsələsi kimi yanaşmırlar. Onlar
qüvvələrin balansını dövlətlər arasında hərbi sahədə rəqabətin nəticəsində avtomatik şəkildə
yaranan kimi qələmə verirlər. Qüvvələrin balansına təbii və qaçınılmaz bir hadisə kimi
yanaşırlar. Buna görə də onlar qüvvələrin balansını beynəlxalq cəmiyyətin xeyrinə xidmət edən,
təbii obyektiv qanun şəklində baş verən bir hadisə kimi qələmə verirlər. Digər bir qrup
tədqiqatçılar isə qüvvələrin balansını adi dövlətlər üçün təbii, avtomatik baş verən bir hadisə, ən
güclü dövlət üçün isə məqsədyönlü bir hadisə kimi qələmə verirlər. Buna görə də onlar
qüvvələrin balansını yaravtomatik bir hadisə hesab edirlər;
3. Digər bir fikrə əsasən, qüvvələrin tarazlaşdırılması bəzi siyasətçilərin xarici
siyasətin faydalı hesab etdikləri məqsədlərindən biridir.
Qüvvələrin balansı nəzəriyyəsinin tənqidçiləri və tərəfdarları vardır.
Tənqidçilər hesab edirlər ki, dövlətlər istəklərinə uyğun şəkildə bir koalisiyadan başqasına
asanlıqla və sərbəst keçə bilərlər. Güclü dövlət də (tarazlayıcı rolunu oynayan) balansı bərpa
etmək üçün zəif tərəfə qoşulur. Lakin burada iqtisadi faktor nəzərə alınmır. Dövlətlər belə
asanlıqla bir tərəfdən başqa tərəfə keçə bilməzlər. Onlar yalnız nadir hallarda bunu edirlər.
Qüvvələrin balansı nəzəriyyəsinin tərəfdarları iki qrupa bölünürlər.
Birinci qrupun nümayəndələri hesab edirlər ki, qüvvələrin balansı nəzəriyyəsinin
prinsipləri düzgündür və yalnız müasir dövrdə şəraitin dəyişməsi onların səmərəli işləməsinə
mane olur.
İkinci qrupun nümayəndələri qüvvələrin balansı nəzəriyyəsindən geniş və ümumiləşdiril-
miş şəkildə istifadə edirlər.
Morqentau birinci qrupa aiddir. O hesab edir ki, hər bir dövlət müəyyən tərəfə, koalisiyaya
mənsubdur. Buna görə də bu iki koalisiya arasında olan balansı pozmağa qadir olan elə bir dövlət
yoxdur.
Qüvvələrin balansının üstünlükləri:
Qüvvələrin balansının iki əsas üstünlüyü vardır:

123
1. Qüvvələrin balansı kiçik dövlətlərin müstəqilliyini qoruyur;
2. Qüvvələrin balansı sülhü möhkəmləndirir, çünki əgər güc dövlətlər
arasında bərabər paylaşdırılırsa, onda bu və ya digər dövlət başqa bir dövlətə təcavüz
etdikdə müvəffəqiyyət qazana bilməz.
Qüvvələrin balansı sistemindən keçmişdə sülhün saxlanılması üçün bir mexanizm kimi çox
səmərəli istifadə olunurdu. Bəzi tədqi- qatçılar bunu XVIII, başqaları isə XIX əsrlə bağlayırlar.
1815-1914- ci illərdə də (Napoleonun müharibələrinin sonu və Birinci Dünya müharibəsinin
başlanması) qüvvələrin balansı sülhün qorunmasında çox böyük rol oynayırdı. 1815-ci ildən
sonra İngiltərə yeganə ən güclü dövlət kimi meydana çıxdı. XIX əsrin ikinci yarısında Alma-
niyanın birləşməsi və onun sənayeləşdirilməsi Avropada gücün paylaşdırılmasını dəyişdi.
XIX əsrin sonunda Rusiyadan və Fransadan ibarət olan koalisiya Almaniyadan, İtaliyadan
və Avstriyada ibarət olan koalisiya ilə tarazlıq təşkil edirdi. Lakin nəzərə alsaq ki, İngiltərə
birinci koalisi- yaya mənsub idi, onda heç bir tarazlıqdan söhbət gedə bilməz. Bu faktın əsasında
bəzi tədqiqatçılar hesab edirlər ki, 1815-1914-cü illər ərzində Avropada müharibənin
olmamasında qüvvələrin balansının elə bir rolu olmamışdır. Onların fikrincə, bu müddət ərzində
qüvvələrin balansının məqsədi sülhü qorumaq deyil, hərbi alyanslarda gücün bərabər
paylaşdırılması olmuşdur.
Nüvə əsrində qüvvələrin balansının münasibliyini yenidən nəzərdən keçirmək lazımdır.
Nüvə əsrində qüvvələrin balansının münasibliyi azalmışdır, çünki bu və ya digər dövlətin
müəyyən alyansa mənsub olmasını müşahidə etmək çətindir. Hər bir dövlətin başqa bir dövlətlə
həm yaxın, həm də soyuq münasibətləri vardır. Çoxtərəfli alyanslar ikitərəfli alyanslarla əvəz
olunur. Buna görə də bəzi müəlliflər qüvvələrin balansı nəzəriyyəsinə yenidən baxmağı zəruri
hesab edirlər. Lakin müasir dövrdə beynəlxalq münasibətlərdə güc faktorunun saxlanılması
qüvvələrin balansının aktuallığını bir daha sübut edir.

12.4 Gücdən istifadə edilmə metodları.

Dörd metod vasitəsilə bu və ya digər dövlət başqa dövlətlərin fəaliyyətinə təsir göstərir:
inandırma, şirnikdirmə, cəzalandırma və məcburetmə.
Gücə başqa dövlətlərin fəaliyyətinə nəzarət etmək qabiliyyəti kimi tərif versək, yuxarıda
sadalanan dörd metodlar ondan istifadə etmək vasitələridir.
Gücdən istifadə edilmənin ən asan metodu inandırmadır. Bu metoddan istifadə edən dövlət
müəyyən dəlillər vasitəsilə başqa dövləti inandırmağa səy göstərir ki, həmin dövlət siyasətini və
/və ya fəaliyyətini birinci dövlətin istəyinə uyğun dəyişdirsin. Birinci dövlət mövcud şəraiti
başqa dövlətə elə təqdim edir ki, axırıncı nə edəcəyinə dair fikrini dəyişir. Qeyd etmək lazımdır
ki, diplomatiya ilk növbədə inandırma metoduna əsaslanır. Diplomatiyanın səmərəli inandırma
vasitəsilə başqa dövlətin fəaliyyətinə təsir göstərməklə ölçülür.
Şirnikdirmə metodu, adından göründüyü kimi, başqa dövlətlərə müəyyən şirnikdirici
vədlər verməklə həyata keçirilir. Vədlər müxtəlif formada ola bilər. Əsasən onlar maddi, iqtisadi
və siyasi formada olur. Maddi vədlər əsasən maliyyə yardımının, güzəştli kreditin verilməsi və s.
formalarda ola bilər. İqtisadi vədlər sırasında ticarət haqqında müqavilələr, güzəştlər, yaxud
texniki yardım ola bilər. Siyasi vədlər qarşı dövlətə siyasi azadlığın verilməsi, yaxud onun
mövqeyinin müxtəlif beynəlxalq konfranslarda, iclaslarda dəstəklənməsi formasında ola bilər.
Adətən, inandırma və ya şirnikdirmə vasitəsilə dövlətin fəaliyyətinə təsir etmək mümkün
olmayanda cəzalandırma metodundan istifadə olunur. Bu metod cəzalanan dövləti müəyyən
güzəştlərdən, vədlərdən məhrum etməyi nəzərdə tutur. Əgər cəzalandırma metodundan istifadə

124
edilərsə, o elə bir şəkildə həyata keçirilməlidir ki, cəzalanan tərəf səhvlərini düzəltdikdə ona
qarşı yönələn cəza tədbirləri tez bir zamanda geri götürülə bilsinlər.
Məcburetmə metodu cəzalandırma metodunun məntiqi davamıdır. Daha konkret desək,
cəzalandırma bir növ preventiv metoddur. O, dövləti müəyyən fəaliyyətdən çəkindirmək
məqsədini güdür. Lakin cəza tədbirlərinin həyata keçirilməsi artıq məcburetmə metodundan
istifadə edilməsi deməkdir.
Əlbəttə, hər bir dövlət bu metodların hamısından başqa bir dövlətə qarşı istifadə etməyə
qadir deyil. Məsələn, inkişaf etməklə olan ölkələr inkişaf etmiş ölkələrə münasibətdə
cəzalandırma və ya məcburetmə metodlarından istifadə edə bilmirlər. Onlar inkişaf et- miş
ölkələrin fəaliyyətinə təsir etmək üçün adətən inandırma və ya şirnikdirmə metodlarına əl atırlar.
Bundan başqa metodların seçil- məsi güc vasitəsilə nail oluna biləcək məqsədlərdən asılıdır.
Məsə- lən, inandırma metodundan istifadə etməklə adətən qarşı dövlətin si- yasətində kiçik
dəyişikliklərə nail olmaq mümkündür. Lakin təcrübə göstərir ki, inandırma metodu qarşı dövlətin
daxili və xarici siyasə- tində köklü dəyişikliklərə səbəb ola bilməz. Bu və ya digər metod- dan
uğurla, yaxud uğursuz istifadə edilməsi qarşı dövlətin ona edi- lən təzyiqə müqavimət göstərmək
imkanından asılıdır. Gücdən isti- fadə edilmənin ən son vasitəsi fiziki gücün faktiki olaraq tətbiq
edil- məsidir. Fiziki gücə müraciət etməklə bir dövlət başqa bir dövlətin fəaliyyətini dəyişməyə
nail olur. Fiziki gücdən istifadə edilməsinin ən son forması müharibədir.
Beləliklə, inandırma, şirnikdirmə, cəzalandırma və məcburet- mə gücdən istifadə edilmə
metodları kimi başqa dövlətlərin fəaliyyətinə nəzarət etmək məqsədilə tətbiq edilir. Lakin onların
tətbiq edilməsi konkret tarixi şəraitdən asılıdır.

12.5 Milli Maraq və İdeologiya.

Milli maraq məfhumu ideologiya məfhumu ilə sıx bağlıdır. Dövlətin rəsmi ideologiyasında
onun milli maraqları əks olunur. İdeologiya müəyyən dünyagörüşünə əsaslanan biliklər sistemi
kimi dövlətin xarici siyasət məqsədlərini də əks etdirir. Bu mənada ideologiya xarici siyasətin
məqsədi olan dövlətin gücünün nailiyyətləri ilə maraqlanır. İdeologiya dövlətin gücünün artması
problemini etik, hüquqi yaxud bioloji mənada izah edir və əsaslandırır. Xarici siyasət sahəsində
qərarların qəbul olunmasına və onların həyata keçirilməsinə məsul olanlar siyasi ideologiya
vasitəsilə siyasi fəaliyyətlərin mahiyyətini gizlətməyə çalışırlar. Beləliklə, gücün kontekstində
ideologiya xarici siyasətin mahiyyətini və məqsədlərini gizlədir. Lakin ideologiyanı müəyyən
insanların ikiüzlülüyünün nəticələri kimi qələmə vermək düzgün deyil. İdeologiya millətin
maraqlarının, təcrübələrinin, imkanlarının ardıcıl inkişafı ilə bağlıdır. Siyasi fəaliyyətin bilavasitə
məqsədi hakimiyyət olduğuna görə və hakimiyyətin başqalarının fəaliyyətlərinə təsir etmək
qabiliyyəti olduğuna görə ideologiyadan həmişə məqsədə nail olmaq vasitəsi kimi istifadə edilir.
Əgər bu və ya digər sosial qrupun hakimiyyət uğrunda mübarizəsi ideoloji cəhətdən əsaslan-
dırılmırsa, bu mübarizə geniş ictimaiyyət tərəfindən arzuolunan kimi qələmə verilməyəcəkdir.
İdeologiya hakimiyyətin aləti kimi üç kateqoriyaya bölünür:
1. Status-kvo (mövcud durum) ideologiyası. Bu ideologiya mövcud hakimiyyətin
saxlanılmasına yönəlmişdir;
2. Sülh və beynəlxalq hüquq ideologiyası. Bu ideologiya imperializm ideologiyasına ziddir,
çünki o, öz mahiyyəti etibarilə imperializm status-kvosunu dağıdır;
İmperializm ideologiyası. Bu ideologiya status-kvonu dəyişmək üçün əsas axtarır. İm-
perializm ideologiyası əsas kimi beynəlxalq hüquqa istinad edə bilmir. O, əsasən təbiətin
qanunlarına istinad edir. Məsələn, faşist Almaniyası Versal müqaviləsinin müəyyən etdiyi status-

125
kvonu dəyişmək tələbini bərabərlik prinsipinin pozulması ilə bağlayırdı. Bəzən Darvinin və
Spenserin irəli sürdükləri ideyaların təsiri altında imperializm ideologiyası bioloji arqumentlə- rə
istinad edirdi. Yaşayış uğrunda mübarizə, ən güclülərin sağ qalması haqqında təlim güclü
dövlətlərin dünyadakı hökmranlığına bəraət qazandırırdı. Müasir dövrdə imperializmə qarşı olan
ideologiyaların üç növü vardır;
1. Millətlərin öz müqəddəratını təyin etmə ideologiyası;
2. Birləşmiş Millətlər Təşkilatının ideologiyası;
3. Sülh ideologiyası.
Öz müqəddəratını təyinetmə prinsipi imperializmin bütün növlərinə ziddir. Bu prinsipin
əsasında Hitler özünün işğalçı siyasətinə bəraət qazandırırdı. Məsələn, bu prinsipin əsasında
Çexoslovakiyanın və Polşanın alman millətindən olan azlıqları bu dövlətlərin birliyini dağıtmağa
çalışırdılar.
BMT təsis olanda onun məqsədi İkinci Dünya müharibəsindən sonra qalib ölkələr
tərəfindən yaradılan status-kvonu saxlamaq idi. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki,
status-kvo məsələsi şərti və müvəqqəti xarakter daşıyır. Belə ki, müxtəlif xalqlar ərazi məsələsi
ilə əlaqədar iddialarını irəli sürməyə başladılar. BMT Nizamnaməsinin maddələrindən və onun
məqsədlərindən xalqların iddialarına və hərəkətlərinə bəraət vermək üçün istifadə edilirdi. Bu
gün bütün dövlətlərin BMT-yə və onun Nizamnaməsinə istinad etmələri onların öz siyasətlərinə
bəraət qazandırmaq məqsədini gü- dür. Nəticədə BMT-nin Nizamnaməsi onların siyasətlərini
nəzərdən keçirən bir ideologiya rolunu oynayır.
Hakim dairələr xalqın dəstəyini qazanmaq məqsədilə siyasətlərinin sülhün qorunmasına
yönəldiyini iddia edirlər. Bir çox hallar- da onların iddiaları gerçəkliyə uyğun gəlmir. Sülhün
ideologiyası iki mühüm funksiyanı həyata keçirir:
1. Hakim dairələrin yeritdikləri siyasətin əsl məqsədlərini gizlətməyə kömək edir;
2. Dünyanın bütün ölkələrindən xoşməramlı insanların dəstəklərini qazanır.
Beləliklə, milli maraqla ilə müqayisədə ideologiya mühafizəkar bir hadisədir. İdeolo-
giyanın mühafizəkarlığı onun və milli mara- ğın arasında ziddiyyətin yaranmasına səbəb olur.
Ziddiyyətin həlli ideologiyanın məzmununun milli marağa uyğunlaşdırılması ilə nəticələnir.
Lakin qeyd olunan ziddiyyət həmişə bu şəkildə, yəni ideologiyanın məzmununun milli marağa
uyğunlaşdırılması şəklində, həll edilmir. Bəzi dövlətlər (məsələn, keçmiş SSRİ, totalitar cəmiy-
yətlər) ideologiyanı milli maraqdan üstün tuturlar. Belə dövlətlərdə ideologiya ilə milli maraq
arasında ziddiyyət yarandıqda, ideologiya dəyişməz qalır. Nəticədə belə dövlətlərin inkişafının
bütün sahələrində ciddi problemlərin yaranması müşahidə olunur.

Mövzu 13.Xarici siyasət və Diplomatiya.


13.1 Xarici siyasət anlayışı.
13.2 Xarici siyasətin nəzəri konsepsiyası.
13.3 Xarici və daxili siyasət arasında qarşılıqlı əlaqə.
13.4 Diplomatiya və diplomatik xidmət.

13.1 Xarici siyasət anlayışı.

Beynəlxalq siyasət xarici siyasət və diplomatiya vasitəsilə fəaliyyət göstərir. BMT-nin təsis
olunmasından və yeni dövlətlərin meydana gəlməsindən sonra dövlətlərin bir-biri ilə qarşılıqlı
münasibətləri daha böyük əhəmiyyət kəsb etməyə başladı. Bu münasibətlərin öyrənilməsi xarici

126
siyasətin məzmununu təşkil edir.
Ümumiyyətlə hər hansı bir siyasətin mahiyyəti müəyyən məqsədlə bu və ya digər qrupun
maraqlarına nəzarət etməkdir. Lakin digər siyasətlərdən fərqli olaraq xarici siyasətin özünəməxsus
yeri vardır.
Xarici siyasətin nəzəri problemləri ilə məşğul olan politoloqlardan biri Corc Modelskiyə
görə, xarici siyasətin məqsədi dövlətlərin fəaliyyətini öz dövlətinin xeyrinə tənzimləməkdir.
Onun fikrincə, xarici siyasət elə bir failiyyətlər sistemidir ki, onun vasitəsilə bu və ya digər
dövlət başqa dövlətin və ya dövlətlərin fəaliyyətlərinə təsir etməyə, öz fəaliyyətini isə beynəlxalq
nizama uyğunlaşdırmağa çalışır. Xarici siyasətin əsas vəzifəsi başqa dövlətlərin fəaliyyətinə təsir
etməklə orada zəruri dəyişikliklərin edilməsinin yollarını müəyyən etməkdir. Burada söhbət
sadəcə dəyişikliklərin edilməsindən deyil, başqa dövlətlərin fəaliyyətinin tənzimlənməsindən ge-
dir. Tənzimlənmə isə başqa dövlətlərin fəaliyyətinin öz maraqlarına uyğun dəyişdirilməsi
deməkdir. Əgər mövcud durum dövlətin milli maraqlarına xidmət edirsə, onda bu dövlətin xarici
siyasəti statuskvonun saxlanılmasına yönəlmişdir. Məsələn, hal-hazırda inkişaf etmiş ölkələr
Dağlıq Qarabağı müstəqil bir dövlət kimi tanımırlar. Onlar Dağlıq Qarabağı Azərbaycanın tərkib
hissəsi kimi qəbul edirlər. İnkişaf etmiş ölkələrin bu məsələyə münasibəti bizim milli ma-
raqlarımıza uyğundur. Buna görə də Azərbaycan Respublikasının xarici siyasəti bu məsələ ilə
əlaqədar status-kvonun saxlanılmasında maraqlıdır. Xarici siyasət qərarı aşağıdakı proseslərdən
ibarətdir: əməkdaşlıq, münaqişə və birgəyaşama. Buna görə də xarici siyasət dövlətin digər
fəaliyyət istiqamətlərinin, məqsədlərinin, həmçinin ideolo- giyanın, iqtisadi situasiyanın, siyasi
şəraitin kontekstində dərk olunmalıdır.
Beynəlxalq münasibətlər məfhumunun həcmi ilə müqayisədə xarici siyasət məfhumunun
həcmi dardır. Beynəlxalq münasibətlər xarici siyasətlə bağlı olan fəaliyyətlərlə yanaşı mədəni,
siyasi, iqtisadi fəaliyyətləri də əhatə edir. Şübhəsiz, beynəlxalq münasibətləri idarə edən faktorlar
xarici siyasətin təhlili sahəsində də tətbiq edilir. Lakin xarici siyasətin maraq dairəsi əsasən
dövlətlərarası münasibətlərlə bağlıdır. Əgər xarici siyasətin öyrənilməsində qeyri-siyasi
fəaliyyətlər nəzərə alınırsa, bu onunla bağlıdır ki, bu fəaliyyətlər xarici siyasətin səbəblərin-
dəndir.
Xarici siyasətin öyrənilməsinə siyasi xadimlər, xarici siyasətin məqsədləri, prinsipləri,
vasitələri, bir də xarici siyasət ilə daxili siyasətin arasındakı münasibətin təhlili daxildir.
Dövlətin xarici siyasətinin formalaşmasında və həyata keçirilməsində siyasi xadimlərin
rolu böyükdür. Siyasi xadimlərin fəaliyyəti iki səviyyədə aparılır:
1. Onların funksiyalarının yerinə yetirilməsində onlara göstərişlər verən yerli ictimaiyyət
səviyyəsində;
2. Fəaliyyətini tənzimləmək istədikləri başqa dövlətlər səviyyəsində.
Modelski siyasi xadimlərin birinci səviyyədə apardıqları fəaliyyəti “təsir”, ikinci
səviyyədəkini isə “nəticə” adlandıraraq siyasi xadimlərin vəzifəsini təsirləri nəticələrə çevirmək-
də görür.
Xarici siyasət fəaliyyəti ilə məşğul olan dövlət xadimləri öz dövlətlərinin maraqlarını digər
dövlətlərə təqdim etməklə yanaşı, digər dövlətlərin də maraqlarını öz dövlətlərinə izah edirlər.
Onlar xarici siyasət sahəsində milli maraq və məqsədləri müəyyən edərək siyasəti formalaş-
dırırlar. Məhz bu səbəbdən bəzi tədqiqatçılar hesab edirlər ki, xarici siyasət siyasi xadimlər
tərəfindən qərarların qəbul olunması ilə bağlıdır. Dövlətin milli maraqları onun xarici siyasətinin
məqsədlərinin məzmunu təşkil edir. Milli maraqla bərabər xarici siyasətin məqsəd- lərinin
formalaşmasına dövlət ideologiyası da təsir edir. Yuxarıda milli maraqla ideologiyanın müna-
sibətini açıqlayarkən qeyd etdik ki, totalitar cəmiyyətlərdə ideologiya ilə milli maraq arasında

127
ziddiyyət yarandıqda üstünlük ideologiyaya verilir. Bu cür cəmiyyətlərin xarici siyasət fəaliy-
yətlərində belə ziddiyət yarandıqda, üstünlük yenə də ideologiyaya verilir. Bu isə öz növbəsində
dövlətinin beynəlxalq aləmdə mövqelərinə mənfi təsir göstərir.
Bəzi hallarda dövlət özünün xarici siyasətinin müəyyən məqsədlərini bəyan etmir, sadəcə
olaraq onları gizlədir və ya tamamilə başqa məzmunda təqdim edir.
Ümumiyyətlə, xarici siyasətin məqsədləri əsas və ikincidərəcəli qruplara bölünür. Dövlətin
xarici siyasətinin əsas məqsədləri onun strateji əhəmiyyət kəsb edən milli maraqlarını əks edir.
Onlar dövlətin xarici siyasət konsepsiyasınınin əsas müddəalarını ehtiva edir. İkincidərəcəli
məqsədlər dövlətin milli maraqları üçün mühüm əhəmiyyət kəsb etmir. Lakin onlara nail
olmaqla dövlət beynəlxalq aləmdə öz nüfuzunu artırmış olur. Bu iki qrupa daxil olan məqsəd- lər
vaxt baxımından öz növbəsində qısamüddətli, ortamüddətli, uzunmüddətli və perspektiv
məqsədlərə bölünür.
İlk baxışda xarici siyasətin məqsədlərini onun prinsiplərindən ayırmaq çətin görünür. Lakin
onları eyniləşdirmək düzgün deyil. Belə ki, xarici siyasətin məqsədləri dövlətin əldə etmək
istədiyini ifadə edirsə, xarici siyasətin prinsipləri onun fəaliyyətinin hansı çərçivədə, hansı
qaydalara riayət etməklə həyata keçməsini göstərir. Məsələn, müasir dövrdə Azərbaycan
Respublikasının xarici siyasətinin əsas məqsədlərindən biri Qarabağı erməni işğalçılardan azad
etməkdir. Ölkəmiz bu məqsədə beynəlxalq hüququn normalarına riayət etmək prinsipinin
əsasında nail olmaq istəyir. Xarici siyasətimizin prinsipi beynəlxalq hüququn ərazinin bütövlü-
yünün toxunulmazlığı, münaqişəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi kimi prinsiplərinə
əsaslanır. Xarici siyasətin vasitələri onun məqsədlərinə nail olmaq üçün nəzərdə tutulmuşdur.
Vasitələrin xarakteri məqsədlərin məzmunundan asılıdır.

13.2 Xarici siyasətin nəzəri konsepsiyası

Azərbaycan 1991-ci ildə milli dövlət müstəqilliyini qazandıqdan sonra xarici dövlətlərlə
müxtəlif sahələrdə münasibətlər qurmağa başladı. Bu məqsədlə əvvəlcə ikitərəfli, sonra isə
çoxtərəfli müqavilələrin imzalanması və münasibətlərin qurulması yönündə səmərəli, milli
mənafe və maraqlarımıza cavab verən ciddi addımlar atıldı. Müstəqillik yoluna qədəm qoyandan
sonra dövlətimizin xarici siyasət idarəsi qarşısında duran ən əsas və ümdə vəzifələrdən biri də
xarici siyasətin nəzəri əsaslarının hazırlanması idi. Bu ciddi, həm də mürəkkəb vəzifənin həlli
onun müəlliflərindən əsaslı nəzəri hazırlıq və bu sahədə peşəkar təcrübə tələb edirdi. Problemin
həllini şərtləndirən faktorlardan biri də xalqımızn uzun illər boyu əsarətdə yaşaması və onun
milli diplomatiya formalaşdırmaq imkanından məhrum olması idi. Təbii ki, bu sahədə lazımi
milli elmi tədqiqatların olmaması da vəziyyəti çətinləşdirirdi. Aydın məsələ idi ki, dövlətin xarici
siyasətinin nəzəri əsaslarının hazırlanması üçün xarici siyasət və beynəlxalq münasibətlərin
incəliklərini, dövlətlərarası münasibətlərdə açıq və gizli şəkildə təzahür edən prosesləri dərindən
təhlil etmək sahəsində ciddi nəzəri hazırlıq tələb olunurdu. Eyni zamanda dövlətin daxili siyasə-
tini də nəzərə almaq lazım idi. Burada dövlətin xarici siyasətinin konsepsiyası, strategiya və
taktikasının əsas məqsəd və vəzifələri müasir dövrün tələblərindən çıxış edilərək müəyyən-
ləşdirilməli idi. Bu məsələdə əsas vəzifə, heç şübhəsiz, Azərbaycanın dövlət suverenliyini
qorumaqdan, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimiz üzərində dövlətimizin yurisdik
siyasını bərpa etməkdən, ölkədə uzun müddətdən bəri yığılıb qalmış ciddi sosial-iqtisadi
problemlərin həllinə yönəlmiş münasib xarici siyasət kursunun həyata keçirilməsindən ibarət idi.
Göründüyü kimi, dövlətimizin xarici siyasətinin nəzəri əsaslarını hazırlamaq ölkəmizin xarici
əlaqələrinin və milli mənafeyimizə cavab verən başlıca istiqamətlərinin obyektiv, düzgün

128
müəyyən olunması üçün zəruri şərtlərdən biri idi [1]. Əsas məsələ ölkəmizin müstəqilliyini
qorumaq, təbii sərvətlərimizin talan olunmasına imkan verməmək idi. Nəzərə almaq lazım idi ki,
təbii resurslar baxımından Azərbycan zəngin bir ölkədir, ələxüsus neft və qaz mənbələri ilə
zəngin olan ölkə olduğundan böyük dövlətlərin və onlara məxsus transmilli şirkətlərin hədəfi və
maraq dairəsində idi. Məlum məsələdir ki, dünyanın aparıcı neft şirkətləri özünün maliyyə
imkanlarına və neft sənayesi sahələrinin idarə olunmasında zəngin təcrübəyə malik olduqlarına
görə mənsub olduqları ölkələrin xarici siyasət və beynəlxalq əlaqələrinin qurulması,
tənzimlənməsi və istiqamətləndirilməsinə açıq və qapalı formada təsir etmək imkanlarına
malikdirlər. Bu şirkətlər dövlətin maddi maraqlarını təmin etdikləri üçün hədəf dairəsində olan
neft ixracatçısı olan ölkələrdə mənsub olduqları dövlətlərin mövqeyinin möhkəmləndirilməsində
fəal rol oynadıqlarına görə bu şirkətlərin iqtisadi maraqları dövlət tərəfindən qorunur. Göründüyü
kimi, dövlətlə transmilli şirkətlərin maraqları üst-üstə düşür və bir növ dövlətlə transmilli
şirkətlərin calağından təşəkkül taparaq formalaşan bu birlik müasir dövrdə yeni müstəmləkəçilik
sisteminin aparıcı ünsürünə çevrilir. Beynəlxalq münasibətlərin neqativ reallığını özündə əks
etdirən bu prosesin keşiyində yeni müstəmləkəçi dövlətlərin hərbi qüdrəti və beynəlxalq
aləmdəki siyasi nüfuzu durur. Heç şübhəsiz, Azərbaycanın xarici siyasətinin nəzəri əsasları
hazırlanarkən beynəlxalq münasibətlərdə cərəyan edən və qloballaşma ilə birbaşa əlaqəsi olan bu
prosesin bütün çalarları nəzərə alınmalı, ölkəmizin maraqlarını özündə əks etdirən, qarşılıqlı
fayda və ədalət prinsiplərinə söykənən, bu prinsiplərdən çıxış edən xarici siyasət konsepsiyası
hazırlanmalı idi. Təbiidir ki, bu məsələdə milli mənafe və dövlət maraqları əsas götürülməli idi.
Qeyd edək ki, bu istiqamətdə əməli addımlar Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışından sonra atıldı. Yalnız bundan sonra Azərbaycanın xarici siyasətinin
nəzəri əsasları hazırlanarkən, xülasə formasında yuxarıda göstərilən mülahizə və müddəalar
nəzərə alındı və ölkəmizin xarici əlaqələrini özündə əks etdirən konsepsiya və ona söykənən
prinsiplər Azərbaycan Respubilkasının Konstitusiyasında da öz ifadəsini tapdı.

13.3 Xarici və daxili siyasət arasında qarşılıqlı əlaqə.

Xarici siyasət ilə daxili siyasətin arasındakı münasibətin tədqiq olunması xarici siyasətin və
ümumilikdə beynəlxalq münasibətlərin öyrənilməsində möhöm əhəmiyyət kəsb edir.
Əvvəlki fəsillərdə biz gördük ki, beynəlxalq münasibətlər nəzəriyyəsindəki bəzi məktəblər
xarici siyasətin təhlilinə, onun daxili siyasətlə münasibətinə xüsusi fikir verir. Lakin xarici
siyasətin determinantlarını müəyyən etdikdə onlar müxtəlif amilləri göstərirlər. Məsələn, libe-
ralizmə, marksizmə əsasən, ölkənin xarici siyasətinin xarakteri onun daxili siyasəti ilə müəyyən
edilir. Neorealizm isə xarici siyasətin xarakterini beynəlxalq sistemlə əlaqələndirir.
Daxili siyasətlə müqayisədə xarici siyasətdə qadağan olunan fəaliyyət metodlarının sayı
daha azdır. Məsələn, zorakılıq, aldatma daxili siyasətdə qadağan olunmuşdur, lakin xarici
siyasətdə hətta müharibəyə yol verilir. Dövlətin daxili hüquq qanunları daxili siyasətin əsası kimi
beynəlxalq hüquqdan daha genişdir, aydındır və tətbiqində gücə daha çox əsaslanmışdır. Buna
görə də daxili siyasətdə nizam xarici siyasətdən daha möhkəmdir.
Xarici siyasətdə təhlükə suveren dövlətə qarşı olduğu halda, daxili siyasətdə belə təhlükə
hakimiyyətdə olan konkret qrupa qarşı olur.
Daxili və xarici siyasət arasındakı münasibətdə daxili siyasət müəyyənedici rol oynayır.
Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə
uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması
dövlətin xarici siyasətinin beynəlxalq hüquq normalarına məhəl qoymamasına səbəb olur.

129
Daxili siyasətin xarici siyasətə müəyyənedici rolunu qeyd etməklə bərabər xarici siyasətin
daxili siyasətə əks təsirini də göstərmək vacibdir. Ölkənin xarici siyasət sahəsində əldə etdiyi uğurlar
onun daxili siyasətinə müsbət təsir göstərir, daxili vəziyyətini sabitləşdirir, hakimiyyətdə olanların
mövqelərini möhkəmlədir, müxalifətin nüfuzunu zəiflədir. Ölkənin xarici siyasət sahəsində üzləşdiyi
məğlu- biyyətlər isə əksinə onun daxili vəziyyətinə mənfi təsir göstərir. Bu, ilk növbədə özünü xalqın
hakim dairələrə qarşı artan etirazlarına səbəb olur. Ölkədaxili müxalif qüvvələr iqtidarın xarici
siyasətindəki uğur- suzluqları ona qarşı istifadə edir, etiraz nümayişləri təşkil olunur, hakimiyyətin
istefası, seçkilərin keçirilməsi tələb olunur və s.
Beləliklə, daxili və xarici siyasət arasındakı münasibət qarşılıqlı xarakter daşıyır. Bu
münasibətdə daxili siyasət müəyyənedici rol oynasada xarici siyasət ona əks təsir göstərir.

13.4 Diplomatiya və diplomatik xidmət.

“Diplomatiya” məfhumu bir neçə mənada işlədilir. Bəzən o, xarici siyasət məfhumunun
sinonimi kimi işlədilir. Məsələn, “Yaxın Şərqdə Britaniyanın diplomatiyası məğlubiyyətə
uğradı”. Bəzən diplomatiya məfhumu danışıqlar mənasını verir. Məsələn, “bu problem diplo-
matiya yolu ilə həll olundu”. Bəzən isə diplomatiya məfhumu beynəlxalq danışıqların aparıl-
masında bacarıqdan istifadə edən abstrakt keyfiyyəti təsvir edir. Məsələn, “o, diplomat kimi
danışır”. Lakin bu mənalarda işlədilən diplomatiya məfhumunun heç biri onun düzgün istiqa-
mətdə açıqlamır.
Diplomatiya – danışıqlar vasitəsilə beynəlxalq münasibətlərin idarə olunması deməkdir.
Diplomatiya elə bir metoddur ki, onun vasitəsilə beynəlxalq münasibətlər səfirlər və xarici
siyasət sahəsin- də fəaliyyət göstərən digər rəsmi şəxslər tərəfindən tənzimlənir və idarə olunur.
Kvunsi Vrayt diplomatiyanı iki mənada işlədir: populyar və xüsusi. Populyar mənada
diplomatiya hər bir danışıq zamanı bacarıqdan istifadə etmək deməkdir. Xüsusi mənada diplo-
matiya müharibənin mümkün olduğu siyasət sistemində minimum itkilərlə qrupun məqsədinin
maksimumuna nail olmaq üçün danışıqlar bacarığıdır. Biz diplomatiya məfhumunu Vraytın qeyd
etdiyi xüsusi mənada işlədəcəyik, çünki biznes sahəsindən fərqli olaraq fiziki zorakılığın
mümkün olmadığı şəraitlərdə diplomatiyanın heç bir mənası yox- dur. Beləliklə, diplomatiya
zorakılıq mümkün olan sahədə tətbiq edilir və diplomatiyanın funksiyası zorakılığın qarşısını
almaqdır.
Diplomatiyanın məqsədi razılıq əldə etməkdir. Bu o deməkdir ki, diplomatiya yalnız razılıq
olmayan yerdə münasibdir. Tərəflər arasında tam razılıq olduqda o, münasibliyini itirir.
Beləliklə, diplomatiyadan real və ya potensial anlaşılmazlığın, yaxud razılığın ol- madığı
yerlərdə istifadə edilir. Lakin razılığın olmaması elə bir həddə çatmamalıdır ki, onu danışıqlar
vasitəsilə həll etmək mümkün olmasın. Bününla belə qeyd etmək lazımdır ki, razılığın olması,
yaxud olmaması situasiyaları elə dəyişə bilər ki, nəticədə müəyyən məsələ üzrə razılıq itirilə
bilər və əksinə, situasiyaların dəyişməsi nəticəsində tərəflərin razılıq əldə edə bilmədikləri
məsələ üzrə razılıq əldə oluna bilər.
Danışıqlar başqalarına təsiretmə metodlarından biridir. Danışıqlar inandırma metodunun
əsasını təşkil edir. İnandırma metodu isə, yuxarıda qeyd etdiyimiz kimi, gücdən istifadə
edilməsinin dörd metodundan (şirnikləndirmə, cəzalandırma, məcburetmə) biridir. Bu dörd
metodun hər biri danışıqlar prosesində olsa da, onların müxtəlif əhəmiyyəti vardır. Diplomat
məcburetmə metodundan danışıqlar prosesində istifadə edə bilməz. Onun rolu müharibəyə apara
bi- lən ultimatumun qarşı tərəfə təqdim olunması ilə məhdudlaşır. Beləliklə, inandırma
beynəlxalq diplomatiyada istifadə edilə bilən əsas metoddur. Məhz inandırma diplomatın qabil

130
olduğu mühüm məharətdir. Bundan başqa diplomat danışıqlar prosesində qarşı tərəfə təsir etmək
məqsədilə ona şirnikləndirici və ya cəzalandırıcı seçim vəd edə bilər.
Bir qayda olaraq diplomatların fəaliyyəti təmsil etdikləri dövlətlərin siyasəti ilə məhdud-
laşır. Onlar xarici siyasət qərarlarını istədikləri kimi dəyişə bilməzlər. Buna görə də diplomatiya
sahəsində uğurun qazanılması təkcə diplomatların şəxsi keyfiyyətlərindən asılı deyil. Bu, müəyyən
dərəcədə dövlətin xarici siyasətinin məzmunundan da asılıdır. Bu məqamla əlaqədar qeyd etmək
lazımdır ki, diplomatlar bəzi hallarda təmsil etdikləri dövlətin zəifliyi və ya hökumətin səmərəsiz
fəaliyyət göstərməsi səbəbindən həyata keçirdikləri fəaliyyətdə uğur qazana bilmirlər. Dövlətin
zəifliyi hökumətin səmərəsiz fəaliyyəti ilə müqayisədə daha təhlukəlidir, çünki dövlət qüdrətli
olduğu halda hökumətin buraxdığı səhvlər asanlıqla aradan götürülə bilər. Dövlətin xarici siyasə-
tinin səmərəliliyi onun qüdrətindən çox asılıdır. Bu bir daha onu göstərir ki, keçmişdə olduğu kimi,
müasir dövrdə də dövlətlərarası münasibətlərdə güc faktoru mühüm rol oynayır. Məsələn, müasir
dövrdə ABŞ diplomatiyasının səmərəliliyi əhəmiyyətli dərəcədə onun qüdrətindən, gücündən
asılıdır.
Diplomatiyanın səmərəliliyi tərəflər arasındakı ziddiyyətlərin ciddi olub-olmamasından da
asılıdır. Əgər dövlətlərarası münasibətlərdə bu və ya digər dövlətin milli maraqları ciddi təhlükə
altındadırsa, o, hər hansı bir kompromisə getməkdən imtina edir və nəticədə diplomatiyanın
dövlətlərarası ziddiyyətlərinin həll olunmasında əhəmiyyəti azalır. Diplomatiyanın əhəmiyyəti
dövlətlərarası ziddiy yətlərin ciddi olmadığı şəraitdə artır.

Mövzu 14.Azərbaycan Bey-nəlxalq Münasibətlər sistemində.


14.1Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qoşulması.
14.2Xarici siyasətin əsas vəzifələri, prinsipləri və əsas istiqamətləri.
14.3Azərbaycanın xarici siyasət prioritetləri.
14.4Azərbaycanın dünya dövlətləri ilə əlaqələrində beynəlxalq təşkilatların rolu.
14.5 Xəzər nefti geosiyasət və region maraqları çərçivəsində: Xəzərin hüquqi statusu.

14.1Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qoşulması.

XX yüzilin sonunda dünyada baş verən qlobal proseslər, xüsusən də Varşava Müqaviləsi
Təşkilatının ləğv edilməsi, "soyuq müharibə"nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq
aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb
oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq
münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursunu həyata
keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni düzümünün formalaşmasına
gətirib çıxardı. Bu, bir tərəfdən, beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdur-
manın aradan qalxması ilə səciyyələnirdisə, digər tərəfdən, siyasi, iqtisadi və hərbi baxımdan
strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra məhəlli mər-
kəzlərin meydana çıxması ilə müşayiət olunurdu. Mühüm geosiyasi məkanda yerləşən Azər-
baycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci
illərin sonu - 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik
prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən
vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən
rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də
BMT-nin üzvlüyünə qəbul edildi. Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin Dağlıq
Qarabağda erməni separatizmi və Ermənistanın hərbi təcavüzü ilə dərinləşən ciddi siyasi və

131
iqtisadi problemlərlə müşayiət olunması onun diplomatiyası qarşısında çox mühüm vəzifələr
qoyurdu. Təcavüzün və millətçi separatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan
qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə siyasi və
iqtisadi inteqrasiyaya girmək zərurəti məqsədyönlü, ardıcıl və fəal xarici siyasətin həyata
keçirilməsini tələb edirdi. Beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və
toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq
təminat almaq üçün çox ciddi səylər edilməli və gərgin fəaliyyət göstərilməli idi. Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin
iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər
Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət
kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və
əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan
edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli
əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edirdi. Müasir
dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu
seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri
dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə
inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir. 1991-ci ilin sonu-1992-ci ildə Azərbay-
canın dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması və diplomatik münasibətlərin yara-
dılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. Ikitərəfli siyasi
münasibətlərin qurulması iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaradırdı.
Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq isə öz növbəsində siyasi münasibətlərin dərinləşməsi,
qarşılıqlı etimadın güclənməsi yolunda mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər
dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də
imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlən-
məsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və
sonrakı dövrdə imzalanmış çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə
inteqrasiyasını gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin
geniş şəbəkəyə malik olduğunu nümayiş etdirir. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13
beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək yolu"nun bərpası üzrə
keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin
müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərindən biridir. Avropa Birliyinin TASİS-
TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun bərpası üzrə həyata keçirilən tədbirlər
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi
potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi
üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın
Avropa-Qafqaz- Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respubli-
kanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki
iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Azər-
baycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf
etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın
genişləndirilməsi də mühüm yer tutur. 1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan
Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa
Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratmış, bu

132
qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət
yeridir. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm
özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli
mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının 1994-cü ildən başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramı çərçivəsində fəaliyyəti dünyanın qabaqcıl ölkələri ilə onun əlaqələrinin inkişafına
mühüm zəmin yaratmışdır. 1998-ci il sentyabrın sonunda NATO-nun baş katibi H.Solananın
Azərbaycana səfəri ərəfəsində verdiyi müsahibədə "Qafqaz regionunu NATO-nun birbaşa ma-
raqları olan regionlar" sırasında qeyd etməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və
regional təhlükəsizliyin qorunması sahəsində Şimali Atlantika təşkilatı ilə Azərbaycanın maraq-
larının üst-üstə düşdüyünü bir daha təsdiq etdi. Göründüyü kimi, Azərbaycan Respublikasının
müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi,
siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində xarici siyasət sahəsində fəaliyyətin rolu
kəskin şəkildə yüksələrək həlledici əhəmiyyət kəsb etmişdir. Qeyd etmək lazımdır ki, müstəqillik
əldə etdikdən sonra Azərbaycan da daxil olmaqla postsovet məkanında yerləşən bütün dövlətlər
özlərinin gələcək inkişaf strategiyasını müəyyənləşdirərkən ciddi seçim qarşısında qaldılar: onlar
ya əvvəlki kimi sosialist ideologiyası və ictimai mülkiyyətə əsaslanan planlı iqtisadiyyat yolu ilə
fəaliyyətini davam etdirərək beynəlxalq aləmdə ideoloji, hərbi-siyasi qarşıdurmaya yenidən
şərait yaratmalı, ya da iqtisadi-siyasi və sosial sahədə yüksək tərəqqiyə nail olmuş ölkələrin
təcrübəsini əsas götürərək, bu təcrübəni yerli şəraitə uyğunlaşdırmaqla xüsusi mülkiyyətə
əsaslanan azad bazar iqtisadiyyatı yolunu seçməli idilər. "Soyuq müharibə"də sosializm cəbhəsi
üzərində parlaq qələbə çalan kapitalizm dünyasının hərtərəfli üstünlükləri yeni yaranmış
dövlətləri məhz ikinci yolu seçməyə bir növ sövq etdi. İkinci yolu seçməklə həmin dövlətlər yeni
bir seçim problemi ilə üzləşdilər. Onlar bu dəfə kapitalizm dünyası daxilindəki mövcud inkişaf
modelləri üzrə, daha doğrusu, tədqiqatçıların qeyd etdiyi kimi, hazırda dünya siyasətinin
müəyyənləşməsində əsas rol oynayan iqtisadi-siyasi güc mərkəzlərinin inkişafı ilə bağlı
Amerika, Avropa və Asiya modelləri üzrə seçim zərurəti qarşısında qaldılar. Buna görə də,
müstəqillik əldə edən dövlətlər özlərinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üçün
dünyada mövcud olan mürəkkəb beynəlxalq və regional şəraiti düzgün qiymətləndirməli, dünya
siyasətinin güc mərkəzləri olan ABŞ, Rusiya, Avropa Birliyi, Cənub-Şərqi Asiya ölkələri
arasındakı mənafe və maraq çəkişmələrində özünün suverenliyini qoruyub saxlamaq məqsədilə
düşünülmüş xarici siyasət yeritməli idilər. Bu dövlətlər qarşısında müasir dövrdə beynəlxalq
aləmdə qəbul edilmiş və həyata keçirilən inkişaf modellərinin, ilk növbədə Amerika, Avropa və
Asiya modellərinin zəif və üstün cəhətlərini diqqətlə araşdırmaq və bu zəmində ya onlardan
birinə üstünlük vermək, ya da ayrı-ayrı modellərin müəyyən cəhətlərini sintez edərək ölkənin
spesifik şəraitinə daha uyğun olan inkişaf yolunu seçmək vəzifəsi dururdu.

14.2Xarici siyasətin əsas vəzifələri, prinsipləri və əsas istiqamətləri.

Hər bir müstəqil dövlət özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənən, müxtəlif


istiqamətli daxili və xarici siyasət yeridir. Dövlətin daxili siyasəti xalqın ümumi rəyi ilə
yaradılmış və qəbul olunmuş Konstitusiya əsasında onun tam bir varlıq kimi yaşamasına,
fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətən-
daşların maddi və mənəvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Xarici siyasət isə bu
vəzifələrin yerinə yetirilməsi, habelə öz ərazisində qanunverici, icraedici və məhkəmə hakimiy-
yətinin kənar müdaxilə olmadan həyata keçirilməsi məqsədilə təhlükəsiz və əlverişli beynəlxalq

133
şəraitin təmin edilməsinə; ayrıayrı dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi,
sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənil-
məsinə; qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdiril-
məsinə və s. xidmət edir. Başqa sözlə ifadə etsək, ölkə daxilində gedən proseslərdən və qarşıya
qoyulan vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər sahəsində
mövqeyini və xarici siyasətinin istiqamətlərini, xarakterini, prinsiplərini müəyyənləşdirir və
şərtləndirir. Bu mənada xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn,
ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və
normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən
məqsədyönlü fəaliyyət növü kimi xarakterizə etmək olar. Müstəqil Azərbaycan dövlətinin xarici
siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri Azərbaycanın 1995-ci
il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasında və Prezident Heydər Əliyevin çıxışlarında öz
əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 10-cu maddəsində göstərilir ki,
Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin
maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Azərbaycan Prezidenti 1993-cü il oktyabr
ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında qeyd
etmişdir ki, "respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini
dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda
böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqil-
liyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlıfaydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan
Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiy-
yatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir".
Azərbaycan dövlətinin xarici siyasətdə rəhbər tutduğu əsas vəzifələri aşağıdakı istiqa-
mətlərdə qruplaşdırmaq olar:
- ölkənin müstəqilliyini, suverenliyini və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəs-
ində ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik
sistemi ilə sıx əlaqələndirmək;
- Azərbaycanın bütün beynəlxalq və regional təşkilatlarda təmsil olunması, sivil birgəya-
şayış qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatılması, beynəlxalq və regional müna-
sibətlərin həllində fəal iştirak etməsi zəminində dünyanın siyasi xəritəsində layiqli yer tutmasına
nail olmaq;
- dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri
yaratmaq, bu əlaqələrdən respublikanın iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafında
səmərəli amil kimi istifadə etmək;
- mənafeyi Azərbaycanın dövlətçilik və milli mənafeləri ilə uyğun gələn dövlətlərlə
tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq, respublikanın beynəlxalq mövqelərinin
möhkəmlənməsi üçün onların imkanlarından istifadə etmək;
- ölkənin demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, müstəqil daxili və
xarici siyasət yeritməsi üçün əlverişli beynəlxalq şəraitin bərqərar olmasına çalışmaq;
- əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların
həyata keçirilməsinə şərait yaratmaq;
- regionda gərginliyin aradan qaldırılmasına və mehriban qonşuluq münasibətlərinin
yaradılmasına səy göstərmək;
- Azərbaycana xarici təzyiqlərin qarşısını alan və ya onları minimuma endirən beynəlxalq
himayə mexanizminin yaradılmasına nail olmaq;

134
- dövlətin bütün beynəlxalq, regional, iqtisadi, elmi-texniki, mədəni, humanitar və s.
təşkilatlarda fəal iştirakına çalışmaq;
- xalqın mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatının dün-
ya iqtisadi sisteminə inteqrasiyası üçün bütün xarici və daxili amillərdən bəhrələnmək;
-xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr və geniş informasiya mübadiləsi
mexanizmləri yaratmaq və s. Bütün bu vəzifələr və onların həyata keçirilməsi ilə bağlı konkret
səylər Azərbaycan dövlətinin beynəlxalq, regional və dövlətlərarası münasibətlər sahəsində
atdığı praktiki addımlarda, bağlanan müqavilələrdə öz əksini tapmışdır. Müstəqil Azərbaycan
dövlətinin xarici siyasəti özünəməxsus xüsusiyyətləri ilə də seçilir. Siyasi sahədə Azərbaycan
dövlətinin xarici siyasətinin əsas mahiyyəti beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzim-
lənən sivil dövlətlərarası münasibətlərə hörmət bəsləməkdən, beynəlxalq, regional və dövlət-
lərarası münaqişələri sülh və danışıqlar yolu ilə həll etməkdən, bütün dövlətlərin suveren hüquq-
larına hörmətlə yanaşmaqdan; iqtisadi sahədə - qarşılıqlı-faydalı əməkdaşlıq etməkdən, iqtisadi
maraqların uzlaşdırılmasından, uyğunlaşdırılmasından, qarşılıqlı tə'minat mexanizminin
yaradılmasından və onun qorunmasından; mədəni sahədə - dövlətlərarası əlaqələrə və
ünsiyyətlərə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan, mənəvi sərvətlərin ma-
neəsiz, azad və demokratik mübadiləsindən və s. ibarətdir. Respublikanın xarici siyasətinə xas
olan xüsusiyyətlərdən bəhs edərkən beynəlxalq, regional və dövlətlərarası münasibətlərin inkişaf
tendensiyasına uyğun çevik, praqmatik və tarazlı siyasət yeridilməsini, qonşu ölkələrlə əlaqələr
qurulmasına üstün yer verilməsini, dünya siyasətinə əhəmiyyətli təsir göstərən böyük dövlətlərlə
partnyorluq münasibətlərinin yaradılmasının ön plana çıxarılmasını, onların maraqları ilə
Azərbaycanın strateji mənafelərinin uzlaşdırılması zərurətini və s. mühüm amilləri də xüsusi
qeyd etmək lazımdır. Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolu tutduğundan
onun xarici siyasəti də dünya təcrübəsinin bütün mütərəqqi nailiyyətlərini, sivil beynəlxalq
normaları özündə əks etdirir və hər cür etnik və dini məhdudiyyətləri inkar edir. Azərbaycanın
müasir xarici siyasəti açıq və demokratik prinsiplər əsasında qurulmuş, xalqın və dövlətin
mənafelərinə, mentalitetinə zidd olmayan bütün beynəlxalq normaları özündə birləşdirmişdir.
Müstəqilliyinin ilk illərində xarici siyasətini əsasən etnik və dini təəssübkeşlik üzərində qurmağa
cəhd edən Azərbaycan hökuməti zamanın sınağından çıxa bilmədi. Çünki beynəlxalq aləmin
yüzillərlə yaranmış və formalaşmış sivil münasibətlər sistemi dövlətlərarası əlaqələrin etnik və
milli birlik amili üzərində deyil, tərəflərin mənafelərinin tarazlığı, qarşılıqlı təminatı üzərində
qurulmasını tələb edirdi. Heç şübhəsiz, ayrı-ayrı dövlətlərin əlaqə və münasibətlərinin müəyyən
edilməsində etnik və dini təəssübkeşlik prinsipi əsas rol oynayır və çoxəsrlik tarixi olan bu amili
beynəlxalq siyasətdə tamamilə inkar etmək mümkün deyil. O hər zaman dövlətlərarası
münasibətlərin qurulması və inkişafına öz ciddi təsirini göstərmiş, göstərir və bundan sonra da
göstərəcəkdir. Lakin dövlətlərarası münasibətlərin sırf etnik və dini mənsubiyyət əsasında
qurulması, bir qayda olaraq, müasir beynəlxalq münasibətlərin inkişaf tendensiyası ilə ziddiyyət
təşkil edir və bu meyara istinad edən dövlətlərin beynəlxalq aləmdən təcrid olunması təhlükəsi
yaranır. Buna görə də, eyni dinə və soykökə malik xalqlar və dövlətlər arasında da əlaqələrin
qurulması, mədəni, humanitar və s. sahələrdə münasibətlərin yaradılaraq gücləndirilməsi ifrat
millətçi və dini meyllərin yaranması istiqamətində deyil, bərabərhüquqlu, qarşılıqlı-faydalı
əməkdaşlıq, dünya inteqrasiyası istiqamətində inkişaf etdirilməlidir. 1993-cü ilin ikinci yarısın-
dan etibarən Azərbaycanın xarici siyasət sahəsində tutduğu yolun mahiyyəti məhz bu amillərlə
səciyyələnir. Ölkə Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, Azərbaycan dövləti demok-
ratik, hüquqi, dünyəvi, unitar respublikadır. Deməli, onun xarici siyasəti də bu prinsipləri özündə
əks etdirməli, beynəlxalq münasibətlərin hüquqi və demokratik əsaslar üzərində qurulmasına

135
istiqamətlənməlidir. Bu mövqedən çıxış edən Azərbaycanın xarici siyasəti xalqın və dövlətin
strateji maraqlarını tam əks etdirməklə bərabər, həm də beynəlxalq hüquq normalarına,
beynəlxalq təşkilatların əsas prinsiplərinə, bəşəri birgəyaşayış qaydalarına tam uyğunlaş-
dırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, "Azərbaycan Respublikası
başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun
qurur". Beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər Azərbaycanın da üzv olduğu
BMT-nin nizamnaməsində, ATƏT-in "Helsinki aktı"nda və "Paris və İstambul xartiyalarında" öz
əksini tapmışdır. Azərbaycan dövlətinin beynəlxalq, regional və dövlətlərarası münasibətlər
sahəsində əsaslandığı əsas prinsiplər aşağıdakılardan ibarətdir:
- hər bir dövlətin suveren hüquqlarına hörmət, bir-birinin daxili işlərinə qarışmamaq,
ölkələrin dövlət quruculuğu və sosial-siyasi inkişaf modelləri arasındakı fərqlərdən asılı
olmayaraq seçdiyi inkişaf yoluna hörmətlə yanaşmaq, dövlətlərarası münasibətlərdə beynəlxalq
normaları və üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək;
- beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünün
pozulmasına, sərhədlərinin zorla dəyişdirilməsinə və dövlət müstəqilliyinin təhlükə altına
alınmasına yol verməmək, mübahisəli məsələləri dinc yolla həll etmək;
- ictimai-siyasi, iqtisadi və mədəni əlaqələrdə bərabərhüquqlu, qarşılıqlı-faydalı
əməkdaşlıq, ortaq maraq və mənafeləri qorumaq, qarşılıqlı təhlükəsizliyə can atmaq, dinc və
faydalı əməkdaşlıq üçün perspektivli addımlar axtarmaq və həyata keçirmək;
- ikitərəfli əlaqələrdə beynəlxalq hüquq normalarını və sivil birgəyaşayış qaydalarını, başqa
dövlətlərin, regional və beynəlxalq birliklərin mənafelərini nəzərə almaq;
- xalqların və millətlərin öz müqəddəratlarını təyin hüququna hörmət etmək, insan
hüquqlarını və haqlarını qorumaq;
- separatizmə, terrorizmə, dövlətlərin və xalqların təhlükəsizliyinə, maddi və mənəvi
həyatına ziyan verə biləcək digər neqativ hallara qarşı birgə mübarizə aparmaq;
- bəşəriyyəti və ayrı-ayrı dövlətlərin xalqlarını narahat edən qlobal problemlərin həlli
istiqamətində birgə çalışmaq, bütün səyləri birləşdirmək və sair.
Beynəlxalq prinsiplər BMT, ATƏT və digər beynəlxalq təşkilatların üzvü olmuş bütün
dövlətlər üçün məcburi xarakter daşıyır. Bəşər cəmiyyəti bəhs etdiyimiz prinsipləri beynəlxalq
münasibətlər sisteminin və sivil birgəyaşayışın əsas hüquq normasına çevirmək üçün yüzillərlə
qanlı müharibə və dağıntılarla müşayiət olunan
tarixi bir dövr keçmişdir. Hazırda bütün dünya dövlətləri, beynəlxalq və məhəlli təşkilatlar
istər ayrı ayrılıqda, istərsə də birgə bağladığı müqavilələrdə, həyata keçirilən tədbirlərdə,
BMTnin Nizamnaməsində, Beynəlxalq Konvensiyalarda ATƏT-in 1975-ci ildə imzalanmış
"Helsinki Aktı"nda, 1990-cı il "Paris Xartiyasında" və 1999-cu il “İstambul Xartiyasında” öz
əksini tapmış prinsip və normaları qorumağa, onlara əməl etməyə borcludurlar. Beynəlxalq
hüquq normaları və prinsipləri hazırda beynəlxalq münasibətlər praktikasında hamının qəbul edə
biləcəyi, sivil dövlətlərarası münasibətlərin inkişafına və möhkəmlənməsinə bu və ya digər
dərəcədə müsbət təsir göstərə biləcək yeni-yeni kollektiv sənədlərlə, müqavilə və maddələrlə
zənginləşdirilir. Azərbaycan müstəqillik illərində bir çox belə birgə sənədə imza atmış, özünün
hüquqi fəaliyyət və öhdəlik dairəsini genişləndirmişdir. 1992-1993-cü illərdə Azərbaycan
hökumətinin xarici siyasət sahəsindəki əsas səhvləri sırasında:
- respublikamız ətrafında yaranmış regional və beynəlxalq münasibətlərin xarakterini, əsas
tendensiyasını və axarını düzgün müəyyən edə bilməməsi;
- ayrı-ayrı region dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz dairələrini
qiymətləndirə bilməməsi və müvafiq olaraq səhv addımlar atması;

136
- həmin dövr üçün Azərbaycanın geostrateji əhəmiyyətini və dünya dövlətlərinin mənafe
müstəvisində yerini düzgün qiymətləndirməməsi və s. düşünülməmiş addımları xüsusi qeyd
edilməlidir. Bütün bunlar nəticə etibarilə Azərbaycanı çox ağır vəziyyətə saldı. Bir tərəfdən,
region dövlətləri ilə münasibətlər kəskinləşdi, digər tərəfdən isə beynəlxalq himayəyə olan inam
itdi və bu himayəni təmin edə biləcək dövlətlərlə münasibətlər sərinləşdi. Azərbaycan beynəlxalq
aləmdə təkləndi.

14.3Azərbaycanın xarici siyasət prioritetləri.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması həm də Azər-


baycanda müstəqil dövlət quruculuğu prosesi ilə müşayiət olunduğundan dövlətin rastlaşdığı
bütün problemlər onun xarici siyasətinə də öz təsirini göstərmişdir. SSRİ-nin və keçmiş sosialist
birgəyaşayış tərzinin təsirindən qurtarmaq, müstəqil xarici siyasət kursu formalaşdırmaq, onun
əsas prioritetlərini, məqsəd və vəzifələrini, istiqamətlərini müəyyən etmək, dünya siyasəti
müstəvisinə çıxmaq və beynəlxalq münasibətlər sisteminə qatılmaq gənc və təcrübəsiz dövlət
üçün o qədər də asan bir iş deyildi. Odur ki, müstəqilliyin ilk illərində ölkənin xarici siyasət
kursunda və hökumətin bu yönlü fəaliyyətində ciddi nöqsanlar, ziddiyyətli, qeyri-müəyyən və
qeyri-ardıcıl qərarlar da olmuşdur ki, bütün bunlar Azərbaycanın həm daxili həyatına, müstəqil
dövlət quruculuğu prosesinə, həm də onun dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə
qatılması işinə öz mənfi təsirini göstərmişdir. Hər bir dövlət öz xarici siyasəti qarşısındakı
vəzifələri həyata keçirmək üçün uzunmüddətli strateji və operativ cari fəaliyyət proqramı
hazırlayır. Uzunmüddətli strateji fəaliyyət proqramı dövlətin gücü, qüdrəti, resursları, dünya
siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur.
Bunların ən vacibləri və həyati əhəmiyyət kəsb edənləri sırasına ölkənin müstəqilliyinin qorun-
masını, dünyaya müvəffəqiyyətli intqerasiya və beynəlxalq münasibətlər sistemində özünə layiq
yer tutmasını, ərazi bütövlüyü və suveren hüquqlarının təmin edilməsini, vətəndaşlarının firavan
həyatını təmin etmək məqsədilə xarici aləmin imkanlarından istifadə edilməsini və s. aid edirlər.
Uzunmüddətli xarici siyasət strategiyası konkret zaman, məkan və şəraitə uyğun olaraq
dövlətlərin cari xarici siyasət proqramının hazırlanmasını və yürüdüləcək siyasətin, görüləcək
işlərin prioritetlərinin (mövcud zaman, məkan və şəraitdə reallaşdıracağı birinci dərəcəli
vəzifələr) müəyyən edilməsini tələb edir. Əslində xarici siyasət sahəsindəki prioritetlər dövlətin
uzunmüddətli xarici fəaliyyətinin tərkib hissəsi, qarşısında duran vəzifələrin daha dəqiqləş-
dirilmiş, qruplaşdırılmış, təsnifatlaşdırılmış və mövcud zaman, məkan çərçivəsində önə çıxarıl-
mış hissəsidir.
Ölkənin xarici siyasət prioritetləri tədqiqatçıların fikrinə görə, dövlətin rəsmi və qeyri-
rəsmi institutlarının, vətəndaş cəmiyyətinin və ictimaiyyətin tələb və istəklərinin sintezi
nəticəsində formalaşmış ümumi rəy əsasında müəyyən olunur. Ümumi rəyin fəaliyyət proq-
ramına çevrilməsi və milli səviyyədə həyata keçirilməsinin koordinasiyasını dövlət öz institut-
ları, hüquqi və fiziki şəxsləri vasitəsilə reallaşdırır. Xarici siyasət prioritetlərinin koordinasiyasını
həyata keçirən əsas institut Xarici İşlər Nazirliyi hesab olunur. Bu nazirlik mövcud zaman,
məkan və şərait çərçivəsində dövlətin ictimai tələblərini öyrənir, ümumiləşdirir, xarici aləmlə
təmasda onun reallaşması proqramını hazırlayır, dövlətin ali rəhbərliyinə təqdim edir və həyata
keçirilməsi işini təmin edir. Prioritetlərin reallaşması işində Xarici İşlər Nazirliyi həm dövlətin
bütün mövcud resurslarını və gücünü, həm də ölkə vətəndaşlarının, dövlətə loyal münasibəti ilə

137
seçilən siyasi partiya, ictimai təşkilatların, ayrı-ayrı hüquqi və fiziki şəxslərin imkanlarını
səfərbər edir. Bu mənada xarici siyasət və onun prioritet vəzifələrinin həlli tələbləri milli birliyin
yaranmasında stimul kimi çxış edir. Xüsusən böhran və müharibə vəziyyətlərində, ölkənin milli
təhlükəsizliyi, ərazi bütövlüyü və xalqın həyatı üçün təhlükə yarandığı məqamlarda insanlarda
vətənpərvərlik hisslərinin güclənməsi, maraqların və baxışların yaxınlaşması baş verir. Bu
hisslərdən düzgün istifadə olunan, millətinin istək və arzuları mövcud şəraitə və zamana görə
doğru istiqamətləndirilən, real iqtisadi, siyasi, hərbi, demoqrafik və s. imkanları nəzərə alınan
ölkələrdə prioritetləri reallaşdırmaq mümkün olur. Əks təqdirdə millət qeyri-real və avantürist
addımlara sövq olunar ki, bu da onun başqa dövlət və xalqlarla qarşıdurmasına səbəb ola bilər.
Ümumiyyətlə, dövlətin xarici siyasət prioritetlərinin həlli onun obyektiv, yaxud subyektiv
dəyərləndirilməsindən, istək və arzuların real vəziyyətə uyğunlaşdırılmasından asılıdır. Çünki
beynəlxalq aləmin siyasi, iqtisadi, hərbi, demoqrafik, informasiya imkanları və şəraiti qlobal-
laşma nəticəsində elə bir vəziyyətə gətirilmişdir ki, burada nəyin milli marağa uyğun gəlib-
gəlməməsini müəyyənləşdirmək çox çətindir. Ölkənin xarici siyasət prioritetləri açıq diploma-
tiyaya aid edilir və bir qayda olaraq dövlət başçıları, xarici siyasət idarələri bu barədə açıq
danışırlar. Prioritetin istinad qaynağı milli və milli-dövlət maraqları hesab olunur ki, bunun da
əsasını hər bir ölkənin ali qanunu olan Konstitusiya təşkil edir. Azərbaycan Respublikasının
xarici siyasətinin əsas vəzifələri və prioritetləri Azərbaycan dövlətinin Konstitusiyasında əks
olunmuşdur. Dövlət başçısı Konstitusiya tələblərindən çıxış edərək hər bir konkret zaman,
məkan və şərait çərçivəsində xarici siyasət prioritetlərini müəyyənləşdirir, onun həyata keçiril-
məsini təmin edir. Hər bir dövlətin xarici siyasət prioritetlərinin düzgün müəyyən olunması onda
öz milli maraqlarını, ölkəni əhatə edən qonşu və region dövlətlərinin imkan və mövqelərini,
dünya siyasəti və beynəlxalq münasibətlərin mahiyyəti və reallıqlarını, planetin birgəyaşayış
normalarını müəyyən edən böyük dövlətlərin, beynəlxalq təşkilatların, güc mərkəzlərinin maraq
və mənafe çərçivələrini, onlara təsir imkanlarını dəqiq qiymətləndirə bilməsindən asılıdır. Haki-
miyyət dairələrində ölkənin xarici siyasət perspektivləri, dünya dövlətləri arasında qazanacağı
uğurlar, beynəlxalq münasibətlər sistemində tutacağı yer haqqında eyforik deyil, real, praqmatik
düşüncə olmalı, dövlətin mövcud xarici siyasət resursları, dünya dövlətləri üçün kəsb etdiyi
iqtisadi, siyasi və mədəni əhəmiyyəti düzgün dərk edilməli, beynəlxalq münasibətlərin axarı,
tendensiyaları, ölkələrin real maraqları nəzərə alınmalıdır. Məsələn, 1992-ci ildə Azərbaycanın
siyasi rəhbərlərində belə bir fikir formalaşmışdı ki, SSRİ-nin tərkibindən çıxmaq, demokratik
inkişaf və Qərbə inteqrasiya kursu elan etməklə bütün dünya ölkələrinin etimadına və dəstəyinə
nail olacaq, Azərbaycanı dərhal “Ümumavropa” evinə qəbul etdirəcək və ölkənin iqtisadi inkişafı
üçün dünya dövlətlərindən hərtərəfli yardım alacaqlar. Əlbəttə, bu, meydan hərəkatından, Qərb
dəyərləri və Qərb ölkələri haqqında müxtəlif təbliğat vasitələrinin ideoloji təsirindən doğan
eyforiyadan başqa bir şey deyildi. Müstəqilliyinin ilk illərində Azərbaycanın xarici siyasət
prioritetləri bir neçə əsas vacib sahə üzərində qurulmalı idi:
1. Ölkənin daxilində düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, milli, sosial
təbəqələrin, siyasi, ictimai və digər resursların Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi
bütövlüyünün qorunması ətrafında səfərbər edilməsi;
2. Bütün xarici siyasət resursları, diplomatik və siyasi imkanlardan istifadə etməklə
Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, milli
təhlükəsizliyin təmin edilməsi, erməni separatçıları və Ermənistan qoşunlarının ölkənin
ərazilərini işğal etməsinin qarşısının alınması, bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin
qazanılması, əleyhdarların bitərəfləşdirilməsi;

138
3. Dünya siyasətinə təsir imkanı olan böyük dövlətlərlə, beynəlxalq və regional təşkilat-
larla, xarici ölkələrdə Azərbaycanın qlobal maraqlarını müdafiə edə biləcək institutlarla, kütləvi
informasiya vasitələri ilə, diaspora mərkəzləri və başqa qurumlarla hərtərəfli işin aparıl-ması,
Azərbaycanın onlar üçün kəsb edəcəyi əhəmiyyətin anladılması;
4. SSRİ zamanında ölkənin mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrinin
müstəqil dövlət maraqları çərçivəsində qiymətləndirilməsi və tənzimlənməsi, bu əlaqələrin
alternativlərinin aranması və xarici siyasət istiqamətlərinin yumşaq formada, tədricən, milli
maraqlara müvafiq şəkildə dəyişdirilməsi;
5. Regionda ölkənin maraqlar çərçivəsinin, bu yöndə region dövlətləri ilə əlaqə sisteminin,
üst-üstə düşən və kəsişən məqamların tədqiq olunması, çevik və operativ fəaliyyət proqramının
hazırlanması və həyata keçirilməsi.

14.4Azərbaycanın dünya dövlətləri ilə əlaqələrində beynəlxalq təşkilatların rolu.

Azərbaycanın xarici siyasətinin mühüm bir istiqamətini Avrasiya subregion dövlətləri


(bölgə ölkələri) ilə münasibətlər təşkil edir. XX əsrin sonu - XXI əsrin başlanğıcında planetin
geosiyasi münasibətlər sistemində mühüm yerlərdən birini tutan Avrasiya bölgəsi Cənubi Qafqaz
da daxil olmaqla dünya siyasətinin mərkəzinə çıxmışdır. Bir tərəfdən böyük dövlətlərin maraq
dairəsinin kəsişdiyi, dinlərin və sivilizasiyaların təmas nöqtəsi olan, digər tərəfdən Rusiya, İran,
Çin, Yaponiya, Türkiyə kimi böyük, Orta (Mərkəzi) Asiya, Cənubi Qafqaz və digər kiçik post-
sovet respublikalarının yerləşdiyi Avrasiya bölgəsi sözün həqiqi mənasında dünyanın gələcək
taleyinin və beynəlxalq münasibətlərin müəyyənləşdiyi bir məkan rolunu oynayır. XXI əsrin əsas
enerji, nəqliyyat-kommunikasiya və digər transmilli layihələrinin həyata keçirildiyi region da
məhz Avrasiya hesab olunur. Üçüncü minilliyin əvvəlindən qloballaşmaya sürətlə cəlb olunan və
regional inteqrasiya proseslərində müxtəlif meyllərin müşahidə olunduğu əsas bölgələr sırasında
Avrasiya – Mərkəzi (Orta) Asiya, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Fars
körfəzi xüsusi seçilir. Avrasiya tərkibindəki ölkələrin maraq və mənafe dairəsi, xarici siyasət
orientasiyası, dövlət idarəçilik sistemi və sairə baxımından da çox mürəkkəb bir regiondur.
Geosiyasi, geoiqtisadi baxımdan çox əhəmiyyətli və əlverişli yer hesab olunan bu bölgədə
Avropa İttifaqı, ABŞ, Cənub-Şərqi Asiya ölkələri, İslam dövlətləri, Rusiya kimi ölkələrin maraq-
ları toqquşur. Odur ki, regionun qloballaşması və liberallaşması, demokratik transformasiya,
bölgədaxili inteqrasiyada müxtəlif mərkəzləri təmsil edən onlarla dövlət, hökumətlərarası birlik
və qeyri-hökumət təşkilatı iştirak edir. Avrasiya inteqrasiyasının mərkəzində dayanan
hökumətlərarası qurumlardan biri 1991-93-cü illərdə yaranmış Müstəqil Dövlətlər Birliyidir.
Bu təşkilat SSRİ dağılandan sonra onun yerində yaranmış, Avropa inteqrasiyasına cəlb olunmuş
üç Baltikyanı respublika – Estoniya, Litva və Latviya istisna olmaqla, qalan 12 respublikanı öz
tərkibində birləşdirmişdir. MDB Sovet İttifaqının süqutunun qaçılmaz olduğu bəlli olandan sonra
keçmiş respublikalar arasında mövcud olan siyasi, iqtisadi, sosial və mədəni inteqrasiya
proseslərini hansısa formada qoruyub saxlamaq məqsədilə 1991-ci ilin dekabr ayının 8-də
Rusiya Federasiyası, Ukrayna və Belorusiya arasında bağlanan müqavilə ilə (dekabrın 21-də isə
üç Baltikyanı respublika və Gürcüstan istisna olmaqla digər respublikalar ona qoşulmuşdur)
yaradılmışdır. Təsis Müqaviləsində bəyan edilirdi ki, bundan sonra SSRİ – beynəlxalq
münasibətlərin və hüququn subyekti kimi öz fəaliyyətini dayandırır və onun yerində Müstəqil
Dövlətlər Birliyi fəaliyyətə başlayır. Əlbəttə, hadisələrin sonrakı gedişi göstərdi ki, MDB – artıq
nə SSRİ kimi dünyada beynəlxalq hüquq subyektinə, nə də ki, daxildə birləşdirici, idarəedici
dövlətüstü quruma çevrilə bilməyəcək. Çünki onun tərkibinə daxil olan keçmiş ittifaq respub-

139
likaları artıq öz müstəqilliklərini bəyan etmiş və müstəqil dövlət quruculuğu prosesinə başla-
mışdı. Onlar bütövlükdə regional inteqrasiyanı, keçmiş iqtisadi, siyasi, sosial və mədəni əlaqələri
yeni formada davam etdirməyin əleyhinə olmadıqlarını qəbul etsələr də, hansısa formada
yenidən öz üzərlərində dövlətüstü hakimiyyəti, kənardan idarəetməni qəbul etmək istə-
mədiklərini açıq şəkildə bəyan edirdilər. Odur ki, üzv ölkələr daha çox MDB-nin deyil, məhz
özlərinin beynəlxalq münasibətlərin və beynəlxalq hüququn subyektləri kimi tanınmasına cəhd
edirdilər. Yarandığı gündən MDB tərkibində iki tendensiya, müvafiq olaraq iki cərəyan özünü
büruzə verirdi. Cərəyanlardan birinə Rusiyanın başçılığı ilə keçmiş İttifaqı hansısa formada,
yeniləşmiş şəkildə, konfederativ əsasla “mövcud olan vahid bir dövlət kimi” xilas etməyə çalışan
Belorusiya, Ermənistan, Orta Asiya dövlətləri daxil idi. Bu qrupa daxil olan ölkələrin rəhbərləri
(Azərbaycan da 1992-ci ilin mayına qədər – A.Mütəllibov başda olmaqla bu qrupa aid idi) öz
dövlətlərinin müstəqilliyinə müəyyən mənada formal yanaşır, bu müstəqilliyi daxili idarəçilik
suverenliyi kimi təsəvvür edir və beynəlxalq aləmlə müstəqil xarici siyasətə çox az meyl
göstərirdilər. Elə bu ölkələrin rəhbərləri də MDB-nin Nizamnaməsinə “MDB dövlətdir və bütün
üzv ölkələrin ərazisində müəyyən hakimiyyət səlahiyyətlərini həyata keçirir” müddəasını -
hüquqi statusunu salmağa cəhd edirdilər. MDB-nin daxili cərəyanlarından digərinə Ukrayna
rəhbərlik edirdi. Onu Moldova və Gürcüstan dəstəkləyirdi. Bu ölkələr MDB-yə müstəqil
dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdığı hökumətlərarası qurum kimi yanaşır, ona
dövlətlərin daxili və xarici siyasətinə müdaxilə hüququnun verilməsini qeyri-mümkün sayır,
qurumun yalnız müstəqil ölkələr arasında iqtisadi, siyasi, sosial-mədəni əməkdaşlığa şərait
yaradan bir subyekt rolunu icra etməsini təkid edirdilər. Bir sözlə, bir qrup müstəqil dövlətlərin
daxili problemlərindən, çətinliklərindən istifadə edərək, onları yeni bir konfederativ dövlətin
(MDB-nin statusunu belə təsəvvür edirdilər) tərkibində birləşdirməyə çalışır. Digər qrup isə
bütün gücü ilə öz müstəqil dövlətlərini qurmağa, bu yolda mövcud olan problem və çətinliklərin
həllində MDB-nin gücündən və imkanlarından yararlanmağa, başqa üzv ölkələrlə birlikdə
müstəqilliyə doğru irəliləməyə çalışırdı. Azərbaycan 1992-ci ildə ölkədə baş verən hakimiyyət
dəyişikliyindən sonra MDB-yə öz münasibətini tam dəyişdi. Əgər 1991-92-ci illərdə
A.Mütəllibov dövründə bu ölkə Rusiya ilə bərabər MDB-nin “SSRİ tipli yeniləşmiş bir dövlət”
statusu uğrunda fəal çalışmaları ilə yadda qalmışdırsa, 1992-1993-cü illərdə - Ə.Elçibəy
hakimiyyəti dövründə əksinə, MDB-yə və onun üzvlərinə qarşı çox kəskin münasibəti ilə
fərqlənmişdir. Bu da həmin dövrdə Azərbaycanın həm regionda gedən proseslərdən əsassız
təcrid olunmasına, onun dövlət müstəqilliyi yolunda yeni-yeni problemlərin yaranmasına, həm
də bu məkanda Ermənistanın mövqelərinin möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycanın
özünü təcrid siyasətinə, keçmişdə vahid bir məkanda yaşadığı qonşu dövlətlərlə münasibətləri
əsassız gərginləşdirməsinə, onların ünvanına rəsmi və qeyri-rəsmi ittihamlar səsləndirməsinə (o
dövrdə hakimiyyətin rəhbərləri Rusiya ilə haqq-hesab çəkəcəklərini, Orta Asiya dövlətlərinin
anti-xalq hökumətləri ilə əlaqələrin qeyri-mümkünlüyünü bəyan edirdi) 1993-cü ildə baş verən
hakimiyyət dəyişikliyi nəticəsində son qoyuldu. Belə təşkilatlar sırasına “Rusiya-Belorusiya
İttifaqı”-nı, “Beşlər İttifaqı”-nı, “Avr.As.İB”-ni, “Mərkəzi Asiya Əməkdaşlıq” təşkilatını,
“GUAM”-ı, “İqtisadi Əməkdaşlıq Təşkilatı”-nı (İKT), “Şanxay Əməkdaşlıq Təşkilatı”nı və
başqalarını aid etmək olar. Məsələn, Rusiya- Belorusiya İttifaqı tərkibindəki dərinləşdirilmiş
inteqrasiyaya, vahid iqtisadi məkan, vahid valyuta, enerji təminatı, ümumi dövlətüstü qurumlar
və s. proseslərinə hələ ki, başqa dövlətlər qoşulmaq istəmirlər. Yaxud, “Dördlər İttifaqı”
(Rusiya, Belorusiya, Qazaxıstan, Qırğızıstan) çərçivəsində reallaşan sosial-iqtisadi, hərbi-siyasi
layihələr bu dövlətləri daha dərin inteqrasiya prosesinə cəlb edib, nəinki digər MDB üzvlərini.
Bəhs olunan subregional inteqrasiya mərkəzlərinin yaranmasının əsas səbəbi hələ də bəzi

140
dövlətlərin MDB-yə və onun əbədi lideri rolunu mənimsəmiş Rusiya Federasiyasına ehtiyatla
yanaşması və ona axıra qədər etibar etməməsi ilə bağlıdır. Əks təqdirdə, məsələn, “Dördlər
İttifaqı” tərkiblində həyata keçirilən dərinləşmiş inteqrasiyanı (gömrük birliyi) elə MDB
çərçivəsində həyata keçirmək olardı. 1999-cu ildə Tacikistan bu İttifaqa qoşulmaqla onun
“Beşlər İttifaqı” adlanmasına səbəb olsa da, digər MDB üzvləri ona qoşulmağa ehtiyat etdilər.
Bu ehtiyatlı davranış üçün hər bir dövlətin öz əsası var idi. Azərbaycanın İttifaqdan kənarda
qalmasına rus sərhədçiləri, yaxud MDB-nin birgə missiyasına öz sərhəd-keçid məntəqələrini
(xarici aləmlə sərhəd məntəqələrinin ümumi qorunması tələbindən imtina nəzərdə tutulur) etibar
etməməsi və xarici ticarət sahəsində öz məxsusi siyasətini yeritməsi (Azərbaycan Dünya Ticarət
Təşkilatına daxil olmağa çalışır) səbəb oldu. Gürcüstan, Moldova, Ukrayna və Özbəkistan
da bu “ittifaqa” təxminən oxşar səbəblərdən qoşulmadı və müstəqil xarici ticarət siyasəti
yürütməyə üstünlük verdilər. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birini də
Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələr təşkil edir. Regional təşkilat kimi formalaşan və
fəaliyyət göstərən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-
də İstanbulda on bir dövlət – Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova,
Ermənistan, Rusiya, Rumıniya, Yunanıstan, Türkiyə və Ukrayna tərəfindən təsis edilmişdir.
2004-cü ilin aprel ayında Serbiya və Çernoqoriya dövləti də təşkilata üzv olmuşdur. QDİƏT-in
nizamnaməsinə görə təşkilatda “müşahidəçi” statusu da nəzərdə tutulmuşdur. Hazırda Misir
Ərəb Respublikası, Avstriya Respublikası, Almaniya Federativ Respublikası, İsrail, İtaliya
Respublikası, Polşa Respublikası, Sloveniya Respublikası, Tunis Respublikası və Fransa
Respublikası müşahidəçi kimi QDİƏT-in işində iştirak edirlər. Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində üzv dövlətlərin əməkdaşlığı ticarət və iqtisadi inkişaf, bank və maliyyə,
rabitə, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, elm və texnika,
mütəşəkkil cinayətkarlıqla, narkotiklərin, silah və radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsi,
terrorizm və qanunsuz miqrasiya ilə mübarizə sahələrini əhatə edir. Təşkilatın təsisçilərindən
olan Azərbaycan Respublikası Avropaya inteqrasiya prosesini gücləndirmək və region dövlətləri
ilə çoxtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə qurumun fəaliyyətinə xüsusi
əhəmiyyət verir. Eyni zamanda, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən istifadə
edərək tranzit imkanlarının daha dolğun şəkildə gerçəkləşdirilməsi və enerji resurslarının dünya
bazarlarına çıxarılması sahəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının potensialından
faydalanmaq məqsədini güdür. 2003-cü ilin mayında altı aylıq müddətə təşkilatın sədrliyi
səlahiyyətlərini öz üzərinə götürmüş Azərbaycan həmin dövrdə enerji, nəqliyyat və turizm
sahələri üzrə əməkdaşlığın inkişafına dair Bakıda üzv dövlətlərin müvafiq nazirlərinin iclaslarını
təşkil etmiş və müzakirələrin yekunu olaraq Bakı bəyanatları qəbul olunmuşdur. 2003-cü ilin
oktyabrından ikinci dəfə QDİƏT-də sədrlik səlahiyyətlərini həyata keçirən Azərbaycan 2004-cü
ilin aprelində Bakıda təşkilatın üzv ölkələrinin təhsil və xarici işlər nazirlərinin iclaslarını
keçirmişdir. MAİB çərçivəsində 1994-cü ildən üç ölkənin – Qazaxıstan, Özbəkistan və
Qırğızıstanın birgə yaratdığı Mərkəzi Asiya Əməkdaşlıq və İnkişaf Bankı fəaliyyət göstərir ki,
bu da dövlətlər arasında maliyyə-konvertasyia və ödəmə işlərinin standartlaşdırılmasına yardım
edir.

14.5 Xəzər nefti geosiyasət və region maraqları çərçivəsində: Xəzərin hüquqi statusu.

Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen


ehtiyatlarına görə seçilən bölgələrdən biridir. XX əsrin son onilliyində beynəlxalq aləmdə gedən

141
ictimai-siyasi proseslər, təkqütblü dünya nizamının yaranması, qloballaşma və s. nəticəsində
Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə görə dünya siyasətinin əsas
hədəflərindən birinə çevrilmişdir. Xəzərin təbii ehtiyatları haqqında müxtəlif mənbələrdə fərqli
məlumatlar verilir. Yuxarıda qeyd olunan rəqəmlərlə yanaşı, “Nyu-York Tayms” qəzetinin 6
avqust 1997- ci il tarixli sayında göstərilir ki, Xəzərin sənaye və ya karbohidrogen mənbələri
indiki qiymətlərlə 4 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən 200 milyard barel neftdən,
habelə bir o qədər də qaz ehtiyatlarından ibarətdir. ABŞ ekspertlərinin hesablamalarına görə,
Xəzərin karbohidrogen yataqlarının ümumi həcmi 200 milyard ton, İran istisna olmaqla qalan
dörd Xəzəryanı dövlətin
yanacaq-energetika ehtiyatları isə 51-57 milyard tona bərabərdir. SSRİ-nin dağılması və
Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya kimi yeni müstəqil dövlətlərin yaranması ilə
Xəzəryanı dövlətlərin sayı beş olmuşdur. Halhazırda bu dövlətlər öz iqtisadi və siyasi
maraqlarını nəzərə alaraq, Xəzərdən istifadənin özlərinə sərfəli variantlarını irəli sürürlər. Bəzi
dövlətlər Xəzərdən sahilyanı dövlətlərin birgə istifadə etməli olduğunu, başqa sözlə desək, onu
yalnız sahilyanı dövlətlərə məxsus olan qapalı su hövzəsi hesab edirlər. Digər ölkələr Xəzər
dənizinin dünya praktikasına uyğun olaraq sektorlara bölgüsü prinsipini təklif edir. Hazırda
Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara bölgüsü haqqında
müqavilə bağlansa da, Xəzərin statusu məsələsi hələ ki, tam həll olunmayıb. İran və
Türkmənistanın Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyi fərqli (qeyri-konstruktiv)
mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan sektorunda yerləşən bəzi yataqlara
olan iddiaları Xəzəryanı dövlətlər arasında münasibətləri bir qədər də gərginləşdirmişdir.
Xəzərin hüquqi statusu beynəlxalq məsələdir və bu müstəvidə ilk növbədə dünyanın aparıcı
dövlətləri olan ABŞ və Rusiyanın, Avropa və bəzi Asiya dövlətlərinin, o cümlədən region
ölkələrinin maraqları kəsişir. Bu dövlətlərdən hər biri yaxşı dərk edir ki, Xəzərdə mövqe
tutmaqla bütövlükdə Qafqazda, Mərkəzi Asiya və Orta Şərqdə üstün imkan qazanmaq olar.
Xəzər bölgəsinin sürətlə populyarlaşması və dünya siyasətinin aparıcı məsələlərindən birinə
çevrilməsi onun təbii ehtiyatlarıyla, xüsusilə neft və qaz laylarının zənginliyi və onlara
beynəlxalq aləmdə olan maraqla bağlıdır. Sahilyanı dövlətlərin hər biri kifayət qədər
karbohidrogen ehtiyatlarına malikdir, odur ki, regiona istiqamətlənən investorlar uğrunda ciddi
rəqabət gedir. Xəzərin statusu kimi problemlər də məhz bu rəqabətin və enerji ehtiyatlarının
istismarında sahilyanı dövlətlərin maraqlarının müxtəlifliyinin nəticəsidir. Xəzərin hazırkı
statusu 1921-ci il fevralın 26-da imzalanmış Rusiya-İran dostluq müqaviləsi, həmçinin 1940-cı il
martın 25-də SSRİ ilə İran arasında imzalanmış Ticarət və Gəmiçilik haqqında (sudaüzmə)
Sazişə əsasən tənzimlənir. Həmin bölgüdə sərhədləri Astaradan (Azərbaycan) Həsənqulu
(Türkmənistan) adlanan yaşayış məskəninə qədər olan düz xətt üzrə İrana 14%, SSRİ-yə isə 86%
pay düşmüşdür. SSRİ isə öz daxili qaydaları ilə (orta xətt prinsipi üzrə Xəzər dənizini dörd
respublika arasında Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%)
milli sektorlara bölmüş və respublikaların su sərhədlərini müəyyən etmişdir. Beynəlxalq
müşahidəçilərin fikrinə görə, indi heç bir əsas və zərurət yoxdur ki, bu bölgüyə yenidən baxılsın.
Xəzər bölgəsindəki proseslər heç də karbohidrogen yataqlarının istismarı və sektor problemi ilə
məhdudlaşmır. Burda, hər şeydən əvvəl bölgəyə strateji təsir məsələləri, neft kəməri və onun
təhlükəsizliyi, xarici aləmin iqtisadi və geosiyasi maraqları toqquşur. Neft mütəxəssislərinin
birgə rəyinə görə, dünyanın heç bir yerində bu qədər xalqın, dövlətin və şirkətin yarışa girdiyi
başqa bir bölgə tapmaq mümkün deyil. Xəzər bölgəsinə siyasi və iqtisadi maraq göstərən
dövlətlər sırasında ən fəalı Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın Xəzər
bölgəsinə siyasi marağı Azərbaycana münasibətdə daha qabarıq hiss olunur. ABŞ Cənubi Qafqaz

142
və Orta Asiyada həyata keçirilən strateji əhəmiyyətli layihələrin və proseslərin başlıca iştirakçısı
və müdafiəçisidir. ABŞ hökuməti bu bölgənin özünün həyati maraq dairəsinə daxil olduğunu
dəfələrlə bəyan edib. 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra ABŞ-ın Orta Şərq, o
cümlədən, Azərbaycan və Mərkəzi Asiya ilə sıx münasibətləri fonunda formalaşan yeni siyasi
durum müşahidə olunmaqdadır. Region ölkələrinin GUAM bloku çərçivəsində əməkdaşlığı da
ABŞ-ın prinsiplərinə və maraqlarına uyğun qurularaq, müasir şəraitdə aktuallığını daha da
artırmaqdadır. Dövlət Departamenti "Xəzər hövzəsinin Enerji İnkişafı" adlı hesabatında (1997)
ABŞ-ın bu bölgədəki siyasətinin əsas dörd istiqamətini müəyyən edir:
1. "Regional konfliktlərin həlli". Bu bənd Azərbaycan-Ermənistan münaqişəsinin həlli,
Qafqazda etnik gərginliklərin aradan qaldırılması, eləcə də Tacikistanda vətəndaş müharibəsinin
dayandırılması haqqındadır. Sənəd müəlliflərinin fikrincə, bu konfliktlər İran kimi xarici
qüvvələrin işə qarışmasına şərait yaradır. Üstəgəl, konfliktlərin uzanması dağıdıcı islamçı
hərəkatların inkişafı üçün münasib mühit formalaşdırır;
2. "Dünya enerji təminatının artımı və genişləndirilməsi" bəndi İran körfəzinə əlavə və
alternativ kimi, eləcə də Qərbin buradakı enerji maraqlarını sığortalamaq məqsədi ilə Xəzər
hövzəsinin enerji ehtiyatlarının istismarını nəzərdə tutur;
3. “Xəzər hövzəsi ölkələrinin müstəqilliyi və suverenliyi". Hesabatın müəllifləri hesab
edirlər ki, burada əsas problem Rusiya ərazisindən keçən neft kəmərindən asılılığın aradan
qaldırılmasıdır. Siyasi problemlərdən başqa, bu asılılıq Rusiyaya kəmərlərdən istifadə haqqını
fövqəladə dərəcədə yüksəltmək imkanı verir. Məsələnin həlli üçün fərqli və alternativ enerji-
ixrac yollarının olması zəruridir. Bu məntiqə uyğun olaraq İrandan keçəcək neft kəmərinə etibar
məsələsi ortaya çıxdığından Bakı-Tbilisi- Ceyhan ideyası dəstəklənir.
4. "İranın izolyasiyası". Bunun üçün bu ölkənin gəlirlərinin məhdudlaşdırılması tələb
olunur. Həmin gəlirlər kütləvi qırğın silahlarının əldə edilməsinə, dağıdıcı silahlar arsenalının
artımına, terrorizmi dəstəkləməyə sərf edilir. Hesabatın müəllifləri bu məqsədə nail olmağın ən
yaxşı yolunu Xəzərdə enerji istismarı sahəsində İranın hər hansı iştirakının qarşısını almaqda
görürlər. ABŞ hökuməti öz strateji xəttinə uyğun olaraq, əsas neft kəməri məsələsində Bakı-
Tbilisi-Ceyhan layihəsini dəstəkləyir, Xəzərin hüquqi statusu məsələsində isə onun beş sahil
dövləti arasında orta xətt üzrə milli sektorlara bölünməsi ideyasını müdafiə edir. 1995-ci ildən
başlayaraq, ABŞ hökuməti bölgəyə yönəlik siyasətində aktivlik və ardıcıllıq nümayiş etdirir.
ABŞ Prezidenti anti-terror əməliyyatından danışarkən, Yaxın Şərqin neft istehsal edən
ölkələrinin beynəlxalq terrorizmlə mübarizədə bitərəf qaldıqlarından narazı olduğunu açıq
bildirib. Eyni zamanda, ABŞ onu da nəzərə alır ki, bu gün Qərb enerji daşıyıcılarına olan
tələbatını məhz bu ölkələrdən ixrac edilən neftin hesabına ödəyir. Ona görə də indi Qərb -
xüsusən ABŞ Xəzər neftinə və "Bakı-Ceyhan" ixrac boru kəmərinin tikintisinə ciddi səy
göstərərək, onu uğurla başa çatdırmaq üçün əlindən gələni edir. Xəzər nefti və onun dünya
bazarına nəqli uğrunda mübarizənin əsas siyasi oyunçularından biri Rusiya Federasiyasıdır.

Mövzu 15.Azərbaycanın təhlükəsizlik problemləri və Ermənistan-Azərbaycan, Dağlıq


Qarabağ münaqişəsi.
15.1 Cənubi Qafqazın təhlükəsizlik problemləri: qlobal və yerli maraqlar. Azərbaycanın
təhlükəsizlik siyasəti.
15.2 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləriHaqqında.
15.3 XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları.

143
15.4 Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalıvə münaqişənin
BMT Təhlükəsizlik Şurasında müzakirəsi.
15.5 Digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeyi və Azərbaycanın diplomatik
fəaliyyəti.

15.1 Cənubi Qafqazın təhlükəsizlik problemləri: qlobal və yerli maraqlar.


Azərbaycanın təhlükəsizlik siyasəti.

Azərbaycan Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin, Avrasiyanın və bütövlükdə qlobal


dünyanın mühüm geosiyasi, geoiqtisadi və geotsrateji əhəmiyyət kəsb edən bir bölgəsində
yerləşir. Odur ki, bir dövlət olaraq onun milli maraqları, milli təhlükəsizliyi region və qlobal
dünya maraqlarından ayrıca, təcrid olunmuş şəkildə təmin oluna bilməz. Azərbaycanın,
Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin və bütövlükdə Avrasiyanın təhlükəsizlik məsələlərinə
müxtəlif yanaşmalar, qlobal, regional və milli maraqlar, onlar arasındakı üst-üstə düşən və
kəsişən məqamlar hazırda geniş müzakirə olunan mövzulardandır. Azərbaycanın təhlükəsizlik
problemi, onun təmin olunması yolları və vasitələri, qlobal və yerli təhlükəsizlik maraqlarının
uzlaşdırılması və region dövlətlərinin təhlükəsizlik siyasəti ölkənin ictimai fikrini də ciddi
düşündürməkdədir. Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin ən əsas problemi –
Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün və
suveren dövlət hüquqlarının bərpası məsələsidir. Ölkənin xarici aləmlə bütün təmaslarında,
ikitərəfli və çoxtərəfli münasibətlərində bu problemin müzakirəsi, beynəlxalq hüquq norması
çərçivəsində həlli məsələsi daim diqqət mərkəzində saxlanılır. Bu problem nəinki təkcə
Azərbaycana, onun müstəqil dövlət quruculuğu prosesinə, vətəndaşlarının sabit həyat şəraitinə
ciddi zərbə vurmuş, həm də keçən 15 ildən artıq bir dövrdə regionda (Qafqaz, Xəzər-Qara dəniz
hövzəsində) dövlətlərarası iqtisadi, siyasi və mədəni əlaqələri pozmuş, ölkələri və xalqları
qarşıdurmaya sürükləmiş, onların bir-biri və beynəlxalq aləmlə münasibətlərinə, regional və
beynəlxalq inteqrasiya proseslərinə çox ciddi mənfi təsir göstərmişdir. Hazırda Ermənistan-
Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi həm Qafqazda, Avrasiya və Avropada, həm
də bütövlükdə qlobal dünyada həllini gözləyən ən çətin və mürəkkəb problemlərdən biri hesab
olunur. Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin həyati əhəmiyyət kəsb edən
məsələlərindən biri də malik olduğu təbii sərvətlərini, karbohidrogen ehtiyatlarını xarici
müdaxilə olmadan, özünün müəyyən etdiyi daxili və xarici tərəfdaşlarla işləmək, təhlükəsiz və
əlverişli yollarla dünya bazarlarına çıxarmaq və əldə olunan gəliri ölkənin inkişafına
yönəltməkdən ibarətdir. Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi, mühüm
nəqliyyatkommunikasiya dəhlizlərinin keçdiyi əhəmiyyətli bir geosiyasi, geoiqtisadi və
geostrateji məkanda yerləşir. Bu faktor regionda mövcud olan milli dövlətlər, regionun və
dünyanın aparıcı dövlətləri arasında balanslaşdırılmış siyasət yürütməyi, kəsişən və üst-üstə
düşən maraqları nəzərə almağı tələb edir. Əhəmiyyətli ərazi (məkan), geostrateji (təhlükəsizlik)
və geoiqtisadi (karbohidrogen ehtiyatları və s.) üstünlüklərdən ölkənin milli maraqları
çərçivəsində bəhrələnmək xarici siyasət və milli təhlükəsizliyin əsas vəzifələrindəndir. Nəhayət,
hər bir dövlət xarici müdaxilə olmadan öz daxili həyatını qurmaq və idarə etmək, daxili sabitliyi
qorumaq, ölkənin strateji inkişafını, konstitusiya quruluşunu təmin etmək vəzifəsini həyata
keçirir. Bu mənada mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan özünün müəyyən etdiyi
demokratik cəmiyyət, hüquqi və dünyəvi dövlət, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlü-
kəsizlik sistemlərinə inteqrasiya xəttini reallaşdırmaq üçün regionun və dünyanın güc mərkəzləri

144
ilə münasibətlərə dair xüsusi düşünülmüş, ardıcıl həyata keçirilən milli təhlükəsizlik konsep-
siyasına malik olmalıdır. Bu konsepsiya dövlətin həm daxili, həm də xarici vəziyyətini və
vəzifələrini, onu reallaşdırmanın əsaslı yollarını və vasitələrini dəqiq müəyyən edən milli proq-
rama söykənməlidir. Avrasiya məkanında təhlükəsizliklə bağlı istənilən məsələ ABŞ və onun
NATO üzrə müttəfiqi olan Avropa dövlətləri ilə yanaşı, regionun Rusiya, İran, Türkiyə, Çin kimi
böyük dövlətlərinin, Ukrayna, Azərbaycan, Gürcüstan və digər kiçik, lakin çox mühüm əhəmiy-
yət kəsb edən ölkələrinin ciddi reaksiyasını doğurur. Azərbaycanın regional təhlükəsizlik məsə-
ləsinə yanaşması birmənalıdır: Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin
qarşısını almaq. Azərbaycan bu mövqeyini 1993-cü ildən başlayaraq ardıcıl şəkildə həyata
keçirmiş, bölgə ölkələrinin ərazisində xarici qoşunların və hərbi bazaların yerləşdirilməsinin,
Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmiş və öz mövqeyini 1999-cu ildə ATƏT-in
İstanbul sammitinin yüksək tribunasından bəyan etmişdir. Tədbirdə iştirak edən Prezident Hey-
dər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılması təşəbbüsü ilə də çıxış
etmişdi. Bu təşəbbüsə görə, Təhlükəsizlik Paktını Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya,
Türkiyə və ABŞ imzalamalı idi. Təbii ki, Azərbaycanın bu təklifi Rusiya, Ermənistan və İranda
müəyyən qədər narazılıqla qarşılandı. Regiondan kənar dövlət olan ABŞ-ın bölgədəki proseslərə
müdaxiləsini yolverilməz hesab edən Rusiya və regional təhlükəsizlik sisteminin formalaş-
dırılmasından kənarda qalan İran bu təşəbbüsü birmənalı şəkildə qəbul etmədi. Azərbaycanın
regional təhlükəsizliyə dair daha bir təşəbbüsü isə 4 il sonra – 2002-ci ildə diqqət mərkəzinə
gəldi. Həmin ilin aprelində Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan
arasında “Trabzon razılaşması” imzaladı. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin
etmək üçün 3 ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv
separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə
mühafizəsinədək kifayət qədər geniş sahəni əhatə edirdi. Bu saziş, həm də regionun üç dövlətinin
strateji tərəfdaşlığını rəsmiləşdirən sənəd hesab olunur. Qeyd edək ki, bundan əvvəl 1996-cı ildə
Azərbaycan və Gürcüstan arasında “Trabzon razılaşmasına” oxşar “Tbilisi bəyannaməsi”
adlanan sənəd imzalanmış və bu sənəd bütün region ölkələrinin daxil olması üçün açıq elan
edilmişdir. Lakin regionun heç də bütün dövlətləri Azərbaycanın təklif etdiyi bu cür təhlükəsizlik
mexanizmini qəbul etmir. Burada söhbət ilk növbədə Rusiya və İrandan gedir.

15.2 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi


kökləriHaqqında.

İlkin mənbə və ədəbiyyatın təhlili göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi
iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni
dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirərək "Böyük Ermə-
nistan" yaratmaqdan ibarət olmuşdur. Strateji baxımdan böyük əhəmiyyətə malik olan
Azərbaycanın Qarabağ bölgəsində erməni əhalisinin xeyli dərəcədə çoxalması XIX əsrin əvvəl-
lərində, xüsusilə Azərbaycan torpaqlarının bölüşdürülməsi haqqında Rusiya və İran arasında
bağlanan 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra baş vermişdir. Çar Rusiyasının
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müstəmləkəçilik siyasətinin yeni mərhələsi məhz
XIX əsrin 20-ci illərinin sonundan etibarən başlamışdır. Rus çarizmi Azərbaycanın Qarabağ
bölgəsində xristianların sayını artırmaqla öz nüfuzunun bu regionda möhkəmlənməsi və
müstəmləkəçilik siyasətinin həyata keçirilməsi üçün real zəmin yaradırdı. Rusiyanın Qafqazı
işğal etməsini N.N.Şavrov açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin
köçürülməsi haqqında yazırdı ki, "Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin

145
deyil, özgə xalqların köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu
kolonistlərdən Tiflis və Yelizavetpol quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı
torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi." 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran
müharibələrinin gedişində, həm də bütün XIX əsr boyunca ermənilərin İran, Türkiyə və Cənubi
Azərbaycandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi nəticə-
sində burada onların sayı ilbəil artmağa başladı. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində
Qarabağın dağlıq hissəsinə rəsmən 124 min, qeyri-rəsmi olaraq isə xeyli çox - 200 min nəfər
erməni köçürülmüşdür. XIX əsrin sonu – XX əsrin əvvəllərində də ermənilərin Cənubi Qafqaza
köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilə kimi keçən 13 ildə Cənubi
Qafqaza 400 min nəfər erməni köçürülmüşdür. N.N.Şavrov bu barədə yazır: “1896-cı ildə
general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların
sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min
nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-
hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü
sakinləri deyillər. Onları buraya biz köçürmüşük”.
Nəticədə, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi Qarabağın dağlıq hissəsində
demoqrafik vəziyyətə, regionda baş verən hadisələrə ciddi təsir göstərmiş və onların gələcək
ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur. "Böyük Ermənistan" yaratmaq xülyasından
yararlanan erməni millətçiləri və qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Onlar Bakıda, Şuşada, İrəvanda,
Naxçıvanda, Gəncədə, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar
törətmişlər. Birinci Dünya müharibəsi, eyni zamanda Rusiyada baş vermiş 1917-ci il fevral
burjua və oktyabr bolşevik inqilablarından məharətlə istifadə edən ermənilər öz iddialarını
bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də
bolşevik qiyafəsinə bürünən ermənilər Sovet Rusiyasının hərbi yardımı ilə Bakıda soyqırımı
törədərək 15 min nəfər azərbaycanlını qətlə yetirdilər. Həmin ilin aprel-may aylarında ermənilər
Şamaxıda, Qubada, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50
min nəfərdən artıq dinc sakini ən vəhşi üsullarla qətlə yetirmişdilər. 1918-ci ildə Azərbaycan və
Ermənistan Respublikaları öz müstəqilliklərini elan etdikdən dərhal sonra Ermənistanın millətçi
dairələrinin təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilər Azərbaycan
hakimiyyətini tanımaqdan imtina etdilər. Ərazi bütövlüyünü qoruyub saxlamağı və vətəndaş-
larının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq
Cümhuriyyətinin mövcud olduğu dövrdə (1918-1920) Ermənistan tərəfindən Qarabağın dağlıq
hissəsini diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Hər üç
Cənubi Qafqaz respublikasının müstəqilliyinin itirilməsi və Sovet Rusiyası tərəfindən sosialist
respublikaları elan edilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşunun özünü də mənasız etdi.
Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması da Qarabağ məsələsini gündəlikdən
çıxarmadı. Çünki Sovet Rusiyası diplomatiyasının dərinliklərində çarizmin xarici siyasətinə
dönüş meylləri açıq-aşkar hiss edilirdi. Sovetləşmənin ilk illərində Azərbaycana münasibətində
Sovet Rusiyasının mövqeyindəki bu meyl daha çox Dağlıq Qarabağ məsələsinə dair özünü
göstərirdi. Məhz elə bunun nəticəsi idi ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində
yaşayan ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildi. Məlumdur ki, bu siyasət məhz
Sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycan tərkibində
DQMV-nin yaradılması heç şübhəsiz, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və
düşmənçiliyindən istifadə edən Sovet Rusiyasının uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsi
idi. Sonrakı tarix göstərdi ki, bu ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün

146
zəmin və vasitə imiş. Bununla yanaşı, Cənubi Qafqazın sovetləşməsindən sonra belə, ermənilər
Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını ələ keçirmək siyasətini davam etdirərək 1920-ci
illərin sonunda Zəngəzuru və bir sıra digər torpaqları Ermənistan SSR-in ərazisi elan etdilər.
Sonralar isə erməni millətçiləri Ermənistan ərazisindəki azərbaycanlıların deportasiya edilməsi
siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Belə ki, onlar 1947-ci il
dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı
əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərar qəbul
etdirilməsinə nail oldular. Bu qərara əsasən 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı öz
tarixi torpaqlarından kütləvi şəkildə dövlət səviyyəsində deportasiya edildi və Azərbaycana
köçürüldü. Sovet dövründə Dağlıq Qarabağ məsələsi bir neçə dəfə qaldırılsa da, ermənilər və
onların himayədarları məqsədlərinə nail ola bilmədilər. Odur ki, onlar müəyyən tarixi məqam
gözləməyə məcbur oldular.

15.3 XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları.

Məlum olduğu kimi, 1980-ci illərin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı
altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq
xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan“ ideyasını həyata keçirmək üçün
aşkarlıq və demokratiyadan istifadə edərək, yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə
ərazi iddiaları irəli sürdülər. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə
gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların
Moskvadakı himayədarları vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənis-
tana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanan plan üzrə kütləvi mitinqlər və davamlı
tətillər təşkil etdilər. Muxtar vilayətdə 1988-ci ilin əvvəllərinədək olan vəziyyəti əks etdirən
rəqəmlərə nəzər saldıqda, sosial-iqtisadi inkişafın bir sıra sahələri üzrə DQMV-in Azərbaycanın
digər bölgələrindən və Ermənistandan daha yüksək olduğu məlum olur. Lakin baş verən sonrakı
hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə iddiaların yalnız bəhanə, əsas məqsədin isə
Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi. Sovet rəhbərliyinin
məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın əsassız ərazi iddialarının
qarşısının alınmaması əvvəl Əsgəranda, sonra isə 1989-cu il yanvarın 12-də ermənilər tərəfindən
hazırlanan xüsusi plan əsasında Sumqayıtda törədilmiş faciəli qarşıdurmalara gətirib çıxartdı.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin
gərginliyinin davam etməsi ilə əlaqədar və guya bunun qarşısını alıb regionda vəziyyəti
sabitləşdirmək məqsədilə SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə əsasən Dağ-
lıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də
xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də
bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi
yaradıldı. Bu komitə millətlərarası münasibətlərin kəskinləşməsinin qarşısını almaq və regionda
vəziyyəti sabitləşdirmək məqsədi ilə yaradılsa da, əksinə Xüsusi İdarə Komitəsinin fəaliyyət
göstərdiyi müddətdə DQMV-də vəziyyət daha da kəskinləşdi. Komitənin sədri A.İ. Volski
vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək siyasəti yürütdü. Onun fəal “səyləri“
nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı
Azərbaycan tabeliyindən çıxarılaraq, mərkəz tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV
Azərbaycanın tərkibindən çıxarıldı. Bu da yerli azərbaycanlı əhalinin ermənilər tərəfindən
sıxışdırılmasına, az sonra isə kütləvi şəkildə qovulmasına şərait yaratdı. Sovet rəhbərliyinin baş
verən hadisələrə laqeyd münasibəti, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbinin

147
vaxtında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilməməsi
yaranmış vəziyyəti daha da ağırlaşdırdı. Bundan istifadə edən Ermənistan parlamenti 1989-cu il
dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında heç bir hüquqi əsası
olmayan qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik
və idarələrinin tabeliyinə verildi. Birbaşa sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq
himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycan-
dan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Eyni zamanda, Ermənistan Respublikası
mərkəzin himayədarlığı ilə Azərbaycanın digər ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə
başladı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən DQMV-də və bəzi
başqa rayonlarda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul olundu. Daha sonra isə
Sov. İKP MK, SSRİ Ali Soveti Rəyasət Heyəti və SSRİ Nazirlər Soveti Azərbaycan və
Ermənistan xalqlarına müraciət etdi. Qəbul edilən qərar və müraciətdə təcavüzkarla təcavüzə
məruz qalanın bərabər tutulması açıq-aşkar özünü göstərirdi. Bütün bunlar və erməni
təcavüzünün qarşısının alınmaması Azərbaycanda SSRİ rəhbərliyinə olan inamı heçə endirmiş və
çox böyük narazılıq yaratmışdı. Bu dövrdə ermənilərin silah ələ keçirmək məqsədilə sovet
ordusunun hərbi hissələrinə, o cümlədən daxili qoşunlara etdiyi hücum və basqınları adi hal
almışdı. Belə bir şəraitdə silahların ələ keçirilməsinə mərkəzi hakimiyyət tərəfindən etinasızlıq
göstərilir və bilərəkdən göz yumulurdu. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri
və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə
kəskinləşməsinə gətirib çıxarmış, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd digər
bölgələrində erməni təcavüzünün daha geniş miqyas almasına şərait yaratmışdır. Bu illərdə
Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Bakı-Ağdam, Ağdam Şuşa, Ağdam-Xocalı
marşrutları üzrə hərəkət edən avtobuslarda törədilən terror aktları nəticəsində yüzlərlə azərbay-
canlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən
himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə
Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-
aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə minlərlə dinc sakin qətlə yetirilmiş, yaşayış
məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bu illərdə Sovet İttifaqının rəhbər
orqanları regionda vəziyyəti sabitləşdirmək üçün səmərəli tədbirlər hazırlamaq və həyata
keçirmək niyyətində olmadığını açıq-aşkar nümayiş etdirirdi. 1988-ci il hadisələri başlayan
gündən Dağlıq Qarabağ məsələsi SSRİnin mərkəzi mətbuatının səhifələrində bitərəfli şəkildə
geniş şərh olunur, informasiya blokadası Azərbaycanın ədalətli mövqeyini zəiflədirdi. SSRİ
hökumətinin, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycana qarşı açıq-aşkar
ərazi iddiaları irəli sürən Ermənistana himayədarlıq etməsi səbəbindən hadisələr getdikcə
mürəkkəbləşdi və hər iki respublika müharibə vəziyyətində qarşı-qarşıya dayandı. Moskvanın
hakim dairələrində ermənilərin müdafiə olunması və Azərbaycanın o zamankı respublika
rəhbərliyinin bütün bu hadisələrdə seyrçi mövqe tutması Ermənistanın Azərbaycana qarşı
təcavüzünün daha da genişlənməsinə gətirib çıxartdı ki, bu da azərbaycanlıların öz yurdlarından
kütləvi surətdə qovulması ilə nəticələndi . Sovet İttifaqının mövcud olduğu illərdə mərkəzin
himayədarlığı ilə öz məqsədlərinə müəyyən qədər nail olan ermənilər insan hüquqlarının
müdafiəsi pərdəsi altında Dağlıq Qarabağa BMT qoşunları (əslində rus əsgərləri nəzərdə
tutulurdu) yeritmək və bütün bunlara beynəlxalq xarakter verməyə cəhd göstərirdilər.
Beləliklə, SSRİ süqut etdikdən sonra ermənilər və onların havadarları Dağlıq Qarabağ mə-
sələsini öz maraqları çərçivəsində beynəlxalq əhəmiyyətli problemə çevirmək üçün geniş-
miqyaslı kompaniyanın yeni mərhələsinə başladılar.

148
15.4 Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalıvə
münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi.

1992-ci illərin əvvəllərində Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Qarabağın


dağlıq hissəsində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqələrini də işğal etdilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar Xankəndidə yerləşən Rusiyanın 366-cı
motoatıcı alayının köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc
sakini qətlə yetirdilər. Bu soyqırımı əsrin ən böyük faciələrindən biri idi. Xocalı erməni-rus
birləşmiş qüvvələri tərəfindən işğal edildikdən sonra az müddət içərisində bütün yuxarı Qarabağ
zəbt olundu. 1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri ələ
keçirildi. Ermənistan ordusu Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq
hissəsini Ermənistan Respublikasına birləşdirmək məqsədilə ətraf rayonlara hücuma başladı.
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolunda qonşu respublikanın sərhədinə yaxın
ərazidə yerləşən qədim Azərbaycan şəhəri Laçın əsas maneə idi. 1992-ci il mayın 17-də Laçın
şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Beləliklə, "öz müqəddəratını təyin
etmək" ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən
ermənilərin təcavüzkar siyasəti vüsət aldı. Laçının işğalı müharibənin Dağlıq Qarabağın
hüdudlarından çıxaraq Ermənistanın hərbi işğalçılıq niyyətinin daha böyük olduğunu göstərdi.
Ermənilərin "humanitar dəhliz" adlandırdıqları bu yol ilə Dağlıq Qarabağa qısa zaman
çərçivəsində külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə gətirildi. Nəticədə, 1993-cü il
ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4.400 kv. km)
hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları (17.000 kv. km) Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edildi. Müharibədə 20.000 nəfərdən çox Azərbaycan vətəndaşı həlak olmuş,
100.000 nəfər yaralanmış, 50.000 nəfər isə əlil olmuşdur. Azərbaycanın işğal olunmuş
ərazilərindən 1 milyona qədər əhali öz torpağında qaçqın vəziyyətinə düşdü. Yüzlərlə yaşayış
məntəqəsi dağıdıldı, talan edildi və yandırıldı. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox
hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar, BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə
qəbul etmişdir. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 (30 aprel, 1993), Ağdam rayonunun
işğalı ilə əlaqədar 853 (29 iyul, 1993), Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı ilə
əlaqədar 874 (14 oktyabr, 1993), Zəngilan rayonunun işğalı ilə əlaqədar isə 884 (11 noyabr,
1993) saylı qətnamələr qəbul edilirkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın
təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək, münaqişənin ATƏT-in Minsk prosesi
çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasını üstün tutdular. Cəzasız qaldığından
ruhlanan və bundan istifadə edən Ermənistan BMT TŞ-nin münaqişəyə dair qəbul etdiyi 4
qətnaməyə də məhəl qoymadı. Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar
təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi.
1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan
müzakirələr zamanı və sənədlər qəbul edilərkən Şuranın daimi üzvləri olan böyük dövlətlər
Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinin səbəblərinin, xarakterinin və mahiy-
yətinin qiymətləndirilməsinə birmənalı yanaşmadılar. Təhlükəsizlik Şurası tərəfindən qəbul
edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü "Dağlıq Qarabağ regionunda
və onun ətrafında münaqişə" kimi qiymətləndirilmişdir. Şuranın daimi üzvləri münaqişəyə
Azərbaycanla Dağlıq Qarabağ arasında olan münaqişə kimi baxırdılar.

149
15.5 Digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeyi və Azərbaycanın
diplomatik fəaliyyəti.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə


BMT və ATƏT ilə yanaşı, 1993-cü ildən İslam Konfransı Təşkilatı (İKT) da özünün bütün
toplantılarında baxmış və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul etmişdir.
Belə ki, 1994-cü ildə Kasablankada İKT-nın Zirvə toplantısı, 1996-cı ildə Cakartada İKT- nın
üzvü olan dövlətlərin xarici işlər nazirlərinin 24-cü konfransı, 1997-ci ildə Tehranda və 2000-ci
ildə Dohada keçirilən İKT-nın Zirvə toplantılarında Ermənistanın Azərbaycana təcavüzü
haqqında qətnamələr qəbul edilmişdir. Onu da qeyd etmək vacibdir ki, İKT Ermənistanı
birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Azərbaycanın 2001-
ci il yanvarın 25-də Avropa Şurasına bərabərhüquqlu üzv qəbul olması onun mühüm
problemlərinin dünya ictimaiyyətinin diqqətinə çıxarılması üçün ölkəmizə yeni və çox mötəbər
bir tribuna qazandırdı. Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) Azərbaycan
nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi ölkəmizin bu təşkilatdakı
rolunu xeyli gücləndirmiş və qarşıya qoyulan bütün vəzifələrin reallaşdırılmasına şərait
yaratmışdır. 2001-ci il aprelin 24-27-də Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə
heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edərək, plenar sessiyada
dövlətçilik maraqları baxımından, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü faktlarını
özündə əks etdirən bəzi əhəmiyyətli sənədləri yaymışlar. Bunlardan 9 ölkə və AŞ PA-da
fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış "Ermənilər
tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması" adlı yazılı bəyanat və 14
ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış "Ermənistan və Dağlıq Qarabağda
saxlanılan hərbi əsirlər və girovlar" haqqında məlumat AŞ PA-nın rəsmi sənədləri qismində
yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin qətlə yetirilməsi,
Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda, eyni zamanda, işğal edilmiş
Azərbaycan ərazilərində uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun
saxlanılması faktı və digər vacib məsələlər öz əksini tapmışdır. 2001-ci il iyunun 25-29-da AŞ
PA-nın növbəti plenar sessiyası zamanı Azərbaycanla bağlı daha 2 mühüm sənəd AŞ PA-nın
rəsmi sənədləri kimi yayılmışdır. "Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Laçın,
Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət" adlanan birinci sənəddə
Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyəti düşünülmüş şəkildə
korlaması, "Azərbaycanın mədəni irsinin qəsb olunması və dağıdılması" adlı ikinci sənəddə isə
işğal olunmuş Azərbaycan ərazilərində yerləşən mədəni abidə və sərvətlərin dağıdılması
məsələsi Avropa ictimaiyyətinin diqqətinə çatdırılmışdır. AŞ PA-nın 2001-ci il sentyabrın 24-28-
də keçirilən plenar sessiyasında Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanmış
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı digər bir mühüm sənəd yayılmışdır.
İlham Əliyev AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə AŞPA
kürsüsündən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və daha 7
rayonunun işğal olunduğunu, işğal edilmiş ərazilərin terrorizm və narkotik maddələrin tranzitinə
çevrildiyini bəyan etmişdir. Azərbaycan təmsilçiləri Avropa Şurasını qaldırılan məsələlərə
operativ və obyektiv münasibət bildirməyə çağırmışdır. Azərbaycan nümayəndə heyətinin
prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən payız
sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri
tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. 2004-cü ilin əvvəllərindən

150
Avropa Şurası, ATƏT və Avropa İttifaqı münaqişənin dinc vasitələrlə həlli istiqamətində öz
səylərini xeyli artırmışdır. Belə ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında
Ermənistanın işğalçı dövlət olması bir daha təsbit edildi. Münaqişənin aradan qaldırılması
istiqamətində Ermənistanın heç bir addım atmaması AŞ PA-nın sənədlərində öz əksini tapdı.
Bunun ardınca isə Avropa Parlamenti Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane
olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini bildirdi. Avropa
Parlamentinin sessiyasında "Avropa İttifaqının Cənubi Qafqaz siyasəti" mövzusunda Pyer
Qartonun məruzəsi əsasında qəbul edilmiş qətnamədə ermənilərin işğal etdikləri ərazilərdə
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardıqları öz əksini tapdı. Bununla yanaşı,
Avropa Parlamenti Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olmasına mane olan münaqişənin
nizama salınması üçün işğal olunmuş Azərbaycan ərazilərinin (Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan) azad edilməsi təklifi ilə çıxış da etdi. 2004-cü il fevralın 4-də ATƏT-in
Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin
Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev qeyd etdi ki, münaqişənin nizama
salınması prosesində əsas vasitəçi olan ATƏT-in Minsk qrupu ilə yanaşı, digər beynəlxalq
qurumlar - ATƏT-in Parlament Assambleyası, Avropa Şurası və Avropa İttifaqının da
fəaliyyətinin gücləndirilməsi böyük əhəmiyyətə malikdir. ATƏT-in Parlament Assambleyasının
fevralın ortalarında keçirilən iclasında Qoran Lenmarkerin məruzəsi dinlənildi. Məruzədə
Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və işğal olunmuş ərazilərin qaytarılmasının zəruriliyi
ön plana çəkilmişdir. 2004-cü il fevralın 25-də Avropa Şurasının Parlament Assambleyasının
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devisin Azərbaycana
səfəri zamanı Prezident İlham Əliyev Ermənistanın hərbi təcavüzü faktlarını bir daha
vurğulayaraq Avropa Şurasının bu məsələyə siyasi qiymət verməsinin vacibliyini bildirdi. 2004-
cü il martın 16-da ATƏT-in fəaliyyətdə olan sədri, Bolqarıstanın xarici işlər naziri Solomon
Passi Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyevlə görüşündə Minsk qrupunun
konkret təkliflərinin olmadığını və hər iki dövlətin prezidentlərinin dialoqundan çox şey
gözlədiyini bəyan etdi. Son zamanlar Minsk qrupu həmsədrləri də problemin məhz Azərbaycan
və Ermənistan rəhbərlərinin qarşılıqlı anlaşması sayəsində həll oluna biləcəyini dəfələrlə
vurğulamışlar. Onu da qeyd etmək vacibdir ki, münaqişə başlayandan əlbəttə, qarşılıqlı anlaşma
mövcud olsaydı, heç Minsk qrupunun fəaliyyətinə də ehtiyac duyulmazdı. Çünki tərəflərin bir-
birinin şərtlərini qəbul etməməsi, xüsusilə Ermənistanın daim qeyri-konstruktiv mövqedən çıxış
etməsi danışıqların nəticəsiz, münaqişənin isə həll olunmamış qalmasına gətirib çıxarmışdır.
Məhz bu səbəbdən də dövlət başçısı İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul
edərkən, bir daha Minsk qrupunun fəaliyyətini tənqid etmiş və Azərbaycanın ümummilli lideri
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalaraq, münaqişənin yalnız
beynəlxalq hüquq normaları əsasında, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi şərti
ilə nizama salınmasının vacibliyini bildirmişdir. Dövlət başçısı Azərbaycanın prinsipial
mövqeyini növbəti dəfə 2004-cü il martın 17-də Bratislavada "Daha geniş Avropaya doğru: yeni
gündəlik" mövzusunda keçirilən beynəlxalq konfransda bəyan etdi. Azərbaycan Prezidenti
Ermənistanın işğalçılıq siyasətinin bütünlüklə Avropada, xüsusilə Cənubi Qafqazda sülhün və
təhlükəsizliyin təmin edilməsinə ciddi maneə olduğunu vurğulayaraq, təcavüz nəticəsində
Azərbaycan ərazisinin 20 faizdən çoxunun işğal olunduğunu, nəticədə bir milyondan artıq
insanın acınacaqlı vəziyyətdə yaşadığını bildirdi. Prezident İlham Əliyev Dağlıq Qarabağ
ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı iddialarının tamamilə saxta və
beynəlxalq hüquqa zidd olduğunu bildirərək, ermənilərin artıq öz müqəddəratını təyin edib,
Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını vurğuladı. Azərbaycan Prezidenti qeyd etdi ki,

151
ermənilər bütün yaşadıqları digər ölkələrdə də öz müqəddəratını təyin etmək fikrinə düşsələr,
dünyada hansı hadisələrin baş verəcəyini söyləmək çətindir. Bununla yanaşı, dövlət başçısı
münaqişənin nizama salınması prosesində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir
səmərə vermədiyini vurğulayaraq, Avropa Birliyi və Avropa Şurasını münaqişənin dinc
vasitələrlə həlli istiqamətində səylərini gücləndirməyə çağırdı. Avropa İttifaqının Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi Heyki Talvityenin 2004-cü il martın 22-də Azərbaycana növbəti səfəri
bu beynəlxalq təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində öz
fəallığını artırdığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının problemin
həllinə böyük diqqət göstərdiyini və münaqişənin həlli ilə gələcəkdə daha yaxından məşğul
olacağına ümid etdiyini görüş zamanı Heyki Talvityenin nəzərinə çatdırdı. Avropa Şurasının baş
katibi Valter Şvimmer 2004-cü il aprelin 8-də Azərbaycana səfəri zamanı Ermənistan-Azər-
baycan münaqişəsinin nizama salınmasının vacibliyini qeyd edərək, bu problemin Avropada
"dondurulmuş münaqişə" adlandırılmasının qəti əleyhinə olduğunu bildirmişdir. Eyni zamanda,
baş katib problemin yalnız Azərbaycan, Ermənistan və Cənubi Qafqaz regionunun deyil, bütün
Avropanın problemi olduğunu və bu səbəbdən münaqişəni Avropa səviyyəsində, sülh yolu ilə
birdəfəlik həll edərək regionda daimi sülhün təmin edilməsinin zəruriliyini bəyan etmişdir. 2004-
cü il aprelin 29-da AŞPA-nın növbəti yaz sessiyasında İlham Əliyev artıq Azərbaycan Prezidenti
kimi Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı çıxış etmişdir. Ermənistanın
təcavüzü nəticəsində Azərbaycanın düşdüyü vəziyyət haqqında ətraflı məlumat verən dövlət
başçısı özünün qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirdi: "... Əlbəttə ki, biz bu
vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır.
Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı
bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı
tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt
olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq
imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin - Ermənistanın Avropa
Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik".
Cənubi Qafqazda ən "uzunömürlü" münaqişə olan Ermənistan-Azərbaycan münaqişəsinin
nizama salınması regionun təhlükəsizliyinin təmin edilməsində başlıca maneədir. Bunu artıq
ATƏT də, Avropa Şurası da, Avropa İttifaqı da rəsmi şəkildə bəyan etmişdir. ATƏT-in Minsk
qrupunun həmsədri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) rəsmi şəxsləri də münaqişənin
tezliklə aradan qaldırılmasında maraqlı olduqlarını bildiriblər. Bununla yanaşı, Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayn Foll,
daha sonra isə Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz araşdırmaları İnstitutunun direktoru,
region üzrə tanınmış ekspertmütəxəssis Frederik Starr münaqişənin nizama salınmamasından
narahatlıqlarını bildirərək, onun Cənubi Qafqazda inkişafa maneə olduğunu vurğulamışlar. 2004-
cü il mayın 12-də Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Pyer Qarton
Ermənistanda "Genişlənmiş Avropa - yeni qonşular" proqramı çərçivəsində keçirilən
müzakirələrdə "Ermənistan işğal altında saxladığı ərazilərdən öz qoşunlarını tədricən çıxarma-
lıdır" deməklə, Avropa İttifaqının Cənubi Qafqaz regionunda münaqişənin tezliklə aradan
qaldırılmasının tərəfdarı olduğunu bildirdi. Prezident İlham Əliyev 2004-cü il mayın 19-da
Brüsseldə Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə "Avropa Birliyi və Azərbaycan: tərəfdaşlıq
üçün yeni üsullar" mövzusunda keçirilən siyasi brifinqdə Azərbaycanın ərazi bütövlüyünün
təmin olunması üçün öz qətiyyətli mövqeyini növbəti dəfə bəyan etdi. Dövlət başçısının nitqində
son dərəcə mürəkkəb və taleyüklü problemin Azərbaycanın xarici siyasət kursunun mühüm
tərkib hissəsinə çevrildiyi bir daha öz təsdiqini tapdı. 2003-cü il oktyabrın 15-də Azərbaycan

152
Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına
xüsusi diqqət yetirən İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik
maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti bütün xarici
səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini
daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını,
ehtiyac yarandığı halda hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır.
Bununla yanaşı, dövlət başçısı Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən
birinə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama
salınmasının tərəfdarı olduğunu bildirərək, beynəlxalq təşkilatların bu sahədə səylərini güclən-
dirməsinin zəruriliyini bəyan etmişdir. Azərbaycan Respublikasının Parlament nümayəndə
heyətinin səyi ilə AŞ PA-da obyektiv müsbət rəyin formalaşması nəticəsində 2005-ci ilin qış
sessiyasında qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bu sənədin qəbul
edilməsindən əvvəl AŞ PA rəhbərliyi qurum çərçivəsində obyektivliyi ilə tanınan və Parlament
Assambleyasının Avropa Demokrat Qrupunda Böyük Britaniyanı təmsil edən Devid Atkinsona
"ATƏT-in Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda məruzə
hazırlamağı və müzakirəyə təqdim etməyi tapşırmışdı. 2005-ci il yanvarın 25-də Devid
Atkinsonun müzakirəyə çıxarılan məruzəsi qətnamə və tövsiyə adlanan iki hissədən ibarət idi.
Məruzənin qətnamə hissəsində deyilirdi ki, "Assambleya hərbi əməliyyatların başlamasından
keçən on ildən artıq müddətdə Dağlıq Qarabağ regionunda münaqişənin həll edilməməsinə
təəssüfləndiyini və yüz minlərlə insanın hələ də məcburi köçkün vəziyyətində ağır şəraitdə
yaşadığını bildirir". Sənəddə Azərbaycan ərazilərinin böyük bir hissəsinin hələ də Ermənistan
qoşunlarının işğalı altında olduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ regionuna nəzarət
etdiyi göstərilirdi. Məruzənin ikinci bəndində Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti
pislənərək qeyd edilirdi ki, "Assambleya dəhşətli etnik təmizləmələrlə müşayiət olunan hərbi
əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından narahatlığını bildirir".
Bununla yanaşı, sənəddə deyilirdi ki, "Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin
ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar
ziddir və Assambleya öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu
təsdiqləyir". Məruzənin üçüncü bəndində isə göstərilirdi ki, Assambleya tərəfləri BMT
Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə qayıtmağa və onları yerinə
yetirməyə çağırır. Bununla yanaşı, sənəddə qeyd edilirdi ki, "Assambleya ATƏTin Minsk
qrupunun üzvü olan ölkələri münaqişənin həlli istiqamətində səyləri artırmağa və bu ölkələrin
AŞPA-dakı milli nümayəndə heyətlərini öz hökumətlərinin bu istiqamətdəki fəaliyyətləri barədə
hesabat verməyə çağırır. Bu məqsədlə Assambleya xahiş edir ki, AŞPA Bürosu ölkələrin milli
nümayəndə heyətlərinin rəhbərlərindən ibarət xüsusi komitə yaradılmasını təmin etsin". Avropa
Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilatın qəbul etdiyi bu sənədlər münaqişənin beynəlxalq
hüquq prinsipləri əsasında nizama salınması prosesində mühüm əhəmiyyətə malikdir. Eyni
zamanda, məruzə və qəbul edilən sənədlər münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in
Minsk qrupu üçün də əhəmiyyətli sayılmalıdır və o, bu sənədə laqeyd yanaşmamalıdır. ATƏT-in
Minsk qrupunun sonuncu təklifindən 7 ildən çox vaxt keçməsinə baxmayaraq, Minsk qrupu
indiyə qədər heç bir yeni təkliflə çıxış etməmişdir. Buna baxmayaraq, Azərbaycan dövləti
beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət
göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq, onun işində müntəzəm və əməli
şəkildə iştirak edir. Lakin münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda
təcavüzkar Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. Beynəlxalq təşkilatların
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesindəki səyləri ilə yanaşı, 1999-cu

153
ilin aprelindən başlayaraq, münaqişənin dinc vasitələrlə həlli istiqamətində yeni formatda
addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun
aparılmasıdır. Həmin vaxtdan iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenev-
rədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişin-
yovda, Praqada, Strasburqda, habelə iki respublikanın sərhədi - Sədərəkdə 25-ə yaxın görüş
keçirmişlər. Münaqişənin dinc yolla aradan qaldırılması imkanlarının tükənmədiyini bildirən
prezidentlər hələlik dialoqun davam etdirilməsini zəruri hesab edirlər. Ancaq çox ağır və çətin
keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra
çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan bu günə kimi aparılan danışıqlarda təcavüz-
kar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək, işğalçılıq siyasətindən əl çəkmək
istəmir. Digər tərəfdən isə, dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və
ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret
addımlar atmaması danışıqlar prosesində irəliləyişin əldə olunmasına əngəl törədir. Ona görə də
beynəlxalq birlik təcavüzün qarşısını almaq üçün BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq
olaraq ciddi tədbirlər görməlidir. Əgər böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün
təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti və praktiki addımlar atmalı,
Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Təcavüzkarın qarşısı alınmazsa,
son vaxtlar Avropanın mərkəzində, habelə Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə
yönəldilmiş səylər münaqişənin bütün regiona yayılması nəticəsində heçə endirilə bilər.

154

You might also like