You are on page 1of 96

Sevimli yazıçının bu əsərinin tərcüməsi

üzərində çəkdiyim zəhməti gözəl üzlü Vüsalə


xanıma həsr edirəm...

Rüstəm Ayaks
25.12.2022
Vladimir Nabokov

CASUS

BAKI‐2023
Vladimir Nabokov. “Casus”.
Bakı. “Adiloğlu” nəşriyyatı, 2023. 96 səh.

Tərcümə:
Rüstəm Ayaks

Redaktə:
Rəvan İbrahimli

Korrektə:
Rəvan İbrahimli, Vüsal Qasımov

Kitabın üz qabığındakı şəklin


(“Saxta güzgü”) müəllifi:
Rene Maqrit

ISBN 978-9952-37-801-6

© Rüstəm Ayaks, 2023


1

O qadınla – o Matilda ilə Berlindəki ilk payızım-


da tanış oldum. Elə o ərəfələrdə biri mənə yenicə iş
tapmışdı: kasıblamağa hələ ki macal tapmamış, hələ
də əski Peterburq adətlərinin kölgələri ilə keçinən bir
rus ailəsində mürəbbilik. Heç vaxt uşaq böyütməmiş-
dim, uşaqlarla nə danışacağım, necə davranacağım
barədə heç nə bilmirdim. İki uşaq idi: ikisi də oğlan
uşağı. Onların yanında olarkən alçaldıcı bir sıxıntı du-
yurdum. Çəkdiyim papirosları sayırdılar və onların bu
müntəzəm maraqları mənə elə təsir göstərirdi ki, sanki
papirosu ilk dəfə çəkirmişəm kimi özümdən müəyyən
qədər aralı, qəribə tərzdə tutur, külü sürəkli dizlərimə
dağıdırdım və bu zaman onların donuq baxışları diq-
qətlə mənim titrəyən əlimdən artıq xova səpələnib ya-
yılmış solğun-boz tozcuqlara yönəlirdi. Valideynləri-
nin dostu olan Matilda onlara tez-tez qonaq gəlir və
daim şam yeməyinə qalırdı. Bir gecə leysan yağış şı-
rıldayırdı, evdən çıxanda qadına çətir verdilər və hə-
min vaxt o belə dedi: “Bax belə, əla, çox təşəkkür edi-
rəm, bu cavan oğlan da məni ötürər və çətri geri gəti-
rər”. Həmin vaxtdan etibarən onu yola salmaq vəzifə-
lərimdən birinə çevrildi. Kirşanlanmaq üçün güzgü-
sünə baxarkən iri ağzı al-qırmızı yumağa çevrilən bu
təklifsiz, koppuş, şəhlagözlü xanım, deyəsən, xoşuma
gəlirdi. İncə topuqları və yüngül yerişi vardı ki, bunla-
5
ra görə bir çox qüsurlarını bağışlamaq olardı. Bolluca
hərarət yayardı; o, içəriyə girən kimi artıq mənə elə
gələrdi ki, otağın istiliyi qızışıb yüksəlir və bu böyük
canlı sobanı evinə qoyub amansız gecənin çaqqıltıları
və civə parıltısı arasında geri qayıdarkən üşüyərdim,
ikrah duyana qədər üşüyərdim. Sonra əri Parisdən
gəldi və onunla birlikdə qonaq gəlməyə başladı. Əri
hər hansı bir ər kimi ər idi, ona çox az fikir verdim,
sadəcə danışmadan öncə yumruq formasında saxladı-
ğı əlinə doğru qısaca və gurultu ilə öskürmək adəti və
Matilda sevinclə danışa-danışa ev sahibəsi ilə vidalaş-
manı uzun bir monoloqa çevirərkən səbirsizcə yerə
vurduğu ağır, qara, parlaq başcıqlı əl ağacı diqqətimi
cəlb etdi. Bir ay sonra əri getdi və Matildanı yenidən
ötürməyə başladığım elə ilk gecədəcə o mənə çoxdan
oxumağı məsləhət bildiyi kitabı – Ariadna adında
hansısa bir rus qızı haqqında fransızca yazılmış bir
şeyi götürmək üçün onunla birlikdə yuxarı çıxmağı
təklif etdi. Adəti üzrə yağış yağırdı, fənərlərin ətrafın-
da halələr titrəyirdi, sağ əlim onun köstəbək xəzli pal-
tosunun isti kürkünə gömülmüşdü, sol əlimlə gecənin
təbil kimi döyəcləyib tappıldatdığı açılmış çətri
tutmuşdum. Bu çətir daha sonra Matildanın mənzilin-
də buxarlı isitmə sisteminin yaxınlığına yayılmış və-
ziyyətdə elə hey damcıladı, damcıladı, hər yarım də-
qiqədən bir göz yaşını axıtdı və beləliklə, ağlaya-
ağlaya çevrəsinə geniş bir gölməçə yaydı. Kitaba gə-
lincə, kitabı götürməyi unutdum.

6
Matilda ilk məşuqəm deyildi. Ondan əvvəl Peter-
burqda bir ev dərzisi məni sevmişdi, o da koppuş idi
və o da mənə hansısa bir kitabı (“Muroçka, bir həyat
hekayəsi”) oxumağı məsləhət görürdü. Bu toppuş xa-
nımların hər ikisi də sevişmənin fırtınaları arasında
incə, zil səsli, az qala uşaqsayağı bir ciyilti çıxarırdı
və bəzən mənə elə gəlirdi ki, etdiklərimi etməyə dəy-
məzdi, yəni qorxudan ölə-ölə fin sərhədini keçməyim
(doğrudur, sürət qatarında və adi bir icazənamə ilə)
bir ağuşdan təqribən onun eynisi olan bir başqa ağuşa
düşmək üçün baş veribmiş. Üstəlik Matilda tezliklə
məni usandırmağa başladı. Onun daimi, mənim üçün
cansıxıcı olan bir söhbət mövzusu vardı: əri. Deyirdi
ki, bəs bu adam nəcib bir qaniçəndir. Əgər vəziyyət-
dən xəbəri olsa imiş, onu elə yerindəcə öldürərmiş.
Ona pərəstiş edirmiş və vəhşicəsinə qısqancmış. Bir
dəfə Konstantinopolda ifrat dərəcədə girişkən bir
fransızı şillə-yumruqla cındır kimi yerə səribmiş. O
qədər ehtiraslı imiş ki, adam qorxarmış. Amma öz
qəddarlığı ilə gözəl imiş. Mən söhbəti dəyişməyə çalı-
şırdım, ancaq bu mövzu Matildanın üstünə kipcə və
məmnuniyyətlə oturduğu oyuncaq atı idi. Onun əri
barədə yaratdığı surətlə mənim bunca az diqqət yetir-
diyim adamın zahiri görünüşünü birləşdirmək çətin
idi, ancaq eyni zamanda bunun onun qol-budaqlı uy-
durması olmadığını düşünmək də mənim üçün son
dərəcə xoşagəlməz idi və bəlkə, doğrudan da, indi Pa-
risdə qısqanc bir yırtıcı fəlakəti duyaraq gözlərini

7
bərəldir, dişlərini qıcırdadır və qəzəblə nəfəs alıb-ve-
rərək burnunu fısıldadırdı.
Olurdu ki, portsiqarım boş halda, üzüm şəfəq yelin-
dən sanki qrimdən sonrakı kimi yana-yana, atdığım hər
addımda başım ağrıdan zoqquldaya-zoqquldaya, ayaq-
larımı sürüyə-sürüyə evə qayıdarkən öz bərbad xoşbəxt-
liyimi çək-çevir edir, heyrətlənir, özümə acıyır, məyus-
luq və qorxu duyurdum. Əslində, insan xoşbəxt keçin-
mək üçün gün üzrə, heç olmasa, bir saat, heç olmasa, on
dəqiqə şüursuz halda olmalıdır. Mən isə həmişə yalın,
sıyrılmış haldayam, görənəm, hətta yuxuda belə özümə
göz olmaqdan əl çəkmirəm, varlığımdan heç baş açmı-
ram, özümü unutmağın mümkünsüzlüyü fikrindən dəli
oluram və öz xırda işləri ilə arxayınlıqla və diqqətlə
məşğul olan bütün o sadə insanlara – məmurlara, inqi-
labçılara, dükançılara həsəd aparıram. Mənim elə bir qı-
lafım yox idi. Və bu qorxunc, yumşaq-mavi səhərlərdə
ayaqqabımın dabanlarını şəhərin issızlığında taqqıldada-
taqqıldada mən Yer kürəsinin hərəkətini apaydın duy-
mağa başladığı üçün ağlını itirən adamı xəyal edirdim.
Buyurun, o, qarşınızda ləngər vura-vura yeriyər, taraz-
lığını saxlamağa çalışar, mebeldən yapışar, ya da pəncə-
rə kənarına oturarkən qatarda birdən sizə tərəf çevrilib:
“Yaman fitilləyir ha!” – söyləyən sərnişin kimi həyə-
canla qımışardı. Lakin tezliklə bütün bu laxlanma və
yırğalanmadan ürəyi bulanar, limon və buz parçası sor-
mağa başlar, arxası üstə yerə uzanardı. Ancaq hər şey
əbəsdir. Hərəkəti dayandırmaq olmaz, maşinist kordur,

8
əyləci də tapmaq olmur və axırda sürət dözülməz həddə
çatanda ürəyi partlayıb ölərdi.
Necə də yalqız idim. Məndən şeir yazıb-yazmadı-
ğımı işvəli-işvəli soruşan Matildanı, sırf sünicəsinə
titrəmək və ehtirasla: “Ay səni, dəcəl oğlan...” – deyə
pıçıldamaq üçün bəhanə tapsın deyə pilləkənlərdə, ya
da qapıda onu öpməyim üçün hiyləgər yollarla məni
təhrik edən Matildanı, əlbəttə, nəzərə almaq olmazdı.
Bəs Berlində başqa kimi tanıyırdım? Xeyriyyə cəmiy-
yətinin katibini, mürəbbilik etdiyim ailəni, bir rus kitab
mağazasının sahibi Vaynştoku, əvvəllər otağını kirayə-
lədiyim alman qarını. Vur-tut bu qədər. Beləliklə, bü-
tün müdafiəsiz varlığımla bədbəxtlik üçün cəlbedici
hədəf idim. Və o, çağırışı qəbul etdi.
Saat altı radələri idi. Otaqlardakı hava alaqaranlığın
çökməsi ilə ağırlaşmaqda idi, şagirdlərimə dilim do-
laşa-dolaşa oxuduğum yumoristik Çexov hekayəsinin
sətirlərini güc-bəla ilə ayırd edirdim, ancaq işığı
yandırmağa cürət edə bilmirdim; bu oğlan uşaqlarında
qənaətcilliyə yönəlik qəribə, uşaqsayağı olmayan bir
meyil, nəsə iyrənc bir sərhesablıq vardı, onlar kolbasa-
nın, yağın, işığın, cürbəcür avtomobillərin qiymətini
dəqiqliklə bilirdilər... “Kontrabasla eşqbazlıq”ı ucadan
oxuya-oxuya onları əbəs yerə güldürüb-əyləndirməyə
çalışaraq və müəllifə görə də, düşdüyüm vəziyyətə gö-
rə də xəcalət çəkə-çəkə mən bilirdim, bilirdim ki, onlar
mənim hər şeyi bulanıqlaşdıran toranlıqla necə didişdi-
yimi çox yaxşı görürlər və üzbəüz evdəki ilk lampa

9
yanıb onlara nümunə göstərənədək bu vəziyyətə dö-
züb-dözməyəcəyimi soyuqqanlılıqla izləyirlər. Tab gə-
tirdim və işıqla mükafatlandırıldım. Səsimə elə yenicə
daha çox canlılıq verməyə hazırlaşırdım ki, (hekayənin
ən gülməli yerinə yaxınlaşırdıq) qəfildən dəhlizdə tele-
fon zəng çaldı. Evdə tək idik, oğlanlar dərhal yerlə-
rindən sıçradılar və zəng səsinə doğru bir-birləri ilə
ötüşərək qaçışmağa başladılar. Mənsə oxumağı yarıda
kəsdiyim sətrə şəfqətlə gülümsəyərək dizlərimdə açıq
kitabla yerimdə oturub qaldım. Məlum oldu ki, mənim
üçün zəng ediblər. Cırıldayan kresloya əyləşib telefo-
nun dəstəyini qulağıma dayadım. Şagirdlərim biri
sağımda, biri solumda olmaqla yanımda durmuş, təm-
kinlə mənə göz qoyurdular. “İndi sizə gəlmək fikrində-
yəm, – kişi səsi söylədi, – ümid edirəm, evdə olarsınız,
hə?” “Kimdir danışan?” – mən soruşdum. “Tanımadı-
nız? Belə yaxşıdır, sürpriz olar”, – səs dedi. “Ancaq
mən kim olduğunuzu bilmək istəyirəm”, – deyə mən
gülə-gülə təkid etdim (sonralar səs tonumdakı əzilib-
büzülən oynaqlığı xatırladıqda sadəcə dəhşət və utanc
duyacaqdım). “Vaxtı gələndə”, – deyə səs quruca ca-
vab verdi. Bu məqamda mən lap şuluqluq saldım:
“Nəyə görə belə? Axı nəyə görə? Əcəb işdir...” Boşlu-
ğa danışdığımı anladıqda çiyinlərimi çəkdim və dəstəyi
yerinə qoydum. “Hə, deməli, harada qalmışdıq?” – qo-
naq otağına qayıtdıq, uşaqlara belə dedim və qaldığım
yeri tapıb oxumağa davam etdim.
Ancaq yenə də nəsə qəribə bir narahatlıq duyur-
dum. Ucadan qeyri-iradi oxumağa davam edərkən elə
10
hey öz-özümə bu qonağın kim ola biləcəyi barədə
fikir-zikir edirdim. Ola bilərmi, Rusiyadan gələn bir
kəsdir? Tanış üzləri, tanış səsləri dumanlı halda təsəv-
vürümə gətirdim – heyhat, çox deyildilər – və nədən-
sə tələbə Uşakovun üzərində durdum... Mənim uni-
versitetdə keçirdiyim tanışlıqlar baxımından kasad
olan yeganə ilim bu Uşakovu bir xəzinə kimi qoru-
yurdu. Bir söhbət əsnasında “Qaudeamus”dan və
qayğısız tələbəlik illərindən təsadüfən bəhs ediləndə
üzümə arifanə, azca dalğın ifadə verəndə bu hal Uşa-
kovu xatırlamaqda olduğum mənasına gəlirdi, hər-
çənd Allah bilir ki, onunla cəmi iki dəfə söhbət etmiş-
dim: siyasət, ya da başqa boş-boş şeylər barədə, xatır-
lamıram. Ancaq onun telefonda bunca müəmmalı
davranması ağlasığan iş deyildi. Çaşıb qalmışdım,
zəng edənin gah hansısa kommunist birliyin casusu,
gah da katibə gərək duyan hansısa ekssentrik milyo-
ner olduğunu təsəvvür edirdim.
Zəng səsi gəldi. Oğlanlar yenə də tələsik dəhlizə
cumdular. Mən də arxalarınca getdim. Onlar məm-
nuniyyətlə, bacarıqla polad boltu çəkdilər, daha
nələrisə qurdaladılar və qapı açıldı.
Qəribə xatirədir... Hətta indi belə, artıq çox şeyin
dəyişdiyi indinin özündə belə o qəribə xatirəni yadda-
şımdan çağıranda – təhlükəli bir caninin kameradan ça-
ğırıldığı kimi – azca donub qalıram. Bax o anda həya-
tımın bütöv bir divarı ekranda olduğu kimi tamamilə
səssizcə uçub dağıldı. Mən başa düşürdüm ki, indi sar-

11
sıdıcı nəsə baş verəcək, ancaq üzümdə, şübhəsiz ki, tə-
bəssüm, özü də, deyəsən, yaltaq bir təbəssüm vardı və
boşluqla üzləşməyə məhkum olmuş əlim irəli uzandı,
boşluqla üzləşəcəyini əvvəldən sezsə də, hər halda ye-
nə də başımda “elementar nəzakət” təbiri ilə cingil-
dəyən jesti sona çatdırmağa çalışdı. “Əlini rədd elə”, –
qonağın ona tərəf uzadılmış və artıq uçuruma enməkdə
olan ovcuma baxaraq dediyi ilk sözlər bunlar oldu.
Bir az əvvəl onun səsini tanımamağım əbəs de-
yildi. Telefonun ötürdüyü tanış tembri təhrif edən o
bəlli dərəcəli gərginlik, əslində, tamamilə müstəsna bir
qəzəb, o anadək heç bir insan sədasında eşitmədiyim
boğuq bir səs idi. O səhnə xatirimdə gerçək bir şəkil
kimi durmaqdadır: parlaq surətdə aydınlanmış dəhliz,
rədd edilən əlimlə nə edəcəyini bilməyən mən, sağım-
da bir oğlan, solumda bir oğlan gözlərini qonağa deyil,
nədənsə mənə dikiblər. Və bir də qonağın özü: əynində
çiyinlərində dəbə uyğun sırmaları olan zeytuni makin-
toş var, üzünün rəngi sanki bir işıq partlayışı ilə karıx-
dırılmışcasına ağarmış, gözləri bərəlmiş haldadır, bəra-
bəryanlı üçbucaq şəklində kəsilmiş qara bığları altın-
dakı goppuş dodağı kinlə dartılır. Və birdən yüngül,
əvvəlcə güclə nəzərə çarpan bir hərəkət başladı: bir-bi-
rinə sıxılmış dodaqlar marçıltı ilə aralandı, tutduğu qa-
ra, qalın əl ağacı azacıq qımıldadı və artıq mən gözləri-
mi bu əl ağacından çəkə bilmədim. “Nə məsələdir? –
deyə mən soruşdum. – Nə məsələdir? Görünür, anlaşıl-
mazlıq olub... Görünür, hansısa anlaşılmazlıq olub...”

12
Və bu məqamda bayaqdan özünə yer tapmayan, hələ
də qarşılıq görməyib üzülmüş əlimə alçaldıcı, yaramaz
bir yer tapdım: ləyaqətimi qorumaq üçün bulanıq bir
cəhd göstərməklə əlimi şagirdimin çiyninə qoydum,
uşaqsa qımışdı və əlimə çəpəki baxdı. “Gör nə deyi-
rəm, abırlı cənab, – birdən qonaq sözlərini yağdırmağa
başladı, – uşaqlardan azacıq aralı dur, onlara toxunma-
yacağam, onları qorumağına gərək yoxdur, mənə isə
geniş yer lazımdır, çünki bir azdan səni yaxşıca çırpa-
cağam”. “Bura sizin eviniz deyil, – mən dedim, – bura-
da dava salmağa haqqınız yoxdur. Başa düşmürəm,
məndən nə istəyirsiniz...”
Məni vurdu. Əl ağacını qızğın şəkildə və vıyıltı ilə
çiynimə endirdi və mən zərbənin şiddətindən gumbultu
ilə kənara yıxıldım, hörmə kreslo sanki canlı imiş kimi
qırağa sürüşdü. Dişlərini qıcırdadaraq yenidən qolaylan-
dı, bu zərbə də yuxarı qaldırdığım qoluma tuş gəldi. Bu
anda geri çəkildim, yanakı halda qonaq otağına qaçdım,
o da ardımca gəldi. Daha bir maraqlı təfərrüat: bağıra-
bağıra ona adı ilə və atasının adı ilə xitab edirdim və
qışqıra-qışqıra ona nə etmiş olduğumu soruşurdum. Mə-
ni yenidən yaxalayanda qaçarkən qamarladığım yastıqla
özümü qorumağa çalışdım, ancaq o vurub yastığı əlim-
dən saldı. “Bu, rəzalətdir, rüsvayçılıqdır, – deyə mən
bağırdım, – mən silahsızam. Mənə şər atıblar. Bu hərə-
kətiniz sizə baha başa gələcək...”
Bir daha məni vurdu. Geri çəkilərək masanın arxa-
sına sığındım və hər şey bir andaca yenə də gerçək bir

13
şəkil kimi donub qaldı. O, yerində duraraq dişlərini
qıcamış və əl ağacını yuxarı qaldırmışdı, onun arxa-
sında, qapının hər iki tərəfində də oğlanlar donub qal-
mışdılar. Bəlkə də, yaddaşım bu yerdə xatirəni müəy-
yən qədər təhrif edir, ancaq, vallah, mənə elə gəlir ki,
onların biri qollarını xaç şəklində bir-birinə qovuşdur-
muş halda divara söykənib durmuş, digəri isə kreslo-
nun tutacağının üstündə oturmuşdu və hər ikisi də mə-
nim üzərimdə aparılan qisas alma prosesini soyuqqan-
lılıqla müşahidə edirdi. Tezliklə hər şey yenidən hərə-
kətə gəldi, dördümüz də o biri otağa keçdik; ombama
sərrastca vurdu və sonra sifətimin ortasına qorxunc və
gözləri kor edən bir zərbə ilişdirdi. Qəribədir ki, bir kəs
məni nə qədər təhqir edirsə, etsin, bu kəsə heç vaxt əl
qaldıra bilməzdim və hətta indi də, qonağın əl ağacının
təzyiqi altında əzilərkən belə kişisayağı məharətlərim
olmadığı üçün nəinki ona qarşı hücuma keçmirdim,
hətta bu ağrı-acı və alçalma anlarında belə özümü bir
yaxınıma əl qaldırarkən təsəvvür edə bilmirdim, xüsu-
sən də əgər bu yaxın insan qəzəbli və əzələlidirsə. Ota-
ğıma qaçmağa da çalışmadım, orada, qutunun içində,
heyhat, sadəcə xəyalatları qorxutmaq üçün aldığım bir
revolver vardı.
Şagirdlərimin seyrçi tərzdə donub-qalmaları, onla-
rın bu və ya digər otağın künc-bucaqlarında freskalar
kimi cürbəcür pozalar alıb duruxmaları, mən qaranlıq
yemək otağına geri çəkiləndə onların burada işığı yan-
dırarkən göstərdikləri tədbirlilik – bütün bunlar qavra-

14
yışımdan qaynaqlanan aldanışlar olmalı idilər – mənim
daimilik və əhəmiyyət bəxş etdiyim ayrı-ayrı təfərrüat-
lar idilər və əslində, bir müxbirin çəkdiyi fotoşəkildəki
portfelli piyadanın (hansısa konfransa tələsən) dizdən
qatlanmış ayağı qədər şərti idilər. Əslində, görünən bu-
dur ki, onlar mənə verilən işgəncə müddətinin hər
anında iştirak etmədilər, elə bir an oldu ki, valideyn-
lərinin mebelinə görə təlaşlanaraq işgüzarlıqla polisə
zəng etməyə girişdilər, – bu, kişinin gurultulu bağırtısı
ilə anındaca yarıda kəsilən bir təşəbbüs idi – ancaq bu
məqamı haraya, başlanğıcamı, yoxsa lap axıra – dəhşə-
tin və iztirabın apofeozundan sonrayamı yerləşdirə-
cəyimi bilmirəm; həmin məqamda döşəməyə çırpılmış,
yumrulanmış kürəyimi zərbələr altına qoymuş vəziy-
yətdə idim və boğuq, xırıltılı səslə belə təkrarlayırdım:
“Yetər, yetər, ürək xəstəsiyəm, bəsdir, yetər, mənim
ürəyim...” Əslində isə, ürəyim mötərizə içində qeyd
edim ki, həmişə yaxşı işləyib.
Bir neçə dəqiqə sonra hər şey bitmişdi. Kişi uca-
dan qırıq-qırıq nəfəs alaraq, kibrit qutusunu silkələyib
şaqqıldadaraq siqaret yandırdı, çəkməyə başladı, bir
qədər dayandı, ora-bura nəzər saldı və “kiçik bir ibrət
dərsi” barədə nələrsə söyləyərək başındakı şlyapanı
sahmana saldı və tələsik çıxıb getdi. Dərhal yerimdən
qalxdım və otağıma yönəldim. Uşaqlar qaça-qaça ar-
dımca gəldilər. Biri qapıdan içəri keçməyə cəhd etdi.
Dirsəyimin zərbəsi ilə onu itələyib bayıra atdım, bili-
rəm ki, bu onu incitdi. Qapını açarla bağladım, suyun

15
yandırıcı toxunuşundan az qala çığıraraq üzümü yu-
dum, sonra çarpayının altından çamadanı çıxartdım və
əşyalarımı yığmağa başladım. Çətin idi: kürəyim
ağrıdan sızıldayırdı, sol əlim yaxşı hərəkət edə bilmir-
di, göz yaşlarım görməyimə imkan vermirdi.
Əynimdə palto, ağır çamadanı daşıya-daşıya dəh-
lizə çıxanda oğlanlar dərhal yenidən peyda oldular.
Onlara heç nəzər də salmadım. Pilləkənlərdən düşər-
kən onların məhəccərlərin üstündən əyilib yuxarıdan
mənə baxdıqlarını hiss edirdim. Aşağıda çərşənbə ax-
şamları gələn musiqi müəlliməsini gördüm. Kök, əyri
qıçlı, eynəkli, həlim bir rus qızı idi. Onu salamlama-
dım, şişmiş üzümü kənara çevirərək və onun şaşqın-
lığının ölümcül səssizliyi tərəfindən tələsdirilərək
küçəyə sıçradım.
İntihar etməzdən əvvəl mən adəti üzrə olduğu ki-
mi bir neçə məktub yazmaq və heç olmasa, beşcə də-
qiqə təhlükəsiz bir yerdə oturmaq istədim, buna görə
də taksi çağırdım və əvvəllər yaşadığım ünvana yol-
landım. Xoşbəxtlikdən, bələd olduğum otaq boş idi və
qoca sahibə dərhal mənim üçün yorğan-döşək sərmə-
yə başladı... Lüzumsuz yerə əlləşirdi. Səbirsizliklə
getməsini gözlədim, hələ uzun müddət qurdalandı,
dəstini, qrafini su ilə doldurdu, pəncərə pərdəsini çək-
di, açılmış qara ağızlı başını qaldırıb yuxarı baxa-baxa
daha nəyisə qurdaladı. Axır ki, “Gülə-gülə” miyovul-
tusu çıxararaq getdi.
Təpəsi yumru şlyapa geyinmiş balaca, bayağı, bəd-
bəxt, titrəyən bir adam otağın ortasında duraraq nədənsə
16
əllərini bir-birinə ovuşdurur. Özümü güzgüdə bir anlıq
bu halda gördüm. Sonra sürətlə çamadandan kağız, zərf
çıxartdım, cibimdən balaca, miskin bir karandaş tapdım
və stolun ətrafında oturdum. Ancaq fərqinə vardım ki,
məktub yazacağım heç kim yoxdur. Az adam tanıyırdım
və heç kimi də sevmirdim. Beləliklə, məktub məsələsi
mənasını itirdi, onunla birgə qalan məsələlər də aradan
qalxdı. Əvvəl mübhəm şəkildə mənə elə gəlirdi ki, əşya-
larımı yığışdırmaq, təmiz alt paltarı geyinmək, bütün
pulumu – iyirmi markı kimə veriləcəyini bildirən qeydlə
bərabər bir zərfə qoymaq lazımdır. Ancaq elə buradaca
dərk elədim ki, bütün bunları mən bu gün yox, nəsə
çoxdan, insanların özlərini necə güllələdiklərini qayğı-
sızca təsəvvür etdiyim başqa-başqa vaxtlarda qərarlaş-
dırmışam. Eynilə tanış bir mülkədardan gözlənilməz
dəvət alan köklü bir şəhərlinin gerçəkdən də gərəkli ola
biləcəyi üçün deyil, meşələrdə və dağlarda gerçəkləşən
uzun gəzintilərlə, kəndlə bağlı hansısa əski, sınanmamış
qənaətlərin ucbatından elə-belə, qeyri-şüuri gedib ilk
növbədə mehtərə 1 və möhkəm çəkmələr alması kimi.
Ancaq nə meşələr, nə dağlar vardır, ora başdan-başa
əkin yeridir, istidə şosedə addımlamağa da heç həvəs
yoxdur. Bax beləcə ölümqabağı məşğuliyyətlər barədə
əski təsəvvürlərimin mənasızlığını və şərtiliyini anlamış
oldum; özünü məhv etməyə qərar vermiş bir adam
gündəlik işlərdən uzaq olur və deyək ki, belə bir
məqamda oturub vəsiyyətnamə yazmaq belə bir mə-
1
Çiyindən asılan su qabı.
17
qamda saçların tökülməsinə qarşı dava-dərman qəbul
etmək qədər cəfəngdir, zira insanla birlikdə bütün dünya
da məhv olur, ölümqabağı məktubla birgə bütün poçtal-
yonlar da göyə sovrulur və mövcud olmayan nəvə-nə-
ticəyə vəsiyyət edilmiş malikanə tüstü kimi yoxa çıxır.
Və budur, çoxdandır şübhələndiyim şey – dünya-
nın mənasızlığı mənim üçün aydınlaşdı. Birdən fövqə-
ladə bir azadlıq hiss etdim. Bunun özü də mənasızlığın
bir işarəti idi. İyirmi marklıq bileti götürüb cıraraq tikə-
tikə etdim. Qolumdan saatı çıxarıb yerə çırpdım, onu
əqrəbi dayanana qədər çırpıb parçaladım. Düşündüm
ki, əgər ürəyim istəsə, elə indicə küçəyə qaçıb ədəbsiz
sözlərlə istənilən qadını qucaqlaya, rastıma çıxan hər
kəsi güllələyə, vitrini sındırıb darmadağın edə bilə-
rəm... Qanunsuzluq xülyası məhduddur, bunlardan ar-
tıq nəsə uydura bilmədim.
Qorxa-qorxa və bacarıqsızlıqla revolveri doldur-
dum, sonra otağın işığını söndürdüm. Vaxtilə məni o
qədər qorxudan ölüm düşüncəsi indi mənə yaxın və
adi gəlirdi. Güllənin verə biləcəyi dəhşətli ağrıdan
qorxurdum, son dərəcə qorxurdum, ancaq qara, məx-
məri yuxudan, həyatın yuxusuz ala-bəzəkliyindən da-
ha məqbul və aydın olan rəvan qaranlıqdan qorxmaq?
Yox, bundan necə qorxmaq olardı, bu ki səfehlik olar-
dı... Qaranlıq otağın ortasında duraraq köynəyimin
düymələrini açdım, bədənimi önə doğru əydim, qabır-
ğalarım arasında ürəyimi əlimlə axtarıb tapdım, təhlü-
kəsiz bir yerə aparmaq istədiyiniz balaca bir heyvan

18
kimi çırpınırdı, halbuki bu heyvana qorxmağın gərək-
siz olduğunu, əksinə, onun təhlükəsizliyi üçün çalışdı-
ğınızı izah edə bilməzsiniz... Ancaq mənim bu ürəyim
elə canlı idi ki, lüləni altında bu canlının möhkəmcə
döyündüyü nazik dəriyə bərk basmaq mənə nəsə iy-
rənc gəldi, buna görə də naqolay vəziyyətdə bükül-
müş qolumu silahın poladı çılpaq sinəmə dəyməsin
deyə bir azca özümdən araladım. Sonra güc toplayıb
atəş açdım. Qüvvətli bir sarsıntı oldu və arxamda nəsə
qəribə şəkildə cingildədi – bu səsi heç vaxt unutmaya-
cağam. Bu cingilti dərhal su şırıltısına, boğuq bir su
gurultusuna çevrildi. Nəfəs aldım, boğuntu duydum,
içimdəki və ətrafımdakı hər şey axmaqda, dalğalanıb
qarışmaqda idi. Nədənsə diz üstə çökmüşdüm, qolum-
la döşəməyə söykənmək istədim, ancaq qolum dibsiz
bir suya batırmış kimi döşəməyə gömüldü.

Bir müddət sonra – əlbəttə, burada zamandan


bəhs etmək nə dərəcədə doğrudursa – aydın oldu ki,
ölümdən sonra insan düşüncəsi ixtiyarsız mövcud
olmağa davam edir. Nəyəsə bərk-bərk sarılıb-sarma-
landım, bir kəfən idimi, yoxsa sadəcə qatı bir qaranlıq
idimi? Hər şeyi – adımı, dünya həyatını aynavari ay-
dınlıqla xatırlayırdım və artıq nəsə barədə narahat
olmağın gərəksizliyi düşüncəsi mənə olmazın bir
təskinlik gətirdi. Tarım çəkilmiş bintlərin oyandırdığı
19
müəmmalı hissiyyatdan mən dəcəl qayğısızlıqla hospi-
tal barədə təsəvvürlər çıxaranda anındaca ətrafımda
iradəmə boyun əyən xəyali bir xəstəxana meydana gəl-
di, qonşularım var idi: mənim kimi mumiyalar. Hər
tərəfimdə üç mumiya. İnsan düşüncəsi necə də möhtə-
şəm bir şeydir, ölümün fövqündə belə mübarizə aparır
və Allah bilir, mənim ölü beynim artıq çoxdan yararsız
hala gəldikdən sonra da hələ neçə müddət titrəməyə və
görüntülər yaratmağa davam edəcəkdir. Yüngül bir
maraqla məni necə basdıracaqları, cənazə duası oxu-
nub-oxunmayacağı və dəfn mərasiminə kimlərin gəlib-
gəlməyəcəyi barədə fikirləşməyə başladım.
Düşüncəm sanki işləmək üçün darıxıbmış kimi,
necə də inadla, işgüzarcasına xəstəxana və birindən
insan iniltisinə bənzər səs gələn çarpayılar arasında
dolaşan ağ paltarlı adam görüntüləri quraşdırmağa
başladı! Özümü bu təsəvvürlərə xatircəmliklə qapdı-
raraq, onları acıqlandıraraq və qızışdıraraq o hala
çatdım ki, yekparə təbii bir mənzərə, qeyri-sərrast
güllə, iki tərəfi açıq yüngül bir yara haqqında sadə bir
povest yaratdım və elə buradaca mənim tərəfimdən
yaradılmış bir həkim peyda oldu və mənim qayğısız
gümanımı təsdiqlədi. Sonra revolveri bacarıqsızca
boşaltdığıma gülə-gülə and içərkən albalılarla süslən-
miş həsir şlyapa geyinmiş qarı yanımda zühur etdi,
çarpayıma yaxın əyləşdi, özümü necə hiss etdiyimlə
maraqlandı və barmağını silkələyə-silkələyə, bic-bic
məni hədələyərək güllənin xıncım-xıncım etdiyi han-

20
sısa dəstini xatırlatdı... Ax, düşüncəm yox olmağımı
müşayiət edən cingiltini və şırıltını necə də fəndgir-
liklə, necə də məişətin gündəlik bəsit qayğıları ilə
izah edirdi!
Güman edirdim ki, düşüncəmin ölümdən sonrakı
qaçışı tezliklə gücdən düşəcək, ancaq, görünür, həyat-
da olarkən təxəyyülüm elə qüvvətli, elə elastik imiş
ki, uzun müddətə yetəcək qədəri hələ də qalıbmış. O,
sağalma mövzusu üzərində işləməyə davam etdi və
çox tezliklə məni xəstəxanadan çıxartdı. Küçəyə
çıxdım – Berlin küçəsinin təmir-bərpa işləri müvəffə-
qiyyətlə başa çatmışdı – və hələ də zəif, demək olar,
bədənsiz olan ayaqlarımla ehtiyatla və yüngülcə ad-
dımlayaraq səki boyunca süzülməyə başladım. Gün-
dəlik məsələlər barədə fikirləşirdim: saatı təmir etdir-
mək, siqaret tapmaq və pulsuzluğum barədə. Bu fikir-
lərlə məşğulkən – əslində, elə də səksəkəli deyildilər
– intihardan öncə cırdığım, qonuru tonları olan ətrəngi
bileti və o zamankı cəzasızlıq, azadlıq hissini aydın
surətdə təsəvvürümə gətirdim. Ancaq etdiyim o əməl
indi bir qədər qisasçı rola bürünmüşdü və mən sadəcə
qüssəli bir dəcəlliklə kifayətləndiyimə və küçəyə şu-
luqluq salmaq üçün çıxmadığıma görə məmnun idim,
zira indi bilirdim ki, ölümdən sonra bədəndən xilas
olmuş dünyəvi düşüncə hər şeyin əvvəlki kimi bir-
birinə bağlı olduğu, hər şeyin nisbi mənaya malik ol-
duğu kürədə hərəkət etməyə davam edir və bir günah-
karın axirət dünyasındakı cəzası bundan ibarətdir:

21
onun inadkar düşüncəsi dünyadakı ehtiyatsız davra-
nışlarının dolaşıq aqibətlərini çözə bilmədiyi müddət-
cə rahat ola bilmir.
Tanış küçələr boyunca yürüyürdüm və hər şey
adama real gəlirdi, ancaq heç nə ölü olmadığımı və
bütün bunların bir axirət xülyası olmadığını mənə
sübut edə bilməzdi. Özümü kənardan səki üzərində
sakitcə yürüyərkən gördüm, tanıdığı hansısa insanın
həyatına nəzər salan naşı bir ruh kimi riqqətə gəldim
və qorxdum.
Süzgün, mexaniki bir canatma məni Vaynştokun
dükanına gətirdi. Arzumu yerinə yetirmək üçün bir
göz qırpımında çap olunmuş kitablar tez-tələsik vit-
rində meydana gəldilər. Bəzi boşluqlar bir anlıq gözü-
mə bulanıq göründü, diqqətimi toplayıb baxdıqda
bulanıqlıq dağıldı. İçəri girəndə gördüm ki, mağazada
heç kim yoxdu, çuqun peç bir küncdə tutqun cəhən-
nəm alovları ilə yanmaqda idi. Aşağıdan – piştaxtanın
arxasındakı hansısa yerdən Vaynştokun nıqqıltısı eşi-
dildi. “Altına diyirləndi, – deyə o, gərgin surətdə don-
quldandı, – altına diyirləndi”. Sonra o dikəldi və bu
məqamda mən doğrudan da çox sürətlə işləməyə məc-
bur edilmiş təxəyyülümün bir səhvini tutdum:
Vaynştok bığlı adam idi, ancaq indi bığı yoxdu, tə-
xəyyülüm onu tamamlamağa macal tapmamışdı və
onun solğun üzündə bığ əvəzinə taraşdan çəhrayılaş-
mış bir yer vardı. “Vay-vay, nə yaman gündəsiniz, –
deyə o mənimlə salamlaşa-salamlaşa dedi, – vay-vay,

22
sizə nə olub? Xəstə idiniz?” Həqiqətən də xəstələnmiş
olduğumu dedim. “İndi qrip yayılıb”, – deyə Vaynş-
tok müəmma ilə söylədi və ah çəkdi. “Çoxdandır gö-
rüşmürdük, – deyə davam etdi, – deyin görüm, iş tap-
dınız?” Bir müddət mürəbbilik etdiyimi, amma artıq
bu işi itirdiyimi və möhkəm siqaret çəkmək istədiyimi
dedim. İçəri bir müştəri girdi və rusca-ispanca lüğətin
olub-olmadığını soruşdu. “Deyəsən, var”, – Vaynştok
dedi və rəfə tərəf çevrilərək barmaqlarını qalın kitab
kötükləri üzərində gəzdirməyə başladı.
Bu aralıq mağazanın lap içərisindən eşitdiyim
sakit bir öskürmə səsi diqqətimi çəkdi. Kitabların giz-
lətdiyi kimsə orada nələrisə xışıldadır, ah-uf edirdi.
“Özünüzə köməkçi götürmüsünüz?” – deyə mən müş-
təri getdikdən sonra Vaynştokdan soruşdum. “Yaxın-
da onu işdən çıxaracağam, – Vaynştok sakitcə cavab
verdi, – tamamilə yararsız qocadır, mənə cavan adam
lazımdır”. “Bəs Qara Əldən nə xəbər var, Vikentiy
Lvoviç?” “Əgər siz bu qədər qatı şəkkak olmasa idi-
niz, – Vaynştok vahiməli surətdə söylədi, – sizə xeyli
maraqlı şey danışardım”. Bir az məndən incimişdi, bu
isə yersiz idi. Mənim xəyali, əliboş yüngüllüyüm hər
hansı bir şəkildə həll edilmə tələb edirdi, mənim fan-
taziyam isə olduqca lazımsız bir söhbət ortaya çıxar-
maqda idi... “Yox, yox, Vikentiy Lvoviç, niyə ki şək-
kakam? Əksinə. Yadınızdadırmı, bu məsələyə görə
bir dəfə necə xərcə düşmüşdüm?” Doğrudan da,
Vaynştokla ilk dəfə tanış olanda dərhal onda da mə-

23
nimkinə bənzər bir cəhət kəşf etmişdim: qarayaxa fi-
kirlərə yönəlik meyil. Vaynştok əmin idi ki, hansısa
adamlar – onun sirli yığcamlıqla və ilk hecaya qoydu-
ğu nəhs vurğu ilə adlandırdığı “agentlər” daim onu
izləyirlər. İçində öz adının da bulunduğu hansısa qara
siyahının var olduğuna işarə etmişdi. Ona rişxənd
edirdim, ancaq daxilən dəhşətə gəlirdim. Bir dəfə tə-
sadüfən tramvayda gördüyüm adamla – gözləri oyna-
yan çirkin sarışın kişi ilə elə həmin gün yenidən rast-
laşmağım mənə qəribə gəlmişdi. O mənim yaşadığım
küçənin tinində dayanmışdı və özünü elə aparırdı ki,
guya qəzet oxuyur. O vaxtdan bəri narahatlıq duyma-
ğa başladım. Özümə acıqlanırdım, Vaynştoku fikrən
lağa qoyurdum, ancaq öz təxəyyülümlə bacara bilmir-
dim. Gecələr mənə elə gəlirdi ki, kimsə otağımın
pəncərəsinə dırmaşıb içəri girir. Axır ki, bir revolver
aldım və sakitləşdim. İndi Vaynştoka işarə etdiyim
məxaric (ki “vaffenşayn”ın əlimdən alınması bunu
daha da cəfəng edirdi) məhz bununla bağlı idi. “Sila-
hın sizə nə faydası olacaq? – Vaynştok sual verdi. –
Onlar şeytan kimi kələkbazdırlar, onlardan yalnız bir-
cə şeylə qorunmaq olar: beyinlə. Mənim təşkilatım...”
Birdən sanki ağzından söz qaçırıbmış kimi şübhə ilə
mənə nəzər saldı. Onda mən qərara gəldim və zarafat-
cıl danışıq tərzimi qoruyaraq izah etməyə çalışdım ki,
əcaib vəziyyətə düşmüşəm, daha borc alacağım heç
kim yoxdur, yaşamağa və siqaret çəkməyə ehtiyacım
var. Və bütün bunları söylərkən də bir dəfə şagirdlə-

24
rimin anasına yaxınlaşıb tamamilə eyni zarafatcıl
tonla həmin axşam Visbadenə getməli olduğunu və
bunun üçün düz doxsan pfenniqi çatışmadığını anla-
dan ön dişi sınıq sırtıq yabançını xatırlayırdım (“De-
məli, bu Visbaden söhbətini özünüzə saxlayın, – deyə
qadın sakitcə ona demişdi, – hər halda sizə iyirmi
pfenniq verəcəyəm. Sırf prinsipial götür-qoylara görə
daha artığını verə bilmərəm”). Bununla belə, indi bu
cür bir qarşılaşdırma etməkdən azca da olsa, xəcalət
çəkmirdim. Atəşdən sonra – ki mənim düşüncəmə gö-
rə, ölümcül atəş idi – mən özümə qıraqdan maraqla
baxırdım və atəşə qədərki əzablı keçmişim indi mənə,
bir növ, yad gəlirdi. Vaynştokla etdiyim bu söhbət
mənim üçün yeni bir həyatın başlanğıcı oldu. Mən
indi özümə münasibətdə özgə adam idim. Mövcudlu-
ğumun xəyaliliyinə duyduğum inam bir para əylən-
cələrlə məşğul olmağıma haqq qazandırırdı.
Təməl bir qanun axtarmaq giclikdir, belə bir qa-
nunu tapmaqsa, daha böyük giclik. Məzlum biri bəşə-
riyyətin getdiyi bütün yolun planetlərin dolaşıq oyun-
ları ilə, yaxud boş mədə ilə dopdolu mədə arasındakı
mübarizə ilə izah edilə biləcəyinə qərar verir, ilahə
Klionun yanına meşşanlıqdan səliqəli bir katibciyəz
dəvət edir, dövrlərlə və xalq kütlələri ilə topdansatış
ticarətinə başlayır; bax o zaman iqtisadi səbəblər cən-
gəlliyinin ortasında iki biçarə “u”su ilə ümidsizcəsinə
haray qoparan ayrıca bir individuumun vay halına.
Xoşbəxtlikdən, heç bir qanun-zad yoxdur, diş ağrısı

25
bir döyüşü uduzmağa səbəb olur, yağışlı bir gün
nəzərdə tutulmuş qiyamı ləğv edir, hər şey yırğalanır,
hər şey qeyri-müəyyən, təsadüfidir və yuxusuzluq ilə
miqrenin bəhrəsi olan o anlaşılmaz “Kapital” əsərini
yazan Viktoriya dövrünün dama-dama şalvarlı o
pozğun və deyingən burjuasının səyləri də əbəs idi.
Keçmişə nəzər salıb öz-özünə: “Əcəba, belə yox, baş-
qa cür olsa idi, görəsən, nələr baş verərdi?..” – sualını
verməkdə, bir təsadüfiliyi digəri ilə əvəzləməkdə, hə-
yatın hiss edilmədən və bəhrəsizcə ötüb-keçmiş hansı-
sa boz bir anından heyrətamiz, qəşəng bir olayın cü-
cərib boy atdığını seyr etməkdə kəskin bir əyləncə
vardır, halbuki bu an bir vaxtlar heç doğulub parılda-
mamışdı, nurlanmamışdı. Həyatın bu qol-budaqlanışı
əsrarəngiz bir şeydir: hər bir ötüb-keçmiş ləhzədə
yolayrıcını – belə oldu, ancaq başqa cür də ola bilərdi
– hiss edirsən və beləliklə, keçmişin qaranlıq meyda-
nında saysız-hesabsız alovlu ziqzaqlar dartılıb uzanır,
iki-iki, üç-üç qollara ayrılır.
Fikirləşəndə ki, mən çox asanlıqla Tovuzquşu
küçəsindəki beş nömrəli evdə yaşamaya da bilərdim,
heç vaxt Vanyanı, onun bacısını, Roman Boqdanoviçi
və bunca gözlənilməzcəsinə, qeyri-adi tərzdə ətrafım-
da yaşamağa başlamış çox sayda digər insanı da tanı-
maya bilərdim, həyatın qeyri-müəyyən təbiəti haqqın-
dakı bütün bu bəsit fikirlər ağlımdan keçirdi. Və
əksinə... Əgər xəstəxanadan xəyalatvari çıxışımdan
sonra başqa bir evə köçsə idim, bəlkə də, ağlasığmaz

26
bir xoşbəxtlik mənimlə çəkinmədən söhbətə başlardı.
Haradan biləsən... Haradan biləsən...
Otağımın üstündə – yuxarıdakı tikilib artırılmış
mərtəbədə bir rus ailəsi yaşayırdı. Məni onlarla Vayn-
ştok tanış etdi, kitabları onun dükanından alırdılar.
Buyurun, həyatı idarə edən fantaziyanın daha bir
füsunkar variantı. Onlarla qurduğum əsl tanışlıqdan
öncə sürəkli pilləkənlərdə üz-üzə gələrdik və rusların
mühacirətdə etdikləri kimi, həmin ötəri səksəkəli ba-
xışlarla bir-birimizə nəzər salardıq. Vanyanın dərhal
fərqinə vardım və o andaca ürək çırpıntısı hiss etdim,
eynilə röyalardakı kimi, harada ki, xülyanızın qurbanı
elə lap burada, otağınızda olur, sizə qalan isə yaxın-
laşıb onu tutmaqdır. Adama buldoq sifətini xatırladan
sevimli çöhrəli cavan qadın Yevgeniya Yevgenyevna
axırda Vanyanın bacısı çıxdı. Yevgeniya Yevgenyev-
nanın əri olan yoğun burunlu şən cənab da pilləkən-
lərdə qarşıma çıxmışdı. Necəsə bir dəfə onun üçün
qapını tutub saxlamışdım və onun almancası ilə dedi-
yi təşəkkür edirəm ifadəsi (“danke”) barəlik halındakı
“bank” kəlməsi ilə dəqiq şəkildə qafiyələnmişdi ki,
yeri gəlmişkən, özü də bankda çalışırdı.
Qohumları Marianna Nikolayevna da onlarla bir-
likdə yaşayırdı və axşamlar qonaqları gəlirdi, qonaq-
lar, demək olar, həmişə eyni insanlardan ibarət olur-
dular. Yevgeniya Yevgenyevna evin sahibəsi sayılır-
dı. Qəşəng yumor hissi vardı, balaca bacısı öz adının
– Varvara – səslənişində nəsə gonbulluğu və çopurlu-

27
ğu andıran çalarlar olduğunu düşündüyü üçün onu
Monna-Vanna çağırmalarını tələb etdiyi illərdə məhz
bu böyük bacı balacanı Vanya deyə çağırmağa başla-
mışdı. Kişi adı olan İvanın bu kiçildilmiş variantına
öyrəşməyim bir az vaxt tələb etdi, tədricən bu ad da
mənim üçün elə məhz Vanyanın yorğun-əzgin qadın
adlarında gördüyü çalarları qazanmağa başladı. Bacı-
lar bir-birlərinə bənzəyirdilər, ancaq böyük bacının
çöhrəsindəki apaşkar, buldoqvari ağırlıq Vanyanın
çöhrəsində az-maz sezilirdi və fərqli cür idi, bu cəhət
də onun üzünün ümumi gözəlliyinə xüsusi əhəmiyyət
və özünəməxsusluq qazandırırdı. Bacıların gözləri də
– bu qara-qonuru, azca assimmetrik, azca çəp, tünd
çalarlı göz qapaqları üzərində gülməli-sevimli qırışla-
rı olan gözlər də – bir-birinə bənzəyirdi. Vanyanın
gözləri daha məlahətli idi və bacısının gözlərindən
fərqli olaraq, bir qədər zəif görürdü, sanki gözəllikləri
bu gözləri gündəlik istifadə üçün hansısa dərəcədə ya-
rarsız hala gətirmişdi. Hər ikisi qarasaçlı idi və saçla-
rını eyni cür yığırdı: ortadan ayırır və ənsələrinin
aşağısında iri, kip bir düyün şəklində yumrulayırdı.
Amma böyük bacının saçları Vanyadakı kimi valeh-
edici bir hamarlıqla durmazdı, onun saç düzümü o
misilsiz çalardan məhrum idi... Bacıları bir-birləri ilə
müqayisə etməyim deyə Yevgeniya Yevgenyevnanı
yaxamdan atmaq istəyirdim, ümumiyyətlə, ondan ta-
mamilə aralanmaq istəyirdim, ancaq eyni zamanda
bunu da bilirdim ki, bu bənzərlik olmasa idi, Vanya-

28
nın cazibəsində nəsə əskiklik yaranacaqdı. Ancaq gəl
gör ki, əlləri qəşəng deyildi: solğun ovcu əlinin yuxarı
hissəsi ilə, iri sümüklü qırmızıtəhər hissə ilə nəsə uy-
ğunlaşmırdı. Və yumru dırnaqlarında həmişə ağımtıl,
xırda ləkələr olurdu.
Bir insanın obrazını sözlə ifadə etmək üçün daha
nə qədər gərginliyə ehtiyac vardır? Bunun üçün baxı-
şın diqqətini hansı dərəcəyə qədər artırmaq gərəkdir?
Budur, hər iki bacı divanda oturub, Yevgeniya Yev-
genyevnanın əynində qara, məxməri don var, ağ boy-
nunu böyük muncuqlar bəzəyir, Vanya moruq rəngli
paltardadır, muncuqların yerinə xırda mirvarilər taxıb,
gözləri parıldayır, qara qaşları arasındakı hissə nədən-
sə kirşanlanıb. Bacılar eyni cür yeni ayaqqabılar geyi-
niblər və elə hey bir-birlərinin ayaqlarına göz atırlar,
yəqin, ayaqqabı başqasının ayağında öz ayağında ol-
duğundan daha qəşəng görünür. Qohumları olan Ma-
rianna Nikolayevna – bu sarışın həkim qadın qızğın-
lıqla Smurov ilə Roman Boqdanoviçə vətəndaş mü-
haribəsinin dəhşətlərindən danışır. Yevgeniya Yevgen-
yevnanın əri Xruşov – daim tutub sıxdığı, dartdığı,
əlləşdirdiyi, ya da deşiklərinin birindən yapışıb böyür-
dən burmağa çalışdığı yekə, qalın, solğun burunlu bu
şən cənab qonşu otağın astanasında pensne taxmış
gənc bir adam olan Muxinlə söhbət edir. Qapının iki
tərəfində kariatidalar2 kimi üzbəüz dayanıblar.

2
İnsan heykəli şəklində olan sütunlar.
29
Muxin və heybətli Roman Boqdanoviç çoxdan
burada idilər, Smurov isə nisbətən yeni qoşulmuşdu,
ancaq bunun dərhal fərqinə varmaq mümkün deyildi.
Onda adamı bir-birlərini yaxşı tanıyan insanlar arasın-
da fərqləndirən utancaqlıq sezilmirdi; bu insanlar öz
aralarında nə vaxtsa etdikləri zarafatların şərti izləri
ilə, tanışların yüklədikləri xüsusi mənalarla canlı qa-
lan adların rəmzi qalıqları ilə bir-birlərinə bağlıdırlar,
belə ki, onların arasına yenicə qoşulan adam burada
özünü sanki jurnalda oxumağa başlamaq istədiyi po-
vestin əvvəlinin artıq çoxdan əski itib-batmış nömrə-
lərdə çap edildiyini qəflətən anlayaraq ayılmış kimi
hiss edir və müəmmalı hadisələrə dair eyhamlarla bol
olan ümumi söhbətə qulaq asarkən susur, danışanlar
dəyişdikcə o da gözlərini gah buna tərəf, gah ona tərəf
döndərir, replikalar sürətləndikcə gözləri də hərəkətini
artırır, fəqət tezliklə ətrafındakı insanların sözlərində
yaşayan gözəgörünməz dünya onu sıxmağa başlayır
və ona elə gəlməyə başlayır ki, ona aidiyyəti olmayan
bu söhbət burada qəsdən ortaya atılıb. Ancaq Smurov
arabir özünü bu vəziyyətdə naqolay hiss etmişdisə də,
bunu heç bildirməmişdi. Etiraf edirəm ki, həmin ilk
axşamlarda o mənə kifayət qədər xoş təsir göstərmiş-
di. Bəstəboy olsa da, bədəni biçimli və çevik idi, sadə
qara kostyumu və bantikli qara qalstuku təmkinli
şəkildə hansısa gizli bir matəmə işarə edirmiş kimi
idi. Onun solğun, zərif çöhrəsi cavan idi, ancaq diq-
qətli müşahidəçi onun üz cizgilərində kədər və

30
təcrübə izləri tapa bilərdi. Özünü çox yaxşı aparırdı,
dodaqlarında yavaş-yavaş gəzişən dinc, azacıq qüssəli
təbəssümlə gülümsünürdü. Az danışırdı, ancaq nə
danışırdısa, hamısı zəkicə və münasib olurdu, nadir
hallarda dilə gətirdiyi və gurultulu qəhqəhələr
doğurmayacaq dərəcədə zərif olan zarafatları isə
söhbətdəki gizli qapıcığı aralayıb içəriyə gözlənilməz
yeniliyin girməsinə imkan yaradırdı. Məhz bu nəcib,
müəmmalı sadəliyinə, alnının solğunluğuna, əllərinin
uzunluğuna görə Vanyanın ondan dərhal xoşlandığını
demək olardı... Sonra bəzi detallar, məsələn,
“təşəkkür edirəm” ifadəsini samit səslər buketini
saxlamaqla tamam-kamal tələffüz etməsi Smurovun
Peterburqun ən yaxşı cəmiyyətinə mənsub olduğunu
diqqətli müşahidəçiyə hökmən bildirməli idi.
Müharibənin dəhşətlərindən danışan Marianna
Nikolayevna bir anlıq susdu, saqqallı və heybətli Ro-
man Boqdanoviçin iri karamel kimi ağzında saxladığı
sözlərini çoxdan dilə gətirmək istədiyini, nəhayət ki,
hiss etmişdi, ancaq kişinin bu dəfə də bəxti gətirmədi,
Smurov ondan daha zirək davrandı.
– Müharibənin dəhşətlərinə diqqət yetirəndə, –
Smurov təbəssümlə söylədi, – nə dostum, nə də dos-
tumun anası üçün təəssüflənirəm, heç vaxt müharibə-
də olmayanlar üçün təəssüflənirəm. Güllənin vızılda-
masının verdiyi melodik həzzi sözlə ifadə etmək
çətindir, ya da dördnala çaparaq hücuma keçməyin...

31
– Müharibə həmişə iyrəncdir, – deyə Marianna
Nikolayevna quru-quru onun sözünü kəsdi. – Mən,
görünür, sizdən fərqli cür tərbiyə olunmuşam. Başqa
birini həyatdan məhrum edən insan istəyir cəllad
olsun, istəyir süvari əsgər həmişə qatildir.
– Mən şəxsən... – deyə Smurov sözünü demək
istədi, ancaq qadın yenə də onun sözünü kəsdi: – Əs-
gəri şücaət keçmişin qalığıdır. Həkimlik təcrübəm bo-
yunca müharibə ucbatından şikəst qalmış və həyatları
məhv olmuş insanları görməyə məcbur qaldım. İndi
bəşəriyyət başqa ideallara can atır. Qırğına göndəril-
miş soldat olmaqdan daha alçaldıcı heç nə yoxdur.
Ola bilər ki, başqa cür tərbiyə...
– Mən şəxsən... – Smurov sözə başlamaq istədi.
– Başqa cür tərbiyə tərzi, – deyə qadın tələsik
davam etdi, – insanpərvərlik və mədəni cəmiyyətin
ümumi mənafe ideyaları əsasında tərbiyələnmək məni
məcbur edir ki, bu məsələyə sizdən fərqli baxım. Mən
heç kimə atəş açmamışam və heç kimə süngü sapla-
mamışam. Arxayın ola bilərsiniz, mənim həmkarlarım
arasında, həkimlər arasında savaş meydanında oldu-
ğundan daha çox qəhrəman tapa bilərsiniz.
– Mən şəxsən... – deyə Smurov yenə sözə başla-
maq istədi.
– Bu qədər kifayətdir, – deyə Marianna Nikola-
yevna söhbəti kəsdi. – Görürəm ki, nə siz məni inan-
dıra bilərsiniz, nə də mən sizi. Müzakirəni bitmiş
sayıram.

32
Qısa bir səssizlik oldu. Smurov sakitcə qaşıqla
çayını qarışdırdı. Əlbəttə, görünür ki, o, sabiq zabit
idi, ölümlə oyundaşlıq edən bir dəliqanlı olmuşdu və
yalnız təvazökarlıqdan öz macəraları haqqında
danışmırdı.
– Mənsə bunu danışmaq istəyirdim, – deyə Ro-
man Boqdanoviç guruldadı, – siz Konstantinopol ba-
rədə qeyd etdiniz, Marianna Nikolayevna, orada yaxşı
tanıdığım biri yaşayır: sonralar dalaşdığım Kaşmarin
adında bir adamdır, özünə görə rəhmli və acığı tez
soyuyan olmasına baxmayaraq, son dərəcə qaba və
tez özündən çıxan biri idi. Yeri gəlmişkən, deyim ki,
bir dəfə qısqanclıqdan bir fransızı yarımcan edənəcən
döymüşdü. Nə isə, bax o mənə bu əhvalatı danışıb.
Adamda Türkiyənin adət-ənənələri barədə ümumi bir
təsəvvür yaradır. Təsəvvür edin ki...
– Doğrudanmı döyüb? – deyə Smurov gülümsəyə-
rək onun sözünü kəsdi. – Bax bu, əladır, xoşuma gəlir...
– Hə, az qala ölənəcən, – Roman Boqdanoviç de-
di və nağıl etməyə başladı.
Smurov onu dinləyə-dinləyə razılıqla başını tərpə-
dirdi və bəlli idi ki, onun kimi bir insan zahiri sakit-
liyinə və çəkingənliyinə baxmayaraq, özündə, bir növ,
qızğınlıq daşıyır və qəzəb anında adamı tikə-tikə edə
bilər, ehtiras anında isə Roman Boqdanoviçin hekayə-
sindəki birinin etdiyi kimi qadını küləkli gecədə plaşa
bürüyüb qaçıra bilər. Əgər Vanya azca da olsa, insan
sərrafı idisə, bunu sezməli idi.

33
– Bütün bunları təfsilatı ilə gündəliyimə qeyd
etmişəm, – deyə Roman Boqdanoviç özündən razı
halda sözünü bitirdi və çayını qurtuldatdı.
Muxin və Xruşov yenə də qapının yan taxtalarının
yaxınlığında donub qaldılar, Vanya ilə Yevgeniya
Yevgenyevna paltarlarını diz hissədən tamamilə eyni
jestlə düzəltdilər, Marianna Nikolayevna gözlərini
zahirən heç bir səbəb olmadan profili ona tərəf dön-
müş halda əyləşən və kişiyanə tik üsullarına uyğun
olaraq almacıq sümüklərindəki əzələləri onun qərəz-
kar baxışları altında oynaşdıran Smurova dikdi.
Smurov xoşuma gəlirdi, bəli, xoşuma gəlirdi və mən
hiss edirdim ki, Marianna Nikolayevna – bu mədəni
həkim qadın ona nə qədər diqqətlə baxırsa, bozqır
qobularında, bombardman edilmiş stansiyalarda ke-
çirdiyi yuxusuz gecələrin ucbatından solğunlaşmış bu
dəmir əsəbli cavan başkəsənin obrazı da bir o qədər
aydın və ahəngdar surətdə mükəmməlləşir. Belə
görünürdü ki, hər şey yaxşı gedir.

Vikentiy Lvoviç Vaynştok, dükanında satıcı olaraq


xidmət edən Smurov (yararsız qocanı əvəzləmişdi) ba-
rəsində başqalarından daha az şey bilirdi. Vaynştokun
xarakterində xoş bir mübtəlalıq payı vardı. Öz yanında
yaxşı tanımadığı bir insana iş verməsini, güman ki,
bununla izah etmək olardı. Onun şübhəçiliyi arasıkəsil-
34
məz yem tələb edirdi. Normal və son dərəcə sanballı
insanların qəfildən iynəcə və yaxud qravüra toplamağa
şövq duyması kimi, Vaynştok da – köhnə-kürüşçü nə-
vəsi, əntiqəfüruş oğlu, bütün həyatı boyu kitab işi ilə
məşğul olan bu mötəbər, təmkinli Vaynştok da özü
üçün nəsə ayrıca kiçik bir dünya qurmuşdu. Orada,
yarımqaranlıqda sirli hadisələr baş verirdi.
Hindistan onda mistik bir hörmət oyandırırdı: o
adamlardan idi ki, Bombeydən bəhs ediləndə istidən
qızarmış bir ingilis məmurunu deyil, qəti surətdə bir
hind sehrbazını təsəvvürünə gətirirdi. Təksəbirə və
cadu-pitiyə, cüt ədədlərə və şeytana inanırdı, simvol-
lara, təsvirlərin gücünə və qarnı açıq tunc bütlərə
inanırdı. Axşamlar əllərini donub qalmış bir pianist
kimi üçayaqlı yüngül bir masanın üzərinə qoyurdu.
Masa cırcırama kimi səslər çıxararaq zərifcə çatırda-
mağa başlar və sonra güc toplayaraq bir tərəfini ya-
vaş-yavaş qaldırar və yöndəmsizcə, ancaq qüvvətlə
bir ayağını döşəməyə vurardı. Vaynştok ucadan əlif-
banı oxuyardı. Balaca masa diqqətlə onu dinləyirdi və
lazımi hərflərdə ayağını yerə döyürdü. Məlumatlar
Sezardan, Məhəmməddən, Puşkindən və Vaynştokun
əmisi oğlundan gəlirdi. Bəzən masa dəcəllik edərdi:
yuxarı qalxar və havada asılı qalardı və ya Vaynşto-
kun üzərinə hücum etməyə təşəbbüs göstərib onun
qarnına kəllə atardı və Vaynştok heyvanın oynaqlığı-
na bilə-bilə uyan bir təlimçi kimi barmaqlarını yırğa-
lana-yırğalana gələn masadan heç çəkmədən bütün

35
otaq boyunca geri-geri gedər, həlimliklə ruhu sakitləş-
dirərdi. Söhbətləri üçün üzərində işarələr olan kiçik
nəlbəkidən və aşağısından vız duran karandaş çıxmış
hansısa qəribə, mürəkkəb bir qurğudan da istifadə
edirdi. Danışıqlar xüsusi dəftərlərə qeyd edilirdi.
Qeyd edilənlər bu cür dialoqlar idi:
Vaynştok
Dinclik tapdınmı?
Lenin
Yox. Əzab çəkirəm.
Vaynştok
Mənə axirət həyatından bəhs etmək istəyirsənmi?
L e n i n (pauzadan sonra)
Yox...
Vaynştok
Niyə?
Lenin
Orada gecədir.
Belə dialoqların yığıldığı dəftərlər çox idi və
Vaynştok deyirdi ki, daha əhəmiyyətli söhbətləri nə
zamansa dərc etdirəcək. Abum adlı bir ruh çox məzəli
idi, mənşəyi bəlli deyildi, gictəhər və zövqsüz idi,
aradüzəldən rolunu oynayıb Vaynştokla cürbəcür
mərhum məşhurlar arasında görüş təşkil eləyirdi.
Vaynştokun özünə qarşı isə müəyyən dərəcədə sırtıq-
casına davranırdı.

36
Vaynştok
Ey Ruh, sən kimsən?
Cavab
İvan Sergeyeviç.
Vaynştok
Hansı İvan Sergeyeviç?
Cavab
Turgenev.
Vaynştok
Yaradıcılıqla məşğul olmağa davam edirsənmi?
Cavab
Axmaq.
Vaynştok
Nəyə görə məni söyürsən?
C a v a b (masa coşmağa başlayır)
Aldatdım. Mən Abumam.
Bəzən dəcəllik etməyə başlayan Abumdan hətta bü-
tün seans boyunca belə xilas olmaq mümkün olmurdu.
“Lap meymundur ki, var”, – Vaynştok şikayətlənirdi.
Vaynştokun bu oyunlardakı oyundaşı çəhrayı
çöhrəli, kürən saçlı, kiçik, goppuş əlləri olan, yaxşıca
ətirlənmiş və həmişə soyuqlamış halda gəzən qadın
idi. Sonralar bildim ki, uzun müddətdir, münasibətləri
var, ancaq başqa məsələlərdə əcaib dərəcədə açıq-
saçıq olan Vaynştok bir dəfə də olsun bu mövzuda
ağzından bir söz qaçırmamışdı, bir-birlərinə ata adı ilə

37
xitab edirdilər, özlərini dost-aşna kimi aparırdılar,
qadın tez-tez mağazaya gəlirdi, sobanın yanında qızı-
na-qızına Riqada çap edilən teosofiya mövzulu bir
jurnal oxuyurdu. Vaynştoku o biri dünya ilə bağlı təc-
rübələri barədə həvəsləndirirdi, belə ki, otağındakı
mebelin vaxtaşırı canlandığından, kart dəstəsinin bir
yerdən başqa yerə uçmasından və yaxud xalça üzərinə
səpələnməsindən, günlərin bir günü isə elektrik lam-
pasının gecə masasının üstündən döşəməyə hoppanıb
özünü səbirsizcə xalta-qayışını dartışdıran bir it kimi
aparmağa başlamasından bəhs edərdi; axırda şnur
yerindən çıxmış, qaranlıqda nəsə qaçmışdı və lampa
sonradan dəhlizdə – giriş qapısının düz qabağında ta-
pılmışdı. Vaynştok deyirdi ki, təəssüf, ona o “güc”
verilməyib, əsəbləri çiyin bağı kimidir, mediumların
əsəbləri isə adi əsəb yox, lap elə bil teldir. Bununla
belə, maddiləşdirməyə inanmırdı və bir spiritin ona
hədiyyə etdiyi ağzından axıcı, buludvari bir kütlə
tökülən, gözləri qapalı, solğun, lət qadının fotosunu
sadəcə məzə xətrinə saxlayırdı.
Edqar Ponu, sərgüzəştləri, ifşaları, gələcəkdən xə-
bər verən yuxuları və gizli cəmiyyətlərin hörümçəkto-
ruvari dəhşətlərini xoşlayırdı. Mason təşkilatlarının,
intihar klublarının, şeytana sitayiş edənlərin ayinləri-
nin və xüsusən də mühacirətdə olan bir rus adamcığa-
zını izləmək üçün “ta oradan” göndərilmiş (və bu “ta
oradan” sözü necə də bəlağətli və vahiməli səslənirdi)
casusların varlığı Berlini Vaynştok üçün özünü bura-

38
da evində imiş kimi hiss etdiyi möcüzələr şəhərinə çe-
virirdi. Tüklü əlinə nəsə ekzotik çalarlar verən dəhşət-
li dərəcədə zövqsüz üzüyünün üzərində təsvir edilmiş
parlaq-qırmızı bir hörümçəyin hördüyü incə torları
guya aydınlığa çıxarıb parçalamağa qabil olan böyük
bir təşkilatın üzvü olduğuna işarə vururdu. “Onlar hər
yerdədirlər, – qəti və sakit-sakit deyirdi. – Hər yerdə-
dirlər. Bir evə gəlirəm, orada beş, on, tutaq ki, iyirmi
adam var... Əmin olun, bax əmin olun ki, onların ara-
sında, heç olmasa, biri casusdur. Bax tutalım, İvan
İvaniçlə söhbət edirəm, kim and içə bilər ki, o, na-
muslu adamdır? Ya da bax deyək ki, kontorumda iş-
lətdiyim bir adam var, – deyək ki, kitab mağazasında
olmasın, hər hansı bir kontorda olsun, başa düşürsü-
nüz də, bəlli şəxsləri bu məsələdən qıraqda tutmaq
istəyirəm – haradan bilə bilərəm ki, o, casus deyil?
Hər yerdədirlər, cənab, hər yerdə... Çox hiyləgər ca-
susluqdur... Tutalım, bir evə qonaq gedirəm, bütün
qonaqlar bir-birlərini tanıyırlar, ancaq yenə də heç
kim sizə zəmanət verə bilməz ki, qarşınızda duran tə-
vazökar və nəzakətli İvan İvaniç, əslində, bir...” – və
Vaynştok başını mənalı-mənalı tərpədirdi.
Tezliklə Vaynştokun, doğrudur, çox ehtiyatla da
olsa, bəlli bir şəxsə işarə vurduğundan şübhələnməyə
başladım. Ümumiyyətlə desək, onunla söhbət edən
hər kəs elə təəssüratda olurdu ki, Vaynştokun hədəfi
ya onu dinləyən adamın özü, ya da ortaq bir tanışdır.
Ən maraqlısı bu idi ki, bir dəfə – və bu olayı Vayn-

39
ştok iftixarla xatırlayırdı – bu fərasəti onu aldatma-
mışdı: olduqca yaxından tanıdığı xoşrəftar, sadəlövh,
Vaynştokun ifadə etdiyi kimi desək, “safqəlbli” bir
adam həqiqətdə kin dolu bir sovet donosçusu çıxmış-
dı. Mənə elə gəlirdi ki, casusu əldən buraxmaq onun
üçün elə də incidici hal deyil, ancaq onun – Vaynşto-
kun həmin adama onun casus olduğunu anladığını
sezdirməyə macal tapmaması onun üçün son dərəcə
incidici olardı.
Hər nə qədər Smurovdan müəyyən dərəcədə
müəmmalı hava sezilsə də, hər nə qədər onun keçmişi
yetərincə qaranlıqdırsa da, yəni doğrudanmı o?.. Bax
budur, o, misal üçün, səliqəli qara kostyumunda saç-
larını hamar şəkildə daramış vəziyyətdə təmiz, solğun
çöhrəsi ilə piştaxtanın arxasında dayanıb. İçəriyə
müştəri girəndə o, tüstülənən papirosunu ehtiyatla
külqabının qırağına qoyur və incə, uzun əllərini ovuş-
duraraq müştərinin istəyini diqqətlə dinləyir. Bəzən –
xüsusən də əgər alıcı bir xanımdırsa – ya ümumiyyət-
lə, kitablara xor baxdığını, ya da sıravi bir satıcı
rolunda olduğu üçün özünə rişxənd etdiyini göstərən
xəfif bir gülümsəmə ilə qiymətli məsləhətlər verir:
“Bax bu kitabı oxumağa dəyər, bu isə bir az ağır möv-
zudadır, bax bu kitabda qadın və kişinin əzəli-əbədi
mübarizəsi çox maraqlı şəkildə təsvir edilib, bu roman
isə dərin deyil, ancaq çox parlaq, kəskindir, anlayırsı-
nızmı, necə deyərlər, lap şampan şərabı kimidir”. Və
kitabı alan xanım, dəniz pişiyi xəzinə bürünmüş qır-

40
mızı dodaqlı xanım mağazanı tərk etdikdə onun cazi-
bədar surətini də – pulu azca yöndəmsizcə qəbul edən
o əllərinin zərifliyini, xəfif səsini, axıb gedən təbəssü-
münü, qəşəng tövrlərini özü ilə birgə aparardı. Yevge-
niya Yevgenyevnagildə isə Smurov artıq bəzilərində
bir qədər fərqli təəssürat oyatmağa başlamışdı.
Tovuzquşu küçəsindəki beş nömrəli evdə yaşayan
bu ailə son dərəcə xoşbəxt həyat sürürdü. İlin böyük
hissəsini Londonda keçirən ata göründüyü qədəri ilə
səxavətli idi, elə Xruşovun özü də əla qazanırdı,
ancaq məsələ bunda deyildi, kasıb olsa idilər də, yenə
də nəsə dəyişməzdi, bacılar haradan əsdiyi bilinmə-
yən, ancaq ən qaraqabaq və gönüqalın müsafir tərəfin-
dən belə hiss edilən o xoşbəxtlik küləyi ilə sarmalan-
mış olardılar. Sanki şən-şaqraq bir səyahətə çıxmışdı-
lar. Bu tikilib artırılmış mərtəbə dirijabl kimi süzürdü.
Adam bu xoşbəxtlik mənbəyinin məhz harada yerləş-
diyini dəqiqliklə müəyyən edə bilmirdi. Vanyaya ba-
xırdım və budur, artıq mənə elə gəlməyə başlayırdı ki,
həmin mənbəni tapmışam... Onun xoşbəxtliyi susqun
idi. Bəzən birdən-birə suallar verməyə başlar və cavab
alanda elə anındaca da susar və təəccüblənmiş, ecaz-
kar, pis görən gözlərini diqqətlə adama dikərdi. “Vali-
deynləriniz haradadır?” – deyə bir dəfə Smurovdan
soruşdu. “Daha yaxşı bir dünyada”, – Smurov cavab
verdi və nəyə görə isə yüngülcə təzim etdi. Vanya ye-
nidən divanda donub qaldı, Yevgeniya Yevgenyevna
isə pinq-ponq oyunu üçün hazırlanmış balaca sel-

41
lüloid topu havaya atıb tuta-tuta dedi ki, o, anasını xa-
tırlayır, Vanya isə yox. Həmin axşam Smurovdan və
daimi müsafir Muxindən başqa heç kim yox idi:
Marianna Nikolayevna konsertdə idi, Xruşov otağında
çalışırdı, Roman Boqdanoviç də gəlməmişdi, hər
cümə günü etdiyi kimi gündəliyi ilə məşğul olmaq
üçün evdə qalmışdı. Hərdənbir nazik burnu üzərin-
dəki yüngül pensnenin sıxacını düzəldən sakit və
ədəbli Muxin susurdu. Çox yaxşı geyinmişdi və əsl
ingilis papirosları çəkirdi.
Smurov onun səssizliyindən yararlanaraq birdən-
birə əvvəllər olmadığı qədər danışmağa başladı. Əsa-
sən Vanyaya xitabən ölümdən necə xilas olduğundan
bəhs etməyə başladı: “Hadisə Yaltada olmuşdu, –
Smurov nağıl edirdi, – Ağların gedişindən sonra. Di-
gərləri ilə birlikdə təxliyyə edilməyi rədd etmişdim,
partizan dəstəsi təşkil edib mübarizəyə davam etməyi
nəzərdə tutmuşdum. Əvvəlcə dağlarda gizlənirdik. Bir
atışma zamanı yaralandım. Güllə ağciyərimə toxun-
madan içimi deşərək keçdi. Özümə gələndə arxası
üstə uzanmışdım və üzərimdə ulduzlar üzürdü. Nə edə
bilərdim? Bir dağ dərəsində idim və məni qan aparır-
dı. Özümü Yaltaya çatdırmağa qərar verdim, dəhşətli
dərəcədə təhlükəli idi, ancaq başqa bir yol fikirləşib
tapa bilmirdim. Bütün gecə boyunca ağlasığmaz səy-
lər göstərərək, yolun böyük hissəsini sürünə-sürünə
gedərək yol qət etdim. Şəfəq sökülərkən, nəhayət ki,
Yaltaya çatdım. Küçələr hələ dərin yuxuda idi. Sadə-

42
cə vağzal tərəfdən güllə səsləri gəlirdi. Güman ki,
orada kimisə güllələyirdilər.
Yaxşı bir tanışım vardı, diş həkimi idi. Elə onun
evinə doğru yönəldim və pəncərəsinin altında durub
əllərimi şappıldatdım. Bayıra baxdı, məni tanıdı və
dərhal içəri buraxdı. Yaram sağalana qədər onun ya-
nında gizləndim. Aydın məsələ idi ki, onun evində
barınmağım onun üçün dəhşətli bir təhlükə yarada bi-
lərdi, buna görə də çıxıb getmək üçün səbirsizlənir-
dim. Lakin hara gedə bilərdim? Yaxşı-yaxşı düşün-
dükdən sonra qərara gəldim ki, savaşın yenidən alov-
landığı deyilən şimala gedim. Beləliklə, bir axşam
əziz xilaskarımla öpüşüb-qucaqlaşaraq vidalaşdım,
mənə pul da verdi (Allah qoysa, nə zamansa borcumu
qaytaracağam) və budur, mən yenidən saqqal burax-
mış və eynək taxmış halda əynimdə köhnə bir frençlə
mənə tanış olan Yalta küçələrində yeriməyə başlamış-
dım. Perronun girişində qızıl əsgər dayanmışdı və sə-
nədləri yoxlayırdı. Şəxsiyyət vəsiqəmdə feldşer Soko-
lov olduğum qeyd edilmişdi. Qızıl əsgər laqeydcəsinə
göz gəzdirdi və sənəd-sünədi saymazyana geri verdi,
sarsaq bir təsadüf olmasa idi, hər şey yaxşı gedirdi.
Birdən bu sözləri sakitcə deyən bir qadın səsi eşitdim:
“Bu adam Ağlardandır, onu yaxşı tanıyıram”. Özümü
itirmədim, çevrilib baxmadım və perrondan keçib
getmək istədim. Ancaq heç üçcə addım atmamışdım
ki, bir səs – bu dəfə kişi səsi idi – bağırdı: “Dayan!”
Dayandım. İki əsgər və dolu, lət bədənli, papaqlı bir

43
qadın sürətlə mənə yaxınlaşdı. “Hə, bu odur, – qadın
dedi, – tutun onu”. Bu kommunist qadını tanıdım: əv-
vəllər bir dostumun evində qulluqçu işləmişdi. Mə-
nimlə zarafatlaşardılar ki, bəs bu qadının məndən xo-
şu gəlir. Tosqunluğu və ehtiraslı dodaqları ilə mənim
üçün son dərəcə ikrahdoğurucu idi. Əlavə olaraq daha
üç əsgər və yarıhərbi geyimdə komissar görünüşlü bir
adam da gəlib bunlara qoşuldu. “Tərpən” – dedi. Çi-
yinlərimi çəkdim və soyuqqanlılıqla qeyd etdim ki,
burada nəsə yanlışlıq olub. “Orada aydınlaşdırarıq, –
komissar dedi, – yeri”.
Fikirləşirdim ki, məni sorğu-suala çəkəcəklər.
Ancaq belə aydın oldu ki, vəziyyət daha pisdir. Anba-
ra çatdığımız zaman mənə soyunub divara çevrilmə-
yim əmr ediləndə əlimi qoltuğuma soxaraq özümü elə
apardım ki, guya frençimin düymələrini açıram və bir
göz qırpımında iki əsgəri brauninqimlə vuraraq qaç-
mağa başladım. Qalanlar, təbii ki, mənə atəş açdılar.
Güllənin biri furajkamı uçurub saldı. Anbarın ətrafın-
dan dolanıb qaçdım, hansısa hasarın üstündən tullan-
dım, əlində kürəklə üstümə hücum çəkən bir adamı
güllələdim, dəmir yolu qalaqlarının yanına yüyürdüm,
yaxınlaşmaqda olan bir qatarın düz burnunun qaba-
ğından o biri tərəfə sıçradım və vaqonların uzun düzü-
mü məni təqibdən ayırdığı müddətdə sağ-salamat
qaçıb gizlənməyə macal tapdım”.
Daha sonra Smurov qaranlığın örtüyü altında ne-
cə dənizə doğru yönəldiyini, limanda hansısa çəlləklər

44
arasında necə gecələdiyini, şəfəq sökülərkən isə bir
balıqçı qayığında necə tək-tənha dəniz səfərinə çıxdı-
ğını və səfərin beşinci günü yarıbayğın və üzülmüş
halda bir yunan şxunu tərəfindən necə xilas edildiyini
danışdı. Bütün bunları rəvan, aram, hətta azca usandı-
rıcı bir səslə danışırdı, sanki əhəmiyyətsiz şeylərdən
söhbət gedirdi. Yevgeniya Yevgenyevna hüsn-rəğbət-
lə dilini şaqqıldadırdı, Muxin diqqətlə və ciddiyətlə
danışılanları dinləyir, ara-sıra sakitcə boğazını arıtla-
yırdı, sanki bəhs edilən hekayədən qeyri-ixtiyarən hə-
yəcanlanır və qorxusuzca, adi bir şeymiş kimi ölümlə
üz-üzə gələn bu adama hörmət, hətta müəyyən dərə-
cədə ağ həsəd duyurdu. Vanya isə... Vəssəlam, daha
bundan belə Smurova vurulmaya bilməzdi: kirpikləri
Smurovun söhbətindəki punktuasiyaları necə də fü-
sunkarcasına tamamlayırdı, Smurov hekayəsini biti-
rəndə son nöqtələrdə kirpiklərini qırpışdırması necə
də məftunedici idi, yəqin ki, bacısının onun necə hə-
yəcanlandığının fərqinə varmadığına əmin olmaq
üçün ona necə də zərifcə çəpəki bir baxış – yana doğ-
ru nəmli bir parıltı yönəltdi.
Sükut. Muxin papirosqabını açdı. Yevgeniya Yev-
genyevna təlaşla xatırladı ki, bəs ərini çay içməyə çağır-
mağın vaxtıdır. Qapıya çatanda çevrildi və piroq barədə
anlaşılmaz nələrsə söylədi. Vanya sıçrayıb divandan
qalxdı və onun ardınca getdi. Muxin onun örpəyini dö-
şəmədən qaldırdı və ehtiyatla masanın üzərinə qoydu.
– Mənə papiroslarınızdan birini verin, – Smurov
dedi.
45
– Buyurun, – Muxin dedi.
– Ah, amma sizdə bircə dənə qalıb ki, – Smurov
dedi.
– Götürün, götürün, – Muxin dedi, – paltonun ci-
bində yenə var.
– İngilis papirosları həmişə bal ətri verir, – Smurov
dedi.
– Ya da qara gavalı, – Muxin dedi. – Əfsuslar olsun
ki, – eyni səs tonu ilə əlavə etdi, – Yaltada vağzal yox-
dur.
Bu, gözlənilməz və çox pis oldu. Şəfəqli böyrün-
də pəncərənin əksi görünən göyümtraq-əlvan, ecazkar
bir sabun köpüyü böyüyür, şişir, genişləyir və birdən
yox olur, geriyə qalan düz üzünüzün ortasına toxunan,
azca qıdıqlayan islaqlıqdır.
– İnqilabdan əvvəl, – deyə Muxin dözülməz sus-
qunluğu pozaraq söylədi, – deyəsən, Yalta ilə Simfe-
ropolu dəmir yolu vasitəsilə bağlamaqla bağlı bir la-
yihə var idi. Yaltaya yaxşı bələdəm, orada bir neçə
dəfə olmuşam. Deyin görüm, bütün bu çərən-pərəni
nə üçün uydurdunuz?
Ah, əlbəttə ki, Smurov vəziyyətdən çıxa bilərdi,
yeni bir mahiranə uydurma ilə necəsə yaxasını qurtara
bilərdi, ya da sonuncu çarəyə əl ataraq bunca ürəkbu-
landırıcı sürətlə alt-üst olan durumu sadəcə hansısa
xoş bir zarafatla ələ ala bilərdi. Ancaq Smurov vəziy-
yətdən çıxa bilməmək bir tərəfə qalsın, üstəlik edə bi-
ləcəyi ən pis şeyi etdi. Səsini alçaldıb batıq tonla dedi:

46
“Sizdən çox xahiş edirəm... Qoy bu məsələ ikimizin
arasında qalsın”. Muxin özünü naqolay hiss etdi,
pensnesini düzəltdi, nəsə demək istədi, ancaq dili to-
puq vurdu, çünki bu anda bacılar qayıtdılar. Çay içi-
ləndə Smurov üzücü halda cəhd edirdi ki, şən görün-
sün. Ancaq onun qara kostyumu yıpranmış və ləkəli
idi, adətən köynəyinin sürtülüb dağılmış yerlərini
gizlədəcək şəkildə düyünlənib bağlanan ucuz qalstuku
bu gün o acınacaqlı yırtığı nümayiş etdirməkdə idi,
çənəsindəki sızanaq kirşanın bənövşəyitəhər qalıqları
arasından xoşagəlməz şəkildə qızarırdı... Demək be-
lə... Yəni doğrudanmı Smurovda sirli-sehrli heç nə
yoxdur və o, sadəcə olaraq artıq ifşa edilmiş alçaq bir
gopçudan başqa bir şey deyil? Demək belə...
Yox, müəmma öz yerində dururdu. Bir axşam
başqa bir evdə Smurovun surəti əvvəllər güc-bəla ilə
ehtimal edilən yeni və qeyri-adi bir tərəqqi qazandı.
Otaq sakit və qaranlıq idi. Küncdəki lampa qəzetlə
örtülmüşdü və bu mənzərə adi qəzet vərəqinə son də-
rəcə qəşəng, şəffaf bir gözəllik qazandırmışdı. Və
budur, belə bir alaqaranlıqda birdən Smurov barədə
danışmağa başladılar.
Söhbət əhəmiyyətsiz şeylərdən başlandı. Əvvəlcə
qırıq-qırıq, mübhəm söhbətlər, sonra hansısa mühən-
disə dair zəhlətökən eyhamlar, sonra qorxulu bir ad və
“Qan... Çalışıb-çabalama... Kifayətdir...” kimi ayrı-
ayrı sözlər. Tədricən bu söhbət rabitəli olmağa başladı
və öz iyrəncliyinə görə çox nadir olan bir ömrün qə-

47
ribə şəkildə başa çatması, tamamilə münasib bir
xəstəlikdən sakitcə sonlanması barədə qısa bir heka-
yədən sonra bu sözlər deyildi: “İndi xəbərdarlıq edi-
rəm. Bu adamdan qorxun. Özü mənim izimcə gəlir.
Pusur, aldadır, xəyanət edir. Onun ucbatından artıq
çoxları həlak olub. Gənc rəhbər sərhədi keçməyə ha-
zırlaşır. Döyüş qrupu. Fəqət tələlər qurulacaq, qrup
məhv ediləcəkdir. O pusur, aldadır, xəyanət edir.
Ayıq-sayıq olun. Qara paltarlar geyinmiş balaca
adamdan çəkinin. Zahiri təvazökarlığına aldanmayın.
Sizə düzünü deyirəm...”
– Axı bu adam kimdir? – Vaynştok soruşdu.
Cavab gecikməkdə idi...
– Sizdən xahiş edirəm, Azef, deyin görüm, bu
adam kimdir?
Kiçik nəlbəki yenidən əlifba hərfləri üzərində sıç-
rayışlarla, ziq-zaqlarla qaçışmağa başladı. Vaynştok
hərfləri yazdı, tanış adı ucadan oxudu. “Eşidirsinizmi?
– deyə o, otağın ən qaranlıq küncünə müraciət edərək
soruşdu. – Əcəb işdir! Başa düşürsünüz ki, mən buna
bir an belə olsun inanmamışam. Ümid edirəm, inci-
mədiniz, hə? Həm də nə üçün inciyəsiniz ki? Seans-
larda ruhların zaman-zaman cəfəngiyyatlar uydurması
istisna deyil”. Və Vaynştok süni-süni güldü.

48
4

Vəziyyət maraqlı olmağa başlamışdı. Artıq Smuro-


vun üç variantını saya bilərdim, ancaq onun əsli
naməlum qalmışdı. Elmi təsnifatda da bu cür problem
ortaya çıxır. Uzaq keçmişdə Linney geniş yayılmış bir
kəpənək növünü “in pratis Westmanniae” adlı yığcam
bir qeydlə siyahıya almışdı. Zaman keçdi və yeni
tədqiqatçılar dəqiqliyə yönəlik tərifəlayiq meyillə bu
geniş yayılmış kəpənək növünün müxtəlif cinslərinə
və variantlarına adlar verdilər, belə ki, tezliklə adam
Avropada çeşidli variantların, tiplərin, subspesiyaların
deyil, tipik növün uçduğu bircə yer də tapa bilmədi.
Tipik növ, əslin özü, ilk nümunə haradadır? Və budur,
nəhayət ki, bəsirətli bir entomoloq meydana çıxır və
özünün əsaslı elmi əsərində bütün adlandırılmış növ-
lərin bütöv siyahısını göstərir və ilk nümunə olaraq da
Linneyin tutduğu iki yüz illik rəngi solmuş skandinav
örnəyini qəbul edir və bu təyinetmə, bir növ, hər şeyi
nizama salır.
Mən də eyni üsulla Smurovun mahiyyətinin kö-
künü tapmaq qərarına gəldim və artıq başa düşmüşdüm
ki, müxtəlif qəlblərin iqlim şəraiti onun surətinə təsir
edir, o, soyuq bir qəlbdə bir cür, çiçəklənən bir qəlbdə
isə başqa cür rəngə bürünür... Mən bu oyuna aludə
olmağa başladım. Mən özüm Smurova sakit əhvali-
ruhiyyə ilə yanaşırdım. Əvvəllər hiss etdiyim bir para
sui-zənn indi yerini bəsit bir marağa vermişdi. Yenə də
49
mənim üçün yeni olan bir həyəcanı duymaqda idim.
Bir alimin qanadın rənginin gözəl, ya da onun üzərin-
dəki naxışların zərif və ya kobud olub-olmadığı ilə
deyil, sadəcə növün nişanələri ilə maraqlanması kimi,
mən də Smurova hər hansı bir estetik titrəyiş duyma-
dan baxırdım, ancaq buna müqabil, bunca qayğısız-
casına girişdiyim Smurovvari maskaları nizamlama
işində kəskin bir həyəcan tapmışdım.
Öhdəmə götürdüyüm iş heç asan deyildi. Məsə-
lən, mən çox yaxşı bilirdim ki, sıxıcı Marianna Niko-
layevna Smurovu “kimi gəldi asıb-kəsən”, parlaq və
zalım bir savaşçı kimi görürdü; Yevgeniya Yevgen-
yevna səmimiyyət məqamında böyük bir gizliliklə
məni bu barədə məlumatlandırmışdı. Ancaq bu surəti
dəqiq müəyyənləşdirmək üçün mənə Marianna Niko-
layevnanın bütün həyatını bilmək lazım idi, onun
Smurova baxarkən qəlbində canlanan ikinci dərəcəli
yaşantıları, digər xatirələri, digər təsadüfi təəssüratları
və hər bir qəlbdə fərqli-fərqli təzahür edən bütün o
işıqlandırma effektlərini bilməli idim. Yevgeniya
Yevgenyevna ilə söhbətim Marianna Nikolayevnanın
gedişindən qısa müddət sonra baş tutmuşdu, deyirdi-
lər ki, o, Varşavaya gedib, ancaq nəsə başqa məsələlər
də güman edilirdi, arada səssiz-səmirsiz, üstüörtülü
fikirlər gəzişirdi və budur, deməli, Marianna Nikola-
yevna özü ilə birgə Smurov haqqında tamamilə məx-
susi bir təsəvvür aparmışdı və əgər kimsə doğrunu
göstərib onu fikrindən daşındırmayacaqdısa, ömrünün

50
sonuna qədər də bu təsəvvürü qoruyacaqdı. “Bəs yax-
şı, siz, – deyə mən Yevgeniya Yevgenyevnadan so-
ruşdum, – bəs siz hansı fikirdəsiniz?” “Ah, məgər bu
qədər tezliklə deməkmi olar?” – deyə o cavab verdi
və onun məlahətli gözləri olan buldoqvari çöhrəsi tə-
bəssümdən daha da goppuşlaşdı. “Ancaq yenə də fik-
rinizi deyin, lütfən”, – deyə mən israr etdim. “Əvvəla,
bunu deyim ki, utancaqlığı var, – deyə sürətlə bildirdi.
– Bəli, bəli, utancaqlığı çoxdur. Mənim bir əmioğlum
vardı, çox xoşagəlimli və sakittəbiətli bir cavan idi,
ancaq çox sayda yeni adamların əyləşdiyi qonaq
otağına daxil olanda sərbəst, eyni zamanda da laqeyd
və cürətli bir görünüşə bürünmək üçün birdən fıştırıq
çalmağa başlardı”. “Bəs başqa nə deyərdiniz?”
“Başqa nə deyim... Düşünürəm ki, həssasdır, çox həs-
sasdır, sonra, əlbəttə ki, gəncdir, insanları tanımır...”
Bu xanımdan əldə edə biləcəyim daha artıq bir
şey yox idi və meydana çıxan surət kifayət qədər sol-
ğun oldu və elə də cazibəli deyildi. Məni ən çox
Smurovun Vanyanın təsəvvüründəki versiyası maraq-
landırırdı. Davamlı olaraq bu barədə düşünürdüm.
Budur, xatırlayıram ki, bir axşam necəsə hamımız
birlikdə küçəyə çıxdıq, amma axşam uğursuz oldu:
belə məlum oldu ki, onlar teatra getməyə hazırlaşırlar
və mən altıncı mərtəbəyə – onlara boş yerə qalxmı-
şam. Bikarçılıq idi, mən də onları taksi dayanacağına
qədər ötürməyə çıxdım. Birdən fərqinə vardım ki,
açarları evdə unutmuşam. “Ah, narahat olmayın, biz-

51
də ehtiyat açar var, – deyə Yevgeniya Yevgenyevna
dedi, – bir evdə yaşadığımız üçün bəxtiniz gətirdi.
Götürün, sabah qaytararsınız. Gecəniz xeyrə”.
Evə doğru yollandım və yolda ağlıma ecazkar bir
fikir gəldi. Təsəvvürümdə başqasının masasında tap-
dığı hansısa gizli bir müqaviləni və ya məktubu oxu-
yan sığallı bir cani film personajı canlandı. Bu fikrim,
doğrudur, çox qarışıq idi. Bir vaxtlar Smurov Vanya-
ya nəsə qurbağaya bənzəyən sarı, xallı bir səhləb çiçə-
yi gətirmişdi, bax indi Vanyanın həmin çiçəyin ən
qiymətli qalıqlarını məxfi bir qutunun içində sax-
layıb-saxlamadığını aydınlığa çıxarmaq olardı. Bir də
Smurov Vanyaya Qumilyevin – o mərdlik nəğməkarı-
nın bir cildini gətirmişdi, görəsən, səhifələri yırtılmış-
dımı, ya da, nə bilim, görəsən, həmin kitabça gecə
masasının üzərində dururdumu, bunu da yaxşıca yox-
lamaq olardı. Bir də Smurovun çox yaxşı çıxdığı, –
çox solğun idi, bir qaşı qalxmışdı, azca profildən
çəkilmişdi – yanında Vanyanın durduğu, arxa planda
isə Muxinin göründüyü, maqnezium işıqla çəkilmiş
foto vardı. Ümumiyyətlə, nə çox şey beləcə aşkara çı-
xa bilərdi... Əgər xidmətçi qıza rast gəlsəm, – yeri
gəlmişkən, deyim ki, çox qəşəng bir qız idi – açarları
qaytarmaq üçün gəldiyimi deyəcəyimə qərar verərək
sakitcə qapını açdım və barmaqlarımın ucunda mənə
yaxşı tanış olan qonaq otağına girdim.
Başqasının otağını qəfildən girib görmək əyləncə-
lidir. İşığı yandıranda mebel heyrətindən donub qaldı.

52
Stol üzərində bir məktub vardı, boş zərf yaşlı, lazım-
sız bir ana kimi oraya eləcə atılmışdı, vərəqsə toppuş
bir körpə kimi oturaq vəziyyətdə qalmışdı. Ancaq
həvəsim, həyəcanım, əllərimin təlaşlı hərəkəti aydın
oldu ki, yersizdir. Məktub tanımadığım birindən, han-
sısa Paşa əmidən gəlmişdi. Smurova dair heç bir işarə
yox idi. Və əgər bu bir şifr idisə, onsuz da mən şifrin
açarını bilmirdim...Yemək otağına tələsdim. Bir vaza-
da kişmiş və qoz-fındıq, yanında, bufetdə də ortadan
açılmış, üzüstə qoyulmuş bir kitab var – hansısa bir
rus qızı Ariadnanın macərası barədə. Sonra Vanyanın
yataq otağı açıq qalmış bir pəncərə ucbatından soyuq
idi və yorğan-döşəyin naxışlı bəzəyinə və tin-tin
şüşənin mistik şəkildə parladığı altarabənzər tualetə
baxmaq qəribə hiss idi. Səhləb çiçəyi gözə dəymirdi,
ancaq buna müqabil, lampa dirəyinə bir foto söykən-
mişdi. Fotonu Roman Boqdanoviç çəkmişdi. Fotoda
Vanya işıltılı ayaqlarını çarpazlamış şəkildə oturmuş-
du, onun arxasında Muxinin dar üzü görünürdü, Van-
yanın solunda isə qara bir dirsək vardı – kəsilmiş
Smurovdan bircə bu qalmışdı. Fövqəladə bir dəlil!
Vanyanın naxışlı yastığında birdən ulduzşəkilli bir
çuxur yarandı – yumruğumun zərbəsinin izi idi – və
budur, mən artıq yemək otağında idim, kişmişləri
acgözlüklə yeyir, hələ də titrəyirdim. Elə buradaca
qonaq otağındakı yazı stolunu xatırladım və səssizcə
onun yanına qaçdım. Ancaq bu anda ön qapıdan aça-
rın metal qıcırtısı eşidildi. Elektrik açarlarını çevirib

53
işıqları söndürərək tez-tələsik geri çəkilməyə başla-
dım və budur, özümü yemək otağına bitişik, xırda,
ipəkvari otaqda tapdım. Qaranlıqda eşələnə-eşələnə
bir taxta çarpdım və sanki burada mürgüləyirmişəm
kimi onun üzərinə böyrü üstə uzandım.
Bu aralıqda dəhlizdən səslər eşidilməyə başlandı:
hər iki bacının və Xruşovun səsləri. Yəni doğrudanmı
mənim otaqlar boyunca cisimsiz uçuşum üç saat
davam etmişdi? Haradasa bir teatrda bir pyesdə oyna-
mağa müvəffəq olduqları bir vaxtda burada bir adam
sadəcə üç otaq boyunca dolaşmışdı... Yəni doğrudan-
mı mən qonaq otağında məktub haqqında bir saat bo-
yunca düşünmüş, yemək otağındakı kitabın başında
daha bir saat, qəribə sərinliyi olan yataq otağındakı
şəklin üzərində fikirləşməklə də bir saat vaxt keçir-
mişdim? Mənim zamanımla başqalarının zamanı
arasında ümumi heç nə yox idi.
Xruşov, güman ki, dərhal yatmağa getdi, bacılar
yemək otağına tək girdilər. Mənim qaranlıq, ipəkvari
yuvamın qapısı tam örtülməmişdi: qarşımda parlaq
bir yarıq vardı. İnanırdım ki, indi Smurov haqqında
bilmək istədiyim hər şeyi öyrənəcəyəm.
“...ancaq kifayət qədər usandırıcıdır”, – Vanya
dedi və mənə əsnəmə kimi gələn sakit bir ah çəkdi.
“Çay istəmirəm, mənə bir az kök pivəsi ver”. Masaya
yaxınlaşdırılan stulun xəfif sürtünmə səsi gəldi.
Uzunmüddətli bir səssizlik. Daha sonra Yevgeni-
ya Yevgenyevnanın səsi eşidilir, o qədər yaxından

54
eşidilir ki, mən qorxa-qorxa işıqlı yarığa çəpəki nəzər
salıram. “...Əsas odur ki, qoy öz şərtlərini bildirsin.
Əhəmiyyətli olan şey budur. Bilmirəm, nədənsə bu
pastila xoşuma gəlmədi”.
Yenidən səssizlik. “Yaxşı, mən ona bu barədə de-
yərəm”, – Vanya söylədi. Nəsə cingildədi, yerə düş-
dü, qaşıqmı, ya nəsə və sonra yenidən uzun bir fasilə.
“Buna bax”, – Vanya dedi və güldü. “Bu nədir
belə, ağacdandır?” – bacısı soruşdu. “Heç bilmirəm”,
– Vanya dedi və yenə də güldü.
Bir müddət sonra Yevgeniya Yevgenyevna da
Vanyadan daha rahat şəkildə əsnədi.
“Saat dayanıb”, – o dedi.
Bu qədər. Onlar hələ uzun müddət birlikdə oturdu-
lar, hansısa əşyaları cingildətdilər, fındıqqıran şaqqıl-
dayır və küt bir taqqıltı ilə süfrənin üzərinə buraxılırdı,
ancaq daha söhbət olmadı. Sonra stullar yenə də
qımıldandı, Yevgeniya Yevgenyevna həvəssiz-həvəs-
siz: “Ah, bunu belə də saxlamaq olar”, – söylədi və
mənim bunca çox şey gözlədiyim həmin heyrətamiz
yarıq qəflətən yoxa çıxdı. Haradasa qapı çırpıldı,
Vanyanın uzaqdan gələn səsi artıq anlaşılmaz olan nə-
lərsə dedi, bunun ardınca sakitlik, qaranlıq gəldi. Mən
taxtın üzərində hələ bir az da uzandım və birdən fərqi-
nə vardım ki, artıq dan yeri ağarıb, beləliklə, ehtiyatla
yolumu tapıb pilləkənlərə çıxdım və otağıma qayıtdım.
Vanyanın ona lazım olmayan Smurovu balaca qay-
çı ilə kəsməsini yetərincə canlı şəkildə təsəvvürümə

55
gətirdim. Ancaq başqa cür də ola bilərdi, bəzən bir şək-
li ayrıca çərçivələmək üçün də kəsirlər. Və bu sonuncu
təxmini təsdiqləyirmiş kimi, Paşa əmi tamamilə
gözlənilməzcəsinə Münxendən çıxıb gəldi. Londona
qardaşını görməyə gedirdi və Berlində sadəcə iki gün
qalacaqdı. Qardaşı qızlarını çoxdandır ki, görmürdü və
Vanyanın guya masanın altında gəzişdiyini və onun
necə də Vanyanı – ehtimal ki, bu gəzişməsinə görə –
dizləri üzərinə aşırıb yanını şapatladığını xatırlamağa
meyilli idi. Bu Paşa əmi ilk baxışda əlli yaşlı gümrah
bir kişi kimi görünürdü, ancaq daha diqqətlə baxmaq
kifayət edirdi ki, bu adam gözlərinizin önündəcə yaş-
lansın. Əslində, onun əlli yox, yetmiş yaşı vardı və
adam bu gənc görünmə ilə taqətsiz ixtiyarlığın qarışı-
ğından daha qorxunc heç bir şey təsəvvür edə bilməz-
di. Göy kostyum içində şən, söhbətcil bir cəsəd olan,
çiyinlərində kəpəklərlə, çox qalın qaşlı, qırxılmış çənə
ilə və burun dəliklərindən fışqıran əcaib qıllarla Paşa
əmi hərəkətli, səs-küylü və başqalarının işlərinə burun
soxan biri idi. İlk dəfə meydana çıxanda ucadan eşidi-
lən pıçıltı ilə Yevgeniya Yevgenyevnanı hər qonaq
barədə sorğu-suala tutdu və gah bu qonağı, gah digə-
rini qorxunc dərəcədə uzun, solğun-bənövşəyi rəngli
dırnağı olan şəhadət barmağı ilə tək-tək göstərməkdən
utanmadı. Növbəti gün isə nədənsə bunca tez-tez baş
verən o təsadüflərdən biri baş verdi, zira evə gəlişinizin
birinci günündə vaqonda sizin təsadüfi yol yoldaşınız
olmuş bir kəslə sizi yenidən qarşılaşmağa məcbur

56
edən, Vaynştokun Abumuna bənzəyən, şit, şuluqçu bir
tale vardır. Artıq bir neçə gün idi ki, güllə ilə vurulmuş
sinəmdə qəribə bir narahatlıq duyurdum, qaranlıq bir
otaqda hava cərəyanına bənzəyən bir hiss idi, buna
görə də bir rus həkimə getdim, qəbul otağında, təbii ki,
Paşa əmi oturmuşdu. Ona yaxınlaşıb-yaxınlaşmamağı
düşünərkən (güman edirdim ki, dünənki axşamdan bəri
o həm mənim üzümü, həm də soyadımı unutmağa
macal tapıb) təcrübə anbarlarındakı tək bir dən zərrə-
sini belə gizlətməkdən qorxan bu köhnəlmiş boşboğaz,
görünür ki, hər cürə yad adamla söhbətə aludə olan
tanımadığı yaşlı bir qadınla söhbət edirdi. Əvvəlcə
danışığı izləmirdim, ancaq birdən Smurovun adını eşi-
dincə səksəndim. Paşa əminin həmin təntənəli və bas-
maqəlib sözlərindən öyrəndiklərim elə əhəmiyyətli idi
ki, o, nəhayət ki, həkim qapısının o tayında gözdən
itəndə mən öz növbəmi gözləmədən, tamamilə qeyri-
şüuri şəkildə dərhal çıxıb getdim, sanki mən həkimə
elə Paşa əmini dinləmək üçün gəlmişdim: tamaşa bitdi
və mən çıxıb getdim. “Təsəvvür edin, – Paşa əmi danı-
şırdı, – bir vaxtlar körpə uşaq olan qızcığaz əsl qızılgü-
lə çevrilib. Dünyagörmüş adamam, o saat başa düşdüm
ki, kavaler var. Bax elə Jeneçka mənə dedi ki, Paşa
əmi, bu böyük sirdir, day sən də heç kimə açıb söylə-
mə, bizim bu qız artıq çoxdandır ki, Smurova aşiqdir.
Əlbəttə, bunun mənə dəxli yoxdur. Ha bu Smurov, ha
başqası. Ancaq adama məzəli gələn budur ki, vaxtilə
çılpaq balaca yanbızını şillələdiyim qızcığaz indi bax

57
gör ki, artıq adaxlı qız olub. Smurova lap sitayiş edir.
Nə etmək olar, əziz xanım, biz yaşadığımızı yaşamışıq,
qoy başqaları da yaşasın...”
Deməli, olan olmuşdu. Smurov sevilirdi. Görünür
ki, Vanya – bəsirətsiz, ancaq həssas Vanya Smurovda
nəsə qeyri-adilik sezmişdi, onda nəyi isə dərk etmişdi,
Smurovun sakitliyi onu aldatmamışdı. Həmin axşam
Smurov xüsusən sakit və təvazökar idi. Ancaq indi
Smurovun üzərinə necə bir xoşbəxtliyin silkələnib tö-
küldüyü – məhz silkələnib töküldüyü, zira elə bir xoş-
bəxtlik növü vardır ki, öz gücünə görə, qasırğavari
uğultusuna görə bir fəlakətə bənzəyir – müşahidəçiyə
aydınlaşdıqda indi onun həmin sakitliyində nəsə bir
həyəcan, həmin müəmmalı solğunluğunun içərisindən-
sə nəsə bir sevinc allığı sezilə bilərdi. İlahi Pərvərdiga-
ra, o, Vanyaya necə baxırdı! Qız füsunkar hisslərini hər
kəsdən gizlədərək kirpiklərini endirirdi, onun burun
dəlikləri titrəyirdi, o hətta dodaqlarını dişləyirdi. Belə
görünürdü ki, həmin axşam nəsə həll olunmalıdır.
Zavallı Muxin orada yox idi. Xruşov da iştirak et-
mirdi. Ancaq buna müqabil, Roman Boqdanoviç (hər
həftə qarımış bir qız səliqə-sahmanı ilə Reveldəki bir
yoldaşına məktublar şəklində göndərdiyi gündəliyi
üçün material yığan) həmin axşam gursəsli və zəhlətö-
kən obrazı ilə orada idi. Bacılar həmişə olduğu kimi,
divanda əyləşmişdilər. Smurov royala dirsəklənərək
ayaq üstə durmuşdu, Vanyanın hamar saç ayrımına, qa-
rabuğdayı-çəhrayı yanaqlarına elə hey tamaşa edirdi...

58
Yevgeniya Yevgenyevna bir neçə dəfə yerindən sıçra-
dı və başını pəncərədən çıxardı. Paşa əmi vidalaşmağa
gəlməli idi və qız istəyirdi ki, kişini mütləq liftlə qal-
dırsın. “Ona məftunam, – qız gülə-gülə dedi. – O,
müdhiş xarakterli, əcaib adamdır. Bax görəcəksiniz,
onu yola salmaq üçün getməyimizə heç bir vəchlə
icazə verməyəcək”. “Çala bilirsinizmi?” – deyə Ro-
man Boqdanoviç mənalı-mənalı royala tərəf nəzər sa-
laraq mehribanlıqla Smurovdan soruşdu. “Bir vaxtlar
çalardım”, – Smurov sakitcə cavab verdi, qapağı qal-
dırdı, klavişlərin ağaran dişlərinə dalğın-dalğın baxdı
və yenidən qapağı endirdi. “Mən musiqini sevirəm, –
deyə Roman Boqdanoviç məxfiliyi bildirən bir əda ilə
söylədi. – Yadıma gəlir, mən tələbə olanda...” “Musiqi,
– deyə Smurov səsini yüksəldərək davam etdi, – bəzən
sözlə ifadə olunmayanı ifadə edir. Musiqinin mənası
və sirri bundadır”. “Ah, budur, gəldi”, – Yevgeniya
Yevgenyevna qışqırdı və otaqdan qaça-qaça çıxdı.
“Bəs siz, Varvara Yevgenyevna? – deyə Roman
Boqdanoviç qaba, qüvvətli səsi ilə soruşdu. – Siz röya
kimi xəfif barmaqlarla... Hə? Haydı, nəsə bir şey...
Hər hansı bir riturnelladan-filandan...” Vanya başını
buladı və üzünə qaşqabağını tökübmüş kimi ifadə ver-
di, ancaq dərhal da şaqqanaq çəkdi və çöhrəsini aşağı
endirdi. Onu güldürən şey, yəqin ki, bütün ruhu çağla-
yıb axmaqda ikən hansısa gicbəsərin onu royal çalma-
ğa dəvət etməsi idi. Bu anda Smurovun çöhrəsində
Yevgeniya Yevgenyevna ilə Paşa əmini daşıyan liftin

59
əbədiyyən ilişib qalmasına, Roman Boqdanoviçin
birbaşa olaraq xalçaya nəqş edilmiş Əcəm aslanının
ağzına yuvarlanmasına və ən əsası da mənim – bu
soyuq, inadkar, usanmaz müşahidəçinin yox olmasına
dair tamamən şiddətli bir arzu görmək olardı.
Ancaq artıq dəhlizdə Paşa əmi burnunu silməkdə
və hırıldamaqda idi, budur, o, içəri girdi, səfeh-səfeh
gülümsəyərək və əllərini bir-birinə sürtərək kandarda
dayandı. “Jeniçka, – deyə o danışmağa başladı, – axı
mən, deyəsən, burada heç kimi tanımıram. Tanış elə
məni, tanış elə”. “Ah, ay Allah, – Yevgeniya Yevgen-
yevna dedi, – axı bu qız sizin qardaşınızın qızıdır”.
“Əlbəttə, əlbəttə”, – Paşa əmi dedi və danışığına zərif
yanaqlar barədə ədəbsiz sözlər əlavə etdi. “Güman ki,
qalan adamları da tanımayacaq”, – deyə Yevgeniya
Yevgenyevna ah çəkdi və yüksək səslə bizi ona təqdim
etməyə başladı. “Smurov! – deyə Paşa əmi bağırdı və
qaşları pırpızlaşdı. – Smurovu artıq yaxşı tanıyıram.
Bəxtəvər adamsan, bəxtəvər, – deyə o, Smurovun qol-
larını, çiyinlərini əlləyə-əlləyə, hiyləgərcəsinə davam
edirdi, – necə bilməmək olar... Biz hər şeyi bilirik...
Sadəcə bunu deyirəm ki, ondan muğayat ol! O, səmavi
bir lütfdür. Xoşbəxt olun, balalarım...”
O, Vanyaya tərəf çevrildi, ancaq Vanya qırışıb-
büzüşmüş bir yaylığı ağzına sıxaraq otaqdan qaçdı.
Yevgeniya Yevgenyevna qəribə bir səs çıxararaq tələ-
sik onun arxasınca getdi. Fəqət Paşa əmi həssas bir
qəlb üçün dözülməz olan ehtiyatsız ədəbsizliyi ilə Van-

60
yanı necə ağlatdığının fərqinə varmadı. Roman Boqda-
noviç gözlərini bərəldərək nə hiss etsə də belə, özünə-
nəzarəti itirməyən Smurova böyük bir maraqla baxdı.
“Eşq möhtəşəm şeydir, – Paşa əmi dedi və Smu-
rov nəzakətlə gülümsədi. – Bu qız bir xəzinədir. Siz
cavan bir mühəndissiniz, elə deyilmi? İşləriniz yaxşı
gedirmi?” Smurov təfərrüatlara girmədən dedi ki,
yaxşı qazanır. Roman Boqdanoviç qəfildən əli ilə diz-
lərini şappıldatdı və qıpqırmızı oldu. “Mən bax Lon-
donda sizin haqqınızda danışacağam, – Paşa əmi dedi,
– mənim çoxlu əlaqələrim var. Hə, mən gedirəm, ge-
dirəm. Lap elə indi”.
Və bu qəribə qoca saatına göz ataraq hər iki əlini
bizə uzatdı və Smurov yaşadığı xoşbəxtlik bolluğun-
dan gözlənilməzcəsinə onunla qucaqlaşdı.
“Buna nə sözünüz var?.. Nə əcaib adamdır!” – de-
yə Roman Boqdanoviç qapı Paşa əminin arxasınca
çırpılanda söylədi.
Yevgeniya Yevgenyevna qonaq otağına qayıtdı.
“O haradadır?” – deyə o, çaşqınlıqla soruşdu və bilən-
də ki, Paşa əmi çıxıb gedib, aşağıdakı qapının bağlı
olması ilə əlaqədar narahatlıq duymağa başladı. Qız
pilləkənlərə tərəf qaçdı, ancaq Paşa əmi gözdən itmiş-
di və onun gözdən itməsində sehrli nəsə vardı.
Yevgeniya Yevgenyevna tələsə-tələsə Smurova
yaxınlaşdı. “Xahiş edirəm, əmimi bağışlayın, – deyə
o, söhbətə başladı, – ona Vanya və Muxin haqqında
danışmaqla axmaqlıq etdim. O, görünür, soyadları

61
qarışdırıb. Əvvəllər heç bilməzdim ki, qocalıqdan bu
cür başı qaçıb...”
– Mən də ona qulaq asdıqca elə sanırdım ki, ağlı-
mı itirirəm, – deyə Roman Boqdanoviç əllərini iki ya-
na açaraq söhbətə girişdi.
– Ah, bəsdirin, Smurov, bəsdirin, – deyə Yevge-
niya Yevgenyevna davam etdi. – Sizə nə olub? Bunu
bu qədər ürəyə salmaq lazım deyil. Axı burada sizi
təhqir edən heç nə yoxdur.
– Yaxşı, zərəri yoxdur, qoy olsun, mən sadəcə
bilmirdim, – Smurov xırıltılı səslə dedi.
– Necə yəni bilmirdiniz? Hər kəs bilir bu barədə...
Bu məsələ artıq neçə müddətdir ki, davam edir. Hə,
əlbəttə, bir-birlərinə sitayiş edirlər. Artıq demək olar
ki, iki ildir. Qulaq asın, görün sizə Paşa əmi barədə nə
əhvalat danışıram. Bir dəfə hələ nisbətən gənc olan
vaxtlarda, – yox, başınızı çevirməyin, dinləyin, bu çox
maraqlıdır – o, nisbətən cavan olanda Nevskiy bulvarı
ilə gedirmiş...

Sonra Smurov üzərində apardığım müşahidəni qısa


müddətlik dayandırdım, ağırlaşdım, əvvəlki bədənimi
yenidən geyindim, sanki ətrafımdakı bütün bu həyat
mənim təxəyyülümün oyunu deyildi, mən özüm də bu
həyatda bədənim və ruhumla iştirak edirdim. Əgər
sevilmirsinizsə, ancaq mümkün bir rəqibin də sevilib-
62
sevilmədiyini dəqiq bilmirsinizsə və əgər bu rəqiblər
bir neçə nəfərdirlərsə və hansının sizdən daha şanslı
olduğunu bilmirsinizsə, əgər başqa cür olsa idi, dözül-
məz olası bir təlaşı təxminlər yürütməklə israf edəcə-
yinizi mümkün edən o ümidlə dolu xəbərsizlik içində-
sinizsə, onda hər şey yaxşıdır, yaşamaq olar. Ancaq,
nəhayət ki, adın çəkilməsi və bu adın sizinki olmama-
sı fəlakətdir. Axı qız gözləri yaşardacaq qədər heyran-
edici idi və onun barəsində zehnimə gələn istənilən
fikrin ucbatından mənim daxilimdə iniltilərlə dolu,
dəhşətli, şoran bir gecə qabarırdı. Onun məlahətli çöh-
rəsi, uzağı görməyən gözləri, şaxtadan qurumuş, azca
şişkinləşmiş, kənarlara doğru ağarıb krem sərinliyinə
ehtiyac duyan, atəşin bir çəhrayılıqla dolğunlaşan lətif
dodaqları, parlaq paltarları, ipək kimi siyah başını
kartların üzərinə əyərək bizimlə duraki oynayarkən
dözülməzcəsinə kip şəkildə bir-birlərinə sıxılıb qalmış
iri dizləri, əlləri – adamın toxunmağı və öpməyi xüsu-
sən şiddətlə arzuladığı o soyuq və kobudtəhər əlləri,
hə, onunla bağlı hər şey əzabverici və necəsə çarəsiz
idi... Və yalnız yuxularımda göz yaşlarımı axıda-
axıda mən, nəhayət ki, onu qucaqlaya bilirdim və do-
daqlarımın altında onun boynunu və çiyin çuxurunu
hiss edə bilirdim, ancaq o hər dəfə qollarımdan çıxırdı
və mən hıçqırıqlar içində oyanırdım. Axmaqmı, yoxsa
ağıllımı olduğu, uşaqlığının necə keçdiyi, hansı
kitabları oxuduğu, dünya haqqında nə düşündüyü –
bütün bunların mənim üçün nə təfavütü vardı ki?

63
Əslində, onun barəsində düz-əməlli heç nə bilmirdim,
hər şeyi əvəzləyən və hər şeyə bəraət qazandıran o
qızğın lətafətlə kor edilmişdim və bu, tez-tez bizim
yiyələnməyimiz üçün əlçatan olan insan ruhundan
fərqli olaraq, heç bir vəchlə mənimsəyə bilməyəcəyi-
miz bir şey idi, necə ki, insan küləkli bir axşamın
buludlarının parlaqlığını, yaxud gərgincəsinə açılmış
burun dəlikləri ilə sərxoş olanadək içinə çəkdiyi, çək-
diyi, ancaq yenə də heç vaxt axıra qədər çiçək tacın-
dan çəkib çıxara bilmədiyi gül ətrini özünün mal-
mülkünə çevirə bilməzsə, bax bu hal da elə idi. Bir
dəfə necəsə Milad ərəfəsində hamısının mənsiz getdi-
yi bir baldan əvvəl iki qapının arasından ayna zola-
ğında bacısının Vanyanın çılpaq kürəyini pudraladı-
ğını görmüşdüm, başqa vaxt isə onların vanna otağında
döşləri dik saxlamaq üçün xüsusən qadınlar üçün ha-
zırlanmış tor köynək gözümə ilişmişdi və məndən ötrü
bütün bunlar yuxularıma müdhiş və xoş təsir göstərən
üzücü vaqiələr idi. Ancaq etiraf etmək gərək: yuxula-
rımda heç vaxt ümidsiz bir öpüşdən daha irəli getmə-
dim (özüm də başa düşmürəm ki, biz yuxuda görüşən-
də nəyə görə mən həmişə ağlayırdım). Vanyada ehti-
yac duyduqlarımı mən onsuz da həmişəlik yiyələnmə
və istifadə üçün mənimsəyə bilməzdim, necə ki, bir
buludun rənginə və ya bir çiçəyin ətrinə sahiblənə bil-
məzsən. Və ancaq arzumun onsuz da söndürülməz ol-
duğunu və Vanyanın bütünlüklə mənim təxəyyülüm tə-
rəfindən yaradıldığını, nəhayət ki, başa düşəndə sakit-

64
ləşdim, bu iztirabıma öyrəşdim və onda insanın eşqdən
əldə edə biləcəyi bütün o nəşəni tapdım.
Tədricən yenidən Smurovla maraqlanmağa başla-
dım. Yeri gəlmişkən, məlum oldu ki, Smurovun Van-
yaya duyduğu meyilə rəğmən, Xruşovların qulluqçu-
sundan – çox cazibədar, süst baxışlı on səkkiz yaşlı
qızdan gizlicə xoşu gəlir. Halbuki qızın özü süst-filan
deyildi. Təvazökar görünüşlü bu qızın – yaxşı xatırla-
mıram, adı ya Qrethen, ya da Hilda idi – qapı açarla
bağlı olduqda və asma şnurdan sallanmış, demək olar,
çılpaq lampa başına Tirol şlyapası qoymuş qədd-qa-
mətli bir cavanın fotosunu və ağanın masasından götü-
rülmüş almanı işıqlandırdığında nə cür ədəbsiz və oy-
naq eşq kələkbazlıqlarını təsəvvüründə canlandırdığını
düşünmək məzəli idi. Smurov bu barədə təfsilatı ilə və
müəyyən dərəcədə lovğalıqla ədəbsiz hekayələrə xor
baxan və hərzəlik eşidəndə mənalı-mənalı möhkəm bir
“fu!” səsi çıxaran Vaynştoka danışdı. Buna görə də ona
bu cür şeyləri xüsusən həvəslə danışırdılar.
Smurov onun yanına arxa qapıdan sivişir, onun
yanında uzun müddət qalırdı və göründüyü qədəri ilə
Yevgeniya Yevgenyevna günlərin bir günündə bu
barədə nəsə – dəhlizin içərilərində tələsik bir hərəkət,
yaxud qapının arxasından gələn boğuq bir gülüş sez-
mişdi, çünki Hildanın (və ya Qrethenin) bir yanğın-
söndürənlə yoldaşlıq qurub onu öz yanına çağırmasın-
dan acıqlı-acıqlı bəhs etmişdi. O bu mövzuda əsəbi-
əsəbi danışarkən Smurov özündən razı halda öskür-

65
müşdü, xidmətçi qız füsunkar, tutqun gözlərini endi-
rərək ehtiyatla və astaca masanın üzərinə qoyacağı
sinini əllərində tutaraq otaqdan keçəndə, gicgahındakı
saç tutamını yuxulu-yuxulu düzəldib yenidən mətbəxə
qayıtmaq üçün yuxulu-yuxulu da uzaqlaşanda Smu-
rov sanki nitq söyləməyə hazırlaşırmış kimi əllərini
ovuşdurur və yersiz gülümsəyirdi. Smurov bu ciddi
görünüşlü xidmətçi qızı işləyərkən seyr etməyi sevdi-
yindən uzun-uzadı bəhs edərkən Vaynştok üz-gözünü
turşudur və ikrahla tüpürürdü, yaxın vaxtlarda da o,
qızla birlikdə onun kiçik, dar otağında ev sahiblərinin
yaşadığı bölmədəki qrammafonun uzaqdan gələn sə-
dalarının altında çılpaq ayaqlarını döşəmədə yumşaq-
yumşaq tappıldada-tappıldada rəqs etmişdi. “Ay səni
fırıldaqçı, – deyə Vaynştok dillənirdi, – ay səni fırıl-
daqçı Don Juan, Kazanova...” Öz-özünə isə o, Smuro-
vu, şəksiz ki, şübhəli adam hesab edirdi və Azefin ru-
hunun qurdalandığı yüngül masadan yeni və əhəmiy-
yətli xəbərlər gözləyirdi. Ancaq Smurovun bu obrazı
artıq məni çox az maraqlandırırdı, bu obraz Vaynşto-
kun ürəyinə xoş gələn dəlillərin yoxluğu ucbatından
yavaş-yavaş sönüb getməyə məhkum olmuşdu. Ancaq
bu məsələdəki müəmma, əlbəttə, öz yerində qalmışdı
və adam bir neçə ildən sonra başqa bir şəhərdə
Vaynştokun hansısa söhbət əsnasında bir vaxtlar onun
yanında satıcılıq etmiş, indi isə Allah bilir, haralarda
veyillənən o qəribə adamı ötəri xatırlayacağını
təsəvvür edə bilirdi. “Hə, doğrudan da, əcaib tip idi, –

66
deyə Vaynştok dalğın-dalğın söhbətə başlayacaqdı, –
imalardan hörülmüş adam idi və hansısa sirri gizləyir-
di. Bir qızın namusunu ləkələyə bilərdi... Kim onu
göndərmişdi, kimi izləyirdi, bunu kəsdirmək çətindir.
Ancaq etibarlı bir mənbənin bildirdiyinə görə... Am-
ma yenə də bu barədə heç nə danışmaq istəmirəm”.
Smurovun Qrethenin (yaxud Hildanın) təsəvvü-
ründəki obrazı daha maraqlı idi. Necəsə yanvar ayın-
da Vanyanın şkafından yeni ipək corablar itdi və
dərhal da hər kəs çoxsaylı kiçik itkiləri xatırladı – fuk
götürülmüş dama daşı kimi masa üzərində qalmış
mark qalığını, Xruşovun zarafatyana bildirdiyi kimi,
“neseserdən qaçmış” şüşə bir pudra qutusunu, nədən-
sə çox dəyərli sayılan ipək bir örpəyi. “Görəsən, onu
haraya qoymusan?..” Günlərin bir günü isə Smurov
tovuzquşu çalarlı, parlaq-göy rəngli bir qalstukla pey-
da oldu. Xruşov gözlərini qırpdı və dedi ki, onun da
eynilə bunun kimi bir qalstuku olub, Smurov məna-
sızcasına pərt oldu və daha həmin qalstuku taxmadı.
Ancaq, əlbəttə ki, Smurovun Vaynştoka acı-acı nəql
etdiyinə görə, heç kim bu gicbəsər qızın (yeri gəlmiş-
kən, bu qız deyirdi ki, kişinin ən yaxşı bəzəyi qalstuk-
dur) qalstuku oğurlamasını və onu mexaniki vərdişlə
ona – növbəti oğlan dostuna hədiyyə etməsini ağlına
gətirməmişdi. Qız cəzasını buna görə almadı, o, cəza-
sını evdə olmadığı vaxt Yevgeniya Yevgenyevna
onun otağına girib komodunda yenidən həyata qayıt-
mış tanış əşyalar kolleksiyasını tapdıqdan sonra aldı.

67
Və beləliklə, Qrethen (və yaxud Hilda) naməlum
istiqamətə doğru evi tərk etdi, Smurov onu bir müddət
axtardı, sonra əl çəkdi və Vaynştoka etiraf etdi ki, bu
qədəri daha bəs edər. Həmin axşam Yevgeniya Yev-
genyevna qapıçının arvadından qəribə şeylər öyrəndi-
yini deyirdi. “Sən demə, yanğınsöndürən deyilmiş,
heç də yanğınsöndürən deyilmiş, – deyə Yevgeniya
Yevgenyevna gülə-gülə danışırdı, – əcnəbi bir şair
imiş, bu necə də qəşəngdir, deyilmi? Bu əcnəbi şair
talesiz bir eşq yaşayıbmış və Almaniya böyüklüyündə
ata-baba mülkü varmış, ancaq öz məmləkətinə qayıt-
ması qadağan imiş, ah, necə də qəşəngdir... Təəssüf
ki, qapıçının arvadı familiyasını soruşmayıb, ehtimal
ki, rus imiş, hətta şübhələnirəm ki, bizə gələnlərdən
kimsə olub, bax, məsələn, keçənilki o cavan, kimi
dediyimi bilirsiz e, nə idi adı, o məşum cazibəli qara-
şını deyirəm...” “Kimi nəzərdə tutduğunu bilirəm, –
deyə Vanya onun sözünü kəsdi, – sən Korfu nəzərdə
tutursan”. “Ola da bilər ki, başqası imiş, – deyə Yev-
geniya Yevgenyevna davam etdi. – Ah, bu necə də
məftunedicidir! Qapıçının arvadının dediyinə görə,
dolğunruhlu bir kişi imiş, mənəviyyatlı bir kişi imiş.
Adamın ağlı başından gedir...” “Bütün bunları mütləq
yazacağam, – deyə Roman Boqdanoviç yağlı səsi ilə
söylədi. – Mənim revelli yoldaşım bu dəfə çox maraq-
lı bir məktub alacaq”. “Doğrudanmı bu sizi təngə gə-
tirmir? – deyə Vanya soruşdu. – Mən bir neçə dəfə
gündəlik yazmağa başladım, ancaq sonra hər dəfə də

68
bundan vaz keçdim və sonralar onları nə vaxt yenidən
oxusam, yazdıqlarıma görə utanc hissi keçirirdim”.
“Yox, niyə ki, – deyə Roman Boqdanoviç səsini
uzada-uzada dedi. – Təfsilatı ilə və daimi yazanda
adam özünü yaxşı hiss edir, bir növ, özünüqoruma
hissi yaşayırsan, belə deyim, elə bil ki bütün həyatını
qorumuş olursan, üstəlik sonralar yazdıqlarını təkrar
oxuyanda da görürsən ki, heç də maraqsız deyilmiş.
Məsələn, mən sizin istənilən təcrübəli yazıçının həsəd
aparacağı bir təsvirinizi etmişəm. Buraya bir cizgi,
oraya bir cizgi qoy və budur, tablo tamamlandı...”
“Ah, göstərin, baxım”, – Vanya dedi. “Göstərə bilmə-
rəm”, – Roman Boqdanoviç təbəssümlə söylədi. “On-
da Jeniçkaya göstərin”, – Vanya dedi. “Yox, göstərə
bilmərəm, istərdim bunu, amma göstərə bilmərəm.
Mənim revelli yoldaşım bu əlyazmaları əldə edən
kimi onları bir tərəfdə toplayır və surətləri də özüm
qəsdən saxlamıram ki, day postfaktum nəyisə düzəlt-
mək, nəyisə çıxartmaq və bu kimi işlərin cazibəsinə
qapılmayım. Və nə zamansa Roman Boqdanoviç çox
yaşlı olanda həmin Roman Boqdanoviç masa arxasın-
da oturacaq və öz həyatını təzədən oxumağa başlaya-
caq. Bax mən onun üçün yazıram, gələcəyin Şaxta
Baba saqqallı o qoca kişisi üçün... Əgər bu həyatın
zəngin, dəyərli olduğuna qənaət gətirsəm, o zaman bu
xatirələri gələcək nəsillər üçün bir öyüd kimi saxlaya-
cağam”. “Bəs əgər hamısı cəfəngiyyatdırsa, onda ne-
cə?” – Vanya soruşdu. “Bir kəs üçün cəfəngiyyat olan

69
şey başqası üçün olmaya da bilər”, – deyə Roman Boq-
danoviç kifayət qədər qaşqabaqlı halda cavab verdi.
Bu epistolyar gündəlik barədə fikir-zikir çoxdan-
dır ki, məni məşğul edir və müəyyən qədər təlaşlandı-
rırdı. Tədricən bu gündəlikdən, heç olmasa, bircə his-
sə oxumaq arzusu şiddətli iztiraba, sürəkli davam
edən bir qayğıya çevrildi. O qeydlərdə Smurovun təs-
vir edildiyinə şübhəm yox idi. Mən bilirdim ki, adi
söhbətlər, gəzintilər, qonşunun tutuquşuları və yaxud,
deyək ki, kralın edam olunduğu həmin tutqun gündə
səhər yeməyində nə yeyildiyi haqqında qeydlərdən
ibarət əhəmiyyətsiz bir gündəlik, bu cür əhəmiyyətsiz
qeydlər bilirdim ki, adətən yüz illər boyunca yaşayır
və adam onları qədimliyin tamını duymaq üçün, bir
yeməyin adını öyrənmək üçün, indi yerində tikilmiş
evlərin ucbatından sıxlıq yaranmış festival meydanı-
nın təsəvvürü xətrinə məmnuniyyətlə oxuyur. Üstəlik
bundan əlavə, tez-tez də elə olur ki, həyatı boyunca
nəzərə çarpmayan gündəlik müəllifinin özü də iki yüz
il sonra hər hansı bir havadar mənzərəni, dilican için-
dəki mürgüləməni, hansısa bir tanışın şıltaqlıqlarını
qələmin köhnə dəbli yüngül toxunuşu ilə əbədiləşdi-
rən gözəl bir yazıçı kimi nəzərə çarpmağa başlayır...
Smurovun obrazının bax bu şəkildə möhkəm, bu şə-
kildə uzun müddətə təsvir edilə biləcəyi ilə bağlı bircə
fikirdən belə məni vicvicə bürüyürdü, arzudan ağlımı
itirirdim, nəyin bahasına olarsa, olsun, Roman Boqda-
noviçlə onun revelli dostunun arasına xəyalat kimi

70
girməli idim. Müəyyən təcrübələrə yetərincə malik
olduğumdan Smurovun, bəlkə də, ölümsüz olmaq
üçün nəzərdə tutulmuş və kitabsevərlərin ürəyincə
olacaq bu obrazının mənim üçün sürpriz olacağına
tamamilə hazır idim, ancaq bu sirri ələ keçirmək arzu-
su, Smurova gələcək əsrlərin gözü ilə baxmaq meyli
mənim üçün o qədər gözqamaşdırıcı idi ki, heç bir
məyusluq məni qorxuda bilməzdi və qorxduğum bircə
şey vardı: uzunmüddətli və zəhmətli bir yoxlama pro-
sesi, çünki ələ keçirəcəyim ilk məktubdaca Roman
Boqdanoviçin dərhal məhz Smurovdan bəlağətlə bəhs
edəcəyini (bir anlığına işə saldığımız radiodakı səsin
var qüvvəsi ilə qulağımıza soxulması kimi) güman
etmək çətin idi.
Qaranlıq bir küçəni və tufanlı bir mart gecəsini
xatırlayıram. Buludlar kirşələrə doluşmuş sərxoşlar
kimi müxtəlif pozalara girərək səmada sürətlə ötüb
keçirdilər, mən isə kənarını əldən buraxsam, bomba
kimi partlayacağını hiss etdiyim təpəsi yumru şlyapa-
mı sıxıb saxlayaraq küləkdən donqarlaşmış halda Ro-
man Boqdanoviçin yaşadığı evin yanında dayanmış-
dım və mənim intizarımın yeganə şahidləri sanki kü-
ləkdən göz qırpırmış kimi görünən küçə fənəri və səki
boyunca gah o yana, gah bu yana sürüklənən, gah da
hər nə qədər özümdən uzaqlaşdırıb rədd eləmək istə-
səm də, zəhlətökən oynaqlıqla ayaqlarımın ətrafına
dolanan bir sarğı kağızının vərəqi idi. Əvvəllər heç
vaxt bu cür külək və heç vaxt bu cür şiddətli, saçı

71
dağınıq səma görməmişdim. Bu mənə mane olurdu.
Mən bir ayinə – cümə günündən şənbə gününə keçən
gecə yarısı poçt qutusuna məktub salan Roman Boq-
danoviçə baxmaq üçün gəlmişdim və qərarlaşdırdığım
qeyri-müəyyən planı həyata keçirməzdən öncə bunu
şəxsən öz gözlərimlə görməli idim. Ümid edirdim ki,
poçt qutusuna çatmaqdan ötrü küləklə boğuşan Ro-
man Boqdanoviçi görəndə mənim qeyri-maddi planım
(planım bir yol tapıb əvvəlcədən poçt qutusunun içinə
ağzı geniş açılmış bir torba soxmaqdan və onu yarıq-
dan salınmış məktubun düz mənim toruma düşəcək
şəkildə qayırıb bərkitməkdən ibarət idi) dərhal canla-
nıb aydınlaşacaq. Ancaq indi mənə elə gəlirdi ki, gah
şlyapamın üzərində uğuldayan, gah da şalvarımı şişi-
rən və yaxud onu ayaqlarımı skeletin ayaqlarına bən-
zədəcək tərzdə qatlayıb çevirən külək, bax mənə elə
gəlirdi ki, bu külək mənə əngəl törədir, fikrimi bu
oğurluq mövzusu üzərində cəmləməyə maneə yaradır.
Gecə yarısı yaxınlaşırdı, mən bilirdim ki, Roman
Boqdanoviç son dərəcə dəqiqdir. Mən evə baxırdım
və indi parlaq-bəyaz kağız üzərinə əyilərək Smuro-
vun, bəlkə də, ölümsüzləşəcək obrazını yaratmaqda
olan adamın işıqlandırılmış üç-dörd pəncərənin hansı-
nın arxasında oturduğunu tapmağa çalışırdım. Sonra
baxışlarımı çuqun şəbəkəyə bənd edilmiş qara kuba –
birazdan ağlasığmaz məktubun izi-tozu qalmayacaq-
casına içinə düşəcəyi o qaranlıq qutuya çevirdim. Kü-
çə fənərindən uzaqlaşdım, alaqaranlıq məni təlaşla

72
gizlədi. Birdən ön qapıda sarı işığın yandığını gör-
düm, şlyapamın kənarını tutan barmaqlarım həyəcan-
dan aralandı. Bir an sonra mən əllərimi qaldırıb öz
yerimdə fırlanırdım, sanki əlimdən fırlayıb çıxan şlya-
pa hələ də başımın ətrafında uçuşurdu. Ancaq xəfif
bir tappıltı eşidildi, şlyapa təkərvari diyirlənə-diyirlə-
nə səkidə qaçışmağa başladı, mən də onu necəsə sax-
lamaq üçün üzərinə ayağımı basmağa çalışaraq arxa-
sınca atıldım. Qaçarkən Roman Boqdanoviçlə toqquş-
dum, o mənim şlyapamı yerdən qaldırdı, digər əlində
isə mənə böyük və bəyaz görünən, möhürlənmiş bir
zərf tutmuşdu. Deyəsən, bu gec saatda küçəsində mə-
nə rast gəlməsi onu çaşdırmışdı. Külək bir anlıq bizi
coşqunluqla araya aldı, mən bu quduz gecənin səsini
batırmağa çalışaraq hayqırtı ilə onu salamladım və
sonra iki barmağımla yüngül və dəqiq hərəkətlə Ro-
man Boqdanoviçin əlindən məktubu qapdım. “Qutuya
mən salaram, salaram, salaram, – deyə bağırdım, – elə
yolumun üstündədir, üstündədir...” Mən onun çöhrə-
sində mütərəddidlik və təlaş ifadəsi görməyə macal
tapdım, ancaq dərhal da sivişdim, poçt qutusuna doğ-
ru iyirmi addımlıq məsafəni qaçdım və özümü guya
onun içinə nəsə salırammış kimi göstərə-göstərə
məktubu tez-tələsik döş cibimə soxdum. Bu məqamda
gəlib mənə çatdı. Onun dama-dama gecə tuflilərini
gördüm. “Bu nə davranışdır, – deyə o, narazılıqla de-
di. – Bəlkə, heç mən məktubu qutuya salmayacaq-
dım? Alın, alın şlyapanızı da... Külək də yaman kü-

73
ləkdir...” “Tələsirəm, tələsirəm, – deyə-deyə, gecənin
yeyinliyindən tövşüyə-tövşüyə cavab verdim. – Xoşca
qalın, xoşca qalın”. Kölgəm küçə fənərinin işığına da-
laraq uzandı və məni ötüb keçdi, ancaq dərhal da ye-
nidən qaranlıqda itdi və mən küçəni tərk edən kimi
külək kəsildi, ətrafa heyrətamiz bir sakitlik çökmüşdü
və bu sükut ortasında gur işıqlandırılmış tramvay
inilti ilə döngəni döndü.
Tramvayın təmtəraqlı işığı ilə başdan çıxaraq qar-
şıma çıxan ilk nömrəyə hoppandım, mənə mütləq işıq
lazım idi, dərhal... Ön qapının yanında rahat bir köşə
tapıb qəzəbli tələsikliklə zərfi açdım. Bu məqamda
kimsə mənə doğru yaxınlaşdı və mən diksinərək mək-
tubu qeyri-ixtiyari əzib-büzüşdürdüm. Ancaq bu, sa-
dəcə konduktor idi. Mən süni şəkildə əsnəyərək sakit-
cə bilet pulunu ödədim, ancaq bütün bu müddət ərzin-
də məktubun üzərini örtmüşdüm, çünki ehtimal edilə-
si bir məhkəmədə mümkün şahidliklərdən ehtiyat
edirdim, zira bu nəzərəçarpmaz şahidlərdən – kon-
duktorlardan, sürücülərdən, qapıçılardan daha zərərli
heç nə yoxdur. Konduktor uzaqlaşdı, mən məktubu
açdım. On səhifəlik uzun bir məktub idi, yumru xətlə
yazılmışdı və üzərində heç bir düzəliş aparılmamışdı.
Başlanğıcı o qədər də maraqlı deyildi. Bir neçə vərəq
çevirdim və birdən qarmaqarışıq bir izdihamın arasın-
dan tanış bir çöhrə kimi Smurovun adı nəzərə çarpdı.
Bu heyrətamiz dərəcədə uğurlu tapıntı idi...

74
“Mən, əzizim Fyodor Robertoviç, mən qısa bir
müddət təkrarən bu subyektdən bəhs etmək istəyirəm.
Qorxuram, darıxdırıcı olsun, ancaq Veymar Qu quşu-
nun dediyi kimi – böyük Höteni nəzərdə tuturam –
(məktubun bu yerində qotik şriftlə yazılmış alman fra-
zası vardı). Buna görə də mənə icazə verin, cənab
Smurovun üzərində dayanım və sizi kiçik bir psixoloji
etüdə qonaq edim...”
Məktubu ovcumla örtdüm. Smurovvari ölümsüz-
lüyün sirrinə nüfuz etməkdən vaz keçmək üçün son
fürsətlə üz-üzə qaldığımı hiss etdim. Bax bu məktu-
bun, lap, doğrudan da, gələcək əsrə, təsviri – iki və üç
sıfır – saçma sayılacaq qədər fantastik olan həmin tə-
səvvüredilməz əsrə keçəcəyinin mənə nə dəxli? Çox-
dan ölmüş bir müəllifin öz qəbih ifadəsi ilə desək, na-
məlum xələflərini necə bir portretə qonaq edəcəyin-
dən mənə nə? Ümumiyyətlə, bu hoqqadan əl çəkmə-
yin, bu axtarışdan, casusluqdan, Smurovun izinə düş-
məklə bağlı bu dəlisov cəhddən vaz keçməyin zamanı
gəlməmişdimi? Ancaq, heyhat, bunlar sadəcə zehnim-
dən keçən ritorik fikirlər idi, mən çox yaxşı bilirdim
ki, heç bir qüvvə məni bu məktubu bir qırağa
qoymağa məcbur edə bilməz.
“Əziz dost, sanıram ki, mən artıq Smurovun bir
vaxtlar “seksual solaxaylar” deyə adlandırdığım o
həmin qəribə insanlar qrupuna aid olduğundan bəhs
etmişəm. Smurovun bütün xarici görünüşü, onun
kövrəkliyi, dekatentliyi, jestlərinin süniliyi, pudraya

75
duyduğu sevgi, xüsusən də onun sizin bu sadiq qulu-
nuza sürəkli nəzər saldığı o yeyin, ehtiraslı baxışları –
bax bütün bunlar mənim təxminlərimi təsdiqlədi.
Cinsi baxımdan bədbəxt olan bu cür subyektlərin öz-
lərinə heyranlıq predmeti olaraq – doğrudur, tamamilə
platonik bir heyranlıqdır bu – yaxşı və ya az tanıdıqla-
rı, ya da heç tanımadıqları qadın seçmələri diqqətəla-
yiq məsələdir. Cənab Smurov bax beləcə malik oldu-
ğu pozğunluğa baxmayaraq, özünə ideal kimi Varva-
ranı seçdi. Bu qanışirin, ancaq yetərincə səfeh qız
mühəndis Muxinlə nişanlanıb, beləliklə də, Smurov
hər hansı bir xanımla, hətta Kleopatranın özü belə ol-
sa, həyata keçirməyə nə qadir, nə də istəkli olduğu
məlum əməli gerçəkləşdirmək məsuliyyətində qalma-
yacağına tamamilə əmindir. Bundan başqa, “seksual
solaxay” adlandırdığım tip – etiraf edirəm ki, mən bu
ifadəni son dərəcə uğurlu hesab edirəm – çox tez-tez
qanunu, bəşəri qanunu pozmağa meyil duyur, özü də
bu halda təbiət qanunları zatən pozulmuş olduğu üçün
digər qanunları pozmaq da asan məsələyə çevrilir. Cə-
nab Smurov yenə də istisna təşkil etmir. Təsəvvür
edin, Filipp İnnokentyeviç Xruşov bu günlərdə məxfi
surətdə mənə xəbər verdi ki, Smurov oğrudur, sözün
ən vulqar mənasında, oğrudur. Mənim həmsöhbətim
məlum olur ki, cənab Smurovun əlinə üzərində
müəmmalı işarələr olan çox qədimi bir əşya – gümüşü
bir tütün qutusu verib və xahiş edib ki, əşyanı bir
biliciyə göstərsin. Smurov bu qəşəng və əntiqə əşyanı

76
ondan alıb, növbəti gün isə çaşqınlığın bütün əlamət-
ləri ilə Xruşova məlumat verib ki, deməmişkən, əş-
yanı itirib. Xruşovu dinləyəndə mən ona başa saldım
ki, bəzən oğurluğa meyil sırf patoloji olur və bunun
hətta elmi adı var: kleptomaniya. Digər bütün yaxşı,
ancaq dar düşüncəli adamlar kimi Xruşov da bu
məqamda bir cinayətkardan ziyadə bir ruhi xəstə ilə
qarşı-qarşıya qaldığımızı sadəlövhcəsinə inkar etdi.
Mən onu qeydsiz-şərtsiz inandıracaq dəlilləri irəli
sürmədim. Mənim üçün hər şey gün kimi aydındır.
Smurovu alçaldıcı oğru damğası ilə lənətləmək əvə-
zinə bu hər nə qədər paradoksal görünsə də, mən ona
səmimi qəlbdən acıyıram.
Hava pisə doğru, ya da, daha doğrusu, yaxşıya
doğru dəyişdi. Məgər bu palçıq və külək mahiyyətcə
yazın, xırda, xoşagəlimli bir yazın əlamətləri deyilmi?
Hansı ki, hətta yaşlı bir insanın qəlbində belə anlaşıl-
maz arzular oyandırır. Ağlıma bir aforizm gəldi, hansı
ki, şübhəsiz...”
Məktubu axıra qədər gözdən keçirdim. Mənim
üçün maraqlı başqa heç nə yox idi. Xəfifcə öskürərək
mən titrəməyən əllərimlə səhifələri səliqə ilə qat-
ladım.
“Axırıncı dayanacağa çatmışıq, cənab”, – deyə
başımın üzərində kobud bir səs dilləndi.
Gecə, yağış, şəhərkənarı məhəllələr...

77
6

Smurov qadın üçün hazırlanmış yaxalığı olan


qəşəng bir qara kürkdə pilləkən pilləsində oturub.
Birdən Xruşov (o da əynində kürklə) yuxarıdan düşüb
gələrək onun yanında oturur. Smurov üçün söhbətə
başlamaq çətindir, ancaq vaxt azdır, tez qərara gəlmək
lazımdır. Bərq vuran üzüklərlə dolu – hamısı yaqut-
dur, yaqut – incə bəyaz əlini paltarının xəzli qolundan
çıxarıb saç ayrımını tumarlayaraq sözə başlayır: “Sizə
xatırlatmaq istədiyim bir şey var, Filipp İnnoken-
tyeviç. Xahiş edirəm, diqqətlə dinləyin”. Xruşov başı
ilə razılığını bildirir, burnunu silir, – sürəkli pillə-
kənlərdə oturmaq ucbatından güclü zökəmə tutulub –
şiş burnunu tərpəşdirərək yenidən başını tərpədib ra-
zılığını bildirir. Smurov davam edir: “Mən bu yaxın-
larda baş vermiş kiçik bir hadisə haqqında danışaca-
ğam. Xahiş edirəm, diqqətlə dinləyin”. “Xidmətiniz-
dəyəm”, – deyə Xruşov cavab verir. “Sözə başlamaq
mənim üçün çətindir, – Smurov deyir. – Mən özümü
ehtiyatsız sözlə ələ verə bilərəm. Diqqətlə məni dinlə-
yin. Xahiş edirəm, dinləyin. Mənim bu hadisə üzərinə
qayıtmağımda heç bir gizli niyyətin olmadığını anla-
mağınız mənim üçün əhəmiyyətli məsələdir. Sizin
məni oğru hesab etməyiniz heç mənim ağlıma da gəl-
məz. Özünüz də razılaşarsınız ki, mən bunu bilə bil-
məzdim, axı mən başqalarının məktublarını oxumu-
ram. Mən istəyirəm, siz biləsiniz ki, bizim söhbətimiz
78
tamamilə təsadüfən baş vermişdir... Siz məni dinləyir-
sizmi?” “Davam edin”, – deyə Xruşov kürkünə yaxşı-
ca bürünərək deyir. “Demək belə, Filipp İnno-
kentyeviç, gəlin xatırlayaq. Mənə tütün qutusunu necə
verməyinizi xatırlayaq. Siz məndən xahiş etmişdiniz
ki, onu Vaynştoka göstərim. Məni diqqətlə dinləyin,
Filipp İnnokentyeviç, sizdən ayrılanda mən onu əlim-
də tutmuşdum. Yox, yox, xahiş edirəm, əlifba oxuma-
yın. Mən əlifbasız da sizinlə danışa bilərəm... And içi-
rəm ki, Vanyanın canına and içirəm ki, bütün sevdi-
yim qadınların canına and içirəm ki, adını çəkə bilmə-
diyim şəxsin hər kəlməsi, – adını çəkə bilmərəm, yox-
sa siz elə düşünərsiniz ki, mən başqalarının məktub-
larını oxuyuramsa, deməli, oğurluq da edə bilərəm –
and içirəm ki, onun hər bir kəlməsi yalandır, mən
tütün qutusunu, həqiqətən də, itirmişəm. Evə gəldim,
onu tapa bilmədim, bu mənim günahım deyil, mən
sadəcə çox dalğın adamam və o qızı o qədər çox sevi-
rəm ki”. Ancaq Xruşov Smurova inanmır, başını yır-
ğalayır, Smurov boş yerə and içir, işıldayan bəyaz əl-
lərini nahaq yerə qanırır, onsuz da heç bir xeyri yox-
dur, Xruşovu inandıracaq heç bir kəlmə yoxdur (bu
məqamda mənim yuxum öz kiçik məntiq ehtiyatını
tükətdi: söhbətin baş verdiyi pilləkənlər açıq bir
ərazidə öz-özlüyündən durmuşdu və aşağıda terraslı
bağlar, çiçəkləmiş ağacların bulanıq sisləri görünürdü,
terraslar uzaqlara uzanırdı və orada, deyəsən, sütunlu
bir eyvan mavi dənizin ortasında parıldayırdı). “Bəli,

79
bəli, – deyə təhdidkar bir səslə Xruşov ağır-ağır deyir-
di, – o tütün qutusunda nəsə vardı və buna görə də o,
əvəzedilməz idi. Onun içində Vanya vardı, bəli, bəli,
bəzən qızlarla bağlı belə şeylər olur, çox nadir haldır,
ancaq yenə də ara-sıra olur, olur...”
Oyandım. Səhərin erkən saatları idi. Pəncərə şü-
şəsi keçməkdə olan bir yük maşını səbəbindən titrə-
yirdi. Artıq çoxdan idi ki, pəncərələr bənövşəyi-al
örtüyə bürünmürdü, zira bahar yaxınlaşmaqda idi. Və
mən son vaxtlarda, bütün bu müddət ərzində nə çox
hadisənin baş verdiyi, nə çox yeni insan tanımağım və
əsl Smurovu tapmaq üçün həyata keçirdiyim təşəbbü-
sün, axtarışın nə qədər də ümidsiz, nə qədər də əylən-
cəli olduğu barədə düşünürdüm... Nəyi gizlədim, tanış
olduğum bütün o insanlar canlı məxluqlar deyillər,
təsadüfən Smurova tutulan aynalardırlar, ancaq onlar
arasındakı bir varlıq – mənim üçün ən əhəmiyyətli
olan varlıq, ən aydın ayna – Smurovun əksini mənə
verməkdən hələ də imtina edirdi. Tovuzquşu küçəsin-
dəki 5 nömrəli evin sadəcə mənim əyləncəm üçün ya-
radılmış sakinləri və qonaqları gözümün önündən
yüngülcə və tamamilə zərərsizcə işıqdan kölgəyə doğ-
ru keçirlər. Yenidən Muxini görürəm, divandan qalxıb
masanın üzərindən külqabıya uzanır, ancaq nə onun
üzünü, nə də siqareti tutan əlini görə bilirəm, yalnız
digər əlini görürəm, onu da dayayır – artıq indidən,
indidən şüursuzca! – bir anlığına Vanyanın dizinə.
Yenə də Roman Boqdanoviç saqqallı və almacıq

80
sümüklərinin yerinə iki qırmızı alması olan üzünü ça-
yını üfürmək üçün önə doğru əyir və yenə də Marian-
na Nikolayevna qaysı rəngli coraba bürünmüş arıq
ayağını digər ayağının üzərinə aşırır. Və – deyəsən,
Milad axşamı idi – Xruşov zarafat xətrinə arvadının
kotik kürkünü zorla bədəninə keçirərək ayna qarşısın-
da dayanır, müxtəlif qadın manekeni pozalarına girir,
adamların ümumi gülüşü altında otaqda gəzişir, bu
gülüşmə yavaş-yavaş qeyri-təbii çalarlara bürünür,
çünki hənəkçi Xruşov həmişə olduğu kimi, öz zarafa-
tında əndazəni aşır. Və Yevgeniya Yevgenyevnanın
sanki islaq, parlaq dırnaqlı, qəşəng, kiçik əli pinq-ponq
kürəkciyini götürür və xırda sellüloid top yaşıl tor üzə-
rində riqqətli bir səslə gedib-gəlir. Və spiritizm masası-
nın arxasında sükan arxasında oturubmuş kimi oturan
Vaynştok alaqaranlıqda havada süzür və yenə də xid-
mətçi qız – Hilda və ya Qrethen yuxulu-yuxulu qapı-
dan-qapıya keçir və birdən pıçıldamağa və tələsə-tələsə
soyunmağa başlayır. Nə vaxt istəsəm, bütün bu insan-
ların hərəkətlərini sürətləndirir, yaxud, əksinə, gülünc
bir yavaşlıq dərəcəsinə sala bilirəm, onları müxtəlif çe-
şidlərdə qruplaşdıra bilirəm, onlardan cürbəcür naxışlar
düzəldirəm və onları gah aşağıdan, gah yandan aydın-
ladıram... Beləliklə, onların bütün varlığı mənim üçün
sadəcə ekrandakı bir sayrışma olaraq qaldı.
Ancaq budur, həyat mənə həqiqətən mövcud ol-
duğunu, əzici və zərif, həyəcan və iztirab oyadan,
gözqamaşdırıcı xoşbəxtlik fürsətləri ilə, göz yaşları

81
ilə, ilıq bir mehlə dolu olduğunu isbatlamaq üçün
sonuncu dəfə təşəbbüs göstərdi. Onlara günorta vaxtı
çıxdım, otaqlar boş idi, pəncərələr açıq idi, haradasa
bir tozsoran acgöz, qızğın bir vıjıltı ilə cövlan etmək-
də idi. Və birdən qonaq otağından balkona açılan şüşə
qapıdan Vanyanın önə əyilmiş başını gördüm; Vanya
əlində bir kitabla balkonda oturmuşdu və qəribə olsa
da, mən onu evdə ilk dəfə idi ki, tək görürdüm. Özü-
mə Vanyanın da digərləri kimi sadəcə təxəyyülümün
bir məhsulu, bir ayna olduğunu deyərək bu fikrin kö-
məkliyi ilə öz sevgimi boğandan bəri onunla qayğısız
bir tonda danışmağı özüm üçün vərdişə çevirmişdim
və indi də onunla salamlaşarkən heç bir utanc duyma-
dan ona dedim ki, o, yüksək bir qaladan bahara tama-
şa edən şahzadə kimi görünür. Balkon olduqca balaca
idi, güllər üçün nəzərdə tutulmuş içiboş yaşıl yeşiklər-
lə dolu idi və bir küncdə xəyalən qəlbimə bənzətdiyim
sınıq bir gil dibçək vardı, zira çox tez-tez elə olur ki,
bir insanla danışıq tərzi o insanın hüzurundakı həm-
söhbətin düşüncə tərzinə təsir göstərir. Hava çox
günəşli olmasa da, ilıq idi, artıq indidən tər otların
qaratorpaqda yaşıl bobrik kimi göründüyü bağçadan
dönən kefli, fəqət mülayim külək ilə seyrəkləşmiş gün
işığı da öz yerində. Bu havanı içimə çəkdim və
xatırladım ki, bir həftə sonra Vanyanın toyudur və bu-
dur, bu məqamda yenidən ağırlaşdım, yenə də Smuro-
vu yaddan çıxardım, qayğısızca danışmaq gərəkdiyini
unutdum, çevrilib aşağıya – küçəyə baxmağa başla-

82
dım. Nə qədər də yüksəkdə idik və tamamilə tək idik.
“O, hələ belə tez gəlməz, – Vanya dedi. – O müəssi-
sələrdə adamı dəhşətli dərəcədə çox yubadırlar...”
“Sizin romantik gözləyişiniz...” – deyə mən yenidən
özümü xilasedici dəngülüşlüyə vadar edərək sözə baş-
ladım və özümü inandırmağa çalışdım ki, bu yaz
məltəmi də bir balaca bayağıdır və hazırda vəziyyət
mənim üçün çox əyləncəlidir... Hələ Vanyaya yaxşıca
nəzər salmamışdım, ona baxmaqdan öncə yaxınlığım-
da duran varlığına alışmaq üçün həmişə müəyyən
müddətə gərək duyardım. İndi mənə aydın oldu ki,
onun əynində üçbucaqlı şəklində dərin kəsiyi olan bə-
yaz rəngli toxunma kofta var və saç düzümü də xüsu-
silə hamardır. Açıq kitaba lorneti ilə baxmağa davam
etməkdə idi. Küçənin üstündə, lətif, nahamar bir
səmanın düz ortasında nə qədər də yüksəkdə idik və
otaqlarda da tozsoran vıjıltısını dayandırdı. “Paşa əmi
ölüb, – deyə o, başını qaldıraraq söylədi. – Hə, bu gün
teleqram gəldi”.
O şən-şaqraq, ağlı çaşmış qocanın varlığının sona
çatmasının mənə nə dəxli vardı? Ancaq onunla birlik-
də Smurovun ən xoşbəxt, ən qısaömürlü surətinin,
adaxlı Smurov surətinin də ölmüş olduğunu fikirlə-
şəndə daxilimdə artıq çoxdan bəridir qalxmaqda olan
təlatümü tutub saxlaya bilmədiyimi hiss etdim. Necə
başladığını dəqiq bilmirəm, – yəqin ki, hansısa hazır-
lıq hərəkətləri olmuşdu – ancaq xatırlayıram ki, özü-
mü Vanyanın kreslosunun geniş hörmə dəstəsinin

83
üzərində oturmuş və artıq onun biləyini qamarlamış –
çoxdan yuxularıma girən o yasaqlanmış toxunuş –
halda buldum. O, qıpqırmızı oldu, gözləri qəfildən
göz yaşları ilə parıldamağa başladı. Tünd alt göz qa-
pağının parlaq nəmlə necə dolduğunu o qədər aydın
şəkildə gördüm ki. Eyni zamanda da gülümsəyirdi,
sanki misilsiz bir comərdliklə öz gözəlliyinin bütün
ifadələrini birdən mənə bəxş etmək istəyirdi. “Hə, ya-
zıq kişi”, – deyə sözə başladı, ancaq mən onun sözünü
kəsdim: “Daha belə davam edə bilməz, buna daha
dözə bilmərəm, – deyə mən gah onun qəfildən gərilən
biləyini tutaraq, gah da onun dizləri üzərindəki kitabın
itaətkar səhifəsini çevirərək dodaqaltı mızıldandım, –
sizə bir söz deməliyəm... İndi mənim üçün heç bir fər-
qi yoxdur, gedirəm və sizi bir daha görməyəcəyəm.
Sizə ürəyimdəkini deməliyəm. Axı siz məni tanımırsı-
nız. Axı mən, əslində, maska taxıram, həmişə bir mas-
kanın arxasında gizlənirəm...” “Tanrı sizə yar olsun, –
Vanya dedi, – mən sizi çox yaxşı tanıyıram və hər
şeyi görürəm, hər şeyi anlayıram. Siz yaxşı, ağıllı in-
sansınız. Gözləyin bir dəqiqə, dəsmalımı götürüm.
Üzərində oturmusunuz. Yox, yerə düşdü. Təşəkkür
edirəm. Xahiş edirəm, əlimi buraxın, mənə belə to-
xunmamalısınız. Xahiş edirəm, belə etməyin”.
Cidd-cəhdlə və qaşlarını gülməli şəkildə qaldıra-
raq yenə də gülümsəyirdi, sanki məni də gülümsəmə-
yə dəvət edirdi, ancaq mən artıq özümə nəzarəti itir-
mişdim, ətrafımda hansısa təsəvvüredilməz bir ümid

84
uçuşmaqda, mən sürətlə danışmağa davam etməkdə
idim və bütün bu müddət ərzində qollarımı, çiyinlə-
rimi elə sürətlə tərpəşdirirdim ki, kreslonun hörmə
dəstəsi altımda cırıldayırdı və bəzi anlarda Vanyanın
ipəkvari saç ayrımı düz mənim dodaqlarımın altına
uyğun mövqeyə gəlirdi və bu məqamda o, ehtiyatla
başını kənara çevirirdi.
– Həyatın özündən daha artıq, – mən tələsik de-
yirdim, – həyatın özündən daha artıq və çoxdan, çox-
dan, lap ilk andan etibarən...Və siz ilk insansınız ki,
mənə yaxşı insan olduğumu deyirsiniz...
– Lütfən, lazım deyil, – deyə Vanya xahiş edirdi.
– Sadəcə özünüzü və məni incidirsiniz. Yaxşısı budur,
mən sizə Roman Boqdanoviçin mənə necə eşqini
izhar etdiyini danışım. Bu elə məzəli idi ki...
– Cürət etməyin, – deyə mən çığırdım. – O təlxək
kimin vecinədir ki? Mən bilirəm, bilirəm ki, siz mə-
nimlə xoşbəxt olardınız. Və əgər mənim hansısa cəhə-
tim sizin xoşunuza gəlmirsə, dəyişərəm, sizin istəyini-
zə uyğun olaraq dəyişərəm.
– Sizinlə bağlı hər şey mənim xoşuma gəlir, –
Vanya dedi. – Hətta sizin poetik təxəyyülünüz də. Hət-
ta bəzən hadisələri şişirtməyiniz də. Ən əsası da, sizin
rəhmdilliyiniz, siz axı çox mərhəmətlisiniz və hamını
çox sevirsiniz və siz, ümumiyyətlə, elə məzəli və
sevimlisiniz ki. Ancaq yenə də, xahiş edirəm, əlimi tut-
maqdan əl çəkin, yoxsa elə indicə qalxıb gedəcəyəm.

85
– Deməli, hər halda ümid var, eləmi? – deyə mən
soruşdum.
– Yox, heç bir ümid yoxdur, – Vanya dedi. – Bu-
nu siz özünüz də yaxşı bilirsiniz. Üstəlik o, indilərdə
gəlməlidir.
– Siz onu sevə bilməzsiniz, – mən qışqırdım, –
bu, aldanışdır. O sizə layiq deyil. Mən sizə onun barə-
sində dəhşətli şeylər danışa bilərəm...
– Kifayətdir, kifayətdir, – Vanya dedi və qalxmaq
istədi.
Ancaq bu məqamda onun hərəkətini dayandırmaq
istəyəndə qeyri-ixtiyari və naqolay şəkildə onu qucaq-
ladım və koftasının yunlu hərarətindən duyduğum
hissiyyatdan daxilimdə əzablı və tutqun bir nəşə coş-
mağa başladı, mən hər şeyə, hətta ən mənfur işgəncə-
yə də hazır idim, ancaq, heç olmasa, bircə kərə onu
öpməli idim.
– Nəyə görə müqavimət göstərirsiniz? – deyə mən
kəkələyirdim. – Sizdən nə gedir ki? Sizin üçün bu
kiçik bir mərhəmət aktıdır, ancaq mənim üçünsə hər
şeydir.
Qollarımdan xilas olmağı bacardı və ayağa qalx-
dı. Öskürərək və gözlərini qıyıb mənə baxaraq eyva-
nın məhəccərinə tərəf çəkildi və səmanın hansısa ye-
rində son nota kimi sim səsini andıran müntəzəm bir
səs meydana gəldi. Artıq mənim itirəcəyim heç nə
yox idi. Demək istədiyim hər şeyi ona dedim, çığıra-
raq söylədim ki, Muxin onu sevmir və sevə də bilməz,

86
bizim ikilikdə yaşaya biləcəyimiz mümkün xoşbəxtli-
yin ecazkar perspektivini onun qarşısında sürətlə ay-
dınlatdım və axırda hiss edəndə ki, bax elə indicə hıç-
qırıb-ağlayacağam, nədənsə bayaqdan əlimdə tutdu-
ğum kitabı zərblə döşəməyə çırpdım, buradan getmək
üçün çevrilib Vanyanı balkonda küləklə, tutqun yaz
səması ilə, görünməz aeroplanın əsrarəngiz bas səsi
ilə həmişəlik təkbaşına qoydum.
Qonaq otağında, qapıdan çox da uzaq olmayan bir
yerdə Muxin oturmuşdu və siqaret çəkirdi. O məni
gözləri ilə yola saldı və sakitcə dedi: “Siz necə də
alçaq imişsiniz”. Mən soyuqqanlılıqla başımı əyərək
onu salamladım və çölə çıxdım.
Aşağıya – otağıma qayıdaraq şlyapamı götürdüm
və küçəyə tələsdim. Rastıma çıxan ilk gül mağazasına
girərək ayaqqabımın dabanlarını yerə vurub taqqıldat-
mağa və ucadan fit çalmağa başladım, çünki göründü-
yü qədəri ilə mağazada heç kim yox idi. Ətrafımdakı
çiçəklərin füsunkar və təravətli ətri nədənsə səbirsizli-
yimi şiddətləndirirdi. Vitrinin yan tərəfindəki güzgü
şüşəsində küçə uzanmağa davam edirdi, ancaq bu
uzantı xəyali idi: soldan sağa keçən avtomobil küçə
onu soyuqqanlılıqla gözləsə də, qəfildən gözdən itirdi,
onunla qarşı-qarşıya gələn başqa bir avtomobil də
gözdən itdi, zira onlardan biri sadəcə inikas idi. Nəha-
yət ki, satıcı qız meydana çıxdı. Böyük bir inciçiçəyi
buketi seçdim: çiçəyin şax zınqırovlarından su damcı-
layırdı, satıcının adsız barmağı əski ilə sarınmışdı, de-

87
yəsən, tikan batmışdı. Piştaxtanın arxasına keçdi, ka-
ğızları xışıldada-xışıldada uzun müddət orada əlləşdi.
Bir-birinə sıx bağlanmış saplaqlar nəsə qalın və möh-
kəm bir kütlə meydana gətirmişdi, heç vaxt düşün-
məzdim ki, inciçiçəyilər bu qədər ağır ola bilər. Qapı-
nın qulpundan yapışaraq onu itələyib açanda güzgü-
dəki yan tərəfdən əksimin mənə tərəf tələsə-tələsə
gəldiyini gördüm: əlində buket tutmuş təpəsi yumru
şlyapalı gənc adam. İnikasımla mən birləşib-qarışdıq,
küçəyə çıxdım.
Son dərəcə tələsirdim, kiçik addımlarla yüyür-
məkdə idim, inciçiçəyi nəmişliyinin buludcuğu ilə
sarmalanmış halda heç nə barədə düşünməməyə, can
atdığım o bəlli nöqtənin ecazkar, sağaldıcı gücünə
inanmağa çalışaraq kiçik addımlarla yüyürməkdə
idim. Bu, fəlakətin qarşısını almağın yeganə yolu idi.
Həyat – tanış əzablarla dolu olan, ağır və qaynar həyat
yenidən üzərimə axıb-tökülməyə və xəyaliliyimi ko-
budcasına təkzib etməyə hazırlaşırdı. Gerçək həyatın
birdən-birə bir röya olduğunun aşkara çıxması qor-
xuncdur, ancaq yüngül və qayğısız bir röya olduğunu
düşündüyün şeyin qəfildən gerçəkliyə bürünərək qatı-
laşıb-maddiləşməsi daha da qorxuncdur. Bu haləti
aradan qaldırmaq lazım idi və mən bunu necə etməli
olduğumu bilirdim.
Gəlmək istədiyim yerə çatanda nəfəs dərmədən
zəngi çalmağa başladım, elə çalırdım ki, sanki dözül-
məz susuzluğumu yatırmaqda idim, uzun müddət,

88
hərisliklə, vəcdlə çaldım. “Yetər, yetər, yetər”, – deyə
o, deyinə-deyinə qapını açdı. Kandardan içəriyə keçən
kimi onun üçün aldığım buketi əllərinə dürtdüm. “Ah,
necə də gözəldir!” – o dedi və azca özünü itirib ahıl
solğun-mavi gözlərini mənə zillədi. “Mənə minnət-
darlıq etməyin, – deyə mən sürətlə əlimi qaldıraraq çı-
ğırdım, – ancaq görün nə deyirəm, mənə keçmiş ota-
ğıma baxmağa icazə verin, sizə yalvarıram”. “Otağa?”
– deyə qoca qadın soruşdu. “Bağışlayın, təəssüf edi-
rəm ki, otaq boş deyil. Ancaq bu nə qədər də qəşəng,
nə qədər də xoş...” “Siz, deyəsən, məni düz başa düş-
mədiniz, – deyə mən səbirsizlikdən titrəyərək söylə-
dim. – Sadəcə otağa göz atmaq istəyirəm. Sadəcə bu-
nu. Başqa bir şey istəmirəm. Bax sizin üçün çiçəklər
gətirmişəm. Sizdən xahiş edirəm. Yəqin ki, oranın sa-
kini də indi işdədir...”
Məharətlə yanından sivişib dəhliz boyunca qaç-
mağa başladım, o da arxamca gəldi. “Ay Allah, otağı
kirayə götürüblər axı, – deyə qarı təkrarlamaqda idi. –
Həkim Hibelin otağı tərk etmək niyyəti heç yoxdur ki.
Otağı sizə kirayə verə bilmərəm ki”.
Qapını dartıb açdım. Mebellərin yeri azca dəyiş-
dirilmişdi, əlüzyuyanın içində başqa bir dəsti durmuş-
du; arxasındakı divarda üzəri diqqətlə malalanmış də-
liyi tapdım, hə, mən onu tapdım və əlimi ürəyimə sı-
xaraq gülləmin gizli izinə baxıb dərhal rahatladım. O,
həqiqətən öldüyümün sübutu idi, beləliklə, dünya sa-
kitləşdirici əhəmiyyətsizliyini dərhal yenidən qazandı,

89
indi mən təzədən güclənirdim, heç nə məni incidə
bilməzdi, keçmiş həyatımın ən qorxulu kölgəsini belə
xəyal gücümün bircə zərbəsi ilə oyada, canlandıra
bilərdim.
Yaşlı qadına ləyaqətlə təzim edərək vaxtilə bir
adamın ölümcül yayı basıb-buraxdıqda önə əyilib iki-
qat olduğu otaqdan çıxdım. Ön dəhlizdən keçərkən
masanın üzərində aldığım buketi gördüm və kütbeyin
qoca arvadın bu cür bahalı hədiyyəyə çox az layiq ol-
duğunu öz-özümə düşünərək guya fikrim dağınıqmış
kimi gedə-gedə onu qamarladım. Hətta fikirləşdim ki,
onu, məsələn, Vanyaya kədərli yumorla dolu bir mək-
tubla göndərə bilərəm... Çiçəklərin nəmli təravəti
xoşuma gəlirdi, nazik kağız yer-yer yırtılmışdı və so-
yuq, yaşıl saplaqları barmaqlarımla sıxanda yoxluğa
gedərkən məni müşayiət edən şırıltını xatırladım. Tə-
ləsmədən səkinin kənarı ilə yeriməkdə idim və gözlə-
rimi qıyaraq elə təsəvvür edirdim ki, guya dərin bir
uçurumun kənarı ilə gedirəm. Birdən arxadan kiminsə
məni səslədiyini eşitdim.
“Cənab Smurov”, – deyə o, ucadan, ancaq tərəd-
düdlə məni çağırdı. Adımı eşitdikdə bir ayağımı döşə-
nmiş yola qeyri-iradi salaraq səsə tərəf çevrildim.
Matildanın əri Kaşmarin müdhişanə tələsə-tələsə əlini
mənə uzadaraq sarı əlcəyini çıxartmaqda idi. Həmin
bədnam əl ağacı əlində yox idi və nəsə dəyişmişdi, –
kökəlmişdimi, görəsən – sifətində utanc duyduğunu
bildirən ifadə vardı, iri, cilasız dişləri eyni zamanda

90
həm mənə xitabən qımışır, həm də höcət əlcəyə xita-
bən qıcırdayırdı. Nəhayət ki, gərilmiş əli mənə doğru
fışqırdı. Qəribə bir taqətsizlik hiss etdim, riqqətə gəl-
mişdim, hətta hiss etdiyim sızıltıdan gözüm dolmağa
başladı. “Smurov, – deyə o, sözə başladı, – sizə rast
gəldiyim üçün necə şad olduğumu təsəvvür edə bil-
məzsiniz. Sizi dəli kimi axtarırdım, heç kim sizin
ünvanınızı bilmirdi”.
Bu məqamda keçmiş həyatımdan gələn bu xəya-
latı həddən artıq nəzakətlə dinlədiyimin fərqinə
vardım və bir balaca onun ağzından vurmağa qərar
verərək belə dedim: “Sizinlə danışacağım heç bir
mövzu yoxdur. Hələ mənə minnətdarlıq edin ki, sizi
məhkəməyə vermədim”. “Smurov, – deyə o, səsini
uzada-uzada, təqsirkarcasına sözünə davam etdi, –
mən axı sizdən alçaq qeyzimə görə üzr istəmək istə-
yirəm. Sizinlə baş verən o ciddi söz-söhbətimizdən
sonra özümə yer tapa bilmirdim. Özümü dəhşətli də-
rəcədə pis hiss edirdim. Sizə bir centlmen kimi
centlmencəsinə etiraf etməyimə icazə verin: bilir-
sinizmi, mən sonralar öyrəndim ki, siz nə birinci, nə
də axırıncı imişsiniz və onu boşadım, hə, boşadım”.
– Bizim aramızda heç bir söhbət ola bilməz, –
mən dedim və yoğun, soyuq buketimi dərindən qoxu-
ladım.
– Ah, bu qədər kinli olmayın, – deyə Kaşmarin
qışqırdı. – Yaxşı, məni vurun, mənə yaxşı bir yumruq
vurun, sonra barışaq. İstəmirsizmi? Bax siz gülürsü-

91
nüz, bu, yaxşıya işarədir. Üzünüzü çiçəklərin arxasın-
da gizlətməyin, görürəm, gülümsəyirsiniz. Demək
belə, indi iki dost kimi danışa bilərik. İcazə verin, siz-
dən soruşum: “Nə qədər qazanırsınız?”
Mən hələ bir müddət də qaşqabaq salladım, sonra
cavab verdim. Bütün bu müddət ərzində bu adama
mütəəssir olduğumu bildirən nəsə xoş bir söz söylə-
mək arzumu sıxıb-saxlamağa məcbur qalmışdım.
– Baxın, – deyə Kaşmarin söhbətə başladı. – Sizi
bir işə düzəldəcəyəm və o işdə indi aldığınız maaşın
üç mislini alacaqsınız. Sabah “Monopol” mehman-
xanasına, mənim yanıma gəlin. Sizi bir adamla tanış
edəcəyəm. Rahat işdir, İtaliyaya, Rivyeraya səfərlər
də olur. Avtomobil işidir. Gələcəksiniz, eləmi?
Necə deyərlər, təklifi lap yerinə düşmüşdü. Vayn-
ştok və kitabları məni çoxdan təngə gətirmişdi. Mən
yenə də soyuq çiçəkləri öz məmnunluğumu və minnət-
darlığımı onların arxasında gizləyə-gizləyə iylədim.
– Fikirləşərəm, – dedim və asqırdım.
– Sağlam olun, – deyə Kaşmarin ucadan söylədi.
– Elə isə unutmayın. Sabah. Sizə rast gəldiyim üçün o
qədər şadam, o qədər şadam ki.
Ayrıldıq. Burnumu buketin içinə soxmuş vəziy-
yətdə sakitcə yeriməyə davam etdim.
Kaşmarin də özü ilə başqa bir Smurov obrazını
apardı. Hansı obraz olduğunun nə təfavütü var? Mən
onsuz da yoxam ki. Sadəcə məni əks etdirən minlərlə
güzgü var. Hər yeni tanışlıqla mənə bənzəyən xəyalat-

92
ların nüfusu artır. Onlar haralarda isə yaşamaqda,
haralarda isə artıb-çoxalmaqdadırlar. Mən özümsə
mövcud deyiləm. Ancaq Smurov hələ uzun müddət
yaşayacaq. O iki oğlan – mənim şagirdlərim yaşlana-
caqlar və mənim hansısa obrazım inadcıl bir parazit
kimi onların içində yaşayacaq. Və gün gələcək məni
xatırlayan son insan da öləcək. Bəlkə də, mənimlə
bağlı hansısa təsadüfi hekayə, iştirak etdiyim, adımın
çəkildiyi hansısa bəsit lətifə o adamdan oğluna, ya da
nəvəsinə keçəcək, beləliklə, mənim adım, xəyalatım
hələ bir müddət də sayrışacaq, orada-burada yanıb-
sönəcəkdir. Sonra isə hər şey sona çatacaq.
Yenə də xoşbəxtəm. Hə, hə, xoşbəxtəm. And içi-
rəm, and içirəm ki, xoşbəxtəm. Başa düşdüm ki, bu
dünyada yeganə xoşbəxtlik müşahidə etmək, izləmək,
diqqətlə özünə, digərlərinə tamaşa etməkdir, heç bir
nəticə çıxarmadan sadəcə gözlərini zilləyib tamaşa
etmək. And içirəm ki, bu, xoşbəxtlikdir. Eybi yox,
qoy mən öz-özlüyümdə az-maz bayağı, az-maz alçaq
olum, eybi yox, qoy heç kəs məndə olan yaxşı cəhət-
ləri – mənim təxəyyülümü, erudisiyamı, ədəbi iste-
dadımı görməsin, qiymətləndirməsin... Mən yenə də
gözümü zilləyib özümə baxa bildiyim üçün xoşbəx-
təm, zira hər insan maraqlıdır, həqiqətən də, maraqlı-
dır! Qoy dünya nə qədər istəyirsə, əlləşsin, məni yenə
də təhqir edə bilməz, aşağılaya bilməz, məni heç nə
incidə bilməz. Onun başqasına ərə getməyini niyə
dərd edim ki? Gecələr onunla ürək parçalayan görüş-

93
lərim olub və onun əri heç vaxt mənim onunla yaşadı-
ğım bu yuxulardan xəbər tutmayacaq. Bax budur eş-
qin ən yüksək nailiyyəti. Mən xoşbəxtəm, bəli, xoş-
bəxtəm, xoşbəxt olduğumu daha nə cür sübut etməli-
yəm, daha nə cür hayqırmalı, daha nə cür bəyan et-
məliyəm ki, siz hamınız, nəhayət, inanasınız, ey sizi
amansız, zalım, lovğa insanlar...

94
Çapa imzalanmışdır: 12.07.2023
Formatı:84×108 1/32
Həcmi: 6 ç.v.
Sifariş: 188
Sayı: 100
__________________________________

«ADİLOĞLU» nəşriyyatında çapa hazırlanmış


və ofiset üsulu ilə çap edilmişdir.

Ünvan: Bakı şəh., Nəsimi ray., Tbilisi pr.,


3007-ci məhəllə., 44 C
Теl.: (050) 593 27 77;
Е-mail: adiloglu2000@gmail.cоm

You might also like