You are on page 1of 13

DƏRS 3 BƏXTİYAR ƏLİYEV

055 766 15 05

Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan


səriştələr

Sual : Səriştə nə deməkdir, mənası nədir ?

Cavab : Hər hansı bir işə bələd olmaq, bir işi bacarmaq,
təcrübəli və bacarıqlı olmaq.

Sual : Bəs bu səriştə insanlarda necə formalaşır, necə inkişaf


edir ?

Cavab : Səriştə təhsil prosesində (ümumi təhsil səviyyəsində


tədris olunan fənlər və dərsdənkənar məşğələlər vasitəsilə) və
həyatda öyrəndiklərimizlə formalaşdırılır.

Ümumi təhsil pilləsində səriştələr 3 istiqamətdə formalaşır :

1. Təfəkkürlə bağlı səriştələr - insanın fikirləşmək, düşünmək


və nəticə çıxarmaq bacarığı

2. Fəaliyyətlə bağlı səriştələr - insanın zehni, psixi, həm də fiziki


aktivliyi

3. Dəyərlər əsasında formalaşan səriştələr - cəmiyyət


tərəfindən fiziki və mənəvi varlığına inanıb qəbul etdilən
ortaq inanclar.
1. Təfəkkürlə bağlı səriştələr :

 1. yaradıcılıq (kreativlik)

 2. tənqidi təfəkkür

 3. problem həlletmə

 4. qərar qəbuletmə

 5. müstəqil öyrənmə

2. Fəaliyyətlə bağlı səriştələr :

 1. ünsiyyət

 2. əməkdaşlıq

 3. rəqəmsal savadlılıq

 4. informasiya savadlılığı

 5. maliyyə savadlılığı

3. Dəyərlər :

 1. milli kimliyin dərki və milli iftixar hissi

 2. fəal vətəndaş mövqeyi

 3. şəxsi və sosial məsuliyyət

 4. demokratiya və insan hüquqlarına hörmət

 5. mədəni müxtəlifliyə hörmət.


TƏFƏKKÜRLƏ BAĞLI SƏRİŞTƏ

1. Yaradıcılıq (kreativlik) :

 əşyalardan qeyriadi formada istifadə edir:

 mövcud olanlara orijinal əlavələr və düzəlişlər edir

 qeyri-standart yanaşma nümayiş etdirir

Düzgün və düzgün olmayan kəsrin izahı Əyləncəli dərslər


 innovativ layihələr hazırlayır : (gənc alimlər və s. layihələr)

2. Tənqidi təfəkkür :

 bildiyi və yeni informasiya arasında eyniliyi və fərqləri


müəyyənləşdirir

 fikrini əsaslandırmağı bacarır

Misal : müəyyən müzakirələr, debatlar zamanı öz fikrini ifadə


edir və mövzuya münasibət bildirir. Eyni zamanda səsləndirdiyi
fikri izah edərək özünə məxsus tərzdə əsaslandırır.
 təhlil edilən məsələlərdə uyğunsuzluqları və ziddiyyətləri
müəyyən edir

Misal : hər hansı bir məsələni müzakirə edən zaman mövzuya


aid olan (uyğun olan) və mövzudan kənar (ziddiyyətli) fikirləri
və prosesləri müəyyənləşdirməyi bacarır.

 qiymətləndirmə zamanı dəlillərə və dəyərlərə əsaslanır

Misal : yoldaşları ilə bağlı fikir bildirərkən, ətrfda baş verənləri


qiymətləndirərkən əsaslı dəlillərə istinad etməli və qarşı tərəfə
hörmətlə yanaşmalıdır.

3.Problem həlletmə :

 problemin həlli ilə bağlı ehtimallar irəli sürə bilir

Misal : problemin həlli ilə bağlı fikirlər irəli sürür və problemin


həll yolları axtarır.

 problemin həlli üçün alqoritmlər qurur

Qeyd : alqoritm - verilmiş hər hansı məsələnin həlli üçün yerinə


yetiriləcək əməliyyatlar ardıcıllığıdır.
 problemin optimal həlli yollarını müəyyən edir

Qeyd : Şagird problemə düzgün və fərqli baxış pəncərəsindən


baxdıqda, optimal (yəni ən əlverişli və uyğun olan) həll yollarını tapır.

 problemli situasiyalarda emosional sabitlik nümayiş etdirir,


problemi konstruktiv şəkildə həll edir.

Qeyd : emosya - insanın keçirdiyi hisslərdir : sevinc, həyacan,


qorxu, təəccüb və s.

konstruktiv şəkildə - yaradıcı və ən uyğun formada.


4. Qərar qəbuletmə :

 qərar qəbuletmədə iştirak edir


 qərarlarının müsbət və mənfi nəticələrini proqnozlaşdırır
 qərar qəbulunda prioritetlərə (əsas, birincilik) əsaslanır
 əsaslandırılmış qərarlar qəbul edir və nəticəsi üçün
məsuliyyət daşıyır

5. müstəqil öyrənmə :

 müstəqil öyrənməyə maraq nümayiş etdirir


 öyrənmə mənbələrini (müşahidə, insanlar, kitablar, internet
və s.) ayırd edir
 öz öyrənmə fəaliyyətini müəyyənləşdirə, istiqamətləndirə,
tamamlaya bilir
 öz öyrənmə fəaliyyətinin keyfiyyətini qiymətləndirir
FƏALİYYƏTLƏ BAĞLI SƏRİŞTƏLƏR

1. Ünsiyyət :

 ünsiyyət etiketlərinə riayət edir ( şəkil 1 və 2 )


 öz fikirlərini ifadə etməyi və digərlərini dinləməyi bacarır
(şəkil 3 )
 ana dilində və xarici dildə ünsiyyət qurur ( şəkil 4 )
 ana dilində və xarici dildə fikirlərə münasibət bildirir,
mülahizələrini əsaslandırır ( şəkil 4 )

Şəkil 1 Şəkil 2

Şəkil 3 Şəkil 4
2. Əməkdaşlıq :

 kollektiv fəaliyyətdə iştirak qaydalarına bələddir


 kollektivdə işləməyi bacarır
 kollektivin ortaq məqsədləri üçün çalışır
 kollektivdə birgə fəaliyyət və liderlik bacarıqları nümayiş
etdirir

3. Rəqəmsal savadlılıq :

 İnformasiya-kommunikasiya texnologiyalarını (İKT) tanıyır və


fərqləndirir (şəkil 1)
 İKT-dən ilkin istifadə bacarıqları nümayiş etdirir
 İKT-nin imkanlarından məqsədyönlü istifadə edir
 Cəmiyyətin həyatında İKT-nin əhəmiyyətini dəyərləndirir, fəal
istifadəçi bacarıqları nümayiş etdirir
4. İnformasiya savadlılığı :

 informasiya barədə ilkin biliklərə malikdir


 informasiya axtarmağın və toplamağın yollarını bilir
 informasiyanın xassələrini nəzərə almaqla, onu emal və
istifadə edir
 informasiyadan fəaliyyətində məqsədyönlü istifadə edir

5. Maliyyə savadlılığı :

 pul və qənaət barədə məlumatlıdır


 şəxsi büdcəsindən səmərəli istifadə edir
 səmərəli istehlak davranışı nümayiş etdirir, resurslardan
qənaətlə istifadə edir
 iqtisadi layihələr qurur, sahibkarlıq ideyaları irəli sürür
DƏYƏRLƏRLƏ BAĞLI SƏRİŞTƏ

1. milli kimliyin dərki və milli iftixar hissi :

 dövlət rəmzlərini tanıyır


 dövlət rəmzlərinə hörmət nümayiş etdirir
 azərbaycançılıq ideyalarını mənimsədiyini nümayiş etdirir
 azərbaycançılıq ideyalarını təbliğ edir

Qeyd : Azərbaycançılıq ideyaları - müstəqil, suveren, sivil,


hüquqi və demokratik dövlət olması.

2. Fəal vətəndaş mövqeyi :

 yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır


 dövlət və dövlətçilik ənənələri barədə məlumatlıdır
 dövlət maraqlarının müdafiəsində öz rolunu dərk edir
 dövlət maraqlarını müdafiə edir
3. Şəxsi və sosial məsuliyyət :

 davranış mədəniyyəti haqqında məlumatlıdır


 şəxsi məsuliyyətini dərk edir
 şəxs-cəmiyyət münasibətlərini şərh edir, cəmiyyət qarşısında
məsuliyyətini dəyərləndirir
 cəmiyyət qarşısında məsuliyyətini şərh edir, sosial
layihələrdə iştirak edir, könüllülük fəaliyyəti ilə məşğul olur

4. Demokratiya və insan hüquqlarına hörmət :

 insan hüquqları barədə təsəvvürə malikdir


 öz hüquqlarını və vəzifələrini bilir, digər insanların hüquq və
vəzifələrinə hörmət nümayiş etdirir
 insan hüquq və azadlıqlarının mahiyyətini dərk edir
 insan hüquq və azadlıqlarını müdafiə edir

Qeyd : Hər il 18 iyun Azərbaycanda, 10 dekabr tarixində isə


ümumdünya “İnsan hüquqları günü” kimi qeyd olunur.
5. Mədəni müxtəlifliyə hörmət :

 mədəni müxtəliflik barədə məlumatlıdır


 mədəni müxtəlifliyi (müxtəlif etnik qruplar, dillər, dinlər,
irqlərə mənsub insanlar) qəbul edir
 birgə yaşayış qaydalarına əməl edir
 ayrı-seçkiliyin yolverilməzliyini əsaslandırır

Qeyd : mədəni müxtəliflik - fərqli mədəniyyətdən olan


insanların bir arada yaşaması.

You might also like