Professional Documents
Culture Documents
Azerbaycan Dili Qaydalar P.Xələfova
Azerbaycan Dili Qaydalar P.Xələfova
Fonetika yunanca fone (səs), tika (elm) sözlərindəndir. Fonetika dilçiliyin bir bölməsi olub, dildəki danışıq
səslərini, onların əmələ gəlməsini, inkişafını və xüsusiyyətlərini öyrənir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səsləri danışıq üzvləri vasitəsilə
yaranır. Danışıq üzvləri 2 yerə ayrılır:
Fəal danışıq üzvləri: Qeyri-fəal danışıq üzvləri:
1. Dil 1. Ağ ciyərlər
2. Dodaqlar 2. Nəfəs borusu
3. Səs telləri 3. Qırtlaq
4. Burun boşluğu
5. Ağız boşluğu
6. Dişlər
Danışıq səsləri öz ifadəsini yazıda hərflərdə tapır.
Sözün hərf və səs tərkibi kəmiyyət və keyfiyyətcə eyni və fərqli ola bilər: “qələm” sözündəki səs və hərf
həm kəmiyyət, həm də keyfiyyətcə eynidir: [qələm]. “Neftçi” sözündə səslər kəmiyyətcə hərflərdən
fərqlənir, yəni səs hərfdən azdır: neftçi [nefçi]. “Uşaq” sözündə səslə hərf kəmiyyətcə eyni: ( 4 hərf, 4
səs), keyfiyyətcə fərqlidir, yəni sonuncu hərf başqa səslə deyilir: uşaq [uşax].
Yaranarkən ağız boşluğunda maneəyə rast gəlib-gəlməməsinə görə danışıq səsləri iki yerə bölünür:
1. Saitlər
2. Samitlər
Saitlər
Saitləri tələffüz edərkən hava axını ağız boşluğunda ciddi maneəyə rast gəlmir. Saitlərin əsas
xüsusiyyətləri aşağıdakılardır:
2. Heca yaradır.
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [o], [ö], [ı], [i], [u], [ü]
Saitlərin təsnifi
Saitlər əmələgəlmə yerinə görə aşağıdakı kimi təsnif olunur:
Qoşasaitli sözlər
Dilimizdə elə sözlər var ki, onlarda iki sait yanaşı işlənir. Bu sözlərə qoşasaitli sözlər deyilir. Həmin
sözlərin yazılış və deyilişi, əsasən, fərqlənir.
Qoşasaitli sözləri iki qismə ayıraraq, onların yazılış və tələffüz fərqini nəzərdən keçirək:
I Eynicinsli qoşasaitli sözlər. Belə sözlərdə qoşa sait bir uzun sait kimi tələffüz olunur:
maaş [ma:ş]
təbii [təbi:]
əmtəə [əmtə:]
Səidə [Səyidə]
ailə [a:yilə]
təbiət [təbiyət]
radio [radiyo]
təqaüd [təqayüt]
məişət [məyişət]
2. Tələffüz zamanı saitlərdən birincisinin düşməsi, ikincisinin bir qədər uzun tələffüz olunması:
Səadət [sa:dət]
müəllim [mə:llim]
müalicə [ma:licə]
arxeologiya [arxiyalogiya]
teatr [tiyatr]
okean [okiyan]
maneə [maniyə]
4. Xalaoğlu, əmioğlu, dayıoğlu, bacıoğlu, Əliağa, əliaçıq kimi mürəkkəb sözlərdə qoşa saitlərdən biri
düşsə də, digəri uzanmır:
Sauna, fauna, raund, xaos, məcmuə, sual, mətbuat, aktual, memuar, burjua, kakao, seans, fəal, qənaət
[qəna:ət], qiarət [qira:ət], şüacət [şüca:ət], riayət [ria:yət], bəraət [bəra:ət] və s.
[ı], [ü] saitlərindən başqa, qalan saitlər sözün ilk, orta və sona hecasında uzun tələffüz oluna bilər.
[A:rif] [Tu:si] [mö:təbər] [si:ma] [e:lan] [mə:na] [səda:qət] [ümu:mi] [qəsi:də] [təra:nə] və s.
Qeyd: Bəzi alınma sözlər bu qaydaya tabe olmur, yəni tələffüzdə dəyişiklik olmur:
zövq, şövq, sövq, dövran, dövriyyə, dövrə, plov, mövzu, mövqe, ovçu, dövr, ovlaq[x], bütöv
Kar samitləri tələffüz edərkən səs telləri qeyri-fəal olur, bu səslər yalnız küydən ibarət olur.
Cingiltili: [b], [c], [d], [g], [ğ], [j], [q], [l], [m], [n], [r], [v], [y], [z]---
Kar: [p], [ç], [t], [k], [x], [ş], [k’], ------------------ --[f], [x’], [s], [h]
Qeyd: Kar samitləri unutmamaq üçün bu cümləni yadda saxlayın: Xasaf paşa çok hasta [x’], [ k’]
Təkhecalı sözlərin sonunda işlənmiş “k” hərfi həm [k], həm də [k’] kimi tələffüz edilir:
Sonu “k” ilə bitən çoxhecalı alınma sözlər də [k] və [k’] ilə tələffüz edilir.
Əsasən, milli mənşəli çoxhecalı sözlərin sonundakı “k” hərfi [x’] kimi tələffüz edilir.
Alınma sözlərin sonundakı “q” [k’] kimi deyilir, saitlə başlanan şəkilçi qoşulduqda q-ğ əvəzləməsi baş
vermir.
doqquz [dok’quz]
saqqız [sak’qız]
kk ilə yazılanlar [kg] kimi tələffüz edilir:
Məkkə [Məkgə]
mütəkkə [mütəkgə]
hətta [hətda]
əlbəttə [əlbətdə]
tappıltı [tapbıltı]
toppuz [topbuz]
əziyyət [əziyət]
vəziyyət [vəziyət]
səlahiyyət [səlahiyət]
® Qoşa “yy” samiti –iyyət,-iyyə şəkilçisinin tərkibində olarsa, bir [y] ilə deyilir:
ziddiyyət [ziddiyət]
qeydiyyat [qeydiyat]
bəşəriyyət [bəşəriyət]
bələdiyyə [bələdiyə]
dövriyyə [dövriyə]
qəyyum, niyyət, Xəyyam, səyyah, səyyar, niyyət, hədiyyə, Eyyub, Teyyub, qiyyə
® Elə sözlər var ki, bir “y” ilə yazılır, bir [y] ilə deyilir:
Eynicinsli qoşa bb, cc, dd, ff, ll, mm, nn, rr, vv, ss, şş, zz ilə yazılan sözləri tələffüz edərkən qoşa samitlər
dəyişmir, yazıldığı kimi deyilir. Məsələn: Abbas, münəccim, güllə, addım, şəffaf, Allah, xammal, əvvəl,
mühərrir, qüvvə, vanna, ləzzət, müəşşər və s.
Sözün ortasındakı “n” samitindən sonra “m”, “b” samitləri gələrsə, “n” samiti [m] kimi tələffüz edilir:
Qeyd: Elə sözlər var ki, “m” ilə yazılır və [m] ilə də tələffüz olunur:
Sözün sonundakı samitin kar və ya cingiltili olduğunu bilmək üçün həmin sözə saitlə başlayan şəkilçi
artırmaq lazımdır. Sonu “d”, “g”, “b”, “c” ilə bitən sözlərin tələffüzündə son samit karlaşır:
Bu tipli sözlərdən sonra saitlə başlayan söz və ya şəkilçi gələrsə, sözün sonundakı samit cingiltili deyilir.
Samitlə başlayan söz və ya şəkilçi gəldikdə isə kar tələffüz olunur. Məsələn:
Dilimizdə ərəb dilindən keçən, eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər var: xətt, həll, sirr, hiss, tibb,
rədd, həzz və s. Belə sözlərə samitlə başlanan şəkilçi qoşulduqda kökdəki son samitlərdən biri düşür:
Sait səslər heca yaradan səslərdir. Sözdəki hecalar saitlərin sayına görə müəyyən edilir. Məsələn:
Ahəng qanunu
Sözdə incə və ya qalın saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanunu Azərbaycan dili
üçün çox mühümdür. Bu qanunu bəzən türk dillərinin dəmir qanunu adlandırırlar. Saitlərin iki cür ahəngi
var:
Ahəng qanunu kök və şəkilçi qovuşuğunda daha möhkəmdir. Hər sözə dilimizə məxsus şəkilçi artırılarkən
sözün son hecasındakı sait nəzərə alınmalıdır.
Azərbaycan dilində ahəng qanunu sabit və möhkəm olsa da, əsl Azərbaycan sözlərindən bir neçəsi ahəng
qanununa tabe deyil. Məsələn: ilğım, işıq, ilan, ilxı, inam, inanmaq, ildırım, ilıq, işarmaq, iraq, işıldamaq,
quzey, tikan, elat və s.
Vurğu
Azərbaycan dilinin fonetik sistemində yer tutan anlayışlardan biri də vurğudur. Vurğunun,
Heca vurğusu
Sözdə hecalardan birinin digərinə nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu
düşən heca vurğulu heca adlanır. Dilimizdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Söz şəkilşi
qəbul edərkən vuğu şəkilçinin üzərinə keçir.
Bəzən vurğu sözdə sabit qalır, yəni şəkilçi üzərinə keçmir. Bu, iki halda olur:
II Sözə vurğu qəbul etməyən şəkilçi qoşulduqda vurğu şəkilçi üzərinə keçmir.
1.Soyad düzəldən –ov, -yev, -ova, -yeva, isim düzəldən –gil şəkilçiləri
Qeyd 2: Şühudi keçmiş zamanda, əmr və şərt şəkillərində –lar2 şəxs şəkilçisi vurğuludur. Məsələn:
gəldilə’r, gəlsinlə’r, gəlsələ’r
3. Zərf düzəldən –la2, -casına2, -ca2, -ən Məsələn: zo’rla, igi’dcəsinə, qə’flətən, ingili’scə, qə’sdən
-la2 feil düzəldən şəkilçi kimi işləndikdə vurğu qəbul edir. Məsələn: başla’, irəlilə’
-ca2 ədat kimi işləndikdə vurğu qəbul edir. Məsələn: körpəcə, xırdaca
4. İdi, imiş, isə hissəciklərinin qısalmış formaları. Məsələn: gəli’rmiş, gəli’rdi, baxaca’qsa
9. ilə qoşma və bağlayıcısının şəkilçiləşmiş forması. Məsələn: ana’mla, səni’nlə, qələ’mlə dəftər
Qeyd: Sifətin çoxaltma dərəcəsinin yaranmasında fəal iştirak edən m, p, r, s ünsürlərini qəbul etmiş
sözlərdə vurğu birinci hecaya düşür. Məsələn: qırmızı-qı’pqırmızı, doğru-do’sdoğru, sarı-sa’psarı və s.
Qeyd: Xitablarda vurğu, adətən, bir vahid əvvəlki hecaya keçir. Məsələn:
E’ldar, dərsi oxumusan? Müə’llim, mən də gəlim?
Cümlədəki sözlərin birinin digərlərinə nisbətən qüvvətli tələffüz edilməsinə məntiqi vurğu deyilir.
Məsələn: Qardaşım şəhərdən dünən gəlib. Məntiqi vurğulu söz danışıq zamanı cümlənin müxtəlif
yerlərində işlənə bilir, amma dilimizin təbiətinə uyğun olaraq çox vaxt xəbərin əvvəlində yerləşir.
Hiss həyəcanların ifadəsi üçün cümlədə sözün, yaxud ifadənin qeyri-adi şəkildə tələffüzünə həyəcanlı
vurğu deyilir.
2. Əgər sözdə uzanan sait varsa, vurğu uzanan saitdən sonrakı hecaya düşür: ali’m, ela’n və s. Amma bir
sıra sözlər var ki, onlarda uzanan saitlə vurğu eyni hecaya düşür: bə’zi, bə’zən, bə’li, yə’ni, la’kin, so’nra,
da’im, da’ima (bəzi sözü həm vurğu, həm də uzun saitə tələffüzə görə dəyişən sözdür)
3. Əgər söz “o” ilə yazılıb tələffüzdə “a” ilə deyilərsə vurğu son hecaya düşür: konfe’t, moto’r. Əgər “o”
tələffüzdə “a”ya çevrilmirsə vurğu ilk hecada qalır: o’rder, o’braz, o’çerk, o’ptika, o’rden, ko’mpas, o’pera
və s.
4. –loq sonluğu insan anlayışı bildirirsə vurğu qəbul etmir: filo’loq, türko’loq, psixo’loq, geo’loq, astro’loq
və s.Digər hallarda vurğu –loq sonluğunun üstünə düşür: monolo’q, dialo’q, epilo’q və s.
5. –logiya sonluqlu sözlədə vurğu “lo”nun üzərinə düşür: zoolo’giya, frazeolo’giya, ekolo’giya
6. –tor, -ika, -iya, -siya, qraf, -metr sonluqlu sözlərdə vurğu bu sonluqlardan əvvəlki hecaya düşür:
nova’tor, tra’ktor, opera’tor, naviqa’siya, inve’rsiya, aka’siya, impe’riya, bakte’riya, leksiko’qraf,
omo’qraf, dina’mika, dia’metr və s. (istisna: dramaturgiya, motor, teleqraf)
7. –izm, -ist, -fon, -skop sonluqlu sözlərdə vurğu son hecanın üzərinə düşür: humani’zm, jurnali’st,
telefo’n, telesko’p və s.
8. –teka sonluqlu sözlərdə vurğu axırdan II hecaya, yəni “te”nin üzərinə düşür: diskote’ka və s.
9. Sonu “o, e, i” saitləri ilə bitən sözlərdə vurğu çox zaman həmin saitlərdən əvvəlki hecaya düşür: ko’fe,
a’rqo, emba’rqo, ko’nqo və s.
10. Bəzi sözlərdə yalnız “a” saitinin iştirak etdiyi 3 və ya daha çox hecalı sözlərdə vurğu axırdan II hecaya
düşür: palata, Pana’ma, Hava’na, Alaba’ma və s.
11. Sonu –al ilə bitən sözlərdə vurğu çox zaman” –al”ın üzərinə düşür: fundamenta’l, funksiona’l (istisna:
ma’rşal)
12. Sonu –ik və -ma ilə bitən sözlər daha çox vurğusu dəyişməklə mənası dəyişən sözlər olur: gəlmə’
adam – evə gə’lmə (qeyd: -ma inkarlıq şəkilçisi kimi vurğu qəbul etmir: Əti qovu’rma; feildən isim
düzəldən leksik şəkilçi kimi vurğu qəbul edir: Anam qovurma’ bişirdi.)
13. İki müxtəlif sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlərdə vurğu çox zaman II sözün son
hecasına düşür: günəbaxa’n, istio’t və s. Amma bəzi sözlər var ki, onlarda vurğu ilk hecaya düşür:
A’ğdam, A’ğdaş, Gö’yçay, Gö’ygöl, A’ğsu, ta’ybatay, nö’vbənöv, qızı’lgül, Qara’bağ, Qara’dağ və s.
Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə hər sözün öz vurğusu olur: qoşa’-qoşa’, asta’-asta’ və s.
14. “m, p, r, s” ünsürlü çoxaltma dərəcəli sözlərdə vurğu I hecaya düşür: qa’pqara, gö’mgöy, ma’smavi,
tə’rtəmiz, bo’mboz və s.
Qeyd: qalstuk, sintaksis, yarmarka, ellipsis, firma, ferma, forma, qamma, palma – bu sözlərdə vurğu I
hecaya,
defis, kassir, esse, relyef, kreslo, iyun, iyul – sözlərdə vurğu II hecanın üzərinə düşür.
Leksika
Dilçilik elminin lüğət tərkibini, yəni lekikasını öyrənən bölməsi “Leksikologiya” adlanır. Leksika dilin lüğət
tərkibi, dildəki bütün sözlərin cəmi mənasında başa düşülür.
Sözün məzmununu onun leksik mənası təşkil edir. Sözün leksik mənası əşyanı, əlamət və keyfiyyəti,
miqdarı, hərəkəti, istiqaməti və s. təsəvvürdə canlandırır, onlar barədə dəqiq anlayış yaranmasına imkan
verir.
Hansı sözlərin leksik mənası var? Söz deyilərkən söhbətin nədən getdiyi anlaşılırsa, deməli, bu sözün
leksik mənası var. Yəni ağıla gələn ilkin təsəvvür məhz sözün leksik mənasıdır. Məsələn:
Azərbaycan dilində əsas nitq hissələrinin leksik mənası olduğu halda, köməkçi nitq hissələrinin,
şəkilçilərin, hissəciklərin müstəqil leksik mənası olmur.
4. Sözü əmələ gətirən hissələri izah etməklə. Bu yolla, əsasən, düzəltmə və mürəkkəb sözlərin leksik
mənalarını izah etmək olar.
Məsələn: bəstəboy sözünü götürək. “Boy”un mənası aydındır, “bəstə” sözü isə fars dilində “bağlı” sözü
ilə yanaşı, “bir qədər alçaq” mənasını da verir. Bəstəboy məhz bu ikinci məna ilə bağlıdır. Dilimizdə
“alçaqboylu” mənasında işlənir.
Sözün qrammatik mənası dedikdə nəzərdə tutulur:
2. İsti bir əlamət olaraq münasibət anlayışına reallıqda aid edilə bilmədiyi üçün isti münasibət
birləşmələrində isti sözü məcazi mənada işlənmişdir.
acı soğan (həqiqi) - acı söz (məcazi), yuxarı mərtəbə (həqiqi) – yuxarı vəzifə (məcazi), meşəyə getmək
(həqiqi) – fikrə getmək (məcazi) və s.
Azərbaycan dilində daha çox isim, sifət və feillərdə məcaziləşmə müşahidə olunur.
Bəzi hallarda eyni ifadəni həm həqiqi, həm də məcazi mənada düşünmək olar. Məsələn: ağır adam çəki
kimi (həqiqi) xasiyyət kimi (məcazi)
Əsas məna ilə bağlı olub, ona yaxın əlavə, törəmə mənalarda işlənə bilən sözlər çoxmənalı söz sayılır.
Əlavə, törəmə mənalar mütləq ilkin, əsas məna ilə bağlı olur. Sözün çoxmənalılığı, əsasən, onun məcazi
mənada işlənməsi ilə yaranır. Məsələn: göz- insanın (həqiqi, ilkin) şkafın, bulağın, səhərin (məcazi)
Çoxmənalılıqda əsas şərt budur ki, hər hansı bir söz nə qədər yeni mənalar qazansa da, ilkin mənadan
uzaqlaşmır, oxşar əlamətin müxtəlif çalarlarını əks etdirir. Məsələn:
insanın
dağın
ağacın başı (birincidə həqiqi, digərlərində məcazi mənada əşyanın,obyektin yuxarı,
bulağın uca hissəsini bildirir)
kəndin
Azərbaycan dilində çoxmənalılıq feil, isim və sifətlərdə daha çox müşahidə olunur. Çoxmənalı sözlərə dair
nümunələr:
qol, ətək, dil, diş, boğaz, burun, baş, kök, ayaq, üz, göz, kitab, məktəb, maşın, yol, düz,kağız, şirin, acı,
yuxarı, alçaq, boz, açmaq, tutmaq, kəsmək, saymaq, yaymaq, getmək, düşmək,çıxmaq, bişmək, salmaq,
yumaq, udmaq, almaq.
Çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Bu o deməkdir ki, sözün ilkin, dominant mənası nitq
hissəsinə görə isimdirsə, o biri törəmə mənalar da – məna çalarları da isim olmalıdır. Daha çox məcazi
mənalara malik olan nitq hissəsi feildir. Azərbaycan dilində, demək olar ki, bütün feillər çoxmənalılığa
malikdir.
Omonimlər
Deyiliş və yazılışca eyni, leksik mənaları bir-birindən tamamilə fərqli olan sözlərə omonim deyilir.
Məsələn:
Omonimlər bəzi cəhətlərinə görə, yəni deyiliş və yazılışca eyni olmalarına, müxtəlif mənalarda
işlənmələrinə görə çoxmənalı sözlərə bənzəyir. Əsas fəqr budur ki, çoxmənalı sözlərdə mənalar bir-biri
ilə bağlı olur, əsas mənadan tam uzaqlaşmır, omonimlərdə isə tamamilə fərqli, uzaq mənalarda olur.
Məsələn: insanın burnu, gəminin burnu, ayaqqabının burnu. Bütün məqamlarda “burun” ümumi
səthdən qabağa çıxanı, uc hissəni bildirir. Yəni şəkli cəhətdən, zahiri baxımdan oxşarlıq qalır.
Omonimlərdə isə mənalar arasında, bir qayda olaraq, oxşarlıq, yaxınlıq olmur.
Omonim sözlərə aid nümunələr: don, qaz, yaz, qan, yağ, gül, yaş, sal, çal, bal, xal, at, al, çat, aş, daş, yol,
sol, sağ, dan, din, min, biz, çən, qala, tala, yal, it, bit, şam, dam, şan, düz, kök, sarı, qazan, hava, yan,
zindan, qarış, aşıq, çay, bel, gen, dən, ar, bar, yar, dolu, qol və s.
Omonim sözlərin məna tərəfləri həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər.
Omonimlər müxtəlif məfhumlar ifadə etdiyi üçün onun hər hansı mənası izahlı lüğətlərdə ayrıca söz kimi
verilir.
1. Leksik omonimlər: belə omonimlər müxtəlif leksik mənaları ifadə edir, ayrı-ayrı məfhumları bildirir.
Yuxarıda danışılanlar leksik omonimlərdir.
2. Qrammatik omonimlər: əsas və köməkçi nitq hissələri arasında, köməkçi nitq hissələri arasında,
şəkilçilər arasında, habelə köməkçi nitq hissəsi ilə şəkilçi arasında olur. Məsələn:
sifət bağlayıcı
başqa ancaq
qoşma ədat
Dilimizdə zahirən omonimə bənzəyən, lakin omonim sayılmayan sözlər də var. Omonim kimi götürülə
bilməz:
1. Vurğusu dəyişməklə mənası dəyişən sözlər. Məsələn:
alı’n – isim bi’ldir – zərf alma’ – isim di’mdik – isim
a’lın – feil bildi’r – feil a’lma – feil di’mdik – sifət
2. Həm ümumi, həm də xüsusi ad kimi işlənə bilən sözlər: Məsələn: polad, arzu, xəyal, yadigar, bənövşə,
cəvahir, sahib, lalə və s.
qazan – feili sifət (quyu qazan) şirin – şir isminin yiyəlik halı: şirin gücü
Qeyd: qazan (məişət əşyası) ismi qazan feili sifəti (məsələn: quyu qazan) ilə yox, qazanmaq feilinin kökü
olan qazan (məsələn: ad qazan) sözü ilə omonimdir.
Bir sıra sözlər həm omonimlik, həm də çoxmənalılıq keyfiyyətinə malikdir. Məsələn:
Omonimlik Çoxmənalılıq
alət insanın
bel
bədən üzvü dağın
Belə sözlər dildə heç də az deyil: kök, qol, dolu, yay, tut, at, aş, boğaz, üz, düz, yar, az və s.
Sinonimlər
Sinonimlər deyilişi və yazılışı müxtəli, lakin leksik mənaları eyni, yaxud yaxın olan sözlərə deyilir.
Məsələn: gözəl, göyçək, qəşəng, yaraşıqlı; müxtəsər, qısa, yığcam və s.
Bəzi sinonimlər istənilən məqamda bir-birini əvəz edə bilir. Məsələn: qurd-canavar, adam-insan, eynək-
gözlük və s.
Bəzi sinonimlər isə yaxın mənaları ifadə edirlər, onların nitqdə, ayrı-ayrı söz birləşmələrində və
cümlələrdə bir-birini tam əvəz edə bilməsi həmişə mümkün olmur. Məsələn: gözəl fikir demək olar, lakin
yaraşıqlı fikir, göyçək fikir demək düzgün deyil. Halbuki gözəl, göyçək, qəşəng, yaraşıqlı sözləri
sinonimdirlər.
Sinonimlər yersiz təkrarın qarşısını alır. Sinonimlər omonimlərdən fərqli olaraq, eyni nitq hissəsinə aid
olur.
Antonimlər
Leksik mənalarına görə bir-birinin əksi olan sözlərə antonim deyilir. Antonim qarşılıqlar köklərinə görə
fərqli olmalıdır. Məsələn: ağlamaq-gülmək, dost-düşmən və s.
Ağıllı və ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim
adlandırmaq olmaz.
Antonim qarşılıqlar da, sinonimlər kimi eyni nitq hissəsinə aid olur.
Antonimlər leksik və qrammatik olmaqla iki yerə bölünür. Leksik antonimlər əksmənalı köklərdən
formalaşdığı halda qrammatik antonimlər şəkilçilərin vasitəsilə yaranır, yaxud köməkçi nitq hissələrinin
əks-mənalılığı əsasında meydana çıxır.
Beləliklə, şəkilçilərin də antonimliyi olur. Belə antonimlik qrammatik antonimliyin bir formasıdır.
Məsələn: -lı4, -sız4; -araq2 –madan2; bi-ba-; na-, -lı4
Leksikologiya hər cür antonimliyi yox, başlanğıc formaları müxtəlif olan sözlərin antonimliyini – leksik
antonimliyi öyrənir.
Dilin lüğət tərkibində elə sözlər də var ki, onlar fəal nitqdə az işlənir.Belə sözlərdən əhalinin əksəriyyəti
deyil, müəyyən təbəqələr, peşə-sənət sahibləri, müxtəlif sahələrdə çalışan şəxslər istifadə edirlər.
Terminlər
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir. Məsələn: frazeologoya, mübtəda,
orfoepiya, tropik, flora, qələvi və s.
Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir.
Məsələn: ekran, süita, solo, fauna və s.
Terminlər elmi üslubda daha çox istifadə olunur. Terminlərin çoxu alınma olur. Amma milli mənşəli
terminlər də az deyil. Elm beynəlmiləl xarakter daşıdığı üçün terminlər də daha çox alınma sözlərdən
ibarət olur.
1. Yalnız termin kimi işlənən sözlər. Belə terminlər yalnız elm sahələrində işlənir, adi danışıqda, demək
olar ki, istifadə olunmur: reduksiya, metonimiya, vegetasiya, tangens, urbanizasiya və s.
2. Ümumişlək sözlərlə omonim olan sözlər: sifət, say, zərf, qüvvə, bölmə, boğaz, enerji, surət, ahəng,
bağlayıcı, təyin və s.
Dilin lüğət tərkibinin qeyri-fəal hissəsinə daxil olan, yalnız müəyyən bölgələrdə işlənən və başa düşülən
yerli-məhəlli sözlərə dialekt sözləri deyilir. “Dialekt” və “şivə” anlayışları bir qədər fərqli anlayışlardır.
Belə ki, dialekt daha geniş ərazini, şivə isə dialekt daxilində daha məhdud bölgəni əhatə edir. Məsələn:
döşəkçə-nalça ləqəb-ayama
Dialekt və şivə sözləri, əsasən, məişət (danışıq) üslubunda işlənir. Bədii üslubda isə fərdiləşdirmək, təbii,
inandırıcı təsvir etmək üçün obrazın dilində də dialekt sözləri işlədilə bilir.
Köhnəlmiş sözlər
Həyatın hər bir sahəsində olduğu kimi dildə də zaman keçdikcə müəyyən dəyişikliklər baş verir. Elmin,
texnikanın, məişətin inkişafı ilə bağlı bir sıra sözlər köhnələrək lüğət fondundan çıxır. Ümumişləklik
keyfiyyətini itirən belə sözlərə köhnəlmiş sözlər deyilir.
Dövlət quruluşunun, ictimai-siyasi formasiyanın dəyişməsi, əmək prosesinin təkmilləşməsi ilə bağlı
darğa, mülkədar, xan, töycü, dinar, koxa, abbası, qlava, kəndxuda, qolçomaq, sovet kimi sözlər tarixizm
hesab olunur.
Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, tarixi səciyyə
daşımayan həmin sözlərin əvəzinə həmin mənanı verən sözlər yaranmışdır. Məsələn: yağmalamaq
(talamaq), sayru (xəstə), us (ağıl), əsən (sağ-salamat) və s. kimi bu sözlər bu gün üçün arxaizmdir.
Əgər tarixizmlərdə anlayış da, onu ifadə edən söz də köhnəlirsə, arxaizmlərdə anlayış qalır, onun adı
dəyişir.
Bir sıra sözlər də var ki, onlar formalarını saxlasalar da, tamamilə yeni mənada işlənirlər:
Cəmiyyətin, elm və texnikanın, həyat və məişət tərzinin inkişafı ilə bağlı dilə gələn sözlər neologizmlər
(yeni sözlər) adlanır.
1. Dilin özünün daxili imkanları hesabına: əyləc (tormoz), dabankeş (rojok), öndər (lider), çağdaş
(müasir), dönəm (mərhələ), durum (vəziyyət), nəfəslik (fortoçka), çimərlik (plyaj), soyad (familiya),
toplum (cəmiyyət), yayım (translyasiya), bağımsız (suveren, müstəqil), başqan (rəhbər), yetərsay
(kvorum), toplu (məcmuə), tolam (cəm), soyqırımı (genosid), açıqca (otkrıtka)
2. Alınma sözlərin hesabına: menecer, menecment, menecer, gender, şou, distribüter, printer, eksklüziv,
mer, spiker tender, internet və s.
Alınma sözlərin bir çoxu dilimizin qayda-qanunlarına uyğunlaşa bilməmiş və ilkin özəlliklərini qoruyub
saxlamışdır. Bu tip alınma sözlərə aşağıdakılar daxildir:
1. Əsl Azərbaycan sözlərində vurğu sonuncu hecanın üzərinə düşür: dayı’, qorxulu’ və s. (istisna:
ya’myaşıl, sa’psarı, qa’pqara, di’mdik, dü’nən, bi’ldir, ba’yaq, sa’nki, ya’lnız və s.)
2. Əsl Azərbaycan sözləri ahəng qanuna tabe olur: çiçək, əzik, qoparmaq və s. (istisna: işıq, inam, ildırım,
işartı, ilıq, elat, quzey, ilxı, ilan, iraq, inanc, ilğım, inanmaq, işıldamaq, gedişat, islanmaq, tikan, sanki,
islaq və s.)
3. Tərkibində yanaşı saitlər işlənmiş sözlər alınmadır: saat, maaş, ailə, radio, zəif, maneə,
müalicə,müəyyən, müavin, səadət, təəccüb, təəssüf, şeir, aid və s.
4. Əvvəlində iki yanaşı samit işlənmiş sözlər alınmadır: kran, briqada, ssenari, qrafin, start, brezent, flora,
traktor, qrafik və s. (İstisna: srağagün)
5. Sonunda iki samit yanaşı işlənmiş sözlər alınmadır: bənd, zidd, qənd, sədd, fənn, stend, dərd, sort, cəld
və s. (istisna: dörd, yurd, qırx, türk kimi sözlər milli mənşəlidir)
6. r, f, z samiti ilə başlayan sözlər alınmadır: Rəvan, rəsm, Rövşən, rels, rezin, rota, ruhani, fil, filoloq,
zanbaq, zürafə, ziyan və s. (istisna: zoğ, zoğal, fındıq)
7. Ön şəkilçili sözlər alınmadır: bivəfa, biçarə, bielm, binamus, baməzə, bikef, laməkan, anormal,
namünasib, nacins, narahat, narazı və s. Nadinc və nakişi sözləri millidir. Çünki dinc və kişi sözləri millidir.
8. Tərkibində, əsasən, J samiti olan sözlər alınmadır: qaraj, jalə, Əjdər, rejissor, müjdə, süjet, janr, bioloji
və s. (istisna: qıjı, qıjıltı)
9. Vurğusu son hecaya düşməyən sözlərin əksəriyyəti alınmadır: amma, lakin, opera, ofis, obraz, leksika,
lirika, servis, atlas, firma, ferma, amper, kamera, kompas, klinika, parta və s.
10. Sonu o, ö, e saitləri ilə bitən sözlər alınmadır: təvazö, büro, sənaye, mane, qane, mövqe, mənafe,
kino, forte, retro, metro, piano, domino və s.
11. Tərkibində uzun sait işlənmiş sözlər alınmadır: alim, sima, qasid, amal, üfüqi, dəvət, xəzinə, şölə,
məna və s. (istisna: dovğa, qovurma, ovuşdurmaq və s.)
12. Tərkibində enyicinsli qoşa samitlər işlənmiş sözlər alınmadır: mürəbbə, amma, müddət, müqəssir,
təyyarə, sərrast, qüllə, şiddət, rəssam, molla, əvvəl və s. (istisna: əlli, yeddi, səkkiz, addım, doqquz,
hoppanmaq, tullamaq və s. )
13. Elm, təhsil, din, şəriət və ilahiyyatla bağlı sözlər alınmadır: namaz, oruc, təqva, Allah, ramazan, islam,
peyğəmbər, dua, ibadət, məktəb, universitet, kollec, texnikum, akademiya, mədrəsə, qələm, savad,
təcrübə, tarix, fəlsəfə, fikir, təfəkkür, molla, rəhmət, insan, tədris və s. (istisna: Tanrı, inam, inanc, bilik,
silgi, pozan və s. )
14. Daxili fleksiya nəticəsində yaranmış qohum sözlər alınmadır: şeir – şair, elm – alim – müəllim –
üləma, həbs – məhbəs – məhbus, zülm – zalım – məzlum, dərs – tədris – mədrəsə, dərk – idrak- dərrakə,
şərik – iştirak – müştərək, nəzm – nazim – mənzum – nizam, nəsr – mənsur – nasir və s.
15. Əvvəllər apostrofla yazılmış sözlər alınmadır: bəzən, bəzi, elan, ecazkar, etiraz, mötərizə, mötəbər,
məsud, Kənan, məsum, şöbə, şölə və s.
16. Tərkibində q samitinin kar qarşılığı [k’] səsi olan sözlərin çoxu alınmadır: xalq, kolxoz, klub, tank,
məqsəd, nöqsan, nöqtə, əxlaq, şəfəq və s. (istisna: karandaş)
17. Sonu –at şəkilçisi ilə bitən sözlər alınmadır: təbliğat, məlumat, hesabat, təşkilat, heyvanat, tələbat və
s. (istisna: elat, gedişat)
Ərəb-fars mənşəli dillərdən keçən bir sıra sözlər var ki, onlarda ahəng qanunu pozulmayıb və bu sözlər
dilimizin qayda-qanunlarına uyğunlaşmışdır: qayda, qanun, adam, fayda, uşaq, tifil, həkim, məclis, şəhid,
cisim, şəkil, ağıl, sətir, nəsil, nəzər, mənzərə, kamal, tərəf, şura, bahar, cavan, şirin, payız, çarpayı, nar,
şəkər, bədbin, şikəst, nikbin, bəxtəvər, xörək, rahat, sərhəd və s.
Alınma sözlərin bəziləri bir çox dünya dillərində fəal işlənir. Belə sözlərə beynəlmiləl sözlər deyilir:
respublika, prezident, kvorum, mandat, problem, futbol, spiker, parlament, kafedra, volt, amper, film və
s.
1. Sadə feillər: qaçmaq, yazmaq, darıxmaq, görmək, oxumaq, demək, gəzmək, baxmaq və s.
Frazeoloji birləşmələr nitqə ifadəlilik, obrazlılıq, canlılıq gətirən, onu daha təbii, təsirli edən dil
vahidlərindəndir.Belə birləşmələrə sabit söz birləşmələri də deyilir. Frazeoloji birləşmələr məcazi mənalı
olur. Məsələn: könlünə yatmaq, qəlbinə dəymək, fikrə getmək, hirsi başına vurmaq, dərdə düşmək və s.
2. Frazeoloji birləşmələrin tərkibindəki sözlər həqiq mənalarını itirir və yalnız məcazi mənada işlənir.
Bəzi frazeoloji birləşmələri həm sabit, həm də sərbəst söz birləşməsi kimi işlətmək olar. Məsələn:
burnunun ucu göynəmək, yola düşmək, axırına çıxmaq, yoldan çıxmaq, başına vurmaq və s.
Belə birləşmələrin harada sərbəst (həqiqi mənalı), harada frazeoloji birləşmə olduğunu yalnız mətndə,
məqamında fərqləndirmək olar.
Sinonimlik:
Antonimlik:
Omonimlik:
Söz yaradıcılığı
Söz yaradıcılığı dil haqqında elmin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin hansı üsul və vasitələrlə
yaranmasından bəhs olunur. Dilimzdə söz yaradıcılığı leksik, morfoloji və sintaktik yola əsaslanır. Sadə
sözlər leksik yolla, düzəltmə sözlər morfoloji, mürəkkəb sözlər isə sintaktik yolla yaranır.
Əgər söz öz əvvəlki mənasını saxlamaqla yeni bir mənada işlənərsə, o, leksik üsulla yaranan söz olur.
(omonim sözlər)
2. İki və daha artıq sözün birləşməsi ilə (sintaktik yolla) Məsələn: gözütox, şəhərlərarası, Məmmədəli və
s.
Sadə sözlər bir kökdən ibarət olur. Məsələn: kitab, baş, bacı, su, qaldırmaq və s.
Düzəltmə sözlər köklərə leksik (buna sözdüzəldici şəkilçilər də deyilir) şəkilçilər artırmaqla yaranır.
Məsələn: duzlu, armudu, qaldırıcı, söküntü, zülmkar, dairəvi və s.
Yadda saxlamaq lazımdır ki, yeni düzələn sözün öz kökü ilə məna bağlılığı olur. Əgər bu yoxdursa, onda
həmin söz düzəltmə söz deyil. Məsələn: yazdırmaq sözündə -dır leksik şəkilçi olduğu halda, qaldırmaq
sözündə bu məna bağlılığı yoxdur. Bu sözdə -dır ünsürünü ayırmaq mümkün olmur. Bu baxımdan
dağıntı, dinləmək, ağlamaq sözləri də sadədir, çünki bu sözlərin dağ, din, ağ sözləri ilə heç bir bağlılığı
yoxdur.
Qeyd: Bir sözdə leksik və ya qrammatik şəkilçi olub-olmadığını şəkilçiləri əzbərləməklə yadda saxlamaq
olduqca uğursuz ola bilər. “Balıqçılıqdandır” sözünün üzərində müqayisə edək: Kök “balıq”dır. “Balıq”
dedikdə təsəvvürümüzə suda yaşayan bir canlı gəlir. “Balıqçı” dedikdə isə artıq ağlımıza həmin canlı yox,
insan gəlir. (Ancaq bu insanın o canlı ilə bağlılığı vacibdir) “Balıqçılıq” dedikdə isə ağlımıza gələn hər hansı
bir peşədir. Yəni hər üç söz fərqli məna verir. Bu fərqli mənanı da leksik şəkilçi hesabına yarada bilirik.
“Balıqçılıq” bir peşədir. “Balıqçılıqdan” da peşədir. Yəni mənada dəyişiklik olmadı, ağlımıza yenə peşə
gəldi. “Balıqçılıqdandır” sözündə də eyni hal baş verdi. Deməli, bu sözdəki -dan və -dır şəkilçiləri yeni
mənanın yaranmasında iştirak etmədikləri üçün qrammatik hesab olunur.
İki və daha artıq sözün birləşməsindən əmələ gəlib yeni məna bildirən sözlərə mürəkkəb sözlər deyilir.
Mürəkkəb sözlər müxtəlif yollarla (bitişik, defislə, ayrı) əmələ gəlir:
1. İki müxtəlif mənalı sözlərin birləşməsi ilə: yarımada, bağayarpağı, suiti, bugünkü, ayaqqabı və s.
5. Birinci hissəsi qeyri, külli, əks, vitse, eks, kontr, ober sözlərindən ibarət olan mürəkkəb sözlər və
tərəflərindən biri ayrılıqda işlənə bilməyən sözlərdən düzələn mürəkkəb sözlər də defislə yazılır: qeyri-
adi, qeyri-ixtiyari, külli-ixtiyar, eks-prezident, vitse-admiral, ober-leytenant, az-maz, əzik-üzük, həlləm-
qəlləm, uzun-uzadı, bəzək-düzək, ala-bula və s.
6. Mürəkkəb feillər və mürəkkəb saylar ayrı yazıla bilər: daxil olmaq, namaz qılmaq,bir çox, oxuya bilmək,
bir sıra, on bir, kömək etmək, dua etmək və s.
Eyniköklü sözlər
Eyniköklü sözlər kökləri eyni mənanı verən düzəltmə sözlər eyniköklü sözlər hesab olunur: natəmiz,
təmizlə, təmizlət, təmizlik; sıxlıq, sıxlaş; yaralı, yarğan, yarılmaq; bilik, bilindi və s.
Əgər sözdə leksik şəkilçi yoxdursa, onu heç bir sözlə eyniköklü hesab etmək olmaz. Məsələn: təmiz və
təmizlik sözləri eyniköklü deyil. Çünki “təmiz” sözü sadə sözdür.
® Oxudum, oxuyur, oxuyaq tipli sözlər də eyniköklü deyil. Bu sözlər qrammatik şəkilçi ilə müxtəlif
formaya düşüb. Belə sözlər eyni kökün müxtəlif formalarıdır.
Eyniköklü sözlərə aid nümunələr:
1. Bir kökə müxtəlif qrammatik şəkilçilər artırıldıqda eyniköklü sözlər yox, bir sözün müxtəlif formaları
yaranır. Məsələn: dostun, dosta, dostumuz, dostlar və s. Eyniköklü sözlər isə eyni kökə hər dəfə ayrı-ayrı
leksik şəkilçinin artırılması ilə yaranır.
2. Eyniköklü sözlərbir sözdən yaranaraq, eyni və ya müxtəlif nitq hissələri şəklində ola bilər. Məsələn:
güldan, gülçü, güllük, gülçülük – isim; güllü, gülsüz – sifət və s.
3. Bəzi sözlərin kökünün omonim olmasına diqqət yetirilməlidir. Məsələn: bağçı və bağlamaq sözləri
eyniköklü deyil, çünki onların kökləri ayrı-ayrı sözlərdir.
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. Sözün ayrılıqda işlənə bilən, əsas mənanı ifadə edən hissəsinə
kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik
məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik, həm də qrammatik mənası var. Şəkilçinin isə
leksik mənası yoxdur.
Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir.
Şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişir.
Müxtəlif nitq hissələrinə aid şəkilçilər var. Elə buradan da şəkilçilərin omonimliyi yaranır. Məsələn –lı
şəkilçisi həm isim (məktəbli), həm də sifət (yağlı) düzəldir.
Qrammatik şəkilçilər sözün formasını dəyişdirir. Bunlar söz birləşmələri və cümlələrdə sözləri bir-birinə
bağlamağa kömək edir.
2. Yalnız ahəngə tabe olan şəkilçilərdir, sözün son hecasının qalın-incəliyindən asılı olaraq 2 cür; qalın,
incə, dodaqlanan, dodaqlanmayan olmasına görə 4 cür yazılır: -lar,-lər, -ın, -in, -un,-ün
3. Bunların hamısı ahəngə tabe olduqları üçün içərilərində birvariantlıları da yoxdur.
Şəkilçilərin yazılışı
İki və dörd cür yazılan şəkilçilər kökə ahəng qanununa uyğun olaraq qoşulur. Məsələn: quşlar, evlər,
odunçu, üzgüçü, çalğıçı və s.
İki cür yazılan şəkilçilərin tərkibində açıq saitlərdən yalnız ikisi iştirak edir: a,ə. Məsələn: -ma, -mə, -lar,
-lər, -da, -də və s.
Dörd cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər (ı,i,u,ü) iştirak edir.
Bir cür yazılan şəkilçilər ahəng qanununa tabe olmur. Həm də onların hamısı yalnız leksik şəkilçilərdən
ibarətdir. Bunların bir çoxu alınma sözlərin şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir: -kar, -keş, -
xana, -dar, -pərəst, -dan, -pərvər, -i(-vi), -ən və s.
Azərbaycan dilində -gil, daş, -sov, -şın, -sal kimi milli şəkilçilər də var: xalamgil, əməkdaş, qumsal və s.
Saitlə bitən sözlərə saitlə başlanan şəkilçi artırıldıqda sözlə şəkilçi arasına n,y,s samitləri artırılır ki, bunlar
da bitişdirici samitlər adlanır. Məsələn: ananın, anası, anaya. Bəzən bitişdirici samitlər saitlə samiti də
bir-birinə bağlaya bilir. Məsələn: ondan, bundan, bunsuz.
Qrammatik şəkilçiyə qədərki hissə sözün başlanğıc forması adlanır. Sözün başlanğıc forması da kök kimi
onun leksik məna bildirən hissəsidir. Məsələn: balıqçılıqdan sözünün başlanğıc forması “balıqçılıq”dır
Əgər sözdə leksik şəkilçi yoxdursa, kök özü həm də başlanğıc forma olur.
Sözlər bütün lüğətlərdə başlanğıc formada öz əksini tapır. İstisna olaraq, feillər lüğətlərdə öz əksini
məsdər formasında tapır. Sözlərin hansı nitq hissəsinə aid olması, quruluşca növü onların başlanğıc
formasına görə müəyyən edilir.
Qrammatika. Onun bölmələri
Qrammatika dilin qrammatik quruluşunu öyrənən dilçilik bölməsidir. Qrammatika iki şöbədən ibarətdir:
1. Morfologiya
2. Sintaksis
Morfologiyada sözlərin nitq hissələri kimi quruluşu, forması və dəyişmə xüsusiyyətləri öyrənilir.
1. Ümumi və xüsusi isimlər. Eynicinsli əşyalara aid ümumi adlara ümumi isimlər deyilir. Məsələn: ağac,
qələm, uşaq, torpaq, küçə, gözəllik və s.
Varlığı tək olan əşyaların adlarını bildirən isimlərə xüsusi isimlər deyilir. Məsələn: Azərbaycan, Solmaz,
Qırat, Toplan, Əli və s.
2. Konkret və mücərrəd isimlər. Gözlə görünməsi və ya əl ilə təması mümkün olan əşyaların adlarını
bildirən isimlər konkret isimlər adlanır. Məsələn: kitab, stol, insan, Surxay, ağac, dəmir, külək və s.
Gözlə görünməyən, əllə təması mümkün olmayan əşyaların adını bildirən isimlər mücərrəd isimlər
adlanır. Mücərrəd isimlər nə? sualına cavab verir. Məsələn: arxu, sevgi, xəyal, yuxu, müəllimlik, nifrət,
düşüncə və s.
3. İsimlər kəmiyyətcə tək və cəm olur. Cəmliyi bildirmək üçün isimlərə -lar2 şəkilçisi artırılır. Məsələn:
kitab-kitablar, uşaq-uşaqlar və s.
Təkdə olan isimlər əşyanın ümumi adıdır, qrammatik cəhətdən sayı bir olan əşyanın adını bildirir. Cəmdə
olan isimlər eyni əşyanın çoxluğunu bildirir. Cəmlənmə , əsasən, ümumi isimlərə xasdır. Ancaq bəzən
xüsusi isimlər də ümumiləşdirmə bildirdikdə cəmlənə bilir. Məsələn: Nizamilər, Füzulilər və s. Cəm
şəkilçisi qəbul etmiş xüsusi isimlər də işlənmə yerindən asılı olmayaraq, böyük hərflə yazılır.
Qeyd: Yadda saxlayın ki, -lıq4 şəkilçisi qəbul etmiş bəzi isimlər cəmlənə bilmir. Məsələn: müəllimlik,
bağçılıq, türkçülük və s. Göründüyü kimi cəmlənə bilməyən bu isimlər daha çox sənət və peşə bildirən
sözlərdir.
Toplu isimlər. Formaca tək olan, cəm şəkilçisi qəbul etmədən də çoxluq bildirən isimlər toplu isimlər
adlanır. Məsələn: camaat, əhali, qoşun, ordu, ilxı, dəstə, sürü, naxır, kütlə və s. Bu isimlərin leksik
mənasında çoxluq anlayışı vardır. Bunların əksəriyyəti cəm şəkilçisi ilə işlənə bilir: xalqlar, qoşunlar,
sürülər, ilxılar və s.
Tərkibində leksik (sözdüzəldici) şəkilçi olmayan isimlər sadə isimlərdir. Məsələn: kitab, dəftər, qələm,
Vaqif, həkim, xəyal və s.
Sözdüzəldici (leksik) şəkilçilər vasitəsilə müxtəlif nitq hissələrindən yaranmış isimlər düzəltmə isimlərdir.
Məsələn: sözlük, qazança, vurma, bölmə, əkin, hökmdar, təbliğat və s.
Mürəkkəb isimlər ən azı iki sözün birləşməsi ilə yaranır və bir anlayış bildirir. Məsələn: Kərimxan,
dünyagörüşü, eniş-yoxuş, qaçaqaç və s.
Mürəkkəb sözlər tərkibindəki sözlərin sayından asılı olmayaraq, bütövlükdə bir söz sayılır.
Düzəltmə sözlər
Düzəltmə isimlər adlardan (isim, sifət, say, əvəzlik, zərf) və feillərdən əmələ gəlir.
Adlardan düzələn isimlər. Adlardan əmələ gələn isimlər həm milli, həm də başqa dillərdən alınma
şəkilçilər vasitəsilə yaranır.
1. –lı4 bu şəkilçi omonimdir. Həm isim, həm də sifət əmələ gətirə bilir:
3. –ça2 meydança, qazança, dəftərçə və s. bu şəkilçi, bir qayda olaraq, kiçiltmə mənalı isimlər yaradır.
4. –çı4 gülçü, dəmirçi, balıqçı və s. Bu şəkilçi vasitəsilə, əsasən, peşə, sənət mənalı isimlər yaranır.
5. –cıq4 evcik, gəlincik, komacıq və s. Bu şəkilçi vasitəsilə kiçiltmə mənalı isimlər yaranır.
6. –cığaz4 quşcuğaz, qızcığaz və s. Bu isimlər daha çox əzizləmə mənası bildirir.
Feildən düzələn isimlər. Feildən isim düzəldən şəkilçilər yalnız milli şəkilçilərdən ibarətdir. Bu şəkilçilərin
bir qismində müəyyən omonimlik də var:
Yadda saxlamaq lazımdır ki, bu şəkilçilər omonim şəkilçilər kimi çıxış edərkən ayrı-ayrı şəkilçilər kimi
götürülür.
Mürəkkəb isimlər
Mürəkkəb isimlər müxtəlif yollarla əmələ gəlir və müxtəlif şəkildə yazılır.
Bitişik yazılanlar
1. Müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələrək bir vurğu altında tələffüz edilən isimlər:
ayaqqabı, aşsüzən, günəbaxan, itburnu və s.
2. Birinci və ikinci tərəfi ləqəb, titul mənası verməyən iki isim birləşməsi yolu ilə düzələn mürəkkəb
isimlər: Şahsənəm, Həsənqulu, Hacıbala, Ağabəy, Məsməxanım, Hüseynağa və s.
Qeyd: Bu sözlər titul, ləqəb, rütbə bildirdikdə, yaxud hörmət mənasında işləndikdə ayrı yazılır və
mürəkkəb isim yox, mürəkkəb ad yaradır. Məsələn: Şah İsmayıl, Sultan Süleyman, Mirzə Şəfi Vazeh,
İbrahim xan, Şövkət xanım və s.
3. Bitişdirici a, ha ünsürləri və eyni feilin təkrarı hesabına yaranan isimlər: gəlhagəl, qaçaqaç və s.
Defislə yazılanlar
1. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb isimlər: aşıq-aşıq, top-top və s.
2. Yaxınmənalı sözlər vasitəsilə əmələ gələn mürəkkəb isimlər: kafe-restoran, dost-tanış, söz-söhbət, toz-
torpaq, künc-bucaq və s.
4. Bir tərəfi ayrılıqda işlənə bilməyən mürəkkəb isimlər: çör-çöp, yır-yığış, uşaq-muşaq, sür-sümük və s.
5. İzafət tərkibləri formasında olan mürəkkəb isimlər: tərzi-hərəkət, tərcümeyi-hal, nöqteyi-nəzər, əhvali-
ruhiyyə və s.
Mürəkkəb adlar
Mürəkkəb adlar mənaca xüsusi isimlərə bənzəyir. Çünki xüsusi isimlər kimi mürəkkəb adlar da varlığı tək
olan əşyaların adını bildirir. Məsələn: “Gəncə” sözü tək olan varlığın adını bildirdiyi kimi, “Gəncə Şəhər
Təhsil Şöbəsi” də tək olması ilə fərqlənə bir varlığın adını bildirir. Mürəkkəb adların xüsusi isimlərdən
əsas fərqi quruluşundadır. Belə ki, mürəkkəb adlar bir yox, iki və daha artıq söz deməkdir. Quruluşuna
görə mürəkkəb adları mürəkkəb xüsusi isimlərlə (Daşkəsən, Göyçay və s.) müqayisə etmək olar. Amma
mürəkkəb adlar məna və quruluşca mürəkkəb xüsusi isimlərdən fərqlənir. Mürəkkəb xüsusi isimlərdəki
sözlər ayrı-ayrılıqda mənalarını qorumadıqları halda, mürəkkəb adlarda qoruyur. Digər tərəfdən, fərq
ondadır ki, mürəkkəb adların tərəfləri ayrı yazılır. Məsələn: Xəzər dənizi, Bakı Dövlət Universiteti və s.
Digər mühüm fərq isə mürəkkəb adların söz birləşməsi şəklində olmasıdır.
Mürəkkəb adlar tələffüz baxımından da mürəkkəb xüsusi isimlərdən seçilir. Mürəkkəb xüsusi isimlər bir
vurğu altında tələffüz edildiyi halda, mürəkkəb adların tərkibindəki hər söz ayrıca vurğu ilə deyilir.
Mürəkkəb adlara ölkə, şəhər, kənd, rayon, idarə, təşkilat, şirkət, mağaza, kafe, restoran, əsər, mətbuat,
ali vəzifə, dövlət rəmzləri, tarixi hadisə, bayram, coğrafi məkan və s. varlıqların adları daxil edilir.
Qeyd: Azərbaycan Respublikasının Müdafiə naziri, Azərbaycan Respublikasının Xarici İşlər naziri tipli
mürəkkəb adlarda sahə bildirən sözlər böyük, “nazir” sözü isə kiçik hərflə yazılır.
b) Beynəlxalq təşkilatların, eləcə də respublika, şəhər, rayon tabeliyində olan idarə və təşkilatların
adlarındakı bütün sözlər böyük hərflə (yardımçı sözlərdən başqa) başlayır. Məsələn: Birləşmiş Millətlər
Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərbaycan Dövlət Musiqili
Komediya Teatrı, Azərbaycan Dövlət Neft Şirkəti, Bakı Teatr Texnikumu və s.
c) Əlamətdar günlər və soyad, ad, təxəllüs, ləqəb və nisbələrən ibarət birləşmə şəklində olan şəxs
adlarında bütün sözlərin ilk hərfi böyük yazılır. Məsələn: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günü, 3 Dekabr Beynəlxalq Əlillər Günü, Seyid Əzim Şirvani, Molla Vəli Vidadi və s.
a) tarixi hadisə, dövr sülalə, bayram, abidə və s. varlıqların adlarında birinci sözlər böyük yazılır. Məsələn:
Türkmənçay sülhü, Qız qalası, Sasanilər sülaləsi, Çaldıran döyüşü, Mömünəxatun türbəsi Yeni il bayramı,
Növruz bayramı və s.
Belə mürəkkəb adlara fərqləndirici söz əlavə etdikdə onun da ilk hərfi böyüklə yazılır. Məsələn: Vətən
Müharibəsi (Böyük Vətən müharibəsi), Daş dövrü (Orta Daş dövrü) və s.
Tarixi gün adları bildirən mürəkkəb adlar sözlə yazıldıqda 1-ci tərəfi, rəqəmlə yazıldıqda 2-ci tərəfi böyük
hərflə başlayır: İyirmi yanvar (20 Yanvar), İyirmi səkkiz may (28 May) və s.
b) tərkibində okean, dəniz, çay, göl, dağ, bağ, meydan,küçə, prospekt, kənd, şəhər, qəsəbə, rayon, meşə,
qoruq, düz, yaylaq, xiyaban və s. sözləri işlənən varlıqların adlarında birinci sözlər böyük hərflə başlayır:
Hind okeanı, Xəzər dənizi, Göy göy, Murov dağı, Nəbatat bağı, Azadlıqmeydanı, Sülh küçəsi, Babək
prospekti, Gəncə şəhəri, Daşaltı kəndi, Gədəbəy rayonu, Saray qəsəbəsi, Topxana meşəsi, Qarayazı
qoruğu, Şirvan düzü, Xoşbulaq yaylağı, Şəhidlər xiyabanı və s.
c) dövlət müjafatları və təltifləri (orden, medal, nişan), eləcə də əsər, opera, balet, qəzet, jurnal, kafe,
mehmanxana, nışriyyat, restoran, mağaza və s. varlıqların adları dırnaqda böyük hərflə başlayır: “Şöhrət”
ordeni, “Tərəqqi” medalı, “Dəhnamə” poeması, “Şamo” romanı, “Görüş” filmi, “Azərbaycan” qəzeti,
“Şuşa” kafesi, “Füyuzat” jurnalı, “Bərəkət” mağazası, “Təhsil” nəşriyyatı və s.
Qeyd: Ağa, şah, xan, sultan (soltan), hacı, mirzə, şeyx, seyid, molla, axund və s. sözlər rütbə, ləqəb və
titul bildirib birinci tərəfdə gəldikdə böyük hərflə, ikinci tərəfdə gəldikdə isə kiçik hərflə başlayır: Ağa
Zaman, Şah Abbas, Xan Hüseyn, Şeyx Nəsrullah, Seyid Hüseyn və s.
Qasım ağa, Nadir şah, Gəray bəy, Məhsəti xanım, Fətəli xan vəs.
2. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük, sonrakı sözlər isə kiçik hərflə yazılır: Azərbaycan
Respublikasının Xalq artisti (Xalq artisti), Azərbaycan Respublikasının Əməkdar müəllimi ( Əməkdar
müəllim), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (Əməkdar incəsənət xadimi) və s.
Qeyd: İstisna hal olaraq, Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adının bütün sözləri böyük
hərflə başlayır.
Mürəkkəb adların bir çoxu (daha çox ölkə, idarə və təşkilat adları) baş hərflərindən ibarət ixtisar şəklinə
düşür. Mürəkkəb adın ixtisarı abreviatura adlanır. Məsələn:
Lakin onu da bilməliyik ki, mürəkkəb adların heç də hamısı ixtisar şəklində oxunmur. Yəni elə mürəkkəb
adlar var ki, onların ixtisarı tələffüzə uyğunlaşa bilmir, yalnız bütöv sözlə oxunması tələb olunur:
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ( ARXİN) və s.
Mürəkkəb ixtisarlara qoşulan şəkilçilər ixtisarın tələffüz şəklinin son saitinə uyğunlaşır. Məsələn: AŞPA-
ya, ATS-in, MDB-yə (MDB-nə şəklində olması səhvdir)
Qeyd: Dilimizdə işlənən alınma mürəkkəb adlar da var ki, onlar bütöv sözlə oxunmur, dilimizə ixtisar
şəklində daxil olub, ixtisar şəklində də işlənir: İSESKO, NATO və s.
Qeyd: Bəzi mürəkkəb adlar yarımçıq şəkildə ixtisar olunur. Bu zaman tərkib hissələr bitişik yazılır:
Azərnəşr, Aztelekom, AzərTAc, Azərenerji və s.
Təkdə Cəmdə
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəul edən isimlər əşyanın, əsasən, insana mənsubluğunu
bildirir. III şəxs şəkilçisini qəbul etmiş isim əşyanın təkcə insana deyil, başqa əşyalara da aidliyini ifadə
edir.
Dilimizə ərəb dilindən keçmiş mənbə, mövqe, mənafe, tale, mənşə və dilimizin özünə məxsus su, nə
sözləri mənsubiyyət şəkilçisi qəbul edərkən,digər saitlə qurtaran sözlərdən fərqli olaraq, y bitişdirici
samitinin əlavə olunmasını tələb edir. Məsələn:
Tək Cəm
I tale-yim I tale-yimiz
II tale-yin II tale-yiniz
Mənsubiyyət şəkilçili söz adlıq halda olanda hallana, xəbərlik (şəxs) şəkilçisi qəbul edə bilir. Məsələn:
dostları-dır. Ümumən,ismə məxsus qrammatik şəkilçilərin sözdə işlənmə ardıcıllığı belədir: cəm,
mənsubiyyət, hal və xəbərlik şəkilçiləri. Məsələn: dost-lar-ınız-dan-dır
İsimlərin hallanması
İsimlərin başqasözlərlə əlaqəyə girərək dəyişməsinə hallanma deyilir. İsmin 6 halı var. Hər bir halın
özünəməxsus sualı var. Adlıqhaldan başqa digər halların hamısının özünəməxsus şəkli əlaməti vardır.
Adlıq hal. Bu halın şəkli əlaməti yoxdur. Bu halda olan isim kim? nə? hara? suallarından birinə cavab
verir. Adlıq halda olan isimlər cümlədə mübtəda, xəbər və təyin vəzifəsini daşıya bilir. Bu hal sözün
başlanğıc formasına uyğun gəlir.
Cəm, mənsubiyyət və xəbərlik (şəxs) şəkilçiləri ilə işlənmə sözü adlıq haldan çıxarmır. Məsələn: Uşaq
narahat idi. Uşaqlar narahat idi. Uşağımız narahat idi. Onlar bizim uşaqlarımızdır. Heç bir hal şəkilçisi
işlənmədiyindən bütün bu vəziyyətlərdə söz adlıq halda olaraq qalır.
Adlıq halda olan isimlər xitab kimi də işlənə bilir: Əkrəm, dünən hara getmişdin?
Yiyəlik hal. Yiyəlik halda işlənən isimlər, əsasən, sahiblik, aidlik mənasını bildirir: Əlinin, ağacın, şəhərin.
Müəyyən yiyəlik halı əmələ gətirmək üçün –ın4 (-nın4) şəkilçisindən istifadə edilir. Müəyyən yiyəlik hal
kimin? nəyin? haranın? suallarına cavab verir. Məsələn: Orxanın kitabı, kitabın vərəqi, şəhərin küçələri.
Müəyyən yiyəlik halda olan isim, bir qayda olaraq, özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Bu
zaman III növ təyini söz birləşməsi əmələ gəlir: kitabın nəşri, evin sahibi.
2. Cümlənin ismi xəbəri kimi. Bu vaxt müəyyən yiyəlik hal cümlənin axırıda gəlib tək işlənmiş olur.
Məsələn: Bu kitab Cəmilənindir.
Qeyri-müəyyən yiyəlik hal şəkilçisiz olur və nə? sualına cavab verir. Qeyri-müəyyən yiyəlik halda olan söz
də mütləq özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Formaca adlıq hala oxşasa da, özündən
sonra mənsubiyyət şəkilçili sözlə işlənməsi onu adlıq hallı sözdən fərqləndirir: Bu şəhər çox gözəldir
(adlıq hal). Şəhər kənarı çox gözəldir (qeyri-müəyyən yiyəlik hal)
Qeyri-müəyyən yiyəlik halın yalnız bir işlənmə vəziyyəti var: o, həmişə II növ təyini söz birləşməsinin I
tərəfi olur. Məsələn: kitab üzü, iş saatı, Nəsimi əzəməti və s.
Qeyri-müəyyən yiyəlik halı əksər məqamlarda müəyyən yiyəlik hala çevirmək olur: uşaq oyuncağı –
uşağın oyuncağı, ağsaqqal sözü – ağsaqqalın sözü, Xətai şeiri – Xətainin şeiri və s.
Lakin onu da yadda saxlamaq lazımdır ki, qeyri-müəyyən yiyəlik halı heç də həmişə müəyyən hala
çevirmək olmur: dram teatrı – dramın teatrı (?), riyaziyyat kitabı – riyaziyyatın kitabı (?) və s. işlətmək
olmaz.
Yönlük hal. Bu hal iş, hərəkət və əşyanın istiqamətini, çatacağı son nöqtəni bildirir. Yönlük hal –a2 (-ya2)
şəkilçisi vasitəsilə əmələ gəlir. Məsələn: kitaba, evə, anaya, bibiyə və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitə isimlər yönlük halda işlənərkən tələffüz zamanı həmi saitlər qapalı
saiyə çevrilir: ataya [atıya], nənəyə [nəniyə] və s.
Təsirlik hal iş, hal və hərəkətin obyektini, başqa sözlə, üzərində iş, hərəkət icra olunan əşyanı bildirir.
Təsirlik halın 2 növü var:
1. Müəyyənlik bildirən təsirlik halın şəkilçisi –ı4-dır: kitabı, dəftəri, qələmi. Söz saitlə bitdikdə bitişdirici
“n” samitindən istifadə olunur: xalanı, almanı, Arzunu. Müəyyən təsirlik hal kimi? nəyi? haranı?
suallarına cavab verir.
2. Qeyri-müəyyən təsirlik halın xüsusi qrammatik şəkilçisi yoxdur, nə? sualına cavab verir, cümlədə yalnız
feilin (təsirli) yanında olur.
Bu halda olan söz formaca adlıq halda olan sözə bənzəyir. Qeyri-müəyyəntəsirlik halda olan sözü adlıq
halda olan sözdən fərqləndirmək üçün bunları bilmək lazımdır:
1) Qeyri-müəyyən təsirlik halda olan sözü asanlıqla müəyyən təsirlik hala çevirmək olar. Məsələn: O,
bağdan gül (gülü) dərdi.
2) Qeyri-müəyyən təsirlik halda olan sözün cümlədəki yerini onu yalnız müəyyən təsirlik hala çevirməklə
dəyişmək olur. Məsələn: İlqar dünən kitab alıb – Kitabı dünən İlqar alıb.
3) Qeyri-müəyyən təsirlik halın qarşısına o, bu, həmin işarə əvəliklərini artırdıqda həmin söz müəyyən
təsirlik halın şəkilçisini qəbul etmiş olacaqdır. Məsələn: Mən kitab aldım. Mən bu kitabı aldım. Mən
həmin kitabı aldım.
Yerlik hal. Kimdə? nədə? harada? suallarına cavab verir. Hərəkətin baş verdiyi, ya da əşyanın tutduğu
yeri bildirir. Yerlik hal –da2 şəkilçisi ilə yaranır. Məsələn: qəzetdə, maşında, məktəbdə, Kamildə və s.
Çıxışlıq hal. İsmin çıxışlıq halı hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq hal –dan2 şəkilçisi
ilə əmələ gəlir. Kimdən? nədən? haradan? suallarından birinə cavab verir. Məsələn: evdən, kitabdan,
Eldardan və s.
Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur.
Azərbaycan dilində xəbər vəzifəsində işlənə bilən bütün adlar ( isim, sifət, say, əvəzlik, zərf), eləcə də
məsdər, feili sifət morfoloji əlamət qəbul edir. Bu əlamətlər xəbərlik (şəxs) şəkilçisi adlanır. Mənsubiyyət
şəkilçiləri kimi xəbərlik şəkilçiləri şəxslə bağlı olur. Lakin bu şəkilçilərin qrammatik vəzifələri, həm də
mənaları bir-birindən fərqlidir. Xəbərlik (şəxs) şəkilçiləri cümlədə mübtəda və xəbər arasında əlaqə
yaradır, bu şəkilçilər vasitəsilə cümlə tamamlanır.
Xəbərlik şəkilçisi artırılmış söz cümlədə təsdiq bildirir: müəlliməm, müəllimsən və s. İnkarı bildirmək üçün
“deyil” sözündən istifadə edilir. Bu zaman xəbərlik şəkilçisi “deyil” sözünə artırılır: Müəllim deyiləm.
Bəzən xəbərlik şəkilçiləri (şəxs) ixtisar oluna bilər. Lakin ixtisar məqamlarında onların bərpası
mümükündür: Mən müəlliməm, sən həkim (-).
Dilimizdə ikihecalı isimlərdən bəzilərinə saitlə başlayan şəkilçi artırdıqda həmin sözün ikinci saiti ( qapalı
saiti )
I qrup II qrup
Saitlə başlayan həm hal, həm də mənsubiyyət Yalnız mənsubiyyət şəkilçiləri artırdıqda ikinci saiti
şəkilçiləri artırdıqda ikinci saiti (qapalı saiti) düşən (qapalı saiti) düşən sözlər
sözlər
Isim, qisim, nəsil, fikir, ətir, səbir, qəbir, heyif, sətir, beyin, ağıl, alın, burun, ağız, boyun, qoyun (ağuş),
qədir, ömür, sinif, eyib, şəkil, meyil, əsil, fəsil, xeyir, çiyin, oğul, qarın, əyin, qayın və s.
zehin və s.
Məsələn: .əkil – şəklin, şəklə, şəkli,şəkliniz, şəklimiz; beyin – beynim, beynimiz, beyni.
I qrupda verilən sözlər, bir qayda olaraq, ərəb-fars mənşəli sözlərdirsə, II qrupda verilən sözlər, ağıl
sözünü çıxmaqla, hamısı türk (Azərbaycan) mənşəli sözlərdir.
Bu tipli əksər sözlərdə qapalı saitin düşməsi baş vermir. Məsələn: taxıl, nağıl, kömür və s.
Sifət
Ümumi qrammatik mənasına görə əşyanın əlaməti və keyfiyyətini bildirən əsas nitq hissəsinə sifət
deyilir. Əlamət dedikdə əşyanın zahiri, keyfiyyət dedikdə isə daxili xüsusiyyətləri nəzərdə tutulur: göyçək
(əlamət), tənbəl (keyfiyyət)
6. Sifətlər əşyaya aid olaraq, onları müxtəlif cəhətdən təyin edir. Sifətin mənaca növlərinə aşağıdakılar
aiddir
Düzəltmə sifətlər
Leksik şəkilçilər vasitəsilə əmələ gələn sifətlər düzəltmə sifətlərdir: səliqəli, dairəvi, qayğıkeş və s.
bi - bivəfa, bisavad
ba - baməzə
na - naxoş, namərd
Qeyd: Bəzən –i(-vi) şəkilçisi söz kökünün dəyişməsinə səsb olur: kimya – kimyəvi, dünya – dünyəvi, məna
– mənəvi, lüğət – lüğəvi.
Öz kökünün itirdiyinə görə bu vəziyyətdə onları düzəltmə sifət kimi götürmək olmaz.
8. Biri və ya hər ikisi təklikdə işlənə bilməyən sözlərin birləşməsi ilə: kələ-kötür, qara-qura, balaca-
malaca
1. Adi dərəcə
2. Çoxaltma dərəcəsi
3. Azlatma dərəcəsi
Adi dərəcə. Adi dərəcə, adından da göründüyü kimi əşyanın normal ( nə az, nə də çox ) əlaməti
deməkdir. Dərəcə əlaməti qəbul etməmiş bütün sifətlər adi dərəcədədir. Məsələn: böyük, kiçik, ağ, enli,
uzunsaçlı və s.
Çoxaltma dərəcəsi. Əlamətin adi haldan çox olduğunu bildirən dərəcəyə çoxaltma dərəcəsi deyilir.
Əlamətin normadan çox olduğunu bildirmək üçün iki üsuldan istifadə olunur:
2) Sifətin ilk iki səsini əvvələ artırıb m,p,r,s samitlərini əlavə etməklə. Məsələn: tərtəmiz, sapsarı,
dosdoğma, dümdüz, qosqoca və s.
Qeyd: “Ağ” sözünün çoxaltma dərəcəsi fərqli yolla əmələ gəlir. Bu zaman iki “ağ” sözünün arasına app
ünsürü artırılır: ağappaq (paltar)
2. Sintaktik üsul. Bu yolla əlamətin normadan çox olduğunu bildirmək üçün aşağıdakıvasitələrdən istifadə
olunur:
1) Ədatlardan ən, lap, çox, olduqca, daha Məsələn: ən gözəl, lap əziz, olduqca maraqlı və s.
2) Zil və tünd sözlərindən Məsələn: zil qara, tünd-qırmızı və s.
Tünd defislə yazılmadıqda çoxaltma dərəcəsi bildirmir. Məsələn: Babam tünd çay xoşlayır. Ən, lap, daha,
olduqca ədatları sifətdən ayrı yazılır.
Azaltma dərəcəsi. Əlamət və keyfiyyətin normadan az olduğunu bildirir. Azaltma dərəcəsi də həm
morfoloji, həm də sintaktik üsulla əmələ gəlir:
1. Morfoloji üsulla azaltma dərəcəsini bildirmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:
-raq2 yaxşıraq
-ımtraq
2. Sintaktik üsulla sifətlərin azaltma dərəcəsini yaratmaq üçün müxtəlif sözlərdən istifadə olunur:
Qeyd: Mürəkkəb, düzəltmə və bir çox sadə sifətlər morfoloji üsulla dərəcə əlamətini qəbul etmir.
Sifət isimləşərkən:
Məsələn: Ağıllı (kim?) öz işini vaxtında qurur. O mənə qırmızını (nəyi?) göstərdi. Könüllülər (kimlər?) yola
düşdülər.
Qeyd: Sifət isimləşdikdə də, isimləşmədikdə də xəbər ola bilir. Məsələn: Cavad ağıllıdır (necədir? –
substantivləşmə yoxdur) Bu işdə qalib ağıllılardır (kimlərdir? – substantivləşib)
Say
Ümumi qrammatik mənasına görə əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə say deyilir.
3. Saylar asılı olduğu isimlə bərabər işləndikdə qrammatik şəkilçi qəbul etmir.
7. Saylar, əsasən, başqa nitq hissələrindən əmələ gəlmir. Əvvəl, axır, son, filan sözlərinə -ıncı4 şəkilçisini
artırmaqla sıra mənasını bildirən sözlər düzəltmək olur: əvvəlinci dərs, sonuncu şagird.
Sadə saylar bir kökdən ibarət olur: on, iki, yüz, milyon, az, çox, xeyli.
Düzəltmə saylar sadə sayların üzərinə leksik şəkilçi artırmaqla əmələ gəlir: beşinci, minlərlə, çoxlu.
Mürəkkəb saylar ən azı iki sayın birləşməsindən əmələ gəlir: az-çox, üç-dörd, otuz-qırx, beş-on və s. Bu
saylar əsl mürəkkəb saylardır və defislə yazılır.
Sayların bir qismi iki və daha artıq sözlə ifadə olunur və ayrı yazılır. (Belə saylar, şərti olaraq, tərkibi
saylar da adlanır): on beş, yüz əlli, iki yüz altmış bir.
Miqdar sayları
Miqdar sayları əşyanın miqdarını bildirir. Miqdar saylarının aşağıdakı növləri var:
1. Müəyyən miqdar sayları.
2. Qeyri-müəyyən miqdar sayları.
3. Kəsr sayları.
Müəyyən miqdar sayları
Əşyanın konkret miqdarını bildirən saylara müəyyən miqdar sayları deyilir. Müəyyən miqdar sayları
neçə? nə qədər? suallarına cavab verir.
• Müəyyən miqdar saylarından sonra işlənən isimlər, adətən, cəm şəkilçisi qəbul etmir. Məsələn:
üç dəftər, on qələm, on beş şagird.
• Müəyyən miqdar sayları birinci növ təyini söz birləşməsinin birinci (asılı) tərəfi kimi işləndikdə
heç bir şəkilçi qəbul etmir: beş kitab, otuz qələm.
• Müəyyən miqdar sayları ilə aid olduqları isim arasında bəzi sözlər işlənə bilir. Bunlara numerativ
sözlər deyilir.
a) Əsas vəzifəsi numerativlik olanlar: dənə, nəfər, dəst, cüt, metr, ton, litr və s.
b) Parça, tikə, damcı, qaşıq, göz, baş, top, vaqon, vedrə, ədəd, stəkan və s. isimdir, lakin yerinə görə
numerativ söz kimi işlənə bilir. Məsələn: bir vedrə su.
Ədəd, dənə cansız əşya adını bildirən isimlərlə işlənir: bir ədəd qələm.
Cüt və dəst numerativləri qoşalıq bildirmək üçün işlədilir: bir cüt corab, bir dəst kostyum
Qeyd: Bəzi numerativ sözlərin sayla isim arasında işlənməsi miqdarın dəyişməsinə səbəb olur: bir corab
– bir cüt corab, bir adam – bir dəstə adam, bir yatacaq – bir dəst yatacaq.
1. Az, çox, xeyli, çoxlu kimi sözlərdən ibarət olan qeyri-müəyyən miqdar sayları. Bu sözlər əşyalara aid
olub onların miqdarını qeyri-müəyyən şəkildə ifadə edir. Bəzən bu sözlər hərəkətə də aid olub onun
qeyri-müəyyən kəmiyyətini bildirir. Bu zaman həmin sözlər say yox, zərf kimi götürülməlidir. Məsələn: az
adam (say), az danışır (zərf)
Az, çox sözləri ən, daha, olduqca ədatları ilə işlənə bilir. Məsələn: ən az, daha çox, olduqca az.
2. Yuvarlaq müəyyən miqdar saylarına –larla2, -larca2 şəkilçilərini artırmaqla əmələ gələn qeyri-müəyyən
miqdar sayları: onlarla, yüzlərcə, milyonlarla.
3. Bir sayının müxtəlif sözlərlə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları. Məsələn: bir
qədər, bir sıra, bir çox, bir az
4. Müxtəlif sayların birlikdə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları. Bu tipli saylarda
əvvəlki say ən azı, sonrakı say isə ən çoxu bildirir. Məsələn: beş-altı (5-6), on-on iki (10-12)
Bu tipli qeyri-müəyyən miqdar saylarına təqribi (təxmini) saylar da deyilir. Belə sayların ifadə etdiyi
mənada nisbətən konkretlik özünü göstərir. Bu yolla düzələn qeyri-müəyyən miqdar sayları müəyyən
miqdar sayları kimi numerativlərlə də işlənə bilir. Məsələn: üç-dörd nəfər adam, 10-15 ədəd alma və s.
Qeyri-müəyyən miqdar sayları nə qədər? sualına cavab verir. Təqribi miqdar sayları istisna olmaqla, belə
saylara müəyyənlik bildirən neçə? sualını vermək olmaz.
Bir – birlik (isim), birdən (zərf), birləşmək (feil), birgünlük (sifət), birinci (sıra sayı), birincilik (isim), birdən-
ikidən (zərf), bir çox (say), bir qədər (say, zərf)
Az – azlıq (isim), azalmaq (feil), bir az, az-çox (say, zərf) azdan-çoxdan (zərf)
Çox – çoxlu (say), çoxluq (isim), çoxdan (zərf), çoxdankı (sifət), çoxalmaq (feil), çoxmərtəbəli (sifət)
Kəsr sayları
Miqdar saylarının bir növü olan kəsr sayları ya hissəni, ya da tam və hissəni bildirir. Kəsr sayları nə qədər?
neçə hissə? kimi suallardan birinə cavab verir.
Kəsr saylarını düzəltmək üçün bütövü bildirən bir sayla hissəni bildirən başqa bir sayın birgə işlənməsi
lazımdır. Bütövü bildirən say –da2 yerlik hal (bu şəkilçi məzmunca çıxışlıq hala bərabər olur) şəkilçi qəbul
edir. Məsələn: dörddə bir (dörddən biri), beşdə üç (beşdən üçü).
Sıra sayları
Əşyanın sırasını bildirən saylara sıra sayları deyilir. Sıra sayları sadə olmur. Bu sayları əmələ gətirmək
üçün müəyyən miqdar sayının üzərinə -ıncı4 şəkilçisini artırmaq lazımdır. Məsələn: ikinci, beşinci, əllinci
və s.
1. Sıra sayları miqdar saylarından fərqli olaraq, sifətlərə daha yaxındır. Belə ki, bu saylara neçənci? sualı
ilə yanaşı hansı? sualını da vermək olur. Məsələn: beşinci dəstə (neçənci dəstə? hansı dəstə?)
2. Sıra saylarından sonra işlənən isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: üçüncü sinif –
üçüncü siniflər, beşinci sıra – beşinci sıralar.
3. Sıra sayları ərəb və Roma rəqəmləri ilə yazıla bilər. Məsələn: 1-ci, 4-cü, 10-cu; I, IX, VI və s. Roma (rum)
rəqəmlərindən sonra heç bir şəkilçi əlavə edilmir.
Sayların isim kimi işlənməsi ( substantivləşməsi)
Saylar ismə aid olduqda ondan əvvəl işlənir, neçə? nə qədər? neçənci? suallarına cavab verir. Bu
vəziyyətdə saylar təyin vəzifəsində işlənir. Məsələn: Mən özümə 5 dəftər götürdüm (neçə dəftər?) –
təyin.
İsimdən ayrılıqda, tək işləndikdə say isimləşir. Bu vaxt o, təyin ola bilmir. Say isimləşərkən ismə məxsus
xüsusiyyətlər qazanır:
1. Hallanır.
2. Cəmlənir
Məsələn: Beş (mübtəda) üçdən (vasitəli tamamlıq) çoxdur. Birincilərimiz (mübtəda) çox fəaldır.
Bəzən sayda isimləşmənin bir neçə əlaməti özünü göstərə bilər: Biz onuncularımızdan çox razıyıq
(cəmlənib, mənsubiyyyətə görə dəyişib, hallanıb, əşyalaşıb, kimdən? sualına cavab verərək vasitəli
tamamlıq olub.)
Sayların orfoqrafiyası
1. Müəyyən miqdar sayları həm rəqəmlə, həm də hərflərlə yazılır: 7 (yeddi), 16 ( on altı)
2. Qeyri-müəyyən miqdar saylarının bir hissəsi hərflərlə, bir hissəsi isə həm hərflərlə, həm də rəqəmlərlə
yazılır: az, çox, xeyli, 10-larla (onlarla), 3-4 (üç-dörd)
3. Sıra sayları həm rəqəmlə, həm də hərflərlə yazılır: 5-ci (beşinci) XX (iyirminci)
4. Sıra sayları ərəb rəqəmləri ilə verildikdə sıra sayının şəkilçisi ixtisarla yazılır: 6-cı, 2-ci, 12-ci
5. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət, hal və xəbərlik (şəxs) şəkilçiləri əlavə edildikdə
şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 7-nin, 16-sı, 5-dir
8. Sıra saylarını ərəb rəqəmlərinin yanında nöqtə, yarımmörtərizə və defis qoymaqla da göstərmək olar:
1.; 1); 1-. Yarımmörtərizədən sonra nöqtə qoymaq olmaz.
9. Bir sıra, bir çox qeyri-müəyyən miqdar saylarından sonra işlənən isimlər cəmdə olur: bir sıra məsələlər,
bir çox hadisələr.
Çox, -larla2, -larca2 şəkilçiləri ilə formalaşan qeyri-müəyyən saydan sonra gələn isim həm təkdə, həm də
cəmdə ola bilər:
Digər qeyri-müəyyən miqdar saylarından sonra işlənən isimlər təkdə olur: az adam, beş-altı kitab, xeyli
uşaq, bir qədər meyvə, bir neçə dəftər və s.
Əvəzlik
Əsas nitq hissələrini əvəz edən sözlərə əvəzlik deyilir. Əvəzlik, əsasən, əvəz etdiyi nitq hissələrinin
xüsusiyyətlərinə uyğunlaşır. İsim, sifət, zərf və feildən fərqli olaraq, əvəzliyin ümumi qrammatik mənası
yoxdur. Hansı nitq hissəsini əvəz edirsə, onun da ümumi qrammatik mənasına uyğunlaşır.
1. Sadə əvəzliklər.
2. Düzəltmə əvəzliklər.
3. Mürəkkəb əvəzliklər.
Əvəzliklərin çoxu sadə əvəzliklərdir: mən, sən, o, bu, biz, siz, elə, belə, həmin, hər, bütün, filan, hamı, öz,
kim? nə? hara? hansı? haçan? və s.
Düzəltmə əvəzliklərə şərti olaraq aşağıdakıları aid etmək mümkündür: biri, kimi, neçənci, hərə, kimsə,
nəsə
Mürəkkəb əvəzliklərə isə aşağıdakıları aid etmək olar: nə cür? nə vaxt? nə qədər? hər kəs, heç kim, hər
kim, heç nə, heç kəs, filankəs
I, II şəxslərin təki və cəmi, əsasən, insana aid olur, kim? sualına cavab verir. III şəxsin tək və cəmi həm
insana, həm də digər canlı və cansızlara aid ola bilər. Buna görə də həm kim?, həm də nə? suallarına
cavab verə bilər.
3. Hallana bilir: mən, mənim, mənə, məni, məndə, məndən; o, onun, ona, onu, onda, ondan
Göründüyü kimi şəxs əvəzlikləri də elə isimlər kimi hallanır. Lakin burada o qədər də ciddi olmayan bir-iki
fərqli xüsusiyyət özünü göstərir:
a) Mən, biz əvəzlikləri yiyəlik halda –in yox, -im şəkilçisini qəbul edir: biz-im, mən-im
b) O şəxs əvəzliyi (bu işarə əvəzliyi də) hal şəkilçisindən əvvəl (eləcə də cəm şəkilçisindən əvvəl) n
bitişdirici samitini qəbul edir: o-nun, o-na, o-nu, on-da, on-dan; on-lar, bun-lar.
6. Xəbərlik (şəxs) şəkilçiləri qəbul edir. Ancaq bu şəkilçilər hər şəxsəvəzliyinin özünə məxsus xəbərlik
(şəxs) şəkilçisi olur: mənəm, sənsən, odur, bizik, sizsiniz, onlardır.
İşarə əvəzlikləri
İşarə məqsədilə işlədilən əvəzliklərə işarə əvəzliyi deyilir. İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə,
həmin.
İşarə əvəzliklərinin hamısı sifəti, “bu” əvəzliyi həm də ismi, “elə, belə” əvəzlikləri isə zərfi də əvəz edə
bilir.
Sifətin yerində işlənmək o deməkdir ki, sifət kimi həmişə ismin əvvəlində gələrək onu təyin edir.
Məsələn: O kitabı mənə ver. Bu adamı tanımıram.
Zərfin yerində işlənmək o deməkdir ki, feilin əvvəlində gəlsin, cümlənin tərzi-hərəkət zərfliyi olsun,
hansı? sualına yox, yalnız necə? nə cür? suallarına cavab versin. Məsələn: Elə (necə? nə cür?) danışma.
O əvəzliyi yerinə görə həm şəxs, həm də işarə əvəzliyi olmaqla omonimlik xarakteri daşıyır. Şəxs əvəzliyi
kimi kim? nə?, işarə əvəzliyi kimi hansı? sualına cavab verir. Bundan başqa, o əvəzliyi əgər hallanıbsa,
cəmlənibsə, cümlədə mübtəda və tamamlıq olubsa, demək, o, şəxs əvəzliyi kimi işlənib. Məsələn: O
getdi. Onlar bir azdan gələcəklər. Mən onu yaxşı tanıyıram.
O əvəzliyi cümlənin təyini kimi işlənərək, hansı? sualına cavab verdikdə işarə əvəzliyi olur. Məsələn: O
qələmi mənə ver. O adamdan soruş. Bu əvəzliyi isə işlənmə məqamından asılı olmayaraq, həmişə işarə
əvəzliyidir: Bu oğlan mənim qardaşımdır. Bu dəftər sənindir. Bu bizim evdir.
Elə, belə işarə əvəzlikləri yalnız III şəxsdə mənsubiyyətə görə dəyişməklə həm hallana, həm də cəmlənə
bilir: eləsi, beləsi, elələri, belələri; eləsinin, beləsinin, elələrində, belələrindən və s.
Bu əvəzliklər xəbərlik (şəxs) şəkilçilərini qəbul edə bilir: eləyəm, beləyəm, eləsən, beləsən, elədir, belədir
və s.
İşarə əvəzliyi sifət kimi cümlədə, əsasən, təyin vəzifəsini daşıyır, hansı? sualına cavab verir.
Həmin işarə əvəzliyi cümlədə təyin olur, substantivləşə bilmir. Hallanmır, cəmlənmir, mənsubiyyət
şəkilçisi qəbul etmir.
O, bu əvəzlikləri mübtəda vəzifəsində olarkən onlardan sonra isim, sifət, say, zərf, feili sifət işlənərsə,
vergül işarəsi qoyulmalıdır. Məsələn: O, çox çalışır. O, yaxşı adamdır. O, üçüncü partanı seçdi. O, oxuyanı
qiymətləndirir.
O, bu mübtədalarından sonra bəzən modal sözlər də işlənə bilər və bu vaxt modal söz o, bu
mübtədalarından vergüllə ayrılmalıdır (burada vergül əvəzliyin yox, modal sözün tələbi ilə qoyulur): O,
əlbəttə, getməlidir. Bu, şübhəsiz, qalib gələcək.
O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil (feili sifətdən başqa), əvəzlik və
köməkçi nitq hissələri (modal sözlərdən başqa) gələrsə, vergül qoyulmaz. Məsələn: O getdi. Bu həm də
tələbədir. Bu hamını tanıyır. O nə yaxşı adamdır!
O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (yəni hansı? sualına cavab verərkən) heç vaxt
onlardan sonra vergül qoymaq olmaz: O işi (hansı işi?) mən görməliyəm. Bu tapşırığı düz yazmamısan.
Qeyri-müəyyən əvəzliklər
İsimlərin yerində işlədilən və qeyri-müəyyən əşyanı bildirən əvəzliklərə qeyri-müəyyən əvəzlik deyilir.
Qeyri-müəyyən əvəzliklər bunlardır: kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hərə, hamı, hər kəs, heç kim,
heç nə, heç kəs, heç biri, hər kim, hər nə, filankəs, bəzi.
Kimsə, hərə, kimi, hamı, hər kəs, heç kim, heç nə, heç kəs, heç biri, filankəs qeyri-müəyyən əvəzliklər
hallana bilir. Məsələn: Kiminin evi var, kiminin də yox. Hərəyə bir söz deyir. Kimdənsə bunu soruşmadım.
Heç kimi görmədim. Mən heç kəsdən qorxmuram. Ürəyinə heç nəyi gətirmə.
Kim isə, nə isə qeyri-müəyyən əvəzliklərinə artırılan şəkilçilər sözün I hissəsinə artırılır. Məsələn: kimin isə
(kiminsə), kimə isə (kiməsə), nədə isə (nədəsə), nəyi isə (nəyisə) və s.
Qeyri-müəyyən əvəzliklərin bir qismi (hamı, hərə, bəzi) məhdud şəkildə də olsa, mənsubiyyət şəkilçilərini
qəbul edə bilir.
Qeyri-müəyyən əvəzliklərin bir qismi (biri, hamı) cəm şəkilçisi qəbul etmir.
Bəzi əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edərək isim kimi hallanır və cəmlənir. Məsələn: bəzisinin,
bəziləri, bəzisinə, bəzilərindən vəs.
Təyini əvəzliklər
Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyini əvəzliklər deyilir. Təyini əvəzliklər
cümlədə isimlərdən əvvəl gələrək onları təyin edir. Təyini əvəzliklər bunlardır: öz, hər, bütün, filan, eyni.
Təyini əvəzliklər sifət kimi hansı? sualına cavab verir, cümlədə təyin vəzifəsini daşıyır.
Öz təyini əvəzliyi digər təyini əvəzliklərdən fərqli olaraq, özündən sonrakı sözün mənsubiyyət şəkilçisi ilə
işlənməsini tələb edir.
kitabım kitabınız
Öz kitabın Öz kitabınız
kitabı kitabları
Öz əvəzliyi bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi qəbul edərək substantivləşə bilir.
Substantivləşdikdən sonra hallana və cümlədə müxtəlif cümlə üzvləri vəzifəsini daşıya bilir.
Sual əvəzlikləri
Sual əvəzlikləri sual məqsədilə işlədilir. Bu əvəzliklər vasitəsilə əşya, onun əlaməti, miqdarı, sırası,zamanı,
yeri soruşulur. Alınan söz əvəzliyin daşıdığı vəzifəni daşıyır. Əsas nitq hisslərinin sualları sual əvəzliklərinə
daxil olur.
Sayı əvəz edən sual əvəzlikləri: neçə? nə qədər? (həm də zərfin sualıdır) neçənci?
Zərfi əvəz edən sual əvəzlikləri: necə? nə cür? (bu sual əvəzliklərihəm də sifətin suallarıdır) nə qədər?
(həm də sayın sualıdır) nə vaxt? haçan? hara? (müxtəlif hallarda)
Sual əvəzlikləri o biri əvəzliklərdən fərqli olaraq, əvəzliklərin özünü də əvəz edə bilir. Məsələn: Mən
səninlə görüşəcəyəm – Kim səninlə görüşəcək?
Feil
Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsinə feil deyilir. Feilin sualları nə et? nə
ol? sözlərinin müxtəlif zaman, şəxs, şəkil və s. artırılmış formalarıdır: nə etdi? nə oldu? nə edəcəksiniz?
nə etsə? nə etməliyik? və s .
Feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadəfeillər ya bir kökdən, ya da kök və qrammatik
şəlikçidən ibarət olur. Məsələn: apar, aldı, çağıracaq və s. Dilimizdəki bütün sadə feillər yalnız milli
sözlərdir, adətən, azhecalı olur. Düzəltmə feillərin bəzilərinin kökü və mürəkkəb feillərin xüsusilə birinci
tərəfi alınma ola bilər. Məsələn: testləşdirmək, normallaşdırmaq, sənayeləşmək, hazırlanmaq,
vidalaşmaq, dost olmaq, analiz etmək, təmir etmək və s.
Düzəltmə feillər
Düzəltmə feillər həm sadə, həm də düzəltmə sözlərə leksik (sözdüzəldici) şəkilçilər artırmaqla düzəlir.
Həmin şəkilçilər ya adlara (feil olmayan digər əsas nitq hissələrinə), ya da feillərin özünə artırılır.
Digər nitq hissələrindən (adlardan) feil düzəldən şəkilçilər. Adlardan (isim, sifət, say, zərf və
əvəzliklərdən) feil düzəltmək üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur:
Mürəkkəb feillər
Mürəkkəb feillər iki və daha artıq sözün birləşməsindən yaranır. İsim, sifət, və zərflərdən fərqli olaraq,
mürəkkəb feillər, demək olar ki, bitişik yazılmır.
1. Yaxın və ya əksmənalı feillərin birləşməsindən. Bu zaman, adətən, birinci feil –ıb4 şəkilçisi ilə işlənir:
əsib-coşmaq, küsüb-barışmaq, atılıb-düşmək və s. Belə feillərin hər iki tərəfi eyni zamanda qrammatik
cəhətdən dəyişə bilir: oturur-durur, oturdu-durdu, danışır-gülür. Bu yolla yaranan feillər defislə yazılır.
2. Mürəkkəb feillərin başqa bir qismi etmək, eləmək, olmaq köməkçi feillərini digər nitq hissələrinə
artırmaqla, eləcə də -a2 (-ya2) şəkilçisi qəbul etmiş feilə bilmək sözünü artırmaqla düzəlir: pis etmək, çox
olmaq, qohum olmaq, hiss etmək, yaza bilmək, dönə bilmək və s. Belə feillərin birinci tərəfi qrammatik
cəhətdən dəyişəbilmir, yalnız ikinci tərəfi dəyişir: kömək edəcəyik, yaza bilmədim və s. Bu yolla yaranan
feillər ayrı yazılır. (Onlara bəzən tərkibi feillər də deyilir)
Qeyd: Olmaq, etmək, eləmək, bilmək sözləri aşağıdakı hallarda müstəqil feil kimi alınır:
1. Olmaq sözü yaşamaq, qalmaq, iştirak etmək, var olmaq mənasında. Məsələn: Biz Bakıda oluruq.
Dünən iclasda olmuşam.
2. Etmək, eləmək sözləri yerinə yetirmək, həyata keçirmək mənasında olduqda. Məsələn: Dediklərini
etmişəm.
3. Bilmək sözü müəyyən məlumata, biliyə malik olmaq mənasında. Məsələn: Bu faktları bilirəm.
Feilin zamanları
Feillərin özünəməxsus xüsusiyyətlərindən biri də zamana görə dəyişməsidir. Zaman şəkilçilərini feilin
ancaq xəbər şəkli qəbul edir. Hər hansı hərəkət müəyyən zaman daxilində baş verir. Buna görə də feil üç
zaman bölünür:
1. Keçmiş zaman
2. İndiki zaman
3. Gələcək zaman
Keçmiş zaman
Hərəkətin keçmişdə, yəni söhbət gedən ana qədər icra olunub-olunmadığını bildirir. Keçmiş zaman iki cür
olur:
1. Nəqli keçmiş
2. Şühudi keçmiş
Şühudi keçmiş zaman hərəkətin icrasını şahidlik yolu ilə bildirir. Şühudi keçmiş feillərin kökünə və ya
başlanğıc formasına –dı4 şəkilçisi artırmaqla düzəlir: aldım, gördü, baxdıq, yediniz və s.
Nəqli keçmiş əvvəl icra olunmuş hərəkəti nəqletmə yolu ilə bildirir. Nəqli keçmiş feillərin kökünə və ya
başlanğıc formasına –mış4 və ya –ıb4 şəkilçisi artırmaqla düzəlir: yazmışam, yazmışdır, yazıbsan, yazıb. II
şəxsin təkində və cəmində -mış4 şəkilçisinin sonuncu samiti tələffüzdə düşə bilər: yazmışsan [yazmısan],
yazmışsınız [yazmısınız]. I şəxsin tək və cəmi nəqli keçmiş zamanda işlənə bilmir:
Göründüyü kimi –ıb4 şəkilçili nəqli keçmiş zaman III şəxsin təkində şəxs sonluğu qəbul etməyə bilər: O
gedibdir – O gedib(-).
İndiki zaman
Feilin indiki zamanı hərəkətin icrasının hazırda – söhbət gedən anda davam etdiyini və ya etmədiyi
bildirir.Feillərin kökünə və ya başlanğıc formasına –ır4 şəkilçisini artırmaqla düzəlir: qaçıram, qaçır. İndiki
zamnın inkarında –ma2 şəkilçisinin saiti düşür: qaç-m-ır-am, qaç-m-ır-san, qaç-m-ır.
Gələcək zaman
Gələcək zaman hərəkətin gələcəkdə, söhbət gedən andan sonra icra ediləcəyini və ya icra edilməyəcəyini
bildirir. İki cür olur:
Qəti gələcək zaman hərəkətin gələcəkdə icra ediləcəyini qətiyyətlə, əminliklə bildirir, -acaq2 (-yacaq2)
şəkilçisi ilə düzəlir: yatacaqsan, yatacaqsınız, yatacaqlar.
Qeyri-qəti gələcək zaman –ar2 (-yar2) şəkilçisi ilə düzəlir, hərəkətin gələcəkdə icra ediləcəyini qəti şəkildə,
əminliklə bildirmir, hərəkət icra oluna da bilər, olunmaya da bilər: yataram, yatarsan, yatar.
A) İndiki zamanda olduğu kimi qeyri-qəti gələcək zamanda da –ma2 inkar şəkilçisinin saiti düşür: bax-m-
ar-am, bax-m-az-san, bax-m-az
B) II və III şəxslərin həm təkində, həm də cəmində -ar2 zaman şəkilçisinin r samiti z ilə əvəz olunur: bax-
m-az-san, bax-m-az-sınız, bax-m-az, bax-m-az-lar
Əmr şəkli
Feilin əmr şəkli əmr, buyruq, xahiş, məsləhət, nəsihət, təklif və s. bildirir. Xüsusi şəkli əlaməti yoxdur,
feilin kökünə və ya başlanğıc formasına şəxs şəkilçiləri artırmaqla düzəlir. yaz-ım, yaz(-), yaz-sın, yaz-aq,
yaz-ın, yaz-sınlar
Əmr şəklinin II şəxs təki şəxs şəkilçisi qəbul etmir. Bütün feillərin başlanğıc forması əmr şəklinin II şəxsin
təkinin təsdiqinə uyğundur. Əmr şəklində II şəxs cəminin şəxs şəkilçisi vurğu qəbul etmir: apa’rın,
dinlə’yin digər şəxslərdə isə şəxs sonluqları vurğu qəbul edir. Ümumiyyətlə, əmr şəklinin şəxs sonluqları
dilimizdə işlənən digər şəxs sonluqlarından fərqlidir.
Xəbər şəkli
Xəbər şəkli iş və ya hərəkətin neçənci şəxs tərəfindən və nə vaxt icra olunmasını bildirir. Bu şəklin də
xüsusi qrammatik göstəricisi yoxdur, feilin kökünə və ya başlanğıc formasına zaman şəkilçiləri və şəxs
şəkilçiləri artırmaqla düzəlir: al-dı-m, al-dı-n, al-dı(-), al-dı-q, al-dı-nız, al-dı-lar; al-ır-am, al-ır-san, al-ır, al-
ır-sınız, al-ır-ıq,al-ır-lar Beləliklə, xəbər şəklinin zaman şəkilçisinin olub-olmaması ilə müəyyən etmək
olar. Zaman şəkilçisi qəbul etmiş istənilən feil xəbər şəklində olur.
Arzu şəkli
Feilin arzu şəklində hərəkətin icarsının arzu olunduğu bildirilir. Bu şəkil feilin kökünə və ya başlanğıc
formasına –a2 (-ya2) və şəxs şəkilçisi artırmaqla düzəlir. Çox vaxt həmin feillər olan cümlədə kaş, təki,
barı, gərək ədatları işlənir: kaş yaz-a-san, kaş yaz-a, gərək yaz-a-q, yaz-a-sınız, gərək yaz-a-lar
Vacib şəkli
Feilin vacib şəkli hərəkətin icra olunmasının və ya olunmamasıın vacib olduğunu bildirir. Feilin kökünə və
ya başlanğıc formasına –malı2 və şəxs şəkilçisi artırmaqla düzəlir: qalx-malı-yam, qalx-malı-san, qalx-
malı-dır, qalx-malı-yıq, qalx-malı-sınız. Vacib şəklinin inkarı həm –ma2 inkar şəkilçisi, həm də deyil inkar
hissəciyi ilə düzələ bilir: get-mə-məli-yəm, get-məli deyil-əm.
Lazım şəkli
Feilin lazım şəkli hərəkətin icrasının lazım və ya lazım olmadığını bildirir. Feilin kökünə və ya başlanğıc
formasına –ası2 və şəxs şəkilçisi artırmaqla düzəlir: yaz-ası-yam, yaz-ası-san, yaz-ası-dır, yaz-ası-yıq, yaz-
ası-sınız, yaz-ası-dırlar.
Lazım şəklinin inkarı –ma2 inkar şəkilçisi ilə yox, deyil inkar hissəciyi ilə düzəlir: gələsi deyiləm
Şərt şəkli
Feilin şərt şəkli hərəkətin icra olunmasının və ya olunmamasının müəyyən şərtlə bağlılığını bildirir. Feilin
kökünə və ya başlanğıc formasına –sa2 və şəxs şəkilçisi artırmaqla düzəlir: oxu-sa-m, oxu-sa-n, oxu-sa(-)
Şərt şəklinin III şəxs təkində şəxs şəkilçisi olmur. Adətən, şərt şəkli olan cümlədə əgər, hərgah
bağlayıcıları ilə işlənir.
Feilin şərt şəkli müstəqil sadə cümlədə işlənmir: Havalar yaxşı keç-sə, məhsul bol olacaq.
2. Feillə yanaşı, digər bir nitq hissəsinin də müəyyən əlamətlərinə malik olmaları. (Belə ki, məsdərdə feil
və ismin, feili sifətdə feili və sifətin, feili bağlama feil və zərfin müəyyən əlamətləri özünü göstərir.)
Məsdər
Məsdər həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır. Feillərin kökünə və ya başlanğıc formasına –
maq2 şəkilçisini artırmaqla düzəlir: almaq, işləmək, yazmaq, sevmək.
1. Hərəkət bildirir.
3. Özündən əvvəl gələn müəyyən sözlərlə əlaqəyə girərək, onları özünə tabe edib birləşmə yaradır və
onlarla birlikdə bir sintaktik vahid kimi cümlənin mürəkkəb üzvü olur: Vətənimizin sərhədini göz bəbəyi
kimi qorumaq müqəddəs borcumuzdur. Məsdərin yaratdığı bu cür birləşmələrə məsdər tərkibi deyilir.
5. Qoşmalarla işlənə bilir: oxumaq üçün, yaşamağa görə, yaşamaqdan ötrü vəs .
6. Yalnız III şəxs təkin xəbərlik (şəxs) şəkilçisini qəbul edəbilir: oxumaqdır, gəlməkdir, bacarmaqdır.
7. Cümlədə həm təklikdə, həm də tərkib şəklində mübtəda, tamamlıq, zərflik və ismi xəbər (xəbərlik
şəkilçisini qəbul etməklə) vəzifəsində çıxış edir.
Feili sifət
Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyan sözlərə feili sifət deyilir.
1. Zaman mənası bildirir: daşmış (keçmiş z.) çay, danışan (indiki z.) oğlan, deyiləsi (gələcək z.) söz
3. Ətrafına (özündən əvvələ) müxtəlif sözlər toplaya bilir: rahat-rahat əlindəki çayı içən (adam)
5. Bəzən xəbərlik şəkilçisi qəbul edərək ismi xəbər olur: Yaman günlər gec-tez ötüb-keçəndir.
Hər iki şəkilçi vasitəsilə keçmiş zaman mənalı feili sifət düzəldilir.
4. –acaq2, -malı2, -ası2 şəkilçiləri vasitəsilə gələcək zaman mənalı feili sifətlər düzəldilir: yazılacaq (əsər),
keçiriləcək ( müsabiqə), çəkiləsi (ət), görməli (yerlər)
Feili sifət şəkilçilərinin bir qismi omonim şəkilçilərdir. Onları fərqləndirmək lazımdır:
1. Axtar-mış-am (nəqli keçmiş zaman), apar-ır-mış ( imiş hissəciyinin şəkilçiləşmiş forması), sil-in-miş
döşəmə (feili sifət)
2. Yanacaq qurtardı ( isim), Yağış yağacaq ( qəti gələcək zaman), görüləcək işlər ( feili sifət)
3. Köhnə divarları sökməliyik (feilin vacib şəkli), görməli yerlər ( feili sifət)
4. Evə mebel alasıyıq (feilin lazım şəkli), deyiləsi söz (feili sifət)
Göründüyü kimi feili sifətlər daha çox feilin forma şəkilçiləri ilə (–mış4 ,–acaq2, -malı2, -ası2 ) ortaqdır. Bu
şəkilçilərlə düzələn feili sifətlər sifət kimi ismin əvvəlində gəldiyi halda, forma şəkilçiləri cümlənin
sonunda gəlib, bir qayda olaraq, cümlənin xəbəri olur. Feili sifət necə? nə cür? hansı? suallarına, şəkilçi
cəhətdən onunla ortaq görünən feil şəkilləri isə təsriflənən feilin suallarına ( nə etmişdir? nə edəsidir? nə
etməlidir? nə edəcək?) cavab verir.
Qeyd: -malı2 şəkilçili bəzi feili sifətlər də şəxs sonluğu ilə işlənib ismi xəbər ola bilir:
Feili sifət və feildən düzələn sifətlər. Feili sifətlərlə feildən düzələn sifətlərin bir sıra oxşarlıqları var:
1. Hər ikisi ismə aid olur və ondan əvvəl işlənir: çalışqan şagird (sifət), çalışan şagird (feili sifət), küsəyən
qız ( sifət), küsən qız (feili sifət) və s.
2. Hər ikisi əşyanın əlamətini bildirir, eyni suala cavab verir və cümlənin təyini olur: qırıq (necə?), boşqab,
qırılmış (necə?) şüşə
3. Hər ikisi isimləşə bilir: Satqınlara (sifət) heç kim acımaz. Gedəni ( feili sifət) saxlamazlar və s.
2. Feildən sifət düzəldən şəkilçilər leksik, feili sifət düzəldən şəkilçilər isə qrammatik şəkilçilərdir.
3. Feildən düzələn sifətlər yalnız əlamət mənası bildirir, həm də bu əlamət onun daimi əlamətidir,
onlarda hərəkət mənası qalmır. Feili sifətlər isə həm əlamət ( bu əlamət müəyyən zaman daxilində olan
müvəqqəti əlamətidir) , həm də hərəkət mənası bildirir.
4. Feildən düzələn sifətlər sifət olduqları üçün inkar şəkilçisi qəbul edə bilmir: qırıcı (sifət) təyyarə. Feili
sifətlər isə həm təsdiqdə, həm də inkarda ola bilir: yazılan – yazılmayan (vərəq)
Sözün sifət, yoxsa feili sifət olduğunu yoxlamaq üçün həmin sözün inkarda işlənib-işlənə bilmədiyinə fikir
vermək lazımdır. Söz inkarlıq şəkilçisi ilə işlənə bilirsə, demək, sifət yox, feili sifətdir.
Feili bağlama
Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə feili bağlama deyilir.
5. Ətrafına (özündən əvvələ) müxtəlif sözlər toplaya bilir: getdikdə - səhər tezdən işə getdikdə
1. Özündən sonra gələn başqa bir feilə aid olur: gələndə gördü
2. Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir. Titrəyə-titrəyə (tərz) danışırdı. Böyüyəndə (zaman)
bilərsən. Utanıb (səbəb) başını aşağı saldı.
3. Zərfin və ya zərfliyin bəzi suallarına (necə? nə cür? nə tərzdə? nə zaman? nə səbəbə? niyə?) cavab ola
bilir: Fikirləşmədən (necə?) cavab verdi. Qorxub (niyə?) çəkildi.
4. Həm təklikdə, həm də əlaqəyə girdiyi sözlərlə birlikdə cümlənin zərfliyi olur.
2. –araq2 Bu şəkilçi –ıb4 şəkilçisi ilə qrammatik sinonimdir. Bütün xüsusiyyətlərinə görə onunla eynidir.
3. –a2 –ə2 Təkrar olunan feilə artırılır və hərəkətin tərzini bildirir: O, otağa gülə-gülə daxil oldu.
4. –madan2 Bu şəkilçi ilə düzələn feili bağlamalar hərəkətin bəzən zamanını, bəzən tərzini, bəzən də
şərtini bildirir: Qış gəlmədən (zaman) hazırlığımı görmüşəm. Suala fikirləşmədən (tərz) cavab verdi. Onu
görmədən (şərt) getməyəcəyəm.
Aşağıdakı şəkilçilərlə düzələn feili bağlamalar daha çox hərəkətin zamanını bildirir:
10. –ar (-maz)2 Bu şəkilçi də təkrar olunan feillərə artırılır. Xörək bişər-bişməz tələsik bir-iki tikə yedi.
1. Feili kökü və ya başlanğıc forması + şəkillərin şəkilçisi + idi (-dı4) + şəxs şəkilçisi: yaz-mış-dı-m
2. Feilin kökü və ya başlanğıc forması + şəkillərin şəkilçisi + şəxs şəkilçisi + imiş (-mış4) hissəciyi: yaz-mış-
am-mış
3. Feilin kökü və ya başlanğıc forması + şəkillərin şəkilçisi + şəxs şəkilçisi + isə (-sa2) hissəciyi: yaz-mış-am-
sa
Qeyd: Bu hissəciklərin -dı4 -mış4 -sa2 şəkiçiləşmiş formaları şühudi keçmiş zaman şəkilçisi -dı4 , nəqli
keçmiş zaman şəkilçisi -mış4 və şərt şəkilçisi -sa2 ilə qrammatik omonimdir. Yadda saxlamaq lazımdır ki,
zaman ( şühudi keçmiş, nəqli keçmiş) və şərt şəkilçiləri birbaşa feilin kökünə və ya başlanğıc formasına
qoşulduğu halda, şəlikçiləşmiş hissəciklər kökə və ya başlanğıc formaya yox, müəyyən şəklin şəkilçisindən
sonra artırılır: oxu-du ( şühudi keçmiş), oxu-yur-du ( idi hissəciyi), gəl-miş-sən ( nəqli keçmiş), gəl-ər-miş-
sən ( imiş hissəciyi), söylə-sə-niz ( şərt şəkli), söylə-di-lər-sə ( isə hissəciyi)
Zərf
Hərəkətin tərzini (əlamətini),zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsinə zərf deyilir.
Sualları: necə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? haraya? haradan? harada? nə qədər?
Bu nümunələrdə cəld, yenə, irəlidə, çox zərfləri hərəkəti müxtəlif cəhətdən izah edir.
Zərflər təkcə təsriflənən feillərə yox, təsriflənməyən feillərə də (məsdər, feili sifət, feili bağlama) aid ola
bilər: Dünən keçirilən yığıncaqda anlaşılmayan məsələ qalmadı. Rüstəm kişi geriyə dönəndə Şirzadla
qarşılaşdı.
Zərflər hərəkətə aid olduğu kimi digər nitq hissələrinə də aid olu, onları müxtəlif cəhətdən izah edir:
Dünən məktəbimizdə şənlik idi. Sən həmişə birincisən. Onun paltarı tamamilə yaş idi.
Sadə zərflər bir kökdən ibarət olur; burada sözdüzəldici (leksik) şəkilçi olmur.
Dilimizdə mövcud olan sadə zərflər, əsasən, bunlardır: əvvəl, sonra, bildir, srağagün, inişil, həmişə, indi,
sabah, gec, tez, irəli, geri,yuxarı, aşağı, yenə, hələ, daim, cəld, bayaq, qabaq, bura, ora və s.
Düzəltmə zərflər
1. –casına2 şəkilçisi isim və sifətdən zərf düzəldir. Vurğu qəbul etmir: dostcasına, mülayimcəsinə,
igidcəsinə, yoldaşcasına və s.
2. –la2 daha çox isimdən zərf düzəldir və vurğu qəbul etmir: heyrətlə, qəzəblə, hərarətlə, səbirsizliklə və s.
3. -ən şəkilçisi daha çox isimdən zərf düzəldir və vurğu qəbul etmir: daxilən, ruhən, qəflətən, şəxsən,
cismən, zahirən və s.
4. –yana; -yanə; -anə şəkilçisi isim və sifətdən, əsasən, zərf düzəldir: zarafatyana, dostyana, ağayana,
şairanə, saymazyana və s.
5. –dan2 sifət, say və əvəzlikdən zərf düzəldir: bərkdən, astadan, hündürdən, dərindən, birdən, hərdən,
çoxdan və s.
7 –lıq4 şəkilçisi ilə düzələn isimlərə -da2 şəkilçisini artırmaqlada zərf düzəltmək olur: təklikdə, birlikdə. Biz
bu işi birlikdə gördük. Əli Həmidlə təklikdə görüşdü.
8. Gün, ay, həftə, il, qış, yay, payız, bahar, yaz tipli isimlərə, o əvəzliyinə -da2 şəkilçisi artırmaqla zaman
zərfi düzəltmək olur: gündə, ildə, qışda. Sevinc dostu ilə gündə görüşərdi. Biz ildə bir dəfə yığışırıq. Onda
sən uşaq olardın ( nə vaxt ?).
9. –ca2 şəkilçisi ilə isimdən zərf düzəldir və həmin şəkilçi vurğu qəbul etmir: türkcə, ingiliscə, almanca və
s.
10. –gə şəkilçisi bir sözünə qoşularaq zərf düzəldir: Onlar iclasa birgə getdilər.
11. –lıq şəkilçisi zərfin özündən də zərf düzəldir: həmişəlik, hələlik, indilik.
a) –la2 şəkilçisi zərf düzəltməklə yanaşı, eyni zamanda, digər nitq hissələrindən feil düzəldir:
-la2 ilə qoşmasının şəkilçiləşmiş formasına da bənzəyir: Arif qələmlə yazır (qoşma).
Qeyd edək ki,zərf necə? qoşmalı söz nə ilə?, kim ilə?, feil isə nə et? sualına cavab verir.
b) Çıxışlıq hal şəkilçisi –dan2 zərf düzəldən –dan2 şəkilçisi ilə omonimlik xüsusiyyətinə malikdir:
c) Yerlik hal şəkilçisi –da2 zərf düzəldən –da2 şəkilçisi ilə omonimdir:
O, almanca danışmağı da bacarır. (zərf düzəldən şəkilçi). Onun uşaqca ağlı yoxdur ( -ca qoşma). Beşcə
dəqiqəlik görüşək (ədat)
Mürəkkəb zərflər
Mürəkkəb zərflər müxtəlif yollarla yaranır:
a) –ba2 bitişdiricisinin köməyi ilə: ilbəil, yanbayan, dalbadal, anbaan, adbaad, taybatay və s.
b) müxtəlif mənalı sözlərin birləşməsi yolu ilə: kəlməbaşı, gözaltı, dilucu, ağızucu,sözarası, axşamüstü,
gecəyarı, atüstü,üzüyuxarı, səhərçağı, əliboş, gözüyumulu, birdəfəlik,dabanbasma, dabanbasaraq,
arabir, hərdənbir, bayramsayağı, bayramqabağı, günorta və s.
a) eyni sözün təkrarı ilə: yavaş-yavaş, tez-tez, asta-asta, iti-iti, bir-bir, gizli-gizli, sakit-sakit və s.
b) biri və ya hər ikisi şəkilçi qəbul etmiş eyni sözlərin təkrarı ilə: birdən-birə, gündən-günə, başdan-başa,
ildən-ilə, üz-üzə, yan-yana, baş-başa və s.
c) antonim sözlərin köməyi ilə: gec-tez, əvvəl-axır, ora-bura, səhər-axşam, başdan-ayağa, sağa-sola və s.
e) tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə: tələm-tələsik, için-için,
xısın-xısın, az-maz və s.
q) yönlük halda işlənmiş bir sayına digər sayların qoşulması yolu ilə: birə-beş, birə-on, bir-yüz, birə-iki və
s.
Dilimizdə bir qrup ayrı yazılan zərflər də var: bu vaxt, o saat, ilk dəfə, bir az, bir qədər, bir dəfə, bu gün və
s.
Bu gün, bu vaxt tipli sözlər o vaxt bir yerdə götürülüb zərf olur ki, onlarda ikinci tərəf ayrıca işlənə
bilməsin. Məsələn:
1) Bu gün ( hansı gün?) yaddan çıxmayacaq. Bu vaxt ( hansı vaxt?) bizim xeyrimizədir.
Bu cümlələrdə bu gün, bu vaxt birinci növ təyini söz birləşmələri kimi formalaşıb və tərkib hissələrinə
ayrılır; bu işarə əvəzliyi kimi təyin, gün, vaxt sözləri cümlənin müvafiq olaraq tamamlığı və mübtədası
yerində işlənmişdir.
2) Bu gün (nə vaxt?) getməliyik. Gün sözü ayrılıqda götürülə bilmir – bu sözü ilə birlikdə zərf olur. Eləcə
də: Bu vaxt qapı açıldı ( nə vaxt? – zərf)
Qeyd: Birinci tərəfi çıxışlıq hal, ikinci tərəfi yönlük hal şəkilçisi qəbul etmiş və defislə yazılan mürəkkəb
zərflərlə buna oxşar qeyri-təyini ismi birləşmələri qarışdırmamalı. Məsələn: Bura gələnlərin sayı gündən-
günə çoxalırdı (zərf). Uşaq başdan-başa toz içində idi (zərf). Atalar yaxşı deyiblər: “Başdan başa fərq
vardır” (hər biri ayrılıqda isim).
Tərzi-hərəkət zərfləri
Sadə tərzi-hərəkət zərfləri yalnız bir kökdən ibarət olur: Uşaq yaman qorxmuşdu. O bu sözü təkrar
soruşdu. Suallara dürüst cavab ver. Sən bunu çətin başa düşərsən. Yorğun adam yaxşı işləyə bilməz.
Bəhram oxu həmişə sərrast atırdı. O, səlis danışırdı.
Tərzi-hərəkət zərfləri bəzən əlamətə (sifətə) də aid olur. Məsələn: Uşaq yaman fərəhli idi.
Göründüyü kimi yaman sözü sifətlə ifadə olunmuş “fərəhli idi” ismi xəbərini izah edir.
Qeyd: dahiyanə, şairanə, sabiranə kimi sözlərdə iki hecada uzun sait var: [da:hiyan:nə], [şa:yira:nə],
[sa:bira:nə]
Zaman zərfləri
Sadə zaman zərfləri: gec, indi, bildir, inişil, daim, hələŞ dərhal, yenə, axşam, səhər, srağagün, əvvəl,
sonra, qabaq, həmişə, bayaq, gecə Məsələn: Yenə xəyalında keçmiş günlərə qayıdırdı. Dünən bu hadisə
bizi sevindirmişdi. Həsən daim özünü gümrah hiss edirdi.
Düzəltmə zaman zərfləri: hələlik, çoxdan, hərdən, onda, gündə, ildə, yayda, qışda və s. Məsələn: O,
şəhərdən çoxdan çıxmışdı. İndilik mənim konkret təklifim yoxdur. Onda mən uşaq olardım. Mən onu
gündə görmək istəyirəm.
Mürəkkəb zaman zərfləri: ara-sıra, səhər-axşam, əvvəl-axır, birdən-ikidən, səhər-səhər, arabir, hərdənbir,
günorta, axşamtərəfi, səhərçağı, axşamçağı, anbaan, günbəgün və s. Məsələn: Onların sayı anbaan
çoxalırdı. Biz günorta çayın sahilinə endik. Günəşin zəif şüası arabir yeri isidirdi.
Yer zərfləri
Sadə yer zərfləri: irəli, geri, yuxarı, bəri, aşağı, ora, bura. Məsələn: İndi irəlidə onları bir dəstə adam
gözləyirdi. Uşaq yuxarıdan anasına əl edirdi.
Mürəkkəb yer zərfləri: ora-bura, dala-qabağa, sağa-sola, üzüyuxarı, üzüaşağı. Məsələn: Çapırsan atını
hey sağa-sola. Onlar üzüaşağı endilər.
Qeyd: Yer zərflərini məkan mənalı isimlərlə qarışdırmamalı. Nəzərə almaq lazımdır ki, ismin məkanı –
qarmmatik hallarda (yönlük, yerlik, çıxışlıq hallarında) işlənən kənd, qəsəbə, saray, rayon, Bakı, Lənkəran
kimi sözlər cümlə üzvü kimi yer zərflikləri olsalar da, əşyanın adını bildirdikləri üçün isimdir. Onları yer
zərfi hesab etmək olmaz. Məsələn: Sabah kəndə getməlisən. Rayonda yaşayıram. Çəmənlikdə xeyli uşaq
ora-bura qaçırdı.
Miqdar zərfləri
Sadə miqdar zərfləri: az, çox, xeyli. Məsələn: Çox bilib, az danışmaq məsləhətdir. Sən bu gün məni çox
yordun. O, xeyli şən görünürdü.
Düzəltmə miqdar zərfləri: tamamilə, dəfələrlə, bütünlüklə. Məsələn: O, dostuna dediyi sözləri tamamilə
unutmuşdu. Bunu bütünlüklə onun ixtiyarına vermək olmaz.
Mürəkkəb miqdar zərfləri: çox-çox, az-az, az-çox, az-maz, birə-beş, azdan-çoxdan. Məsələn: İlyas
Mərdanı az-çox tanıyırdı. Maya Rüstəm kişinin gözündə çox-çox yüksəlmişdi.
Miqdar zərfləri bəzən əlamətə (sifətə) də aid olur. Məsələn: İşlərimiz xeyli dolaşıqdır (zərf)
Dilimizdə bəzi sözlər var ki, cümlədəki yerindən asılıolaraq, həm isim, həm zərf; həm sifət, həm zərf; həm
qoşma, həm zərf ola bilir.
1. Gecə, gündüz, səhər, axşam, günorta tipli sözlər cümlədə nə? bəzən də hara? sualına cavab verəndə
isimdir. Onlar hallana da bilir. Məsələn: Biz həyəcanla səhəri gözləyirik. Gecə, gündüz taraz olur.
Gecə, gündüz, səhər, axşam, günorta nə vaxt? nə zaman? haçan? suallarına cavab verəndə isə zərfdir.
Məsələn: Gecə biz yola düşəndə qar yağırdı. Səhər havada nəmişlik var idi. Biz onunla günorta görüşdük.
2. Gözəl,qəşəng, pis, yaxşı, tək, cəld, aydın, doğru, əyri, dahiyanə, Sabiranə və s. sözlər necə? nə cür?
hansı? suallarına cavab olaraq, ismin yanında işlənib onun əlamətini bildirəndə sifətdir. Məsələn: Yaxşı iş
üz ağardar. Pis günün ömrü az olar.
Həmin sözlər feilin yanında işlənib necə? nə cür? suallarına cavab verəndə isə tərzi-hərəkət zərfidir. Bu
zaman həmin sözlər hansı? sualına cavab vermir. Məsələn: Hamıdan doğru danışmaq tələb olunur. Qala
uzaqdan aydın görünürdü.
3. Xeyli, az, bir az, bir qədər, çox və s. sözlər nə qədər? sualına cavab verib isimdən əvvəl işlənəndə nitq
hissəsi kimi say olur. Məsələn: Meydanda xeyli adam var idi. Çox işdən onun xəbəri yox idi. Az adam
tapılar ki, bunu bilməsin.
Həmin sözlər feilin (bəzən də sifətin) yanında işlənəndə nitq hissəsi kimi miqdar zərfi olur. Məsələn: Az
danışıb mənalı danışmaq, çox danışıb mənasız danışmaqdan yaxşıdır.
4. Əvvəl, sonra, bəri, qabaq sözləri zərf və qoşma kimi işlənə bilir. Məsələn:
Qabaq buralar göz işlədikcə uzanıb gedən düzənlik idi. Əvvəl Qaraca qız Yusifin ayısından qorxardı, sonra
ona alışmağa başladı. (zərf)
Səndən qabaq o mənimlə görüşməli oldu. Vuruşdan əvvəl döyüşçülər komandirin əmrini diqqətlə
dinlədilər. (qoşma)
5. Doğru, yaxın, tək sözləri həm sifət, həm zərf, həm də qoşma kimi işlənə bilir. Məsələn:
Sifət: doğru söz, yaxın adam, tək ağac (ismi izah etdikdə)
Zərf: doğru danış, yaxın gəl, tək otur (feili izah etdikdə)
Qoşma: evə doğru, dağa yaxın, sənintək (hal şəkilçili sözlə işləndikdə)
b) ayrılıqda cümlə üzvü kimi işlənə bilmir, müstəqil suala cavab vermir;
d) söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz düzəltmək olmur.
Köməkçi nitq hissələrinə qoşma, bağlayıcı, ədat, modal söz və nidalar daxildir.
Qoşma
İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında işlənən sözlərə qoşularaq, müəyyən məna çaları əmələ
gətirən köməkçi nitq hissəsi qoşma adlanır.
Digər nitq hissələrindən fərqli olaraq, qoşmalar müəyyən dəyişmə xüsusiyyətlərinə malikdir: bəzən
xəbərlik (şəxs), hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir. Məsələn:
Əlbəttə, bəzi belə xüsusiyyətlərini əsas götürüb qoşmanı dəyişən nitq hissəsi hesab etmək olmaz. Ancaq
bu, bir faktdır ki, köməkçi nitq hissələrinin içərisində yalnız qoşmalar az da olsa, dəyişmə xüsusiyyətlərinə
malikdir.
Qoşmalar təklikdə müstəqil mənaya malik deyil. Onlar ismin müəyyən hallarına qoşulduqdan sonra
müxtəlif məna çalarlarına malik olur. İsmin ayrı-ayrı hallarına qoşulmaları baxımından qoşmaları bu cür
qruplaşdırmaq olar:
Həmin qoşmalar mən, sən, o, biz, siz, bu əvəzliklərinə qoşulanda onlar daha çox müəyyən yiyəlik halda
olur. Məsələn: Bacım da mənim qədər çalışmalıdır. Sənintək dostum olduğu üçün sevinirəm.
-tək qoşması danışıqda bəzən təki şəklində işlənir və həmin mənanı olduğu kimi saxlayır: Sevincindən quş
təki uçmaq istəyirdi. O da bizim təkidir.
2. İlə (-la2) qoşması adlıq hallı sözlərə qoşularaq, əsasən, birgəlik bəzən də vasitə mənası ifadə edir.
Məsələn:
Əvəzliklərə qoşulanda isə həmin əvəzliklər, bir qayda olaraq, müəyyən yiyəlik halda olur. Məsələn: O
mənimlə ciddi danışmağa məcbur oldu. Bu gün sizinlə görüşməyə can atırdım.
3. Üçün qoşması qoşulduğu sözlə birlikdə səbəb-məqsəd mənası ifadə edir. Məsələn: Tahir qayığa
çıxmaq üçün tələsirdi. cahandar ağa Əhmədin yaylağa gətirdiyi uşaqlar üçün yarıca çadır qurdurdu. Mən
bu rayona sizin üçün gəlmişəm.
4. Haqqında, haqda, barəsində, barədə qoşmaları qoşulduğu sözlə birlikdə aidlik, mövzu obyekti
mənaları ifadə edir. Məsələn: O məsələ barəsində (barədə) razılaşma çoxdan olub. Bu haqda mən də
danışmaq istəyirəm. Bizim haqqımızda yaxşı fikirdədirlər.
1. Qədər, kimi, -dək, -can2 qoşmaları məsafə bildirir. Məsələn: Qonaqları vağzala kimi (qədər, -dək,
-can2) ötürdük. Biz onu səhərə qədər ( kimi, -dək, -can2) gözlədik. O, axşamacan (qədər, kimi, -dək) çalışdı.
Qeyd: Kimi qoşması adlıq halda işlənən feili sifətə qoşulanda zaman mənası ifadə edir. Məsələn: Əsgər
kəndə qayıdan kimi (nə vaxt?) əhvalatı ona xəbər verdilər.
2. Sarı, tərəf, doğru, qarşı qoşmaları qoşulduğu sözlə birlikdə istiqamət, yönəlmə mənası ifadə edir.
Məsələn: evə tərəf, qapıya sarı, fikrə qarşı, mənə doğru və s.
Qarşı qoşmasının məzmununda əkslik, ziddiyyət mənası vardır. Məsələn: Belə düşünəndə Mayanın
ürəyində ona qarşı nifrət hissi oyanırdı.
3. Görə qoşması yönlük halda işlənən sözlərə qoşularaq, səbəb, məqsəd, bəzən də istinad bildirir.
Məsələn:
4. Aid, dair, məxsus qoşmaları yönlük halda işlənən sözlə birlikdə aidlik məzmunu ifadə edir. Məsələn:
Onda insanlığa aid (dair, məxsus) bir əlamət yoxdur.
5. Əsasən qoşması istinad, əsas, səbəb mənasını ifadə edir: Mən deyilənlərə əsasən bu qənaətə
gəlmişəm.
Qeyd: Əsasən sözü modal söz kimi də işlənə bilər. Bu vaxt yönlük hala qoşulmayıb, “əsas etibarilə”,
“əksərən” mənalarını verir. Məsələn: Sən, əsasən, doğru danışırsan. Biz, əsasən, düzgün istiqamətdəyik.
2. Qeyri, başqa, savayı, ayrı, özgə qoşmalarıfərqlənmə mənasını ifadə edir. Məsələn: Azər, bu sual
səndən başqa, bütün yoldaşları maraqlandırır. Stolun üstündə, kitabdan qeyri, heç nə yox idi.
3. Ötrü qoşması qoşulduğu sözlə birlikdə səbəb-məqsəd mənası ifadə edir. Məsələn: Firidun xoşbəxtlik
arzularını Gülnazdan ötrü saxlayardı.
Qoşmaların sinonimliyi
Qoşmaların əksəriyyəti bir-biri ilə sinonimdir. Ona görə də cümlədə onlardan birinin əvəzinə başqasının
işlətmək olur. Məsələn: O, pəhləvan kimi güclüdür cümləsində kimi qoşmasının əvəzinə tək qoşmasını da
işlətmək mümkündür.
1. Adlıq və yiyəlik hallarında işlənən kimi, tək, bəzən də qədər qoşması bir-biri ilə sinonimdir. Məsələn:
Gülşənin gözləri bahar günəşitək (kimi) gülürdü. Bakının gecələri də gündüzləri kimi (qədər) gözəl olur.
2. Adlıq halda işlənən sözə qoşulan –ca qoşması ilə qoşması ilə sinonim ola bilir:
3. –ca2 qoşması adlıq və yiyəlik hallarında işlənən sözlərə qoşulan qədər qoşmasının da sinonimi kimi
işlənə bilir. Məsələn:
-ca2 qoşması eyni zamanda görə qoşmasının da sinonimi ola bilir. Məsələn: Sözün mənaca (mənasına
görə) növləri. Sözün quruluşca (quruluşuna görə) növləri.
4. Yönlük halda işlənən sözlərə qoşulan aşağıdakı qoşmalar da bir-biri ilə qrammatik sinonimdir:
qədər – kimi – dək – can2
Məsələn:
qədər tərəf
kimi doğru
dək
5. Çıxışlıq halla işlənən: əvvəl – qabaq; qeyri – başqa – savayı qoşmaları da bir-birinin sinonimi ola bilir.
Məsələn:
qabaq başqa
əvvəl savayı
6. Üçün, görə, ötrü qoşmaları səbəb-məqsəd mənası ifadə edındı bir-biri ilə sinonim olur: Mənim üçün,
mənə görə, məndən ötrü. (Göründüyü kimi hər biri ismin ayrı-ayrı hallarını tələb edir).
Qoşmaların omonimliyi
Bir qrup sözlər var ki, onlar qrammatik omonimlik xüsusiyyətinə malikdir. Qoşmalarda da belə omonimlik
özünü göstərir:
2. Qeyri, başqa, özgə, əlavə, qarşı sözləri yerinə görə həm sifət, həm də qoşma kimi işlənə bilir:
4. Əvvəl, sonra, qabaq, bəri sözləri qoşma və zərf kimi işlənə bilir. Məsələn:
Sarı sözü yerinə görə tam müxtəlif mənalar daşıyır. Belə ki, sifət, feil və qoşma kimi işlənməklə
omonimlik xüsusiyyətinə malikdir. Məsələn: Sarı almalar göz oxşayırdı (sifət). Onun yarasını tez sarı
(feil). O, iş yerinə sarı gedirdi (qoşma).
Kimi yazır, kimi də mühazirə dinləyirdi. (əvəzlik) Biz də o insanlar kimi böyüməliyik (qoşma)
Qədər, kimi, görə, -ca2 sözləri elə qoşmaların öz daxilində omonim olurlar. İlk iki qoşma adlıq və
müəyyən yiyəlik hallarına artırılanda müqayisə (bənzətmə), yönlük hala artırılanda isə məsafə mənası
verməkləbir-birindən fərqlənirlər. Məsələn: Qəhrəmanlar kimi böyümək istəyirəm (müqayisə-bənzətmə
mənası). Şəhərə kimi (qədər) birgə getdik (məsafə mənası).
Ötrü, görə, üçün, savayı, -dək, -can2, haqqında, haqda, barəsində, barədə yalnız qoşma kimi işlənən
sözlərdir.
Bunlardan –dək, -can(-cən) şəkilçiləşmiş qoşmalardır, ilə isə qoşma olmaqla yanaşı, bağlayıcı da ola bilir.
Məsələn: Şamil bacısı ilə gəlmişdi. (qoşma) Rəna ilə Səlimə bacıdırlar. (bağlayıcıdır, və ilə əvəz oluna
bilər)
Görə qoşması səbəb-məqsəd (Yatdığına görə işə gecikdi) və istinad (Samirin dediyinə görə taxıl vaxtında
yığılacaq) bildirir. –ca2 qoşması isə birgəlik (Yol boyunca irəlilədik), bənzətmə-müqayisə ( Dəryaca ağlın
olsun) və istinad bildirir (İsmin quruluşca üç növü var).
Qoşmaların orfoqrafiyası
Qoşmaların bir qrupu ayrı, bir qrupu isə sözlərə bitişik yazılır.
1.-can2, -dək, -ca2, -tək qoşmaları təkhecalı olduqlarından həmişə sözə bitişik yazılır. Məsələn:
2. İlə qoşması samitlə bitən sözlərdə həm bitişik, həm də ayrı yazıla bilər.
Bitişik yazıldıqda ahəngə görə -la, -lə şəklində olur. Məsələn: Mən sənin fikrinlə razıyam. Qoy Sənanla
məsləhətləşim.
Saitlə bitən sözlərdə isə, əsasən, ayrı yazılır: Sən Sona ilə get. O, radio ilə çıxış etdi.
Qeyd: Bəzən ilə qoşması saitlə bitən sözlərlə də bitişik yazılır. Bu zaman sözlə qoşma arasına y samiti
artırılır. Məsələn:
Bağlayıcı
Cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi bağlayıcı adlanır.
Bağlayıcılar təkcə sözləri, mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil
cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir-birinə bağlayır.
1. Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri əlaqələndirən
bağlayıcılar. Bunlar tabesizlik bağlayıcıları sayılır.
2. Tabeli mürəkkəb cümlənin tərkib hissələrini (yəni baş və budaq cümlələri) əlaqələndirən bağlayıcılar.
Bunlar tabelilik bağlayıcıları sayılır.
Tabesizlik bağlayıcıları
Tabesizlik abğlayıcılarının iki işlənmə yeri vardır:
İlə bağlayıcısı və bağlayıcısı ilə sinonim olsa da, həmişə onu əvəz edəbilmir. Və bağlayıcısı isə həmişə ilə
bağlayıcısının yerində işlənə bilər. İlə (-la2) qoşma kimi də işlənə bilir. Bu söz o vaxt bağlayıcı kimi
götürülür ki, onu və bağlayıcısı ilə əvəz etmək mümkün olsun. Məsələn: Məmmədlə Kərim yaxın dost
idilər – Məmməd və Kərim yaxın dost idilər.
İlə (-la2) bağlayıcısı, əsasən, həmcins üzvlər (daha çox həmcins mübtədalar və tamamlıqlar) arasında
işlənir: Doğru ilə yalan bir araya sığmaz. Sədrlə hesabdarı rayon mərkəzinə çağırdılar.
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət, isə, halbuki. Bu bağlayıcılar iki zidd anlayışı və
fikri bir-birinə bağlayır. Məsələn: Nuru dayım evə, amma atam rayona getməyi məsləhət bildi. Ana
soyuqdan, şaxtadan donmuşdu, uşaq isə sağ-salamat idi.
3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də, və ya, və
yaxud və s. Məsələn: Şəhərdən bir atlı və ya piyada gəldimi, Həsən onu sorğu-suala tutardı.
4. İştirak bağlayıcıları: həm, həm də, həm də ki, hətta, habelə, həmçinin, o cümlədən, o sıradan, da, də,
eləcə də, nəinki. Məsələn: Qızı Bakıya gedəndən sonra Məsmə həm sevinmiş, həm də qüssələnmişdi.
Uşqa bağçasının, eləcə də inzibati binaların tikintisi gecikdirilir.
5. İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Bu bağlayıcılar feilləri bir-birinə bağlayanda –ma2 inkar
şəkilçisini, başqa nitq hissələrini bağlayarkən deyil, yox sözlərini əvəz edir. İnkarlıq bağlayıcıları işlədilən
cümlənin xəbəri təsdiqdə olur. Məsələn: Nə Humay, nə də ki Cəlal dərsdə iştirak etmişdi.
6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Məsələn: Onlar cavanları, yəni Şirzadı, Qaraşı, Mayanı
daha çox alqışladılar.
Tabelilik bağlayıcıları
Bu bağlayıcılar tabeli mürəkkəb cümlədə budaq cümləni baş cümləyə bağlamağa xidmət edir. Tabelilik
bağlayıcıları aşağıdakılardan ibarətdir:
1. Səbəb bağlayıcıları: çünki, ona görə ki, ondan ötrü ki, o səbəbə ki, o səbəbdən ki və s.
Bu bağlayıcılar yalnız səbəb və məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş
cümləyə bağlayır. Məsələn: Mən dünən yığıncağa on dəqiqə gecikmişdim, çünki dərsim var idi.
2. Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki və s.
Bu bağlayıcılar şərt budaq cümləli tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında əlaqə yaradır.
Məsələn: İndi ki bir yerdə çalışırsınız, gərək bir-birinizi başa düşəsiniz.
3. Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki. Bu bağlayıcılarqarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlənin tərkibində işlənir. Məsələn: Hərçənd Xanımın halı yaxşı deyildi, ancaq bunu qonaqlara hiss
etdirmədi.
Ki bağlayıcısı əksər tabeli mürəkkəb cümlələrin tərkibində budaq cümləni baş cümləyə bağlayır. Məsələn:
Bu elə işdir ki, sən onun öhdəsindən gələ bilərsən.
Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu, belə ki, hamı razı qaldı.
Bağlayıcıların quruluşu
Bağlayıcılar quruluşuna görə sadə və mürəkkəb olur.
Sadə bağlayıcılar: və, ilə (-la2), lakin, amma, ancaq, fəqət, hətta,yəni, əgər, hərçənd, ki, çünki, da, də, ya,
gah, həm, nə, nəinki, həmşinin, yaxud
İlə bağlayıcısı şəkilçiləşərək ahəngə uyğun olaraq –la2 şəklində də yazılır. Məsələn: Dəftərlə qələm stolun
üstündə idi.
Ayrı yazılanlar (bunlara bəzən tərkibi bağlayıcılar da deyilir): nə də, nə də ki, gah da, gah da ki, həm də,
həm də ki, o cümlədən, o sıradan, yəni ki, və ya, istərsə də, madam ki, indi ki, bir halda ki, hərşənd ki, belə
ki və s.
2. Dilimizdə da, də həm də ədat kimi işlənir. Ədat kimi işlənəndə o ancaq cümlənin təsir gücünü artırır,
əlaqə yaratmır. Məsələn: Günəş də, Ay da öz nurunu kainatdan əsirgəmədi. (bağlayıcı) Kainatdan öz
nurunu əsirgəməyən Aydır da (ədat).
3. Ki bağlayıcısı sifət düzəldən –ki şəkilçisi ilə oxşardır. Ancaq –ki şəkilçi olanda sözəbitişik yazılır. Həm də
şəkilçi dördvariantlıdır. Məsələn: dünənki, sabahkı, axşamkı və s.
Bağlayıcı olanda tabeli mürəkkəb cümlənin tərkibində budaq cümləni baş cümləyə bağlayır və ayrı yazılır.
Məsələn: Üçüncü ay idi ki, Ulduz bu tablo üzərində çalışırdı.
2. Cümlənin içərisində olan amma, ancaq, lakin, hətta, yəni, o cümlədən, həmçinin, habelə, halbuki,
çünki, yoxsa, ona görə ki, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Məsələn: Göyün üzünü
bulud aldı, amma yağış yağmadı. Hamı, o cümlədən işəyeni götürülənlər həkim müayinəsində oldular.
Mən və yoldaşlarım bir az asudə nəfəs alırdıq, ona görə ki ev dağın ətəyində, çayın kənarında idi.
3. Cümlədə təkrar olunan da, də bağlayıcılarından sonra (sonuncudan başqa) vergül qoyulur. Məsələn:
5. Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül
budaq cümlədən sonra qoyulur. Məsələn: Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı.
Madam ki xəfyyəlik edirsən , göstər onun evini. İndi ki getmək istəyir, mane olmayın. Hərçənd vaxtında
gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.
6. Belə ki bağlayıcısından sonra vergül qoyulur: İndi Azadın boş vaxtı yox idi, belə ki, o, gecə kurslarına da
gedirdi.
7. da, də bağlayıcısı cümlədə təkrar olunmayanda vergül qoyulmur. Məsələn: Həsən də qalib gələnlərin
arasında idi.
Ədat
Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi hissəsinə ədat deyilir.
Ədatlar daxil olduğu cümləyə müəyyən məna incəlikləri verir. Fikrin səlisləşməsinə, təsirli qurulmasına
kömək edir. Ədatları cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, yalnız məna, cümlədəki
emosional təsir müəyyən qədər zəifləyə bilər. Məsələn: Ay Rüstəm, od olub məni yandırmayacaqsan ki?
– Ay Rüstəm, olub məni yandıracaqsan? Axı mənim nə günahım var? – Mənim nə günahım var?
Ədatların mənaca növləri
1. Qüvvətləndirici ədatlar: axı, ən, lap, daha, olduqca, da, də, ki, artıq, nə, necə, ha, -ca2, hətta, bir, belə.
Mən ki damdan, bacadan baxmaz idim. Su kimi hər tərəfə axmaz idim. (M.Sabir) Axı günü günə satmaq
olmaz. O, birdən lap yaxına gəldi. Rüstəm dayıdan az yazmayıblar ha!Deməli, hətta yuxarılarda da
belələri var. Artıq müqavilə də bağlandı. Daha nə istəyirsiniz? Rasim olduqca yaxşı insandır. Nə balıq
tutmağa getməli havadır! Necə də yaxşı adamdır! Bir bundakı ürəyə bax. Biz belə onun nə dediklərini
anlamırdıq.
2. Dəqiqləşdirici ədatlar: elə, əsl, məhz Məsələn: Elə bu saat çağır, gəlsin. Bu mövzu əsl sənin malındır.
Elə bu vaxt kimsə şairin qolundan yapışdı.
3. Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, tək, təkcə, bir, bircə Məsələn: Yanındakı adamlardan yalnız iki
nəfər onunla içəri keçdi. O bu işdə ancaq özünü günahlandırırdı. Bir sən bizim işimizi qaydaya sala
bilərsən.
4. Sual ədatları: bəs, məgər,yəni, -mı4, ki. Məsələn: Bəs bağbanın səsini eşitmədiniz? Siz məgər onu
buradakı qüvvələrdən ayıra bilmədiniz? Bir yerə getmirsən ki? Məni candan usandırdı, cəfadan yar
usanmazmı? (M.Füzuli) Yəni, ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan?
Qeyd 2. Bəs sözü kifayət mənasında işləndikdə ədat olmur. Məsələn: Daha bəsdir (kifayətdir). “Bəs”
deyincə oynadılar.
5. Əmr ədatları: di, qoy, bax, görün, gəl, gəlin, gəlsənə, -sana2, ha. Məsələn: Bax bizim qəti cavabımız
budur. İndi gəl bir qədər geri qayıdaq. Di get səni Şirvan gözləyir. Çoban qardaş bunun sirrini bizə desənə.
Ha ədatı cümlədə feilin əmr şəkli ilə işləndikdə əmr, başqa vəziyyətlərdə isə qüvvətləndirici ədat olur:
Bunu heç kimə vermə ha (əmr). Deyilən vaxtda məni orada gözləməlisən ha! (qüvvətləndirici)
6. Təsdiq və inkar ədatları: bəli, xeyr, hə, yox, heç, heç də. Məsələn: Bəli, atam Muğanda doğulmuşdur.
Hə, Qızyetər bu dəfə daha çox pambıq yığmışdı. Onun boyu heç də balaca deyil. Xeyr, mən özüm hər
şeyin öhdəsindən gələ bilərəm.
- Student olmusan?
- Bəli.
- Hə. (İ.Şıxlı)
7. Arzu ədatları: kaş, kaş ki, barı, təki, gərək və s. Məsələn: Kaş mən də böyüyüb Səttarxan qoşununa
fədai yazılaydım. Təki evimizdə uşaq səsi gəlsin. Gərək bunu deməyəydin.
Bir, bircə sözləri bəzi məqamlarda arzu ədatı kimi işlənə bilir:Bircə dava qurtaraydı, görəydin nələr
edərdim. Bircə oxuyub həkim ola biləydim. Bir bizə gəlsəydin.
Qeyd 1.Gərək sözü ədat olduğu halda, bu sözə ki ədatını artırmaqla düzələn gərək ki modal sözdür.
Məsələn: Gərək ki, o, bu gün gəlməlidir. Bu cümlədə gərək ki “ola bilsin ki” mənasındadır.
Qeyd 2. Gərək sözü lazımdır mənasında işlənəndə daha ədat olmayıb, söz-xəbər (predikativ)
mövqeyində çıxış edir, hətta şəxs (xəbərlik) şəkilçiləri də qəbul edə bilir. Məsələn: Sən mənə gərəksən.
Mən sənə gərəyəm.
Bunu ancaq sənə həvalə edə bilərəm. Bu sözü ancaq sən deyə bilərsən (ədat).
Uşaq az gecikmişdi, ancaq qapıçı onu içəri buraxmadı. Çay dərin idi, ancaq qorxulu deyildi (bağlayıcı).
Ancaq bağlayıcı kimi işləndikdə amma, lakin sözləri ilə eynimənalı olur. Ancaq sözü ədat kimi işləndikdə
yalnız mənasında olur: Ancaq ⁄⁄yalnız sən gedə bilərsən. Bu gün ancaq⁄⁄yalnız dərs oxumalıyam.
2. Kİ həm ədat, həm də bağlayıcı kimi: Başa düşmədiyiniz bir şey yoxdur ki? (ədat) Yarım saatdan az idi
ki, Səkinə gözləyirdi (bağlayıcı)
Ki ədat kimi işləndikdə sözün, cümlənin gücünü artırmağa xidmət edir: Mən ki bunu bilirdim.
Təbii ki bu vaxt vergül də qoyulmur. Ki bağlayıcı kimi budaq cümləni baş cümləyə bağlamağa xidmət edir,
yəni müstəqil cümlə ilə asılı cümlənin arasında işlənir. Bu vaxt ki bağlayıcısından sonra vergül qoyulur:
Mən sənə dedim ki, belə danışma.
3. Qoy, qoyun, gəl, gör, gəlin, bax, görün sözləri həm ədat, həm də feil kimi: Qoy bir məktub hazır olsun
(ədat). Məktubu stolun üstünə qoy (feil). Bax sənə etibar edirəm (ədat). Ağaclara yaxşı bax (feil). Görün
sizə nə gətirmişik (ədat). Hamını bir gözdə görün (feil). Gəlin filmə birlikdə baxaq (ədat). Axşam bizə gəlin
(feil).
4. Təkcə zərf və ədat kimi: O, təkcə dayanmışdı (zərf). Bu işdən təkcə sən xəbərsizsən (ədat).
Təkcə ədat kimi işlənəndə yalnız (tək, təkcə,bir, bircə) sözünü qoymaq mümkündür. Məsələn: Bunu
təkcə sənə danışıram ⁄⁄ Bunu yalnız sənə danışıram.
6. Elə, belə sözləri əvəzlik və ədat kimi, əsl sözü sifət və ədat kimi:
Elə, belə sözləri əvəzlik, əsl sözü ədat yox, sifət olarsa, necə? nə cür? suallarına cavab verir.
Artıq yerinə görə sifət, zərf və ədat kimi işlənə bilər. Bu söz ismi təyin edirsə,sifət, feili izah edirsə, zərf,
mənanı qüvvətləndirirsə, ədat olur. Məsələn: Artıq (necə?) söz danışma (sifət). Böyük yanında artıq
(necə?) danışma (zərf). Artıq səni bürüməyə heç nəyim qalmadı (ədat)
Artıq sözü sifət olarsa,cümlənin xəbəri kimi də işlənə bilir. Məsələn: İki ədəd qələm artıqdır. Sən burada
artıqsan.
7. Yəni həm bağlayıcı, həm də ədat kimi. Məsələn: Kənd ağsaqqallı cavanları, yəni: Mürsəli, Nadiri, Akifi
məsləhət gördü (bağlayıcı). Bu barədə yəni heç kəsə bir söz deməmisən? (ədat)
Yəni sözü bağlayıcı olanda cümlə üzvü ilə onun əlavəsi arasında işlənir: Mən Vaqifi, yəni öz uşaqlıq
dostumu gördüm.
Yəni sözü ümumiləşdirici sözlə həmcins üzvlər arasında da işlənə bilir: Mən bu işdə məsuliyyət
daşıyanlar, yəni: Vüqar, Cəfər, Mürsəl və Kərim barədə danışmaq istəyirəm.
Nə əvəzlik kimi işlənəndə sual mənası bildirir və bu suala cavab vermək lazım gəlir: O sənə nə dedi? Sənin
əlindəki nədir? Buradan nə aparmalısan?
Nə bağlayıcı (inkar bağlayıcısı) kimi işlənəndə, adətən, təkrar olunur, sual məzmunu daşımır, sözləri və
cümlələri bir-birinə bağlamağa xidmət edir. Məsələn: Nə özün gəldin, nə də Səlimi göndərdin. Nə kitab,
nə də gündəlik almışıq.
Necə sözü də həm sual əvəzliyi, həm də qüvvətləndirici ədat kimi işlənə bilər. Necə sözü sual əvəzliyi kimi
işlənəndə sual mənası bildirir və bu suala cavab vermək lazım gəlir: O necə adamdır? Müəllim dərsi necə
izah edir?
Necə qüvvətləndirici ədat kimi nə ədatına tam yaxın bir məna daşıyır. Belə ki, cavab tələb olunmur,
eynən nə ədatında olduğu kimi rəyin, fikrin, münasibətin güclənməsinə xidmət edir: Necə yaxşı oldu?!
Necə də yaxşı adammış?!
Dilimizdə yalnız ədat kimi işlənən bunlardır: axı, di, lap, ən, yalnız, məhz, kaş, kaş ki, barı, bəli, hə, xeyr,
heç, məgər, daha, ha, -mı4, -sana2 (-mı4, -sana2 şəkilçiləşmiş ədatlardır).
Qeyd: Düz sözü bəzən lap ədatının sinonimi kimi də işlənə bilir. Məsələn: Maşın lap qapının yanında
dayandı ⁄⁄ Maşın düz qapının yanında dayandı.
Ədatların orfoqrafiyası
Ədatların əksəriyyəti ayrı yazılır. Məsələn: kaş, di, qoy, ki, hətta, daha, artıq, məgər, bəs, barı, gərək və s.
Bir qrup ədatlar isə sözün ahənginə uyğun şəkilçiləşərək bitişik yazılır:
1. –ca2
2. –sana2
3. –mı4
4. Da ədatı son hecasında qalın, də ədatı isə incə sait olan sözlərlə işlədilir. Məsələn: Yazarsan da.
Gələrsən də. Dayan, mən də bir kəlmə deyim də.
Qeyd: -mı4 ədatı da, də bağlayıcısından sonra gələndə ayrı yazılır: Sən də mi məni xatırlamırsan?
- Xeyr! (söz-cümlə)
Bəs, məgər, yəni, -mı, ki sual ədatlarının işləndiyi cümlələrin sonunda sual işarəsi qoyulur.
Modal sözlər
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə modal sözlər deyilir.
Modal sözlər müəyyən suala cavab verən, müstəqil məna daşıyan söz kimi işlənmir. Modal sözlər
qrammatik baxımdan heç bir cümlə üzvü ilə sintaktik əlaqəyə girmir.
Modal sözlər cümlədə ara söz kimi işlənir. Məsələn: Fərmanın bikar gəzməyi, doğrusu, mənə toxunur.
Bu cümlədə doğrusu modal sözdür. Təsdiq bildirir. Sintaktik baxımdan ara sözdür.
Sadə modal sözlər. Dilimizdə işlənən modal sözlərin əksəriyyəti quruluşca sadədir: həqiqətən, bəlkə,
beləliklə, görünür, xülasə, doğrudur, deməli, qısası, əlbəttə, əsasən və s.
Mürəkkəb (tərkibi) modal sözlər: yəqin ki, şübhəsiz ki, olsun ki, doğrudan da, güman ki, beləliklə də,
bəlkə də və s.
1. Təsdiq bildirən modal sözlər: doğrudan (da), həqiqətən, əlbəttə, sözsüz, şübhəsiz, şəksiz, doğrusu,
düzü, təbii (ki), düzdür, doğrudur, yaxşı (ki). Məsələn: Düzü, Cahandar ağanın Molla Sadıqla belə kəskin
danışacağını Əhməd gözləmirdi. (İ.Şıxlı) Əgər dərviş olmasaydı, şəksiz, Müsyö Jordan Şahbazı Parisə
aparacaqdı. (M.F.Axundzadə)
2. Ehtimal, güman və şübhə bildirən modal sözlər: gərək ki, yəqin (ki), görünür, ehtimal ki, bəlkə (də),
görən, görəsən, deyəsən, güman ki, olmaya, olsun ki, demə və s. Məsələn: Ehtimal ki, o, sabah buraya
gələcəkdir. Deyəsən, Şərkəz Şamxalın fikrini başa düşmədi. (İ.Şıxlı) Görünür, bütün quşlar gölün parıltısını
su hesab edib bura uçuşmuşdur.
3. Nəticə və ümumiləşdirə bildirən modal sözlər: deməli, demək, axır ki, nəhayət, əvvəla, xülasə,
ümumiyyətlə, beləliklə, qısası, müxtəsər,qərəz, əlqərəz və s. Məsələn: Əvvəla, söz ver ki, məndən
inciməyəcəksən. Xülasə, gözlədiyimiz gün gəlib çatdı. Onun bu işdən, ümumiyyətlə, xəbəri yoxdur.
4. Bənzətmə və müqayisə bildirən modal sözlər: sanki, elə bil, elə bil ki, guya (ki). Məsələn: Bu sözdən
sonra elə bil ona dünyanı bağışladılar.
5. Fikrin mənbəyini bildirən modal sözlər: məncə, səncə, bizcə, zənnimcə, fikrimizcə və s. Məsələn:
Ünvanı, məncə, səhv salmısınız. Zənnimcə, o, ali məktəbi çoxdan bitirib.
6. Təəssüf bildirən modal sözlər: heyif (ki), əfsus (ki), təəssüf (ki) və s. Məsələn: Əfsus ki, qocaldım.
Onların nə vaxt gələcəyini, təəssüf ki, öyrənə bilmədim.
2. Məncə, bu sizi daha çox maraqlandırmalıdır (modal söz) – De, kim sevər səni məncə? (əvəzlik+qoşma)
– O, məncə maaş almır (əvəzlik+qoşma)
3. Doğrudan, onda böyük bir qəlb var (modal söz) – Doğrudan qorxmaq lazım deyil (isimləşmiş sifət)
4. Doğrudur, Şahbaz bəy Parisə getmək istəyir (modal söz) – Sənin bütün qənaətlərin doğrudur (sifət)
5. Görünür, olub-keçənləri bir daha xatırlamaq lazım gələcəkdir (modal söz) – Güllü paltar onun üzərində
gözəl görünür (feil)
6. Ehtimal ki, bu çiçəklər yeni üsulla becərilib (modal söz) – Qərarların yenidən dəyişiləcəyi bir ehtimaldır
(isim)
7. Görəsən, işimizi axşama kimi qurtara biləcəyik? (modal söz) – Gərək bu yerləri öz gözlərinlə görəsən
(feil)
8. Demə, kənarda onlardan biri qısılıb leytenantı nişana götürübmüş (modal söz) – Bu sözlər aramızda
qalsın, heç kimə demə. (feil)
Qeyd: Xülasə, müxtəsər, nəhayət, qərəz sözləri vurğu fərqi olduğuna görə qrammatik omonimlik yarada
bilmir. Məsələn: Yaxşı bir xülasə’ hazırladım (isim). Xü’lasə, səndən bunu gözləməzdim (modal söz). Hər
şeyin bir nəhayəti’ var (isim). Nə’hayət, bir yerə yığışmalıyıq (modal söz). Müxtəsə’r bir söhbət etməliyik
(sifət). Mü’xtəsər, bu işi sən görməlisən (modal söz) Qərə’z insana xeyir vermir (isim). Qə’rəz, hər şey
yoluna düşdü (modal söz).
Qeyd: elə bil,sanki, guya modal sözlərindən əvvəl, sonra vergül qoyulmur.
Nida
Danışanın hissini, həyəcanını, qorxu və sevincini bildirən sözlərə nida deyilir. Məsələn:
1. Qorxu,narahatlıq bildirənlər: vay, ox, of, ax, oy, uy, ah və s. Məsələn: Oy, sən nə danışırsan? Vay-vay
nə müşkülə düşdü işim! Ox, bilsəydim, mən də onunla gedərdim.
2. Şadlıq, sevinc, təəccüb bildirənlər: ura, bəh-bəh, paho, oho, oxay və s. Məsələn: Oxay, nə təmiz
havadır! Aha, mən səni çoxdan axtarıram. Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! Ura, biz
yenə qalib gəldik.
3. Çağırış bildirənlər: hey, ey, a, ay, ehey və s. Bu nidalar, əsasən, xitablarla birlikdə işlənir. Məsələn:
Hey, cavan təslim ol. Ay qurd, niyə axı belə ədalətsiz danışırsan? A dağlar, nə güclüsünüz?!
4. Qəm, kədər bildirənlər: ah, eh, of, uf. Məsələn: Ah, nə çətin işə düşdüm?! Eh, bu da işdir?
5. Nifrət və istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox, bah və s. Məsələn: Tfu, belə də biabırçılıq olar?
Xox, qorxduq səndən... Bah, söz eşitdik də və s.
Nidaların quruluşu
Nidalar sadə və mürəkkəb olur.
Sadə nidalar: ay, eh, ey, oy, vay, a, bəh, tfu, oxay, ah və s.
1. Cümlənin əvvəlində gələn nidalardan sonra çox vaxt intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi
qoyulur. Məsələn:
2. Cümlənin ortasında gələn nidalardan əvvəl və sonra vergül qoyulur. Məsələn: Qorxdum, ay aman,
bağrım yarıldı! Biz, vay, nə yaman işə düşdük!
3. Cümlənin sonunda gələn nidalardan əvvəl vergül,sonra isə cümlənin növündən asılı olaraq müxtəlif
durğu işarələri (nida və sual işarələri, nöqtə və üç nöqtə və s.) qoyulur. Məsələn: Düşdü bütün qəzetlər
qiymətdən, ay can, ay can! Bah, niyə belə oldu? Aha, yaxşı deyirsən.
4. Çağırış bildirən a,ay, ey nidalarından sonra vergül qoyulmur. Məsələn: A dostal, başıma yığılın mənim.
Ey nidası ismə qoşulmadan özü çağırış bildirdikdə ondan sonra vergül qoyulur. Məsələn: Ey, hara
gedirsən? Ey, geri çəkil.
Bəzən intonasiyadan asılı olaraq, ey nidası ilə ona qoşulan söz arasında vergül qoyula da bilər qoyulmaya
da bilər:
Nida olan cümlələrdə göründüyü kimi nida işarəsi ilə yanaşı, sual və nöqtə işarələri də qoyula bilər.
Bu,cümlənin məqsəd və intonasiyaya görə növündən asılıdır. Məsələn: Aha, deməli, mən getməli idim
(nəqli cümlə) Eh, yenə uduzduq? (sual cümləsi) Vay-vay, necə də qorxuludur?! (nida cümləsi) Ay oğlan,
yaxına gəl (əmr cümləsi)
Nidalarda omonimlik
Nidaların bir qrupu digər nitq hissələri ilə qrammatik omonimlik yarada bilir:
Ah, aman, vay sözləri yerinə görə isim kimi də işlənə bilər:
Nidalarda başqa nitq hissələri ilə omonimlik,bir qayda olaraq, mütləq deyil, şərtidir. Nə qədər məna
dəyişikliyi baş vermiş olsa da, məna bağlılığı az-çox qalır.
Sintaksis
Söz birləşmələri
İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir.
Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur. Köməkçi nitq hissələrindən qoşmalar,
bağlayıcılar, ədatlar söz birləşmələrinin tərkibində iştirak edə bilə bilər, amma söz birləşməsinin tərəfi
ola bilməz. Köməkçi feillər də (etmək, eləmək, olmaq) söz birləşməsinin müstəqil tərəfi ola bilməz.
• Söz ümumi və geniş məna bildirir. Sözə nisbətən söz birləşməsi konkretlik bildirir:
Su – bulağın suyu, saat – qol saatı, şüa – günəş şüası, meşə - şam meşəsi
• Söz leksik, söz birləşməsi sintaktik vahiddir.
• Söz səslərdən, söz birləşməsi sözlərdən yaranır.
• Söz cümlənin sadə, söz birləşməsi isə adətən, mürəkkəb üzvü olur.
• Söz birləşməsində hər sözün ayrıca vurğusu olur, söz isə (mürəkkəb sözlər də) bir vurğulu olur.
Δ Söz birləşmələri mürəkkəb sözlərə çox oxşayır: qara toyuq – qaratoyuq, hər sözün başı – kəlməbaşı,
Həsənin oğlu – Həsənoğlu, güllərə su səpən – susəpən, əl üzünü yuyan - əlüzyuyan
Oxşar cəhətləri
Fərqli cəhətləri:
• Mürəkkəb söz leksik, söz birləşmələri sintaktik vahiddir. (Mürəkkəb söz leksik cəhətdən bir söz
sayılır: ayaqqabı, susəpən, əlüzyuyan, dünyagörüşü, canısulu və s.)
• Mürəkkəb sözlər cümlənin sadə, söz birləşmələri isə mürəkkəb üzvü olur.
• Mürəkkəb söz, əsasən, bir vurğu altında, söz birləşmələrindəki sözlər ayrı-ayrı vurğularla deyilir.
Məsələn: ağsaçlı’ - a’ğ saçlı’, Səmədoğlu’ – Səmə’d oğlu’
• Mürəkkəb sözlər, əsasən, bitişik və ya defislə, sözbirləşməsinin tərkibindəki sözlər isə ayrı yazılır.
Məsələn: boşqab ~ boş qab, gül-çiçək ~ gül ətri
• Mürəkkəb söz əgər iki sözdən ibarətdirsə, daha onu üç sözlü, dörd sözlü etmək mümkün deyil.,
söz birləşməsininsə tərkibindəki sözlərin sayını artırmaq olar. Məsələn: məktəbə getmək –
məktəbə yoldaşları ilə getmək – məktəbə yoldaşları ilə lap səhər tezdən getmək və s.
• Söz birləşməsi də, cümlə də sözlərin məna və qrammatik cəhətdən birləşməsindən yaranır.
• Söz birləşməsi də, cümlə də sintaktik əlaqələrlə, sözlərin müəyyən sıralanması ilə yaranır.
• Söz birləşməsi də, cümlə də sintaktik vahiddir.
Fərqli cəhətləri:
• Cümlə bir sözdən də ibarət ola bilər, söz birləşməsi isə ən azı iki müstəqil sözdən yaranır.
• Söz birləşməsindən fərqli olaraq, cümlə bitmiş fikir ifadə edir.
• Söz birləşməsində intonasiya bitkinliyi yoxdur, cümlədə isə intonasiya bitkinliyi var.
• Bir qayda olaraq,cümlənin xəbəri, digər üzvləri olur, söz birləşməsində isə cümlə üzvləri olmur.
Söz birləşməsində I tərəf asılı, II tərəf əsas tərəfdir. Əsas tərəf tabe edən, asılı tərəf tabe olandır. Buna
cədvəldə diqqət edək.
Söz birləşmələrinin həm əsas, həm də asılı tərəfləri müstəqil sözlərdən ibarət olmalıdır.
Köməkçi feillərin (etmək, eləmək, olmaq), köməkçi nitq hissələrinin söz birləşməsinin tərkibinə daxil
olması onun quruluşuna təsir etmir, yəni söz birləşməsi sadə idisə, sadə olaraq da qalır. Məsələn: şəhərə
getmək – şəhərə tərəf getmək, sənin yoldaşların – sənin yoldaşlarından ötrü, müəllim Əhməd – müəllim
olan Əhməd və s.
1. İsmi birləşmələr
2. Feili birləşmələr
Əsas tərəfi adlarla ifadə olunan söz birləşmələrinə ismi birləşmələr deyilir. Məsələn: baharın gəlişi, ətirli
güllər, düşünən beyin, cəsarətli addım, evin aşağısı və s.
Əsas tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət, feili bağlama) ilə ifadə olunan söz
birləşmələrinə feili birləşmələr deyilir. Məsələn: vətəni qorumaq, torpağı becərən, döyüşə gedərkən və s.
1. Təyini söz birləşmələri. Asılı tərəfi (I tərəf) əsas tərəfi (II tərəf) təyin edən birləşmələrdir. Üç növü
vardır:
Birinci növ təyini söz birləşmələri: yaşıl çəmənlik, üç əsgər, bu dəftər, maraqlı əsər vəs .
İkinci növ təyini söz birləşmələri: məktəb binası, Azərbaycan ordusu, musiqi kitabı
Üçüncü növ təyini söz birləşmələri: məktəbin binası, Azərbaycanın ordusu, sözün sehri
2. Qeyri-təyini ismi birləşmələri. Bu birləşmələrin asılı tərəfi mənsubiyyət şəkilçisi, yönlük, təsirlik, yerlik,
çıxışlıq hal şəkilçisi qəbul edir, əsas tərəfi isə adlarla ifadə olunur: əli silahlı, başı papaqlı, elmə vurğunluq,
təbiəti müşahidə, dağdan ağır, küçədə hadisə, belində kəmər
Belə birləşmələr qoşmanın köməyi ilə də yarana bilər: Koroğlu kimi igid, Nizami üçün hədiyyə və s.
Qeyri-təyini söz birləşmələri bütövlükdə bir cümlə üzvü olur. Məsələn: Əli silahlı (təyin) əsgərlər
səngərdən uzaqlaşırdılar.
I növ təyini söz birləşmələri, bir qayda olaraq,cümlədə tərkib hissələrinə ayrılır; I tərəf təyin, II tərəf isə
müxtəlif cümlə üzvləri kimi çıxış edir:
Uzaqdan yaşıl meşələr görünürdü.
Bu cümlədə I növ təyini söz asılı tərəfi təyin, əsas tərəfi mübtədadır.
Bəzən I növ təyini söz birləşmələri bütövlükdə bir cümlə üzvü olur. Bu o vaxt mümkündür ki, II tərəf
həmin cümlədə ayrıca cümlə üzvü kimi təhlil edilə bilməsin:
II növ təyini söz birləşmələrinin hər iki tərəfi, əsasən, isimlə ifadə olunur. Məsələn: vətən həsrəti,
mədəniyyət sarayı, həyat eşqi, sənət əsəri, payız meyvəsi.
II növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn:
• II növ təyini söz birləşmələrinin tərəfləri arasına, əsasən, söz daxil etmək olmur.
• II növ təyini söz birləşməsinin ikinci tərəfi yalnız III şəxs mənsubiyyət şəkilçili olur: ədəbiyyat
kitabı, dağ havası
• II növ təyini söz birləşməsinin tərəfləri, bir qayda olaraq, eyni zamanda cəmlənə bilmir: gözəllər
seyrəngahı, məktəb ləvazimatları.
Δ Az da olsa, hər iki tərəfi eyni zamandacəmlənən II növ təyini söz birləşmələri də var: atalar sözləri,
qocalar evləri, həmkarlar ittifaqları, elmlər namizədləri, elmlər doktorları və s.
III növ təyini söz birləşmələrinin tərəfləri, əsasən, isimlə ifadə olunsa da, sifət, say, əvəzlik, zərf, məsdər,
feili sifət də həm birinci, həm də ikinci tərəf ola bilir. Məsələn: şəhərin gözəlliyi, sözün mənası, mənim
arzum, sənin fikrin, oxumağın faydası, bizim oxumağımız, bağın meyvəsi və s.
III növ təyini söz birləşmələri bütövlükdə bir cümlə üzvü olur:
II növ təyini söz birləşməsindən fərqli olaraq III növ təyini söz birləşməsinin:
a) tərəfləri arasına söz daxil etmək olur: şəhərin küçələri – şəhərin geniş küçələri, binanın mərtəbəsi –
binanın beşinci mərtəbəsi.
c) ikinci tərəfi hər üç şəxs üzrə mənsubiyyət şəkilçili olur: onun sualı, sənin qələmin, mənim evim, bizim
kitablarımız.
Bu ona görə mümkün olur ki, III növ təyini söz birləşməsinin I tərəfi, II növ təyini söz birləşməsindən
fərqli olaraq, bütün şəxs əvəzlikləri ilə ifadə oluna bilir və II tərəfdə dəhəmin şəxs əvəzliklərinə uyğun
mənsubiyyət şəkilçiləri işlənir: mənim sözüm, sənin sözün, onun sözü, bizim sözümüz, sizin sözünüz,
onların sözü sözləri
III növ təyini söz birləşməsinin birinci tərəfi I və II şəxs əvəzliklərinin cəmi ilə ifadə olunduqda ikinci
tərəfdə mənsubiyyət şəkilçisi işlənməyə bilər: bizim qızlar(ımız), sizin ev(iniz)
Belə məqamlarda I tərəf olan bizim və sizin sözləri cümlənin təyini olur.
2. Feili sifət tərkibləri: vətəni sevən, işdən qayıtmış (adam), əmri hazırlayası (işçi)
Məsdər, feili sifət, və feili bağlamalar özlərindən əvvəl gələn izahedici sözləri məna və sintaktik əlaqələrlə
özlərinə bağlayıb tərkib yaradır. Cümlədə tərkibin sərhədi onun bütövlükdə cümlənin hansı üzvü olmağı
ilə müəyyənləşir. Bunu sintaktik təhlillə də müəyyən edə bilərik. Məsələn:
Sintaktik əlaqələr
Söz birləşmələri və cümlələri yaradan sözlər arasında iki cür əlaqə olur:
1) məna əlaqəsi;
2) sintaktik əlaqə.
Söz birləşməsi və cümlədə sözlər qrammatik cəhətdən bağlanır ki, bu sintaktik əlaqə adlanır. Sintaktik
əlaqənin 2 növü var:
1) tabesizlik əlaqəsi;
2) tabelilik əlaqəsi.
Tabesizlik əlaqəsi
Tabesizlik əlaqəsi bərabərhüquqlu sözlər arasında, o cümlədən həmcins üzvlər və ya tərəflər arasında
olur. Məsələn:
Həkimlər, tibb bacıları təzə xəstənin başına toplaşmışdılar. (həmcins mübtədalar arasında)
Bizə bu gün mərd, fədakar, istedadlı insanlar gərəkdir. (həmcins təyinlər arasında)
Bu cümlələrdəki həmcins üzvlər arasında tabesizlik əlaqəsi vardır. Tabesiz mürəkkəb cümləni təşkil edən
bərabərhüquqlu sadə cümlələr arasında da tabesizlik əlaqəsi olur.
Tabesizlik əlaqəsi ikibaşlı oxla ( ) göstərilir. Məsələn: Cavanlar da, qocalar da bu məsələdə
həmrəydilər.
Tabelilik əlaqəsi
Tabeslilik əlaqəsi ilə bağlanan tərəflərdən biri digərindən asılı olur. Tabelilik əlaqəsinin üç növü var:
1. Uzlaşma əlaqəsi
2. İdarə əlaqəsi
3. Yanaşma əlaqəsi
Tabelilik əlaqəsi birbaşlı oxla ( ; ) Oxun istiqaməti həmişə asılı tərəfdən əsas tərəf doğru olur.
Uzlaşma əlaqəsi
Asılı tərəfin şəxsə və kəmiyyətə görə əsas tərəfə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir.Uzlaşma əlaqəsi
1) mübtəda və xəbər; 2) II və III növ təyini söz birləşmələrinin birinci tərəfləri arasında olur.
1) Mübtəda xəbər
Mən sevinirəm.
Mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşmada mübtəda hansı şəxsdədirsə,xəbərdə ona uyğun şəxs
(xəbərlik) şəkilçisi qəbul edir.
Mübtəda əsas, xəbər asılı tərəf olur, çünki xəbərdə hansı şəxs (xəbərlik) şəkilçisinin olacağını mübtəda
təyin edir. Mübtədanın şəxsinin dəyişməsi ilə xəbərdəki şəxs sonluğu da dəyişmiş olur. Məsələn:
Şəxsə görə uzlaşma, əsasən, pozulmur. Kəmiyyətə görə uzlaşma I və II şəxslərdə, habelə III şəxsin təkində
mütləqdir, pozulmur. III şəxsin cəmində isə ola da bilər, olmaya da bilər:
1. Əgər mübtəda insan anlayışı bildirirsə, kəmiyyətə görə uzlaşma, əsasən, olmalıdır:
2. Əgər mübtəda digər canlılar bildirərsə, kəmiyyətə görə uzlaşma ola da bilər, olmaya da bilər:
3. Əgər mübtəda cansız əşya anlayışı bildirərsə, xəbərdə III şəxsin cəmində kəmiyyətə görə uzlaşma
olmaz:
Güllər solmuşdu(-).
2) II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında da uzlaşma əlaqəsi olur. Birinci tərəf neçənci
şəxsdədirsə, ikinci tərəf də ona uyğun mənsubiyyət şəkilçisi qəbul edir:
insan arzusu
mənim arzum
II növ təyini söz birləşməsində ikinci tərəflər birinci tərəflə yalnız III şəxsə görə uyğunlaşır:
III növ təyini söz birləşməsində ikinci tərəflər birinci tərəflə hər üç şəxsə görə uyğunlaşır:
2. Mənsubiyyət şəkilçiləri.
Uzlaşma əlaqəsində həmişə əsas tərəf birinci,asılı tərəf ikinci gəlir. Sxemi belədir: It IIt
İdarə əlaqəsi
Əsas tərəfin tələbi ilə asılı sözün adlıq haldan çıxaraq, bu və ya digər hallara düşməsinə idarə əlaqəsi
deyilir.
İdarə əlaqəsində I tərəf asılı, II tərəf əsas olur. İdarə əlaqəsinin formal göstəricisi hal şəkilçisidir, yəni asılı
tərəf hal şəkilçili olur.
İdarə əlaqəsi:
2. Asılı tərəfi – birinci tərəfi hal şəkilçisi qəbul etmiş feili birləşmələrdə olur:
3. III və II növ təyini söz birləşməsinin tərəfləri arasında olur: ikinci tərəfin tələbinə görə birinci tərəf
yiyəlik halda işlənir:
I tərəfdə yiyəlik, II tərəfdə mənsubiyyət şəkilçisi olduğuna görə III növ təyini söz birləşməsinin tərəfləri
arasında həm idarə (I tərəfdə yiyəlik hal şəkilçisi), həm də uzalşma (II tərəfdə mənsubiyyət şəkilçiləri)
əlaqəsi olur. Uzlaşma əlaqəsinə görə I tərəf əsas, II tərəf asılı, idarə əlaqəsinə görə II tərəf əsas, I tərəf
asılı olur. Deməli, əlaqənin növünə görə əsas və əsas tərəflər yerini dəyişmiş olur.
mənim suallarım
Azərbaycan dilində ən çox idarə edən nitq hissəsi feildir. Əgər cümlədə söz sırası pozulmayıbsa, idarə
əlaqəsində həmişə əsas tərəf ikinci, asılı tərəf (hal şəkilçili söz) birinci gəlir.
Göründüyü kimi idarə əlaqəsinin xüsusi qrammatik göstəricisi hal şəkilçiləridir. Sözdə hal şəkilçisi varsa,
o, idarə əlaqəsində tabe tərəfdir.
Yanaşma əlaqəsi
Asılı sözün heç bir qrammatik şəkilçi olmadan əsas sözə yan alaraq ona bağlanmasına yanaşma əlaqəsi
deyilir. Məsələn: çətin məsələ, iki dəftər, həmin tələbə, hazırlanmış yemək və s.
1. I növ təyini söz birləşməsinin tərəfləri arasında, yəni təyin və təyinolunan arasında. Məsələn:
3. Asılı tərəfi tərz, zaman, kəmiyyət, səbəb, məqsəd bildirən feili birləşmələrin tərəfləri arasında:
Qeyd: Səbəb və məqsəd zərflikləri xəbərlə hal şəkilçisi ilə bağlanarsa, onlar arasında idarə əlaqəsi olar.
Məsələn: Şəhərə oxumağa getmişdi.
idarə
Yanaşma əlaqəsində həmişə I tərəf asılı (tabe), II tərəf əsas (tabe edən) tərəf olur. Məsələn:
B) tabe (yanaşan) tərəflər: sifət, say, əvəzlik (işarə, sual, təyini əvəzliklər), sifətləşmiş isim, feili sifət ismə;
zərf, feili bağlama feilə yanaşır.
Cümlə
Bitmiş fikir ifadə edən bir sözə və ya söz birləşməsinə cümlə deyilir.
3. Cümlədə, bir qayda olaraq, cümlə üzvləri olur (ilk növbədə mübtəda, xəbər)
Cümlə bir sözdən də ibarət ola bilər, lakin informasiya bitkinliyi onun üçün əsas şərtdir. Məsələn:
Səhərdir. Səssizlikdir. Gedirəm.
Cümlədə ya məlumat verilir, ya nə isə soruşulur, ya bir işə təhrik edilir və ya danışanın hiss-həyəcanı
ifadə olunur. Məsələn: Xalqımızın mədəniyyəti də tarixi qədər qədim və zəngindir. Muğamlardan hansını
bilirsiniz? Günlərini hədər yerə keçirmə. Qoy bəşər qorusun öz qürurunu! (N.Xəzri)
Cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur. Cümlə sözlərin və söz birləşmələrinin məna və
qrammatik cəhətdən əlaqələnməsi nəticəsində yaranır. Məsələn: Bağçanı yasəmən güllərinin ətri
bürümüşdü. Cümlədə söz və söz birləşməsi (bağça, bürümək, yasəmən güllərinin ətri) məna və
qrammatikcəhətdən əlaqəyə girmiş və fikir bitkinliyi yaratmışdır.
1. Nəqli cümlə
2. Sual cümləsi
3. Əmr cümləsi
4. Nida cümləsi
Nəqli cümlə
Nəqli cümlə əşya, hadisə, əlamət haqqında məlumat vermək məqsədilə işlədilir. Belə cümlələr adi tonla
deyilir. Nəqli cümlələrin sonunda nöqtə qoyulur. Məsələn: İlin qış aylarından biri idi. Soyuqlar düşmüşdü.
Bərk qar yağdığından ətraf ağ libasını geyinmişdi.
Sual cümləsi
Sual vermək, məlumat almaq və məlumatı dəqiqləşdirmək üçün işlədilən cümlələrə sual cümləsi deyilir.
1. Sual əvəzliyi ilə əmələ gələn sual cümlələri. Məsələn: Azərbaycan nə zaman müstəqillik qazanmışdır?
Ədəbiyyatımızda dramaturgiyanın əsasını kim qoyub? Hansı tarixi şəxsiyyətləri tanıyırsınız?
2. Sual ədatları ilə əmələ gələn sual cümlələri. Məsələn: Evdən məktub alırsanmı? Bəs onların bu işdən
xəbəri var? Yəni bunu öyrənmək belə çətindir? Məgər bu torpaq babalardan yadigar deyilmi?
3. Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələri. Məsələn: Sən “Xəmsə”ni oxumusan? “Xəmsə”yə
daxil olan poemaların adlarını bilirsən? Onların məzmunu haqqında məlumat verə bilərsən? Sabah yola
düşür? Siz gedəcəksiniz?
Belə cümlələr sual əvəzlikləri və sual ədatlarının iştirakı olmadan qurulur. Ola bilər ki, sual cümlələrində
yuxarıdakı vasitələr birgə işlənsin. Məsələn: Bəs bu işləri kim görəcək? Məgər o getməyəcəkmi? Yəni bir
söz deməyəcəkmi? Bəs kim getməli idi ki?
Hansı vasitə ilə düzəlməyindən asılı olmayaraq, bütün sual cümlələrində az və ya çox dərəcədə sual
intonasiyası olur.
Sual ədatı və sual intonasiyası ilə əmələ gələn sual cümlələrinə həmin cümlələrin özünü və ya bir
hissəsini təkrar etməklə, yaxud söz-cümlələrlə cavab vermək olur. Məsələn:
Sual əvəzliyi ilə yaranan sual cümlələrinə cavab verərkən sual əvəzliyinin tələb etdiyi sözü tapmaq
lazımdır.
Bəzi şeyləri dəqiqləşdirmək üçün işlədilən sual cümlələrinə ya təsdiq və inkar ədatları, ya da modal
sözlərlə cavab verilir. Məsələn:
- Sən sabah gedəcəksən?
Özlüyündə cavab tələb etməyən, yalnız bədii təsiri gücləndirmək məqsədilə işlədilən sual cümlələrinə
ritorik sual cümləsi deyilir. Məsələn: Mənə tən eyləyən qafil səni görcək utanmazmı? (M.Füzuli)
Sual cümlələrinin sonunda sual işarəsi qoyulur. (?!, !?, ?.. də ola bilər)
Əmr cümləsi
Əmr, istək, xahiş, təklif, nəsihət, məsləhət və s. bildirən cümlələrə əmr cümlələri deyilir.
Əmr cümlələrinin xəbəri, bir qayda olaraq, feilin əmr şəklində olur. Məsələn: Təbiəti qoru, insanları sev.
Keçmişi unutmayın. Gələcəyə ümidlə baxın. Bir az tez gəl.
Əmr ədatları da əmr cümlələrinin qurulmasında iştirak edir. Məsələn: Qoy tez gəlsin. Di cavab ver. Bunu
heç kəsə deməsin ha. Bax heç nə yadından çıxmasın. Bir söz desənə. Bir yan-yörənə baxsana.
Nida cümləsi
Yüksək hiss və həyəcanla deyilən cümlələrə nida cümlələri deyilir.
Nəqli, sual və əmr cümlələri yüksək intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Nida cümləsi
həyəcanlı vurğu ilə müşayiət olunur. Nida cümləsi iki yolla yaranır:
Nida cümlələri nidaların iştirakı olmadan da formalaşa bilər. Və ya nəqli, sual və əmr cümlələrində də
nidalar ola bilər. Başqa sözlə, nidanın işlənməsi heç də həmişə nida cümləsi yaratmır. Məsələn: Aha,
deməli, sən də gedirsən? (sual cümləsi) Paho, məni də çağırıblar. (nəqli cümlə) Ey, bura gəlin. (əmr
cümləsi)
Cümlə üzvləri
Cümlə üzvləri
Müstəqil məna ifadə edən söz və söz birləşmələri cümlədə digər sözlərlə məna və qrammatik cəhətdən
əlaqəyə girib sintaktik vəzifə qazanır, suala cavab verib cümlə üzvü olur. Məsələn:
Bu cümlədə mübtəda, xəbər, zaman zərfliyi və təyin sözlərlə - nitq hissələri ilə ( əvəzlik, feil, zərf və
sifətlə), yer zərfliyi isə III növ təyini söz birləşməsi ilə ( bacımın yanına) ifadə olunmuş, konkret suallara
cavab vermiş, bir-birilə sintaktik əlaqəyə girmişdir.
Bəzən cümlədəki sözün sintaktik sualı onun morfoloji sualından fərqli ola bilər. Məsələn: qızıl ismi
morfoloji cəhətdən nə? sualına cavab verdiyi halda, cümlə daxilində sintaktik cəhətdən təyin olub hansı?
sualına cavab verə bilər:
Cümlədəki bütün sözlər müvafiq sözlərlə sintaktik əlaqəyə girərək cümlə yaratmışlar:
Barmağındakı
üzük qalmışdır.
Hər hansı bir söz cümlə üzvü olması üçün müstəqil leksik mənaya malik olmalı, müəyyən sintaktik suala
cavab verməli və cümlədəki sözlərlə sintaktik əlaqəyə girməlidir.
Xitab və ara sözlər cümlə üzvü olmurlar, çünki onlar cümlədəki heç bir üzvlə sintaktik əlaqəyə girmirlər.
Məsələn: Gündüz, sən dünən konfransda necə çıxış etdin?
Cümlədəki Gündüz sözü sözlərlə məna əlaqəsində olsa da, qrammatik əlaqədə olmadığı üçün cümlə üzvü
deyil.
Cümlədə sual əvəzlikləri və söz-xəbərlər heç bir suala cavab verməsələr də, cümlə üzvü olurlar. Sual
əvəzlikləri hansı cümlə üzvünün sualıdırsa, onun da sintaktik funksiyasını daşıyır.
Söz-xəbərlər: var, yox, lazım, gərək, mümkün, bəs. Bu sözlərə predikativ sözlər də deyilir. Onlar heç bir
suala cavab vermir, lakin cümlədə müstəqil xəbər olurlar. Məsələn: O, bu gün sinifdə yoxdur. Kərimin bu
məsələdə xüsusi qabiliyyəti var. Sən burada lazımsan. Məmmədə rahatlıq gərəkdir. Toplaşmağımız
mümkündür. Bütün bunlara dözmək daha bəsdir. (kifayətdir)
Cümlə üzvü olmağın əsas şərti tərkibində olduğu cümlənin üzvlərindən ən azı biri ilə sintaktik əlaqəyə
girməkdir. Əgər belə əlaqələnmə yoxdursa, demək, həmin söz cümlə üzvü deyil.
Beləliklə, cümlədə müxtəlif (az və ya çox) sözlər ola bilər. Lakin bunların heç də hamısı cümlə üzvü olmur.
Bu mənada, cümlədəki sözləri 3 qrupa ayırmaq olar:
2. Ayrıca cümlə üzvü olmasa da, mürəkkəb cümlə üzvünün tərkibinə daxilolub onunla qrammatik
cəhətdən bağlananlar.
3. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər (xitablar, ara sözlər)
Mübtəda
• Mübtəda cümlənin baş üzvü olub hərəkəti və əlaməti xəbərdə verilən şəxsi və ya əşyanı bildirir.
• Mübtəda cümlədə haqqında danışılan şəxs və ya əşyadır. O, cümlədəki fikrin predmetidir, fikir
özülüdür.
• Mübtəda qrammatik cəhətdən ən müstəqil cümlə üzvüdür.
• Qrammatik cəhətdən heç bir cümlə üzvündən asılı deyil. Baş üzv kimi hətta xəbər də ondan
asılıdır. Xəbər şəxs və kəmiyyətə görə mübtədadan asılıdır. Təyin başqa cümlə üzvlərini təyin
etdiyi kimi mübtədanı da izah edə, əlamətləndirə bilər.
• Adlıq halda olan söz və söz birləşmələri ilə ifadə olunub kim? nə? hara? suallarından birinə cavab
verir.
• Mübtədanın əsas ifadə vasitələri: isim və əvəzliklər, II və III növ təyini söz birləşmələri, məsdər və
məsdər tərkibləridir.
• İsimləşən, eləcə də isim mövqeyində işlənə bilən bütün sözlərlə ifadə oluna bilir (sifət, say, işarə
əvəzlikləri, feili sifət, məsdər, zərf)
• Məsdər tərkibi, feili sifət tərkibi, mürəkkəb adlar və ismi birləşmələrlə ifadə oluna bilir:
Uşaqlıq həyatı unudulmazdır. Vətəni qorumaq hamının borcudur. Hər tərəf qarla örtülmüşdür.
Mübtəda quruluşuna görə sadə və mürəkkəb olur. Söz birləşməsi ilə ifadə olunan mübtədalar mürəkkəb,
nitq hissələri ilə ifadə olunan mübtədalar sadədir.
Qeyd: O, bu əvəzlikləri ilə ifadə olunan mübtədalardan sonra vergül qoyulur, bu şərtlə ki, həmin
mübtədalardan sonra feil, əvəzlik və köməkçi nitq hissələri (modal sözlərdən başqa) gəlməsin. Məsələn:
O, sabah getməlidir.
O mənim evimdir.
Yuxarıdakı cümlələrdə o əvəzliyindən sonra vergülün qoyulması modal sözün gəlməsi ilə bağlıdır. Modal
söz (bəlkə, deyəsən) cümlənin ortasında gəldiyindən həm özündən əvvəl, həm də özündən sonra vergül
qoyulmuşdur.
Xəbər
Xəbər cümlənin baş üzvü olub, mübtəda ilə bağlı hərəkət və hökm bildirir. Xəbərlər mübtədadan asılı
olub onunla uzlaşır, tamamlıq, zərflik və bəzən də təyini özündən asılı edir.
Tamamlıqla daha çox idarə əlaqəsində, zərfliklə idarə və yanaşma əlaqəsində, təyinlə yanaşma
əlaqəsində olur.
Xəbərlər quruluşuna görə sadə və mürəkkəb olur. Sadə xəbərlər nitq hissələri ilə, mürəkkəb xəbərlər söz
birləşmələri ilə ifadə olunur.
1. Feili xəbərlər
2. İsmi xəbərlər
Feili xəbərlər. Feillər və frazeoloji birləşmələr təsriflənən şəkildə cümlənin feili xəbəri olur. Nə edir? nə
edəcək?(feilin bütün şəkillərinin suallarına) cavab verir.
İsmi xəbərlər. Adlarla (isim, sifət, say, əvəzlik, zərf) ifadə olunan xəbərlər ismi xəbərlərdir. Kimdir? nədir?
haradadır? necədir? və s. suallarından birinə cavab verir. Məsələn:
Qonaqlar içəridədir.
Rizvan ağıllı və intizamlı idi. (Xəbərlər həmcins olduqlarından ikinci xəbərdəki idi hissəciyi birinci xəbərə
də (ağıllı) aiddir: ağıllı idi, intizamlı idi)
İsmi xəbərlər məsdər və məsdər tərkibləri, feili sifət və feili sifət tərkibləri, ismi birləşmələr və mürəkkəb
adlarla da ifadə olunur.
Var, yox, lazım, gərək, mümkün, bəs sözləri müəyyən suala cavab verməsələr də, cümlədə müstəqil ismi
xəbər olur. Məsələn: Xonçada rəngbərəng şamlar var. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir.
Qəbul olunmağımız mümkündür. Müdir içəridə yoxdur.
Qeyd 1. İdi, imiş, isə hissəcikləri aid olduğu söz və birləşmələrlə birlikdə xəbər olur, onun quruluşuna və
növünə təsir etmir. Məsələn: Qapını döyən Elxan idi. Həkim yaşlı imiş. Xaqan bacarıqlıdırsa, niyə qiymət
almayıb?
Qeyd 2. Olmaq, etmək, eləmək sözləri mürəkkəb feil yaradıb cümlənin sadə xəbəri olur. Məsələn: Nizami
Gəncəvi Gəncədə anadan olmuşdur. Məmməd bu hərbi hissədə xidmət etmişdi.
• Bəzən bu sözlər müstəqil xəbər də ola bilir. Məsələn: Onlar kənddə olurdular. Mən onun
dediklərini etmədim.
Tamamlıqhərəkət və hökmün obyektini bildirdiyi halda, zərflik hərəkət və hökmü müxtəlif cəhətdən izah
edib aydınlaşdırır. Bu üzvlərdən təyin həm baş üzvləri, həm II dərəcəli üzvləri, o sıradan həm də özü
özünü izah edə bilir. Təyin əşya bildirən bütün üzvləri izah edə bilir.
Tamamlıq
Adlıq və yiyəlik hallardan başqa, yerdə qalan hallarda olub cümlədə əşya və obyekt anlayışı bildirən II
dərəcəli üzvə tamamlıq deyilir. Obyektə münasibət baxımından tamamlıqlar iki cür olur:
1. Vasitəsiz tamamlıqlar
2. Vasitəli tamamlıqlar
Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olub təsirli feillərlə (özündən asılı olan sözün təsirlik halda
olmasını tələb edən feillər) əlaqəyə girir. Kimi? nəyi? haranı? nə? suallarından birinə cavab verir.
Vasitəsiz tamamlıqlar, bir qayda olaraq, ismi xəbərlərlə əlaqəyə girmir.
Təsirlik hal müəyyən və qeyri-müəyyən olduğu kimi vasitəsiz tamamlıqlar da müəyyən və qeyri-müəyyən
olur. Məsələn: Kərimi çoxdan tanıyırıq. Bayram anasına bir çiçək aldı.
Göründüyü kimi qeyri-müəyyənlik bildirən tamamlıqlıqlar nə? sualına cavab verir. Məsələn: Tahir gül
axtarırdı.
Vasitəsiz tamamlıqlar yalnız xəbəri təsirli feildən (özündən asılı olan sözün təsirlik halda olmasını tələb
edən feillər) ibarət olan cümlələrdə olur. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar təsirli feildən
ibarət xəbərin əvvəlində işlənir. Məsələn: Anama məktub yazdım.
Qeyd: İstisna hal da var: Bir köynək də sənə almışam. Bir hədiyyə də mən gətirəcəyəm.
Bu cümlələrdə qeyri-müəyyən vasitəsiz tamamlıqlarla (köynək, hədiyyə) təsirli feildən ibarət xəbərlər
(almışam, gətirəcəyəm) arasına müxtəlif sözlər (sənə, mən) daxil olmuşdur.
Vasitəli tamamlıq yönlük, yerlik, çıxışlıq hallarında olub kimə? nəyə? kimdə? nədə? kimdən? nədən?
suallarından birinə cavab verir. Məsələn: Dəftərinə ürək sözlərini yazdı. Kitabda maraqlı hekayələr
toplanmışdır.
Qoşmalı sözlər də vasitəli tamamlıq olur. Belə tamamlıqlar nə ilə? kim ilə? kim üçün? nə üçün? kim
barədə? nə barədə? kim haqqında? nə haqqında? suallarından birinə cavab verir:
Qeyd: Nə üçün? sualı niyə? mənasını verərsə, vasitəli tamamlıq yox, səbəb və ya məqsəd zərflikləri
meydana çıxır. Məsələn: Yaxşı hazırlaşmadığım üçün müəllim razı qalmadı. Meyvə üçün bazara getməli
oldum.
Kitab üçün, anam üçün vasitəli tamamlıqlarında qoşmanın yerinə yönlük hal da işlətmək olar: Kitab üçün
üz aldım – Kitaba üz aldım. Anam üçün hədiyyə axtarırdım – Anama hədiyyə axtarırdım.
Tamamlıqların ifadə vasitələri: tamamlıqlar, əsasən, isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Yazın
müjdəçisi olan qaranquşu qarşıladıq. Babası onlara maraqlı əhvalat danışdı. Eldar Vüqarla çox yaxındır.
İsimləşən, isim mövqeyində işlənə bilən sözlər (sifət, say, işarə əvəzlikləri, feili sifət, zərf) də tamamlıq ola
bilər. Məsələn: Qocalara hörmət edərlər. Yuxarılardan xəbər yox idi. Bunu indicə tapmışam. İşi
bacaranlara tapşırın.
Məsdər, məsdər tərkibləri, feili sifət və feili sifət tərkibləri, ismi birləşmələr, mürəkkəb adlar da tamamlıq
ola bilər. Məsələn: İşləməyi bacarır. Tar çalmağı atasından öyrənmişdi. Gördüyündən danışırdı. İşini
bilənlərə hörmətim böyükdür. O, saat əqrəblərindən gözünü çəkmirdi.
Qeyd: Biz, siz, onlar şəxs əvəzlikləri yönlük, yerlik və çıxışlıq hallarda yer zərfliyi də ola bilir. Müqayisə et:
Bizə (kimə?) mühazirə oxudular. (tamamlıq) Bizə (haraya?) getmək istəyirdilər. (yer zərfliyi)
Sizdən (kimdən?) kömək gözləyirlər. (tamamlıq) Sizdən (haradan?) gəlirik. (yer zərfliyi)
Yer zərfliyi kimi işlənmiş bizə, sizdən sözlərində məkan mənası aydın görünür.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar sadə, söz birləşmələri ilə (II və III növ təyini szö birləşmələri ilə,
mürəkkəb adlarla, məsdər və feili sifət tərkibləri ilə) ifadə olunan tamamlıqlar mürəkkəbdir. Məsələn:
sadə mürəkkəb
Mən Elçinə inanmıram. Bunları Qərənfilin qardaşından soruş.
Təyin
Təyin cümlədə isim və isimləşmiş sözləri təyin edib necə? nə cür? hansı? neçə? nə qədər? neçənci?
suallarından birinə cavab verir.
Təyinlər sifət, say, işarə və təyini əvəzliklərlə, feili sifət və feili sifət tərkibləri, ismi birləşmələr və
mürəkkəb adlarla ifadə olunur. Məsələn:
Necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? kimi sual əvəzlikləri də cümlədə təyin olur, yəni təyinin
sualları da təyin kimi götürülür. Məsələn: Vəli nə cür şagirddir? Hansı kitab daha maraqlıdır? Bu
qabda neçə alma var?
Təyinlər isim və isimləşən söz və birləşmələrlə ifadə olunan bütün cümlə üzvlərinə aid olur.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələri ilə ifadə olunan təyinlər mürəkkəbdir.
Qeyd: Məsdər və məsdər tərkibləri (bəzi istisnaları nəzərə almasaq), feili bağlama və feili bağlama
tərkibləri təyin ola bilmir.
Zərflik
Zərflik hərəkətin icrasını və əlamətin meydana çıxmasını müxtəlif cəhətlərdən izah edir.
Zərflik hərəkətin tərzini, zamanını, yerini, miqdarını (dərəcəsini), səbəbini, məqsədini bildirir. Məsələn:
Zərfliklər də quruluşuna görə sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan zərfliklər sadə, söz
birləşmələri ilə ifadə olunan zərfliklər mürəkkəb olur. Məsələn:
mürəkkəb sadə
Qəbul imtahanlarını vermək üçün çox çalışmalıyam.
Zərflik, əsasən, feili xəbərə, bəzən də ismi xəbərə aid olur. İsmi xəbərə aid olduqda əlamətin meydana
çıxmasını, feili xəbərə aid olduqda hərəkətin meydana çıxmasını müxtəlif cəhətlərdən izah edir.
1. Tərzi-hərəkət zərfliyi
2. Zaman zərfliyi
3. Yer zərfliyi
4. Kəmiyyət zərfliyi
5. Səbəb zərfliyi
6. Məqsəd zərfliyi
Tərzi-hərəkət zərfliyi işin, hərəkətin icra tərzini bildiri və necə? nə cür? nə tərzdə? nə vəziyyətdə?
suallarından birinə cavab verir.
İfadə vasitələri: tərzi-hərəkət zərfləri, feili bağlama və feili bağlama tərkibləri, qoşmalı söz və
birləşmələr, sual əvəzlikləri. Məsələn:
Qatar yavaş-yavaş yaxınlaşırdı. Sevda gülə-gülə ona yanaşdı. O, əlini qoynuna qoyub dənizə tamaşa
Zaman zərfliyi işin, hərəkətin, hadisənin zamanını bildirir, nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə
vaxta qədər? və s. suallarından birinə cavab verir.
İfadə vasitələri: zaman zərfləri, feili bağlama və feili bağlama tərkibləri, zaman mənalı isimlər, ismi
birləşmələr və s. Məsələn:
Dünəndən qar yağır. İşdən sonra evdə dincəlməyə üstünlük verərdi. Biz evə çatanda hava qaralırdı.
Məktəb illərindən onunla dostluq edərdim. Tənəffüsdə dəhlizə toplaşıb fikir mübadiləsi aparardılar.
Yer zərfliyi işin, hərəkətin, hadisənin yerini bildiri, hara? (haraya?), harada? hardan? haraya kimi?
haraya qədər? və s. suallardan birinə cavab verir.
İfadə vasitələri: yer zərfləri, məkan bildirən isim və ismi birləşmələr, qoşmalı söz və birləşmələr, bəzi sual
əvəzlikləri və s. Məsələn: İçəridə səs-küy var. Mağazadan çörək aldı və evə getdi. Sən harada olursan?
Binanın qabağında meydança var idi. Qapıya qədər otağa xalçalar salınmışdı.
Kəmiyyət zərfliyi işin, hərəkətin miqdarını, hansı kəmiyyətdə, hansı dərəcədə icra olunduğunu bildirir, nə
qədər? bəzən də nə dərəcədə? sualına cavab verir. Məsələn: Ənvər bir qədər də bizimlə oturdu.
Məhəmməd həmişə bəs deyincə yeyərdi.
Səbəb zərfliyi iş, hərəkət və əlamətin səbəbini bildirir, niyə? nəyə görə? nə üçün? nə səbəbə? suallarına
cavab verir.
İfadə vasitələri: çıxışlıq hal şəkilçili isimlər və məsdərlər, üçün, ötrü, görə qoşmalarının artırıldığı söz və
birləşmələr, feili sifətlər və feili sifət tərkibləri, sual əvəzlikləri və ismi birləşmələr. Məsələn:
Məqsəd zərfliyi xəbərlə ifadə olunan hərəkətin məqsədini bildirir, niyə? nə üçün? nə məqsədlə?
suallarından birinə cavab verir.
İfadə vasitələri: yönlük halda işlənmiş məsdər və məsdər tərkibləri, üçün, ötrü, görə qoşmalı ismi
birləşmələr, məsdər və məsdər tərkibləri, sual əvəzlikləri:
Səbəb və məqsəd zərfliklərinin bir-birindən fərqi. Səbəb və məqsəd zərflikləri mənasına, ifadə vasitələrinə
və suallarına görə bir-birinə yaxındır. Lakin onları fərqləndirən bir sıra cəhətlər də var:
1. Səbəb zərfliyindəki iş və hərəkət səbəbi, xəbərdəki iş və hərəkət onun nəticəsini bildirir. Buna görə də
səbəb zərfliyindəki iş xəbərdəki işdən əvvələ aid olur. Məqsəd zərfliyindəki iş və hadisə məqsəd kimi
qarşıya qoyulduğu üçün, əksinə, xəbərdəki iş və hadisədən sonraya aid olur. Məsələn:
1 2
Sizə gəldiyim üçün sevinirdim. (səbəb zərfliyi)
2 1
Sizə gəlmək üçün avtobusa mindim. (məqsəd zərfliyi)
2. Səbəb zərfliyi, əsasən, çıxışlıq halda olan və ya üçün, ötrü, görə qoşmalı, -dığı şəkilçili feili sifət və feili
sifət tərkibləri ilə, bəzən də feili bağlama tərkibləri ilə ifadə olunur.
Məqsəd zərfliyi yönlük hallı və ya üçün, ötrü qoşmalı məsdər və məsdər tərkibləri ilə ifadə olunur:
3. Səbəb və məqsəd zərfliklərini fərqləndirmək üçün nə məqsədlə? sualını vermək lazımdır. Söz və söz
birləşməsi bu suala cavab verərsə, məqsəd zərfliyi, cavab verə bilmirsə, əksinə, nə səbəbə? sualına cavab
verərsə, səbəb zərfliyi olur. Məsələn:
Qeyd : Mövcud ənənəyə görə, III növ təyini söz birləşməsinin tərəfləri arasına girmiş sözü (daxili təyini)
ayrıca cümlə üzvü kimi təhlil etmək məsləhət görülmür. Aralığa girmiş söz mürəkkəb təyini söz
birləşməsinin bir komponenti olduğundan onu ayırmaq lazım deyil. Məsələn:
Əlavə
Özündən əvvəl gələn üzvün mənasını aydınlaşdıran, konkretləşdirən sözə və ya söz birləşməsinə əlavə
deyilir.
Əlavələr aid olduqları üzvdən sonra gəlir, həmin üzvün sintaktik funksiyasını daşıyır və ondan fasilə,
intonasiya ilə ayrılır. Məsələn: Sevdanı – kiçik bacısını qucaqladı. O yerləri – doğma kəndi həmişə
xatırlayırdı. Bir həftə sonra – sentyabr ayının 2-də onun işə qəbul olunması barədə əmr verildi.
İlkin – Namiqin xalası oğlu nədənsə bu gün yox idi. (mübtədanın əlavəsi)
Şəhərdəki, yəni mərkəzdəki bayram şənliyi xüsusi təşkil olunmuşdur. (təyinin əlavəsi)
feili sifət, feili bağlama və məsdər tərkiblərinin, III növ təyini söz birləşməsinin asılı tərəflərinin dəəlavəsi
olur. Məsələn:
Bu cümlənin dördündə də əlavə ayrıca cümlə üzvünə yox, onun yalnız bir hissəsinə aid olmuşdur.
Məsələn, 1-ci cümləni izah etməyə çalışaq. Bu cümlədə Səlimi – sinif yoldaşımı qapının ağzında gördükdə
bütövlükdə feili bağlama tərkibi olub cümlənin zaman zərfliyidir. Bu feili bağlama tərkibinin içərisində
olan sinif yoldaşımı birləşməsi tərkibin içərisində olan başqa bir sözün – Səlimi sözünün əlavəsidir. Başqa
cümlələrdə də vəziyyət belədir. ( orada – ağacın kölgəsində, yuxarıya – dağın başına, Akifin – III kurs
tələbəsinin)
Əlavələr aid olduğu üzvdən, əsasən, tire (-) ilə ayrılır. Bəzən əlavədən əvvəl vergül də qoyulur. Məsələn:
Bu axşam onları – Azərbaycan nümayəndələrini rəsmi qəbul gözləyirdi.
Cümlə üzvü ilə onun əlavəsi arasında yəni bağlayıcısı da işlənə bilər. Məsələn:
Əlavə izah etdiyi cümlə üzvü ilə, bir qayda olaraq, hala və şəxsə görə uyğunlaşmalıdır. Yuxarıdakı
nümunələrə diqqət yetirsəniz, bunu aydın görərsiniz. Bəzən əlavə aid olduğu üzvlə şəxsə görə
uyğunlaşmır. Bu zaman əlavənin hər iki tərəfində vergül işarəsi qoyulur. Məsələn: Biz, bu məktəbin
şagirdləri, çətinliklərdən qorxmamalıyıq.
Göründüyü kimi bu cümlədə mübtəda (biz əvəzliyi) I şəxsin cəmində olduğu halda, onun əlavəsi (bu
məktəbin şagirdləri) III şəxsin cəmindədir. Demək uyğunlaşma yoxdur.
Ümumən, I və II şəxslərin təki və cəmi ilə ifadə olunmuş mübtədaların əlavələri ilə həmin cümlənin
xəbərləri arasında şəxsə görə uzlaşma pozulur. Belə ki, xəbər mübtəda ilə uzlaşdığı halda, onun əlavəsi
ilə uzlaşmır. Məsələn: Mən, bu sinfin rəhbəri, sizdən tam razı deyiləm.
Cümləyə diqqət yetirsək, görərik ki, razı deyiləm xəbəri mən mübtədası ilə uzlaşdığı ( I şəxsin təkində
olaraq) halda, həmin mübtədanın əlavəsi ( bu sinfin rəhbəri) ilə şəxsə görə uzlaşmamışdır (xəbər I şəxsin
təkində, mübtədanın əlavəsi isə III şəxsin təkində) Mən razı deyiləm.;
Mübtəda, adətən, cümlənin əvvəlində, xəbər sonunda işlənir. Təyin təyinolunanın əvvəlində gəlir.
Tamamlıqlar, əsasən, mübtədadan sonra, xəbərdən əvvəl, zərflik isə daha çox xəbərin yanında, ondan
əvvəl işlənir.
Canlı danışıq dilində, şüarlarda, şeirdə mübtəda ilə xəbərin yeri dəyişə bilər. Məsələn:
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq, bir qayda olaraq, həmişə təsirli feillə ifadə olunan feili
xəbərin əvvəlində gəlir və onun yeri, demək olar ki, dəyişmir. Məsələn: Mən bazardan xeyli alma aldım.
Yerdəyişmə etsək, alma sözü öz təyini (xeyli) ilə birlikdə gedəcək müəyyən təsirlik hal formasına
düşəcək: Xeyli almanı mən bazardan aldım.
Təyinin də yerini dəyişmək əslində mümkün deyil. O, təyinolunanın əvvəlində gəlir və yerdəyişmə etmək
istəsək, hər ikisi bir yerdə, bir-birinin yanında başqa mövqeyə keçməlidir. Məsələn: Dünyada yaxşı
adamlar çoxdur // Çoxdur dünyada yaxşı adamlar (inversiya məqamında)
Şeirdə bəzən bədiilik amili təyini öz təyinolunanından sonraya keçirə bilər. Nümunəyə diqqət edək:
Verilmiş cümlədə mübtədalar həmcinsdir. Həmcins mübtədalar bərabərhüquqlu şəkildə bir-birləri ilə
tabesizlik əlaqəsindədir. qalarmaz xəbəri onlarla uzlaşır.
Bütün cümlə üzvləri həmcins ola bilir. Dağları, düzləri, meşələri ağappaq qar bürümüşdü. Qarı hər gün
dağalara gedir, qucaq-qucaq çiçək gətirir, xəstəni müalicə edirdi.
Düşmənlərə qalib gəlmək, haqsızlığı məhv etmək, torpaqları azad etmək üçün vuruşurduq. (üçün
qoşması I və II məsdər tərkiblərində ixtisar olunmuşdur.)
Təyinlər həmcins və qeyri-həmcins olur. Həmcins təyinlər bərabərhüquqlu olub sadalama intonasiyası ilə
deyilir və onların arasında vergül işarəsi qoyulur. Məsələn: Xurmayı, uzun, qıvrım saçlar qıza xüsusi
gözəllik verirdi.Qeyri-həmcins təyinlər biri digərindən asılı olur, sadalanmır və belə təyinlər arasında
vergül işarəsindən istifadə olunmur. Məsələn: Uzaqdan keçən il tikilmiş qırmızı kirəmitli ağ bina
görünürdü.
Bu cümlədə 3 təyin işlənmişdir. Lakin həmcins təyin deyillər: sadalanma intonsaiyası ilə deyilmir, biri o
birini izah edir, aralarında vergül işarəsi qoyulmur. Aralarında tabelilik əlaqəsi (yanaşma) var. Amma
burada təyinlərin üçü də eyni üzvü mübtədanı (bina) izah edir.
Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Həmcins üzvlər ya sadalama intonasiyası ilə, ya da
sadalama intonasiyası və tabesizlik bağlayıcıları ilə bağlanır.
Verilmiş cümlədə həmcins tamamlıqlar yalnız sadalama intonasiyası və tabesizlik bağlayıcıları ilə
bağlanmışdır.
Gah külək, gah da yağan qar məni irəliləməyə qoymurdu. O gəlmişdi, ancaq sənədləri gətirməmişdi.
Qasımla Mərdanı bir partada oturtdular. Birinci cümlədə həmcins mübtədalar bölüşdürmə bağlayıcısı,
ikinci cümlədə həmcins xəbərlər qarşılaşdırma bağlayıcısı, üçüncü cümlədə həmcins tamamlıqlar
birləşdirmə bağlayıcısı və intonasiya ilə əlaqələnmişdir.
Sözlər o vaxt həmcins sayılır ki, eyni cümlə üzvü ilə bağlı olsunlar və aralarında tabesizlik əlaqəsi olsun.
Məsələn: Müəllim Mərdanı və Zərifəni lövhəyə çağırdı.
Zərifəni
O hər şeyi: uşaqlıq xatirələrini, cavanlığını, doğma ocağını burada qoyub gedirdi. Verilmiş cümlədə “hər
şeyi” ümumiləşdirici söz olub həmcins tamamlıqları ümumiləşdirir.
Ümumiləşdirici sözlər həmcins üzvlərdən əvvəl də, sonra da gələ bilər. Ümumiləşdirici söz həmcins
üzvlərdən əvvəl gəldikdə ondan sonra qoşa nöqtə qoyulur. Məsələn: Hər yeri: dağları, meşələri, dərələri
ağappaq qar örtmüşdü.
Ümumiləşdiri sözdən sonra yəni, məsələn bağlayıcıları işlənərsə, bağlayıcıdan əvvəl vergül, sonra qoşa
nöqtə qoyulur. Məsələn:
Ümumiləşdirici söz həmcins üzvlərdən sonra işlənərsə, ondan əvvəl tire (-) işarəsi qoyular. Məsələn:
Evlər, eyvanlar, gəmilər – hər tərəf bayraqlar və xalçalarla bəzədilmişdir.
Ümumiləşdirici sözdən əvvəl ara söz işlənərsə, ara sözdən əvvəl tire, sonra vergül qoyular. Məsələn:
Güclülər bu qədər, amansız, bu qədər xudpəsənd olmamalıdırlar. Alma, armud, alça ağacları çiçək
açmışdır. Dağ, meşə və çəmənlərə bir sükut çökmüşdü. Uşaq gah ağlayır, gah da gülürdü. O, uşaqları,
nəvələri və arvadı üçün hədiyyə almışdı.
Lakin dilin səliqə-sahmanı axırıncıda (arvadı) saxlamaq şərti ilə üçün qoşmasının ixtisar olunmasını tələb
edir.
İlə qoşmasının ixtisarına diqqət edək: Mən sənin ağlın, bacarığın və fərasətinlə fəxr edirəm.
Bu cümlənin əvvəlki iki tamamlığında –la qoşması ixtisar olunmuşdur. İxtisar olunanları yerinə qoysaq,
(nitqdə bir ağırlıq yaranmasına baxmayaraq) cümlənin yeni forması belə olar:
Bu nümunə göstərir ki, ixtisarın aparılmasına, təkrar olunanların götürülməsinə, həqiqətən də, ehtiyac
varmış.
İdi hissəciyinin ixtisarına fikir verək: Səlim hamı üçün narahat olar, darıxar, xeyli fikirləşərdi. – Səlim hamı
üçün narahat olardı, darıxardı, xeyli fikirləşərdi.
1. Həmcins mübtədalardan biri I şəxs əvəzliyi olarsa, xəbər I şəxsin cəmində olur. Məsələn:
Mən və sən
Mən, sən və o
Biz və siz
Mən və Sona
Biz və onlar
Sən və Akif
Siz və onlar
Siz və o
3. Həmcins mübtədalar III şəxsdə olarsa, xəbər III şəxsin təki və cəmində ola bilər (mübtədalar insan
anlayışı bildirdikdə xəbər cəmdə, digər canlı varlıqlar olduqda həm tək, həm cəmdə, cansız əşya olduqda
təkdə olur)
a) Sevil, Azad və Ayna muğama qulaq asırdılar. (mübtədalar insan anlayışı bildirdiklərindən xəbər də
cəmdə işlənmişdir)
b) Heyvanxanada ayılar və meymunlar daha çox maraq doğurur(lar) (xəbər tək də ola bilər, cəm də)
c) Şəhərin mərkəzində yaraşıqlı binalar, enli küçələr, yaşıl parklar göz oxşayırdı. (mübtədalar cəmdə,
xəbər təkdə işlənib)
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər (xitab və ara
sözlər)
Cümlədə elə ifadələr olur ki, cümlə üzvləri ilə məna cəhətdən əlaqədə olsa da, qrammatik cəhətdən
əlaqədə deyil. Belə sözlərə xitab və ara sözlər daxildir. Onlar cümlə üzvlərinin heç biri ilə sintaktik
əlaqəyə girmədiyi üçün cümlə üzvü olmur. Məsələn: Bahar qızı, elimə xoş gəlmisən (xitab) Ehtimal ki, biz
bir də görüşəcəyik. (ara söz)
Xitab
Xitab cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir. Xitablar, əsasən, adlıq hallı isimlərlə və ismi
birləşmələrlə ifadə olunur. İsimləşən söz və birləşmələr də xitab ola bilir.
Mələn: Həyat, sən nə şirinsən, kim səndən doydu getdi? (B.Vahabzadə) Söylə, Odlar Yurdu, niyə çatılıb
qaşın? Arxa sırada dayananlar, bir az qabağa gəlin! Qoçaqlar, sözüm sizədir.
Xitablarla canlıya, cansıza və mücərrəd varlıqlara müraciət etmək olur: Şöhrətin yayılıb hər yana,
ceyran... (S.Vurğun) Doğma Bakı, günü-gündən gözəlləşirsən. Oğul, sözlərimə yaxşı qulaq as!
(N.Gəncəvi)
1. Hər ikisi adlıq hallı söz və söz birləşmələri ilə ifadə olunur.
2. Hər ikisi daha çox isimlərlə ifadə olunur. Ümumən, mübtəda və xitablar ifadə vasitələrinə görə çox
yaxındır.
2. Mübtəda cümlə üzvüdür, xitab isə cümlə üzvləri ilə, xüsusən xəbərlə qrammatik əlaqəyə
girmədiyindən cümlə üzvü deyil.
3. Xitabla müqayisədə mübtəda ifadə vasitələrinə görə daha zəngindir. Belə ki, xitablar əvəzliklərlə,
məsdərlərlə ifadə oluna bilmir, mübtəda isə çox asanlıqla həmin sözlərlə ifadə oluna bilir. Məsələn: Biz
çıx çalışmalıyıq. İşləmək həmişə vacibdir.
Xitab müraciət bildirdiyinə görə məzmunca ikinci şəxs, formasına – ifadə vasitələrinə görə isə III şəxsdir:
Arif, yaxına gəl.
Bu cümlədə Arif isimdir, deməli, formasına görə III şəxsdir, həm də o, müraciət olunan söz kimi
məzmununa görə II şəxsə (yəni sən, siz əvəzliklərinə) bərabərdir.
Xitablar quruluşuna görə sadə və mürəkkəb olur. Sadə xitablar nitq hissələri ilə, mürəkkəb xitablar söz
birləşmələri ilə ifadə olunur.
sadə mürəkkəb
Ey insanlar, sülhə gəlin! Vətən oğlu, bu torpaq sənə güvənir.
Xitab cümləni əvvəlində gəlib, adi intonasiya ilə deyilərsə, onda sonra vergül, yüksək hiss-həyəcala
deyilərsə, nida işarəsi qoyular: Gülnar, gəl izə gedək. Ay uşaqlar, nigaran qalmayın. Vətən! Mən səninlə
fəxr edirəm. Əziz dostlar, sizlərə güvənirəm!
Xitab cümləin sonunda gəldikdə onda əvvəl vergül, sonra gəldikdə isə cümlənin məqsədinə görə növünə
uyğu durğu işarəsi qoyulur:
Ara sözlər
Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Məsələn:
Ara sözlər formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur.
Söz şəklidə: bəlkə, əlbəttə, doğrusu, bizcə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s.
Məsələn: Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq.
Vüqar, zənnimcə, daha düzələr.
Söz birləşməsi şəklində: sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s. Məsələn: Sözün
düzü, bunu səndən gözləməzdim. Mən bilən, sonu yaxşı olacaq.
Cümlə şəklində: görünür, düzdür, doğrudur, ola bilsin(ki), demək olar(ki). necə deyərlər, elə bilirəm.
Məsələn: Sən, demək olar ki, bizi unutmusan. Ola bilsin, sabah onu görəcəyəm. Bütün bunlardan sonra,
elə bilirəm, sənə daha söz deməzlər. Bu, necə deyərlər, gəmidə oturub gəmiçi ilə dava edir.
Bu ara sözlər zahirən, görünüşünə görə (xəbər formasıda olduğuna görə) cümlə şəklində sayılır. Əslində
yuxarıdakı "cümlələr” cümlə əlamətlərini, ilk növbədə, bitmə intonasiyasını itirmişdir.
Ara sözlər cümlə üzvlərindən vergüllə ayrılır: Deyəsən, bu qış sərt olacaq. Mən, sözsüz, onunla əlaqəmi
kəsəcəyəm. Gözəl görünür, məncə.
Şəxssiz cümlə
Həyat mübarizədir. Doğan günəş mavi dənizi öz rənginə boyamışdı. Aqşin dərs əlaçısıdır.
Müəyyən şəxsli cümlələri bir qismində mübtəda olmasa da, onları xəbərdəki şəxs sonluqlarına görə
bərpa etmək olur. Məsələn: Dərsdən evə qayıdırdım (kim? – mən) Kitabları qaytarmağı unutma. (kim? –
sən) Dərsdən sonra uşaqlarla kitabxanaya getdik (kim? – biz) Yarışa yaxşı hazırlaşırsınız (kim? - siz) Mənə
bir stəkan çay gətirdi (kim? – o)
Verilən cümlələrdən aydındır ki,I və II şəxsin tək və cəmi, eləcə də III şəxsin təki asanlıqla asanlıqla bərpa
olunan mübtədasız cümlələr də müəyyən şəxsli cümlələrdir. Belə cümlələr, əsasən, mübtədası daha çox
I və II şəxsdə (həm təkdə, həm də cəmdə) olmalı olan cümlələrdir. Təbii ki, belə buraxılmış mütədaları
xəbərdəki şəxs sonluqlarına görə asanlıqla bərpa etmək olur.
Məsələn: Dünən çox işlədim (Mən) Meşədən xeyli odun yığdıq (Biz) və s.
Rabitəli mətnlərdə isim və müxtəlif ismi birləşmələrlə ifadə olumuş mübtədalar da buraxıla bilər. Belə
mübtədaları da mətnin əvvəlki hissəsinə görə bərpa edib yerinə qoymaq olur.
Müəyyən şəxsli cümlələr ikinci dərəcəli üzvləri iştirakı baxımından müxtəsər və ya geniş ola bilər.
Məsələn: Muxtar getdi (müxtəsər). Gülnarənin oyuncaqları lap təzədir. (müxtəsər) Gedirik (müxtəsər).
Biz sabah gedəcəyik (geniş). Məmməd televizor aldı (geniş).
Belə cümlələrdə işi icra edən, əsasən, bir qrup şəxsdən ibarət olur, lakin onlar qeyri-müəyyən olur.
Həmin cümlələrdə diqqəti cəlb edən işi icra edən deyil, işin özüdür. Bu cəhətdən belə cümlələrdə
mübtəda şəxssiz cümlələrdən fərqli olaraq, təxmin oluna ilər, amma konkret şəkildə bərpa oluna, yerinə
qoyula bilməz.
Qeyri-müəyyən şəxsli cümlələrdə çox zaman elə bil (ki), sanki, deyəsən, guya ki və s. modal sözlərdən
istifadə olur. Məsələn: Elə bil onu yuxudan oyatdılar. Sanki onu döymüşdülər.
Qeyri-müəyyə şəxsli cümlələr də müxtəsər və geni ola bilir. Deyirdilər (müxtəsər) ki, bu işdə bizə kömək
edəcəklər (geniş). Onları nazirliyə dəvət etmişdilər (geniş)
Belə cümlələrin xəbəri II şəxsi təki və ya III şəxsin cəmidə olur. Əsasən, atalar sözləri, məsəllər, aforizmlər
bu cümlələrlə ifadə olunur və hərəkət, hökm hamıya aid olur. Məsələn: Dostu dar gündə sınayırlar (kim?
hamı) Hər addımbaşı tikintiyə rast gəlirsən (kim? hamı) Yüz ölç, bir biç (kim? təkcə sən yox hamı)
Müqayisə et:
Sabahkı iclasa yaxşı hazırlaşarsan (kim? Sən) – İstirahət zonasında xarici turistlərlə qarşılaşırsan
müəyyən şəxsli cümlə (kim? təkcə sən yox, hamı)
Məktəbdə yığıncaq təşkil etmişdilər (kim? Onlar) – Qaçanı qovmazlar (Kim? – Hamı)
qeyri-müəyyən şəxsli cümlə
Hər iki cümlədə hərəkət və hökm təkcə II və ya III
Birinci cümlədə konkret olaraq II şəxs tək, ikinci şəxslərə deyil, hamıya aiddir.
cümlədə qeyri-müəyyən III şəxslər təsəvvür olunur.
Ümumi şəxsli cümlələr daha çox geniş cümlə şəklində olur. Mürəkkəb cümlə tərkibində müxtəsər ümumi
şəxsli cümlə işlənə bilər. Məsələn: Oxuyarsan, adam olarsan.
Qeyri-müəyyən şəxsli və ümumi şəxsli cümlələrdə xəbərlərinə görə mübtədanı onlar və sən şəklində
bərpa etmək cəhdləri düzgün olmaz, fikir təhrif edilmiş olar. Çünki belə cümlələrdə söhbət heç də
konkret şəxsdən və ya şəxslərdən deyil, qeyri-müəyyən şəxslərdən və ya ümumilikdə hamıdan gedir.
Müqayisə edək: Gecənin yarısında bizi yuxudan oyatdılar (qeyri-müəyyən şəxsli cümlədir, oyadan
konkret məlum deyil, ya da onun kimliyi haqqında məlumat vermək istəmirlər, bunu lazım bilmirlər)
Onlar gecənin yarısında bizi yuxudan oyatdılar (İndi cümlə müəyyən şəxsli oldu, artıq əvvəlki cümlədən
fərqli olaraq, oyadanlar məlumdur, hətta bu oyadanların konkret hansı şəxslərdən ibarət olması da
məlumdur. Axı onlar əvəzliyi məhz subyektlər əvvəlcədən konkret məlum olanda işlədilir.)
Bu əməliyyatı ümumi şəxsli cümlə üzərində də aparmaq olar. Məsələn: Gərək böyüyün hörmətini
saxlayasan. Xəbərin II şəxsin təkində olmasına istinad edərək mübtədanı sən şəklində bərpa etsək, “Sən
gərək böyüyün hörmətini saxlayasan” cümləsi alınacaq. yeni cümlədə fikir əslində təhrif olundu. Belə ki,
əvvəlki cümlədə (ümumi şəxslidə) hamıya aid olan, qayda halını almış hökmdən söhbət gedirdi,
mübtədası bərpa olunmuş formada isə hökm konkret olaraq bir şəxslə (II şəxslə) bağlandı. Yəni
subyektlərdən-şəxslərin əhatə dairəsi kiçildildi. Ümumən, belə əvəzetmələr düzgün deyil, çünki fikrin
təhrifinə - əhatə dairəsinin kiçildilməsinə gətirib çıxarır.
Şəxssiz cümlə
Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələr şəxssiz cümlələr adlanır.
Şəxssiz cümlələr də xəbər əsasında formalaşır, mübtədası olmur. Xəbəri III şəxsin təkində olur.
1. İsmi xəbərli şəxssiz cümlələr. Səhərdir. Qış axşamı idi. Baharın ilk günlərindən biri idi. İsti yay
günlərindən biridir. Vaxtdır. Çox gecdir. Kənddə toydur. Hələ tezdir. Bu gün ayın üçündür.
2. Feili xəbərli şəxssiz cümlələr. Belə cümlələr, bir qayda olaraq, iki cürdür:
A) Xəbəri şəxssiz feillərlə ifadə olunan şəxssiz cümlələr: Sənədlərə baxıldı. Dağa yürüş edildi. İclasda bu
məsələyə toxunuldu. Onun dediklərinə məhəl qoyulmadı. Bizə qüvvəmizi göstərməyə imkan verilmir. İndi
belə şeylərə rast gəlinməz. Elçinin getməyinə icazə verilmədi. Tənbəllərə də çox təsadüf edilir. Bu
materiallardan tikintidə indi daha istifadə olunmur.
B) Xəbəri frazeoloji birləşmələrlə ifadə olunan şəxssiz cümlələr: Mənim ona yazığım gəlir. Müəllimin
onun cavabından xoşu gəldi. Ona rəhmim gəlir. Ondan zəhləm gedir.
Şəxssiz cümlələr də müxtəsər və geniş ola bilir: Vaxtdır (müxtəsər). Səhərdir (müxtəsər) Ulduzlu bir yay
gecəsi idi (geniş). İndi belə sözlərə əhəmiyyət verilmir (geniş).
Adlıq cümlə
Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlələrə adlıq
cümlə deyilir. Bu cümlələrin xəbəri olmur, onlar mübtəda əsasında formalaşır.
Adlıq cümlələrdən yazılı ədəbi dildə: bədii (xüsusən dram əsərlərinin remarkalarında), publisistik
əsərlərdə istifadə edilir. Məsələn: Qarabağ. Şuşa qalası. Cıdır düzü. At çapan igidlər.
İlin əvvəlləri (müxtəsər). Yanvar ayı (müxtəsər). Novruzun son çərşənbəsi (müxtəsər). Gözəl bir yay gecəsi
(geniş). Şəhərin kənarında ikimərtəbəli bir bina (geniş).
Söz-cümlə
Sadə cümlələr sintaktik cəhətdən təhliledilmə (üzvlənmə) imkanlarına görə iki cür olur:
1. Üzvlənən cümlələr
2. Üzvlənməyən cümlələr
İndiyə qədər öyrəndiyimiz sadə cümlələr üzvlənən cümlələr idi. Yəni həmin cümlələri təhlil edib
üzvlərinə ayırmaq olur. Dildə kəmiyyətcə belə cümlələr daha çox işlədilir. Əslində bunlar dil üçün
səciyyəvi olan normal cümlələrdir. lakin dilimizdə elə cümlələr var ki, onlar tərkib hissələrinə - cümlə
üzvlərinə ayrılmır, yəni üzvlənmir, onlarda ümumən cümlə üzvü olmur. Məsələn:
- Dərslərini oxumusan?
- Əlbəttə.
Söz-cümlə də üzvlənməyən cümlələrdəndir. Bir sözdən ibarət olub üzvlənməyən sözlərə söz-cümlələr
deyilir.
Belə cümlələr çox vaxt dialoqda sual cümlələrinin cavabı kimi işlənir. Məsələn:
- Bəli.
- Sözsüz.
Söz cümlələr 1) təsdiq və inkar ədatları ilə, 2) bəzi modal sözlərlə və 3) nidalarla ifadə olunur:
1. Ədatlarla (bəli, xeyr, yox, hə, əsla) ifadə olunan söz-cümlələr. Məsələn:
- Xeyr.
- Yəqin ki.
-İşləri bitirdinmi?
- Əlbəttə.
- Ehtimal ki.
- O günləri xatırlayırsanmı?
- Eh!
Cavab cümlələrdə modal söz, ədat və nidaya bir üzvlənən söz (mübtəda, xəbər, tamamlıq və s.) əlavə
edildikdə həmin cümlə söz-cümlə hesab olunmur. Məsələn:
- Əlbəttə, çatdıracağıq!
Modal sözə (əlbəttə) üzvlənmə elementi – xəbər əlavə olunduğu üçün artıq bu cümlə söz-cümlə deyil. Bu
cümlə yarımçıq cümlədir. Yarımçıq cümlələrsə, söz –cümlələrdən fərqli olaraq, üzvlənən cümlələrdir,
yəni onların tərkibində müəyyən cümlə üzvləri olur.
- Dərslərini oxumusan?
- Əlbəttə, ana.
Xitab cümlə üzvü olmadığından bu cümlədə üzvlənmə ünsürü yoxdur, yəni “əlbəttə, ana” söz-cümlədir.
Mürəkkəb cümlə
İki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn cümlələrə mürəkkəb cümlə deyilir.
Məsələn: Xanım xala bu xəbərdən çox qəzəblənmişdi, əlləri titrəyirdi. Bilirdik ki, azadlıq verilmir, qazanılır.
Mürəkkəb cümlə ilə sadə cümlənin fərqi ondadır ki, sadə cümlənin bir, mürəkkəb cümlənin isə iki və
daha artıq qrammatik əsası olur.
Sadə cümlə
X
M
X
Mürəkkəb cümlə
● Mürəkkəb cümlədə hər tərkib hissənin, bir qayda olaraq, ayrıca mübtəda və xəbəri olur. (Bu daha çox
tabesiz mürəkkəb cümlələrə aid qaydadır. Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin bir
ümumi, ortaq mübtədası ola bilər. Məsələn: Mən ona dedim ki, sabah gedə bilməyəcəyəm.
dedim
Mən
gedə bilməyəcəm. Tabeli mürəkkəb cümlənin tərkib hissələri, ilk növbədə, bağlanma
vasitələrinə görə fərqlənir.)
M X, M X
Mürəkkəb cümlənin tərkib hissələrində müəyyən şəxsli, şəxssiz, qeyri-müəyyən şəxsli və ümumi şəxsli
cümlələr işlənə bilər. Məsələn: Qonaqları süfrəyə dəvət etdilər, hamı stol arxasında əyləşdi. Nə tökərsən
aşına, o çıxar qaşığına. Acığı tutsa da, səsini qaldırmadı.
Tabesizlik əlaqəsi ilə bağlanan mürəkkəb cümlələr tabesiz mürəkkəb cümlələrdir. Tabesiz mürəkkəb
cümlələr bərabərhüquqlu sadə cümlələrin birləşməsindən yaranır, biri digərindən qrammatik cəhətdən
asılı olmur. Məsələn: Göy guruldadı, şimşək çaxdı, yağış yağmağa başladı. Hava qaralmışdı, göz gözü
görmürdü.
Tabeli mürəkkəb cümlədə tərkib hissələrdən biri qrammatik cəhətdən asılı olur. Məsələn: Hiss etdim ki, o
danışmaq istəmir. Xəbəri dostuma çatdırdım ki, tədarük görsün. Çox sakit idi, çünki dostları yanında idi.
Cümlənin mürəkkəbliyi sözlərin çoxluğu ilə yox, cümlələrin sayı ilə müəyyən olunur. Ola bilər ki, cəmi iki
sözdür, amma sadə yox, mürəkkəb cümlədir: Çağırdım, gəlmədin. Vaxtdır, getməliyik. Demişdi,
istəmirəm. Demə, bilirəm.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ya intonasiya ilə, ya da həm intonasiya, həm də tabesizlik
bağlayıcıları ilə bağlanır.
Sərxangil işi başa çatdırmışdılar, yəni bina təhvil verilmək üçün hazır idi.
Tərkib hissələri intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcı ilə bağlanan
tabesiz mürəkkəb cümlələr isə bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.
Həmcins xəbərli sadə cümlə ilə tabesiz mürəkkəb cümləni qarışdırmaq olmaz. Bu vaxt diqqətli olmaq
lazımdır.Həmcins xəbərli sadə cümlədə xəbərlərin sayının çoxluğu, həm də bu xəbərlərin çox vaxt ayrıca
2-ci dərəcəli üzvlərə malik olmağı bəzən onları qarışdırmağa, bir-biri ilə səhv salmağa gətirib çıxara bilir.
Məsələn: Elman cəld yerindən durub pəncərənin qabağına gəldi və oradan küçədə baş verənləri diqqətlə
müşahidə etməyə başladı.
Səhv etməmək üçün xəbərlərlə (gəldi, müşahidə etməyə başladı) mübtədanın (Elman) əlaqələnib-
əlaqələnməməsinə fikir vermək lazımdır. Yuxarıdakı cümlədə xəbərlərin ikisi də bir mübtəda (Elman) ilə
bağlandığına görə o, mürəkkəb yox, həmcins xəbərli sadə cümlədir.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri hə də müxtəlif məna əlaqələri ilə bağlanır.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında, əsasən, aşağıdakı məna əlaqələri olur:
1. Zaman əlaqəsi
2. Ardıcıllıq əlaqəsi
3. Səbəb-nəticə əlaqəsi
4. Aydınlaşdırma əlaqəsi
5. Qarşılaşdırma əlaqəsi
6. Bölüşdürmə əlaqəsi
● Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən hadisələr sadalandığı üçün tərkib
hissələrin sayı ikidən artıq da ola bilər. Məsələn: Bəyin əlləri titrəyir, dizləri əsir, ürəyi döyünürdü. Qolları
ağır yükün altında getdikcə zəifləyir, ayağı yaş torpağın üstündə sürüşür, gözləri qaralırdı.
● Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə hər iki cümlə üçün ortaq olan cümlə üzvləri də (zərflik,
tamamlıq) işlənə bilər. Məsələn:
Lalə təbiət mənzərəsini seyr etdikcə dərindən nəfəs alır, ürəyi açılırdı.
Bu cümlələrdə ortaq üzvlər (yaz gələndə, təbiət mənzərəsini seyr etdikcə) məzmunca tabesiz mürəkkəb
cümlələrin tərkibindəki sadə cümlələrin ikisinə də aiddir.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr həm bağlayıcılı, həm də bağlayıcısız olur.
Bağlayıcısız
● Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin yerini dəyişdikdə, əsasən, məna
dəyişmir.
Bağlayıcısız
Bağlayıcılı
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır.
Bağlayıcılı
Bağlayıcısız
Etibar atdan yıxıldı, ayağı əzildi.
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrə oxşayır:
hər ikisində ardıcıl baş verən hadisələr sadalanır. Ardıcıllıq əlaqəlilərdəki ardıcıllıq adi ardıcıllıqdır, yəni
buradakı ikinci cümləni heç də zəruri olaraq birinci cümlə doğurmur. Səbəb-nəticə əlaqələrdəki ardıcıllıq
isə səbəbdən sonra gəlməli olan nəticənin təbii, zəruri ardıcıllığıdır.
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci cümlə işi, səbəbi, ikinci cümlə ondan törəyən
nəticəni göstərir və belə cümlələrdə zərurilik, kortəbiilik olur. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb
cümlələrdə isə sadəcə, ardıcıl baş verən hadisələr sadalanır.
Yadda saxlamaq lazımdır ki, ardıcıllıq əlaqəli cümlələrdə, bir qayda olaraq, hadisənin biri tam bitdikdən
sonra ikincisi başlayır. Səbəb-nıticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə isə müəyyən nəticənin alınması
üçün birinci cümlədəki işin heç də tamamlanması, başa çatması həmişə vacib deyil. Məsələn: Külək əsdi,
ağacın yarpaqları yerə töküldü. Yəni yarpaqların yerə tökülməsi üçün heç də birinci hərəkətin qurtarması
– küləyin əsməsinin bitməsi lazım deyil. Bunlar biri avtomatik olaraq o birini doğuran əlaqəli
prosseslərdir. Ardıcıllıq əlaqəlilərdə belə zəruri bağlanma olmur. bir iş tamamlanır, ardıcıl olaraq ikinci,
üçüncü... iş başlayır.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr, əsasən, intonasiya ilə bağlanır. Bəzən intonasiya ilə
yanaşı, aydınlaşdırma bildirən yəni bağlayıcısından da istifadə olunur. Məsələn: Onun vəziyyəti pisləşirdi,
yəni hərarəti getdikcə yüksəlirdi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında qoşa nöqtə qoyulur. Tərkib
hissələrinin birində, xüsusən, ikinci tərəfdə sadalama intonasiyası ilə həmcins üzv və ya tabesiz mürəkkəb
cümlə olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məsələn: Gözəl
bir yaz günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Bağlayıcısız
Çağırdım, eşitmədi.
Bağlayıcılı
● Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri antonim sözlərin köməyi ilə də
əlaqələnə bilir. Məsələn: O, alçaq, dolu, topasaqqal bir adam idi, dostu isə hündür, arıq, eynəkli bir kişi
idi.
● Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında mənaca ziddiyyət də ola
bilər, müqayisə edilə, fərqləndirilə də bilər.
Ziddiyyətlə verilən
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr, demək olar ki, yalnız bağlayıcılı olur. Onların tərkib
hissələrinin əlaqələndirilməsində, bir qayda olaraq, bölüşdürmə bağlayıcıları iştirak edir.
İş və hadisələrin növbələşmələri
Gah külək qalxır, gah bürkü olurdu.
2. Budaq cümlə baş cümlədəki əvəzlik-qəlibin məzmumunu açır. (işarə əvəzliyi= əvəzlik qəlib)
3. Bəzi budaq cümlələr baş cümlənin bütovlükdə ümumi məzmununa aid olur. Yəni konkret cümlənin
ümumi məzmununa aid olur. Bu tip budaq cümlələrə şərt və qarşılaşdırma budaq cümlələri aiddir. Sual,
bir qayda olaraq, baş cümlədən çıxır.
Sual hansı cümlə üzvünün sualıdırsa, budaq cümlə də demək, həmin növdədir.
Budaq cümləni baş cümləyə bağlayan vasitələr və baş budaq cümlənin yeri.
Dedim, onun günahı yoxdur. İstisna: şərt budaq cümləsi intonasiya ilə bağlansa da 1-ci budaq, sonra isə
baş cümlə gəlir. Dişin ağrıyır, çək qutar.
2)Səbəb bağlayıcıları (çünki, ona görə, ondan ötrü və s.) Bu bağlayıcılarla bağlananda baş cümlə I budaq
II
Istisna: Zaman budaq cümlə ki ilə bağlansa da I budaq, II baş cümlə gəlir. Yenicə, elə, indicə sözləri + ki I
bud. ( ) → Onda, o zaman, o vaxt + ki I baş. ( ) Şərt (əgər, hərgah, indiki, bir halda ki) və Güzəşt
(hərçənd, hərçənd ki) bağlayıcıları ilə işlənən cümlələrdə I budaqdan sonra baş cümlə gəlir. Qarşılaşdırma
budaq cümləsindədə budaq cümlə I gəlir.
4. –sa2 , -sa2 + da, -şa2 + belə, -mı4 , doğrusu, düzü, düzdür, doğrudur sözləri ilə bağlananda budaq I. ( )
→ Məs: Yağış yağdımı, ətraf su olsun. Bilirsənmi, ürəyimdən nələr keçir.
Bağlayıcı söz Əvəzlik qəlib
Budaq cümlələri baş cümlə yə bağlayan vasitədir. Vasitə deyil.
Sual əvəzlikləri ilə + ki ədatı. İşarə əvəzlikləri
Budaq cümlənin növünü müəyyən ləşdirmir. Müəyyənləşdirir.
Ancaq budaq cümlədə işlənir. Baş cümlədə işlənir.
Bağlayıcı sözə qarşılıq söz kimi işlənir.
Hər ikisi cümlə üzvü olur.
Qeyd: Bütün qarşlıq sözlər əvəzlik qəlibdir, amma bütün əvəzlik qəliblər qarşılıq söz deyil.
Növləri.
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr
Mübtəda budaq cümləsi ya baş cümlədə əvəzlik lə ifadə olunmuş mübtədanı (əvəzlik-qəlibi) izah edir, ya
da buraxılmış mübtədanın yerində işlənir. Mübtəda budaq cümləsinin sualları: kim? nə? hara?
1. ( ) ki bağlayıcısı ilə bağlananda. Məsələn: Könlündən keçir ki, onun da işi alınsın.
2. ( ) → [ ] Bağlayıcı sözlə bağlananda. Məsələn: Kim ki demişdi, o gəlsin. Eləsi, beləsi, orası, burası
əvəzlikləri baş cümlədə adlıq haldadırsa demək bu cümlə mübtəda budaq cümləsidir. Məsələn: Eləsi olur
ki, pislik etməyə fürsət gəzir.
Xəbər budaq cümləsi baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan xəbəri izah edib aydınlaşdırır. Xəbər
budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində xəbərin yerində odur, budur, elədir, belədir, o
idi, bu idi, elə idi, belə idi, o oldu, bu oldu, buradadır, oradadır, onun üçündür, bunun üçündür, ona
görədir, buna görədir, ondan ötrüdür, bundan ötrüdür, ondan ibarətdir və s. kimi söz və ifadələr- qəlib
sözlər işlədilir.
1. ( ) ki bağlayıcısı və intonasiya ilə. Məsələn: Məqsədimiz budur ki, ilin sonuna binanı təhvil verək.
Müəllimin məsləhəti bu oldu ki, bədii əsərləri çox oxuyaq.
2. ( ) → Bağlayıcı sözlə bağlananda. Xəbər budaq cümlədə qəlib söz mütləq işləməlidir. Buraxıla bilməz.
Xəbərin yerində: odur, budur, elədir, belədir, buradadır, onun üçündür və s.
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrdə qəlib söz buraxıla bilməz.
1. ( ) ki bağlayıcısı ilə və intonasiya . Məsələn: Mən istəmirdim ki, özgə gəlib yurduma yiyə dursun.
Onu da bilirəm ki, halal mala haram qatmazlar.
2.( ) → Bağlayıcı sözlə bağlanan. Bağlayıcı sözlər: kim, kim (ki), kimə(ki), kimdən(ki), nə(ki), nəyi(ki),
nəyə(ki), nədə(ki), nədən(ki), hər kim, hər kəs, hər nə və s. (müxtəlif formalarda)
Budaq cümlədə bağlayıcı sözün hansı formada olmasının elə bir əhəmiyyəti yoxdur. Onsuz da budaq
cümlənin növünü bağlayıcı söz yox, baş cümlədəki qarşılıq söz müəyyən edir.
Baş cümlədə tamamlığın yerində qarşılıq söz işlənməyə də bilər. İşlənmədikdə də təsəvvür olunur
Məsələn: Kim ki vətəni haqda düşünmür, ona vətəndaş demək olmaz. Kimlərə ki vətən xaini damğası
vuruldu, ------ qaranlıq zindana saldılar.
Təyin budaq cümləsi baş cümlədə isimlə ifadə olunan hər hansı bir üzvü təyin edir, necə? nə cür? hansı?
nə qədər? suallarından birinə cavab verir.
1. ( ) ki bağlayıcısı ilə və intonasiya. O, bu, elə, belə, elə bir, bir həmin qəlib sözlər işlənir baş
cümlədə.Məsələn: Bəzən bu qəliblər işlənməyə də bilər. Evlər gördüm, külə dönmüş.
2. ( ) → Bağlayıcı sözlə. Məsələn: Hansı dili istəyirsən, o dili öyrən. Necə demisən, elə də kitab
seçmişəm. Nə qədər tapşırdın, o qədər kitab aldım.
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin tərzini, icra vəziyyətini bildirir. Baş cümlədə elə,
belə, o cür qəlib sözləri feili xəbərə aid olur. Budaq cümlə də onu izah edir.
1. ( ) intonasiya və ki bağlayıcısı ilə Məsələn: Elə yaz ki, oxuya bilək. Elə danış ki, sonar peşman
olmayasan.
2. ( ) → bağlayıcı sözlə bağlanan. Məsələn: Necə demişdin, o cür düzəltdik. Necə istəyirlər, elə də
etsinlər.
1. ( ) ki bağlayıcısı ilə baş cümlədə onda, o vaxt, o zaman qəlib sözləri işlənərsə. Məsələn: Mən o
vaxt oyandım ki, artıq gec idi. Biz o zaman şad olarıq ki, torpaqlarımız geri alınsın.
2. ( ) → ki bağlayıcısı ilə işlənib elə, yenicə, təzəcə, indicə sözləri ilə işlənir ya da bərpa edilir. Məsələn:
Elə evə girmişdim ki, anamı gördüm. Təzəcə yerinə girmişdi ki, nənəsi onu harayladı.
3. ( ) → bağlayıcı sözlə : o zaman ki, o gün ki, onda ki, elə ki və s. Qarşılıq sözlər: onda, o vaxt, o zaman (
ola da bilər, olmaya da bilər) Məsələn: O gün ki təmir bitəcək, ---- köçüb evimdə oturacağam. Elə ki yaz
gəlir, onda kəndimiz cənnət olur.
Qeyd: Zaman budaq cümləsi -mı4 ədatı ilə də bağlanır. Məsələn: Yaz gəldimi, havalar isinməyə başlayır.
Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir, haraya? harada? haradan? suallarından birinə
cavab verir.
Bir tipi var: ( ) → Bağlayıcı sözlər: hara, haraya, harada, o yerdə ki, o yerə ki, o yerdən ki, bir yerdə ki
və s. Məsələn: Harada məhəbbət var, orada səadət var. Harada istəsə, yaşaya bilər.
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin miqdarını bildirir, nə qədər? sualına cavab verir.
Nə qədər bağlayıcı sözü zaman, təyin, kəmiyyət, qarşılaşdırma, xəbər budaq cümlələrində iştirak edə
bilir. Məsələn: Nə qədər deyirsən, o qədər gətirim (kəmiyyət) Nə qədər deyirsən, o qədər kitab
gətirim.(təyin) Nə qədər ki sən gəlməmişdin, hər şey yaxşı idi. (zaman) Nə qədər dedimsə də, eşitmədi.
(qarşılaşdırma) Nə qədər demişdin, gətirdiyi o qədərdir. (xəbər)
Səbəb budaq cümləsi baş cümlədəki hərəkət və əlamətin səbəbini bildirir, niyə? nə üçün? nəyə görə? nə
səbəbə? suallarından birinə cavab verir.
( ) intonasiya, ki bağlayıcısı və səbəb bağlayıcısı ilə. Məsələn: Oğlan imtahan verməkdən qorxurdu,
çünki elmdən çoxdan uzaqlaşmışdı. Bərk incimişdim, ona görə ki xətrimə dəymişdilər.
Diqqət yetir:
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir, niyə? nə üçün? nə məqsədlə?
suallarına cavab verir.
Məqsəd budaq cümləsi baş cümlədən sonar gəlir, ona intonasiya və ki bağlayıcısı ilə bağlanır.
Sxemi: ( ) intonasiya və ki bağlayıcısı ilə. Məsələn: Biz ona görə gəlmişik ki, (nə məqsədlə?) sizə
xəbərdar edək. Evə qayıtdı ki, paltarlarını dəyişsin. Çölə çıxanda əynini qalın elə ki, soyuq olmasın.
a) Ülvi ona görə başını aşağı salmışdı ki, atası onu danlamışdı. (nə səbəbə? Səbəb budaq cümləli)
b) Ülvi başını aşağı salmışdı ki, atasının hirsləndiyini görməsin. (nə məqsədlə? Məqsəd budaq cümləli)
1. Birinci cümlə səbəb, ikincisi isə məqsəd bildirir. Hər ikisi niyə? nə üçün? suallarına cavab verə bilsə də,
biri üçün nə səbəbə?, digəri üçün nə məqsədlə sualı əsasdır.
2. Səbəb budaq cümləsindəki iş baş cümlədəki əvvəl baş verir, yəni keçmişlə bağlıdır. Məqsəd budaq
cümləsindəki iş baş cümlədəki işdən sonra baş verir, yəni gələcəklə bağlıdır. Yuxarıdakı cümlələrin
üzərində bunu izah edək.
a) Atası danlamışdı (yəni əvvəl), sonra Ülvi başını aşağı salmışdı (səbəb budaq cümləsində).
b) Ülvi birinci (əvvəl) başını aşağı salır, buna görə də sonra atasının hirslənməsini görmür (məqsəd budaq
cümləsində).
3. Səbəb budaq cümləsinin xəbəri, əsasən, feilin xəbər şəklində olur. …. atası onu danlamışdı (xəbər ş.)
Məqsəd budaq cümləsinin xəbəri feilin əmr və ya arzu şəkillərində olur: …. hirslənməsini görməsin (əmr
ş.) görməyə (arzu ş.)
4. Səbəb budaq cümləsi feili sifət tərkibi və ya feili sifət + qoşma şəklində sadələşir: Ülvi ona görə başını
aşağı salmışdı ki, atası onu danlamışdı – Atası onu danladığı üçün Ülvi başını aşağı salmışdı.
Məqsəd budaq cümləsi əksərən məsdər tərkibi + qoşma şəklində sadələşir: Ülvi başını aşağı salmışdı ki,
atasının hirsləndiyini görməsin. – Atasının hirsləndiyini görməmək üçün Ülvi başını aşağı salmışdı.
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin icrasını müəyyən şərtlə bağlayır, hansı şərtlə? nə şərtlə?
suallarından birinə cavab verir.
I) ( ) ki bağlayıcısı ilə bağlanan. Bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlər işlənir. Məsələn: Onları bir
şərtlə azad edərik ki, sabah vaxtında qayıtsınlar. Açarları bu şərtlə sizə verirəm ki,onu yiyəsinə
qaytarasınız.
1) Şərt bağlayıcıları ilə bağlanan: İndi ki razı deyil, sənədləri geri alın. Madam ki o getmək istəmir, mən də
getmirəm. Hərgah inciyib, məni bağışlasın.
2) –sa2 şəkilçisi və -mı4 ədatı ilə bağlanan: Bu çiçəyi dəmləyib içsə, sağalar. İrəli bir addım atdımı, dibsiz
dərəyə düşəcək.
3) Şərt bağlayıcısı və - sa2 şəkilçisi ilə bağlanan: Əgər yıxılsan, balta çalan çox olar. Hərgah istəmirsənsə,
gedə bilərsən.
4) İntonasiya ilə bağlanan (yəni heç bir bağlayıcı vasitə olmur): Öl deyir, öl, qal deyir, qal. Bir dəfə azlıq
edir, iki dəfə oxu.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlədə baş cümlə ilə budaq cümlənin məzmunu
qarşılaşdırılır.
1) –sa 2 + da2, belə ədatları ilə: Dost olsa da yalanını qəbul etmərəm. Qarşısına maneələr çıxsa belə,
məqsədindən dönmədi.
2) Hərçənd, hərçənd ki bağlayıcıları, düzü, doğrusu, düzdür, doğrudur modal sözləri budaq cümlədə
amma, ancaq, lakin tabesizlik bağlayıcıları baş cümlənin əvvəlində paralel işlənməklə: Hərçənd bir yerdə
işləyirdilər, amma dostluq etmirdilər. Düzdür, 20 faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq o
torpaqların geri alınacağına şübhə etmirik. Düzü, getmək istəyirəm, amma vaxt tapa bilmirəm.
3) Nə qədər bağlayıcı sözlə: Nə qədər çağırdım, eşitmədi. Nə qədər danışdırırdıq, susub durardı.
Vasitəsiz nitq
Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir.
Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən.
Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən (dedi, soruşdu, müraciət etdi, söylədi,
çağırdı, çığırdı, fikirləşdi, düşündü və s.) ibarət olur.
Vasitəsiz nitq müəllif sözlərinə qoşulur, yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil
olduqda dırnaqlar arasında, dialoqlarda tire ilə verilir. Məsələn:
2) Sərdar dedi:
Vasitəsiz nitq bir, iki və daha çox cümlədən, elə cə də mətndən ibarət ola bilər.
1. Müəllifin sözlərindən sonra. Məsələn: Bulud Qaraçorlu Səhənd yazır: Başıuca yaşamaq istəsən əgər,
bax gör babaların necə yaşamış”. M:”V”.
2. Müəllifin sözlərindən əvvəl. Məsələn: “Sən nə vaxt qayıdacaqsan?” – deyə anası soruşdu. “V?” –m.
3. Müəllifin sözlərinin arasında. Məsələn: Yüzbaşı əsgəri süzüb: “ Məğrur oğlandır, igidliyinə söz ola
bilməz”, - dedi. M:”V”, -m.
4. Müəllifin sözlərindən əvvəl və sonra. Məsələn: “Xəstənin vəziyyəti yaxşıdır, - dedi, - sabah gəlib
dəyərsiniz”. “V, - m, - v”. (Belə vəziyyətlərdə müəllifin sözləri vasitəsiz nitqin arasına girir.)
5. Müəllifin nitqi ilə vasitəsiz nitq növbələşir. Məsələn: O, taxta yaxınlaşıb: “Ulu xaqan, əmrinizi
gözləyirik, - dedi, - qoşun sərhədə yaxınlaşır”. M: ”V, -m, -v”.
Vasitəli nitq
Başqasının nitqi eynilə deyil, dəyişilmiş şəkildə, lakin məzmunu saxlanılmaqla verilərsə, buna vasitəli nitq
deyilir.
Vasitəli nitqli cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur.
Vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllifin sözlərindən sonra işlənir. Məsələn:
Bunun üçün dırnaqlar atılır və ki bağlayıcısından istifadə olunur. Əsasən, şəxs əvəzlikləri də dəyişdirilir.
Çevrilən vasitəsiz nitqdə xitab varsa, o, adətən, müəllifin sözlərinin içərisində verilir. Məsələn:
Babam deyərdi: “Toğrul, torpağa bax, o da sənə baxsın”. (Vasitəsiz nitqli cümlə)
Babam mənə deyərdi ki, torpağa baxsan, o da sənə baxar. (Vasitəli nitqli cümlə - tamamlıq budaq cümləli
tabeli mürəkkəb cümlə. Xitab xitablıqdan çıxarılaraq, müəllifin sözlərinin içərisində - baş cümlədə
vasitəsiz tamamlıq kimi işlədilmişdir.)
Əjdər söylədi: “Mən belə şeylərlə razılaşa bilmərəm”. (Vasitəsiz nitqli cümlə)
Əjdər söylədi ki, o belə şeylərlə razılaşa bilməz. (Vasitəsiz nitqli cümlə - tamamlıq budaq cümləli tabeli
mürəkkəb cümlə).
“Dilin yaranması üçün orqanizmin fizioloji cəhətdən müəyyən şəkildə formalaşması vacibdir” dedikdə
nəzərdə tutulan amillər, əsasən, bunlardır:
Dilin yaranıb formalaşmasına mühit və şərait də öz təsirini göstərir. Məsələn: valideynləri azərbaycanlı
olan bir körpəni Londondakı uşaq evində böyütsələr, həmin uşaq böyüdüyü dil mühitindən asılı olaraq,
öz doğma ana dilində yox, ingilis dilində danışmalı olacaq. Deməli, dilin heç də irqi cəhətlərlə bağlılığı
yoxdur.
Dilin funksiyaları:
Yazı
İnsanlar səsli dillə ancaq səsin çata biləcəyi müəyyən məsafələrdə ünsiyyət saxlaya bilirlər. Səsin
eşidilməz olduğu məsafədə dil öz əlaqə yaratmaq imkanını itirir. Uzaq məsafədən ünsiyyət yaratmaq
ehtiyacı insanları səslərin işarələrlə ifadəsi yolu olan yazını yaratmağı sövq etdi və yazı meydana gəldi.
Yazı səsli dilin norma ilə qavrayışını təmin edən şərti işarələr sistemidir. Bugünkü yazıda hər səs bir işarə
ilə (hərflə) ifadə olunur. Hərfi yazıya qədər yazı müxtəlif mərhələlərdən keçmişdir.
İnsanların ilk “yazılı” ünsiyyəti əşyalar vasitəsilə olub. İlkin mərhələdə insanlar öz fikirlərinin ifadəsinə
uyğun əşyalardan istifadə ediblər. Yəni hər hansı bir fikri çatdırmaq üçün qarşı tərəfə həmin fikri ifadə
edə biləcək əşyalar göndərilir və qarşı tərəf əşyaları uyğunlaşdıraraq nəzədə tutulan fikri oxuyur. Bu
səsbdən yazının ilk mərhələsi əşyəvi yazı hesab olunur.
Zaman keçdikcə şüur inkişaf edir, mədəni səviyyə yüksəlir. Artıq əşyanın əvəzinə nəzərdə tutulan fikrə
uyğun əşyaların şəkli çəkilir. Əşyəvi yazıdan sonra yaranan bu yazı növü şəkli(piktoqrafik) yazı adlanır.
Məsələn: ayaqqabı dükanının vitrinlərində və ya qapısında ayaqqabı şəklinin, çörək dükanının qarşısında
çörək şəklinin çəkilməsi şəkli yazı növünə aiddir.
Bu sahədə təkmilləşən insanlar daha sonra fikri (ideoqrafik) yazını yaradırlar. Fikri yazı növündə
müəyyən fikri ifadə edən üsullardan istifadə edilir. Əsasən işarələr, rəmzi mənalar (simvollar) fikri yazının
materiallarıdır. Məsələn: yol hərəkəti qaydalarını tənzimləyən işarələr, işıqforlar, aptekin qarşısında
kasaya sarılmış ilan şəkli, hərbi geyimlər, şərti işarələr, göyərçin quşunun sülh rəmzi bildirməsi, dövlət
bayrağının rəmzləri və s. nümunələr fikri yazıya aid miallardır.
Nəhayət, yazının ən mükəmməl, ən çevik forması olan hərfi (fonoqrafik) yazı meydana gəldi. Orxon-
Yenisey hövzələrində tapılmış qədim türk əlifbası hərfi yazı nümunəsidir.
Lüğətçilik (leksikoqrafiya) Lüğətçilik dilçiliyin təcrübi (praktik) sahələrindən biridir. Bu sahə lüğətlərin
tərtib olunma, yaranma prinsiplərini öyrənir.
Bir kökdən törəyən dillər qohum dillər sayılır. Qohum dillərin hamısına birlikdə dil ailəsi deyilir.
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.
Kök (amorf) dillər. Bu dil tipində ümumiyyətlə şəkilçi olmur və sözün kökü dəyişmir. Məsələn: Vyetnam,
Çin, Tibet, Koreya, yapon və s. dillər kök(amorf) dillər sayılır.
Flektiv dillər. Bu dil tipində şəkilçi sözün müxtəlif yerlərində, yəni həm əvvəlində (ön şəkilçi-prefiks),
daxilində (iç şəkilçi- infiks), həm də sonunda (son şəkilçi-suffiks) işlənir. Eyni zamanda sözün kökü
içəridən dəyişə bilər. Məsələn: ərəb, fars, ingilis, rus və s. dillər flektiv dil tipinə aid edilir. Ərəb dilində
olan şeir, alim sözləri təkdə işlənən sözlərdir. Həmin sözlər cəmdə işlənərkən şəkilçi qəbul etmir, içəridən
dəyişir: şeirlər - əşar, alimlər – üləma və s.
İltisaqi (aqlütinativ) dillər. Bu dil tipində şəkilçilər (istər leksik, istərsə də qrammatik) bir qayda olaraq
söz kökündən sonra gəlir, kök içəridən dəyişmir, həmişə sabit qalır və müstəqil lüğəvi mənaya malik olur.
Azərbaycan dili, o cümlədən bütün türk mənşəli dillər iltisaqi dil tipinə aid edilir.
® Şəkilçi bir qayda olaraq, söz kökündən sonra gəlir. Ön şəkilçilər olmur: qaya-lıq, duz-suz, çöl-lər və s.
® Sözün kökü müstəqil leksik mənaya malik olur və ayrılıqda işlənə bilir.
® Şəkilçi qoşularkən sözün kökü dəyişmir, sabit qalır: əxlaq-i, kütlə-vi, sinif-dən və s.
® Söz kökünə əvvəl leksik, sonra qrammatik şəkilçi artırılır: məktəb-li-lər, ot-luq-da və s.
® Söz eyni vaxtda bir neçə leksik və bir neçə qrammatik şəkilçi qəbul edə bilər: yaz-ı-çı-lar-ımız-dan-dır
® Ahəng qanunu möhkəm olur (xüsusilə köklə şəkilçinin qovuşduğu yerdə): odunluqdakı, çəmənliklərdə
Qrammatik şəkilçilərin sözə qoşulmasında müəyyən ardıcıllıq var. İsimlərə əvvəl kəmiyyət,sonra
mənsubiyyət, daha sonra hal və xəbərlik şəkilçiləri artırılır. Məsələn: dost-lar-ımız-da-dır
Bəzən elə hallara rast gəlirik ki, iltisaqiliyin müvafiq prinsipləri pozulur. İltisaqiliyin pozulma hallarına
aşağıdakıları aid etmək olar:
• Bəzi sözlərdə ön şəkilçilərinin olması iltisaqilik prinsipinə ziddir. Ancaq belə sözlər və şəkilçilər dilimizə
flektiv dillərdən keçmişdir. Məsələn: bi-vəfa, ba-məzə, la-məkan, anti-faşist və s.
Əslən öz dilimizə məxsus dinc və kişi kimi sözlər bu baxımdan istisna təşkil edir. Yəni bu sözlər türk
mənşəli sözlərdir.
• Şəkilçi qoşularkən söz kökündə dəyişmə ( yəni səs düşümü və ya dəyişməsi) baş verərsə, iltisaqilik
tələblərindən kənara çıxılır. Məsələn: mənəvi, dünyəvi, əşyəvi, könlüm, sinfimiz, fikri, şirni və s.
• Söz kökünə əvvəl qrammatik, sonra leksik şəkilçi qoşularsa, iltisaqiliyin tələbi pozulur. Məsələn: əmi-m-
gil, ev-lər-dəki, siz-in-ki-lər
• Kök və şəkilçiyə ayrıla bilməyən və quruluşu aydın çözülməyən sözlər iltisaqilik prinsipinə uyğun deyil.
Məsələn: dağıl, dağınıq, dağıt, dağıntə, saral(maq), alçal, alçaq, kiçik, kiçil, yumşaq, yumşal, seyrək, seyrəl
və s. sözlər sadə sayılmalıdır.
Nitq mədəniyyəti
Hər bir millətin mədəni səviyyəsinin əsas göstəricilərindən biri onun nümayəndələrinin həm yazılı, həm
də şifahi nitqinin gözəlliyidir.
Nitqin düzgünlüyü dili fonetik, leksik və qrammatik qanunlarına əməl olunması ilə səciyyələnir. Bu, nitq
mədəniyyətinin birinci şərtidir. Yəni dilin sistemi pozulmamalıdır. Məsələn: “əvə gəlmək” yox, “evə
gəlmək”, “qapını vurmaq” yox, “qapını döymək”, “süz gəldüz” yox, “siz gəldiniz” olar və s. Deməli, nitqi
düzgün qurmaq əsasdır.
Nitqin dəqiqliyi də əsasdır, yəni fikir dəqiq ifadə olunmalıdır, söz düzgün tapılmalıdır. “ Toyuq qızın
tökdüyü buğdanı yeyir” cümləsində fikir düzgündür, ancaq o qədər də dəqiq deyil; “Toyuqlar qızın
səpdiyi buğdanı dənləyir” variantı daha dəqiqdir.
Beləliklə, nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini (sözü, ifadəni,
cümləni...) tapmaq nəzərdə tutulur.
Nitqin ifadəliliyi dedikdə fikrin ifadəsin üçün bilavasitə tələb olunan ən uğurlu, üslub baxımdan ən
məqsədəuyğun dil vasitəsini – variantını tapıb işlətmək nəzərdə tutulur. Bu daha çox fikrin bədii-
emosional şəkildə ifadə olunması deməkdir.
Ünsiyyət vasitəsi olan dildən fərqli olaraq, nitq ünsiyyət prosesidir. Dil ümumi, nitq isə fərdidir.
Dil əsasdır, nitq ondan törəmədir. Dil tarixən çox az dəyişir, nitq isə nisbətən dəyişikliyə uğrayır.
Fonetik norma
Beləliklə, fonetik norma həm yazılışı, həm də tələffüzü müəyyən edir. Durğu işarələrindən düzgün
istifadə də fonetik norma ilə tənzimlənir.
Leksik norma
Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün
işlətməyi tələb edir.
Quşlar gedib ağaca oturdular. Bu cümlədə getmək, oturmaq sözləri yerinə düşməmişdir. Əslində cümlə
belə qurulmalı idi: Quşlar uçub ağaca qondular. Göründüyü kimi əvvəlki cümlədə leksik norma
pozulmuşdur.
Qrammatik norma
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir, onu
normaya salır.
Müasir ədəbi dilimizdə qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Müəyyən miqdar sayından sonra gələn isimlər təkdə işlənməlidir: beş kitab, on iki adam
2. Adlara (isim, sifət, say və s.) əvvəl kəmiyyət, sonra mənsubiyyət, hal və xəbərlik əlaməti ( şəkilçisi)
artırılır: dost-lar-ımız-dan-dır
3. Feil köklərinə leksik, sonra şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: gör-üş-ə-siniz
4. Mübtəda ilə xəbər arasında şəxsə, qismən də kəmiyyətə görə uzlaşma gözlənilir: Sən tələbəsən, Onlar
şagirddirlər.
Kəmiyyətə görə uzlaşma I və II şəxslərdə pozulmur, III şəxsdə isə mübtəda insan bildirdikdə uzlaşma
əsasən, olur, qalan varlıqları bildirdikdə isə çox vaxt pozulur: Fəhlələr növbədən qayıdırlar; Qoyunlar
otlayır(lar); Şüşələr sındı.
5. Adi intonasiya ilə deyilməli olan, yaxud deyilən cümlələrdə əvvəl mübtəda, sonra tamamlıq və zərflik,
sonda xəbər gəlməlidir. Təyin öz təyinolunanından əvvəl gəlməlidir. Bu sıralanma yalnız üslubi məqsəd
və situasiyadan asılı olaraq pozula bilər.
Bu sadalanan qaydalara əməl olunmaması, yəni sözlər (üzvlər) arasında sintaktik əlaqələnmənin düzgün
qurulmaması qrammatik normanın pozulması ilə nəticələnir.
Fonetik norma sözün düzgün yazılışını və düzgün tələffüzünü, leksik norma sözlərin düzgün seçilməsini
və onlardan mənasına uyğun istifadəsini tələb edirsə, qrammatik norma dil vahidlərinin bir-biri ilə
düzgün əlaqələndirilməsini tələb edir.
Natiqlik sənəti
Natiqlik sənəti dedikdə həm bu işlə bağlı professional fəaliyyət sahəsi, həm də bu fəaliyyət sahəsindən
bəhs edən ritorika elmi nəzərdə tutulur.
Natiqlik sənətinə verilən tələblər:
c) nitqin intonasiyasına və ritminə uyğun bədən, üz (mimika), baş və əl-qol hərəkətləri etmək;
e) nitqə əvvəlcədən hazırlaşmaq, onun əsas mərhələlərini müəyyənləşdirmək, nəyə nail olacağını
əvvəlcədən konkretləşdirmək.
1) Bədii natiqlik. Bədii ədəbiyyatın (şeirin, nəsrin) xüsusi məlahətlə, emosional, həm də professional ifası
kimi başa düşülür. Masabəyinin xüsusi məharətlə məclisi yola verməsi bədii natiqlikdir və ya bir nəfər
oxuduğu bir əsərin məzmununu əhatəli, ardıcıl, bir az emosionallıqla danışa bilirsə, elə bunu da bədii
natiqliyin bir təzahürü kimi qiymətləndirmək olar.
2) Akademik natiqlik. Bu, başqa sözlə, elmi natiqlik deməkdir. Elmi natiqlik fikrin rəvan, məzmunlu,
ardıcıl, məntiqli izah edilməsi deməkdir.Əgər dil və ya riyaziyyat müəllimi müəyyən elmi məsələni rəvan,
səlis şəkildə izah edirsə, bu elə akademik natiqliyin bir təzahürüdür. Və yaxud ədəbiyyat müəllimi Füzuli
dilinin poetik xüsusiyyətlərini xoş avazla, gözəl bədii nümunələrlə, rəvan nitqlə açırsa, izah edirsə, bu da
akademik natiqlikdir.
4) İnzibati-idarə natiqliyi. Vəzifə sahiblərinin öz işləri, rəhbərlik etdikləri təsərrüfatın problemləri barədə
cəlbedici, inandırıcı, peşəkar danışığı mənasında başa düşülür.
Mimika və jestlər natiqliyin mühüm şərtlərindəndir. Nitq prosesində üz əzələlərinin mənalı hərəkəti (
təəccüb, narazılıq, ehtiram, sevinc, ironiya, qəzəb və s. kimi müxtəlif emosiyalar ifadə etməsi) mimika
adlanır.
Jest əl-qol hərəkətlərinə deyilir. Jestlər əl-qol hərəkətlərindən danışığın intonasiyasına, ritminə uyğun
istifadədir.
Nitq etiketləri
Hər bir xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, görüşmə, ayrılma,
Daha çox yayılmış nitq etiketləri aşağıdakılardır:
təbrik və s. üçün müəyyən ifadə formaları olur ki, onlara nitq etiketləri, yaxud nitq yarlıqları deyilir.
1. Müraciət etiketləri. Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda “siz” deyə
müraciət olunur.
Həmin qayda bütün müraciət formalarında gözlənilir: bağışlayın, buyurun, əyləşin, lütfən sözünüzə
davam edin və s.
Bundan başqa, Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Dayı!
Əzizim! Dərdin alım! Canım qurban! Başına dönüm! Gözünü yeyim! Sənə quzu kəsim! və s. kimi müraciət
fomaları da vardır.
Müraciət etiketləri rəsmi (məsələn: cənab Prezident! Vətəndaş hakim! və s.) və qeyri-rəsmi (məsələn:
Oğlum! Qardaşoğlu! Qadan alım! və s.) olmaqla iki yerə ayrılır.
2. Görüşmə etiketləri: Salam! Salam-əleyküm! Əleyküm-salam! Xoş gördük! Gün aydın! Sabahınız xeyir!
Axşamınız xeyir! Xoş gəlmişsiniz! və s.
3. Ayrılma etiketləri: Xudahafiz! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gecəniz xeyrə qalsın!
Xeyrə qənşər (qabaq, doğru)! Uğur olsun! Yaxşı yol! Görüşənə qədər! və s.
4. Təbrik etiketləri: Təbrik edirəm! Gözünüz aydın! Mübarəkdir! Mübarək olsun! və s. (hamısının
cavabında: Sağ olun)
Alqışlar: Allah sizə kömək olsun! Yatığınız yüngül olsun! Qoşa qarıyasınız! Allah rəhmət eləsin! Görüm
neylim, necə eləyim deməyəsiniz! və s.
Qarğışlar: Allah başın olan yerdə ayağına daş salmasın! Allah belindən vursun! Ağ gün görməyəsən! Axır
yeməyin olsun! Boyuna qamış ölçüm! Qan qusasan! Sən yarımayasan! Allah öldürsün! Allah evini yıxsın!
Gözün tökülsün! Qapında ot bitsin! və s.
Üslubiyyat
Hər hansı bir dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik bölməsinə üslubiyyat deyilir. Üslubiyyat
dilçilik terminidir. Üslub isə incəsənətdə, ədəbiyyatda və digər sahələrdə də işlənir.Üslub dəstxət, yol
kimi də işlənə bilər. Üslub üslubiyyata nisbətən geniş anlayışdır. Məsələn: satirik üslub, romantik üslub,
Səttar Bəhlulzadə üslubu, Cavid üslubu və s.
Dilçilikdə üslub dil vasitələrindən məqsədyönlü istifadə üsulu deməkdir. Dil vasitələrindən məqsədyönlü
istifadə iki formada özünü göstərir:
2) Xüsusi və ya şəxsi baxımdan dil vahidlərindən istifadə fərdi üslubu meydana çıxarır.
Elmi üslub
Məişət üslubu
Funksional Ortaq
Fərqli əlamətləri
üslublar sistemi əlamətləri
Bədii üslub
Bədii üslub milli bədii təfəkkürün ifadəsi olub, obrazlı, emosional nitq formasıdı .Bu üslub qədimliyi,
mükəmməlliyi və bütün tarix boyu aparıcı olması ilə seçilir. Obrazlılıqdan emosionallıq (ekspressivlik)
yaranır.
Elmi üslub
Elmi üslub milli elmi təfəkkürün təzahür forması olub, müxtəlif elm sahələrinin dilidir.
Elmi üslubun əsas xüsusiyyətləri: məntiqilik, ardıcıllıq, konkretlik, dəqiqlik, termin sıxlığı.
Elmi üslubda mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr daha çox işlənir.
Elmi üslubda fikri daha yığcam, daha konkret ifadə etmək üçün müxtəlif formullardan, düsturlardan,
qrafik vasitələrdən, rəqəm, diaqram və cədvəllərdən istifadə olunur.
Elmi üslubda müəyyən istisnaları çıxmaqla, bütövlükdə obrazlılığa, emosionallığa, çoxmənalılığa, mətnaltı
mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilə bilməz.
Publisistik üslub
Publisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşır və
olduqca müxtəlif mövqeləri, maraqları əks etdirir. Qəzet və jurnalların, radio və televiziyanın və s. dilidir.
Publisistik üslub şifahi və yazılı formada olur.
Şifahi publisistika radio və televiziya dilidir. Kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən dil də şifahi
publisistikaya aiddir.
Publisisitik üslubun lüğət tərkibi anlaşıqlı olmalıdır. Bu üslubda mücərrəd obrazlılıqdan və ağır
terminologiyadan istifadə olunmur. Publisistik üslubun sintaksisi danışıq dilinə yaxındır.
Publisistik üslub ən ictimai nitq forması olduğuna görə digər funksional üslubların bir sıra əlamətlərini də
daşıyır:
1. Bədii-publisistik dil
2. Elmi-publisistik dil
3. Rəsmi-publisistik dil
Məişət üslubu
Məişət dedikdə gündəlik həyat tərzi nəzərdə tutulur. Deməli, məişət üslubu insanların məişətdəki
danışıq tərzidir, şəxslərin ailədəki, cəmiyyətdəki mədəni ünsiyyət dilidir. Dialoji nitq məişət üslubunun
canını təşkil edir. Məişət üslubunu səciyyələndirən əsas cəhət nitqin sərbəstliyi və təbiiliyidir. Lakin
ədəbi dildə olduğu kimi burada da cümləni səliqəsiz qurmaq, istənilən söz və ifadəni işlətmək olmaz. Bu
üslub məhəlli səciyyə daşımır. Məişət üslubu sərbəst xalq danışıq dili də deyil və dialektüstü nitq
formasıdır.
Rəsmi-işgüzar üslub
Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsurlərindən qaçılır.
Bu üslub tarixi təkamül prosesində formalaşmış standart formalardan kənara çıxmır. Buna görə də bu
üslubda arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mühafizə oluna bilir.
Akt, protokol daha çox işgüzar sənəd sayılır. Lakin dövlətlərarası danışıqların nəticəsi kimi protokol və
aktlar tərtib olur ki, artıq bunlar belə vəziyyətlərdə sırf rəsmi sənədlərə çevrilir.
Rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin
imzası, möhürü və s. ilə təsdiq olunan sənədlərdir.