You are on page 1of 10

Azərbaycan dilçiliyi kafedrasının 2023-cü il tarixli iclası (Protokol №1) ilə təsdiqlənmişdir.

Kafedra müdiri: fil.f.d.,dos. F.H.Niftəliyeva

Fənnin adı: Azərbaycan dilndə Akademik yarımil: I yarımil


işgüzar və akademik
kommunikasiya
Fənnə ayrılan saatlar: 45+3+7 Tədris forması: Ənənəvi
Fənnin krediti: 4 Fənn müəllimi: Ofelya Babayeva
Dil səviyyəsi/Fakültə filologiya
Dərs saatları: 45

Fənn üzrə qrup rəhbəri: Fənn müəlliminin


elektron poçt ünvünı

Fənnin təsviri
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni məcburi kurs kimi ADU-nun bakalavr pilləsində təhsil alan
tələbələrinə tədris edilir. Kurs Azərbaycan dili haqqında ümumi məlumat, kommunikasiya, kommunikasiyanın tipləri,
Azərbaycan dilinin fonetik, leksik və qrammatik normaları, ritorika, akademik yazı, Azərbaycan dilinin funksional üslubları,
işgüzar etiket qaydaları,işgüzar yazışma haqqında məlumatları ehtiva etməklə, fikrin yazılı və şifahi şəkildə ifadəsi qaydalarını,
xüsusilə, elmi-tədqiqat xarakterli mövzuların işlənməsini və işgüzar üslubda rəsmi-kargüzarlıq sənədlərinin hazırlanmasını əhatə
edən dərslərdən ibarətdir. Dərslər zamanı Azərbaycan dilinin müxtəlif üslublarına aid yazı növləri yazılır, fikrin yazılı və şifahi
şəkildə ifadəsi zamanı ortaya çıxan yanlışlıqlar müzakirə edilir, hər mövzuya aid tapşırıqlar yerinə yetirilir. “Azərbaycan dilində
işgüzar və akademik kommunikasiya“ fənni özünəməxsus dili və forması olan interaktiv bir fənndir. Bu fənn tələbələrin dil
sahəsində əldə etdikləri bilik, bacarıq və vərdişlər sisteminə söykənən yeni praktik iş sistemidir. Kursun tədrisinin yekunu olaraq,
tələbələr beynəlxalq tələblərə cavab verən müxtəlif üslublu yazılı/şifahi nitq və sənədlərin hazırlanması vərdişlərinə yiyələnirlər.
Təqdim olunan kurs bir semestr (45 saat) tədris olunur.
Şərtlər
Fənn tələbələrin akademik yazı və Azərbaycan dilinin müxtəlif üslublarına aid yazılar yazmağı, işgüzar etiket qaydalarını
mənimsəməyi, rəsmi-kargüzarlıq sənədlərinin hazırlanmasını əsas şərt kimi təmin edir.
Fənnin məqsədi
Kursun akademik məqsədi tələbələrdə fikrin yazılı və şifahi şəkildə ifadə vərdişlərini, akademik yazı və işgüzar
kommunikasiya bacarıqlarını, işgüzar yazışma və etiket qaydalarını inkişaf etdirməkdir. Azərbaycan dilinin quruluş
xüsusiyyətlərini və ondan istifadə qaydalarını aşılamaq, dil-təfəkkür əlaqəsi baxımından yazılı və şifahi şəkildə fikrin
çatdırılması zamanı ifadə vasitəsi olaraq, Azərbaycan dilindən doğru və yüksək səviyyədə istifadə etmə bacarığını mənimsətmək,
Azərbaycan dilinin incəlik və zənginliklərindən kifayət qədər yararlanaraq, onlarda akademik və işgüzar kommunikasiyanı
inkişaf etdirmək kursun əsas hədəfidir. Adıçəkilən fənnin tədrisi tələbələri fikrin yazılı və şifahi şəkildə ifadəsinin əsas
xüsusiyyətləri ilə (mövzu seçimi, plan hazırlama, mətnin sərhədlərinin müəyyənləşdirilməsi, mənbələrdən istifadə, müxtəlif növ
yazıların hazırlanması, hazırlıqlı və hazırlıqsız nitq, mübahisə, qeyd götürmə, nəticə çıxarma) tanış etməyi və onları tətbiq etmək
bacarıqlarını formalaşdırmağı qarşıya məqsəd kimi qoyur.
Fənn üzrə təlim nəticələri
Kurs tələbələrdə bu fənn üzrə aşağıdakı bacarıqları inkişaf etdirməyi hədəfləyir: Şifahi və yazılı kommunukasiynın əsas xüsusiyyətlərini
müəyyənləşdirməyi;Qeyri-verbal kommunikasiyanın təsnifatına əsaslanaraq, öz nitqini qurmağı ;İşgüzar kommunikasiyada
danışmaq və dinləmək bacarığını;İnternet vasitəsilə səmərəli ünsiyyət qurmağı;Elmi mətni məntiqi olaraq nizama salmağı;Akademik
mətni elmi mühakimələrlə əsaslandırmağı;Mühakimələrin ardınca məntiqi nəticələr çıxarmağı; Şifahi akademik kommunikasiya
qurmağı;İşgüzar üsluba aid bir neçə sənəd növünü hazırlamağı

Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:Kommunikasiyanın tiplərini,strategiyalarını müəyyənləşdirməyə;


Akademik yazını,akdemik yazının mərhələlərini,akademik yazının növlərini digər yazı növlərindən fərqləndirməyə;Yazılı və
şifahi nitqin fərqlərini izah etməyə;Ritorikanın nitq mədəniyyətinin əsasını təşkil etdiyini əsaslandırmağa ;Fonetik, leksik,
morfoloji və sintaktik normaları düzgün tətbiq etməyə;Fikirlərini yazılı və şifahi şəkildə düzgün ifadə etməyə;Mətni üslubi
cəhətdən mükəmməl qurmağa;İşgüzar yazışma və işgüzar etiket qaydalarına əməl etməyə;Rəsmi-kargüzarlıq sənədlərini tərtib
etməyə, onların dil xüsusiyyətlərini müəyyənləşdirməyə, xüsusi və kargüzarlıq sənədlərini bir-birindən asanlıqla fərqləndirməyə

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)


Dərsliklər və əlavə ədəbiyyat: Əsas:1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. «Azərbaycan dili
və nitq mədəniyyəti» (Ali məktəblər üçün dərslik). Bakı, 2017, 232 səh ; 2. Abdullayev A. Nitq mədəniyyətinin
əsasları. Bakı, “Elm və təhsil”, 2014, 288 səh. ; 3. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və
təhsil”, 2011, 620 səh. ;4. Cəfərov N., Mərdanova S., Qəribli A. Azərbaycan nitq mədəniyyəti. Bakı, “Şərq-Qərb”,
2018. 304 səh. ; 5. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009, 176 səh. ; 6. Qurbanov A. Müasir
Azərbaycan ədəbi dili. I cild. Bakı, “Elm və təhsil”, 2010, 452 səh. ;7. Qurbanova S. Akademik yazı: Esse. Bakı,
2021,147 səh. ; 8. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016, 307 səh.
9. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. Bakı, 2017, 199 səh. ; 10. Qasımova V.
“Akademik yazı üzrə bələdçi”. Bakı, 2014, 72 səh.; 11. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və
kommunikasiya. Bakı, “Elm və təhsil”, 2020, 400 səh. ; 12. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik
kommunikasiya. (Ali məktəblər üçün dərslik). Bakı, “Elm və təhsil”, 2021, 512 səh. ; 13. Mərdanova S. Azərbaycan
dili və nitq mədəniyyəti, Bakı, 2019, 265 səh. ; 14. Məmmədov K., Tağıyeva T., Abasova S. İşgüzar yazışmalar və
etiket. Bakı, 2019, 124 səh. Əlavə:1. Mörch V. Yazı açarı (Qeyri-bədii mətnlərin yazılmasına kömək). Bakı, 2013
2. Bayramov R. Sözünə güvən. Bakı, “Parlaq imzalar” nəşriyyatı, 2017, 276 səh. ; 3. Nəzəroğlu C. Danışığınla
həyatı qazan. Bakı, “TEAS press”, 2020, 326 səh.
Plan
Həftələr Mövzunun adı və qısa icmalı Məşğələ Saat Tarix
Məşğələ 1. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” Məşğələ 2s
fənninin məqsəd və vəzifələri. Azərbaycan dili dövlət dili kimi. Qloballaşma
şəraitində Azərbaycan dili və ona göstərilən dövlət qayğısı.
Qısa icmal: Fənnin öyrənilməsində əsas məqsəd: tələbələrdə şifahi və yazılı nitq
vərdişlərini təkmilləşdirmək, işgüzar və akademik kommunikasiya qurmaq
bacarıqlarını formalaşdırmaq və s.
Azərbaycan dili haqqında məlumat. Azərbaycan ədəbi dili. Azərbaycan
dilinin ilk dəfə dövlət dili kimi işlənməsi. Səfəvilər dövlətində Azərbaycan
dilinin mövqeyi. Ş.İ.Xətai və Azərbaycan dili. Azərbaycan Xalq Cumhuriyyəti
dövründə Azərbaycan dili. Sovet dövründə dilimizin tətbiqinə qoyulan qadağalar.
Müstəqillik qazandıqdan sonra qloballaşma şəraitində dilimizin Dövlət dili
səviyyəsində qorunması, tətbiqi və inkişafı ilə bağlı görülən işlər. Ümummilli
lider H.Əliyev və prezident İ.Əliyev tərəfindən imzalanan rəsmi sənədlər: qanun,
fərman və sərəncamlar.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. «Azərbaycan dili və nitq
mədəniyyəti» (Ali məktəblər üçün dərslik). Bakı, 2017, səh. 23-27.
2. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və təhsil”, 2011, səh. 22-51.
3. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016, səh. 8-28.
4. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. Bakı, 2017, səh. 54-93.
5. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. Bakı, “Elm və təhsil”, 2010, səh. 9-13.
6. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
7. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh. 7-19.
Məşğələ 2s
Məşğələ 2. Kommunikasiya anlayışı haqqında. Kommunikasiyanın əsas
vasitələri (dil, yazı) və onların funksiyaları.
Qısa icmal: Kommunikasiya anlayışı haqqında məlumatın verilməsi.
Kommunikasiya insan fəaliyyətinin mühüm amili və fikir mübadiləsi (ünsiyyət)
prosesi kimi. Kommunikasiyanın əsas vasitələri: dil və yazı. Dilin funksiyaları.
Kommunikativliyin dilin əsas funksiyası olması.
Yazının formalaşması, inkişafı və əhəmiyyəti. Azərbaycan əlifbasının
keçdiyi tarixi mərhələlər.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. «Azərbaycan dili və nitq
mədəniyyəti» (Ali məktəblər üçün dərslik). Bakı, 2017, səh 27-30.
2. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və təhsil”, 2011, səh. 177-196.
3. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili, Bakı, 2002, səh.127-157.
4. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016, səh. 64-69; 90-129.
5. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh.19-27.
6. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, 2009, səh. 33-36.
Məşğələ 2s
Məşğələ 3. Kommunikasiya zamanı nitq mədəniyyətinin rolu. Dil və nitq -
nitq mədəniyyətində əsas anlayışlar kimi. Nitqin kommunikativ
keyfiyyətləri.
Qısa icmal: Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi. Dil və
nitqin qarşılıqlı əlaqəsi, onlar arasında fərqlər.
Nitqin kommunikativ keyfiyyətləri: nitqin düzgünlüyu, dəqiqliyi,
ifadəliliyi, təmizliyi, aydınlığı, məntiqiliyi, sadəliyi, münasibliyi, rabitəliliyi,
yığcamlığı, orijinallığı, zənginliyi, ardıcıllığı, səlisliyi, ahəngdarlığı.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. «Azərbaycan dili və nitq
mədəniyyəti» (Ali məktəblər üçün dərslik). Bakı, 2017, səh. 51-58.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2014, səh. 34-63;104-107.
3. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və təhsil”, 2011, səh. 130-141.
4. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh. 30-34.
5. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016, səh. 64-69; 147-181.
6. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, 2009, səh. 22-23.
Məşğələ 4. Kommunikasiya prosesində verbal və qeyri-verbal vasitələrdən Məşğələ 2s
istifadə.
Qısa icmal: Kommunikasiyanın ifadə vasitələri: verbal və qeyri-verbal vasitələr.
Verbal kommunikasiyanın formaları: şifahi və yazılı kommunikasiya (nitq).
Şifahi və yazılı nitqin əsas xüsusiyyətləri, onların oxşar və fərqli cəhətləri. Şifahi
nitqin əsas növləri: daxili və xarici nitq. Xarici nitqin növləri (monoloji, dialoji
və poliloji nitq). Şifahi monoloji nitq və onun əsas növləri: təşkil olunmuş və
təşkil olunmamış (spontan) nitq.
Verbal yolla çatdırılan məlumatları gücləndirən qeyri-verbal kommunikasiya
vasitələrinin təsnifatı (ekstralinqvistika, prosodika, kinesika, takesika,
proksemika). Bədən dili (mimika və jestlər). Jestlərin təsnifatı. Pozitiv və neqativ
bədən dili.
Səs, intonasiya, vurğu qeyri-verbal vasitələr kimi. İntonasiyanın
mənafərqləndirici mahiyyəti. İntonasiyanın əsas elementləri (fasilə, melodiya,
temp, tembr). Vurğu intonasiyanın vacib elementlərindən biri kimi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. «Azərbaycan dili və nitq mədəniyyəti»
(Ali məktəblər üçün dərslik). Bakı, 2016, səh. 58-61.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2014, səh. 63-91; 107-114.
3. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və təhsil”, 2011, səh. 141 -142.
4. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, 2009, səh. 107-139
5. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016, səh. 71-90.
6. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh.56-59.
7. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”,
2020, səh.84-89; 111-169.
8. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, 2009, səh. 10-17; 89-98; 107-115.
9. Bayramov R. Sözünə güvən. Bakı, “Parlaq imzalar” nəşriyyatı, 2017, səh. 99-143.
10. Nəzəroğlu C. Danışığınla həyatı qazan. Bakı, “TEAS press”, 2020, səh. 131-191.
Məşğələ 5. Şifahi və yazılı kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi Məşğələ 2s
və inkişaf etdirilməsi.
Qısa icmal: Azərbaycan dilində sərbəst mövzular üzrə şifahi və yazılı nitqlərin
(təqdimatların, prezentasiyaların) hazırlanması və təqdim edilməsi. Təqdimatların
hazırlanmasında diqqət yetirilməli əsas tələblər: təqdimatların ən az 10 slayddan
ibarət olması, hər slaydda mətn, illüstrasiya, sxem və ya qrafiklərdən istifadə
edilməsi, təqdim edilərkən mövzunun şərh edilməsi, sualların cavablandırılması və
s. Təqdimatın elementləri, dizaynı. Prezentasiyanın vacib hissəsi olan təqdimat
nitqinin hazırlanması və prinsipləri.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Bayramov R. Sözünə güvən. Bakı, “Parlaq imzalar” nəşriyyatı, 2017, səh.49-71; 235-271.
2. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
3. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”,
2020, səh.251-308.
Məşğələ 6. Kommunikasiya prosesində ədəbi dilin normalarından düzgün Məşğələ 2s
istifadə: fonetik norma. Qısa icmal: Ədəbi dil ümumxalq dilinin ən yüksək
forması və kommunikasiyanın əsası kimi. Ədəbi dil və normativlik. Ədəbi dilin
normaları: fonetik, leksik və qrammatik normalar. Normanın tarixiliyi və
sabitliyi. Normaların əsas xüsusiyyətləri.
Orfoqrafik və orfoepik normalar fonetik normanın tərkib hissələri kimi.
Orfoqrafiya və orfoepiyanın əsas prinsipləri. Yeni orfoqrafiya və orfoepiya
qaydaları.
Fonetik qanun və hadisələr, onların fərqli xüsusiyyətləri. Ahəng qanunu və
cingiltiləşmənin əhəmiyyəti. Assimilyasiya, dissimilyasiya, proteza, eliziya və
metatezanın şifahi və yazılı nitqdə rolu.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. «Azərbaycan dili və nitq
mədəniyyəti» (Ali məktəblər üçün dərslik). Bakı, 2017, 64-91.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı,”Elm və təhsil”, 2014, səh. 127-128, 136-
174.
3. Cəfərov N., Mərdanova S., Qəribli A. Azərbaycan nitq mədəniyyəti. Bakı, “Şərq-Qərb”, 2018,
səh. 164-200.
4. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016,səh. 131-147.
5. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. Bakı, 2017, 199 səh.
137-175.
6. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
7. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh. 68-107.
8. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”,
2020, səh. 57-62.
9. Nəzəroğlu C. Danışığınla həyatı qazan. Bakı, “TEAS press”, 2020, səh. 212-233.
Məşğələ 7. Kommunikasiya prosesində ədəbi dilin normalarından düzgün Məşğələ 2s
istifadə: leksik norma.
Qısa icmal: Leksik norma anlayışı. Leksik normanın əsas cəhətləri: dəqiqlik və
ifadəlilik. Ədəbi dildə leksik normanın pozulma halları: sözlərin fikrə uyğun,
dəqiq yerində işlənməməsi; paronimlərin qarışdırılması; pleonazm və onun bir
növü olan tavtologiyanın dildə artıqlıq yaradan leksik səhv yaratması və s.
Sözlərin işlənmə dairəsinə görə normativliyi. Ümumişlək sözlər. Məhdud
dairədə işlənən sözlər (dialekt sözləri, terminlər, profesionalizmlər, neologizmlər,
köhnəlmiş sözlər, varvarizmlər, vulqarizmlər, jarqonlar və s.). Jarqonların
növləri: arqo və slenqlər.
Məzmun və formaca fərqlənən söz qruplarının: sinonimlər, antonimlər,
omonimlər, çoxmənalı sözlər, frazeoloji birləşmələrin nitqdə ifadəliliyin
yaranmasında rolu. Frazeoloji vahidlər – idiomlar, ibarələr, atalar sözləri, zərbi-
məsəllər, hikmətli sözlər (qanadlı sözlər) nitqi zənginləşdirən leksik vasitələr kimi,
nitqdə onların evfemistik rolu.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədo¬va N., Cavadov Ə. “Azərbaycan dili və nitq
mədəniyyəti” (Ali məktəblər üçün dərslik). Bakı, 2016, səh. 91-113.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı,”Elm və təhsil”, 2014, səh.128.
3. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
4. Cəfərov N., Mərdanova S., Qəribli A. Azərbaycan nitq mədəniyyəti. Bakı, “Şərq-Qərb”, 2018,
səh. 200-229.
5. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016,səh. 131-147.
6. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh. 108-135.
7. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”, 2020,
səh. 57-62.
8. Nəzəroğlu C. Danışığınla həyatı qazan. Bakı, “TEAS press”, 2020, səh. 283-289.
Məşğələ 8. Kommunikasiya prosesində ədəbi dilin normalarından düzgün Məşğələ 2s
istifadə: qrammatik norma. Punktuasiya məsələləri.
Qısa icmal: Dilin qrammatik quruluşunu əhatə edən, onun milliliyinin,
orijinallığının qorunub saxlanmasında mühüm rol oynayan qrammatik normanın
nitqdə rolu. Morfoloji və sintaktik normalar qrammatik normanın tərkib hissələri
kimi.
Morfoloji normanın əsas tələbləri: şəkilçilərdən düzgün istifadə edilməsi,
bir sıra qrammatik kateqoriyaların (kəmiyyət, mənsubiyyət, inkarlıq, zaman və s.)
ədəbi dildə gözlənilməsi və s. Asemantik şəkilçilərdən istifadə olunması
morfoloji normanın pozulma halları kimi.
Sintaktik normaya verilən tələblərin gözlənilməsi: cümlə üzvlərinin cümlədə yeri,
sintaktik əlaqələrin düzgün qurulması və s. Xəbərin mübtəda ilə uzlaşmasında yol
verilən səhvlər və söz sırasının dəyişməsi sintaktik normanın pozulması kimi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. “Azərbaycan dili və nitq mədəniyyəti”
(Ali məktəblər üçün dərslik). Bakı, 2016, səh. 113-144.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2014, səh. 128-136
3. Cəfərov N., Mərdanova S., Qəribli A. Azərbaycan nitq mədəniyyəti. Bakı, “Şərq-Qərb”, 2018,
səh. 229-238.
4. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh. 135-228.
5. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016, səh. 131-147.
6. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
7. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”,
2020, səh. 57-62.
Məşğələ 9. Kommunikasiya zamanı etik qaydaların gözlənilməsi. Nitq Məşğələ 2s
etiketlərinin danışıqda rolu.
Qısa icmal: Etika - cəmiyyətdə insanların bir-birinə münasibətini tənzimləyən
nəzakətli danışıq və əxlaq normaları kimi. Mədəniyyətinin göstəricisi olan
etiketin tərkib hissələri: xarici görünüş, davranış və nitq etiketi.
Nitq etiketi müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyəti
tənzimləyən etik qaydalar sistemi kimi. Nitq etiketlərinin tərbiyəvi əhəmiyyəti.
Nitq etiketlərinin formaları:. Nitq etiketlərindən düzgün istifadə. Ünsiyyət zamanı
sualvermə, cavabvermə və dinləmə mədəniyyətinin gözlənilməsi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı,”Elm və təhsil”, 2014, səh.222-253
2. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti.I cild, Bakı, 2016, 181-194.
3. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. Bakı, 2017, səh. 175-
181.
4. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
5. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh. 59-63.
6. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”, 2020,
səh. 68-79.
7. Nəzəroğlu C. Danışığınla həyatı qazan. Bakı, “TEAS press”, 2020, səh. 289-295.
8. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009, səh. 41-61; 85-89.
Məşğələ 10. Kommunikasiya prosesində üslublardan istifadə. Fərdi və Məşğələ 2s
funksional üslublar. Qısa icmal: Üslubiyyat dil vasitələrinin müxtəlif
üslublarda məqsədəuyğun işlədilməsini öyrənən dilçilik sahəsi kimi. Üslubiyyatın
vahidi olan üslub haqqında məlumatın verilməsi. Azərbaycan dilinin funksional
üslubları: məişət üslubu, bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi-işgüzar
üslub. Funksional üslubları bir-birindən fərqləndirən xarakterik əlamətlər.
Fərdi üslubun xüsusiyyətləri. Natiqin fərdi üslubu. Natiqin nitqində
obrazlılıq. Məcazlar və ritorik (üslubi) fiqurlar obrazlılıq yaradan vasitələr kimi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. “Azərbaycan dili və nitq mədəniyyəti”
(Ali məktəblər üçün dərslik). Bakı, 2016, səh.180-205.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı,”Elm və təhsil”, 2014, 174-222.
3. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, 228-248.
4. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. I cild. Bakı, 2016, səh. 204-230.
5.İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. Bakı, 2017, səh.181-187.
6. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
7. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”, 2020,
səh. 62-68.
8. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009, səh. 39-41.
9. Məmmədov K., Tağıyeva T., Abasova S. İşgüzar yazışmalar və etiket. Bak ı, 2019, səh. 20-25.
10. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və təhsil”, 2011, səh. 52-75; 526-
620.

Məşğələ 11. İşgüzar kommunikasiya anlayışı. İşgüzar kommunikasiyanın Məşğələ 2s


əsas xüsusiyyətləri. İşgüzar kommunikasiyanın şifahi və yazılı formaları.
Şifahi işgüzar kommunikasiya və onun növləri.
Qısa icmal: İşgüzar kommunikasiya peşəkar fəaliyyətdə tətbiq olunan xüsusi
ünsiyyət növü kimi. İşgüzar ünsiyyətin başlıca xüsusiyyətlərindən biri olan
reqlament haqqında məlumatın verilməsi.
İşgüzar kommunikasiyada etiketin gözlənilməsi. İşgüzar kommunikasiyanın
formaları: şifahi və yazılı; monoloji və dialoji; fərdi və kollektiv; birbaşa və
dolayı. Şifahi işgüzar kommunikasiyanın əsas növləri (işgüzar danışıqlar, işgüzar
söhbətlər, telefonla danışıq, işgüzar iclas və müşavirələr, mətbuat konfransları,
brifinqlər, mübahisə, işgüzar diskussiya, müsahibə və s.).
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
2. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009, səh. 101-106; 139-157.
3. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı, “Elm və təhsil”, 2020,
səh. 308-351.
4. Məmmədov K., Tağıyeva T., Abasova S. İşgüzar yazışmalar və etiket. Bakı, 2019, səh. 56-62.
Məşğələ 12. Yazılı işgüzar kommunikasiya və onun növləri (rəsmi və işgüzar
sənədlər).
Qısa icmal:Yazılı işgüzar kommunikasiyada rəsmi-işgüzar üslub. Rəsmi-işgüzar
üslubun formalaşması. Rəsmi-işgüzar üslubu digər üslublardan fərqləndirən
cəhətlər. Rəsmi-işgüzar üslubun leksik, qrammatik xüsusiyyətləri. Rəsmi-işgüzar
üslubun özündə rəsmi və işgüzar sənədləri ehtiva etməsi. Rəsmi xarakter daşıyan
sənədlər (qanun, fərman, sərəncam, nota, bəyanat, konvensiya və s.). Rəsmi
sənədlərin spesifik xüsusiyyətləri:.İşgüzar xarakter daşıyan sənədlər (ərizə,
tərcümeyi-hal, izahat və s.). İşgüzar sənədlərin rəsmi sənədlərdən fərqli
cəhətləri:.
Rəsmi və işgüzar sənədlərin iki qrupa ayrılması: beynəlxalq aləmlə əlaqəsi
olan və olmayan sənədlər. Protokol beynəlxalq aləmlə əlaqəsi olan və olmayan
sənəd kimi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009, səh. 39-41.
2. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti.I cild, Bakı, 2016, səh. 220-304.
3. İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. Bakı, 2017, səh. 181-
187.
4. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
6. Məmmədov K., Tağıyeva T., Abasova S. İşgüzar yazışmalar və etiket. Bakı, 2019, səh. 22-25 ;
30-63; 81-107.
Məşğələ 13. İşgüzar kommunikasiya qurmaq bacarıqlarını inkişaf etdirmək Məşğələ 2s
məqsədilə rəsmi və işgüzar sənədlərlə tanışlıq. İşgüzar sənədlərin
hazırlanması.
Qısa icmal: İşgüzar sənədlərin (ərizə, tərcümeyi-hal, CV, izahat, hesabat,
protokol, elan və s.) məzmunu və yazılma qaydaları. Bu sənədlərin
hazırlanmasında diqqət yetirilməli əsas tələblər: işgüzar sənədin hər bir şəxsin
özü tərəfindən hazırlanması, artıq sözlərin, imla səhvlərinin, cümlə qüsurlarının
olmamasına diqqət yetirilməsi, hazır formalardan, şablonlardan istifadə edilməsi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. “Azərbaycan dili və nitq mədəniyyəti”
(Ali məktəblər üçün dərslik). Bakı, 2016, səh. 201-204.
2. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və təhsil”, 2011, səh. 526-620.
3. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
4. Məmmədov K., Tağıyeva T., Abasova S. İşgüzar yazışmalar və etiket. Bakı, 2019, səh. 82-91.
5. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, səh. 240-244.
Məşğələ 14. Yazılı işgüzar kommunikasiyada epistolyar üslub. Məktublar. Məşğələ 2s
Elektron işgüzar kommunikasiya.
Qısa icmal: Epistolyar üslubun əsas xüsusiyyətləri.
Məktublar epistolyar üslubun ən qədim və geniş yayılmış növlərindən biri kimi.
Məktubların yazılma məqsədləri. Məktubların növləri: rəsmi və qeyri-rəsmi
məktublar; cavab tələb edən və cavab tələb etməyən məktublar. Məktubların
tərkib hissələri və tərtibat qaydaları.
Elektron işgüzar kommunikasiya müasir işgüzar kommunikasiyanın ən
geniş yayılmış növü kimi. Elektron kommunikasiyanı həyata keçirən vasitələr:
faks, telefon (mobil telefon), elektron poçt və video-konfranslar. Rekvizitlər
işgüzar sənədin göstəricisi kimi. Elektron işgüzar kommunikasiyanın əsas
növləri: elektron məktublar və video-konfranslar. Elektron məktublarda etiket
tələbləri. Video-konfranslar və onların formaları: fərdi və qrupşəkilli video-
konfranslar. Video-konfransların dövlətdaxili və dövlətlərarası problemlərin
həllində rolu.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Abbasova S., Seyidova S., Məmmədova N., Cavadov Ə. “Azərbaycan dili və nitq mədəniyyəti”
(Ali məktəblər üçün dərslik). Bakı, 2016, səh. 187-205.
2. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
4. Məmmədov K., Tağıyeva T., Abasova S. İşgüzar yazışmalar və etiket. Bakı, 2019, səh. 63-80;
109-115.
5. Mərdanova S. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2019, 245-246.
Məşğələ 15. Akademik kommunikasiya anlayışı. Akademik Məşğələ 2s
kommunikasiyanın əsas xüsusiyyətləri. Akademik kommunikasiyanın şifahi
və yazılı formaları. Şifahi akademik kommunikasiya və onun növləri.
Qısa icmal: Akademik nitqlər akademik kommunikasiyanın tərkib hissəsi kimi.
Akademik kommunikasiyada elmi üslub və onun janrları: müəllif tərəfindən
yazılan birinci dərəcəli elmi janrlar, mövcud olan hər hansı əsərə münasibəti əks
etdirən ikinci dərəcəli elmi janrlar. Elmi mühazirə, məruzə və çıxışlar şifahi
akademik kommunikasiyanın növləri kimi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə).
1. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
2. Qasımova V. “Akademik yazı üzrə bələdçi”. Bakı, 2014.
3. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı,”Elm və təhsil”, 2014, səh.114-117.
Məşğələ 16. Akademik yazı Məşğələ 2s
Qısa icmal:Akademik yazının səciyyəvi xüsusiyyətləri. Məzmun bütövlülüyü,
rabitəlilik, ideyaların dəstəklənməsi, düzgün yazı qaydaları.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Qurbanova S. “Akademik yazı: Esse”. Bakı, 2021 (səh.5-51)

Məşğələ 17. Akademik yazının mərhələləri Məşğələ 2s


Qısa icmal:Yazı prosesinin mərhələləri.Yazıqabağı mərhələ. Beyinəhəmlə. İdeya
salxımı. Müsahibə sualları. Sərbəst yazı.
Təşkiletmə/planlaşdırma mərhələsi.
Qaralama nüsxə mərhələsi.
Yoxlama mərhələsi.
Son nüsxə mərhələsi
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Qurbanova S. “Akademik yazı: Esse”. Bakı, 2021 (səh. 51-63)

Məşğələ 18. Esse Məşğələ 2s


Qısa icmal:Essenin yazılma qaydaları.Essenin tərkib hissələri (giriş, əsas hissə
və nəticə). Tezis cümləsi və onun yazılma qaydaları.
Əsas hissənin tezis cümləsində ifadə olunan fikri dəstəkləməsi. Əsas cümlə.
Dəqiq mövzu, aparıcı ideya.
Yekun cümlələr, yekun rəy.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Qurbanova S. “Akademik yazı: Esse”. Bakı, 2021 (səh. 63-90)
Məşğələ 19. Mühakimə xarakterli esse Məşğələ 2s
Qısa icmal:Arqumentlərin, dəlillərin araşdırılması və mübahisələrin
qiymətləndirilməsi.
İrəli sürülmüş iddianın ən yaxşı dəlillərlə dəstəklənməsi.
Bəndbəbənd və ya blok şəklində hazırlanmış esse.
İstinad etmə və sitat gətirmə.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Qurbanova S. “Akademik yazı: Esse”. Bakı, 2021 (səh. 90-110)
Məşğələ 20. Müqayisə-qarşılaşdırma essesi Məşğələ 2s
Qısa icmal:Müqyisə-qarşılaşdırma essesi üçün düzgün müqayisə obyektlərinin
seçilməsi.
Paraqrafların əlaqələndirilməsi.
Bəndbəbənd modeli. Blok modeli.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Qurbanova S. “Akademik yazı: Esse”. Bakı, 2021 (səh. 110-127)
Məşğələ 21. Səbəb-nəticə essesi Məşğələ 2s
Qısa icmal:Düzgün tezis cümləsinin yazılması.
Səbəb və nəticə paraqrafları arasında keçid etmə yolları.
Essenin blok və zəncirvari formada yazılması.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Qurbanova S. “Akademik yazı: Esse”. Bakı, 2021 (səh. 127-146)
Məşğələ 22. Yazılı akademik kommunikasiya və onun növləri. Məşğələ 2s
Qısa icmal: Referat, annotasiya, məqalə, tezis, rəy, dissertasiya və s. yazılı
akademik kommunikasiyanın növləri kimi. Akademik yazını digər yazı
növlərindən fərqləndirən xüsusiyyətlər. Akademik yazıda plagiat problemi.
Akademik etika qaydalarına riayət edilməsi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
2. Qasımova V. “Akademik yazı üzrə bələdçi”. Bakı, 2014.
Məşğələ 23. Akademik kommunikasiya qurmaq bacarıqlarının Məşğələ 1s
formalaşdırılması və inkişaf etirilməsi.
Qısa icmal: Akademik kommunikasiyanın şifahi və yazılı formalarına aid
nümunələrin (elmi çıxış, məruzə, referat, annotasiya, məqalə, tezis, rəy və s.)
hazırlanması və təqdim olunması. Akademik nitqin hazırlanmasında əsas tələblər:
mətnin strukturuna diqqət yetirilməsi, orfoqrafiya qaydalarına əməl edilməsi,
sitatlardan istifadə edilməsi, istinad edərkən mənbələrin göstərilməsi.
Oxu materialları (kitabın adı, müəlliflər və lazımi səhifələr göstərilməklə)
1. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (Ali məktəblər üçün
dərslik). Bakı, “Elm və təhsil”, 2021.
2. Qasımova V. “Akademik yazı üzrə bələdçi”. Bakı, 2014.

FƏNN ÜZRƏ SƏRBƏST İŞLƏRİN MÖVZULARI


1. Ünsiyyət, kommunikasiya anlayışlarının fərqləndirilməsi
2. Cəmiyyətin həyatında yeni texniki vasitələrin meydana gəlməsi, işgüzar kommunikasiyanın
rolunun radikal dəyişməsi, yeni elmi tədqiqatlara yol açılması
3. Qloballaşma şəraitində işgüzar kommunikasiya etikasının norma və prinsiplərinin
mənimsənilməsi
4. İşgüzar və akademik kommunikasiyanın ünsiyyət sahəsində elmi-nəzəri, metodoloji və praktik
materialın ümumiləşdirilməsi, müasir mütəxəssisin verbal və qeyri-verbal fenomeninə, yazılı və
şifahi nitq səriştəliyinə istiqamət verilməsi
5. Tələbələrdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması
6. Akademik kommunikasiyada səmərəli elmi-tədqiqat fəaliyyətinin, elmi məqalələr yazmaq,
auditoriya qarşısında çıxış etmək bacarığının tələb olunması
7. İşgüzar və akademik kommunikasiyada nitq mədəniyyəti, gözəl danışmaqla auditoriyaya
arzuolunan təsir göstərilməsi
8. Kommunikativ məqsədlərlə ünsiyyətin müxtəlif sferalarına xidmət edilməsi. Hər bir ünsiyyət
sahəsinin kommunikativ vəzifələrə uyğun dillə öz tələblərini irəli sürməsi
9. Forma və məzmununa görə nitqin ən geniş yayılmış sahələri
10. Hər bir funksional üslubun ünsiyyətdə müəyyən məqsədli, qarşılıqlı əlaqəli dil vasitələrinin
mürəkkəb sistemini, bütün dil səviyyələrini: sözlərin tələffüzünü, morfoloji üsulları, nitqin leksik-
frazeoloji tərkibini, sintaktik konstruksiyaları və s. əhatə etməsi

You might also like