You are on page 1of 85

NEFT YATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI

1. Neft yataqlarının işlənməsi və istismarı haqqında


əsas anlayışlar

Neft yataqlarını istismar etdikdə eyni zamanda iki proses gedir:


1) lay qüvvələrinin təsiri altında məsaməli mühitdə maye və qazın hərəkət prosesi;
2) maye və qazın quyu dibindən yer üzərinə qaldırılması prosesi.
Həmin proseslər bir-biri ilə qarşılıqlı əlaqədədir və onların idarə
edilməsi mümkündür.
Neft laylarının işlənməsi dedikdə laydan quyu dibinə maye (qaz) hərəkəti
prosesinin müxtəlif vasitələrlə idarə edilməsi nəzərdə tutulur.
Layda maye (qaz) hərəkəti prosesini, laya qazılacaq quyuların istismar edilməsi
şəraitindən, nəhayət layın enerji balansına süni olaraq təsir edilməsindən asılı olaraq
idarə etmək olar.
Yuxarıda qeyd etdiyimiz tədbirlər bir-birindən fərqlənir.
Quyuların iş rejimi geoloji və texniki şərtlərdən asılı olaraq müəyyən edilir.
Quyuların iş rejiminin dəyişdirilməsi vasitəsilə laydan mayenin hərəkət prosesinin
idarə edilməsi həmişə mümkündür. Ancaq quyuların sayının dəyişdirilməsi ilə
hərəkət prosesinin idarə edilməsi həmişə mümkün olmur. Ona görə də quyuların
sayını, onların yerləşdirilməsi və işə salınma qaydasını əvvəlcədən düzgün olaraq
müəyyən etmək lazım gəlir. Əgər işlənmə zamanı quyuların sayını dəyişdirmək lazım
gələrsə, onda bu əlavə kapital qoyuluşu, yaxud qoyulmuş əsas xərcin yersiz sərf
olunması ilə əlaqədar ola bilər.
Digər tərəfdən quyuların sayını dəyişdirdikdə onların yerləşdirilməsi qaydasını da
dəyişdirmək lazım gələ bilər. Bu isə həmişə mümkün ola bilməz.
Beləliklə, işlənmənin əsas məsələsi, laya qazılacaq quyular sayının, onların
yerləşdirilməsi və işə salınması qaydasının müəyyən edilməsindən ibarət olduğunu
görürük.
Layın enerji balansını dəyişdirmək məqsədilə ona süni təsir göstərilməsi də
işlənmənin əsas məsələlərindən biridir. Laya süni təsir göstərməklə (laya su, yaxud
qazın vurulması, quyudibi zonasına təsir edilməsi və i.a.) layda gedən prosesi
tamamilə dəyişdirmək olar. Laya işlənmənin lap başlanğıcında, yaxud müəyyən
müddət keçdikdən sonra süni təsir göstərmək olar.
Laya göstəriləcək süni təsit üsulu və injeksiya quyularının sayı əvvəlcədən düzgün
müəyyən edilməlidir. İnjeksiya quyularının iş rejimlərini isə işlənmə zamanı tənzim
etmək olar.
Yuxarıda deyilənlərə əsasən layın işlənməsinə belə tərif vermək olar:
Laya qazılacaq quyuların sayını, onların yerləşmə və işə salınma qaydasını
müəyyən etmək, quyuların texnoloji rejimlərini tənzim etmək və layın enerji
balansına təsir göstərməklə laydan quyudibinə maye və qazın süzülmə axınlarının
idarə edilməsinə layın işlənməsi deyilir. .
Layda maye (qaz) hərəkətinin idarə edilməsi məqsədilə görülən işlərə birlikdə
layın işlənmə sistemi deyilir.
Müvafiq yeraltı və yerüstü avadanlıqların köməyi ilə neftin və qazın quyu
dibindən quyu ağzına çıxarılmasına istismar deyilir.
İstismar üsulları üç qrupa ayrılır:
Birinci istismar üsulları. Bu istismar üsulları aşağıdakılardır:
1) Fontan istismar üsulu;
2) Qazlift-kompressor istismar üsulu;
3) Dərinlik nasos istismar üsulu.
İkinci istismar üsulları – laya su və ya qazın vurulması. Birinci istismar
üsulları ilə bərabər laya su və ya karbohidrogen qazı vurulmasından ibarətdir.
Laya su vuran zaman su təmiz su olmalıdır. Laya su və ya qaz suvurucu
(injeksiya) quyuları vasitəsilə vurularaq lay təzyiqini artırır. Neft layına su
vurulursa, konturarxası və konturyanı üsullardan istifadə olunur. Mədənlərdə
pyezometrik və müşahidə quyuları vardır ki, bunlar da nef – su konturunun,
mayenin səviyyəsini ölçmək üçün istifadə olunur. Suyu aşağı hissədən, qazı isə
yuxarı hissədən laya vuraraq lay təzyiqini bərpa etmək, artırmaq olar. Qaz və
su eyni zamanda laya vurularsa, bu zaman laydakı rejim qarışıq rejim olur.
Üçüncü istismar üsulları. Üçüncü istismar üsullarına şaxta üsulu, laydaxili
yanma üsulu, laya qələvi suyun vurulması üsulu və mikrobioloji təsir üsulları
daxildir.
Şaxta üsulu. Şaxta üsulu – dayaz quyular vasitəsilə istismar olunur. Yeraltı
tunel qazılır və neft nasoslar vasitəsilə yer səthinə çıxarılır.
Laydaxili yanma üsulu. Laydaxili yanma üsulu - laydaxili yanma nəticəsində
nefti qovaraq quyu dibinə yaxınlaşdırıb çıxarırlar. 15 – 30% laydakı nefti
yandırmaqla digər faizini çıxarmaq olur. Laya kompressorla hava vurulur və
elektrik kabeli ilə nefti quyu dibində yandırmaqla buna nail olmaq olur.
Laya qələvi suyun vurulması üsulu. Laya qələvi suyun vurulması üsulu - səthi
aktiv maddələrin (SAM) laya vurulması ilə neftin səthi gərilməsini azaldıb neft
hasilatını intensivləşdirmək olar.
Mikrobioloji təsir üsulu. Mikrobioloji təsir üsulu – canlı mikroblar laya
vurulur və layda əmələ gələn qazlar hesabına lay təzyiqi artır və neftin quyu
dibinə axını intensivləşir.
Beləliklə, layın işlənmə sistemi seçildikdə aşağıdakı məsələlər həll olunmalıdır:
1) lay hansı rejimlə istismar edilməlidir;
2) layı müəyyən edilmiş rejimdə istismar etmək üçün ona süni təsir göstərmək
lazımdır, ya yox;
3) istismar və injeksiya quyuları hansı qayda ilə yerləşdirilməlidir, onların sayı və
işə salınması qaydası necə olmalıdır;
4) istismar və injeksiya quyuları hansı iş rejimində işləməlidir.
Yuxarıdakı tədbirlərin seçilməsindən asılı olaraq işlənmə sistemləri müxtəlif ola
bilər.
İşlənmə sisteminin səmərəli olmasını müəyyən etdikdə aşağıdakı əsas göstəricilər
birlikdə nəzərdən kecirilməlidir:
1) quyuların sayı və onların yerləşdirilməsi sxemi;
2) laya süni təsir üsulu;
3) işlənmənin sonunda ehtiyatdan istifadə etmə əmsalı;
4) işlənmə müddətində hasilatın dəyişməsi;
5) işlənmənin iqtisadi göstəriciləri.
Laya qazılacaq quyuların sayı az götürüldükdə bir quyuya düşən hasilat daha
yüksək olar. Digər tərəfdən, quyuların sayını artırmaqla ümumi hasilat artır, bu isə
işlənmə müddətinin azalmasına səbəb olur. Lakin quyuların sayının artması neftin
maya dəyərinin artmasına səbəb olur.
Deməli, quyuların sayını müəyyən etdikdə iqtisadi göstəricilər də nəzərə
alınmalıdır.
İşlənmənin sonunda ehtiyatdan istifadə etmə əmsalının qiymətinə
xüsusi fikir verilməlidir.
Lay bircinsli olduqda quyuların sayının, ehtiyatdan istifadə etmə əmsalına çox az
təsiri vardır. Bircinsli layda ehtiyatdan istifadə etmə əmsalı layın iş rejimindən,
hərəkət edən mayelərin özlülüyündən, lay təzyiqinin dəyişmə xarakterindən və başqa
amillərdən asılıdır.
Bircinsli olmayan laylarda isə quyuların sayının, yəni onların arasındakı
məsafənin ehtiyatdan istifadə əmsalına daha çox təsiri vardır.
Belə laylarda quyuların sayını çox götürməklə ehtiyatdan istifadə əmsalını
artırmaq olar. Lakin quyuların sayını artırmaqla ehtiyatdan istifadə əmsalının
artırılması iqtisadi cəhətdən əlverişli olmaya da bilər.
İşlənmə müddəti də əsas göstəricilərdən biridir. Lakin işlənmə müddətinin
əvvəlcədən seçilməsi mümkün deyildir. İşlənmə müddətini seçərkən, gündəlik
hasilatın səviyyəsi, neftin maya dəyəri və digər iqtisadi göstəricilər nəzərə
alınmalıdır. Əlbəttə, bütün işlənmə müddətində gündəlik hasilatın bir səviyyədə
qalması yaxşı olardı, ancaq buna nail olmaq həmişə mümkün deyildir. Bu, bəzən
fiziki cəhətdən mümkün olan hallarda işlənmənin iqtisadi göstəriciləri pisləşir.
İqtisadi amil işlənmənin əsas göstəricisidir, ancaq bu amil işlənmədə gedən fiziki
proseslərdən və xalq təsərrüfatının tələbatının ödənilməsi məsələsində ayrılıqda
nəzərdən keçirilə bilməz.
Beləliklə, səmərəli işlənmə sisteminin seçilməsinin kompleks məsələ olduğunu
görürük. Bu məsələni həll edərkən xalq təsərrüfatının neft məhsullarına olan
tələbatının və həmin neftin hasil edilməsinə lazım olan xərclərin ödənilməsini və
işlənmənin sonunda ehtimal olunan itkiləri (yəni layın neft ehtiyatından istifadə
əmsalının) nəzərə almaq lazımdır.
Deməli, ayrılıqda götürülmüş neft yataqlarının səmərəli işlənmə sistemi minimal
xərclə xalq təsərrüfatına tələb olunan gündəlik hasilatı və yatağın neft ehtiyatından
mümkün qədər tam istifadə edilməsini təmin etməlidir.
Neft yataqlarının səmərəli işlənmə sisteminin müəyyən edilməsi
məsələsini həll edərkən aşağıdakı fənlərdən istifadə edilir:
1) regional geologiya və hidrogeologiya;
2) geofizika;
3) neft-mədən geologiyası;
4) neft layının fizikası;
5) yeraltı hidravlika;
6) neft və qaz çıxarılmasının texnologiya və texnikası;
7) sahə iqtisadiyyatı.
Neft və qaz yataqlarının işlənməsi elmi kompleks olması etibarilə yuxarıda qeyd
etdiyimiz fənlərin üzvi birləşməsindən yaradılmışdır.
Bu fənlər vaxtilə işlənmənin xüsusi məsələlərini müstəqil həll etməklə inkişaf
etmişdir. Həmin fənlərin kifayət qədər inkişaf etməsi nəticəsində neft yataqlarının
işlənməsinin elmi cəhətcə əsaslandırılması mümkün olmuşdur.
Ona görə də neft və qaz yataqlarının işlənməsi elmi nisbətən cavandır. Neft
yataqlarının işlənməsi elminin yaradılması, eyni zamanda həmin fənlərin daha da
inkişaf etməsinin rəhnidir.

2. QUYULARIN FONTAN ÜSULU İLƏ İSTİSMARI

2.1. Quyuların fontan vurmasının əsasları

Quyuların istismarı zamanı laydan maye ilə qaz, yaxud təkcə qaz
çıxarılır. Laydakı neftdə, adətən, müəyyən miqdarda qaz həll olur ki, bu da istər
layda, istərsə də quyuda neftin hərəkəti zamanı təzyiqin düşməsi nəticəsində qismən
neftdən ayrılır. Həmin qaz təzyiq altında olduğundan müəyyən enerjiyə malik olur.
Laydan quyuya içərisində qaz həll olmuş neft ilə yanaşı sərbəst qaz da gəlir; bu,
şübhəsiz quyudibi təzyiqinin qazın neftdə tam həllolma təzyiqindən az olduğu hala
aiddir. Sərbəst qaz da təzyiq altında olduğundan müəyyən enerjiyə malikdir.
Neft yataqlarının işlənmə proseslərinin ən məhsuldar dövrü fontan istismar üsulu
ilə istismarıdır. Quyuların fontan vurması əsasən yeni açılmış yataqlarda baş verir.
Bu zaman layın enerji ehtiyatı böyük olur. Yəni quyu dibində olan təzyiq maye
sütununun hidrostatik təzyiqi, quyu ağzında əks təzyiq və mayenin hərəkəti ilə bağlı
olan sürtünmə qüvvəsinin dəf edilməsinə sərf olunan təzyiqi üstələyir. Yəni:

Pq . d .> Ph +P sür +Pq . a. (1)

Fontan istismar üsulunda iki təbii enerji mənbəyi vardır:


1) layın hidrostatik təzyiqi;
2) lay qazının potensial enerjisi.
Layda və quyuda qazlı mayenin hərəkət qanunları başqa-başqa olduğuna
baxmayaraq, qərarlaşmış axında hər iki hərəkət tənliyində mayenin və qazın sərfi
eyni və quyudibi təzyiq qaldırıcının başmağındakı təzyiqə bərabər olmalıdır
(qaldırıcının quyudibinədək endirildiyi nəzərdə tutulur). “Lay-qaldırıcı”
hidrodinamik sistemın bir üzvünün işində dəyişiklik olan kimi, bu dəyişiklik o biri
üzvün də işinə təsir göstərir və bu təsir, qərarlaşmış axın əmələ gələnədək davam
edəcəkdir.
Fontan zamanı neftdən qazın ayrılması nəticəsində neft və mayenin xüsusi çəkisi
dəyişəcəkdir. Bunu nəzərə almaq və hesablamanın dəqiqliyini artırmaq üçün
yuxarıdakı düsturlarda neftin və qazın xüsusi çəkisinin orta qiymətini yazmaq
lazımdır.

2.2. Fontan quyusu qaldırıcısının seçilməsi


Laydan quyudibinə axan mayenin enerjisi mayeni yer üstünə qaldırmaq üçün
lazım olan enerjidən artıq olarsa, quyu fontan vuracaqdır. Zaman keçdikcə
quyudibinə axan mayenin enerjisi azalır. Nəhayət, fərq olmadıqda laydan gələn
mayenin enerjisi mayenin ya1nız yer üstünə (quyunun ağzına) qaldırmağa kifayət
edir və beləliklə fontan kəsilir. Bundan sonra mayeni qaldırmaq üçün lay enerjisi
çatışmır və bu enerjini süni üsullarla artırmaq, məsələn, istismarın mexaniki
üsullarına keçmək lazım gəlir.
Haqqında danışdığımız enerjilərin bərabərliyi fontan vurmanın axırı hesab olunur.
Mayenin yer üzünə lay enerjisi hesabına qaldırıldığı fontan istismarı üsulu iqtisadi
cəhətdən ən sərfəlidir, elə buna görə də fontanvurma dövrünü mümkün qədər
uzatmaq lazımdır.
Bütün layda, eləcə də müəyyən bir quyuda istismar rejimi qərarlaşmışsa, laydan
gələn enerjinin zamandan asılı olaraq dəyişməsi təbii şəraitdən asılı olacaqdır.
Mayeni quyu ağzına qaldırmaq üçün lazım olan enerji seçilmiş qaldırıcının
ölçülərindən asılıdır və deməli, biz lazım olan enerjinin dəyişməsinə təsir göstərə
bilərik. Fontanvurma üçün münasib şərait yaratmaq və fontan dövrünü uzatmaq üçün
elə qaldırıcı seçmək lazımdır ki, həmin şəraitdə layihədə nəzərdə tutulan qədər
mayeni buraxmaqla bərabər lazım olan enerji ən az qiymətə malik olsun.
Deməli, quyunun fontan üsulu ilə istismarında qaldırıcı aşağıdakı
tələbləri ödəməlidir: a) fontanvurma müddətində layihədə nəzərdə tutulan optimal
hasilatı almağa imkan verməli; b) fontanvurma müddətini mümkün qədər uzatmağa
imkan verməli.
Uzun müddət fontan vurmağa imkan vermək, şübhəsiz fontanvurmanın axırında
enerji artıqlığı az olan zaman qaldırıcının az enerji ilə işləməsini təmin etmək
deməkdir, yəni elə qaldırıcı seçmək lazımdır ki, fontanvurmanın axırındakı şəraitdə
(o vaxtkı başmaq təzyiqində və hasilatda) optimal rejimdə işləyə bilsin.
Qaldırıcını fontanvurmanın axırındakı şəraitə müvafiq olaraq seçmək
fontanvurmanı uzatmağı, fontanvurmanın axırında optimal rejimdə işləməyi təmin
edir, lakin tamam arxayınçılıq olması üçün fontanvurmanın ilk dövründəki şəraitdə
(başmaq təzyiqi, qaz amili) qaldırıcının maye buraxmaq qabiliyyəti də yoxlanmalı və
onun ilk dövrdə lazımı qədər hasilatı buraxa biləcəyi aydınlaşdırılmalıdır.
Qaldırıcının fontanvurmanın əvvəlindəki hasilatı buraxa bilmədiyi yoxlama
nəticəsində məlum olarsa, onda qaldırıcını ilk dövrdəki şəraitə müvafiq olaraq
maksimal maye hasilatı üçün yoxlamaq lazımdır.
Əməli olaraq, fontan qaldırıcısını seçmək üçün: 1) qaldırıcının uzunluğu və 2)
onun diametri təyin edilməlidir.
Fontan borularını, adətən, quyu dibinədək endirməyə çalışırlar; bununla da
xüsusən kövrək süxurlu qatları istismar edərkən, neftlə birlikdə gələn qumu yuxarı
qaldırmaq üçün daha yaxşı şərait yaranmış olur. Əslində boruları quyunun dibinə
qədər deyil, süzgəcin üst dəliyinədək buraxır və bu halda başmaq təzyiqini təqribi
olaraq quyudibi təzyiqinə bərabər götürürlər.
Qatlar möhkəm süxurlardan ibarət olub, qaz neftdən quyudibində
deyil, qaldırıcıda ayrılırsa, fontan qaldırıcısını qazın neftdə doyma təzyiqinə müvafiq
dərinliyədək endirmək olar.
Qaldırıcı boruların 1"-dən 4"-dək dəyişdiyini nəzərə alaraq quyunun hasilatına
əsasən borunun diametrini təqribi seçmək olar.
Quyunun hasilatı, Qaldırıcının diametri,
t/gun ilə duymə ilə
10-dan 20-yədək 1½"
20-dən 50-yədək 2"
50-dən 100-ədək 2½"
100-dən 200-ədək 3"
Əgər borunun tapılan ölçüsü iki standart ölçünün arasına düşürsə, onda ən yaxın
standart ölçü qəbul edilməli, ya da qaldırıcı pilləli seçilməlidir.
Qaldırıcının hesablama ilə tapılmış ölçülərini qəbul etməzdən əvvəl, onun quyuya
endirilə biləcəyini də yoxlamaq lazımdır. Quyuda qum tıxacının əmələ gələ biləcəyi
və boruların tutula biləcəyini nəzərə alaraq quyuya endirilən boruların maksimal
diametri onların tutula biləcəyi yerlərdə aşağıdakından çox olmamalıdır:
5″ quyuda 2½"
6″ quyuda 3″
7″ və 8″ quyuda 4″
Əgər borunun hesablama ilə tapılmış diametri istismar kəmərinin diametrinə
yaxındırsa, onda quyunu fontan qaldırıcısı endirmədən birbaşa istismar kəməri
vasitəsilə işlətmək olar, lakin bu vaxt kəməri korlaya biləcək hallara yol vermək
olmaz.
2.3. Fontan quyusunun iş rejiminin təyini və tənzimi

Fontan quyusunun iş rejimindən danışarkən hər şeydən əvvəl qaldırıcının işi ilə
layın işinin əlaqəli olduğunu göstərməliyik. Əslində quyu ilə lay bir hidrodinamik
sistem təşkil edir və qaldırıcının başmağında təzyiqin dəyişməsi quyudibi təzyiqinin
dəyişməsinə, bu da öz novbəsində laydan quyuya gələn maye və qaz hasilatının
dəyişməsinə səbəb olur.
Deməli, qaz-maye qarışığının quyuda və layda hərəkətinə ayrılıqda deyil, birlikdə,
bir hidrodinamik sistem kimi baxmaq lazımdır. Fontan quyusu iş rejiminin seçilməsi
və tənzimi quyudibinə gələn enerjinin lazımı enerjidən nə qədər artıq olmasından
asılıdır. Əgər enerji artığı çoxdursa, onda məsələ, quyudibindəki enerjinin bütünlüklə
quyuda sərf olunmasına yol verməməkdən, əgər enerji artığı azdırsa, onda məsələ,
quyudibindəki enerjidən qaldırıcıda mümkün qədər tamamilə istifadə etməkdən
ibarətdir.
Fontanvurmanın ilk dövründə, məlumdur ki, laydan gələn mayenin enerjisi onu
yer üstünə çıxarmağa lazım olan enerjidən xeyli çox olur. Əgər həmin enerji artığını
qaldırıcıda işlətsək, onda maye qarışığının sürəti elə bir dərəcəyə çatar ki, sürtünmə
itkisinə sərf olunan əlavə enerji həmin enerji artığını uda bilməz. Sürəti quyunun
hasilatını çoxaltmaq yolu ilə də artırmaq olar ki, bu da quyunun yol verilən hasilatını
keçər və quyunun lazımı iş rejimi pozulmuş olar.
Quyunun iş rejimini pozmamaq və müəyyən edilmiş hasilatı almaq üçün laydan
quyudibinə gələn enerjinin qaldırıcıda sərf olunmasını tənzim etmək lazımdır.
Qaldırıcıda enerjinin işlədilməsi ya quyuağzında əks təzyiq yaratmaqla, ya da
qaldırıcının başmağında təzyiq düşküsünə səbəb olmaqla tənzim edilə bilər.
Quyuağzındakı əks təzyiqi və ya başmaqdakı təzyiq düşküsünü dəyişdirməklə
quyudibinə düşən təzyiqi və bunun nəticəsində laydan gələn maye və qazın miqdarını
tənzim etmiş oluruq.
Quyuağzında, yaxud başmaqda təzyiq düşküsü atqı xəttində, yaxud başmaqda
ştuser adlanan diafraqma qoymaqla əldə edilir. Diafraqmanın maye keçən kəsiyini
dəyişməklə onun əmələ gətirdiyi təzyiq düşküsü də dəyişir və bu da quyunun iş
rejiminə təsir edir.
Deməli, ştuserin diametrini dəyişməklə fontan quyusu parametrinin necə
dəyişdiyini izləmək mümkündür. Elə buna görə fontan quyusunun iş rejimini təyin
etmək istədikdə adətən, ştuserin diametrini dəyişməklə quyunu tədqiq edirlər
(ştuserin diametrini elə dəyişmək lazımdır ki, yeni rejimdə hasilat ondan
qabaqkından təqribən 20% qədər fərqlənmiş olsun).
Bir sıra hallarda, qazlı maye axınını trap adlandırılan qurğuya göndərməklə quyu
ağzında əks təzyiq yaradılır. Trapda qaz neftdən ayrılır və bununla yanaşı müəyyən
qədər yüksək təzyiq saxlamaq mümkündür.
Fontan boruları quyuya süzgəcədək endirilir, axıntı yalnız mərkəzi borularla
hərəkət etsin deyə, quyunun üstündə boruarxası fəzanı bağlayırlar.
Laydan neftlə birlikdə sərbəst qaz gələrsə, qaz boru arxasına da keçər-orada
yığılıb çoxalar və təzyiq get-gedə artmağa başlar. Boru arxasında əvvəlcədən maye
vardırsa, qaz həmin mayeni fontan borularının başmağından qaldırıcının içərisinə
sıxışdırır. Bu proses boru arxasındakı maye bütünlüklə qaldırıcıya sıxışdırılanadək
davam edir. Bundan sonra laydan gələn qaz bütünlüklə qaldırıcıya yönəlir.
qaz

Pq.
a.
 trap
neft
Pt
Şəkil 1. Quyudibinə sərbəst qaz gələn zaman fontan
quyusunun işlənməsi sxemi
Deməli, laydan neftlə birlikdə sərbəst qaz gələn zaman, quyuağzında boru
arxasından qaz buraxılmazsa, quyuda axın qərarlaşdıqda boruarxası fəza bütünlüklə
qazla dolacaq və bu zaman həmin fəzada quyu üstünə təzyiq (daha doğrusu, qazın
çəkisini nəzərə almasaq) təqribən qaldırıcının başmağındakı təzyiqə bərabər
olacaqdır. Bu təzyiqin qiyməti bəzən yüksək olduğundan bir sıra hallarda quyu
üstündə qoyulmuş fontan armaturuna düşən qüvvəni azaltmaq məqsədi ilə boru
arxasındakı qazı vaxtaşırı buraxırlar.
İndi quyudibi təziqinin qazın neftdə doyma təzyiqindən yüksək olduğu halı, yəni
laydan quyuya təkcə mayenin daxil olduğu halı nəzərdən keçirək.
Bu halda qazın boruarxası fəzaya keçməsi üçün şərait olmadığından, orada yalnız
maye yığılacaqdır. Maye sütununun yüksəkliyi isə boruarxası fəzanın yuxarı
hissəsindəki qazın təzyiqindən asılı olacaqdır.
Fontan quyusunu tənzim etmə üsullarını müqayisə edək.
Əvvəlcə quyu ağzında təzyiq və başmaqda müqavimət yaratmaq yolu ilə tənzimi
araşdıraq. Bunların hər ikisi layın işini tənzim etməyə eyni dərəcədə imkan verir.
Lakin quyunun işi dedikdə təkcə lay deyil, qaldırıcının da işini nəzərə almaq
lazımdır. Fontanı quyudibi ştuserlə tənzim etdikdə lift daha səlis işləyir, döyüntülər
çox az olur. Döyüntülər adətən boruarxası fəzada təzyiqin vaxtaşırı düşməsi
nəticəsində baş verir; boruarxası fəzanın həcmi böyük olduqda, həmçinin quyu zəif
fontan vurduqda boruarxası fəzada təzyiqi bərpa etmək üçün daha çox vaxt lazımdır
və döyüntülər daha
şiddətli olur.
Quyudibi ştuserin qoyulması qazın boruarxası fəzadan qaldırıcıda birdən-birə
şiddətlə keçməsinə maneçilik törədir, elə buna görə döyüntülərin həm sayı, həm də
şiddəti azalır. Quyudibi ştuserinin bundan başqa da üstünlükləri vardır: ştuser
quyuağzında deyil, quyudibində qoyulduqda fontan armaturu nisbətən az təzyiq
altında işləməli olur; qaz amili böyük və təzyiq yüksək olduqda quyuağzı ştuserində
temperatur şiddətlə enir, bəzən sıfırdan da aşağı düşür və bunun nəticəsində fontan
armaturu hissələri, siyirtmələr donur. Bu cür quyularda quyudibi ştuser qurarkən
orada temperatur umumiyyətlə yüksək olduğundan ştuserdə temperaturun şiddətlə
düşməsi donmaya səbəb olmur.
Lakin, saydığımız üstünlüklərə baxmayaraq quyudibi ştuserinin çatışmayan
cəhətləri də vardır. Məsələ burasındadır ki, fontan quyusunu tənzim etməkdə məqsəd
quyunu optimal rejimdə işlətməkdən ibarətdir; zaman keçdikcə lay enerjisi, o
cumlədən lay təzyiqi dəyişdiyindən qaldırıcının iş şəraitini də dəyişmək, daha
doğrusu quyuağzındakı təzyiqi, yaxud quyudibindəki yerli müqaviməti dəyişmək
(azaltmaq) lazım gəlir.
Quyudibi ştuserinin maye keçən dəliyini dəyişmək isə çox mürəkkəb
əməliyyatdır.
Quyuağzında əks təzyiqin ştuserlə, ya da trap vasitəsilə yaradıldığını qeyd
etmişdik. Quyunun işinə gəldikdə əgər o müntəzəm işləyirsə, əks təzyiqin bu iki
üsuldan hansı vasitə ilə yaradıldığının heç bir fərqi yoxdur.
Şübhəsiz ki, enerjidən istifadə etmək nöqteyi-nəzərindən üstünlük trapdadır, buna
görə fontan quyusundakı enerji artığından istifadə etmək mümkün olan yerlərdə quyu
ağzında əks təzyiqi trapla yaratmaq lazımdır. Lakin təkcə trapla tənzim etmək həmişə
müyəssər olmur, belə ki, bəzi hallarda quyuağzı təzyiqi trapın işlək təzyiqindən
yüksək olur ki, belə hallarda atqı xəttində təzyiqi ştuser vasitəsilə müəyyən qədər
azaltmaq lazım gəlir. Bundan başqa, bəzən eyni bir trapa bir deyil, iki quyu işləyir,
belə halda şübhəsiz ki, buferdəki təzyiqi yüksək olan quyunun atqı xəttindəki təzyiqi
ikinci quyunun təzyiqinədək azaltmaq lazımdır.
Qazın trapdan toplayıcı şəbəkəyə göndərildiyi halda, enerjinin saxlanması
nöqteyi-nəzərindən, təzyiqin şəbəkədəki təzyiqə qədər trapdamı, yaxud ştuserdəmi
endirilməsinin heç bir fərqi yoxdur. Əməli nöqteyi-nəzərdə trapda təzyiqi sabit
saxlayıb, qaldırıcının işini ştuserlə tənzim etmək daha münasibdir.
Deməli, fontan quyusunun işini trapda təzyiqi müəyyən qiymətdə
saxlamaqla və yerüstü ştuserin maye buraxan dəliyinin ölçüsünü dəyişməklə tənzim
etmək lazımdır. Mümkün olan yerdə birinci üsuldan (trapdan) istifadə edilməli, ikinci
üsul (ştuser) yardımçı vasitə kimi tətbiq edilməlidir.
Əgər quyu dibinə gələn mayenin enerji artığı çox deyilsə, fontanvurma müddətini
uzatmaq üçün maye enerjisindən bütünlüklə istifadə etməyə çalışılmalıdır. Bu
məqsədlə quyuya elə ölçüdə fontan qaldırıcısı endirmək lazımdır ki, fontanvurmanın
axırındakı şəraitdə daha səmərəli işləsin.
Nefti qaldırmaq üçün lay enerjisindən səmərəli istifadə etmək məsələsində fontan
qaldırıcısı üçün lazımı rejimin təyin edilməsi mühüm rol oynaylr. Qaldırıcının
normal işləməsi üçün quyuya gələn neft və qaz fasiləsiz olaraq qaldırıcıya
keçməlidir. Bu və ya digər komponentin qaldırıcıya fasilə ilə daxil olması
qaldırıcının normal rejimini pozur və səmərəli işləməsini azaldır. Bundan başqa,
qumlu quyularda qaldırıcının normal işləməsinin pozulması qum tıxacı yaranmasına
gətirib çıxara bilər.
Aşağı və yuxarı ucları açıq olan boru kəmərindən və yuxarısı bağlı olan
boruarxası fəzadan ibarət hazırkı fontan qaldırıcıları neft və qazın qaldırıcıya fasiləsiz
surətdə daxil olmasını təmin edə bilmir, çünki belə bir quruluşa malik olan
qaldırıcının başmağında təzyiq dəyişir, bunun nəticəsində boru arxasındakı qaz
qaldırıcıya keçib birdən-birə quyuağzından xeyli maye atılmasına səbəb olur. Bu isə
başmaqda təzyiqin daha çox düşməsinə və boru arxasından qaldırıcıya daha çox qaz
keçib həmin qazın faydalı iş görmədən maye içərisi ilə sürüşərək yer üstünə
çıxmasına səbəb olur. Belə bir şiddətli tullanışdan sonra quyu bir qədər dayanmalı
olur, çünki laydan gələn qazın bütünlüklə qaldırıcıya keçməsi üçün əvvəlcə boru
arxasında lazımı təzyiq yaranmalıdır-əvvəlcə orada bir müddət qaz toplanmalıdır.
Quyunun məhsuldarlığı çox olduqca quyunun dayanması (quyuda lazımı qədər qaz
və mayenin toplanması) az sürür və quyu, demək olar ki, müntəzəm işləyir; quyunun
məhsuldarlığı az olsa, dayanmalar (qaz və mayenin quyuda toplanması) uzun sürür,
quyu döyüntülərlə, vaxtaşırı işləyir. Beləliklə, boruarxası fəza qaldırıcı ilə əlaqədar
olduğundan, daha doğrusu orada qaz vaxtaşırı toplanıb yenidən qaldırıcıya
keçdiyindən qaldırıcının işinə mənfi təsir göstərir.
Boruarxası fəzanın mənfi təsirini aradan qaldırmaq üçün sıxılmış qaz boruarxası
fəzadan qaldırıcıya tamamilə buraxılmamalı, ya da qazın şiddətlə keçməsinin qarşısı
alınmalıdır.
Dediklərimizi nəzərə alaraq, başmağının quruluşu dəyişdirilmiş qaldırıcılar tətbiq
etmək lazım gəlir. Qaldırıcı borunun başmağında sərbəst qaz olmasa, onda boruarxası
fəza qaldırıcıdan təcrid olunacaq və bu cür xüsusi quruluşlu qaldırıcılar tətbiq etməyə
də ehtiyac olmayacaqdır.
Demişdik ki, quyudibi ştuserlərin dəyişdirilməsi çətin olduğundan maye hasilatını
tənzim etmək üçün onlardan istifadə etmək məsləhət deyil, lakin döyüntüləri
azaltmaq üçün quyudibi ştuseri işlətməyə dəyər.
Quyudibi ştuserini bu məqsədlə işlətmək istədikdə onu elə seçmək lazımdır ki,
bütün fontanvurma müddətində onun quyudibində saxlanılması mümkün olsun.
Quyudibi ştuserini təzyiq düşküsünün təqribən 2 atm-ə qədər olması hesabı ilə
seçirlər. Mədən təcrubəsi göstərmişdir ki, belə bir təzyiq düşküsü ilə işləyən quyudibi
ştuseri döyüntünü kifayət qədər azaldır.
Deməli, belə bir ştuser heç də fontanvurmanı tənzim etmək deyil, yalnız
döyüntüləri azaltmaq məqsədi ilə qoyulur.
Döyüntüləri azaltmaq üçün ən yaxşı vasitə qazla dolmuş boruarxası fəzanı
qaldırıcıdan ayırmaqdır.

2.4. Fontan quyusunun avadanlığı

Fontan quyusunun avadanlığı quyuya endirilən boru kəmərindən, kəmər


başlığından və fontan armaturundan ibarətdir. Bununla yanaşı quyudibi və quyuağzı
ştuserlər və nəhayət, atqı xəttində fontan trapı da qurulur.
Fontan armaturu. Fontan armaturu nasos-kompressor borularının (NKB)
asılması, quyu məhsulunun yer səthinə yönəldilməsi, NKB və istismar kəməri
arasındakı fəzanın hermetikləşdirilməsi, eləcə də quyunun iş rejiminə nəzarət
edilməsi və tənzimlənməsi üçün nəzərdə tutulur.
Şəkil 2. Fontan armaturları
Fontan armaturası aşağıdakı əməliyyatların aparılmasına imkan verir:
a) fontan və kompressor quyularının mənimsənilməsi və istismara buraxılması
üzrə işlərin aparılmasına;
b) sıxılmış qaz (hava), maye və onların qarışığının quyuya vurulmasına;
c) quyu məhsulunun kollektor, separator və neft yığım məntəqələrinə
istiqamətləndirilməsinə;
ç) quyudan hasil edilən məhsulun tənzimlənməsinə;
d) quyudibi, quyuağzı və halqavarı fəzadakı təzyiqin ölçülməsinə;
e) müxtəlif tədqiqat və geoloji-texniki tədbirlərin (qaldırıcı borularda parafinin,
duzun və s. təmizlənməsi) aparılmasına;
f) su və ya gil məhlulu ilə quyunu boğmaq və ya müəyyən olunmuş vaxta qədər
bağlanılmasına.
Fontan armaturu seçilərkən əsas etibarı ilə aşağıdakılar nəzərdə tutulur:
1) Qazın və yaxud qazlı mayenin armaturda gözlənilən təzyiqi;
2) Qumun miqdarı və onun armaturdakı sürəti;
3) Fontanın xüsusiyyəti.
Fontanın optimal rejimdə vurması, lay enerjisindən istifadəni tənzim etmək üçün
quyu ağzında hər hansı bir vasitə ilə əks təzyiq yaratmaq lazım gəlir. Deməli, fontan
quyusunun ağzındakı avadanlıq atqı xəttində istənilən əks təzyiqi yaratmağa, o
cümlədən quyunu bağlamağa imkan verməlidir.
Bundan başqa quyuağzı avadanlığı boru arxasındakı, atqı xəttindəki təzyiqləri
ölçməyə, həmçinin lazım gələrsə, quyuya qaz və ya maye vurmağa imkan verməlidir.
Fontan armaturu adlandırılan quyuağzı avadanlıq bütün bu deyilənləri həyata
keçirməyə, habelə fontan quyusunun işinə hər cür nəzarət yetirməyə imkan verir.
Fontan armaturunu seçərkən əsas etibarilə aşağıdakılar nəzərdə
tutulur:
1) qazın, yaxud qazlı mayenin armaturda gözlənilən təzyiqi;
2) qumun miqdarı və onun armaturdakı sürəti;
3) fontanın xüsusiyyəti.
Avadanlıq başlıca olaraq qazın və qazlı neftin gozlənilən təzyiqinə əsasən seçilir.
Atqı xəttindəki təzyiq dib təzyiqindən - qazlı maye sütununun təzyiqi ilə sürtünməyə
sərf olunan təzyiq düşküsünün cəmi qədər az olur; quyu bağlı olanda atqı xəttində
təzyiq sürtünməyə sərf olunan təzyiq itkisi qədər artır. Əgər quyu, məsələn, yatağın
qaz papağı hissəsinə düşmüşsə, onda quyunu bağlayan zaman atqı xəttində təzyiq
təqribən quyudibi təzyiqinə yaxın olur. Ümumiyyətlə quyudibinə neft sərbəst qazla
birlikdə daxil olursa, fontan armaturuna təsir edən təzyiq təqribən quyudibi təzyiqinə
bərabər götürülür.
Neft yataqları müxtəlif dərinlikdə yerləşdiyindən, lay təzyiqi, həmçinin fontan
armaturuna təsir edəcək təzyiq də müxtəlif olur. Buna görə fontan armaturları
müxtəlif təzyiqlər üçün bir neçə tip hazırlanır. Hazırda fontan armaturları aşağıdakı
təzyiqlərə müvafiq olaraq hazırlanır:
1) sınaq təzyiqi-75 atm, işlək təzyiq-40 atm (AF-75);
2) sınaq təzyiqi-150 atm, işlək təzyiq-75 atm (AF-150); .
3) sınaq təzyiqi-250 atm, işlək təzyiq-125 atm (AF-250).
Bundan başqa 400 atm sınaq təzyiqinə, 200 atm işlək təzyiqə və 600
atm sınaq təzyiqinə, 300 atm işlək təzyiqə hesablanmış fontan armaturları da
hazırlanır. İşlək təzyiq dedikdə, fontan quyusunun ağzında gözlənilən ən böyük
təzyiq nəzərdə tutulur. Zavodda quraşdırılmış armatur su ilə preslənərək, işlək
təzyiqdən 1,5-2 dəfə artıq təzyiq altında sınanılır. Bu təzyiqə sınaq təzyiqi deyilir.
Fontan armaturları bir-birindən aşağıdakı səbəblərə görə fərqlənir:
1) birləşmənin tipinə görə - flans və yivli birləşməli armatur. Yivli birləşməli
fontan armaturunun ayrı-ayrı hissələrini dəyişdirmək mədən şəraitində xeyli çətin
olduğundan hazırda onlar az tətbiq edilir;
2) fontan borularının cərgələrinin sayına görə bircərgəli və ikicərgəli armatur;
3) atqı xətlərinin quruluşuna görə - üçboğaz və dördboğaz (xaçvarı) tipli fontan
armaturları;
4) içərisində maye keçən hissənin diametrinə görə 4″ və 2″ armaturlar.
Yuxarıda dediyimiz fərqlənmələrə görə fontan armaturları, məsələn, belə
işarələnir: 1AFK2½″-40, yaxud 2AFT-4″-75. Burada birinci rəqəm fontan borusunun
necə cərgəli olduğunu bildirir (1, yaxud 2 cərgəli); AF işarəsi fontan armaturu sözünü
bildirir; atqısı üçboğaz olan armaturu T hərfi (rus dilindəki troynik sözünün birinci
hərfidir), dördboğaz, yaxud xaçvarı atqılı fontan armaturunu K hərfi (bu rus dilindəki
krestovıy sözünün ilk hərfidir); bunun ardınca gələn rəqəm isə mayeyə keçən
hissənin diametrini (2″, yaxud 4″) bildirir; nəhayət sonuncu rəqəm işlək təzyiqi
bildirir.
Fontan armaturu üç əsas hissədən ibarətdir: 1) kəmər başlığı; 2) boru başlığı və 3)
fontan yolkası.
Kəmər başlığı armaturun aşağı hissəsinə deyilir. Bu başlıq qoruyucu və istismar
kəmərlərini bir-birinə birləşdirir, bağlayır və bütün boruarxası boşluqları kip örtmək
üçündur. Kəmərlər bir-birinə pyedestal və ya sarğac vasitəsilə birləşdirilir.
İstismar kəmərinin ucu sarğac flansının üstü ilə bərabər yerdən kəsilir və sarğaca
sıx qaynaqlanır. Texniki və istismar kəmərləri arasındakı fəza da sementlə
doldurulur. Kəmər başlığı elə quraşdırılır ki, sarğacın üst səthi buruğun
döşəməsindən 150 mm aşağıda olsun; texniki kəmərin ucunda isə yiv olmalıdır.
Konduktorda yiv olmadıqda və texniki kəmərdə flans olarsa, lafet halqası
qurulmur və pazlardan yalnız istismar kəmərini asırlar.
Kəmər başlığı quraşdırılıb qurtarandan sonra şaxtanı kəmər flansının dayaq
səthinədək sement məhlulu ilə doldururlar.
Boru başlığı. Kəmər başlığı ilə fontan yolkasının birinci siyirtməsi arasında
armaturun orta hissəsi fontan borularını asmaq, bu borularla istismar kəməri arasında
qalan boşluğu kip bağlamaq və quyunu işə salmaq üçün ona sıxılmış hava və ya quyu
yuyulan zaman maye vurmaq üçün lazımdır.
Fontan yolkası armaturun yuxarı hissəsinə deyilir, o, boru başlığının üstündə
qurulur. Yolka, fontan vuran qazlı maye axınının sürətini yoxlamaq, nəzarət etmək və
nizama salmaq, axını atqı xəttindəki bu və ya başqa boruya yönəltmək, lazım
gəldikdə isə fontanı bağlamaq üçün tətbiq edilir. Atqı xəttinin sayından asılı olaraq,
yolka iki və ya üç atqılı (iki və ya üç simli) olur. Neft həmişə üst borudan çıxır,
aşağıdakı borular isə ehtiyyat üçün bağlı saxlanılır və yalnız ştuserlər, yaxud
yolkanın yeyilib xarab olan yuxarı hissələri dəyşdirilən zaman açılır. Yolka siyirtmə
və üçboğaz (yaxud dördboğaz) borulardan ibarətdir.
Yolkanın hissələri bir-birinə flanslarla və ya yiv ilə birləşdirilir.
Şəkil 3-də 14 MPa işçi təzyiqə hesablanmış üçboğaz tipli (kəmər başlıqsız) fontan
armaturu göstərilmişdir. O boru başlığı və 50 mm şərti diametri (faktiki diametr 52
mm-dir) keçid gövdəli fontan yolkasından tərtib edilmişdir. Armatur iki cərgəli lift
borularının asılması üçün nəzərdə tutulub: birinci cərgənin diametri -114 mm, ikinci
cərgənin diametri -73 mm.
Boru başlığı kəmər başlığının yuxarı flansına (1) quraşdırılan çarpazdan (2), üç
boğaz (3) və ikinci cərgənin qaldırıcı borularının asıldığı quyu ağzı keçid sarğacından
(4) tərtib edilib. Çarpazın iki yan ayırması var: onlardan birinə keçid diametri 52 mm
olan iki siyirtmə (ardıcıl) o birinə isə keçid diametri 52 mm olan bir siyirtmə
bağlanılır. Qaydaya əsasən sol ayırma boruarxası təzyiqə nəzarət üçün, sağ ayırma
isə müxtəlif əməliyyatlar (quyudibi zonaya təsiretmə, yuma və s.) üçün nəzərdə
tutulur.
5

7
Şəkil 3. İki cərgəli qaldırıcı üçün üçboğaz tipli fontan armaturu
1-kəmər başlığının flansı; 2-çarpaz (dördboğaz); 3-üçboğaz; 4-sarğac; 5-
manometr; 6-birinci cərgə; 7-siyirtmə; 8-üçboğaz; 9-bufer qısa borusu; 10-
ikinci cərgə.
Üçboğaz (3), 114 mm yivli nippelin köməkliyi ilə birinci cərgənin borusunun
asılması üçün nəzərdə tutulur. Adətən bu ayırmadan (quyunun işə salınmasından və
ya qazlift istismarından sıxılmış qazın (havanın) vurulmasında aerasiya işi yerinə
yetirilir.
Fontan yolkası mərkəzi (7), iki ədəd üçboğaz (8), bufer siyirtməsi və atqı xətti (çıxış)
siyirtmələrindən tərtib edilir. Üçboğaz tipli armaturda çıxış (atqı) xətti adətən iki
olur. Qaydaya əsasən quyunun istismarında yuxarı atqı xətti istifadə olunur, aşağı atqı
xətti isə ehtiyatda qalır. Ştuserlərin yoxlanması, dəyişdirilməsi və təmir işlərinin
yerinə yetirilməsi zamanı quyu məhsulu ehtiyat atqı xəttinə yönəldilir.
Quyu təzyiqi yüksək və məhsulun tərkibi çox qumlu olduqda atqı xəttində iki cüt
siyirtmə quraşdırılır. Ştuserin yoxlanması zamanı ikinci siyirtmə bağlanılır və bu
sıradan çıxdıqdan sonra birincidən istifadə edilir. Quyunun istismarı prosesində
mərkəzi siyirtmə həmişə tam açıq olmalıdır. Bu siyirtmə qəza hallarında mayeni
boruarxası və halqavarı fəzadan istiqamətləndirildikdə bağlanılır. Çıxışlararası gövdə
və bufer siyirtmələri də tam açıq olmalıdır. Yuxarı atqı xəttində təmir işləri
aparıldıqda (məsələn, siyirtmələr yararsız olduqda) çıxışlararası gövdədəki siyirtmə
bağlanır. Bufer (quyuağzı) təzyiqinə nəzarət etmək üçün nəzərdə tutulan siyirtmə
müxtəlif dərinlik cihazlardan, parafini mexaniki təmizləmə üçün ərsin istifadə
edildikdə və başqa işlər yerinə yetirildikdə bağlanılır. Bufer qısa borusu (9) fontan
şırnağının zərbəsini qəbul etmək və yüngülləşdirmək işinə xidmət edir.
Şəkil 4-də iki cərgəli lift üçün çarpaz tipli fontan armaturu göstərilmişdir. Bir
cərgəli liftdə onlardan biri ya aşağı çarpaz, ya da üçboğaz kənarlaşdırılır. Şəkildən
göründüyü kimi yan ayırmalar müxtəlif istisqamətlərə çıxarılır, ştuserlər isə
siyirtmələrdən sonra aşağı ayırmada quraşdırılır. Çarpaz tipli armaturların mühüm
üstünlüyü alçaq olmasındadır ki, bu da ona xidməti asanlaşdırır. Buna baxmayaraq
onun da xüsusi çatışmazlığı var: çarpaz sıradan çıxdıqda quyunu boğmaq lazım gəlir
və mərkəzi siyirtmə bağlanılır. Məhsulunda böyük miqdarda qum olan quyunun
istismarında belə armaturdan istisfadə etmək məsləhət görülmür. Maşınqayırma
zavodlarında bağlayıcı kranlar ilə birlikdə paz siyirtməli fontan armaturları buraxılır.

Fo
nt
an

лк

Б
о
р
у
ба

Şəkil 4. İki cərgəli qaldırıcı üçün dördboğaz tipli fontan armaturu


Belə kranlar siyirtmələrdən əvvəl bir sıra üstünlüklər təşkil edir: onlardan keçən
mayenin axını demək olar ki, istiqamətini dəyişmir, bu da hidravlik itkilərin azalması
üçün olduqca lazımdır: kranların qabarit ölçüləri və kütləsi siyirtmənin qabarit
ölçüləri və kütləsindən əhəmiyyətli dərəcədə kiçikdir, bu da bütün armaturların
qabarit ölçülərinin və kütləsinin azalmasına səbəb olur; siyirtməyə nisbətən tıxacın
dəstəyini ¼ dövr döndərməklə kranların açılması və bağlanması əhəmiyyətli
dərəcədə tez yerinə yetirilir.
Əgər quyunun istismar prosesində bir cərgəli liftdən istifadə ediləcəksə, onda ya
çarpaz (2), ya da üçboğaz (3) tətbiq edilir (fontan quyuları üçün).

2.5. Ştuserlər
Müvafiq fontan borularını seçəndən sonra fontan quyusunun işini ya quyu üstündə
əks təzyiq yaratmaqla, ya da boruların başmağında yerli müqavimətlə tənzim edirlər.
Yer üstündəki təzyiq ya ştuser vasitəsilə yerli müqavimət yaratmaqla, ya da axını
trapa yönəltməklə yaradılır. Əksər hallarda hər ikisi - həm trap, həm də ştuser
birlikdə tətbiq olunur.
Qaldırıcı boruların başmağında yerli müqavimət də ştuser vasitəsilə yaradılır.
Harada qurulmasından asılı olaraq ştuserlər quyuağzı, yaxud yerüstü və quyudibi,
yaxud dərinlik ştuserlərinə bölünür.
Yerüstü ştuserlər fontan armaturunun atqı xəttində yan siyirtmələrdən sonra
qoyulur. Əslində ştuser bir tərəfində flansı olan və ortasında əvvəldən axıradək dəlik
açılmış ştuser oymağı adlandırılan polad parçasından ibarətdir. Ştuser oymağının
flansı iki flans arasında qoyulub çubuqlarla sıxılır. Quruluşunun sadə olmasına
baxmayaraq, bu ştuserin ən böyük nöqsanı maye keçən dəlik yeyiləndən sonra bütün
ştuser oymağının tamamilə atılmasıdır, Həm də oymağın dəyişdirilməsinə xeyli vaxt
sərf olunur. Bu ştuserin son quruluşunda onun gövdəsinə termiki işlənmiş konusvarı
oymaq qoyulur; dəyişdirmək lazım gələndə təkcə bu oymağı atırlar, ştuserin gövdəsi
isə yerində qalır.
Ştuserin dayanıqlığını artırmaq üçün maye axan hissədə pobedit xəlitəsindən
hazırlanmış lüləcik, xüsusi rezin, saxsı borucuq və s. işlədirlər.
Ştuserin yeyilməyə qarşı dayanıqlığını başqa bir yolla, maye axınının sürətini
azaltmaq yolu ilə də artırmaq mümkündür; bunun üçün bir deyil, ardıcıl olaraq bir
neçə ştuser götürülür. Bir neçə ştuserdəki təzyiq düşkülərinin cəmi bir ştuserinki
qədər olur. Beləliklə, çox pilləli ştuser alınır.
Neftlə birlikdə qum gəlməyəndə ştuserdə qalın polad oymaq əvəzinə ortasında
xırda dəliyi olan adi halqa da qoymaq olar. Bəzən bir deyil, bir neçə dəliyi olan
ştuserlər də işlədilir.
Yuxarıda haqqında danışdığımız ştuserlərin çatışmayan cəhəti onların dəliyi
yeyiləndə axıntının o biri atqı xəttinə keçirilməsidir ki, bu zaman quyunun adi
qaydada iş rejimi müəyyən qədər pozulmuş olur. Bu nöqsanı aradan qaldırmaq üçün
keçidi tənzim olunan ştuserlər düzəldilmişdir. Quyu ağzındakı əks təzyiqi ştuser
vasitəsilə dəyişmək lazım gələndə, bu yeni ştuserlərdə maye axınını bir atqı xəttindən
o birinə keçirmək lazım gəlmir.
Yeraltı ştuser ortasında dəliyi, bayır tərəfdən çıxıntısı olan polad parçasından
ibarətdir. Ştuserin çıxıntısı qaldırıcı kəmərin aşağı hissəsindəki iki boru arasında
muftalar vasitəsilə sıxılır. Göründüyü kimi ştuseri dəyişdirmək üçün bütün kəməri
yuxarıya, yer üstünə qaldırmaq lazımdır, fontan vuran zaman boruları qaldırmaq isə
mürəkkəb və çox vaxt tələb edən işdir.
Yuxarıda dediyimiz kimi quyudibi ştuseri ilə quyunun işini tənzim etmirlər, o,
döyüntünü bir qədər zəiflətmək məqsədi ilə bütün fontanvurma müddətində
başmaqda saxlanılır.
Quyudan çıxan qazlı neft qarışığı fontan armaturundan və atqı xəttindən keçərək
trapa axıdılır.
2.6. Trap

Trap maye ilə qazı bir-birindən ayıran rezervuardır. Trapın diametri atqı
borusunun diametrindən bir neçə dəfə böyük olduğu üçün oraya daxil olan qazlı
maye qarışığının sürətini azaldır, maye ağır olduğu üçün aşağı enir, qaz isə yuxarıya
qalxır və beləliklə bir-birindən ayrılır. Qaz, təzyiq tənzimləyicisindən qaz kəmərinə,
neft isə xüsusi klapan və ya ştuserdən ölçücü-çökdürücü qaba, ya da nisbətən alçaq
təzyiqli trapa göndərilir və alçaq təzyiqli trapda qazın yenidən ayrılması davam edir.

Şəkil 10.5. Alçaq təzyiqli trap


1,2-yönəldicilər; 3-qaz borusu; 4-quyu məhsulunun daxil
olduğu yer; 5-nov; 6-qumdöyən; 7-qoruyucu klapan;
8-çıxış borusu; 9-səviyyəni tənzim edən üzgəc; 10-giriş;
11-təzyiqin tənzimləyicisi; 12-klapan; 13-neft üçün çıxış xətti;
14-qızdırıcı boru; 15-siyirtməli çıxış borusu; 16-metal altlıq.
Fontan armaturunun buferindəki təzyiqdən asılı olaraq müxtəlif təzyiqli trap
işlədilir. Traplar aşağıdakı təzyiqlər üçün hazırlanır. Alçaq təzyiqli 0,7-dən 6 atm-
dək, orta təzyiqli 6-dan 16 atm-dək və yüksək təzyiqli 16-dan 60 atm-dək. Bundan
başqa 0,2-dən 0,7 atm-dək təzyiqə hesablanmış vakuum trap da işlədilir.
Trap elə qurulmalıdır ki, qazı neftdən tamam ayıra bilsin və qaz xəttinə nefti, neft
xəttinə isə qazı buraxmasın. Bunun üçün trapın ölçüsü, başqa sözlə, orada qaz və
neftin sürəti elə olmalıdır ki, nə qaz özü ilə nefti, nə də neft qaz qabarcıqlarını apara
bilsin. Bundan başqa qazın neftdən yaxşı ayrılması üçün trapın içərisində müxtəlif
vasitələr qurulur. Neft trapdan xüsusi üzgəc vasitəsilə buraxılır. Bunun nəticəsində
trapa gələn hasilatın miqdarından asılı olmayaraq onun içərisində maye həmişə
müəyyən səviyyədə olur.
Şübhəsiz trapda ayrılan qazın miqdarı trapdakı təzyiqdən asılıdır;
təzyiq az olduqca daha çox qaz ayrılar. Trapdakı təzyiq, ondan sonra qazın harada
işlədiləcəyindən də asılıdır; yüksək təzyiqli qaz kəmər vasitəsilə uzaq yerə göndərilə
bilər, həmçinin ondan sıxılmış qazdan başqa (kompressor) quyularda maye çıxarmaq
üçün işlək qaz kimi də istifadə etmək olar.
Trapda qazın bir hissəsi ayrılmayıb neftdə həll olmuş halda qalır və yalnız
nisbətən alçaq təzyiqdə ayrıla bilər; belə halda qazı daha yaxşı ayırmaq üçün
çoxpilləli separasiya tətbiq olunur, yəni qaz əvvəlcə yüksək təzyiq altında (yüksək
təzyiqli trapda) ayrılır, sonra bu trapdan çıxan neft orta və alçaq təzyiqli trapa
göndərilir.
Fontan trapı bir və bəzən bir neçə quyunun birlikdə hasilatını ayırır.
Şəkil 10.5-də mədənlərdə geniş yayılmış traplardan alçaq təzyiqli TQ-1400-6
trapın sxemi göstərilmişdir.
Quyunun məhsulu trapın gövdəsinə yanakı birləşdirilmiş 4″ boru ilə (4) daxil olur.
Axını yönəltmək üçün novabənzər hissə (5) vardır. Qum, gövdəni yeməsin deyə
divara xüsusi qumdöyən (6) qaynaqlanmışdır. Trapda qazı lazımı istiqamətdə hərəkət
etdirmək üçün yönəldicilər (1 və 2) qurulur; qaz onların yanından qaz borusuna (3)
keçir. Bu boruya yandan (8) qoruyucu klapan (7) bağlanmışdır.
Trapı təmizləyə bilmək üçün giriş (10) vardır, digər atqı xətti isə (15) trapdakı
qumu və lehməni yuyub təmizləmək üçündür. Trapın gövdəsi metal altlıq (16)
üzərində qurulur.
Trap belə işləyir. Qazlı maye qarışığı quyudan boru (4) vasitəsilə trapa daxil olub,
novdan (5) keçir; mərkəzdənqaçma qüvvəsinin təsiri altında neft trapın divarları ilə
axır və öz ağırlığı ilə aşağı süzülüb atqı xəttinə (13) keçir, qaz isə trapın mərkəzi
hissəsi ilə yuxarı qalxır və yönəldicilərin (1 və 2) yanından keçərək qaz borusuna
daxil olur.
Trapın neft xəttində (13) səviyyəni tənzim edən klapan qurulur; bu klapan
səviyyəni tənzim edən üzgəc vasitəsilə idarə olunur. Üzgəc trapda mayeni avtomatik
surətdə həmişə eyni səviyyədə saxlayır ki, bu da qazın neft xəttinə və neftin qaz
xəttinə keçməsinin qarşısını almış olur.
Gövdənin aşağasında, lazım gələndə, mayeni qızdırmaq üçün boru (14)
quraşdırılmışdır.
Neftölçən şüşədən istifadə edərək quyunun gündəlik hasilatını bilmək olar. Trapın
diametri 1,4 m, hündürlüyü 4,5 m-dir. Trap 6 atm təzyiqə hesablanmışdır.
Trap səviyyəni və təzyiqi tənzim edən avtomatik cihazlarla avtomatik olaraq
işləyir.
2.7. Fontan quyusuna qulluq edilməsi

Fontan quyusuna qulluq etmək aşağıdakı işləri görmək deməkdir:


a) quyunu tədqiq etmək;
b) quyunun işləməsini tənzim etmək;
c) quyunun və avadanlığın müntəzəm işləməsinə göz yetirmək;
ç) təmir işlərini görmək;
ğ) quyunun normal işi pozulduqda onu bu və ya digər yolla bərpa etmək.
Quyunun işini tənzim etmək-quyu ağzında ştuser və ya trap vasitəsilə lazımı
qədər əks təzyiq yaratmaqdan ibarətdir.
Quyunu aparılmış tədqiqata əsasən tənzim edirlər, çünki layda şərait
dəyişdiyindən optimal rejim də dəyişir; bundan başqa ştuserlə tənzim edəndə, o
yeyilir, axıntının keçdiyi sahə boyuyur; buna görə quyuya nəzarət yetirmək, daha
doğrusu quyuağzı təzyiqini vaxtaşırı bərpa etmək, yaxud müəyyən qədər hasilat
alınmasına nail olmaq lazım gəlir.
Quyuya müntəzəm göz yetirmək-boruarxası, halqavarı fəzadakı (iki cərgə boru
endiriləndə), bufer və trapdakı təzyiqlərə, neft və qaz hasilatına, suyun və qumun
faizinə fikir vermək və nəhayət avadanlığın-yerüstü avadanlığın, atqı xəttinin və s.
saz olmasına nəzarət yetirməkdən ibarətdir.
Cari təmir dedikdə avadanlığın işində hər cür qüsurları, məsələn, birləşmələrdəki
sızmanı, bu və ya başqa hissənin yeyilməsini və s. aradan qaldırmaq nəzərdə tutulur.
Quyunun normal işinin pozulmasını quyu üstündə (bufer və boruarxası)
təzyiqlərin dəyişməsi ilə, həmcinin neft hasilatının, suyun və qumun faizi ilə bilirlər.
Əgər boruarxası təzyiq tədricən artırsa, buferdəki təzyiq düşürsə, bu zaman neft
hasilatının azalması fontan borularının tutulduğunu, məsələn, parafinləşdiyini
bildirir; əgər həm boruarxası, həm də bufer təzyiqləri artır, lakin hasilat azalırsa, onda
ya borular tutulmuş (məsələn, parafinləşmiş), ya da atqı xətti və ya ştuser
tutulmuşdur. Son halda quyu o biri atqı xəttinə keçirilməli və ştuserin işi qaydaya
salınmalıdır.
Boruarxası təzyiqin xeyli aşağı düşməsi quyudibində qum tıxacının əmələ
gəldiyini, ya da suyun çoxaldığını bildirir; quyunun məhsulunu ölçməklə, ya da
axıntıdan nümunə götürməklə suyun gəlməsini asan bilmək olar. Su gəlmişsə,
buferdə təzyiqi artırmaq yolu ilə quyudibinə təzyiqi çoxaltmaq lazımdır. Bundan
başqa suyun xarakteri və onun hansı yolla axıb gəlməsi səbəbi aydınlaşdırılmalıdır.
Əgər boruarxası təzyiqin düşməsi qum tıxacının əmələ gəlməsi ilə əlaqədardırsa,
onda quyunu dayandırmadan qum tıxacını təmizləmə üsullarına əl atmaq lazımdır.
Şübhəsiz ki, bu üsullar quyuda mayenin sürətini artırmaqla əlaqədar olmalıdır; sürəti
artırmaq üçün maye hasilatı artırılmalı, bunun üçün isə quyudibində təzyiq
azaldılmalıdır; son halda bufer təzyiqini azaltmaq lazım gəlir. Əgər quyuağzı
təzyiqini aşağı salmaq lazımı nəticə verməsə, onda fontan zəifləyən zaman quyuda
təzyiqi artırmaq üçün quyunu bağlamaq lazımdır. Bu zaman təzyiq artarsa, deməli,
qum tıxacı layı quyudan ayırmamışdır. Belə ki, quyunu açanda o, şiddətlə fontan
vurmalıdır. Bu halda axın, tıxacı əmələ gətirən qumu quyuağzına ata bilər.
Bu üsul da kömək etməzsə, onda quyudibi təzyiqini azaltmaq üçün bufer təzyiqini
aşağı salmaqla yanaşı, halqavarı fəzadan hava və ya qaz vurmaq lazım gəlir. Hava
yol tapıb quyuağzından çıxanda eyni zamanda boru arxasına neft vurmaq da yaxşı
nəticə verir.
Bütün bu işləri görərkən, neftin və suyun, məsələn, quyudibindən yer üstünə
axması üçün xeyli vaxt lazım gəldiyini yaddan çıxarmaq olmaz (dərin quyularda bu
vaxt saatlarla ölçülür). Bütün bu üsullar müsbət nəticə verməzsə, qum tıxacını
təmizləmək, yaxud yumaq lazımdır.
Axında qumun faizi artanda, onu azaltmaq üçün tədbirlər görülməlidir. Belə ki,
həm quyuda tıxac yaranması, həm də layda böyük boşluq-kaha əmələ gəlməsi
nöqteyi-nəzərındən qumun çox gəlməsi təhlükəlidir (son halda, məsələn, quyunun
dibi ucub kəməri əzə bilər).
Depressiyanı dəyişdirmək, yəni quyudibinə təzyiqi artırmaqla qumun miqdarını
azaltmaq olar lakin, bu həmişə müsbət nəticə vermir, belə ki, depressiyanı azaltmaq
hasilatın enməsinə, quyuda axın sürətinin azalmasına səbəb olur ki, bu da tıxac
yaranması ehtimalını artırır; buna görə də qumun faizini azaltmaq məqsədi ilə
yerüstü təzyiqin və buna müvafiq dib təzyiqinin artırılmasını yalnız fontanın nisbətən
müntəzəm, döyüntüsüz vurduğu hallarda tətbiq etmək olar; bundan əlavə təzyiq də
tədricən artırılmalıdır.
Sonuncu tədbir həyata keçiriləndə döyüntü olarsa və fontanın kəsildiyi hiss
edilməzsə; onda yerüstü təzyiqin artırılması dayandırılmalı və quyunun fontanvurma
dərəcəsindən asılı olaraq yerüstü təzyiq hətta azaldılmalıdır.
Fontan quyusuna qulluq edilməsi ilə əlaqədar olaraq quyuda bir sıra əngəllərin baş
verə biləcəyini qeyd etməliyik. Bunlardan, məsələn, parafinli neftlərin çıxarılması
zamanı istər qaldırıcı borularda, istərsə yerüstü avadanlıqda parafinin çökməsini,
neftin su ilə birlikdə hərəkəti zamanı emulsiyalı qarışığın yaranmasını, qumun neftdə
yaxud neft-su qarışığında hərəkət edərkən müxtəlif səbəbdən qum tıxacı və s. əmələ
gətirməsini və başqalarını göstərə bilərik. Butun bu əngəllərə neft quyularının
kompressor üsulu ilə istismarında da təsadüf edilir.
Qumun yaxşı çıxarılması məqsədi ilə fontan boruları adətən, süzgəcin yuxarı
dəliyinədək, bəzən daha aşağı endirilir. Bununla əlaqədar olaraq fontanvuran quyuda
süzgəcin yuxarı dəliyindən quyunun ağzınadək qumun həcmini hesablamaq lazım
gəlir
Fontan quyusuna qulluq edilməsindən danışarkən, nəhayət göstərməliyik ki, bütün
təmir işləri və dəyişikliklər mütləq səliqəli qeyd olunmalıdır. Bu, bir tərəfdən həmin
quyuda görülən tədbirlərin necə nəticələndiyini izləməyə, digər tərəfdən lazım
gələndə, bu məlumatdan eyni şəraitdə işləyən o biri quyular üçün optimal rejim
yaradılmasına kömək edir.

3. QUYULARIN QAZLİFT-KOMPRESSOR ÜSULU İLƏ İSTİSMARI

3.1. Qaz-hava qaldırıcıları

Qazlift istismar üsulu - qaz və qazkondensat yataqlarından alınan qazı neft


quyusuna yönəltməklə neftin çıxarılması prosesinə deyilir. Qaz quyularında
təzyiq böyük olduğu üçün onları kompressorda sıxılmadan quyuya ötürürlər və
bu da iqtisadi cəhətdən çox səmərəlidir. Qazlift istismar üsulu fontan istismar
üsulunun süni formasıdır.
Kompressor istismar üsulu - qazın sıxılaraq quyuya vurulması nəticəsində
neftin çıxarılması prosesinə deyilir. Qazlift və kompressor üsulunda həlqəvi fəza
sistemli və mərkəzi sistemli qaldırıcılar olur.
Neft quyularının kompressor üsulu ilə istismarı fontanvurmanın təbii davamıdır.
Belə ki, fontanvurmanın sonunda quyuya gələn lay enerjisi o qədər azalmış olur ki, o,
lazımı qədər mayeni yer üstünə çıxarmaq üçün kifayət etmir və xaricdən enerji əlavə
etmək lazım gəlir. Bunun üçün lay qazına kömək olaraq qaldırıcı boruların
başmağına kompressor vasitəsilə sıxılmış qaz və ya hava gətirilir. Əgər quyuya
sıxılmış qaz vurulursa, bu qurğuya-qazlift, hava vurulursa - erlift deyilir. Bəzi
hallarda lay enerjisinin azlığı üzündən erqazlift quyunun işə salındığı ilk gündən
tətbiq edilir.
Qeyd etməliyik ki, sıxılmış qazla quyudan neft çıxarılması ilk dəfə V.Q.Şuxov
tərəfindən 1897-ci ildə Bakı mədənlərində tətbiq edilmişdir.
Mayeni sıxılmış qazla quyudan qaldırmaqdan ötrü, birincisi yüksək təzyiqli qazı
vermək, ikincisi isə mayeni yer üstünə qaldırmaq üçün iki kanal lazımdır. Qaz-hava
qaldırıcıları quyuya endirilən boru kəmərinin sayından və yerləşdirilməsindən,
həmçinin işlək qazın və qazla neft qarışığının hərəkət istiqamətindən asılı olaraq,
müxtəlif tipli olur.
Qaz-hava qaldırıcıları bir cərgə, ya da iki cərgə boru kəmərindən
ibarət olur; birinci halda qaldırıcıya bircərgəli, ikinci halda isə ikicərgəli deyilir.
Quyuya işlək qazın vurulmasından asılı olaraq halqavarı və mərkəzi sistemlər vardır.
İkicərgəli qaldırıcıda quyuya iki konsentrik boru kəməri endirilir ki, xaricdəkinə
(böyük diametrliyə) birinci cərgə, içəridəkinə (kiçik diametrliyə) isə ikinci cərgə
deyilir.
Erqazlift dedikdə ya qazlift, ya da erlift nəzərdə tutulur. Aşağıda qaz
vurulmasından danışanda havanı da nəzərdə tutmaq lazımdır.
Halqavarı sistemdə işlək qaz halqavarı fəzaya, daha doğrusu ikicərgəli qaldırıcıda
- birinci və ikinci cərgələr arasına, bircərgəli qaldırıcıda isə istismar kəməri ilə
qaldırıcı arasına vurulur. Maye ikicərgəli qaldırıcıda - içəridəki (kiçik diametrli)
qaldırıcı boruların icərisi ilə, bircərgəlidə isə qaldırıcının içərisi ilə qalxır. Bu c1r
qaz-hava qaldırıcıları mədənlərdə çox geniş yayılmışdır.
10.6-cı şəkildə m1xtəlif qaz-hava qaldırıcıları göstərilmişdir.
İkicərgəli qaldırıсıda birinсi (xariсi) cərgə borunu, adətən, qumu yaxşı qaldırmaq
məqsədilə mümkün qədər dərinə, süzgəcədək endirirlər, ikinсi cərgənin dərinliyi isə
quyunun xarakterindən və kompressorun təzyiqindən asılı olaraq seçilir.
Cərgəyarım qaldırıcıda qaldırıсı borular birinci cərgədə böyük diametrdən
kiçiyinə keçən yerdə qoyulmuş keçiriciyədək endirilir; elə buna görə də həmin
keçiricini qaldırıсının endiriləсəyi dərinlikdə saxlayırlar.
a b c
Şəkil 6. İkicərgəli (a), Bircərgəli (b) və
Cərgəyarımlı (c) qaldırıcılar
Keçirici ilə qaldırıcının başmağı arasındakı məsafə mümkün qədər az olmalıdır.
Belə ki, əgər bu məsafə böyük və qaldırılan maye qumlu olduqda, kiçik diametrdən
böyüyünə keçəndə sürətin azalması üzündən keçirici olan yerdə qum çöküb,
qaldırıcının işini poza bilər.
Cərgəyarım qaldırıcının üstünlüyü qumu yaxşı çıxarması (boruların diametri kiçik
olduğundan qarışıq böyük sürətlə hərəkət edir), borunun tutulması imkanının
azalması, bütün qurğunun nisbətən yüngül olmasındadır.
Bircərgəli qaldırıcıda hava borularının vəzifəsini istismar kəməri
görür, maye isə qaldırıcının içərisi ilə qalxır. Şəkildən göründüyü kimi qaldırıcı
bircərgəli olduqda quyudakı mayenin səviyyəsi əslində qaldırıcı boruların
başmağındadır. İşlək qaz, halqavarı sistemlə veriləndə - halqavarı fəzada sıxılmış
qaz, qaldırıcı borularda isə qazla maye qarışığı olacaqdır; işlək qaz mərkəzi sistemlə
veriləndə, əksinə, əslində dinamik səviyyə olmayacaq; bu halda gətirilmiş dinamik
səviyyə məfhumu işlədilir; gətirilmiş dinamik səviyyə dedikdə qaldırıcının
başmağından yuxarı təzyiqə müvafiq maye sütunu nəzərdə tutulur.
Bütün qaz-hava qaldırıcılarında işlək qazı vurmaq və qazlı maye qarışığını
qaldırmaq üçün quyuya endirilmiş boru kəmərləri quyunun ağzında kipləşdirilir.
İkicərgəli və bircərgəli halqavarı və mərkəzi sistemli qaz-hava qaldırıcılarının
üstünlükləri ilə yanaşı çatışmayan cəhətləri də vardır.
İkicərgəli qaldırıcının üstünlüyü ondan ibarətdir ki, maye axınının və işlək
təzyiqin döyüntüsü az olur, belə ki, burada halqavarı fəzanın həcmi bircərgəli
halqavarı sistemliyə nəzərən azdır. Bundan başqa boruarxası fəzadakı maye sütunu
da qaldırıcının daha səlis işləməsinə kömək edir.
İkicərgəli qaldırıcıda işəsalma təzyiqi bircərgəliyə nisbətən xeyli az olur.
İkicərgəli qaldırıcının nöqsanı burada quyuya bircərgəliyə nisbətən əlavə boru
kəmərinin endirilməsidir.
Bircərgəli qaldırıcının başlıca üstünlüyü quyuya bir cərgə boru endirilməsi ilə
əlaqədar olaraq metala qənaət edilməsi, həmçinin boruların diametrini nisbətən geniş
intervalda seçməyin mümkün olmasıdır. Bircərgəli qaldırıcının nöqsanlarından biri
döyüntü ilə işləməsidir, bu da bir sıra hallarda quyudibi ətrafındakı layın dağılması
və qum tıxacının yaranmasına səbəb olur; bundan başqa quyunu istismara verəndə
işəsalma təzyiqi yüksək olur.
İşlək qazın quyuya verilməsi sisteminə gəldikdə qazın mərkəzi sistemlə
verilməsinin üstünlüyü işəsalma təzyiqinin nisbətən az olması və istismar kəmərinin
diametrinin böyüklüyündən istifadə edilməsidir. Lakin, mərkəzi sistemlə qaz
vermənin ciddi nöqsanları da vardır. Qazla neft qarışığında qum varsa, o, halqavarı
fəzada hərəkət edərkən ikinci cərgə (hava) borularının muftalarını yeyir və istismar
kəmərini xarab edir. Bundan başqa parafin və duz çöküntüləri ilə mübarizə çətinləşir.
Buna görə işlək qazın mərkəzi sistemlə verilməsi mədənlərdə, demək olar ki, heç
tətbiq edilmir. Bu
sistemi yalnız maye qumsuz olduqda, parafin və duz çöküntüləri əmələ gəlməsi
qorxusu olmadıqda və nisbətən böyük hasilat almaq istədikdə tətbiq etmək olar.
Mədəndə adi şəraitdə işlək qazı halqavarı sistemlə verən bircərgəli qaz-hava
qaldırıcısını tətbiq edib, onun nöqsanlarını aradan qaldırmağa çalışmaq lazımdır.

3.2. Qaz-hava qaldırıcılarının hesablanması

Kompressor qaldırıcısının məhsuldarlığı və sərf edilən enerjidən səmərəli istifadə


olunması qaldırıcının işlədiyi şəraitdən, onun ölçülərindən (diametrindən və
uzunluğundan) və nəhayət qaldırıcının iş rejimindən asılıdır.
Quyuların kompressor üsulu ilə istismarında mayeni qaldırmaq üçün xaricdən
əlavə enerji sərf edildiyinə görə qaldırıcının işləməsi üçün elə şərait yaratmaq
lazımdır ki, mayenin qaldırılmasına ən az enerji sərf olunsun.
Məhsuldarlığa gəldikdə, qaldırıcı quyudan layihədə nəzərdə tutulan, yaxud yol
verilən qədər maye almağa imkan verməlidir.
Beləliklə qaz-hava qaldırıcıları aşağıdakı tələbləri odəməlidir:
1) mayenin çox səmərəli surətdə çıxarılmasını;
2) optimal hasilatın alınmasını.
Qaldırıcının təyin edilməli ölçüləri onun diametrindən və uzunluğundan ibarətdir.
Bu məsələ quyunun dərinliyi və diametri, maye və qazın hasilatı, buna müvafiq
quyudibi təzyiqi, həmçinin maye və qazın fiziki xassələrinə əsasən həll olunur.

3.3. Kompressor quyusunun işə salınması və


işəsalma təzyiqi

Neft quyusunu bəzən əvvəldən kompressor üsulu ilə istismar edirlər. Bu zaman
quyunu yuduqdan və oraya qaldırıcı endirildikdən sonra quyuda maye müəyyən bir
səviyyədə durur ki, bu da ya statik səviyyəyə bərabər və ya ondan bir qədər çox olur.
Şübhəsiz ki, istər qaldırıcı borularda, istərsə də halqavarı fəzada, ikicərgəli
qaldırıcıda isə boruarxası fəzada da maye eyni bir səviyyədə duracaqdır.
Quyunu istismara vermək üçün işlək qazı qaldırıcının başmağına vurmaq, bunun
üçün isə əvvəlcə işlək qaz gələn yolda mayeni başmağadək sıxışdırmaq lazımdır.
Kompressor quyusu hər hansı bir səbəbə görə dayanandan sonra onu yenidən
istismara vermək istəyəndə də belə olur; aydındır ki, quyudan maye çıxarılmayanda
orada maye statik səviyyə dərinliyində olur.
Qaz başmağa çatandan sonra yalnız qaldırıcı borulara daxil olacaq və oradakı
mayeni qaldırmağa başlayacaqdır. O, quyuağzına çatıb atqı xəttinə atılandan sonra
başmaqda təzyiq düşməyə başlayacaq, bu halda boruarxasındakı maye qaldırıcının
başmağına axmağa başlayacaq və qaz tərəfindən quyunun ağzına qaldırılacaqdır.
Nəticədə quyudibinə düşən təzyiq azalacaq və o, lay təzyiqindən az olanda laydan
quyuya maye axmağa başlayacaqdır. Həmin maye də qaldırıcıda qaz tərəfindən
quyunun ağzına atılacaqdır. Beləliklə, lay və qaldırıcının birgə işi nəticəsində axırda
hər hansı bir dib təzyiqi və eləcə də qaldırıcının başmağında müəyyən başmaq təzyiqi
yaranacaqdır.
Mayenin atqı xəttinə atıldığı vaxt quyuya vurulan qazın maksimal təzyiqi işəsalma
təzyiqi adlanır. İşəsalma təzyiqi qaldırıcının quruluşundan, onun endirilmə
dərinliyindən, istismar kəmərinin diametrindən və statik səviyyənin vəziyyətindən
asılıdır.

10.3.4. İşəsalma təzyiqinin aşağı salınması

Quyunun işəsalma təzyiqinin çoxluğu qaz və mayeni sıxışdıran zaman qaldırıcı


borudakı maye sütununun yüksəkliyi ilə izah olunur. Buna görə işəsalma təzyiqini
azaldan üsulların hamısı, sıxışdırma zamanı qaldırıcıdakı mayenin bir hissəsini bu və
ya digər yolla oradan çıxarmağa əsaslanır.
Həmin maye ya yuxarıya - quyunun ağzından atqı xəttinə, ya da aşağıya quyudan
laya sıxışdırılır. Bu üsulların bəzisi ilə tanış olaq.
Mayenin laya basılması üsulu. Bu üsulda halqavarı fəza kompressorun
maksimal təzyiqinədək qazla doldurulur. Sonra qaz vurulan xətdəki siyirtməni
bağlayıb, quyunu təzyiq altında saxlayırlar. Bu halda quyudibinə düşən təzyiq lay
təzyiqindən çox olacağından maye quyudan laya köçməyə başlayır, quyuda mayenin
səviyyəsi azalır və qazın təzyiqi düşməyə başlayır ki, bu zaman quyuya yenidən qaz
vurub işə salırlar.
Haqqında danışdığımız üsul mayenin laya nisbətən tez axmasını təmin edən,
başqa sözlə məhsuldarlıq əmsalı cox olan quyularda müvəffəqiyyətlə tətbiq edilə
bilər.
Qaldırıcı boruların tədricən endirilməsi üsulu. Bu üsulda qaldırıcı borular
əvvəlcə elə dərinliyə endirilir ki, işəsalma təzyiqi kompressorun maksimal
təzyiqindən çox olmur. Quyuya qaz verəndən sonra oradakı mayenin bir hissəsi
bayıra atılacaq, səviyyə aşağı düşəcək və qaldırıcı boruları daha dərinə buraxmaq
mümkün olacaqdır. Bunun üçün quyu ağzındakı armaturu açır, qaldırıcıya müəyyən
qədər boru əlavə edir və armaturu yenidən bağlayıb quyuya qaz verirlər.
Qaldırıcını lazımı dərinliyə çatdırmaq üçün bir sıra halda boruları bir dəfəyə deyil,
bir neçə dəfəyə əlavə etmək lazım gəlir. Bütün bu işlər çox tez görülməlidir, əks
halda həmin müddətdə quyuda səviyyə o qədər qalxa bilər ki, borunu əlavə etdikdən
sonra qazın təzyiqi mayeni quyu ağzına qaldırıb atmağa çatmaz. Beləliklə, bu üsul bir
sıra yardımçı işlər görməklə əlaqədar olduğundan çox da rahat deyildir. İşəsalma
təzyiqinin qaldırıcı boruları tədricən endirməklə azaldılması üsulunu yalnız
məhsuldarlıq əmsalı aşağı olan quyularda həyata keçirmək mümkündür.
Qaldırıcının halqavarı sistemdən mərkəzi sistemə keçirilməsi
üsulu. Hesablama göstərir ki, mərkəzi sistemdə işəsalma təzyiqi halqavarı
sistemdəkinə nisbətən xeyli azdır. Qazı quyuya mərkəzi sistemlə verəndə, maye
quyuağzına nisbətən alçaq təzyiqdə qaldırılacaq və onun bir hissəsi bayıra
atılacaqdır; bunun ardınca qazı quyuya halqavarı sistemlə verir, yəni halqavarı
fəzadan qazlı maye qarışığını qaldırıcı borulara sıxışdırmağa başlayırlar (burada qazlı
maye qarışığı mərkəzi sistemlə sıxışdırma zamanı əmələ gəlmişdi). Qarışığın xüsusi
çəkisi az olduğundan onu qaldırıcı boruda quyunun ağzına qaldırıb, bayıra atmaq
üçün qazsız mayeni qaldırmağa nisbətən xeyli az təzyiq tələb olunur.
Bu üsul xüsusən çox da dərin olmayan (adətən min metrədək dərinlikdə)
quyularda tətbiq edildikdə yaxşı nəticə verir. Belə ki, qaldırıcı uzun olduqda qazlı
maye qarışığı hələ həlqəvi fəzada ikən qazın bir hissəsi mayedən ayrılmağa imkan
tapır və bu üsul yaxşı nəticə vermir.
Quyuya eyni zamanda neft və qaz vurulması üsulu. Bu üsulda
quyuya qaz xətti ilə bərabər yüksək təzyiqli nasosdan (aqreqatdan) neft xətti də
çəkirlər.
Əvvəlcə nasosu işə salıb, boruarxası boşluğa neft vururlar. Bu məqsədlə birinci
siyirtməni açıb, ikinci siyirtməsini bağlayırlar. Neft dövr etməyə, yəni atqı xəttindən
çıxmağa başladıqdan sonra, nasosla axan mayeyə qaz xətti ilə əvvəlcə az miqdarda
qaz vurur, sonra isə qazın miqdarını getdikcə artırırlar.
Bu məqsədlə ikinci siyirtməsini tədricən açırlar, neftin özü ilə apardığı qaz
qaldırıcı boruların başmağına girib, onun içinə keçdikdə oradakı nefti qazlaşdırır;
qazı getdikcə artırır, eyni zamanda nefti azaldır və nəhayət, nasosu dayandırıb,
quyuya təkcə qaz vurmağa başlayırlar.
Qazın maye ilə birlikdə qaldırıcının başmağına enməsi üçün mayenin enmə sürəti
qaz qabarcığının mayedə qalxma sürətindən çox olmalıdır.
Təcrübə göstərmişdir ki, bu şəraitdə qaz qabarcığının mayedə qalxma sürəti 2,5-3
m/san-yə bərabərdir; deməli, mayenin enmə sürəti təqribən 3 - 4 m/san olmalıdır.
Qaz qabarcıqları xırda olsun deyə (xırda qabarcıqlar mayedə daha yavaş sürətlə
qalxır), qazın mayeyə qarışdığı yerdə gövdəsində 1 mm diametrdə dəlikləri olan kiçik
boru qoyulur.
Quyunun işə salınmasına nəzarət etmək üçün qaz və neft xətlərində manometr
qoyulur, qaz və neftin lazımı miqdarda vurulması isə siyirtmələr ilə nizama salınır.
Beləliklə, bu üsulda quyudakı qazsız maye tədricən qazlı maye ilə əvəz edilir və
deməli, quyu daha səlis surətdə işə salınmış olur.
Qaldırıcı borularda işəsalma dəliklərinin açılması üsulu (aerasiya üsulu). Bu
üsulda qaldırıcı boru kəmərində, mayenin səviyyəsindən müyəyyən qədər aşağıda
xırda dəliyi olan xüsusi mufta qoyulur. Qaz, halqavarı fəzaya vurulduqda ondakı
maye dəliyin durduğu səviyyədən sıxılır, qaz bu dəlikdən qaldırıcı borulara keçməyə
başlayır. Qaldırıcıdakı maye dəlikdən yuxarı qazlaşır, xüsusi çəkisi azalır, o, quyunun
atqı xəttindən axmağa başlayır və nəhayət birinci tullanış baş verir. Bu zaman
halqavarı fəzadakı təzyiq düşəcək və buna görə qazı kompressorun ən yüksək təzyiqi
ilə vurmaq, yəni boruarxası boşluqdan mayeni daha aşağı basmaq mümkün olacaqdır.
Mayenin səviyyəsi qaldırıcı boruların başmağına çatıb, bütün maye sütunu
qazlaşmağa başladıqda, ikinci dəfə tullanış baş verəcək və bundan sonra quyu adi
qayda ilə istismara düşəcəkdir.
Bəzən qaldırıcı boruların uzunluğu boyunca bir dəlik deyil, bir-birindən müəyyən
məsafədə olan bir neçə dəlik açılır. Belə hallarda quyu mayenin iki dəfədən çox, üc
və hətta dörd dəfə tullanışından sonra işə düşəcəkdir. Bu dəliklərin açılması
sayəsində işəsalma təzyiqini, belə dəliklərin olmadığı halda tələb edilə biləcəyindən
xeyli azaltmaq mümkün olur.
Yoxlama göstərmişdir ki, qaldırıcıda 1 mm diametrli dəliyin olması onun f.i.ə-nı
azaldır və eyni qədər maye hasil etmək üçün qazın sərfini on faizdən artırmaq lazım
gəlir. Şübhəsiz ki, böyük diametrli dəlik daha çox enerji itkisinə səbəb olacaqdır.
İşəsalma təzyiqinin dəliklərlə azaldılması üsulunun əsas nöqsanı qaldırıcı adi
qayda ilə işləməyə başlayandan sonra qazın bir hissəsinin neftin qaldırılmasında
iştirak etməyib, bu dəliklərdən hədər yerə itməsindədir.
Onun bu nöqsanı ilə mübarizə etmək üçün mədənlərimizdə işəsalma dəliklərində
müxtəlif quruluşlu işəsalma klapanları qoymağa çalışırlar.
İşəsalma klapanları qaldırıcı boruda müəyyən yerdə qoyulur. Halqavarı fəzaya qaz
vuranda oradakı mayenin səviyyəsi aşağı enəcək, səviyyə klapana çatanda qaz
klapanda qaldırıcı boruya keçəcək, orada klapandan üstdəki maye sütununu
qazlaşdırıb quyuağzına qaldıracaq və mayenin atqı xəttinə tullanışı baş verəcəkdir.
Tullanış nəticəsində boruda, klapanın ətrafında təzyiq düşəcək, boruarxası fəzadakı
maye qaldırıcı boruya keçməyə başlayacaq, boruarxasında mayenin səviyyəsi aşağı
düşəcəkdir.
Halqavarı fəzada səviyyə ikinci klapana çatanda qaz artıq bu klapandan
qaldırıcıya keçməyə başlayacaqdır; bu zaman birinci klapan bağlanmalıdır. O biri
klapanlar da bu ardıcıllıqla işləməlidirlər.

3.5. Kompressor quyusu iş rejiminin təyini və tənzimi

Kompressor quyusunun səmərəli texnoloji rejimi quyunun tədqiqatı əsasında


seçilir. Quyunun tədqiqatı dedikdə, qərarlaşmış rejimdə başlıca olaraq məhsuldarlıq
(mayenin gündəlik hasilatı) ilə quyuya verilən işlək qazın sərfi arasındakı asılılıq
əyrisinin qurulması nəzərdə tutulur. Bu əyriyə koordinat başlanğıcından (Q=0
nöqtəsindən) çəkilən toxunanın əyri ilə görüşdüyü nöqtə optimal rejimi
göstərəcəkdir. Optimal rejimdə qazın xüsusi sərfi minimum qiymət almış olur;
buradan işlək qazın optimal sərfi və buna müvafiq mayenin gündəlik hasilatı seçilə
bilər.
Kompressor quyularının tədqiqatı ən çox iki üsulla: işlək qazın sərfini dəyişməklə
(Azərb. ETNÇİ üsulu) və işlək qazın təzyiqini dəyişməklə (Q.Maksimoviç üsulu)
aparılır. Mədənlərdə Azərb. ETNÇİ üsulu geniş yayıldığından aşağıda yalnız bu
haqda məlumat verilmişdir.
Kompressor quyularının Azərb. ETNÇİ üsulu ilə tədqiqində əvvəlcə işlək qazın
sərfini yer üstunə maye çıxarılması şərtilə minimal qiymətədək azaldırlar. Qazın
sərfini bir neçə saat eyni miqdarda saxlayıb quyunun hasilatını və quyuya vurulan
qazın həcmini (2-3 dəfə) ölçürlər.
Axının qərarlaşdığını müəyyən edəndən sonra quyuya vurulan qazın işlək
təzyiqini ölçürlər. Sonra qazın sərfini çoxaldıb ikinci rejimə keçirlər (tədqiqat ən azı
3-4 rejimi əhatə etməlidir).
Hesablama yolu ilə seçilmiş və quyuya endirilmiş qaldırıcı, nəzərdə tutulan maye
hasilatının ən az qaz sərf etməklə çıxarılmasını o zaman təmin edə bilər ki, onun işi
nəzərdə tutulmuş rejimdə getsin. Lakin fontan qaldırıcısında bəzi hallarda olduğu
kimi, kompressor qaldırıcısında da iş zamanı döyüntülər baş verir. Bu döyüntülər
hətta quyuya optimal rejim tələb etdiyi qədər qaz vuranda da baş verir.
Döyüntüyə ən çox qazın halqavarı sistemlə vurulduğu bircərgəli qaldırıcıda
təsadüf olunur. Bu qaldırıcının başmağına quyudan mayenin, halqavarı fəzadan isə
qazın eyni zamanda deyil, növbə ilə daxil olması ilə izah olunur.
Qaldırıcı boruların başmağında təzyiqin cüzi azalması qazın halqavarı fəzadan
qaldırıcıda güclü axınına səbəb olur, bu da öz növbəsində başmaq təzyiqinin daha da
aşağı düşməsinə və halqavarı fəzadan daha çox qaz gəlməsinə bais olur. Bu hadisə
halqavarı fəzadakı təzyiq quyudan gələn maye təzyiqindən az olanadək davam edir.
Bundan sonra maye başmağı örtür və qazın halqavarı fəzadan qaldırıcı borulara
girməsinə yol vermir. Bir müddət, daha doğrusu, halqavarı fəzada qaz toplanıb
təzyiqi lazımı qiymətədək artana qədər, qaldırıcıya yalnız maye daxil olacaqdır.
Qazın təzyiqi lazımı qədərə çatandan sonra isə qaldırıcıya qaz da daxil olacaq,
başmaq təzyiqi aşağı düşəcək və proses yenidən təkrar olunacaqdır.
Bircərgəli qaldırıcıda döyüntülərin daha kəskin olması halqavarı fəzanın həcminin
böyüklüyü ilə izah olunur. Belə ki, əvvəla qazın oraya yığılıb təzyiqin lazımı
qədərədək artması üçün xeyli vaxt gedir, ikincisi, orada təzyiq yalnız xeyli qaz
çıxandan sonra aşağı duşur. Döyüntünü azaltmaq üçün qaldırıcı kəmərə maye və
qazın mütəmadi axınını təmin etmək lazımdır.
Qaz-hava qaldırıcılarından danışarkən demişdik ki, döyüntülər qaldırıcıların f.i.ə.-
nı aşağı salmaqla yanaşı olaraq, quyuda qum tıxacının əmələ gəlməsinə də səbəb
olur. Bircərgəli qaldırıcının başqa bir nöqsanı isə quyudakı qumun çıxarılmasını
kifayət qədər təmin etməməsidir. Bu hal mayenin quyu dibindən qaldırıcının
başmağınadək nisbətən gen yerdə, istismar kəmərinin içərisi ilə hərəkət etməsidir;
burada canlı kəsik böyük, sürət isə elə olur ki, qumun iri dənələrini quyudibindən
yuxarı qaldıra bilmir. Həmin dənələr quyunun dibinə çöküb qum tıxacı əmələ gətirir.
Tıxac süzgəci tutandan sonra mayenin laydan quyuya axmasına maneçilik törədir və
beləliklə qaldırıcının normal işini pozur.
Laydan quyuya gələn qumun bütünlüklə yuxarı qaldırılması üçün qaldırıcının
başmağınadək mayenin müvafiq sürətlə axmasını təmin etmək lazımdır.
Haqqında danışdığımız bu iki nöqsan, əslində eyni olub, lazımı tədbirlərin
görülməsi ilə aradan qaldırılır.
3.6. Quyuların kompressor üsulu ilə istismarında
işlədilən avadanlıq
Quyuların kompressor üsulu ilə istismarı xüsusi avadanlıq tələb edir; buraya
quyuağzı avadanlığı, işlək qazın paylanması sistemi və mədən kompressor təsərrüfatı
daxildir.
Quyuağzı avadanlığı. Kompressor quyusunun ağzına kompressor armaturu
qoyulur; bunun vəzifəsi eyni ilə fontan armaturununku kimidir. Kompressor
avadanlığı quyuya endirilmiş boruları saxlamaq, boruarxası fəzanı kipləşdirmək,
quyudan gələn axını atqı xəttinə yönəltmək, qaz, yaxud havanın bu və ya digər yolla
quyuya göndərilməsini təmin etmək üçündür.
Quyunun xarakterindən asılı olaraq müxtəlif armatur tətbiq edilir. Kompressor
armaturu fontan armaturuna nisbətən xeyli sadə olur, buna səbəb kompressor
istismarında təzyiqin fontan quyularındakından az olmasıdır. Fontan dayanandan
sonra bəzən quyunun üstündəki fontan armaturunu saxlayıb onu kompressor
armaturu kimi işlədirlər.
İşlək qazın paylanması sistemi. Hazırda mədənlərdə işlək qaz, daha doğrusu
sıxılmış qaz və ya hava quyulara xüsusi qaz-hava paylayan budkalar (qısa şəkildə
QPB, yaxud HPB adlanır) vasitəsilə verilir. Qazın belə bir templə paylanmasında
kompressor quyularını müəyyən dəstələrə bölüb, hər bir dəstənin təqribən
mərkəzində qaz-hava paylayan budka yerləşdirilir.
Kompressor stansiyasından QPB yaxud HPB-yə iki-üc, bəzən dörd xətt (boru
kəməri) gəlir. Bunlardan biri quyuları işə salmaq üçün yüksək təzyiqli xətt, yerdə
qalanı isə işlək təzyiq xəttidir. İşəsalma xətti adətən 2½″, işlək xətt isə 4″ borulardan
çəkilir. Qaz-hava paylayan budkada hər biri quyuya ayrılıqda, özü də qazın sərfindən
asılı olaraq 1½″, yaxud 2½″ boru kəməri çəkilir.
Qaz xəttinin diametrini elə seçirlər ki, 2 km uzunluqda kəmərdə təzyiq düşküsü 1
atm-dən çox olmasın.
Mədən kompressor təsərrüfatı. Həm kompressor quyularının istismarı üçün,
həm də laya qaz, yaxud hava vurmaq üçün qazı (havanı) quyuya göndərməzdən əvvəl
lazımı təzyiqədək sıxmaq lazımdır. Neft mədənlərində bu məqsədlə porşenli
kompressor işlədilir.
Kompressorlar atqı xəttindəki təzyiqin qiyməti və məhsuldarlığı ilə xarakterizə
olunur. Atqı xəttindəki təzyiqdən asılı olaraq kompressorlar dörd qrupa bolunur:
yüksək, orta, alçaq təzyiqli və vakuum kompressorlar.
Yüksək təzyiqli kompressorun atqı xəttində təzyiq 60 atm-dan 250 atm-dək, orta
təzyqli 35-dən 50 atm-dək, alçaq təzyiqli 8-dən 35 atm-dək olur.
Bunların qəbul xəttində təzyiq 1 atm-dən az olmamalıdır. Vakuum kompressorun
qəbul xəttində təzyiq 1 atm-dən az olur, atqı xəttində isə 2-6 atm-ə çatır.
Mədənlərdə kompressor stansiyaları, ümumiyytlə, aşağıdakı məqsədlə qurulur:
1) nefti kompressor üsulu ilə çıxarmaq üçün;
2) laya qaz, yaxud hava vurmaq üçün;
3) boruarxası qazı (buna vakuum qazı deyirlər) yığmaq üçün;
4) neft qazını mədəndən işlədiciyə göndərmək üçün.
Haqqında danışdığımız stasionar kompressor qurğularından başqa kəşfiyyat
quyularının mənimsənilməsi və sınaqdan çıxarılması üçün, həmçinin quyuların işə
salınması üçün səyyar kompressorlar da işlədilir.
3.7. Kompressor quyusuna qulluq edilməsi

Kompressor quyusuna qulluq etmək mümkun qədər minimal enerji sərf edib
maksimal hasilat almaq məqsədi ilə quyunun normal və fasiləsiz işləməsini təmin
etmək deməkdir. Burada başlıca olaraq aşağıdakılara riayət edilməlidir:
1) quyunun düzgun texnoloji rejimini seçib, quyuya verilən işlək qazın təzyiqini
və miqdarını tənzim etmək yolu ilə həmin texnoloji rejimi saxlamağa çalışmalı;
2) vaxtında təmir etmək və lazımı hissələri dəyişdirmək yolu ilə quyuustu
avadanlığa gündəlik qulluq etməli.
Qeyd etməliyik ki, fontan quyusuna qulluq edilməsinə dair yuxarıda deyilənlərin
çoxu kompressor quyularına da aiddir.
Kompressor quyusuna qulluq edərkən boruların parafinləşməsi, borularda metal
„kipgəclərlə”, duz çöküntüləri ilə və emulsiyaya qarşı mübarizə məsələlərini yaddan
çıxarmaq olmaz.
Kompressor quyularında, eləcə də fontan quyularında qaldırıcı borularda parafin
çökə bilər. Parafin qaldırıcı borularla quyuağzından təqribən 300-600 m aşağıda
çökür. Axında qumun olması da parafinin çökməsinə kömək edir, belə ki, qum
dənələri parafinin kristallaşma mərkəzinə çevrilir.
Kompressor quyularında (həmçinin fontan quyularında) parafinlə mübarizə
mexaniki yolla, quyuya isti neft, su buxarı vurmaqla və s. usullarla aparılır.
Kompressor quyularının əksəriyyətində neft quyuya lay suyu ilə birlikdə daxil
olur. Buna görə boruda hərəkət zamanı su-neft qarışığı əmələ gəlir. Əgər quyuya
hava vurularsa, onda çox dayanıqlı emulsiya yaranır.
Həmin emulsiyanı parçalamaq, yəni nefti sudan ayırmaq çox da asan olmur.
Bundan başqa emulsiyanın özlülüyü yüksək olur ki, bu da qarışığın boruda hərəkətini
çətinləşdirir. Bu halda isə mayeni qaldırmağa daha çox enerji sərf etmək lazım gəlir.
Müəyyən edilmişdir ki, maye-qaz sistemində səthi gərginliyin azaldılması, başqa
şərtlər sabit qalmaqla, hasilatın artmasına səbəb olur. Belə hala özlülüyün
azalmasında da təsadüf olunur. Bu məqsədlə quyu içərisində deemulsasiya aparılması
ciddi əhəmiyyətə malikdir.
Quyuya işlək hava ilə birlikdə neft-su, neft-qaz və su-qaz sərhədlərində səthi
gərginliyi azaldan kimyəvi maddələr vurulur. Bu, yüksək özlü və dayanıqlı emulsiya
yaranmasının qarşısını alır. Quyuya deemulqator vurulması işlək təzyiqin və qazın
xüsusi sərfinin azalması ilə yanaşı hasilatın artmasına səbəb olur.
Kimyəvi maddə olmaqla müxtəlif növ neytrallaşdırılmış kontaktlar işlədilir.
Deemulqator quyuya xüsusi nasoslar vasitəsilə vurulur.
Quyuya vurulan sıxılmış hava adətən nəmli olur. Bu isə boruda korroziya əmələ
gəlməsinə səbəb olur. Korroziya nəticəsində metal qəlpələri tıxac-„kipgəc" kimi
halqavarı fəzanı tutub quyunun normal işini pozur.
Bunun qarşısını almaq üçün bir sıra tədbir görmək lazım gəlir. Bu tədbirlərdən
korroziyaya qarşı dayanıqlığı artırmaq məqsədi ilə borunun daxili səthinin xüsusi
maye ilə yuyulmasını, hava və qaldırıcı borular arasında lazımı qədər ara
saxlanmasını (təqribən 20 mm), qaz yaxud hava kəmərində kondensasiya qabları
qoyulmasını, işlək qazın hərəkət istiqamətinin dəyişdirilməsini (halqavarı sistemdən
mərkəzi sistemə keçmək və əksinə), havanın fiziki və fiziki-kimyəvi yolla
qurudulmasını və s. göstərmək olar.
Bundan başqa hava vurulan yolların paslanmasına qarşı mübarizə üçün xüsusi
kimyəvi maddələr, məsələn, natrium heksametafosfatı işlədilir.
Bunu xüsusi nasos vasitəsilə hava ilə birlikdə quyuya vururlar. Bu tədbir
borularda duzların çökməsinin də qarşısını almış olur.
Kompressor quyusuna qulluq edilməsi ilə əlaqədar olaraq görülən bütün işlər
mütləq səliqəli surətdə qeyd olunmalıdır. Bu, bir tərəfdən həmin quyuda görülən
tədbirlərin necə nəticələndiyini izləmək üçün, digər tərəfdən isə lazım gələndə eyni
şəraitdə işləyən o biri quyulardan ötrü bu məlumatdan istifadə etmək üçün lazımdır.

3.8. Kompressor quyularının vaxtaşırı və qarışıq üsul


ilə istismarı

Neft yataqlarını istismar etdikcə əksər halda lay təzyiqi düşməyə başlayır.
Quyunun hasilatı azalmamaq üçün quyudibi təzyiqini aşağı salmaq, bunun üçün isə
qaldırıcının nisbi dalma dərinliyini azaltmaq lazım gəlir ki, bu da qazın xüsusi
sərfinin artmasına səbəb olur. Qazın xüsusi sərfinin artırılması 1 ton neftin
çıxarılmasına çəkilən xərcə təsir göstərir və baha başa gəlir. Bütün bunlara əsasən,
qazın xüsusi sərfini azaltmaq məqsədi ilə hasilatı az olan, daha doğrusu alçaq
dinamik səviyyəli quyuları kompressor üsulu ilə vaxtaşırı istismar etmək olar.
Adından göründüyü kimi vaxtaşırı kompressor istismarında quyudan maye
mütəmadi deyil, vaxtaşırı çıxarılır. Bunun üçün sıxılmış qaz quyuya müəyyən
vaxtdan bir verilir. Vaxtaşırı kompressor istismarının ən sadə halını nəzərdən
keçirək: quyuya bircərgəli qaldırıcı boru endirilmiş və halqavarı fəzaya sıxılmış hava
vaxtaşırı vurulur. Hava vurulan zaman halqavarı fəzadakı maye qaldırıcı borulara
sıxışdırılır və qaldırıcıdakı maye ilə birlikdə quyuağzına qaldırılır. Mayenin atqı
xəttinə tullanışı baş verən kimi quyuya hava vurulması dayandırılır. Bir qədər
keçəndən sonra laydan maye gəlib quyuda müəyyən səviyyəyə qalxır, halqavarı
fəzaya yenidən sıxılmış hava vurulur. Beləliklə, proses təkrar olunur.
Kompressor quyularının bu cür istismarının əsas çatışmayan cəhəti ondadır ki,
mayenin halqavarı fəzadan qaldırıcıda sıxışdırıldığı vaxt quyuda təzyiq lay
təzyiqindən çox olduğu üçün, quyudakı mayenin bir hissəsi laya keçə bilir. Şübhəsiz
ki, bu üsulu yalnız keçiriciliyi az olan quyularda tətbiq etmək olar. Haqqında
danışdığımız çatışmayan cəhəti aradan qaldırmaq üçün xüsusi əvəzetmə lifti tətbiq
olunur.
Sıxılmış hava birinci və ikinci cərgə borular arasındakı halqavarı fəzaya vurulur
və əvəzetmə kamerindəki maye qaldırıcı boruya sıxışdırılır (bu zaman dibdəki klapan
sıxışdırılan mayeni yalnız qaldırıcıya buraxır). Beləliklə, basqı zamanı təzyiq
quyudibinə ötürülmür.
Əvəzetmə lifti qurğularında havanın (qazın) vaxtaşırı verilməsi xüsusi avtomatik
cihaz vasitəsilə həyata keçirilir. Havanı ya yer üstündə, ya da quyu dibində -
əvəzetmə kameri olan yerdə kəsirlər. Birinci halda mayenin atqı xəttinə tullanışından
sonra həm qaldırıcıda, həm də halqavarı fəzada qalmış olan sıxılmış havanı bayıra
(adətən atmosferə) buraxmaq lazım gəlir (əks halda quyudan kamerə maye gələ
bilməz), bu isə havanın xüsusi sərfinin artmasına səbəb olur. Elə buna görə havanın
aşağıda-əvəzetmə kameri olan yerdə, kəsilib-vurulması daha çox əlverişlidir. Lakin
son halda əvəzetmə lifti qurğusunun quruluşu xeyli mürəkkəb olur.
Quyuların vaxtaşırı istismarından danışarkən plunjerli qaldırıcını xüsusi qeyd
etməliyik. Plunjerli qaldırıcıya, yaxud plunjerli liftə vaxtaşırı kompressor istismarının
bir növü kimi baxmaq olar.
Əgər laydan gələn qaz plunjerin qaldırılmasına kifayət etməzsə, onda yer
üstündən quyuya qaz (hava) vurulur.
Alçaq dinamik səviyyəli quyuları qarışıq usulla istismar etmək də sərfəlidir.
Qarışıq üsul dedikdə, bir quyuda mayenin eyni zamanda bir neçə üsulla çıxarılması
nəzərdə tutulur.

4. NEFT QUYULARININ DƏRİNLİK NASOSU


ÜSULU İLƏ İSTİSMARI

4.1. Dərinlik nasos quyusunun sxemi, iş prinsipi və məhsuldarlığı

Bütün dünya neft yataqlarının əksəriyyətinin işlənməsində neft quyularının


dərinlik nasosları ilə istismarı neft istehsalının əsas üsullarından biri hesab olunur.
Bu üsulun geniş yayılmasına səbəb nisbətən qənaətli olması, nasosa qulluq
edilməsinin sadəliyi, çıxarma prosesinin tamamilə mexanikləşdirilməsi, istismar
rejiminin sabitliyi, bir sıra quyuların bir mühərriklə işlədilməsi imkanı, emulsiya
əmələ gətirməsi və s.-dir.
Quyuların dərinlik nasosu ilə istismarına o zaman keçilir ki, layın təbii enerjisinin
neftin fontan vurmasına gücü çatmır və kompressorla istismarında, çıxardılmış hər
bir ton neftə sərf edilən sıxılmış havanın miqdarı hədsiz çox olur.
Bu quyularda yerüstü avadanlıq ştanqlı dərinlik nasos qurğusundan ibarətdir.
Yeraltı avadanlıq isə NKB kəmərindən, ştanqlar kəmərindən və plunjerli
nasosdan ibarətdir. Bunlardan başqa qazın nasosun işinə mənfi təsirini azaltmaq
məqsədi ilə nasosun qəbuluna qaz lövbəri birləşdirilir. Qaz lövbərinə laydan
gələn məhsul daxil olaraq onun içərisində hərəkət istiqaməti 180 o dəyişdirilir
və bu zaman neftin tərkibində həll olmuş qaz ayrılaraq boruarxası həlqəvi
fəzaya yönəldilir. Bəzi nasos quyularında bu qaz asqı kompressor vasitəsilə
boruarxası fəzadan götürülüb kollektora vurulur. Bu prosesə quyudibi
separasiya deyilir. Bunun nəticəsində nasosun silindrinə neftlə birlikdə daxil
olan qazın miqdarı azalır, nasosun verim əmsalı artır.
Neft mədənlərində ən çox iki növ plunjerli nasos tətbiq edilir.
1) Boru nasosları;
2) Qondarma nasosları.
Boru nasosları quyuya aşağıdakı qayda ilə buraxılır:
Əvvəlcə nasosun silindri NKB – nin aşağı ucuna birləşdirilib quyuya
endirilir. Sonra isə ştanqlar kəmərinin aşağı ucunda nasosun plunjeri endirilərək
silindrin içində oturdulur. Bu nasosun müsbət cəhəti ondan ibarətdir ki,
nasosun plunjeri və vurma klapanı yeyildikdə plunjeri ştanqlar kəməri ilə Yer
səthinə qaldırırlar və ya yeyilmiş hissələri təzələri ilə əvəz edirlər, yaxud da
təmir edib yenidən quyuya endirirlər. Belə olduqda NKB – ni və nasosun
silindrini Yer səthinə qaldırmaq lazım gəlmir.
Qondarma nasoslarının quyuya endirilməsi aşağıdakı qaydada olur:
Əvvəlcə NKB quyuya endirilir, sonra isə ştanqlar kəməri ilə tam yığılmış
dərinlik nasosu NKB içərisi ilə endirilərək qıfıl dayağında oturdulur. Bu
nasosun tətbiqi əsasən qum təzahürlü quyularda geniş yayılıb. Çünki qum
təzahürünün təsirindən nasosun bütün hissələri yeyilir (nasosun silindri, plunjeri,
sovurma və vurma klapanları). Bəzən nasosu qaldırıb yenisi ilə əvəz edirlər,
bəzən isə əvvəlki nasosu təmir edib quyuya buraxırlar. Qum təzahürünün
nasosun işinə təsirinin qarşısını almaq üçün müxtəlif üsullar tətbiq edirlər.
Bunlar aşağıdakılardır:
1) qum və qaz – qum lövbərindən istifadə edilir;
2) boruarxası fəzaya müxtəlif üsullarla təmiz maye əlavə edilir;
3) nasosun qəbuluna kapron süzgəclər birləşdirilir və bu da qumun nasosa
daxil olmasının qarşısını alır;
4) qum təzahürlü quyular hamar üsulla işə salınır;
5) qumlardan və kövrək qum daşlarından ibarət olan layın quyudibi zonası
sement məhlulu ilə möhkəmləndirilir və s.
Qum lövbərində laydan gələn məhsulun hərəkət istiqaməti dəyişdirilir,
məhsuldakı qum ayrılaraq lövbərin cibinə yığılır və bir müddətdən sonra
lövbərin cibi dolur.
Əgər lövbərin cibi dolubsa, mütləq yeraltı avadanlıq qaldırıb lövbərin cibi
boşaldılır və yenidən quyuya endirilir. Amma qaz lövbərlərinin tətbiqində bu
işə ehtiyac yoxdur. Boruarxası fəzaya təmiz mayenin əlavə edilməsində məqsəd
nasosun vurduğu məhsuldakı maye fazasının miqdarını artırmaq və qumun
konsentrasiyasını azaltmaqdır.
Reduktor dövrlər sayını azaltmaq və burucu momenti artırmaq üçündür.
Reduktorlar birpilləli və ya ikipilləli olurlar. Birpilləli reduktorlarda iki val
olur:
1–ci aparıcı val;
2–ci aparılan val.
İkipilləli reduktorlarda isə üç val olur:
1–ci aparıcı val;
2–ci aralıq val;
3–cü aparılan val.
Bütün bu vallar diyircəkli yastıqlar üzərində oturdulurlar. Yastıqlar isə
reduktorun gövdəsinin divarında oturdulur. Aparıcı valın bir ucu reduktordan
xaricə çıxır və onun üstündə böyük diametrli qasnaq qoyulur. Aparılan valın
hər iki ucu reduktordan xaricə çıxır və onların hər birində çarxqolu oturdulur
(iki çarxqolu). Bu çarxqolları sürgüqolları ilə oynaqla birləşdirilir. Sürgü
qollarının yuxarı ucları isə balansirin traversi ilə oynaqlar vasitəsilə birləşdirilir.
Qurğunu işə salanda çarxqolu öz oxları ətrafında fırlanır. Onlar (şatunlar) sürgü
qollarının aşağı ucları ilə birləşib hərəkəti balansirin traversinə ötürür və bunun
nəticəsində balansir yırğalanır və balansir başlığı aşağı – yuxarı hərəkət edir.
Balansir başlığında diyircək vardır. Bu diyircəkdən polad buraz keçirilir və
onların ucları travers (plankalar) vasitəsilə pardaqlanmış ştoka bərkidilir.
Pardaqlanmış ştokdan isə ştanqlar kəməri asılır. Bu kəmərin aşağı ucu nasosun
plunjeri ilə sərt birləşdirilir.

Şəkil 7. Ştanqlı dərinlik nasosunun sxemi


Yeraltı avadanlığa aşağıdakilar daxildir: dərinlik nasosu, nasos boru və ştanqları
sistemi, silindrin aşağı hissəsində hərəkətsiz sovurucu klapan və porşenin (plunjer)
yuxarı hissəsində vurucu klapan, nasosun sovurma hissəsində olan süzgəc, qaz və
qum lövbərləri, paker və quyruq.
Yerüstü avadanlığa daxil olan hissələr: mancanaq dəzğahı (MD və ya rus dilində
SK-“stanok kaçalka”), elektrik mühərriki, çarxqolu, sürgüqolu, balansir, nasos
borularını asmaq və quyuağzını balansirdən asmaq üçün elastik zəncirli və ya buraz
(kanat) asqısı və s. ibarətdir.
Ştanqlı dərinlik nasos qurğusu yeraltı və yerüstü avadanlıqlardan ibarətdir.
Quyuları dərinlik nasosları ilə istismar etdikdə istifadə olunan qurğular
mühərrikin yerinə görə iki cür olur: mühərriki yer üzərində olub, nasosa ştanq kəməri
vasitəsilə hərəkət verən qurğular və bilavasitə mühərriki dərinlik nasosuna birləşmiş
qurğular. Birinci növ qurğulara ştanqlı, ikinciyə isə ştanqsız qurğular adı verilmişdir.
Ştanqlı dərinlik nasosunun iş prinsipi aşağıdakı kimidir: dərinlik nasosu birtərəfli
adi pistonlu nasosdur. Quyuya endirilən nasos boru kəmərinin aşağı hissəsinə
bərkidilmiş silindrin ucuna sovurucu klapan bağlanmışdır.
Silindrin içərisində yerləşən boruşəkilli plunjerin yuxarı hissəsində vurucu klapan
olur. Hər iki klapan yalnız yuxarı açılır. Plunjer nasos ştanq kəmərindən asılmış və
boruların yuxarı hissəsinə bağlanmış kipkəcdən keçərək balansir başlığına
birləşdirilmişdir. Balansir başlığı mancanaq dəzyahının reduktoru və çarxqolu-
sürgüqolu mexanizmi vasitəsilə elektrik mühərrikindən irəli-geri hərəkətini nasos
ştanqlarına ötürür. Nasos ştanqları kəməri isə plunjeri silindrin içərisində aşağı-
yuxarı hərəkət etməyə məcbur edir. Plunjer yuxarı hərəkət edərkən onun altında
seyrəlmə yaranır və sovurucu klapan açılır və quyudakı maye silindrə dolur. Bu
zaman NKB-ni dolduran maye sütununun təsirindən vurucu klapan bağlı olur.
Plunjer aşağı hərəkət edərkən, mayenin təsirindən sovurucu klapan bağlanır,
plunjerin altında olan maye sıxılır və vurucu klapan amçılır, plunjerin altında olan
maye vurucu klapandan keçib silindrin yuxarı hissəsini doldurur. Plunjerin yenə
yuxarı hərəkət edəndə vurucu klapan bağlanır və plunjer silindrin yuxarı hissəsinə
dolmuş mayenin porşen kimi gediş yoluna bərabər qaldıraraq sıxışdırıb nasos
borularına vurur. Plunjerin yuxarı hərəkətində eyni zamanda mayenin silindrin
boşluğuna sovurulması və onun nasos-kompressor boruları ilə hərəkəti baş verir.
Plunjerin aşağı hərəkətində isə maye silindrin boşluğundan NKB-yə sıxışdırılır.
Proses ardıcıl təkrar olunur və maye qalxaraq quyuağzı kipkəcdən keçərək atqı
xəttinə yönəlir. Mancanaq dəzgahı başlığının aşağı-yuxarı hərəkət etməsi üçün
elektrik mühərriki fırlanaraq reduktorun valına oturdulmuş çarxqolunu da fırlandırır
və bu isə sürgüqolunun aşağı ucunu özü ilə çevrə üzrə aparır. Bu zaman
sürqüqolunun balansirə oynaqla bağlanmış ucu isə yalnız aşağı-yuxarı hərəkət edə
bilir və balansir də öz başlığını aşağı-yuxarı hərəkət etdirir.

4.2. Dərinlik nasos qurğularının təsnifatı


Neft sənayesində 1924-cü ildə ilk dəfə FD-1 və FD-2 tipli dərinlik nasosları tətbiq
olunmuşdur. Bu nasoslar Feliks Dzerjinski adına (Bakı) ixtisaslaşdırılmış zavod
tərəfindən layihə edilmiş və həmin zavodda hazırlanırdı.
Əvvəllər, yəni quyuların dərinliyi az, quyudibinə axan neftin içərisində qumun və
qazın cüzi miqdarda olduğu zamanlarda, bu iki tipli dərinlik nasosu neft sənayesinin
ehtiyacını təmin edirdi. Sonralar neft quyularının geoloji və texniki şəraitinin
dəyişməsi ilə əlaqədar olaraq F.Dzerjinski zavodu FD-1 və FD-2 tipli nasosların
hissələrini və hətta bölmələrini belə dəyişməklə bir çox dərinlik nasosları
buraxmışdır.
Beləliklə, FD dərinlik nasos tiplərinin 1945-ci ildə 52-yə qədər çatdırılmasına
baxmayaraq, onlar ümumittifaq neft sənayesinin tələbatını ödəyə bilmədi. Buna görə
də Bakı neft mühəndisləri və alimləri tərəfindən kökündən dəyişdirilmiş, normal
sıralı dərinlik nasoslarının konstruksiyası layihələndirilmiş və bunlar bir sıra
ümumittifaq zavodları tərəfindən hazırlanmışdır.
Quyuların nasosla istismarı üçün normal sıralı avadanlıqda əsasən yeddi tip
dərinlik nasosları nəzərdə tutulmuşdur:
1) NQN-1 boru nasosları
2) NQN-2 boru nasosları
3) NQN-3 ştanq nasosları (qondarma nasoslar)
4) NQN-4 ştanq nasosları (qondarma nasoslar)
5) NQN-5 teleskopik nasoslar
6) NQN-6 teleskopik nasoslar
7) NQN-7 teleskopik nasoslar
Bu nasoslardan bəziləri külli miqdarda, digərləri isə sınaq üçün bir neçə dənə
hazırlanmış və neft mədənlərində müvəffəqiyyətlə işlədilmişdir.
Neft mədənlərində ən çox işlədilən ştanqlı dərinlik nasos qurğularından balansirli,
ştanqsız dərinlik nasos qurğularından isə mərkəzdənqaçma elektrik dalma nasos
qurğularıdır.
Balansirli ştanqlı nasos qurğusu sadə konstruksiyalı, asan xidmət olunan uzun
ömürlü və nisbətən az xərc tələb edən dünyanın neftçıxarma sənayesində ən geniş
tətbiq olunan qurğudur. Xüsusi konstruksiyalı plunjerə malik ştanqlı dərinlik nasosu
bu gün 3500 m dərinlikdən mayeni yer səthinə çıxarmağa imkan verir. Bu nasosla
gündəlik hasilatı 0,1-dən 350 m3/gün və daha çox olan quyuları istismar etmək
mümkündür. Dərinlik nasoslarının iş şəraiti ildən-ilə mürəkkəbləşir. Buna səbəb
nasosun buraxılma dərinliyinin, çıxarılan mayenin miqdarının və tərkibinin
dəyişməsidir: quyuların sulaşması, mayenin tərkibində zərərli qazların (H 2S, O2, CO2
və s.) və neft qazlarının, habelə parafin, duz və qumun olması nasosun iş şəraitini
mürəkkəbləşdirən amillərdir. Bu amillərin təsir dərəcəsindən asılı olaraq nasos
quyuları aşağıdakı kimi bölünürlər:
 buraxılma dərinliyinə görə dayaz – 500 m-ə kimi, orta – 500 m-dən 1500 m-ə
kimi, dərin – 1500 m-dən 2500 m-ə kimi və çox dərin – 2500 m-dən 3500 m-ə kimi;
 hasilata görə az hasilatlı – 5 m3/gün-ə kimi, orta hasilatlı – 5-100 m3/gün-ə kimi
və çox hasilatlı 100 m3/gün-dən çox;
 mayenin tərkibinə görə normal və mürəkkəb quyular.
Normal quyular: şaquli, az qazlı və az qumlu (1,3 q/l-ə kimi), az özlülü (0,03
Pa s), az minerallaşmış (10 t/l-ə kimi), az duzlu və parafinli, sulaşması 50%-ə kimi
*

olan quyulardır.
Mürəkkəb quyular o quyulardır ki, əlavə texnika və texnologiya tətbiq etmədən
nasosun işləməsi mümkün deyildir. Bu quyular da aşağıdakı növlərə bölünürlər:
 qumlu quyular – mayenin tərkibində qumun miqdarı 1,3 q/l-dən çox olan
quyular;
 qazlı quyular – qaz amili çox olan quyular;
 korroziyalı quyular – mayenin tərkibində zərərli qazların miqdarının H 2S –
100 q/l-dən çox, O2, CO2, xlor ionları və CO2 qazının mayedə həllolma miqdarının
20%-dən çox və lay suyunun minerallaşma dərəcəsi 100 q/l-dən çox olan quyular;
 duzçökülən quyular – müəyyən hidrodinamiki şəraitdə quyudibində və
yeraltı avadanlıqda duz çöküntüsü əmələ gələn quyular;
 parafinli quyular – maye tərkibində parafinin miqdarı 2-3% olan quyular;
 özlülüyü yüksək olan quyular – mayenin sıxlığı çox (91-ə yaxın), özlülüyü
0,03 Pa s (30 sPz) çox olan quyular.
*

Çıxarılan mayenin tərkibində suyun faizi 50-dən çox olduqda nasosun normal işi
mürəkkəbləşir. Bəzi hallarda mayedə suyun faizi 50-dən 80-ə kimi çoxaldıqda,
mayenin özlülüyü daha da çoxalır, qatı emulsiya əmələ gəlir ki, bu da plunjerin aşağı
gedişində müqavimətləri çoxaldır. Sulaşma faizi çoxaldıqca emulsiyanın özlülüyü
suyun özlülüyünə yaxınlaşır.
Bəzi hallarda çıxarılan mayedə eyni zamanda bir neçə mürəkkəbləşdirici amillərə
rast gəlmək olur. Bu amillərə görə onları qazqumlu, korroziyaqumlu,
qazqumparafinli və s. quyulara bölürlər.
Quyular həmçinin şaquli və istiqamətləndirilmiş maili olurlar.
Maili quyularda boru və ştanqlar, pulunjer və silindr arasında yaranan sürtünmə
qüvvələri nasosun işini mürəkkəbləşdirir. Belə quyularda boru və ştanqlar sürtünmə
nəticəsində daha tez sıradan çıxır, nasosun təmirarası müddəti azalır.
Mancanaq intiqallı ştanqlı dərinlik nasos qurğusu yerüstü və yeraltı
avadanlıqlardan ibarətdir.
Yerüstü avadanlıqlara mancanaq dəzgahı, elektrik mühərriki, reduktor, çarxqolu,
sürgüqolu, balansir, buraz (kanat) asqısı, pardaxlanmış ştok, kipgəc, quyuağzı
birləşmə daxildir.
Yeraltı avadanlıqlara isə nasos boruları, qondarma nasosları üçün qıfıl, nasos
ştanqları, dərinlik nasosu, qoruyucu tərtibat daxildir. (ləvazimat)
Qurğunun iş prinsipi elektrik mühərrikindən hərəkət pazvari qayışlarla reduktorun
valına ötürülür, burada dövrlər sayı lazımı həddə qədər azaldılır (bu hesabat yolu ilə
mühərrikin valına geydirilmiş şkivin diametri ilə tənzimlənir) və hərəkət reduktor
valından çarxqolu və sürgüqolu vasitəsilə balansirə verilməkdən ibarətdir. Beləliklə,
elektrik mühərrikinin fırlanma hərəkəti şatun-krivoşip mexanizmi vasitəsilə düzxətli
hərəkətə çevrilir və yastıq üstündə oturdulan balansirə ötürülür və o yalnız aşağı və
yuxarı hərəkət edir. Bu zaman hərəkət balansir başlığından asılmış burazla buraz
asqısına, ştoka, ştanq kəmərinə və nasosun plunjerinə ötürülür. Plunjer ştanq
kəmərinə bağlandığından, balansirin aşağı və yuxarı hərəkəti ilə ştanq kəməri də
nasos-kompressor boruları içərisində aşağı və yuxarı hərəkət edir ki, bu da öz
növbəsində nasosun plunjerini hərəkətə gətirir.
Plunjer yuxarı hərəkət etdikdə silindrin aşağı ucunda olan sovurucu klapan açılır
və maye quyudan silindr içərisinə sovrulur. Plunjer aşağı hərəkət etdikdə, mayenin
təzyiqindən sovurucu klapan bağlanır, plunjerə bağlanmış vurucu klapan açılır və
maye plunjer boşluğundan keçərək nasos borularına daxil olur. Bir neçə dövri
prosesdən sonra borularda mayenin səviyyəsi artaraq nəhayət, quyunun ağzına çatır.
Quyu ağzında maye kipkəcdən keçərək asqı xəttinə və oradan ölçü çənlərinə axır.
Ölçü çənlərində mayenin miqdarı ölçüldükdən sonra maye neftyığma məntəqəsinə
ötürülür. Bu proses nasosun işlədiyi bütün müddət ərzində daima təkrar olunur.
Mancanaq dəzgahlarında asinxron elektrik mühərrikləri tətbiq olunur.
Balansirin yırğalanma sayı elektrik mühərriki valına qoyulmuş müvafiq diametrli
şkivlə tənzimlənir.
Mancanaq dəzgahının iş rejimi nasosun buraxılma dərinliyini plunjerin gediş
yolunu və balansirin yırğalanma sayını dəyişməklə dəyişir.
Mancanaq dəzgahının elektrik mühərrikinin tələb olunan gücünü aşağıdakı
düsturla hesablamaq olar:
N = H d2 n S
* * * (2)
burada
N – tələb olunan güc, kVt/saat
H – nasosun buraxılma dərinliyi, m
d – nasosun diametri, mm
n – yırğalanma sayı, dövr/dəq
S – plunjerin gediş yolu, m
Buraz asqısı – yer üstündə pardaxlanmış ştoku buraz vasitəsi ilə mancanaq
dəzgahı başlığından asmaq və plunjerin silindr içərisində gedişini tənzimləmək üçün
işlədilir.
Pardaqlanmış ştok – ştanq kəmərini buraz asqısına birləşdirməkdən ötrü işlədilir.
Kipgəc – quyu ağzında ştoku kipləşdirmək və quyudan çıxan mayeni atqı xəttinə
yönəltməkdən ötrü işlədilir. Quyuağzı kipgəclər iki növdə: statiki səviyyə aşağı və
qaz atımları olmayan quyular üçün bir sıralı kipləşdirici ilə; statik səviyyəsi yüksək
və qaz atımları olan quyular üçün iki cərgəli kipləşdirici ilə hazırlanırlar.
Üçboğaz – istismar kəmərinin diametrinə uyğun seçilir. Quyu ağzını
hermetikləşdirmək, boru kəmərini saxlamaq və boruarxası səmt qazını atqı xəttinə
yönəltmək üçün işlədilir.
Planşayba – üçboğazın diametrinə uyğun seçilir, boru kəmərini asılı vəziyyətdə
saxlamaq, quyu ağzını hermetikləşdirmək, boruarxası boşluqda ölçü işləri aparmaq
üçün işlədilir (bəzən quyu ağzına tək planşayba və ya planşayba üçboğaz birləşməsi
olan avadanlıq qoyulur).
Nasos-kompressor boruları (NKB) – dərinlik nasosunu quyuda asılı vəziyyətdə
saxlamaq (boru nasoslarında) və ya daxili boşluğunda oturtmaq (qondarma
nasoslarında), quyudan mayeni yer üstünə qaldırmaq, müxtəlif məqsədlər üçün quyu
və ya laya maye, qaz, hava, turşu və s. vurmaq üçün işlədilir. NKB əsasən poladdan
tikişsiz, hamar və ucları xaricə tərəf qalınlaşdırılmış şəkildə buraxılır. Bunların
arasındakı fərq ancaq boru gövdəsi və yivli birləşmələrin möhkəmliyindədir. Belə ki,
hamar yivli borular bütün uzunluğu boyu sabit diametrə malik olduqlarından
bilərzikaltı yiv birləşmələrində bir qədər zəif, ucları xaricə tərəf qalınlaşdırılmış
boruların bilərzikaltı yiv birləşmələri daha davamlı olur.
Mədənlərdə əsasən cədvəl 10.1-də göstərilən borular işlədilir (Dövlət standartları
633-80).
Ştanq kəməri dərinlik nasosunu mancanaq dəzgahı ilə əlaqələndirmək, iş
prosesində plunjerin və ya silindrin aşağı və yuxarı hərəkətini təmin etmək üçün
işlədilir.

Cədvəl 10.1
1
Şərti Xarici Divarlarının Daxili metrini
diametr diametri, qalınlığı, diametri, n
i, mm mm mm mm çəkisi,
kq
Ucları xaricə tərəf qalınlaşdırılmış nasos-kompressor
boruları
48 48,3 4,0 40,3 4,4
60 60,3 5,0 50,3 6,8
5,5 62,0 9,2
73 73
7,0 59,0 11,4
6,5 75,9 13,2
89 88,9
8,0 72,9 16,0
102 101,6 6,5 88,6 15,2
114 114,3 7,0 100,3 18,5
Hamar uclu nasos-kompressor boruları
60 60,3 5,0 50,3 6,8
5,0 62,0 9,2
73 73
7,0 59,0 11,4
89 88,9 8,0 72,9 16,0
102 101,6 6,5 88,6 15,2
114 114,3 7,0 100,3 18,5

Ştanqlar əsasən diametrlərinə görə dörd ölçüdə 16, 19, 22, və 25 mm və 8 metr
uzunluqda buraxılır. Bundan başqa 1; 1,2; 1,5; 2 və 3 m uzunluğunda qısa ştanqlar da
buraxılır. Bu ştanqlar, plujerin silindr içərisində gediş yolunu tənzimləmək üçündür.
Ştanqların ölçüsü cədvəl 2-də qeyd edilmişdir.
Cədvəl 2

Ştanqların 1 metrinin Ştanqın en kəsik


diametri, mm çəkisi, kq sahəsi, mm2
(düyüm)
16 (5/8") 1,67 201
19 (3/4") 2,35 284
22 (7/8") 3,14 380
25 (1") 4,09 491
Bəzən çox qumlu dayaz quyularda ştanq əvəzinə kiçik diametrli (32, 42, 48 mm)
qaldırıcı borulardan da istifadə edilir. Bu borular nasosun plunjerinə bağlanır və hər
iş prosesində maye bir başa onların içərisi ilə Yer üstünə çıxarılır.
Dərinlik nasosu, nasos qurğusunun yeraltı avadanlığının Yer üstündən sayca
sonuncu elementidir. Nasos buraxıldığı dərinlikdən mayeni Yer üstünə vurmaq üçün
işlədilir. İş şəraitindən asılı olaraq nasosun altına müxtəlif qoruyucu tərtibatlar
qoyulur. Dərinlik nasosu əsasən sovurucu klapanı olan silindrdən, vurucu klapanı
olan içi boş plunjerdən və plunjeri ştanqlara bağlamaq üçün fonardan ibarətdir.
Dərinlik nasosunun iş prinsipi belədir: plunjer yuxarı hərəkət etdikdə quyudakı
mayenin təzyiqindən sovurucu klapan açılır və maye silindrin içərisinə daxil olur. Bu
zaman vurucu klapan borulardakı maye sütunu təzyiqindən bağlanır.
Plunjer aşağı hərəkət etdikdə sovurucu klapan plunjer altında olan mayenin
təzyiqindən bağlanır, vurucu klapan açılır və maye plunjer boşluğundan plunjerin
üstünə və oradan da borulara daxil olur.
Beləliklə, plunjerin yuxarı hərəkəti zamanı, eyni zamanda mayenin silindrə
sovurulması və onun borulara daxil olması, plunjer aşağı hərəkət etdikdə mayenin
silindrdən borulara sıxışdırılması baş verir və nəhayət maye borularla Yer üstünə və
oradan da atqı xətti ilə yığım məntəqələrinə axır.
Konstruksiya xüsusiyyətlərinə görə dərinlik nasosları iki əsas qrupa^ boru və
qondarma nasoslarına bölünürlər. Bu qrupların hər birində konstruksiya
xüsusiyyətləri, ölçüləri, plunjerin qoyuluşuna görə bir-birindən fərqlənən bir çox
nasos tipləri vardır.
Boru və qondarma tipli nasoslar arasında oxşar və fərqli cəhətlər vardır.
Hər iki qrupda oxşar cəhətlər:
 nasos əsasən silindr, plunjer, sovurucu və vurucu klapanlardan, plunjeri
ştanqlara birləşdirən fanardan ibarətdir;
 mayenin sovurulma və vurulma prosesi eynidir;
 silindr və plunjerin uzunluqları eynidir;
 nasosun verim və dalma əmsalları eyni cür hesablanır;
 nasosun plunjeri eyni diametrli ştanqlarla hərəkətə gətirilir;
 nasosun işinə zərərli amillərin təsiri eynidir və onların təsirini azaltmaq
üçün eyni cür qoruyucular tətbiq olunur;
 nasosların işinə nəzarət eyni cihazla aparılır;
Fərqli cəhətləri:
 boru nasoslarında nasosun silindri borularla və plunjeri ştanqlarla ayrı-
ayrılıqda buraxıldığı halda, qondarma nasoslarında nasosun silindr və plunjeri
ştanqlarla birlikdə buraxılır;
 boru nasoslarında əvvəlcə plunjer ştanqlarla, sonra isə silindr və plunjer
ştanqlarla bir yerdə qaldırılır;
 boru nasoslarında nasosun dəyişdirilməsi əməliyyatına çox vaxt sərf olduğu
halda, qondarma nasosunun dəyişdirilməsi bir neçə saata başa gəlir;
 boru nasoslarının ölçüləri çox böyük olduğundan, onlarda metal sərfi çox,
qondarma nasosları isə nisbətən kiçik ölçülü olduqlarından onlarda metal sərfi az
olur;
 boru nasosları ilə nisbətən dayaz (1000-1200 m-ə qədər) quyulardan maye
çıxarmaq mümkün olduğu halda, qondarma nasosları ilə çox böyük dərinlikdən
(3500 m) maye çıxarmaq mümkündür;
 boru nasoslarında boruların diametri plunjerin xarici diametrinə görə
seçildiyi halda, qondarma nasoslarında bu mümkün deyil;
 boru nasosları ilə kiçik parametrlərdə (S və n-ə görə) yüksək hasilat almaq
mümkün olduğu halda, qondarma nasoslarında borular silindrin xarici diametrinə
görə seçilir;
 boru nasoslarında silindr borularla yivlə birləşdiyindən onu saxlamaq üçün
əlavə vasitə lazım olmadığı halda, qondarma nasoslarında isə silindri borular
içərisində saxlamaq üçün xüsusi qıfıl və örtük işlədilir;
 boru nasoslarında silindrin örtüyü olmadığından bu nasoslara sərbəst qazın
daxil olması mümkün deyil, qondarma nasoslarında isə silindrlə örtük arasında qaz
yığılaraq, qaz papağı əmələ gətirir və vaxtaşırı nasosa daxil olmaqla onun normal
işini poza bilir və s.
Plunjerin diametrlərinə görə boru və qondarma nasosları 28, 32, 38, 43, 44, 56,
70, 95, 120 (29, 32, 38, 44, 57, 70, 95 mm ölçülərində buraxılırlar.
Dərinlik nasosları ilə nasos boruları arasında ölçü uyğunluğu aşağıdakı kimidir:
Dərinlik nasosunun diametri, Nasos borularının diametri,
düyüm (mm) ilə mm ilə

Qondarma tipli Boru tipli


28-32 (29-32) 2" (60) 28-32 (29-32) 11/2" (48)
38-43 (38-44) 21/2" (73) 44 (44) 2" (60)
56 (57) 3" (89) 56 (57) 21/2" (73)
70 (70) 3" (89)
95 (95) 4" (114)
İşləmə şəraitindən asılı olaraq dərinlik nasoslarının plunjerləri hamar səthli,
vintvari oyuqlu, həlqəvi oyuqlu, manjetli formada buraxılır.
Metal plunjerlərin standart uzunluğu 1200, 1500, və 1800 mm-dir.
Metal plunjerlərin xarici səthi cilalanır, xromlanır və pardaxlanır.
Plunjerin səthindəki xrom qatının qalınlığı 70 mikrondur.
Bunlardan başqa, plunjerin xarici səthi yüksək tezlikli cərəyanla bərkidilir və ya
0,2-0,8 mm dərinlikdə azotlandırılır.
Dərinlik nasoslarının silindrləri, hər birinin uzunluğu 300 mm olan ayrı-ayrı polad
və ya çuqun oymaqlardan yığılır (son illərdə oymaqsız silindrlər də buraxılır). Çuqun
oymaqlar termiki emal olunur, polad oymaqlar isə daxili tərəfdən 0,2-0,4 mm
dərinlikdə azotlaşdırılır ki, bu da onların möhkəmliyini və əyilməyə davamlılığını
artırır. Dərinlik nasoslarının gediş uzunluğu 0,45-0,6 m və oymaqların sayı 7, 9, 10,
12, 14, 17, 19 və daha çox olur.
Dərinlik nasoslarında müxtəlif konstruksiyalı klapan qovuşaqları tətbiq edilir.
Klapan qovşaqlarının əsas hissələri termiki emal olunmuş və xüsusi legirlənmiş
poladlardan hazırlanmış klapan yəhərindən və kürəcikdən ibarətdir.
Dərinlik nasoslarının klapan qovşaqlarındakı kürəciklərin diametri 14, 17, 21, 25,
34, 38 və 50 mm olur.
Boru nasosları. Qeyd edildiyi kimi, boru nasoslarının başlıca xüsusiyyətləri
ondan ibarətdir ki, bu tip nasosun silindri borularla birlikdə buraxılaraq boru
kəmərini təşkil edir, plunjeri isə sovurucu və vurucu klapanlarla birlikdə ştanqlarla
buraxılaraq, ştanq kəmərini əmələ gətirir.
Nasos quyudan qaldırıldıqda əvvəlcə sovurucu və vurucu klapanlarla birlikdə
plunjer ştanqlarla, sonra isə borularla silindr qaldırılır.
Boru nasosları iki əsas tipdə buraxılır: НГН-1 (normal quyu nasosu birinci
buraxılış) iki klapanlı və НГН-2 (normal quyu nasosu ikinci buraxılış) üçklapanlı
nasos.
Boru nasosları ilə 1000-1200 m dərinlikdən maye çıxarmaq mümkündür. Bu
nasoslar əsasən silindr, plunjer, sovurucu və vurucu klapanlardan və uzadılmış boru
hissələrindən ibarətdir. НГН-1 və НГН-2 boru nasoslarının konstruksiya
xüsusiyyətləri, iş prinsipi və endirmə-qaldırma əməliyyatlarında oxşarlıq olsa da,
onları fərqləndirən cəhətlər çoxdur. Bu fərqlər aşağıdakılardan ibarətdir:
1. НГН-1 nasosları diametrlərinə (plunjerin diametri) görə kiçik 28 (29), 32;
НГН-2 nasosları isə böyük diametrə 44, 56 (57), 70, 95, 120 mm malikdirlər və eyni
parametrlərlə (S və n) vahid zaman ərzində çıxarılan mayenin miqdarı НГН-1
nasoslarında az, НГН-2 nasoslarında çox olur.
2. НГН-1 nasoslarında bir sovurucu, bir vurucu klapan olduğu halda НГН-2
nasoslarında bir sovurucu və iki vurucu klapan olur.
3. НГН-1 nasoslarında sovurucu klapan Qarbot (nasosu ixtira edən mühəndis)
ştoku ilə həmişə nasosun plunjeri ilə əlaqədar olduğundan, o quyuya plunjerlə
birlikdə buraxılır və qaldırılır. НГН-2 nasoslarında isə sovurucu klapan Zisman
(nasosu ixtira edən mühəndis) tutucu vasitə ilə quyuya buraxılıb, qaldırılır (bu zaman
qəbul klapanı fanarına bağlanmış çıxıntılı barmaqcıqdan istifadə edirlər, ancaq iş
prosesində o qıfıldan ayrılır və sərbəst uzadılmış boru yuvasında oturdulur).
4. НГН-1 nasoslarında plunjerin gediş yolu (S) Qarbot ştokuna görə (ştokun
başlığı plunjerin içərisində olduğundan) plunjerin aşağı və yuxarı hərəkəti ştokun
uzunluğu ilə məhdudlaşır (ştokun uzunluğu, plunjerin daxili boşluğu uzunluğundan
çox ola bilməz), НГН-2 nasoslarında isə plunjerin gediş yolu (S) məhdudlaşmır.
5. НГН-1 nasoslarında sovurucu klapan üstünə qum yığılsa belə onu Qarbot
ştoku ilə qaldırmaq mümkün olduğu halda, НГН-2 nasoslarında bu mümkün deyil.
6. НГН-1 nasoslarında sovurucu və vurucu klapanlar arasındakı məsafə çox
olduğundan bu nasoslarda zərərli fəza çox, НГН-2 nasoslarında isə nisbətən az olur.
7. НГН-1 nasoslarında qarbot ştoku silindr və plunjer içərisində müəyyən
həcm tutduğundan silindrdə mayenin həcmi azalır və plunjerin aşağı gedişində
mayenin plunjer boşluğundan sıxışdırılmasında mayeyə müqavimət göstərir, НГН-2
nasoslarında isə bu hal yoxdur.
8. Mayesində duz və parafin olan quyularda iş prosesində НГН-1 nasoslarında
Qarbot ştoku üstünə duz və parafin çökməsi baş verir ki, bu da silindrin həcmini
azaldır və mayenin plunjer boşluğuna keçməsini çətinləşdirir, НГН-2 nasoslarında
isə bu hal baş vermir.
Qondarma nasosları. Qeyd etdiyimiz kimi, bu nasosların başlıca xüsusiyyəti
ondan ibarətdir ki, bu tip nasosların silindr və plunjeri yığılmış şəkildə ştanq kəməri
vasitəsilə quyuya, boruların içərisi ilə hesablanmış dərinliyə buraxılır, nasosun
silindri borularla əvvəlcə buraxılmış nasos örtüyü qıfılında oturdulur və buna görə
şərti olaraq qondarma dərinlik nasosu adlandırılır. Qondarma nasosları silindrin örtük
içərisində oturdulma vəziyyətinə görə НГВ1 (yuxarı oturma) və НГВ2 (aşağı
oturma) tipli olurlar. НГВ1 tipli nasoslar mədənlərdə ən çox işlədilən nasoslardır.
Qondarma nasosu əsasən silindr, plunjer və konusdan ibarətdir. Konus silindrin
yuxarı ucunda olarsa və o nasos örtüyü qıfılına oturdularsa, nasos НГВ1 və konus
silindrin aşağı ucunda olarsa və o, nasos örtüyü qıfılına oturdularsa, nasos НГВ2
adlanır. НГВ2 nasosları demək olar ki, mədənlərdə işlədilmir, çünki bu nasosların
silindri ətrafına (örtük və silindr arasına) qum yığılır və silindr örtük içərisində tez
pərçimlənir. Digər tərəfdən bu nasoslarda plunjerlə nasos arasında maye sızması çox
olur.
Qondarma nasosları iş prinsipinə görə hərəkət etməyən silindr və hərəkət edən
plunjer (НГВ1) və hərəkət etməyən plunjer və hərəkət edən silindr (НГВ2) tiplərinə
bölünürlər.
Mədənlərdə ancaq hərəkət edən plunjer və hərəkət etməyən silindr tipli nasoslar
(НГВ1) işlədilir.
Nasosun buraxılma dərinliyini aşağıdakı düsturla hesablanır:
H = Hd + h (3)
burada
H – nasosun buraxılma dərinliyi, m
Hd – dinamik səviyyə, m
h – nasosun dinamik səviyyə altına dalma dərinliyi, m. h = 20 ÷ 60 m götürlər.
NKB nasosun buraxılma dərinliyindən asılı olaraq müvafiq möhkəmlik qrupuna
aid olan borulardan seçilir.
Qondarma dərinlik nasosları üçün borular silindr fanarı konusunun, boru nasosları
üçün isə plunjerin xarici diametrinə görə seçilir.
Nasos quyusu üçün nasos-kompressor boruları seçilərkən boruların öz ağırlığı,
borularda olan maye sütununun və nasos ştanqlarının ağırlığı nəzərə alınmalıdır.
Dərinlikdən asılı olaraq nasos-kompressor boru kəməri bir, iki və üç pilləli ola bilər.
Ştanq kəməri iş prosesində ştanqlar daima dəyişən yükə məruz qaldığından tez
yorulub sıradan çıxır. Bəzən ştanqlar korroziyalı mühitdə də işlədilir.
Belə şəraitdə onların səthi tez yeyilir və möhkəmliyi çox azalır. Bu səbəblərdən
ştanqlar yüksək keyfiyyətli poladdan hazırlanır. Dövlət standartı 13877-68-ə əsasən
ştanqların istehsalı üçün üç markadan ibarət polad məsləhət görülür:
1. Karbon tərkibli 40 У markalı polad – korroziyalı olmayan, yüngül şəraitli
quyular üçün;
2. Nikelmolibdenli 20 НМ markalı polad – orta şəraitli quyular üçün;
3. Xrommolibdenli 30 ХМА markalı polad – ağır şəraitli quyular üçün.
Ştanqlı dərinlik nasoslarının növlərinin çoxluğuna baxmayaraq, onların normal
işinə demək olar ki, eyni amillər təsir edir. Bu amillərin təsirini azaltmaq, nasosların
təmirarası iş müddətini artırmaq üçün müxtəlif qoruyucu tərtibatlardan istifadə edilir.
Qoruyucu tərtibat əsasən nasosun sovurucu klapanı altına qoyulur və onu iş
prosesində zərərli təsirlərdən qoruyur.
Qoruyucu tərtibat iş prosesində dərinlik nasosunu zərərli amillərdən qorumaq
üçün onun altına müvafiq qoruyucu tərtibat qoyulur.
Qoruyucu tərtibatın növü, konstruksiya xüsusiyyəti və ölçüləri zərərli amillərin
növü və miqdarından asılı olaraq seçilir.
Qoruyucu tərtibatların bir çoxu, məsələn, qoruyucu süzgəclər, qaz və qum
lövbərləri şəraitdən asılı olaraq neft-mədən emalatxanalarında da hazırlana bilərlər.

4.3. Dərinlik nasoslarının nəzəri məhsuldarlığı

Dərinlik nasosunun faktiki debitinin nəzəri məhsuldarlığına olan nisbətinə


verim əmsalı deyilir.
Qf
η=
Qn (4)
Ştanqlı dərinlik nasosunun nəzəri məhsuldarlığı aşağıdakı düsturla hesablanır:
πd 2
Q n =1440⋅ ⋅S⋅n
4 , m3/gün (5)
Burada 1440 = 24 60 – bir gündəki dəqiqələrin sayı; d – plunjerin diametri, m; S –
*

plunjerin gediş yolu, m; n – balansirin bir dəqiqədə yırğalanma sayı, dövr/dəq.


Çevrənin uzunluğunun diametrinə olan nisbəti sabit qiymətdir.
l
π= =3 , 14
d
Hesablamanı sürətləndirmək üçün aşağıdakı sadələşdirilmiş düsturdan istifadə
etmək olar:
Q=K⋅S⋅n , m3/gün (6)
πd 2
K=1440⋅
Burada 4 .
Plunjerlərin müxtəlif diametrləri üçün K-nın qiymətləri cədvəl 3-də verilmişdir.
Cədvəl 3
Plunjeri 28 32 38 43 56 68 82 93 120
n
diametri,
mm
2,0
K 0,89 1,16 1,63 9 3,55 5,23 7,60 9,78 16,28

4.4. Dərinlik nasos quyusunun işə buraxılması. Nasos quyusunun aramla işə
buraxılması

Quyu dibinə düşən təzyiqi tədricən azaltmaq, laydan quyuya maye axınını
tənzimləmək və maye ilə birlikdə çoxlu miqdarda qumun daxil olmaması üçün nasos
quyusu əvvəlcə kiçik parametrlə işə buraxılmalı və sonra çıxarılan mayedə qumun
miqdarı azaldıqca, parametrlərini artırmaqla nasos optimal iş rejiminə
çatdırılmalıdır.
Optimal iş rejimi iki əlamətlə müəyyənləşir.
1. Yüksək gündəlik hasilatla;
2. Yüksək orta təmirarası iş müddəti ilə.

4.5. Vurma rejiminin təyini

Vurma rejimi dedikdə müəyyən dərinliyə buraxılmış nasos avadanlığı


parametrlərini (nasosun diametri plunjerin gediş yolu və balansirin yırğalanma sayı)
əlaqəli iş rejimi başa düşülür. Vurma rejiminin təyin olması mancanaq dəzgahı və
ştanq kəməri işlədiyi şəraitdə möhkəmliyini təmin edən qeyri-münasib iş rejiminə
düşməyən plunjerin ən kiçik sahəsi pardaqlanmış ştokun gediş yolu, balansirin
yırğalanma sayı və nasosun rasional buraxılma dərinliyini düzgün təyin etməkdir.
Normal vurma rejimi nasosun ən kiçik diametri, ən uzun gediş yolu, ən az
yırğalanma sayı və verilmiş hasilatda nasos qurğusu işini yüngülləşdirən ştanqlara
düşən yükü azaldan, qazlaşmış maye qarışığının vurulması zamanı silindr plunjer
cütlüyünün yüksək işləmə dözümlüyünün və etibarlığının təmin edilməsidir. Çox
hallarda dərin quyularda az və orta özlülü mayelərdə işləyən nasoslarda müxtəlif
səbəblərdən (çox hallarda ştanqların titrəyişindən) nasosun hasilatı gözlənilən
hasilatdan az olur. Ona görə belə quyularda S və P parametrləri düzgün seçilməlidir.
Bundan ötrü AzNSETLİ-nin tərtib etdiyi qrafiklərdən istifadə edilməli və vurma
rejimi quyular S və P parametrləri elə seçilməlidir ki, onlar kiçik hasilatlı
qrafiklərdəki ştrixlənmiş sərfəli olmayan sahələrə düşməsin.
Quyu hasilatının ölçülməsi. Nasos qurğusu işləyərkən gün ərzində yer səthinə
müəyyən miqdar maye qarışığı (neft, su, qaz və s.) çıxarılır. Bu qarışığın miqdarı
ölçülməklə müəyyən edilir.
Neft və su quyularını qoşulduğu qrup ölçu çənlərində əl ilə və ya
avtomatlaşdırılmış qaydada uzaq məsafədən ölçülür. Ölçülmüş mayenin miqdarı
hesablanır və ton/gün (m3/gün) ölçüsü ilə quyunun pasportuna yazılır. Mayenin
tərkibində maxaniki qarışığın miqdarı, habelə neft,su, qaz fiziki-kimyəvi tərkibi neft-
mədən laboratoriyasında təyin edilir ki, bu da nasosun işlədiyi mühit haqqında
təsəvvür yaradır.

4.6. Nasosun dinamiki maye səviyyəsinin altına


dalma dərinliyi

Quyunun istismar xarakteristikasından aslı olaraq optimal maye debitini almaq


üçün dərinlik naosları quyunun dibinə qədər endirilir, yaxud da ondan hər hansı
hündürlükdə asılır. Dərinlik nasosunun qəbulunun mayenin dinamiki səviyyəsinin
altına dalması mümkün qədər minimal dərinlikdə olmalıdır ki, mayenin nasosun
qəbul tərtibatından və qəbul klapanının dar deşiyindən hərəkət edərkən əmələ gələn
bir sıra hidravliki müqavimətlərin dəf edilməsinə kifayət etsin. Hidravliki
müqavimətlər yalnız nasosun qəbulunun konstruktiv xüsusisyətlərindən deyil, həm
də mayenin özlülüyündən və şırnağa kifayət qədər sürətin verilməsindən asılıdır ki,
bu da plunjerin yuxarı gedişində mayenin fasiləsiz surətdə onun arxasına keçməsi
üçün lazımdır. Məlum olduğu kimi özlü neft özünün hərəkəti zamanı böyük
hidravliki müqavimətlərlə qarşılaşır. Plunjerin böyük hərəkət sürətlərində, yəni onun
dəqiqədəki gedişlərinin çox böyük sayında nasosun qəbuluna basqı artırılmalıdır ki,
mayenin sürəti böyük olsun və bu da plunjerin yuxarı gedişində mayenin fasiləsiz
surətdə plunjerin arxasına sıxışdırmağa kifayət etsin.
Mayenin nasosun silindrinə keçməsinə olan müqavimətlər ona görə artır ki,
klapan kürəciyinin və sovurmanın başlanğıcında nasosun ölü fəzasında toplanmış
mayenin inersiyasını dəf etməli və ona lazımı yuxarıya hərəkət sürətini verməli olur.
Kiçik diametrli nasoslarda (28, 32 mm) iki ardıcıl yerləşdirilmiş sorma klapanları
olduqda basqı itkiləri xeyli (kəskin) artır və nasosun normal işləməsi üçün onun
dinamiki maye səviyyəsinin altına dalma dərinliyini artırmaq lazım gəlir.
Dərinlik nasosunun fasiləsiz işləməsi üçün onun ilk dalma dərinliyi quyudakı
dinamiki maye səviyyəsindən 20 m-dən az olmamaq şərtilə aşağıda olmalıdır. Buxar
elastikiyyətinin qiyməti kiçik olan qazsızlaşmış neftdə dalma dərinliyinin 20 m-dən
çox artırılması praktiki olaraq nasosun məhsuldarlığına təsir etmir. Lakin böyük
miqdarda qazı olan quyularda nasosun dalma dərinliyinin həddən çox artırılması qısa
müddətli böyük depressiyalı fasilələrlə fontan etməyə və quyu dibində qum tıxacının
əmələ gəlməsinə gətirib çıxara bilər.
Dosent D.Z.Lozinskinin QİNİ institutundakı təcrübələrilə müəyyən edilmişdir ki,
yüngül neftlər olan halda qəbul klapanının “mənfi“dalmasında belə (1,5-ə qədər) ola
bilər.

4.7. Dərinlik nasosunun hissələrinin aşınması

Zaman keçdikcə plunjerin, silindrin və klapanların işçi səthləri yeyilir, plunjerin


ətrafında maye sızması artığı üçün plunjer quraşdırılmasının hermetikliyi və nasosun
məhsuldarlığı xeyli aşağı düşür. Normal yeyilmə şəraitində həlqəvi boşluq müntəzəm
və tədricən artır, bununla əlaqədar olaraq nasosun dolma əmsalı onun təmirarası adi
işi zamanı daxili sızmalardan bəzən hətta 2 dəfə azalır. Belə şəraitlərdə oymaqların
yeyilməsindən asılı olaraq bir qədər böyük diametrli yeni plunjerlərdən istifadə
etmək olar. Yeyilmiş plunjerləri isə kiçik ölçülü silindrlərdə təkrar istifadə etmək
məsləhət görülür. Bununla əlaqədar olaraq əsas ölçülərdən başqa plunjerlərin ilkin
ölçülərinin diametri üzrə təmir ölçüləri hazırlanır. Plunjerlərin təmir ölçüləri bir-
birindən diametrlərin ölçüsünə görə onlarca mkm qədər fərqlənir. Bu köhnə nasosa
daha sıx geydirilmə seçməyə və yenidən nasosu işə salmağa imkan yaradır.
Demək olar ki, əsasən əyilmiş quyularda bir-birinə sürtünən hissələrin yeyilməsi
onların bütün səthi boyu həmişə bir ölçüdə olmur: bu adətən nasosun
məhsuldarlığının düşməsinin sürətlənməsinə gətirib çıxarır. Sürtünən hissələrin bütün
səthi boyu aşınmanın daha bərabər paylanmasını xüsusi istisqamətləndiricilərin və ya
ştanq kəmərlərini döndərmək üçün ştanqfırladıcı qurğuların tətbiqi ilə əldə etmək
olar. Bu ştanqfırladıcıların köməyilə plunjer hər gedişində bir qədər bucaq altında
dönür ki, bununla da aşınmanın bərabərləşməsinə nail olunur. Tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, digər bərabər şərtlərdə klapanların kip olmaması səbəbindən
sızan mayenin miqdarı qalxmanın hündürlüyünün kökaltı ifadəsi ilə mütanasib olaraq
artır. Təbii ki, bu klapanların aşınmasının sürətlənməsinə səbəb olacaqdır. Quyuda
qumun olması bu aşınmanın intensivliyinin təxminən sızmanın sürətinin kubuna
mütanasib olaraq artırır. Bu, o deməkdir ki, məsələn, nasosun asılma dərinliyi 2 dəfə
artırıldıqda klapanların aşınma intensivliyi √ 8 ¿ 2,8 dəfə artır. Ona görə də böyük
dərinliklər üçün klapanlar xüsusi yüksək keyfiyyətlə hazırlanmalı və
quraşdırılmalıdır, eləcə də klapanların işində etibarlılığı təmin etmək üçün onların
sayının ikiqat artırılması faydalı olardı. Zaman keçdikcə nasosun aşınması baş verir
və quyunun müəyyən olunmuş optimal debiti aşağı düşür. Adətən debiti bərpa etmək
üçün nasosu dəyişirlər. Bəzi kateqoriya quyular üçün optimal debit yırğalanmaların
və gediş uzunluğunun dəfələrlə artırılması ilə bərba olunur. Bu artma nasosun aşınma
dərəcəsindən asılı olaraq tədricən baş verir.

4.8. Ştanqlı dərinlik nasoslarının düyünləri və detalları

Dərinlik nasoslarının əsas düyünləri aşağıdakılardır: işçi silindr, plunjer, sovurma


və vurma klapanları və qondarma nasosları üçün bunlardan başqa, qıfıl dayağı və
oturma konusu düyünləri.
İşçi silindr ayrı-ayrı köynəklərdən yığılır, yaxud da bütov tikişsiz borudan
hazırlanır. Silindirin daxili işçi səthi dəqiq silindrik formada olmalıdır və ciddi
surətdə güzgü kimi hamarlandırılmalıdır. Çoxsaylı silindrik köynəkləri (oymaqları)
xüsusi yığma çubuğu üzərində yığılar. Bu çubuğun səthi silindrin daxili səthi kimi
hamar olur. Çubuq köynəklərlə birlikdə örtüyün daxilinə qoyulur və örtüyün
uclarındakı bilərziklərlə yalnız sıxıldıqdan sonra çubuğu dartıb çıxarırlar. İşçi
silindrin örtüyü bütöv dartılmış (tikişsiz) yüksək təzyiqli polad borulardan hazırlanır.
Nasosların silindrlərinin markaları aşağıdakılardır:
-ЦБ-( цилидр безвтулочный ) bütov qalındivarlı;
-ЦБ-(цилиндр составной)-tərkibli silindr (köynəklər komplektindən ibarət olur,
örtük daxilində perevodniklərlə sıxılırlar).
İşçi silindrin köynəkləri uzunluğu 300 mm olan içi boş silindrlərdir. Köynəklərin
kanalı düzgün silindrik formaya malik olur, daxili və oturacaq səthləri diqqətlə
işlənilirlər və plunjerin diametrinə görə ciddi surətdə şlifovka edilirlər
(hamarlanırlar). Onları modifikasiya edilmiş çuqundan, yaxud da poladdan
hazırlayırlar. Bərkliyini və yeyilməyə qarşı davamlılığını artırmaq üçün çuqun
köynəklərin işçi səthi termiki işlənilir, polad köynəklərinki isə 0,2-0,5 mm dərinliyə
kimi səthi azotlaşdırılmaya məruz qoyulur.
Plunjerlər aşağıdakı tiplərdən olan tikişsiz polad borulardan hazırlanırlar: a-qalın
divarlı hamar səthi olan; b-həlqəvi kanallar olan; c-vintvari kanavkası olan; ç-
qumtökücü; həlqəvi kanavkalı və silindrik yonulmuş plunjerin yuxarı hissəsindən
çəpləşdirilmiş ucları olan plunjer; d-səthinə təbəqə çəkilmiş; e-manjetli (bunlar da
iki konstruksiyalı olurlar: 1) kasa formalı manjeti; 2) yapışqan çəkilmiş manjetli).
Manjetli nasoslardan başqa bütün nasosların plunjerlərinin uzunluğu 1200 mm-ə
bərabərdir. Yeyilməyə qarşı davamlılığını artırmaq üçün plunjerlərin xarici səthi
diqqətlə şlifovka edilir, xromlanır və polirovka edilir, yaxud da azotlaşdırma ilə,
yaxud yüksək tezlikli cərəyanla termokimyəvi işlənməyə məruz qoyulur.
Hamar səthli plunjerləri o quyularda tətbiq edirlər ki, onları istismar edəndə
vurulan mayenin içərisində qum olmasın. Həlqəvi və vintvari kanavkalı plunjerlər o
nasoslarda tətbiq edilirlər ki, onlarda qumun plunjeri sürtərək yeməsinin və silindrdə
onun pərçimlənməsinin qarşısı alınsın. Qum dənəcikləri ayrı-ayrı kanavkaya düşərək,
plunjerin bütün səthinin yeyici və dağıdıcı təsirinin qarşısını alır və bununla da
onların işləmə müddətini uzadırlar. Bundan başqa, həlqəvi burazların (kanatların),
yaxud birbaşa gedən vintvari kanavkanın olduğundan nasosun plunjeri və silindri
arasında maye axanda axının turbulentliyi yaranır, bu zaman hidravlik müqavimətlər
artır və həmin ara boşluğundan axan (sızan) mayenin miqdarı xeyli azalır.
Nasosların konstruksiyalarında məhsulunda böyük miqdarda qum olan quyuları
istismar etmək üçün qumtökücü tipli plunjer tətbiq edilir. Bu plunjerdə daxili
yonulması çəplənmiş daxildəki faskalıdır (haşiyəli) və vurma klapanının plunjerin
aşağı hissəsinə köçürülməsi nasos işləyəndə plunjerin yuxarı hissəsinin silindrin
divarlarına sıx oturmasına təmin edir. Silindrin divarına düşən qum açıq qəfəsdən
keçərək plunjerin daxilinə düşür və maye şırnağı ilə nasos borularına ötürülür.
Klapan düyünləri. Bütün tip nasoslarda vurma və sovurma klapanlarının
düyünləri eynidirlər və yalnız detallarının ölçülərilə fərqlənirlər və onların
hazırlanmasında cüzi dəyişikliklər edilmişdir. Klapan düyünlərinin əsas detallar-
klapanların yəhərləri və kürəcikli klapanlarıdır. Onlar xüsusi legirlənmiş poladlardan
hazırlanır və yeyilməyə və korroziyaya qarşı davamlılığını artırmaq üçün termiki
işlənirlər.
Böyük diametrli nasoslarda klapanlar üçün yəhərlər silindrik çıxıntılı hazırlanırlar.
Kiçik qabaritli nasoslar üçün klapanların yəhəri hamar hazırlanır. Klapan
düyünlərinin bu konstrukiyalarından başqa mədənlərdə Kostiçenko klapan düyünləri
də tətbiq edilir. Bu klapan düyünündə klapan yəhərinin konstruksiyası və onun
üzərindəki oturma faskasının forması dəyişdirilmişdir. Klapanın yəhəri xaricdən
konus formalıdır, onun xarici səthi ciddi işlənilir və nippelin, yaxud sonluğun
konusvari oturdulması yuvanın silindrik hissəsinin deformasiyaetmə imkanını aradan
qaldırır. Klapan düyününün işləmə müddətinin uzaldılması klapan yəhərindəki
kürəcik altı oturma faskasının forması ilə həyata keçirilir. Nasos işləyəndə kürəciyin
klapan yəhərinin işçi faskasına öz–özünə işlənməsi, yəni öz-özünə kipləşməsi baş
verir. Klapan qəfəsində kürəcikaltı deşik yuxarıya doğru daraldıcı yonulma (boşluq)
olur ki, bu da kürəcik ətrafında mayenin onu yumasına (hər tərəfdən axıb getməsin)
yaxşılaşdırır. Kürəvi klapanların bərkliyi yəhərlərinkindən yüksək olur, çünki onlar iş
prosesində öz formalarının və səthlərinin ilk vəziyyətlərini qoruyub saxlamalıdırlar.
Boru və qondarma nasoslarında klapan kürəcikləri 14; 17,5; 22; 25; 32; 38; və 51
mm–lik diametrlərilə tətbiq edirlər.
Qıfıl dayağı. Qondarma nasoslarında qıfıl dayağının yığımında (düyünündə)
məsuliyyətli detallar, dayaq həlqəsi və qıfılın yığımındakı konusdur. Konus nasos
borularının yuxarı hissəsini nasosun altından quyu ilə ayırır və nasosu verilmiş
dərinlikdə asmaq üçündür. Onu xüsusi paslanmayan xromlu poladdan hazırlayırlar və
sonra termiki işləyirlər.
Dayaq halqası onun üzrəində konusu oturmaq üçündür. Yeyilməyə və
korroziyaya qarşı dəyanətliyini artırmaq üçün onu paslanmayan legirlənmiş poladdan
hazırlayırlar və ona bərklik vermək üçün termiki işləyirlər. Dayaq halqası daxili
deşiyi üzrə oturacaqlarında konusu oturmaq üçün konusvari faskaya malik olur.

4.9. Ştanqlı dərinlik nasoslarının saxlanması, nəqli və təmiri

Zavoddan alınan dərinlik nasosları münasib pasportlarla təchiz edilməlidir.


Bu nasosların nəqli, yüklənməsi və boşaldılması zamanı elə ölçülər
götürülməlidir ki, onları zədələndirə bilən sirkələnməkdən, yaxud zərbələrdən
qorumaq mümkün olsun. Nasosları qaydasız qalaq şəklində yükləmək, yaxud yığmaq
qadağandır. Nasosların nəqli (daşınması) zamanı avtomobillər xüsusi taxta reykalarla
təchiz edilməlidirlər və bu reykaların nasoslar üçün yuvaları olmalıdır. Nasosların
sallanmış ucları ilə (1,0 m-dən çox) nəqlinə yol verilmir. Daşınma zamanı nasosların
üstünə kənar əşyalar və alətlər yığmaq olmaz.
Dərinlik nasosları, onlara düşə bilən tozdan və çirkdən (palçıqdan)
qorunulmalıdır; bunun üçün son uclardakı bilərziklərə tıxaclar qoyulur. НГВ1 tipli
nasosda kipləşdirici son ucuna, konusu zədələnmədən qorumaq üçün qoruyucu halqa
geydirilməlidir; konus düyünü əski ilə bükülməli, sorma klapanının ucu isə qoruyucu
tıxacla (yivlə birləşdirilir) təchiz edilməlidir. Nasoslar bağlı binalarda (ambarlarda),
yaxud da müstəsna hallarda, çardaxların altında stellajlarda saxlanılmalıdır. Özü də
onların üç-dörd dayaq nöqtələri olmalıdır.
Saxlanma zamanı dərinlik nasosları yaxşı antikorroziya yağı ilə yağlanmalıdırlar,
kalpan düyününün daxili boşluğu isə bu yağla doldurulmalıdır. Nasoslara baxışın
keçirilməsi, yoxlanılması və təmiri mədənin xüsusi emeletxanasında aparılır. Bu
zaman yivli birləşmələrin vəziyyəti, yəni silindrin bilərziklərinin və konusun
yəhərinin yivləri, eyni zamanda örtüyün və borucuğun vəziyyəti yoxlanılır. Əgər
yivlərin aşkar defekti, uzaldıcı borucuğun əyilmiş yeri, yaxud örtüyün mexaniki
zədələnməsi müəyyən edilirsə, onda nasosu yararsız hesab edirlər.
Plunjerin vəziyyətini yoxlamaq üçün nasos keçilər üzərinə qoyulur, boru
sıxıcısında o, yuxarı bilərziyində bərkidilir və plunjer sovurma klapanı ilə birlikdə
xüsusi halqanın köməyilə xaricə çıxarılır.
НГH2 nasoslarında sovurma klapanı nasosdan ağac çubuq vasitəsi ilə, onun
səthinin təmiz olmasını və yivli birləşmələrin vəziyyəti yoxlanılır. Əgər yoxlama
zamanı plunjerin işçi səthində, konus-sonluqda və klapanların yəhərlərində əzilmələr,
çapıqlar, xətərlər (qorxulu) və başqa zədələnmələr, yaxud paslanmalar vardırsa,
tutucu tərtibatları defektli olursa, onda nasos yarasız hesab edilir.
Silindrin vəziyyətini yoxlamaq üçün onu təmiz salfetka ilə silirlər, maşın yağı ilə
yağlayırlar və ona yağlanmış plunjeri daxil edirlər. Bundan sonra, plunjerin
oturdulmasını icra edirlər. Bunun üçün isə plunjerə yivlə birləşdirilmiş halqa sağa
fırlandırılaraq plunjeri silindrin bütün uzunluğu üzrə 2-3 dəfə irəlilədirlər. Bu zaman
plunjer silindrin içərisində hamar keçməlidir, sıçrayış və zərbə səsi olmamalıdır.
Əgər hər hansı bir yerdə dayanırsa (getmirsə), yaxud çətinliklə gedirsə, yaxud da heç
bir qüvvə tətbiq etməzdən gedirsə, onda nasos yararsız hesab edilir. Silindrin bütün
uzunluğu boyu onun içərisində plunjeri itələmək üçün tələb edilən maksimal qüvvə
bir fəhlənin qüvvəsindən çox olmamalıdır.
Təzə qondarma nasoslarının yoxlanma qaydası əsasən boru nasoslarında olduğu
kimidir, lakin burada, əlavə olaraq, həm də qıfıl dayağını yoxlayırlar, yəni dayağın
keçid kəsiyinin təmiz olmasını, bütün yığımın düzlüyünü və yivli birləşmələrin
bərkidilməsini yoxlayırlar. Əgər qıfıl dayağının sökülməsi lazımdırsa, onda
perevodnik burularaq açılır, bilərziklərin və muftanın yivlərinin vəziyyəti yoxlanılır
və defekti olan detallar dəyişdirilir.
Kipləşdirici səthlərdə əzilmələr, xətərlər, yaxud digər zədələnmələr olarsa, yaxud
da qıfıl yayının peroları qırılmış olarsa, onda onları yararlıları ilə əvəz edirlər,
yağlayırlar və yenidən yığırlar.
Qondarma nasosunun plunjerini dayaq nippelini burub açdıqdan sonra çıxarırlar.
Mədən işçilərinə təzə nasosları sökmək və təmir etmək qadağan edilir, yəni
klapanları onların düyünlərindən, köynəklərindən örtükdən çıxarmaq, yivli
birləşmələri zəiflətmək, klapanları, yaxud konusu onun yəhərinə sürtmək, plunjeri
yiyələmək və s. qadağan edilir.
Quyudan məhsuldarlığının azalması səbəbinə görə qaldırılan dərilik nasoslarını
yoxlamaq və təmir etmək üçün mədənin emalatxanasına aparılır. Digər səbəblərdən
(ştanqların yivlərdən açılması və ya qırılması, borularda sızmaların olması, qondarma
nasoslarının qıfıl dayağının hər hansı bir detalının sıradan çıxması və s.) qaldırılan
nasoslar quyuya təkrar endirmək üçün yerində saxlanılır.
Klapanların hermetekliyi hər şeydən yaxşı Dadaşov vakuummetrinin köməyilə
yoxlamaq lazımdır. Vakuummetr qofrirli yaylı borucuğdan, şkalalı (bölgülü) şüşə
borucuğundan və patronundan ibarətdir. Patrondakı qaykasının köməyilə klapanın
yəhəri sıxılır. Şüşə və qofrirli borucuğa xrompiklə rənglənmiş su tökülür ki, qofrirli
borucuq bu maye ilə doldurulur. Klapanın sınanılması aşağıdakı kimi aparılır:
patronun qaykası yarım dövr döndərilir və yəhər yandakı yarığa qoyub, onu sıxırlar.
Patronun əsası (oturacağı) ilə yəhərin oturacağı arasında yerləşdirilmiş araqatı
kifayət qədər kiplik yaradır ki, bu da bu düyündən mümkün ola bilən sızmanın
qarşısını alır. Kalpakının üstündəki düyməsinin köməyilə qofrirli borucuqdakı yayı
basmaqla xrompiklə rənglənmiş suyu şüşə borucuğa yeridirlər (basırlar). Kürəciyin
klapanın yəhəri üzərinə qoyub, yoxlama prosesində onun vəziyyətini dəyişərək,
düyməni buraxırlar və borucuqdakı səviyyənin dəyişməsini qeyd edirlər. Klapan
hermetik olmayanda səviyyə tez düşür. Səviyyənin düşmə sürətinə əsasən klapanın
hermetiklik dərəcəsi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, hətta klapan hermetik
olanda belə, düymənin buraxılmasının başlanğıc momentində səviyyənin sıçrayışı
müşahidə edilir. Odur ki, vakuummetrin göstəricilərinin müşahidələrini sıçrayışdan
sonrakı səviyyə vəziyyətindən başlayaraq aparmaq lazımdır.
Səviyyənin düşmə sürəti 1,0 mm/san=10 mm/10 san qiymətindən çox olmadıqda,
klapanı hamarlanmış və yararlı qəbul edirlər.

4.10. Təzə alınmış nasosların mədəndə yoxlanması


Mədənə gətirilən hər bir dərinlik nasosunun pasportu olmalı, bu pasportda
silindrin yığılmasının keyfiyyətini göstərən kartoqram yapışdırılmalıdır. Bu
kartoqramda plunjerin silindr daxilində yerdəyişməsi üçün tələb olunan qüvvənin
ölçüsü göstərilir.
Mədənə təzə gətirilmiş bütün nasoslar aşağıda göstərilmiş qaydalar üzrə diqqətlə
yoxlanmalıdır. Mədən işçilərinin təzə nasosları sökməsinə və təmir etməsinə icazə
verilmir.
Mədəndə təzə boru nasosları xarici görünüşünə (silindr keçiricisinin konus
yəhərinin yivli birləşmələri, örtüyün vəziyyəti və uzadıcı qısaborunun vəziyyəti) görə
yoxlanılır.
Yivlərdə qırılma, uzadıcı qısa boruda əyrilik və örtükdə mexaniki zədələr aşkar
edilirsə, belə nasos işə yararsız hecab olunur.
Plunjerin vəziyyətini yoxlamaq üçün nasos xüsusi dirəklər üzərinə qoyularaq,
silindrin yuxarı keçiricisi boru sıxıcıları ilə bərkidilir və plunjerlərlə sorucu klapanın
qovşağı nasosdan çıxarılır.
Beləliklə plunjer təmiz əski ilə silinərək səthi, bundan başqa konus ucluğu və yiv
birləşmələri də yoxlanılır (əgər birləşmələri boşalmışsa, onları bərkitmək lazımdır).
Əgər yoxlama zamanı plunjerin işзi səthində, konus ucluqda batıq, cızıq və ya başqa
zədələr, paslanma, tutucu qurğularda qüsurlar aşkar edilərsə, nasos yararsız hesab
edilir.
Klapan qəfəsinin bərkidilməsi üçün metal mildən istifadə edilməsinə yol
verilməməlidir. Bu məqsəd üçün xüsusi açarlardan istifadə edilir.
Mədənə gətirilmiş təzə qondarma dərinlik nasosları aşağıda göstərilən qayda üzrə
yoxlanmalıdır.

4.11. Qıfıl dayaq bölməsinin vəziyyətinin yoxlanması

Keçidlərin çirklənməsi, bütün bölmənin düzgün yığılması və yiv birləşmələrinin


möhkəmliyi yoxlanır.
Qıfıl dayağının açılması lazım gələrsə, keçirici açılır və yivinin vəziyyəti yoxlanır.
Əgər nöqsan varsa, hissə dəyişdirilir. Əgər yiv çirklənmişsə, o ağ neftlə yuyulur və
yenidən maşın yağı ilə yağlanır.
Kipləndirici səthlər üzərində batıq, cızıq və ya başqa zədələr varsa və həmçinin yaylı
lövbərin pərləri sınmış olarsa, o başqası ilə əvəz edilir, yağlanır və yenidən yığılır.
Qıfıl dayağın qovşağı yığıldıqdan sonra onu hidravlik üsulla yoxlamaq lazımdır

4.12. Nasosun vəziyyətinin yoxlanması

Örtük xarici görünüşünə görə yoxlanır; batıq, deşik və ya başqa zədə aşkar
edilərsə, nasos yararsız hesab edilir. Konusun səthi və yiv birləşmələri yoxlanır
(yivlər boşalmışsa bərkidilir).
Nasosun yoxlayıcı dayaq halqasından keçməsi yoxlanır. Plunjer səthinin
vəziyyətinin və yiv birləşmələrini yoxlamaq üçün o silindrdən çıxardılır (yiv
birləşmələri açılmışsa, bərkidilir).
Silindrin vəziyyətinin yoxlamaq üçün o, təmiz əski parçası ilə silinərək, maşın
yağı ilə yağlandıqdan sonra plunjer ona salınır. Bundan sonra plunjerin silindr
içərisində maneəsiz olaraq hərəkəti yoxlanır. Bunun üçün plunjerə bərkidilmiş rımı
sağ tərəfə fırlatmaq lazımdır. Bu zaman plunjer sərbəst halda hərəkət etməlidir.
Plunjer hər hansı bir yerdə ilişirsə və ya çətinliklə hərəkət edirsə, bu zaman nasos
yararsız hesab edilir. Bütün bu yararsız hesab olunmuş nasoslar üçün uyğun
reklamasiya tərtib edilərək hazırlayıcı zavoda göndərilir.

4.13. Dərinlik nasoslarının secilməsi və istismarı

Yeraltı avadanlıq (dərinlik nasosunun tipi və ölçüsü, qoruyucu avadanlıq),


nasosun buraxılma dərinliyi və iş rejimi quyunun xarakteristikasından (qumun, qazın
və suyun mövcud olmasından), məhsuldarlığından və həmçinin mayenin quyuda
qalxma hündürlüyündən asılı olaraq seçilir.
Dərinlik nasoslarının tipini müəyyən etdikdə aşağıdakıları əsas tutmaq lazımdır.
Az faiz qumlu və sərbəst qazlı mayeləri çıxarmaq üçün NQN-1 və NQN-2 hamar
plunjerli nasoslardan istifadə etmək lazımdır. NQN-2 nasosu qumlu sərbəst qazlı
mayeləri çıxarmaqdan ötrü istifadə edilməlidir.
Verdiyi neftin tərkibində az faiz qum və qazsız maye olan dayaz, az məhsullu və
alçaq dinamik səviyyəli quyuların istismarında iki oymaqlı 28, 32 və 43 mm NQN-1
tipli nasoslardan istifadə etmək məsləhət görülür.
28 və 32 mm nasosları quyuya 1½" nasos boruları ilə endirmək lazımdır.
Kiçik diametrli nasos boruları mayenin qalxma sürətinin artmasına və qumun
çökməməsinə imkan yaradır. Çox qumlu quyularda qanovlu (halqavarı vintvarı)
plunjerli, „qumsıyıran" plunjerli, xüsusi çuxurlu plunjerli və ya NQN-2T tipli
nasoslardan istifadə olunmalıdır. Tərkibində az miqdar qaz, parafin və duz olan
quyularda NQN-2RB, NQN-2R, NQN-1RB və plunjeri qummirlənmiş NQN-1R tipli
nasoslardan istifadə edilir. Orta dərinlikli və dərin quyularda əsasən NQV-1 tipli
qondarma nasoslarından istifadə edilməsi məsləhət görülür.
Böyük diametrli (68 mm) NQV-1 nasosu lazımı məhsuldarlığı təmin etmədikdə,
borulu nasoslardan istifadə edilməlidir. Tıxacı tez-tez təmizlənən quyularda borulu
nasosdan istifadə etmək olar.
Nasos optimal orta verim əmsalında nəzərdə tutulan məhsuldarlığı təmin edə bilən
ən kiçik diametrdə götürülməlidir.
Quyudan daha çox maye cıxarmaq məqsədi ilə nasos qurğusunun
məhsuldarlığı, ən əvvəl plunjerin gediş yolunu, sonra yırğalanma sayını və axırıncı
növbədə nasosun plunjerinin diametrini artırmaqla təmin edilməlidir.
Nasosun araboşluğunun qrupu çıxarılan mayenin özlülüyündən, temperaturundan
və nasosun buraxılma dərinliyindən asılı olaraq seçilməlidir. Temperatur yüksək və
özlülük böyük olduqda II və III qruplu nasoslardan istifadə etmək lazımdır.
Mayenin temperaturu aşağı və özlülüyü az olduqda I qrup nasoslardan istifadə
edilməlidir. Nasosun buraxılma dərinliyi 500-1200 m olan quyularda II qrup
nasoslardan istifadə etmək lazımdır. Plunjeri sürətlə hərəkət edən böyük diametrli
nasos işləyən çox su basmış böyük debitli quyularda III qrup nasosdan istifadə
edilməsi məsləhət görülür. Yüngül və az özlülüklü neft quyularında (əsasən nasosun
asılma dərinliyi 1200 m-dən çox olan quyularda) I qrup nasoslardan istifadə
edilməlidir.
Mümkün olduqda nasosu quyudakı mayenin dinamik səviyyəsindən 20-30 m
aşağı buraxmaq lazımdır.
Böyük miqdarda qaz ayrılan və kifayət qədər maye sütunu olan quyularda
nasosun dərinə buraxılması plunjerin qumla tutulmasına səbəb olmursa, onun
buraxılma dərinliyini 100—150 m qədər artırmaq olar.
Dərinlik nasosu bir qayda olaraq mühafizə avadanlığı ilə təchiz edilməlidir.
Mühafizə avadanlığını seçdikdə aşağıdakılar nəzərə alınmalıdır:
a) sərbəst qazlı qumsuz quyulara qaz lövbəri buraxılmalıdır; susuz, xüsusən ağır
və böyük özlülüklü neftli quyularda qaz lövbəri buraxmaq faydasızdır;
b) əgər quyu qazdan başqa qum da verirsə, quyudibi zonası Azərb. ETNÇİ
metodu ilə bərkidilməlidir;
c) qumlu quyularda tez-tez tıxac əmələ gəlməsinin qarşısını almaq üçün laydan
gələn qumun dərhal xaricə çıxarılmasını təmin etmək lazımdır. Bunun üçün  1½"
və 2" nasos borularından ibarət olan quyruqdan istifadə edilməlidir.
„Quyruğun" qondarma nasos ilə birlikdə süzgəcin yuxarı deşikləri səviyyəsinə
qədər buraxılması məsləhət görülür. „Quyruq" və dərinlik nasosu süzgəcin qarşısında
dayanarsa, qumun quyudan xaric edilməsini yaxşılaşdırmaq üçün boruarxasına maye
tökmə üsulundan istifadə edilməlidir;
ç) çox miqdarda qum verən quyularda buraxılma dərinliyi 1000 m qədər olduqda
plunjerin ilişməsinin qarşısını almaq üçün NQN-2T, 1000 m-dən çox olduqda isə
NQV-2T nasosundan istifadə etmək yaxşı nəticə verir.

4.14. Nasosun endirilmə və qaldırılma qaydaları


Nasosu, emalatxanadan, quyuya endirmək üçün göndərməzdən qabaq, onun əsas
hissələrini xaricdən diqqətlə müayinə etmək və plunjer silindrdən hərəkətinin
səlisliyini yoxlamaq lazımdır.
Endirmə-qaldırma əməliyyatına başlamazdan əvvəl iş yeri müəyyən qaydaya
əsasən sahmana salınmalıdır. Quyunun döşəməsi və korpusu çirkdən və palçıqdan
təmizlənməli, lazım olduqda təmir edilməlidir.
Boru nasosu quyuya aşağıdakı ardıcıllıqla endirilir.
Əvvəlcə mühafizəedici avadanlıq, sonra nasosun silindri və daha sonra nasos
boruları endirilir. Nasos boruları lazımı dərinliyə endirildikdən və planşayba
oturdulduqdan sonra nasosun plunjer bölməsinin ştanqlarla endirilməsinə başlanır.
İçklapanlı HQN-2 nasosu endirildikdə, nasosun sovurucu klapan qovşağını,
plunjerlə birlikdə endirmək lazımdır. Borular endirildikdən sonra yuxarıdan konusu
atmaq qadağan edilir.
Qondarma nasoslar quyuya endirilərkən əvvəlcə qoruyucu avadanlıq, sonra qıfıl
dayaq bölməsi, daha sonra nasos boruları endirilməlidir. Fikir vermək lazımdır ki,
qıfıl dayağın yivi nasos borularının yivinə uyğun olsun; gediş yolu uzunluğu 2100
mm və daha çox olan nasoslarda uyğun köynəkli dayaq qoyulması tələb olunur.
Nasos borularını lazımı dərinliyə qədər endirib planşaybanı kəmərin flyansının
(və ya üçboğazın) üzərinə oturtduqdan sonra nasosu ştanqlarla endirib, qıfıl dayağa
oturtmaq lazımdır.
Quyuya endirilən boruların daxili divarlarında duz, parafin çöküntüləri
olmamalıdır. Nasos borularını hər dəfə endirməzdən qabaq xüsusi şablon vasitəsilə
yoxlamaq lazımdır. Şablonun uzunluğu 1250 mm, diametri isə aşağıdakı ölçülərdə
olmalıdır:
1½" borular üçün 38,2 mm
2" borular üçün 48,2 mm
2½" borular üçün 59,7 mm
3" borular üçün 72,9 mm
3½" borular üçün 85,7 mm
4" borular üçün 97,3 mm
Bir qayda olaraq quyuya eyni markalı bir qrupdan olan borular buraxılmalıdır.
Quyuya nasosun xarakteristikasına görə təyin edilmiş diametrdən böyük diametrli
boru buraxılmasına yol verilməməlidir.
Borular endirilən zaman yivlərinə qrafitli yağ çəkib, kip bağlamaq lazımdır.
Quyuya endirilən nasos ştanqlarının üzəri təmiz olmalıdır. Ştanqların yiv
birləşmələri elə bağlanmalıdır ki, onlar iş zamanı öz-özünə açılmasın.
Quyuya gövdəsi və ya başı əyilmiş, yaxud üzərində zədə olan ştanqların
endirilməsinə yol vermək olmaz. Buruqda ştanqları asmaq üçün çılçıraq olmadıqda,
onlar bir-bir endirilib qaldırılmalıdır
Endirmə zamanı qondarma nasosun sovurucu klapan qovşağının qıfıl dayağına və ya
boru nasosunda plunjerin sovurucu klapan qovşağına zərb ilə dəyməməsi üçün
sonuncu ştanqı quyuya ehtiyatla endirmək lazımdır.
NQN-2 tipli nasoslarda sovurucu klapan qovşağını azad etmək üçün konusvarı
ucluğu səlis olaraq konus yəhərinə oturdub, ştanq kəmərini sola fırladıb qaldırmaq
lazımdır.
Sovurucu klapan qovşağını tutmaq üçün isə plunjer tutucu ilə birlikdə
tutucuqoluna söykənənə qədər endirilməli və ştanq kəməri sağa fırlandırılaraq
qaldırılmalıdır.
Qondarma nasosun qıfıl dayağının düzgün oturmasını, boru nasoslarında isə
sovurucu klapan qovşağının konus yəhərinə oturmasını və həmçinin boruların
kipliyini nasos boruları kəmərinə maye tökməklə yoxlayırlar. Borulu nasoslarda
sovurucu klapan qovşağının altına başqa şeylər düşüb kiplik yaratmağa imkan
vermədikdə, bu qovşağı yuyub təmizləmək lazımdır. Quyuda texniki işlər aparmaq
üçün (quyunun dibini təmizləmək və ya borularda maye itkisini ləğv etmək üçün və
i.a.) qondarma nasosu boru kəmərini qaldırmadan çıxarmaq olmaz.

4.15. Dərinlik nasoslarının işi


Dərinlik nasosunu endirib boruların kipliyini və konusun düzgün oturmasını
yoxladıqdan sonra dərinlik nasosunun texniki xarakteristikasına əsasən onun ehtiyat
gediş yolunu müəyyən etmək lazımdır. Sonra pardaxlanmış ştok vasitəsilə axırıncı
ştanq mancanaq dəzgahı asqısından asıb, mancanağı işə salmaq lazımdır. Plunjerin öz
yerində düzgün oturması dinamometrləmə vasitəsilə yoxlanır.
Borulu nasosun plunjeri sovurucu klapan qovşağına və ya qondarma nasosda
pistonqolu keçiricisi pistonqolunun yönəldicisinə dəyirsə, sonuncu ştanqı qısaltmaq
lazımdır. Boru nasosunun plunjeri normal vəziyyətindən yuxarı oturdularsa, o, yuxarı
gedişin son nöqtəsində silindrdən kənara çıxacaqdır. Bu halda ştanqları uzatmaq
lazımdır. Qondarma nasosda plunjerin yüksək oturması zamanı, plunjer qəfəsi yuxarı
gedişin son nöqtəsində dayağa toxunacaqdır. Bunun nəticəsində qıfıl öz dayağından
ayrılır və maye boru kəmərindən quyuya axır və nasosun maye verimi kəsilir. Bu
qüsuru aradan qaldırmaq üçün ştanqları bir qədər uzatmaq lazımdır.
İstismar zamanı dərinlik nasosuna daim nəzarət edilməlidir. Müntəzəm olaraq
nasosun məhsuldarlığını, yeraltı avadanlığın (nasosun, boruların, ştanqların)
vəziyyətini və quyudakı mayenin dinamik səviyyəsini yoxlamaq lazımdır.
Dərinlik nasosunun işinə dinamometrləmə vasitəsilə nəzarət etmə üsulu, ən
mükəmməl və geniş yayılmış üsuldur. Bu üsul ilə nasosun silindrinin dolma dərəcəsi,
nasosun sovurucu və vurucu klapanlarının kipliyi, qazın təsiri, plunjerin yerində
oturması, boruların kipliyi, ştanqların açılması və qırılması, plunjerin ilişməsi və i.a.
aydınlaşdırılır.
Nasosu hər dəfə quyudan qaldırmazdan qabaq və həmçinin nasosu quyuya
endirəndən bir gün sonra ya nasosun iş rejimi və ya məhsuldarlığı dəyişdikdə onu bir
qayda olaraq dinamometrləmək lazımdır.
Quyunun məhsuldarlığının quyu ьзьn təyin edilmiş minimal verim əmsalına qədər
azalmasına yol vermək olar.
Quyunun sənədlər kitabına müntəzəm olaraq nasosun tipi, diametri, endirmə-
qaldırma əməliyyatı haqqında, nasosun təmiri və təkrar istifadə edilməsi haqqında
məlumat qeyd edilməlidir. Bu kitabdakı qeydlər əsasında dərinlik nasosunun
pasportunun müvafiq cədvəli doldurulmalıdır.

4.16. Nasosu quyudan çıxartdıqdan sonra, qüsurlarının təyini və tez yeyilən


hissələrinin dəyişdirilmə qaydası

Ştanq açıldıqda yaxud qırıldıqda boru nasosunu quyudan çıxartmaq lazım gəlmir.
Bu zaman nasosu sınmış ştanq olan yerə qaldırıb, qüsuru ləğv etmək və nasosu yenə
də öz yerinə endirmək lazımdır.
Borularda maye itkisi olduqda ştanqları tamamilə, boruları isə qüsur yerinə qədər
qaldırıb qüsuru ləğv etdikdən sonra, əvvəlcə boruları, sonra isə ştanqları quyuya
endirmək lazımdır. Yuxarıda göstərilən səbəblərdən qondarma nasosunun qıfıl
dayağının hər hansı bir hissəsi sıradan çıxarsa qondarma nasosu quyudan çıxarıb
qüsuru ləğv etmək lazımdır.
Məhsuldarlığını azalması nəticəsində quyudan çıxarılmış nasos, mədənin
emalatxanasına aparılır və orada diqqətlə müayinə edilir. Emalatxanaya gətirilmiş
nasosları müayinə edib, emalatxanada təmiri mümkün olan və zavodda təmir
edilməsi lazım olan qruplara ayırmaq lazımdır.
Təmirdən sonra onları yağlayıb ayrı-ayrı qəfəslərə qruplarla yığmaq lazımdır.
Zavoda verilən nasosların bütün hissələrinin hamısı öz yerində olmalı və onlar
çirkdən qorunmalıdır.
Nasoslar zavoda pasportları ilə birlikdə verilməlidir. Pasportda aşkar edilmiş
qüsurlar, edilmiş təmirlər .və təmirin səbəbi qeyd edilməlidir.
Emalatxanada təmirə seçilmiş nasoslarla aşağıdakı əməliyyat aparılmalıdır:
a) klapan qovşağını yoxlamaq, lazım gələrsə, yeyilmiş hissələrini dəyişmək
lazımdır;
b) qondarma nasosun konusunu yoxlamaq, lazım gələrsə, dəyişmək lazımdır.
Örtükdə və başqa hissələrin üzərində tutmaq üçün xüsusi yer olmadıqda, onları
borusıxanda və məngənədə üzərinə xüsusi əzilmədən mühafizəedici qoyub sıxmaq
lazımdır.
Plunjeri silindrdən çıxardıqdan sonra onu təmiz əski ilə silib üzərini diqqətlə
müayinə etmək lazımdır. Üzərində aydın surətdə görünən korroziya, yeyilmə, iri
cızıq və qopuq olan plunjer yararsızdır.
Quyudan çıxarılmış nasosların klapanı mühəndis Dadaşovun təklif etdiyi üsulla
yoxlanır.
Quyudan çıxarılmış, nisbətən yüksək verim əmsalına malik nasosun plunjeri ilə
silindri arasında boşluq kiçik olarsa, o təkrarən böyük özlülüklü neft verən dayaz
quyularda istifadə edilə bilər.
Əgər nasosun hissələrini dəyişdikdə, onun yivlərini açıb-bağlamaq lazım gəlirsə,
onda nasos yığıldıqdan sonra onun kipliyini yoxlamaq lazımdır.
Hər bir mədənin təmir məntəqəsində (xüsusi və ya adi nasos emalatxanası)
dərinlik nasoslarının təmiri xüsusi kitabçada qeyd edilməlidir.
4.17. Dərinlik nasos ştanqlarının növü, ölçüsü və vəzifəsi

Nasos ştanqları birləşdirici (və keçirici) mufta vasitəsilə əlaqələndirilərək,


mancanaq dəzgahı ilə dərinlik nasosu arasında əlaqə yaradan ştanq kəmərini əmələ
gətirir.
Ştanq kəməri vasitəsilə dərinlik nasosu plunjerinə irəli-geri hərəkət ötürülür və
bununla da nasosun işi tamamlanır.
Normal konstruksiyalı nasos ştanqı dairəvi en kəsikli nazik uzun mil (ox) şəklində
olur və bunun uclarında (başlığında):
a) birləşdirici muftaya uyğun yivlər;
b) quraşdırma (birləşdirmə) açarına uyğun kvadratlar;
c) kəmərin elevatordan asılması üçün konusvarı çıxıntı vardır.
Plunjerin dərinlik nasos silindrinə düzgün oturmasını təmin etmək üçün normal
uzunluqlu ştanqlardan başqa uzunluğu 1000; 1500; 2000; 2500 və 3000 mm olan
gödək ştanqlardan (Futovka adlanan) da istifadə edilir.
Gödək ştanqların qalan ölçüləri normal ştanqların ölçüləri kimidir. Ştanq kəməri
ştanqların diametrindən asılı olaraq birpilləli və çoxpilləli ola bilər. Eyni diametrli
kəmər birpilləli, müxtəlif diametrli kəmər isə çoxpilləli adlanır.
Kəmərin pillələrinin sayı adətən üçdən çox olmur. Çoxpilləli kəmərin müxtəlif
diametrli ştanqlarını birləşdirmək üçün keçirici muftalardan istifadə edilir. Keçirici
muftalar 5/8"-3/4"; 3/4"-7/8"; 7/8"-1" olur.
Çoxpilləli kəmər, onunla eyni möhkəmlikdə olan birpilləli konstruksiyalı
kəmərdən çəkisinin xeyli az olmasına görə fərqlənir və ümumiyyətlə dərin quyularda
tətbiq edilir.
Nasos ştanqları əsasən aşağıdakı markalı poladlardan hazırlanır:
1. Karbonlu 40 və 40U (DÜİST 1050-52);
2. Xromnikelli 20XN (DÜİST 4543-48);
3. Marqanslı 36Q1 (QMN-nin texniki şərtləri MЗM);
4. Nikkelmolibdenli 15NM (DÜİST 4543-48).
Birləşdirici və keçirici muftalar adətən markası 40 olan karbonlu
poladdan hazırlanır.
Ştanq muftalarının yeyilməyə dayanıqlığını artırmaq məqsədilə səthləri tamamilə
və yaxud da hissə-hissə yüksək tezlikli cərəyanla möhkəmləndirirlər (xüsusi yüksək
tezlikli cərəyan qurğusunda) və sonra səthlərini cilalayırlar.

4.18. Nasos ştanqına təsir edən qüvvələr

Nasos ştanqına təsir edən yükün xarakteri və kəmiyyəti (qiyməti). Dərinlik nasosu
işləyən zaman ştanq kəmərinə aşağıdakı qüvvələr təsir edir:
A. İş prosesində yaranan statik qüvvələr:
a) ştanq kəmərinin öz çəkisi;
b) nasosun qaldırdığı mayenin çəkisi;
c) nasosun plunjerinə və ştanqlarına mayenin göstərdiyi hidrostatik təzyiq.
B. Ştanq və maye kütləsinin qeyri-müntəzəm hərəkəti zamanı yaranan yaxud
dinamik qüvvələr.
C) Hərəkət zamanı yaranan müqavimət qüvvələri:
a) plunjerin silindr divarına sürtunməsi;
b) ştanqların və muftaların boru kəmərinə sürtünməsi;
c) atqı xəttində və nasosda yaranan hidravlik müqavimət.
Neft mədənlərində işləyən nasos qurğularının əksəriyyətində maye və ştanqın
çəkisindən əmələ gələn statik qüvvələr ştanqlar kəmərinə təsir edən tam yükün böyük
hissəsini təşkil edir.
Bu qüvvələr nasos qurğularının aşağıdakı istismar parametrlərindən asılıdır:
a) nasosun buraxılma dərinliyi (H) və diametrindən (D);
b) balansir başlığının gediş yolu uzunluğundan (S0) və yırğalanma sayından (n);
c) ştanq kəmərinin ölçülərindən (d, li).
Buna görə də bu qüvvələrin qiyməti və dəyişmə xarakteri dərinlik nasosunun tam
dövrü üçün hesablama yolu ilə asanlıqla təyin edilə bilər.
Nasos ştanqları, quyuda işləyərkən, öz ağırlıq qüvvələrinin təsiri altında da olur.
Bu yük (ştanqların öz xüsusi yükü), ştanq kəmərini bir qədər tarım vəziyyətdə
saxlayır.
Nasos ştanqları kəmərinə təsir edən ümumi yükün qiyməti baxılan kəmərin en
kəsiyinin vəziyyətindən asılı olduğu kimi, cilalanmış ştokun vəziyyət və hərəkət
istiqamətindən də asılıdır. Cilalanmış ştokun vəziyyətindən və hərəkət istiqamətindən
asılı olaraq ştanqlardakı qüvvələr aşağıda göstərilən qanun üzrə dəyişir.
Ştok aşağı kənar vəziyyətdən yuxarıya tərəf hərəkət etdikdə (nasosun işçi
gedişində) kəmərə bütün qüvvələr təsir edir. Qeyd etmək lazımdır ki, bu zaman
dinamik qüvvə gedişin birinci yarısında müsbət, ikinci yarısında isə mənfi qiymət
alır. Ştokun yuxarı kənar vəziyətdən aşağı doğru hərəkəti zamanı ştanq kəmərinə
mayenin ağırlığı istisna olmaqla, yuxarıda deyilən bütün qüvvələr təsir edir; dinamik
və müqavimət qüvvələri isə nasosun işçi gedişindəki qiymətindən yalnız işarəcə
fərqlənir. Ştanqlar kəmərinin kəsiklərinə təsir edən müxtəlif qüvvələrə baxdıqda belə
bir vacib nəticəyə gəlirik ki, ştanqa təsir edən ümumi yük dəyişən xarakterlidir.
Ştanqa düşən yük nasosun tam yırğalanması ərzində ən kiçik qiymətdən, ən böyük
qiymətə qədər dəyişir.

4.19. Ştanqların istismarı, saxlanması və


nəqlinin əsas qaydaları

Ən çətin şəraitdə tətbiq edilən nasos ştanqlarının uzun müddət işləməsi, tez
sıradan çıxmaması üçün bir sıra tələblərə riayət edilməlidir.
Onun üçün ştanq kəmərlərinin düzgün nəqlini, düzgün istismarını və yaxşı
saxlanmasını təmin etmək lazımdır. Hal-hazırda ştanqlar, ştanq hazırlayan zavodlar
tərəfindən həqiqi düz və qablaşdırılmış vəziyyətdə buraxılır.
Ştanqların nəqli və saxlanılması zamanı onların əzilməsinin və zədələnməsinin
qarşısını almaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
a) təzə ştanqları yükləyərkən və ya boşaldarkən üçdən az asqısı olmayan xüsusi
travesli krandan (yaxud avtokrandan) istifadə edilməlidir;
b) ştanqlar ehtiyatla döşəməyə endirilməlidir;
c) kran olmadıqda ştanqlar üfiqi müstəvi ilə 30°-dən çox bucaq təşkil etməyən
laylı altlıqlardan istifadə edərək ehtiyatla endirilməlidir;
ç) ştanqları bir yerdən başqa yerə daşıyarkən onların əyilməməsi və sallanmaması
üçün xüsusi nəqliyyat vəsaitlərindən istifadə edilməlidir;
d) ştanqlarla bərabər başqa əşyalar daşınmamalıdır;
e) ştanqların yerə boşaldılmasına yol verməməli, onların saxlanılması üçün xüsusi
doşəmələr düzəldilməlidir.

4.20. Mancanaq dəzgahlarının istismarı

Mancanaq dəzgahı fırlanma hərəkətini düzxətli hərəkətə çevirib ştanlara vermək


üçündür.
Mədənlərdə tətbiq olunan nasos qurğularının ötürücüləri:
1) fərdi; 2) qoşalaşmış və 3) qrup intiqalına bölünür.
Dərinlik nasosu istismarında balansirli fərdi mancanaq dəzgahından geniş istifadə
olunur. Hər bir mancanaq dəzgahı əsas üç parametrlə xarakterizə olunur:
1. mancanaq dəzgahına düşən maksimal yük – Qmaks;
2. dəzgahın maksimal gedişi – S0;
3. dəzgahın maksimal yırğalanma sayı – n.

Fərdi mancanaq dəzgahları bu parametrlərdən asılı olaraq aşağıdakı qruplara


bölünür:
1. balansir başlığına düşən yük görə:
a) Qmaks > 5 m olduqda – ağır;
b) 5 m ≥ Qmaks>3 m olduqda –orta;
v) Qmaks ≤ 3 m olduqda –yüngül dəzgah adlanır.
2) pardaqlanmış ştokun gedişinə görə:
a) S0>1800 mm olduqda – böyük gedişli:
b) 1800≥S0>900 mm olduqda –orta gedişli;
v) S0≤ 900 mm olduqda – kiçik gedişli dəzgah adlanır.
3. dəqiqədə yırğalanma sayına görə:
a) n>15 olduqda – böyük;
b) 15≥ n>7 olduqda orta;
v) n≤7 olduqda – alçaq sürətli dəzgah adlanır.
Ağır mancanaq dəzgahları, kiçik diametrli dərinlik nasosları ilə dərinliyi 1500 m-
dən çox olan böyük diametrli nasoslarda çox məhsuldarlıqlı quyuları istismar etdikdə
tətbiq olunur.
Alçaq sürətli orta və yüngül mancanaq dəzgahları az məhsuldar quyuları istismar
etmək üçün tətbiq olunur.
Ümumiyətlə, mancanaq dəzgahları quyunun parametrlərindən (dərinliyi və
məhsuldarlığı) asılı olaraq seçilir.
Hal–hazırda tətbiq olunan balansirli mancanaq dəzgahları aşağıdakı qovşaqlardan
ibarətdir:
1. Balansir qovşağından: bu balansirdən, qatlanan başlıqdan, buraz
asqısından, balansir dayağından, balansir dayağının boltundan, balansir tarazlaşdırıcı
yükdən ibarətdir;
2. Çarxqolu maxanizmindən: bu mexanizm, çarqolu, çarqolunun üzərində
olan rotor əksyükü, sürgüqolu, aşağı və yuxarı sürgüqolu başlıqları, tarvers və travers
dayağından təşkil olunur;
3. Reduktordan;
4. Əyləc quruluşundan;
5. Pazvari qayış ötürücüsündən;
6. Elektrik mühərrikindən;
7. Dayaq və çərçivədən təşkil olunan gövdədən.
Eni daha təkmilləşdirilmiş mancanaq dəzgahlarının layihə edilməsində və
hesablanmasında Sovet alimlərinin və mühəndislərinin, həmçinin elmi-tədqiqat
institutlarının böyük rolu vardır.
1945-ci ildə, Azərbaycan Neft-maşınqayırma institutu (AzİNMAŞ) tərəfindən
yaradılan yeni tipli normal sıralı mancanaq dəzgahları neft mədənlərində geniş
yayılmışdır.
İşləyən mancanaq dəzgahları hər gün yoxlanılmalıdır: yastıqların bərkidilməsi və
qızma dərəcəsi pazşəkilli qayışların gətirilməsi, işgil birləşmələrinin sıxlığı,
yağlayıcıların vəziyyəti və onlarda yağlayıcı materialın olması, çarqolu və
sürgüqollarının yuxarı barmaqlarının bərkidilməsi, həm də çarxqollartındakı və
balansirdəki əks yüklərin bərkidilməsi.
Reduktora baxış keçiriləndə, onun qapağının gövdəsinə bərkidilməsi yoxlanılır,
reduktorun özünün mancanaq dəzgahının ramasına bərkidilməsi və reduktor
gövdəsində yağ səviyyəsi yoxlanılır. Əgər yağın səviyyəsi aşağı düşmüşsə, onda onu
o qədər əlavə etmək lazımdır ki, yağ nümunə krancığından tökülməyə başlasın.
Əgər reduktor işləyəndə səs, döyülmələr, yastıqların qızması və başqa qeyri–
normallıq müşahidə edilirsə, onda mancanaq dəzgahının işi dayandırılır, reduktorun
qeyri–normal işləməsinin səbəbləri aşkar edilir və onları aradan qaldırmaq üçün
tədbirlər görülür.
Çox ciddi gözləmək lazımdır ki, reduktor gövdəsinin lyuku açıq olanda düşməsin.
Reduktoru düzgün yağlamaq üçün reduktorun dişli çarxlarının firlanma
istiqamətini izləmək lazımdır. Bunun üçün lazımdır ki, çarxqolu saat əqrəbi
istisqsmətində fırlansın, özü də, əgər quyu müşahidəçidən solda yerləşirsə və
yırğalanma dəzgahına yandan baxılarsa.

4.21. Mancanaq dəzgahlarının yağlanması

Reduktorun gövdəsindəki dişli çarxları yağlamaq üçün Л markalı maşın yağı


əvəz edilə bilər. Bu yağ C, yaxud CY markalı yağla da əvəz edilə bilər, lakin
avadanlığın yay şəraitlərində işlədiyi zaman niqroldan da istifadə etmək olar.
Mancanaq dəzgahlarının düyünlərindəki diyirlənmə yastıqlarının, həm də şatunun
yuxarı başlıqlarındakı barmaqların yağlanması üçün konsistent sürtgü yağları, yaxud
mazlar tətbiq edilir. Konsistent sürtgü yağları plastik kolloid sistemlərdir və yağlarla
qatılaşdırıcının qarışığından iabarətdir. Qatılaşdırıcı kimi adətən sabun, yaxud da
parafin götürülür.
Konsistent sürtgü yağları maye yağlara nisbətən aşağıda əsas müsbət cəhətlərə
malikdirlər:
1. sürtünən səthlər arasında yağlayıcı təbəqəni yüksək təzyiq və temperaturda
qoruyub saxlayır;
2. işçi səthləri oraya hər hansı zibilləyicilərin düşməsindən yaxşı qoruyur;
3. detalları yağlamaq üçün qatı mazlar duru maye yağlara nisbətən az miqdarda
sərf olunur.
Konsistent sürtgü yağları və mazlar aşağıdakı növlərə ayrılır:
1) aşağıəriyən (65 oC–yə qədər damcıdüşmə temperaturlu);
2) ortaəriyən (65–100 oC damcıdüşmə temperaturlu);
3) çətinəriyən (100 oC–dən yuxarı damcıdüşmə temperaturlu).
Bir qayda olaraq, mazlar, konstalin və osoqolin sürtgü yağları natrium
sabunlarından hazırlandıqları üçün, onlar suda həllolma qabiliyyətinə (xüsusilə
yüksək temperaturlarda) malikdirlər.
Bu zaman korroziyaedici yağlı turşular ayrılırlar. Ona görə də yastıqların
gövdələrində, yaxud də içərisində bu mazlar saxlanılan tutumlarda, oraya rütubətin
düşməsinə heç bir vəchlə yol vermək olmaz.
Bir qayda olaraq, mazlar, osoqolin və konstalin yalnız yay aylarında tətbiq
edilməlidirlər.
Təzə mancanaq dəzgahını işə salanda reduktorun gövdəsinə yağ tökülür,
diyirlənmə yastıqlarına şprislə maz doldururlar.
İki həftədən sonra təzə işə salınmış mancanaq dəzgahının reduktorundakı yağ
dəyişdirilməlidir (çünki o, metal tozu, tökmə torpağı və s. ilə zibillənir, reduktorun
gövdəsinə və bütün detallara baxış keçirilməlidir: lazım gəldikdə onlar yuyulmalı və
yenidən konsistent mazla doldurulmalıdırlar).
Hər 6 aydan bir işləyən mancanaq dəzgahlarının reduktorlarının gövdələri
yuyulmalı, yastıqların gövdələri təmizlənməli və təzə sürtgü materialı ilə
doldurulmalıdır.

4.22. Yırğalanma sayı və plunjerin gedişinin uzunluğu

Verilmiş diametrli dərinlik nasosunun məhsuldarlığı gediş yolunun uzunluğundan


və dəqiqədəki gedişlərin sayından asılıdır; yırğalanma sayının və gediş uzunluğunun
artması ilə dərinlik nasosunun mahsuldarlığı artır. Bu kəmiyyətlərin hasilinin iki
misli plunjerin xətti yerdəyişməsi sürətini verir. Nəzəri baxımdan aydındır ki, S pl–n
hasili artıqdca nasosun məhsuldarlığı artır. Məsələn, gediş uzunluğu S pl=1 m və
dəqiqədəki gedişlərin sayı n=20 olan nasosun plunjerinin xətti yerdəyişmə sürəti
2Spl*n=40 m/dəq olur; Spl=1 m və n=10 döv/dəq, yaxud Spl=0,5 m və n=20 döv/dəq
olan nasosun plunjerinin qaçış sürəti 20 m/dəq olur; göründüyü kimi, birinci nasos
ikinciyə nisbətən 2 dəfə çox maye vuracaqdır.
Lakin plunjerin hərəkət sürətilə nasosun məhsuldarlığı arasında həmişə düz
asılılıq olmur: bu sürətin xeyli artırılması bəzən xüsusilə onun kiçik dalma
dərinliyində məhsuldarlığının itkisinə gətirib çıxarır.
Bu zaman yırğalanma sayı, yəni plunjerin hərərkət istiqamətinin tez-tez dəyişməsi
böyük rol oynayır. Gedişin dəyişkən istiqamətləri arasındakı zaman fasilələri
klapanların düzgün işi üçün lazım olanlardan az olmamalıdır.
Böyük yırğalanma sayında plunjerin sürəti qəbul klapanından daxil olan mayenin
sürətindən böyük olur ki, bunun nəticəsində də silindr maye ilə dolmur. Silindr maye
ilə tam dolmayanda aşağı gediş zamanı plunjer mayeyə zərblə dəyir ki, bu da ştanq
və boru materialının yorğunluğu hadisəsinə səbəb olur və mancanaq dəzgahının
vaxtından qabaq yeyilməsinə gətirib çıxarır. Plunjerin qaçış sürətinin digər amilinin,
yəni plunjerin gediş uzunluğunun artırılması əksinə faydalı olur, çünki o, neftlə
birlikdə qaz verən quyularda nasosun məhsuldarlığını artırır, həm də plunjerlə cızılan
ümumi həcmdə sızmalardan yaranan həcm itkisini azaldır, yəni nasosun dolma
əmsalını artırır.
Adətən plunjerin gediş yolunun uzunluğu məlum olmur və təyin etmək tələb edir,
lakin sonra görəcəyik ki, o digər bərarbər şəraitlərdə kipkəc ştokunun S gediş
yolunun uzunluğundan və dəqiqədədki gedişlərin n sayından asılıdır və bu
kəmiyyətlərin artması ilə artır.
S və n-in artması ştanqdakı gərginliyi artırır, bundan başqa n-in artması ştanqlarda
yorulmanı sürətləndirir; ona görə də plunjerin 2Sn qaçış sürətini təyin edən S və n
münasibətini elə hesabla seçmək lazımdır ki, o nasosun verilmiş məhsuldarlığının
alınması şərtini və həm də ştanqların möhkəmlik və uzun ömürlülük şərtlərini ödəmiş
olsun.
Gediş uzunluğunu artırmaqla və uyğun olaraq yırğalanma sayını azaltmaqla o
məhsuldarlığı almaq olar ki, onu böyük yırğalanma sayında və kiçik gediş
uzunluğunda almaq olur. Uzun gedişli mayevurma rejimi qurulanda yoxlamaq
lazımdır ki, reduktorun valındakı burucu moment verilmiş tipli mancanaq dəzgahı
üçün buraxıla bilən qiymətindən çox olmasın.
Beləliklə nasosun ən yaxşı iş şəraitlərini plunjerin ləng gedişi, onun uyğun
uzunluğu yaradır və nasosun lazım olan məhsuldarlığını təmin edir.
Yırğalanma sayının azaldılmasının başqa müsbət cəhətləri də vardır, özü də
bunlar kiçik debitli quyuların istismarı şəraitlərində üzə çıxır. Kiçik debitli hasilatı
hətta qurğunun f.i.ə da artır, dərinliknasos avadanlığı ilə baş verən qəzalar azalır və
elektrik enerjisinin sərfinə qənaət edilir.

4.23. Pazşəkilli qayışlar

Qayışın uzunluğunu natural vahidlərə 2000 mm–lik ilk uzunluqdan yuxarı 1-dən
1000 mm-ə qədər artıranda şərti vahidlərin qiymətləri profilə uyğun artırılır.
Pazşəkilli qayışlarla ötürülmə əsasən kiçik mərkəzlərarası məsafələrdə və bir
qayda olaraq böyük ötürmə ədədlərində (7÷10–a qədər) tətbiq edilir.
Qayışın maksimal buraxıla bilən hərəkət sürəti 25 m/san–dir.
Pazşəkilli qayış ötürməsinin qasnağının diametri qayışın seçilmiş kəsiyindən asılı
olaraq götürülür.
Hesabı diametr kimi qayışın qasnağa sarınmış hissəsində neytral ox üzrə qəbul
edilir.
Kiçik qasnağın D diametrini mümkün qədər böyük seçmək təklif edilir: özü də
ötürmənin buraxıla bilən qabarit (əsas) ölçüləri həddində olmalıdır və qayışın hərəkət
sürəti 25 m/san–ni keçirməməlidir.
D1 diametrlərini göstərilən minimal qiymətlərindən aşağı tətbiq etmək olmaz:
çünki belə etdikdə qayışların xidmətetmə müddəti qısalar və ötürmənin f.i.ə. aşağı
düşür.
Böyük qasnağın hesabı diametri D2, aşağıdakı düstürla təyin edilir:
D2 = iD1 (7)
burada i-ötürmə ədəddidir: i=n1/n2; n1 və n2 – qasnaqların dəqiqədəki dövrlər
saylarıdır.
Quyunun hərəkət sürəti aşağıdakı düstürla təyin edilir.
πD1 n1 πD2 n2
v= =
60 x 1000 60 x 1000 (8)
Qayışın kiçik qasnağı əhatə bucağı,  bucağı aşağıdakı düstürla təyin edilir.
60 ( D2−D 1 )
α =180 0−
l (9)
Burada l -mərkəzlər arası məsafə, mm; D1 və D2 qasnaqların hesabı diametrləri, mm.
120o–dən kiçik əhatə bucaqı α tətbiq etmək məsləhət görülmür. Göstərilən
şəraitlərdən fərqli şəraitlər üçün düzəliş əmsalları K1 və K2 daxil edilir.
Əhatə bucağına K1 düzəliş əmsalı cədvəl 4-də göstərilmişdir.
Cədvəl 4
Balaca
qasnaqda
əhatə 180 170 160 150 140 130 120 110 100
bucağıα
, dərəcə
Düzəliş
əmsalı, 1,00 0,9 0,94 0,91 0,8 0,85 0,82 0,7 0,76
K1 7 8 9

Ötürmənin iş şəraitinə, dərinlik nasosu qurğusu üçün təsiredici yüklərin


xarakterinə K2 düzəliş əmsalı 0,7–ə bərabər qəbul etmək olar; pistonlu nasoslar üçün
K2 = 0,8÷0,9, mərkəzdənqaçma nasosları üçün K2=0,9÷1,0 götürmək olar.
Ötürmədəki qayışların sayı aşağıdakı düstürla təyin edilir.
N
z=
N0 K1 K2 (10)
Burada N-ötürülən güc; N0-bir qayışla ötürülən gücdür.
Pazşəkilli qayışlara xidmət qaydaları aşağıdakılardır:
1. qayış özünün yan səthlərilə işləməlidir; aşağı səthilə qasnağın novunun dibinə
toxunmamalıdır. Elektrik mühərrikləri üçün qasnaqlar ciddi surətdə təsdiq edilmiş
çertyojlara əsasən hazırlanmalıdır. Qasnaqların novlarının yan səthlərində kələ-
kötürlük, tilişkə, qırıntı, ovuqlar və çıxıntılar olmamalıdır; çünki onlar iş vaxtı
qayışın hətta kiçik sürüşməsi zamanı onu tez dağıdır. Qasnağın vala döyəclənməsinə
yol verilmir;
2. mühərrikin və reduktorun valları paralel olmalıdır, mühərrikin və reduktorun
qasnaqlarındakı bir-birinə uyğun novlar bir müstəvi üzərində yerləşdirilməlidir;
3. mancanaq dəzgahında qurulmuş pazşəkilli qayışlar eyni uzunluqda olmalıdır;
özü də bir komplektdəki qayışların uzunluğuna görə buraxıla bilən uzaqlaşması
0,25% dən çox olmamalıdır ki, bu da aşağıdakı tipdə qayışa uygun gəlir:
O–2240 – 6 mm
A–3550 – 9 mm
Б–4000 – 10 mm
B–4500 – 11 mm
Г–5600 – 14 mm
4. qayışların dartıcı qüvvəsi aşağıdakı qiymətlərə uyğun gəlməlidir:
A tipli qayış – bir qayışda 20–dən 24 kG–a qədər;
Б tipli qayış – bir qayışda 50–dən 70 kG–a qədər;
Г tipli qayış – bir qayışda 115–dən 140 kG–a qədər.
Komplektin müxtəlif qayışlarının dartıcı qüvvəsinin qiymətini nəzarət yükünün
köməyi ilə yoxlmaq lazımdır. Bu üsulda yük ardıcıl olaraq, komplektin hər bir
qayışının gözlə təyin edilən yuxarı budağın orta nöqtəsindən asılıdır. Sınanılan
qayışın əyilməsinin qiymətini xətkeş bölgülərinə əsasən təyin edirlər, özü də ölçü
yanında yerləşən qayışla götürülür. Mancanaq dəzgahının pazşəkilli qayışlarının
buraxıla bilən sallaq yerinin qiymərləri təqdim edilmişdir. Qayışların dartılmasını
ayda bir dəfədən az olmamaq şərti ilə yoxlamq lazımdır;
5. əgər qayışlardan yalnız biri qırılarsa, onda bütün komplekti dəyişdirmək
məsləhət görülür, qalan qayışlar az yüklənmiş mancanaq dəzgahlarında işlətmək olar;
6. pazşəkilli qayışları dəyişdirəndə dəzgahın elektrik mühərikinin yerini kirşə
(salazka) üzrə o qədər dəyişdirmək lazımdır ki, qayışı dartmadan çıxarmaq mümkün
olsun. Dartılmış qayışları lomun köməyilə eyni vaxtda qasnağın döndərilməsi ilə
çıxarmaq olmaz, çünki bu həm qayışı zədələyə, həm də fəhləni yaralaya bilər;
7. pazşəkilli qayışları şaxtada və qızdırıcı cihazların yaxınlığında saxlamaq olmaz;
8. qayışları mıxdan, dəmir bənddən və s.-dən asmağa icazə verilmir.

4.24. Pazvari qayış ötürməsi

QŞNQ mexaniki intiqalların transmissiyasında işlənilən qayış ötürməsi, işin


yüngüllüyünü, zərbələri zəiflətməyi, sürüşmə imkanı olduğundan, həddindən artıq
yüklərdən qorunmağı təmin edir. Qayış ötürməsinin bu xassəsinin vacib olması,
nasosun plunjeri pərçimlənəndə ştanq kəmərini qırılmaqdan qorumaqdır. Elastik
bəndin transmissiyada olması amortizator rolunu oynayır.
Otuzuncu illərə qədər mancanaq dəzgahının transmissiyasında yastı qayış
ötürmələri istifadə olunurdu. Sonralar isə üstün olan pazvari qayış ötürmələrindən
istifadə edildi.
Mancanaq dəzgahlarında pazvari qayış ötürmələri reduktorla birlikdə işlənilir. Bu
aparan qasnaqlar dəyişilən qasnaqlar adlanır.
Qasnaqları dəyişmək prosesini asanlaşdırmaq və buna sərf olunan vaxtı azaltmaq
məqsədi ilə vətəndə buraxılan mancanaq dəzgahlarında 1955–ci ildən başlayaraq
tezdəyişdirilən qasnaqla birlikdə mühərrik altında dönücü xizək tətbiq olunurdu.

4.25. Sürgüqollarının yığılması

Mancanaq dəzgahlarında sürgüqolu çevirici mexanizminin bəndi olaraq oynaq


vasitəsi ilə aşağı ucu çarxqolu ilə, yuxarı ucu isə traverslə birləşdirlib. Sürgüqolu,
gövdədən, yuxarı və aşağı başlarından ibarətdir.
Sürgüqollarının traverslə birləşməsi, traversin özü də mancanaqla birləşdirilməsi
təcrübədə müxtəlif konstruktiv şəkildə icra olunur.
Oyanqlı traversin mancanağa nisbətən qurulması iki növ olur: mancanağın altında
və ya onun üstündə. Təcrübədə ən çox birinci quruluş tətbiq olunur.
Sürgüqolu aşağı başlığın vasitəsi ilə oynaqlı surətdə çarqolu ilə birləşdirilir.
Sürgüqolunun aşağı başlığı gövdədən və çarqolu barmağının yığımından ibarətdir.
Sürgüqolunun aşağı başlığı onun borudan ibarət gövdəsinin quyruğu ilə qaynaqla
birəşmiş T şəkildə ikigedişli başmaqdan ibarətdir. Başlığın prizmatik gövdəsi
barmaqla boltlar vasitəsiilə birləşdirilir. Barmaq sürgüqolunun aşağı başlığını oynaqlı
birləşmə vasitəsilə çarxqolu ilə birləşmədə iştirak edir.
Yığılmış halda çarqolu barmağı yastıqla birlikdə başlıqdan və özünü çarxqolu ilə
birləşdirən quruluşdan ibarətdir.
Barmağın baş hissəsi diyirlənmə yastıqlı birlikdə oynaqlı halda sürgü qolunun
aşağı başlığının gövdəsi ilə, özü isə çarx qolu ilə, konus birləşməsi vasitəsi ilə
birləşdirilir. Təcrübədə iki növ konuslu brləşmələrə təsadüf etmək olar: uzununa
kəsikli oymaq işgil ilə birlikdə oymaqsız, işgilsiz.

4.26. Çarqollarının yığılması

Çarxqolu, radiusunun uzunluğunu dəyişməklə asqı nöqtəsinin, gediş yolunun


uzunluğunun tənzimində və tarazlaşdırmada istifadə olunur.
Tarazlaşdırma üsulundan aslı olaraq (mancanaqlı çarxqolu və qarışıqlı) çarxqolları
pərsəngli və pərsəngsiz olur.
Pərsəngsiz çarxqolları, mancanaqlı və pnevmatik tarazlaşdırmalarda, pərsəngli
çarqolları isə çarxqolu və qarışıqlı tarazlaşmalarda tətbiq olunur.
Çarxqolları tökmə üsul ilə çuqundan hazırlanır. Çarxqollarında ştanqların asqı
nöqtəsinin gediş yolunun uzunluğunu tənzim etmək üçün bir neçə deşiklər qoyulur,
pilləsiz tənzimdə isə xüsusi tərtibat işlədirlər.
Gediş yolunu pilləli tənzim etmədə və tənzimləyici momentin əl ilə tənzimindən
çuqun çarxqollarının emal olunmuş alt və üst səthlərində boltlar bağlanmış pərsənglər
qoyulur. Çarxqolu üstünə qoyulan pərsənglərin birləşdirmə səthləri də təmizcəsinə
emal olunur. Çarxqolu valı etibarlı bağlanamaq məqsədi ilə yarıqlı və çəkib bağlayıcı
boltla klem birləşmələrindən istifadə olunur. Pərsəngləri çarxqolu uzun hərəkət
etdirmədə, ön üfüqi vəziyyətdə saxlayıb, boltları boşaldıb, ling vasitəsi ilə irəli–geri
itələyirlər.
Dezaksial mancamaq dəzgahlarında çarxqolu, tarazlaşmanı təmin etmək üçün
hazırlanır.
Mancanaq dəzgahlarında əyləc dəzgah işləyən vaxtda istifadə olunmur. Burada
əyləcin vəzifəsi dəzgah saxlanmış halda olanda çevirici mexanizmi istinilən lazımı
vəziyyətdə saxlamaqdan ibarətdir.
Məsələn, tarazlaşmanı tənzim edəndə, çarxqolu orta və çox güclülərdə isə çatıda
dayaq çərçivəyə ayrılma (boltlar) vasitəsi ilə bağlanır.
Əvvəlcədən gərginləşdirilmiş dəmir-beton çatılar özül ilə birləşərək orijinal
konstruksiyaya malik olur.
4.27. Quyuağzı ştok asqısı

Quyuağzı ştok asqısı quyuağzı kipləşdiricinin ştokunu mancanağın başlığı ilə


birləşməsində tətbiq olunur.
Qövslü mancanaq başlıqlarının çevik bəndi ilə tətbiqində müxtəlif konstruksiyalı
quyuağzı ştok asqısı təsadüf olunur.
Bizdə və xarici ölkələrdə çevik bənd rolunda, ştok asqılarında polad buraz tətbiq
olunur. Hal-hazırda bizim mancanaq dəzgahlarında 36 və 160 kN yük qaldırma
qabiliyyəti olan PSŞ tipli buraz asqısı işlənilir. Asqı ibarətdir: iki qaynaqlanmış
oynaqlı traversdən, qaldırıcı vintlərdən, ştokun sıxıcısının oymağın qaynaqlanmış
yuxarı traversindən, ştokun pazlı sıxıcısından, iki buraz sıxıcılarından və burazdan.
Dinamoqrafın asqı vasitəsi ilə istifadə edilməsi bu tərzdə olur. Mancanaq dəzgahı
saxlandıqdan sonra, yük altında qaldırıcı vintlər polad çubuq vasitəsi ilə
fırlandırılaraq travers bir qədər yuxarı qaldırılır. Dinamoqraf öz yerinə (aralığa)
qoyulduqdan sonra vintlərini əks tərəfə fırladıb bütün yükü dinomoqrafa verilir.
Dinamoqrafı asqıdan çıxarmaq əks qaydada başa gəlir.

4.28. Quyuağzı kipləşdirici avadanlıq

Neft quyularının istismarında quyuağzı ştoku qaldırıcı boru kəmərinin daxilinə


salmaq və quyu məhsulunu üçlüyün yan çıxışından basqı xəttinə verimdə
kipləşdirmək məqsədi ilə xüsusi qurğu quyuağzı kipkəcdən istifadə olunur.
Azərbaycan neftmaşınqayırma elmi-tədqiqat institutunun layihəsi ilə hazırlanan
iki növ: tək və cüt kipləşdirici quyuağzı ştokların bütün standart diametrli (19, 22, 28,
31 və 36 mm) iki tip SUS1 və SUS2 quyuağzı kipləşdiricilərdən istifadə olunur.
Tək kipləşdiricili SUS1 tipli quyuağzı kipkəc az qaz faktorlu və alçaq statik
səviyyəli quyularda tətbiq olunur. O bir üçlükdə qoyulmuş kuppom başlıqlı
kipləşdirici halqası olan gövdədən, ibarətdir. Quyuağzı kipkəcin içərisində yuxarı
oymaq vasitəsi ilə qapaq ilə sıxılan kipləşdirici paket yerləşdirilib.
Yuxarı və aşağı oymağı ştokun xarici diametrinə bərabər içyonluşlu DP-K markalı
ağac istiqamətləndirici oymaq yerləşdirilib.
Əl ilə çıxmasını asanlaşdırmaq üçün, kipkəcin başlığının qapağına qaynaq vasitəsi
ilə iki qulaq dəstək bərkidilib.
Quyuağzı ştok hərəkətdə olanda işçi təzyiq 4 MPa hərəkətsiz olanda və
kipləşdiricinin sıxılmış paketində 7 MPa qədər ola bilər.
Quyuağzı kipkəcin üçlüklə birlikdə hündürlüyü 420 mm, birləşdirici boru 73 mm
NKB yividir. Kipkəcin kütləsi 21 kq–dan artıq olmur.
Cütkipləşdirici SUS2 tipli kipkəc çox qaz amili, yüksək statik səviyyəli və tullanış
gözlənilən quyular üçün istifadə edilir. Bu kipkəcdə rezin kipləşdirici halqası olan
kürəvi başlıq, ucluqda yerləşib. İçində kipləşdirici paketi olan. Başlığın oymağı yiv
vasitəsi ilə kürəvi başlığa birləşib. Paket yuxarı oymaq və oymaq qapağı vasitəsilə
sıxılır.
Burada və aralıq oymaqla ağac DP-K dan hazırlamış ştokun xarici diametrinə
bərabər içyonuşlu istiqamətverici oymaq yerləşdirilib.
Kürəvi başlığın aşağı hissəsində əlavə kipləşdirici başlığı sağanağı vasitəsi ilə
sıxırlar. Öz–özünə açılmamaq üçün başlıqda əksqayka qoyulub.
İşçi təzyiq hərəkətdə olan quyuağzı ştokda 14 MPa, hərəkətsiz ştokda və sıxılmış
paketdə 14 MPa miqdarında ola bilər. Quyuağzı kipkəcin hündürlüyü 575 mm,
kütləsi isə 25 kq-dan çox olmur.

4.29. Quyuların ştanqsız nasoslar vasitəsilə istismarı

Quyulardan mayenin yer səthinə qaldırılması üçün lay enerjisi kifayət etmədikdə
mexanikləşdirilmiş istismar üsulları tətbiq edilir. Quyuların mexanikləşdirilmiş
istismarının bütün üsullarının əsasında məhsul axınına xarici mənbədən enerji daxil
edilməsi durur. Bu məqsədlə bütün məlum enerji formalarından istifadə etmək olar:
sıxılmış hava və ya qaz (erlift, qazlift), istilik (termolift), mexaniki (ştanqlı quyu
nasosları), elektrik, hidravlik və pnevmatik. Ştanqlı nasos qurğuları, onların tətbiq
sahəsini məhdudlaşdıran bir çox çatışmayan cəhətlərə malikdir. Nasosun böyük asqı
dərinliyi olduqda iri ağır avadanlıq tələb olunur, müxtəlif qüsurların əmələ gəlməsi
təhlükəsi baş verir, mayedə baş verən yükün dəyişməsindən asılı olaraq ştanqlar
uzanır və qısalır, ona görə də dərinlik artdıqca plunjerin gediş yolunun uzunluğu
azalır. Bunun nəticəsində böyük dərinlikdə ştanqlı nasosların verimi əhəmiyyətli
dərəcədə azalır. Nasosun endirilmə dərinliyi də ştanqların yol verilən maksimal
dərinliyi ilə məhdudlaşır. Ştanqlı dərinlik nasoslarının məhsuldarlığı həmişə kifayət
qədər olmur və yüksək dərinlikdə (5000 m-dən çox) işləmək üçün yararlı deyil. Ona
görə də hazırda ən məsul və zəif yer olan ştanqların ləğv edilməsi və mühərrikin
quyuya endirilməsi kimi fərqləndirici xüsusiyyətləri olan ştanqsız nasos
qurğularından istifadə edilir. Belə qurğulara mərkəzdənqaçma elektrik dalma
nasosları, vintli elektrik nasosları, hidroporşenli nasoslar, diafraqmalı elektrik
nasosları, akustik nasoslar və turbinli nasoslar aiddir.
Mərkəzdənqaçma elektrik dalma nasosları (MEDN) geniş sənaye tətbiqi
tapmışdır. MEDN, alçaq statik səviyyəli, yüksək məhsuldarlıq əmsalına malik
quyularda tətbiq olunur. Belə quyularda adi ştanqlı nasosların tətbiqi ştanqların
qırılmasına səbəb olur. MEDN çox mailli quyularda da tətbiq olunur. Bu nasoslar
laydan çox miqdarda maye çıxarılması həyata keçirilən quyularda istifadə edilməsi
məqsədəuyğundur. Bu nasoslar üçün böyük təmirlərarası müddət xarakterikdir.
Nasosun verimi 20-2000 m3/gün arasında dəyişir.
MEDN-in aşağıdakı quyularda tətbiqi məqsədəuyğun deyil:
1. çıxarılan mayedə əhəmiyyətli dərəcədə qumun olması; bu zaman nasosun işçi
hissələri tez sıradan çıxa bilər;
2. nasosun məhsuldarlığını azaldan yüksək miqdarda qazın olması;
3. qurğunun baha başa gəlməsi;
4. lazımı avadanlıq çətin tapıldığı üçün nasosun ayrı-ayrı hissələrinin çətinliklə
təmir edilməsi.
Nasosun birinci pilləsinə sərbəst qazın miqdarı nasosla vurulan maye həcminin
2%-dən çox olmamalıdır. Sərbəst qazın miqdarının artması basqı, verim, f.i.ə.-nin
azalmasına səbəb olur, nasos isə son dərəcə dayanıqsız işləyir. Quyudan mayenin
çıxarılması üçün istifadə olunan MEDN, yer səthində mayenin vurulması üçün
istifadə olunan mərkəzdənqaçma nasoslarından prinsipcə fərqlənmir. Ancaq istismar
kəmərinin diametri ilə məhdudlaşan kiçik radial ölçülər, qeyri-məhdud oxboyu
ölçülər, yüksək basqının dəf edilməsi zərurəti və nasosun işinin dalma vəziyyətində
olması spesifik konstruksiyalı mərkəzdənqaçma nasos aqreqatlarının yaranmasına
səbəb olmuşdur. Bu nasoslar xarici görünüş etibarı ilə borudan fərqlənmir, ancaq belə
borunun daxili boşluğu mükəmməl hazırlanma texnologiyası tələb edən çoxsaylı
mürəkkəb hissələrdən ibarətdir. Nasosun bir blokunda 120-yə qədər pillələri vardır.
MEDN qurğusu yerüstü və yeraltı avadanlıqlardan ibarətdir.
Yerüstü avadanlıq, zirehli kabel barabanı, quyuağzı armatur, idarəetmə stansiyası,
avtotransformator və müxtəlif yardımçı hissələrdən ibarətdir. Yerüstü avadanlıq
sadədir, fundament və digər qurğuların qoyulması tələb olunmur. Ona görə də bu
nasosu qısa zamanda və ilin istənilən vaxtında quraşdırmaq mümkündür.
Mərkəzdənqaçma elektrik dalma nasos qurğusu aşağıdakı yeraltı avadanlıqdan:
çoxpilləli mərkəzdənqaçma nasosu (4), xüsusi konstruksiyalı elektrik mühərriki (10),
mühərriklə nasos arasında qoyulmuş protektor (2), mayenin götürülməsi üçün
nasosun qəbul süzgəci (3), kabelin (6) nasos kompressor borularına (5) bərkidilməsi
üçün muftadan (7) ibarətdir.
Laydan quyudibinə hərəkət edən maye nasosun aşağı hissəsindən qəbul süzgəcinə
daxil olur. Elektrik mühərriki və nasos hermetik polad köynəklərdə yerləşdirilmişdir.
Nasosun, protektorun və elektrik mühərrikinin korpusları flanslarla birləşdirilmişdir.
Süzgəcdən keçən maye nasosun bütün pillələrindən keçdikdən sonra nasos-
kompressor boruları vasitəsilə yer səthinə qaldırılır.

Şəkil 8. Mərkəzdənqaçma elektrik dalma nasos


qurğusunun sxemi
Böyük dərinlikdən mayenin qaldırılması zərurəti olduqda MEDN-in seksiyaları
bir-birilə elə birləşdirilir ki, pillələrin ümumi sayı 400-ə çatır. Hər bir pillə nasosun
korpusunun diametrindən asılı olaraq suda işləyərsə 5,8-dən 6,8 m-ə qədər basqı
yarada bilir. MEDN kiçik metal həcmi, basqı və sərf üzrə geniş diapazonlu işçi
xarakteristikası və kifayət qədər yüksək f.i.ə., böyük miqdarda maye götürmək
imkanı və böyük təmirlərarası müddətin olması ilə fərqlənir. Tam yığılmış aqreqat
nasos boruları ilə quyuya maye səviyyəsi altına buraxılır. Nasos boruları ilə paralel
olaraq elektrik enerjisini yer səthindən mühərrikə vermək üçün zirehli kabel (6)
buraxılır.
Mərkəzdənqaçma elektrik dalma nasosu aşağıdakı kimi işləyir:
Elektrik cərəyanı, mədən şəbəkəsindən transformator (10) və idarəetmə stansiyası
(11) vasitəsilə zirehli kabel (6) ilə elektrik mühərrikinə (1) daxil olur və onu hərəkətə
gətirir. Elektrik mühərriki mərkəzdənqaçma nasosunun (4) valını fırladır. Maye
nasosla süzgəcdən keçməklə sovurulur və nasos-kompressor boruları vasitəsilə yer
səthinə verilir. Nasos dayandığı halda mayenin nasos borularından əksinə quyuya
axmasının qarşısını almaq üçün nasosun altında borularda əks klapan yerləşdirilir.
Əks klapanın qoyulması həm də nasosun işə buraxılmasından əvvəl, nasos-
kompressor borularını maye ilə doldurmağa imkan verir. Nasos borularında olan
maye sütunu nasosun işə buraxılmasını asanlaşdırır və mühərrikin artıq yük ilə
işləməsinin qarşısını alır. Əks klapandan başqa nasosdan yuxarıda əks klapandan
aşağıda birinci boruda axıdıcı klapan qoyulur. Bu klapanın köməyilə nasos aqreqatı
yer səthinə qaldırmazdan əvvəl maye borulardan quyuya axıdılır.
MEDN aqreqatının əsas hissələrinin quruluşunu nəzərdən keçirək.
Mərkəzdənqaçma elektrik dalma nasosu-ümumi şaquli val üzərində quraşdırılmış və
ya legirlənmiş çuqundan tökülmüş, plastik kütlə və ya kaprondan işçi çarx və
yönəldici aparatdan ibarətdir. İşçi çarxlar və yönəldici aparatlar nasosun bir pilləsini
təşkil edir. Seksiyaların sayı müxtəlif olub, mayenin qalxma hündürlüyü ilə müəyyən
edilir.
Vintli nasos istismar üsulu. Dərinliyə dalma vintli nasoslar quyuların istismarı
üçün maraq kəsb edir. Vintli nasosun əsas parametrləri-rotorun diametri D, statorun
addımının uzunluğu-İst və e-ekssentrisitetidir. Rotor və stator arasında formalaşmış
boşluqlar ayrılırlar. Rotor fırlanarkən, bu boşluqlar həm radius üzrə, həm də ox üzrə
yerlərini dəyişirlər. Boşluqların yerdəyişməsi mayenin aşağıdan yuxarıya doğru
itələnməsinə gətirib çıxarır, buna görə də bəzən bu nasosu yerdəyişən içlikli nasos
adlandırırlar.
Rotor rəvan kəsikli birgedişli vint olub, yüksək möhkəmlikli poladdan,
xromlanmış, yaxud sürtünməyə qarşı digər örtüklə hazırlanır. Stator, rotor vintinin
addımından iki dəfə artıq addımlı ikigedişli vint səthindən ibarət olub, rezindən,
yaxud plastik materialdan hazırlanır və nasosun gövdəsində quraşdırılır.
Stator üçün materiala kifayət qədər sərt tələblər irəli sürülür.
Rotorun istənilən en kəsiyində dairə durur, bu dairələrin mərkəzləri isə oxu
rotorun fırlanma oxu olan vint xətti üzərinə düşür. Rotorun istənilən en kəsiyində
dairəvi kəsik fırlanma oxundan ekssentrisitet adlanan “e” məsafəsi qədər yerdəyişir.
Statorun daxili boşluğunun ox boyu en kəsikləri eynidir, lakin bir-birinə nəzərən
döndəriliblər: statorun addımına bərabər məsafədən sonra bu kəsiklər üs-üstə düşür.
Statorun daxili səthinin (boşluğunun) en kəsiyi, rotorun en kəsik radiusuna bərabər
radiuslu, mərkəzləri 4e məsafəsi qədər ayrılmış iki yarımdairədən ibarətdir. Rotorun
fırlanma hərəkətində o öz oxu ətrafında fırlanır: eyni zamanda rotorun oxunun özü 2e
diametrli dairə üzrə fırlanma hərəkəti edir.
Rotorun spiral darlığı bütün uzunluğu boyu statorla arasıkəsilməz kontaktda olur;
bu zaman rotor ilə stator arasında en kəsik sahəsi rotorun diametrinin D, 4e
məsafəsinə hasilinə bərabərdir, bu boşluğun oxboyu uzunluğu isə statorun addımına
bərabərdir. Bu boşluq çıxarılan quyu məhsulu ilə doldurulub və rotorun bir dövr
etdiyi zaman məhsul onun oxu boyu İst məsafəsində yerdəyişir.
Neft mədənlərində, mayeni bir-birinə doğru vuran, girişləri müxtəlif və çıxışları
ümumi olan iki rotordan ibarət vintli nasos tətbiq olunur. Rotorlar bir-biri ilə dərinlik
elektrik mühərriki ilə ekssentrikli muftalı val ilə birləşdiriliblər; rotorlar eyni
istiqamətdə fırlanırlar, lakin onlardan birinin spiralı sağ istiqamətli, digərininki isə sol
istiqamətlidir. Bu zaman yuxarı rotor mayeni yuxarıdan aşağıya, aşağı rotor isə
aşağıdan yuxarıya vurur. Belə sxem rotorlara təsir edən oxboyu qüvvəni tarazlaşdırır.
Ekssentrikli muftalar rotorların yalnız öz-özü ətrafında deyil, həm də 2e diametrli
çevrə üzrə fırlanmasına imkan verir. Ekssentrikli muftalar çıxarılan mayedə
işləyirlər.

Şəkil 9. Vintli nasos; Şəkil 10. İkivintli


a-rotor, b-stator, c-nasos yığımda; dərinlik nasosu
2-stator ilə rotor arasındakı ara boşluğu.

Şəkil 10-da göstərilmiş ikivintli nasosların konstruksiyası spiralın sağ (7) və sol
(4) istiqamətləri olan iki tarazlaşmış vintlərin istifadəsini nəzərdə tutur. Vintlərdən
oxboyu qüvvələr vintlərin arasında yerləşən ekssentrikli muftalara (5) verilir.
Vintlərin intiqalı elektrik mühərrikinin aşağı hissəsində yerləşən protektor (10),
işəsalma muftası (9) və val (8) vasitəsilə həyata keçirilir. Ekssentrikli muftalar 4 və 7
vintlərinin lazımı fırlanmasını təmin edir. Quyudan mayenin qəbulu üst vintdən
yuxarıda və alt vintdən aşağıda yerləşən iki ədəd süzgəc (2) vasitəsilə aparılır.
Mayenin ümumi çıxışı vintlər arasında baş verir. Maye sonra üst vintin yuvasının
gövdəsi və nasosun üz qabığı arasındakı halqa üzrə qoruyucu klapana (1) keçir və
oradan da şlam borucuğuna, daha sonra isə nasos kompressor borularına keçir.
Dərinlik vintli nasoslar quyulardan yüksək özlülüyə malik neftlərin çıxarılması
üçün nəzərdə tutulmuşdur. Vintli nasosların f.i.ə. 80%-ə çatır. Bundan əlavə bu
nasoslar, həcmi olmaqla, çıxarılan mayedə sərbəst qazın olmasına az həssasdır və
nasosun girişində yüksək qaz tərkibinə yol verirlər. Dərinlik vintli nasosun ən zəif
elementi statordur, çünki mexaniki qarışıqları olan məhsulun çıxarılması zamanı
statorun üst səthi zədələnir; bundan əlavə, statoru kifayət qədər yağlamadıqda da o
zədələnir. Maşınqayırma sənayesi, 40-dan 240 m 3/gün verimi ilə müəyyən istismar
şəraitində çox yaxşı nəticələr göstərən vintli nasosları buraxır.
Hidroporşenli nasoslar maili istiqamətlənmiş, az və orta debitli dinamik
səviyyəsi az olan (3000 m-ə qədər), dərin quyuların (4000 m-dən çox) istismarı üçün
tətbiq edilə bilər. Bu nasosların kiçik qabarit ölçülərinin olması, onların kiçik
diametrli qoruyucu kəməri olan quyulara endirilməsinə imkan verir. Hidroporşenli
nasoslar yüksək f.i.ə.-yə malikdir və f.i.ə. quyularda dinamik səviyyə azaldıqca çox
azalır. Hidroporşenli nasosların fərqləndirici xüsusiyyəti–eyni bir aqreqatın müxtəlif
basqılarla işləmə qabiliyyətinin olması, yəni müxtəlif dərinlikli quyuların
istismarında tətbiq olunması və lazım olan miqdarda mayenin hasil edilmə imkanının
olmasıdır. Quyuların hidroporşenli nasoslarla istismarında dalma porşenli nasosuna
enerji maye axını ilə verilir. Hidroporşenli nasos qurğusu dalma avadanlığı, yerüstü
güc nasosu (4), mayenin çökdürülməsi üçün tutum (2), mayenin tənzimlənməsi üçün
trapdan (6) ibarətdir.
5

1 2 8
3 6
4

9
10

11
12
13
14
15
16

Şəkil 10.11. Hidroporşenli nasos qurğusunun sxemi


1. boru xətti; 2. işçi maye üçün tutum; 3. sovurucu boru xətti; 4. güc nasosu; 5.
manometr; 6. trap; 7. atqı xətti; 8. basqı boru xətti; 9. quyuağzı; 10. 63 mm-lik boru;
11. 102 mm-lik boru; 12. qoruyucu kəmər; 13. hidroporşenli nasos; 14. hidroporşenli
nasos yəhəri; 15. yerləşdirilmə konusu; 16. əks klapan.
Yeraltı (dalma) avadanlıq zolotnik paylanması olan porşenli hidromühərrik və
porşenləri bir-biri ilə sərt ştok ilə birləşmiş nasosdan ibarətdir.
Yerüstü güc nasosu yüksək təzyiq altında quyuya konsentrik və ya paralel
endirilmiş iki borudan biri ilə işçi mayeni (nefti) vurur, mühərrik və nasosu işə
gətirir. İşçi maye (neft) mühərrikdən çıxaraq quyudan nasosun silindrinə daxil olan
neftlə qarışır və kəmərlərarası fəza ilə (halqavarı fəza ilə) yer səthinə qaldırılır. Nasos
yer səthinə işçi mayenin basqısı ilə qaldırılır. İşçi maye kimi sərbəst qaz, su və
mexaniki qarışıqlardan təmizlənmiş, lazım olduqda isə kimyəvi maddələrlə
deemulqator və inhibitorlarla işlənilmiş neftdən istifadə olunur. Xüsusi yağlayıcı
əlavələr edilmiş sudan da istifadə mümkündür.
Hidroporşenli nasos quyuya nasos borularına sərbəst atılmaqla endirilir. Bundan
ötrü endirilmiş borular güc nasosu vasitəsilə verilən maye ilə doldurulur, sonra quyu
ağzında yerləşdirilmiş başlıqdakı deşik açılır və hidroporşenli nasos atılır. Güc
nasosundan çıxan maye axını hidroporşenli nasosu aşağı itələyir və onu yəhərə sıxır.
Nasos yerinə oturduqdan sonra işçi təzyiq artır və nasos işləməyə başlayır. Nasosun
qaldırılma və endirilmə sürəti 0,5-1 m/san-dək çatır. Belə sürətlərdə aqreqatın 2000
m dərinlikdən qaldırılmasına 30-60 dəq., endirilməsinə isə 25-30 dəq. sərf edilir.
Hidroporşenli nasosun qaldırılması zamanı nasos-kompressor borularını
qaldırmaq lazım gəlmir.
Güc aqreqatının işçi mayesinin təzyiqi dalma nasosunun basqısından asılıdır. Bu
basqı isə mayenin qalxma hündürlüyü, boru kəmərlərində hidravlik müqavimətlər,
trapdakı təzyiq və quyu ağzı ilə trap arasındakı geodezik ölçülərin fərqindən asılıdır.
Hidroporşenli nasoslar mürəkkəb qurğulardır. Bu nasoslar quyu ağzında güc
nasosları, transformator, idarəetmə və mühafizə stansiyalarının yerləşdirilməsini
tələb edir. Bundan başqa, işçi mayenin hazırlanması üçün separasiya və təmizləmə
qurğuları da mürəkkəbdir. Bunlar, hidroporşenli nasosların geniş yayılmasına mane
olan əsas səbəblərdəndir. Ancaq maili quyuların işinin ştanqlı nasoslar vasitəsilə
istismarının bəzən mümkün olmadığı hallarda hidroporşenli nasoslar vasitəsilə
istismar asan həyata keçirilir.
Diafraqmalı elektrik nasosu (DEN) istismarı. Diafraqmalı elektrik nasosu
(DEN) hasil olunan mayenin tərkibində mexaniki qarışıqlar və qumun çox olduğu
şəraitdə tətbiq edilir. Bundan başqa aşılayıcı (yeyici) mayelərin çıxarılmasında da bu
nasoslardan istifadə olunur, çünki nasos vasitəsilə vurulan maye yalnız klapanlar,
diafraqma və işçi sahənin divarları ilə təmasda olur. DEN-in verimi 650-1700 m
basqı şəraitində 4-16 m3/gün təşkil edir.
DEN elektrik ötürücülü həcmi nasoslara aiddir. Bu qurğuya nasos-kompressor
boruları ilə endirilmiş nasos aqreqatı (nasos və elektrik mühərriki), kabel, quyuağzı
avadanlığı və yerüstü idarəetmə stansiyasından ibarətdir.
Elektrik mühərrikinin (8) valının və künc dişli ötürmənin (7) fırlanması zamanı
ekssentrik (6) fırlanır və ekssentrikə yay (4) vasitəsilə sıxılan porşen (5) yuxarı və
aşağı hərəkət edir. Porşen üzərindəki A və ötürmə önündə olan B fəzaları yağ ilə
doldurulmuşdur. Yağdan hava çıxarılmalıdır.
A fəzasında olan yağın həcmi tam müəyyən olunmalıdır. Porşenin aşağı hərəkəti
zamanı yağ azad olan həcmi doldurur və işçi diafraqma (3) aşağıya enir (aşağı
vəziyyət punktir xətlə göstərilmişdir). Klapanların altında yerləşən diafraqmanın
üstündəki işçi fəzadakı təzyiq azalır, maye quyudan sovurucu klapan (2) vasitəsilə
işçi fəzaya sovurulur. Porşenin (5) yuxarı hərəkəti zamanı yağ diafraqmanı yuxarı
hərəkət etdirir və maye vurucu klapan (1) vasitəsilə nasos-kompressor borularına
vurulur. Porşenin hərəkəti nəticəsində B fəzasının həcminin dəyişməsi kompensator
diafraqması (9) ilə kompensasiya edilir. Kompensator diafraqmasının (9) arxasındakı
fəza quyu ilə birləşmişdir.
Şəkil 12. Diafraqmalı elektrik nasosunun sxemi
1. vurucu klapan; 2. sovurucu klapan; 3. işçi diafraqma;
4. yay; 5. porşen; 6. ekssentrik; 7. künc dişli ötürmə;
8. elektrik mühərriki; 9. kompensatorun diafraqması.

Tərkibində 1,8%-ə qədər mexaniki qarışıq olan aşılayıcı mayelərin çıxarılması


zamanı nasosun hissələrindən heç birinin quyu məhsulu ilə təmasda olmadığı üçün
təmirlərarası müddət (TAM), ştanqlı və MEDN tətbiq edildiyi hallarda olan TAM-
dan əhəmiyyətli dərəcədə çoxdur. Nasos-kompressor borularının fəzası açıq olduğu
üçün quyuların tədqiqatını aparmaq və parafin çöküntüləri ilə mübarizə etmək kifayət
qədər asandır.
Akustik nasos (vibronasos) ilə istismar. Akustik nasoslarda dəyişən
həyəcanlandırıcı qüvvənin təsiri altında nasos-kompressor borularının növbələşən
uzanma və sıxılma enerjilərindən istifadə edilir. Nasosun konstruksiyası Şəkil 10.13-
də verilmişdir. Nasos-kompressor boruları yaylar (1) üzərində yerləşən asqı-
piltələrindən (2) asılır. NKB-nin hər bir birləşməsində və ya çoxunda plastik kütlədən
hazırlanmış əks klapan (3) qoyulur. Asqı-piltədə (2) vibrasiya yaratmaq üçün 2 yük
(4) montaj olunur. Ekssentrik vala oturdulmuş dişli çarxlar (5) iki yük-ekssentriklərin
sinxron fırlanmasını təmin edir. Vallardan biri elektrik mühərrikinin köməyilə
fırlanır. İki valın əks istiqamətlərdə fırlanması zamanı bərabər tərəfli şaquli yönələn
mərkəzdənqaçma qüvvələri əmələ gəlir. Bunun nəticəsində asqı-piltə, valların
fırlanma tezliyinə bərabər tezlikdə vibrasiya etməyə başlayır. Vibrasiya nəticəsində
yaranan elastik rəqslər nasos-kompressor boruları boyunca müxtəlif sürətlə yayılır:
poladda işıq sürətilə, yəni 5000 m/san ilə çıxarılan mayedə isə 1000-1500 m/san ilə.
Vibrasiyanın tezliyi 600-1200 dəq-1, amplitudu isə 7,6-19 millimetr həddində olur.
Rezonans, yəni xarici rəqslərin tezliyinin rəqs edən sistemin məxsus tezliyinə
bərabər olması nəticəsində əks klapanlar arasında olan hər boru seksiyaları kifayət
qədər yüksək tezliklə gah uzanır (10-15 mm), gah da qısalır. Boruların uzanması
zamanı açıq klapanlar mayeyə batır, qısalma zamanı isə klapanlar bağlanır və mayeni
yuxarı qaldırır.
5
4

2
1

Şəkil 13. Akustik nasosun sxemi

Əks klapanlar vasitəsilə qaldırılan mayenin təcili, ağırlıq qüvvəsinin təcilindən (g)
5-10 dəfə böyük olur, beləliklə maye hətta əks klapan növbəti yarımdalğaya batsa
belə qalxmağa davam edəcəkdir. Vibrasiyanın tezliyi elə hesab ilə götürülür ki, o
nasos-kompressor borularının rezonans tezliyinə bərabər və ya ondan kiçik olsun.
NKB 60,3-114,3 millimetr diametrində götürülür, bu zaman nasosun verimi 30-160
m3/gün təşkil edir. NKB-nin kəmərə sürtünməsinə səbəb ola biləcək eninə rəqslərin
qarşısının alınması üçün NKB-nin xaricinə hər 3 m intervaldan bir plastik kütlədən
olan mərkəzləşdirici (6) qoyulur.
Akustik nasosların ümumi f.i.ə. 0,7-ə bərabər ola bilər. Bu nasosların üstünlüyü
qumun ona təsir edə bilməməsidir. Bu nasos vasitəsilə 80%-ə qədər bərk qarışıqların
qaldırılmasını həyata keçirmək olar. Nasosun çatışmayan cəhəti–yüksək təzyiqlərdə
kəmər başlığının hermetikliyinin təmin edilməsinin çətin olmasıdır. Ona görə də
qazlı neftlərin hasil edilməsi müəyyən problemlər yaradır. Bundan başqa, NKB və
quyunun boruarxası fəzası tədqiqat işlərinin aparılmasına və parafin çöküntülərinin
tənzimlənməsinə imkan vermir. Mümkün yorulmadan dağılma və istismar nöqsanları
olduğu üçün akustik nasoslar geniş tətbiq olunmur.
Turbinli nasoslar. Nasos aqreqatlarını, ən dərin quyularda səmərəli işlətmək
üçün, onları qaz və ya hidravlik turbinlərlə birləşdirib tətbiq etmək daha əlverişlidir.
Aşağıda turbinli liftin kombinasiyası (yivli nasosla qaz turbininin kombinasiyası)
təsvir edilmişdir.
Turbinlər işləyən zaman onunla birlikdə vintli nasosun şneki də fırlanır, bunun
hesabına maye quyudan bir qədər nasos borularının içərisinə qalxacaqdır. İşlənmiş
qaz, kanaldan keçərək nasos borularında maye ilə qarışaraq onu (mayeni) yer səthinə
qaldırır.
Aqreqat quyuya 2,5-3" nasos-kompressor boruları və ya bəzi hallarda pakerlə də
buraxılır.
Rus alimləri A.P.Krılovun və Q.E.Topçuyevin hesablamalarına görə 1000 m
yüksəkliyə 100 m3/gün mayeni qaldırmaq üçün 31,6 atm altında 8,7 m 3/dəq işçi
agenti sərf etmək lazımdır.
Əgər, mayenin qalxma yüksəkliyini 2000 m-ə qədər artırıb, nasosun dalma
dərinliyini 400 m-ə qədər çatdırmaqla yuxarıdakı qədər maye almaq lazımdırsa, 65,4
atm altında 13,8 m3/dəq işçi agenti sərf edilməlidir. Qurğunun ümumi f.i.ə - 21-22%-
dən yuxarı qalxmır, f.i.ə.-ni yüksəltmək üçün nasosun dalma dərinliyini artırmaq
lazımdır, bu isə işçi təzyiqinin artması ilə əlaqədardır. Buna görə də bu aqreqatın
sənaye tətbiqi məhduddur.
Son zamanlarda, mədənlərdə hidravlik turbinli nasosla, mərkəzdənqaçma
nasoslarının kombinə edilməsindən təşkil olunan turbinli nasoslara rast gəlmək olur.
Bu nasoslar dərin quyulardan müəyyən miqdarda maye çıxartmaq üçün tətbiq edilir.

13. QUMUN DƏRİNLİK NASOSUNUN İŞİNƏ TƏSİRİ VƏ QORUYUCU


AVADANLIQLAR
Dərinlik nasosunun işləməsi zamanı qum onun silindrinə daxil olaraq, plunjerin
yeyilməsinə və klapanların və plunjerin özünün tez bir zamanda sıradan çıxmasına
səbəb olur. Neftlə birlikdə nasosa daxil olan incə qumlar, sürtünmə hissələrində
xüsusilə dağıdıcı təsir göstərir; plunjer və silindr arasındakı boşluqda sıxılmış qum
dənələri nasosun sürətlə zədələnməsinə səbəb olur. Nasosların aşağı məhsuldarlıqlı
olmasının ən çox görülən səbəblərindən biri, neftin tərkibində asılı vəziyyətdə olan
qumun klapanı zədələməsidir. Qum daşıyan neft seli, klapandan keçərkən, məcburi
olaraq öz istiqamətini kəskin dəyişir və dar bir dairəvi hissədən keşərək, klapanın
kürəsini sürtür. Eyni zamanda kürə və yəhər qumla sürtülür, klapanların forması
dəyişir və onların normal işləməsi pozulur.
Bu vəziyyətdə yaranan sızmalara görə, plunjerin yuxarı gedişi zamanı mayenin
bir hissəsi çıxış klapanından silindrin alt hissəsinə sızır və onun dolan həcmini
azaldır; mayenin digər hissəsi, plunjerin aşağıya gedişi zamanı silindrdən, qəbul
klapanının vasitəsilə quyuya sıxılır və bununla da nasosun verimi azalır.
Maye içindəki çox miqdarda qumun olması ilə, qum, nasosun bütün
pozuntularında, xüsusən də mayenin hərəkət sürətinin azaldığı (klapanlardan çıxışı,
plunjerinaltında borularda) keçid klapanlarının genişlənmə yerlərində yığılır. Qum,
xüsusilə böyük həcmdə su verən quyularda, asılı vəziyyətdən sıx şəkildə şökür.
Nasosda yığılmış qum, klapanların işinə mane olur və bəzən onları tamamilə
bağlayır, bu da quyunun dayanmasına və onlarda təmir işlərinin aparılmasına ehtiyac
yaradır.
Qumla mübarizənin mövcud üsullarını aşağıdakı istiqamətlərə bölmək olar:
1) müxtəlif konstruksiyalı quyu süzgəclərindən istifadə edərək laydan quyuya qumun
axması üçün maneələr yaratmaq və quyudibi zonasının qumlarını kimyəvi
reagentlərlə bərkidilməsi;
2) quyudan mayenin çıxarlmasını tənzimləyərək laydan quyuya qum gəlməsinin
məhdudlaşdırılması;
3) istismar kəməri və nasos boruları ilə quyuya daxil olan bütün qumların yer səthinə
çıxarılması ilə quyuların istismarı;
4) quyunun dibindəki yığılmış qumun vaxtaşırı çıxarılması;
5) müxtəlif qoruyucu cihazlarla, süzgəclər, qum lövbərləri və ayırıcılar (seperatorlar)
quraşdıraraq nasosun girişindəki qumun miqdarının azaldılması.
Nasosun girişindəki qumu ayırmaq üçün süzgəclər müxtəlif konstruksiyalarda
istifadə edilə bilər. Kəmər quyudibi süzgəclərinə analoji olaraq, nasos süzgəcləri ya
yarıqlı, ya torlu olub, maye borudakı dar yarıqlardan keçərkən və ya perforasiyalı
qəbul borusunun ətrafındakı tordan keçərkən qumları saxlaya bilər. Bu məqsədlə,
həm də qroznu tipli dairəvi süzgəclər də istifadə oluna bilərlər.
Çınqıllı süzgəclərin işləmə müddəti, torşəkilli
süzgəclərdən daha çoxdur. Bu tip süzgəclərin əsas
çatışmamazlığı, onların qumla tez bir zamanda tıxanması və
nasosa neftin daxil olmasının dayandırılmasıdır. Süzgəci
bərpa etmək üçün, onu quyudan çıxarmaq və yığılmış qumu
yumaq lazım gəlir. Bu cür süzgəclər, çınqılın ölçüsünü və
formasını lazımi dərəcədə düzgün seçmədən, bu cür
süzgəclər yalnız az debitli, məhsulunda az miqdarda qumu
olan, dayaz dərinlikdəki quyularda boru nasosları ilə istifadə
edilə bilər.
Mayedə əhəmiyyətli dərəcədə qum miqdarı olduqda, ən
Şəkil 7.23. Qum yaxşı nəticə, qumun mayedən qum
lövbərinin çevrilmiş
tipi. 1-ötürücü; 2-
mayenin daxil lövbərləri ilə ayrılmasında almaq
edilməsi üçün boru;
3- lövbərin gövdəsi;
4- qum kamerası; 5- mümkündür.
qapaq.
Qum lövbərləri. Qum lövbərlərinin işlənməsi,
maye axınının sürətinin azaldılması və nasosun girişinə daxil olan maye selinin
istiqamətini dəyişdirməklə, qumun neftdən ayrılmasına əsaslanmışdır. Ən sadə qum
lövbərinin növü - qumun qismən ayrılmasını, birbaşa nasos borusunun girişində
maye selini ani olaraq döndərə biləcək, istənilən konstruksiyalı qaz lövbərləridir.
Buna görə də, qaz lövbərlərinin alt hissəsində çökəcək qumları yığmaq üçün ciblər
var. Qum ayırma düz lövbərlərinin səmərəliliyi, sorucu borusundakı axın sürətinin
artması səbəbindən, adətən çox aşağı olduğundan, onların qumlu quyularda istifadə
olunması tövsiyə edilməməlidir. Şəkil 7.23-də göstərilən sxemə əsasən yerinə
yetirilən dəyişdirilmiş tipli qum lövbərləri işlədildikdə əhəmiyyətli dərəcədə daha
çox səmərəlilik əldə edilir, burada yuxarıya doğru axın daha böyük en kəsiyi olan
boruları ilə hərəkət edir.
Qaz-qum lövbərləri. Məhsulu maye, qaz və qumdan
ibarət olan quyular üçün qaz və qum lövbərlərinin birləşməsi
olan qaz-qum lövbərləri istifadə olunur.
Mədən praktikasında qaz-qum lövbərləri olan YQP-1
və Y1P-2 lövbərlərindən istifadə olunur. YQP-1 qaz-qum
lövbəri (şəkil 7.24) iki kameradan ibarətdir: qaz ayrılması
üçün yuxarı və aşağı hissəsi - xüsusi mufta (5) ilə
birləşdirilmiş qum kamerasından ibarətdir. Lövbər, ötürücü
(2) vasitəsilə nasosun qəbuluna qoşulur, eyni zamanda
lövbərin əlaqələndirici gövdəsini sorucu boru (3) ilə
birləşdirilir.
Dərinlik nasosları ilə işləyərkən, qazı və qumu olan Şəkil 7.24 Qazqum
lövbəri LQQ-1:
maye, qazın mayedən ayrıldığı yuxarı kameraya daxil olur. 1-dərinlik nasosunun
muftası; 2-ötürücü;
Sonra, qazdan təmizlənmiş maye, xüsusi mufta üzərində 3- sorucu boru; 4-qaz
kamerasının gövdəsi;
yerləşən B deşiyindən qum lövbərinə daxil olur. Qumdan 5-xüsusi mufta; 6-işçi
boru; 7-qum
ayrılmış maye, qum lövbərinin dairəvi boşluğu boyunca kamerasının gövdəsi;
8-konik ağızlıq; 9-
qapaq; A və B -
qalxır və xüsusi mufta üzərində olan deşikdən (5) keçərək, deşiklər
sorucu boru (3) ilə nasosun qəbuluna daxil olur.
Qaz və qumun daha yaxşı ayrılmasını təmin etmək üçün, nasosun
məhsuldarlığına və mayenin keyfiyyətinə uyğun gələn lövbərlərin gövdələrinin
kəsişməsinin ölçülərini, sorucu və daxili boruların və məməciklərin diametrlərini və
uyğun lövbərin ayrı-ayrı hissələrinin işçi uzunluqlarını seçmək lazımdır. Qaz
hissəsinin elementlərinin ölçüləri adi qaz lövbərlərini hesablamaq üçün uyğun
düsturlara uyğun olaraq seçilir. Lövbərin qumlu hissəsinin gövdəsinin diametrini,
quyunun imkan verdiyi ölçülərinə əsasən mümkün qədər böyük götürülməsi lazımdır.
Yüksək ayırma əmsalına malik olan qum və qaz-qum lövbərləri ilə işləyərkən və
istismar zamanı quyudan fasiləsiz olaraq qumun daxil olması ilə lövbərdə ayrılmış
qumun yığılması üçün kifayət qədər böyük tutumlu qaba sahib olmaq lazımdır.
Müəyyən bir müddətdən sonra, cibin qumla dolmasında, lövbər qumla tıxanmağa
başlayır və nasosun işi pozulur.
Ona görə də, hal-hazırda, qaz-qum lövbərinin əsaslı təmir müddətini uzatmaq
və yığılmış qumu yer səthinə çıxarmaq üçün, boruların sonluğunda örtük qapağı olan
uzadılmış cib quraşdırılmışdır. Nasosun və ya quyunun profilaktik təmiri zamanı
qumlu kamera çıxarılır və qumdan təmizlənərək yenidən yerinə quraşdırılır.
Quyunun xarakteristikalarından asılı olaraq, aşağıdakılar seçilməlidir - dərinlik
nasoslarının qəbulunun qoruyucu avadanlıqları: az qum və az qaz üçün – süzgəclər;
az qum və çox qaz üçün - qaz lövbərləri; çox qum və az qaz üçün - qum lövbərləri;
çox qum və çox qaz üçün - qaz-qum lövbərləri.
7.14. NASOSUN QUMUN ZƏRƏRLİ TƏSİRİNDƏN QORUMAQ ÜÇÜN
TƏDBİRLƏR.
Nasosun, qumun zərərli təsirlərindən qorumaq üçün, mədən praktikasında
müxtəlif növ qum süzgəcləri, qum və qaz-qum lövbərlərindən başqa, texniki və
texnoloji tədbirlərdən də geniş istifadə olunur. Quyunun dibinə gələn qumun, laydan
yer səthinə tamamilə çıxarılması rejimində quyuların istismarını təmin edən tədbirlər,
xüsusilə müsbət əhəmiyyətli sayılırlar.
Qumun yer səthinə tamamilə çıxarılması rejimi, istismar kəmərində nasos
borularının yaradılmasında və bütün hərəkət yolu boyunca, içərisində qum olması ilə
yüksələn maye axınının müəyyən bir sürətinin yaradılması ilə əldə edilir. Bu sürətin
qiyməti, çıxarılan mayedəki qum hissəciklərinin sərbəst çökmə sürətindən 2,5 dəfə
çox olmalıdır, yəni,
Qm v m
uç = = ≥ 2 ,5 (7.33)
ωF ω
burada, Qm - mayenin sərfi;
F - boru kəmərinin en kəsik sahəsi və ya nasos boruları ilə ştanqlar
arasındakı dairəvi boşluqdur;
vm - çıxarılan maye axınının sürəti;
ω - çıxarılan mayedə olan qumun sərbəst çökmə sürəti.

Bu şərtlərə əməl edilməməsi və nasos quyuları üçün adi olan qum


əmələgəlmədə qumun istifadə sərfinin qatılığının (konsetrasiyası) 0,5-1% -ə çatması,
qumun həcm konsentrasiyasını üstələyirr, bu da layın süzgəc hissəsində qumun
yığılmasına və mayenin quyuya axmasının dayandırılmasına səbəb olur.
Sərfin konsentrasiyasının qiyməri, çıxarılan mayedəki qum miqdarının, maye və
qumun ümumi sərfinə olan nisbəti kimi müəyyən edilir, yəni,
qq
α 0= (7.34)
Qm +q q

burada, qq qumun miqdarıdır.


uç = 2.5 olduqda, qumla birlikdə maye axınının şaquli hərəkət etdiyi ixtiyari ölçülü
nasos boruları üçün mayenin minimum sərfi (quyunun debiti) aşağıdakı düsturla
müəyyən edilir,
Qm.min = 0,216∙106Fnω , (7.35)
burada, Qm.min, m3/sutka ilə, Fn, m2 ilə, ω , m/san ilədir.
Qumun sərbəst çökmə sürəti, aşağıdakı düsturla müəyyən edilir:
1 ρ2−ρ1 2
ω= g d (7.36)
18 ν ρ1 q

burada, ω - axtarılan çökmə sürətidir,


g – ağırlıq qüvvəsi təcilidir, m/san2;
ρ1 - mayenin sıxlığı kq/m3;

ρ2 - qumun sıxlığı kq/m3;

ν - mayenin kinematik özlülüyü, m2/saniyə;


dq - qum dənəsinin diametri m.
Şərti diametri 48 və 60 mm olan borulara endirilmiş borulu ştanqlar və kiçik
ölçülü nasos qurğulardan, fırlandırıcı sancaqlarla və dərinlik ştutserlərindən istifadə
olunur. Nasosu qumun zərərli təsirlərindən qorumaq üçün, nasos quyuları rəvan
şəkildə (ehmalca) işə salınır və mayenin boruarxası fəzaya tökülməsi prosesi də idarə
olunur.
Borulu (içi boş) ştanqlar. Borulu ştanqlar nasosa əhəmiyyətli dərəcədə qum
gətirən quyularda istifadə olunur. Bu halda, vurulan maye, dərinlik quyu nasosunun
silindrindən keçərək, birbaşa borular arası boşluğa daxil olur və yer səthinə qalxır.
Boru ştanqları qismində, şərti diametri 48 mm olan və xarici ucları ilə şərti
diametrləri 33 və 42 mm olan borulara oturdulmuş, nasosun plunjerinə qarşılıqlı
hərəkət (irəli-geri) verən bir üzvü kimi və quyudan yer səthinə vurulan maye üşün
boru xətti rolunu oynayan nasos-kompressor borularından istifadə edilir. Mayenin
nasos borularına girməsinin və nasos silindrindən ayırmasının qarşısını almaq üçün
içi boş ştanqlar boru nasosunun plunjerinə kar (kimsəsiz) qəfəslə bağlanır və ona
qondarma nasosun birləşdirilməsi üçün sonuncuda ştok, kor (tərpənməz) ötürücü ilə
plunjeri birləşdirən boru ilə əvəz olunur.
Vurulan (çıxarılan) mayenin nasos silindrindən ayrılması səbəbindən, plunjer
və silindr arasında qumun düşməsi ehtimalı istisna edilir, plunjerin tıxanması aradan
qaldırılır və vtulkaların və plunjerin aşınması kəskin şəkildə azaldılır. Boru
ştanqlardan istifadə edildikdə, boruların axın kəsikləri ilə klapanın yuvası arasındakı
sahələrin azalması səbəbindən, bütün yol boyunca mayenin bərabər hərəkəti etməsi
üçün şərait yaranır və boru ştanqların en kəsik sahələrinin, nasos boruları ilə
müqayisədə azalması isə çıxarılan mayenin sürətinin kifayət qədər artmasına və bu
səbəbdən də qumun yer səthinə çıxarılması şərtlərini yaxşılaşdırır.
Çox kiçik debitli və çox miqdarda qumu olan quyuların istismarında,
quyudibində qum tıxaclarının yaranmasının xəbərdarlığı maye axınının sürətinin
yüksəldilməsi üçün 28 mm və 32 mm diametrli kiçik ölçülü boru nasoslarından
istifadə edilir ki, onlar 48 mm-lik nasos-kompressor boruları və azaldılmış diametrli
mufta ilə 15 mm-lik ştanqlarda süzgəcə qədər endirilir. Bununla belə, 60 mm-lik
borularla və 19 mm ştanqlarla müqayisədə, 48 mm-lik borularla 15 mm-lik ştanqlar
arasındakı en kəsiklərinin azalması, yuxarı axın sürətini təxminən 1,5 dəfə artırır və
mayenin rəvan bir axınla nasos silindrinin boşluğundan keşməsini və daha sonra
quyu ağzına qədər mayenin qalxmasını təmin edir..
Fırladılan sıyırıcılar. Plunjerin tez-tez tıxanmasının (tutulmasının) səbəbi,
nasos borularında mayenin hərəkət sürətinin az olması və quyuların tez-tez
bağlanmasıdır. Plunjerin tıxanmasının qarşısını almaq üçün, nasos ştanqlarının
kəmərinə quraşdırılmış, mayenin hərəkətində burulğanlıq yaradan və bununla da
nasos borularının divarları boyunca qum çökməsini aradan qaldıra bilən fırlanan-
sıyırıcılardan istifadə olunur. Kifayət qədər sayında fırlanan qazıyıcı (sıyırıcı)
quraşdırıldıqda, qum yer səthinə çıxarılır. Mancanaq dəzgahı dayandırıldıqda,
mayenin içərisindən düşən qum, vurucu klapanların üstündə deyil, sıyırıcıların son
platformalarında (sahələrində) çökürlər.
Quyuların işə rəvan buraxılması üsulu. Qumlu quyularının sabit iş rejimi,
yalnız maye hasilatının məhdudlaşdırılması ilə deyil, həm də mayenin başlanğıc
azaldılmış hasilatından, onun artımına tədricən rəvan (hamar) bir keçiddən ibarət
olan hamar buraxılma üsulu ilə qurulur. Ümumiyyətlə, əvvəlcə, minimum maye
hasilatı təyin olunur, bu da qumun quyuya girməsinə səbəb olmayan, kiçik bir
depressiyaya (təzyiqlər fərqinə, yəni lay təzyiqi ilə quyudibi təzyiqlərin fərqi) cavab
verir. Sonra mayenin çıxarılmasın artırmaq üçün, dərinlik quyu nasos qurğusunun
parametrləri dəfələrlə dəyişdirilir (gediş yolunun uzunluğunu və yırğalanmalar sayını
artırmaqla). Hər bir yeni rejimdə quyu bir müddət fasiləsiz işləyir və bu müddət
ərzində vurulan mayedəki qumun həcm konsentrasiyasına dair müşahidələr aparılır.
Beləliklə, dərinlik nasos qurğusunun parametrlərini tədricən artıraraq, optimal maye
çıxarılmasının müəyyən qiymətə çatdırılmasına nail olunur.

Boruarxası fəzaya mayenin əlavə edilməs ilə qumlu quyularından neftin


çıxarılması üsulu. Bu texnoloji proses, quyudibində qum tıxaclarının əmələ
gəlməsinin qarşısını almaq üçün, əhəmiyyətli miqdarda qumu olan quyuların
istismarında istifadə olunur. Quyu dibini tıxacdan təmizlədikdən sonra, dərinlik
nasosu və ya nasos girişinin altında yerləşən quyruq, quyunun süzgəc sahəsinə
endirilir və ya süzgəcin yuxarı deşiklərində quraşdırılır. Nasosun istismarı zamanı
qumdan azad edilmiş neft və ya maye quyunun boruarxası fəzasına vurulur. Quyuya
maye əlavə etmək, qumun konsentrasiyasının artdığı vurulan mayedə qum qarışığını
seyreltməklə qumun sərfinin konsentrasiyasını azaldır.
Vurulan mayenin miqdarını tənzimləyərək quyudan əvvəlcədən təyin olunmuş
bir mayenin çıxarılması və quyu dibindən quyu ağzına qədər bütün hərəkət yolu
boyunca lazımi hərəkət sürəti təmin edilir, bunun sayəsində qumun yer səthinə
çıxarılması təmin edilir, boruların və ya nasosun qumla tıxanmasının qarşısı alınır.
Mədənlərdə, boruarxası fəzaya mayenin əlavə edilməsinin (tökülməsi)
aşağıdakı üsulları tətbiq olunur: özü-özünü doldurma, qoşalaşmış (əkiz) doldurma,
mərkəzləşdirilmiş doldurma və xüsusi doza vurucu nasoslar ilə doldurma.
Şəkil 7.25. Maye əlavə etmək üçün dozator nasosu:
1 - mühərrik; 2 - reduktor; .3 - sürgüqolu; 4 - nasoslar; 5 - manifold.

Prosesin etibarlı tənzimlənməsi, tələb olunan tutumu təyin edə biləcəyimiz və


lazım olduqda dəyişdirə biləcəyinizi, doza vurucu nasos sistemləri ilə ən yaxşı
şəkildə təmin edə bilərik. Altı quyu üçün qrup halında doza vurucu qurğular qrupu
(şəkil 7.25) olaraq, SKN2-615 tipli reduktorlu mancanaq dəzgahı əsasında
hazırlanmış qurğulardan istifadə edilə bilər. Bütün qurğu açıq havada quyunun
xidmət mərkəzində tək bir təməldə quraşdırılmışdır. Bir nasosun məhsuldarlığı
sutkada 2 ilə 26 m3 maye arasındadır və yırğalanmaların sayı dəqiqədə 5-dən 15-ə və
plunjerin gediş yollarının uzunluğu 30 ilə 600 mm arasında dəyişdirilərək həyata
keçirilir.

10.1. Neft yataqlarının işlənməsi və istismarı haqqında əsas


anlayışlar..........................................................................192
10.2. QUYULARIN FONTAN ÜSULU İLƏ İSTİSMARI
10.2.1. Quyuların fontan vurmasının əsasları...........................196
10.2.2. Fontan quyusu qaldırıcısının seçilməsi.........................197
10.2.3. Fontan quyusunun iş rejiminin təyini və tənzimi..........200
10.2.4. Fontan quyusunun avadanlığı.......................................205
10.2.5. Ştuserlər........................................................................212
10.2.6. Trap...............................................................................214
10.2.7. Fontan quyusuna qulluq edilməsi.................................217
10.3. QUYULARIN QAZLİFT-KOMPRESSOR ÜSULU
İLƏ İSTİSMARI
10.3.1. Qaz-hava qaldırıcıları………………………………...220
10.3.2. Qaz-hava qaldırıcılarının hesablanması........................223
10.3.3. Kompressor quyusunun işə salınması və
işəsalma təzyiqi.............................................................224
10.3.4. İşəsalma təzyiqinin aşağı salınması..............................225
10.3.5. Kompressor quyusu iş rejiminin təyini və
tənzimi...........................................................................228
10.3.6. Quyuların kompressor üsulu ilə istismarında
işlədilən avadanlıq........................................................230
10.3.7. Kompressor quyusuna qulluq edilməsi….....................232
10.3.8. Kompressor quyularının vaxtaşırı və qarışıq üsul
ilə istismarı…................................................................234
10.4. NEFT QUYULARININ DƏRİNLİK NASOSU
ÜSULU İLƏ İSTİSMARI
10.4.1. Dərinlik nasos quyusunun sxemi, iş prinsipi və
məhsuldarlığı.................................................................236
10.4.2. Dərinlik nasos qurğularının təsnifatı.............................241
10.4.3. Dərinlik nasoslarının nəzəri məhsuldarlığı...................253
10.4.4. Dərinlik nasos quyusunun işə buraxılması. Nasos
quyusunun aramla işə buraxılması................................254
10.4.5. Vurma rejiminin təyini..................................................254
10.4.6. Nasosun dinamiki maye səviyyəsinin altına
dalma dərinliyi..............................................................255
10.4.7. Dərinlik nasosunun hissələrinin aşınması.....................257
10.4.8. Ştanqlı dərinlik nasoslarının düyünləri və
detalları.........................................................................257
10.4.9. Ştanqlı dərinlik nasoslarının saxlanması,
nəqli və təmiri...............................................................261
10.4.10. Təzə alınmış nasosların mədəndə yoxlanması............264
10.4.11. Qıfıl dayaq bölməsinin vəziyyətinin yoxlanması.......264
10.4.12. Nasosun vəziyyətinin yoxlanması...............................265
10.4.13. Dərinlik nasoslarının secilməsi və istismarı...............265
10.4.14. Nasosun endirilmə və qaldırılma qaydaları................268
10.4.15. Dərinlik nasoslarının işi.............................................269
10.4.16. Nasosu quyudan çıxartdıqdan sonra, qüsurlarının
təyini və tez yeyilən hissələrinin dəyişdirilmə
qaydası.......................................................................271
10.4.17. Dərinlik nasos ştanqlarının növü, ölçüsü və
vəzifəsi........................................................................272
10.4.18. Nasos ştanqına təsir edən qüvvələr.............................273
10.4.19. Ştanqların istismarı, saxlanması və
nəqlinin əsas qaydaları...............................................275
10.4.20. Mancanaq dəzgahlarının istismarı..............................275
10.4.21. Mancanaq dəzgahlarının yağlanması..........................278
10.4.22. Yırğalanma sayı və plunjerin gedişinin
uzunluğu......................................................................279
10.4.23. Pazşəkilli qayışlar.......................................................281
10.4.24. Pazvari qayış ötürməsi................................................284
10.4.25. Sürgüqollarının yığılması............................................284
10.4.26. Çarqollarının yığılması...............................................285
10.4.27. Quyuağzı ştok asqısı...................................................286
10.4.28. Quyuağzı kipləşdirici avadanlıq.................................287
10.4.29. Quyuların ştanqsız nasoslar vasitəsilə istismarı.........288

You might also like