You are on page 1of 327

QABİL İMANXAN OĞLU BƏŞİROV

TÜRK XALQLARI TARİXİ

XIII-XX ƏSRİN ƏVVƏLLƏRİ

ADPU-nun Tədris Metodiki


Şurasının 19 oktyabr 2018 - ci il
tarixli iclasının qərarına əsasən
çap edilir (рr № 1)

BAKI – 2018
Elmi redaktor: T.Cəfərov
Tarix üzrə fəlsəfə doktoru

Rəyçilər: S.Seyidova
Tarix üzrə elmlər doktoru, dosent

D.Əzimli
AMEA-nın Tarix İnstitutunun dosenti,
tarix üzrə fəlsəfə doktoru

QABİL İMANXAN OĞLU BƏŞİROV. TÜRK XALQLARI


TARİXİ XIII-XX ƏSRİN ƏVVƏLLƏRİ
ADPU-nəşriyyatı. Bakı-2018. 327 səh.

 Q.Bəşirov

2
MÜNDƏRİCAT
Müəllifdən .........................................................................8
1. Monqol feodal dövlətinin yaranması ..........................10
1.1. Monqol dövlətinin təşəkkülü .....................................10
1.2. Dövlət quruculuğu.....................................................16
1.3. Monqol dövlətinin işğalları .......................................20
2. Mərkəzi Asiya xalqları monqol yürüşləri və
hakimiyyəti dövründə .......................................................22
2.1. Monqol yürüşləri ərəfəsində Xarəzmşahlar
dövlətinin ictimai-siyasi həyatı ...........................................22
2.2. Monqolların Mərkəzi Asiyanı işğal etməsi ................23
2.3. Mərkəzi Asiya monqol hakimiyyəti illərində..............26
3. Volqa Bulqar dövləti monqol yürüşləri dövründə ..29
3.1. Volqa Bulqar dövləti monqol yürüşləri ərəfəsində ....29
3.2. Monqolların Volqaboyuna yürüşlərinin
başlanması. ........................................................................30
3.3. Bulqariyanın monqollar tərəfindən işğalı .................32
4. Qızıl Orda .................................................................36
4.1. Dövlətin təşəkkülü və formalaşması ..........................36
4.2. XIII əsrin axırları, XIV əsrin birinci yarısında
Qızıl Ordanın siyasi həyatı .................................................42
4.3. Hakimyiyət uğrunda mübarizə. Qızıl Ordanın
parçalanması ......................................................................43
4.4. Dövlət quruluşu və ictimai münasibətlər ...................45
4.5. İqtisadiyyat ................................................................50
4.6. Mədəniyyət ................................................................52
5. Osmanlı dövlətinin yaranması və güclənməsi .........55
5.1. Dövlətin yaranması. Xarici siyasətin əsas
istiqamətləri........................................................................55
5.2. Dövlət quruluşu. İctimai-iqtisadi münasibətlər .........60
5.3. Mədəniyyət ................................................................62
6.Mərkəzi Asiya xalqları Teymurlular dövründə ...........64
6.1. Teymurlular dövlətinin yaranması və onun
imperiyaya çevrilməsi .........................................................64
6.2.Dövlət quruculuğu........................................................70
3
6.3.XV-XVI əsrin başlanğıcında Teymurlular
dövlətinin siyasi həyatı .......................................................73
6.4.İctimai münasibətlər.....................................................78
6.5.İqtisadi həyat ................................................................81
6.6.Mədəniyyət ...................................................................84
7. Orta Volqaboyu və Cənubi Uralətrafı xalqlar
XV-XVIII əsrlərdə ............................................................91
7.1. Qazan xanlığıınn yaranması .......................................91
7.2.Qazan xanlığının ərazisi və əhalisi. Dövlət
quruluşu. ............................................................................94
7.3.Qazan xanlığının iqtisadi-mədəni həyatı ......................97
7.4.Qazan xanlığının xarici siyasəti ...................................98
7.5.Qazan xanlığının süqutu. .............................................100
7.6.Çarizmin Orta Volqaboyunda müstəmləkəçilik
siyasəti. ...............................................................................103
7.7.Orta Volqaboyu xalqların mədəniyyəti. ........................107
7.8.Başqırd torpaqlarının Rusiya tərəfindən işğalı. ...........108
7.9.Başqırd üsyanları. ........................................................110
7.10. Başqırdların sosial-iqtisadi həyatı. ............................111
7.11. Başqırd mədəniyyəti...................................................112
8. Aşağı Volqaboyu xalqlar XV-XVIII əsrlərdə. ............113
8.1.Həştərxan xanlığınn yaranması. ..................................113
8.2.Sosial-iqtisadi münasibətlər .........................................114
8.3.Həştərxan xanlığının xarici siyasəti .............................114
8.4.Həştərxan xanlığının süqutu ........................................117
8.5.Xalq üsyanları ..............................................................122
9. Krım xanlığı ................................................................124
9.1.Krım xanlığının yaranması ..........................................124
9.2.Krım xanlığının siyasi quruluşu ...................................127
9.3.İqtisadi həyat ................................................................128
9.4.XVI-XVIII əsrlərdə xarici siyasət .................................129
9.5.Krımın Rusiya tərəfindən işğalı....................................135
10. Qazaxlar XV əsrin II yarısı - XVIII əsrdə ..................140
10.1.Qazax xanlığının yaranması. XVI-XVII əsrlərdə
siyasi vəziyyət .....................................................................140
4
10.2. XVIII əsrdə Qazaxıstanın siyasi həyatı......................143
10.3. Dövlət quruluşu. İctimai münasibətlər ......................150
10.4. Qazaxların təsərrüfat həyatı ......................................152
10.5. Mədəniyyət ................................................................154
11. Sibir xanlığı .................................................................156
11.1. Sibir xanlığının yaranması ........................................156
11.2. Dövlət quruluşu. İctimai münasibətlər ......................158
11.3. Sibir xanlığının süqutu..............................................160
12. Noqay Ordası...............................................................165
12.1.Noqay Ordasının siyasi tarixi .....................................165
12.2. Dövlət quruluşu və ictimai münasibətlər ...................170
12.3. Noqayların təsərrüfat həyatı ......................................171
13. Mərkəzi Asiya xalqları XVI-XVIII əsrlərdə ..............173
13.1.Şeybanlılar sülaləsi dövründə Mərkəzi Asiyada
siyasi vəziyyət. ...................................................................173
13.2. Özbək xanlıqalrı və onların siyasi həyatı ...................179
13.3. İctimai münasibətlər..................................................181
13.4. İqtisadiyyat ................................................................182
13.5. Mədəniyyət ................................................................185
14. Baburlular imperiyası .................................................187
14.1.Dövlətin yaranması və güclənməsi .............................187
14.2. İmperiyanın zəifləməsi və süqutu ..............................195
14.3. İqtisadiyyat və mədəniyyət .........................................197
15. Osmanlı imperiyası XVI-XVIII əsrlərdə ....................198
15.XVI əsrdə xarici siyasət .................................................198
15.1. Dövlət quruluşu və ictimai münasibətlər ...................204
15.2. XVI-XVIII əsrlərdə sosial hərəkat .............................208
15.3. XVII-XVIII əsrlərdə xarici siyasət ............................211
15.4. Mədəniyyət ................................................................217
16. Mərkəzi Asiya xalqları XIX-XX əsrin
əvvəllərində .......................................................................218
16.1.XIX əsrin I yarısında Mərkəzi Asiyanın siyasi,
sosial-iqtisadi və mədəni həyatı ..........................................218
16.2.XIX əsrin I yarısında Mərkəzi Asiya Rusiya-İngiltərə
rəqabətində .........................................................................220
5
16.3.Mərkəzi Asiyaınn işğalının başlanması ......................223
16.4.Mərkəzi Asiyanın işğalının başa çatması....................225
16.5.Müstəmləkəçi idarəetmə sisteminin yaradılması və
təkmilləşdirilməsi. .............................................................227
16.6.XIX əsrin ikinci yarısında Mərkəzi Asiyada sosial hərəkat
232
16.7.Çarizmin iqtisadi siyasəti ............................................235
16.8.Maarif və mədəniyyət sahəsində çarizmin siyasəti......237
16.9.XX əsrin əvvəllərində ictimai-siyasi şərait ..................238
17. Qazaxlar XIX-XX əsrin əvvəllərində ........................241
17.1.Qazaxıstanın inzibati-ərazi bölgüsündə və siyasi
quruluşunda dəyişikliklər...................................................241
17.2.Qazaxıstanda feodal əsarətinə və çarizmin
müstəmləkəçilik siyasətinə qarşı mübarizə .........................245
17.3.İqtisadiyyat .................................................................249
17.4.Mədəniyyət .................................................................251
18. Osmanlı imperiyası XIX-XX əsrin əvvəllərində. ......254
18.1.Osmanlı imperiyası XIX əsrin ilk onilliklərində .........254
18.2.Osmanlı imperiyası Sultan II Mahmudun
islahatları dövründə ...........................................................258
18.3.Tənzimatın birinci mərhələsi ......................................260
18.4.Krım müharibəsi.........................................................261
18.5.Tənzimatın ikinci mərhələsi .......................................262
18.6.Osmanlı imperiyasının siyasi sistemində
yeniləşmə cəhdləri. Siyasi düşüncələr ................................264
19. Orta Volqaboyu və Cənubi Uralətrafı xalqlar
XIX-XX əsrin əvvəllərində................................................269
19.1.Orta Volqaboyu xalqların sosial-iqtisadi həyatı.
Milli hərəkat .......................................................................269
19.2.Orta Volqaboyu xalqların mədəniyyəti .......................273
19.3.Başqırdların sosial-iqtisadi həyatı ..............................275
19.4.Başqırdların feodal əsarətinə və milli zülmə qarşı
mübarizəsi ..........................................................................277
19.5.Başqırd mədəniyyəti ...................................................278
20. Sibirin türk xalqları XIX-XX əsrin əvvəllərində......281
6
20.1.1822-ci il inzibati islahatı ...........................................281
20.2.Sibirdə rus kəndli məskənlərinin yaradılması ............284
20.3.Müstəmləkəçilik siyasəti və ona qarşı mübarizə .........285
20.4.İqtisadi həyat ..............................................................288
20.5.Mədəniyyət .................................................................290
21. XIX-XX əsrin əvvəllərində türk xalqlarında
siyasi düşüncələr ...............................................................293
21.1.Osmanlıçılıq ...............................................................293
21.2.İslamçılıq ....................................................................295
21.3.Türkçülük ...................................................................299
21.4.Türk birliyi (Turançılıq) ............................................301
22. XX əsrin əvvəllərində Rusiya müsəlmanlarında
müştərək siyasi təşkilatlanma ...........................................302
22.1.“Müsəlman İttifaqı” ..................................................302
22.2.Cədidçilik....................................................................307
22.3.Rusiya dövlət Dumasının müsəlman fraksiyası ..........310
Ədəbiyyat ..........................................................................319

7
Müəllifdən

Türk xalqlarının zəngin və çox minillik tarixinin ən


mühüm, öyrənilməsi, tədqiq olunması həmişə aktual olan dövrlə-
rindən birini XIII əsrdən XX əsrin əvvəllərinə qədər olan dövr
təşkil edir. Bu dövr türk xalqlarının tarixi həyatında əhəmiyyətli
dəyişikliklərin baş verdiyi bir dövrdür. Belə ki, qeyd olunan
dövrdə türk xalqlarını təmsil edən yeni dövlətlər yaranır,
onların bəziləri güclü imperiyalara çevrilərək regional və qlobal
məsələlərə əhəmiyyətli təsir göstərirlər, dünya siyasətinin
aparıcı qüvvələrinə çevrilirlər.
Bu dövrdə türk dövlətlərinin siyasi və iqtisadi maraqları
onlar arasındakı münasibətlərin xarakterinə də təsir göstərərək
hərbi-siyasi qarşıdurmalara gətirib çıxarırdı. Avropa və
Asiyanın bəzi ölkələri də türk dövlətləri arasındakı ziddiyyət-
lərdən istifadə etməyə çalışırdılar. Nəzərdən keçirilən əsrlərdə
həm də ordu quruculuğu, müdafiə qabiliyyətinin gücləndirilməsi
istiqamətlərində mühüm tədbirlər həyata keçirilirdi. Sosial
hərəkatların sayı artır, əhatə dairəsi genişlənir, müxtəlif sosial
qrupların mənafeyini təmsil edən ictimai-siyasi cəmiyyətlər,
təşkilatlar yaranır. Bu dövr həm də türk xalqları arasında
qarşılıqlı iqtisadi-mədəni əlaqələrin genişləndiyi, məhsuldar
qüvvələrin inkişaf etdiyi, mədəniyyətin tərəqqisi dövrüdür.
XIII əsrdən XX əsrin əvvəllərinə qədər olan dövr türk
xalqlarının öz müstəqilliklərini qoruyub saxlamaq uğrunda
mübarizəsi dövrüdür. Böyük dövlətlərin müstəmləkəçilik siyasəti
ilə üzləşən türk dövlətlərinin bəzisi məhv olur, əhali əsarət
altına düşsə də müstəmləkə zülmünə qarşı mübarizəni davam
etdirirdilər.
Kitabda sosial-iqtisadi və mədəniyyət məsələlərinə geniş
yer verilir, bu isə cəmiyyətin inkişafında, onun mövcudluq
imkanlarının qorunub-saxlanılmasında sosial münasibətlərin
tənzimlənməsinin, maddi-mənəvi həyat şəraitinin sağlamlaş-
dırılmasının zəruriliyinin dərk olunması ilə bağlıdır.

8
Türk xalqlarının tarixi ümumdünya tarixinin bir hissəsidir
və bu mənada onların qeyd olunan dövrünün tarixi də ümum-
dünya tarixi kontekstində öyrənilir. Belə yanaşma tarixi inki-
şafın ümumi qanunauyğunluqlarını dərk etməyə kömək edir,
dünya xalqlarının mədəniyyətinin inkişafında türk xalqlarının
əməyini dəyərləndirməyə, mədəni müxtəlifliyə hörmətlə yanaşıl-
masını göstərməyə imkan verir.
Müəyyən mövzularda bəzi sözlər və söz birləşmələri,
terminlər izah olunur, etnonimlərin etimologiyası nəzərdən
keçirilir, dövlətlərin, sülalələrin mənşəyi ilə bağlı məsələlərə
münasibət bildirilir.
Türk xalqlarının tarixinin nəzərdən keçirilən dövrü ilə
bağlı problemləri də çoxdur. Bu probelmlərin həlli yolları,
oxşar və fərqli cəhətləri ilə bağlı bir çox hallarda ziddiyyətli,
reallığı əks etdirməyən fikirlər irəli sürülür. Bəzi tədqiqatçılar
türk xalqlarının tarixi həyatı ilə bağlı faktları təhrif etməklə
həqiqəti gizlətməyə çalışırlar. Kitabda türk xalqlarının tarixi ilə
bağlı fərqli siyasi rejimlər dövründə irəli sürülən fikirlərə
tənqidi münasibət bildirilir. Materialların hazırlanması zamanı
Azərbaycan, rus və türk dillərində, Şərq və Qərbi Avropa xalq-
larının dillərindən tərcümə olunub çap olunmuş mənbələrdən,
kitablardan istifadə olunmuşdur.

9
1. MONQOL FEODAL DÖVLƏTİNİN YARANMASI

1.1. Monqol dövlətinin təşəkkülü. Əsası XIII əsrin


əvvəllərində Çingiz xan tərəfindən qoyulan Monqol feodal döv-
ləti çox keçmədən Avropa və Asiyanın bir çox xalqlarının güclü
və qarşısıalınmaz rəqibinə çevrildi. Çingiz xanın varislərinin
uğurlu xarici siyasəti nəticəsində XIII əsrin ortalarında sərhəd-
ləri Sarı dənizdən Aralıq dənizi sahillərinə çatan Böyük Monqol
imperiyası yarandı. Ərazisinə görə bu imperiya XIII əsrə qədər
mövcud olan imperiyaların ən böyüyü idi.
Nəhəng bir imperiyanın yaranmasının, monqolların öz
hakimiyyətləri altına bir çox xalqları ala bilmələrinin təbii ki,
müəyyən səbəbləri var idi. Çingiz xanın dövlət yaratmasına kimi
Böyük Çin səddindən Baykal gölünə qədər olan geniş ərazilərdə
monqol, tatar, nayman, kereit, merkit və s. tayfaları yaşayırdı.
Bu tayfaların yaşadıqları ərazilər arasında dəqiq sərhədlər yox
idi. Çünki siyasi üstünlük, otlaqlar, su mənbələri uğrunda gedən
qanlı mübarizə nəticəsində tayfalar bir yerdən digər yerə
köçməyə məcbur olurdular.
Sosial-iqtisadi və mədəni inkişaf səviyyəsinə görə tayfalar
bir-birindən fərqlənirdi. Bir çox tayfalarla müqayisədə tatar,
kereit və naymanlar daha çox inkişaf etmişdilər. Uyğur əlifba-
sından istifadə edən naymanların dövlət qurumu var idi. İnkişaf
səviyyəsinə görə tatarlar diqqəti daha çox cəlb edirdilər. Təsa-
düfi deyil ki, Şərqi Monqolustanda yaşayan bütün tayfaları
çinlilər, sonra isə digər xalqlar tatar adlandırırdılar. Çin mənbə-
lərindəki “tatar” ifadəsi Qərbi Avropadakı “barbar” anlayışına
yaxındır. Orta əsr Çin mənbələrində mənşəyindən asılı
olmayaraq Mərkəzi Asiya çöllərinin çinli olmayan bütün əhalisi
“tatar” (Çin dilində “da-da”, “ta-tan”) adlandırılır.
Xalq adı kimi “tatar” etnonimi ilk dəfə VIII əsr Orxon abi-
dələrində qeyd olunur. XII-XIII əsrlərə aid Çin və monqol mən-
bələrində, eləcə də Mahmud Qaşqarlıda da “tatar” adı xatırlanır.
Lakin bu tayfaların həqiqətən də VIII-X əsrlərdəki tatarlar olub-
olmaması haqqında elmdə dəqiq fikir yoxdur.
10
Müstəqil, monqollardan fərqli bir xalq kimi, tatarlar
haqqında tarixçi Rəşidəddin də danışır. Tatarları vahid monqol
dövlətinin yaranması dövründə “ən məşhur türk tayfası”
adlandıran tarixçi qeyd edir ki, tatarlar XII əsrin ikinci yarısında
xeyli güclənmişdilər və siyasi proseslərdə fəal iştirak edirdilər.
Çin mənbələrində tatarlar üç qrupa bölünür: “ağ” tatarlar,
“qara” tatarlar, “vəhşi” tatarlar. Bu bölgü ola bilsin ki, “tatar”
adı altında qeyd olunan tayfaların mədəni səviyyəsi ilə bağlı idi.
Ümumi, toplu mənasında deyil, konkret tayfa mənasında xüsusi
tatarları çinlilər “ağ” tatarlar adlandırırdılar. Bunlar XII əsrdə
“Böyük Çin səddi”nə yaxın ərazidə yaşayırdılar, Çinin vassalları
idilər. Onlar Çin sərhədlərini köçərilərin, o cümlədən monqol-
ların hücumlarından qoruyurdular. Bu xidmətə görə Çin impera-
torları tatarların rəhbərlərinə müəyyən məhsullar verirdi. “Ağ”
tatarlar, yəni mədəni tatarlar əkinçilik və Çin mədəniyyəti ilə
tanış idilər.
Çin torpaqlarından uzaqda yaşayanları “vəhşi” tatarlar
adlandırırdılar. Onlar Cənubi Sibirin ovçu tayfaları idi. Mon-
qollar “ağ” və “qara” tatarlar arasında sərhəddə yaşayırdılar.
Çin mənbələri Çingiz xanı və onun yaxın adamlarını
“qara” tatarlara aid edirdi. Mənbələrdə qeyd olunur ki, Çingiz
xan, eləcə də onun bütün sərkərdələri, nazir və məmurları “qara”
tatarlardır. Köçəri heyvandarlıq onların təsərrüfat həyatında
əhəmiyyətli yer tuturdu. Çöllərdə gedən fasiləsiz mübarizə bu
tatarları sıx yaşamağa məcbur edirdi, gecələr onlar öz ətraflarına
arabalardan sədlər çəkərək buraya gözətçilər qoyurdular. “Qara”
tatarlar “ağ” tatarlara mənfi münasibət bəsləyirdilər, onların
fikrincə “ağ” tatarlar ipək parça üçün öz azadlıqlarını yadellilərə
satırdılar.
Vahid monqol feodal dövlətinin yaranmasına qədərki
dövrdə “monqol” tayfa adına “men-qu jen” formasında dəfələrlə
rast gəlinir. XII əsrdə isə monqollar tarix səhnəsinə artıq
müstəqil bir xalq kimi çıxırlar. Əsrin birinci yarısında Habul xan
öz xanlığını yaratdı. Çinlilər monqolları təhqir mənasında tatar-

11
lar, Çingiz xanın yaratdığı dövləti isə tatar dövləti adlan-
dırırdılar.
XIII əsrin başlanğıcında “tatar” və “monqol” adları sino-
nim kimi işlənilirdi. Çünki “tatar” adı daha məşhur idi, “mon-
qol” ifadəsi isə yeni idi. Monqol ordusunun ön hissəsində tatar-
lardan ibarət dəstə dururdu, onlar ən təhlükəli yerlərdə yerləş-
dirilirdi, bunların məhv olması monqolları təəssüfləndirmirdi.
Bu dəstə ilə qarşılaşanlar adları qarışıq salırdılar, belə hesab
edirdilər ki, onların üstünə gələn ordu tatar ordusudur, əslində
isə bu, monqol ordusu idi. Monqol ordusunun 1234-cü ildə
Novqoroda yürüşünü təsvir edən salnaməçi, haradan gəldiyini,
dilini bilmədiyi adamları tatar adlandırır.
Orta əsr mənbələrində tez-tez rast gəlinən “monqollar”,
“tatarlar” adları bir çox tədqiqatçıların özlərini də çaşdırmış,
həmin adlar arasındakı əlaqənin aşkara çıxarılması üçün göstə-
rilən cəhdlərin uğursuzluğa uğraması nəticəsində “monqol-tatar”
söz birləşməsi meydana gəlmişdir. Rus tarixçiləri B.Tatışev və
N.Karamzin “monqol” və tatar“ adlarına iki müxtəlif xalqa məx-
sus ad kimi baxsalar da, belə hesab edirdilər ki, XIII əsrin əvvəl-
lərində başlanmış yürüşlərin iştirakçılarına tatar adının
verilməsi monqol ordusunun böyük bir hissəsinin tatarlardan
ibarət olması ilə bağlıdır. Monqol yürüşləri dövründə ordunun
tatar ordusu adlandırılmasının düzgün izahının olmaması son-
rakı əsrlərdə də ayrı-ayrı müəlliflərin fəaliyyətinə təsr göstərdi.
Tatışev və Karamzinin mövqeyinə əsaslanaraq Sank-Peterburq
Universitetinin professoru P.Naumov 1823-cü ildə ilk dəfə
olaraq “monqol-tatar” söz birləşməsini işlətdi. Onun fikrincə
monqollar və tatarlar dünyanı işğal etmək üçün ittifaq yarat-
mışdılar.
Halbuki mənbələr bunu sübut etmir. Çingiz xanın ordu-
sunda tatarların çoxluq təşkil etməsi, onların güclü hərbi bir
qüvvə rolunda çıxış etməsi mümkün deyildi. Çünki vahid
monqol feodal dövlətinin yaradılması uğrunda gedən qanlı
müharibələrdə Çingiz xan konkret bir xalq kimi tatarlara elə
sarsıdıcı zərbə vurmuşdu ki, XIII əsrin əvvəllərində tatarlar artıq
12
nüfuzlu hərbi-siyasi qüvvə rolunu itirmişdilər. Geniş miqyaslı
hərbi əməliyyatlar monqolların özləri tərəfindən həyata keçi-
rilirdi. Monqollara da tətbiq olunan “tatar” adı XIII əsrdə Arvo-
paya tacirlər vasitəsilə gəlib çıxmışdı.
Monqollar sosial-iqtisadi inkişaf səviyyəsinə görə ətrafla-
rında olan bəzi tayfalardan geri qalırdılar. Onların əsas məşğu-
liyyəti ekstensiv köçəri heyvandarlıq və ovçuluq idi. Monqol
cəmiyyətinin hakim təbəqəsini nüfuzlu və varlı əyanlar təşkil
edirdi. Əhalinin bu təbəqəsinin çoxsaylı qaramal sürüləri var idi.
Cəmiyyətin əsas hissəsini sadə köçərilər təşkil edirdi, onların bir
hissəsi varlılardan asılı vəziyyətə düşmüşdü.
Monqollarda ilk xanlıq XII əsrin birinci yarısında yaran-
mışdı. Xanlığa əvvəlcə Habul xan, sonra isə Ambaqay rəhbərlik
etmişdi. Habul xan xəstələnərkən onun müalicəsi tatar şamanına
tapşırılsa da onu sağaltmaq mümkün olmamışdı. Monqolların
fikrincə, şaman öz işinə məsuliyyətsiz yanaşdığı üçün xan
ölmüşdü. Bunun əvəzini çıxmaq üçün monqollar şamanı məhv
etmişdilər. Bu hadisə monqollarla tatarlar arasında düşmənçilik
yaradır. Habul xandan sonra monqol ulusuna rəhbərlik edən
Ambaqay Çinin vassalı olan tatarlar tərəfindən əsir götürülərək
Çinin paytaxtı Pekinə aparılmış və burada edam olunmuşdu.
Monqolların həm Çinlə, həm tatarlarla mübarizə aparması
onları zəiflədirdi. Digər tərəfdən, monqol cəmiyyətində təbəqə-
ləşmənin dərinləşməsi şəraitində monqol əyanlarının ayrı-ayrı
nümayəndələri həmtayfaları üzərində öz hakimiyyətlərini təmin
etmək üçün mübarizə aparırdılar. Bu mübarizə həm də monqol
tayfalarının birləşdirilməsi, vahid dövlətin yaradılması uğrunda
gedirdi. XII əsrin ikinci yarısında bu mübarizə daha kəskin
xarakter almışdı.
Monqol tayfaları içərisində Temuçinin, gələcək Çingiz
xanın atası Yesugeyin də böyük nüfuzu var idi. Habul xanın
nəvəsi olan Yesugey ədalətli və cəsur adam olub öz ətrafına
xeyli adam toplaya bilmişdi. Tatarlarla döyüşlərin birində qalib
gələn Yesugey yeni doğulmuş oğluna məğlub etdiyi tatar Te-

13
muçinin adını vermişdi. Rəşidəddinə görə Temuçin 1155-ci ildə,
Çin mənbələrinə görə isə 1162-ci ildə anadan olmuşdu.
Böyük Çöldə tayfalar arasında gedən mübarizədə Çinin
siyasi xətti də öz rolunu oynayırdı. Çin imperatorları əvvəllərdə
olduğu kimi, yenə də məğrur və döyüşkən tayfalarla mübarizədə
bu və ya digər tayfaların da qüvvəsindən istifadə etməyə çalı-
şırdı. Bu məqsədlə də tayfalar arasında düşmənçilik yaradılır,
onlar bir-birinə qarşı qoyulurdu. Tatarların köməyilə 1161-ci
ildə Buir-Nur rayonunda monqollara ağır zərbə vuran Çin
tatarların xeyli qüvvətlənməsini özü üçün böyük təhlükə hesab
edirdi, onları zəiflətmək üçün yollar axtarırdı.
Buir-Nur döyüşündən bir neçə il sonra Yesugey ölür.
Monqolların fikrincə, onu tatarlar zəhərləyib öldürmüşdü. Bu
hadisə də monqol-tatar münasibətlərinin kəskinləşməsinə təsir
etmişdi.
Yesugeyin ölümü onun ulusunun dağılmasına, rəqiblər
tərəfindən təqiblə əlaqədar ailəsinin ciddi çətinliklərlə üzləşmə-
sinə səbəb olur. Temuçin vaxtilə atası ilə yaxşı münasibətləri
olan kereit xanı Toğrula müraciət edərək ondan kömək istəyir və
müsbət cavab alır. Toğrulun vassalı Camuxa da Temuçinə
kömək edəcəyini bildirmişdi. Kömək alan Temuçin düşməni
olan merkitləri məğlub edir. Bu qələbə nəticəsində onun nüfuzu
artır, ətrafına toplaşan adamların sayı çoxalmağa başlayır.
Temuçinin rəhbərliyi altında birləşmiş monqollar onu özlərinin
xanı elan edirlər. Bu məsələyə münasibət birmənalı deyildi.
Toğrul bunu bəyənsə də, Camuxa narazı idi. Camuxa ilə Temu-
çin arasında münasibət hələ merkitlərin məğlub edilməsindən
sonra pozulmuşdu. Belə ki, Camuxanın qardaşı Temuçinə
məxsus at sürüsünü oğurlamaq istəyərkən öldürülmüşdü və bu,
keçmiş müttəfiqlər arasında müharibəyə gətirib çıxartdı. Döyüş
Camuxanın qələbəsi ilə başa çatsa da, əsir düşmüş adamların
qaynar qazana diri-diri atılması, Temuçinin sığındığı yerin tutul-
maması Camuxanın öz adamlarının narazılığına səbəb olmuş,
onların bir hissəsi Temuçinə qoşulmuşdu.

14
Monqolların bir hissəsi belə hesab edirdi ki, Temuçin
monqol xalqı və tayfa başçıları tərəfindən deyil, onun bir qrup
tərəfdarı tərəfindən xan seçilmişdir. Temuçinin xan seçilmə-
sindən narazı olanlar Camuxanın ətrafında toplaşırdılar.
XII əsrin axırlarında Çinlə tatarlar arasında münasibətlərin
kəskinləşməsi müharibəyə gətirib çıxartdı. Çin tatarlara qarşı
müharibədə Toğrula da müraciət etdi. Toğrul tatarları barışmaz
düşməni sayan Temuçinə təklif etdi ki, birgə yürüşə çıxsınlar.
1198-ci ildə baş verən döyüşdə xeyli tatar öldürüldü. Bu dövrdə
Temuçinlə Camuxa arasında mübarizə davam edirdi. Döyüşlərin
birində Temuçin ağır yaralanmışdı. Həmin döyüşdən bir müddət
sonra Temuçini oxla yaralamış döyüşçü onun yanına gələrək
bağışlanmasını xahiş edir. Döyüşçünü bağışlayan Temuçin ona
“Cəbə” (ox) adı verir. Bu şəxs sonralar Çingiz xanın məşhur
sərkərdələrindən biri olmuş Cəbə idi.
1202-1204-cü illərdəki döyüşlərdə də Temuçin tatarlara
ağır zərbə vurur. Həmin vaxt Temuçinin əmrilə xeyli tatar məhv
edilmişdi.
Toğrul xanla Temuçin bir müddət öz düşmənlərinə qarşı
birgə mübarizə məqsədilə Çinlə danışıqlar aparırdılar. Həmin
ittifaq XIII əsrin başlanğıcında pozuldu. Mənbələrdə müttəfiqlər
arasında münasibətlərin pisləşməsi Temuçinlə əlaqələndirilir.
Qeyd olunur ki, Temuçin Toğrulla ittifaqı gücləndirmək məqsə-
dilə böyük oğlu Cuciyə kereitlərin xanının qızını almaq, həm də
öz qızını onun nəvələrindən birinə vermək fikrində idi. Lakin
Toğrul bundan imtina edir. Temuçindən narazı olan Camuxa ya-
ranmış vəziyyətdən istifadə etməyi qərara alır. Camuxa Toğ-
rulun oğlunu Temuçinə qarşı mübarizəyə təhrik edir. Ona bildi-
rir ki, Temuçin sizin düşməniniz olan naymanlarla əlaqə saxla-
yır. 1203-cü ilin payızında baş verən döyüş Toğrulun məğlu-
biyyəti ilə başa çatdı.
Temuçin tərəfindən gözlənilən təhlükə ilə əlaqədar nay-
manların başçısı Tayan xan müharibəyə hazırlaşırdı. Nay-
manlara qoşulanlar içərisində Camuxa da var idi. 1204-cü ildə
Orxon çayından qərbdə baş verən döyüşdə Tayan xan ağır
15
yaralanaraq ölür. Onun oğlu Kuçluq əvvəlcə uyğurların, sonra
isə qarakitayların yanına qaçır.
Temuçinlə döyüşlərin birində Camuxa əsir düşür. Camu-
xaya düşmənçilikdən əl çəkmək təklif olunur. Bundan imtina
edən Camuxa öldürülməsini istəyir və o, edam olunur.
1206-cı ildə Şimali Monqolustanda Onon çayı sahilində
monqol əyanların qurultayı keçirilir. Qurultayda Temuçin
Çingiz xan adı ilə xaqan, yəni bütün monqol tayfalarının ali
hökmdarı elan edilir. Çingiz xanı keçə üzərində başları üzərinə
qaldıraraq ona itaət edəcəklərini bildirirlər.
Vahid monqol dövlətinin yaranması tayfalararası müha-
ribələrə son qoydu, feodal münasibətlərinin formalaşmasına təsir
göstərdi, məhsuldar qüvvələrin inkişafı üçün şərait yarandı.
1.2. Dövlət quruculuğu. Monqol dövlətinə xan rəhbərlik
edirdi. Ona nüfuzlu nəsillərin başçıları və hərbi rəislərdən ibarət
olan qurultay kömək edirdi. Xanın hakimiyyəti məhdudlaşdırıla
bilməzdi. Hakimiyyət atadan oğula keçirdi. Qanuna görə böyük
oğul xan olmalı idi. Xan ölməmişdən əvvəl öz vəliəhdini elan
etməli idi.
Monqollar öz dövlətlərini monqol dövləti, özlərini isə
monqol adlandırırdılar. Bu, mənbələr tərəfindən də təsdiq olu-
nur. Monqol hökmdarı Quyuk missioner Plano Karpini vasitəsi
ilə papa IV İnnokentiyə göndərdiyi məktubda öz dövlətini
“Böyük monqol dövləti”, özünü isə “böyük xan” adlandırmışdı.
P.Karpininin əsərində də “böyük monqol” ifadəsi işlədilir.
Böyük Monqol imperiyasının tarixi ilə bağlı əsərlərin hələ
olmadığı bir dövrdə elmdə belə bir fikir mövcud idi ki, monqol
yürüşləri vəhşilərin kortəbii bir hərəkatıdır, monqollar özlərinə
tanış olmayan mədəniyyətləri məhv edirlər. Monqolların tarixi
ilə bağlı tədqiqat əsərləri yazıldıqdan sonra münasibət tədricən
dəyişdi. Bəzi tədqiqatçıların da qeyd etdiyi kimi köçəri həyat
keçirənlərin həyatı barbarların həyatından fərqlənir. Çöllərdə
müxtəlif sosial təbəqələr və qruplar arasında dərin ziddiyyətlər
mövcud idi, varlılarla yoxsullar arasında barışmaz mübarizə də
buradan irəli gəlirdi. Əmlakı başlıca olaraq xarici düşməndən
16
qorumaq zərurəti mövcud idi, otlaqlar uğrunda silahlı mübarizə
var idi, xalqı bir nəfər, yaxud bir nəsil ətrafında birləşməyə
məcbur edən böhranlar baş verirdi. Böyük imperiyanın uğurla
fəaliyyət göstərməsi üçün güclü bir rəhbər lazım idi, yaxşı təşkil
olunmuş bir dəstənin olması zəruri idi. Tutulan ərazilərdə kö-
çərilər, xüsusən hakim təbəqə və ona yaxın olan əyanlar tədricən
daha yüksək mədəniyyətin təsirinə məruz qalırdılar. Monqollar
köçəri həyatın sərbəstliyini öz hakimiyyətləri altında olanların
mədəni həyatı ilə birləşdirməyə çalışırdılar. Şərqşünas V.Bartold
yazır ki, işğalçıların əvvəlki vətənində yaranmış dövlət sistemi
işğal edilmiş ərazilərdə özünün inkişafı üçün daha əlverişli şərait
tapır. Monqol dövlətçiliyi Çində, müsəlman Asiyasında, Rusi-
yada daha sabit, dayanıqlı siyasi qaydaların yaradılmasına gəti-
rib çıxartdı.
Monqol imperiyası digər köçəri imperiyalar içərisində
yalnız öz sahəsinə görə deyil, həm də uzun müddət mövcud
olmasına görə fərqlənir. Rus şərqşünası V.Radlov bunu onunla
izah edir ki, monqol dövlətinə “oturaq xalqların bir çox döv-
lətləri birləşdirilmişdi, bu dövlət onu təşkil edən ayrı-ayrı nəsil-
lərə deyil, bir sıra mədəni dövlətlərə (Çin, Orta Asiya, İran və
s.)” bölünürdü.
Çingiz xanın dövründə dövlətin ərazisi tümənlərə bölü-
nürdü. Hər bir tümən on min döyüşçü verməli idi. Tümənlərin
özləri də minliklərə, yüzlüklərə və onluqlara bölünürdü. Tümən-
lərə və minliyə Çingiz xanın qohumları və monqol əyanlarının
nümayəndələri rəhbərlik edirdi. İdarəetmə işinə cəlb edilənlər
müxtəlif tayfaların içərisindən çıxmışdı. Məsələn, Şiqi-Xutuxu
tatar, Celme uryanxay, Muxali Cəlairli, Borçu (Çingiz xanın
siğə qardaşı) tayçuit idi. Sugedey və bir çox məşhur sərkərdələr
meşə tayfaları içərisindən çıxmışdılar.
Yüzbaşı, minbaşı, mümənbaşı vəzifələri irsi idi, bu vəzi-
fələri daşıyanlar həm də noyon fəxri adı alırdılar. Bölmə baş-
çıları xanın ordusuna döyüşçülər, silah-sursat, ərzaq verməli
idilər, bu isə dövlət başçısına zəruri olan vaxtlarda böyük ordu
toplamağa imkan verirdi.
17
Çingiz xan ordunun təşkilinə xüsusi fikir verirdi. Ordu
süvarilərdən ibarət idi, əsgərlər dözümlü idi, kəşfiyyat işləri
yaxşı təşkil edilmişdi. Monqol ordusunda ciddi intizam var idi.
İntizamı pozanları böyük cərimələr, ölüm cəzası gözləyirdi.
Ordudan əlavə Çingiz xanın şəxsi qvardiyası da var idi. Bu
qvardiyaya minbaşıların və yüzbaşıların oğlanları və kiçik
qardaşları cəlb olunurdu. Qvardiya həmişə Çingiz xanın yanında
olurdu, onun özünün verdiyi əmrləri yerinə yetirirdi. Çingiz
xanın əmrilə xüsusi bir dəstə də yaradılmışdı, həmin dəstə
həmişə ordunun önündə getməli və döyüşə birinci başlamalı idi.
Ali hakim vəzifəsi təsis edilmişdi və bu iş Şiqi-Xutuxuya
tapşırılmışdı. Çingiz xan tərəfindən ona belə bir tapşırıq veril-
mişdi: “Əbədi Göyün köməyi ilə biz ümumxalq dövləti yaradar-
kən sən baxmaq üçün göz və eşitmək üçün qulaq ol. Oğurluğun
kökünü kəs, bütün dövlət ərazisində yalanı məhv et“.
Elm və mədəniyyət xadimlərinə hörmətlə yanaşan Çingiz
xan qeyd edirdi ki, biz at üstündə oturub imperiya əldə etmiş
olsaq da, at üstündə oturmaqla onu idarə etmək olmaz.
Çingiz xanın düşərgəsində mirzələr, tərcüməçilər, ver-
gilərin toplanılması, silahların hazırlanması üçün məsuliyyət
daşıyan məmurlar var idi. Həmin dövrdə hələ monqollar öz
əlifbalarını yaratmamışdılar, buna görə də Çingiz xanın göstə-
rişilə dəftərxanada uyğur əlifbasından istifadə olunurdu. Çingiz
xanın nəvələrinə, tanınmış ailələrin uşaqlarına savad öyrətmək
üçün uyğur müəllimləri təhkim olunmuşdu və onlar monqol
dilinə uyğunlaşdırılmış uyğur əlifbası ilə savad verirdilər.
Çingiz xan monqol tayfalarının ali hökmdarı elan edilər-
kən dövlətin və xalqın mənafeyini əks etdirən qanunlar toplusu
“Böyük Yasa” da elan olunmuşdu. Yasada dövlət başçısının
seçilməsi, xarici siyasət, əhalinin hüquq və vəzifələri, müharibə,
maliyyə, vergi, mükəlləfiyyətlər, cəza sistemi, ailə, din və s.
məsələlər barəsində danışılır.
Monqol dövlətində hakim dairələrlə xalq kütlələri arasında
əlaqənin kəsilməməsi, onların bir-birindən uzaqlaşmaması üçün
Yasada xanların sarayda yaşaması, şəhərlərin qala divarları ilə
18
əhatəyə alınması qadağan olunurdu. Çingiz xan böyük bir
dövlətin başçısı olsa da, saraylarda yaşamamış, xalqı arasında
çadırlarda qalmağı üstün tutmuş, dəbdəbəli paltar geyməmişdir,
digər hökmdarlar Çingiz xanın belə həyat sürməsinə heyrət
etmişlər.
Yasaya görə, qurultayda seçilmədən özünü xan elan edən-
ləri cəza gözləyirdi. Xan o şəxslər elan oluna bilərdi ki, onlar
Çingiz xanın kişi nəslindən olsunlar, həm də həmin şəxs monqol
qadından doğulmalı idi.
Yasaya görə satqınları, yalançı şahidləri, böhtan atanları,
zinakarları, oğurluq mal saxlayanları, sehrbazları ölüm gözlə-
yirdi. Heç bir kəs öz millətindən olan adamı kölə edə bilməzdi.
Monqollarda səfirlərin öldürülməsi ağır cinayət hesab
olunurdu və onların fikrincə bu qətlə görə tək bu hökmü verən
şəxslər deyil, səfirlərin öldürüldüyü yaşayış məskəninin bütün
əhalisi cavab verməli idi. Monqollar səfirlərin öldürüldüyü
şəhərləri “zalım şəhərlər” adlandıraraq onları məhv edirdilər. Ot-
rar, Kozelsk şəhərlərinin dağıdılması da bununla bağlı olmuşdur.
Yasada müxtəlif dinlərə və din xadimlərinə hörmətlə yana-
şılması nəzərdə tutulurdu. Düzdür, Çingiz xanın dövründə hələ
rəsmi dövlət dini yox idi. Əhali içərisində müsəlmanlar, xris-
tianlar, buddistlər var idi. Yəhudi din xadimləri istisna olmaqla,
digər din xadimləri vergidən azad olunmuşdular.
Yasada qeyd olunurdu ki, ailədə qadınla kişi, gəlinlə qay-
nana və qayınata arasında qarşılıqlı hörmət olmalı, uşaqlar öz
valideynlərinin sözlərinə qulaq asmalı, varlı adamlar imkan-
sızlara kömək etməlidir. Yasada hər bir kişinin bir neçə qadınla
ailə qurması nəzərdə tutulurdu, kişinin spirtli içkidən istifadə
etməsi pislənilirdi.
Torpaq dövlət mülkiyyəti idi, hökmdar dövlət adından
sülalə üzvlərinə, noyonlara torpaq verirdi. Torpaq almış şəxs
onu sata bilməzdi. Həmin torpaq dövlət mülkiyyəti kimi qalırdı.
Çingiz xan qanunlara əməl və hörmət edilməsinə xüsusi
fikir verirdi. O, qeyd edirdi ki, mənim yerimi tutacaq varislərim

19
Yasaya əməl edəcəklərsə Göydən onlara səadət, dinclik gələcək,
əməl olunmasa dövlət məhv olacaq.
1.3.Monqol dövlətinin işğalları. Çingiz xan 1207-ci ildə
oğlu Cucini Selenqa və Yenisey çayları arasında yaşayan “meşə
xalqlarını” itaətə gətirməyə göndərdi. 1209-cu ildə qırğızlar da
monqolların hakimiyyətini qəbul etdilər. 1208-ci ildə Çingiz xan
naymanları və merkitləri məğlub etdi. Nayman xanı Kuçluq
qarakitayların yanına qaçdı. Qarakitaylardan asılı vəziyyətdə
olan uyğurlar asılılığa son qoymaq məqsədilə 1209-cu ildə
qiyam qaldırdılar. Kömək üçün Çingiz xana müraciət edərək
bildirdilər ki, onun hakimiyyətini qəbul etməyə hazırdırlar və
uyğurlar da monqolların hakimiyyətini tanıdılar.
1211-ci ildə monqolların Şimali Çinə yürüşü başlandı.
Yürüş ərəfəsində monqol əyanlarımın yığıncağını keçirən
Çingiz xan bildirdi ki, Çin imperatoru mənim əcdadlarıma xeyli
ziyan vurmuşdur. İndi Uca Tanrı mənə hakimiyyət verir ki, mən
Çin imperatorundan öz əcdadlarımın və qohumlarımın hüquq-
larının bərpa olunmasını tələb edim. Bütün Şərq türkləri – ki-
danlar, uyğur və tatarlar, karluqlar, kunqarlar, manqıtlar, on-
qutlar, kereitlər, naymanlar, oyratlar və s. - Oğuz xaqanın bütün
nəsilləri, Boz qurdun bütün övladları milli düşmən olan man-
curlardan və çinlilərdən onların əcdadlarına vurulmuş ziyanın
əvəzini çıxmaq üçün Çingiz xanın ardınca getsinlər.
Çin ordusu ciddi müqavimət göstərsə də, monqol süvari-
lərinin təzyiqləri altında geri çəkilməyə məcbur oldu. 1215-ci
ildə monqollar Pekini tutdular və Şimali Çinin işğalı başa çatdı.
Çinə yürüş monqol dövlətinin güclənməsi üçün əhəmiy-
yətli bir məsələ idi. Burada monqollar həmin dövr üçün yeni
olan hərbi texnika ilə tanış oldular. Çində ələ keçirilmiş silahlar,
onları hazırlamağı bacaran sənətkarların Monqolustana gətiril-
məsi ordunun yeni silahlarla, o cümlədən divardeşən maşınlarla
təmin olunmasına, onun sayının artırılmasına kömək göstərdi.
Şimali Çinin tutulmasında sonra Çingiz xan Kuçluqla
mübarizəyə başladı. Qarakitaylara sığınan Kuçluq xristianlıqdan
imtina edib buddizmi qəbul etmişdi. Tarixçi Cüveyninin verdiyi
20
məlumata görə, əvvəlcə xristian olan Kuçluq qarakitayların
başçısının qızı ilə evləndikdən sonra qadının təsiri ilə buddizmi
qəbul etmişdi. Hotan və Qaşqarı tutan Kuçluq müsəlmanları
təqib edirdi. Müsəlmn paltarı geymək, dini ayinləri yerinə
yetirmək qadağan olunmuşdu, mədrəsələr bağlanmışdı. Müsəl-
manları hətta çirkli paltarı geyməyə məcbur edirdilər. Kuçluğun
dini təqibi bütün dinlərə hörmətlə yanaşan Çingiz xanın möv-
qeyini gücləndirirdi. Müsəlmanlar monqol xanını müdafiə
edirdilər.
1218-ci ildə Çingiz xan Cəbənin rəhbərliyilə Kuçluğa qarşı
ordu göndərdi. Ordunun ön hissəsi hələ Şərqi Türküstana daxil
olmamış Cəbənin casusları ordunun qabağında gedərək belə bir
fikir yayırdılar ki, bütün türklərin və monqolların hökmdarı olan
Çingiz xan bütün dinlərə azadlıq vəd edir. Hotan və Qaşqar əha-
lisi Kuçluğa qarşı qiyam etdi. Kuçluq və onun yaxın adamları
ələ keçirilib edam olunurdu.
Sonrakı döyüşlərdə monqol ordusu Xarəzmşahları məğlub
etdi, İran və Qafqaza yürüşlər təşkil olundu. 1223-cü ildə baş
verən Kalka döyüşündə rus knyazlıqları məğlub edildi. Mon-
qolların uğurlu hərbi yürüşləri nəticəsində Tanqut ölkəsi Si Sya
dövləti də itaətə gətirildi.
Çingiz xan 1227-ci ildə vəfat etdi. O, imperiyanın paytaxtı
Qaraqorumda deyil, monqol sərkərdələrinin təkidi ilə Onon çayı
sahilində Delyun-Buldan təpəsi ətrafında, doğulduğu və impe-
rator elan olunduğu yerdə dəfn olundu.

21
2. MƏRKƏZİ ASİYA XALQLARI MONQOL
YÜRÜŞLƏRİ VƏ HAKİMİYYƏTİ DÖVRÜNDƏ

2.1. Monqol yürüşləri ərəfəsində Xarəzmşahlar dövləti-


nin ictimai-siyasi həyatı. XIII əsrin əvvəllərində Xarəzmşahlar
dövlətinin daxili həyatında gərginlik getdikcə artırdı. Dövlət
başçısının mərkəzi hakimiyyəti gücləndirmək siyasəti cəmiy-
yətin sosial strukturuna daxil olan qrupların narazılığına səbəb
oldu. Xarəzmşah Məhəmmədin bir sıra vilayət hakimlərini öz
vəzifələrindən uzaqlaşdırması və onları bəhs etdirməsi ciddi
narazılıq yaratdı. Vəziyyətin ağırlaşmasına hökmdarın ailəsin-
dəki daxili çəkişmələr də təsir edirdi. Xarəzmşah Məhəmmədin
anası Türkan xatunun özü də oğlunun mərkəzləşdirmə siyasə-
tindən narazı idi. Hakimiyyət uğrunda mübarizədə Türkan xatun
oğlundan narazı qalan hərbi-feodal əyanlara və din xadimlərinə
arxalanırdı. Türkan xatun mənşəcə qıpçaq idi. Onun qıpçaq
xanları və qıpçaq ordusu arasında böyük nüfuzu var idi. Bu isə o
demək idi ki, qıpçaq xanları və qıpçaq ordusu mərkəzi haki-
miyyətin etibarlı dayağı ola bilməzdi. Türkan xatuna və qıpçaq
əyanlarına qarşı türkmən əyanları çıxış edirdi və onlar öz ümid-
lərini Xarəzmşah Məhəmmədin oğlanlarından biri olan Cəlaləd-
dinə bağlayırdılar. Cəlaləddinin anası isə türkmən idi, Cəlaləd-
din həm də cəsur bir döyüşçü kimi tanınmışdı.
Xarəzmşah Məhəmməd Bağdad xəlifəsini vassalına çevir-
məyə və öz adına Bağdadda xütbə oxunmasına çalışırdı. Şahın
ordusu 1217-ci ilə Bağdada uğursuz yürüş etmişdi. Bu məsələ
və eləcə də Türkan xatunla əlaqəsi olan Şeyx Məcdudin Bağda-
dinin hələ 1216-cı ildə Xarəzmşah tərəfindən edam olunması,
Xarəzmdən bir sıra din xadimlərinin qovulması din xadimlərinin
narazılığına səbəb olmuşdu.
Hökumətin vergi siyasəti, vergiyığanların özbaşınalığı şə-
hər və kənd əhalisinin çıxışlarına gətirib çıxartmışdı. Baş verən
üsyanların qəddarlıqla yatırılması gərginliyi daha da artırırdı.
1207-ci ildə Buxarada, 1211-ci ildə Səmərqənddəki xalq çıxış-
ları da amansızlıqla yatırılmışdı.
22
2.2. Monqolların Mərkəzi Asiyanı işğal etməsi. Xarəzm-
şahlar dövləti ilə Çingiz xan arasında əlaqələr hələ 1215-ci ildə
qurulmuşdu. Çingiz xan öz casusları və tacirlər vasitəsilə bu
ölkə və onun zəngin sərvətləri barəsində məlumatlar əldə edirdi.
Monqolların Şimali Çinə yiyələnmələri barəsində məlumat əldə
edən Xarəzmşah monqolların hərbi qüvvəsi, Çingiz xanın xarici
siyasəti barəsində məlumat əldə etmək məqsədilə monqol hökm-
darının yanına səfirlik göndərmişdi. Səfirliyi yaxşı qarşılayan
Çingiz xan səfirliyin rəhbərliyinə Xarəzm hökmdarına aşağı-
dakı sözləri çatdırmağı tapşırmışdı: “Mən Şərqin hökmdarıyam,
sən isə Qərbin hökmdarısan. Qoy bizim aramızda dostluq və
sülh haqqında müqavilə olsun, hər iki tərəfin tacirləri bir-biri ilə
sərbəst ticarət etsinlər”. Bundan sonra da tərəflər arasında bir
neçə səfirlik mübadiləsi olmuş və tərəflər dinc münasibətlərin
mövcudluğuna, ticarət əlaqələrinə maraqlı olduqlarını bildir-
mişdilər.
1218-ci ildə tərəflər arasında ziddiyyət yaranır. Çingiz
xanın göndərdiyi ticarət karvanı xarəzmşahların sərhəd şəhəri
olan Otrara gəlir. Şəhər canişini İnalçik tacirləri casusluqda itti-
ham edərək onların öldürülməsini, karvanın isə qarət olunmasını
əmr edir. Karvanda olanlardan yalnız bir nəfər xilas olaraq
Çingiz xanın yanına gedərək baş verən hadisəni danışır.
Çingiz xan baş verən hadisənin səbəblərini müəyyənləşdir-
mək, təqsirkarları cəzalandırmaq məqsədilə Xarəzm hökm-
darının yanına səfirlik göndərir. Cəlaləddin atasına bildirir ki,
dövlətin çoxsaylı əhalisinin qanını axıtmamaq üçün Otrar cani-
şini İnalçiki təhvil versin. Lakin Xarəzmşah bundan imtina edir.
Canişin hökmdarın qohumu idi və Xarəzmşah belə hesab edirdi
ki, İnalçikin təhvil verilməsi onun qohumlarının narazılığına
səbəb olacaq, həm də İnalçikin 20 min nəfərlik ordusu var idi.
Bu mənada Xarəzmşah həmin şəxsin öz ordusu ilə birlikdə
müqavimət göstərə biləcəyindən ehtiyat edirdi. Buna görə də
Xarəzm hökmdarı İnalçiki təhvil verməməklə yanaşı monqol
səfirinin öldürülməsini əmr etdi. Beləliklə, müharibənin başlan-

23
ması üçün bəhanə olan Otrar hadisəsi hərbi əməliyyatların
başlanmasını sürətləndirdi.
1219-cu ilin payızında (sentyabr) Çingiz xanın özünün
rəhbərliyi altında monqolların Mərkəzi Asiyaya hücumu baş-
landı. Bu yürüşdə Çingizin oğlanları Cuci, Cağatay, Ugedey və
Tulu da iştirak edirdi.
Müharibə başlanarkən Xarəzmşahın hərbi əməliyyatlarla
bağlı planı yox idi. Hərbi şurada məmurlardan biri təklif etdi ki,
xalq qoşunu yaradılsın, monqolları ölkənin içərilərinə buraxma-
maq üçün onları Sır-Dərya sahilində qarşılansınlar və həlledici
döyüşə girsinlər. Digər bir təklif isə ondan ibarət idi ki, monqol-
ların Mavərənnəhrə girməsinə imkan verilsin və onlar burada
məhv edilsin.
Xarəzm hökmdarı hərbi şurada irəli sürülən təklifləri rədd
edərək bildirdi ki, Mavərənnəhri müdafiə etmək lazımdır, lakin
həlledici döyüşə girmək lazım deyil, şəhərləri gücləndirmək və
onlara özlərini müdafiə etmək imkanı vermək lazımdır. Xa-
rəzmşah öz hərbi rəislərinə, yerli əhaliyə, vassallarına tam etibar
etmədiyi üçün ordunu bir yerə toplamaqdan və həlledici döyüşə
girməkdən imtina etdi. Onun fikrincə, vassallar və hərbi rəislər
monqolları məğlub etdikdən sonra onun özünə qarşı çıxış edə
bilərlər.
İlk zərbəni Otrara endirən monqollar şəhəri birinci hücum-
la tuta bilmədikləri üçün onun mühasirəsi Ugedeylə Çağataya
tapşırıldı, digər qoşun hissələri isə Sır-Dərya şəhərləri və Buxara
istiqamətində irəlilədi. Beş aylıq mühasirədən sonra Otrarı tutan
monqollar İnalçiki edam etdilər.
Əhali hər yerdə monqollara ciddi müqavimət göstərirdi.
Buxara gərgin döyüşlərdən sonra 1220-ci ilin fevralında tutuldu.
Bundan sonra monqollar Səmərqəndə yollandılar. 1220-ci ilin
martında şəhər monqolların əlinə keçdi. Hər iki şəhərin əhalisinə
divan tutuldu, sağ qalanların bir hissəsi mühasirə işlərinə cəlb
edildi, sənətkarlar sülalə üzvlərinə verildi, Qaraqoruma göndə-
rildi. Monqolların ciddi müqavimətlə üzləşdiyi şəhərlər içəri-
sində Xocənd də var idi.
24
Monqolların uğurlarından qorxuya düşən Xarəzmşah
Məhəmməd gələcək döyüşlər üçün ordu toplamaq bəhanəsi ilə
İrana qaçdı. Cəlaləddin atasını ölkəni ağır vəziyyətdə qoyub
qaçmamağa çağırdı, lakin bunun nəticəsi olmadı. Çingiz xanın
əmrilə sərkərdələrdən Cəbə və Subutay Xarəzm hökmdarını ələ
keçirmək üçün onu təqib edirdilər. Monqolların təqibindən qur-
tarmağa çalışan Xarəzmşah Xəzər dənizindəki adalardan birində
gizləndi və 1220-ci ilin dekabrında burada öldü.
Xarəzmşahın qaçmasından sonra hakimiyyət uğrunda
mübarizə başlandı. Bu mübarizədə iştirak edənlər Cəlaləddin
kimi bacarıqlı və qətiyyətli bir şəxsin dövlətə başçılıq etməsini
istəmirdilər. Onlar Cəlaləddindən yaxa qurtarmaq məqsədilə sui-
qəsd düzəltməyi qərara aldılar. Bundan xəbər tutan və Xarəzmin
müdafiəsinin mümkünsüzlüyünü görən Cəlaləddin bir qrup
döyüşçüsü ilə əvvəlcə Xorasana, sonra Əfqanıstana getdi.
1219-1221-ci illərdə gedən mübarizə nəticəsində Qazaxıs-
tan və Mərkəzi Asiya monqollar tərəfindən tutuldu. Bundan
sonra Cəlaləddinlə mübarizə İran, Əfqanıstan, Azərbaycan və
Hindistan ərazilərində gedirdi. 1221-ci ilin noyabrında Hind
çayı sahilində baş verən döyüşdə məğlub olan Cəlaləddin əsir
düşməmək üçün özünü çaya ataraq xilas oldu. Bunu yüksək
qiymətləndirən Çingiz xan yanında olan övladlarına bildirmişdi
ki, hər bir hökmdar özü üçün belə bir gənci arzu edə bilər.
Hind çayı sahilindəki məğlubiyyətdən sonra Dehliyə gələn
Cəlaləddin 1225-ci ildə İrana qayıtdı. Bu vaxt Çingiz xan Mon-
qolustanda idi. 1225-ci ildə Bağdada hücum edən Cəlaləddin
xəlifənin göndərdiyi ordunu şəhər yaxınlığında məğlub etsə də
şəhərin tutulmasının mümkünsüzlüyünü başa düşərək İrana,
sonra isə Azərbaycana getdi. İran və Azərbaycana yiyələnən
Cəlaləddinin fəaliyyəti Kiçik Asiya, Suriya, Mesopotamiya
hakimlərini narahat edirdi. Koniya sultanı I Keyqubad Cəla-
ləddinlə mübarizə üçün koalisiya yaratdı. 1230-cu ilin yayında
Ərzincanda baş verən döyüşdə məğlub olan Cəlaləddin Azər-
baycana gəldi. Bu haqda məlumat əldə edən monqollar 1231-ci
ildə Azərbaycana hücum edərək buranı tuturlar. Azərbaycanı
25
tərk etməyə məcbur olan Cəlaləddin Diyarbəkrə getdi. Burada
Ayn-Dar kəndi yaxınlığında kürdlər tərəfindən tutulan Cəla-
ləddin bildirdi ki, o, sultandır, əgər ona yerli hakimin yanına
getməyə kömək etsələr, onları mükafatlandıracaq. Amma ona
inanmayan kürdlər onu soydular, kürdlərin biri isə onu öldürdü.
Monqol yürüşləri Mərkəzi Asiyada böyük dağıntılara
gətirib çıxardı. Bir çox yaşayış məskənləri dağılmış, əhalinin
əhəmiyyətli bir hissəsi məhv edilmişdi. Orta əsrlərə aid mən-
bələrdə qeyd olunur ki, monqol ordusunun keçdiyi yerlərdə da-
ğıntıların izləri qalmaqdadır. Hərbi əməliyyatlar zamanı monqol
yürüşlərinə qədər mədəni cəhətdən inkişaf etmiş şəhərlərdəki
kitabxanalar məhv olmuşdu, mədəniyyət abidələri dağıdılmışdı.
Bir çox elm və mədəniyyət xadimləri məhv edilmişdi.
Kənd təsərrüfatına da böyük ziyan dəymişdi. Əkin sahələri
yararsız hala düşmüşdü, irriqasiya qurğuları ziyan çəkmişdi.
2.3.Mərkəzi Asiya monqol hakimiyyəti illərində. Çingiz
xan yaratdığı dövlətin ərazisini ölümündən bir müddət əvvəl
oğlanları arasında bölüşdürmüşdü. Qıpçaq çölləri böyük oğlu
Cuciyə, Mərkəzi Asiyanın iqtisadi-mədəni cəhətdən daha çox
inkişaf etmiş vilayətləri ikinci oğlu Çağataya, dövlətin qərb
bölgələri Ugedeyə verilmişdi. Ugedey atasının ölümündən sonra
monqol qanunlarına görə xaqan olmalı idi. Çingizin kiçik oğlu
Tulu isə ata yurdu olan Monqolustanı idarə etməli idi.
Ələ keçirilmiş əraziləri monqollar öz qüvvələri ilə idarə
etmək imkanında deyildilər. Bu mənada Çingiz xan idarəetmə
işlərində yerli əhalinin köməyindən də istifadə edirdi.
Mavərənnəhrin idarə olunması varlı tacir Mahmud Yala-
vaça tapşırılmışdı. Sonra isə bu iş onun oğlu Məsuda tapşırıl-
mışdı. Həmin şəxslər əslində Mərkəzi Asiyanın Çağatay ulusu-
nun tərkibində olan vilayətlərinin ali mülki hakimlərinə
çevrilmişdilər.
Monqol yürüşlərindən bir müddət sonra bəzi şəhərlər
tədricən dirçəlməyə başladı. Müharibə zamanı yaşayış yerlərini
tərk etmiş sənətkarlar geri qayıdaraq öz işləri ilə məşğul olmağa
başlayırlar. Belə bir vəziyyəti Səmərqənd və Buxara şəhərlə-
26
rində müşahidə etmək olardı. Bu şəhərlərdəki emalatxanaların
bir hissəsi Çingizlilərə məxsus idi, bununla yanaşı azad
sənətkarlar da var idi, onlar özlərinin sex təşkilatlarını bərpa
etmişdilər. Karpini Roma papası IV İnnokentinin səfiri kimi
XIII əsrin 40-cı illərində Çingiz xanın nəvəsi Quyuk xanın
yanına gedərkən Mavərənnəhr şəhərlərindəki azad sənətkarların
işləməsini görərək qeyd edirdi ki, onlar işləri üçün xərac
ödəyirlər. Ticarət də tədricən canlanırdı. Şərqi Avropanı Uzaq
Şərqlə əlaqələndirən karvan ticarət yolu Mərkəzi Asiyanın
şimalından keçirdi. Mərkəzi Asiyanın bu ticarətdə vasitəsi
rolunda çıxış etməsi böyük gəlir əldə edilməsinə və iqtisadiy-
yatın bərpa olunmasına əhəmiyyətli təsir göstərirdi.
Monqol işğalları Mərkəzi Asiyadakı sosial qrupların
vəziyyətinə və mövqeyinə müxtəlif təsir göstərsə də, ictimai
quruluşu dəyişdirə bilmədi. İri torpaq sahibləri, tacirlər, din
xadimləri, sadə əhali cəmiyyətin sosial strukturunu təşkil edirdi.
Monqol ağalığı dövründə Çağatay ulusunda torpaq
sahibliyinin aşağıdakı formaları var idi: mülk, incu, divan və
vəqf. Mülk torpaqları ayrı-ayrı şəxslərə - mülkədarlara məxsus
idi. İncu torpaqları sülalə üzvlərinin - yəni Çingizlilərin əlində
idi. Divan (dövlət) torpaqlarından əldə olunan gəlirlər dövlət
xəzinəsinin əsas hissəsini təşkil edirdi. Vəqf torpaqları isə dini
müəssisələrə məxsus idi.
Kəndlilər üzərinə bir sıra yeni vergilər – kopçur və kalan
qoyulmuşdu, onlar müəyyən mükəlləfiyyətlər də daşıyırdı. XIII-
XIV əsrlər tarixçisi Rəşidəddinin verdiyi məlumata görə kənd-
lilər üzərinə qoyulmuş vergi və mükəlləfiyyətlər nəticəsində elə
bir vəziyyət yaranmışdı ki, əldə olunan məhsul tələb olunan
vergilərin yarısını belə ödəməyə imkan vermirdi.
Sosial-iqtisadı gərginliyinin artması Cağatay ulusunda
şəhər və kənd əhalisinin çıxışlarına gətirib çıxarırdı. 1238-ci ildə
Buxarada Fərab kəndi yaxınlığında Mahmud Fərabinin rəhbər-
liyi altında baş verən üsyan da bu narazılığın nəticəsi idi. Əslən
sənətkar olan Fərabi şəhər əhalisinə müraciət edərək onları

27
monqollara qarşı mübarizəyə çağırdı. Şəhərdə olan monqol
döyüşçüləri, mülki məmurlar Buxaradan qaçdılar.
Üsyanı yatırmaq üçün Buxaraya ordu hissələri göndərildi.
Fərabi öldürüldü, üsyan yatırıldı və monqollar hakimiyyəti ələ
keçirdilər.
Fərabinin rəhbərlik etdiyi üsyan yatırılsa da təsirsiz qal-
madı. Monqollar müəyyən güzəştlərə getməyə məcbur oldular.
Mahmud Yalavaç öz vəzifəsindən uzaqlaşdırıldı.
Mərkəzi Asiyanın böyük bir hissəsi Çağatay ulusunun
tərkibində olsa da, Cuci və Ugedeyin ailə üzvləri bu ərazinin
bəzi yerlərinə yiyələnməyə can atırdılar. XIII əsrin 50-ci
illərində yaranmış Hülakülər dövləti də Mavərənnəhrə iddialı
idi. 1273-cü ildə Hülakülərin Buxaraya hücumu nəticəsində
böyük dağıntıya məruz qalmış şəhər uzun müddət özünə gələ
bilməmişdi, şəhər ticarət, sənətkarlıq mərkəzi rolunu itirmişdi.
Monqol ağalığı dövründə Mərkəzi Asiyada monqol tay-
faları ilə yanaşı Şərqi Türküstan və Qazaxıstandan gəlmiş türk
tayfaları da məskunlaşırdı. Türk tayfa başçıları artıq XIV əsrin
ortalarında Mavərənnəhrin həlledici siyasi qüvvəsinə çevril-
mişdilər.
XIV əsrin I yarısında Cağatay ulusu Qərb və Şərq hissə-
lərinə bölündü. Qərb hissə yenə də Cağatay ulusu adlanırdı,
lakin burada hakimiyyət faktiki olaraq türk əyanlarının əlində
idi. Tərkibində Semireçye və Qaşqarı birləşdirən Şərq hissəsi isə
Moqolustan adlanırdı. Moqolustanla Cağatay ulusu arasında
düşmənçilik mövcud idi.
Moqolustan xanları Mavərənnəhri geri qaytarmağa cəhd
göstərirdilər. Amma Mavərənnəhr xanı Qazaqan xan Xarəzm və
Herata yürüş etdi. Qazaqan xan (1346-1358) Çingiz xanın nəs-
lindən deyildi, orlat tayfasından idi. O, 1346-cı ildə Çingiz xanın
nəslindən olan Qazan xanı öldürüb Cağatay ulusunda haki-
miyyətə yiyələnmişdi. Hakimiyyətinə haqq qazandırmaq üçün o,
Çingizlilər sülaləsindən olan şahzadələri hakimiyyətə gətirsə də
faktiki olaraq Mavərənnəhr onun tərəfindən idarə olunurdu.

28
3. VOLQA BULQAR DÖVLƏTİ MONQOL YÜRÜŞLƏRİ
DÖVRÜNDƏ

3.1.Volqa Bulqar dbvləti monqol yürüşləri ərəfəsində.


Monqol yürüşlərinə qədərki dövrdə Volqa bulqarlarının Şərq
xalqları, o cümlədən Mərkəzi Asiya xalqları ilə sıx əlaqələri var
idi. Tərəflər arasında intensiv ticarət əlaqələri mövcud idi. Bul-
qariyada Şərqin bir sıra ölkələrindən gəlmiş şəxslər oxuyurdu.
Bulqarların öləri də oxumaq üçün Şərq ölkələrinə gedirdilər. Bel
əlaqələr bulqarlara Şərqdə baş verən hadisələr, eləcə də mon-
qolların fəaliyyəti haqqında məlumatlar əldə etməyə imkan
verirdi.
Monqollar tərəfindən gözlənilən təhlükə ilə əlaqədar
bulqarlar müdafiə tədbirləri həyata keçirir, rus knyazlıqları ilə
münasibətləri yaxşılaşdırmağa çalışırdılar. Qonşu ərazilərə yiyə-
lənmək siyasəti yeridən ruslar Bulqariya ərazisinə yürüşlər
edirdilər. Vladimir-Suzdal, Rostov, Murom, Pereyaslavl knyaz-
larının 1220-ci il yürüşü zamanı Oşel şəhəri tutulmuşdu. Ruslar
bundan sonra Kama boyu əraziləri tutmağa cəhd etmşidilər.
Bulqarlar 1220-ci ilin sonunda Vladimir-Suzdal knyaz-
lığına sülh bağlamaq təklifi ilə səfirlik göndərsələr də rədd ca-
vabı aldılar. Bulqarların təkidlə bir neçə dəfə Vladimir-Suzdala
səfirlik göndərmsi nəticəsində tərəflər arasında yürüşlərin
dayandırılması haqqında razılıq əldə olundu.
Mərkəzi Asiyanın monqollar tərəfindən tutulması, Qaf-
qaza, Aşağı Volqaboyuna, Azov-Qara dəniz sahillərinə yürüşlər
bulqarları müdafiə tədbirlərini gücləndirməyə məcbur edirdi.
Paytaxt Bulqar şəhərinin, eləcə də böyük şəhərlərin möhkəm-
ləndirilməsinə xüsusi fikir verilirdi.
Monqol ordusu 1223-cü ilin mayında Kalka çayı sahilin-
dəki döyüşdə qıpçaq-rus ordusunu məğlub etdikdən sonra Volqa
Bulqariyası istiqamətində irəliləməyə başladılar. 30 minlik
monqol ordusu Volqanı keçərək Bulqariya ərazisinə daxil oldu.
Monqol ordusunun irəliləməsi barəsində əvvəlcədən məlumat
alan bulqarlar düşməni hər tərəfdən mühasirəyə alaraq ona zərbə
29
vurdular. Bu döyüş haqqında məlumat verən Yulian qeyd edir
ki, monqollarla döyüşdə Bulqariyanın ucqarlarında yaşayan
madyarlar da (macarlar) iştirak edirdi. Bulqarlarla madyarlar
1223-cü il döyüşündə tatarları (monqolları) məğlub etdilər.
Ərəb alimi İbn-Əl-Asir yazır ki, bulqarlar monqolları
aldadıb tələyə saldılar, hər tərəfdən mühasirəyə alıb çoxlu adamı
məhv etdilər. Bulqar ordusu iki hissəyə bölünmüşdü. Onun bir
hissəsi pusquda durmuşdu, bir hissəsi isə döyüşə girmişdi. Dö-
yüşə girən hissə tədricən geri çəkilib monqolları tələyə salmışdı.
Arxadan endirilən güclü zərbə ilə düşmənin mühasirəsi başa
çatdırılmşıdı.
1223-cü il məğlubiyyəti monqolların ilk uğursuzluğu idi.
Monqollar başa düşürdülər ki, Volqa Bulqariyasını ələ keçir-
mədən Qərbə yol bağlı qalacaq. Bulqarların qələbəsi Aşağı
Volqaboyuna azadlıq gətirdi, monqolların Avropaya yürüşünü
gecikdirdi. Döyüş göstərdi ki, Bulqariya tam formalaşmış bir
dövlətdir, onun güclü ordusu var.
3.2.Monqolların Volqaboyuna yürüşlərinin başlanması.
1229-cu ildən monqolların yenidən Bulqariyaya yürüləri
başlanır. Rəşidəddinin məlumatına görə Ugedey xan haki-
miyyətə gələndən sonra monqol ordusunun bir hissəsini Volqa-
boyu ərazilərə göndərir. Yürüşdə Çingiz xanın məşhur sərkər-
dəsi Subutayın özünün də iştirak etməsi, 30 minlik ordunun
səfərə çıxması bu yürüşün heç də kəşfiyyat xarakteri daşıma-
dığını göstərirdi, Şərqi Avropaya yeni yürüşün başlanğıcı idi.
Yürüşə monqol əyanlarının 1229-cu il qurultayı da icazə ver-
mişdi. Qurultay isə adətən monqolların mühüm hərbi əməliy-
yatlarının başlanğıcında çağrılırdı.
1229-cu ilin yayında hərəkətə başlayan monqol ordusu
payızda qıpçaqları və saksinləri məğlub edə bilsə də şimala
doğru hərəkət edə bilmədi. Monqolların yürüşünün qarşısı yenə
də bulqarlar tərəfindən dayandırıldı.
Bu dövrdə monqollar həm də Mərkəzi Asiyada mübarizə
aparırdılar. Monqollara qarşı mübarizəyə Xarəzmşah Cəlaləddin
rəhbərlik edirdi. Monqollar onunla mübarizəyə 30 min nəfərdən
30
ibarət ordu ayırmışdı. 1231-ci ildə Xarəzmşah Cəlaləddin
öldürüldü. Bundan xeyli əvvəl, 1227-ci ildə Çindən şimalda olan
Tanqut dövləti məhv edilmişdi, 1233-1234-cü illərdə isə Sin
imperiyasının işğalı başa çatdırıldı. Bütün bunlar isə Qafqazın
və Arvopanın işğal olunmamış ərazilərinə monqolların yürüşü
üçün şərait yaradırdı. Monqol ordusunun yolu üzərində məğlub
edilməmiş bulqarlar, saksinlər, madyarlar dururdu. 1232-ci ildə
yenə də Subutayın rəhbərliyilə yürüş başladı. Lakin monqolların
bu yürüşü də uğursuz oldu. Monqolların Şərqi Avropaya yürü-
şünün qarşısı alındı.
Bulqarların 1232-ci ildə ciddi müqavimət göstərməsinə
onların 1229-cu ildə Rusla müqavilə bağlaması də təsir göstər-
mişdi. Vladimir-Suzdal knyazlığı ilə imzalanmış müqavilə
Volqa Bulqariyasının qərb hissəsinin təhlükəsizliyini təmin
edirdi.
Rus tarixçisi V.Tatışev monqolların 1232-ci il yürüşü-
nədən danışarkən qeyd edir ki, Aşağı Volqaboyuna gəlmiş
tatarlar Böyük şəhərə (Bulqara) getmədilər. Buradan belə nəti-
cəyə gəlmək olar ki, 1232-ci il yürüşü zamanı Aşağı Volqaboyu
tutulmuşdu.
Monqolların 1232-ci il yürüşü kütləvi xarakter daşıyırdı.
Bulqariyanın paytaxtını tutmaq cəhdi uğursuz oldu. Ciddi
müqavimət monqolların Bulqar şəhərinə, həm də Şərqi Avro-
paya məqsədyönlü hərəkətini dayandırdı.
1240-cı ildə tərtib olunmuş monqol salnaməsində də qeyd
olunur ki, Şərqi Avropada düşmən ölkələr (Dəsti-Qıpçaq,
Bulqariya, başqırdların ölkəsi və s.). çoxdur, orada xalq çox
mübarizdir, onlar öz qılıncları üzərinə atılaraq ölümü qəbul
edirlər.
Monqol ordusu məğlub olsa da, Uralətrafı və Aşağı
Volqaboyu çöllərdə qalaraq Volqanın aşağı axarlarındakı
şəhərlərin mühasirələrini davam etdirirdilər.
Bulqariyanın özündə də gələcək döyüşlərə ciddi hazırlıq
gedirdi. Şəhərlər möhkəmləndirilir, əsas qüvvələr paytaxtda

31
cəmləşdirilirdi. Macar Yulianın verdiyi məlumata görə, 1236-cı
ilin yayında burada 50 min döyüşçü cəmləşmişdi.
3.3.Bulqariyanın monqollar tərəifndən işğalı. Monqol
əyanlarının 1235-ci il Qaraqorum qurultayında bulqar, as və
rusların ölkəsinin işğal olunması haqqında qərar qəbul olundu.
Həm Cüveyninin, həm də Rəşidəddinin məlumatlarında işğal
olunması nəzərdə tutulan öklələrin siyahısında Bulqariyanın adı
birinci çəkilir, bu isə bir daha onu təsdiq edir ki, monqollar
onların Avropaya yürüşündə əsas maneə olan Bulqariyanın işğal
olunmasına xüsusi əhəmiyyət veriridlər.
Yürüşdə 11 şahzadə iştirak etməli idi. Orduya ümumi
rəhbərlik Batıya tapşırılmışdı və Ugedey xan demişdi: “Bu işi
mən Batının üzərinə qoyuram”. Monqol ordusu 1236-cı ildə
hərəkətə başlayır, payızda onlar əvvəldən burada olan monqol
döyüşçüləri ilə birləşirlər. Bu dövrdə Bulqariyanın cənub
sərhədlərində 200-250 min nəfərlik ordu cəmləşmşidi.
Monqollar Bulqariyanın paytaxtı Bulqar şəhərini 28 gün
mühasirədə saxladılar. Gərgin döyüşlərdən sonra şəhəri tutan
monqollar onu dağıtdılar, məhv olmuş şəhər bir daha bərpa
olunmadı.
Monqolların Bulqar kimi möhkəmləndirilmiş şəhəri tuta
bilməsi Batı xanın ordusunun döyüş qabiliyyəti, ciddi hərbi
intizamın mövcudluğu ilə yanaşı istifadə edilən taktika ilə də
bağlı idi. 1245-1247-ci ilində monqolların yanında olmuş ital-
yalı missioner Plano Karpini güclü müdafiəyə malik olan şə-
hərlərin tutulması haqqında məlumat verir. O, yazır ki, mon-
qollar güclü qala ilə rastlaşanda onu elə mühasirəyə alırlar ki,
heç kim oraya daxil ola, yaxud ordan çıxa bilməsin. Mühasirəyə
düşənlər dincəlməyə imkan tapmır, monqollar isə ordunu
hissələrə bölərək döyüş zamanı bir-birlərini əvəz edirlər. Bu
yolla da qalanı tutmaq mümkün omlayanda ona yunan odu
atırlar, istehkamın altında lağım ataraq içəri daxil olurlar.
Monqolların mühasirə üsulları barəsində XIII əsrdə tərtib
olunan “Men-da beylu” (“Monqolların tam təsviri”) adlı Çin
salnaməsində də məlumat verilir. Salnamədə qeyd olunur ki,
32
monqol ordusu böyük şəhərə hücum zamanı əvvəlcə kiçik
şəhərləri mühasirəyə alır, əhalini əsir götürərək onlardan istifadə
edirdilər. Əsir götürülmüş adamlar xəndəkləri doldururdular.
Şəhər divarları dağıdılarkən heç kimə, tabe olanlara və
müqavimət göstərənlərə aman verilmirdi.
Paytaxt şəhərin tutulmasından sonra digər şəhər və kənd-
lərin tutulması və dağıdılması başlandı. Tutulmuş yaşayış
məskənlərində əhalinin bir hissəsi öldürüldü, bir hissəsi daha
təhlükəsiz yerlərə getdi, bəziləri rus knyazlıqlarına üz tutdu.
Mübarizə dövründə Bulqariyanın mərkəzi rayonları daha
çox ziyan çəkmişdi. Həmin rayonlarda monqollar yarım il
mübarizə apardıqları üçün bu yerlər dəfələrlə əldən ələ keç-
mişdi. Yaşayış məskənlərində günlərlə davam etmiş yanğınlar
olmuşdu.
1236-cı ilin payızı, 1237-ci ilin yazında hərbi əməliyyatlar
Bulqariyanın şəhər və rayonlarında getmişdi. 1237-ci ilin
yayında monqollar Aşağı Volqaboyunda üsyan etmiş qıpçaqlara
qarşı döyüşürdülər. Üsyana Baçman başçılıq edirdi. Üsyanın
yatırılması üçün Menqunun ordusu göndərilmşidi. Monqollar
Baçmanı Aşağı Volqaboyundakı adalardan birinə sıxışdıraraq
onun dəstəsini məhv etmiş, özünü isə öldürmüşdülər.
1237-ci ilin yazında monqollar ən cənub bulqar şəhəri olan
Muromu tutdular. Sonra mordvalıları, burtasları məğlub etdilər.
1237-ci ilin payızında monqol şahzadələri Volqaboyunda
qurultay keçirib gələcək yürüşlər məsələsini müzakirə etdilər.
Bundan sonra rus knyazlıqları ilə mübarizə başlandı. Ordunun
bir hisəssi isə Bulqariyada qalmaqda idi. Şərqi Avropada
döyüşən monqollara kömək məqsədi ilə Bulqariyada qalan
ordunun bir hissəsi də göndərildi.
Volqa Bulqariyasını işğal etmək üçün monqollar bir il
gərgin mübarizə apardılar. İşğal olunmuş Bulqariyada yalnız
şahzadə Tanqutun ordusu qalmışdı. Monqollar bilirdilər ki, əhali
işğaldan narazı qaldığı üçün qiyam qaldıra bilər.
Monqolların əsas qüvvələrinin getməsindən istifadə
edərək bulqarlar 1238-ci ildə yenidən üsyan qaldırdılar. Bu
33
üsyana Bayan və Ciki başçılıq edirdi. Üsyan Batı xanı ciddi
narahat edirdi. Həmin dövrdə burtaslar, mordvalılar, qıpçaqlar
da üsyan qaldırmışdılar. Onlara qarşı ordu göndərildi. 1241-ci
ilin yazın başlanğıcında monqollar üsyanı yatırdılar, onun
iştirakçılarına divan tutuldu. Əhali kütləvi surətdə şimala və
qərbə üz tutdu. Həmin dövrdən etibarən Volqa-Kamanın sağ
sahilində bulqar məskənlərinin sayı artmağa başlayır.
Bulqarların monqollara qarşı sonuncu üsyan cəhdi 1277-
78-ci illərdə Menqu xanın dövründə olmuşdu. Bu üsyan da
yatırılmşıdı. Üsyanın yatırılmasında monqollara Smolensk və
Yaroslavl knyazı Fyodr Rostislaviç də kömək etmişdi. Bu
köməyə görə xan öz qızını knyaza vermişdi.
Monqol yürüşləri nəticəsində Orta Volqaboyunda böyük
dağıntılar yaranmışdı. Yaşayış məskənlərinin, xüsusilə də siyasi,
mədəni, iqtisadi mərkəzlər rolunu oynayan şəhərlərin məhv
edilməsi iqtisadi həyata zərbə vurdu. Sənətkarlığın da bəzi sahə-
ləri ziyan çəkmişdi. Bunu məişət və bəzək şeylərinin istehsalı-
nın azalmasında görmək olar. Bu, ola bilsin ki, onunla əlaqədar
idi ki, monqol əyanları yüksək ixtisaslı sənətkarlara böyük
ehtiyac duyduqları üçün onları özlərinin siyasi mərkəzlərinə
köçürürdülər.
Monqol işğalları dövründə Volqa-Kama Bulqariyası məh-
suldar qüvvələrin əhəmiyyətli bir hissəsini itirdi. Mədəniyyət
nümayəndələri təqib olunurdu. 1247-ci ildə Səmərqənddə sür-
gündə olan bulqar alimi Xoca Həsən Əl-Bulqari vəfat etmişdi.
Şair Mahmud Bulqari də öz əsərlərini monqol əyanlarının
əsirliyində yazmışdı.
Əkinçilik, xüsusilə ticarət böyük ziyan çəkmişdi. Bulqa-
riya Şərqlə Qərb arasında ticarətdə əhəmiyyətli rol oynadığı
üçün monqol işğallarının ağır nəticələri yalnız Bulqariyanın
deyil, həm də digər ölkələrin (Rus, Bizans, Qərbi Avropa, Şərq)
sosial-iqtisadi vəziyyətinə kəskin təsir göstərdi.
Volqaboyu xalqların müstəqillik uğrunda mübarizəsi
nəticəsiz qalmadı. İllərlə monqolların hücumlarını dəf edən
bulqarlar uğurlu hərbi əməliyyatlar apardılar. Bulqarlar Avrasiya
34
xalqlarının monqollarla mübarizəsi tarixində əhəmiyyətli rol
oynadılar. Müstəqilliyini qoruyub saxlamağa çalışan Bulqariya
Qərbi də qorudu. Uzun illər bulqarlarla mübarizə aparan mon-
qolların şimala və qərbə irəliləməsi ləngidi. Bulqariyaya qarşı
mübarizə Batı xanın ordusunun əhəmiyyətli bir hissəsini cəlb et-
mişdi. Monqollara qarşı bulqarların uzunmüddətli gərgin mü-
barizəsi onların yüksək vətənpərvərliyini, iqtisadiyyatın, mədə-
niyyətin, sosial-siyasi quruluşun inkişaf etməsini göstərirdi.

35
4.QIZIL ORDA

4.1.Dövlətin təşəkkülü və formalaşması. Dövlətin əsası


hələ 1207-ci ildə qoyulmuşdu. Belə ki, Çingiz xanın əmri ilə
monqol ordusu Cucinin rəhbərliyi altında Altaya yürüş edərək
“meşə xalqlarını” (oyratları, buryatları, telesləri, eləcə də
qırğızları) itaətə gətirmşidi. Xarəzmşahlar dövlətinin məhvindən
sonra Xarəzm də Cucinin rəhbərlik etdiyi ulusun tərkibinə daxil
edilmişdi.
Çingiz xan öz imperiyasını dörd oğlu arasında bölərkən
böyük oğlu Cuciyə Monqolustandan qərbdə olan torpaqları
vermişdi. Bu torpaqlar içərisində qıpçaq çölləri də var idi. Lakin
həmin ərazi Cucinin dövründə nominal olaraq onun mülkləri
sırasına daxil idi, çünki bu torpaqlar hələ tutulmamışdı, onların
ələ keçirilməsi lazım idi. Amma Cuci atasından əvvəl öldüyü
üçün qıpçaq çöllərinin tutulması Cucinin oğlu Batının öhdəsinə
düşdü.
Tarixçi Rəşidəddinin verdiyi məlumata görə Ugedey 1229-
cu ildə böyük xaqan seçildikdən sonra Batının rəhbərliyi altında
monqol ordusunu 1229 və 1232-ci illərdə Qıpçaq, Saksın və
Bulqara göndərmişdi. Monqollar həmin yürüşlər dövründə
Uralyanı çölləri tutdular, qərbə doğru hərəkət edərək, Xəzər-
sahili çöllərə soxuldular. Həmin dövrdə Bulqar şəhərini tutmaq
mümkün olmadı, ələ keçirilmiş ərazilərdə qalan monqol ordusu
Volqa Bulqariyasına hücuma hazırlaşırdı.
Monqol əyanlarının 1235-ci ildə Böyük Monqol imperiya-
sının paytaxtı Qaraqorumda keçirilən qurultayında tarixçi
Cüveyninin verdiyi məlumata görə hələ tabe edilməmiş xalq-
ların itaətə gətirilməsi məsələsi müzakirə edildi, qərara alındı ki,
Bulqar, As (Alan) və Rus ölkələri ələ keçirilsin. Böyük xaqan
Ugedeyin rəhbərliyi altında keçirilən qurultayda qərbə yürüş
məsələsi monqol əyanları tərəfindən müdafiə edildi. Qurultayın
qərarına görə yürüşdə Çingiz xanın nəslindən olan şahzadələr
özlərinin şəxsi hərbi bölmələri ilə iştirak etməli idilər. Birləşmiş
qüvvələrə ümumi rəhbərlik Batı xana tapşırıldı.
36
1236-cı ilin payızında monqol ordusu Volqaboyu çöllərə
hücum etdi və onun paytaxt şəhəri Bulqara doğru hərəkət
etməyə başladı. Monqollar şəhərin ətrafındakı yerləri dağıdaraq
hər tərəfdən onu mühasirəyə aldılar. Şəhəri tutan monqollar ona
od vurdular, şəhər əhalisinə divan tutuldu. Volqa Bulqariyasının
bütün ərazisinin tam işğalı üçün isə bir il lazım gəldi. Monqol-
ların bu yürüşü nəticəsində Şərqi Avropanın ən böyük döv-
lətlərindən biri süqut etdi.
Monqolların 1236-cı il yürüşündə bulqarları məğlub
etməsi onunla bağlı idi ki, böyük, yaxşı təlim görmüş, ciddi
intizamlı bir ordu yaradılmışdı. Digər tərəfdən, Yaik çayının
şərq sahillərində köç salan Batı xan gələcək döyüşlərə əvvəldən
ciddi hazırlaşmışdı, o, bu regionun xalqları arasında narazılıq
yarada bilmişdi, bu isə monqollarda dəfələrlə istifadə edilən bir
üsul idi. Mənbələrin məlumatına görə, mordvalı döyüşçülər də
monqolların qərbə yürüşündə iştirak edirdi, onların hökmdarı və
iştirakçıların əksəriyyəti qərbdəki döyüşlər zamanı məhv
olmuşdu. Monqollar 1237-ci ilin dekabrında Ryazan şəhərini
tutdu. Bundan sonra Vladimir-Suzdal torpaqlarına daxil olan
monqollar 1238-ci ilin fevral-mart aylarında bir neçə şəhərə
yiyələndilər. Oka çayının yuxarı axarlarında yerləşən Kozelsk
şəhərinə yaxınlaşan Batı xan şəhərə səfirlik göndərərək əhalinin
təslim olmasını tələb etdi. Lakin knyaz Mstislav Svyatosloviç
səfiri öldürdü və təslim olmaqdan boyun qaçırdı. Yeddi günlük
mühasirədən sonra şəhəri tutan Batı onun əhalisinə divan tutdu.
Monqol ənənəsinə görə, səfirin öldürülməsinə görə bütün əhali
məsuliyyət daşıyırdı.
Monqollar 1238-ci ilin ilk aylarında rus torpaqlarında
mübarizəni davam etdirərkən Volqaboyunda, monqolların arxa-
sında Baçmanın rəhbərliyi altında üsyan baş vermişdi. Üsyan-
çılar burada olan monqol döyüşçülərinə zərbə vurmuş, mon-
qollara məxsus xeyli qənimət ələ keçirmişdilər.
Münke və Batı geri qayıdaraq üsyanı yatırmış, onun rəh-
bəri edam olunmuşdu. 1239-cu ilin başlanğıcında monqol ordu-
su qərbə yürüşünü bərpa etdi. 1240-cı ilin noyabrında Kiyevi
37
tutan monqollar qərbə üz tutdular. 1241-ci ildə monqol ordusu
artıq Qərbi Avropada döyüşürdü və burada onlar heç bir məğlu-
biyyətlə üzləşmədilər. 1241-ci ilin aprelin 9-da onlar Leqnisdə
alman-polyak-morav ordusunu məğlub etdilər, aprelin 12-də isə
Sayo çayı sahilində macar kralının 60 minlik ordusunu darma-
dağın etdilər.
1242-ci ilin yazında monqol ordusu Adriatik dənizi
sahillərinə çıxdı. Həmin ilin martında monqol xaqanı Ugedeyin
ölüm xəbəri alındı. Bununla əlaqədar Batı geri qayıtmağı qərara
aldı. Belə ki, monqol ənənəsinə görə bütün şahzadələr yeni
xaqanın seçilməsində iştirak etməli idi. Şərqşünas Bartoldun
fikrincə, Batının geri qayıtması həm də onunla şahzadələr ara-
sında yaranmış fikir ayrılığı ilə bağlı idi. Bəzi şahzadələr Batını
sevmirdilər, onların bəzisi Batının ordusunu hələ 1241-ci ildə
tərk edərək geri qayıtmışdılar. Bir qrup tədqiqatçının fikrincə,
Batıdan narazılıq həm də onunla bağlı idi ki, o, 1235-ci il qurul-
tayının qərarından kənara çıxmışdı, belə ki, qurultayda Qərbi
Avropaya yürüş planlaşdırılmamışdı, bunu Batı xan özü həyata
keçirmişdi.
Batının rəhbərliyi altında monqol ordusunun 1236-cı ildə
başlanmış yürüşü nəticəsində ələ keçirilmiş ərazilər hesabına
Şərq mənbələrində Cuci ulusu, yaxud Göy Orda adlı böyük bir
dövlət formalaşdı. Rus salnamələrində bu dövlət Qızıl Orda
adlandırılır.
Monqol ordusu qərb istiqamətində aparılan döyüşlərdə hər
hansı bir məğlubiyyətlə üzləşməsə də Qərbi Avropanı tərk
etməyə tələsmirdi və elə hərəkət etmək lazım idi ki, monqol
ordusunun geri qayıtması geri çəkilmə təsəvvürü yaratmasın. Bu
mənada monqol ordusu ləng hərəkət edirdi.
1243-cü ilin əvvəllərində İtilə gələn Batı xan çayın aşağı
axarlarında öz iqamətgahını yaratdı. Monqol xanının bu ərazini
iqamətgah seçməsi müəyyən amillərlə bağlı idi. Belə ki,
Şərqdən Qərbə gedən karvan ticarəti yolları buradan keçirdi,
digər tərəfdən buradan Cuci ulusunun şərq və qərb hissələrinə
daha yaxşı nəzarət etmək mümkün idi. Bu ərazi iqtisadi
38
cəhətdən də səmərəli idi. Belə ki, Volqaboyu rayonlar əkinçilik
və heyvandarlığın inkişafı üçün əlverişli idi.
Batının dövründə (1242-1256) Qızıl Orda inzibati-siyasi
cəhətdən hələ müstəqil dövlət deyildi. Bu isə onunla bağlı idi ki,
bütün monqol ulusları hüquqi cəhətdən paytaxtı Qaraqorum olan
vahid imperiyanı təşkil edirdilər. Ulus rəhbərləri əldə edilən
gəlirin bir hissəsini Qaraqoruma böyük xaqana göndərirdilər.
XIII əsrin 50-ci illərində monqollardan asılı olan Bulqar
şəhərində zərb olunan pullar Batının adından deyil, böyük xaqan
Münkenin adından zərb olunurdu. Uluslar hələ digər dövlətlərlə
danışıq aparmaq hüququna malik deyildi, onların rəhbərləri
böyük xaqan tərəfindən təsdiq olunurdu.
1246-cı ilin yazında Qaraqorumda keçirilən qurultayda
Quyuk böyük xaqan seçildi. Qurultayda Avropa və Asiyadan
gəlmiş şəxslər də var idi. Bunlardan biri də Roma papasının
nümayəndəsi Plano Karpini idi. Papa hələ 1245-ci ildə mon-
qollara qarşı səlib yürüşü elan etmiş olsa da, səlubçilər onun
uğurla başa çatacağına ümid etmirdilər. Səlibçilər hələ xeyli əv-
vəllər Yaxın Şərqdə və Kiçik Asiyada qıpçaqlarla və səlcuqlarla
qarşılaşaraq məğlub olmuşdular, sonra isə monqolların qar-
şısında dura bilməmişdilər. Avropalılar rus knyazlarını Cucilərə
qarşı mübarizəyə cəlb etməyə ümid edirdilər. Karpini də
monqolların hərbi planları barəsində məlumat toplamalı, rus
knyazları ilə əlaqə yaratmalı idi. Rus knyazları belə hesab edirdi
ki, monqollara qarşı mübarizəyə qoşulmaq rus torpaqlarını hərbi
əməliyyatlar meydanına çevirə bilər, həm də ərazinin səlibçilər
tərəfindən tutulması ilə nəticələnər. Ruslar Vatikanın tələbi ilə
hələ 1240-cı ildə İsveçin və Livoniya ordeninin Pskov və
Novqoroda hücumunu yaddan çıxartmamışdılar. 1243-cü ildə
Saray şəhərinə Batının yanına gələn Yaroslav bütün rus torpaq-
larının böyük knyazı kimi tanınmışdı. Lakin 1246-cı ildə
Qaraqorumda böyük xaqan seçkisi zamanı Yaroslav zəhərlənib
öldürülmüşdü. Bu isə təsadüfi deyildi, çünki Yaroslavla Batı
arasındakı yaxşı münasibətlərdən Qaraqorumda xəbərdar idilər.
Quyuk ilə anası Batı xana yaxşı münasibət bəsləmirdilər.
39
Yaroslav da öz boyarı Fyodor Yakuboviçin çuğulluğu ilə zəhər-
lənib öldürülmüşdü. Əslində papanın casusu olan Fyodor knyaz
Yaroslava böhtan ataraq onun papa ilə əlaqəsinin olduğunu
bildirmişdi. Quyukun anası Yaroslavın oğlu Aleksandr Nevs-
kinin yanına qasid göndərib onun Qaraqoruma gəlməsini istə-
mişdi. Bununla da o, bacarıqlı sərkərdə Nevskini rus torpaq-
larının böyük knyazı etməklə onu özünün vassalına çevirmək
fikrində idi. Lakin sui-qəsddən ehtiyat edən Nevski Qaraqoruma
gəlməmişdi. Yaroslavın ölümündən sonra Batı xan Yaroslavın
qardaşı Svyatoslavı böyük knyaz kimi tanımışdı. Qaraqorumda
bundan narazı qaldıqları üçün Batı xan 1252-ci ildə A.Nevskini
rus torpaqlarının böyük knyazı kimi tanımışdı.
Batıdan sonra hakimiyyətə oğlu Sartak gəlməli idi və
böyük xaqan Münke də bunu təsdiq etmişdi. Batı xan 1256-cı
ildə ölərkən Sartak Münkenin qərargahında idi. Lakin Sartak
xan ola bilmədi, o, öldürüldü. Münke hakimiyyəti Sartakın
qardaşına vermək istəyirdi, lakin o da tezliklə vəfat etmişdi.
Qızıl Ordanın türk feodalları Batının qardaşı Berkenin
hakimiyyətə gəlməsinə maraqlı idilər. Berke hələ gəncliyində
islamı qəbul etmişdi, onun müsəlman əyanları içərisində nüfuzu
var idi. Türk əyanları və müsəlman din xadimləri belə hesab
edirdilər ki, Berkenin hakimiyyətə gəlməsi Qızıl Ordanın
Qaraqorumdan asılılığına son qoya bilər, şəhər həyatının canlan-
masına şərait yaradacaq.
Berkenin dövründə (1257-1266) Qızıl Orda müstəqil döv-
lət kimi formalaşdı. Bulqarda pul artıq böyük xaqanın adından
zərb olunmurdu. Pulun üzərindəki gerb böyük xaqanın ger-
bindən fərqlənirdi. Münke xaqanın pulları da dövriyyədən çıxa-
rılmışdı.
Berkenin dövründə 1256-cı ildə yaranmış Hülakülərlə mü-
nasibətlər kəskinləşir. Münkenin qardaşı Hülakü xanın yaratdığı
dövlətlə Qızıl Orda arasındakı münasibətlərin kəskinləşməsinə
hər iki dövlətin Azərbaycana da marağı təsir göstərirdi. Azər-
baycan Hülakülər dövlətinin tərkibinə daxil idi. Azərbaycandan
mühüm ticarət yolları keçirdi. Təbriz beynəlxalq karvan
40
ticarətində ən mühüm əlaqələndirici məntəqələrdən biri idi. Qərb
və Şərq ölkələri ilə geniş ticarət əlaqələrinə malik olan Qızıl
Orda Hülakülər dövlətinin yaranmasına kimi Azərbaycanın
ticarət yollarından sərbəst istifadə edirdi və bu ərazidən keçirdiyi
mallara görə kömrük vermirdi. Hülakülər dövlətinin yaranma-
sından sonra isə bu dövlətin xəzinəsinə gömrük haqqı ödəmək
lazım idi ki, bu da məhsulların qiymətinin artmasına, nəticədə
Qızıl Ordanın beynəlxalq ticarət əlaqələrinin həcminə təsir
edirdi.
Cucilərlə Hülakülərin köçəri heyvandarlıqla məşğul olan
əhalisi Azərbaycanın otlaq sahələrindən istifadəyə maraqlı idi.
Hülakülər bu torpaqları əldə saxlamaq fikrində idilər, Cucilər isə
həmin torpaqlara yiyələnməyə can atırdılar.
Hülakülərlə mübarizə dövründə Berke Misirlə diplomatik
münasibətlər yaratmışdı. Əslində hər iki dövlətin belə əlaqəyə
ehtiyacı var idi. XIII əsrin II yarısı və XIV əsrdə Məmlük sul-
tanlarının hakimiyyəti altında olan Misir üçün Hülakülər təhlükə
yaradırdılar. Məmlük sultanının Cucilərlə əlaqəyə marağı da
buradan irəli gəlirdi. Məmlük sultanı Beybarsla Berke xan ara-
sında diplomatik yazışmalar gedirdi. Hülakülər dövləti Misirin
qonşusu idi.
Berkenin dövründə rus knyazlıqları ilə də münasibətlər
yaxşılaşmışdı. Novqorod knyazı Aleksandr Nevski Saray şəhə-
rinə gələrək Livon ordeninə qarşı mübarizə məqsədilə Berke ilə
müdafiə ittifaqı yaratmışdı.
Berkenin dövründə Monqol imperiyasında baş verən
hadisələr həm imperiyanın özü, həm də Qızıl Orda üçün mühüm
nəticələr doğurdu. 1259-cu ildə Münkenin ölümündən sonra
onun oğlanları Xubilayla Ariqbuqa arasında hakimiyyət uğrunda
mübarizə başlandı və bu, imperiyanı zəiflətdi. Münkenin döv-
ründə imperiyanın həyatında çox da əhəmiyyətli rol oynamayan
Çağatay və Ugedey ailəsi qarışıqlıqdan istifadə edərək öz
uluslarının əvvəlki sərhədlərini bərpa etdilər, nəticədə Cucilər
Mavərənnəhr üzərində öz təsirlərini itirdilər. Qardaşı ilə müba-
rizədə qalib gələn Xubilay Monqolustanı tərk edərək öz paytax-
41
tını Qaraqorumdan Şimali Çinə, Pekinə keçirdi. Bu hadisələr
monqol imperiyasını sarsıtdı.
Xubilay Pekindən imperiyanı idarə etmək imkanında
deyildi. Digər uluslar kimi Qızıl Ordanın öz maraqları var idi və
xanlar maksimum dərəcədə müstəqil olmaq istəyirdilər. Berke
xan hakimiyyətinin son illərində əslində nominal olaraq
Xubilayı tanıyırdı. Qızıl Orda faktiki olaraq müstəqil dövlət idi.
4.2.XIII əsrin axırları, XIV əsrin I yarısında Qızıl
Ordanın siyasi həyatı. Berkenin ölümündən sonra onun nəvəsi
Mənqu-Teymur hakimiyyətə gəldi. Onun dövründə (1266-1280)
Cuci, Cağatay və Ugedey ulusları arasındakı mübahisələrə son
qoyuldu, rus kilsəsi bir çox mükəlləfiyyətlərdən azad edildi,
Livoniya cəngavərlərinə qarşı mübarizədə Novqoroda köməklik
göstərildi.
Mənqu Teymurun dövründə ölkənin siyasi həyatında
tümənbaşı Noqayın mövqeyi gücləndi. Noqay Cucinin yeddinci
oğlu Buvalayın nəslindən idi, lakin həmin nəslin nümayəndələri
əvvəllər xan taxtında oturmamışdılar. Noqay Hülakülərlə
döyüşdə böyük nüfuz qazanmışdı. Uzun müddət Qızıl Ordanın
siyasi həyatında baş verən hadisələrdə əhəmiyyətli rol oynadığı
üçün xarici dövlətlər onu xan kimi tanıyaraq onun yanına
səfirlik, qiymətli hədiyyələr göndərir, səfirlərini hökmdar səfiri
kimi qəbul edirdilər. Əslində isə Noqay tümənbaşı idi və Dəşti
Qıpçağın Dondan Dneprə qədər olan qərb vilayətlərini idarə
edirdi, Toktanın dövründə (1290-1312) Krıma da nəzarət etmək
hüququ qazandıı. Noqay hakimiyyət çevrilişlərində iştirak
edirdi. Onun bu hərəkətləri Cucilərin ondan üz çevirməsinə
gətirib çıxartdı. O, kömək üçün Cucilərin düşməni Hülakülərə
müraciət etdi. 1300-cü ildə Qızıl Orda xanı Tokta Noqayı
məğlub edərək öldürdü.
1290-cı ildə hakimiyyətə gəlmiş Tokta 1312-ci ildə öldü.
Onun vəsiyyətinə görə hakimiyyətə oğlu İlbasmış gəlməli idi.
Amma bu baş tutmadı. Hakimiyyətə Mənqu Teymurun nəvəsi
Özbək gətirildi. Əslində onun hakimiyyətə gəlmək hüququ yox

42
idi. Özbək Toktanın oğlu İlbasmışı öldürərək hakimiyyətə
yiyələndi.
Özbək xanın dövründə (1312-1342) Qızıl Orda öz inkişa-
fının ən yüksək mərhələsinə çatdı. Özbək xan dövlətin tərkibinə
daxil olan ərazilərdə separatçılıq hərəkətlərini aradan qaldırdı.
Diplomatik əlaqələr genişləndi. O, Moskva knyazlarına böyük
knyazlıq üçün yarlık verirdi. Misir məmlükləri ilə diplomatik,
ticarət, mədəni əlaqələr saxlanılırdı. Bununla yanaşı Özbək
xanın dövründə dövlətin sərhədlərinin genişləndirilməsi cəhdləri
əslində elə bir nəticə verməmişdi. Hülakülərlə mübarizə nəti-
cəsiz qalmışdı.
Özbəkdən sonra hakimiyyətə xanın vəsiyyətinə görə oğlu
Tinibəy gəlməli idi. Lakin Özbəyin ortancıl oğlu Canıbəy onu
müdafiə edən əmirlərin köməyindən istifadə edərək üsyan
qaldırdı. Tinibəy öldürüldü və Canıbəy hakimiyyətə yiyələndi.
Canıbəyin dövründə (1342-1357) separatçılıq hərəkətləri özünü
göstərməyə başlandı.
Canıbəy də özündən əvvəlki xanlar kimi Azərbaycana
iddialı idi. O, 1357-ci ildə öz ordusu ilə Təbrizə qədər irəlilədi.
Bu dövrdə Azərbaycan Çobanilərin hakimiyyəti altında idi.
Çobani hakimini öldürən Canıbəy Azərbaycanda hakimiyyəti
oğlu Berdibəyə tapşıraraq geri qayıtdı və yolda ikən öldü.
4.3.Hakimiyyət uğrunda mübarizə. Qizıl Ordanın parça-
lanması. Berdibəyin hakimiyyətə gəlməsi ilə Qizıl Ordada haki-
miyyət uğrunda mübarizə kəskinləşdi. Berdibəy özü də 1359-cu
ildə sui-qəsd nəticəsində öldürüldü. 1360-1380-ci illərdə Qızıl
Ordada 25 nəfər hakimiyyətə gəlmişdi, onların heç biri öz əcəli
ilə ölməmişdi, sui-qəsdin qurbanı olmuşdu.
Qızıl Ordada hakimiyyət uğrunda mübarizədə əmir
Mamay da fəal iştirak edirdi. Mamay Berdibəyin qızı ilə
evlənmişdi. Lakin o, Çingizli olmadığı üçün xan titulu qəbul edə
bilmirdi. Hakimiyyət uğrunda mübarizədə Toxtamış da iştirak
edirdi. Toxtamış 1376-cı ildə mübarizəyə qoşulmuşdu və Qızıl
Ordada hakimiyyət uğrunda mübarizə 1380-ci ildə Toxtamışın
qələbəsi ilə başa çatdı. Bu işdə ona əmir Teymur da kömək
43
etmişdi. Toxtamışın hakimiyyətə gəlməsilə Qızıl Ordada bir
müddət ara müharibələrinə son qoyuldu. Lakin Toxtamış dağı-
dılmış iqtisadiyyatı bərpa edə bilmədi. İqtisadiyyatın tənəz-
zülünə gətirib çıxaran səbəbləri aradan qaldırmaq əvəzinə Tox-
tamış müharibə yolu ilə öz mövqeyini gücləndirmək fikrində idi.
O, özünün keçmiş hamisi əmir Teymurun mülklərinə yürüşlər
etdi. Hərbi yürüşlər əslində Toxtamış üçün uğursuz oldu.
1391-ci ilin fevralında əmir Teymur Toxtamışa qarşı
yürüşə çıxdı. Həmin ilin 18 iyununda baş verən döyüş Toxta-
mışın məğlubiyyəti ilə başa çatdı.
Əmir Teymurla mübarizə aparmaq üçün Toxtamış özünə
müttəfiq axtarmağa başladı. O, 1393-cü ildə Litva knyazı Ya-
qoyla, 1394-cü ildə Misir sultanı Bərküklə, Osmanlı sultanı İldı-
rım Bəyazidlə Teymura qarşı birgə mübarizə barəsində razılığa
gəldi.
Teymur 1395-ci ilin aprelində Terek çayı sahilində baş
verən döyüşdə Toxtamışın ordusunu darmadağın etdi. Bu
döyüşdə Qızıl Orda sarsıdıcı bir zərbə adı və bir daha özünün
əvvəlki qüdrətini bərpa edə bilmədi.
1395-ci il döyüşündən sonra da Toxtamış Teymurla müba-
rizəni davam etdirmək fikrində idi və bu məqsədlə Kiyevə,
Litva knyazı Vitovtun yanına getmişdi. 1397-ci ilin sentyabrında
Vitovtla Toxtamışın ordusu Qızıl Ordada özünü xan elan edən
Teymurqutluğu məğlub etdilər. Teymurqutluğ kömək üçün əmir
Teymura müraciət etdi. Teymur isə onu Qızıl Ordanın xanı kimi
tanıdığını bildirdi.
1398-ci ildə Teymurqutluğ tərəfindən məğlub edilən
Toxtamış yenidən Vitovtun yanına qaçdı. Teymurqutluğ Litva
knyazının yanına səfirlik göndərərək Toxtamışın verilməsini
tələb etsə də rədd cavabı almışdı. 12 avqust 1399-cu ildə Vorsk
çayı çahilində baş verən döyüşdə Vitovtla Toxtamış məğlub
edildi. Bu qələbə nəticəsində Teymurqutluğun Qızıl Ordada
nüfuzu daha da artdı.
1399-cu ildə Teymurqutluğun ölümü ilə əlaqədar Qızıl
Ordada hakimiyyət faktiki olaran əmir Yedigeyin əlinə keçdi.
44
Yedigey Cucilərdən olmadığı üçün xan titulu qəbul edə və taxt-
da əyləşə bilməzdi. Buna görə də o, Cucilərdən olan şahzadələri
hakimiyyətə gətirməklə taxt-tacı əslində özü idarə edirdi.
Toxtamışın ölümündən sonra (1406) oğlu Qədir Berdi
Yedigeylə mübarizə aparırdı. 1420-ci ildə Yaik çayı sahilində
baş verən döyüşdə hər iki şəxs öldürüldü. Yedigeyin ölümündən
sonra Qizıl Ordada hakimiyyət uğrunda mübarizə daha kəskin
xarakter aldı. Bu mübarizə Qızıl Ordanın qəti olaraq parçalan-
masına, müstəqil dövlətlərin formalaşmasına şərait yaratdı. Ağ
Ordanın parçalanması nəticəsində Qazan, Krım, Həştərxan
xanlıqları, Göy Ordanın parçalanması nəticəsində isə Noqay
Ordası, Sibir və Qazax xanlıqları yarandı.
1434-cü ildə Toxtamışın oğlu Seyid Əhməd tərəfindən
yaradılan Böyük Orda Ağ Ordanın (Qızıl Ordanın) varisi kimi
çıxış edirdi. Onun ərazisi Volqa ilə Dnepr çölləri arasındakı əra-
ziləri əhatə edirdi. Böyük Orda 1502-ci ildə Krım xanı Mənqli
Girey tərəfindən məhv edildi və bununla da Qızıl Ordanın
varlığına son qoyuldu.
4.4.Dövlət quruluşu və ictimai münasibətlər. Əvvəllər
İrtış çayından Ural dağlarına qədər olan çölləri əhatə edən Qızıl
Ordanın sərhədləri Batı xanın 1236-1241-ci illərdəki yürüşləri
zamanı xeyli genişləndi. Qızıl Ordanın sərhədləri Şərqdə İrtışa,
qərbdə Dunay çayına çatırdı. Cənubda sərhədlər Şimali Qafqaz
və Krım daxil olmaqla Qara dəniz sahilləri boyu uzanırdı. Qızıl
Ordaya cənub-şərqdə Xarəzmin şimalı və Sır-Dəryanın aşağı
axarları daxil idi. Şimal sərhədləri isə Şimal Buzlu okeanına
çatırdı. Çox geniş bir əraziyə malik olan Qızıl Orda həm də
güclü bir dövlət idi. Onun hərbi qüdrəti bütün XIII əsr boyu və
XIV əsrin 60-cı illərinə kimi dövlətin sərhədlərinin dəyişilməz
qalmasını təmin etmişdi.
Monqol ənənəsinə uyğun olaraq Cuci ulusu cinahlara (sağ
və sol) bölünmüşdü və bu bölgü Batı xanın Qərbi Avropadan
geri qayıdarkən Aşağı Volqaboyunda öz iqamətgahını yaratması
ilə əlaqələndirilir. Lakin dövlətin hansı cinahının Ağ Orda,
hansının Göy Orda adlanması ilə bağlı həm mənbələrin, həm də
45
tədqiqatçıların fikirləri fərqlidir. Bəzi müəlliflər sol cinahı Ağ
Orda, sağ cinahı isə Göy Orda adlandırırlar. Müəlliflərin digər
bir qrupu isə sol cinahı Göy Orda, sağ cinahı Ağ Orda adlan-
dırırlar. Batı xana məxsus olan mülklər Uralla Dunay arasında
yerləşirdi və xanın iqamətgahı da Aşağı Volqaboyunda yerlə-
şirdi. Altayla Ural arasındakı ərazilər isə Cucinin digər oğlu
Orda İçenə məxsus idi, onun iqamətgahı isə İrtışın yuxarı axar-
larında idi. Sonralar bu iki cinahın özləri də sağ və sol cinahlara
bölünür. “Orda” sözü əvvəlcə xanın iqamətgahı mənasını
bildirirdi, sonra isə dövlət mənasında işlədilir.
Cuci ulusunun sol cinahı siyasi cəhətdən sağ cinahının
vassalı sayılırdı. Sol cinah xanları Saray xanlarının (sağ cinahın)
ali hakimiyyətini həmişə tanıyırdılar. Rəşidəddin qeyd edir ki,
Orda İçen nəslindən olanlar öz fərmanlarının yuxarı hissəsində
Batının varislərinin adlarını qeyd edirdilər. Bununla yanaşı Orda
İçenin mülkləri geniş iqtisadi imkanlara malik idi. Burada geniş
otlaq sahələri, ticarət mərkəzləri, əkinçilik üçün əlverişli vadilər
də var idi və bunlar bu ulusun da qüvvəsini nəzərə almağı tələb
edirdi. Bunu XIV əsrin ikinci yarısındakı hadisələr də göstərilir.
Qızıl Ordanın tarixi coğrafiyasının müəlliflərindən olan
B.Yeqorov qeyd edir ki, monqol ənənələrinə görə ulusların hər
birinin özünün rəng simvolu var idi. Cənub cinah qırmızı, şimal
cinah qara, qərb cinah ağ, şərq cinah isə göy rənglə müəyyən
olunurdu. Batının mülkləri Orda İçenin mülklərindən qərbdə
yerləşdiyi üçün bəzən Ağ Orda adlandırılırdı. Bu müəllifin
fikrincə, ulusların bir-birinə münasibətdə müəyyən üstünlüyə
malik olması onların coğrafi-iqtisadı mövqeyi, siyasi həyatda
oynaqları rolla bağlı idi.
İnzibati cəhətdən Cuci ulusunun üç hissəyə bölünməsi
fikrini söyləyənlər də var: Ağ Orda, Göy Orda, Qızıl Orda.
Cucinin ölümündən sonra onun ulusu üç böyük oğlu (Orda İçen,
Batı, Şeyban) arasında bölüşdürülür. Böyük qardaş Orda İçenin
mülkləri Ağ Orda adlanırdı, xan iqamətgahı İrtışda yerləşirdi.
Bu cinah böyük cinah sayılırdı və Cuci ulusunun Şərq hissəsini
əhatə edirdi. Üçüncü qardaş hesab olunan Şeybanın mülkü
46
ulusun mərkəzində, Batı ilə Orda İçenin mülkləri arasında
yerləşirdi, iqamətgahı isə müasir Tümen rayonunda idi və Göy
Orda adlanırdı. Rəşidəddinin və Əbulqazi Bahadır xanın
yazdıqlarına görə, Batı xan Şeybana Orda İçenlə özünə aid mülk
arasında ərazi ayırmışdı. Bütün Cuci ulusunun ali hökmdarı Batı
idi, onun ulusu Qızıl Orda (eləcə də Böyük Orda) adlanıb Cuci
dövlətinin qərbində yerləşirdi. Ulusun mərkəzi Volqada idi.
Başqa bir fikrə görə Qızıl Orda anlayışı daha sonralar
meydana gəlmişdir, Böyük ulusun digər adıdır, Ağ və Göy Orda
adları əslində dövlətin məhvinə qədər inzibati bölgü yox, eyni
bir xanın müxtəlif qərargahlarının adı mənasında işlənirdi.
Qərargahlar ordunun müxtəlif hissələrinin idarə olunması
mərkəzləri idi. Monqollarda bu ordu hissələri qanadlar (cinahlar)
adlanırdı. Cuci ulusunun cinahları mənasında Ağ və Göy orda-
nın yerləşməsi məsələsində, yəni hansı hissənin necə adlandırıl-
masında fikir ayrılığının mövcudluğu ilə əlaqədar bəzi müəlliflər
bir qərargahı, Ağ Ordanı Volqaboyunda, digər bir qərargahı,
Göy Ordanı İrtışda yerləşdirirlər. İrəli sürülən bu fərziyyəyə
görə Monqol imperiyasının yalnız qərb ulusunda Ağ Orda və
Göy Orda bölgüsü var idi.
Ağ Orda daha yüksək mövqeyə malik olduğu üçün Böyük
Ordanın simvolikasında əhəmiyyətli rol oynayırdı. Məsələn,
xanın elan olunması mərasimi zamanı onu süddə çimizdirir və
ağ rəngli keçədə başları üzərinə qaldırırdılar.
Rus knyazlıqları Qızıl Ordanın vassalları idi, onlar
özlərinin daxili müstəqilliklərini saxlayır, öz knyazları tərəfin-
dən idarə olunurdular. Rus torpaqlarında Cucilər ordu hissələri
saxlamırdılar, rusların dininə, dilinə, adət-ənənələrinə müdaxilə
edilmirdi. Ümumiyyətlə, Qızıl Ordanın tərkibinə daxil olan
uluslar özlərinin siyasi quruluşunu qoruyub saxlayırdılar.
Qızıl Orda siyasi quruluşuna görə feodal monarxiyasını
təmsil edirdi. Dövlətə xan rəhbərlik edirdi, yalnız Çingizlilərdən
olan şəxslər xan titulunu qəbul edə bilərdilər. Hakimiyyət atadan
oğula keçirdi. Dövlətdə ən mühüm vəzifələr sülalə üzvlərinin
əlində cəmləşmişdi. Bu, həm hərbi, həm də mülki vəzifələrə aid
47
idi. Sağ və sol cinah rəhbərləri, tümənbaşılar, dövlətin ayrı-ayrı
hissələrinin rəhbərləri onlardan ibarət idi. Sülalə üzvləri
qurultayda da əhəmiyyətli rol oynayırdı, burada hər hansı bir
yürüş məsələsi müzakirə olunurdu, xan seçilirdi.
Qızıl Orda xanlarının da qvardiyası var idi və onlar keşik
adlanırdı, bunlar əsasən hakim təbəqənin içərisindən çıxan
şəxslərdən ibarət idi və burada da gənclər çoxluq təşkil edirdi.
Orduda rəhbər vəzifələri öz əllərində saxlayan Qızıl Orda
feodalları özlərini dövlətin faktiki sahibi kimi hiss edə bilərdilər,
dövlət başçısının siyasətindən narazı olarkən ona öz iradlarını
bildirmək imkanına malik idilər. Qızıl Orda fasiləsiz olaraq öz
qonşularına, eləcə də bir sıra əmirlərinə qarşı mübarizə aparırdı:
məsələn, XIII əsrin II yarısında Qızıl Orda xanları uzun müddət
tümənbaşı Noqaya qarşı mübarizə aparmışdılar. Mənbələrdə tez-
tez mülki və hərbi vəzifələr barəsində məlumatlar verilir, bu isə
Qızıl Ordada tam formalaşmış məmurlar aparatının mövcud
olmasını göstərir.
İdarəetmə sistemində vəzirin də mühüm rolu var idi. Vəzir
ali mülki hökumətə başçılıq edirdi. Bir neçə hissədən ibarət olan
divan da vəzirin nəzarəti altında idi, divanda kargüzarlıq işlərini
katiblər görürdülər. Katiblər vergi və mükəlləfiyyətlərin, xəracın
müntəzəm olaraq xəzinəyə daxil olmasına nəzarət edirdilər.
Ölkənin idarə olunmasında vəzirin əhəmiyytli rol oynamasını
mənbələrdəki məlumatlar da təsdiq edir. Qeyd olunur ki, ən
mühüm işlərdə belə vəzir təkbaşına sərəncam verirdi. Berkenin
dövründə vəzir işləmiş Şərafəddin Qəzvini öz dövrünün savadlı
adamlarından olub ərəb və türk dillərini yaxşı bilirdi.
İdarəetmə sistemində əmirlər də əhəmiyyətli rol oyna-
yırdılar. Əmir ordunun baş komandanı idi, xarici siyasət məsələ-
lərini həyata keçirirdi. Düzdür, hüquqi cəhətdən baş komandan
xanın özü idi, lakin orduya xanın tapşırığı ilə bəzən əmir
rəhbərlik edirdi. Berkenin dövründə Qızıl Orda ordusu 1361-ci
ildə Azərbaycana yürüş edərkən orduya rəhbərlik Noqaya tap-
şırılmışdı. 1380-ci ildəki Kulikovo döyüşündə isə orduya əmir
Mamay başçılıq edirdi.
48
Ölkənin müxtəlif hissələrini idarə edən canişinlərin də
böyük səlahiyyətləri var idi. Ərəb səyyahı İbn Batutun verdiyi
məlumata görə, xanın yanına gəlmək üçün əvvəlcə vilayət haki-
minin yanına getmək, ondan icazə aldıqdan sonra xanın yanına
getmək olardı.
Qızıl Ordada sülalə üzvlərinin əlində geniş torpaq sahələri,
mal-qara sürüləri, otlaqlar var idi. Sülalə üzvlərindən, yerli
feodallardan asılı olan adamlar da var idi. Onların üzərinə müx-
təlif vergilər və mükəlləfiyyətlər qoyulmuşdu. Xanın səfiri hər
hansı bir yerə gedərkən onun olduğu yerin əhalisi ona yemək, at,
araba verməli idilər.
Qızıl Ordada əsas istehsalçı köçərilər və kəndlilər (saban-
çilər) idilər. Sabançilər kənd icmasının sıravi üzvləri olub
əkinçilik işlərinin əsas qüvvəsi idilər. Onlar əkinçiliyin inkişaf
etmiş olduğu Krımda, Volqaboyunda əkinçiliklə məşğul olur-
dular.
Qızıl Ordanın sosial-iqtisadı həyatında qulların da
müəyyən rolu var idi. Qullar əsasən hərbi əsirlərdən ibarət idi,
lakin bunlar istehsalçı qüvvəni təşkil etmirdilər, onların əmə-
yindən ev işlərində, təsərrüfatda istifadə olunurdu. Bunların
içərisində sənətkarlar da var idi.
Hərbi əsirlərin bir hissəsi qul kimi başqa ölkələrə aparılıb
satılırdı. Misirə, Genuyaya satılmış hərbi əsirlər var idi. Bəzən
əhali özü öz uşaqlarını satırdı. Belə adamlar onları saxlaya
bilmədikləri üçün satırdılar. Satılmış uşaqların daha güclüləri və
gəncləri Şərq ölkələrində orduya verilirdi.
Qızıl Ordada qadınların böyük nüfuzu var idi. Bununla
bağlı Şərq müəlliflərinin və Avropa səyyahlarının çoxlu məlu-
matları var. Onların verdikləri məlumatlara görə, cəmiyyətin
yuxarı təbəqəsində qadınlar kişilərlə demək olar ki, bərabər
idilər, qadınlar ərləri ilə birlikdə idarə etmə işlərində iştirak
edirdilər. Onlara hörmətlə yanaşılırdı.
Papanın nümayəndəsi Karpini qeyd edir ki, böyük xaqan
Quyukun yanında olarkən onun anası öz adından Novqorod
knyazı Aleksandr Yaroslaviçə qasid göndərərək bildirmişdi ki,
49
Qaraqoruma gəlsin. Aleksandra atasının torpaqlarına sahib
olmaq, böyük knyaz titulu vermək vəd olunurdu.
Monqolların özləri şamançı idilər. Berkenin dövründə
monqol əyanları, xüsusilə sülalə üzvləri arasında islam yayıl-
mağa başlayır. Özbək xanın dövründə isə islam dövlət dini elan
olunur, məscid, minarə və mədrəsələr tikilir. Misirin məmlük
sultanları ilə diplomatik əlaqələrin saxlanılması da sülalə üzvləri
içərisində islamın yayılmasını sürətləndirirdi.
Qızıl Orda çoxmillətli bir dövlət idi. Onun tərkibinə
qıpçaqlar, kanqlılar, bulqarlar, mordvalar, marilər, başqırdlar,
udmurtlar, ruslar, alanlar, çeçenlər və s. daxil idi. Əhalinin bö-
yük əksəriyyətini türk xalqları təşkil edirdi. Dövlətdə monqol-
ların sayı çox az idi. Batının Avropaya yürüşündə iştirak etmiş
monqollar hərbi əməliyyatların başa çatmasından sonra Mon-
qolustana qayıtmışdılar. Belə bir şəraitdə əhalinin monqollaş-
masından danışmaq mümkün deyil. XIV əsr müəllifi Əl-Öməri
yazırdı: “Keçmişdə bu dövlət (Qızıl Orda)” qıpçaqların ölkəsi
idi, monqollar tərəfindən tutulduqdan sonra qıpçaqlar onların
təbəələrinə çevrildilər. Sonra onlar (monqollar) onlarla (qıpçaq-
larla) qarışmışdılar, .. qıpçaqlar kimi olmuşdular, sanki
monqollar (onlarla) bir nəsildəndir.
Qızıl Ordada dövlət dili türk dili idi. Xan fərmanları, tarixi
və ədəbi əsərlər bu dildə yazılırdı, diplomatik yazışmalarda həm
türk, həm monqol dilindən istifadə olunurdu. Monqol dilindən
XIII əsrin sonuna kimi istifadə olunmuşdu, sonralar isə bu dil
sıradan çıxmışdı. Böyük xaqan Quyukin 1246-cı ildə Roma
papası IV İnnokentiyə yazdığı məktub üç dildə - monqol, türk və
fars dillərində idi.
4.5.İqtisadiyyat. Monqollar özləri köçəri heyvandarlıqla
məşğul olsalar da onlar Qızıl Orda əhalisinin cüzi bir hissəsini
təşkil edirdilər və bu mənada heyvandarlıq sahəsində əsas qüvvə
ola bilməzdilər. Köçəri heyvandarlıqla məşğul olanların əsas
hissəsini qıpçaqlar təşkil edirdi. Təsərrüfatın bu sahəsi Qızıl
Ordanın həyatında əhəmiyyətli rol oynayırdı. Geniş otlaq sa-

50
hələri, su mənbələri heyvandarlığın inkişafı üçün şərait yara-
dırdı.
Qıpçaq çölünün heyvandarlıqla məşğul olan əhalisi at,
dəvə, öküz, qoyun, keçi, inək saxlayırdılar. Köçəri həyat şərai-
tində atın insanlar üçün böyük əhəmiyyəti var idi. Heyvan-
darlıqla məşğul olan bəzi təsərrüfat rəhbərlərinin bir neçə min
atı olurdu. Atdan nəqliyyat vasitəsi kimi istifadə olunurdu,
südündən kumıs hazırladırdı. At alveri ilə məşğul olanlar onları
başqa ölkələrə sataraq böyük gəlir əldə edirdilər.
Köçəri həyat sürənlər Qızıl Orda əhalisinin əksər hissəsini
təşkil etmirdi. Bu isə onunla bağlı idi ki, Qızıl Ordanın tərkibinə
daxil olan yerlərdə köçəri əhalinin yaşadığı rayonlarda əhali sıx
deyildi, şəhərlərdə və əkinçilik rayonlarında daha çox adam
yaşayırdı. Qızıl Ordanın tərkibinə öz əyalətləri ilə birlikdə
Bulqar, Qara dəniz səhərləri ilə birlikdə Krım, Şimali Qafqaz,
yüksək əkinçilik mədəniyyəti və şəhər həyatı ilə Xarəzm daxil
idi. Əhəmiyyətli dərəcədə oturaq həyata malik olan Aşağı
Volqaboyu da Qızıl Ordaya daxil idi.
Qızıl Orda əhalisinin təsərrüfat həyatında əkinçilik də
əhəmiyyətli rol oynayırdı. Əsas əkinçilik rayonu öz əyalətləri ilə
birlikdə Bulqar idi. Bu ərazi taxıl mərkəzi kimi tanınırdı. Burada
əvvəllərdən əkinçilik inkişaf etmişdi. Bulqardan taxıl su yolu ilə
asanlıqla və ucuz qiymətə bütün Aşağı Volqaboyuna göndərildi.
Bu cəhətdən nə cənubi rus çöllərinin taxılı, nə Şimali Qafqazın
rayonlarının taxılı Bulqar vilayəti ilə rəqabət apara bilməzdi.
Şimali Qafqazın taxılçılıq rayonlarının taxılla zəngin olması
müsəlman Şərqində məlum idi.
Qızıl Ordada ticarət də xeyli inkişaf etmişdi. Bu sahədə
xüsusilə Krım fərqlənirdi. Krımın liman şəhərləri tranzit tica-
rətində əhəmiyyətli rol oynayırdı. Krım şəhərləri Bizans, Misir,
Dehli sultanlığı, Trapezund imperatorluğu, Siciliya, Genuya,
Fransa, Osmanlı dövləti, Qafqaz, rus knyazlıqları ilə ticarət
edirdi. Krım şəhərlərində dünyanın bir çox şəhərlərindən gəlmiş
tacirlərə rast gəlmək olardı.

51
Ticarət əlaqələrində Volqaboyu şəhərlər də əhəmiyyətli
rol oynayırdı. Şərqdən Qərbə, şimaldan Volqa çayı, sonra isə
Xəzər dənizi vasitəsilə İrana, Ön Qafqaza, Türküstana gedən
ticarət yolları məhz Aşağı Volqaboyunda kəsişirdi. Volqaboyu
şəhərlərdən Bulqarın Qızıl Ordanın ticarət əlaqələrində böyük
rolu var idi. Bunu müxtəlif ölkələrə aid pulların tapılması, Çin
güzgüləri və qabları da sübut edir. Bulqar şəhərləri Sibir xalq-
ları, Şimal Buzlu okeanın sahil rayonu əhalisi ilə ticarət edir-
dilər. XIV əsrin 30-cu illərində Bulqar şəhərində olmuş İbn
Batutun sözlərinə görə, belə uzaq səfərləri varlı bulqar tacirlə-
rinin yaxşı təşkil edilmiş dəstələri başa çatdıra bilərdi.
Qızıl Ordada balıq ovu da az rol oynamırdı. Balıqçılıq
Volqa, Kama, Yaik, Amu-Dəryanın aşağı axarlarında, Xəzər və
Qara dəniz sahillərində inkişaf etmişdi. Balıq ovu barəsində
yazılı mənbələr, maddi mədəniyyət əşyaları da məlumat verir.
Əhlinin təsərrüfatında sənətkarlığın da rolu var idi. Şəhər-
lərdə dulusçuluq, silahqayırma, toxuculuq, zərgərlik, dərziçilik
inkişaf etmişdi, pul zərb edilirdi. Bulqar, Bilyar, Saray əl-Cədid,
Həştərxan, Solxat və digər şəhərlərin zərbxanaları var idi.
4.6.Mədəniyyət. Qızıl Orda inkişaf etmiş şəhərlərə və
şəhər mədəniyyətinə malik idi. Düzdür, bu şəhərlərin çoxu hələ
Qızıl Ordanın yaranmasından xeyli əvvəllər mövcud olmuşdu və
onlar mədəniyyət, ticarət və sənətkarlıq mərkəzləri kimi fəaliy-
yət göstərirdilər. Bununla yanaşı Cuci xanları iqtisadi amillərlə
bağlı olaraq özləri də köhnə şəhərləri bərpa etmiş, yenilərinin
tikilməsinə fikir vermişlər. Bu məqsədlə də onlar Qızıl Ordanın
müxtəlif vilayətlərindən bacarıqlı sənətkarları bu işə cəlb
etmişdi. Həmin sənətkarlar isə türklərdən ibarət idi, belə ki,
monqollar özləri şəhərlər salmırdılar, əgər belə olmasaydı Mon-
qolustanın özündə şəhərlər tikilərdi.
Qızıl Ordanın yaranmasına kimi Krımda Kafa, Sudak,
Kerç, Xarəzmdə Ürgənc, Orta Volqaboyunda Bulqar, Bilyar
kimi şəhərlər var idi. Qızıl Orda dövründə isə Aşağı Volqa-
boyunda Saray Batı şəhəri tikildi. Qızıl Orda ərazisində yeni
şəhərlərin salınması Batının dövründə başlanmış, Berkenin
52
dövründə bu iş genişlənmişdi. XIII əsrin 60-cı illərinin ortaların-
dan XIV əsrin əvvəllərinə kimi şəhər quruluculuğunda əhəmiy-
yətli bir iş görülməmişdi, Özbək xanın dövründə isə şəhər
quruculuğu özünün çiçəklənmə dövrünə daxil olmuşdu. XIV
əsrin ortalarından isə şəhər quruculuğunda tənəzzül başlanmışdı.
Qızıl Ordanın ilk paytaxtı Saray şəhərini Batı xan tikdir-
mişdi. Berkenin dövründə burada quruculuq işləri genişləndi və
şəhər xeyli böyüdü. XIV əsrin başlanğıcında bu şəhər dünyanın
ən böyük şəhərlərindən birinə çevrilmişdi. İbn-Batutun verdiyi
məlumata görə ən gözəl şəhərlərdən biri olan bu şəhərdə müx-
təlif xalqlar (monqollar, alanlar, qıpçaqlar, çərkəzlər, ruslar,
bizanslılar) yaşayırdı. Hər bir xalq ayrıca bir məhəllədə yaşa-
yırdı, burada onların bazarları da yerləşirdi.
XIV əsrdə Parisdə 58 min əhali var idisə, XIV əsrin
əvvəllərində Sarayda 100 min əhali yaşayırdı. Bu şəhərdə metal
emalı üzrə sənətkar emalatxanaları fəaliyyət göstərirdi, dəri emal
olunurdu, toxuculuq inkişaf etmişdi, dulusçuluq əşyaları hazır-
lanırdı.
Saray şəhərində xeyli sənətkar yaşayırdı. Misir və İranda,
Osmanlı dövlətində, Mərkəzi Asiyada, Gürcüstanda, Krımda
olduğu kimi Sarayda da sənətkarlar xüsusi sexlərdə birləşirdilər.
Yeni tikilmiş şəhərlərdə qısa müddət ərzində çoxsaylı
sənətkarların toplanması xanların bu məsələyə münasibətdə
tutduğu mövqe ilə bağlı idi. Ələ keçirilmiş ərazilərdən ən yaxşı
sənətkarlar şəhərlərə gətirilirdi. Saray sənətkarları içərisində
Qafqaz, Krım və Misirdən, rus knyazlıqlarından gətirilmiş sənət-
karlar çalışırdı.
Volqaboyunun inkişaf etmiş şəhərlərindən biri də Hacı
Tarxan (Həştərxan) idi. Bu şəhərin necə yaranması barəsində
İbn Batut məlumat verir: “Bu şəhər öz adını burada məskun-
laşmış bir türk hacısının adından götürmüşdür. Sultan bu yeri
ona pulsuz vermişdi (yəni tarxan etmişdi) və bura kəndə çevril-
mişdi, sonra isə böyüyərək şəhər olmuşdu”. Həştərxan tacirləri
Buzlu Okean sahillərində yaşayan xalqlarla da ticarət əlaqələrinə
malik idi.
53
Qızıl Ordanın bir çox şəhərlərində təhsil müəssisələri
tikilmişdi, elmin müxtəlif sahələri inkişaf edirdi. Dövlət başçı-
larının elm və mədəniyyət xadimlərini himayə etmələri, ölkənin
müxtəlif rayonlarından böyük şəhərlərə, xüsusilə paytaxt şəhərə
elm adamlarının gətirilməsi elmin inkişafına şərait yaradırdı.
Saray şəhərində Türküstandan, İran və Yaxın Şərqdən gəlmiş
alimlər də çalışırdı. Qızıl Ordada olmuş İbn-Ərəb şah (1388-
1450) qeyd edir ki, “paytaxta bütün vilaytətlərdən alimlərin də-
vət olunması artıq Berkenin dövründə başlamışdı və bir müd-
dətdən sonra Saray belə adamların fəaliyyəti nəticəsində elm
mərkəzinə çevrilmişdi”.

54
5.OSMANLI DÖVLƏTİNİN YARANMASI VƏ
GÜCLƏNMƏSİ
5.1. Dövlətin yaranması. Xarici siyasətin əsas istiqamət-
ləri. Osmanlı dövlətinin əsasını Qayı boyu qoymuşdur. Qayı
boyu oğuzların Boz ox qoluna mənsub idi. Oğuzlar özləri mən-
bələrin məlumatlarına görə Boz ox və üç ox adlı iki böyük qola
bölünürdülər. Hər bir qolun özü də 12 qola bölünürdü. Qayıların
Anadoluya gələrək burada məskunlaşması Böyük Səlcuqlu
imperiyasının Anadoluya yiyələnməsi dövründən başlanır. Belə
ki, 1071-ci ildə Məlazgird döyüşündə səlcuqların Bizansı
məğlub etməsi qayıların Anadoluda məskunlaşmasına şərait
yaratdı. Kütləvi axın isə Anadolu səlcuqlu sultanı Əlaəddin
Keyqubadın dövrünə (1219-1236) aiddir. Monqol istilaları ilə
əlaqədar qayı boyu Anadoluya gəlmiş və Əlaəddin Keyqubad
onları Qarahisarla Biləcik arasında olan Səqut rayonunda yer-
ləşdirmişdi.
Bu ərazi Bizansla sərhəd xəttini təşkil edirdi. Ərtoğrulun
rəhbərliyi altında olan Qayı tayfası Səlcuqlu dövlətinin şimal-
qərb torpaqlarını mühafizə etməli idi. Səlcuqlu hökmdarından
torpaq sahəsi almış qayıların rəhbərləri onların nəzarəti altında
olan ərazidə yaşayanlardan vergi toplamaq, qonşu dövlətlərin
torpaqları hesabına öz mülklərini genişləndirmək hüququna
malik idilər.
1281-ci ildə Ərtoğrulun ölümü ilə əlaqədar Səlcuqlu sul-
tanı Əlaəddin III Keyqubad Ərtoğrulun oğlu Osmanı qayıların
rəhbəri kimi tanıyır, hörmət əlaməti kimi ona qılınc, bayraq,
təbil və bunçuq (at quyruğu) göndərir.
Osman 1289-cu ildə Bizans imperiyasının əlində olan
Qarahisar şəhərini tutur və burada onun adına ilk dəfə xütbə
oxunur. 1299-cu ildə Osmanlı bəyliyi Səlcuqlu hökmdarının
hakimiyyətindən tamamilə azad olunur və Kiçik Asiyanın şimal-
qərbində Osmanlı dövləti yaranır. Osman bəy Biləcik qalasını
özü üçün paytaxt edir.
Osmandan sonra hakimiyyətinə onun oğlu Orxan gəlir
(1324-1360/62) Orxan bəy 1326-cı ildə Bursa şəhərini tutaraq
55
onu dövlətin paytaxtına çevirir. İznik (1330) və İzmidin (1337)
tutulması isə Osmanlıların Mərmərə dənizi sahillərinə çıxmasına
imkan yaradır. 1345-ci ildə isə Qarasu bəyliyinə məxsus torpaq-
ların bir hissəsinin Osmanlılar tərəfindən tutulması onların
Dardanelin şərq sahillərinə çıxmasına şərait yaradır. XIV əsrin
40-cı illərində Osmanlı ordusu Frakiya, Makedoniya, Serbiya və
Bolqarıstanda uğurlu hərbi əməliyyatlar aparırdı. Orxan bəyin
apardığı müharibələr nəticəsində Osmanlı dövlətinin ərazisi
xeyli genişlənmişdi. Dövlətin ərazisi Osman bəyin dövründəki
16 min kv.km-dən Orxan bəyin dövründə 190 min.kv.km-ə
çatmışdı.
Orxan bəyin ölümündən sonra hakimiyyətə gələn I Murad
(1362-1389) 1362-ci ildə Ədirnə şəhərini tutdu və onu Osman-
lıların yeni paytaxtına çevirdi. Bu isə Osmanlı dövlətinin
paytaxtının Avropaya keçirilməsi demək idi. Şəhərdə gözəl bir
saray tikdirildi.
Ədirnənin Osmanlılar tərəfindən tutulması Qərb ölkə-
lərində böyük narahatlıq yaratdı. Avropada Osmanlılara qarşı
səlib yürüşünün təşkil olunması barədə söhbət gedirdi və Roma
papası təşkilatçılıq işini öz üzərinə götürmüşdü.
Qərb dövlətlərinin Ədirnəni geri qaytarmaq cəhdləri baş
tutmadı. Macar kralı Layosun rəhbərlik etdiyi 60 minlik səlibçi
ordusu məğlub edildi. Osmanlılar 1371-ci ildə serb kralını
məğlubiyyətə uğratsalar da serblərin başçısı yeni müharibəyə
hazırlaşırdı. Avropa dövlətlərinin köməyilə yaradılan 250 minlik
ordunun tərkibinə serblərlə yanaşı alban, çex, slavyan, macar və
italyanlar da daxil idi. Sultan I Muradın ordusu isə 60 min
nəfərdən ibarət idi. Osmanlıların döyüş planına görə ilk hücuma
düşmən tərəfi başlamalı, Osmanlılar isə geri çəkilərək müəyyən
bir yerdə möhkəmlənməli idi. Səlibçilər həmin ərazini tutmaq
üçün öz qüvvələrini müəyyən hissələrə bölməli idi və bundan
sonra düşmən ordusuna zərbə vurmaq lazım idi. 1389-cu ilin 20
iyunda baş verən I Kosovo döyüşü Osmanlıların qələbəsi ilə
başa çatdı. Serb kralı Lazar özü də öldürüldü. Döyüşün sonunda
I Murad özü də ölümcül yaralandı. Belə ki, döyüşdən sonra serb
56
kralının yeznəsi Miloş Obiliç sultanın çadırına soxularaq onu
vurdu.
I Muradın ölümündən sonra hakimiyyətə oğlu I İldırım
Bəyazid gəldi. Avropa ölkələri İldırım Bəyazidin qərb istiqa-
mətindəki hücumunun qarşısını almaq məqsədilə Osmanlılara
qarşı yeni səlib yürüşünə hazırlaşmağa başladılar. Macar
kralının rəhbərliyi altında macar, alman, isveç, ispan, ingilis,
italyan və fransızlardan ibarət 130 min nəfərlik ordu yaradıldı.
Birləşmiş qüvvələr strateji əhəmiyyətli Niqboli qalasını tutmaq,
Bolqarıstanı azad etmək, Balkanlardan keçərək Konstantinopolu
mühasirədə saxlayan Osmanlı ordusuna zərbə vurmaq fikrində
idi. Osmanlı sultanı səlibçilərin planları barəsində məlumata
malik olduğu üçün Konstantinopolun mühasirəsini dayandırdı,
öz ordusunu Ədirnədə toplayıb Niqboliyə yola düşdü. 1396-cı
ilin 28 sentyabrında baş verən I Niqboli döyüşü Osmanlıların
qələbəsi ilə başa çatdı. Bu qələbədən və Anadoluda öz möv-
qeyini gücləndirəndən sonra İldırım Bəyazid yenidən Konstan-
tinopolu mühasirəyə aldı. Lakin şəhəri tutmaq mümkün olmadı.
Bu, həm Bizansa Avropadan kömək gəlməsi, həm də əmir
Teymurun Kiçik Asiyaya yürüşü ilə bağlı idi.
İldırım Bəyazidin Anadoluda möhkəmlənməsindən narazı
qalan bəzi bəyliklərin rəhbərləri əmir Teymura müraciət edərək
ondan kömək istəmişdilər. Əmir Teymur onlara demişdi:
“Deyirsiniz ki, Bəyazid çox igid bir adamdır. Özünüzün isə heç
bir günahınızın olmadığını söyləyirsiniz. Xanlar kimsəni
incitmişsə, demək onun başqa bir səbəbi var. O, sizdən əsgər
istəyib, razı olmamısınız, adətə hörmət etməmisiniz. Buna görə
də sizin dediklərinizə inanmıram”.
Anadolu bəyləri isə İldırım Bəyazidlə əmir Teymur
arasındakı münasibətləri kəskinləşdirməkdən çəkinmir, Bəyazidi
pisləməkdə davam edirdilər. Onlar Bəyazidin ordusuna əsgər
verməkdən imtina etdiklərini gizlədərək Osmanlı sultanının serb
şahzadəsi ilə evləndikdən sonra sarayda əyyaşlıqla məşğul
olmasından, ölkədə əxlaqsızlıq və rüşvətxorluğun yayılmasından
şikayətlənirdilər.
57
İldırım Bəyazidin sarayda serb şahzadəsi ilə eyş-işrətlə
məşğul olması barəsində sözlər yalan deyildi. Bəyazidin bu
hərəkətindən narazı olan bəzi əyanlar onu öldürmək fikrinə də
düşmüşdü.
İki hökmdar arasındakı münasibətlərin kəskinləşməsində
müəyyən amillər rol oynayırdı. Belə ki, Bəyaziddən narazı qalan
böyük torpaq sahibləri Teymura, Teymurdan narazı qalanlar isə
Bəyazidə sığınmışdılar. Cəlairli sultanı Əhməd və Qaraqoyunlu
Qara Yusif əmir Teymurun Azərbaycana yürüşündən sonra
Bəyazidə sığınaraq ondan kömək istəmişdilər. Teymur Bəyazid-
dən onların təhvil verilməsini tələb etsə də rədd cavabı almışdı.
1402-ci ilin yayında Ankara yaxınlığında baş verən döyüş
Osmanlıların məğlubiyyəti ilə başa çatdı. Bu isə Konstan-
tinopolun fəthinin gecikməsinə, Balkanlarda Osmanlı ordusunun
irəliləməsinin bir müddət dayanmasına, Anadoluda hakimiyyət
uğrunda mübarizəyə şərait yaratdı.
Ankara döyüşündə əsir düşən Bəyazid bir müddət sonra
öldü və əmir Teymur onu hörmətlə Bursada dəfn etdirdi. İldırım
Bəyazid ölərkən dörd oğlu var idi və onlar arasında hakimiyyət
uğrunda gedən mübarizə dövləti zəiflədirdi. Bu dövrdə Osmanlı
dövləti bəzi əraziləri itirmişdi. 1413-cü ildə Mehmed Çələbi
hakimiyyətə yiyələndi.
Əsrin əvvəllərində baş verən hadisələr dövlətin siyasi
həyatında müəyyən gərginlik yaratsa da Osmanlı sülaləsi öz
varlığını qoruyub saxlaya bildi. Bu dövrdə sultanlar həm özlə-
rinin Kiçik Asiyada mövqelərinin möhkəmləndirilməsi üçün
mübarizəni davam etdirirdilər, həm də Balkan yarımadasında
hərbi əməliyyatlar aparırdılar.
Avropa dövlətlərinin Osmanlılara qarşı birgə mübarizə
aparmaq cəhdləri yenə də davam edirdi. 1439-cu ildə Florenti
soborunda Osmanlı dövlətinə qarşı birgə mübarizə haqqında
qərar qəbul edilmiş olsa da, qərarı həyata keçirmək mümkün ol-
madı. Macar və çex ordularının Osmanlılara qarşı birgə müba-
rizələri də uğursuz oldu.

58
Konstantinopolun ələ keçirilməsi üçün Osmanlıların ilk
cəhdlərinin uğursuz olmasına baxmayaraq onların bu şəhərə
yiyələnmək fikri hələ də qalırdı. Bu istiqamətdə yeni bir cəhd
Sultan Mehmedə (1451-1481) aiddir.
Osmanlılarla təkbaşına mübarizə apara bilməyən Bizansın
Avropa ölkələrindən kömək almaq cəhdləri nəticəsiz qaldı.
Şəhərin mühasirəsi 1453-cü ilin aprelin 7-də başlandı. Buranı
mühasirəyə alan Fateh Mehmed Bizans imperatoruna bildirdi
ki, əgər şəhər təslim edilərsə, əhaliyə və onun əmlakına toxunul-
mayacaq. Bizans imperatoru şəhəri təslim etməkdən imtina etdi.
53 günlük mühasirədən sonra, mayın 29-da şəhər tutuldu. Fateh
Mehmed Konstantinopolun adını dəyişərək onu İstanbul adı ilə
dövlətin paytaxtına çevirdi.
İstanbulun fəthi böyük əks-səda doğurdu. Hindistandakı
türk sultanları, Misir məmlükləri qələbə münasibəti ilə Fateh
Mehmedi təbrik etdilər. Avropa ölkələri isə Roma papasının
rəhbərliyi altında Osmanlılara qarşı birgə mübarizə barəsində
fikirləşirdilər. Lakin onlar qələbəyə ümidlərini itirmişdilər və
yeni səlib yürüşü təşkil edə bilmədilər.
İstanbulun fəthindən sonra Fateh Mehmed Bosniya,
Valaxiya və Heqsoqovinanı tutdu, demək olar ki, bütün Balkan
yarımadası artıq Osmanlıların hakimiyyəti altında idi. Fateh
Medmed Trabzonu və Qaraman bəyliyini də itaətə gətirdi.
Avropa diplomatiyası Osmanlılara qarşı mübarizədə
Ağqoyunlu dövlətindən də istifadə etməyə çalışırdı. Qərb diplo-
matiyası Ağqoyunlu və Osmanlı dövlətlərinin bəzi sahələrdə
iqtisadi və strateji maraqlarının toqquşmasından istifadə edərək
bu dövlətləri üz-üzə qoymağa çalışırdılar. Ağqoyunlu hökm-
darının Avropa diplomatiyasının hiyləgər gedişlərini başa düş-
məməsi XIV əsrin 70-ci illərində Osmanlı-Ağqoyunlu mühari-
bələrinə gətirib çıxartdı. 1473-cü ilin 1 avqustunda baş verən
Malatya döyüşü Osmanlıların, avqustun 11-də olan Otluqbeli
döyüşü isə Ağqoyunluların məğlubiyyəti ilə başa çatdı.
XV əsrin sonlarına doğru Osmanlı dövləti artıq dünyanın
ən böyük və qüdrətli dövlətlərindən birinə çevrilmiş, xarici si-
59
yasi əlaqələri genişlənmişdi. Polşa, Macarıstan, Avstiya, Vene-
siya, Genuya, Neapol və s. dövlətlərlə diplomatik əlaqələr saxla-
nılırdı. 1497-ci ildə Moskva hökuməti ilə diplomatik əlaqələr
yaradılmışdı.
Beynəlxalq münasibətlər sahəsinə Osmanlı dövləti kimi
güclü bir dövlətin çıxması isə o demək idi ki, Osmanlı dövləti
ilə nəinki ayrı-ayrı dövlətlər, həm də Avropa və Asiya dövlət-
lərinin koalisiyaları hesablamağa məcbur idilər.
5.2.Dövlət quruluşu. İctimai-iqtisadi münasibətlər. Os-
manlı dövləti siyasi quruluşa görə feodal-monarxiya dövləti idi.
Dövlət başçısı sultan titulu daşıyırdı. Sultan qurultayda seçilirdi.
Həmin şəxs hər hansı bir başqa nəsildən deyil, məhz Ərtoğrulun
nəslindən olmalı idi. Dövlətin quruluşu dövründə Biləcik, Bursa
və Ədirnə paytaxt şəhərlər olur. Quruluş dövründə sıra ilə
Osman bəy, Orxan bəy, I Murad, I Bəyazid, I Medmed Çələbi
və Murad sultan olmuşdular. Vəzirlik institutu ilk dəfə Orxanın
dövründə təsis edilmişdi və onun böyük qardaşı Əlaəddin baş
vəzir vəzifəsini yerinə yetirirdi.
Dövlətin ərazisi inzibati cəhətdən bəylərbəyliklərə, onlar
isə daha kiçik inzibati vahidlərə - sancaqlara bölünürdü. Bəylər-
bəyi həm mülki, həm də hərbi funksiyaları yerinə yetirirdi, belə
ki, o, hərbi hissənin başçısı idi.
İlk Osmanlı pullarının zərb edilməsi Sultan Orxanın döv-
rünə aiddir. Ona qədər Osmanlılar Səlcuqlu pulundan istifadə
edirdilər. Bursada qızıl, gümüş, mis pullar zərb edilirdi.
Osmanlı dövlətinin ilk qanunverici sultanı I Murad hesab
olunur. Onun dövründə ilk dünyəvi qanunlar qəbul edilir. 1368-
ci ildə verilmiş qanuna görə tutulmuş ərazilər dövlət mülkiyyəti
hesab olunurdu. Xidmətə görə kiçik və iri torpaq sahələrinin ve-
rilməsi isə 1375-ci ildə qəbul edilən qanunda öz əksini tapmışdı.
İdarəetmə sistemində qeyri-müsəlmanlar da (xristianlar,
yəhudilər və s.) iştirak edirdi. Sultan II Mehmedin dövründə dini
icmalar da yaranmışdı. Belə ki, XV əsrin II yarısında Osmanlı
dövlətində üç dini icma: yunan pravoslav, erməni-qriqorian və
yəhudi - icmaları fəaliyyət göstərirdi.
60
Osmanlı dövlətində prinsipcə yeni tipli ordu (yeniçəri)
yaradılmışdı. Orxanın dövründə baş vəzir olan Əlaəddin qarda-
şına məsləhət görmüşdü ki, əsir götürülmüş qeyri-müsəlman
gəncləri orduya daxil etmək lazımdır. Bu ideya Sultan Muradın
dövründə həyata keçirilmişdi.
Yeni ordunun komplektləşdirilməsi üçün xristian
ailələrindən olan oğlan uşaqlarını toplayır və onları türk ailələ-
rinə verirdilər. Həmin uşaqlar bir neçə il türk ailələrində qalaraq
türk dilini, adət-ənənəni öyrənirdilər, islamı qəbul edirdilər.
Sonra isə onları xüsusi hərbi məktəblərə göndərirdilər. Yaran-
dığı ilk dövrlərdən yeniçəri korpusu ölkənin siyasi həyatında
əhəmiyyətli rol oynayırdı. Osmanlı sultanları bu korpusun
simasında özləri üçün etibarlı və döyüşkən ordu yaratmışdılar.
Osmanlı imperiyasında əsas istehsalçı olan kəndlilər həm
dövlətə, həm də feodallara vergi ödəyirdilər. Müsəlman kənd-
lilər kənd təsərrüfatı məhsulunun onda birini (afsar) feodala
verirdi. Müsəlman olmayanlar isə məhsulun üçdə birini vergi
kimi verirdi. Qadın və uşaqlar istisna olmaqla əmək qabiliyyətli
qeyri-müsəlman əhali həm də cizyə verirdi.
XV əsrin əvvəllərində ölkənin siyasi həyatında baş verən
hadisələr əhalinin yaşayış vəziyyətini pisləşdirdiyi üçün narazı-
lıqlara gətirib çıxartdı. 1416-cı ilin yazında Şeyx Bədrəddin
Simavinin rəhbərliyi altında üsyan başlandı. Üsyan İzmir və
Manas rayonlarını əhatə edirdi.
Bu üsyanda kəndlilər, köçəri əhali, ordunun sıravi döyüş-
çüləri iştirak edirdi. Üsyana rəhbərlik edən Simavi sosial bəra-
bərsizliyə qarşı çıxırdı, dini mənsubiyyətindən asılı olmayaraq
insanların bərabər olmasını, əmlak bərabərsizliyinin ləğv olun-
masını tələb edirdi.
Sultan hakimiyyətinə qarşı yönəlmiş üsyan dövləti narahat
etməyə bilməzdi. Üsyançılara qarşı ordu göndərildi. Ordunun
köməyi ilə üsyan yatırıldı. Simavi ələ keçirilib edam olundu.
Quruluş dövründə əhali əkinçilik, heyvandarlıq, sənətkar-
lıq və ticarətlə məşğul olurdu. İlk dövrlərdə Osmanlılar ticarət
işlərində çox da uğur qazanmamışdılar. Bununla yanaşı ələ ke-
61
çirilən bəzi yerlər ticarətin inkişafı üçün əhəmiyyətli bir məsələ
olub bu sahənin inkişafına şərait yaradırdı.
5.3.Mədəniyyət. XIV-XV əsrlər Osmanlı mədəniyyətinin
də inkişaf etdiyi dövrdür. Bu, sultanların özlərinin mədəniyyətin
inkişaf etməsinə qayğı göstərməsi ilə bağlı idi. Mədəniyyət
xadimlərinə qayğı göstərən, onları himayə edən sultanlar özləri
də elmin müxtəlif sahələri ilə məşğul olurdu. İldırım Bəyazid
özü şerlər yazır, bəstəkarlıq və xəttatlıqla, dini elmlərlə, fəlsəfə,
astronomiya ilə məşğul olurdu.
XIV əsrdə türk dili ərəb və fars dillərini üstələmişdi. Şair
və yazıçılar öz əsərlərini türk dilində yazmağa başlamışdılar.
Osmanlı sultanları tərəfindən tikdirilən təhsil müəssisələri
təhsilin inkişafına şərait yaradırdı. II Mehmedin əmrilə İstan-
bulda mədrəsə tikilmişdi. Burada oxuyanlar xüsusi binalarda
qalır, qrammatikanı, sintaksisi, məntiqi, metafizika, filologiya və
natiqliyi, astronomiyanı və s. öyrənirdilər, yuxarı siniflərdə
qanunçuluq, islam, hüquq nəzəriyyəsi mənimsənilirdi.
Osmanlı dövlətində elm sahəsində məşhur olan şəxslər
çalışırdı. Vaxtilə Teymurlu hökmdarı Uluğbəyin yanında xidmət
edən Əli Quşçu Uluğbəyin ölümündən sonra Səmərqəndi tərk
edərək bir müddət Ağqoyunlu sarayında işləmiş, sonra isə İstan-
bula gəlmiş, Sultan Fateh Mehmed onu Aya-Sofya mədrəsəsinə
müdərris təyin etmişdi. Burada o, astronomiya, riyaziyyat və
dilçilik dərsləri deyirdi. Əli Quşçunun İstanbulda astronomiya
sahəsində tədqiqatların aparılmasında böyük rolu olmuşdur.
XV əsrdə yaşamış tarixçilərin əsərlərində oğuz tayfaları,
Osmanlı dövlətinin yaranması, daxili və xarici siyasəti haqqında
məlumatlar öz əksini tapmışdır.
Elm və mədəniyyət xadimləri içərisində vəzifədə işlə-
yənlər də olmuşdur. Məsələn, XV əsrin tanınmış şairlərindən
biri olmuş Əhməd Paşa Sultan Fateh Mehmedin müəllim-
lərindən biri olmuş, bir müddət vəzir işləmişdir.
XIV-XV əsrlər memarlığın da inkişaf etdiyi bir dövr ol-
muşdur. Bu dövrdə bir sıra məscid və mədrəsələr, türbə, saray
və qalalar tikdirilmiş, körpü və yollar salınmışdı.
62
Sultan Orxan tərəfindən 1339-cu ildə Bursada dörd künclü,
iki qübbəli cami tikdirilmişdi. Fateh Medmedin dövründə İstan-
bulda böyük tikinti işləri aparılmışdı. Burada onun əmrilə Fateh
camisi kompleksi tikilmişdi. Bu kompleks bir mədrəsə, yemək-
xana, bir kitabxana, karvansaraydan ibarətdir.
Fateh Mehmedin göstərişilə tikilən abidələrdən biri də
Çinili köşk adlı saraydır. 1472-ci ildə memar Atik Sinanın rəh-
bərliyi altında tikilən bu abidənin inşası zamanı müxtəlif rəngli
çinilərdən istifadə olunmuş və həmin çinilərin gözəlliyinə görə
bu saray Çinili köşk adlanır.
Osmanlı hökmdarları ticarət evlərinin də tikilməsinə fikir
verirdilər. Bunlardan biri Fateh Mehmedin dövründə İstanbulda
tikilmiş Qapalı çarşıdır. Burada o zaman 1850-dən artıq dükan
olmuşdur.
Osmanlı sultanları strateji məqsədlərlə bağlı olaraq bir sıra
qalalar da tikdirmişdilər. Bunlardan biri də Anadolu qalasıdır.
Qala İstanbul boğazının ən dar yerində tikilmişdir. O 1391-ci
ildə Konstantinopolun İldırım Bəyazid tərəfindən mühasirəsi za-
manı tikilmişdi. Qalanın tikilməsində məqsəd İstanbul boğa-
zından keçməklə Bizansa kömək gətirəcək gəmilərə mane olmaq
idi. Sultan Fateh Mehmed tərəfindən 1452-ci ildə Rumeli (Bo-
ğazkəsən) qalası tikdirilmişdi və onun memarı Müslihiddin ol-
muşdur.

63
6.MƏRKƏZİ ASİYA XALQLARİ TEYMURLULAR
DÖVRÜNDƏ

6.1.Teymurlular dövlətinin yaranması və onun imperiyaya


çevrilməsi. XIV əsrin ortalarında Mavərənnəhrdə güclü mərkəzi
hakimiyyətə malik dövlətin olmaması ilə əlaqədar qeyd olunan
ərazidə feodal ara müharibələri gedirdi. Burada bir – biri ilə
mübarizə aparan bir neçə feodal mülkü var idi. Səhrisyabz (Keş)
və onun ətraf yerləri Teymurun əmisi Hacı Seyfəddin Barlasa,
eyni adlı vilayətlə birlikdə Xocənd Cəlairli tayfasının başçısı
Bəyazidə, Bəlx və vilayətin bir hissəsi əmir Qazaqanın nəvəsi
Hüseynə tabe idi. Hüttalanı isə əmir Keyxosrov idarə edirdi.
Mavərənnəhrdəki siyasi pərakəndəlik onun sərhədlərindən
kənarda da məlum idi. Siyasi pərakəndəlikdən Moqolustan xanı
Tuğluq Teymur istifadə etmək fikrində idi. Çağataylar
sülaləsindən olan Tuğluq Teymur XIV əsrin birinci yarısında iki
hissəyə bölünmüş Çağatay ulusunun da öz hakimiyyəti altında
olmaq istəyirdi. Bu məqsədlə də o, 1360 və 1361 –ci illərdə
Mavərənnəhrə yürüş etmişdi. Teymurun siyasi səhnəyə çıxması
da məhz bu dövrə aiddir.
Teymur 1336-cı ilin aprelin 9-da Şəhrisyabz yaxınlığındakı
Xoca İlqar kəndində anadan olmuşdur. Onun atası Taraqay hə-
min dövrdə Qaşqa Dərya vadisində, Karş və Şəhrisyabz ətra-
fında yaşayan barlas tayfasından idi.
Kiçik yaşlarından öz iradəsi, qətiyyətli olması, təşkilatçılıq
qabiliyyəti ilə seçilən Teymur hərbi işə xüsusi maraq göstərirdi,
ox atmağı sevirdi.
Teymur türk və tacik dillərini yaxşı bilirdi, kənd və şəhər
həyatı ilə tanış idi. Gələcək hökmdarın şəhər həyatı ilə tanışlığı
onunla bağlı idi ki, Teymur dəfələrlə Şəhrsyabz şəhərində ol-
muşdu. Bu şəhərin hakimi də onun əmisi Hacı Barlas idi.
Tuğluq Teymururn Mavərənnəhrə hücümları başlanarkən
Teymur əvvəlcə Moqolustan hakiminin müttəfiqi kimi çıxış etdi.
Hacı Barlasın Xorasana qaçmasından sonra Tuğluq Teymur
Şəhrisyabzın idarə edilməsini Teymura tapşırdı. Tuğluq Teymur
64
1361-ci ildə Moqolustanda əmirlərin bir hissəsinin qiyam qal-
dırması ilə əlaqədar Mavərənnəhrin idarə olunmasını oğlu İlyas
Xocaya tapşıraraq geri qayıdır.
Teymurun Tuğluq Teymurla müttəfiqliyi uzun müddət
davam etmədi. Onun əleyhdarlarının Tuğluq Teymura göndər-
dikləri məktubda bildirilirdi ki, Teymur İlyas Xocanı öldürmək
və Mavərənnəhrə yiyələnmək fikrinə düşüb. Buna inanan
Tuğluq Teymur əmr edir ki, Teymuru öldürsünlər. Teymur isə
bundan xəbər tutaraq ona sədaqətli adamlarla birlikdə Səmər-
qəndi tərk edərək gizlənir. Tuğluq Teymurun 1361 –ci ildə
yürüşü zamanı Bəlx hakimi və Teymurun müttəfiqi əmir Hüseyn
də qaçib gizlənmişdi. Teymurla Hüseyn qərara alırlar ki, İlyas
Xocaya qarşı birgə mübarizə aparsınlar. Bu razılıq qohumluq
əlaqəsi ilə də möhkəmləndirilir. Belə ki, Teymur Hüseynin
bacısı ilə evlənir.
İlyas Xoca atasının ölümündən sonra Moqolustanda haki-
miyyətə yiyələnmək üçün geri qayıdır. Mavərənnəhrdə ara
müharibələri yenidən qızışır. Bu müharibələrdə Teymur da
iştrak edirdi.
1365-ci ildə İlyas Xocanın ordu ilə Mavərənnəhrə qayıtması
barədə məlumat alan Teymurla Hüseyn Xocənd rayonunda mo-
qollarla döyüşə girsələr də məğlub olub Amu – Dəryanin
cənubuna qaçırlar.
İlyas Xoca Səmərqəndə yaxınlaşır. Bu dövrdə şəhərdə sər-
badarlarin rəhbərliyi altında monqollara qarşı üsyan başlamışdı.
XIV əsrin birinci yarısında Xorasanda meydana gələn və mon-
qol hakimiyyətinə qarşı yönələn sərbadarlar hərəkatının Ma-
vərənnəhrdə də xeyli tərəfdarı var idi. Səmərqənd əhalisinin mü-
dafiəyə hazırlaşması və monqol ordusunda atların taun xəstə-
liyindən kütləvi surətdə məhv olması Xoca İlyası Səmərqəndi
tərk etməyə məcbur etdi.
Moqolların şəhəri tərk etməsini eşidən Teymurla Hüseyn
Səmərqəndə yaxınlaşaraq şəhərə elçi göndərib sərbadarların
rəhbərlərini danışıq üçün öz yanlarına dəvət etdilər. Mövlanzadə

65
istisna olmaqla digər üsyan rəhbərləri həbs olunaraq öldürüldü.
Hüseyn isə özünü Mavərənnəhrin hakimi elan etdi.
Tezliklə Teymurla Hüseyn arasında ziddiyyət yaranır. Hü-
seyn Teymurun yaxın adamlarından guya ona borclu olduqları
üçün pul istədi. Həmin adamların isə hələ imkanı olmadığı üçün
onlara Teymur kömək etdi. Teymurun belə hərəkəti onun
əmirlər arasında hörmətini artırdı, Hüseynə qarşı isə narazılıq
gücləndi. Əmir Hüseynin Bəlx şəhərində iç qala tikdirməsi,
şəhərin qala divarlarının bərpa olunması da Teymuru narahat
edirdi. Teymur Hüseyni belə tədbirlərdən çəkindirməyə çalışsa
da nəticəsi olmadı. Teymur 1370-ci ildə Bəlxə hücüm etdi. Bəlx
yürüşü zamanı Teymur özü üçün mənəvi müttəfiq tapdı. Bu,
Seyid Bərəkə idi. Bəlx döyüşü Hüseynin öldürülməsi ilə nəti-
cələndi və 1370 –ci ildə Teymur özünü Mavərənnəhrin hökm-
darı elan etdi. Teymurun andişmə mərasimində Seyid Bərəkə də
iştrak edirdi.
Teymur yaxşı başa düşürdü ki, müsəlman din xadimlərinin
ona köməyi dəyə bilər. Teymurun atası Taraqay oğlunda hələ
gənc yaşlarından din xadimlərinə maraq oyatmışdı. Lakin 60-cı
illərdə Teymurun diqqəti hakimiyyət uğrunda mübarizəyə
yönəldiyindən din xadimlərilə əlaqəyə malik deyildi. Sonralar
din xadimləri ilə əlaqəyə girən Teymurun və onun varislərinin
dövründə din xadimləri toxunulmaz şəxslər idi. Şeyx Bərəkə isə
hərbi səfərlərdə həmişə Teymurun yanında olurdu.
Hakimiyyətə gələrkən Səmərqənd şəhərini dövlətin paytaxtı
elan edən əmir Teymur dövlətin sərhədlərini genişləndirmək
üçün hərbi yürüşlərə başlayır. Amu-Dərya ilə Sır –Dərya arasın-
dakı torpaqlar, eləcə də Fərqanənin tutulması çox da çətin ol-
madı. Xarəzmin itaətə gətirilməsi isə böyük qüvvə tələb etdi.
Teymur buraya 5 dəfə (1370, 1372, 1378, 1380, 1388) yürüş
etdi.
Cingiz xan öz imperiyasının ərazisini oğlanları arasında
bölüşdürərkən Cənubi Xarəzmi Çağataya, Şimali Xarəzmi isə
Cuciyə vermişdi. Qızıl Ordada XIV əsrin II yarısında feodal ara
müharibələri dövründə Kunqrat tayfasının başçılarından olan
66
Hüseyn Sufi Cənubi və Şimali Xarəzmi birləşdirməyiə başladı.
Bütün Çağatay ulusuna iddialı olan Teymur bunu Çingiz xanın
vəsiyyətinə zidd hesab edərək 1372 –ci ildə Hüseyn Sufinin
yanına elçi göndərərək bildirdi ki, Xarəzmin hər iki hissəsini
Çağatay xanının (burada Teymurun 1370-ci ildə xan elan etdiyi
Suyurqatmış nəzərdə tutulurdu) hakimiyyətindədir. Hüseyn Sufi
isə öz mövqeyindən geri çəkilmədi. 1372-1374-cü illərdə
Teymur yürüş nəticəsində Cənubi Xarəzmi tutsa da həmin ərazi
tezliklə yenidən Teymur dövlətindən ayrıldı və Teymurun 1378-
ci ildəki yürüşü uğursuz nəticələndi. Xarəzmə 1380-ci ildə olan
yürüş zamanı Urgənc tutuldu. Şəhərin tanınmış şəxsləri, elm
adamları, din xadimləri və sənətkarlar Teymurun əmri ilə Keş
şəhərinə köçürüldü.
1388 –ci ildə beşinci yürüş oldu. Bu isə əmir Teymurun
Toxtamışla mübarizəsi ilə bağlı idi. Xarəzm hökmdarı əmir
Teymura qarşı Toxtamışla ittifaqa girmişdi. Bundan hiddətlənən
əmir Teymur Urgənc şəhərinin dağıdılmasını və əhalisinin
Səmərqəndə köçürülməsini əmr etmişdi.
Əmir Teymur 1381 –ci ildə Herata yürüş edərək onu tutdu,
Şəhər əhalisinin qiyam qaldırmasından ehtiyat etdiyi üçün
şəhərin qala divarlarının sökülməsini əmr etdi. XIV əsrin 80-ci
illərinin ortalarına doğru bütün Xorasan artıq əmir Teymurun
hakimiyyəti altında idi. Bununla yanaşı əmirin “üçillik” (1386 –
cı ildən), “beşillik” (1392 –ci ildən) və “yeddiillik” (1398–ci
ildən) yürüşləri zamanı da İrana daha üç dəfə zərbə endirildi və
nəticədə bütün İran itaətə gətirildi.
1386-cı ildə Azərbaycana hücüm edən əmir Teymur Cəlairli
ordusunu məğlub edərək Təbrizi tutdu, 1387 –ci ildə Naxçıvan-
da Əlincə qalasını mühasirəyə alsa da, onu 12 ildən sonra
tutmaq mümkün oldu.
Bu dövrdə Azərbaycanın şimalında Şirvanşahlar dövləti
mövcud idi. Əmir Teymurun simasında güclü rəqiblə üzləşdiyini
başa düşən Şirvanşah I İbrahim ölkəni dağıntıdan xilas etmək
üçün 1386 –cı ilin payızında qiymətli hədiyyələrlə Teymurun
yanına gələrək onun ali hakimiyyətini qəbul etdiyini bildirdi.
67
Teymur isə ölkənin daxili müstəqilliyinə toxunmayacağını vəd
etdi. Şirvanşahın ordusu həm də əmir Teymurun tələbi ilə onun
hərbi yürüşlərində iştrak etməli idi.
1386–ci ildə əmir Teymurun ordusu ermənilərin yaşadıqları
ərazilərə və Gürcüstana yürüş etdi. Tiflisi tutan əmir Teymur
gürcü çarı V Baqratı əsir götürdü və sonuncu şəxs əmir
Teymurun islam dinini qəbul etmək təklifilə razılaşdı.
1389 –cu ildə moqollarla mübarizəyə başlayan əmir Teymur
bir sıra döyüşlərdən sonra moqolların müqavimətini qırdı.
Həmin dövrdə Qızıl Orda xanı Toxtamışın xarici siyasəti əmir
Teymuru narahat edirdi. Toxtamışın Mavərənnəhrə hücumu ilə
əlaqədar Teymur Qızıl Orda ilə mübarizəyə başlayır. Lakin
həmin dövrdə əmir Teymurun əsas diqqəti Xarəzmin itaətə
gətirilməsinə yönəldiyi üçün Toxtamışla əsas mübarizə 1391 –
ci ildən başlanır. 1391 – 1395 – ci illərdə əmir Teymur Qızıl Or-
danı məğlub edir. Əldə olunmuş qələbələr nəticəsində Qızıl
Ordanin paytaxtına gedən yol artıq Teymur üçün açıq idi. Bu
dövrdə Həştərxan, Krım, Şimali Qafqaz şəhərləri də böyük
dağıntıya məruz qalmışdı.
1398 –ci ildə əmir Teymurun Hindistana yürüşü başlanır.
Dehli sultanı Nəsrəddin Mahmud 10 min süvari və 40 min
piyadadan ibarət ordu topladı. O, həmin ilin dekabrın sonunda
Dehlidən çıxaraq Teymurun ordusunun qarşısını almaq istəsə
də, buna nail olmadı. Məğlub olan sultan Dehliyə qayıtdı.
Teymurun ordusu Dehliyə yaxınlaşarkən müqavimət göstərmək
fikrində olmayan Nəsrəddin Mahmud gizlincə şəhərdən çıxaraq
qaçır və Dehli döyüşsüz Teymurun əlinə keçir.
1399 – cu ilin mayında Səmərqəndə qayıdan Teymur qərb
istiqamətində yeni yürüşlərə hazırlaşmağa başlayır. Teymur hələ
Hindistandan qayıdarkən Osmanlı sultanı İldırım Bəyazidin
Azərbaycanın sərhəd rayonlarına yürüşü, Gürcüstanda ixtişaşla-
rın başlanması haqqında məlumat almışdı. 1400 – cü ildə Ön
Qafqaza gələn Teymur yenidən Gürcüstanı itaətə gətirdi, Şirazı
tutduqdan sonra Fərat çayını keçərək Aleppoya doğru irəlilə-
məyə başladı. 1400 –cü ilin oktyabrın sonunda Alepponun tutul-
68
masından sonra Dəməşq üçün ciddi təhlükə yarandı. Bu dövrdə
şəhərin müdafiəsinə Misir sultanı Fərəc özü başçılıq edirdi. On
bir günlük döyüşdən sonra müqavimət göstərməyin əhəmiyytsiz
olduğunu başa düşən şəhər əhalisi təslim oldu. Qarət edilən
şəhərdən ələ keçirilən xeyli qiymətli şey Mavərənnəhrə göndə-
rildi.
1401 –ci ilin martında Dəməşqi tutan əmir Teymur yenidən
Gürcüstana gəldi. Teymur hələ Yaxın Şərqdə və Gürcüstanda
olarkən Cəlairli Sultan Əhməd yenidən Bağdadı tutmuşdu.
Teymur ikinci dəfə Bağdada yürüş edərkən Sultan Əhməd
İldrım Bəyazidin yanına qaçır (Əmir Teymur Bağdadı ilk dəfə
1393 –cü ildə tutmuşdu).
Bağdadın ikinci dəfə tutulmasından sonra Azərbaycana
gələn Teymur qışı Qarabağda keçirir. Burada o, İldırım Bəya-
zidlə döyüşə hazırlaşır. Əmir Teymurun yaxın adamlarının
bəzisi onu müharibədən çəkindirməyə çalışırdılar. Qarabağda
çağrılan hərbi şurada Teymurun oğlanları və nəvələri, eləcə də
bir çox sərkərdələr Anadoluya hücum etməyə qarsı çıxararaq
bildirirlər ki, Qərbə qarşı mübarizə aparan Osmanlı dövlətini
məhv etmək düz deyil. Bu, əslində Osmanlı dövlətinin məhvini
arzulayan Avropa ölkələrinin maraqlarına uyğundur. Osman-
lılarla müharibə istəməyənlərin fikri ilə razılaşan Əmir Teymur
İldırım Bəyazidə məktub yazaraq Əhməd Cəlairin və Qara
Yusifin ona verilməsini tələb etsə də, rədd cavab alır. 1402-ci
ilin iyulun 28 –də baş verən Ankara döyüşü Osmanlıların məğ-
lubiyyəti və İldırım Bəyazidin özünün əsir düşməsi ilə qurtarır.
Ankara döyüşündən sonra Qərb ölkələrinin əmir Teymura
marağı daha da artdı. Osmanlı dövlətinin qısamüddətli zəifləmə-
sindən istifadə edərək Avropa tacirləri özlərinin Şərqlə əvvəlki
ticarət əlaqələrini bərpa etməyə cəhd göstərirdilər. Bu işdə
katolik kilsəsi xüsusi fəallıq göstərirdi.
Ankara döyüşündəki qələbə ilə əlaqədar ingilis kralı əmir
Teymuru təbrik etmişdi. Bizans imperatoru Manuel isə əmir
Teymurun hakimiyyətini tanımağa və ona xərac verməyə hazır
olduğunu bildirmişdi. Bizans imperatorunun fikrincə, Qərb
69
ölkələri ilə müqayisədə əmir Teymur daha güclü himayədar idi.
İspan kralı III Henrix hələ Ankara döyüşündən əvvəl öz nüma-
yəndələrini Şərqə göndərərək onlara Teymurun gələcək planları
barəsində məlumat əldə etməyi tapşırmışdı. Fransa kralı ilə əmir
Teymur arasında danışıqlar gedirdi. Vatikanın Sultaniyyədə
olan arxiyepiskopu İoann Səmərqənddə olarkən əmir Teymurun
oğlu Miranşahın rəğbətini qazana bilmişdi.
Avropa ölkələri əmir Teymurla danışıqlar apararaq özləri
üçün əlverişli şərtlərlə ticarət müqavilələrini bağlamağa çalı-
şırdılar. Qərbin əmir Teymura marağı həm də siyasi xarakter
daşıyırdı. Belə ki, Osmanlı dövlətinin qüdrətinin artmasından
narahat olan Qərb ölkələri əmir Teymurdan kömək almaq
fikrində idilər. Digər tərəfdən, XV əsrin başlanğıcında İngiltərə
ilə Fransa arasında müharibə gedirdi. Hər iki dövlət öz maraqları
üçün əmir Teymurdan kömək almaq ümüdində idi.
Əmir Teymur Osmanlılar üzərindəki qələbəsini qeyd etmək
üçün 1404-cü ilin sentyabr ayında Qani – Gildə böyük bir məra-
sim təçkil etdi. Burada Misir, Çin, İspaniya, Moqolustandan və
s. olan səfirlər də iştrak edirdi. Şənliklərin başa çatmasından
sonra Səmərqəndə gələn əmir Teymur öz yaxın adamları ilə
Çinə yürüş məsələsini müzakirə etdi. Teymurun rəhbərliyi
altında 200 minlik ordu 1404 –cü ilin noyabrın 28 –də Səmər-
qənddən çıxaraq Sır – Dərya sahillərinə yola düşdü. 1405-ci ilin
əvvəllərində Teymur artıq Otrar şəhərində idi. Lakin Çinə nəzər-
də tutulan yürüşü davam etdirmək mümkün olmadı. Fevralın 18
–də vəfat edən Teymurun cənazəsi Səmərqəndə gətirildi və öz
dövrünün ən böyük sərkərdələrindən biri olan Teymur Quri -
Əmir mavzoleyində dəfn edildi.
6.2. Dövlət quruculuğu. 1370-ci ildə Bəlxdə ordu rəhbərlə-
rinin qurultayında xan seçilməsi məsələsi müzakirə olundu.
Vaxtilə Çingiz xan tərəfindən yaradılmış imperiyanın parçalan-
masına baxmayaraq onun dövründə formalaşmış qayda-qanunlar
əvvəllər onun imperiyasının tərkibinə daxil olan bir sıra
öklələrdə qalmaqda davam edirdi. Çingiz xanın qanunlarına görə
“xan” titulunu birbaşa yalnız onun varisləri daşıya bilərdi. Tey-
70
mur isə Çingizlilərdən deyildi. Yeni ara müharibələrindən, siyasi
gərginlikdən ehtiyat etdiyi üçün Teymur “əmir” titulunu qəbul
etdi. Öz hakimiyyətinə qanuni don vermək, Çingiz xanədanının
nüfuzundan faydalanmaq üçün Çingizlilərdən olan Şahzadə
Suyurqatmış xan elan edildi. Bütün fərmanlar xanın adından
verilsə də, əslində ölkəni Teymur özü idarə edirdi. Suyurqatmı-
şın ölümündən sonra isə onun oğlu Sultan Mahmud hakimiyyətə
gətirilmşidi.
Əmir Teymur Çingiz xanın nəslindən olanlarla qohumluq
əlaqəsinə böyük əhəmiyyət verirdi. Keçmiş müttəfiqi Hüseyni
məğlub edib Bəlxi tutarkən onun hərəmxanasını da ələ keçirt-
mişdi. Burada Çingiz xanın nəslindən olan Qazan xanın qızı
Saray Mülk xanım da var idi. Teymur xalq arasında Bibixanım
kimi tanınan qadınla evləndi və o, əmirin böyük arvadı sayılırdı.
Teymurun həmin qadından uşaqları olmasa da bu izdivac
nəticəsində “kürəkən” titulu almışdı. Sonralar Teymur monqol
xanı Xızır Xocanın qızı Tükəl xanımla evlənir.
Geniş bir əraziyə malik olan, etnik mənsubiyyətinə, tarix və
mədəniyyətinə görə fərqli xalqları əhatə edən imperiyaya sülalə
üzvləri rəhbərlik edirdi. Teymurun özü “əmir” titulu daşısa da,
onun oğlu Şahrux hər hansı bir titul qəbul etməmişdi, Çingiz-
lilərlə qohumluq əlaqələrinə də malik deyildi. Teymurdan sonra
imperiyanı idarə edən Uluğbəy “bəy”, “padşah” titulları daşısa
da, bəzi Teymurlular hansısa bir titulu daşımırdı.
Əmir Teymur yaratdığı imperiyada qayda-qanunun gözlə-
nilməsinə, islam dininin təbliğ olunmasına xüsusi fikir verirdi.
Onun “Vəsiyyətlərin”də deyilirdi: “Başım çəkənlərdən onu da
görüb öyrəndim ki, əgər dövlət din və ayin üzərində qurulmazsa,
qanun və qaydaya tabe olmazsa, bu səltənətin təntənəsi, qüdrəti
və dözümü yox olacaqdır və belə səltənət çılpaq adama oxşayır
– onu görənlər gözlərini yumarlar. Yaxud ... adamların özbaşına
girib-çıxdıqları tavansız, üstüaçıq, qapısı-darvazası olmayan evə
bənzəyir. Ürəyimin gündoğanından dikələn birinci tüzük bun-
dan ibarət oldu ki, islam dinini yayım, Məhəmməddinin (ona
allahın mərhəmətləri və salamları olsun) şəriətini qüvvətlən-
71
dirdim. Dünyanın düzlü-düzlü məmləkətlərində, böyük və bala-
ca şəhərlərində islam dinini yaydım, yaxşı adamlar arasında
şəriəti rövqləndirdim və öz səltənətimi şəriət ilə bəzədim”.
İmperiyanın idarə olunması üçün idarəetmə sistsemi yara-
dılmışdı. Əyalət başçısı vəzifəsini sülalə üzvləri daşıyırdı. Ordu,
vergi və maliyyə izləri ilə məşğul olmaq üçün idarələr yara-
dılmışdı. İdarəetmə strukturuna daxil olan orqanlar içərisində
ordu məsələləri ilə məşğul olan idarə xüsusi yer tuturdu. Bu
idarə ordunun toplanılması, hərbi intizamın qorunması, hərbi
yürüşlər zamanı ələ keçirilmiş qənimətlərin bölüşdürülməsi ilə
məşğul idi.
İmperiyanın əhalisi müxtəlif təbəqələrə bölünürdü və onla-
rın hər birinin hüquqlarının qorunmasına fikir verilirdi. Kim-
liyindən asılı olmayaraq öz vəzifəsindən sui-istifadə edən,
əhalini incidən məmurlar ciddi cəzalandırılırdı. Bu məsələdə
əmir Teymur ən yaxın adamlarına belə güzəşt etmirdi. Öz təəbə-
lərinin hüquqlarının qorunması məqsədilə idarəetmə sistemində
çalışanların fəaliyyətinə ciddi nəzarət edən əmir Teymur həm də
özünün dediyi kimi, əhalini qorxu və ümid arasında saxalyırdı.
Etnik mənsubiyyətindən asılı olmayaraq xeyirxah, səmimi in-
sanlara hörmətlə yanaşırdı. Qəddar və zalım, ikiüzlü adamlar,
satqınlar ölkədən çıxarılırdı. Quldurluğa, talançılığa qarşı
mübarizə aparılırdı, qiyam qaldıranlar, siyasi sabitliyi pozanlar
ölkədən qovulurdu.
Yalan danışan, başqalarına böhtan atan adamlara münasibət
yaxşı deyildi. Böhtanlar əsasında insanların mühakimə olunma-
sına, onların cəzalandırılmasına imkan verilmirdi. İmperiyada
can vergisi toplamaq qadağan olunmuşdu. Xalqa aid olan məsə-
lələr ədalətlə həll olunmalı idi, kimsəsizlərə köməklik göstə-
rilirdi. İmkansız, kasıb adamların qalması üçün sığınacaqlar
yaradılırdı.
Ordu əmir Teymurun arxalandığı əas qüvvələrdən biri idi və
o, bu sahəyə xüsusi fikir verirdi. Əmir Teymur güclü, döyüşkən
və öz rəhbərinə sadiq ordu yarada bilmişdi. Yüksək döyüş qa-
biliyyətinə, ciddi intizama malik olan ordu onluqlara, yüzlük-
72
lərə, minliklərə və tümənlərə (on minliyə) bölünürdü. Onlara
inanılmış, etibarlı adamlar rəhbərlik edirdilər. Çingiz xanın
ordusunda ordunun əsasını köçəri xalqlar təşkil edirdi. Əmir
Teymur da köçəri türk döyüşçülərinin döyüş qabiliyyətini yük-
sək qiymətləndirirdi.
Ordunun əsas döyüş silahları qılınc, qalxan, ox və yay, zireh
idi. Döyüş fillərindən də istifadə olunurdu.
6.3.XV-XVI əsrin başlanğıcında Teymurlular dövlətinin
siyasi həyatı. “Zəfərnamə”əsərində əmir Teymurun ömrünün
son anlarını geniş təsvir edən tarixçi Sərafəddin Əli Yəzdi qeyd
edir ki, ölüm ayağında olan əmir Teymur arvadlarını və əmirlə-
rini yanına çağıraraq vəsiyyətini etdi: “Mən tələb edirəm ki,
nəvəm Pir Məhəmməd Cahangir mənim varisim olsun, o Sə-
mərqənddə taxt-taca yiyələnsin, mülki və hərbi işlərə qayğı gös-
tərsin, siz isə ona tabe olmalı və qulluq etməlisiniz, həyatınızı
qurban verməklə onun hakimiyyətini qoruyub saxlamalısınız”
Əmir Teymurun yaxın adamları onun vəsiyyətinə əməl
edəcəklərinə söz versələr də bunu yerinə yetirmədilər Pir
Məhəmmədi dövlət başçısı kimi tanımaqdan imtina etdilər və
böyük bir imperiyada hakimiyyət uğrunda mübarizə başlandı.
Miranşahın oğlu Xəlil sultan Səmərqəndi tutdu. Uluğbəy və
İbrahim sultan Buxaraya yiyələnsələr də bir neçə gündən sonra
Xəlil sultan buranı onların əlindən aldı. Uluğbəylə İbrahim
Xorasana Şahruxun yanına qaçdılar.
Əmir Teymurun Xorasanı idarə edən oğlu Şahrux bir müd-
dət Xəlil sultanla mübarizə aparmağı düzgün saymadı. Əslində
Şahruxun belə bir mövqedən çıxış etməsi mövcud şəraitlə bağlı
idi. Şahruxun ordusu döyüş qabiliyyətinə görə Xəlil sultanın
ordusundan heç də geri qalmırdı, onun Pir Məhəmməd kimi
müttəfiqi, Mavərənnəhrdə xeyli tərəfdarı var idi. Lakin bu
dövrdə Xorasanın özündə feodal ara müharibələri gedirdi. 1405
–ci ilin yayında Tus hakimi Süleyman şah, Sistan əmirləri Şah
Əli, Şah Qütbəddin və Şah Cəlaləddin üsyan qaldırmışdılar.
1407 – ci ildə Heratda Şahruxun öz vəziri ona qarşı çıxdı.
Həmin idə Bəlxdə Pir Məhəmmədə qarşı yönələn qiyam onun
73
ölümünə səbəb oldu. Tur və Astrabadda Mirzə Ömər üsyan
etmişdi. 1408 – ci ildə Şahrux Əbu Bəkrlə mübarizə aparmalı ol-
muşdu.
1409 –cu ilə kimi Teymurlular imperiyasının digər ərazilə-
rində də qiyamlar baş verirdi. 1406 –cı ildə Qaraqoyunlu Qara
Yusif Əbu Bəkri Təbriz yaxınlığında məğlub etmişdi. Əbu Bək-
rin atası Miranşah da 1408 –ci ildə Qaraqoyunlular tərəfindən
öldürülmüş, Teymurlu ordusu Azərbaycandan çıxarılmışdı.
1409 –cu ilə kimi Xorasanda öz rəqiblərinin müqavimətini
qıran Şahrux Mavərənnəhrə yürüşə hazırlaşırdı. Mavərən-
nəhrdəki hadisələr barəsində məlumatlar əldə edən Şahrux
bilirdi ki, ordu və xalq arasında Xəlil sultana qarşı narazılıq get-
dikcə güclənir. Xəlil sultan 1409 –cu ilin aprelində ondan narazı
qalan əmirlər tərəfindən məğlub edilmişdi, Şahrux isə may
ayında heç bir müqavimətə rast gəlmədən Səmərqəndə daxil
olmuşdu.
Əmir Teymurun ölümündən sonra hakimiyyət uğrunda
başlayan mübarizə dörd il sonra Şahruxun qələbəsi ilə başa çat-
dı. Mərkəz Herat olmaqla Xorasanı Şahrux özü, paytaxt Səmər-
qənd olmaqla Mavərənnəhri oğlu Uluğbəy idarə edirdi.
Uluğbəy 22 mart 1394 – cü ildə Sultaniyyədə anadan ol-
muşdu. Ona Məhəmməd Taraqay adı qoymuşdular, lakin o, hələ
babasının sağlığında Uluğbəy adı ilə tanınmışdı. Şahrux Ma-
vərənnəhrin idarə olunmasını oğluna tapşıranda Uluğbəyin kiçik
yaşlı olması ilə əlaqədar ona hami də təyin olunmuşdu. 1411 –
ci ildən isə Uluğbəyin özü müstəqil surətdə ölkəni idarə etməyə
başladı.
Şahrux Herata qayıdarkən Xəlil sultanı da özü ilə aparıb onu
Leyə hakim təyin etmişdi və Xəlil sultan 1411 –ci ildə ölmüşdü.
Xorasan Şahrux, Mavərənnəhr isə Uluğbəy tərəfindən idarə
olunsa da imperiyanın başçısı Şahrux idi. Bütün udel mülk-
lərində, o cümlədən Mavərənnəhrdə xütbədə birinci Şahruxun
adı çəkilirdi, pulların üstündə Şahruxun adı qeyd olunurdu.
Uluğbəy atasının ilk tələbi ilə onun ordusuna əsgər göndərməli,
onun hərbi yürüşlərində iştrak etməli idi.
74
Nəhəng imperiya yaratmış əmir Teymur öz övladlarına
böyük bir miras qoymuşdu və onun qorunub saxlanması üçün
ardıcıl mübarizə aparmaq lazım idi. Şahrux da öz atası kimi öm-
rünü hərbi yürüşlərdə keçirmişdi. Lakin bu yürüşlər imperiyanın
ərazisinin genişləndirilməsinə deyil, onun qorunub saxlanmasına
yönəlmişdi. Teymurun ölümündən sonra onu İraq və Azərbay-
canda Qaraqoyunlularla mübarizədə, üsyan etmiş əfqanlarla
döyüşdə, Cənubi İranda ona qarşı çıxan Mirzə İskəndər və
Bayqara (Miranşahın oğlanları), öz nəvəsi Məhəmməd sultanla
mübarizədə görmək olardı. Moqolustan və köçəri özbəklər də
Mavərənnəhr üçün təhlükəli bir qüvvə kimi qalmaqda idilər.
Şahrux Xarəzm torpaqlarını köçəri özbəklərdən almaq üçün
ordu göndərmişdi. 1424 –cü ildə Uluğbəy Moqolustanla mübari-
zəyə başlamışdı. Qələbə əldə edən Uluğbəy böyük qənimətlə
geri qayıtmışdı. Lakin Uluğbəyin qələbəsi uzunömürlü deyildi.
Özbək ulusunun xanı Barak Teymurlu mülklərinə maraq
göstərirdi. Bu isə Uluğbəylə toqquşmaya gətirib çıxartdı. 1427 –
ci ildə Sır – Dəryanın cənubunda baş verən döyüşdə Uluğbəy
məğlub oldu. 1431 – ci ildə köçəri özbəklər yenidən Mavərən-
nəhrə hücüm edərək Ürgənci tutmuşdular, lakin burada uzun
müddət qala bilməyib geri çəkilmişdilər.
Əmir Teymurdan fərqli olaraq Şahrux özünə varis təyin
etməmişdi. Şahruxun oğlanlarından Baysunqur və Cuci hələ
onun sağlığında ölmüşdülər. Böyük oğul kimi Uluğbəy atasının
ölümündən sonra hakimiyyətə gəlməli idi. Lakin Şahruxun
arvadı Gövhər Şad Baysunqurun oğlu Əlaüddövləyə üstünlük
verirdi., bununla yanaşı Uluğbəydən və onun oğlu Əbdüllətifdən
ehtiyat etdiyi üçün öz fikrini açıq deyə bilmirdi. Şahrux 1447 –ci
ilin 18 martında vəfat edərkən Gövhər Şad Herata Əlaüddöv-
lənin yanına adam göndərib bildirdi ki, hakimiyyətə yiyələnsin.
Əlaüddövlə özünü açıq surətdə Xorasan hökmdarı elan etməyə
cəsarət etmədi. Gövhər Şad orduya rəhbərliyi Əbdüllətifə tapşır-
dı. Əbdüllətif isə atasının yanına adam göndərərək yaranmış
vəziyyət barədə ona məlumat verdi. Lakin Uluğbəy Herata gə-
lənə kimi Əlaüddövlə Nişapur yaxınlığında Əbdüllətifi məğlub
75
edərək əsir tutdu, onu Herata gətirərək İxtiyarəddin qalasına
saldı. Bundan sonra Əlaüddövlə Uluğbəylə döyüşə getdi. Be-
ləliklə, Şahruxun ölümündən sonra imperiya yenidən parçalandı.
Qərbi İranda və Farsda Məhəmməd sultan, Kurqan və Astra-
badda Əbülqasim Babur, Xorasanda Əlaüddövlə möhkəmlən-
mişdi. İran və Azərbaycan isə Qaraqoyunlu Cahangirin əlində
idi.
Danışıqlar yolu ilə oğlunu əsirlikdən xilas edən Uluğbəy Xo-
rasana yürüş edərək 1448-ci ilin fevralında baş verən döyüşdə
Əlaüddövləni məğlub etdi. Uluğbəy Əbdüllətifi Herata əmir
qoyub geri qayıtdı.
Xorasan yürüşü Uluğbəylə Əlaüddövlə arasında düşmən-
çiliyin başlanğıcını qoydu. Əlaüddövlənin məğlub edildiyi dö-
yüşdə Uluğbəyin digər oğlu Əbdüləziz də iştrak etmişdi. Dö-
yüşdə Əbdüllətif daha çox fərqlənsə də, qələbə barəsində fər-
man Əbdüləzizin adından elan edilmişdi. Digər tərəfdən, hələ
Şahruxun sağlığında İxtiyarəddin qəsri Əbdüllətifin xüsusi mül-
kü idi, onun əmlakı da burada idi. Xorasan yürüşü zamanı Əb-
düllətif qəsrə yiyələnsə də atası ona əmlakını götürməyə icazə
verməmişdi və həmin əmlak dövlət mülkiyyəti elan olunmuşdu.
Əbdüllətifin Heratda atasının düşmənləri ilə əlaqəyə girməsi
Uluğbəy üçün gərginlik yaratmaya bilməzdi. Bunula yanaşı
Uluğbəy həm də Baysunqurun oğlanları Əbülqasım Baburla və
Əlaüddövlə ilə də mübarizə aparırdı.
Herat əmirlərinin bir hissəsi 1448 –ci ilin noyabrında Uluğ-
bəyə qarşı üsyan etdilər. Qiyama vaxtı ilə Herat əmri olmuş Əbu
Səid və Qaraqoyunlu İskəndərin oğlu Yar Əli başçılıq edirdi.
Herata gələn Uluğbəy qiyamı yatıra bilsə də Mavərənnəhrdəki
ixtişaşlarla əlaqədar Xorasanı tərk etməyə məcbur oldu.
Mavərənnəhrdə sakitliyi bərpa etdikdən sonra Uluğbəy oğlu
Əbdüllətifin dövlətin vahidliyinə yönəlmiş hərəkətlərinə son
qoymaq üçün ona qarşı getdi. 1449-cu ilin oktyabrında Səmər-
qənd ətrafında baş verən döyüşdə məğlub olan Uluğbəy oğlu
Əbdüləzizlə Səmərqəndə sığınmaq istəsələr də şəhər rəisi qapını
bağlayaraq onları içəri buraxmadığı üçün onlar Şahruxin qala-
76
sına gəldilər. Qala rəisi onları Əbdüllətifə təslim etmək fikrinə
düşdü. Uluğbəy qərara aldı ki, Səmərqəndə qayıtsın, Əbdüləziz
isə qardaşına tabe olsun. Əbdüllətif atasına əvvəlcə Məkkəyə
getməyə icazə verdi. Uluğbəydən narazı olan adamlar isə onu
öldürməyi qərara aldılar. Əbdüllətif isə əslində buna göz yumdu.
Uluğbəy Məkkəyə yola düşərkən 1449 –cu ilin oktyabrın 27 –də
öldürüldü.
Ara müharibələri yenidən gücləndi. Uluğbəyin öldürülmə-
sindən üç gün sonra Əbdüllətif qardaşı Əbdüləzizi öldürərək
Səmərqənddə hakimiyyətə yiyələndi. Əbdüllətifin qəddar
hərəkətlərindən narazı qalan bir qrup adam sui –qəsd təşkil edə-
rək 1450-ci ilin mayında Əbdüllətifi öldürdülər. Mavərənnəhrdə
hakimiyyət İbrahim sultanın oğlu Abdullanın əlinə keçsə də,
onun hakimiyyəti çox çəkmədi. Miranşahın hakimiyyətə gəlmək
iddiasında olan nəvəsi Əbu Səid kömək üçün özbək xanı
Əbülhayirə müraciət etdi. 1451-ci ilin iyununda baş verən döyüş
Abdullanın ölümü və Əbu Səidin hakimiyyətə gəlməsi ilə
nəticələndi. Əbu Səid 1451 -1468-ci illərdə Mavərənnəhri idarə
etdi. Xorasan isə 1457-ci ilə kimi Baburun hakimiyyəti altında
idi, onun ölümündən sonra Əbu Səid Xorasana da yiyələnərək
imperiyanın hər iki hissəsini yenidən birləşdirdi. Əbu Səid
Xorasanı tutduqdan sonra Heratı öz paytaxtına çevirdi.
1467-ci ildə Ağqoyunlu Uzun Həsən Teymurluların müttə-
fiqi Qaraqoyunlu Cahan şahı öldürərək onun kəsilmiş başını
Əbu Səidə göndərdi. Əbu Səidin onunla müharibəyə hazırlaş-
dığını bilən Uzun Həsən əvvəlcə diplomatik yolla münasibətləri
nizama salmağa cəhd etsə də buna nail ola bilmədi. Əbu Səidin
ordusu 1468 –ci ilin payızında Azərbaycana gələrək Xəzər də-
nizi sahilində Mahmudabad və Qızıl Ağac rayonlarında məskən
saldı. Əbu Səidii məğlub edən Uzun Həsən onu əsir kimi
Xorasan taxtına iddialı olan Məhəmməd Yadigara (Miranşahın
nəvəsi) göndərdi, Yadigar isə onu edam etdirdi.
Əbu Səidin ölümü barəsində məlumatı olan sultan Hüseyn
(Ömər Şeyxin nəticəsi) Herata yiyələndi. Teymurlular impe-

77
riyası yenidən iki hissəyə parçalandı. Xorasanı sultan Hüseyn,
Mavərənnəhri isə Əbu Səidin oğlanları idarə edirdi.
Sultan Hüseynin dövründə (1469-1506) Herat iqtisadi, siyasi
və mədəni cəhətdən xeyli inkişaf etmişdi. Mavərənnəhrin özün-
də isə XV əsrin axırlarında gərgin siyasi vəziyyət yaranmışdı.
Hakimiyyət uğrunda gedən mübarizə ölkənin işğalı üçün şərait
yaradırdı. 1501 –ci ildə Məhəmməd Şeybanlı Səmərqəndi tutdu,
bundan sonra Xorasan uğrunda mübarizəyə başladı. 1506-cı ildə
Sultan Hüseynin ölümü barədə məlumat alan Şeybanlı xanı
Herata doğru hərəkət edərək 1507-ci ilin mayında Teymur-
luların ikinci paytaxtı olan Heratı da tutdu və bununla da əsası
əmir Teymur tərəfindən qoyulan imperiya süqut etdi.
6.4.İctimai münasibətlər. Teymurlular imperiyasında torpaq
sahibliyinin geniş yayılmış formalarından biri soyurqal (“bəx-
şiş”) idi. Əmir Teymur ayrı-ayrı vilayətləri, geniş torpaq sahə-
lərini oğlanlarına, nəvələrinə, hərbi xidmət müqabilində əmirlərə
vermişdi. Nisbətən kiçik mülklər əvvəlki sahiblərinin ixtiyarında
qalmışdı. Məsələn, Şirvanşah I İbrahim əmir Teymurun ali haki-
miyyətini tanıdıqdan sonra Şirvan onun mülkü kimi saxlanıl-
mışdı.
Soyurqal nadir hallarda itaətə gətirilmiş ərazilərin əhalisinə
də verilirdi., lakin bu zaman onların müqavimətsiz təlim olması
nəzərə alınırdı. Məsələn, 1396-cı ildə Şimali Dağıstanda Beş-
kənd adlı yerin əhalisi Teymura müqavimətsiz təslim olduğu
üçün həmin yer əhaliyə verilmişdi.
Soyurqal sahibi ona məxsus olan ərazidə vergi toplamaq,
mərkəzi hakimiyyətin razılığını soruşmadan məmurları təyin
etmək, işdən çıxarmaq hüququna malik idi. Teymurlular dövlə-
tində soyurqal irsi xarakter daşıyırdı. Onun sahibi hökmdarın
ordusuna əsgər verməli idi. Mərkəzi hakimiyyətin nümayən-
dələri, maliyyə məmurları soyurqal torpağına daxil ola bilməzdi.
Çox geniş torpaq sahələrinin soyurqal kimi verilməsi əslində
dövlətin zəifləməsinə aparırdı, çünki ayrı-ayrı adamların əlində
geniş torpaq sahələrinin cəmlənməsi onların əlində böyük sər-
vətin toplanmasına və müstəqilliyə can atmalarına şərait yara-
78
dırdı. Həmin proses əmir Teymurun ölümündən sonra özünü
aydın göstərməyə başladı.
Soyurqal Teymurlular dövlətində irsi xarakter daşısa da
Şahrux soyurqal sahiblərinin üzərində ciddi nəzarət qoymuşdu,
soyurqal sahiblərinin maliyyə muxtariyyatı heç də tam deyildi,
onların gəlirlərinin bir hissəsi illik pay kimi dövlət xəzinəsinə
verilirdi. Soyurqal sahiblərinin itaətsizlik göstərməsi isə onların
bu torpaqlardan məhrum olunmasına gətirib çıxarırdı. Məsələn,
1414/15-ci ildə İskəndər qiyam qaldırdığı üçün soyurqal kimi
aldığı İsfahan, Həmədan, Luristan və Farsı itirmişdi.
İri torpaq sahibləri içərisində tarxanlar da əhəmiyyətli yer
tuturdu. “Tarxan” rütbəsi dövlət başçısının fərmanı ilə verilirdi.
Lakin tarxanlar üçün verilmiş fərman özü torpağın verilməsini
nəzərdə tutmurdu. Torpaq ola bilərdi ki, tarxan fərmanı almış
şəxsin əvvəldən də xüsusi mülkiyyəti idi.Tarxanlar vergidən
azad idilər. Əmirlər, bəylər, sadə hərbi rəislər, mülki məmurlar,
seyidlər, ali din xadimləri içərisində tarxan fərmanı almış şəxslər
var idi.
Tarxanlar müstəqil surətdə xanın yanına gəlib-getmək hüqu-
quna malik idilər, onların səhfi doqquz dəfə bağışlanırdı, onuncu
dəfə isə məsuliyyətə cəlb olunurdular.
Saray əyanları, ali din xadimləri, bəzi hallarda kiçik mülk
sahibləri içərisində tarxanlar var idi. Ara müharibələri dövründə
bu və ya digər udel hakimlərinin taleyinin həll edilməsində
tarxanların mövqeyi böyük rol oynayırdı. Ən nüfuzlu tarxanlar
çox geniş vilayətləri idarə edirdilər.
Teymurlular dövlətində soyurqal və tarxan torpaqları ilə ya-
naşı xass, üsr və vəqf torpaqları da var idi. Xass torpaqları xü-
susi adamların mülkiyyəti idi. Üsr torpaqları da xüsusi mül-
kiyyətədə olan torpaqlar idi. Lakin onlar dini feodallara – seyid-
lərə və xocalara məxsus idi. Onlar əldə etdikləri gəlirin onda
birini vergi kimi verirdilər.
Vəqf torpaqları dini müəssisələrə (məscid, mədrəsə) məxsus
idi. Belə torpaqlar bütün vergilərdən azad idi. Buradan toplanan

79
vergilər onların məxsus olduqları müəssisənin xəzinəsinə daxil
olurdu.
Teymurlular dövründə Xorasan və Mavərənnəhrdə kəndlilər
dörd kateqoriyaya bölünürdülər: dövlət torpaqlarında yaşayan-
lar; şəxsi torpaqda yaşayanlar, öz torpaqları olanlar və vəqf
torpaqlarında yaşayanlar.
Böyük torpaq sahələrinə malik olan feodallar onu kiçik
hissələrə ayıraraq icarə əsasında əkinçilərə verirdilər. İcarədar
məhsulun bir hissəsini torpaq sahibinə verirdi.
Vəqf torpaqlarında icarə müqaviləsi üç ildən artıq ola
bilməzdi. Xəzinə və soyurqal torpaqlarında yaşayan kəndlilər isə
xəzinəyə və soyurqal sahibinə vergi ödəyirdi.
Teymurlular dövründə əsas vergi xərac idi. Xərac torpaq
vergisi olub natura və pul formasında ödənilirdi. Biyardan da
istifadə olunurdu. Hökmdar və vilayət hakimləri, dini və dün-
yəvi feodallar məcburi qaydada əkinçiliklə məşğul olan əhalini
şəhər divarlarının, qala, saray, məscid, mədrəsə tikilməsinə,
kanalların çəkilməsinə cəlb edirdilər.
Sənətkarlar tamğa vergisi ödəyirdilər. Tamğa Uluğbəyin
dövründə xəzinənin əsas gəlirlərindən biri idi. Tamğanın bəzi
yerlərdə ləğv edilməsi halları da olmuşdu. Əbu Səidin dövründə
Səmərqənddə və Buxarıda tamğa ləğv edilmişdi. Sənətkarlar
can vergisi də ödəyirdilər.
Tamğanı tacirlər də ödəyirdi. Uluğbəy sənətkarlığın inkişa-
fına diqqət verdiyi üçün o, xarici tacirlərdən alınan verginin
həcmini artırmışdı. Belə bir məsələni də nəzərə almaq lazımdır
ki, sənətkarlar tacirlərdən, xüsusilə onların beynəlxalq ticarətdə
iştrak edən qrupundan çox asılı idilər. Sənətkarlıq məhsullarına
qiymət qoyulmasında tacirlər sənətkarlara təsir göstərirdilər.
Mənbələrdə kənd və şəhər əhalisinin yaşayış səviyyəsi
barəsində məlumat olmasa da əhali üzərinə qoyulmuş çoxsaylı
vergi və mükəlləfiyyətləri nəzərə alanda məlum olur ki, əhalinin
yaşayış səviyyəsi çox da yüksək deyildi. Mavərənnəhr əhalisi
nisbətən yaxşı yaşayırdı və bu, işğal olunmuş ölkələrin istismar
edilməsi ilə bağlı idi. Əmir Teymur 1396 –cı ildə “beşillik
80
yürüş”dən Səmərqəndə qayıdarkən əhalini üç il müddətinə ver-
gilərdən azad etmişdi. Uluğbəyin dövründə vergilər minimum
məbləğə endirilmişdi.
Məmur özbaşınalığına, qanunsuz hərəkətlərə görə xalq
çıxışları da baş verirdi. 1470 – ci ildə Heratda baş verən üsyan
da bununla bağlı idi. Üsyanı yatırmaq üçün hökumət müəyyən
güzəştlərə getməyə məcbur olmuşdu. Özbaşına hərəkət edən
məmurlar işdən uzaqlaşdırılmışdı. Sultan Hüseyn bəzi vergiləri
iki il müddətinə ləğv etmişdi.
6.5.İqtisadi həyat.Teymurlular dövlətində ictimai quruluşun
iqtisadi bazasını yenə də kənd təsərrüfatı təşkil təşkil edirdi.
Monqol işğalları zamanı kənd təsərrüfatına ciddi ziyan
dəymişdi. Digər tərəfdən Mavərənnəhrin kənd təsərrüfatının
əsas sahəsi olan əkinçiliyin inkişafına köçəri və yarımköçəri
heyvandarlığın əhəmiyyətinin artması da mane olurdu. Monqol-
lar ilk növbədə heyvandarlığın inkişafına çalışdıqları üçün
əkinçiliyin tərəqqisinə mane olurdular. Düzdür, həmin dövrdə
köçəri heyvandarların oturaq həyata keşməsi halları da var idi,
lakin bu, onların təsərrüfat həyatında əhəmiyyətli dəyişiklik
yarada bilməzdi.
Teymurlular dövründə isə kənd təsərrüfatına və onun əsas
sahəsini təşkil edən əkinçiliyə münasibət tamamilə fərqli idi.
Teymurlular əkin sahələrinin genişləndirilməsinə çalışır, mon-
qollar dövründə dağıdılmış irriqasiya sisteminin bərpa edilmə-
sinə, yeni su kanallarının çəkilməsinə fikir verirdilər. Xorasanın
tutulmasından sonra Teymurun göstərişi ilə onun əmirləri və
əyanları Murqab çayından 20 kanal çəkdirmişdilər. Teymur
1403-cü ildə qışlamaq üçün Gürcüstandan Qarabağa gedərkən
yolüstü Beyləqanda olan zaman buranın abadlaşdırılması, Araz-
dan kanal çəkilməsi barəsində göstəriş vermişdi.
Əkinçiliyin inkişafına fikir verən hökmdarlar əkin sahələ-
rinin qorunmasını da yaddan çıxartmırdılar. Bu məqsədlə xüsusi
gözətçi dəstələri yaradılmışdı.
Əhali əkinçiliklə yanaşı, bağçılıq, bostançılıq, üzümçülüklə
də məşğul olurdu. Səmərqəd şəhərinin özündə böyük bağlar
81
salınmışdı. Məhsulların qiyməti də yüksək olmurdu. İspan səfiri
Klavixonun məlumatına görə Səmərqənd şəhəri və onun ətraf
torpaqları o qədər zəngin idi ki, şəhəri belə zənginliyinə görə
Səmərqənd adlandırırdılar, belə ki, bu da varlı kənd mənasını
verir.
Bəzi yerlərdə heyvandarlıq daha çox inkişaf etmişdi. Hey-
vandarlıqla məşğul olan əhali ət, süd, kumıs hazırlayırdılar.
Paltar və ev əşyalarının hazırlanmasında heyvandarlıq məhsul-
larından istifadə olunurdu.
Əmir Teymurun yürüşləri dövründə işğal olunmuş ərazi-
lərdən xeyli adam Mavərənnəhrə, ilk növbədə Səmərqəndə kö-
çürülmüşdü. Bunların əhəmiyyətli bir hissəsini sənətkarlar təşkil
edirdi. Səmərqəndə gətirilmiş sənətkarlar müxtəlif xalqların
nümayəndələri idi.
Teymurluların sənətkarlığın inkişafına diqqət yetirmələrini
belə bir fakt da sübut edir ki, şəhərlərdə sənətkarlıq məhsulla-
rının satılması üçün xüsusi bazarlar, ticarət-sənətkarlıq mərkəz-
ləri tikilmişdi. Müxtəlif sənətlərə aid olan bazarlar bir-birinə
qarışmadan ayrıca fəaliyyət göstərirdi.
Toxuculq inkişaf etmişdi. Pambıq, yun və ipəkdən parçalar,
müxtəlif rəngdə və ölçüdə xalçalar toxunurdu. Mavərənnəhr
sənətkarları tərəfindən hazırlanan toxuculuq məmulatları həm də
başqa ölkələrə aparılırdı. Bu isə o demək idi ki, yerli sənətkar-
ların əlaqələri daxili bazarlardan da uzaqlara çatırdı.
Sənətkarlığın inkişaf etmiş sahələrindən biri də metal emalı
idi. Misdən mis qablar və digər məişət əşyaları hazırlanırdı.
Sənətkarların bir hissəsi qızıl, gümüş və bürüncdən müxtəlif
məmulatların hazırlanması ilə məşğul idi. Qızıl və gümüşdən
müxtəlif şeylərin hazırlanmasına yerli feodal əyanlarının, gəlmə
varlı tacirlərin tələbatı da təsir göstərirdi. Onların qiymətli
şeylərə böyük tələbatı var idi. Mis, bürünc və baha olmayan
gümüşdən hazırlanan sırğa, üzük və qolbaqlar orta təbəqədən
olan qadınlar tərəfindən istifadə olunurdu. Möhür hazırlayan
sənətkarlar da var idi. Bəzi muzeylərdə nefritdən, əqiqdən hazır-
lanan və Teymurlu hökmdarlarına aid möhürlər var.
82
Aparılan müharibələr silahqayırmaya da təsir göstərməyə
bilməzdi. Səmərqənd dövlətin paytaxtı kimi silah istehsalı mər-
kəzinə çevrilmişdi. Bir sıra xüsusi emalatxanalarda hücüm və
müdafiə xarakterli silahlar hazırlanırdı.
Teymurlular dövründə tikinti işlərinin genişlənməsi ilə əla-
qədar tikinti materiallarının hazırlanması da mühüm əhəmiyyət
kəsb edirdi. Bəzi tikililərdə bişmiş kərpicdən istifadə olunurdu.
Tikintidə çalışanlar içərisində memarlar, daş yonanlar, mala
çəkənlər, dülgərlər var idi.
Səmərqəndin ən məşhur memarlıq abidələrindən olan və
1399 –1404-cü illərdə tikilmiş Bibixanım məscidinin inşasında
bütün Şərq ölkələrindən memar, rəssam, usta və sənətkarlar
çağrılmışdı. Burada Azərbaycan, İran, Hindistan və s ölkələrdən
də sənətkar gətirilmişdi.
Səmərqəndin bir sıra küçələri və məhəllələri burada yaşayan
əhalinin bir hissəsinin məşğul olduğu sənət sahələrinin adını
daşıyırdı. Şəhərdə daşyonanlar küçəsi də var idi.
Sənətkarlar müxtəlif formalı şüşə qablar, rəngli pəncərə
şüşələri hazırlayırdılar. Sənətkarlıq məhsulları içərisində kağız
xüsusi yer tuturdu. Şəhər ətrafında kağız hazırlamaq üçün ema-
latxanalar var idi. Burada hazırlanmış kağızdan digər şəhərlərdə
də istifadə olunurdu.Kitabların cildlənməsi və bədii tərtibatı ilə
məşğul olan sənətkar var idi. Bəzi kitabların cildi dərindən olur-
du.
Teymurlular dövrü daxili ticarətin inkişafı, beynəlxalq tica-
rət əlaqələrinin genişləndiyi dövrdür. Bazarların, ticarət evləri-
nin tikilməsi ticarətin inkişafına kömək edirdi. Teymurlular
dövlətinin paytaxt şəhərləri olan Səmərqənd və Herat Yaxın və
Orta Şərqin ən böyük ticarət və mədəniyyət mərkəzlərinə çev-
rilmişdi.
Əmir Teymur Avropa ilə Asiya arasındakı başlıca ticarət
yollarını öz nəzarəti altında saxlamağa çalışırdı. Lakin Toxta-
mışın 1386-cı ildə Cənubi Azərbaycanı, o cümlədən Təbrizi
tutması ilə əmir Teymurun bu planına zərbə vurmuşdu. Bununla
barışmaq istəməyən Teymur Sultaniyyəni, Zəncan və Ərdəbil-
83
dən keçən və “Böyük qərb yolu” adlanan yolun böyük bir
hissəsini tutdu.
Mavərənnəhrin müxtəlif şəhərlərində müxtəlif ölkələrdən
gəlmiş tacirləri görmək olardı. Rusiya və Volqaboyundan dəri
və mahud, Çindən ipək parça, Hindistandan ədviyyat gətirilirdi.
Teymurlu hökmdarları beynəlxalq karvan ticarəti yollarının
təhlükəsizliyinin təmin olunmasına da fikir verirdilər. Bunu əmir
Teymurun və Şahruxun Fransa, Çin, Hindistan və Misirə səfirlər
göndərmələri də göstərir.
Mavərənnəhrdən əsasən pambıq və ipək parçalar, kağız,
meyvə, düyü, xam pambıq ixrac olunurdu.
6.6.Mədəniyyət. Teymurlular dövründə mədəniyyət və elmin
müxtəlif sahələrində əldə olunmuş uğurlar dünya mədəniy-
yətinin zənginləşməsinə, inkişaf etməsinə mühüm təsir göstər-
mişdi. Sülalə üzvləri özləri elmlə məşğul olmaqla yanaşı mədə-
niyyət xadimlərinin işləməsi üçün şərait yaratmış, onlara hima-
yədarlıq etmişlər.
Teymurlu hökmdarlarından Uluğbəy həm də öz dövrünün
tanınmış alimlərindən biri idi. Onun yunan alimləri Platon və
Aristotelin əsərləri ilə tanışlığı var idi, türk alimləri Biruni, İbn
Sina və Məhəmməd Xarəzminin əsərlərini oxumuşdu. Dövrün
məşhur astronom və riyaziyyatçıları Cəmşid Qiyasəddin, Kazi-
zadə Rumi Uluğbəyin müəllimləri idi.
Uluğbəyin dövründə Səmərqənd, Buxara və Hicduvan
mədrəsələri, Səmərqənd rəsədxanası tikilmişdi və onlar elm,
mədəniyyət mərkəzləri kimi fəaliyyət göstərirdilər. Rəsədxanada
Uluğbəylə yanaşı “öz dövrünün Platonu” adlandırılan Kazızadə
Rumi, Cəmşid Qiyasəddin, Əli Quşçu kimi məşhur alimlər işlə-
yirdi.
Rəsədxananın elmi potensialını və onun yaradıcılıq qabiliy-
yətini “Uluğbəyin ulduzlar cədvəli” əsəri aydın göstərirdi.
Dünya astronomiya elminin nadir incilərindən olan bu əsərdə
Səmərqənd astronomlarının elmi fəaliyyətinin nəticələri öz ək-
sini tapmış, Şərq alimlərinin uzun əsrlər boyu astronomiya sahə-
sindəki tədqiqatları ümumiləşdirilmişdir. Əsərdə il, ay, era
84
anlayışları izah olunmuş, ulduzlar və planetlər arasındakı məsa-
fələrin müəyyən edilməsi qaydası göstərilmişdir. Ulduz ilinin
uzunluğu barəsində Səmərqənd rəsədxanası alimlərinin dəqiq
məlumatı indinin özündə də böyük maraq doğurur. Uluğbəyə
görə ulduz ilin uzunluğu 365 gün 6 saat 10 dəqiqə və 8 saniyəyə,
müasir elmi məlumatlara görə isə 365 gün 6 saat 9 dəqiqəyə 9,6
saniyəyə bərabərdir.
Səmərqənd alimlərinin nailiyyətləri Şərq və Qərb ölkələ-
rində astronomiya elminin inkişafına böyük təsir göstərmişdir.
Hindistanda, Çində rəsədxanalar tikilmiş, əsərlər yazılmışdı.
Uluğbəyin əsəri sonralar Oksford və Londonda nəşr olun-
muşdur.
Səmərqənd astronomlarının elmi uğurları hələ orta əsrlərdə
dünya elmində yüksək qiymətləndirilsə də, riyaziyyatçıların
əsərləri uzun müddət kölgədə qalmışdı. Avropa ölkələrində uzun
müddət belə fikir mövcud olmuşdur ki, Şərq ölkələrinin alimləri
dünya riyaziyyat elminə hər hansı bir yenilik gətirməmişlər.
Tədqiqatlar isə göstərmişdir ki, uzun müddət durğunluq vəziy-
yətində olmuş Avropa riyaziyyat elminin orta əsrlərin son
mərhələsində və ondan sonrakı illərdə inkişaf etməsində də
Yaxın və Orta Şərq olkələrinin, o cümlədən Türküstan və Azər-
baycan alimlərınin böyük rolu olmuşdur. Avropa riyaziyyatçıları
bir çox uğurlarına görə məhz Şərq alimlərinə minnətdar
olmalıdırlar. Bu cəhətdən Əl-Xarəzminin (IX əsr), Biruninin
(X_XI əsrlər), N.Tusinin (XIII əsr) və Uluğbəy məktəbinin
əsərlərini qeyd etmək olar.
Teymurluların sarayında cəmlənmiş müxtəlif elm adamları
içərisində tarixçilər də var idi. Tarixçi Qiyasəddin Əlinin “Hin-
distan yürüşünün gündəliyi”, Nizaməddin Saminin “Zəfərnamə”
əsərlərində əmir Teymurun dövrünün tarixi öz əksini tapmışdır.
Bu müəlliflərin də əsərlərindən istifadə etməklə “Zəfərna-
mə”əsərini yazmış Sərafəddin Əli Yəzdi də əmir Teymurun
tarixini qələmə almışdır.
Mavərənnəhr hökmdarı Uluğbəyin özü də tarixə böyük ma-
raq göstərirdi. O, “Dörd ulusun tarixi” əsərinin müəllifidir.
85
Teymurlular dövrünün tarixinin öyrənilməsi işində Əbdür-
rəzaq Səmərqəndinin, Mirxondun (1438-1496), daha çox Xan-
dəmir adı ilə tanınmış Qiyasəddin Məhəmməd Humanəddinin
(1476-1534), eləcə də XVI əsrdə Baburlular dövlətinin əsasını
qoyan Teymurlu şahzadəsi Z.Baburun əsərləri mühüm əhəmiy-
yətə malikdir.
Teymurlular dövrünün tarixi ilə bağlı olan əsərlər hərbi-
siyasi, sosial-ictimai, elm-mədəni məsələlərinin öyrənilməsi
üçün əhəmiyyətlidir. Bununla yanaşı həmin əsərlər tənqidi təhlil
tələb edir, çünki bunların bir çoxu saray tarixçiləri tərəfindən
rəsmi göstəriş əsasında yazılmışdır, müəlliflər sülalə üzvlərinin
mövqeyini və baxışlarını nəzərə almaya bilməzdilər.
Teymurlular dövrü ədəbiyyat və poeziyanın da inkişaf etdiyi
dövrdür. Məşhur özbək şairi Əlişir Nəvai (1441-1501) “Fərhad
və Şirin” , “Xəmsə”, “İdeyalar xəzinəsi”, “Məşhur adamların
yığıncağı”, “Quş dili” əsərlərinin müəllifidir. Müəllif dünya
ədəbiyyatı ilə də tanış idi. O, Nizami Gəncəvinin yaradıcılığı ilə
tanış olduqdan sonra özü də “Xəmsə” yazmışdı. Nəvai özü
müəyyən illərdə dövlət vəzifələrində işləmiş., həm də məktəb-
lərin açılmasına, elm və mədəniyyət xadimlərinə köməklik
göstərilməsinə yardım etmişdir. Onun əsərlərində hökmdarların
qəddarlığı, məmurların özbaşınalığı pislənilir, ara müharibələ-
rinə, qan düşmənçiliyinə son qoyulması fikri əks olunur.
Monqol yürüşləri dövründə Mərkəzi Asiyada dağıdılmış
yaşayış məskənlərinin, tikililərin bərpa olunması üçün ardıcıl iş
aparılması lazım idi. Bu istiqamətdə görülən işlər içərisində
Teymurluların fəaliyyəti diqqəti cəlb edir. Əmir Teymurun və
onun varislərinin dövrü Mərkəzi Asiyada şəhər mədəniyyətinin
çiçəklənməsi dövrüdür. Sülalə üzvlərinin şəhər quruculuğuna
xüsusi fikir vermələri, bu sahədə toplanılmış zəngin tarixi təc-
rübə və ondan səmərəli istifadə olunması mədəni tərəqqiyə şərait
yaradırdı. Şəhər quruculuğu ümumdövlət quruculuğu vəzifələri
sırasına daxil idi, əhalinin bütün təbəqələrinin cəlb olunduğu
quruculuq işlərinə böyük vəsait qoyulurdu.

86
Bir çox şəhərlərdə böyük həcmdə tikinti işləri aparılırdı.
Bununla bərabər Səmərqənddə bu məsələyə daha çox fikir veri-
lirdi. XV əsrin başlanğıcında Səmərqənddə olmuş ispan səfiri
Klavixo qeyd edir ki, əmir Teymurun dövründə imtiyazlı bir
şəhərə çevrilmiş Səmərqənd dövlət başçısının fikrincə onun
bütün imperiyası üçün siyasi əhəmiyyət kəsb edirdi. Buna görə
də Səmərqəndə işğal edilmiş ərazilərdən minlərlə sənətkar
gətirilmişdi. Teymur vəsaitə, inşaat qüvvələrinə xəsislik etmirdi.
Səmərqəndin ətrafına 1371-1372-ci illərdə uzunluğu yeddi
kilometrə çatan qala divarları çəkilmişdi, şəhər ətrafında bir sıra
kəndlər salınmış, onlara dünyanın ən məçhur şəhərlərinin adları
(Qahirə, Dəməşq, Bağdad, Sultaniyyə, Şiraz) verilmişdi. Baği-
Çinar, Baği-Dilguşə, Baği-Behişt kimi bağlar salınmışdı.
Teymurlular dövrünə aid memarlıq abidələrini təyinatına
görə iki qrupa bölmək olar: mülki və dini memarlıq abidələri.
Birinci qrupa yaşayış evləri, saray və bazarlar, karvansaraylar,
rabatlar, mühəndis tikililəri, hamamlar, rəsədxanalar, ikinci qru-
pa isə məscid, minarə, mədrəsə, xanaka və mavzoleylər daxil
idi.
Sarayların özlərinin də iki növü var idi. Bunların bir hissəsi
dövlət işləri üçün nəzərdə tutulub iç qalada yerləşirdi. Bura əmir
Teymurun Səmərqənddəki Göy Sarayı və Şəhrisyabzdakı Ağ
Sarayı, Heratda Şahrux üçün tikdirdiyi Bağı-Şəhər sarayları
daxil idi.
1380-1403-cü illərdə tikdirilmiş Ağ Saray xüsusilə diqqəti
cəlb edir. Onun tikintisinə Ürgənc, Qaşqadərya, Azərbaycan sə-
nətkarları da cəlb olunmuşdu. Sarayda hökmdar və onun
arvadları üçün otaqlar var idi, qəbul otağı fəaliyyət göstərirdi.
Kvadrat formasında olan otağın divarları göy və qızılı rənglərlə
bəzədilmişdi.
Sarayların ikinci qrupuna şəhərlərin ətrafında tikilmiş saray-
lar aid idi. Bunlar sülalə üzvlərinə, varlı adamlara məxsus idi.
Bunların işərisində əmir Teymurun Dilguşə, Uluğbəyin Qırx
sütun sarayları xüsusi ilə fərqlənirdi.

87
Teymurlular dövründə xeyli bazar, karvansaraylar tikdiril-
miş, körpülər salınmış, su anbarları yaradılmışdı. Gigiyena,
istirahət və əyləncə mənbələri kimi fəaliyyət göstərən hamamlar
tikilmişdi.
XV əsr memarləq abidələri içərisində 1428-1429-cu illərdə
tikilmiş Uluğbəy rəsədxanası xüsusi yer tutur. Dairəvi formada
olan rəsədxana ağ kərpicdən tikilmişdi.
Əmir Teymurun arvadı Bibixanım üçün 1399-1404-cü illər-
də inşa etdirdiyi Cümə məscidinin bütün Şərqdə tayı-bərabəri
yox idi. Məscidin divarları çöldən müxtəlif rəngli minalı kərpic-
lərlə bəzədilmişdi, binanın içərisi daha zəngin idi. Divarlar
mozaikalarla bəzədilmişdi. Məscidin tikintisinə Şərqin ən yaxşı
memarları, rəssamları, ustaları və sənətkarları cəlb olunmuşdu.
Teymurlular dövrünün möhtəşəm adidələri içərisində mədrə-
sələr də əhəmiyyətli yer tutur. Burada həm dini kadrlar hazır-
lanır, həm də varlı ailələrin uşaqları oxuyurdu və onlar dövlət
işləri üçün hazırlanırdı. Məsələn, əmir Teymurun sevimli nəvəsi
Məhəmməd mədrəsəsi gənc varasin tərəfdarlarının tərbiyə
edilməsi üçün əhəmiyyətli rol oynayırdı. Uluğbəyin dövründə
mədrəsələr universitet rolunda çıxış edirdi. Burada dini elmlərlə
yanaşı riyaziyyat və fəlsəfəyə dair mühazirələr oxunurdu. Bəzi
mədrəsələrdə (Səmərqənd) məscid, kitabxana, yaxud sinif otağı
və 4 minarə olurdu.
VIV-XV əsrlərdə mavzoley tikintisi özünün ən yüksək zir-
vəsinə çatmışdı. Teymurlular dövründə tikilən və müasir dövrə
gəlib çıxan mavzoleylər öz gözəlliyi, tikinti texnikasının zən-
ginliyi ilə fərqlənir.
Əsası əmir Teymurun hakimiyyətinin ilk illərində qoyulmuş
“Şahi-Zində” (“Canlı şah”) mavzoleyinə sonradan da bir neçə
mavzoley əlavə olunmuşdu. Bu abidə kompleksi on bir müxtəlif
binadan ibarətdir. Kompleksin yuxarı hissəsində Teymurun
bacılarıTürkan xanımın (1371-1372), Şirin xanımın (1385-
1386), Tümən xanımın (1385) mavzoleyləri yerləşir. Mavzo-
leyin yuxarı hissəsi əmir Hüseynin anası Tuğlu Təkinin (1376),
Əmirzadənin (1386) mavzoleyi ilə başa çatır.
88
Zərifliyinə, dəqiqliyinə, rəngarəng formasına görə Səmər-
qənd abidələrindən heç biri “Şahi Zində” ilə müqayisə oluna
bilməz. Kompleksin tikintisi Uluğbəyin dövründə başa çatmışdı.
Burada Uluğbəyin oğlu Əbdüləzizin adından çıxış portalı (1434-
cü il) və astronom Kazızadə Rumi üçün mavzoley tikilmişdi
(1437).
Teymurlular dövrünün möhtəşəm adidələri içərisində “Quri-
Əmir” mavzoleyi də vardır. “Quri-Əmir” (yəni “Dünyanın sər-
dabəsi”) mavzoleyində ilk dəfə müsəlman ruhanilərinin tanınmış
nümayəndələri Mirsəid Bərəkə dəfn edilmişdi. Sonra isə
mavzoley sülalə sərdabəsinə çevrildi. Teymurun özü, oğlanları
Ömər Şeyx, Miranşah, Şahrux, nəvələri Məhəmməd sultan və
Uluğbəy, iki kiçik nəticəsi dəfn edilmişdir.
Teymurlular tərəfindən müxtəlif şəhərlərdə tikdirilən me-
marlıq abidələri, tarixi yazılı mənbələr təsviri və tətbiqi
incəsənətin də inkişaf etdiyini göstərir. Sarayların divarlarında
öz əksini tapan illüstrasiyalarda hərbi yürüşləri, əldə edilmiş
qələbələri, düşmənlərin qaçmasını, sülalə üzvləri tərəfindən
təşkil olunmuş mərasimləri, ovu əks etdirən səhnələr verilir.
Əmir Teymurun dövründə yaşamış məşhur rəssam Xoca
Əbd-əl Xəyya Səmərqənddə incəsənət ustalarının rəhbəri təyin
edilmişdi. Tarixçilərin verdikləri məlumatlara görə, rəssamlıq
sahəsində bu şəxsin tayı-bərabəri yox idi, ondan sonra yalnız iki
böyük rəssam olmuşdur: Şah Müzəffər və Behzad.
Təsviri incəsənətin inkişafında Pir Əhməd, Türküstan mi-
niatürlər məktəbinin banisi sayılan Ustad Qunqanın da böyük
rolu olmuşdur. Təsviri incəsənətin inkişafında Səmərqəndlə ya-
naşı Herat miniatür məktəbi də əhəmiyyətli rol oynayırdı. Şahru-
xun oğlu Baysunqur tərəfindən Heratda yaradılan “kitab pala-
tası”nda dövrün tanınmış incəsənət ustaları toplanmışdı.
Heratın ən məşhur rəssamı Kəmaləddin Behzad olmuşdur.
Avropalıların “Şərqin Rafaeli” adlandırdıqları Behzad Xorasan
hökmdarı sultan Hüseynin saray kitabxanaçısı olmuşdur. İstedad
və bacarığı ilə sultan Hüseyn və onun vəziri Əlişir Nəvainin
diqqətini cəlb edən Behzad Herat incəsənət məktəbinin başçısı
89
təyin edilmişdi, onun Sədinin “Büstan”, N.Gəncəvinin “Xəmsə”
əsərlərinə çəkdiyi rəsmlər böyük maraq doğurur.
XVI əsrin əvvəllərində Səfəvilərlə Seybanlılar arasında
Xorasan uğrunda gedən mübarizə Behzadın da həyatına təsir
göstərir. 1510-cu ildə Herat Səfəvilər tərəfindən tutulduqdan
sonra Behzad Təbrizə gətirilir və burada şah kitabxanasının
başçısı təyin olunur.
Teymurlular dövrünün təsviri incəsənət ustaları tərəfindən
hazırlanan sənətkarlıq məhsulları öz keyfiyyətinə və çeşid müx-
təlifliyinə görə dünyanın digər ölkələrinin sənətkarlıq məhsul-
larından geri qalmırdı, bir çox hallarda onları geridə qoyurdu.
Sənətkarların əməyini dövrün tanınmış adamları yüksək qiy-
mətləndirirdi. Əlişir Nəvai “Fərhad və Şirin” poemasında və
bəzi əsərlərində Teymurlular dövrünün sənətkarlarının əməyini
tərənnüm edir.
Teymurlu mülklərində xəttatlıq da inkişaf edirdi. Orta
əsrlərdə Şərq ölkələrində əlyazma sənətinə xüsusi fikir verilirdi.
Kitabların üzü əllə köçürülürdü, bu sahəyə bacarıqlı sənətkarlar
cəlb olunurdu.
Kitab hazırlanması işinə xəttatlar, rəssamlar, cildçilər də cəlb
olunurdu. Əllə köçürülmüş kitabların qiymətinə istifadə edilmiş
mürəkkəbin, kağızın və s. keyfiyyəti, sətirlərin yerləşdirilmə
məsafəsi, başlıqların hazırlanması da təsir göstərirdi. Daha məş-
hur xəttatlar tərəfindən köçürülən, mahir rəssamlar tərəfindən
şəkillər çəkilmiş kitablar çox qiymətli olurdu. Kitab cildləyən
ustalar bazarlarda olurdular. Səmərqənddə cildçi Mollazadənin
öz dükanı var idi. Teymurlulara məxsus kitabxanaların xüsusi
cildçiləri var idi. Heratlı xəttat Sultan Əli, Azhari, Mir Əli
Nəzavi böyük şöhrət qazanmışdılar. Sultan Əli öz müəllimi
Azhari tərəfindən “Xəttatlar şahı” təxəllüsünü almışdı.
Teymurlu mülklərində müsiqi və rəqs də inkişaf etmişdi.
Uluğbəyin özü də musiqi ilə məşğul olmuş, musiqiyə aid bir
neçə əsər yazmışdı. Musiqi ustalarına himayədarlıq edən Ə.Nə-
vai özü də bir neçə musiqi əsərinin müəllifidir. Hökmdarların
sarayında saray rəqqasları da var idi.
90
7.ORTA VOLQABOYU VƏ CƏNUBİ URALƏTRAFI
XALQLAR XV – XVIII ƏSRLƏRDƏ

7.1.Qazan xanlığının yaranması. Qızıl Ordanın mövcud-


luğunun ilk illərində başlıca hərbi qüvvə rolunda çıxış edən
Çingizli şahzadələri böyük mülk sahibləri kimi ordu hissələrinə
də rəhbərlik edirdilər. Hər bir şahzadənin öz dəstəsi var idi və
bunların köməyi ilə onlar asılı əhalini öz tabeliyində saxlayır-
dılar. Ayrı – ayrı ulus rəhbərlərinin güclənməsi böyük torpaq
sahiblərinin qüvvətlənməsinə və onların tədricən demək olar ki,
müstəqil hökmdarlara çevrilməsinə doğru aparırdı. Tokta xanın
və Özbək xanın dövründə Qızıl Ordada mərkəzi hakimiyyət
xeyli güclənsə də Canı bəyin dövründən uluslar arasında başla-
nan mübarizə əslində dövlətin tənəzzülünün ilk əlamətlərindən
xəbər verirdi.
Getdikcə adi hala çevrilən ara müharibələri mərkəzi haki-
miyyəti zəiflədərək vilayət rəhbərlərinin müstəqilləşməsinə, bəzi
böyük mülklərin Qızıl Ordadan ayrılmasına şərait yaradırdı.Belə
mülklər içərisində Orta Volqaboyu da var idi. Bu ərazi vaxtilə
Volqa Bulqar dövlətinin tərkibində olmuşdu. Batı xanın ümumi
rəhbərliyi altında monqol ordusunun 1236 – cı ildən qərbə
başlanan yürüşü nəticəsində Volqa Bulqariyası süqut etdi və
onun ərazisi Qızıl Ordanın tərkibinə daxil edildi. Bununla
bərabər Orta Volqaboyu ərazilər hələ Qızıl Ordanın mövcudluğu
dövründə müəyyən muxtariyyata malik idi. XIV əsrin birinci
yarısında feodal pərakəndəliyinin mövcud olduğu Orta Volqa-
boyunda Bulqar, Qazan və s xanlııqlar mövcud idi. Misirli alim
Amin əl Xoli qeyd edir ki, bulqar xanı 1330 – cü ildə Misirin
məmlük sultanı Ən Nasirin yanına səfir göndərərək ondan özü
üçün islam bayrağı xahiş etmişdi. Bu isə o demək idi ki, bulqar
səfirinin Qızıl Orda xanından icazə alıb – almamasından asılı
olmayaraq səfirlik bulqarların müstəqil siyasi aksiya həyata
keçirməyə qabil olduğunu göstərirdi. Bunu dövlət atributu kimi
bayraq istənilməsi də göstərir.

91
Bəzi mənbələrdəki məlumatlar da bulqar xanlarının muxta-
riyyata və müəyyən müstəqilliyə malik olmasını göstərir. Qızıl
Ordada hakimiyyət uğrunda mübarizənin getdiyi ilk illərdə,
1361 – ci ildə Bulqar torpağı Qızıl Ordadan ayrılmışdı. Qızıl
Orda xanı Bulat Teymur bura yürüş edərək Bulqar və Orta
Volqaboyundakı bütün şəhərləri tutmuşdu. Orda xanının qeyd
olunan ildə buraya yürüşündən belə nəticəyə gəlmək olar ki,
Orta Volqaboyundakı şəhərlər məhz müəyyən müstəqilliyə
malik olduqları üçün qeyd olunan yürüş həyata keçirilmişdi. Əks
halda Bulat Teymur böyük bir dövlətin tərkibində olan Orta
Volqaboyu şəhərlərinə hücum etməzdi.
1380–ci ildə baş verən Kulikovo döyüşü zamanı Mamayın
ordusunun tərkibində bulqarlar – qazanlılar iştrak etməmişdi,
bunun özü də Qazan xanlığının mövcud olmasını, Mamayın
buraya təsir etmək imkanının olmadığını göstərirdi. Rus səlna-
mələrində 1366, 1369, 1370, 1374, 1396, 1399 və 1431 – ci
illərdə rusların bulqar torpaqlarına yürüşləri barəsində məlu-
matıar verilir. Qızıl Ordanın həmin yürüşlərə müəyyən mənada
laqeyd qalması da Orta Volqaboyunun müəyyən müstəqilliyinə
malik olmasını göstərir.
XIV əsrin 60 – 80 –cı illərində baş verən hadisələr də
göstərir ki, Qazan xanlığı müstəqillik əldə etmişdi. Xanlıq hələ
Qızıl Ordanın süqut etmədiyi XIV əsrdə yaranmışdı. Qazan xan-
lığı Qızıl Ordanın qalığı deyildi, Volqa Bulqariyasının bilavasitə
varisi idi.
Qızıl Ordanın tarixini tədqiq etmiş V.Qrekov və A.Yaku-
bovski qeyd edirlər ki, bu xanlığın öz başlanğıcını Qızıl
Ordadan götürməsi haqqında tarixi ədəbiyyatda mövcud olan
fikir düz deyil. Krım xanlığına münasibətdə bu, müəyyən qədər
həqiqətə uyğundur. Bulqar, yaxud Qazana münasibətdə məsələ
başqa cürdür. Bu ölkə ən azı X əsrdən əkinçilik ölkəsi idi. Bütün
erkən orta əsrlərdə Bulqar vilayəti Aşağı Volqaboyuna, geniş
qıpçaq çöllərinə taxıl göndərirdi. Bulqarlar XIII – XIV əsrlərdə
və XV əsrin birinci yarısında etnik və mədəni münasibətlər baxı-
mından monqolların təsirinə az məruz qalmışdılar.
92
Qazan xanlığının yaranması barəsində tədqiqatçıların bir
hissəsi yuxarıda deyilənlədən fərqli fikirlər irəli sürürlər. Bəzi
müəlliflərə görə bu xanlığın əsası Toxtamışın nəvəsi Ulu
Məhəmməd tərəfindən 1438–ci ildə qoyulmuşdur. Halbuki Ulu
Məhəmməd barəsində məlumat verən mənbələrin heç birində
onun Qazanla əlaqəsi, nə vaxtsa buraya gəlməsi barədə məlumat
yoxdur. Ulu Məhəmməd özü Qızıl Ordada hakimiyyət uğrunda
mübarizədə məğlub olaraq Sarayı tərk etmiş və bir müddət
çöllərdə yaşamış, sonra isə Belev şəhərində məskən salmışdı.
Belev şəhəri Moskva və Litva mülklərinin sərhədlərində
yerləşirdi. Moskva Ulu Məhəmməddən bu şəhəri tərk etməyi
tələb edərək ona qarşı 40 minlik ordu göndərmişdi. 1437 – ci
ilin dekabrında baş verən döyüşdə ruslar məğlub olmuşdu. Ulu
Məhəmməd 1439 – cu ilin yazında Nijni Novqorodu tutur, sonra
Moskvaya hücüm edir. Moskva knyazı II Vasili şəhərin
müdafiəsini boyarlara tapşıraraq Volqanın arxasına qaçır. Bir
neçə gün Moskva ətrafında dayanan Ulu Məhəmməd ətraf
yerləri qarət edərək geri qayıdır. 1444 – cü ildə Ulu Məhəmməd
Muroma yürüş edir, sonra isə yaşadığı Nijni Novqoroda qayıdır.
Ulu Məhəmməd buradan oğlanlarını Moskva knyazı Vasiliyə
qarşı göndərir. 1445 – ci ilin iyulunda Suzdal yaxınlığında baş
verən döyüşdə məğlub olan Vasili əsir düşür. Bu döyüşdən
sonra Moskvada müdafiə işlərinin aparılması barədə məlumat
əldə edən tatarlar Nijni Novqoroda qayıdırlar.
Qazan xanlığının yaranmasını 1445 – ci ilə aid edən
müəlliflər də var. XVI əsrə aid olan rus səlnamələrində qeyd
olunur ki, Ulu Məhəmmədin oğlu Mahmud 1445 – ci ildə Qazan
şəhərini tutaraq onun Əli adlı (Libey) bəyini öldürdü və burada
hökmranlıq etməyə başladı. Bəzi tarixçilər də bu hadisəyə
əsaslanaraq Qazan xanlığının banisi kimi Mahmudu qeyd edir-
lər. Halbuki, səlnamələrdə də qeyd olunduğu kimi, Mahmudun
hücumuna kimi Qazanın öz başçısı var idi. Mahmudun Qazanı
tutması ilə xanlığın idarə olunma formasında, strukturunda və
atributlarında heç bir dəyişiklik baş verməmişdi. Dəyişiklik

93
yalnız sülalədə idi. Bulqar sülaləsi ləğv edilmiş, Qızıl Orda
sülaləsi hakimiyyətə gəlmişdi.
7.2.Qazan xanlığının ərazisi və əhalisi. Dövlət quruluşu.
Qazan xanlığı Orta və Aşağı Volqaboyunda böyük bir ərazini
əhatə edirdi. Təxminən 250 min. kv. km ərazini əhatə edən
Qazan xanlığının əhalisi bir milyon nəfər idi. Xanlıq şərqdə
Noqay Ordası, cənubda Həştərxan xanlığı, cənubi – qərbdə
Krım xanlığı, qərbdə isə Moskva dövləti ilə həmsərhəd idi.
Qazan xanlığının əhalisi tatar, udmurt, mari,çuvaş, mordvalilar-
dan ibarət idi. Əhalinin əsas hissəsini qədim bulqarların
nəslindən olanlar təşkil edirdi. Orta əsrlərdə yaşamış rus, ərəb,
fars və avropalı müəlliflərin əsərlərində xanlığın əhalisini “tatar”
adı ilə təqdim edirlər. Bu isə onunla bağlı idi ki, artıq XIV
əsrdən Qızıl Ordanın bütün türk tayfaları və xalqları “tatar” adı
ilə verilirdi.
Etnonim kimi tatar ifadəsi ilk dəfə epiqrafik abidələrdə VIII
əsrlərdə xatırlanır. Türkyutlara qarşı döyüşənlər içərisində “otuz
tatar” və “doqquz tatar” tayfalarının da adları çəkilir.
XIV əsrdən etibarən mənbələrdə öz əksini tapan “tatar”
etnonimi hər hansı bir türk xalqını bildirmək mənasında deyil,
kobud, vəhşi mənasında işlənir. Rus tarixçisi N.Kararmzin də
vaxtilə qeyd edirdi ki, indiki türk xalqlarından heç biri özünü ta-
tar adlandırmır, hər biri özünü öz torpaqlarının adı ilə adlandırır.
Orta Volqaboyunun türk əhalisi XX əsrə kimi özlərini heç
vaxt tatar adlandırmayıblar. Bu adın Qazan tatarlarına aid edil-
məsi rus imperiyasının işğalçılıq siyasəti ilə bağlı idi. Rusiya
imperiyasının tərkibinə daxil edilmiş bütün Şərq xalqları kobud,
vəhşi, ictimai inkişafdan geri qalmaq mənasında “tatarlar”
adlandırıldı. Öz sərhədlərini işğalçılıq yolu ilə genişləndirmək
siyasəti yeridən rus mütləqiyyəti hərəkətlərinə haqq qazandır-
mağa can atırdı. Belə bir fikir təbliğ olunurdu ki, türk xalqları
guya Rusiya sərhədlərinin toxunulmazlığı üçün böyük təhlükə
yaradırlar, çar hökuməti isə öz təhlükəsizliyini təmin etmək
üçün onlara qarşı yürüşlər təşkil edir.

94
Tatarıstanın sovetləşməsindən sonra qəti olaraq tatar
etnonimi Qazan tatarlarına aid edildi. Tarixi ədəbiyyatda “tatar
zülmü” ifadəsi geniş yer aldı.
Monqollarla tatarların ittifaqı mənasında monqol – tatar söz
birləşməsi rus tarix elmində XIX əsrin başlanğıcında göründü. O
dövrdən etibarən rus və sovet tarixşünaslığında, eləcə də Qərb
tarix elmində belə bir fikrin geniş təbliği başlandı ki, Böyük
Monqol imperiyası monqol – tatar ittifaqı nəticəsində yaran-
mışdır. Halbuku mənbələrdən də məlumdur ki, vahid monqol
dövlətinin yaranması uğrunda mübarizə dövründə Çingiz xan
tatar adı daşıyan xalqa elə bir zərbə vurmuşdu ki, tatarlar artıq
özlərinin əvvəlki qüvvələrini tamamilə itirmişdilər.
XIX əsrdə rus tarixşünaslığına monqol – tatar adının daxil
olması isə heç də təsadüfi deyildi. Rusiya imperiyasında inkişaf
etməkdə olan kapitalist münasibətləri yeni “sərbəst” torpaqlar,
işçi qüvvəsi tələb edirdi.
Rəsmi tarix elmi türk xalqlarının tarixini təhrif edərək
mütləqiyyətə “düşmən tatarların” işçi qüvvəsindən, təbii ehtiyat-
larından əvəzsiz istifadə etmək “hüququ” verirdi.
Qazan xanlığı feodal dövləti idi. Dövlətə xan rəhbərlik
edirdi. Dövlət başçısı dünyəvi feodallarla, müsəlman din xa-
dimləri ilə ən mühüm məsələlər barəsində məsləhətləşərək
qərarlar qəbul edirdi. Xanın seçilməsi və hakimiyyətdən uzaq-
laşdırılması, xarici dövlətlərlə müqavilələrin imzalanması və s.
kimi mühüm dövlət işlərinin həll edilməsi üçün qurultaylar
çağrılırdı. Qurultay nümayəndələri üç silkdən – din xadimləri-
nin, ordu rəhbərlərinin və torpaq sahiblərinin təmsilçilərindən
ibarət idi. Əhalinin digər təbəqələrinin nümayəndələri qurultay-
da iştrak etmək hüququna malik deyildilər.
Feodal əyanların ali təbəqəsini əmirlər təşkil edirdi. Bunla-
rın içərisindən dörd baş əmir seçilirdi və onlar karaçi adlanırdı.
Xivə xanı və tarixçi Əbülqazi qeyd edir ki, bu söz “baxmaq”
mənasını bildirir. Əmir idarə etdiyi ərazinin xalq qoşununun
başçısı idi.

95
Cəmiyyətin sosiaıl strukturunda əmirlərdən sonrakı yeri
murzalar tuturdu. “Murza” “əmirin oğlu” mənasını bildirirdi.
Əmir və murzaların əlində böyük torpaq sahələri cəmləşirdi.
Cəmiyyətdə ali müsəlman din xadimləri mühüm mövqeyə
malik idilər. Müsəlmanların ali dini rəhbəri hakimiyyətsizlik
dövründə müvəqqəti hökumətə rəhbərlik edirdi. Maarif məsə-
lələrinə din xadimləri baxırdı. Bu isə onunla bağlı idi ki, o
dövrdə xanlıqda hələ dünyəvi məktəblər yox idi. Digər dinlərə
hörmətlə yanaşılırdı. Qazan şəhərinin özündə xristian məbədi
fəaliyyət göstərirdi.
Qazan xanlığında feodalların digər nüfuzlu qrupunu
oğlanlar (ulanlar) təşkil edirdilər. Qurultayda iştrak etmək
hüququna malik olan oğlanlar hərbi təbəqəni təşkil edərək
orduda rəhbər vəzifələri tuturdular. Hərbi xidmətə görə onlara
torpaq sahələri verilirdi, lakin onların həcmi əmir və murzaların
torpaq sahələrindən kiçik idi.
Qazan xanlığında əhalinin hakim təbəqəsi ilə yanaşı vergi
verən təbəqə də var idi. Buraya şəhər və kənd əhalisinin müx-
təlif qrupları – tacirlər, sənətkarlar, kəndlilər və muzdla işləyən-
lər daxil idi. Bu təbəqəyə daxil olanlar idarəetmə işlərində iştrak
etmirdilər.
Qazan xanlığında feodal qrupları arasında mübarizə gedirdi
və bu, ölkənin siyasi – iqtisadi inkişafına mane olurdu. Daxili və
xarici siyasət məsələlərində xan feodal qruplarının müqaviməti
ilə üzləşirdi. Bunu xarici dövlətlər də bilirdilər və onlar xanla
yanaşı həm də onun qohumları,nüfuzlu feodallarla əlaqəyə girir-
dilər. Xanla əyanlar arasında yaranmış qarşıdurma bəzən çev-
rilişlərlə nəticələnirdi. 1496, 1530 – cu illərdəki qarşıdurma
xanların hakimiyyətdən getməsi ilə nəticələnmişdi.
Qazan xanlığındakı torpaqlar dövlət torpaqlarına, din xa-
dimlərinə məxsus olan torpaqlara və soyurqal torpaqlarına bölü-
nürdü. Dövlət torpaqları üzərində ali mülkiyyət hüququ xana
məxsus idi. Xan əmirlər vasitəsilə dövlət torpaqlarını becərən
kəndlilərdən vergiləri toplayırdı.

96
Soyurqal (bəxşiş) şərti torpaq sahibliyi idi. Xan hərbi,
yaxud mülki xidmət əvəzində feodallara torpaq sahələri verirdi.
Soyurqal sahibi ona məxsus olan ərazidə yaşayanlardan vergi
toplayırdı, xanın çağırışı ilə özünün silahlı adamları ilə dövlət
başçısının hərbi yürüşlərində iştrak edirdi.
Dini müəssisələrə məxsus olan torpaqlar vəqf torpaqları
adlanırdı. İctimai – siyasi həyatda əhəmiyyətli rol oynayan din
xadimlərinin böyük torpaq sahələrinə malik olmasını bəzi
kəndlərin (Seyidlər və s.) adlarından da görmək olardu.
Qazan xanlığında bir sıra vergilər də var idi. Yasak əsas
vergi olub gəlirin onda birini təşkil edirdi. Bu vergi həm natural,
həm də pul rentası formasında toplanırdı.
Torpaq vergisi xərac adlanırdı və o, adətən məhsulla
ödənilirdi. Şəhərə yaxın ərazidə yaşayan kəndlilər istehkamların
tikilməsində iştrak etməli idilər. Ticarətlə məşğul olanlar tamğa
adlı vergi verirdilər.
Məhkəmələrə müsəlman din xadimlıəri rəhbərlik edirdi.
Ölkənin baş qazısı Qazan şəhərində yaşayırdı.
7.3.Qazan xanlığının iqtisadi-mədəni həyatı. Əhalinin
təsərrüfat həyatında əkinçilik və heyvandarlıq əhəmiyyətli yer
tuturdu. Diyarın mərkəz hissəsində, xüsusilə iri təsərrüfatlarda
üçtarlalı əkin sistemi mövcud idi. Əkinçiliklə məşğul olan əhali
arpa, buğda, qarabaşaq, çovdar və darı əkirdi.
Geniş otlaqlar, böyük meşə sahələri heyvandarlığın inkişa-
fına şərait yaradırdı. Heyvandarlar inək, qoyun, keçi saxlayırdı.
At ilxıları var idi. Köçəri heyvandarlıq Kama arxası çöllərdə,
başqırdların məskunlaşdıqları ərazilərdə müstəqil sahə kimi
inkişaf edirdi.
Meşə arıçılığı, ovçuluq inkişaf edirdi. Meşə arıçılığı
mordvalar və marilər arasında daha geniş yayılmışdı.
Qazan xanlığının iqtisadi həyatında ticarət də əhəmiyyətli
yer tuturdu. Volqa ticarət yolu Rusiya, İran, ərəb ölkələri ilə
əlaqə saxlanılmasına imkan verirdi. Ölkədə hər il keçirilən tica-
rət yarmarkalarına Türküstan, Azərbaycan, Rusiya və Noqay
Ordasından tacirlər gəlirdi. Rusiyadan duz, Azərbaycan və
97
Türküstandan ipək, pambıq parçalar, kitablar, zərgərlik mə-
mulatları gətirilirdi.
Xanlıqdan digər ölkələrə balıq, dəri məmulatları gön-
dərilirdi. İtaliyalı səyyah İ.Barbaro hələ 1430 – cu ildə yazırdı
ki, Qazan Rusiya, Polşa, İran və Flandriyanı xəzlə təmin edirdi.
Qazan xanlığının təsərrüfatının inkişaf etmiş sahələrindən
biri də sənətkarlıq idi. Dəmir emalı, dulusçuluq, dəmirçilik,
xarratlıq, çilingərlik inkişaf etmişdi.
Şəhərlər içərisində paytaxt şəhər xüsusi yer tuturdu. Şərqi
Avropanın ən böyük şəhərlərindən birinə çevrilən Qazanda
xanın özünün sarayı yerləşirdi.Feodallar, tacirlər və sənətkarlar
paytaxtda yaşayırdı.
Xanlığın mövcud olduğu dövrdə mədəniyyət inkişaf et-
mişdi. Tatarlar ərəb qrafikasından istifadə edirdilər. Savadlı
adamlar əsasən dövlət məmurlarından, din xadimlərindən,
ticarətlə məşğul olanlardan ibarət idi.
Məscidlərin nəzdində məktəblər var idi. Qazan məscidində
mədrəsə də fəaliyyət göstərirdi. Elmin müxtəlif sahələrində
uğurlar əldə edilmişdi. Şeyx Bürhanəddin İbn Xızır əl – Bolqari
fəlsəfi traktatın müəllifi idi. XVI əsrdə yaşamış Şərafəddin
Bulqari “Bulqar tarixi” əsərini yazmışdı.
Qazan mədəniyyəti qonşu xalqların, o cümlədən rusların
mədəniyyətinə böyük təsir göstərmişdi. Əhalinin siyahıya
alınmasını ruslar tatarlardan mənimsəmişdilər. Altın, anbar,
arşın, bazar, batman, karvan sözlərini də tatarlardan götürmüş-
lər. Tatarlar rusları başmaq, almaz və mirvari ilə tanış etmişdilər.
Ruslar hərbi sahəyə aid müəyyən ifadələri də tatarlardan
götürmüşdülər. Ataman, yasaul, kazak, bahadur, qobur, xəncər
sözləri tatarlarla bağlıdır.
7.4.Qazan xanlığının xarici siyasəti. 1445 –ci ildə Qazanı
tutan Mahmud onu 1467 – ci ilə kimi idarə etmişdi. Onun döv-
ründə Rusiya ilə ticarət əlaqələri güclənmiş, Qazan Volqabo-
yunda beynəlxalq ticarət mərkəzinə çevrilmişdi.
Qazanla Rusiya arasında müəyyən illərdə dinc münasibətlər
mövcud olsa da , əsasən Moskvanın təcavüzkarlıq siyasəti tərəf-
98
lər arasında müharibələrə gətirib çıxarırdı. 1487 – ci ildə ruslar
Qazana böyük bir yürüş təşkil etmişdilər. Həmin yürüş Qazan
xanı Əlinin və onun ailəsinin həbs olunaraq Moskvaya gön-
dərilməsi və xanlıqda Məhəmməd Eminin hakimiyyətə gəlməsi
ilə nəticələndi. 1487 – ci ildən 1521 – ci ilə kimi xanlıq Mos-
kvadan asılı vəziyyətdə qalmışdı. Tərəflər arasında bağlanmış
müqaviləyə görə Qazan Rusiyaya qarşı müharibə etməməli idi,
Moskvanın razılığı olmadan özünə yeni xan seçə bilməzdi,
burada olan rusların maraqları qorunmalı idi.
Asılılıq dövründə Qazan müstəqil xarici siyasət yeritmək
hüququndan məhrum edilmişdi. Ölkədə Məhəmməd Emindən
narazı olan adamlar olsa da, onların çevriliş etmək üçün kifayət
qədər qüvvəsi və layiqli namizədləri yox idi. Buna görə də onlar
Sibir şahzadəsi Mamuku hakimiyyətə gətirməyi qərara almış-
dılar. Sibir xanı İbak Qazandakı müxalifətçiləri müdafiə edirdi.
1495–ci ildə Mamukun böyük bir ordu ilə Qazana doğru
hərəkət etməsi barəsində məlumat əldə edən Məhəmməd Emin
kömək üçün Moskvaya müraciət etdi. Rus ordusunun şəhərə
yaxınlaşmasını eşidən Mamuk hücumu dayandırdı. Qazana daxil
olan ruslar bir müddət burada qaldıqdan sonra təhlükənin sovuş-
duğunu güman edərək Moskvaya qayıdırlar. Belə bir şəraitdə
Mamuk sürətlə Qazana doğru hərəkət edərək müqavimətə rast
gəlmədən şəhəri tutub hakimiyyəti ələ aldı.
Lakin Mamuk iqtisadi – siyasi cəhətdən inkişaf etmiş Qa-
zanı idarə etmək üçün siyasi hazırlığa malik deyildi. Əhali vergi
siyasətindən narazı idi. Mamuku hakimiyyətə gətirənlər arasında
da narazılıq yaranmışdı. Nəticədə Mamuk geri qayıtmağa
məcbur olur və yolda ikən vəfat edir.
1502-ci ildə Məhəmməd Emin Qazanda yenidən hakimiy-
yətə gətirilir və o, 1519 – cu ilə kimi hakimiyyətdə qalır.
Məhəmməd Emin ölərkən onun oğlu olmadığı üçün Moskva
knyazı III Vasili Qasım xanlığının şahzadəsi Əlini Qazanda
hakimiyyətə gətirir. Qasım xanlığı isə Mosvanın vassalı idi. Şah
Əlidən narazı qalanlar Krım xanlığından kömək istəyirlər. 1521
– ci ildə Sahib Girey müqavimətə rast gəlmədən Qazana daxil
99
olur, Şah Əli Moskvaya göndərilir. Beləliklə, 1521 – ci ildə
Qazanın Moskvadan asılılığına son qoyuldu.
Sahib Girey Krım xanları sülaləsinin banisi Hacı Gireyin
nəvəsi idi. Krım xanlığını özü üçün təhlükə hesab edən Moskva
Qazanda Gireylərin hakimiyyətə gəlməsini istəmədiyi üçün hələ
Sahib Gireyin dövründə bura bir neçə dəfə uğursuz yürüş təşkil
etmişdi.
1524 –cü ildə Qazanda hakimiyyətə gələn Şəfa Girey
bildirdi ki, rus mülklərinə yürüş etməyəcək, Moskva isə Qazan
xanlığında Şəfa Gireyin hakimiyyətini tanıdı. Həmin ildən
1530–cu ilədək tərəflər arasında müharibə olmamışdı. Lakin
1530–cu ildə Moskva Qazana ordu göndərərək Şəfa Gireyi
məğlub etdi. Şəfa Girey hakimiyyətdən əl çəkərək noqayların
yanına getdi. Moskvanın müdafiə etdiyi Can Əli hakimiyyətə
gətirildi və Qazan yenidən Moskvadan asılı vəziyyətə düşdü.
Moskvanın siyasətindən narazı qalan qazanlılar 1536- cı ildə
qiyam qaldıraraq Can Əlini öldürdülər. Şəfa Girey yenidən
Qazanda hakimiyyətə gəldi. 1541 – ci ildə ruslar Qazana yürüşə
hazırlaşsalar da Krım xanı buna imkan vermədi. 1545 –ci ildə
Moskva yenidən Qazana ordu göndərsə də məğlubiyyətlə
üzləşdi.
Şəfa Gireydən narazı olan və Moskva ilə yaxınlaşmaq
istəyən qüvvələr 1546 –cı ildə çevriliş edərək Şəfa Gireyi haki-
miyyətdən uzaqlaşdırdılar. Şah Əli rusların köməyi ilə haki-
miyyətə gəlsə də, onun xanlığı cəmi bir ay çəkdi. Noqayların
köməyindən və Krımın müdafiəsindən istifadə edərək Şəfa Gi-
rey yenidən Qazanda hakimiyyətə yiyələndi, Moskva ilə müna-
sibətlər yenidən kəskinləşdi.
1549 – cu ildə Şəfa Gireyin ölməsi ilə əlaqədar hərbi höku-
mət yaradıldı. Onun üzvləri Krım tatarlarından ibarət idi.
Moskva 1550- ci ildə yenidən Qazana ordu göndərsə də uğur
qazana bilmədiyi üçün ordu geri qayıtdı.
7.5.Qazan xanlığının süqutu. XVI əsrin ortalarında
Moskva hökumətinin xarici siyasətində Şərqi Avropa ərazisində
yerləşən türk xanlıqları – Krım, Həştərxan və Qazanla mübarizə
100
əhəmiyyətli yer tuturdu. Çar hökuməti özünün işğalçılıq siyasə-
tinə haqq qazandırmaq üçün bildirirdi ki, bu xanlıqlar Rusiya
üçün böyük təhlükə törədir, onun bu xanlıqlarla, o cümlədən
Qazanla mübarizəsi özünü müdafiə xarakterini daşıyır.
Qazan xanlığı çar Rusiyasını həm iqtisadi, həm də strateji
cəhətdən maraqlandırırdı. Şimali-Şərqi Avropanı Qafqaz,
Mərkəzi Asiya və Sibirlə əlaqələndirən ticarət yolları Orta
Volqaboyundan keçirdi. Burada əkinçilik üçün əlverişli torpaq
sahələri var idi. Regionun ələ keçirilməsi Rusiyaya böyük
iqtisadi xeyir verə bilərdi. Digər tərəfdən, Volqaboyu ərazilərin
tutulması çar hökumətinə həm də Şərqə doğru irəliləmək, yeni
ərazilər zəbt etmək üçün şərait yarada bilərdi.
Orta Volqaboyu ərazilərin ələ keçirilməsinin əhəmiyyəti
siyasi dairələrin marağını doğurmaqla yanaşı, həm də bədii
ədəbiyyatda öz əksini tapırdı. Yazışı publisist Maksim Qrekin
hələ 1521 – ci ildə rus çarı III Vasiliyə məktubunda qeyd
olunurdu ki, Qazanın ələ keçirilməsi bizə digər düşmənlərimizə
qarşı daha asan mübarizə aparmaq imkanı verəcək.
Çar hökumətinin XVI əsrin 50 – ci illərinə yaxın Qazana
etdiyi yürüşlər uğursuz başa çatsa da, Rusiyanın özünün
təcavüzkar siyasətindən geri çəkilmək fikri yox idi, gələcək
döyüşlər üçün hazırlıq işləri aparılırdı. 1550–ci ildə Rusiyada
hərbi sahədə bir sıra islahatlar aparıldı. Zadəgan ordusu yenidən
təşkil edildi, ştreles dəstələri yaradıldı. Polşa – Litva dövləti ilə
bağlanmış müqavilə Rusiyaya bütün diqqətini Şərqə yönəltmək
imkanı verirdi. Qazan xanlığına münasibətdə rus hökumətinin
hazırladığı planda bu əraziyə yaxın yerlərdə qalaların tikilməsi,
paytaxt şəhərə gedən su yollarının əhatəyə alınması, Krım süla-
ləsinin Qazan taxtından uzaqlaşdırılması, Volqanın sol sahilinin
tutulması, Qazanda əsirlikdə saxlanan rusların azad olunması,
xanın rus canişini ilə əvəz olunması məsələləri nəzərdə tutu-
lurdu.
Rus hökumətinin 1551-ci ilin yazında Sviyaqa çayının
Volqaya töküldüyü yerə yaxın tikdirdiyi Sviyajsk qalasında

101
çoxsaylı rus ordusu, hərbi sursat, ərzaq ehtiyatı toplamışdı.
Vaxtilə Qazan xanı olmuş Şah Əli də burada idi.
Sviyajsk ətrafında yaşayan əhaliyə elan olunmuşdu ki, onlar
üç illiyə vergilərdən azad olunurlar, onlara hədiyyələr veriləcək.
Bununla da çarizm yerli əhali içərisində parçalanma salmaq,
onları xana qarşı qaldırmaq fikrində idi. Çarizmin belə siyasəti
əslində təsirsiz qalmadı. Yerli əhali içərisində rusların tərəfinə
keçənlər var idi. Bəzi yerlərdə ruslar tərəfindən ələ alınmış
adamlar qiyam qaldırırdılar. Paytaxtın özündə də bir qrup adam
Qazanın mühasirə vəziyyətinə düşməsinə imkan verdiyinə görə
xandan narazı idi və onların sayı getdikcə artırdı.
Rusiyanın Qazandakı tərəfdarları yeni hökumət təşkil
edərək, Sviyajskdakı ruslarla danışıq aparmağa başladılar.
Danışıqlar nəticəsində Şah Əlinin xan kimi Qazan xanlığında
hakimiyyətə gətirilməsi qərara alındı. Bununla yanaşı Moskva
belə hesab edirdi ki, Şah Əli yalnız xanlığın bir hissəsini idarə
edə bilər. Volqanın sağ sahili rus mülkləri elan edildi. Moskva-
pərəst Şah Əli özü də bu barədə məlumat alarkən təəcüblən-
mişdi. Lakin ruslar ona bildirmişdilər ki, onun Moskvanın plan-
larından kənara çıxmasına imkan verməyəcəklər.
Qazan əhalisinin bir hissəsi Moskvanın planını qəbul
etməyə məcbur olsa da, əksəriyyət bununla razılaşmadı. Moskva
ələ keçirdiyi torpaqları geri qaytarmaq fikrində deyildi, xalq isə
bunu tələb edirdi. Yaranmış vəziyyətdən istifadə edərək Moskva
elan etdi ki, Şah Əli hakimiyyətdən uzaqlaşdırılır, Qazanın idarə
olunması rus canişininə tapşırılır, əhali də ona tabe olmalıdır.
Lakin Qazan əhalisi şəhərə gələn rus canişinini bura buraxmadı.
Şəhəri döyüşsüz verməmək fikrində olan yeni hökumət Həş-
tərxan xanı Qasımın oğlu Yadigarı şəhərə dəvət etdi. Yadigar
şəhərə gələrək hakimiyyətə yiyələndi.
1552 – ci ilin yayında rus çarı IV İvan Qroznının rəhbərliyi
altında 150 min nəfərlik rus ordusu Qazana hücuma başladı.
Ordunun tərkibində yeni yaradılmış streles polkları da var idi.
Avqustun 25 – nə qədər Qazan hər tərəfdən mühasirəyə alındı.
Əhali ciddi müqavimət göstərirdi. Çoxsaylı hücumlardan sonra
102
rus ordusu 1552 – ci ilin oktyabrın 2 – də şəhəri tutdu. Yadigar
xan əsir götürüldü. Şəhəri müdafiə edənlərin böyük əksəriyyəti
döyüş zamanı həlak oldu. Qazanın tutulmasından sonra qırğın
başlandı, şəhər talan edildi, yanğınlar xeyli memarlıq abidələrini
məhv etdi.
7.6.Çarizmin Orta Volqaboyunda müstəmləkəçilik siyasəti.
Çar hökuməti Qazan xanlığının süqutundan sonra yerli əhaliyə
münasibətdə yeridiləcək siyasəti müəyyənləşdirməli idi. Bu
məsələyə Boyar dumasının Qazanın tutulmasında iştrak etmiş
üzvlərinin xüsusi “Şura”sında baxıldı. Litva və Krımla müba-
rizə məsələsi ilə əlaqədar olaraq belə qərara alındı ki, rus ordu-
sunun əsas hərbi qüvvələrini Qazanda saxlamaq düzgün deyil,
onlar ölkənin siyasi mərkəzində saxlanılmalıdır. Orta Volqa-
boyunun yerli əhalisinin üzərinə vergi qoyulması, tatar torpaq-
larının rus adamlarına paylanılması qərara alındı. Hökumət başa
düşürdü ki, işğal olunmuş ərazilərdə ruslar yerləşdirilməzsə,
tatarlar öz müstəqilliklərinin bərpa olunmasına cəhd edəcəklər.
İvan Qroznı knyaz A.Qorbatı böyük voyevoda kimi Qa-
zanda, knyaz P.Şuyskini isə Sviyajskda qoyaraq 1552 – ci iln 11
oktyabrında Qazandan Moskvaya yola düşdü. Qazanda xeyli
hərbi qüvvə saxlanılmışdı.
Rus hökuməti etibarsız hesab etdiyi tatar feodallarını Ru-
siyanın mərkəzi quberniyalarına köçürür, çarizmə loyal müna-
sibət bəsləyənlərin torpaqlarına toxunmurdu.Əhali üzərinə yasak
qoyulmuşdu, onlar həm də müəyyən mükəlləfiyyətləri yerinə
yetirməli idilər.
Tatarların əhəmiyyətli bir hissəsi Qazandan çıxarılmışdı.
XVI əsrin 60 – cı illərində Qazanda cəmi 9 tatar ailəsi qalmışdı.
Bununla yanaşı şəhər ətrafında tatar qəsəbələri yaranmışdı.
Qeyd olunan dövr üçün burada 150 tatar və çuvaş ailəsi var idi
və onlar çox yoxsul həyat keçirirdilər.
Yerli əhalinin müstəmləkəçilərə nifrət bəsləmələrindən
narahat olan ruslar tatar torpaqlarında yaşamaqdan imtina
etdikləri üçün rus hökuməti strateji yollarda, su yollarının kəsiş-
diyi yerlərdə şəhər – qalalar, gözətçi məntəqələri salırdı. 1555 –
103
ci ildə Çeboksar, 1565 – ci ildə Sanqursk, 1595 – cı ildə Urjum
şəhərləri salınmışdı. Belə bir proses Aşağı Volqaboyunda da
gedirdi. Burada Samara (1586), Sarisin (1588), Saratov (1590)
şəhərləri salınmışdı.
İşğal olunmuş ərazilərdə müstəmləkəçilik siyasətinin həyata
keçirilməsində kilsə də fəal iştrak edirdi. XVII əsrin ortalarında
bəzi yerlərdə kilsəyə məxsus olan böyük mülklər yaranmışdı. Bu
mülklərdə işlərə kəndlilər cəlb olunurdu.
Çar hökuməti mütləqiyyətin tərəfinə keçən, xristianlığı
qəbul edən yerli əhalinin nümayəndələrinə torpaq sahələri
verirdi. Onların bəzisinin təhkimli kəndlisi də var idi.
Volqaboyunun yerli əhalisi yasak vergisi verirdi. Bu vergi
əvvəllər natural formada ödənilirdisə, XVII əsrdə o, pul vergisi
ilə əvəz olundu. Əhali həm də istehkamların yaradılması işlərinə
cəlb olunurdu.
Volqaboyunda müstəmləkəçilik siyasətinin həyata keçirilm-
əsinə şərait yaradan vasitələrdən biri qeyri – rusların zorla xris-
tianlaşdırılması idi. 1555 – ci ildə Qazanda yeparxiya təsis
olunmuş, onun tərkibinə keçmiş Qazan xanlığının ərazisi də
daxil olunmuşdu.
Hökumət yerli əhalinin xristianlaşdırılması üçün müxtəlif
vasitələrdən istifadə edirdi. Xristianlığı qəbul etməkdən imtina
edənlər öz mülklərini itirirdi,xristianlığı qəbul edənlərə isə bir
sıra güzəştlər edilirdi. Belə ki, onlar müvəqqəti olaraq vergidən
azad olunurdu. Onlara borc pul, paltar verilirdi. Nəzərdə tutulan
güzəştlər kömək etməyəndə isə hökumət zorakılığa əl atır,
məhdudlaşdırıcı tədbirlər tətbiq edirdi. Rus çarı Fyodrun 1593 –
cü ildə verdiyi fərmanda tatar məscidlərinin dağıdılması nəzərdə
tutulurdu. 1649 – cu il “Qanunnamə”sində isə deyilirdi ki, xris-
tian olmayan şəxslər xristianlar içərisindən çıxmış təhkimli
kəndlilərə malik ola bilməzlər.
Xristianlaşdırmanın formalarından biri missioner məktəbləri
idi. 1707 – ci ildə Qazan şəhərində xristianlığı yeni qəbul etmiş
şəxslərin uşaqları üçün yeni məktəb açılmışdı və həmin məktəb

104
yerli əhalinin nümayəndələrindən olan missionerlər hazırlamalı
idi və həmin şəxslər hökumətin siyasətini təbliğ etməli idilər.
Müstəmləkəçilik zülmünü gücləndirən rus hökuməti əvvəlki
dövrlərdə mütləqiyyətə xidmət etmiş şəxslər üçün nəzərdə tut-
duğu imtiyazları ləğv edirdi. I Pyotrun 1713 – cü il fərmanında
çara xidmət edən tatarların imtiyazlarının ləğvi nəzərdə tutu-
lurdu. Burada qeyd olunurdu ki, müəyyən bir dövr ərzində xris-
tianlığı qəbul etməkdən imtina edənlər torpaqlarından məhrum
ediləcəklər. Çariça Yelizavetanın dövründə xaç suyuna salınma
kontoru yaradılmışdı. Həmin kontor yerli əhali içərisində o
dövrə kimi görünməmiş iş aparırdı. Onun ixtiyarında hətta
silahlı dəstə də var idi.
XVIII əsrin əvvəllərindən müsəlman dini tikililərinin dağı-
dılmasının yeni mərhələsi başlandı. Qazan arxiyepiskopu Kona-
sevin göstərişi ilə 1742-ci ildə Qazan qəzasındakı 546 məscidin
418 –i dağıdılmışdı, ölənlərin müsəlman qəbristanlığında dəfn
olunması qadağan edilmişdi.
Çarizmin xristianlaşdırma siyasəti yerli əhalinin güclü mü-
qaviməti ilə üzləşdiyindən hökumət müəyyən güzəştlərə
getməyə məcbur olurdu. İmperator II Yekaterinanın gizli fər-
manında məscid tikintisinə icazə verilirdi.1788 –ci il fərmanı ilə
“Müsəlman dini cəmiyyəti” yaradıldı.
Orta Volqaboyunun işğalından sonra rus hökuməti əvvəlcə
yerli əhalini dinc yolla özünə tabe etmək siyasəti yeridirdi.
Lakin rus məmurlarının yerli əhali ilə həddindən artıq sərt
davranması bu siyasəti dayandırdı. Məmurlar yasakı əhalidən
müəyyən edilmiş məbləğdən artıq toplamağa çalışırdılar. Yalnız
öz maraqlarını təmin etməyi düşünən rus zadəganları əhalidən
gücləri çatmayan xərac tələb edirdilər. Yerli əhalinin zorla xris-
tianlaşdırılması, xristianlığı qəbul etməkdən boyun qaçıranların
yaşadıqları yerlərdən qovulması, hətta öldürülməsi güclü nara-
zılıq doğururdu.
Çarizmin müstəmləkəçilik siyasəti 1552–ci ildə Volqabo-
yunda üsyana gətirib çıxardı. 1552–1557–ci illəri əhatə edən bu

105
üsyana tatar feodalı Useyin Seyid və marili yüzbaşı Mamiç
Berdi rəhbərlik edirdi.
Qazan diyarını sürətlə bürüyən üsyanı yatırmaq məqsədi ilə
rus hökuməti təcili tədbirlər görməyə başladı. Üsyançılara qarşı
bir neçə dəfə ordu hissələri göndərildi. Rus voyevodaları əvvəl-
lər Moskvanın tərəfinə keçmiş varlıların hökumətə sədaqətini
yoxlamaq üçün onları üsyanşılara qarşı göndərdilər, lakin onlar
həmvətənləri ilə vuruşmaqdan imtina etdilər və üsyançılarla
birləşdilər.
Milli müstəqillik uğrunda mübarizəyə yerli torpaq sahiblə-
rinin bir hissəsi də qoşulmuşdu. Üsyana rəhbərlik edənlər belə
hesab edirdilər ki, itirilmiş müstəqilliyi bərpa etmək üçün bütün
xalqı mübarizəyə cəlb etmək lazımdır. Üsyançıların noqaylarla
da əlaqəsi var idi. Noqay əyanları içərisində eləsi də var idi ki,
onlar o dövrün qanunlarına əsasən hökmdar sülaləsinin varisi
kimi hansısa bir taxt – taca yiyələnə bilərdi.
Mamiç Berdinin yanına hakimiyyətə yiyələnmək üçün dəvət
edilən Əli Əkrəm idarəetmə sahəsində əhəmiyyətli bir iş görə
bilmədi. Əhalinin soyulyub talan edilməsi ilə məşğul oldu-
ğundan o, qiyam qaldırmış əhali tərəfindən öldürüldü. Bu hadi-
sələrdən sonra üsyanda iştirak edən kəndlilər Mamiç Berdiyə
qarşı çıxdılar, əsir götürülən üsyan rəhbəri Moskvaya göndərildi.
1556 – cı ildə də rus ordusunun əhaliyə divan tutması da-
vam edirdi. Zahirən elə görünürdü ki, cəza dəstələri əhalini
itaətə gətirmək üçün kifayətdir. Əslində isə ayrı – ayrı dəstələr
rus hərbi hissələrinə zərbə endirməkdə davam edirdilər. Lakin
üsyan getdikcə zəifləyirdi, əhalinin müqavimət imkanları azalır-
dı. Üsyanın dağınıq xarakter daşıması, vahid rəhbərliyin, düşü-
nülmüş mübarizə planının olmaması, silahlanma ilə bağlı çətin-
liklər üsyanın məğlub olmasına gətirib çıxartdı.
Üsyanda tatar, çuvaş, mari, udmurt, mordva kəndliləri ilə
yanaşı varlı əhalinin nümayəndələri də iştrak edirdi. Bu isə o
demək idi ki, üsyan mahiyyət etibarı ilə bütün Orta Volqaboyu
xalqlarının milli azadlıq hərəkatı idi. Bu hərəkata qarşı mübari-
zədə ordu ilə birlikdə rus feodalları da iştrak edirdi. Rus və yerli
106
feodallar arasında əsas istehsal vasitəsi olan torpaq uğrunda
mübarizə gedirdi.
Üsyanın yatırılmasından sonra da boş torpaqlar var idi.
Lakin bu yerlər zəif mənimsənilirdi. Bu isə onunla bağlı idi ki,
ruslar, xüsusi ilə silahlanmamış adamlar tək – tək narahat tor-
paqlara getməyə və orada yaşamağa heç də can atmırdılar. Yerli
əhalinin üsyanı ilk vaxtlarda mərkəzdən əhali axınını saxlayırdı.
Çarizmin müstəmləkəçilik siyasəti XVII – XVIII əsrlərdə
də dəfələrlə üsyanlarla nəticələnmişdi. Geniş yayılmış mübarizə
formalarından biri əhalinin öz yaşayış yerlərindən qaçmaları idi.
Puqaçov üsyanında Volqaboyu xalqları da iştrak etmişdilər.
Üsyançı orduda çoxlu tatar və çuvaş da var idi. Yerli əhali
özlərinin mülki azadlığını bu üsyanla əlaqələndirirdilər. Puqaço-
vun özü də onlara vəd etmişdi ki, keçmiş Qazan xanlığının
müstəqilliyi bərpa ediləcək. Lakin Puqaçov üsyanı yatırıldı.
Burada iştrak edən Volqaboyu xalqların nümayəndələri öz
məqsədlərini həyata keçirə bilmədilər.
7.7.Orta Volqaboyu xalqlarının mədəniyyəti. Volqaboyu
xalqların mədəniyyətində şifahi xalq yaradıcılığı əhəmiyyətli yer
tuturdu. Hər bir xalqın öz mahnıları, nağıl və tarixi əfsanələri,
müsiqi mədəniyyəti var idi.
Tatarlarda geniş məktəb şəbəkəsi var idi. XVIII əsrdə hər
bir kiçik kənddə məktəb fəaliyyət göstərirdi. Böyük kəndlərdə
isə qızlar üçün də məktəb var idi. Məktəblər əhalinin vəsaiti he-
sabına saxlanılırdı, buna görə də burada əsasən imkanlı adam-
ların uşaqları təhsil alırdı, daha varlı adamlar uşaqlarını Buxa-
raya təhsil almağa göndərirdilər.
Orta Volqaboyu xalqlarının mədəniyyətinə rus mədəniyyəti
də müəyyən təsir göstərirdi. Bununla yanaşı ruslar qeyri –
rusların mədəniyyətlərinin bir çox elementlərini qəbul edirdilər.
XVIII əsrin ortalarında rus qrafikası əsasında çuvaş, mari,
udmurt əlifbası tərtib olunmuşdu. Yerli əhalinin dillərində lüğət-
lər çap olunurdu. Onların tərtib olunmasında o dövrün tanınmış
tədqiqatçıları iştrak edirdi.

107
Qeyri – rusların nümayəndələri rus məktəblərində oxuyur-
du. Qazan dini seminariyasını qurtarmış çuvaş N.Biçurin son-
ralar məşhur alim kimi tanınmışdı. Milliyətcə çuvaş olan P.Ye-
qorov Sankt – Peterburqdakı Smolnı kilsəsinin, Qış Sarayının
layihəsinin hazırlanmasında və tikilməsində iştrak etmişdi. Rus
alimləri Orta Volqaboyu və Kama ətrafı xalqların tarixinin və
etnoqrafiyasının öyrənilməsində iştrak edirdilər. İ.Lepexin,
İ.Georgi, İ.Qmelin, Q.Miller, P.Pallas, P.Rıçkov, V.Tatişev və b.
yerli xalqların mədəniyyəti, təsərrüfatı və məişəti barəsində bir
çox məlumatlar vermişlər.
XVIII əsrdə Volqaboyu xalqların dillərinin öyrənilməsi
başlamışdı. 1758 – ci ildə açılmış Qazan gimnaziyasında tatar və
digər Şərq dilləri tədris edilirdi. Tatar dili müəllimi S.Xalfin
tatar dilinin lüğət və qrammatikasını tərtib etmişdi.
7.8.Başqırd torpaqlarının Rusiya tərəfindən işğalı. XVI
əsrin ortalarında başqırd torpaqlarının bir hissəsi Noqay Or-
dasının hakimiyyəti altında idi. Uralın şərq hissəsində yaşayan
başqırdlar Sibir xanlığına, Qərbi Başqırdıstan isə Qazan xan-
lığına tabe idi.
Orta Volqaboyunun Rusiya tərəfindən işğalı başqırdlar üçün
çarizm tərəfindən gözlənilən təhlükəni artırdı. İvan Qroznı
Qazandan Moskvaya yola düşmək ərəfəsində başqırdlara imti-
yaz fərmanı göndərərək bildirmişdi ki, onların təhlükəsizliyi tə-
min olunacaq, yaşayış yerlərini tərk edərək qaçmalarına ehtiyac
yoxdur, dinlərinə toxunulmayacaq.
Başqirdlara münasibətdə çar hökuməti ilk vaxtlarda nisbət-
ən mülayim siyasət yeridirdi və bunun səbəbləri var idi. XVI
əsrin ortalarında rus ordusunun başqırd torpaqlarının içərilərinə
doğru irəliləməsi bir sıra çətinliklər yarada bilərdi. Belə ki,
köçəri həyat keçirən başqırdlara qarşı hərbi yürüş təşkil etmək
heç də asan məsələ deyildi. Başqırd torpaqlarında şəhərlər yox
idi, köçəri əhali çöllərdə, dağlarda və meşələrdə yaşayırdı. Buna
görə də həmin əraziləri bir hücumla tutmaq mümkün deyildi.
Bütün bunları nəzərə alan rus hökuməti müvəqqəti olaraq baş-
qırdlara qarşı yürüşdən imtina etmişdi.
108
Başqırdların öz içərisində Rusiyaya münasibətdə vahid bir
fikir yox idi. Onların müəyyən hissəsi Rusiyaya meyl göstərərək
rus təbəəliyini qəbul etmək fikrində idi. Çar hökuməti də bun-
dan istifadə edərək başqırdların arasında parçalanma yaratmaq,
onları öz tərəfinə çəkməyə can atırdı. Rus hökuməti başqırdlara
müəyyən vədlər verirdi. Nəticədə də bəzi başqırd tayfaları rus
təbəəliyini qəbul etmək məsələsi ilə əlaqədar çarizmlə danışıqlar
aparırdılar. Aparılan danışıqlar nəticəsində 1553 – 1557 – ci
illərdə başqırd tayfalarının bir hissəsi rus təbəəliyini qəbul
etdilər. Başqırd torpaqlarının rus hökumətinin tərkibinə daxil
edilməsi 1557 –ci ildə əsasən başa çatdı. Bununla yanaşı başqırd
torpaqlarının bir hissəsi Sibir xanlığının tərkibində olduğu üçün
həmin ərazilər XVI əsrin sonu, XVII əsrin başlanğıcında Sibir
xanlığının süqutundan sonra tutuldu.
Başqırd torpaqlarının ələ keçirilməsi rus hökuməti üçün
əhəmiyyətli bir hadisə idi. Rusiyanın sərhədləri genişləndi,
çarizm şərq sərhədlərini möhkəmləndirmək imkanı qazandı.
Başqırd torpaqlarına yiyələnən çar hökuməti ilk növbədə
yerli əhalinin hakim təbəqəsini ələ almağa çalışırdı. Başqırdlar
üzərinə vergi qoyularkən varlıların yuxarı təbəqəsini təşkil edən
tarxanlar bundan azad olunmuşdur. Ümumiyyətlə başqırdlar
üzərinə yasak vergisi onların rus təbəəliyini qəbul etmələrindən
dərhal sonra qoyulmuşdu. Əvvəllər onun həcmi çox deyildi. Bu,
bir tərəfdən rus hökumətinin şərq sərhədlərində vəziyyətinin
gərgin olması ilə əlaqədar idi və çarizm başqırdların rəğbətini
qazanmağa çalışırdı. Digər tərəfdən başqırdlar kasıb olduqları
üçün hökumət verginin həcmini az qoymuşdu.
Başqırd əyanlarının heç də hamısı rus hökumətindən asılı
vəziyyətə düşmək, ona xidmət etmək fikrində deyildi. Hökumət
isə öz mövqeyini gücləndirmək üçün müəyyən tədbirlər
görürdü. Belə tədbirlər içərisində şəhər və qalalar tikilməsi,
burada rusların, əsgərlərin yerləşdirilməsi də var idi.
Başqırd torpaqlarının ələ keçirilməsinin ilk illərində orada
hələ şəhərlər yox idi. 1586 – cı ildə Başqırdıstan ərazisində ilk
rus şəhəri – Ufa salındı. Şəhəri tikməklə rus hökuməti noqay-
109
ların və Sibir xanlarının Başqırdıstana təsirinin qarşısını almaq
fikrində idi. Hökumət Başqırdıstanın mərkəzində mühüm dayaq
nöqtəsi əldə etməklə yeni ərazilərdə möhkəmlənmək imkanı
qazandı.
Ufanın tikilməsi, Başqırdıstanda rusların yerləşdirilməsi
torpaqların bir hissəsinin yerli əhalinin əlindən çıxmasına gətirib
çıxardı. Çar məmurları yasakın toplanılmasında, mükəlləfiy-
yətlərin yerinə yetirilməsində özbaşınalıq edirdilər. Bunlar isə
başqırdların vəziyyətinin ağırlaşmasına, onların narazılığına,
bəzən də açıq üsyanlarına gətirib çıxarırdı.
Çar hökuməti başqırdlardan orduda da istifadə edirdi. Baş-
qırdlar XVI əsrdə Livoniya müharibəsində iştrak etmişdilər,
XVII əsrin əvvəllərində Polşa və İsveçlə döyüşlərdə olmuşdular.
Onlar rus hökumətinin XVII əsrdə Krım və Azov yürüşlərində,
XVIII əsrdə Şimal müharibəsində iştrak etmişdilər. Əvvəllər
başqırdlara münasibətdə nisbətən yumşaq siyasət yeridən rus
hökuməti Şərqdə öz mövqeyini gücləndirdikcə yerli əhalinin
istismarını genişləndirirdi. Bu isə Başqırdıstanın inkişafını
ləngidirdi.
7.9.Başqırd üsyanları. 1662 – 1664 –cü illərdə Başqırdıs-
tanda yerli feodalların rəhbərliyi altında rus hökumətinə qarşı
böyük bir üsyan oldu. Üsyana səbəb yerli əhalinin torpaqlarının
rus feodalları tərəfindən tutulması, yasakın həcminin artırılması,
məmur özbaşınalığı idi. Üsyançılar rus təbəəliyindən xilas ol-
maq, özləri üçün yeni hökumət yaratmaq fikrində idilər. Üs-
yançıları Sibir və Krım xanlıqları, kalmık feodalları da müdafiə
edirdilər.
Çar hökuməti ordunun köməyi ilə üsyanı yatıra bilsə də
müəyyən güzəştlərə getməyə məcbur oldu. Başqırd torpaqlarının
zəbt olunaraq mənimsənilməsi üzərinə ciddi nəzarət qoyuldu.
1681 – 1683 – cü illərdə baş vermiş ikinci böyük üsyana da
feodallar rəhbərlik edirdi, rus təbəəliyindən xilas olmaq məsələsi
ortaya qoyulmuşdu. Üsyanın başlanması üçün bəhanə çarizmin
xristianlaşdırma sahəsində həyata keçirdiyi daha sərt tədbirlər
idi. 1676 – 1681 – ci illərin rus – türk müharibəsi başqırd feodal-
110
ları içərisində Osmanlı – Krım orduları ilə birlikdə ruslara qarşı
mübarizə aparmaq ümidi yaratmışdı.
Üsyandan narahat olan çar hökuməti rəsmən elan atdi ki,
zorla xristianlaşdırma dayandırılır. Bu isə üsyanın zəifləməsinə
müəyyən təsir göstərdi. Bununla yanaşı ordunun köməyi ilə də
üsyançılara zərbələr endirildi və üsyan yatırıldı.
XVIII əsrin əvvəllərində başlanmış Şimal müharibəsi
dövründə feodal istismarının güclənməsi üsyana səbəb oldu.
1705- 1711 – ci illəri əhatə edən üsyanın başlanması üçün bə-
hanə orduya at və döyüşçü verməkdən imtina edən başqırdlara
divan tutulması idi. Bu üsyan da ordu vasitəsilə yatırılmışdı.
Çar hökumətinin 1734 – cü ildə yaratdığı Orenburq eks-
pedisiyası Ori çayı mənsəbində yeni şəhərin (Orenburq) salın-
ması, zavodların tikilməsi, Orenburqa rus kəndlilərinin, sənaye -
ticarət adamlarının köçürülməsi haqqında tədbirlər hazırlandı və
nəzərdə tutulan planların həyata keçirilməsi başqırd torpaq-
larının əhəmiyyətli bir hissəsinin zəbt olunmasına, yerli əhali
üzərinə qoyulmuş mükəlləfiyyətlərin artmasına gətirib çıxartdı.
Başqırd torpaqlarının zəbt olunması, məmur özbaşınalığı,
zorla xristianlaşdırma XVIII əsrin ikinci yarısında da bir sıra
usyanlara gətirib çıxartdı. Hökumət ordunun köməyi ilə üs-
yanları yatırsa da müəyyən güzəştlərə getdi. Zorla xristianl-
aşdırma dayandırıldı, məscidlərin tikilməsinə icazə verildi.
7.10.Başqırdların sosial – iqtisadi həyatı. Başqırd torpaq-
larının təbii şəraiti əhaliyə əkinçilik, heyvandarlıq, ovçuluq və
arıçılıqla məşğul olmağa imkan verirdi. Köçəri və yarımköçəri
heyvandarlıq, ovçuluq əhalinin əsas məşğuliyyəti idi. Başqırd
sürülərində atlar və qoyunlar üstünlük təşkil edirdi, iri buynuzlu
qaramal, keçi və dəvə nisbətən az idi. Əkinçilik Başqırdıstanın
şimalında inkişaf etmişdi və bu, iqlim şərait ilə bağlı idi. Burada
əkinçiliyin inkişafına Volqaboyu və Kama ətrafı əkinçi əhalinin
də təsiri var idi, belə ki, onlar, XVI əsrin sonundan Başqırdıs-
tana köçməyə başlamışdılar.
Başqırd sənətkarları məişət əşyaları, paltar, ovçuluq və
döyüş silahları hazırlayırdılar. Başqırdıstanın təbii sərvətləri rus
111
hökumətini maraqlandırdığı üçün bu sahənin öyrənilməsi
sahəsində də iş aparılırdı.
Başqırd cəmiyyətinin yuxarı təbəqəsini böyük torpaq sahə-
lərinə malik olan feodallar təşkil edirdi. Bu hissəyə müsəlman
din xadimləri də daxil idi.
Başqırd cəmiyyətində əsas istehsalçı sıravi icma üzvləri idi.
Rus mənbələrində “qara camaat” adlandırılan bu adamlar
feodallardan asılı idi. Bu qrupa daxil olanlar feodalların xeyrinə
bir sıra mükəlləfiyyətlər yerinə yetirirdilər. Onlar feodalların
sürülərinə baxır, silahlı dəstələrində qulluq edir, feodalların
təşkil etdiyi ovlarda iştrak edirdilər.
7.11.Başqırd mədəniyyəti. Əkinçilik rayonlarının əhalisi
taxta tirlərdən tikilmiş ağac evlərdə yaşayırdılar. Soba ilə qızdı-
rılan evlərdə qoyulmuş taxtlar stol və oturacaqları, çarpayıları
əvəz edirdi. Belə evlərdə əhalinin yoxsul hissəsi yaşayırdı.
Varlılar özləri üçün daha böyük evlər tikdirirdi. Varlı ailələr öz
uşaqlarını 15 -16 yaşlarında evləndirirdi. Oğlan evi qız evinə
başlıq ödəməli idi.
Şifahi xalq ədəbiyyatı inkişaf etmişdi. Bu nümunələr
başqırdların tarixi, dini, məişəti, sosial münasibətlər haqqında
məlumat verir.
Bəzi poemalarda başqırdların qəhrəmanlıq tarixindən danı-
şılır. Nağılların müəyyən hissəsində qəhrəmanların ədalətsizliyə,
zorakılığa qarşı mübarizəsi öz əksini tapır.
Başqırdıstanda məktəblərin iki növü var idi: İbtidai məktəb-
lər və mədrəsələr. Məktəblər əsasən müsəlman din xadimlərinin
ixtiyarında idi. Təhsil əsasən ərəb və türk dillərində idi. Mədrə-
sələrdə din tarixi ilə yanaşı müsəlman qanunçuluğu və ərəb
fəlsəfəsi də öyrədilirdi. Bu məktəblərdə əsasən imkanlı ailələrin
uşaqları oxuyurdu, təhsil müddəti isə beş il idi.

112
8.AŞAĞI VOLQABOYU XALQLAR XV – XVIII
ƏSRLƏRDƏ

8.1.Həştərxan xanlığının yaranması. Qızıl Ordada XIV


əsrin ortalarından başlayan daxili müharibələr 1380 – ci ilə
qədər, yəni Toxtamışın hakimiyyətə gəlməsinə kimi davam etdi.
Həmin dövrdə Qızıl Ordada baş verən hadisələr Misir kimi uzaq
ölkədə yaşayan tarixçi İbn Haldunun da diqqətini cəlb etmişdi.
Bu müəllif daxili müharibələrdən danışarkən qeyd edir ki,bir
sıra vilayət hakimləri öz mülklərini müstəqil idarə edirdilər. XIV
əsrin 70 – ci illərində Həştərxan (Hacıtarxan) hakimi Çərkəz
qısa bir müddət ərzində Aşağı Volqaboyunun solsahil rayon-
larını öz hakimiyyəti altında birləşdirdi. Mamaya qarşı çıxan
Çərkəz 1374 – cü ildə onu Qızıl Ordanın paytaxtı Saraydan
qovub çıxartdı.
Toxtamış Qızıl Ordanın birliyini təmin edə bilsə də əmir
Teymur kimi güclü bir rəqiblə üzləşdi. 1391 – 1395 – ci illər-
dəki döyüşlər Qızıl Ordanı sarsıtdı. Qızıl Orda zəiflədikcə onun
tərkibindəki mülklərin ayrılaraq müstəqil dövlətlərə çevrilməsi
prosesi sürətləndi. 1459 – 1460 – cı illərdə Həştərxan xanlığı
yarandı. Onun əsasını Mahmud qoymuşdu.
Həştərxan xanlığı XV əsrin ortalarında yaransa da onun
təşəkkülü üçün ilkin şərtlər daha əvvəllər yaranmışdı. Böyük
otlaq sahələrinə, qısa müddətli qışa, çoxsaylı çaylara və göllərə,
əlverişli coğrafi mövqeyə malik olması Həştərxana Qızıl
Ordanın bir çox şəhərləri ilə müqayisədə böyük üstünlük verirdi.
Həştərxan şəhəri onu şərqdə Xarəzm və Buxara, cənubda İran,
şimalda Rusiya və Qazanla əlaqələndirən karvan və su yollarının
kəsişdiyi bir ərazidə yerləşirdi.
1466 – cı ildə Həştərxan xanlığınıMahmudun oğlu Qasım
idarə edirdi. Bu zaman xanlıq şərqdə Noqay Ordası ilə sərhəd
idi. Xanlığın şimal sərhədləri Saray şəhərinə çatırdı, cənub sər-
hədləri Terek çayı boyu uzanırdı. Kuban və Don xanlığın qərb
sərhədləri idi.

113
Həştərxan şəhərinin əsasının nə vaxt qoyulması barəsində
məlumat olmasa da, o, artıq XIII əsrdə mövcud idi. XIV əsrin 30
– cu illərində bu şəhərdə olmuş İbn – Batut qeyd edir ki, Həş-
tərxan özünün böyük bazarları ilə ən yaxşı şəhərlərdən biridir.
Əmir Teymur 1395 – ci ildə Toxtamışı məğlub etdikdən sonra
Həştərxana hücum edərək, buranı dağıtmışdı. Lakin şəhər bun-
dan sonra da yaşayırdı.
8.2.Sosial-iqtisadi münasibətlər. Həştərxan xanlığı feodal
dövlət idi. Hakimiyyət dini və dünyəvi feodalların hakim dairə-
lərinin əlində cəmləşmişdi. Xanlar, sultanlar, bəylər, murzalar,
seyidlər hakim təbəqəni təşkil edirdilər.
Qızıl Ordanın zəifləməsi və parçalanması dövründə
meydana gəlimş digər xanlıqlarla müqayisədə Həştərxanda xan
hakimiyyəti zəif idi. Həştərxan şahzadələri, murzalar xarici
siyasi əlaqələrə malik idilər. Xanın varisi elan edilən şahzadə
hələ xanın sağlığında tam müstəqilliyə malik idi. Müsəlman din
xadimləri də böyük imtiyazlara malik idilər. Əhali üzərinə yasak
vergisi qoyulmuşdu. Yasak nəinki sarayın, xanın və yerli hakim-
lərin saxlanılmasına, həm də daha güclü qonşulara hədiyyələr
verilməsinə sərf olunurdu. Məsələn, Noqay Ordasına hər il 40
min altın verilirdi. Həştərxan xanlığının əhalisi hələ Xəzər
xaqanlığı və Qıpçaq dövləti dövründə Volqanın aşağı axarla-
rında yaşayan müxtəlif tayfalardan ibarət idi. Bu əhali işərisində
qıpçaqlar mühüm yer tuturdu.
Xanlığın əhalisinin əsas məşğuliyyəti köçəri heyvandarlıq
idi. Ovçuluq və balıqçılıq ikinci dərəcəli mövqeyə malik idi.
Ruslar hər il öz gəmiləri ilə duz üçün Həştərxana gəlirdilər.
Xanlığın yalnız Buzan çayı boyunda yaşayan əhalisi taxıl əkirdi.
Şəhər böyük ticarət mərkəzlərindən biri idi. Buraya Mərkəzi
Asiyadan məhsul gətirən tacirlər onları xəzlə, dəri məmulatları
ilə dəyişirdilər.
8.3.Həştərxan xanlığının xarici siyasəti. Xanlığın mühüm
strateji və ticarət əhəmiyyəti, bununla yanaşı onun zəifliyi nəti-
cəsində Həştərxan qonşu dövlətlər arasında mübarizə obyektinə
çevrilmişdi. Krım və Qazan xanlıqlarl, Noqay Ordası, Rusiya və
114
Osmanlı dövləti Həştərxana təsir uğrunda mübarizə aparırdılar.
Ümumiyyətlə, Volqaboyu rayonlar Qızıl Ordanın iqtisadi –
siyasi həyatında həmişə əhəmiyyətli rol oynamışlar. Aşağı
Volqaboyunun Qızıl Ordanın mərkəzi kimi seçilməsi heç də
təsadüfi deyildi. Əsas dövlət institutları Volqaboyunda cəmlən-
mişdi. İlk Qızıl Orda pulları da Volqaboyunda zərb olunmuşdu.
İlk paytaxt da burada salınmışdı. Bu ərazi digər monqol
dövlətlərinə, o cümlədən bütün monqol imperiyasının mərkəzinə
çevrilmiş Monqolustana yaxın idi.
Aşağı Volqaboyunun Qızıl Ordanın mərkəzi kimi qəbul
olunmasının iqtisadi səbəbləri də var idi. Volqa XIII – XIV əsr-
lərdə dövlətin ticarət həyatında əhəmiyyətli rol oynayırdı. Bey-
nəlxalq tranzit ticarətinin ən mühüm mərkəzinə çevrilən Aşağı
Volqaboyuna həm şimaldan, həm də şərqdən məhsul gətirilirdi.
Burada toplaşan rus, Qızıl Orda, Şərqi və Qərbi Avropa tacirləri
qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi əsasında Volqaboyu
şəhərlərinin inkişafına təsir göstərirdilər. Volqaboyu rayonlar
iqtisadi potensialına görə bir – birindən fərqlənən rayonları
əlaqələndirən mərkəzə çevrilmişdi. Asiyanın Cənubi – Şərqi
Avropa və onun vasitəsi ilə Qərbi Avropa ölkələri ilə ticarəti heç
bir vaxt Qızıl Orda dövründəki səviyyəyə qalxa bilməmişdi.
Həştərxan xanları müstəqil xarici siyasət yeritməyə çalı-
şırdılar, lakin bu proses çox da davam etmirdi. Xanlığın xarici
siyasəti onu əhatə edən dövlətlərin qüvvələr nisbətindən asılı idi.
Böyük Ordanın qüvvətli dövründə Həştərxan xanları onun
müttəfiqi kimi çıxış edirdilər. Həştərxanlılar özbək xanları ilə də
dostluq əlaqələrinə malik idilər, onlara Noqay Ordasına, Sibir
xanlığına qarşı mübarizədə kömək edirdilər. Böyük Ordanın
Krıma qarşı mübarizəsində də həştərxanlılar iştrak etmişdilər.
Böyük Ordanın dağıdılmasından sonra Həştərxan xanlığı özünə
müttəfiq axtarırdı və bu zaman Noqay Ordası ilə Krım xanlığı
arasında tərəddüd edirdi. XV əsrin axırlarında Noqay Ordasının
təsiri altında olan Həştərxan xanlığı noqaylılarla birlikdə Krıma
qarşı mübarizə aparırdı. Osmanlı dövlətinin vassalı olan Krım
isə Həştərxanı özünə tabe etmək və onu da Rusiyaya qarşı
115
mübarizəyə cəlb etmək istəyirdi. Bu dövrdə Osmanlıların Şərqi
Avropada möhkəmlənməsini istəməyən rus hökuməti Noqay
Ordasının Krıma qarşı mübarizəsini müdafiə edirdi. Osman-
lıların Həştərxana qarşı marağı strateji əhəmiyyət kəsb edirdi.
Belə ki, Osmanlı dövlətinin Həştərxana yiyələnməsi ona imkan
verərdi ki, Şərqi Avropadakı türk dövlətlərinin siyasətinə təsir
göstərsin. Osmanlı dövləti Ön Qafqaza müdaxilə etmək üçün
Şimali Qafqaz yollarından da istifadə etmək fikrində idi. Noqay
Ordası isə hər şeydən əvvəl yeni torpaqların ələ keçirilməsinə və
oradan həştərxanlıların qovulub çıxarılmasına maraqlı idi.
Həştərxana münasibətdə Rusiyanın da öz mövqeyi var idi.
Həştərxan uğrunda mübarizədə Krım bir müddət Rusiya ilə
müəyyən əlaqələrə malik idi. Krım təklif edirdi ki, Həştərxana
qarşı mübarizədə ruslar da iştrak etsin. Rusiya isə bildirmişdi ki,
onun Həştərxana silahlı dəstə göndərməsi üçün hazır gəmiləri
yoxdur, ölkə aparılan müharibələr nəticəsində yorulmuşdur.
1521 – ci ildə Qazan xanlığında sülalə çevrilişi edərək
Sahib Gireyi hakimiyyətə gətirən Krım xanlığı noqaylarla
birlikdə Həştərxana hücum edir və müvəqqəti olaraq Qazan və
Həştərxanda öz nüfuzunu artırır. Lakin Krımın müttəfiqi kimi
çıxış edən noqaylar çox keçmədən özləri Həştərxana hücüm
edərək krımlıları buradan qovub çıxarırlar. Həştərxan üstündə
Krımla Noqay Ordası arasında mübarizə sonrakı illərdə də
davam edirdi. 1517 – ci ildə Krım xanı Sahib Girey Həştərxanı
tutsa da buranı öz əlində saxlaya bilməmişdi.
Həştərxana təsir uğrunda mübarizə aparan Krım xanlığı və
Osmanlı dövləti Noqay Ordasını da öz tərəflərinə çəkməyə
çalışırdılar. Bununla bərabər Moskva ilə Noqay Ordası Krım və
Osmanlı dövlətinin Həştərxanda möhkəmləyməsini istəmirdilər.
Digər tərəfdən, bəzi noqay knyazları Moskvanın Qazanı ələ
keçirməyə cəhd etməsini özləri üçün təhlükə hesab etdikləri
üçün münasibətlər kəskinləşirdi.
1551 – ci ildə Krım xanlığında Dövlət Gireyın hakimiyyətə
gəlməsi ilə Krım xanlığının və Osmanlı dövlətinin Noqay Or-
dası və Həştərxan siyasəti fəallaşır. Krım xanı, sonra isə
116
Osmanlı dövləti öz səfirlərini Həştərxana və Noqay Ordasına
göndərirlər. Məqsəd Rusiya əleyhinə koalisiya yaratmaq idi.
Dövlət Girey1552 – ci ildə Osmanlı ordusunun köməyi ilə
rusların Qazana yürüşünə mane olmağa cəhd edir. Polşa kralı da
Rusiyanın zəifləməsinə maraqlı olduğu üçün müharibə tərəfdarı
idi. Dövlət Girey həm Noqay, həm də Qazan xanları ilə belə
razılığf gəlmişdi ki, ruslara zərbə endirsinlər. Bu dövrdə
Osmanlı dövlətinin əsas qüvvələri Səfəvilərlə mübarizəyə və
Qərbdəki hərbi əməliyyatlara cəlb olunsa da, Osmanlı əsgərləri
də rusların Qazana yürüşünü dayandırmaq üçün təşkil edilən
döyüşlərə qoşulmuşdu. Lakin müttəfiqlərin rusları dayandırmaq
cəhdi boşa çıxdı. Qazan işğal olundu.
Bu dövrdə Osmanlı dövlətinin rəhbərliyi altında Qazan və
Krım xanlıqlarının, Noqay Ordasının birgə fəaliyyətini təmin
etmək mümkün olmadı. Bu işdə noqaylılar ümidi doğrultmadı
və onların bir hissəsi döyüşə girmədi.
Həştərxanda möhkəmlənməyə can atan Noqay Ordası isə
daxili mübarizə nəticəsində zəiflədiyindən təkbaşına öz planını
həyata keçirə bilmədiyi üçün Moskvadan kömək almağa can
atırdı. Lakin bu ümidlər boşa çıxdı. Moskva bilirdi ki, Noqay
murzaları arasındakı fikir ayrılıqları bu dövlətlə ittifaq yaradıl-
masına mane ola bilər. Çünki noqaylıların bir hissəsi Rusiyaya
meyl etdiyi halda digər bir qrupu Krım və Osmanlı dövləti ilə
ittifaqa tərəfdar idi. Noqay Ordasındakı daxili ziddiyyətlər
Moskvaya imkan verirdi ki, özünün Həştərxan siyasətini müstə-
qil həll etsin. Rus hökuməti başa düşürdü ki, getdikcə zəiflə-
məkdə olan Noqay Ordasının köməyinə ehtiyac yoxdur, digər
tərəfdən Həştərxan üstündə maraqları toqquşan Krım xanlığı ilə
Noqay Ordası Moskva əleyhinə vahid ittifaq yarada bilmə-
yəcəklər.
8.4.Həştərxan xanlığının süqutu. XVI əsrin ortalarında rus
dövlətinin xarici siyasətinin əsas vəzifələrindən biri Qızıl
Ordanın parçalanması prosesində yaranmış türk xanlıqları və
Osmanlı dövləti ilə mübarizə aparmaq idi.

117
Rusiya özünün işğalçılıq siyasətini pərdələmək məqsədilə
belə bir fikri təbliğ edirdi ki, güya türk xanlıqları onun üçün
böyük təhlükə törətdiklərindən onların ərazisinə hücum etməyə
məcburdur. Rusiya Qızıl Ordanın sərhədləri daxilində yeni
müstəqil dövlətlərin yaranması və Şərqi Avropanın siyasi
həyatında onların rolunun getdikcə artması ilə barışmaq fikrində
deyildi. Rus hökuməti belə hesab edirdi ki, Şərq məsələsində
fəal xarici siyasətin yeridilməsi Rusiyanın gücləndirilməsinin və
inkişaf etdirilməsinin ən mühüm vasitələrindən biridir.
Moskvanın türk xanlıqları ilə münasibəti heç də dinc
xarakter daşımırdı. Tərəflər arasında müəyyən hallarda qarşılıqlı
hücümlar baş versə də hərbi əməliyyatların əsas təşəbbüskarı
Moskva idi. Moskvanın təcavüzkar xarici siyasəti türk, o
cümlədən Volqaboyu xanlıqlarının varlığı üçün böyük təhlükə
törətdiyindən onlar da müəyyən hərbi tədbirlər görməli idilər.
Moskvanın Şərq məsələsini öz xeyrinə həll etməsi həm də
ona Qərbdə fəal xarici siyasət yeritməyə imkan verməli idi. Bu
dövrdə Rusiyanın xarici siyasətinin ən mühüm məsələlərindən
biri dənizlərə çıxış əldə etmək idi. Dənizlərə çıxış əldə etmək
məsələsinin həllində Şərq siyasətinin də böyük rolu var idi.
Qazan və Həştərxanın ələ keçirilməsi Rusiyaya Xəzər dənizinə
çıxmağa, bu isə öz növbəsində bütövlükdə Qafqazın siyasi
həyatına müdaxilə etməyə imkan verməli idi.
Rusiyanın Şərq siyasəti həm də yeni torpaqların ələ keçiril-
məsini, feodal torpaq sahibliyinin inkişafını, rus xidmət adam-
larının torpaqla təmin olunmasını, beynəlxalq ticarət əlaqələrinin
genişləndirilməsini təmin etməli idi.
1554 – cü ildə Moskva Həştərxana yürüşə hazırlaşırdı.
Lakin həmin dövrdə Orta Volqaboyundakı üsyan bu işə mane
oldu. Osmanlı dövləti, Krım xanlığı və Noqay Ordası tərəfindən
müdafiə edilən Orta Volqaboyu əhalisi Qazan xanlığının
müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizə aparırdı. Lakin
bu üsyan məğlub oldu. Üsyanı ordunun köməyi ilə yatıran rus
hökuməti Orta Volqaboyunda öz mövqeyini gücləndirmək üçün
yaratdığı qalalarda rus qarnizonları yerləşdirdi.
118
Həştərxana yürüşə hazırlaşan Moskva Noqay Ordası ilə
danışıqlıqlar aparırdı. Ruslar bu məsələdə noqaylıların razılığını
almaq istəyirdi. Bu dövrdə rus hökuməti Krıma qarşı
mübarizədə noqaylıların köməyindən istifadə edirdi.
Lakin Rusiya Noqay Ordasından kömək ala bilmədi. Bu isə
onunla bağlı idi ki, Noqay knyazları arasında mübarizə gedirdi.
Onların bəzisi rusların Qazanı işğal etməsindən narazı idilər.
Həştərxan şəhərinə edilən ilk yürüşdə xan Yamqurçey
məğlub olur. Həştərxanı müdafiə etməli olan ordu buranı tərk
edir, ruslar şəhərə daxil olub xeyli hərbi sürsat və hərbi
ləvazimat ələ keçirirlər. Dərviş Əli Moskvaya sədaqətli
olacağına and içir və burada onun hakimiyyəti bərpa olunur. Bu
şəxs Noqay knyazı İsmayılın yaxın adamlarından biri idi. Rus
hökumətinə sədaqət barəsində fərmanda qeyd olunurdu ki,
Həştərxan hər il xərac verməli, əsirlikdə olan rusları azad etməli
idi, ruslara Volqada sərbəst surətdə balıq ovu ilə məşğul olmağa
icazə verməli idi. Bu isə o demək idi ki, Həştərxan xanlığı Rusi-
yanın vassalına çevrilir. Dərviş Əlinin özünə varis təyin etmək
hüququ da yox idi. Hakimiyyətin kimə verilməsi məsələsini rus
hökuməti həll etməli idi. Bu isə Osmanlı dövləti ilə Krım
xanlığını narahat edirdi. Rusların Həştərxanda möhkəmlənməsi
Şərqi Avropada siyasi üstünlük uğrunda mübarizə aparan
Osmanlı imperiyasının maraqlarına zidd idi. 1555- cu ildə
Osmanlı imperiyası, Krım xanlığı və Noqay xanı İsmayılın
əleyhdarları Həştərxanın qaytarılmasına cəhd edirlər. Bu dövrdə
bir sıra mühüm hadisələr baş vermişdi. Noqay Ordasında gedən
daxili siyasi mübarizədə İsmayıl öz qardaşı Yusufu öldürərək
hakimiyyətə yiyələnmişdi. 1555-ci ildə Osmanlılarla Səfəvilər
arasında sülh imzalanmışdı. Rusların 1554 – cü ildə Həştərxana
yürüşü zamanı hakimiyyəti itirən Yamqurçey yenidən öz taxtına
qayıtmaq fikrində idi. Onun ordusunun tərkibində krımlılar,
yeniçərilər və Yusufun tərəfdarları var idi.
Həştərxan xanı Dərviş Əli əleyhidarları olan İsmayılla
Yamqurçeyi manevr etməklə zəiflətmək qərarına gəlir. Dərviş
Əli öz gəmiləri vasitəsi ilə Yusufun tərəfdarlarını Volqanın sağ
119
tərəfinə keçirir, onlar isə bunun əvəzində Yamqurçeyi öldürə-
cəklərinə söz verirlər. Dərviş Əli tərəfindən müdafiə edilən
Yusufun tərəfdarları İsmayıla da hücum edərək onu qaçmağa
məcbur edirdlər. Beləliklə, Dərviş Əli hiyləgərliklə həm öz rə-
qibi Yamqurceyi məhv edir, həm də İsmayılı Həştərxan xanlı-
ğının hüdudlarından uzaqlaşdırır. Təhlükəli rəqiblərinbən xilas
olan Dərviş Əli Krım xanlığı ilə yaxınlaşır. Osmanlı dövləti və
Krım xanlığı Dərviş Əliyə kömək üçün döyüşçülər göndərirlər.
Dərviş Əlinin kömək üçün Osmanlılardan və Krım xanlı-
ğından kömək istəməsi 1554 – cü ildə Moskva ilə bağlanmış
vassallıq müqaviləsindən imtina etməsi demək idi. Bununla razı-
laşmaq istəməyən rus hökuməti Həştərxana yürüş etməyi qərara
aldı. 1556 – cı ilin martında rus ordusu Həştərxana göndərildi.
Hərbi əməliyyatlar nəticəsində Həştərxan tutuldu. Dərviş Əli
Azova qaçdı. 1556- cı ilin avustunda paytaxtın tutulması ilə
Həştərxan xanlığı süqut etdi. Beləliklə, XVI əsrin ortalarında
bütün Volqaboyu ərazilərin işğalı, buradakı dövlətlərin ləğv
edilməsi nəticəsində Rusiyanın sərhədləri genişləndi, rusların
Mərkəzi Asiya, Qafqaz, Uralarxası ərazilərlə, Səfəvilərlə ticarət
əlaqələri canlandı.
Volqaboyu ərazilərin Rusiya tərəfindən işğalının Rusiya
üçün ciddi siyasi əhəmiyyəti də var idi. Bu, Rusiyaya imkan
verdi ki, Krım xanlığının və Osmanlı dövlətinin Şərqi Avro-
padakı siyasi fəallığını azaltsın. Noqay Ordası da Moskvadan
asılı vəziyyətə düşdü.
Aşağı Volqaboyunun ələ keçirilməsindən sonra rus höku-
məti işğal edilmiş digər ərazilərdə olduğu kimi burada da öz
mövqeyinin möhkəmləndirilməsi işinə başladı. Qeyd edilən
ərazidə xidmət adamlarının, feodalların yerləşdirilməsi, təhkim-
çilik zülmündən xilas olmağa can atan kəndlilərin buraya axını
başlandı. Diyarın kəndli və ticarət koloniyasına çevrilməsi
genişləndi.
Çar hökumətinin Volqaboyunda həyata keçirdiyi tədbirləri
özü üçün təhlükə hesab edən Krım xanlığı rus mülklərinə hü-
cumlar təşkil etməyə başladı. 1565 – ci ildə Krımda tatar əyan-
120
larının qurultayında Qazan və Həştərxanın azad olunması
uğrunda mübarizəyə hazırlıq haqqında qərar qəbul olundu. Krım
xanı Dövlət Girey Qazan və Həştərxanın azad edilməsi tələbi ilə
IV İvana müraciət etsə də rədd cavabı aldı.
1566 – cı ildə hakimiyyətə gələn Osmanlı sultanı II Səlim
Volqaboyunda baş verən hadisələrlə maraqlanırdı. Sultan Səlim
Həştərxanın və Qazanın azad edilməsi üçün Volqaboyuna ordu
göndərməyi qərara aldı. Bu xəbər Krım xanı Dövlət Gireyı
narahat etdi. Onun fikrincə, Qazan və Həştərxanın azad edilərək
Osmanlı mülklərinə qatılması nəticəsində Krım xanlığı özünün
müstəqilliyini itirəcək. Bununla əlaqədar Krım xanı Osmanlı
sultanını öz fikrindən daşındırmağa çalışsa da, buna nail olmadı.
Osmanlı sultanı Don və Volqa çaylarını birləşdirə biləcək 25
kilometrlik kanal çəkdirmək fikrində idi və bu kanal vasitəsi ilə
Osmanlı donanması Qara dənizə və Həştərxana, sonra isə
Qazana qədər irəliləməli idi. 1569 – cu ildə 17 min Osmanlı
əsgəri və 50 min krımlı kanalın çəkilməsinə göndərildi. Krımdan
olanlar tikinti işinə mane olmağa çalışırdılar. Digər tərəfdən,
Həştərxanda da belə bir kanalın lazım olmadığını deyənlər var
idi.Onlar rusların hakimiyyətindən xilas olunmalarını tələb
edirdilər. Payızda Osmanlı ordusu Həştərxana yürüş etməyi, şə-
həri tutaraq burada qışlamağı qərara aldı ki, yazda kanalın çəkil-
məsi davam etdirilsin. Lakin yürüş zamanı Dövlət Girey Os-
manlı ordusunu tərk edərək oz ordusu ilə Krıma qayıtdı. Bu isə
Həştərxan çöllərində qışlamaq istəyən yeniçərilərin narazılığına
səbəb oldu. Onlar öz rəhbərlərindən geri qayıtmağı tələb etdilər.
Dövlət Gireyın İvan Qroznıya məktubunda qeyd olunurdu
ki, rusları Osmanlılarla müharibədən xilas etmişdir, Moskva
Qazan və Həştərxanı azad etməlidir.
Rusiya Osmanlı imperiyası ilə müharibəyə maraqlı deyildi,
buna görə də Krıma qiymətli hədiyyələr, İstanbula isə səfirlik
göndərdi. Səfirlik Osmanlı sultanını inandıra bildi ki, rus höku-
məti müsəlmanlara hörmətlə yanaşır, Qazan və Həştərxanda
yerli əhali sıxışdırılmır. Bunlara baxmayaraq sultan Qazan və
Həştərxanın qaytarılmasını tələb etdi.
121
1571 – ci ilin yazında Krım ordusu Moskvaya hücum etdi.
Dövlət Girey bildirdi ki, Qazan və Həştərxana görə Rusiyanı
xarabazarlığa çevirəcək. İvan Qroznı bildrdi ki, əgər Krım
xanlığı sülhə və Rusiya ilə müttəfiqliyə razı olsa, Həştərxan ona
qaytarılacaq. Dövlət Girey bu güzsəştlə kifayətlənməyib
müttəfiqlikdən imtina etdi. Danışıqlar uzandığı üçün Dövlət
Girey 1572 – ci ildə yenidən rus torpaqlarına yürüş etdi. Baş
verən döyüş Krım ordusunun məğlubiyyəti ilə nəticələndi.
Bundan sonrakı danışqlarda Dövlət Girey yenidən Qazan və
Həştərxanı tələb etsə də rus hökuməti bunu etməkdən imtina
etdi. Beləliklə, Dövlət Gireyın Qazan və Həştərxanı azad etmək
cəhdləri uğursuzluğa düçar oldu.
8.5.Xalq üsyanları. Həştərxan əhalisi sosial və milli
tərkibinə görə bir – birindən fərqlənirdi. Rus işğalına qədər əhali
əsasən türklərdən ibarət idi, sonralar buraya Rusiyanın müxtəlif
yerlərindən rusların da gəlməsi, məskunlaşması prosesi geniş-
ləndi. Həştərxanda olan balıq vətəgələri, gəmiçilik işçi qüvvələri
tələb etdiyindən burada yaşayanların sayının artması ilə yanaşı
etnik və sosial tərkibi də dəyişirdi. Rusiya Şərq ticarətini
Həştərxan vasitəsilə aparırdı və burada Rusiyadan, Mərkəzi
Asiyadan, Hindistandan və s. gəlmiş tacirləri görmək olardı. Rus
hökuməti həm də şəhərdə əsgərlər saxlayırdı. Həştərxana gələn
əhalinin bir hissəsi təhkimçilik zülmündən xilas olmaq üçün
Rusiyanın mərkəzi rayonlarından gəlmiş kəndlilərdən ibarət idi.
XVIII əsrin əvvəllərində Həştərxanda da üsyanlar baş
verirdi. Bunlardan biri 1705 – ci ildə başlanmışdı. Üsyanın baş-
lanmasına səbəb verginin artması, yeni mükəlləfiyyətlərin tətbiq
olunması idi. Ticarətin bütün növlərinə, o cümlədən xırda tica-
rətə vergi qoyulmuşdu, vergilərin məbləği çox hallarda satılan
malların dəyərlərindən yüksək idi. Şəhərə gələn gəmilərdən
limana daxil olmaq və yola düşmək üçün pul alınırdı, hamam
işlədənlər, pivə bişirənlər vergi ödəyirdilər. Taxıl və ərzağın
qiyməti artmışdı.
1705 –ci ilin iyulunda başlanmış üsyn hökuməti ciddi nara-
hat etdi. Üsyan göstərdi ki, hökumətin burada çox da möhkəm
122
dayağı yoxdur. Həm də Şimal müharibəsinin davam etdiyi bir
şəraitdə buraya qoşun göndərmək lazım gəlirdi.
Rus çarı I Pyotr üsyanı yatırmaq üçün ən yaxşı sər-
kərdələrindən olan feldmarşal Şeremetyevi göndərdi. Ordu 1706
– cı ilin martın 13 – də şəhəri tutdu və üsyanı yatırdı. Üsyanın
300 – dən artıq iştrakçısı edam olundu, bir çox iştrakçısı isə
Sibirə sürgün olundu.

123
9.KRIM XANLIĞI

9.1.Krım xanlığının yaranması. Batı xanın Şərqi Avropada


apardığı hərbi əməliyyatlar nəticəsində Krım yarımadası da
Qızıl Ordanın tərkibinə daxil edildi. Burada XIII əsrin sonunda
Qızıl Orda xanları ilə vassallıq münasibətlərində olan xüsusi
canişinlik yaranmışdı. Canişinliyi idarə edən şəxs Qızıl Orda
xanı tərəfindən təyin olunurdu. Bununla yanaşı o böyük
muxtariyyata malik idi. Belə ki, Krım canişini xarici dövlətlərlə
əlaqəyə girmək , pul zərb etdirmək, qonşu dövlətlərlə sülh
müqavilələri imzalamaq, müharibələr aparmaq hüququna malik
idi. Getdikcə daha çox torpaq sahələrinə yiyələnməyə can atan
Krım canişinləri öz vəzifələrinə irsi xarakter verməyə ça-
lışırdılar. Hələ XIII əsrin sonunda Noqay Krımda irsi udel yatar-
mağa cəhd etmişdi. XIV əsrdə isə əmir Mamay Krımda möh-
kəmlənməyə çalışmışdı. Beləliıkə, Krım yarımadasında güc-
lənməkdə olan əyanlar getdikcə daha çox müstəqilliyə çalışır,
canişinliyi müstəqil dövlətə çevirməyə can ataraq, bu istiqa-
mətdə ardıcıl iş aparırdılar. Bu isə Krımda müstəqil dövlətin
yaranmasına şərait yaradan amillərdən biri idi.
Krımda müstəqil dövlətin yaranmasına onun əlverişli coğrafi
mövqeyi də təsir göstərirdi. Krım yarımadası Qızıl Ordanın Ön
Asiya, Misir, Bizans və Qərbi Avropa, Qaraqorumla siyasi-
tarixi əlaqələrinin həyata keçirilməsində əhəmiyyətli rol oyna-
yırdı. Qızıl Ordaya aparılan yüklər Krım limanlarında boşal-
dılırdı. Krım Monqolustandan və Xarəzmdən Qərbə gedən bö-
yük karvan yolunun sonununcu məntəqəsi idi. Belə ki, Şərqdən
gətirilmiş məhsullar burada gəmilərə yüklənirdi.
Monqol əyanları ilə yanaşı Krım yarımadasına Geniya və
Venesiya böyük maraq göstərirdi. Konstantinopolun 1204 – cü
ildə səlibçilər tərəfindən tutulması italyan tacirlərinin Qara
dənizə iqtisadi – siyasi müdaxiləsi üçün yol açmışdı. 1262 – ci
ildə Bizans imperiyasının bərpa edilməsi onların mövqeyini
daha da möhkəmləndirmişdi, belə ki, imperator Paleoloqun varlı
italyan tacirlərinə ehtiyacı var idi. Paleoloq Venesiya və Geniya
124
tacirlərinə öz gəmiləri ilə Qara dənizə müstəqil surətdə çıxmaq
imkanı verdi. Genuyalılar Qara dənizin cənub sahillərində-
Sinopda, Trabzonda və digər yerlərdə öz koloniyalarını yarat-
dılar. Sonra isə Qafqazın içərilərinə doğru irəliləməyə başladılar.
Geniyalıları Krım daha çox maraqlandırırdı.
XIII əsrin 70–ci illərində genuyalılar Kaffada, venesiyalılar
isə Sudakda möhkəmləndilər. Özbək xan 1332 – ci ildə Azovda
venesiyalılara torpaq sahəsi vermişdi, əvvəllər burada Genu-
yanın ticarət mərkəzi var idi.
Venesiya və Genuyanın Krım sahillərində güclənməsi
müəyyən dövrlərdə Qızıl Orda ilə qarşıdurmaya gətirib çıxar-
dı.1298 – ci ildə Noqay, 1308 – ci ildə Tokta xan, 1344 – 1347 –
ci illərdə isə Canı bəy Kaffaya yürüş etmişdi. 1396 – 1397 – ci
illərdə Yedigey Kaffanı mühasirəyə almışdı.
İnkişaf etmiş sənətkarlıq mərkəzi olan Kaffada gəmiqa-
yırma, dulusçuluq, dəmirçilik böyük nailiyyətlər qazanmışdı.
Buranı Genuya tacirlərinin yuxarı təbəqəsi idarə edirdi və
şəhərin iqtisadi həyatının bütün sahələri onların nəzarəti altında
idi. Yerli əhalinin amansız istismarı hesabına italyanların əlində
böyük sərvət toplanmışdı. Koloniyalarda sənətkar və şəhər
yoxsullarının tacirlər və sələmçilər tərəfindən soyulması bir neçə
dəfə üsyanlara gətirib çıxarmışdı. 1454, 1456, 1463,1471,1472,
1475 – ci illərdə Kaffada, 1455 – ci ildə isə Belqorodda yox-
sulların üsyanları baş vermişdi.
1426 – cı ildə Cucinin nəslindən olan Dövlət Berdi Krımda
xan elan olunur. Onun bir il sonra Həştərxanı ələ keçirməsi Qızıl
Orda xanı Ulu Məhəmmədlə toqquşmaya gətirib çıxartdı. 1428 –
ci ildə baş verən döyüş Dövlət Berdinin məğlubiyyəti və
oldürülməsi ilə başa çatdı.
Krım xanlığının əsasını Hacı Girey qoymuşdur. O, haki-
miyyətə iddialı adam kimi 1427 – ci ildə siyasi səhnəyə çıxdı və
burada hakimiyyəti ələ aldı. Lakin Krımda Hacı Güreyin Seyid
Əhməd kimi rəqibi var idi. Həmin dövrdə Krım xanı elan
olunmuş Seyid Əhməd Hacı Gİreyə qarşı mübarizəyə başladı.
Ələ keçmək təhlükəsi ilə üzləşən Hacı Girey Litvaya getsə də
125
hakimiyyət uğrunda mübarizəni davam etdirirdi və 1433 – cü
ildə Krımda qəti olaraq mökkəmlənir. Hacı Gireyin Krımda ha-
kimiyyətə gəlməsi ilə Gireylər sülaləsinin hakimyiyəti başlandı.
Krımda baş verən hadisələr Kaffada və Litvada diqqətlə
izlənilirdi. Onların hər ikisi Qızıl Ordanın zəifləməsinə maraqlı
olmaqla yanaşı həm də Krımda öz nüfuzlarını artırmağa
çalışırdılar. Ümumiyyətlə, Litvanın Qızıl Orda siyasəti çox
mürəkkəb idi. Belə ki, bu knyazlıq bir sıra hallarda Qızıl Ordada
hakmiyyətə can atan bəzi adamları müdafiə edirdi, uğursuzluğa
düçar olmuş xanlara sığınacaq verirdi, digər tərəfdən Qızıl
Ordanın köməyindən istifadə etməklə öz rəqiblərinə qarşı müba-
rzə aparmağa çalışmaqla yanaşı ona daha çox təsir göstərməyə,
Ordada öz nüfuzunu gücləndirməyə can atırdı. Litva knyazlığı
Hacı Gireyi də müdafiə edirdi və bu yolla Krıma da təsir etmək
fikrində idi.
Hacı Girey Böyük Orda xanı Seyid Əhmədə qarşı mübarizə
aparmaq məqsədi ilə Litva knyazlığı ilə ittifaqa girdi. Seyid
Əhməd 1452 – ci ildə Litva ərazisinə soxularkən Hacı Girey ona
arxadan zərbə vurdu. Seyid Əhməd 1453 – cü ildə Litvaya
uğursuz yürüşü zamanı əsir düşdü. Bu məğlubiyyətdən sonra
Polşa və Litva Krım xanlığının müstəqilliyini tanıdılar.
Krım xanlığının yaranmasına kimi geniyalıların Sudakda,
Azakda və Taman yarımadasında öz konsulları var idi. Onlar
müstəqil fəaliyyət göstərirdilər. Krım müstəqil dövlətə çevril-
dikdən sonra konsullar öz hakimiyyətlərini xan hakimiyyəti ilə
bölməli idilər. Hacı Girey donanmaya, divardeşən maşınlara
malik deyildi. Buna görə də geniyalıları tabe olmağa məcbur edə
bilmirdi, genuyalılar isə yaxşı müdafiə olunurdular.
1453–cü ildə Osmanlılar Konstantinopolu tutarkən genu-
yalılar Bizansa kömək etmişdilər. Bu hadisə Osmanlılarla
Krımın yaxınlaşmasına təsir etmişdi. 1453 – cü ildə Hacı Gire-
yin səfiri ilə Osmanlı donanmasının rəhbərinin görüşündə tatar-
lara geniyalıların Krımdan çıxarılmasında köməklik göstərilməsi
barəsində razılıq əldə edilmişdi.

126
1466 – cı ildə Hacı Gireyin ölümü ilə əlaqədar onun
öğlanları arasında hakimiyyət uğrunda mübarizə başlanarkən
genuyalılar da bu mübarizəyə müdaxilə etmişdilər. Hacı Gireyin
hakimiyyətdə olan oğlu Nur Dövlətin qardaşı Mənqli Gireylə
əvəz olunmasında genuyalıların rolu olmuşdu.
Kaffanın Krımın işlərinə müdaxiləsindən narazı qalan tatar
əyanları kömək üçün Osmanlı sultanına müraciət etdilər. II
Mehmed 1475 – ci ildə Kaffaya ordu və donanma göndərdi.
Kaffa, Azak, Anapa, Sudak, Manqun Osmanlıların əlinə keçdi.
1478 – cü ildə Krım xanı ilə Osmanlı sultanı arasında vassallıq
münasibətləri haqqında saziş imzalandı. Krım xanının oğlan-
larından biri girov kimi İstanbulda yaşamalı idi. Krım xanları
yalnız Gireylər sülaləsindən olmalı idi. Onlar sultana hərbi
kömək göstərməli idilər, sultan isə xanlığın daxili işlərinə qarış-
mamalı idi.
Paytaxtı Bağçasaray olan Krım xanlığının yaranması Mos-
kvanın da diqqətini cəlb etmişdi. Krım limanlarına böyük maraq
göstərən rus hökuməti Krım və Valaxiya vasitəsi ilə Cənubi
Avropa ölkələri ilə mümkün əlaqəni təmin etmək fikrində idi.
Kaffa və Azov vasitəsilə İstanbulla, Kiçik Asiya şəhərləri ilə
ticarət əlaqələri saxlanılırdı.
Rus hökuməti Krım xanlığı ilə Böyük Orda arasında qarşı-
durmadan öz xeyrinə istifadə etməyə can atırdı. Krım vasitəsilə
Böyük Ordaya zərbə vurmaq fikrində olan Moskva həm də
Krımın güclənməsinə yol verməməyə çalışırdı. Krım xanlığı da
Böyük Ordaya qarşı mübarizədə Moskvadan kömək almaq
ümidində idi.
9.2.Krım xanlığının siyasi quruluşu. Dövlətə xan rəhbərlik
edirdi. Xanın yanında dövlət şurası (divan) fəaliyyət göstərirdi.
Daxili və xarici siyasətin ən mühüm məsələlərinin həll edildiyi
divanın üzvləri sülalə üzvlərindən, bəylərdən, murzalardan və
din xadimlərindən ibarət idi. Hərbi yürüş məsələsi, bu yürüşdə
iştrak edəcək ordunun sayı da divanda müəyyən edilirdi.
Divanın qəbul etdiyi qərarlar hamı üçün məcburi idi. Lakin
bəzən xan divanı vaxtında toplaya bilmirdi. Bu isə onunla bağlı
127
idi ki, divan üzvləri Gireylərin müəyyən təşəbbüslərinin həyata
keçirilməsinə mane olmaq üçün qəsdən toplaşmırdılar.
Krım xanlığında da hakimiyyət uğrunda mübarizə gedirdi.
Bu isə kimin xan seçilməsi ilə bağlı idi. Əyanlarının bir qrupu
xanın oğlanlarından birinin namizədliyini irəli sürürdülərsə,
digər qrupu xanın qardaşının namizədliyini müdafiə edirdi.
Krım xanlığında təhkimçilik hüququ mövcud deyildi.
Kəndlilər formal olaraq tatar əyanlarına məxsus olan meşələr-
dən, otlaqlardan pulsuz istifadə edirdilər.
9.3.İqtisadi həyat. Krım hələ Qızıl Orda dövründə iqtisadi –
mədəni cəhətdən inkişaf etmiş rayonlardan biri idi. Burada
Bağçasaray, Kiçik İstanbul adlandırılan Kaffa, Kerç, Azak,
Solxat kimi inkişaf etmiş şəhərlər var idi.
XIII – XIV əsrlərdə Avropanın Çinlə ticarət əlaqələri əsasən
Qızıl Orda vasitəsilə həyata keçirilirdi və burada Krım şəhərləri
əhəmiyyətli rol oynayırdı. Krım şəhərləri həm də Bizans, Koni
sultanlığı, Misir və Qafqazla, rus knyazlıqları ilə ticarət əlaqə-
lərinə malik idi.
Krım sənətkarları müxtəlif növlü odlu silahlar hazırlayırdı.
Odlu silahlar içərisində karabinlər xüsusilə seçilirdi. Kaffada
barıt zavodu fəaliyyət göstərirdi, burada hazırlanmış barıt həm
də xaricə göndərilirdi.
Krım tacirləri əsasən xanlığın daxilində ticarət edirdilər.
Beynəlxalq ticarət əsasən xarici, yaxud Krımda yaşayan yəhudi,
yunan diasporunun əlində idi.
Krım əhalisi heyvandarlıqla da məşğul idi. Heyvandar əhali
qoyun, keçi, dəvə saxlayırdılar, atçılıqla məşğul olanlar da var
idi. Atlardan nəqliyyat vasitəsi kimi istifadə olunurdu, südündən
kumıs hazırlanırdı. Əkinçiliklə məşğul olan əhali arpa, buğda,
müəyyən miqdarda düyü, yulaf, mərci əkirdilər. Müxtəlif növlü
üzüm də yetişdirirdilər.
Əhalinin bir hissəsi ovçuluqla məşğul olurdu. Dəniz sahi-
lində yerləşən kənd və şəhər əhalisi balıqçılıqla məşğul idi, lakin
tatarların özləri dəniz məhsullarından az istifadə edirdilər.

128
Ovlanmış balıqlar qurudulmuş və duzlanmış halda digər ölkələrə
də göndərilirdi.
9.4.XVI – XVIII əsrlərdə xarici siyasət. Krım xanlığının
1502 – ci ildə Qızıl Ordanı məhv etməsi Şərqi Avropadakı türk
dövlətləri üçün Rusiya tərəfindən gözlənilən təhlükəni daha da
artırdı.
Moskva ilə Krım xanlığı arasında getdikcə kəskinləşməkdə
olan münasibətlərə Qazan məsələsi də təsir göstərirdi. 1518 – ci
ildə Qazan xanı Məhəmməd Eminin ölümü ilə əlaqədar
hakimiyyətə kimin gələcəyi məsələsi ortaya çıxır. Bu isə ölən
xanın övladlarının olmaması ilə bağlı idi. Rus çarı III Vasilinin
köməyi ilə Şah Əli Qazanda hakimiyyətə gəldi. Şah Əli isə
Moskvanın vassalı Qasım xanlığının şahzadəsi idi. Şah Əlinin
Qazanda hakimiyyətə gətirilməsi Moskvanın buraya təsirini
gücləndirirdi və Krım bundan narazı idi. Krım xanı Məhəmməd
Girey Qazanda olan tərəfdarlarına arxalanaraq Şah Əlini devirib
öz qardaşı Sahib Gireyi hakimiyyətə gətirdi. Moskvaya birgə
yürüş təşkil edən Krım və Qazan xanlıqlarının ordusu Moskvaya
qədər irəliləsə də, şəhəri tuta bilmədilər.
Qazan və Həştərxan xanlıqlarının işğalından sonra Rusiya
Krıma da zərbə vurmaq fikrində idi. İvan Qroznının özünün
rəhbərliyi altında 1556 – cı ildə böyük bir yürüşün təşkil edil-
məsi nəzərdə tutulurdu. Lakin həmin yürüşü həyata keçirmək
mümkün olmadı. Bu isə onunla bağlı idi ki, Krımın müttəfiqi
Osmanlı imperiyası 1555 – ci ildə Səfəvilərlə sülh müqaviləsi
imzalamışdı və öz vassalının müdafiəsi üçün lazım olan qədər
qüvvə göndərmək imkanında idi, həm də Rusiya ilə Livoniya
arasında getdikcə dərinləşən ziddiyyət müharibəyə gətirib
çıxartdı.
İşğal olunmuş ərazilərdə öz mövqeyini gücləndirmək məq-
sədilə şəhər – qalalar tikdirən Rusiyanın hərəkətləri Krım xan-
lığını ciddi narahat edirdi. Krım başa düşürdü ki, Rusiya tərə-
findən gözlənilən təhlükə getdikcə güclənir. Artıq Qazan, Həş-
tərxan, Sibir xanlıqları işğal olunmuşdu, Noqay Ordası Moskva-

129
dan asılı vəziyyətə düşmüşdü. Osmanlı dövlətinin əsas diqqəti
Yaxın Şərqə və Afrikadakı hərbi əməliyyatlara yönəlmişdi.
Krım xanlığı Rusiyanın yeni şəhər – qalalar tikməsinin
qarşısını dinc yolla almağa cəhd etsə də buna nail ola bilmədiyi
üçün rus mülklərinə yürüşlər təşkil etməyə başladı. Krım
xanının 1591 – ci ildə Moskvaya yürüşündə noqaylılar da iştrak
edirdi. Moskvanın müdafiəsinə Boris Qodunov rəhbərlik edirdi.
Döyüşdə məğlubiyyətlə üzləşən Krım ordusu geri qayıtdı.
Bu hadisədən sonra da rus hökuməti şəhər – qalaların tikil-
məsi siyasətini davam etdirdi. Burada yerləşdirilmiş qarnizon-
lara azad kazakların da bir hissəsi daxil edilmişdi, bir hissəsi isə
daha cənuba hərəkət etməyə başlamışdılar. Azad kazakları
cənuba sıxışdıran, onları yeni salınmış şəhərlərdə xidmətə cəlb
edən Moskva XVI əsrin 90 – cı illərində həm də ucqar cənub
torpaqlarını moskvalılara paylamağa başlamışdı. Belə tədbirlər
isə artıq mövcud olmayan Böyük Orda torpaqlarında rus höku-
mətinin mövqeyinin güclənməsini təmin edirdi.
Krım xanlığında hakimiyyət uğrunda mübarizənin getdiyi
XVII əsrin əvvəllərində xanlıqla Osmanlı imperiyası arasında da
ziddiyyət yaranmışdı. Krımda hakimiyyətə can atan adamlar
kazakların qüvvəsindən istifadə edirdilər və onlar tərəfindən
Osmanlı mülklərinə basqınlar olurdu. Kazaklar 1624 – cü ildə
İstanbulun ətraf yerlərini qarət etmişdilər Osmanlı sultanı IV
Murad (1623 – 1640) Şərqdə Səfəvilərlə müharibənin başlan-
ması ilə əlaqədar kazaklarla ciddi mübarizə aparmaq imkanında
deyildi.
Ukrayna ərazisində XV əsrin sonu, XVI əsrin əvvəllərində
meydana gəlmiş kazak xutorlarının əhalisinin əsas hissəsini
azad əkinçi əhali təşkil edirdi. Polşa panlarının təqibi ilə üzləşən
kazaklar daha cənuba, Dneprin arxasına, Zaporojyeyə getməyə
məcbur olurdular. Beləliklə, burada Zaporojye Seç adlı məskən
yarandı.
Zaporojye tədricən bufer dövlətə çevrildi, bu isə tamamilə
təbii idi, çünki qonşu dövlətlər onu ümumiyyətlə tanımırdılar.
Zaporojye həm kazakların, həm də Ukrayna əhalisinin azadlı-
130
ğının müdafiə edilməsi uğrunda mübarizə aparırdı. Bununla
yanaşı, güclü rəqiblərin əhatəsində olan kazaklar özlərinin hərbi
qüvvələrini, siyasi nüfuzlarını qonşuları ilə bərabərləşdirməyə
çalışırdılar. Bu məqsədlə də onlar özlərinə müttəfiq axtarırdılar.
Kazakların Krım xanlığı ilə yaxınlaşmaq siyasətinə marağı
getdikcə artırdı. Krım xanlığı ilə əlaqə yaradılması onunla əlaqə-
ləndirilirdi ki, tatarların rus mülklərinə yürüşləri Moskvanın
Zaporojye Seçi məhv etməsinə, onun torpaqlarının ələ keçiril-
məsinə imkan verməyəcək. Krım xanlığı bir növ Zaporojye
Seçin və Ukraynanın mövcudluğu üçün əhəmiyyətli bir qüvvəyə
çevrilmişdi. Kazakların Krımla iqtisadi əlaqələri də var idi. Bir
çox məhsullar tatarlardan alınırdı. Dinc dövrlərdə Krım xanının
icazəsi ilə Qara dəniz sahillərində balıq ovlayan kazaklar bunun
əvəzində tatarlara Ukrayna torpaqlarında düşərqə salmağa,
otlaqlardan istifadə etməyə imkan verirdilər.
Sultan IV Murad 1636 – cı ildən Zaqafqaziya uğrunda
Səfəvilərlə mübarizəyə hazırlaşırdı və vassal kimi Krım xanlığı
da döyüşə getməli idi. Lakin Krım xanı Osmanlıların əlində
olan Kaffanı tutdu. Buna cavab olaraq Osmanlı sultanı bildirirdi
ki, Krım xanı İnayət Girey hakimiyyətdən salınır. Bu vəziy-
yətdən istifadə edərək Don, Zaporojye kazakları və ruslar
ataman Mixail Tatarinin rəhbərliyi altında Azovu mühasirəyə
aldılar və 1637 – ci ildə qala tutuldu. Bu zaman rus hökuməti
qalanın tutulmasında əli olmadığını bilirdi. Əslində isə rus çarı
hər il Dona pul, taxıl, döyüş sursatı göndərirdi. Rusiya güclü bir
qüvvəyə çevrilən kazakların qüvvəsindən həm Krıma qarşı mü-
haribədə istifadə edirdi, həm də Osmanlı mülklərini hədələyirdi.
Səfəvilərlə müharibənin 1639– cu ildə uğurla başa çatması,
Venesiya ilə döyüşün qurtarması ilə əlaqədar Osmanlı sultanı
1641 – ci ildə Azova ordu göndərdi. Bu dövrdə Moskva kazak-
lara kömək göndərməməyi qərara aldı, çünki həm Rusiyanın
özündə sosial ziddiyyətlər kəskinləşmişdi, həm də xarici siya-
sətdə uğursuzluqlar var idi. Osmanlılara müqavimət göstərə
bilməyən kazaklar 1642 –ci ildə Azovu tərk edirlər.

131
Krım xanı İslam Gireyin dövründə (1644-1654) tatarlarla
kazaklar arasında müəyyən illərdə birgə fəaliyyət mövcud
olmuşdur. Ukrayna xalqının azadlıq uğrunda Polşa ilə müba-
rizəsi dövründə (1648 – 1654) azadlıq mübarizəsinə rəhbərlik
etmiş Boqdan Xmelnitski də kazak idi. O, 1648 – ci ildə Krıma
gələrək Polşaya qarşı mübarizə üçün xandan kömək istəmişdi.
1648 – ci ilin mayında Jeltıye Voda altında baş verən döyüşdə
kazak – tatar ordusu böyük bir qələbə qazanmışdı.
Tatarlarla kazakların Polşaya qarşı birgə mübarizəsi döv-
ründə də Rusiya cənub sərhədlərində yeni istehkamların yaradıl-
ması işini davam etdirirdi. Belə ki, 1648 – 1654 – cü illərdə
müdafiə xətti Aşağı Lomovdan Volqada Simbirskə qədər uza-
dılmışdı. Çar hökumətinin XVII əsrin 30 – 50 –ci illərində
cənub istiqamətində yaratdığı müdafiə istehkamları tatarların yü-
rüşlərinin qarşısını almağa imkan verirdi. Bu isə Moskvaya Pol-
şa ilə müharibəyə hazırlaşmağa şərait yaratmaqla yanaşı Qara
dəniz sahili çöllərinin də iqtisadi cəhətdən mənimsənilməsini
təmin edirdi. Bu da Rusiya üçün əhəmiyyətli bir məsələ idi. Ye-
ni ərazilərin işğalı və burada rus məskənlərinin yaradılması
Moskvanın siyasətinin başlıca xüsusiyyətlərindən biri idi.
Çar hökumətinin həyata keçirdiyi tədbirlər Krım xanlığı
üçün təhlükənin getdikcə gücləndiyini göstərirdi. Osmanlı
tarixçisi və diplomatı Övliya Cələbi qeyd edirdi ki, ruslar 5 – 10
il tatarların hücumlarından xilas ola bilib dövlət quruculuğu ilə
yaxşı məşğul olsalar, heç bir dövlət onlara qarşı dura bilmə-
yəcək, onlar kazakların, polyakların torpaqlarını tutacaqlar.
1654–cü ildə Ukraynanın Rusiyaya qatılması, Xmelnits-
kinin çar hökumətinə sədaqət andı içməsi Krımda böyük
narahatlıq yaratdı. Ukraynanın Rusiya tərəfindən ələ keçirilməsi
nəticəsində Şərqi Avropada qüvvələr nisbəti xeyli dəyişdi. Ru-
siya tərəfindən gözlənilən təhlükə Polşa ilə Krımı yaxınlaşmağa
məcbur etdi. 1654 – cü ildə Rusiya ilə Polşa arasında başlanan
müharibədə tatarlar polyaklara kömək edirdi. Lakin sonrakı
illərdə baş verən hadisələr Polşa ilə Krım münasibərlərinə mənfi
təsir göstərdi. İsveç Rusiya ilə Polşa arasında gedən müha-
132
ribədən istifadə edərək Polşaya məxsus bəzi əraziləri tutmaq
fikrinə düşdü. İsveç həm də Rusiyanın Litvadan Baltik dənizinə
çıxmasına mane olmaq fikrində idi.
İsveç Polşaya qarşı birgə mübarizə haqqında Rusiyaya
ittifaq yaratmağı təklif etdi. Rusiya isə bu təklifə şübhə ilə ya-
naşdığından onu qəbul etmədi və İsveçdən tələb etdi ki, Rusi-
yanın Litvada ələ keçirdiyi şəhər və qalalara hücum etməsin.
Rusiyanın fikrincə, İsveçin fəaliyyəti tək Polşaya qarşı
deyil, həm də çarizmə qarşı yönəlib. 1656 –cı ildə İsveçə mü-
haribə elan edən Rusiya Polşaya müharibəni dayandırmağı və
İsveçə qarşı birgə mübarizə aparmağı təklif etdi və Polşa bu-
nunla razılaşdı. 1661 – ci ildə Kardiss sülh müqaviləsini imza-
layan İsveç hərbi əməliyyatlar zamanı ələ keçirdiyi ərazilərdən
imtina etdi.
Polşa ilə Rusiya arasında ərazi məsələləri ilə bağlı müəyyən
narazılıqlar olsa da müharibə hər iki tərəfi gücdən salmışdı.
1667 – ci ildə tərəflər arasında Smolensk yaxınlığında Andru-
sovo kəndində imzalanmış müqavilədə Krım və Osmanlı döv-
lətlərinə qarşı mübarizə məsələsi də var idi. Belə ki, Rusiya
Krım, Polşa isə Osmanlı dövlətinin Dunayarxası mülklərinə
hücum etməli idilər.
Andrusovo müqaviləsində Ukrayna torpaqlarının Rusiya və
Polşa arasında bölüşdürülməsi məsələsi də nəzərdə tutul-
duğundan Ukraynada narazılıq yarandı. Sağsahil Ukraynasının
getmanı Pyotr Doroşenkonun fikrincə Polşa və Rusiya ilə mü-
qayisədə Krım və Osmanlı dövlətləri daha az təcavüzkardırlar.
Osmanlı dövlətinin himayəsini qəbul etməyi qərara alan
Doroşenko tatarlarla birlikdə 1667 – ci ilin əvvəllərində Polşaya
zərbə vurdular. Rusiya ilə Polşa arasında bağlanan müqavilədə
nəzərdə tutulurdu ki, Osmanlılar bilavasitə Polşaya qarşı
mübarizəyə başlasalar, Rusiya Polşaya kömək edəcək.
Rusiyanın Krım siyasəti də Ukraynada birmənalı qarşılan-
madı. Getman İ.Samoyloviç belə hesab edirdi ki, Polşanın
Ukraynaya hücumlarının qarşısının alınmasıda tatarların da rolu
var və onlarla müttəfiqlik əlverişlidir. Rusiya isə belə bir fikri
133
təbliğ edirdi ki, Osmanlılar və tatarlar həmişə xristianların
rəqibləri olmuşlar, əgər ukraynalılar və ruslar bir ittifaqda ol-
masalar, bütün xristianlar belə fikirləşəcəklər ki, biz xristianlar-
dan çox müsəlmanlara yaxınıq. Pravoslavlar istəmirlər ki,
müsəlmanlar xristianların qanını axıtsınlar.
Ukraynada Krıma yürüşə mənfi münasibət bəsləyənlər var
idi, onlar Osmanlılara qarşı mübarizə üçün Polşa ilə ittifaq
yaratmağım əleyhinə idilər. Bundan narazı qalan rus hökuməti
1687 – ci ildə getman Samoyloviçi vəzifəsindən uzaqlaşdırdı,
Polşa ilə gizli əlaqəyə malik olan İ.Mazepani getman təyin etdi.
1687 və 1689 – cu illərdə rus ordusu knyaz V. Qolisinin
rəhbərliyi altında iki dəfə Krıma yürüş etdi. Lakin bu yürüşlər
ruslara uğur gətirmədi.
Sosial və milli zülmə etiraz olaraq Ukraynada XVIII əsrin
başlanğıcında Polşaya qarşı üsyan başlandı. Üsyançılar Ağ
Kilsəni, Nemirov, Bar və digər şəhərləri tutdular. Üsyançılara
qarşı ordu göndərən Polşa Rusiyadan da kömək almışdı. Kazak-
lar kömək üçün Krım xanına müraciət edərək bildirdilər ki,
tatarlarla birlikdə Moskva ilə döyüşməyə hazırdırlar. Lakin Os-
manlı dövləti buna razı olmadı. Osmanlılar 1700 – cü ildə
Rusiya ilə müqavilə bağlayaraq Dneprin aşağı axarlarında bəzi
şəhərləri almışdı.
Krım xanı Osmanlı dövlətinin mövqeyindən narazı qaldığı
üçün Krımı Osmanlılardan təmizlənməyi qərara aldı. Osmanlı
dövləti isə buna imkan vermədi, Dövlət Girey hakimiyyətdən
salındı.
Krım xanı Qaplan Girey 1735 – ci ildə Dərbəndə yürüş etdi.
Rusiya isə Krım ordusunun Qafqazdakı hərbi əməliyyatlara
başının qarışmasından istifadə edərək Krıma ordu göndərdi,
1736 – cı ildə Osmanlı imperiyasına müharibə elan etdi. Rus
ordusu Azov qalasını tutdu, Bağçasarayı zəbt etdi. 1737 – ci ildə
rus ordusu Osmanlıların əlində olan Oçakov qalasını tutmaqla
Osmanlı dövləti ilə Krımın quru yolla əlaqəsini kəsdi. Lakin
Krım ordusunun əsas qüvvələri hələ dağıdılmamışdı. Ərzaq
çətinliyi və havaların sərt keçməsi ilə əlaqədar rus ordusu Krımı
134
tərk etdi. 1737 – ci ildə Belqorodda Rusiya ilə Osmanlı dövləti
arasında bağlanan müqaviləyə görə Rusiya ələ keçirdiyi
ərazilərdən əl çəkdi.
9.5.Krımın Rusiya tərəfindən işğalı. 1768 – ci ildə Rusiya
ilə Osmanlı dövləti arasında başlanan müharibənin ilk dövr-
lərində rus ordusu Dunayətrafı ərazilərin böyük bir hissəsini
tutdu, Azov və Taqanroqu ələ keçirtdi. Qara dənizdə Osmanlı
donanması ilə döyüşmək üçün Azov dənizində donanmanın
yaradılması başlandı.
Hərbi əməliyyatlarda qazanılmış uğurlara əsaslanan çar
hökuməti belə hesab edirdi ki, əgər Osmanlı dövləti Krım xan-
lığını himayə etməkdən imtina edərsə onda xanlığın özü Rusi-
yadan tamamilə asılı vəziyyətə düşəcək. Buna görə də çar höku-
məti Osmanlı sultanına təklif etdi ki, Krım xanlığına müstəqillik
versin. İstanbul bundan imtina etdi. Bundan sonra çar hökuməti
Krım xanı II Qaplan Gireyə bildirdi ki, xanlığın tam müstə-
qilliyə nail olunmasında ona kömək ediləcək, lakin xan bu
təklifi qəbul etmədi.
Beləliklə, rus hökumətinin Krım-Osmanlı münasibətlərin-
dəki müəyyən narazılıqları həddindən artıq yüksək qiymətlən-
dirməsi üzə çıxdı. Düzdür, müəyyən məsələlərlə bağlı Krım
xanlığı iıə Osmanlı dövləti arasında fikir ayrılığı dəfələrlə yaran-
mışdı. Lakin Krım üçün təhlükənin çox gücləndiyi anlarda tatar-
lar incikliyi yaddan çıxarırdılar. Belə bir şəraitdə II Yekatirena
yeni siyasətə əl atdı. O, tatarların daxilində parçalanma salmaq,
onları üz-üzə qoymaq siyasətinə keçdi. Bu isə nəticəsiz qalmadı.
Krım tərəfdə olan rus ordusuna rəhbərlik edən knyaz
V.Dolqoruki nüfuzlu tatar əyanlarının bir hissəsini ələ ala bildi,
bunların içərisində xan sülaləsinin üzvləri də var idi. Onlardan
biri rusların köməyi ilə hakimiyyətə gəlmək fikrində olan Şahin
Girey idi. Həmin dövrdə Krım xanı Səlim Girey idi. O, İstanbula
sadiq olub, ruslara qarşı bir sıra döyüşlərdə iştrak etmişdi. Krım
xanı sarayda olmadığı dövrdə divan üzvləri Dolqoruki ilə
danışıqlardan imtina etsələr də, Şahin Girey danışıqların zəruri
olduğunu bildirmiş, divan üzvlərini hədələmişdi. Bunu İstan-
135
bulda da bilirdilər. lakin Səlim Gireyin Krıma qayıtmasından
sonra Sahin Girey susmağa məcbur olmuşdu.
Rusiyanın 1771 – ci ilin əvvəllərində hazırladığı gizli plan-
da nəzərdə tutulurdu ki, əgər tatarlar çar hökumətinin tərəfinə
keçməzlərsə, müharibə dövründə onlar məhv edilməli, torpaqları
isə talan olunmalıdır. Dolqorukinin ordusu 1771 – ci ilin iyu-
lunda Krıma soxularkən ona keçmiş Noqay tatarları da kömək
edirdilər. Krımın əsas dayaq məntəqələri iki həftə ərzində ruslar
tərəfindən tutuldu. Səlim Girey İstanbula qaçdı. Dolqoruki Şahin
Gireyin tərəfdarları və Krımda yaşayan yunan, yəhudi və
ermənilərin və s. köməyi ilə Krımda ağalıq etməyə başladı.
Yunan, yəhidi və ermənilərə Krımdan qaçmış tatarların torpaq
sahələri, emalatxanaları və evləri verilirdi.
Dolqorukinin köməyilə Şahin Girey hakimiyyətə gəlsə də
ölkə əslində rusların əlində idi. Osmanlı qarnizonları Krımdan
çıxarılmışdı, qalalar ruslar tərəfindən tutulmuşdu. Sülalə üzvləri
özləri mövcud vəziyyətə etiraz etməyə başladılar. Rusiyanın
Krıma göndərdiyi əlavə qüvvələr narazı adamlara divan tutdu
1772 – ci ilin noyabrın 1 – də Krım əyanları xalqın müstəqilli-
yini, eyni zamanda Krımla Rusiya arasında ittifaqı və dostluğu
nəzərdə tutan traktatı imzaladılar.
Krım xanlığına muxtariyyət verildi. Osmanlı dövləti isə
Krımın müxtariyyatını tanımadı, bu isə onunla bağlı idi ki,
muxtariyyatı tatarlar yox, Rusiya tələb etmişdi. Çar hökuməti
tatarların belə bir xahişlə müraciət etmələrinə nail olmaq üçün
böyük qüvvə sərf etməli olmuşdu. Çox keçmədi ki, əvvəllər Ru-
siyaya meyl edən bəylər və murzalar da öz mövqelərini də-
yişdilər.
Rus adminstrasiyası tatarların əmlaklarını onların əlindən
alır, özlərini sıxışdırırdı. Divanın özü də Rusiyanı traktatı
pozmaqda günahlandırmağa başladı. Kubanda tatarların üsyanı
başladı. Üsyan ordunun köməyi ilə yatırıldı. Osmanlı impe-
riyası da Rusiya ilə 1768 - ci ildə başlanmış müharibəni uduz-
muşdu. 1774 – cü ildə Kiçik Qaynarca kəndində Rusiya – Os-
manlı sülh müqaviləsi imzalandı. Rusiya Qara dənizə çıxış əldə
136
etdi. Çar hökuməti artıq burada donanma saxlaya bilərdi. Həm
Rusiya, həm də Osmanlı dövləti Krımın müstəqilliyini tanıdı.
Krım xanları müstəqil surətdə xalqın özü tərəfindən seçilməli
idi, yəni hər hansı bir xarici dövlətə məlumat vermək lazım de-
yildi. Krım müsəlmanları yalnız dini baxımdan ali xəlifə kimi
Osmanlı sultanına tabe olmalı idilər, belə ki, xəlifənin funksi-
yasında yeni seçilmiş xana xeyir – dua vermək məsələsi də var
idi.
Tatarlar rusların köməyi ilə hakimiyyətə gətirilmiş xana
tabe olmaqdan boyun qaçırtdı. Onlar Osmanlı himayəsinə üstün-
lük verirdilər. tatarlar biləndə ki, sultan heç vaxt Şahin Gireyə
xeyir – dua verməyəcək, İstanbula nümayəndə göndərib əvvəlki
himayədarlığı xahiş etdilər. Tatarların 1775 – ci ildə Şahin
Gireyi devirib III Dövlət Gireyi hakimiyyətə gətirməsindən
sonra Osmanlı sultanı ona yardım göndərdi.
Krım hadisələrini izləyən çar hökuməti Şahin Gireyi
hakimiyyətə qaytarmağı qərara aldı. Bu dəfə də Rusiya ayrı –
ayrı əyanların ələ alınması, yalan və zorakılıq metodundan
istifadə etdi. Krıma casuslar göndərildi. Sonra isə ordu yola
salındı. Məğlub olan III Dövlət Girey İstanbula qaçdı.
1777 – ci ildə hakimiyyətə gələn Şahin Gireyin vergiləri
artırması əhalinin yaşayışını pisləşdirdi. Xan həm də bəzi dövlət
vergilərinin toplanılmasını qeyri – müsəlmanlara – yunan, yəhu-
di və ermənilərə tapşırdı. Belə bir vəziyyət 1777 – ci ildə üsyana
gətirib çıxardı. Rus ordusu Krım üsyançılarına divan tutmağa
başladı. Avropa ölkələrinin bu qanlı aksiyaya etirazı nəticəsində
Rusiya ordusunu buradan çıxartdı.
1778-ci ilin yazında rus hökuməti Krımda olan ermənilərin
və yəhudilərin bir hissəsinin cənubi rus quberniyalarına
köçürülməsi haqqında fərman verdi. Bu addımla çarizm belə bir
fikir formalaşdırmağa çalışırdı ki, guya Krımda müsəlmanlar
qeyri–müsəlmanları sıxışdırır. Bununla da Rusiya müsəlmanları
xristian dünyası qarşısında düşmən kimi tanıtmağa çalışırdı. Çar
hökuməti həm də Krımdan 30 min nəfərlik işçi qüvvəsi köçür-
məklə yeni işğal olunmuş Şimali Azovətrafı sahilləri məskun-
137
laşdırmaq istəyirdi. Bunlarla yanaşı boşaldılmış torpaqların çar
mülkləri sırasına daxil edilməsi nəzərdə tutulurdu.
Yunanlar köçməkdən imtina etdikləri üçün Suvorovun
rəhbərliyi altında oraya qoşun göndərildi və köçürmə həyata
keçirildi.
XVIII əsrin 70 – ci illərində beynəlxalq münasibətlərdə baş
verən hadisələr də Rusiyanın əl – qolunu açırdı. Şimali Ameri-
kada ingilis müstəmləkələri müstəqillik uğrunda mübarizə
aparırdı. Bu mübarizəyə İngiltərənin rəqibi Fransa da kömək
edirdi. Bavariya üstündə Avstriya ilə Prussiya üz – üzə gəlmişdi.
Bu mənada Qərb ölkələri Rusiyanın işğalçılıq planlarının həyata
keçirilməsinə mane ola bilmirdilər.
Krım məsələsi üstündə Osmanlı dövləti ilə Rusiya arasında
yenidən müharibə təhlükəsi yarandı. Fransanın vasitəçiliyi ilə
Kiçik Qaynarca sülhünün bəzi maddələrinə yenidən baxmaq
üçün İstanbulda konfrans keçirildi. Əldə edilmiş razılığa görə
Rusiya Krımdakı əsgərlərini buradan çıxartmalı idi. Osmanlı
dövləti isə Şahin Gireyi xan kimi tanımalı idi. Lakin tatarlar
1781 – ci ildə üsyan qaldıraraq Şahin Gireyi qaçmağa məcbur
etdilər.
Rusiya ilə Avstriya arasında 1781 – ci ildə bağlanmış itti-
faq müqaviləsinə görə Osmanlı dövlətinin Kiçik Qaynarca sül-
hünü pozacağı, yaxud Rusiyaya hücüm edəcəyi halda Avstriya
da Osmanlı dövlətinə müharibə elan etməli idi. Avstriya həm də
Rusiyanı Krımı işğal etmək məsələsində müdafiə etməli idi.
Rus hökumətinin fikrincə, Krımın müstəqilliyinin həm
Rusiya, həm də Osmanlı dövləti tərəfindən tanınması Rusiyaya
sakitlik gətirməmişdi. Krımı əldə saxlamaq üçün Rusiya böyük
qüvvə və vəsait sərf etmişdi. Buna görə də Krım yarımadasını
Rusiyanın ərazisinə çevirmək lazım idi.
Knyaz Q.Potyomkinə Krımda “qayda – qanun” yaratmaq
tapşırıldı. Rus ordusu Krıma gələn kimi Şahin Girey Bağça-
saraya gələrək hakimiyyətə yiyələndi, ona qarşı çıxanlara divan
tutdu. Xanın qəddarlığı hətta tatarların düşməni Potyomkini də
heyrətləndirdi. Tatarları tam itaətə gətirmək üçün general Sa-
138
moylov xüsusi tapşırıqla Şahin Gireyin yanına göndərildi. Xana
Krım taxtını tərk etmək təklif olunmuşdu. 1783 – cü ilin yan-
varında rus çarı Şahin Gireyə bildirdi ki, onun öz təbəələri ilə
qəddarlığı üzündən, Şahinin hakimiyyətdə saxlanılması rus
dövlətinin maraqlarına uyğun deyil.Rus ordusu yarımadanı
tutdu.
1783 – cü ilin fevralında “Krım yarımadasının, Taman ada-
sının, bütün Kubanın Rusiyanın hakimiyyəti altına keçməsi
haqqında” manifest elan edildi.
“Manifest”də tatarlara şəxsiyyət və əmlak toxunulmazlığı,
dini inamlarının qorunacağı vəd edilsə də yerli əhalinin torpaq-
ları zəbt olunurdu. Tatar kəndliləri rus mülkədarlarının xeyrinə
bir sıra mükəlləfiyyətləri yerinə yetirməyə məcbur edildi.
Əhali kütləvi surətdə Krımı tərk etməyə başladı. Bu isə
çarizmin müstəmləkəçilik siyasətinə uyğun idi. Mətbuat
səhifələrində də qeyd olunurdu ki, yeni ələ keçirilmiş ərazidə
möhkəmlənmək üçün burada rusların məskunlaşması zəruridir.
Hökumət istefaya çıxan və burada qalan rus əsgərlərinə torpaq
verməyə başladı, onların evlənməsi üçün Rusiyadan məcburi
yolla yarımadaya qadınların göndərilməsi həyata keçirildi.
Rusiyanın müstəmləkəçilik siyasəti ilə razılaşmayan Os-
manlı imperiyası Kiçik Qaynarca sülhünə əməl olunmasını tələb
etdi. Rusiya bundan imtina etdi. 1787 – ci ildə başlanan mü-
haribə Osmanlı sultanının məğlubiyyəti ilə başa çatdı. 1792-ci
ldə bağlanan Yassı sülhünə görə İstanbul Krımın rus mülkü ol-
masını tanıdı.

139
10.QAZAXLAR XV ƏSRİN II YARISI, XVIII ƏSRDƏ

10.1.Qazax xanlığının yaranması. XVI-XVII əsrlərdə


siyasi vəziyyət. Əbülhayir xan tərəfindən XV əsrin 20 – ci illə-
rində yaradılmış Özbək xanlığının tərkibinə Sibirdən Mavərən-
nəhrə qədər olan ərazilər daxil idi. Mərkəzi hakimiyyəti möh-
kəmləndirməyə çalışan özbək xanı bəzi vilayət hakimlərinin
müqaviməti ilə üzləşirdi. Əbülhayir xanla vilayət hakimləri
arasındakı ara müharibələri dövründə bəzi tayfa rəhbərləri
özlərini gözlənilən təhlükədən qurtarmaq üçün yaşayış yerlərini
tərk etməyə məcbur olurdular. Bunların içərisində Batı xanın
qardaşı Orda İçenin nəslindən olan Girey və Canıbəy də var idi.
Onlar tabeliklərində olan bir qrup adamla Moqolustana getmiş-
dilər.
Moqolustan xanı İsa Buğa xanın özü də Özbək xanlığının
güclənməsini istəmirdi, onun zəifləməsinə maraqlı olduğu üçün
Əbülhayir xana qarşı mübarizədə onun rəqiblərinin köməyindən
də istifadə etməyə çalışırdı. Özbək xanlığından gəlmiş Girey və
Canıbəyə Çu vadisində yer vermişdi. Özbək xanlığındakı ara
müharibələri Əbülhayiır xanın ölümündən sonra güclənmişdi və
Moqolustana gələnlərin sayı xeyli artmışdı. Nəticədə Girey və
Canıbəyin ətrafında olan adamların sayı artırdı.
1462 – ci ildə İsa Buğanin ölümündən sonra hakimiyyət
uğrunda mübarizə başlanır. Ara müharibələri ilə yanaşı kalmık-
ların hücumları ölkəni zəiflədirdi. Belə bir şəraitdə Çu və Talas
vadilərində Qazax xanlığının yaranması üçün şərait yaranır.
1465 – 1466 – cı illərdəQazax xanlığı meydana gəlir. 1468 – ci
ildə Əbülhayir xan ölür. Özbək xanlığında ara müharibələri daha
da güclənir. Hakimiyyət uğrunda qanlı müharibələr nəticəsində
xanlıqdan Girey və Canıbəyin yanına köçənlərin sayı artır.
Canıbəylə Girey Özbək xanlığına qayıdaraq, hakimiyyəti
ələ keçirməyə çalışırlar. Əbülhayir xanın oğlu Şeyx Heydər və
onun qohumları öldürülür. Lakin Canıbəy və digən sultanlar Öz-
bək xanlığında möhkəmlənə bilmirlər. Özbək xanlığında haki-
miyyəti Əbülhayir xanın nəvəsi Məhəmməd Şeybanlı ələ keçirir.
140
Canıbəyin 1468 – ci ildə ölümü ilə əlaqədar Gireyin oğlu Burun-
duk Qazax xanlığında hakimiyyətə gəlir. Onun dövründə (1480-
1511) qıpçaq çölləri üzərində qazaxlarla özbəklər arasında ciddi
mübarizə gedirdi.
Qazax xanlığında Burundukla Canıbəyin oğlu Qasım
arasında da mübarizə gedirdi. Bu mübarirəzədə Burundukun özü
məğlub olur. 1511 – ci ildə Qasım xan hakimiyyətə gəlir. Həmin
dövrdə Qazax xanlığı ilə qonşu olan Noqay Ordası ciddi böhran
keçirirdi. Orda hakimiyyət uğrunda mübarizə alovuna bürün-
müşdü. Noqay Ordasında yaşayan bəzi tayfalar Qazax xanlığına
köçmüşdülər
Burundukun dövründə olduğu kimi Qasım xanın haki-
miyyəti illərində də Şeybanlılarla mübarizə gedirdi. Mübarizə
Sir – Dərya şəhərlərinə yiyələnmək üstündə gedirdi. Bu şəhərlər
zəngin ticarət və sənətkarlıq mərkəzləri idi. Burada köçəri əhali
heyvandarlıq məhsullarını taxıl və sənətkarlıq məhsulları ilə
dəyişərək öz tələbatlarını ödəyirdilər. Digər tərəfdən də Sır –
Dərya şəhərləri həm də qazax sultanlarının hakimiyyətlərini də
möhkəmləndirə bilərdi. Məhəmməd Şeybanlı belə hesab edirdi
ki, onun rəqibləri - Dəsti – Qıpçaq sultanları öz qüvvələrini bir-
ləşdirib Mavərənnəhrə hücum edə bilər və yerli əhali ilə birlikdə
hakimiyyətə yiyələnə bilərlər. Bunlarla əlaqədar Məhəmməd
Şeybanlı çalışırdə ki, qazaxlarla Sır – Dərya şəhərləri və Mavə-
rənnəhrin oturaq əhalisi arasında əlaqəyə imkan verilməsin.
Qazaxlarla Şeybanlılar arasında baş vevən qarşılıqlı yürüş-
lər zamanı xeyli yaşayış mərkəzləri dağıdılmış, iqtisadiyyata
böyük ziyan dəymişdi, xeyli insan məhv olmuşdu.
Məhəmməd Şeybanlı xanın 1510 – cu ildə Mərv döyüşündə
Səfəvilər tərəfindən məğlub edilməsi və öldürülməsi ilə əlaqədar
Şeybanlıların əsas diqqəti bir müddət hakimiyyət uğrunda mü-
barizəyə qarışmışdı və bu Sır – Dəryanın oturaq rayonlarına bas-
qınların dayanmasına səbəb oldu.
1518 – ci ildə Qasım xanın ölümü ilə əlaqədar xanlıqda ha-
kimiyyət uğrunda mübarizə başlanır. Qasım xanın hakimiyyətə
gələn oğlu Mamaş (1518-1523) özü də ara müharibələrinin
141
qurbanı olur. Hakimiyyət Tahirin əlinə keçir. Onun dövründə
(1523 – 1533) Moqolustanla, Noqay Ordası, Daşkənd hakimləri
ilə mübarizə aparılırdı. Lakin bu mübarizə ona qələbə gətir-
məmişdi. Ölkədə istismarın güclənməsi bir çox qazaxların öl-
kəni tərk etməsinə səbəb olmuşdu. Ara müharibələri Tahirin va-
risi Buydaşın dövründə (1533 – 1534) də davam edirdi.
Qazax xanlığında gedən ara müharibələri əhalinin həyat
səviyyəsinə, xarici siyasətə mənfi təsir göstərsə də qazaxların
etnik cəhətdən onlara yaxın xalqlarla iqtisadi – mədəni əlaqə-
lərinə mane ola bilmədi. Sır – Dərya şəhərləri köçəri və oturaq
əhali arasındakı ticarətdə vasitəşi rolunda çıxış edirdi. Bu
şəhərlərə gələn qazax tacirləri özləri ilə gətirdikləri heyvandarlıq
məhsullarını əkinçilik və sənətkarlıq məhsullarına dəyişirdilər.
Qazax xanlığındakı ara müharibələrinə son qoymaq üçün
Qasım xanın oğlu Haqq Nəzər (1538-1580) ciddi mübarizə
aparırdı. O, eyni zamanda xanlığın sərhədlərinin genişləndiril-
məsinə də çalışırdı. Bu dövrdə Noqay Ordasında iki qrup arasın-
da mübarizə gedirdi. Bu qruplardan biri rus dövlətinin hima-
yəsini qəbul etməyə meyl edirdi, ikinci qrup isə Moskvanın
vassalına çevrilmək istəmirdi. Haqq Nəzər isə noqaylılar
arasındakı qarşıdurmadan istifadə edərək onların bir hissəsini öz
tərəfinə çəkdi. Yaik çayının sol sahilində yaşayan noqaylılar
Haqq Nəzərə tabe oldular. Haqq Nəzər həm də Şeybanlı xanı
Abdulla ilə dinc münasibətlər yaratmışdı. Bununla yanaşı, istər
Haqq Nəzərin, istərsə də sonrakı qazax xanlarının Şeybanlılara
münasibəti sabit deyildi. Haqq Nəzər və ondan sonrakı qazax
xanları Şiqay və Tevekkel Daşkənd hakimi Baba xana Buxara
xanı Abdulla xana qarşı mübarizədə kömək etmişdi. Baba sultan
Şeybanlıların hakimiyyətindən xils olmağa çalışırdı. Lakin sonra
Haqq Nəzər öz mövqeyini dəyişərək bir qrup qazax sultanı ilə
Baba sultana qarşı sui-qəsd təşkil etmişdi. Sui –qəsdin üstü
açılmışdı və Daşkənd hakimi tərəfindən göndərilmiş adam Haqq
Nəzəri öldürmüşdü. 1582 – ci ildə Baba sultanı öldürən və onun
kəsilmiş başını Abdulla xana gətirən Tevekkel 1585 – ci ildə Sır
– Dərya şəhərləri uğrunda mübarizəyə başlamışdı. Türküstan,
142
Daşkənd və Səmərqənd şəhərlərini tutmağa nail olan Tevekkel
Buxara uğrunda mübarizədə yaralanıb ölmüşdü.
Feodal ara müharibələri, Sır – Dərya şəhərləri uğrunda
mübarizə XVII əsrin əvvəllərində də davam edirdi. Bu dövrdə
həm də Moqolustanla mübarizə gedirdi, çünki, qazax əhalisinin
bir hissəsi Moqolustanin hakimiyyəti altında idi. Qazax çölləri
həm də Moqolustanda yaşayan oyratların da hücumuna məruz
qalırdı. Bu hücumlar hələ XV əsrdən başlamışdı və tədricən
güclənirdi. XVII əsrdə müəyyən fasilələrlə oyrat feodallarının
qazax çöllərinə hücumları davam edirdi.
XVI əsrin ortalarında Volqaboyu ərazilərin Rusiya tərəfin-
dən işğal olunması nəticəsində çar hökumətinin sərhədləri qazax
çöllərinə yaxınlaşdı. Rusiya qazax çöllərinə həm siyasi, həm də
iqtisadi cəhətdən maraq göstərirdi.
10.2. XVIII əsrdə Qazaxıstanın siyasi həyatı. XVII əsrin
sonunda Qazax xanlığı Kiçik, Orta və Böyük juzlara bölündü.
“Juz” sözü “hissə”, “tərəf” mənasını bildirir. Juzların yaranması-
nın əsasını ayrı-ayrı nəsillərin və tayfaların tayfa ittifaqlarında
birləşməsi təşkil edirdi.
Qazax juzları əhalisinin sayına, ərazilərin sahəsinə, siyasi
həyatdakı mövqelərinə görə fərqlənirdilər. Kiçik Juz əhalisinin
sayına, Orta Juz ərazisinə görə birinci yerdə idi. Siyasi həyatda
juzlardan hansının əhəniyyətli rol oynaması isə bunlardan han-
sının daha güclü, mütəşəkkil olması ilə müəyən edilirdi. XVIII
əsrin əvvəllərində hər üç juzda Orta Juzun xanı Taukun haki-
miyyəti üstün idi.
Qazax feodal mülklərinin vahid feodal birliyi formasında
birləşdirilməsində Tauk xanın böyük rolu olmuşdu. Onun haki-
miyyəti dövründə (1680-1715) qanlı feodal ara müharibələrinə
son qoyulmuşdu, iqtisadiyyat və ticarət inkişaf etmişdi, mərkəz-
ləşdirmə meylləri xeyli güclənmişdi. Ölkə həyatı ilə bağlı mü-
hüm məsələlərin həll olunması üçün hər üç juzun nümayən-
dələrinin təmsil olunduğu qurultayların keçirilməsi mütəmadi
xarakter almışdı.

143
Lakin Tauk xanın ölümündən sonra qazax xanlıqlarında
mərkəzdənqaçma meylləri yenidən gücləndi. Juzlara rəhbərlik
edən xanlar əslində onlara tabe olan ərazilərin heç də hamısında
real hakimiyyətə malik deyildi. Tayfa əyanlarının mövqeyi
güclənirdi, juzlar arasında siyasi – iqtisadi əlaqələr zəifləyirdi.
XVII əsrin axırları, XVIII əsrin əvvəllərində Qazax xan-
lığının beynəlxalq vəziyyəti də ağır idi. Bu ərazi güclü dövlət-
lərin rəqabət meydanına çevrilmişdi. Monqol dövləti olan Cun-
qariya Qazaxıstan üçün ciddi təhlükə mənbəyi idi. Güclü Cun-
qariya dövləti ilə Çin və Rusiya da hesablaşmağa məcbur idi.
1716, 1720, 1723-725-ci illərdə qazaxlar cunqarların
dağıdıcı basqınlarına məruz qalmışdılar. Basqınlar zamanı qa-
zaxlar böyük itkiyə məruz qalmış, təsərrüfat ciddi ziyan çək-
mişdi, əhali içərisində öz yaşayış yerlərini tərk edərək Türküstan
şəhərlərinə gedənlər var idi. Səmərqənd rayonuna gələn qazaxlar
burada da daxili siyasi vəziyyətə təsir göstərirdilər. Belə ki,
Səmərqənd hakimi Buxara xanına qarşı mübarizədə kömək üçün
cunqar basqınları zamanı qaçqın düşmüş qazaxlara müraciət
etmişdi. Qazaxlar isə bundan istifadə edərək Mavərənnəhrə
soxulmuşdular.
XVIII əsrin əvvəllərində Qazax xanlığı həm də Rusiya təh-
lükəsi ilə üzləşdi. Rusiyanın Asiya bazarlarına, faydalı qazın-
tılara marağı getdikcə artırdı. Çar məmurları Qazaxıstan, Tür-
küstan, Çin, Hindistan və İranla ticarət əlaqələrini nizamlamağa
çalışırdı.
XVIII əsrin əvvəllərində əsas diqqətini Baltik dənizinə çıxış
əldə etməyə yönəldən I Pyotr Şərqi də yaddan çıxarmırdı. Rus
çarı belə hesab edirdi ki, Rusiyanın Avropa ilə Asiya arasındakı
ticarət əlaqələrində vasitəçiyə çevrilməsi Rusiyanın iqtisadi
vəziyyətinə əhəmiyyətli təsir göstərə bilər. Bu dövrdə Rusiyanın
hələ qızıl mədənləri yox idi. I Pyotrun göstərişi ilə 1724–cü ildə
Şərqi Qazaxıstan və Altaya göndərilmiş podpolkovnik A.İ.Bux-
qoltsun ekspedisiyasına həm qızıl axtarmaq, həm də imkan olan
yerlərdə qalalar tikmək tapşırılmışdı.

144
Bu dövrdə rus hökuməti Xəzərin sağ sahillərinin öyrənil-
məsi sahəsində də iş aparırdı. 1715 – ci ilin sentyabrında Həştər-
xana gəlmiş Bekoviç – Çerkasskinin ekspedisiyasının işinin bir
nəticəsi Xəzəv dənizinin ilk xəritəsinin tərtib edilməsi olmuşdu.
Rusiya ilə Qazax xanlığı arasında danışıqlar aparılırdı.
Danışıqlar zamanı ticarət, cunqarlara qarşı birgə mübarizə
məsələləri müzakirə olunurdu.
Xəzər yürüşü ilə əlaqədar I Pyotr 1722 – ci ildə Həştərxanda
olarkən qazax çöllərinə yiyələnmək arzusunda olduğunu
bildirmişdi. Bu dövrdə tərcüməçi kimi çıxış edən A.Tevkelevin
məlumatına görə, I Pyotr qazax çöllərini bütün Asiya ölkələrinə
və torpaqlarına “açar və qapı” adlandırmış və bildirmişdi ki,
Rusiya qazax çölləri vasitərilə Asiya ölkələrinə müdaxilə edə
bilər. Rus çarının fikrincə, Rusiyanın qazax çöllərində möhkəm-
lənməsi və bu ərazinin çarizmin mühüm strateji məntəqəsinə
çevrilməsi Mərkəzi Asiyaya, Hindistan, Çin, Türkiyə və İrana
hərbi – siyasi cəhətdən təsir göstərmək, ticarət əlaqələrinin
nizamlanması üçün şərait yaratmalı idi. Digər sözlə desək, Qaza-
xıstan çar Rusiyasının Şərq siyasətinin həyata keçirilməsində
mühüm bir vasitə olmalı idi. Bu mənada Rusiya qazax çöllərinə
yiyələnmək üçün müxtəlif yollardan və vasitələrdən istifadə
edirdi. Rusiya bilirdi ki, onun qazax çöllərinə yiyələnmək cəhd-
ləri onu Mərkəzi Asiyanın bir sıra güclü və nüfuzlu dövlətləri ilə
üz – üzə qoya bilər, hətta silahlı toqquşma da baş verə bilər.
Lakin bu, Rusiyanı qazax çöllərinə yiyələnmək cəhdlərindən
çəkindirmədi.
Rusiya tərəfindən gözlənilən təhlükə ilə əlaqədar qazax xan-
ları Rusiya ilə iqtisadi-ticarət əlaqələrini nizamlamağa çalı-
şırdılar. Qazax xanlarının Sibir qubernatorunun yanına göndər-
dikləri nümayəndələr bərabər hüquqlar əsasında qazax – rus
münasibətlərinin inkişaf etdirilməsi, Rusiya ilə “sülh şəraitində”
yaşamaq, çar hakimiyyət orqanları ilə Çunqariyaya qarşı birgə
mübarizə məqsədilə hərbi ittifaqın yaradılmasını təklif edirdilər.
Sibir adminstrasiyası buradan qazax çöllərinə basqınların olma-
yacağını, rus sərhədlərində ticarət edən rus-qazax tacirlərindən
145
kömrük alınmayacağını bildirsə də, hərbi ittifaq məsələsinə mü-
nasibət bildirməyə tələsmirdi.
Bu dövrdə qazax juzlarının rəhbərləri arasında siyasi üs-
tünlük uğrunda mübarizə gedirdi. Qazax xanlığında öz nüfuzunu
artırmaq fikrində olan Kiçik Juzun xanı Əbülhayir bilirdi ki,
əyanların qurultayında bu fikirini həyata keçirə bilməyəcək.
Belə bir şəraitdə Əbülhayir xan Rusiya hakimiyyətini qəbul
etmək fikrinə düşdü. Onun fikrincə, bu, cunqurlara qarşı mü-
barizədə rus əsgərlərindən istifadə etməyə imkan verərək, rus
hökumətinin köməyi ilə qazax xanlığında böyük xan olmağa
kömək edəcək.
Əbülhayir xanın 1730 – cu ildə rus hökumətinə müra-
ciətində qeyd olunurdu ki, xan və onun ətrafında olan bir qrup
adam Rusiya himayəsini qəbul etməyə hazırdır. Rus hökuməti
belə bir müraciətdən özünün Qazaxıstan siyasəini həyata
keçirmək üçün istifadə etməyi ləngitmədi.
1731 – ci ilin fevralında rus imperatoru Anna İvanovna
Kiçik Juzun Rusiya himayəsinə keçməsi haqqında fərman verdi.
Rusiyanın Əbülhayir xanın yanına gəlmiş nümayəndəsi Tevke-
levin qazax xanı ilə görüşündə məlum oldu ki, rus təbəəliyinin
qəbul edilməsi məsələsinin qazax əyanlarının qurultayında
müzakirə edilməsini xan istəmir. Qazax xanının fikrincə əvvəlcə
nüfuzlu əyanları müxtəlif yollarla ələ almaq, onların köməyi ilə
xalqı bu işə cəlb etmək lazımdır.
Əbülhayir xan özünə yaxın adamlarını, qohumlarını, rus
şəhərləri ilə ticarət edənləri rus təbəəliyini qəbul etmək üçün dilə
tutduqdan sonra ağsaqqallar şurasını topladı.
Qazax əyanlarının 1731 – ci ilin oktyabrında toplaşan Şura-
sında Əbülhayir xan və ona yaxın olan bir qrup adam Rusiya
təbəəliyini qəbul etmək barəsində and içdilər.
Əbülhayir xanın oğlu Yerəlinin rəhbərlik etdiyi qazax
səfirliyi1734 – cü ildə Sank-Peterburqa gələrək anda sədaqətli
olacaqlarını bildirdi, Ori hövzəsində şəhər tikilməsini xahiş etdi.
Bu şəhərin salınması ideyası Senatın ober – katibi İ.Kirillova
məxsus idi və bu çar məmuru hələ 1731 – ci ildə Əbülhayir
146
xanın yanına getmiş, gizli işlər üzrə tərcüməçi Tevkelevə tapşır-
mışdı ki, qazax xanını bu şəhərin tikilməsi haqqında rus im-
peratoruna müraciət etməyə razı salsın, şəhər guya qazaxları
Volqa kalmıklarının və cunqarların hücumlarından qorumalı idi.
Əsası 1735 – ci ildə qoyulan və Orenburq adlandırılan bu
şəhərə çarizmin necə böyük əhəmiyyət verməsini şəhərə verilən
imtiyazlar da göstərir. Belə ki, bu şəhərdə həm rus, həm də rus
olmayan tacirlərə, sənətkarlara məskunlaşmağa icazə verildi. Bu
isə o demək idi ki, çar hökuməti bu şəhəri Rusiyanın Mərkəzi
Asiya və Qazaxıstan, digər Şərq ölkələri ilə ticarətində mühüm
məntəqəyə çevirmək istəyirdi. Şəhərdə yalnız qaçqın kəndlilərə,
can vergisi verən kəndlilərə məskunlaşmağa icazə verilmirdi, bu
isə rus zadəganlarının, xəzinənin maraqları ilə bağlı idi. Şəhər
sakinləri bir sıra güzəştlər əldə edirdilər. Belə ki, tacirlərə faizsiz
üç aylıq borc verilirdi, tacir və sənətkarlar can vergisindən azad
idi, qarnizon əsgərlərinə ev tikmək üçün torpaq, vəsait verilirdi.
1740 – cı ilin yayında Orta Juzun əyanlarının bir hissəsi rus
təbəəliyinin qəbul edilməsi barəsində and içdilər. Beləliklə də,
1731 – ci ildə Kiçik Juz, 1740 – cı ildə isə Orta Juz Rusiyanın
vassallarına çevrildilər. Lakin vassallıq münasibətləri rus təbə-
əliyini qəbul etmiş qazax əyanlarının ümidlərini doğrultmadı.
Qazax çöllərinə cunqarların, rusların hücumları davam edirdi.
Əbülhayir xanın mövqeyindən narazı qalan qazax əyanlarının
xana təzyiqi güclənirdi. Qazax xanının qazax çöllərində öz
hakimiyyətini gücləndirmək cəhdləri ilə yanaşı onun qonşu
torpaqlara yiyələnmək istəyi də özünü aydın göstərirdi. Rus
hakimiyyəti əleyhinə başqırdlar qiyam qaldırarkən, Əbülhayir
xan 1737 – ci ildə buraya gələrək oğlanlarından birini burada
xan qoymağa cəhd etmişdi. Bu isə çar hökumətinin narazılığına
səbəb olmuşdu. Əbülhayir xanın bu hərəkətinə rus hökuməti
təbəəliyin pozulması kimi baxırdı. Qazax xanı Xıvədə də haki-
miyyəti ələ keçirməyə cəhd göstərmişdi. Xıvə xanlığındakı ara
müharibələrindən və xanlığın Nadir şah tərəfindən məğlub edil-
məsindən istifadə edərək Əbülhayir xan 1740 – cı ildə Xivəni
tutmuşdu, lakin Nadir şahdan ehtiyat etdiyi üçün buranı tərk
147
etmişdi. Rusiya hökumətinin təbəəliyini qəbul etsə də, Əbül-
hayir xanın qazax çöllərində mövqeyi heç də möhkəmlənmə-
mişdi. “Parçala və hökm sür” siyasətinə sadiq qalan çar höku-
məti qazax çöllərində hansısa bir xanın mövqeyinin möhkəm-
lənməsində maraqlı deyildi. Çarizmə itaətkar, göstərişləri yerinə
yetirən xan lazım idi.
1747 – ci ildə Əbülhayir xanın ölümü ilə əlaqədar çar
hökuməti Əbülhayir xanın böyük oğlu Nurəlinin namizədliyini
müdafiə edir, çünki sonuncu şəxs rus təbəəliyini ilk qəbul
edənlərdən biri idi. Nurəlinin Kiçik Juzda güclü mövqeyi yox
idi və o, kömək üçün rus hökumətinə müraciət etməli idi, bu isə
onun rus hökumətinin təsiri altında qalmasını təmin etməli idi.
Nurəli 1748 – ci ildə xan seçilsə də, onun hakimiyyəti Kiçik
Juzun bütün ərazilərinə yayılmadı. Juzun cənub rayonlarında
bəzi tayfa rəhbərləri özləri üçün ayrı xan seçmişdilər.
Atası Əbülhayir xan kimi Nurəli də qonşu ərazilərə can
atırdı. Xivə feodalları ilə əlaqə saxlayan Nurəli onların köməyi
ilə Xivə xanı olmaq istəyirdi. Lakin onun bu cəhdləri nəticəsiz
qaldı. Kiçik Juzun əhalisi də Nurəlidən narazı idi. Bu dövrdə
Orta Juzda da siyasi gərginlik var idi. 1740 – cı ildə Rusiya
təbəəliyini qəbul etmiş Əbülməmbət az sonra Cunqar dövlətinin
vassalına çevrilmişdi. Burada da xandan narazı olan adamlar var
idi və onlar Əbdülməmbətə tabe olmaqdan boyun qaçırırdılar.
Qazax çöllərində öz mövqeyini gücləndirmək məqsədi ilə
rus hökuməti şəhərlər, istehkamlar salırdı. Qısa müddət ərzində
Qazaxıstanın qərb və şimal sərhədləri ruslara məxsus olan
möhkəmləndirilmiş sərhəd xətləri ilə əhatəyə alınmışdı. Qazax-
lara məxsus torpaqların çar hökuməti tərəfindən kazaklara veril-
məsi prosesi gedirdi. Feodal zülmü və çarizmin müstəmləkəçilik
siyasəti sosial şəraiti getdikcə ağırlaşdıraraq üsyana gətirib
çıxartdı.
1783 – cü ildə başlanan və Srım Datovun rəhbərlik etdiyi
üsyanda kəndlilər, xandan narazı olan biylər və batırlar iştrak
edirdilər. Kəndlilər feodal zülmündən və çoxlu sayda vergidən
azad olmaq istəyirdilər, biylər və batırlar isə xan və sultanların
148
hüquq və imtiyazlarının məhdudlaşdırılmasını, özlərinin siyasi –
iqtisadi mövqelərinin güclənməsini istəyirdilər.
Üsyanın sürətlə genişlənməsi xanı qorxuya saldı. Kömək
üçün Orenburq adminstrasiyasına müraciət edən Nurəli qoşun
göndərilməsini xahiş etdi, lakin ordu da üsyançıları məğlub edə
bilmədi.
Çar hökuməti qərara aldı ki, üsyana qoşulmuş tayfa başçıla-
rı ilə əlaqəyə girsin. Onlara bildirdi ki, əgər üsyan dayandırılsa,
bağışlanacaqlar, təklif qəbul edilməzsə cəzalandırılacaqlar. Rus
adminstrasiyasının təklifini müzakirə edən üsyançılar bildirdilər
ki, Volqa ilə Ural arasındakı köç yerləri qazaxlara verilsin, xan
hakimiyyətdən uzaqlaşdırılsın. Rus çarı II Yekaterinanın 3 iyun
1785 – ci il fərmanında Kiçik Juzun üç hissəyə parçalanması,
onların idarə olunmasının biylərə və starşinalara tapşırılması öz
əksini tapmışdı. Çar hökuməti belə hesab edirdi ki, Kiçik Juzda
xan hakimiyyətinin ləğv olunması Rusiyanın müstəmləkəşilik
siyasətinin həyata keçirilməsinə şərait yarada bilər.
Qazax starşinalarının 1785 – ci ilin payızında keçirilən qu-
rultayında Kiçik Juzun üç hissəyə parçalanması və onlara star-
şinaların rəhbərlik etməsi haqqında qərar qəbul edildi. Çar höku-
məti isə yaranmış vəziyyətdən istifadə edərək xan hakimiyyətini
ləğv etməyi qərara aldı. Rus adminstrasiyasının hazırladığı
layihədə nəzərdə tutulurdu ki, xan hakimiyyəti ləğv olunsun, yu-
zu idarə etmək üçün Orenburq general –qubernatorunun yanında
Sərhəd məhkəməsi adlı orqan yaradılsın, onun tərkibinə qazax
əyanlarının və çar adminstrasiyasının nümayəndələri daxil
edilsin. Lakin qazax biylərinin və starşinalarının heç də hamısı
xan hakimiyyətinin ləğvini istəmirdilər, çar hökumətinin istəyi
baş tutmadı. Bundan sonra çar hökuməti qərara gəldi ki, sultan-
larla əlaqəyə girsin və onların köməyi ilə üsyanı yatırsın. Lakin
çar hökuməti hələ 1786 – cı ildə Kiçik Juzdan qaçan Nurəlinin
hakimiyyətini bərpa edə bilmədi. 1790 – cı ilin avqustunda Nur-
əlinin Ufada ölməsi ilə əlaqədar biy və starşinalar sultan Yesimi
xan seçdilər. Çar hökuməti isə Yesimi xan kimi tanımaqdan
imtina edərək Sultan Yerəlinin namizədliyini irəli sürdü. Rus
149
ordusunun da iştrak etdiyi yığıncaqda Yerəli 1791 – ci ildə xan
seçildi. 1794 – cü ildə Yerəli öldü və çar hökuməti yeni xan
seçilməsində uzun müddət tərəddüt etdi. 1796 – cı ildə bir qrup
biy tərəfindən xan seçilən Yesim 1797 – ci ildə üsyançılar tərə-
findən öldürüldü.
Rus hökuməti manevr etmək siyasətinə əl atdı. Bildirildi ki,
qazaxların Volqa ilə Ural arasındakı yerlərə köç etməsinə icazə
verilir.Yeni xan seçmədən xan şurası yaradıldı. Sultan Ayçubak
bu orqanın başçısı seçildi. Şuraya sultan və starşinaların təm-
silçiləri daxil edildi. Bununla da çar hökuməti qazax feodallarını
üsyançılara qarşı mübarizəyə cəlb edə bildi. 1791 – ci ildə Batır
Srım xan şurasına gələrək bildirdi ki, xalqın ağır vəziyyəti və
xan şurasının yaradılması ilə əlaqədar mübarizəni dayandırır.
1797 – ci ildə çar hakimiyyəti Ayçuvakı xan kimi təqdim etdi.
10.3.Dövlət quruluşu. İctimai münasibətlər. Qazax xanlığı
feodal dövlət idi. Dövlətə xan rəhbərlik edirdi. Xan hakimiyyəti
irsi xarakter daşıyırdı, xanı doğma qardaşları, sonra oğlanları,
daha sonra isə qardaşı övladları əvəz edə bilərdi. Qazax
ənənəsinə görə xan qazax əyanlarının qurultaylarında seçilməli
idi. Lakin bunun özü də xanın hələ bütün sultanlar tərəfindən ta-
nınması demək deyildi. Xanın seçilməsindən sonra bəzi nüfuzlu
sultanlar xana tabe olmaqdan boyun qaçıraraq özləri xan olma-
ğa, yaxud yeni namizəd irəli sürməyə cəhd edirdilər. Qaza-
xıstanın Rusiyanın vassalına çevrilməsindən sonra xanlar çar
hökuməti tərəfindən təsdiq edilməli idi.
1748 – ci ildə Kiçik Yuzun xanı seçilən Nurəli qazax
xanları içərisində bu vəzifəyə çar hökuməti tərəfindən təsdiq
edilmiş ilk xan idi. Qazax xanı qeyri – məhdud hakimiyyətə
malik idi. Sultanlar onun vassalları idi. Xan hakimiyyətinin gücü
sultanların onu hansı səviyyədə müdafiə etməsindən asılı idi.
İnzibati, məhkəmə işləri xanın əlində cəmləşirdi. Yürüşlər za-
manı xan orduya rəhbərlik edirdi. Tayfa rəhbərlərini, sultanları
mühakimə etmək, xarici siyasətə rəhbərlik, qonşu dövlətlərlə
mübahisəli məsələləri həll etmək yalnız xana məxsus idi. Xanın
yanında məşvərətçi orqan (Divan) var idi. Tauk xanın dövründə
150
buraya yeddi nüfuzlu biy daxil idi. Divanın razılığı olmadan xan
heç bir qərar çıxara bilməşdi.
Torpaq üzərində ali mülkiyyət hüququ xana məxsus idi.
Hakim təbəqənin nümayəndələri içərisində otlaqları bölüşdür-
mək hüququ xana məxsus idi, bu isə ona imkan verirdi ki, ən
yaxşı sahələri özünə və oğlanlarına götürsün, ona daha yaxın
şəxslərə versin.
Qazax cəmiyyəti iki əsas sinifdən ibarət idi: feodallar və
asılı əhali (şaura). Feodallar özü də bir neçə qrupa bölünürdü.
Birinci qrupa xan və sultanlar daxil idi. Onları “ağ sümük” nəsli
hesab edirdilər. Bu isə onların özlərini Çingiz xanın nəslindən
hesab etmələri ilə bağlı idi. Xan yalnız sultanlar içərisindən
seçilə bilərdi. “Ağ sümüyün” həqiqi nümayəndələri o adamlar
hesab oluna bilərdi ki, onun hər iki valideyini “ağ sümüyə”
mənsub olsun. “Ağ sümüyə” mənsub olan qadın “qara sümüyə”
mənsub şəxslə evlənirdisə öz sinfi üstünlüklərini itirirdi.
“Qarışıq nigah” sümüyündən doğulan oğlan sultan hesab olunsa
da xan seçilmək hüququna malik deyildi.
Feodalların ikinci qrupuna “ağ sümüyə” mənsub olmayan
nəsil əyanları (qeyri çingizlilər) mənsub idi. Buraya qazax
tayfalarının yuxarı təbəqəsi-biylər, starşinalar və tarxanlar daxil
idi. Bu qrupun nümayəndələri “qara sümük” nəsli hesab olu-
nurdu. Biylər bir sıra imtiyazlara malik idi. Belə ki, onlar yerlər-
də köç yerlərinin istifadəsinə sərəncam vermək, icmanı idarə
etmək hüququna malik idilər.Lakin onlar xan seçilə bilməzdilər.
Xanlıqlarda inzibati və məhkəmə hakimiyyəti biylərin əlində idi.
Qazaxlarda biy anlayışı altında məhkəmə araşdırmaları və
natiqlik incəsənəti xüsusiyyətlərinə yiyələnmiş şəxslər nəzərdə
tutulurdu. Hər bir qazaxın biy mövqeyinə yiyələnməsi üçün
onun öz bilik və natiqlik xüsusiyyətlərini açıq surətdə nümayiş
etdirməsi lazım idi.
XVII əsrin axırlarina doğru biylərlə sultanlar arasında siyasi
və iqtisadi üstünlük uğrunda mübarizə güclənməyə başlayır.
Nəticədə biylərin hüquq və ixtiyarları xeyli genişlənir. Biylər bir
çox hallarda diplomatik tapşırıqları yerinə yetirirdilər. Hərbi
151
yürüşlər zamanı biylər feodal qoşununun ayrı – ayrı dəstələrinə
rəhbərlik edirdilər..
Aul icmalarının varlı yuxarı təbəqəsini baylar təşkil edirdi.
Qazax cəmiyyətində başlıca iqtisadi qüvvə olan baylar köç
zamanı ən yaxın yerlərdən istifadə edirdilər. Asılı əhalinin əsas
hissəsini süvari heyvandarlar – şarua təşkil edirdi. Şarua feodal-
ların ixtiyarında olan otlaqlardan və köç yerlərdən istifadə
etdiklərindən bir sıra mükəlləfiyyətlər daşıyırdılar. Heyvandarlıq
rayonlarında qaramalın, əkinçilik rayonlarında isə taxılın bir
hissəsi feodala verilirdi.
Feodalların xeyrinə olan mükəlləfiyyətlər əsasən işləyib
ödəmə formasında idi. Bay öz qaramalını müvəqqəti istifadə
üçün yoxsul heyvandara verirdi. Müəyyən bir müddət keçdikdən
sonra şaura bayın qaramalını bala ilə birlikdə qaytarmalı idi.
Beləliklə də bay öz qaramalına baxılmasına nail olurdu. Qara-
malın otarılması əvəzində şaura onun südü və yunundan istifadə
edirdi.
Feodal mükəlləviyyətləri, hərbi yürüşlər, təbii fəlakətlər
sıravi heyvandarlara ağır ziyan vururdu. Müflüsləşən heyvandar
əkinçiliklə məşğul olmağa məcbur olurdu, lakin onlar əkinçilik
adətlərinə, yaxşı texnikaya malik olmadıqları üçün hazırlanan
məhsul onların tələbatını ödəyə bilmirdi.
10.4.Qazaxların təsərrüfat həyatı. Əhalinin təsərrüfat həya-
tında heyvandarlıq əhəmiyyətli yer tuturdu. Köçəri heyvandar-
lıqla Qazaxıstanın şimal, şimal-şərq və şərq rayonları əhalisi
məşğul idi. Qazaxlar qoyun, at, dəvə, keçi, iribuynuzlu qaramal
saxlayırdılar. Sürülərdə at və qoyunlar çoxluq təşkil edirdi.
Atlardan minik vasitəsi kimi, dəvələrdən isə yüklərin daşınma-
sında istifadə edilirdi. Qazaxlar qida məhsullarını əsasən qoyun
ətindən hazırlayırdılar. At və dəvə südündən kumıs hazırlanırdı.
Heyvandarlıqla məşğul olan əhali qışlaq və yaylaqların
seçilməsinə xüsusi fikir verirdi. Qışlaqlar üçün elə yerlər seçi-
lirdi ki, onlar külək və tufandan qoruna bilsinlər. Bu mənada
qışlaq yerləri meşələrdə, təpələr arasında seçilirdi.

152
Yaylaqlar üçün su və otlaqlarla zəngin sahələr lazım olduğu
üçün belə yerlər əsasən çay vadilərində, göllərə yaxın ərazilərdə
seçilirdi.
Qazaxlar içərisində də əkinçiliklə məşğul olanlar var idi.
Əhali arpa, buğda, darı becərirdi. Sır – Dərya ətrafındakı
rayonlar əkinçiliyin inkişafı üçün əlverişli ərazilər idi, burada
suvarma əkinçiliyi mövcud idi.
Əkinçilik texnikası çox bəsit idi. Torpaq kətmən, xış və
mala ilə becərilirdi. Əllə səpilmiş taxılı oraqla biçirdilər, onun
döyülməsində atlardan istifadə olunurdu. İş heyvanları olmayan
əhali isə taxılı əllə döyürdü.
Əhali ovçuluqla da məşğul olurdu. Ovçuluq məhsulları
ovçunun və ailəsinin tələbatının ödənilməsinə gedirdi. Paltar
hazırlanmasında heyvanların dərisindən də istifadə olunurdu.
Sənətkarlıqla məşğul olanlar qoyun yunundan alaçıqları
örtmək üçün keçə hazırlayırdı. Dəvə yunundan paltar hazırla-
nırdı və belə parçalar başqa ölkələrə də aparılırdı. Meşə və meşə
- çöl rayonlarında yaşayan sənətkarlar ağac emalı ilə məşğul idi.
Ağac materiallarından qab, yəhər, çarpayı düzəldilməsində
istifadə olunurdu.
Sənətkarların bir hissəsi metal emalı ilə məşğul idi. Onlar
əkinçilik alətləri, məişət əşyaları, silah hazırlayırdılar. Lakin
yerli sənətkarlar tərəfindən hazırlanmış silahlar daxili tələbatı
ödəyə bilmədiyindən onları Xivə və Buxaradan da alırdılar.
Qazaxlar silahlanma işinə xüsusi fikir verirdilər.Tauk xanın
qanunlarında deyilirdi ki, heç bir qazax xalq yığıncağına silahsız
gələ bilməz, silahsız qazax səs hüququna malik deyil.
Sənətkarlar tərəfindən hazırlanmış məhsulların bir hissəsi
mübadiləyə xidmət edirdi. Belə məhsullar Türküstana, Rusiyaya
aparılırdı.
Qazax yuzlarından digər ölkələrə qaramal, ovçuluq məh-
sulları aparılırdı, pambıq parçalar, taxıl, keyfiyyətli dəri məmu-
latları gətirilirdi.

153
10.5.Mədəniyyət. Qazaxlar ərəb əlifbasından istifadə
edirdilər və bu əlifba onların içərisində islamın yayılması
dövründə mənimsənilmişdi.
XV – XVIII əsrlərdə qazaxlar içərisində savadlılıq çox da
yüksək səviyyədə deyildi. Məktəblərdə əvvəlcə ərəb əlifbası
öyrədilirdi, sonra isə Quranın oxunması başlanırdı. Təhsil
müəssisələrində həm də islam adət - ənənəsi öyrədilirdi.
İmkanlı ailələrdən olan uşaqlar təhsillərini davam etdirmək
üçün Buxaraya və Səmərqəndə gedirdilər. Türküstan şəhərlə-
rində fəaliyyət göstərən mədrəsələrdə ərəb fəlsəfəsi, islam
hüququ öyrədilirdi.
Qazax xanlığının tarixi ilə bağlı müəyyən əsərlər də yazıl-
mışdı. XVI əsrdə yaşamış Yalair adlı müəllifin “Səlnamələr
məcmuə”sində qazaxların XV – XVI əsrlərə aid tarixi öz əksini
tapmışdır. Əsərdə qazax xanlarının və sultanlarının səcərəsi ve-
rilmişdir, qazax biyləri barəsində məlumatlar öz əksini tap-
mışdır.
Tarixçi Məhəmməd Haydarın “Tarixi - Rəşidi” əsərində də
qazax xanlığının tarixilə bağlı bir sıra mühüm məlumatlar
verilmişdir.
Qazaxıstanın Rusiyanın vassalına çevrilməsindən sonra rus
təhsili qazax əhalisinə də təsir göstərməyə başlayır. Rus
hökuməti tərəfindən açılan məktəblərdə təhsil rus dilində idi.
Həmin məktəblər ilk növbədə Orenburq və Omsk şəhərlərində
açılırdı. Çar hökuməti belə məktəblərin vasitəsilə rus əhalisini
savadlandırmaq məqsədi güdürdü, həm də belə məktəblər
Qazaxıstanda olan idarəetmə aparatı üçün kadrlar hazırlamalı
idi. 1789 – cu ildə Omskda açılan “Asiya məktəbi”ndə yerli ad-
minstrasiya üçün tərcüməçilər və mirzələr hazırlanırdı. Məktəbə
qazax əyanlarının da uşaqları cəlb olunmuşdu. Məktəbdə ümumi
icbari fənlərlə yanaşı bir sıra şərq dilləri də öyrədilirdi.
Qazaxlarda şifahi xalq yaradıcılığı inkişaf etmişdi. Mah-
nılar, atalar sözləri, zərb - məsələlər, xalq dastanları, poemalar
ictimai həyatla, xalqın müstəqillik uğrunda mübarizəsi, əmək
fəaliyyəti ilə bağlı məsələləri əks etdirir. Tarixi mahnılarda
154
qazaxların cunqurlarla, rus müstəmləkəçiləri ilə mübarizəsi
ifadə olunurdu. Bu mövzu ilə bağlı mahnılarda qazax bahadur-
larının, sıravi döyüşçülərin qəhrəmanlıqları, onların düşmənə
nifrəti, müstəqillik və azadlıq uğrunda mübarizədə əzmkarlığı
tərənnüm edilirdi. Bəzi mahnılar XVIII əsrin sonunda Kiçik
Yuzda Batır Srımın rəhbərliyi altındakı üsyana həsr olunmuşdu.
Şifahi xalq ədəbiyyatının əsas növlərindən biri dastanlar idi.
“Koblanda”, “Yer – Tarqın” kimi dastanlarda cəsurluq, mərdlik,
xarici müdaxiləyə qarşı mübarizə tərənnüm edilir.
XV – XVIII əsrlərin siyasi hadisələri memarlığın inkişafını
ləngidirdi. Bu dövrlərin memarlıq abidələri içərisində Sayram
gülləsi (XVI əsr) daha çox diqqəti cəlb edir. Onun hündürlüyü
on altı metrdir. Sır – Dəryanın ağaşı axırlarında yerləşən Bəyim
Minarə qülləsi də əhəmiyyətlidir.

155
11.SİBİR XANLIĞI

11.1.Sibir xanlığının yaranması. Çingiz xanın böyük oğlu


Cucinin adı ilə bağlı olan Cuci ulusun əsası qoyularkən Qərbi
Sibirin Uraldan İrtışa qədər olan torpaqları bu ulusun tərkibinə
daxil olmuşdu. Feodal münasibətlərinin inkişaf etməsi, hakim
təbəqənin nümayəndələrinin iqtisadi mövqeyinin güclənməsi
müstəqillik imkanlarını genişləndirərək Qərbi Sibirdə müstəqil
dövlətin yaranması üçün şərait yaradırdı. XIV əsrin axırlarında
paytaxt Çimqa – Türə (Tümen) olmaqla müstəqil xanlıq yaran-
mışdı. Bu dövrə kimi o, “İbir” adı ilə Qızıl Ordanın tərkibində
olmuşdu. Tümen xanlığının tərkibinə Tobol çayının orta axarları
boyundakı torpaqlar, bu çayın Tur və Tavda adlı qolları
arasındakı ərazilər daxil idi. Tümen xanlığı ilk əvvəllər Cuci
ulusunun vassalı idi və bu ailə tərəfindən idarə olunurdu. XIV
əsrin axırlarında Cuci ulusunda hakimiyyət uğrunda gedən
mübarizədə öz rəqibləri tərəfindən məğlub edilmiş Toxtamış
Tümen xanlığına gələrək bir müddət buranı idarə etmişdi. Rus
səlnamələrində qeyd olunur ki, Toxtamış Sibir torpağı Tümen
(Çimqa-Türə) yaxınlığında öldürülmüşdü. Bu hadisədən sonra
Tümen xanlığı bir müddət əmir Yediqeyin canişini tərəfindən
idarə olunmuşdu.
1240-cı ildə tərtib olunmuş “Monqolların gizli tarixi”ndə ilk
dəfə “Sibir” sözü işlədilir. Qeyd olunur ki, Cuci 1206-cı ildə
Sibirdən (Shibir) cənuba doğru olan meşə xalqlarını özünə tabe
etdi. Mənbədə qeyd olunan vilayətin lokallaşdırılması məsə-
ləsində tədiqqatçılar qəti mövqedən çıxış etməkdə çətinlik çək-
sələr də belə hesab olunur ki, həmin ərazi Barabin düzənliyinin
Obla İrtış arasındakı şimal ucqarı idi. Tobolla İrtış çayları
arasındakı Sibir və İbir vilayətlərini eyniləşdirmək isə müm-
kündür. Bu ərazi Misir sultanı Əl-Ömərinin katibinin məlu-
matında Qızıl Ordanın tərkibidə xatırlanır. Həmin əsrə aid olan
və Qərbi Avropada tərtib olan xəritələrdə də gələcək Sibir xan-
lığının şəhəri qeyd olunur. Venesiyalı Pissiqani qardaşlarının

156
xəritəsində Kaşlıq Sebur formasında, Çimqa-Türə isə Sinqui
formasında Katalon atlasında öz əksini tapır.
Toxtamışın oğlu Qədir Berdi əmir Yedigeyə qarşı mübarizə
aparırdı. 1420 – ci ildə Yaik sayı sahilində baş verən döyüşdə
hər iki rəqib məhv olmuşdu. Bu döyüş zamanı Göy Orda xanı
Dərviş Əli də ödürülmüşdü. Yaik çayı sahilindəki döyüşdə Hacı
Məhəmməd də iştrak etmişdi. Hacı Məhəmməd Batı xanın
qardaşı Şeybanın nəslindən idi və 1420 – ci il döyüşündə Yedi-
geyin tərəfdarı kimi çıxış etmişdi. 1420 – ci ildə Göy Ordada
hakimiyyətə yiyələnən Hacı Məhəmməd bu dövrdə Sibir
xanlığının əsasını qoyur.
Hacı Məhəmmədin yeni xanlığın əsasını qoymasına və
hakimiyyətinə yiyələnməsinə əmir Yedigeyin oğlu Mənsur da
kömək etmişdi. Sibir xanlığının banisinin məhz Hacı Məhəm-
məd olması bir sıra tarixçilər tərəfindən də təsdiq olunur. XIX
əsrin tatar tarixçisi Şihabəddin Mərcani qeyd edir ki, Sibir xan-
lığı Hacı Məhəmmədin dövlətidir. Dövlətin paytaxtı Tobol
qalasından 12 verst yuxarıda yerləşən və Sibir adlandırılan İskər
şəhəridir. Atası Hacı Məhəmmədin olümündən sonra Mahmutək
hakimiyyətə gələrək İskərdə və ona bitişik ərazilərdə möhkəm-
lənmişdi.
Sibir xanlığında öz mövqeyini gücləndirmək üçün Hacı
Məhəmməd rəqibləri ilə ciddi mübarizə aparmaq məcburiyyəti
ilə üzləşmişdi. Əsas rəqiblər Orda İçenin nəslindən olanlar idi.
Bu nəslə mənsub olan Barak əvvəlcə Sarayda taxt – taca
yiyələnməyə cəhd göstərmişdi, lakin məğlub olaraq Goy Ordaya
qayıtmışdı. Hacı Məhəmmədlə Barak arasındakı mübarizədə
Barak öldürülsə də Sibir xanı öz mövqeyini gücləndirə bilmədi.
Şeyban ailəsinin üzvləri Hacı Məhəmmədə qarşı çıxdılar. XV
əsrin 20 – ci illərində Özbək xanlığının əsasını qoyan və
Şeybanın nəslindən olan Əbülhayir xanın xarici siyasətində
Sibir xanlığına aid olan mülklərin tutulması da var idi. Hələ
Hacı Məhəmmədin Barakla mübarizəsi zamanı Əbülhayir
Tümeni tutmuşdu. 1428 – ci ildə Tobol çayı ətrafında baş vermiş

157
döyüş Hacı Məhəmmədin məğlubiyyəti, əsir düşməsi və edam
olunması ilə nəticələnmişdi.
Lakin Əbülhayir Tümeni (Çimqa Türəni) öz xanlığının
paytaxtına çevirmişdi və şəhər 1428-ci ildən 1446-cı ilə kimi
Özbək xanlığının paytaxtı olmuşdu. Hacı Məhəmmədin
oğlanları Mahmutək və Əhməd Əbülhayirə qarşı çıxaraq onu
Orda İçen mülkünə qayıtmağa məcbur etmişdilər.
Xanlığın adı onun paytaxtı Sibir şəhərinin adından götü-
rülmüşdür. Sonralar Tümen şəhəri salınmış (1586), paytaxt bu-
raya köçürülmüş, Sibir şəhəri İskər adlandırılmışdı. “İskər” sözü
“iski” - qədim və yer sözlərindən yaranmışdır.
Mövcud olduğu dövr ərzində Sibir xanlığını idarə etmiş
şəxslər bunlardır: Hacı Məhəmməd, Mahmutək, Qutluq xan,
İbak xan, Murtaza xan, Kuçum.
Hacı Məhəmmədin və onun ilk varislərinin dövründə Sibir
xanlığının sərhədləri barəsində dəqiq məlumay yoxdur. Yer-
makın Sibirə yürüşü ərəfəsində Sibir xanlığı Qərbi Sibir ərazi-
sinin əhəmiyyətli bir hissəsini əhatə edirdi. Xanlığın sərhədləri
Ural dağlarının şərq hissəsindən başlanırdı. Qərbdə o, Ufa çayı
rayonunda Noqay Ordası, Uralda Qazax xanlığı, şimali – qərbdə
Çus və Utka çayları boyu Permlə həmsərhəd idi. Xanlığın
sərhədləri şimalda Ob çayına kimi uzanırdı. Cənubda isə xanlıq
İşim və Tobol çaylarının yuxarı axarlarında Noqay Ordası ilə
həmsərhəd idi.
İbakin (İbrahimin) dövründə Sibir xanlığı xeyli güclən-
mişdi. Noqay feodalları ilə əlaqəyə girən İbak Qazana da
yiyələnməyə cəhd göstərmişdi və bu, Moskva hökumətinin ciddi
narazılığına səbəb olmuşdu. Çünki Moskva özü də Orta
Volqaboyu ərazilərə sahib olmağa can atırdı. İbak Qızıl Ordanın
zəifləməsinə maraqlı olan III İvanla (1462-1505) əlaqəyə girsə
də Moskva Sibir xanının siyasətindən narazı idi. Xanlığın öz
daxilində də İbak yerli əyanların müqaviməti ilə üzləşdi.
11.2.Dövlət quruluşu.İctimai münasibətlər. Sibir xanlı-
ğının ərazisi uluslara bölünürdü, onlara murzalar (bəylər) rəh-
bərlik edirdi. Ulus rəhbərləri xandan asılı idilər. Onların
158
özlərinin silahlı dəstələri var idi, xanın hərbi yürüşlərində iştrak
edirdilər, bunun əvəzində hərbi qənimətin bir hissəsini alırdılar.
Sibir xanlığı feodal dövləti idi. Ona xan rəhbərlik edirdi. O,
murzalar, tarxanlar tərəfindən seçilirdi. Ulus hakimləri onların
rəhbərliyi altında olan ərazilərdə inzibati-mülki hakimiyyəti
həyata keçirirdilər. Mərkəzi hakimiyyət ulus başçılarının daxili
işlərinə demək olar ki, müdaxilə etmirdi. Köç yerləri, mədənlər
hakim təbəqənin (bəylər, tarxanlar) əlində idi, onlar öz təsər-
rüfatlarında asılı adamların əməyindən istifadə edirdilər.
Təsərrüfat fəaliyyətinə görə xanlığın əhalisi bir – birindən
fərqlənirdi. Heyvandarlıq köçəri həyat keçirən əhalinin başlıca
dolanışıq mənbəyi idi. Onlar iribuynuzlu mal-qara, at, qoyun
saxlayırdılar. Şimal rayonlarında heyvandarlıq çox da inkişaf
etməmişdi. Burada vəhşi heyvanların ovlanması, balıqçılıq
mühüm yer tuturdu. Bəzi rayonlarda meşə ovçuluğu mövcud idi.
Sibir tatarları əkinçiliklə də məşğul olurdu. Onlar arpa, yulaf,
pərinc (buğda növü) əkirdilər.Oturaq məskənlərdə dulusçuluq,
toxuculuq, metal emalı inkişaf edirdi.
Əhali yasak ödəyən “qara adamlara” və imtiyazlı təbəqəyə -
yasak verməkdən azad edilmiş şəxslərə (bəylərə) bölünürdü.
Xanlıqda feodal münasibətləri inkişaf edirdi. Ulus başçıları
çoxsaylı mal-qara sürülərinə malik idilər. “Qara adamlar” hər il
ulus rəhbərlərinə yasak ödəyir, onların dəstələrində hərbi xidmət
edirdilər. Sibir xanları güc yolu ilə Uralda, İrtış və Ob çaylarının
aşağı axarlarında yaşayan xantı-mansi tayfalarını özlərinə tabe
etmişdilər. Onlar xərac (yasak) ödəyirdilər. Kuçum xan Barabin
və onlara qonşu olan tayfaları, eləcə də bəzi başqırd tayfalarını
tabe etmişdi.
Sibir xanlığının ordusunda tatar dəstələri ilə yanaşı hərbi
yürüşlərdə xanlığa tabe edilmiş tayfalarn nümayəndələri də
iştirak edirdi. Xanlığın hərbi qüvvələri dağınıq vəziyyətdə idi,
bu isə döyüş anlarında bəzən ordunun tam şəkildə bir yerə
toplanılmasına imkan vermirdi. Kuçumun ixtiyarında Noqay
əsgərləri də var idi. Tatar bəylərinin çoxunun qarnizonlar yerləş-
dirilmiş möhkəmləndirilmiş şəhərcikləri var idi. Döyüş zamanı
159
tatar döyüşçüləri manevr etmək və düşməni tələyə salıb oxlarla
vurmaq taktikasından istifadə edirdilər. Hərbi incəsənətdə kəş-
fiyyat əhəmiyyətli yer tuturdu.
Döyüş silahları ox və komandan, nizə, qılınc, xəncər və
döyüş baltasından ibarət idi. Döyüşçülər soyuq silahla yanaşı
artilleriyadan da istifadə edirdilər.
11.3.Sibir xanlığının süqutu. Sibir xalqları yerli hakim
dairələrinin istismarına qarşı bir sıra üsyanlar qaldırırdılar. Belə
üsyanlar həm də rus feodal dövlətinin təmsilçilərinə qarşı da
olurdu. Qiyam qaldırmış mansilər 1455 – ci ildə missioner iqa-
mətgahına hücüm etdilər və yepiskop Pitir öldürüldü. Bu üsyan
onunla bağlı idi ki, çar hökumətinin yerli əhalinin xristianlaş-
dırılması üçün göndərdiyi missionerlərin fəaliyyəti güclənmişdi,
xristianlığı qəbul etməkdən boyun qaçıranların müqavimətini
qırmaq üçün həm də cəza dəstələri gəlmişdi. Hökumət bu yolla
həmin ərazidə öz nüfuzunu yaymağa çalışırdı. Çarizmin təm-
silçiləri yerli əhalini Moskva hökumətini tanımağa, ona xərac
verməyə razı salmağa çalışırdılar.
Moskvanın kilsənin köməyi ilə öz nüfuzunu artırmaq
siyasətini yerli əhalinin müxtəlif dövrlərdə qaldırdığı qiyamlar
dayandırmadı. Kilsə ilə əməkdaşlıq davam etdirilirdi. XV əsrin
ikinci yarısında yepiskoplar İoan və Filofey Sibirdə öz missio-
nerlik işlərini davam etdirirdilər. 1483 – cü ildə rus hökumətinin
cəza dəstələri mansilərə divan tutarkən Filofey düşmən tərəflər
arasında vasitəçi funksiyasını yerinə yetirirdi. O, mansilərə
bildirmişdi ki, mansilər Moskva hökumətinə xərac verməyə razı
olsalar əsir götürülənlər azad olunacaqlar. Amansız düşmənlə
üzləşmiş mansilər Filofeyin təklifi ilə razılaşmağa məcbur ol-
muşdular.
XVI əsrin ortalarında Sibir xanlığında hakimiyyətə yiyə-
lənmək üçün Şeybanlılarla noqayların Taybuqin tayfasından
olan knyazlar mübarizə aparırdılar. Taybuqinlərin nümayəndəsi
Yediger kömək üçün Moskvaya müraciət etsə də, hərbi kömək
ala bilməmişdi.

160
Qazan xanlığının ləğvinə, xüsusilə Permdə Stroqanovların
mülkünün yaradılmasına kimi çarizmin Qərbi Sibirə doğru irə-
liləmək imkanları çox məhdud idi. Qazan xanlığının süqutundan
sonra isə çar hökumətinin Şərq siyasətində Qərbi Sibir məsələsi
əhəmiyyətli yer tuturdu. Hökumət və rus feodalları yeni ərazilər
tutmağa, bu ərazilərdən gəlir götürməyə böyük maraq göstə-
rirdilər.
1563 – cü ildə Sibir xanlığında Kuçum hakimiyyətə gəlir.
Lakin Kuçumun hakimiyyətini qəbul etmək istəməyənlər də var
idi. Yeni xan isə öz mövqeyini gücləndirmək üçün ciddi
mübarizə aparmağa məcbur idi. Kuçum noqaylılarla qohumluq
əlaqələrindən istifadə edərək öz ordusuna noqaylıları, eləcə də
qırğız – qaysakları da cəlb edirdi. Volqaboyunda və Kama ətrafı
ərazilərdə Moskva hökumətinə qarşı yerli əhalinin üsyanları baş
verərkən Kuçum onlara kömək göndərdi.
Sibirə doğru irəliləməyə can atan Moskva ticarət və sənaye
sahiblərinin köməyindən də istifadə edildi. Bu məsələdə
Stroqanovlar ailəsi əhəmiyyətli rol oynayırdı. XVI əsrdə onların
Kama və Çusova çayları boyu geniş mülkləri var idi. Onlar duz
çıxarırdılar, kənd təsərrüfatı işləri ilə məşğul olurdular, xəz dəri
əldə edirdilər, ticarət əlaqələrinə malik idilər. 1558 – ci ildə
Stroqanovlar Kamada duz çıxarılması üçün çar fərmanı almış-
dılar. 1579 –cu ildə onların mülklərində 39 kənd, bir şəhərcik,
bir monastr var idi. Kamada ticarət və sənaye ilə məşğul olmaq
icazəsi almış Stroqanovlar bunun əvəzində Kamanı Sibir
tatarlarının və digər xalqların müdaxiləsindən qorumalı idi.
Stroqanovlar yerli əhalini amansız istismar edirdilər. Bu isə
1572 – 1573 – cü illərdə xantı və mansilərin üsyanına gətirib
çıxartdı. Üsyan azadlıq hərəkatı idi. Stroqanovlar kömək üçün
Çerdinsk voyevodası İ.Bulqakova müraciət etdilər. Bulqakov
baş vermiş hadisə ilə əlaqədar Moskvaya məlumat verdi.
Moskva hökuməti Stroqanovları müdafiə etməyi qərara alır və
onlara icazə verir ki, “ovçu kazaklardan” ibarət silahlı qüvvə
yaratsınlar. Lakin Stroqanovlar bunu dərhal həyata keçirə

161
bilməzdi. Bu planı yalnız 1579 – cu ildə, Yermakın dəstəsi dəvət
ediləndə həyata keçirmək mümkün oldu.
Moskva hökuməti və Stroqanovlar rus dövlətinin şərq sər-
hədlərini mümkün hərbi əməliyyat meydanından uzaqlaşdırmaq
və Stroqanovların mülklərini genişləndirmək üçün yeni və
mühüm addım atdılar. 1574 – cü ildə Stroqanovlara Ural arxa-
sında ərazi verilməsi haqqında fərman imzalandı. Hökumət tabe
olmaq istəməyən Sibir xanlığına, yəni Sibir xalqlarına qarşı
müharibə planı hazırlayırdı.
Qeyri – rus xalqlarının kiçik və kortəbii çıxışları 1580 – ci
ildə təşkil edilmiş güclü bir yürüşlə əvəz olundu. Mansı murzası
Beqbeli Stroqanovların mülklərinə basqın etdi. Beqbeli və
Kuçum bilirdilər ki, Stroqanovlar mansi və xantıları sıxışdırırlar.
Yürüşün qarşısını almaq üçün Stroqanovlar qüvvə toplayraq
Beqbelini məğlub etdilər və onun özünü əsir götürürlər. Stro-
qanovlar Beqbelini buraxmaq üçün ondan ifadə aldılar ki, o,
Moskvanın təbəəliyini qəbul etməklə yanaşı bir daha Stroqanov-
ların mülkünə hücum etməyəcək.
1581 – ci ildə mansilərin digər bir qrupu murza Kixekin
rəhbərliyi ilə rusların Ural ətrafında başlıca dayaq nöqtəsi olan
Çardıka hücum etsələr də, onu tuta bilmirlər. Bundan sonra
Kixek Solikamska yürüş edərək oranı tutur. Sonralar da Kixek
Stroqanovların mülklərinə basqınlar edirdi.
Sibir xanlığına qarşı mübarizədə Stroqanovlar kazak Yer-
makın da qüvvəsindən istifadə etmək fikrində idilər və bu
məqsədlə də öz adamlarının da bir hissəsini Yermakın dəstəsinə
qoşaraq onları silah və ərzaqla təchiz edirdilər.
1582–ci ildə Yermak Sibir xanlığının paytaxtına yaxınlaşdı.
Bu haqda məlumat əldə edən Moskva hökuməti öz narazılığını
bildirdi. Moskva belə hesab edirdi ki, Kixekin yürüşü zamanı
ziyan çəkmiş Stroqanovlar əvəz çıxmaq üçün Yermakı
silahlandırmışlar. Rus hökumətinin fikrincə Stroqanovların öz
mülklərinə kazakları çağırması düzgün deyil, cünki kazaklar No-
qay səfirlərini soymaqla rus hökumətinin Noqay Ordası ilə
münasibətlərinə müəyyən ziyan vurmuşlar. Bunlar isə Mos-
162
kvanın Sibirə planlı yürüşü planına ziyan vura bilərdi. Bu
mənada hökumət kazaklardan geri qayıtmağı tələb etdi.
Lakin bu narazılıq Stroqanovlar üçün heç bir təhlükə yarat-
madı, onlar cəzalandırılmadı, hökumət yalnız özünün Şərqlə
bağlı planının həyata keçirilməsini tələb edirdi. Kazakların geri
qaytarılması barədə fərman Stroqanovlara gec gəlib çatdı.
Stroqanovlar və kazaklar artıq xanlığın ərazisinə daxil olmuş-
dular. Onları geri qaytarmaq da lazım deyildi, çünki Yermakın
yürüşü çar hökumətinin özünün həyata keçirmək istədiyi yürü-
şün məqsədinə istiqamətlənmişdi.
Kazakların yürüşü ilə əlaqədar Kuçum xan paytaxtı müdafiə
etmək üçün kifayət qədər dəstə toplaya bilməmişdi, çünki bu
dövrdə əsas ordu Ural arxasında idi, kazaklar isə paytaxt Kaşlıka
yaxınlaşdıqları üçün qüvvə toplamağa vaxt da yox idi. Tələm –
tələsik toplanmış dəstə isə düşmən hücumu qarşısında dayana
bilmədi. 1582 – ci ilin oktyabrında Kaşlıkın itirilməsi ilə
əlaqədar Kuçum çöllərə çəkildi və bu da onunla bağlı idi ki,
xanlığın ordusu Kama ətrafında ruslara qarşı qiyam qaldırmış
tatarlara köməyə getdiyi üçün geri qayıtmağa vaxt tapmamışdı,
mansi və xantılar isə ilk dəfə idi ki, odlu silahla üzləşirdilər.
Kaşlıkın kazaklar tərəfindən tutulması barəsində məlumat
əldə edən Moskva Sibirə Semyon Bolxovski və İvan Qluxovun
rəhbərliyi ilə dəstə göndərdi və bu qüvvələr nəzərdə tutulan yerə
1584 – cü ildə çatdı. Lakin bu kömək kazaklara ələ keçirilmiş
əraziləri əldə saxlamağa imkan yaratmadı. Rus döyüşçüləri üçün
keçilməz olan çöllərdə məskən salan Kuçum ona sadiq vassalları
ilə əlaqəyə girdi,yerli feodolları Yermaka qarşı üsyana qaldırdı.
1585 – ci ilin yayında pusquya düşərək öldürülən Yermakın
dəstəsinin qalıqları Sibiri tərk etdilər.
Rus hökuməti Qərbi Sibirdə öz mövqeyinin təmin edilməsi
məqsədilə yeni dayaq nöqtələrinin yaradılması işini davam
etdirirdi. 1585 –ci ildə Obda Obsk şəhərinin əsası qoyuldu.
1586 – cı ildə keçmiş tatar şəhəri Çimqa – Türənin yerində Tü-
men salındı, 1587 – ci ildə Kaşlık yaxınlığında Tobolsk yara-
dıldı.
163
Şimalda istehkamlar xətti yaradan rus hökuməti Sibir
xanlığının cənub sərhədlərinə doğru irəliləyirdi. Kaşlıkdan çıxa-
rıldıqdan sonra Kuçum orada yerləşmişdi. Çar hökumətinin
1594 – cü ildə göndərdiyi voyevoda F.Yeliski İrtışın yuxarı axa-
larına çatdı və burada Tara qalasının əsasını qoydu. Çar hö-
kumətinə qarşı mübarizə aparan Kuçum kömək üçün bir neçə
dəfə Buxaraya müraciət etsə də Buxara xanından kömək ala
bilmədi, çünki həmin dövrdə Buxara ilə Xarəzm arasında mü-
haribə gedirdi.
Yerli əyanlar içərisində də Kuçumdan narazılıq artırdı. Bəzi
feodallar öz mülklərini itirmək istəmirdilər, mübarizəni dayan-
dıraraq rus hökumətinə qulluq etməyə başlayırdılar. XVI əsrin
axırlarında Rusiyada hakimiyyətə yiyələnən Boris Qodunov
Sibir xanını öz tərəfinə çəkməyə və müharibəyə son qoymağa
cəhd etdi. Onun əmrinə əsasən Kuçumun Moskvada olan oğlu
atasına məktub göndərərək Moskvaya xidmət etdiyini bildirdi,
atasından çarın himayəsini qəbul etməyi xahiş etdi.
Lakin Kuçum Moskva ilə danışıqlara girməkdən imtina
edərək mübarizəni davam etdirirdi. 1598 – ci ilin yayında ruslar
Kuçumun qərargahına hücum edərək onu dağıtdılar. Xanın beş
kiçik oğlu və arvadları əsir düşdü, özü isə qaça bildi. O, 1601 –
ci ildə noqaylılarla mübarizədə həlak oldu. Xanlığın varlığına
son qoyuldu, onun əhalisinin istismarı, təbii sərvətlərinin mə-
nimsənilməsi başladı.

164
12.NOQAY ORDASI

12.1.Noqay Ordasının siyasi tarixi. Noqay Ordasının banisi


Yedigey tarix səhnəsində Toxtamışla eyni vaxtda görünür. Tox-
tamış XIV əsrin 70-ci illərinin ortalarında hakimyiyət uğrunda
mübarizədə məğlub olduğu üçün Yedigeylə birilkdə Səmər-
qəndə əmir Teymurun yanına gəlmişdilər. Həmin vaxt Yedigey
Toxtamışın tərəfdarı idi. Əmir Teymurun köməyilə hakimiyyətə
gələndən sonra onun yeritdiyi siyasət keçmiş himayəçisi ilə
toqquşmaya gətirib çıxartdı.
Əmir Teymurun 1391-ci ildə Toxtamışa qarşı yürüşündə
Ordanın üç əmiri – Yedigey, Teymur Qutluq, şahzadə Künçə də
iştirak edirdilər. Qızıl Orda xanı Toxtamışın məğlubiyyətindən
sonra Yedigey, Teymur Qutluq və Küncə əmir Teymurdan xahiş
etmişdilər ki, onlara öz yurdlarına qayıtmağa icazə versin. Onlar
əmir Teymuru inandırırdılar ki, adamlarını və mülklərini
götürüb geri qayıdacaqlar. Əmir Teymur onlara getməyə icazə
verir, lakin Yedigeylə Qutluq geri qayıtmırlar, Künçə bir müd-
dət əmir Teymurun yanında qalsa da, onu tərk edir. Onlar Tey-
mur Qutluğun Qızıl Ordada hakimiyyətə gətirilməsinə hazır-
laşırdılar.
Mangıt tayfasından çıxan Yedigey 1392-ci ildən manqıtların
ulubəyi oldu və XIV əsrin 90-cı illərində Volqa ilə Ural arşında
yeni dövlətin əsasını qoydu. 90-cı illərdə Yedigey Qızıl Ordada
ağalıq uğrunda Toxtamışla mübarizə aparırdı, həm də Manqıt
yurdunun sərhədlərinin genişləndirilməsinə çalışırdı. Onun
dövründə Manqıt ordasının ərazisi Qərbi Sibir düzənliklərinə
qədər genişləndi.
Əmir Teymur 1395 – ci ildə Toxtamışa qarşı yürüş edərkən
Yedigey Teymur Qutluğu Qızıl Ordada hakimiyyəti ələ
keçirməyə təhrik edir. İspan səfiri Klavixonun sözlərinə görə
əmir Teymur Yedigeyə Toxtamışa qarşı birgə mübarizə
aparmağı təklif edir, lakin Yedigey bundan imtina edir. 1395 –
ci ildə əmir Teymur tərəfindən məğlub edilən Toxtamış Litva
knyazı Vitovtun yanına qaçır. Vitovtun və Toxtamışın ordusu
165
1399 – cu ildə Vorskl çayı sahilində Teymur Qutluq və Yedigey
tərəfindən məğlub edilirlər. Həmin döyüşdən sonra Yedigey
Toxtamışı təqib edirdi. Bu dövrdə Yedigeyin böyük bir orduya
malik olduğunu Klavixonun məlumatı da göstərir. Bu müəllif
yazır ki, Yedigeyin ulusunda iki yüz mindən artıq süvari var.
Yedigeyin köməyilə Teymur Qutluq Qızıl Ordada haki-
miyyətə gəlir. Bu köməyə görə o, baş əmir təyin olunur. Lakin
Yedigey Qızıl Ordanın faktiki hökmdarına çevrilmək fikrində
idi və öz məqsədinə nail olmaq üçün yollar axtarırdı. Ancaq o,
Çingizli olmadığı üçün hakimiyyətə iddia edə bilməzdi, buna
görə də Teymur Qutluğun simasında ölkəni idarə etməyi
düşünürdü. Yedigey bu vəzifədə 20 il qalmışdı və həmin dövr
ərzində əslində xan hüququnda Qızıl Ordanı idarə etmişdi. 1420
–ci ilə, yəni ölümünə kimi Yedigey Qızıl Ordanın bütün işlərinə
qarışırdı. Təsadüfi deyil ki, ərəb yazıçıları onu çar adlandırırlar,
halbuki Yedigey Qızıl Orda əmiri idi. Öz mövqeyindən istifadə
edərək, Yedigey Manqıt yurdunu Qızıl Ordanın tərkibində ən
güclü uluslardan birinə çevirmişdi.
Teymur Qutluğun ölümündən sonra oğlu Şadibəy hakimiy-
yətə gəlir. Ölkənin sahibi yenə də Yedigey idi. Şadi bəydən
sonra hakimiyyətə oğlu Polad xan gəlir və yenə də Yedigey öz
nüfuzunu qoruyub saxlayırdı.
Əmir Yedigey Moskva knyazlığına və Litva knyazlığına
münasibətdə manevrlər edirdi və bununla da onlar arasında
ziddiyyət yaratmağa çalışırdı. O, Moskvaya bildirmişdi ki, Litva
ilə mübarizədə ona kömək edəcək. Moskva knyazı Vasili Dmit-
riyeviç Litva knyazlığına yürüş edərkən onun ordusunda tatar-
lardan ibarət dəstə də var idi. Tərəflər arasında gedən müba-
rizədə xeyli adam məhv olmuşdu, yaşayış məskənləri ziyan
çəkmişdi.
Yedigeyin özü də Moskvaya yürüş edərək onu mühasirəyə
almağa cəhd etsə də bu baş tutmadı. Çünkü bu dövrdə Qızıl
Ordanın özündə hakimiyyət uğrunda mübarizə başlamışdı. Bu-
nunla əlaqədar Yedigey Moskvadan xərac alıb geri qayıtmışdı.

166
Moskva knyazı özü də Yedigeylə mübarizəyə hazırlaşırdı
və bu işdə Toxtamışın oğlanlarından istifadə etmək fikrində idi.
1410-cu ildə Polad xanın ölümündən sonra hakimiyyətə Teymur
xan gəlir. Teymur xan Teymur Qutluğun oğlu idi. Yedigey öz
qızını ona vermişdi. Lakin Teymur Yedigeyin dövlətin siyasi
həyatındakı rolundan narazı olduğu üçün onu zəiflətməyə
çalışırdı. Bu məqsədlə də köçəri əyanları öz tərəfində çəkərək
Yedigeylə mübarizəyə başlamışdı. Mübarizəni uduzan Yedigey
Xarəzmə qaçmışdı. Teymur xanın ordusu bir müddət onu burada
mühasirədə saxlamışdı. Bu dövrdə Toxtamışın oğlu Cəlalədddin
Teymur xanın olmamasından istifadə edib Qızıl Ordada
hakimiyyəti ələ almışdı. Teymur və Cəlaləddinin hər ikisi Yedi-
geyə qarşı olsalar da bir-birləri ilə düşmən idilər. Teymurun hər-
bi rəislərindən olan Qazanın göstərişi ilə Teymur öldürüldü və
həmin rəis Cəlaləddinin tərəifndə keçdi. Cəlaləddinin Yedigeyə
qarşı göndərdiyi dəstə məğlub oldu. Bu dövrdə Teymurlu hökm-
darı Uluğbəyin göndərdiyi döyüşçülər Yedigeyi Xarəzmdən
çıxmağa məcbur etdilər.
Sonrakı illərdə də Yedigey Qızıl Ordanın həyatında müəy-
yən rol oynayırdı. O, 1416-cı ildə Kiyevə və onun ətraf yerlərinə
hücum etmişdi. Yedigey 1419-cu ildə Litva knyazı Vitovtun
yanına sülh və ittifaq təklifilə səfirlik göndərmişdi.
Yedigey 1420 – ci ildə Saraycik yaxınlığında Toxtamışın
oğlu Kərim Berdi tərəfindən döyüşdə öldürülür. Manqıt ulu-
sundə hakimiyyətə Yedigeyin oğlu Qazı bəy gəlir. Lakin onun
hakimiyyətə gəlməsini istəməyənlər var idi. Baş verən toq-
quşmada Qazı bəy öldürülür. Ulusdakı daxili ziddiyyətlər nəti-
cəsində əmirlərin və tayfa başçılarının bir hissəsinin Sibirə get-
məsi ilə əlaqədar Manqıt ulusu bir müddət tənəzzül edir.
Əvvəllər Yedigeyə və Qazıya tabe olan köçəri əhalinin əhə-
miyyətli bir hissəsi Mərkəzi Asiyaya gedir. Manqıt ulusunda
Yedigeyin kiçik oğlu Nurəddinlə köçəri əhalinin kiçik bir qrupu
qalır. Nurəddin Noqay Ordasının əvvəlki nüfuzunu bərpa et-
məyə çalışır. Onun dövründə (1426 – 1441) Noqay Ordasının
müstəqil bir dövlət kimi formalaşması tamamilə başa çatır.
167
Onun əsas ərazisi Volqa ilə Yaik (Ural) arasındakı çölləri əhatə
edirdi. Şərqdə manqıtlar Yaikin sol sahilinə kimi yayılmışdılar.
Cənub-şərqdə manqıt köçləri Cənubi Arala, cənubda isə Xəzər
dənizinin şərq hissəsinin mərkəzinə, qərbdə Həştərxan xanlı-
ğına, şimal-qərbdə Qazan xanlığına, şimal-şərqdə Qərbi Sibr
düzənliyinə kimi yayılmışdı.
Ordanın siyasi mərkəzi Yaik çayı sahilində yerləşən
Sarayçik şəhəri idi. Onun əsası XIII əsrdə qoyulmuşdu. Qızıl
Orda dövründə Krım və Qafqazdan Qaraqoruma və Çinə gedən
ticarət yolları Sarayçikdən keçirdi. Bu şəhər bir müddət inkişaf
etmiş şəhər olsa da, sonralar Teymurun ordusu tərəfindən dağın-
tıya məruz qalmşıdı. XVI əsrin başlanğıcında bu şəhər çox qısa
müddət qazaxların əlində olmuşdu, 1580-ci ildə Volqa kazakları
tərəfindən tutulub dağıdılmışdı.
Noqay Ordası digər türk xanlıqlarından yalnız ərazisinin
genişliyi ilə deyil, həm də əhalisinin sayının çoxluğu ilə
fərqlənirdi. XVI əsrin 30 – cu illərində Ordanın ordusu təxminən
iki yüz min nəfər idi. Bir çox türk xanlıqlarında hərbçilər ümumi
əhalinin adətən 60 faizini təşkil edirdi. Bu isə o demək idi ki,
200 min döyüşçüyə malik olan ulusda əhali yəqin ki, 300-350
min nəfər idi.
Noqay Ordası Şərqi Avropanın və Mərkəzi Asiyanın türk
dövlətlərinin həyatında əhəmiyyətli rol oynayırdı. Qızıl Ordada
Toxtamışdan sonrakı xanların hakimiyyətə gəlməsində Noqay
feodallarının böyük rolu olmuşdu. Böyük Orda xanı Əhməd xan
1480 – ci ildə noqaylar tərəfindən məğlub edilmişdi. Qazanda
“manqıt yeri” vəzifəsi var idi və bunu ənənəyə uyğun olaraq
noqay knyazı tuturdu, əldə olunan gəlirin bir hissəsi xərac kimi
Noqay Ordasına gedirdi. Noqay feodalları Həştərxan və Tümen
xanlıqlarının işlərinə də müdaxilə edirdilər. Sibir xanı İbakın
noqay feodolları ilə əlaqəsi var idi. Noqay Ordası yeri gəldikcə
Sibir xanlığına və Buxara əmirliyinə qarşı da iddialarla çıxış
edirdi.
Çar Rusiyası noqay çöllərini də ələ keçirməyə çalışırdı.
Ordanın özündə başlanmış qarışıqlıq, XVI əsrin ortalarında
168
Qazan və Həştərxan xanlıqlarının Rusiya tərəfindən işğal
olunması Noqay Ordasının siyasi həyatına təsirsiz qala bilməzdi.
Noqay Ordası tədricən bir neçə müstəqil ulusa bölündü.
1557-ci ildə Noqay Ordası Rusiyadan vassal asılılığını
qəbul etdi. Bu isə Ordada parçalanmaya gətirib çıxartdı. Noqay
Ordası Böyük Noqay Ordasına və Kiçik Noqay Ordasına
bölündü. Böyük Noqay Ordasının ərazisi Volqa arxası çölləri
əhatə edirdi və Moskvadan asılılığı qəbul etmək mövqeyində
deyildi. Kiçik Noqay Ordası əhalisi Azov ətrafı əraziyə və
Kubana keçdi.
1577-ci ildə Ordanın paytaxtı Sarayçik rus ordusu tərə-
findən tutuldu. 1628-1630-cu illərdə kalmıklar Böyük Noqay
Ordasına hücum edərək Yaik ilə Volqa arasındakı əraziləri
tutdular. Kalmıkların 1634-cü ildə Böyük Noqay Ordasına yeni
hücumu oldu. Noqayların bir hissəsi məhv edildi, sağ qalanlar
Volqanın sağ sahilinə keçdilər və Kiçik Noqay Ordasının ərazi-
sində köç saldılar və noqaylar rus hökumətinin müstəmləkəçilik
siyasətilə üzləşdilər və Noqay Ordası XVII əsrin 40-cı illərirdə
süqut etdi.
Batı xanın dövründə və eləcə də ondan sonra qıpçaq
çöllərinə gəlib məskunlaşmış tayfalar içərisində Konqurat (kun-
qrat) və manqıtlar da var idi. Mənşəcə monqol olan bu tayfalar
özlərinin siyasi birliklərini qoruyub saxlayaraq öz mövqelərini
getdikcə gücləndirsələr də öz dillərini itirmiş, türk cəmiyyətinin
tərkibinə daxil olaraq türkləşmşidilər.
Tarixi ədəbiyyatda etnik mənsubiyyətinə görə manqıt olan
əmir Yedigey tərəfindən əsası qoyulan dövlət bəzi müəlliflər
tərəifndən Noqay Ordası, əhalisi isə noqaylar adlandırılır. “No-
qaylar”, “Noqay Ordası” sözlərinə Qərbi Avropa ədəbiyyatında
ilk dəfə XVI əsrin əvvəllərində Matvey Mexovskinin “İki
Sarmatiya” əsərində rast gəlinir. Bu adlar XVI əsrin axırlarında
vəfat etmiş Osmanlı tarixçisi Cənnabinin əsərlərində də qeyd
olunur.
“Noqaylar” adının mənşəyi, Noqay Ordasının əsas əhalisi
olan manqıtların noqaylar adlandırılması məsələsində tədiq-
169
qatçılar tərəfindən fərqli fikirlər irəli sürülür. “Noqay və onun
dövrü” əsərinin müəllifi N.Veselovski sonrakı noqayları, yəni
Noqay Ordasının əhalisini XIII əsrin II yarısında Qızıl Orda
əmiri olmuş Noqayın təbəələri hesab etmiş və bu adı Noqayın
ulusunda yaşamış adamlara aid etmişdi. Halbuki Noqayın ulusu
Qızıl Ordanın qərb hissəsində, Donla Dnepr arşında yerləşirdi və
onun təbəələri özlərini noqaylar adlandırmırdılar. Noqayın və
varislərinin məğlubiyyətindən sonra ulus əhalisi digər vilayət-
lərə səpələnmişdi.
Manqıtlar özlərini noqaylar adlandırmırdılar və “noqay”,
“noqaylar” adlarını özləri üçün təhqiramiz bir ad hesab edirdilər,
çünki “nokay” monqol sözü olub “it” mənasında işlədilir.
Noqay, noqaylar adı manqıtlara ola bilsin ki, digər xalqlar,
ehtimal ki, Qızıl Orda əmiri Yedigeyə belə bir ləqəb qoymuş
adamlar tərəfindən verilmşidir. Sonralar “noqay” adı Yedigeyn
rəhbərlik etdiyi ulusun əhalisinə aid edilmişdir. Noqaylar
özlərini manqıt, dövlətlərini isə Manqıt dövləti adlandırmışdılar.
Bu isə onunla bağlı idi ki, Manqıt dövlətinin əsasını qoymuş
Yedigey manqıt tayfasından idi.
Əmir Yedigeyə “İt Yedigey” adının verilməsi heç də təsa-
düfi deyildi. Səlnamələrdə bu şəxsin davranışı, mövqeyi və
xarakteri ilə bağlı fərqli fikirlər irəli ürülür. Bəzi mənbələrdə, o
cümlədən rus tarixşünaslığında Yedigey çox hiyləgər, ziyankar
bir insan kimi təqdim olunur. Şərq mənbələrində də Yedigeyə
rəğbət yoxdur və o etibarsız şəxs hesab olunur. Lakin Teymur-
lular dövrünün səlnaməçisi İbn Ərəbşahın mövqeyi müəyyən
qədər fərqlidir. Bu müəllif Əmir Yedigeyi döyüşkən bir şəxs
kimi təsvir edir və yazır ki, o, orta boylu, möhkəm bədənli, çox
ağıllı, təbəssümlü bir şəxsdir. İbn Ərəbşahın mövqeyini başa
düşmək çox da çətin deyil, belə ki, o, bir çox səlnaməçilərdən
fərqli olaraq əmir Teymurun fəaliyyətindəki müsbət cəhətlərlə
yanaşı mənfi xüsusiyyətlərini də öz əsərlərində qeyd edir.
12.2.Dövlət quruluşu və ictimai münasibətlər. Noqay
Ordası siyasi quruluşuna və idarəetmə formasına görə feodal
monarxiyasını təmsil edirdi. Dövlət başçısı əmir, bəy titulları
170
daşıyırdı. Ondan sonra ikinci şəxs dövlət başçısının varisi
sayılan adam idi.
Orda özü bir sıra uluslara bölünürdü. Bu uluslar arasında
əlaqə çox da möhkəm deyildi. Ulus rəhbərləri Orda rəhbərlərini
özlərinin “böyük qardaşları” adlandırsalar da özlərini rəhbərlik
etdikləri ulusların əsl hökmdarı sayırdılar.
Noqay Ordasında feodal münasibətləri inkişaf edirdi,
bununla yanaşı patriarxal cəmiyyətə xas olan bəzi xüsusiyyətlər
də qalırdı. Qohumlar tərəfindən cinayət törədiləndə buna görə
bütün nəsil məsuliyyət daşıyırdı. ən mühüm məsələlər qurul-
tayda həll olunurdu. Burada dövlət başçısı, feodallar, din
xadimləri iştirak edirdi. Onlar Orda rəhbərlərinin məsləhətçiləri
idi. Hakim təbəqənin nümayəndələri ən mühüm vəzifələri
tuturdu. Ordada “qara adamlar” da var idi. Onlar öz feodalları
(murzaları) ilə birlikdə köç etməli, hərbi yürüşlər zamanı öz
silahları və ərzaq ehtiyatları ilə gəlməli idilər. Noqaylarda ev
qulluqçuları da var idi. Feodalların mülklərində işləyən ev qul-
luqçuları içərisində əsir götürülmüş, satın alınmış adamlar da var
idi. Onların əməyindən mal – qaranın otarılmasında, quyuların
qazılmasında, yanacaq toplanılmasında istifadə olunurdu.
Noqay Ordasının əhalisi əsasən köçəri həyat tərzi keçirdiyi
üçün ordunun da əsasını süvarilər təşkil edirdi. Köçərilərdən
təşkil olunmuş süvarilər uzaq yürüşlərə çıxmaq imkanına malik
idilər. Noqay döyüşçülərinin taktikası manevr edərək süvarilərə
sürətli zərbə endirməkdən ibarət idi. Xan qvardiyası, udel
başçılarının silahlı dəstələri daha yüksək döyüş qabiliyyətinə
malik idi. Noqay Ordasında sənətkarlığın inkişaf səviyyəsinin
çox da yüksək olmaması ilə əlaqədar silahlar əsasən Buxara və
Səmərqənddən gətirilirdi.
12.3.Noqayların təsərrüfatı həyatı. Noqay Ordasının əha-
lisinin təsərrüfatında köçəri heyvandarlıq xüsusi yer tuturdu.
Təbii şərait, geniş çöllər təsərrüfatın bu sahəsinin inkişafına
imkan verirdi. Noqaylar böyük mal – qara sürülərinə malik idi-
lər, heyvanlar onların yaşayışı üçün böyük əhəmiyyətə malik idi.
Onlar heyvanların ətindən, südündən ərzaq kimi istifadə
171
edirdilər. Noqay feodalları hər il satılmaq üçün müxtəlif yerlərə
atlar göndərirdi. Heyvandarlıqla məşğul olan əhali inək, qoyun,
keçi saxlayırdılar. Əkinçilik əhalinin təsərrüfat həyatında əhə-
miyyətli bir yer tutmurdu. Ordaya taxıl kənardan gətirilirdi və
bu işlə əhalinin varlı hissəsi məşğul idi. Orda əhalisinin təsər-
rüfat həyatında ovçuluq və balıqçılıq da əhəmiyyətli rol
oynayırdı.
Noqay feodallarının böyük qənimətlər əldə etmələrinə
müharibələr də təsir edirdi. Hərbi əməliyyatlar zamanı əsir
götürülmüş adamlar bazarlara çıxarılırdı.
Qızıl Ordanın dağılması prosesində təşəkkül tapan və
formalaşan Noqay Ordası digər türk xanlıqları ilə müqayisədə
daxilən zəif idi, pərakəndəlik hökm sürürdü. Daxili zəiflik və
pərakəndəlik köçəri təsərrüfatın natural xarakter daşıması ilə
bağlı idi. Əkinçilik mədəniyyəti mövcud deyildi, əhali oturaq
həyat tərzi ilə tanış deyildi. Cenkinson 1557 – ci ildə yazırdı ki,
noqaylarda şəhərlər, evlər yoxdur, onlar açıq çöllərdə yaşayır, öz
mal – qara sürüləri ilə bir yerdən digər yerə köçürlər.
Noqay Ordasının ərazisində yalnız bir səhər var idi.
Sarayçik adını daşıyan bu səhər Volqa kazaklarının bir neçə
zərbəsi nəticəsində özünün əvvəlki böyük ticarət mərkəzi rolunu
itirmişdi, xanlığın iqtisadi həyatında hansı bir rol oynamaq
imkanında deyildi.

172
13.MƏRKƏZİ ASİYA XALQLARI XVI – XVIII
ƏSRLƏRDƏ

13.1.Şeybanlılar sülaləsi dövründə Mərkəzi Asiyada siyasi


vəziyyət. XV əsrin 20 – ci illərində özbək tayfaları Əbülhayir
xanın rəhbərliyi altında birləşərək Özbək xanlığını yaratdılar.
Əbülhayir xan Batı xanın qardaşı Şeybanın nəslindən idi. 1428 –
1468 – ci illərdə Özbək xanlığını idarə edən Əbülhayir xan
dövlətin sərhədlərini xeyli genişləndirə bildirmişdi. Xanlığın
tərkibinə Sır – Dəryadan Sibir xanlığına qədər olan ərazilər daxil
idi. Əbülhayir xan hakimiyyətə yiyələnməkdə bəzi Teymurlu
şahzadələrinə də kömək etmişdi. Belə ki 1451 – ci ildə Tey-
murlu sultani Əbu Səid hakimiyyətə gələrkən Əbülhayir xanın
köməyindən istifadə etmişdi. Bununla yanaşı Əbülhayir xan
Teymurlu mülklərinə də yürüşlər edirdi. XV əsrin otuzuncu
illərinin əvvəllərində özbəklər müvəqqəti olaraq Xarəzmin
cənub – qərb hissəsini də tutmuşdular. Şahrux tərəfindən gön-
dərilmiş ordu özbəkləri buradan çıxartmışdı. Teymurlu mülk-
lərinə özbəklərin yürüşləri sonralar da davam edirdi. Teymur-
lular isə hücum təhlükəsi gözlənilər yerlərdə ordu hissələri
yerləşdirməyə məcbur olurdular.
1468 – ci ildəki yürüşdə Səmərqəndə qədər irəliləyən Əbül-
hayir xan böyük qənimətlə geri qayıda bilmişdi.
Əbülhayir xanın ölümündən sonra özbək xanlığında haki-
miyyət uğrunda mübarizə başlanır. Bu mübarizədə Əbülhayir
xanın oğlu və varisi Şeyx Heydər özü də öldürülür. Əbülhayir
xanın nəvələri Məhəmməd Şeybanlı və onun qardaşı Mahmud
Həştərxana gedərək Həştərxan xanı Qasımın yanında özlərinə
sığınacaq tapırlar.
Şeyx Heydərin düşmənləri isə Qasım xana təzyiq göstərərək
qardaşların Həştərxandan çıxarılmasını tələb edirlər. Türküstana
gələn Şeybanlılar bir müddət Teymurlular tərəfindən müdafiə
olunurlar. Bu isə onunla bağlı idi ki, Teymurlular Əbülhayir
xanın nəvələrindən istifadə etməklə özbəklərin Türküstana
yürüşlərinin qarşısını almağa çalışırdılar.
173
Getdikcə güclənən və öz tərəfdarlarının sayını artıran
Məhəmməd Şeybanlı öz babasının dövlətini bərpa etməyə, həm
də Teymurlu mülklərinə yiyələnməyə can atırdı. Bu dövrdə Tey-
murlular dövlətinin siyasi vəziyyəti də Məhəmməd Şeybanlıya
uğurlar qazanmağa imkan verdi. XV əsrin axırlarında Tey-
murlular dövləti şimal və cənub hissələrinə parçalanmışdı. Ölkə-
nin şimal hissəsinin paytaxtı Səmərqənd idi. Cənub hissəsinin
mərkəzi isə Herat idi. Bununla yanaşı imperiyanın hər iki hissəsi
də bir sıra feodal mülklərinə bölünmüşdü.
Digər tərəfdən, müxtəlif əhali qrupları arasında ziddiyyətlər
dövlətin siyasi – iqtisadi həyatına zərbə vururdu. Ara mühari-
bələrindən, hakim təbəqənin var – dövlət toplamaq hərisliyindən
əziyyət çəkən xalq kütlələri hakimiyyətdə Teymurluların qalıb –
qalmamasına, başqa sülalə ilə əvəzlənməsi məsələsinə getdikcə
daha çox biganəlik göstərirdilər. Ara müharibələri, hakimiyyət
çəkişmələri ölkənin müqəddəratı üçün təhlükə yaradir, dövlətin
müdafiəsi üçün qüvvələrin birləşdirilməsinə imkan vermirdi.
Məhəmməd Şeybanlının Teymurlulara qarşı mübarizəsi də belə
bir dövrə təsadüf edir. 1499 – cu ildən Məhəmməd Şeybanlının
Teymurlu mülklərinə sistemli hücumları başlanır. Şeybanlı xanı
Səmərqəndə hücum edərək onu mühasirəyə alır. Buxara əmiri
Səmərqəndə qoşun göndərir. Bunu bilən Şeybanlı xanı Sə-
mərqəndin mühasirəni dayandıraraq Buxaraya hücum edir və üç
günlük döyüşdən sonra oranı tutur.
Buxaranın tutulması Səmərqənddə ciddi narahatlıq yaratdı.
Səmərqənd əyanları Teymurlu şahzadəsi Zahirəddin Babura
müraciət edərək bildirdilər ki, şəhəri ona verməyə razıdırlar.
Lakin Babur şəhərə gələnə qədər Məhəmməd Şeybanlı 1500 – ci
ildə artıq şəhəri tutmuşdu. Şəmərqənd və onun ətraf əhalisinin
özbəklər tərəfindən soyulub talan edilməsi, onlara divan
tutulması Şeybanlılara qarşı sui – qəsdin təşkil edilməsinə gəti-
rib çıxartdı. Səmərqəndin şeyxi Xoca Əbül Makarinin rəhbərlik
etdiyi bir qrup əyan Fərqanə hakimi Baburu şəhərə buraxdılar.
Buradakı Şeybanlılara zərbə endirildi. Lakin Baburun Səmər-
qənddəki hakimiyyəti uzun sürmədi. Məhəmməd Şeybanlının
174
şəhərə yeni hücumu başlanmışdı, rəqibin ordusunun yaxşı silah-
lanması Səmərqəndin müdafiəsini çətinləşdirirdi. Babur Moqo-
lustan xanı tərəfindən vəd edilən köməyi hələ də ala bilməmişdi.
1501 – ci iln aprelində Serı – Pul adlı ərazidə baş verən
həlledici döyüşdə məğlub olan Babur xan Səmərqəndə qayıtdı.
Şeybanlılar şəhəri mühasirəyə aldılar. Dörd aylıq mübarizədən
sonra vəziyyətin çıxılmaz olduğunu görən Babur Səmərqəndi
tərk edərək Daşkəndə getməyə məcbur oldu. 1501 – ci ildə qəti
olaraq şəhərə yiyələnən Məhəmməd Şeybanlı öz dövlətini
yaratdı və yeni yaranan dövlət onun əsasını qoyan sülalənin adı
ilə Şeybanlılar dövləti adlandı.
Səmərqəndin tutulmasından sonra Məhəmməd Şeybanlı
Teymurlular dövlətinin cənub hissəsinin ələ keçirilməsi uğrunda
mübarizəyə başladı. Xorasan hökmdarı Sultan Hüseyn Bayqara
vəziyyətin ağırlığını görüb bu dövrdə Kabilda olan Babura
müraciət etdi. Babur 1506 – ci il Kabildan yola düşdü. O, yolda
ikən Hüseynin vəfat etməsi xəbərini aldı. Herata gələn Babur
Teymurlular arasında pərakəndəliyin şahidi oldu. Şeybanlı
xanına qarşı birgə mübarizənin təşkil edilməsinin qeyri – müm-
künlüyünü başa düşən Babur yenidən Heratı tərk etdi. Şeyban-
lılar isə Xorasan hüdudlarına soxuldular. 1507 – ci ilin mayında
Teymurluların ikinci paytaxtı olan Herat da tutuldu, bununla da
Teymurlular dövləti süqut etdi.
Məhəmməd Şeybanlının Mavərənnəhr və Xorasan uğrunda
mübarizəsi dövründə dünya tarixi səhnəsinə yeni güclü bir
dövlət çıxdı. Bu, Şah İsmayıl tərəfindən 1501 – ci ildə yara-
dılmış Azərbaycan Səfəvilər dövləti idi. İqtisadi və strateji
cəhətdən böyük əhəmiyyət kəsb edən Xorasan Səfəvilər və
Şeybanlılar arasında uzunmüddətli müharibələrə səbəb oldu.
Səfəvilər 1507 – 1508 – ci illərdə Kiçik Asiyada hərbi əməliyyat
apararkən Xorasan Şeybanlıların əlinə keçmişdi. Bu əraziyə
Səfəvilər də iddialı idi. Şah İsmayıla göndərdiyi məktublarda
Məhəmməd Şeybanlı bildirirdi ki, əgər Səfəvilər Xorasana olan
iddialarından əl çəkməsələr onlara qarşı qoşun göndəriləcək, Şah
İsmayıl hakimiyyətdən salınacaq.
175
Şah İsmayıl Şeybanlıların hökmdarına məktublarında ona
təslim olmağı, Səfəvilərin nəzarəti altında olan ərazilərə hücum
etməməyi məsləhət görürdü. Lakin Məhəmməd Şeybanlı bunu
rədd etmişdi.
Şah İsmayıl 1510–cu ilin oktyabrında əmirlərinin və hərbi
rəislərinin yığıncağını keçirərək Xorasana yürüş məsələsini
müzakirə etdi və qərara alındı ki, Xorasana hücum edilsin.
Məhəmməd Şeybanlı Mərv qalasında uzunmüddətli müda-
fiəyə hazırlaşmağa başladı. Özünün əsas qüvvələri ilə Mərvə
gələn Şah İsmayıl Şeybanlıların ordusunu qaladan çıxarmaq və
döyüşü çöldə aparmaq üçün taktiki hiyləyə əl atdı. Qəfildən
mühasirəni dayandırıb yaxındakı Mahmudabad kəndinə çəkildi.
Onun buradan Məhəmməd Şeybanlıya göndərdiyi məktubda
deyilirdi: “Sən bizimlə İraqda, yaxud da Azərbaycanda görüş-
məyi vəd etmişdin, lakin buna əməl etmədin, biz isə vədimizə
əməl edərək Xorasana gəldik, sən isə bizimlə görüşməkdən im-
tina etdin. İndi biz Xorasan rayonunda qışlağa qayıdırıq, yazda
isə mübarizə meydanına qayıdacağıq”
Özbək xanları Məhəmməd Şeybanlını qaladan çıxmaq
fikrindən çəkindirməyə çalışdılar. Xan isə Səfəvilərin zəif ol-
ması fikrinə düşərək qaladan çıxdı və qızılbaşlıların üstünə get-
di. 1510–cu ildə Mərv ətrafında baş verən döyüş Şeybanlıların
məğlubiyyəti, xanın özünün öldürülməsi ilə başa çatdı. Xanı
öldürən Səfəvi əsgəri onun başını Şah İsmayıla gətirdi. Həmin
ildə Amu – Dəryadan Fərata qədər olan ərazi Səfəvilərin əlıinə
keçdi.
Məhəmməd Şeybanlının ölümündən sonra Kabil hakimi
Babur xan Mavərənnəhr uğrunda Şeybanlılara qarşı mübarizədə
Səfəvilərdən istifadə etmək və onlarla ittifaqa girmək fikrinə
düşdü. Belə bir ittifaqa Şah İsmayılın da marağı var idi, çünki
onların hər ikisi Şeybanlılar sülaləsini məhv etmək fikrində idi.
Şah İsmayıl Heratı tutarkən əsir götürülənlər içərisində Ba-
burun əvvəlcə Məhəmməd Şeybanlının, sonra isə sonuncu
şəxsin yaxın adamlarından birinin arvadı olmuş bacısı da var idi.
Qadının kimliyini öyrənən Şah İsmayıl onu əsirlikdən azad
176
edərək Baburun yanına göndərir və onunla dostluq münasibəti
yaratmaq fikrində olduğunu bildirir. Belə bir əlaqənin yaradıl-
masına maraqlı olduğunu bildirən Babur Səfəvi hökmdarından
xahiş edir ki, Səmərqəndi Şeybanlılardan almaqda ona kömək
etsin.
Şah İsmayıl Babura kömək məqsədilə Şahrux bəy Əfşarı
qoçunla göndərir. 1511 – ci ildə Şeybanlıları məğlub edən Babur
Səmərqəndə daxil olur. Lakin Baburun Mavərənnəhrdə mövqeyi
güclü deyildi. Səmərqəndi tutduqdan sonra Babur şəhərdə Səfə-
vi hökmdarının adına xütbə oxumasını və pul zərb olunmasını
əmr etmişdi. Bu isə əhalisinin əhəmiyyətli bir hissəsinin sünni-
lərdən ibarət olduğu Mavərənnəhrdə yaxşı qarşılanmamışdı,
çünki Şah İsmayıl öz mülklərində sünniləri təqib edirdi. Digər
tərəfdən, Baburun iqtisadi siyasəti də yerli əyanları təmin
etmirdi. Özlərinin iqtisadi maraqlarının təmin edilmədiyini
görən Səmərqənd əyanları Baburdan uzaqlaşmağa başlamışdılar.
Nəticədə Baburun sosial dayağı zəiflədi. Yerli əyanlarla qızılbaş
sərkərdələri arasında da qarşıdurmalar yaranmışdı. Əhali onlarla
kobud rəftar edilməsinə qarşı çıxırdı. Əhalinin Baburdan narazı
olmasından istifadə edərək, Şeybanlılar Səmərqəndə hücum
edərək şəhəri tutdular. Bu haqda məlumat alan Şah İsmayıl
özünün məşhur sərkərdələrindən olan Nəcmi Sanini köməyə
göndərdi. Hiçduvan ətrafında baş verən döyüşün qızğın çağında
Babur öz müttəfiqlərini atıb getdi. Nəcmi Sani əsir düşərək
edam olundu. Babur isə Kabilə getdi, Mavərənnəhr Babur üçün
həmişəlik itirildi.
Məhəmməd Şeybanlının ölümündən sonra feodal qrupları
arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Vilayət rəhbər-
lərinin öz mülklərini müstəqil surətdə idarə etmələrinə can atma-
ları daxili siyasi gərginliyi artırmaqla yanaşı həm də ölkənin
müdafiə qüdrətinə də mənfi təsir göstərirdi.
Məhəmməd Şeybanlının ölümündən sonra da xarici siya-
sətdə Səfəvilərlə mübarizə məsələsi əhəmiyyətli yer tuturdu.
Ubaydulla xanın dövründə (1533 – 1539) qanlı müharibələr

177
gedirdi. Ubaydulla Xorasana dəfələrlə yürüş etsə də Səfəvilərə
qalib gələ bilməmişdi.
Ubaydulladan sonra Şeybanlılar arasında mübarizə daha da
gücləndi və Abdulla xanın hakimiyyətə gəlməsinə kimi davam
etdi. 1583 – cü ildə hakimiyyətə yiyələnən Abdulla xan dövlətin
əvvəlki sərhədlərini bərpa etməyə, mərkəzi hakimiyyəti möh-
kəmləndirməyə çalışırdı. O, vilayət hakimlərinin müqavimətini
qıraraq onları özünə tabe edə bilmişdi.
1598 – ci ilə kimi dövləti idarə edən Abdulla xan Səfəvilərlə
də mübarizə aparırdı. Herat və Məşhəd Şeybanlıların əlinə
keçmişdi. Səfəvi hökmdarı I Şah Abbas (1587 – 1629) Məşhəd,
Mərv və Herat istisna olmaqla bütün Xorasanı geri ala bilmişdi.
Hakimiyyətinin son illərində Abdulla xan əsas diqqətini
Xarəzmin ələ keçirilməsinə yönəltmişdi. Buraya bir neçə dəfə
yürüş edən Abdulla xan 1594 – cü ildə buranı tutaraq əhali üzə-
rinə xərac qoymuşdu. Lakin Abdulla xanın getməsindən sonra
əhali onun canişinlərini qovmuş, əsgərlərini qırmışdı. Xarəzmə
yenidən hücüm edən Abdulla xan onu tutmuşdu. Yalnız Abdulla
xanın ölümündən sonra Xarəzm öz müstəqilliyini bərpa edə
bilmişdi.
Abdulla xanın dövründə dövlətin paytaxtı Səmərqənddən
Buxaraya köçürülmüşdü. Mərkəzi hakimiyyəti gücləndirən bu
xanın dövründə də Mavərənnəhr bir sıra ölkələrlə beynəlxalq
əlaqələrə girmişdi. 1585 – ci ildə Abdulla xan Baburlular impe-
riyasının şahı Əkbərin yanına elçilik göndərmişdi. 1587 – ci ildə
Moskva ilə diplomatik və ticarət əlaqələri yaradılmışdı.
Abdulla xanın hakimiyyətinin son illərində mərkəzdən-
qaçma meylləri yenidən özünü göstərdi. Onun oğlu Əbdül-
muminin mərkəzi hakimiyyətə tabe olmaq istəməməsi silahlı
toqquşmaya gətirib çıxartdı. Bu dövrdə Xorasanda da vəziyyət
yaxşı deyildi, belə ki, Səfəvilər həmin regionda uğurlu əməliy-
yatlar aparırdılar.
1598 – ci ildə Abdulla xanın ölümü ilə əlaqədar hərc –
mərclik gücləndi. Abdullanın yeganə oğlu və varisi Əbdülmu-
min atasının siyasətini davam etdirmək istəyirdi. Lakin onun
178
idarəetmə sahəsində böyük təcrübəsi yox idi, öz vassalları ilə
çox sərt rəftar edirdi. 1598 – ci ildə Əbdülmumin Buxarada
öldürüldü. Bununla da Şeybanlılar sülaləsinin hakimiyyəti başa
çatdı. Bundan sonra Şeybanlılar adı ümumiyyətlə işlədilmədi,
əvəzində özbək xanlıqları ifadəsi işlədildi. Şeybanlılardan sonra
hakimiyyətə Həştərxanlılar sülaləsi gəldi, çünki Şeybanlılar
sülaləsindən hakimiyyətə gələ biləcək kişi varis yox idi. Onlar
hələ əvvəllər Əbdülmumin tərəfindən məhv edilmişdu. Belə bir
şəraitdə hakimiyyətin Həştərxanlılar sülaləsinə verilməsinə qərar
verildi. Sülalə əslən Həştərxandan olub Mavərənnəhrdə yaşa-
yırdı. Bu sülalə əvvəllər Həştərxan xanlığını yaratmışdı, xanlığın
süqutu ilə əlaqədar xan Yar Məhəmməd öz oğlu Canıbəylə
Mavərənnəhrə qaçmışdı. Abdulla xanın atası İskəndər xan onları
yaxşı qarşılamış, öz qızını Canıbəyə vermişdi. Canıbəy haki-
miyyətə gəlməkdən imtina etmişdi, onun təklifi ilə böyük qar-
daşı Din Məhəmməd xan seçilmişdi. Həmin dövrdə Abivərddə
olan Din Məhəmməd Buxaraya gələrkən yolda vəfat etmişdi.
Bundan sonra özbək əmirləri onun qardaşı Baki Məhəmmədi
xan seçmişdilər. Beləliklə də, Mavərənnəhrdə 1599 – cu ildən
Həştərxanlılar sülaləsinin hakimiyyəti başlanmışdı.
13.2.Özbək xanlıqları və onların siyasi həyatı.Şeybanlılar
sülaləsinin hakimiyyətinin başa çatmasından sonra Buxara, Xivə
və Kokand xanlıqları yarandı. Buxara xanlığı Bakı Mühəmməd
(1599-1605), Xivə xanlığı Bars bəy tərəfindən yaradılmışdı.
Xanlığın paytaxtı əvvəlcə Ürgənc şəhəri idi, XVII əsrdə isə
paytaxt Xivəyə köçürüldü və xanlıq paytaxt şəhərin adı ilə Xivə
xanlığı adlandı. Kokand xanlığı isə XVIII əsrin əvvəllərində
yaranmışdı. Bu xanlığın əsasını 1710 – cu ildə minq tayfasından
olan Şahrux xan qoymuşdu. Xanlıqların daxilində ara müha-
ribələrinin getməsi ilə yanaşı, həm də onların beynəlxalq vəziy-
yətləri ağır idi. Buxara və Xivə xanlıqları öz qonşuları olan qara-
qalpaqlarla, türkmənlər və qazaxlarla mübarizə aparırdılar, həm
də öz aralarında döyüşürdülər. Bu isə xarici hücumlar üçün də
şərait yaradırdı. Xivə xanı Əbülqazinin (1643 – 1663) və onun
oğlu Anuşun dövründə Buxaraya yürüşlər xeyli güclənmişdi.
179
Siyasi gərginlik XVIII əsrdə də davam edirdi. Şərqşünas
Bartold qeyd edir ki, XVIII əsr bütün müsəlman Asiyası üçün
siyasi, iqtisadi və mədəni tənəzzül dövrü idi. Daxili mübarizə,
xanlıqlararası qarşılıqlı hücumlar regiona böyük ziyan vururdu.
XVIII əsrin ortalarında Buxara xanlığı faktiki olaraq xan
hakimiyyətindən asılı olmayan bir sıra müstəqil mülklərə
bölünmüşdü. Rus imperatoru I Pyotrun 1718 – 1725 –ci illərdə
İranda səfiri olmuş Florio Benevini bir müddət Buxarada olmuş
və buradakı vəziyyəti görmüşdü. Həmin şəxs qeyd edir ki,
Buxara dağıdılmış bir vəziyyətdədir, hamı bir – biri ilə mübarizə
aparır, qiyamlar baş verir, soyğunçuluq davam edir. Buxara
xanının hakimiyyəti onun öz məmurları tərəfindən məhdudlaş-
dırılmışdı. Belə ki, xanın hakimiyyəti faktiki olaraq paytaxtın
hüdudlarından kənara çıxmırdı.
Buxara ilə rəqabət aparan Xivənin özündə də qanlı hadisələr
baş verirdi. 1687 – ci ildən 1710 –cu ilə kimi Xivə taxtına on
xan çıxmışdı.
XVIII əsrin əvvəllərindən Mərkəzi Asiya xalqları cunqar-
ların dağıdıcı basqınları ilə əlaqədar öz yaşayış yerlərini tərk
etməyə məcbur olurdu. Əsrin 40 – cı illərində dəfələrlə cunqar-
ların hücumları ilə üzləşən Kokand əhalisi kömək üçün onlara
yaxın ərazidə yaşayan qırğızlara müraciət etmiş, onların köməyi
ilə cunqarların hücumu dəf edilmişdi.
XVIII əsrin 40 –ci illərində Mərkəzi Asiya xalqları Nadir
şahın hücumlarına məruz qaldılar. Nadir şah 1740 – cı ilin
əvvəllərində Buxaranı tutmuşdu, sonra isə Xivə ilə mübarizəyə
başlamışdı. Bu zaman Nadir şah ciddi müqavimətlə üzləşsə də
dörd günlük döyüşlərdən sonra Xivəni tutmuşdu.
Mərkəzi Asiya I Pyotrun da diqqətini cəlb edirdi. Onun
göstərişi ilə 1716 – cı ildə Mərkəzi Asiyaya göndərilmiş A.Be-
koviç – Çerkasskinin qarşısına belə bir vəzifə qoymuşdu ki,
Xivə xanını Rusiya təbəəliyini qəbul etmək üçün dilə tutsun,
Buxara əmiri ilə bu istiqamətdə söhbət aparsın. Lakin rusların
niyyəti həyata keçirilməmiş qaldı. Xivə xanı Şirqazi ilə baş

180
verən toqquşmada A.Bekoviç – Çerkasski öz dəstəsi ilə birlikdə
məhv edilmişdi.
13.3.İctimai münasibətlər. Mərkəzi Asiyada XVI – XVIII
əsrlərdə torpaq sahibliyinin aşağıdakı formaları var idi: dövlət
torpaqları, mülk torpaqları, vəqf torpaqları, soyurqal və tanxo
torpaqları.
Dövlət torpaqlarının mülkiyyətçisi xan idi. Bu torpaqların
əsas hissəsini xərac torpaqları təşkil edirdi. Xərac torpaqları
kəndlilər tərəfindən becərilirdi və onlar bu torpaqlardan istifa-
dəyə görə xərac verirdilər. Xəracın həcmi məhsuldarlığın səviy-
yəsindən, bu isə suvarma sisteminin vəziyyətindən asılı idi.
Mərkəzi Asiyada əkinçiliyin inkişafında suvarma sistemi əhə-
miyyətli rol oynayırdı. Bu mənada xəracın həcmi məhsulun
beşdə birindən səkkizdə birinə qədərini təşkil edirdi.
Mülk torpaqlar xan tərəfindən feodallara bağışlanmış
torpaqlar idi. Həm də bu torpaqların bir hissəsi feodallar tərəfin-
dən zəbt olunmuş icma torpaqlarından ibarət idi.
Vəqf torpaqları hüquqi cəhətdən kiminsə tərəfindən məscid
və mədrəsələrə, digər dini müəssisələrə verilmiş sahələrdən
ibarət idi. Bu torpaqlar dövlətə vergi verməkdən azad edilmişdi.
Vəqf torpaqları faktiki olaraq din xadimlərinin mülklərinə çev-
rilmişdi. Buxara xanlığında Cuybari şeyxlərinin böyük torpaq
sahələri var idi, bu şeyxləri şəxsən Abdulla xan özü himayə
edirdi. Xan şeyxlər üçün məscidlər tikdirir, onları torpaq və
kəndlilərlə təmin edirdi.
Şərti torpaq sahibliyinin iki forması var idi: soyurqal və
tanxo. Dövlət başçısı xidmət müqabilində hərbi rəislərə, böyük
məmurlara torpaq sahələri verirdi. Soyurqal sahibləri ona veril-
miş ərazidə yaşayan əhalidən öz xeyrinə bütün vergiləri topla-
yırdı. Soyurqal torpaqları hüquqi cəhətdən dövlət mülkiyyəti idi,
lakin tədricən irsi mülklərə çevrilirdi.
Tanxo xan tərəfindən müəyyən bir dövr üçün istifadəyə
verilirdi. Belə torpaq almış şəxs hüquqi cəhətdən həmin torpağın
mülkiyyətçisi deyildi, bu torpağı becərən kəndlidən müəyyən

181
dövr üçün öz xeyrinə torpaq vergisini toplaya bilərdi. Tanxo irsi
mülk deyildi. Onun həcmi də soyurqalın həcmindən az idi.
Xidmətə görə soyurqal, yaxud tanxo almış şəxs öz ağasının
vassalı idi. Lakin vassallıq münasibətləri çox da möhkəm de-
yildi. Özlərinin silahlı qüvvəsi olan vassallar mərkəzi hakimiy-
yət zəifləyəndə ona qarşı çıxa bilərdi.
Kəndlilərin ixtiyarında olan kiçik torpaq sahələri onların
ehtiyacını ödəmədiyi üçün onlar müəyyən şərtlər daxilində
feodallardan torpağı icarəyə götürürdülər. İcarəçi kəndli torpağı
becərərkən torpaq sahibinin texnikasından, iş heyvanlarından
istifadə edirdi. Əldə olunmuş məhsulun üçdə birindən beşdə
birinə qədərini özlərinə götürürdülər. İcarəçi kəndlilər dövlətə
xərac verməkdən azad edilməmişdi.
Əsas vergi torpaq vergisi (xərac) idi. Bu vergini dövlət tor-
paqlarında, qismən də mülk və vəqf torpaqlarında yaşayan
kəndlilər verirdi.
Kəndli xəracı ödəyənə kimi məhsulun cüzi bir hissəsini öz
ailəsinin ehtiyacı üçün götürə bilməzdi. Soyurqal və tanxo tor-
paqlarında işləyən kəndlilər vergini torpaq sahiblərinin özlərinə
ödəyirdi.
Bağçılıq və bostançılıq ilə məşğul olanlar hər tanap üçün
(bir tanap təxminən 0,25 ha) “tanabon” adlı vergi verirdi.
Kəndlilər vergi ödəməklə yanaşı müxtəlif mükəlləfiyyətlər
də daşıyırdı. Onlar suvarma kanallarının təmizlənməsində,
yolların, qala divarlarının təmir edilməsində iştrak edirdilər,
kəndlərə gəlmiş məmurları yedizdirməli və saxlamalı, hərbi yü-
rüşlər zamanı ərazidən keçən əsgərlərə ərzaq verməli idilər. Bu
mükəlləfiyyətlər əsasən torpaq vergilərini təmsil edirdi və
əsasən əkinçilik məhsulları ilə ödənilirdi. Heyvandarlıq rayon-
larında kəndlilərdən zəkat vergisi alınırdı. Zəkat ayrıca hesaba
alınırdı və digər vergilərlə qarışdırılmırdı. Bu vergi qaramala
görə alınırdı. Zəkat qaramalın qırxda bir hissəsini təşkil edirdi.
13.4.İqtisadiyyat. XVI – XVIII əsrlərdə Mərkəzi Asiyada
özbəklər, qırğızlar, taciklər, qaraqalpaqlar, türkmənlər və s.
yaşayırdı. Bu xalqlar özlərinin sosial – iqtisadi inkişaf səviy-
182
yəsinə görə bir – birlərindən fərqlənirdilər. Özbəklər və taciklər
əkinçilik, bağçılıq, bostançılıq və ipəkçiliklə məşğul idilər.
Yarımköçəri həyat keçirən qaraqalpaqlar heyvandarlıq, əkinçilik
və balıqçılıq ilə məşğul idilər. Türkmənlərin əsas məşğuliyyəti
heyvandarlıq idi, bəzi türkmən tayfaları əkinçiliklə də məşğul
olurdu. Qırğızların təsərrüfat həyatında ekstensiv heyvandarlıq
əsas rol oynayırdı. Bununla yanaşı əkinçiliklə məşğul olan
qırğızlar da var idi. Əkinçiliklə başlıca olaraq oturaq əhali mə-
şğul olurdu. Suvarma sistemi əkinçiliyin inkişafı üçün əhəmiy-
yətli rol oynayırdı. Məhsuldarlıq xeyli dərəcədə irriqasiya
şəbəkəsindən və sudan istifadə edilməsinin mümkünlüyündən
asılı idi.
Əkinçilikdə istifadə olunan texnika çox bəsit idi. Əkin-
çiliklə məşğul olan əhali torpağı xışla şumlayırdı, taxılı oraqla
biçirdi, məhsulun döyülməsində qaramaldan istifadə edirdi.
Kəndlilərin əmək alətlərini təkmilləşdirməyə vəsaiti yox idi,
feodal isə buna maraqlı deyildi, çünki kəndlilərin ucuz işçi qüv-
vəsindən istifadə etmək imkanına malik idi. Əkinçi əhali buğda,
arpa, qarğıdalı əkirdi.
Mərkəzi Asiya xalqlarının təsərrüfatında heyvandarlıq da
mühüm yer tuturdu. Buxara xanlığında yetişdirilən qaragül
qoyunlarının dərisinə xarici bazarlarda böyük ehtiyac var idi.
Qoyun yunundan keçə hazırlanırdı, xalçalar, yun parçalar toxu-
nurdu. Qoyu əti Mərkəzi Asiya əhalisinin əsas ərzaq məhsulu
idi.
Əhali atçılıqla da məşğul olurdu. Türkmən, özbək və Ko-
kand atlarından həm minik vasitəsi kimi istifadə olunurdu, həm
də onlar kəsilirdi. Daha dözümlü və güclü atlardan kənd təsər-
rüfatı işlərində istifadə olunurdu. Bu atlar qazaxlardan və kal-
mıklardan alınırdı. Kənd təsərrüfatı işlərində atlarla yanaşı də-
vələrdən də istifadə olunurdu. Dəvələrdən həmçinin karvan
ticarətində yüklərin daşınmasında istifadə edilirdi. Varlı adam-
ların çoxsaylı qaramal sürüləri var idi. Cuybari şeyxi Xoca İsla-
mın 500 dəvəsi, 700 atı, on min baş qoyunu, onun oğlu Xoca
Səidin 1000 dəvəsi, 1500 atı, 25 mindən artıq qoyunu var idi.
183
Əhalinin təsərrüfat həyatında bağçılıq da mühüm rol oyna-
yırdı. Suvarılan torpaqların əhəmiyyətli bir hissəsi bağların
payına düşürdü. Alma, armud, ərik, nar, şaftalı, qoz yetişdiri-
lirdi, üzümçülük inkişaf etmişdi. Səmərqəndin “sahibi”, Buxara-
nın “xəlili” üzum növləri daha məşhur idi.
Mərkəzi Asiyada Səmərqənd, Buxara, Xivə, Daşkənd,
Əndican, Xocənd, Kokand kimi inkişaf etmiş şəhərlər var idi.
Şəhər əhalisi əsasən sənətkarlıqla məşğul idi. Sənətkarlar pam-
bıq və ipək parçalar hazırlayırdı. Bir çox ölkələrdə belə parça-
lara tələbatın artması ilə əlaqədar Mərkəzi Asiya şəhərlərində
hazırlanmış parçalar getdikcə daha çox miqdarda xarici bazar-
lara göndərilirdi.
Şəhərlərdə kənd təsərrüfatı alətləri (kətmən, oraq), məişət
əşyaları (bıçaq, balta, qab – qacaq), odlu silah (qılınc, xəncər,
tüfəng) hazırlanırdı.
Sənətkarlar sexlərdə birləşirdilər. Onların nizamnamələ-
rində hər hansı bir ixtisas üzrə çalışan sənətkarların hüquq və
vəzifələri göstərilirdi. Sexlərdə sənətkarlar istehsal sahəsinə görə
birləşmişdilər. Hər bir sexə usta rəhbərlik edirdi. O, şagirdlərə
öz sənətini öyrətməli, ona usta adı verməli idi. Sənətkarlar feo-
dallara vergi ödəyirdilər və bu, hazır məhsul formasında veri-
lirdi. Bayram günlərində sənətkarlar xan üçün də hədiyyələr
hazırlamalı idilər.
Daxili və xarici ticarət inkişaf edirdi. Sənətkarlıq məhsul-
larının bir hissəsi daxili tələbatın ödənilməsinə gedirdi. Daxili
çəkişmələr, ara müharibələri ticarətin də inkişafına mane olurdu.
Daxili ticarətlə müqayisədə xarici ticarət daha intensiv idi.
Yerli tacirlərin İran, Hindistan, Çin, Rusiya ilə ticarət əlaqələri
var idi. Buxarada hər il qonşu ölkələrdən gəlmiş tacirlərin yığın-
cağı keçirilirdi. Burada hind tacirlərinə məxsus məhəllə də var
idi. Hindistandan nazik ağ parçalar, Çindən ipək parçalar,çay,
çini qablar gətirilirdi. İrandan pambıq və yun parçalar, çay, çini
qablar gətirilirdi.
Mərkəzi Asiya tacirəti öz məhsullarını Nijni – Novqoroda,
Qazan, Samara, Həştərxan və Yaroslavla aparırdılar. Buxara və
184
Xivə tacirləri həm də Rusiyanın Çinlə, Qərbi Sibirlə, Qazaxıs-
tanla ticarət əlaqələrində vasitəçi kimi çıxış edirdilər. Sibirin
Tobolsk, Tümen, Tarm şəhərləri ilə geniş ticarət əlaqələri var
idi. Mərkəzi Asiya mallarına Sibirdə böyük ehtiyac olduğu üçün
bu şəhərlərdə Mərkəzi Asiya tacirlərinə güzəştlər edilirdi.
Rusiya ilə ticarət – diplomatik əlaqələr genişlənirdi. Rus
çarı İvan Qroznının səfiri 1558- ci ildə Buxara və Xivədə
olmuşdu. Sonrakı ildə Buxara, Xarəzm və Bəlxdən Moskvaya
cavab səfirlikləri göndərilmişdi. Qarşılıqlı səfirliklər mübadiləsi
sonrakı illərdə də davam etmişdi. Aparılan danışıqlarda tərəflər
ticarət əlaqələrinə maraqlı olduqlarını bildirmişdilər.
Mərkəzi Asiyadan Rusiyaya pambıq, ipək və yarımipək
parçalar, xalçalar, eləcə də xam pambıq, xam ipək gətirilirdi.
Rus toxuculuq sənayesinin tələbatı artdıqca toxuculuq xam-
malının həcmi də artırdı.
Mərkəzi Asiya tacirləri həm də qazax çöllərindən daxil
olmuş qaramal və heyvandarlıq məhsulları ilə də alver edirdilər.
Rusiyadan Mərkəzi Asiyaya isə dəri, ağac və metal məmulatlar,
Sibir xəzi, taxıl gətirilirdi.
13.5.Mədəniyyət. Mərkəzi Asiya xalqlarının mədəniyyət
sahəsində əldə etdikləri uğurlara xanlıqların rəhbərlərinin
münasibəti də şərait yaradırdı. Sülalə üzvləri içərisində elmin
müxtəlif sahələrinə maraq göstərən şəxslər də var idi, savadlı
adamlara qayğı ilə yanaşılırdı.
XVI əsrin ən məşhur şairi Əbdürrəhman Müşfiqi idi. O, bir
çox lirik şerlərin, satirik əsərlərin, həcvlərin müəllifi idi.
Hələ Şeybanlılar dövründə Buxara böyük mədəniyyət mər-
kəzinə çevrilmişdi. Burada ədəbiyyat, tarix, poeziya inkişaf
etmişdi. Buxarada Əbdüləziz xanın böyük bir kitabxanası var
idi.
XVII əsrin axırları, XVIII əsrin əvvəllərində Buxarada
fəaliyyət göstərən şairlərin ən məşhur nümayəndələri Səid
Nəsifi, Fikrət Səmərqəndi olmuşlar. Türkmən şairi Məhtimqulu,
özbək şairi Turdanın əsərlərində sosial ədalətsizlik, feodal hərc –
mərcliyi tənqid olunurdu.
185
Mərkəzi Asiya xalqlarının tarixi ilə bağlı əsərlər yazılırdı.
XVI əsrdə yaşamış Məhəmməd Saleh “Şeybannamə”, Fəzlullah
ibn Rüzbehan “Mehmannamə” əsərlərinin müəllifləridir. Hafiz
Toniş Buxariyə məxsus “Abdullanamə” əsərində Abdulla xanın
hakimiyyət dövrünün tarixi qələmə alınmışdır. Bu dövrdə tarixçi
Rəşidəddinin, Sərafəddinin, Əli Yəzdinin əsərləri özbək dilinə
tərcümə olunmuşdu.
Xivə xanı Əbülqazi xan türk xalqlarının tarixi ilə bağlı iki
mühüm əsərin müəllifidir: “Türklərin soy kitabı” və “Türk-
mənlərin soy kitabı”. Hər iki kitab özbək dilində yazılmışdı.
Təbiət elmlərindən tibb və farmakologiya daha çox inkişaf
etmişdi. Şeybanlılar dövründə tibbə aid bir sıra əsərlər yazıl-
mışdı. Sübhanqulu xan (1680 – 1702) Buxarada xəstəxana
tikdirmişdi. Burada tibbə aid kitabxana var idi.
Böyük şəhərlərdə mədrəsələr, məscidlər,bazarlar tikilmiş,
körpülər və küçələr salınmışdı. XVI əsrdə Buxarada Xoca Zey-
nəddin məscidi, Daşkənddə Kükeltaş mədrəsəsi və Barak xan
mədrəsəsi kimi əzəmətli memarlıq abidələri inşa olunmuşdu.
Xəttatlıq, rəssamlıq inkişaf etmişdi. XVI əsrdə Buxarada
miniatürlər məktəbi yaranmışdı. XVII əsrdə Buxara rəssam-
larının ən çox tanınmış nümayəndələri Mövlanə Məhəmməd
Əmir, Mövlanə Xoca Yadigar idi.
Rəssamlar əlyazmaların bədii tərtibatı ilə də məşğul olur-
dular. Firdovsi, N.Gəncəvi və Ə.Caminin poemalarına minia-
türlər çəkilmişdi.
Müsiqi sahəsində də inkişaf var idi. Bu sahə ilə yalnız
peşəkar müsiqiçilər məşğul olmurdu. Alimlər, şairlər, rəssamlar
müsiqini yüksək qiymətləndirməklə yanaşı özləri də hansısa bir
musiqi alətində ifa etməyi bacarırdılar, müsiqi bəstələyirdilər,
müsiqi nəzəriyyəsinə aid əsərlər yazırdılar.

186
14.BABURLULAR İMPERİYASI

14.1.Dövlətin yaranması və güclənməsi. XVI əsrin 20 – ci


illərində dövlət yaratmış Zahirəddin Məhəmməd Babur Fərqanə
hakimi olmuş atası Ömər Şeyxmirzənin sarayında yaxşı təhsil
almışdı.1494 –cü ildə atasının ölümü ilə əlaqədar Babur Fərqanə
hakimi olur. Bu dövrdə Teymurlular imperiyasında ara müha-
ribələri güclənmişdi. Belə bir vəziyyət Mavərənnəhrə müda-
xiləyə şərait yaradırdı. Özbək xanı Məhəmməd Şeybanlı Tey-
murlular arasındakı mübarizədən öz xeyrinə istifadə etməyə
çalışırdı. Məhəmməd Şeybanlıya qarşı mübarizədə Babur da
iştrak edirdi, lakin uğursuzluğa düçar olan Babur Kabilə
getməyə məcbur qalır. Babur 1504 – cü ildə Kabil hakimi Mu-
kim Arqunu məğlub edərək buranı idarə etməyə başlayır. Həmin
dövrdə burada mənşəcə bir – birindən fərqlənən, müxtəlif
dillərdə danışan xalqlar yaşayırdı. İlk dövrlərdə Baburun əfqan-
larla münasibəti gərgin idi. Bu tayfalardan bəzisi Baburun
yürüşlərində iştrak etsələr də, bir hissəsi onu müdafiə etmirdilər.
Babur əfqan tayfalarının bir hissəsini özünə zorla tabe edirdi,
digərləri ilə dostluq əlaqələri yaradırdı.
Kabili idarə etdiyi dövrdə Babur Səmərqəndi də unutmurdu.
O, 1511–ci ildə Səmərqəndə yürüş etdi. Bu, onun Mavərən-
nəhrdə möhkəmlənmək üçün göstərdiyi sonuncu cəhd idi.
Şeybanlılarla mübarizədə məğlub olan Babur Kabilə qayıtmağa
məcbur oldu.
Baburun diqqətini Hindistan da cəlb edirdi. Bu dövrdə Hin-
distan ərazisində bir sıra feodal dövlətləri fəaliyyət göstərirdi.
Onların ən böyüyü Dehli sultanlığı idi. Sultanlığı mənşəcə əfqan
olan Lodi sülaləsi idarə edirdi. XVI əsrin 20 – ci illərində
sultanlıqda bir sıra vilayət hakimləri öz müstəqilliklərini elan
etmişdilər. Fasiləsiz ara müharibələri nəticəsində kəndli təsər-
rüfatları dağılırdı. Vilayət hakimlərini itaətdə saxlamaq cəhdləri,
feodal qiyamlarının yatırılması çoxsaylı hərbi toqquşmalara
səbəb olurdu. Bu isə əkin yerlərinin, yaşayış məskənlərinin
dağıdılmasına, ölkənin talan edilməsinə doğru aparırdı. Ölkənin
187
ayrı – ayrı hissələri arasında iqtisadi əlaqələr pozulurdu, get-
dikcə güclənən parçalanma nəticəsində əhali aclıq keçirirdi,
kütləvi xəstəliklər baş verirdi.
Dehli sultanlığının sonuncu hökmdarı İbrahim Lodinin
(1517 – 1526) mərkəzi hakimiyyəti gücləndirmək cəhdləri nəti-
cəsiz qaldı. Mərkəzi hakimiyyəti gücləndirmək uğrunda
mübarizədə İbrahim Lodi bir çox tanınmış şəxsləri də məhv
etmişdi, hətta yaxın adamları da ona etibar etmirdilər. Pəncab
hakimi Dövlət xan belə bir şəraitdə kömək üçün Babura
müraciət etdi və ona Hindistana yürüş etməyi təklif etdi. Pəncab
hələ 1398 – ci ildə əmir Teymur tərəfindən tutulmuşdu. Tey-
murun Hundustanı tərk etməsindən sonra buranı idarə edənlər
uzun müddət Teymurlulara xərac ödəmişdilər. Bu mənada Babur
özünün vaxtilə əmir Teymur tərəfindən tutulmuş ərazinin idarə
olunmasına haqqı olduğunu bildirirdi.
Baburun 1519 – cu ildən Pəncaba başlanan yürüşləri nəti-
cəsində bəzi ərazilər tutuldu. Dövlət xan isə Baburun bu yürüş-
lərindən narazı idi, çünki Babur onun Pəncabdakı imtiyazlarını
xeyli məhdudlaşdırmışdı. Dövlət xan həm İbrahim Lodiyə, həm
də Babura qarşı mübarizə aparırdı. 1525 – ci ilin noyabrında
Baburun Hindistana növbəti hücumu başlanır. Dövlət xanın və
onun müttəfiqlərinin ordusu say etibari ilə Baburun ordusundan
çox olsalar da onlar arasında birlik yox idi.Bu yürüş onunla
nəticələndi ki, Dövlət xan Babura təslim oldu, ona və ailəsinə
toxunulmadı, lakin əmlakı müsadirə olundu.
1526 – cı ilin fevralında Dövlət xanın ölümü ilə əlaqədar
Pəncab Baburun hakimiyyəti altına keçdi. Babur buradan Deh-
liyə hərəkət etdi. 1526 – cı ilin aprelində Baburun və İbrahim
Lodinin ordusu Panipat çölünə yaxınlaşdı. Baburun ordusu
Mavərənnəhrdən toplanmış döyüşçülərdən (çağatay, barlas,
cəlairli və s.) və əfqan tayfalarından ibarət idi. Bu dövrə kimi
Babur artıq müəyyən bir döyüş təcrübəsinə malik idi. O, Mə-
həmməd Şeybanlının, Şah İsmayılın və o dövrün digər böyük
sərkərdələrinin döyüş üsulları ilə tanış idi. Onun ordusunda odlu
silah da var idi, halbuki rəqibin belə bir silahı yox idi.
188
1526 – cı ilin aprelin 21 – də baş verən Panipat döyüşü
İbrahim Lodinin məğlubiyyəti və ölümü ilə qurtardı. Döyüşdən
sonra Dehliyə gələn Babur Şimali Hindistanda Babur dövlətinin
əsasını qoyur.
Hindistanda öz ağalığını təmin etmək üçün Mevar hakimi
Rana Şanq kimi güclü rəqibi məğlub etmək lazım idi. Bu hind
knyazını Hindistanın qərbindəki bir sıra vilayət hakimləri də
müdafiə edirdi. Baburun Hindistana yürüşünə kimi Rana Şanqın
100 minlik ordusu var idi.
Baburla Rana Şanq arasında hələ əvvəllər tanışlıq var idi.
Belə ki, Babur hələ Kabildə olarkən Rana Şanq İbrahim Lodiyə
qarşı birgə mübarizə üçün Babura müraciət etmişdi. Hind knyazı
belə hesab edirdi ki, Dehlini qarət edən Babur zəngin qənimətlə
kifayətlənib Kabilə qayıdacaq. Lakin onun ümüdləri özünü
doğrultmadı və hind knyazı Baburu Hindistandan silahlı müba-
rizə yolu ilə çıxarmaq fikrinə düşdü.
Rana Şanq ilə həlledici döyüş 1527 – ci ilin martında oldu.
Əldə olunmuş qələbə Baburun Hindistan uğrunda mübarizəsini
qəti olaraq onun xeyrinə həll etdi.
Avropa ədəbiyyatında Baburun Şimali Hindistanda yarat-
dığı dövlət Böyük Moqol dövləti adlandırılır. O dövrdə Xora-
sanda, əfqan torpaqlarında və Şimali Hindistanda tək monqollar
deyil, həm də əvvəllər monqollar tərəfindən tutulmuş əraziləri
idarə edən müsəlman hökmdarları moqol adlandırırdılar. Mər-
kəzi Asiyanın vaxtilə Çağatay ulusunun tərkibinə daxil olan bir
hissəsi və əfqan torpaqları Moqolustan adlandırılırdı. Babur da
Hindistana Mərkəzi Asiyanın o dövrdə Moqolustan adlandırılan
hissəsindən gəlmişdi. Buna görə də Babur və onun yaxın
adamları moqol, dövlət isə Moqol dövləti adlandırıldı.
Babur mahir sərkərdə və bacarıqlı dövlət başçısı idi. Şimali
Hindistanda möhkəmləndikdən sonra Babur bir sıra tədbirlər
həyata keçirdi. O, yaxın adamlarına böyük torpaq sahələri ba-
ğışladı. Döyüşlərdə iştrak etmiş əmirlərlə yanaşı Teymurlu evi-
nin üzvlərinə də torpaq sahələri verildi. Bununla yanaşı Babur
öz sərkərdələrinə daha çox diqqət yetirirdi.
189
Babur torpaq vergisi siyasətini təkmilləşdirdi. Onun fikrincə
əhalinin üzərinə böyük vergilərin qoyulması və məmur özbaşı-
nalığı əhalinin kasıblamasına, bu isə öz növbəsində xəzinənin
gəlirlərinin azalmasına gətirib çıxaracaq.
Baburun yaxın adamlarına bağışladığı torpaq sahələri “cə-
gir” adlanırdı. Cəgir ifadəsi farsca “cə” və “gir” – sözlərindən
yaranıb. Cəgir şərti torpaq sahibliyi idi, irsi xarakter daşımırdı.
Babur tərəfindən hərbi şücaətinə görə ayrı – ayrı sultanlara və
hərbi rəislərə verilən ərazilər vəch adlanırdı. Onun həcmi hərbi
rəisin xidmətindən, onların ordu və dövlətdəki nüfuzundan asılı
idi. Vəch Babur tərəfindən Hindistanı tutmaqda ona kömək
etmiş əfqan və hind feodallarına verilirdi. Vəch də şərti torpaq
sahibliyi idi, o, vergilərdən azad edilmirdi.
1530–cu ilin dekabrında Babur vəfat etdi. Hakimiyyətə
onun oğlu Humayun gəldi. Onun dövründə bir sıra tayfalar
mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmağa cəhd
edirdilər. Bunların içərisində hind racələri, əfqan tayfaları da var
idi. Humayunun qardaşları da etibarlı arxa deyildilər. Əfqan tay-
falarından birinin rəhbəri olan Şer xan tərəfindən 1540 – cı
ildə məğlub edilən Humayun əvvəlcə Qəndəhara, oradan isə
Səfəvilərin yanına getdi. Şer xan ona tabe olan ərazilərin geniş-
ləndirməsi uğrunda mübarizənin gedişində öldürüldü. Onun
övladları arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Hu-
mayun isə bundan istifadə edərək Hindistana yürüş etdi. Hələ
Səfəvi sarayında olarkən öz rəqiblərinə qarşı mübarizədə ona
kömək vəd edilmişdi, bunun əvəzində isə Qəndəhar Səfəvilərə
verilməli idi. 1555 – ci ildə Humayun Dehli və Aqranı tutdu.
1556 – cı ildə vəfat edən Humayun kiçik yaşlı oğlu Əkbəri öz
varisi elan etdi.
Əkbər şah 1556–cı ildə hökmdar elan olunarkən 13 yaşında
idi. Humayunun vəsiyyətinə əsasən dövlət başçısının işlərini
Bayram xan görməli idi. Bayram xan mənşəcə türk olub Səfə-
vilərin təbəəsi idi. O, Baburun Səmərqənd və Buxara uğrunda
mübarizəsi zamanı Şah İsmayıl tərəfindən Babura köməyə gön-
dərilmişdi. Baburun Mavərənnəhri tərk etməsindən sonra Bay-
190
ram xan Baburun və Humayunun yanında qaldı. Humayun
Səfəvilərin yanına qaçarkən Bayram xan onun baş məsləhətçisi
idi. Humayunun əldə etdiyi qələbələrdə Bayram xanın böyük
rolu olduğu üçün Humayun onu Əkbərin himayədarı elan etdi.
Ordudakı intizamı bərpa etmək, onun döyüş qabiliyyətini
yüksəltmək üçün Bayram xan bir sıra tədbirlər gördü. Hökumətə
tabe olmaq istəməyən bəzi sərkərdələr cəzalandırıldı. O,
Humayunun bacısı qızı ilə evləndi və hakim sülalə ilə qohum
oldu. Bayram xanın özünü təkəbbürlü aparması, eləcə də şiə
olması ilə əlaqədar onu istəməyənlər də var idi. Ondan Əkbər də
narazı idi. 1560 – cı ildə Əkbər Bayram xana bildirdi ki,
idarəetməni öz üzərinə götürür. Bayram xan bununla razılaşıb
Məkkəyə yola düşdü, lakin Əkbərə tabe olan adamlar tərəfindən
təhqir edildiyi üçün qiyam qaldırdı. Məğlub olan Bayram xan
Əkbər tərəfindən bağışlanıldı, Məkkəyə gedərkən yolda əfqanlar
tərəfindən öldürüldü.
Əkbər şah tarixə ən böyük imperiyalardan birinin hökmdarı
və yaradıcısı kimi daxil olmuşdur. O, qeyd edirdi ki, hökmdar
həmişə yeni ərazilərə sahib olmağa can atmalıdır, əks halda
qonşuları ona qarşı silah qaldıracaqlar. Hakimiyyətdə olduğu
illər ərzində (1556 – 1605) Əkbər şah Hindistanın böyük bir his-
səsini ələ keçirtdi. Dehqanın bir hissəsi, Kabil və Kəşmir onun
hakimiyyəti altına düşdü. Bu ərazilərdə bir – biri ilə düşmənçilik
edən knyazlıqların fəaliyyətinə son qoyuldu. Faktiki olaraq
bütün Hindistanın birləşdirilməsi prosesi başlandı. Ara müha-
ribələrinə son qoyulması Hindistan xalqının və ticarət adam-
larının maraqlarına uyğun idi.
Əkbər şahın dövrü Baburlular imperiyasının çiçəklənmə
dövrü idi. Mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə o, bir
sıra islahatlar həyata keçirdi. Imperiyanın ərazisi 15 vilayətə
bölünmüşdü, onların hər birinin öz hakimi var idi. Əkbər şah öz
adamları vasitəsilə əyalətlərdə gedən proseslərdən xəbərdar idi.
Şəhərlərdə məhkəmələr təşkil edilmişdi. Şahın sarayı eyni za-
manda həm ilkin instansiya, həm də appelyasiya məhkəməsi idi.
Mülki işlərlə müqayisədə cinayət işlərinə şah daha çox baxırdı.
191
Siyasi işlərə də şah özü baxırdı, vergi işlərinə isə divan nəzarət
edirdi. Baş qazı də şah tərəfindən təyin edilirdi.
Əkbər şahın dövründə vergi məhsulun üçdə birini təşkil
edirdi. Ayrı – ayrı şəxslərə öz xeyrinə vergi toplamaq, ilkin he-
sablama əsasında böyük ərazilər üçün vergilərin müəy-
yənləşdirilməsi qaydası ləğv olunmuşdu.
Islahatlar içərisində dini islahat da əhəmiyyətli yer tutur.
Bacarıqlı siyasətçi olan Əkbər şah başa düşürdü ki, imperiyadakı
sakitliyin qorunub saxlanılması bütün təbəələrlə münasibətlərin
tənzimlənməsini tələb edir. Onun dövründə qeri – müsəlman-
ların ödədiyi cizyə vergisi ləğv olundu. Dini diskussiyalar üçün
ibadət evlərinin, hind məbədlərinin tikilməsinə icazə verilmişdi.
Hindlilər üzərinə hər hansı bir xüsusi vergi qoyulmamışdı.
Dövlət başçısı bilirdi ki,imperiya əhalisinin üçdə bir hissəsini
təşkil edən hindlilərin hüquqlarının pozulması onun xeyrinə
deyil. Bu yolla Əkbər şah hindlilərin rəğbətini qazanmağa, Hin-
distanda öz hakimiyyətini möhkəmləndirməyə çalışırdı. Onun
qohumları içərisində xeyli hindli də var idi və onlara hörmətlə
yanaşırdı.
Əkbər şahın dövründə böyük həcmdə tikinti işləri aparılırdı.
Dehlidə, Aqrada, Lahorda əzəmətli binalar tikilmişdi. Memarlıq
abidələri də hökmdarın müxtəlif dinlərə hörmətlə yanaşmasını
göstərir. Belə ki, yerli ustalara icazə verilirdi ki, binalarda hind
məbədlərinə xas olan xüsusiyyətlər öz əksini tapsın.
İmperiyanın paytaxtı Aqraya müxtəlif rayonlardan çoxsaylı
yollar çəkilmişdi. Bunların bir hissəsi ölkə üçün strateji əhə-
miyyət daşıyırdı. Çəkilmiş, yaxud genişləndirilmiş yollar Əkbər
şahın ümumiyyətlə daxili ticarətə mühüm əhəmiyyət verdiyini
göstərir.
Maliyyə işlərini qaydaya salmaq və eləcə də valyuta fırıl-
daqlığı ilə mübarizə üçün ölkədə vahid ölçü və çəki sistemi, pul
vahidi tətbiq olunmuşdu. Bu da ticarətin inkişafına şərait yara-
dırdı, halbuki əvvəllər hər vilayətin özünün çəki vahidi var idi.
Əkbər şahın ölümündən sonra hakimiyyətə oğlu Səlim
gəldi. 1605 – ci ildə Aqrada hakimiyyəti qəbul edən Səlim
192
Nurəddin Məhəmməd Cahangir Şah qazi adını qəbul etdi.
Cahangir xarici siyasətdə atasının siyasətini davam etdirirdi. O,
Mevar, Kanq və Dehqanı tutdu. 1622 – ci ildə Səfəvi hökmdarı
Şah Abbas Qəndəharı mühasirəyə aldı və öz hərəkətini bununla
əlaqələndirirdi ki, Humayuna edilən köməyə görə bu ərazi
Səfəvilərə məxsusdur. Şah Abbas Qəndəharı tutdu. Bu dövrdə
Baburlular imperiyasında hakimiyyət uğrunda mübarizə başlan-
mışdı. Cahangirin oğlanları Şah Cahan və Pərviz varislik uğ-
runda mübarizə aparırdılar. Üç illik mübarizə nəticəsində Ba-
burlular dövləti özünün bir sıra istedadlı sərkərdələrini itirdi,
Qəndəharı geri qaytarmaq mümkün olmadı.
1627 – ci ildə Cahangirin ölümü ilə əlaqədar Şah Cahan
1628 – ci ildə hakimiyyətə gəldi. Yeni hökmdar daxili və xarici
siyasətdə atasının və babası Əkbər şahın siyasətini davam
etdirirdi. Hələ XVI əsrin sonunda Benqaliyada portuqallar
məskən salmışdılar. Portuqallar öz hərəkətləri ilə əhalinin ciddi
narazılığına səbəb oldular. Belə ki, onlar yerli tacirlər üzərinə
yüksək vergilər qoyur, uşaqları oğurlayaraq, xristian edirdilər.
Şah Cahanın göstərişi ilə Benqaliya canişini Qasım Əli xan
portuqalların əsas bazası olan Xuqulunu tutdu, portuqalların bir
hissəsi məhv edildi, bir hissəsi əsir kimi Aqraya göndərildi.
Şah Cahan 1644 – cü ildə Bədəxşan və Bəlxi də tutdu və
oğlu Auranqzebi bura hakim təyin etdi. Lakin özbəklər Babur-
lularla mübarizəni davam etdirirdilər. Gərgin mübarizə nəti-
cəsində özbəklər 1647 –ci ildə Auranqzebi Hindistana qayıt-
mağa məcbur etdilər. Baburluların Qəndəharı geri qaytarmaq
cəhdi də nəticəsiz qaldı.
Şah Cahanın dövründə Baburlular imperiyası öz inkişafının
ən yüksək mərhələsini keçirirdi. İmperiyanın sərhədləri Qəz-
nədən Çinttaqonta, Kəşmirdən Karnatuka çatırdı.
Cahangirin və Şah Cahanın dövründə mədəniyyət inkişaf
edirdi. Cahangir özü incəsənət işlərini yaxşı bilirdi və rəssamlara
hamilik edirdi. O, qeyd edirdi ki, əgər bir tabloda müxtəlif rəs-
samlar tərəfindən çəkilmiş bir neçə portret varsa, mən onlardan
hər birinin müəllifini göstərə bilərəm. Əgər eyni bir portret bir
193
neçə rəssam tərəfindən hazırlanıbsa, onun müxtəlif hissələrini
hazırlamış rəssamların kimliyini deyə bilərəm.
Şah Cahan sevimli arvadı Mümtaz Mahalın şərəfinə Aqrada
bütün dünyada Tac Mahal adı ilə məşhur olan mavzoley tikdir-
mişdi. Bu qadının əsl adı Ərcumənd Banu Bəyim idi, lakin həyat
yoldaşı onu Mümtazi Mahal –sarayın seçilmişi adlandırmışdı.
Mavzoloyen tikintisinə müxtəlif ölkələrin ən yaxşı sənətkarları
cəlb olunmuşdu. Buraya Tibetdən, Bağdaddan, Şri – Lankadan,
Misirdən, Bədəxşandan tikinti materialları gətirilmişdi.
Məqbərənin tikintisi 1631-ci ildə başlanmış və 1653-cü ildə
qurtarmışdı. Abidənin tikilməsi üçün Şah Cahan İstanbuldan
bacarıqlı sənətkarlar gətirmişdi. Onun planını istanbullu memar
Mehmed İsa Əfəndi hazırlamışdı və bu şəxs memar Sinanın
tələbəsi olmuşdu. Abidədəki ağ mərmərli qübbə istanbullu me-
mar İsmayıl Əfəndi tərəfində inşa olunmuşdu. Onun üzərindəki
yazılar da İstanbul xəttatı Səddar Əfəndiyə məxsusdur. Abidənin
tikilməsində italyan memarları da çalışmışdılar və onlara
İstanbuldan gətirilmiş memarlar rəhbərlik etmişdilər.
1657 – ci ildə Şah Cahan qəflətən yatağa düşdü. Hakimiyyət
uğrunda onun oğlanları tərəfindən amansız mübarizə başlandı.
Bir neçə il davam edən bu mübarizədə Şah Cahanın bir neçə
oğlu və nəvəsi məhv oldu. Qalib gələn oğlu Auranqzeb atasını
Aqra qalasında 1666 – cı ilə kimi, yəni Şah Cahanın ölümünə
kimi həbsdə saxlatdırdı.
1659 – cu ildə hakimiyyətə yiyələnən Auranqzeb imperiya-
dakı siyasi sabitliyi qoruyub saxlamaq üçün ciddi mübarizə
aparmalı oldu. Əfqan tayfaları, hindlilər üsyan qaldırırdı.
Auranqzeb islam dininin mövqeyinin güclənməsi siyasəti yeri-
dirdi. O, müsiqi və rəqsi, rəsm çəkməyi qadağan etdi, bir sıra
hind məbədlərini dağıtmağı əmr etdi, hindlilərə fil üzərində
getmək qadağan olundu. İnzibati aparatın katibləri və digər
işçilər müsəlmanlardan ibarət olmalı idi. Lakin tezliklə məlum
oldu ki, idarəetmə işlərini hindlilərin köməyi olmadam həyata
keçirmək mümkün deyil. Bununla əlaqədar verilən fərmanda

194
qeyd olunurdu ki, katiblərin yarısı müsəlmanlardan, yarisi isə
hindlilərdən ibarət olmalı idi.
İmperiyada can vergisi (cizyə) yenidən tətbiq olundu.
Auranqzebin otrodoksal sünni dövləti yaratmaq siyasəti şiələri
də narahat edirdi. Lakin onlar maratx, bundel, sikx tayfaları kimi
mütəşəkkil müqavimət göstərə bilmirdilər.
Maratxlarla mübarizə daha gərgin idi. Mübarizə dövründə
şahın özünün uzun müddət paytaxtdan kənarda olması
imperiyada vəziyyətə nəzarət etməyi çətinləşdirirdi. İnzibati
aparat zəifləyir, mərkəzdənqaçma meylləri getdikcə güclənirdi.
14.2.İmperiyanın zəifləməsi və süqutu. 1707 – ci ildə
Auranqzeb vəfat etdi. Onun ölümündən sonra oğlanları arasında
hakimiyyət uğrunda mübarizə başlandı. Mübarizə dövründə bir
sıra vilayətlər mərkəzi hakimiyyətin nəzarətindən çıxdı. Döv-
lətin varlığı üçün daxili ziddiyyətlərlə yanaşı xarici müdaxilə də
təhlükə yaradırdı. 1736 –cı ildə Səfəvi taxtına yiyələnən Nadir
şah 1737 –ci ildə Qəndəharı mühasirəyə aldı. Buradakı
əfqanların bir hissəsi Kabilə qaçdı. Nadir şah Dehliyə səfirlik
göndərərək onların geri qaytarılmasını tələb etsə də, bu nəticəsiz
qaldı. Nadir şah Baburlulara müharibə elan etdi. Əfqanıstanı ələ
keçirən Nadir şah Hindistana doğru hərəkət etməyə başladı.
Dehliyə daxil olan Nadir şah burada xeyli adamı edam etdirdi,
öz adına pul zərb etdirdi və böyük qənimətlə geri qayıtdı. Nadir
şahın hücumu Baburlular imperiyasını zəiflətdi, xəzinə boşal-
mışdı, mərkəzdən qaçma meylləri özünü daha aydın göstərməyə
başladı.
1747 – ci ildə Nadir şah öldürülərkən abdali (dürrani) tay-
fasından olan Əhməd xan Əfqanıstanı müstəqil dövlət, özünü
şah elan etdi. Hələ Nadir şahla birgə Hindistanda olarkən
Əhməd xan Baburlular dövlətinin zəifliyini görmüşdü. 1748 – ci
ildə Hindistana yürüş edən Əhməd xan Lahoru tutsa da, Ma-
nupur döyüşündə məğlub oldu. Sonrakı yürüşlərdə Kəşmir, Pən-
cab, Sind tutuldu. 1761 – ci ildə maratxlarla baş verən döyüşüdə
əfqanların əldə etdiyi qələbə Hindistanın tarixinə mühüm təsir
göstərdi. Məğlubiyyət maratxları ingilislərin Qanq vadisinə
195
irəliləməsinə müqavimət göstərmək imkanından məhrum etdi.
1761 – ci ildə Əhməd şah Hindistanı tərk etdi.
XVIII əsrin ortalarından başlayaraq ölkədə hərc – mərclik
gücləndi. Nadir şahla Əhməd şahın yürüşləri imperiyanı sarsıtdı.
Qiyam edən hind tayfaları mərkəzi hakimiyyətin nəzarətindən
çıxdılar. İmperiyanın ərazisi azalmağa başladı.
Baburlular imperiyası Hindistan və Əfqanıstan tarixinin
qüdrətli dövrü olmuşdur. Digər dövrlərdən fərqli olaraq bu
dövrdə əhalinin həyat səviyyəsi yüksək olmuş, səhətkarlıq,
incəsənət, daxili və xarici ticarət inkişaf etmişdi.
İngiltərənin Hindistanı işğal etməsindən sonra isə vəziyyət
əsaslı surətdə dəyişdi. Hindistanın istismar edilməsi nəticəsində
İngiltərədə sənayenn inkişafı sürətləndi, çünki inkişaf üçün la-
zım olan kapital əldə olunmuşdu. İngilis tacirlərinin Hindistanın
daxili və xarici ticarətini ələ almaları bəzi sahələrin tənəzzülünə
gətirib çıxartdı. Hind ixracının əhəmiyyətli bir sahəsi olan ipək
və paçbıq parça istehsalına ciddi zərbə dəydi. İngiltərə Hindis-
tanda ipək parça hazırlanmasına maraqlı olmadığı üçün xam
ipəyin hazırlanmasına və onun buradan aparılmasına üstünlük
verirdi.
Sənaye ilə yanaşı kənd təsərrüfatı da ağır vəziyyətə düş-
müşdü. Yüksək vergilərin tətbiq olunması kənd təsərrüfatının
inkişafına imkan vermirdi.
Şəhər və kənd əhalisi ilə yanaşı orduda da narazılıq artırdı.
Sipahilərin fikrincə, ölkəyə qərb adət və ənənələrinin daxil
olunmasının güclənməsi hind və islam dinlərinin mövqeyinin
zəifləməsinə, Hindistanda xristianlığın güclənməsinə səbəb ola
bilər.
İngiltərənin tətbiq etdiyi siyasət əhalinin müxtəlif təbəqə-
lərinin narazılığına səbəb olurdu. 1857-ci ildə Mirutda başlanan
üsyan Dehliyə də çatdı. Üsyançılar Dehlini tutub Baburlular im-
periyasının bərpa olunmasını elan edərək Baburluların sonuncu
nümayəndəsi olan II Bahandur şahı hakimiyyətə gətirdilər.
Üsyan qısa müddət ərzində bir çox əyalətləri əhatə etsə də,
vahid fəaliyyət planının olmaması, üsyan rəhbərlərinin məq-
196
sədlərinin fərqli olması, hərbi təcrübə baxımından ingilislərdən
geri qalmaları mübarizənin gedişinə təsirsiz qala bilməzdi. 1857-
ci üsyan yatırıldı, Dehli yenidən ingilislərin əlinə keçdi. Şəhərin
tutulmasından sonra Bahadur Şah həbs olunaraq sürgün olundu.
Onun iki oğlu və nəvəsi də ingilislər tərəfindən öldürüldü. İn-
gilis parlamentinin 1858-ci ildə qəbul etdiyi qanuna görə Hin-
distan İngiltərənin müstəmləkəsi elan edildi.
14.3.İqtisadiyyat və mədəniyyət. Ölkə iqtisadiyyatının in-
kişaf etmiş sahələrindən biri əkinçilik idi. Sənətkarlıq və ticarət
də inkişaf etmişdi. Daxili və xarici ticarətin inkişafına ölkənin
əlverişli coğrafi mbvqeyi də təsir göstərirdi. Şəhərlərdə yar-
markalar təşkil olunurdu.
Babur və onun varislərinin dövrü mədəniyyətin də inkişaf
etdiyi dövrdür. Baburun “Baburnamə” əsəri Mərkəzi Asiyanın,
Xorasan və Hindistanın tarix və etnoqrafiyasının öyrənilməsi
üçün çox əhəmiyyətli bir mənbədir. Əsər adları çəkilən ərazi-
lərdə yaşayan xalqların ictimai həyatı, məişət şəraiti, təsərrüfat
həyatı haqqında məlumatlarla zəngindir, tarix və mədəniyyətlə
yanaşı adları qeyd olunan yerlərin təbiəti haqqında da müəyyən
təsəvvürlərin yaranmasına kömək edir.
Dövlətin mövcud olduğu yüzilliklərdə məşhur elm adamları
yetişmişdi, ədəbi yüksəliş başlanmışdı. Əkbər şahın dövründə
başlanmış ədəbi yüksəliş Cahangirin və Şah Cahanın dövründə
də davam edirdi. Cahangir “Xatirələr”in müəllifidir. Onun bu
əsəri hind və dünya mədəniyyətini zənginləşdirən əsərlərdən
biridir. Ölkədə xeyli yaşayış evləri, bağlar, qalalar, hamamlar,
türbələr, camilər, təhsil müəssisələri tikilmişdi. Təkcə Dehli şə-
hərində mindən çox mədrəsə var idi. Şəhər həyatı xeyli canlan-
mışdı. Dehli, Kabil, Aqra kimi mədəniyyət və ticarət mərkəzləri
var idi. Şəhərlərdə fəaliyyət göstərən bazarlar dövlətlərarası
ticarət əlaqələrində mühüm rol oynayırdılar.
Əkbər şahın dövründə ölkə üçün strateji cəhətdən əhə-
miyyətli yollar çəkilmiş, yaxud bərpa olunmuşdu. Aqradan La-
hora çəkilən və “Şah yolu” adlanan yol boyu ağaclar əkilmşidi,
karvansaraylar tikilmişdi.
197
15.OSMANLI İMPERİYASI XVI-XVIII ƏSRLƏRDƏ

15.1.XVI əsrdə xarici siyasət. XVI əsr Osmanlı imperiya-


sının ən qüdrətli dövrüdür. Osmanlı hökmdarlarının məşhur
nümayəndələrindən ikisi məhz bu dövrdə hakimiyyətdə ol-
muşlar. Sultan I Səlimin dövründə (1512-1520) Şərqdə aparılan
uğurlu hərbi əməliyyatlar Sultan Süleyman Qanuni (1520-1566)
tərəfindən davam etdirilmişdi. Sultan Süleyman həm də
Avropada mübarizə aparmışdı.
XVI əsrdə Osmanlı imperiyasının xarici siyasətində Səfə-
vilərlə mübarizə məsələsi xüsusi yer tuturdu. Hər iki dövlətin
yeni ərazilər ələ keçirmək, Şərqdə möhkəmlənmək siyasəti və
eləcə də dövlət rəhbərlərinin, onların ətrafında olan bəzi şəxs-
lərin mövqeyi tərəflər arasındakı münasibətlərə təsir göstər-
mişdi. Hələ II Bəyazidin dövründə Osmanlı-Səfəvi münasi-
bətlərində gərginlik yaranmışdı, lakin Osmanlı sultanı münasi-
bətlərin daha da kəskinləşməsinə yol verməmək üçün ehtiyatlı
hərəkət edirdi.
II Bəyazidin sağlığında oğlanları Əhməd, Qorqud, Şahənşah
və Səlim arasında hakimiyyət uğrunda mübarizə başlanmışdı.
Bəzi dövlət adamları Əhmədi müdafiə edirdi. Sultanın özü də
hakimiyyəti Əhmədə vermək fikrində idi. Qorqud hakimiyyətə
yiyələnmək uğrunda mübarizədə Misir sultanından da kömək
istəmişdi, lakin buna nail ola bilmədi. Misir hökmdarı Osmanlı
dövləti ilə münasibətləri pozmaq istəmirdi. Qardaşları ilə müqa-
yisədə daha qətiyyətli və çılğın olan Sultan Səlimi yeniçərilər və
eləcə də şahzadənin qaynı olan Krım xanı Menqli Girey müdafiə
edirdi. Səlimin oğlu Süleyman həmin dövrdə Kaffada vali idi.
Səlimi müdafiə edən yeniçərilər şahzadə Əhmədin hakimiyyətə
gəlməsinə yol verməyəcəklərini bildirmişdilər, Əhmədi müdafiə
edən məmurların vəzifələdən azad olmalarına nail olmuşdular.
Hakimiyyət uğrunda şahzadələr arasında gedən mübarizədən
qızılbaşlar da istifadə etməyə çalışırdılar. Anadoluda özünə
çoxlu tərəfdar toplayan qızılbaş Şahqulu böyük şöhrət qazan-
mışdı və üsyana başlamışdı. O, Osmanlı ordusu tərəfindən
198
məğlub edilib öldürülsə də onun tərəfdarları qalmaqda idi. Bu
dövrdə qızılbaşlar bəzi yerlərdə Osmanlı dövləti əleyhinə
mübarizə aparmaqda idilər. Daxili ziddiyyətlərin kəskinləşməsi
II Bəyazidi Krım xanı və yeniçərilər tərəfindən müdafiə olunan
Səlimi hakimiyyətə gətirməyə məcbur etdi. Sultan Səlimin haki-
miyyətə gəlməsindən sonra da hakimiyyət uğrunda mübarizə
davam edirdi. Bu mübarizədə əvvəlcə Qorqudu, sonra isə
Əhmədi öldürdü.
Sultan Səlim hələ Trabzonda vali olduğu dövrdə Şah İsma-
yılın fəaliyyətini izləyirdi və Səfəvilərlə gözlənilən döyüşlərə
ciddi hazırlaşırdı.
Ordunun sayına görə üstünlük Osmanlılar tərəfində idi, digər
tərəfdən Osmanlı əsgərləri o dövr üçün yeni olan odlu silahlarla
silahlanmışdı. Səfəvi ordusu isə belə bir silaha malik deyildi.
1514-cü ilin avqustunda baş vermiş Çaldıran döyüşü Səfə-
vilərin məğlubiyyəti ilə başa çatdı. Sultan Səlim Təbriz şəhərinə
daxil olsa da, bir neçə gündən sonra buranı tərk etməyə məcbur
oldu. Bu isə onun ordusunda narazılığın olması, şəhərdəki
Osmanlı ordusunun mühasirəyə düşmək təhlükəsilə üzləşməsi,
ərzaq çətinliyi ilə bağlı idi.
Çaldıran döyüşündən sonra Şah İsmayılın Sultan Səlimlə sülh
bağlamaq cəhdləri nəticəsiz qaldı. Tərəflər arasındakı münasi-
bətlərin yaxşılaşmasına Səfəvilərin müttəfiqi Misir sultanı
Qansu Quri də maraqlı idi. Misir ilə Səfəvilər müttəfiq idilər.
Osmanlı sultanını xristianlara qarşı yürüşə çağıran Misir sultanı
bildirirdi ki, iki müsəlman hökmdarı arasında dinc münasi-
bətlərin yaranması üçün vasitəçilik etməyə hazırdır. Lakin
Sultan Səlim Şah İsmayılı öz müttəfiqindən məhrum etmək üçün
Misiri də məğlub etmək fikrində idi.
Misirə yürüşdən əvvəl Sultan Səlim donanmanı gücləndirdi,
Cənubi-Şərqi Anadoluda və Diyarbəkirdə öz mövqeyini möh-
kəmləndirdi. 1516-cı ilin avqustunda Aleppo döyüşündə Misiri
məğlub edən Sultan Səlim Aleppo, sonra isə Dəməşq və
Fələstini tutdu. 1518-ci ilin yanvarında Misirin paytaxtı Qahirə

199
Osmanlıların əlinə keçdi. Həmin ildə mühüm ticarət limanı olan
Əlcəzair və ona bitişik ərazilər tutuldu.
I Səlimin uğurlu hərbi əməliyyatları Osmanlı imperiyasının
nüfuzunu xeyli artırdı. Onun dövründə imperiyanın ərazisi
əvvəlki illərlə müqayisədə iki dəfə artdı. I Səlimin dövründə
imperiya mülkləri Avropa, Asiya və Afrikada yerləşirdi.
Osmanlı imperiyasının ərazisinə daxil olan torpaqların sahəsi
belə idi: Avropada 1702 min kv km, Asiyada 1905 min kv km,
Afrikada 2950 min kv.km; cəmi 6557 min kv km.
XVI əsrdə Osmanlı sultanlarının xarici siyasətində Maca-
rıstan məsələsi də əhəmiyyətli yer tuturdu. Macarıstanın tutul-
ması Osmanlı imperiyasına Mərkəzi Avropaya yol aça, onun
Avropadakı mövqeyini gücləndirə bilərdi.
Macarıstan uğrunda mübarizə Sultan Süleymanın 1521-ci
ildə o zaman Macarıstanın tərkibində olan Belqradın tutulması
ilə başlandı. Osmanlı ordusu 1526-cı ildə Macarıstanın paytax-
tını tutdu və Sultan Süleyman öz vassalı olan Transilvaniya
knyazı Yanoşu hakimiyyətə gətirdi, bu isə Avstriyanın narazı-
lığına səbəb oldu, çünki Avstriya ershersoqu Ferdinand da
macar taxtına iddialı idi. Ferdinandın Macarıstanın paytaxtı
Budaya soxularaq Yanoşu oradan qovmasına cavab olaraq
Sultan Süleyman 1529-cu ildə Avstriya ilə müharibəyə başladı.
Osmanlı ordusu Vyanaya hücum edərək onu mühasirəyə alsa da
şəhəri tutmaq mümkün olmadı. 1533-cü ilin iyununda Osmanlı
imperiyası ilə Avstriya arasında bağlanan sülh müqaviləsinə
görə Osmanlılar müqavilənin imzalanmasına qədər tutduqları
əraziləri özündə saxladı.
Bir neçə il sonra Avstriya yenidən macar torpaqlarını ələ
keçirməyə cəhd etdiyi üçün 1541-ci ild Sultan Süleyman
yenidən yürüşə başladı. Bu yürüşdə bəzi yerlər tutuldu. Lakin
sabitlik tez-tez pozulurdu. Avstriya macar torpaqlarına yürüşlər
edirdi. 1566-cı ildəki hərbi səfər zamanı Sultan Süleyman Avs-
triya ordusuna zərbə vurdu. Lakin bu səfər Sultan Süleymanın
sonuncu yürüşü oldu. Həmin vaxt Osmanlı sutanı vəfat etdi.

200
Sultan Süleyman Avropada hegomonluq uğrunda V Karlın
Müqəddəs Roma imperiyası ilə mübarizə aparırdı. Bu isə Os-
manlı dövləti ilə Fransanın yaxınlaşmasına təsir göstərirdi, çünki
Fransa da Müqəddəs Roma imperiyası ilə mübarizə aparırdı.
Fransa həm də Osmanlı imperiyası ilə ticarət maraqlarına görə
də dostluq münasibətlərinin qurulmasının tərəfdarı idi. Fran-
sanın Suriya və Yaxın Şərqin digər ölkələri ilə sıx ticarət əla-
qələri var idi. 1535-ci ilin fevralında Fransa ilə Osmanlı impe-
riyası arasında “Sülh, dostluq və ticarət haqqında” müqavilə
imzalandı. Sultan Süleymanla Fransa kralı Fransisk tərəfindən
imzalanmış ilk siyasi müqavilə və ilk ticarət konvensiyası
Osmanlı imperiyası ərazisində fransızlara və fransalı tacirlərə bir
sıra güzəşt və imtiyazlar verirdi. Müqavilədə fransalı tacirlər
üçün vergi güzəştləri nəzərdə tutulurdu. Fransalılar arasında
mübahisəli məsələlər Osmanlı məhkəməsi tərəfindən deyil,
Fransa səfiri, yaxud konsulu tərəfindən Fransa qanunları
əsasında həll olunurdu.
Xarici tacirlərə imtiyazlar verən müqavilə kapitulyasiya adla-
nırdı. Belə ki, bu müqavilə latın dilində “kapitul” adlanan mad-
dələrdən ibarət olduğu üçün kapitulyasiya – güzəşt adlanırdı. İlk
dövrlərdə kapitulyasiya hələ qeyri-bərabər hüquqi müqavilə
xarakteri daşımırdı. Kapitulyasiya sultanın iradəsindən asılı idi
və sultan istədiyi vaxt onu ləğv edə bilərdi. Konvensiyaya görə
ticarət güzəşti Sultan Süleymanla eyni dövrdə Fransada kral
olan və müqaviləni imzalayan şəxsin dövrü üçün qüvvədə
olurdu, yəni konvensiya hər iki hökmdarın hakimiyyətdə olduğu
dövr üçün qüvvədə idi. Osmanlı sultanlarının imzaladığı belə
müqavilələr ticarətin inkişafı məqsədini daşıyırdı və Avropada
ticarətin tərəqqisinə şərait yaradırdı. Xarici tacirlərə verilən
imtiyazlar imperiyanın özünün maraqlarına da zidd deyildi.
Xarici tacirlərin Osmanlı məhkəmələri tərəfindən deyil, öz
ölkələrinin səfirləri tərəfindən mühakimə edilməsi Osmanlı
qanunvericiliyindən irəli gəlirdi. Osmanlı məhkəmələrində işlərə
islam qanunları əsasında şəriət məhkəmələri baxırdı. Xarici ölkə
vətəndaşları yerli müsəlman məhkəmələrinə müraciət etmək
201
hüququna malik deyildi. Lakin müəyyən müddət keçdikdən
sonra kapitulyasiya imperiyanın daimi öhdəliyinə çevrilərək
imperiya üçün ağır bir yük oldu, bu rejim daxili bazara, ölkənin
iqtisadi həyatına ziyan vurmağa başladı.
Osmanlı imperiyasının zəifləməsi dövründə isə Avropa
ölkələri özləri kapitulyasiyanın maddələrini müəyyən etməyə
başladılar. İmperiyanın zəiflədiyi, sosial-iqtisadi problemlərlə
üz-üzə qaldığı bir şəraitdə Avropanın ona qarşı təzyiqi artmağa
başlayırdı, onlar Osmanlı sultanlarını yeni-yeni güzəştlərə
getməyə məcbur edirdilər. Xarici tacirlərdən alınan kömrük
haqqı yerli tacirlərin ödədiyi kömrük haqqından az idi. Ölkədə
xarici kapitalın mövqeyi getdikcə güclənirdi. İmperiyanın xarici
ticarətinin digər ölkələrin inhisarı altına düşməsi getdikcə
genişlənirdi. Bu isə daxili bazara mənfi təsir göstərirdi.
Sultan Süleyman Avropa ilə yanaşı Şərqdə və Afrikada da
hərbi əməliyyatlar aparırdı. 1534, 1535, 1548 və 1554 –cü
illərdə Sultan Süleyman Azərbaycana yürüş etmişdi. Bu illərdə
Səfəvilər dövlətini idarə edən I Təhmasib bilirdi ki, özünün ən
qüdrətli dövrünü yaşayan Osmanlı imperiyası ilə açıq döyüşə
girmək ağır nəticələr verə bilər və buna görə də o, Osmanlı
ordusu ilə açıq döyüşə girmirdi, müəyyən anlarda Osmanlı
mülklərinə yürüşlər edirdi.
1555-ci ilin mayında Amasiyada Osmanlılarla Səfəvilər
arasında bağlanan müqaviləyə görə Gürcüstanın qərb vilayətləri
və Qərbi Azərbaycan torpaqları, Bağdad da daxil olmaqla Ərəb
İraqı Osmanlılara verildi. Şərqi Gürcüstan isə Səfəvilərin
hakimiyyəti altına keçdi.
Osmanlı ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində
1556-ci ildə Afrikada Tripolu və ona bitişik rayonlar tutuldu.
Sultan Süleyman dövründə Osmanlı imperiyasının ərazi belə
idi: Avropada 1998 min kv km; Asiyada 4169 min kv km;
Afrikada 8726 min kv km – cəmi 14893 min kv km. Bu dövrdə
imperiya əhalisinin sayı təxminən 25 milyon nəfər idi. Həmin
vaxt Fransanın əhalisi 16 milyon, İtaliyanın əhalisi 12,5-13
milyon, İspaniyanın əhalisi isə 8 milyon nəfər idi.
202
Osmanlı imperiyasının beynəlxalq nüfuzu Avropa ölkələrini
onunla yaxınlaşmağa məcbur edirdi. Bu dövrdə Osmanlı impe-
riyası ilə Rusiya arasındakı münasibətlət əsasən dinc xarakter
daşıyırdı. Osmanlılar əsas diqqəti Qərb və Şərqdəki əməliy-
yatlara yönəltmişdilər, Rusiya isə Litva, Polşa və Livon ordeni
ilə mübarizə aparırdı. Moskvanın İstanbula göndərdiyi səfirə
sultanla sülh müqaviləsinin imzalanmasına nail olmaq, rus
tacirlərinin Osmanlı mülklərində sərbəst ticarətinə razılıq almaq,
Rusiyanın Qərb rəqiblərinə qarşı birgə mübarizə məqsədi ilə
hərbi ittifaqın yaradılması barəsində müqavilə imzalanması
məsələsini həll etmək vəzifələri tapşırılmışdı.
1547-ci ildə İstanbula gəlmiş rus səfiri Fyodor Adaşev rus
çarı IV İvanın adından Osmanlı sultanına Polşa əleyhinə birgə
ittifaq yaratmağı təklif etsə də buna razılıq ala bilməmişdi, rus
tacirlərinin sərbəst ticarəti məsələsinə cavab isə müsbət
olmuşdu.
1566-cı ildə Sultan II Səlim hakimiyyətə gəldi. Lakin hələ
Süleyman Qanuni dövründə hakimiyyət məsələsi ilə bağlı ailə
daxilində ciddi qarşıdurma yaranmışdı. Bu işdə Osmanlı sulta-
nının ikinci həyat yoldaşı olan və Hürrəm adlandırılan qadının
fitnəkar hərəkətləri az rol oynamamışdı. Türk və müsəlman ol-
mayan bu qadının təsiri altına düşən Sültan Süleyman haki-
miyyətin qanuni varisi sayılan və böyük xatundan olan oğlu
Mustafanın öldürülməsinə razı olmuşdu. Hürrəm özünün üç
oğlundan Səlimin hakimiyyətə gəlməsinin tərəfdarı olduğu üçün
daha iki oğlu hakimiyyət uğrunda mübarizənin qurbanına
çevrilmişdilər.
II Səlim hakimiyyətə gəldiyi zaman Kipr hələ venesiyalıların
əlində idi. 1571-ci ildə Osmanlı dövləti Kipri tuta bilsə də xaçlı
donanmasını öz qarşısında gördü.1572-ci ildə baş verən Lepanto
döyüşündə Osmanlı donanmasının əhəmiyyətli bir hissəsi məhv
oldu. Venesiya səfiri Kiprin itirilməsini özlərinin Lepanto qələ-
bəsi ilə əvəz etdiklərini söyləyərkən Baş vəzir Sokullu Mehmed
paşa bildirmişdi ki, Kiprə yiyələnməklə biz sizin bir qolunuzu
kəsdk, siz bizim donanmanı məğlub etməklə saqqalımızı qırx-
203
dınız. Qırxılmış saqqal yenidən çıxa bilər, amma kəsilən qolu
yerinə qoymaq olmaz.
Əslində Lepanto məğlubiyyəti Osmanlı donanmasının Ağ
dənizdəki üstünlüyünün sonu demək idi. Osmanlı donanması
özünün əvvəlki gücünün əhəmiyyətli bir hissəsini itirmişdi və
bir daha əvvəlki imkanlarını bərpa edə bilmədi.
XVI əsrin ikinci yarısında da Osmanlı-Səfəvi qarşıdurması
davam edirdi.
1590-cı ildə Osmanlı dövlətilə Səfəvilər arasında İstanbulda
imzalanan sülhə görə Azərbaycanın Şirvan, Qarabağ, Təbriz,
Sərab, Marağa kimi əraziləri Osmanlı hakimiyyəti altına düşdü.
15.2.Dövlət quruluşu və ictimai münasibətlər. İmperiyanı
qeyri-məhdud hakimiyyətə malik olan sultan idarə edirdi.
Osmanlı sultanı I Səlimin 1516-cı ildə xəlifə titulunu qəbul
etməsi ilə əlaqədar sultanlar dunyəvi sahə ilə yanaşı dini sahədə
də müsəlman dünyasının xəlifəsi hesab olunurdular.
İdarəetmə sistemində yüksək nüfuza malik olan şəxslərdən
biri Şeyxülislam idi. Bu şəxs məhkəmə işlərinə, məktəblərə,
vəqf torpaqlarına nəzarət edirdi. Onların idarə olunması Şey-
xülislamın ixtiyarında idi. Ümumiyyətlə, imperiyanın ictimai
həyatında müsəlman din xadimlərinin böyük rolu var idi. Dövlət
başçısının apardığı müharibələr din xadimləri tərəfindən
müdafiə olunurdu.
Vəzirlər və valilər sultan tərəfindən təyin olunurdu. Baş vəzir
hökümətə başçılıq edirdi. Sultan Süleymanın dövründə baş vəzir
Sədr-əzəm adlandırılırdı. Baş vəzirin köməkçiləri dəftərdar idi
və o torpağın və lenlərin paylanmasının qeydiyyatını aparırdı.
Osmanlı imperiyasının əhalisinin əsas hissəsini milli mən-
subiyyətindən asılı olmayaraq kəndlilər təşkil edirdi. Onlar
“rəiyyət” adını daşıyırdılar. Bütün torpaqlar üç qrupa bölünürdü:
dövlət torpaqları; mülk torpaqları; vəqf torpaqları. Torpaq üzə-
rində ali mülkiyyət hüququ sultana məxsus idi. Ən geniş yayıl-
mış torpaq sahibliyi olan dövlət torpaqları iki qrupa bölünürdü:
xass və hərbi len (ziamət və timar). Xass torpaqları sultanın və

204
onun ailə üzvlərinin istifadəsində idi. Bir hissəsi isə məmurlara
verilirdi.
Len torpaqları iki kateqoriyaya bölünürdü: kişik lenlər, yaxud
timarlar, iri lenlər, yaxud ziamətlər. Kiçik len sahibləri tima-
riotlar, iri len sahibləri isə zaimlər adlanırdı.
Len torpaqları Osmanlı feodallarına süvari qoşunda xidmət
etmələrinə görə verilirdi. Onlar dövlət vergilərindən azad idilər.
Əvəzində isə onlar sultanın hərbi yürüşlərində öz döyüşçüləri ilə
iştirak etməli idilər.
Timar, ziamət və xass torpaqları kəndlilər tərəfindən becə-
rilirdi və bunun əvəzində onlar vergi ödəyirdi. Bu vergi natural
şəkildə ödənilirdi (məhsulun onda biri). Kəndli hüquqi cəhətdən
azad idi, yəni təhkimli vəziyyətində deyildi. Bununla yanaşı
əgər kəndli onun istifadəsi üçün verilmiş torpağı üç il müddə-
tində becərməzdisə, torpaq ondan alınaraq başqasına verilirdi.
Vəqf torpaqları sultanlar, şəxsi sahibkarlar tərəfindən dini
qurumlara – məscidlərə, mədrəsələrə, dərviş mərkəzlərinə veri-
lən torpaqlar hesabına formalaşırdı.
Şəxsi torpaq sahibləri malik olduqları torpaqları sata, bağış-
laya və irsən verə bilərdi. Mülk torpaqlarından üsr, yaxud xərac
adlanan vergi toplanırdı. Üsr vergisi məhsulun onda birini təşkil
edirdi
Osmanlı dövlətinin həyatında ordunun da əhəmiyyətli yeri
var idi. Ordunun əsasını süvarilər təşkil edirdi. Suvarilər onların
timarlarının olduqları yerlərdə yaşayırdılar. Müharibə vaxtı
onlar hərbi əməliyyatlarda iştrak edirdilər. Lakin XVII əsrin
əvvəllərindən iqtisadi cəhətdən geriləməyə başlayan Osmanlı
imperiyasında ordu da özünün döyüş qabiliyyətini itirməyə
başlayırdı. Ölkənin hakim dairələri hərbi uğursuzluqların aradan
qaldırılmasını ordunun, xüsusilə yenişərilərin sayının artırılma-
sında görürdülər. Yeniçərilərə imtiyazların verilməsi isə onların
döyüş qabiliyyətinin aşağı düşməsinə, dövlət işlərinə müdaxilə
etmələrinə şərait yaradırdı. Dinc dövrdə yeniçərilər sənətkarlıq
və ticarətlə məşğul olmaq hüququ əldə etmişdilər.

205
Osmanlı imperiyasının şəhərləri inzibati-iqtisadi mərkəzlər
kimi fəaliyyət göstərirdilər. Yerli ticarət bazarlarda cəmləşmişdi,
sənətkarlar da burada fəaliyyət göstərirdilər. Sənətkarlar şəhər-
lərdə bütün xırda sənayeni əlində saxlayan sexlərdə (əsnaf)
birləşirdilər. Hər bir sex özünün idarəetmə, məhkəmə funk-
siyasına malik idi. Sexlərin öz rəhbərləri var idi. İstehsal edilə-
cək məhsulun həcmi, sifarişlərin bölüşdürülməsi məsələləri
razılaşdırılmış qaydada aparılırdı.
Sənətkarlar tərəfindən istehsal olunmuş məhsullar tacirlərə
satılırdı. Liman şəhərlərinin sahibləri isə onu xarici bazara çıxa-
rırdılar. Bununla yanaşı imperiyanın öz ərazisində də müxtəlif
ölkələrdən gətirilmiş məhsullar satılırdı.
Lakin daxili bazar kifayət qədər inkişaf etməmişdi. Daxili
ticarət yerli xarakter daşıyırdı. Təsərrüfatın natural xarakter
daşıması şəhər və kənd arasında iqtisadi əlaqələrin inkişafına
imkan vermirdi. İstehsal olunan məhsul elə orada da satılırdı.
İstifadə olunan texnika köhnə idi, işlər əl əməyinə əsaslanırdı.
Daxili kömrük və vergilər də ticarətin inkişafına, daxili
bazarın formalaşmasına mane olurdu. Vahid ölçü və çəki siste-
minin olmaması, pulun qiymətdən düşməsi iqtisadi əlaqələrin
genişlənməsinə, ticarətin inkişafına imkan vermirdi.
Osmanlı imperiyası iqtisadi cəhətdən Qərb ölkələrindən geri
qalırdı. Avropada kapitalist sənayesi sürətlə inkişaf edirdi. Os-
manlı sexləri Avropa manifakturaları ilə rəqabət apara bilmirdi.
Avropadan gətirilən məhsullar yerli istehsalı sıxışdırırdı.
Avropa ölkələrində kapitalist manifakturasının inkişafı Os-
manlı bazarlarına olan marağı artırırdı. Osmanlı bazarlarına
Avropadan olan tacirlər xammal mənbəyi, satış bazarı kimi
baxırdılar. İmperiyaya yun parça, kağız, şüşə, dəri və s. gətirən
Avropa tacirləri əvəzində ölkədən kənd təsərrüfatı məhsulları,
ipək, pambıq, yağ, ağac, kofe, qiymətli daş-qaş, xalça aparır-
dılar. Xammal ixracı isə imperiyanın özündə müəyyən sənaye
şəhərlərinin inkişafına imkan vermirdi, buna mane olurdu. Əs-
lində Avropadan gətirilən bəzi məhsulları imperiyanın özündə
də istehsal etmək olardı.
206
Osmanlı imperiyasının xarici ticarəti qeyri türklərin əlində
idi. Xarici ticarəti əllərinə keçirən erməni, yunan, fars, slavyan
tacirləri yerli istehsalın inkişafına maraqlı deyildilər. Bu, onların
gəlirlərini azalda bilərdi. Avropa bazarında aşağı qiymətə satılan
məhsul Osmanlı bazarında daha yüksək qiymətə satılırdı.
Avropalı tacirlərin vasitəçiləri rolunda çıxış edən erməni və
yunan tacirləri həm də avropalı tacirlərə, imperiyaya gələn
diplomatik missiyalara casusluq edirdilər. Belə şəxslər bir sıra
böyük şəhərlərdə Avropa ölkələrinin tacirlərinə məxsus ticarət
mərkəzlərinin yaradılmasına kömək göstərmələrinə görə xeyli
gəlir əldə edirdilər. Ticarət əlaqələrindəki vasitəçilik isə belə
şəxslərin Avropa ölkələri ilə siyasi əlaqələr qurmasına da imkan
verirdi və bu işdən onlar özlərinin siyasi niyyətləri üçün istifadə
edirdilər.
Osmanlı bazarlarında özünə yer etmiş xarici tacirlər içəri-
sində italyanların daha güclü mövqeyi var idi. İtaliya tacirlə-
rinin Osmanlı imperiyasında xüsusi məhəllələri var idi.
Osmanlı sultanlarının XVII-XVIII əsrlərdəki kapitul-
yasiyaları da xarici ticarətin inkişafına imkan yaradırdı. Xarici
tacirlərin həyatı və əmlakı toxunulmaz idi, onlar yerli tacirlərdən
daha az kömrük haqqı verirdilər. Yerli tacirlərin həyatı və
əmlakı isə yerli feodal hakimlərin, paşaların mövqeyindən asılı
idi. Belə bir şəraitdə yerli tacirlər xarici tacirlərlə rəqabət apara
bilmirdilər.
XVI əsrin axırlarından başlayaraq Osmanlı imperiyası tədri-
cən özünün əvvəlki mövqeyini itirməyə başlayır. Hərbi – len
sisteminin dağılması prosesi özünü göstərirdi. Aparılan müha-
rbələr feodallara lazım olan səviyyədə gəlir vermədiyi üçün
onlar dövlətin apardığı müharibələrə əvvəlki kimi maraqlı deyil-
dilər, müxtəlif yollarla hərbi əməliyyatlarda iştrak etməkdən
boyun qaçırırdılar, bu isə ordunun döyüş qabiliyyətini aşağı
salır, ölkəni zəiflədirdi.
Torpaq getdikcə feodal üçün daha çox gəlir mənbəyinə
çevrilirdi. Öz gəlirlərini artırmağa can atan feodal torpaqlarını
genişləndirirdi, bu isə ilk növbədə kəndli torpaqlarının zəbt
207
olunması ilə təmin olunurdu. Torpağa münasibət isə feodal-
kəndli münasibətlərini kəskinləşdirirdi, mərkəzi hökumətdən
narazılıq artırdı. Len uğrunda mübarizə feodallar arasındakı
rəqabətin daha da artmasında özünü göstərirdi. Kiçik və orta
lenlərin iri len sahiblərinə verilməsi nəticəsində həmin torpaq
sahibləri özləri sonradan dövlətə qarşı çıxan əsas qüvvəyə
çevrilirdilər, çünki iqtisadi güc feodalı siyasi hakimiyyətə
yiyələnməyə təhrik edirdi. Osmanlı sultanları yeni gəlir əldə
etmək məqsədilə dövlət torpaqlarını şəxsi mülkiyyət üçün
satmağa başlayırdılar.
Osmanlı imperiyasında əsas istehsalçı yenə də xırda kəndli
təsərrüfatı idi, lakin köhnə len sahibləri ilə müqayisədə yeni
torpaq sahibləri torpağa və kəndlinin özünə başqa cür baxırdı.
Onun üçün torpaq artıq köməkçi yox, əsas gəlir mənbəyi idi.
Kəndli üzərinə qoyulan vergilər, onun müəyyən mükəlləfiyyət
daşıması nəticəsində əsas istehsalçı olan xırda kəndli təsər-
rüfatları dağılırdı. Kəndlinin müflisləşməsi həm də dövlətin
müflisləşməsini əsaslandırırdı.
Kəndli təsərrüfatları ilə yanaşı sənətkarlıq da tənəzzül edirdi.
Osmanlı sənətkarları tərəfindən hazırlanan məhsul Avropanın
qabaqcıl manifakturalarında hazırlanan məhsullarla rəqabətə tab
gətirmirdi. Kəndli təsərrüfatının və sənətkarlığın müflisləşməsi
xalq kütlələrinin narazılığının artmasına səbəb olurdu.
Hərbi len sisteminin dağıdılmasının bilavasitə nəticəsi impe-
riyanın hərbi qüdrətinin zəifləməsində öz əksini tapırdı. Torpaq
sahibləri hərbi qulluqdan pulla azad edilirdilər, feodal süvari
qoşununun sayı azalırdı, öz döyüş keyfiyyətini itirirdi. Sultanlar
yeniçərilərdən suvarilərə qarşı istifadə etməyə çalışırdılatr və
özləri də getdikcə daha çöx yeniçərilərdən asılı vəziyyətə
düşürdülər. Yeniçərilər hökmdarların arxalandığı seçmə qoşuna
çevrilirdi. Onlar saray çevrilişini təşkil edir, özləri üçün əlverişli
olmayan sultan və vəzirləri dəyişdirirdilər.
15.3.XVI-XVIII əsrlərdə sosial hərəkat. Osmanlı imperi-
yasının Şərqdə və Qərbdə apardığı fasiləsiz müharibələr böyük
vəsait tələb edirdi. Böyük coğrafi kəşflər nəticəsində
208
imperiyanın ticarətdən əldə etdiyi gəlirlər də azaldıqca ağırlıq
torpaq vergilərinin üstünə düşürdü. Vergilərin artması isə əha-
linin vəziyyətini ağırlaşdırırdı. Hökumətin xəzinənin vəziyyətini
yaxşılaşdırmaq üçün vergi islahatını keçirməsi özü də mü-
qavimətlə üzləşirdi. Pulun dəyərdən düşməsi isə inflyasiyaya
səbəb olurdu.
Osmanlı dövlətinin tərkibində yaşayan bir çox xalqlar
ayrılaraq müstəqil yaşamağa can atırdılar, bunun özü də daxili
gərginliyi artıran səbəblərdən biri idi.
Hərbi əməliyyatlara cəlb olunanların bir hissəsi döyüşlərdən
canlarını qurtarmağa çalışırdılar. Belə şəxslər dövlət tərəfindən
cəzalandırılacaqlarından qorxduqları üçün cəbhəni tərk edərək
Anadoluya gəlib üsyan edirdilər.
Zəif sultanlar hakimiyyətə gələrkən daha yaxşı maaş
alacaqlarına ümid edən əsgərlər ümidləri boşa şıxdığı üçün
üsyan qaldırırdılar. Mərkəzi hakimiyyətin zəifləməsi, sarayda
olan bəzi qadınların idarəetmə işinə müdaxilə etməsi də sosial
gərginliyin artmasına, üsyanların baş verməsinə səbəb olurdu.
Bütün bunlarla yanaşı Osmanlı imperiyasının rəqiblərinin ölkə-
dəki narazı qüvvələri dəstəkləməsi də üsyan üçün şərait
yaradırdı.
XVI əsrin axırlarında Anadoluda başlanan və XVII əsrin
ortalarına kimi davam edən üsyanlar Cəlali üsyanları adlanır.
1595 – ci ildə başlanan üsyana 1598-ci ildə Əbdülhəlimin rəh-
bərliyilə kişik feodalların bir qrupu da qoşuldu. Qara Yazıçı lə-
qəbi ilə tanınmış bu şəxs bir müddət atıcı rotaların birində katib
işləmişdi. Üsyana qöşulmuş feodalların hökumətdən narazılığı
onunla bağlı idi ki, Avstriya ilə uzunmüddətli müharibə zamanı
hərbi xidmətdən imtina etmiş şəxslərdən lenləri geri alınmışdı.
Feodalların bir hisssəsi çağırış yerinə gəlməmişdi, bir hissəsi isə
öz əsgərləri ilə döyüş yerindən qaçmışdı. 1599 –cu ildə Qara
Yazıçı Urfanı tutaraq elan etmişdi ki, “ədalət məhkəməsi və
dövlət” ona məxsusdur. Bu isə o demək idi ki, Qara Yazıçı özü
sultan olmaq istəyir. 1601-ci ildə Qara Yazıçının ölümündən
sonra üsyana onun qardaşı Dəli Həsən başçılıq etməyə başlayır.
209
1603-cü ildə kəndli üsyanlarının daha güclü mərhələsi
başlanır. Üsyana Qələndəroğlu başçılıq edirdi. Üsyançıların sayı
30 min nəfərə çatmışdı. Onların arasında Qələndəroğlunun
böyük nüfuzu var idi. Üsyançılar Kiçik Asiyada Osmanlı süla-
ləsinin hakimiyyətinə son qoymaq istəyirdilər. 1608 –ci ildə
sultanın ordusu üsyançıları məğlub etmişdi.
Osmanlı dövləti tez-tez baş verən üsyanların səbəblərini
araşdırmaq, tədbir görmək əzəvinə gücdən istifadə etməyə
üstünlük verirdi. Dövlət adamlarının bir hissəsi üsyanların
səbəbləri ilə iqtisadi həyat arasındakı əlaqəni başa düşürdü. Baş
vəzir Əhməd Paşa belə hesab edirdi ki, dövlət idarələrinə
xərclənən pulları azaltmaq, vergi islahatları keçirmək lazımdır.
Lakin bir çox məmurlar özlərinin mənfəətlərinin azalacağından
narahat olduğu üçün onun əleyhinə iş aparırdılar və sultanla baş
vəzir arasında da narazılıq yaratdılar. Nəticədə baş vəzir edam
olundu və islahatın qarşısı alındı.
Osmanlı əhalisinin vəziyyətinin ağırlığı 1730-cu ildə İstan-
bulda üsyana gətirib çıxartdı. Üsyana ticarətlə məşğul olan yeni-
çəri patron Xəlil başçılıq edirdi. Osmanlı dövlətinin Səfəvilərlə
müharibə aparması ilə əlaqədar fövqəladə vergilərin artması, baş
vəzir İbrahim Paşanın taxılı şəhərdən kənarda gizlətməsi, sonra
isə onu baha qiymətə əhaliyə satması, qəlp pulların buraxılması
sənətkarların və tacirlərin ziyan çəkməsinə səbəb olmuşdu.
Digər tərəfdən, yoxsullaşmış kəndlilərin İstanbula gəlməsi ilə
əlaqədar yaranmış ərzaq qıtlığı da üsyana təsir göstərən amil-
lərdən biri idi.
Üsyançılar nifrət etdikləri bir sıra məmurların idarəetmədən
uzaqlaşdırılmasını, eləcə də sultanın özünün də hakimiyyəti
sarayda 21 il təcrid olunmuş vəziyyətdə saxlanılan qardaşı oğlu I
Mahmuda verməsini tələb etdilər. Bu tələblər yerinə yetirildi. I
Mahmud hakimiyyətə gəldi.
Sultan I Murad patron Xəlilə yüksək vəzifə təklif etsə də rədd
cavabı aldı. Üsyan rəhbəri yeni vergilərin ləğvini tələb etdi və
buna nail oldu. 1731-ci ilin noyabr ayında patron Xəlil və onun
silahdaşları Divan üzvləri seçmək bəhanəsi ilə müşavirəyə
210
çağrıldı və onlar öldürüldü. Buna qədər vəzifə almış üsyançılara
da divan tutuldu.
15.4.XVII-XVIII əsrlərdə xarici siyasət. İmperiyanın iqtisadı
həyatında yaranmış ağır vəziyyət, xalq çıxışları hakim dairələrdə
belə bir fikrin formalaşmasına gətirib çıxartdı ki, sosial-iqtisadi
gərginliyin aradan qaldırılması, dövlətin süqutunun qarşısını
almaq üçün ölkənin əvvəlkii hərbi qüdrətini bərpa etmək
lazımdır. Bu vəzifələrin təşəbbüsçüləri Köprülü ailəsindən olan
vəzirlər idi. Bu ailənin üzvləri əlli il ərzində böyük vəzirlər kimi
sultanın adından ölkəni idarə edirdilər. Ordu möhkəmləndirildi,
timar və zaimlərin sayı artırıldı, feodal qiyamları yatırıldı. Lakin
hərbi len sistemini tamamilə bərpa etmək mümkün olmadı.
Köprülü vəzirləri belə hesab edirdilər ki, dövlətin güclü ordu ilə
təmin olunması üçün vergilərin yığılmasını qaydaya salmaq
lazımdır, bununla yanaşı onlar xalq çıxışlarını zorakılıq yolu ilə
yatırırdılar. Ölkədə ordunun güclənməsinə maraqlı olmayan
qüvvələr də var idi. Nəticədə feodal qrupları arasındakı müba-
rizənin güclənməsi sultanların dəyişilməsinə səbəb olurdu. Saray
çevrilişlərində yeniçərilər də fəal iştrak edirdi və onlar müxtəlif
imtiyazlar qazanırdılar. XVII-XVIII əsrlərdə sultan olmuş on
dörd şəxsin altısı yeniçərilərin iştrakı ilə hakimiyyətdən uzaqlaş-
dırılmışdı.
Otuz illik müharibə Osmanlı imperiyasının beynəlxalq
vəziyyətinə də təsir edirdi. Avstriya və İspaniya Mərkəzi Avro-
pada xeyli torpaq itirdilər, Fransa isə Mərkəzi və Qərbi Avro-
pada xeyli möhkəmləndi. Mərkəzi Avropada itirdikləri ərazilərin
əvəzini çıxmaq məqsədilə Avstriya Osmanlı dövlətinin macar
mülklərinə yiyələnməyə cəhd edirdi. Bu isə Osmanlı dövləti
üçün böyük təhlükə törədirdi, çünki onun keçmiş müttəfiqi
Fransa artıq mövqeyini dəyişmişdi. Mərkəzi Avropada öz
mövqeyini daha da möhkəmləndirmək fikrində olan Fransa
alman dövlətləri və Polşa ilə əlaqələri gücləndirirdi. .
XVII əsrin ortalarından Osmanlı – Rusiya münasibətləri də
kəskinləşməyə başlayır. 1654-cü ildə Ukraynanın Rusiya tərə-
findən işğal olunması Osmanlı – Rusiya münasibətlərinin kəs-
211
kinləşməsinə böyük təsir göstərdi. Ukraynanın işğalı nəticəsində
Rusiyanın sərhədləri Qara dəniz sahillərinə yaxınlaşdı. Rusiya
bu ərazilərdə də möhkəmlənməyə çalışırdı. Ukrayna ərazilərinə
Osmanlı dövləti də maraqlı idi və bu, iki dövlət arasındakı
münasibətlərə təsirsiz qala bilməşdi. Ukraynaya Polşa da maraq
göstərirdi. Rusiya – Polşa müharibəsi (1654-1667) Andrusovo
sülhü ilə başa çatdı. Solsahil Ukraynası Rusiyaya, sağsahil
Ukraynası isə Polşaya keçdi. Ukrayna üstündə 1666-cı ildə
başlanan Osmanlı-Polşa müharibəsi nəticəsində Polşa ilə Rusiya
yaxınlaşdı. Polşaya kömək vəd edən Rusiya sultandan müha-
ribəni dayandırmağı tələb etdi. Osmanlı dövləti ilə Polşa ara-
sında 1676 – cı ildə bağlanan sülhə əsasən Osmanlıların əlinə
keçmiş Ukrayna torpaqlarının üçdə iki hissəsi Polşaya qay-
tarıldı. 1677 –ci ildə Ukrayna üstündə Rusiya ilə Osmanlı döv-
ləti arasında başlanan müharibə 1681 – ci ildə Bağçasaray sülhü
ilə başa çatdı. Solsahil Ukraynası Kiyevlə birlikdə Rusiyaya,
sağsahil Ukraynası isə Osmanlı dövlətinə keçdi.
XVII əsrin ikinci yarısında macarlar Avstriyaya qarşı
müharibədə Osmanlı dovlətindən kömək istədilər və böyük bir
ordu köməyə göndərildi. Avstriyanı isə Polşa müdafiə edirdi.
1683-cü ilin iyulunda Avstriyanın paytaxtı Vyana mühasirəyə
alınsa da, döyüş Osmanlıların məğlubiyyəti ilə başa çatdı. Bu
məğlubiyyət Osmanlı dövlətinin Avropadan çıxarılmasının
başlanğıcı oldu.
1683 – cü il məğlubiyyətinə baxmayaraq Osmanlı dövləti
hələ kifayət qədər güclü idi. Buna görə də Avropa ölkələri öz
qüvvələrini birləşdirməyi qərara aldılar. 1684-cü ildə Avstriya,
Polşa, Venesiya, Maltanın daxil olduğu “Müqəddəs ittifaq” adlı
antiosmanlı koalisiyası yarandı.
Roma papası II İnnokenti ittifaqın hamisi elan edildi.
İttifaqın üzvləri buraya Rusiyanı da cəlb etməyə çalışırdılar.
Müqavilədə Osmanlılara qarşı bütün xristian hökmdarlarının və
başlıca olaraq “Moskva çarlarının” ittifaqa cəlb edilməsi barədə
xüsusi maddə var idi. 1686 – cı ildə Rusiya Bağçasaray müqa-
viləsini pozaraq “Müqəddəs ittifaqa” qoşuldu. 1686 – cı ildən
212
başlayaraq əsrin sonuna kimi Rusiyanın xarici siyasətinin əsas
məzmunu Krım və Osmanlı imperiyasına qarşı mübarizə idi
1688 – ci ildə Avstriya ordusu Belqradı tutdu. Bir il sonra
Osmanlı donanması Dunayda məğlub edildi. 1687, 1689 – cu
illərdə rus ordusunun Krıma uğursuz yürüşləri oldu. 90 – cı
illərdəki əməliyyatlar nəticəsində Avstriya ordusu Osmanlıları
məğlub edərək bir sıra yerləri tutdu.
1695 – ci ildə rusların Azova uğursuz yürüşü oldu. 1696 – cı
ildə həyata keçirilən II yürüş zamanı rus ordusu Azov qalasını
tutdu və Rusiya Azov dənizinə çıxmaq imkanı qazandı. Azovu
tutan Rusiya burada möhkəmlənməyə başladı. Hökumətin göstə-
rişinə əsasən buraya xeyli adam gətirildi. Azov yaxınlığında
Taqanroq qalası tikildi.
Uzunmüddətli müharibələrdən böyük ziyan çəkən Osmanlı
dövləti Avropa ölkələri ilə sülh bağlamaq məcburiyyətində
qaldı. Sülhün bağlanmasına Avstriya da maraqlı idi, çünki onun
özü də müharibələrdən xeyli ziyan çəkmişdi. Bu dövrün beynəl-
xalq vəziyyəti də müharibənin dayandırılmasını zəruri edirdi.
Avstriyanın zəifləməsindən onun rəqibi Fransa istifadə edirdi.
Fransa ilə düşmənçilik edən İngiltərə və Hollandiya Avstriyanı
müdafiə edirdilər, buna görə də müharibənin dayandırılmasına
maraqlı idilər. Nəticədə Osmanlı imperiyası ilə “Müqəddəs
ittifaq” arasında sülh müqaviləsini hazırlamaq üçün 1698 – ci
ildə Karlovis şəhərində konfrans çağırıldı. Konfransda rəsmi va-
sitəçilər rolunda İngiltərə və Hollandiya nümayəndələri çıxış
edirdi.
1699 – cu ilin yanvarında Karlovisdə Osmanlı imperiyası ilə
onun rəqibləri olan Avstriya, Polşa və Venesiya ilə sülh müqa-
viləsi imzalandı. Transilvaniya Macarıstana, Sağsahil Ukray-
nanın bir hissəsi və Podoliya Polşaya verildi. Venesiya Moreya
və Dalmasiyada möhkəmləndi. Bu müqavilə Osmanlı mülklə-
rinin ilk beynəlxalq bölgüsünü həyata keçirtdi. Karlovis müqa-
viləsi Osmanlı impreriyasının Mərkəzi Avropadakı üstünlüyənə
son qoydu. Osmanlıların Avropadan geri çəkilməsi başlandı.
Konfransda Rusiya ilə Osmanlı dövləti arasında sülh müqaviləsi
213
imzalanmadı, çünki Osmanlı dövləti Azov və Kerçi Rusiyaya
verməkdən imtina etdi. I Pyotr sülh müqaviləsinin bağlanması
barəsində danışıqların aparılması üçün İstanbula xüsusi
nümayəndəlik göndərmişdi. Bu dövrdə Baltik dənizinə çıxmaq
üçün İsveçlə müharibəyə hazırlaşan Rusiya Osmanlı imperiyası
ilə sülhün bağlanmasına maraqlı idi. 1700 – cü ildə ildə imza-
lanan Osmanlı-Rusiya sülh müqaviləsinə görə Rusiya Azovda
möhkəmləndi, Qara dənizdə sərbəst ticarət etmək, boğazlardan
keçmək hüququ qazandı.
Rusiyanın müstəmləkəçilik siyasəti ilə razılaşmayan kazaklar
Krım xanlığı ilə birlikdə Rusiyaya qarşı müharibə aparmağa
üstünlük verirdilər. Krım xanı bu mübarizəyə Osmanlı dövlətini
də cəlb etməyə çalışırdı. Osmanlı sultanı III Əhməd dı Krım
xanlığının Rusiya əleyhinə müharibəyə başlamasının əleyhinə
deyildi. Lakin bunu həyata keçirmək mümkün olmadı. I Pyotr
1709-cu ildə Azovda Osmanlı paşası ilə görüşdü. Həmin şəxs
sultanın Bağçasarayda nümayəndəsi idi. Rus çarı həmin şəxsə
böyük məbləğdə qızıl pul verdi. Bu dövrdə Rusiyanın İstan-
buldakı səfiri A.Tolstoy da böyük vəzir Çorlulu Əli paşanı və
digər saray adamlarını pulla ələ almışdı və həmin şəxslər sultanı
dilə tuturdular ki, Krım xanlığının Rusiyaya yürüşünə imkan
verməsin. Sultan bununla razılaşmışdı.
Poltava döyüşündə (1709-cu il) məğlub olan İsveç kralı XII
Karl Osmanlı dövlətinə qaçmışdı. Krım xanı ilə XII Karl
arasında Rusiyaya qarşı birgə mübarizə məsələsi müzakirə
olunurdu. Bundan xəbər tutan I Pyotr İstanbula xəbər göndə-
rərək bildirmişdi ki, əgər İsveç kralı ölkədən kənara çıxarılmasa
rus ordusu Ukraynadan Osmanlı sərhədlərinə soxulacaq. Rusi-
yanın Osmanlı dövlətinin daxili işlərinə qarışmasından qəzəb-
lənən sultan 1710-cu ilin payızında Rusiyaya müharibə elan etdi.
Avropa ölkələri də Rusiyanın güclənməsini istəmədikləri üçün
sultanı müharibəyə təhrik edirdilər. Rus ordusu Prut ətrafında
Krım – Osmanlı ordusu tərəfindən mühasirəyə düşsə də Rusiya
bu dəfə də rüşvət yolu ilə canını qurtara bildi.

214
Osmanlı imperiyasında müxtəlif dinlərə xidmət edən adamlar
yaşayırdı. Həmin adamların bəzisi öz mənafeyi naminə islamı
qəbul etmiş, ad və familiyalarını dəyişmiş, dövlət aparatında
yüksək vəzifələr tutmuşdular. Bunların içərisində elələri var idi
ki, dinlərini dəyişmələrinə baxmayaraq öz milli maraqlarının
təmin edilməsi üçün çalışırdı. Rüşvətxorluq məsələsində həmin
adamların böyük rolu var idi.
Böyük vəzir Baltaca Mehmet Paşa Krımın, İsveçin etiraz-
larına baxmayaraq ruslarla danışıq tərəfdarı idi. Vəzir və onun
adamları ruslardan rüşvət almışdı. Böyük vəzir Baltaca Mehmed
Paşa belə hesab edirdi ki, rus ordusunu tamamilə məhv etmək
üçün döyüşə girilsə, yeniçərilərin döyüş qabiliyyəti azaldığı
üçün itkilər çox olacaq, müharibə uzanacaq, Osmanlılara qarşı
yeni bir ititfaq yarana bilər. Vəzirlə Rusiyanı təmsil edən
Şafirov arasında aparılan danışıqlar 12 iyul 1711 – ci ildə Prut
sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Müqaviləyə görə
Rusiya Azovu Osmanlı dövlətinə qaytarmalı idi. Taqanroq və
bəzi qalalar sökülməli idi. İsveç kralı Osmanlı ərazisindən, rus
ordusu Polşadan çıxarılmalı idi. Rusiya İstanbulda səfir saxlaya
bilməzdi.
1735 – ci ildə başlanan Osmanlı –Rusiya müharibəsi 1739 –
cü ildə Belqrad sülh müqaviləsi ilə başa çatdı. Azov Rusiyaya
qaytarıldı, lakin buradakı istehkamlar ləğv edilməli idi.
Rusiyanın Azov qalasına yiyələnməsi ona Azov dənizində və
Qara dənizdə donanma saxlaması hüququnu vermirdi.
Osmanlı dövləti XVIII əsrin ortalarında da Avropa ölkə-
lərinin xeyrinə bir sıra sazişlər imzaladı. 1740 – cı il kapitul-
yasiyasına görə Fransa tacirləri Osmanlı ərazilərini keçməklə
Rusiya ilə quruda və dənizdə ticarət etmək hüququ əldə etdi.
Kapitulyasiya artıq Osmanlı dövlətinin Avropa ölkələri tərə-
findən soyulub talan - edilməsinin bir forması idi, və o 1923 –
cü ilə kimi qaldı. Fransa 1740 – cı il kapitulyasiyasından istifadə
edərək Osmanlı mülklərində öz fəallığını artırdı. 1741 – ci ildə
Afrika ilə ticarət etmək üçün kompaniya yarandı. Bu kom-

215
paniyanın Əlcəzair, Tunis və Tripolidə ticarət məntəqələri var
idi.
1768-1774 – cü illər Rusiya-Osmanlı müharibəsi də Osman-
lıların məğlubiyyəti ilə başa çatdı.
Kiçik Qaynarca sülhünə əsasən Krım xanlığı müstəqil dövlət
elan olundu. Bu isə o demək idi ki, Osmanlı imperiyası özünün
keçmiş vassalını müdafiə etmək hüququnu itirdi. Krım xanlığı
yalnız dini işlərdə xəlifə olan Osmanlı sultanlarına bağlı qalırdı.
Azov qalası Rusiyaya verildi. Bessarabiya, Rumıniya, Gürcüstan
Osmanlı dövlətinin əlində qalırdı. İstanbulda rus səfiri olmalı idi
və bu səfir böyük dövlətlərin səfirlərinə verilmiş hüquqlardan
istifadə etməli idi. İngiltərə və Fransaya verilmiş kapitulya-
siyalar Rusiyaya da verilməli, İstanbulda rus kilsəsinin
tikilməsinə icazə verilməli idi Rus tacirləri Qara dənizlə Ağ
dənizdə sərbəst ticarət hüququ qazanırdılar. Osmanlı dövləti
Rusiyaya təzminat ödəməli idi. İlk dəfə idi ki, Osmanlı dövləti
müharibə təzminatı ödəyirdi. Kiçik Qaynarca sülhü nəticəsində
Rusiyanın Balkanlara təsir imkanları artdı. Qara dənizdə uzun
müddət mövcud olmuş Osmanlı ağalığına son qoyuldu.
Rus çarı II Yekaterina “yunan layihəsi” adlı layihə irəli sür-
dü. Burada tərkibində Bessarabiya, Moldaviya və Valaxiyanı
birləşdirən yeni dövlətin – Dakiyanın yaradılması nəzərdə
tutulurdu. İstanbulda isə II Yekaterinanın nəvəsi hakimiyyətə
gətirilməli idi. Bu isə o demək idi ki, Osmanlılar Avropadan
çıxarılmalı və yunan imperiyası bərpa olunmalı idi. Əslində bu
layihə rus çarına Avstriyanın razılığı ilə Krıma yiyələnmək üçün
lazım idi. Layihənin həyata keçirilməsinə köməyə görə
Avstriyaya Balkanlarda müəyyən yerlər verilməli idi. Lakin Ru-
siya ilə Avstriya arasındakı ərazi mübahisələri “yunan layi-
həsi”nin həyata keçirilməsinə imkan vermədi.
1787-1791 – ci illər müharibəsi də Osmanlı imperiyasının
məğlubiyyəti ilə başa çatdı. 1791 – ci il Yassı sülhünə görə Cə-
nubi Buqdan tutmuş Dneprə kimi Qara dəniz sahilləri Rusiyaya
keçdi.

216
15.5.Mədəniyyət. Bu dövrdə elm və təhsil ocaqları kimi bir
sıra mədrəsələr açılmışdı. Mədrəsə anlayışının hərfi mənası
“dərs oxunan, dərs verilən yer” demək idi. Türk xalqlarının
tarixində ilk mədrəsə Qaraxanlılar zamanı açılmışdı. Osmanlı
dövlətində ilk mədrəsə 1331 – ci ildə İznikdə Orxan bəy tərə-
findən inşa edilmişdi. Sonralar bir çox şəhərlərdə mədrəsələr
açılmışdı. Sultan Fateh Mehmedin, Süleyman Qanuninin döv-
ründə yeni mədrəsələr açılmışdı. Təhsil pulsuz idi. Bütün xərc-
ləri dini müəssisələr ödəyirdi. Mədrəsələr müxtəlif sahələr üzrə
ixtisaslaşmışdı. İlahiyyat, tibb, riyaziyyat və s. üzrə mədrəsələr
fəaliyyət göstərirdi.
Osmanlı ədəbiyyatının daha çox inkişaf etmiş dövrü XVI
əsrdir. Dövrün tanınmış şairlərindən biri Osmanlı ədəbiyyatı
tarixinə Əbdül Baki təxəllüsü ilə daxil olmuş Molla Mahmuddur
(1527 – 1600). Bu şairin Sultan Süleymanın ailəsində böyük
nüfuzu var idi.
Dövrün satirik şairi Ömər Əfəndi Nəfi ayrı-ayrı vəzirləri,
məmurları tənqid etdiyinə görə təqib olunurdu. Vəzirlərdən biri
onun məhv edilməsi barəsində Sultan IV Muradın da razılığını
almış və onu məhv etmişdi.
XVII əsrdə yaşamış Katib Çələbi və Övliya Çələbi tanınmış
coğrafiyaçılar olmuşlar. Övliya Çələbinin “Səyahətlər kitabı”nda
müəllifin uzunmüddətli səyahətləri zamanı tanış olduğu Avropa,
Asiya və Afrika xalqları barəsində məlumatlar vardır.
İmperiyada incəsənətin daha çox inkişaf etmiş sahəsi me-
marlıq idi. Memarlığın əsas abidələri məscidlər, mavzoleylər,
sultan sarayları olmuşdur. Ədirnədə Sultan I Səlim, İstanbulda
Sultan Süleyman məscidlər tikdirmişdilər. Çinili Köşk, Topqapı,
Fənərbaxça sarayları Osmanlı sultanlarına məxsus idi.
XVI əsrin ən məşhur memarı Sinan paşa idi. Onun rəhbərliyi
altında imperiya ərazisində 330 memarlıq abidəsi inşa olun-
muşdu. Bunların içərisində 81 cami, 55 məscid, 55 mədrəsə, 3
xəstəxana, 17 karvansaray var idi.

217
16.MƏRKƏZİ ASİYA XALQLARI XIX – XX ƏSRİN
ƏVVƏLLƏRİNDƏ

16.1.XIX əsrin I yarısında Mərkəzi Asiyanın siyasi, sosial


– iqtisadi və mədəni həyatı. XIX əsrin I yarısında Mərkəzi
Asiya ərazisində Kokand, Buxara və Xivə xanlıqları fəaliyyət
göstərirdi. Hər üç xanlıqda əhalinin əhəmiyyətli bir hissəsini
özbəklər təşkil edirdi. Bununla yanaşı xanlıqlarda taciklər,
türkmənlər, qazaxlar, qırğızlar, qaraqalpaqlar və s. yaşayırdılar.
Xanlıqlarda köçəri və yarımköçəri əhali ilə müqayisədə otu-
raq əhali üstünlük təşkil edirdi. Bu xanlıqlar özbəklər tərəfindən
idarə olunurdu.
Xanlıqların Mərkəzi Asiyaya sahib olmaq uğrunda apardıq-
ları mübarizə iqtisadiyyata və mədəniyyətə ciddi ziyan vururdu.
Hərbi xərcləri ödəmək üçün vergilər artırılırdı, bu isə üsyanlara
gətirib çıxarırdı. 1821 – ci ildə özbəklərin Miankal tayfası üsyan
qaldırdı. Buxara xanlığında baş vermiş bu üsyan üçün bəhanə
Mərvə göndərmək üçün orduya əhalinin cəlbi və torpaq
vergisinin vaxtından əvvəl toplanması idi.
Üsyana rəhbərlik edəcək ümumi rəhbərliyin olmaması, bəzi
feodal tayfa əyanlarının bu üsyandan öz maraqları üçün istifadə
etməyə cəhd etmələri nəticəsində Buxara əmri 1825 – ci ildə
üsyanı yatırdı.
Mərkəzi Asiya xalqlarının təsərrüfat həyatında əkinçilik və
maldarlıq əhəmiyyətli yer tuturdu. Kəndlilər pambıq, buğda,
arpa, darı əkib – becərirdilər, ipəkçilik inkişaf etmişdi.
Əkinçiliyin inkişafında suvarma sistemi əhəmiyyətli rol
oynayırdı. İrriqasiya sisteminin yaradılması və mühafizə olun-
ması böyük qüvvə tələb edirdi. Bu tələbatı ödəmək üçün höku-
mət məmurları ətraf kəndlərin əhalisini işə cəlb edirdilər. Bir
sıra hallarda irriqasiya işləri maddi cəhətdən imkanlı adamlar
tərəfindən də həyata keçirilirdi.
XVIII əsrin axırları, XIX əsrin əvvəllərində xanlıqlarda
əkinçiliyin inkişafı müxtəlif rayonlar arasında məhsul müba-
diləsi üçün şərait yaratmışdı. Qazaxıstanın Rusiya tərəfindən
218
işğalından sonra karvan ticarəti canlanmışdı və bu onunla bağlı
idi ki, xanlıqlardan Rusiyaya sənətkarlıq və əkinçilik məhsulları
aparılırdı. Bu isə sənətkarlığın və əkinçiliyin inkişafına təsir
etməyə bilməzdi.
Suvarma sisteminin inkişafı köçəri əhalinin kütləvi surətdə
oturaq həyata keçməsinə, əhalinin bu qrupunun azalmasına təsir
edirdi.
İqtisadi həyatda sənətkarlıq da mühüm yer tuturdu. Xivə ilə
müqayisədə Buxara və Kokandda sənətkarlıq daha çox inkişaf
etmişdi. Sənətkarlar sex təşkilatlarında birləşirdilər, onlara rəh-
bərlik edənlər sex yığıncaqlarında seçilir, xan tərəfindən təsdiq
olunurdular. Toxuculuq, dəmirçilik, silahqayırma, dulusçuluq,
çəkməçilik inkişaf edirdi.
Sənətkarlıq və ticarətin inkişafı səhərlərin böyüməsinə təsir
edirdi. Buxara, Kokand, Xivə, Səmərqənd, Daşkənd, Ura –
Tübə, Xocənd ən böyük şəhərlər idi.
Mərkəzi Asiyanın Rusiya, İran, Sibir, Qazaxıstan, Əfqa-
nıstan, Çin və Hindistanla ticarət əlaqələri var idi. Ticarətlə hətta
əmir və xanların özləri də məşğul olurdu. Onlar qeyri – məhdud
hakimiyyətə və əlaqələrə malik olduqları üçün ticarətdən böyük
gəlir götürürdülər.
Mərkəzi Asiya xanlıqlarında idarəetmənin monarxiya
formasından istifadə olunurdu. Xanlıqlara əmir və xanlar rəh-
bərlik edirdilər. Onlar qeyri – məhdud hakimiyyətə malik idilər.
Xanlıqlar vilayətlərə bölünürdü.
Müsəlman din xadimlərinin də xanlıqlarda böyük nüfuzu
var idi. Məhkəmə işləri onların əlində idi. Bəzi din xadimləri
hətta vilayət başçıları təyin edilirdi. Xanlıqlarda torpaq üzərində
mülkiyyətin üç forması var idi: dövlət, mülk və vəqf torpaqları.
Dövlət torpaqları becərilmək üçün kəndlilərə icarəyə verilirdi.
Xanların hakimiyyətinin əsas dayağı ordu idi. Kokand xan-
lığının ordusu əsasən süvarilərdən ibarət olub, yalnız müharibə
dövründə toplanırdı. Xanın özünün də döyüş dəstəsi var idi və
bu, Kokand şəhəri ilə onun ətraf kəndlərinin əhalisindən
toplanırdı.
219
Xivə xanlığının ordusu həm süvari, həm də piyadalardan
ibarət olsa da, süvarilər üstünlük təşkil edirdi. Xivə süvariləri
içərisində türkmənlər mühüm rol oynayırdı.
Buxara ordusu könüllü yığma qoşundan və xüsusi xidmət
dəstəsindən ibarət idi. Xüsusi xidmət dəstəsinə daxil olanlar ver-
gilərdən azad idi, müharibə başlanarkən öz silahları ilə vilayət
başçısının yanına gəlməli idilər. Sərbazlar adlanan nizami piya-
da qoşunu da yaradılmışdı. Xüsusi xidmət qrupunun vəziyyəti
sərbazların və yığma qoşunların vəziyyətindən fərqlənirdi.
Xüsusi xidmətin ağırlığı ondan ibarət idi ki, bu xidmət vaxtsız
idi. Sərbazlar isə xidmətdən kənar vaxtda təsərrüfatla məşğul
olurdular.
Torpaq vergisi xərac idi. Vergi natural formada ödənilsə də,
bəzi yerlərdə verginin müəyyən hissəsi pulla ödənilirdi. Digər
bir vergi zəkat idi. Zəkat vergisi bağlara, üzümlüklərə, mal –
qaraya görə alınırdı.
Tarixçi Məhəmməd Mir Alim Buxarinın “Sultanın fəthna-
məsi” əsərində Mərkəzi Asiyanın XIX əsrin birinci yarısının
tarixi verilmişdir.
Şirməmməd Munis və Ağahinin əsərlərində Xivənin XIX
əsr tarixi nəzərdən keçirilir. XIX əsrdə Xivədə tarixi əsərlərin
özbək dilinə tərcüməsi də davam etdirilirdi. Mirxond və Xan-
dəmirin ümumdünya tarixinə dair əsərlərinin tərcüməsi başlan-
mışdı.
Maarifin inkişaf etdirilməsi sahəsində də müəyyən işlər
görülmüşdü. Məktəblərin iki növü var idi: ibtidai, orta və yaxud
ali məktəblər. Məktəblərdə adətən varlı uşaqlar oxuyurdu.
Səmərqənd və Buxarada məktəblər daha çox idi. Məktəblərdə
dini elmlərlə yanaşı hesab, cəbr, coğrafiya da tədris olunurdu.
Şəhərlərdə, kənd və qəsəbələrdə yaraşıqlı yaşayış evləri,
məscid və mədrəsələr, sərdabələr, karvansaraylar, hamamlar
tikilirdi.
16.2.XIX əsrin I yarısında Mərkəzi Asiya Rusiya-
İngiltərə rəqabətində. Avropada və Rusiyada kapitalist münasi-
bətlərinin inkişafı ilə əlaqədar satış bazarları və yeni xammal
220
axtarışı Mərkəzi Asiyaya Avropa dövlətlərinin marağını
gücləndirirdi. Mərkəzi Asiya zəngin xammal mənbələrinə malik
idi. Bu əraziyə İngiltərə və Rusiya daha böyük maraq göstərirdi.
İngiltərə hələ XVIII əsrin ortalarında Hindistandan özünün
bütün rəqiblərini – hollandları, ispan və portuqalları, fransızları
vurub çıxarmışdı. İngiltərə özünün güclü donanması ilə
Hindistanın dənizdən təhlükəsizliyini təmin etsə də, quruda
rəqiblərindən zəif idi. Buna görə də İngiltərə Hindistana gedən
yollaları öz nəzarəti altında saxlamağa çalışırdı. İngiltərə
hökuməti Hindistana giriş yolları anlayışına İstanbulu, Bosfor
və Dardanell boğazlarını daxil edirdi. İngiltərə özünün hind
mülklərini müdafiə etmək bəhanəsi altında qonşu ölkələri də -
Əfqanıstanı, İranı, Çinin qərb vilayətlərini, eləcə də Mərkəzi
Asiya xanlıqlarını tutmağa çalışırdı. Bu ölkələr həm İngiltərə
üçün istismar obyekti olmalı idi, həm də bu ərazilərdən ingilis
hökuməti Şərqdə özünün ən təhlükəli rəqibi Rusiyaya qarşı
mübarizədə dayaq məntəqəsi kimi istifadə etmək fikrində idi.
İngiltərə ilə siyasi – iqtisadi rəqabət aparan Fransa
İngiltərənin qurudakı zəifliyindən istifadə etməyə çalışırdı. Hələ
1791 – ci ildə rus imperatoru II Yekaterinaya Hindistana hərbi
yürüş barəsində Fransada hazırlanmış layihə təqdim olunmuşdu.
Bu layihədən imtina edilməsini İngiltərə də bilirdi. I Paveli
Hindistana hərbi yürüşə Napoleon təhrik edirdi. Yürüş məsələsi
rus çarı I Pavelin öldürüıməsindən sonra unuduldu. Napoleon
1807 – ci ildə Tilzitdə, 1808 – ci ildə isə Erfrutda rus çarına
Hindistana qurudan birgə hərbi yürüş təklif etsə də, bu, nəticəsiz
qalmışdı.
XIX əsrin 20 – ci illərində Ost-hind kompaniyasının
agentləri Mərkəzi Asiyaya səyahətçi və ticarətçi sifətilə gəlməyə
başlayırlar. 1825 – ci ildə Buxaraya gəlmiş U.Mukroft və onun
dəstəsi xanlığın iqtisadi – siyasi vəziyyətini öyrənirdi, əmir və
onun yaxın adamlarına “hədiyyələr” verirdilər. Özünü erməni
taciri kimi qələmə verən, əslində isə hərbi kəşfiyyatçı olan
Berens Buxaraya 1832 – ci ildə gələrək xanlığın iqtisadi həyatı,
hərbi qüvvələri haqqında xeyli məlumat toplayır. Kapitan
221
Stoddart, A.Konelli, kapitan Abbot Mərkəzi Asiyaya gəlib
məlumat toplamaqla məşğul idilər. Stoddart və Konelli
Buxarada həbs edilmişdilər, onların hər ikisi 1842 –ci ildə edam
olunmuşdu.
İngiltərə Mərkəzi Asiyada rus ticarətini zəiflətmək üçün
buraya ucuz qiymətə xeyli miqdarda məhsul gətirirdi. Həmin
malların alınmasına yerli əhalinin daha çox maraq göstərməsi
rus məhsullarının yığılıb qalmasına səbəb olurdu. Belə bir yolla
rus tacirlərini Mərkəzi Asiya bazarlarından sıxışdıran ingilislər
müəyyən vaxtdan sonra məhsulların qiymətini qaldırır, keyfiy-
yətsiz mallar satırdılar. Düzdür, Britaniya tacirləri Mərkəzi
Asiya bazarlarında rus tacirlərini müəyyən qədər sıxışdıra bilsə
də, onları buradan çıxara bilmirdilər. Bununla yanaşı hər halda
ingilis rəqabəti Mərkəzi Asiyada və ümumiyyətlə Orta Şərqdə
rus ticarətinə mane olurdu.
Çarizmin Mərkəzi Asiyaya təzyiqini azaltmaq üçün
İngiltərə Osmanlı imperiyasından və İran dövlətindən istifadə
etməyə çalışırdı. İngilis kəşfiyyatı “müqəddəs müharibə”şüarı
altında Rusiyaya qarşı daha çox müsəlman dövlətini qaldırmaq
istəyirdi. Ingilis hökuməti Mərkəzi Asiyaya iqtisadi müdaxilə ilə
yanaşı, həm də ideoloji, hərbi-siyasi müdaxiləyə böyük diqqət
verirdi. Lakin İngiltərə bu ərazidə antirus bloku yarad bilmədi.
Yerli əhali də İngiltərə ilə yaxınlığı qəbul etmirdi. İngilis
hökumətinin ikiüzlü siyasəti xanlıqlarda narazılıq doğururdu.
Mərkəzi Asiyaya ingilis müdaxiləsi Rusiyada narahatlıq
doğururdu. Rusiyanın özündə Mərkəzi Asiyada ingilis tacirlə-
rinin xeyli fəallaşması, buraya ingilis nümayəndələrinin gəlməsi
barəsində məlumatlar var idi. Baş verən hadisələri diqqətlə
izləyən Rusiya öz mövqeyini gücləndirmək üçün tədbirlər
görürdü. Baş ştabın kapitanı N.Muravyovun rəhbərliyi ilə Xi-
vəyə ekspedisiya göndərmək qərara alınmışdı. 1819 –cu ilin ya-
yında Xəzərin şərq sahillərinə yola düşən ekspedisiya bir müd-
dət buranı öyrənir, sonra isə Xivəyə yola düşür. Xivənin paytaxtı
yaxınlığında həbs edilən Muravyov bir müddət həbsdə qaldıq-

222
dan sonra azad edilir. Xivə xanına ticarət əlaqələrinə girmək
təklif olunsa da, xan ticarət karvanı göndərməkdən imtina edir.
1841 – ci ildə Orenburqdan Buxara və Xivəyə rus hökuməti
tərəfindən iki ekspedisiya göndərilir. Mühəndis podpolkovnik
K.Butekovun rəhbərlik etdiyi Buxara ekspedisiyasının məqsədi
Buxara və onun qonşuları barəsində məlumatlar toplamaq,
Buxara və qonşu ölkələrdə rus konsulluqarının açılması barə-
sində danışıqlar aparmaq idi. Lakin Buxara xanı təkliflərdən
imtina edir.
1841 – ci ildə Baş qərargahın kapitanı P.Nikiforovun
rəhbərliyi ilə Xivəyə nümayəndəlik göndərilir. Nümayəndəlik
xanı Rusiya və onun təbəələri əleyhinə düşmənçilikdən çəkin-
dirməli, xanlıqdakı rusların təhlükəsizliyinin təmin edilməsi
barəsində xandan razılıq almalı, Xivənin ticarəti, hərbi qüvvəsi
barəsində məlumatlar toplamalı idi.
Xivə xanı ilə imzalanmış sənəddə tərəflər arasında sülh və
dostluq, xanın Rusiya əleyhinə əməliyyatlardan imtina etməsi,
rus əsirlərinin azad olunması məsələləri öz əksini tapmışdı. Bu
sənəd Rusiya - Mərkəzi Asiya münasibətləri tarixində ilk yazılı
akt idi.
16.3.Mərkəzi Asiyanın işğalının başlanması. XIX əsrdə
Rusiyanın Mərkəzi Asiya siyasətini üç mərhələyə bölmək olar.
Birinci mərhələ XIX əsrin 40-cı illərinin əvvəllərinədək, ikinci
mərhələ 40 - cı illərdən 60 - cı illərədək, üçüncü mərhələ isə 60 -
cı illərdən 80 - ci illərin ortalarınadək olan dövrü əhatə edir. Ilk
mərhələdə çarizm diplomatik tədbirlər və iqtisadi amillərlə
Mərkəzi Asiyaya təsir etməyə çalışırdı. Bu dövrdə Rusiyanın
fəaliyyətində əsas məsələ Mərkəzi Asiya ilə ticarətin inkişaf
etdirilməsinə nail olmaq idi.
30-cu illərin sonu, 40-cı illərin əvvəllərində İngiltərənin
Orta Şərqdə və Mərkəzi Asiyada fəallaşması ilə əlaqədar Rusiya
öz taktikasına əhəmiyyətli dəyişikliklər edir və Xivəyə yürüş
edir. Yürüş üçün bəhanə “xivəlilərin fasiləsiz qarətləri” idi.
Basqınlar barəsində Orenburq general – qubernatoru dəfələrlə
Sank-Peterburqa məlumat vermişdi. Əslində basqınlar və mal –
223
qaranın oğurlanması XIX əsrin əvvəllərində də olmuşdu, lakin
çarizm hərbi müdaxiləyə etiraz etmişdi. Lakin Orta Şərqdə
vəziyyətin kəskinləşməsi, İran – Əfqanıstan münaqişəsi, ingilis -
əfqan müharibəsilə əlaqədar (1838 – 1842) çarizm silahlı bas-
qına razılıq verdi. Yürüşün vaxtı 1840 – cı ilə planlaşdırılmışdı.
Bu dövrdən etibarən çarizmin Mərkəzi Asiya siyasətinin ikinci
mərhələsi başlanır Orenburq general – qubernatoru Perovski
yerli şəraitə əsaslanaraq (su ilə təchizat, nəqliyyat çətinliyi)
yürüşü tez başlamağı təklif etdi.
Perovskinin rəhbərlik etdiyi 5 minlik dəstə 1839 – cu ilin
noyabrında Xivəyə doğru hərəkətə başlayır. Lakin yürüş zamanı
xeyli adamın, dəvənin məhv olması, yanacaq və ərzaq ehtiya-
tının tükənməsi ilə əlaqədar yürüş dayandırıldı.
Çarizm XIX əsrin 40 – cı illərində Qazaxıstanda da öz
mövqeyini gücləndirmək üçün müəyyən addımlar atırdı. 1847 –
ci ildə Xəzər dənizinin şərq sahilində Yeni Perovsk istehkamı
yaradılır. Həmin ildə Sır – Dəryanın aşağı axarlarında sonralar
Aral istehkamı adlandırılan Raim istehkamı yaradılır. Çarizm
belə hesab edirdi ki, qazax çöllərində Rusiyanın mövqeyinin
güclənməsi burada Xivə, Buxara və Kokandın təsirinin ləğv
edilməsinə şərait yaradacaq.
Xivə xanı rus ordusunun Yeni Perovsk və Raimdən çıxa-
rılmasını, rus gəmilərinin Aralda üzməsinə son qoyulmasını
tələb edirdi. 1853 – cü ildə rus ordusu Kokandın Ağ Məscid
qalasını tutur. 1854 – cü ildə Alma – Ata kəndi yaxınlığında
Verno istehkamı yaradılır. Çarizmin həyata keçirdiyi tədbirlər
göstərirdi ki, Mərkəzi Asiyaya geniş hərbi hücüm hazırlanır.
Lakin Krım müharibəsi Rusiyanı işğalçılıq planlarından
müvəqqəti əl çəkməyə məcbur etdi.
Rusiyanın Krım müharibəsindəki (1853 – 1856) məğlubiy-
yəti onun Şərqdəki nüfuzunu aşağı saldı. Yeni ərazilər ələ
keçirmək yolu ilə öz nüfuzunu bərpa etməyə çalışan Rusiyanın
Mərkəzi Asiyaya marağı yenidən gücləndi. Digər tərəfdən 1861-
ci il islahatından sonra inkişaf edən kapitalist münasibətləri və

224
rus burjuasiyasının maraqları da hökuməti yeni ərazilər tutmağa
istiqamətləndirirdi.
16.4.Mərkəzi Asiyanın işğalının başa çatması. 1864 – cü
ildə çarizmin Mərkəzi Asiyaya qəti hücumu başlanır. Rusların
Verno istehkamından hərəkətə başlayan hərbi dəstələri Kokand
ordusunu sıxışdıraraq Auli – Atanı tutaraq Çimkəndə doğru
irəlilədi, digər bir dəstə isə Ağ Məsciddən fəaliyyətə başlayaraq
Türküstanı tutdu. 1864 – cü ilin 22 sentyabrında Çimkəndin
tutulması ilə hər iki dəstə birləşdi.
1865-ci ildə Sır – Dərya və Yeni Kokand xəttindən Oren-
burq general – qubernatorluğuna tabe olan Türküstan vilayəti
yaradıldı və Çernyayev onun rəhbəri təyin edildi. Həmin ilin
mayında Mərkəzi Asiyanın ən böyük şəhəri olan Daşkənd
tutulsa da, diplomatik mülahizələrlə əlaqədar şəhərin rəsmən
Rusiyaya birləşdirilməsi sonrakı ilin payızınadək təxirə salındı.
1866 – cı ildə rus ordusunun Buxaraya qarşı hərbi əməliy-
yatları başlandı. Həmin ildə Xocənd, Ura – Tübə, Cizak tutuldu.
1847 – ci ildən etibarən qazax çöllərində, Kokand və Buxara
xanlıqlarında işğal olunmuş bütün torpaqları öz tərkibində
birləşdirən və mərkəzi Daşkənd olan Türküstan general –
qubernatorluğu yaradıldı. 1867-ci ildə yaradılan general-
qubernatorluğun ilk general-qubernatoru Kaufman təyin olundu.
1868 –ci ilin martında Kokand xanı Xudayar xanın
Kaufmanla bağladığı sülh müqaviləsinə görə Kokand xanlığı
Rusiyanın vassalına çevrildi, xanlığın ərazisində rus tacirlərinə
sərbəst ticarət etmək hüququ verildi.
1868 – ci ilin martında Buxara əmiri Rusiyaya qarşı cihad
elan etdi, lakin məğlub oldu. 1868 – ci ilin iyununda Buxara
xanlığı Rusiya ilə sülh müqaviləsi imzaladı. Müqaviləyə əsasən
Buxara xanlığı ərazisində ruslar tərəfindən tutulmuş ərazilər
Rusiyaya verildi. Xanlıq Rusiyanın vassalına çevrildi. Əmir həm
də təzminat ödəməli idi, xanlığın ərazisində rus tacirlərinə
sərbəst ticarət etmək hüququ verildi.
Çarizmin işğalçılıq siyasətində Xivənin də işğalı var idi. Bu
ərazini ələ keçirməzdən əvvəl çarizm İngiltərə ilə gərginliyi
225
zəiflətməyə çalışırdı. İngiltərə Rusiyanın Mərkəzi Asiyadakı
əməliyyatlarından narazı idi. 1869 – cu ildə ingilis hökuməti
təklif etdi ki, İngiltərə ilə Rusiya mülkləri arasında bufer zona
yaradılsın. Rusiya təklif edirdi ki, Əfqanıstan neytral zona olsun.
İngiltərə isə bununla razılaşmırdı. 1873 – cü ilin əvvəllərində
tərəflər belə bir razılığa gəldilər ki, Mərkəzi Asiyanın sonuncu
müstəqil dövləti Xivə xanlığı Rusiyanın, Əfqanıstan isə
İngiltərənin təsir dairəsi kimi tanınır.
1873 – cü ilin yazında Xivəyə qarşı yürüş başlandı. Yalnız
türkmən tayfaları güclü müqavimət göstərdi. 1873 – cü ilin av-
qustunda Xivə ilə də sülh müqaviləsi imzalandı. Xanlıq Rusi-
yanın vassalına çevrildi, rus gəmiləri Amu – Dəryada sərbəst
üzmək hüququ qazandı, Xivə və Buxara gəmiləri rus höku-
mətindən çayda hərəkət etmək üçün icazə almalı idi, xan təz-
minat ödəməyi öhdəsinə götürdü. Amu-Dəryanın sol sahilində
rus tacirləri liman, məhsul anbarları açmaq hüququ əldə etdi.
XIX əsrin 80-ci illərinin əvvəllərində Rusiya İngiltərənin
ciddi narazılığına baxmayaraq Türkmənistan ərazisini də tutdu.
Çarizm belə hesab edirdi ki, türkmənlər tabe edilməyincə Xivə
xanlığı ilə normal əlaqələr saxlamaq mümkün olmayacaq.
1880-ci ildə general Skobelevin rəhbərliyi altında Türk-
mənistana hücum başlandı. 1880-ci ilin dekabrında Skobelev
Göy Təpə qalasını mühasirəyə aldı. Qalanı 20-25 min adam
müdafiə edirdi. 12 yanvar 1881-ci ildə qala ruslar tərəfindən tu-
tuldu. Onun müdafiə edilməsində iştrak edənlərə divan tutuldu.
Yanvarın 18 – də Aşqabad, 1884 – cü ildə isə Mərv vahəsi tutul-
du. 1895 – ci ildə isə Pamir ələ keçirildi və Mərkəzi Asiyanın
işğalı başa çatdı.
Rusiyanın çox geniş bir ərazi tutması, işğal zamanı az itki
verməsi müəyyən səbəblərlə bağlı idi. Belə ki, Türküstanda
Rusiyaya müqavimət göstərə biləcək güclü bir dövlət yox idi.
Bu ərazidə mövcud olan xanlıqlar arasında davam edən mü-
haribələr onları gücdən salmışdı. Rusiya ordusu o dövr üçün
yeni hesab olunan silahlarla silahlanmışdı, nizami ordusu var
idi.
226
General Çernyayev 1950 əsgər və 12 topla Türküstana
yürüş edərkən Daşkənd şəhərinin qarnizonu 30 min əsgərdən
ibarət idi, burada 60 top var idi.Bu dövrdə Daşkənd şəhəri 100
min əhaliyə malik idi. Şəhər düşmən hücumu qarşısında cəmi 10
gün davam gətirə bildi. Buxara xanlığı ilə müharibəyə 3500
nəfərlik əsgər və zabit cəlb olunmuşdu. Bu ordu 60 min nəfərlik
Buxara ordusunu məğlub etmişdi, Türküstanın ən böyük
şəhərlərindən olan Səmərqəndin tutulması zamanı rus ordusu 2
əsgərini itirmişdi, 38 nəfər isə yaralanmışdı.
Rusiyaya qarşı ən ciddi müqaviməti türkmənlər göstərmişdi.
Göytəpə qalasında toplaşan türkmənlər çox ciddi müqavimət
göstərdikləri üçün qalanın alınmasından sonra rus ordusu
buradakılara divan tutdu. 1879-1881-ci illərdə türkmənlərlə mü-
haribədə rus ordusu 621 nəfər itirmişdi, 825 nəfər isə yaralan-
mışdı, halbuki Rusiya 1847-ci ildən 1872-ci ilə kimi Türküs-
tandakı hərbi əməliyyatlarda 400 nəfər itirmişdi, 1600 nəfər isə
yaralanmışdı.
16.5.Müstəmləkəçi idarəetmə sisteminin yaradılması və
onun təkmilləşdirilməsi. Mərkəzi Asiyanın işğal olunması
uğrunda mübarizənin başlanğıc mərhələsində idarəetmənin
təşkili başlandı. Senatın 2 mart 1865 – ci il fərmanında Oren-
burq general – qubernatorluğunun tərkibində Türküstan vilayə-
tinin yaradılması nəzərdə tutulurdu. Vilayətin inzibati mərkəzi
Çimkənd şəhəri idi. Vilayətə öz əlində hərbi və mülki haki-
miyyəti birləşdirən general – qubernator rəhbərlik edirdi. Yer-
lərdə idarələrə həm də hərbi komendant vəzifəsini icra edən
şöbə rəisləri başçılıq edirdi. Yerli əhali üzərində polis nəza-
rətinin həyata keçirilməsi, vergilərin toplanması, müsəlman
məhkəmə müəssisələrinin fəaliyyətinə nəzarət etmək şöbə
rəislərinin sərəncamında idi.
Lakin çar hökuməti bir müddət sonra idarəetmə aparatını
təkmilləşdirmək qərarına gəldi. Hökumətin fikrincə bu rejim
çarizmə müqavimət göstərən yerli əhalinin tabe edilməsi üçün
yetərli deyil. Nəticədə 1867 – ci ildə Rusiya imperiyası tərki-
bində Türküstan general – qubernatorluğu yaradıldı. Paytaxtı
227
Daşkənd olan diyarın idarə olunması üçün həmin ildə Müvəq-
qəti Əsasnamə hazırlandı. Burada hərbi və inzibati hakimiyyətin
bölünməzliyi və bir əldə cəmləşməsi, bu orqanların quruluşunun
mümkün qədər Rusiyanın digər yerlərindəki orqanlarına yaxın-
laşdırılması, aşağı idarə orqanlarının seçkili olması, Rusiyanın
maraqlarına zidd olan qaydaların həmin müəssisələrdən
götürülməsi nəzərdə tutulurdu.
Diyarda bütün qeyri – siyasi xarakterli işlər yerli əhalinin
nümayəndələrinə verilirdi, bütün digər hökumət funksiyaları
hərbi adminstrasiyanın: general – qubernatorun, vilayət quber-
natorlarının və qəza rəislərinin əlində cəmləşirdi. Bu isə diyarda
carizmin hərbi – siyasi mövqeyini gücləndirməli, yerli hakim
təbəqənin mövqeyini zəiflətməli, sosial hərəkatların yatırıl-
masına şərait yaratmalı idi.
80 – ci illərin ortalarına doğru məlum oldu ki, mövcud
idarəetmə sistemi rus ticarət – sənaye burjuaziyasının və yerli
sahibkarların maraqlarına çox da uyğun deyil. Bununla əlaqədar
diyarın idarə olunması haqqında yeni Əsasnamənin hazırlanması
zərurəti yarandı. Əsasnamə layihəsinin sonuncu variantı 1886 –
cı il 12 iyunda çar tərəfindən təsdiq edildi və bir sıra xırda
dəyişikliklərlə1917 – ci ilə kimi qüvvədə qaldı.
1886–cı il Əsasnaməsinə görə Türküstan general – quber-
natorluğu (məhkəmə, maliyyə və poçt – teleqraf idarələri istisna
olmaqla) imperiyanın hərbi nazirliyinin tabeliyində olmalı idi,
halbuki həmin illərdə Rusiyanın daxili vilayətlərinin idarə
edilməsi Daxili İşlər Nazirliyinin sərəncamında idi. Beləliklə,
Türküstan diyarı 1917 – ci ilə qədər Hərbi Nazirliyin tabeliyində
qalır. 1886 – cı il Əsasnaməsinə uyğun olaraq Türküstan ad-
minstrasiyasının struktur sisteminə yeni bir orqan – Türküstan
general – qubernatorunun Soveti daxil edildi. Bu orqan ümumi,
inzibati xarakterli, vergi və zemstvo mükəlləfiyyətləri ilə bağlı
olan məsələlərin həll edilməsində qanunvericilik təşəbbüsü hü-
ququna malik idi. Düzdür, diyarın idarə edilməsinə dair mühüm
məsələlərin müzakirəsində kollegiyalıq bir çox hallarda formal
xarakter daşısa da, yeni orqan hər halda müəyyən dərəcədə
228
diyarın baş rəislərinin “bürokratik radikalizmini” məhdudlaş-
dırırdı.
Dəyişikliklər Türküstan general – qubernatorunun xarici
siyasət məsələlərindəki səlahiyyətlərinə də toxunurdu. Buxarada
Rusiya imperatorunun siyasi agentliyi yaradıldı. Bu agentlik
Rusiya Xarici İşlər Nazirliyinin orqanı idi. 1889 – cu ildən Tür-
küstanda bütün xarici siyasi məsələlər Xarici İşlər Nazirliyinin
nəzarəti altına keçdi.
Türküstan general – qubernatorluğu inzibati cəhətdən vila-
yətlərə bölünürdü. General – qubernatorluq əvvəlcə iki vilayətə -
Sır – Dərya və Yeddisu bölünmüşdü. Sonralar işğal edilmiş
ərazilər hesabına 1868 – ci ildə Zərəfşan dairəsi, 1873 – cü ildə
Amu – Dərya şöbəsi, 1876 – cı ildə isə ləğv edilmiş Kokand
xanlığı hesabına Fərqanə vilayəti yaradıldı. 1886 cı ildə Zərəf-
şan dairəsi Səmərqənd vilayətinə çevrildi. Amu – Dərya şöbəsi
Sır – Dərya vilayətinə birləşdirildi. Yeddisu vilayəti 1882- ci
ildə Türküstan general – qubernatorluğunun tərkibindən çıxa-
rılaraq Çöl general – qubernatorluğuna verildi. Lakin 1899 – cu
ildə Semireçye vilayəti yenidən Türküstan general – qubernator-
luğunun tərkibin daxil edildi. Həmin ildə beşinci vilayət -
əvvəllər Qafqaz canişinliyinin tabeliyində olan Zakasni vilayəti
də Türküstan general – qubernatorluğunun tərkibinə daxil edildi.
Mərkəzi Asiyanın işğalının başa çatmasından sonra Tür-
küstan general – qubernatorluğunun ərazisi 1533255 kvadrat
verst idi ki, bu da birlikdə götürüldükdə Almaniya, Fransa,
Avstriya – Macarıstan ərazilərinə bərabər idi.
Çarizmin Türküstanda həyata keçirdiyi inzibati ərazi böl-
güsü tarixi, təbii, iqtisadi və milli xüsusiyyətləri nəzərə almırdı.
Yerli xalqların yaşadıqları ərazilər ayrı – ayrı hissələrə bölü-
nərək müxtəlif inzibati vahidlərin tərkibinə daxil edilirdi.
Mərkəzi Asiyanın müqəddaratı generallara və hərbi quber-
natorlara tapşırılmışdı. Onlara “milli sülhü” qorumaq tapşırıl-
mışdı. Milli ucqarlarda çarizmin yeritdiyi siyasət milli istismar,
yerli xalqların siyasi və mülki hüquqlarından məhrum edilməsi,
milli mədəniyyətin, dil, mətbuat və məktəblərin sıxışdırılması,
229
milli qırğınlar törədilməsi siyasəti idi. Mərkəzi Asiya ərazisi
həmişə hərbi vəziyyətdə saxlanılırdı. Müsəlman əhalisinin
çoxluq təşkil etdiyi şəhərlərdə (Daşkənd, Kokand, Səmərqənd,
Xocənd və s.) yeni qalalar tikilirdi. Artilleriya ilə təchiz edilən
bu qalalar yerli əhalinin üsyan edəcəyi şəraitdə çar ordusu üçün
dayaq nöqtələrinə çevrilməli idi. 1905 – ci ilin əvvəllərində
Türküstanda çar ordusunun ümumi sayı 63 min nəfərə çatmışdı.
Rus çarının 1867 – ci il fərmanına əsasən Türküstan general
– qubernatoruna geniş səlahiyyətlər verilmişdi. General –
qubernator diyarda mülki və hərbi idarələrin rəhbəri idi. İlk
general – qubernatora bütün siyasi, sərhəd və ticarət məsələlərini
həll etmək səlahiyyəti verilmişdi.
General – qubernator siyasi baxışlarına görə bu və ya digər
adamı beş il müddətinə diyardan sürgün etmək, hakimiyyətə
müqaviməıt göstərdiyi halda hərbi məhkəməyə vermək hüqu-
quna malik idi. Əgər xarici ölkə vətəndaşının diyara gəlməsi
arzuedilməz hesab olunurdusa, diyarın rəhbəri onu buradan çı-
xarmaq hüququna malik idi. General – qubernator əhali üzərinə
qoyulan verginin miqdarını da müəyyənləşdirirdi.
Vilayətlər qəzalara, onlar volostlara, sonuncular isə kənd
icmalarına bölünürdü. Diyarda güclü hərbi aparat yaradılmışdı.
Mülki və hərbi hakimiyyət birləşdirilmişdi. Şəhər rəisləri də bir
qayda olaraq hərbi şəxslərdən seçilirdi. İdarəetmə aparatının hər-
biləşdirilməsi onunla əlaqələndirilirdi ki, Türküstan müstəmləkə
idi. Buna görə də Rusiya imperiyasının hərbi nazirliyi tərəfindən
idarə olunurdu.
Qəzalar sahə pristavları, polismeysterlər və polis pristavları
tərəfindən idarə edilən sahələrə bölünürdü. Volostlar volost
hakimləri, kənd icmaları isə yerli feodalların təmsilçisi olan
ağsaqqallar tərəfindən idarə olunurdu.
Diyarın yerli əhalisinin çarizmin müstəmləkəçi hakimiyyət
sistemindən narazı qalması və xalq üsyanları təhlükəsi çarizmi
vadar edirdi ki,idarəetmənin digər vasitələrini də axtarsın. Bun-
lardan biri də idarəetmə aparatının aşağı pilləsində yerli əhalinin
yuxarı təbəqəsindən istifadə edilməsi idi. Volost hakimləri,
230
qışlaqların ağsaqqalları və onların köməkçiləri adətən üç il
müddətinə yerli əhali içərisindən seçilməli idi. Həqiqətdə isə
seçkilər keçirilmirdi. General – qubernator diyarda hərbi
vəziyyətin elan edilməsi ilə əlaqədar seçkiləri təxirə sala bilərdi.
Hərbi idarə çarizmə yerli əhalinin hər hansı bir narazılığını
qəddarlıqla yatırmağa imkan verirdi. Müasirlərdən biri qeyd
edirdi ki, yerli əhaliyə şübhə və inamsızlıqla baxmaq, aşağı irq
hesab etmək, onları fikirləşmək qabiliyyətinə malik olmayan
adamlar hesab etmək çar məmurları və zabitləri üçün yaxşı bir
əlamət hesab edilirdi. Hərbi – məmur aparatı dövlət pullarını
mənimsəyir, yerli əhalidən rüşvət alırdı. Diyar məmurları özlə-
rini Türküstanın əsl sahibi hesab edirdilər. Rüşvətxorluq son
dərəcədə geniş bir hal almışdı. General – qubernator Kaufmanın
öz adı da belə işlərlə əlaqələndirilirdi. Sui – istifadə halları üçün
nadir hallarda tədbir görülürdü. Məsələn, 1875 – ci ildə bütün
Rusiyada “məşhur” Kuramin barəsində söhbət yayılmışdı. Kura-
min Sir – Dərya vilyətində qəza idi. Burada söhbət dövlət tor-
paqlarından sui – istifadə edilməsindən və 200 min rubl dövlət
pulunun mənimsənilməsindən gedirdi. Bu işlərdə general –
qubernator Kaufmanın adı da çəkilirdi.
İdarəetmə aparatının ali hissəsini general – qubernatorlar və
hərbi qubernatorlar təşkil edirdi. General – qubernatorların
hamısı zadəganlar təbəqəsinə məxsus idi.
İdarə aparatının saxlanılması heç də ucuz başa gəlmirdi və
tənqidlərə məruz qalırdı. XX əsrin əvvəllərində vilayət idarə-
sinin ştatı 42 – 43 nəfərdən ibarət idi. Onun saxlanılmasından
əlavə, məmurlara xidmət müddətinin vaxtı ilə əlaqədar əlavə
güzəştlər də edilirdi. On il fasiləsiz qulluq edənlər dəmir yo-
lunda pulsuz getmək hüququ əldə edirdi. İyirmi il xidmət edən-
lər əmək haqqının yarısı, iyirmi beş il xidmət edənlər isə tam
əmək haqqı həcmində pensiya alırdılar. Bunlardan əlavə, mə-
murların yuxarı təbəqəsi evlə, bağ evləri, xidmətçilərlə və s
təmin edilirdi. Bütün bunların ağırlığı təbii ki, diyarın zəhmətkeş
əhalisinin çiyinləri üzərinə düşürdü.

231
Çar hakimiyyət orqanları Türküstanda öz mövqeyini qoru-
yub saxlamaq, yerli əhalinin itaətdə qalmasını təmin etmək üçün
müxtəlif hiylələrdən istifadə edir, yerli əhali içərisində parça-
lanma salmağa cəhd edir, onların müxtəlif kateqoriyalarını üz –
üzə qoyurdu. Hakimiyyət orqanları yerli əhalinin geri qalmasını,
mədəniyyətsiz olmasını təbliğ edirdi. Müxtəlif qrupları və
təbəqələri toqquşdurmağa can atan, bir – biri ilə çəkişən dəstələr
yaradan çarizm rejimə sadiq adamlar axtarırdı. İdarəetmənin
belə bir qaydası əhalinin narazılığına səbəb olurdu, çar admins-
trasiyanın məmurlarına basqın edilməsinə, çar fərmanlarına
əməl etməkdən boyun qaçırılmasına gətirib çıxarırdı.
Çarizmin yerli əhaliyə münasibəti ağalıq və tabelik prin-
sipinə əsaslanırdı. Mütləqiyyət rus olmayanların cəlladı və
əzabvericisi rolunda çıxış edirdi. Müstəmləkəçilik fəaliyyətində
çarizm öz məmurlarına, orduya, yerli xəyanətkarlara arxalanırdı.
16.6.XIX əsrin ikinci yarısında Mərkəzi Asiyada sosial
hərəkat. Vergilərin artırılması ilə əlaqədar 1873 – cü ilin
aprelində Kokand xanlığının Namazqan vilayətində qırğızlar
üsyan qaldırdı. Üsyana tədricən özbəklər, taciklər, qaraqalpaqlar
da qoşuldu. Üsyan əvvəlcə Kokand xanı Xudayar xana qarşı
yönəlmişdi. Üsyanda kəndlilər, sənətkarlar, xırda tacirlər, öz
imtiyazlarını genişləndirməyə çalışan feodallar, ruhanilər iştirak
edirdilər. Mübarizəyə Polad xan rəhbərlik edirdi. Xudayar xan
ordunun köməyi ilə bir müddət sabitliyi təmin edə bilsə də,
üsyanı tamamilə dayandıra bilmədi. Üsyanın genişlənməsindən
qorxuya düşən Xudayar xan 1875 – ci ilin iyulunda Daşkəndə
qacır. İri torpaq sahibləri üsyana qoşulan Əndican hakimi Nəs-
rəddin bəyi Kokand xanı elan edirlər. Nəsrəddin Xudayar xanın
oğlu idi. Üsyançılar Kokand xanlığının Rusiya tərəfindən işğal
olunmuş torpaqlarına da hücum edirdilər.
Üsyanı yatırmaq və Xudayar xanı hakimiyyətə qaytarmaq
üçün çar hökuməti üsyançılara qarşı ordu göndərir. 1875 – ci ilin
avqustunda baş verən döyüşdə üsyançılar məğlub edildi.
Sentyarb ayında Nəsrəddin bəylə Kaufman arasında bağlanan

232
müqaviləyə görə xanlığın şimal torpaqları Rusiyanın nəzarəti
altına keçdi.
Xan hakimiyyətinə qarşı yönəlmiş üsyan sonradan həm də
çarizmə qarşı yönələrək milli azadlıq hərəkatına çevrildi, çünki
üsyançılar Rusiyanın müstəmləkəçilik siyasəti ilə barışmayaraq
Kokand xanlığının müstəqilliyini bərpa etməyə can atırdılar.
Rus generalı Skobolevin rəhbərlik etdiyi ordu 1876 – cı ilin
yanvarında Əndincan ətrafında üsyançıları məğlub etdi. Beləlik-
lə də 1875 – ci ildə başlanan üsyan yatırıldı. Üsyan kortəbii
xarakter daşıyırdı, üsyançılar silahla yaxşı təhciz olunmamışdı,
vahid rəhbərlik yox idi.
Kokand xanlığında baş vermiş üsyan hökuməti narahat edir-
di. Kaufman xanlığın ləğv olunması haqqında çar II Aleksandra
müraciət edərək razılıq aldı. 1876 – ci ilin fevralında Kokand
xanlığı ləğv olundu. Onun əvəzinə Fərqanə vilayəti yaradıldı.
1885 – ci ildə Kokand xanlığının bərpası şüarı altında
Dərviş xanın rəhbərliyi ilə üsyan başlandı. Dərviş xan əvvəllər
böyük torpaq sahibi və xan məmuru olmuşdu. Rus işğalı
nəticəsində öz imtiyazlarını, gəlirlərini itirmiş şəxslər bu
üsyanda fəal iştrak edirdi. 1885- ci ilin avqustunda çar hökuməti
ordunun köməyi ilə bu üsyanı da yatırdı.
Milli və müstəmləkə zülmü şəhər əhalisinə ağır təsir
göstərirdi. Şəhərlərdə müstəmləkə idarə orqanları yerli əhalinin
yuxarı təbəqələrinə arxalanaraq ticarətdən, müxtəlif vergilərdən
böyük gəlir əldə edirdilər. Siyasi cəhətdən hüquqsuz, yarıac
vəziyyətdə olan şəhər yoxsullarının vəziyyəti daha dözülməz idi.
XIX əsrin sonuna aid olan ən mühüm hadisələrdən biri
Daşkənddə “vəba qiyamı” adını almış 1892 – ci il üsyanı idi.
Əslində vəba və ona qarşı məhdudlaşdırıcı tədbirlər daxili
narazılığın təzahür etməsi üçün bəhanə idi.
1892 – ci ilin martında Kabil və Heratda başlanan xəstəlik
Daşkənddə iyunda özünü göstərdi. Şəhər idarəsi vəba ilə mü-
barizə üçün bir sıra məhdudlaşdırıcı tədbirlər müəyyənləşdirdi.
Şəhər əhalisi vəbaya qarşı məhdudlaşdırıcı tədbirlərin aradan
qaldırılmasını müzakirə edərək, hökumət orqanlarına müraciət
233
etdilər. Lakin bu müraciət nəticəsiz qaldı. Əhali şəhərin böyük
ağsaqqalının vəzifədən uzaqlaşdırılmasını və ələ verilməsini
tələb etdi. Şəhər rəisi Putinsev bu tələbi yerinə yetirməyərək
əhaliyə atəş açılmasını əmr etdi. Ordunun köməyi ilə üsyanın
yatırılmasından sonra Daşkəndin bütün idarə heyəti dəyişdirildi.
Putinsev, bütün ağsaqqallar və qazılar öz vəzifələrindən uzaqlaş-
dırıldı. Üsyanda iştrak edənlərin bir hissəsi müxtəlif müddətli
həbsə məhkum edildi, sürgünə və katorqaya göndərildi.
Milli müstəmləkə zülmünə qarşı baş verən ən böyük
üsyanlardan biri 1898 – ci ildə Əndincanda başlanan və bütün
Fərqanə vadisini bürüyən üsyan idi. Bu üsyanın da səbəbi
əhalinin idarəetmə sistemindən narazılığı idi. Digər tərəfdən,
çarizmin diyarın iqtisadi həyatında tətbiq etdiyi siyasət də
üsyanın baş verməsinə təsir etmişdi. Fərqanə vadisi əsas
pambıqçılıq rayonu idi. Rus burjuaziyasının mənafeyinə uyğun
olaraq çarizm burada pambıq əkini sahələrini genişləndirirdi.
XIX əsrin 90 – cı illərində Fərqanə Türküstanda yetişdirilən
bütün pambığın 80 faizini verirdi. İmperiyanın bir sıra mani-
fakturaları Fərqanədə pambığın satın alınması ilə bağlı fəaliy-
yətlərini xeyli genişləndirmişdilər. Pambıq satışı əməliy-
yatlarınının böyük hissəsi bank kapitalı vasitəsilə həyata keçiri-
lirdi. Banklar vasitəçilərinin köməyi ilə pambığı ucuz qiymətə
alır, sonra isə yüksək qiymətə pambıq alıcılarına satırdılar.
Dünya bazarında pambığın qiyməti aşağı düşəndə bu, Fərqanəyə
də təsir edirdi. Pambıq əkini ilə məşğul olan kəndlilərin banka
borcu çox olanda qiymətlərin aşağı düşməsi onların vəziyyətini
daha da ağırlaşdırırdı. Kreditin şərtləri kəndliləri soyub –
talayırdı. Vilayətdə pambıq əkini sahələrinin kütləvi surətdə
genişləndirilməsi həm də taxıl əkini sahələrini azaldırdı, ərzaq
məhsullarının qiyməti qalxırdı. 1890 – 1894 – cü illərdə çörəyin
qiyməti 2,5 dəfə artmışdı.
Üsyanda kəndlilərlə yanaşı çarizmin iqtisadi siyasəti
nəticəsində öz imtiyazlarını itirən, mülkləri azalan din xadimləri,
əvvəlki hakim təbəqə də iştrak edirdi.

234
1898 – ci ilin mayında Mintəpə kəndində başlayan üsyana
müsəlman din xadimi Məhəmmədəli başçılıq edirdi. Üsyan
edənlər Əndincana doğru irəliləyərək buradakı rus əsgərlərinin
kazarmalarına hücum etdi. Çar məmurları ordu vasitəsilə üsyanı
yatıraraq onun iştrakçılarına müxtəlif cəzalar verdilər.
Üsyançılar içərisində birlik yox idi, onların məqsəd və
maraqları fərqli idi. Onlar belə hesab edirdi ki, Fərqanədəki çar
qarnizonlarının məhv edilməsi Mərkəzi Asiyada mütləqiyyətin
məhvinə gətirib çıxaracaq.
Bu üsyan da əvvəlki üsyanlar kimi əhalinin müxtəlif
təbəqələrini sosial və milli zülmə qarşı mübarizəyə qaldırdı.
16.7.Çarizmin iqtisadi siyasəti. Çarizm müstəmləkəçilik
prinsiplərindən birini Türküstanda son dərəcə ciddi surətdə
həyata keçirirdi. Bu isə ondan ibarət idi ki, diyarda sənayenin
maşınqayırma, metallurgiya, toxuculuq sənayesi kimi mühüm
sahələrinin inkişafına yol verilməsin. Türküstanda yalnız yeyinti
sənayesinin , eləcə də kənd təsərrüfatı məhsullarının ilkin emalı
ilə məşğul olan sənaye müəssisələrinin inkişaf etdirilməsinə
şərait yaradılırdı. İlkin emaldan keçmiş məhsullar hazır şəkildə
metropoliyaya aparılırdı, burada emal olunaraq hazır məhsul
şəklində yenidən Türküstana gətirilirdi. Bu isə bir tərəfdən
Türküstanın təbii sərvətlərinin talan edilməsinə, digər tərəfdən
isə buradan böyük məbləğdə pul vəsaitinin çıxarılmasına imkan
verirdi. Türküstandan ucuz xammal alan, ondan hazırlanmış
məhsulu bir neçə dəfə baha qiymətə satan rus sənayeçiləri xeyli
gəlir əldə edirdi və həmin gəlir yenidən metropoliyaya qayıdırdı.
Çarizmin bu siyasəti Türküstanda sənayenin birtərəfli
inkişafına, onun iqtisadiyyatının imperiyanın mərkəzi rayon-
larından asılı vəziyyətdə qalmasına xidmət edirdi. Rus hökuməti
belə hesab edirdi ki, diyarda müstəqil sənayenin inkişafına
imkan verilərsə Türküstan öz məhsullarını özü mənimsəyəcək,
özünə lazım olan fabrik məhsulları hazırlayacaq, nəticədə də
diyar özünün müstəmləkə funksiyalarını həyata keçirməyəcək.
Türküstanı digər kapitalist ölkələrindən tədric etməyə çalışan
çarizm xarici kapitalistlər tərəfindən Mərkəzi Asiya sərhədlərinə
235
doğru dəmir yollarının çəkilməsinə imkan vermirdi. Dəmir yolu
olmadan isə Türküstan öz xammalını böyük həcmdə dünya
bazarına çıxara bilmirdi. Türküstandan xammalın daşınmasında
çarizmin çəkdiyi dəmir yol xətti mühüm rol oynayırdı. 1906 –
cı ildə istifadəyə verilən Orenburq – Daşkənd dəmir yolu
Rusiyanın mərkəzi rayonlarına birbaşa yol açırdı.1912 – ci ildə
Fərqanə, 1915 – ci ildə isə Buxara dəmir yolu çəkildi..
Rus hökuməti Türküstanda kənd təsərrüfatının, xüsusilə
pambıqçılığın inkişafına maraqlı idi. Məqsəd ondan ibarət idi ki,
Türküstanda ucuz pambıq əldə edən çarizm dünya bazarında
rəqabət apara bilsin, başqa ölkələrdən pambıq almaq üçün sərf
olunacaq vəsait ölkədə saxlanılsın, rus toxuculuq bazarını
xaricdən asılı vəziyyətdən xilas etsin. Rusiyada toxuculuq
sənayesinin tələbatı ilə əlaqədar Mərkəzi Asiyada pambıq əkini
sahələri 1885 – ci ildən 1900 – cu ilədək səkkiz dəfədən çox
artaraq 41,4 min desyatindən 356,8 min desyatinə çatmışdı.
Türküstan digər xammal növləri – yun, dəri, ipəklə də
zəngin idi. Rusiyanın da bunlara böyük ehtiyacı var idi. Xammal
zənginliyi isə diyarın xammal bazarına çevrilməsinə imkan
verirdi. Bu mənada hökumət ilk nöbbədə kənd təsərrüfatının
inkişaf etdirilməsinə xüsusi fikir verirdi. Diyarın rayonları ara-
sında ixtisaslaşma gedirdi. Bəzi rayonlar pambıqçılıq, Qaza-
xıstan , Qırğızıstan və Şimali Türkmənistan isə köçəri maldarlıq
üzrə ixtisaslaşmışdı.
Türküstanda sənaye müəssisələrinin sayı tədricən artsa da,
onlar əsasən ixraca xidmət edirdi. Daxili bazarın tələbatını
ödəyən sahələr ikinci plana keçirdi. Pambıqtəmizləmə, ipək
emalı, yun yuma, dəri emalı, yağ sənayesi sahələri ixraca,
şərabçılıq, mədənçıxarma, pivəçəkmə, yeyinti, sabunbişirmə, un
üyütmə sahələri isə daxili bazara xidmət edirdi.
İxraca xidmət edən sənaye sahələri kənd təsərrüfatı ilə bağlı
idi. Türküstan sənayesinin əsas sahəsi olan pambıqtəmizləmə
tamamilə metropoliyanın pambıq parça sənayesinə tabe idi. Ağır
sənaye zəif inkişaf etmişdi. Ölkədə neft, dəmir, mis ehtiyatları
var idi. Ağır sənayenin az – çox inkişaf etmiş sahəsi neft hasilatı
236
idi. Türküstanda rus sənayeçilərinin sərbəst fəaliyyətinə şərait
yaratmaq üçün rəsmən “Türküstan ruslar üçündür” şüarı irəli
sürülmüşdü. Bu məqsədlə Türküstanda başqa millətlərə mənsub
olan kapitalistlərin fəaliyyət göstərməsi son dərəcədə məhdud-
laşdırılmışdı. Türküstanın idarə olunmasına dair Əsasnamənin
262 – ci maddəsində deyilirdi ki, Türküstanda torpağın və üm-
umiyyətlə daşınmaz əmlakın əldə edilməsi yerli əhali istisna ol-
maqla rus təbəəsi olmayan və xristianlığı qəbul etməmiş şəxslər
üçün qadağan edilir.
XX əsrin əvvəllərində yerli burjuaziya özünün iqtisadi –
siyasi imkanlarına görə rus burjuaziyasından asılı idi. O, diyarın
həyatında ikinçi dərəcəli rol oynayırdı. Bu isə yerli burjuaziya
ilə rus burjuaziyası arasında müəyyən ziddiyyətlər doğururdu.
Çarizmin Türküstanda tətbiq etdiyi müstəmləkəçilik siya-
sətinin əsas vəzifələrindən biri bu ərazidən imperiyanın mərkəzi
quberniyalarının artıq əhalisinin köçürülüb yerləşdirilməsi üçün
istifadə etmək idi. Türküstanda ən yaxşı torpaq sahələri ruslara
verilirdi, köçüb gələnlərə xeyli miqdarda borc buraxılırdı.
Köçürmə siyasəti çarizmin aqrar siyasətinin tərkib hissəsi
idi. Bu siyasət ikili məqsəd daşıyırdı. Bir tərəfdən hökumət yeni
işğal olunmuş ərazidə özü üçün möhkəm dayaq yaratmağa
çalışırdı, bu da qeyd olunan ərazidə çarizmin mövqeyini güclən-
dirməli idi. Digər tərəfdən, bu siyasət mərkəzi quberniyalarda
torpağa olan tələbatı azaltmalı və aqrar ziddiyyətləri yumşalt-
malı idi. Rusiyadan kəndlilər Türküstanın Yeddisu, Fərqanə, Sır
– Dərya vilayətlərinə köçürülürdü. Yerli əhali tərəfindən
becərilən ən yaxşı torpaqlar gələnlərə verilirdi. Əhalinin ciddi
etirazlarına baxmayaraq qısa müddədt ərzində xeyli torpaq yerli
əhalidən alınmışdı. Yeddisu vilayətində 1906 – cı ildən 1914 –
cü ilədək 2708226 desyatın torpaq zəbt olunmuşdu.
16.8.Maarif və mədəniyyət sahəsində çarizmin siyasəti.
Mərkəzi Asiyada çar hakimiyyəti orqanlarının qarşısına əhali
içərisində maarifi inkişaf etdirmək məsələsi qoyulmamışdı.
Çarizm bu xalqları ruslaşdırmaq və onların geriliyini saxlamaq
məqsədi güdürdü.
237
Milli mədəniyyətin inkişafına müxtəlif yollarla maneçilik
törədilirdi. Məktəblər xüsusi nəzarət altında idi. Yeni müsəlman
məktəblərinin açılması heç də asan deyildi. Ruslaşdırma siya-
sətini həyata keçirmək məqsədi ilə tədrisin rus dilində aparıldığı
məktəblər açılırdı, bu məktəblərə yerli əhalinin uşaqları da cəlb
olunurdu. Türküstanda ilk belə məktəb 1866 – cı ildə Daş-
kənddə açılmışdı. 1876 – cı ildə Daşkənddə kişi və qadın gim-
naziyaları, 1894 – cü ildə realnı məktəb açılmışdı. 1879 – cu ildə
Daşkənddə açılmış Türküstan müəllimlər seminariyasında yerli
əhalinin dili də öyrədilirdi. Seminariyada özbək dilinin ilk
müəllimi V.P.Nalivkin olmuşdu
Çar hökuməti müsəlmanları sıxışdırır, xristianlıq təbliğ
olunur, kilsə və monastırlar tikilirdi.
Çarizmin müstəmləkəçilik siyasətini yerli büdcəyə ayrılan
vəsaitin hansı istiqamətdə sərf olunması da göstərirdi. Diyar
üçün ayrılan vəsaitin çox əhəmiyyətli hissəsi hərbi işlərə gedir-
di, kiçik bir hissəsi sənaye, kənd təsərrüfatı, dəmir yolu,
suvarma, mədəni-məişət işlərinə sərf olunurdu.
XIX əsrin axırları, XX əsrin əvvəllərində Türküstanda da
yeni üsullu məktəblər (cədid məktəbləri) açılırdı. İlk belə
məktəblər social – iqtisadi hadisələrin daha çox baş verdiyi Fər-
qanə vadisində açılmışdı. Bu məktəblər milli burjuziya tərəfin-
dən maliyyələşdirilirdi. Yerli kapitalistlər savadlı işçilərə böyük
tələbat duyduqlarından öz müəssisələri yanında cədid məktəbləri
açırdılar. Bu məktəblər gənc nəslə zəruri olan bilik verməklə,
daha müasit təhsil formaları tətbiq etməli idilər. Çarizm cədid
məktəblərinin açılmasına maraqlı deyildi və müxtəlif yollarla
buna mane olmağa çalışırdı. 1908 –ci ildə Türküstanda təftiş
aparmış qraf Palen yazırdı ki, cədid məktəblərinin inkişafı
səviyyəsi barəsində diyar rəhbərlərinin verdiyi məlumatlar
düzgün deyil, yəni əslində belə məktəblər çox az idi.
16.9.XX əsrin əvvəllərində ictimai – siyasi şərait. 1905 –
ci ilin yanvarında Sank – Peterburqda başlanan ilk burjua
inqilabı Mərkəzi Asiyaya da təsir göstərdi. Böyük şəhərlərdə
mitinq və nümayişlər başlandı. Bu çıxışlarda dəmiryolçular daha
238
fəal iştrak edirdi.Hələ 1903 – 1904 – cü illərdə Türküstanda fəh-
lə sinfinin daha mütəşəkkil və fəal hissəsi olan dəmiryol fəhlə-
ləri arasında ilk sosial – demokrat qrupları və dərnəkləri yaranır.
Diyardakı fəhlələrin əhəmiyyətli bir hissəsi slavyan xalqlarının
nümayəndələri idi. Türküstandakı inqilabi hadisələr bir çox
xüsusiyyətlərinə görə Rusiyanın mərkəzi quberniyalarından
fərqlənirdi. Belə ki, diyar müstəmləkə səviyyəsində idi. Burada
çarizmin siyasi – maliyyə ağalığı var idi, əhali mütləqiyyət
tərəfindən istismar olunurdu, kapitalist münasibətləri zəif inkişaf
etmişdi, burada xeyli miqdarda rus hərbçiləri yerləşdirilmişdi,
yerli milli burjuaziya siyasi cəhətdən zəif idi.
Türküstandakı hadisələr milli – azadlıq hərəkatı idi. Bütün
imperiyada olduğu kimi burada da inqilabi çıxışların əsasını
aqrar məsələ təşkil edirdi. 1905 – 1907 – ci illər inqilabi dövrün-
də Türküstanda böyük kütləvi hərəkat baş verməsə də, ayrı – ay-
rı çıxışlar kəndlilərin tədricən mütəşəkkil bir qüvvəyə çevril-
məsindən xəbər verirdi.
Müəyyən bir dövr ərzində Türküstandakı çıxışlara ciddi
fikir verməyən hökumət tədricən öz mövqeyini dəyişməyə
başlayır. 1905 – ci ilin dekabrında Nazirlər Sovetinin başçısı
qraf Vittenin imzası ilə Türküstan general-qubernatoruna gön-
dərilən teleqramda deyilirdi ki, diyarda hərbi vəziyyət elan
olunsun, xalq çıxışlarına qarşı qətiyyətlə mübarizə aparılsın.
Sank –Peterburqdan Türküstana göndərilən teleqramlarda
inqilabi hadisələrin iştrakçılarına divan tutulması tələb olunurdu.
1906 – ci ilin əvvəllərindən diyarda polis terroru rejimi
yaradıldı. Şəhərlərdə axtarışlar aparılırdı, küçələrdə kazak və
əsgərlər vəziyyətə nəzarət edirdilər.
Türküstanın yerli əhalisi içərisində inqilabi fikirlərin geniş
yayılmasına yol verməmək üçün rus hökuməti zorakı tədbir-
lərlərin tətbiq edilməsi ilə yanaşı yerli əhalinin maraqlarına
ehtiyatla yanaşırdı. Hökumət dairələrində “yerli əhalinin qanuni
maraqları”, əhaliyə “ədalətli münasibət” barəsində fikirlər də
dolaşırdı. Əslində isə hökumət yerli əhalinin vəziyyətinin
yaxşılaşdırılmasına yönəlmiş konkret bir iş görmədi.
239
XX əsrin əvvəllərində imperiyanın ictimai – siyasi həya-
tında baş verən proseslər yerli burjuaziya və ziyalılara da təsirsiz
qala bilməzdi. Milli burjuaziya Türküstanın idarə olunması
barəsindəki Əsasnamənin müəyyən məhdudlaşdırıcı bəndlərinin
ləğv olunmasını, milli burjuaziyanın hüquqlarının rus burjua-
ziyasının hüquqları ilə eyniləşdirilməsini, diyarda hərbi rejimin
ləğv olunmasını, rus kəndlilərinin buraya köçürülməsinin dayan-
dırılmasını tələb edirdilər. Milli burjuaziya həm də müstəqil türk
dövlətinin yaradılmasına ümid bəsləyirdi. Yerli burjuaziyanın
və ziyalıların fəaliyyətinə gənc türklər də böyük təsir göstə-
rirdilər. Türküstan milli burjuaziyası da Ümumrusiya müsəlman-
larının qurultaylarının keçirilməsində, milli siyasi təşkilatların
yaradılmasında, Rusiya Dövlət Dumasına deputatların seçilmə-
sində iştrak edirdilər.
I rus inqilabının məğlubiyyətindən sonra Türküstanda da
irtica gücləndi, milli ayrıseçkilik siyasəti genişləndi. Hökumət
yenə zorla ruslaşdırma siyasətini davam etdirir, yerli əhalinin
mədəni inkişafına mane olur, milli – azadlıq hərəkatını boğurdu.
1905-ci ildə tətbiq olunmuş fövqalədə vəziyyət 1909 – cu
ilin axırlarına kimi saxlanılmışdı. Çarizm Türküstanı “bölünməz
Rusiyanın ayrılmaz hissəsinə çevirmək” vəzifəsini qarşıya qoy-
muşdu ki, bu da milli mədəniyyətin, yerli əhalinin hüquqlarının
ləğv olunması demək idi.
Rusiyanın Baş naziri Stolıpinin 1910 – cu ildə verdiyi xü-
susi bir göstərişində “qeyri – rusların” hər hansı bir milli – mə-
dəni cəmiyyətlərinin yaradılmasına imkan verilməməsi nəzərdə
tutulurdu. Əsrin əvvəllərində yerli dillərdə çap olunmasına icazə
verilmiş qəzet və jurnalların nəşri dayandırılırdı, milli məktəblər
üzərində nəzarət gücləndirildi.
Türküstanda hökumət dairələrinin himayəsi altında bir sıra
çarpərəst, şovinist təşkilatlar (“Türküstan zabitləri ittifaqı”, “Rus
xalqının ittifaqı”) fəaliyyət göstərirdi.

240
17.QAZAXLAR XIX – XX ƏSRIN ƏVVƏLLƏRİNDƏ

17.1.Qazaxıstanın inzibati - ərazi bölgüsündə və siyasi


quruluşunda dəyişikliklər. XIX əsrin 20 – ci illərindən Rusi-
yanın Qazaxıstana başlamış geniş miqyaslı hücumundan məqsəd
onun müstəmləkəyə çevrilməsini başa çatdırmaq idi. Bu məq-
sədlə çarizm yeni hərbi istehkamlar yaradır, qarnizonların sayını
artırır, qazaxların siyasi hüquqlarını məhdudlaşdıran tədbirlər
görür, qazax torpaqlarının kütləvi surətdə zəbt edilməsini və
çoxsaylı vergilərin tətbiqini davam etdirirdi.
Çarizm hələ XVIII əsrdə qazax çöllərində müəyyən nüfuz
qazanmışdı. Kiçik Juz və Orta Juz Rusiyanın vassallarına çevril-
mişdilər. Rusiyanın qazax xanlarının seçilməsinə təsir etmək
imkanı var idi. XIX əsrin 20 – ci illərində isə çar hökuməti qa-
zax juzlarında xan hakimiyyətini ləğv etməyi və yeni idarəetmə
sistemi tətbiq etməyi qərara aldı. Bunun üçün müəyyən şərait də
yaranmışdı. Xanların əhali içərisində kifayət qədər nüfuzu yox
idi, əvvəlki illərlə müqayisədə çarizmin qazax çöllərində siyasi
mövqeyi güclü idi, qazaxların siyasi həyatına daha fəal təsir
etmək imkanına malik idi.
1822 – ci ildə Orta Juzda xan hakimiyyəti ləğv olundu.
Onun ərazisi 8 xarici dairəyə bölündü. Dairələrə dairə prikazları
rəhbərlik edirdi, onun sədri böyük sultan hesab edilirdi, sədrin
yanında dörd iclası var idi. Bunların ikisi qubernator tərəfindən
təyin edilən iki rus məmurundan və iki il müddətinə qazax
biyləri, starşinalar tərəfindən seçilən qazaxlardan ibarət idi. Çar
adminstrasiyası seçilənləri təsdiq edirdi, seçkiləri ləğv etmək
hüququna malik idi. Dairələr sultanlar tərəfindən idarə olunan
volostlara, volostlar isə starşinalar tərəfindən idarə olunan
aullara bölünürdü. Məhkəmə işləri cinayət və mülki işlərə bölü-
nürdü. Dövlətə xəyanət, hakimiyyət orqanlarına tabe olmamaq,
adam öldürmək və bu kimi işlərə dairə prikaz məhkəməsi
Rusiyanın ümumi qanunları əsasında baxırdı. Digər cinayət və
mülki işlər biylərin sərəncamında idi.

241
1824 – cü ildə isə Kiçik Juzda xan hakimiyyəti ləğv olundu.
Onun ərazisi üç hissəyə bölündü. Hər bir hissəyə sərhəd
hakimiyyəti tərəfindən təyin edilən sultanlar rəhbərlik edirdi.
1831 – ci ildə Kiçik Juzda distansiya idarəetmə sistemi tət-
biq olundu. Juzun bütün üç hissəsi distansiyalara bölündü.
Onlara çarizmə sadiq olan qazax starşinaları və sultanlar
rəhbərlik edirdi. Distansiyalar aullara bölünürdü. Aul starşinaları
formal olaraq seçilsələr də vəzifəyə sərhəd komissiyası
tərəfindən təsdiq olunurdular.
Aparılan dəyişikliklər qazax cəmiyyətinin hakim dairələ-
rinin mövqeyini sarsıtdı. İdarəetməyə cəlb olunan yuxarı təbəqə
nümayəndələrinin fəaliyyəti çar məmurlarının nəzarəti altında
idi. Qazax sultanlarına zəkat toplamaq qadağan olundu, onlar
Mərkəzi Asiya xalqları ilə danışıq apara bilməzdilər. Çarizmin
müstəmləkəçilik siyasəti qazax çöllərində təsərrüfat həyatına da
təsir göstərdi. Çöllərdə müdafiə xətlərinin tikilməsi nəticəsində
ənənəvi köç yerləri dəyişdi. Köçəri qazax təsərrüfatları böhran
keçirirdi. Qışlaqların çatışmaması nəticəsində əhali tədricən
əkinçiliyə keçirdi. Qazaxlara məxsus əkin sahəsinin bir hissə-
sinin kazaklara verilməsi irriqasiya sisteminə ziyan vurdu, çünki
onların suvarma əkinçiliyi sahəsində təcrübələri yox idi. Ka-
zaklar onlara verilmiş sahələrdən bir – iki dəfə məhsul topla-
dıqdan sonra qazaxlardan yeni sahələr zəbt edirdilər. Qazaxlarda
əkinçiliyin böyuk ziyan çəkməsi isə diyarı Rusiyadan gətirilən
taxıl məhsullarının satış bazarına çevirdi.
Qazax çöllərində yeni vergilərin və mükəlləfiyyətlərin
tətbiqi pul mübadiləsinin rolunu artırdı. Vergilər xəzinəyə pulla
daxil olurdu. Qaramal və heyvandarlıq məhsullarına əhalinin
tələbatının artması ilə əlaqədar olaraq heyvandarlıq tədricən
bazarın tələbatına uyğunlaşdırılırdı. Heyvandarlıqla yanaşı digər
təsərrüfat sahələri də əmtəə xarakteri aldı. Çar hökuməti
Qazaxıstanla ticarət edən rus tacirlərinə kömək edirdi. Çöllərdə
ticarətin inkişafına mövsümi yarmarkalar da təsir edirdi.
Qazaxıstanda idarəetmə sistemini təkmilləşdirmək məqsədi
ilə 1867 – 1868 – ci illərdə islahatlar keçirildi. 1867 – ci ildən
242
Yeddisu və Sır – Dərya vilayətlərində idarəetmə haqqında
müvəqqəti Əsasnamə təsdiq olundu. Bu vilayətlər həmin ildə
yaradılan Türküstan general-qubernatorluğunun tərkibinə daxil
idi. 1868 – ci ildə isə “Orenburq və Qərbi Şibir general – quber-
natorluqlarının çöl vilayətlərində idarəetmə haqqında müvəqqəti
Əsasnamə” təsdiq olundu.
Qəbul olunmuş sənədlərdə qeyd olunurdu ki, islahatların
başlıca vəzifəsi Rusiyanın hakimiyyəti altında olan bütün
xalqları bir idarə altında birləşdirməkdən, hakimiyyətdən yerli
əyanları uzaqlaşdırmaqdan, qazax çöllərinin tədricən Rusiyanın
digər hissələrinə qoşulmasına nail olmaqdan ibarətdir.
İslahata əsasən Qazaxıstan ərazisi altı vilayətə bölünmüşdü.
Həmin vilayətlər üç general – qubernatoruluq – Orenburq, Tür-
küstan və Qərbi Sibir arasında bölüşdürülürdü. Vilayətlərə hərbi
qubernatorlar rəhbərlik edirdi. General-qubernator həm də hərbi
dairənin ordusunun rəhbəri idi. Vilayətlər qəzalara bölünürdü və
onlara zabit olan qəza rəisləri rəhbərlik edirdi, onların kömək-
çiləri isə əsasən qazax əyanlarından ibarət idi. Qəzada yerləşən
ordu qəza rəisinə tabe idi. Qəzalar da öz növbəsində volostlara
bölünürdü. Volost və aul başçıları seçilirdi, sonra isə qəza
adminstrasiyası tərəfindən təsdiq edilirdi.
Müvəqqəti Əsasnamə qazax çöllərində məhkəmə işlərində
də dəyişikliklər etdi. Qazaxıstanda Rusiya imperiyasının hüquq
və məhkəməsi tətbiq olundu. Mühüm cinayət işlərinə hərbi
məhkəmələr baxırdı, onlar xəyanət, hakimiyyətə müqavimət,
vəzifəli şəxsin öldürülməsi, dövlət poçt nəqliyyatına basqın kimi
cinayət işlərini hərbi qanunlar, oğurluq , soyğunçuluq, ticarət
karvanlarına basqın və s.kimi işləri imperiyanın ümumi cinayət
qanunları əsasında həll edirdilər.
Məhkəmə islahatına əsasən biy və qazı məhkəmələri bədən
cəzası, ölüm haqqında qərar çıxara bilməzdilər, zindanlar ləğv
olundu. Bütün qəzalarda, şəhərlərdə həbsxanalar tikilirdi. İsla-
hatlara əsasən Qazaxıstanda bütün torpaqlar dövlət mülkiyyəti
elan olundu. Xüsusi mülkiyyət yalnız çar tərəfindən xan nəs-
lindən olanlara verilən torpaqlar sayılırdı.
243
Qazax əhalisinin istifadəsində olan bütün torpaqlar
qışlaqlara və yaylaqlara, əkin sahələrinə bölünürdü. Yaylaqlar-
dan istifadə “xalq ənənələri” əsasında müəyyənləşdirilirdi.
Qışlaqların aullar və təsərrüfatlar arasında bölüşdürülməsi
zamanı təsərrüfatın həcmi, qaramalın sayı nəzərə alınmalı idi.
Qazax əhalisi üçün nəzərdə tutulan qışlaqlarda və əkin yerlə-
rində onlara özləri üçün ev tikməyə icazə verilirdi. Belə tikililər
xüsusi mülkiyyət hesab olunurdu və onları satmaq olardı. Aul
icmalarına, ayrı – ayrı şəxslərə öz sahələrini icarəyə verməyə
icazə verirdi. Əvvəllər qazax ordusuna verilmiş torpaqlar onların
əlində qalırdı. Köçüb gəlmiş kəndlilər müəyyən güzəştlər əldə
edirdi. Qəza mərkəzlərində onlar pulsuz torpaq, bağ almaq
hüququ əldə etdi, əkinçiliklə, ticarətlə və sənətkarlıqla məşğul
ola bilərdilər. Belə güzəştlər xristianlığı qəbul edən qazaxlara da
verilirdi.
Vergi sistemində də dəyişikliklər edildi, onların məbləği
artırıldı. Qazanc dalınca bir auldan digər aula gedən qazaxlar
müəyyən məbləğdə pul ödəməli idi. Yolların, körpülərin təmiri,
məscid və məktəblərin tikintisi, xəstəxanaların saxlanması üçün
vergi ödənilməli idi.
1867 – 1868 – ci illərin islahatlarında xalq maarifinin
inkişafı, əhaliyə tibbi xidmətlə bağlı müəyyən tədbirlərin həyata
keçirilməsi də nəzərdə tutulurdu.
1868 – ci il Müvəqqəti Əsasnaməsi müsəlman din xadim-
lərinin hüquqlarını xeyli məhdudlaşdırdı. Əgər XIX əsrin I
yarısında hökumət məscidlərin tikilməsinə, dini ədəbiyyatın çap
olunmasına vəsait verirdisə, əsrin II yarısında müsəlman din
xadimlərini müdafiə etməkdən imtina etdi. Qazaxların dini işləri
Orenburq müftisinin ixtiyarından götürüldü. Mollalar ümumi
mülki idarəyə, onun vasitəsilə Daxili İşlər Nazirliyinə tabe
edildilər. Molla seçilən şəxs Rusiya təbəəsi olmalı idi, onlar
vəzifəyə vilayət idarəsi tərəfindən təsdiq olunurdu və işdən azad
edilirdi.

244
Özbaşına məscid tikilməsi, yeni müsəlman məktəblərinin
açılması qadağan olundu. Mollalar da mükəlləfiyyətlər daşımalı
idilər.
17.2. Qazaxıstanda feodal əsarətinə və çarizmin müstəm-
ləkəçilik siyasətinə qarşı mübarizə. Kiçik və Orta Yuzda xan
hakimiyyətinin ləğv olunması nəticəsində idarəetmədən faktiki
olaraq uzaqlaşdırılan qazax əyanları özlərinin əvvəlki mövqe-
lərinin bərpa edilməsi uğrunda mübarizə aparırdılar. Orta Yuzda
sultan Qabaydulla Vəlixanovun nəvəsi Sarjan rus admins-
trasiyasına və çarizmə xidmət edən qazax sultanlarına qarşı
mübarizəyə başladı. O, 1826 – cı ildə Karkaralinskə hücum etsə
də, ciddi müqavimətlə üzləşdiyi üçün geri qayıtdı. 1832 – ci ildə
rus ordusu tərəfindən məğlub edilən Sarjan Rusiyaya qarşı birgə
mübarizə məqsədi ilə Kokand xanlığına müraciət etdi. 1834 – cü
ildə Daşkənd hakimi ilə birlikdə ruslara müəyyən zərbə vursa
da, sonrakı döyüşlərdə məğlub olub Mərkəzi Qazaxıstanı tərk
edərək cənuba çəkildi. Sarjanın Cənubi Qazaxıstanda möhkəm-
lənməsindən narahat olan Daşkənd hakimi 1836 – cı ildə Sarjanı
öldürdü.
Sarjanın ölümündən sonra Orta Yuzda qazaxların azadlıq
hərəkatı müvəqqəti dayandı. 1837 – ci ildə yeni üsyan başlandı.
Bu üsyana Sarjanın qardaşı Kenesari Qasımov rəhbərlik edirdi.
Çarizm tərəfindən dəfələrlə təqib olunan Kenesari bir müddət
atası, sonra isə Sarjanla birlikdə ruslara qarşı döyüşmüşdü.
Kenesari həm çarizmə, həm də tez –tez qazax çöllərinə qarşı
yürüş edən Kokanda qarşı mübarizə aparırdı. 1837 – ci ildə mü-
barizəyə başlayan Kenesariyə qoşulanların sayı sürətlə artırdı.
Onun dəstəsində rus ordusundan qaçmış rus əsgərləri, sürgün
edilmiş polyaklar, başqırdlar da var idi. Digər tərəfdən, müba-
rizənin əvvəlində hökumət qulluğunda olan bəzi bəylər və
sultanlar da üsyana qoşulmuşdu. Kenesariyə qarşı mübarizədə
uğur əldə edə bilməyən rus adminstrasiyası üsyançılara qarşı
mübarizə taktikasını dəyişərək, onlarla barışıq imzalayır. 1840 –
cı ildə Kenesari amnistiya alır, rusların çöllərə yürüşü

245
dayandırılır, qazaxlarla rus adminstrasiyası arasında danışıqlar
başlanır.
1841 – ci ildə Kenesari bərpa olunmuş qazax dövlətinin
xanı seçilir. Öz hakimiyyətinin gücləndirilməsi, mübarizənin
davam etdirilməsi üçün möhkəm arxa yaradılmasına yönəlmiş
tədbirlər görür. Kenesari ordusunu yenidən qurur. Onun
ixtiyarında artilleriya da var idi. Əsir və qaçqın rus əsgərlərindən
rus ordusunun taktikası öyrənilirdi. Kenesari sayı 20 minə çatan
intizamlı, yaxşı təlim görmüş suvari ordu yarada bilmişdi.
Rusiya ilə qısamüddətli barışıq əldə olunmasından istifadə
edərək Kenesari Kokanda qarşı mübarizəyə başladı. Lakin
ruslar 1842 – ci ildə barışığı pozaraq Kenesariyə qarşı mübari-
zəyə başladı. Çar adminstrasiyasının Kenesariyə qarşı göndər-
diyi hərbi dəstələr elə bir uğur qazana bilmədi Kenesari təqib-
lərdən qurtarmağa və gizlənməyə imkan tapırdı.
1846 – cı ildə Alatau ətrafına gələn Kenesari qırğız
manaplarına müraciət edərək, onları Rusiya və Kokand əleyhinə
mübarizəyə çağırdı. Lakin bu çağırış nəticəsiz qaldı. Qırğızların
bir hissəsi Kenesarinin hakimiyyəti altında olan aullara hücum
etdilər. Qırğızlarla barışıq əldə olunsa da Kokandın təsiri ilə
qırğızlar yenidən Kenesariyə qarşı mübarizəyə başladılar.
1847 – ci ildə qırğız torpaqlarına daxil olan Kenesari böyük
çətinliklərlə üzləşdi. Qazaxlar yerli şəraitlə tanış deyildilər.
Əhali onlara yaxşı münasibət bəsləmirdi. Bişkek yaxınlığında
baş verən döyüşdə qazaxlar məğlub oludu, Kenesari özü də
öldürüldü.
Uralla Volqa arasında 1801-ci ildə yaradılmış Bukeyev
xanlığında da üsyan baş verdi. 1837 – ci ildə başlayan üsyana
İsatay Taymanov və Mahambet Utemisov rəhbərlik edirdilər.
Üsyan həm xan hakimiyyətinə, həm də çarizmin müstəm-
ləkəçilik zülmünə qarşı yönəlmişdi. Üsyanın genişlənməsindən
narahat olan çar adminstrasiyası üsyançılara qarşı ordu göndərdi.
1837 – ci ilin noyabrında Taş – Tübə yaxınlığında baş verən
döyüşdə üsyançılar məğlub oldu. Üsyan rəhbərləri kiçik bir
dəstə ilə Kiçik Yuzun ərazisinə keçdilər. Rusiyaya qarşı birgə
246
mübarizə məqsədi ilə Xivə ilə ittifaq yaratmaq cəhdi göstərildi.
1838 – ci ilin iyulunda baş verən döyüşdə İsatay həlak oldu,
Mahambet isə Xivəyə getdi. Sonradan Kiçik Yuza qayıdan
Mahambet 1846 – cı ildə öldürüldü.
Kenesarinin ölümündən sonra da rus adminstrasiyasına
qarşı mübarizə davam edirdi. Rus ordusu isə özünün say və
texniki üstünlüklərindən istifadə edərək Orta Yuzun torpaqlarına
doğru hərəkəti davam etdirirdi.. 1847 – ci ildə Yeddisuya
soxulan kazaklar burada Kopalsk istehkamını yaratdılar. Həmin
dövrdə Yeddisuda ilk kazak stanisası yaradıldı.
1850 – ci ildə İli vadisinin qazaxları Kokand və qırğızlarla
birlikdə rus ordusuna qarşı irimiqyaslı hərbi əməliyyatlara
başladılar, lakin bu mübarizədəki məğlubiyyət nəticəsində rus
ordusu 1851 – ci ilin mayında İli və Çu çayları arasındakı əra-
zini tutdu. 1854 – cü ildə Yeddisuda Verno qalası tikildi. Bu
qalanın tikilməsi ilə onun ətrafındakı yerlərdə sürətlə məskun-
laşma başlandı. 1855 – ci ildə Sibirdən buraya 400 ailə gətirildi.
Bu ərazi Yeddisuda müstəmləkəçi hakimiyyətin dayağına
çevrildi.
Qazaxlarla mübarizə üçün rus adminstrasiyası ayrı – ayrı
starşinaları, sultanları ələ alır, tayfalar arasında nifaq salırdı.
Eyni zamanda qazax aullarını qarət edən dəstələr də yaradılırdı.
1860 – cı ilin payızında qazaxlar Kokandla ittifaqda rus
ordusunu Yeddisudan çıxarmaq üçün sonuncu cəhdi göstərdi.
Kokand xanı 12 min nəfərlik ordu göndərdi. Əvvəllər Rusuyaya
qarşı sədaqətli olan bir sıra qazax əyanları da mübarizəyə
qoşuldu. Döyüş müttəfiqlərin məğlubiyyəti ilə başa çatdı. 1864
– cü ildə bütün Qazaxıstan ərazisi Rusiyanın hakimiyyəti altına
düşdü.
XIX əsrin 60 – cı illərində Qazaxıstanda keçirilən islahatlar
nəticəsində özlərinin əvvəlki nüfuz və mövqelərini itirmiş
qüvvələr Rusiyaya qarşı mübarizəyə başladılar. Bu qüvvələr
Xivə xanından da kömək almaq ümidində idilər. Türküstan
general – qubernatoru Xivə xanını hədələyərək bildirmişdi ki,
qazaxlara kömək göstəriləcəyi halda xanlığa hücum ediləcək.
247
1869 – cu ildə Ural və Turqay vilayətlərində üsyan etmiş qa-
zaxlarla mübarizə məqsədi ilə beş min nəfərdən ibarət cəza
dəstəsi yaradıldı. Sank-Peterburq, Moskva, Qazan, Xarkov hərbi
dairələrindən də kömək göndərildi. 1869 – cu ilin mayında cəza
dəstəsi qazax çöllərinə daxil oldu. Həmin ilin iyun ayında baş
verən döyüşdəki məğlubiyyətdən sonra qazaxlar kütləvi surətdə
Xivə xanlığının ərazisinə keçməyə başladılar.
1870 – ci ildə Manqışlaqda üsyan başlandı. Üsyan nəinki
yerli hakimiyyət orqanlarını, hətta Sankt-Peterburqda Baş
qərargahı da narahat edirdi. Həmin dövrdə Xəzərin cənub
sahillərində, İranda İngiltərənin mövqeyi xeyli güclənmişdi. Bu
dövrdə Xivəyə yürüşə hazırlaşan rus hökuməti Krasnovodskda
ordu yerləşdirmişdi. Üsyanın mərkəzi isə Xivəyə yürüş etməli
olan rus ordusunun arxa hissəsində yerləşirdi.
Rus hökuməti usyanın yatırılmasını Qafqaz canişinliyinə
tapşırdı. Qafqazdan gətirilmiş yeni qüvvələr üsyanın qarşısını
aldı.
Rusiya Xivə yürüşünə hazırlaşarkən rus ordusuna xeyli
miqdarda dəvə lazım idi və bu məqsədlə qazax çöllərinə dəstə
göndərildi. Bu isə qazaxların üsyanı üçün bəhanə oldu. 1873 –
cü ildə qazaxlar rus hərbi qüvvələrinə hücüm etməyə başlasalar
da məğlub oldular. Qazaxların 1869 – 1873 – cü illərdəki mü-
barizələrdə məğlub olmaları Rusiyanın iqtisadi – texniki üstün-
lükləri ilə bağlı idi, müqavimət hərəkatı zəif təşkil edilmişdi.
Qazaxıstanın işğalının başa çatmasından sonra bu ərazinin
koloniyaya çevrilməsi siyasəti başlandı. Bu siyasətin həyata
keçirilməsi üçün hökumət özünə sosial baza yaratmalı idi, bu
məqsədlə də Rusiyadan əhalinin gətirilməsi başlandı.
Qazaxıstanda ilk növbədə kazak məskənləri yaradıldı, bunlar
çarizm üçün hərbi dayaq olmalı idilər.
Rusiyadan Qazaxıstana rus kəndlilərinin köçürülməsi 1861
– ci il islahatı ilə başlansa da 80 – ci illərdən kütləvi xarakter
aldı. 90 – cı illərin əvvəllərində bu proses daha da gücləndi,
əsrin sonunda Qazaxıstan çoxmillətli bir ucqara çevrilmişdi.
Qazaxıstanda yaşayan 4471,8 min nəfərin 3399,5 min nəfəri
248
qazax, 532,7 min nəfəri rus və ukraynalı, 55,4 min nəfəri tatar,
73,5 min nəfəri özbək, 56 min nəfəri isə uyğur idi. Əhalinin əsas
hissəsi aul və kəndlərdə, 8,9 faizi isə şəhərlərdə yaşayırdı.
Qazaxıstana kəndlilərin köçürülməsi XX əsrin əvvəllərində
də davam edirdi. Stolıpinin islahatları dövründə bu siyasət
genişlənmişdi. 1906 – 1912 – ci illər ərzində Akmolin, Turqay,
Ural, Semipalatinsk vilayətlərinə Rusiyanın daxili vilayətlərin-
dən 438 min kəndli təsərrüfatı köçürülmüşdü.
Qazax xalqının çarizmin müstəmləkəçilik siyasətinə qarşı
mübarizəsi XX əsrin əvvəllərində də davam edirdi.
XX əsrin əvvəllərində Qazaxıstanda da sürgündə olan rus
inqilabçılarının təşəbbüsü və köməyi ilə sosial – demokratik
dərnəkləri və qrupları yaranmağa başlayır. Belə qrupların üzvləri
əsasən rus, ukraynalı fəhlələri idi. Bunula yanaşı onların
içərisində qazaxlar da var idi. 1905-1907 – ci illər inqilabi döv-
ründə Qazaxıstan şəhərlərində də nümayişlər və tətillər baş
verirdi. Sosial – demokrat qruplar qazax kəndlilərini də müba-
rizəyə cəlb etməyə çalışırdılar. Qazax milli burjuaziyası torpaq-
ların ruslar tərəfindən zəbt olunmasına, zorla xristianlaşdırmaya
qarşı çıxır, rus – qazax məktəblərində islam dininin tədris
olunmasını, yerli əhalinin nümayəndələrinin dağ – mədən işləri
ilə məşğul olmasını, zavodların tikilməsinə icazə verilməsini
istəyirdilər.
17.3. İqtisadiyyat. XIX – XX əsrin əvvəllərində Qaza-
xıstanda təsərrüfatın inkişaf etməkdə olan sahələrindən biri
əkinçilik idi. Əvvəllərdə olduğu kimi yenə də əkinçilik əsasən
cənubda inkişaf edirdi. Qazaxlar buğda, arpa, darı əkirdilər, bəzi
yerlərdə qarğıdalı da becərilirdi. Qazaxlarda əkinçiliyin
inkişafına köçürülmüş rus – ukraynalı kəndlilərinin də müəyyən
təsiri var idi. Onlar taxıl əkir, bağçılıqla məşğul olur, arı
saxlayırdılar. Qazax kəndliləri onlardan əkinşilik təsərrüfatını
idarə etmək təcrübəsini öyrənirdilər.
Köçürülmüş kəndlilər Qazaxıstanda əkinçilik və heyvan-
darlığın inkişafında, diyarda kənd təsərrüfatının strukturunun
dəyişməsində rol oynamaqla yanaşı qazax kəndlilərindən ilin
249
müəyyən vaxtlarında çöl otlaqlarından istifadə etməyi, yerli ya-
nacaq növlərini hazırlamağı, suvarma əkinçiliyini öyrənirdilər.
Əkinçiliyin inkişaf etməsinə baxmayaraq Qazaxıstanda eksten-
siv heyvandarlıq təsərrüfatı üstünlük təşkil edirdi.
Qazaxıstanın bəzi rayonlarında balıqşılıq və vəhşi
heyvanların ovlanması da böyük iqtisadi əhəmiyyət kəsb edirdi.
Bu sahələr əvvəllər də var idi, lakin əmtəə - pul münasibətlərinin
inkişafı, şəhərlərin böyüməsi, dəmir yol çəkilişi ilə əlaqədar
ovçuluq və balıqçılıq məhsullarına tələbat artmışdı. Uralda, Sır –
Dəryada, Aral dənizində, Zaysan gölündə, Manqışlaqda balıq-
çılıq xeyli inkişaf etmişdi.
Qazaxıstanın ticarət əlaqələri də genişlənirdi. Əhali bazar-
lara və yarmarkalara qaramal və heyvandarlıq məhsulları çıxa-
rırdılar ki, bunlar da əsas satlıq məhsullar idi. Rusiyadan sənaye
məhsulları gətirilirdi. Diyara Mərkəzi Asiya və Çindən də
məhsul gətirilirdi.
Qazaxıstanda kapitalist sənayesinin, xüsusilə kiçik sənaye
müəssisələrinin inkişafı, dəmir yol çəkilişi ilə əlaqədar şəhərlər
böyüyür, əhalinin sayı artırdı. İnzibati, ticarət, sənaye və
mədəniyyət mərkəzlərinə çevrilən vilayət və qəza şəhərlərinin
əhalisi daha sürətlə artırdı. Qazax aullarında gedən təbəqələşmə
nəticəsində yoxsullaşan əhalinin bir hissəsinin iş dalınca
şəhərlərə üz tutması şəhərlərdə qazaxların artmasına təsir edirdi.
Bunlarla yanaşı şəhərlərdə varlı qazax bəyləri, ticarətçilər də
yaşayırdı. Şəhər əhalisinin əhəmiyyətli bir hissəsini sənətkarlar,
sənaye müəssisələrində işləyənlər təşkil edirdi. Burada xeyli
məmur da yaşayırdı.
Diyarda qızılçıxarma da inkişaf edirdi. Miş çıxarılmasına
görə Qazaxıstan 1855 – ci ildə Rusiya imperiyasında Ural və
Qafqazdan sonra üçüncü yerdə idi.
Rus burjuaziyası ucuz Mərkəzi Asiya pambığının daşınması
üçün əlverişli şəraitin yaradılmasına can atırdı. Bu işdə dəmir
yol çəkilişi əhəmiyyətli rol oynamalı idi. Dəmir yolunun
çəkilməsindən hökumət həm də hərbi məqsədlər üçün də istifadə
etmək fikrində idi. 1888 – ci ildə Zakaspi dəmir yolu istifadəyə
250
verildi. Bundan sonra Sibir dəmir yolu çəkildi. Bu yolun bir
hissəsi Şimali Qazaxıstandan keçirdi. Dəmiryol xətti Qazaxıstan
iqtisadiyyatının inkişafına şərait yaratdı, sənayenin yeni
sahələrinin yaranmasına təsir göstərdi.
17.4.Mədəniyyət. Qazaxıstanın Rusiyanın vassalına çevril-
məsi dövründə rus məktəblərinin açılması başlanır. İlk məktəb-
lər Omsk və Orenburqda təşkil olunur və burada tərcüməçilər
hazırlanırdı. Diyarın Rusiya tərəfindən işğalının başa
çatmasından sonra qazax uşaqları üçün açılan məktəblərin sayı
tədricən artmağa başlayır. Yeddiillik təhsil əsasında qazaxlar
üçün ilk dünyəvi məktəb 1850 – ci ildə Orenburqda açılır.
Burada qazax məktəbləri üçün müəllim hazırlanırdı.
İbtidai rus – qazax məktəbləri üçün müəllim hazırlanması
məqsədi ilə 1883 – cü ildə Orskda qazax müəllimlər məktəbi
açılır. Onun ilk məzunları volost məktəblərinin təşkili üçün
göndərilir. 1891 – 1893 – cü ildə Turqay və Kustanada qazax
qızları üçün məktəb açılır, beləliklə də qazax qadınları içərisində
təhsilin əsası qoyulur.
XIX əsrin ikinci yarısında Qazaxıstanda təxminən 100 iki
sinifli qəza və bir sinifli volost məktəbləri var idi. Burada təxmi-
nən dörd min nəfər oxuyurdu. Rus – qazax məktəblərini qur-
taran gənclərin bir hissəsi gimnaziyalarda və seminarıyalarda,
eləcə də Moskvanın, Sankt-Peterburq, Tomsk və Qazanın ali
məktəblərində təhsillərini davam etdirirdilər.
Qazaxıstanda xalq maarifinin inkişafında İbrahim Altın-
sarinin (1841- 1889) böyük rolu olmuşdur. Turqay vilayətində
on il məktəb inspektoru işləmiş Altınsarinin maarifçilik, peda-
qoji fəaliyyəti, elmi əsərləri ona böyük şöhrət qazandırmışdı.
Onun təşəbbüsü ilə qazax qızları üçün sənətkarlıq və kənd
təsərrüfatı məktəbi açılmışdı.
Altınsarinin qazax ədəbiyyatının inkişafında da böyük rolu
olmuşdur. Onun əsərlərində savadsızlıq, sosial ədalətsizlik
tənqid olunur, əmək, dostluq, məhəbbət tərənnüm edilir.
XIX əsrin ikinci yarısında qazax ədəbiyyatının inkişafında
Abay Kunanbayevin də əməyi böyük olmuşdur. 1845 – ci ildə
251
Semipalatinsk vilayətində doğulmuş Abayin əsərlərində qazax-
ların həyatı təsvir olunur. O, feodal münasibətlərini, qan düş-
mənçiliyini, vəzifə uğrunda mübarizəni, savadsızlığı, cahilliyi
tənqid edirdi. Abay çarizmin müstəmləkəçilik siyasətinə qarşı
çıxırdı, mütləqiyyətə sadiq olan qazax əyanlarını tənqid edirdi.
Qazaxıstanın elmi cəhətdən öyrənilməsi sahəsində iş
görülürdü. Akademik P.Pallasin (1741 – 1811) rəhbərlik etdiyi
ekspedisiya Qazaxıstan ərazisinin bir hissəsini öyrənmişdi.
XVIII əsrin 70 – ci illərində akademik İ.Georgi (1729-1802)
Rusiyanın cənub-şərqini, Altayı, Zabaykalyeni, Ural dağlarını və
Volqaboyu əraziləri tədqiq etmişdi. Qazaxıstanın öyrənil-
məsində P.Rıçkovun (1719-1777), A.Levşinin (1799-1879) də
böyük rolu olmuşdur.
Məşhur coğrafiyaşünas P.Semyonov – Tyan Şanski 1856 –
1857 – ci illərdə və 1788 – ci ildə Altaya, Yeddisuya, Mərkəzi
Asiyaya səyahət etmişdi. Onun əsərlərində Qazaxıstanın tarixi,
coğrafiyası, təbii sərvətləri haqqında xeyli məlumat öz əksini
tapır.
Qazaxıstan tarixi, mədəniyyəti, qazax dili haqqında şərq-
şünas V.Radlovun (1837-1918), Q.Qrumm – Qrjimaylonun
(1860-1936) əsərlərində də məlumatlar verilir.
Qazaxıstanda elm və maarifin inkişafında Çokan Vəli-
xanovun (1835 – 1865) əməyi böyükdür. O, Mərkəzi Asiya və
Qazaxıstanın və eləcə də digər Şərq ölkələrinin tarixi, etnoq-
rafiya və coğrafiyasını öyrənirdi. Onun Semipalatinskdə sür-
gündə olmuş F.Dostoyevski ilə əlaqəsi var idi. Çokan Vəlixa-
nov ilk qazax alim – maarifçisidir. O, Şərq despotizminin ləğv
edilməsinin tərəfdarı idi, maarifi təbliğ edirdi. Çar hökumətinin
qazax xalqına qarşı münasibətdə yeritdiyi siyasətə qarşı çıxırdı,
islahatlar tərəfdarı idi. Çarizmin müstəmləkəçilik siyasətini,
qazax feodallarının ədalətsizliyini tənqid edən Ç.Vəlixanov qeyd
edirdi ki, çar hakimiyyəti və qazax feodalları birləşərək xalqı
istismar edirlər.
Ç.Vəlixanov 1856 – cı ildə Qırğızıstan ərazisini öyrənmək
üçün Qərbi Sibir adminstrasiyası tərəfindən təşkil edilmiş
252
ekspedisiyada iştrak etmiş, ekspedisiyanın nəticələri onun
“Çunqariyanın oçerkləri”ndə öz əksini tapmışdı.P.Semyonov –
Tyan – Şanski Ç.Vəlixanovun Qaşqariyaya səyahətinin təşkil
olunmasında iştrak etmişdi. Həmin dövrdə bu ərazi hələ
öyrənilməmişdi. Altı ay burada qalan Vəlixanov vilayətin tarix
və coğrafiyasını, etnoqrafiyasını, iqtisadi və siyasi vəziyyətini
öyrənir.
XIX əsrin ikinci yarısında yaranmış elmi cəmiyyətlər də
Qazaxıstan mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol
oynayırdı. Yerli elmi cəmiyyətlər Qazaxıstanın təbii sərvətlərini,
təsərrüfatını, tarixini öyrənirdi.
İlk elmi cəmiyyətlər Omsk, Orenburq və Daşkənddə
yaranır. 1868 – ci ildə Orenburqda, 1877 – ci ildə isə Omskda
Rusiya Coğrafiya cəmiyyətinin şöbəsi açılır.
Qazaxıstanda musiqinin inkişafında peşəkar xalq kompo-
zitorlarının böyük rolu var idi. Belə incəsənət ustalarından
Kurmanqazi Saqerbayevin (1806 – 1879), Abay Kunanbayevin
(1845 – 1906), Muhit Meraliyevin (1841 – 1518) və b. adlarını
çəkmək olar.
XIX əsrin ikinci yarısında Orenburqa, Uralska, Petropav-
lovska, Semipalatinsk və Pavlodara Rusiyadan və Ukraynadan
teatr truppaları gəlirdi. 1858 – ci ildə Orenburqda rus teatrı trup-
pası yaradılmışdı. 1897 – ci ildə Sank-Peterburq artistləri Oren-
burqa gələrək tamaşa göstərmişdilər.

253
18.OSMANLI İMPERIYASI XIX – XX ƏSRİN
ƏVVƏLLƏRİNDƏ

18.1.Osmanlı imperiyası XIX əsrin ilk onilliklərində.


XVIII əsrin axırlarında Osmanlı imperiyasının zəifliyi özünü
daha aydın biruzə verdi. Ordu özünün əvvəlki döyüş
qabiliyyətini itirmişdi. Orduda istifadə olunan hərbi sursat və
silahlar dövrün tələblərini ödəməkdən uzaq idi. Xarici siyasətdə
də uğursuzluqlar artırdı. Fransa və İngiltərənin Yaxın və Orta
Şərqdə yeritdiyi işğalçılıq siyasəti Osmanlı mülkləri üçün də
təhlükə törədirdi.
Osmanlı imperiyasında feodal pərakəndəliyi də güclənirdi.
Bəzi feodallar sultanın hakimiyyətini faktiki olaraq tanımırdılar.
Ölkədə dərinləşməkdə olan itaətsizlik və hərc- mərclik iqtisa-
diyyata da zərbə vururdu. Xəzinə boşalmışdı, sosial – siyasi
böhran dərinləşirdi. Yeniçərilərin üsyanları çoxalırdı, milli
rayonlarda qiyamlar güclənirdi. Belə bir şəraitdən çıxış yolunu
bəzi dövlət məmurları əsaslı islahatların aparılmasında görür-
dülər. XVIII əsrin sonunda hakimiyyətə gələn Sultan III Səlim
(1789 – 1807) islahatlara başladı. Sultan tərəfindən 1790 – cı
illərdə imzalanan bir sıra fərmanlara əsasən dövlət qarşısında öz
hərbi borcunu yerinə yetirməyən len sahibləri onlara məxsus
olan torpaqlardan vergi yığmaq hüququnu itirdi.
Yeni ordunun yaradılması üçün müəyyən addımlar atıldı.
Avropadan hərbi mütəxəssislər dəvət olundu. Hərbi təhsil almaq
üçün Osmanlı sultanı gənclərin Avropaya göndərilməsinə gös-
təriş verdi. Hərbi donanma yenidən quruldu, döyüş gəmilərinin
sayı artırıldı. Ordu və donanmanın ehtiyaclarının ödənilməsi
üçün yeni manifakturalar , silah zavodları açıldı.
Sultan III Səlim islahatların həyata keçirilməsində ciddi
müqavimətlə üzləşirdi. Dövlət başçısının özünün sosial dayağı
kifayət qədər möhkəm deyildi. İslahat tərəfdarlarının sayı az idi.
Bəzi qüvvələr islahatlara onların imtiyazlarına toxunduğu üçün
mənfi münasibət bəslədiklərindən mərkəzi hakimiyyətə qarşı
mübarizə aparırdılar. İmperiyada milli burjuaziya əslində
254
olmadığı üçün sultan onların köməyindən məhrum idi. Qeri –
türk millətindən formalaşan burjuaziya isə imperiyada sabitliyin
və təhlükəsizliyin təmin olunmasına maraqlı olsalar da,
bütövlükdə milli qüvvələrin hakimiyyətinin möhkəmlənməsini
istəmirdilər.
Xarici siyasi vəziyyət də islahatların həyata keçirilməsinə
imkan vermirdi. 1792 – ci ildə Fransa Osmanlı hakimiyyəti
altında olan Misirə hücum etdi. İniglis hökuməti Fransanın
Şərqdə möhkəmlənməsini istəmirdi. Buna görə də Fransaya
qarşı mübarizədə Osmanlı dövlətinə İngiltərə kömək göstərdi.
1802 – ci ildə bağlanan müqaviləyə görə Fransa öz qoşunlarını
Misirdən çıxartdı.
1804 – cü ildə Napoleonun özünü Fransa imperatoru elan
etməsi Avropa ölkələrini narahat etdiyi üçün onlar Fransaya
qarşı mübarizə məqsədi ilə ittifaq yaratdılar. Fransa Avropa
ölkələri ilə mübarizədə Osmanlıların qüvvəsindən də istifadə
etmək istəyirdi. Osmanlı imperiyasının daxili və beynəlxalq
çətinliklərindən istifadə edərək Napoleon sultanı Rusiyaya qarşı
müharibəyə təhrik edirdi. Rusiyanın 1806 – cı ildə Moldaviya və
Valaxiyaya ordu çıxarmasına cavab olaraq Osmanlı dövləti çar
mütləqiyyətinə müharibə elan etdi. Antifransa koalisiyasının
üzvü olan İngiltərə Rusiyanı müdafiə etdi və İstanbula hərbi
donanma göndərsə də heç bir uğur qazan bilmədi.
İslahat əleyhdarları Osmanlı dövlətinin beynəlxalq vəziy-
yətindən istifadə edərək 1807 – ci ilin mayında III Səlimi haki-
miyyətdən salıb IV Mustafanı hakimiyyətə gətirdilər. IV Mus-
tafa din xadimi və yeniçərilərin müftisi idi. İslahat tərəfdar-
larının təqibdən canlarını qurtaran hissəsi Ruşuk paşası Mustafa
Bayraqdarın yanında cəmləşdilər. Onlar “Ruşuk dostları” adlı
gizli siyasi təşkilat yaradıb III Səlimi hakimiyyətə qaytarmağa
cəhd göstərdilər. 1808 – ci ilin yayında İstanbula gələn Bay-
raqdar burada qiyamı yatırdı, lakin bu dövrdə III Səlim artıq
öldürülmüşdü, buna görə də hakimiyyətə onun qardaşı II
Mahmud gətirildi. Mustafa Bayraqdar baş vəzir təyin olundu.

255
Ruşuk təşkilatının digər üzvlərinə də yüksək vəzifələr verildi.
Yeni sultan islahatları davam etdirdi.
Hakimiyyətə yeni gələnlərin xalq içərisində kifayət qədər
dayağı yox idi. Onların fəaliyyəti həm də davamlı deyildi. İsla-
hat əleyhdarları isə güclü idi. Beynəlxalq şərait də hökumətin
işini çətinləşdirirdi. 1808 – ci ilin noyabrında Bayraqdar və onun
tərəfdarları devrildi. Baş verən hadisələr bir daha göstərdi ki,
hakim təbəqə ölkənin yenilənməsinə maraqlı deyil. Bunu da
nəzərə almaq lazımdır ki, imperiyanın hakim təbəqəsinin əsas
hissəsini türklər deyil, qeyri – millətlər təşkil edirdi və onlar
türklərin mövqeyinin güclənməsi ilə barışmaq istəmirdilər. Bu
amil xarici siyasətdə də özünü göstərirdi, belə ki, qeyri – milli
hakim təbəqə ilə Osmanlı dövlətinin xarici düşmənləri
Osmanlılara qarşı mubarizədə bir – birlərinə yardım edirdilər.
Rusiya ilə Osmanlı dövləti arasında 1806 – cı ildə başlan-
mış müharibə 1812 – ci ildə başa çatdı. Buxarest müqaviləsinə
əsasən Prut çayı sərhəd müəyyən olundu. Bessarabiya Rusiyaya
verildi. Rusiya ilk dəfə olaraq Qara dəniz sahillərində hərbi
dəniz bazalarına malik oldu. Hələ Rusiya – Osmanlı müharibəsi
dövründə çar hökuməti Osmanlı hakimiyyətinə qarşı mübarizə
aparan serblərə yardım edirdi. 1812 – ci ildə müharibənin
qurtarması ilə bağlı imzalanan müqavilədə Serbiyaya özünü
idarə hüququ da verilmişdi, lakin bununla razılaşmaq istəməyən
serblər ayrılmaq istəyirdilər. Osmanlı sultanı Serbiyaya ordu
göndərərək serbləri məğlub etdi və Belqradı aldı (1813).
Bundan sonra da serblər dəfələrlə qiyam qaldırmışdılar.
Yunanlar da Osmanlı hakimiyyətinə qarşı mübarizə aparır-
dılar. 1821 – ci ildə başlayan üsyanı yatırmaq üçün Osmanlı
sultanı Misir valisi Mehmedəli paşadan kömək istədi. Üsyan
yatırıldı, lakin İngiltərə, Fransa və Rusiya sultandan Yunanıs-
tana müxtariyyat verilməsini tələb etdilər. 1827 – ci ildə Rusiya
ilə İngiltərə belə razılığa gəldilər ki, Yunanıstana müstəqillik
verilsin, türklər buradan tamamilə çıxarılsın. Fransa da Rusiya
ilə İngiltərəyə qoşuldu. Osmanlı dövləti bu vəziyyəti onun daxili
işlərinə qarışmaq kimi qiymətləndirərək, Yunanıstana mux-
256
tariyyat verməkdən imtina etdi. Buna cavab olaraq müttəfiqlər
1827 – ci ilin oktyabrında Navarin limanına donanma göndərib
Osmanlı və Misir donanmasını məğlub etdilər. 1828 – ci ilin
yazında Rusiya Osmanlı dövlətinə müharibə elan etdi. Məğlub
olan Osmanlı dövləti 1829 – cu ildə Ədirnədə sülh müqaviləsi
imzalamağa məcbur oldu. Prut tərəflər arasında sərhəd oldu
Rusiyanın ticarət gəmilərinə boğazlara daxil olmaq hüququ
verildi. Serbiya və Yunanıstan müxtariyyat hüququ qazandı.
Valaxiya və Moldaviya daxili özünü idarəetmə hüququ əldə etdi.
Osmanlı dövləti Rusiyaya təzminat ödəməli idi.
1828 – 1829 – cu illər Rusiya – Osmanlı müharibəsindən
sonra 1830 – cu ildə Fransa Əlcəzairi tutdu. Misir valisi Meh-
medəli Osmanlı dövlətinin zəifliyindən istifadə edərək yunan
üsyanının yatırılmasında iştrak etdiyi üçün ona vəd edilən
Suriya və Kritin verilməsini tələb etdi. Misir ordusu 1831 – ci
ildə hərbi əməliyyatlara başladı. 1832 – ci ildə Suriya, Kilikiya
və Fələstini tutan Misir ordusu Anadolu ərazisinə daxil oldu.
1832 – ci ilin dekabrında Konya ətrafında baş verən döyüş
Osmanlı sultanının məğlubiyyəti ilə başa çatdı.
Belə vəziyyətlə üzləşən sultan Avropa ölkələrindən kömək
istədi. İngiltərə və Fransa kömək göstərməkdən imtina etdilər.
Sultana Rusiya kömək göstərdi. Rusiya belə hesab edirdi ki,
Mehmedəlinin İstanbulda möhkəmlənməsi faktiki olaraq
Fransanın bütün Osmanlı ərazisində nüfuzunun bərqərar olması
demək olardı. Digər tərəfdən çar hökuməti Bosfor sahillərində
başda Mehmedəli olmaqla yeniləşən güclü bir imperiya əvəzinə,
dağılmaqda olan Osmanlı imperiyasını görməyi daha məqsədə-
uyğun hesab edirdi, bu da çarizmin siyasi məqsədləri üçün
məqsədəuyğun idi.
1833 – cü ilin fevralında fəaliyyətə başlayan rus ordusu
Misirin İstanbula hücumunu dayandırdı. Bu vəziyyət Fransanı
və İngiltərəni narahat etdi. Misir Fransa tərəfindən dəstək-
lənirdisə, ingilis hökuməti Misirdə özü möhkəmlənmək istə-
yirdi. Fransa və İngiltərənin təzyiqi ilə 1833 – cü ildə sultanla
Misir arasında Kütəhya müqaviləsi imzalandı. Müqaviləyə əsa-
257
sən Suriya, Fələstin, Kilikiya Mehmedəlinin hakimiyyəti altına
keçdi, Vali sultanın ali hakimiyyətini tanıdı və öz qoşunlarını
Anadoludan çıxartdı.
1833 – cü ilin iyulunda Osmanlı dövləti ilə Rusiya arasında
Ünkər - İnkələsi müqaviləsi imzalandı. Müqaviləyə görə lazım
olduqda sultan Rusiyadan kömək istəyə bilərdi, Dardanel
boğazını lazım bildiyi vaxt xarici gəmilər üçün aça və bağlaya
bilərdi. Bu isə Avropa dövlətlərinin narazılığına səbəb oldu.
Onlar müqaviləyə Osmanlı ərazisində Rusiyanın mövqeyinin
güclənməsi kimi baxırdılar.
18.2.Osmanlı imperiyası Sultan II Mahmudun islahatları
dövründə. Sultan II Mahmud tərəfindən bir sıra islahatlar
keçirildi. O, 1826 – cı ildə yeniçəri korpusunun ləğvi və nizami
ordunun formalşdırılması haqqında fərman verdi. Yeniçəri
korpusu hətta hakim təbəqələrin maraqları üçün də təhlükəli idi.
Milli rayonlarda baş verən üsyanların yatırılması zamanı nizami
ordunun üstünlükləri özünü əyani şəkildə göstərirdi.
Mərkəzi hakimiyyətin möhkəmlənməsi işində əsas maneə
olan yeniçəri korpusunun ləğv olunması feodalların müqa-
vimətinin qırılmasına da imkan yaratdı. Əslində yeniçəri korpu-
sunun ləğvi , nizami ordunun yaradılması çoxdan həyata keçiril-
məli idi. Bu cəhətdən Osmanlı dövləti Avropa dövlətlərindən
xeyli geri qalmışdı. 1834 – cü ildə II Mahmud hərbi – len
sistemini ləğv etdi, daxili kömrükdə mövcud olan problemlərin
bir hissəsini aradan qaldırdı, yeni inzibati islahatlar keçirdi.
Nəticədə vilayət hakimləri sultandan asılı vəziyyətə düşdü.
Lakin bu siyasət sultanın türk mülkədarları tərəfindən dəstək-
ləndiyi rayonlarda mövcud idi. Kənar rayonlarda isə vəziyyət
başqa idi, belə ki, həmin yerlər yenə də öz hakimlərinin
müəyyən etdiyi qaydalar əsasında idarə olunurdu.
1834 – cü ildə Sultan II Murad yeni inzibati bölgü həyata
keçirdi. Bölgüyə əsasən imperiyanın ərazisi vilayətlərə, sancaq-
lara və müstəqil voyevodalıqlara bölündü. Voyevodalıqlar
mərkəzdən göndərilmiş vətəndaş idarəçiləri tərəfindən idarə
olunurdu. 1826 – cı ildə İstanbulda hərbi tibb məktəbi açıldı.
258
1832 – ci ildə türl dilində ilk qəzet olan “Hadislərin gündə-
liyi”nin nəşri başlandı.
İslahatlarda hərbi – len sisteminin ləğvi mühüm yer tuturdu.
Timar və zeamatlar adi şəxsi torpaq mülklərinə çevrildi və onun
hərbi xidmətlə əlaqəsi yox idi. Torpaq islahatı bütövlükdə feodal
torpaq sahibliyinə qarşı deyil, ayrı-ayrı feodallara qarşı
yönəlmişdi. Əvvəlki hərbi – len torpaqlarında çalışan kəndliliər
torpaqdan istifadəyə görə dövlətə vergi verməli idilər. Belə
kəndlilər həmin torpaqların sahibkarı kimi, ömürlük istifadə
üçün torpağa sahib olmuş kəndli kimi qəbul olunurdu.
Ölkənin inkişafına xarici kapitalın müdaxiləsi və kapi-
tulyasiya rejimi də mane olurdu. Avropa ölkələrinin Osmanlı
mülklərinə axını güclənirdi. Kapitulyasiya rejimi dövlətə xarici
tacirlərdən vergi almağa, kömrük haqlarını artırmağa imkan
vermirdi. 1838 – ci ildə İngiltərə ilə bağlanan ticarət konven-
siyasına əsasən ingilis mallarına 5 faizdən artıq kömrük qoyula
bilməzdi. İnglis tacirləri imperiyanın bütün ərazilərinda daxili
ticarətdə iştrak edə bilərdilər. 1838 – ci ildə belə bir müqavilə
Fransa ilə də imzalandı. Avropada fabriklərdə istehsal olunan
məhsullar Osmanlı imperiyasında ucuz qiymətə satılırdı, xarici
tacirlərlə rəqabət apara bilməyən yerli tacirlər müflis vəziyyətə
düşürdü.
1839 – cu ildə sultanla Mehmedəli arasında müharibə
başlandı, bu isə onunla bağlı idi ki, Misir hakimi 1838 – ci il
İngiltərə - Osmanlı ticarət müqaviləsinə əməl etməkdən imtina
etdi. İngiltərə belə hesab edirdi ki, Misirlə mübarizədə sultana
kömək etməklə Misiri tutmaq, Rusiya ilə Osmanlı dövləti
arasında 1833 –cü ildə bağlanan müqaviləyə əsasən sultanın
çarizmdən kömək istəmək məsələsinin qarşısını kəsmək üçün
şərait yaranacaq.
Misirlə mübarizədə məğlubiyyət Osmanlı dövlətinin daxili
və beynəlxalq vəziyyətini xeyli ağırlaşdırdı. Fransa tərəfindən
müdafiə olunan Mehmedəli Osmanlı imperiyasının bütün əra-
zisini öz hakimiyyəti altında birləşdirmək fikrində idi. Fransanın
rəqibi olan İngiltərə isə II Mahmudun ölümündən sonra
259
hakimiyyətə gələn oğlu Əbdül Məcidi müdafiə edirdi. Avstriya
da İngiltərənin mövqeyindən çıxış edirdi. İngiltərə Rusiyanın
Osmanlı dövləti ilə separat danışıqlar aparmasına imkan
verməmək məqsədi ilə təklif etdi ki, Avropa ölkələri Mehmedəli
ilə sultan arasında yaranmış problemə kollektiv münasibət
bildirsinlər. Çar hökuməti də bu təklifi qəbul etdi. Çarizm
Fransanı özü üçün əsas rəqib hesab etdiyindən qərara aldı ki,
İngiltərə - Fransa ziddiyyətlərini dərinləşdirmək üçün Ünkər -
İskələsi müqaviləsinin əlverişli şərtlərindən imtina etsin. 1840 –
cı ilin iyulunda Osmanlı hökuməti Rusiya, İngiltərə, Avstriya və
Prussiya ilə müqavilə imzaladı. Osmanlı dövləti Avropa
ölkələrinin fikrini öyrənmədən Mehmedəli ilə danışıqlar apara
bilməzdi. Ünkər – İskələsi müqaviləsi qüvvədən düşdü. Osmanlı
dövləti Avropa dövlətlərinin himayəsinə alındı.
18.3.Tənzimatın birinci mərhələsi. Osmanlı imperiyasının
Avropa mülklərində baş verən üsyanlar, XIX əsrin ilk onillik-
lərində imperiyanın hərbi əməliyyatlardakı məğlubiyyətləri,
daxildəki sosial hərəkatlar, iqtisadi tənəzzül hakim təbəqənin
müəyyən bir qrupunda belə bir fikrin formalaşmasına gətirib
çıxartdı ki, ölkənin ərazi bütövlüyünü qorumaq, Avropa ölkələri
tərəfindən getdikcə güclənən təzyiqlərə davam gətirmək, sosial –
iqtisadi böhranı aradan qaldırmaq üçün əsaslı islahatlaq aparmaq
lazımdır.
Osmanlı imperiyasının tarixinə“tənzimat” adı ilə daxil
olmuş islahatlar proqramını Xarici Işlər Naziri Mustafa Rəşid
Paşa hazırlamışdı. 1839 - cu ilin noyabrın 3 – də Sultan Əbdül
Məcid (1836 – 1851) Gülhanə sarayında islahatlar proqramını
elan etdi. İslahatlar proqramına görə dini, irqi və milli mənsu-
biyyətindən asılı olmayaraq imperiyanın bütün vətəndaşlarının
əmlak toxunulmazlığı təmin olunurdu, həyatı qorunurdu, iltizam
sistemi ləğv edilirdi, məhkəmənin qərarı olmadan ölüm cəzası
tətbiq oluna bilməzdi, hərbi xidmətin dəqiq vaxt müəyyən
olunurdu. Vəzifələrin satılması, rüşvətxorluq üçün ciddi cəzalar
nəzərdə tutulurdu.

260
Tənzimatın ilkin mərhələsində daimi ordu yaradıldı, vahid
pul sistemi tətbiq olundu, ilk dünyəvi orta məktəblər açıldı,
qəzet, jurnal və kitab nəşri genişləndi.
İslahatların həyata keçirilməsi zamanı qarşıya çıxan bir sıra
problemlər də var idi. Belə ki, vaxtilə hakimiyyətdə rüşvət hesa-
bına möhkəmlənmiş və komprador qüvvəni təmsil edən şəxslər
yenə də köhnə qaydalarla işləmək istədikləri üçün islahatlara
müqavimət göstərirdilər. Vəzifəyə yeni təyin olunmuş adamlar
içərisində də dövlət büdcəsini talan edənlər var idi. İslahatların
həyata keçirilməsini təmin edə biləcək güclü sosial baza hələ
formalaşmamışdı. Hakim təbəqə daxilində islahatların
zəruriliyini dərk edənlər olsa da, əsaslı dəyişikliklərə dayaq ola
biləcək orta təbəqə hələ yox idi.
Əyalətlərdə baş verən hadisələr də islahatların həyata
keçirilməsinə mane olurdu. İmperiyanın Avropa mülklərində,
ərəb əyalətlərində baş verən hadisələr nəzərdə tutulan islahat-
ların həyata keçirilməsinə imkan vermirdi. Moldaviya, Valaxiya,
Bosniya, Albaniya, Bolqarıstanda üsyanlar baş verirdi. Serbiya
faktiki olaraq Osmanlı imperiyasından ayrılmışdı.
Tənzimat dövründə ərəb əyalətlərində əsasən paşaların
hüquq və səlahiyyətləri məhdudlaşdırılsa da, bu şəxslərin bir sıra
mühüm məsələlərdə dövlətə təzyiq göstərmək imkanları hələ var
idi. Hakim dairələrin tərkibində türklər az idi, aparıcı vəzifələri
öz əlində cəmləşdirən qeyri – türklər islahatlara müqavimət
göstərirdi.
18.4. Krım müharibəsi. Rus çarı I Nikolay İngiltərəyə
bildirmişdi ki, Osmanlı dövləti “xəstə bir adam”dır. O, hər an
ölə bilər, onun mirasının bölüşdürülməsi üçün tədbirlər görmək
lazımdır. İngiltərə isə öz maraqlarına uyğun olaraq Rusiyanın
təklifi iliə razılaşmamışdı. Həm İngiltərə, həm də Fransa özləri
Osmanlı ərazilərinə nəzarət etmək fikrində idilər. Çar hökuməti
Macarıstandakı inqilabın yatırılmasında Avstriyaya kömək etsə
də, Avstriya rus hökumətini Balkanlarda özünün əsas rəqibi
hesab edirdi.

261
Belə bir şəraitdə Rusiya təkbaşına hərəkət etməyi qərara
aldı. 1853 – ci ildə rus hökuməti tələb etdi ki, Osmanlı dövləti
öz ərazisində yaşayan xristianların Rusiya tərəfindən himayə
olunması hüququnu tanısın. Bu tələb rədd olunduğu üçün
müharibə başlandı. Rusiyanın tutduğu mövqeyə cavab olaraq
İngiltərə və Fransa Osmanlı dövləti ilə müqavilə imzalayıb 1854
– cü ildə Rusiyaya müharibə elan etdilər. Hərbi əməliyyatlarda
uğursuzluğa düçar olan Rusiya barışıq istəməyə məcbur
oldu.1856 –cı ildə Parisdə imzalanan sülh müqaviləsinə görə
Qara dəniz neytral zona elan olundu, heç bir dövlətin donanması
burada ola bilməzdi, burada olan istehkamlar sökülməli idi.
Osmanlı dövləti “Avropa dövlətləri İttifaqına” qəbul edilirdi,
Rumıniya müstəqillik əldə edirdi.
Krım müharibəsinə qoşulan İngiltərənin qazancı bu oldu
ki, Rusiya Qara dənizdə donanmaya və istehkamlara malik ola
bilməzdi. Müqavilənin Parisdə imzalanması isə Fransanın
dövlətlər arasındakı əlaqələrdəki rolunu nümayiş etdirməsi
mənasında əhəmiyyətli idi.
18.5.Tənzimatın ikinci mərhələsi. Paris sülh müqaviləsi ilk
baxışda belə bir təəssürat yaradırdı ki, əldə olunmuş barışıq
Osmanlı dövləti üçün əlverişlidir. Əslində isə Paris traktatı
mahiyyət etibarı ilə Avropa ölkələrinin Osmanlı dövlətinin
daxili işlərinə müdaxilə etməsi üçün müəyyən şərait yaradırdı.
Krım müharibəsi zamanı sultana kömək etmiş Avropa ölkələri
bu yardımın əvəzi kimi hələ müqavilə imzalanmamışdan əvvəl
Osmanlı hökmdarını razı salmışdılar ki, islahatların davam
etdirilməsi ilə bağlı yeni bir fərman versin. İngiltərə və Fran-
sanın təkidi ilə Osmanlı sultanı 1856 – cı ilin fevralında ölkədə
islahatların keçirilməsi haqqında yeni fərman verdi. Bu fərman
ingilis və fransız hökumətləri tərəfindən verilmiş memorandum
əsasında hazırlanmışdı. İslahatlarla bağlı 1839 – cu il fərmanına
görə Osmanlı dövləti xarici ölkələr qarşısında hər hansı bir
beynəlxalq öhdəlik götürmürdüsə, 1856 –cı il 18 fevral
fərmanına görə isə Paris sülhünün şərtlərinə əsasən müəyyən
öhdəliklər götürürdü. Hələ Krım müharibəsi davam edərkən,
262
1855-ci ildə barışıq şərtləri müzakirə olunurdu. Avstriya, İngil-
tərə və Fransa arasında Vyana görüşlərində belə qərara alınmışdı
ki, Osmanlı dövlətində yaşayan xristianların sahib olduqları
hüquqlar yenidən barışığın şərtlərindən biri olmalıdır. Buna görə
müsəlmanlarla xristianlar arasındakı fərqlər sultan fərmanı ilə
aradan qaldırılmalıdır və bu, barışıq müqaviləsində də əks olun-
malıdır. Avstriya, İngiltərə və Fransa arasında Vyanada yayılan
görüşmələrdə, Osmanlı dövlətindəki xristiaların sahib olduqları
hakların yenidən belirlənməsi, barış ön şartlarından biri olarak
kabul edildi. Sultan Avropa ölkələrinin razılığı olmadan götür-
düyü öhdəliklərə əlavə və düzəliş etmək, ləğv etmək hüququna
malik deyildi.
1856 – cı il fərmanına görə sultan imperiyanın qeyri – türk
və qeyri – müsəlman xalqlarına bir çox imtiyazlar verirdi.
Məsələn, bütün təbəələr üçün birgə məhkəmələr yaradılmalı idi
və s.Xarici kapitalistlərə imperiya ərazisində daşınmaz əmlak
almaq hüququ verilirdi, bu isə o demək idi ki, xarici işbazlar
kənd təsərrrüfatı sahəsində çalışa bilərdi. Fərmanda bankların
yaradılması, kanalların çəkilməsi, ticarətin inkişafı üçün şəraitin
yaradılması məsələləri də nəzərdə tutulurdu. 1856 – cı ildə
ingilis kapitalı ilə Osmanlı bankı yaradıldı. 1863 – cü ildə
Fransa da bu bankın fəaliyyətinə qoşuldu. Bu bank vergilərdən
azad olunmuşdu, imperiya ərazisində öz filiallarını açmışdı,
müəyyən dövr ərzində Osmanlı imperiyasının daxili və xarici
siyasətinə nəzarət edirdi. Ölkəyə xarici kapitalın axını nəticə-
sində imperiya asılı vəziyyətə düşdü.
Xarici iş adamları tərəfindən imperiya ərazisində çəkilən
dəmir yollarından istifadəyə görə Osmanlı dövləti pul ödəməli
idi.
Tənzimat ölkənin iqtisadi cəhətdən müstəqil inkişafını və
daxili sabitliyi təmin etmədi. İmperiya yenə də xammal mənbəyi
rolunda çıxış edirdi, Avropa ölkələrinin xammala olan tələba-
tının ödənilməsi funksiyasını yerinə yetirirdi.
İslahatlar imperiyanın dağılmasının qarşısını ala bilmədi.
1859 – cu ildə Moldaviya və Valaxiya ondan ayrıldı. Rusiya
263
1858 – ci il Çernoqoriya üsyanını müdafiə etdi, 1860 – cı ildə
isə Fransa Suriyaya qoşun yeritdi, həmin dövrdə burada
müsəlmanlarla xristianlar arasında toqquşma baş vermişdi.
18.6.Osmanlı imperiyasının siyasi sistemində yeniləşmə
cəhdləri. Siyasi düşüncələr. Avropa ölkələrində təhsil almış
türk gəncləri ölkəni dağılmaqdan xilas etmək üçün yollar
axtarırdılar. Onlar belə hesab edirdilər ki, imperiyanın müxtəlif
hissələrində ayrı-ayrı millətlərin nümayəndələrinin üsyanlarının
dayandırılması, ölkənin ərazi bütövlüyünün qorunması üçün
dövlətin sərhədləri daxilində yaşayan bütün millətləri Osman-
çılıq düşüncəsi altında birləşdirmək lazımdır. Bunun üçün isə
dilə, etnik və dini mənsubiyyətə fərq qoyulmamalı, hamının
hüquq və vəzifələri gözlənilməlidir. Bunu həyata keçirmək
mümkün olarsa birliyi təmin etmək, dövləti məhv olmaqdan
xilas etmək olar.
Onların fikrincə konstitusiyalı monarxiya ölkəni dağıl-
maqdan xilas edə bilərdi. 1865 – ci ildə İstanbulda “Gənc os-
manlılar” adlı gizli siyasi cəmiyyət yaradıldı. Cəmiyyətin yara-
dılmasında tanınmış alim İbrahim Şinasi və yazıçı Namiq Kamal
əhəmiyyətli rol oynamışdılar. Cəmiyyət üzvləri hökumətin özba-
şınalığını, hakimlərin ədalətsizliyini, xarici dövlətlərə güzəştləri,
nazirlərin məsuliyyətsizliyini tənqid edirdilər. Onlar tələb
edirdilər ki, ölkədə bütün ticarət və sənaye kompaniyalarını
Osmanlıların özləri yaratmalı,dəmir yollarını çəkməlidirlər.
1876 – cı ilin mayında keçirilən mitinqlərdə Əbdül Əzizin
digər sultanla əvəz olunması, nümayəndələr palatasının yaradıl-
ması tələb olundu. Böyük vəzir Nədim Paşa vəzifəsindən uzaq-
laşdırıldı. Bu vəzifəyə Məhəmməd Rüşdü Paşa təyin olundu,
hökumətin tərkibinə gənc osmanlıların liderlərindən olan Midhət
Paşa daxil edildi.
1876 – cı ildə II Əbdül Həmid hakimiyyətə gəldi (1876 –
1909). Böyük vəzir vəzifəsinə təyin olunan Midhət Paşa
Konstitusiya layihəsini hazırladı. 1876 – cı ilin dekabrın 23 – də
ilk Konstitusiyanın tətbiqi elan olundu. Osmanlı imperiyası
Konstitusiyalı monarxiya elan olundu. 1877 –ci ildə parlamentə
264
ilk seçkilər keçirildi, lakin “Gənc osmanlılar”ın namizədləri
seçkilərə buraxılmadı. II Əbdül Həmid “türk konstitusiyasının
atası” Midhət Paşanı ölkədən çıxartdı.
1877 – ci ilin 19 martında ilk parlament fəaliyyətə başladı.
Parlamentdə həmin ilin aprelində başlanmış Osmanlı – Rusiya
müharibəsindəki uğursuzluqlara görə sultan tənqid edildi. Buna
cavab olaraq sultan 1878 – ci ilin fevralında parlamenti buraxdı.
Buna və eləcə də həmin ilin martında Rusiya ilə bağlanmış San
– Stefano müqaviləsinə etiraz olaraq gənc osmanlıların
rəhbərlərindən olan Əli Süavi Əbdül Həmidə qarşı üsyan
qaldırdı. Əbdül Həmid “Gənc osmanlılar”a divan tutdu.
1880 – ci illərdə Osmanlı imperiyası ərazi itirməkdə davam
edirdi. Fransa 1881 – ci ildə Tunisi, İngiltərə isə 1882 – ci ildə
Misiri zəbt etdi.
Osmanlı imperiyasının XIX əsrin ikinci yarısında xarici
siyasətində baş verən uğursuzluqlar zolağından çıxması
yollarının axtarışı şəraitində İslam Birliyi (İslamçılıq) düşüncəsi
ön sıraya çıxdı. Bu düşüncə tərəfdarlarının fikrincə dövlətin
(toplumun) təməl dirəyi dindir. Din ilə millət birdir. Milli mən-
subiyyətindən asılı olmayaraq bütün müsəlmanların xəlifənin
ətrafında birləşməsi zəruridir. İslamçılara görə, Osmanlı dövləti
şəriətin əsaslarından uzaqlaşdığı üçün geri qalmışdır.
XIX əsrin sonlarına doğru islamçılıq dövlətin rəsmi siyasəti
səviyyəsinə qədər yüksələ bilmişdi. Sultan II Əbdülhəmid
İngiltərə və Rusiyanın hakimiyyəti altında yaşayan bütün
müsəlmanları öz tərəfinə çəkməyə, onların köməyindən istifadə
etməyə çalışdı. Lakin ümidlər özünü doğrultmadı. Birinci Dünya
müharibəsi dövründə imperiyanın təbəələrindən olan ərəblərin
bir hissəsi Osmanlı əsgərlərinə qarşı döyüşürdü.
Əbdül Həmidin sərt tədbirlərinə baxmayaraq ona qarşı
mübarizə davam edirdi. 1889 – cu ilin mayında Ali Hərbi Tibb
Akademiyasının tələbələri “Osmanlı Birlik və Tərəqqi Cəmiy-
yəti” yaratdılar. Cəmiyyət öz qarşısına Əbdül Həmidi devirmək
və Konstitusiyanı bərpa etmək məqsədi qoymuşdu. Qısa müddət

265
ərzində cəmiyyət İstanbulun əksər məktəblərində öz şöbələrini
yaratmışdı.
Qeyd olunan cəmiyyət 1894 – cü ildə “Birlik və Tərəqqi”
partiyasına çevrildi. Partiya üzvlərini “ittihadçılar” (Avropada
gənc türklər) adlandırırdılar. Onlar sultanın hakimiyyətinin
devrilməsi və 1876 – cı il Konstitusiyasının bərpa edilməsi,
ölkənin müstəqil siyasi – iqtisadi inkişafının təmin olunması,
“vahid və bölünməz Osmanlı imperiyası” uğrunda mübarizə
aparırdılar.
Gənc türklər inqilabı 1908 – ci ilin iyulunda başlandı. Onlar
sultandan 1876 – cı il Konstitusiyasının bərpa olunmasını tələb
etdilər. Üsyandan qorxuya düşən Əbdül Həmid Konstitusiyası-
nın bərpa olunması və parlamentə seçkilərin keçirilməsi haq-
qında fərman verdi.
1908 – ci ilin axırında parlament fəaliyyətə başladı. Lakin
1909 – cu ilin martında Konstitusiya əleyhdarlarının gənc
türklərə qarşı mübarizəsi başlandı. Makedoniyaya getməyə məc-
bur olan gənc türklərin rəhbərləri ordu yaratdı. 1909 – cu ilin
aprelin 23 – də gənc türklər Mahmud Şövkət Paşanın rəhbərliyi
ilə Makedoniya ordusunu İstanbula gətirdilər. Parlament Əbdül
Həmidin hakimiyyətinə son qoyulması haqqında qərar qəbul
etdi. Hakimiyyətə Əbdül Həmidin qardaşı V Məhəmməd
gətirildi. Beləliklə, hakimiyyətə yiyələnən gənc türklər 1918 –ci
ilə kimi ölkəni idarə etdilər.
Gənc türklər bir sıra islahatlar həyata keçirtdilər.1913 – cü
ildə aqrar məsələ ilə bağlı qəbul edilən qanunlar torpaq üzərində
torpaq sahiblərinin mülkiyyət hüquqlarını gücləndirdi. 1909 –cu
ildə qəbul edilmiş qanunda qeyd olunurdu ki, hökumətə
əvvəlcədən xəbər vermədən tətil elan etmək olmaz.
Osmanlı imperiyası xarici siyasətdə bir sıra problemlərlə
üzləşdi. 1909 –cu ildə Rusiya ilə İtaliya arasında Osmanlı
imperiyası əleyhinə saziş imzalandı. Bu sazişə görə İtaliya
Balkanlarda Rusiyanın, Rusiya isə Trablisdə (Liviya) İtaliyanın
maraqlarını nəzərə alırdı.

266
1911 – ci ildə Trablisi Osmanlı imperiyasından tələb edən
İtaliya cavab gözləmədən müharibəyə başladı. Rəqiblə
müqayisədə daha azsaylı və yaxşı silahlanmamış Osmanlı
ordusu uğursuzluqla üzləşdi. Məğlub olan Osmanlı dövləti 1912
– ci ildə Lozannada sülh müqaviləsini imzalamağa məcbur oldu.
Kirenaika və Trablis İtaliyanın əlinə keçdi. Hər iki vilayət
Liviya adı altında İtaliyanın müsəmləkəsinə çevrildi. Bu mü-
haribə Qərb dövlətlərinin Osmanlı imperiyasının zəifləməsinə
maraqlı olduqlarını bir daha göstərdi. Balkan ölkələri –
Bolqarıstan, Serbiya, Yunanıstan, Çernoqoriya “Balkan ittifa-
qı”nı yaradaraq 1912 – ci ilin oktyabrında Osmanlı imperiyasına
müharibə elan etdilər. Beləliklə, I Balkan müharibəsi başlandı.
Müharibə başlanarkən Osmanlı dövlətinin vəziyyəti heç də yaxşı
deyildi. Ordunun bir hissəsi tərxis olunmuşdu, komandirlər
arasında siyasi məsələlər üzündən bir anlaşılmazlıq var idi. Belə
bir vəziyyətdə Osmanlı dövləti bir neçə cəbhədə Balkan
öklələrinə qarşı mübarizə aparmalı oldu. Məğlubiyyətə uğrayan
Osmanlı imperiyası 1913 – cü ilin mayında Londonda sülh
müqaviləsini imzaladı və bir sıra ərazilərini itirdi. Belə ki,
Osmanlı dövləti İstanbuldan və Şərqi Frakiyanın kiçik bir
hissəsindən başqa Avropadakı bütün mülklərini itirdi.
I Balkan müharibəsindən sonra Türk birliyi (Turançılıq)
siysəti önəmli yer tutdu. Bu siyasətin əsasında bütün türklərin
bir ölkədə bir dövlət daxilində bir bayraq altında birləşdirilməsi
nəzərdə tutulurdu. Turançılar yaratdıqları təşkilatlar vasitəsilə öz
fikirləriin təbliğ edirdilər. Turançılıq Birinci Dünya müharibəsi
illərində Osmanlı dövlətinin məğlub olması ilə əlaqədar xeyli
zəiflədi.
1913 – cü ilin avqustunda II Balkan müharibəsinə başlandı.
Avstriya – Macarıstan və Almaniya tərəfindən müdafiə olunan
Bolqarıstan Serbiya və Yunanıstana müharibə elan etdi.
Bolqarıstana qarşı müharibədə Osmanlı dövləti də iştirak edirdi.
Müharibə Bolqarıstanın məğlubiyyəti ilə başa çatdı. Balkan
ölkələri arasındakı müharibədən istifadə edərək gənc türklər
Ədirnəni və ona yaxın olan əraziləri özlərinə qaytara bildilər.
267
Bununla bərabər Osmanlı dövləti özünün Avropadakı bəzi
ərazilərini itirdi.
1914 – cü ilin əvvəllərində Osmanlı imperiyasında haki-
miyyət triumviratın - Ənvər Paşa, Tətləf Paşa və Camal Paşanın
əlində idi. Triumvirat bir sıra islahatlar həyata keçirtdi. Kapitul-
yasiya rejiminə son qoyuldu və bu, iqtisadi inkişafa müsbət təsir
göstərdi. Məktəblər açıldı, xarici ölkələrdən hərbi mütəxəssislər
dəvət olundu. Onlar hərbi islahatların keçirilməsində iştrak
edirdilər.

268
19.ORTA VOLQABOYU VƏ CƏNUBİ URALƏTRAFI
XALQLAR XIX – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ

19.1.Orta Volqaboyu xalqların sosial-iqtisadi həyatı və


milli hərəkat. Tatar, çuvaş, mari, udmurt və mordvalıların
yaşadığı Orta Volqaboyu XVI əsrin ortalarında Rusiya tərə-
findən işğal olunaraq müstəmləkəyə çevrilmişdi. 1840 – cı ildə
Qazan quberniyasının əhalisinin 30 % -ni, bəzi quberniyalarda
isə 60 – 70 faizini ruslar təşkil edirdi.
Diyarın iqtisadi həyatında kənd təsərrüfatı əhəmiyyətli yer
tuturdu. Əvvəllərdə olduğu kimi yenə də rus mülkədarları yerli
köklü əhalinin torpaqlarını zəbt edir, onları əlverişsiz sahələrə
sıxışdırırdılar. Bu isə kəndli təsərrüfatını dağıdırdı. Ağır
vergilər, təsərrüfatın texniki bazasının zəif olması təsərrüfatın
inkişafına imkan vermirdi. Tez-tez baş verən məhsulsuzluq və
aclıqlar da kəndli təsərrüfatlarının ağır vəziyyətdə olması ilə
bağlı idi. Təsərrüfatdan əldə olunmuş vəsaitlə yaşaya bilməyən
kəndlilər yaşayış yerlərini tərk edərək iş dalınca şəhərlərə üz
tutur, müxtəlif sənətlərlə məşğul olurdular.
1861 – ci islahatı da kəndlilərin vəziyyətində ciddi bir
dəyişiklik yaratmadı. İslahatdan sonra kənddə təbəqələşmə
prosesi gücləndi. Qolçomaqlar kəndlilərin torpaqlarını icarəyə
götürmək yolu ilə öz sahələrini genişləndirirdilər. İş heyvanları
olmayan, torpağını becərə bilməyən yoxsul kəndlilər torpaq-
larını icarəyə verməyə məcbur olurdular. Torpaqsız kəndlilərin
sayı sürətlə artırdı. Qazan quberniyasında 1858 – ci ildə tatar
kəndlilərinin 14,2 faizi torpaqsız idisə, 1884 – 1891 – ci illərdə
bu göstərici 34,8 faiz təşkil edirdi. Mordvalılarda bu göstərici
müvafiq olaraq 4,4 faizdən 14,1 faizə yüksəlmişdi. Kəndlilər
arasında təbəqələşmə prosesi heyvanların bölüşdürülməsində də
özünü göstərirdi. 1893 – cü ildə Qazan quberniyasında kəndli
təsərrüfatlarının 30,3 faizinin atı yox idi.
XIX əsrin əvvəllərindən başlayaraq Orta Volqaboyunda
sənaye müəssisələrini sayı artırdı və bu proses təhkimçilik hüqu-
qunun ləğvindən sonra güclənmişdi. Burada xeyli dəri, sabun-
269
bişirmə, yağəritmə, araqçəkmə müəssisələri var idi. İstehsal
olunan məhsulların həcmi artırdı, iri sənaye müəssisələri
yaranırdı, lakin belə müəssisələrdə əsasən ruslar işləyirdi, yerli
köklü əhali çox vaxt köməkçi, ağır, əmək haqqı az olan işlərdə
çalışırdılar. Hökümət yerli əhalinin nümayəndələrinə məxsus
sənaye sahələrinin inkişafına mane olurdu. Rus sənayeçiləri də
yerli sənayeçiləri sıxışdırırdılar. Lakin XIX əsrin ikinci yarı-
sında tatar ticarət-sənaye kapitalı rus kapitalının ciddi rəqibinə
çevrilmişdi, bu isə Rusiya tacir və sənayeçilərinin xoşuna
gəlmirdi. Çar hökuməti tatar kapitalistlərini diyarın iqtisadi
həyatından sıxışdırmaq üçün adi rəqabətlə yanaşı inzibati
tədbirlərdən də istifadə edirdi, belə ki, yeni müəssisələrin
tikilməsinə icazə verilmirdi. Onlara kredit verməkdən imtina
olunurdu. Bu isə tatar kapitalistlərinin öz vəsaitlərini diyardan
kənarda işlətməyə məcbur edirdi.
XIX əsrin 80 – ci illərində Cənubi Uralda tatar kapitalist-
lərinin qızıl mədənləri, taxta – şalban zavodları var idi. Lakin
çarizm tatarları kənarda da sıxışdırırdı. Mərkəzi Asiya Rusiya
tərəfindən işğal olunduqdan sonra buradakı tatar tacirləri sıxış-
dırılırdı, çünki rus tacirlərinə Mərkəzi Asiya ilə ticarətdə böyük
təcrübəyə malik olan tatar tacirləri kimi rəqib lazım deyildi.
Tatarların Türküstanda oturaq həyata keçməsi məhdudlaş-
dırılırdı.
Diyarın iqtisadi həyatında ticarət əhəmiyyətli yer tuturdu.
Ərazilərin coğrafi mövqeyi də bu sahənin inkişafına şərait yara-
dırdı. Əhəmiyyətli ticarət yollarının bir hissəsi Volqaboyundan
keçirdi. Volqa və Kama çaylarında gəmiçiliyin inkişafı da
ticarətə müsbət təsir göstərirdi. 1817 – ci ildə Kamada, 1820 – ci
ildə Volqada ilk paraxodlar işləməyə başladı. Qazan tacirləri
Rusiya, Avropa ölkələri, Mərkəzi Asiya ilə ticarət edirdilər.
Sənaye və ticarətin inkişafına bank kapitalı da müsbət təsir
göstərirdi. XIX əsrin ikinci yarısında bankların sayı artmışdı. Bu
banklar sənaye və ticarətə maliyyə vəsaiti verirdilər.
Şəhər əhalisinin sayı artırdı, lakin yerli köklü millətlərdən
bu artım əsasən tatarlara aid idi. 1897 – ci il siyahıya alınmasına
270
görə Qazan quberniyasında yaşayan 833 min rus əhalisinin 143
mini şəhərlərdə idi, 675 min tatar əhalisinin cəmi 35 mini
şəhərlərdə yaşayırdı. Ümumi sayı 647 min nəfər olan udmurt,
çuvaş və marilərin cəmisi iki min nəfəri şəhər əhalisi idi. 1897 –
ci ildə Qazan diyarında ümumi əhalinin 8,5 faizini şəhərlilər
təşkil edirdisə, Rusiya imperiyasında bu göstərici 13 faiz idi.
Çarizm Orta Volqaboyunda xristianlaşdırma siyasətini
davam etdirirdi. 1834 – cü ildə verilmiş fərmana görə yalnız
pravoslavlığı qəbul etmiş şəxslər kənd və volost rəhbərləri seçilə
bilərdi. Hələ 1812 – ci ildə Qazanda Rusiya Bibliya cəmiy-
yətinin şöbəsi açılmışdı və onun qarşısına rus olmayanlar
içərisində onların dilində dini kitablar, ədəbiyyatlar hazırlamaqla
xristianlığı yaymaq məsələsi qoyulmuşdu. 1830 – cu ildə Qazan
diyarında xristianlığı qəbul etmiş tatar, çuvaş, mari, udmurt və
modvalıların sayı quberniyanın ümumi əhalisinin 78 faizini
təşkil edirdi. Lakin onların 44 faizi pravoslavlıqdan ayrılanlar
hesab olunurdu, çünki xristianlığı qəbul etmiş həmin əhali
faktiki olaraq əvvəlki dinlərinə sitayiş edirdilər.
Hökumət Volqaboyunda xristianlığı təbliğ etmək məqsədi
ilə missionerlər hazırlayan məktəblər açırdı, yerli əhalinin
dillərində dini kitablar tərcümə olunurdu. Missionerlik məqsədi
ilə Nijeqorod dini seminariyasında, Qazan dini akademiyasında,
qəza məktəblərində Volqaboyu xalqların dilləri öyrədilirdi.
Xristianlığı təbliğ edən hökumət yeni – yeni üsullardan istifadə
edirdi. Xristianlığı qəbul edən qeyri – ruslar üçün onların öz
dillərindən istifadə etməklə rus qrafikası əsasında xüsusi əlifba
tərtib olunmuşdu. Əvvəlcə ana dilində, sonra isə tədricən rus
dilinə keçməklə təhsil verən xüsusi məktəblər açılırdı. Hökumət
belə hesab edirdi ki, pravoslav ruhunda tərbiyə alan qeyri-ruslar
tam ruslaşma yolu ilə gedəcəklər. Planın həyata keçirilməsində
əsas iş yerli xalqların ruslaşmış nümayəndələrinin üzərinə
düşməli idi. Yerli dilləri, məişəti, adət - ənənələri bilməyən rus
missionerləri yerli əhaliyə rəsmi siyasətin tələblərinə uyğun təsir
edə bilməzdilər.

271
1872 – ci ildə Qazanda yerli millətlərdən müəllimlər və din
xadimləri hazırlayan müəllimlər seminariyası açıldı. Seminariya
eyni zamanda missionerlik məqsədi ilə yerli xalqların dilini və
məişətini öyrənirdi. 1868 – ci ildə Simbirskidə isə çuvaşlar üçün
məktəb açılmışdı.
Çarizmin ruslaşdırma siyasətinin həyata keçirilməsində
inzibati tədbirlərdən, iftira və yalanlardan, böhtanlardan istifadə
edilirdi. “Multan işi”ni buna nümunə göstərmək olar. “Multan
işi” adı altında (1892-1896) köhnə Multan kəndində yaşayan
udmurtlara qarşı proses nəzərdə tutulurdu. Udmurtları guya
insanları qurban kəsməkdə ittiham edirdilər. İctimai fikrin təsiri
ilə məhkəmə ittiham olunanlara bəraət verməyə məcbur ol-
muşdu.
XIX əsrin 40 – cı illərində dövlət kəndlilərinin (çuvaş və
marilərin) çıxışları oldu. Bu çıxışları tatar kəndliləri də müdafiə
edirdi. Çıxışlar üçün bəhanə ondan ibarət idi ki, hökumət Orta
Volqaboyunda dövlət və udel kəndlilərini məcburi kartof ək-
məyə məcbur edirdi. 1842 – ci ilin mayında kəndlilərlə əsgərlər
arasında toqquşma baş vermişdi. Çıxışları yatıran hökumət
yüzlərlə kəndlini məhkəməyə vermişdi.
Çar hakimiyyət orqanlarının özbaşınalığı, yeni vergi və
mükəlləfiyyətlərin tətbiqi ilə əlaqədar 1878 – 1879 – cu illərdə
tatar, çuvaş, mordva kəndlilərinin güclü çıxışları olmuşdu.
Hökumət ordunun köməyilə kəndli çıxışlarının qarşısını almışdı.
XX əsrin əvvəllərində Volqaboyu xalqlarının da siyasi
həyatında fəallıq artdı. Milli tatar burjuaziyası, ziyalılar öz
təşkilatlarını yaratmağa başladılar. Öz məqsədlərinə çatmaq
üçün burjuaziya özünün maddi imkanlarından, əhalinin içərisin-
də nüfuza malik olan din xadimlərinin köməyindən istifadə
edirdi. Tatar və başqırd ziyalılarının, müsəlman din xadimlərinin
1905 – ci ilin yayında Ufada keçirilən qurultayında müsəlman
dini müəssisələrinin yenidən qurulması, müsəlman məktəbləri
üzərində çar hakimiyyəti orqanlarının nəzarətinin ləğv olunması,
milli məktəblərin açılması, tatarlara imperiyanın digər milli

272
ucqarlarında yaşamaq hüququnun verilməsi və s. müzakirə
olundu.
1905- 1907 – ci illər inqilabi dövründə tatar burjuaziyası rus
burjuaziyası ilə iqtisadi mübarizəyə başlayır. Tatar burjuazi-
yasının iqtisadi – siyasi cəhətdən güclənməsinə yol verməmək
üçün çarizmin tatar burjuaziyasına tətbiq etdiyi bir sıra iqtisadi
məhdudiyyətlər tatar burjuaziyasının narazılığına səbəb olurdu.
Tatar burjuaziyası da yaranmış ictimai – siyasi şəraitdən istifadə
edərək öz hüquqlarının müdafiə olunmasına çalışırdılar. Çar
hökuməti 1910 – cu ildə “Volqaboyu diyarında müsəlman tatar-
ların təsirinə qarşı tədbirlər haqqında” xüsusi müşavirə keçir-
mişdi. Hazırlanmış tədbirlər planında “yad” əqidəli rayonlarda
pravoslav kilsəsinin fəaliyyətinin və mövqeyinin güclən-
dirilməsi, tatar məktəbləri üzərində ciddi nəzarətin qoyulması
məsələləri var idi. Həmin tədbirlərin həyata keçirilməsi üçün bir
sıra işlərin, o cümlədən missionerlərin fəaliyyətinin genişlən-
dirilməsi, tatarlar içərisindən missionerlər hazırlanmasının
artırılması, müsəlman məktəblərinin fəaliyyətinin məhdudlaş-
dırılması, senzuranın icazə vermədiyi dərsliklərin məktəblərdən
yığışdırılması və s nəzərdə tutulurdu.
Çar hökuməti inqilab döründə yaranmış “müsəlman cəmiy-
yətləri”ni ləğv edib, ruslaşdırılma siyasətini davam etdirirdi.
Tatar burjuaziyası öz mətbuat orqanları (“Varlıq”, “Şura”
jurnalları, “Ulduz” qazeti) vasitəsilə çarizmin müstəmləkəçilik
siyasətini tənqid edirdi.
19.2. Orta Volqaboyu xalqların mədəniyyəti. Diyarın
iqtisadi həyatında gedən irəliləyişlər, ictimai-siyasi şərait
mədəniyyət sahəsində də müəyyən canlanma yaradırdı.
Xristianlığı qəbul etmiş qeyri – ruslar üçün prixord
məktəblər açılırdı. XIX əsrin axırlarında 62 belə məktəb var idi.
1870 – ci ildən dövlət vəsaiti hesabına rus – tatar məktəblərinin
açılması başlanır, əsrin sonunda onların sayı 57 – yə çatmışdı.
İbtidai tatar məktəblərinin də sayı artırdı. Belə məktəblərin
sayı Qazan quberniyasında XIX əsrin ortalarındakı 430 – dan

273
1895 – ci ildə 614 - ə çatmışdı. Bu dövrdə 33 orta məktəb
(mədrəsə) var idi.
Mədrəsələr həmişə məktəblərin yaxınlığında yerləşirdi. Bəzi
şəhərlərdə internat tipli mədrəsələr fəaliyyət göstərirdi. Tatar
milli burjuaziyasının ideoloqlarından biri olan Ş.Mərcaninin
verdiyi məlumata görə, Taşkıc kəndindəki mədrəsənin iki böyük
binası var idi. Məktəb və mədrəsələrdə siniflər olmurdu. Hər bir
kənddə payız vaxtı7-14 yaşlı kənd uşaqları məktəbə toplaşaraq
şənbədən dördüncü günə kimi oxuyurdular. Bəziləri hətta
burada yaşayırdı. Digərləri səhərə gəlir, axşam qayıdırdı.
Beşinci gün istirahət günü idi. Şagirdlər həmin günü evlərində
dincəlirdilər. Altıncı gün onlar məktəbə gələrkən həm özləri,
həm də müəllimləri üçün ərzaq gətirirdilər.
Məktəb və mədrəsələr kəndli icmalarının hesabına saxla-
nılırdı. Valideynlər onları yanacaqla, işıqla, digər zəruri şeylərlə
təmin edirdilər. Böyük mədrəsələr bəzən varlı tacirlərin –
mesenatların himayəsində olurdu.
Müəllimlər əmək haqqı almırdı. Onlar şagirdlərin valideyn-
ləri tərəfindən verilən vəsait hesabına yaşayırdı.
1874 – cü ildə Qazan qüberniyasında ibtidai məktəb şagird-
lərinin milli tərkibində ruslar üstünlük təşkil edirdi. Belə ki,
şəhər və kəndlərdəki ibtidai məktəb şagirdlərinin 77,3 faizini
(10676 nəfər) ruslar, 7,4 faizini (1021 nəfər) xristian tatarlar, 7,8
faizini (1077 nəfər) çuvaşlar, 5,2 faizini (719 nəfər) marilər və s.
təşkil edirdi.
Çar hökuməti milli məktəblər üzərinə ciddi nəzarət
qoymuşdu. Məktəb və mədrəsələr yalnız hökumətin icazəsi ilə
açıla bilərdi.
1804 – cü ildə Qazan Universiteti təsis olunmuşdu və o,
1805–ci il fevralın 14–də fəaliyyətə başlamışdı. Müsəlmanların
da oxuduğu Qazan Unuversitetində riyaziyyatçı N.Lobaçevski,
kimyaçl Zimin kimi məşhur alimlər çalışırdı. Universitetdə yerli
əhalinin nümayəndələri də işləyirdi. İ.Xalfin burada tatar dilini
tədris edirdi. Tatar dilinin tədqiq olunmasının başlanğıcı da
İ.Xalfinə məxsusdur.
274
Milli burjuaziyanın fəalları dini elmlərlə yanaşı dünyəvi
elmlərin də tədris olunmasında fəal iştrak edirdilər. Mərcani adı
ilə tanınmış Şiqabuddin Baqautdinov (1818 – 1889) tarix,
coğrafiya və riyaziyyatın öyrənilməsinin tərəfdarı idi. O, Qazan
Universitetindəki “Arxeologiya, tarix və etnoqrafiya cəmiy-
yəti”nin üzvü idi, Bulqariyanın, Qazanın tarixinə aid əsərlər
yazmışdı.
Bədii ədəbiyyat da inkişaf edirdi. Tatar ədəbiyyatının
tanınmış nümayəndələri F.Xalidi (1850 – 1929), Q.İlyasi (1856
– 1895), Q.Tukay (1886 – 1930) və b. idi.
Qazan quberniyasının öyrənilməsi sahəsində də iş görü-
lürdü. Bu cəhətdən İ.Berezinin “Tatar salnaməsi”, “Volqada
Bulqar”, M.Sboyevin “Qazan quberniyası kəndlilərinin məişəti
haqqında”, “Qazan quberniyasının özgə xalqları haqqında”
tədqiqat əsərlərini göstərmək olar.
Quberniyada nəşriyyat işi inkişaf edirdi. 1804 – cü ildə
quberniya mətbəəsi yaradılmışdı. Qazan Universitetinin də mət-
bəəsi var idi.
Volqaboyu xalqların şifahi xalq yaradıcılığı nümunələrində
yerli əhalinin istismarçılara, müstəmləkəçilərə münasibəti öz
əksini tapırdı.
Tatar xalqının mədəniyyətinin inkişafında 1906 – cı ilin
mayında keçirilən tatar məktəblilərinin Ümumrusiya qurultayı
əhəmiyyətli rol oynadı. Qurultayda Qazan, Orenburq, Uralsk,
Ufa, Samara, Həştərxan, eləcə də böyük kənd mədrəsələrinin
nümayəndələri iştrak edirdi. Məktəb təhsili islahatını müzakirə
edən qurultay qərar aldı ki, bir neçə mədrəsəsi olan şəhərlərdə
mədrəsələr birləşdirilsin və ayrıca orta və ali məktəblər
yaradılsın.
Tatar teatrının yaradılması da XX əsrin əvvəllərinə aiddir.
1908 – ci ildə “Səyyar” adlı ilk peşəkar tatar truppası yarandı.
Onun təsiri ilə 1912 – ci ildə Ufada “Nur” tatar truppası yaran-
mışdı.
19.3. Başqırdların sosial–iqtisadi həyatı. XIX əsrin birinci
yarısında başqırdlar üç quberniyanın (Orenburq, Perm və
275
Vyatsk) ərazisində yaşayırdı, amma başqırdların əsas hissəsi
Orenburq quberniyasında cəmlənmişdi. Orenburq diyarının
ərazisi 444326 kvadrat verst idi ki, bu da həmin dövrdə
Fransanın ərazisinə bərabər idi.
XIX əsrin 60 – cı illərinə kimi Başqırdıstan Avropa Rusi-
yasının nisbətən az əhalili müstəmləkə rayonlarından biri idi.
Çarizm belə bir fikir təbliğ edirdi ki, torpaq başqırdlar üçün
əlavə yükdür, onların əlində geniş torpaq sahələrinin cəmləşməsi
diyarın inkişafını ləngidir.
Başqırdıstanda torpaqların rus mülkədarları, köçürülmüş
kəndlilər, dövlət, zavod sahibləri tərəfindən zəbt olunması,
əhalinin sayının artması nəticəsində torpaq sahələri azalırdı.
Heyvandarlıqla məşğul olan başqırdlar dağlıq və meşə rayon-
larına getməyə məcbur olurdular. 1877 – 1905 – ci illər ərzində
bir başqırd həyətinə düşən torpağın həcmi Orenburq quberniya-
sında 91 desyatindən 41 desyatinə düşmüşdü.
Təhkimçilik hüququnun ləğv edilməsindən sonra mülkədar
təsərrüfatlarında ləng də olsa kapitalist münasibətləri inkişaf
edirdi, mülkədarlar təkmilləşdirilmiş kənd təsərrüfatı texnikası
əldə edir, muzdlu əməkdən istifadə edirdilər. Bununla yanaşı
təsərrüfatı köhnə qayda ilə idarə edənlər də var idi. İşləyib
ödəmə və yardarlıq kəndlilərin istismar mənbəyi idi. Bu həm də
mülkədar təsərrüfatlarının inkişafını ləngidirdi.
Kəndlilər içərisində təbəqələşmə güclənirdi. Varlı kəndlilər
mülkədar torpaqlarını icarəyə götürməklə kifayətlənməyərək
ucuz qiymətə yoxsul kəndlilərin də torpaqlarını icarəyə götürür-
dülər. Satın alınmış torpaqların böyük bir hissəsi varlı kəndli-
lərin əlində idi. İcarədən fərqli olaraq kəndli torpaqlarının satın
alınıb xüsusi mülkiyyətə çevrilməsi burjua təzahürü idi və kəndi
burjuaziyasının icmadan ayrılmasını göstərirdi.
Kəndlilər arasında sürətlə gedən təbəqələşmə heyvandarlıq
sahəsində də özünü göstərirdi. Kəndli təsərrüfatlarının əhə-
miyyətli bir hissəsinin atı yox idi.
Başqırd torpaqlarının talan edilməsi heyvandarlıqla məşğul
olan başqırdları əkinçiliklə məşğul olmağa məcbur edirdi.
276
Bununla yanaşı torpağın azlığından, iş heyvanlarının olmama-
sından əziyyət çəkən yoxsul kəndlilər qolçomaq təsərrüfat-
larında muzdurluq etməyə, sənayedə fəhlə işləməyə məcbur
olurdular.
Heyvandarlıq və əkinçiliklə yanaşı başqırdlar ovçuluqla və
balıqçılıqla da məşğul olurdular.
XIX əsrin axırlarında Başqırdıstanda meşə təsərrüfatı da
əhəmiyyətli yer tutmağa başladı. Lakin bu sahədə də texniki
gerilik var idi. Meşə sənayesində əsas əmək aləti balta və mişar
idi. Meşələrdən israfçılıqla istifadə olunması nəticəsində meşə
sahələri azalırdı.
Orenburq diyarının iqtisadiyyatında qızıl sənayesi də
əhəmiyyətli yer tuturdu. Metallurgiya, yüngül sənaye sahələri
isə müqayisədə qızıl sənayesində buxar maşınları işləyirdi.
Digər müəssisələrdə isə əl əməyindən istifadə olunurdu. Qızıl
mədənlərində on mindən artıq başqırd işləyirdi.
XIX əsrin 60 – cı illərindən başlayaraq fabrik - zavod
sənayesi inkişaf etməyə başlayır. Yeni müəssisələr açılır, məhsul
istehsalı artırdı. 80 – ci illərə kimi istehsal olunan məhsulların
çoxunu araq, dəri, kərpic, mahud, piy məhsulları təşkil edirdi.
1878 – ci ildə Orenburqda buxarla işləyən un üyüdən dəyirman
istifadəyə verildi. Lakin fabrik – zavod zənayesi ancaq yerli
əkinçilik və kənd təsərrüfatı xammalı ilə işlədiyindən onların
fəaliyyəti kənd təsərrüfatının vəziyyətindən asılı idi.
Ticarətin inkişafında yarmarkalar əhəmiyyətli rol oynayırdı.
Başqırdstanın Mərkəzi Asiya və Rusiyanın mərkəzi quberni-
yaları ilə ticarət əlaqələri var idi.
19.4.Başqırdların feodal əsarətinə və milli zülmə qarşı
mübarizəsi. 1834 – 1835 – ci illərdə Orenburq və Perm quber-
niyalarını bürümüş üsyanlar feodal əsarətinə, çarizmin müstəm-
ləkəçilik siyasətinə qarşı yönəlmişdi. Üsyanda kəndlilərlə yanaşı
çarizmin siyasətindən narazı olan dünyəvi və dini feodalların da
bir hissəsi iştrak edirdi. Hökumət silah gücünə üsyanı yatırdı.
Üsyanın fəal iştrakçıları məhkəməyə verildi. Məhkəmə rəsmi

277
olaraq ölüm hökmü çıxarmasa da, üsyançıların bəziləri çubuqla
döyülmə zamanı, bəziləri isə həbsxanalarda öldü.
Başqırd xalqının müstəmləkə zülmü əleyhinə ən böyük
çıxışlarından biri 1874 – cü ildə Perm quberniyasının Osinsk
qəzasında olmuşdu. Üsyana bəhanə ümumi hərbi mükəllə-
fiyyətin tətbiq olunması idi. Bununla yanaşı üsyançılar həm də
öz torpaqlarının itirilməsi əleyhinə çıxırdılar.
1879 – 1884 – cü illərdə də başqırd kəndlilərinin üsyanları
olmuşdu. Onlar çar məmurları tərəfindən torpaqlarının zəbt
edilməsinə qarşı çıxırdılar. Bu illərdə başqırd kəndlilərinə tatar
kəndliləri də qoşulmuşdu. Üsyan etmiş kəndlilər rusların, eləcə
də yerli feodalların mülklərinə də hücum edirdilər. Kəndlilər
meşələri qırır, əkin sahələrini tutur, mülkədarları qovurdular.
1894 – cü ildə də güclü üsyan baş vermişdi. Bu üsyanlardan
narahat olan çarizm başqırd torpaqlarının paylanmasını
dayandırmaq məcburiyyətində qalmışdı.
19.5.Başqırd mədəniyyəti. XIX əsrin birinci yarısında
başqırdların dünyəvi məktəbləri, milli əlifbaları yox idi. Təhsil
dini məktəblər – məktəb və mədrəsələr vasitəsi ilə həyata keçiri-
lirdi. Yerli əhalinin maddi köməyi ilə saxlanılan məktəblərdə
təhsil türk dilində idi. XIX əsrin 60 – cı illərində Ufa quber-
niyasında 15693 nəfəri əhatə edən 354 məktəb və mədrəsə var
idi. Bu məktəblərin açılmasında tatar və başqırd feodalları,
xüsusilə müsəlman din xadimləri böyük rol oynayırdı.
XIX əsrin ikinci yarısında diyarda xalq təhsilinin inkişa-
fında müəyyən canlanma başlandı. Ufa quberniyasında 764
ibtidai məktəb, o cümlədən 369 rus, 88 rus – başqırd, digər mil-
lətlərdən olanalar üçün 254 məktəb açıldı. Orenburq quberni-
yasında 925 məktəb, o cümlədən 901 rus, 13 rus – başqırd, digər
millətlərdən olanalardan üçün 4 məktəb var açıldı.
1874 – cü ildə Ufada açılan ilk tatar – başqırd müəllimlər
məktəbini qurtaranlar həm öz həmvətənlərinə rusca savad
verməli, həm də yerli əhalinin ruslaşdırılması siyasətinin həyata
keçirməsində iştrak etməli idilər. Amma hökumətin bu siyasəti
özünü doğrultmadı. Bununla əlaqədar məktəb Orenburqa
278
köçürüldü. Lakin bu da gözlənilən nəticəni vermədiyi üçün 1889
– cu ildə məktəb bağlandı.
XX əsrin əvvəllərində kapitalizmin inkişafı, milli azadlıq
hərəkatının genişlənməsi ilə əlaqədar xalq maarifinin inkişafında
müəyyən uğurlar əldə olunmuşdu. Ufa quberniyasındakı rus –
başqırd, rus – tatar məktəblərinin sayı XIX əsrin sonundakı 96 –
dan 1915 – ci ildə 337 – yə çatmışdı.
Orenburq diyarında XIX əsrin 90 – cı illərindən cədid
məktəblərinin açılması başlanır. Milli burjuaziyanın təşəbbüsü
ilə 1890 – cı ildə Ufada “Usmaniyə” , 1896 – cı ildə Orenburqda
“Husaniyə”, Troitskidə isə “Rəsuliyyə” mədrəsələri açılmışdı.
Başqırdlarda ibtidai təhsil məktəblər, orta təhsil isə
mədrəsələr vasitəsi ilə həyata keçirilirdi. 1912 – 1913 – cü illər-
də Ufa quberniyasında 1579 (90936 şagird) , Orenburq quber-
niyasında 1915 – ci ildə 450 məktəb var idi. Bütün məktəblər
əhalinin vəsaiti hesabına saxlanılırdı. I Dünya müharibəsi ərəfəsi
Ufa quberniyasında 32, Orenburq quberniyasında 26 mədrəsə
var idi. İbtidai məktəb müəllimləri əsasən mədrəsələrdə
hazırlanırdı.
1801 – ci ildə Ufada topoqrafiya yaradılır. 1838 – ci ildən
Ufada rus dilində “Orenburq quberniyasının xəbərləri”nin çapı
başlanır. 1865 – ci ildə Orenburq quberniyasının Ufa və Oren-
burq quberniyalarına bölünmələri ilə əlaqədar Ufada nəşr olunan
“Orenburq quberniyasının xəbərləri” “Ufa xəbərləri” adlanır.
1865 – ci ildə isə Orenburqda topoqrafiya yaradılır və 1867 – ci
ildən “Orenburq quberniyasının xəbərləri” qəzetinin nəşri
başlanır.
İmperiyanın ictimai - siyasi həyatında XX əsrin əvvəllə-
rində yaranmış vəziyyət milli mətbuatın yaranmasına şərait
yaradır. 1907 – ci ildə Orenburqda tatar dilində “Ufa” qəzetinin
nəşri başlanır. Orenburqda 1906 – cı ildə demokrat tatar yazıçısı
Ş.Mühəmmədovun redaktorluğu ilə “Çəkic”, “Qırğı” satirik
jurnallarının nəşri başlanır.
Başqırdıstanda yazılı bədii ədəbiyyat da inkişaf etməyə
başlayır. T.Yalsıqılov (1767 -1834), Q.Sokuy (1826 – 1889),
279
S.Yaxşı (1871 – 1931) kimi şəxslər başqırd ədəbiyyatını təmsil
edirdilər.
Başqırdıstanda ilk milli teatr birinci rus inqilabı dövründə
yaranmışdı. 1906 – cu ilin aprelində Ufada tatar dilində ilk
tamaşa təşkil olunur.
Diyarın öyrənilməsi sahəsində iş aparılırdı və bu iş XVIII
əsrin 30 – cu illərindən başlanmışdı. Bu iş 1734 – 1737 –ci
illərdə Orenburq ekspedisiyasının rəhbəri olmuş İ.Kirillovun
təşəbbüsü ilə başlamışdı.
P.Rıçkovun “Orenburq tarixi” (1758) əsərində Başqır-
dıstanla bağlı məlumatlar da verilir.
Kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar Başqır-
dıstanın öyrənilməsinə maraq artırdı. V.Yumatovun “Orenburq
quberniyasının tarixi haqqında fikirlər” , “Orenburq diyarının ilk
sakinlərinə qısa tarixi baxış” əsərlərində XVII – XVIII illərdəki
başqırd üsyanları barəsində məlumat verilir.XIX əsrin 70 – ci
illərində V.Florinskinin “Başqırdıstan və başqırdlar” əsəri nəşr
olunur.
XX əsrin əvvələrində Orenburqda cəmləşmiş bir sıra elmi
cəmiyyətlər diyarda məhsuldar qüvvələrin inkişafı, məişət və
mədəniyyət problemlərinin öyrənilməsi ilə məşğul idi. Elmi
cəmiyyətlərin mətbuat orqanlarında fauna, flora, entoqrafiya və
tarixə aid materiallar verilirdi.
1908 – ci ildə V.Filolenkonun rəhbərliyi ilə Ufada “Yerli
diyarın öyrənilməsi” cəmiyyəti yaradılır. V.Filolenkonun
“Başqırdlar” əsərində bu xalqın qədim zamanlarından XIX əsrin
əvvəllərinə qədərki tarixi öyrənilir.

280
20.SİBİRİN TÜRK XALQLARI XIX – XX ƏSRİN
ƏVVƏLLƏRİNDƏ

20.1.1822-ci il inzibati islahatı. Çar məmurlarının özbaşı-


nalığı, yerli əhalinin istismar edilməsi yaşayış səviyyəsini kəskin
surətdə aşağı salmış, iqtisadiyyatda durğunluq yaranmışdı.
Əhalinin ən müxtəlif təbəqələri yaranmış vəziyyətdən narahat
idilər. Hökuməti daha çox dövlət gəlirlərinin azalması, tez – tez
baş verən aclıqlar narahat edirdi. İqtisadi durğunluq, əhalinin
vergiləri ödəmək imkanlarının olmaması dövlət xəzinəsinə daxil
olan gəlirləri azaldırdı. Yaranmış vəziyyət hökumət dairələrində
belə bir fikir yaratdı ki, Sibirin idarə olunması və inzibati
quruluşunda islahatların keçirilməsi zəruridir. Sibirdə yaranmış
vəziyyətin təhlil olunması üçün Nazirlər Kabinetinə tabe olan
xüsusi komitə yaradılmışdı. Hökumət qərara gəlmişdi ki, Sibi-
rin idarə olunmasında yerli şəraitin nəzərə alınması zəruridir və
bu, general – qubernatorun özbaşınalığının məhdudlaşdırıl-
masına kömək edir.
1819 – cu ilin martında liberal islahatlar tərəfdarı olan qraf
M.Speranski çar I Aleksandrın fərmanı ilə Sibir general –
qubernatoru təyin olundu. Özünün Sibirdəki fəaliyyət dövründə
(1819-1822) Speranski idarəetmə işlərini öyrənir, xeyli qanun-
suzluq hallarını aşkara çıxarır. General – qubernator təyin
olunarkən geniş səlahiyyətlər almış Speranski bəzi məmurları
işdən azad edir, bəzilərini isə məhkəməyə verir.
İnzibati islahatın hazırlanması ilə yanaşı Speranski yerli
xalqların adətlərini də öyrənirdi. Speranski tərəfindən ha-
zırlanmış hesabat və layihələrlə tanış olmaq üçün 1822 – ci ildə
Sank-Peterburqda Xüsusi Sibir Komitəsi yaradılmışdı. Sibirdə
islahatların keçirilməsi ilə bağlı fərman 1822 – ci ildə elan
olunur. Çarın fərmanı ilə hələ 1803 – cü ildə yaradılmış Sibir
general - qubernatorluğu iki hissəyə bölünür. Qərbi Sibir general
– qubernatorluğunun mərkəzi Tobolsk, Şərqi Sibir general –
qubernatorluğunun mərkəzi isə İrkutsk idi.

281
1822 – ci ilin iyununda Sibir quberniyalarının idarə edil-
məsinə dair fərmanla yanaşı “Özgə xalqların idarə olunması
haqqında Nizamnamə” də elan olundu.
“Nizamnamə”yə görə Sibirdə yaşayan bütün “özgə” tayfalar
həyat tərzinə və mədəni səviyyəsinə görə 3 dərəcəyə bölünürdü:
oturaq, köçəri (müəyyən ərazidə yaşayan, ilin bəzi vaxtlarında
yerini dəyişən) və sərgərdan (yaşayış yerini daim dəyişənlər)
Birinci dərəcəyə tatarlar, Altay tayfalarının bir hissəsi,
ikinci dərəcəyə buryatlar, yakutlar, xakaslar, tunquslar, ostyak-
lar, voqullar və s., üçüncü dərəcəyə Uzaq Şimalın ovçu və
maralçılıqla məşğul olan tayfaları (turuxan, yukağır, koryak,
lamut) daxil idi.
“Oturaq özgələrin” hüquq və vəzifələri rus kəndlilərinin
hüquq və vəzifələri ilə eyniləşdirilirdi, lakin müəyyən güzəşt də
nəzərdə tutulurdu, belə ki, onlar hərbi mükəlləfiyyətdən azad
idilər.
“Nizamnamə”də “özgələrin” daxili həyatına, məişətinə
toxunulmurdu, onlar əvvəlki hüquqlarını saxlayırdılar, idarəetmə
qaydası əvvəlki kimi saxlanılırdı. İslahat “etiqad azadlığı” elan
etmiş olsa da, əslində bu çarizmin davam etdirdiyi və
genişləndirdiyi xristianlaşdırma siyasətini dayandırmadı.
“Nizamnamə”də qeyd olunurdu ki, “özgələr” öz qəbilə
başçıları və hörmətli şəxsləri tərəfindən idarə olunurlar.
“Özgələrin” idarə orqanı da həmin şəxslərdən təşkil olunurdu.
Bu isə o demək idi ki, “Nizamnamə” “özgələrin” hakim
dairələrinin hüquqlarına toxunmurdu. Yalnız ən mühüm cinayət
və siyasi işlərə ümumdövlət qanunları əsasında baxılırdı.
Əslində belə bir qayda əvvəllər də var idi.
İdarəetmə qaydası əvvəlki kimi saxlanılırdı. “Özgələrin”
xüsusi qəbilə idarəsi var idi. Qəbilə idarəsi starostadan, bir
yaxud iki köməkçidən ibarət idi. Starosta adətə uyğun olaraq ya
seçilirdi, ya da bu ad irsən keçirdi. Nəsildaşları içərisində
“knyaz”, “zaysan” və s adlar daşıya bilərdi, lakin hökumət
orqanları ilə münasibətdə həmişə starosta adlanırdı. “Özgələrin”
qəbilə idarəsi polisin nəzarəti altında idi.
282
1822-ci il “Nizamnamə”si “özgələrin” ali idarə orqanının da
yaradılmasını nəzərdə tuturdu. Bu isə Çöl duması idi. Çöl
dumasının tərkibi baş qəbilə rəisindən, bir neçə seçkili
iclasçılardan ibarət idi. Baş qəbələ rəisi üç il müddətinə seçilirdi.
Seçkili iclaslar isə hər il yenidən seçilməli idilər.
Çöl duması birbaşa yalnız vilayət rəisinə (qubernatoruna),
maliyyə məsələlərində isə vilayət idarəsinə tabe idi.
Çöl dumasının funksiyaları əslində çox da geniş deyildi. O,
əhalinin siyahıya alınması ilə məşğul olmalı, mükəlləfiyyətlərin
icra olunmasını təmin etməli, əkinçiliyin inkişafına qayğı göstər-
məli, öz həmtayfalarının ehtiyacları ilə əlaqədar yüksək
təşkiatlar qarşısında məsələ qaldırmalı idi.
Qəbilə idarələrinin rəhbərləri, Çöl duması iclasçıları
qubernator, yaxud vilayət rəisi tərəfindən təsdiq olunurdu. Çöl
dumasının baş rəisi isə general-qubernator tərəfindən təsdiq
olunurdu.
“Nizamnamə”də vergilərlə bağlı məsələ də öz əksini tapırdı.
Vergi və mükəlləfiyyətlərin aşağıdakı növləri var idi: dövlər
vergiləri, zemstvo mükəlləfiyyətləri, daxili mükəlləfiyyətlər.
“Nizamnamə” Sibir xalqlarının iqtisadiyyatının müdafiəsini
nəzərdə tutulurdu. Məsələn, “özgələrin” torpaqlarını zorla
tutmaq qadağan olunurdu, köçərilərin işçi qüvvəsini məcburi işə
yonəltməyə icazə verilmirdi. Şəxsi adamlar muzdlu əməkdən o
halda istifadə edə bilərdi ki, qəbilə rəisindən icazə alsınlar.
Bununla yanaşı “Nizamnamə”də yerli əhalinin mülklərinin mü-
hafizəsi üçün, torpaqların özbaşına tutulması əleyhinə konkret
tədbirlər nəzərdə tutulmurdu. Nəticədə “Nizamnamə”nin elan
olunmasından sonra yerli əhalinin torpaqsızlaşması prosesi
gedirdi və bu, müxtəlif yollarla baş verirdi:torpaqların özbaşına
tutulması, torpaqların vaxtsız, qeyri müəyyən müddətə icarəyə
verilməsi, alqı - satqı vasitəsi ilə.
İslahat ticarətin də inkişafına kömək etməli idi. Şərabdan
başqa bütün məhsullarla sərbəst ticarət etməyə icazə verilirdi.
Məmurlar “köçəri özgələrlə” ticarət edə bilməzdi.

283
20.2.Sibirdə rus kəndli məskənlərinin yaradılması. Çox
geniş əraziyə malik olan Sibirin silahlı yolla ələ keçirilməsi hələ
şarizmin burada möhkəmlənməsi demək deyildi. Özünə sosial
dayaq yaratmaq məqsədi ilə hökumət burada rus kəndli
kaloniyalarının yaradılmasına xüsusi fikir verirdi.
Rusiyanın mərkəzi quberniyalarından kəndlilərin Sibirə
gəlməsi əvvəlcə kortəbii xarakter daşıyırdı. Hökumət özü
müəyyən dövr ərzində bu ərazidə rus kəndlərinin yaranmasına
çox da ciddi fikir vermirdi. Rusiyada təhkimçilik hüququnun
ləğvinə qədər kəndli öz ağasından asılı olduğu üçün Sibirə köçə
bilmirdi. Bu mənada köçmə işi bir müddət kütləvi xarakter
daşımırdı.
XIX əsrin 60 – cı illərindən başlayaraq Sibirə üz tutan
kəndlilərin sayı sürətlə artmağa başlayır. 1886 – cı ildən 1905 –
ci ilə kimi 1520000 (ildə təxminən 76 min) , kəndli köçürül-
müşdü. Bu isə Sibirdə əhalinin sayını artırmışdı. 1861 – 1891 –
ci illər ərzində Minusinsk qəzasının əhalisi 1,5 dəfədən çox
artmışdı. 1891 – ci ildə buradakı əhalinin qırx faizini köçürülən
və sürgün edilmişlər, 2,5 faizini kazaklar, 17,3 faizini xakaslar,
40 faizini isə çoxdan yaşayanlar təşkil edirdi. Belə bir artımı
Altayda da müşahidə etmək olardı. Belə ki, burada əhalinin sayı
1897 – ci ildəki 1,3 milyondan 1916 – cı ildə 2,6 milyona
çatmışdı. Şəhərlərin sayı dörddən yeddiyə, əhalinin sayı isə 61,4
mindən 244,1 minə çatmışdır.
Kütləvi axın təbii ki, buradakı sosial vəziyyətə, yeni
gələnlərlə köhnə sakinlər arasında ziddiyyətlərin yaranmasına
gətirib çıxarırdı. Əhaliyə məxsus torpaqların bir hissəsi zəbt
olundu. Əhali buna etiraz etsə də bu sahədə onların mənafeyini
təmin edə biləcək hər hansı bir iş görülmədi.
XIX əsrin 90 – cı illərində Rusiyada iqtisadi inkişaf özünü
ağır sənaye və dəmir yol tikintisində də göstərirdi. Sibirə də
dəmir yolunun çəkilməsi nəzərdə tutulurdu. 1891 – ci ildə Sibir
dəmir yolunun çəkilişi başlanır. Sibirin qərb hüdudlarında dəmir
yolu 1896 -1897 – ci illərdə istifadə verilir. Dəmir yolu Sibirin
məskunlaşmasının yeni bir mərhələsinin başlanğıcı idi. Köçüb
284
gələnlərin əhəmiyyətli bir hissəsini kəndlilər təşkil etsə də,
fəhlələr də gəlirdi. Sibir dəmir yolu Sibirdə də kapitalist müna-
sibətlərinin inkişafına təsir göstərdi. Burada yerli proletariatın
formalaşması başlandı, yeni fəhlə qəsəbələri yarandı, şəhərlər
böyüdü, ticarət əlaqələri genişləndi. Dəmir yolu Sibir
kəndlilərinin vəziyyətinə də təsir göstərdi. Belə ki, bəzi yerlərdə
taxıl əkini sahələri azaldı, at – araba nəqliyyatı sıxışdırıldı, bu da
həmin sahənin tənəzzülünə səbəb oldu.
20.3.Müstəmləkəçilik siyasəti və ona qarşı mübarizə.
Çarizm Sibirdə müstəmləkəçilik siyasətini həyata keçirmək
üçün müxtəlif üsullardan istifadə edirdi. Yerli əhalinin üzərinə
müxtəlif vergilər və mükəlləfiyyətlər qoyulur, onların torpaqları
zəbt olunur, məcburi xristianlaşdırma və ruslaşdırma tətbiq
olunurdu.
1822 – ci il “Nizamnaməsi”nin tətbiqindən sonra yasakın
məbləği artırılmışdı. Yasak həm natural, həm də pul formasında
toplanırdı. Əhali qəbilə idarəsi, yaxud Çöl dumasının ehtiyacları
üçün də pul verirdi. Bəzən müxtəlif yerlərdə kilsələrin tikilməsi
üçün pul toplanırdı. Vergilərin toplanması zamanı qəbilə
adminstrasiyasının özbaşınalığı nəticəsində vergilərin həcmi
artırdı.
Əhalinin istismar edilməsinin digər bir forması torpaq
siyasəti idi. Zəbt olunmuş torpaqlar hesabına torpaq fondu yara-
dılırdı. Bu fond çar xəzinəsinin zənginləşməsinə xidmət edirdi,
Rusiyanın daxili rayonlarından köçürülmüş kəndlilərə bu
fonddan torpaq verilirdi. Hökumət məmurları ən yaxşı torpaqları
zəbt edir, əhalini əlverişsiz, münbit olmayan yerlərə sıxış-
dırırdılar. Varlı rus kəndliləri də yerli əhalinin torpaqlarının zəbt
olunmasında iştrak edirdilər.
Əhali ticarət – sələm istismarından da ziyan çəkirdi. Kənd
təsərrüfatı məhsulları əhalidən rus tacirləri və yerli bəylər tərə-
findən alınırdı və onlar həmin məhsulları daha böyük firmalara,
o cümlədən xarici firmalara satırdılar. Birinci dünya müharibəsi
ərəfəsində alman, amerikan, holland firmalarının Sibirə müda-
xiləsi xeyli güclənmişdi. Xarici firmaların müxtəlif rayonlarda
285
şöbələri var idi. Xarici və rus kapitalistləri, rus və yerli qolço-
maqlar əhalinin istismarı hesabına varlanırdılar.
Yerli əhali içərisində xristianlığı yaymaq üçün onları dilə
tutur, hədə - qorxu gəlirdilər. Xristianlığı yeni qəbul edənə
yasakı ödəməkdə müəyyən güzəştlər edirdilər, təsərrüfat
düzəltmək üçün maddi yardım göstərirdilər.
Sibirin mənimsənilməsində dini missiyalar mühüm rol
oynayırdı. Yaradılan dini missiyalar dini xarakterli kitabları
yerli əhalinin dilinə tərcümə edərək onlar arasında yayırdılar.
Çarizmin müstəmləkəçilik siyasətinin həyata keçirilməsində fəal
iştrak edən dini missiyalar yeni – yeni metodlardan istifadə
edirdilər. Hakimiyyət orqanları xristianlığın yayılmasını təmin
etmək üçün yerli əhalinin torpaqlarını monastrların tikilməsi
üçün ayırırdı. Bu monastrlar müxtəlif yollardan istifadə etməklə
öz sahələrini genişləndirirdilər. Bəzi monastrlar mülkədar
malikanələrini xatırladırdı. 1861 -1862 – ci illərdə Yakut vila-
yətində 40 kilsə var idi. XIX əsrin ortalarınadək sərgərdan
tunqus və yukagilərin bir hissəsi istisna olmaqla diyarın demək
olar ki, bütün əhalisi xristianlaşmışdı. Əhali xaç suyuna Salı-
narkən xristian adları alırdılar. Familiyaları da rus familiyaları
ilə əvəz olunurdu.
Dini missiyalar əhalinin idarə olunmasına da qarışırdılar.
Missioner kəndlərində yenicə xaş suyuna salınmış yerli əhali
xristianlaşmamış yerli rəhbərlərin ixtiyarlarından və idarəçili-
yindən çıxarılırdı. Belə kəndləri yenicə xristianlaşan, quberniya
idarəsi tərəfindən təsdiq edilən kənd starostaları idarə edirdi.
Müxtəlif yerlərdə yaranan missioner kəndləri ən yaxşı tor-
paqları tuturdular. Belə kəndlərdə qoyulmuş xaçlar müstəm-
ləkələşdirmə simvolu və vasitəsi idi. Xaçların yaxınlığındakı
ərazilərdə şaman dualarının oxunması qadağan olunurdu, bu isə
şamanları dağlara çəkilməyə məcbur edirdi. Şamanların özləri
də təqib olunurdu. Onların saçlarını qırxırdılar. Lakin şamanlar
öz sənətlərindən əl çəkmirdilər. Onlar öz ayinlərini icra
edirdilər.

286
“Özgələrin” xristianlaşdırılmasında yerli əhali içərisindən
çıxmış müəllimlərdən də istifadə olunurdu və belə şəxslər
missioner məktəblərində hazırlanırdı. Belə məktəblərə cəlb
olunanlar öz dillərində oxuyub – yazmağı öyrənir, həm də mis-
sionerlik edirdilər. Onlar kəndlərə gedərək uyğun dini təbliğat
ədəbiyyatı oxuyurdular.
Missioner məktəblərinin genişləndirilməsi kadr hazırlığı
tələb edirdi. Bu məqsədlə ruhani, müəllim, tərcüməçi, aşağı
dərəcəli keşiş, zəburçular hazırlayan mərkəzlər yaradılırdı.
Yerli əhalinin dili sıxışdırılırdı. Onları rus dilini öyrənməyə
və bu dildə danışmağa məcbur edirdilər. Artıq XIX əsrin 30 – cu
illərində Xakasiyada əhalinin yarısı rus dilində danışmağı
bacarırdı.
Çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizədə
Sibirin yerli əhalisi müxtəlif yollardan istifadə edirdi. Son
dərəcə güclü və hiyləgər düşmənlə üzləşən əhali dağlara
çəkilərək mübarizəni davam etdirir, imkan düşdükcə rus yaşayış
məskənlərinə basqınlar edirdilər. Əhali vergiləri verməkdən,
mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirdilər.
Rusiya imperiyasının müxtəlif milli rayonlarında baş verən
üsyanlar, kortəbii və dağınıq çıxışlar Sibirə də təsir göstərirdi.
Uzun müddət Sibir əhalisi çarizmin müstəmləkəçilik siyasətinə
qarşı açıq surətdə çıxış edə bilmirdisə, XX əsrin əvvəllərində
mübarizə açıq xarakter alır. 1904 – cü ildə Altayın dağlıq
rayonlarında bürhanizm hərəkatı başlanır. Dini pərdə altında
başlanmasına baxmayaraq bu hərəkat milli xarakter daşıyırdı.
Hərəkat rəhbərləri Altayın Rusiyadan ayrılması ideyasını təbliğ
edirdilər.
Hərəkatın təşkilatçıları Dağlıq Altayın xristianlaşmamış
təbəqəsi isi. Bu hərəkatın məhz burada meydana gəlməsi və ona
yuxarı təbəqənin mümayəndələrinin başçılıq etməsi heç də
təsadüfi deyildi. Burada yaşayan varlıların narazılığı torpaq
məsələsi, yerli əhalinin zorla xristianlaşdırılması və ruslaşdırma
ilə bağlı idi. Çar hökumətinin Altayda apardığı məskunlaşma
siyasəti zaycanları və bəyləri narahat edirdi. Onların əlində olan
287
torpaq sahələri getdikcə azalırdı. Digər tərəfdən, xristian-
laşdırma siyasəti onların mövqeyini sarsıdırdı, çünki missioner
kəndlərində altaylar xristianlaşmamış bəylərdən və zaycanlardan
asılı deyildi. Buna görə də xristianlığı qəbul etməmiş zaycanlar
və bəylər yerli əhalinin xaç suyuna salınmasına qarşı çıxır, öz
tabeliklərində olan adamları xristianlığı qəbul etməkdən
çəkindirirdilər.
Altayda baş verən hadisələr barəsində çar II Nikolaya da
məlumatlar verilidri. Çara göndərilmiş teleqramda deyilirdi ki,
altaylar rus çarına tabe olmaqdan imtina edirlər. II Nikolay bu
hərəkatın dərhal yatırılmasını tələb etmişdi.1904 – cü ilin
iyununda hökumət qüvvələri üsyançıları məğlub etmişdi.
Hərəkat iştirakçılarının bir hissəsi həbs olunaraq məhkə-
məyə verildi. 1906-cı ildə keçirilən məhkəmədə bu hərəkatın
siyasi xarakter daşıyan əslində ört-basdır edildi, o, dini, islahatçı
bir hərəkat kimi təqdim olundu. Bu isə ola bilsin ki, imperiyada
mövcud olan ictimai-siyasi şəraitlə bağlı idi. Belə ki, bu dövrdə
belə inqiqab davam edirdi. 905-ci il 17 Oktyabrında elan edilən
Manifest də məhkəmə prosesinə təsirsiz qala bilməzdi.
20.4.İqtisadi həyat. Çox geniş əraziyə malik olan Sibirdə
yaşayan əhali malik olduqları torpaq sahələrinin həcminə görə
bir – birlərindən fərqlənirdi. Bu isə əhali içərisində torpaq
münasibətlərinə təsirsiz qala bilməzdi. Böyük torpaq sahələrinə
malik olan şəxslərin təsərrüfatları böyüdükcə,sadə təsərrüfatlar
var-yoxdan çıxaraq varlılardan asılı vəziyyətə düşürdülər.
Torpağa olan tələbatın ödənilməsi zərurəti ilə əlaqədar əhali boş,
məskunlaşma az olan yerlərə can atırdı. Əkinçiliklə məşğul olan
əhaliyə icazə verilirdi ki, meşə sahələrini təmizləyib istifadə
etsinlər. Bəzi yerlərdə bataqlıqların qurudulması üçün kanallar
çəkilirdi.
Yakutlar, xakaslar, tuvalar, Altay tayfaları heyvandarlıq,
əkinçilik, ovçuluq və balıqçılıqla məşğul idilər. Bununla yanaşı
XIX əsrin ortalarına kimi əkinçiliklə müqayisədə heyvandarlıq
təsərrüfatın əsas sahəsi kimi qalırdı. Ovçuluqla məşğul olan
əhalinin əldə etdiyi xəzin bir hissəsi Avropa bazarlarına
288
göndərilirdi. Xəz dərili heyvanların kütləvi surətdə qırılması
nəticəsində onların sayı surətlə azalırdı. XIX əsrin ikinci
yarısında Tuvada hər il bir neçə min samur xəzi əldə edilirdisə,
XX əsrdə bu göstərici 400 – 1000 - ə enmişdi.
Kapitalizmin inkişafı dövründə sosial – iqtisadi inkişaf
səviyyəsinə görə yakutlar, buryatlar, Altay – Sayan tayfaları,
Qərbi Sibir tatarları irəlidə idilər.
Yakutların təsərrüfat həyatına XIX əsrin 40 – cı illərində
Bodaybinsk qızıl mədənlərinin aşkar edilməsi müsbət təsir
göstərmişdi. Burada kənd təsərrüfatı məhsilları satılırdı. Yakuti-
yadan mədənlərə balıq, ət, yağ gətirilirdi. Bu bazarın meydana
gəlməsi heyvandarlıqla məşğul olan əhali üçün əlverişli idi.
Yakutların iqtisadi həyatında baş verən mühüm dəyişiklik-
lərdən biri əkinçiliyin meydana gəlməsi idi. XIX əsrin ortalarına
kimi Yakutiyada taxılçılıq yalnız rislar arasında var idi. 50 – ci
illərdən başlayaraq Yakut uluslarında da əkinçilik təsərrüfatı
yaranır.
Speranskinin islahatları ticarət monopoliyasını ləğv edərək
Sibirin iqtisadi həyatında canlanma yaratdı. Lakin bu canlanma
yalnız ticarət sahəsi ilə məhdudlaşırdı. Sənaye XIX əsrin birinci
yarısında Sibirdə çox zəif inkişaf edirdi. Rusiyadan Sibirə
toxuculuq məmulatları ilə yanaşı dəmir, şüşə, ağac məmulatları
da gətirilirdi. Sibirin özündə sənaye məhsulları demək olar ki,
hazırlanmırdı. XIX əsrin birinci yarısında sənayenin qısamüd-
dətli olsa da inkişaf edən sahəsi qızıl sənayesi idi. 1828 – ci ildə
Dağlıq Altayda, 1830 – cu ildə Yenisey quberniyasında qızıl
aşkar olunmuşdu.
İslahatdan sonrakı dövrdə Altay xalqlarının təsərrüfat hə-
yatında da böyük dəyişikliklər başlanır. Altaya ticarət kapi-
talının müdaxiləsi güclənir. Qaramal, xəz alveri ilə məşğul olan
altaylar içərisində bəylər meydana çıxır. Altayda da əkinçilik
inkişaf etməyə başlayır. Birinci dünya müharibəsindən əvəlki
yeddi ildə əkin sahələri 86,4 faiz artaraq 2,8 milyon desyatinə
çatır. Sibir, ilk növbədə Altay rus imperiyasının başlıca taxılçılıq

289
rayonları arasına daxil olur. Yazlıq bitkilər əkini, xüsusi ilə
buğda əkini üstünlük təşkil edirdi.
Ümumiyyətlə, Sibir ərazisində əkinçiliyin inkişafı hər
şeydən əvvəl yeni torpaq sahələrinin mənimsənilməsi, suvarma
sisteminin tətbiq olunması, bir sıra hallarda isə kənd təsərrüfatı
texnikasının tətbiqi ilə bağlı idi. Varlı təsərrüfatlarda xarici
firmalardan alınmış texnikaya da rast gəlmək olardı.
20.5.Mədəniyyət. Çarizm Sibirdə təhsilin inkişafına maraqlı
deyildi. Məktəblərin sayı çox az idi. Bir çox hallarda hökumət
orqanları özləri yeni məktəblərin açılması üçün edilən cəhdlərə
mane olurdu.
XIX əsrin I yarısında buryat alimi D.Banzarovun elmi
fəaliyyəti istisna olmaqla elmin inkişafı sahəsində demək olar ki,
heç bir iş görülməmişdi. Qazanda ali təhsil almış Banzarov 1846
– cı ildə “Monqollarda qara inam, yaxud şamançılıq” mövzu-
sunda dissertasiya müdafiə etmişdi. Banzarov monqol və man-
cur əlyazmalarının da öyrənilməsi ilə məşğul idi. Lakin hökumət
tərəfindən heç bir köməklik almayan bu şəxs elmdən ayrılmışdı.
XIX əsrin II yarısında Sibirin öyrənilməsində müəyyən
addımlar atılır. Bu istiqamətdə görülən işlər içərisində Rusiya
Coğrafiya Cəmiyyətinin Şərqi Sibir şöbəsinin 1894 – 1896 – cı
illərdə təşkil etdiyi ekspedisiya böyük iş görmüşdü.
Sibirdə dünyəvi və dini məktəblərin açılması hələ XVIII
əsrin əvvəllərində başlanmışdı. Dünyəvi məktəblərin açılması
mədən – metallurgiya sənayesi üçün kadr hazırlığı ilə bağlı idi.
Maarifin inkişafı məhz bu məktəblərin açılması ilə başlanır.
1853 – cü ildə Barnaul qəsəbəsində fabrik – zavod fəhlələrinin
uşaqlarının yazıb – oxumağı öyrənməsi üçün məktəb açılmışdı.
Barnauldan sonra digər yerlərdə də zavodların nəzdində mək-
təblər açılmışdı.
Hökumətin maarif sahəsində gördüyü tədbirlər mütləqiy-
yətin maraqları çərçivəsində həyata keçirilirdi. Çarizm öz
qarşısına yerli əhali içərisində maarifin yayılması, yerli əhalinin
ana dilində təhsil alması, savadlı adamların hazırlanması vəzi-
fəsini qoymamışdu. Yerli əhalinin savadlanmasını çarizm özü
290
üçün təhlükə hesab edirdi. Məktəblərə daxil olanlar yuxarı
təbəqənin uşaqları idilər, həm də bunlar əsasən ruslardan ibarət
idi.
1864 – cü ildə qəbul edilmiş “İbtidai xalq məktəbləri haq-
qında Əsasnamə”ibtidai məktəb şəbəkəsinin genişlənməsinə şə-
rait yaramalı idi. Həmin ildə gimnaziyaların – orta məktəblərin
də yeni Nizamnaməsi qəbul edilmişdi. Nizamnəməyə görə
məktəblər silki xarakter daşımırdı, yəni burada bütün təbəqənin
uşaqları oxuya bilərdilər. Lakin məktəblərin azlığı, əhalinin
yoxsulluğu, hökumətin mürtəce siyasəti yoxsul təbəqənin uşaq-
larının oxumasına imkan vermirdi.
İslahata qədərki Altayda orta, yaxud natamam orta ümum-
təhsil məktəbləri yox idi. Bütün dairə üzrə cəmi 16 ibtidai mək-
təb var idi. XX əsrin əvvəllərinə kimi Altayda gimnaziya yox
idi, yalnız bir realnı məktəb fəaliyyət göstərirdi.Əsrin
əvvəllərində imperiyanın ictimai – siyasi həyatında gedən pro-
seslərlə bağlı Altayda da kişi və qadın gimnaziyaların açılması
başlanır.
XIX əsrin 60-cı illərinin axırlarında Yakutskda klassik kişi
gimnaziyası açılır. Bu məktəb 1890 – cı ildə realnı məktəbə
çevrilir. 13 il ərzində (1879 – 1892) burada ildə orta hesabla 108
nəfər oxuyurdu. 1882 – ci ildə şəhər varlılarının vasaiti ilə
Yakutsk qadın progimnaziyası açılmış və bu məktəb sonra qadın
gimnaziyasına çevrilmişdi.
Yakutiyada tibbi xidmət zəif idi. Həkimlər çalışmırdı. Ya-
kutskda ilk kiçik xəstəxana 1843 – cü ildə açılmışdı. Kənd əha-
lisinin müalicəsi ilə şamanlar, kahinlər, ara həkimləri məşğul
olurdu. Bəzi tibb müəssisələri xeyriyyəçilik hesabına saxla-
nılırdı. 1903 – cü ildə Yakut vilayətində 7 xəstəxana, 10 feldşer
məntəqəsi, 10 həkim var idi.
XIX əsrin II yarısı ilə müqayisədə XX əsrin əvvəllərində
Xakasiyada da təhsillə bağlı müəyyən dəyişikliklər var idi.
Həmin ildə xakasların oxuduğu 8 məktəb fəaliyyət göstərirdi.
Xakasların bəzisi oxumaq üçün Krasnoyarsk seminariyalarına,
Sank-Peterburqa gedirdi.
291
Tuva 1914 – cü ildə Rusiyanın nəzarəti altına keçdikdən
sonra çarizmin müstəmləkəçilik siyasəti ilə üzləşdi. Bununla
yanaşı mədəni həyatda da müəyyən işlər görüldü. 1914 – cü ildə
Tuvada Beloçarsk adlı ilk şəhərin əsası qoyuldu. Tuva əra-
zisində ləng də olsa məktəblər, xəstəxanalar, tibb məntəqələri
açılırdı.

292
21.XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ TÜRK
XALQLARINDA SIYASİ-DÜŞÜNCƏLƏR

21.1.Osmanlıçılıq. Osmanlı imperiyası XX əsrin əvvəl-


lərinə kimi dünyanın ən böyük imperiyalarından biri olsa da, öz
gücünü çoxdan itirmişdi. Artıq XIX əsrin əvvəllərndən Osmanlı
imperiyasının zəifliyi özünü daha açıq şəkildə göstərməyə
başladı. Sosial-iqtisadi gərginliyin daha da artması, imperiyada
yaşayan xristianların qiyamları Avropa ölkələrinin imperiyaya
təzyiqinin güclənməsinə şərait yaradırdı.
Osmanlı imperiyasını gözlənilən fəlakətdən xilas etmək,
onun varlığını qoruyub saxlamaq üçün ziyalılar, mütərəqqi
görüşlü adamlar yollar axtarırdılar. XIX əsrin 30-70-ci illərində
imperiyanın xarici siyasətində ciddi uğursuzluqlar olmuşdu. Çar
Rusiyası ilə aparılmış müharibələrin bəzisi uduzulmuşdu. Misir
və Kipr İngiltərə tərəfindən tutulmuşdu. İngilis hökuməti Ru-
siya ilə birlikdə erməniləri Osmanlılara qarşı mübarizədə dəstək-
ləyirdi. Fransa isə Əlcəzair və Tunisi tutmuşdu. İmperiyanın
beynəlxalq vəziyyəti xeyli ağırlaşmışdı.
XIX əsrin 30-70-ci illərində imperiyada Osmanlıçılıq
cərəyanı mövcud olmuşdu. Öz varlığını qoryub-saxlamaqda
çətinlik çəkən Osmanlı dövləti ərazi bütövlüyü prinsipini
dəstəkləyən Avropa ölkələrinin rəğbətini qazanmaq məqsədilə
müəyyən islahatların həyata keçirilməsini planlaşdırırdı. Əslində
Avropa ölkələri də Osmanlı imperiyasında islahatların həyata
keçirilməsinə maraqlı idilər və bu onların maraqları ilə bağlı idi.
1839-cu ildə elan edilən Gülhanə fərmanı xristian xalq-
larının hüquqlarını daha da genişləndirdi. Fərmana görə, dini
mənsubiyyət nəzərə alınmadan hər bir kəsin əmlakı, hüququ qo-
runmalı idi. Əslində Osmanlı imperiyasında etnik və dini mən-
subiyyət nəzərə alınmadan hər bir kəsin milli mədəniyyətinə,
dininə hörmətlə yanaşılırdı, onların adət-ənənələrinə toxunul-
murdu, təhlükəsizliyi təmin olunurdu. Lakin dövlət öz gücünü
itirib zəiflədikcə xristianlar və türk olmayan müsəlmanlar

293
Avropa ölkələrinin yardımına arxalanaraq Osmanlı imperiyasını
məhv etməyə çalışırdılar.
Osmanlı imperiyasında xarici ticarət yunan və yəhudilərin
əlində idi, onların Avropa dövlətləri ilə sıx əlaqələri var idi.
Dövlətin müdafiə olunması, onun qorunması türklərin üzərinə
düşürdü. Əsgərlər də onlardan toplanılırdı.
İmperiyanın idarə olunmasında müsəlman olmayanlar
(xristianlar, yəhudilər və s.) iştirak edirdi. Sultan II Mehmedin
dövründə dini icmalar yaranmışdı. XV əsrin ikinci yarısında
ölkədə üç dini icma fəaliyyət göstərirdi: yunan pravoslav,
erməni qriqorian və yəhudi.
Osmanlı imperiyasında türklər əslində sözdə hakim “mil-
lət” hesab olunurdu. K.Marks və F.Engels XIX əsrin ortalarında
yazırdılar ki, Türkiyədə türkləri hakim millət adlandırmaq
mümkün deyil. Dövlət onların adını daşımır, yeridilən siyasət
millətçilik ruhuna söykənmir. Fransa tarixçisi R.Pinonanın
“Osmanlı imperatorluğunda hər bir kəs üçün yer vardır, türklər
üçün də” sözləri imperiya türklərinin düşdükləri vəziyyəti
düzgün əks etdirirdi.
Sultan II Mahmud qeyd edirdi ki, mən təbəələrimdəki din
fərqini ancaq cami, kilsə, sınaqoqlara girdikləri zaman görmək
istərəm.
Tənzimat dövrünün axırlarına yaxın Osmanlı gənclərinin
bir qrupu “Gənc Osmanlılar” cəmiyyəti yaratmışdılar. Sonralar
siyasi fəaliyyətə keçən bu cəmiyyət belə hesab edirdi ki, döv-
lətin bütövlüyünün qorunub-saxlanılması üçün onun sərhədləri
daxilində yaşayan bütün millətləri Osmanlıçılıq düşüncəsi
altında toplamaq lazımdır. Bunun üçün dini və irqi mənsu-
biyyətindən, dilindən asılı olmayaraq hər bir kəsin eyni haqqa və
hüquqlara malik olması təmin olunmalıdır.
Tənzimat tərəfdarları özləri dərk edirdilər ki, geriliyin
aradan qaldırılması, inkişafın təmin olunması elm, təhsil və
mədəniyyət sahəsində əsaslı islahatlar tələb edir, sənayeni
inkişaf etdirmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək
lazımdır. Lakin həyata keçirilmiş islahatlar mövcud vəziyyəti
294
aradan qaldırmağa imkan vermirdi. Tənzimat tərəfdarları
Osmanlı mədəniyyəti ilə Avropa mədəniyyətini uzlaşdırmağa
çalışırdılar. Gülhanə fərmanında da deyilirdi ki, tənzimat Qərblə
Şərqi bir növ birləşdirməyə yönəlib. Halbuki Z.Göyalpın da
dediyi kimi, bir-birinə zidd olan iki mədəniyyətin – Qərb və
Şərq – yan-yana yaşaması mümkün deyildir. Ölkədə iki cür
məhkəmənin, iki cür məktəbin, iki cür qanunun mövcud olması
da tənzimatçıların sistemləri tamamilə müxtəlif prinsiplərə
söykənən iki ziddi mədəniyyətin uzlaşa bilməyəcəyini başa
düşməmələri ilə bağlı idi. Bir millət ya şərqli olur, ya da qərbli.
İki dinli bir insan olmadığı kimi, iki mədəniyyətli bir millət də
ola bilməz. Tənzimatçıların uğursuzluğa düçar olması da
bununla bağlı idi.
İmperiya həyatının ən əhəmiyyətli sahələrində köklü də-
yişikliklər etməli olan tənzimatçılar ilk növbədə öz paltarlarını,
yeməklərini, mebellərini dəyişməyə, avropalılar kimi əylən-
məyə, rəqs etməyə başladılar. Belə işlərə isə böyük vəsait
qoyulurdu. Avropadan divarlara divar rəsmləri çəkən ustalar
gətirilirdi. Sultan II Mahmud Topqapı sarayından Beşikdaş
sarayına köçdü. Bu yeni sarayda Avropadan gətirilmiş masalar,
oturacaqlar yerləşdirildi. Sultanın özü də Avropa hökmdarları
kimi geyinməyə başlamışdı. Tədricən digər məmurlar da Qərb
məmurları kimi geyinməyə başladılar. Beləliklə də Qərbin təsiri
Osmanlıların geyimindən tutmuş dillərinə, düşüncələrinə, hətta
əyləncələrinə qədər özünü göstərməyə başladı. Əhalinin müəy-
yən qruplarında Avropa adətlərinin təqlid olunması başlandı.
Avropalılar da bundan istifadə edərək öz mədəniyyətlərini
Osmanlı imperiyasında yaymağa başladılar. Bütün bunlar isə
Avropanın Osmanlı dövlətinə təzyiqinin güclənməsinə şərait
yaradırdı.
21.2.İslamçılıq. XIX əsrdə yeni ərazilərin ələ keçirilməsi,
satış bazarları, xammal mənbələri uğrunda mübarizə gedirdi.
Dünyaya ağalıq etməyə can atan dövlətlər arasında hərbi-siyasi
ittifaqlar yaranırdı, həm də işğala məruz qalan, istismar olunan
xalqların mübarizəsi genişlənirdi. Müstəqillik uğrunda gedən
295
mübarizəyə mütəşəkkil xarakter vermək üçün siyasi-ideoloji
cərəyanlar yaranmaqda davam edirdi. Bu isə müsəlman türk-
lərini də əhatə etmişdi və əsrin ikinci yarısında islamçılıq cərə-
yanı yarandı. İslamçılıq konsepsiyasına müstəmləkəçiliyə qarşı
mübarizə vasitəsi kimi baxan ziyalılar belə hesab edirdilər ki,
İslamçılıq həm Qərbin təcavüzkar siyasətinin qarşısını almalı,
həm də islamın mövqeyinin güclənməsini, onun tərəqqisini
təmin etməli idi.
İslamçılıq düşüncəsinə görə din xalqın, millətin təməl dirə-
yidir, İslam dini güclü birləşdirici xüsusiyyətə malikdir. Azər-
baycan ziyalısı Ə.Hüseynzadə bildirirdi ki, İslam dini meydana
gəldiyi vaxtdan özünün tam birliyi qayğısına qalmışdır, İslamı
qəbul etmək birliyi qəbul etmək deməkdir.
Müsəlman xalqlarına münasibətdə təcavüzkarlıq siyasəti
yeridən Qərb İslamı öz siyasətinin tətbiq olunmasında əsas sədd
hesab etdiyi üçün müxtəlif yollardan istifadə etməklə onu
gözdən salmağa, müsəlmanların müstəqillik, inkişaf uğrunda
mübarizəsinə mane olmağa çalışırdı. Qərb İslamçılığın (İslam
birliyi) xristian ölkələri üçün təhlükə törədəcəyi barədə təbliğat
apararaq panslavizm obrazı yaratmağa çalışırdı.
İslamçılıq təcavüzlə üzləşən müsəlmanları mübarizəyə
çağırılırdı və buna görə də Qərbin və Rusiyanın müqaviməti ilə
üzləşirdi. Rusiya xəfiyyə idarəsi imperiyanın müsəlman əhalisi
içərisində İslamçılığın yayılmasının qarşısını almaq üçün
müxtəlif tədbirlər görürdü. XIX əsrin axırlarında İslam dünya-
sının aparıcı ideologiyasına çevrilən İslamçılıq müstəqillik və
inkişaf nəzəriyyəsi olduğu üçün Qərbin və rus mütləqiyyətinin
düşməni idi, Avropa millətlərinə, eləcə də ruslara münasibətdə
tamamilə başqa mövqedə dururdu.
XIX əsrin ikinci yarısında İslam birliyi hərəkatının ideo-
loqu olan Şeyx Cəmaləddin Əfqani islam ölkələrini gəzərək
onları birliyə çağırır, belə bir fikri təbliğ edirdi ki, müsəlman
ölkələrinin geriliyi, tənəzzülü İslam dini ilə bağlı deyil, bu, bəzi
din xadimlərinin, müsəlman ölkələrinin müstəbid başçılarının işi
ilə bağlıdır. İslamçılıq ideologiyasını vahid konsepsiya halına
296
gətirən Əfqani bütün müsəlman xalqlarını Osmanlı sultanının
rəhbərliyi altında birləşməyə çağırırdı. O, qeyd edirdi ki, yalnız
bu yolla əldə olunan İslam birliyi təcavüzkarlığa qarşı ciddi
mübarizə aparmağa imkan verə bilər.
Beynəlxalq aləmdə öz nüfuzunu gücləndirmək üçün özünə
müttəfiqlər axtaran alman imperializmi Osmanlı sultanından,
eləcə də İslamçılıqdan istifadə etməyə can atırdı. Almaniya
imperatoru II Vilhelm 1899-cu ildə Dəməşqdə bildirmişdi ki,
“bütün dünyaya səpələnmiş və Sultan Əbdül Həmidi öz xəlifəsi
hesab edən 300 milyon müsəlman əmin ola bilər ki, onlar bütün
vaxtlarda alman imperatorunun simasında dosta malik olacaq-
lar”.
Rusiya imperiyasında yaşayan müsəlmanların əhəmiyyətli
bir hissəsinin savadsız olmasını və geri qalmalarını bəzi din
xadimlərinin fəaliyyəti ilə əlaqələndirərək XX əsrin əvvəllərində
Türküstanda nəşr edilən “Tərəqqi” qəzeti yazırdı: “Bəzi adamlar
müsəlmanları oyatmağa, onları elmə dəvət etməyə can atırlar,
lakin din xadimlərinin müqavimətinə rast gəlirlər. Məhz onların
işləri nəticəsində 300 milyon müsəlman cəhalətdə yaşayır, bu da
onların soyulub talan olunmasına və məhvinə şərait yaradır”.
Cədid mətbuatında qeyd olunurdu ki, müsəlmanların inki-
şaf və tərəqqi yoluna çıxması üçün elmin və maarifin inkişafı
lazımdır. Bunun üçün isə islamı hər cür təhriflərdən, dini fana-
tizmdən təmizləmək, din xadimlərinin savadlı olması lazımdır.
1906-cı ildə Tükrüstanda nəşr olunan “Xurşud” qəzeti yazırdı:
Üləma və Şeyx adını daşımaq üçün üləmalar təbəqəsinə malik
olmaq, böyük çalma və uzun xalatlar daşımaq kifayət deyil, təh-
silli, savadlı, şəriətin qanunlarını ciddi yerinə yetirmək, mənə-
viyyatlı olmaq, ibadətləri yerinə yetirmək lazımdır” .
Müsəlmanların mənafeyinin təmsilçisi kimi çıxış edən
ideoloqlar İslamçılığa qarşı çıxış edənləri ifşa edərək bildirir-
dilər ki, İslam müsəlmanlar arasında ittifaqı, birliyi təbliğ edir,
hər hansı bir xalqı əsarət altına almaq siyasəti yeritmir, müstəm-
ləkəçiliyə qarşı çıxır.

297
İslamçılığın bir ideologiya kimi formalaşmasında Azərbay-
can ziyalılarının, xüsusilə Ə.Hüseynzadə və A.Ağayevin böyük
rolu olmuşdur. Azərbaycanda ideoloji-siyasi cərəyanların
meydana gəlməsi, ziyalılar qrupunun yaranması heç də təsadüfi
deyildi. Rusiya imperiyasının milli ucqarlarından olan Azərbay-
can imperiyanın sənaye cəhətdən inkişaf etmiş rayonlarından
biri idi. Burada milli burjuaziya formalaşmışdı. Milli burjuaziya
mədəniyyətin inkişafında öz fəaliyyətini getdikcə genişlən-
dirirdi. Onlar xeyriyyəçiliklə məşğul olur, mütəxəssislərin hazır-
lanmasına kömək edirdilər. Rusiyanın və Avropanın müxtəlif
ölkələrində təhsil alıb Vətənə qayıdan ziyalılar cəhalətə, geriliyə
qarşı mübarizə aparır, xalqın maariflənməsinə çalışırdılar. Bütün
bunlar isə milli dirçəlişə şərait yaradırdı. Azərbaycanda milli-
azadlıq hərəkatının güclənməsinə çar hökumətinin müstəmləkə-
çilik siyasəti də təsir göstərirdi. Azərbaycan ziyalıları müstəm-
ləkəçilik zülmünə qarşı mübarizədə xalqı mübarizəyə hazırla-
yırdılar.
İctimai-siyasi həyatda Azərbaycan ziyalıları, ideoloqlar
ümumiyyətlə Rusiya müsəlmanlarının aparıcı qüvvəsi kimi çıxış
edirdilər. Azərbaycan Rusiya imperiyasında İslamçılıq ideolo-
giyasının mərkəzinə çevrilmişdi. Ə.Ağayev və Ə.Hüseynzadə
həm ümumrusiya, həm də ümummüsəlman miqyasında tanı-
nırdılar.
İslamçılığın tətbiq olunmasında mətbuat orqanları əhə-
miyyətli rol oynayırdı. “Həyat”, “İrşad”, “Haqq yolu”, “Kaspi”
və s. kimi mətbuat orqanları panislamizmlə bağlı müzakirələri
təşkil edirdi. Müsəlmanları mühüm məsələlərin həll olun-
masında iştirak etməyə çağırırdılar. M.Ə.Rəsulzadə yazırdı ki,
İslamçılığın diqqətini cəlb edən problemlər içərisində yeni
üsullu məktəblər, hökumət məktəblərində və digər məktəblərdə
fars dili əvəzinə türk dilindən istifadə olunması, nəşriyyat,
xeyriyyə işləri, müsəlmanların hüquqlarının digər millətlərlə
eyniləşdirilməsi, yerli xalqa bələdiyyəyə və dumalara seçib-
seçilmək hüququnun verilməsi məsələləri var idi.

298
21.3.Türkçülük. Tükrçülük ideyasının yaranması Rusiya
imperiyasında yaşayan türklərə bağlı olmuşdur. Osmanlı
imperiyasında da pantürkçülüyün yayılması məhz Rusiya türklə-
rinin təsiri ilə bağlı idi. “Rusiyada panislamizm və pantürkizmin
oçerkləri” əsərində A.Arşarini və X.Qabidullin yazırdılar ki,
Rusiyada pantürkizm XIX əsrin 80-ci illərində “Tərcüman”la
birlikdə yaranmış, Krım və Volqaboyu tatarları, Azərbaycan
tatarları içərisində inkişaf etmiş, sonra Mərkəzi Asiyanın türk
xalqları içərisində yayılmışdır. Türkçülüyün təbliğində İ.Qas-
pıralı, Y.Akçuraoğlu, Azərbaycandan Ə.Ağayev və Ə.Hüseyn-
zadə əhəmiyyətli rol oynamışlar.
Türkçülük bir milli mədəniyyət hərəkatı kimi başlanıb. Bu
cərəyanın mahiyyətini dil və ədəbiyyat, tarix sahəsində uğurların
əldə olunması, milli hərəkata rəhbərlik etmək üçün siyasi
partiyanın yaradılması təşkil edirdi. Türkçülük xarici müdaxilə,
daxili düşmənlərlə mübarizədə yalqız qalmış türklərin qurtuluş
yolunu axtarırdı. Bu hərəkatın meydana gəlməsi həyati tələbatla
bağlı idi. Türk xalqları onları gözləyən fəlakətdən qurtarmaq
üçün yeni ideologiyaya malik olmalı idilər.
Rusiya imperiyasında yaşayan müsəlmanlar içərisində
türklərin xüsusi rolu var idi. Bu isə İslamçılıqla Türkçülük ara-
sındakı bağlılığa təsir göstərirdi. Ümumilikdə türklərin islama
iman gətirməsi də İslamçılıqla Türkçülüyün uzlaşmasını təmin
edən amillərdən biri idi .Ə.Ağayev qeyd edirdi ki, İslamçılıq
müsəlman aləmində müşahidə olunan cərəyanların birincisidir,
eyni zamanda bunun zəminində digər bir cərəyan da yaran-
mışdır, bu da Türkçülük cərəyanıdır. Ə.Hüseynzadə də Türkçü-
lüyə İslamçılığın tərkib hissəsi kimi baxır, gələcək türk birliyinə
islamın mənəvi və siyasi-dayanağı kimi böyük qiymət verirdi.
Lakin Ə.Hüseynzadə üçün Türkçülük həmişə ilkin əhəmiyyət
kəsb etmiş, o, İslama yalnız türk milli birliyindən sonrakı
məqsəd kimi baxmışdır. Ə.Hüseynzadə İstanbulda olduğu vaxt
tibbi məktəbində türkçülüyün əsaslarını təbliğ edirdi. Tibb mək-
təbində yaradılan gizli bir cəmiyyətdə Türkçülük, Osmanlıçılıq,

299
İslamçılıq məfkurələrindən hansının mövcud vəziyyətə daha
uyğun olmasına dair diskussiyalar gedirdi.
Türkçülüyün təbliğində Krım zadəganı İ.Qaspıralının
1883-cü ildən Baxçasarayda nəşr etdirdiyi “Tərcüman” qəzeti
əhəmiyyətli rol oynayırdı. H.Z.Tağıyevin də maddi yardım
göstərdiyi bu qəzet 1918-ci ilə kimi nəşr olunmuş, Yaxın və
Orta Şərqdə geniş yayılmışdı. Çar hakimiyyət orqanlarının
məlumatlarında bu qəzetin yerli burjua dairələrində böyük ma-
raqla qarşılanması qeyd edilir. İ.Qaspıralı Türküstanda olarkən
İslamçılıq və Türkçülüyü təbliğ edir, diyarın yerli xalqlarını
Türkçülük hərəkatına cəlb etməyə çalışırdı, onun bu sahədəki
fəaliyyəti çar hakimiyyət orqanlarının diqqətini cəlb edirdi. Sır-
Dərya vilayətinin hərbi qubernatoru 1901-ci ildə yazırdı ki,
Qaspıralı bütün qüvvəsi ilə öz qəzetini yaymağa çalışır və buna
nail olur, vilayət şəhərlərində bu qəzetə maraq vardır, qəzeti
oxuyanlar onu digər adamlara da verirlər.
“Tərcüman” qəzetində Rusiyanın bütün türk xalqlarının
birləşməsi zərurəti, dünya mədəniyyəti nailiyyətlərindən istifa-
də edilməsi təbliğ olunurdu. İ.Qaspıralı “Dildə, işdə, fikirdə bir-
lik” şüarını təbliğ edir, bildirirdi ki, Rusiya türkləri öz varlıq-
larını qoruyub-saxlamaq üçün bir yazı dilinə malik olmalıdırlar,
yalnız bundan sonra fikirdə və işdə birliyin əldə olunması müm-
kündür.
Türkçülüyün təbliğində Z.Göyalpın da böyük rolu olmuş-
dur. O, “Türkçülüyün əsasları”nda qeyd edir ki, “Türkçülük türk
millətini yüksəltmək deməkdir”. Z.Göyalpa görə Osmanlı
dövlətinin xilas yolu və güclənməsi yeni bir həyatla bağlıdır. Bu
həyatın üç dayağı var. Bunlardan biri türkçü olmalıdır. Dildə,
gözəl sənətlərdə, əxlaqda və hüquqda türk mədəniyyətinə
bağlanmaq lazımdır. İkinci İslam hümmətindən olmaqdır. Dini
dövlətdən ayırmaq şərti ilə islam dininin ən uca din olduğuna
inanmaq lazımdır. Üçüncüsü isə Qərb mədəniyyətini mənim-
səməkdir.
“Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasını mü-
dafiə edən Z.Göyalp Türkçülük, İslamçılıq və müasirliyi
300
uzlaşdırmağa çalışırdı. O, qeyd edirdi ki, bizim üçün müa-
sirləşmək avropalılar kimi zirehli gəmilər, avtomobillər, təy-
yarələr hazırlayıb istifadə etmək deməkdir. Müasirləşmək yaşa-
yış tərzi ilə avropalılara bənzəmək demək deyil.
21.4.Türk birliyi (Turançılıq). Türkçülər içərisində
Turançılıq məfkürəsi geniş yayılmışdı. Bu məfkurənin məqsədi
bütün türklərin bir dövlətdə birləşdirilməsi idi. Bu cərəyanın
tanınmış nümayəndələrindən biri Z.Göyalp idi. Z.Göyalp Turan-
çılıq məfkurəsini belə ifadə edirdi: “Vətən nə Türkiyədir türk-
lərə, nə Türküstan; Vətən böyük və müəbbəd bir ölkədir: Tu-
ran”.
Turançıların bir sıra dərnəkləri, nəşriyyat orqanları var idi
və onların vasitəsi öz fikirlərini təbliğ edirdilər. Bu hərəkət
Osmanlı imperiyasında “İttihad və tərəqqi” partiyası tərəfindən
də dəstəklənirdi. 1912-ci ildən başlayaraq Turançılıq “İttihad və
tərəqqi” partiyasının siyasətində əhəmiyyətli yer tutmağa
başlayır. Bu partiyanın liderlərindən olan Ənvər Paşa belə hesab
edirdi ki, Turançılıq Osmanlı imperiyasını məhv olmaqdan xilas
edə bilər. Lakin onun bu ümidləri özünü doğrultmadı.
Osmanlı imperiyası I Dünya mübarizəsində məğlub oldu.
Bu isə Turançılıq hərəkatını zəiflətdi. Belə bir şəraitdə Turan-
çılar belə fikrə gəldilər ki, öz məfkurələrini yalnız Türkiyədə
türklərə aid etməlidir. Lakin Ənvər Paşa bununla razı olmadığını
bildirdi və öz fikrini həyata keçirmək üçün Türküstana getdi. Bu
dövrdə Türküstanda bolşeviklərə qarşı basmaçılar hərəkatı
gedirdi. Ənvər Paşa da bir müddət bu mübarizədə iştirak etdi. O,
1922-ci ildə döyüşlərin birində həlak oldu.
Türkiyənin özündə milli-azadlıq hərəkatında əldə olunmuş
uğurlar və 1923-cü ildə Türkiyə Respublikasının elan edilmə-
sindən sonra Turançılıq düşüncəsi aradan qalxdı.

301
22.XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ RUSİYA
MÜSƏLMANLARINDA MÜŞTƏRƏK SİYASİ
TƏŞKİLATLANMA

22.1.“Müsəlman İttifaqı”. Əsrin əvvəllərində yer səthinin


18 faizinə (22,8 milyon kv.km) sahib olan çar Rusiyasında
yaşayan 125 milyon əhali təxminən 150 – yə yaxın xalqı təmsil
edirdi. Bu xalqlar özlərinin siyasi, iqtisadi və mənəvi vəziy-
yətlərinə görə tamamilə fərqli vəziyyətdə idilər. “Rəsmi xalqçı-
lıq” mövqeyindən çıxış edən çarizm milli rayonlarda zorla
ruslaşdırma siyasətini yeridir, yerli xalqların hüquqlarının
məhdudlaşdırılmasi üçün müxtəlif vasitələrdən stifadə edirdi.
Milli rayonları iqtisadi cəhətdən daim asılı vəziyyətdə saxlamaq,
əhalinin rus sənaye – ticarət burjuaziyası tərəfindən istismar
edilməsi üçün çarizm yerlərdə sənayenin həyati əhəmiyyətli
sahələrinin inkişafına yol vermir, ucqarlardan metropoliyada
istehsal olunan sənaye məhsullarının satış bazarı, ucuz xammal
mənbəyi kimi istifadə edirdi. Bəzi rayonlarda sənayenin
müəyyən sahələri inkişaf etmiş olsa da (Bakı neft sənayesi)
hökumət yerli əhali içərisindən çıxmış sahibkarların fəaliyyətinə
çətinlik törədir, onlar sıxışdırılırdı. Rus kapitalistlərinin
fəaliyyəti üçün daha əlverişli şərait yaratmaq məqsədilə nəinki
xarici ölkə vətəndaşları, hətta Rusiya təbəəsi hesab olunan qeyri
– rusların sahibkarlıqla məşğul olmalarına imkan verilmirdi.
Məsələn, Türküstan general – qubernatorluğunun idarə olunması
haqqında “Əsasnamə”də tatar burjuaziyasının (Volqaboyu
tatarlar) diyarda torpağa, ümumiyyətlə, tərpənməz əmlaka sahib
olması qadağan olunurdu.
Çarizmin müstəmləkəçilik siyasəti ilə barışmayan müsəl-
man – türk burjuaziyası öz hüquqlarının qorunması üçün
getdikcə daha fəal olmağa can atırdı. Hələ XIX əsrin axırlarında
Rusiya müsəlmanlarını müdafiə etmək mövqeyindən çıxış
etməyə iddialı olan ideolaqlar formlaşırdı. Lakin müsəlman
burjuasiyası siyasi, iqtisadi cəhətdən hələ zəif idi, yaxşı
təşkilatlanmamışdı. Bu mənada XX əsrin əvvəllərində Rusiya
302
müsəlman burjuaziyasının qarşısında siyasi təşkilatlanma məsə-
ləsi dururdu. Bu baxımdan türk xalqlarının yaşadıqları bölgə-
lərdə Rusiya müsəlmanlarını birləşdirə biləcək vahid təşkilatın
yaradılması istiqamətində iş aparılırdı.
Rusiyada 1905 – ci ildə başlanmış inqilab çarizmi müəyyən
güzəştlərə getməyə məcbur etdi. Yaranmış şərait müsəlman
burjuaziyasının siyasi fəallığının artmasına şərait yaratdı. Bütün
Rusiya müsəlmanlarını təmsil edə biləcək siyasi təşkilatın
yaradılması fikri meydana gəldi. Bu təşkilat İ.Qaspıralının da
dediyi kimi “hissələrə parçalandığı üçün zəif olan, digər millət-
lərlə müqayisədə elm və maarif sahəsində geri qalmış” türklərin
inkişafı üçün mübarizə aparmalı idi. Bütün Rusiya müsəlmanları
üçün müştərək partiya yaradılması məqsədilə qurultay çağırıl-
ması nəzərdə tutulurdu. Qurultay leqal surətdə keçirilməli idi və
bu məqsədlə Nijni – Novqorod qubernatoruna müraciət
edilmişdi. Lakin şəhərdə hərbi vəziyyətin mövcud olmasını
bəhanə gətirən qubernator hər hansı bir yığıncağın keçirilməsinə
imkan verilməyəcəyini bildirdi.
Yaranmış vəziyyətdən çıxış yolu kimi qurultayın gizli
şəraitdə keçirilməsi qərar alındı. Qurultay nümayəndələri Oka
çayında gəzinti adı ilə 300 rubla “Qustav Struve” gəmisini
icarəyə götürərərk 1905 – ci ilin avqustunun 15 – də Rusiya
müsəlmanlarının birinci qurultayını keçirirlər. İ.Qaspıralının
sədrliyi ilə keçirilən qurultayda Azərbaycan, tatar, başqırd,
Krım, Sibir, Türküstan və s. burjuaziyasını təmsil edən 150
nümayəndə iştrak edirdi.
Qurultayda “Rusiya Müsəlmanları İttifaqı”nın yaradılması
qərara alınır. “Rusiya Müsəlmanları İttifaqı”nın qarşısında
aşağıdakı vəzifələr qoyulurdu:
Vahid dövlət çərçivəsində bütün Rusiya müsəlmanlarının
birləşdirilməsi;
Bütün millətlərin nümyəndələrinin bərabər surətdə təmsil
olunması əsasında konstitusiyalı monarxiyanın qurulması;
Müsəlman və rus əhalisinin hüquqi cəhətdən bərabər-
liyinin təmin edilməsinə nail olmaq. Müsəlmanlara qarşı bütün
303
ayrı-seçkilik salan qanunların, idarəetmə metodlarının ləğv
edilməsi.
Müsəlmanların mədəni və maarif tərəqqisi haqqında qərar
qəbul edilməsi.
Qurultayda növbəti qurultayın çağrılması, partiyanın
proqram layihəsinin hazırlnması haqqında qərar qəbul olundu.
Ümumiyyətlə, ilk qurultayın çağrılmasında, burada keçirilən
müzakirələrdə Azərbaycandan olan nümayəndələr fəal iştrak
etmişdilər.
Qurultayda “İttifaq”ın rəhbər orqanları seçildi. Onun
tərkibi əslində bölgələrdə milli burjuaziyanın formalaşma
səviyyəsini, onun ictimai, siyasi fəallığını əks etdirirdi. Məsələn,
“İttifaq”ın rəhbər orqanlarının tərkiində Türküstan milli burjua-
ziyasının nümayəndələri yox idi, bu isə diyarda həmin qüvvəni
təmsil etməli olan ideoloqların hələ lazımi səviyyədə forma-
laşmaması ilə bağlı idi.
Rusiya müsəlmanlarının ilk qurultayından sonra imperi-
yada siyasi mübarizə daha kəskin xarakter almışdı. 1905 – ci ilin
oktyabrında “Ümumrusiya siyasi tətili” başlanmışdı. 1905 – ci
ilin 17 oktyabrında çarın imzaladığı “Manifest”də şəxsiyyət to-
xunulmazlığı, söz, yığıncaq, vicdan azadlığı, seçki hüququ elan
olunurdu. “Manifest” imperiyada milli hərəkatın güclənməsinə
də təsir göstərdi.
1906 – cı ilin yanvar ayının 13 – 23 – də Sank - Peterburqda
gizli şəraitdə “Müsəlman ittifaqı”nın ikinci qurultayı keçirildi.
150 - ə yaxın nümayəndənin iştrak etdiyi qurultayda Azərbaycan
müsəlmanlarını təmsil edən Ə.Topçubaşov, Q.Qarabəyli,
Ə.Axundov fəal iştrak etmişdilər. Qurultayda partiyanın proq-
ram və nizamnamə layihələri, I Dövlət Dumasına seçkilərdə
taktika məsələləri müzakirə edildi. Sonuncu məsələnin müza-
kirəsi zamanı qurultay kadetlərlə birlikdə fəaliyyət göstərmək
barəsində qərar qəbul etdi. Bu məsələ ilə bağlı qəbul edilmiş
qərarda deyilirdi: “Qurultay gəlmiş nümayəndələrin arzusuna və
seçkilərin yaxınlaşmasına (Dumaya) diqqət yetirərək kons-

304
titusiyalı demokrat partiyasına qoşulmağı müsəlmanlar üçün
daha münasib hesab edir”
1905 – ci ilin oktyabrında yaranmış “Konstitusiyalı
demokrat partiyası (kadet) Rusiyada ilk leqal siyasi partiya idi.
Partiyanın proqramında qanun qarşısında hamının bərabər
olması, vicdan azadlığı, şəxsiyyət toxunulmazlığı, rus dili ilə
yanaşı yerli dillərin inkişafı, yerli özünüidarəetmə sisteminin
inkişafı, təhsil haqqının azaldılması, pulsuz ümumi icbari ibtidai
təhsil, əsas qanunla müəyyən edilən dövlət quruluşu və s.
məsələlər qoyulurdu. Bununla yanaşı mövcud siyasi sistemə
münasibətdə kadetlərin mövqeyi ilə hökumətin mövqeyi
mahiyyət etibarı ilə bir – birindən fərqlənmirdi. “Böyük Rusiya”
ideyasının tərəfdarı olan kadetlər rus imperiyasının birliyinin
qorunub saxlanmasının tərəfdarı idi.
II qurultayda qəbul edilmiş “Nizamnamə”də qeyd olunurdu
ki, müsəlmanların yaşadıqları quberniyalarda mərkəzləri Bakı,
Simferepol, Sankt –Peterburq, Həştərxan, Qazan olmaqla
Qafqazda, Krım, Sankt –Peterburq, Moskva, Aşağı Volqaboyu
və Yuxarı Volqaboyunda 16 rayon təşkil edilsin. Həmin
rayonlarda Ümumrusiya müsəlmanları qurultaylarına tabe olan
yığıncaqlar təsis edilməli idi. Yerli orqanlar qurultaylararası
dövrdə “İttifaq”ın baş şurasına tabe olmalı idi, “Nizamnamə”də
Ümumrusiya müsəlmanlarının qurultaylarının hər il çağırılması
nəzərdə tutulurdu.
1906 – cı ilin avqustun 15 – 21 – də yenə də Nijni – Nov-
qorodda “İttifaq”ın üçüncü qurultayı keçirildi. 800 nəfərin
iştrak etdiyi qurultaya partiyanın “Nizamnamə” və “Proqramı”nı
hazırlamış Ə.Topçubaşov rəhbərlik edirdi.
Əvvəlki iki qurultaydan fərqli olaraq üçüncü qurultayın
keçirilməsi üçün DİN – dən rəsmi icazə alınmışdı. Qurultayda
partiyanın proqramı qəbul edildi, 15 nəfərdən ibarət MK seçildi.
11 bölmə və 79 maddədən ibarət proqramın 17 – ci mad-
dəsində dövlət quruluşu barəsində deyilirdi: “Rusiyanın dövlət
quruluşunun daha münasib forması ali dövlət hakimiyyətinin
monarxa məxsus olduğu Konstitusiyalı parlament monarxiya-
305
sıdır”. Bu maddədən də görünür ki, dövlət quruluşu məsələsində
müsəlman burjuaziyası ilə kadetlərin mövqeyi üst – üstə
düşürdü.
“İttifaq”ın qurultaylarında, eləcə də Dövlət Dumasının
müsəlman fraksiyasının fəaliyyətində kadetlər partiyasının siyasi
mövqeyinə müsbət münasibət özünü aydın göstərirdi. Dumanın
özündə də müəyyən məsələlərin müzakirəsində müsəlman
fraksiyası kadetlərlə eyni mövqedən çıxış edirdi.
II Dumanın Daşkənddən seçilmiş nümayəndəsi Ə.Karıyev
Dumanın qovulmasından sonra həbs edilib Türküstan muhafizə
şöbəsində dindirilərkən bildirmişdi ki, mən bizim təxminən 30
nəfərdən ibarət müsəlman fraksiyasının qoşulduğu qruplara səs
verir, onları müdafiə edirdim, bizim sol qrupları müdafiə
etdiyimiz hal olmamışdır.
Qurultay Cənubi Qafqazda milli münaqişələrə son qoyul-
ması, aqrar məsələ, təhsil, mətbuat barəsində qərarlar qəbul etdi.
Aqrar məsələ ilə bağlı qərarda kiçik torpaq sahiblərinin torpağa
olan ehtiyaclarının udeal, dövlət və kabinet torpaqları hesabına
ödənilməsi nəzərdə tutulurdu.
Proqramda ana dilində məktəblərin açılması, mətbuat
orqanlarının yaradılması nəzərdə tutulurdu. “İttifaq” müsəlman
dini müəssisələrinin yenidən qurulmasına fikir verərək məktəb
islahatının da onlara tapşırılmasını, məktəb və mədrəsələrin
Maarif Nazirliyinin tabeliyindən çıxarılıb onlara verilməsini
nəzərdə tuturdu.
“İttifaq”ın proqramına uyğun olaraq MK –nın büro üzvləri
əhali içərisində qurultayın qərarlarını təbliğ edirdilər. MK – nın
üzvlərinə göndərilmiş məktubda qeyd olunurdu ki, təşkilatların
ilkin vəzifəsi maddi və ictimai sahələrdə xalqın maraqlarını əks
etdirməkdən ibarətdir.
Qurultayların qərarlarına uyğun olaraq müsəlmanların
yaşadıqları yerlərdə “müsəlman cəmiyyətləri” yaradılır, qəzetlər
nəşr olunurdu. Mətbuat orqanlarında partiyanın proqramı təbliğ
olunurdu. Bu cəhətdən “Ulduz (Qazan), “Vaxt (Orenburq),

306
“Tərəqqi” və “Günəş” Türküstan), “Tərcüman” (Baxçasaray)
qəzetlərinin fəaliyyəti diqqəti cəlb edirdi.
Müsəlman ittifaqının MK–ı Dövlət Dumasının müsəlman
fraksiyasının fəaliyyətinə rəhbərlik edir, qanun layihələrinin
müzakirələrində iştrak edirdilər.
1907 – ci ilin 3 iyunda II Dumanın qövulması və irticanın
güclənməsi ilə əlaqədar “Müsəlman İttifaqı” öz fəaliyyətinin
dayandırılmasını bildirdi.
22.2.Cədidçilik.XIX əsrin ikinci yarısından etibarən Rusiya
imperiyasında inkişaf etməkdə olan kapitalist münasibətləri
iqtisadiyyatı yenidən qurmağı, istifadəyə verilməkdə olan texni-
kanı idarə etməyi bacaran kadrlar tələb edirdi. Bu baxımdan
hökumət xalq maarifinin inkişafına diqqət verməyə məcbur idi.
Digər tərəfdən, ictimai – siyasi şərait də elm və mədəniyyətin
inkişafına müəyyən şərait yaradırdı. Sosial hərəkatların təsiri
altında hökumətin müəyyən güzəştlərə getməsi mədəni inkişafa
təsir göstərən amillərdən biri idi. Formalaşmaqda olan milli
burjuaziya, demokratik ruhlu adamlar mədəniyyətin və maarifin,
dünyəvi təhsilin inkişaf etdirilməsinə çalışırdılar.
Dünyəvi təhsilin yayılması, mövcud məktəblərin islah
olunması, onların proqramlarının dünyəvi fənlərlə genişləndiril-
məsi, təhsil müəssisələrinin maddi – texniki bazasının yaxşılaş-
dırılması uğrunda XIX əsrin axırlarından başlanan hərəkat türk
xalqlarının tarixində cədidçilik adı ilə məşhurdur. Ərəb sözü
olan “cədid” “yeni”, “üsuli-cədid” isə “yeni metod” deməkdir.
Müsəlman ölkələrində məktəblərdə islahat aparılması
cəhdləri XIX əsrdə özünü göstərməyə başlayır. Rusiya imperi-
yasında yaşayan türk xalqlarında əsrin 70 – ci illərindən yeni
üsullu məktəblərin yaranması başlanır. Krım və Volqaboyunda,
Azərbaycanda, Mərkəzi Asiyada belə məktəblər açılır. Bu
dövrdə yeni üsullu məktəb açanlar, yaxud onların tərəfdarları
cədidçilər, hərəkat isə cədidçilik adını almışdı. XIX əsrin axırları
üçün bu hərəkat qabaqcıl mədəniyyətə yiyələnmək, mədəni
dəyişikliklər uğrunda mübarizə idi. Tədricən hərəkat ədəbiyyat,
incəsənət və məişət sahələrini də əhatə etməyə başlayır.
307
XIX əsrin 70–ci illərindən başlayaraq Bakı, Şamaxı, Lən-
kəran, Naxçıvan, Nuxa, Şuşa, Salyan, Gəncə və s. yerlərdə cədid
məktəbləri açıldı. Azərbaycanda maarifçilik ideyasının təbliğ
olunmasında H.Zərdabi, S.Ə.Şirvani, S.S.Axundov, A.Şaiq,
N.Nərimanov, C.Məmmədquluzadə, R.Əfəndiyev, F.Köçərli,
N.Mahmudbəyov mühüm rol oynayırdılar.
Türkçülük ideyalarının fəal tədqiqatçılarından biri, “bütün
ölkələrin türk xalqlarının mənəvi atası” adlandırılan Krım
zadəganı İ.Qaspıralı 1884 – cü ildə Baxçasarayda özünün ilk
yeni üsullu məktəbini açmışdı. Krımda məktəb işini öyrənmək
üçün 1891 – ci ildə Daxili İşlər Nazirliyinin nümayəndəsi
Vaskeviç xüsusi tapşırıqla Krıma gəlmiş və Qaspıralıya təklif
etmişdi ki, buradakı müsəlman məktəblərinin vəziyyəti və
onların işinin yenidən qurulması ilə bağlı məlumat hazırlasın.
Qaspıralı tərəfindən hazırlanmış məlumatın surəti 1892 – ci ildə
Türküstan general – qubernatoruna göndərilmişdi. Məlumatda
müsəlman məktəblərinin yenidən qurulması, tədrisdə yeni iş
metodlarından istifadə ilə bağlı təkliflər öz əksini tapmışdı.
Qaspıralı Türküstanda cədid məktəblərinin açılmasını da təklif
edirdi. Türküstan general – qubernatoru Türküstan müəllimlər
seminariyasının direktoru N.Ostroumova və diyarı yaxşı tanıyan
V.Nalivkinə Qaspıralının təkliflərinə münasibət bildirməyi təklif
edir. Lakin onların hər ikisi Qaspıralının təkliflərinə mənfi
yanaşırlar.
Qaspıralı öz imkanlarından istifadə etməklə Türküstanda
məktəb açmaq qərarına gəlir və bu məqsədlə 1893 – cü ildə di-
yara gedir. Burada o, yerli burjuaziyanın bir sıra nümayəndələri
ilə görüşür. Onun köməyi ilə burada bir neçə cədid məktəbi
açılır və bu məktəblərdə oxuyanlar Türküstanda yaşayan tatar
ailələrindən idi. Türküstanın yerli əhalisi üçün ilk cədid məktəbi
1889 – cu ildə Əndincanda açılmışdı. XIX əsrin axırlarında Daş-
kənddə, Buxarada, Bişkekdə və s. şəhərlərdə də cədid məktəb-
ləri açılmışdı.
XIX əsrin axırları, XX əsrin əvvəllərində milli mətbuatın
inkişafı sahəsində də irəliləyiş var idi. 1875 – ci ildə Bakıda
308
H.Zərdabinin rəhbərliyi ilə nəşr olunan “Əkinçi” qəzeti bütün
Şərq dünyasında Avropa üsulunda nəşr olunan ilk mətbuat
orqanı idi. Qəzetin fəaliyyəti ilə Qərb ölkələrində də tanış idilər.
1906 – cı ildən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı türk
xalqları arasında, həmçinin Yaxın Şərqdə satirik mətbuatın
əsasını qoydu.
Maarifçilik ideyalarının təbliğində Qaspıralının Baxça-
sarayda nəşr etdiyi “Tərcüman” qəzeti mühüm rol oynayırdı.
Çar hakimiyyət orqanları bu qəzetin türk xalqları içərisində
böyük nüfuza malik olduğunu bilirdilər. “Tərcüman” qəzetində
Rusiyanın bütün türk xalqlarının birləşməsi zərurəti, dünya
mədəniyyəti nailiyyətlərindən istifadə olunması, dünyəvi təh-
silin genişləndirilməsi təbliğ olunurdu.
XX əsrin əvvəllərində Mərkəzi Asiyada da cədid qəzet və
jurnallarının nəşri başlanır. Özbək cədidçiləri “Orta Asiya
xülasəsi” adı ilə qəzet buraxmağa başlayırlar. 1905 –ci ilin
axırlarından çap olunan qəzetin fəaliyyəti 1906 – cı ilin
əvvəllərində dayanır. 1906 –cı ildə “Tərəqqi”, “Günəş”, 1907 –
1908 – ci illərdə isə “Şöhrət” və “Tacir” qəzetləri nəşr olunur.
Cədidçilər elm və maarifin, incəsənətin inkişafına müsəl-
manları tərəqqi və inkişaf yoluna çıxara biləcək bir vasitə kimi
baxırdılar.Bu məqsədlə də cədidçilər müsəlman din xadimlərinin
savadlanmasını, dini məktəblərdə islahatların aparılmasını, milli
teatrı və digər mədəni – maarif müəssisələrini inkişaf etdirməyi
təklif edirdilər. Cədid mətbuatında bəzi din xadimləri də tənqid
olunurdu. Çar hakimiyyəti orqanları özünün sosial dayağını
möhkəmləndirmək məqsədilə müsəlman din xadimlərini öz
tərəfinə çəkməyə çalışırdı. Müsəlman din xadimlərini tənqid
edən cədidçilər islam dininə, onun fəlsəfəsinə toxunmurdular.
Cədid mətbuatında qeyd olunurdu ki, biz din xadimlərini və
müsəlmanları dini ibadətə, müqəddəs yerlərə getməyə, islamın
bütün adət - ənənələrinə əməl etmələrinə görə deyil, cahilliyə,
maarifçiliyə qarşı çıxdıqlarına görə tənqid edirik. Bəzi din
xadimləri cədid məktəblərinə qarşı çıxsalar da, din xadimləri
içərisində dünyəvi təhsili müdafiə edənlər də var idi. Cənubi
309
Qafqazın ali ruhanilərindən axund Əbdülsalam Axundzadə və
Molla Məhəmməd Pışmanzadə xalqın maariflənməsinə şərait
yaratmağa çalışırdılar.
XX əsrin əvvəllərində Rusiya imperiyasının ictimai – siyasi
həyatında əhəmiyyətli dəyişikliklər baş verirdi. Müxtəlif sosial
qrupların mənafeyini əks etdirən cərəyanlar, siyasi təşkilatlar,
ictimai birliklər yaranırdı. Bu dövdə cədidçilik hərəkatının
xarakterində dəyişikliklər baş verir. Maarifçilik hərəkatı kimi
meydana gələn cədidçilik siyasi xarakter alır. Cədidçilər çar
Rusiyasının müstəmləkəçilik siyasətini tənqid edir, ictimai –
siyasi həyatın müxtəlif sahələrində islahatların aparılmasını,
inkişaf etməkdə olan türk ticarət - sənaye burjuaziyasının
xeyrinə müəyyən güzəştlərin verilməsini tələb edirdilər.
Rusiya imperiyasının siyasi quruluşu məsələsində cədidçilər
konstitusiyalı parlamentli monarxiya tərəfdarı kimi çıxış edir-
dilər, dinc, demokratik mübarizə metodları tərəfdarı idilər. Onla-
rın fikrincə, konstitusiyalı monarxiya yolu ilə çarın fəaliyyətini
məhdudlaşdırmaq mümkündür.
Cədidçilər Rusiya müsəlmanlarının maraqlarını təmin edə
biləcək ümumi siyasi təşkilatın yaradılmasını, ölkənin idarə
olunmasında iştrak etmək hüququnun əldə edilməsini istəyir-
dilər.
22.3.Rusiya Dövlət Dumasının müsəlman fraksiyası. XX
əsrin əvvəllərində Rusiya dünyanın ən böyük imperiyalarından
biri olsa da burada parlament, leqal siyasi partiyalar yox idi.
Ölkədə bütün hakimiyyətin çara məxsus olduğu mütləq
monarxiya mövcud idi. Siyasi, sosial-iqtisadi, milli ziddiyyətlər
getdikcə dərinləşirdi.
Gərginliyin artması hökuməti müəyyən islahatlar həyata
keçirməyə təhrik edirdi. Hökumət başa düşürdü ki, yalnız cəza
tədbirləri ilə mövcud gərginliyi aradan qaldırmaq mümkün
deyil. Rusiyada siyasi islahatların həyata keçirilməsinin zəru-
riliyini Qərb ölkələri də bildirirdilər. Onlar Rusiyadakı sosial
hərəkatların Qərbə də yayılacağından ehtiyat etdikləri üçün ça-
rizmə təsir etməyə cəhd edirdilər. Rusiyada 1905-ci ildə
310
başlanan burjua-demokratik-inqilabi çarizmi ilk dəfə olaraq
ölkədə burjua demokratiyasının Duma (parlament), çoxpartiyalı
sistem kimi elementlərinin fəaliyyət göstərməsinə razı olmağa
məcbur etdi.
1905-ci ilin avqustundu Dövlət Dumasının təsis olunması
haqqında manifest elan olundu. Duma layihəsi DİN Bulıginin
rəhbərliyi altında işlənib hazırlandığı üçün tarixə “Bulıgin
duması” adı ilə daxil oldu. Layihəyə görə milli ucqarların
köçəri əhalisi “ictimai inkişafın aşağı pilləsində” olduqları üçün
seçkilərdə iştirak edə bilməzdilər qadınlar, hərbi qulluqçular,
fəhlələr, tələbələr də seçki hüququ əldə etmirdi.
1905-ci ilin dekabrında Dumaya seçkilər haqqında çar
fərmanı elan olundu. Fərman fəhlələrin də bir hissəsinə seçki
hüququ verirdi. 1906-cı ilin fevral-mart aylarında keçirilən
seçkilərdə deputat mandatı əldə edənlər bir sıra fraksiyalar
yaratdı. Ən böyük fraksiyalardan biri kadetlərdən ibarət idi.
Onlar 179 yer əldə etmişdilər. Duma sədri, onun hər iki müavini,
Duma katibi və komissiyaları da kadet fraksiyasından
seçilmişdi. Sağlar və oktyabristlər birlikdə 26 yer qazanmışdı.
Yerdə qalan deputatlar qruplar arasında belə bölünmüşdü: milli
qruplar – 44 deputat, trudoviklər – 94 deputat, sosial-demokrat-
lar (menşeviklər) – 17 deputat, bitərəflər – 100 deputat. Bolşe-
viklər seçkiləri baykot etmək mövqeyindən çıxış etdikləri üçün
yer almamışdılar. Lakin V.İ.Lenin sonralar bu siyasətin səhv
olduğunu bildirmişdi.
Bakı və Yelizavetpol quberniyalarını və eləcə də Bakını 5
deputat təmsil edirdi. Dumada Türküstan nümayəndələri iştirak
etmirdi. Çünki burada Dumaya seçkilər xeyli gec, 1906-cı ilin
mayın 3-də başlanır. Halbuki Duma 1906-cı ilin 26 apreldə işə
başlamışdı və Türküstanda seçki başa çatmamış I Duma
buraxılmışdı.
I Dumanın müsəlman fraksiyası 1906-cı ilin iyunun 26-da
yaradıldı. Fraksiyaya Ə.Topçubaşov rəhbərlik edirdi, müsəlman
fraksiyası aqrar məsələ, köçürülmənin ləğvi, ölüm cəzasının,

311
savadsızlığın ləğv olunması, milli zəmində baş verən toqquş-
malara son qoyulması kimi məsələləri qaldırırdılar.
Müsəlman fraksiyası ilə kadetlər arasında sıx əlaqə var idi.
Kadetlərin aqrar məsələ ilə bağlı irəli sürdüyü layihədə iri torpaq
sahibliyinin ləğv olunması öz əksini tapırdı. Müsəlman fraksi-
yası aqrar məsələdə ilk növbədə burjua-mülkədar dairələrinin,
müsəlman din xadimlərinin maraqlarını nəzərə alırdı. Onlar
təklif edirdilər ki, vəqf torpaqları başqalarına verilməməlidir,
nadellərin artırılması udel, kabinet və monastr torpaqları
hesabına olmalıdır, köçürülmə ləğv edilməlidir. Aqrar məsələ ilə
bağlı hökumətin təqdim etdiyi proqramda torpaq üzərində xüsusi
mülkiyyət hüququnun müdafiəsi, torpaqsız kəndlilərin milli
ucqarlara köçürülməsi nəzərdə tutulurdusa, trudoviklər həm iri,
həm orta torpaq sahibliyinin ləğvini, heç bir ödənc olmadan
torpağın kəndlilərə verilməsini, torpağın milliləşdirilməsini, tor-
pağı onu öz əməyi ilə becərən kəndlilərə verməyi təklif edirdilər.
I Duma hökumətə etimadsızlıq nümayiş etdirdi, lakin
hökumət istefaya getmədi. Çünki o, çar qarşısında məsuliyyət
daşıyırdı. Nəticədə ölkədə duma böhranı başlandı. Çar II
Nikolay 1906-cı ilin iyulunda dumanın buraxılması haqqında
fərman verdi. Baş nazir Stolıpinin əmrilə Tavrida sarayının
ətrafına əli silahlı əsgərlər qoyuldu, divarlara isə dumanın
buraxılması haqqında çar fərmanı vuruldu.
Hökumətə etiraz edən duma üzvləri öz iclaslarını Vıborqa
keçirməyi qərara aldılar. Dumanın buraya toplaşan bir qrup
deputatı “Vıborq müraciəti” ilə əhaliyə müraciət etdilər. Müra-
ciəti imzalayanlar içərisində müsəlman fraksiyasının üzvləri də
var idi. Müraciətdə əhali hakimiyyət orqanlarına passiv müqa-
vimətə çağrılırdı. Burada qeyd olunurdu ki, hökumət deputat-
ların razılığı olmadan xalqdan vergi toplamaq, hərbi qulluğa
çağırmaq hüququna malik deyil, əhali öz hüquqlarını müdafiə
etməlidir.
Hökumət Vıborq müraciətini imzalayanlara divan tutdu.
Məsuliyyətə cəlb olunanlar içərisində Ə.Topçubaşovla İ.Ziyad-
xanov da var idi. Məhkəməyə verilən 167 deputatın 100 nəfəri
312
kadet idi. İstintaqa cəlb edilənlərin 2-i bəraət aldı, yerdə
qalanları isə 3 aylıq həbs olundu, onlar dumaya seçilmək hüqu-
qundan məhrum oldu. Ə.Topçubaşov həm də “Kaspi”nin rəhbər-
liyindən və Bakı şəhər dumasının tərkibindən çıxarıldı.
1906-cı ilin sonu, 1907-ci ilin başlanğıcında II Dumaya
seçkilər keçirildi. Buraya Azərbaycandan 6 azərbaycanlı
deputat seçilmişdi. Qazan diyarından seçilən 10 deputatın 3-ü
müsəlman fraksiyasının üzvü oldu.
II Dumaya seçkilərdə Türküstan əhalisi də iştirak edirdi.
Hökumət buradakı seçkilərdən narahat olduğu üçün müxtəlif
yollarla seçki prosesinə mane olurdu. Bəzi adamlara bildiriş
göndərilməmişdi. Bəzilərinə bir neçə bildiriş verilmişdi, bu isə
onunla bağlı idi ki, seçki siyahısında eyni bir şəxs müxtəlif
nömrələr altında bir neçə dəfə qeyd olunmuşdu. Belə bir şərt
qoyulmuşdu ki, namizəd göstərilənlər rus dilini bilməlidir. Yerli
əhalinin isə kiçik bir hissəsi rus dilini bilirdi. Türküstandan
dumaya seçilən 13 deputatın 6 nəfəri müsəlman fraksiyasının
üzvü idi. Qazaxıstandan seçilən 13 deputatın 5 nəfəri müsəlman
fraksiyasını təmsil edirdi.
1907-ci ilin 20 fevralında işə başlayan II Duma öz
tərkibinə görə daha solçu idi. 518 deputatın 104-ü trudovik, 65-i
sosial-demokrat, 80-i kadet, 54-ü sağçı idi.
Mətbuat orqanlarında II Dumaya seçilmiş türk deputat-
larına seçicilərinin mənafeyi ilə bağlı müraciətlər öz əksini
tapırdı. Burada mədəniyyətin inkişafı, hərbi-səhra məhkəmə-
lərinin ləğvi, hərbi vəziyyətin aradan qaldırılması, siyasi məh-
buslara azadlıq verilməsi, kəndlilərdən alınan vergilərin ləğv
olunması, dövlət quruluşunun demokratikləşdirilməsi, özbaşı-
nalıq edən məmurların cəzalandırılması, dumanın səlahiyyət-
lərinin genişləndirilməsi, onun razılığı olmadan verilmiş bütün
qanunların ləğv olunması, söz, mətbuat, yığıncaqlar, dini azad-
lıqlar, şəxsiyyət toxunulmazlığı, pulsuz ümumi təhsil kimi mə-
sələlər qaldırılırdı.
Müsəlman fraksiyası II Dumada da fəaliyyət göstərirdi. O,
dumanın ən böyük-fraksiyalarından biri idi. Fraksiya öz
313
proqramını hazırlayaraq nəşr etdirmişdi. 11 bölmədən ibarət
olan bu sənəddə vətəndaşların hüquqları, fraksiyanın məqsəd və
vəzifələri göstərilirdi. Burada qeyd olunurdu ki, Rusiyada
konstitusiyalı monarxiya idarəetmə forması tətbiq olunmalıdır.
Çarın hüquqları konstitusiya və duma tərəfindən məhdudlaş-
dırılmalıdır, müsəlmanların siyasi-mülki hüquqları imperiyanın
digər millətlərindən olan əhalisinin hüquqları ilə eyniləşdiril-
məlidir, ana dilində təhsil almaq hüququ təmin olunmalıdır.
II Dumada da ən kəskin mübahisə doğuran məsələlərdən
biri aqrar məsələ idi. Aqrar məsələyə münasibət 1907-ci ilin
martında müsəlman fraksiyasının özündə parçalanmaya gətirib
çıxartdı. Onun bəzi üzvlərinin fikrincə, fraksiya aqrar məsələnin
həllində qətiyyətsiz hərəkət edir. Fraksiyanın 6 üzvü “Müsəlman
əmək qrupu” yaratdı. Onlar heç bir ödənc olmadan torpağın
kəndlilərə verilməsini tələb edirdi. Müsəlman fraksiyası isə
torpağın ədalətli qiymətlərlə kəndlilərə satılmasını təklif edirdi.
Müsəlman əmək qrupu 1907-ci ilin aprel-may aylarında
Azərbaycan və tatar dillərində “Duma” adlı qəzet də buraxmışdı.
Müsəlman əmək qrupu ilə müsəlman fraksiyası arasında
əlaqə əslində kəsilməmişdi. Bir çox məsələlərdə onlar birilkdə
çıxış edirdilər.
Müsəlman fraksiyasının üzvləri kadetləri bir sıra hallarda
müsəlmanlara kifayət qədər diqqət verməməkdə təqsirləndirirdi.
Buna cavab olaraq kadetlər bildirmişdilər ki, guya müsəlmanlar
konkret heç bir təklif hazırlamayıb. Qərara alınmışdı ki, ümumi
seçki hüququ haqqında qanun layihəsinin hazırlanmasına müsəl-
man fraksiyasının üzvləri də cəlb olunsun.
Konkret təkliflərin hazırlanmasını müsəlman deputatların
müxtəlif məsələlər üzrə çıxışları aydın göstərirdi. Onlar aclıq
keçirənlərə, işsizlərə kömək göstərilməsi məsələlərinin müzaki-
rəsində öz təkliflərini bildirirdilər. Fraksiya qadınların hüquq
bərabərliyi məsələsini qaldırmışdı, onlara da seçki hüququnun
verilməsini təklif etmişdi.
Müsəlman fraksiyası hökumətin diqqətini müsəlmanların
təhsil almasına cəlb etməyə çalışırdı, məhkəmə islahatının milli
314
ucqarlarda da aparılmasını, məhkəmədə əhalinin öz dilindən
istifadə olunmasına icazə verilməsini qeyd edirdi.
Hökumət II Dumanın işindən narazı qaldığı üçün onun
buraxılması qərarına gəldi və bu məqsədlə əvvəlcədən hazırlıq
işləri gördü. Baş nazir Stolıpin Sank-Peterburq xəfiyyə idarə-
sinin hazırladığı saxta sənədlərə əsaslanaraq güclü sol qrupdan
xilas olmaq məqsədilə 55 sosial-demokratı “respublika qurmaq”
cəhdində günahlandıraraq dumadan onların ələ verilməsini və
həbs olunmasını tələb etdi. Duma isə həm bundan imtina etdi,
həm də vəziyyəti aydınlaşdırmaq üçün komissiya yaratdı.
Komissiya sol qrupun təqsirkar olmadığını göstərdi. Belə bir
vəziyyətlə üzləşən hökumət dumanı buraxmaq qərarına gəldi.
1907-ci ilin iyunun 3-də çar dumanın buraxılması haqqında
fərman verdi.
Yeni seçki qanununa görə qadınlar, tələbə gənclər, muzdla
işləyənlər, hərbi qulluqçular seçki hüququndan məhrum edildi.
Yalnız kəndli təsərrüfatının başçısı olan kəndlilər seçkilərdə
iştirak edə bilərdilər. Qanun qeyri-rusların hüquqlarını xeyli
məhdudlaşdırdı. Türküstan və Qazaxıstan, Sibirin türk xalqları
dumaya deputat göndərmək hüququndan məhrum edildi. Cədid
liderlərindən olan Behbudi qeyd edirdi ki, dumada bizim
deputatımız yoxdur, yeganə çıxış yolu ondan ibarətdir ki, bütün
böyük şəhərlərdən, imkan daxilində isə Türküstanın beş vila-
yətinin şəhərlərinin hər birində bir deputat seçmək və onları
petisiya ilə Sank-Peterburqa imperatorun yanına göndərmək və
ondan deputatların III Dumaya daxil olmasına icazə verməyi
xahiş etmək lazımdır.
Həştərxan və Stavropol quberniyalarında yaşayan qırğızlar
da dumada təmsil olunmaq hüququndan məhrum olunmuşdu.
III Dumada da müsəlman fraksiyası fəaliyyət göstərirdi.
Fraksiyanın Ə.Topçubaşov tərəfindən rəhbərlik edilən xüsusi
bürosu var idi. Ə.Topçubaşov III Dumanın deputatı olmasa da
dumanın müsəlman fraksiyasının işində, qanun layihələrinin
hazırdanmasında bilavasitə iştirak edirdi.

315
Dumanın müsəlman deputatları mülki və siyasi azadlıq,
köçürmə məsələsinin nizamlanması, ana dilində təhsil, məhkə-
mə işlərinin yerli dildə aparılması, zemstvoların yaradılması
məsələləri ilə bağlı öz təkliflərini bildirirdilər. Müsəlman frak-
siyası bildirirdi ki, köçürmə işi aqrar məsələ ilə bağlıdır, onları
ayrı-ayrılıqda həll etmək mümkün deyil. Köçürmə yerlərdə yerli
əhalinin torpaqdan istifadə imkanlarını məhdudlaşdırır, buna
görə də köçürmə işi aqrar məsələnin həllinə kimi təxirə
salınmalıdır.
Fraksiya üzvləri orduya çağırış, dini etiqad sahələrindəki
məhdudiyyətlər məsələlərini də qaldırırdı. Neft sənayesindəki
vəziyyət müzakirə olunarkən oktyabristlər xəzinə torpaqlarından
istifadə edən dövlət kəndlilərindən neftli sahələrin alınması
təklifini irəli sürdülər. Əslində bu, Abşeron kəndlilərinin öz
torpaqlarını itirməsi demək idi. Lakin Azərbaycandan olub yerli
əhalinin mənafeyini təmsil edən deputat bu məsələdə çox da fəal
olmamışdı. Müsəlman fraksiyası Bakı ziyalılarının N.Nərima-
novun həbsi ilə bağlı müraciətinə də laqeyd yanaşmışdı.
Çarın fərmanına əsasən 1912-ci ilin iyununda III Duma öz
fəaliyyətini dayandırdı və IV Dumaya payızda seçkilər keçirildi.
Bu dumada da kadetlər və oktyabristlər çoxluq təşkil edirdi.
Dumanın müsəlman fraksiyası yenə də öz fəaliyyətində bu
və ya digər fraksiya və qrupla birgə hərəkət etməyə məcbur idi.
Müsəlman fraksiyası azsaylı olduğuna görə komissiya tərkibinə
seçilə bilmirdi. Dumada sorğu vermək üçün də say tərkibi lazım
idi. Sorğu və qanunvericilik təklifi o vaxt verilə bilərdi ki, onu
azı 30 deputat imzalasın.
III Dumada olduğu kimi IV Dumada da Türküstandan
deputat yox idi. Çarizm öz mövqeyini bununla əlaqələndirirdi
ki, “Türküstan əhalisi onun nümayəndələrinin qanunvericilik
fəaliyyətinə cəlb olunmasına təminat verə biləcək mədəni
səviyyəyə malik deyildir”.
1914-cü ildə Türküstanın Dövlət Dumasına nümayəndə
göndərmək hüququnun bərpa edilməsi məsələsi yenidən qaldı-
rıldı. Daxili İşlər Naziri Maklakov Nazirlər Sovetinin sədri
316
Qoremıkinə yazırdı ki, Yeddisu, Zakaspi, Səmərqənd, Sır-Dərya
və Fərqanə vilayətlərinin əhalisinin dumaya nümayəndə gön-
dərməsinin bərpa olunması mümkün deyil.
1912-ci ilin dekabrında müsəlman fraksiyası özünün rəsmi
təsis yığıncağını keçirdi. Ufa quberniyasından olan K.Tevkelev
fraksiyanın başçısı seçildi. Qərara alındı ki, seçicilərlə əlaqənin
fasiləsizliyinin təmin olunması məqsədilə öz dəftərxanası üçün
icarəyə mənzil götürsün. Fraksiyanın fəaliyyət proqramı 1914-
cü ilin fevralında Sank-Peterburqa gəlmiş İ.Qaspırali, Ə.Top-
çubaşov və F.Kərimovla birgə işlənib hazırlandı.
Müsəlman fraksiyası tərəfindən irəli sürülən məsələlər iki
qrupa bölünmüşdü. Birinci qrupa seçki hüququnun dəyişdiril-
məsi ilə bağlı qanun layihəsi daxil edilmişdi. Burada söz, ittifaq,
yığıncaq, mətbuat azadlığının verilməsi, şəxsiyyət toxunulma-
zlığı və s. məsələlər var idi. İkinci qrupa isə müsəlman dini mək-
təbləri, səhər özünü idarəsi, xalq təhsili, köçürmə işinin qaydaya
salınması ilə bağlı məsələlər daxil edilmişdi.
Əvvəlki illərdən fərqli olaraq mətbuatda IV Dumanın
müsəlman fraksiyasının fəaliyyəti geniş işıqlandırılırdı. Mətbuat
orqanlarında fraksiyanın uğurları və uğursuzluqları haqqında
məlumat verilirdi. Fraksiyanın ünvanına xahiş və petisiyalar da-
xil olurdu.
Fraksiyanın fəaliyyətinə kömək məqsədilə hüquqşünas-
lardan ibarət xüsusi qrupun yaradılması nəzərdə tutulurdu. Bu
qrup qanun layihələrinin hazırlanmasında fraksiyaya kömək
etməli idi. Belə bir qrup 1916-cı ilin fevralında yaradıldı. Qrup
üzvləri fraksiya ilə birlikdə məsələlərin müzakirəsində iştirak
etməli, seçicilərlə əlaqəni təmin etməli idi.
1916-cı ildə Maarif Nazirliyinin təhsillə bağlı mövqeyi
müzakirə olunarkən müsəlman fraksiyası öz proqramını elan
etdi. Burada maarif sahəsində müsəlmanların hüquqlarını
məhdudlaşdıran maddələrin ləğv olunması, ana dilində təhsil,
ibtidai məktəblər üçün kadr hazırlığı məsələləri öz əksini tapırdı.
Müsəlman fraksiyası ön cəbhə işlərinə türk xalqlarının
səfərbərliyə alınması məsələsinə də münasibət bildirdi.
317
Fraksiyanın sədri K.Tevkelev və M.Cəfərov məktubla höku-
mətə müraciət edərək qeyri-rusların orduya çağırılmasını nizama
salmağı xahiş etdilər. Deputatlar belə hesab edirdilər ki,
səfərbərlik prosesinin əhalinin qızğın təsərrüfat işləri dövrünə
düşməsini nəzərə almaq, müdafiə işlərinə cəlb olunanların
ailələrinin də əsgər ailələrinə dövlət tərəfindən edilən yardımla
təmin edilməsi zəruridir. Fraksiyanın səyləri nəticəsində
“özgələrin” orduya çağırışı bir müddət təxirə salındı.

318
Ədəbiyyat
Aşurbəyli S. Şirvanşahlar dövləti (VI – XVI), Bakı, 1999.
Azərbaycan tarixi 7 cilddə. C.III – V. Bakı, 1998 – 2008.
Bəşirov Q. Monqol – tatar adı barəsində / Dil məsələlərinə dair
tematik toplu. 1997, №2.
Bəşirov Q. Türk xalqları tarixi və Azərbaycan. Bakı, 2010.
Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış.
Başlanğıcdan XVI əsrə qədər. Bakı, 1993.
Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1981.
Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI).
Bakı, 1999.
Əmir Teymurun vəsiyyətləri. Bakı, 1994.
Mustafayev Y. XX əsrin əvvəllərində Azərbaycanda İslam
ideologiyası və onun tənqidi. Bakı, 1993.
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990
Qüdrətov D. Türk xalqları tarixi.Ən qədim zamanlardan XVIII
əsrin sonunadək. Bakı, 2000.
Qasprinski İ. Türküstan üləması. Bakı, 2001/Nəşrə hazırlayanı
M.Adıgözəlov.
Mahmudlu Y. Azərbaycan diplomatiyası. Ağqoyunlu və Səfəvi
dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV – XVII). Bakı,
1996.
Məmmədova S. Krım xanlığı. Bakı, 2002.
Mehdiyeva N. Türk xalqları tarixi. Yeni dövr / XIX – XX əsrin
əvvəlləri. Bakı, 2003.
Muxtarova Ə. Türk xalqları tarixi. Ən qədim zamanlardan
XVIII əsrin sonunadək. Bakı, 2000.
Göyalp Z. Türkçülüyün əsasları. Bakı, 1991
Göyüşov A. Azərbaycanda ittihadçılıq. Bakı, 1997.
Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində. Müstəqilliyə
aparan yollar. Bakı, 1998.
SSRİ tarixi. II hissə (1861 – 1917) R. Kabanov və N.Kuz-
netsovun redaktəsi ilə. Bakı, 1982.
Süleymanova S. Türk xalqları tarixi / Ən qədim zamanlardan
müasir dövrə kimi. Bakı, 2015.
319
Şərafəddin Əli Yəzdi. Zəfərnamə. Bakı, 1996/ Azərbaycan
tarixinə dair seçmələr. Tərcümə və izah. V.Piriyevindir.
Bamberi G. Əmir Teymur. Bakı, 1991.
Aka İsmail. Timurlular. Ankara, 1995
Çeçen Anıl. Tarihte Türk Devletleri. Istanbul, 1986.
Halaçoylou Yusuf. Osmanlılarda Devlet Teşkilatı və Sosyal
Yapı. Ankara, 1995.
Köprülü Fuat. Osmanlı Devletinin kuruluşu. Ankara, 1985.
Kurat A.Nimet. Rusiya Tarihi. Ankara, 1993.
Merçil E. Müslüman – Türk Devletleri Tarihi. Istanbul, 1985.
Yılmaz Şerafettin. Osmanlı Tarihi. Balıkesir, 1984.
Азимджанов С. Государства Бабура в Кабуле и в Индии. М.,
1977.
Алексеев М. Сибирь в известиях запaдноевропейских
путешественников и писателей XIII – XVIII вв. Иркутск,
1941.
Ализаде А. Социально – экономическая и политическая
история Азербайджана XIII – XIV вв. Баку, 1956.
Алишев С. Казань и Москва.Межгосударственные
отношения в XV – XVI вв. Казань, 1995.
Алишев С. Исторические судьбы народов Среднего
Поволжья. XVI – нач. XIX в. М., 1990.
Ахмедов Б. Государство кочевых узбеков. М., 1965.
Бабаходжаев М. Герат эпохи Навои. Ташкент, 1968.
Бабур З. Бабур- наме. Ташкент, 1968 (Перевод М.Салье).
Базилевич К. Внешняя политика Русского централизо-
ванного государства II пол. XV в. М.,1952.
Бартольд В. Тимур и Тимуриды Соч. Т.2. М., 1963
Башкордостан. Этапы становления государственности. Уфа,
2000.
Бекмаханов Е. Очерки по истории Казахстана XIX в. Алма –
Ата, 1966.
Бэмвер Г. Великие монголы. Потомки Чингизхана и
Тамерлана. М., 2010/Пер. с.анг.

320
Буниятов З. Государство Хорезмшахов – Ануштегинидов.
М., 1986.
Буниятов З. Государство Атабеков Азербайджана. Б., 1986.
Бурдей Г. Борьба России агрессии султанской Турции и ее
вассала Крымского ханства в XVI в. Саратов, 1953.
Безертинов Р. Татары, тюрки –потрясатели вселенной. Т.2-
3. М., 1997.
Введенский А. Дом Строгановых в XV – XVII вв. М., 1962.
Владимирцов Б. Общественный строй монголов. Л, 1934.
Волжская Булгария и монгольское наществия. Казань, 1988.
Возгрин В. Исторические судьбы Крымских татар. М., 1992.
Вяткин М. Очерки по истории Казахской ССР. Т.1, Алма –
Ата, 1941.
Гаспринский И. Русское мусульманство. Казань, 1993.
Гафуров Б. История таджикского народа. С древ. времен до
1917 г. М., 1949.
Гиясаддин Али. Дневник похода Тимура в Индию. М.,
1958/Пер.с перс. А. Семенова.
Гордеев А. Золотая Орда и зарождение казачества.Ч. 1. М.,
1992.
Город Булгар: Очерки истории и культуры. ( X- XIV вв).
М., 1978.
Греков Б., Якубовский А. Золотая Орда и ее падение М. –
Л., 1950.
Греков И. Очерки по истории международных отнощений
Восточной Европы XIV – XVI вв. М., 1963.
Григорьев А. Официальный язык Золотой Орды в XIII –
XIV вв. (Тюркологический сборник 1977. М., 1981.
Гумилев Л. Древняя Русь и Великая Степь М., 2003.
Давидович Е. Денежная реформа Щейбани хана ( Ма-
териалы по истории таджиков и узбеков Средней Азии.
1954, вып. 1.
Деревянко А., Щабельникова Н. История России с древ.
времен до конца XX в. М., 2001.

321
Документы по истории Казанского края из архивохранилищ
Татарской АССР ( 2-я полов. XVI–XVII в) Казань, 1990.
Егоров В. Историческая география Золотой Орды в XIII –
XIV вв.М., 1985.
Закиров С. Дипломатические отношения Золотой Орды с
Египтом. М., 1966.
Златкин И. История Джунгарского ханство / 1635 – 1758/.
М., 1964.
Закиев М. Происхождение тюрок и татар. М., 2003.
Золотая Орда. История и культура. СПб, 2005.
Ибрагимов Д. Феодальные государства на терриотории
Азербайджана XV в. Баку, 1962.
Иванов П. Очерки по истории Средней Азиии. М., 1958.
Из истории народных движений в Средней Азии. Ташкент,
1988/XV – XIX вв. Сбор.ст.
Из истории Средней Азии и Восточного Туркестана XV –
XIX вв. Ташкент, 1987.
Из истории татарской общественной мысли. / Сб.стат.
Казань, 1979.
Из истории эпохи Улугбека. Ташкент, 1969/Сбор.стат.
Исмаил Гаспринский и Туркестан. Ташкент, 2005.
История Башкортостана. Уфа, 1996.
История и археология средневекового Крыма.Вып.2. М.,
1958.
История искусства народов СССР. В 9-и т. Т.3.М., 1974.
История Индии в средние века. М., 1968.
История Казахстана с древнейших времен до наших дней.
Алма – Ата, 2003.
История Каракалпакской АССР. Т.1. Ташкент, 1974.
История кыргызов и Кыргызыстана. Бишкек, 2006.
История Кыргызской ССР. В 4-х т. Т. 1-2, 1984.
История Османской цивилизации. М., 2006.
История России: Россия и Восток. СПб, 2002.
История Самарканда. В.2-х т. Ташкент, 1969
История Сибири. В 5-и т. Т.2. Ленинград, 1968.
322
История СССР. В 12-и т. Т. 2. М., 1966.
История Средней Азии. Фан, 2003.
История таджикского народа. В 5-и т. Т.2. 1964.
История Татарской АССР. Казань, 1980.
История Татарстана с древнейших времен до наших дней.
Казань, 2010.
История Туркменской ССР. В 2-х т. Т.1-2. Ашхабад, 1957.
История Тувы. В 2-х т. Т.1. 1964.
История Узбекской ССР. Ташкент, 1974/ С древ.времен до
наших дней.
История Узбекистана в источниках XIX в. Ташкент, 1990.
История Узбекистана. Фан, 2001.
История Узбекской ССР. В 4-х т. Т. 1 – 2. Ташкент 1967.
История Узбекистана в источниках. Известия путешествен-
ников, географов и ученых ХIX в. Ташкент, 1988.
История Украинской ССР. В 10-и т. Т. 2. Киев ,1981.
История Чувашской АССР, Т.1. 1983.
История Якутской АССР. В 2-х т. Т. 1-2. 1957
Казахстан, Средняя и Центральная Азия в XVI – XVIII в.
Алма– Ата, 1983.
Кази Ахмед. Трактат о каллиграфах и художниках (1596-
1597). М – Л. 1947
Камалов И. Отношения Золотой Орды с хулагидами.
Казань, 2007.
Каримуллин А. Татары: этнос и этноним. Казан, 1990.
Карпини П. История монголов. М., 1957.
Кары – Ниязов Т. Астрономическая школа Улугбека. М-Л,
1950.
Кинросс Л. Расцвет и упадок Османской империи/ Пер. с
английского Пальникова. М., 1980.
Кастельская З. Из истории Туркестанского края (1865 –
1917) М., 1980.
Клавихо Р.Г. Дневник путеществия к Самарканду ко двору
Тимура (1403 – 1406). Ташкент, 1990.

323
Кызласов Л. История Тувы в средные века(VI – XV вв). М.,
1969.
Кызласов Л. История Южной Сибири в средние века. М.,
1984.
Кычанов Е. Жизнь Темучина, думавшего покорит мир. М.,
1973.
Крадин Н., Скрынникова Г. Империя Чингиз хана. М., 2006.
Кузеев Р., Шитова С. Башкиры. Уфа, 1963.
Лемб Гарольд. Тамерлан. М., 2002.
Лемб Гарольд. Сулейман султан. М., 2003.
Марков Г. Кочевники Азии. Структура хозяйства и
общественной организации. М., 1976.
Материалы по истории татарского народа. М., 1999.
Материалы по истории туркмен и Туркмении. В 2-х т. Т.1-2.
М., 1938 - 1939.
Мехмет Импирлии. История Османского государства.
Общество и цивилизация. М., 2006.
Моисеев В. Джунгарское ханство и казаки XVII – XVIII вв.
Алма – Ата, 1991.
Муминов И. Роль и место Тимура в истории Средней Азии.
Ташкент, 1968.
Мусульманские депутаты Государственной Думы России
(1906-1917). /Сборник материал и документ. М., 1988.
Мэн – да бэй – лу (Полное описание монголо-татар). М.,
1975.
Наследие Чингиз хана. М., 2000.
Насонов А. Монголы и Русь. М.- Л., 1940.
На перекрестке цивилизации/ История Византии, Османская
империя. Перевод с франц. М., 2006.
На стыке континентов и цивилизаций. М., 1996.
Новосельский А. Борьба Московского государства с
татарами в первой половине XVII в. М.-Л, 1948.
Оксенов А. Сибирское ханство до Ермака. М., 1988.
Очерки истории Алтайского края. Барнаул, 1987.
Очерки по истории Башкирской АССР. Т.1. Уфа, 1956.
324
Очерки по истории Крыма. Ч.1. Симферополь, 1964.
Общественная и философская мысль в Татарии начало ХХ
в. Казан, 1990.
Османская империя: система государства управления,
социальная и этног. проблемы./ Сбор.стат. М., 1986.
Османская империя: государственная власть и социально-
полит. структура./Сбор.стат. М., 1990.
Петрущевский И. Земледелие и аграрные отнощения в
Иране XIII – XIV вв. М., 1960.
Путешествие в восточные страны Плано Карпини и
Рубрука. М., 1957.
Путешествие в Среднюю Азии 1558 – 1570. Английские
путешественники в Московском государстве XVI в. Л.,
1938.
Преоброженский А. Урал и Западная Сибирь в конце XVI –
нач.XVII в. М., 1972.
Пугаченкова Г., Ремпел Л. Очерки искуства Средней Азии.
М., 1982.
Рашидеддин. Сборник летописей. Т.1. Кн.1, М.-Л., 1952
(Пер. Л.Хетагурова.
Рахмани А. Азербайджан в конце XVI –и в XVII в. Баку,
1981.
Руденко С. Башкиры. М., 1955.
Сафаргалиев М. Распад Золотой Орды. Саранск, 1960.
Сами Мирза Абдал Азим. История мангытских государей.
1962.
Семенов А. Государство Шейбанидов. /Материалы по
истории таджиков и узбеков Средней Азии. 1954, вып. 1.
Семенова А. Салахаддин и мамлюки в Египте. М., 1982.
Смирнов А. Волжские булгары. М., 1951.
Смирнов В. Крымское ханство под верховенством
Оттоманской Порты. Одесса, 1889.
Тагиров И. Очерки истории Татарстана и татарского народа.
Казань, 1999
Татаро – монголы в Азии и Европе. М., 1970, 1977.
325
Татишев В. История Российская. Т.5. М., 1965.
Тизенгаузен В. Сборник материалов, относящихся к
истории Золотой Орды. Т.1. СПб, 1887.
Трепалов В.В. История Ногайской орды. М., 2002
Федоров – Давыдов Г. Общественный строй Золотой Орды
(XIII – XV вв). М., 1973.
Халиков А. Происхождение татар Поволжья и Приуралья.
Казан, 1978.
Халиков А. Вопросы этногенеза тюркоязычных народов
Среднего Поволжья. Вып.1. Казан, 1971.
Хальфин Н. Россия и ханство Средней Азии (первая пол.
XIX в.). М., 1974.
Худяков М. Очерки по истории Казанского ханства. Казан,
1923.
Хрестоматия по истории Алтайского края. Барнаул, 1966.
Чуващи: этническая история и традиционная культура. М.,
2000.
Юан – чао би ши (Секретная история монголов). Т.1. М.,
1962.
Якобсон А. Средневековый Крым. М., 1988.
Якубовский А. «Тимур» /Опыт исторической харак-
теристики. Вопросы истории, 1946, №8-9.

326
QABİL İMANXAN OĞLU BƏŞİROV

TÜRK XALQLARI TARİXİ

XIII-XX ƏSRİN ƏVVƏLLƏRİ

Nəşriyyatın direktoru: Hüseyn Hacıyev


Texniki redaktor: Gülbəniz Məmmədova
Dizayn: Müşfiq Hacıyev
Montajçı: Elmira İsmayılova

Çapa imzalanmış 26.11.2018-ci il


Kağız formatı 60x84 1/16, çap vərəqi 20,5
Sifariş 468 , sayı 200

ADPU-nun mətbəəsi
Bakı, Ü.Hacıbəyli küçəsi, 68
Tel: (+912) 493-74-10
Email: poliqrafiya@mail.ru

327

You might also like