You are on page 1of 2

Respublika İnformatika Olimpiadası, İ tur 17 Dekabr 2023

Diaqonal cəmi
Zaman limiti: 0.2 s
Yaddaş limiti: 256 MB

Hüseyn bir gün 𝑛 × 𝑛 ölçülü cədvələ 1,2, … , 𝑛2 ədədlərini sıra ilə yazdı. O birinci cərgədə
1,2, … , 𝑛, ikinci cərgədə 𝑛 + 1, 𝑛 + 2, … ,2 ∙ 𝑛 ədədlərini və s. bu qaydada yazıb.

İndi o bu cədvəlin əsas və tərs diaqonallarında yazılan ədədlərin cəmini tapmaq istəyir. Bu işdə
Hüseynə kömək edin.

Qeyd: əsas və tərs diaqonalların nə olduğunu dəqiq anlamaq üçün aşağıda verilmiş nümunəyə
nəzər yetirin.

Giriş verilənləri
Yeganə sətirdə 𝑛 natural ədədi verilir.

Çıxış verilənləri
Çıxışa Hüseynin qurduğu cədvəldə əsas və tərs diaqonallarda yazılmış ədədlərin cəmini verin.

Məhdudiyyətlər
• 2 ≤ 𝑛 ≤ 106

Nümunələr
Giriş Çıxış İzah
3 25 Hüseynin qurduğu cədvəl aşağıdakı kimidir:

1 2 3

4 5 6

7 8 9

Burada əsas və tərs diaqonallara aid xanalar yaşıl


rəngdə işarələnib. Bu xanalardakı ədədlərin cəmi
1 + 3 + 5 + 7 + 9 = 25 edir. Əgər bir xana hər iki
diaqonala aiddirsə onu yalnız bir dəfə toplamaq
lazımdır.
Respublika İnformatika Olimpiadası, İ tur 17 Dekabr 2023

Alt tapşırıqlar
Bu məsələ aşağıdakı kimi 2 alt tapşırıqdan ibarətdir:

Alt Tapşırıq Məhdudiyyətlər Qiymətləndirmə


1 𝑛 ≤ 100 35 bal
2 Əlavə məhdudiyyət yoxdur 65 bal

You might also like