You are on page 1of 2

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI

siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq
fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar
edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin
seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi
çərçivəsində “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilir.

Müsabiqənin kateqoriyaları:
 Riyaziyyat
 Fizika, astronomiya
 Kimya
 Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
 Tibb və sağlamlıq
 Ekologiya, ətraf mühitin idarə olunması
 Mühəndislik
 Kompüter elmləri.
Müsabiqənin qaydaları:
 Müsabiqədə Azərbaycanın bütün ümumitəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan
şagirdlər iştirak edə bilərlər;
 Müsabiqəyə təqdim olunan layihələr fərdi və ya kollektiv (2 nəfərdən çox olmamaqla)
hazırlana bilər;
 Layihələr hazırlanarkən müsabiqənin etik qaydalarına (“Sabahın alimləri” Respublika
Müsabiqəsinin keçirilməsi Qaydaları) riayət olunmalıdır;
 Şagirdlərin layihələri konkret elmi-texniki problemin həllinə yönəlməli və müsabiqənin
kateqoriyalarından birinə uyğun gəlməlidir;
 Hər şagird və ya komanda yalnız bir layihə təqdim edə bilər;
 İnsan iştirakçıları, onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı
layihələrin mövzusu təcrübə-sınaq işlərinə başlamamışdan əvvəl Müsabiqənin Elmi
Ekspertiza Komitəsi (EEK) tərəfindən təsdiq edilməlidir;
 Müsabiqədə iştirak etmək istəyən hər bir şagird (şagird kollektivi) 2022-ci il 18 oktyabr - 20
dekabr tarixlərində müsabiqənin sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidir;
 Hər bir şagird Şagirdin yoxlama cədvəlini (1A), Tədqiqat planı və Təsdiq formasını
(1B) doldurub 20 dekabr 2022-ci ilə qədər sabahinalimleri@edu.gov.az ünvanına
göndərməlidir;
 Elmi rəhbər şagird ilə birlikdə Elmi rəhbərin yoxlama cədvəlini (1) doldurmalı və 20 dekabr
2022-ci ilə qədər sabahinalimleri@edu.gov.az ünvanına göndərməlidir. Elmi rəhbər
layihənin yerinə yetirilməsinə nəzarət etməlidir.
 BSL-2 təhlükə potensiallı bioloji agentlər, DEA (ABŞ-ın Narkotiklərə Mübarizə İdarəsinin)
nəzarəti altında olan maddələr, insan iştirakçıları cəlb olunan, onurğalı heyvanlara dair
tədqiqatların aparılması üçün mütəxəssis alim tələb olunur və Mütəxəssis Alim Forma
2, Potensial təhlükəli bio-agentlərin istifadəsində riskin qiymətləndirilməsi Forma
6A doldurulub 20 dekabr 2022-ci ilə qədər sabahinalimleri@edu.gov.az ünvanına
göndərməlidir;
 EEK-nın ilkin təsdiqindən sonra Şagirdin yoxlama cədvəlində (1A) və ya Tədqiqat
planında dəyişikliklərin edilməsi tələb olunduqda, laboratoriya təcrübə-sınaq işinə və
məlumatların toplanmasına başlamamışdan öncə həmin sənədlər təkrar təsdiqlənməlidir.
 Davam edən layihələr üzrə təcrübə-sınaq işlərinə və məlumatların toplanmasına
başlamamışdan əvvəl sənədlər EEK tərəfindən cari il üçün təkrar təsdiq olunmalıdır.
 Əgər layihə tədqiqat institutunda, universitetdə, sənaye müəssisəsində (ev, məktəb
xaricində) həyata keçirilirsə, Tədqiqat institutu və Sənaye müəssisəsi forması
(1C) doldurulmalı və stenddə nümayiş etdirilməlidir.
 Təcrübə-sınaq işləri başa çatdıqdan sonra hər bir şagird və ya komanda cari ildə görülən
işin xülasəsinə dair bir səhifəlik (maksimum 250 sözdən ibarət) annotasiyanı 20 dekabr
2022-ci ilə qədər sabahinalimleri@edu.gov.az ünvanına göndərməlidir;
 Layihənin yerinə yetirilməsinə dair Gündəlik aparılması və müsabiqə zamanı onun nümayiş
etdirilməsi tövsiyə edilir.
Şagirdlərin nəzərinə!
Müsabiqənin dilləri – Azərbaycan və rus dilləridir.
İSEF-də iştirak etmək üçün seçiləcək şagirdlərin təqdimatları ingilis dilində dinləniləcək.
Müsabiqədə iştirak pulsuzdur.
Formaları götürmək üçün sabahinalimleri.edu.az saytına daxil olmaq lazımdır.
Müsabiqəyə şagirdlərin qeydiyyatı 20 dekabr 2022-ci il tarixinədək onlayn qaydada aparılır.
E-mail: sabahinalimleri@edu.gov.az
Bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir.

You might also like