You are on page 1of 396

1

kitabyurdu.blogspot.com

Aqata Kristi MAVİ QATARIN SİRRİ

Erkül Puaro qatarla Riveruya yola düşür. Bu qatarda, miras aldıqdan

sonra qış tətilini ilk dəfə İngiltərədən kənarda keçirmək niyyətində

olan Ketrin Qrey də gedir. O, burada amerikalı milyonerin yeganə

varisi, sevgilisi ilə görüşmək üçün ailəsini aldadıb evdən gedən Rut

Ketterinqlə tanış olur. Ertəsi gün Rut kupedə öldürülmüş vəziyyətdə

tapılır. Nə vaxtsa İmperatriçə Yekaterinaya məxsus olan qiymətsiz

yaqutların oğurlandığı məlum olur. Bütün bunlar Puaronu axtarışlara

başlamağa vadar edir...

Agatha Christie THE MYSTERY OF THE BLUE TRAIN

Aqata Kristi MAVİ QATARIN SİRRİ Bakı, Qanun Nəşriyyatı, 2014

Ruscadan tərcümə: Afaq Mustafa Nəşriyyat redaktoru: Ehtiram


İlham Korrektorlar: Şəfiqə Quliyeva, İradə Musalı

Qanun Nəşriyyatı Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18 Mobil: (+994 55)212 42 37 e-

mail: info@qanun.az www.qanun.az

www.fb.com/Qanunpublishing ISBN 978-9952-26-659-7

© Qanun Nəşriyyatı, 2014

The Mystery of the Blue Train © 1928 Agatha Christie Limited. All

rights reserved. AGATHA CHRISTIE and POIROT are registered

trade marks of Agatha Christie Limited in the UK and/or elsewhere.

All rights reserved.

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun

Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri “Müəlliflik hüququ və əlaqəli

hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu”na ziddir.

kitabyurdu.blogspot.com

I FƏSİL

“Ağsaçlı adam”

Gecəyarısına yaxın Konkord meydanından ağır xəz paltolu bir kişi

keçdi. Onun yerişində və duruşunda zahirən etibarlı görkəmi ilə heç

cür uzlaşmayan inamsızlıq, qətiyyətsizlik hiss olunurdu.


Siçovula oxşayan balaca adam... Ona baxdıqda siz elə hesab

edərsiniz ki, o, elə də əhəmiyyətli birisi deyil, lakin belə düşünərək

siz çox səhv etmiş olardınız: ilk baxışdan görkəmsiz görünən,

heç nə ilə fərqlənməyən bu adam bəşəriyyətin taleyində əhəmiyyətli

rol oynayırdı. Siçovulların idarə etdiyi imperiyada o, kral idi.

Elə indi də səfirlikdə onun yolunu gözləyirdilər.

Lakin bu adamın səfirliyin bixəbər olduğu daha əhəmiyyətli başqa

bir işi də vardı. Sayrışan ay işığı altında onun solğun bənizində

qarmağa bənzər burnu aydın seçilirdi.

Polyak yəhudilərindən olan atası günəmuzd işləyən dərzi idi. Oğlunu

bu gecəyarısı evdən çıxmağa vadar edən iş, çətin ki, atasının

ürəyincə olardı. Adam Senaya çatdı, körpünü keçdi və Parisin pis ad

çıxarmış məhəllələrindən birinə gəlib çıxdı. O, qədimdən qalma

hündür bir evin yanında

dayandı və dördüncü mərtəbəyə qalxdı. Qapını döyərkən gözləməli

olmadı: qapını həmin an bir qadın açdı. Görünür, o, bu adamı

gözləyirmiş. Onunla salamlaşmadan qadın xəz paltosunu

soyunmaqda ona kömək etdi və zövqsüz döşənmiş qonaq otağına

apardı. Qalın toz qatı örtmüş çilçırağın işığı yandı və onun tutqun

işığı monqoloid cizgili qadının geniş yanaqlarını və kobud

makiyajını aşkara çıxardı. Olqa Demidova adlandırılan bu qadının nə


“peşəsinə”, nə də milliyyətinə bələd olmaq o qədər də çətin deyildi.

- Hər şey qaydasındadır, balaca?

kitabyurdu.blogspot.com

- Hər şey qaydasındadır, Boris İvanoviç!

O, başını tərpədərək burnunun altında astadan: “Fikirləşmirəm ki,

məni izləyəydilər”, - söylədi,

lakin səsində təlaş duyulurdu. O, pəncərəyə yaxınlaşdı, pərdəni

ehtiyatla araladı və həmin an cəld geri çəkildi.

Küçənin o tərəfində iki kişi var! Mənə elə

gəlir...

Onun dili tutuldu və həmişə həyəcanlananda etdiyi kimi,

dırnaqlarını gəmirməyə başladı.

Onlar hələ siz gəlməmişdən qabaq orada idilər, - rus qadın onu

sakitləşdirməyə çalışdı.

Mənə elə gəlir, onlar evi izləyirlər.

Ola bilər, - o, laqeydliklə razılaşdı.

-Axı...

- Nə olsun ki? Hətta belə olsa belə, sizin qorxmağa əsasınız

yoxdur. Cüzi bir təbəssüm onun dodaqlarını tərpətdi.

-
Düzdür...

O, iki dəqiqəliyinə susdu və sonra davam etdi:

- Bu lənətə gəlmiş amerikalı öz qeydinə heç də

pis qalmır.

Görünür.

O, yenidən pəncərəyə yaxınlaşdı.

Quldurcuğazlar, - o, sanki iyrənirmiş

kimi söylədi,

qorxuram, onlar polisə yaxşı məlumdurlar.

Nə etməli, onlara uğurlu ov arzulayıram.

Olqa Demidova başını yellədi:

Əgər amerikalı söylədikləri kimidirsə, onda belə qorxaq

kitabyurdu.blogspot.com

soyğunçular nə qədər çox olsa, bir

o qədər yaxşıdır. - O susdu. - Mən başqa şey barədə düşünürəm...

Nə barədə?

Elə bir şey deyil. Sadəcə, bu axşam küçədən

iki dəfə ağsaçlı bir adam keçib.


-

Nə olsun?

Bu iki nəfərin yanından keçərkən o, əlcəyini yerə saldı. Onlardan

biri əlcəyi yerdən qaldırdı

və kişiyə verdi. Məşhur fənd.

Demək istəyirsən ki, onları həmin ağsaçlı kişi

tutub?

Ola bilər.

Rus narahat oldu:

- Sən əminsən ki, bağlama salamatdır? Ona heç kim dəyməyib

ki? Bağlamanın ətrafında çox

səs-küy var idi, həddindən artıq!

- Özünüz baxın!

Qadın buxarıya tərəf əyildi və kömürləri cəld dağıtdı. Kömürlərin

altında əzilmiş qəzetlərin arasında kağız bağlama var idi. Qadın onu

çıxardı və kişiyə uzatdı.

Dahiyanə!

Mənzili iki dəfə axtardılar, hətta döşəyin

içini də eşələdilər...

Dedim axı, çox səs-küy vardı. Qiymət barəsində mübahisələr... Bu,


səhv idi!

O, kağızı açdı. Onun arasında kağız qutucuq vardı. Qutunun

içindəkini yoxlayıb, cəld qutunun

ağzını bağladı və yenidən kağıza bükdü. Bu vaxt qapının zəngi çalındı.

kitabyurdu.blogspot.com

-Amerikalı son dərəcə dəqiqdir, - Olqa saata baxaraq qeyd etdi.

O, otaqdan çıxdı və bir dəqiqə sonra hündür, enlikürək Amerika

əsilli kişi ilə otağa qayıtdı.

Müsyö Krasnin? - o, gülərüzlə soruşdu.

Bəli, mənəm. Mən... mən gərək... görüş yerinin narahatlığına

görə sizdən üzr istəyim.

Lakin məxfilik çox əsasdır. İstəməzdim ki, mənim adım bu cür

işlərdə hallansın.

Eləmi? - Amerikalı həvəs göstərmədən

soruşdu.

Siz mənə söz verdiniz ki, bizim sövdələşməmizin təfərrüatı məxfi

olaraq

qalacaq. Elə deyilmi? Şərtlərimizdən biri...

Bəli, biz məhz belə danışmışdıq. - Amerikalı sakit halda başı ilə

təsdiqlədi. - Malı verin.


Sizin pullar kupyor formasındadır?

Bəli. - Amerikalı onları göstərməyə tələsmirdi.

Bir qədər tutulduqdan sonra Krasnin əli ilə bağlamaya işarə etdi.

Amerikalı stolüstü lampaya yaxınlaşaraq bağlamanın içindəkiləri

yoxladı. Razı qalaraq cibindən qalın dəri pul kisəsini çıxarıb

içərisindən bir dəstə pul götürdü və rusa verdi. Rus diqqətlə pulu

saydı.

- Düzdür?

-Təşəkkür edirəm, müsyö. Bəli, düzdür.

Amerikalı etinasızlıqla bağlamanı cibinə qoydu və Olqaya təzim

etdi: - Gecəniz xeyrə qalsın, madmazel. Gecəniz

xeyrə qalsın, müsyö Krasnin.

O gedəndən sonra otaqda qalanların baxışları qarşılaşdı.

kitabyurdu.blogspot.com

Kişi qurumuş dodaqlarını diliylə yaladı.

- Maraqlıdır, görəsən, otelə qədər gedib çıxa

biləcəkmi? - o, astadan söylədi. Onlar dillənmədən pəncərədən

baxdılar. Həmin an amerikalı küçə qapısından çıxdı. İki kölgə isə

səssizcə onun ardınca addımladı. İzlənilən və izləyənlər gecənin

qaranlığında yox oldular. Sükutu ilk pozan Olqa oldu:


O, sağ-salamat gedib çıxacaq. Qorxmaya...

yaxud da ümid etməyə bilərsiniz.

Nəyə görə elə düşünürsən ki, o, sağ-salamat gedib çıxacaq? -

Krasnin çətinə düşmüş halda

soruşdu.

Onun kimi çox pulu olan adam, yəqin ki, səfeh deyil. Pul

demişkən... - o, mənalı baxışla kişiyə

baxdı.

-Nə?

Əzizim Boris İvanoviç!

Krasnin həvəssiz surətdə ona doğru iki kupyura uzatdı. O,

təşəkkürlə, lakin laqeydliklə başını tərpətdi və onları corabının içində

gizlətdi. Krasnin maraqla Olqaya baxdı.

Sən təəssüf etmirsən ki, Olqa? -Təəssüflənmirəm? Nə barədə?

Bir az öncə əlində olan barədə. Tanıdığım qadınların əksəriyyətinin

bu cür əşyalar üçün ürəyi gedir.

Bəli, siz haqlısınız. Əksər qadınlar belə əşyaların dəlisidir. Lakin

mən yox. İndisə düşünürəm ki... - O susdu.

Nə düşünürsən? - Krasnin maraqla soruşdu.

-Amerikalını heç bir təhlükə gözləmir, bu, doğrudur. - Olqa fikirli-

fikirli söylədi. - Lakin maraqlıdır ki, sonra...


- Sonra nə?

kitabyurdu.blogspot.com

Əlbəttə o, onları hansısa qadına

hədiyyə edəcək.

Olqa fikirləşməyə davam etdi. - Bax, sonra olacaqlar isə...

Onun yenidən dili tutularaq pəncərəyə yaxınlaşdı. Birdən o, bərkdən

içini çəkdi və yoldaşını çağırdı.

Baxın, odur, bayaq sizə dediyim kişidir!

Silindr və plaş geymiş qədd-qamətli qəşəng bir kişi küçə ilə

tələsmədən gedirdi. O, fənərlərin altından keçərkən işıq onun

ağarmış saçlarını aydınlatdı.


II
FƏSİL Müsyö Markiz

Ağsaçlı adam astadan fit çala-çala, tələsmədən öz yoluna davam

edirdi. O, tamamilə sakit idi. Əvvəlcə sağa, sonra isə sola döndü.

Qəflətən dayandı və ətrafa qulaq asdı. Çox ehtimal ki, o, nəsə səs

eşitdi: araba təkəri qırıldı, yoxsa atəş səsi gəldi? Bir anlığına onun

dodaqlarında kinayəli bir təbəssüm oynadı və sonradan yenə də

tələsmədən gəzintisinə davam etdi.

Tini burularkən o, qanun keşikçisinin bloknota nəsə qeyd etdiyini

gördü, iki-üç nəfər təsadüfən yoldan keçənlər isə onun başına

yığışmışdılar. Ağ saçlı adam onlardan birinə müraciət etdi:

Nəsə bir hadisə baş verib?

İki quldur yaşlı bir centlmenə hücum

ediblər, müsyö!

Ümidvaram ki, hər şey yaxşı bitib?

Bəli, müsyö. - Həmin adam güldü. - Hücum

edilən şəxs amerikalı imiş. Onun cibində tapançası varmış.

Amerikalı atəş açıb, onlar da qorxub qaçıblar. Polis isə həmişə

olduğu kimi, çox gec gəlib çıxıb.

Ağsaçlı adam təşəkkür edib fit çala-çala yoluna davam etdi. Senanın
8

kitabyurdu.blogspot.com

o biri tayına keçərək,

Parisin daha varlı məhəlləsinə gəldi. İyirmi dəqiqə sonra ciddi

memarlıq üslubu ilə seçilən kiçik bir evin yanında dayandı.

Bu, mağaza idi. O, çox nəzərə çarpmırdı: mağazanın sahibi, antikvar

alverçisi Demetrius Papapolous o qədər məşhur idi ki, reklama

ehtiyacı yox idi. Onun qazancının çoxu heç də piştaxtadan gəlmirdi.

Müsyö Papapolous Yelisey sahəsində dəbdəbəli bir mənzildə

yaşayırdı və indi onun məhz orada olduğunu ehtimal etmək daha

məntiqli olardı, lakin göründüyü kimi, ağsaçlı adam onun harada

olduğunu bilirdi: o, boş küçəyə nəzər salaraq qətiyyətlə qapının

zəngini basdı. Və səhv etməmişdi: qapı aralandı, qapının ağzında

qulağında qızıl sırğa olan tünd dərili sakit bir kişi göründü.

Axşamınız xeyir! Sahibin yerindədir?

Sahib buradadır, lakin o, bu saatda heç kimi qəbul etmir.

-Zənn edirəm ki, məni qəbul edəcək. Ona deyin ki, dostu müsyö

Markiz onu görmək istəyir.

Kişi qapını geniş araladı və qonağı içəri buraxdı.

Özünü Markiz adlandıran adam xidmətçiylə danışarkən əli ilə üzünü

gizlətmişdi. Xidmətçi müsyö Papapolousun qonağı qəbul etdiyi üçün


çox şad olduğunu xəbər vermək üçün qayıdanda sonuncunun

görkəmində xeyli dəyişiklik olmuşdu. Görünür, xidmətçi ya kifayət

qədər diqqətli deyildi, ya da yaxşı təlim keçmişdi, çünki qonağın

üzündəki atlas maskanı

görəndə xüsusi bir təəccüb göstərmədi. Dəhlizin sonundakı qapıya

yaxınlaşdı və qapını açaraq elan etdi:

- Müsyö Markiz.

Qəribə qonağını salamlamaq üçün ayağa duran adam sıradan biri

deyildi. Onun görkəmində nəsə mötəbərlik və patriarxallıq duyulurdu.

kitabyurdu.blogspot.com

Onun hündür alnı, səliqəli çal saqqalı, vüqarlı ədası vardı.

- Mənim dostum, - müsyö Papapolous dilləndi.

O, fransız dilində yaxşı danışırdı, onun səsi dolğun və məlahətli idi.

Belə gec vaxtda gəlişimə görə sizdən üzr istəməliyəm, - qonaq

söylədi.

Eybi yox, eybi yox, - müsyö Papapolous cavab verdi. - İndi

gecənin maraqlı vaxtıdır.

Yəqin ki, sizin də maraqlı axşamınız olub.

Şəxsən mənim axşamım deyil.

Şəxsən sizin deyil, - müsyö Papapolous


təkrarladı,

yox, yox, əlbəttə, sizin deyil. Hə, nəsə

təzə xəbər var?

O, ətrafa nəzər saldı və onun baxışları əzəmətini və mülayimliyini

itirdi.

-Təzə xəbər yoxdur. Cəhd baş tutmadı. Mən heç başqa cür də

gözləmirdim.

Tamamilə haqlısınız, - müsyö Papapolous

razılaşdı.

- Özü də qəddarlıq... - Və o, bunu qəbul etmədiyini göstərən bir jest

etdi.

Bu cür davranışlar isə Papapolousun nə adı ilə, nə də var-dövləti ilə

yanaşı çəkilə bilməzdi.

Avropada bir çox kral ailələrində onu yaxşı tanıyırdılar və həmin

ailələrin üzvləri onu dostyana Demetrius çağırırdılar. O, ehtiyatlı

adam kimi hər yerdə etibar qazanmışdı.

Bununla birgə onun zahiri etibarlılığı da dəfələrlə Papapolousa

xoşagəlməyən şübhələri öz üzərindən dəf etməyə imkan yaratmışdı...

10

kitabyurdu.blogspot.com

- Birbaşa hücum. - Müsyö Papapolous başını yellədi.


Bu, bəzən işə yarayır, lakin çox nadir hallarda.

Həmsöhbəti çiyinlərini çəkdi:

Amma vaxta qənaət edir, - o qeyd etdi, - və tamamilə asandır, yaxud

da demək olar ki, asandır. O biri plansa mütləq baş tutacaq.

O! - antikvar diqqətlə Markizə baxdı.

O, ehmalca başını tərpətdi.

Mən sizin... etibarınıza tamamilə güvənirəm, - antikvar

söylədi. Markiz hörmətlə gülümsədi.

Düşünürəm ki, - o dedi, - sizin də etibarınız

xələl görməyəcək.

Sizin nadir fürsətləriniz var... - Antikvarın səsində həsəd

intonasiyası duyuldu.

Bunu mən özüm yaradıram, - müsyö Markiz

söylədi.

O, ayağa durdu və stulun kürəkliyinə səliqəsiz atdığı plaşını götürdü:

Sizi öz üsulumla xəbərdar edəcəyəm, amma gərək bizim

razılaşmamız qüvvədə qalsın, - deyərək sözünü yekunlaşdırdı.

Mən həmişə sözümün ağasıyam, - müsyö Papapolous incik halda

bildirdi.

Markiz gülümsədi və sağollaşaraq qapını arxasınca bağladı.

Bir müddət müsyö Papapolous möhtəşəm çal saqqalına sığal çəkə-çəkə


fikrə getdi, sonra isə o biri qapıya yaxınlaşdı. Qapının dəstəyini buranda

qapının açar yerindən qulaq asan qadın geri hoppandı. Müsyö

Papapolous nə

təəccüblənmədi, nə əsəbiləşmədi. Onun üçün bu, adi hal idi.

Hə, Zia?

Onun getdiyini eşitmədim, - o, izah etdi.

11

kitabyurdu.blogspot.com

Bu, müsyö Papapolousun gözləri kimi parlaq qara gözləri olan gənc

qadın idi. Onların gözləri o qədər oxşar idi ki, həmin dəqiqə

qarşınızdakıların ata və qız olduqlarını söyləmək olardı.

- Heyf ki, açar yerindən eyni zamanda həm baxmaq, həm də

eşitmək olmur, - qadın sözünə

davam etdi.

Mən özüm də tez-tez buna təəssüflənirəm, - müsyö Papapolous

anlayışla söylədi.

Deməli, bu, həmin müsyö Markizdir, -Zia astadan söylədi. - Ata, o,

həmişəmi maska taxır?

Həmişə.

Zənnimcə, söhbət yaqutlardan gedirdi? - qısa

pauzadan sonra Zia xəbər aldı.


Atası başı ilə təsdiq etdi.

Nə barədə düşünürsən, bala? - Onun gözləri

maraqla alovlandı. - Markiz barədə?

Hə. Düşünürəm ki, - Zia sakit cavab verdi, - ingilisin fransızca

belə mükəmməl danışması

çox nadir haldır!

O, qızının sözünü kəsmədən maraqla onu dinləyirdi.

Bir də düşünürəm ki, - Zia davam etdi, - onun başı qeyri-adi

formadadır.

- Böyükdür, - atası razılaşdı. - İnanılmaz dərəcədə böyükdür. Adətən,

parik geyinilən zaman həmişə belə görünür.

Onlar bir-birinə baxdılar və güldülər.

III FƏSİL Alovlu qəlb

Rufus Van Aidin “Savoy” otelinin fırlanan qapılarından keçərək

kontorkayal yaxınlaşdı. Klerk onu hörmətlə salamladı.

12

kitabyurdu.blogspot.com

- Sizi yenidən görməyimə şadam, mister Van Aidin!

Amerikalı milyoner cavabında başını tərpətdi. - Hər şey

qaydasındadırmı?

Bəli, ser. Mayor Nayton nömrədədir.


Van Aidin yenidən başını tərpətdi.

Poçt? - o maraqlandı.

-Artıq onları nömrənizə aparıblar, mister Van Aidin. Bir dəqiqə. -

Klerk kontorkada kağızları eşələdi və məktub çıxardı. - İndicə gəlib,

- deyə bildirdi.

Rufus Van Aidin məktubu götürdü. Zərfin üzərindəki qeyri-səlis

qadın xəttini gördükdə onun sifət ifadəsi kəskin dəyişildi. Sifəti

mülayimləşdi, dodaqlarının kənarı yuxarı dartıldı. Bu anda o,

tamamilə başqa insan kimi - görünürdü. Məktubu əlində saxlayaraq

o, liftə sarı getdi, təbəssüm üzündən hələ də çəkilməmişdi.

Onun nömrəsində masa arxasında əyləşmiş gənc oğlan

korrespondensiyaları çeşidləyirdi.

Salam, Nayton!

Sizi yenidən görməyimə şadam, ser. Vaxtınızı necə keçirdiniz?

Əlbəttə, - milyoner qayğısız halda cavab verdi, - Paris indi çox

darıxdırıcıdır, baxmayaraq

ki, mən istədiyimi almışam. - O, kədərli halda gülümsədi.

Həmişə olduğu kimi, - katib də gülümsədi.

Sözsüz!

O, bunu elə tonda söylədi ki, elə bil hamıya məlum olan hansısa fakt

haqqında danışırdı. Paltosunu soyunaraq masaya tərəf döndü.


Təcili nəsə var?

Düşünmürəm, ser. Adətən, olduğu kimi. Mən hələ ki,

bitirməmişəm...

13

kitabyurdu.blogspot.com

Van Aidin astaca başını tərpətdi. O, çox nadir hallarda tərif, yaxud

da məzəmmət söyləyərdi. Ona tabe olanlarla ünsiyyəti tamamilə sadə

idi: onları çətin sınaqlara çəkir və ancaq bunun öhdəsindən gələnləri

yanında saxlayırdı. Adamları qeyri-ənənəvi yolla seçirdi. Məsələn,

Naytona Van Aidin iki ay əvvəl İsveçrə sanatoriyalarının birində

təsadüfən rast gəlmişdi. Ona diqqət yetirmiş, xidmət dəftərçəsi ilə

tanış olmuş və oradan yüngül axsaqlığının müharibə zamanı

yaralanmasının nəticəsi olduğunu öyrənmişdi. Nayton iş axtardığını

gizləməmiş və milyonerdən ona yaxşı bir vəzifə üçün məsləhət verə

bilərmi, deyə soruşmuşdu.

Van Aidin təkəbbürlü təbəssümlə gənc oğlanın katib vəzifəsi

təklifini aldığı zaman onun keçirdiyi şoku xatırladı.

Amma belə işlər üçün mənim təcrübəm yoxdur, - oğlan utanaraq

söyləmişdi.

Bu, vacib deyil! Bu cür işlər üçün mənim daha üç katibim də var.

Lakin mən İngiltərəyə getməyə hazırlaşıram və mənə həmin ölkənin


həyat tərzini bilən geniş əlaqəli bir adam lazımdır.

Hələlik Van Aidin öz seçiminə görə peşman olmamışdı.

Nayton çalışqan, ağıllı və dərrakəli, eyni zamanda valehedici ədaya

sahib bir adam idi.

Katib üç-dörd məktubu göstərdi.

Təxirə salmadan bunlarla tanış olsanız, pis olmazdı. Ən əsası,

Kolton razılaşması barədə...

Lakin Van Aidin etirazedici işarə etdi.

Onları bu gecə oxuyan deyiləm. Sabaha qədər gözləyərlər. Hamısı,

yalnız bundan başqa. - O, əlində tutduğu məktuba işarə etdi.

Riçard Nayton anlayışla güldü.

Missis Ketterinq? O, dünən və bu gün zəng vurmuşdu. Deyəsən,

14

kitabyurdu.blogspot.com

sizi təcili görmək

istəyir, ser.

- Təcili?

Təbəssüm milyonerin üzündən silindi. O, zərfi açdı və məktubu

oxumağa başladı. Onun üzü getdikcə qaraldı, dodaqlarını isə əsəbdən

Uoll- stritin yaxşı bələd olduğu tərzdə bir-birinə sıxdı.

Nayton ədəblə üzünü çevirib, korrespondensiyaları açmağa və


çeşidləməyə davam etdi. Milyoner qəzəblə əlini masaya çırpdı.

“Buna dözə bilmərəm, - o öz-özünə söylədi. - Yazıq qız! Eybi yox,

yaxşı ki, onu müdafiə etməyi bacaran qoca atası var”.

O, bir neçə dəqiqə otaqda qaşqabaqlı halda gəzişdi. Nayton hələ də

masanın arxasında oturmuşdu. Gözlənilmədən Van Aidin dayandı və

stulun kürəkliyinə atdığı paltosunu götürdü.

Siz gedirsiniz, ser?

Hə, qızımgilə gedirəm.

Əgər Koltonun adamları zəng vursa...

Deyərsən ki, cəhənnəm olsunlar! - Van Aidin

qışqırdı.

- Yaxşı, - Nayton sakit dilləndi.

Van Aidin artıq paltosunu geyinmişdi və şlyapasını başına qoyaraq

qapıya tərəf getdi. Qapıdan çıxmadan öncə ayaq saxladı.

Sən yaxşı oğlansan, Nayton! Mən özümdən

çıxanda sən məni təngə gətirmirsən.

Nayton sakitcə gülümsədi.

Rut mənim yeganə övladımdır, - Van Aidin sözünə davam etdi, -

və onun mənim üçün nə

qədər dəyərli olduğunu heç kim bilmir.

Xoş bir təbəssüm onun üzünü işıqlandırdı. O, əlini cibinə saldı.


15

kitabyurdu.blogspot.com

İstəyirsən sənə bir şey göstərim, Nayton?

O, yenidən katibə yaxınlaşdı və cibindən kağıza səliqəsiz bükülmüş

bir qutu çıxardı. Qutunun içində olan, üzərində tac və inisiallar əks

olunmuş qırmızı məxmər futlyarı açdı və bu an katib nəfəsini tutdu.

Bir qədər saralmış ağ astarın üstündə qan kimi qıpqırmızı daş-qaşlar

alovlanırdı.

İlahi! - Nayton ucadan söylədi. - Onlar

- həqiqidirlərmi?

Van Aidin məmnun halda güldü:

Sualın məni təəccübləndirmir. Bu yaqutlardan üçü dünyanın ən iri

yaqutlarıdır. Onları

İmperatriçə Yekaterina taxıb, Nayton. Mərkəzdə olan “Alovun

qəlbi” adlanır. O, çox gözəldir, doğrusu, söz ola bilməz.

Yəqin ki, bunlar bir sərvət dəyərindədir, - katib mızıldandı.

Dörd, ya da beş yüz min dollar, - Van Aidin

saymazyana söylədi. - Əlbəttə, onların qədimiliyini nəzərə almasaq.

Siz də bunu beləcə cibinizdə gəzdirirsiniz?

Van Aidin həzz alaraq güldü:

Düz deyirsən. Bu, mənim Ruta balaca hədiyyəmdir.


Katib özünü saxlayaraq sadəcə gülümsədi.

Missis Ketterinqin zəng edərkən nəyə görə belə təlaşlı olduğunu

indi anlayıram.

Bax, burada isə yanılırsan. - Van Aidin başını yellədi. - Onun heç

nədən xəbəri yoxdur, bu, sürprizdir.

O, futlyarı bağladı və yenidən qablaşdırmağa başladı.

Bir bilsən, Nayton, bu, necə də çətindir. Sevdiklərimiz üçün necə də

az şey edə bilirik. Mən Rut üçün böyük bir torpaq sahəsi ala bilərəm,

amma bunun ona heç bir faydası olmayacaq. Bu daşları onun boynuna

16

kitabyurdu.blogspot.com

taxa və bununla da ona, ola bilsin, dünyaları, yaxud daha çox sevinc

bəxş edə bilərəm, ancaq...

O, başını yellədi.

- Qadın öz evində xoşbəxt olmayanda...

Van Aidin cümləsini bitirmədi. Katib həmrəylik göstərərək başı ilə

onun sözlərini təsdiq etdi. Derek Ketterinqin necə ad-san çıxardığını

o, hamıdan yaxşı bilirdi. Van Aidin bağlamanı cibinə qoydu və

Naytonla xudahafizləşib otaqdan çıxdı.

1 Burada: qəbul otağı.


IV
FƏSİL Kerzon-stritdə

Missis Ketterinq Kerzon-stritdə yaşayırdı. Qapıçı qapını açdı və Van

Aidini görən kimi tanıdı. Gülümsəyərək kənara çəkilib, onu içəri

buraxdı və qonaq otağına apardı.

- Nə olub, ata, nə məsələdir? - Pəncərənin qarşısında əyləşən qadın

yerindən hoppandı. - Mən bütün günü mayor Naytona zəng vuraraq

səni tutmağa çalışmışam, amma o, sənin nə vaxt qayıdacağından

xəbərsiz idi.

Rut Ketterinqin iyirmi səkkiz yaşı vardı. Onu gözəl və ya gözəgəlimli

adlandırmaq çətin idi, lakin o, maraqlı qadın idi. Van Aidin gənclikdə

qızılı-kürən imiş, Rutun da saçları qızılı-şabalıdı rəngdəydi, demək olar

ki, kürən idi. Tünd rəngli gözləri və qapqara kirpikləri (çox ehtimal ki,

boyanmış) vardı. Rut hündür, qamətli və zərif idi.

Sifətinin qayğısız ifadəsi ilk baxışdan onu Rafaelin Madonnasının

sifətinə bənzədirdi. Ancaq diqqətlə nəzər yetirəndə, görmək olardı ki,

çevrəsi haşiyələnmiş dodaqları və ağır qətiyyətli çənəsi eynən atasında

olduğu kimidir. Bu, kişi üçün yaxşıdır, lakin qadın üçün yox. Rut

uşaqlıqdan öz seçdiyi yolla getməyə alışmışdı və yolunu kəsmək

istəyən hər bir kəs anlayırdı ki, Rufus Van Aidinin qızı güzəştə
17

kitabyurdu.blogspot.com

getməyəcək.

Nayton sənin zəng vurduğunu söylədi. Parisdən qayıtdığım yarım

saatdır. Dereklə

aranızda olanlar nə məsələdir?

Rut hirsindən qızardı.

Bu, dözüləsi deyil! O, lap ağ eləyib. O... o, məni hətta eşitmək də

istəmir! - Onun səsində yalnız qəzəb deyil, həm də təəccüb hiss

edilirdi.

Mənə isə qulaq asar, - Van Aidin qaşqabaqlı halda söylədi.

Son bir aydır, demək olar ki, mən onu görmürəm. Hər yerə o

qadınla birgə gedir.

Hansı qadınla?

Mirellə. O, “Parfenon”da rəqs edir, sən

tanıyırsan...

Van Aidin başı ilə təsdiq etdi.

Keçən həftə Lekonberiyə getmişdim. Mən... mən hər şeyi lord

Lekonberiyə danışdım... O, mənə qarşı mehribandır, mənə ürəyi də

yanır. Dedi ki, Dereklə necə lazımdır söhbət edəcək.

A! - Van Aidin ucadan söylədi.


Bu söylədiyin “a” nə məna verir?

Ancaq sənin düşündüyünü, Rut. Yazıq qoca Lekonberi... sadəcə,

əski parçasıdır! Səndən

xoşu gəlməsi və səni sakitləşdirməyə çalışması çox təbiidir. Axı

onun oğlu Ştatların ən varlı adamının qızı ilə evlənib... Lakin hamı

bilir ki, onun bir ayağı qəbirdədir, ona görə də onun Derekə

söylədiklərinin heç biri də ona təsir etməyəcək.

Məgər sən nəsə edə bilməzsən, ata? - bir dəqiqəlik fasilədən sonra

Rut ucadan söylədi.

18

kitabyurdu.blogspot.com

Bilərəm. - O fikirləşərək susdu. - Edə biləcəyim bir neçə şey var,

ancaq onlardan yalnız birinin əhəmiyyəti ola bilər. Sənin buna

cəsarətin çatacaqmı, Rut?

Qız diqqətlə atasına baxdı. Van Aidin başını razılıq bildirircəsinə

tərpətdi.

Səhv etdiyini bütün dünyaya bəyan etmək üçün mətanətli

olacaqsanmı? Bu, yeganə çıxış

yoludur. Hər şeyi yenidən başlaya biləcəksənmi?

Sən nəzərdə tutursan ki...

Bəli, boşanmanı...
Boşanma?

Van Aidinin sifətinə soyuq gülüş qondu:

Bu sözü elə tələffüz etdin ki, Rut, elə bil ömründə belə bir söz

eşitməmisən. Baxmayaraq ki, tanışların bunu hər gün edir.

-Ah, əlbəttə, amma...

Qız dili tutularaq dodaqlarını yaladı. Atası qızının nə demək

istədiyini başa düşərək başını tərpətdi.

Bilirəm, Rut, sən məni sevirsən və haqqımda söz-söhbət çıxmağını

istəmirsən. Ancaq mən başa düşmüşəm, sən də başa düşməlisən ki,

bu, yeganə yoldur. Mən Dereki qaytara bilərəm,

amma nəticə onsuz da eyni qalacaq. O, pis adamdır, Rut. O,

iliyinəcən pozulmuş adamdır.

Ona ərə getməyinə icazə verdiyim üçün çox

peşmanam, qızım. Amma sən ona ərə getməyi qəti qərarlaşdırmışdın,

elə o da, guya ki, ağıllanacağına qərar vermişdi. Elə bilirdim ki, o,

yaxşı niyyətli adamdır, axı onsuz da bir dəfə yolunu kəsmişdim,

əzizim...

Sonuncu cümləni ifadə edərkən o, qızına baxmadı.

19

kitabyurdu.blogspot.com

Əgər baxsaydı, qızın üzünün necə qızardığını görərdi.


Hə, düz deyirsən, kəsdin, - qız pərt halda

təsdiqlədi.

İkinci dəfə də bunu etmək qəddarlıq olardı. Amma bircə

bilsəydin necə istəyərdim... Son bir

neçə ildir sən bədbəxtsən, yazıq qızım.

Hə, mənim evlilik həyatımı xoş adlandırmaq olmaz.

Məhz buna görə də hesab edirəm ki, buna son qoymaq lazımdır. -

O, yumruğunu masaya çırpdı. - Əgər bu oğlana qarşı bir az da olsun

hisslərin qalıbsa, onda onları kökündən qoparıb at! Bu düyünü aç.

Faktların üzünə dik bax. Derek Ketterinq səninlə pulun xətrinə

evlənib. Bu, aşkardır. Onunla qurtar, Rut.

Bir neçə saniyə Rut gözlərini yerə dikdi: -Tutaq ki, o

razılaşmadı? Van Aidin təəccüblə ona baxdı:

Heç kim onun fikrini soruşmayacaq.

O, qızardı və dodaqlarını yaladı.

-Ah, əlbəttə... Mən, sadəcə, nəzərdə tuturdum ki...

O, susdu. Atası diqqətlə onun gözlərinə baxdı. - Nəyi deyirsən?

- Demək istəyirəm ki... - Rut susaraq, sözləri bir-bir seçərək

söyləyirdi. - O, mübarizəsiz

təslim olmayacaq.

Milyoner əzmlə çənəsini qabağa tutdu:


Demək istəyirsən ki, buna qarşı çıxacaq? Qoy olsun. Lakin sən

haqlı deyilsən, istənilən vəkil

bunun mənasız olduğunu Derekə başa salacaq.

Amma sən fikirləşmirsən ki... - qız tərəddüd

edirdi,

- yəni, sadəcə, mənə olan acığından... vəziyyəti

20

kitabyurdu.blogspot.com

çətinləşdirə bilər.

Milyoner başını yellədi:

İnanmıram. Bunun üçün ona dəqiq faktlar

lazımdır.

Missis Ketterinq cavab vermədi. Van Aidin diqqətlə ona baxdı.

Mənə yaxın gəl, Rut. Səni nə narahat edir?

Heç, elə bir şey deyil. - Onun səsində əminlik yox idi.

Sən hamının bilməsindən qorxursan, hə? Bunu mənim öhdəmə

burax. Əlimdən gələni

edəcəyəm ki, mümkün qədər az hay-küy, söz- söhbət olsun.

Yaxşı, ata, bir halda ki, sən həqiqətən də əminsən ki, bu, ən yaxşı

çıxış yoludur, onda qoy

belə olsun.
Sənin bu oğlana qarşı hələ də xülyaların qalıb?

Yox.

Rut bu dəfə əminliklə cavab verdi. Van Aidin razı görünürdü. O,

qızının çiynini sığalladı.

Hər şey yaxşı olacaq, qızım. Narahat olma. İndisə gəl, bu

məsələləri yaddan çıxaraq. Sənə Parisdən hədiyyə gətirmişəm.

Mənə? Yəqin ki, qəşəng bir şeydir?

Ümid edirəm ki, sən bunu məhz belə

dəyərləndirəcəksən.

O, bağlamanı paltosunun cibindən çıxardı və qızına verdi. Qız

bağlamanı və qutunu səliqə ilə açaraq futlyarı çıxardı. Futlyarı

açarkən uzun bir

“ah” nidası onun dodaqlarından qopdu... Rut Ketterinq ləl-

cəvahiratları çox sevirdi.

-Ata! Bu ki... bu ki, çox gözəldir!

21

kitabyurdu.blogspot.com

Gözəl daşlardır. - Van Aidin məmnun idi. -

Xoşuna gəldimi?

Xoşuma gəldimi? Bu ki, çox nadir

daşlardır! Bunları haradan tapmısan?


Bu, mənim sirrimdir. Daşları mən, əlbəttə ki, məxfi əldə etmişəm.

Onlar çox məşhurdur.

Ortadakı böyük daşı görürsən? Ola bilsin, onun haqqında eşitmisən.

Bu, “Alovun qəlbi”dir.

- “Alovun qəlbi”! - Rut təkrar etdi.

O, daş-qaşı futlyarından çıxarıb sinəsinə tutdu.

Ruta baxan zaman milyoner, bu daşları, xüsusən də “Alovun qəlbi”ni

taxan qadınları və

onlarla bağlı olan faciələri, iztirabları xatırladı. Lakin, ən azından, Rut

Ketterinqin möhkəm əlinə düşərək, daşlar öz mənfi və nəhs

qüvvəsini itirəcək. Bu qərb qadını öz soyuqqanlılığı, özünə hakimliyi

ilə sanki qızğın ehtirasın, kinin və nifrətin inkarını tərənnüm edirdi.

Rut daş-qaşı qabına qoydu, atasına sarı qaçdı və onun boynunu

qucaqladı.

Çox sağ ol, çox sağ ol, ata. Onlar son dərəcədə gözəldir. Sən

həmişə mənə əla hədiyyələr verirsən.

Elədir. - Van Aidin qızını qucaqladı. - Axı sən mənim yeganəmsən.

Mənimlə nahar edəcəksən?

Düşünmürəm. Yəqin sən getməlisən?

Mən hamısını təxirə sala bilərəm. Bu, o qədər də vacib deyil.

-Yox, planlarını dəyişmə. Elə mənim də xeyli işim var. Sabah


görüşərik, əzizim. Sənə zəng vuracam. Biz Gelbreytlərdə görüşə

bilərik.

Gelbreytlər Van Aidinin londonlu vəkilləri idi.

22

kitabyurdu.blogspot.com

Yaxşı. - O, birdən susdu. - Ümid edirəm ki, bu, mənə Riveruya

getməyə mane olmaz?

Nə vaxt getmək istəyirsən?

Ayın on dördü.

Aha, hər şey yaxşı olacaq. Bu, az bir zaman tələb edir. Sənin

yerinə olsaydım, Rut, yaqutları

özümlə xaricə aparmazdım. Yaxşı olar ki, onları bankda

saxlayasan. Missis Ketterinq razılaşaraq başını tərpətdi.

İstəməzdim ki, “Alovun qəlbi”nə görə səni öldürsünlər, - milyoner

zarafat etdi.

-Aha, deməli, buna görə sən onları cibində gəzdirirsənmiş, hə, ata?

Hə.

Atasının səsində duyduğu təlaş onu səksəkəyə saldı.

Nə olub, ata?

Heç. - O gülümsədi. - Parisdəki kiçik əhvalatı xatırladım.

Əhvalat?
Hə. Bu, onları aldığım gecə baş verdi. - Van Aidin bunu deyərək,

daş-qaşları göstərdi.

Ah, danış!

Danışılası heç nə yoxdur, Rut. Hansısa soyğunçular mənə hücum

etmişdilər. Mən atəş açdım, onlar da qaçdılar. Vəssalam.

Qız qürurla atasına baxdı.

Sən məğlubedilməzsən, ata.

Olanı budur, Rut.

O, qızını öpdü və getdi. “Savoy”a qayıdaraq Naytona tapşırıq verdi:

- Qobi soyadlı adamı axtar tap. Qoy sabah səhər bura gəlsin. Onun

ünvanını mənim qeyd

dəftərçəmdə tapacaqsan. Saat onun yarısı burada olmalıdır.

23

kitabyurdu.blogspot.com

Bəli, ser.

Mister Ketterinqi də görmək istəyirəm. Onunla əlaqə saxla. Onu

klubda axtara bilərsən. Qoy sabah səhər saat on ikiyə yaxın burada

olsun. Onun kimi adamlar tezdən oyanmırlar.

Katib verilən tapşırıqları qeyd edərək başını tərpətdi. Van Aidin

özünü qulluqçuların ixtiyarına verdi. Vanna hazır idi və o, isti suya

girərək qızı ilə olan söhbət barədə fikirləşməyə davam etdi. Nəticə
etibarilə o, məmnun idi, çünki Rut boşanmaya onun gözlədiyindən

də asan - razılaşdı.

Amma buna baxmayaraq, qızının söylədiklərində nəsə onu qane

etmirdi. O, öz- özünə gileyləndi: “Bəlkə də şişirdirəm, amma mənə

elə gəlir ki, o, məndən nəsə gizlədir”.


V
FƏSİL Faydalı centlmen

Nayton otağa daxil olanda Rufus Van Aidin, adətən, səhərlər özünə

rəva bildiyi qəhvə və quru tortdan ibarət səhər yeməyini təzəcə

bitirmişdi.

Mister Qobi buradadır, ser, qəbulunuzu gözləyir. Milyoner

saatına baxdı. Onun yarısı - dəqiqəsinəcən dəqiq.

Lap yaxşı, - o söylədi. - Qoy gəlsin.

Bir neçə dəqiqədən sonra mister Qobi otaqda peyda oldu.

Bu, nimdaş geyimli qoca kişi idi. Onun diqqətli gözləri həmişə

həmsöhbətinə deyil, kənara baxırdı.

Sabahınız xeyir, Qobi, əyləşin.

Təşəkkür edirəm, Van Aidin.

Mister Qobi əyləşərək əllərini dizinə qoydu və maraqla radiatora

baxdı.

Mənim sizə işim düşüb.

Bəli, eşidirəm, mister Van Aidin.

24

kitabyurdu.blogspot.com

Mənim qızım Derek Ketterinqlə evlidir, əlbəttə, bunu artıq bilirsiniz.


Mister Qobi baxışlarını radiatordan çəkərək, yazı masasının sol

siyirtməsinə yönəltdi və xoşagəlməz bir təbəssüm göstərdi. Mister

Qobi çox şey bilirdi, lakin bunu büruzə verməyi sevməzdi.

Mənim məsləhətimlə o, boşanma ərizəsi verməyə hazırlaşır.

Əlbəttə, bu, vəkillərin işidir. Lakin mən daha dolğun bir informasiya

əldə etmək istərdim.

Mister Qobi pərvaza baxdı və dedi:

Mister Ketterinq barədə?

Bəli, mister Ketterinq barədə.

Oldu, ser.

Qobi ayağa durdu.

Bunu nə vaxt hazır edəcəksiniz?

Siz tələsirsiniz, ser?

Mən həmişə tələsirəm, - milyoner cavab verdi. Mister Qobi

buxarının barmaqlığına gülümsədi:

Bəlkə bu gün günorta saat ikidə görüşək?

Əla! - milyoner ucadan cavab verdi. - Hələlik,

Qobi.

Xudahafiz, mister Van Aidin.

Bu, çox lazımlı adamdı, - Qobi çıxan zaman otağa daxil olan

katibinə milyoner söylədi. - Öz işinin ustasıdır.


Məhz hansı işdə?

Məlumat toplamaqda. Ona iyirmi dörd saat vaxt ver və o,

Kenterberin baş yepiskopunun da

şəxsi həyatını öyrənəcək.

Doğrudan da lazımlı adamdı, - Nayton

gülərək qeyd etdi.

25

kitabyurdu.blogspot.com

O, mənim üçün bir neçə dəfə faydalı iş görüb,

milyoner dedi. - Hə, indisə, Nayton, işləməyə

hazıram.

Növbəti bir neçə saatı onlar işlə məşğul oldular.

Saat birin yarısı telefon zəng çaldı: mister Ketterinq gəlmişdi.

Nayton sual dolu nəzərlə Van Aidinə baxdı.

Zəhmət olmasa, mister Ketterinqə deyin

gəlsin.

Katib kağızları kənara qoydu, qapıya tərəf getdi və qapıda Dereklə

toqquşdu. Derek kənara çəkilərək katibə yol verdi.

Sabahınız xeyir, ser. Eşitdim məni görmək

arzusundasınız.

Tənbəl səs və səs tonundakı yüngül istehza Van Aidinin qəlbində


köhnə xatirələri canlandırdı. Xeyr, bunlara baxmayaraq, Derekdə bir

lətiflik vardı. Milyoner diqqətlə ona baxdı. Derek Ketterinqin otuz

dörd yaşı vardı. Yaxşı boy- buxunu, tünd dərili nazik üzü var idi.

Gəl, - Van Aidin onu dəvət etdi. - Əyləş.

Ketterinq çevik hərəkətlə kresloda əyləşdi. O, üzündə təmkinli

təəccüb ifadəsilə qayınatasına baxırdı.

Çoxdandır ki, sizi görmürəm, ser, - nəhayət, dilləndi, - deyəsən, iki

ilə yaxındır. Rutu görmüsünüz?

Dünən axşam, - Van Aidin cavab verdi.

Pis görünmür, elə deyilmi? - kürəkəni qayğısızcasına maraqlandı.

Zənn edirəm ki, bu haqda sən fikir söyləmək imkanına malik

olmamalısan, - milyoner soyuq

səslə cavab verdi.

Derekin qaşları dartıldı:

Bəzən biz təsadüfən eyni gecə klublarında qarşılaşırıq, - o, saf qəlblə

26

kitabyurdu.blogspot.com

söylədi.

Mən içkixanalar barədə danışmaq niyyətində deyiləm, - Van

Aidin söylədi. - Ruta səninlə

ayrılmasını məsləhət gördüm.


Derek tərpənmədi.

İşə bir bax! - o dedi. - Siqaret çəksəm, olar?

O, siqareti yandırdı, ağzından havaya duman topası buraxdı və sakit

halda maraqlandı:

Bəs Rut nə deyir?

Rut mənim məsləhətimə qulaq asmağı üstün tutur.

Doğrudanmı?

Deyə biləcəyin bütün sözlər ancaq

bundan ibarətdir? - Van Aidin partladı.

Ketterinq siqaretin külünü buxarıya silkələdi.

Düşünürəm, - o, sözləri çətinliklə seçirdi, - başa düşürsünüz ki, o,

böyük səhvə yol verir.

Sənin baxışınla baxsaq, şübhəsiz, elədir, -

Van Aidin pərt halda söylədi.

- Şəxsiyyətə keçmək lazım deyil. İndi mən özüm haqda

düşünmürəm. Mən Rut barəsində

düşünürəm. Bilirsiniz ki, mənim yazıq valideynim uzun

yaşamayacaq, bütün həkimlər də bunu təsdiq ediblər. Yaxşı olar ki,

mən lord Lekonberi olana qədər Rut gözləsin, axı o, elə buna görə

mənə ərə gəlib.

Mən sənin ədəbsizliyinə dözmək fikrində


deyiləm!

Van Aidin bağırdı.

Derek Ketterinq yerindən belə tərpənmədən onun üzünə gülümsədi.

27

kitabyurdu.blogspot.com

Sizinlə razıyam. Bu, artıq dəbdən düşüb. Bu gün titulların heç bir

mənası yoxdur. Bununla belə, Lekonberi çox gözəl ata-baba qəsridir,

bir də ki, biz İngiltərənin qədim ailələrindənik. Rut

isə onun deyil, başqa bir qadının mənim tituluma sahibləndiyini

biləndə çox kədərlənəcək.

Cavan oğlan, mən zarafat etmirəm, - Van Aidin söylədi.

Elə mən də. Mən çətin vəziyyətdəyəm və əgər Rut məndən

ayrılarsa, mən borc zindanına düşəcəyəm. O, on il gözləyib, bir

qədər də niyə gözləməsin ki? Mən ləyaqət sözü verirəm, qoca son

aylarını yaşayır və Rutun da mənə ərə gəlməsinin əsl səbəbi olan o

titulu əldə edə bilməməsi adama ağır gələr.

Sən, doğrudan da, elə düşünürsən ki, qızım sənin tituluna və

vəziyyətinə görə sənə ərə gedib?

Bəs siz elə bilirdiniz ki, böyük məhəbbətinə

görə?

Derek Ketterinq güldü, lakin gülüşü qətiyyən


səmimi

deyildi.

Xatirimdədir ki, - Van Aidin sakit söylədi, -

on il əvvəl sən başqa cür danışırdın.

Doğrudan? Amma ola bilər. Rut çox qəşəng idi və o mənə mələyi,

yaxud da kilsə taxçalarında

duran simaları xatırladırdı. Mən isə, gülməli səslənsə də, məni sevən

arvadımla yeni həyata başlamaq, ailə qurmaq, qədim ingilis

sülaləsinin ən yüksək ənənələrinə uyğun yaşamağı xəyal edirdim.

Və o yenidən güldü, bu dəfə isə daha da məyus tərzdə.

-Amma siz, yəqin ki, mənə inanmırsınız?

Sənin Rutla onun puluna görə evləndiyinə şübhə etmirəm, - Van

28

kitabyurdu.blogspot.com

Aidin əminliklə söylədi.

Yəqin onun məni sevdiyinə görə ərə gəldiyinə də şübhəniz yoxdur?

Derek rişxəndlə söylədi.

Əlbəttə.

Derek Ketterinq bir neçə saniyə ona baxdı, sonra razılıqla başını

tərpətdi.

Görürəm, siz buna inanırsınız, necə ki, bir zamanlar mən


inandığım kimi. Lakin sizi əmin

edim ki, əziz qayınatam, çox qısa zaman ərzində mənim yanıldığım

aşkara çıxdı.

Bilmirəm, sən nəyi nəzərdə tutursan, heç bilmək də istəmirəm.

Sən Ruta əməlli-başlı

əziyyət çəkdirmisən.

Bəli, - Derek laqeydliklə razılaşdı. - Amma o, lap çaxmaq daşı

kimidir. O, sizin qızınızdır.

Zahirdən quzudur, amma daxildənsə çaxmaq daşı. Siz ağır

adamsınız, amma Rut, sizi inandırım ki, daha da ağırdır. Siz heç

olmaya bir məxluqu özünüzdən daha çox sevirsiniz. Rut isə heç vaxt

heç kimi sevməyib, sevməyəcək də.

- Kifayətdir, - Van Aidin onun sözünü kəsdi. - Mən səni buraya

hansı niyyətdə olduğumu

bildirmək üçün çağırdım. Mənim qızımın arxasında dayandığımı

bildiyin kimi, onu da bil ki, qızım daha çox xoşbəxtliyə layiqdir.

Ketterinq buxarıya yaxınlaşaraq siqareti tulladı. O danışanda səsi çox

sakit idi.

Nəyi nəzərdə tutursunuz?

Nəzərimdə tuturam ki, - Van Aidin cavab verdi, - bu işi

şişirtməyə cəhd etməyə dəyməz.


29

kitabyurdu.blogspot.com

Bu, hədə-qorxudur?

Necə istəyirsən, elə də başa düş, - Van

Aidin qısaca bildirdi.

Ketterinq kreslonu masaya tərəf çəkdi. Düz milyonerin qənşərində

əyləşdi.

Siz elə bilirsiniz, yalnız sizin rahatlığınız naminə mən hay-küy

qaldırmayacam? - o

soruşdu.

Mənim yolumun üstündə dayanmağı ağlından da keçirmə!

Axmaq! Öz vəkillərini sorğu-suala

tut, onlar sənə hər şeyi başa salarlar. Sənin macəraların bütün

Londona məlumdur.

Nədir, yoxsa Rut Mirelə görə hirslənir? Bu, axmaqlıqdır. Mən ki,

onun dostluq etdiyi

adamlara fikir vermirəm.

Bu sözlərinlə nə demək istəyirsən? - Van

Aidin acıqla soruşdu.

Görürəm, siz heç nə bilmirsiniz, ser. - Derek Ketterinq güldü. -

Sizin xəbəriniz yoxdur.


O, şlyapasını və çəliyini götürüb qapıya tərəf getdi.

Məsləhət vermək mənim təbiətimə ziddir. - Bir anlıq pauzadan

sonra əlavə etdi. - Lakin istərdim ki, qızınız sizinlə - öz atası ilə

səmimi olsun.

Milyoner sıçrayaraq ayağa duran anda Derek qapını arxasınca

bağlayaraq cəld otaqdan çıxdı.

O hansı cəhənnəmi nəzərdə tuturdu? - Van Aidin söylənərək

yenidən kresloya yıxıldı.

Şübhələr onun daxilində yeni qüvvə ilə baş qaldırdı. Onun sxeminə

30

kitabyurdu.blogspot.com

nəsə sığmırdı. O, telefonun dəstəyini götürdü və qızı ilə

bağlamalarını xahiş etdi.

- Alo! Alo! Missis Ketterinq evdədir? Yoxdur? Nə vaxt qayıdacaq?

Bilmirsiniz? Ah, yaxşı, xeyr,

heç nə çatdırmaq lazım deyil.

Van Aidin fikri dağınıq halda dəstəyi yerə qoydu. Saat ikidə o, öz

otağına keçdi. Saat üçə on dəqiqə işləmiş Qobi gəldi.

- Hə, nə oldu? - Van Aidin səbirsizliklə bağırdı. Lakin balaca mister

tələsmədi. O, masanın arxasında əyləşdi, çox səliqəsiz olan qeyd

dəftərçəsini çıxardı və monoton səslə oxumağa başladı. Milyoner


diqqətlə və get-gedə artan məmnunluq duyğusu ilə qulaq asdı. Nəhayət,

Qobi oxumağı qurtardı və gözlərini kağız üçün səbətə dikdi.

Hm, - Van Aidin dilləndi. - Hər şey tamamilə aydındır. Otel barədə

olan dəqiqdir?

Tamamilə. - Qobi melanxolik baxışlarını kreslonun dəstəyində

dayandırdı.

O, həqiqətən də çətin vəziyyətdədir. Deyirsiniz, borc etmək istəyir?

Praktik olaraq, atasının bütün varını göyə sovurub? Boşanma xəbəri

yayılan kimi, o, nəinki borc, heç bir qəpik də ala bilməyəcək. Onun

əhatəsini pulla ələ almaq və ona yaxşıca təzyiq göstərmək olar. Biz

onu muma döndərərik, Qobi, necə lazımdırsa, eləcə sıxıb suyunu

çıxararıq.

O, yumruğunu masaya çırpdı. Onun sifət ifadəsi qaşqabaqlı və

təkəbbürlü idi.

Məlumat tamdır, - Qobi nazik səslə söylədi.

Mən indi Kerzon-stritə getməliyəm. Sizə minnətdaram, Qobi. Siz

mükəmməlsiniz.

Kiçik adamın üzündə təşəkkürün solğun ifadəsi - göründü.

31

kitabyurdu.blogspot.com

Təşəkkür edirəm, mister Van Aidin.


Əlimdən gələni əsirgəməməyə çalışıram.

Van Aidin Kerzon-stritə dərhal getmədi. Əvvəlcə Sitiyə gedib iki

ayrı-ayrı şəxslə onu tamamilə məmnun edən söhbət etdi. Sonra

metro ilə Daun-stritə getdi.

O, Kerzon-stritə çatanda 160 nömrəli evdən bir nəfər çıxıb ona sarı

gəlirdi. İlk baxışdan Van Aidinə elə gəldi ki, bu, Derekdir- boyu və

bədən quruluşu eynən onunku idi. Lakin onlar qarşı- qarşıya gələndə

başa düşdü ki, bu, yad adamdır.

Amma yox, ona elə gəldi ki, bu simanı haradasa görüb və həmin

adam hansısa xoşagəlməyən bir hadisəylə bağlıdır. O, yaddaşını işə

saldı, amma əbəs yerə. Bu səbəbdən də əsəb onu bürüdü: Van Aidin,

ümumiyyətlə, müəmmanı sevmirdi.

Rut Ketterinq atasını gözləyirdi. O, içəri daxil olanda qızı ona tərəf

qaçdı və yanağından öpdü.

Necəsən, ata?

Əla, amma sənə bir-iki kəlmə söz deməliyəm.

O, hiss etdi ki, qızında hissedilməz dərəcədə nəsə dəyişiklik baş

verib və Rut bir qədər gərginləşib. Atası böyük kresloda əyləşdi.

Hə, ata, - qız dilləndi, - mənə nə demək istəyirdin?

Bu gün səhər ərini gördüm.

Dereki görmüsən?
Hə, o, bir çox şey söylədi. Əsasən, boş-boş sözlər. Lakin gedərkən

mənə qaranlıq qalan bir şey dedi. O, istədi ki, sən mənimlə tamam

səmimi olasan. O, nəyi nəzərdə tuturdu, Rut?

Missis Ketterinq diksindi.

Bilmirəm, ata. Haradan bilim?

Çox ehtimal ki, bilirsən, - Van Aidin etiraz etdi. - Onu da dedi ki,

32

kitabyurdu.blogspot.com

onun öz dostları var və səninkilərlə də maraqlanmır. O, nəyi nəzərdə

tuturdu?

- Bilmirəm, - Rut Ketterinq təkrar etdi.

Van Aidin əyləşdi. Dodaqlarını kədərli ifadə ilə büzdü.

Qulaq as, Rut, mən kortəbii surətdə hərəkət edə bilmərəm. Onun sənə

qarşı nəsə xoşagəlməz bir şey törətməyəcəyindən əmin deyiləm. Onu

susmağa vadar edə bilərəm, lakin gərək biləm ki, mən nəyi etməliyəm.

Sənin dostların barədə söyləyərkən, o, nəyi nəzərdə tuturdu?

Missis Ketterinq çiyinlərini çəkdi.

Mənim çox dostum var, - o, inamsız halda dilləndi.

Kimi nəzərdə tutduğunu təsəvvür edə bilmirəm.

Düz demirsən! - O, özünün adət etdiyi işgüzar tərzdə söylədi. -

Mən daha konkret danışacam.


O kişi kimdir?

Kişi?

Kişi. Derek məhz ona eyham vururdu, hansısa xüsusi bir kişiyə,

sənin dostuna. Narahat olma,

mənim əzizim, əminəm ki, bütün bunlar boş şeylərdir, lakin mən

gərək məhkəməni maraqlandıra biləcək hər şeydən xəbərdar olum.

Özün bilirsən axı, onlar hər xırdalıqları necə yoza bilərlər! Mən

bilmək istəyirəm, o kişi kimdir və sən onunla nə dərəcədə dostsan.

Rut cavab vermədi, amma əllərini əsəbi şəkildə yığdı.

Hə, əzizim, - Van Aidin mülayim səslə söylədi, - yaşlı atandan

qorxma. Məgər mən belə qorxuncam, məgər hətta onda, Parisdə

olanda da qorxunc idim?

Bu anda ildırım vurmuş kimi Van Aidinin dili tutuldu.

Hə... mən də deyirəm o kimdi? - deyərək, donquldandı. -

Düşünürəm ki, mən onu tanıyıram.

33

kitabyurdu.blogspot.com

- Nə deyirsən, ata? Anlamıram.

Van Aidin ona yaxınlaşdı və biləyindən bərk yapışdı.

Mənə bax, Rut, sən yenidən onunla görüşürsən?

Kiminlə?
O şəxslə ki, bir neçə il əvvəl biz ona görə bir-

birimizlə dalaşmışdıq. Özün bilirsən, kimi deyirəm.

Sən... - Onun dili topuq vurdu. - Sən qraf

de la Roşu nəzərdə tutursan?

Qraf de la Roşl- Van Aidin bağırdı. - O vaxt mən sənə

söyləmişdim ki, o, dələduzdur. Onda

sizin münasibətinizin xeyli irəliləməsinə baxmayaraq, mən səni onun

pəncəsindən qopara bildim.

Sən bunu etdin. - Rut dilxor halda bildirdi. -

Və mən Derekə ərə getdim.

Sən özün istədin, - milyoner hirslə

etirazını bildirdi.

Qız çiyinlərini çəkdi.

Və budur, - Van Aidin sakit səslə dedi, - sən

onunla yenidən görüşürsən. Sənə bütün söylədiklərimdən sonra! Bu

gün o, sənin yanında idi. Mən onunla küçədə qarşılaşdım, amma o

dəqiqə tanıya bilmədim.

Rut Ketterinq sakitləşdi.

- Sənə bir söz demək istəyirəm, ata. Sən Armand barədə, yəni qraf de

la Roş barədə səhv fikirdəsən. Bəli, cavanlıqda onun başına bir neçə

xoşagəlməz əhvalat gəlib, onlar haqda o, özü mənə danışıb, ancaq...


Ancaq o, mənə görə

əzab çəkir. Sən Parisdə bizi ayıranda onun qəlbi çox qırılıb, indisə...

Atasının əsəbi səsi onun sözünü kəsdi:

34

kitabyurdu.blogspot.com

Sən də buna inanırsan? Sən, mənim qızım? İlahi!

O, əlini havada yellətdi. - Ancaq qadınlar belə səfeh ola bilərlər!

Rəqqasə isə divanda əyləşmiş halda öz-özünə güldü. O, özündən

məmnun idi.

Dostum.

Əzizim.

Yaxşı oğlan.

Bu, praktiki deyil. 6 İlahi!

Yaxşı, hə.

Lənət şeytana!

VII FƏSİL Məktub

“Missis Semuel Harfild miss Qreyi salamlayır və təkid edir ki, miss

Qrey hazırkı vəziyyətdə...”.

Missis Harfild əl saxladı, o, öz fikrini kağız üzərində çətin ifadə edən


insanlar qrupuna aid idi. Bir dəqiqə düşündükdən sonra isə başdan

başladı.

“Əzizim miss Qrey, bizim qulağımıza gəlib çatdı ki, Siz əmim qızı

Emmaya (hansı ki, onun ölümü bizim üçün böyük zərbə idi) qulluq

etməklə öz

vəzifə borcunuzu yerinə yetirmisiniz, mən də duymaya bilmərəm

ki...”.

Missis Harfild yenə də dayandı. Yenə də məktub əzildi və kağız

üçün səbətə atıldı.

Ancaq dördüncü cəhddən sonra məktub, nəhayət, yazılıb qurtarıldı

və zərfə qoyulub ağzı bağlanıldı. Zərfin üzərindəki yazıda

göstərilirdi: Ketrin Qrey, Littl Krempton, Sent-Meri-Mid, Kent”.

Ertəsi səhər həmin məktub daha xoş görkəmli mavi zərfli digər

məktubla birgə məktub sahibinin masasının üzərində dururdu.

35

kitabyurdu.blogspot.com

Ketrin Qrey ilk öncə missis Harfildin məktubunu açdı və oxudu:

“Əzizim miss Qrey. Ərim və mən bizim yazıq Emmaya göstərdiyiniz

köməyə görə Sizə

minnətdarlığımızı bildirmək istəyirik. Onunla uzun müddətdir

görüşmədiyimizə baxmayaraq, Emmanın ölümü bizim üçün böyük


zərbə oldu. Mən anladım ki, onun sonuncu vəsiyyəti özünəməxsus

xarakter daşıyır və heç bir məhkəmə tərəfindən ciddi qəbul edilə

bilməz. Şübhə etmirəm ki, əsilzadəliyinizlə Siz artıq bunu dərk

etmisiniz. Bu məsələni biz layiqli qaydada həll etsək, daha yaxşı olar

- mənim ərim belə hesab edir. Biz Sizə zəmanət məktubu verməyə

çox şad olacağıq və ümid edirik ki, Siz kiçik hədiyyəmizi də qəbul

edəcəksiniz. Mənə güvənin, əziz miss Qrey. Sizin səmimi Meri Enn

Harfild”.

Ketrin Qrey məktubu gülümsəyərək oxudu. Sonra onu yenidən təkrar

oxudu. Nəhayət,

məktubu yerə qoyan zaman onun sifətində istehzalı ifadə yarandı.

Sonra o, ikinci məktubu götürüb oxumağa başladı.

Təbəssüm onun üzündən silindi. Onun nə barədə düşündüyünü

tapmaq çətin idi.

Ketrin Qreyin otuz üç yaşı var idi. O, yaxşı ailədə doğulmuşdu, lakin

atası müflis olmuşdu və gənc Ketrin erkən yaşlarından işləmək

məcburiyyətində qalmışdı. Qoca missis Harfildin kompanyonu

olanda onun düz iyirmi üç yaşı var idi.

Missis Harfildin çətin adam olduğunu hamı bilirdi. Onun

kompanyonları ildırım sürətilə gəlir və yox olurdular. Onlar, adətən,

böyük ümidlərlə gəlir və tamamilə göz yaşları içində çıxıb


gedirdilər. Bununla belə, on il əvvəl Littl

Kremptona Ketrin Qreyin gəlişindən sonra burada əmin-amanlıq

36

kitabyurdu.blogspot.com

hökm sürməyə başladı.

Bunun necə baş verdiyini heç kim bilmirdi. İnsanlar söyləyirlər ki,

valehetmə anadangəlmə xüsusiyyətdir, sonradan qazanılma deyil.

Ketrin Qrey qoca şıltaq lediləri, itləri və balaca oğlanları

sakitləşdirmək üçün dünyaya gəlib və o, bunu adi hal kimi yerinə

yetirirdi.

Ketrin Qrey iyirmi üç yaşında gözəl gözlü, təmkinli bir qız idi. Otuz

üç yaşında da o, həmin gözəl, parlayan, geniş dünyagörüşlü və

dünyanın xoş üzünü görən gözlərə malik qadın idi. Bundan əlavə,

onun çox gözəl anadangəlmə yumor hissi vardı.

Qapının aramsız döyülməsi ilə müşayiət olunan qapı zəngi çalınanda

o, hələ də masa arxasında

əyləşmiş və fikrə getmişdi. Otağa balacaboylu qulluqçu daxil oldu və

şən tərzdə bildirdi:

- Həkim Harrison.

Yekəpər, orta yaşlı həkim otağa elə iti addımlarla daxil oldu ki,

həmin dəqiqə qapını onun döydüyü agah oldu.


Sabahınız xeyir, miss Qrey!

Sabahınız xeyir, mister Harrison!

Mən tezdən gəlmişəm, - həkim sözə başladı.

Qorxdum ki, siz Harfildin əmisi qızından məktub almış olarsınız.

Missis Semuel, necə ki, o, özünü adlandırır, çox ziyanverici şəxsdir.

Ketrin sakitcə məktubu həkimə sarı uzatdı. Oxuduğu müddətdə

həkimin qaşlarının necə çatıldığını gördükdə o, təəccüblənmədi.

Zəhlətökən məxluqdur, - o söylədi. - Narahat olma, əzizim. Bütün

bunlar boş sözlərdir. Missis Harfild sizin, mənim kimi ağlı başındadır

və heç kim bunun əksini söyləməyə cəhd etməz. Onlar heç bir iddia

irəli sürə bilməzlər və bunu da dərk edirlər. Məhkəmə barəsindəki

37

kitabyurdu.blogspot.com

söhbət boş sözlərdir. Buna görə də onlar eyham vururlar ki, məsələni

məxfi həll etsinlər. Amma, mənim əzizim, sizi yoldan çıxartmalarına

icazə verməyin. Beyninizə yerləşdirməyin ki, guya öz haqqınızı

onlarla bölüşmək sizin borcunuzdur, çox nazikqəlbli də olmayın.

Qorxuram, bu, mənə aid deyil, - Ketrin söylədi.

Bu adamlar missis Harfildin uzaq qohumlarıdırlar, onlar bir dəfə də

olsun nə ona

baş çəkmədilər, nə də məktub yazmadılar.


Siz həssas qadınsınız, - həkim dedi. - Heç kim bilməsə də mən

bilirəm ki, son on il sizin

üçün asan keçməyib. Siz qoca ledinin həyatına rəng qatdınız və bu

səbəbə də kiçik mükafat qazandınız.

Ketrin dalğın halda gülümsədi:

Hə... Bəs o nə qədərdir, həkim?

Fikrimcə, ildə təxminən beş minə yaxın.

Mən də belə düşünürdüm, - Ketrin başı ilə

tərpətdi.

- İndisə bunu oxuyun.

O, uzun mavi zərfdəki məktubu ona uzatdı. Onu oxuyaraq həkim

get-gedə daha da

təəccüblənirdi.

- İnanılmazdır, - O, burnunun altında söylədi. -

İnanılmazdır!.. O, Mortauldun ən böyük payçılarından biri idi. Hələ

qırx il əvvəl o, ildə səkkiz-on min xərcləyə bilərdi. Amma bildiyimə

görə, o, heç vaxt dörd mindən artıq xərcləməyib.

O, daima qənaətcil idi. Onun hər pennini saymasına mən hər zaman

təəccüblənmişəm. Bununla belə, bu, öz bəhrəsini verdi. Əzizim, siz

çox varlı qadın olmusunuz.

38
kitabyurdu.blogspot.com

Ketrin Qrey başı ilə təsdiq etdi.

Bəli, - o, laqeydliklə razılaşdı, sanki

kənardan izləyən bir şəxs idi.

Lap yaxşı. - Həkim Harrison artıq getməyə hazırlaşırdı. - Sizi təbrik

edirəm. Həmin axmaq məktub barəsində də unudun getsin. - O,

missis Harfildin məktubuna işarə etdi.

Əslində, o, axmaq məktub deyil, - miss Qrey sakit halda etirazını

bildirdi. - Onun yazdıqlarını

mən çox təbii qarşılayıram.

Siz məni təəccübləndirirsiniz. - Həkim dedi.

Niyə?

Çünki bəzi halları təbii qəbul edirsiniz. Ketrin Qrey güldü.

Həkim Harrison yemək zamanı arvadına bu böyük xəbəri çatdırdı.

Arvadı çox sevindi.

Missis Harfild pulları ilə davranışına görə aləm iş görüb. Ancaq

onları Ketrin Qreyə qoyduğuna

görə çox şadam. O qız mələkdir.

Mən mələkləri başqa cür təsəvvür edirəm, - həkim etiraz etdi. -

Ketrin Qrey mələk olması

üçün çox insanidir.


O qız yumor hissinə malik mələkdir, - arvadı ona göz vurdu. -

Mənə elə gəlir, sən onun gözəl

olduğunu heç görmürsən.

Ketrin Qrey? - Həkim həqiqətən də təəccüblənmişdi. - Onun,

sadəcə, çox gözəl gözləri var, vəssalam.

Ax, bu kişilər, - arvadı uca səslə söylədi. - Siz lap köstəbək kimi

korsunuz. Ketrin gözəl olmaq

üçün hər şeyə malikdir. Ona, sadəcə, lazım olan ancaq gözəl geyimdir,

39

kitabyurdu.blogspot.com

vəssalam.

Geyim? Onun geyiminin nəyi pisdir ki? O, daima yaxşı görünür.

Missis Harrison ərinə mənalı nəzər saldı.

Sən onu bir dəvət etsənə, Poli, - həkim təklif etdi.

Elə mən də bunu etmək fikrindəyəm.

Əzizim, - missis Harrison Ketrin Qreyin əlini sıxaraq söylədi, -

kənddəki hamı kimi mən də çox şadam.

Sizin məni dəvət etməniz necə də xoşdur! Elə mən də Conni

haqqında sizdən soruşmaq istəyirdim.

Conni haqqında? Onda qulaq as, deməli...

Conni missis Harrisonun kiçik oğlu idi. O, Conninin adenoidi və


tonzilliti barədə uzun- uzadı hekayə danışmağa başladı. Ketrin ürək

yanğısı ilə qulaq asırdı.

Vərdişlər çətin ölür. Qulaq asmaq - bax, son on il ərzində onun əsas

məşğuliyyəti yalnız bu idi. “Əzizim, yadıma düşmür, mən

Portsmutdakı ziyafət barəsində sənə danışmışammı? Lord Çarlz

məni dəvət edəndə?”

Ketrin də çox mülayim və sakit cavab verərdi: “Bəlkə də

danışmısınız, miss Harfild, amma mən

unutmuşam. Yenidən danışa bilərdinizmi?”

Qoca ledi də bitmək bilməyən hekayəsinə başlayırdı: əvvəl

danışdıqlarına yeni əlavələr edərək, səhvlərini düzəldərək,

xırdalıqları xatırlayaraq... Ketrinsə qeyri-iradi lazımi sözləri yerinə

qoya-qoya şüurunun bir qismi ilə qulaq asır, digər qismi ilə də öz

xəyallarını düşünürdü.

İndi də eynən bu cür missis Harrisona qulaq asırdı.

Bir saat yarımdan sonra missis Harrison qəflətən öz sözünü kəsdi.

- Bu nədir belə, bayaqdan elə hey özüm barədə danışıram, - o, ucadan

40

kitabyurdu.blogspot.com

söylədi. - Axı mən sizin planlarınızdan danışmaq istəyirdim.

Mən nə edəcəyimi hələ bilmirəm.


Əzizim, ancaq ümidvaram, siz burada qalmaq niyyətində deyilsiniz?

Ketrin bu sözlərlə müşayiət olunan dəhşət ifadəsinə güldü:

Mənə elə gəlir ki, səyahət etmək istəyərəm.

Siz bilirsiniz axı, mən hələ heç yerdə olmamışam.

Əlbəttə. Yəqin ki, son illər siz çox darıxmısınız?

Bilmirəm, - Ketrin cavab verdi. - Mənim

boş vaxtım çox olurdu.

O, həmsöhbətinin inamsız baxışını sezib sözünə davam etdi:

-Yəqin bu, inandırıcı səslənmir. Əlbəttə, fiziki cəhətdən boş vaxtım

çox olmurdu...

Təbii ki, - missis Harrison Ketrinin heç vaxt hətta istirahət gününün

olmadığını xatırlayıb onunla razılaşdı.

Lakin fiziki asudə olmayan zaman adama çoxlu ruh azadlığı,

düşünmək azadlığı verilir.

Mənsə ruh azadlığını daha üstün tuturam.

Bu, mənə anlaşılmazdır, - missis Harrison

başını

yırğaladı.

Amma mənim yerimə olsaydınız siz də başa düşərdiniz. Lakin mən

hiss edirəm ki, dəyişiklik vacibdir. İstəyirəm ki, nəsə baş versin.

Ancaq mənimlə deyil, bunu nəzərdə tutmuram. Amma çox istərdim


ki, hansısa hadisənin içində olum, lap sadəcə, müşahidəçi qismində

olsa belə.

Özünüz də bilirsiniz də, Sent-Meri-Middə heç nə baş vermir.

Doğrudur, - missis Harrison təəssüflə etiraf

etdi.

41

kitabyurdu.blogspot.com

Öncə mən Londona gedəcəyəm. Onsuz da vəkilləri görməliyəm.

Sonra yəqin ki, xaricə

yollanaram.

-Əla!

-Amma, əlbəttə ki, hər şeydən əvvəl... -Nə?

Paltar almalıyam.

Elə məhz bunu mən bu səhər Artura demişəm, - missis Harrison

şən səslə ucadan

bildirdi. - Bilirsiniz, Ketrin, əgər istəsəniz siz çox gözəl qız ola

bilərsiniz.

Miss Qrey astadan güldü:

Düşünmürəm ki, məndən gözəl qız çıxar, - o, səmimi söylədi. -

Ancaq münasib paltarlar

həqiqətən də mənə gərəkdir. Deyəsən, özüm haqqında çox danışdım.


Missis Harrison diqqətlə ona baxdı.

Yəqin ki, bu, sizin üçün çox qeyri-adi haldır,

- o, nəzakətlə bildirdi.

Səfərə çıxmazdan əvvəl Ketrin qoca miss Vaynerlə sağollaşmağa getdi.

Miss Vayner missis Harfilddən iki yaş böyük idi və rəfiqəsindən

çox yaşadığına görə özü ilə fəxr edirdi.

Siz heç təsəvvürünüzə də gətirməzdiniz ki, mən Ceyn Harfilddən

çox yaşayacam, elə

deyilmi? - O, məğrurluqla dedi. - Axı biz bir

məktəbdə oxumuşuq. Bax, indi o yoxdur, mənsə hələ də yaşayıram.

Kimin ağlına gələrdi?

Siz daima şam zamanı qara çörək yeyirsiniz,

elə deyilmi? - Ketrin mexaniki olaraq söylədi.

Bunu hələ də yadda saxlamağın qəribədir, əzizim. Hə, əgər Ceyn

42

kitabyurdu.blogspot.com

də hər axşam qara

çörəklə birgə şam etsəydi, hələ də sağ olardı.

Qoca ledi qalibcəsinə başını yelləyərək susdu, sonra birdən nəyisə

xatırladı.

Eşitmişəm, sənə çoxlu pul qalıb? Əla, çox


yaxşı. Onları qoru. Sən əylənmək üçün Londona

getmək istəyirsən? Düşünmürəm ki, sən ərə

gedəcəksən. Sən elələrindən deyilsən, əzizim. Sən kişiləri başdan

çıxaranlardan deyilsən.

Neçə yaşın var?

Otuz üç.

Nə etməli, - miss Vayner fikirli halda söylədi. - Bu, o qədər də pis

deyil. Əlbəttə, sən gəncliyin

füsunkarlığını artıq itirmisən.

Qorxuram, haqlısınız, - Ketrin hazırcavablıqla

razılaşdı.

Sən çox yaxşı qızsan. - Miss Vayner nəvazişlə söylədi. - Əminəm,

kişilərin əksəriyyəti arvadı olaraq sənin kimisini deyil, yüngül qızları

seçərək səhv edirlər. Tanrının əmrini və tərbiyəni unudaraq ancaq

ayaqlarını nümayiş etdirənlərlə evlənirlər. Xudahafiz,

mənim əzizim. Ümidvaram ki, vaxtını gözəl keçirəcəksən, lakin

həyat çox nadir hallarda bizim xəyal etdiyimizlə üst-üstə düşür.

Miss Vaynerin onu uğurlayarkən söylədiyi bu sözlərə qulaq asdıqdan

sonra Ketrin səfərə hazırlıq görməyə getdi. Kəndin az qala yarısı

stansiyaya gəlmişdi, o cümlədən də, göz yaşlarını gizlədə bilməyən

qulluqçu Alisa.
Daha onun kimiləri yoxdur, - qatar yerindən tərpənəndə Alisa

söylədi. - Yadımdadır ki, mənim Çarlim qızı ilə Deridən qayıdanda

43

kitabyurdu.blogspot.com

mənə qarşı miss Qreydən xeyirxah heç kim olmamışdı. O, zibilləri

və tozları gördüyü zaman daima başa düşürdü ki, mən işlərin

hamısını birdən görə bilmərəm. Lakin onun üçün mən hər

şeyi edərdim. Mən onu əsl ledi adlandırıram, bax

belə! Ketrin Sent-Meri-Midi belə tərk etdi.


VIII
FƏSİL Daha bir məktub

- İşə bir bax! - Ledi Templin “Deyli meyl” qəzetini kənara qoyaraq

gözlərini Aralıq dənizinin mavi sularına dikdi.

Başının üstündə dalğalanan qızılı küsdüm ağacının çiçəklənmiş

budaqları füsunkar bir şəklin çox gözəl çərçivəsini təşkil edirdi:

yüngül ev paltarında qızılı saçlı və mavi gözlü ledi. Düzdür, qızılı

saçlarda da çəhrayımtıl-bəyaz dəridə olduğu kimi, nəsə bir sünilik

vardı, lakin

mavi gözlər təbii idi və ledi Templin qırx dörd yaşında hələ də gözəl

və füsunkar olaraq qalırdı. Düzdür, bu anda o, necə göründüyünün

qeydinə qalmırdı. O, daha ciddi məsələ barədə fikrə getmişdi.

Ledi Templini Riveruda çox yaxşı tanıyırdılar, onun “Marqarita”

villasındakı qonaqlıqları da məşhur idi. Ledi Templin geniş həyat

təcrübəsinə malik qadın idi: birinci dəfə o, təsadüfi evlənmişdi və bu

barədə xatırlamağı sevmirdi; ikinci əri ağıllı idi və tərifəlayiq

işgüzarlıqla ömrünü başa vurmuşdu, dul arvadına pis qazanc

gətirməyən düymə fabrikini miras qoymuşdu; növbəti əri Vikont

Templin idi, o, Rozalini həmişə arzuladığı mühitə təqdim etmişdi.

Dördüncü dəfə Rozalin ərə gedərkən öz


titulunu qoruyub saxladı. Bu dəfə o, sadəcə, həzz xətrinə ərə getmişdi.

Qüsursuz ədalara malik, idmana sevgisi olan və daima sülhsevər

iyirmi yeddi yaşlı gənc mister Çarlz Evansla evlənmişdi. Onunsa

pulu yox idi.

44

kitabyurdu.blogspot.com

Ümumi götürəndə ledi Templin öz həyatından məmnun idi, lakin

vaxtaşırı onun maliyyə problemləri yaranırdı. Düymə fabrikantı dul

arvadına olduqca yaxşı var-dövlət qoymuşdu. Ancaq ledi Templin

təkrarlamağı xoşladığı kimi, “həm onu, həm də o birini...” (“o” -

müharibə zamanı səhmlərin dəyərinin aşağı düşməsi, “o biri” isə -

lord Templinin bədxərcliyi idi) nəzərə alsaq belə, yenə də yaxşı

təmin olunmuş vəziyyətdə yaşayırdı. O, firavan yaşayırdı. Lakin

sadəcə firavan yaşamaq - bu, Rozali Templinin temperamenti ilə

ayaqlaşmırdı.

Beləliklə, bu yanvar səhərində xəbərlər bölməsinə nəzər salarkən,

kiçik bir xəbərə gözlərini zillədiyi zaman onun mavi gözləri böyüdü

və onun dodaqlarından “İşə bir bax!” nidası qopdu. Bu an eyvanda

olan yeganə adam onun qızı Lenoks Templin idi. Lenoks kimi

qızının olması ledi Templin üçün başdan-ayağa cəza idi. Heç bir

mərifətə sahib deyildi, öz yaşından yaşlı görünürdü və çox pis yumor


hissi ilə fərqlənirdi.

Əzizim, - ledi Templin ucadan söylədi, - bu, əladır!

Nəyi deyirsən?

Ledi Templin “Deyli meyl”ə işarə etdi və onun marağına səbəb olan

bölməni barmağıyla göstərdi.

Lenoks laqeydliklə oxudu və qəzeti geri qaytardı.

Nə olsun ki? - o soruşdu. - Bu cür hadisələr az qala hər gün baş

verir. Darıxdırıcı qocalar həmişə kənddə ölürlər və milyonlarla var-

dövlətlərini öz bədbəxt kompanyonlarına miras qoyurlar.

Hə, əzizim, bilirəm, - anası cavab verdi. - Düşünmürəm ki, sərvət

yazdıqları qədər böyükdür, qəzetdə yazılanlar həmişə dəqiq olmur.

Amma yazdıqlarının hətta yarısına bərabər olsa belə...

Yaxşı da! - Lenoks ucadan söylədi. - Bizə ki miras qoymayıblar.

45

kitabyurdu.blogspot.com

Belə deyil, əzizim, - ledi Templin dedi. - Həmin bu qız, Ketrin

Qrey mənim əmim qızıdır.

Mənim yeganə əmim qızı. İnanılmazdır!

A-ha... - Lenoks uzada-uzada söylədi.

Və mən çox təəccüblənirəm.. - anası sözə başladı - Ki, mirası

bizə qoymayıblar, - Lenoks cümləni anasının heç vaxt anlaya


bilmədiyi bir

təbəssümlə yekunlaşdırdı.

Ay, əzizim! - anası tənə ilə dedi. - Təəccüb edirəm ki, - ledi

Templin qaşlarını ifadəli şəkildə

dartdı, - doğrudanmı... Ah, sabahın xeyir, Çabbi, əzizim, tennis

oynamağa gedirsən? Nə gözəl!

Bu sözlərin ünvanlandığı Çabbi əda ilə gülümsədi, həvəsləndirici tərzdə

söylədi: - “Bu şaftalı rəngli paltarda sən çox gözəl görünürsən”,

və ayaqlarını oynada-oynada pilləkənlə düşməyə başladı.

Bahalı əşya, - ledi Templin uzaqlaşan ərinə baxaraq qeyd etdi. -

Dayan, nədən danışırdım?

Ah, hə, təəccüblənirəm ki...

Allah xətrinə, eyni sözü təkrarlamaqdan əl

çək.

-Yaxşı, əzizim! Güman edirəm ki, əziz Ketrini bura dəvət etsəm, əla

olar. Təbii ki, o, heç vaxt cəmiyyət arasına çıxmayıb və əgər kübar

cəmiyyət arasına öz yaxın adamı vasitəsilə çıxarsa, bu, onun üçün çox

yaxşı olar. Bu, həm onun üçün, həm də bizim üçün çox yaxşı olar.

- Bəs ondan hansı məbləğdə pul qoparmağa

ümid

bağlayırsan?
Anası məzəmmətlə ona baxdı və burnunun altında söylədi:

46

kitabyurdu.blogspot.com

Əlbəttə, biz razılığa gələ bilərik. Yoxsa ki, həm onu, həm də o

birini nəzərə alsaq... Müharibə, sənin yazıq atan...

İndi də Çabbi, - Lenoks dedi. - Bahalı əşya!

Yadımda qaldığı qədər o, yaxşı qız idi, - ledi Templin öz fikirləri

barədə düşünməyə davam

edərək söylədi. - Sakit, heç vaxt heç nəyə burnunu soxmayan, o

qədər də gözəl olmayan, kişilərin dalınca düşməyən bir qız idi.

Deməli, Çabbini heç bir təhlükə gözləmir? - Lenoks xəbər

aldı. Ledi Templin hirslə ona baxdı:

Çabbi heç vaxt... - O, sözə başlamışdı ki, Lenoks onun sözünü

yarımçıq kəsdi.

Əlbəttə, - o, təsdiq etdi, - mən heç düşünmürəm ki, o, belə iş

görər. O, kimin yağlı

çörəyini yediyini çox gözəl bilir.

Əzizim, sən həmişə elə qəribə fikirlər yürüdürsən ki...

Təəssüf edirəm, - Lenoks bildirdi.

Mən elə indicə əziz Ketrinə məktub yazacam. Həm də Ecvorsdakı

keçmiş gözəl günlərimizi xatırladacam.


Ledi Templin evə girdi. Onun gözləri qətiyyətlə - alovlanırdı.

Missis Semuel Harfilddən fərqli olaraq, o, məktubu asanlıqla yazırdı.

Dayanmadan dörd səhifə yazdı və məktubunu bir daha oxuyaraq, hər

şeyin qaydasında olduğu qənaətinə gəldi.

Ketrin məktubu Londona çatdığı gün səhər- səhər aldı. Mətnaltı

mənanı oxuya bilməsi elə də vacib deyildi. O, məktubunu çantasına

qoydu və missis Harfildin vəkilinin yanına yollandı.

Vəkilin kontoru köhnə dəbli Linkoln İnn Fildsdə yerləşirdi. Ketrin

mavi gözlü, yaşlı, nəzakətli cənabın qarşısında durdu.

Onlar iyirmi dəqiqə müddətində missis Harfildin vəsiyyətnaməsini və

47

kitabyurdu.blogspot.com

onunla bağlı məsələləri

müzakirə etdilər. Sonra Ketrin missis Semuelin məktubunu vəkilə

verdi.

Mən qərar verdim ki, bunu sizə göstərsəm daha yaxşı olar, - o, dedi.

Baxmayaraq ki, bu, əlbəttə, çox axmaqlıqdır.

Vəkil məktubu istehzalı təbəssümlə oxudu:

Bu, çox alçaq bir davranışdır, miss Qrey! Bu insanların malikanəyə

və pullara hüquqlarının çatmadığını söyləmək gərəksizdir, əgər onlar

birdən məhkəməyə müraciət etməyi düşünsələr, heç bir məhkəmə


onların ərizələrinə baxmayacaq.

Mən də belə düşünürəm.

İnsan təbiəti həmişə müdrik olmur. Mən missis Semuel Harfildin

yerinə olsaydım, sizin

rəhminizə sığınardım.

Elə bu haqda sizdən bir xahiş etmək istərdim.

İstərdim ki, müəyyən məbləğ bu insanlara çatsın.

Vəsiyyətnamədə sizə belə məcburiyyət yoxdur...

Bilirəm.

Bir də ki, onlar bunu əks mənada qəbul edə bilərlər. Onlar, çox

ehtimal ki, elə qərar verəcəklər ki, guya siz məhkəmədən qorxaraq

onları pulla satın almaq istəyirsiniz.

Ketrin başını yellədi:

Bilirəm ki, siz haqlısınız. Ancaq bununla belə,

mən bunu etmək istəyirəm.

Onlar sizdən pulu aldıqdan sonra yenə də, yenə də pul qoparmağa

çalışacaqlar.

Qoy olsun, - Ketrin söylədi. - Əgər belə istəyirlərsə, qoy olsun. Hərə

öz bacardığı kimi əylənir. Onsuz da onlar missis Harfildin yeganə

48

kitabyurdu.blogspot.com
qohumları idilər. Baxmayaraq ki, sağlığında missis Harfildə onlar

yazıq qohum kimi münasibət göstərir və heç bir diqqət yetirmirdilər,

bununla belə, onların, ümumiyyətlə, heç nə almamaları haqsızlıqdır.

Vəkil tamamilə bunun əleyhinə olsa da, o, təkid etməkdə davam etdi.

Sonra London küçələri ilə irəliləyərkən məmnunluq içərisində

düşündü ki, indi pulu rahatlıqla xərcləyə və istədiyi hər şeyi edə

bilər. Onun ilk işi məşhur modelyerə baş çəkmək oldu. Qədd-qamətli

yaşlı fransız qadın -

daha çox yuxudan doymamış hersoginyaya oxşayırdı - onu qarşıladı

və Ketrin müəyyən qədər nalvateƏ ilə söylədi:

Mən sizdən mənimlə məşğul olmağınızı xahiş edərdim. Bütün

həyatım boyu kasıb olmuşam və paltar barədə heç bir anlayışım

yoxdur, indi isə mənim çoxlu pulum var və mən hazırkı vəziyyətimə

münasib görünmək istəyirəm.

Fransız qadın valeh olmuşdu. Modelyerin coşqun yaradıcı təbiəti var

idi və bu parlaq coşqunluq həmin səhər, məhz parlaq qabarıq

gözəllik anlayışına tam uyğun olan modelləri əldə etmək niyyətində

olan argentinalı “ət kraliçasının” erkən gəlişi ilə tutqunlaşmışdı.

Fransız qadın diqqətlə Ketrinə nəzər yetirərək, onu iti baxışlarla

başdan-ayağa süzdü.

Bəli, bəli, bu, əla iş olacaq. Madmazel çox yaxşı bədən


quruluşuna malikdir, sadə cizgilər

sizin üçün ən yaxşısıdır. O, tres anglaiselO. Mən belə söylədikdə

bəzilərinin xətrinə dəyir, lakin sizin xətrinizə dəyməz, madmazel.

Une belle anglaisell - bundan zərif üslub yoxdur.

Yuxudan doymamış hersoginyadan əsər-əlamət qalmadı. O, tez

göstərişlər verməyə başladı:

Kolotilda, Virciniya, cəld olun, mənim balalarım, tailleur glris

49

kitabyurdu.blogspot.com

cleair12 və robe de soiree, «Soupir d’automne»13. Marsel qızım,

crepe de Chin14 parçadan tikilmiş küsdüm çiçəyi rəngdə olan kiçik

bluzu ver.

Bu, çox gözəl səhər idi. Marsel, Kolotilda, Virciniya

diribaş və güləyən qızlar səssizcə Ketrinin

ətrafında o baş, bu başa gedib-gəlirdilər. Hersoginya yaxınlıqda

dayanaraq kiçik dəftərçəyə qeydlər edirdi.

- Əla seçimdir, madmazel. Madmazelin əla zövqü var. Bəli,

həqiqətən də, əgər madmazel

hazırkı qışı Riveruda keçirmək istəyirsə, onda o, bu kostyumdan

başqa hansısa bir geyimdə bundan daha gözəl görünə bilməz.

İcazə verin, bu ziyafət donuna bir daha baxım.


Ketrin söylədi. - Buna, çəhrayı xaradan

olana. Virciniya səssiz fırlana-fırlana gəldi.

- Qəşəng! - Ketrin boz və mavi naxışlarla işlənmiş bahalı xaranın

büküşlərini sığallayaraq

söylədi. - Bu necə adlanır?

“Soupir d'automne”, bəli, bəli, bu don məhz elə madmazel üçündür.

Bu sözlər nəsə Ketrini qüssələndirdi, mağazadan çıxarkən də o, bu

sözləri xatırladı: “Soupir d'automne, bəli, bəli, bu don məhz elə

madmazel üçündür”. Payız. Həqiqətən də, bu, onun payızı idi. O,

baharı və yayı görməmişdi və artıq bir daha heç bir zaman da

görməyəcəkdi.

Nələrsə geriyə dönmədən çıxıb getmişdi. Sent- Meri-Middə keçirilən

illər müddətində həyat ondan yan ötüb keçmişdi, nəyisə itirmişdi...

Mən səfehəm, - Ketrin düşündü, - Mən səfehəm. İstədiyim nədir?

Üç ay əvvəl mən indikindən daha xoşbəxt idim.

O, çantasından məktubu çıxardı - səhər ledi Templindən aldığı

50

kitabyurdu.blogspot.com

məktubu. Ketrin düşüncəsiz qadın deyildi. Hər kəsin başa düşəcəyi

kimi, o da məktubdakı mətnaltı mənanı yaxşı başa düşmüşdü,

uzunmüddətli sükutdan sonra ledi Templinin gözlənilmədən onu


xatırlamasının səbəbini də anlayırdı. Əlbəttə ki, öz kefi üçün deyil,

mənafeyi üçün.

- Yaxşı, niyə də olmasın? Gedəcəyəm, - Ketrin qərar verdi. O,

Pikadilliyə düşdü və Kuk agentliyinə daxil oldu. Klerkin söhbət

etdiyi kişi də Riveruya gedirdi. O, fikirləşdi: hamı Riveruya gedir.

Çox gözəl, həyatında ilk dəfə o da hamının edəcəyini edəcəkdi.

Kişi kənarlaşdı və Ketrin onun yerində dayandı. Qız klerklə

danışırdı, lakin fikri başqa yerdə idi.

Bayaqkı kişinin üzü ona çox tanış gəlirdi. Onu harada görmüşdü?

Birdən xatırladı. Bu səhər “Savoy”da, nömrəsinin qarşısında o,

həmin kişi ilə toqquşmuşdu. Qəribədir, eyni adamla bir gündə iki

dəfə qarşılaşırdı.

Anlaşılmaz bir duyğu içərisində başını çiyninin üstündən çevirib

geriyə baxdı. Kişi qapının ağzında dayanaraq ona baxırdı.

Onun bədənindən soyuq dalğa keçdi. O, faciənin nəfəsini hiss

etdirdi...

Sonra bu hissləri başından qovaraq diqqətlə klerkə qulaq asmağa

başladı.

Sadəlövlük.

10
Çox ingilissayağı.

11

Qəşəng ingilis qızı.

12

Boz kostyum.

13 “Payızın nəfəsi” (ziyafət paltarı). 14 Krepdeşin (parça növü).


IX
FƏSİL

Rədd edilmiş təklif

51

kitabyurdu.blogspot.com

Derek çox nadir hallarda özündən çıxardı. Daima ovqatının yaxşı

olması onun əsas xüsusiyyətlərindən biri idi və bu da Derekə çətin

vəziyyətə düşdüyü zamanlarda dəfələrlə öz faydasını vermişdi. Hətta

Mirelin yanından çıxanda da onun hirsi tez soyudu və yenidən

sakitliyini bərpa edə bildi. Bu, onun üçün zəruri idi. Çünki hazırkı

vəziyyət əvvəllər düşdüyü vəziyyətlərdən daha çıxılmaz idi və bu

vəziyyətdən necə çıxacağını bilmirdi.

O, dərin fikrə dalaraq qaşqabağını tökmüş halda yolla gedirdi.

Beynində müxtəlif variantları götür- qoy edirdi. Ümumiyyətlə,

Derek göründüyündən çox ağıllı idi. İndi onun ağlına bir neçə

variant gəlirdi, xüsusən də biri daha cəlbedici görünürdü. Bir

anlığına o, bunu etmək istəmədi, lakin vəziyyətin ümidsizliyi

seçimin ümidsizliyinə diktə edirdi. Derek Ketterinq və Rufus Van

Aidin arasındakı müharibə ancaq bir nəticə ilə bitə bilərdi...

Derek pulu və pulun qüdrətini lənətləyərək Pikadilli ilə Sent-Ceymz-


strit boyunca addımlayaraq meydana sarı irəlilədi. Cənab Tomas

Kuk və oğlanlarının nəqliyyat agentliyinin yanından keçərkən onun

addımları öz-özünə yavaşıdı, lakin gərgin düşüncələr içərisində

yoluna davam etdi. Beynində gəldiyi qəfil qərarın nəticəsində o, ora

daxil olmağa qərar verdi.

Derek başını yellədi və qəflətən geri elə döndü ki, özünü bir az öncə

getdiyi istiqamətdə irəliləyən piyadaya çırpdı. Bu dəfə o, Kukun

bürosuna daxil oldu. Ofis boş idi və o, dərhal klerkə yaxınlaşdı.

Mən gələn həftə Nitsaya getmək istərdim, bu mümkündürmü?

Hansı tarixdə, ser?

On dördü. Ən rahat qatar hansıdır?

-Təbii ki, Mavi qatardır. Siz həmin qatara Kalada minə bilərsiniz.

Derek başı ilə təsdiq etdi. O, bütün bunları onsuz da çox gözəl bilirdi.

52

kitabyurdu.blogspot.com

- On dördü, - klerk burnunun altında mızıldandı, - çox yaxın vaxtdır.

Mavi qatar, demək olar

ki, həmişə dolu olur.

Baxın, bəlkə boş yer qalıb, əgər qalmayıbsa...

O, sözünü bitirməyərək müəmma ilə gülümsədi.

Klerk bir neçə dəqiqəliyinə yox oldu, lakin tezliklə qayıtdı.


- Hər şey qaydasındadır, ser. Üç boş yer qalıb. Onlardan birini sizin

adınıza qeyd edim. Sizin

adınız?

Peyvett, - Derek söylədi. O, Cermen-stritdəki mənzilinin ünvanını

verdi. Klerk başı ilə razılığını

bildirdi, Derekə uğurlu yol arzuladı və növbəti müştəriyə müraciət

etdi.

Mən ayın on dördü Nitsaya getmək istərdim.

Əgər mümkündürsə, Mavi qatarla.

Derek cəld ətrafa boylandı.

Necə də qəribə təsadüfdür! O, Mirelə söylədiyi sözlərini xatırladı:

“Ala gözlü ledinin xəyalı. Mən bir daha onu görməyəcəyəm”.

Ancaq Derek onu yenidən gördü, bundan başqa, o da onun kimi

Mavi qatarda Nitsaya getməyə hazırlaşırdı, həm də onunla eyni

gündə. Onun bədənini titrəmə bürüdü. Bəzən Derek mövhumatçıya

çevrilirdi. O, yarızarafatla

demişdi ki, bu qadın ona bədbəxtlik gətirə bilər. Bəs bu birdən

həqiqətə dönsə necə? Qapının ağzında ayaq saxladı və dönüb ona

baxdı. Yaddaşı onu yanıltmamışdı. Bu, o idi.

Bu qadın - ledi idi, sözün əsl mənasında ledi. Çox da gənc olmayan,

gözəl olmayan. Lakin bu qadında nəsə var idi. Bir də ala gözləri....
Heç nəyi onlardan gizlətmək mümkün olmayan ala gözləri. O, küçəyə

53

kitabyurdu.blogspot.com

çıxarkən anladı ki, bu alagözlü yad qadından qorxur. Bu duyğuda

nəhs nə isə var idi.

Derek evə qayıdaraq qulluqçunu çağırdı:

Bu çeki götür, Payvett Pikadillidəki agentliyə get. Orada sənin

adına yazılmış bilet var. Onun pulunu ödə və qayıt.

Oldu, ser.

Payvett getdi.

Derek yazı masasının arxasına əyləşdi və korrespondensiyaları bir-

bir gözdən keçirməyə başladı. Yeni heç nə yox idi. Hesablar. Böyük,

xırda və ödəmə tələb edən hesablar. Onları hələ ki, nəzakətli tərzdə

yazmışdılar. Lakin Derek bilirdi ki, əgər... əgər bir xəbər hamıya

yayılsa, tezliklə onların tərzi dəyişiləcək.

Derek kefsiz halda dəri üzlüklü iri kresloya əyləşdi. O, başa düşürdü

ki, tələyə düşüb. Buradan çıxmaq üçün görünən yollar isə elə də

ümidverici deyil.

Payvett əlində biletlə içəri daxil oldu və təmkinlə boğazını arıtladı:

Bir centlmen sizi görmək istəyir, ser, mayor Nayton.

Nayton?
Derek yerində dikəldi. Qəflətən onu həyəcan bürüdü. Astadan,

demək olar ki, eşidilmədən dedi:

- Nayton! Maraqlıdır, o hara, bura hara?

Onu dəvət edə bilərəm, ser?

Derek başı ilə razılığını bildirdi.

Sizi görməyimə çox şadam, - Derek Naytonu açıq qəlblə salamladı.

Nayton gərgin idi və Derekin diqqətli nəzərləri həmin an bunu gördü.

Katibin boynundakı tapşırıq ona əməlli-başlı ağırlıq edirdi.

Derekin salamlamasına o, demək olar ki, qeyri-iradi cavab verdi.

Hə, - Derek söylədi, - mənim hörmətli qayınatamın məndən istədiyi

54

kitabyurdu.blogspot.com

nədir? Siz ki, onun tapşırığı ilə gəlmisiniz, elə deyilmi?

Nayton gülümsəmədi:

Bəli, - o, təşviş içərisində dedi, - mən... mən mister Van Aidinin

başqasını seçməsini üstün

tutardım.

Derekin yuxarı dartılmış qaşları təəccübünü ifadə etdi:

Nədir, məgər hər şey çoxmu pisdir? Eybi yox, sizi inandırım ki,

mən o qədər də həssas adam

deyiləm, Nayton. Söyləyin görək.


Nayton boğazını arıtladı:

Van Aidin məni təklifini sizə bildirmək üçün göndərib.

-Təklif? Bax, bu artıq maraqlıdır.

Davam edə bilərəmmi?

Buyurun. Mənə fikir verməyin. Mən təəccüblənmişəm. Mənə elə

gəlir ki, mənim sevimli qayınatamın hirsi səhərdən bəri bir qədər

soyuyub. Bu isə maliyyə Napoleonu adlandırılan belə güclü insana

yaraşan deyil. Demək, o, ilk öncə düşündüyü mövqeyinin o qədər də

möhkəm olmadığını başa düşüb.

Nayton heç bir emosiya göstərmədən bu sakit, istehzalı səsi dinlədi.

O, Derekin sözünü bitirməsini gözlədi və sonra sakit halda dedi:

Mən onun təklifini daha münasib dildə

çatdırmağa çalışıram.

- Davam edin.

Nayton Derekdən yan tərəfə baxırdı. O, soyuq və işgüzar səslə

danışırdı.

- Hər şey çox sadədir. Bildiyiniz kimi, missis Ketterinq boşanma

ərizəsi verməyə hazırlaşır. Əgər hər şey sakit başa çatsa, siz bu

məsələ həll olan gün yüz min alacaqsınız.

55

kitabyurdu.blogspot.com
Siqaret çəkməyə hazırlaşan Derek mat qaldı.

Yüz min! - o, tez təkrar etdi. - Dollar?

Funt.

İki dəqiqəliyinə otağa dərin sükut çökdü. Ketterinq götür-qoy edirdi.

Yüz min funt. Bu o

deməkdir ki, Mirel öz qayğısız həyatına davam edə bilər.

Bu o deməkdir ki, Van Aidin nəsə bilir. Van Aidin boş-boşuna pul

kisəsinin ağzını açan adam deyil.

Bəs əgər mən imtina etsəm? - o, soyuq,

rişxəndli lütfkarlıqla soruşdu.

Sizi əmin edirəm, - Nayton ifadəli jest etdi, - bu tapşırığı yerinə

yetirmək mənim heç ürəyimcə deyil.

-Yaxşı, kefinizi pozmayın, bu, sizin günahınız deyil. Hə, belə, bəs

mənim sualıma siz nə cavab verirsiniz?

Əgər siz bu təklifi rədd etsəniz, - Nayton cavab verdi, - mister

Van Aidin sizə növbəti

təklifini çatdırmağımı istədi: o, sizi müflis edəcək. Vəssalam.

Ketterinq qaşlarını qaldırdı, lakin zahiri sakitliyini qorudu:

Nə etməli, bunu edə biləcəyinə şübhəm yoxdur. Milyonların

üstündə oturan amerikalı ilə

çəkişmək mənlik deyil. Yüz min! Əgər insan rüşvət götürməyə


qadirdirsə, burada düşünüləcək bir şey yoxdur. Bəs mən desəm ki,

iki yüz minə razılaşaram, onda necə?

Mən sizin cavabınızı mister Van Aidinə çatdırmalıyam, - Nayton

təmkinlə cavab verdi. -

Demək sizin cavabınız budur?

Xeyr! - Derek dedi. - Əlbəttə, bu daha əyləncəlidir, lakin

cavabım bu deyil. Gedib

56

kitabyurdu.blogspot.com

qayınatama deyin ki, o da, onun bütün var- dövləti də cəhənnəm

olsun. Aydındır?

-Tamamilə. - Nayton ayağa durdu. - Mən... mən... icazə verin sizə

etiraf edim, mister Ketterinq: şadam ki, siz məhz bu cür cavab

verdiniz.

Derek susdu. Nayton otaqdan çıxandan sonra o, öz düşüncələrinə

qərq olaraq yerindən tərpənmədi. Sonra qəribə bir təbəssüm onun

dodaqlarına toxundu:

- Nə etmək olar, -pıçıltı ilə dedi.


X
FƏSİL Mavi qatarda

-Ata!

Missis Ketterinq özünü atasına tərəf atdı.

Bu səhər onun əsəbləri gərilmişdi. Atası gözlənilmədən zərif su

samuru xəzindən uzun manto geyinmiş və başına qırmızı kiçik lak

şlyapa qoymuş Rutun qarşısına çıxanda o, “Viktoriya” vağzalının

adamlarla qaynaşan platforması ilə fikrə dalmış halda gedirdi.

Sənə nə olub, Rut, bu nə qaçaqaçdır?

Səni görəcəyimi gözləmirdim. Dünən gecə sən mənimlə

xudahafizləşmişdin və dedin ki, bu gün səhər sənin iclasın var!

Elədir, amma sən bütün iclaslardan dəyərlisən. Gəldim ki,

uzunmüddətli ayrılıqdan öncə səni bir daha görüm.

Bu, sənin tərəfindən çox xoş əməldir, ata. İstərdim ki, sən də

mənimlə gedəsən.

Birdən razılaşsam necə?

Bu sözlər zarafatla söylənmişdi. Lakin qızının yanaqlarının

qızardığını görəndə o, təəccübləndi. Bir anlığına ona elə gəldi ki,

qızının baxışlarında qorxu əmələ gəldi.

Qız inamsız və əsəbi halda güldü:


57

kitabyurdu.blogspot.com

Elə bildim doğrudan da getmək qərarına

gəlmisən.

Bəs sən bundan məmnun olardın?

Əlbəttə, - o, səmimi cavab verdi.

Bunu eşitməyimə şadam, - Van Aidin bildirdi.

Əslində, biz elə də uzun müddətə

ayrılmırıq, ata,

Rut sözünə davam etdi, - axı sən bir

aydan sonra gələcəksən, deyilmi?

-Ah! Hərdən elə istəyirəm ki, Hartli-stritdən birinin yanına gedib

mənə təmiz havanın və günəşin vacib olduğunu söyləməyə onu

vadar edim və mən də təcili dincəlməyə yollanım.

Belə tənbəl olma! - Rut dedi. - Bir aydan sonra ora indikindən də

yaxşı olacaq. Bir də ki,

sənin Londonda xeyli təxirəsalınmaz işlərin var...

Hə, bilirəm, - Van Aidin köksünü ötürdü. - İndisə, yaxşı olar ki,

qatara minəsən, Rut.

Vaqonun hansıdır?

Rut Ketterinq dalğın halda qatarı gözdən keçirdi. Pulmanov


qatarlarından birinin qapısı önündə başdan-ayağacan qara geyinmiş

bir nəfər arıq qadın - Rutun qulluqçusu dayanmışdı. O, geri çəkilərək

sahibəsinə yol verdi.

Sizin sakvoyajı15 oturacağın altına qoymuşam ki, madam, bəlkə

sizə paltar lazım gəldi. Şalı götürüm, yoxsa onlar sizə lazımdır?

Xeyr, xeyr, lazım deyil, onları götür və öz

yerinə get, Meyson.

Van Aidin qızı ilə birgə vaqona daxil oldu. O, öz yerini tapdı və Van

Aidin qəzet və jurnal yığınını kiçik masanın üstünə qoydu.

58

kitabyurdu.blogspot.com

Qarşı tərəfdəki oturacaqda sərnişin əyləşmişdi. Amerikalı həmin

sərnişinə diqqətlə nəzər saldı. Bu, səliqəli yol kostyumu geyinmiş

heyrətamiz alagözlü qadın idi. Van Aidin bir müddət də Rut ilə,

adətən, vağzalda öz yaxınını yola salan adamın danışdığı kimi söhbət

etdi.

Nəhayət, fit səsi eşidildi və Van Aidin saatına baxdı.

Mən getməliyəm, əzizim. Hələlik. Narahat olma. Mən bütün işləri

öz yoluna qoyacam.

Ah, ata!

Van Aidin birdən geri çevrildi. O, sanki Rutun səsində əsla ona xas
olmayan bir intonasiya duydu, bu, ümidsizlik harayına bənzədi. Və

bu, atanı təlaşa saldı. Qız özünü qeyri-iradi olaraq ona sarı atsa da,

lakin tez özünü ələ aldı.

- Bir aydan sonra görüşənədək, - Rut şən halda sağollaşdı.

İki dəqiqədən sonra qatar yerindən tərpəndi.

Rut tərpənmədən yerində əyləşmişdi. O, dodaqlarını çeynəyir,

göz yaşlarını güclə saxlayırdı. Qəflətən dəhşətli yalqızlıq hissi

duydu. Onun içini birdən-birə dəli bir arzu bürüdü: nə qədər ki, gec

deyil, vaqondan özünü yerə atmaq və geri qayıtmaq. Daima sakit və

özündən əmin olan Rut ömründə ilk dəfə özünü

bu cür - küləklə sovrulan yarpaq tək hiss etdi. Əgər atası bilsəydi...

Görəsən, ona nə deyərdi?

Bu, əsl ağılsızlıqdır! Həyatında ilk dəfə Rut hisslərinə bu cür əsir

düşüb, səfeh və ehtiyatsız hərəkət etdi. Van Aidinin əsl qızı kimi Rut

öz hərəkətlərinin nə qədər səhv olduğunu anlayır və özünü müqəssir

bilirdi. Lakin digər cəhətdən də o, atasına oxşamışdı - öz istədiyinə nail

olmaq kimi möhkəm bir iradəyə malik idi və qərar qəbul edərkən heç

bir əngəldən çəkinməzdi. Rut beşikdə ikən tərsliyi və öz bildiyini

59

kitabyurdu.blogspot.com

tutmaq cəhəti ilə fərqlənirdi, verilən tərbiyə isə bu cəhətlərini daha


da təkmilləşdirmişdi. Bəli, indi hər şey risk altına atılmışdı. İndi o,

sonacan getməli idi.

O, başını qaldırdı və onun baxışları əks tərəfdəki oturacaqda

əyləşmiş qadının baxışları ilə qarşılaşdı. Birdən ona elə gəldi ki, yol

yoldaşı onun fikirlərini oxuyur. O, qadının ala gözlərində özünə qarşı

anlayış və dərdinə şərik olmaq kimi bir duyğu hiss etdi.

Lakin bu, bir anlıq ötəri təəssürat idi. Hər iki qadının sifəti yenidən

nəzakətli sakit ifadə aldı. Missis Ketterinq əlinə jurnal aldı, Ketrin

isə üzünü pəncərəyə çevirib, geridə qalan darıxdırıcı küçələrə və

şəhərətrafı evlərə baxdı.

Fikrini jurnala yönəltmək Rut üçün çətin idi. O, özünü nə qədər

böyük təhlükələrə atdığını xəyalən ağlına gətirdi və öz-özünə

peşman oldu. O, necə də yelbeyin olub! Bütün soyuqqanlı

adamlar kimi, o, öz üzərində nəzarəti tamamilə itirmişdi. Gecdir...

Məgər artıq çoxmu gecdir? Kaş kimləsə danışıb ondan məsləhət ala

biləydi! Əvvəllər heç vaxt onun buna ehtiyacı olmamışdı, hər bir

məsələ üçün onun öz şəxsi rəyi var idi, amma indi...

Ona nə olub? Vahimə. Bəli, belədir, onu vahimə basır. Ömründə ilk

dəfədir ki, o - Rut Ketterinq tamamilə vahimə içərisindəydi, az qala

dəli olacaqdı.

Rut gözünün ucuyla qonşusuna nəzər saldı. Əgər onun tanışları arasında
belə sakit və ürəyəyatan birisi olsaydı, onunla məsləhətləşə bilərdi. Ona

indi məhz belə adam lazım idi. Ancaq öz problemlərini yad bir yol

yoldaşına bildirmək... Rut öz-özünə güldü. O, yenidən jurnala baxmağa

başladı. Özünü ələ almaq lazımdır. Nəhayətdə, bu qərarı özü vermişdi.

O, öz azad iradəsi ilə hərəkət edir. Bunda qəbahət nə var ki? O, öz-

özünə dedi: “Mən niyə xoşbəxt ola bilmərəm axı?”

60

kitabyurdu.blogspot.com

Duvra kimi olan məsafə bir göz qırpımında ötdü. Rut dəniz

yırğalanmasını yaxşı keçirirdi, lakin soyuğu sevmirdi, ona görə də

özünə ayrıca kayuta sifariş etdi...

Baxmayaraq ki, Rut heç vaxt bunu qəbul etmirdi, ancaq bəzən o,

mövhumatçıya çevrilirdi və təsadüflərə əhəmiyyət verən insanlar

kateqoriyasına aid idi. Kalaya çataraq Mavi qatarda qulluqçusu ilə

ikinəfərlik kupedə yerləşən Rut vaqon-restorana getdi.

Pulmanov vaqonunda qonşusu olan həmin qadınla birgə bir masa

arxasına düşməsi Rutu təəccübləndirdi. Hər iki qadın bir-birinə

mehriban gülümsədi.

Təsadüfə bir bax! - missis Ketterinq dedi.

Elədir, - Ketrin cavab verdi.

Ofisiant onların qarşısında beynəlxalq nəqliyyat şirkətlərinin yüksək


dəyərləndirdiyi cəldliklə peyda oldu və onların masasına iki qab

şorba qoydu. Şorbanı zərif omlet əvəz edənə qədər qadınlar artıq

dostyana söhbətə başlamışdılar.

İlahi, günəşli bir yerdə olmağı elə istərdim, - Rut köksünü ötürdü.

Əminəm ki, bu, qeyri-adi bir duyğudur.

Siz Riverunu yaxşı tanıyırsınız?

-Xeyr, bu, mənim ilk səfərimdir. -Təəccüblüdür.

Sizsə, yəqin ki, ora hər il gedirsiniz?

Demək olar ki, hə. Yanvar və fevral

aylarında London dözülməzdir.

Mənsə kənddə yaşamışam. Bu aylar orada da ürəkaçan keçmir. Hər

yer başdan-başa

palçıq olur.

Bəs indi nəyə görə getməyə qərar verdiniz?

Pul, - Ketrin cavab verdi. - On il ərzində mənim pulum ancaq rahat

61

kitabyurdu.blogspot.com

ayaqqabı almağa güclə çatırdı, indisə mən böyük miras almışam,

amma ola bilsin, o pul, yəqin ki, sizə o qədər də böyük görünməz.

Bu cür deməyiniz maraqlıdır. Məgər belə çox hiss

olunur? Ketrin güldü:


Mən dəqiq bilmirəm. Mən, sadəcə, zahiri təəssürata görə mülahizə

yürüdürəm. Sizi görəndə düşündüm ki, siz dünyanın ən varlı

qadınlarından birisiniz. Ola bilsin, yanılıram.

Xeyr, yanılmırsınız. - Qəflətən Rut qüssələndi. - Siz, ümumiyyətlə,

mənim barəmdə nə düşündüyünüzü söyləyə bilərsinizmi?

-Axı...

Rut onun etirazını yarımçıq qoydu:

-Xahiş edirəm, şərtiliyi kənara qoyun! Bu, mənim üçün vacibdir. Biz

vağzaldan

uzaqlaşanda mən sizə baxdım və mənə elə gəldi ki... siz mənim

beynimdə baş verənləri anlaya bilirsiniz.

Sizi inandırım ki, mən kənar adamların düşüncələrini oxuya

bilmirəm, - Ketrin gülərək

dedi.

Yox, yox, xahiş edirəm, nə barədə düşündüyünüzü mənə

deyin. Rut elə təkid etdi ki, Ketrin təslim oldu.

-Yaxşı, belə istəyirsinizsə, deyərəm. Mən düşündüm ki, siz nəyə

görəsə çox məyussunuz və sizə yazığım gəldi.

Haqlısınız, siz tamamilə haqlısınız. Mən dəhşətli dərəcədə təlaş

içərisindəyəm... Mən...

əgər icazə versəydiniz, sizə danışmaq istəyərdim...


Ah, əzizim... - Və bu anda Ketrin düşündü: “Dünya necə də

yeknəsəqdir! - Sent-Meri- Middə də adamlar öz problemlərini mənə

danışırdılar, burada da eyni şeylər baş verir, mənsə yad insanların

62

kitabyurdu.blogspot.com

problemlərini bilmək istəmirəm”.

Lakin o, nəzakətlə dedi:

-Yaxşı, danışın.

Rut birnəfəsə qəhvəsini içdi və Ketrinin hələ qəhvəsinə

toxunmadığına məhəl qoymayıb ayağa duraraq söylədi:

- Mənim kupemə gedək.

Bu, ümumi qapı ilə birləşmiş iki birnəfərlik kupe idi. Onlardan

birində tumacdan16 düzəldilmiş, üzərində “R.V.K.” inisialları həkk

olunmuş böyük mücrünü dizləri üstə əlində saxlayan, Ketrinin

vağzalda gördüyü arıq qulluqçu əyləşmişdi. Missis Ketterinq iki

kupeni birləşdirən qapını bağlayaraq yerində oturdu. Ketrin də onun

yanında əyləşdi.

Mən narahatam. Nə edəcəyimi də bilmirəm, - Rut sözə başladı. -

Bir nəfər kişi var, o, mənim xoşuma gəlir, çox xoşuma gəlir. Biz

ikimiz də gənc olanda tanış olmuşuq, bir-birimizi sevmişik, ancaq

onda bizi ayırdılar. İndisə biz yenidən qarşılaşmışıq.


-Hə?

Mən... mən onun yanına gedirəm. Əlbəttə, əminəm ki, siz

deyəcəksiniz ki, bu, düzgün deyil,

lakin siz mənim vəziyyətimi bilmirsiniz. Mənim ərim dözülməzdir!

O, mənə elə əzab verir ki!

Hə, - Ketrin yenidən təkrar etdi.

Mənim halım çox pisdir. Mən atamı aldatdım. Bu gün məni yola

salan o idi. O, istəyir ki, mən ərimdən boşanım, əlbəttə ki, mənim

başqası ilə görüşə getdiyimi heç ağlına da gətirmir. O, bunu

ağlasığmaz axmaqlıq adlandırardı.

Bəs siz belə düşünmürsünüz?

Mən fikirləşirəm ki, belədir. - Rut Ketterinq ehmalca titrəyən

63

kitabyurdu.blogspot.com

əllərinə baxdı. - Ancaq

geriyə yolum yoxdur.

Nəyə görə?

Mən... Biz vədləşmişik və bu, onun üçün əsl

zərbə olar.

Siz ki, buna inanmırsınız, - Ketrin əminliklə

dedi.
Kişilər göründüklərindən daha dözümlüdürlər.

O düşünəcək ki, mən qorxağam, verdiyim

vədi yerinə yetirmək iqtidarına malik deyiləm.

Mənə elə gəlir ki, siz qorxunc bir səhv

edirsiniz və bunu özünüz də başa düşürsünüz.

Rut Ketterinq əlini üzünə qoydu.

Bilmirəm, bilmirəm. “Viktoriya”dan ayrıldığımızdan bəri mən

qorxunc bir hissiyyatdan yaxa qurtara bilmirəm, sanki nəsə mənə

sarı yaxınlaşır və mən bundan qaçıb qurtula bilmirəm.

Bu barədə düşünməyin, özünüzü ələ almağa çalışın. Siz Parisdən

atanıza teleqram göndərə bilərsiniz və o, dərhal gələr.

Rutun üzü şəfəq saçdı:

Hə, belə də edəcəyəm. Əziz qoca atam! Qəribədir, bugünkü günə

kimi onu necə də çox sevdiyimi dərk etməmişdim. - O, qamətini

düzəltdi və yaylıqla göz yaşlarını sildi. - Mən necə də səfeh

olmuşam. Çox sağ olun ki, sizinlə danışmağa icazə verdiniz. Baş aça

bilmirəm, mənə nə olub, niyə belə isterik vəziyyətdəyəm...

Amma indi yüngülləşdim. Düşünürəm ki, həqiqətən də dərdləşməyə

ehtiyacım var imiş. - O, ayağa durdu.

Ketrin də ayağa qalxdı.

Şadam ki, rahatlandınız. - Ketrin mümkün qədər adi səs tonu ilə
64

kitabyurdu.blogspot.com

söyləməyə çalışdı. O, yaxşı bilirdi ki, bu tərz səmimi söhbətlərdə,

adətən, etibar yerini utancaqlıqla əvəz edir. O, sakitcə söylədi: - Mən

öz kupemə qayıtmalıyam.

Ketrin dəhlizə çıxdı və bu zaman qulluqçu da dəhlizdə idi. O,

Ketrindən yan tərəfə təəccüblü baxışla baxırdı. Ketrin də həmin

səmtə baxdı, lakin, görünür, qulluqçunun baxdığı adam artıq öz

kupesinə girmişdi - dəhliz boş idi.

Ketrin qonşu vaqona getdi. Gözlənilmədən sonuncu kupenin qapısı

açıldı və içəridən bir qadının üzü göründü və qapı yenidən bağlandı.

Sonralar onu yenidən gördüyü zaman Ketrinin

də başa düşdüyü kimi, bu simanı unutmaq asan deyildi.

Bol-bol makiyaj çəkilmiş gözəl, girdə, tünd dərili üz. Ona elə gəldi

ki, bu simanı artıq haradasa görüb.

Ketrin sakitcə öz kupesinə gələrək, bayaqkı həmsöhbətinin kim

olduğu və onun tarixçəsinin nə ilə bitəcəyi barədə tənbəl-tənbəl

düşünməyə başladı.

“Əgər onu hansısa axmaq əməldən çəkindirmək mənə müvəffəq

oldusa, deməli, mən pis iş görməmişəm. - Ketrin fikirləşdi. - Amma

kim bilir? Bu cür qadınlar, adətən, xudbin olurlar və ola bilsin, hətta
yaxşıdır ki, ömürlərində heç olmasa bir dəfə də olsun

xüsusiyyətlərinə rəngarənglik gətirirlər. Yəqin ki, onu bir daha

görərəm. O, əlbəttə ki, mənimlə görüşmək istəməyəcək. Kənar

şəxslərə öz işin barədə danışmaq - böyük səhvdir. Adətən, bundan

sonra onlar peşman olurlar”.

O, ümid edirdi ki, nahar vaxtı onları ayrı-ayrı masalarda əyləşdirərlər.

Ciddi olaraq düşündü ki, bu, hər ikisi üçün də yaxşı olar. Kürəkliyə

söykənərək özündə qüssə və yorğunluq hiss etdi. Onlar Parisə

yaxınlaşdılar və sonsuz dayanacaqlı dolanbac yollar çox yorucu idi.

65

kitabyurdu.blogspot.com

Nəhayət, qatar Lion stansiyasında dayananda Ketrin platformaya

çıxdı və bir qədər gəzişməyə başladı.

Qatarın bürkülü havasından sonra soyuq hava adamı gümrahlaşdırırdı.

O, su samuru xəzi geymiş tanışının yemək məsələsini həll etdiyini

görüb gülümsədi; vaqon-restoranın pəncərəsindən onun

qulluqçusuna yemək səbəti verirdilər.

Qatar yerindən tərpəndi və nahar barədə xəbər verən zəng səsləndi.

Ketrin ürək rahatlığı ilə vaqon-restorana getdi. Onun növbəti masa

yoldaşı eşmə bığlı və yumurtavari başını bir qədər yana əymiş,

xariciyə bənzəyən alçaq boylu bir adam idi.


Ketrin özü ilə kitab götürmüşdü, lakin onu oxumağa başladığı zaman

gördü ki, kişi bir qədər qayğılı baxışlarla ona baxır.

- Görürəm, madmazel, roman polincier17 oxuyursunuz. Bu cür

kitablar xoşunuza gəlirmi?

Onlar məni əyləndirir, - Ketrin etiraf etdi.

Kiçik adam anlayışla başını tərpətdi:

Mənə söyləyiblər ki, bunlar son zamanlar çox populyardır.

Maraqlıdır, niyə, madmazel? Mən bütün həyatı boyu insan təbiətini

öyrənən bir

şəxs kimi bu sualı verirəm. Nəyə görə?

Ketrin daha da çox təəccübləndi:

Yəqin ona görə ki, onlar illüziya yaradırlar, sanki adam doğrudan

da sərgüzəştlə dolu bir həyatı yaşayır, - o, fikrini söylədi.

Bəli, bəli, sözünüzdə həqiqət var. - O, kədərlə

başını tərpədərək təsdiq etdi.

- Əlbəttə, hamı bilir ki, əslində belə şeylər olmur, - Ketrin sözünə

davam etdi. Lakin həmsöhbəti

tez qızın sözünü kəsdi:

66

kitabyurdu.blogspot.com

Bəzən, madmazel! Bəzən! Bunlar sizinlə danışan şəxsin - mənim


başıma gəlib!

Qız ona maraq dolu nəzərlə baxdı:

Kim bilir, bəlkə nə vaxtsa siz də bu cür halla

qarşılaşdınız. Bu, təsadüf işidir.

Çətin ki! Heç vaxt mənim başıma bu cür

hadisələr

gəlməyib.

O irəli durdu:

Bəs siz istərdiniz ki, olsun?

Sual qızı qorxutdu və o diksindi.

Ola bilsin ki, bu, fantaziyadır, - balaca adam çəngəli yalayaraq

dedi, - amma mənə elə gəlir

ki, siz maraqlı hadisələr arzusundasınız. Eh

bien, madmazel, bütün həyatım boyu mən bir şeyi öyrənmişəm: hər kəs

istədiyini tapır. Kim bilir? - O, üz-gözünü məzəli şəkildə turşutdu.

Ola bilsin, siz istədiyinizdən də böyüyünü aldınız.

Bu, peyğəmbərlikdirmi? - Ketrin şən halda xəbər aldı.

Balaca adam başını yellədi.

- Mən peyğəmbər deyiləm, - həmsöhbəti əminliklə cavab verdi. -

Düzdür, mənim heç vaxt yanılmaq adətim yoxdur, ancaq bu

cəhətimlə
qürrələnmək istəməzdim. Gecəniz xeyrə qalsın,

madmazel, sizə şirin yuxular arzulayıram.

Ketrin balaca adamın ona söylədiklərinə təəccüblənərək öz kupesinə

getdi. Tanışının qapısı açıq olan kupesinin yanından keçəndə Ketrin

bələdçinin yatağı saldığını gördü. Su samuru xəzi geyinmiş ledi isə

üzü pəncərəyə sarı dayanmışdı.

Ketrinin gördüyü kimi, ikinci kupe isə boş idi, oturacağın üstündə isə

67

kitabyurdu.blogspot.com

döşək, şal və yataq mələfəsi

dururdu. Qulluqçu yox idi.

Ketrin gəlib gördü ki, öz yatağı artıq hazırdır.

Saat onun yarısı idi. Çox yorulduğu üçün o, dərhal yatağına uzandı

və işığı söndürdü.

Ketrin qəflətən yuxudan oyandı. O, yatağa uzandığı vaxtdan bəri nə

qədər müddət

keçdiyini bilmədi. Saata baxıb gördü ki, saat dayanıb.

Dəqiqəbədəqiqə artan həyəcan onu bürüdü. O, ayağa durdu, xalatını

çiyninə atıb dəhlizə çıxdı. Qatar sanki yuxuya qərq olmuşdu. Ketrin

pəncərəni açdı. Sərin gecə havasını sinəsinə çəkib, qorxunc hisslərini

qovmağa və özünü sakitləşdirməyə çalışaraq bir neçə dəqiqəliyinə


pəncərənin yanında oturdu.

Sonra vaqonun qurtaracağına getməyə və bələdçidən saatı

öyrənməyə qərar verdi. Lakin bələdçi yerində yox idi. Ketrin

nəfəsini dərib, o biri vaqona yollandı. Uzun yarımqaranlıq dəhlizdə

o, bir kişini görüb təəccübləndi. Kişi su samuru xəzindən manto

geyinmiş ledinin kupesinin qapısı ağzında əlini qapının dəstəyinə

qoyaraq dayanmışdı. Qız fikirləşdi ki, qaranlıqda səhv salır, yəqin ki,

bu, kişinin öz kupesidir. Bir

müddət kişi kürəyi Ketrinə tərəf dayandı, lakin sonra səssiz çevrildi

və Ketrin bu anda onun üzünü gördü. Qız təəccüblə daha əvvəllər -

“Savoy” otelində və Kuk agentliyində gördüyü kişiyə baxdı. O,

qapını açdı və kupesinə daxil oldu.

Ketrin düşündü ki, bu, su samuru xəzi geyinmiş ledinin dediyi həmin

adamdır - ledinin görüşməli olduğu kişi.

Sonra Ketrin öz-özünə fikirləşdi ki, yəqin çox fantaziya qurur. Çox

ehtimal ki, o kişi kupeni səhv salıb.

68

kitabyurdu.blogspot.com

15 Yol çantası. 16 Dəri.

17 Detektiv roman.

XI FƏSİL Qətl
Ertəsi gün parlaq günəş şüası Ketrini yuxudan oyatdı. O, səhər

yeməyini yeməyə erkən getdi, lakin dünənki tanışlarından heç kimə

rast gəlmədi. Kupeyə qayıtdıqda bələdçi - melanxolik siması olan

uzun bığlı və qara saçlı kişi onun yatağını yığışdırırdı.

Madam, bəxtiniz gətirdi, - o, qeyd etdi. - Günəş şəfəq saçır.

Sərnişinlər yuxudan

durarkən pəncərədə buludlu səhər görəndə məyus olurlar.

Yəqin mən də məyus olardım, - Ketrin dilləndi.

Biz çox gecikirik, madam, - bələdçi getməmişdən qabaq

xəbərdarlıq etdi. - Nitsaya yaxınlaşanda mən sizə xəbər verəcəyəm.

Ketrin başını tərpətdi. Pəncərənin qarşısında oturaraq görünən

mənzərəni seyr etdi. Palmalar, mavi dəniz, açıq-sarı rəngli küsdüm

çiçəkləri - bütün bunlar on dörd il yalnız cansıxıcı ingilis qışı görmüş

qadın üçün yeni idi.

Qatar Kanna çatıb dayananda Ketrin perronda gəzişməyə çıxdı. Onu

xəz paltolu ledi maraqlandırırdı və o, həmin ledinin pəncərəsinə

baxdı. Pərdələr hələ də bağlı idi - qatarda pərdələri bağlı olan yeganə

pəncərə həmin pəncərə idi. Ketrin təəccübləndi. Qatara qayıdarkən

tanışının kupesinə yaxınlaşdı və qapının bağlı olduğunu gördü. Xəz

paltolu ledi qətiyyən səhər tezdən yuxudan oyananlardan deyildi.

Tezliklə ona bələdçi yaxınlaşdı və bildirdi ki, bir neçə dəqiqə sonra
Nitsaya çatacaqlar. Ketrin ona bəxşiş verdi, bələdçi təşəkkür etdi,

lakin getmədi. O, nəsə qəribə görünürdü. Ketrin fikirləşdi ki, ya

bəxşiş kifayət qədər deyil, ya da daha vacib nə isə bələdçini narahat

edir. Həqiqətən də o, təlaş içərisində idi, gözləri döyükürdü, sanki öz

69

kitabyurdu.blogspot.com

həyatına görə qorxu keçirirdi.

Birdən bələdçi soruşdu:

Madam məni bağışlasın, ancaq onu Nitsada

qarşılayan adam olacaq?

Yəqin ki, - Ketrin cavab verdi. - Nə olub ki?

Lakin o, anlaşılmayan nəsə deyərək başını yellədi. Sonra qəfildən

getdi və qatar dayanana kimi də görünmədi.

Ketrin platformada dayanaraq fikirli halda ətrafa baxırdı. Qayğısız sifət

ifadəsi olan bir nəfər gənc ona yaxınlaşdı və tərəddüdlə soruşdu:

- Miss Qrey?

Ketrin təsdiq etdi, bu zaman gənc adam təbəssümə qərq olaraq özünü

ona təqdim etdi:

Mən Çabbiyəm, ledi Templinin əri. Yəqin ki, o, mənim barəmdə

sizə yazıb, amma bəlkə unuda da bilər. Sizin yükünüz haradadır? Bu

il mən bura gələndə öz əşyalarımı itirmişdim, siz heç təsəvvürünüzə


gətirə bilməzsiniz ki, buna görə nə qədər hay-küy oldu. Tipik fransız

qalmaqalı.

Ketrin öz əşyalarını ona göstərdi və onlar getməyə hazırlaşanda çox

nəzakətli bir səs eşitdilər:

İcazənizlə, madam, bir dəqiqə.

Ketrin geri çevrildi və qarşısında mundirli bir adam gördü.

Müəyyən rəsmiyyətə əməl etmək lazımdır, madam,

o izah etdi. - Zəhmət olmasa, mənimlə

gələrdiniz. Polisin göstərişidir. - O, əllərini havada yellədi. - Əlbəttə,

cəfəngiyatdır, amma nə etməli.

Mister Çabbi bu monoloqu tamamilə başa düşə bilmədi, çünki o,

fransızcanı mükəmməl bilmirdi.

- Ah, bu necə də fransızlara xasdır, - o, pıçıltı ilə gileyləndi. Çabbi

70

kitabyurdu.blogspot.com

xarici ölkədə olarkən oradakı yerli xalqa əsəbiləşən britaniyalı

patriotlardan idi. - Həmişə onların nəsə bir kütbeyinlikləri olmalıdır

da. Heç olmasa onlar əvvəllər stansiyada adam saxlamırdılar. Bu,

nəsə yenilikdir. Fikrimcə, siz onlarla getməlisiniz...

Mundirli adam onu qatara aparanda Ketrin çox təəccübləndi. Onlar

kupelərdən birinə daxil


oldular. Çox məğrur bir şəxs - yəqin ki, hökumət qulluqçusu idi -

Ketrinə təzim etdi və dedi:

Üzr istəyirəm, madam, amma bəzi rəsmiyyətçiliyi yerinə yetirmək

lazımdır. Görürəm, madam fransızca danışa bilir.

-Zənn edirəm ki, anlaşılacaq dərəcədə danışa bilirəm, - Ketrin

fransızca cavab verdi.

Bu, yaxşı oldu. Zəhmət olmasa, əyləşin, madam. Mən, polis

komissarı müsyö Kauyam. - O, bunu xüsusi məna ilə vurğuladı və

Ketrin çalışdı ki, özünü elə göstərsin ki, guya bu, onda lazımi

təəssüratı yaratdı.

Siz mənim pasportumu görmək istəyirsiniz? - qız ehtimal etdi. -

Budur.

Təşəkkür edirəm, madam, - komissar pasportu əlinə aldı və

boğazını arıtlayaraq dedi.

Ancaq bizə əslində kiçik bir məlumat lazımdır.

Məlumat?

Komissar təmkinlə başını tərpətdi:

Sizinlə qatarda gedən xanıma dair. Dünən lenç zamanı siz onunla

söhbət etmisiniz.

Qorxuram, onun barəsində sizə heç nə deyə bilməyim. Biz,

doğrudan da, lenç müddətində


onunla danışmışıq, lakin mən onunla tanış deyiləm və əvvəllər də heç

71

kitabyurdu.blogspot.com

vaxt onu görməmişəm.

- Bununla belə, siz lençdən sonra onun kupesinə getmisiniz və nə

barədəsə söhbət

etmisiniz? - komissar sual verdi.

- Bəli, - Ketrin cavab verdi. - Bu, düzdür.

Sanki komissar onun daha çox şey söyləyəcəyini gözləyirdi. O, qıza

təşviqedici nəzərlə baxdı:

Davam edin, madam.

Nəyi, müsyö?

Nədən söhbət etdiyinizi mənə söyləməyəcəksinizmi?

Söyləyə bilərəm, amma başa düşə bilmirəm ki, niyə mən bunu

etməliyəm.

Əsl ingilislər kimi o da hövsələdən çıxmışdı. Bu fransız polisi çox

utanmaz idi.

Niyə? - komissar ucadan dedi. - Ah, madam, sizi əmin edim ki, çox

ciddi səbəb var.

Onda, əlbəttə ki, siz onu mənə deyəcəksiniz.

Komissar fikirli halda çənəsini qaşıdı.


Madam, - o, nəhayət, dilləndi. - Səbəb çox sadədir. Haqqında

soruşduğum xanım bu səhər

öz kupesində ölü tapılıb.

Ölü? - Ketrin ah çəkdi. - Ürək tutması?

Xeyr, - komissar yuxulu səslə cavab verdi, -

o, qətlə yetirilib.

Qətlə yetirilib?!

İndi, madam, başa düşürsünüzmü ki, bizə bütün mümkün

məlumatlar lazımdır.

-Axı, onun qulluqçusu...

72

kitabyurdu.blogspot.com

Qulluqçusu yoxa çıxıb.

A... - Ketrin susaraq fikrini cəmləşdirməyə

çalışdı.

Bələdçi sizin ledi ilə birgə kupedə olduğunuzu görüb və polisə

bildirib. Bax, buna görə də, madam, biz sizi hansısa bir məlumat

almaq

ümidi ilə narahat edirik.

Çox təəssüf, - Ketrin dedi, - amma mən

heç onun adını da bilmirəm.


Onun soyadı Ketterinqdir. Biz bunu onun pasportundan və yük

qeydiyyatından öyrəndik.

Əgər biz...

Qapı döyüldü. Müsyö Kau ayağa durdu və qapını araladı.

Nə olub? - o, narazı halda soruşdu. - Məni

işdən yayındırmayın.

Qapıda Ketrinin dünənki həmsöhbətinin yumurtayabənzər başı

göründü.

Mənim adım Erkül Puarodur, - o, özünü təqdim etdi.

Doğrudanmı, - müsyö Kau dili topuq vura- vura xəbər aldı, -

doğrudanmı, siz həmin Erkül

Puarosunuz?

Özüdür ki, var. Yadımdadır ki, mən, deyəsən,

bir dəfə sizinlə Parisdə Sulnedə18 qarşılaşmışam, buna baxmayaraq,

sizin məni yadınızda saxladığınıza inanmıram.

Nə danışırsınız, müsyö, nə danışırsınız!

İçəri girin, zəhmət olmasa! Bilirsinizmi...

Bəli, bilirəm! Gəldim ki, görüm kömək

lazım deyil ki?

73

kitabyurdu.blogspot.com
Lütf etmiş olarsınız, - komissar cavab verdi. - İcazə verin, sizə

təqdim edim, müsyö Puaro, - o, Ketrinin pasportuna nəzər saldı, -

madam, ee..., madmazel Qrey.

Puaro Ketrinə gülümsədi:

Sözlərimin belə tezliklə çin olması qəribə deyilmi? - o bildirdi.

Madmazel, təəssüf ki, bizə elə də çox məlumat verə bilmir, -

komissar bildirdi.

Mən artıq izah etdim ki, - Ketrin söylədi, - o

bədbəxt ledi mənim tanışım deyildi.

- Amma o, sizinlə söhbət edib, elə deyilmi? - Puaro mülayimliklə

söylədi. - Yəqin ki, onun

barəsində müəyyən təəssüratınız yaranıb?

Bəli, - Ketrin fikirli halda cavab verdi. - Deyəsən, yaranıb.

Hə, madmazel, - komissar sözə qarışdı, - bizə bu barədə danışın.

Ketrin onların dünənki söhbətini təfsilatı ilə danışdı. O, hiss edirdi ki,

həmsöhbəti olan qadını satır, lakin “qətl” kəlməsi hər şeyi dəyişdirirdi.

Və o, mərhumla söhbətini mümkün qədər dəqiqliklə, sözbəsöz

onlara danışdı.

Maraqlıdır! - komissar Puaroya müraciət etdi.

Müsyö Puaro, həqiqətən də maraqlı deyilmi? Yoxsa bunun qətllə

heç bir əlaqəsi yoxdur... - O,


öz cümləsini sona qədər söyləmədi.

Bəlkə bu intihardır? - Ketrin ehtimalını söylədi.

Xeyr, - komissar cavab verdi. - İntihar deyil.

O, iplə boğulub.

- İlahi! - Ketrinin bədəni əsdi.

Müsyö Kau əlini sakitləşdirici tərzdə yuxarı qaldırdı.

- Bəli, bəli, bütün bunlar çox xoşagəlməzdir. Yəqin ki, bizim qatillər

74

kitabyurdu.blogspot.com

sizinkilərdən daha qəddardırlar.

Bu, dəhşətdir!

Hə, hə, - komissar mehribancasına söylədi. - Siz çox cəsarətli

qadınsınız, madmazel. Sizi

görən kimi mən öz-özümə dedim: “Bu madmazel ürəkli adamdır”.

Ona görə də mən sizdən bir şey xahiş etmək istəyirəm, çox

xoşagəlməz işdir, lakin sizi inandırım ki, bu, mütləqdir.

Ketrin karıxmış halda ona baxdı. O, sanki özünü qoruyurmuş kimi

əlini qaldırdı.

Mən sizdən mənimlə qonşu kupeyə getməyi xahiş edirəm.

Bu, vacibdir? - Ketrin astadan soruşdu.

Kimsə onu tanımalıdır, - komissar cavab verdi. - Qulluqçu yoxa


çıxıb... - O, mənalı

tərzdə boğazını arıtladı.

Siz onunla ünsiyyətdə olan yeganə adamsınız.

Nə etməli, - Ketrin sakit halda söylədi. -

Əgər vacibdirsə...

O, ayağa durdu. Puaro təsdiqləyici halda başını tərpətdi:

Madmazel çox həssasdır, - dedi. - Mən də

gələ bilərəm, müsyö Kau?

- Əlbəttə, əziz müsyö Puaro.

Onlar dəhlizə çıxdılar və komissar qonşu kupenin qapısını açdı.

Pəncərənin pərdələri yarıya kimi qaldırılmışdı. Qətlə yetirilmiş üzü

divara sarı elə təbii halda uzadılmışdı kı, elə bil yatırdı. Müsyö Kau

onu ehtiyatla kürəyi üstə çevirdi və Ketrin əlini sıxaraq ucadan içini

çəkdi. Sifəti tanınmaz hala salınmışdı. Puaro cəld soruşdu:

- Bu nə vaxt edilib, ölümündən əvvəl, yoxsa

sonra?

75

kitabyurdu.blogspot.com

Həkimlər söylədilər ki, sonra, - müsyö Kau

cavab

verdi.
Qəribədir! - Puaro qaşlarını çatdı və Ketrinə tərəf çevrildi. -

Qətiyyətli olun, madmazel, ona diqqətlə baxın. Əminsinizmi ki, bu,

dünən sizin danışdığınız qadındır?

Ketrinin əsəbi möhkəm idi. O, özünü qətlə yetirilmiş qadına diqqətlə

baxmağa məcbur etdi. Sonra irəliyə doğru əyilərək bədbəxt qadının

əlinə toxundu.

Mən tamamilə əminəm, - nəhayət, o bildirdi. -

Üzünü tanımaq mümkün deyil, lakin bədən quruluşu, boyu, saçların

rəngi adamda şübhə qoymur. Bir də ki, mən bunu tanıdım. - O,

mərhumun biləyindəki kiçik xalı göstərdi.

Onunla söhbət edərkən mən onu görmüşdüm.

Bon19, - Puaro söylədi. - Siz çox diqqətlisiniz, madmazel. Belə halda

meyitin identifikasiyası məsələsi həll olundu; lakin bütün bunlar çox

qəribədir. - O, çaşqınlıqla qətlə yetirilmişin üzünü göstərdi.

Müsyö Kau çiyinlərini çəkdi:

Ola bilsin ki, qatil çox qəzəblənibmiş, - o, ehtimal etdi.

Əgər qadın belə sakit uzanmasaydı, söylədiyiniz mümkün olardı, -

Puaro düşündü. - Lakin onu boğan şəxs arxadan yaxınlaşıb və

qurbanını gözlənilmədən yaxalayıb. Boğuq inilti, xırıltı, vəssalam,

başqa heç nə eşidilməyib, sonradansa sifətə vurulmuş bu qorxunc

zərbə. Nə səbəbə? Qatil ümid edib ki, əgər meyitin üzünü tanınmaz
hala salarsa, onda onu

tanımazlarını? Yaxud da, o, bu qadına elə çox nifrət edirmiş ki, artıq

ölmüş olmasına baxmayaraq, ona zərbə vurmaqdan özünü saxlaya

bilməyibmi?

76

kitabyurdu.blogspot.com

Ketrin diksindi və Puaro müqəssircəsinə ona baxdı:

Siz mənim halınızı xarab etməyimə yol verməməlisiniz, madmazel.

O, mülayimliklə söylədi. - Bütün bunlara siz adət etməmisiniz və

bu, sizin üçün dəhşətlidir. Mənim üçünsə, təəssüf ki, adi

məsələlərdir. Xahiş edirəm, bircə dəqiqə də gözləyin.

Puaro qətlə yetirilmişin paltarını diqqətlə nəzərdən keçirdi - rəfin

kənarına mərhumun səliqə ilə qoyulmuş paltarı, asılqandan asılmış

ağır xəz palto və tora atılmış qırmızı lak şlyapa.

Sonra Puaro Ketrinin qulluqçunun əyləşdiyini gördüyü qonşu kupeyə

keçdi. Oturacaqda üç, yaxud da dörd şal, şlyapa qutusu, sakvoyaj var

idi. Qəfildən o, Ketrindən soruşdu:

Siz dünən burada olmusunuz. Sizcə, burada nəsə dəyişiklik

olubmu, bəlkə nəsə yoxa çıxıb?

Ketrin hər iki kupeyə diqqətlə baxdı.

Bəli! Açıq rəngli tumacdan düzəldilmiş mücrü yoxa çıxıb. Onun


üzərində “R.V.K.” inisialı var

idi. O,

cəvahiratları saxlamaq üçün bir mücrü ola bilərdi. Mən onu

qulluqçunun dizləri üstə görmüşdüm.

Eləmi? - Puaro dedi.

Axı, yəqin ki... - Ketrin sözə başladı. - Mən... mənim belə işlərdən

başım çıxmır, amma çox ehtimal ki... göründüyü kimi, qulluqçu da,

mücrü də yoxa çıxıb, elə deyilmi?

Siz demək istəyirsiniz ki, qulluqçu mücrünü

oğurlayıb? - komissar soruşdu. - Xeyr, madmazel, bu ola bilməz,

buna qarşı çox ciddi bir dəlil var.

Hansı?

Qulluqçu Parisdə qalıb.

77

kitabyurdu.blogspot.com

O, üzünü Puaroya tutdu:

İstərdim ki, siz bələdçinin ifadəsinə qulaq asasınız. O, çox

inandırıcıdır.

Əlbəttə ki, madmazel də dinləmək istərdi. - Puaro təxmin etdi. -

Siz etiraz etməzsiniz ki,

cənab komissar?
Xeyr, - komissar cavab verdi, amma bununla belə, görünürdü ki, o,

etiraz edir. - Əlbəttə ki, xeyr, müsyö Puaro, bir halda ki, siz belə

istəyirsiniz. Siz burada artıq işinizi qurtardınızmı?

Düşünürəm ki, bəli. A... bircə dəqiqə!

O, şalın altına baxdı və orada nəsə tapdı, pəncərəyə yaxınlaşdı, sonra

isə “onu” iki barmağı arasında tutaraq qayıtdı.

O nədir? - müsyö Kau sual verdi.

Dörd dənə kürəni saç teli. - O, qətlə yetirilmişə tərəf döndü. -

Onlar madama

məxsusdur.

Nə olsun ki? Məgər bu vacibdir?

Məgər vacib deyil? İstintaqın bu mərhələsində biz nəyin vacib

olub-olmadığını bilmirik, ona

görə də hər bir detala qarşı diqqətlə yanaşmalıyıq.

Onlar kupeyə qayıtdılar və tezliklə bələdçi buraya gəldi.

Sizin adınız Pyer Mişeldir? - komissar soruşdu.

Bəli, müsyö komissar.

Mən istəyirəm ki, bu centlmenə, - o, Puaronu göstərdi, - mənə

danışdıqlarınızın hamısını

təkrar edəsiniz.

-Yaxşı, cənab komissar. Bu, biz Parisdən ayrıldıqdan həmən sonra


oldu. Mən getdim ki,

78

kitabyurdu.blogspot.com

gecə üçün yatağı salım, düşünmüşdüm ki, madam şam yeməyini

vaqon-restoranda edər. Lakin onun kupesində içərisində yemək olan

səbət var idi. O, mənə söylədi ki, qulluqçunu Parisdə qoymağa

məcbur olub, buna görə də bir yataq salmaq lazımdır. O, yeməklə

dolu səbəti qonşu kupeyə apardı və mən yatağı salana kimi orada

oldu. Sonra söylədi ki, səhər tez oyanmayacaq və yatmağı xoşlayır.

Mən dedim ki, hər şey aydındır və o, mənə xeyirli gecələr arzuladı.

Siz qonşu kupeyə daxil oldunuzmu?

Xeyr, müsyö.

Bu halda siz, çətin ki, digər əşyalar arasında tumacı mücrünü

görərdiniz?

Mən onu görməmişəm, müsyö.

Qonşu kupedə adam gizlənə bilərdimi? Bələdçi fikirləşdi:

Qapı yarımaçıq vəziyyətdə idi, - o, cavab verdi. - Əgər adam

qapının arxasında dayanmış

olsaydı, mən onu görə bilməzdim, lakin, şübhəsiz ki, madam onu

görərdi.

Doğrudur! - Puaro söylədi. - Siz nəsə əlavə edə


bilərsiniz?

-Zənnimcə, bütün bildiklərim budur, müsyö. Mən daha heç nə

xatırlaya bilmirəm.

Bəs bu gün səhər? - Puaro maraqlandı.

Madamın mənə dediyi kimi, mən onu narahat etmədim. Ancaq

Kanna çatmamışdan öncə mən

onun qapısını döyməyə cürət etdim. Cavab almadığım üçün qapını

açdım. Mənə elə gəldi ki, ledi yatır. Mən onun çiynindən silkələdim

ki, oyadım və...

Və nə baş verdiyini gördünüz, - Puaro onun sözünü kəsdi. -Tres

79

kitabyurdu.blogspot.com

bien20. Güman edirəm ki, mən öyrənmək istədiklərimin hamısını

öyrəndim.

Ümidvaram ki, müsyö komissar, - bələdçi cəsarətsiz halda söylədi,

- mən pis heç nə etməmişəm. Dəhşətə bax, özü də harada? Mavi

qatarda! Dəhşətlidir!

Rahat olun, - komissar söylədi, - siz hər şeyi

düz

etmisiniz.

Bəs siz bunu şirkətə bildirəcəksiniz?


Əlbəttə, əlbəttə! Biz bunu dərhal edəcəyik. Bələdçi çıxdı.

Həkim hesab edir ki, - komissar bildirdi, - ledi Liona çatmazdan

qabaq artıq öldürülmüşdür. Bəs qatil kimdir? Madmazelin dediyinə

görə, ledi söylədiyi kişi ilə hardasa yolda görüşməli idi. Qulluqçunu

buraxması mənə vacib görünür. Bəlkə kişi Parisdə qatara əyləşib və

qonşu kupeyə yerləşib? Əgər belədirsə, onda onlar mübahisə etmiş

ola bilərlər və kişi qəzəblənərək onu öldürmüş ola bilər. Bu, bir

ehtimaldır. Mənə daha inandırıcı görünən başqa ehtimal da var.

Qatil - bu qatarla gedən yol soyğunçusudur. İçərisində, çox güman

ki, ləl-cəvahirat olan

mücrünü də o oğurlamış olar. Ola bilsin ki, qatil Lionda qatardan

düşüb. Biz artıq qatardan kimin düşməsini öyrənməyi xahiş edərək

ora teleqraf göndərmişik.

Ya da o, Nitsaya qədər gəlib, - Puaro burnunun altında mızıldandı.

Ola bilər, - komissar razılaşdı, - lakin bu, çox

risklidir.

Puaro bir qədər susduqdan sonra dedi:

- Sonuncu halda qatil adi yol quldurudur, eləmi?

Komissar çiynini çəkdi:

80

kitabyurdu.blogspot.com
Hələ ki, məlum deyil. Qulluqçunu axtarıb tapmaq lazımdır. Bəlkə

də tumacı mücrü ondadır. O zaman öldürülənin dediyi kişinin bu işlə

əlaqəsi var, onda bu qətl affekt vəziyyətində

törədilib. Mən özümsə şəxsən düşünürəm ki, bu qətl yol soyğunçusu

tərəfindən törədilib. Son zamanlar quldurlar tamam həyasızlaşıblar.

Bəs siz, madmazel, - Puaro Ketrinə baxdı, - siz gecə heç nə görüb

eşitmədiniz ki?

Heç nə, - Ketrin cavab verdi.

Puaro komissara müraciət etdi:

-Zənnimcə, biz madmazeli daha ləngitməyə bilərik,

eləmi? Komissar başı ilə təsdiq etdi.

- Xanım bizə öz ünvanını qoyacaqmı? - o, soruşdu.

Ketrin onlara ledi Templinin ünvanını verdi. Puaro ona yüngül təzim

etdi.

Bizim yenidən görüşməyimizə etiraz etməzsiniz ki, madmazel? - o

soruşdu. - Yoxsa sizin o qədər dostlarınız var ki, mənə vaxtınız

yoxdur?

Əksinə, - Ketrin cavab verdi, - mənim boş vaxtım çoxdur, sizi isə

görməyimə şad olaram.

Əla! - Puaro dostyana söylədi. - Bu, “roman policier nous”21

olacaq. Bu işi biz birlikdə araşdıracağıq.


18 Fransada gizli polis idarəsi. 19 Əla!

20 Çox yaxşı!

21 Bizim detektiv romanımız.

XII FƏSİL “Marqarita”

villasında

- Deməli, siz həqiqətən də hadisənin içində olmusunuz! - ledi Templin

şövqlə ucadan söylədi. - Əzizim, bu, necə də həyəcanlandırıcıdır. - O,

81

kitabyurdu.blogspot.com

mavi gözlərini böyüdərək dərindən nəfəs aldı.

Əsl qətl! - mister Evans şadyanalıqla söylədi.

Çabbinin heç ağlına da gəlməyib, - ledi Templin sözünə davam etdi.

O, heç təsəvvür edə bilməyib ki, polis səni nəyə görə saxlayıb.

Əzizim, şansa bax! Bilirsənmi, mən düşünürəm ki... hə, mən qəti

düşünürəm ki, bununla nəsə əldə etmək olar.

Onun gözlərində şöhrət qığılcımları parladı.

Ketrin narahatlıq duydu. Onlar təzəcə lenç etmişdilər. Onlar, yəni ledi

Templin - praktisizm təcəssümü; mister Evans - sadəlövh və məğrur;

Lenoks - tünd rəngli simasında hiyləgər təbəssüm oynayan qız.

İnanılmaz təsadüfdür! Sizinlə getməyi və hər şeyi öz gözlərimlə

görməyi necə istərdim. - Çabbi bu sözləri tamamilə uşaqsayağı


söylədi.

Ketrin susurdu. Polis ondan sirri qorumağı tələb etməmişdi və

əlbəttə ki, nəyə görə ləngidildiyinin səbəbini dostlarından da gizlədə

bilməzdi,

amma hadisəni tam təfsilatı ilə danışmaq da istəmirdi.

Hə! - ledi Templin öz düşüncəsinə geri qayıtdı. - Bununla nəsə bir

şey etmək olar. Məsələn, belə bir başlıq altında məqalə yazmaq olar:

“Qətlə yetirilmiş qadınla mən necə söhbətləşdim”, yaxud da buna

bənzər nəsə.

Cəfəngiyatdır! - Lenoks onun sözünü kəsdi.

Sən heç təsəvvür edirsənmi, - ledi Templin müəllimə tərzində

sakit səslə sözə başladı, - “qaynar” xəbər üçün nə qədər pul

ödəyirlər. Ketrin, əzizim, əgər sən özün bunu etmək istəmirsənsə,

məni bütün xırdalıqlarla tanış et və mən özüm məqalə yazaram.

Mister Hevilend mənim köhnə dostumdur. Biz bir-birimizi yaxşı

başa düşürük. O, valehedici adamdır, heç

82

kitabyurdu.blogspot.com

müxbirə oxşamır. Bu fikrim necədir, xoşuna gəldimi, Ketrin?

Mən belə bir iş görməməyi üstün tutardım,

- Ketrin kəskinliklə söylədi.


Qonağın bu inadkarlığı ledi Templini ruhdan saldı. O, nəfəsini dərdi

və yenidən hadisənin təfərrüatları barədə sorğu-suala başladı:

Sən dedin ki, qadın həyəcanlı idi? Maraqlıdır,

görəsən, kim imiş? Sən onun adını eşitmədinmi?

Onun

adını çəkdilər, amma mənim

yadımdan çıxdı. Mən çox məyus idim.

Başa düşürəm, - mister Evans dedi, -

yəqin ki, şokda idiniz?!

Əgər Ketrin, hətta qətlə yetirilmiş qadının adını yadına salsaydı da,

çətin ki, bunu onlara deyərdi. Ledi Templinin qeyri-sağlam marağı

və sualları onu qıcıqlandırırdı. “Ağlı başında olan” qız Lenoks isə

bunu başa düşdü. Yuxarı mərtəbədə Ketrin üçün hazırlanmış otağa

onu apararkən qız dedi:

Anama fikir vermə, o, hətta nənəsinin ölümündən belə bir neçə

penni qazanmağa da razı olar.

Lenoks aşağı düşəndə anası ilə Çabbinin qonağı müzakirə etdiklərini

başa düşdü...

Ədəblidir, - ledi Templin dedi, - çox ədəblidir. Geyimi də yaxşıdır.

Əynindəki o boz kostyum Qledis Kuperin22 “Misirdəki palmalar”

filmindəki kostyumu ilə eyni fasondadır.


Sən onun gözlərinə fikir verdinmi? - mister

Evans maraqlandı.

- Gözlərilə nə işim var, Çabbi? - ledi Templin

acıqlı dilləndi. - Biz daha vacib əşyaları müzakirə

edirik. - Əlbəttə, əlbəttə, - mister Evans razılaşdı və

83

kitabyurdu.blogspot.com

ilbiz kimi yenidən öz qabığına çəkildi.

Mənə elə gəlir, o, elə də... yolagələnə oxşamır.

Ledi Templin son sözü söyləməmişdən qabaq bir balaca yubandı,

sanki sözü diqqətlə seçirdi.

O, anadangəlmə ledidir, bu barədə kitablarda

yazırlar, - Lenoks irişdi.

O, dardüşüncəlidir, - ledi Templin deyindi, - bu isə o cür həyat

tərzi sürmüş adam üçün çox

adidir.

Şübhə etmirəm ki, sən onun dünyagörüşünü genişləndirməyə

çalışacaqsan, - Lenoks bildirdi

Lakin sənin cəhdlərin boşa çıxa bilər. Görmədinmi, o, necə ayıq-

sayıqdır?

Hər halda, - ledi Templin özünü sakitləşdirərək dedi, - o,


başqalarına oxşamır. Adətən, insanlar gözlənilmədən varlananda elə

vacib şəxsə çevrilirlər ki, onlara yaxın düşmək mümkün olmur.

Sən isə istədiyini ondan asanlıqla ala biləcəksən, - Lenoks dedi.

Bir də ki, onun

necə olmasının əhəmiyyəti yoxdur. Sən ki, onu buraya başqa məqsəd

üçün çağırmısan.

O, mənim əmiqızımdır. - Ledi Templin

qürrəli halda söylədi.

Əmiqızı, hə? - Çabbi irəli durdu. - Deməli,

mən ona sadəcə Ketrin deyə bilərəm?

Onu necə adlandıracağın tamamilə vacib

deyil, Çabbi, - ledi Templin qeyd etdi.

Yaxşı, mən onu bu cür də adlandıracam, - mister Evans dedi. -

Necə bilirsən, o, tennis

84

kitabyurdu.blogspot.com

oynaya bilir?

- Əlbəttə, yox, - ledi Templin cavab verdi. -

Sənə dedim axı, o, kompanyon olub. Kompanyonlar isə nə tennis, nə

də qolf oynamırlar. Ola bilsin ki, onlar kriket oynaya bilirlər, ancaq

mənə həmişə elə gəlir ki, kompanyonlar bütün sutka ərzində yumaq
dolayırlar və itləri gəzintiyə aparırlar.

İlahi! - Çabbi ucadan dedi - Doğrudanmı?

Lenoks yenidən Ketrinin otağına qalxdı.

Sənə kömək edə bilərəm? - o, nəzakət xətrinə soruşdu.

Etiraz cavabını alaraq çarpayıda əyləşdi və fikirli-fikirli Ketrinə

baxdı:

Sən nəyə görə gəlmisən? - o, nəhayət,

soruşdu.

Bizə gəlməyini nəzərdə tuturam. Sən ki,

tamamilə başqa adamsan.

Mən tanışlarımın olmasını istərdim.

Özünü bilməməzliyə vurma, - Lenoks həmsöhbətinin sifətindəki

təbəssümə bənzər təbəssümlə gülümsədi, - nədən danışdığımı çox

yaxşı bilirsən. Sən mənim düşündüyümdən tamam fərqlisən. Elə

yaxşı geyinmisən ki. - O,

köksünü ötürdü. - Bu, mənlik deyil. Mən anadangəlmə

yöndəmsizəm. Çox təəssüf, çünki mən qəşəng pal-paltarları sevirəm.

Mən də onları sevirəm, amma bu yaxın vaxtlara kimi onlardan

tamam xəbərsiz idim. Bu, sənin xoşuna gəlirmi?

Onlar birlikdə Ketrinin gətirdiyi paltarlara baxmağa başladılar.

Sən mənim xoşuma gəlirsən, - Lenoks birdən söylədi. - Mən


istəyirdim ki, anamın felinə uymamaq üçün səni xəbərdar edim, amma

indi görürəm ki, bu, artıq işdir. Sən səmimi, açıqqəlbli insansan, lakin

85

kitabyurdu.blogspot.com

axmaq deyilsən. Lənət şeytana, yenə nə var?

Ledi Templinin səsi holldan eşidildi:

Lenoks! Derek zəng vurmuşdu. Bu gün nahara bizə gəlmək istəyir.

Yaxşı? Sən nəsə bir hoqqa çıxarmayacaqsan ki?

Lenoks anasının yanına getdi, sonra isə Ketrinin yanına qayıtdı.

Onun sifəti azca qızarmış və ciddiləşmişdi.

Şadam ki, köhnə dostum Derek gələcək. O,

sizin xoşunuza gələcək.

Derek kimdir?

Lord Lekonberinin oğlu. Varlı amerikalı ilə evlidir. Qadınlar onun

üçün dəli olurlar.

Niyə?

Hər şey sadədir: o, yaraşıqlı və gəzəyəndir.

Hər bir qadın ona görə ağlını itirir.

Bəs sən?

Hərdənbir, amma bəzən də düşünürəm ki, dyaçoka23 ərə getsəm

yaxşı olar, kənddə


yaşayar və dirrik becərərəm. - O, bir qədər fikrə getdi və

təsdiqləyirmiş kimi başını tərpətdi. - Ən yaxşısı irland dyaçokudur,

İrlandiyada mən həm də ov ovlaya bilərəm.

Bir müddət susaraq yenidən yarımçıq qalmış mövzuya qayıtdı.

- Derekdə qəribə nəsə var. Onun ailəsində çoxlu ipləmə

qumarbazlar olub. Keçmişdə onlar

arvadlarını müflis etmiş, malikanələrini uduzmuş, həyatlarını

təhlükəyə atırlarmış. Derekdən əla yolkəsən quldur olardı. Yaxşı,

mən getdim.

Otaqda tək qalan Ketrin fikrə getdi. O, ancaq indi başa düşdü ki,

düşdüyü yeni mühitdən necə yorulub, bunlar onu necə qıcıqlandırır.

86

kitabyurdu.blogspot.com

Qatarda baş verənlər, polislə danışıq, yeni dostlarının sorğu-sualları

onda xoşagəlməz təəssürat oyatmışdı. Onun Ruta yazığı gəlirdi, lakin o

da onun xoşuna gəlməmişdi, xudbinlik onun təbiətinin əsas xüsusiyyəti

idi, Ketrin isə bunu qəbul etmirdi. Bununla belə, başqalarının sevincini

və kədərini bölüşməyə adət etmiş Ketrinin Ruta

ürəyinin yanmaması qeyri- mümkün idi. Ketrin onunla söhbətini

yadına salaraq, Rutun nəsə bir qərar qəbul etdiyini başa düşdü, lakin

hansı? Hansı qərar olursa- olsun ölüm bunu mənasızlaşdırmışdı.


Qəribədir! Hansısa bir oğru və qatil Rut üçün o dərəcədə vacib olan

bir səfəri yarımçıq qoydu... Ketrin

qəflətən polisə söyləməyi unutduğu bir xırdalığı xatırladı. Bəlkə də

bu, tamamilə gərəksiz idi. O, Rutun kupesinə girən bir kişini

gördüyünü yadına saldı.

Amma axı o, səhv edə bilərdi! Həmin qapı qonşu kupenin qapısı ola

bilərdi, bir də ki, o kişi qətiyyən cinayətkara oxşamırdı.

Həmin iki görüşdən sonra - “Savoy”da və nəqliyyat agentliyindəki

görüşlərdən sonra Ketrin onu yaxşı xatırlayırdı. Bəli, əlbəttə, o

yanılır. O, qətlə yetirilmiş qadının kupesinə girmirdi. Yaxşı ki, bu

barədə polisə heç nə deməyib, bu, ona zərər verə bilərdi.

Ketrin eyvana çıxdı. Küsdüm ağacının budaqları arasından o, Aralıq

dənizinin mavi sularına baxdı. Nə olmasından asılı olmayaraq, yaxşı

ki,

bura gəlmişdi. Burada olmaq, Sent-Meri-Middə olmaqdan daha

yaxşı idi.

Axşam o, “Soupir d'automne” donunu geyindi və güzgüdə öz əksinə

gülümsəyərək, ömründə ilk dəfə özündə qeyri-adi parlaqlıq duya-

duya aşağı endi.

Ledi Templinin qonaqlarının çoxu artıq yığışmışdı və otaq onun bütün

87
kitabyurdu.blogspot.com

qonaqlıqlarında olduğu kimi səs-küylü idi. Çabbi ona yaxınlaşdı, ona

kokteyl uzatdı və qızın qolunu öz qoluna saldı.

Sonuncu qonaq otağa daxil olanda ledi Templin ucadan dedi:

Oho, Derek, nəhayət ki! İndi biz nəsə yeyə bilərik. Mən çox acam.

Ketrin otağın o biri başına baxdı və səksəndi. Deməli, onun adı

Derekdir! Qız hiss etdi ki, təəccüblənməyib. O bilirdi ki, artıq üç

dəfə gördüyü adamla tez, yaxud da gec, nə vaxtsa qarşılaşacaq. Hə,

yəqin ki, o da Ketrini tanıdı, çünki bir anlığına ledi Templinin

suallarına cavab verməkdən yayındı və sonra söhbəti davam

etdirməyə özünü güclə məcbur etdi. Ledi Templinlə danışdıqdan

sonra ondan aralandı. Adama elə gəldi ki, o, utanaraq sıxılır.

Hamı masaya tərəf getdi və Ketrin gördü ki, onu Dereklə yanaşı

əyləşdiriblər. Derek dərhal üzünü ona tutub, valehedici təbəssümlə

söylədi:

Bilirdim ki, tezliklə sizinlə rastlaşacam, lakin bunun burada baş

verəcəyini heç təxmin

etməzdim. Biz artıq qarşılaşmışıq. Birinci dəfə “Savoy”da, ikinci

dəfə Kukun agentliyində. Allah üçlüyü sevir. Bircə deməyin ki, siz

məni görməmisiniz və ya diqqət yetirməmisiniz. Görürəm ki, məni

tanıdınız.
Bəli, tanıdım, - Ketrin cavab verdi. - Lakin biz

iki deyil, üç dəfə qarşılaşmışıq. Bu gün dördüncüdür. Mən sizi Mavi

qatarda da görmüşəm.

Mavi qatarda? - Derekin davranışında nəsə dəyişiklik oldu,

baxmayaraq ki, Ketrin bunun nə olduğunu anlaya bilmədi. Sanki

qəfildən Derekə zərbə ilişdirdilər. Sonra o, qayğısızlıqla dedi:

Bu gün səhər orada gedən söz-söhbət nə idi?

Kimsə ölmüşdü, eləmi?

88

kitabyurdu.blogspot.com

Bəli, - Ketrin astadan söylədi. - Kimsə

ölmüşdü.

Qatarda ölmək lazım deyil, - Derek güldü. - İnanıram ki, qatarın

gecikməsini bu hadisənin ayağına yazacaqlar.

Mister Ketterinq? - Derekin qarşısında əyləşmiş amerikalı kök

qadın irəli durub

xarakterik aksentlə danışmağa başladı. - Mister Ketterinq, deyəsən,

siz məni yadınızdan çıxarmısınız, mənə elə gəlir ki, siz çox yaxşı

oğlansınız...

Derek ona nəsə cavab verdi, Ketrinsə heyrət içərisində mat qalmışdı.

Ketterinq! Həmin soyad! İndi qız o adı xatırladı. Qəribə təsadüfə


bax! Dünən gecə gördüyü

adam öz arvadının kupesinə girən kişi imiş.

O, arvadını sağ-salamat qoyub çıxıb indi isə masa arxasında, hətta nə

baş verdiyindən xəbərsiz halda əyləşib. Şübhə ola bilməzdi. O, heç

nə bilmir.

Qulluqçu Derekə sarı əyilərək ona kağız parçası verdi və qulağına nə

isə pıçıldadı. Ledi Templindən üzr istəyərək Derek kağızı açdı.

Orada yazılanlar onu təəccübləndirdi. O, baxışlarını qaldırdı.

İnanılmazdır, Rozali, ancaq qorxuram ki, mən sizi tərk etməli

olacam. Polis rəisi dərhal məni görmək istəyir. Heç bilmirəm, onun

nəyinə lazımam!

Sizin günahlarınız sizi tapıb, - Lenoks zarafat

etdi.

- Görünür, - Derek razılaşdı. - Çox güman ki,

səfeh bir anlaşılmazlıqdır, lakin mən getməliyəm. Bu qoca niyə imkan

vermir ki, yeməyimi yeyim? Görünür, çox ciddi bir səbəb onu mənə

belə əzab verməyə vadar edir. - O güldü, masanın arxasından durdu

89

kitabyurdu.blogspot.com

və otaqdan çıxdı.

22 Qledis Kuper (1888-1971) - aktrisa. 23 Dini rütbəsi olmayan kilsə


xadimi.

XIII FƏSİL Van Aidin

teleqram alır

Fevralın on beşi günortadan sonra London üzərinə sarımtıl qatı duman

çökmüşdü. Rufus Van Aidin hava ilə əlaqədar “Savoy”dakı otağında

oturub, var gücü ilə işə girişmişdi. Naytonun sevincinin həddi yox idi.

Son vaxtlar öz sahibinin fikrini işə cəmləməyə vadar etmək Nayton

üçün çətin olmuşdu. Nə vaxt iş barəsində ona xatırladanda da Van

Aidin sərt surətdə onun ağzından vururdu. Lakin indi

Van Aidin sanki ikiqat qüvvə ilə işə dalmışdı və bu yaxşı məqamdan

istifadə edərək katibi yeni- yeni kağızları dürtüşdürürdü. O, bunu elə

hiss edilmədən, elə nəzakətlə edirdi ki, Van Aidin heç başa da

düşmürdü.

İşin qızğın vaxtında Naytonla səhərki söhbətin kiçik bir məqamı Van

Aidinin ağlına gəldi.

Ona qulaq asarkən o, Van Aidinə elə də vacib görünməmişdi. Lakin

indi o, xəyalən dönə-dönə həmin söhbətə qayıdırdı və nəhayət,

adətinə zidd olaraq, katibindən həmin məsələni təfsilatı ilə

danışmasını istədi. O, Naytona qeyri-şüuri halda qulaq asaraq və

soxuşdurulmuş kağızlara qol çəkərək dedi:

Sən mənə başdan danışarsan?


Siz bunu nəzərdə tutursunuz, ser? - Nayton

şirkətin məruzə kağızını əlinə götürdü.

Yox, - Van Aidin cavab verdi. - Sən gecə Parisdə Rutun

qulluqçusu ilə qarşılaşdığını demişdin. Bunu beynimdən çıxara

bilmirəm.

90

kitabyurdu.blogspot.com

Bəlkə sən səhv etmisən?

Səhv etməmişəm, ser. Mən həqiqətən də onu

gördüm və onunla danışdım.

Danış görüm, necə oldu.

Mən Breymerslə işimi qurtardım və “Rit” otelinə qayıtdım ki,

əşyalarımı yığım, yemək yeyim və Şimal vağzalında axşam

doqquzda çıxan qatara çata bilim. Kontorkanın yanında

qadını gördüm və həmin dəqiqə missis Ketterinqin qulluqçusu

olduğunu anladım. Ona

yaxınlaşdım və missis Ketterinqin harada qaldığını soruşdum.

Hə-hə, - Van Aidin davam etdirdi, - o da cavab verdi ki, Rut

Riveruya gedib, onu isə orada qoyub ki, növbəti tapşırığı gözləsin.

Elədir, ser.

Bu, çox qəribədir, - Van Aidin bildirdi. - Çox qəribədir. Bəlkə


qulluqçu qəbahət bir iş tutub?

Onda, - Nayton söylədi, - missis Ketterinq ona pulunu verib,

İngiltərəyə qayıtmağını

tapşırardı. Çətin ki, onu “Rit” otelinə göndərərdi.

Doğru deyirsən, - milyonçu dedi, - elədir.

Van Aidin daha nə isə demək istədi, lakin özünü saxladı.

O, Naytona bağlanmışdı, onu sevir və etibar edirdi, amma qızının

şəxsi həyatını katibi ilə müzakirə edə bilməzdi. Onsuz da Rutun

qeyri-səmimiliyi ona toxunmuşdu, bu təsadüfi məlumat da onda artıq

pis hisslər oyatmışdı.

Rut öz qulluqçusunu nə səbəbə Parisdə qoyub? Bir müddət o, bu

suala cavab tapmağa çalışdı.

Rutun heç ağlına da gəlməzdi ki, atasının katibinin Parisdə ilk

qarşılaşacağı adam onun qulluqçusu olacaqdı. Baxmayaraq ki, adətən,

91

kitabyurdu.blogspot.com

həmişə belə olur. Bir qayda olaraq, həqiqət məhz bu cür aşkara çıxır.

Van Aidinin beynindən keçən sonuncu cumlə onu növbəti

düşüncələrə təhrik etdi.

Nə aşkara çıxır? O, bu sualı özünə verdi və cavab öz-özünə gəldi:

Armand de la Roş.
Qızının bu cür adamla əlaqə qurması Van Aidinə ağır gəlirdi.

Düzdür, o, Rutu yaxşı mühitdə qoymuşdu - Van Aidin qızının kupe

yoldaşı alagözlü qadını xatırladı...

O, Naytona çox incik tərzdə dedi:

Rut daima planlarını birdən-birə dəyişir. Bəs qulluqçu demədi ki,

Rut niyə qəflətən fikrini

dəyişdi?

O dedi ki, ser, missis Ketterinq təsadüfən

bir nəfər dostu ilə qarşılaşıb.

Hə? Kişi, yoxsa qadın?

Deyəsən, o, kişini nəzərdə tuturdu.

Van Aidin başını tərpətdi. Ən pis ehtimalı doğru

çıxdı. Milyonçu ayağa durdu və otaqda var-gəl etməyə başladı - o,

təşviş keçirərkən daima

belə edirdi. Van Aidin artıq öz hisslərini cilovlaya bilməyib söylədi:

Elə şey vardır ki, heç bir kişi bunu etmək qabiliyyətinə malik deyil

- qadını sözə qulaq asmağa vadar etmək. Qadın kortəbii yaşayır. Hər

bir alçaq onu ələ ala bilər. Alçaqlar isə, adətən, yaraşıqlı, şirindil

olurlar. Əgər əlimdə olsaydı...

Onun sözünü ağzında qoydular: xidmətçi oğlan teleqram gətirmişdi.

Van Aidin onu açdı və onun rəngi meyit kimi ağappaq oldu. O,
kresloya yıxıldı və əlini yellədi ki, xidmətçi oğlan getsin.

Nə olub, ser?

92

kitabyurdu.blogspot.com

- Rut! - Van Aidin yanıqlı-yanıqlı dedi.

Missis Ketterinq?

-Ölüb!

-Yol qəzası?

Yox, çox güman ki, soyğun olub. Onlar onun öldürüldüyünü

yazmayıblar, amma mən bilirəm ki, mənim yazıq balamı öldürüblər.

İlahi, ser!

Van Aidin teleqrama işarə etdi:

Bunu Nitsadan göndəriblər. Mən ora ilk qatarla

getməliyəm. Nayton adəti üzrə işgüzar idi. O, saata baxdı:

Qatar saat beşdə “Viktoriya”dan çıxır, ser.

-Yaxşı. Sən, Nayton, mənimlə gedəcəksən. Xidmətçi Arçerə xəbər

ver və əşyalarını topla.

Hər şeyə nəzarət et. Mən Kerzon-stritə getmək istəyirəm.

Qəfildən telefon zəng çaldı və katib dəstəyi götürdü:

- Bəli? Danışan kimdir?

O, Van Aidinə müraciət etdi:


Mister Qobidir, ser.

Qobi? Mən indi onu qəbul edə bilmərəm. Amma dayan. Bizim hələ

vaxtımız var. De ki, onu bura gətirsinlər.

Van Aidin güclü insan idi. O, öz dəmir iradəsini bərpa edə bilmişdi.

O, mister Qobi ilə salamlaşarkən ancaq ən yaxın adamları bilə bilərdi

ki, ona nəsə olub.

Mənim vaxtım çox azdır, Qobi. Siz mənə vacib

nəsə xəbər verməkmi istəyirdiniz?

Mister Qobi boğazını arıtladı:

- Mister Ketterinqin fəaliyyətini, ser. Siz xahiş etmişdiniz ki, bu

barədə sizə məlumat bildirim.

93

kitabyurdu.blogspot.com

Hə, de görüm.

Mister Ketterinq, ser, dünən səhər Londondan

çıxıb Riveruya gedib.

-Nə?

Milyonçunun səs tonu mister Qobini təəccübləndirdi. Bu ləyaqətli

centlmen, hətta həmsöhbətinə baxmamaq adətini dəyişdi və tez ona

nəzər saldı.

O, hansı qatarla gedib? - Van Aidin nərildədi.


Mavi qatarla, ser.

Mister Qobi yenidən boğazını arıtladı və buxarının üstündəki saata

baxaraq sözünə davam etdi:

Madmazel Mirel - “Parfenon”dan olan rəqqasə də həmin qatarla

gedib.

XIV FƏSİLAda Meysonun danışdıqları

Mən sizə, müsyö, başsağlığımızı bildirmək üçün, bizim sizə qarşı olan

dərin hörmət və ehtiramımızı bildirmək üçün söz tapa bilmirəm...

Van Aidinə ünvanlanmış bu sözlər magistrat24 müsyö Karrejə aid

idi. O, bu sözləri söylədiyi müddətdə müsyö Kau da canıyananlıqla

nidalar səsləndirirdi. Van Aidin etirazedici işarə ilə başsağlığını,

hörmət və ehtiram dolu sözləri dayandırdı. Bütün bunlar Nitsa

magistratında baş verirdi.

Müsyö Karrej, müsyö Kau və Van Aidindən əlavə burada daha bir

nəfər də var idi. Həmin kişi söylədi:

Müsyö Van Aidin fəaliyyət istəyir, təcili fəaliyyət.

O! - komissar dilləndi. - Müsyö Van Aidin, mən sizə bizim

dostumuz müsyö Erkül Puaronu təqdim etmədim. Şübhə etmirəm ki,

siz onun haqqında eşitmisiniz. O, bir neçə il əvvəl işdən uzaqlaşıb,

lakin indi də dünyanın ən yaxşı detektivlərindən biridir.

94
kitabyurdu.blogspot.com

Sizinlə tanış olmağıma şadam, müsyö Puaro,

milyonçu artıq çoxdandır ki, istifadə etmədiyi sözləri qeyri-şüuri

halda dilinə gətirdi. - Demək,

siz daha işləmirsiniz?

Bəli, müsyö, mən həyatdan zövq alıram, - balaca kişi əllərini geniş

açdı.

Müsyö Puaro təsadüfən Mavi qatarda olub, -

komissar izah etdi, - və sağ olsun, bizə istintaqda öz köməyini təklif

etdi.

Milyonçu diqqətlə Puaroya baxdı. Və gözlənilmədən dilləndi:

Mən çox varlı adamam, müsyö Puaro. Adətən, belə hesab edilir ki,

varlı insanlar hamını və hər şeyi pulla ala bilər, lakin bu, belə deyil.

Mən öz sahəmdə böyük adamam və budur, bir böyük

adam digər böyük adamdan bir yaxşılıq etməyi xahiş edir. Puaro

başını mənalı tərzdə yırğalayaraq bu jesti qiymətləndirdi:

Gözəl söylədiniz, müsyö Van Aidin. Mən sizin xidmətinizdəyəm.

Təşəkkür edirəm! Siz istədiyiniz vaxt mənə müraciət edə

bilərsiniz. Sizi əmin edirəm ki,

mənim minnətdarlığıma bel bağlaya bilərsiniz. İndisə, centlmenlər,

iş başına.
Mən təklif edirəm ki, - müsyö Karrej dedi, - qulluqçu Ada

Meysondan başlayaq. Bildiyimə

görə, o buradadır, eləmi?

Bəli, - Van Aidin cavab verdi, - biz onu Parisdən gətirdik. O,

sahibəsinin ölümünü eşidib çox kədərləndi, lakin öz əhvalatını

kifayət qədər inandırıcı qaydada şərh edir.

Yaxşı, onda gəlin elə indi onu dinləyək, - müsyö Karrej qərar verdi.

O, zəngi çaldı və bir dəqiqə sonra Ada Meyson onun qarşısında idi.

95

kitabyurdu.blogspot.com

O, başdan-ayağa qapqara geyinmişdi, hətta boz rəngli əlcəklərini də

dəyişməyə macal tapmışdı.

Qıpqırmızı qızarmış burnunu çəkirdi və Van Aidinin iştirakı ona bir

qədər cəsarət versə də, təlaşla ətrafı nəzərdən keçirirdi. Müsyö Karrej

gərginliyi aradan götürməyə çalışaraq yumşaq tərzdə danışırdı,

tərcüməçi rolunda Puaro iştirak edərək ona kömək edirdi. Onun

güvənli, dostyana səs tonu qulluqçuya sakitləşdirici təsir göstərdi.

Sizin adınız Ada Meysondur, eləmi?

Məni Ada Beatris kimi xaç suyuna salıblar, ser.

Yaxşı. Biz başa düşürük ki, baş verən hadisə sizdə qorxunc

təəssüratlar yaradıb...
-Ah, bəli, ser. Mən bir çox ledinin yanında xidmət göstərmişəm və

onların hamısı məndən çox razı qalıblar, lakin heç vaxt ağlıma gətirə

bilməzdim ki, belə bir iş ola bilər.

Təbii ki, - müsyö Karrej təsdiq etdi.

Əlbəttə, mən bu cür şeyləri bazar qəzetlərindən oxumuşam, ona

görə də bilirdim ki, bu xarici qatarlarda... - Onunla danışan məmurun

da, həmin qatarın məxsus olduğu xalqın dilində danışdığını birdən

yadına salıb tez susdu.

Gəlin baş verən hadisə barədə danışaq, - müsyö Karrej dedi. -

Bildiyimə görə, siz

Londondan çıxanda Parisdə qalmağınız barədə heç söhbət də

olmayıb, eləmi?

-Ah, xeyr, ser, biz birbaşa Nitsaya gəlməli idik.

Bu vaxta qədər siz öz sahibənizlə xaricdə -

olmusunuzmu?

- Xeyr, ser. Axı onun yanında cəmi ikicə ay

işləmişəm.

96

kitabyurdu.blogspot.com

Necə bilirsiniz, o, Londondan gedəndə

həyəcanlı idi?
Görünürdü ki, o, əsəbi və məyus idi, onun

işinə yaramaq çox çətin idi.

Müsyö Karrej başı ilə təsdiq etdi.

İndisə, Meyson, deyin görüm, siz Parisə

gələndə sahibəniz sizə nə söylədi?

Bu, Lion vağzalında baş verib, ser. Mənim sahibəm qatardan düşüb

bir qədər platformada gəzişməyə qərar verdi. O, kupedən dəhlizə

çıxmışdı ki, həmin an ucadan səsləndi və bir nəfər centlmenlə

kupeyə geri qayıtdı.

Öz kupesi ilə mənim kupem arasındakı qapını bağladı və mən orada

heç nə eşitmədim və görmədim, ta o vaxta qədər ki, sahibəm qapını

açdı və mənə planını dəyişdirdiyini söylədi. O, mənə pul verdi və

göstəriş verdi ki, qatardan düşüm və “Rit” otelinə gedim. O, mənə

izah etdi ki, onu orada yaxşı tanıyırlar, mənə də orada nömrə

verəcəklər. Mən onun növbəti göstərişlərini gözləməli idim. Mənim

vaxtım qurtarmaq üzrə idi, mən öz əşyalarımı qapıb, qatardan

düşməyi ancaq çatdırdım. Bütün

bunlar dəhşətli dərəcədə tələskənlik və az bir zaman içərisində baş

verdi.

Bu vaxt ərzində centlmen harada idi?

O, sahibəmin kupesində üzü pəncərəyə tərəf- durmuşdu.


Siz onu təsvir edə bilərsiniz?

Bilirsiniz, ser, mən onu, demək olar ki, görmədim. O, bütün vaxtı

kürəyi mənə tərəf dayanmışdı. Hündür qarasaçlı centlmen idi. Deyə

biləcəyim ancaq bunlardır. Geyimi isə adi idi: tünd göy rəngli palto

və boz şlyapa.

97

kitabyurdu.blogspot.com

O, qatarın sərnişinlərindən biri ola bilərdimi?

Düşünmürəm, ser. Məncə, o, stansiyada missis Ketterinqi

gözləyirdi. Əlbəttə, o, qatarda

da gedə bilərdi, bilmirəm. - Sanki belə bir ehtimal Meysonu təşvişə

saldı.

Belə! - Müsyö Karrej də tez mövzunu dəyişdi. - Yüklərin arasında

tumacı mücrü də var idi, eləmi? - o soruşdu. - Sizin sahibəniz

cəvahiratlarını orada saxlayırmış.

Bəli, ser.

Siz onu özünüzlə “Rifə apardınız?

Mən? Sahibəmin cəvahiratlarını “Rifə aparmaq? Nə danışırsınız, ser!

Meyson dəhşətə gəldi.

Deməli, mücrü qatarda qaldı?


-

Bəli, ser.

Sizin sahibənizin yanında cəvahiratları çox

idimi?

Lap çox, ser, hətta maraqlıdır, məgər o, xarici

qatarlarda törədilən qarətlər haqqında eşitməmişdimi? Bu ki, çox

risklidir. Axı ancaq elə o yaqutlar, sahibəmin mənə dediyi kimi, neçə

yüz min funt dəyərində idi.

- Yaqutlar? Hansı yaqutlar? - Van Aidin bağırdı.

Meyson ona sarı çevrildi:

Mən elə düşündüm ki, bu yaxınlarda sizin

hədiyyə etdiyiniz yaqutlar.

İlahi! - Van Aidin qışqırdı. - Sən demək istəyirsən ki, o, onları

özüylə götürmüşdü? Mən ona demişdim ki, yaqutları bankda qoysun.

Meyson ancaq qulluqçu olduğunu və sahibəsinin hərəkətlərinə

cavabdeh olmadığını göstərən jest etdi.

98

kitabyurdu.blogspot.com

Rut, yəqin ki, dəli olub, - Van Aidin dərdli- dərdli deyindi. - Onu

bu cür davranmağa nə vadar edə bilərdi?

Bir dəqiqə! - Müsyö Karrej Meysona müraciət


etdi.

- Güman edirəm ki, bu qədər kifayətdir. Qonşu otağa keçin. Orada

bizim danışdıqlarımızın

protokolunu oxuyub təsdiqləyə bilərsiniz.

Meyson klerkin müşayiəti ilə otaqdan çıxdı, Van Aidin isə

səbirsizliklə məhkəmə icraçısına müraciət etdi:

- Nə məsələdir?

Müsyö Karrej masanın siyirtməsini açdı, məktubu çıxardı və Van

Aidinə verdi.

- Biz bunu madamın çantasından tapmışıq.

“Chere ami25, Sənə söz verirəm ki, ehtiyatlı və tədbirli olacam,

baxmayaraq ki, bu, sevən üçün çox çətindir. Parisdə qalmaq ağıllı

davranış olmazdı, amma İl-de 026 dünyadan uzaq bir məkandır və əmin

ola bilərsən ki, oradan heç nə sızmaz. Bu, necə də sənə və sənin

həssaslığına xas xüsusiyyətdir - üzərində işlədiyim məşhur daş-qaşlar

barədə kitaba maraq göstərmək! Sən mənə həddən artıq böyük bir

üstünlük bəxş edirsən: bu tarixi yaqutları görmək və onlara

toxunmaq. Mən “Alovun qəlbi”nə xüsusi bir fəsil həsr edəcəyəm.

Məni özünə valeh edən gözəlim! Mən əlimdən gələni edəcəyəm ki,

qəmli ayrılıq və tənhalıq illəri sənin yaddaşından birdəfəlik silinsin.

Daima sənin olan Armand.”


24 Bəzi ölkələrdə ali dövlət vəzifəsi daşıyan adam.

25

Əziz dostum!

26 “Qızıl adalar” (Fransaya məxsus olan və Aralıq dənizində

Tulonun cənub-şərqində yerləşən adalardan birinin qədim adı).

99

kitabyurdu.blogspot.com

XV

FƏSİL Qraf de la Roş

Van Aidin məktubu sükut içərisində oxudu. Onun sifəti qəzəbli idi.

Gicgahlarında damarların necə şişdiyi və yumruqlarının necə

düyünləndiyi aşkar görünürdü. Bir kəlmə demədən məktubu

gözlərini masaya dikmiş müsyö Karrejə qaytardı. Müsyö Kaunun

baxışları tavanda pərvaz edirdi.

Müsyö Puaro öz paltosunun qolundan tozcuqları çırpırdı. Ədəb

xatirinə onlardan heç kim Van

Aidinə baxmırdı.

Sükutu ilk pozan müsyö Karrej oldu. Görünür, müsyö Karrej

xoşagəlməz mövzu barədə onu danışmağa vadar edən xidməti

vəzifəsini xatırlamışdı.

Yəqin ki, müsyö, - o, astadan söylədi, -


məktubu yazan şəxs sizə tanışdır?

Qorxuram ki, elədir, - Van Aidin ağır-ağır

nəfəs aldı.

Eləmi? - müsyö Karrej maraqlandı.

O, özünü qraf de la Roş adlandıran

yaramazdır.

Araya sükut çökdü. Sonra müsyö Puaro qabağa durub, müsyö Karrejin

masasının üstündəki xətkeşi yerinə qoyaraq milyonçuya dedi:

Müsyö Van Aidin, sizi inandırıram, bu barədə danışmaq bizə xoş

deyil, amma inanın ki, indi nəyisə gizləmək vaxtı deyil. Baş verənlər

bizi cinayətin açılması üçün mümkün olan hər şeyi

etməyə çağırır. Əgər düşünsəniz, mənimlə razılaşarsınız.

Van Aidin susdu və sonra razılaşaraq başını tərpətdi:

Siz tamamilə haqlısınız, müsyö Puaro! Mənə çox ağırdır, lakin

indi nəyisə gizləmək vaxtı

100

kitabyurdu.blogspot.com

deyil.

Komissar ürək rahatlığı ilə nəfəs aldı, magistrat isə uzun burnunun

üstündəki pensneni27 düzəldərək stulun kürəkliyinə söykəndi.

Müsyö Van Aidin, bəlkə siz bizə bu centlmen


haqqında bildiklərinizi danışasınız?

Bu, on bir, ya da on iki il əvvəl Parisdə olmuşdu. Mənim qızım

səfeh-səfeh romantik xülyalarla dolu çox gənc bir qız idi. Məndən

gizlin olaraq Qraf de la Roş ilə dost olubmuş. Yəqin ki, onun

barəsində eşitmisiniz?

Komissar və Puaro yekdilliklə başlarını tərpədərək təsdiq etdilər.

O, özünü qraf adlandırır, - Van Aidin dedi, - lakin bu titula

hüququ olduğuna şübhə edirəm.

Onun adını siz “Almanac de Gotba”da28 tapa bilməzsiniz, -

komissar razılaşdı.

Mən bunu aydınlaşdırmışdım, - Van Aidin sözünə davam etdi. - O,

çox qadının həyatında

faciəvi rol oynayan yaraşıqlı yaramazdır. O, Rutun başını

gicəlləndirmişdi, lakin mən tez onların əlaqələrinə son qoydum. O

adam ən adi bir dələduzdur.

Siz tamamilə haqlısınız, - komissar söylədi. - Qraf de la Roşu biz

yaxşı tanıyırıq. Biz onu çoxdan həbs edərdik, amma təəssüf ki, bu,

asan deyil: o, çox ehtiyatlıdır. Həmişə cəmiyyətdə yüksək mövqe

tutan xanımlarla əlaqədə olur. Onlardan saxta borc qəbzi vasitəsilə,

yaxud da şantajla pul qoparır və təbii ki, onlar da bizə müraciət

etmirlər. Bütün aləmin gözündə axmaq görünmək?! Xeyr, buna heç


biri razı olmaz. Ona görə də o, qadınları əlində saxlaya bilir.

Bəli, bu belədir, - Van Aidin razılaşdı. - Yaxşı... Sizə də dediyim

kimi, mən dərhal

101

kitabyurdu.blogspot.com

onların münasibətlərinə son qoydum. Mən açıq şəkildə Ruta onun

kim olduğunu izah etdim və mənə elə gəldi ki, o, mənə inandı.

Təxminən bir il sonra Dereklə tanış oldu və ona ərə getdi. Düşündüm

ki, qrafla eşq macərası bitib. Lakin bir neçə gün əvvəl təəccüblə

öyrəndim ki, qızım qrafla yenidən görüşür. Onlar Londonda və

Parisdə görüşüblər. Mən ona bunun yolverilməz olduğunu bildirdim,

çünki, centlmenlər, etiraf edim ki, mənim məsləhətimlə qızım

boşanma ərizəsi verməyi qərara almışdı.

- Maraqlıdır, - Puaro tavana baxaraq astadan qeyd etdi.

Van Aidin ona iti baxışlarla nəzər saldı və sözünə davam etdi:

Mən ona izah etdim ki, hal-hazırda qrafla görüşmək ağılsızlıqdır.

Mənə elə gəldi ki, o,

mənimlə razılaşdı.

Magistrat nəzakətlə boğazını arıtladı:

Lakin bu məktuba əsasən... - o, sözünü

yarımçıq kəsdi.
Van Aidin çənəsini bərk sıxdı.

Bilirəm. Nə qədər xoş olmasa da, həqiqətin üzünə düz baxmaq

lazımdır. Rutun qrafla Parisdə görüşəcəyini vədələşdiyi şübhə

doğurmur. Görünür, bizim söhbətimizdən sonra o, qrafa ehtiyatlı

olmağın gərəkliyini izah edib.

İl-de Or, - komissar fikirli halda dilləndi, - sakit və dinc yerdir.

Van Aidin başını yellədi.

Ya Rəbbim! Rut necə bu dərəcədə səfeh ola bilərdi! - o,

ümidsizlik içərisində bağırdı. - Bəs onun o kitab haqqında

çərənlədiyi nədir? Mənə

elə gəlir ki, hər şeydən əvvəl yaqutlara diqqət yönəltmək lazımdır.

Bir neçə çox məşhur olan yaqutlar var, - Puaro qeyd etdi. - Onlar nə

102

kitabyurdu.blogspot.com

vaxtsa rus taxt- tacının daş-qaşları olub. Onlar çox zərifdir, hər biri

ayrılıqda bir əfsanədir. Deyirlər ki, bu yaxınlarda ona bir amerikalı

sahib olub. Onun siz olduğunuzu təxmin etməklə biz yanılmırıq ki,

ser?

Bəli, - Van Aidin təsdiq etdi, - on gün əvvəl

mən onu Parisdə almışam.

Bağışlayın, ser, bəs onların alınması barədə


danışıqlar nə vaxdan bəri gedirdi?

İki aydan bir az çox. Nə olub ki?

Bu cür işlər tez bəyan olur, - Puaro dedi. - Adətən, belə daş-

qaşların izi ilə bütöv bir toplu gedir.

Van Aidinin üzü ağrı nəticəsində tanınmaz hala düşdü:

Yadımdadır ki, - Van Aidin kədərli səslə dedi,

o daş-qaşları Ruta verəndə mən hələ zarafat da etdim. Dedim ki,

onları özüylə Riveruya

aparmasın, çünki mən onu öldürülmüş və qarət edilmiş halda görmək

istəmirəm. İlahi! Məgər mən ağlıma gətirə bilərdimmi ki, bu, doğru

çıxacaq?

Hamı Van Aidinin halına acıdığından ortaya dərin bir sükut çökdü.

Sonra yenidən Puaro

danışdı:

Gəlin bütün faktlara növbə ilə nəzər salaq. Bizim nəzəriyyəmizə

əsasən, qraf de la Roş sizin həmin daş-qaşları aldığınızı bilirmiş. O,

çox sadə yolla, onları özü ilə götürməsi üçün qızınızı dilə tutub.

Deməli, Meyson Parisdə məhz onu görüb.

Hamı deyilənlərlə razılaşaraq sakitcə başlarını - tərpətdilər.

Madam onu gördükdə çox təəccüblənir, lakin qraf tezliklə hər şeyi

yoluna qoyur: Meyson otelə göndərilir. Biz bələdçidən öyrəndik ki, o,


103

kitabyurdu.blogspot.com

bir nəfər üçün yataq hazırlayıb, lakin ikinci kupeyə girməyib, amma

orada qraf ola bilərdi. Madamdan başqa onun orada olduğundan heç

kimin xəbəri olmayıb. O, ehtiyatlı olub, ona görə

də qulluqçu onun üzünü görməyib. O, sadəcə, onu qeyd edə bilir ki,

o kişi hündür və qara saçlıdır. Lakin milyonlarla adam bu cürdür.

Onlar tək olub, qatar da gecə yarısı sürətlə hərəkət edir. Hər şey çox

asandır: nə müqavimət göstərmək, nə də qışqırıq olub, axı bu adam,

qadının düşündüyü kimi, onu sevən kişi idi.

O, nəzakətlə Van Aidinə müraciət etdi:

Ölüm bir an içərisində baş verib, müsyö. Qraf cəvahirat mücrüsünü

götürüb. Elə bunun ardınca da qatar Liona çatıb.

Müsyö Karrej çənəsini qaşıdı:

Oxşayır. Bələdçi heç nə görməyib. Qraf qatardan gözə dəymədən

düşə bilərdi. Sonra da o, rahatca ya Parisə, ya da hara istəsə gedə

bilərdi, çünki qətlin adi yol qarəti kimi qiymətləndiriləcəyini hesab

edirdi. Madamın çantasındakı məktubu qraf bilmirmiş.

Madamın çantasını yoxlamamaq onun tərəfindən düşüncəsizlik

olub, - komissar qeyd

etdi.
Əminəm ki, o, madamın həmin məktubu yox etdiyini fikirləşib.

Onu saxlamaq, bağışlayın, müsyö, ağılsızlıq olub.

Bununla belə, qrafın bunu qabaqcadan görməməsi qəribədir, -

Puaro burnunun altında

mızıldandı.

Siz demək istəyirsiniz ki...

Mən demək istəyirəm ki, biz hamımız bir məsələdə eyni

fikirdəyik: qraf qadınların

hesabına yaşayır. Və qadınlara çox yaxşı bələd olduğu halda, o,

104

kitabyurdu.blogspot.com

madamın onun məktubunu saxlaya biləcəyinə dair qabaqcadan necə

ehtiyat etməz axı?

Bəli, bəli, - magistrat inamsızlıqla dedi, - burda nəsə var. Lakin,

bilirsinizmi, belə anlarda insan özünə nəzarət edə bilmir. O,

soyuqqanlı

düşünə bilmir. Mon Dieu! Əgər bizim cinayətkarlar ağılla düşünüb

davransalar, biz onları necə tuta bilərdik?

Puaro öz-özünə gülümsədi.

Hər şey aydındır, - müsyö Karrej söhbəti davam etdirdi, - lakin

bunu sübut etmək asan


olmayacaq. Qraf sürüşkən obyektdir. Əgər qulluqçu onu tanıya

bilməsə...

Çətin ki, bu, baş versin, - Puaro fikrini bildirdi.

Hə, əlbəttə, - magistrat başını qaşıdı, - bu,

çətin olacaq.

Əgər cinayəti həqiqətən də o törədibdisə... - müsyö Puaro sözə

başladı, ancaq müsyö Kau

onun sözünü kəsdi:

Əgər? Siz “əgər” dediniz?

Bəli, müsyö komissar, mən “əgər” dedim. Komissar narahat halda

ona baxdı:

Siz haqlısınız, - nəhayət, o dilləndi. - Biz çox tələsirik. Ola bilsin

ki, qrafın alibisi var. O zaman

biz də səfeh kimi görünərik.

Ah, hə, par exemple29, - Puaro qeyd etdi, -

bu, elə də vacib deyil. Əgər o, cinayət

törəd i bd irsə, onun alibisi olacaq. Qraf kimi zəngin təcrübəli adam

ehtiyatlı olur. Xeyr, mən başqa səbəblə “əgər” dedim.

105

kitabyurdu.blogspot.com

- Hansı səbəbdən?
Puaro şəhadət barmağını qaldırdı:

Psixologiya!

Necə? - komissar soruşdu.

Biz psixologiyanı nəzərə almamışıq. Qraf yaramazdırmı? - Bəli.

Qraf dələduzdurmu? - Bəli. O, daş-qaşları oğurlamağa hazırlaşıb? -

Bəli. O, qatilə oxşayırım? - Mən təkid edirəm: Xeyr! Qraf tipdə olan

insanlar qorxaq olurlar, onlar heç vaxt risk etmirlər. Onlar ancaq

təhlükəsiz oyun oynayırlar, ingilislər onu “alçaq oyun” adlandırırlar.

Lakin qətl - min dəfələrlə

xeyr! - Və o, qızğın surətdə etiraz edirmiş kimi başını bir neçə dəfə

yellədi.

Buna baxmayaraq, magistrat bununla razılaşmadı.

Elə bir gün gəlir ki, bu cür adamlar başlarını itirir və belə cinayətlər

törədirlər, - o, sanki öyüd verən bir tərzdə dedi. - Şübhəsiz, biz bu sayaq

hadisə ilə qarşılaşmışıq. Mən sizinlə mübahisə

etmək istəməzdim, hörmətli müsyö Puaro.

Bu, sadəcə ehtimaldır, - Puaro izah etməyə

tələsdi.

İşi siz aparırsınız və məhz siz düzgün hesab

etdiyiniz kimi hərəkət etmək ixtiyarına sahibsiniz.

Hər halda, biz qraf de la Roşu tapmalıyıq.


Siz mənimlə razılaşırsınız, müsyö komissar?

Tamamilə.

Bəs siz, müsyö Van Aidin?

Bəli, - milyonçu cavab verdi. - Bu adam çox yaramazdır, buna

şübhə etməyə dəyməz.

- Qorxuram ki, onu tutmaq asan olmasın, - müsyö Karrej dedi. -

106

kitabyurdu.blogspot.com

Lakin biz əlimizdən gələni edəcəyik. Teleqraf təlimatı dərhal

göndəriləcək.

İcazə verin, sizə kömək edim, - Puaro sözə

qarışdı.

Qrafı tapmaq qətiyyən çətin deyil.

Hamı anlaşılmaz vəziyyətdə ona baxdı. Balaca adam məftunedici

gülüşlə söylədi:

- Bilmək mənim işimdir - o, izah etdi. - Qraf ağıllı adamdır. O,

hazırda kirayələdiyi Antibisdəki “Marina” villasındadır.

27

Gözlük.

“Qot almanaxı” ( Almaniyanın Qot şəhərində dərc olunan

zadəgan geniologiyası üzrə illik məlumat kitabçası).


Məsələn.

XVI FƏSİL Puaro faktları

müzakirə edir

Hamı məftunluqla Puaroya baxdı. Onun sözləri güclü təəssürat

yaratmışdı. Komissar güldü, lakin onun gülüşü səmimi deyildi.

- Siz bizə öz sənətimizi öyrədirsiniz! - o, ucadan dedi.

Müsyö Puaro polisdən çox bilir!

Puaro özündənrazı halda tavana baxdı.

Siz nə danışırsınız, hər şeyi bilmək, sadəcə, mənim kiçik bir

hobbimdir, - o donquldandı. -

Təbii ki, mənim bunu öyrənmək üçün vaxtım olub. Mən ki, artıq

işləmirəm.

Ah! - komissar başını mənalı şəkildə yellədi, -

mənə gəldikdə isə...

Və o, bütün qayğının onun çiynində olduğunu bildirən bir jest

etdi. Puaro Van Aidinə müraciət etdi:

107

kitabyurdu.blogspot.com

Siz bu nöqteyi-nəzərlə razısınızmı, müsyö? Siz əminsinizmi ki,

qatil qraf de la Roşdur?

Məncə, bütün bunlar göstərir ki... təbii ki, bəli.


Onun səsindəki titrəyiş müsyö Karrejin marağına səbəb oldu və o,

maraqla amerikalıya baxdı.

Sanki o, öz dediyi sözlərin düzgünlüyünə çox da əmin deyildi və işə

aidiyyəti olan nəyisə açıb demirdi.

Bəs mənim kürəkənim necə? - Van Aidin

soruşdu.

Hadisə barədə ona xəbər vermisiniz? Mən

bilirəm ki, o, Nitsadadır.

Əlbəttə, müsyö. - Komissarın dili topuq vurdu və inamsızlıqla dedi.

Müsyö Van Aidin, siz yəqin artıq bilirsiniz ki, müsyö Ketterinq

də həmin gecə Mavi qatarın sərnişinləri arasında olub?

Milyonçu başı ilə təsdiq etdi:

Mən bunu hələ Londonda olarkən öyrəndim, -

qısaca izahat verdi.

O dedi ki, - komissar davam etdi, - guya ki, arvadının bu qatarla

getdiyindən heç xəbəri də

yox imiş.

Mərc gələrəm ki, xəbəri olmayıb, - Van Aidin kədərli bir halda

razılaşdı. - Əgər onlar yolda

qarşılaşsaydılar o, özünü itirərdi.

Otaqdakılar sual dolu baxışla ona tərəf boylandılar.


Mən təfərrüatlara varmaq istəmirəm, - Van Aidin sözünə hirsli

davam etdi. - Heç kim bilmir ki, mənim yazıq qızım nələr çəkib.

Derek Ketterinq qatarda tək olmayıb. Onunla yanında qadın olub.

-Hə?

108

kitabyurdu.blogspot.com

- Bəli, rəqqasə Mirel.

Müsyö Karrej ilə müsyö Kau bir-birinin üzünə baxdılar, sonra isə

eyni vaxtda ikisi də başını tərpətdi, sanki eyni nəticəyə gəldilər.

Müsyö Karrej stulun kürəkliyinə söykəndi, əllərini çarpazladı və

gözlərini tavana dikdi:

- Hə, - təəccüblə dedi, - maraqlıdır. - O, boğazını arıtladı. -

Ümumiyyətlə, belə söz-

söhbət gəzir ki...

O xanım məşhurdur, - Kau qeyd etdi.

Həm də çox bahalıdır, - Puaro astadan

söylədi.

Van Aidin qəzəbindən qızardı. Yumruğunu masanın üstünə çırpdı:

Bilirsiniz, -deyə bağırdı, - mənim kürəkənim əsl əclafdır.

O, iti baxışlarını bir nəfərdən digərinə ötürdü.

- Bəli, - Van Aidin davam etdi, - o, yaraşıqlıdır, məftunedicidir,


ünsiyyətcildir. Mən də bir dəfə

buna aldanmışam. Yəqin ki, siz ona Rutun ölümünü xəbər verəndə,

Derek - əlbəttə ki, əgər o vaxta kimi onun xəbəri yox idisə - özünü

tamamilə kədərdən sarsılmış kimi göstərdi, hə?

O, sadəcə, mat qalmışdı.

Lənətə gəlmiş ikiüzlü, - Van Aidin dedi. - Təbii

ki, o, dərin kədər ifadə etdi?

Y.yox, mən belə deməzdim, - müsyö komissar ehtiyatla söylədi. -

Bəs siz necə düşünürsünüz, müsyö Karrej?

Şok, təəccüb, dəhşət - bəli, - o cavab verdi. -

Böyük təəssüf - xeyr. Yenidən

Erkül Puaro dilləndi:

- İcazə verin, sizə bir sual verim, müsyö Van Aidin. Müsyö Ketterinq

109

kitabyurdu.blogspot.com

arvadının ölümündən nəsə qazanacaqmı?

O, iki milyon alacaq.

Dollar?

Funt. Rut ərə gedəndə mən o pulu onun adına keçirdim. O,

vəsiyyətnamə qoymayıb, onların uşaqları da olmayıb, ona görə də

pul onun ərinə qalır.


Boşanmağa hazırlaşdığı ərinə, - Puaro burnunun altında dedi. - Ah,

hə, precissememl30.

Komissar dərhal ona baxdı:

Siz demək istəyirsiniz ki... - o, sözə başlamaq

istədi.

Mən heç nə demək istəmirəm, - Puaro onun

sözünü yarımçıq kəsdi. - Mən faktları təsdiqləyirəm.

Van Aidin getdikcə artan maraqla ona baxdı. Balaca adam ayağa

qalxdı.

Fikirləşmirəm ki, mən sizə daha nəyə görəsə faydalı olam, -

deyərək o, müsyö Karrejə yüngül

təzim etdi.

Ümidvaram

ki,

məni

istintaqın

gedişi

ilə

bağlı

məlumatlandıracaqsınız. Bu, sizin tərəfinizdən

böyük lütfkarlıq olardı.


Hə, əlbəttə ki.

Van Aidin də ayağa durdu.

- Mən daha sizə lazım deyiləm ki?

-Xeyr, müsyö, biz hazırda işlə bağlı lazım olan məlumatları əldə

etdik...

- Onda mən bir qədər müsyö Puaro ilə gəzişim,

əgər, əlbəttə ki, o, narazı deyilsə.

110

kitabyurdu.blogspot.com

- Məmnun olaram, müsyö, - Puaro təzim etdi.

Van Aidin ilk öncə Puaroya çəkmək üçün böyük siqar təklif etdi. O,

isə bundan imtina edərək öz siqaretini yandırdı. Sonra amerikalı

siqarını yandıraraq çəkdi. Güclü xarakterə malik olan Van Aidin

artıq gündəlik həyatında olduğu kimi, özünü normal hiss etməyə

başlamışdı. Onlar bir müddət susaraq addımladılar, sonra milyonçu

dilləndi:

Mənim bildiyimə görə, siz artıq işdən kənarlaşmısınız, müsyö

Puaro, eləmi?

Bu, düzdür, müsyö, mən həyatdan həzz alıram.

-Amma bununla belə, bu cinayət işinin araşdırılmasında polisə

kömək edirsiniz?
Müsyö, əgər həkim yol ilə gedərkən bədbəxt hadisə baş verirsə və

ya yaxınlığında adam qan içində ölüb gedirsə, onda o deyəcəkmi ki,

“mən işdən azad olmuşam və gəzintimi də davam etdirəcəyəm”.

Əgər mən Nitsada olsaydım və polis mənə kömək üçün müraciət

etsəydi, ola bilsin, bəlkə də imtina edərdim. Lakin bu cinayətin

açılmasını le bon Dieu özü mənim çiynimə qoyub.

Çünki siz cinayət yerində olmusunuz, - Van Aidin fikirli-fikirli

söylədi. - Siz özünüz kupeni baxışdan keçirmisiniz, eləmi?

Puaro başını tərpətdi.

Və orada tapdığınız sizi, şübhəsiz ki, düşündürməyə vadar etdi?

Ola bilər, - Puaro cavab verdi.

Ümid edirəm ki, mənim nəyə işarə etdiyimi siz başa düşürsünüz.

Mənə elə gəlir ki, hamı qraf de la Roşun əksinədir, amma mən

axmaq deyiləm. Mən bütün vaxt sizi izlədim və başa düşdüm ki, bu

versiya ilə razılaşmamağa sizin tutarlı səbəbiniz var.

Puaro çiyinlərini çəkdi:

111

kitabyurdu.blogspot.com

Mən yanıla bilərəm.

İndi mən sizdən xahiş etmək istədiyim yaxşılığa gəlib çatdıq. Siz

öz düşüncələrinizi
mənimlə bölüşə bilərsinizmi?

Şəxsən sizə?

Mən məhz bunu nəzərdə tuturam.

Puaro bir qədər susdu və sonradan dilləndi:

Siz nə istədiyinizi bilirsinizmi?

Fikrimcə, hə, - Van Aidin cavab verdi.

Çox yaxşı, - Puaro söylədi. - Mən bunu qəbul edirəm, amma bu

halda mən haqlı olaraq suallarıma düzgün cavablar alacağıma ümid

bəsləyirəm.

-Təbii. Bu mənə aydındır.

Puaronun səs tonu dəyişdi. O, qəflətən kəskin və işgüzar adama

çevrildi:

Sual boşanma ilə bağlıdır. - o dedi. - Qızınıza

boşanmağı siz məsləhət

bilmisiniz? -Bəli.

Nə vaxt?

Təxminən on gün əvvəl. Ərindən şikayət etdiyi

məktubu alanda mən ona izah etdim ki, ayrılmaq yeganə çıxış yoludur.

O, məhz nədən şikayətlənirdi?

Bu, bayaq danışdığımız məşhur xanımla bağlıdır - Mirellə.

Rəqqasə. Hm! Madam Ketterinq də bu münasibətə qarşı çıxırdı?


O, ərinə sadiq idi?

Belə deməzdim, - Van Aidin qısa fasilədən

sonra cavab verdi.

- Siz hesab edirsiniz ki, əslində əzab çəkən

112

kitabyurdu.blogspot.com

onun qəlbi deyil, heysiyyəti idi?

Bəli, zənnimcə, məhz belə idi.

Özü də ki, ilk başdan da xoşbəxt nikah

olmayıb?

Derek Ketterinq düzələn deyil, - Van Aidin dedi. - O, heç bir

qadını xoşbəxt etməyə qadir

deyil.

İngilislərin dediyi kimi, “bekara oğlandır”?

Amerikalı başı ilə təsdiq etdi.

-Tres bien! Deməli, siz madama boşanmağı məsləhət gördünüz, o da

razılaşdı, siz öz vəkillərinizlə məsləhətləşdiniz. Müsyö Ketterinq bu

barədə nə vaxt xəbər tutdu?

Mən özüm onu çağırdım və nə etmək

niyyətində olduğumu izah etdim.

Bəs o nə dedi? - Puaro maraqlandı.


Van Aidinin üzü tutqunlaşdı.

O, özünü çox ədəbsiz apardı.

Sualıma görə məni bağışlayın, müsyö, o,

qraf de la Roşun adını çəkdi?

Adını çəkmədi, - milyonçu kədərli səslə cavab

verdi, lakin eyhamla başa saldı ki, o, bəzi məsələlərdən agahdır.

Öyrənə bilərəmmi, hazırkı halda mister Ketterinqin maliyyə

vəziyyəti necədir?

Haradan bilim? - milyonçu çaşbaşlıq içərisində cavab verdi.

Ehtimal edirəm ki, hər şeydən öncə siz bunu

aydınlaşdırmalı idiniz.

-Yaxşı, siz haqlısınız. Mən aydınlaşdırdım ki, Ketterinqin vəziyyəti

çox pisdir.

113

kitabyurdu.blogspot.com

İndi isə o, iki milyon funt alacaq! La vie31 qəribədir, elə deyilmi?

Van Aidin hiddətlə ona baxdı:

Nəyi nəzərdə tutursunuz?

Mülahizə yürüdürəm, - Puaro cavab verdi. - Filosofluq edirəm.

Amma öz problemlərimizə

qayıdaq. Zənn edirəm ki, müsyö Ketterinq döyüşsüz məğlub olmaq


istəməzdi?

Van Aidin dərhal cavab vermədi.

Mən onun niyyətindən xəbərsizəm.

Siz onunla əlaqə saxladınız?

Yenidən pauza. Bir qədər sonra Van Aidin cavab verdi:

- Xeyr.

Puaro heykəl kimi quruyub qaldı. Sonra şlyapasını qaldırdı və əlini

havada yellədi:

Salamat qalın, müsyö. Mən heç cür sizə kömək edə bilməyəcəyəm.

Nə oldu?

Əgər siz mənə həqiqəti danışmırsınızsa, mən

sizin üçün heç nə edə bilmərəm.

Sizi başa düşə bilmirəm.

Düşünürəm ki, başa düşürsünüz. Əmin ola bilərsiniz ki, müsyö

Van Aidin, mən yad sirrləri

saxlamağı bacarıram.

Hə, yaxşı, - milyonçu razılaşdı. - Etiraf edirəm

ki, həqiqəti söyləmədim. Mən kürəkənimlə yenidən əlaqə

saxladım. -Hə?

- Daha doğrusu, öz katibim mayor Naytonu onun yanına göndərdim

ki, mənim adımdan


Ketterinqə pul - yüz min funt təklif etsin. Bunun müqabilində o,

114

kitabyurdu.blogspot.com

boşanma zamanı hay-küy qaldırmayacaqdı.

Yaxşı məbləğdir. - Puaro fikirli-fikirli dedi. - Bəs kürəkəniniz nə

dedi?

O, katibim vasitəsilə mənə bildirdi ki, cəhənnəm olum. - Van Aidin

qısaca cavab verdi. Puaro sakit dayanmaqda davam edirdi. O,

ustalıqla bütün faktları yığırdı.

Müsyö Ketterinq polisə bildirib ki, səfər zamanı öz arvadını

görməyib. Siz buna inanırsınız?

Bəli. - Van Aidin cavab verdi. - Onun qızımla

qarşılaşmamaq üçün öz səbəbləri var idi.

- Hansı?

- Onun yanında qadın var idi.

Mirel?

-Bəli.

Siz bunu haradan bilirsiniz?

Onu izləməyi tapşırdığım adam mənə çatdırdı ki, onlar eyni qatarla

gediblər.
-Anlayıram! Bu, onun madam Ketterinqlə qarşılaşmağının

arzuolunmaz hal olduğunu izah edən səbəbdir.

Balaca adam susdu. Van Aidin onun düşüncələrinə mane olmadı.

30 Məhz elə bu! 31 Həyat.


XVII
FƏSİL Aristokrat centlmen

Siz əvvəllər Riveruda olmusunuz, Corc? - Puaro ertəsi gün öz

qulluqçusundan soruşdu.

Corc anadangəlmə donuq sifət ifadəsi olan bir ingilis idi.

Bəli, ser. Mən iki il əvvəl lord Edvard Fremptonun yanında qulluq

edərkən burada olmuşdum.

Bu günsə siz burda Erkül Puaro ilə birgəsiniz, - balaca adam söylədi.

115

kitabyurdu.blogspot.com

Sizin karyeranız

sürətlə böyüyür!

Qulluqçu bu fikrə heç bir münasibət bildirmədi.

- Qəhvəyi kostyum, ser? - kiçik pauzadan sonra o, xəbər aldı. -

Bu gün soyuq külək əsir.

Onun jiletində yağ ləkəsi var, - Puaro xatırladı.

Morceau de filet de sole a la Jeanette32, keçən çərşənbə axşamı

“Rit” otelində lenç

edərkən düşmüşdü.

Ləkə artıq yoxdur, ser, - Corc məzəmmətlə dedi,


-

mən onu çıxardım.

- Tres bien! - Puaro onu təriflədi. - Mən sizdən

razıyam, Corc.

Minnətdaram, ser.

Onlar yenidən susdular və sonra Puaro xəyalpərvərliklə dedi:

- Təsəvvür edin ki, mənim əziz Corcum, siz əvvəlki sahibiniz

Edvard Fremptonun aid olduğu

çevrəyə mənsubsunuz. Çox varlı bir qadının sizə ərə gəlməsinə nail

olmusunuz, o isə ciddi səbəblərdən boşanma ərizəsi verməyə qərar

verib... Siz nə edərdiniz?

Mən onu fikrindən daşınmağa çalışardım, ser. - Corc fikirləşərək

cavab verdi.

Sülh yolu ilə, yaxud güc vasitəsilə? Gulluqçu, deyəsən, mat

qalmışdı:

Bağışlayın, ser, - o dedi, - lakin centlmen, aristokrat heç vaxt

özünü Uaytçepelin33

alverçisi kimi aparmaz. O, heç vaxt alçaq hərəkət etməz.

Doğrudanmı, Corc? Maraqlıdır. Amma, ola

116
kitabyurdu.blogspot.com

bilsin, siz haqlısınız.

Oapı döyüldü. Corc qapını açdı. Gələn adamla astadan bir neçə

kəlmə danışıb Puaronun yanına qayıtdı:

- Məktub var, ser.

Puaro polis komissarı müsyö Kaudan gələn məktubu oxudu.

“Biz qraf de la Roşun ifadəsini almağa hazırlaşırıq və sizdən iştirak

etmənizi xahiş edirik”.

Cəld mənim kostyumumu gətir, Corc! Mən

tələsməliyəm.

On beş dəqiqə sonra qəhvəyi kostyumda qüsursuz görünən Puaro

magistratın kabinetinə daxil oldu. Komissar Kau artıq orada idi. O və

müsyö Karrej Puaro ilə nəzakətlə salamlaşdılar.

Biz bir qədər çaşbaş qalmışıq, - komissar xəbər verdi. -

Aydınlaşdırıldı ki, qraf Nitsaya

cinayətdən bir gün əvvəl gəlibmiş.

Əgər bu doğrudursa, onda sizin çətinliyiniz

asanlıqla həll olur, - Puaro qeyd etdi.

Müsyö Karrej boğazını arıtladı.

- Biz bu alibini dəqiqliyi ilə yoxlamamış qəbul

etməməliyik, - o bildirdi və zəngi çaldı.


Növbəti dəqiqə kabinetə ucaboy, qara saçlı, gözəl geyinmiş kişi girdi.

O, təkəbbürlü görünürdü. Anadangəlmə aristokrata bənzəyirdi.

Atasının Nantada dəyirmançı olduğu deyilən bu adama baxdıqda,

həmin sözlərin tamamilə boş şayiə olduğunu fikirləşmək olardı,

amma bu, həqiqət idi. Ona baxdıqda elə hesab etmək olardı ki, onun

çoxsaylı ulu babaları Fransa inqilabı zamanı gilyotində34 ölüblər.

- Sizin hüzurunuzdayam, cənablar, - Qraf təkəbbürlə söylədi. -

İcazə verin soruşum: məni

117

kitabyurdu.blogspot.com

siz hansı səbəbdən görmək istəmişsiniz?

- Zəhmət olmasa, əyləşin, müsyö qraf, - müsyö

Karrej nəzakətlə təklif etdi. - Biz madam Ketterinqin ölüm hadisəsini

araşdırırıq.

Madam Ketterinqin ölümü? Başa düşmürəm.

Siz... mənim bildiyimə görə, ledi ilə yaxın

münasibətdəsiniz, müsyö qraf?

Bəli, nə olsun ki?

Gözünə monoklunu taxaraq qraf soyuq nəzərlə otağı gözdən keçirdi.

Sonda baxışları ona açıq- aşkar sadəlövh fəxarətlə baxan - bu hal

qrafa həzz verdi - Puaronun üzərində dayandı. Müsyö Karrej stulun


kürəkliyinə söykəndi və astadan öskürdü:

Müsyö qraf, siz, yəqin bilirsiniz ki, madam

Ketterinq öldürülüb.

Öldürülüb? Mon Dieu, dəhşət!

Təəccüb və təəssüf təqlidi çox gözəl ifa edilirdi, o qədər gözəl ki,

tamamilə təbii çıxırdı.

- Madam Ketterinq Parislə Lion arasında iplə boğulmuşdur, - müsyö

Karrej sözünə davam

etdi, - daş-qaşları isə oğurlanıb.

- Bu, qanunsuzluqdur! - Qraf əsəbi səslə qışqırdı. - Polis

quldurlara qarşı nəsə bir ölçü

götürməlidir. Bugünkü gün heç kim özünü təhlükəsiz hiss edə bilmir.

- Madamın əl çantasında, - müsyö Karrej ona

məhəl qoymadan davam etdi, - sizin məktubunuzu tapdıq. Görünür,

o, sizinlə görüşməyə hazırlaşırmış?

Qraf çiyinlərini çəkdi və əllərini yellədi:

Gizlətməyin mənası yoxdur! - O, birbaşa

118

kitabyurdu.blogspot.com

söylədi.

Biz hamımız kişiyik. Öz aramızda qalsın,


belədir ki, var.

Siz onunla Parisdə görüşmüsünüz və sonra birlikdə yola davam

etmisiniz, elə deyilmi? -

müsyö Karrej xəbər aldı.

Biz belə danışmışdıq, lakin madam fikrini dəyişdirdi. Mən onu

adada gözləməli idim.

Siz ayın on dördü axşamı onu Parisdə qarşıla-

madınızmı?

Mən həmin günün səhəri Nitsaya çatdım.

Ona görə də sizin dediyiniz mümkün deyil.

Əlbəttə, əlbəttə, - müsyö Karrej razılaşdı. Və siz, yəqin ki, on

dördü tarixində axşam və gecə

nə etdiyinizi bizə deyə bilərsiniz?

Qraf bir qədər fikirləşdi:

Mən Monte-Karlodakı “Kafe de Pari”də şam etmişəm. Sonra Le

Sportinqə yollandım. Bir

neçə min frank uddum. - O, çiyinlərini çəkdi. - Evə, deyəsən, gecə

saat birdə gəldim.

Bağışlayın, müsyö, bəs evə necə qayıtdınız?

Şəxsi ikinəfərlik maşınım ilə.

Yanınızda kimsə var idi?


Heç kim.

Sizin söylədiklərinizi təsdiq edən kimisə göstərə bilərsinizmi?

Əlbəttə! Həmin gecə məni dostlarımın çoxu

görüb.

- Siz evə qayıdanda sizi qulluqçunuz gördümü? - Mənim öz açarım

119

kitabyurdu.blogspot.com

var.

Təbii ki, - Müsyö Karrej dedi.

O, yenidən zəngi çaldı. Qapı açıldı və kuryer içəri daxil oldu.

Qulluqçu Ada Meysonu gətirin, - müsyö Karrej göstəriş verdi.

Yaxşı, müsyö.

Ada Meyson içəri gətirildi.

Zəhmət olmasa, madmazel, baxın, görün Parisdə sizin xanımınızın

kupesində olan centlmen

bu kişi deyildi ki?

Qadın uzun müddət diqqətlə, Puaronun da diqqət yetirdiyi kimi,

onun baxışları altında özünü narahat hiss edən qrafa baxdı.

- Əmin olduğumu deyə bilmərəm, müsyö, - nəhayət, qadın

dilləndi. - Bəlkə odur, bəlkə də o

deyil. Sizə demişdim axı, mən onu ancaq arxadan gördüm. Amma
bununla belə, mənə elə gəlir ki, bu, odur.

-Ancaq siz əmin deyilsiniz?

Xeyr... - Ada Meysonun dili topuq vurdu. - X- x-eyr, əmin deyiləm.

Siz bu centlmeni Kerzon-stritdə

görmüsünüzmü?

Ada başını yellədi.

Kerzon-stritə gələn hər kəsi görmək imkanım olmurdu, - o izah etdi.

Yaxşı, gedə bilərsiniz, - müsyö Karrej

məyusluqla dedi.

Bir dəqiqə! - Puaro söhbətə qarışdı. -

Madmazelə bir sual verə bilərəm?

Əlbəttə, müsyö Puaro, buyurun.

Puaro qulluqçuya müraciət etdi:

Biletlərə nə oldu?

120

kitabyurdu.blogspot.com

Biletlərəmi, ser?

Bəli, Londondan Nitsaya olan biletlərə. Onlar

sizdəydi, yoxsa xanımınızda?


Londondan olan biletlər xanımımdaydı.

Qalan biletlərsə məndəydi.

Onlar hanı?

Mən onları fransız qatarının bələdçisinə verdim, ser. O dedi ki,

qayda belədir. Ümid edirəm ki, mən düzgün davranmışam, ser?

-Tamamilə düzgün, tamamilə düzgün. Mən, sadəcə, bütün detalları

dəqiqləşdirirəm.

Müsyö Kau və müsyö Karrej anlaşılmaz halda ona baxdılar. Ada

Meyson daha iki dəqiqə

durdu, sonra müsyö Karrej ona başı ilə işarə etdi və o, otaqdan çıxdı.

Puaro kağız parçasına nəsə qaralayıb müsyö Karrejə ötürdü. O, kağız

parçasında yazılanları oxudu və qaşları yuxarı - dartıldı.

Hə, centlmenlər, - qraf əsəbi halda söylədi. - Mən sizə hələ də

lazımammı?

Hal-hazırda, xeyr. - Müsyö Karrej qəsdən nəzakətli tərzdə danışırdı.

Hələlik sizin hadisədə rolunuz aydındır. Təbii ki, madamın

məktubunu əldə edərək biz sizi buraya çağırmaya bilməzdik.

Qraf ayağa qalxdı, qapının ağzında qoyduğu əsasını götürdü və

ədəblə təzim edərək çıxıb getdi.

Deməli, belə, - müsyö Karrej dedi. - Siz tamamilə haqlı idiniz,

müsyö Puaro! Bizim ondan şübhələndiyimizi onun bilməməsi daha


yaxşı olar. Mənim adamlarımdan ikisi gecə və gündüz onu izləyəcək

və biz, təbii ki, onun alibisini yoxlayacağıq. Mənə elə gəlir ki, o, elə

də etibarlı adam deyil.

Ola bilər, - Puaro fikirli halda dedi.

121

kitabyurdu.blogspot.com

Mən müsyö Ketterinqdən sabah gəlməsini xahiş etdim, - müsyö

Karrej sözünə davam etdi.

Düzdür. Bundan bir fayda olacağı sual altındadır. Baxmayaraq ki,

bir neçə şübhə doğuran xırdalıqlar var. - O, burnunun ucunu

qaşıyaraq susdu.

Məhz hansı? - Puaro soruşdu.

Məsələ burasındadır ki, - müsyö Karrej boğazını arıtladı, - onunla

birgə gəldiyi

söylənilən qadın, madmazel Mirellə ayrı-ayrı otellərdə qalırlar. Bu,

mənə çox qəribə görünür.

Bəli, elə görünür ki, - müsyö Kau dedi. - Sanki onlar ehtiyatlı

davranmağa sözləşiblər.

Bax, məhz elə bu! - müsyö Karrej təntənə ilə dedi.

Bəs onlar nədən ehtiyatlı davranmağa

məcburdurlar?
Həddən artıq ehtiyatlılıq şübhəlidir, elə

deyilmi? - Puaro soruşdu.

Precisesmeml.

Biz müsyö Ketterinqə bir neçə sual verə bilərik, - Puaro

burnunun altında söylədi.

Müsyö Karrej göstəriş verdi və daima gülərüz olan Derek Ketterinq

kabinetə daxil oldu.

Sabahınız xeyir, müsyö, - Karrej nəzakətlə

ona müraciət etdi.

- Sabahınız xeyir! - Derek dilləndi. - Siz məni

çağırımısınız. Nəsə aşkar olundu?

-Zəhmət olmasa, əyləşin, müsyö.

Derek əyləşərək şlyapasını çıxardı, onu və əsasını masanın üstünə

122

kitabyurdu.blogspot.com

qoydu.

Sizi dinləyirəm, - o, səbirsizliklə dedi.

Hələ ki, yeni heç nə yoxdur, - Karrej

ehtiyatla söylədi.

Çox maraqlıdır, - Derek soyuq tərzdə bildirdi.

Siz də məni çağırdınız ki, bunu söyləyəsiniz?


Təbii ki! Hesab edirik ki, siz işin necə getdiyini bilməlisiniz, -

Karrej nəzakətlə aydınlaşdırdı.

Hətta irəliləyiş olmasa da belə?

Bizim sizə bəzi suallarımız var.

Sualınızı verin!

Siz əminsiniz ki, qatarda arvadınızı görmədiniz

və onunla danışmadınız?

Mən artıq bu suala cavab vermişəm: Xeyr.

Şübhəsiz, sizin belə cavab vermək üçün səbəbiniz var idi.

Derek şübhə ilə ona baxdı:

Mən-onun-qatarda-olduğunu-bilməmişəm.

O,

sanki

həmsöhbətinin ağlına şübhə edirmiş kimi sözləri ayrı-ayrı söylədi.

Bəli, siz artıq bunu dəmisiniz, -Karrej

donquldandı.

Derək qaş-qabağını tökdü:

Mən bilmək istəyirəm, siz nəyə işarə edirsiniz. Bilirsinizmi, mən nə

düşünürəm, müsyö Karrej?

Nə düşünürsünüz, müsyö?
Düşünürəm ki, fransız polisini çox yüksək qiymətləndiriblər. Mən

zənn etdim ki, siz yol qarətçilərinə aid nəsə bilirsiniz. Lakin bu,

bütün sərhədləri keçir. Bu cür hadisə train de Luxe35 kimi bir

qatarda baş verir, fransız polisi isə tamamilə əlacsızdır.

123

kitabyurdu.blogspot.com

Biz bu işi araşdırırıq, müsyö, rahat ola

bilərsiniz.

Mənim bildiyimə görə, madam Ketterinq vəsiyyətnamə

qoymayıb, - Puaro söhbətə

qarışdı. O, sözlərini tavana baxaraq, ayaqlarını uzadaraq və əllərini

qarnının üstündə çarpazlayaraq ifadə etdi.

Fikrimcə, xeyr. -Ketterinq söylədi. - Nə olsun

ki?

Sizə böyük məbləğdə pul miras qalıb, -

detektiv izah etdi.

Puaro gözlərini hələ də tavana zilləməsinə baxmayaraq, bu sözləri

eşidərkən Derek Ketterinqin üzünün necə pörtdüyünü gözdən

qaçırmadı.

Bununla nə demək istəyirsiniz və siz kimsiniz?

Puaro ayağını ayağının üstündən götürdü, gözlərini tavandan çəkdi,


qəddini düzəltdi və gənc oğlanın düz gözlərinin içinə baxdı.

Mənim adım Erkül Puarodur. - O dedi. - Və yəqin ki, mən

dünyanın ən böyük detektiviyəm. Deməli, siz qatarda arvadınızı

görmədiyinizdən

və onunla danışmadığınızdan tamamilə əminsiniz?

Bu suallar nə məna verir? Nədir, yoxsa fikirləşirsiniz ki, onu mən

öldürmüşəm? - O, gözlənilmədən qəhqəhə çəkdi. - Mən özümdən

çıxmamalıyam, amma bu, əsl cəfəngiyatdır. Əgər onu mən

öldürmüşəmsə, onda daş-qaşları oğurlamaq nəyimə gərəkdir?

Doğrudan da, - Puaro xəcalətlə dedi. - Mən

bu barədə fikirləşməmişəm.

- Aydındır ki, söhbət qətldən və soyğundan

gedir,

124

kitabyurdu.blogspot.com

Derek Ketterinq dedi. - Yazıq Rut, bütün bunlara səbəb

yaqutlardır. Yəqin ki, cani Rutun yaqutu özü ilə götürdüyünü bilib,

buna görə də onu öldürüb. Deyəsən, elə əvvəllər də bu daş-

qaşlara görə çox adam öldürülüb.

Puaro birdən canlandı. Onun gözlərində sirli bir yaşıl alov parladı. O,

hamar tüklü, qarnı tox, hoppanmağa hazırlaşan pişiyə bənzədi.


Daha bir sual, müsyö Ketterinq. Mənə deyin görüm, arvadınızı

sonuncu dəfə nə vaxt görmüsünüz?

Qoyun fikirləşim. Bu, yəqin ki... hə, hə, üç həftə əvvəl olub.

Amma qorxuram ki, dəqiq tarixi

deyə bilməyəm.

Eybi yox, - Puaro soyuq tərzdə dedi. - Mənim

bilmək istədiklərim bunlar idi.

Hə, - Derek səbirsizliklə dedi, - mən gedə

bilərəm?

O, sual dolu baxışla müsyö Karrejə baxdı. O isə öz növbəsində

başını bulayan müsyö Puaroya baxdı.

Bəli, müsyö Ketterinq, - Karrej nəzakətlə

bildirdi,

Fikrimcə,

sizi

daha

gözlətməyəcəyik.

Salamat qalın!

Sağ olun! - Ketterinq qapını çırparaq çıxdı. O, otaqdan çıxan

kimi Puaro tez soruşdu:

Siz müsyö Ketterinqə yaqutlar barəsində nə


vaxt demisiniz?

- Mən ona, ümumiyyətlə, heç nə deməmişəm, -

Karrej cavab verdi. - Biz onların barəsində ancaq dünən müsyö Van

Aidindən öyrəndik.

125

kitabyurdu.blogspot.com

Bəli, amma qraf onlar barədə məktubunda qeyd

edib. Müsyö Karrej incik göründü.

-Təbii ki, mən müsyö Ketterinqə məktub barədə heç nə demədim, -

o, məzəmmətlə dedi. - Bu, diqqətsizlik olardı.

Puaro barmaqları ilə masanı döyəclədi:

Bəs o, yaqutların barəsində necə bilib? - deyə astadan pıçıldadı. -

Madam ona deyə bilməzdi, axı onu üç həftədir görməyib. Müsyö

Van Aidin,

ya da katib çətin ki, bunu etsinlər. Çünki onlar

tamamilə başqa məsələ barədə danışıblar. Qəzetdə də yaqutlar haqda

heç nə yazılmayıb.

O, ayağa durdu, şlyapasını və əsasını götürdü.

Bizim centlmenin isə, - o, burnunun altında mızıldandı, - onların

barəsində xəbəri var. Mən təəccübləndim, çox təəccübləndim!

32“Janet” kambala filesinin tikəsi.


33Londonun yoxsul rayonlarından biri.

34 1792-ci ildə Fransada burjua inqilabı zamanı doktor Gilyotin

tərəfindən ixtira edilmiş başkəsən maşın.

35

Firma qatarı.
XVIII
FƏSİL Derek lenç edir

Derek Ketterinq birbaşa “Neqersko”ya gedib orada iki kokteyl sifariş

verdi və onların ikisini də birnəfəsə başına çəkdi.

Sonra qəmgin baxışlarını Aralıq dənizinin bərq vuran mavi sularına

dikdi. O, ətrafında heç nəyi görmürdü və onun masasına yaxınlaşan

narıncı- qara rəngli qəribə libas geyinmiş qadına da diqqət yetirmədi.

Derek üçüncü kokteyli də sifariş verdi və sanki ancaq indi ayıldı.

Burnuna

ona yaxşı tanış olan ətirin qoxusu dəydi, o, gözlərini qaldırdı və

126

kitabyurdu.blogspot.com

narıncı-qara geyimli xanımı gördü. Bu, Mirel idi. Qadın özünün

cəlbedici təbəssümü ilə onun üzünə gülümsədi.

Derek! - o, sanki mırıldadı. - Məni

görməyinə şad deyilsən?

Qadın onun yanında əyləşdi.

Hə, məni salamla, səfehciyəzim! - dedi və

üz-gözünü turşutdu.

Necə də gözlənilməz sevinc! - Derek söylədi.


Londondan nə vaxt gəlmisən?

Qadın çiyinlərini çəkdi:

Bir-iki gün əvvəl.

Bəs “Parfenon” necə oldu?

Mən... - sən necə deyirdin? - ... ora ilə haqq- hesabımı kəsdim.

Doğrudanmı?

Sənin rəftarın o qədər də xoş deyil, Derek.

Məndən bəs nə gözləyirdin?

Mirel bir neçə dəqiqə ərzində siqaret yandırdı, bir qullab vuraraq

tüstü topasını havaya buraxdı və sözünə davam etdi:

Fikirləşirsən ki, mən ehtiyatlı davranmıram? Derek

ona baxdı, çiyinlərini çəkərək laqeydliklə dedi:

Bura lenç etməyə gəlmisən?

Mais oui36. Səninlə birlikdə lenç edirəm.

Mən çox təəssüf edirəm, lakin mənim çox vacib görüşüm var.

Mon Dieu! Siz kişilər uşaq kimisiniz! - Rəqqasə ucadan dedi. - Sən

mənim Londondakı mənzilimdən qaşqabaqlı halda qaçandan bəri

özünü ərköyün uşaq kimi aparırsan. Ah! Mais oui!

Mənim əzizim, mən həqiqətən də bilmirəm ki, sən nədən danışırsan.

Axı biz o vaxt Londonda olarkən qərar verdik ki, batan gəmidən

127
kitabyurdu.blogspot.com

siçovullar qaçır.

Səsindəki qayğısızlığa baxmayaraq, onun üzü yorğun və gərgin

görünürdü. Mirel birdən ona tərəf əyildi:

- Məni aldada bilməzsən, - o pıçıldadı. - Mən bilirəm, mənə görə

etdiyin hər şeyi bilirəm.

Ketterinq acıqlı baxışlarla ona baxdı.

Rəqqasənin səsindəki eyham onun diqqətini cəlb etdi. Mirel ona göz

vurdu.

-Ah, qorxma. Mən ağzıma su alıb duracam.

Sən çox əlasan! Sən hədsiz dərəcədə qoçaqsan, lakin sənə axı bu

ideyanı mən verdim. Yadındadır, sənə dedim ki, bəzən bədbəxt

hadisələr baş verir. Səni təhlükə gözləmir ki? Polis səndən

şübhələnirmi?

Hamısı cəhənnəm...

Sss! - O, barmağını dodaqlarına sıxdı. - Sən

haqlısan, mən bu haqda burada danışmamalıyam. Gəl bu barədə

danışmayaq!

Axı bütün narahatçılıqlar geridə qaldı, artıq bizim həyatımız gözəl

olacaq, gözəl!

Derek acıqlı bir qəhqəhə çəkdi:


- Deməli, siçovullar geri qayıdır? İki milyon! Bu, tamam başqa

məsələ. Mən bunu qabaqcadan

görməli idim. - O, yenidən güldü. - Sən bu pulları xərcləməkdə mənə

kömək edəcəksən, eləmi, Mirel? Sən bunu necə etmək lazım

olduğunu bütün qadınlardan yaxşı bilirsən.

Sakit! - rəqqasə dişlərinin arasından pıçıldadı.

Derek, sənə nə olub? Görürsən, bizə baxırlar.

Hə? Mənə nə olduğunu indi sənə izah edərəm. Mən səninlə

128

kitabyurdu.blogspot.com

qurtarmışam, Mirel. Eşidirsən? Qurtarmışam!

Bu, Mirelə gözlənilən təsiri göstərmədi.

Qadın ona bir-iki dəqiqə baxdı və sonra gülümsəyərək dedi:

Sən ki, sadəcə, uşaqsanmış! Sən qəzəblənibsən, kefin yoxdur,

hamısı da ona görə ki, mən ayıq və haqq-hesabımı bilən adamam.

Məgər mən sənə necə məftun olduğumu dəfələrlə deməmişəmmi? -

O, qabağa əyildi. - Amma mən səni yaxşı tanıyıram, Derek. Bir

mənə bax, bu, mənəm, Mirel. Sən mənsiz yaşaya bilməzsən, bunu da

bilirsən. Mən əvvəllər də səni sevirdim, indi isə səni min qat artıq

sevəcəyəm. Mən sənin həyatını gözəlləşdirəcəyəm, maraqlı

edəcəyəm. Sən Mirel kimi başqa birini tapa bilməyəcəksən.


Onların baxışları toqquşdu. O, sözün əsl mənasında, gözü ilə Dereki

yeyirdi. Derekin

rəngi avazıdı, nəbzi sürətləndi və Mirel ucadan güldü. O, kişilər

üzərindəki hökmünə yaxşı bələd idi.

Demək, hər şey həll olundu, - o pıçıldadı və qısaca güldü. - İndisə,

Derek, sən mənə lenç şifariş edəcəksən?

Yox! - o, dərindən nəfəs aldı və masanın arxasından durdu. - Təəssüf

edirəm, amma bayaq sənə dediyim kimi mənim vacib görüşüm var.

Başqa kiminləsə vədələşmisən? Pah! İnanmaram!

Mən başqa lediyə vəd vermişəm.

O, pilləkənlə yuxarı çıxan ağ paltar geyinmiş xanıma iti addımlarla

yaxınlaşdı. Bir qədər

çəkinəcəkli halda ona müraciət etdi:

Miss Qrey, siz mənimlə... siz mənimlə lenç edərdinizmi? Əgər

xatırlayırsınızsa, biz sizinlə ledi Templingildə görüşmüşdük.

Ketrin dalğın görünən mənalı ala gözləri ilə bir xeyli ona baxdı...

Təşəkkür edirəm! - nəhayət, o dilləndi. - Böyük məmnuniyyətlə.

129

kitabyurdu.blogspot.com

36 Necə də darıxdırıcıdır!
XIX
FƏSİLGözlənilməz qonaq

Qraf de la Roşun omelette fines herbes37, entrecote Bearnaise38 və

savarin au rhumdan39 ibarət dejeneri40 təzəcə bitmişdi.

Səliqəli bığlarını salfet kağızı ilə silən qraf masadan qalxdı və

aristokratik nizamsızlıqla döşənmiş objets d’art ilə XI Luinin tütün

qutusu, Mariya-Antuanettanın ipək ayaqqabısı və başqa nadir bəzək

əşyaları ilə bəzənmiş salondan ötüb keçdi.

Adətən, qraf qonaqlarına izah edirdi ki, bütün bunlar ona ulu

babalarından qalıb. O, terrasa çıxaraq etinasızlıqla Aralıq dənizinə

baxdı. Qraf de la Roş indi bu mənzərədən həzz alacaq vəziyyətdə

deyildi. Ən kiçik xırdalığına qədər düşündüyü planı alt-üst olmuşdu.

Qraf həsirdən düzəldilmiş kresloda əyləşərək siqaret çəkməyə

başladı və fikrə getdi.

Onun xidmətçisi İppolit sinidə qəhvə və bir neçə spirtli içki gətirdi.

Qraf çoxillik brendini seçdi.

Xidmətçi getməyə hazırlaşanda qraf işarə ilə onu saxladı. Xitmətçi

ehtiramlı bir duruşda donub qaldı. İndi o, öz-özlüyündə hörmət və

diqqətin təcəssümünü xatırladırdı.

- Ola bilsin ki, - qraf dedi, - bu yaxın günlər ərzində bu evə bir neçə
adam baş çəksin. Ola

bilsin ki, onlar səninlə və Mari ilə yaxınlıq qurmağa çalışsınlar. Çox

güman ki, mənimlə bağlı bir neçə sual verəcəklər.

Bəli, müsyö qraf.

- Bəlkə bu, artıq baş verib?

Xeyr, müsyö qraf.

Buraya heç kim gəlməyib ki? Əminsən?

Heç kim, müsyö qraf.

130

kitabyurdu.blogspot.com

Bu, yaxşı oldu, - qraf soyuqqanlı halda

söylədi,

amma buna baxmayaraq, gələcəklər. Bilirəm. Gəlib suallar

verəcəklər.

İppolit sahibinə daha çox maraqla baxdı. Qraf İppolitə baxmadan

asta-asta danışırdı.

Sənə də məlum olduğu kimi, mən çərşənbə axşamı səhər-səhər

gəlmişəm. Əgər səndən polis, yaxud da hər kimsə soruşsa, unutma:

mən on beşi çərşənbə günü deyil, on dördü çərşənbə axşamı günü


gəlmişəm. Başa düşdün?

Əlbəttə, müsyö qraf.

Qadınlara aid məsələlərdə ehtiyatlı olmaq lazımdır.

Mən ehtiyatlı olacağam, müsyö.

Bəs Mari?

Mari də. Ona zamin oluram.

Lap yaxşı, - qraf burnunun altında mızıldandı.

İppolit getdikdən sonra o, dalğın halda qəhvəsini yavaş-yavaş

içməyə başladı. Bəzən qrafın sifəti

tutulur, bəzən başını yelləyirdi. Bir-iki dəfə də hansısa bir fikri

təsdiqləyirmiş kimi başını tərpətdi.

Bu düşüncələr arasında İppolit içəri girərək ona müraciət etdi:

Bir nəfər xanım gəlib, müsyö qraf.

Xanım?

Qraf təəccüblənmişdi. Ona görə yox ki, “Marina” villasına

xanımların gəlişi qeyri-adi hal idi, ona görə ki, indi qraf onlardan

hansının onu görməyə gəldiyini təxmin edə bilmirdi.

Düşünürəm ki, bu xanım sizinlə tanış deyil, müsyö.

Qulluqçu sanki sahibinin fikrini oxudu. Qrafı maraq daha da bürüdü:

131

kitabyurdu.blogspot.com
- Onu içəri gətir, İppolit, - deyə əmr etdi.

Bir dəqiqə sonra ekzotik ətirlərlə müşayiət olunan qara-narıncı

geyimli füsunkar bir məxluq terrasda peyda oldu.

Müsyö qraf de la Roş?

Hüzurunuzdayam, madmazel, - o, təzim etdi.

Mənim adım Mireldir. Güman edirəm ki, siz mənim barəmdə

eşitmisiniz.

-Ah, həqiqətən də, madmazel, füsunkar Mirelin mahirliyi kimi

laqeyd qoya bilər? Siz möhtəşəmsiniz!

Mirel komplimenti laqeydcəsinə və qeyri-iradi təbəssümlə qarşıladı.

Gəlişim barədə əvvəlcədən xəbət verməmişəm, - o, söhbətə başladı.

-Ah! Rica edirəm, madmazel, əyləşin, - qraf stulu çəkərək ucadan

dedi.

Qrafın bu nəzakətinin arxasında böyük maraq gizlənirdi. O, qadınlar

haqqında, demək olar, hər şeyi bilirdi. Düzdür, o, heç vaxt Mirelin

məxsus olduğu qəbildən olan qadınlarla münasibətdə olmamışdı,

çünki, o da qrafın özü kimi yırtıcı idi. Bu mənada o və rəqqasə eyni

yuvanın quşu idi. Qraf bilirdi ki, onun cazibəsi Mirelə heç bir təsir

göstərməyəcək: rəqqasə parisli idi və insanlardan baş çıxarırdı. Hər

nə olsa da, qraf bir şeyi dərhal başa düşdü. O, başa düşdü ki,

qarşısındakı acıqlı qadındır, acıqlı qadınlarsa- bunu qraf dəqiq bilirdi


- lazımından çox danışır

və bu zaman sakitliyini qoruya bilən centlmen isə qazanmış olur.

Mənim bu miskin guşəmə baş çəkməklə bizə şərəf verməyiniz

sizin tərəfinizdən mənə qarşı

böyük lütfdür.

Bizim Parisdə ortaq dostlarımız var, - Mirel dedi,

mən sizin barənizdə onlardan çox eşitmişəm.

132

kitabyurdu.blogspot.com

Lakin bu gün başqa səbəbdən gəlmişəm. Nitsaya gələndən bəri sizin

adınızı eşidirəm, ancaq başqa məsələ ilə bağlı, anlayırsınızmı?

Eləmi? - qraf sakit halda soruşdu.

Açıq danışacağam, - rəqqasə davam etdi. - Amma inanın ki, mən

sizin maraqlarınıza biganə

deyiləm. Nitsada danışırlar ki, siz madam Ketterinqi öldürmüsünüz.

Mən? Madam Ketterinqi? Pah! Bu ki, cəfəngiyatdır!

Buna baxmayaraq, o, həmin sözləri qəzəblənmək əvəzinə tənbəlcəsinə

söylədi və bununla da onu öz fikrini daha açıq söyləməyə təhrik etdi.

Bəli, - qadın israr etdi, - bunu mən sizə

deyirəm.

İnsanlar dedi-qodu etməyi sevirlər, - qraf laqeydliklə söylədi. -


Əgər hər şeyi ciddi

qəbul etsək, onda...

Siz başa düşmədiniz. - Mirel qabağa əyildi, onun qara gözləri parladı.

Bu küçə şayiəsi

deyil. Polis belə hesab edir.

Polis? - Qraf oturduğu yerdə dikəldi və bir

qədər narahatlıq duydu.

Mirel bir neçə dəfə qızğın surətdə başını yellədi.

Bəli, bəli. Mənə inanın. Mənim hər yerdə dostlarım var. Polis

rəisinin özü... - O, çiyinlərini mənalı tərzdə çəkərək cümləsini

yarımçıq qoydu.

Gözəl qadından heç nə gizlətmək mümkün

deyil,

qraf dilləndi.

Polis əmindir ki, madam Ketterinqi məhz siz

öldürmüsünüz. Lakin bu, düz deyil.

133

kitabyurdu.blogspot.com

Əlbəttə ki, düz deyil! - Qraf sakit idi.

Onlar hesab edir ki, bunu siz etmisiniz, lakin həqiqətdən

xəbərləri yoxdur. Mənsə bilirəm.


Qraf maraqla ona baxdı:

Siz madam Ketterinqi kimin öldürdüyünü bilirsinizmi? Siz bunumu

söyləmək istəyirsiniz, madmazel?

Mirel

yenidən

başını

tərpətdi: -Bəli.

Bəs o kimdir? - qraf cəld soruşdu.

Onun əri. - Qadın qrafa yaxınlaşdı və sakit, lakin acıqlı və mənalı

tərzdə söylədi: - Onu əri

öldürüb.

Qraf kresloya söykəndi. Onun sifət ifadəsi anlaşılmazlığını qoruyub

saxlayırdı.

İcazə verin, sizdən soruşum, madmazel, bunu siz haradan bilirsiniz?

Haradan bilirəm? - Mirel qəhqəhə çəkərək ayağa durdu. - O,

bunu əvvəldən planlaşdırıb.

O müflisləşib, rüsvay olub. Ancaq arvadının ölümü onu xilas edə

bilərdi. Özü mənə deyib. O, arvadının getdiyi qatarda imiş, lakin

arvadının bundan xəbəri yox imiş. Mən sizə sual verirəm, nəyə görə?

Ona görə ki, o, arvadına gecə hücum etməyi qərarlaşdırmışdı. Ah, -

Mirel gözlərini yumdu, - mən bunun necə baş verdiyini elə aşkar
görürəm ki...

Qraf boğazını arıtladı:

Ola bilsin, ola bilsin, - qraf dedi. - Amma, madmazel, bəs bu

halda daş-qaşları oğurlamaq

onun nəyinə gərəkdir?

Daş-qaşlar! - Mirel dərindən ah çəkdi. - Daş-

134

kitabyurdu.blogspot.com

qaşlar! Ah, o yaqutlar...

Onun gözləri parlaq atəşlə alovlandı. Qraf bu sayaq şeylərin

qadınlara etdiyi sehrin təsirinə bir daha təəccüblənərək narahatlıqla

ona baxdı və söhbətin səmtini dəyişdi:

- Bəs məndən nə istəyirsiniz, madmazel? Mirel sakitləşdi və

yenidən işgüzar görkəm aldı:

Hər şey çox sadədir. Siz polisə gedirsiniz və onlara deyirsiniz ki,

bu cinayəti müsyö Ketterinq

törədib.

Bəs onlar mənə inanmasalar necə? Əgər məndən sübut istəsələr

necə? - O, diqqətlə

qadına baxdı.

Mirel astadan güldü və qaramtıl narıncı şərfinə - toxundu:


Onları mənim yanıma göndərin, müsyö qraf, - o, demək olar ki,

pıçıltı ilə söylədi. - Mən onlara

sübut verərəm.

Və o, ildırım təki gəldiyi kimi də çıxıb getdi.

Bədqılığa bax a! - o deyindi. - Görəsən, onu özündən belə çıxaran

nədir? Dişlərini qıcamağa

onu nə vadar edib? Doğrudanmı, o, mister Ketterinqin öz arvadını

öldürdüyünə inanır? Hələ bir istəyir ki, buna mən də, üstəlik polis də

inansın.

Qraf öz-özünə güldü. O, polisə getmək fikrində deyildi. Onun

qarşısında başqa imkanlar açılırdı

və həmin imkanlar onun bu cür gülüşünə ilham verirdi.

Buna baxmayaraq, onun üzü tezliklə tutuldu. Mirel dedi ki, polis

ondan şübhələnir. Bu, düzgün ola bilər. Amma ola da bilər ki, belə

olmasın.

135

kitabyurdu.blogspot.com

Mirel kimi qadınlar qəzəbli olarkən öz istədiklərini əldə etmək üçün

hər şeyə qadir olurlar. Digər tərəfdən də, Mirel bu cür məlumatı əldə

edə bilər. Bu halda - qraf dodaqlarını büzdü - bu halda o, ehtiyat

tədbirləri görməlidir.
Qraf evə daxil oldu və İppolitdən evə kənar adamın gəlib-

gəlmədiyini yenidən soruşdu. Qulluqçu heç kimin gəlmədiyinə

tamamilə əmin idi. Qraf yataq otağına qalxaraq divarın yanındakı

qədimi büroya yaxınlaşdı. Kağız üçün bölmələrdən birinin qapağını

açdı və onun nazik

barmaqları arxa tərəfdəki gizli düyməni basdı, gizli siyirmə dərhal

açıldı. Orada qəhvəyi bağlama var idi. Qraf onu çıxardı və fikirli

halda bir müddət əlində saxladı. Sonra üz-gözünü əzabçəkici surətdə

turşudaraq saçından bir tel qopardı, siyirmənin kənarına qoydu və

onu ehtiyatla bağladı. Bağlamanı əlində saxlayaraq, al-qırmızı rəngli

ikinəfərlik maşınını saxladığı qaraja endi. On dəqiqə sonra o, artıq

Monte- Karloya gedirdi.

Qraf bir neçə saatını kazinoda keçirdi, sonra şəhərdə gəzdi. Yenidən

maşına əyləşib Menton istiqamətinə yollandı. Hələ hava o qədər də

qaralmamışdı və qraf onu izləyən boz maşını seçə bilirdi. O, həmin

maşını daha əvvəl -

Monte-Karloya gedərkən də görmüşdü. Qraf gülümsədi. Yol yoxuşa

qalxırdı.

Qraf akseleratoru möhkəm sıxdı. Kiçik qırmızı maşın xüsusi olaraq

qraf üçün hazırlanmışdı və ilk baxışda göründüyündən daha güclü

motora malik idi. Maşın dərhal irəli atıldı.


Qraf ətrafa boylandı və yenidən gülümsədi: boz maşın çox uzaqda

qalmışdı. Kiçik qırmızı maşın tozanaq qaldıraraq boş yolla uçurdu.

Buralar təhlükəli yerlər idi, sürət təhlükəli həddə çatmışdı, yol isə

136

kitabyurdu.blogspot.com

maili şəkildə aşağı enirdi, lakin qraf birinci dərəcəli sürücü idi. Onun

maşını qəflətən sürəti azaltdı və poçtun yanında dayandı.

İki dəqiqədən sonra o, yenidən Monte-Karlo istiqamətində

irəliləyirdi. Nəhayət, boz maşın

gəlib çatanda qraf otellərin birinin verandasında ənənəvi çayını

içirdi. Bir qədər sonra o, Monte-Karloya qayıtdı və orada şam etdi.

Gecəyarıdan bir az keçmiş qraf evə qayıtdı. Onu təlaş içərisində olan

İppolit qarşıladı:

Ah, müsyö qraf qayıtdı! Müsyö qraf

təsadüfən mənə zəng vurmamışdı ki?

Qraf başını yelləyərək “yox” dedi.

Saat üçdə mənə zəng vurdular və dedilər ki, müsyö qraf istəyir ki,

mən “Neqresko” otelinə

onun yanına gəlim.

Hə? Sən də getdin?

Əlbəttə, müsyö, lakin “Neqresko” otelində heç kim müsyö


qrafdan heç bir xəbər deyə bilmədi.

Ah! Və əlbəttə ki, həmin vaxt Mari bazarda idi,

eləmi?

Bəli, müsyö.

Hər şey qaydasındadır, - qraf söylədi. - Eybi

yox. Sadəcə, anlaşılmazlıq baş verib.

Yuxarı qalxarkən qraf gülümsədi.

Qraf yataq otağında hər şeyə diqqətlə baxdı. Hər şey, demək olar ki,

öz qaydasında idi. O, bütün şkafı və siyirmələri yoxladı. Sonra

məmnun halda başını tərpətdi. Hər şey, demək olar ki, əvvəl olduğu

kimi yerində dururdu, lakin tamamilə eyni deyildi. Məsələ aydın idi,

evi axtarmışdılar.

137

kitabyurdu.blogspot.com

O, büroya yaxınlaşaraq gizli düyməni basdı. Siyirmə açıldı, lakin

həm də qrafın ora qoyduğu

saç teli yox idi. O, daha bir neçə dəfə başını tərpətdi:

- Bizim fransız polisimiz möhtəşəmdir, - o donquldadı. - Heç nə və

heç kim onun gözündən yayına bilməz.

37

Göyərtili omlet.
38

Bernsayağı qabırğa.

39

Romlu Savarin.

40

Səhər yeməyi.
XX
FƏSİL Ketrin dost tapır

Ertəsi günün səhəri Ketrin və Lenoks “Marqarita” villasının

terrasında əyləşmişdilər. Onların yaş fərqinə baxmayaraq, aralarında

dostluğa oxşar bir münasibət yaranmışdı. Əgər Lenoks olmasaydı,

Ketrinin villadakı həyatı dözülməz olardı: o, mövsümün başlıca

mövzusu olmuşdu. Ledi Templin Ketrinin Mavi qatarda baş

verənlərlə əlaqəsindən bacardığı qədər qazanc əldə etməyə çalışırdı

və bu, dəhşətli idi.

Ketrinin güclü müqaviməti ledi Templinin xudbinliyi qarşısında

qırılırdı. Çabbi də öz növbəsində sadəlövhlüklə arvadının işinə

yarayırdı. O, adətən, Ketrini təqdim edərkən belə deyirdi:

Bu, miss Qreydir. Siz bilirsiniz, Mavi qatarda nə olub? O, orada

imiş. Rut Ketterinqin qətlinə cəmi bir neçə saat qalmış onunla uzun-

uzadı söhbət edib! Bəxti gətirib, elə deyilmi?

Bu səhər də söylənmiş bu cür bir neçə təkrar cümlə Ketrini özündən

çıxararaq, onun qeyri-adi müqavimətinə səbəb olmuşdu. Və onlar

Lenoksla təklikdə qalarkən qız Ketrinə söylədi:

Sən istismara alışmamısan, hə? Sən hələ çox şey öyrənməlisən,

Ketrin.
138

kitabyurdu.blogspot.com

Mən özümdən çıxdığım üçün çox təəssüflənirəm. Adətən, mən belə

etmirəm.

Sən də nə vaxtsa hirsini çıxarmalısan. Çabbi uzunqulaq olsa da

ondan adama zərər gələn deyil. Lakin anam isə, əlbəttə ki, daha ağır

haldır. Sən hətta qiyamətə qədər ona qışqırıb- bağırsan da o, sənə

məhəl qoymayacaq, sadəcə, mavi gözlərini daha geniş açacaq,

vəssalam.

Ketrin bu incə müşahidəyə münasibət bildirmədi, Lenoks isə sözünə

davam etdi.

Çabbi mənim daha çox xoşuma gəlir. Qətl, əlbəttə ki, maraqlı

hadisədir, lakin onun Dereklə əlaqəsi hər şeyi dəyişir.

Ketrin başı ilə təsdiq etdi.

Demək, o, dünən səni lençə dəvət etdi, - Lenoks fikrə gedərək sual

verdi - O, sənin xoşuna gəlirmi, Ketrin?

Bilmirəm, - qız fikirləşdikdən sonra söylədi.

O, çox yaraşıqlıdır.

Hə, yaraşıqlıdır.

Sənə onda xoş gələn nədir?

Ketrin bu suala birbaşa cavab vermədi.


O, arvadının ölümündən danışdı. Etiraf etdi ki, bəxti yaman gətirib.

Güman edirəm ki, sən şoka düşdün. - Lenoks susdu və daha ciddi

surətdə dilləndi: - Sən onun xoşuna gəlirsən, Ketrin.

O, məni əla lençə qonaq etdi, - Ketrin

bunu deyərək güldü.

Lakin Lenoks məğlub olmadı:

Mən bunu o, bura gələn axşamı hiss etdim, - qız dalğın-dalğın

söylədi. - O, sənə elə baxırdı ki... Baxmayaraq ki, sən qətiyyən onun

zövqünə uyğun deyilsən, daha doğrusu, tamam əksisən.

139

kitabyurdu.blogspot.com

Lakin bu, din kimidir, o, insana müəyyən yaşında gəlib çatır...

Madmazeli telefona çağırırlar, - Mari qonaq otağının

pəncərəsindən baxaraq dedi. - Müsyö

Puaro onunla danışmaq istəyir.

-Yenə də qan, dəhşət... Get, Ketrin, get öz detektivinlə

əylən. Erkül Puaronun səsi mülayim və nəzakətli idi.

Madmazel Qrey? Bon. Mən, madam Ketterinqin atası müsyö Van

Aidinin xahişi ilə zəng vurdum. O, sizinlə danışmaq istəyir. Ya

“Marqarita” villasında, ya da oteldə - sizə necə rahatdırsa.

Ketrin bir qədər fikrə getdi. Van Aidinin “Marqarita” villasına gəlişi
xoş olmazdı: ledi Templin bundan həddən artıq zövq alardı. Van

Aidinlə dost olmaq şansını əldən qaçırmazdı. Ona görə də o, Puaroya

söylədi ki, Van Aidinlə oteldə görüşsə yaxşı olar.

Çox gözəl, madmazel. Mən saat 12:45-də sizin dalınızca

gələcəyəm, əgər etiraz etmirsinizsə.

Puaro dediyi vaxtın tam dəqiqəsində villaya daxil oldu, Ketrin artıq

onu gözləyirdi. Onlar

yubanmadan yola düşdülər. Puaro xəbər aldı: -Yaxşı, madmazel,

deyin görək, işlər necədir?

Qız onun canlanmış gözünə baxdı və etiraf etdi ki, onun ilk

təəssüratı yanlış imiş: bu adamda xoşagələn nəsə var.

Bizim roman policier davam edir, eləmi? - o

dedi.

- Mən sizə söz vermişəm ki, bu işi biz birlikdə araşdıracağıq və mən

həmişə öz sözümün

üstündə dururam.

Siz çox nəzakətlisiniz! - Ketrin söylədi.

Ah, məni ələ salmayın! Amma siz, yəqin ki, araşdırmanın necə

140

kitabyurdu.blogspot.com

getdiyini bilmək
istəyirsiniz, elə deyilmi?

Ketrin anlatdı ki, bilmək istərdi və Puaro qraf de la Roşun zahiri

görünüşünü bədii şəkildə Ketrinə təsvir etdi.

Fikirləşirsiniz ki, onu qraf öldürüb? - Ketrin

fikirli halda soruşdu.

Bu, sadəcə, ehtimaldır, - Puaro ehtiyatla cavab verdi.

Siz də buna inanırsınız?

Mən belə deməzdim. Bəs siz necə, madmazel, siz necə

düşünürsünüz?

Ketrin çiyinlərini çəkdi:

Haradan bilim? Mənim bu cür məsələlərdən

başım çıxmır, lakin düşünürəm ki...

Bəli? - Puaro səbirsizliklə dilləndi.

Hə, yaxşı. Sizin söylədiklərinizdən aydındır ki, qraf öldürməyə

qadir olan adamlardan deyil.

Çox gözəl! - Puaro ucadan dedi. - Siz mənimlə razısınız. Mən də

məhz belə dedim. -

O, qıza diqqətlə baxdı. - Bəs siz Derek Ketterinqlə tanışsınız?

Mən onunla ledi Templingildə qarşılaşmışam,

dünən isə o, məni lençə dəvət etdi.

Mauvais sujet41, - Puaro başını yellədi. - Lakin los femmes42


belələrini sevir, düzdür?

O, Ketrinə göz vurdu və qız güldü.

O, yaxşı görkəmi olan adamdır, - Puaro davam etdi, - yəqin ki,

siz onu Mavi qatarda

görmüsünüz, hə?

Bəli, görmüşəm.

141

kitabyurdu.blogspot.com

Vaqon-restorandamı?

Xeyr. Mən onu arvadının kupesinə girərkən

görmüşəm. Puaro başı ilə təsdiq etdi.

Qəribədir, - o, burnunun altında donquldandı. -Yadımdadır, siz

demişdiniz ki, Lionda oyanmışdınız və pəncərədən baxırdınız.

Qatardan düşən qraf de la Roşa oxşayan qarasaçlı bir adam

görmədiniz ki?

Ketrin başını yellədi:

Xeyr, mən kepkada və çiyinlikdə olan bir oğlanı gördüm, lakin

fikirləşmirəm ki, o, qatardan düşmüşdü. Həmin adam platformada

gəzişirdi. Bir də gecə pijamasında və paltoda

olan bir saqqallı fransız var idi. O, qəhvə içmək istəyirdi. Qalanları

ancaq dəmiryol işçiləri idi.


Puaro bir neçə dəfə başını tərpətdi.

Görünür, qraf de la Roşun dəmir alibisi var.

Alibi

-təhlükəli şeydir, o, həmişə şübhə yaradır. Budur, gəlib çatdıq.

Onlar Van Aidinin nömrəsinə qalxdılar, burada onları Nayton

gözləyirdi. Puaro ona Ketrini təqdim etdi. Bir neçə ümumi sözlərlə

hal-əhval tutduqdan sonra Nayton dedi:

Miss Qreyin gəlişini mister Van Aidinə xəbər

verim.

O, qonşu otağa getdi. Oradan sakit səslər eşidildi və sonra mister

Van Aidin gəldi. O,

dərhal Ketrinə tərəf gedərək əlini ona uzatdı və diqqətlə qızı süzdü:

Sizinlə görüşməyimizə şadam, - dedi. - Mən sizin Rut barədə

söylədiklərinizi çox eşitmək istərdim.

Milyonçunun sadəliyi Ketrində güclü təəssürat oyatdı. O, Van Aidinin

142

kitabyurdu.blogspot.com

dərdinin necə dərin və səmimi olduğunu, buna görə də öz

nigarançılığını gizləməyə çalışdığını duydu.

Zəhmət olmasa, əyləşin və hər şeyi mənə danışın.

Van Aidin stulu ona sarı çəkdi.


Puaro və Nayton səssizcə otaqdan çıxdılar və Ketrin Van Aidinlə

otaqda tək qaldı. Onunla söhbət etmək Ketrin üçün rahat idi. Rut ilə

söhbətini - sadəcə, heç nəyi yaddan çıxarmamağa çalışaraq -

mümkün qədər sözbəsöz ona çatdırmağa çalışırdı. Van Aidin

kresloya söykənmiş halda əli ilə gözünü qapayaraq sözünü kəsmədən

ona qulaq asırdı.

Qız sözünü bitirəndə milyonçu astadan

dedi: - Sizə minnətdaram, əzizim.

Bir neçə saniyə onların hər ikisi susdu. Ketrin duyurdu ki, başsağlığı,

yaxud da təsəlli sözləri indi yersizdir.

Sonra Van Aidin tamam başqa tonda dilləndi:

Mən sizə çox təşəkkür edirəm, miss Qrey. Düşünürəm ki, siz

mənim yazıq qızımın son saatlarını yüngülləşdirmisiniz. Sizdən bir

şey soruşmaq istəyirəm. Yəqin ki, Puaro qızımın

başını gicəlləndirən o yaramaz barədə sizə məlumat verib. Qızım məhz

onun barəsində danışıb, məhz onunla görüşməyə hazırlaşırdı. Necə

düşünürsünüz, sizinlə söhbətindən sonra Rut öz planını dəyişə

bilərdimi? Bəlkə o, aralarındakı razılaşmanı pozmağa qərar vermişdi?

Mən yəqin söyləyə bilmərəm, ser. O, müəyyən bir qərara

gəlmişdi, mənə də elə gəldi ki, qızınız

artıq sakitləşib.
O, sizə söyləmədi ki, onların görüşləri harada

olmalıdır, Parisdə, yoxsa

adada? Ketrin başını yellədi:

143

kitabyurdu.blogspot.com

O, bu barədə danışmadı.

Hə, - Van Aidin fikirli-fikirli söylədi. - Eybi

yox, zaman göstərəcək.

O, ayağa durdu və qonşu otağın qapısını açdı. Puaro və Nayton

gəldilər.

Ketrin milyonçunun lenç dəvətini qəbul etmədi, Nayton da onu

taksinin yanına qədər ötürdü.

O, qayıdanda Puaro ilə Van Aidin söhbət edirdilər.

Əgər biz, - milyonçu fikirli halda dedi, - Rutun hansı qərara

gəldiyini bilsəydik... bu, artıq işin

yarısı demək olardı. Bəlkə o, Parisdə düşüb mənə teleqram vurmağa

qərar veribmiş? Bəlkə də Fransanın cənubuna gedib qrafla

münasibətlərini aydınlaşdırmağı düşünüb? Biz qaranlıqdayıq,

tamamilə qaranlıqdayıq. Amma

bizim əlimizdə qulluqçunun ifadəsi var: qrafın qatara gəlişi ilə Rut

təlaşlanmış və qorxubmuş. Demək, bu, onun planına daxil deyilmiş.


Siz mənimlə razısınız, Nayton?

Bağışlayın, mister Van Aidin! Mən sizin nə

danışdığınızı eşitmədim.

Xəyallara daimisiniz? - Van Aidin soruşdu. - Heç özünüzə

oxşamırsınız. Nədir, yoxsa bu qız

sizin çarxınızı çevirdimi?

Nayton ancaq köksünü ötürdü.

Əla qızdır, - Van Aidin dalğın halda dedi. -

Əla. Siz onun gözlərinə fikir verdiniz?

- Heç bir kişi onlara diqqət yetirməyə bilməz, -

Nayton cavab verdi.

41 Bir şeyə yaramayan tip. 42 Qadınlar.

144

kitabyurdu.blogspot.com

XXI

FƏSİL Tennis kortunda

Bir neçə gün keçdi. Ketrin səhər gəzintisindən qayıdarkən onu

səbirsizliklə gözləyən Lenoksu gördü.

Sənin gənc oğlanın zəng vurmuşdu, Ketrin. - Mənim gənc oğlanım

sən kimə deyirsən?

Sənin yeni pərəstişkarını - Rufus Van Aidinin katibini deyirəm.


Məncə, sən onda güclü təəssüratlar oyatmısan. Sən bir-birinin

ardınca könül sındırmağa başlamısan. Vacib qadına

çevrilirsən, Ketrin. Əvvəlcə Derek Ketterinq, indi isə gənc mayor

Nayton. Maraqlıdır, o, mənim çox yaxşı yadımdadır. Axı o,

müharibə vaxtı mənim anamın burada qurduğu hərbi hospitalda

yatırdı. O vaxtlar mənim təxminən səkkiz yaşım olardı.

O, ciddi yaralanmışdı?

Əgər səhv etmirəmsə, ayağından yaralanmışdı, amma yara çox

ciddi idi. Məncə, həkimlər nəyisə səhv salmışdılar. Onlar deyirdilər

ki, Nayton axsamayacaq. Amma o, buradan gedərkən bir balaca

axsayırdı.

Ledi Templin içəri girdi.

Ketrinə mayor Nayton haqqında danışırsan? - O soruşdu. - O, elə

yaxşı oğlandır ki! Mən onu

tamam unutmuşdum, o qədər şeylər olub ki, ancaq indi yadıma düşdü.

O, elə də vacib adam deyildi ki, onu xatırlayasan,

Lenoks qeyd etdi. - İndi o, milyonçunun katibi

olduğu zaman məsələ tamam başqadır.

Əzizim! - ledi Templin məzəmmətlə qışqırdı.

Mayor Nayton niyə zəng vurmuşdu? - Ketrin

- maraqlandı.
O, səni tennisə dəvət edir. Etiraz etməsən, o, sənin ardınca gələcək.

145

kitabyurdu.blogspot.com

Biz səni anamla birgə

müşayiət etməyə hazırıq. Sən katiblə əyləndiyin müddətdə mən

milyonçunu əyləndirə bilərəm. Onun altmışa yaxın yaşı var, amma

yəqin ki, mənim kimi cavan görünür.

Mən mister Van Aidinlə tanış olmaq istərdim, - ledi Templin

xəyalpərvərliklə söylədi, - onun haqqında elə çox şeylər danışırlar ki...

Qərb yarımkürəsinin əsas adamlarından biridir. Həm də çox mötəbər

şəxsdir.

Mayor Nayton çox ədəbli idi. O bildirdi ki, bu dəvət mister Van

Aldinindir, - Lenoks dedi. - O, bunu elə tez-tez təkrar edirdi ki, mən

artıq qovurmanın iyini hiss etməyə başlamışdım. Sən və Nayton

gözəl cütlük ola bilərsiniz. Sizə xeyir- dua verirəm, övladlarım.

Ketrin qəhqəhə ilə güldü və əynini dəyişmək üçün yuxarı qalxdı.

Lençdən dərhal sonra Nayton gəldi və Ledi Templinin nostalji

xatirələrinə mətanətli surətdə dözmək üçün bütün iradəsini toplamalı

oldu.

Kann səmtə gedərkən yolda Ketrinə dedi:

Ledi Templin, demək olar ki, dəyişilməyib.


Mənəvi cəhətcə, yoxsa zahiri görünüşcə?

Hər ikisi cəhətdən. Onun yaşı indi, yəqin ki, qırxdan bir az çox

olar, amma o, əvvəlki kimi çox

gözəldir.

Bəli, o, gözəldir, - Ketrin razılaşdı.

Sizin dəvəti qəbul etmənizə çox şadam, - Nayton söhbətə davam

etdi. - Müsyö Puaro da orda olacaq. O, qeyri-adi adamdır. Siz onu

yaxşı

tanıyırsınız, miss Qrey?

Mən onunla qatarda rastlaşmışam. Bir detektiv roman oxuyurdum və

146

kitabyurdu.blogspot.com

dedim ki, həyatda belə şeylər olmur. Mən onda hec təsəvvür də

etməmişdim ki, o kimdir.

O, heyrətamiz adamdır, - Nayton sakit söylədi, - və heyrətamiz

işlər də görür. O, dahidir. O, məsələnin məğzini tez anlaya bilir və

hec kim axıracan onun nə düşündüyünü və hansı qənaətə gəldiyi

barədə hec nə təsəvvür edə bilmir. Yadımdadır ki, mən Yorkşirdə

olanda ledi Kleventonun cavahiratlarını oğurlamışdılar.

İlk baxışdan elə görünürdü ki, bu, adi oğurluqdur, lakin yerli polislər

buna şübhə etdilər. Mən istədim ki, onlar Erkül Puaronu dəvət
etsinlər, o, həmin cinayəti açacaq yeganə adam idi, lakin onlar

Skotlənd Yarda müraciət etməyi üstün bildilər.

Bəs sonra? - Ketrin maraqlandı.

Cəvahiratlar tapılmadı, - Nayton soyuqqanlı cavab verdi.

Siz ona həqiqətən də inanırsınızım?

Bəli, qraf de la Roş şübhəli subyektdir. O, bir çox xoşagəlməz

hadisədən yaxasını qurtara

bilib. Ancaq düşünürəm ki, Erkül Puarodan qaça

bilməyəcək. - Qraf de la Roş, - Ketrin dalğın-dalğın söylədi.

Siz həqiqətən də qatilin o olduğuna

əminsinizmi?

Əlbəttə! - Nayton təəccüblə ona baxdı. -

Məgər siz belə düşünmürsünüzmü?

Bəli, bəli, - Ketrin tələsik cavab verdi, - əlbəttə, lakin mən bunun

adi qarət olmadığını

nəzərdə tuturdum.

Sizinlə razıyam. Amma burası da var ki, qraf

de la Roş öz işini çox yaxşı bilir.

- Bununla belə onun alibisi var.

147

kitabyurdu.blogspot.com
-Ah, alibi! - Naytonun üzünü uşaqsayağı təbəssüm bürüdü. - Siz

söylədiniz ki, detektiv əsərlər oxuyursunuz, miss Qrey. Ona görə də

yəqin bilməlisiniz ki, kimin tutarlı, möhkəm alibisi olur, o adam,

adətən, daha çox şübhə doğurur.

Siz də güman edirsiniz ki, real həyat romanlara bənzəyir? - Ketrin

gülümsəyərək soruşdu.

Niyə də olmasın? Xəyallar reallığa istinad edir.

Amma o, reallıqdan daha yaxşıdır, - Ketrin

inamla bildirdi.

- Yəqin ki. Amma nə olursa-olsun, mən cani olsaydım, Erkül

Puaronun izimə düşməsini heç

istəməzdim.

- Mən də, - Ketrin güldü.

Gəlib çatanda onlar Puaro ilə qarşılaşdılar. Hava isti idi, ona görə də

o, ağ parusindən tikilmiş kostyum geyinmişdi, döş cibindən isə

kamelya çiçəyi sallanırdı.

Bonjour43,

madmazel!

Mən

çox

ingilissayağı görünürəm, elə deyilmi?


Siz çox gözəl görünürsünüz, - Ketrin nəzakətlə cavab verdi.

Hamınız məni ələ salırsınız, - Puaro gülərüzlə bildirdi, - amma eybi

yox, Puaro ata həmişə

sonuncu gülür.

Mister Van Aidin hanı? - Nayton xəbər aldı.

O, bizi kortda gözləyəcək. Amma düzünü desək, dostum, mister

Van Aidin məndən o

qədər də razı deyil. Ah, bu amerikalılar! O istəyir ki, mən bütün

günümü dayanmadan Riveru boyunca qatilin dalınca qaçmaqla

keçirim!

148

kitabyurdu.blogspot.com

Mən özüm də bunun pis fikir olmadığını

hesab edirəm, - Nayton bildirdi.

Siz haqlı deyilsiniz. Bu cür məsələlərdə enerji deyil, biclik lazımdır.

Ən maraqlı görüşlər isə

tennis kortunda baş verir. Bu, çox vacibdir. Ah, mister Ketterinq də

buradadır!

Derek iti addımlarla onlara yaxınlaşdı. O, bir qədər əsəbi və acıqlı

görünürdü, sanki onu nə isə boğurdu. Derek və Nayton bir qədər

soyuq salamlaşdılar. Sanki bircə Puaro heç nə hiss etmirdi. O,


dayanmadan zarafat edir və iltifatlar yağdırırdı.

- Maraqlıdır, mister Ketterinq, siz fransız dilində

heyrətamiz dərəcədə gözəl danışırsınız. İstədiyiniz vaxt özünüzü

fransız kimi qələmə verə bilərsiniz. Bu, ingilislər arasında çox nadir

haldır.

- Mən də o cür danışmağı çox istərdim, - Ketrin etiraf etdi. -

Qorxuram ki, mənim fransızcam

ingilis aksenti ilə çox korlanır.

Onlar öz yerlərini tutdular. Nayton isə kortun o biri tərəfindən ona əl

edən sahibini gördü və onunla danışmaq üçün sahibinin yanına getdi.

Bu oğlan mənim xoşuma gəlir, - Puaro Naytonun ardınca gülümsədi.

Sizin necə, madmazel?

Mənim də.

Bəs sizin necə, mister Ketterinq?

Derekin dodaqlarından sanki hansısa cümlə qopmağa hazır idi, ancaq

o, vaxtında özünü saxladı:

- Nayton çox yaxşı oğlandır. - Sanki sözlərini bir-bir seçdi.

Ketrinə bir saniyəliyinə elə gəldi ki, Puaro bu cavabdan məyus oldu.

- O, sizin çox böyük heyranınızdır, müsyö Puaro, - Ketrin Naytonun

149

kitabyurdu.blogspot.com
detektiv barəsində danışdıqlarının hamısını ona söylədi.

Bu balaca adamın heç kimi aldada bilməyəcək tərzdə sifətindəki

saxta təvazökarlıq ifadəsi ilə sinəsini irəli qabartması Ketrinə çox

məzəli göründü.

Madmazel, mən sizə bir sualı verməyi unutmuşam, - o,

gözlənilmədən söylədi. - Siz o yazıq ledinin kupesində olarkən öz

portsiqarınızı orada qoymamışdınız ki?

Puaro cibindən tutqun göy rəngli qapağı olan, üzərində qızılı rənglə

“K” inisialı həkk olunan portsiqarı çıxartdı.

Xeyr, bu mənim deyil.

Ah, min dəfə üzr istəyirəm. Yəqin ki, bu, madamın xüsusi əşyasıdır.

“K”, əlbəttə, Ketterinq deməkdir. Maraqlıdır, amma biz onun

çamadanında başqa portsiqar da tapdıq. İkisi onun nəyinə gərək imiş?

O, birdən üzünü Derekə tutdu. - Bilmirsiniz, bu portsiqar sizin

arvadınızamı aiddir?

B-bilmirəm, - o, dili topuq vura-vura söylədi. - Məncə, onundur.

Bəlkə bu sizin portsiqardır?

Puaro adi halda olduğundan da sadə görünürdü.

Əlbəttə ki, xeyr. Əgər bu, mənim portsiqarım

olsaydı, onda arvadımda nə gəzirdi?

Ola bilər ki, siz missis Ketterinqin kupesinə girərkən bunu


salmısınız, - Puaro sadəlövhlüklə

bildirdi.

Mən ora girməmişəm. Bunu polisə min dəfə

söyləmişəm.

- Ah, təkrarən üzr istəyirəm, - Puaro müqəssircəsinə söylədi. - Sadəcə,

madmazel sizi arvadınızın kupesinə girərkən gördüyünü demişdi.

Və o, qəsdən susdu.

150

kitabyurdu.blogspot.com

Ketrin Derekə baxdı. Derekin rəngi qaçdı. Amma bəlkə də ona belə

gəldi?

Derek güldüyü zaman onun gülüşü qıza tamamilə təbii göründü.

Siz yanılırsınız, miss Qrey. Polis idarəsində bildirdilər ki, mənim

kupem arvadımın kupesi ilə yanaşı imiş, baxmayaraq ki, o vaxtacan

mən bunu heç ehtimal da etmirdim. Yəqin ki, siz məni öz kupemə

girərkən görmüsünüz. - O, Van Aidinlə Naytonun yaxınlaşdığını

görərək cəld ayağa durdu. - Sizi tərk etməli olacağam, - o dedi. -

Mən heç bir pulun xətrinə qayınatamla eyni yerdə durmağa dözə

bilmərəm. Van Aidin Ketrinlə ürəkdən salamlaşdı, lakin onun

əhvalının pis olduğu əməlli-başlı hiss olunurdu:

Görürəm, tennis oyununa baxmağı sevirsinizmiş, müsyö Puaro? - o


soruşdu.

Bəli, bu mənə həzz verir, - Puaro dostyana

cavab verdi.

-Yaxşı ki, siz Fransadasınız. Bizim Ştatlarda qaydalar daha ciddidir,

bizim xəmirimiz başqa cür yoğrulub. Bizdə iş həzzdən daha

üstündür. Puaro incimədi. O, ədəblə gülümsədi və milyonçuya dedi:

- Əsəbiləşməyin, xahiş edirəm. Hər kəsin öz

metodu var. Fransada iş ilə həzzi birləşdirməkdən ötrü bizim

ürəyimiz gedir.

O, Ketrinlə Naytona baxdı. Onların başı tamamilə öz söhbətlərinə

qarışmışdı.

Puaro razı halda başını tərpətdi, sonra səsini alçaldaraq üzünü

milyonçuya tutdu:

Mən bura ancaq həzz xətrinə gəlməmişəm,

müsyö Van Aidin. Baxın, düz bizim qənşərimizdə saqqallı, ucaboy

bir kişi əyləşib.

151

kitabyurdu.blogspot.com

Hə, nə olsun ki?

Bu, müsyö Papapolousdur.

Yunan?
Yunan da demək olar. Dünyada çox məşhur

olan bir antikvardır. Onun Parisdə kiçik mağazası var, lakin polis

onun daha başqa bir işlə məşğul olduğuna şübhə etmir.

Nə ilə?

O, oğurluq mallar alır, əsasən də daş-qaşlar. Demək olar ki, onun

nəsə etməyə ehtiyacı yoxdur, ancaq daş-qaşları yenidən təp-təzə

görünənə kimi cilalamaq, vəssalam. O, Avropanın yüksək səviyyəli

şəxsləri ilə iş görür.

Van Aidin Puaroya daha böyük maraqla baxdı.

Bəs sonra? - o, yeni səs tonu ilə

səbirsizliklə söylədi.

Mən, Erkül Puaro, - o, sinəsinə dramatik şəkildə bir zərbə

ilişdirərək dedi, - öz-özümdən soruşuram: niyə müsyö Papapolous

gözlənilmədən Nitsaya gəlib?

Van Aidin sanki birdən-birə canlandı. O, indicə bu balaca adamın

adi rüsvayçılıq olduğuna dair

öz-özlüyündə qərar verərək Puaro barədə ümidsizliyə qapılmışdı.

İndi isə o, ilkin fikirlərinə geri qayıdırdı. Van Aidin detektivə baxdı:

Mən sizdən üzr istəyirəm, müsyö Puaro, - o, birbaşa elan etdi.

Puaro etinasızlıqla işarə edərək sanki bütün üzrxahlığı qəbul etdiyini

bildirdi.
-Ah, bunların hamısı boş şeylərdir. Yaxşı olar ki, mənə qulaq

asasınız, müsyö Van Aidin. Sizə bir təzə xəbərim var.

Milyonçu sual dolu nəzərlərlə ona baxdı. Puaro başını tərpətdi:

Bəli, bəli, bu sizin üçün maraqlı olacaq. Bildiyiniz kimi, qraf de la

152

kitabyurdu.blogspot.com

Roş ilk gündən bəri

nəzarət altına alınıb. Onun villasında axtarış aparıblar.

Nə olsun ki?! Bir şey tapıblarımı? Zənnimcə,

xeyr. Puaro yüngül təzim göstərdi:

Sizin təxmininiz həqiqətdən uzaq deyil, müsyö Van Aidin. Onlar

şübhəli heç nə tapmayıblar. Və bu da çox təbiidir. Qraf de la Roş,

necə deyərlər, dünən anadan olmayıb. O, hiyləgərdir, həm də ki,

onun çox zəngin təcrübəsi var...

Davam edin, - Van Aidin dözə bilmirdi.

Əlbəttə. Ola bilsin ki, qrafın onu etibardan salacaq heç nəyi yoxdur.

Amma biz başqa ehtimalları silib ata bilmərik. Əgər onun gizləməli

nəyisə varsa, onda o harada ola bilər? Evdə

deyil - polis oranı bir-bir yoxlayıb, üstündə də deyil - axı o bilir ki,

polis istənilən an onu həbs edə bilər. Bircə qalır onun maşını.

Dediyim kimi, qraf nəzarətdə idi. Magistratdakı söhbətin ertəsi günü


qraf Monte-Karloya gedib. Oradan isə Mentona yol alıb. Onun

maşını çox güclü imiş və onu izləyənlərdən qurtula bilib. Və on beş

dəqiqə bizim görmə sahəmizdən yox olub.

Və bu müddət ərzində də o, yolun kənarına nəsə atıb? - Van Aidin

maraqlandı.

Xeyr! Yolun kənarına deyil. Ce nest pas pratique. Amma davamına

qulaq asın. Mən müsyö Karrejden bir şey xahiş etdim və o da mənim

xahişimi ədəblə yerinə yetirdi. Bu yerlərdə poçtların hər birində qrafı

üzdən

tanıyan bir adam var. Nəyisə gizləməyin ən yaxşı üsulu həmin əşyanı

poçtla göndərməkdir.

Sonra? - milyonçu hövsələsiz halda soruşdu.

Yaxşı. Voila44! - Puaro dramatik hərəkətlə cibindən qəhvəyi rəngdə

153

kitabyurdu.blogspot.com

bir bağlama çıxardı. - Bizim centlmen on beş dəqiqə ərzində poçtla

bunu göndərib.

Hansı ünvana? - milyonçu sərt şəkildə soruşdu.

Puaro başını yellədi.

Təəssüf ki, bu, bizə heç bir konkret məlumat vermir. Sizə bəlkə də

Parisdəki kiçik köşklər


barədə danışıblar. Orada məktublar və bağlamalar sahibi gələnə kimi

saxlanılır. Bu, həm çox rahatdır, həm də çox ucuz başa gəlir.

Yaxşı bəs içində nə var? - Van Aidin səbirsizliklə məsələnin əslini

bilmək istəyirdi.

Neynək, indi lap uyğun məqamdır, - Puaro ətrafa boylandı. -

Hamının başı tennisə qarışıb. Baxın, müsyö!

və o bir andaca qapağı qaldırdı. Milyonçunun rəngi kağız kimi

dümağ ağardı.

İlahi! - O, içini çəkdi. - Yaqutlar!

O, bir neçə dəqiqə heykəl kimi donub qaldı. Bu müddət ərzində

Puaro sakit halda bağlamanı bükərək cibinə qoydu.

Van Aidin sanki qəflətən yuxudan ayıldı. O, Puaronun əlindən yapışdı

və elə möhkəm sıxdı ki, balaca adam az qaldı ağrıdan qışqırsın:

Bu, əladır! Möhtəşəmdir! Sizin tayınız- bərabəriniz yoxdur, müsyö

Puaro! Siz əlasınız!

Əla olası heç nə yoxdur, - Puaro təvazökarlıqla söylədi. - Bunun

üçün nizamı və üsulu yaddan çıxarmamaq lazımdır və bir də hər şeyə

daima hazır olmaq gərəkdir, vəssalam.

Güman edirəm ki, indi Qraf de la Roş həbs olunub, eləmi? - Van

Aidin maraqlandı.

Xeyr.
Milyonçunun sifətində təəccüb əks olundu.

154

kitabyurdu.blogspot.com

-Axı niyə? Sizə başqa nə lazımdır?

Qrafın polad kimi alibisi var.

Bu ki, boş şeydir!

Bəli, - Puaro başı ilə təsdiq etdi. - Mən də bunun boş şey

olduğunu düşünürəm, amma çox

təəssüf ki, biz bunu sübut etməliyik.

O vaxta kimi də o, əlinizdən sivişib çıxacaq.

Detektiv başını yellədi:

Xeyr, qraf bunu etməyəcək. Onun dünyada ən üstün tutduğu şey -

cəmiyyətdəki nüfuzudur. O, bunu qurban verə bilməz. Nəyin bahasına

olursa-olsun, o, cəmiyyətdəki nüfuzunu qorumağa çalışacaq.

Lakin Van Aidin bu cavabdan razı qalmadı: -Axı mən başa düşə

bilmirəm ki...

Puaro əlini göyə qaldırdı:

Mənə bir az da vaxt verin, müsyö. Mənim balaca bir fikrim var.

Çoxları Erkül Puaronun balaca fikirlərinə gülür, lakin onlar səhv

edirlər.

Yaxşı, - Van Aidin dedi. - Deyin! Nə balaca


fikirdir belə?

Puaro dərhal cavab vermədi:

Mən sabah səhər saat on birdə sizin otelə gələcəyəm. O vaxta

kimi heç kimə heç nə

söyləməyin.

Salam.

Budur!
XXII
FƏSİL

Müsyö Papapolousun səhər yeməyi

Müsyö Papapolous səhər yeməyi yeyirdi. Qızı Zia da onun qarşısında

155

kitabyurdu.blogspot.com

əyləşmişdi.

Qonaq otağının qapısı döyüldü, içəri qulluqçu girdi və əlindəki

kağızı Papapolousa verdi. O, kağızı oxudu, çaşqınlıqla qaşlarını çatdı

və kağızı qızına ötürdü.

Hm, - o, fikirli-fikirli qulağının dibini qaşıyaraq dilləndi. - Erkül

Puaro. Görəsən, nə əcəb?

Ata və qızı bir-birinin üzünə baxdılar.

Mən dünən onu kortda gördüm. Bu, mənim heç xoşuma gəlmir, Zia.

Onun sənə kömək etdiyi işlər olub, - qızı yadına saldı.

Düzdür, - Papapolous razılaşdı. - Eşitmişəm ki, o, işdən uzaqlaşıb.

Ata və qızının arasındakı bu söhbət onların öz dillərində gedirdi.

Sonra müsyö Papapolous üzünü qulluqçuya tutdu və fransızca dedi:

Faites monter ce monsieur45.

Bir neçə dəqiqədən sonra dəbdəbə ilə geyinmiş Puaro əlindəki əsanı
yelləyə-yelləyə içəri daxil oldu.

Əzizim müsyö Papapolous!

Əzizim müsyö Puaro!

Ah, madmazel Zia! - Puaro nəzakətlə təzim

etdi.

Səhər yeməyimizi davam etdirdiyimizə görə bizi bağışlayın, -

müsyö Papapolous özünə qəhvə süzərək dedi. - Sizin gəlişiniz... bir

az erkəndir.

-Ah, başa düşürəm ki, bu, ədəbsizlikdir, - Puaro söylədi, - amma

vəziyyət...

Aaa, siz yenidən axtarışla məşğulsunuz? -

Papapolous soruşdu.

Çox ciddi axtarışla, - Puaro cavab verdi. -

Madam Ketterinqin ölümü ilə bağlı...

156

kitabyurdu.blogspot.com

Necə, necə? - Papapolous məsumcasına

tavana baxdı.

O, Mavi qatarda öldürülən xanımdır, hə? Mən bu barədə qəzetdən

oxumuşam, lakin orada


təfərrüatları yazılmamışdı.

- İstintaqın marağı naminə qərar verildi ki, bu iş barədə təfsilatlar

yazılmasın, - Puaro bildirdi.

Sükut çökdü.

Bəs mən nə köməklik göstərə bilərəm? - antikvar nəzakətlə soruşdu.

Voila, - Puaro cavab verdi. - Mətləbə keçirəm.

O, cibindən qəhvəyi bağlama çıxardı, içindəki futlyarı açıb, oradakı

yaqutları müsyö Papapolousa verdi.

O, gözünün ucu ilə antikvarı müşahidə edirdi - Papapolousun üzündə

heç bir əzələ tərpənmədi. O, yaqutları götürüb bir müddət diqqətlə və

peşəkarlıqla nəzərdən keçirdi. Sonra sual dolu baxışlarla detektivə

baxdı.

Onlar möhtəşəmdir, elə deyilmi? - Puaro dedi. - Yaxşıdırlar! -

Papapolous onunla razılaşdı.

Sizcə, onların qiyməti neçədir?

Bu dəfə Papapolousun üzü yüngülcə tərpəndi:

Bunu bilmək həqiqətən də sizə çoxmu vacibdir?

Siz gözüaçıq adamsınız, müsyö Papapolous. Xeyr, buna ehtiyac

yoxdur. Amma... Onlar, məsələn, deyək ki, beş yüz min dollar

edər?

Papapolous güldü, Puaro da ona qoşuldu.


- Həqiqətən də təqlid kimi onlar möhtəşəmdir, - Papapolous daş-

qaşları Puaroya qaytardı. -

Onların sizin əlinizə necə düşdüyünü soruşmaq mənim tərəfimdən

157

kitabyurdu.blogspot.com

ədəbsizlik olmaz ki?

Nə etməli, - Puaro cavab verdi. - Mənim köhnə dostlardan sirr

saxlamaq adətim yoxdur. Bunlar qraf de la Roşa məxsusdur.

Müsyö Papapolousun gözləri təpəsinə çıxdı.

Belə de! - o, burnunun altında dedi.

Puaro qabağa doğru əyildi və sadəlövhlüklə söylədi: -

Müsyö Papapolous, mən öz kartlarımı açıram.

Əsl daşlar Mavi qatarda madam Ketterinqdən oğurlanıb. Mən sizi

xəbərdar etmək istəyirəm ki, mən bu daşların axtarışı ilə məşğul

deyiləm. Bu, polisin işidir. Mən polisə deyil, mister Van Aidinə

işləyirəm. Mən madam Ketterinqi öldürən adamı

tapmaq istəyirəm. Daş-qaşlarsa məni ancaq qətllə bağlı olduqları

üçün maraqlandırır. Məni başa düşdünüz?

Son sözlər xüsusi məna ilə vurğulandı. Antikvarın sifətində heç bir

ifadə əks olunmurdu

Davam edin!
Mənə elə gəlir, ola bilsin ki, cəvahirat Nitsada əldən-ələ keçəcək.

Təbii ki, artıq keçməyibsə.

Aaa, - müsyö Papapolous qəhvəsini içə-içə başını tərpətdi. O,

həmişə olduğundan

daha əzəmətli görünürdü.

Mən də öz-özümə dedim ki, - Puaro qızğın surətdə sözünə davam

edirdi, - bəxtim gətirdi!

Mənim köhnə dostum müsyö Papapolous Nitsadadır. O, mənə

kömək edər.

Bəs sizin nəzərinizdə mən necə kömək edə bilərəm?

müsyö Papapolous soyuq tərzdə maraqlandı.

Mən öz-özümə dedim ki, müsyö Papapolous

158

kitabyurdu.blogspot.com

Nitsaya, şübhəsiz, iş üçün gəlib.

Qətiyyən belə deyil, - müsyö Papapolous etiraz etdi. - Mən bura

həkimlərin mənə səhhətimlə məşğul olmağı məsləhət gördükləri

üçün gəlmişəm.

Və o, bərk öskürdü.

Ah, bunu eşitmək necə də kədərləndiricidir, - Puaro

canıyananlıqla dedi. - Ancaq söhbətimizi


davam etdirək. Məşhur rus knyazları, Avstriya ershersoqları, yaxud

da italyan şahzadələri öz ailə cavahiratlarından yaxa qurtarmaq

istəyəndə kimə müraciət edirlər? Müsyö Papapolousa, düz deyilmi?

Bütün dünya onun bu işlə necə incəliklə məşğul olduğundan agahdır.

Papapolous təzim etdi.

Siz mənə iltifat edirsiniz.

İncəlik böyük şeydir, - Puaro həmsöhbətinin məmnun

təbəssümünə gözünün ucu ilə baxaraq

mülahizə etməyə başladı. - Bilirsiniz, mən də incəlik göstərməyi

bacarıram.

Hər iki həmsöhbətin baxışları qarşılaşdı.

Puaro səsini alçaldaraq və sözləri bir-bir seçərək sözünə davam etdi:

Mən öz-özümə dedim ki, əgər bu daş-qaşlar Nitsada əldən-ələ

keçibsə, onda bu barədə

müsyö Papapolousun məlumatı var. O, bu cür daşlarla nə baş

verdiyinin hamısını bilir.

Aaa, - müsyö Papapolous kruassanın üzərinə yağ çəkə-çəkə ucadan

dedi.

Bildiyiniz kimi, mənim şəxsi araşdırmam ilə polisin əlaqəsi

yoxdur, - müsyö Puaro qeyd etdi.

Əslinə qalsa, bir şayiə dolaşır, - Papapolous


159

kitabyurdu.blogspot.com

inamsızlıqla söylədi.

Məhz hansı?

Mən bunu sizə hansısa səbəbə söyləməliyəm?

Zənnimcə, səbəb var, - Puaro cavab verdi, - müsyö Papapolous,

yəqin xatırlayırsınız ki, on

yeddi il əvvəl sizin əlinizdə məxfi saxlanmaq üçün bir... deyək ki,

nüfuzlu şəxs tərəfindən

verilmiş bir sənəd var idi. Sənəd, təkrar edirəm, sizdə saxlanılırdı,

lakin yoxa çıxmışdı. Siz, ingilislərin də dediyi kimi, qaynar qazana

düşmüşdünüz.

O, qıza baxdı. Qız öz boşqabını itələyib, dirsəklərini masanın üzərinə

və əlini çənəsinin altına qoyub qulaq asırdı. Puaro ondan gözlərini

çəkmədən davam etdi:

Onda mən Parisdə idim. Siz məni çağırdınız. Özünüzü mənim

əllərimə etibar etdiniz. Siz mənə söylədiniz ki, əgər sənəd tapılsa,

sizin mənə minnətdarlığınızın hüdudu olmayacaq. Eh bien! Mən onu

tapdım!

Papapolous dərindən köksünü ötürdü.

Həmin vaxt mənim karyeramın ən pis məqamı idi,


o, dedi.

On yeddi il uzun müddətdir, - Puaro fikirli halda söylədi. - Mən

sizin xalqın heç nəyi yaddan çıxarmadığını bilirəm, müsyö.

Yunanların? - Papapolous rişxəndlə güldü.

Mən yunanları nəzərdə tutmurdum, - Puaro

cavab verdi.

Araya sükut çökdü. Sonra qoca fəxrlə dikəldi.

- Siz haqlısınız, müsyö Puaro, - o, təmkinlə söylədi. - Mən

yəhudiyəm. Və sizin də dediyiniz

160

kitabyurdu.blogspot.com

kimi, mənim xalqım heç nəyi yaddan çıxarmır.

Deməli, siz mənə kömək edəcəksiniz?

Daş-qaşlara gəldikdə isə, müsyö, mən heç nə edə bilmərəm.

Qoca bir neçə dəqiqə əvvəl eynən Puaronun etdiyi kimi sözləri

diqqətlə seçərək ifadə edirdi:

Mən heç nə bilmirəm. Heç nə eşitməmişəm. Lakin əgər cıdırla

maraqlanırsınızsa, mən sizə

nəyisə məsləhət görə bilərəm.

Müəyyən şəraitdə, hə, - Puaro diqqətlə ona

baxaraq dedi.
Cıdır meydanında bir at var ki, mənim zənnimcə, diqqətə layiqdir.

Əlbəttə, tam əminliklə heç nə deyə bilmərəm: bu cür xəbərlər

ağızdan-ağıza dolaşır.

O, susdu və gözlərini qıyaraq Puaroya baxdı, sanki dərk etməyə

çalışırdı ki, görəsən,

söylədiklərindəki mənanı o, tuta bilibmi.

Çox gözəl, çox gözəl, - Puaro başını tərpətdi.

Atın adı, - Papapolous geri söykəndi və barmaqlarını çarpazladı,

Markizdir. Əmin

deyiləm, lakin düşünürəm ki, o, ingilis atıdır, hə, Zia?

Mən də elə düşünürəm, - qızı cavab verdi.

Təşəkkür edirəm, müsyö, - Puaro tələsik ayağa durdu. - Siz mənə

ingilislərin “tövlədən

ipucu”

adlandırdığını

verdiniz.

Au

revoir46,

müsyö,

minnətdaram. O, üzünü qıza tutdu:

Görüşənədək, madmazel Zia. Adama elə gəlir ki, sizinlə Parisdə


ayrıldığımız gün dünən olub.

Siz elə görünürsünüz ki, sanki aradan iki ildən artıq vaxt keçməyib.

161

kitabyurdu.blogspot.com

Amma on altı yaşla otuz üç yaş arasında böyük fərq var, - Zia

köksünü ötürdü.

-Ancaq bu, sizə aid deyil, - Puaro nəcibliklə bildirdi. - Bəlkə bu

günlərdə atanız və siz mənimlə birgə yemək yeyəsiniz?

Məmnun olardıq, - Zia cavab verdi.

Onda bunu təşkil edərik! İndisə, je me sauve47.

Puaro burnunun altında nəsə zümzümə edərək küçə ilə gedirdi. O,

əsasını fırladaraq öz-özünə gülümsədi. İlk poçt şöbəsinin yanında

ayaq saxladı. Teleqram göndərmək üçün ona bir qədər vaxt lazım

gəldi. O, mətni şifrələnmiş

şəkildə tərtib etdi və şifrəni yada salmaq üçün beynini işə salmalı

oldu. Teleqram Skotlənd Yarddakı inspektor Ceppə ünvanlanmışdı.

Teleqramın mətni qısa idi: “Markiz ləqəbli adam barəsində olan

bütün məlumatları mənə bildirin”.

45 Cənabı yuxarı gətirin. 46

Görüşənədək. 47 Mən qaçmalıyam.


XXIII
FƏSİL Yeni nəzəriyyə

Saat on bir tamamda Puaro Van Aidinin qaldığı otelə gəldi.

Milyonçu tək idi.

Siz dəqiqsiniz, vaxtında gəlmisiniz, müsyö, - o, Puaronu

təbəssümlə salamlayaraq bildirdi.

Mən həmişə dəqiqəm, - o, qeyd etdi. - Mən daima nizamın və

üslubun tərəfindəyəm... Ah, deyəsən... - o, birdən susdu, - deyəsən,

bunu

artıq sizə demişəm. Gəlin dərhal gəlişimin məqsədinə keçək.

Kiçik ideyanıza?

Bəli, kiçik ideyama, - Puaro gülümsədi. - Hər şeydən əvvəl, mən

qulluqçu Ada Meysondan bir

162

kitabyurdu.blogspot.com

şey soruşmaq istərdim. O buradadır?

-Bəli.

- Lap yaxşı.

Van Aidin karıxmış halda ona baxaraq zəngi çaldı və Ada Meysonun

gətirilməsini tapşırdı.
Puaro onu, Ada Meyson kimi adamlarda təəssürat yaradacaq özünün

həmişəki zərif ədası ilə salamladı.

Sabahınız xeyir, madmazel. - O, ata qayğısıyla dedi.

Əgər müsyö etiraz etmirsə, əyləşə bilərsiniz.

Bəli, bəli, əyləş, qızım, - Van Aidin başı ilə təsdiq etdi.

Minnətdaram, ser, - Meyson stulun bir küncündə əyləşərək

səmimiyyətlə cavab verdi. O, əvvəlkindən daha arıq və cılız

görünürdü.

Mən sizə daha bir neçə sual vermək istəyirəm.

Puaro dedi. - Gəlin qatardakı kişiyə bir daha qayıdaq. Siz qraf de la

Roşu görmüşdünüz. Dediniz ki, ola bilsin, həmin adam odur,

lakin buna əmin deyilsiniz.

Sizə izah etdiyim kimi, ser, mən o centlmenin üzünü görmədim.

Ona görə də dəqiq söyləmək

mənə çətindir.

Puaronun üzü işıqlandı və o, başı ilə təsdiq etdi.

Doğrudan da! Mən bunun necə çətin olduğunu təsəvvür edirəm!

Madmazel, siz madam Ketterinqin yanında iki ay çalışmısınız, elə

deyilmi? Bu müddət ərzində siz sahibiniz mister Ketterinqi neçə dəfə

görmüsünüz?

Meyson bir qədər düşünərək cavab verdi:


Ancaq iki dəfə, ser.

-Yaxından, yoxsa uzaqdan?

163

kitabyurdu.blogspot.com

Bir dəfə, ser, o, Kerzon-stritə gəlmişdi. Mən yuxarıda idim.

Məhəccərin arasından onu hollda gördüm. Başa düşürsünüz, mənə

maraqlı idi, axı madamla onlar... - Meyson boğazını arıtladı.

Bəs o biri dəfə?

Mən Enni ilə - başqa qulluqçu ilə - ser, parkda gəzişirdim və o,

mənə hansısa xarici ledi

ilə gedən sahibimizi göstərdi.

Puaro yenidən başını tərpətdi.

İndisə mənə diqqətlə qulaq asın, Meyson! Sahibənizin qatarda

qarşılaşdığı kişi mister Ketterinq ola bilərdimi?

Sahibimmi, ser? Onun olduğunu düşünmürəm.

Amma siz əmin deyilsiniz? - Puaro aydınlaşdırmağa çalışdı.

Mən heç vaxt bu haqda fikirləşməmişəm, ser. Meysonun çaşbaş

qaldığı aşkar görünürdü.

Siz sahibinizin qatarda olduğunu bilirsiniz, axı. Məhz onun dəhlizlə

getdiyindən təbii nə ola bilər?

-Axı missisin qarşılaşdığı centlmen küçədən gəlmişdi, ser. O, paltoda


və şlyapada idi.

Əlbəttə, madmazel, amma bir dəqiqəliyinə düşünün. Qatar

vağzala təzəcə çatmışdı. Bir çox sərnişinlər gəzişməyə çıxmışdılar.

Sizin

xanımınız da bu cür etmək istəmişdi və yəqin ki, o, öz su samuru

paltosunu geyinmişdi, elə deyilmi?

Bəli, ser, - Meyson razılaşdı.

Sizin sahibiniz də eynən bu cür edə bilərdi. Qatarı qızdırırlar,

lakin küçədə hava soyuqdur.

O, gəzişməyi qərara alır, əynini geyinir, platformaya çıxır, vaqonun

pəncərələrindən birində xanımınızı görür. O, xanımınızın həmin

164

kitabyurdu.blogspot.com

qatarla getdiyini bilmirdi. Təbii ki, o, vaqona qayıdır və onun

kupesinə yollanır. Madam onu

görəndə təəccüblənərək səs çıxarır və sizin kupe ilə öz kupesi

arasındakı qapını bağlayır; yəqin ki, onların söhbəti səmimi xarakter

daşıyırmış.

Puaro stula söykənərək sözlərinin qadında hansı təsir oyadacağını

müşahidə etdi. Meyson kimi adamları tələsdirməməyin lazım

olduğunu Erkül Puarodan yaxşı heç kim bilməzdi. Ona verilmiş


ideyanı həzm etmək üçün ona vaxt vermək lazım idi. Üç dəqiqədən

sonra o, dilləndi:

Əlbəttə, ser, elə də ola bilər. Mən heç vaxt bu barədə

fikirləşməmişdim. Sahibim də ucaboydur və qarasaçlıdır, bədən

quruluşu da, demək olar ki, eynidir. Palto və şlyapanı görəndə mən

bu adamın kənardan olduğunu düşündüm. Bəli, o,

sahibim də ola bilərdi. Amma mən yəqin deyə bilmərəm.

Çox sağ olun, madmazel. Sizi daha çox məşğul etməyim... Ah,

daha bir dəqiqə. - O,

Ketrinə göstərdiyi portsiqarı cibindən çıxardı. - Bu, sahibənizin

əşyasıdır?

Xeyr, ser, bu, onun deyil, amma... - Onun dili

tutuldu.

Hansısa yeni fikrin ağlına gəldiyi aydın görünürdü.

Hə, nə?- Puaro onu cəsarətləndirdi.

Mən düşünürəm ki, ser, əmin deyiləm, amma düşünürəm ki,

xanımım bunu ərinə

hədiyyə etmək üçün alıbmış.

- Hm, - Puaro sakit halda başını tərpətdi. -

Amma ona hədiyyə etdiyini bilmirəm.

165
kitabyurdu.blogspot.com

Çox gözəl, çox gözəl! Güman edirəm ki,

bu, kifayətdir. Salamat qalın, madmazel.

Ada Meyson otaqdan səssiz çıxaraq qapını bağladı.

Puaro məmnun təbəssümlə milyonçuya baxdı. Van Aidin quruyub

qalmışdı.

Siz fikirləşirsiniz., fikirləşirsiniz ki, bu, Derekdir.

O dilləndi. - Axı bütün faktlar bunun başqası

olduğunu göstərir. Axı qrafı artıq əlində yaqutlarla tutublar!

Xeyr!

Axı siz mənə danışdınız ki...

Sizə nə danışdım?

-Yaqutlarla bağlı əhvalatı. Siz onları mənə göstərdiniz.

Xeyr!

Van Aidinin gözləri ona dikilib qaldı.

- Demək istəyirsiniz ki, onları mənə göstərməmisiniz?

Xeyr!

- Dünən, kortda?

-
Xeyr!

Bizim ikimizdən hansımız dəliyik, müsyö Puaro, siz, yoxsa mən?

Nə siz, nə də mən, - detektiv cavab verdi. - Siz mənə sual

verirsiniz, mən də cavab verirəm. Siz deyirsiniz ki, mən dünən sizə

yaqutları göstərmişəm? Mən də cavab verdim ki, xeyr. Mənim sizə

göstərdiyim, müsyö Van Aidin, birinci dərəcəli təqliddir, onun

saxtalığını isə ancaq və ancaq peşəkar ayırd edə bilər.


XXIV
FƏSİL Puaro məsləhət verir

Puaronun söylədiklərini başa düşmək üçün milyonçuya bir neçə

dəqiqə lazım gəldi. O, karıxmış halda detektivə baxdı. Balaca adam

mehribanlıqla onun üzünə gülümsədi:

166

kitabyurdu.blogspot.com

Bu, bəzi şeyləri dəyişdirir, elə deyilmi?

Saxta! - O, qabağa əyildi. - Müsyö Puaro, siz bunu bilirdinizmi?

Bütün bu zaman ərzində məhz buna işarə edirdiniz? Siz qraf de la

Roşun qatil olduğuna heç vaxt inanmamısınız?

Mən şübhə edirdim, - Puaro sakit halda cavab verdi. - Mən bu

barədə sizə söyləmişdim. Güc tətbiq etməklə qarət etmək və adam

öldürmək...

o, başını qızğın surətdə tərpətdi. - Xeyr, bunu təsəvvür etmək

çətindir. Bu, qraf de la Roşun

şəxsiyyətilə uzlaşmır.

-Amma siz onun yaqutları oğurlamaq istədiyinə ki, inanırsınız?

Əlbəttə! Buna şübhəm yoxdur. İndi mən sizə vəziyyəti necə

təsəvvür etdiyimi danışacağam.


Yaqutlar barədə xəbər tutaraq, qraf yazdığı kitab barəsində yalan

uydurur və yaqutları gətirmək üçün qızınızı dilə tutur. Özü isə

daşların saxta surətini çıxartdırır ki, əsli ilə dəyişdirsin. Madam -

sizin qızınız daş-qaşlar üzrə mütəxəssis deyildi. Bəlkə də baş

verənlərdən agah olana

kimi xeyli vaxt keçəcəkdi. Lakin bu halda da qrafı məhkəməyə

verəcəyini düşünməzdim. Çox şey üzə çıxardı. Axı onun əlində

madamın məktubları var idi. Qraf de la Roşun nöqteyi- nəzərincə

plan qüsursuz idi - ola bilsin ki, o, daha əvvəllər də bu cür fırıldaqlar

törədib.

Mən indi hər şeyi başa düşdüm, - milyonçu

dərdli-dərdli söylədi.

Bu, qraf de la Roşa tam uyğun gəlir, - Puaro

əlavə etdi.

Hə, amma indi... - milyonçu sual dolu baxışlarla Puaroya baxdı. -

167

kitabyurdu.blogspot.com

Bəs əslində nə baş verib? Danışın, müsyö Puaro.

- Hər şey çox sadədir! - Puaro çiyinlərini çəkdi.

Kimsə qrafı qabaqlayıb.

Uzun bir sükut çökdü.


Sanki Van Aidin eşitdiklərini həzm edirdi.

Yenidən danışmağa başlayanda isə onun səs tonu sakit idi.

Mənim kürəkənimdən nə vaxtdan bəri - şübhələnirsiniz?

Lap əvvəldən. Onun əsası və imkanı var idi. Hamı kupeyə daxil

olan kişinin qraf de la Roş olduğunu güman edirdi. Mən özüm də elə

düşünürdüm. Ancaq siz bir dəfə dediniz ki, qrafı kürəkəninizə

bənzədərək səhv etmişdiniz. Mən belə qərara gəldim ki, onların ikisi

də eyni boydadır, bədən quruluşları və saçları oxşardır. Bu, mənə bir

maraqlı ideya verdi. Qulluqçu sizin qızınızın yanında az müddət

işləyib. Çətin ki, o,

müsyö Ketterinqi üzdən tanıya bilərdi, çünki o, Kerzon-stritə çox az-

az gəlirdi. Bundan əlavə qatardakı kişi tanınmaması üçün əlindən

gələni edib.

Siz onun Rutu öldürdüyünə inanırsınız? - Van Aidin xırıltılı səslə

soruşdu.

Puaro cəld əllərini qaldırdı.

Xeyr, xeyr, mən bunu söyləmədim, lakin bu cür ehtimal istisna

deyil və tamamilə mümkündür. O, küncə sıxışdırılmışdı, onu müflis

olma təhlükəsi gözləyirdi. Və ancaq bircə yol var idi.

Əgər bu belədirsə, bəs onda yaqutları neynədi?

Bunu öyrənəcəyik. Bir neçə variant var. İndi Nitsada ona kömək
edə biləcək bir adam var,

mən onu sizə tennis kortunda göstərdim.

Van Aidin ayağa qalxdı və ağır əlini balaca belçikalının çiyninə

168

kitabyurdu.blogspot.com

qoydu. O dilləndi və onun səsi içini dolduran hisslərlə titrəyirdi:

Rutun qatilini tapın! Mənim sizdən

yeganə xahişim ancaq budur.

Bunu Erkül Puaronun öhdəsinə buraxın, - o, sinəsini qabağa verib

qürrələnərək dedi. - Qorxmayın. Mən həqiqəti öyrənəcəyəm.

Puaro şlyapasını başına qoydu, milyonçunun üzünə gülümsədi və

otaqdan çıxdı. Bununla belə, o, pilləkənlə düşdükdə özündənrazı

təbəssüm onun üzündən silindi.

“Bütün bunlar çox yaxşıdır, - o, burnunun altında söylədi. - Amma

çətinliklər var. Bəli, böyük çətinliklər var”.

Oteldən çıxarkən Puaro qəflətən dayandı. O, Ketrin Qreyin əyləşdiyi

maşını gördü. Yanında isə Derek dayanaraq ona ciddi-ciddi nəsə

deyirdi.

Bir-iki dəqiqədən sonra maşın tərpəndi. Dereksə olduğu yerdə

qalaraq onun arxasınca baxırdı.

Onun sifət ifadəsi qeyri-adi idi. Sonra o, əlacsızcasına çiyinlərini


çəkdi, köksünü ötürdü və geri çevrildi...

Qarşısında dayanmış Erkül Puaronu gördü. Adətinə zidd olaraq Derek

hirsləndi. Onlar bir- birinə baxdılar - Puaro sakit və anlaşılmaz,

Dereksə meydan oxuyurcasına. O dillənəndə səsi həmişəki kimi bir

qədər istehzalı idi.

Yaxşı qızdır, düzdür?

Bəli. - Puaro fikirli-fikirli söylədi. - Madmazel Ketrinə məhz bu söz

ən çox uyğun gəlir. Bu söz çox ingilissayağıdır, madmazel Ketrinin

özü də çox ingilissayağıdır.

Derek susdu.

Həm də çox sympathique48, elə deyilmi?

Bəli, - Derek söylədi, - onun kimiləri daha

169

kitabyurdu.blogspot.com

yoxdur.

O, bu sözləri elə astadan söylədi ki, sanki öz- özünə deyirdi. Puaro

başını mənalı tərzdə tərpətdi. Sonra isə artıq başqa səs tonu ilə -

sakit, kədərli, Derek üçün yeni olan tərzdə danışmağa başladı:

Əgər deyəcəklərim sizi əsəbiləşdirərsə,

onda məni

qocanı bağışlayarsınız. Amma yaxşı bir ingilis atalar sözünü


yadınıza salmaq istəyirəm. O,

təxminən bu cür səslənir: “Yeni sevgiyə başlamazdan əvvəl köhnəni

bitirmək lazımdır”.

Derek əsəbi baxışla ona baxdı:

Bu sözlərlə siz nə demək istəyirsiniz?

Siz mənə hirsləndiniz. - Puaro sakitliyini qoruyurdu. - Mən də məhz

bunu gözləyirdim. Demək istəyirəm ki, müsyö, yaxınlıqda içində ledi

olan daha bir maşın da var. Əgər geri çevrilsəniz, onu görərsinz.

Derek üzünü çevirdi. Onun sifəti qəzəbdən qaraldı:

Mirel, onu görüm lənətə gəlsin, - deyə donquldadı.

Mən indi...

Puaro işarə ilə Derekin etmək istədiyi hərəkəti dayandırmağa nail

oldu.

Məgər bunu burada etmək ağıllı işdirmi? - o, sakitləşdirici tərzdə

söylədi. Onun gözləri yaşıl

alovla parıldayırdı.

Derek kəsik-kəsik nəfəs alırdı. O, özündən çıxmışdı.

Mən onunla qurtarmışam, özü də bunu bilir, -

o, qəzəbli halda qışqırdı.

- Siz onunla qurtarmısınız, bu, doğrudur, bəs o,

sizinlə qurtarıbım?
170

kitabyurdu.blogspot.com

Derək iti, quru gülüşlə güldü:

- O, iki milyon funtla vidalaşa bilmir, əgər bunu əldə etməyə şansı

qalıbsa. - O, sərt şəkildə

söylədi.

Siz abırsızsınız. - Puaro qaşlarını dartdı.

Mən? - Derek kədərli halda gülümsədi. - Mən qadınların bir-birinə

bənzədiklərini bilmək üçün kifayət qədər yaşamışam. - Onun üzü

qəfildən mülayimləşdi. - Ancaq birindən savayı. - O, düz

Puaronun gözlərinə baxdı. Onun baxışlarında təlaş oynadı və dərhal

da yox oldu. - O bir qadınsa... - əlini gedən maşının istiqamətində

yellədi.

Ah! - Puaro qəsdən elə səs tonu ilə ucadan dedi ki, Dereki söhbəti

davam etdirməyə təhrik

etsin.

Nə demək istədiyinizi bilirəm, - Derek cəld söylədi. - Mənim

sürdüyüm həyat tərzi mənə onunla evlənməyə haqq vermir. Mənim

onun barəsində düşünməyə haqqım yoxdur. Deyə

bilərsiniz ki, yaxşı itə pis ad vermək olmaz. Bilirəm ki, bunları indi -

arvadımın qətlindən cəmi bir neçə gün keçmiş danışmağım düzgün


deyil.

O, sinəsinə daha çox nəfəs çəkmək üçün sözünü yarımçıq qoydu və

Puaro şikayətedici tərzdə yaranmış pauzadan istifadə etdi:

Axı mən heç belə sözlər söyləmədim.

Amma deyəcəksiniz.

Nəyi?

Mənim Ketrinlə evlənmək üçün heç bir

şansımın olmadığını.

- Xeyr, - Puaro etiraz etdi, - mən bunu deməyəcəyəm. Düzdür, siz

171

kitabyurdu.blogspot.com

pis ad çıxarmısınız, amma bu, qadınları qorxutmur. Əgər siz çox lətif

təbiətli, yüksək əxlaqlı, lazım olmayan işlərdən

heç birini etməyən və olsun ki, ancaq nə lazımdırsa onu edən bir

insan olsaydınız, o

zaman sizin uğur qazanacağınıza şübhə edərdim. Mənəvi sabitlik,

başa düşürsünüz, romantik deyil. O, yalnız dul qadınlar tərəfindən

qiymətləndirilir.

Derek Ketterinq ona baxa-baxa qaldı. Sonra dabanlarının üstündə

fırlanaraq onu gözləyən maşına sarı getdi.

Puaro maraqla onun ardınca baxırdı. O, çox gözəl bir məxluqun


maşından düşərək Derekə tərəf gəldiyini və danışdığını gördü.

Lakin Derek Ketterinq dayanmadı. O, şlyapasını qaldırdı və qadının

yanından ötüb keçdi.

Ca y est49, - Erkül Puaro qeyd etdi. - Düşünürəm ki, chez moi50

qayıtmağın lap vaxtıdır.

O, evə qayıdanda öz otağında onun şalvarını ütüləyən Corcu gördü.

Əla gündür, Corc, bir az yorucu, lakin maraqlı. Lakin xidmətçinin

ifadəsiz sifəti dəyişilmədi.

Doğrudur, ser.

-Qatilin şəxsiyyəti maraqlı məsələdir, Corc. Bir çox canilər çox

məftunedici olurlar.

Eşitmişəm ki, ser, - Corc dedi, - həkim Krippen51 çox şirindildir,

amma bununla belə, o, öz arvadını xırda-xırda doğrayıb.

Sizin nümunə gətirməyiniz çox dəqiq olur, Corc.

Xidmətçi susdu və bu anda telefon zəng çaldı. Dəstəyi Puaronun özü

götürdü.

-Alo, alo! Bəli, danışan Erkül Puarodur.

- Naytondur. Sizin vaxtınız varmı? Mister Van Aidin sizinlə danışmaq

172

kitabyurdu.blogspot.com

istəyir.
Bir dəqiqə sonra Puaro milyonçunun səsini eşitdi.

Puaro, bu sizsiniz? Mən ancaq sizə onu məlumat vermək istəyirəm

ki, indicə Meyson gəlmişdi. Dedi ki, hər şeyi götür-qoy edib və

əmindir ki, qatardakı kişi Derek Ketterinq imiş. Söylədi ki, o vaxt

Derekin sifəti ona tanış görünübmüş, amma nə ilə olduğunu anlaya

bilməyibmiş. Meyson indi xeyli əmin görünürdü.

Ah, təşəkkür edirəm, müsyö Van Aidin. Bu, istintaqı xeyli

irəlilədəcək.

O, dəstəyi asdı. Bir neçə saniyə ərzində qəribə təbəssüm dodaqlarını

tərk etmədi. Corc sualını təkrar etməli oldu:

Necə? - Puaro təkrar soruşdu. - Nə dediniz?

Lençi burada verim, yoxsa siz harasa gedəcəksiniz?

Lenç nə burda, nə də başqa yerdə olmayacaq, - Puaro cavab verdi. -

Yaxşı olar ki, yatağıma uzanım və trisane52 içim. Gözlədiyim baş

verdi, belə olanda isə mən sakit qala bilmirəm.

48 Suyuşirin, qəşəng. 49 Belə de!

50 Bizə (evimizə), mənim yaşadığım yerə.

51 Arvadının ölümünə görə hay-küylü prosesdən sonra

Londonda edam edilmiş amerikalı həkim.

52Otlardan hazırlanmış cövhər.


XXV
FƏSİL Meydan oxuma

Derek maşının yanından keçəndə Mirel tez yerə düşdü.

- Derek, mən sənə bir söz deməliyəm...

Lakin Derek ayaq saxlamadan şlyapasını qaldırdı və ötüb keçdi.

O, öz otelinə qayıdanda qapıçı ayağa durdu və ona xəbər verdi.

Sizi bir cənab gözləyir, müsyö.

O kimdir?

173

kitabyurdu.blogspot.com

-Adını söyləmədi, dedi ki, sizinlə vacib işi var və sizi gözləyəcək.

O, haradadır?

Kiçik salonda, müsyö. O, oranı verandadan

üstün tutdu, dedi ki, ora daha sakitlikdir.

Derek başını tərpətdi və salona tərəf yollandı.

Orada Dereki görcək ayağa duraraq sırf əcnəbiyə məxsus olan böyük

ədəblə ona təzim edən şəxsdən başqa heç kim yox idi. Derek qraf de

la Roşu bir dəfə gördüyünə baxmayaraq, onu həmin an tanıdı və

qəzəbləndi. Sən sırtıqlığa bir bax!

Qraf de la Roş, elə deyilmi? - Derek dedi. - Qorxuram bura


gəldiyiniz üçün əbəs yerə vaxt

sərf etmisiniz.

Ümid edirəm ki, xeyr, - Qraf dümağ dişlərini göstərərək inamla

söylədi.

Onun valehediciliyi, adətən, kişilərə təsir etmirdi. Kişilərin hamısı

bir nəfər kimi ona olan nifrətini gizlətmirdilər. Derek onu küçəyə

tullamağı çox istəyərdi. Sadəcə, hazırkı zamanda arzuolunmaz

qalmaqal qorxusu onun əl-qolunu bağlayırdı. O, Rutun belə bir

adama aludə olmasına bir daha təəccübləndi.

Yaramaz, adi ədabaz. O, nifrətlə qrafın soyuq əllərinə və manikür

olunmuş dırnaqlarına baxdı.

Mən bir iş üçün gəlmişəm. Düşünürəm ki, məni dinləmək sizin

üçün maraq doğurucu olacaq.

Derek yenidən onu küçəyə atmaq üçün şiddətli bir arzu duydu və o,

yenə də özünü saxlamalı oldu. Onun nəzərindən qrafın səsindəki

hədələyici ton qaçmadı, lakin o, bunu özünəməxsusluqla anladı.

Qrafın söyləmək istədiklərini dinləmək üçün bir çox səbəbləri var

idi. O əyləşdi və barmaqları ilə masanı səbirsizliklə - döyəclədi:

174

kitabyurdu.blogspot.com

Hə, deyin görək, nə məsələdir? - əsəbi


halda soruşdu.

Hər şeyi birdən söyləmək qrafın adəti deyildi.

İcazə verin, müsyö, - o, sözə başladı, -

sizə başsağlığımı bildirim.

Əgər siz bu cür həyasızlığa davam etsəniz, mən bu dəqiqə sizi

küçəyə atacağam, - Derek

söylədi.

O, başı ilə bu məqamda diksinən qrafın yanındakı pəncərəni göstərdi.

Əgər istəyirsinizsə, mən sizə öz sekundantımı göndərə bilərəm, - o,

ləyaqətlə bildirdi.

Derek qəhqəhə ilə güldü:

Duel? Mənim əziz qrafım, mən sizə elə də ciddi yanaşmıram.

Amma sizi Promenad

d'Anqleyə53 təpiklə tullamaq mənə böyük həzz verərdi.

Qraf bu hədəni əsl təhlükə kimi qəbul edəcək qədər qorxaq deyildi.

O, sadəcə, qaşlarını dartdı və dedi:

İngilislər necə də tərbiyəsizdirlər.

Yaxşı, - Derek dedi, - mənə söyləmək istədikləriniz bunlardan

ibarət idi?

Sizinlə açıq danışacağam, - qraf dedi. - Və dərhal mətləbə keçirəm.

Zənnimcə, bu, ikimizin də ürəyimizcə olacaq.


O, öz şirin təbəssümü ilə gülümsədi.

Davam edin, - Derek qısaca bildirdi.

Qraf tavana baxdı, barmaqlarını çarpazladı və astadan söylədi:

Sizə çoxlu pul miras qalıb, müsyö.

Nə olsun? Bundan sizə nə?

Qraf yerində dikəldi.

175

kitabyurdu.blogspot.com

Müsyö, mənim adım ləkələnib. Məni qorxunc cinayətdə şübhəli

hesab edirlər!

Bu ittihamı mən irəli sürməmişəm, - Derek

söylədi.

Mən heç yerdə belə bir fikir söyləməmişəm.

Mən təqsirsizəm, - qraf bildirdi, - Allaha

and olsun,

o, əlini göyə tutdu, - mənim günahım yoxdur.

Mənim bildiyimə görə, bu işlə müsyö

Karrej məşğuldur, - Derek nəzakətlə bildirdi.

Qraf sözünə davam etdi.

Məni törətmədiyim cinayətdə şübhəli bilirlər. Bundan əlavə,

mənim pula çox ehtiyacım var.


Ketterinq dərindən nəfəs alaraq sakitcə ayağa durdu:

Mən elə bunu da gözləyirdim, - o, sakit tərzdə söylədi. - Alçaq

şantajçı! Mən sizə bir qəpik də

verməyəcəyəm. Mənim arvadım artıq ölüdür, yəni sizin qaldıracağınız

qalmaqal da ona toxunmayacaq. Yəqin ki, o, sizə səfeh məktublar

yazıb. Əgər indi mən onları sizdən külli miqdarda pula satın alsam, heç

şübhə etmərəm ki, siz onlardan bir-ikisini yenidən məni şantaj etmək

üçün gizlətmiş olacaqsınız. Daha bir məsələ də var, müsyö de la Roş:

“şantaj” sözü Fransada da, İngiltərədə də eyni nifrətlə səslənir. Mənim

cavabım budur. Xudahafiz!

Bir dəqiqə, - Derek otağı tərk etmək istəyəndə qraf əlini qaldırdı, -

siz yanılırsınız. Mən... mən

inanıram ki, centlmenəm.

Bu məqamda Derek ucadan qəhqəhə çəkdi.

Qadının məktubu mənim üçün müqəddəsdir. -

176

kitabyurdu.blogspot.com

O, Ketterinqin ələsalıcı gülüşünə məhəl qoymadan başını qürurla

qaldırdı. - Mənim təklifim tamamilə başqadır. Dediyim kimi,

vicdanım məni polisə gedib, bildiyim məlumatı onlara söyləməyə

qoymur.
- Siz nədən danışırsınız?

Qrafın ağappaq dişləri gülümsədiyi zamanı yenidən

parladı. - Hesab edirəm ki, xırdalıqlara girməyə ehtiyac

yoxdur, - o, qeyd etdi. - Əbəs yerə söyləməyiblər ki, cinayətin kimə

xeyirli olduğunu axtarın. Sizə çoxlu pul qalıb.

Derek güldü:

Əgər bütün bunlar... - o, hədələyici surətdə

söylədi.

Qraf başını yellədi:

Bu, hələ hamısı deyil, əzizim. Əgər əlimdə sizi cinayətə görə həbs

etmək üçün kifayət qədər inandırıcı və dəqiq məlumat olmasaydı,

mən bura sizin yanınıza gəlməzdim.

Derek ona yaxınlaşdı. Onun baxışlarından elə bir qəzəb saçılırdı ki,

qraf qeyri-ixtiyari bir-iki addım geri çəkildi.

Siz məni hədələyirsiniz? - Derek nərildədi.

Vəssalam, siz daha məndən bir kəlmə də eşitməyəcəksiniz, - qraf

onu əmin etdi.

Bu, mümkün ola biləcək ən iyrənc yalandır...

Qraf öz ağ barmaqlarını qaldırdı.

Siz haqsızsınız. Bu, yalan deyil. Sizi inandırıram. Məlumat bir

xanımdan alınıb. Onun əlində arvadınızı öldürdüyünüzə dair


təkzibolunmaz dəlil var.

-Xanım? Hansı xanım?

Madmazel Mirel.

177

kitabyurdu.blogspot.com

Derek sanki zərbə almış kimi geri çəkildi.

- Mirel, - o, təkrar etdi.

Qraf tez gəldiyi işin mətləbinə keçdi.

Cəmi yüz min frank, - o dedi. - Daha artığını - istəmirəm.

Nə? - Derek fikirli-fikirli soruşdu.

Dedim ki, müsyö, cəmi yüz min frank mənim...

vicdanımı susdura bilər.

Derek özünə gəldi. Sakit halda qrafa baxdı.

Sizə cavab verməyimi istəyirsiniz?

Mümkündürsə, müsyö.

Onda qulaq asın. Cəhənnəm olun. Başa düşdünüz?

O, qrafı mat qalmış halda qoyaraq cəld otaqdan çıxdı.

O, taksi saxlatdıraraq Mirelin qaldığı otelə getdi. Orada rəqqasənin

elə indicə gəldiyini öyrəndi. Derek qapıçıya öz vizit vərəqəsini verdi.

Bunu madmazelə çatdırın və söyləyin ki,

indi məni qəbul edə bilərmi?


Cəmi bir neçə dəqiqədən sonra Dereki yuxarı ötürdülər.

Rəqqasənin otağına girər-girməz ekzotik ətirlərin dalğası onu bürüdü.

Otaq qərənfillərlə, səhləb və küsdüm çiçəkləri ilə dolu idi. Mirel

əynində penuar pəncərənin qarşısında durmuşdu. O, qollarını geniş

açaraq özünü onun üstünə atdı.

Derek, sən mənim yanıma gəlmisən! Bilirdim

ki, gələcəksən. - O, qadını özündən kənarlaşdırdı və hirslə onun

üzünə baxdı.

-Qraf de la Roşu mənim üstümə göndərmisən? - Qrafı üstünə

göndərmişəm? Nəyə görə?

- Əlbəttə ki, şantaja görə. - Derek qaşqabaqlı

halda söylədi.

178

kitabyurdu.blogspot.com

Qadın gözlərini bərəltdi. Sonra birdən gülümsədi və başını tərpətdi:

Əlbəttə, bunu ondan gözləmək lazım idi. Ce type Ia54 ancaq bu cür

hərəkət edər. Mən bunu qabaqcadan görməli idim. Amma, Derek,

mənə inan. Onu mən göndərməmişəm.

Derek onun gözlərinin içinə diqqətlə baxdı, sanki həqiqəti

gözlərindən oxumaq istəyirdi.

Mən hamısını sənə danışaram, - Mirel sözünə davam etdi. - Mən


çox utanıram, amma hamısını danışacağam. Həmin gün yadındadır?

Mən acığımdan dəli oldum. - O, sözünə qüvvət olacaq mənalı bir

işarə göstərdi. - Sən ki, mənim coşqunluğumu bilirsən! Mən özümü

ələ ala bilmirəm. Səndən qisas almaq istəyirdim, ona görə də qraf de

la Roşun yanına gedib

dedim ki, get polisə belə-belə de. Amma qorxma, Derek. Mən hələ

ağlımı tamam itirməmişəm. Sübutu ancaq mən bilirəm. Mənsiz polis

heç nə edə bilməz, başa düşürsən?

Mirel ona qısıldı və onun üzünə baxdı.

Derek onu özündən itələdi. Qadın quruyub qaldı, gözləri qəzəblə

qaynadı, sinəsi hirslə qalxıb-endi.

Ehtiyatlı ol, Derek, çox ehtiyatlı ol. Sən ki, mənim yanıma

qayıtmısan, elə deyilmi?

Mən-heç-vaxt-sənin-yanına-qayıtmayacağam,

Derek sözləri ayrı-ayrılıqda qətiyyətlə söylədi.

Eləmi? - O, qızmış pişiyə oxşayırdı. - Demək, sən başqa qadın

tapmısan? Həmin gün lençə

dəvət etdiyin qadını? Hə? Düz deyirəm?

Mən o ledidən mənim arvadım olmağını xahiş

edəcəyəm. Bunu bil.

- Qaraqabaq ingilis qızı? Elə bilirsən ki, mən buna yol verəcəyəm?
179

kitabyurdu.blogspot.com

Əsla! - Onun gözəl çevik bədənini qəzəb titrəyişi əsdirdi. - Qulaq as,

Derek, Londonda danışdıqlarımız yadındadır? Sən dedin ki, səni xilas

edəcək yeganə şey arvadının ölümüdür. Sən hələ onun tamam sağlam

olduğuna görə təəssüflənirdin də. Sonra sənin ağlına təzə fikir gəldi -

bədbəxt hadisə! Daha doğrusu, bədbəxt hadisədən daha ciddi nəsə.

Güman edirəm ki, - Derek ikrahla dedi, -

qraf de la Roşa məhz bunları demisən, hə?

Mirel qəhqəhə çəkdi:

Nədir, mən səfehəm? Məgər bu cür əhvalat polisi maraqlandıra

bilərmi? Bura bax, mən sənə

sonuncu bir şans verirəm. Sən o ingilis qızla əlaqəni kəsəcəksən.

Mənə qayıdacaqsan. Onda isə, əzizim, heç vaxt, heç vaxt bir kəlmə

də olsun demərəm...

Nə barədə bir kəlmə?

O, yenidən güldü:

Sən elə bildin ki, səni heç kim görmədimi...

Nədən danışırsan?

Deyirəm ki, səni heç kim görmədi, amma mən gördüm, Derek, mon

ami. Mən qatarın Liona çatmasına az qalmış arvadının kupesindən


sənin çıxdığını gördüm. Mən... mən daha çox

şey bilirəm. Mən bilirəm ki, sən kupedən çıxanda o, ölü idi.

O, susaraq qadının üzünə baxdı. Sonra çevrildi və səndələyərək

yavaş-yavaş otaqdan çıxdı. Yuxuda olduğu kimi...

53 Nitsadakı köhnə şəhər adı. 54 Bu tip.


XXVI
FƏSİL Xəbərdarlıq

- Belə, - Puaro dedi, - biz mehriban dostlarıq və bir-birimizdən gizli

sirrimiz yoxdur.

Ketrin üzünü çevirdi və ona baxdı. O, həmin cümləni daha əvvəllər

180

kitabyurdu.blogspot.com

ondan eşitmədiyi ciddiliklə söylədi.

Onlar Monte-Karlo bağlarının birində əyləşmişdilər. Ketrin bura ledi

Templin ilə gəlmişdi. Burada onlar Naytona və Puaroya rast gəldilər.

Ledi Templin çatan kimi Naytonun üstünü kəsdirdi. O yazıq da onun

bir yığın xatirələrinin axınına dözməli oldu. Ketrin isə xatirələrin

çoxunun onun öz fantaziyasının təxəyyülü olduğunu ehtimal edirdi.

Nayton ledi Templinin qoluna girdi, gedərkən katib bağda qalanlara

əlacsız nəzər saldı. Puaro bunu görəndə gözləri yaşıl alovla parladı.

Əlbəttə ki, biz dostuq, - Ketrin dilləndi.

Biz ilk başdan bəri bir-birimizə rəğbət

bəsləmişik,

Puaro dedi.

Siz mənə roman policierin real həyatda baş verdiyini


söylədiyinizdən bəri.

Və mən haqlı çıxdım, elə deyilmi? - o, şəhadət barmağını göyə

qaldıraraq mənalı tərzdə ucadan dedi. - Biz hadisələrdən birinin

mərkəzində olduq. Mənim üçün bu, təbii haldır, bu mənim metier55,

lakin sizin üçün, madmazel, başqa məsələ. Bəli, sizin üçün başqadır.

Qız cəld ona baxdı. Ketrinə elə gəldi ki, detektiv nəzərində onun

anlamadığı başqa bir məsələni tutur.

Niyə mənim hadisələrin mərkəzində olduğumu hesab edirsiniz?

Düzdür, mən missis Ketterinqlə ölümünə bir neçə saat qalmış söhbət

etdim, vəssalam. Mənim bu işlə başqa heç bir əlaqəm yoxdur.

-Ah, madmazel, madmazel, məgər biz dəqiqliyi ilə söyləyə bilərikmi

ki, bununla, yaxud onunla

həmişəlik qurtardı?

Ketrin meydan oxuyurmuş kimi, onun düz gözlərinin içinə baxdı:

Nə məsələdir? - o xəbər aldı. - Siz mənə vacib nəsə deməkmi

181

kitabyurdu.blogspot.com

istəyirsiniz? Məni nədənsə çəkindirirsiniz! Lakin mən eyhamları

başa düşəcək qədər ağıllı deyiləm. Yaxşı olar ki, siz mənə hər şeyi

birbaşa söyləyəsiniz.

Puaro qəmli baxışla ona baxdı.


Ah, mais cest anglais ca56, - o danışmağa başladı. - Hər şey ancaq

ya qara, ya da ağdır, hər şey dəqiq və müəyyəndir. Lakin həyat,

madmazel, çətindir. Elə işlər var ki, hələ baş verməyib, amma

kölgəsi artıq görünür. - O, alnını iri ipək dəsmalla sildi. - Mən də,

deyəsən, şair oluram. Gəlin sadəcə faktlardan danışaq. Və faktlardan

danışmışkən, siz mayor Nayton haqqında nə düşünürsünüz?

O, mənim həqiqətən də xoşuma gəlir, - Ketrin coşqunluqla söylədi.

O, valehedici adamdır.

Puaro dərindən köksünü ötürdü:

- Elə ürəkdən cavab verdiniz ki! - o dedi. - Siz

əgər başqa tərzdə - “o, xoş centlmendir” desəydiniz, eh bien, mən

daha məmnun olardım.

Ketrin susdu. O, bir az özünü itirdi.

Puaro xəyalpərvərliklə davam etdi:

-Amma kim bilir... qadınların nə düşündüklərini çətin anlamaq olur.

Onların hisslərini gizli

saxlamaq üçün o qədər üsulları var ki... Səmimilik də onlardan

biridir. O, yenidən köksünü ötürdü.

Başa

düşmürəm... - Ketrin sözə

başlamaq istədi.
Sizinlə nə üçün ədəblə danışmadığımı başa düşmürsünüz,

madmazel? Mən qoca adamam,

düzdür, tez-tez olmasa da, bəzən mənə əziz olan adamların yolunu

kəsirəm. Biz dostuq, madmazel. Siz özünüz belə söylədiniz. Buna

182

kitabyurdu.blogspot.com

görə də mən sizin xoşbəxt olmağınızı istəyirəm.

Bir müddət Ketrin susaraq uzaqlara baxdı. Günəş çətirinin ucu ilə

çınqıl daşları döşənmiş cığırın üstündə fiqurlar cızırdı.

Mən sizə mayor Nayton barədə sual verdim, madmazel. İndisə

icazə verin soruşum, mister Derek Ketterinq sizin xoşunuza gəlirmi?

Mən, demək olar ki, onu tanımıram!

Bu, cavab deyil.

Axı mən həqiqətən də onu tanımıram.

Puaro qızın səsindəki qeyri-adi sərtliyi duyaraq çaşqınlıqla ona baxdı.

Sonra isə asta-asta və kədərli şəkildə başını tərpətdi.

-Yəqin ki, siz haqlısınız, madmazel. Bir mənə baxın. Anlayırsınız,

mən ömrüm boyu çox şey görmüşəm və ancaq iki şeyi dəqiq

mənimsəmişəm. Yaxşı kişi pis qadına olan məhəbbəti ilə məhv ola

bilər. Lakin pis kişi də yaxşı qadına olan məhəbbəti ilə məhv ola

bilər. Ketrin gözünün ucu ilə ona baxdı. - Siz “məhv olar” dedikdə...
Kişilərin nöqteyi-nəzərini fikrimdə tuturam. Adam gərək

cinayətə özünü tamamilə həsr

etsin, başqa işlərə olduğu kimi.

Siz məni çəkindirmək istəyirsiniz? - Ketrin

sakit söylədi. - Kimdən?

- Mən sizin qəlbinizi oxumağı bacarmıram, madmazel. Heç

düşünmürəm ki, siz mənə bunu

etməyə icazə verəsiniz. Ancaq bunu söyləyəcəyəm ki, qadınları

özünə cəzb eləyən kişilər mövcuddur.

Qraf de la Roş, - Ketrin təbəssümlə soruşdu.

Başqaları da var, qraf de la Roşdan da təhlükəli olanları. Onlar

ədəbsizlikləri və

biveclikləri ilə diqqəti cəlb edirlər. Siz aludə olmusunuz, madmazel,

183

kitabyurdu.blogspot.com

amma ümid edirəm ki, bu, daha ciddi nəyəsə çevrilməyib. Sizə bəhs

etdiyim kişinin hissləri həqiqətən də səmimidir, lakin eyni zamanda

da...

- Bəli?

O, ayağa duraraq qıza üstdən aşağı baxdı, sonra sakitcə dedi:

Əlbəttə ki, siz oğrunu sevə bilərsiniz, madmazel, lakin qatili isə
yox. Puaro cəld çevrildi və getdi.

O, qızın onun dalınca səsləndiyini eşitdi, amma özünü eşitməməzliyə

vurdu. O, Ketrinə istədiklərinin hamısını söylədi və həqiqiliyinə

şübhə etmədiyi sonuncu cümləsini dərindən başa düşmək üçün onu

tək-tənha qoydu.

Derek Ketterinq kazinodan çıxarkən Ketrinin skamyada tək

oturduğunu görüb onun yanında əyləşdi.

Mən oynayırdım, - o, gülə-gülə dedi, - lakin

uğursuz oldu. Üstümdə olanın hamısını uduzdum.

Ketrin narahatlıqla ona baxdı. Qız onun davranışında yeni nəsə

duyurdu. Ona elə gəldi ki, o təlaşlıdır, lakin bunu gizlətməyə çalışır.

Fikrimcə, siz anadangəlmə qumarbazsınız.

Oyunun ruhu sizi özünə cəlb edər.

Hər mənada qumarbaz? Demək olar ki, haqlısınız. Məgər bunun

özündə bir gözəllik

yoxdur? - hər şeyi birdən riskə atmaq, bu, xüsusi hissdir. Ketrin

onun sözlərinin qəlbində əks-səda oyandırdığını duydu.

Mən sizinlə danışmaq istəyirəm, - Derek sözünə davam etdi. - Kim

bilir, belə fürsət əlimə bir də nə vaxt düşəcək. Bilirəm, burda deyirlər

ki, guya arvadımı mən öldürmüşəm... Xahiş edirəm, sözümü

kəsməyin. Əlbəttə, bu, cəfəngiyatdır. - O, bir qədər susdu və sonra


yenidən danışdı. - Polis və magistratla mən bir qədər ehtiyatlı olmalı

184

kitabyurdu.blogspot.com

idim. Lakin sizin yanınızda mən yalan deməyəcəyəm. Rut Van

Aidinlə qarşılaşdığım zaman mən onunla pulun xətrinə evlənmək

istəyirdim. O, bəzən əsl Madonnaya bənzəyirdi və mən... nə isə,

mənim yaxşı

niyyətlərim var idi, lakin hamısı acı məyusluqla bitdi. Mənim arvadım

başqasını sevə-sevə mənimlə evlənib. O, heç vaxt məni sevməyib. Ah,

mən bir qram da şikayət etmirəm - bu, sərfəli razılaşma idi. Rut

Lokenberini almaq istəyirdi, mənə isə pul lazım idi. Bütün

xoşagəlməzliklər ancaq onun damarlarından amerikalı qanı axdığı üçün

yarandı. Mənə qarşı heç bir hiss bəsləmədiyi halda, istəyirdi ki, mən

daima onun sözü ilə oturub-durum. O, həmişə məni satın aldığını və

ona məxsus olduğumu deyirdi. Nəticədə mən ondan tamamilə

uzaqlaşdım. Özümü tamam pis aparmağa başladım. Qayınatam bu

barədə sizə danışar və o, haqlı olar. Rut öləndə mən artıq müflis idim.

- O birdən güldü. - Ah, sənin qarşındakı adam

əgər Rufus Van Aldindirsə, onda bu, qətiyyən təəccüblü deyil.

Bəs sonra? - Ketrin sakit soruşdu.

Sonra? - Derek çiyinlərini çəkdi. - Rut qətlə yetirildi


tam zamanında.

O güldü və onun gülüşü Ketrini incitdi.

Qızın əti ürpəşdi.

Bəli, - Derek dedi, - bu, elə də xoş etiraf deyil. Lakin bu belədir.

Mən sizə bir şey də demək istəyirəm. Sizi gördüyüm ilk vaxtda başa

düşdüm ki, siz mənim üçün dünyadakı yeganə qadınsınız. Mən

sizdən qorxdum. Fikirləşdim ki, mənə bədbəxtlik gətirəcəksiniz.

Bədbəxtlik? - Ketrin tez soruşdu.

O, qıza baxdı.

Niyə belə tərzdə söylədiniz? Nə barədə

185

kitabyurdu.blogspot.com

düşündünüz?

Mənə söylədikləriniz haqda düşündüm. Derekin gözlənilmədən

rəngi qaraldı.

Məndən çox şey danışırlar, əzizim, əksəriyyəti də düzdür. Eyni

zamanda heç vaxt sizə danışmayacağım şeylər də var. Mən həmişə

qumarbaz olmuşam, oynamışam, həmişə də düzgün oynadığımı deyə

bilmərəm. Başqa vaxt olsaydı, bunların heç birisini sizə deməzdim.

Olan olub, keçən keçib. İstəyirəm ki, bir şeydə mənə inanasınız. Mən

təntənəli surətdə and içirəm: mən arvadımı öldürməmişəm.


O, bu sözləri tamamilə səmimi söylədi, lakin eyni zamanda onun

səsində dramatiklik duyulurdu. O, qızın həyəcanlı baxışlarını

yaxaladı və sözünə davam etdi:

Bilirəm ki, onda yalan dedim. Mən arvadımın

kupesinə girmişdim.

Ah! - Ketrin astadan qışqırdı.

Ora nəyə görə getdiyimi izah etmək çətindir, amma başa salmağa

çalışacağam. Mən bunu ani gəldiyim qərara tabe olaraq etdim... mən

arvadımı izləyirdim. Mirel mənə arvadımın qraf de la Roşla Parisdə

görüşəcəyini söyləmişdi, mən də ona görə o qatarla getməyi

qərarlaşdırdım. Amma gördüm ki, bu, belə deyil. Mən utandım və

düşündüm ki, sonraya saxlamadan münasibətlərimizi aydınlaşdıraq.

Ona görə də onun qapısını açdım və içəri

girdim. O susdu.

Davam edin, - Ketrin mülayim səslə söylədi.

Rut böyrü üstə uzanaraq yatırdı. Mən onun üzünü görmədim.

Əlbəttə, onu oyada bilərdim. Lakin qəflətən yorğunluq duydum. Bir-

birimizə

dediyimiz o qədər sözlərdən sonra daha nə söyləyə bilərdik ki? O,

186

kitabyurdu.blogspot.com
şirin-şirin yatırdı. Və mən kupedən bacardığım qədər səssiz çıxdım.

Polisə niyə yalan dediniz? - Ketrin soruşdu.

Mən tamam axmaq deyiləm. Mən başdan bilirdim ki, cinayəti

törətmək üçün ən ideal əsas məndədir. Əgər o, qətlə yetirilməmişdən

qabaq

kupedə olduğumu etiraf etsəydim, axırım çatardı.

Anlayıram.

O, doğrudanmı anlayır? Ketrin bu suala cavab verə bilmədi. O,

Derekə qarşı sehrli bir cazibə duyurdu, eyni zamanda da nəyə görəsə

ona qarşı çıxırdı.

Ketrin...

-Hə?

Bilirsiniz ki, mən sizi sevirəm. Bəs siz... siz məni sevirsinizmi?

Mən... mən bilmirəm.

Ketrin ümidsizliklə ətrafa boylandı, sanki kimdənsə kömək istəyirdi.

Və birdən iti, lakin bir

qədər axsayan addımlarla onlara sarı gələn ucaboy, sarışın, yaraşıqlı

kişini gördü və yanaqları qızardı. Bu, mayor Nayton idi.

Onu salamlayarkən qızın səsində gözlənilməyən sevinc və rahatlıq

hissi sezildi.

Derek qaşqabaqlı halda ayağa durdu.


- Ledi Templin oynayır? - o soruşdu. - Gərək gedib ona öz

sistemimin üstünlüklərini başa salım.

O, Ketrinə təzim etdi və kazinoya yollandı.

Ketrin yenidən əyləşdi. Onun qəlbi sürətlə çırpınırdı, lakin yanında

əyləşmiş zahirən ürkək görünən katiblə adi cümlələrlə söhbətləşən

zaman özünə nəzarəti bərpa olundu.

Tezliklə anladı ki, Nayton da Derek kimi ona qəlbini açır, lakin bir

187

kitabyurdu.blogspot.com

qədər başqa cür.

Yazığın həyəcandan dili tutulurdu. Cümlələri güclə söyləyirdi və

cümlələrində natiqlərə xas olan səlislikdən əsər-əlamət yox idi.

Siz ilk gördüyüm vaxtdan bəri... ah... mən bu barədə danışacağımı

güman etmirdim. Mister Van Aidinlə biz istənilən vaxtda çıxıb gedə

bilərik və mən də bilirəm ki, belə fürsət əlimə düşməyəcək... Bilirəm

ki, siz hələ məni sevmirsiniz, bu, mümkün də deyil. Mənim

tərəfimdən özündənrazılıq olardı... amma bununla belə, mən ümid

edirəm, amma çox deyil... Xeyr, xeyr, mənə indi cavab verməyin.

Bilirəm ki, indi nə cavab verəcəksiniz. Mən

istəyirəm ki, siz sadəcə biləsiniz ki, mən sizi sevirəm.

Ketrin sarsılmışdı və yalvarıcı tərzdə söylənilən bu monoloqdan


təsirlənmişdi.

Bir də demək istəyirəm ki, əgər... əgər nə vaxtsa sizə kömək lazım

gəlsə, mənə xəbər edin. Mən əlimdən gələn hər şeyi edəcəyəm.

O, qızın əlini nəvazişlə öz əllərinin arasına aldı, bir müddət saxladı

və sonra əlini buraxaraq arxasına baxmadan uzaqlaşdı.

Ketrin tərpənmədən onun dalınca baxdı.

Derek Ketterinq, Riçard Nayton... İki müxtəlif insan. Naytonda

güvəniləcək xeyirxah əməllər və başqa nəsə var idi. Derekə gəldikdə

isə...

Gözlənilmədən Ketrini qəribə hiss bürüdü. Ona elə gəldi ki, skamyada

tək oturmayıb, onun yanında kimsə var və bu kimsə Mavi qatarda

öldürülmüş Rut Ketterinqdir. Ketrin Rutun ona nəsə söyləmək

istədiyindən tamamilə əmin idi. Xəyal o qədər aydın və qeyri-adi idi ki,

Ketrin onu qova bilmədi. O, Rut Ketterinqin ona həyati- vacib nəsə

xəbər vermək istədiyinə şübhə etmirdi. Xəyal tutqunlaşdı və qeyb oldu.

Ketrin bir qədər titrək halda skamyadan qalxdı. Rutun ona

188

kitabyurdu.blogspot.com

demək istədiyi nə idi?

Peşə.

Bu, necə də ingilissayağıdır!


XXVII
FƏSİL Mirellə söhbət

Ketrini orada qoyaraq Nayton Puaronu axtarmağa getdi və onu oyun

zalında tapdı. Puaro nömrələrə kiçik məbləğdə pul qoyurdu. Nayton

yaxınlaşanda otuz üçüncü nömrə düşdü və Puaro uduzdu.

Gətirmədi! - Nayton dedi. - Yenidən pul qoymaq istəyirsiniz?

Puaro başını yellədi:

İndi yox.

Siz oyunun gözəlliyini duya bilirsiniz?

Ruletkada xeyr.

Nayton ona nəzər saldı. Həyəcan ifadəsi onun üzündə parlayıb

söndü. O, ehtiyat edə-edə söylədi:

Müsyö Puaro, siz məşğulsunuz? Mən

sizdən bir şey xahiş etmək istəyirdim.

Qulluğunuzda hazıram. Bəlkə burdan çıxaq?

Günəş altında söhbət etmək çox gözəldir.

Onlar kazinodan çıxdılar, bir neçə dəqiqə danışmadan addımladılar.

Nayton dərindən nəfəs aldı:

Mən Riverunu sevirəm. Bura ilk dəfə on iki il bundan əvvəl -

müharibə zamanı məni ledi


Templinin hospitalına göndərdikləri zaman gəlmişəm. Flandriyadan

sonra bura cənnət idi.

Təsəvvür edirəm, - Puaro dilləndi.

Adama elə gəlir ki, müharibə çoxdan olub, -

Nayton dalğın halda dedi.

Onlar yenidən susdular.

189

kitabyurdu.blogspot.com

Sizi nəsə narahat edir? - Puaro soruşdu.

Nayton təəccüblə dilləndi: -Tamamilə haqlısınız! Haradan bildiniz?

Bu ki açıq-aşkardır, - Puaro soyuq tərzdə

bildirdi.

Bilməzdim ki, mənim fikirlərimi oxumaq belə

- asanmış.

Fizioqnomika mənim sənətimin ayrılmaz

hissəsidir,

balaca adam şərəflə cavab verdi.

İndi sizə hər şeyi danışaram, müsyö. Siz o rəqqasə Mirel barədə

bir şey eşitmisiniz?

Müsyö Dereklə chere amie olanı deyirsiniz?

Bəli, o. Bunu bildiyinizə görə, mister Van Aidində nə üçün ona


qarşı belə pis fikir

yarandığını başa düşürsünüz. Mirel mister Van Aidinə məktub yazaraq

onu qəbul etməsini istəmişdi. O isə Mirelə nəzakətlə rədd cavabı

vermək üçün göstəriş verdi və təbii ki, mən də belə etdim. Bu gün səhər

isə o, bizim qaldığımız otelə gəldi, vizit vərəqəsinin üzərinə mister Van

Aidinlə təcili görüşmək istədiyini yazaraq ona göndərdi.

Maraqlıdır, - Puaro qeyd etdi.

Mister Van Aidin qəzəbləndi. Və söylədiyi heç də ədəbli olmayan

sözləri ona çatdırmağımı istədi. Mən onunla razılaşmamağa risk

etdim.

Mənə elə gəlir ki, Mirelin çox dəyərli bir məlumatı var. O, Mavi

qatarda olub və bizim üçün həyatı vacib olan nəyisə görmüş ola

bilər. Mənimlə razısınız, müsyö Puaro?

Razıyam, - Puaro soyuq cavab verdi. - Müsyö Van Aidin özünü,

əgər belə demək olarsa, son dərəcə axmaq kimi aparıb.

190

kitabyurdu.blogspot.com

Sizin bu cür fikirdə olmağınıza şadam. Mən sizə bir şeyi danışmaq

istəyirəm. Mən mister Van Aidinin davranışının yanlış olduğuna o

qədər əmin idim ki, aşağı düşərək onun istəyini

rəqqasəyə çatdırmaq əvəzinə onunla söhbət etdim.


Eləmi?

Mənim üçün çətin idi, o, mister Van Aidinlə şəxsən görüşməyi

tələb edirdi. Düzünə qalsa, mən mister Van Aidinin ismarışlarını bir

qədər dəyişdirdim. Dedim ki, hazırkı vəziyyətdə mister Van Aidin

çox məşğuldur və o, mənimlə danışa bilər. Amma buna baxmayaraq,

Mirel bunu istəmədi və heç nə demədən çıxıb getdi. Lakin, müsyö

Puaro, məndə qəti fikir yarandı ki, o qadın nəsə bilir.

Bu, artıq ciddi məsələdir, - Puaro sakit halda dedi.

Siz onun harada qaldığını bilirsiniz?

Bəli, - mayor Nayton otelin adını söylədi.

Lap yaxşı! Biz dərhal ora yollanacağıq.

Katib tərəddüd etdi:

Bəs mister Van Aidin? - o, inamsızlıqla

söylədi.

Müsyö Van Aidin uzunqulaq kimi tərsdir, - Puaro soyuq tərzdə

bildirdi. - Mən tərs

adamlarla mübahisə etmirəm. Mən onlara zidd hərəkət edirəm. Biz

dərhal o qadının yanına gedəcəyik. Deyəcəyəm ki, biz işlərini

aparmaq üçün müsyö Van Aidin tərəfindən tutulmuş vəkillərik, siz

isə buna qarşı çıxmağı ağlınıza da gətirməyin.

Nayton hələ də tərəddüd içərisindəydi, lakin Puaro ona heç məhəl də


qoymadı.

Oteldə onlara dedilər ki, madmazel öz otağındadır, Puaro da üzərinə

“mister Van Aidindən” yazıb, vizit kartını ona yolladı.

191

kitabyurdu.blogspot.com

Tezliklə Puaroya və Naytona Mirelin onları qəbul edə biləcəyini

söylədilər.

Onlar rəqqasənin otağına daxil olanda Puaro hakimiyyəti öz əlinə

götürdü.

Madmazel, - o, hörmətlə təzim edərək dedi, - biz müsyö Van

Aidinin tapşırığı ilə gəlmişik.

Ah! Bəs o özü niyə gəlməyib?

O, özünü yaxşı hiss etmir, - Puaro yalan dedi.

Riveruda soyuqlayıb, lakin mən və katibi mayor Nayton onun

adından iş görməyə vəkil tutulmuşuq. Əgər, əlbəttə ki, madmazel iki

həftə gözləmək istəyirsə...

Əgər Puaronun inamla əmin olduğu yeganə bir şey vardısa, o da Mirel

kimi qadınlar üçün “gözləmək” sözünün qəbuledilməz olduğu idi.

Eh bien, deyəcəyəm, müsyö, - o bağırdı. - Mən dözdüm. Özümü

saxladım. Nəyin naminə?

Məni təhqir etsinlər deyə? Bəli, təhqir etdilər! Məgər Mirellə belə
davranmaq olar? Onu köhnə əlcək kimi tullamaq? Hələ heç bir kişi

məndən bezməyib. Onlardan həmişə mən bezmişəm!

O, otaqda iti addımlarla o baş, bu başa gəzişirdi, qamətli bədəni isə

qəzəbdən tir-tir əsirdi. Onun ayağı kiçik masaya ilişdi. Rəqqasə də

masanı götürüb divara çırpdı.

Bax, onunla da belə edəcəyəm! - o qışqırdı. - Bax belə! - O, səhləb

çiçəyi ilə dolu güldanı

götürüb buxarının dəmir barmaqlığına çırpdı və güldan çilik-çilik

olub yerə səpələndi.

Nayton qadına əsl ingilisə xas olan soyuqqanlı narazılıqla baxırdı.

Onun halı özündə deyildi. Puaroda isə hər şey əksinə idi, gözlərində

alışan yaşıl parıltıdan səhnənin onu sevindirdiyini düşünmək olardı.

192

kitabyurdu.blogspot.com

Bu, möhtəşəmdir! - detektiv ucadan dedi. - O saat bəlli olur ki,

madmazel coşqun təbiətlidir.

Mən aktyoram. Hər bir aktyorda da coşqunluq olmalıdır. Mən

Derekə xəbərdarlıq etdim, amma o, mənə qulaq asmadı. - O birdən

Puaroya sarı sıçradı və soruşdu: - Düzdür ki, Derek o ingilis

qızla evlənmək istəyir?

Puaro boğazını arıtladı:


On ma dit, - deyə rəqqasəyə gileyləndi. - O,

qızdan ötrü tamam başını itirib.

Mirel yerində dikəldi:

O, öz arvadını öldürüb, - dişlərini

qıcayaraq dedi.

Bilirsiniz! O, hələ qabaqcadan onu öldürmək istədiyini mənə

demişdi. O, küncə qısılmışdı. O,

ən asan yolu seçdi.

Siz iddia edirsiniz ki, müsyö Ketterinq arvadını

öldürüb?

Bəli, bəli, bəli! Bəs mən sizə nə deyirəm?

Polis, - Puaro dedi, - bu... iddianı təsdiq

edən sübut tələb edəcək.

Sizə deyirəm axı, mən həmin gecə onu arvadının kupesindən

çıxarkən gördüm.

Nə vaxt? - Puaro cəld soruşdu.

Düz Liona çathaçatda.

Siz and içməyə hazırsınızmı, madmazel?

Bu, artıq başqa Puaro idi. O, kəskin və qərarlı danışırdı.

-Bəli.

Otağa sükut çökdü. Mirel ağır-ağır nəfəs alırdı. Onun qəddar,


193

kitabyurdu.blogspot.com

hürkmüş baxışları gah Puaroya, gah da Naytona baxırdı.

Bu, çox ciddi məsələdir, madmazel, - detektiv dedi.

Siz bunun nə dərəcədə ciddi olduğunu dərk edirsiniz?

Əlbəttə.

Yaxşı! Bu halda anlayırsınız ki, bir dəqiqə belə

itirmək olmaz, madmazel. Şübhəsiz ki, siz dərhal bizimlə birgə

magistrata getməlisiniz.

Mirel duruxdu. O, bir qədər fikirləşdi, lakin Puaronun da başa

düşdüyü kimi, geri çəkilmək fikrində deyildi.

Yaxşı, yaxşı, - o mırıldadı, - qoyun çiynimə

bir şey salım.

Puaro ilə Nayton tək qalaraq bir-birinə baxdılar.

Siz necə deyirsiniz... dəmiri isti-isti döyərlər. Gərək cəld davranaq, -

Puaro pıçıldadı. - O, indi əsəbiləşib, yarım saat sonra hirsi

soyuyacaq, bir saat sonra isə fikrindən daşınacaq. Nəyin bahasına

olursa-olsun biz buna yol verməməliyik.

Mirel leopard dərisi ilə haşıyələnmiş qum rəngli çiyinliyə bürünmüş

halda qayıtdı. Onun özü də leoparda bənzəyirdi - kürəni-qəhvə rəngli

təhlükəli leoparda... Onun gözləri hələ də bayaqkı kimi qərarlı idi və


baxışları qəddarlıqla alışıb yanırdı.

Onlar müsyö Kaunu və müsyö Karreji yerində tapdılar. Puaronun bir

neçə kəlməlik ön sözündən sonra Mirelə öz əhvalatını danışmaq

üçün imkan verildi. O, əhvalatı elə Naytona və Puaroya danışdığı

kimi, lakin bir balaca təmkinlə danışdı. Mister Ketterinqlə söhbətini

və onun arvadının kupesindən necə çıxdığını gördüyünü söylədi.

Çox qeyri-adi əhvalatdır, madmazel, - müsyö Karrej sakit dedi. O,

stulun kürəkliyinə söykəndi,

eynəyini düzəltdi və Mirelə sual dolu baxışlarla nəzər yetirdi. - Siz

194

kitabyurdu.blogspot.com

istəyirsiniz ki, biz müsyö Ketterinqin cinayəti əvvəlcədən

düşündüyünə və bunu da sizə dediyinə inanaq?

- Bəli, bəli. O dedi ki, arvadı çox sağlamdır və səhhəti yaxşıdır. Əgər

o ölsə, ancaq onun

quraşdırdığı bədbəxt hadisə nəticəsində ölə bilər.

Siz cinayətdə əlbir olmaqda ittiham oluna biləcəyinizi dərk

edirsinizmi, madmazel?

Mən? Elə şey dünyasında ola bilməz! Onun

sözlərini bir saniyə də olsun ciddi qəbul etməmişəm. Siz nə

danışırsınız? Mən kişiləri yaxşı tanıyıram, müsyö, onlar çoxlu


vəhşiliklər danışırlar. Bir təsəvvür edin, əgər onlar

söylədikləri hər şeyi törətsələr, onda nə qədər cinayət baş verərdi, au

pied de la Ietter57.

Müsyö Karrej alnını qırışdırdı.

Deməli, sizin müsyö Ketterinqin sözlərini mənasız sözlər kimi

qəbul etdiyinizi yazaq?

Bilmək olarmı, madmazel, siz niyə Londondakı anqajementinizi

yarımçıq qoyaraq Riveruya gəldiniz?

Mirel qara gözlərini döyərək ona baxdı:

- Mən sevdiyim adamla olmaq istədim, - o, sadə bir cavab verdi.

- Məgər bu, təbii hal deyil?

Puaro sual verdi:

Birlikdə Nitsaya gəlməyi mister Ketterinqmi

istədi?

Sanki Mirel bu sözdən tutuldu. O duruxdu, lakin danışmağa

başladıqda isə tamamilə başqa tonda danışdı.

- Bu cür məsələlərə mən özüm qərar verirəm, -

o bildirdi.

195

kitabyurdu.blogspot.com

Bu hamının - otaqdakıların da yaxşı başa düşdüyü kimi, əsl cavab


deyildi, lakin hamı ədəblə sakitcə dayandı.

Müsyö Ketterinqin öz arvadını öldürdüyünü

nə vaxt başa düşdünüz?

Mən sizə dedim axı, qatarın Liona çatmasına

az qalmış müsyö Ketterinqin arvadının kupesindən çıxdığını gördüm.

Onun elə acıqlı baxışları var idi ki! İlahi! Lakin həmin an onun

niyə belə dəhşətlə baxdığını başa düşə bilmədim. Heç vaxt bunu

unuda bilmərəm.

Mirel səsini alçaltdı, əllərini dramatik şəkildə yanına saldı.

Bəli, bəli, - müsyö Karrej dedi.

Madam Ketterinqin Liona çatmamış öldürüldüyünü bildikdə isə

mən hər şeyi başa düşdüm.

Amma siz polisə gəlmədiniz, madmazel, - müsyö Karrej

mülayimliklə bildirdi.

Mirel amiranə surətdə ona baxdı; oynadığı rolun öz xoşuna gəldiyi

açıq-aşkar görünürdü.

Öz sevdiyim adamı sata bilərdimmi? - o soruşdu.

-Ah, xeyr, bu şeyləri qadından istəməyin.

Amma indi...

İndi başqa məsələ. O özü məni satdı! Məgər mən sakit duraraq

əzab çəkə bilərdimmi?..


Müsyö Karrej onun sözünü yarımçıq qoydu.

- Əlbəttə, əlbəttə, - o, sakitləşdirici tərzdə dedi. - İndisə, madmazel,

öz ifadənizi oxuyun və

imzalayın.

Mirel oxumağa vaxt sərf etmədi:

- Hə, hə! Hər şey düzdür. - O ayağa durdu. - Daha sizə lazım deyiləm

196

kitabyurdu.blogspot.com

ki?

Hələlik xeyr, madmazel.

Bəs siz Dereki həbs edəcəksinizmi?

Dərhal, madmazel.

Mirel qəddarlıqla gülümsədi:

O, məni təhqir etməmişdən qabaq yaxşı düşünməli idi, - deyə

ucadan söylədi.

Bir dəqiqə! - Puaro boğazını arıtladı. - Məni bir xırda məqam

maraqlandırır.

Hansı?

Niyə madam Ketterinqin qatar Liona çatmamış öldürüldüyünə

qərar vermisiniz?

Mirel gözlərini bərəltdi.


Axı o, ölü idi.

-Elə?

- Hə, əlbəttə. Mən...

O qəflətən susdu. Puaro ona diqqətlə baxaraq, gözlərində ayıq-

sayıqlıq hiss etdi.

Mənə dedilər... Hamı belə deyir.

Ah, - Puaro dedi, - düşünmürəm ki, bu barədə magistratın

divarlarının hüdudlarından başqa yerdə danışsınlar.

Bu barədə kimsə eşidib. - Mirel əsəbi halda və inamsızlıqla dedi.

Mənə kimsə deyib. Kim

olduğunu yadıma sala bilmirəm.

Rəqqasə qapıya tərəf yollandı. Müsyö Kau qapını onun üçün açmağa

tələsdi. O, bunu edərkən Puaronun səsi yenidən eşidildi:

Bəs daş-qaşlar? Bağışlayın, madmazel. Siz bizə onlar barədə

nəsə danışa bilərsinizmi?

197

kitabyurdu.blogspot.com

Daş-qaşlar? Hansı daş-qaşlar?

Böyük Yekaterinanın yaqutları. Bir haldakı belə çox şey

eşitmisiniz, bəlkə onlar barədə də nəsə bilirsiniz?

Mən heç bir daş-qaş barəsində heç nə bilmirəm, - Mirel cəld cavab
verdi.

O, otaqdan çıxaraq qapını bağladı. Müsyö Kau öz yerinə qayıtdı.

Müsyö Karrej dərindən nəfəs aldı.

Acıdil qadın! - o dedi. - Amma diablement chic58! Maraqlıdır,

görəsən, düzmü deyir?

Məncə, bəli.

- Əlbəttə ki, onun sözlərində hansısa həqiqət

var, - Puaro dedi. - Miss Qrey də bunu təsdiqləyir. Qatar Liona

çatmamış o, dəhlizə çıxıb və müsyö Ketterinqin arvadının kupesinə

girdiyini görüb.

- Ona qarşı ittiham irəli sürüldüyü açıq-aydındır,

komissar köksünü ötürərək dedi. - Və çox

təəssüf, - o, burnunun ucunda mızıldandı.

Nə demək istəyirsiniz? - Puaro soruşdu.

Uzun illərdir ki, qraf de la Roşu həbsə atmağı arzulayıram. Artıq

az qala qərar vermişdim ki, o,

əlimizə düşüb. Ketterinqin həbsi isə çətin ki, mənə həzz versin.

Müsyö Karrej burnunun ucunu qaşıdı:

Əgər burada nəsə düz olmasa, onda çox pis

olacaq,

o, təəssüflə dedi. - Müsyö Ketterinq aristokratdır. Qəzetlər bu


barədə yazacaq. Əgər səhv etsək... - O, yerində qurcalandı.

İndisə daş-qaşlar barədə, - komissar dedi. -

Necə düşünürsünüz, onları neyləyib?

198

kitabyurdu.blogspot.com

Əlbəttə, o, daş-qaşları onları gözdən pərdə asmaq üçün götürüb, -

müsyö Karrej cavab verdi. - Çox ehtimal ki, onlar ona mane olur,

onlardan yaxa qurtarmaq asan deyil.

Puaro gülümsədi:

Daş-qaşlara aid mənim gözəl fikrim var. Mənə deyin, müsyö, siz

Markiz deyilən adam barədə

nə bilirsiniz?

Komissar təlaşla irəli əyildi:

Markiz! Həmin o Markiz? Siz düşünürsünüz ki,

onun bu işə aidiyyəti var?

Mən onun barəsində nə bildiyinizi soruşdum. Komissar ifadəli

şəkildə üz-gözünü turşutdu.

İstədiyim qədər çox şey bilmirəm, - o,

təəssüflə dedi.

- O, pərdə arxasında oynayır, məni başa düşürsünüz? Xırda

əlaltıları onun əvəzinə kirli


işləri görürlər. O, özü isə... Biz onun cinayət aləmindən deyil,

yüksək təbəqədən çıxdığına şübhə etmirik.

O, fransızdır?

B-bəli... Daha doğrusu, biz belə düşünürük. Lakin əmin deyilik. O,

Fransada da, İngiltərədə də, Amerikada da pis əməllər törədib.

Keçən payız İsveçrədə izlərin ona gətirib çıxardığı silsilə oğurluqlar

olmuşdu. Bütün cinayətlərdə o, grand seigneur59 kimi göstərilir.

İngilis dilində də, fransız dilində də təmiz danışır və onun milliyyəti

sirr olaraq qalır.

Puaro başını tərpətdi və ayağa duraraq getməyə hazırlaşdı.

Əlavə etməyə başqa sözünüz yoxdur, müsyö

Puaro?

199

kitabyurdu.blogspot.com

komissar maraqlandı.

Hazırkı məqamda yoxdur. Amma ola bilsin ki,

oteldə məni təzə xəbərlər gözləsin.

Müsyö Karrej qərarsızlıqla ona baxdı:

Əgər Markiz bu işlə əlaqəlidirsə... - O, sözünün gerisini saxladı.

Bu, bizim versiyanı təkzib edir, - müsyö Kau

cümləni bitirdi.
Lakin mənimkini etmir, - Puaro dedi. - Əksinə, məncə, mənimki ilə

çox gözəl razılaşır. Au

revoir, müsyö! Əgər vacib məlumat gəlsə, mən dərhal sizinlə əlaqə

saxlayacağam.

Puaro otelə qaşqabaqlı qayıtdı. Onun olmadığı müddətdə teleqram

gəlmişdi. Puaro cibindən çıxardığı kağız üçün bıçaqla onu açdı.

Teleqram uzun idi, amma onu iki dəfə oxudu, sonra cibinə qoydu.

Yuxarıda onu Corc gözləyirdi:

Mən çox yorulmuşam, Corc. Mənə bir fincan isti şokolad sifariş

verə bilərsiniz?

Şokolad sifariş olundu və gətirildi, Corc da onu Puaronun

qabağındakı kiçik masanın üzərinə qoydu. Corc getməyə

hazırlaşanda Puaro soruşdu:

-Zənnimcə, siz, Corc, ingilis kübarlarına yaxşı - bələdsiniz?

Fikrimcə, sizinlə razılaşa bilərəm, ser, - Corc

özündənrazılıqla gülümsədi:

Canilərin, bir qayda olaraq, cəmiyyətin aşağı təbəqəsinə aid

olduğunu hesab etmirsiniz ki,

Corc?

Həmişə belə deyil, ser. Mən hersoq Devayzın kiçik oğlu ilə baş

verən xoşagəlməz hadisəni xatırlayıram. O, oğurluqda şübhəli


200

kitabyurdu.blogspot.com

bilindiyinə görə İtondan çıxmalı oldu, elə sonralar da bir

sıra narahatçılıqlar törətdi. Polis bunun kleptomaniya olduğu nöqteyi-

nəzəri qəbul etmədi. Çox ağıllı gənc idi, ser, lakin qüsurları onu məhv

etdi, ümid edirəm ki, ser, məni başa düşürsünüz. Hersoq onu

Avstraliyaya göndərdi.

Eşitdim ki, o, orada özgə adla yaşayır. Qəribədir, ser, lakin bu

belədir. Axı gəncin pula heç ehtiyacı da yox idi, ser.

Puaro başını yelləyərək astadan dedi:

Macəra sevgisi və ola bilsin ki, psixologiyasında hansısa bir qüsur.

Maraqlıdır...

O, cibindən teleqramı çıxardı və yenidən oxudu.

-Yaxud da ledi Meri Foksun qızını götürək, - xatirələri canlanan

xidmətçi söhbətinə davam etdi. - O, tacirləri aldadırdı və iş gəlib

qalmaqala çatdı. Mən yaxşı ailələrdə baş vermiş bir neçə başqa

hadisələri də danışa bilərəm.

Sizin zəngin təcrübəniz var, Corc, - Puaro dedi. - Qəribədir ki, o

qədər illər ərzində titullu ailələrdə xidmət göstərmiş bir adam

sonralar mənim yanımda işləməyə razı olub. Görünür, bu da sizin

tərəfinizdən keçirdiyiniz həyəcana məhəbbətdən irəli gəlir.


Elə deyil, ser, - Corc etirazını bildirdi. - Mən təsadüfən “Sosaeti

snayper”də sizin Bukinhem sarayında qəbul edildiyinizi oxudum.

Elə həmin

vaxtlarda mən yeni iş yeri axtarırdım. Orada deyilirdi ki, əlahəzrət

sizinlə çox nəzakətli rəftar edib və sizin bacarıqlarınız haqda yüksək

fikirlər söyləyib.

Bəli, - Puaro dedi. - Səbəbi bilmək həmişə yaxşıdır. - Və bir az

susduqdan sonra xəbər

aldı: - Madmazel Papapolousa zəng vurdunuz?

201

kitabyurdu.blogspot.com

Bəli, ser. O və atası böyük məmnuniyyətlə

sizinlə axşam şam edəcəklər.

Hm... - Puaro dərindən düşünərək söhbətinə başlamazdan qabaq

mızıldandı. O, şokoladını

içdi, fincanla nəlbəkini səliqə ilə məcməyinin düz ortasına qoyub,

xidmətçidən çox, öz-özüylə astadan danışmağa başladı.

Dələ, mənim əziz Corcum, findıq toplayır. O, payızda qışın

ehtiyatını görür ki, sonradan

onlardan istifadə etsin. Uğur əldə etmək üçün, Corc, insanlar gərək

heyvanlar aləminin onlara göstərdiyi nümunələrdən bəhrə götürməyi


bacarsınlar. Şəxsən mən həmişə belə etmişəm. Siçan yuvasını

gözləyən pişik olmuşam. İzləri axtaran it olmuşam. Eyni zamanda,

əziz Corcum, dələ də olmuşam. Mən kiçik faktları bir- bir yığaraq

ehtiyat toplamışam. İndisə öz anbarıma gedib oradan... qoy bir

xatırlayım...

düz on yeddi il əvvəl qoyduğum bir fındığı çıxarım. Siz məni başa

düşürsünüzmü, Corc?

- Heç ağlıma gəlməzdi ki, fındıq belə uzun müddət qala bilər, ser, -

Corc cavab verdi, - baxmayaraq ki, konservləşdirmə ilə hər bir

möcüzə mümkündür.

Puaro ona baxdı və gülümsədi.

Hərfi mənada.

Dəhşət dərəcədə dəbdəbəli. 59 Böyük aristokrat.


XXVIII
FƏSİL

Puaro dələ oyununu oynayır

Naharın hazırlanmasına Puaro cəmi on beş dəqiqə ayırdı. Bunun da

öz səbəbi var idi. İlk öncə, o, Monte-Karloya deyil, Kap-Martenə -

ledi Templinin villasına gedərək miss Qreyi çağırtdırdı. Miss əynini

202

kitabyurdu.blogspot.com

dəyişirdi və Puaroya kiçik qonaq otağında gözləməsini söylədilər.

Üç-dörd dəqiqədən sonra bura Lenoks Templin daxil oldu.

Ketrin hələ hazır deyil, - o dedi. - Sizin nəsə ismarışınızı ona

çatdırımmı, yoxsa onun aşağı düşməsini gözləyəcəksiniz?

Puaro sanki düşünürmüş kimi bir dəqiqəliyinə ona baxdı. Görünür,

bu sadə sualın cavabından çox şey asılı idi.

Xeyr, - nəhayət, o dilləndi. - Yaxşı olar ki, mən madmazel

Ketrinin gəlişini gözləməyim.

Yəqin ki, bu, lap yaxşı oldu. Bəzən bu cür işlər çox çətin olur.

Lenoksun üzündə təəccüb əks olundu.

Mənim ona bir xəbərim var, - Puaro davam

etdi.
- Rəfiqənizə müsyö Ketterinqin bu axşam

arvadını öldürdüyünə görə həbs olunduğunu çatdıra bilərsinizmi?

Siz Ketrinə bunu mənim xəbər verməyimi

istəyirsiniz? - Lenoksun nəbzi sürətlə döyünməyə başladı, sanki o,

indicə qaçırmış. Üzü gərginləşdi və rəngi qaçdı.

Əgər, mümkündürsə, madmazel, - Puaro

dedi.

Axı sizi nə narahat edir? - qız soruşdu. - Düşünürsünüz ki,

Ketrinin əhvalı pozulacaq?

Sizcə, o, Derekə vurulub?

Bilmirəm, madmazel. Açıq etiraf edirəm. Bir qayda olaraq, mən hər

şeyi bilirəm, amma indiki halda... Olsun ki, siz məndən daha çox

xəbərdarsınız.

Düzdür, - Lenoks razılaşdı, - amma mən sizə heç nə danışmaq

fikrində deyiləm. - O, qaşlarını çataraq bir neçə saniyə susdu və

sonradan buna baxmayaraq, yenə maraqlandı. - Siz onun bunu

203

kitabyurdu.blogspot.com

törətdiyinə inanırsınız?

Puaro çiyinlərini çəkdi:

Polis belə iddia edir.


Cavabdan boyun qaçırırsınız, elə deyilmi? - Lenoks yenidən

qaşqabağını tökdü. - Deməli,

burada gizlətməli nəsə var.

Siz Derek Ketterinqi çoxdanmı tanıyırsınız? -

detektiv mehribancasına soruşdu.

Uşaqlıqdan, - qız acıqla cavab verdi. Puaro susaraq başını tərpətdi.

Lenoks stulu çəkdi və dirsəyini masaya dayayaraq sanki üzünü

ovucları ilə saxlayırmış kimi əyləşdi.

Onların Derekin əleyhinə nələri var? - O, masanın üstündən

həmsöhbətinə baxaraq sual

verdi. - Güman edirəm ki, əsas var. Bəlkə o, arvadının

ölümündən sonra çoxlu pul miras alıb.

İki milyon.

Əgər arvadı ölməsəydi, o, müflis olardı?

-Bəli.

Amma bu azdır axı, - Lenoks bildirdi. - Mən bilirəm ki, Derek arvadı

ilə eyni qatarda gedib, lakin bu, öz-özlüyündə heç nə demək deyil.

Missis Ketterinqin kupesində ona aid olmayan, üzərində “K”

inisialı olan portsiqar tapılıb, iki

nəfər isə Derek Ketterinqi qatar Liona çatmamış onun kupesinə daxil

olarkən və kupedən çıxarkən görüb.


O adamlar kimlərdir?

Rəfiqəniz miss Qrey və rəqqasə madmazel

Mirel...

- Bəs Derek özü nə deyir? - Lenoks məsələnin

204

kitabyurdu.blogspot.com

məğzini tamam öyrənməyə çalışırdı.

O, ümumiyyətlə, arvadının kupesinə daxil olduğunu inkar edir.

Axmaq! - qız sərt şəkildə dedi. - Deyirsiniz, Liona çatmamış? Bəs

onun... onun nə vaxt

öldüyünü kimsə bilir?

Tibb işçilərinin təxmini həmişə doğru çıxmır, - Puaro dedi. - Onlar

ölümün Liona çatmamış baş

verdiyinə inanırlar. Biz isə bilirik ki, qatar Liondan yola düşdükdən

bir neçə dəqiqə sonra missis Ketterinq ölü idi.

Haradan bilirsiniz?

Puaronun dodaqlarında qəribə təbəssüm parladı:

Bir nəfər kupeyə girib və onun ölü olduğunu

- görübmüş.

Həmin “bir nəfər” də heç kimə xəbər verməyib?

Xeyr.
Nəyə görə?

Şübhəsiz ki, bunun üçün o adamın öz

səbəbi var imiş.

Qız acıqlı halda ona baxdı:

Siz də o səbəbləri bilirsiniz?

Ehtimal edirəm ki, bəli.

Lenoks dərin fikrə getdi. Puaro susaraq onu müşahidə edirdi.

Nəhayət, qız başını qaldıranda onun yanaqlarında yüngül qızartı

əmələ gəlmişdi, gözləri isə işıqla parıldayırdı.

- Siz hesab edirsiniz ki, onu sərnişinlərdən kimsə öldürüb, amma bu,

mütləq deyil. Qatar Lionda dayanarkən qatilin vaqona minməsinə nə

mane ola bilərdi? O, Rut Ketterinqin kupesinə daxil olub onu boğub

öldürə və daş-qaşları da götürüb gözə dəymədən aradan çıxa bilərdi.

205

kitabyurdu.blogspot.com

Eyni zamanda, onu Lion dayanacağında da öldürə bilərdilər. Bu

halda, Derek onun kupesinə

daxil olarkən qadın sağ ola bilərdi və dediyiniz həmin o biri adam

kupeni yoxlayanda isə artıq Rut ölmüş ola bilərdi.

Puaro havanı sinəsinə çəkərək stulun kürəkliyinə söykəndi, sonra da

qıza baxıb, üç dəfə başını tərpədərək ağır-ağır nəfəsini alıb verdi.


Madmazel, - o, ayağa duraraq dilləndi, - siz söylədiklərinizlə

tamamilə haqlısınız. Mən qaranlıqda azmışdım, sizsə mənə işığı

göstərdiniz. Bir məqam var idi ki, mənim üçün qaranlıq qalırdı, lakin

siz məni aydınlığa çıxartdınız.

Bəs Derek? - Lenoks əl çəkmədi.

Kim bilir? - Puaro çiyinlərini çəkdi. - Sizə bir şeyi etiraf edim,

madmazel: mən - Erkül Puaro məmnun deyiləm. Ola bilsin ki, bu

axşam mən daha çox şey öyrənə bildim. Heç olmasa, nəsə etmək

üçün cəhd edəcəyəm.

Siz kiminləsə görüşəcəksiniz?

-Bəli.

Nəsə bilən bir adamla?

Ola bilsin ki, bilir. Belə işlərdə hər şeyi yoxlamaq yaxşıdır. Au

revoir, madmazel.

Lenoks onu qapıya kimi ötürdü.

Mən... sizə kömək etdim?

Puaro qapının astanasında dayanan qıza üzünü çevirdi və onun üzü

yumşaldı:

- Bəli, madmazel, kömək etdiniz. Əgər halınız xarab olsa, onda bunu

xatırlayın.

Maşın yerindən tərpənəndə balaca belçikalı pərt halda fikrə qərq oldu.
Lakin onun gözləri daima qələbədən xəbər verən yaşıl parıltı ilə

206

kitabyurdu.blogspot.com

işıqlanırdı.

O, bir neçə dəqiqə gecikdi və gəlib gördü ki, müsyö Papapolous qızı

ilə birlikdə artıq gəlib. O, ən təmtəraqlı metaforalara müraciət edərək

canfəşanlıqla üzrxahlıq etdi. Bu axşam Papapolous, sanki həyatının

nə qədər şərəfli və qüsursuz olduğunu nümayiş etdirirmiş kimi,

xüsusilə əzəmətli görünürdü. Zia gözəlliyi ilə göz qamaşdırırdı və

yaxşı əhvali-ruhiyyədə idi. Menyu xüsusi zövqlə seçilmişdi, şərab

isə əla növ idi. Yemək mərasimi xoş təəssüratlarla

keçdi. Puaro da yaxşı formada idi. O, zarafatlaşır, Zia Papapolousa

xoş iltifatlar göstərir və karyerasının maraqlı epizodlarını

xatırlayaraq danışırdı.

Yeməyin sonunda antikvar ədəblə maraqlandı

- Mənim məsləhətim necə oldu? Siz o ata pul qoydunuz?

Mən e-e... öz bukmeykerlərimlə əlaqə

saxladım, - Puaro cavab verdi.

Kişilər bir-birinin üzünə baxdılar.

At məşhurdurmu?

Xeyr, - detektiv başını yellədi. - İngilis dostlarımızın dediyi kimi,


o, qara atdır.

Hm! - Papapolous fikrə getdi.

İndi isə kazinoya gedək və bəxtimizi ruletkada

sınayaq, - Puaro şən halda təklif etdi.

Kazinoda qoca harasa getdi, Puaro ilə Zia isə oyuna pul qoymağa

başladılar.

Puaronun bəxti gətirmədi, Zia isə tezliklə bir neçə min frank udmağa

başladı.

Fikrimcə, indi oyuna son verməyin əsl vaxtıdır,

qız soyuq tərzdə bildirdi.

207

kitabyurdu.blogspot.com

Detektivin gözləri parladı:

- Çox gözəl! - o, ucadan dedi. - Siz əsl atanızın qızısınız, madmazel

Zia. Nə vaxt dayanmağı bacarmaq əsl bacarıqdır. - O, gözlərini

otaqda

gəzdirdi. - Nəsə sizin atanızı heç yerdə görmürəm. Gedim sizin

plaşınızı gətirim, madmazel, sonra da gedib bağda gəzək.

Lakin Puaro həmin dəqiqə qarderoba getmədi. Onun iti baxışları

Papapolous getməmişdən əvvəl bir şey sezmişdi, indisə o, hiyləgər

yunanın hara yollandığını aydınlaşdırmaq istəyirdi. Puaro onu böyük


vestibüldə tapdı. Qoca sütunun yanında dayanaraq, təzəcə gəlmiş

xanımla söhbət edirdi. Bu xanım - Mirel idi.

Divar boyunca astadan sürüşərək gəlib sütunun digər tərəfində

dayanan Puaro yerini elə rahatladı ki, onu digər tərəfdə başı söhbətə

qarışmış cütlük görə bilməsin. Daha çox rəqqasə danışırdı, qoca isə

qısa qeydlərlə və mənalı jestlərlə kifayətlənirdi.

Təkrar edirəm, mənə vaxt lazımdır, - Mirel israr edirdi. - Mənə vaxt

verin ki, pulu tapım.

Yunan çiyinlərini çəkdi:

İndi gözləmək bir qədər çətindir.

Bir azca! - həmsöhbəti onu dilə tuturdu. - Bir həftə, on gün vaxt

verin, ancaq bunu xahiş

edirəm. Narahat olmayın, siz pulunuzu alacaqsınız.

Papapolous həyəcanla ətrafa boylanarkən məsumcasına gülümsəyən

Puaronu gördü.

- Ah! Vous voila60, müsyö Papapolous. Mən də sizi axtarırdım. Siz

mənə madmazel Zia ilə bir

qədər bağda gəzməyə icazə verərsinizmi? Axşamınız xeyir,

madmazel. - O, Mirelə təzim etdi. - Sizi o dəqiqə görmədiyim üçün

208

kitabyurdu.blogspot.com
min dəfə üzr istəyirəm.

Rəqqasə onun üzrxahlığını aydın əsəbiliklə qəbul etdi. Onların tate-

a-tate61 söhbətlərinə müdaxilə onun heç ürəyincə olmamışdı. Puaro

eyhamı tez başa düşdü. Papapolous ancaq “əlbəttə, əlbəttə”, - deyib

qurtarmamış Puaro yox oldu.

O, Zianın plaşını verdi və onlar bağa çıxdılar.

Burada tez-tez intiharlar baş verir, - Zia bildirdi.

Balaca belçikalı çiyinlərini çəkdi:

Elə deyirlər. İnsanlar səfehdir, elə deyilmi, madmazel? Yemək,

içmək, təmiz hava ilə nəfəs almaq elə xoşdur ki! Bütün bunları

pulsuzluğa, ya da mənəvi çatışmamazlığa görə atmaq

ağılsızlıqdır. L'amour62 çox bədbəxtçiliklər bəxş edir.

Zia güldü.

Puaro onu barmağı ilə hədələdi:

Məhəbbəti ələ salmayın, madmazel. Axı siz

hələ gənc və gözəlsiniz.

Mənim otuz üç yaşım olduğunu unutmayın, müsyö. - Zia dərindən

köksünü ötürdü. - Mən açığını deyirəm, çünki yalan deməyin mənası

yoxdur. Sizin də atama dediyiniz kimi, Parisdə

bizə göstərdiyiniz xidmətdən bəri düz on yeddi il keçib.

Sizə baxdıqda mənə elə gəlir ki, daha az vaxt keçib, - Puaro yüksək
nəzakətlə bildirdi. - Siz o zaman da, demək olar ki, indi olduğunuz

kimi

idiniz, - ola bilsin ki, bir balaca arıq, bəniziniz daha solğun və daha

ciddi idi. Sizin on altı yaşınız var idi və pansiondan təzəcə

qayıtmışdınız. Artıq petitə pansionnaire63 deyildiniz, bununla belə

hələ təcrübəli qadın da deyildiniz. Siz füsunkar idiniz, madmazel

Zia. Şübhəsiz ki, başqaları da belə düşünürdü.

209

kitabyurdu.blogspot.com

İnsanlar on altı yaşda sadəlövh və avam olurlar,

Zia dedi.

Ola bilər, - Puaro razılaşdı. - Onlar deyilən hər şeyə inanırlar, elə

deyilmi? -Qızın ona baxdığı çəp nəzəri gördüsə də özünü o yerə

qoymadı və xəyalpərvər tərzdə sözünə davam etdi: - Bu, qəribə iş

idi. Sizin atanız, madmazel, əsl həqiqəti heç bilmədi.

Doğrudan?

O, məndən izahat istədikdə mən ona dedim: “Mən sizi

qalmaqaldan xilas edərək itirdiyiniz

şeyi sizə qaytardım. Siz suallar verməməlisiniz”. Bilirsinizmi,

madmazel, mən niyə belə dedim?

Təsəvvür edə bilmirəm niyə? - qız soyuq səslə soruşdu.


Çünki mənim arıq, solğun bənizli və ciddi kiçik

pansionnaire yazığım gəldi.

Nədən danışdığınızı başa düşmürəm, -Zia

artıq əsəbi vəziyyətdə dedi.

Doğrudanmı başa düşmürsünüz, madmazel? Məgər siz həqiqətən

də Antonio Piretsionu

unutmuşunuz? - Puaro onun dodaqlarından qopan asta iniltini duydu.

- O, mağazada

köməkçi işləməyə gəlmişdi. Lakin gəlişinin məqsədi bu deyildi.

Köməkçinin öz sahibinin qızına gözü düşə bilər, yoxsa yox? Xüsusən

də əgər o, yaraşıqlı, gənc və şirindildirsə. Lakin onlar daima sevişə

bilməzlər, çünki... zaman- zaman müxtəlif şeylərdən, eyni zamanda

onlar üçün maraqlı olan şeylərdən danışırdılar. Onlara isə müsyö

Papapolousun müvəqqəti olaraq himayəsi altında olanlar çox maraqlı

idi. Lakin siz demişkən, madmazel, gənclik sadəlövh və avam olur. Bir

dəfə sahibinin qızı köməkçiyə bir əşyanı və onun harada

210

kitabyurdu.blogspot.com

saxlanıldığının yerini göstərdi. Sonra isə fəlakət baş verdi - həmin

əşya yoxa çıxdı. Yazıq kiçik pansionnaire elə pis vəziyyətə düşdü ki!

Yazıq qız necə davranacağını bilmirdi: bütün olanları danışsın, -


yoxsa yox? Və bu anda yaxşı oğlan Erkül Puaro

meydana çıxır və möcüzə baş verir, hər şey öz- özünə həll olur, əşya

geri qaytarılır və heç kim əlavə suallar vermir.

Zia tərs-tərs ona baxdı:

- Belə çıxır ki, siz bütün bu zaman ərzində hər şeyi bilirmişsiniz...

Sizə bunları kim danışıb?

Antonio?

O, başını yellədi:

Heç kim mənə heç nə danışmayıb. Mən özüm hər şeyi tapdım. Və

təxminim də düz çıxıbmış, eləmi, madmazel? Bilirsiniz, əgər təxmin

etməyi bacarmırsansa, onda detektiv olmağa dəyməz.

Bir neçə dəqiqə qız susaraq addımladı:

İndi nə etmək niyyətindəsiniz? - nəhayət dilləndi.

Atama danışacaqsınız?

Əlbəttə ki, yox.

Zia maraqla ona baxdı:

Sizə məndən nəsə lazımdırım?

Mənə sizin köməyiniz lazımdır, madmazel.

Niyə mənim sizə kömək edə biləcək iqtidarda

olduğumu düşünürsünüz?

Düşünmürəm, yalnız ümid edirəm.


Əgər imtina etsəm, hər şeyi atama

danışacaqsınız?

Əlbəttə ki, xeyr, madmazel! Bu fikri ağlınızdan çıxarın! Mən

şantajçı deyiləm və sizin sirrinizin

211

kitabyurdu.blogspot.com

də üstünü açmaq fikrim yoxdu.

Deməli, mən sizə kömək etməkdən imtina

etsəm...

Zia asta-asta fikrini ifadə etməyə başladı.

Nə etməli, bununla razılaşmalı olacağam.

Onda nəyə görə... - Qız sözünü bitirmədi.

- İndi mən bunun nəyə görə olduğunu izah edərəm. Qadınlar,

madmazel, bir qayda olaraq,

ürəyiaçıq olurlar. Əgər qadınlar əvvəllər ona köməyi dəymiş

adama kömək etmək imkanına malikdirlərsə, onda bunu edirlər. Bir

dəfə mən sizə qarşı xeyirxahlıq etmişəm, madmazel. Mən

danışa bilərdim, lakin susdum, danışmadım.

Araya növbəti sükut çökdü.

Atam bu günlərdə sizə məsləhət verdi.

Bu, onun tərəfindən böyük lütf idi.


Düşünmürəm ki, mən nəsə əlavə edə bilərəm, - Zia asta-asta

söylədi. Puaro dilxor oldusa da bunu üzə vurmadı. Onun üzündə bir

dənə də olsun əzələ tərpənmədi.

Eh bien! - o, şən halda dedi. - Onda gəlin

başqa şeydən danışaq.

Onlar söhbəti davam etdirdilər, lakin qız dalğın görünürdü, suallara

qeyri-şüuri cavab verirdi. Onlar kazinoya qayıdanda qız artıq qərar

qəbul etmiş kimi görünürdü.

Müsyö Puaro...

Bəli, madmazel.

Mən... mən sizə kömək etmək istəyərdim...

Təbii ki, əgər bacarsaydım.

Siz çox lütfkarsınız, madmazel.

212

kitabyurdu.blogspot.com

Yenidən sükut çökdü. Detektiv qızı tələsdirmirdi, qıza düşünməsi

üçün vaxt vermək istəyirdi.

Yaxşı! - Zia cəsarətini topladı. - Nəhayət, niyə də sizə bunu

danışmamalıyam! Mənim atam həmişə çox ehtiyatlıdır - daima


sözlərinə diqqət yetirir. Lakin mən bilirəm ki, sizinlə danışarkən

buna ehtiyac yoxdur. Siz bizə söylədiniz ki, ancaq qatili axtarırsınız,

daş-qaşlar sizi maraqlandırmır. Sizə inanıram. Siz düz təxmin

etmisiniz,

biz Nitsaya daş-qaşlar üçün gəlmişik. Onları

razılaşdırılmış plan əsasında bizə çatdırdılar. Onlar indi atamdadır.

O, bizim müəmmalı müştərimiz barədə işarələri sizə bildirdi.

Markiz? - Puaro astadan danışaraq dəqiqləşdirdi.

Bəli, Markiz.

Siz Markizi nə vaxtsa görmüsünüzmü,

madmazel Zia?

- Bir dəfə, - o, cavab verdi. - Yaxşı görə bilmədim, ancaq qapının

dəliyindən baxırdım.

Bu həmişə çətin olur, - Puaro canıyananlıqla dedi.

Amma yenə də onu görmüsünüz. Siz onu görsəydiniz tanıyardınız?

Qız başını yellədi:

O, maskada idi.

Cavan idi, yoxsa qoca?

Onun ağ saçları var. Ola bilsin ki, bu, parikdir. Amma mən onun

qoca olduğunu düşünmürəm. Onun yerişi və səsi cavandır.

Səsi? - Puaro fikrə getdi. - Bəs o səsi siz


tanıya bilərsiniz, madmazel Zia?

Ola bilər, - qız cavab verdi.

Əgər siz qapı dəliyindən ona baxmısınızsa,

demək, o, sizi maraqlandırıb, eləmi?

213

kitabyurdu.blogspot.com

Zia başını tərpətdi:

- Mənə maraqlı idi. Onun haqqında çox danışırdılar, axı o, adi

oğru deyil, daha çox

romantik bir fiqur idi.

Yəqin ki, belədir, - detektiv razılaşdı.

Lakin mənim demək istədiklərim bu deyil, - Zia əlavə etdi. -

Sadəcə, mən bir kiçik fakt barədə düşündüm, hansı ki... sizin üçün

faydalı ola bilər.

Elə? - Puaro onu cəsarətləndirdi.

Dediyim kimi, yaqutları atama Nitsada verdilər. Mən gətirən

adamın kim olduğunu görmədim, ancaq...

Bəli?

-Ancaq bilirəm ki, yaqutları gətirən qadın idi.

60

Bu da siz.
Təkbətək danışıq.

Məhəbbət.

Kiçik pansionlu qız.


XXIX
FƏSİLEvdən məktub

“Əzizim Ketrin!

Titullu şəxslərin arasında yaşayaraq, yəqin ki, Siz bizi artıq

unutmuşunuz, amma mən həmişə bilirəm ki, Siz incəqəlbli, həssas

bir qızsınız, ümid edirəm ki, elə olduğunuz kimi də qalmısınız. Bizdə

hər şey əvvəl olduğu kimidir.

Yeni keşiş bizi xeyli təlaşa saldı: o, dəhşətli dərəcədə özündən

razıdır. Mənim nöqteyi- nəzərimdə o, adi romalı kimidir. Bu Vikar

barədə hamı danışırdı, amma sən özün bizim Vikarı

bilirsən də, onda əsl xristian qəlbi var. Son zamanlar bu qulluqçu məni

əsəbiləşdirir. Bu Enni lap həyasızdır. Tumanı topuğundan yuxarı

214

kitabyurdu.blogspot.com

geyinir, özü də ayaqlarına yun corablar da geymir. Bu haqda da ona

deyəndə adama heç qulaq asmır. Bir də ki, məni revmatizm çox

narahat edir. Həkim Harrison London mütəxəssisinə müraciət etməyi

məsləhət görüb... Üç geniya xərcləmək və üstəgəl dəmiryol xərcləri,

mən ona elə belə də dedim. Baxmayaraq ki, çərşənbə gününü

gözləyərək mən daha ucuz bilet ala bilərdim.


Amma bununla belə, mən yenə də getdim. Londonlu həkimin ağzı

açıla qaldı və sözü dolandırmağa başladı - ta mən ona belə deyənə

kimi: “Mən sadə qadınam, həkim sözü birbaşa

deyəndə xoşuma gəlir. Bu, xərçəngdir, yoxsa yox?” Əlbəttə, cavab

verməli oldu ki, bu, xərçəngdir və lazımi qulluq vasitəsilə mən

ömrümü bir ilə qədər uzada bilər və ağrılardan əziyyət çəkməyə

bilərəm. Nə isə, əminəm ki, mən də digər xristianlar kimi ağrılara tab

gətirə biləcəyəm. Hərdən həyat mənə tənha gəlir, çünki dostlarımın

çoxu ya ölüb, ya da ki, köçüb gediblər. Mən çox istərdim ki, əzizim,

siz Sent- Meri-Middə olaydınız. Əgər siz böyük miqdarda miras

almasaydınız və yüksək təbəqəyə düşməsəydiniz, mən sizə yazıq

Emmanın verdiyi məvacibin ikiqatını təklif edərdim ki, yanımda

qalıb mənə qulluq edəsiniz. Amma mümkün olmayacaq, mümkün

olmayanı arzulamağın nə mənası var? Ancaq sizin işləriniz pisdirsə,

belə şey mümkündür axı...

Mən varlı qızlarla evlənib, onların pullarını ələ keçirən, sonra da onları

kilsə siçanları kimi yoxsul qoyub atan saxta aristokratların əhvalatlarını

çox eşitmişəm. Əlbəttə, Sizin başınıza belə bir hadisənin gəlməməsi

üçün Siz yetərincə ağıllısınız, amma kim bilə bilər. Siz ki, bu vaxta

kimi kişilər tərəfindən özünüzə qarşı çox da diqqəti görməmisiniz,

indisə bu cür şeylər Sizin başınızı asanlıqla gicəlləndirə bilər. Belə


halda yadınızda saxlayın, əzizim, Sizin üçün burada daima

215

kitabyurdu.blogspot.com

ev var, bilirsiniz ki, mən sözü düz üzə deyən qadınam, ürəyim

yumşaqdır.

Səmimiyyətlə,

Sizin Ameliya Vayner.

P.S. Mən Sizin və əmiqızınız vikontessa Templinin adı çəkilən bir

qəzeti tapmışam, yazını kəsib gizlətmişəm. Bazar günü mən dua

etdim ki, Tanrı Sizi qürrədən və təkəbbürdən qorusun”.

Ketrin məktubu iki dəfə oxudu, sonra onu kənara qoydu və öz yataq

otağının pəncərəsindən Aralıq dənizinin mavi sularına baxdı. O,

boğazında qəribə düyün hiss etdi və birdən Sent-Meri-Mid üçün

möhkəm darıxmağa başladı. Bütün bu gündəlik əhəmiyyətsiz

xırdalıqlar ona dəhşətli dərəcədə tanış və yaxın gəldi. O, başını

əllərinin üstə qoyub doyunca ağlamaq istəyirdi.

Bu an içəri daxil olan Lenoks onu bu hərəkətdən yayındırdı:

Salam, Ketrin! Sənə nə olub?

Heç nə, - Ketrin cəld miss Vaynerin məktubunu çantasına qoyaraq

cavab verdi.

Sən nəsə qəribə görünürsən, - Lenoks bildirdi. - Ümid edirəm ki,


dostun Puaronu zəng edib Nitsada bizimlə birgə lençə dəvət etdiyim

üçün narazı deyilsən. Mən dedim ki, sən onu görmək istəyirsən,

çünki mənə görə gəlməyəcəyini fikirləşdim.

Demək, əslində sən onu görmək istəyirsən? - Ketrin dəqiqləşdirdi.

Bəli, - Lenoks başını tərpətdi. - Mən onun dərdindən dəliyəm. Heç

vaxt gözləri pişik gözləri

kimi yaşıl olan kişiyə rast gəlməmişəm.

Yaxşı, - Ketrin fikirli halda cavab verdi. Son bir neçə gün çox

darıxdırıcı keçirdi. Derek Ketterinqin həbsi söhbətlərin əsas

mövzusu idi və Mavi qatarın sirri hər yerdə müzakirə olunurdu.

216

kitabyurdu.blogspot.com

Mən maşın sifariş etmişəm, - Lenoks xəbər verdi.

Anama da yalandan nəsə dedim, dəqiq yadımda deyil, amma onsuz

da o, heç nə yadında saxlamadı. Əgər anam hara getdiyimizi bilsə

bizimlə gedər və müsyö Puaronu boğaza yığar.

Ketrin və Lenoks “Neqresko”ya çatanda detektiv artıq orada onları

gözləyirdi.

O, özünü başdan-ayağacan qaliyalı kimi apararaq qızlara o qədər

iltifat göstərdi ki, onlar özlərini gülməkdən saxlaya bilmədilər.

Bununla belə, yemək zamanı onların ovqatı çox şən keçmədi: Ketrin
dalğın görünürdü, Lenoksun cümlələri isə uzunmüddətli pauzalarla

müşayiət olunurdu. Onlar terasda əyləşib qəhvə içəndə Lenoks

özünü saxlaya bilmədi:

İşlər necə gedir? Nəyi nəzərdə tutduğumu

bilirsiniz.

Puaro çiyinlərini çəkdi:

Öz axarı ilə gedir, - o cavab verdi.

Siz də onların belə davam etməsinə icazə

verirsiniz?

Detektiv kədərli halda Lenoksun üzünə baxdı:

Siz gəncsiniz, ona görə də tələsirsiniz, amma üç şey var ki, onu

tələsdirmək olmur - Allahı, təbiəti və qocaları.

Boş sözdür! - qız kəskinliklə cavab verdi. -

Siz qoca deyilsiniz.

Bunu eşitməyimə şadam.

Bu da mayor Nayton! - Lenoks ucadan dedi. Ketrin cəld boylandı

və həmin an başını geri çevirdi. - O, mister Van Aldinlədir, -

Lenoks

davam etdi. - Mən mayordan bir söz soruşmaq istəyirəm. İndi gəlirəm.

217

kitabyurdu.blogspot.com
Puaro Ketrinlə tək qalaraq irəli əyildi və astadan dedi:

Siz

distraite64,

madmazel.

Sizin

xəyallarınız uzaqlarda dolaşır.

İngiltərədən uzaqda deyil. - Qəfil hissə qapılaraq çantasından

məktubu çıxardı və detektivə uzatdı. - Bu, keçmiş həyatımdan

gələn ilk xəbərdir. Nədənsə o, mənə ağrı verdi.

Puaro məktubu oxudu və Ketrinə qaytardı:

Demək, siz Sent-Meri-Midə qayıtmağı

düşünürsünüz?

Xeyr! Nəyə görə bunu etməliyəm?

Görünür, mən səhv etmişəm, - Puaro dedi. - Məni bağışlayın, bir

dəqiqəyə gəlirəm.

O, Lenoks Tempimin Van Aidin və Naytonla danışdığı yerə

yollandı. Amerikalı yorğun və qocalmış görünürdü. O, başı ilə

Puaronu salamladı və ona başqa heç bir diqqət göstərmədi.

Milyonçu Lenoksa cavab vermək üçün üzünü çevirəndə Puaro onun

katibini kənara çəkdi:

Müsyö Van Aidin yaxşı görünmür, - o bildirdi.


Bu sizi təəccübləndirir? - Nayton dilləndi. - Derek Ketterinqin

həbsi ilə bağlı qalmaqal son

damla oldu. O, hətta sizdən həqiqəti aşkara çıxartmağı xahiş etdiyi

üçün peşmandır.

Mister Van Aidin İngiltərəyə qayıdır? - Puaro

xəbər aldı.

Biz birisi gün getməyə hazırlaşırıq.

Yaxşı xəbərdir. - Detektiv tərəddüd içərisində Ketrinin əyləşdiyi

terasa nəzər saldı. - Mən istərdim ki, siz bu barədə miss Qreyə

xəbər

218

kitabyurdu.blogspot.com

verəsiniz.

Nə barədə?

Sizin... yəni müsyö Van Aidinin İngiltərəyə qayıdacağı barədə.

Nayton çaşqın görünürdü, lakin buna baxmayaraq, o dönüb Ketrinə

sarı yollandı.

Puaro məmnun halda başını tərpətdi və amerikalı ilə Lenoksun

yanına getdi. Bir neçə dəqiqə sonra onlar digərlərinə qoşuldular. Bir

müddət ümumilikdə söhbət etdikdən sonra milyonçu və katibi çıxıb

getdilər. Puaro da getməyə hazırlaşdı.


Qonaqpərvərliyiniz üçün çox minnətdaram, - o, qızlara təşəkkürünü

bildirdi. - Lenç həqiqətən də əla idi. Ma foi65, mənim buna

ehtiyacım var idi. - O, sinəsini gərib ovcu ilə döyəclədi. - İndi isə

mən özümü aslan kimi hiss edirəm! Ah, madmazel Ketrin, siz məni

bəzən olduğum kimi

heç görməmisiniz! Siz mülayim və ürəyiyumşaq qocanı

görmüsünüz, lakin başqa Erkül Puaro da var. İndi o, hədələməyə,

hücum etməyə, ona qulaq asanların qəlbinə qorxu səpməyə gedir! -

Və balaca belçikalı özündənrazı halda qızlara baxdı.

Elə bil ki, onun sözləri qızlarda təəssürat yaratdı, baxmayaraq ki,

Lenoks dodaqlarını dişləyir, Ketrinin isə dodaqları şübhəli şəkildə

titrəyirdi.

Və mən müvəffəqiyyət qazanacağam, - detektiv ciddi bir əlavə də

etdi. O, bir neçə addım atdı və Ketrinin səsi onu dayanmağa vadar

etdi:

Mən sizə demək istəyirəm ki, müsyö Puaro, siz tamamilə haqlı

imişsiniz. Mən mümkün qədər

tez İngiltərəyə qayıtmağa hazırlaşıram.

Puaro diqqətlə qızın üzünə elə baxdı ki, o qızardı:

219

kitabyurdu.blogspot.com
Anlayıram.

Anladığınızı sanmıram, - Ketrin etiraz etdi.

Mən sizin düşündüyünüzdən də çox şey bilirəm,

Puaro sakitcə söylədi.

O, dodaqlarına qonmuş qəribə bir təbəssümlə qızlardan aralandı və

onu gözləyən maşına əyləşərək Antibə yollandı.

“Marina” villasında İppolit - qraf de la Roşun nökəri sahibinin yazı

masasının şüşəsini

silməklə məşğul idi. Qraf de la Roşun özü isə Monte-Karloya

getmişdi.

Təsadüfən pəncərəyə baxan İppolit iri addımlarla giriş qapısına

doğru irəliləyən bir adam gördü. Onun zahiri görkəmi o qədər qeyri-

adi idi ki, hətta İppolit kimi təcrübəli adam da onun əsl

məşğuliyyətini təxmin edə bilmədi.

Arvadı Merini mətbəxdən çağıraraq onun diqqətini “tip” adlandırdığı

bu adama yönəltdi:

- Yenə də polis? - Meri narahatçılıqla soruşdu.

Özün bax, - İppolit cavab verdi.

Meri pəncərəyə baxdı.

Allaha şükür ki, bu, polis deyil, - o, rahat

nəfəs aldı.
Əslinə qalsa, onlar bizi o qədər də narahat etmir, - İppolit qeyd

etdi. - Əgər müsyö qraf bizi

xəbərdar etməsəydi, mən heç vaxt şərab dükanındakı yad adamın

polis olduğunu başa düşə bilməzdim.

Qapının zəngi çalındı və İppolit qapıları geniş açdı:

Təəssüf ki, müsyö qraf evdə deyil.

İri bığlı balaca adam sakit halda güldü:

220

kitabyurdu.blogspot.com

Bilirəm. Siz İppolit Flevalsınız, elə deyilmi?

Bəli, müsyö.

-Və sizin Meri Fleval adında arvadınız da var, düzdür?

Bəli, müsyö, amma...

Mən sizin hər ikinizlə də söhbət etmək istəyirəm,

yad adam sözünü deyərək, qulluqçunun yanından yavaşca sivişib

holla keçdi. - Sizin

arvadınız, deyəsən, mətbəxdədir. Mən ora gedərəm.

İppolit nəfəsini dərməyə macal tapmamış qonaq holldakı lazımi

qapını tapıb, dəhliz boyu gedərək mətbəxə keçdi. Yad adamı görən

Meri ağzıaçıq qalaraq gözlərini ona zilləyib qaldı.

Voila, - yad adam taxta kresloya əyləşərək dedi. - Mən Erkül


Puaroyam.

Bəli, müsyö?

Siz bu adı eşitmisinizmi?

Heç vaxt eşitməmişəm, - İppolit söylədi.

İcazə verin, qeyd edim ki, siz kifayət qədər savadlı deyilsiniz. Bu

ad dünyanın ən məşhur adlarından biridir,

Puaro dərindən nəfəs aldı və əllərini sinəsində

çarpazladı.

İppolit və Meri təlaşla qonağa baxırdı. Onlar bu gözlənilməz və

qəribə qonaq barədə nə düşünəcəklərini bilmirdilər.

Müsyö nə arzu edir? - nökər qeyri-iradi maraqlandı.

Mən bilmək istəyirəm ki, siz nəyə görə polisə

yalan söyləmisiniz?

Müsyö! - İppolit ucadan dedi. - Mən heç vaxt

bu cür iş görməmişəm!

Puaro başını yellədi:

221

kitabyurdu.blogspot.com

Siz bunu yeddi dəfə etmisiniz. Gəlin baxaq. - Cibindən qeyd

dəftərçəsini çıxardı və baxdı. - Bəli, ən azı yeddi dəfə. İndi mən

özüm onları sayacağam. - O, sakit və ədəbli səs tonu ilə yeddi


hadisəni sadalamağa başladı. İppolit mat qalmışdı.

Lakin mən bu keçmiş söhbətlər barədə danışmaq istəmirəm, -

Puaro sözünə davam etdi. - Sadəcə, əziz dostum, özünüzü ən ağıllı

hesab etməkdən əl çəkin. Məni dəqiq olaraq bir yalan maraqlandırır -

qraf de la Roşun bu villaya on dörd yanvar səhər vaxtı gəldiyini

yalandan bildirməyiniz çox maraqlıdır.

-Amma, müsyö, bu, düzdür. O, bura çərşənbə axşamı günü səhər-

səhər gəlib çatıb. Elə deyilmi, Meri?

Qadın qızğın surətdə başını tərpətdi:

Bəli-bəli, yaxşı yadımdadır. Özüdür ki, var.

Bəs həmin gün səhər yeməyində siz

sahibinizə hansı yeməyi verdiniz? - Puaro xəbər aldı.

Mən... - Meri susaraq fikrini toplamağa çalışdı.

Qəribədir, - Puaro bildirdi, - insanlar necə bir şeyi yadda saxlayır,

lakin digərini yadından

çıxarır.

Qəfildən o, irəli əyildi və yumruğu ilə stula çırpdı və qəzəblə

gözlərini parıldatdı:

Siz yalan deyirsiniz və elə bilirsiniz, bu haqda heç kim

bilməyəcək? Lakin bu haqda iki nəfər bilir - Allah... - o, əli ilə göyü

göstərdi, sonra kreslonun kürəkliyinə söykənərək və nəzərlərini yerə


yönəldərək təvazökarlıqla dedi: - Və Erkül Puaro.

Əmin edirəm ki, müsyö, siz yanılırsınız. Müsyö qraf Parisdən

bazar ertəsi günü axşam çıxıb...

Düzdür, - Puaro onun sözünü kəsdi. - Sürət qatarı ilə. Bilmirəm öz

222

kitabyurdu.blogspot.com

səfərini harada yarımçıq qoyub, amma bura o, çərşənbə axşamı

deyil, çərşənbə günü səhər gəlib çıxıb.

Siz səhv edirsiniz, müsyö, - Meri inadla

cavab verdi.

Detektiv ayağa durdu:

Onda qoy qanun öz işini görsün, - o dedi. -

Çox təəssüf.

Nədən danışırsınız, müsyö? - Meri narahatçılıqla soruşdu.

Siz ingilis ledisi missis Ketterinqin qətlində əlbir olduğunuza görə

həbs olunacaqsınız.

Qətl?!

Nökərin üzü tabaşir kimi ağardı, dizləri əsdi. Meri oxlovu əlindən

salıb hönkürdü.

-Axı bu, mümkün deyil. Elə fikirləşdim ki...

Öz iddianızda israr etdiyiniz üçün artıq sizinlə danışmalı heç nə


yoxdur. Zənnimcə, ikiniz də ağılsız davranırsınız.

Puaro qapıya tərəf döndü, lakin nökərin həyəcanlı səsini eşidərək

ayaq saxladı:

Dayanın, müsyö! Mən belə bir məsələnin olduğunu heç ağlıma

da gətirmirdim. Mən... mən

fikrləşdim ki, bu, sadəcə, qadınla əlaqədar polislə qrafın arasında

nəsə xoşagəlməzlik var. Amma qətl - tamam başqa məsələdir.

Mənim səbrim çatmır! - detektiv bağırdı. Üzünü İppolitə tutaraq

onu yumruğu ilə

hədələdi. - Məgər mən burda bütün günü iki kəmağıllı ilə vaxtımı

keçirməliyəm? Mənə həqiqət lazımdır. Əgər onu mənə söyləməsəniz,

özünüzdən küsün. Sonuncu dəfə soruşuram, qraf “Marina” villasına nə

vaxt gəlib çatıb: çərşənbə axşamı, yoxsa çərşənbə günü?

223

kitabyurdu.blogspot.com

Çərşənbə günü, - İppolit etiraf etdi və Meri də başı ilə bunu sakitcə

təsdiq etdi.

Puaro onları gözləri ilə süzdü:

Siz ağıllı hərəkət etdiniz, balalarım. Əks halda sizi çox ciddi

narahatçılıqlar gözləyərdi. - O, öz- özünə gülümsəyərək “Marina”

villasını tərk etdi.


Bir təxminim təsdiq olundu. İndi isə o birini yoxlayaq.

Erkül Puaronun vizit vərəqəsini Mirelə gətirəndə axşam saat altı idi.

Bir müddət rəqqasə susqun halda vərəqəyə baxdı, sonra başı ilə işarə

etdi. Detektiv içəri daxil olaraq onu otaqda var-gəl edərkən gördü.

- İndi nə olub? - rəqqasə qəzəblə xəbər aldı. - Məgər mənə əzab

vermək sizi bezdirmədi? Məgər siz məni yazıq Derekimi ələ

verməyə

məcbur etmədinizmi? Sizə başqa nə lazımdır?

-Təkcə bir xırda məsələ, madmazel. Qatar Liondan çıxıb gedəndən

sonra siz missis Ketterinqin kupesinə girəndə...

- Nə-nə?

Puaro ona yüngül məzəmmətlə baxdı və yenidən sözünə başladı:

- Siz missis Ketterinqin kupesinə girəndə...

Mən ora girməmişəm!

Və onu ölü görəndə...

- Belə şey olmayıb!

Ah, sacre66! - Puaro elə sərt bağırdı ki, Mirel geri hoppandı. - Siz

mənə yalan demək istəyirsiniz? Mən nə baş verdiyini elə yaxşı

bilirəm ki, sanki orada özüm olmuşam! Siz


madamın kupesinə girdiniz və onun ölü olduğunu gördünüz. Mənə

yalan demək təhlükəlidir. Ehtiyatlı olun, madmazel!

Rəqqasə gözlərini kənara çəkdi:

224

kitabyurdu.blogspot.com

Mən... - o, inamsız halda sözə başlamaq

istədi, lakin həmin an susdu.

Məni ancaq bir şey maraqlandırır, - Puaro dedi. - Siz

axtardığınızı tapdınızmı, yoxsa...

Yoxsa nə?

Yoxsa siz gələnə kimi orada kimsə olmuşdumu?

Daha mən sizin heç bir sualınıza cavab verən deyiləm! - rəqqasə

qışqırdı. Onu saxlamağa çalışan Puaronun əlindən çıxıb, özünü

döşəməyə atdı və isterika içərisində çırpınmağa başladı.

Qorxmuş qulluqçu qız qaçıb gəldi. Erkül Puaro çiyinlərini çəkdi,

qaşlarını dartdı və sakit halda otaqdan çıxdı.

O, məmnun görünürdü.

64

Dalğın, fikirli.

Mənim inancım.

Lənətə gəlmiş!
XXX
FƏSİL

Miss Vayner qərar verir

Ketrin miss Vaynerin yataq otağının pəncərəsindən baxdı. Zəif, lakin

kəsmək bilməyən xırda-xırda yağış yağırdı. Pəncərədən bağ

görünürdü: yazda qərənfilin, mavi sünbülçiçəyinin və qızılgüllərin

açdığı cığır boyu düzülmüş səliqəli çiçək ləklərindən ibarət bağ.

Miss Vayner böyük viktorian çarpayısında uzanmışdı. Səhər

yeməyinin qalıqları kiçik masanın bir küncünə itələnmişdi. Onun

başı məktubların açılmasına qarışmışdı və bu məşğuliyyətini acı

şərhlərlə müşayiət etdirirdi.

Ketrin əlində tutduğu məktubu ikinci dəfə oxuyurdu. Bu məktub

Parisdəki “Rit” otelindən göndərilmişdi.

“ Əziz madmazel Ketrin!

225

kitabyurdu.blogspot.com

Ümid edirəm ki, Siz cansağlığı ilə yaşayırsınız və ingilis qışı sizin

üçün çox darıxdırıcı keçmir. Mənə gəldikdə isə bütün var qüvvəmlə

təhqiqata davam edirəm. Elə fikirləşməyin ki, mən burada

istirahətdəyəm. Çox tezliklə mən İngiltərəyə gələcəyəm və yenidən


Sizi görmək şərəfinə nail olacağıma ümid edirəm. Londona çatan

zaman mən sizə yazacağam. Siz bu işdə bizim kolleqa

olduğumuzu unutmamısınız ki? Mənim Sizə səmimi və dərin

ehtiramımın olduğuna inanmağınızı istərdim.

Erkül Puaro”.

Ketrin bir qədər tutuldu. Sanki məktub onu çaşdırdı və marağına

səbəb oldu.

Bu Tommi Sandersi və Albert Doksu özümüzlə meşəyə seyrə

aparmaq olmaz, - miss Vaynerin səsi eşidildi. - Onları xordan

çıxarmayanacan mən bir penni də xərcləməyəcəyəm. Bazar günləri

onlar kilsədə elə hoqqalardan çıxırlar ki! Tommi oxuyurdu: “Tanrı,

bizi xilas et”, vəssalam, bir daha ağzını açmırdı, Albert də əgər

ağzında

nanəli konfet sormurdusa onda mənim burnum əvvəlki qoxunu daha

tuta bilmir.

Onlar həqiqətən də dözülməzdir, - Ketrin razılaşdı.

O, ikinci məktubu açdı və yanaqları qəflətən qızardı. Ona elə gəldi

ki, miss Vaynerin səsi uzaqlardan gəlir.

Ketrin özünə gələndə miss Vayner qalibiyyətlə növbəti monoloqunu

bitirdi:

“Heç də elə deyil, - mən ona dedim, -


Miss Qrey ledi Templinin əmisi qızıdır”.

Siz məni müdafiə etdiniz? Bu, sizin tərəfinizdən mənə qarşı böyük

lütfdür.

226

kitabyurdu.blogspot.com

- Əgər istəyirsinizsə, bunu belə də adlandıra bilərsiniz. Bununla belə,

o qadın və vikarın

arvadı paxıl pişiklərdir. Yüksək təbəqəyə yolu özünüz üçün pulla

satın almağınıza eyham vurmaq!

Ola bilsin ki, bu, həqiqətdən elə də çox

uzaq deyil.

Sizə baxmaq kifayətdir, - miss Vayner

davam etdi.

Məgər siz əlçatmaz bir ledi kimi özünüzü apararaqmı geri

qayıtdınız? Xeyr, siz əvvəlki kimi yun corablı və möhkəm ayaqqabılı

həmin təvazökar qızsınız. Elə dünən mən bu barədə Ellenə dedim:

“Bir miss Qreyə bax, o, yüksək təbəqədə gəzir, amma ətəyini sənin

kimi dizlərinə kimi qaldırmır. Özü də sənin kimi gülünc, biçimsiz

ayaqqabılar və ilmələri getmiş ipək corablar geyinmir”.

Ketrin gülümsədi. Söhbət qabaqcadan əmələ gəlmiş hansısa mənfi

rəydən gedəndə miss Vayner çaxmaq daşına dönürdü. Qoca ledi


vəcdlə sözünə davam edirdi.

Sənin başının gicəllənmədiyini biləndən sonra mən çox rahat nəfəs

aldım. Mən kəsib saxladığım qəzet parçalarına elə dünən baxdım.

Yadımdadır ki, ledi Templinə və onun hərbi hospitalına aid bir neçə

qəzet kəsiklərim olmalı idi, amma heç cür onları tapa bilmədim.

Bəlkə sən baxasan, əzizim, sənin gözlərin məndən itidir. Bütün

parçalar bürodadır.

Ketrin əlindəki məktuba baxdı, nəsə demək istədi, amma özünü

saxladı və büroya tərəf getdi.

O, qəzet parçalarını həmin dəqiqə tapdı və çeşidləməyə başladı.

Sent-Meri-Midə gəldiyi gündən bəri o, miss Vaynerin mətanətinə

heyran olmuşdu.

227

kitabyurdu.blogspot.com

O, bilirdi ki, bu qoca ledi üçün çox az köməklik edə bilər, lakin öz

təcrübəsindən bilirdi ki, bu cür “az köməklik” qocalar üçün çox

dəyərlidir.

Budur, tapdım, - Ketrin tezliklə dilləndi. - “Nitsadakı öz

villasında hospital quran ledi

Templin sensasion qarətin qurbanı olub - onun cəvahiratları

oğurlanıb. Onların arasında Vikont Templinin ailəsinə məxsus olan


məşhur qədimi zümrüdlər də var idi”.

Ola bilsin ki, onlar sadəcə süni daş-qaşlar imiş, - miss Vayner qeyd

etdi. - Yüksək

təbəqənin qadınları tez-tez belə daş-qaşları əsl cəvahiratların əvəzinə

taxırlar.

Biri də var. Fotoqrafiya: “Füsunkar ledi Templin öz balaca qızı ilə”.

Ver, bir baxım! Qızın üzü, demək olar ki, heç görünmür, düzdür?

Amma fikirləşirəm ki, bu, daha yaxşıdır. Həyatda qəribə təzadlar

olur: qəşəng analar çirkin qızlar dünyaya gətirirlər. Əlbəttə ki,

fotoqraf qızı arxaya qoyanda bunu başa düşürmüş - bu, onun üçün

edə biləcəyi ən yaxşı iş imiş.

Ketrin güldü:

Daha başqası da var: “Bu mövsümdə Riveruya baş çəkən

valehedici qonaqlardan biri

ledi Templin. Onun yanındakı böyük miras

almış əmisi qızı miss Qreydir”.

- Elə bunu tapmaq istəyirdim, - miss Vayner dedi. - Sənin qəzetdən

kəsdiyim bir dənə də

şəklin olmalı idi, amma mən onu itirmişəm. Orada nəsə belə bir şey

yazılmışdı: “Miss filankəs haradasa filan-filan şeylər edir”. Çoxları

üçün yəqin ki, əslində kimə oxşadıqlarını görmək böyük sınaqdır.


228

kitabyurdu.blogspot.com

Ketrin susurdu. O, qəzet parçalarını eşələməyə davam etdi. Qəflətən

onun üzündə həyəcanlı və çaşbaş qalmış bir ifadə əks olundu. O,

zərfdən ikinci məktubu çıxardı və yenidən oxudu.

Miss Vayner! Riveruda tanış olduğum bir nəfər dostum mənə baş

çəkmək istəyir.

Kişi? - miss Vayner ciddi surətdə soruşdu. -Bəli.

O kimdir?

-Amerikalı milyonçu Van Aidinin katibi.

Adı nədir?

Nayton. Mayor Nayton.

Hm... Milyonçunun katibi... Bura gəlmək istəyir. İndisə, Ketrin,

qulaq as, gör xeyrin üçün mən sənə nə deyirəm. Sən yaxşı qızsan,

xeyirxah qızsan, necə hərəkət etmək lazım olduğunu özün bilirsən,

amma hər bir qadın həyatında bir dəfə də olsun səfeh hərəkət edir.

Mərc gələrəm ki, bu adam sənin pullarının ovuna çıxıb. - İşarə ilə

etiraz etmək istəyən Ketrini ağzını açmağa qoymadı. - Mən bu cür

hadisəni gözləyirdim. Milyonçunun katibi nə cür adamdır? Mərc


gələrəm ki, bu gənc adam yüngül həyatı sevir. Yaxşı ədaları,

zənginliyə məhəbbəti olan cavan adam həm də təbii ki, quşbeyin və

bacarıqsız olur. Onun üçün milyonçunun yanında işləməkdənsə, varlı

qadınla evlənməkdən yaxşı nə ola bilər?! Mən demirəm ki, sənin

tanışın məhz beləsidir, mən, sadəcə, ehtimal edirəm. Demirəm ki,

kişilər səni sevə bilməz. Sən o qədər də gənc deyilsən. Baxmayaraq

ki, sənin gözəl bədən quruluşun var, sən elə də gözəl deyilsən. Ona

görə də bax, sənə nə deyirəm: axmaq olma, əgər artıq axmaq olmağa

qərar vermisənsə, onda heç olmasa, qoy pulların sənin üçün ehtiyat

olaraq qalsın. İndisə mən susuram. Buna nə deyəcəksən?

Heç nə! O, bura gəlsə narazılıq etməzsiniz?

229

kitabyurdu.blogspot.com

- Mən yaxamı kənara çəkirəm, artıq öz borcumu

yerinə yetirmişəm. Bir şey olsa özün cavab verəcəksən. Sən onu

nahara, yoxsa lençə dəvət etmək istəyirsən? Zənnimcə, əgər Ellen

başını tamam itirməsə, düz-əməlli bir yemək hazırlaya bilər.

- Düşünürəm ki, lenç daha yaxşı olar. Bu, sizin tərəfinizdən çox

böyük lütfdür, miss Vayner.

Mayor Nayton ona zəng etməmi xahiş edir. Belə də edəcəyəm və

deyəcəyəm ki, biz onun lençə gəlməsinə şad olarıq. O, şəhərdən


maşınla gələcək.

- Ellen tomat sousunda əti pis hazırlamır, - miss

Vayner dedi. - Demək olmaz ki, bunu əla hazırlayır, amma digər

yeməklərinə baxanda bu,

heç olmasa onlardan pis olmur. Tort bişirə bilmir, əli ağırdır, kremi

qarışdırmağı bacarmır, amma onun havalı pudinqləri yaxşı alınır.

Ebbotdan silton67 almaq olar. Eşitmişəm ki, centlmenlər siltonu

sevirlər. Birdə ki, bizim atamdan qalma çoxlu şərabımız var, ola

bilsin ki, hətta “qığılcım saçan Mozelle” də var.

Xeyr-xeyr, miss Vayner, buna ehtiyac yoxdur.

Boş sözdür, qızım. Heç bir centlmen yemək yeyərkən nəsə

içməzsə özünü xoşbəxt hesab

etməz. Əgər onun viskiyə üstünlük verdiyini fikirləşirsənsə, onda

bizim müharibəyə qədər hazırlanmış viskimiz də var. Ona görə də

sənə nə deyirəmsə onu et, mübahisə etmə. Şərab zirzəmisinin açarı

paltar şkafının üçüncü siyirtməsindədir, sol tərəfdən.

Ketrin sözə qulaq asaraq şkafa sarı getdi.

İkinci sırada, - miss Vayner əlavə etdi, - üçüncüdə mən brilliant

sırğalarımı və filiqran68

broşumu saxlayıram.

230
kitabyurdu.blogspot.com

Bəs onları niyə mücrüdə saxlamırsınız? -

Ketrin təəccübləndi.

Miss Vayner dedi:

Yox a! Çox sağ ol, əzizim. Mənim yadımdadır ki, atam necə seyfi

alıb birinci mərtəbəyə qoymuşdu. O, uşaq kimi sevinirdi və anama

dedi: “Meri, indi sən hər axşam öz cəvahirat mücrünü mənə

gətirəcəksən və mən də onları buraya qoyub gecə qıfıllayacağam”.

Anam ədəbli qadın idi, bilirdi ki, centlmenlər öz istədikləri kimi

davranmağı sevirlər, ona görə də

axşam atama zinət əşyalarını gətirib verirdi. Bir dəfə evimizə oğrular

girdi və təbii ki, ilk növbədə seyfin işinə baxdılar. Atam bütün kənddə

öyünürdü, sanki orada çar Solomonun almazlarını saxlayırdı. Oğrular

seyfi silib- süpürmüşdülər-gümüş qab-qacaqları, hədiyyə olunmuş qızıl

nimçələri və mücrünü aparmışdılar. Anamın venesilsayağı dəsti, bir

neçə çox gözəl daş-qaşı, solğun çəhrayı rəngli mərcanları və çox böyük

brilyantı olan iki üzüyü var idi. Atam dərddən az qalırdı ölsün.

Və onda anam ona etiraf etdi ki, öz zinət əşyalarını paltarların

arasında gizlədibmiş, ona görə də oğrular onu tapmayıb.

Deməli, mücrü boş idi?

...Ah, xeyr, əzizim. - Miss Vayner cavab verdi.


Onda atam hər şeyi anlayardı ki, anam çox

ağıllı qadın idi, o əvvəldən hər şeyi düşünübmüş. Mücrüdə düymələr

var idi, çoxlu düymələr. Amma ən maraqlısı o idi ki, atam - anamdan

incidi, dedi ki, onu aldadanda heç xoşu gəlmir. Sənin də lap başını

qatdım. Get dostuna zəng vur. Sonra da bir parça yaxşı ət seç və

Ellenə de ki, lenç zamanı qulluq edərkən deşik-deşik corablarını

geyinməsin. - Onun adı Ellendir, yoxsa Hellen? Mən elə

bilirdim ki...

231

kitabyurdu.blogspot.com

Miss Vayner gözlərini yumdu:

Mən “H” hərfini yaxşı tələffüz etməyi bacarıram, əzizim. Amma

Hellen qulluqçuya yaraşan ad deyil. İndiki zəmanədə aşağı

təbəqədən olan analar öz uşaqlarına necə gəldi ad qoyurlar.

Nayton kottecə yaxınlaşanda yağış artıq kəsmişdi. Günəşin

solğun şüaları qonağı qapıda qarşılayan Ketrinin saçlarını

parıldadırdı. Nayton uşaq kimi tələsik addımlarla qızın yanına getdi.

Ümidvaram ki, sizi narahat etmirəm. Mən, sadəcə, sizi görməli

idim. Sizin rəfiqəniz narazı olmadı ki?

İçəri girin və onunla tanış olun, - Ketrin dəvət

etdi.
- O, tez-tez əbəs yerə narahat olur, amma siz tezliklə onun çox yaxşı

qəlbi olduğuna şahid

olacaqsınız.

Miss Vayner vüqarla qonaq otağında əyləşmişdi.

Onu ailəyə məxsus olan kameya daşları bəzəmişdi, yeri gəlmişkən, bu

daşlar da oğrulardan xilas olunmuşlardan idi. O, Naytonu hər bir kişini

ümidsizliyə qərq edəcək bir rəsmiyyətlə salamladı. Amma buna

baxmayaraq, Nayton, qarşısında adamın çətin tab gətirdiyi

məftunedici ədalara sahib idi və on dəqiqə sonra miss Vayner yavaş-

yavaş əriməyə başladı. Lenç şən keçdi, Ellen, ya da Hellen isə bir

dənə də olsun ilməsi olmayan təzə ipək corablarda masaya təriflərə

layiq surətdə qulluq etdi. Yemək bitdikdən sonra Ketrinlə Nayton

gəzməyə yollandılar, qayıdaraq tate-a-tate çay içdilər, çünki miss

Vayner öz otağında istirahət edirdi.

Qonaq gedəndən sonra Ketrin səs salmamağa çalışa-çalışa yuxarı

çıxdı. Miss Vayner onu səslədi və Ketrin onun yataq otağına keçdi.

- Dostun getdi?

232

kitabyurdu.blogspot.com

- Bəli. Çox sağ olun ki, onu dəvət etməyə icazə verdiniz.

-Təşəkkürə ehtiyac yoxdur. Sənin fikrincə, mən heç kimə heç nə


etməyən o xəsis qoca qarılardanam?

Məncə, siz əsl möcüzəsiniz, - Ketrin dedi.

Hm, - miss Vayner sakit halda dedi.

Ketrin otağı tərk etməyə hazırlaşanda miss Vayner yenidən onu

səslədi:

Ketrin.

-Bəli.

Mən bu adam barədə düşündüklərimdə haqsız imişəm. Kişilər qadına

yaltaqlıq etmək istəyəndə çox nəzakətli, ədəbli və məftunedici ola

bilirlər. Ancaq kişi doğrudan da aşiq olanda o, qoyun kimi görünür.

Mən öz sözlərimi geri götürürəm. Bu, əsl məhəbbətdir.

67 Pendir növü.

68 Qızıl və başqa metaldan hörülmüş bəzək əşyası.


XXXI
FƏSİL Mister Aarons lenç edir

Ah! - mister Cozef Aarons razı halda ucadan dedi. Pivə bakalından

böyük bir qurtum alıb, dərindən nəfəsini buraxaraq onu masaya

qoydu, dodaqlarından köpüyü sildi, qarşısında əyləşmiş Erkül

Puaroya gülümsədi və dedi: - Ən yaxşı sümüksüz əti bir bakal pivə

ilə mənə verin və bütün o fransız qəlyanaltılarını, omletləri və

bildirçinləri özünüzə saxlaya bilərsiniz. Amma əsl ət tikəsi verin!

İndicə onun arzularını yerinə yetirmiş Puaro - gülümsədi.

Amma qızardılmış yeməklərə və pudinqə də pis demirəm, - mister

Aarons davam etdi: - Alma piroqu? Bəli, zəhmət olmasa, miss, bir də

bir bardaq qaymaq.

Yemək davam edirdi. Nəhayət, mister Aarons növbəti dəfə dərindən

nəfəs aldı və qaşıq- çəngəli kənara qoyub, söhbətə keçməzdən əvvəl

233

kitabyurdu.blogspot.com

pendir yeməyə başladı.

- Sizin mənimlə nəsə işiniz var, elə deyilmi, müsyö Puaro? - o

qeyd etdi. - Əlimdən gələn

köməkliyi etməyə şad olaram.


Bu, sizin tərəfinizdən lütfkarlıqdır, - Puaro

dilləndi.

Mən öz-özümə dedim: “Aktyor sənətinə aid nəyisə bilmək

lazımdırsa, onda ancaq mənim köhnə dostum mister Aaronsa

müraciət etmək lazımdır. Ondan yaxşı bu işləri bilən kimsə yoxdur”.

Siz tamamilə haqlısınız, - mister Aarons bildirdi. - Söhbətin

keçmişdən, bu gündən və gələcəkdən getməsindən asılı olmayaraq,

Co

Aarons məhz sizə lazım olan adamdır.

Precisesmeml. Mən bilmək istəyərdim ki, mister Aarons, siz

Kidd soyadlı bir nəfər

gənc qadını tanıyırsınızmı?

Kidd? Kitti Kidd?

-Tamamilə düzdür, Kitti Kidd.

-Yaradıcı şəxs idi. Oxuyurdu, rəqs edirdi, kişi rollarını ifa edirdi...

Qazancı pis deyildi, heç vaxt anqajamentsiz qalmazdı. Təkcə kişi

rollarını deyil, xarakterik rollarında da ona tay gələn yox idi.

Mən də belə eşitmişdim, - Puaro təsdiqlədi. - Amma o, çoxdan bəri

çıxış etmir, doğrudurmu?

Bəli. Fransaya getdi və orada hansısa aristokratla qarşılaşdı.

Düşünürəm ki, o, səhnədən həmişəlik ayrılıb.


Nə vaxtdan bəri?

Qoyun bir fikirləşim... Üç il əvvəl. Bu, böyük itki

idi

234

kitabyurdu.blogspot.com

mənə inana bilərsiniz.

O, ağıllı idi?

Dəhşətli dərəcədə!

Bəs siz onun Parisdə tanış olduğu adamın

adını bilirsinizmi?

Xeyr. Bircə onu xatırlayıram ki, ya qraf, ya

da markiz idi. Bəli, deyəsən, markiz idi.

O vaxtdan bəri siz onun haqqında heç nə

eşitməmisinizmi?

Heç nə. Hətta təsadüfən də rastlaşmamışam. Mərc gələrəm ki, o,

indi hansısa şəhərkənarı

kurortda gününü keçirir, bəlkə də artıq indi markiza olub. Kittini

barmağına dolaya bilməzsən.

Aydındır, - Puaro fikirli-fikirli dedi.

Bağışlayın ki, sizə əlavə kömək edə bilmirəm, müsyö, - mister

Aarons dedi. - Mən sizə faydalı


olmağı çox istərdim. Axı siz bir dəfə mənə yaman kömək etmisiniz.

Bəli, amma indi biz əvəzləşdik. Siz də məni

yaman qurtardınız.

Deməli, doğrudan da ödəşdik, - mister

Aarons güldü.

Sizin sənətiniz çox maraqlı olar, - Puaro

qeyd etdi.

Aha, - mister Aarons cavabdan yayınacaq tərzdə dedi. - Bəxtin

dönüklüyünə möhkəm

dözə bilirsənsə, onda yaşamaq olar. Ümumiyyətlə götürəndə, mən

işimin öhdəsindən gələ bilirəm, lakin hər iki tərəfə də baxmaq lazım

gəlir. Heç kim tamaşaçının növbəti dəfə nə tələb edəcəyini bilmir.

235

kitabyurdu.blogspot.com

Son bir neçə ildir ki, rəqslər daha çox populyarlıq qazanaraq ön

plana çıxıb, - Puaro

bildirdi.

Mən heç vaxt bu rus baletlərində bir xüsusilik görməmişəm, amma

camaatın xoşuna gəlir. Mənim nəzərimdə o, çox ötəridir.

Mən Riveruda bir rəqqasə ilə tanış oldum, madmazel Mirellə.

Mirel? Partlayıcı qarışıq - sözün hər mənasında. Ona həmişə


kimsə maddi dəstək

olur, amma o, rəqs etməyi bacarır. Həmişə ona pul axır və pul axdığı

müddətdə, deməli, o, rəqs edəcək. Mən onu görmüşəm, ona görə də

nə dediyimi yaxşı bilirəm. Mən özüm heç vaxt onunla işləməmişəm

və Allaha şükür, çünki

onun dözülməz xasiyyəti var. Coşqundur, tez özündən çıxandır...

Bəli, - Puaro fikirli halda dedi. - Mən lap yaxşı təsəvvür edirəm.

Temperament! - mister Aarons söylədi. - Temperament! Onlar

bunu temperament, coşqun təbiətlilik adlandırırlar! Mənim arvadım

mənə ərə gələnə kimi rəqqasə olub, amma şükür Allaha ki, onun heç

bir coşqun təbiəti yoxdur. Siz öz evinizdə coşqun bir təbiət olmasını

istərdinizmi, müsyö Puaro? Bu, artıq işdir.

Sizinlə razıyam, dostum. Ailədə coşqunluq, temperament yersizdir.

Qadın sakit, suyuşirin olmalıdır və yaxşı yeməklər hazırlamağı

bacarmalıdır, - mister

Aarons qeyd etdi.

Mirelin tamaşaçılar qarşısına çıxdığı elə çox

vaxt deyil, hə? - Puaro soruşdu.

- İki il yarıma yaxındır, - mister Aarons cavab

verdi.

- Onu hansısa fransız hersoqu səhnəyə buraxıb. Eşitmişəm ki,


236

kitabyurdu.blogspot.com

indi də ona Yunanıstanın

eks baş naziri himayədarlıq edir. Bu uşaqlar puldan səs-səmirsiz

ayrılmağı yaxşı bacarırlar.

Bu, mənim üçün təzə xəbərdir, - Puaro

bildirdi.

Mirel öz şansını əldən verən qadın deyil. Deyirlər ki, gənc

Ketterinq ona görə öz arvadını

öldürüb. Bilmirəm, bu, doğrudurmu. Bununla belə, həbsə düşüb və

Mirel də tezcə ona əvəz axtarıb tapmalı olub. Mən eşitmişəm ki, o,

boynuna göyərçin yumurtası böyüklüyündə yaqut taxır. Söz yox ki,

mən heç vaxt göyərçin yumurtası görməmişəm, amma mənə elə gəlir

ki, bunların hamısı bədii əsərlərdə yazılır.

Göyərçin yumurtası böyüklüyündə yaqut! - Puaronun gözləri yaşıl

qığılcımla parladı. - Maraqlıdır!

Mənə bunu bir dostum danışdı, - mister Aarons izah etdi. - Axı

insanlar şişirtməyi xoşlayırlar. Əlbəttə ki, bu, sadəcə, adi rəngli şüşə

də ola bilər. Bütün qadınlar eynidir - həmişə öz daş-qaşları ilə

öyünməyi sevirlər.

Mirel iddia edir ki, bu daş-qaşda lənət var. Deyəsən, hətta onu
“Alovun qəlbi” adlandırır.

Bildiyimə görə, “Alovun qəlbi” boyunbağının mərkəzindəki daşdır.

Görürsünüz? Sizə deyirəm də, qadınlar həmişə öz daş-qaşları

barədə yalan danışırlar. Mireldəki, sadəcə, platin zəncirə taxılmış bir

ədəd daşdır. Mərc gələrəm ki, bu, şüşədir!

Xeyr, - Puaro başını yellədi. - Mən onun şüşə olduğunu

düşünmürəm.
XXXII
FƏSİL

Ketrin və Puaro yeni xəbərləri bölüşürlər

237

kitabyurdu.blogspot.com

Puaro ilə Ketrin “Savoy”da masa arxasında üzbəüz əyləşmişdilər.

Siz dəyişmisiniz, madmazel, - detektiv gözlənilmədən söylədi.

Hansı mənada?

Madmazel, bu nüansları izah etmək çətindir. - Mən yaşlanmışam.

Bəli, siz yaşlanmısınız. Lakin mən saçların ağarmasını, yaxud da

qırışların əmələ gəlməsini

nəzərdə tutmuram. Mən sizi ilk dəfə görəndə, madmazel, siz həyatı

kənardan müşahidə edirdiniz. Sizin zalda əyləşib pyesi izləyən sakit,

hər şeylə maraqlanan tamaşaçı görkəminiz var idi.

Bəs indi?

İndi sizin tamaşaçı baxışınız yoxdur. Bəlkə də mən indi səfeh fikir

söyləyəcəyəm, amma siz hansısa gərgin oyunda iştirak edən

idmançıya bənzəyirsiniz.

Mənim qoca ledim bəzən çox çətin olur, - Ketrin gülümsədi, -

amma sizi əmin edirəm ki,


mən onunla nə ölüm, nə də həyat bahasına mübarizə aparmıram.

Siz nə vaxtsa gəlib onunla

tanış olmalısınız, müsyö. Məncə, siz onun qoçaqlığını və möhkəm

ruhunu qiymətləndirə biləcəksiniz.

Ofisiant onlara pour en casserol poulet69 gətirən müddətdə ortalığa

sükut çökdü. O, uzaqlaşanda Puaro soruşdu:

Mən sizə dostum Hastinqs barədə danışmışam? O, məni ilbiz adam

adlandırır. Eh bien, madmazel, mən sizin simanızda özümə tay olan

bir rəqib gördüm. Siz məndən daha çox tənha oynamağı üstün

tutursunuz.

Siz nə danışırsınız, boş sozdur! - Ketrin

qayğısız halda söylədi.

İnanın ki, heç vaxt Erkül Puaro boş söz

238

kitabyurdu.blogspot.com

danışmaz. Hər şey dediyim kimidir.

Onlar yenidən susdular. Sonra Puaro sükutu pozdu:

-İngiltərəyə qayıdandan bəri Riverudakı dostlarınızdan kimisə

görmüsünüzmü, madmazel? - o maraqlandı.

-Ancaq Mayor Naytonu

görmüşəm. - Belə de!


Detektivin qıyılmış gözləri nədənsə Ketrini baxışlarını aşağı

dikməyə vadar etdi.

Deməli, mister Van Aidin Londondadır? -Bəli.

Gərək ya sabah, ya da birisi gün ona baş çəkməyə çalışım.

Onun üçün təzə xəbəriniz var?

Niyə belə düşünürsünüz?

Mən... sadəcə, soruşdum.

Puaro diqqətlə ona baxdı:

Görürəm ki, madmazel, siz məndən çox şey soruşmaq istəyirsiniz.

Niyə də olmasın axı? Məgər Mavi qatar işi mənimlə sizin birgə

roman policier deyilmi?

Mən doğrudan da sizdən bir şeyi

soruşmalıyam.

- Eh bien?

Ketrin ani qərarla başını dik tutdu:

Siz Parisdə nə edirdiniz, müsyö?

Detektiv gülümsədi:

Mən rus səfirliyinə baş çəkdim.

Hara-hara?

Görürəm bu sizə heç nə demir. Ancaq mən ilbiz-adam

olmayacağam və ilbizlərdən fərqli


olaraq, bütün kartlarımı açacağam. Mənim Derek Ketterinqin ittiham

239

kitabyurdu.blogspot.com

edilməsindən məmnun olmadığımdan şübhələnirsiniz, elə deyilmi?

Nitsada mənə elə gəldi ki, siz bu məsələni

bitirmisiniz...

Siz hamısını axıra kimi demirsiniz, madmazel, amma mən özüm

əvvəlcədən hər şeyi etiraf edirəm. Mənim təhqiqatım Derek

Ketterinqi həbsə salmağa gətirib çıxardı. Əgər mən olmasaydım,

magistrat hələ də bu cinayəti qraf de la Roşun boğazına asmaq üçün

əlindən gələni edərdi. Eh bien, madmazel, mən etdiklərim üçün

peşman deyiləm. Mənim bir

məqsədim var idi - həqiqəti bilmək və mənim axtarışım da gətirib

düz mister Ketterinqə çıxardı. Amma mən burada qurtardımmı?

Polis hesab edir ki, bəli, amma mən - Erkül Puaro razı qalmamışam.

- O susdu və bir qədər sonra davam etdi. - Mənə deyin görüm, siz

madmazel Lenoksdan xəbər almamısınız ki?

Yalnız bir qısa məktub. Fikrimcə, mən İngiltərəyə qayıtdığım üçün

o, məndən inciyib.

Puaro başını tərpətdi:

Ketterinq həbs olunan gün onunla söhbət etdim. Söhbət bir çox
mənada maraqlı idi. - O, yenidən susdu və Ketrin onun fikrini

dağıtmadı. - Mən bir incə məsələyə toxunmaq istəyirəm, madmazel,

- detektiv, nəhayət, dilləndi. - Mənə elə gəlir ki, - əgər yanılıramsa

mənim səhvimi

düzəldin - bir qadın Derek Ketterinqi sevir. Onun naminə ümid

etmək istəyirəm ki, mən haqlıyam, polis isə yanılır. Siz kimi nəzərdə

tutduğumu bilirsiniz?

Düşünürəm ki, bəli, - Ketrin uzun çəkən pauzadan sonra

dilləndi. Puaro irəli əyildi:

-Təkrar edirəm, madmazel, mən məmnun deyiləm. Əsasən, faktlar

240

kitabyurdu.blogspot.com

müsyö Ketterinqi göstərir. Lakin bir məsələni nəzərə qatmayıblar.

Hansı?

Qurbanın sifətinin tanınmaz hala salınmasını.

Mən öz-özümdən min dəfə soruşmuşam, madmazel: “Derek Ketterinq

kimi bir adam qətli törətdikdən sonra belə dəhşətli zərbələr vura

bilərdimi? Bu, hansı məqsədlə edilib? Bu, Ketterinqin təbiətinə

uyğundurmu? Bu sualın cavabı, madmazel, məni qətiyyən qane etmir.

Mən təkrar-təkrar nə səbəbə bunun belə olduğunu başa düşməyə

çalışıram. Bu sualın da həllində mənə kömək edən yeganə bir şey var.
Bax bu.

O, cibindən qeyd dəftərçəsini çıxarıb açdı və arasından baş və

şəhadət barmaqları arasında sıxdığı bir neçə teli ehtiyatla çıxardı.

-Yadınıza düşürmü, madmazel, bu saçları mən kupedə şalın

üstündən götürmüşdüm?

Ketrin qabağa əyilərək diqqətlə saç tellərinə

baxdı. Puaro başını asta-asta tərpətdi:

Görürəm ki, bunlar sizə heç nə demir, madmazel. Amma bununla

belə, mənə elə gəlir ki, çox şeyi anlayırsınız.

Mənim bəzi maraqlı ideyalarım var idi, - Ketrin astadan dilləndi. -

Parisdə nə etdiyinizi ona görə xəbər aldım.

Mən sizə məktub yazanda...

“Rit” otelindən?

Puaronun dodaqlarında qəribə təbəssüm oynadı:

- Bəli, bəli, düz deyirsiniz, “Rit” otelindən. Mən bəzən təmtərağı

sevirəm - nə vaxt ki, bunun

üçün milyonçular pul ödəyəndə.

- Rus səfirliyi... - Ketrin astadan dedi. - Xeyr, sizin nəyə işarə

etdiyinizi başa düşə bilmirəm.

241

kitabyurdu.blogspot.com
Onun mətləbə birbaşa dəxli yoxdur, madmazel, faktlar öz

aralarında bir-biri ilə əlaqəlidir. Mən oraya bir məlumat üçün

getmişdim. Orada bir nəfər şəxslə görüşdüm və ona hədə-qorxu

gəldim. Bəli, madmazel, mən - Erkül Puaro onu hədələdim!

Polislə?

Xeyr, - Puaro soyuq cavab verdi. - Daha

öldürücü bir silahla - mətbuatla.

Ketrin gülümsədi və başını yellədi:

- Siz yenidən ilbiz adama çevrilmək istəyirsiniz, müsyö Puaro. -

Xeyr-xeyr, mən heç nə gizlətmək fikrində deyiləm. Mən bu

adamın daş-qaşları Van Aidinə satmaqda fəal rol oynadığından

şübhələnirdim.

Onu bununla ittiham edərək, həmin adamdan bütün əhvalatı öyrənə

bildim. Mən cəvahiratın məhz harada dəyişdirildiyini, həm də bu

zaman küçədə irəli-geri gedən adam - ağ saçlı, lakin yüngül, gümrah

yerişli gənc kişi barədə öyrəndim. Xəyalən mən bu adama ləqəb

qoydum - müsyö Markiz.

İndisə siz Londona müsyö Van Aidini görməyə gəlmisiniz?

Təkcə bunun üçün gəlməmişəm. Mənim başqa işlərim də var idi. Mən

Londonda daha iki nəfərlə görüşdüm - teatr agenti və Hartli-stritdən bir

nəfər həkimlə. Bütün danışdıqlarımı bir yerə toplayın, madmazel, o


zaman mənim nə başa düşdüyümü siz də anlayacaqsınız.

Axı necə?

Çox sadə. Mən sizə bir söz deyəcəyəm, madmazel. Mən ilk başdan

bəri qətli törədənlə qarəti edən şəxsin eyni adam olduğuna şübhə ilə

yanaşırdım. Uzun müddətdir ki, mən buna əmin deyildim...

Bəs indi?

İndisə bilirəm.

242

kitabyurdu.blogspot.com

Növbəti sükut çökdü. Sonra Ketrin başını qaldırdı. Onun gözləri

parıldayırdı:

- Mən sizin kimi ağıllı deyiləm, müsyö Puaro. Sizin danışdıqlarınızın

yarısı mənim üçün

tamamilə anlaşılmazdır. Mənim fikirlərim, necə deyim, tamam başqa

səmtdən idi...

Axı həmişə məhz bu cür olur, - detektiv sakit halda söylədi: -

Güzgü həmişə olanı göstərir,

amma hər kəs ona müxtəlif səmtdən baxır.

Ola bilsin ki, mənim fikirlərim absurddur, ola bilsin ki, sizin

fikirlərinizdən tamamilə fərqlənir,

ancaq...
Bəli?

Deyin, bu, sizə nə təhərsə kömək edə bilərmi?

Puaro qızın ona uzatdığı qəzet parçalarını əlinə aldı, mətni oxudu və

qaşqabaqlı halda başını tərpətdi:

Sizə dediyim kimi, hər kəs güzgüyə müxtəlif görmə bucağı

altında baxır, lakin güzgü eyni

şeyi əks etdirir.

Ketrin ayağa qalxdı:

Mən tələsməliyəm, yoxsa qatara gecikəcəyəm. Müsyö Puaro...

Bəli, madmazel?

Bu... uzun çəkməyəcək ki? Hiss edirəm ki, daha dözə bilmirəm... -

Onun səsi titrədi.

Puaro nəvazişlə qızın əlini sığalladı:

Gümrah olun, madmazel. İndi sıradan çıxmağın vaxtı deyil. Sona

artıq az qalıb.

69 Qazanda hazırlanmış toyuq.

243

kitabyurdu.blogspot.com

XXXIII

FƏSİL Daha bir versiya

Müsyö Puaro sizi görmək istəyir, ser.


Onu görüm lənətə gəlsin! - Van Aidin qışqırdı. Nayton həmrəylik

əlaməti olaraq susdu.

Van Aidin stuldan ayağa duraraq var-gəl etməyə başladı:

Zənnimcə, siz artıq səhər qəzetlərini

oxumuşunuz, eləmi?

Onlara göz gəzdirmişəm, ser.

Hələ də əl çəkmirlər, hə?

Qorxuram ki, bəli, ser.

Milyonçu yenidən oturdu və əliylə alnını tutdu:

- Əgər belə olacağını təsəvvür edə bilsəydim! -

o inlədi. - Kaş, mən heç vaxt bu balaca belçikalıya həqiqəti aşkar

etməyi həvalə etməyəydim. Yeganə istədiyim - Rutun qatilini

tapmaq idi.

-Amma siz kürəkəninizin sudan quru çıxmasını istəməzdiniz, elə

deyilmi?

Van Aidin dərindən nəfəs aldı:

Mən ədalət mühakiməsini öz əlimə götürməyi

üstün tutardım.

Bunun ağıllı addım olacağını düşünmürəm,

ser.

Kim bilir... Siz bu adamın məni görmək


istədiyinə əminsinizmi?

Bəli, mister Van Aidin. O, çox israr etdi.

Yaxşı, əgər bu, onun üçün belə vacibdirsə,

onda qoy bu səhər gəlsin.

Puaro şən və gülərüz idi. Elə bil ki, o, milyonçunun könülsüz

244

kitabyurdu.blogspot.com

davranışını duymurdu və etinasızlıqla boş-boş məsələlərdən danışırdı.

Detektiv Londona öz həkiminə baş çəkmək üçün gəldiyini dedi və

məşhur bir cərrahın adını çəkdi.

-Xeyr-xeyr, pas la guerre70. Bu, mənim polisdə xidmət etdiyim

vaxtlardan yadigar qalan xatirədir

hansısa quldur tərəfindən aldığım gülləni deyirəm. - O, sol çiyninə

əlilə toxundu və

inandırıcı surətdə üz-gözünü turşutdu. - Mən sizi həmişə bəxti gətirən

adam hesab etmişəm, müsyö Van Aidin. Siz daima dispepsiyadan

əziyyət çəkən amerikalı milyonçular barədə bizim məşhur

təsəvvürümüzlə uzlaşmırsınız.

Mən kifayət qədər sağlamam, - Van Aidin

dilləndi.

Sadə həyat tərzi sürürəm, sağlam qidalarla


qidalanıram və çox yemək yemirəm.

Siz miss Qreylə bu yaxınlarda görüşmüsünüz, elə deyilmi? - Puaro

sadəlövhlüklə katibdən xəbər aldı.

Bəli, bir, ya da iki dəfə, - Nayton bir balaca

qızararaq cavab verdi.

Maraqlıdır, siz onu gördüyünüzü bir dəfə də olsun mənə

deməmisiniz, - Van Aidin təəccüblə

qeyd etdi.

Mən bunun sizin üçün maraqlı olacağını

düşünmədim, ser.

O qız mənim çox xoşuma gəlir, -

milyonçu söylədi.

Çox təəssüf ki, o, özünü yenidən Sent-

Meri-Midə qapadıb, - Puaro ah çəkdi.

245

kitabyurdu.blogspot.com

Bu, onun tərəfindən çox böyük xeyirxahlıqdır!

Nayton qızğın surətdə ucadan dedi. - Bu dünyada heç kimsəsi

olmayan deyingən qoca qarıya qulluq etmək üçün özünü adamlardan

uzaq bir yerə qapayan çox az adam tapılar.

Mən heç nə demirəm, - Puaro gözlərini bir balaca qıyaraq söylədi. -


Amma təkrar edirəm: bu cür alındığı üçün çox təəssüf edirəm.

İndisə, müsyö, gəlin əsas məsələyə keçək. - Kişilərin ikisi də ona

təəccüblə baxdı. - İndi söyləyəcəklərim sizi təəccübləndirməsin və

şoka salmasın. Müsyö Van Aidin, bütün bunlara baxmayaraq,

təsəvvür edin ki, Derek Ketterinq öz arvadını öldürməyib.

-Nə?!

Hər iki kişi heyrətlə gözlərini ona dikdi:

Mən dedim, tutaq ki, müsyö Ketterinq öz

arvadını öldürməyib.

Siz dəli olmusunuz, Puaro, - Van Aidin

qışqırdı.

Xeyr, - detektiv başını yellədi. - Mən dəli deyiləm. Ola bilsin, bir

qədər ekssentrikəm, - ən azından bəziləri belə hesab edir, - lakin

mənim peşəmdən söhbət getdikdə isə mən özümə tay gələn birini

tanımıram. Müsyö Van Aidin, mən sizdən soruşuram, əgər

söylədiklərim düz çıxarsa, onda siz şad olarsınız, yoxsa

kədərlənərsiniz?

Heyrət doğurucu bir sükut çökdü.

-Təbii ki, mən şad olardım, - nəhayət, milyonçu cavab verdi. - Bu,

sadəcə, ehtimaldır, yoxsa hansısa fakta əsaslanıb?

Puaro tavana baxdı:


Ehtimal var ki, qatil qraf de la Roşdur. - O, sakit halda dedi. - Hər

halda mən onun alibisini

246

kitabyurdu.blogspot.com

təkzib etməyə müvəffəq olmuşam.

Nə cür?

Mənim öz üsullarım var. Bir qədər ağıl, bir

qədər fənd, vəssalam, iş hazırdır.

Axı qrafdakı yaqutlar saxta idi, - Van Aidin

xatırlatdı.

Bəli. Qrafın qətli ancaq yaqutlara görə törədə biləcəyi aydındır.

Lakin siz bir məqamı nəzərdən qaçırırsınız, müsyö Van Aidin.

Yaqutları qrafdan

qabaq kimsə oğurlamış ola bilər.

Siz həqiqətən də bu cəfəngiyata inanırsınızım? - milyonçu xəbər aldı.

Mənim sübutum yoxdur, - Puaro cavab verdi.

Hələlik bu, sadəcə, nəzəriyyədir, lakin bunu araşdırmağa dəyər.

Bütün bunları yerindəcə

araşdırmaq üçün siz mənimlə Fransanın cənubuna getməlisiniz.

Bunun, doğrudan da, vacib olduğunumu düşünürsünüz? Mən

özümün getməyimi
nəzərdə tuturam.

-Zənnimcə, mənim istədiyimi siz də istəyirsiniz, - Puaronun səsində

həmsöhbətinin nəzərindən qaçmayan məzəmmət duyuldu.

Bəli, bəli, əlbəttə, - Van Aidin başı ilə təsdiq etdi. - Nə vaxt getmək

fikrindəsiniz, müsyö Puaro?

Siz indi çox məşğulsunuz, ser, - Nayton

xatırlatdı.

Lakin milyonçu etiraza məhəl qoymadı, - o, artıq qərarını vermişdi.

Bu iş bütün işlərdən vacibdir. Yaxşı, müsyö Puaro, gəlin onda

sabah gedək. Hansı qatarla yola düşəcəyik?

Düşünürəm ki, Mavi qatarla gedəcəyik, - detektiv söylədi və

247

kitabyurdu.blogspot.com

gülümsədi.

70 Müharibənin bura dəxli yoxdur.


XXXIV
FƏSİL Yenə də Mavi qatar

Milyonçuların qatarı - onu bəzən belə də adlandırırdılar - yüksək

sürətlə irəli uçurdu. Van Aidin, Nayton və Puaro susaraq

əyləşmişdilər. Naytonla milyonçu ümumi qapı ilə arakəsməsi olan

ikinəfərlik kupedə yerləşmişdilər - həmin o bədbəxt sonluqla

nəticələnən səfərdə Rut Ketterinqlə qulluqçusunun qaldığı kupe kimi.

Puaronun kupesi isə dəhlizin o biri başındakı kupelərdən biri idi.

Səfər Van Aidin üçün asan deyildi, çünki onun beynində ağrılı

xatirələr oyadırdı. Puaro və Nayton onu narahat etməmək üçün

hərdənbir xəlvəti söhbət edirdilər.

Nəhayət, qatar sürətini azaldaraq şəhərətrafı yollarla dolandı və Lion

stansiyasına çatdı. Puaro qəflətən vurnuxmağa başladı. Van Aidin

başa düşürdü ki, səfərin məqsədlərindən biri də cinayətin təsvirini

bərpa etməkdir. Bütün rolları Puaronun özü oynayırdı. O, növbə ilə

gah qorxaraq tələsik öz otağına qapanan qulluqçu, gah təəccüblə və

narahatçılıqla öz ərini tanıyan miss Ketterinq, gah da arvadının

onunla eyni qatarda getdiyini öyrənən Derek Ketterinq olurdu. Puaro

müxtəlif variantları sınaqdan

keçirirdi, məsələn, ikinci kupedə daha yaxşı necə gizlənmək


mümkündür.

Gözlənilmədən o, Van Aidinin əlindən bərk yapışdı, sanki ağlına

hansısa təzə bir fikir gəlmişdi.

- Mon Dieu, mən bunu fikirləşməmişdim! Biz gərək səfərimizi

Parisdə dayandıraq. Gəlin, qatardan tez düşək.

O, çamadanı götürərək dəhliz boyunca tələsik qaçdı. Çaşbaş qalmış

Van Aidinlə Nayton da tez onun dalınca düşdülər. Milyonçunun

248

kitabyurdu.blogspot.com

Puaronun istedadına dair olan fikirləri yenidən mənfiyə doğru

dəyişməyə başladı. Perronun çıxışında onları saxladılar: biletlər

yaddan çıxaraq bələdçidə qalmışdı.

Puaro nə qədər inandırıcı, səmimi və emosional izahat verməsinə və

dil tökməsinə baxmayaraq, təmkinli dəmiryol işçisinə bunlar heç bir

təsir göstərmədi.

- Gəlin bu fikirdən daşınaq, müsyö Puaro, - Van Aidin kəskin

söylədi. - Başa düşürəm ki, siz tələsirsiniz. Allah xətrinə, qoyun

Kaladan bəri olan gediş haqqımızı ödəyək və bizi aparmaq

istədiyiniz yerə gedək.

Lakin birdən Puaronun natiqliyi sanki yoxa çıxdı və o, heykəl kimi

dondu. Göyə doğru qaldırılmış əli iflic olmuş kimi havadaca


quruyub qaldı.

Mən necə də ağılsız olmuşam, - o, sakit halda söylədi. - Ma foi, bu

gün mən başımı tamamilə

itirmişəm. Gəlin yerimizə qayıdaq və rahatca

səfərimizə davam edək. Əgər bəxtimiz gətirsə qatara gecikmərik.

Xoşbəxtlikdən qatar hələ yerində idi.

Onlar elə vaxtında gəlib çatdılar. Sonuncu olaraq Nayton əlində

çamadanla vaqona hoppananda qatar yerindən tərpənirdi.

Bələdçi məzəmmətlə onlara yüklərini öz kupelərinə aparmağa

kömək etdi.

Van Aidin susurdu, lakin detektivin qəribə hərəkətinə qəzəbləndiyi

açıq-aşkar görünürdü. Bir neçə dəqiqəliyinə Naytonla təkbətək

qaldığı zaman o bildirdi:

Ağılsız iş idi, - dedi. - Bu adam fərasətini itirib. Bu vaxta kimi

özünü yaxşı aparırdı, indisə

qorxaq dovşantək özünü ora-bura vurur. Bu işdən yaxşı bir şey çıxan

249

kitabyurdu.blogspot.com

deyil.

Puaro geri qayıtdığı zaman uzun-uzadı üzrxahlıq etdi və o qədər

ruhdan düşmüş görünürdü ki, hər hansı bir sərt kəlmə adama artıq
görünürdü.

Van Aidin dinməzcə başını tərpədərək onun üzrxahlığını qəbul etdi

və əlavə tikanlı söz deməkdən özünü saxladı.

Onlar vaqon-restoranda yemək yedikdən sonra Puaro təəccüblənmiş

yol yoldaşlarına Van Aidinin kupesinə yığışmağı təklif etdi.

Milyonçu maraqla ona baxdı:

Siz bizdən nəsə gizlədirsinizmi, müsyö?

Mən? - Puaro gözlərini geniş açdı. - Bu nə fikirdir ağlınıza gəlib?

Van Aidin susdu, ancaq cavabdan razı qalmadı.

Bələdçiyə söylədilər ki, yatağı salmaq lazım deyil. Onun heyrətini

Van Aidinin verdiyi bəxşiş yox etdi.

Kişilərin üçü də sakit əyləşmişdilər. Detektiv əsəbi halda yerində

qurcalanırdı. O, birdən katibə müraciət etdi:

Mayor Nayton, sizin kupenizin qapısı bağlıdır?

Bəli, ser, indicə özüm bağladım.

Əminsiniz? - Puaro xəbər aldı.

İstəyirsinizsə gedim yoxlayım, - Nayton gülümsədi.

Xeyr, xeyr, narahat olmayın. Mən özüm baxaram.

Puaro qonşu kupeyə getdi və bir neçə saniyədən sonra başını

tərpədə-tərpədə geri qayıtdı:

- Bəli, bəli, haqlısınızmış. Qocanın qəribəliyini üzrlü hesab edin. - O,


iki kupe arasındakı qapını bağlayaraq yerində oturdu.

Saatlar bir-birini qovurdu. Üç kişinin üçü də yuxulayır, vaqon

silkələdikdə isə oyanırdılar. Bəlkə də hələ indiyə kimi heç bir vaxt

dəbdəbəli qatarda yataq üçün pul ödəmiş hansısa bir sərnişin bu qədər

250

kitabyurdu.blogspot.com

baha başa gələn rahatlıqdan imtina etməmişdi.

Puaro vaxtaşırı saatına baxır, başını tərpədir və yenidən

mürgüləməyə başlayırdı. Bir dəfə də Puaro cəld ayağa durdu, tez

qonşu kupenin qapısını açdı, içəriyə baxdı və başını yellədərək

qayıdıb öz yerində oturdu.

Nə məsələdir? - Nayton xəbər aldı. -

Nəsə baş verəcəyini gözləyirsiniz?

Mənim əsəblərim oynayıb, - Puaro etiraf etdi.

Özümü dağılmış damın üstündəki pişik kimi hiss edirəm. Hər bir

tıqqıltı məni yerimdən

sıçramağa vadar edir.

Nayton əsnədi.

Bu, mənim həyatımda indiyə kimi etdiyim

ən narahat səfərdir, - o, burnunun altında

gileyləndi. - Ümid edirəm ki, nə etdiyinizi yaxşı bilirsiniz, müsyö


Puaro.

Puaro on dördüncü dəfə saatına baxanda milyonçu və katib

yuxulamağa davam edirdilər. Detektiv Van Aidinin çiynindən tutub

silkələdi.

Nədir? Nə oldu?

Beş-on dəqiqədən sonra biz Liona çatacağıq, müsyö.

İlahi! - Van Aidinin üzü tutqun işıq şüaları altında ağarmış və əzab

çəkirmiş kimi görünürdü. - Yəqin ki, yazıq Rutu bu vaxtlarda

öldürüblər.

O, görməyən baxışlarla uzaqlara baxdı. Bu dəhşətli fəlakətin xatirəsi

beynində canlandıqca onun dodaqları titrəyirdi.

Əyləclərin cırıltısı eşidildi, qatar sürətini azaltdı və dayandı. Van

Aidin pəncərəni aşağı saldı və bayıra baxdı.

251

kitabyurdu.blogspot.com

Əgər sizin yeni nəzəriyyəniz düzdürsə və qatil Derek Ketterinq

deyilsə, onda o kişi qatarı məhz burada tərk edib.

Amma Puaro narazılıqla başını yellədi:

Xeyr, - o, fikirli halda söylədi. - Qatardan düşən kişi deyildi...

mən

düşünürəm
ki,

qatardan düşən qadın idi.

Nayton içini çəkdi.

Qadın? - Van Aidin sərt şəkildə soruşdu.

Bəli, qadın. - Puaro başı ilə təsdiq edərək dedi. - Ola bilsin ki, siz

xatırlamırsınız, müsyö

Van Aidin, amma miss Qrey öz ifadəsində qeyd

etmişdi ki, platformaya düşən zaman əynində çiyinlik və kepka olan

bir nəfər gənc görmüşdü, - yəqin ki, gəzişməyə çıxıbmış. Mən

düşünürəm ki, bu gənc, əslində, qadın imiş.

Axı o kim imiş?

Milyonçunun üzündən şübhə oxunurdu, lakin buna baxmayaraq,

detektiv ciddi və əmin halda cavab verdi:

Onun adı, daha doğrusu, uzun müddət məşhurluqla tanınan adı Kitti

Kiddir, lakin siz, müsyö Van Aidin, onu Ada Meyson kimi

tanıyırsınız.

Nayton hoppanaraq ayaq üstə qalxdı:

Nə?! - o qışqırdı.

Puaro üzünü ona çevirdi:

-Ah, yadımdan çıxmamış...

O, cibindən üzərində “K” inisialı həkk olunmuş portsiqarı çıxararaq


Naytona uzatdı:

- İcazə verin, sizə öz portsiqarınızdan siqaret təklif edim. Parisətrafı

yolda qatara əyləşərkən portsiqarınızı salmaq sizin tərəfinizdən böyük

252

kitabyurdu.blogspot.com

ehtiyatsızlıq idi.

Nayton lal-dinməz halda ona baxaraq mat qalmışdı. Qəflətən o

tərpəndi, lakin Puaro xəbərdarlıqla əlini qaldırdı.

Xeyr, xeyr, tərpənməyin, - o, oğrun-oğrun

söylədi.

Qonşu kupenin qapısı açıqdır və bu andan etibarən siz

nişangahdasınız. Biz Parisdən

çıxanda mən dəhliz qapısını aralı qoydum və

bizim polis dostlarımız da qonşu kupeyə yerləşdilər. Ümid edirəm ki,

fransız polisinin sizi çoxdan bəri axtardığını bilirsiniz, mayor

Nayton, daha doğrusu, müsyö Markiz?


XXXV
FƏSİL İzahat

- İzahat?

Puaro gülümsədi. O, Van Aidinin “Neqresko”dakı otelində masa

arxasında milyonçuyla üzbəüz əyləşmişdi. Van Aidin böyük bir

gərginlikdən qurtulmuş, lakin dərin kədər yaşayan bir görkəm almışdı.

Puaro stulun kürəkliyinə söykəndi, siqaret yandırdı və tavana

baxaraq danışmağa başladı:

Yaxşı, mən indi hər şeyi sizə izah edərəm. Bu, məni çaşbaş salan

bir detaldan başladı. Bilirsinizmi nədən? Tanınmaz hala salınmış

sifətdən. Cinayət işinin araşdırılması zamanı bu cür məsələlər ilə tez-

tez qarşılaşılır və o dəqiqə də qurbanın tanınması məsələsi ortaya

çıxır. Təbii ki, hər şeydən əvvəl, ağlıma gələn fikir bu oldu.

Öldürülmüş qadın həqiqətənmi missis Ketterinq idi? Lakin miss Qrey

qəti və qərarlı şəkildə meyiti tanıdığını bildirdiyi zaman mən bu

fikirdən daşındım. Öldürülmüş qadın, şübhəsiz ki, Rut Ketterinq idi.

Bəs qulluqçudan nə zaman şübhələnməyə

başladınız?

253

kitabyurdu.blogspot.com
- Dərhal deyil. Ancaq çox qəribə bir məqam mənim diqqətimi

cəlb etdi. Qulluqçu bildirdi ki,

guya vaqonda tapılan portsiqar missis Ketterinqin ərinə aldığı

hədiyyə idi. Onların arasındakı münasibəti nəzərə alaraq, bu, hədsiz

dərəcədə az inandırıcı idi və məndə Ada Meysonun ifadəsinin

doğruluğuna şübhə oyatdı. Eyni zamanda, onun sahibəsinin yanında

cəmi iki aydır ki, qulluğa başlaması da şübhəli idi. Düzdür, belə

götürəndə, qulluqçu Parisdə qatardan düşdüyünə görə və bundan

sonra missis Ketterinqi bir neçə nəfər sağ-salamat gördüyü üçün

onun cinayətlə heç bir əlaqəsi olmamalı idi, amma...

Puaro irəliyə doğru əyildi və şəhadət barmağını çoxmənalı şəkildə

qaldırdı:

- Amma mən yaxşı detektivəm, ona görə də hamıdan və hər şeydən

şübhələnirəm. Mən heç

vaxt heç kimin sözlərinə inanmıram. Mən öz- özümə sual verdim: Ada

Meysonun qatardan həqiqətən də Parisdə düşdüyünü haradan bilirik?

Adama elə gəlirdi ki, bu sualın çox yaxşı bir cavabı var. Sizin

katibinizin - tamamilə kənar bir adamın - mayor Naytonun ifadəsi

Rutun bələdçiyə dediyi sözlərlə tam üst-üstə düşürdü. Lakin ağlıma

qəribə, demək olar ki, tamamilə fantastik bir fikir gəldiyi üçün

sonuncunu mən hələlik diqqətə almamağı qərar verdim. Əgər o,


doğru çıxsaydı, onda bələdçinin ifadəsi heç nəyə dəyməyəcəkdi.

Mən nəzəriyyəmdəki ilk əngələ - mayor Naytonun qatar Parisdən

getdikdən sonra, guya Ada Meysonu “Rit” oteldə gördüyü ifadəsinə

diqqətimi yönəltdim. O kifayət qədər inandırıcı

görünürdü, lakin faktları diqqətlə yoxlayarkən mən iki məqamı aşkar

etdim. Birincisi, mayor Nayton da sizin yanınızda iki ay idi ki, xidmət

göstərirdi. İkincisi, onun soyadının başlanğıc hərfi də “K”-dır,

254

kitabyurdu.blogspot.com

baxmayaraq ki, o, tələffüz edilmir71. Ehtimal edək ki, - sadəcə

ehtimal edək - vaqonda tapılan onun portsiqarıdır. Əgər Naytonla

Ada Meyson əlbirdirsə, onda şərikinin portsiqarını qadına

göstərdiyim zaman o, sakit qala bilərdimi? İlk öncə, karıxıb qaldı,

sonra da tez missis Ketterinqin ərinə olan hədiyyəsi barədə əhvalat

uydurdu. Bien entendu72, bu, orijinal deyildi. Qapazaltı isə qraf de

la Roşu etmişdilər. Baxmayaraq ki, Ada Meyson onu əminliklə

tanıya bilmədi, çünki hər halda qrafın təkzibedilməz alibisi ola

bilərdi. Sonra isə - əgər bütün olanları xatırlaya bilərsinizsə, onda bir

vacib detalı başa düşə biləcəksiniz - Meysonla söhbət edərkən, mən

ondan gördüyü kişinin qraf de la Roş deyil, Derek olduğu ehtimalını

soruşdum. Həmin an o, qərarsız görünürdü, lakin otelə qayıtdığım


zaman siz mənə zəng vurdunuz və xəbər verdiniz ki, qulluqçu

yanınıza gəlib və guya mister Ketterinqi gördüyünü söyləyib. Mən

bu cür nəyisə gözləyirdim. Qulluqçunun gözlənilməz əminliyinin bir

izahı ola bilərdi. Sizin oteli tərk edərək, o, kiminləsə məsləhətləşib

və aldığı tapşırığa uyğun hərəkət edib. Bu tapşırığı ona kim verib? -

Mayor Nayton. Mənasız olmayan, daha doğrusu, çox böyük mənası

olan daha bir məqam da var idi. Nayton söhbəti əsnasında

Yorkşirdəki bir evdə qonaq qaldığı zaman orada baş vermiş bir

oğurluqdan bəhs etmişdi. Ola bilsin, daha bir

təsadüf idi, amma ola da bilsin ki, zəncirin həlqələrindən biriydi.

Amma mən bir şeyi başa düşə bilmirəm, müsyö Puaro. Yəqin mən

kütbeyinəm, əks halda, bu vaxta qədər başa düşərdim. Parisdə vaqona

daxil olan o kişi kim olub? Derek Ketterinq, yoxsa qraf de la Roş?

Bu, çox sadədir. Heç bir kişi olmayıb. Mille tonnersre73! Məgər

bunun necə ustalıqla düşünüldüyünü anlamırsınızmı? Kupedə kişi

olduğunu kim söylədi? Ancaq Ada Meyson. Bizsə Ada Meysona

255

kitabyurdu.blogspot.com

inandıq, çünki Nayton onun Parisdə qaldığını demişdi.

Axı Rutun özü də bələdçiyə deyib ki, qulluqçunu Parisdə qoyub, -

Van Aidin etirazını bildirdi.


Elə sözümü ona gətirirəm. Bir tərəfdən, missis Ketterinqin sözləri

bunu təsdiq edir, lakin digər tərəfdən, bu, belə deyil, çünki ölülər

danışa bilmir. Biz bunu missis Ketterinqdən deyil, vaqonun

bələdçisindən eşitmişik, bu isə tamamilə başqa məsələdir.

Deməli, siz o adamın yalan söylədiyini - düşünürsünüz?

Elə deyil. O, düzgün nəyi hesab edibsə, onu

söyləyib. Ancaq qulluqçusunu Parisdə qoyduğunu ona söyləyən

qadın missis Ketterinq deyilmiş.

Milyoner heyrət içərisində gözlərini ona zillədi.

Müsyö Van Aidin, Rut Ketterinq qatar Parisin Lion stansiyasına

çatmamış artıq ölü idi. Yemək

səbətini sifariş edən və bələdçiyə qulluqçusunu guya

Parisdə qoyduğunu söyləyən qadın isə missis Ketterinqin paltarını

geyinmiş Ada Meyson imiş.

Ola bilməz!

Xeyr, müsyö Van Aidin. Bizim zəmanəmizdə qadınlar bir-birinə o

qədər oxşayırlar ki, onları üzdən deyil, geyimdən ayırd edirlər. Ada

Meyson sizin qızınızla eyni boyda idi. Bələdçinin qulluqçunu

dəbdəbəli xəz paltoda və gözlərinin üstünə kimi çəkilmiş qırmızı

laklı şapkada görərək onu qızınıza oxşatması təəccüblü deyil.

Yaddan çıxarmayın ki, o, daha əvvəllər qızınızla heç danışmamışdı.


Düzdür, qulluqçu biletləri bələdçiyə verərkən o, qadını görmüşdü,

ancaq onun yadında qalan qara geyimli arıq qadın

kölgəsi olub. Əgər o, daha dərrakəli olsaydı, qulluqçu ilə sahibəsinin

bir-birinə çox oxşadığını görə bilərdi, lakin çətin ki, o, bu haqda

256

kitabyurdu.blogspot.com

düşünsün. Unutmayın ki, Ada Meyson, yaxud da Kitti Kidd aktrisa

olub və xarici görünüşünü, hətta səs tembrini də tezcə dəyişə bilir.

Xeyr, xeyr, bələdçinin sahibəsinin paltarını geyinmiş qulluqçunu

tanımayacağı aydın idi və bunda heç bir risk yox idi. Amma buna

baxmayaraq, başqa bir təhlükə mövcud idi - meyiti aşkar edərkən

bələdçi bu qadının bir gün əvvəl söhbət etdiyi qadın olmadığını başa

düşəcəkdi. İndi meyitin üzünün tanınmaz hala salınmasının səbəbi

aydın olur. Ada Meysonun ən çox qorxduğu məqam Ketrin Qreyin

onun kupesinə gələ bilməsi idi, ona görə də ehtiyat tədbiri görərək

yemək səbəti sifariş verib və öz kupesinə qapanıb.

Bəs Rutu kim öldürüb? Nə zaman?

Hər şeydən əvvəl cinayətin iki nəfər tərəfindən

Ada Meyson və Nayton tərəfindən düşünüldüyünü və

törədildiyini yaddan

çıxarmayın. Həmin gün Nayton sizin işlərinizə görə Parisdə idi. O,


haradasa şəhərətrafı yolların birində qatara minib. Yəqin ki, onu

görəndə missis Ketterinq təəccüblənib, amma sözsüz ki, heç nədən

şübhələnməyib. Ola bilsin ki, Nayton onun nəzərlərini pəncərədə

nəyəsə yönəldib və o, üzünü çevirən zaman ipi boğazına keçirib və

hər şey bir neçə saniyə içərisində bitib. Kupenin qapısı bağlı olub və

cinayətkarlar işə başlayıblar. Naytonla Ada

Meyson meyitin üst paltarlarını soyundurub şala bürüyüblər və qonşu

kupedə çamadanların və çantaların yanına qoyublar. Nayton yaqutlar

olan futlyarı götürərək qatardan hoppanıb düşüb. O bilirdi ki, cinayət

ancaq on iki saatdan sonra aşkar olunacaq, ona görə də rahat idi.

Bundan başqa da onun ifadəsi və bələdçinin sözləri ilə təsdiq olunan

saxta missis Ketterinqin ifadəsi onun üçün etibarlı alibini təmin edirdi.

Lion vağzalında Ada Meyson cəld missis Ketterinqin paltarını

257

kitabyurdu.blogspot.com

geyinir, qulaqlarına saxta mərcan sırğaları taxır və mümkün qədər öz

xarici görünüşünü dəyişir. Bələdçi yatağı salmaq üçün gəldikdə isə

Parisdə qoyduğu qulluqçu barədə əvvəlcədən uydurub hazırladığı

əhvalatı danışır. Bu zaman o, üzü pəncərəyə, kürəyi isə

qapıya sarı dayanır. Bu, çox ağıllı hərəkət idi, çünki bu zaman miss

Qrey kupenin yanından keçirmiş və missis Ketterinqi sağ-salamat


gördüyünə and içməyə hazır idi.

Davam edin, - Van Aidin söylədi.

Sonra Ada Meyson rəfin kənarına sahibəsinin paltarlarını səliqə ilə

qoyur, meyitə gecə köynəyini geyindirir, onu yatağa gətirir. Onu elə

uzadır ki, guya Rut üzünü divara çevirərək yatıb, daha sonra kişi

paltarı geyinib və qatardan düşməyə hazırlaşıb. Derek Ketterinq

arvadının kupesinə girib Rutun yatdığını düşünəndə Ada Meyson

qonşu kupedə qatarın Lionda dayanmasını və gözə dəymədən

qatardan düşməsini gözləyirmiş. Bələdçi Lionda perrona düşən kimi,

o, guya təmiz hava almaq üçün kişi

paltarında onun dalınca qatardan enib. Ona heç kimin baxmadığı bir

anda tez o biri platformaya keçib, ilk qatarla Parisə qayıdıb və “Rit”

otelinə gəlib. Onun adı cinayətin səhəri gün qeydiyyat kitabçasına

yazılıb. Burada ona rahatca oturub, sizin gəlişinizi gözləməkdən başqa

heç nə qalmayıb. Cəvahiratlar onun yanında olmayıb, çünki şübhədən

kənar olan sizin katibiniz onu özü ilə Nitsaya gətiribmiş. Onun

Papapolousla əvvəlcədən sövdələşdiyi razılaşması olub, Ada Meyson

isə ancaq daş-qaşı əldən-ələ vermək üçün vasitəçi olub. Ümumilikdə,

oyunu Markiz kimi mahir bir oyunçu dəqiqliyi ilə düşünüb və

ustalıqla oynayıb.

Siz, doğrudan da, Naytonun artıq neçə ildir axtarılan cinayətkar


olduğuna inanırsınızım?

258

kitabyurdu.blogspot.com

Puaro başıyla təsdiq etdi:

Markiz adlandırılan centlmenin əsas xüsusiyyətlərindən biri, sahib

olduğu ədalarıdır. Siz özünüz də səthi tanışlıqdan sonra Naytonu

katibiniz kimi işə götürərək onun valehediciliyinin qurbanı oldunuz,

müsyö Van Aidin.

Mən and içə bilərəm ki, Nayton katibliyi gözaltılamamışdı! -

milyonçu ucadan dedi.

Bu, çox hiyləgərcəsinə edilmişdi və o, sizin kimi adam tanıyan

bir şəxsi də aldatmışdı.

-Axı, mən onun keçmişini öyrəndim. Oğlanın qüsursuz keçmişi var

idi.

Bəli, bəli, bu, oyunun bir parçası idi. Riçard Nayton olaraq onun

həyatı həqiqətən də qüsursuz idi. Yaxşı ailəsi, yaxşı əlaqələri,

qəhrəmansayağı şücaətləri vardı, bir sözlə, şübhələnmək mümkün

deyildi. Amma buna baxmayaraq, mən sirli Markiz barədə məlumat

toplayanda çoxlu təsadüflər tapdım. Nayton fransızca fransız kimi

danışırdı. Markiz pis əməllərini törədən zaman o da Amerikada,

İngiltərədə və Fransada olmuşdu. Sonuncu dəfə Markizin İsveçrədə


cəvahirat oğurluğu etdiyi söylənilirdi. Axı siz də mayor Naytonla

məhz o vaxt orada qarşılaşmısınız. Və çox güman ki, elə həmin

görüşdən öncə sizin yaqutları alacağınız barədə söz-söhbətlər artıq

yayılıbmış.

Axı qətl nə üçündür? - Van Aidin sarsılmış halda gileyləndi. - Axı

peşəkar oğru əlini qana bulamadan da daş-qaşları oğurlaya bilərdi.

Puaro başını yellədi:

Bu, Markizin törətdiyi ilk qətl deyil. O, təbiətcə qatildir, o,

arxasında canlı şahidlər qoymur. Ölmüş kişilər və qadınlar əhvalat

danışa bilmirlər.

259

kitabyurdu.blogspot.com

Markizin tarixən məşhur olan cəvahiratlara qarşı güclü həvəsi var

imiş. O, sizin katibiniz olmağa və qulluqçu vasitəsilə vəziyyətə

nəzarət etməyə qərar verir. O, sizin yaqutları qızınıza verəcəyinizi

təxmin etmişdi. Baxmayaraq ki, plan xırdalığına kimi düşünülmüşdü

və çox etibarlı idi. O, yenə də quldurları sizin üstünüzə salmaq

qəsdindən özünü saxlaya bilməmişdi. Daş-qaşları alandan sonra

otelə necə qayıtdığınız yadınızdadır? Fikirləşdiyi baş tutmadı, lakin

bu, onu qətiyyən məyus etmədi.

Təkrar edirəm, onun planı etibarlı idi. Qüsursuz Riçard Naytondan


heç kəs şübhələnə bilməzdi. Lakin bütün dahi insanlar kimi - Markiz

də dahi adam idi - onun da zəif nöqtəsi var idi. O, miss Qreyə aşiq

oldu və onun isə xoşuna Derek Ketterinqin gəldiyini düşündüyü

üçün çalışdı ki, şübhə Derek Ketterinqə yönəlsin. İndisə, müsyö Van

Aidin, mən sizə çox qəribə bir şey danışacağam. Miss Qreyi heç cür

fantaziyaya meyilli bir insan adlandırmaq olmaz, amma miss Qrey

iddia edir ki, bir dəfə Monte-Karlodakı kazinolardan birinin bağında

Naytonla bir müddət gəzişdikdən sonra sizin qızınızın varlığını

yanında duyub. O, missis Ketterinqin ona nəsə xəbər vermək

istədiyinə şübhə etməyib və qəfildən ağlına bir fikir gəlib: mərhum

ona bildirmək istəyir ki, onun qatili Naytondur! O

zaman bu fikir ona o qədər fantastik gəlib ki, o, bunu heç kimlə

bölüşməyib. Lakin o, bunun doğruluğuna o qədər inanırmış ki,

özünün düzgün hesab etdiyi kimi hərəkət etməyə başlayıb -

Naytonun ona qarşı olan pərəstişini rədd etməmiş və özünü elə

göstərmişdir ki, guya Derekin günahkar olduğuna şübhə etmir.

İnanılmazdır! - Van Aidin ucadan söylədi.

Bəli, bu, çox qəribədir. Bu cür şeyi izah etmək mümkün deyil. Yeri

gəlmişkən, məni çox çaşbaş salan bir məqam vardı. Katibiniz

260

kitabyurdu.blogspot.com
müharibə zamanı aldığı güllə yarası nəticəsində əməlli- başlı

axsayırdı. Amma Markiz axsamırdı. Lakin miss Lenoks Templin bir

dəfə bildirdi ki, Naytonun axsaması onu anasının hospitalında

müalicə edən cərrahı çox təəccübləndirmişdi.

Bu, məndə saxtakarlıq barədə fikir yaratdı. Londonda olarkən mən

həmin həkimin yanına getdim və mənim haqlı olduğumu təsdiq edən

bəzi tibbi məqamları aydınlaşdırdım. Srağagün mən Naytonun

yanında qəsdən həmin cərrahın adını çəkdim. Əgər o desəydi ki,

müharibə zamanı həmin həkim onu müalicə edib, bu, çox təbii

olardı. Ancaq o susdu və bu da məni öz cinayət nəzəriyyəmdə haqlı

olduğuma əmin etdi. Bundan başqa da miss Qrey mənə Nayton

hospitalda olan zaman ledi Templinin cavahiratlarının oğurlanması

ilə bağlı qəzet parçası verdi. Parisdən “Rit” otelindən mən

madmazelə məktub yazdığım zaman mənim də onunla eyni izlə

getdiyimi başa düşübmüş.

Araşdırma zamanı mənim başqa çətinliklərim də oldu, amma mən,

nəhayət, istədiyimi ala bildim - Ada Meysonun “Rit” otelinə cinayət

törədilən günü axşam deyil, onun sabahısı gün gəldiyinə dair sübut

əldə etdim.

Uzun bir sükut çökdü. Sonra milyonçu əlini birbaşa masanın üstündən

Puaroya uzatdı:
Zənnimcə, bunun mənim üçün nə demək olduğunu başa

düşürsünüz, müsyö, - o, xırıltılı səslə söylədi. - Sabah səhər mən sizə

çek göndərəcəyəm, ancaq heç bir çek mənə etdikləriniz üçün sizə

qarşı duyduğum dərin minnətdarlığı ifadə edə bilməz. Bütün

dünyada sizin tayınız tapılmaz.

Detektiv sinəsini gərərək ayağa durdu:

Mən, sadəcə, Erkül Puaroyam, - o, təvazökarlıqla söylədi. - Bununla

261

kitabyurdu.blogspot.com

belə, mən öz sahəmdə sizin öz sahənizdə olduğunuzdan əskik

deyiləm. Sizə xidmət göstərdiyimə görə şad və xoşbəxtəm. İndisə

gərək gedim rahatsız səfərimizin nəticəsini aradan götürüm: mənim

yazıq pencəyim və şalvarım! Çox heyif ki, mənim sadiq Corcum

yanımda deyil!

Otelin qonaq otağında Puaro müsyö Papapolousa və qızı Ziaya rast

gəldi.

Mən elə bildim ki, siz Nitsanı tərk etmisiniz, müsyö Puaro, - yunan

detektivin əlini dostyana sıxaraq bildirdi.

İşlər məni qayıtmağa məcbur etdi, müsyö Papapolous.

-İş?

- Bəli. Yeri gəlmişkən, iş haqqında - ümid edirəm ki, sizin


səhhətiniz yaxşılaşıb, dostum?

Xeyli yaxşılaşıb. Sabah biz Parisə qayıdırıq.

Xoş xəbər eşitdiyim üçün şadam. Güman edirəm ki, siz yunan

eks baş naziri tamamilə

müflis etməmisiniz?

Mən?

Mənim bildiyimə görə, siz ona çox gözəl bir yaqut hədiyyə

etmisiniz, hansı ki, indi - entre

nous74 - rəqqasə madmazel Mirel taxır.

Bəli, elədir, - antikvar həvəssiz halda etiraf

etdi.

Məşhur “Alovun qəlbi”nə oxşayan yaqut?

Onların arasında xeyli oxşarlıq var, - yunan

ehtiyatla cavab verdi.

Sizin əlləriniz qızıldır, müsyö Papapolous, sizi təbrik edirəm.

Madmazel Zia, Parisə belə tez qayıtdığınız üçün çox kədərlənirəm.

262

kitabyurdu.blogspot.com

İndi, işimi

bitirdiyim halda sizinlə görüşməyə ümid edirdim.

Nə iş olduğunu soruşsam ayıb olmaz ki? -


antikvar xəbər aldı.

Qətiyyən.

Mən

elə

indicə

Markizi

həbsxanaya yollamağa müvəffəq oldum.

Qocanın sifətində kölgə sezildi:

Markiz... - o, astadan dedi. - Bu söz mənə nədən belə tanış gəlir,

görəsən? Xeyr, yadıma

sala bilmirəm.

Təbii ki, xatırlaya bilməzsiniz, - Puaro başı ilə

təsdiq etdi. - Mən məşhur cinayətkarı və cəvahirat oğrusunu nəzərdə

tuturdum. Onu ingilis xanımı madam Ketterinqin ölümünə görə həbs

etdilər.

- Doğrudan? Necə də maraqlıdır!

Onlar nəzakətlə sağollaşdılar və Puaro getdikdən sonra Papapolous

qızına sarı çevrildi:

Zia, - o, ürəkdən söylədi, - bu adam iblisdir!

O, mənim xoşuma gəlir.

Mənim də xoşuma gəlir, - antikvar etiraf


etdi. -Amma bununla belə, o, əsl iblisdir.

71 Nayton soyadı ingiliscə “Knighton” yazılır. 72 Təbii

ki. 73 Min lənət!

74 Öz aramızdır.
XXXVI
FƏSİL Dəniz kənarında

Küsdüm ağacının çiçəkləri, demək olar ki, solmuşdu. İndi onların

ətri bir qədər xoşagəlməz olmuşdu. Çəhrayı ətirşahlar ledi Templinin

villasının sürahibəndini bəzəyirdi, aşağıdakı çoxsaylı qərənfillər isə

263

kitabyurdu.blogspot.com

şirin ətir saçırdı. Aralıq dənizi maviliyi ilə bərq vururdu. Puaro

Lenoks Templin ilə terrasda əyləşmişdi. O, iki gün əvvəl Van Aidinə

danışdığı əhvalatı elə indicə ona danışıb qurtarmışdı. Lenoks

qaşlarını çataraq ona diqqətlə qulaq asırdı; qızın gözləri kədərli idi.

- Bəs Derek? - Puaro susanda o, adi halda

s oruşdu.

Dünən onu azad etdilər. -

O da çıxıb getdi? Hara? -

Nitsadan dünən axşam getdi.

Sent-Meri-Midə?

Bəli, Sent-Meri-Midə.

Sükut çökdü.

Mən Ketrin barədə yanılmışam, - Lenoks


dilləndi.

Mənə elə gəlirdi ki, o, Dereki sevmir.

Miss Qrey çox qapalıdır və heç kimə etibar

etmir.

Mənə isə etibar edə bilərdi, - qız acıqlı halda

etirazını bildirdi.

Bəli, edə bilərdi, - Puaro başı ilə təsdiq etdi. - Amma madmazel

Ketrin həyatının çox hissəsini

başqalarına qulaq asaraq keçirib. Dinləməyə adət etmiş insan üçünsə

özünün danışması çətin gəlir: onlar kədərlərini, sevinclərini öz

könüllərində saxlayır, heç kimlə bölüşmürlər.

Mən axmaq olmuşam, - Lenoks köksünü

ötürdü.

Mənə elə gəlirdi ki, o, Naytona vurulub. Zənn edirəm ki, mən ona

görə belə düşünürdüm...

264

kitabyurdu.blogspot.com

çünki ümid edirdim ki...

Puaro qızın əlini dostyana sıxdı:

- Gümrah olun, madmazel, - o, mülayimliklə söylədi.

Lenoks dənizə baxdı, onun o qədər də gözəl olmayan sifəti faciəvi


gözəl bir görkəm aldı.

Onsuz da heç nə çıxmayacaqdı, - qız, nəhayət, dilləndi. - Derek

üçün mən çox

gəncəm, düzdür, o, özü də heç vaxt böyüməyəcək uşağa oxşayır.

Ona daha çox Madonnaya oxşayan qadınlar uyğun gəlir. - Növbəti

uzun pauzadan sonra Lenoks birdən üzünü Puaroya tutdu və soruşdu:

- Amma mən sizə kömək etdim, eləmi, müsyö Puaro?

Bəli, madmazel. Siz mənə qatilin həmin qatarla getməsinin vacib

olmadığını söyləməklə

mənim düzgün izə tərəf yönəlməmə səbəb oldunuz. Bu vaxta kimi

mən cinayətin necə işlənildiyindən baş aça bilmirdim.

Çox şadam ki, heç olmasa nəsə edə bilmişəm. Uzaqdan parovozun

fit səsi eşidildi.

Bu, lənətə gəlmiş Mavi qatardır, - Lenoks dedi.

Qatarlar yorulmaq bilməyən olur, eləmi, müsyö Puaro? İnsanlar ölür,

öldürürlər, onlarsa öz yolları ilə getməyə davam edir. Mən boş-boş

çərənləyirəm, amma siz mənim nə demək istədiyimi başa düşürsünüz.

Bəli, başa düşürəm. Həyat özü qatara bənzəyir, madmazel. O, heç

nəyə məhəl qoymadan davam edir. Və bu, çox yaxşıdır.

Niyə?

Ona görə ki, qatar əvvəl-axır səyahətin son məqamına gəlib


çatır, buna aid, madmazel,

sizin dildə bir deyim var.

Səyahət sevgililərin görüşü ilə başa çatır. -

265

kitabyurdu.blogspot.com

Lenoks güldü. - Bu, mənə aid deyil.

- Aiddir, madmazel. Siz çox gəncsiniz, düşündüyünüzdən də

gəncsiniz. Qatara güvənin, madmazel, çünki onu le bon Dieu idarə

edir.

Parovoz yenidən fit çaldı.

- Qatara güvənin, madmazel, - Puaro təkrar etdi, - və Erkül

Puaroya da güvənin, o, hər şeyi

bilir.

266

kitabyurdu.blogspot.com

You might also like