You are on page 1of 4

What is 3D printing?

3D printing, yəni 3D çap, üçölçülü olaraq dizayn edilmiş virtual bir əşyanın polimer, kompozit, kauçuk
kimi maddələrdən istilik və kimyəvi proseslərdən keçərək istehsal prosesidir. Bu prosesi həyata keçirən
cihazlar isə üçölçülü printerlər, yəni çap alətləridir. Çap bir çox fərqli maddədən istifadə edilərək
gerçəkləşdirilə bilər. Ən çox yayılmış xam maddə isə sərt kauçukdur. Üç ölçülü dizaynlar kompüterdə
CAD yəni komputer dəstəkli dizayn proqramları vasitəsilə aparılır. Hazırda 3D printingin ən çox istifadə
edildiyi sahələr, sənaye, istehsal və kosmosla bağlı olan səhələrdir. İnkişaf etdikcə 3D çap
texnologiyasının gələcəkdə demək olar ki, bütün irihəcmli sahələri və hətta yaşayışımızı, işimizi, həyat
tərzimizi dəyişəcəyi istisna deyil.

Və gəlin 3D printingin canlı aləmə tətbiqinə yəni 3D bioprintingə daha yaxından baxaq. Bu texnologiyanın
canlı aləmdə tətbiqi özü çox böyük bir innovasiyadır. Nəyə görə? Bunu da slaydlara baxdıqca
anlayacağıq.

What is 3d bioprinting?

3D Bioprinting təbii canlı sistemlərin davranışını təqlid edən canlı quruluşları qat-qat çap etmək üçün
hüceyrələri və digər bioloji qatqıları da bir mürəkkəb kimi istifadə edərək istehsal formasıdır. İngilis
dilində mürəkkəb ink deməkdir elə bioprintingdə istifadə olunan bu mürəkkəblərə də bioink deyilir.

Orqan on a chip -yəni çipdə orqan kimi bioprintid quruluşlar üç ölçülü şəkildə orqanizm xaricində - yəni
in-vitro üsulla insanı öyrənmək üçün üçün istifadə oluna bilir. İn vitro, biologiyada və tibb sahəsində tez-
tez işlədilən və “laborotoriya şəraitində ya da süni şəraitdə” mənasını verən bir termindir. Məsələn süni
şəraitdə hazırlanmış toxuma nümunələri və yaxud da bakteriya üzərində sınaqdan keçirilən hər hansı bir
dərmanın təsiri “in vitro” olaraq müəyyənləşdirilmiş olur.

3D bioprintli bir quruluşun geometriyası, təbii olaraq meydana gələn bir bioloji sistemə 2D-də aparılan
bir in vitro tədqiqatdan daha çox bənzəyir və bioloji baxımdan daha əlaqəli olur. Bu texnologiya ən çox
toxuma mühəndisliyi və biyomühendislik, həmçinin materialşünaslıq sahələrində istifadə olunur. 3D
bioprintinq də getdikcə əczaçılığın inkişafı və dərman yoxlanışları üçün istifadə olunur və gələcəkdə klinik
şəraitdə tibbi tətbiqetmələrdə istifadə ediləcəyi istisna olunmur - 3D çaplı dəri peyvəndləri, sümük
peyvəndləri, implantlar, biyomedikal cihazlar və hətta tam 3d çap olunmuş orqanlar hamısı bioprinting
tədqiqatlarının aktiv mövzularıdır.

Bioinklər tam olaraq nədir necə işləyirlər?

Bioink hüceyrələrdən və bu hüceyrələrin həm inkişaf etməsini həm də çoxalmasını təmin edəcək 3D
molekulyar skelet rolunu oynayacaq bir biopolimer geli özündə ehtiva edir. Hüceyrələrin bir araya
gətirilib toxumalar əmələ gətirməsini və bunu üçölçülü printerdə çap edilməsini təmin edən şey bu
biopolimer geldir. Bu gel həmçinin çap zamanı hüceyrələri də qoruma funksiyası daşıyır.

Bioinkin mənbəyi çox mühüm rol oynayır

Ən yaxşı nəticəni almaq üçün, bioinkdəki hüceyrələr öz dogma ECM- yəni hüceyrə xarici matrikslərinin
komponentlərinə sahib olmalıdırlar.
(ECM- hüceyrə xarici matriks komponentləri ilə yanaşı hüceyrə yapışma reseptorları da bir-biri ilə
qarşılıqlı əlaqədə hüceyrələrin bütün toxuma və orqanlarda yerləşdiyi kompleks bir şəbəkə meydana
gətirir.)

3D printingin mərhələləri

Fərqli metodlarla işləyən fərqli 3D printerlər var. Lakin yenə də bütün printerlərdə çap prosesi bənzər
addımlarla gerçəkləşir.

3D görüntüləmə: Toxumanın tam ölçülərini əldə etmək üçün standart bir kompüter tomoqrafiyası və ya
maqnit rezonans görüntüləməsindən istifadə olunur.

3D modelləşdirmə: AutoCad proqramından istifadə edərək bir plan yaradılır. Plan bütün qatları özündə
əks etdirərək yüksək detallı olmalıdır. Yaranabiləcək problemləri aradan qaldırmaq üçün bu mərhələdə
incə düzəlişlər edilə bilər.

Bioinkin hazırlanması: İstifadə sahəsi və məqsədinə görə xüsusiləşdirilmiş bioinklər hazırlanır.

Çap mərhələsi: Bioink qalınlığı 0.5 mm və ya daha nazik olmaqla təbəqələr şəklində qat-qat çap
lövhəsinin üzərində aşağıdan yuxarıya doğru toplanır və kütlə əmələ gəlir.

Qatılaşma: Lövhənin üzərində kütlə əmələ gəldikcə təbəqələr əvvəlcə axıcı maye formasında olub,
sonradan şəklini qorumaq üçün qatılaşırlar.

Vitronektin hüceyrə xarici matriksdə və sümükdə bol miqdarda olan bir qlükoproteindir.

Çip-orqan

Çip üzərində orqan təsəvvür etmək bilirəm ki, çox çətindir. Daha doğrusu çip üzərindəki orqan yox, çip-
orqan. Bu nədir? Silikon kauçuk bir tərkibdən ibarət olub içərisində təqlid eləməli olduğu orqana aid
hüceyrələr və mikro axıcı mayelər olan bir çipdir. Bu çipin orta qismində isə məsaməli və elastik
quruluşda olan keçirici bir membran, mümbranın üzərində aid olduğu orqanın hüceyrələri, alt qismində
isə kapilyar hüceyrələri olur. Membranın üst tərəfindəki kanalda hava axını, alt tərəfindəki kanalda isə
qan axışı təmin olunur.

Bəs bu çip-orqanlara nəyə ehtiyac duyduq?

Əvvəlcə qeyd edək ki,bu çiplərin dizayn olunmasında əsas məqsəd hüceyrənin təbii mühitdə
yaradılmasını təmin etməkdir, çünki hüceyrələr bədən daxilində dinamik və daimi olaraq müxtəlif
mexaniki təsirlərə məruz qalırlar. Çipdəki bu vəziyyət isə yan tərəflərdə olan vakuum kanalları tərəfindən
peristaltik hərəkətlər yaradılaraq təmin olunur.

Bəs biz nəyə görə çiplərə ehtiyac duyuruq? Təbii ki bu texnologiya da ehtiyaclarımızdan ötrü inkişaf
etdirilib. Məsələn yeni bir dərmanın kəşfi və inkişaf etdirilməsi təxmini olaraq 12 ilimizi və milyonlarla
maddi vəsaitimizi alır. Bundan əlavə, dərman inkişaf etdirmək üçün xərclənən pul getdikcə artsa da FDA
yəni Qida və Dərman Adminstrasiyası tərəfindən təsdiqlənən dərmanların sayı get-gedə azalır.
(Statistika üçün deyək ki, klinik araşdırmalara gedən 10 dərmandan sadəcə biri Qida və Dərman
Adminstrasiyasının təsdiqini alır.) Bir dərmanı insan üzərində birbaşa sınamadığımız müddətdə də işə
yarayıb-yaramadığını (təsiri, yan təsirləri, toksikliyi və s.) təxmin eləmək müşkül məsələdir. Digər
tərəfdən biologiya, genetika, kimya kimi bir çox sahələrdə çalışan tədqiqatçıların canlı hüceyrələr
üzərində işləməsi də çox vacibdir. Lakin hal-hazırda canlılar üçün aparılan işlərdə canlı hüceyrələrin
hazırlanan dərmanlara və təsirə verəcəyi reaksiyanı müşahidə etmək üçün klinikadan əvvəl
araşdırmalarda istifadə olunan iki metod var. Bunlar petri qabında yetişdirilən hüceyrələr və canlı
heyvanlardır. Lakin hər iki model də bizə tətbiq ediləcək təsirlərə insan hüceyrəsinin necə reaksiya
verəcəyinə dair dəqiq bir informasiya vermir. Petri qabında yetişdirdiyimiz hüceyrələr dinamik, üçölçülü,
kompleks quruluşlu bir mühitdən belə bir mühitə keçməyi sevmirlər. Heyvanlar üzərində çalışmaq isə ilk
metoda görə kompleks quruluşda bir orqanizmin verə biləcəyi reaksiyanı müşahidə etmək üçün daha
məqsədəuyğun görünsə də bu da insanlar üzərində yarana biləcək vəziyyəti tam olaraq görüntüləmir.
Bundan əlavə, heyvanlar üzərində işləmək çox zaman alır və olduqca bahalı bir işdir. Tam olaraq, bu
nöqtədə insan hüceyrələrinin verəyi reaksiyanı daha tez və daha ucuz şəkildə müşahidə eləyə biləcəyimiz
çiplər mövzuya daxil olur. Çip modelində insanlar haqqında daha təxmin edilə bilən və gerçəkci bir model
təqdim olunur.

Hazırda 7 fərlqi orqan çipi hazırlanıb istehsal olunub. Bunların arasında ağciyər, bağırsaq, qaraciyər kimi
çiplər mövcuddur. Çiplər üzərindəki hər hansı bir təsiri müşahidə etməyimiz mümkündür. Məsələn,
ağciyər çipində infeksiya təqlid edilib necə bir reaksiya verdiyi müşahidə olunub. Ağciyər çipinə bir
bakteriya qoyuldu və altdan axan qanda antikorlar ağciyər hüceyrələrinin olduğu membranın digər
qisminə keçib bakteriya hüceyrələrini təsirsiz hala gətirdi. Balaca bir çip içərisində orqanizmimizdə
gerçəkləşən bir hadisəni müşahidə etmək həqiqətən də möhtəşəmdir.

Bundan əlavə, çiplərin quruluşundan danışanda biz qeyd etmişdik ki, bu çiplərində içəridə mikro axıcı
mayeni özlərində ehtiva edirlər. Bu da o deməkdir ki, biz human on a chip- yəni çip insanı da artıq
təsəvvür edə bilərik. Orqanlar üzərində tək-tək müşahidələr apara bildiyimiz kimi, bir çox orqanı bir
yerdə işləyərkən verilmiş dərmanın nə qədərinin hansı orqanda saxlanıldığını, hansı orqanları hansı
təsirləri göstərir kimi suallara cavab taparaq ümumilikdə insanın dərmana verdiyi reaksiyanı müşahidə
edə bilər. Bundan əlavə hər bir fərdə aid fərqli orqanlardan alınan kök hüceyrələrlə yaranmış fərqli
orqan çiplərinin bir-biriylə əlaqə yaratmasıyla artıq fərdi çiplərin də yaradılması planlaşdırılır. Məsələn
Elana on a chip

Skin on- a chip adı verilən dəri çipləri sayəsində kosmetika və kimyəvi maddələrin test edilməsi və
müxtəlif tədqiqatların aparılmasında istifadə edilmək üçün yaradılmış çiplər də mövcuddur. Gələcəkdə
isə bu çiplərin dediyim kimi, fərdiləşdirilmiş tibbdə çox önəmli bir rol oynaması gözlənilir çünki, klinik
tətbiqetmələrdə istifadə olunan məlumatlar ortalama bir insana aid məlumatlardır. Yaş, cinsiyyət,
genetik fərqliliklər kimi faktorlar səbəbiylə tətbiq olunacaq təsirə qarşı veriləcək fərqli reaksiyalar bu
çiplər sayəsində müşahidə oluna biləcək və hətta bu çiplər bir-birinə bağlanaraq population- on a chip
yaradılacaq və risk altındakı qruplar müəyyənləşdirilə biləcək.

Son olaraq, daha ucuz və daha tez cavab – bu texnologiyanın tam olaraq mənası budur.

Extracellular matrix (ECM) is an extensive molecule network composed of three major components:
protein, glycosaminoglycan, and glycoconjugate. ECM components, as well as cell adhesion receptors,
interact with each other forming a complex network into which cells reside in all tissues and organs.
Hüceyrə xaricindəki matris (ECM), üç əsas komponentdən ibarət olan geniş bir molekul şəbəkəsidir:
protein, qlikozaminoglikan və qlikokonjugat. ECM komponentləri ilə yanaşı hüceyrə yapışma reseptorları
da bir-biri ilə qarşılıqlı əlaqədə hüceyrələrin bütün toxuma və orqanlarda yerləşdiyi kompleks bir şəbəkə
meydana gətirir.

Bioprinting nəyə görə önəmlidir.

Orqan transplantasiyası üçün yaradılmış gözləmə siyahısına hər 10 dəqidədən bir yeni bir insan daxil
olur. Hər il 8000 insan ehtiyacları olduğu orqanların vaxtında tapılmaması səbəbindən vəfat edir. Bu isə
gündə orta hesabla 22 insanın, və saatda bir insanın həyatını itirməsi deməkdir. Qeyd edim ki, bu
siyahıda olan pasientlərin 80%i böyrək transplantasiyası üçün gözləyir.

Orqan transplantasiyası üçün gözləmə siyahısında həqiqətən böyük və artan bir alternativə ehtiyac var.
Hazırda 3D bioprintinq orqan nəqli gözləmə siyahısını ortadan qaldırmaq potensialına sahib yeni və
maraqlı bir vasitədir.

Yapay organlar , hayati organ yetmezliğinin yükselmesi nedeniyle biyo 3D yazıcı teknolojisinin
en büyük itici güçlerinden biridir. 3D basılı organların kullanılabilirliği, hastalar, aileleri ve
sağlık sistemleri için önemli olan organla ilgili sorunları daha hızlı ve daha hızlı çözmenize
yardımcı olur.

Farmasötik test için dokuların geliştirilmesi, 3D basıldığında, daha uygun maliyetli ve etik bir
seçenektir. Ayrıca, ilaçların yan etkilerini belirlemeye yardımcı olur ve önerilen ilaçların,
onaylanmış güvenli dozajlara sahip insanlara uygulanmasına izin verir.

Estetik cerrahi , özellikle plastik cerrahi ve cilt grefti de teknolojiden yararlanmaktadır. Bu özel
uygulamada, bioprinted cilt dokusu ticari hale getirilebilir. Bazı 3B basılı dokular, tedavi amaçlı
araştırmalar için zaten biyoprinte edilmektedir.

Kemik dokusu yenilenmesinin yanı sıra protez ve dişçilik uygulamalarında kullanılabilir.

Et ve sebze gibi gıda maddelerinin üretilmesi de dahil olmak üzere diğer çeşitli biyo 3D yazıcı
kullanımları ve uygulamaları vardır.

Bundan əlavə 3D bioprinting farmakologiya sahəsində də dərmanların yoxlanışdan keçməsini tezləşdirir


və asanlaşdırır.

Bildiyimiz kimi son vaxtlarda fərdiləşdirilmiş və regenerative müalicə böyük populyarlıq qazandığı üçün
3D bioprintingin target treatmentdə də istifadəsi əvəzedilməz rol oynayır.

You might also like