You are on page 1of 231

Mühazirə №1

Mövzu 1: Giriş. Kurs göstərici cihazlar haqqında ümumi məlumat.


Mühazirənin planı:

1. “Kurs göstərici cihazların” - kursunun məzmunu.

2. Kurs göstərici cihazların fənninin öyrənilməsinin aktuallığı və


əhəmiyyəti.

Dəniz naviqasiyasının tarixi çox qədim tarixə malikdir. O, dövrdə gəminin yerini
təyin etmək üçün müxtəlif vasitələr tələb olunurdu və yaradılırdı. Bu vasitələr
gəminin istiqamətini, sürətini, dərinliyi və gedilən məsafəni ölçmək imkanı verirdi.
İlk əvvəllər maqnit əqrəbindən istifadə edilməyə başlandı. Onun maqnit meridianı
göstərmə qabiliyyəti 3 min ildən artıq idiki, insanlara məlum idi.
Artıq XI əsrdə Skandinaviyada gəmi sürücülüyü məqsədi üçün maqnit
əqrəbindən istifadə edilməyə başlanmışdı.

XIV əsrin əvvələrində isə kartuşka meydana gəldi. Gəminin sürətini təyin etmək
üçün uzun müddət holland laqından istifadə edildi. Bu vaxt gəminin burun
hissəsindən suya üzən cisim atılırdı və həmin cismin bir-birindən məlum olan
məsafədə dayanmış 2 müşahidəçi arasından keçmə vaxtı ölçülürdü. Bununlada
gəminin sürətini təyin edirdilər.

XVI əsrin sonlarında laqlinə bərkidilmiş taxta sektor şəkilli laqlardan istifadə
olunmağa başlandı. XVIII əsrdə isə həssas elementli mexaniki laqlar meydana çıxdı.

1852-ci ildə L.Fiko yeni cihaz yaratdı və onu giroskop adlandırdı. Bu cihazda
metallik rotor 3 oxu olan kardan asqısında asılırdı. Onun vasitəsilə gəmi
sürücülüyünün təhlükəsizliyi dahada etibarlı təmin olunurdu. Giroskopun kəşfi və
onun daha dərindən öyrənilməsi təkcə gəminin kursunu təyin edən cihazların
yaradılması deyil, həmdə gəminin bucaq sürətini, bort və kil yırğalanması bucaqlarını
təyin edən cihazların yaradılmasına səbəb oldu.

Hələ XVIII əsrdə hidroakstika və səsin suda yayılması haqqında ilk elmi
nəaliyyətlər əldə olunmağa başlandı. 1804-cü ildə Y.D.Zaxarovun akustik üsulla ilk
dəfə məsafənin ölçülməsi həyata keçirildi.
Exolotun yaradılması isə 1915-ci ilə təsadüf edir. Gəminin hərəkətinin
avtomatlaşdırılması cəhdləri XIX əsrin axırlarına təsadüf edir. Belə ki, 1892-ci ildə ilk
dəfə girokompasdan götürülmüş məlumat ilə işləyən avtomatlaşdırılmış sükan
qurğusuna patent verildi.

Müasir gəmilərə gəldikdə isə demək olar ki, praktiki olaraq onların hamısı
tamamilə avtomatlaşdırılıb. Bu da naviqasiya parametrlərinin böyük dəqiqliklə təyin
edilməsinə imkan verir.

Beləliklə demək olarki, “Dəniz naviqasiyasının texniki vasitələri” dərsliyi Dəniz


naviqasiyası mühəndisləri üçün zəruri olan bütün texniki vasitələrini öyrənir və bu
ixtisas üzrə əsas fənlərdən biridir.

Dəniz donanmasının müvəffəqiyyətli istismarı şərtlərindən biri də dəniz


üzgüçülüyünün təmin olunmasıdır. Bu məqsədlə gəmilərdə müxtəlif növ gəmi
sürücülüyünün texniki vasitələri quraşdırılmışdır ki, onlarda gəminin yerini, hər hansı
orientirə qədər olan məsafəni, bucağı təyin edir, digərləri isə sürəti, gedilən məsafəni
və dənizin dərinliyini ölçür.
Bu naviqasiya cihazları ilə əsas parametrləri təyin edirlər ki, onlar da gəmi
sürücülərə təhlükəsiz üzməni təmin etmək üçün çox vacibdir.

“Dəniz naviqasiyasının texniki vasitələri” dərsliyində girokompaslar, maqnit


kompasları, exolotlar və laqların quruluşu, iş prinsipi, texliki xarakteristikası və
istismar qaydaları, həmçinin bu cihazlara qoyulan beynəlxalq tələblər haqqında geniş
məlumatlar verilmişdir.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1. Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2. Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3. Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı
– 2003.

Nəzarət sualları:

1.Fənnin öyrənilməsinin əsas məqsədi.


2.Gəmidə istifadə olunan hansi naviqasiya avadanlıqlarını tanıyırsınız.
Mühazirə №2

Mövzu2: Yerin və gəminin maqnit sahəsi.

Mühazirənin planı:

1. Yerin və gəminin maqnit sahəsi.


2.Maqnit sahəsi və onun xarakteristikaları.
3.Düzxətli maqnit sahəsi.
4.İstiqamətləndirici moment və kompasın hərəkətsizlik bucağı
5. Gəmi maqnit qüvvələri.

Dəniz naviqasiyasının tarixi çox qədim tarixə malikdir. O, dövrdə gəminin yerini
təyin etmək üçün müxtəlif vasitələr tələb olunurdu və yaradılırdı. Bu vasitələr
gəminin istiqamətini və gedilən məsafəni ölçmək imkanı verirdi. İlk əvvəllər maqnit
əqrəbindən istifadə edilməyə başlandı. Onun meridianı göstərmə qabiliyyəti 3 min
ildən artıq idiki, insanlara məlum idi.
Artıq XI əsrdə Skandinaviyada gəmi sürücülüyü məqsədi üşün maqnit
əqrəbindən istifadə edilməyə başlanmışdı.

Maqnit kompasının iş prinsipi Yerin maqnit sahəsinin təsirinə əsaslanır.


Məlumdur ki, Yer böyük maqnit kütləsidir və maqnit qüvvə xətləri yer səthində cənub
qütbündən çıxaraq şimal qütbünə istiqamətlənir (Şəkil 38) .
Sərbəst asılmış maqnit əqrəbi maqnit meridianının müstəvisində əyilir, belə ki,
şimal yarımkürəsində N ucu ilə aşağı, cənub yarımkürəsi isə S ucu ilə aşağı əyilir. Bu
hadisəyə maqnit əyilməsi deyilir. Maqnit qütblərinə yaxınlaşdıqca əyilmə bucaqları
çoxalır. Maqnit qütblərində əqrəbin qütbləri vertikal vəziyyətdə olur. Yer kürəsinin
bütün rayonları üçün maqnit xəritələri nəşr olunur. Bu xəritələrdə Yer maqnitizminin
elementlərinin qiymətləri çəkilmişdir. Maqnit meylləri eyni qiymətdə olan nöqtələri
birləşdirən əyri xətlərə izoqonlar deyilir. Sıfır maqnit meyli olan yerləri birləşdirən
əyrilərə aqonlar deyilir. Maqnit meyli haqqında məlumatları göstərən maqnit
xəritələrinə izoqonik xəritələr deyilir. Eyni maqnit əyilməsi olan yerləri birləşdirən
əyri xəttlərə izoklinlər deyilir. Sıfırıncı izoklin maqnit ekvatoru adlanır.
Şəkil 38. Yer maqnitizmi.

Maqnit əyilməsi haqqında məlumatları göstərən maqnit xəritələrinə izoklinik


xəritələr deyilir. Maqnit ekvatoru coğrafi ekvatoru iki nöqtədə kəsən düzgün olmayan
bağlı əyridir. Yer kürəsinin maqnit sahəsinin gərginliyinin üfüqi qüvvəsinin (H) ən
böyük qiyməti maqnit ekvatorunda, maqnit qütblərində isə sıfıra bərabər olur. Ona
görə də maqnit kompası maqnit ekvarounun yaxınlığında yaxşı işləyir, maqnit
qütbləri rayonlarında isə tamamilə işləmir. Yer maqnitizminin bütün elementləri sabit
qalmır, zaman keçdikcə dəyişirlər, ona görə də maqnit xəritələri müəyyən zamana
gətirilir. Gəmi sürücü üçün Yer maqnetizminin üç elementlərindən ən vacibi maqnit
meylliyidir. Ona görə də onu naviqasiya xəritələrində göstərirlər. Bu halda maqnit
meylinin qiyməti, xəritənin nəşr olunan ilə gətirilməsi və illik dəyişməsinin qiyməti
verilir. Bəzi rayonlarda maqnit meylinin qiyməti bu yeri əhatə edən başqa yerlərin
maqnit meylindən kəskin surətdə fərqlənir. Bu hadisəyə maqnit anomaliyası deyilir.
Maqnit anomiliyası olan rayonların sərhədləri naviqasiya xəritələrində əyri qalın qara
xətt ilə göstərilir. Bu rayonlarda maqnit kompaslarından istifadə edərkən gəmi
sürücüsü ehtiyatlı olmalıdır.
Maqnit qütblərindən keçən vertikal müstəvi maqnit meridianinin müstəvisi
adlanır. Maqnit meridian müstəvisinin həqiqi üfüq müstəvisi ılə kəsişməsi maqnit
meridian xəttini və yaxud maqnit meridianını (Nm Sm) verir.
Maqnit qütbləri coğrafi qütblərlə üst-üstə düşmür və koordinatları aşağıdakı
kimidir:– şimal maqnit qütbü – =72°N, =96°W, cənub maqnit qütbü =70°S,
=150°E. Ona görə də maqnit meridianı (NmSm) həqiqi meridianla (NhSh) müəyyən
bucaq əmələ gətirir.
Bunun nəticəsi olaraq maqnit kompasının vertikal ox ətrafında sərbəst fırlanan
əqrəbi həqiqi meridianın deyil, maqnit meridianının istiqamətini göstərir (Şəkil 39)
Şəkil 39. Maqnit meylliyi.

Həqiqi üfüq müstəvisində həqiqi və maqnit meridianlari arasında qalan bucağa


maqnit meyilliyi deyilir, d –hərifi ilə işarə edilir və qiyməti yer səthinin müxtəlif
nöqtələrində müxtəlif olur.
Maqnit meridianı həqiqi meridiandan E tərəfə olanda d – nin işarəsi (+), W
tərəfə olanda isə (-) qəbul edilir (Şəkil 40).

Şəkil 40. Maqnit meylliyi.

Müşahidələr nəticəsində müəyyən olmuşdur ki, yerin maqnit sahəsi fasiləsiz


olaraq dəyişir. Ona görə də Yer maqnitizminin elementləri və o cümlədən maqnit
meyilliyi uyğun olaraq dəyişir.
Maqnit meylliyinin dəyişməsi xarakter etibarı ilə müxtəlifdir.

a) Periodik dəyişmə.

Periodik dəyişməyə sutkalıq, illik və əsrlik dəyişmələr aiddir.


- Sutkalıq və illik dəyişmə çox kiçik olduğu ücün şturman praktikasında nəzərə
alınmır.
- Əsrlik dəyişmə çox illər ərzində maqnit meylliyinin ildən ilə dəyişməşi ilə
xarakterizə olunur.
Maqnit meylliyinin əsrlik dəyişməsinin analizi göstərir ki, meyillik 1-ildə 0,2° -
yə qədər dəyişə bilər. Maqnit meylliyinin qiyməti xüsusi izoqon xəritələrində və eləcə
də naviqasiya xəritələrində verilir. Maqnit meylliyinin xəritədə hansı ilə aid olduğunu
bilmək lazımdır. Onun hansı ilə aid olduğunu bildikdən sonra keçən illərin sayını
illik dəyişməyə vurmaq və nəticəni, artandırsa meylliyin xəritədəki qiymətinə əlavə
etmək, azalandırsa ondan çıxmaq lazımdır.
d uz  d x  d  n

Burada :n-illərin fərqi, dü-üzmə ili, dx-xəritənin çap ili, xəritədə meyilliyin
artıb azalması
Məsələ: Xəritədə kompasın meylliyi 1999 - cu ildə d99=5,7°W. İllik azalma 0,1°.
Meyilliyi üzdüyümüz 2009-cu ilə gətirmək lazımdır.
Həlli:
1. Illərin fərqi n=2009–1999= 10 il.
2. 10 ilə d-nin azalması ∆d =0,1  n=0,1  10=1,0°
3. 2009- cu idə d 09 =5,7°-1,0°=4,7°W d 09 =4,7°W

b) Nizamsız (qeyri periodik) dəyişmə.

Maqnit meylliyinin qanunauyğun dəyişmələrlə bərabər, nizamsız dəyişməsi


halları da baş verir. Bunlar maqnit anomaliyası və maqnit fırtınasıdır.
Dəniz və okeanların bəzi rayonlarında meylliyin qiyməti ətraf rayonlara nisbətən
kəskin surətdə fərqlənir. Buna maqnit anomaliyası deyilir.
Yer maqnitizmi elementlərinin, o cümlədən meylliyin gözlənilmədən, nizamsız
dəyişməsi maqnit fırtınası adlanır.
Maqnit fırtınası əsasən qütb rayonlarında baş verir və bu zaman maqnit
kompasından istifadə etmək mümkün olmur. Maqnit fırtınası Günəş sisteminin
aktivliyi ilə bağlıdır.
Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı –
2003.
Nəzarət sualları:

1.Maqnit meyilliyi necə təyin olunur.

2. Periodik dəyişmə nəyə deyilir.

3. Nizamsız (qeyri periodik) dəyişmə nəyə deyilir.


Mühazirə №3

Mövzu: Maqnit kompasının nəzəri əsasları.

Mühazirənin planı:

1. Maqnit kompasının nəzəri əsasları.


2.Maqnit kompaslarının işləmə prinsipi.

Yelkənli gəmilərin meydana gəlməsindən sonra acıq dənizdə orientasiya ücün


gəmilərdə maqnit kompası quraşdırdılar. Müasir gəmilərdə SOLAS-74
konvensiyasının V fəslinin 18, 19, 20-ci qaydalarında maqnit kompasına olan tələblər
verilmişdir.

I. Maqnit sahəsinin xarakteristikası.


Maqnit kompası materiyanın xüsusi forması olub elektronların nizamlanmış
hərəkəti nəticəsində yaranan maqnit sahəsi onun çərəyan naqillərinə olan təsirləri
ilə müəyyən olunur. Maqnit sahəsinin əsas xarakteristikası vektorial kəmiyyət olan
maqnit induksiyasıdır. Maqnit induksiyası vektorunun istiqaməti maqnit oxunun
şimal qütbünə təsir edən qüvvənin istiqaməti ilə eynidir. Maqnit induksiyasının
qiymətini təyin etmək ücün aşağıdakı formuldan istifadə edirlər :
F  B  i  l  sin  (1)
Çərəyan naqili xəttinə təsir edən mexaniki F qüvvəsi (Şək.1) çərəyan qüvvəsi i ,
naqilin uzunluğu l və maqnit sahəsinin induksiyası B ilə düz mütənasibdir.
(1) formulundan maqnit induksiyasının vahidini təyin etmək olar :

B   F 
 
Nyuton

N
 Tesla (2)
 i  l  Amper  metr A  m
Tesla ( Tl ) – maqnit induksiyasının yekun vahidi qəbul edilib.

i
Zəif maqnit sahələrini ölcmək ücün mikrotesladan istifadə edirlər.
1mkTl  10 6 Tl
Yerin maqnit sahəsinin induksiyası 50mkTl qiymətinə bərabərdir.
Maqnit sahəsini qrafiki təsvir etmək ücün maqnit induksiyası xətlərindən istifadə
edilir. Maqnit induksiyası B ilə bərabər digər vektorial kəmiyyətlərdəndə istifadə
edilir – maqnit sahəsinin gərginliyi H. Maqnit sahəsinin gərginliyi H ilə maqnit
sahəsinin induksiyası arasında aşağıdakı asılılıq var.
B     0 H (3)

Burada  - mühitin maqnit keciriçiliyi (çismin)


 0 - vakumun maqnit keciriçiliyi (maqnit sabiti) 0  4  107 Hn m ( N )
A2
(3)formuluna əsasən maqnit sahəsinin gərginliyinin vahidini təyin etmək olar:
  N  A2
H    B   
A
(4)
 0  Am N m

Maqnit sahəsinin gərginliyi H və maqnit sahəsinin induksiyası B qüvvə


xarakteristikalarıdırlar. Belə ki, maqnit sahəsinin baxılan nöqtəsində maqnit
qütbünə təsir edən mexaniki qüvvəni təyin edirlər. Təçrübədə maqnit sahəsinin
gərginliyi və induksiyası termini əvəzinə «maqnit qüvvəsi» terminindən istifadə
edirlər. Maqnit sahəsini xarakterizə edən daha bir kəmiyyət maqnit selidir (F).
Ф  B  S  cos  (5)

S - maqnit selinin keçdiyi naqilin konturunun sahəsidir.  -B vektoru ilə normal


axın arasında qalan buçaqdır. Maqnit selinin vahidi Veberdir (Vb). 1Veber – 1Tl
induksiyası ilə maqnit sahəsində yaranan maqnit selidir.
Maqnit sahəsinin mənbəyi aşağıdakılardır:
--- yumşaq maqnit materiallarından və maqnitləşmə induktivliyi olan ferromaqnit
çismlər:
--- sabit maqnitləşməyə malik olan bərk materiallı ferromaqnit çismlər.

II. Yerin maqnit sahəsi.


Yer kürəsini əhatə edən fəzada, yerin səthində, dənizin dibində maqnit qüvvələrinin
təsiri müşahidə olunur. Bu qüvvələrin mövçud olmağına sadə müşahidələrlə əmin
olmaq olar. Ağırlıq mərkəzindən asılmış maqnit əqrəbi yer səthinin istənilən
nöqtəsində müəyyən olunmuş istiqaməti göstərir. Bu istiqamət yer səthinin bir cox
rayonlarında çoğrafi meridianlarla üst-üstə düşür. Çoğrafi terminlərdəki kimi
analoji olaraq maqnit ekvatoru (I=00 olan nöqtələri birləşdirən xətt), maqnit en
dairəsi (I=900).
Yer kürəsi iki qütbü olan cox böyük şar şəkilli maqnitdir. Lakin yer kürəsinin
maqnit qütbləri çoğrafi qütblərlə üst-üstə düşmür. Onlar tədricən öz yerlərini
dəyişirlər. Şimal maqnit qütbü Kanada arktik arxipelaqında(   72 0 N ,   96 0 W ),
çənub qütbü isə Antraktidada (   70 0 S ,   150 0 E ) yerləşir. Çənub maqnit qütbü
müsbət, şimal maqnit qütbü isə mənfi qəbul edilmişdir. Yerin maqnit sahəsinin
qüvvə xətləri çənub maqnit qütbündən (Psm) cıxıb, şimal qütbündə(Pnm) birləşir.
Maqnit sahəsi hər bir nöqtədə gərginliyin (T) qiyməti ilə xarakterizə olunur.
Yer kürəsinin hər hansı A nöqtəsində maqnit gərginliyini (T) üfüqü və vertikal (Z)
qüvvələrinə ayırmaq olar. H qüvvəsi yer səthində qoyulmuş maqnit əqrəbini
maqnit qüvvə xətti istiqamətində saxlayır. Bu xüsusiyyətdən kompasların
quruluşunda istifadə edirlər. Z qüvvəsi isə əqrəbi əyir. J-maqnit əyilməsidir. Üfüqi
qüvvə ilə maqnit gərginliyinin istiqamətləri arasındakı buçaqdır (şəkil.2).

Nh
d
A Nm

Z T

Şəkil.2; Maqnit gərginliyinin istiqamətləri.


H gərginliyi ilə üfüqi (T) və vertikal (Z) qüvvələr arasında aşağıdakı asılılığı göstərə
bilərik.
H  T cos I , Z  T sin I (6)

II. Maqnit kompasının istiqamətləndiriçi momenti.


Maqnit istiqamətini təyin etmək ücün maqnit əqrəblərindən istifadə edirlər. Bu
maqnit əqrəbi fəzada sərbəst hərəkət edir və onun istiqamətləndiriçi momentinin
təsirindən aslıdr (şəkil 3).
Maqnit əqrəbinə bu momentlərin təsirini aşağıdakı formul ilə göstərə bilərik;

L  B  l  sin  (7)

Шякил 3. Йерин магнит сащясиндя магнит ягрябинин


истигамяти

Burada F- maqnit əqrəbinin hər qütbünə təsir edən qüvvə,

l- əqrəbin qütbləri arasında məsafə,

- əqrəbin maqnit sahəsindən gərginliyi vektorundan meyl etmə buçağı,

T- vektorun üfüqü təşkilediçisi,

lsin- çüt qüvvənin qolu,

Kulon qanununa əsasən F qüvvəsi aşağıdakı kimi hesablanır;

F  mH (8)

F-qüvvəsi Nyutonla ifadə olunur.


M-maqnit qütbünün kəmiyyətidir və veberlə ifadə olunur.
А
H- maqnit sahəsinin gərginliyidir.( )
м

Beynəlxalq sistemdə maqnit sahəsinin gərginliyinin əvəzinə maqnit induksiyası


(B) terminindən istifadə edirlər və onun qiyməti H-ın qiymətindən 0 qədər coxdur.

B   0 H (9)

(9) formulunu nəzərə alaraq (8) formulunu aşağıdakı kimi göstərə bilərik;

mB
F (10)
0

Onda (7) formulunu aşağıdakı kimi göstərə bilərik;

ml
L B sin   MB sin  (11)
0

ml
M -- iki qütblu maqnit momentini ifadə edir. Adətən təcrübədə yer sahəsinin
0

üfüqü təşkilediçisinin B maqnit induksiyası H ilə işarə edilir. Onda (11) formulunu
aşağıdakı kimi göstərə bilərik;

L  MH sin  (Nm) (12).

Mühazirədə istifadə olunan ədəbiyyatı:


1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //
Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1.Yerin maqnit sahəsi.

2.Maqnit sahəsinin xarakteristikası nəyə deyilir.


3. Maqnit kompasının istiqamətləndirici momenti nəyə deyilir.
Mühazirə №4
Mövzu 1: Dəniz donanması gəmilərində istifadə olunan maqnit kompasları .
Mühazirənin planı:

1. Dəniz donanması gəmilərində istifadə olunan maqnit kompasları.


2. "УKП – M" tipli dəniz maqnit kompası.
3."KMO – T" tipli maqnit kompası.
4."KM – 145" tipli dəniz maqnit kompası.
5.“DC-83” (Horizont) induksion maqnit horizontkompası. Kiçik və orta
ölçülü gəmilər üçün maqnit kompasları.
1. "UKP – M" tipli dəniz maqnit kompasının təyinat,taktiki-texniki
xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
"UKP – M" tipli dəniz maqnit kompası nəqliyyat gəmilərinin çoxunda istifadə
olunur (Şəkil 41). Bu kurs gösətricisinin həssas elementi kartuşka (11) olub, altı
əqrəbli kurs və ya pelenq göstərişli dairəvi şkalası olan bir maqnit sistemidir.
Kartuşka mayeli qazançanın (2) daxilində şpilkanın (12) iti ucuna söykənir. O, maqnit
kartuşkasının simmetrik dayanması üçündür. Kartuşkanın çəkisi 105 qramdır, onun
mayedə olan çəkisi saxlayıcı qüvvə ilə tamamıilə tarazlaşdırılır. Nəticədə kartuşka ilə
şpilkanın iti ucu arasında sürtünmə qüvvəsi minimuma enmiş olur.

Şəkil 41. “UKP-M” maqnit kompası.

Qazança kardan asqısı vasitəsilə naktouzun (3) yuxarı hissəsinə bərkidilir.


Naktouzun aşağı hissəsi (əsası) (6) boltlar vasitəsilə gəminin göyərtəsinə bərkidilir.
Naktouzun daxilində uzərində iki ədəd karetka olan boş latun boru (5) yerləşir. Bu
latun boru deviasiya cihazı adlanır. Karetkaların üzərinə uzununa (7) və eninə (6)
maqnit - məhvediciləri bərkidilmişdir. Onlar yarımdairəvi deviasiyanı tarazlaşdırmaq
üçün təyin olunmuşdur. Latun borunun daxilində nazik trosla vertikal maqnit (4)
asılmışdır. O, yana əyilmə (kren) deviasiyasını aradan qaldırmaq üçün istifadə olunur.
Xüsusi valı (9) fırlatmaqla vertikal maqnitin (4) vəziyyətini hündürlüyə görə
dəyişmək olar.

Naktouzun yuxarı hissəsində iki ədəd üfüqi çubuqlar (10) yerləşdirilmişdir.


Onlar çərək (dördə bir) deviasiyasını aradan qaldırmaq üçün təyin olunmuşdur. Bu
çubuqlar yumşaq ferromaqnit materialdan hazırlanmışdır. Onlar naktouzun yuxarı
hissəsində sağ və sol kronşteynlərdə bərkidilir.

1. "KMO – T" tipli dəniz maqnit kompasının təyinat,taktiki-texniki


xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
"KMO – T" tipli maqnit kompası (Tropik optik maqnit kompası) optik qurğuya
malikdir. Optik qurğunun köməyi ilə kartuşkanın şkalası sükançının qarşısında
yerləşdirilmiş əksetdirici güzgüyə proyeksiyalanır. "KMO – T" tipli maqnit kompası
eyni zamanda həm əsas (baş), həmdə yol kurs göstəricisidir.

Şəkil 42 – də "KMO – T" tipli maqnit kompasının optik sistemi göstərilmişdir.


Lampa (7) kartuşkanı (3) aşağıdan işıqlandırır. Lampanın şüası qazançanın (1) şüşə
dibindən (6) və aralıq şüşə dikdən (5) keçir. Kartuşkanın (3) üzərindəki şkalanın
dərəcə bölgüləri iki tərəfli açıq deşik şəklində düzəldilmişdir. Kartuşka şipilkanın (4)
üzərində dayanır. Bu deşiklərdən işıq şüaları keçir. Kartuşkanın təsviri linzalar (14 və
16) vasitəsilə müşahidəçinin qarşısındakı güzgüyə (12) qeyd olunur. Naktouzda
qoruyucu şüşə (17), borunun (11) daxilində isə qızdırılan şüşə (13) yeləşdirilmişdir.
Qızdırılma aşağı temperatorlarda optik elementlərin tərləməsinin qarşısını alır. Optik
sistemin borusu (11) göyərtədə olan deşikdən hərəkət körpüsünə verilir.
Şəkil 42. “KMO-T” maqnit kompasının optik sistemi.

Gündüz vaxtlarında lampa (7) söndürülərkən kartuşkanın təsviri müşahidəçinin


qarşısındakı güzgüyə naktouzun yuxarı hissəsindəki şüşədən (2) və kartuşkanın
rəqəmlərinin yarığından keçən şüalardan verilir. Bu zaman muşahidəçi qaranlıq fonda
ağ bölgülər görür.

Gecə vaxtı isə kartuşka lampa ilə işıqlandırıldıqda müşahidəçi güzgüdə ağ fonda
qara bölgülər görür.

Naktouzun daxilində yarımdairəvi və kren deviasiyasını tarazlaşdırmaq üçün


vertikal maqnit (8) və iki cüt maqnit məhvediciləri olan deviasiya cihazı
yerləşdirilmişdir. Vertikal maqniti hərəkət etdirmək üçün vinti (10) fırladırlar. İki
ədəd uzununa maqnit məhvediciləri isə iki dişli çarxda (9) qurulmuşdur. Vinti (15)
fırladaraq maqnitlərin orientasiyasını vertikal vəziyyyətdən üfüqi vəziyyətə qədər
dəyişmək olar.

1."KM – 145" tipli dəniz maqnit kompasının təyinat,taktiki-texniki


xüsusiyyətləri,tərkibi və iş pirinsipi.

Cihazların komplekti və əsas texniki göstəriciləri.


"KM–145" tipli maqnit kompası dəniz donanması gəmilərində qurulmaq üçün
təyin olunmuşdür. O, gəminin kursunu təyin edərək, repiterlərə ötürür. Kompasın
səkkiz modifikasiyası vardır:

1. "KM–145-1" - distansiya vericisi olmayan maqnit kompası;


2. "KM–145-2" - distansiya vericisi olmayan və elektromaqnit deviasiyasının
kompensatoru olan maqnit kompası;
3. "KM–145-3" - kursu girokompası tipli repiterlərə elektrik distansiya vericisi ilə
ötürən maqnit kompası;
4. "KM–145-4" - kursu girokompası tipli repiterlərə elektrik distansiya vericisi ilə
ötürən və elektromaqnit deviasiyasının kompensatoru olan maqnit kompası;
5. "KM–145-5" - kursu optik distansiya vericisi ilə ötürən maqnit kompası;
6. "KM–145-6" - kursu optik distansiya vericisi ilə ötürən və elektromaqnit
deviasiyasının kompensatoru olan maqnit kompası;
7. "KM–145-7" - kursu optik və elektrik distansiya vericiləri ilə ötürən maqnit
kompası;
8. "KM–145-8" - kursu optik və elektrik distansiya vericiləri ilə ötürən və
elektromaqnit deviasiyasının kompensatoru olan maqnit kompası;
"KM–145-8" tipli maqnit kompasının komplektinin tərkibinə daxil olan cihazlar
və onların qurulma yerləri aşağıdakı kimidir.

Əsas cihaz (Cihaz 52) gəminin kursunun təyini və distansiyalı ötürülməsində


siqnal hasil etmək üçün nəzərdə tutulmuşdur. O, kurs vericisindən və deviasiyaların
kompensatorlarından təşkil olunmuşdur (Şəkil 43). O, gəminin yuxarı körpüsündə
qurulur.

Şəkil 43. “KM-145-8” maqnit kompasının funksional sxemi.


1. “DC-83” (Horizont) induksion maqnit horizontkompasının
təyinat,taktiki-texniki xüsusiyyətləri, tərkibi və iş pirinsipi.
“DC-83” induksion maqnit horizontkompası Çeboksarskidə “Glara” inşaat
cihazları zavodunda işlənib hazırlanmış və istehsal olunmuşdur. “DC-83” cihazı
induksion həssas elementli rəqəmsal horizontkompasdır. Dəniz gəmilərində
quraşdırılmaq üçün nəzərdə tutulub.

Horizontkompasının indiqasiya və idarə blokunda kompas kursunu və gəminin


yırğalanma bucaqlarını hesablayan mikroprosessor yerləşdirilmişir.

Gəminin sirkuliyasiyası zamanı deviasiyaların kompensasiyası avtomatik olaraq


tənzimlənir. Mikroprosessor maqnit meyilliyini nəzərə alaraq gəminin həqiqi
kursunun qiymətinidə hesablamaq funksiyasınada malikdir. Cihaz həmçinin kren və
different bucaqlarınıda təyin edir.

Şəkil 44.“DC-83” horizontkompasının komplekti.

1. Kiçik və orta ölçülü gəmilər üçün maqnit kompaslarıın


təyinat,taktiki-texniki xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
Sankt–Peterburq şəhərində fəaliyyət göstərən “Şturmanskie priborı” aksioner
şirkəti orta subasımına malik gəmilər, həmçinin kiçik gəmilər, katerlər, yaxtalar və
xilasedici qayıqlar üçün bir neçə modeldə maqnit kompasları istehsal edir.

“KMC-160-01” maqnit kompası. Orta subasımına malik gəmilərdə


quraşdırmaq üçün yol maqnit kompasıdır. Maqnit kompasının naktauzunda
yarımdairəvi və kren deviasiyasını ləğv etmək üçün maqnit məhvedici çubuqlar
yerləşdirilmişdir. Naktauzun yuxarı hissəsində isə çərək deviasiyasını azaltmaq üçün
kompensator quraşdırılmışdır. Kompasın korpusu şəffaf yarımsferik qapaq ilə örtülür.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. Dəniz donanması gəmilərində istifadə olunan maqnit kompasları.


2. "УKП – M" tipli dəniz maqnit kompası.
3."KMO – T" tipli maqnit kompası.
4."KM – 145" tipli dəniz maqnit kompası.
5.“DC-83” (Horizont) induksion maqnit horizontkompası. Kiçik və orta
ölçülü gəmilər üçün maqnit kompasları.
Mühazirə №5

Mövzu: Maqnit kompasının deviasiyası və onların aradan qaldırılması üsulları.

Mühazirənin planı:

1.Deviasiya növləri və xarakteri.


2.Yarımdairəvi deviasiyası və onun kompensasiyasının metodları.
3.Dörddə bir deviasiya və onun ləğv edilməsi metodları. İnduksiyadan
yaranan deviasiya.
4. Elektromaqnit deviasiya və onun kompensasiya prinsipi.

Gəmi gövdəsinin metallı yerin maqnit sahəsində əldə etdiyi xüsusiyyətlərə uyğun
olaraq iki kateqoriyaya bölünür: yumşaq və bərk dəmirlər.

Yumşaq dəmir Yerin maqnit sahəsində induktiv (müvəqqəti) maqnetizm əldə


edir. Gəminin kursu dəyişdirildikdə yumşaq ferromaqnit materiallardan hazırlanmış
elemenlər maqnitləşir. Xarici maqnitləşdirici sahə olmadıqda isə, onlar öz qalıq
maqnetizmini itirir.

Bərk dəmirin isə daimi maqnitəşməsi vardır. Bu maqnitləşmə güçlü maqnit


sahəsinin təsiri ilə gəminin tikilməsi prosesində yaranır. Bu sabit maqnetizm sonradan
gəminin kursunun dəyişməsindən aslı olmayaraq, uzun müddət sabit qalır.

Yerin maqnit induksiyasının tam vektoru üç təşkilediçidən ibarətdir: X -


uzununa, Y - eninə və Z - şaquli.

Uzununa (X) və eninə (Y) təşkilediçiləri həndəsi toplananda induksiyanın üfüqi


təşkilediçisini (H) yaradırlar. H induksiyanın vektoru maqnit meridianının
istiqamətini təyin edir. Bu maqnit meridianından gəminin maqnit kursu (K)
hesablanır. Onda X və Y təşkiledicilərini aşağıdakı kimi yaza bilərik.

X  H  cos K ; Y  H  sin K
X - sahəsi gəminin bütün uzununa olan elementlərini maqnitləşdirir.

Maqnit ( N M ) və kompas ( N K ) meridianları arasında qalan bucağa maqnit


kompasının deviasiyası (  ) deylilir.

Şəkil 3.1. Gəminin metal korpusu Yerin maqnit sahəsində.

Gəminin kursu dəyişən zaman deviasiyanında qiyməti dəyişir. Şəkil 3.2 - də


gəminin metal korpusunun Yerin maqnit sahəsinin +X uzununa təşkilediçisi
tərəfindən maqnitləşməsi göstərilmişdir.

Bu zaman gəmi elə bil ki, N (burun hissədə) və S (arxa hissədə) qütbləri olan
böyük bir maqnitdir. Gəminin maqnit sahəsinin vektoru burundan arxaya tərəf
istiqamətlənir.

Gəminin bütün bərk və vertikal yumşaq dəmirinin təsiri nəticəsində yaranan


deviasiya yarımdairəvi deviasiya adlanır.

Yumşaq gəmi dəmrinin (ferromaqnit) təsiri nətiçəsində yaranan deviasiya cərək


və ya dörddə bir deviasiya adlanır.

Yarımdairəvi deviasiyanı maqnit kompasının naktauzunda (gövdəsində)


yerləşdirilmiş uzununa və sabit maqnit məhvediçilərinin köməyi ilə aradan qaldırırlar.

Minimal qiymətə qədər isə cərək deviasiyasını maqnit kompensatorlarının


köməyi ilə endirirlər.
Gəmidə different və ya kren (yana ləngər ) olan zaman onun maqnitləşməsi
dəyişir və kompasın xətası yaranır. Bu xətaya yana əyilmə və ya kren deviasiyası
deyilir.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. Maqnit kompasının deviasiyasi necə təyin olunur.

2.Yarimdairəvi devasiya necə təyin olunur.

3.Cərək və ya dördə bir deviasiya necə təyin olunur.


Mühazirə №6

Mövzu: ."UKP – M" tipli dəniz maqnit kompası.


Mühazirənin planı:

1. "UKP – M" tipli dəniz maqnit kompasının təyinat,taktiki-texniki


xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
"UKP – M" tipli dəniz maqnit kompası nəqliyyat gəmilərinin çoxunda istifadə
olunur (Şəkil 41). Bu kurs götəricisinin həssas elementi kartuşka (11) olub, altı
əqrəbli kurs və ya pelenq göstərişli dairəvi şkalası olan bir maqnit sistemidir.
Kartuşka mayeli qazançanın (2) daxilində şpilkanın (12) iti ucuna söykənir. O, maqnit
kartuşkasının simmetrik dayanması üçündür. Kartuşkanın çəkisi 105 qramdır, onun
mayedə olan çəkisi saxlayıcı qüvvə ilə tamamıilə tarazlaşdırılır. Nəticədə kartuşka ilə
şpilkanın iti ucu arasında sürtünmə qüvvəsi minimuma enmiş olur.

Şəkil 41. “UKP-M” maqnit kompası.

Qazança kardan asqısı vasitəsilə naktouzun (3) yuxarı hissəsinə bərkidilir.


Naktouzun aşağı hissəsi (əsası) (6) boltlar vasitəsilə gəminin göyərtəsinə bərkidilir.
Naktouzun daxilində uzərində iki ədəd karetka olan boş latun boru (5) yerləşir. Bu
latun boru deviasiya cihazı adlanır. Karetkaların üzərinə uzununa (7) və eninə (6)
maqnit - məhvediciləri bərkidilmişdir. Onlar yarımdairəvi deviasiyanı tarazlaşdırmaq
üçün təyin olunmuşdur. Latun borunun daxilində nazik trosla vertikal maqnit (4)
asılmışdır. O, yana əyilmə (kren) deviasiyasını aradan qaldırmaq üçün istifadə olunur.
Xüsusi valı (9) fırlatmaqla vertikal maqnitin (4) vəziyyətini hündürlüyə görə
dəyişmək olar.

Naktouzun yuxarı hissəsində iki ədəd üfüqi çubuqlar (10) yerləşdirilmişdir.


Onlar çərək (dördə bir) deviasiyasını aradan qaldırmaq üçün təyin olunmuşdur. Bu
çubuqlar yumşaq ferromaqnit materialdan hazırlanmışdır. Onlar naktouzun yuxarı
hissəsində sağ və sol kronşteynlərdə bərkidilir.

Maqnit induksiyasından yaranan deviasiyanı tarazlaşdırmaq üçün kiçik eninə


plastinlər tətbiq edilə bilər. Onlar maknit kompasının qazançasının altında bərkidilir.

Maqnit kompasının işləmə qabliyyətinin əsas yoxlanması "hərəkətsizliyin"


qiymətinin təyinidir, dayaqlarda olan sürtünmə nəticəsində yaranan statik xətaların
təyin olunmasıdır. Bu yoxlama limanda yerinə yetirilir. Əvvəlcə, uzaqda olan hər
hansı bir cismə pelenq götürülür və kiçik bir maqnitin köməyi ilə kartuşkanı 2-30
meyl etdirirlər. Sonra maqniti götürüb, kartuşkanın sakitləşməsini gözləyirlər. Bundan
sonra həmin cismə yenidən pelenq götürürlər.

Prosesi bir neçə dəfə təkrar edirlər. Pelenqlərin qiymətləri arasındakı fərq,
kompasın "hərəkətsizliyini" xarakterizə edir. "Hərəkətsizliyin" qiyməti 0,20 – dən çox
olmamalıdır. "Hərəkətsizliyin" qiyməti böyük olduqda isə qazançadan iti uclu şpilkanı
çıxarıb, onu dəyişdirirlər. Bu məqsədlə qazançanın aşağı hissəsi çıxarılır,
diafraqmanın tıxacı açılır və xüsusi vintaçanın köməyi ilə köhnə iynə çıxarılır və
yenisi ilə əvəz olunur.

Müntəzəm olaraq qazançadan hava qabarcıqlarını çıxarmaq və oraya bir qədər


saxlayıcı maye əlavə etmək lazımdır. Hava qabarcıqlarını çıxarmaq üçün qazançanı
naktouzdan çıxarırlar, çevirirlər və yavaş- yavaş bir tərəfdən digər tərəfə yellədirlər.
Maye əlavə etmək üçün qazançanın divarının kənarında vintli tıxac vasitəsilə
bağlanan deşik vardır.

Qazançanın yuxarı hissəsinə pelenqator (1) yerləşdirilir. O, nəinki naviqasiya


pelenqləməsində, həmçinin deflektoru tətbiq etməklə deviasiya işlərinin
aparılmasında tətbiq edilir.

Maqnit kompası qazançanın aşağı hissəsində yerləşdirilmiş lampanın (13)


köməyi ilə işıqlandırılmaya malikdir. Lampa gərginliyi 6, 12 və ya 24V olan dəyişən
cərəyanla qidalanır.
Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı –
2003.
Nəzarət sualları:

1. "UKP – M" tipli dəniz maqnit kompasının təyinatını,ttx.

2. "UKP – M" tipli dəniz maqnit kompasınin istismar qaydaların.

3. "UKP – M" tipli dəniz maqnit kompasıhansı gəmilərdə istifadə olunur.


Mühazirə №7

Mövzu:"KMO – T" tipli dəniz maqnit kompası.

Mühazirənin planı:

1. "KMO – T" tipli dəniz maqnit kompasının təyinat,taktiki-texniki


xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
"KMO – T" tipli maqnit kompası (Tropik optik maqnit kompası) optik qurğuya
malikdir. Optik qurğunun köməyi ilə kartuşkanın şkalası sükançının qarşısında
yerləşdirilmiş əksetdirici güzgüyə proyeksiyalanır. "KMO – T" tipli maqnit kompası
eyni zamanda həm əsas (baş), həmdə yol kurs göstəricisidir.

Şəkil 42 – də "KMO – T" tipli maqnit kompasının optik sistemi göstərilmişdir.


Lampa (7) kartuşkanı (3) aşağıdan işıqlandırır. Lampanın şüası qazançanın (1) şüşə
dibindən (6) və aralıq şüşə dikdən (5) keçir. Kartuşkanın (3) üzərindəki şkalanın
dərəcə bölgüləri iki tərəfli açıq deşik şəklində düzəldilmişdir. Kartuşka şipilkanın (4)
üzərində dayanır. Bu deşiklərdən işıq şüaları keçir. Kartuşkanın təsviri linzalar (14 və
16) vasitəsilə müşahidəçinin qarşısındakı güzgüyə (12) qeyd olunur. Naktouzda
qoruyucu şüşə (17), borunun (11) daxilində isə qızdırılan şüşə (13) yeləşdirilmişdir.
Qızdırılma aşağı temperatorlarda optik elementlərin tərləməsinin qarşısını alır. Optik
sistemin borusu (11) göyərtədə olan deşikdən hərəkət körpüsünə verilir.

Şəkil 42. “KMO-T” maqnit kompasının optik sistemi.


Gündüz vaxtlarında lampa (7) söndürülərkən kartuşkanın təsviri müşahidəçinin
qarşısındakı güzgüyə naktouzun yuxarı hissəsindəki şüşədən (2) və kartuşkanın
rəqəmlərinin yarığından keçən şüalardan verilir. Bu zaman muşahidəçi qaranlıq fonda
ağ bölgülər görür.

Gecə vaxtı isə kartuşka lampa ilə işıqlandırıldıqda müşahidəçi güzgüdə ağ fonda
qara bölgülər görür.

Naktouzun daxilində yarımdairəvi və kren deviasiyasını tarazlaşdırmaq üçün


vertikal maqnit (8) və iki cüt maqnit məhvediciləri olan deviasiya cihazı
yerləşdirilmişdir. Vertikal maqniti hərəkət etdirmək üçün vinti (10) fırladırlar. İki
ədəd uzununa maqnit məhvediciləri isə iki dişli çarxda (9) qurulmuşdur. Vinti (15)
fırladaraq maqnitlərin orientasiyasını vertikal vəziyyyətdən üfüqi vəziyyətə qədər
dəyişmək olar.

Naktouzun yuxarı hissəsində çərək (dördə bir) deviasiyanı ləğv etmək üçün
yumşaq dəmirdən hazırlanmaş çubuqlar (18) quraşdırılmışdır.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. "KMO – T" tipli dəniz maqnit kompasıının təyinatı və ttx.

2. "KMO – T" tipli dəniz maqnit kompasının quruluşunu.

3. "KMO – T" tipli dəniz maqnit kompasının istismar qaydaları.

4. "KMO – T" tipli dəniz maqnit kompası hansı gəmilərdə istifadə olunur.
Mühazirə №8

Mövzu:"KM – 145" tipli dəniz maqnit kompası.

Mühazirənin planı:

1."KM – 145" tipli dəniz maqnit kompasının təyinat,taktiki-texniki


xüsusiyyətləri,tərkibi və iş pirinsipi.

Cihazların komplekti və əsas texniki göstəriciləri.

"KM–145" tipli maqnit kompası dəniz donanması gəmilərində qurulmaq üçün


təyin olunmuşdür. O, gəminin kursunu təyin edərək, repiterlərə ötürür. Kompasın
səkkiz modifikasiyası vardır:

9. "KM–145-1" - distansiya vericisi olmayan maqnit kompası;


10."KM–145-2" - distansiya vericisi olmayan və elektromaqnit deviasiyasının
kompensatoru olan maqnit kompası;
11."KM–145-3" - kursu girokompası tipli repiterlərə elektrik distansiya vericisi ilə
ötürən maqnit kompası;
12."KM–145-4" - kursu girokompası tipli repiterlərə elektrik distansiya vericisi ilə
ötürən və elektromaqnit deviasiyasının kompensatoru olan maqnit kompası;
13."KM–145-5" - kursu optik distansiya vericisi ilə ötürən maqnit kompası;
14."KM–145-6" - kursu optik distansiya vericisi ilə ötürən və elektromaqnit
deviasiyasının kompensatoru olan maqnit kompası;
15."KM–145-7" - kursu optik və elektrik distansiya vericiləri ilə ötürən maqnit
kompası;
16."KM–145-8" - kursu optik və elektrik distansiya vericiləri ilə ötürən və
elektromaqnit deviasiyasının kompensatoru olan maqnit kompası;
"KM–145-8" tipli maqnit kompasının komplektinin tərkibinə daxil olan cihazlar
və onların qurulma yerləri aşağıdakı kimidir.

Əsas cihaz (Cihaz 52) gəminin kursunun təyini və distansiyalı ötürülməsində


siqnal hasil etmək üçün nəzərdə tutulmuşdur. O, kurs vericisindən və deviasiyaların
kompensatorlarından təşkil olunmuşdur (Şəkil 43). O, gəminin yuxarı körpüsündə
qurulur.
Şəkil 43. “KM-145-8” maqnit kompasının funksional sxemi.

Mərkəzi cihaz (Cihaz 50) məsafədən ötürülən, kurs vercisindən gələn siqnalı
gücləndirir və çevirir. Bu cihaz hərəkət rubkasında qurulur.

Tənzimləyici qurğu (Cihaz 3) elektromaqnit deviasiya kompensatorunun


dolaqlarında cərəyan şiddətini tənzim edilməsi üçün təyin olunmuşdur.

Qida cihazları (cihaz 3A və 3B) kompasın elektrik sxemini qidalandırmaq üçün


lazımı gərginlik hasil edir. Onları hərəkət rubkasında yerləşdirirlər.

Optik repiter (cihaz 54) hərəkət rubkasında yerləşdirilmiş, optik ekranda kurs
vericisinin göstərişlərinin təkrarlanması üçündür.

"KM–145-8" tipli maqnit kompası aşağıdakı texniki xarakteristikalara malikdir:

Kartuşkanın diametri, 145


mm……………………………..

Kurs vericisinin maqnti momenti, 2


2
Am ………………

Kompas kursunun ölçülməsində yaranan


maksimal xəta:

 Hərəkət etməyən gəmidə………………… 0,50

 Hərəkət edən gəmidə (100-yə qədər krendə). 2,00


Orta en dairələrində deviasiyanın kompensasiya həddləri:

 Yarımdairəvi…………………………........ 700

 Çərək……………………………………..... 8,00

 Kren deviasiyası (10 krendə)………………. 6,00

İzləyici sistemin hərəkət sürəti, 60/san


……………………….

Cihaz 52 və 54 arasında birləşdirici kabelin 2m


uzunluğu

"KM–145-8" tipli maqnit kompasının distansiyalı elektrik ötürülməsi


girokompas tipli repiterlərin işə salınmasını təmi edir. Optik repiterlərdə 300 – yə
bərabər olan kartuşkanın sektoru təsvir edilir.

Kompasın elektrik sxemi gərginliyi 220V, tezliyi 50Hs olan gəmi şəbəkəsinə
qoşulmağa hesablanmışdır. Elektromaqnit deviasiyasının kompensatorlarını gərginliyi
220V olan sabit cərəyan xüsusi xəttinə qoşular. Qəza rejimində sabit cərəyanla
(gərginliyi 27V) qidalanmaq nəzərdə tutulur. Bu zaman yalnız kurs vericisinin
kartuşkasının işıqlanması və optik repiterin işləməsi təmin olunur.

"KM–145-8" tipli maqnit kompasının kurs vericisi PMS-5 tipli maye ilə
doldurulur. Bu maye cihazın -550S +650S temperator hədlərində normal işləməsini
təmin edir.

Mühazirədə istifadə olunan ədəbiyyatı:


1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //
Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı –
2003.
Nəzarət sualları:

1. "KM – 145" tipli dəniz maqnit kompasının təyinatını ttx.

2. "KM – 145" tipli dəniz maqnit kompasının quruluşunu.

3. "KM – 145" tipli dəniz maqnit kompasınin istismar qaydalarını.

4. "KM – 145" tipli dəniz maqnit kompası hansı gəmilərdə istifadə olunur.
Mühazirə №9

Mövzu: “DC-83” (Horizont) induksion maqnit horizontkompası.

Mühazirənin planı:

1. “DC-83” (Horizont) induksion maqnit horizontkompasının təyinat,taktiki-


texniki xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
“DC-83” induksion maqnit horizontkompası Çeboksarskidə “Glara” inşaat
cihazları zavodunda işlənib hazırlanmış və istehsal olunmuşdur. “DC-83” cihazı
induksion həssas elementli rəqəmsal horizontkompasdır. Dəniz gəmilərində
quraşdırılmaq üçün nəzərdə tutulub.

Horizontkompasının indiqasiya və idarə blokunda kompas kursunu və gəminin


yırğalanma bucaqlarını hesablayan mikroprosessor yerləşdirilmişir.

Gəminin sirkuliyasiyası zamanı deviasiyaların kompensasiyası avtomatik olaraq


tənzimlənir. Mikroprosessor maqnit meyilliyini nəzərə alaraq gəminin həqiqi
kursunun qiymətinidə hesablamaq funksiyasınada malikdir. Cihaz həmçinin kren və
different bucaqlarınıda təyin edir.

Şəkil 44.“DC-83” horizontkompasının komplekti.

Kompasın əsas texniki xarakteristikası.

Göstərici blokun kütləsi: 4,6kq


İndiqasiya və idarə blokunun 1,7kq
kütləsi:

Ölçmə Maqnit kursu: 0.....360˚


diapazonu:

Kren bucağı: -45˚+45˚

Different -45˚+45˚
bucağı:

Maqnit meyilliyinin nəzərə alma -


həddi: 180˚+180˚

Ölçmə xətaları:

- Kursu təyin etmədə:

Yırğalanma olmadıqda: ±1,0˚

22,5˚-yə qədər yırğalanma ±5,0˚


olduqda:

- Kren və differentdə:

0˚±10˚ diapazonunda: ±0,8˚

10˚±22,5˚ diapazonunda: ±2,0˚

22,5˚±45˚ diapazonunda: ±7,0˚

“DC-83” horizontkompasının komplektinin tərkibi.

1 – Ölçü cihazı (Göstərici blok);

2 – İndiqasiya və idarəetmə bloku;

3 – Kurs göstərici;

4 – gəminin kren və differentinin göstəricisi;


Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:
1. “DC-83” (Horizont) induksion maqnit horizontkompası təyinatını,ttx.
2. “DC-83” (Horizont) induksion maqnit horizontkompasının quruluşunu.
3. “DC-83” (Horizont) induksion maqnit horizontkompası istismar
qaydalarını.
4. “DC-83” (Horizont) induksion maqnit horizontkompası hansı gəmilərdə
istifadə olunur.
Mühazirə №10

Mövzu: “Tokimes” firmasının maqnit kompasları.

Mühazirənin planı:

1. “Tokimes” firmasının maqnit kompaslarının təyinat,taktiki-texniki


xüsusiyyətləri,tərkibi və iş pirinsipi.

Yaponiyanın “Tokimes” firması bir neçə modeldə maqnit kompası istehsal edir.

“SH” modeli. Bu maqnit kompası böyüktonnajlı gəmilərdə istifadə olunması


üçün nəzərdə tutulmuşdur.

Maqnit kompası gəminin hərəkət körpüsündə quraşdırılır və yüksək keyfiyyətlə


kursun qiymətini təyin edir, kurs gostəricisinə ötürür. Bu model optik ötürücü sistem
ilə təhciz olunub və kursun qiyməti hərəkət rubkasına ötürülür.

Şəkil 45. “SH” maqnit kompası.

Maqnit kompası bütün növ deviasiya elementləri ilə təhciz olunub:

 Yarımdairəvi deviasiyanı ləğv etmək üçün maqnitlər;


 Çərək deviasiyasının induksiyasız kompensatoru;
 Kren deviasiyasının kompensasiyası üçün maqnitlər;

Kompasın əsas parametrləri.


Kartuşkanın diametri: 165mm

Kompasın çəkisi: 78kq

Kompasın hündürlüyü: qazançaya 110,7sm


qədər:

tam: 127,4

“SH” modeli. Bu kompas yol maqnit kompası kimi nəzərdə tutulub. Optik
ötürücüyə malikdir. Kiçik gəmilərdə istifadə olunur.

“SM” modeli. Kompas ortatonnajlı gəmilər üçün nəzərdə tutulub. Yol maqnit
kompası kimi işləyir. Qazança kiçik naktauzun üzərində quraşdırılıb.

“TMC-1” modeli. Bu cihaz kursun qiymətini repiterlərə ötürən distansion


maqnit kompasıdır. Girokompasın sıradan çıxması hallarında “TMC-1” maqnit
kompası gəminin kursu haqqında məlumatı avtosükana, radara və digər istifadəçi
cihazlara ötürür.

Bu maqnit kompası gəminin kursundan uzaqlaşması zamanı xəbərdaredici


siqnalizasiya qurğusuna malikdir.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. “Tokimes” firmasının maqnit kompaslarının təyinatı, ttx.

2. “Tokimes” firmasının maqnit kompaslarının quruluşunu.

3. “Tokimes” firmasının maqnit kompasları istismar qaydaları.

4. “Tokimes” firmasının maqnit kompasları hansı gəmilərdə istifadə olunur.


Mühazirə №11

Mövzu: “C. Plath” şirkətinin maqnit kompasları.

Mühazirənin planı:

1. “C. Plath” şirkətinin maqnit kompaslarının təyinat, taktiki-texniki


xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
Girokompas istehsal edən “C. Plath” (Almaniya) şirkəti 150 ildirki, maqnit
kompası istehsal edir. Bu şirkətin bir çox maqnit kompaslarının əsas texniki
xüsusiyyətləri aşağıda göstərilmişdir.

“Jupiter” (“Yupiter”) maqnit kompası. Bu kompasın bir neçə modifikasiyası


var – pelenqləmə üçün, yol və məsafəyə optik ötürücülü. Bu cihaz böyük tonnajlı
dəniz gəmilərində istifadə olunur, Beynəlxalq standartlara cavab verir. Almaniya,
İngiltərə, Fransa, İtaliya, Danimarka, Norveç, Polşa kimi ölkələrdə təstiqlənib.

Kompasın əsas parametrləri

 kartuşkanın diametri – 180 mm


 kursun dəqiqlik indikasiyası – 0,5
 kompas qazançasının kütləsi – 8,7 kq

Şəkil 46. “Yupiter” maqnit kompasının sxemi.

Bu qazança “Navipol” sistemli naktouzunda yerləşdirilib. Şəkil 46-da maqnit


kompasının sxemi göstərilib: (1) - əlavə optik sistem, (2) - dördlü deviasiya
kompensatoru, (3) - eninə deviasiya kompensatoru (flidersbar), (4) - naktouz, (5) -
optik sistemli kurs ötürücüsü.

Naktouzun daxilində yarımdairəvi və kren deviasiyasını kompensasiya edən


xüxusi maqnitlər yerləşdirilmişdir.

“Yupiter” maqnit kompasının daxilində (sifarişçinin tələbi ilə) maqnit kursunun


göstəricisi yerləşdirilmişdirki, bu göstəricilər də öz növbəsində distansion elektrik
ötürücüsünün işini təmin edir. Bu göstərici qazançanın şüşəsinə üst tərəfdən bərkidilir,
kompasın “Naviwarn” siqnalizasiya sisteminə qoşulur və gəminin kursdan çıxmaları
zamanı xəbərdarlıq edir.

“Naviwarn” sistemi kimi “Navipilot” və “Navitrans” sistemləridə mövcuddur.

“Neptun” maqnit kompası. Bu maqnit kompası əsasən xilasedici qayıqlarda,


ortatonnajlı və kiçik gəmilərdə istifadə edilir.

Kartuşkanın diametri – 100 mm. Bu kompasda yarımdairəvi və kren


deviasiyasını kompensasiya etmək üçün xüsusi deviasiya qurğusu quraşdırılmışdır.

“Venus” maqnit kompası. Bu kompas əsas etibarı ilə kiçik qabaritli kurs
göstəricisidir. Əsasən dəniz yaxtaları üçün nəzərdə tutulub. Kardan asqısının öz oxu
ətrafında nəzərdə tutulmayan dönmələrini təyin etmək üçün xüsusi həssas element
yerləşdirilib.

Kompasın əsas parametrləri

 kartuşkanın diametri – 150 mm


 bölgülərin qiyməti - 5
 həssas elementin rəqslərinin periodu – 9,4 san
 cihazın xətası - 2
 işləmə temperaturu – -30 – +60˚S
 katelokun kütləsi – 3,1 kq
 naktouzun hündürlüyü – 195 mm.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. “C. Plath” şirkətinin maqnit kompaslarıının təyinatını,ttx.


2. “C. Plath” şirkətinin maqnit kompaslarının quruluşunu.
3. “C. Plath” şirkətinin maqnit kompaslarının istismar qaydalarını.
4. “C. Plath” şirkətinin maqnit kompasları hansı gəmilərdə istifadə olunur.
Mühazirə №12

Mövzu: Kiçik və orta ölçülü gəmilər üçün maqnit kompasları.

Mühazirənin planı:

1. Kiçik və orta ölçülü gəmilər üçün maqnit kompaslarıın


təyinat, taktiki-texniki xüsusiyyətləri,tərkibi və iş pirinsipi.
Sankt–Peterburq şəhərində fəaliyyət göstərən “Şturmanskie priborı” aksioner
şirkəti orta subasımına malik gəmilər, həmçinin kiçik gəmilər, katerlər, yaxtalar və
xilasedici qayıqlar üçün bir neçə modeldə maqnit kompasları istehsal edir.

“KMC-160-01” maqnit kompası. Orta subasımına malik gəmilərdə


quraşdırmaq üçün yol maqnit kompasıdır. Maqnit kompasının naktauzunda
yarımdairəvi və kren deviasiyasını ləğv etmək üçün maqnit məhvedici çubuqlar
yerləşdirilmişdir. Naktauzun yuxarı hissəsində isə çərək deviasiyasını azaltmaq üçün
kompensator quraşdırılmışdır. Kompasın korpusu şəffaf yarımsferik qapaq ilə örtülür.
Kompasın əsas göstərişləri.
Şkalanın diametri 160mm
Bir bölgünün qiyməti 1˚
Sürüşmə xətası 3˚
Həssas elementin meyl ±45˚
bucağı
İşçi temperatur diapazonu -30˚+65˚S
Kompasın kütləsi 12kq

“KM-110” maqnit kompası. Bu maqnit kompası dəmir-maqnit konstruksiyası


olmayan kiçik gəmilərdə, katerlərdə, yaxtalarda və qayıqlarda quraşdırmaq üçün
nəzərdə tutulub.
Maqnit kompası üç modifikasiyada istehsal olunur:
 “KM-110” – Qazança kardan asqısı vasitəsi ilə kronşteynə bərkidilir;
 “KM-110-01” – Qazança ftulyarın içində yerləşdirilir;
 “KM-110-02” – Qazança kardan asqısı vasitəsilə naktauzun yuxarı hissəsinə
birləşdirilir.
 Kompasın əsas göstəriciləri.
Kartuşkanın diametri 110mm
Sürüşmə xətası ±5˚
Kompasın kütləsi:
“KM-110” 3kq
“KM-110- 5kq
01”
“KM-110- 12kq
02”

“KMC-100” maqnit kompası. Bu maqnit kompası dəmir-maqnit konstruksiyası


olmayan kiçikhəcmli gəmilərdə (kater və yaxtalarda) istifadə üçün nəzərdə tutulub.
Maqnit kompasının korpusu şəffaf yarısfera formasında hazırlanıb.
Kompasın əsas göstərişləri.
Şkalanın diametri 100mm
Bir bölgünün qiyməti 5˚
Sürüşmə xətası ±3˚
Kompasın kütləsi 0,8kq

“Qals-3” maqnit kompası. Bu maqnit kompası kater, yaxta, şlyubka, həmçinin


avtomobillər üçün nəzərdə tutulub.
Kompasın əsas göstərişləri.
Şkalanın diametri 48mm
Bir bölgünün qiyməti 5˚
Sürüşmə xətası 1˚
Həssas elementin meyl ±25˚
bucağı
Kompasın kütləsi 0,6kq
Kompas deviasiya qurğusu ilə təmin olunub. Kompas üfüqi və ya şaquli
müstəviyə kronşteyn vasitəsilə bərkidilir. Kompas işıqlanma qurğusu miniatür lampa
ilə təchiz olunub.

“KM-69M” maqnit kompası. Bu maqnit kompası iki model üzrə istehsal


olunur:
 “KM-69M2” – katerlərdə quraşdırılır.
 “KM-69M3” – şlyubkalarda və sualtı idman qayıqlarda istifada olunur.
Kompasın əsas göstəriciləri.
Kartuşkanın diametri 69mm
Bir bölgünün qiyməti 2˚
Kompasın kütləsi:
“KM- 2,5kq
69M2”
“KM- 0,8kq
69M2”
Kompas üfüqi müstəvidə 300 meyl edə bilir. “KM-69M2” maqnit kompası
yarımdairəvi və çərək deviasiya malik işıqlanan kompensatorla təmin olunub.
Mühazirədə istifadə olunan ədəbiyyatı:
1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //
Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:
1. Kiçik və orta ölçülü gəmilər üçün maqnit kompaslarının təyinatını və ttx.
2. Kiçik və orta ölçülü gəmilər üçün maqnit kompaslarınin quruluşunu.
3. Kiçik və orta ölçülü gəmilər üçün maqnit kompaslarının istismar
qaydalarını.
4. Kiçik və orta ölçülü gəmilər üçün maqnit kompasları hansı gəmilərdə
quraşdırılır.
Mühazirə №13

Mövzu: Beynəlxalq Dəniz Təşkilatınını Maqnit kompaslarına dair tələbləri

Mühazirənin planı:

Beynəlxalq Dəniz Təşkilatının Maqnit kompaslarına dair tələbləri. Maqnit


kompaslarının istismar dəqiqliyi.

Fənnin (Disiplinin) öyrənilməsi prosesi DHSNÇ dair beynəlxalq konvensiyanın


Məcəlləsinə uyğun olaraq aşağıdakı səlahiyyətləri formalaşdırmağa yönəldilmişdir.

Шифр Peşəkarlıq və
компет Tələbənin(dənizçinin) bacarıgı kriterlər
Tələbənin(dənizçinin) anlaşma və peşəkarlıq
bacarıq bilimi qiymətləndirilməsi
Bacarıgı

Cədvəl A-II / 1
500 və ya daha çox val tutumlu(reqistir tutumlu) gəmi kapitanının vaxta köməkçsinin
səlahiyyətlərinə aid minimum tələblərin dəqiqləşdirilməsi.
Funksiya: Gəmisürücülüyün istismar səviyyəsində

КМК-1 Səfər keçidinin Avadanlıqla işləmək və Naviqasiya


planlaşdırılması və məlumatları düzgün tətbiq sistemlərinin işlənməsi
gəminin yerinin təyin etmək bacarığı. və yoxlanmasının
olunması Girokompas,exolot,laq və
istehsalçının
maqnit kompaslarının iş
prinsiplərini bilmək. tövsiyələrinə və yaxşı
dəniz təcrübəsinə
uyğun gəlir. Kurs və
pelenqlərdən düzgün
istifadəsi zamanı
maqnit(MK) və
girokompasın(GK)
xətasını düzgün təyin
etmək.

КМК-1 Sükan Sürücü İdarəetmə Gəminin nəzarət


Sistemləri Sükan metodunun seçimi
idarəetmə sistemlərinin, hava, dəniz və gəmi
əməliyyat prosedurlarının nəqliyyatının şərtlərinə
və manualdan avtomatik və ən çox gözlənilən
nəzarətə keçid bilməsi və manevrlər zamanı
əksinə. . Optimal rejimdə qətiyyətli qərarlar
işləmək üçün nəzarət qəbul etmək.
qurmaq.

Fənnin (Disiplinin) mənimsənilməsi nəticəsində tələbə:

Bilməlidir:

- fiziki və nəzəri əsasları, naviqasiya siqnalları, gecikmələr, maqnetik, geoskopik


və peyk kompaslarının işləmə prinsipləri və qurğuları;
- gyokompass və maqnit kompaslarının iş prinsipi;
- Rəhbər idarəetmə sistemləri, əməliyyat prosedurları və manualdan avtomatik
nəzarətə və arxaya keçidi;

Bacarmalıdır:

-naviqasiya avadanlıqları ilə işləmək və alınan məlumatları düzgün tətbiq etmək,


naviqasiya texniki vasitələrinə düzəlişləri müəyyən etmək və nəzərə almagı;

- girokompasın və maqnit kompaslarının düzəldilməsini nəzərə alınmasını


- gəmi ölçmələrinin aparılmasında qeyri-dəqiqlikləri nəzərə alaraq, bir sıra
ölçmələrdəki ağır səhvləri, standartları və digər normativ sənədləri istisna etmir;

- optimal rejimdə işləmək üçün avtomatik sistemlərin idarəetmələrini tənzimləmək


üçün gəminin kursunu əlindən avtomatik və arxaya keçmək;
- Müxtəlif mənbələrdən gələn məlumatları təhlil etmək, bu məlumatların istifadəsi ilə
bağlı nəticələrini müqayisə etmək və təhlil etmək;

- quraşdırılmış, istismar olunan və naviqasiya avadanlıqlarının işləkliyini müəyyən


etmək, texniki naviqasiya vasitələrinin təhlükəsiz istismarını

Yiyələnməlidir(Hakim olmalıdır):

- naviqasiya əməliyyatında və radio-elektron və texniki naviqasiya və kommunikasiya


sistemlərinin saxlanılmasında, bu sistemlərdən istifadə edərək naviqasiya
problemlərinin həlli, naviqasiya alətləri üçün düzəlişlərin hesablanması;

- texniki nəzarət və sınaq avadanlıqları və materiallarından istifadə üsulları

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. Beynəlxalq Dəniz Təşkilatınını Maqnit kompaslarına dair tələbləri.

2. Beynəlxalq Dəniz Təşkilatınını Maqnit kompaslarına dair tələbləri


istismar dəqiqliyini.
Mühazirə №14

Mövzu: Giroskop haqqında anlayış və onun tətbiq sahələri.

Mühazirənin planı:

1. Giroskop haqqında anlayış və onun tətbiq sahələri.


2. Girokompasın tətbiqi nəzəriyyəsi.

Müasir texnikanın inkişaf prinsiplərinə görə giroskop geniş mənada fırlanan və


ya rəqs edən elementli bir qurğu olub, əsasən inersial fəzada elə bir əsasın (özülün)
fırlanmasını aşkar etmək və ölcmək imkanı verir ki, hansı ki, bu qurğu həmin əsasda
qurulmuşdur. Giroskop termini 1852-ci ildə Fransıaz fiziki Fuko tərəfindən irəli
sürülmüşdür. O, iki yunan sözünün birləşməsindən yaranmışdır: Giros – fırlanma və
skopeyn – görmək, müşahidə etmək. Sadəcə olaraq giroskop – fırlanmanın göstəricisi
kimi tərcümə olunur.
Giroskop kimi fırlanan bərk, maye və qaz tətbiq oluna bilər.
Müasir dövrdə dəniz donanmasında giroskoplar geniş tətbiq olaunurlar. Bu
qurğularda simmetrik, böyük sürətlə fırlanan dinamik simmetriyaya malik olan bərk
cisimlər (rotor) istifadə olunur. Bu cisim elə asılmışdır ki, onun məxsusi fırlanma oxu
ixtiyari olaraq fəzada istiqamətini dəyişə bilər. Beləliklə giroskopun əsas hissəsi, rotor
və onun asılmasıdır.
Giroskoplar gəminin kursunun müxtəlif səmtlərə doğru istiqamətini təyin etmək
ücün istifadə olunurlar.
Bir çox əsrlər boyu gəmidə səmti göstərən yeganə cihaz maqnit kompası idi. Bu
sadə bir qurğu istismar vaxtı az sürətə malik taxtadan düzəldilmiş gəmilərin
istiqamətini (kursunu) etibarlı surətdə göstərirdi. Lakin polad korpuslu gəmilərdə
maqnit kompasının işləmə şəraiti kəskin surətdə pisləşdi. Gəminin metalı nəticəsində
yaranan maqnit sahəsinin təsiri ilə maqnit kompasının göstərişində nəzərə alınması
mühüm olmayan xətalar yarandı, bu xətalara - deviasiya deyilir. Gəmilərin artan
sürətləri də maqnit kompasının göstərişinə mənfi təsir göstərir.
Bütün bu cəhətlər yeni kurs göstəricisinin yaranmasına gətirdi, belə ki, onların
işləmə prinsipi. Yerin maqnit sahəsi ilə əlaqədar deyildi. Belə kurs-göstəricisi –
girokompas idi.
Maqnit kompasdan fərqli olaraq girokompas meridianda yüksək dayanıqlığa
malikdirlər. Kurs göstərişi daha dəqiq olduğundan o gəminin yük daşıma imkanını
çoxaldır, yüklərin daşınma xərclərini azaldır.
Rotorun məxsusi fırlanma oxu giroskopun əsas oxu adlanır. İki başqa oxlar.
Hansı ki, rotorun məxsusi fırlanma müstəvisində və əsas oxa perpendikulyar olan və
öz aralarında da perpendikulyar olan oxlar - ekvatorial oxlar adlanır.
“Bərk fırlanan rotor” anlayışı o deməkdir ki, rotorun məxsusi fırlanmasının
bucaq sürəti ekvatorial oxlara nisbətən malik ola biləcəyi bucaq sürətlərindən
yüzlərlə, minlərələ qədər çox ola bilər.
Giroskopun asılma mərkəzi onun elə bir nöqtəsidir ki, rotorun bütün fırlanma
hərəkətlərində o, hərəkət etməyən təkcə bir nöqtədir.
Əgər giroskopun kütləsinin mərkəzi asılma mərkəzi ilə üst-üstə düşərsə, onda
giroskop astatik adlandırılır, (və ya tarazlaşdırılmış) əgər üst-üstə düşmürsə, onda
giroskop ağır giroskop adlandırılır.
Azad giroskop elə giroskopdur ki, ona heç bir xarici qüvvələrin momenti təsir
etmir.
Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. Giroskop haqqında anlayış və onun tətbiq sahələri.

2. Giroskopun quruluşunu .

3.Hansı giroskoplar gəmilərdə istifadə olunur.


Mühazirə №15

Mövzu: Yerin sutkalıq hərəkəti. İki giroskoplu kompasın nəzəryyəsi.


Girokompasa sabit sürətli və sabit kurslu gəmi hərəkətinin təsiri.

Mühazirənin planı:

1. Giroskopun əsas xüsusiyyətləri. Giroskoplarda tətbiq olunan asqılar.


2. Giroskopik moment.
Bərk rotora malik giroskopun mükəmməlliyi onun asılılığının keyfiyətindən
asılıdır. Asqı vasitəsilə giroskopun rotoru üzərində qurulmuş əsas ilə (platforma,
obyekt və s.) əlaqədardır.
Giroskopun asqısı o zaman mükəmməl hesab edilir ki, əsasın bucaq hərəkəti
bir o qədər az verilsin.
Asqının obyektindən asılı olaraq giroskoplar əsasən iki sinfə bölünürlər:
- böyük sürətlə fırlanan rotorlu (və ya rotorlar sistemi) kamera. Bu tipli
giroskoplarda kardanlı, hidrostatik (elektromaqnit və ya elastik asqılı) və həmçinin
qazostatik asqılar istifadə edilir.
- Böyük sürətlə fırlanan məxsusi rotor (asqılar:- elektrostatik, hidrodinamik,
elektromaqnit, qazodinamik və həmçinin fırlanan elastik tipli asqılar).

1. Üç sərbəstlik dərəcəsinə malik olan giroskopun xüsusiyyətləri.


Belə giroskopa misal olaraq kardan asqılı giroskopu göstərmək olar. (Şəkil 1.)

Şəkil 1.Üç sərbəstlik dərəcəsinə malik giroskop.


1 – rotoru halqalar sistemində elə asılmışdır ki, o x-x oxu ətrafında 2- daxili
halqaya nisbətən fırlana bilər.
2 – Daxili halqa isə y-y oxu ətrafında xarici 3- halqasına nisbətən fırlana bilər.
Nəhayət, 3 – halqa isə z-z oxu ətrafında 4 əsasa görə fırlana bilər. x –x, y-y və
z-z oxlarının kəsişmə nöqtəsi o giroskopunun asqısının mərəkəzidir.
Giroskopun birinci xüsusiyyəti. Azad giroskopun əsas – baş oxu inersial
fəzada öz istiqamətini dəyişməz saxlamağa çalışır. Bu o deməkdir ki, əgər baş ox hər
hansı bir ulduza istiqamətləndirilibsə, əsasən istənilən yerdəyişmələrində (giroskop
həmin əsasda qurulmuşdur), həmin ox həmişə həmin ulduzu göstərəcəkdir. Lakin
həmin baş ox Yer ilə əlaqəda olan koordinat sisteminə nisbətən öz istiqamətini
dəyişəcəkdir. Bu xüsusiyyəti birinci dəfə Fuko Yer kürəsinin sutkalıq fırlanmasını
isbat etmək üçün istifadə etdi.
Giroskopun ikinci xüsusiyyəti. Daxili və xarici dalğaya təsir edən xarici
qüvvənin təsiri ilə və yaratdığı moment giroskopun əsas baş oxu ilə istiqaməti üst-
üstə düşmürsə, onda baş ox qüvvənin təsir istiqaməti ilə hərəkət etməyəcək, amma bu
istiqamətə perpendikulyar olacaqdır. Giroskopun bu xüsusiyyətinə - prsessiya
deyilir.
Giroskopun ücüncü xüsusiyyəti. Qüvvə impulsunun (zərbənin) təsiri ilə
giroskopun baş oxu praktiki olaraq öz ilkin istiqamətini dəyişmir, o yalnız tarazlıq
vəziyyəti ətrafında tez-tez rəqslər edir. Bu rəqslərə nutasiya deyilir. Bu rəqslər daha
yaxşı rotorun məxsusi fırlanmasını kiçik bucaq sürətlərində nəzərə çarpır.
Üç sərbəstlik dərəcəsinə malik olan giroskoplar aşağıdakı qurğularda istifadə
edilir: girokompaslarda, girohorizontlarda, indikator tipli hidrostablizatorlarda.
Əgər 3 – sərbəstlik dərəcəsinə malik giroskopun ağırlıq mərkəzi asqı nöqtəsi
ilə üst- üstə düşərsə belə giroskoplar tarazlaşdırılmış giroskoplar adlandırılır.
İki sərbəstlik dərəcəsinə malik olan fırlanan simmetrik cisimlərin
xüsusiyyəti.
Əgər 3 – sərbəstlik dərəcəsinə malik olan giroskopun bir sərbəstlik dərəcəsindən
məhrum etsək, onda iki sərbəstlik dərəcəsinə malik olan bir giroskop alarıq.
Məsələn, şəkil 1.-ə uyğun z-z oxu ətrafında sərbəstlik dərəcəsini aradan götürsək, iki
sərbəstlik dərəcəsinə malik giroskop ala bilərik. Bunun üçün 3 – halqasının 4- əsas ilə
bərk əlaqələndirmək lazımdır. Nəticədə biz şəkil 2.- də göstərilən quruluşu alarıq.
Şəkil 2.İki sərbəstlik dərəcəsinə malik giroskop.

İki sərbəstlik dərəcəsinə malik olan giroskop heç bir xüsusiyyətinə malik
deyildir. Lakin ona məxsus olan xüsusiyyət aşağıdakılardır. Əgər üzərində giroskop
qurulmuş əsasa z-z oxu boyu fırlanma hərəkəti versək, başqa sözlə, bu ox rotorun
öz məxsusi fırlənmə oxu ilə və həmçinin y-y asqı oxu ilə üst-üstə gəlmir, onda rotor
öz asqı halqası ilə birlikdə asqı oxu ətrafında dönür və bu dönmə o qədər davam edir
ki, rotorun x-x oxu ətrafında məxsusi fırlanması əsasən fırlanma oxu ilə üst – üstə
düşsün, yəni giroskopun məcburi z-z oxu ətrafında fırlanma oxu ilə.
İki sərbəstlik dərəcəsinə malik olan giroskopların xüsusiyyətləri əsasında
girotoxometrlər (differensiallayıcı giroskoplar) inteqralaşdırıcı giroskoplar işləyirlər.
Bir sərbəstlik dərəcəsinə malik olan giroskopun xüsusiyyəti.
Nə qədər ki, cisim bərkidilmiş əsas hərəkət etmirsə, bu cisim heç bir giroskopik
xüsusiyyətlərə malik deyildir. Bu xüsusiyyət o zaman baş verir ki, əsasın fırlanması
cismin məcburi olaraq ox ətrafında fırlanmasına gətirir. Bu ox isə onun məxsusi
fırlanma oxu ilə üst- üstə düşmür.
İki sərbəstlik dərəcəsinə malik giroskopun xüsusiyyətinə uyğun olaraq, cismin
məxsusi fırlanma oxu bu zaman məcburi fırlanma oxu ilə üst-üstə düşməyə çalışır. Bu
hərəkətə isə baş oxun yastıqları (dayaqları) mane olur. Rotorun dayaqlara etdiyi təsir
F1 ıə F2 qüvvələri ilə göstərlir. (Şəkil 3.) Bu qüvvələrə giroskopik qüvvələr deyilir.
Şəkil 3. Üç sərbəstlik dərəcəsinə malik giroskop.
Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. Giroskopun birinci xüsusiyyəti.

2. Giroskopun ikinci xüsusiyyəti.

3. Giroskopun üçüncu xüsusiyyəti.


Mühazirə №16

Mövzu: “Amur-M” tipli girokompas .

Mühazirənin planı:

Mühazirənin planı:

1. Əsas texniki xarakteristikası. Girokompasın komplekti.


2. Əsas cihaz. Həssas element. İzləyici sistem.
3. İşəsalma qurğusu.
“AMUR” girokompası həqiqi meridian müstəvisini göstərmək üçün istifadə
olunan elektronaviqasiya cihazıdır. rəqqas tipli kompasdır. Gəminin kursunu təyin
etmə dəqiqliyi ±0,1º-1,0º, göstəricilərinin dəqiqliyi isə ±1,5º-2,0º-dir. Həssas
elementin dəqiqliyi ±0,5º-dir. Girokompas gəmi şəbəkəsindən 110V və ya 220V
gərginliklə qidalanır. İşləmə rejimində 1kvt, işə salma anında isə 2,5kvt güc tələb
olunur.
Girokompasının sistemi və komplektinin tərkibi.
“AMUR” kiçik qabaritli 2 giroskoplu girokompasıdır. Girokompasın
hesablanmış en dairəsi 60ºN(S)-dür.
“AMUR” girokompası bir çox konstruksiyasına görə “KURS-4” girokompasına
oxşayır. Girokompas aşağıda göstərilən sistemlərdən ibarətdir (Şəkil 24);
- Həssas element (cihaz 1A).
- İzləyici sistem (cihaz 1A).
- Soyutma sistemi (cihaz 1A).
- Kurs göstərici sistem (cihaz 33K).
- Repiterlər (cihaz 19P).
- Kursoqraf (cihaz 23M).
- Paylayıcı qutu (cihaz 15A).
- Qida bloku – AMQ- 10 qida aqreqatı (cihaz 18).
- İşə salma qurğusu (cihaz 1A).
Bu cihaz iki konstruktiv hissədən ibarətdir; kompas seksiyası və bünövrə (əsas).
Kompas seksiyasında aşağıdakı elementlər yerləşir:
- Daxili tərpənməz hissələr.
- HE – həssas element.
- İS – izləyici sistem.
- cihazın bünövrəsində (özülündə) aşağıdakı elementlər yerləşir;
- İşə salma qurğuları.
- Gücləndiricilər.
- Qoruyucular.
- Klemmalar və platalar.
- Soyutma sisteminin ventilyasiya qurğusu.

Əsas cihaz – (cihaz 1A).


Cihazın bünövrəsində qoruyucular yerləşir və onlar mütün əsas cihazların
(giroskop, ventilyator, işıqlanma, göstərici, gücləndirici, revun və qəbuledici və
ötürücü selsin) təhlükəsiz işləməsinə xidmət edir.
Həssas element.
Həssas element (girosfera) bir sıra konstruktiv dəyişikliklərlə 2 giroskoplu
kompas tipində hazırlanıb. Girosferanın diametri 192mm və çəkisi 3710 qramdır.
«AMUR» girokompası üçün saxlayıcı maye böyük temperatur dəyişikliyi nəzərdə
tutulub. Girosfera tamamıilə saxlayıcı mayeyə batırılmış və orada üzür. İzləyici sistem
iki yarımsferadan ibarətdir: yuxarı və aşağı yarımsferalar. İzləyici sferaya nəzərən
girosferanı mərkəzləşdirmək üçün iki kartuşka istifadə olunur. Onlar girosferanın
aşağı və yuxarı yarımsferalarına bərkidilib.

Şəkil 24. “AMUR” girokompasının komplekti.

Giromatorun rotoru 3 fazalı dəyişən cərəyan 120V gərginliklə, 500Hs tezliklə


qidalanır. Giroskopun normal fırlanma sürəti 28900dövr/dəq-dir.
Həssas elementin daxilində saxlayıcı maye yerləşir. Saxlayıcı mayenin tərkibi
aşağıdakı maddələrdən ibarətdir :
- distilə olunmuş su – 2,85 litr,
- spirt (-200S-yə qədər temperatorda mayenin donmaması üçün) – 1,0 litr,
- qliserin (mikrobların və bakteriyaların məhv edilməsi üçün) – 1,15 litr,
- bura (elektrik keçiriciliyini təmin etmək üçün) – 10 qram,
- formalin – 47,5 sm3.
Saxlayıcı mayenin sıxlığı t=200S olduqda 1,0320,002 q/sm2 olmalıdır.
Girokompasın bucaq sürətinin düzəlişini yerinə yetirmək üçün korrektor planşet
ilə əvəz olunmuşdur. «AMUR» girokompası hava ilə soyutma sisteminə malikdir.

İzləyici sistem.
İzləyici sistemin aşağı yarımsferasında civə yastığının olması tropiklərdə üzmə
zamanı işləmə etibarlılığını artırır. Girokompasın işə salıması əsas kompasın
naktauzunun aşağı hissəsinin mərkəzindədir. İzləyici sistemi cihaz 1A-da yerləşir.
“AMUR” girokompasının izləyici sisteminin konstruksiyasının elementləri əsasən iki
giroskoplu kompasa oxşayır.
İzləyici sistem aşağıdakı hissələrdən ibarətdir:
- izləyici sfera
- rezonans tipli gücləndirici (cihazın bünövrəsində yerləşir.)
- izləyici (reversli) giromator (cihazın bünövrəsində yerləşir).

Gəmiyə nəzərən tərpənməz xarici hissələr.


Kompasın naktauzu – girokompasın alminum korpusudur. Ona kardan asqısı
vasitəsilə latun çevrələr birləşdirilib (Şəkil 25). Kardan asqısının içərisində saxlayıcı
maye olan rezervuar yerləşdirilib.
Şəkil 25.Əsas cihaz.
Rezervuar kardan asqısı daxilidə sərbəst hərəkət edir: kil yırğalanmasında – 200
və bort yırğalanmasında – 350. rezervuarın yuxarı qapağı stol adlanır. Stolda
elektromühərrik, termorelenin revunu, göstərici şkalalar (dərəcə və dəqiqə), plataların
klemmaları (Ş1 və Ş2), taraz, termometr, işıqlandırma lampaları və ötürücü fırçalar
yerləşir (Şəkil 26)..
Naktauzun üzərində (Şəkil 25) aşağıdakı elementlər yerləşir:
- girosferanın vəziyyətini müşahidə etmək üçün (2) baxış pəncərəsi,
- korpusun daxilidə yerləşən (1) və (3) lampaları,
- ventilyasiya sisteminin işə salınma dəstəyi (4),
- işıqlanma sisteminin işə salınma dəstəyi (7),
- üç fazalı cərəyana nəzarət etmək üçün 3 ədəd ampermetr (5),
- girokompasn söndürülmə dəstəyi (6).

Soyutma sistemi.
“AMUR” girokompası hava ilə soyutma sisteminə malikdir. Hava ilə toxunan
səthin sahəsini genişləndirmək üçün saxlayıcı mayeli rezervuar qabırğalı səthə
malikdir və örtük (qapaq) ilə örtülmüşdür. +100S-dən yuxarı temperaturlarda məcburi
hava ilə soyutma sistemi tətbiq olunur.
Şəkil 26. Girokompas stolu.
Bunun üçün örtüyün aşağı hissəsində kronşteyndə ventilyator bərkidilmişdir.
Məcburi soyutma sistemi xarici mühütün temperaturu +400-yə qədər olduqda
girokompasın normal rejimini tətbiq edir. Bu halda saxlayıcı mayenin temperaturu
buraxılabilən həddən (+550S) yuxarı qalxmır Soyutma sisteminin işinə nəzarət etmək
üçün siqnalizasiya sistemi quraşdırılmışdır. Siqnalizasiya sistemi 1A-cihazının
daxilində yerləşdirilmişdir. Bura revun və +550S-dən yuxarı temperaturlarda qapanan
(işə düşən) revunun qırmızı rəngli siqnal lampası daxildir.
Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. “Amur-M” tipli girokompas təyinatı,ttx.

2. “Amur-M” tipli girokompasının tərkibini.

3. “Amur-M” tipli girokompasının istismar qaydaları.

4. “Amur-M” tipli girokompasına iş zamanı qulluq.

5. “Amur-M” tipli girokompasına baxışın kecirilməsi.


Mühazirə №17
Mövzu: “Kurs-4”, “Kurs-5” və “Kurs-10A” tipli girokompaslar

Mühazirənin planı:

1. Əsas texniki xarakteristikası. Girokompasın komplekti.


2. Əsas cihaz. Həssas element. İzləyici sistem. Translyasiya – gücləndirici
cihaz.
3. Şturman pultları.
4.Girokompasın soyuducu sistemi.
5. İşəsalma cihazı.
6. İstismar qaydaları. İşə salmaya hazırlıq, işə salma və dayandırma.

Dəniz girokompasları həqiqi meridian müstəvisini təyin etmək üçün istifadə


olunur. «KURS-4» girokompası dəniz elektronavqasiya cihazıdır. 700 N(S) en
dairələrində işləmək üçün nəzərdə tutulub. Girokompasın meridiana gəlmə müddəti
2,5-6,0 saatdır. Həssas elementi ikigiroskoplu olub, işləmə müddəti 8500 saatdır.
Həssas elementin soyudulması məcburi-mayelidir. Sabit kurs və sürətdə girokompasın
göstərişlərinin xətası 1,00, manevr vaxtı isə sürətli və böyük gəmilərdə 4,00 olur.
Girokompasın komplektinin tərkibi: girokompasın komplektinin tərkibinə əsas
cihaz (1M) və köməkçi cihazlar aiddir (Şəkil 4.). Əsas cihazda giroskopik sistem, yəni
həssas element yerləşmişdir. Həssas elementdə yerin sutkalıq fırlanmasının təsiri ilə
istiqamətləndirci moment yaranır. Bu moment isə həssas elementi həqiqi meridian
müstəvisinə gətirir.
1. Girokompasın izləyici sisteminə (9B) aşağıdakı cihazlar daxildir: translyasiya
gücləndirici cihaz (9B), bucaq vericisi (1B) ilə izləyici kürə və azimutal mühərrik
(1BE). İzləyici sistemin əsas vəzifəsi gəminin kursunu fasiləsiz və avtomatik
ölçməsidir.
2. İdarə cihazları istənilən üzmə şəraitlərində girokompasın istifadəsini təmin
etməkdir. İdarə cihazlarına şturman pultu (cihaz 34), sürət deviasyasının korrektoru və
həssas elementin sürətlənmə ilə meridiana gətirmə qurğusu (1M-də) aiddir.
3. Kurs göstərici sistemə aşağıdakılar aiddir: pelenqləmə repiterləri (19A), məlumat
repiterləri (38 və 38A), sadə optik pelenqatorlar (22), qoruyucu qurğular qutusu (1U),
paylayıcı qutu (15A).
Şəkil 4. Girokompasın komplektinin tərkibi.

4. Soyuducu sistem həssas elementin işələməsi üçün lazımi temperator şəraitini


yaradır. Sistemə dövrü nasosdan (12M), soyutma spiral borusu, əsas cihazın idarə
relesi (1K) və civəli termokontaktordan ibarətdir.
5. Qida mənbəyi cihazları elektrik cərəyanı ilə təmin edir və girokompasın əsas
elektrik xətlərini artıq yüklənmədən qoruyur. Bu bloka AMQ-201 Tipli aqreqat və işə
salma cihazı (4D) daxildir.
6. Sistemin siqnal indiqatorları girokompasın bütün sistemlərinin vəziyyətinə
avtomatik nəzarəti təmi edir. Bu sistemin indiqatorları əsas cihazda (1M), işə salma
cihazında (1D), translyasiya gücləndirici cihazda (9B), şturman pultunda (cihaz 34) və
siqnal cihazında (10M) yerləşdirilmişdir.

Əsas cihaz – 1M.

Əsas cihazda aşağıdakı elementlər və cihazlar yerləşir:


Həssas element. Həssas element diametri 252 mm olan germetik lehimlənmiş
girosferadır. Girosferanın daxilində 2 giromotor, mayeli sakitləşdirici (sönməyən
rəqsləri söndürmək üçün), sönməni işdən çıxaran rele, mərkəzləşdirici dolaq və digər
hissələr vardır. Girosfera tamamıilə mayeyə batırılmış və orada üzür. Onun havada
çəkisi 8700 qramdır (Şəkil 5.).

Şəkil 5. Girosfera.

Girosferanın korpusu latundan hazırlanıb, xarici səthi isə ebonitlə örtülmüşdür və


iki yarımsferadan (Şəkil 6.) ibarətdir: 16-aşağı və 8-yuxarı. Girosferanın qütblərində
iki qütb elektrodları bərkidilmişdir: 4-aşağı və 1-yuxarı. Həssas element ekvatoru
boyu 0-3600-yə qədər 10 bölgüsü ilə dərəcələnib. Buraya 6-geniş yarımzolaqlı və 2-3-
iki cüt ensiz yarımzolaqlı ekvatorial elektrodlar bərkidilmişdir. Geniş yarımzolağın
yarıqlarında vertikal 5-kömür elektrodları yerləşdirilmişdir.
14-söndürücü rele
13-cərəyan daşıyan qutu
15-yağlama üçün yağ
11- mərkəzləşdirici dolaq
9 və 10 - diafraqramma
Şəkil 6. Girosferanın daxili görünüşü.

Giromühərriklər - həssas elementin əsas hissəsidir. Onlar qısaqapaqlı rotorlu 3


fazalı cərəyan asinxron mühərrikidir və 330 Hs tezlikli 120V gərginliklə qidalanır.
Rotorların fırlanma sürəti 19800dövr/dəq-dir. Rotor böyük bir çənbərdir və nazik
diafraqramaya keçir.

Əsas cihazın gəmiyə nisbətən hərəkətsiz olan tərpənməz hissələri (Şəkil 7.).
İçərisində müxtəlif detallar və elementlər quraşdırılmış əsas cihazın korpusu
naktauz adlanır. O, üç hissədən ibarətdir: 1 - göyərtəyə boltlarla birləşdirilən dairəvi
əsas, 4- orta silindirik hissəsi, saxlayıcı kompas və baxış şüşələri olan hissə (şəkildə
göstərilməyib).

Şəkil 7. Əsas cihazın xarici görünüşü.


Naktauzun orta hissəsində girosferanın vəziyyətini müşahidə etmək üçün 3-
qapaqcıq ilə bağlanan 18-pəncərəsi vardır. Pəncərədən aşağıda 2-qapağı ilə bağlanan
platalar yerləşən qutu vardır. Oradan 6-stolda yerləşən yuxarı plataya elastik kabeli
gedir. Burada işıqlandırma dövrəsinin 19-söndürücüsü və meridiana gəlməni
sürətləndirmə qurğusunun və soyuducu nasosun söndürücüsünün 20-qapağı yerləşir.
Kardan asqısı 15 və 16 - xarici, dayaq halqasından ibarətdir. Xarici halqanın 17-
fırlanma oxu gəminin diametral müstəvisinə paraleldir. Dayaq halqası 5-spiral yayın
köməyilə daxili halqadan asılmışdır. Saxlayıcı maye dolu rezervuar dayaq
halqasından asılmışdır.

Əsas cihazın daxilində aşağıdakı elementlər yerləşir (Şəkil 8.):


1- cihazın bünövrəsi;
2- naktauzu göyərtəyə bərkitmək üçün dörd ədəd bolt;
3- naktauzun orta hissəsi;
4- üç fazalı cərəyanın kabel xətti;
5- rezervuar;
6- izləyici sfera;
7- rezervuarın daxilində soyutma sisteminin spiralvari borusu;
8- rezervuarın qapağı;
9- saxlayıcı mayenin doldurulması üçün rezervuarın qapağında iki ədəd yivli tıxac;
Şəkil 8. Əsas cihazın daxili görünüşü.

10- cərəyanaparıcı halqaları olan kollektor (fırça);


11- saxlayıcı mayenin temperatoruna nəzarət etmək üçün termometr;
12- azimutmotor (giromotor);
13- kursun dəqiq şkalası;
14- kursun kobud şkalası;
15- taraz;
16- korrektor;
17- fırça saxlayıcı;
18- dəstək (fırlanan valik);
19- mühərrik;
20- revunun kontakları;
21-kardan asqısının halqaları;
22- revunla bitişik termostat;
23- rezervuarın orta hissəsinin xarici tərəfində üzərində girokompası sürətləndirmə
yolu ilə meridiana gətirmək üçün elektromaqnit qurğusunun dolaqları yerləşən kəmər;
24- soyutma sisteminin iki ədəd borusu;
25- girosfera;
26- rezervuarın aşağı hissəsinə bərkidilmiş çəkisi 16kq olan yük (çuqun).

İzləyici sistem.
İzələyici sistem avtomatik olaraq girokompasın həssas elementinə nisbətən
azimuta görə gəminin istənilən azimutal hərəkətini izləyir və nəticədə gəminin
kursunu avtomatik təyin edir. Həmçinin izləyici sistem gəmi kursunun repiterlərə
verilməsini təmin edir, girosferanın elektrodlarına qida cərəyanı çatdırır, həssas
elementin momentsiz asqısını və onun mərkəzləşməsini təmin edir. Sistemin
elementləri 1M və 9B cihazlarında yerləşmişdir.

Translyasiya –gücləndirici cihaz (9B).


Bu cihaz izləyici sfera ilə girosfera arasındakı fərq siqnallarını gücləndirmək və
kurs göstərici cihazlara ötürmək üçün təyin olunmuşdur (Şəkil 9.). Şəkildə 9B
cihazının qapaqı açıq vəziyyətdə daxilində yerləşən elementlər göstərilmişdir:
1- dişli ötürmə ilə əlaqədə olan verici;
2- azimutal mühərrikin təsirləndirmə dolağının və gücləndiricinin müdafiəsi üçün
qoruyucular;
3- selsin düzləndiricisi;
4- hər birinin müqaviməti 500 Om olan iki ədəd rezistor;
5- rezistora malik lampa;
6- müqaviməti 2000 Om olan rezistor;
Şəkil 9. Translyasiya – gücləndirici cihaz.

7- izləyici sistemin gücləndiricisini söndürən tumbler;


8- müqaviməti 1500 Om olan seksiyalandırılmış rezistor;
9- selsin düzləndiricisi;
10- siqnal trasformatoru;
11- siqnal trasformatoru;
12- kondensator.

Repiter sistemi.
Bu sistemin cihazları giropostdan gəminin müxtəlif yerlərinə kurs haqqında
məlumatlar verir. Gəminin kursunu əks etdirən məlumat əsas cihazdan repiterlərə
dəyişən cərəyan selsin ötürməsi vasitəsilə həyata keçirilir. Repiterlər iki qrupa
bölünür: pelenqləmə repiterləri (20A) və kursgöstərici repiterlər (38 və 38A).

Pelenqator – repiterin üzərində qurulur və pelenqləmə işlərinin aparılması üçün


istifadə olunur. Pelenqator aşağdakı hissələrdən ibarət olur:

Adi pelenqator (Şəkil 10).


1- göy cisimlərinə pelenq götürmək üçün güzgü;
2- əyani hədəf;
3- repiterin üzərində qurmaq üçün çərçivə;
4- üç tərəfli prizma bərkidilmiş kronşteyn;
5- tuşlama üçün gözlük;
6- günəşi pelenqləmə üçün işıq süzgəci;

Şəkil 10. Adi pelenqator.

Optik pelenqator (Şəkil 11.)


1- göy cisimlərinə pelenq götürmək üçün güzgü;
2- əyani hədəf;
3- tuşlama üçün gözlük;
4- teleskop və mikroskop tipli okulyar;
5- pelenqatorun korpusu;
6- günəşi pelenqləmə üçün işıq süzgəci;

Şəkil 11. Optik pelenqator.


Pelenqləmə repiteri (19A) – repiter pelenqatorla işləyir. cihazın yuxarı hissəsi şüşə
ilə örtülmüş metal korpusdan ibarətdir və içərisində qəbuledici selsin vardır. Repiter
aşağıdakı hissələrdən ibarətdir;

Şəkil 12. Məlumat repiteri.

1- kurs cizgisi; 2-kobud şkala;


2- dəqiq şkala;
3- azimutal şkala;

Pelorus- cihaz 20A. cihaz aşağıdakı hissələrdən ibarətdir:


1- pelenqləmə üçün istifadə olunan repiter;
2- kardan halqası;
3- pelorusun yuxarı hissəsi;
4- pelorusun yuxarı hissəsini bərkitmək üçün dörd ədəd vint;
5- şkalanın işıqlanmasını tənzimləyən dəstək;
6- şkalanın işıqlanmasını tənzimləyən qurğunun qutusu;
7- pelorusun əsası (bünövrəsi).
Şəkil 13. Pelarus.

Korrektor. “KURS-4” girokompasında sürət xətasını korrektor vasitəsilə 50


uzeldən çox olmayan sürətlərdə və 820-yə qədər en dairələrində aradan qaldırırlar
(Şəkil 14).
Korrektor aşağıdakı hissələrdən ibarətdir:
1- nazim çarxın dömməsi üçün stator;
2- ekssentristetin şkalası;
3- indeks;
4- nomoqramma;

Şəkil 14. Korrektor.


5- kobud şkala;
6- dəqiq şkala;
7- azimutal mühərrik;
8- yuxarı və aşağı diskləri birləşdirən barmaqcıq;
9- yuxarı diskin karetkası;
10- istiqamətləndirici çubuq;
11- metal çubuq;
12- aşağı disk;
13- yuxarı disk (həqiqi kursların diski);
14- nazim çarx;
15- elektrik mühərik (giromator).

Səfər zamanı girokompasın işinin müşahidəsi.

Gəmi səfərdə olan zaman sutkada iki dəfə girokompas otağına baş çəkilir və
aşağıdakı işlər yoxlanılır:
 Girokompasda olan temperatur və səs-küyün ümumi səviyyəsi, kənar səslərin və
qoxuların (iylərin) olmaması, gəmi magistiraında suyun təzyiqi, ventilyasiya
sisteminin yaxşı işləməsi;
 cihaz 4D - də ampermetrlərin göstərişləri (işçi cərəyanın qiyməti formulyarda və
ya zavodun təlimatına uyğun olmalıdır);
 cihaz 34A - nın voltmetri üzrə üçfazlı cərəyan gərginliyi (120V olmalıdır);
 cihaz 10M - in termometrinin göstərişi (saxlayıcı mayenin temperaturu 40±20
olmalıdır);
 cihaz 34A - nın indiqatoru üzrə (həssas elementin hündürlüyə görə vəziyyəti ±
2mm hədlərində olmalıdır);
 Rezervuarda saxlayıcı mayenin səviyyəsi (səviyyə maye doldurulan deşiyin yuxarı
kənarından təxminən 35mm aralı olmalıdır);
 cihaz 34A - da kağız lentin olması;
 Bütün repiterlərin göstərişlərinin əsas cihazın göstərişləri ilə eyni olması;
 Nasosa suyun verilməsi;
 Korrektorun en dairəsi və sürətə uyğun qurulması.
Səfər müddətində girokompasda hər hansı bir təmir işlərinin aparılması kapitanın
icazəsi ilə mümkündür.
Girokompasın dayandırılması.
Girokompasın dayandırılması üçün aşağıdakılar etmək lazımdır:
 Kursoqrafın saatı dayandırılmalı və kursoqrammada girokompasın söndürülməsi
haqqında qeyd edilməlidir;
 Əsas cihazın və repiterlərin işıqlandırılmaları söndürülməlidir;
 İzləyici sistemin söndürücü açarı "söndürülmə" vəziyyətinə qoyulmalıdır;
 Açar vasitəsilə gəmi şəbəkəsindən qidalanmanı (3 fazlı) söndürülməldir;
 Aqreqatın rotorunun dayandırılmasından sonra bir fazlı cərəyan söndürülməlidir.
Girokompas dayandırıldıqdan sonra komplektə daxil olan bütün cihazlar
yoxlanılmalıdır. cihaz 1M qapaqla bağlanılıb, sonra bütün cihazlar çexolla
örtülməlidir.
Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.əlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. “Kurs-4”, “Kurs-5” və “Kurs-10A” tipli girokompaslarını təyinatı,ttx.

2. “Kurs-4”, “Kurs-5” və “Kurs-10A” tipli girokompaslarının tərkibi.

3. “Kurs-4”, “Kurs-5” və “Kurs-10A” tipli girokompaslarının istismar


qaydaları.

4. “Kurs-4”, “Kurs-5” və “Kurs-10A” tipli girokompaslarına iş zamanı


qulluq.

5. “Kurs-4”, “Kurs-5” və “Kurs-10A” tipli girokompaslarına baxışın


kecirilməsi.
Mühazirə №18

Mövzu: “Beqa”və”QKU-2” tipli giroazimutkompas

Mühazirənin planı:

Mühazirənin planı:

1. Təyini və texniki göstərişləri. Sistemlər və komplekti. Əsas cihaz. Həssas


element, giroblok və giroseksiya.
2. Şturman pultu. Giroazimutkompasın elektrik sxemi, istismar qaydaları.
3. İşə salmaya hazırlıq, işə salma və dayandırma. Reys vaxtı
giroazimutkompasın işinin müşahidəsi.
4. Gəmi yoxlamaları və tənzimləmələri.
“VEQA” giroazimutkompasının əsas texniki göstəriciləri.
«VEQA» giroazimutkompası dəniz naviqasiya cihazı olub 80°-yə qədər en
dairələrində işləmək ücün təyin olunmuşdur. Giroazimutkompasın iki işləmə rejimi
vardır:
1.Əsas - Korreksiya olunan girokompas rejimi.
2. Əlavə - Giroazimut rejimi.
Korreksiya olunan girokompas rejimində nəqliyyat gəmilərinin sabit sürətlərində
və sabit kurslarında üzən zaman cihazların xətası 70° en dairəsində ±0,8° və 70°-80°
en dairələrində isə ±1,5° təşkil edir.
Gəmi manevr etməsi şəraitində korreksiya olunan girokompasın xətası 70° en
dairəsində ±2,0° və 70°-80° en dairələrində isə ±1,5° olur.
Gəmi küləyin və ya dalğanın təsirindən yırğalanan zaman korreksiya olunan
girokompasın xətası 70° en dairəsində ±1,5°-dən artıq olmur, 70°-80° en dairələrində
isə bu xəta ±2,0° olur.
Giroazimut rejimində həssas elementin dreyfi 70°-yə qədər en dairəsində
1,5°/saat və 70°-80 en dairələri diapazonunda isə 2°/saat olur.
Giroazimutkompasın həssas elementinin sürətləndirmə ilə merediana gəlməsi 30
dəqiqədən çox olmur. Həssas elementin zəmanət verilmiş istismar müddəti 10000
saatdır. cihazın məcburi soyutmaya ehtiyacı yoxdur. Giroazimutkompasın
qidalandırılması gəmi şəbəkəsindən 380V, 50Hs tezlikli gərginlik ilə icra olunur.
Giroazimutkompasda əsas cihaz VQ-1A-dır. Onun tərkibinə həssas element, asqı
sistemi, giroblokun 2 kanallı izləyici sistemi və termotənzimləmə sistemi daxildir.
VQ-1A-nın əsas hissəsi mayeli-tarsion asqılı bir giroskopik həssas elementdir.

Cədvəl 1.
Buraxıla bilən aralıq
xətaları
Üzmə şəraiti 60 70 80 85
   
Girokompas rejimi
Yanalma əməliyyatı 0, 0, 1,
---
edən gəmi 5 5 0
Düz kursda daimi sürət
0, 0, 0, 2,
50 uzel, yırğalanmanın
5 8 5 0
amlitudası 2 olduqda
Düz kursda daimi sürət
50 uzel, dalğa 1, 1, 2,
---
yırğalanması 25 5 5 0
olduqda,
50 uzel sürətlə manevr 2, 2, 2, 3,
edən zaman, 0 0 5 5
Sürət ani olaraq 20 uzel 1, 2, 2, 2,
dəyişdikdə, 5 0 5 0
Sürət 20 uzel, kurs 180 2,
--- --- ---
dəyişdikdə, 0
Giroazimut rejimi
Düz kursda yırğalanma
1, 1, 1, 2,
və manevr vaxtı sürət
5 0 5 0
70uz olduqda,

VQ-2A giroazimutkompasın qida cihazıdır. Bu cihazda kompası işə salma


düymələri “işə salma” və “stop”, işıq tablosu, transformatorlar, rele, qoruyucular və
voltmetr yerləşdirilmişdir.
VQ-3A giroazimutkompasın şturman pultudur.
"Veqa" girokompasının əsas cihazı - VQ-1A
Əsas cihaz iki hissədən korpusdan və giroseksiyadan ibarətdir. Giroseksiya
daxilində həssas element olan çıxarıcı giroblokdan ibarətdir.
Həssas element. Həssas element bir giroskoplu olub, sfera formasında
hazırlanmışdır. Sferanın diametri 92 mm-dir. O, silindr (2) ilə birləşən iki
yarımsferadan (1) ibarətdir. Germetikliyi təmin etmək üçün yarımsferalar və silindrin
birləşən yerləri lehimlənmişdir (Şəkil 15). Cihaz hazırlanarkən ondan hava çıxarılır və
helium qazı ilə doldurulur. Girosferanın ağırlıq mərkəzi onun həndəsi mərkəzi ilə üst-
üstə düşür. Girosferanın kütləsi 500 qramdır. Onun asqı üsulu - maye - torsion
üsuludur. Bu səbəbdən də quru sürtünmə tamamilə aradan qaldırılır. Giroskop xarici
vibrasiyalardan etibarlı müdafiə olunmuşdur.

Şəkil 15. Girosferanın xarici görünüşü.

Girosferanın (2) korpusunun daxilində (Şəkil 16) giromühərrik və bucaq


vericilərinin statorları (1) yerləşdirilmişdir. Mühərrik asinxron və üçfazalıdır.
Giromühərrikin stator dolağı (8) girosferanın korpusunun silindrik hissəsində (5)
bərkidilmişdir. Rotorun dolağı (4) giroskopun valına (7) dolanmışdır. Giromühərrikin
rotoru korpusa nəzərən simmetrik yerləşdirilmiş eyni olan iki maxovikdən (6)
hazırlanmışdır.
Şəkil 16. Girosferanın daxili görünüşü.

Rotorun kütləsi 300 qramdır. Gioromühərrikin statoruna 40V gərginlikli və


500Hs tezlikli dəyişən cərəyan verilir. Girosferanın daxilində əsas yastıqların
(podşipnik) (3) qarşısında iki koordinantlı bucaq vericilərinin statorları (1)
yerləşdirilmişdir. İzləyici sferanın daxilində yerləşdirilmiş girosfera izləyici sferaya
nisbətən iki sərbəstlik dərəcəsinə malikdir.
Giroblok. Girobloka girosfera, izləyici sistem və onların arasında rabitə sistemi
daxildir. İzləyici sistem mürəkkəb bir konstruksiyaya malik olub, bir neçə hissədən
ibarətdir (Şəkil 17). Yığılmış şəkildə izləyici sistem kub formasındadır. Kubun
daxilində girosfera yerləşdirilən yonulma vardır. Ona görə də terminaloji cəhətdən
izləyici sistemi izləyici sfera adlandırmaq olar.
Girosferanın korpusu izləyici sferanın daxilində yerləşdirilmişdir. Sferalar
arasında 2mm -lik aralıq var. Bu aralıq sıxlığı işçi temperatur +75 0S-də 2 qr 3 olan
sm
maye doldurulmuşdur. Bu maye girosferanın neytral vəziyyətdə üzmə qabiliyyətini
təmin edir. İşçi temperatur avtomatik termotənzimləmə sistemi ilə saxlanılır.
Giroblokun xarici səthində, yuxarı və aşağı hissələrində halqavari yuvalar vardır.
Orda cihazı işə saldıqda giroblokun sürətləndirməklə qızdırılması üçün
elektroqızdırıcı elementlər (1) yerləşdirilmişdir. Giroblokun yan səthində termorele
(5) vardır.

Şəkil 17. İzləyici sistem.

Bu relelər işçi temperaturu əldə etdikdən sonra yuxarıdakı elementləri sıradan


çıxarır. Digər yan səthlərin altında (2) bucaq vericiləri vardır. Ştepsel birləşdiricisi (4)
girobloku giroseksiyanın elektrik sxeminə birləşdirir. Giroblokun kütləsi 3500
qramdır.
Giroseksiya. Giroseksiyaya giroblok, əsas cihazda onun asqı və yerləşdirilmə
sistemi daxildir. Əsas cihazın korpusundan giroseksiyanı çıxardıqdan sonra onu dörd
ayaq üstə qoyurlar (Şəkil 18). Giroseksiyanın əsasında (2) bir sıra elementlər
birləşdirilmişdir.

Şəkil 18. Giroseksiya.

Əsasın aşağı hissəsinə izləyici sistemin azimutal kanalının icra mühərriki (5)
bərkidilmişdir. Eyni zamanda buraya iki ədəd kurs verici (3), fırça saxlayıcı və
cərəyan keçirən fırçaların konteyneridə (4) yerləşir. İcra mühərriki reduktor vasitəsilə
şaquli kardan halqası (6) bağlanılır və onu gəminin göyərtəsinə perpendikulyar olan
oxa nisbətən döndərə bilər. Kardan halqasında kurs göstəricisinin bölgü qiyməti 10
olan şkala (8) və izləyici sistemin üfüqi kanalının icra mühərriki (12) bərkidilmişdir.
Bu mühərrik dişli sektor (11) vasitəsilə üfüqi kardan halqası (7) ilə bağlıdır. Burada
həmçinin dönmə trasformatorunun statoru (9), maye demfir (10) və səviyyə göstərən
(13) yerləşir.
Əsas cihazın korpusu. GAK-ın əsas cihazının xarici hissələrinə korpus (6),
çıxarıla bilən sferik qapaq (8) və əsas (3) aiddir (Şəkil 19). Korpusun ön divarının
üzərində çevirəcək (5) və rezistor yerləşdirilmiş idarə paneli (2) vardır. Çevirəcək (5)
GAK -ı işə salmaq üçündür və iki vəziyyəti var: "Hazırlıq" və "İş". Rezistor (2) həssas
elementin sürətləndirmə ilə meridiana gətirilməsi üçündür.
Korpusun yan divarında çıxarıla bilən qapaqla bağlanan iki oyuq vardır. Kiçik
qapağın altında tənzimləyici rezistorlar yerləşdirilmişdir. "Düzəliş" rezistoru ilə
cihazın girokompas rejimində, "Dreyf" rezistoru isə giroazimut rejimində tənzimləyir.
İkinci qapağın altında isə izləyici sistemin üfüqi kanal G1 gücləndiricisi
yerləşdirilmişdir. Sol yan oyuqlarda isə izləyici sistemin azimutal kanalının G2
gücləndiricisi və sxemin tənzim olunmayan elementləri vardır.
Şəkil 19. Əsas cihazın korpusu.

Korpusun üfüqi panelində işıq tablosu (7) var. Tabloda yazılar var: "İşə salma",
"Hazırlıq", "Girokompas" və "Giroazimut". Sferik qapağın yuxarı hissəsi üzvü süni
şüşədən hazırlanmışdır. Oradan şkala (1) üzrə gəminin kursunu hesablamaq olar.
Cihazın korpusu əsasa (3) bərkidilmişdir. Əsas cihaza nisbətən korpusun vəziyyətinə
nəzarəti şkala (4) üzrə həyata keçirirlər.
Həssas elementin termostabilləşdirmə sistemi. Bu sistem GAK-ı işə salma
zamanı giroblokun məcburi qızdırılması və işçi temperaturun  73  4S xətası ilə
stabilləşdirilməsini təmin edir. Bu temperaturda girosfera neytral üzmə qabiliyyətinə
malik olur.
Termostabilləşdirmə sistemi iki kanallıdır: birinci kanal əsas cihazın korpusunun
daxilində temperaturu  42  50S hədlərində stabilləşdirilməsini təmin edir, ikinci
kanal isə giroblokun məcburi qızdırılmısını təmin edir. Giroblokun temperaturu
 73S -dən aşağı olduqda və GAK-ı işə saldıqda, yəni giroblokun termorelesinin (5)
kontaktlarının açılma temperaturundun aşağı temperaturunda (şəkil 4) gərginliyi
110V, tezliyi 500Hs olan elektrik cərəyanı elektroqızdırıcı elementinə (1) verilir.
Giroblokun temperaturu  73  4S çatdıqda, termorelenin (5) kontakları açılır və
giroblokun məcburi sürətləndirici qızdırılması dayandırılır. Eyni zamanda GAK-ı işə
saldıqda gərginliyi 25V, tezliyi 50 Hs olan cərəyan giroseksiyanın termorelesinin
bağlı kontaktları vasitəsilə əsas cihazın korpusunun (5) halqavari qızdırıcısına verilir.
Qapağın altında temperatur  50S -yə çatdıqda qızdırıcıdan (5) qida gərginliyini
söndürərək, termorelenin kontakları açılır.
Əsas cihazın daxilində temperatur  42  4S -yə qədər azaldıqda termorelenin
kontaktları yenidən bağlanılır və qida gərginliyi qızdırıcıya verilir. Əgər GAK-ın işi
zamanı temperatur  87  3S çatarsa, termorelenin (7) kontaktları işə düşər və
revuna, həmçinin "VQ-3A" cihazının "Çox qızma" tablosuna qida gərginliyi verilir.
"Veqa" giroazimutkompasının qida cihazı - VQ-2A
Bu cihaz GAK-ın işə salınması, əsas dövrələrin müdafiəsi və elektrik
sxemlərinin normal vəziyyətdə olmasının nəzarəti üçün təyin olunmuşdur. (Şəkil 20)

Şəkil 20.Qida cihazının ön hissəsi.

Cihazın qapağının aşağı hissəsində GAK-ı "İşə salma" (5), "Saxla (Stop)" (6)
düymələri və həmçinin "Nəzarət" çevirəcəyi (4) qoyulmuşdur. Bu çevirəcəyin üç
vəziyyəti vardır və onun köməyi ilə voltmetri (3) giroblokun müxtəlif fazalarına
qoşurlar. Qapağın üzərindəki işıq tablosu (1) və pəncərəsi (2) vasitəsilə GAK-ın
işləmə müddətinin sayğacını müşahidə etmək olar.
Cihazın daxilində (Şəkil 21) işə salma transformatoru (8), qida gərginliyi
transformatoru (9), işıqlanma üçün transformator (7), zaman relesi (16), sistemin
işləmə müddətinin sayğacı (10), iki ədəd işə salma releləri (12,13), nəzarət üçün
yuvalar (15) və qoruyucular (14) yerləşdirilmişdir. 10, 12 və 13 elementləri çıxarıla
bilən paneldə (11) yerləşdirilmişdir.

Şəkil 21.Qida cihazının daxili hissəsi.


İşə salma transformatorunun birinci dolağına gəmi şəbəkəsindən 110V, 50Hs
gərginlik verilir. "İşə salma" düyməsini sıxdıqda, bu transformatorun ikinci
dolağından 127V, 50Hs gərginlik maqnit işə salma qurğusuna verilir. Nəticədə AMQ-
202 aqreqatı işə düşür və gəmi şəbəkəsindən 220-380V, 50Hs gərginlik maqnit işə
salma qurğusunun bağlı kontaktları ilə ona verilir. Qidalanma transformatorları
giroblokun, izləyici sistemlərin və korreksiya sistemlərinin qidalandırılmasının təmin
olunması üçün təyin olunmuşdur.
"Veqa" giroazimutkompasının şturman pultu-VQ-3A
Şturman pultu əsas cihazın işləmə rejimlərinin distansion idarəsi üçün korreksiya
edici siqnalların formalaşdırılması və en dairəsi və gəminin sürəti haqqında
məlumatın əl ilə daxil edilməsi üçün nəzərdə tutulub.
Şturman pultunun korpusunun (9) ön panelində aşağıdakı (Şəkil 22) elementlər
yerləşir: cihazın iş rejimlərinin iki vəziyyətli ("Girokompas" və "Giroazimut")
çevirəcəyi; gəminin yerinin en dairəsinin və sürətinin qiymətinin daxil edilməsi üçün
dəstəkləri (8 və 7), həmçinin şəkildə görünməyən işıqlanan lampaların işıqlarını
tənzimləyən rezistor quraşdırılmışdır.

Şəkil 22. Şturman pultunun qapağının ön hissəsi.

Cihazın qapağında (2) dörd ədəd tablo (3) bərkidilmişdir. Bu tablolorda


"Giroazimut", "Girokompas", "Hazırlıq" və "Qızma" sözləri yazılır. Qapaqda gəminin
kursunu (4), en dairəsini (5) və sürətini (6) göstərən şkalalar var. Korpusun sol
divarında qapağın (1) altında revun yerləşdirilmişdir. Revun giroblokun artıq qızması
və ya qida gərginliyinin söndürülməsi zamanı səs siqnalı vermək üçün təyin
olunmuşdur.
"VQ-3A" cihazının korpusunun daxilində aşağıdakı elementlər yerlşir (Şəkil 23):
Fırlanan transformator (19), izləyici sistemi söndürən açar (12), gücləndirici
(25), kurs şkalası (18) olan iki fazlı mühərrik (27), bu mühərrik gəminin kursunu
hesablayıcı qurğuya daxil edir və transformatorun (20) rotorunu əsl kurs istiqamətinə
döndərir.

Şəkil 23. Şturman pultunun qapağının daxili hissəsi.

Hesablayıcı qurğu isə aşağıdakılardan ibarətdir: fırlanan transformator (21), sin-


cos fırlanan transformatoru (20), sürət (23) və en dairəsi (24) şkalaları və həmçinin
onların iki ədəd fırlanan transformatorları (26 və 22).
Paneldə (11) cəmləyici və tənzimlənən sürət (13), sinus (14) və tg (15)
rezistorları yerləşir.
cihazın daxilində kurs göstərici sistemin elementləri selsin vericiləri (16 və 17)
gəminin kursunun dəyişdiyi zaman 27 mühərriki vasitəsilə fırladılır.

Kursoqraf – Cihaz 23T


Bu tip kursoqraflarda kursun yazısı və lentaparıcı mexanizmin elektrik intiqalıı
moderinləşdirilmişdir.
Kurs perosunun hərəkəti yumruqcuqlu mexanizmin işindən aslıdır. Gəminin
kursu dəyişiləndə selsin qəbuledici yumruqcuğunu döndərir və sıxılmış qolun
yerdəyişməsinə səbəb olur. Sonuncu kurs perosunu hərəkətə gətirir.
Yumruqcuqlu mexanizimlə kursun yazılmasının dəqiqliyi lentin bütün eni boyu
eynidir.
Kursun yazısı termoelektrik perolar ilə istiliyə həssas kağızda həyata keçilir.
Kağızın istiliyə həssas təbəqəsinin ərimə temperaturu təxminən 1000S-dir. Lentaparıcı
mexanizmin hərəkətində saat mexanizmi istifadə olunur.
Giroazimutkompasın texniki istismarı.

Cihazların yerləşdirilməsi.
"VQ-1A" cihazını giropostda yerləşdirilməsi tövsiyyə olunur. Burada böyük
temperatur fərqi, hava cərəyanı və maqnit sahələrinin mənbələri olmur. Giropostun
gəminin kütlə mərkəzinə yaxın olması arzu ediləndir.
"VQ-1A" cihazı göyərtəyə bərk bağlanmış örtükdə yerləşdirilir. Cihazı rahat
idarə etmək üçün örtüyü 0,7-0,8 metr hündürlükdə hazırlayırlar.
"VQ-2A" cihazı giropostda yerləşdirilir. "VQ-3A" və 23T cihazları şturman
stoluna yaxın yerləşdirilir. Burada həmçinin 38H tipli repiterlər yerləşdirilir.

GAK-ın işə salınmasına hazırlıq.


Qida gərginliyini qoşmazdan əvvəl, cihazların xarici yoxlanmasını aparmaq,
birləşdirici ştepsellərin etibarlılığını, qoruyucuların, siqnal lampalarının yerində
olmasını yoxlamaq lazımdır.
"VQ-1A" cihazında aşağıdakılırı icra etmək lazımdır:
- Sxemin iş rejimlərinin çevirəcəyini "Hazırlıq" vəziyyətinə gətirməli;
- "Gəitirilmənin sürəti" rezistorunun dəstəyindəki xətti cihazın korpusundakı xətt ilə
üst-üstə gətirməli;
"VQ-2A" cihazında aşağıdakıları icra etmək lazımdır:
- Zaman relesinin şkalasının 420 saniyəyə qoyulmasına əmin olmalı;
- "Nəzarət" çevirəcəyini sol kənar vəziyyətə gətirməli;
"VQ-3A" cihazında aşağıdakıları icra etmək lazımdır:
- İşləmə rejimlərinin çevirəcəyini "Girokompas" vəziyyətinə gətirməli;
- Sürət şkalasını sıfıra gətirməli;
- İzləyici sistemin çevirəcəyini "izləyici sistem" vəziyyətinə gətirməli;
"23T" cihazında aşağıdakılırı icra etmək lazımdır:
- Kursoqrammanı qurmalı;
- Kurs şkalasını və kurs perosunu cihaz "VQ-3A"-nın şkalasına uyğun qurmalı;
- "Kurs qəbuledicisi" çevirəcəyini "işə salma" vəziyyətinə gətirməli;
- Saat mexanizminin dəstəyini "Stop" vəziyyətinə gətirməli.
Bütün repiterlərin göstərişlərini "VQ-3A" cihazının göstərişi ilə eyniləşdirmək
lazımdır.
İşə salma.
Körpüyə yan almış gəmidə giroazimutkompası işə salmaq üçün aşağıdakıları icra
etmək lazımdır:
Paylayıcı şitdə : "350Hs, 220V" və "50Hs, 110V" çevirəcəklərini işə salmalı,
bu zaman "VQ-3A" cihazının revunu işləməyə başlayacaqdır.
"VQ-2A" cihazında: "İşə salma" düyməsini basmaq lazımdır. Bu zaman "VQ-
1A" cihazında "işə salma" və "hazırlıq" tabloları, "VQ-2A" cihazında "aqreqat" və
"sistem" tabloları, həmçinin "VQ-3A" cihazında " hazırlıq" tablosu işıqlanacaqdır.
Giroblokun hər üç fazasını yoxlamaq lazımdır. Bu məqsədlə voltmetrdən və
"Nəzarət" çevirəcəyindən istifadə edilir.
"VQ-1A" cihazında: "İşə salma" tablosu sönən zaman anını qeyd edirlər. Bu
təxminən 1BK3 termorelesinin işə düşməsindən 3-5 dəqiqə sonra olur. Bu zaman
sabitləşdirici mühərriklərə avtomatik olaraq qida gərginliyi verilir. Əgər işə salmadan
40 dəqiqə sonra "VQ-1A" cihazının korpusu qızmağa başlamırsa və ya "İşə salma"
tablosu sönmürsə deməli giroblokun temperatur rejimi pozulmuşdur və GAK
söndürülməlidir. "İşə salma" tablosu sönəndən 5 dəqiqə sonra "VQ-1A" cihazının
qapağı açılır və səviyyə ölçəndə hava qabarcığının kənara çıxmasının 1-1,5 bölgüdən
çox olmamasına əmin olmaq lazımdır.
"İşə salma" tablosu sönəndən 10 dəqiqə sonra iş rejimləri çevirəcəyini "İş"
vəziyyətinə gətirirlər. Bu andan etibarən cihaz girokompas rejimində işləməyə
başlayacaqdır. "VQ-1A" və "VQ-3A" cihazlarında isə "Girokompas" tablosu işıqlanır
və "Hazırlıq" tablosu isə sönür.
"23T" cihazında:
- kursoqrafın saat mexanizmini işə salmalı, onun dəstəyini "İşə salma" vəziyyətinə
keçirməli;
- Peroların qızdırılmasını təmin etməli. Bu andan başlayaraq kursoqraf girokompasın
sönən rəqslər əyrisini qeyd edir.
"VQ-3A" cihazında:
- "İzləyici sistem" çevirəcəyini "açmaq" vəziyyətinə gətirməli;
- "VQ-3A" cihazının şkalalarından kursun göstərişlərini qeyd etməli və kursoqrafın,
repiterlərin göstərişlərini bu qiymətə uyğunluğunu yoxlamalı;
- Repiterlərin göstərişlərinin uyğunlaşdırılmasından sonra çevirəcəyi "İzləyici
sistem" vəziyyətinə gətirmək lazımdır.
Sürətləndirmə ilə meridian gətirilmə.
Əgər həssas elementin meridiandan kənara çıxması 30 - dən çox olarsa, onda
onun sürətləndirmə ilə meridiana gətirilməsi icra olunur. Bu əməliyyyatı "İşə düşmə"
tablosunun sönməsindən sonra həyata keçirmək olar. Giroblokun hərəkətini
"Gətirilmə sürəti" dəstəyinin köməyi ilə idarə edirlər. "VQ-1A" cihazında kurs xətti
qarşısında əsl kursun qiyməti qərarlaşarsa, onda dəstəyi orta vəziyyətə gətirirlər.
Səfər zamanı GAK-ın işinin müşahidəsi:
Gəmi hərəkətdə olarkən sutka ərzində iki dəfə bütün GAK cihazları yerləşən
otaqlar nəzərdən keçirilməlidir. Bu zaman aşağıdakılıar yoxlanılmalıdır:
- Giropostda temperaturun və səs küyün ümumi səviyyəsi, ventilyasiyanın sazlığı,
kənar səslərin və qoxuların olmaması;
- "VQ-1A", "VQ-2A" və "VQ-3A" cihazlarında siqnal tablolarının vəziyyəti;
- Üç fazalı cərəyanın fazalar arası gərginliyi. Bu yoxlama "VQ-2A" cihazının
voltmetri ilə icra olunur.
- Əsas cihazının qapağının temperaturu;
- Kursoqrafda kağız lentinin olması, peroların uzlaşması və yazıların aydınlığı;
- Repiterlərin hər birinin göstərişlərinin "VQ-3A" cihazının kurs şkalaları ilə və bu
cihazın şkalasının "VQ-1A" cihazının göstərişləri ilə uyğunluğu;
- En dairəsi və sürət göstərişlərinin "VQ-3A" cihazına daxil edilməsinin düzgünlüyü.

Saxlama.
Cihazın hərəkət etməyən gəmidə söndürülməsi aşağıdakı əməliyyatlarla icra
olunur:
- "VQ-1A" cihazında işləmə rejimlərinin çevirəcəyini "Hazırlıq" vəziyyətinə
gətirmək;
- "23T" cihazında saat mexanizminin dəstəyini "Stop" vəziyyətinə gətirmək;
- "VQ-2A" cihazında "Stop" düyməsi basılır və bu vəziyyətdə 5 saniyədən az
olmayaraq saxlanılır, revunun işləməsi gözlənilir.Paylayıcı şitdə (lövhədə) GAK-ın
qidalanması kəsilir və revunun işləməsi dayanır.

Qəza halında GAK-ın dənizdə söndürülməsi.


Bu əməliyyatı GAK-ın gəmidən qidalanması dayandırıldıqda icra etmək
lazımdır. Bu əməliyyat aşağıdakılardan ibarətdir:
- Paylayıcı şitdə gəmi şəbəkəsini girokompas xəttindən ayırmaq lazımdır;
- "VQ-1A" cihazında iş rejimləri çevirəcəyini "Hazırlıq" vəziyyətinə gətirməli;
- "VQ-1A" cihazında qapağı açmaq və giroskopun tam dayanmasına qədər
giroblokun vəziyyətini izləmək;
- Giroskop dayandıqdan sonra kardan asqılarını dayandırıb saxlamaq lazımdır.

Yoxlama və tənzimləmə.
Gəmi mütəxəssislərinə yalnız bəzi texniki vəziyyətin yoxlanmasına və ən sadə
tənzimlənmələrə icazə verilir. Əsas yoxlamalar və nasazlıqların aradan qaldırılması
isə gəmiçiliyin uyğun mütəxəssisləri tərəfindən icra olunur.
GAK-ı işçi vəziyyətdə saxlamaq üçün nəzarət - proflaktik işlərin dövriliyi
aşağıdakı zaman intervalları ilə xarakterizə olunur:
- 4 sutkada bir dəfə kursoqrafın saatı qurulur;
- Həftədə bir dəfə qidalanma sxeminin gərginlikləri yoxlanır;
- Üç ayda bir dəfə kurs göstərici sistem (repiter sistemi) yoxlanılır;
- Üç ayda bir dəfə GAK-ın giroazimut rejimində dreyfinin qiyməti yoxlanılır;
- Altı ayda bir dəfə korreksiyaedici siqnalların formalaşma xətaları yoxlanılır;
- Altı ayda bir dəfə GAK-ın növbəti işə salınmasından əvvəl izoliyasiyasının
müqaviməti yoxlanılır.
Bu yoxlamalar üçün aşağıdakılar lazımdır: saniyəölçən, ampervoltmetr,
meqaommetr, B3-44 tipli millivoltmetr. cihazları qoşmaq üçün ekranlaşdırılmış
məftillər və naqillər lazımdır.
Yoxlamaları aşağıdakı ardıcıllıqla aparmaq lazımdır.
İzoliyasiyanın müqavimətini GAK-ı gəmi şəbəkəsinə qoşmadan əvvəl
yoxlayırlar.
"VQ-1A" cihazının rejim çevirəcəyini "Hazırlıq" vəziyyətinə, "VQ-2A"
cihazının "Nəzarət" çevirəcəyini isə açıq vəziyyətə qoyurlar.
500V-luq meqaommetr ilə "VQ-1A" cihazında "50Hs, 110V" yuvası ilə
qoruyucunun CC2 kontakt yuvalıarı arasındakı izloiyasiyanın müqaviməti ölçülür.
Eyni zamanda bu əməliyyat hər bir göstərilən nöqtələr ilə korpus arasında
aparılmalıdır. 100V-luq meqaometr ilə "rele" yuvası ilə "korpusun qızdırılması"
yuvaları arasında və həmçinin, hər bir göstərilən nöqtə ilə korpus arasında
izoliyasiyanın müqaviməti ölçülür.
Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı –
2003.

Nəzarət sualları:

1. “Beqa”və”QKU-2” tipli giroazimutkompasın təyinati,ttx.

2. “Beqa”və”QKU-2” tipli giroazimutkompasnın tərkibini.

3. “Beqa”və”QKU-2” tipli giroazimutkompasn istismar qaydalarını.

4. “Beqa”və”QKU-2” tipli giroazimutkompas iş zamanı qulluq.

5. “Beqa”və”QKU-2” tipli giroazimutkompasa baxışın kecirilməsi.


Mühazirə №19

Mövzu: “Anschütz Standart STD-22” tipli müasir dəniz girokompası

Mühazirənin planı:

1. Təyini və texniki göstərişləri. Əsas cihaz.


2. Şturman pultu. Girokompasın elektrik sxemi, istismar qaydaları. İşə
salmaya hazırlıq, işə salma və dayandırma.
3. Reys vaxtı girokompasın işinə nəzarət. Gəmi yoxlamaları və tənzimləmələri.
Bu cihaz elektronaviqasiya vasitəsi olaraq gəmilərdə istifadə edilməsi üçün
nəzərdə tutulub. “Anschütz Standart STD-22” girokompası həqiqi meridian
müstəvisini təyin etmək üçün istifadə olunan ən müasir girokompaslardan biridir. 100
illik təcrübə əsasında istehsal olunan “Anschütz Standart STD-22” təhlükəsiz
istismarı, müasir tələblərə cavab verməsi və ən əsası ölçülərinin kiçik olması kimi
üstün keyfiyyətlərə malikdir. Girokompasın istismarı daha da asanlaşdırılmışdır. Belə
ki, artıq sürət və en dairəsinin düzəlişləri avtomatik olaraq cihaz tərəfindən yerinə
yetirilir. Sistem əsas cihazdan, idarəetmə panelindən və paylayıcı qutudan ibarətdir.
Sistemə 3 əsas cihaz, həmçinin maqnit kompası, ”Standart 21 Gps Kompas”-ı və
gəminin dönmə bucağını ölçən cihaz (girotaxometr) qoşula bilər. Girokompas həqiqi
kursun təyin edilmiş qiymətini rəqəmsal displeyində əks etdirilir . Bu tip
girokompasların iki növü mövcuddur:
1) “STD-22-Compact” - müstəqil və stasionar bir sistem
2) “STD-22-Gyrokompass” - başqa naviqasiya vasitələri ilə birlikdə çalışan
(maqnit kompas, “GPS-naviqator” və ya başqa bu tipli girokompaslar).

Şəkil 33. “Standart STD-22” girokompasının gəmidə birləşdirilməsi

İkinci halda girokompasın Paylayıcı və İdarəedici blokları eyni vaxtda adları


çəkilən naviqasiya komponentləri ilə birləşdirilməlidir və onları idarə etməlidirlər.
Girokompas yalnız cərəyan şəbəkəsinə qoşulandan sonra iş rejiminə düşməyə
başlayır. İsitmə rejimi ilk 30 dəqiqə ərzində baş verir. Bu müddət saxlayıcı mayenin
temperaturundan asılıdır. Bu müddət ərzində girokompasın rəqəmsal displeyində
kiçik “h” hərfi işarələnməyə başlayır. İzləyici sistem bu zaman çalışmır və displeydə
kurs əks olunmur. Saxlayıcı mayenin temperaturu 45°C –yə çatanda izləyici sistem
avtomatik olaraq işə düşür.

Şəkil 34. “Standart STD-22” girokompasının funksional sxemi


Girokompasın qurulma fazası şəbəkəyə qoşulandan sonra 4 saat ərzində yerinə
yetirilir. Bu halda düzəliş 2º artıq olmur. Şəbəkəyə qoşulandan 5 saat sonra isə
girokompas tapşırılmış düzgün həqiqi istiqaməti göstərməyə başlayır.
Meridiana gəlmə müddəti normal rejimdə 2 dəqiqliklə 4 saat, sürətləndirmə
rejimində 3 dəqiqliklə 1 saatdır. Sabit kurs və sürətdə girokompasın göstərişlərinin
xətası ±0,10, manevr zamanı xətası isə ±0,40-dir. Periodik bort və kil yırğalanması,
həmçinin en dairəsinin dəyişməsi xətaları daha da artıra bilər.
Sistemin işləmə müddəti 100000 saat, həssas elementin işləmə müddəti 40000 saatdır.
Girokompas xarici mühitin -100S- +550S temperaturlarında işləyə bilir. Kursu izləmə
dəqiqliyi 100 /dəq, icazəverilən bort və kil yırğalanması 45 -dir.
Cihaz 24V gərginlikdə işləyir. Girokompas işə salınarkən 120 Vt, işləmə müddətdə 60
Vt güc tələb olunur. Paylayıcı qutu - 36Vt; idarəetmə pultu - 5Vt; analoq repiterləri
hər biri - 7Vt
Əsas cihaz
Hündürlük 429mm
Diametr 414 mm
Çəkisi 17,5 kq

Şəkil 35. “Standart STD-22” girokompasının əsas cihazı


Əsas cihaz aşağıdakı elemetlərdən ibarətdir:
- Dimetallik korpus
- Xarici sfera (2-ci sfera).
- Distillə olunmuş su.
- Saxlayıcı maye.
- Girosfera.

“Anschütz Standart 22” girokompası Beynəlxalq Dənizçilik Təşkilatının aşağıda


qeyd olunan tələblərinə cavab verir:
- İMO A.424(11), A694(17), A.526(13), A821(19). Qətnamələri, həmçinin “Yüksək
sürətli gəmilər” məcəlləsinin (High-Speed Craft Code) və Beynəlxalq Elektrotexnika
Komissiyasının (İEC - International Electrotechnical Commission) bütün tələblərinə
və Beynəlxalq standartlara tam cavab verir. (EN/EC 60945,EN/İSO 8728,EN/İEC
61162).

Paylayıcı qutu

Hündürlük 250mm
Uzunluğu 605 mm
Eni 154mm
Çəkisi 7,5 kq

Şəkil 36. Paylayıcı qutu

İdarəetmə pultu

Hündürlük 96 mm
Uzunluğu 192 mm
En 100 mm
Çəkisi 1,5 kq
Şəkil 37. İdarə pultu
Cihazın istismarı, texniki xidmət və təmir işləri ilə bağlı xəbərdarlıq və
göstərişlər.
Cihaza texniki xidmət və təmir işləri ixtisaslaşdırılmış şəxslər tərəfindən yerinə
yetirilməlidir. Girokompas söndürüldükdən ən azı 15 dəqiqə sonra daxili hissələrinə
texniki xidmət göstərmək, təmir işləri aparmaq və s. məqsədlər üçün açmaq olar.
Cihazın daxili hissələri göstərilən vaxtdan tez açılarsa, girosfera zədələnə bilər.
Əgər girokompas xəbərdarlıq siqnalı verərsə (warning) girokompasın işi
dayandırılmadan nasazlıq qısa zamanda aradan qaldırılmalı və bu haqda cihazda
texniki xidmət, təmir işlərini həyata keçirən idarəyə məlumat verilməlidir.
Girokompasın 6 xəbərdarlıq siqnalı var. Bu siqnallar 1-dən 6-dək nömrələnib və
6-cısı istifadə olunmur. Bu xəbərdarlıqlar B38 və B39 düymələrini sıxdıqda
girokompasın elektron displeyində göstərilir. Əgər bir neçə xəbərdarlıq eyni anda
mövcuddursa hamısı ekranda göstəriləcəkdir. Bu xəbərdarlıqlar aşağıdakılardır:
B38 düyməsi
Nasazlıqlar İşarəsi
1 - Soyutma sistemində nasazlıq - C1
venilyatorun sıradan çıxması zamanı
2 - Qızdırıcıda nasazlıq C2
3 - Saxlayıcı mayenin temperaturu C3
600S-ni keçdikdə
B39 düyməsi
4 - Saxlayıcı mayenin səviyyəsi aşağı C4
olduqda
5 - Cərəyan kəsildikdə C5
6 - İstifadə olunmur C6

Xəbərdarlıq signalları girokompasin işinə və displeydə kursunun əks olunmasına


təsir göstərmir.
İstisna olaraq - C5 xəbərdarlıq siqnalı (Cərəyanın kəsilməsi). Bu zaman heç bir
rəqəm, siqnal və ya işarə displeydə əks olunmur.
Xəbərdarlıq siqnalların söndürülməsi prosesi girokompasın işinə təsir etməsə də,
müəyyən dərəcədə istismar təhlükəsizliyini məhdudlaşdırır (əgər girokompas açıq
havada yerləşərsə, havanın nəmliyi cihazın elektromaqnit sahəsinə təsir göstərə bilər).
Hər növ bu siqnallar onları yaradan səbəb aradan qaldırılana qədər əsas cihazın
displeyində əks olunmaya davam edəcəkdir.
Əgər xəta siqnalı müşahidə olunarsa (error message), kurs haqqında məlumat
ekranda uzun müddət göstərilmirsə, repiterlə əsas cihaz arasında uyğunsuzluq
yaranırsa, bu zaman təmir üçün mütəxəssislərə müraciət etmək lazımdır.
SOLAS-74 Beynəlxalq Konvensiyasının tələblərinə əsasən 500 reg. ton və daha
böyük ölçülü gəmilərdə işlək vəziyyətdə olan girokompas olmalıdır. Buna görə də
səfər ərzində girokompası söndürmək olmaz. Səfər ərzində girokompasın
söndürülməsi girosferanın zədələnməsinə səbəb ola bilər.
Girokompasın işə salınması
Girokompas gəmi elektrik şəbəkəsinə qoşulduğu andan başlayaraq, 30 dəqiqə
müddətində saxlayıcı maye qızdırılır. (mayenin temperaturundan asılı olaraq müddət
dəyişə bilər). Bu proses ərzində izləyici sistem sönülü vəziyyətdə olur. Kurs haqqında
məlumat yoxdur. Ekranda yalnız “h” hərfi müşahidə edilir.
Saxlayıcı mayenin temperaturu 450S-yə çatdıqda izləyici sistem avtomatik olaraq
işə düşür, kurs ekranda görünməyə başlayır.
Girokompasın meridiana gəlməsi 4 saat ərzində əlavə nöqtənin görünməsi ilə
başa çatır. Kurs haqqında məlumatın dəqiqliyi 20 olur.
Girokompas işə salındıqdan təxminən 5 saat sonra kurs haqqında dəqiq məlumat
verir.
Sürətləndirmə yolu ilə girokompas meridiana 1 saat ərzində gəlir. 1 saatdan
sonra dəqiqlik ±30 olur.

Girokompasın sürətləndirmə yolu ilə meridiana gəlməsi


Girokompasın sürətləndirmə funksiyasından istifadə etdikdə meridiana gəlmə
vaxtı təxminən 1 saata bərabər olur. Girokompas söndürüldükdə yaddaşında sonuncu
istiqamətləndiyi kurs qalır və kursun qiyməti repiterlərdə əks olunur. Cihaz işə
salındıqda sonuncu kursun qiymətinə əsasən daha tez meridiana gəlir. Girokompas
söndürüldükdən sonra əgər gəminin istiqaməti dəyişməmişdirsə yalnız bu zaman bu
funksiyadan istifadə etmək olar. Həmçinin cihazın sönülü vəziyyətdə olduğu vaxt
minimum 1 saat olmalıdır. Bunlardan başqa bu üsuldan girokompas birinci dəfə
quraşdırıldıqda istifadə etmək mümkün olmur.
Düzəlişlər
Sürət və en dairəsi ilə əlaqədar yaranan xətalar avtomatik olaraq aradan
qaldırılır. Sürət xətası gəminin səfər etdiyi müddətdə yaranır və sürət artdıqca xəta da
böyüyür. Gəminin şimal və cənub istiqamətində hərəkət etdiyi vaxt yaranan xəta, şərq
və qərb istiqamətində hərəkəti zamanı yaranan xətadan böyükdür. Sürət xətası fiziki
deviasiyadır, o idarə olunan kursun nəticəsində yaranır və bunun nəticəsində həqiqi
kurs və girokompas kursu arasında uyğunsuzluq meydana gəlir. Bu xəta gəminin
sürətindən, kursundan və en dairəsindən asılı olaraq dəyişir. Adətən sürət xətası 00-20
intervalında olur. Sürətli gəmilərdə isə 50-dək ola bilər. Avtomatik sürət düzəlişini
yerinə yetirmək üçün girokompasa gəminin sürəti və en dairəsi haqqında məlumatlar
GPS və laqdan daxil olur. Cihaz bundan sonra onun yaddaşındakı sürət xətaları
cədvəlindəki qiymətə əsasən düzəliş edir və xətanı aradan qaldırır. Əsas cihazın
üzərindəki ekranda və repiterlərdə göstərilən kurs həqiqi kursdur.
Sürət düzəlişləri, həmçinin gəminin sürəti və en dairəsi haqqındakı məlumatları
cihaza istifadəçi tərəfindən daxil edilməklə də yerinə yetirilir. Məlumatlar cihaza
idarəetmə pultundan daxil edilir. Həmçinin, düzəliş olunmamış kursun üzərinə sürət
xətaları cədvəlindən götürdüyümüz qiyməti əlavə etməklə də həqiqi kursu tapa bilərik
(Cədvəl 2).
Cədvəl 2.
Məsələn:
GKK 3150 1350
En dairəsi 400N 500S
Sürət 16 16 uzel
uzel
Cədvəldəki -0,90 1,10
qiymət
Həqiqi kurs 314,10 136,10

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. “Anschütz Standart STD-22” tipli müasir dəniz girokompasının təyinat və ttx.

2. “Anschütz Standart STD-22” tipli müasir dəniz girokompasnın tərkibi

3. “Anschütz Standart STD-22” tipli müasir dəniz girokompasının istismar


qaydaları

4. “Anschütz Standart STD-22” tipli müasir dəniz girokompas iş zamani qulluq.

5. “Anschütz Standart STD-22” tipli müasir dəniz girokompasına baxış.


Mühazirə №20

Mövzu: Müasir dəniz girokompasları. “SperryMarine SR”, ”Meridian-


Serveyer”, ”PGM-C-009”, “Qyus-M”, “Navigat X” və “SR-180 MK1” tipli
müasir dəniz girokompasları

Mühazirənin planı:

1. Təyini və texniki göstərişləri. Əsas cihaz.


2. Şturman pultu. Girokompasın elektrik sxemi, istismar qaydaları. İşə
salmaya hazırlıq, işə salma və dayandırma.
3. Reys vaxtı girokompasın işinə nəzarət. Gəmi yoxlamaları və tənzimləmələri.

§3.4. "QYUS – M" girokompası.

"Qyus – M" girokompası 800 – yə qədər en dairələrində müxtəlif tip gəmilərdə və


həmçinin xüsusi şəraitlərdə üzən buzqıran gəmilərində istifadə üçün nəzərdə
tutulmuşdur. Girokompas kurs məlumatı 0,010 – 0,10 dəqiqliklə, gəminin sürətini, en
və uzunluq dairəsini, cari vaxtı və yola sərf olunan vaxtı haqqında məlumatların
istifadəsini təmin edir. Məlumatlar analoq və ya rəqəmsal (RS 232/422/485) şəkilədə
ötürülür.
Girokompasın iki işləmə rejimi var:
1. Girokompas rejimi;
2. Giroazimut rejimi.
Gəminin 70 uzelə qədər sürətində maksimal kren və different bucağı 450 olduqda
girokompas rejimi 800 – yə qədər en dairələrində onun normal işləməsini təmin edir.
Giroazimut rejimində isə 900 – yə qədər en dairələrində normal işləməni təmin
edir.
Paylayıcı qutu və ya kurs translyatorları vasitəsilə kursu 14 ədən istifadəçi
cihazlarına məlumat verilə bilir.
Girokompas Rusiya Dəniz Gəmiçiliyi Registri tərəfindən setifikatlandırılıb.
"Qyus – M" girokompası BDT – nin A.424(XI), A.821(19), MGK 945-95, İSO 8728-
1987 tələblərinə cavab verir.
Komplektin tərkibi:
Mərkəzi cihaz. Bu cihaz giroskopdan ibarət girosekiya və elektrik blokundan
təşkil olunub. Elektrik bloku giroskopun cərəyanla təmin olunmasını, kurs haqqında
məlumatın analoq və rəqəmsal kod şəklində ötürülməsini, gərginliyin
tənzimlənməsini, siqnalların idarə olunmasını və korrekturasını təmin edir (Şəkil 27).
Mərkəzi cihazın korpusunun yuxarı hissəsindəki pəncərədə kurs şkalası yerləşir.

Şəkil 27. Əsas cihaz.

Ölçüləri: Uzunluğu: 215mm;


Eni: 160mm;
Hündürlüyü: 110mm;
Kütləsi: 2,5kq
Səciyyəvi xüsusiyyətləri:
 Kiçik ölçü;
 Kiçik enerji sərfiyyatı;
 Yüksək etibarlılıq;
 Statik və dinamik şəraitlərdə yüksək dəqiqlik (dreyfin avtomatik kompensasiya
sisteminin olması, en dairəsindən aslı olaraq girokompasın kompensasiyası);
 Asan texniki xidmət (saxlayıcı mayenin dəyişdirilməməsi, əlavə soyutma və ya
qızdırma sisteminə ehtiyac olmaması, dreyfin avtomatik kompensasiya sisteminin
olması);
 Operator pultunun məsafədən idarə olunması:
 En dairəsi və sürətin əl ilə daxil edilməsi;
 Laqdan sürətin avtomatik qəbulu;
 GPS – in təsadüfü sıradan çıxması zamanı koordinat haqqında məlumatların
yaddaşda saxlanılması;
 Dönmə sürətinin dəqiq tənzimlənməsi;
 Avtomatik işə salınma və meridiana gəlmənin izlənməsi;
 Analoq və rəqəmsal çıxışların olması;
 Operator pultunda 2 düymə vasitəsilə parametr və şkalaların dəyişdirilməsi;
 İstifadə zamanı şriftlərin seçilməsi (latın, kiril,ərəb və s.);

Texniki xarakteristikası:
İşə hazırlanması 45dəqiqə
Quraşdırma xətası 0,25sec,
0

İşə salma anında yaranan xəta 0,25sec,


0

Dinamiki xəta 0,6sec,


0

Sürət 70 uzelə qədər qalxdıqda yaranan 2,00


xəta
Sürət 70 uzelə qədər qalxarkən və 3,0 0
maksimal dönmə sürəti 200/san olduqda
kursun 1800 dəyişməsi zamanı yaranan
xəta
Dönmənin bucaq sürətinin diapazonu 200/san
(10)
Dönmənin bucaq sürətinin dəyişməsi 0,505%
zamanı yaranan xəta
Girokompasın kursu izləmə sürəti 2000/san
Gəmi şəbəkəsindən qidalanması 24V
Sərf olunan güc:
- işə salma anında: 40Vt
- iş rejimində: 30Vt
Sistemin çəkisi 25kq
Orta fasiləsiz işləmə müddəti 40000 saat
Təyin olunmuş xidmət müddəti 12 il

Ətraf mühitin temperaturu


İşçi -150 – dən +550S - dək
Pelenqator repiteri və pelorus -400 – dən +650S -
üçün dək
Orta hədd -600 – dən +700S - dək
+400S temperaturda nsibi rütubət 98% - dək

§3.5. “Navigat X” girokompası.

“Navigat X” girokompası Almaniyanın C.Plath Navigation Automation


firmasının ixtirası və istehsalıdır. Bu girokompas kiçik yaxtalardan tutmuş böyük
tonnajlı gəmilərədək, yəni bütün gəmilərdə quraşdırılır. “Navigat X” girokompası
hidrostatik asqılı, avtonom həssas elementli ikigiroskoplu girokompaslar sinifinə
daxildir. “Navigat X2” girokompasının əsas konstruktiv fərqi həssas elementinin
mərkəzləşmə üsulundadır. Mərkəzləşdirmə ucluğu nazikləşdirilmiş mexaniki iynə
vasitəsilə həyata keçirilir. Hansıki, həmişə müsbət üzməyə malik girosfera özünün daş
dayağı ilə söykənir. “Navigat X” girokompasının iki modifikasiyası vardır.
 “Navigat X” mod. 7 girokompası
 “Navigat X” mod. 10 girokompası
Güclü dalğalanma şəraitində işləmək üçün «Navigat X» mod. 7 girokompası
istifadə olunur. O, əlavə kardan halqası vasitəsilə rezervuara birləşdirilmiş xüsusi
konstruksiya ilə təmin olunub. Bu konstruksiya təcrübi olaraq 900-dək yırğalanmada
(kren və diferent) rezervuarın sərbəst qalmasını təmin edir.
“Navigat X” girokompasının işinin idarə edilməsi və yoxlanılması
mikroprossesor texnikasından istifadə olunur.
Girokompasın əsas komplekti iki cihazdan ibarətdir: Əsas cihaz və elektron
idarə-qida bloku. Şəkil 28-də “Navigat X” mod. 10 girokompasının birləşdirici blok-
sxemi, pereferik quruluşu və cihazları, gəmi kursu haqqında məlumatları idarə edən
cihazlar göstərilib.
Girokompasın əsas texniki göstəriciləri aşağıdakılardır:
Kren və ya different zamanı yırğalanma bucağı:
 “Navigat X” mod. 7 girokompası 900
 “Navigat X” mod. 10 girokompası 350
Dəqiqliyi:
 Dinamik xəta 0,10ses
 Statik xəta 0,70ses
İzləyici sistemin həssaslığı 0,10

Şəkil 28. “Navigat X” mod. 10 girokompasının funksional sxemi.

Bucağın gecikmə xətası dönmə sürəti 60/san olduqda 0,10


Kurs məlumatlarının verilməsi:
Analoji formada
 “Navigat X” mod. 7 girokompası 300 addım/0
 “Navigat X” mod. 10 girokompası 6 addım/0
Rəqəmsal formada
 “Navigat X” mod. 7 girokompası RS 422
 “Navigat X” mod. 10 girokompası NMEA 0183
Elektroqidalanmada 3 dəqiqəlik fasilə zamanı girokompasın xətası 2,00
İzləyici sistemin hərəkət sürəti 100/san və ya 250/san
Meridiana gəlmə müddəti 3 saatdan az
“Navigat X” girokompasının bütün istismar xarakteristikaları BDT-nın A.424(XI)
rezaliyusiyasının tələblərinə cavab verir.

§3.6. “SR-180 MK1” girokompası.

“SR-180 MK1” girokompası ABŞ-ın «Littion Marine Sistems» firmasının


istehsalıdır. Bu girokompas yeni naviqasiya və idarəetmə sistemləri texnologiyası ilə
hesablanıb hazırlanmışdır. Girokompas monobloklu (çoxbloklu) sistem halında
işlənib hazırlanıb. Kursun rəqəmli məlumatlarının mütləq qiyməti 12 bitli kod halında
alınır. Bu sistemin giroblokunun keyfiyyəti «Navigat X» girokompasının həssas
elementinə oxşardır (Şəkil 29).
“SR-180 MK1” modelində məlumatlar idarəetmə blokunun displeyindədir. Çətin
dəniz şəraitlərində istifadə üçün “SR-180 MK1” mod7 modeli tövsiyyə olunur. Sürət
və en dairəsinin qiymətlərini avtomatik və adi qaydada (əl ilə) daxil etmək olar.
“SR-180 MK1” girokompasının bir neçə konfiqurasiya sistemi vardır:
1. GM bazalı sistem – “SR-180 MK1” girokompası və maqnit kompasından ibarətdir.
2. GM-C bazalı sistem - GM bazalı sistem və monitordan ibarətdir.
Şəkil 29. “SR-180 MK1” girokompası

3. GGM bazalı sistem – 2 ədəd “SR-180 MK1” girokompası və maqnit kompasından


ibarətdir.
4. GGM-C bazalı sistem - GGM bazalı sistem və monitordan ibarətdir.
“SR-180 MK1” girokompasının bütün istismar xarakteristikaları BDT-nın
A.424(XI) və A.821(19) rezaliyusiyalarının tələblərinə cavab verir.
Girokompasın əsas texniki göstəriciləri aşağıdakılardır:
Kren və ya different zamanı yırğalanma bucağı:
 “SR-180 MK1” mod. 7 girokompası 900
 “SR-180 MK1” mod. 10 girokompası 400
Dəqiqliyi:
 Dinamik xəta 0,10
 Statik xəta 0,40(OKX)
Elektroqidalanmada 3 dəqiqəlik fasilə zamanı girokompasın xətası 2,00
İzləyici sistemin hərəkət sürəti 1000/san
Meridiana gəlmə müddəti 3 saatdan az
Məlumat ekranı (displeyi) rəqəmli
Girokompasa qoşulan əlavə cihazlar və qurğular:
 Analoji və rəqəmli repiterlər
 Gedilən yolun qeydedicisi (VDR)
 Rulun vəziyyətinin göstəricisi
 Elektromaqnit laq
 Avtosükanın məlumatlarının ötürülməsinin yüksək sürətli portu
 Girokompasın məsafədən idarə olunması bloku
 En dairəsi və sürətin dinamiki xətasının avtomatik korreksiyası qurğusu.

§3.7. "Sperry Marine SR-140" girokompası.

"Sperry Marine SR-140" - hal – hazırda ən çox istifadə olunan


girokompaslardan biridir (Şəkil 30).
SR-140 girokompası xüsusi gəmilərdə çətin iş şəraitlərində işləmək üçün təyin
olunub, etibarlı və yığcamdır. O, sadə və yığcam qurluşa malik olmasına
baxmayaraq yüksək texniki xarakteristikaya malikdir.
Üstün xüsusiyyətləri
Kiçik ölçü və çəki
Yüksək etibarlılıq
Asan quraşdırılma və qulluq
Minimal sayda birləşdirici kabellər
En dairəsi və sürətin əl ilə daxil
edilməsi
Məlumatın 7 istifadəçisi
Texniki xarakteristikası Qiyməti
Hazırlıq müddəti (vaxtı) 4 saat
Quraşdırılma xətası < 0,75 sec , dərəcə
Dinamiki xəta < 1,0 sec, dərəcə
Qeyri-stabil vəziyyətdə işə < 0,25 sec, dərəcə
salma zamanı xəta
Maksimal kren və different 450
bucağı
Ətraf mühitlə arasındakı işçi -100S– dən +500S –
temperatur yə qədər
Məlumat istifadəçilərinin sayı 724V daimi cərəyan
Qidalanma (gəmi 24V, daimi cərəyan
şəbəkəsindən)
İşəsalma cərəyanı 10A
İşləmə rejimində sərf olunan 2A
cərəyan
Ölçüsü 340360450 mm
çəkisi 2 kq

Şəkil 30. Əsas cihaz.


§3.8. "Sperry Marine SR-180" girokompası.

"Sperry Marine SR-180" – SR Sperry Marine girokompaslar seriyasının sonuncu


işlənmiş variantıdır.
Bu cihaz yığcam və yüngüldür, kiçik yer tutur və qurulması üçün çox vaxt tələb
olunmur (Şəkil 30).

Üstün xüsusiyyətləri
- Yığcam və yüngül
- Əsas konfiqurasiyası iki blokdan ibarətdir

- Yüksək en dairələri xətasının ləğv edilməsi üçün

cütləşdirilmiş rotor və maye sistemi


- Az güc itkisi

- Siqnalizasiya şəbəkəsinin avtomatik qəza

dəyişdiricisi
- Kompasın rahat şkalası

- Səs və işıq siqnalizasiyası

- Əlavə invertorsuz (daimi cərəyanı dəyişən cərəyana


çevirən aparat) işləyən və 24 V daimi cərəyan verən
mənbə

Texniki xarakteristikası Qiyməti


Hazırlıq müddəti (vaxtı) 3 saat
Quraşdırılma xətası < 0,1 sec , dərəcə
Dinamiki xəta < 0,1 sec, dərəcə
Qeyri stabil vəziyyətdə işə salma zamanı xəta < 0,25 sec, dərəcə
Maksimal kren və different bucağı 400
Kursu izləmə sürəti 250/san
Ətraf mühütlə arasındakı işçi temperatur -100S– dən +500S – yə qədər
Məlumat isitifadəçilərinin sayı 724V daimi cərəyan
Qidalanma (gəmi şəbəkəsindən) 18 – 36 V, daimi cərəyan
Qoşulma üçün ehtiyat cərəyan 115-230V, 50-60Hs
İstismar şərti BDT – nin İEC 945 tələbinə uyğun
§3.9. "PGM-C-009" girokompası.
Yeni "PGM-C-009" girokompası – dünyanın ən kiçik quruluşa malik mexaniki
giroskoplarından biridir. O, bütün müasir dəniz naviqasiya sistemlərinin tələblərinə
cavab verir. kiçik ölçülü və yüksək dəqiqliklə işə hazır vəziyyətə gəldiyinə görə bütün
tip gəmilərdə istifadəsinə məhdudiyyət qoyulmur.
Girokompasın yüksək dəqiqlikli göstəricisi məlumatın dəqiqədə 200 dərəcədə
izləməsini təmin edir (Şəkil 31).

Şəkil 31. "PGM-C-009" girokompasının əsas cihazı

Girokompas aşağıdaki üstün göstəricilərə malikdir:


 80 dərəcəyə qədər en dairələrində (giroazimut rejimində 90 dərəcəyə qədər), 45
dərəcəyə qədər kren və maksimal different bucaqlarında və 70 uzelə qədər sürətdə
gəminin coğrafi meridiana nəzərən kursunu təyin edir;
 Dönmənin bucaq sürəti;

 cihazın işləmə rejimi və yaranan nasazlıqlar haqqında məlumatlar.

Girokompas BDT – nın A.424(XI) və A.821(19), MGK 945-96, İSO 8728-94


tələblərinə cavab verir və Rusiya Dənizçilik Registrinin sertifikatına malikdir (№
04.60053.130 20.04.04).

Komplektinin tərkibi:
Girokompas özü monoblok təşkil edir. Onun yuxarı hissəsində operatorun idarə
pultu və yüksək dəqiqlikli kursun şkalası yerləşir. Əsas cihazdan 100 metrə qədər
məsafəyə məlumatlar ötürülür.
Ölçüləri : Hündürlüyü 288mm, eni 240mm, uzunluğu 329mm
çəkisi : 15,5kq
Üstün xüsusiyyətləri
 İqtisadi cəhətdən sərfəli monobloklu konstruksiya;
 Universal və yığcam;

 Meridiana gəlmənin avtomatik işə salınması və izlənməsi;

 Yüksək etibarlılıq;
 Statik və dinamik rejimlərdə göstəricilərin yüksək dəqiqliyi (en dairəsinə və sürətə

görə yaranan xətanın kompensasiya edilməsi);


 Rahat və sadə yerləşdirilməsi və qurulması;

 Sadə qulluq (Saxlayıcı mayenin dəyişdirilməsi, soyutma və ya isitmə sisitemi,

azimutal dreyfin vaxtaşırı kompensasiya edilməsi yoxdur);


 Şkalaların işıqlanmasının səviyyəli tənzimlənməsi;
 Ekoloji cəhətdən təmiz;
0 0
 İşçi temperaturu – 15 S-dən +55 S-yə qədər;
0 0
 Saxlanma temperaturu –60 S-dən +80 S-yə qədər;
 Zərbəyə davamlılığı 10g

Texniki xarakteristikası Qiyməti


Hazırlıq müddəti (vaxtı) 0,7 saat
Quraşdırılma xətası < ±0,2 sec , dərəcə
Dinamiki xəta < ±0,6sec, dərəcə
İşə salma anında yaranan xəta < ±0,2 sec , dərəcə
Kursu izləmə sürəti 2000/dəq
Qidalanma (gəmi 24V, daimi cərəyan
şəbəkəsindən)
Sərf olunan güc : İşə salma anında 50 Vt
İşləmə rejimində 25 Vt

Orta işləmə müddəti 40000 saat


§3.10. "Meridian-Serveyer" girokompası.

"Meridian-Serveyer" girokompası hidroqrafik çəkiliş işlərin aparılması ilə


məşğul olan gəmilərdə istifadə olunan yüksək dəqiqlikli, yığcam və universal dəniz
girokompasıdır. "Meridian-Serveyer" girokompası bütün dəniz gəmilərində işləmək
üçün böyük diapazona malikdir. Bu isə girokompasın mütamadi xidmət olunmadan
etibarlı işləməsini təmin edir. Digər girokompaslara nisbətən istismar zamanı
elementlərinin dəyişdirilməsi üçün çox xərc tələb olunmur.

Şəkil 32. " Meridian-Serveyer" girokompasının əsas cihazı.

"Meridian-Serveyer" girokompası aşağıdakı beynəlxalq tələblərə cavab verir:


İMO A 424 (XI), İMO 821 (1bv9), BS EN 60945, BS EN ISO 8728, 1994, BS 6217,
1981, SE markalanmasına
Texniki xarakteristikası
Displeyin növü VFD displey və 3600 -lik kompas
kartuşkası
Quruluma xətası, 0 ±0,10 sec
Statik dəqiqlik, 0 ±0,050 sec
Dinamik dəqiqlik, 0 ±0,20 sec
En dairəsinin daxil əl ilə və ya GPS-dən avtomatik
edilməsi
Sürətin daxil əl ilə və ya GPS-dən avtomatik
edilməsi
İşləmə intervalı 800N - dan 800S - ə qədər
Sürətin 0-90 uzel
komensasiyası,
Kardan asqısının işləmə 450 kren və differentdə
intervalı
İşləmə gərginliyi 24V daimi (18-36V dəyişən) cərəyan
İşə salma cərəyanı 3A işə salanda
Ölçüsü 344mm(H)x267mm(L)x440mm(B)
Çəkisi, kq 15,5
Fasiləsiz işləmə müddəti, saat 40000
İşçi temperaturu, 0S -150- dən +550 - yə qədər
Saxlanma temperaturu, -250- dən +800 - yə qədər
0
S
Kursu izləmə sürəti, 200  deq

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1.Müasir girokompasların təyinati,ttx.

2. Müasir girokompasların komplekt tərkibi.

3. Müasir girokompasların istismar qaydaları.


4. Müasir girokompaslara iş zamanı qulluq.

5. Müasir girokompasların tənzimlənməsi.


Mühazirə №21.

Mövzu: Beynəlxalq Dəniz Təşkilatınını dəniz girokompaslarına dair


tələblər. Müasir girokompasların istismar dəqiqliyi.

Mühazirənin planı:

1. Beynəlxalq Dəniz Təşkilatınını dəniz girokompaslarına dair tələblər. Müasir


girokompasların istismar dəqiqliyi.

Fənnin (Disiplinin) öyrənilməsi prosesi DHSNÇ dair beynəlxalq konvensiyanın


Məcəlləsinə uyğun olaraq aşağıdakı səlahiyyətləri formalaşdırmağa yönəldilmişdir.

Шифр Peşəkarlıq və
компет Tələbənin(dənizçinin) bacarıgı kriterlər
Tələbənin(dənizçinin) anlaşma və peşəkarlıq
bacarıq bilimi qiymətləndirilməsi
bacarıgı

Cədvəl A-II / 1
500 və ya daha çox val tutumlu(reqistir tutumlu) gəmi kapitanının vaxta köməkçsinin
səlahiyyətlərinə aid minimum tələblərin dəqiqləşdirilməsi.
Funksiya: Gəmisürücülüyün istismar səviyyəsində

КМК-1 Səfər keçidinin Avadanlıqla işləmək və Naviqasiya


planlaşdırılması və məlumatları düzgün tətbiq sistemlərinin işlənməsi
gəminin yerinin təyin etmək bacarığı. və yoxlanmasının
olunması Girokompas,exolot,laq və
istehsalçının
maqnit kompaslarının iş
prinsiplərini bilmək. tövsiyələrinə və yaxşı
dəniz təcrübəsinə
uyğun gəlir. Kurs və
pelenqlərdən düzgün
istifadəsi zamanı
maqnit(MK) və
girokompasın(GK)
xətasını düzgün təyin
etmək.

КМК-1 Sükan Sürücü İdarəetmə Gəminin nəzarət


Sistemləri Sükan metodunun seçimi
idarəetmə sistemlərinin, hava, dəniz və gəmi
əməliyyat prosedurlarının nəqliyyatının şərtlərinə
və manualdan avtomatik və ən çox gözlənilən
nəzarətə keçid bilməsi və manevrlər zamanı
əksinə. . Optimal rejimdə qətiyyətli qərarlar
işləmək üçün nəzarət qəbul etmək.
qurmaq.

Fənnin (Disiplinin) mənimsənilməsi nəticəsində tələbə:

Bilməlidir:

- fiziki və nəzəri əsasları, naviqasiya siqnalları, gecikmələr, maqnetik, geoskopik


və peyk kompaslarının işləmə prinsipləri və qurğuları;
- gyokompass və maqnit kompaslarının iş prinsipi;
- Rəhbər idarəetmə sistemləri, əməliyyat prosedurları və manualdan avtomatik
nəzarətə və arxaya keçidi;

Bacarmalıdır:

-naviqasiya avadanlıqları ilə işləmək və alınan məlumatları düzgün tətbiq etmək,


naviqasiya texniki vasitələrinə düzəlişləri müəyyən etmək və nəzərə almagı;

- girokompasın və maqnit kompaslarının düzəldilməsini nəzərə alınmasını


- gəmi ölçmələrinin aparılmasında qeyri-dəqiqlikləri nəzərə alaraq, bir sıra
ölçmələrdəki ağır səhvləri, standartları və digər normativ sənədləri istisna etmir;

- optimal rejimdə işləmək üçün avtomatik sistemlərin idarəetmələrini tənzimləmək


üçün gəminin kursunu əlindən avtomatik və arxaya keçmək;
- Müxtəlif mənbələrdən gələn məlumatları təhlil etmək, bu məlumatların istifadəsi ilə
bağlı nəticələrini müqayisə etmək və təhlil etmək;

- quraşdırılmış, istismar olunan və naviqasiya avadanlıqlarının işləkliyini müəyyən


etmək, texniki naviqasiya vasitələrinin təhlükəsiz istismarını

Yiyələnməlidir(Hakim olmalıdır):

- naviqasiya əməliyyatında və radio-elektron və texniki naviqasiya və kommunikasiya


sistemlərinin saxlanılmasında, bu sistemlərdən istifadə edərək naviqasiya
problemlərinin həlli, naviqasiya alətləri üçün düzəlişlərin hesablanması;

- texniki nəzarət və sınaq avadanlıqları və materiallarından istifadə üsulları

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. 1. Beynəlxalq Dəniz Təşkilatınını dəniz girokompaslarına dair tələblər.


2.Müasir girokompasların istismar dəqiqliyi.

Mühazirə №1
Mövzu : Səsin dənizdə yayılması xüsusiyyətləri. Hidroakustik antenalar.
Mühazirənin planı:

1.Giriş. Exolotlar və laqlar haqqında ümumi məlumat.


2. Exolotlar və laqlar - kursunun məzmunu. Exolotlar və laqlar fənninin
öyrənilməsinin aktuallığı və əhəmiyyəti.

3. Səsin fiziki mahiyyəti.

4. Dalğa hidroakustikası.

Dəniz naviqasiyasının tarixi çox qədim tarixə malikdir. O, dövrdə gəminin


yerini təyin etmək üçün müxtəlif vasitələr tələb olunurdu və yaradılırdı. Bu vasitələr
gəminin istiqamətini, sürətini, dərinliyi və gedilən məsafəni ölçmək imkanı verirdi.
İlk əvvəllər maqnit əqrəbindən istifadə edilməyə başlandı. Onun maqnit meridianı
göstərmə qabiliyyəti 3 min ildən artıq idiki, insanlara məlum idi.
Artıq XI əsrdə Skandinaviyada gəmi sürücülüyü məqsədi üçün maqnit
əqrəbindən istifadə edilməyə başlanmışdı.

XIV əsrin əvvələrində isə kartuşka meydana gəldi. Gəminin sürətini təyin etmək
üçün uzun müddət holland laqından istifadə edildi. Bu vaxt gəminin burun
hissəsindən suya üzən cisim atılırdı və həmin cismin bir-birindən məlum olan
məsafədə dayanmış 2 müşahidəçi arasından keçmə vaxtı ölçülürdü. Bununlada
gəminin sürətini təyin edirdilər.

XVI əsrin sonlarında laqlinə bərkidilmiş taxta sektor şəkilli laqlardan istifadə
olunmağa başlandı. XVIII əsrdə isə həssas elementli mexaniki laqlar meydana çıxdı.

1852-ci ildə L.Fiko yeni cihaz yaratdı və onu giroskop adlandırdı. Bu cihazda
metallik rotor 3 oxu olan kardan asqısında asılırdı. Onun vasitəsilə gəmi
sürücülüyünün təhlükəsizliyi dahada etibarlı təmin olunurdu. Giroskopun kəşfi və
onun daha dərindən öyrənilməsi təkcə gəminin kursunu təyin edən cihazların
yaradılması deyil, həmdə gəminin bucaq sürətini, bort və kil yırğalanması bucaqlarını
təyin edən cihazların yaradılmasına səbəb oldu.

Hələ XVIII əsrdə hidroakstika və səsin suda yayılması haqqında ilk elmi
nəaliyyətlər əldə olunmağa başlandı. 1804-cü ildə Y.D.Zaxarovun akustik üsulla ilk
dəfə məsafənin ölçülməsi həyata keçirildi.

Exolotun yaradılması isə 1915-ci ilə təsadüf edir. Gəminin hərəkətinin


avtomatlaşdırılması cəhdləri XIX əsrin axırlarına təsadüf edir. Belə ki, 1892-ci ildə ilk
dəfə girokompasdan götürülmüş məlumat ilə işləyən avtomatlaşdırılmış sükan
qurğusuna patent verildi.
Müasir gəmilərə gəldikdə isə demək olar ki, praktiki olaraq onların hamısı
tamamilə avtomatlaşdırılıb. Bu da naviqasiya parametrlərinin böyük dəqiqliklə təyin
edilməsinə imkan verir.

Beləliklə demək olarki, “Dəniz naviqasiyasının texniki vasitələri” dərsliyi Dəniz


naviqasiyası mühəndisləri üçün zəruri olan bütün texniki vasitələrini öyrənir və bu
ixtisas üzrə əsas fənlərdən biridir.

Dəniz donanmasının müvəffəqiyyətli istismarı şərtlərindən biri də dəniz


üzgüçülüyünün təmin olunmasıdır. Bu məqsədlə gəmilərdə müxtəlif növ gəmi
sürücülüyünün texniki vasitələri quraşdırılmışdır ki, onlarda gəminin yerini, hər hansı
orientirə qədər olan məsafəni, bucağı təyin edir, digərləri isə sürəti, gedilən məsafəni
və dənizin dərinliyini ölçür.
Bu naviqasiya cihazları ilə əsas parametrləri təyin edirlər ki, onlar da gəmi
sürücülərə təhlükəsiz üzməni təmin etmək üçün çox vacibdir.

“Dəniz naviqasiyasının texniki vasitələri” dərsliyində girokompaslar, maqnit


kompasları, exolotlar və laqların quruluşu, iş prinsipi, texliki xarakteristikası və
istismar qaydaları, həmçinin bu cihazlara qoyulan beynəlxalq tələblər haqqında geniş
məlumatlar verilmişdir.

Səsin fiziki mahiyyəti.

Müasir dəniz donanması gəmilərində giroskopik, radiotexniki və başqa


naviqasiya cihazları ilə yanaşı hidroakustik naviqasiya cihazları da geniş istifadə
olunur. Bura exolotlar, hidrolokatorlar, sürətin akustik ölçmə cihazları və digərləri
daxildir. Bu cihazların köməyi ilə üzmə təhlükəsizliyi təmin olunur, axtarışlar aparılır
və dənizin dibi tədqiq olunur. Hidroakustik naviqasiya cihazların iş prinsipi səs
dalğalarının mayedə yayılması hadisəsinə əsaslanmışdır.

Hazırki dövrdə bu hadisələrin öyrənilməsinin bir neçə üsulu mövcuddur. Səsin


mayedə yayılması haqqında tam təsəvvürü dalğa hidroakustikası verir. Dalğa
hidroakustikası hidromexanikanın əsas qanunlarına əsaslanır. Hadisələrin həndəsi
cəhətlərini öyrəndikdə prosesin təsvirinin dəqiqliyinə, səsin isə dalğalı təbiətinə məhəl
qoymadığımız vaxt, həndəsi (şüalı) hidroakustika üsulu tətbiq olunur.

Dalğa hidroakustikası. Səs – fiziki proses kimi, maddi elastik mühit


hissəciklərinin mexaniki rəqsi hərəkətinin xüsusi halı kimi təsvir olunur. Səs mənbəyi
kimi məsələn, mayedə yerləşdirilmiş mexaniki rəqsi sistem ola bilər. Rəqslərin
yaranması anında sistem öz enerjisinin bir hissəciklərinə ötürəcəkdir. Souncu
hissəciklər öz ilkin vəziyyətlərindən meyl edəcəkdir. Mühitin hissəcikləri öz
aralarında elastik qüvvələr ilə bağlıdırlar: Əgər onlardan birini tarazlıq vəziyyətindən
çıxarsaq, onda qonşu hissəciklə təsir göstərən qüvvələr, onu ilkin vəziyyətə qayıtmağa
məcbur edəcəklər. Beləliklə hissəcik öz ilkin vəziyyəti ətrafında rəqslər edəcəkdir.

Real şəraitdə mühitin daxilində nəinki elastik qüvvələr, həmçinin daxili sürtünmə
qüvvələri də təsir edir. Ona görə də, həyacanlandırıcı qüvvə yox olduqda hissəciklərin
rəqsləri tez bir zamanda sönürlər. Hissəciklərdən birinin yerinin dəyişməsi qonşu
hissəciklərin yana çəkilməsinə gətirir və onlar tarazlıq vəziyyətindən çıxırlar. Bu
zaman aydın olur ki, mühitin müəyyən yerində yaranmış həyacanlandırıcı qüvvə
tədricən yayılacaqdır və getdikcə həyacanlandırıcı mənbədən uzaqda olan hissəcikləri
əhatə edəcəkdir.

Bu proses səsin mayedə yayılması adlandırılır. Həyacanlandırıcının bir


hissəcikdən başqa hissəciklərə verilməsinin sürətinə səsin sürəti deyilir.

Əgər periodik xarakterli həyacanlandırıcı qüvvə təsir edirsə, səsin yayılması


prosesi nəinki, zamana görə, həmçinin fəzada da periodik olur, yəni dalğa xarakteri
daşıyır. Hər bir növbəti hissəcik tarazlıq vəziyyətindən yerdəyişməyə əvvəlkindən gec
başladığı üçün, mühitdə bir – birini düzgün əvəz edən hissəciklərin sıxlaşması və
seyrəlməsi sahələri yaranır. Sıxlaşma yarandıqda mühitin təzyiqi və sıxlığı artır və
seyrəlmələr sahələrində isə azalırlar.Akustik proseslər yaranan fəza səs sahəsi adlanır

Səs sahəsinin parametrləri

Səsin yayılması mürəkkəb bir proses olub, müxtəlif hadisələrlə müşayət olunur .

Onların ən mühümləri aşağıdakılardır:

1. Mayenin hissəcikləri səs dalğası ilə çəkilib aparılmır, onlar yalnız öz tarazlıq
vəziyyətləri ətrafında rəqsi hərəkət edirlər.

2. Səsin c - sürəti, mühit hissəciklərinin rəqsi hərəkətinin rəqsi hərəkətinin v –


sürətinə bərabər deyildir: bu sürət, həyacanlandırıcı təsirin bir hissəcikdən başqa
hissəciyə verilmə sürəti ilə üst- üstə düşür.

3. Həyacanlandırıcı təsirin yayılması vaxtı səs sahəsində maye hissəciklərinin bir


– birini növbə ilə düzgün əvəz edən, sıxlaşdırmalar və seyrəşdirmələr yaranır. Bu
proses mühitin təzyiqinin və sıxlığının dəyişməsi ilə müşahidə olunur.
4. Mühitin periodik sıxılmaları və seyrəkləndirilmələri onun termodinamik
taraxlığını poza bilər və beləliklə, molekulyar səviyyədə onda böyük dəyişikliklər
yaradır.

Mühitdə baş verən bütün bu hadisələri, səs sahəsinin parametrləri adlanan bəzi
kəmiyyətlərdən istifadə edərək təsvir etmək olar. Bura hissəciklərin rəqsi hərəkəti və
enerjinin dəyişməsi daxildir.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

4. Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
5. Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
6. Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı
– 2003.

Nəzarət sualları:

1.Fənnin öyrənilməsinin əsas məqsədi.


2.Gəmidə istifadə olunan hansi naviqasiya avadanlıqlarını tanıyırsınız.
3. Səs sahəsi nəyə deyilir.
4. Səsin sürəti nəyə deyilir.

Mühazirə №2
Mövzu : Naviqasiya exolotlarının işləmə prinsipləri. Naviqasiya exolotlarında
yaranan xətalar.
Mühazirənin planı:
1. Exolotun işləmə prinsipi.

2. Naviqasiya exolotunda yaranan xətalar.

3. Dənizin dibinin meyilliyindən yaranan xəta.

4. Antennaların baza məsafəsi ilə əlaqədar yaranan xəta.

Exolotun işləmə prinsipi.

Hər hansı sualtı obyektə qədər olan vertikal məsafəni təyin edən hidroakustik
cihazlar exolotlar adlanır. Təyinatına görə exolotları naviqasiya, hidroqrafik (ölçmə
işləri görən), balıq ovu ilə məşğul olan, geoloji və okeanoqrafik (su qalınlığını və
dənizin dibini tədqiq etmək üçün) növlərinə bölmək olar.

Exolotların işləmə prinsipi səs dalğalarının suda yayılması və onların əks – səda
üsuluna əsaslanmışdır. Tutaq ki, A – şüalandırıcı antenna, B – isə qəbuledici
antennadır (Şəkil 47). Şüaladırıcı və qəbuledici antennalar arasındakı AB məsafəsi
antennanın baza məsafəsi ( l a ) adlanır. h - isə gəminin dibindən qrunta qədər olan
dərinlikdir.

Antennanın baza məsafəsi ilə dənizin dərinliyi arasındakı əlaqəni şəkil 47 – görə
Pifaqor tioreminə əsasən aşağıdakı kimi göstərmək olar.

h  (OB) 2  ( BK ) 2 (1)

la
Buradan BK  (2)
2

Səsin dənizdə yayılma sürətini c 0 ilə, səs impulslarının göndərilmə anı ilə əks –
səda siqnalının qəbul edilməsi anı arasındakı zaman müddətini t ilə işarə etsək, səsin
dənizdə qət etdiyi məsafəni təyin edə bilərik.

co t
S  AOB  c0 t buradan OB  yaza bilərik (3)
2
Şəkil 47. Exolotun işləmə prinsipi.

(2) və (3) ifadələrini (1) düsurunda nəzərə alsaq

c0 t 2 l a 2
h ( ) ( ) (4) olar.
2 2

la
Böyük dərinliklərdə, praktiki olaraq h  10m olduqda,  h olur. Ona görə də
2
(4) ifadəsini aşağıdakı kimi yaza bilərik
co t
h (5)
2

Şəkil 47-də naviqasiya exolotunun struktur sxemi göstərilmişdir. Müəyyən t 0 -


zaman momentində indiqatordan (İn) əmr ilə impulsların göndərilməsinin idarə sxemi
(İS) impuls genaratorunu (İG) şüalandırıcı (A) antennasına qoşur. Göndərilmiş səs
siqnalı dəniz dibinə tərəf yayılır. Torpaqdan əks olunmuş əks – səda siqnalı t1 - zaman
momentində gücləndirici B – antennasını həyacalandırır. Bu antennada yaranan
elektrik siqnalı gücləndiricidə (G) gücləndirilir və indiqatora (İn) daxil olur. Burada
t  t1  t 0 zaman müddəti təyin olunur və h – dərinliyi haqqında məlumat hasil olunur.
Dərinliyin indiqatoru kimi dərinlik göstəricisi, özüyazan və dərinliyin rəqəm
göstəriciləri tətbiq edilir.

Nəzərə almaq lazımdır ki, exolotun göstərdiyi h – dərinliyi antennanın qurulması


səviyyəsindən ölcülür. Əgər dərinliyi dəniz səthindən təyin etmək tələb olunarsa, onda
antennanın quraşdırıldığı yerdə gəminin suya otrumunu nəzərə almaq lazımdır.

Naviqasiya exolotunda yaranan xətalar.

Naviqasiya exolotları ilə dərinliyin ölçülməsi zamanı yaranan xətalar ölçülən


dərinliyin qiymətinin həqiqi dərinliyin qiymətindən fərqlənməsinə səbəb olur. Bu tip
xətaların araşdırılması və onların aradan qaldırılması yollarının öyrənilməsi dəniz
üzgüçülüyü nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu xətalar ölçülən
dərinliklərlə müqaisədə kiçik qiymətə malik olsada, lakin dar keçidlərdə, yanalma
əməliyyatlarında, kanallarda və s. üzmə şəraitlərində böyük əhəmiyyət kəsb edir.

Səsin həqiqi sürətinin hesablanma sürətindən fərqlənməsi ilə əlaqədar xəta.

Exolotla dərinliyin qiymətini şkladan götürən zaman səsin suda yayılma sürətini
sabit qəbul edirik. Lakin real şəraitdə dənizin müxtəlif rayonlarında səsin sürəti eyni
deyildir. Ona görə də, dərinliyin ölçülməsi müəyyən xəta ilə icra olunacaqdır.
Exolotun göstərişini düzəltmək üçün hs - düzəlişinin qiymətini təyin edək. Ölçülən
dərinlik

c0 t
holc  ; (6)
2

ct
Həqiqi dərinlik isə hheq  (7) düsturu ilə təyin olunur.
2

Burada c - səsin həqiqi sürətidir. Onda səsin həqiqi sürətinin hesablanma


sürətindən fərqlənməsi nəticəsində yaranan xəta ( hS ) aşağıdakı düsturla təyin olunur:
ct c0 t c0 t c
hS  hheq  holc    (  1) və ya
2 2 2 c0

c
hS  holc (  1) (8)
c0

Düstura əsasən hS - düzəlişi müxtəlif işarələrə malikdir.

Məsələn: Exolotun ölçdüyü dərinliyə uyğun olan düzəlişi təyin edək. holc  20m ,
c  1540m / san və c0  1500m / san olarsa, yaranan xəta

c 1540
hS  holc (  1)  20(  1)  0,5m olar. Yəni, ölçülən dərinliyin 2,6% - ni təşkil
c0 1500
edir.

Dənizin dibinin meyilliyindən yaranan xəta.

Naviqasiya exolotları şüalanmanın müəyyən istiqamətlənmələrinə malikdirlər.


Səpələnmə konusunun mövcudluğu nəticəsində dənizin böyük meyillərində, exolot
gəminin kilinin altındakı AD dərinliyini yox, hər hansı bir AC - məsafəsini qeyd edir
(Şəkil 48). Nəzərə alsaq ki,    , exolotun ölçdüyü dərinliyə olan düzəlişinin
qiymətini tapaq:

h  AD  AC  hheq  holc (9) və

holc
hheq 
sec 
(10) olduğunu nəzərə alsaq, onda yaranan xəta

h  holc (sec   1) (11)

düsturu vasitəsilə təyin edilər.


Şəkil 48.Dənizin dibinin meyilliyiyinin exolota təsiri.

Tədqiqatlar göstərir ki, göstərilən xəta dənizin dibinin meyilliyi   15 olduqda,
olçmələrin dəqiqliyinə təsir etməyə başlayır. Sahilə yaxın sularda dənizin dibinin
meyilliyi adətən 5 -dən çox olmur, lakin vulkanik mənşəli sahillərdə meyl bucağının
qiyməti 40 - yə çata bilir. Bucağın böyük qiymətlərində belə exolot torpağa qədər
olan minimal məsafəni ölçür. Buradan belə nəticəyə gəlmək olar ki, dənizin dibinin
meyilliyi ilə əlaqədar olan xətanı naviqasiya exolotlarında nəzərə almamaq olar.

Məsələn: Exolotun ölçdüyü dərinlik holc  20m olduqda, meyilliyə görə düzəlişi
təyin edək, nəzərdə tutulur ki,   15

h  holc (sec   1)  20(sec15  1)  0,71m bu isə ölçülən dərinliyin 3,6% - ni təşkil
edir.

Antennaların baza məsafəsi ilə əlaqədar yaranan xəta.

Exolotların işləmə prinsipi səs dalğalarının suda yayılması və onların əks – səda
üsuluna əsaslanmışdır. Tutaq ki, A – şüalandırıcı antenna, B – isə qəbuledici
antennadır (Şəkil 49). Şüaladırıcı və qəbuledici antennalar arasındakı AB məsafəsi
antennanın baza məsafəsi ( l a ) adlanır. h - isə gəminin dibindən qrunta qədər olan
dərinlikdir.
Şəkil 49.Exolotun işləmə prinsipi.

Antennanın baza məsafəsi ilə dənizin dərinliyi arasındakı əlaqəni şəkil 46. – görə
Pifaqor tioreminə əsasən aşağıdakı kimi göstərmək olar.

h  (OB) 2  ( BK ) 2 (12)

la
Buradan BK  (13)
2

Səsin dənizdə yayılma sürətini c 0 ilə, səs impulslarının göndərilmə anı ilə əks –
səda siqnalının qəbul edilməsi anı arasındakı zaman müddətini t ilə işarə etsək, səsin
dənizdə qət etdiyi məsafəni təyin edə bilərik.

co t
S  AOB  c0 t buradan OB  yaza bilərik
2

(8.2) və (8.3) ifadələrini (8.2) düsurunda nəzərə alsaq

c0 t 2 l a 2
h ( ) ( ) (14) olar.
2 2
la
Böyük dərinliklərdə, praktiki olaraq holc  10m olduqda,  h olur. Ona görə də
2
(14) ifadəsini aşağıdakı kimi yaza bilərik

co t
h (15)
2

Əgər ölçülən dərinlik holc  10m olarsa, dərinliyin qiymətində müəyyən xətalar
yaranır.

hla  hheq  holc (16)

(14) düsturunu (16) ifadəsində nəzərə alsaq aşağıdakı ifadəni alarıq:

 l 
hla  holc  1  ( a ) 2  1 (17)
 2holc 

(17) ifadəsindən görünür ki, yaranan xəta mənfi işarəli alınır, yəni ölçülən
dərinliyin qiyməti artır. Bu zaman holc  10m olduqda düzəlişi mütləq nəzərə almaq
lazımdır. Qeyd etmək lazımdır ki, bəzi exolotlarda məsələn, NEL-M3B exolotunda
bir antenna həm şüalandırıcı və qəbuledici olduğu üçün, baza məsafəsinə görə düzəliş
hla  0 olur.

Ötürücü elektrik mühərrikinin fırlanma tezliyinin hesablanmış qiymətdən


kənara çıxması səbəbindən yaranan instrumental xəta.

Əgər ötürücü elektrik mühərrikinin fırlanma tezliyinin hesablanmış qiymətdən


fərqlənməsi vardırsa, onda exolotun ölçdüyü dərinliyin qiyməti, hər hansı xətaya
malik olur. Bu zaman ölçülən dərinlikdə aşağıdakı düzəliş yaranır:
N0
hN  holc (  1) (8.14)
N

Burada, N 0 - elektrik mühərrikinin tezliyinin hesablanmış,

N - həqiqi qiymətidir.

Göstərilən xəta dərinliyin elektromexaniki indiqatorlarda ölçmədə yaranır.


Dərinliyin rəqəm göstəricisi isə bu xətalardan azaddır.

Dərinliyin ölçülməsində exolotun ümumi xətası yuxarıda göstərilən bütün


xətaların cəbri cəmi ilə təyin olunur.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. Exolotun işləmə prinsipi nədən asılıdır.

2. Naviqasiya exolotunda yaranan xətalar.

3. Dənizin dibinin meyilliyindən yaranan xəta.

4. Antennaların baza məsafəsi ilə əlaqədar yaranan xəta.


Mühazirə №3
Mövzu : "NEL-5" tipli naviqasiya exolotu.

Mühazirənin planı:

1. "NEL-5" tipli naviqasiya exolotunun komplekti və əsas texniki


göstərişlər.

2. "NEL-5" tipli naviqasiya exolotuunun istismarı qaydaları.

3. "NEL-5" tipli naviqasiya exolotunun funksional sxemi.

Ulrasəs tezlikli naviqasiya exolotu NEL-5 dərinliyi 2000 metrə qədər ölçmək üçün
təyin olunmuşdur. Exolotun komlektinə aşağdakı cihazlar daxildir (Şəkil 50):
özüyazan (1), göstərici (2), gücləndirici (3), göndərici blok (4), qəbuledici antena (5),
şualandırıcı antenna (6), kabel qutuları (7), filtir (8).

Exolot sabit cərəyan 110/220 V gəmi şəbəkəsindən qidalanaraq, 600 Vt-a yaxın
güc sərf edir. Əgər cihaz 127/220 V dəyşən cərəyan şəbəkəsindən qidalanırsa, onda
sərf olunan güc 300 Vt-dan çox deyildir.

Şəkil 50. "NEL-5" tipli naviqasiya exolotunun funksional sxemi


Özüyazan dərnliyin avtomatik yazısı və ultrasəs impulslarının göndərilməsinin
idarəsi üçündür. O iki diapazona malikdir:0÷200 və 0÷2000 metr,ikinci diapazon iki
yarım diapazona bölünmüşdür: 0÷1000 və 1000÷2000 metr.

Göstərici dərinliyin işıq indikasiyasının iki diapazonda həyata keçirmək üçündür


: 0÷100 və 0÷2000 metr. Göstərici də müstəqil qurğu olub, impulsların
göndərilməsini idarə edir.

Gücləndirici qəbuledici antennadan qəbul olunan əks-səda siqnalının


gücləndirilməsini təmin edir.

Göndərici blok elektron qurğusu olub, şüalandırıcı antennada ultrasəs zənglərini


yaradır.

Qəbuledici antena - əks çevricidir: torpaqdan əks olunmuş səs impulsunun təsiri
ilə onun dolaqlarında elektirik siqnalı yaradır.

Şualandırıcı antenna göndərici kondensatorların elektirik enerjisinin səs


impulsuna görə nüvənin mexaniki rəqslərinin enerjisinə çevirən cihazdır (çevricidir).

Kabel qutuları şualandırıcı və qəbuledici antennalardan gələn məftilləri


göndərici bloka və gücləndiriciyə yönəldilən kabellər ilə birləşdirməkdən ötrüdür.

Süzgəc xüsusi cihaz olub, orada induktivlik sarğıları və kondensatorları


yerləşdirilir. Onlar exolotun elementləri tərəfindən yaradılan radiomaneələri süzərək,
ayrırlar. Bu cihazda həmçinin iki qoruyucu və exolotun ümumi elektrik açarı vardır.

Exolot səsin suda 1500m·san-1 sürətinə hesablanmışdır. Əgər həqiqi sürət


hesablanma sürətindən fərqlənirsə onda xüsusi tənzimləyicinin köməyi ilə exolotu
yenidən tənzimləmək olar və xətaların aradan qaldırılmasını təmin etmək olar.

Komplektinə daxil olan cihazlar.

Göndərici blok. Bu blok şualandırıcı antennada ultrasəs rəqslərinin


oyandırılması üçün nəzərdə tutulmuşdur. Blokun bütün detalları (Şəkil 51) açılan 2
şassi üzərində quraşdırılmışdır.

Şassnin xarici tərəfində aşağdakılar yerləşdirilmişlər:


Kontakt platası, göndərici GB blokunun şəbəkədən söndürülməsindən sonra
C1,C2 və C5 kondensatorlarından qalıq gərginliyinin götürülməsi üçün təyin olunmuş
3(R5) və 4(R4) rezistorları; yarımkeçrici 8(V2) və 9(V3) diodları üzərində yığılmış və
göndərici C5 kondensatorlarının 1400V gərginliyə doldurulması üçün nəzərdə
tutulmuş yüksək voltlu düzləndirici; və C4 kondensatorunu dolduran 5(R1) və 6(R2)
rezistorlarından ibarət gərinlik bölücüsü; qapağın açıq halda göndərici bloku
şəbəkədən açan blokirovka (S1) düyməsi 7.

Şəkil 51. Göndərici blok

Gücləndirici. Bu qurğu əks olunmuş ultrasəs impulsunun təsiri ilə qəbul edici
antennanın dolağında yaranan gərginliyin gücləndirilməsi üçün təyin olunmuşdur.
Gücləndirici 21.3 kHs rezonons tezliyinə köklənmişdir; güclənmə əmsalı 1.4·106 ÷
3.0·106 hədlərində yerləşmişdir, tezliyin buraxılma zolağının eni 1.5kHs-dir. Maneə
siqnallarının səviyyəsi maksimal güclənmədə tiratronun telektrodunda 2.5V-dan
yuxarı olmamalıdır.

Göstərici. Bu qurğu ölçülən dərinliklərin vizual indikasiyası və implusların


göndərilməsinin idarə olunması üçün təyin olunmuşdur. Göstəricinin iki diapazonu
vardır: 0÷100 və 0÷2000 metr.

Cihazın ön panelində aşağıdakı idarə orqanları yerləşdirilmişdir: göstəricinin


7(S3) elektirik açarı; voltmetr 6(P1); güclənmənin 1(R1) tənzimləyicisi; “sıfırın
söndürülməsi” tumbleri 2(S5); diapazon çevrəcəyi 4(S4); 3-sıxıcı halqa; 5-dərinlik
göstəricini söndürən elektirik açarı.
Cihazın mərkəzi hissəsində dərinliyi iki diapazonda hesablamaq iki dairəvi 3 şkalaları
olan şüşə vardır;Şkalalar arası 6(H1) neon lampası vardır;onun işartılarına uyğun
ölçülən dərinliyin hesabı təyin olunur. İşığın parıltısı 0÷100m diapazonda xarici
şkalaya doğru istiqamətlənir, lakin 0÷2000 m diapazonda isə daxili şkalaya
istiqamətlənmişdir. Korpusun sol aşağı hissəsində iki F2 və F1 elektirik qoruyucuları
vardır.

Şəkil 52. Göstəricinin daxili hissəsi.

Şəkil 52-də elementlərin göstərcinin daxilində yerləşdirilməsi göstərilmişdir.


Mühərrik 7(M1) sürət 4-qutusu vasitəsilə indikatorlu neon lampası olan diskə və
həmçinin 9 yumruqcuqlu vala fırlanma hərəkəti verir. Bu valın yumruqcuqları
göndərici 6(S1) və 5(S2) kontaktların işini idarəedirlər. 11 və 12 vintləri S1 və S2
kontaktlarının bağlanma momentlərinin tənziminə xidmət edirlər. Bu bağlamalar elə
icra olunmalıdır ki, sıfrı qarşısında müşahidə olunsun. M1 mühərrikinin fırlanma
tezliyini nəzarət etmək üçün 3-əqrəbi vardır. Avtomatik mərkəzdənqaçma 14
tənzimləyicisi mühərrikin və hərəkəti ötürdüyü bütün detalların fırlanma tezliyini
sabit saxlayır. Avtomatik mərkəzdənqaçma tənzimlə- yicisinin tapşırılmış fırlanma
tezliyinə köklənməsi, 13 maxovikin döndərilməsi ilə nail olunur. Şəkil 52-də
avtomatik mərkəzdənqaçma tənzimləyicisinin sxeminə aid olan 8(R3) rezistoru,
10(C3) kondensatoru, 1(F1) və 2(F2) qoruyucuları görünür.

Özüyazan. Bu qurğu dərnliyin avtomatik yazısı və ultrasəs impulslarının


göndərilməsinin idarəsi üçün təyin olunmuşdur. Yazılma elektrotermik üsulla "ЭТБ-
2" kağızda icra olnur.
Özüyazanın iki diapazonu vardır: 0÷200 və 0÷2000 metr. İkinci diapazon iki
yarım diapazona bölünmüşdür: 0÷1000 və 1000÷2000 metr. Özüyazanın xarici
görnüşü şəkil 50–də göstərilmişdir.

Özüyazanın ön panelində idarə və nəzarət elementləri yerleşdirilmişdir: 14-


elektrik açarı diapazonların 12 çevrəcəyi, güclənmənin 11 tənzimləyicisi, operativ
qeydlərin 10 düyməsi, sıfır maneənin söndürülməsinin 13 elektrik açarı, “Dövrlərin
yoxlanılması” 4-siqnal lampasını işə salan 9- tumbleri, qırmızı rəngli “göstəricinin
işi” 2-siqnal lampası və 3- voltmetri.

Şəkil 53-də həmçinin, 19; 6 iki elektrik qoruyucuları və yazı qurğusunun


elementləri görünür: 8-metallik bıçağı olan yazan xətkeş 7, kağız lentin dartılması
üçün 6-dəstəyi. Yazı qurğusu beş tənzimləyicisi vintlərinə malikdir: kağızın
müstəvisinə bıçağın 8 kənarının paralelliyinin tənzimlənməsi üçün - 15 vinti; sıxıcı
yazan xətkeşin kağıza sıxan yayın dartılmasını dəyişən - 17 vinti; yazan xəttkeşin
sıxılmasını məhdudlaşdırmaq üçün - 16 vinti; diapazonun şərti qeydlər perosunun
sıxılma qüvvəsini tənzimləmək üçün 1 - vinti; kağızın yuxarı sahəsinin ortasında
peronu qərarlaşdıran 18-vinti

Şəkil 53. Özüyazan cihaz

Şəbəkə süzgəci. Bu qurğu ayrıca cihaz olub, daxilində exolotun bütün qurğularnı
gəmi şəbəkəsindən dəyişən cəryanla qidalanmasını təmin edən elementlər
yerləşdirilmişdir. Burada həmçinin bu şəbəkəni, exolot tərəfindən yaranan
radioqəbula təsir edən maneələr müdafiə edən elementlər də yerləşdirilmişdir.
Süzgəcin ön panelində exlotun ümumi söndürücü ekektrik açarının dəstəyi
vardır. Cihazın daxilində aşağıdakılar yerləşdirilmişdir; çıxışdan 127V; 50kHs
gərginlik götürülən avtotranformator; gəmi şəbəkəsinin elektrik açarı; qoruyucular; iki
kondensator; iki drossellər.

"NEL-5" tipli exolotun funksional sxemi.

Exolot dərinlik göstəricisi ilə işlədikdə fırlanma sцrəti avtomatik


mərkəzdənqaçma tənzimləyicisi (18) ilə stabilləşdirilən mцhərrikinə (19), dərinlik
diskinə (21) və kontakt qruplarının yumruqчuqlarına (3 və 20) fırlanma hərəkəti verir.
(Şəkil 54)

Dərinlik diskində (21) yerləşdirilmiş neon lampa (2) hərəkət etməyən şkalanın
(1) sıfır bюlgцsцnэ keъdikdə kontakt сцtц (3) aъılır və bununla işə salma qurğusunu
hərəkətə gətirir (4-elektrik boşaldıчı). Bu zaman zərbə təsirli genarator (14) işə dцşür.
Genaratorun yığıcı kondensatoru boşalır və şцalandırıчı vibratorun (17) dolağına
sюnən rəqsli sinusoidal elektrik impulsu daxil olur. Maqnitstriksiyalı vibrator bu
rəqsləri ъevirərək dənizin dibinə doğru qısa mцddətli ultrasəs impulsları verir.
Dənizin dibindən əks olunmuş əks-səda siqnalı vibrator qəbulediчiyə (16) təsir edir və
onda elektrik siqnalı oyadır. Bu siqnal gцчləndirildikdən sonra indiqator lampasına
(2) verilir. Diskin (21) fırlanma sцrəti səsin sцrətinə mцtənasib olduğundan, уltrasəs
impulsunun göndərilməsi anı ilə əks –səda siqnalının gəlməsi anı arasında zaman
mцddətində lampanın dюnmə buчağı юlъцlən dərinliklə mцtənasib olaчaqdır. Yəni
neon lampanın işartısı şkalada (1) юlçцlən dərinliyin qiymətini gюstərəчəkdir.

Exolot özüyazanla işlədiyi vaxt avtomatik mərkəzdənqacma tənzimləyiсisi (13)


mühərrik (12) barabanı (8) və yumruqсuqları (5; 10 və 11) fırladır. Barabanın (8)
səthinə spiralvari məftil dolağı (9) qoyulmuşdur.
Şəkil 54."NEL-5" tipli exolotun funksional sxemi

Barabanın yaxınlığında hərəkətsiz dərinlik şkalası olan yazan xətkeş (7)


yerləşdirilmişdir. Xətkeş ilə baraban arasında dərinliyi yazmaq üçün kağız lent
buraxılmışdır. Bu lent lentdartıcı mexanizmin (6) vasitəsilə hərəkətə gətirilir. Ultrasəs
impulsunun göndərilməsi anında spiralın (9) və xətkeşin (7) toxunma nöqtəsi şkalanın
sıfır qeydi qarşısında yerləşir. Əks – səda siqnalının gəlməsi anında sağa ölçülən
dərinliyə mütənasib olan məsafəyə yerini dəyişəçəkdir. Bu zaman kağızda, bu nöqtə
ölçülən dərinliyə uyğun gələn qeyd yaranacaqdır. Yəni kağızda nöqtənin yanma izi
görünəcək.

Ultrasəs impulsunun göndərilmə müddətində kontakt cütləri (11) və gücləndirici


(20 və 15) az dərinliklərin ölcülməsində sıfır maneənin təsiri aradan qaldırılacaqdır.
10 – kontaktları əks – səda siqnalının qəbulunu 1000-2000m diapazonunda təmin
edirlər.

Exolotun istismarı

“NEL-5” exolotunun texniki istismarını gəmi elektroradionaviqasiya cihazlarının


texniki istismarının qaydalarının V bölməsinin tələblərinə uyğun icra etmək lazımdır.

Exalotu işə salmaq üçün gəmi şəbəkəsindən cərəyan vermək lazımdır. Bu adətən
süzgəcdə yerləşən ümumi S1 elektrik açarı vasitəsilə icra olunur. Cərəyanın gəmi
şəbəkəsindən exalotun sxeminə verilməsini, özüyazanda göstəricidə olan
voltmetrlərin göstərişlərinə görə mülahizə yeritmək olar. Gücləndiricidə qırmızı
rəngli siqnal lampası (6,2V gərginlikli) yanmalıdır. Gücləndirici lampaların
qızdırılması üçün təxminən 1 dəqiqə vaxt lazımdır. Bundan sonra ya özüyazanı, ya da
dərinlik göstərici işə salmaq olar. Əgər bu cihazları eyni vaxtda işə salsaq, yalnız
göstərici işləyə biləcəkdir, özüyazanda isə qırmızı rəngli “Göstəricinin işi” siqnal
lampası işıqlanacaqdır.

Özüyazan (14) tumbleri (Şəkil 53) ilə işə düşür. Ölçülən dərinliklərdən asılı
olaraq, (12) çevirəcəyi vasitəsilə ona uyğun diapazonu seçirlər: 0-200, 0-1000 və ya
1000-2000 metr. (11) dəstəyi ilə tələb olunan (minimal) güclənməni müəyyən edirlər.
Bu vəziyyət sıfır qeydini və dərinliyin aydın yazısını təmin edir. Həddindən artıq
güclənmədə bir neçə dəfə artıq dərinliyin yazısı ola bilər, bu isə arzu edilməzdir.

Az dərinliklərin (15 m-dən az) ölçülməsində (13) tumbleri vasitəsilə sıfırın


söndürülməsi dövrəsi işə düşür: kağızda yalnız dərinlik xətti yazılır, lakin sıfır qeydi
yoxdur.

Göstərici işə salma dəstəyi ilə işə salınır. Lazım olan diapazon (0-100 və ya 0-
2000m) çevirəcəyi ilə seçilir. Bir diapazondan o birisinə keçdikdə, dıapazonların
çevirəcəyinə neytral vəziyyətdə (H) bir qədər dincəlmək üçün fasilə vermək lazımdır.
Bu, sürətlər qutusu mexanizminin yüklənməsini azaldır. Güclənmənin tənzimi üçün
potensiometr vardır. Özüyazanda olduğu kimi, az dərinliklərin ölçülməsində “sıfırın
söndürülməsi” tumblerindən istifadə edirlər.

Özüyazanın və göstəricisinin kontakt qruplarındakı aralığın yoxlanılması və


tənzim olunması aşağıdakı kimi icra olunur. Cəmisi 5 kontakt qrupu vardır: üçü
özüyazanda və ikisi göstəricidə. Aralıq təxminən 0,5 mm olmalıdır. Lazım olan
aralığın qurulması cihazın söndürülmüş vəziyyətində aparılır. Bunun üçün əl ilə
mühərrikin valını fırladaraq, yumuruqcuğu kontaktın açılmasına uyğun qururlar.

Sonra vintaçanın və açarın köməkliyi ilə başlığı hərəkət etməyən kontakt olan
vinti fırladırlar və lazım olan aralığı əldə edirlər. Tənzimləməni özüyazan və
göstəricisinin hər bir kontakt qrupu üçün ayrıca təkrar edirlər.

Kontakt qruplarının işə düşmə momentinin yoxlanılması və tənzimi aşağıdakı


kimi aparılır. Göndərici kontaktlar (onlar həmçinin “sıfırın” söndürülməsini təmin
edirlər) işçi elementin şkalanın sıfırndan keçən momentində bağlanmalıdırlar.
Özüyazanda belə element barabanın spiralını yazan xətkeş ilə kağız vasitəsilə
toxunma nöqtəsidir, göstəricidə isə bu element neon lampasıdır. Kontaktların işə
düşmə momentinin yoxlanılması zamanı özüyazanın və ya göstəricinin işə düşməsi
vaxtı yoxlayırlar. Özüyazanda sıfır qeydin xətti, göstəricidə isə neon lampasının
işartısı şkalanın sıfırı ilə bölgünün yarısı qədər üst-üstə düşməlidir.

Özüyazanın və göstəricisinin mühərrikinin fırlanma tezliyinin yoxlanılması və


tənzimi aşağıdakı əməliyyatlardan ibarətdir. Özüyazanda (9) tumbleri ilə işə düşən
(4) (Şəkil 53) neon lampasının işartısı ilə, göstəricidə isə (3) nəzarət əqrəbinin
fırlanma tezliyi ilə yoxlama icra olunur. Normaya uyğun olaraq, lampanın 1 dəqiqədə
90 işartısı (əqrəbin 90 dövrü) olmalıdır. Bu, səsin suda hesablama sürəti – 1500m/s-ə
uyğun gəlir. Tənzimlənmə, avtomatik mərkəzdənqaçma tənzimləyicisinin tənzimləmə
vintinin döndərilməsi ilə icra olunur.

Səsin suda həqiqi sürəti hesablanmış qiymətdən fərqlənə bilər. Odur ki, tələblərə
uyğun olaraq səfərə çıxmaqdan qabaq exolotun düzəlişini təyin etmək lazımdır.
Bunun üçün gəmi kilinin altında, vibratorların qurulma hissəsində dərinliyi ölçmək
lazımdır. Burada gəminin oturumunu nəzərə alaraq, hər iki bortdan alınan dərinlik
ölçmələrin orta qiyməti götürülür. Qeyd etmək lazımdır ki, gəminin başqa dənizə
keçdiyi vaxt, orada suyun temperaturunun və duzluluğunun dəyişməsi ilə əlaqədar
olaraq bu düzəliş dəyişəcəkdir. Dərinlik 10 m-dən az olanda düzəlişin təyinində
antenaların bazalarından yaranan xətanı nəzərə almaq lazımdır (antenaları ayrı olan
exolotlar üçün).

Özüyazanın yazı qurğusunun yoxlanılması və tənzimlənməsi.

Yazı qurğusunun işlənmə keyfiyyətinin yoxlanılması (10) düyməsi basıldıqda


(Şəkil 53) kağızda qeyd olunan vertikal xəttin (operativ qeydlər) aydınlığı ilə təmin
edilir. Əgər yazan xətkeşin kənarı kagız səthinə paralel deyilsə, onda operativ qeydlər
xəttinin aşağı hissəsi zəif qeyd olunur və ya qeyd olunmur. Bu halda (15) vintini
döndərilməsi ilə xətkeşin paralelliyi tənzim olunur.

Yazan xətkeşin sol tərəfində, onun orta hissəsində (16) və (17) tənzimləyici
vintlər vardır. Onlar vasitəsi ilə xətkeşin kağıza olan sıxılmanın dərəcəsini
tənzimləmək olar. Yazının keyfiyyəti bu tənzimləmədən asılıdır. Sıxılma lazımı
dərəcədə olmalıdır ki, “sıfırın” və dərinliyin aydın yazılışı təmin olunsun, lakin bu
zaman kağız zədələnməməlidir. Xətkeşin aşağı hissəsində (18) və (1) vintləri
yerləşdirilmişdir. Onlar diapazonun şərti qeydlər personun sıxıma qüvvəsini və
vəziyyətini tənzimləmək üçün təyin olunmuşlar.

Gücləndiricinin tənzimlənməsi. Gücləndiricidə əsasən iki tənzimləmənin icrası


tələb olunur: siqnalın güclənmə dərəcəsi və tiratronun sürüşmə gərginliyi. Siqnalın
güclənməsi distansiyon tənzimləyicilər vasitəsi ilə dərinliyin ölçülməsi prosesində
icra edilir: özüyazanda (11), göstəricidə isə 4 tənzimləyicilər vasitəsi ilə.

Tiratronun sürüşmə gərginliyi (8) potensiometri ilə, siqnalın maksimal


güclənməsi vaxtı seçilir.

Bu sürüşmə gərginliyi maneələri dəf etməli və sıfır qeydin və dərinliyin


indikasiyasının aydınlığını təmin etməlidir. Exolotun istismarı vaxtı perodik olaraq
qəbuledici antenanın nüvəsinin maqnitləndirilməsi tələb olunur. Bu məqsəd üçün
gücləndiricidə (10) düymasi vardır.

“NEL-5” exolotunda yüksək gərginlikli elektrik dövrələri mövcuddur: 300V


gücləndiricidə, 1500V isə göndərici blokda. Bu cihazların xidmətində və təmirində
xüsusi olaraq ehtiyatlı olmaq lazımdır. İşə salmazdan əvvəl exolotu gəmi
şəbəkəsindən ayırmaq lazımdır, göndərici blokda isə kondensatorlarda qalıq gərginliyi
olub, olmamasını yoxlamaq lazımdır. Göndərici blokda S1 söndürücü elektrik açarı
vardır. O, cihazın qapağı açılanda, gəmi cərəyanının dövrəsini kəsir. Bu açarın
işləməsinin etibarlılığını periodik olaraq yoxlamaq lazımdır.

Exolotun komplektinin başqa cihazları ilə işlədikdə nəzərə almaq lazımdır ki,
ayrı-ayrı elementlər 127V gərginlik altında olur, özüyazanda isə bundan başqa, yazan
qurğuya 300V-a qədər gərginlik verilir.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. "NEL-5" tipli naviqasiya exolotunun komplekti və əsas texniki


göstərişlər.

2. "NEL-5" tipli naviqasiya exolotuunun istismarı qaydaları.

3. "NEL-5" tipli naviqasiya exolotunun funksional sxemi.


Mühazirə №4

Mövzu : “NEL-M-3B” tipli naviqasiya exolotu.

Mühazirənin planı:

1. “NEL-M-3B” tipli naviqasiya exolotunun komplekti və əsas texniki


göstərişlər.

2. “NEL-M-3B” tipli naviqasiya exolotuunun istismarı qaydaları.

3. “NEL-M-3B” tipli naviqasiya exolotunun funksional sxemi.

“NEL- M” – tipli gəmi exolotları və seriyasına onların aşağıdakı növləri daxildir:

- Exolot M-1, elmi-tədqiqat gəmiləri üçün təyin olunmuşdur; ölçülən dərinliklərin


diapazonu 1-6000 metrdir;
- Exolot M-2, böyüktonnajlı gəmilər üçün təyin olunmuşdur; ölçülən dərinliklərin
diapazonu 1 – 3000 m-dir;
- Exolot M-3A, çay –dəniz gəmiləri üçün təyin olunmuşdur; dərinliklər diapozonu
0,3-200 m-dir;
- Exolot M-3B, dəniz gəmilər üçün təyin olunmuşdur; ölçülən dərinliklərin
diapazonu 0,5-500 metrdir;
- Exolot M-4B, çay gəmiləri üçün təyin olunmuşdur; dərinliklər diapozonu 0,2-36
m-dir;
M1 və M2 exolotları komplektində iki hidroakustik antennalar vardır və 400 m
qədər dərinliyin dörd nöqtələrində ölçülməsini təmin edir: burun hissədə, arxada, sağ
bortda və sol bortda. Dərinliyi 400 m-dən çox ölçmək üçün (NEL M-1 exolotunda
6000m qədər, NEL M-2 exolotuna isə 300m qədər) əlavə (alçaq tezlikli) gəminin orta
hissəsinə yerləşdirilən hidroakustik antenna vardır.

Naviqasiya exolotu “NEL-M3B” exolotunun “NEL-5” tipli exolot ilə


müqayisəsində aşağıdakı fərqləndirici xüsusiyyətlər vardır:

- Səs rəqslərinin mənbəyi (antenna) həmçinin əks səda siqnalının qəbuledicisidir.


Bundan fərqli olaraq, “NEL-5” exolotunda impulsun göndərilməsi və əks olunmuş
siqnalın qəbulu üçün ayri antennalar vardır: şüalandırıcı və qəbuledici antennalar;
- “NEL-M3B” exolotunun antennasının işi pyezoelektrik effektinə əsaslanmışdır,
lakin “NEL-5” exolotunun vibratorlarında isə maqnistriksiya effekti istifadə edilir;
- Həm “NEL-M3B” exolotunun, həm də “NEL-5” exolotunun komplektində dərinlik
haqqında informasiyanın verilməsi üçün 2 cihaz vardır-göstərici və özüyuyan. M-
3B exolotunda göstərici rəqəm qurğusu olub, mexaniki elementləri yoxdur,
özüyazanda göstərici elektromexaniki, “NEL-5”-də isə hər iki cihaz
elektromexanikidir;
- “NEL-M3B” exolotunda özüyazan və rəqəm göstərici eyni zamanda işləyə bilərlər,
lakin “NEL-5” exolotunda bu cihazların eyni zamanda işləməyi nəzərdə
tutulmamışdır;
- “NEL-M3B” exolotu 500m qədər dərinliyin ölçülməsinə, “NEL-5” exolotu isə 2000
m dərinliyin ölçülməsinə hesablanmışdır;
- “NEL-M3B” exolotunda gəminin tapşırılmış dərinliyə çıxması haqqında işıq və səs
siqnalizasiyasının verilməsi üçün qurğu vardır, “NEL-5” exolotunda isə belə qurğu
yoxdur;
- “NEL-M3B” exolotunun sxemi daha mükəmməldir, analoq və rəqəm
mikrosxemlərin tətbiqi ilə müasir elektronikanın elementləri əsasında
hazırlanmışdır; exolotun əsas hissələrinin saz olmasını yoxlamaq üçün, çevricəyi və
siqnal lampası olan, nəzarət sistemi vardır.
Exolotun komplektində (Şəkil 55) aşağıdakı cihazlar daxildir: antenna,
özüyazan, dərinliyin rəqəm göstəricisinin idarə pultu, dərinliyin siqnalizasiya cihazı,
rəqəm tablosu, qəbuledici–verici qurğu, rəqəm göstəricisinin elektron hissəsi, kabel
qutusu, revun.

Cihaz 1 hidroakustik antenna olub, elektrik enerjisi səs enerjisinə və əksinə


çevirmək üçündür,

Cihaz 2 ölçülən dərinliyin elektrotermik kağızda qeyd olunması üçündür. Burada


həmçinin, işə salma sinxronlaşşdırıcı və exolotun işinə idarə edən impulsların
formalaşdırılması üçün qurğu vardır.

Cihaz 4B özüyazan söndürüldükdə exolotun işini idarə etmək üçün təyin


olunmuşdur, yəni dərinliyin rəqəm göstəricisinin köməkliyi ilə indikasiyası vaxtı.

Cihaz 4Г gəminin tapşırılmış dərinliyə çixması haqqında işıq və səs


siqnalizasiyasını təmin edir.

Cihaz 11 rəqəm tablosu olub, ölçülən dərinliyin indikasiyası üçündür. O, üfüqi


müstəvidə şarnirdə 120° bucaq qədər dönə bilər, vertikal müstəvidə isə -15° dönə
bilər.

Cihaz 16 elektron bloklarına malikdir, onlar exolotun verci və qəbuledici


sxemlerini yaradırlar. Burada həmçinin, exolotun əsas hissələrinin saz olmasının
nəzarət sxemləri də yerləşdirilmişdir. Cihaz 16 exolotun komplektindəki cihazların
kabel rabitəsi də təmin edir.
Şəkil 55. «NEL-M3B” exolotunun funksional sxemi.

Cihaz 16A-ın tərkibində dərinliyin rəqəm göstəricisinin işini təmin edən elektron
bloklar vardır. Dərinliyin rəqəm göstəricisinə cihaz 4Б, 11 və 16 A daxildir.

Cihaz Я kabel qutusu olub, hidroakustik antennanın cihaz 16 ilə birləşdirilməsi


üçün təyin olunmuşdur.

Cihaz P - revun olub, gəminin tapşırılmış dərinliyə çıxması haqqında səs


siqnalının verilməsi üçündür.

M-3B exolotu aşağıdakı texniki göstəriciləri ilə xarakterizə olunur. Özüyazanın 3


diapazonu vardır: 0-50, 40-90 və 0-500 m. Bundan başqa yarımdiapazon da vardır:
“az dərinlik” (AD) – 10 metrdən az. Özüyazanda kağızın dartılma sürətinin zəif
(yavaş) və ya tez (2 dəfə çox) olmasını təmin etmək olar: 20 və 40 mm/dəq 0-50, və
40-90 diapazonlarında; 2 və 4 mm/dəq. 0-500 m diapozonda kağız lentin rulonunda
uzunluğu 20 metrə bərabərdir.

Özüyazan vasitəsilə dərinliyin yazılmasının hansı diapazonda icra olunduğunu


təyin etmək üçün, aşağıdakı əlamətlər vardır:

0-50 m diapazonda - sıfır (fasiləsiz) xəttinin və onun üstündə şərti qeydlər (ştrix)
xəttin mövcudluğu;

40-90 m diapazonda – sıfır xəttinin, nə də şərti qeydlər xəttinin olmaması;


0-500 diapazonda – yalnız sıfır xəttinin mövcudluğu.

M-3B exolotunda eyni zamanda özüyazanın dərinliyi rəqəm göstəricisinin və


dərinliyin rəqəm göstəricisinin və dərinliyin siqnalizasiya cihazının işləmələri
mümkündür. Bu zaman işləmənin idarə olunması cihaz 4-dən icra olunur. Əgər
özüyazan söndürülübsə, idarə avtomatik olaraq, cihaz 4Б -yə keçirilir. Özüyazanın və
rəqəm göstəricilərinin söndürülməsi vaxtı exolotun işini cihaz 4Г idarə edir.

Dərinliyin rəqəm göstəricisinin tablosunda dərinliyin indiqasyası 0,1m diskretliyi


ilə icra olunur. Gəminin tapşırılmış dərinliyə çıxması haqqında işıq və səs siqnalları
dərinliyin aşağıdakı qiymətlərində verilir: 1; 2; 5; 20; 50 və 100m. Dərinliyin
ölçülməsində yaranan instrumental xəta (20m-dən çox olan dərinliklərdə) ölçülən
dərinliyin ±(1-1,5)%-i qədər olur. Exolot gəminin sürəti 40 uzelə qədər, bort ləngləri
10°-qədər və kil ləngləri 3°-ə qədər olduqda işlənməsinə hesablanmışdır. Exolotda
əsas blokların işlənməsinin nəzarət sxeması vardır.

Exolot işləmək qabiliyyətini temperaturu -50°-dən +65°S olan ətraf mühitdə


olduqdan sonra saxlayır. Lakin exolotun normal işi aşağıdakı temperaturlarda təmin
olunur:

Cihazlar 4, 4Б, Я .......................................................... 0÷(+40)

Cihaz 11................................................................... (-40)÷(+50)

Cihaz 1....................................................................... (-2)÷(+32)

Exolotun işləmə prinsipi

Dərinliyi ölçmək üçün suda ultrasəs impulslarını formalaşdırmaq lazımdır, onları


dəniz dibinə isqamətləndirmək və əks olunmuş səs siqnalını qəbul etmək lazımdır. Bu
məqsəd üçün hidroakustik antenna mövcuddur. O həm şüalanmanı, həm də qəbulu
təmin edir. İmpulsların göndərilməsini idarə olunması üç cihazlardan biri ilə icra olar:
4,4Б və 4Г.

Şəkil 56-də “NEL-M3B” exolotun sxemi təsvir edilib. Özüyazanda M1


mühərriki reduktor vasitəsilə üzərində yazan pero P bağlanmış sonsuz lentin fasiləsiz
yerdəyişməsini təmin edir. Dövr ərzində pero 1 dəfə işə salma kontaktoru E ilə
bağlanır və işə salma “İS” impulsunun formalaşdırılmasını təmin edir.

Bu impuls sıfır qeydi formalaşdırıcısına SQF daxil olur. Burada impuls peronun
işəsalma kontaktından şkalanın sıfrına qədər peronun getməli olduğu məsafəyə lazım
olan zaman qədər gecikdirilir.

İmpuls məntiqi və ya sxemini keçdikdən sonra, göndərilmənin multivibratoruna


GMV verilir. Multivibrator ζ- müddətli dərinliyin diapozonundan asılı olan
düzbucaqlı impulslar hasil edir. Modulyatorda Mod, bu impuls verici generatordan
VG daxil olan tezlik ilə, f=100kHs, doldurulur.

Sonra bu impuls gərginliyə və gücə görə gücləndirilir və hirdrostatik antennaya


verilir. Eyni zamanda yüksək tezlikli göndərici impuls təbii sıfır qeydinin
formalaşmasi üçün qəbuledici qurğunun girişinə daxil olur.

Şəkil 56. Exolotun işləmə prinsipi.

İşləmə prinsipi pyezoelektrik effektinə əsaslanmış hidroakustik antenna tezliyi f


olan ultrasəs rəqslərin dəniz dibi istiqamətində şüalandırır. Antennadan əks səda
siqnalı elektrik rəqsləri formasında A2 - gücləndiricisinə daxil olur. Bu
gücləndiricinin 2 ədəd A2.1 və A2.2 gücləndirici kaskadi, S-süzgəci, güclənmənin əl
ilə tənzim sxemi GƏT və D-detektoru vardır.

İlkin A2 gücləndiricinin güclü göndərici siqnalından müdafiə etmək üçün 2


qarşılıqlı birləşdirilmiş diodlar vardır
“NEL-M3B” exolotunda eyni zamanda təbii və süni sıfır siqnallarınin
formalaşmasi nəzərdə tutulur. Təbii sıfır siqnal yalnız özüyazanda istifadə olunur və
qəbuledici qurğuya gecikmə ilə gəlir.

Hər 2 sıfır siqnallarının qeydedici qurğuya eyni bir zamanda gəlməsi üçün
sxemdə əlavə göndərici blok GB2 nəzərdə tutulub. Dərinliyi rəqəm gəstəricisinə DRG
və dərinliyin siqnalizasiya cihazına DSC həmişə həmin gecikməyə malik olar yalnız
süni sıfır siqnal daxil olur. Əks səda siqnalının DRG və DSC-ə daxil olması istisna
olunur.

Özüyazanın normal işi üçün M1 mühərrikin stabil fırlanma tezliyini təmin etmək
lazımdır. Bu G1 taxogenoratoru və fırlanma tezliyinin tənzimi sxemi FTT vasitəsilə
icra olunur. Bir fırlanma tezliyinin tənzimi sxemi FTT vasitəsilə icra olunur. Bir
fırlanma tezliyindən başqa bir tezliyə keçid, diapozonlar çevircəyi və mühərrikin idarə
sxeminin Mİ köməkliyi ilə həyata keçirilir.

M-3B exolotunda bir neçə vəziyyəti çevircəkli nəzarət sistemi və işləmənin


nəzarəti siqnal lampası yerləşdirilmişdir. Bu sistem cihazın ayrı-ayrı funksional
hissələrin və konstruktiv blokların saz olmasını təyin etməyə imkan verir və istismar
prosesində exolota diaqnoz qoymağı yüngülləşdirir.

Exolotun funksional sxemi

“NEL-M3B” exolotunda özüyazanın, dərinliyin rəqəm göstəricisinin və


dərinliyin siqnalizasiya cihazının avtonom işləməsi nəzərdə tutulmuşdur. Bu
cihazların hər biri digər cihazlardan asılı olmayaraq işləyə bilər və impulsların
göndərilməsinin idarə olunmasını və əks səda siqnalının qəbulunu təmin edir.

Bu cihazların müxtəlif birləşmələrdə birgə işləri də nəzərdə tutulmuşdur;

a) Dərinliyin indikasiya cihazlarının hər üçü işə salınmışdır. Bu variantda impulsların


göndərilməsinin idarə olunması özüyazandan həyata keçirilir;
b) Özüyazan söndürülübdür, dərinliyin rəqəm göstəricisi və dərinliyin siqnalizasiya
cihazı işləyir. Bu halda idarə olunma dərinliyin rəqəm göstəricisi sxemi ilə icra
olunur
c) İndikasiyanın üç cihazından yalnız biri - dərinliyin siqanlizasiya cihazı işə
salınınmışdır. Siqnalların göndərilməsinin idarəsi bu cihazın avtonom sxemi ilə
yerinə yetirilir.
Özüyazanı işə saldıqda idarə sxemləri avtomatik olaraq, ya dərinliyin
siqnalizasiya cihazından ya da dərinliyin rəqəm göstəricisindən dəyişdirilir.

Exolotun cihazlarının quruluşu.

Özüyazan.

Bu cihaz elektromaqnit kağızda ölçülən dərinliyin qeyd olunması üçün təyin


olunmuşdur. Özüyazanda impulsların göndərilməsini idarə edən siqnalın
formalaşdırılmasını təmin edən sxem vardır. Cihaz 4 gəminin şturman körpüsündə
vertikal arakəsmə divarda quraşdırılır. Ön panelin orta hissəsində pəncərə vardır,
oradan dərinliyin yazılması üçün kağız lent və exolotun uyğun diapozonlarına uyğun
gələn vertikal şkalalar görünür. Əgər hər hansı bir dərinliyi seçmək lazımdırsa, onda 3
düyməsi sıxılır və kağızda fasiləsiz vertikal xətt qeyd olunur.

Mühərrikin fırlanma və impulsların göndərilmə tezliyi çeviricəyin 3


vəziyyətlərində eynidirlər: “AD”, “50” və “40-90”. Çevirəcəyin iki vəziyyətində
dərinliyi 50 m-ə qədər ölçmək mümkündür, lakin 40-90 vəziyyətdə isə faza
uyğunlaşdırmaya əsasən dərinliyi 40 m – dən 90m-ə qədər ölçmək mümkündür (Şəkil
57).

Diapozon çevricəyinin dördücü vəziyyəti dərinliyi 0-dan 500 m-ə qədər ölçmək
üçün təyin olunmuşdur. Bu halda özüyazanın mühərriki on dəfə yavaş fırlanır və
uyğun olaraq on dəfə daha az səs impulsları göndərilir, kağızın dartılma sürəti də
azalır.

Dərinliyin ölçülmə prosesində şəraitindən asılı olaraq on dəfə daha az səs


impulsları güclənməsini tənzim etmək olar. İşıqlandırma 5 tənzimləyicisi ilə cihazın
şkalasının və idarə orqanlarının lazımı işıqlandırılması təmin olunur. Cihazın mərkəzi
hissəsində 3-metalik stol vardır. Onun üzərində kağız lent sağdan sola dartılır.
Özüyazanın bütün fırlanma detalları 12 mühərriki ilə hərəkətə gətirilir. Diapozon (14)
çevircəyinin köməkliyi ilə perolu kəmərin iki, fırlanma tezliklərindən biri və ona
uyğun kağızın dartılma sürətini seçirlər.
Şəkil 57. Özüyazan cihaz.

Reduktorun (10) qapağında da təsbit olunmuş vəziyyəti, “V” və “2V” olan (11)
dəstəyi vardır. Bu dəstəyin köməkliyi ilə kağızın dartılma sürətini iki dəfə artırmaq
olar: bu sürət “AD”, “50” və “40-90” diapozonlarında 40 mm/dəq bərabərdir. Kağızın
dartılmasının yüksək sürətində zamanın açılışının miqyası artır, bu isə dəniz dibinin
relyefinin yazılışını daha dəqiq təhlil olunmasina imkan yaradır. (11) dəstəyi “V”
vəziyyətindən “2V” vəziyyətində çevirdikdə peroları olan kəmərin fırlanma tezliyi
dəyişmir.

Kəmər ilə yanaşı daxili cərəyan aparıcı halqavari kontaklı 9 traversi


yerləşdirilmişdir. Bunun nəticəsində peronun exolotun sxemi ilə fasiləsiz elektrik
rabitəsi təmin olunur. Dəstə (17) kağızdan əl ilə dartılması üçündür. Özüayzanın bağlı
qapağında (18) vtulkası diapazonlar çevircəyinin dəstəyini onun (14) mexanizmi ilə
birləşdirir.

Belə vəziyyətdə verici (5) makarasına yeni rulon kağızı qururlar (Şəkil 58).
Kağızı stolun səthindən (3) aparıcı valın ətrafında fırladaraq buraxırlar və onu
qəbuledici (4) makarasının yarığında bərkidilir. Stolu öz yerinə qurduqda kağız lent
aparıcı və aparılan (3) valları arasında sıxılır və stol üzrə dartılır. Aparıcı (7) valın
fırlanması M1 mühərriki tərəfindən həyata keçirilir. Cihazın yuxarı hissəsində çıxış
1-transformatoru görünür.
Şəkil 58. Özüyazan cihazın daxili hissəsi.

Özüyazanın qaldırılmış açılış mexanizmi ilə, özüyazanın elektron hissələrinin


yerləşdirilməsini görməyə imkan verir. Korpusun yuxarı hissəsində (8) yazı
gücləndiricisi yerləşdirilmişdir. Cihazın orta hissəsində, göndərici GB bloku ilə idarə
olunan, sıfır siqnal impulsunun yaranması üçün lazım olan işə salma siqnalını hasil
edən sıfır qeydin (9) formalaşdırıcısı yerləşdirilmişdir. SQF-nin sxemi dörd
potensiometrə 4(R1); 3(R3); 5(R2) və 10(R9) malikdir. Onların köməkliyi ilə sıfır
qeydi şkalanın sıfrı ilə uyğunlaşdırılmasının tənzimlənməsini icra etmək olar.

SQF-da aşağıda şərti qeydlər formalaşdırıcısının SQF (12) platası


yerləşdirilmişdir. Bu platada diapozonların şərti qeydlərinin ştrixlənmiş xəttinin
yazılması üçün özüyazana verilən, düzbucaqlı impuls hasil edən elementlər
yerləşdirilmişdir. Bu sxemdə iki tənzimləyici vardır.

Korpusun aşağı hissəsində ayrı-ayrı elektrik elementləri olan (14) platası vardır.
Burada yazının lazımı kontraslığını təmin edən iki (10) və (16) tənzimləyicisi vardır.
Korpusun sağ hissəsində özüyazanın mühərrikinin idarə sxemi yerləşdirilmiş (11)
platası bərkidilmişdir. (3) perolu kəmər iki şkiv, aparıcı (2) və aparılan (6) vasitəsilə
fırlandırır. Yuxarı (6) şkivi, tənzimləyici vintin köməkliyi ilə yerini dəyişmək və
onunla kəmərin dartılmasını tənzim etmış olar. Kəmər şkivlərdə birlikdə plastmas (1)
qapağı ilə bağlıdır.

Peroları olan plastmas kəmərin daxili tərəfindən qapağın altında əlavə yaylı
kontakt vardır. Onun bir ucu kəmərə sıxılmışdır, ikinci ucu isə cihazın metalik
korpusu ilə birləşdirilmişdir. Bu qurğu plastmas kəmərin fırlanması vaxtı, onun
səthində yığılan statik elektriki ötürmək üçün nəzərdə tutulmuşdur. Yazını
gücləndirən blokda həssaslığı tənzimləmək üçün (7) potensiometr vardır.
Dərinliyin rəqəm göstəricisinin idarə pultu.

Bu cihaz dərinliyin rəqəm göstəricisinin bir hissəsi olub, o, müstəqil işlədikdə


impulsların göndərilməsini idarə olunması üçün təyin olunmuşdur (Şəkil 59).

Onun ön panelində aşağıdakılar yerləşdirilmişdir: “Şəbəkə” söndürücü açar,


“Diapazonlar” (2) - çevircəyi, “İşıqlandırma” dəstəyi, “Gücləndirmə” (7)
tənzimləyicisi və “Cihaz 4 işə salınıb” (9) siqnal tablosu.

Elektrik açarı (1) vasitəsilə dərinliyin rəqəm göstəricisinin bütün cihazları işə
salınır. Əgər bu vaxt özüyazan söndürülübsə, onda impulsların göndərilməsinin idarə
olunması funksiyasını cihaz 4B icra edir Çevircək (2) vasitəsilə”AD”, “50” və “500”
diapozonlarından biri seçilir.

Şəkil 59. Dərinliyin rəqəm göstəricisinin idarə pultu.

Tənzimləyici (7) ilə lazım olan güclənmə seçilir. Özüyazan işə salındıqda (9)
tablosu cihaz 4 işə salınıb işıqlanar. Eyni zamanda cihaz 4 və 4Б – lərin işlənməsi
vaxtı impulsların göndərilməsini özüyazan idarə edir. Lakin ölçülən dərinliyin
indikasiyası həm özüyazanla, həm də dərinliyin rəqəm göstəricisi ilə icra olunur.
Diapazonların seçilməsi və güclənmənin tənzimlənməsi özüyazanın uyğun orqanları
vasitəsilə icra olunur
Şəkil 60. Dərinliyin rəqəm göstəricisinin idarə pultu (daxili hissəsi).

Cihaz 4Б -nin daxilində dərinliyin rəqəm göstəricisinin avtonom işə salma


generatoru yerləşdirilmişdir. Avtomatik işəsalma generatoru dərinliyin rəqəm
göstəricisinin avtonom işində sıfır siqnalın impulsunun formalaşdırılması üçün
nəzərdə tutulmuşdur. Bu blokun elementləri exolotun sxemi ilə (3) birləşdiricisi ilə
bağlanan platada yerləşdirilmişlər.

Qapağın 110o bucaqla açılan və məhdudlayıcısı ilə saxlanan daxili tərəfində


idarə və nəzarət orqanlarına aid olan aşağıdakı elementlər yerləşdirilmişdir (Şəkil 60):
mexaniki birləşdirilmiş; “Şəbəkə” elektrik açarını yaradan (4) və (5) tumblerləri; onlar
gəmi şəbəkə cərəyanının verilməsi və həmçinin cihaz 16 A-da yerləşdirilmiş rəqəm
göstəricisi cihazın qida blokunun qoşulmasını təmin edirlər; “Diapazonlar” (6)
çevricəyi; güclənmənin tənzimi üçün (7) dəyişən rezistoru; işıqlandırma lampalarını
dövrəsindəki (8) potensiometri. Cihaz 4Б vertikal arakəsmədə, dörd amartizatorlarda
qurulmuşdur.

Dərinliyin rəqəm göstəricisinin elektron hissəsi.

Bu cihaz dərinliyin rəqəm göstəricisinin bir hissəsi olub, onun elektron


bloklarının yerləşdirilməsi üçün təyin olunmuşdur. Cihaz 16A-nın daxilində onun
yuxarı hissəsində stabilləşdirilmiş 3V və 6.3V gərginliklərini hasil edən qida bloku
vardır. Qida blokuna (4) güc transformatoru, (3) drosseli, (2) - kondensatorları, (1)
gərginlik stabilizatorda dəyişən rezistor vardır, onun köməkliyi ilə gərginliyin
nominal qiyməti qurulur (Şəkil 61).

Cihazin sağ aşağı hissəsində zaman-rəqəm çevricisinə daxil olan, sabit 210V və
85V gərginliklərini hasil edən düzləndirici blok yerləşdirilmişdir. Siqnal lampalarının
aşağıda qida mənbələrini artıq yüklənmədən və qısa qapanmadan qoruyan dörd ədəd
elektrik qoruyucuları vardır.

Cihaz 16A-nın aşağı hissəsində (4) zaman - rəqəm çevricini yaradan (9) plataları
vardır. Bu hissə sıfır siqnal ilə əks səda siqnalı arasındakı zaman intervalını ölçülən
dərinliyə mütənasib olan, impulsların sayını çevirir. Rəqəm - zaman çevricilərinin
plataları istiqamətləndiricilərdə, vertikal qurulmuşlar.

Şəkil 61. Dərinliyin rəqəm göstəricisinin elektron hissəsi.

Rəqəm tablosu.

Cihaz 11 ölçülən dərinliyin rəqəm şəklində indikasiyası üçündür. (1) korpusu (4)
şarnirin köməkliyi ilə (6) əsasa bərkidilir. Şarnir bağlanması nəticəsində cihaz 11
üfüqü müstəvidə 120˚ və vertikal müstəvidə isə 15˚ bucaq altında döndərə bilər. (3)
pəncərəsindən İN-12B tipli (4) indikator (2) lampaları görünür. Onlarla dərinliyin
dörd qiymətli hesabını metrlərlə göstərir (Şəkil 62).

Korpusun daxilində üzərində (4) indikator lampaları və (5) reizstorları


yerləşdirilən plata vardır. Onlar vasitəsilə lampaların anoduna 210V gərginlik verilir.
Lampaların katodları öz aralarında paralel birləşərək deşifratorun uyğun çıxışlarına
qoşulmuşlar.
Şəkil 62. Rəqəm tablosu.

Qəbuledici – verici qurğu.

Cihaz 16 exolotun müxtəlif funksional hissələrinə aid olan elektron bloklarının


yerləşdirilməsi üçün təyin olunmuşdur. Sol tərəfdə, yuxarıda (1) düzləndiricisi vardır.
Buradan 100V sabit gərginlikli cərəyan yüksək tezlik generatoruna YTG daxil olur.
Düzləndiricinin şasisində güc transformatoru, kondensatorlar və onun başqa
elementləri qurulmuşdur. Düzləndirici tutum süzgəcli, körpü sxemi üzrə yığılmışdır.
Exolotun az dərinliklərdə işlədiyi zaman, bu bloka aid olan rele, YTG-na alsaq
gərginlikli cərəyan verir. Bu şüalandırılan siqnalın gücünü azaldır və reverberasiya
maneələrini azaldır.

Korpusun yuxarı hissəsində yüksək tezlikli (2) generatoru yerləşdirilmişdir. Bu


hidroakustik antennaya verilən güclü impulslarının yaradılması üçündür, YTG-na
verici generator, güc gücləndiricisi, modulyator və sxemin başqa elementləri
daxildirlər (Şəkil 63).

Cihazın mərkəzi hissəsində (3) üfüqi platalar yerləşdirilmişdir. (3) və (4)


platalarında göndərici blokun elementləri bərkidilmişdir, aşağı (5) platasında isə
qəbuledici qurğunun gücləndiricisinin detalları yerləşdirilmişdir. Sağ yuxarı hissədə,
nəzarət olunan qovşaqlarda gərginliklərin mövcudluğu haqqında işıq siqanlizasiyası
verən, üzərində nəzarət sxeminin elementləri olan (6) vertikal plata vardır.
Şəkil 63. Qəbuledici – verici qurğu.

Cihaz 16-nın sağ aşağı hissəsində yerləşən (11) çevircəyi, nəzarət sxeminin
qoşulması üçündür. Lampa (12) öz işartıları ilə yoxlanılan blokun saz olmasını
siqnalizasiya edir. Dörd ədəd siqnal lampası qida sxemində əsas gərginliklərin
mövcudluğunu və ya olmamasını göstərir. (13) yuvaları voltmetri və ya osiloqrafı
qoşmaq və aşağıdakı nəzarət etmək imkanını verir.

Qoruyucular (10) ayrı-ayrı elektrik dövrələrini qoruyur, exolotun işlənməsinin


cəmlənmiş müddətinin hesablanması üçün 8 sayğacı vardır.

Cihazın mərkəzi hissəsində özüyazanın mühərrikinin və exolotun idarə


dövrlərinin qidalanması üçün 27V sabit gərginlik hasil edir. Bu blokdan həmçinin,
güclənmənin əl ilə tənzimi sxemi də qidalanır. Burada bundan başqa digər gərginliklər
də hasil olunur.

Cihaz sol aşağı hissəsində özüyazanın mühərrikinin fırlanma tezliyini


stabilləşdirən (14) fırlanma teziliyini tənzimləyicisi yerləşmişdir. Fırlanma tezliyinin
tənzimləyicisinə tezlik – faza diskrimanatoru TFD, maqnit gücləndiricisi MG və
cəmləyicisi E1daxildirər.

Cihaz 16-nın qapağının daxili tərəfində plastina bərkidilmişdir. Burada (13)


yuvalarında siqnalların yoxlanılması üçün lazımı məlumatlar gətirilmişdir.

Dərinliyin siqnalizasiya cihazı.


Bu cihaz gəminin qabaqcadan tapşırılmış dərinliyə çıxması vaxtı səs və işıq
siqnalizasiyalarının işə salınması üçün təyin olunur. Dərinliyin siqnalizasiya cihazı
müstəqil, yəni özüyazanın və dərinliyin rəqəm göstəricilərinin söndürülmüş
vəziyyətlərində, işləyə bilər (Şəkil 64).

Bu halda dərinlik ölçülür, lakin onun indikasiyası yoxdur . Cihaz 4Г – də ölçülən


dərinlik fasiləsiz olaraq, tapşırılmış dərinliklə müqayisə olunur. Onlar üst-üstə
düşdükdə, işıq və səs siqnalları verilir. Bu siqnallar şturmana gəminin tapşırılmış
dərinliyə çıxması haqqında xəbərdarlıq verir. Cihaz 4Г həmçinin, özüyazanın və
dərinliyin rəqəm göstəricisinin işə salma vəziyyətlərində də siqnalizasiyanı təmin edə
bilər.

Cihazın ön panelində idarə və nəzarət orqanları yerləşdirilmişdir. Söndürücü 3


elektrik açarı ilə cihaz gəmi şəbəkəsinə bağlıdır. Tapşırılmış dərinkliyin qurulması (2)
çevircəyi ilə icra edilir. Onun altı təsbit edilmiş vəziyyətləri vardır: 1, 2, 5, 20, 50, 100
metr.

Çevircək (4) gəmi kursunun istiqamətdən (dərinlikdən dayazlığa və ya əksinə)


asılı olaraq “Dayaz” və ya “Dərin” vəziyyətə qoyulur. Gəminin (2) çevricəyinin
qurulduğu qiymətə çıxdığı vaxt “Tapşırılmış dərinlik” (1) tablosu işıqlanır və eyni
zamanda revun vasitəsilə əsas siqnal verilir. Revun ayrı bir cihaz kimi komplektin
tərkibinə daxildir. Cihaz 4Г-nin (9) dəstəyi ön panelinin işıqlandırılmasının lazımı
səviyyəsinin qurulmasına imkan verir. (7) birləşdiricisi vasitəsilə dərinliyin
siqnalizasiya cihazının exolotun başqa cihazları ilə kabel rabitəsi həyata keçirilir.

Şəkil 64. Dərinliyin siqnalizasiya cihazı.


Cihaz 4Г-nin daxilində dərinliyin siqnalizasiya cihazının elektron elementləri ilə
sxemi üç ədəd (3), (4) və (5) plataların da yerləşdirilmişdir. Qapağın daxili tərəfində
aşağıdakılar görünür: işıqlandırmanın (7) tənzimləyicisi, tapşırılmış dərinliyin
qurulması üçün (8) çevricəyi, “Dayaz” - “Dərin” (9) çevircəyi, “Şəbəkə” söndürücü
(10) elektrik açarı, panelin işıqlandırılmasının (1) lampası və “Tapşırılmış dərinlik”
tablosunun (2) siqnal lampası (Şəkil 65).

Cihaz 4Г ilə exolotun qəbuledici - verici yollarının və dərinliyin siqnalizasiya


sxeminin yoxlanılması imkanı nəzərdə tutulmuşdur. Qəbuledici – verici yollarının saz
olduğu vaxt səs impulsunun şüalandırılmasından sonra videogücləndiricinin çıxışında
təbii sıfır siqnal yaranır. Sxemin saz işlənməsini yoxlamaq üçün (4) çevricəyi “Dayaz”
vəziyyətinə gətirirlər və (6) “Nəzarət” düyməsini sıxırlar.

Bu halda təbii sıfır siqnalının impulsu söndürülmə sxemindən keçməyərək, DSC


blokuna daxil olur. DSC-nin cəmləyicisinə bir neçə impulslar daxil olduqda,
siqnalizasiya işə düşür, bu isə qəbuledici-verici yolların işləmək qabiliyyətini və cihaz
4Г –nin saz olmasını sübut edir.

Şəkil 65. Dərinliyin siqnalizasiya cihazının daxili hissəsi.

Dərinliyin siqnalizasiya cihazının avtonom işləməsi vaxtı güclənmənin əl ilə


tənzimlənməsi yoxdur. Lakin qəbuledici yolların gücləndiricisinin həssaslığı
dərinliyin qurulması (2) dəstəyinin vəziyyətindən asılı olaraq, avtomatik dəyişir.

Hidroakustik antenna.
Antenna, impulsun göndərilmə vaxtı elektrik enerjisini səs enerjisinə və əks-səda
siqnalının qəbulu momentində səs enerjisinin elektrik enerjisinə çevirən bir qurğudur.
Cihaz 1-in işləməsi pyezoelektrik effektinə əsaslanmışdır (Şəkil 66).

Pyezoelementlərin yuxarı uc səthi elektriki olaraq kabelin bir məftili ilə, aşağı uc
səthi isə membrana vasitəsilə ikinci məftillə bağlıdır. (4) kabelinin məftilləri göndərici
blokun güc gücləndiricisinin çıxışına birləşdirilmişdir. Tezliyi 100 kHs olan yüksək
gərginlikli cərəyanın təsiri nəticəsində (6) pyezoelementlər və (5) membran rəqsi
hərəkət edirlər. Nəticədə səs impulsu yaranır. İmpulsun müddəti pyezoelement
cərəyanın verilmısi müddəti ilə təyin olunur.

Şəkil 66. Hidroakustik antenna.

Pyezoelementlər blokunun gəminin korpusundan izolə etmək üçün (7) renzin


aralıq vardır. Bu aralıq vulkanizasiya üsulu ilə metallik (4) membrana və korpus (1)
ilə birləşdirilmişdir. Belə rezin aralıq gəmi örtüyünün vibrasiyasından yaranan akustik
maneələri azaltmaq imkanını verir, membranı və pyezoelementlər blokunu gəminin
bort arxasında olan sudan izole edir.

Pyezoelementlər bloku yuxarıdan (3) metallik qapağı ilə bağlanır. Birləşmələrin


germetizasiyası (2) rezin aralıq ilə icra olunur.

Daşınma və qorunub saxlama zamanı antennanın şüalandırılan hissəsini müdafiə


qapağı ilə bağlayırlar, bu qapaq cihaz 1-i zədələnmədən qoruyur.

Kabel qutusu (cihaz Я) .

Bu qutu hidroakustik antennanın cihaz 16 ilə birləşdirilməsi üçün təyin


olunmuşdur. Kabel qutusunun daxilində məftillərin birləşdirilməsi üçün kontaktları
olan (4) platası vardır. Kabellərin daxili edilməsi iki salnik vasıtəsilə icra olunur.
Salnik 3 ekranlaşdırıcı borunun birləşdirilməsi üçün xarici yivə malikdir. Salnik (5)
hidroakustik antennadan gələn kabelin daxil edilməsi üçündür (Şəkil 67).

Şəkil 67. Kabel qutusu.

Cihazın korpusunda, cihaz 1 və kabelin cəm tutumunun kompensasiyası üçün


təyin olunmuş, 12 ədəd çıxışları olan (1) induktivlik makara vardır. İnduktivlik (1)
makarasının çıxışları (4) plataya, (16) cihazlarını birləşdirən kabelin (1) uzunluğundan
asılı olaraq qoşulurlar.

Cihaz Я – nın korpusu germetik olaraq, dörd vint vasitəsilə qapaq ilə bağlanır.

Exolotun istismarı

Exolot vasitəsilə dərinliyin ölçülmə dəqiqliyi, uzun ömürlüyü və etibarlığı, onun


düzgün istismarından və nasazlıqların yaranmamasının qarşısını alan vaxtlı-vaxtında
aparılan işlərdən asılıdır. Bu zaman elektrik dövrələrini çevirən və ya kəsən qurğulara,
kontakt qruplarına və həmçinin izolə vasitələrinin vəziyyətinə xüsusi diqqət yetirmək
lazımdır.

Gəmilərdə işdən çıxmış blokların və detalların ehtiyyat əvəz olunmasına icazə


verirlər. Qalan təmir işlərini baza elektroradionaviqasiya kameralarının mütəxəsisləri
icra edirlər.
Exolotun işə salınması və onun yoxlanılması.

Exolotu işə salmaqdan qabaq cihaz 4-ün bütün mexaniki elementlərinin sazlığını
yoxlayırlar. Cihaz 16-nın ümumi qida söndürücü açarını “Şəbəkə” vəziyyətinə, 4, 4Б
və 4Г cihazlarının açarlarını isə işə salınıb vəziyyətinə gətirirlər. Exolot işləməyə
başlayır.

İşə salındıqdan 30 saniyə sonra, cihaz 16-nın daxilində yerləşən nəzarət


sisteminin köməkliyi ilə blokların işini yoxlayırlar. 8 vəziyyəti olan “İşin nəzarəti”
çevircəyini ardıcıl olaraq, aşağıdakı nəzarət olunan dövrlərə qoşurlar: özüyazanın sıfrı,
“sıfır-çıxışı”, gərginlik generatorunun çıxışı, əks-səda. Nəzarət olunana dövrələrin saz
olması vaxtı, siqnal lampası diapozona uyğun olan tezlik ilə alışıb yanacaqdır.

“Operativ qeyd” düyməsini sıxmaqla yazının aydınlığını yoxlayırlar. Kağıza


qeyd olunan vertikal xətt aydın və fasiləsiz olmalıdır. Kağıza yazılan sıfır xətt
şkalanın sıfrı ilə üst-üstə düşməlidir. Lazım gələrsə, şkalanın kronşteynində yerləşən
vtulkanı fırlatmaqla tənzimləməni icra edirlər. Şərti qeydlər xətti özüyazanın AD və
0-50 diapozonlarında işləyən zaman kağızın yuxarı sahəsində çəkilməlidir.

Sıfır xəttin və şərti qeydlər üst-üstə düşməsi dərinliyin yazısının hansı


diapozonda icra olunması haqqında mühakimə yeritmək imkanını verir: AD və 0-50
m diapozonda kağızda hər iki xətt vardır; 40-90 m diapozonda hər iki xətt yoxdur; 0-
500 m diapozonda yalnız sıfır xəttin yazısı vardır.

Cihaz 4Г –nin işini yoxlamaq üçün “Dərinliyin qurulması” dəstəyini elə bir
vəziyyətə gətirirlər ki, burada özüyazanla və ya göstərici ilə qeyd olunan dərinlik
tapşırılmış dərinlikdən azdır.

“Dərinlik” çevricəyini “Dayaz” vəziyyətə qururlar. Bu zaman səs siqnalizasiyası


işləməlidir və “Tapşırılmış dərinlik” lampası işıqlanmalıdır. Dərinlik çevricəyini
“Daha dərin” vəziyyətə qurduqda, siqnalizasiya söndürülür.

100 m-dən çox olan dərinlikdə cihaz 4Г –nin və qəbuledici-verici traktın saz
olmasını yoxlamaq üçün, cihaz 4Г -nin daxilində olan “Nəzarət” düyməsi sıxılır.
Dərinlik çevircəyi “Dəyaz” vəziyyətdə olmalıdır. Yoxlanılan sxemlərin sazlığını
əlaməti səs və tapşırılmış dərinlik işıq siqnalının sıxılmış düymədə mövcudluğudur.

Exolotu söndürmək üçün cihaz 4, 4Б və 4Г-lərdə şəbəkə dəstəyini “Söndürüldü”


vəziyyətinə gətirirlər.
Dərinliyin ölçülməsi.

Əgər dərinlik təxminən məlumdursa, onda bir başa lazımı diapozonu qururlar və
bütün cihazların işə salınması vəziyyətində və ya özüyazanın, göstəricinin və ya
dərinliyin siqnalizasiya cihazının ayrı-ayrı işlərində dərinliyin ölçülməsini həyata
keçirirlər.

Əgər dərinlik məlum deyilsə onda, güclənməni tənzimləyərək və dərinliyin


dayanıqlı indikasiyasını əldə edərək, müxtəlif diapozonlarda ölçmələr aparılır.
Müxtəlif diapazonlarda ölçülən dərinlik qiymətinə görə üst-üstə düşməsinə əmin
olduqdan sonra, mümkün qədər az qiymətli diapazona keçirirlər və işi davam
etdirirlər. AD və 0-50 m diapazonlarda göstərişlər müxtəlif olarsa, onda AD
diapazonda alınmış qiymətə üstünlük verilir.

Dərinliyin ölçülməsi ilə eyni zamanda gəminin tapşırılmış dərinliyə çıxması


haqqında məlumatı almaq olar. Bu məqsədlə cihaz 4Г -də 2 çevricəyi ilə tapşırılmış
dərinlik qurulur və dərinliyin artması və ya azalmasından asılı olaraq, (4) çevricəyini
Daha dərin və ya Dəyaz vəziyyətinə gətirirlər.

Özüyazanla dərinliyin ölçülməsində “Operativ qeydlər” düyməsindən istifadə


etmək olar, onun sıxılması exoqramada vertikal xəttin qeyd olunması ilə müşayət
edilir. İşıqlandırma dəstəyi ilə cihaz 4, 4Б və 4Г - lərdə hər cihazın panelinin lazımı
dərəcədə işıqlandırılması qurulur (Şəkil 68).

Dərinliyin ölçülməsi prosesində yazının keyfiyyətindən asılı olaraq güclənmənin


əl ilə tənzimlənməsi (2) dəstəyi ilə icra olunur.

Özüyazanda kağız lentin vaxtında dəyişdirilməsi tələb olunur. Bu əməliyyat


aşağıdakı ardıcıllıqla icra olunur:

- cihaz 4-ün qapağı açılır, (2) val çıxarılır və (3) stolunu sağa asırlar:
- verici (5) markaya kağız lentin rulonu qurulur;
- kağız lentin ucunu stolun işçi səthindən buraxırlar, aparıcı (3) valdan aşıraraq,
qəbuledici (4) makarasının yarığında bərkidirlər.
- stolu bağlayaraq, kağızın boşluğunu əl ilə dartılma (17) dəstəyinin köməkliyi ilə
aradan qaldırırlar. Stolun bağlamazdan əvvəl, kəməri əl ilə döndərərək, peroları
kağız lentin sahəsindən kənara çıxarırlar. Əks təqdirdə onlar sına bilərlər.
Şəkil 68. Özuyazan cihazın daxili hissəsi.

Exolotun texniki vəziyyətinin tənzimlənməsi və yoxlanılması.

Exolotun istismarı prosesində onun texniki vəziyyətinin yoxlanılması və


tənzimlənmələrin icra olunması zəruriyyəti yaranır. Birinci növbədə bu xüsusi
tənzimləyiciləri olan özüyazana aiddir. Özüyazanda aşağıdakı tənzimləmələr nəzərdə
tutlmuşdur: perolar ilə birlikdə kəmərin dartılmasını dəyişdirilməsini; kağıza nisbətən
miqyas xətkeşinin qurulması; sıfır qeydlər xəttinin vəziyyətinin tənzimlənməsi;
dərinliyin 40-90 m diapozonda yazılma xəttinin vəziyyətinin tənzimlənməsi; kağızda
yazının lazımı kontraslığının qurulması.

Göstərilən tənzimləmələr icra etdikdə hərəkətlərin ardıcıllığına baxaq.

Kəmərin lazımi dartılmasını qurmaq üçün (4) konturqaykalı stopor vinti açılırlar
və tənzimləyici (5) vinti döndərərək, aparılan (6) şkivin valını yuxarı və ya aşağıya
yerini dəyişirlər. Kəmərin orta hissəsində ona təzyiq etdikdə əyilmə təxminən 10 mm
olmalıdır. Tənzimlənmədən sonra (4) saxlayıcı vintini axıra kimi burulur və onu
konturqayka ilə təsbit edirlər.

Miqyas (9) xətkeşin tənzimləyici (3) və (10) vintləri ilə elə qururlar ki, (8)
şkalanın sıfırı kağıza qeyd olunmuş yuxarı üfüqi bir xətt ilə üst-üstə düşsün. Kəmərin
dartılması tənzimləndikdən sonra və miqyas xətkeşin sıfırı lentin xəttləri ilə
uzlaşdırıldıqdan sonra, özüyazanı işə salırlar və sıfır qeydin, şərti qeydlərin və
dərinliyin kağızda yazılması ilə əlaqədar olaraq qalan tənzimləmələr icra olunur.
Sıfır qeyd AD, 0-50, 0-500 metr diapozonlarda şkalanın sıfırı ilə üst-üstə
düşməlidir. Tənzimlənməni cihaz 4-ün qapağı açıq və lentdartıcı mexanizmin
qaldırılmış vəziyyətlərində icra edirlər.

Əvvəlcə sıfır xəttlərin 0-50 və 0-500 m diapozonlarında üst-üstə düşməsini


yoxlayırlar. Əgər bu xəttlər üst-üstə düşmürlərsə onlar R1 və R3 rezistorlarını
tənzimləməklə birləşdirmək olar . Bundan sonra R9 rezistorunu döndərərək
birləşdirilmiş (1) sıfır xəttlərini şkalanın sıfırı ilə birləşdirirlər. Şərti qeydlərin ştrix
xəttinin vəziyyəti ŞQF blokuna aid olan R4 və R18 potensiometrlərinin köməkliyi ilə
tənzim olunur. Bu tənzimləyiciləri döndərərək, (2) şərti qeydlər xəttinin kağızın
yuxarı sahəsinin ortasında yazılmasına nail oluruq

Şəkil 69. Tənzimləmə paneli.

Yazının kontrastlığı R7 və R8 rezistorları tənzimlənir.

Kontrastlığın dəyişdirilməsi adətən, yeni kağız rulonun qurulması və ya yazı


gücləndiricisinin dəyişdirilməsi vaxtı yaranır. Rezistor R8 0-500 m diapozona,
rezistor R7 isə AD, 0-50 və 40-90 m diapozonlara aidirlər (Şəkil 69).

Özüyazanın 40-90 m diapozonda işlədiyi zaman sıfır xətt kağızda yazılmır. Bu


halda şkalanın sıfırının qabağında 40 m dərinliyə uyğun olan, xətt qeyd olunur. Əgər
zavod tənzimlənməsi pozulubsa, onda 40-90 m diapozonda ölçülən dərinliyin hesabı
onun həqiqi qiymətinə uyğun deyil. Fazlaşdırmanı xəttinin şkalanın sıfırı ilə
tənzimləmək üçün R2 potensipmetri vardır.

Özüyazanın işi ilə əlaqədar olan, yuxarıda göstərilən tənzimləmələrdən başqa,


exolotun ayrı-ayrı hissələrinin və cihazlarının bir sıra texniki vəziyyətlərinin
yoxlanılmasını aparırlar.

Mühazirədə istifadə olunan ədəbiyyatı:


1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //
Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı –
2003.

Nəzarət sualları:

1. “NEL-M-3B” tipli naviqasiya exolotunun komplekti və əsas texniki


göstərişlər.

2. “NEL-M-3B” tipli naviqasiya exolotuunun istismarı qaydaları.

3. “NEL-M-3B” tipli naviqasiya exolotunun funksional sxemi.


Mühazirə № 5
Mövzu : “JMC F-3000” tipli müasir naviqasiya

exolotu.

Mühazirənin planı:

1. “JMC F-3000” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və


istismar qaydaları.

2. "JMC F-2000" tipli naviqasiya exolotunun təyinatı, ttx və istismar


qaydaları.

"JMC F-3000" tipli naviqasiya exolotu Rusiya Dəniz Gəmiçiliyi Registri


tərəfindən sertifikatlandırılıb. 10,4 TFT LCD gündüz işıqlanan monitora malikdir.
İşıqlanmasının yandan tənzimlənməsi mümkündür. "JMC-F-3000" tipli naviqasiya
exolotu İMO – nun yeni NSC.74(69) Rezalyusiyasının standartlarına cavab verir
(Şəkil 70).

Exolotun aşağıdakı üstün cəhətləri var:

- İki hissəli 1kVt – lıq antenna;


- 5 – 1000m ölçmə diapazonu;
- Ölçülmüş dərinliyin zaman və koordinatlarla birlikdə 24 saat yaddaş qurğusunda
saxlanılması;
- Audiovizual siqnalizasiya sisteminin olması (dərinlik, dibin itirilməsi);
Şəkil 70. "JMC F-3000" tipli naviqasiya exolotunun displeyi

- Özünüdiaqnostika (Nasazlıqların təyini);


- ECDİS və "Qara qutu" (VDR) üçün məlumatların NMEA-0183 RS-232C və RS-
422 formatında çıxışı;
- Daimi olaraq cərəyanın yoxlanması və nasazlıq olarsa, siqnalizasiyanın işə
düşməsi;
- Temperaturun göstəricisi və əlavə məlumatların displeydən silinməsi;
- Monoxrom rejimdə printerə çıxış;
Əsas texniki göstəriciləri:

Displey: 10,4 rəngli RGB TFT - LCDmVGA


(640x480 pixel),7 rəngli

Tezlik: 50kHs; 200kHs (standart, bir korpusda)

33~100 kHs (istifadəçinin seçimi)

135 kHs (istifadəçinin seçimi)

Səsin sürəti 120-30/dəq.,verilmiş diapazon üçün


avtomatik seçir.

Dərinlik diapazonu: 5 -1000m

Ölçmə dəqiqliyi: ±0,5m – dən az (20m-lik diapazon),

±5m (200m-lik diapazon)

Minimal dərinlik: 0,5m (200kHs üçün)

1m (50 və 135kHs üçün)

Məlumatın çıxarılması: Son 15dəqiqə, 1,3,6,12 və 24saat

Exoqrammanın verilmə sürəti: 1/1; ½; ¼; 1/8; 1/16; "stop"

Exoqrammanın dinamiki 3; 4; 5 və 6dB


diapazonu:

Fonun rəngi: Tünd - göy, qara və ağ


Qəza siqnalizasiyası: Dərinlik, enerji itgisi, sistem xətası,
cərəyanın artıq yüklənməsi

Yaddaş: 24 saata qədər məlumatın saxlanması

10 dəqiqəyə qədər rəngli


exoqrammanın saxlanılması

Qidalanma: 11-10VDÇ və ya 110-220V, 1,5A–12V

Temperatur rejimi: -150- dən +550 – yə qədər (işçi), 95%


rütubətdə kondensat işə düşür

Korpus ölçüləri: 366x275x110mm

Korpus kütləsi: 6,6kq (montajı ilə birlikdə)

Temperatur göstəricisi: T-200

§1.8. "JMC F-2000" tipli naviqasiya exolotu.

"JMC F-2000" tipli naviqasiya exolotu Rusiya Dəniz Gəmiçiliyi Registri


tərəfindən sertifikatlandırılıb. 5 - 1000m dərinliyi ölçmək üçün iki hissəli antennaya
malikdir. Avtomatik idarə olunaraq dərinliyi ölçür. Əsas menyunun kənar təsirlərdən
qorunması üçün operator tərəfindən kodlarla açara (parol) qoyulması mümkündür.
Verilmiş diapazonunun avtomatik işləməsi zamanı 1kVt güc sərf olunur (Şəkil 71.)
Şəkil 71. "JMC F-2000" tipli exolotunun displeyi.

Yaddaş qurğusu böyük həcmli məlumatın keçən 24 saat ərzində yadda saxlayır.
Yaddaşda olan məlumat xüsusi pəncərədə əks olunur, ehtiyac yaranarsa çap oluna
bilər. Exolotun standart komplektinə AC-2000 tipli adapter daxildir.

"JMC F-2000" tipli naviqasiya exolotu İMO – nun yeni NSC.74(69)


Rezolyusiyasının standartlarına cavab verir.

Əsas texniki göstəriciləri:

Displey: 8 rəngli RGB TFT - LCD VGA


(640x480 pixel)

Tezlik: 50kHs; 200kHs (standart, bir korpusda)

33~100 kHs (istifadəçinin seçimi)

135 kHs (istifadəçinin seçimi)

Səsin sürəti 120-30/dəq.,verilmiş diapazon üçün


avtomatik seçir.

Dərinlik diapazonu: 5m; 10m; 20m;

40m; 100m; 400m;

1000m;

Ölçmə dəqiqliyi: ±0,5m – dən az (20m-lik diapazon),

±5m (200m-lik diapazon)

Məlumatın çıxarılması: Son 15dəqiqə, 1,3,6,12 və 24saat

Rəngli işıqlandırma: Göy, qara və ağ

Qəza siqnalizasiyası: Dərinlik, enerji itgisi, sistem xətası,


cərəyanın artıq yüklənməsi
Yaddaş: 24 saat məlumatın saxlanması

Qidalanma: 11-10VDC və ya 110-220V

Temperatur rejimi: -150- dən +550 – yə qədər (işçi)

Qabarit ölçüləri:

Korpus: 224x224x102mm

AC adapter: 200x68x140mm

Kütlə:

Korpus: 3,4kq

AC adapter: 0,85kq

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı –
2003.

Nəzarət sualları:

1. “JMC F-3000” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və


istismar qaydaları.

2. "JMC F-2000" tipli naviqasiya exolotunun təyinatı, ttx və istismar


qaydaları.
Mühazirə №6
Mövzu : “EN 250” tipli naviqasiya exolotunun
Mühazirənin planı:
1. “EN 250” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və istismar
qaydaları.

“EN 250” tipli exolot Norveçin “Simrad” firmasının istehslıdır. BDT-nın tələblərinə
cavab verir.

Exolotun əsas texniki xarakteristikası.

Ölçmə diapazonu: 0-10m-dən 0-1600m-ə


qədər

İşçi tezliyi: 38; 50; 200KHs

Qida gərginliyi 220(110)V, 50/60Hs

Sərf olunan güc:

- Daimi cəryanda: 40 Vt
- Dəyişən cəryanda
60 Vt

Şəkil 79.b“EN 250” tipli exolotun displeyi.


Displey: Diodlu maye kristalik
ekran, 150x200mm

Printer: 8 düyümlük, avtomatik


və əllə qoşulan

Printer üçün kağızın növü: Yüksək həssaslıqlı


termiki

Kağız rulonunun ölçüsü: 216mm-dən 15metrə


qədər

Məlumatın yaddaşda 24 saat


saxlanılması:

Exolotun idarəetmə orqanları

Şəkildə exolotun displeyinin ümumi sxemi şəkil 90-da göstərilmişdir:

Exolotun meyusu qurulması böyük olmayan (1) ekranında altı ədəd yumşaq
düymələr (2) vasitəsilə yerinə yetirilir. Cihazın aşağıdakı hissəsində idarəetmə
düymələri yerləşir:

3 – kodlaşdırma dəstəyi (Encoder knob);

4 – ekranın işıqlandırılması (Screen backlight);

5 – ekranın kontrastlığının qurulması (Screen contrast);

6 – menyunun seçilməsi düyməsi (Menu select button);

7 – displeydə sürətin qurulması (Display speed setting);

8 – dərinliyin ölçmə diapazonunun qurulması (Depth range setting).


Şəkil 90.“EN 250” tipli exolotun displeyinin sxemi.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. “EN 250” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və istismar


qaydaları.
Mühazirə №7
Mövzu : “FS 5000” tipli naviqasiya exolotu
Mühazirənin planı:

1. “FS 5000” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və istismar


qaydaları.

“ES 5000” tipli exolot ABŞ-ın “Littion Marine Systems” firması tərəfindən
işlənib hazırlanmışdır. Exolotun komplektinə daxil olan maye kristallı displeydə
aşağıda qeyd olunan naviqasiya parametrləri təsvir olunur:

- Gəminin koordinatları;
- Ölçülən dərinlik;
- Zaman və tarix.

Şəkil 81.“ ES 5000” tipli exolotun displeyi.

Yaddaş qurğusu məlumatların 24 saat saxlanılmasını təmin edir. Exolot ölçülən


dərinliyin qiymətini NMEA 0183 formatında istifadəçi cihazlara ötürür.

Hidroakustik antenna buz şəraiti üçün müdafiə örtüyünə malikdir. Ehtiyac


yaranarsa exolotun paylayıcı blokuna əlavə rəqəmsal displey qoşmaq olar.

Exolotun əsas texniki xarakteristikası.


Ölçmə diapazonu: 10; 50; 250; 2000m

İşçi tezliyi: 30; 50; 100; 200kHs

Dərinliyin ölçülməsi Şkaladakı qiymətin


dəqiqliyi: ±0,1%-i

Minimal dərinlik: 0,5m

Suya oturumun nəzərə 0...10m


alınması:

Qida gərginliyi 220(110)V, 50/60Hs

Sərf olunan güc: 25Vt

Cihazın kütləsi: 6,1kq

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik


// Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I
hissəBakı – 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. “FS 5000” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və istismar


qaydaları.
Mühazirə №8
Mövzu : “NEL-20K” tipli naviqasiya exolotu.
Mühazirənin planı:

1. “NEL-20K” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və istismar


qaydaları.

“NEL-20” exolotu “Promelektronika” konserni tərərfindən istehsal olunur. Onun


təyinatı 0,3 – 800 metr dərinliyi ölçmək üçündür, diskretliyi 0,1 metrə kimidir.
Exolotda diapazon və kanalların avtomatik şəkildə birindən digərinə keçirilmə
prinsipi tətbiq olunub. Gəminin kilinin altında olan dərinlikdən asılı olaraq, bu exalot
GPS sistemindən məlumat qəbul etmək qabiliyyətinə malikdir və avtomatik
testləşdirmə sistemi quraşdırılıb.

Exalot komplektinin tərkibi

Exalotun komplektinə aşağıdakı cihazlar daxildir (şəkil 82)

 Klinketli hidroakustik antenna


 Qəbul və ötürücü qurğu (ППУ)
 GPS peyk sistemi qəbuledicisi quraşdırılmış İdarə və İnduksiya Cihazı (İİC)
 GPS antenası
 Dərinliyin rəqəmsal indikasiyasının 2 repiteri

Şəkil 82. “NEL-20” exolotunun funksional sxemi.


İİC exalotun qidalanması, verici-qəbuledici qurğunun idarə olunması, dərinliyin
ölçülməsi və qeydiyyatı, GPS və naviqasiya sistemindən alınan məlumatların
qeydiyyatı və indikasiyası üçün təyin olunub.

Şəkil 83. Özüyazan cihazın sxemi.

Bu çox prosessorlu rəqəmsal sistemdir. Onun tərkibinə 8 modul daxildir.


Onlardan biri “Planar” firmasının yastlı elektrolyuminisensli displeyidir.

İİC - displeyinə aşağıdakı məlumatlar yazılır.(şəkil 83)

 Ölçülən dərinlik (20) (Нe – 0.3….800m diapazonunda, 0,1m-ə qədər aralıqla)


 Gəmi vaxtı (19) (Tg)
 Səsin sürəti (18) (C-1420...1560 m/san, 1m/san diskretliklə)
 Tapşırılmış dərinlik (16) (Нgeriyə - 1…99m diapazonda 1m diskretlik ilə);
 Güclənmə əmsalı (17) (“Усил” 1 - dən 16-ya qədər şərti vahidlə)
 İİP cihazının rejimlərii (15) (“ВЧ”,”НЧ”,”АВТ”)
 GPS sistemindən verilən məlumat 10 (yerin koordinatları Ш () və Д(λ), gəminin
kursu YB(ПУ), sürəti v, gedilən yol S, vaxt Tg)
İİC 5 saat ərzində ölçülmüş dərinliklərin qeydiyatını aparır - 15 səhifəyə bölmək
şərti ilə və hər səhifəyə 20 dəqiqə bölünür. Əyər qeydiyat müddəti 5 saatı keçersə əldə
olunan məlumat yenisi ilə əvəz olunur. Qeyd olunmuş informasiyanın əhəmiyyəti
(dərinlik, vaxt, GPS - dən məlumatlar) cihazın enerjidən asılı olmayan yaddaşında 6
ay ərzində saxlanılır.

Dərinliyin profilinin displeyə əks olunması zamanı miqyasın seçilməsi (0...40 m,


0...400 m, 0...800 m) əl vasitəsi ilə (5) və (9) düymələrinin köməyi ilə keçirilir. (şəkil
6.6)

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik


// Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. “NEL-20K” tipli müasir naviqasiya exolotunun təyinatı, ttx və istismar


qaydaları.
Mühazirə №9
Mövzu : “Atlas Echoqraph 481”, “LAZ 5000”, "Furuno FE-700", "JRC JFE"
müasir naviqasiya exolotları
Mühazirənin planı:

1. “Atlas Echoqraph 481” tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar


qaydaları.

2. “LAZ 5000” tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar qaydaları.

3. "Furuno FE-700" tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar


qaydaları.

4. "JRC JFE-380" tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar qaydaları.

“Atlas Echoqraph 481” tipli naviqasiya exolotu.

“Atlas Echoqraph 481” exolotu Almaniyanın “Atlas Elektronik” firmasının


istehsalıdır.

Exolotun yeddi ölçmə diapazonu var: kiçik, orta və böyük. Cihazın komplektinə
dörd hidroakustik antenna daxildir. Antennalar gəminin burun və arxa hissələrində,
sağ və sol bortlarda quraşdırılırlar. Eyni anda yalnız iki antenna işləyə bilər
(dördündən). Bu dərinliyin ölçmə diapazonundan aslıdır. Antennalar 100kHs; 66kHs
və ya 33kHs tezliklərdə işləyirlər.

Özüyazan cihaz iki xətti dərinliyin exoqrammasını cızır. Rəqəmli indiqator isə
minimal dərinliklərin qiymətini göstərir.

«Atlas Echoqraph 481» exolotunun əsas texniki göstəriciləri aşağıdakı kimidir:

 Dərinliyi ölçmə diapazonu:


 Kiçik dərinliklər ………………….0-10m; 0-20m;
 Orta dərinliklər ……….……….0-50m; 0-100m; 0-200m;
 Böyük dərinliklər …………………0-500m; 0-1000m;
 Minimum ölçmə dərinliyi ………...0,8m (kildən);
 Verilmiş dərinlik aralığı .0-dan 99,9m-ə qədər 0,1m addımla;
 İstiqamətlənmə xarakteristikası:
 100kHs tezlikdə …………………..140;
 33kHs tezlikdə …………………..190;
 İmpulsların gücü:
 100kHs tezlikdə …………………..200Vt;
 33kHs tezlikdə …………………..500Vt;
 İstifadə olunan güc ….…………….60Vt:
Exolotun komplektinə aşağıdakı cihazlar daxildir:

 Dörd hidroakustik antenna (Transducers);


 Birləşdirici qutu (Junction box);
 Özüyazan cihaz (Recorder unit);
 Rəqəmli repiter (Digital slave indicator);
 Tapşırılmış dərinliyə çıxmanı xəbər verən siqnalizasiya qurğusu (Remote depth
alarm).
Özüyazan cihazın ümumi quruluşu şəkil 72-də göstərilib;

1 - Dərinliyin rəqəmli indiqatoru;


2 - Güclənmənin tənzimləyicisi;
3 - Marker;
4 - Tapşırılmış dərinliyə çıxmanı xəbər verən siqnalizasiya qurğusu;
5 - Kontrast tənzimləyicisi;
6 - İşıqlanmanın tənzimləyicisi;
7 - Dərinliyin ölçmə diapozonunun tənzimləyicisi;
8 - Ölçmə diapazonunun dəstəyi;
9 - Rejim;
10 - Söndürücü
Özüyazan cihazın exoqrammasının yazılması üçün istifadə olunan kağızın əvəz
edilməsi konstruksiyası çox sadədir.

Şəkil 72. Özüyazan cihazın ümumi görünüşü


“LAZ 5000” tipli naviqasiya exolotu.

“LAZ 5000” exolotu Almaniyanın «Elac Nautik» firmasının istehsalıdır.


Exolotun ən başlıca üstünlüyü dərinliyin ölçülmüş qiymətinin üç variantda maye
kristallı displeydə göstərməsidir. Bu üç variant aşağıdakılardır:

 Kilaltı dərinliyi – depth below the keel (DBK);


 Antenna altı dərinliyi - depth below the transducer (DBT);
 Suyun səthindən olan dərinliyi - depth below the surface (DBS).
“LAZ 5000” exolotunun əsas texniki göstəriciləri aşağıdakı kimidir:

 Dərinliyi ölçmə diapazonu ………0-10m; 0-50m; 0-250m; 0-500m;0-2000m:


 Ölçmə dəqiqliyi ………….ölçülən dərinliyin 2,5 % qədər
 Minimum ölçmə dərinliyi ………...0,5m (kildən);
 Dərinliyin korrekekturası:
 Antenna-kil……………………….4,9m-ə qədər;
 Antenna-suyun səthi ……………..9,9m-ə qədər;
 Çıxış impulsların gücü …………..1000Vt;
 İşçi tezliyi ………………….30Hs; 50Hs; 100Hs; 200Hs;
 İstifadə olunan güc ….……………25Vt;
 Displeyin ölçüsü …………………192x144mm;
 İmpulsun uzunluğu ……………… 0,3; 1,0; 3,0;

Exolotun komplektinə aşağıdakı cihazlar daxildir:

1. Hidroakustik antenna;
2. Birləşdirici blok;
3. Displeyin idarəetmə bloku.

Displeyin idarəetmə bloku: Bu blok hərəkət rubkasında quraşdırılır. Displey üç


hissədən ibarətdir (Şəkil 73):

 Orta – monitorun ekranı;


 Aşağı – idarəetmə orqanları;
 Yuxarı – məlumat lövhəsi.
Şəkil 73.Displey.

Ekranda qruntun profili və dərinlik şkalası əks olunur. Yuxarı hissədə aşağıdakı
məlumatlar verilir:

 Gəmi vaxtı və tarixi;


 En və uzunluq dairələri (naviqasiya sisteminə birləşməsi şərtilə);
 Maksimum və minimum tapşırılmış dərinlik;
 Dərinliyin qiyməti və onun ölçülməsi vaxtı.
Exolot qida blokuna malikdir və istənilən məlumatı qeyd edir və 24 saat
yaddaşda saxlayır. Həmin məlumatı printer vasitəsilə çap etmək mümkündür.

İdarəetmə orqanları:

“ON” və “OFF” düymələri exolotu işə salmaq və söndürmək funksiyasını yerinə


yetirir. “Enter” düyməsi menyuya daxil olmaq və ekranın sol küncündə yerləşən
pəncərədə istənilən məlumatı seçmək üçün istifadə olunur. «Cursor» düyməsi
menyuda istənilən parametrin dəyişdirilməsi üçündür. «Escape» düyməsi vasitəsilə
menyunu seçirlər. «Gain» düyməsi ekranın təsvirinin güclənməsini və dəqiqliyini
tənzimləmək üçün istifadə olunur. “Range” düyməsi vasitəsilə isə ölçmə
diapazonlarını seçirlər (10; 50; 250; 500; 2000m). “Dim” düyməsi sərfəli işıqlanma
rejiminin seçilməsi üçündür. “Print” düməsi exoqrammanın çəkilmiş sürətinin çap
olunmasına xidmət edir (Şəkil 74).
Şəkil 74.Displeyin idarə meyusu.

 simvollu düymə isə tapşırılmış dərinliyin xəbər verilməsi zamanı səs


siqnallarının söndürülməsi üçün istifadə olunur.

Məlumat lövhəsi:

“NAV OFF” - naviqasiya rejiminin işə salındığını göstərir.

“PRİNTER” - lövhəsi yanarsa çap qurğusunun işlədiyini bildirir.

“CHANNEL 1” - lövhəsi işıqlanarsa onda, 1-ci antenna işləyir. Əgər “CHANNEL 2”


- lövhəsi işıqlanarsa deməli, 2-ci antenna işləyir.

Blokun yaddaşındakı məlumatlara baxmaq istəyiriksə onda, “REPLAY”


pəncərəsindən istifadə olunur.

Menyuda təcili qəza siqnalizasiyasından istifadə etmək üçün “Enter” düyməsini bir
dəfə sıxmaq lazımdır. «Enter» düyməsini iki dəfə sıxdıqda menyunun quruluş
parametrlərini (“Parametr menu”) çağırmaq olar. Enter» düyməsini üç dəfə sıxdıqda
isə blokun yaddaşındakı səfər ərzində olan məlumatları (“Log DATA Menu”)
displeyin ekranına gətirərək baxmaq və çap etmək olar. Buradan kursor vasitəsilə
aşağıdakı parametrlərə daxil olmaq olar:

 Kanalların seçilməsi (“Channel select” - 1 və ya 2);


 Səsin sürəti (“Sound Velocity Setting”) – 1400m/san-dən 1699m/san-ə qədər;
 Ölçmə vahidi (“Units”) – metr (m); sajen (ftm); fut (ft);
 Dərinlik rejimi (“Depth Mode”) “DBK”; “DBT”; “DBS”.
Cihazın yalnız bir kanalı yəni əsas rejimi İMO-nun dəniz exolotlarına olan
tələblərinə cavb verir. Bu tələbə görə səsin suda yayılma sürəti 1500m/san olmalı və
dərinlik kil altından ölçülməlidir (DBK).

"Furuno FE-700" tipli naviqasiya exolotu.

"Furuno FE-700" tipli naviqasiya exolotu gəmi sürücülüyünün təhlükəsizliyini


təmin etmək məqsədilə “SOLAS-74” Beynəlxalq Konvensiyasının V bölməsinin
tələblərinə uyğun olaraq gəminin kilindən olan dərinliyi ölçmək üçün təyin
olunmuşdur.

Ölçülmüş dərinlik İEC 61162 formatında radara, AİS və digər naviqasiya və


radiokommunukasiya avadanlıqlarına ötürülür. Həmçinin ölçülmüş dərinlik xüsusi
proqram əsasında priterdə çap oluna bilər.

Exolot bir neçə rejimdə işləyə bilir:

- Naviqasiya rejimi (NAV Mode);


- Gəminin öz məlumatlarını əks etdirən rejim (Own ship data Mode): Bu rejimdə
gəminin koordinatları, kursu, sürəti, ölçülən dərinlik və zaman;
- Yaddaş rejimi (History Mode).
- Gəmi jurnalı rejimi (Log Book Mode): Bu rejimdə dərinliyin qiyməti zaman
və koordinatlarla birlikdə qeyd olunur. Ölçmə intervalını 5 saniyə, 1 dəqiqə və ya 5
dəqiqə seçmək olar;
- Dənizin səthindən dərinliyin ölçülməsi rejimi (Depth below suface – DBS
Mode)

Şəkil 75. “ FE-700” tipli exolotun displeyi.


"Furuno FE-700" tipli naviqasiya exolotunun aşağıdakı üstün cəhətləri var:

- Exolot üçün sərfiyyat materialları və kağız tələb olunmur, iqtisadi cəhətdən


səmərəli avadanlıqları var, həmçinin yüksək dəqiqliyə və etibarlılığa malikdirlər;
- Görünüş parıltılığı tənzim olunan və eninə formada olan 6,5 rəngli LCD displeyə
malikdir;
- Exolotun ekranı dərinliyin bütün işçi diapazonlarını 15 dəqiqəlik vaxt intervalında
qavrayır və 1dəqiqədən bir dərinliyi qeyd edir;
- Antennaların şüaların buraxma tezliyi: ölçmə dərinliklərindən asılı olaraq 50kHs –
dən 200kHs – ə qədər yüksəlir; Exolotun müxtəlif işləmə rejimlərindən sadə istifadə;
- Exolotun monitorunun yığcamlığı imkan verir ki, hərəkət körpüsünün və ya digər
idarəetmə otaqlarının əlverişli yelərində quraşdırılsın;
- Yenidən baxılması üçün dərinlik haqqında son 24 saatda olan məlmatlar yaddaş
qurğusunda qeyd olunur;
- Exolot İMO – nun MSC.74(69) Annex 4.(Əlavə) tələblərinə cavab verir.

Şəkil 76.“ FE-700” tipli exolotun funksional sxemi.

Komplektinin tərkibi:

 FE-701 tipli displey;


 FE-702 tipli paylayıcı qutu;
 MB-502 (50V– 6V üçün) və MB-504 (200V– 8V üçün) tipli kommutatorlar;
 15 metr kabel xətti ilə hidroakustik antenna;
TTF-5600 (Xdr 50V -6V üçün), TTF-2000 (Xdr 200V-8V üçün) antenna
tankları.
Əsas texniki göstəriciləri:

Displey: 6,5LCD, monoxrom 8 rəngli


və ya 8 kölgəli, 320x234mm

Ekranın rejimləri: Nav, History, Logbook, OS


Data

Tezlik: 50 və ya 200kHs;

Sərf olunan güc: 600Vt;

Diapazonların 5m; 10m; 20m;


şkalası: 40;
100m; 200m; 400m;

800m.

Dəqiqlik: Seçilmiş diapazonun ±2,5% - i

Minimal diapazon:

200kHs 1,2m

50kHs 2,0m

Xəbərdarlıq siqnalı: gərdinlikdə nasazlıq


yarandıqdıqda, dənizin dibini
təyin edə bilmədikdə və
təhlükəli dərinliklərdə
audiovizual siqnalizasiya;

Antennanın şüalandırma bucağı:

50V-6V 280

200V-8V 5,40

Ətraf mühitin 150S – dən +550S – yə qədər


temperaturu: (IEÇ 60945)

“ Furuno “ firmasının digər exolotları.


Yaponiyanın “Furuno” firması bir neçə modeldə naviqasiya exolotları istehsal
edir. Bu exolotları iki növə bölmək olar.

1. Ölçülmüş dərinliyin qiymətini kağız lent üzərində qeyd edən exolotlar;

2. Ölçülən dərinliyin qiymətini və dənizin dibinin relyefini (dərinlikdə olan


balıqları) rəqəmsal ekranda əks etdirən və eyni zamanda yaddaş qurğusunda qeyd
edən exolotlar;

“FE-881” tipli exolot.

Bu exolot müasir rəqəmsal texnikanın tələblərinə cavab verən. Ölçülən dərinliyin


qiyməti eni 204mm olan kağız üzərində və 3 rəqəmsal indiqatorda əks olunur..

Exolotun əsas texniki xarakteristikası.

Ölçmə diapazonu 5;10;20;50;100;200;500m.

Ölçmə dəqiqliyi ±1%

Kağız lentin ölçüsü 240mm,20m

İşçi tezlik 28;50;60;80;200kHs

“FCV-250” rəngli videoexolot.

Bu exolot universal cihazı olub həm naviqasiya, həm də balıq axtarışı üçün
istifadə olunur. Ekranda sualtı relyefin cizgisi 8 rəngdə olan görüntü şəklində verilir.
Exolotun ekranında gəminin kursunu qrafiki formada göstərən qurğuda yerləşdirilib.
Ekrandan həmçinin zaman, gəminin kursu, sürəti, en və uzunluq dairələri, dərinlik və
temperatur haqqında bir neçə məlumatı almaq olar. Bu məlumatlar cihazın yaddaş
qurğusunda saxlanılır. Ən azı 24 saat ərzində bu məlumatlara baxmaq olar.
Exolotun əsas texniki xarakteristikası.

Ölçmə diapazonu geniş seçim, 2000metrə


qədər maksimum
dərinlik

İşçi tezlik 28,50,88 və ya 200kHs

Ekranın ölçüsü 10 düyum (254mm)

"JRC JFE-380" tipli naviqasiya exolotu.

"JRC JFE-380" tipli naviqasiya exolotu Rusiya Dəniz Gəmiçiliyi Registri


tərəfindən sertifikatlandırılıb. Exolot İMO –nun A.649(17), A.224(VII)
rezolyusiyalarının və MSÇ.74(69) bəndinin IV əlavəsində göstərilən dəniz naviqasiya
gəmilərinin radionaviqasiya avadanlıqları qaydalarının V bölməsinin ("Naviqasiya
avadanlıqları") tələblərinə cavab verir (Şəkil 77).

Exolotun idarə orqanlarına aşağadakı cihazlar daxildir:

- Kompakt displey (6,5TFT);


- Printer;
- Son 24 saatda əldə olunmuş məlumatların yenidən baxılması üçün yaddaş qurğusu;
- Məlumatların IEÇ 61162 formatında çıxışı;

Şəkil 77.“ JRC JFE-380” tipli exolotun displeyi.


Əsas texniki göstəriciləri:

Tezlik: 50kHs; 200kHs

Cıxış gücü: 50kHs – 0,5kVt; 200kHs – 1kVt

Displey: 10,4 rəngli TFT LÇD (480x640 pixel)

Exosiqnalın rəngi: monoxrom 8 rəngli və ya 8


kölgəli

Rəqəm 4rəqəm (0,1m);


hesabı:

Dərinlik 0-10m; 0-20m; 0-50m;


şkalası:
0-100m; 0-200; 0-500m;

0-800;

Ölçmə dəqiqliyi: ölçülən dərinliyin ±2,5% - i


qədər;

Minimal dərinlik:

50kHs 2m;

200kHs 1m;

Göndərmə tezliyi:

10;20;50m-lik şkala 171 impuls/dəqiqə

100;200m-lik şkala 86 impuls/dəqiqə

500; 800m-lik şkala 46 impuls/dəqiqə

Məlumatın ötürülməsi Standart/history/docking


rejimi:

Exosiqnalın göndərilmə zamanı 5,10,20,30dəqiqə

Avtomatik qurulma: Güclənmə,diapazon


Qəza Dərinlik, enerji itgisi, sistem xətası
siqnalizasiyası:

Məlumatın saxlanması: 24 saat yazı

IEÇ 61162-1 NMEA0183 ver1.5(DBS/DBT/DBK)


formatda ver2.3JRC/(ALM/DPT)
çıxış:

IEÇ 61162-1 NMEA0183ver1.5/2.3/JRÇ/RMA/RMC


formatda
/GLL/VTG/ZDA/GGA/ACK
giriş:

Qidalanma:

Əsas: AC100-115/200-230V±15%,
50/60Hs±5%
Siqnalizasiya:
DC24V-10%+30%

Enerji itgisi: 50Vt-dan az

Temperatur rejimi:

İşçi: -150- dən +550 – yə qədər

Saxlanma: -250- dən +750 – yə qədər

Qabarit ölçüləri: 295,5x334x187,2mm

Kütlə:

Displey: 8kq

Birləşdirici qutu: 4kq

50kHs-lik transdyuser: 20kq

200kHs-lik transdyuser: 22kq

Komplektə daxil olan cihazların markası:


Displey JFE-680

Birləşdirici qutu AW-154F-50 / AW-154F

Transdyuser NKF-345 (50 kHs)/NKF-341(200 kHs)

"JRC JFE-582" və "JFE-585" tipli naviqasiya exolotları.

Rusiya Dəniz Gəmiçiliyi Registri tərəfindən sertifikatlandırılıb;

İMO – nun yeni A.224 Rezolyusiyasının və MSC.74(69) əlavə IV standartlarına


cavab verir;

Məlumatları rəqəmsal şəklində və kağızda qeyd edərək göstərir;

Şəkil 78.“ JRC JFE-582” tipli exolotun displeyi.

Kağıza məlumatların qeyd olunması söndürüldükdə belə exolot işləyir. Rəqəmsal


şəklində məlumatları xarici qurğulara ötürür və siqnalizasiya qurğusunun işi təmin
olunur (Şəkil 75);

Əvvəlki modellərinə nisbətən yığcam və müasirdir (əvvəlkinin çəkisinin 20% və


ya 6kq yüngül);

Məlumatların IEC 61162 formatında çıxışı.

Əsas texniki göstəriciləri:


Rəqəmsal indiqator: Üçhissəli LCD (100m-ə qədər)

Yazı kağızı: 150x15mm

Kağızın hərəkət 20mm/dəq (10 dəqiqə)


sürəti (seçim ilə):
10mm/dəq (20 dəqiqə)

6,6mm/dəq (30 dəqiqə)

Stop

Rulonun uzunluğu: Max.50metr

Tezlik:

JFE -582 50 kHs

JFE -582 200kHs

Dərinlik şkalası: 0 – 10m; 0 – 25m; 0 –


50m;
0 – 0 –
250m; 500m;

Göndərmə tezliyi:

Şkala: 10; 25; 50m 133 imp/dəq

Şkala: 250; 500m 66 imp/dəq

Minimal dərinlik: 2m

Dərinliyin Tapşırılmış dərinliyin


siqnalizasiyası: qiymətindən az olduqda
audiovizual siqnal

Gərginliyin Əlavə gərginliklə yükləndikdə


siqnalizasiyası: audiovizual siqnal

İşıqlandırma: İdarəetmə panelini və kağızı


tənzimləmək üçün

IEC 61162-1 NMEA0183 (ver1.5 göndərmə


SDDBS, SDDBT, SDDBK)
formatda çıxış: NMEA0183 (ver2.3göndərmə
SDDPT)

Format JRÇ

IEÇ 61162-1 NMEA0183 (ver1.5/2.3/0180,


formatda giriş:
Format JRÇ

Qidalanma:

Əsas blok: 100/110/115/200/220/230V,


50/60Hs max 60V

24V Max 2,5Vt


Siqnalizasiya:

İşçi diapazonun tempraturu: -150- dən +550 – yə


qədər

Qabarit ölçüləri: 376x325,5x196mm

Kütlə:

Özüyazan: 11 kq

Birləşdirici qutu: 4 kq

Transdyuser: 22 kq

ZİP komplekt 1 kq

Cihazların komplekti:

Özüyazan: JFE – 582/ JFE - 582

Birləşdirici qutu: AW-154F/ AW-154F-50

Transdyuser: NKF-341/NKF-354

“ JFE-570” tipli exolot.


“ JFE-570” tipli exolot Yaponiyanın “JRC” Yapon Radio Comiya) şirkəti
tərəfindən istehsal olunur.

Cihaz komplektinə hidroakustik antena, birləşdirici qutu və özüyazan əsas qurğu


daxildir. Özüyazan cihaz dərinliyin qiymətini eni 150mm, uzunluğu isə 15m ölçüdə
olan kağız rulonda göstərilir.

Əsas texniki göstəricilər

Dərinliyi ölçmə –
diapazonu 25,45,450m

İşçi tezlik – 200 və


50khs

Antennanın diametri – 80mm

Səs dalğasının uzunluğu 50,360

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. “Atlas Echoqraph 481” tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar


qaydaları.

2. “LAZ 5000” tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar qaydaları.

3. "Furuno FE-700" tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar


qaydaları.

4. "JRC JFE-380" tipli naviqasiya exolotunun təyinatı,ttx və istismar qaydaları.


Mühazirə №10

Mövzu : Beynəlxalq Dəniz Təşkilatının naviqasiya exolotlarına dair tələbləri.


Exolotların istismar dəqiqliyi.
Mühazirənin planı:

1. Beynəlxalq Dəniz Təşkilatının naviqasiya exolotlarına dair tələbləri.


Exolotların istismar dəqiqliyi.

BDT – nin naviqasiya exolotlarına qoyduğu tələblər.

Beynəlxalq Dəniz Təşkilatı (İMO) dəniz gəmilərində naviqasiya exolotları


quraşdırılmasına dair tələbləri vardır.

 300 registr ton və daha artıq yükgötürmə qabiliyyəti olan yük və sərnişin
gəmilərində naviqasiya exolotları quraşdırılmalıdır.
 01 yanvar 2000-ci ildə və bu tarixdən sonra quraşdırılmış exolotlar 12 may 1998-
ci ildə qəbul olunmuş MSC.74(69)-cu rezalyusiyasının 4k əlavəsinin tələblərinə
uyğun olmalıdır.
 Bu tarixdə quraşdırılmış exolotlar 1971-ci ildə qəbul olunmuş İMO.A224(VII)
rezalyusiyasının tələblərinə uyğun olmalıdır.
Exolotların istismarına qoyulan tələblər aşağıdakılardır.

İMO-nun MSC.74(69) rezalyusiyasının tələblərinə uyğun olaraq sürəti 30 uzelə


qədər olan gəmilər 2-dən 200m-ə qədər dərinliyi ölçən exalotla təmin olunmalıdır.
Exalotların mütləq ölçmə diapozonları olmalıdır: 0-20 m və 0-200m

Gəminin +100 bort və kil yırğalanmasında dərinliyin ölcülmə dəqiqliyi


aşağıdakı kimi olmalıdır:

 20m-lik şkalada 0,5m və ya


 200m-lik şkalada 5,0m və ya
 Ölçülən dərinliyin 2,5 % qədər
Dərinliyin yazısı 15 dəqiqə ərzində mütləq yerinə yetirilməlidir. Dərinliyin
yazılmış qeydləri ölçülmədən keçən 12 saat ərzində yaddaşda qalmalıdır.

Exolotlar ölçdükləri dərinliyin qiymətini aşağıdakı cihazlara ötürməlidir .


 Səfərin qeydiyyat cihazına
 Gəminin kursunun idarə olunması sisteminə
 Rəqəmli displeyə.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. Beynəlxalq Dəniz Təşkilatının naviqasiya exolotlarına dair tələbləri.


Exolotların istismar dəqiqliyi.
Mühazirə №11
Mövzu : Laqların təsnifatı. Sürətinin və gedilən məsafənin ölçülməsinin nəzəri
əsasları

Mühazirənin planı:

1. Laqların təsnifatı.

2. Sürətinin və gedilən məsafənin ölçülməsinin nəzəri əsasları

Laqların təsnifatı.

Laq - gəminin sürətini və onun getdiyi məsafəni təyin edən bir cihazdır.

Muasir laqların çoxu gəminin sürətini və getdiyi məsafəni torpağa nisbətən yox,
suya nisbətən ölçürlər. Bu laqlar nisbi laqlar adlanır.

Su axınını nəzərə alıb, gəminin sürətini və gedilən məsafəni torpağa nisbətən


ölçən laqlar mütləq (absolyut) laqlardır. Mütləq laqlarla ölçülən sürət gəminin tam və
ya əsl (həqiqi) sürətidir.

Nisbi laqlar işləmə prinsipinə görə hidrodinamik (hidravlik), induksion


(hidroelektromaqnit), hidromexaniki (fırlanğıclı) laqlara bölünürlər.

Hidrodinamik (hidravlik) laqların işləmə prinspi gəmini əhatə edən su axınının


dinamik (sürət) təzyiqinin ölçülməsinə əsaslanmışdır. Gəminin hərəkət vaxtı ölçülən
təzyiq sürətin qiymətinə çevirilir. Bu laqlar dəniz donanması gəmilərində geniş tədbiq
olunurlar.

İnduksion (hidroelektromaqnit) laqlar gəmi ilə bərk bağlanmış elektromaqnitin


dəniz suyunda induktivləndirdiyi elektrik hərəkət qüvvəsinin ölçülməsinə
əsaslanmışlar. İnduktivləndirilən e.h.q. qiyməti gəminin suya nisbətən hərəkətinin
sürətindən aslıdır.

Hidromexaniki (fırlanğıclı) laqların işləməsi, hərəkət edən maye axınında vintin


(fırlanğıcın) fırlanma qanunlarına əsaslanmışdır. Gəminin altında quraşdırılmış
fırlanğıcın dövrələr sayı gəminin getdiyi məsafənin funksiyasıdır. Lakin bu laqlar az
etibarlı və istismarda əl verişli olmadığından, indiki zamanda dəniz donanmasında
tətbiq edilmir.

Gəminin mütləq (əsl) sürətini təyin edən hidroakustik, ətalət sistemləri və


geoelektromaqnit laqlara absolyut (əsl) laqlardır.

Hidroakustik laqların işləmə prinsipi şualanan və dəniz dibindən əks olunduqdan


sonra qəbul olunan ultrasəs tezliklərinin ölçülməsinə əsaslanmışdır. Ölçülən tezliklər
fərqi dəniz dibinə nisbətən şüalandırıcının sürətinə mütanasibdir.

Ətalət sistemlərin işləmə prinsipi gəminin yerə nisbətən hərəkəti vaxtı yaranan
təcilin ölçülməsinə əsaslanmışdır. Göstərilən ölçmələri akselerometr adlanan cihazlar
icra edir. Gəminin sürəti ətalət sistemlərində, təcili zamana görə inteqrallamaqla təyin
edilir.

Gioelektromaqnit laqların işləmə prinsipi yerin maqnit sahəsində gəmi ilə


hərəkət edən naqildə yaranan elektrohərəkət qüvvəsinin qiyməti gəmi hərəkətinin
sürətinə mütənasibdir.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. Laqların təsnifatı.

2. Sürətinin və gedilən məsafənin ölçülməsinin nəzəri əsasları


Mühazirə №12
Mövzu : Hidroakustik Dopler laqlar. “DS-80 Furuno” tipli müasir Dopler laqı

Mühazirənin planı:

1. Hidroakustik antennalar və dopler laqları.

2. “DS-80 Furuno” tipli müasir Dopler laqı.

3. “DS-80 Furuno” tipli müasir Dopler laqı istismarı qaydaları.

Hidroakustik antennalar və dopler laqları.

Səs enerjisi yalnız hər hansı bir enerji növünün çevrilməsi nəticəsində yarana
bilər. Hidroakustikada bu və ya başqa enerjinin səs enerjisinə və ya əksinə çevrilməsi
məsələsi xüsusi qurğuların - çevricilərin köməyi ilə həyata keçirilir. Bu qurğular
şüalandırıcılara və qəbuledicilərə bölünürlər. Bu qurğular ikisi birlikdə hidroakustik
antennalar adlanırlar .

İstənilən çevricidə elektrik enerjisinin səs enerjisinə və ya əksinə çevrilməsi


birbaşa yox, aralıq enerjisi vasitəsilə baş verir. Belə enerji antennanın rəqs sisteminin
mexaniki enerjisidir. Bu rəqs sistemi xarici təsir vasitəsilə rəqsi vəziyyətə gəlir.

Şüalandırıcıda belə xarici faktor xüsusi generatorun elektrik impulsudur.


Qəbuledicilərdə rəqs sistemini hərəkətə gətirən qüvvə, səs dalğasının təsiri nəticəsində
yaranır. Yaranmış mexaniki rəqslər, sonra elektrik rəqslərinə çevrilir. Beləliklə,
mexaniki rəqsi sistem antennanın əsas elementlərindən biridir.

Çox vaxt sistemin rolunu elastiki materialdan hazırlanmış, müəyyən tərzdə


bərkidilmiş ox (mil) və ya plastina icra edir.

Oxun rəqsi prosesi elastiki dalğaların yaranması ilə əlaqədardır. Burada dalğanın
şəkli eninə, uzununa və səthi dalğaların mühitdə həyacanlanması üçün oxun yalnız
uzununa rəqsləri istifadə olunur.

“DS-80 Furuno” tipli müasir Dopler laqı.

“DS-80 Furuno” Dopler laqı Dopler effekti əsasında işləyərək suya nəzərən
gəminin sürətini və gedilən məsfəni ölçür.
Laq gəminin sürətinin və gedilən məsafənin qiymətini ARPA, AIS və başqa
gəmi cihazlarına IEC 61162-1 siqnalı formatında ötürür.

DS-80-nin əsas xüsusiyyətləri aşağıdakılardır:

- Sadə əməliyyat. İşə salma üçün cihazın komlektində gəminin sürətini göstəricisini
yandırmaq tələb olunur.
- Cüt-şüa sistemi yırğalanmanın səbəb olduğu xətaları azaldır. Güc çeviricisi biri
burun hissəyə, digəri isə arxa hissədə olmaqla 2 səs şüası toplusunu simmetrik ayırır.
Bu səbəbdəndə sürət məlumatı kəskin dəniz şəraitində belə eyni qaydada olur.
- Sürət və məsafə haqqında məlumatlar tənzimlənən LCD ekranında görünür.
- Analoq ekran, rəqəmsal göstərici və rəqəmsal məsafə göstəricisi ekranı istəyə
uyğun qoşula bilər.
- Laq aşağıdakı Beynəlxalq standartların tələblərinə cabvab verir: IMO A.824(19),
MSC.97(72), IMO A.694(17), IEC 61023, IEC 60945 (3-cü düzəliş), IEC 61162-1 (2-
ci düzəliş)-dəki dəyişikliklərə görə

DS-80 - gəminin burun və arxa vaterlinyasına tərəf θ bucağı altında ultrasəs


dalğaları yayan, biri gəminin burun istiqamətinə, digəri isə gəminin arxa istiqamətinə
yönləndirilmiş cüt-şüaya malikdir. Qəbul edilən siqnalların tezliyi ilə ötürülən tezlik
ilə müqayisədə gəminin sürətini hesablamaq üçün, dopler effektini ölçür.

Şəkil 97.Laqın dopler effeki əsasında iş prinsipi.

Gəminin sürətini hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:

V= fd / f0 •c/2sinθ; c= sualtı sürət.


Qeyd edək ki, səs sürəti suda suyun təzyiqindən və suyun temperaturundan
dəyişə bilir, ancaq “DS-80” oxuyucusu temperatur göstəricisini işlədərək avtomatik
olaraq dəyişməni kompensasiya edir.

Şəkil 98. “DS-80 Furuno” laqının funksional sxemi

“DS-80 Furuno” Dopler laqının spesifik xüsusiyyətləri.

1. Ümumi

Sürət interval -10uz-dən + 40 uzelə


qədər

Gediş məsafəsi: 0-999,99mil

İşləmə dərinliyi: Kildən 3m-dən artıq


dərinlikdə

İşləmə tezliyi: 1,0Mhs


Sürət dəqiqliyi: ±0,1uzel

Məsafə dəqiqliyi: ±0,1 dəniz mili

Qeyd: Dəqiqlik - dayaz suyun təsirindən, küləyin təsirindən, axıntı və qabarma-


çəkilmədən və vericilərin yerləşməsindən asılıdır. Hər hansı ultrasəs tezliyinə malik
eyni cihaz sürətin qiymətinə müdaxilə edə bilər. Doppler laqının enerji ötürücüsü,
eyni növdə olan cihazın enerjiötürücülərindən ayrı olaraq uzaqda quraşdırılmalıdır.

2. Ekran hissəsi

Ekran H=15-20mm olan ağ-qara LCD,


nominal görünüş məsafəsi: 0,5m

Göstəriciləri:

Gəminin sürəti: Burun:▲**.* uzel (+40.0 uzel


maks.)

Arxa: ▼**.* uzel (-10.0uzel


maks.)

Gediş məsafəsi: ******.** Dəniz mili

Digər funksiyalar Nasazlıqların diaqnostikası və


: yoxlaması

Kontur işıqlandırma

Tezlik 1.2 kHz


parametrləri:

Yoxlama: Yandırma-söndürmə vaxtının növbə


dövrü

3.Rəqəmsal İnterfeys
Seriyalı siqnal
Çıxış: 2 port; IEC 61162-1-də VBW,

VLW (NMEA 0183 Versiya: 2.0)


Giriş: 1 port; İEC 61162 (NMEA 0183
Versiya: 2.0)
Analoq siqnal Analoq ekran üçün sürət siqnalı: 2 port
-3.3 mA ˗ 10 mA/ -10 uzel ˗ +30 uzel
Cari analoq buraxılışı: 1port 4mA ˗ 20 mA/ -10 uzel ˗ +30 uzel Gərginliyin analoq
buraxılışı:1 port-3.3V˗10V/-10uzel˗+30uzel
Gediş məsafəsi buraxılışı 2 port; İrəli sürətdə hər bir 0.005

dəniz milində bağlanma üçün

əlaqə. 30 VDC: 0.4 A


Sistemin Yoxlama siqnalı: 1 port, 30 VDC:0.2A Sükuta

görə bağlıdır.

4.Güc təchiaztı
Güc sərfiyyatı: 100/110/115/200/220/230 VAC:

1.5/0.7 A maks., 1 faza, 50-60 Hz

5.Ekoloji vəziyyət (IEC 60945)


Ətraf mühit temperaturu : -15˚S-dən +55˚S-ə (hissələri

qorunmuş sahə üçün)


Analoq ekran : 0˚S-dən +50˚S-ə
Nisbi rütubət: 40˚S-də 95%

6. Boyanılma rəngləri

Ekran hissəsi: Örtük: Munsel 2.5 GY5/1.5

(açıq-boz) Panel: N3.0 (boz)


Paylayıcı qutu: 2.5 GY5/1.5 (açıq-boz)
Verici hissə: 2.5 GY5/1.5 (açıq-boz)
Terminal qutusu: 2.5 GY5/1.5 (açıq-boz)
Analoq ekran: 2.5 GY5/1.5 (açıq-boz)
7.Kompas təhlükəsizlik məsafəsi
Ekran hissəsi/Rəqəmsal göstərici/Rəqəmsal məsafə göstəricisi
Standart: 0.50 m, Sükan: 0.40 m
Verici hissə: Standart: 2.05 m, Sükan: 1.40 m
Paylayıcı qutu: Standart: 3.10 m, Sükan: 2.10 m
Terminal qutusu: Standart: 0.65 m, Sükan: 0.45 m

Təhlükəsizlik tədbirləri.

Doza dərəcəsinə səbəb olan heç bir hissə yoxdur >50mm-də 0.5 mrem/s .

Ekranda zərərli radiasiya yoxdur. Bu cihazın bütün hissələri IMO Res.A.813 (19)
tələblərinə uyğun , IEC 60945-dəki EMC tələbləri ilə tamamlanmışdır.

Qeyd:

- Cihaz maqnit sahələrindən təsirləndirilmir;


- Cihaz video siqnallar ilə işləmir;
- Cihaz görüntü qətnaməsi haqqında IEC 61023 standarlarına uyğundur.
İstifadə haqqında qeydlər

“Furuno DS-80” dopler laqı gəminin sürətini 2m2 ölçü sahəsi çərçivəsində
yerləşmiş su dibindən (su təbəqəsində olan planktonlar və digər mikroorganizmlər)
əks olunan exo siqnalların Dopler Effekti əsasında tezlikləri fərqinin təyin oluması ilə
ölçür. Amma bəzi hallarda siqnal qayıtmir çünki, dərinliklərdə çox kiçik planktonlar
vardır. Belə hadisə bəzi fəsillərdə, xüsusi ərazilərdə baş verə bilər. Böyük ehtimalla
buna səbəb buz kütləsinin dəniz səthini örtməsi və planktonların dərin sularda
yayılmasıdır. Oxşar hadisə şirinsulu göllərdə baş verə bilər. Bu cür hallarda “Furuno
DS-80” dopler laqı gəminin sürətini düzgün göstərməyəcəkdir.

Dəqiqliyə şəraitin təsiri. “Furuno DS-80”dopler laqı uzun illərin təcrübəsi


və qabaqcıl texnologiyası əsasında etibarlılıq və dəqiqliklə dizayn edilib. Cihaz ən
yaxşı sistem tezliyi və güc buraxılışı seçimi ilə idarə edilir. İşlədilən səs gücünün
aşağıdakı hallarda azala və ya itə bilər:

- Kəskin hava şəraiti;


- Vibiratoların yalnış yerdə quraşdırılması. (Vintlərə, itələyicilərə, drenaj borulara
və exo səs güc çeviricisnə çox yaxın olduqda);
- Kilaltı dərinlik 3 metrdən az olduqda;
Dəqiqliyə təsir etmirlər:
- Suyun temperaturu (səs sürəti);
- Duzluluq;
- Bort /Kil yırğalanması ±10˚;
Çevirici gəminin quru dok bloklarına daxil olması zamanı dəyərək zədələnə
bilər.

EKRAN BÖLMƏSİNİN ƏMƏLİYYATLARI

1.1 İdarəetmələr

1.2 Yandırmaq/Söndürmək
1.2.1 Yandırmaq

Cihazı yandırmaq üçün [POWER] düyməsini basın. Son istifadə olunan ekran
ortaya çıxır. Misal üçün, aşağıda sürət və gediş məsafəsini göstərir.

Bar nişanı normal vəziyyətə qaytarır. Əgər cihaz donarsa, o dayanır.

Qeyd: STW - Sudakı sürət deməkdir. Bu göstərici çeviricinin temperaturuna


nəzarət edən TEST anormallıq müşahidə olunanda yanıb-sönür. Bu bildirir ki, sürət
dəqiqliyi öz spesifikasiyasına nisbətən azdır.
1.2.2 Söndürmək

Söndürmək üçün [POWER] düyməsini basın.

Qeyd: DS-80 davamlı enerji ilə təmin olunmadıqda iş rejimi uğursuz ola bilər.
DS-80-nin söndürülməsi radar kimi əlaqəli qurğuların işləməsində narahatçılğa səbəb
ola bilər.

1.3 Kontrastın İşıqtənzimləyicisi panelinin düzəlişi

1.3.1 Kontrast

1. Kontrast düzəliş dialoq qutusunu açmaq üçün [c] düyməsini basın.

2. “İdarəetmə düymələri”da ◄ ya ► düyməsinə basaraq kontrastı tənzimləyə


bilərisiz. Tənzimləmə diapozonu 0-63 arasındadır və defolt diapozon 48-dir.

3. [ENT] düyməsini basın yekunlaşdırın.

Qeyd: Cihaz qoşulu olduğu halda kontrast avtomatik olaraq defolta (48) tənzimlənir.

1.3.2 İşıqtənzimləyici panel.

1. İşıqtənzimləyicinin düzəliş dialoq qutusunu görmək üçün [DİM] düyməsini


basın.

2. “İdarəetmə düymələri” da ◄ ya ► düyməsinə basaraq işıqtənzimləyicisini


dəyişdirə bilərsiz. Tənzimləmə diapozonu 0-8 arasındadır və defolt diapozon 4-dür.

3.[ENT] düyməsini basaraq yekunlaşdırın.


Qeyd: Xaricdən idarə edildikdə [DIM] düyməsi işlək vəziyyətdə olmur.

1.4 Görüntünü seçmə.

[DISP] düyməsinə basaraq istədiyiniz görüntünü seçə bilərsiz. Istənilən vaxt


düyməni basmaqla ekranda gəminin sürəti və gediş məsafəsini ya da aşğıda tək sürəti
görə bilərsiz

- Ox göstəricili istiqamətlər: ▲ burunu, ▼ isə arxanı göstərir.


- Gediş məsafəsi göstəricisi yalnız irəliyə sürətdə ümumi gediş məsafəsini göstərir.
- Gediş məsafəsi cihaz sönülü olanda ehtiyata buraxılır.
Qeyd: Pis hava şəraitində hava qabarcıqlarının olması və digər səbəblərdən sürət
xətası baş verə bilər. Sürət xətası olanda sürət göstəricisi donur və “kn” qeyd olunur
və yanıb sönür. Əgər sürət xətası 30 saniyədən çox davam edərsə , sürət göstəricisini
cc.c-a dəyişin.

1.5 Əsas menyu əməliyyatı

DS-80-nin funksiyaları menyudan seçilir.

1. Menyunu açmaq üçün [MENU] düyməsini basın


2.”İdarəetmə düymələrindən”▲ ya ▼ basaraq punktları(cari seçim qeyd olunur)
seçirsiz və [ENT]-ə basırsız. Misal üçün, nə zaman “DİSTANCE RUN DİSPLAY”
seçsəniz növbəti ekran peyda olunacaqdır. “Distance run”(gediş məsafəsi) “Contact
closure” (bağlanma əlaqəsi) formasıdır, 200 pluses/Dəniz Mili. IEC 61162 hökmünü
seçərək paraqraf 1.6.1-i görə bilərsiz.

3.”İdarəetmə düymələrindən”▲ ya ▼ basaraq istədiyiniz punktu seçin və


[ENT]-ə basın. Misal üçün “RESET” (əvvəlki vəziyyətinə qaytarmaq)

1. “İdarəetmə düymələrindən”▲ ya ▼ basaraq menyuda istədiyiniz seçimi edin və


[ENT]-ə basın.
2. İki dəfə [MENU]-a basaraq menyunu bağlamış olursuz (Bəzi menyular [MENU]
düyməsinə bir dəfə basmağı tələb edir.).

Ədədi məlumatlaraı daxil etmək

Bəzi menyular ədədi məlumatların daxil edilməsini tələb edir. Bu “İdarəetmə


düymələri”la təşkil edilir.

1. Rəqəmlini ya işarəlini (+ ya -) seçin və “İdarəetmə düymələrindən”◄ ya ►


ilə dəyişin. (Kursor rəqəmli ya işarəlini seçdiyinizi göstərəcək.)
2. İdarəetmə düymələridan ▲ya▼ ilə tuşlayaraq hər bir rəqəmdəki sayılara daxil
ola bilərsiz. Misalçün aşağıda göstərilən “DİSTANCE RUN DİSPLAY” menyusunda
siz “SET”(quraşdırma) ilə gediş məsafə göstəricisini dəyişdirə bilərsiz.
3. İşi yekunlaşdırmaq üçün [ENT] düyməsinə basın.

1.6 Gediş məsafəsi əməliyyatı.

İstifadəçi gediş məsafə göstəricisini dəyişdirə və əvvəlki vəziyyətinə qaytara və


görüntü üsulunu seçə bilər.

1.6.1 Ekran seçmə metodu.

Defolt parametrlər bütün ekranlarda (Ekran hissəsi, Rəqəmsal göstərici, məsafə


göstəricisi) müstəqil görüntü və gediş məsafəsi göstəricisinin dəyişdiriməsini təmin
edir.
Bütün ekranlarda eyni gediş məsafəsi göstəricisini göstərmək üçün aşağıdakıları edin:

1.[MENU] düyməsini basaraq menyunu açın.

2. İdarəetmə düymələridan ▲-nı basaraq “DİSTANCE RUN DİSPLAY”nı seçin


və [ENT]-ə basın

3.“DATA DİSPLEY” (ekran məlumatları) seçərək [ENT]-ə basın


4.▲-ı basaraq IEC 61162(VLW)-ı seçin və [ENT]-ə basın.

5. İki dəfə [MENU]-a basaraq menyunu bağlamış olursuz .

1.6.2 Gediş məsafəsinin dəyişdirilməsi

Gediş məsafəsinin “DATA DİSPLEY”dən “CONTACT CLOSURE” seçilərək


dəyişdirilə bilər. Bu həm də yalnız ekran hissəsində IEC 61162 (VLW) seçməklə də
dəyişdirilə bilər.

1. Menyunu açmaq üçün [MENU] düyməsinə basın.


2. ▲-nı işlədərək “DİSTANCE RUN DİSPLAY”ı seçin və [ENT] düyməsini
basın.
3. SET( tənzimləmək)-i seçin və [ENT] düyməsini basın.
Kursor Gediş məsafəsindəki rəqəmləri soldan başlayaraq əhatəyə alacaq...

4. “İdarəetmə düymələrindən” ◄ ya ► düymələrini seçərək istədiyiniz rəqəmi


dəyişdirə bilərsiniz.
5. İdarəetmə düymələrida▲ ya▼ düymələrini basaraq , qiymətləri dəyişə
bilərsiniz. Tənzimləmə həddi 0.00 mildən 999999.99 milə qədərdir.
6. [ENT] düyməsini basın , sonra isə [MENU]-u iki dəfə basmaqla əməliyyatı
sonlalandırmış olursünüz və menyunu bağlayırsız
1.6.3. Gediş məsafəsinin sıfırlanması.

Gediş məsafəsi sıfırlanmaq üçün “DATA DİSPLEY”dən “CONTACT


CLOSURE” seçilir. Bu həmçinin ekran hissəsində IEC 61162 (VLW) seçməklə də
edilə bilər.

1. Menyunu açmaq üçün [MENU] düyməsinə basın.


2. ▲-nı işlədərək “DİSTANCE RUN DİSPLAY”ı seçin və [ENT]
düyməsini basın.
3. RESET-i seçin və [ENT] düyməsini basın.

4. “İdarəetmə düymələrindən”▼ düyməsini basaraq “ON” u seçin.


5. [ENT] düyməsini basaraq sonlandırın və iki dəfə [MENU]-u
basaraq menyunu bağlayın.
Gediş məsafəsi göstəricisi 0.00 göstərəcək.

1.7 Sistem Quraşdırılması

Sistem quraşdırılması DS-80-nin nəzərdə tutlmuş iş icrasının əsas parametlərini


təmin edir.

1.7.1 Sistem menyusunun göstərilməsi

1. Menyunu açmaq üçün [MENU] düyməsinə basın.

2. “SİSTEM MENU”-i seçin və [ENT] düyməsini basın.

1.7.2 Gəmi sürət ortalaması.

Dalğa və axıntı gəminin sürətinə təsir edir və sürət verilənləri bu menyuda


periodik olaraq ortalanır. Əgər sürət düzgün oxunmursa, sürət ortalamasının
periodunu artırın.

1.“SISTEM MENU”nu açın.

2. “SHİP SPEED AVG” seçin və [ENT] düyməsini basın.


3. Ortalama vaxt periodunu istədiyiniz 15, 30, 45 və 60 saniyə arasında seçin
4. [ENT] düyməsini basın.
5. İki dəfə [MENU]-u basaraq menyunu bağlayın.
1.7.3 Sürət ofseti (kalibrləməsi)

İstismar yoxlanışları ərzində üzüş zamanı kalibrləmə istənilən sürət laqı üçün
vacibdir. Bu kitabın 25-ci səhifəsindəki kalibrləmə cədvəlini doldur. Nəticələrdən
yararlanaraq sürət ofsetinini hesablayın və aşağıdakı kimi daxil edin. Parametrin
həddləri -25.0%dan +25.0%ə qədərdir

1. “SISTEM MENU”nu açın


2. “SPEED OFFSET”i seçin və [ENT] düyməsinə basın

3. ◄ya ► düymələrini seçərək rəqəmlərini ▲ ya ▼ düymələrini


seçərək rəqəmlərin qiymətlərini dəyişə bilərsiz
4. [ENT] düyməsini basın
5 . ENT] düyməsini iki dəfə basaraq menyunu bağlayın.

İzləmə dərinliyi

Dopler effekti DS-80 də dərinliyi 2m xəta ilə ölçür. Əgər sürətin oxunması
gəminin gövdəsinin yaxınlığındakı hava qabarcıqlarına görə qeyri-sabitdirsə, dərinlik
izini oxunmanın sabitləşməsi üçün artırın ya azaldın. Quraşdırma dərəcsi – 1.0-9.9m-ə
qədərdir.

1. “SİSTEM MENU”-u açın


2. “TRACK DEPTH”i seçin və [ENT] düyməsini basın

3. ◄ya ► düymələrini seçərək rəqəmlərini ▲ ya ▼ düymələrini


seçərək rəqəmlərin qiymətlərini dəyişə bilərsiz
4. [ENT] düyməsini basın
5. [ENT] düyməsini iki dəfə basaraq menyunu bağlayın.

1.7.5 Çevirici əvəzləməsi

Gəminin uzunluq oxuna istinad edərək ,Çeviricinin orientasiyasının deviyasıya


bucağını tənzimləyin. Bu quraşdırılma zamanı hazırlanır. Heç kimin müdaxiləsi vacib
deyil.

1.7.6 Sürət məlumat seçimi

Əgər DS-80 dəniz sürət və məsafə ölçən cihaz kimi düzgün işləməsə, ekran
hissəsi GPS sürəti və digər gəminin sürətini ölçən cihazlar üçün monitor ekranın aləti
kimi işlədə bilər.

1. “SİSTEM MENU”-u açın


2. “SPD DATA SELECT”i seçin və [ENT] düyməsini basın.

3. “GPS” seçimini edin və [ENT] düyməsini basın.


4. [ENT] düyməsini iki dəfə basaraq menyunu bağlayın.
Sürət görüntüsü informasiyası üçün aşağıdakı lövhəyə baxın.

“AUTO” vəziyyəti DOPLER sürətini (SMÖC) göstərir, amma , DS-80 düzgün


işləmədikdə, GPS sürəti göstəriləcəkdir.

Qeyd 1: Əgər laqın sürəti düzgün deyilsə, ekran hissəsi GPS sürətini oxuyur
ancaq sürət məlumatları başqa bir cihaza ötürülmür.

Qeyd 2: Dopler sürəti Doppler və GPS-in hər ikisi “AUTO” da düzgün


işləmədikdə sürəti hesalamaq üçün işlədilir.

1.7.7 Sistem menyusu 2

Sistem menyusu 2 işıq tənzimləyicinin və ekran dilinin diaqnostik yoxlanılması


və seçilməsindən ibarətdir.

1. Menyunu açmaq üçün [MENU] düyməsinə basın.


2. “SYSTEM MENU 2”ni seçin və [ENT] düyməsinə basın.

Yoxlanış: Uyğun əməliyyat üçün cihazları yoxlayın. Ətraflı “Chapter 3”ə baxın.

İşıqtənzimləyici: Paraqraf 1.3.2.-ə axın

Dil: Menyuda istifadə etmək üçün İngilis ya yapon dillərindən birini seçin.

1.8 Simulyasiya rejimi

Simulyasiya rejimi Doppler sürət siqnallarını xarici cihaza ötürür. Bu siqnlların


düzgün buraxılıını yoxlayır.
1. Menyunu açmaq üçün [MENU] düyməsinə basın.
2. “SİM”i seçin və [ENT] düyməsinə basın.

3. “SPEED”i seçin və [ENT] düyməsinə basın.


4. ◄ya► düymələrdən istifadə edərək rəqəm yerlərini dəyişin
5. ▲ya▼ düymələrindən istifadə edərək tənzimləyin (Quraşdırma
diapozonu -10.0-dan +40.0 uzelə qədərdir və istifadə üçün əsasən +10.0
uzeldir).
6. [ENT] düyməsinə basın.
7. [ENT] düyməsinə “DATA DİSPLAY” menyusunu açmaq üçün basın.

8. ▲-ı basaraq “ON”-u seçin və [ENT] düyməsinə basın.


9. [ENT] düyməsini iki dəfə basaraq menyunu bağlayın.
Simulyasiya rejimi aktiv olanda ekranın sağ yuxarı küncündə “SİM” göstəricisi
peyda olur.Simulyasiya ekranını söndürərək, “SİM” menyunu göstər və “SPD”ı
“OFF” a keçirdin.

Rəqəmsal göstərici DS-830 və Məsafə göstəricisi DS-840 ekran hissəsi kimi bəzi
nəzarətlərə malikdir. Bu fəsil ekran hissəsində yayımlanmayan xüsusiyyələri izah
edir.

2.1Rəqəmsal göstərici DS-830, Məsafə göstəricisi DS-840


2.1.1 Ekran seçimi
[DİSP] düyməsini basmaqla ekran rejimini seçmiş olursunuz. İstənilən vaxt bu düymə
basıldıqda ekranda aşağıda göstərilən kimi sürət və gediş məsafəsi ya da təkcə sürət
göstərilir.

2.1.2 Menyu əməliyyatı


Aşağıdakı görüntünü almaq üçün [MENU] düyməsinə basın.

2.İncəliklər üçün aşağıdakıları yerinə yetirin:

DISTANCE RUN DİSPLAY:

SYSTEM MENU 2: 1.7.7-ə bax Sistem Menyu 2


2.1.3 İşıqtənzimləyici və kontrastın(ziddiyyət) dəyilşdirilməsi.

Doppler sürət laqı DS-80


Analoq ekran MF-22A-1 üçün düzəliş faktoru

Məsələn: Əgər analoq sürət ölçən -15˚S-də 14.2 uzel göstərirsə, deməli sudakı real
sürət 15 uzeldir. Aşağı temperaturlarda uğurlu olmayan düzəliş 14.2 uzel göstəriş
üçün maksimum -0.8 uzel ya 5.3% xətaya səbəb ola bilər. 10.0-30.0 uzeldən yuxarı
hədlərdə ±2% -lik IMO limitini aşır, ancaq, abu diaqramdan düzəliş düzgün ölçünü
gətirir.

+55˚S-də 30 uzellik sürət həddində +0.0 uzel (2.7%) xətaya səbəb olur; IMO-nun
±2% -lik limitini aşacaq başqa nöqtə yoxdur.

Rəqəmsal və dairəvi ekranlar müxtəlif göstərərsə , rəqəmsal ekran birinci götürülür.


0˚S-50˚S-lik tempraturlarda sürətölçən heç vaxt IMO limitini aşmır.

Nasazlığın aradan qaldırılması


Bu bölmə nasazlığın aradan qaldırılması prosedurlarını izah edir. Yüksək səviyyədə
nasazlığın aradan qaldırılması Xidmət Təlimat kitabçasındakılara istinad edilərək
hazırlanır.

Əgər sürət göstəricisində hər hansı qeyri-normallıq müşahidə olunarsa dillerlə


məsləhət üçün əlaqə saxlayın.

3.3. Diaqnostikalar, Proqram nömrələrinin yoxlanılması

Diaqnostik təsis mexanizmi ROM,SİO və ekran proqramı olan ID-nı yoxlayır.

1. Menyunu açmaq üçün [MENU] düyməsinə basın.


2. “SYSTEM MENU2”-ni seçin və [ENT] düyməsinə basın.

3. [ENT] düyməsinə basın. Aşağıdakılar görünəcəkdir.


4. Yoxlamaya başlamq üçün [ENT] düyməsinə basın. Tezliklə ekran
bitişik sütunun yuxarısında görsənərək dəyişəcək. ROM, RAM və SİO (əgər
xüsusi əlaqələndirici vasitə işlənirsə) müvafiq əməliyyatlar üçün yoxlanılır və
nəticələr “OK” ya da “NG”(yaxşı deyil) kimi göstərilir. “NG” halı olduqda
məsləhət üçün dillerlə əlaqə saxlayın. Proqram nömrəsi də burda peyda olur.
“PUSH KEY” yazılanda sorğu –sualsız, idarəetmələri yoxlayın. Hər hansı
əməliyyatı 5 saniyə ərzində yerinə yetirin ([POWER] –dən başqa). Əgər
əməliyyatlar normal şəkildə gedirsə Aktivləşdirilmiş kontrolun adı peyda
olunacaqdır. Qeyd etmək lazımdır ki, əgər 5 saniyə ərzində əməliyyatlar yerinə
yetirilmirsə cihaz avtomatik olaraq LCD-ni yoxlamağa başlayır.

İdarəetmə əməliyyatları və göstəriciləri

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. Hidroakustik antennalar və dopler laqları.

2. “DS-80 Furuno” tipli müasir Dopler laqı.

3. “DS-80 Furuno” tipli müasir Dopler laqı istismarı qaydaları.


Mühazirə №13
Mövzu : Hidrodinamik laqlar. “MQL-25M” və“MQL-50M” tipli hidrodinamik
laq

Mühazirənin planı:

1. “MQL-25M” və“MQL-50M” tipli hidrodinamik laqların komplekti və əsas


texniki göstərişlər.

2.“MQL-25M” və“MQL-50M” tipli hidrodinamik laqların laqın hidravlik


sistemi.

3. “MQL-25M” və “MQL-50M” tipli hidrodinamik laqların mərkəzi cihazı.

4. “MQL-25M” və “MQL-50M” tipli hidrodinamik laqların istismarı


qaydaları.

“MQL-25M” tipli hidrodinamik laq.

Laqın texniki xarakteristikaları və komplekti.

“MQL-25M” tipli hidrodinamik laq gəminin sürətini suya nisbətən 3 uzeldən 25


uzelə qədər ölçür. O, həmçinin gəminin getdiyi məsafəni də ölçür. Repiterin sürət
şkalasına görə dəqiqliyi 0,5uzel gedilən məsafə şkalası üzrə isə 0.02 mildir.
Repiterlərin mərkəzi cihaz ilə yol verilən uyğunsuzlaşdırması sürətə görə 0.25 uzel,
gedilən yol üzrə isə 0.01 mildir. Sürətin 25 uzel qiymətində maksimal işçi
hidrodinamik təzyiq 0,85kq/sm-ə bərabərdir. Qurğu, dəyişən birfazlı cərəyan ilə
110V, 50Hs gəmi şəbəkəsindən qidalandırılır. Laqın konstruksiyası onun işini
fasiləsiz olaraq, 2000 saat və daha çox təmin edir.

Laqın konstruksiyası 10% həddi aşmayan sabit xətanı aradan qaldırmağa imkan
verir.

“MQL-25M” tipli laqın komplektinə aşağıdakılar daxildirlər: Pito borusu,


hidrodinamik klinket, havayığıcıları ilə birlikdə kran paylayıcısı silfon aparatlı
mərkəzi cihaz, laqın stansiyası, paylayıcı qutular, repiterlər. Laqın əsas hissələri: sürət
və gedilən məsafənin göstəricisi (universal repiter) və sürət göstəricisidir.

Laqın hidravlik sistemi.

Hidravlik sistem, Pito borusu ilə qəbul olunan suyun tam təzyiqdən gəmi
sürətinin kvadratına mütənasib olan dinamik təzyiqin ayrılması üçündür.

Bu sistemə daxildirlər (Şəkil 91): Pito borusu (7), hidrodinamik klinket (6), kran
paylayıcısı, silfon apparatı (10), dyurit şlanqlar (5) və keçid ştuserləri (2 və 4).

Pito borusu. “MQL -25M” tipli laqın sxemində iki kanallı 9K-1 borusu
gəminin dibindən 450mm-ə qədər , 9K-2 borusu isə 950 mm-ə qədər çıxa bilər.
İkikanallı qəbuledici boru (Şəkil 92) en kəsiyi oval olan latun 3 qoldan ibarətdir.

Borunun daxilində iki kanal vardır, onlar vasitəsilə statik və tam təzyiqlər
ötürülür. Statik təzyiqin qəbulu üçün borunun aşağı hissəsində xüsusi profilləşdirici
2 taxma vardır. Statik təzyiq üç deşiklərdən qəbul olunur və taxmada olan kanallar
ilə latun qolun daxilində olan borusuna daxil olur.

Bu borunun yuxarı ucuna statik təzyiqin boru kəmərinin dyurit şlanqı keçirilir.
Tam təzyiq deşikdən (4) qəbul olunur və (10) borusuna konsentrik olan xarici kanal
ilə (11) ştuserə daxil olur. Bu ştuserə tam təzyiq boru kəmərinin dyurit şlanqı
qoşulur.
Şəkil 91. “MQL-25M” tipli laqın hidravlik sistemi.

Qəbuledici borunun yuxarı hissəsində borunu endirmək və qaldırmaq üçün


dəstəyi (9) vardır.

(8) bəndi (halqa) ilə gəminin dibindən çıxan borunun uzunluğunu tənzim etmək
olar. Borunun tam buraxılma uzunluğu 45 sm – dir.

Boruda “Burun” yazılı əqrəb vardır. “Burun – axma” xəttinə nisbətən qəbuledici
borunu düzgün istiqamətləndirmək üçün boruda (5) ştifti vardır. O, klinketin uyğun
yuvasına girir. Klinketin açıq vəziyyətində borunun qaldırılmasını məhdudlaşdırmaq
üçün (5) ştiftindən istifadə edirlər. (5) ştifti ilə məhdudlaşdırılmış hündürlüyə borunu
qaldırdıqdan sonra klinketi bağlamaq olar.

Laqın qəbuledici borusu ilə klinket arasında hermetikliyi yaratmaq üçün laqın
borusunda salnik tipli qayka (6) vardır. O, laqın klinketinə burulub bərkidilir və (7)
salniki sıxır.
Şəkil 92. Hidrodinamik boru Şəkil 93.Klinket

Klinket. Laqın qəbuledici borusunun işçi vəziyyətdə qurulması üçün təyin


olunmuşdur (Şəkil 92). Klinket gəmi dibinə qaynaq edilmiş polad dayaq halqasına (3)
flansı ilə bərkidilir. Klinketin flansı ilə onun (1) əsası arasında brezent (5) aralıq
qoyulur. Klinketin (2) korpusunun orta hissəsində (6) vintindən və (10) qapaqdan
ibarət olan bağlayıcı klapan vardır. Sükannı (7) döndərdikdə (10) qapağı vintin yivi
ilə yerini dəyişir və klinketin germetik olaraq bağlayır və ya açır. Vint (6) ilə klinketin
korpusu arasındakı germetiklik (8) doldurulması olan (9) kipgəc ilə əldə edilir.

Əsasın (1) yuxarı hissəsində qəbuledici borunun qaykası daxil olan yivi vardır.

Havayığicıları olan kran paylayıcısı. Laqın hidravlik xəttlərini müxtəlif


vəziyyətlərə çevirmək üçündür, məsələn “Iş”, “Sıfır” və “Üfürmə”. Bu vəziyyətlər
havanın laqın hidravlik sistemdən çıxarılması və hidravlik magistralların
zibillənmədən təmizlənməsi və yoxlanılması üçün təyin olunmuşlar.

Kranın hər bir vəziyyətinə suyun daxil olmasının müəyyən rejimi uyğun gəlir.
Kran paylayıcının xarici görünüşü və onun quruluşu şəkil 89-da göstərilmişdir.
Paylayıcı korpusdan ibarət olub, daxilində (6) və (7) havayığıcıları və iynəli (1), (2),
(3), (4) və (5) kranları quraşdırılmışdır. Kranlar (3) və (5) – bağlayıcıdırlar, onların
köməkliyi ilə boru kəmərləri silfon aparatına qoşulurlar. (1) və (2) boşaldıcı
kranlarıdır, onların köməkliyi ilə laqın hidravlik sistemindən hava çıxardılır.
Kranları lazımı vəziyyətlərdə düzgün qurmaq üçün paylayıcının korpusunda
sxem bərkidilmişdir (Şəkil 94c). Laqın istismarında kranların aşağıdakı
vəziyyətləri nəzərdə tutulmuşdur.

Şəkil 94. Hava paylayıcı kran.

“İşçi” (рабочее) - statik boşluq və tam təzyiq boşluğu uyğun boru


kəmərləri ilə birləşdirilir.

“Sıfır” (нуловое) - silfon apparatının hər iki boşluğuna eyni təzyiq verilir. Boru
kəmərləri bir biri ilə əlaqələnirlər.

“Yuma” (промывка) - Boru kəmərləri sistemindən (1) və (2) kranları ilə hava
çıxarılır, eyni zamanda boru kəmərlərində zibillənmənin olmaması yoxlanılır.

Havayığıcıları (6) və (7) tuncdan hazırlanmış balonlardır, onların yuxarı


hissəsində onda yığılmış hava qabarcıqlarının buraxılması üçün kran vardır.

Laqın normal işini təmin etmək üçün havayığıcının yuxarı (1) və (2) kranlarını
periodik olaraq açmaq və gözləmək lazımdır ki, boşaldıcı borulardan su ,hava
qabarcıqlarsız axsın.

Təzyiq qəbuledicisi (və ya silfon aparatı) laqın həssas elementidir. Yuxarıda


qeyd etdiyimiz kimi o, mexaniki differensial manometrdir. Cəm və statik təzyiqlər
silfon apparatına daxil olaraq, orada mərkəzi cihazın mexanizminə təsir edən, dinamik
təzyiqə çevrilir.

Silfon apparatının en kəsiyi şəkil 95-də verilmişdir


Tunc (1) - korpusun daxilində üç silfon vardır. Böyük, kiçik yuxarı və kiçik
aşağı silfonlar (11) böyük silfonun əsası ilə (membranı ilə) birləşmişlər. Membranın
mərkəzində konus şəkilli 12 dayağı preslənmişdir.

Bu dayağa ştokun (4) dayağına yay ilə sıxılan (7) ştoku söykənir. Yuxarıdan
silfon apparatı (6) qapağı ilə boltlar vasitəsilə bağlanır. Böyük silfon, kiçik yuxarı
silfon və qapağın bir hissəsi yuxarı germetik boşluğu təşkil edirlər. Bu boşluğa statik
boşluq deyirlər. Böyük silfon, kiçik aşağı germetik boşluğu yaradırlar. Bu boşluğ tam
və ya cəm təzyiq boşluğu adlanır.

Yuxarı statik boşluq 8 ştuserin köməkliyi ilə statik təzyiq boru kəməri ilə
birləşdirlir. Aşağı boşluq isə 10 ştuseri vasitəsilə tam və ya cəm təzyiqlərin boru
kəməri ilə birləşdirilir.

Silfon aparatın işləməsi aşağıdakı kimidir. Gəmi müəyyən sürət aldıqda, aşağı
boşluqda tam təzyiq, yuxarıda isə statik təzyiq yaranır. Böyük silfonun əsasına
(membrana) cəmlənmiş təzyiq təsir edəcəkdir. Yəni bu dinamik təzyiqə uyğundur.
Bu təzyiqin təsiri altında böyük silfonun əsası, deməli, ştoku yuxarıya hərəkət
edəcəkdir. Bu zaman mərkəzi cihazın mexanizmi hərəkətə gətiriləcəkdir.

Şəkil 95. Silifon aparatı.

Silfon aparatının boşluqlarından onu su ilə doldururanlarda havanı çıxartmaq üçün


iki (9) kranı nəzərdə tutulmuşdur. Silfon apparatından suyun yuxarı və aşağı
boşluqlarından süzmək üçün (14) və (13) tıxacları vardır.
Laqın mərkəzi cihazı

Mərkəzi cihaz, silfon apparatının ştoku tərəfindən verilən mexaniki təsiri gəmi
sürətinin gəstərişinə və gedilən məsafəyə çevirmək üçün təyin olunmuşdur. Mərkəzi
cihazın xarici görünüşü şəkil 96-da göstərilmişdir. Laqın mərkəzi cihazının
mexanizmini bağlayan (1) qapaqda sürət şkalası,gedilən məsafənin (2) sayqacı və (7)
saatının müşahidəsi üçün pəncərələr vardır. Mərkəzi cihazda həmçinin iki siqnal
lampası vardır: yaşıl - (5) ”Qida” qida gərginliyinin mövcüdluğunu, qırmızı - (6)
”saatın işi” isə saat tənzimləyicinin nasazlığını siqnalizasiya edir. Sürət qovşağı
(hissəsi). Bu hissənin əsas detalları mərkəzi cihazda quraşdırılmışdır. Bu mexanizmə
aşağıdakılar daxildirlər:

- dinamik təzyiqin kompensatoru. O, (11) qolundan, (6) yayından, (5) konoiddən,


(2) dəqiq və kobud hesab kartuşkalarından ibarətdir;
- kontakt-izləyici sistem. Bura (9) hərəkət edən kontakt, kolodkası və ADP-tipli
sürət mühərriki daxildir.
Təzyiq altında (12) işçi stolu yuxarı hərəkət edərək, əsas (11) qolunu sola
dönməyə məcbur edir. Bu zaman sürüşən (9) kontaktı (1) sürət elektrik müharrikini

işə salır.

Şəkil 96. Mərkəzi cihaz.

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.
Nəzarət sualları:

1. “MQL-25M” və“MQL-50M” tipli hidrodinamik laqların komplekti və əsas


texniki göstərişlər.

2.“MQL-25M” və“MQL-50M” tipli hidrodinamik laqların laqın hidravlik


sistemi.

3. “MQL-25M” və “MQL-50M” tipli hidrodinamik laqların mərkəzi cihazı.

4. “MQL-25M” və “MQL-50M” tipli hidrodinamik laqların istismarı


qaydaları.
Mühazirə №14
Mövzu : İnduksion laqlar. “İEL-2M” və “İEL-2” İnduksion elektron laqlar.

Mühazirənin planı:

1. İnduksion laqlar. “İEL-2M” və “İEL-2” İnduksion elektron laqların


komplekti və əsas texniki göstərişlər.

2. “İEL-2M” və “İEL-2” İnduksion elektron laqların işləmə prinsipi.

3.“İEL-2M” laqının cihazlarının konustruksiyaları.

4. “İEL-2M” və “İEL-2” İnduksion elektron laqların istismarı qaydaları.

“İEL-2M” induksion elektron laqı.

Cihazların komplekti və İEL-2M laqın əsas texniki göstəriciləri.

“İEL-2M” induksiya elektron laqı başqa laqlar kimi, gəminin sürətinin və


gedilən məsafənin ölçülməsi üçün təyin olunmuşdur. O nisbi sürəti ölçür, yəni
gəminin sürətini suya nisbətən təyin edir . Gəmi sürətinin və onun getdiyi məsafənin
indiqasiyası üçün laqda iki qurğu vardır: sürət göstəricisi və məsafə sayğacı. Hər iki
indiqator məsafəli repiter verilişi ilə təchiz olunmuşdur (Şəkil 84). “İEL-2M”
laqınının komplektinə aşağıdakı cihazlar daxildir:

- induksiya çevricisi (cihaz 9);


- qida cihazı;
- uzlaşdırıcı cihaz (cihaz 29);
- gəminin sürət göstəricisi (cihaz 1);
- gəminin V sürətinin və gedilən S məsafəsinin göstəricisi (cihaz 5);
- məlumatların (informasiyaların) çoxaldıcısı (cihaz 59), (cihaz 119).
Cihaz 9 - elektrik siqnalının vericisidir. Bu siqnal suya nisbətən gəminin sürətinə
mütənasibdir. Bu cihaz xüsusi kilinketdə qurulur. İnduksiya çevricisinin iki
modifikasiyası vardır: gəminin korpusu ilə bir səviyyədə qurulma və gəminin
dibindən 890 mm-ə qədər irəli çəkilmə ilə qurulma.
İndiki zamanda dəniz donanmasının gəmilərində gəmi korpusu ilə bir səviyyədə
qurulmuş induksiya çeviricilərindən istifadə edilir (cihaz 9D). Cihaz 9-un klinketdə
yerləşdirilməsi, onun işdən çıxdığı halda asan dəyişdirilməsinə imkan verir.

Sualtı qanadlı gəmilərdə cihaz 9-un əvəzinə cihaz 64 istifadə olunur və onlar
stasionar montaj edilir.

Cihaz 6 - cihaz 9-dan (və ya cihaz 64) - daxil olan siqnalı gəminin V sürətinə və
onun keçdiyi S məsafəyə çevirmək üçün təyin olunmuşdur. Cihaz 6 çevrici,
induksiya, nəzarət və idarə blokları vardır. Mərkəzi cihazın hissələri müasir elektron
sxemləri əsasında icra olunmuşdur.

Cihaz 3 - gəmi şəbəkəsinə (220V) qoyulmuşdur. O, laqın sxeminə tələb olunan


gərginliklərin qiymətlərini vermək üçündür; yəni sabit 5, 10, 16, 35, 90V, dəyişən 7,
12, 20V. bundan başqa, cihazda laqın işləməsi üçün lazım olan ~Uday dayaq
gərginliyi də yaradılır.

Cihaz 29 - induksiya çevricisinin çıxış müqavimətini cihaz 6-nın ölçmə


sxeminin giriş müqaviməti ilə uzlaşdırır. Uzlaşdırıcı cihazda siqnalın ilkin
gücləndiricisi yerləşdirilmişdir.

Cihaz 1 - sürətin rəqəm indiqatorudur (0 uzeldən 30 uzelə qədər).

Cihaz 5 - də gəmi sürətinin rəqəm göstəricisi və onun keçdiyi məsafənin


mexaniki sayğacı yerləşdirilir.

Cihaz 59 - alınmış məlumatların çoxaldılmasına imkan verir və laqın sxeminə


əlavə olaraq gəmi sürətinin və onun keçdiyi məsafəni göstərən yeddi repiter qoşmaq
imkanını verir.

Cihaz 119 - gəmi sürətinin rəqəm kodunu analoq formalı V siqnalına çevirir. Bu
laqın girokompasa və radara qoşulması üçündür.
Şəkil 84. Funksional sxem.

Laqı gəmidə yerləşdirən zaman çalışmaq lazımdır ki, ayrı-ayrı cihazlar


arasındakı birləşdirici kabellərin uzunluqları (metrlərə) aşağıda verilən qiymətlərdən
artıq olmasın:

Cihaz 3 və cihaz 29 arasında......................................150m

Cihaz 3 və cihaz 6 arasında........................................50m

Cihaz 9 və cihaz 29 arasında......................................10m

“İEL-2M” induksiya laqı gəminin sürətini (0-30) uzel hədlərində ölçülür. Bu


laqın hidrodinamik laqlarla müqayisədə əsas üstünlüyü ondadır ki, induksiya laqı
sürətlərin bütün diapazonlarında eyni yüksək dəqiqliyə malikdir. Laqın sxemi cihazın
yüksək stabilliyə və dəqiqliyi təmin edir. Dəniz suyunun duzluğu 2-dən 36‰ qədər,
temperaturu isə 2-dən 36° S qədər dəyişərsə, laqın instrumental xətası praktiki olaraq
sabit qalır. Suyun duzluğu 2-dən 0,1‰ qədər azalarsa, laqın xətası 0,1 uzeldən artıq
çoxala bilməz. Laqın komplektindəki cihazların qurulduğu otaqda temperaturun
böyük hədlərdə dəyişməsi yol veriləndir: -10°S-dən +50S-qədər; bu zaman
instrumental xəta ±0,35 uzel hədlərində dəyişə bilər.

Laqın sxemində ayrı-ayrı hissələrin işini nəzarət etməyə və nazazlıqları təyin


edən blok vardır.
Laq 50 Hs tezlik və 220 V gərginliklə, birfazlı dəyişən cəryan ilə gəmi
şəbəkəsindən qidalanır. Sərf olunan güc təxminən 170 Vt-dır (cosφ =0,7), laqın
işləmə müddəti 50000 saatdır.

İEL-2M laqın işləmə prinsipi

Laqın həssas elementi induksiya çevricisi (İÇ) olub, gəminin v sürətinə


mütənasib olan ~Uiç siqnalını hasil edir. İnduksiya çevricisnin, yəni laqın həssas
elementinin işləmə prinsipi yuxarıda, geniş izah olunmuşdur.

Şəkil 85-də isə “İEL-2M” induksiya laqının blok sxemi verilmişdir.

Gəminin hərəkəti vaxtı induksiya çevricisində (İÇ) gəminin v sürətinə mütənasib


olan dəyişən cəryan ~Uiç siqnali yaranır. Bu siqnal cihaz 29-a daxil olur, burada ilkin
İG gücləndirici vardır. Onun əsas vəzifəsi İÇ-nin çıxış müqaviməti ölçmə kanalının
gücləndiricisinin ÖKG giriş müqaviməti ilə uzlaşmaqdır.

ÖKG blokunda ~Uiç siqnalı gücləndirilir və o, sabit cəryan gərginliyinə - Us


çevrilir. Eyni zamanda siqnalın çevrilməsi ilə yanaşı ondan laq işlədikdə həmişə
yaranan kvadratura maneə siqnalı xaric edilərək xaric olunur.

Maneələrdən azad olunmuş sabit cəryan – Us siqnalı, ÖKG-nın çıxışından


gərginlik – zaman çevricisinə – GZÇ verilir. Bura eyni zamanda, sabit cəryan – Uday
siqnalı şəkilində dayaq gərginliyi ilə daxil olur. Dayaq gərginliyi qida cihazında
(cihaz 3) hasil olunur, dayaq kanal gücləndiricisinə (DKG) daxil olaraq, gücləndirilir
və sabit cəryan – Uday siqnalına çevrilir.
Şəkil 85. İEL-2M laqın işləmə prinsipi.

GZÇ– blokunda –Us və – Uday siqnallarının köməkliyi ilə düzbucaqlı impulus


hasil edilir. Bu impulusun τ müddəti gəminin V sürətinə mütənasibdir.

τ qiymətini ölçmək üçün, yəni V sürətini hesablamaq üçün, zaman-rəqəm ZRÇ


kod çevricisi vardır. Sürətin təyini, dayaq tezlikli genaratordan (f0=250Hs) daxil olan
implusların sayını τ-müddət ərzində hesablamaq ilə icra olunur. Gəminin sürəti nə
qədər çoxdursa, bir o qədər τ müddəti böyük olacaqdır və bir o qədər implusların
çoxu τ müddəti ərzində hesablanacaqdır.

Bu məlumat sürətin induksiya SİQ qurğusuna və məsafənin induksiyası MİQ


qurğusuna daxil olur. Nəticədə SİQ blokunda v - sürətin rəqəm indusiyası, MİQ
blokunda isə gedilən S məsafəsinin rəqəm induksiyası hasil edilir. Cihaz 1-ə sürət,
cihaz 5 isə sürət və gedilən məsafə verilir.

“İEL-2M” laqının cihazlarının konustruksiyaları.

İnduksiya çeviricisinin (cihaz 9). Bu, gəmi korpusunun örtüyü ilə bir səviyyədə
dibdə açılmış yarıqda qurulan bort arxasında qalan bir qurğudur. O, gəmi korpusunu
axıb keçən su axının sürətini elektrik gərginliyinə çevirilməsi nəticəsində yaranan
siqnalın vericisidir.

Şəkil 86-da induksiya çeviricisinin (cihaz 9) konstuksiyası təsvir edilmişdir. Onun


əsas hissəsi üç nüvəli (7) eloktromaqniti və ~Uiç siqnalının qəbulu üçün iki (6)
elektrodlardır. Maqnit induksiya seli yaradan, dolaqlarına ~Uqid. (tezliyi 50Hs)
gərginlikli qida cəryanı verilən elektromaqnit, üç dolağa malikdir.

Elektromaqnit dolaqları ardıcıl birləşdirilmişdir. İnduksiya çeviricisinin aşağı (5)


hissəsi izolasiya materialından hazırlanmışdır. Çıxarıla bilən (5) elektrodları İÇ-nin
(5) aşağı hissəsində yerləşdirilib və bort arxası su ilə kontaktdadır.

İnduksiya çeviricisinin (3) korpusunun daxili hissəsi epoksid qətran ilə


doldurulmuşdur və monolit konustruksiya təşkil edir. O, qayka və şpilkalar ilə cihaz
9-un (1) dayağına bərkidilir.

İÇ-nin məftilləri ilə onun (3) korpusu arasındakı izolasiyanı nəzarət edəmək
üçün korpusa lehimlənmiş (2) elektrodu vardır. Bu elektroda ayrı bir məftil bağlanır.
1-dayağının daxilindən 5 məftildən ibarət olan jqut keçir. Onlar 8 ştepsel birləşdiricisi
vasitəsilə laqın sxemi İÇ-nin elementləri ilə bağlayır.

İnduksiya çevirici klinketdə (cihaz 11) quraşdırılır. Klinketəri gəminin


korpusundan polietilən vtulkalarla izolə edilirlər. Maneə siqnallarının azaltmaq üçün
İÇ-nin bütün məftilləri ekranlanır.

Şəkil 86. İnduksiya çeviricisi.

Uzlaşdırıcı cihaz (cihaz 29). O, açılan (2) qapalı (6) korpusunda (Şəkil 87)
malikdir.
Korpusuda üç kontakt (5) plataları yerləşdirilmişdir. Bu plataya ilkin
(uzlaşdırıcı) İG gücləndirici quraşdırılmışdır. Plata 1-in aşağı hissəsi (10) oxlu
birləşmə vardır; onun köməkliyi ilə ilkin İG gücləndirici (4) jqut hörmə məftilləri ilə
laqın sxeminə birləşdirilir. Gücləndiricinin elementləri (12) ekran vasitəsilə qorunur,
burada (3) nəzarət lampasının müşahidəsi üçün (11) deşiyi vardır. Bu lampa
uzlaşdırıcı İG güclədiricinin çıxışına qoşulmuşdur və çıxış siqnalının mövcudluğunu
siqnal edir.

Şəkil 87. Uzlaşdırıcı cihaz

Cihaz-29-un laqın sxeminə qoşulması 9-salnikdən keçən kabellərin köməkliyi ilə


icra edilir. Nəmliyin azaldılması üçün cihaz 29-un daxilində dehidratlı 8 patronu
vardır.

Mərkəzi cihaz (cihaz 6). Burada induksiya laqının əsas blokları və hissələri,
həmçinin idarə və nəzarət orqanları yerləşdirilmişdir.

Şəkil 88-də cihaz 6-nın ön hissəsi göstərilmişdir, burada sürətin göstəricisi (2)
tablosu, gedilən məsafənin sayğacının (1) pəncərəsi, (3) "Şəbəkə" (yaşıl rəngli), (4)
"Nasazlıqlar" (qırmızı rəngli) və (5) "əl ilə daxil" (sarı rəngli) siqnal tabloları vardır.

Şəkil 88.Mərkəzi cihaz.


Aşağı sağ küncdə məsafə sayğacının skalasının işıqlandırılmasının parlaqlığını
tənzim etmək üçün "işıqlandırma" (7) dəstəyi yerləşdirilmişdir. Cihazın korpusunun
yan divarına laqın işə salınması üçün 6 tumbler bərkidilmişdir.

Şəkil 89-da açıq qapaqlı mərkəzi cihaz təsvir edilmişdir. Onun daxili hissəsində
(22) "Şəbəkə", (21) "Nasazlıq", (20) "Əl ilə daxil" siqnal lampaları və (18)
işıqlandırma tənzimləyicisi görünürlər. Qapağın yuxarı hissəsində sürətin rəqəm
induksiya (2) bloku qurulmuşdur:

Mərkəzi cihazın korpusunda, çıxarıla bilən ayrı-ayrı platalarda qurulmuş, laqın


sxemasının blokları və hissələri yerləşdirilmişdir:

- Sinxro impulsları hasil edən (4) bloku. Ona açarların idarə sxemi İS və düzbucaqlı
implus DİG generatoru aiddir;
- çeviricinin 5-blok; ona ölçmə kanalının ÖKG gücləndiricisi, dayaq kanalının DKG
gücləndiricisi və gərginlik-zaman GZÇ çevircisi aiddirlər;
- (7) paneli olan (6) idarə bloku. Burada idarə və nəzarət orqanları yerləşdirilmişdir;
- rəqəm süzgəcinin (8) bloku, bura rəqəm süzgəci, bölücü (k=100) implus sayğacı və
tezliklərin cəmlənmə sxemi –"VƏ"-daxildir;
- məlumatın verilməsinin (10) bloku; bu blok mərkəzi cihaza əlavə sürət və gedilən
məsafə indiqatorlarının qoşulmasına imkan verir (cihaz 1, 5, 59 və 119);
- korrektorun (11) bloku (12) kommutatoru ilə birlikdə;
- gedilən məsafənin (15) hissəsi; bu hissə addım mühərrikində və gedilən məsafə
sayğacından ibarətdir. Məsafənin hesabı (17) pəncərəsindən götürülür.
Mərkəzi cihazın korpusunun sağ hissəsində qoruyucular olan (13) paneli və
korrektorun kommutasiya qısa qapanma məftilləri olan (14) konteyneri
yerləşdirilmişdir. Qapağın daxili tərəfində aşağıdakılar görünür: (19) donuq şüşə
(onun üzərində laqın işinin nəzarəti üçün etalon sürətin qiyməti yazılır); vintaçan (1)
(onun vasitəsilə (6) idarə blokunun (7) panelində yerləşdirilmiş tənzimləyici
potensiometrlərinin qurulması icra edilir); korrektor (11) blokunun (12)
komutatorunda qısa qapanma kontakt məftillərin qurulması üçün (3) açarı; dəstək (16),
onun vasitəsilə çıxarılan platalar mərkəzi cihazdan götürülür.

Qida cihazı (cihaz 3). Burada güc transformatoru, düzləndiricilər, stabilizator,


nəzarət və siqnalizasiya elelmentləri yerləşləşdirilmişdir. Qida cihazı laqın işləməsi
üçün lazım olan aşağıdakı gərginlikləri hasil edir:
a) dəyişən cəryan 50 Hs, 6,3V gərginliyi közərmə lampalarının qidalandırmaq üçün:
(20) induksiya çeviricisinin elektromaqnitin dolağını qidalandırmaq üçün; 3R1 dəqiq
rezistordan götürülən dayaq ~Uday gərginliyi;
b) sabit cəryan (stabilləşdirilmiş) gərginlikləri -16, 35, 90 V; sabit cəryan
(stabilləşdirilmiş) gərginlik -5V- rəqəm mikrosxemlərin qidalandırılması üçün; 10 və
15 V analoq mikrosxemlərin qidalandırılması üçün.

Şəkil 89.Mərkəzi cihaz daxili hissəsi.

Şəkil 90–da qida cihazının ümumi görünüşü göstərilmişdir (açıq qapaqlı).


Korpusun daxilində aşağıdakılar yerləşdirilmişdir:

- 11 təsbit edilmiş vəziyyətləri olan (4) çevirəcəyi, sxemdə əsas gərginliklərin


yoxlanılması üçün təyin olunmuşdur;
- “Nəzarət" (3) siqnal lampası, bu lampa (4) çevirəcəyi ilə nəzarət sxeminə qoşulan
dövrədə gərginliyin mövcudluğu vaxtı yaranır (işıqlanır).
- çıxarıla bilən (5), (6) və (7) plataları. Plata (5) və (6)-da gərginlik stabilizatorları (5
və 15 V) qurulmuşdur. Plata (7)-də avtomatik nəzarət və siqnalizasiya bloku
yerləşdirilmişdir. Hər hansı bir gərginlik yox olduqda, (7)-bloku cihaz 3-də (2)
qırmızı rəngli siqnal lanpasını və həmçinin 4 lampasını cihaz 6-da yandırır;

Şəkil 90. Qida cihazı.


- "Şəbəkə" (9) söndürücü açar;
- laqın qida dövrəsindəki (8) qoruyucuları;
- qidalanmanın ayrı-ayrı dövrələrindəki (12) qoruyucuları;
- gərginliklərin nəzarəti üçün çıxış (11) yuvaları;
- siqnal (1) (yaşıl rəng) lampası, bu lanpa qida cihazının daxilində yerləşdirilmişdir
güc transformatorunun ikinci dolağında gərginliyi mövcudluğu vaxt işıqlanır (yanır);
- 5V stabilizatorlarından müdafiəsi nəzərdə tutulmuşdur. Müdafiənin işə düşməsində
sonra şəbəkə söndürülməlidir (9-açarı ilə) və 15 san-dən sonra yenidən sxemə qida
cəryanını vermək lazımdır.

Mühazirədə istifadə olunan ədəbiyyatı:


-
-
1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //
Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı –
2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II hissəBakı –
2003.
-
Nəzarət sualları:
1. İnduksion laqlar. “İEL-2M” və “İEL-2” İnduksion elektron laqların
komplekti və əsas texniki göstərişlər.

2. “İEL-2M” və “İEL-2” İnduksion elektron laqların işləmə prinsipi.

3.“İEL-2M” laqının cihazlarının konustruksiyaları.

4. “İEL-2M” və “İEL-2” İnduksion elektron laqların istismarı qaydaları.


Mühazirə №21.

Mövzu: Beynəlxalq Dəniz Təşkilatınını dəniz laqlarına dair tələblər. Müasir


laqların istismar dəqiqliyi.

Mühazirənin planı:

1. Beynəlxalq Dəniz Təşkilatınını dəniz laqlarına dair tələblər. Müasir laqların


istismar dəqiqliyi.

Fənnin (Disiplinin) öyrənilməsi prosesi DHSNÇ dair beynəlxalq konvensiyanın


Məcəlləsinə uyğun olaraq aşağıdakı səlahiyyətləri formalaşdırmağa yönəldilmişdir.

Шифр Peşəkarlıq və
компет Tələbənin(dənizçinin)
Tələbənin(dənizçinin) bacarıgı kriterlər
anlaşma və peşəkarlıq
bacarıq bilimi qiymətləndirilməsi
bacarıgı

Cədvəl A-II / 1
500 və ya daha çox val tutumlu(reqistir tutumlu) gəmi kapitanının vaxta köməkçsinin
səlahiyyətlərinə aid minimum tələblərin dəqiqləşdirilməsi.
Funksiya: Gəmisürücülüyün istismar səviyyəsində

КМК-1 Səfər keçidinin Avadanlıqla işləmək və Naviqasiya


planlaşdırılması və məlumatları düzgün tətbiq sistemlərinin işlənməsi
gəminin yerinin təyin etmək bacarığı. və yoxlanmasının
olunması Girokompas,exolot,laq və istehsalçının
maqnit kompaslarının iş tövsiyələrinə və yaxşı
prinsiplərini bilmək. dəniz təcrübəsinə
uyğun gəlir. Kurs və
pelenqlərdən düzgün
istifadəsi zamanı
maqnit(MK) və
girokompasın(GK)
xətasını düzgün təyin
etmək.

КМК-1 Sükan Sürücü İdarəetmə Gəminin nəzarət


Sistemləri Sükan metodunun seçimi
idarəetmə sistemlərinin, hava, dəniz və gəmi
əməliyyat prosedurlarının nəqliyyatının şərtlərinə
və manualdan avtomatik və ən çox gözlənilən
nəzarətə keçid bilməsi və manevrlər zamanı
əksinə. . Optimal rejimdə qətiyyətli qərarlar
işləmək üçün nəzarət qəbul etmək.
qurmaq.

Fənnin (Disiplinin) mənimsənilməsi nəticəsində tələbə:

Bilməlidir:

- fiziki və nəzəri əsasları, naviqasiya siqnalları, gecikmələr, maqnetik, geoskopik


və peyk kompaslarının işləmə prinsipləri və qurğuları;
- gyokompass və maqnit kompaslarının iş prinsipi;
- Rəhbər idarəetmə sistemləri, əməliyyat prosedurları və manualdan avtomatik
nəzarətə və arxaya keçidi;

Bacarmalıdır:

-naviqasiya avadanlıqları ilə işləmək və alınan məlumatları düzgün tətbiq etmək,


naviqasiya texniki vasitələrinə düzəlişləri müəyyən etmək və nəzərə almagı;

- girokompasın və maqnit kompaslarının düzəldilməsini nəzərə alınmasını


- gəmi ölçmələrinin aparılmasında qeyri-dəqiqlikləri nəzərə alaraq, bir sıra
ölçmələrdəki ağır səhvləri, standartları və digər normativ sənədləri istisna etmir;
- optimal rejimdə işləmək üçün avtomatik sistemlərin idarəetmələrini tənzimləmək
üçün gəminin kursunu əlindən avtomatik və arxaya keçmək;

- Müxtəlif mənbələrdən gələn məlumatları təhlil etmək, bu məlumatların istifadəsi ilə


bağlı nəticələrini müqayisə etmək və təhlil etmək;

- quraşdırılmış, istismar olunan və naviqasiya avadanlıqlarının işləkliyini müəyyən


etmək, texniki naviqasiya vasitələrinin təhlükəsiz istismarını

Yiyələnməlidir(Hakim olmalıdır):

- naviqasiya əməliyyatında və radio-elektron və texniki naviqasiya və kommunikasiya


sistemlərinin saxlanılmasında, bu sistemlərdən istifadə edərək naviqasiya
problemlərinin həlli, naviqasiya alətləri üçün düzəlişlərin hesablanması;

- texniki nəzarət və sınaq avadanlıqları və materiallarından istifadə üsulları

Mühazirədə istifadə olunan ədəbiyyatı:

1.Əliyev Ç.M., Abbasov E.O. Dəniz naviqasiyasının texniki vasitələri, Dərslik //


Bakı, ADDA-2014, 207s.
2.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” I hissəBakı
– 2003.
3.Xəlilov R.F., Subanov E.E. “Gəmi sürücülüyünün texniki vasitələri” II
hissəBakı – 2003.

Nəzarət sualları:

1. 1. Beynəlxalq Dəniz Təşkilatınını dəniz laqlarına dair tələblər.


2.Müasir laqların istismar dəqiqliyi.

You might also like