You are on page 1of 6

Azərbaycan Universiteti | Biznes Məktəbi | BBA

“MAKROİQTİSADİYYAT” fənni üzrə

SİLLABUS

Semestr: payız 2015

Müəllim: dos. Elşən BAĞIRZADƏ


Elektron mənbə: https://elsenbagirzade.wordpress.com/dersler/;
https://www.facebook.com/e.bagirzade; e.bagirzade@gmail.com; elshan.baqirzade@aseu.edu.az

Fənnin əhatə dairəsi


Fənnin məqsədi tələbələrdə makro iqtisadiyyatın təməl biliklərini formalaşdırmaqdır. Bu kursda
makroiqtisadi göstəricilərdən başlayaraq real iqtisadiyyat, pul və qiymətlər, makroiqtisadi siyasət
və açıq iqtisadiyyatın makroiqtisadi təhlilinə qədər bir çox mövzular üzrə təməl biliklər
verilməsi nəzərdə tutulmuşdur. Fənn makroiqtisadiyyatın əsas prinsiplərini əhatə etməklə, milli
gəlirin ölçülməsi, yaşayış minimumunun hesablanması, iqtisadi artım, maliyyə sistemi,
məşğulluq və işsizlik, monetar sistem və inflyasiya, açıq iqtisadiyyat, məcmu tələbə və təklif,
makroiqtsiadi siyasət kimi mövzuları özündə birləşdirir.

Öyrənmənin nəticələri:
Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:
- Təməl makroiqtisadi anlayışları şərh edə bilmək;

- Milli gəlir və yaşayış minimumunun hesablamaq;

- Ölkənin iqtisadi inkişaf imkanlarını təhlil etmək;

- Maliyyə sistemi və maliyyə siyasətini təhlil etmək;

- Məşğulluq və işsizlik problemlərini təhlil etmək;

- Monetar sistemi və monetar siyasəti təhlil etmək;

- Açıq iqtsiadiyyatın makroiqtisadi təhlilini aparmaq;

- Makroiqtisadi tarazlıqları təhlil etmək.

Ədəbiyyat:
1. N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində.
2. N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition.
3. Fənnin prezentasiyaları üçün: https://elsenbagirzade.wordpress.com/dersler/

1
Tədris proqramı*
Həftə Mövzu Tapşırıq Öyrənmə hədəfləri
Giriş: Ekonomiksin on Auditoriyada tələbələrə qıtlıq
prinsipi dərslikdə mövzunun ekonomiks
sonunda təqdim edilən səmərəlilik
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” ədalət
Ekonomiksin əsasları. bölməsindəki suallar alternativ dəyər
Azərbaycan dilində. Fəsil 1; veriləcək və cavabların marjinal dəyişmə
Həftə 1
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil bazar iqtisadiyyatı
Principles of ediləcəkdir. bazarın iflası, yan (kənar) təsirlər
Macroeconomics. 7th Edition. bazar gücü, məhsuldarlıq
Chapter 1. inflyasiya
Filips əyrisi
biznes tsikli
Milli gəlirin ölçülməsi Auditoriyada tələbələrə mikroiqtisadiyyat
dərslikdə mövzunun makroiqtisadiyyat
Mənbə: N. Qreqori Mənkyu. sonunda təqdim edilən ümumi daxili məhsul (ÜDM)
Ekonomiksin əsasları. “Təhlil üçün suallar” istehlak
Azərbaycan dilində. Fəsil 23; bölməsindəki suallar investisiya
Həftə 2 N. Gregory Mankiw. veriləcək və cavabların dövlət xərcləri
Principles of birgə müzakirəsi təşkil xalis ixracat
Macroeconomics. 7th Edition. ediləcəkdir. nominal ÜDM
Chapter 10. real ÜDM
ÜDM deflyatoru

Yaşayış minimumunun Auditoriyada tələbələrə istehlakçının qiymət indeksi (İQİ)


ölçülməsi dərslikdə mövzunun inflyasiya səviyyəsi
sonunda təqdim edilən istehsalçının qiymət indeksi
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” indeksləşdirmə
Ekonomiksin əsasları. bölməsindəki suallar nominal faiz dərəcəsi
Həftə 3 Azərbaycan dilində. Fəsil 24; veriləcək və cavabların real faiz dərəcəsi
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil
Principles of ediləcəkdir.
Macroeconomics. 7th Edition.
Chapter 11.

İstehsal və iqtisadi artım Auditoriyada tələbələrə məhsuldarlıq


dərslikdə mövzunun fiziki kapital
Mənbə: N. Qreqori Mənkyu. sonunda təqdim edilən insan kapitalı
Ekonomiksin əsasları. “Təhlil üçün suallar” təbii ehtiyatlar
Azərbaycan dilində. Fəsil 25; bölməsindəki suallar texnoloji biliklər
Həftə 4
N. Gregory Mankiw. veriləcək və cavabların azalan fayda
Principles of birgə müzakirəsi təşkil inkişafın səmərəlilik effekti
Macroeconomics. 7th Edition. ediləcəkdir.
Chapter 12.

Həftə 5 Əmanətlər, investisiya və Auditoriyada tələbələrə maliyyə sistemi


maliyyə sistemi dərslikdə mövzunun maliyyə bazarları
sonunda təqdim edilən istiqraz
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” səhm
Ekonomiksin əsasları. bölməsindəki suallar maliyyə vasitəçiləri
2
Azərbaycan dilində. Fəsil 26; veriləcək və cavabların birgə fond
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil milli əmanət (əmanət)
Principles of ediləcəkdir. dövlət əmanəti
Macroeconomics. 7th Edition. büdcə profsiti
Chapter 13. büdcə kəsiri
borc kapitalı bazarı
sıxışdırma
Maliyyənin əsasları Auditoriyada tələbələrə maliyyə
dərslikdə mövzunun cari dəyər
Mənbə: N. Qreqori Mənkyu. sonunda təqdim edilən gələcək dəyər
Ekonomiksin əsasları. “Təhlil üçün suallar” mürəkkəb faiz dərəcəsi
Azərbaycan dilində. Fəsil 27; bölməsindəki suallar risqi xoşlamamaq
N. Gregory Mankiw. veriləcək və cavabların diversifikasiya
Həftə 6 Principles of birgə müzakirəsi təşkil səciyyəvi risq
Macroeconomics. 7th Edition. ediləcəkdir. ümumi risq
Chapter 14. fundamental təhlillər
səmərəli bazarlar hipotezi
informasiya baxımından səmərəli
təsadüfi gəzinti

İşsizlik və onun təbii Auditoriyada tələbələrə işçi qüvvəsi


dərəcəsi dərslikdə mövzunun işsizlik dərəcəsi
sonunda təqdim edilən əhalinin işə yararlı hissəsi
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” işsizliyin təbii dərəcəsi
Ekonomiksin əsasları. bölməsindəki suallar dövri işsizlik
Azərbaycan dilində. Fəsil 28; veriləcək və cavabların ruhdan düşmüş işçilər
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil friksion işsizlik
Həftə 7
Principles of ediləcəkdir. struktur işsizlik
Macroeconomics. 7th Edition. iş axtarışı
Chapter 15. işsizlikdən sığortalanma
həmkarlar ittifaqı
kollektiv müzakirə
tətil
səmərəli əmək haqqı
Həftə 8 Pul sistemi Aralıq imtahan pul
mübadilə vasitəsi
Mənbə: N. Qreqori Mənkyu. hesablama vahidi
Ekonomiksin əsasları. əmanət vasitəsi
Azərbaycan dilində. Fəsil 29; likvidlik
N. Gregory Mankiw. əmtəə formasındakı pul
Principles of kağız pul
Macroeconomics. 7th Edition. valyuta
Chapter 16. tələb olunana qədər saxlanılan
depozit
Federal Ehtiyatlar Sistemi
mərkəzi bank
pul təklifi
monetar siyasət
ehtiyatlar
qismən ehtiyat saxlayan bankçılıq
ehtiyat dərəcəsi
3
pulun artma əmsalı
açıq bazar əməliyyatları
ehtiyatlar üzrə tələblər
diskont faizi

Pul artımı və inflyasiya Auditoriyada tələbələrə pulun miqdar nəzəriyyəsi


dərslikdə mövzunun nominal dəyişənlər
Mənbə: N. Qreqori Mənkyu. sonunda təqdim edilən real dəyişənlər
Ekonomiksin əsasları. “Təhlil üçün suallar” klassik dixotomiya
Azərbaycan dilində. Fəsil 30; bölməsindəki suallar monetar neytrallıq
Həftə 9 N. Gregory Mankiw. veriləcək və cavabların pulun dövriyyə sürəti
Principles of birgə müzakirəsi təşkil miqdar tənliyi
Macroeconomics. 7th Edition. ediləcəkdir. inflyasiya vergisi
Chapter 17. Fişer effekti
ayaqqabı altlığı xərcləri
menyu xərcləri
Açıq iqtisadiyyat: əsas Auditoriyada tələbələrə qapalı iqtisadiyyat
anlayışlar dərslikdə mövzunun açıq iqtisadiyyat
sonunda təqdim edilən ixrac
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” idxal
Ekonomiksin əsasları. bölməsindəki suallar xalis ixrac
Azərbaycan dilində. Fəsil 31; veriləcək və cavabların ticarət balansı
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil ticarət profsiti
Principles of ediləcəkdir. ticarət defisiti
Həftə 10
Macroeconomics. 7th Edition. balanslaşdırılmış ticarət
Chapter 18. xalis kapital axını
nominal məzənnə
dəyər qazanma
dəyərdən düşmə
real məzənnə
alıcılıq qabiliyyəti pariteti

Açıq iqtsiadiyyatın Auditoriyada tələbələrə ticarət siyasəti


makroiqtsiadi nəzəriyyəsi dərslikdə mövzunun kapitalın ölkədən uzaqlaşması
sonunda təqdim edilən
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar”
Ekonomiksin əsasları. bölməsindəki suallar
Həftə 11 Azərbaycan dilində. Fəsil 32; veriləcək və cavabların
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil
Principles of ediləcəkdir.
Macroeconomics. 7th Edition.
Chapter 19.

Həftə 12 Məcmu tələb və məcmu Auditoriyada tələbələrə geriləmə


təklif dərslikdə mövzunun depressiya
sonunda təqdim edilən məcmu tələb və məcmu təklif
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” modeli
Ekonomiksin əsasları. bölməsindəki suallar məcmu tələb əyrisi
Azərbaycan dilində. Fəsil 33; veriləcək və cavabların məcmu təklif əyrisi
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil staqflyasiya
Principles of ediləcəkdir.
4
Macroeconomics. 7th Edition.
Chapter 20.

Monetar və fiskal siyasətin Auditoriyada tələbələrə likvidliyin üstünlüyü nəzəriyyəsi


məcmu tələbə təsiri dərslikdə mövzunun multiplikasiya effekti
sonunda təqdim edilən sıxışdırma efefkti
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” avtomatik stabilləşdiricilər
Ekonomiksin əsasları. bölməsindəki suallar
Həftə 13 Azərbaycan dilində. Fəsil 34; veriləcək və cavabların
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil
Principles of ediləcəkdir.
Macroeconomics. 7th Edition.
Chapter 21.

İnflyasiya və işsizlik Auditoriyada tələbələrə Filips əyrisi


arasında qısamüddətli dərslikdə mövzunun təbii-dərəcə hipotezi
seçim sonunda təqdim edilən təklif şoku
“Təhlil üçün suallar” imtina əmsalı
Mənbə: N. Qreqori Mənkyu. bölməsindəki suallar rasional gözləmələr
Ekonomiksin əsasları. veriləcək və cavabların
Həftə 14
Azərbaycan dilində. Fəsil 35; birgə müzakirəsi təşkil
N. Gregory Mankiw. ediləcəkdir.
Principles of
Macroeconomics. 7th Edition.
Chapter 22.

Makroiqtisadi siyasətlə Auditoriyada tələbələrə Monetar və vergi-büdcə


bağlı beş mübahisə dərslikdə mövzunun siyasətçiləri iqtisadiyyatı
sonunda təqdim edilən stabilləşdirməyə
Mənbə: N. Qreqori Mənkyu. “Təhlil üçün suallar” çalışmalıdırlarmı?
Ekonomiksin əsasları. bölməsindəki suallar Monetar siyasət qaydalara tabe
Azərbaycan dilində. Fəsil 36; veriləcək və cavabların olmalı, yoxsa sərbəst olmalıdır?
N. Gregory Mankiw. birgə müzakirəsi təşkil Mərkəzi bank sıfır faizli
Həftə 15
Principles of ediləcəkdir. inflyasiyaya nail olmağa
Macroeconomics. 7th Edition. çalışmalıdırmı?
Chapter 23. Dövlət öz büdcəsini
balanslaşdırmalıdırmı?
Əmanətləri stimullaşdırmaq üçün
vergi qanunlarında islahat
aparılmalıdırmı?
Yekun imtahan
* Semestr ərzində dekanın razılığı ilə və tələbələri məlumatlandırmaqla dəyişiklik edilə bilər

Qiymətləndirmə
Qiymətləndirmə komponenti Ballar
Davamiyyət 10
5
Aralıq imtahanı 10
Kuiz 1 10
Kuiz 2 10
Kuiz 3 10
Yekun imtahan 50
Cəmi 100

Davamiyyət və davranış qaydaları:


Davamiyyət jurnalda qeyd edilir. Həftədə bir gün və bir gündə dalbadal olmaqla, 2 dərs keçilir.
Hər hansı dərsdə 15 dəqiqədən çox iştirak etməyən tələbə üçün həmin dərs jurnalında “qb”
(qaib) qeyd olunur. Qaib sayı tələbənin müvəffəqiyyətinə təsir edir (hökumət tərəfindən
tənzimlənir):
 jurnalda 4-6 “qb” (10% qaib) 1 xal aparır,
 jurnalda 7-8 “qb” (20% qaib) 2 xal aparır,
 jurnalda 9 “qb” olarsa, tələbə fənni keçə bilmir (“kəsilir”). (Diqqət! Davamiyyətlə bağlı
qaydalar sərtləşdi: İndi 30% deyil, 25% dərs buraxan tələbə fənni keçmir.)

Dərsə gəlməyən tələbə dərsə aid qeydləri və verilən tapşırıqları digər tələbələrdən əldə
etməlidir.

Dərs və imtahan zamanı mobil telefonlar və başqa elektron cihazlar söndürülməlidir. Qaydalara
əməl etməyən tələbə sinif otağından çıxarılır.

Dərs zamanı davranışınız müəllimin dərs keçməyinə və digər tələbələrin öyrənməsinə mane
olmamalıdır. Müəllimin davranışa görə tələbəni sinifdən çıxarmaq haqqı var.

Plagiat (məsələn, yetərincə istinad verilmədən internetdən köçürmə), kuizdə və ya imtahanda


köçürmə cəhdləri (köçürmə baş tutmasa belə!) və ya digər tələbə ilə müzakirə (kömək etmək və
ya kömək almaq cəhdləri) tələbənin həmin fəndən çıxarılmasına (“kəsilməyə”) səbəb olur. Belə
halları görən müəllim fakültə rəhbərliyini dərhal xəbərdar etməlidir.

Qiymətləndirmə alətlərinin məzmununun açıqlanması

Kuiz 1: Tələbələrə ilk 1-5-ci həftələrin mövzularını əhatə edən test tapşırıqları təqdim
ediləcəkdir. Tələbələr auditoriyada test tapşırıqlarını yerinə yetirəcək və aldıqları qiymətlər də
həmin gün elan ediləcəkdir.

Kuiz 2: Tələbələrə 6-10-cu həftələrin mövuzlarını əhatə edən və yuxarıda qeyd olunan dərslikdə
hər mövzunun sonunda “Tapşırıq və məsələlər” bölməsində təqdim olunan suallardan bəziləri
seçilərək veriləcək və auditoriyada yazılı cavablandırmaları tələb olunacaqdır.

Kuiz 3: Tələbələrə 1-15-ci həftələrin mövzularını əhatə edən test tapşırıqları təqdim ediləcəkdir.
Tələbələr auditoriyada test tapşırıqlarını yerinə yetirəcək və aldıqları qiymətlər də həmin gün
elan ediləcəkdir.

You might also like