You are on page 1of 19

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Mingəçevir Turizm Kolleci

Publik Hüquqi Şəxsi

Təsdiq edirəm:

Kollecin direktoru: Kamal Əhmədov

METODİKİ İŞ

Mövzu:

Tədris şöbəsinin müdiri: Abdullayev C.D

Metodist: İlyasova Ü.İ.

Fənn birləşmə sədri: Abbasova X.M.

Tərtib etdi fənn müəllimi: Abbasova X.M.

Mingəçevir 2023
Mövzu: BAZAR İQTİSADİYYATI SUBYEKTLƏRİ.

Plan:
1. Bazar subyektləri: ev təsərrüfatı, firma və dövlət
2. Ev təsərrüfatlarının gərləri və xərcləri
3. Firma resuslarının istehlakçısı və hazir məhsulun təchizatçısı kimi

4. Müəssisənin əsas təşkilati-iqtisadi formaları

5. Sahibkarlıq fəaliyyətinin mahiyyəti və vəzifələri. Biznes, sahibkarlıq fəaliyyəti

və kommersiya

6. Dövlət bazar iqtisadiyyatının subyekti kimi. Dövlət sahibkarlığı

İstifadə olunan ədəbiyyat:

1.Ağamalıyev M.Q “Kommersiya fəaliyyətinin təşkili”. Bakı 2004


2.K.P.Paşayev “Kommersiya fəaliyyətinin əsasları”. Bakı 2010
3.F.Kotler “Marketinqin əsasları”. 1993
4.F.Kotler “Управление маркетингом”. 1991
5.Ələsgərov F.N. İstehlak malları bazarı: İdarəetmə formaları və metodları.
Bakı Azərnəşr 1993.
Mövzu: BAZAR İQTİSADİYYATI SUBYEKTLƏRİ.

1. Bazar sistemi təsərrüfatçılığı bir çox bazar subyektləri ilə səciyyələnir.


Bazar iqtisadiyyatının subyektləri dedikdə ev təsərrüfatı, müəssisələr (firma) və
dövlət başa düşülür. Bütün bazar subyektləri qarşılıqlı əlaqədədirlər.
Ev təsərrüfatı iqtisadi fəaliyyətin üç əsas subyektindən biridir. Ailə və yaxud
ev təsərrüfatı bir və ya daha çox şəxsdən ibarət olan iqtisadi resuslarla təchiz edən
və əldə etdiyi pulu insanın maddi və mənəvi tələbatlarını ödəyən əmtəə və
xidmətlərin mənimsənilməsinə sərf edən iqtisadi vahiddir. Daima insanın, ailənin
yaşadığı iqtisadi obyektləri və orada baş verən prosesləri əhatə edir.
Ailənin bazar münasibətlərində rolu olduqca mürəkkəbdir. Ailə ev
təsərrüfatının müxtəlif problemlərini, ailə biznesinin idarə olunması, iş qüvvəsinin
təkrar istehsalı, istehlak tələbinin lazimi səviyyəsinin təmin edilməsi, investisiya
potensialının yaradılması və digər məsələləri həll edir. Ev təsərrüfatları bazar
iqtisadiyyatını istehsal amilləri ilə təmin edir, onları resurs bazarına çatdırırlar.
Əvəzində aldıqları pulu öz tələbatları ödəmək üçün əmtəə və xidmətlərin
alınmasına sərf edirlər. Ev təsərrüfatının aparılması ailənin istehsal fəaliyyətinin
nəticəsidir. Ailənin tələbatını ödəmək üçün xidmətlər və məhsul hazırlanır.
Firma(müəssisə) hüquqi şəxs statusuna malik olan sənaye və.s sahələrdə
fəaliyyət göstərən müəssisə yaxud ticarət hüquqi normalarına uyğun olaraq ölkədə
yerləşən və qeydiyyatdan keçən ictimai əmək bölgüsü prosesində əlahiddələşmiş
təsərrüfat vahididir. Firma eynicinsli və ya qarışıq müəssisələrin birliyi ola bilər.
Müasir dövrdə firmalar əsasən çox profilli istehsaldır. Çoxprofilli firmada həyat
tsiklinin müxtəlif səviyyələrində olan və müxtəlif kapital qoyuluşu tələb edən
əmtəələrin uyğunlaşdırılması baş verir. Firmanın kapitalının bir sıra sahələrə
paylaşdırılması və çoxprofilli istehsalın yaradılması kapitalın diversifikasiyası
adını alıb. Diversifikasiya firmaların başqa sahələrə nüfuz etməsi, onların əvvəlki
ixtisaslaşmadan uzaqlaşması prosesidir. Bu öz kapitalını tətbiq etmək üçün
əlverişli sahələr axtarmaq zərurətindən irəli gəlir.
Dövlət müəssisələrində istehsalın təşkilatçısı və təsisçisi kimi dövlət və ya
bələdiyyə çıxış edir. Dövlət sahibkarlıq fəaliyyəti adətən iqtisadiyyatın ya çox
yüksək ilkin kapital qoyuluşu tələb olunduğu, ya xərclərin ödənilməsi müddəti çox
uzun olduğu, yada cəmiyyət üçün zəruri məhsulun istehsalının ziyan gətirəcəyi,
əvvəlcədən, məlum olduğu sahələri əhatə edir.
İstehsal olunan məhsulun çeşidlərinə, kapital qoyulan sahələrə görə firmalar
fərqlənirlər. Ümumiyyətlə bütün firmaları iki əsas meyara görə təsnif edirlər. Yəni
kapital qoyulan mülkiyyətin forması və kapitalın təmərküzləşməsi dərəcəsinə görə.
Bu meyarlara əsasən sahibkarlıq fəaliyyətinin müxtəlif təşkilati-iqtisadi formaları
ayrılır. Bura həm dövlət, həmdə özəl müəssisələr daxildir. İstehsalın
təmərküzləşmə dərəcəsinə görə, xırda-100 nəfərə qədər; orta-500 nəfərə qədər; iri-
500 nəfərdən çox; müəssisələr olur
Kiçik firmalar çoxsaylılıqla, sürətlə yeniləşməkdə, çevikliklə səciyyələnir.
Kiçik firmalar kütləvi istehsalın və böyük xərclərin tələb olunmadığı fəaliyyət
sahələrini seçirlər. Kiçik biznes milli təşəbüskarlığın əlaməti kimi dövlət tərəfindən
dəstəklənməsi böyük rol oynayır.
Orta firmalar kiçiklərdən fərqli olaraq çoxsaylı deyil. Həmçinin, hazırda orta
firmaların azaldılmasına meyl yaranıb. Bazar iqtisadiyyatının ən qüvvətli subyekti
olan iri firmalar mühüm üstünlüklərə malikdirlər. Həmçinin bu firmalar həm
müsbət, həmdə mənfi cəhətlərə malikdirlər.
Müasir şəraitdə firmalar arasında əlaqələr mürəkkəbləşir, yeni əlaqələr
yaranır. Firmaların birləşməsi və onların biri digəri tərəfindən "udulması" prosesi
iri firmaların sayının artmasını sürətləndirir. Firmaların "udulması" prosesi və
qaydaları dövlətin siyasəti ilə qanunverici hüquqi aktlarla müəyyən olunur.
2. Ev təsərrüfatının idarə olunmasında ailə büdcəsinin təşkil olunması və idarə
edilməsi xüsusi əhəmiyyət kəsb edir. Ev təsərrüfatının büdcəsi müəyyən vaxt
ərzində (ay, rüb, il) onun gəlirlərinin və xərclərinin faktiki balansıdır.Ev
təsərrüfatının uğurlu fəaliyyətini təyin edən ən vacib məqamlardan biri onun
gəlirləri və xərcləri ilə bağlıdır. Ümumi formada ev təsərrüfatının gəlirləri və
xərcləri “ev təsərrüfatının maliyyəsi” adlanır. Ev təsərrüfatının maliyyəsi ev
təsərrüfatının üzvlərinin həyat fəaliyyətinin təmin olunması üçün zəruri olan pul
vəsaiti və maliyyə aktivləri fondunun yaradilmasi və ondan istifadə olunması ilə
bağlı münasibətlərin məcmusudur. Ev təsərrüfatının gəlirləri həm pul, həm də
natural formada olur. Natural gəlirlərə yardımçı təsərrüfatdan əldə olunan qida
məhsulları, həmçinin müəssisələrdə iş, yaxud xidmət müqabilində ödənilən natural
əmək haqqı aiddir. Ev təsərrüfatının xərcləri müxtəlif yanaşmalardan asılı olaraq
təsinifləşdirilir. Müddət baxımından aşağıdakı xərcləri fərqləndirirlər: 1.
Qısamüddətli xərclər – qısa müddətə (1-2 ay) hesablanmış xərclərdir. Məsələn,
qidaya, nəqliyyata və s. çəkilən xərclər. 2. Ortamüddətli xərclər – orta müddətə
(bir neçə ay, bəzən 1 ildən artıq) hesablanmış xərclərdir. Məsələn, paltar, ayaqqabı
və s. alınması. 3. Uzunmüddətli xərclər – uzun müddətə (bir neçə il) hesablanmış
xərclər. Məsələn, mənzil, avtomobil, mebel və s.
İqtisadi sistemdə əhalinin pul gəlirləri və məcmu gəlirlər iqtisadi inkişafın əsas
göstəriciləri kimi özünü büruzə verir. Vətəndaşların və ailələrin şəxsi gəlirləri
əmək haqlarının, təqaüdlərin, sosial yardımların, səxsi təsərrüfatda istehsal olunan
məhsulların satışından əldə olunan pul vəsaitlərinin, göstərilmiş xidmətlərə görə
ödənilən pulların, şəxsi mülkiyyətin satışından və icarəyə verilməsindən əldə
olunan gəlirlərin hesabina formalaşdırılır.
Əhalinin gəlirlərinin ifadə olunması üçün iqtisadi nəzəriyyədə gəlirlərin
mürəkkəb sinifləşdirilməsi sistemindən istifadə olunur. İstehsalın üç əsas amilini
(“əmək”, “kapital”, “torpaq”) nəzərə alsaq, onların hər biri, eyni zamanda həm
məhsul, həm də gəlir yaratmaq qabiliyyətinə malikdir. Beləliklə, bu məqamlar, bu
və ya digər formada əhalinin ilkin pul gəlirlərini təmin edir. Amillər əsasında ilkin
gəlirlərin əldə olunması ardıcıllığı aşağıdakı kimidir:
1. Əmək - əmək haqqı – muzdlu fəhlə.
2. Məhsul formasında kapital – gəlir – kapital sahibi.
3. Pul formasında kapital – faiz – kapital sahibi.
4. Təbii resurslar – renta – təbii amillərin və daşınmaz əmlakın sahibi.
İstehsal amillərinin sahibləri arasında gəlirlərin belə bölüşdürülməsi gəlirlərin
funksional bölüşdürülməsi adlanır. “Əhalinin gəlirləri” dedikdə, müəyyən zaman
kəsiyində ev təsərrüfatlarının əldə etdiyi, yaxud istehsal etdiyi pul vəsaitinin və
maddi nemətlərin külliyatı başa düşülür. Öz gəlirlərini maksimuma çatdırmaq
cəhdləri hər hansı bazar subyektinə davranışın iqtisadi məntiqini diqtə edir. Gəlir
bazar iqtisadiyyatının hər hansı aktiv iştirakçısının hərəkərlərinin son məqsədi kimi
təzahür edən fenomendir. Bu zaman gəlir bazar iqtisadiyyatının subyekti kimi
fiziki, yaxud hüquqi şəxsin fəaliyyətinin nəticələrinin pul baxımından
qiymətləndirilməsi kimi təzahür edir. İqtisadi nəzəriyyədə “gəlir” anlayışı adı
altında davamlı və qanuni şəkildə bazar subyektinin sərəncamına daxil olan pul
məbləği başa düşülür. Cəmiyyətdə gəlirlərin rolu əhalinin istehlak səviyyəsinin
gəlirlərin səviyyəsindən birbaşa asılı olması ilə müəyyən olunur. Əhalinin
gəlirlərinin səviyyəsini və dinamikasını qiymətləndirmək üçün nominal və real
gəlirlər göstəricilərindən istifadə olunur. Nominal gəlir (NG) – ayrı-ayrı şəxslər
tərəfindən müəyyən dövr ərzində əldə olunan pul məbləğidir. Nominal gəlir,
həmçinin vergiqoyma olmadan gəlirlərin səviyyəsini xarakterizə edir. Real gəlir
(RG) isə müəyyən müddətdə, qiymətlərin ümumi səviyyəsinin dəyişməsi nəzərə
alınmaqla, birdəfəlik gəlirlərin hesabına əldə edilməsi mümkün olan əmtəə və
xidmətlərin məcmusudur. Birdəfəlik gəlirlər isə şəxsi istehlak və şəxsi qənaət
üçün işlənməsi mümkün olan gəlirlərə deyilir. Belə gəlirlər nominal gəlirlərdən az
olur. Başqa sözlə desək, nominal gəlir insanların əmək haqqı, renta və digər qazanc
formasında sahib olduğu pulların kəmiyyətidir. Real gəlirlər isə nominal gəlirin
məbləğinə uyğun olaraq, alınması mümkün olan əmtəəvə xidmətlərin kəmiyyəti
kimi təyin olunur. Real gəlirin aşağı düşməsi, bir qayda olaraq, o vaxt baş verir ki,
şəxsi nominal gəlirinin artımı inflyasiyanın səviyyəsindən geri qalır. Yüksək
inflyasiya sabit nominal gəlir əldə edən vətəndaşların vəziyyətinə daha güclü mənfi
təsir göstərir. Lakin qeyri-sabit gəlir əldə edən bəzi vətəndaşlar inflyasiya zamanı
özlərinin həyat səviyyəsini yüksəldə bilərlər. Beləliklə, dəyişməz ÜDM-in mövcud
olması zamanı inflyasiya gəlirləri spesifik şəkildə paylaşdırılır. Bu zaman sabit
gəlirləri olan vətəndaşların payı azalır, digər əhali qruplarının payı isə artır. Yüksək
inflyasiyanın baş verdiyi məqamlarda isə, eyni zamanda ÜDM aşağı düşür və
əhalinin böyük hissəsinin gəlirləri azalır. Bu zaman sabit gəlirləri olan əhalinin
həyat səviyyəsinin aşağı düşməsi ilə yanaşı istehsalın həcmi də azalır və bu
xidmətlərin hazırlanması və reallaşdırılması ilə məşğul olan təsərrüfat vahidi
nəzərdə tutulur. Hər bir firma iqtisadiyyatın ilk quruluş həlqəsidir. O bir tərəfdən
texniki vahiddir, digər tərəfdən sosial vahiddir. Firma texniki vahiddir. Bu, o
deməkdir ki, orada müəyyən bir hissənin və ya məhsulun hazırlanması
texnologiyası başa çatmış olur . Firma sosial vahiddir, bu o deməkdir ki, burada
cəmiyyətin müəyyən sayda üzvləri fəaliyyət göstərir. Məhsul və xidmətlərin
istehsalı ilə əlaqədar onlar arasında iqtisadi münasibətlər baş verir. Firmalar
məqsədindən, fəaliyyətindən və davranışından asılı olaraq hər biri milli
təsərrüfatçılığın işgüzar fəaliyyətini əks etdirir. Çünki firmanın məqsədi bilavasitə
onun funksional fəallığını hərəkətə gətirir.
Firma istehsalın təşkilati-iqtisadi, sahibkarlığın xüsusi formasıdır. Firma bazar
sisteminin əsas subyektidir. Firma sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün
özünün xüsusi əmlakından istifadə edən əmlak kompleksidir. Hər bir fərdi və
kollektiv firma özünün daxili quruluşuna və satışına fəaliyyət dairəsinə malikdir.
Firma (müəssisə) sənayedə, kənd təsərrüfatında, tikintidə, ticarətdə, nəqliyyatda,
rabitədə, iqtisadiyyatın digər sahələrində yaradılır və fəaliyyət göstərilir.
Mülkiyyət münasibətlərinin yenidən qurulması ilə əlaqədar olaraq zəruri
müəssisələrin daxil olduqları mülkiyyət formaları dəyişmişdir və onların yeni
formaları meydana gəlmişdir. Bura icarə, səhmdar, kooperativ müəssisələri,
konsernlər, assosiasiyalar, konsorsiumlar, firmalar, şirkətlər və.s daxildir
Kooperativlərin fəaliyyəti kooperativ üzvlərinə yardım göstərməyə yönəlib.
Kooperativ üzvləri həm əmək sərf edənlər, həm də istehsal vasitələrinin
sahibidirlər. Hazırkı dövrdə inkişaf etmiş bazar sistemində səhmdar cəmiyyətləri
təsərrüfatın ən geniş yayılmış formasıdır. Səhmdar cəmiyyətlərində sahibkar və
işçi ayrı-ayrı subyektlərdir. Səhmdar cəmiyyəti səhmlərin satışı yolu ilə pul
vəsaitlərinin mərkəzləşdirilməsi əsasında istehsalın təşkili formasıdır.
Şirkətlər inkişaf etmiş ölkələrdə geniş vüsət alıblar. Buraxılan səhmlərin
növündən, onların bazarda dövriyyəsinin təşkilindən asılı olaraq açıq və qapalı
səhmdar cəmiyyətləri mövcuddur. Qapalı cəmiyyətlər və məhdud məsuliyyətli
cəmiyyətlər məzmununa görə eynidir. Cəmiyyətlər və səhmdar öhdəliklərinə görə
məsuliyyəti yalnız öhdəlikləri kapital müqabilində daşıyırlar. Hüquqi statusdan,
iqtisadi müstəqilliyin dərəcəsindən, şirkətlər və bölmələr arasında qarşılıqlı
əlaqələrdən asılı olaraq, konsern, konqlomerat və maliyyə qrupları da mövcuddur.
Konsern maliyyə nəzarəti əsasında hüquqi müstəqil şirkətlərin birləşməsi
nəticəsində əmələ gələn biznes təşkili formadır. Konqlomerat bir sahibə məxsus
hüquqi müstəqil şirkətlər qrupuna deyilir. Maliyyə qruplarına daxil olan firmalar
hüquqi və qismən iqtisadi müstəqilliklərini saxlayırlar. Müəssisə və firmaların
maliyyə qruplarında birləşməsi səhmdar kapitalında qarşılıqlı iştirak üzərində
qurulur. Bazar iqtisadiyyatında təsərrüfat fəaliyyəti sahibkarlıq, biznes,
kommersiya, marketinq, menecment kimi anlayışlarla xarakterizə edilir.
Sahibkarlıq mütərəqqi istehsal imkanları axtarıb tapmaq və onlara uyğun olaraq
hərəkət edib daha mükəmməl əmtəə növlərini bazara çıxarmaqdır. Sahibkarlıq
azad müəssisə prinsipləri əsasında yaranır və inkişaf edir.
İqtisadi subyektlərin bazar təsərrüfatı şəraitində sahibkarlıq fəaliyyəti xüsusi
rola malikdir. Çünki istehsal amili kimi ilkin olaraq sahibkarlıq fəaliyyəti kimi
özünü əks etdirən sahibkarlıq, istehsal prosesinin təşkili və fəaliyyəti ilə əlaqədar
olaraq istehsal amillərinin birləşdirib hərəkətə gətirilməsi ilə əlaqədar olaraq,
xüsusi fəaliyyət növü kimi meydana gəlir. Sahibkarlıq fəaliyyətinin vəzifələri
istehsal amillərini bir yerə toplamaq, maksimum mənfəət əldə etmək, iqtisadi
fəaliyyətin müxtəlif məsələləri üzrə səmərəli və düzgün qərarlar qəbul etməkdən
və.s ibarətdir. Sahibkarlıq fəaliyyətinin növlərinə istehsal, kommersiya, maliyyə,
konsultativ daxildir ki, bunların özlərinin də hamısının öz hissələri vardır.
İstehsala- innovasiya, elmi-texniki, malların istehsalı, xidmətlərin göstərilməsi,
mallarin istehsal istehlakı, xidmətlərin istehsal istehlakı və informasiya daxildir.
Kommersiya-ticarət, ticarət-tədarük, ticari vasitəçi, əmtəə birjaları; maliyyə bank,
sığorta, auditor, lizinq, fond birjaları; konsultativə- ümumi idarəetmə, kadrların
idarə olunması, marketinq, informasiya texnologiyası, ixtisaslaşdırılmış xidmətlər
daxildir. Biznes gəlir götürməyə yönəldilmiş iqtisadi fəaliyyətdir. Nəzəri və
praktiki təsnifata görə biznes, kiçik, orta və böyük fəaliyyət qruplarına bölünür.
Biznes mənfəət və şəxsi gəlir götürən iş və ya istənilən fəaliyyət növüdür. Biznes
sisteminin mahiyyəti ondan ibarətdir ki, bazar iqtisadiyyatının bir subyekti öz işi
məşğul olur. Eyni zamanda cəmiyyətdə elə mexanizmlər işlənib hazırlanıb ki, öz
iqtisadi təşəbbüsünü, işgüzarlığını, iş qabiliyyətini leqal olaraq həyata keçirən
başqa insanlara biznes xələl gətirmir. Biznes istehsal, kommersiya və maliyyə
növlərinə də ayrılır. Kommersiya mənfəət əldə edilməsi məqsədi ilə əmtəə və
xidmətlərin satışı üzrə fəaliyyətdir. Yəni kommersiya insanların məhsulun realizə
edilməsi və ticarət mənfəətinin əldə olunmasına yönəldilmiş ticarət fəaliyyətidir.
Kommersiya fəaliyyətinin idarə olunması dörd mərhələdən keçir. Birinci mərhələ
müəssisənin bazar potensialının qiymətləndirilməsi, strateji üstünlüklərin və
rəqabətliyin qiymətləndirilməsi; ikinci mərhələ məhsulun bazar potensialının
qiymətləndirilməsi, bazar növlərinin rəqiblərin və müəssisə məhsullarının
xüsusiyyətlərinin müəyyən edilməsi; üçüncü mərhələ marketinq strategiyasının
hazırlanması, bazarın öyrənilməsi; dördüncü mərhələ satış sisteminin təşkili,
satışın formalarının və üsullarının seçilməsi, satış kanalı və satış intensivliyi.
Müasir kommersiyanın başlıca rolu bilavasitə istehsala hərtərəfli xidmətdən və
tədavül sahəsinin təkmilləşdirilməsindən ibarətdir. Kommersiya fəaliyyətinin ən
geniş formasına lizinqi və faktorinqi aid etmək olar. Kommersiya fəaliyyətinin
xüsusi növü kimi marketinq özündə firma qarşısında duran məsələləri həll etmək
üçün istehsalçı ehtiyaclarını öyrənməyə, xidmət göstərməyə, təmin etməyə
yönəlmiş bir neçə fəaliyyət növünü birləşdirir. Marketinq bazar iqtisadiyyatı
şəraitində yalnız alıcı tələblərinin ilkin tədqiqi əsasında deyil, daha vacib olan,
həmin tələbin bazarda öz özünə formalaşması əsasında qurulmuş müəssisələrin
(firmalarin) fəaliyyətinin tam təşkili sistemidir. Menecment istehsalın və işçilərin
idarə edilməsinin prinsiplərinin, formalarının, metodlarının, üsulların və
vasitələrinin məcmusudur. Menecmentin əsas məqsədi istehsalın yüksək
səmərəliliyinə nail olmaq, müəssisənin, firmanın, şirkətin resurslarından səmərəli
istifadə etmək, müəssisənin firmanın fəaliyyətinə rəhbərlik etməkdir.
Menecmentdə əsas məsələ qarşıya müəssisənin maraqlarına cavab verən
məqsədlərin qoyulmasıdır. Dövlət müxtəlif hökumət təşkilatları simasında çıxış
edərək iqtisadi subyektlərin normal fəaliyyətinə təminat verən siyasi və hüquqi
hakimiyyətdir. Dövlət həm iqtisadi subyektlərin, həm də bütövlükdə cəmiyyətin
mənafelərinin normal reallaşdırılmasına nəzarət edir. Dövlət ictimai məqsədlərə
çatmaq üçün təsərrüfat subyektləri və bazar üzərində nəzarəti, lazım olanda təmin
etmək üçün hüquqi və siyasi hakimiyyəti həyata keçirən müxtəlif hökumət
idarələri ilə təmsil olunur. Dövləti təmsil edən büdcə təşkilatlarının məqsədi
mənfəət əldə etmək yox, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata
keçirmək funksiyasıdır. Bu zaman əsas məqsəd dövlətin bazar mexanizminin
işləməsi üçün normal şəraitin təmin edilməsi, ekoloji və sosial problemlərin həll
olunması məqsədi ilə təsərrüfat subyektlərinə və bazar konyunkturasına təsiridir.
Dövlət tənzimlənməsinin büdcə-vergi, kredit-pul, inzibati növləri mövcuddur.
Büdcə vergi tənzimlənməsi dedikdə, iqtisadiyyatın "ifrat qızmasının" qarşısını
almaq üçün büdcənin gəlir və xərc hissəsinin artırılması ilə, bəzən isə ölkədə
iqtisadi artımı tənzimləmək üçün defisitlə yekunlaşdırılması başa düşülür. Kredit-
pul tənzimlənməsinə faizin dərəcəsinin dəyişməsi, açıq bazarda əməliyyat, mütləq
bank əməliyyatlarının normalarının dəyişdirilməsi daxildir. Bu bankların iştirakı
ilə həyata keçirilir. Bank iqtisadiyyatın normal fəaliyyəti üçün zəruri pul
kütləsinin hərəkətini tənzimləyən maliyyə-kredit təsisatı kimi çıxış edən çoxsaylı
bazar subyektidir. Dünya iqtisad elmində dövlət bölməsi anlayışı dövlət
mülkiyyətinin özündən çox dövlətin istehsalda, bölgüdə, mübadilədə və istehlakda
iştirakı formalarının cəmi ilə bağlıdır. Dövlət sahibkarlığı fəaliyyəti iqtisadiyyatın
ya çox yüksək ilkin kapital qoyuluşu tələb olunduğu, ya xərclərin ödənilməsi
müddəti çox uzun olduğu, ya da cəmiyyət üçün zəruri məhsulun istehsalının ziyan
gətirəcəyi qabaqcadan məlum olduğu sahələri əhatə edir.
4. Firmanın, müəssisənin tam miqyasda və maksimum effektıi şəkildə
fəaliyyət göstərməsi üçün onun təşkilati-iqtisadi prinsiplərə əsaslanması son dərəcə
vacibdir. Müxtəlif dünya ölkələrinin qanunvericiliklərində firmaların konkret
təşkilati-iqtisadi formalrı haqqında vəziyyət öz əksini tapmışdır. Bu müxtəlifliklər,
müəyyən formada məhdud kateqoriyalarla ifadə etmək mümkündür. Bu
kateqoriyalar, bir qayda olaraq, sahibkarlığın xüsusiyyətlərini, firmanın öz
mülkiyyətindən istifadə özəlliklərini, həmçinin gəlirlərin bölüşdürülməsinin
prinsiplərini əks etdirir. Sözügedən kateqoriyalar sırasına aşağıdakıları aid etmək
olar: 1. Fərdi, özəl müəssisələr. Belə müəssisələrdə kapitala sahib olmaq, ondan
istifadə, gəlirlərin bölüşdürülməsi bir sahibkarın əlində cəmləşir və o, sahibkarlıq
fəaliyyətində btün məsuliyyəti və riskləri öz üzərinə götürür. 2. Paylara əsaslanan
özəl müəssisələr – kapitalın sahibləri kimi sahibkarlar qrupu çıxış edir. O,
müxtəlif formalarda sərəncamlar verir və təyinatlar edir. 3.Müxtəlif növlü
aksioner kompaniyaları – kapitalın formalaşdırılmasını, bu və ya digər şəkildə
kapitaldan istifadə edən və gəlirlərin bölüşdürülməsində iştirak edən aksionerlərin
cəlb edilməsi yolu ilə həyata keçirirlər. 4.Dövlət müəssisələri. Belə müəssisələrin
sahibləri olan dövlət, funksiyalar bölgüsünü və gəlirlərin bölüşdürülməsi
qaydalarına əməl olunmasını təmin edir. 5. Qarışıq müəssisələr – dövlətin, yerli,
yaxud xarici sərmayədarların pay iştirakı hesabına kapitalı formalaşdırırlar.
Sərəncam və təyinat funksiyaları müvafiq razılaşma, nizamnamə, yaxud xüsusi
qanunvericilik əsasında reqlamentləşdirilir. 6.Transmilli kompaniyalar –
sərəncam və təyinat funksiyalarını, kapitalın formalaşdırılmasını dövlətlərin
iqtisadi, yaxud siyasi ittifaqlarının müvafiq orqanları tərəfindən qəbul olunmuş
qanunverici və normativ aktlara uyğun olaraq həyata keçirirlər.
Müasir iqtisadi münasibətlər sistemində iqtisadi inkişafı maksimum effektli
şəkildə təmin etmək üçün innovasiya straregiyasının həlledici əhəmiyyəti vardır.
İstehsal prosesində innovasiya texnologiyalarının tətbiq edilməsi strategiyasına
münasibətlə əlaqədar müəssisələr novatorlar və imitatorlar kimi iki tipə
ayrılırlar. İnnovasiya texnologiyalarını tərəqqinin əsas şərti hesab edən firma,
bununla da öz mövcudluğunu, davamlılığını, ətraf mühitin qeyri-sabit şərtlərinə
adaptasiya olunmasını, nəhayət, ən vacib olan rəqabət qabiliyyətini zəmanət altına
almış olur.
Qeyd etmək lazımdır ki, ayrı-ayrı müəssisələrdən başqa milli və dünya
iqtisadiyyatında müəssisələrin müxtəlif növ assosiasiyaları fəaliyyət göstərir.
Məsələn, inteqrasiya olunmuş biznes qruplar. Belə qruplar müəssisələrdən və
təşkilatlardan yaranan birliklərin fəaliyyəti, mal və kredit kapitalı bazarlarında
bağlanmış adi kontraktlar çərçivəsindən kənara çıxır. İnteqrasiya olunmuş biznes
qrupların əsas təsərrüfat-təşkilati formaları sırasına divizional struktura malik olan
iri kompaniyalar daxildir: holdinq kompaniyaları (onun nəzarətində olan
müəssisələrlə birlikdə), maliyyə-sənaye qrupları, sənaye şəbəkələri təşkilatı və
s. Bu qurumların hər biri müxtəlif səviyyələrdə inteqrasiya prosesinə daxil olurlar.
Onların fəaliyyəti isə müxtəlif üsullarla tənzimlənir: mülkiyyət əlaqələri əsasında,
resurslar və xidmətlər üzərində nəzarətin konsentrasiyası əsasında, qrupun
iştirakçıları tərəfindən bəzi hakimiyyət səlahiyyətlərinin könüllü şəkildə
mərkəzləşdirilməsi əsasında.
Müəssisənin əsas təşkilati-iqtisadi formaları sırasına, həmçinin kartellər,
sindikatlar, konsorsiumlar, partnyorluqlar və digər birliklər daxildir.
Kartel təsərrüfat subyektlərinin birliyi kimi malların və xidmətlərin istehsalı
və satışı, həmçinin işçi qüvvəsinin muzda götürülməsi ilə bağlı sualların
tənizmlənməsini əks etdirən razılaşmalara əsaslanır. Sindikat müştərək
kommersiya şirkəti kimi fəaliyyət göstərən təşkilatların birliyidir. Bu birliyə daxil
olan təşkilatlar təsərrüfat və hüquqi müstəqilliyə malikdirlər və bir qayda olaraq
təchizat, satış və qiymət yaratmaqla məşğul olurlar.
Konsorsium kredit, aksiya, obliqasiya yerləşdirmələri,iri maliyyə və
kommersiya əməliyyatlarının keçirilməsi, sənaye inşaatının və iri elmi-texniki
layihələrin reallaşdırılması məqsədi ilə bankalrın, yaxud sənaye təşkiilatlarının
müvəqqəti birliklərdə təmsil olunan təşkilati formasıdır.
Sahibkarlığın ən geniş yayılmış yeni təşkilati-iqtisadi formalarından biri
“Maliyyə-sənaye qruplarıdır”. Bu qruplar sənaye, bank, sığorta və ticarət
kapitalının, həmçinin müəssisə və təşkilatların intellektual potensialının birliyi
kimi təqdim olunur.
Müəssisənin əsas təşkilati-iqtisadi formalarından biri də partnyor qruplarıdır.
Partnyor qrupları dedikdə, bir neçə şəxs tərəfindən yaradılan və onlar tərəfindən
idarə olunan firma, yaxud müəssisə başa düşülür. Partnyorluğun əsas üstünlüyü
ondan ibarətdir ki, müəssisənin, yaxud firmanın fəaliyyətinin başlanması və davam
etdirilməsi ilə əlaqədar maliyyə məsələlərini həll etmək asan olur.

5. Kapitalizm və bazar iqtisadiyatı münasibətləri sisteminin ən başlıca atributu


sahibkarlıqdır. Sahibkarlıq istehsaldan, mal satışından, xidmət göstərilməsindən
və digər işlərin icrasından sistemli şəkildə gəlirlərin əldə edilməsinə yönəlmiş,
kifayət qədər riskli iqtisadi fəaliyyətdir.
İqtisadiyyatın ən vacib elementi kimi sahibkarlığın dərindən öyrənilməsi
iqtisadi nəzəriyyənin önəmli vəzifələrindən biridir. Dünyanın ən məşhur
iqtisadçıları sahibkarlığın təbiəti və mahiyyəti haqqında ciddi elmi araşdırmalar
aparmış və mühüm nəticələr əldə etmişlər. “Sahibkarlıq” anlayışını elmi dövriyəyə
XVIII əsrin əvvəllərində ingilis bankiri və iqtisadçısı Riçard Kantilyon (1680-
1734) daxil etmiıdi. Sahibkar kimi o, gəlirlərini qeydə alan şəxsləri – sənətkarları,
kəndliləri, yəni qeyri-sabitlik və naməlumluq şəraitində iqtisadi fəaliyyətlə məşğul
olan insanları nəzərdə tuturdu. Kantilyon sahibkarın əsas əlaməti kimi, onun riskə
hazır olmasını qeyd edirdi.
Sahibkarlığın öyrənilməsinə XVIII – XIX əsrlərdə yaşamış və yaratmış
məşhur iqtisadçılar – Fransua Kene (1694-1774), Ann Rober Jak Tyurqo (1727-
1781), Adam Smit (1723-1790), David Rikardo (1772-1823), Jan-Batist Sey
(1767-1832), Alfred Marşall (1842-1924), Maks Veber (1864-1920), Verner
Zombart (1863-1941), Yozef Aloiz Şumpeter (1883-1950) və b. böyük töhfələr
vermişlər.
Bu baxımdan A. Smitin sahibkar və sahibkarlıq haqqında təhlilləri xüsusi
maraq doğurur. O, sahibkarı, ilk növbədə mülkiyyətçi kimi xarakterizə edir və
onun iqtisadi həyatda hərəkətlərini, motivlərini, davranışlarını, psixoloji durumunu
bu baxımdan təhlil edirdiAvstriya iqtisadi məktəbinin nümayəndələri Lyudviq fon
Mizes (1881-1973), Fridrix Avqust fon Hayek (1899-1992) və b. sahibkarlığı təbii
faktorlarla (torpaq, əmək, kapital, informasiya, zaman) yanaşı, iqtisadiyyatın əsas
resurslarından, yaxud amillərindən biri kimi təhlil etmişdilər. Digər bir Avstriya
iqtisadçısı Yozef Şumpeter (1883-1950) sahibkara aşağıdakı tərifi vermişdi:
“Sahibkar – yeni ideyanı, yxud ixtiranı uğurlu yeniliyə çevirən adamdır”.
Sahibkarın belə xarakteristikası ilə bağlı belə bir fikir irəli sürmək olar ki,
sahibkarlıq “yaradıcı dağıdıcılıq” güçünə malikdir. Yaradıcı dağıdıcılıq, yaxud
“kreativ dağıdıcılıq” davamlı olaraq köhnə strukturu dağıtmaq və yenisini
yartamaqla iqtisadi strukturu daxildən dəyişən sənayedə mutasiya prosesi kimi
təzahür edir. Bazarda və istehsalatda cərəyan edən bu proses, eyni zamanda, yeni
mallar, məhsullar, xidmətlər və sahibkarlığın yeni modellərini yaradır, bununla da
uzunmüddətli və dinamik iqtisadi inkişafı təmin edir.
Azərbaycan dilində “sahibkarlıq” və “biznes” anlayışları sinonim sözlər
hesab olunur, lakin onlar fərqli mahiyyət də kəsb edə bilirlər. Hər halda, bu sahədə
effektli nəticələr əldə etmək, həm gəlirin həcmindən və ölçülərindən, həm də
müəssisənin dəyərindən asılıdır.
Bir qayda olaraq, sahibkarlığın aşağıdakı formalrını ayrıd edirlər: 1. Fərdi
sahibkarlıq fərdi müəssisənin fəaliyyətində təzahür edir. 2. Kollektiv
sahibkarlığın isə aşağıdakı növləri məlumdur: kooperativlər, tam yoldaşlıqlar,
inam yoldaşlıqları, məhdud məsuliyətli cəmiyyətlər, əlavə məsuliyyətli
cəmiyyətlər, təsərrüfat tərəfdaşlığı, sərmayə yoldaşlığı, qapalı səhmdar
cəmiyyətləri, açıq səhmdar cəmiyyətləri, ailə müəssisələri. 3. Dövlət
sahibkarlığına milli iqtisadiyyat üçün zəruri olan əmtəə və xidmətləri istehsal
edən kommersiya, yaxud qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərən
dövlət müəssisələri aiddir. Dövlət sahibkarlığı, adətən, o sferalarda həyata keçirilir
ki, orada təsərrüfatçılıq özəl firmaların təbiətinə əks olur, yaxud böyük həcmdə
vəsaitlər tələb olunur və böyük risk ehtimalları var. Dövlət sahibkarlığının özəl
sahibkarlıqdan əsas fərqi ondan ibarətdir ki, burada ilkin və əsas məqsəd gəlir əldə
edilməsi deyil, iqtisadiyyatın inkişaf sürətinin yüksəldilməsi, dövri şəkildə baş
verən qeyri-tarazlığın yumşaldılması, məşğulluğun təmin edilməsi elmi-texniki
tərəqqinin stimullaşdırılması kimi sosial-iqtisadi vəzifələrin həll edilməsidir. Bu
gün dövlət sahibkarlığı fəaliyyəti özündə dəmir yolu, poçt və s. kimi strateji
cəhətdən vacib obyektləri təmsil edirFəaliyyət xarakterinə görə sahibkarlığın
istehsal, ticarət-kommersiya, maliyyə-kredit, xidmət (servis) kimi növləri
mövcuddur. Bu sahələrdə çalışan sahibkarlar öz maraqlarını müdafiə etmək üçün
sahibkarlıq birliklərində təmsil olunurlar və qanunvericiliyə uyğun olaraq, müxtəlif
birliklər yarada bilərlər.
Sahibkarlıq fəaliyyəti bir neçə vacib mərhələni özündə əks etdirir. Ilk mərhələ
start kapitalının mövcudluğu ilə bağlıdır. Sahibkarlıq fəaliyyətinə başlamaq üçün
tələb olunan start kapitalının, adətən, aşağıdakı əsas mənbələri mövcuddur. 1. Fərdi
sahibkarlıq üçün tələb olunan sahibkarın şəxsi vəsaitləri və ehtiyatları, şəxsi
mülkiyyət (mənzil, avadanlıq, maşın və s.). 2. Hüquqi şəxs üçün təsisatçılar
tərəfindən yaradılan nizamnamə kapitalı, pay maliyyələşdirilməsi. 3. Cəlb edilən
sərmayə kimi investisiya fondları və biznes-mələklər. 4. Cəlb edilən sərmayə
kimi kraudfundinqlər 5. Fiziki şəxslərdən, yaxud baklardan alınan kreditlər. 6.
Təmənnasız kömək – qrantlar– pul və natural formada təşkilatlara, müəssisələrə
və fiziki şəxslərə elmi və digər tədqiqatlar, təcürbə-konstruktor işləri, təlim, tədris,
müalicə və digər məqsədlər üçün təmənnasız verilən subsidiyalar kömək, dəstək –
yerli və dövlət büdcəsi hesabına istehlakçılara göstərilən maliyyə yardımı).
Bundan əlavə yeni başlayan sahibkarlar ictimai və hökumət təşkilatlarının,
texnoparkların kompleksi), biznes-inqubatorların (ing. business – iş, məşğuliyyət,
lat. incubus - yatmış – ideyanın meydana gəlməsindən, onun kommersiya
obyektinə çevrilməsinə qədər bütün mərhələlərdə gənc sahibkarların layihələrini
dəstəklənməsi ilə məşğul olan təşkilat) xidmətindən və yardımından istifadə edə
bilərlər.
Sahibkarlıq fəaliyyətinin, ölkənin müvafiq qanunvericilik aktlarına uyğun
şəkildə həyata keçirilməsi üçün sahibkarlıq obyekti olan müəssisənin, təşkilatın,
yaxud firmanın dövlət qeydiyyatından keçməsi və onun qanuni əsaslarda
yaradılmasını və fəaliyyətini təsdiq edən icazə sənədi - lisenziya alınmalıdır.
Dövlətin müvafiq qanunvericilik aktalrını mütəmadi qaydada pozaraq, dövlət
xəzinəsinə ödənilməli olan vergilərdən və mükəlləfiyyətlərdən yayınmaqla həyata
keçirilən sahibkarlıq qeyri-qanuni sahibkarlıq adlanır.
Müasir dövrdə sahibkarlıq fəaliyətini effektiv şəkildə reallaşdırmaq və
davamlı kommersiya uğurları əldə etmək üçün reklam qismində təbliğatın xüsusi
əhəmiyyəti vardır. Reklam marketinq kommunikasiyasında istiqamət kimi,
informasiyanın yayılmasını reklam olunan obyektə diqqət yetirilməsi üçün ona
olan marağı formalaşdırmaq və dəstəkləmək məqsədi ilə həyata keçirilir.
Sahibkarlıq fəaliyyətinin və onun istehsal etdiyi əmtəə və xidmətlərin daha effektli
təbliğatı vəzifəsini, bir qayda olaraq reklam agentlikləri öz üzərinə götürür. Qeyd
etmək lazıdır ki, ilk reklam agentliyi 1842-ci ildə ABŞ nəşriyyatçısı və sahibkarı
Volni Palmer (1799-1864) tərəfindən yaradılmışdır. Sahibkarlıq fəaliyətinin
nəticələrinin daha real formada təbliğatı üçün müxtəlif formatlarda reklam
tədbirləri həyata keçirilir. Belə tədbirlər içərisində promoaksiyalar yaxud reklam
tədbirləri və krossaksiyalar xüsusi əhəmiyyət kəsb edir. Reklam tədbirləri zamanı
müəssisə, yaxud firma sahibi istehsal etdiyi məhsulu, yaxud xidməti informasiya
vasitələrinin köməyi ilə deyil, reklam nümunələrini paylamaqla, yaxud
degustasiya prosedurları keçirməklə edir. Krossaksiyalar zamanı isə firmalar
müştərək reklam birlikləri yaradaraq, təqdim etdikləri reklam materialında həm
özlərini, həm də öz tərəfdaşlarını təbliğ edirlər.
Sahibkarlıq faəliyyətinin qarşısında duran ən vacib vəzifələrdən biri də
istehsalın həcminin artırmaq, istehsal olunan malların, məhsulların və xidmətlərin
keyfiyyət səviyyəsini yüksəltməklə müəssisənin genişləndirilməsidir. Sahibkarlığın
uğurlu və zəmanətli fəaliyyəti üçün birjada, yaxud bazarda kotirovka qiymət –
buraxılması da olduqca vacibdir.
Sahibkarlıqda daha bir vacib məqam sahibkarlıq fəaliyyətinin sığortası ilə
bağlıdır. Belə sığorta sahibkarlıq fəaliyyəti prosesində mümkün və potensial itkilər
üçün sığorta təşkilatının öz üzərinə götürdüyü məsuliyyət kimi təzahür edir.
Sahibkarlıq fəaliyyətinin ən vacib mərhələlərindən biri fəaliyyət qüdrəti olan
müəssisənin yaradılması və onun satış imkanlarının təmin edilməsidir. Bu isə hazır
biznesin alqı-satqısını nəzərdə tutur. Hazır biznesin satışı, ya sahibkarın şəxsən özü
tərəfindən, yaxud əlavə edilmiş dəyərlə, həmçinin aktivlər qiymətinə uyğun olan
müəssisə kimi satılır. Hazır biznesin alqı-satqısında biznes-brokerlərin vasitəçi
rolu vardır. Biznes broker hazır biznesin satışı, yaxud bizneslərin qovuşması və
birinin digəri tərəfindən udulması zamanı vasitəçi və agent kimi fəaliyyət göstərən
fiziki, yaxud hüquqi şəxsdir.
Hər bir sahibkar seçdiyi biznes sferasında uğur qazanmaq üçün aşağıdakı bir
sıra vacib vəzifələri yerinə yetirməlidir: 1. Planlaşdırma – yüksək təşəkküllü,
savadlı və effektli şəkildə tərtib olunmuş, avantyurizmdən uzaq olan, real
imkanlara, düzgün strateji inkişaf istiqamətinin seçilməsinə əsaslanan fəaliyyət
planı. 2.Təşkilat - biznesin təşkili üzrə işlərin qaydaya salınması, vəsifələrin
optimal şəkildə bölünmsi və onlara əməl olunması, biznes funksiyaların yüksək
səviyyəsinin təmin edilməsi. 3. Nümayəndəlik – biznes planın planlaşdırıl-ması,
təşkilatı və həyata keçirilməsi üzrə yüksək ixtisaslı, peşəkar icraçıların seçilməsi.
4. Motiv – müəssisədə, yaxud firmada çalışan əməkdaşların effektli fəaliyyəti üçün
motivlərin seçilməsi (həvəsləndirici tədbirlər, mükafatlar, əmək haqlarının
artırılması, şaqulu istiqamətdə vəzifə yerdəyişmələri). 5. Nəzarət – bütün biznes
proseslərinin nəzarətə götürülməsi. 6. Komanda - ümumi maraqlar, məqsədlər və
nəticələr naminə birgə çalışan əməkdaşların sıx birliyinin təmin edilməsi. 7. Təlim
– müəssisədə, yaxud firmada çalışan mütəxəssislərin peşəkar hazırlığını daim
artırmaq məqsədi ilə xüsusi təlim və tədris qaydalarının həyata keçirilməsi. 8.
Proqnoz – biznes prosesə nəzarət, maliyyə-iqtisadi qaydalarının və əməliyyatların
ölçülməsi və təhlili nəticəsində əldə olunan meyarlar əsasında gələcək biznes
fəaliyyət üçün proqnozlar vermək. 9. Dəyişikliklər – biznes fəaliyyətin daha da
effektli şəkildə həyata keçirilməsi üçün, zamanın tələbinə uyğun yeni biznes
vəzifələrin və məqsədlərin seçilməsi, 10. Danışıqlar – sahibkarın öz əməkdaşrarı
ilə, tərəfdaşlarla, digər sahibkarlarla, ümumilikdə isə bütün insanlarla danışıqlar
aparmaq, biznes məqsədlərə çatmaq, faydalı müqavilələr bağlamaq və perspektivli
razılaşmalara nail olmaq üçün ünsiyyət qabiliyyəti
Sahibkarlıq fəaliyyətində ən vacib məqamlardan biri rəqabətlə bağlıdır.
Rəqabət, yaxud konkurensiya bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi
hesab olunur. Özünün iqtisadi məzmununa görə konkurensiya, özündə işçi rəqabəti
ifadə edən təsərrüfat subyektlərinin obyektiv şərtlərə əsaslanan bazar davranışı
formasıdır. O, bir qayda olaraq bazar münasibətləri iştirakçıları arsında
özünəməxsus yarış formasında təzahür edir və burada əsas məqsəd bazarda daha
layiqli paya və gəlirə sahib olmaqdır..
Sahibkar digər sahibkarlarla rəqəbətə girərkən öz davranışlarını müxtəlif
formalarda ifadə edir. Bu isə rəqabətin müxtəlif formaları kimi təzahür edir.
Adətən, bazar subyektləri arasında rəqabət iki formada, yaxud metod üzrə həyata
keçirilir: 1. Qiymət rəqabəti metodu. 2. Qeyri-qiymət rəqabəti metodu.
Qiymət rəqabəti zamanı, rəqabət aparanlardan biri (istehsal məhsulların
reallaşdırılması üzrə xərcləri az olan subyekt) əlavə gəlir əldə etmək və bazarda
arzu olunan paya sahib olmaq məqsədi ilə malların, məhsulların və xidmətlərin
qiymətlərini aşağı salır. Eyni zamanda, onların assortimentini və keyfiyyətini aşağı
salmır.
Qeyri-qiymət rəqabəti zamanı isə qiymətlər dəyişməz qalır, əsas diqqət isə
malların, məhsulların və xidmətlərin keyfiyyətinin artırılmasına, onların istehlak
xarakterinin yaxşılaşdırılmasına, yeni məhsulların yaradılmasına, sürətli xidmətə
və reklama verilir. Müasir bazarda məhz qeyri-qiymət rəqabəti metodu üstünlük
təşkil edir.. Sahibkarlar, adətən, aşağıdakı üç əsas strateji metoddan istifadə edirlər;
1) Bazar münasibətlərinə dərindən müdaxilə etmək, onun bütün üstün və zəif
cəhətlərini öyrənərək, onlardan öz xeyirlərinə istifadə etmək. 2)Maldan istifadə
imkanlarını geniçləndirmək - bu zaman istifadə olunan malın adından yeni, yaxud
yeniləşdirilmiş mal və məhsulların istehsalında 3) Satış bazarının genişləndirilməsi
- hər hansı müəssisənin, yaxud kompaniyanın satış üzrə təşkilati işləri ilə bağlıdır.
Sahibkarlıq fəaliyyətinin, dar mənada təzahür forması kommersiya adlanır.
Real olaraq, ticarət, ticarət-vasitəçilik fəaliyyəti, satışda iştirak etmək, mal, məhsul
və xidmətlərin satışınıa təsir göstərmək kimi ifadə olunur.
Sahibkarlar kommersiya fəaliyyətindən əldə olunan gəlirə görə korporasiya
vergisi yaxud gəlir vergisi ödəyirlər. Ümumiyyətlə, vergiqoyma baxımından
kommersiyanı dəqiq təyin etmək çətindir. Bazar iqtisadiyyatının bərqərar olduğu
ayrı-ayrı ölkələrin qanunvericiliyində qeyd olunur ki, hər hansı ticarət, yaxud
istehsal növü, həmçinin bu sahədə hər hansı iştirak kommersiya adlana bilər.
Müasir qloballaşan cəmiyyətdə internet resursların, nanotexnologiyaların
inkişafı və informasiya cəmiyyətində aparıcı qüvvəyə çevrilməsi ilə əlaqədar
iqtisadiyyatda yeni sahibkarlığın, biznes və kommersiyanın yeni formalarını
yaratmışdır. Bu baxımdan elektron biznes, yaxud elektron kommersiya xüsusi
populyarlıq kəsb edir. Elektron biznes sahibkarlığın xüsusi forması kimi, əsas
etibarı ilə, istehsal prosesinə, mal və xidmətlərin satışı və bölüşdürülməsinə
informasiya texnologiyalarının tətbiq edilməsi yolu ilə reallaşdırılır.
Elektron biznesin vacib tərkib hissəsi elektron kommersiya hesab olunur.
Elektron kommersiya dedikdə tərəflərin qarşılıqlı təsirinin informasiya və
telekommuni-kasiya texnologiyaları sistemləri və şəbəkələri əsasında reallaşdığı
hər hansı saziş başa düşülür. Elektron kommersiya iqtisadiyyatın elə sferasıdır ki,
özündə, kompyuter şəbəkələrinin və biznes-proseslərin köməkliyi ilə həyata
kçirilən bütün maliyyə və ticarət tranzaksiyalarını (ing. bank transaction - bank
hesabları ilə həyata keçirilən hər hansı əməliyyat) ifadə edir.
Elektron kommersiya dəstinə aşağıdakılar aiddir; 1. Məlumatın elektron
mübadiləsi. 2. Kapitalın elektron hərəkəti 3. Elektron ticarət 4. Elektron pullar 5.
Elektron marketinq 6. Elektron bankinq 7. Elektron sığorta xidmətləri
Elektron kommersiya bazarı son 20 ildə intensiv şəkildə inkişaf etmişdir. Bu
isə internetdən istifadə edənlərin sayının fövqəladə şəkildə artması, sosial
şəbəkələrin və digər interaktiv onlayn – şəbəkələrin təsirinin genişlənməsi,
elektron ödəmələr sisteminin dinamik inkişafı və bazarın aparıcı subyektlərinin
elektron kommersiya üçün yeni texnoloji platformaya keçməsi ilə bağlıdır.
Bazar iqtisadiyyatı münasibətlərinin hökm sürdüyü ölkələrin qanunvericilik
aktlarında sahibkarlığın müxtəlif məqamları haqqında qanunlar öz əksini tapır.
Ölkəmizin vətəndaşlarını sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq haqqında hüquq
və vəzifələri Azərbaycan Respublikası Konstitusiyasının Əsas hüquqlar, azadlıqlar
və vəzifələr haqqında II Bölməsinimn, Əsas insan və vətəndaş hüquqları və
azadlıqları haqqında III fəslinin 59-cu maddəsində təsbit olunmuşdur.
Konstitusiyanın sözügedən maddəsində deyilir: “Hər kəs qanunla nəzərdə tutulmuş
qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək,
təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla
qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. ”Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit olunmuş müddəlara görə 18 yaşına çatmış
və müəyyən hüquq, azadlıq və səlahiyyətləri olan hər bir ölkə vətəndaşı sahibkarlıq
fəaliyytəi ilə məşğul ola bilər. Qanun tərəfindən vətəndaşın hər hansı formada
azadlığının məhdudlaşdırılması, onun sahibkarlıqla məşğul olması üçün maneə ola
bilər.

6. Dövlət təkcə siyasi sistemin mühüm komponenti deyil, həm də ölkənin


iqtisadi həyatının və fəliyyətinin zəruri subyektidir, ictimai istehsalın
tənzimləyicisidir. İqtisadiyyatın dövlət tənzimlənməsi, bir qayda olaraq
instrumentlərin, formaların və metodların məcmusu kimi təzahür edir ki, onların
köməyi ilə dövlət və onun iştirakı ilə yaradılmış orqanlar cəmiyyətin iqtisadi
həyatına idarəedici təsiri həyata keçirir.
İqtisadiyyatın dövlət tənzimlənməsinin subyekti qismində hakimiyyətin hər üç
istiqamətinin (icra, qanunverici, məhkəmə) orqanları, həmçinin mərkəzi milli bank
çıxış edir.
Dövlət bazar iqtisadiyyatının subyekti qismində yüksək təşəkküllü hüquq və
vəzifələrə malik olan təşkilatlarla təmsil olunur. Bu təşkilatların başlıca vəzifəsi
bazarın digər subyektləri üçün icbari olan iqtisadi fəaliyyətin şərtlərini təyin
etməkdən, qorumaqdan və bu fəaliyyətin nəticələrinin bölüşdürülməsini təmin
etməkdən ibarətdir.
İqtisadi subyekt kimi dövlətin özəlliyi ondan ibarətdir ki, o, maksimum gəlir
əldə etmək və mübadilənin ekvivalentliyini təmin etmək kimi bazar prinsiplərini
rəhbər tutmur və özünün qanunverici və iqtisadi fəaliyyətini cəmiyyətin müxtəlif
təbəqələrinin maraqlarını təmin etməyə istiqamətləndirir.
Bazar iqtisadiyyatının subyekti kimi, həm də ölkə bazarında ən iri sərmayəçi,
maddi və qeyri-maddi resursların sahibkarı, xüsusi təyinatlı sənaye məhsullarının
(silah, nüvə energetikası və kosmik tədqiqatlar üçün avadanlıq, iri kapital həcmli
texnologiyalar və nanotexnologiyalr və s.) istehlakçısı kimi çıxış edir və bazar
münasibətlərində həlledici rol oynayır.
Dövlət iqtisadi və siyasi sistemin əsas institutu kimi insanların birgə
fəaliyyətini və onların arasında yaranan münasibətləri təşkil edir, istiqamətləndirir
və daim nəzarətdə saxlayır. Bazar iqtisadiyyatınını subyekti kimi dövlətin əsas
üstün cəhəti ondan ibarətdir ki, o, digər bazar subyektlərinin malik olmadığı
statusa malikdir və bu dövlətə imkan verir ki, mövcud təsərrüfat agentləri arsında
xüsusi yer tutsun. “Xüsusi yer” dedikdə, dövlətin aşağıdakı fərqli əlamətləri
nəzərdə tutulur: 1) suverenitet – ölkə daxilində dövlət hakimiyyətinin aliliyi və
xarici amillərə münasibətdə tam müstəqilliyin olması; 2) hamı üçün vacib olan
qanunların və hüquqi aktların verilməsində inhisarçı hüquqa malik olması; 3)
əhalidən və sahibkarlıq bölməsindən vergi toplanmasına inhisarçı hüququn olması;
4) bazarda mütləq formada tənzimləyici subyekt olması.
Dövlətin fövqəladə subyekt kimi bazar iqtisadiyyatın-da yeri və rolu, əsas
etibarı ilə, onun həyata keçirdiyi funksiyalarla təyin olunur. Bazar iqtisadiyyatında
dövlətin əsas funksiyaları aşağıdakılardan ibarətdir: hüquqi, texno-loji-bərpa,
rəqabətin müdafiəsi, sabitləşdirici, proqnozlaş-dırıcı, tənzimləyici, bölüşdürmə və
s. Hüquqi funksiya ictimai həyatın özünəməxsus institutu kimi təqdim olunur və
bir qayda olaraq, təsərrüfat subyektləri arasında, dövlətin müdafiəsini tələb edən ən
vacib münasibətləri tənzimləyir. Ən vacib münasibətlər sırasına isə iqtisadi agentin
statusunun formalaşdırılması, təsərrüfat normaları-nın və qaydalarının təyin
olunması, idarəçiliyin təşkliati strukturunun yaradılması, mülkiyyət
münasibətlərinin reqlamentləşdirilməsi, müəssisələrin yaradılması və ləğv edilməsi
qaydalarının konkretləşdirilməsi və s. daxildir.
Texnoloji bərpa funksiyası, əsas etibarı ilə, təkrar istehsal prosesinin normal
gedişini təmin etməyə yönəlmişdir. O, istaehsalın zəruri resurslarla təmin edilməsi
üçün, insanların maddi və mənəvi nemətlərlə təmin edilmə-sində, həmçinin onların
təhsili, təlimi və həyatı üçün şəraitin yaradılmasında ifadə olunur.
Rəqabətin müdafiəsi funksiyası bazarda inhisarçılığın aradan qaldırılması
tədbirləri kimi təzahür edir. Bu zaman, dövlət tərəfindən, ilk növbədə, bazarlarda
mövcud olan vəziyyət dərindən öyrənilir, onlar üçün təmərküzləşmə əmsalı təyin
olunur və bu əsasda rəqabətli və inhisarçı sahələr aşkar olunur. Dövlətin
antiinhisarçı siyasətinin əsasını müvafiq qahununvericilikdə əksini tapmış və
rəqabəti gücləndirən və müdafiə edən, uzunmüddətli iqtisadi gəlirlərin əldə
edilməsi imkanlarını aşağı salan qərarlar təşkil edir. Antiinhisarçı qanunvericilik
isə, bir qayda olaraq, administrativ və təşkilati tədbirlər vasitəsi ilə həyata keçirilir.
İnzibati tədbirlər sırasına bazar üzərində nəzarət – qiymətlərin tənzimlənməsi,
qiymət fərqlərinin olması və s. daxildir. Antiinhisarçı qanunvericiliyin pozulması
zamanı isə dövlət firmalara münsibətdə müvafiq maliyyə sanksiyaları tətbiq edir.
Təşkilati tədbirlər isə, əsas etibarı ilə antiinhisarçı profilaktika tədbirləri kimi
təzahür edir və bazarın ardıcıl şəkildə liberallaşdırılması yolu ilə həyata keçirilir.
Sabitləşdirici funksiya iqtisadi inkişafın təmin edilməsinə, qiymətlərin
sabitliyinə və məşğulluğun bərqərar edilməsinə istiqamətlənmiş hökümətin
fəaliyyəti-dir. Burada əsas vəzifə işsizlik və inflyasiya kimi xoşagəlməz
situasiyaların qarşısını vaxtında almaqdır.
Proqnozlaşdırıcı funksiya iqtisadi inkişafın prioritet istiqamətlərini təyin
edir. O, bazar təsərrüfatı mexanizmlə-rinin formalaşdırılmasını, bazarda hərəkətin
istiqamətləri-nin və meyllərinin aşkar edilməsini, əhalinin məşğulluğunun təmin
edilməsi, işsizliyin tənzimlənməsi kimi məqamları iqtisadiyyatın ümumi
inkişafının proqnozlaşdırılması bazasında müəyyən edir.
Tənzimləyici funksiya dövlətin bazar iqtisadiyyatının subyekti kimi ən geniş
və çoxtərəfli fəaliyyətini nəzərdə tutur. Burada əsas məqsəd bazar iqtisadiyyatının
funksional fəaliyyətində mənfi nəticələrin minimuma endirilməsindən – bazarın
hüquqi, maliyyə və sosial əsaslarının yaradıl-masından, əhalinin sosial
müdafiəsinin təmin edilməsindən ibarətdir.
Bölüşdürücü funksiya bir tərəfdən cəmiyyətdə gəlirlərin ədalətli şəkildə
bölüşdürülməsini, digər tərəfdən isə bazar iqtisadiyyatında resursların daha effektli
tərzdə yerləşdirilməsini nəzərdə tutur. Bu funksiyanın uğurla həyata keçirilməsi
üçün dövlət aztəminatlı və əmək qabiliyyəti olmayan əhalinin xeyirinə xüsusi
fiskal siyasət reallaşdırır. Əmək haqqlarının minimal həddini təyin edir və onu
nəzarət altında saxlayır. Öz üzərinə istehsalın ictimai sərvətlərlə təchiz edilməsi
funksiyasını götürür.
Bazar iqtisadiyyatının subyekti kimi dövlət həm də sahibkarlıq subyekti kimi
təzahür edir. Dövlət sahibkarlığı dedikdə, milli iqtisadiyyatın inkişafı üçün zəruri
olan mal və xidmətləri istehsal edən dövlət müəssisələrinin kommersiya və qeyri-
kommersiya əsasla-rında fəaliyyəti başa düşülür. Dövlət sahibkarlığı təsərrü-
fatçılığın özəl firmaların təbiəti ilə əkslik təşkil etdiyi sahələrdə, böyük vəsaitlər və
yatırımlar tələb olunan, həmçinin yüksək risklərin olduğu yerlərdə həyata keçirilir..
Tənzimləmə metodları təkrar istehsal üçün həyati vacib olan az rentabelli
müəssisələrin və təsərrüfat bölmələrinin dəstəklənməsini təmin edir. Bu, ilk
növbədə iqtisadi infrastruktur sahələri – energetika, nəqliyyat, əlaqə və digər
sahələrdir.
Dövlət sahibkarlığının həll etdiyi problemlər sırasına, həmçinin sosial
infrastrukturun müxtəlif sahələrində əhali-yə imtiyazların təqdim olunması,
iqtisadiyyatın elmi və kapital həcmli sahələrinə elmi-texniki tərəqinin sürətlən-
dirilməsi və bu sahədə ölkənin dünya təsərrüfatında mövqelərini
möhkəmləndirmək məqsədi ilə yardım göstə-rilməsi, regional siyasətin həyata
keçirilməsi – iqtisadi cəhətdən geri qalmış rayonlarda sənaye müəssisələrinin
inşası, iş yerlərinin açılması, tullantısız texnologiyaların və təmizləyici qurğuların
tətbiq edilməsi yolu ilə ətraf mühitin mühafizəsi, fundamental elmi tədqiqatların
inkişafı, zəruri məhsulların istehsalı və s. daxildir. İqtisadi qanunlar baxımından
dövlətin belə tipli sahibkarlıq fəaliyyəti dövlət inhisarı adlanır.
Bir qayda olaraq, dövlət sahibkarlığı özəl sahibkarlıq üçün maraqlı olmayan
sferalarda inkişaf etdirilir.

You might also like