You are on page 1of 8

Azərbaycan Hava Yolları

“Qapalı Səhmdar Cəmiyyəti”


Milli Aviasiya Akademiyası

Fakültə: “Fizika-Texnologiya”
İxtisas: “Radiotexnika və telekommunikasiya mühəndisliyi”
Fənn: “Siqnallar və sistemlər”

Laboratoriya işi №1
Mövzu: Dövrü Siqnal və Furye Sırasının Tədbiqi
Qrup: 2542a
Tələbə: Hüseynli Rəvan
Müəllim: Soltanova Gülər

Bakı-2023

LABORATORİYA İŞİ №1
DÖVRÜ SİQNAL VƏ FURYE SIRASININ TƏDQİQİ

1. İşin məqsədi

Dövrü siqnalları Furye sırasının cəmi kimi təsvir etmək. Kosinusoidal və


düzbucaqlı formalı impulslardan təşkil edilmiş dövrü siqnalların harmonikalarını
hesablamaq və harmonikaların amplitudları qrafikini qurmaq

2. Nəzəri məlumat

Determinləşmiş siqnallar dövrü və qeyri - dövrü tək siqnallara ayrılırlar. Dövrü


siqnallar
φ (t )=φ (t+nT ) (1)

dövrü funksiyası ilə verilir, burada T=2π/ω rəqsin dövrüdür, n istənilən tam ədəddir,
ω-dövrü tezlikdir.
(1) ifadəsindən görünür ki, dövrü funksiya -∞≤t≤∞ zaman intervalında yerləşir.
Bu cür dövrü funksiya başqa funksiyalar sırasının cəmi şəklində təsvir oluna bilər. Bu
məqsəd üçün Furye sırasından geniş istifadə edilir. Furye sırası aşağıdakı ifadə ilə
verilə bilər:
n
Φ ( ωt )=a0 + ∑ ( a k cos kωt + bk sin kωt )
k=1 . (2)

1
a 0= ∫ Φ (ωt )dωt
Burada 2π 0 - sabit toplanandır ; ω=2 π /T -dairəvi tezlikdir;
2π 2π
1 1
a k = ∫ ϕ (ωt )coskωt⋅dωt b k = ∫ ϕ (ωt )sin kωt⋅dωt
π 0 və π 0 - uyğun olaraq cüt və tək
harmonikaların əmsallarıdır.
Furye sırasına ayrılan Φ(ωt) funksiyası Dirixle şərtinə cavab verməlidir, yəni
məhdud olmalıdır, kəsik-fasiləsiz olmalıdır və period ərzində ekstremumların sayı
sonlu olmalıdır. Furye sırası kompleks formada aşağıdakı kimi yazıla bilər:

φ (ωt )= ∑ C k⋅e jω kt
k=−∞ (3)
Bu sıranın kompleks amplitudu
C k =|C k|exp (− jϕk ) , (4)

burada |C k|= √ a 2
k +b 2
k - amplitud, ϕ k =arctg (b k /a k ) - fazadır.

Ck -modullarının yığımı Ф( ) dövrü funksiyasının amplitud-tezlik, ϕ k -fazalar


yığımı isə faza-tezlik spektrini əmələ gətirir. Amplitud spektri diskret və ya zolaqlı

olur və onun ω k =k⋅ω qiyməti ilə təyin edilən spektr təşkilediciləri bir birindən

ω=2 π /T intervalı ilə ayrılırlar.

Dövrü funksiya şəkil 1-də göstərilən kosinusoidal formalı impulslardan təşkil

edildiyi halda kosinusoidal dövrü Φ( x ) funksiyası |x|=|ωt|≤U intervalında Φ ( x )≥0

olur.

Şəkil 1. Kosinusoidal formalı impulslar ardıcıllığı


U kəmiyyətinin qiyməti radian və dərəcə (UG kəmiyyəti) ölçülərində kəsmənin
aşağı bucağı adlanır. Φ(ωt ) funksiyası cüt olduğundan, paylanmadakı sinus
təşkilediciləri sıfıra bərabər olur.

Amplitudası AM, davametmə müddəti τ , təkrarlanma dövrü T olan düzbucaqlı


impulslardan təşkil edilən dövrü funksiya halında (şəkil 2) impuls, x=ωt olan Z(x)
funksiyası ilə verilir. Alınan spektr zolaqlı spektrdir. Burada spektr
təşkilediciləri ω=2 π / T və ya f =1/T olan intervallarla ayrılırlar. Dairəvi tezliyin
ω=2 πk /τ və ya f =k /τ=k /αT qiymətlərində (k-tam ədəddir) spektr təşkiledicinin

qiyməti sıfıra bərabərdir. Spektr təşkiledicilərini aşağıdakı ifadə ilə hesablamaq olar:

2 AM 2 AM
A k= |sin (πkτ /T )|= |sin(0 , 5 k ωτ )|
πk πk . (5)

Şəkil 2. Düzbucaqlı impulslar ardıcıllığı

3. İşin aparılma qaydası

Laboratoriya işi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:


4. (2) ifadəsinə uyğun “Mathcad” mühitində proqram verilir və yaxud proqram tərtib
olunur.
5. Kəsmənin aşağı bucağı UG=60o qəbul edilir.
6. Harmonikaların sayı N=8-20 qəbul edilir.
7. Siqnalın A0 sabit təşkiledicisi, 1-dən N=10-a qədər harmonikaların amplitudları
(Ak parametri) və onların 1-ci harmonikaya nəzərən detsibellərlə verilən
AD k =20 log( Ak / A 1 ) qiymətləri hesablanır.
8. Kosinusoidal formalı impulslardan təşkil edilmiş dövrü funksiyanın spektri
(amplitudların harmonikalardan asılılığı qrafiki) qurulur.
9. (5) ifadəsinə uyğun “Mathcad” mühitində proqram verilir və yaxud proqram tərtib
olunur.
10.Düzbucaqlı impulslardan ibarət dövrü ardıcıllığın hesablaması üçün α=τ /T =0 ,1 -
0,3 və harmonikaların sayı N=10-20 qəbul edilir.
11.Siqnalın A0 sabit təşkiledicisi, 1-dən N=10-a qədər harmonikaların amplitudları
(Ak parametri) və onların 1-ci harmonikaya nəzərən detsibellərlə verilən
AD k =20 log( Ak / A 1 ) qiymətləri hesablanır.

12.Düzbucaqlı impulslardan ibarət dövrü ardıcıllığın zolaqlı spektri qurulur.


13.Proqram kompüterə köçürülən zaman addımların ardıcıllığı gözlənilməlidir.
14.Bu proqramdan digər formalı simmetrik impulslar üçün də istifadə etmək olar.
Bundan ötrü Furye sırasına ayrılan Z(x) funksiyasını uyğun olaraq dəyişmək
kifayətdir.

Kosinusoidal formalı impulslardan təşkil edilmiş dövrü funksiyanın


hesablanması proqramı şəkil 3-də göstərilmişdir.

π
UG⋅
UG:=60 U:= 180 N:=10
(cos( x )−cos(U ))
Φ ( x ):=
1−cos(U )

k:=0...N
π
2
A k := ⋅∫ Φ( x )⋅cos(k⋅x )dx
π 0
π
1
A0 := ∫ Φ (x )dx
π0

( )
|A k|
AD k :=20⋅log
A1

Şəkil 3. Kosinusoidal formalı impulslardan təşkil edilmiş dövrü funksiyanın


hesablanması proqramı

Bu proqram üzrə ilkin verilənləri dəyişməklə, UG kəsmə bucağının istənilən


qiymətlərində kosinusoidal formalı dövrü impulsların harmonikalarını hesablamaq
olar.

Düzbucaqlı formalı impulslardan təşkil edilmiş dövrü funksiyanın hesablanması


proqramı şəkil 4-də göstərilmişdir. Proqramdan istifadə etməklə, istənilən α

qiymətində və istənilən böyük sayda (N) harmonikalarda zolaqlı (линейчатый)


spektri hesablamaq olar.

α :=0 . 1 N :=20 AM :=1

Z(x ):=¿|AM if |x|≤α⋅π 


|0 if α⋅π<|x|≤π

k:=0.. N

π
2
A k := ⋅∫ Z ( x )⋅cos(k⋅x )dx
π 0
π
1
A0 := ⋅∫ Z ( x )dx
π 0

( )
|A k|
AD k :=20⋅log
A1
Şəkil 4. Düzbucaqlı impulslardan təşkil edilmiş dövrü funksiyanın hesablanması
proqramı

4. Yoxlama sualları

1.Determinləşmiş siqnallar hansı siqnallara deyilir?


2.Furye sırası hansı hissəiərdən ibarətdir?
3.Dövrü funksiya hansı zaman intervalında yerləşir?
4.Düzbucaqlı impulsun parametrləri hansılardır?
5.Kəsmə bucağı nəyə deyilir?
6.Harmonikaların amplitudlarının detsibelləlrə qiymətləri necə hesablanır?

You might also like