You are on page 1of 21

“Azərbaycan məktəbi” jurnalının birinci nömrəsi

Elnarə Məmmədova

pedaqogika üzrə fəlsəfə doktoru,

ADPU-nun elmlər doktoru hazırlığı üzrə dissertantı

Məqalədə “Azərbaycan jurnalı”nın sələfləri olan “Yeni məktəb” və


“Müəllimə kömək” jurnallarının fəaliyyətindən, həmçinin 1943-cü ildən nəşrə
başlayan “Azərbaycan məktəbi” jurnalının keçdiyi tarixi yoldan bəhs edilir.
Məqalədə müəllif “Azərbaycan məktəbi” jurnalının birinci nömrəsinin üzərində
xüsusi dayanmışdır.

Açar sözlər: elmi-nəzəri, pedaqogika elmi, pedaqoji fikir, pedaqoji


düşüncələr.

Ключевые слова: научно-теоретический, педагогическая наука,


педагогическая мысль, педагогические размышления.

Key words:

Azərbaycan pedaqoji fikrinin formalaşmasında aparıcı qüvvələrdən biri kimi


qəbul edilən hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nəzəri və
pedaqoji jurnalı olan “Azərbaycan məktəbi” ən uzunömürlü pedaqoji mətbuat
orqanıdır. 93 illik fəaliyyəti dövründə o, ən mürəkkəb situasiyalarda təhsilimizə
dayaq olmuşyeni formalaşmağa başlayan elmimizin, pedaqogikanın, məktəbimizin
keşiyində durmuş, dövrün basqılarına sinə gərən, müəllimlərin və bütün pedaqoji
işçilərin yaxın dostu, həmkarı kimi çıxış edən, yeni fikirlərin, qabaqcıl pedaqoji
təcrübənin, innovasiyalar və texnologiyaların təbliğatçısı və tədqiqatçısı olmuşdur.
“Azərbaycan məktəbi”nin adı həm də SSRİ miqyasında da tanınan pedaqoji
jurnallar sırasında çəkilmişdir.
1

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


“Azərbaycan məktəbi” Azərbaycan milli təhsilinin salnaməsidir. Onun
səhifələrində xalqımızın ən görkəmli pedaqoqları, elm, sənət adamları, maarifçilər,
metodistlər, məktəb rəhbərləri çıxış etmiş, təhsilimizin uğurları və inkişaf yolları
haqqında öz dəyərli fikirlərini pedaqoji ictimaiyyətə çatdırmışlar. Bütün bunlar isə
təhsilimizin inkişafına düzgün istiqamət verilməsində az rol oynamamışdır.
Görkəmli pedaqoqlar həmişə bu fikirdə olmuşlar ki, məktəb təcrübəsində,
ümumiyyətlə, pedaqoji sahədə əldə edilmiş təcrübələrə, zəngin mənəvi sərvət kimi
ancaq pedaqoji mətbuatın səhifələrində rast gəlmək olar. Bu məqalələr qiymətli
məxəzlər kimi nəsillərə miras qalmışdır. Azərbaycan təhsilinin inkişaf tarixi də
pedaqoji fikir tariximizlə eyni müstəvidə cilalanmışdır. Ən qiymətli pedaqoji
fikirlər ilk növbədə pedaqoji mətbuat, “Azərbaycan məktəbi”ndə nəşrə başladığı
dövrdən yayılır. Azərbaycanın pedaqoq alimləri Əhməd Seyidov, Mehdi
Mehdizadə, Mərdan Muradxanlı kimi korifeylərin fundamental elmi əsərləri ilə
zənginləşdirilmiş, sonrakı nəsil pedaqoqların, bizim müasirlərimiz olan Əjdər
Ağayev, Nurəddin Kazımov, Hüseyn Əhmədov, Yusif Talıbov, Əliheydər
Haşımov, Fərrux Rüstəmov və başqalarının gərgin əməyi sayəsində
xəzinələşdirilmiş pedaqoji fikir tariximiz “Azərbaycan məktəbi”nin əsas
məzmununu təşkil etmişdir. Pedaqoji işçilər onları düşündürən məsələlərlə
əlaqədar bu pedaqoji fikirlərdən zaman-zaman bəhrələnmiş, jurnalda çap olunan
aktual məsələlərin gərgin axtarışların nəticəsi olduğunu bir daha yəqin etmişlər.
Azərbaycanın istedadlı pedaqoq-psixoloq alimlərinin yetişməsində, onların irsinin
işıqlandırılmasında “Azərbaycan məktəbi”nin rolu danılmazdır.

“Azərbaycan məktəbi” jurnalı respublikada məktəb təhsilinin tərəqqi


yollarını işıqlandırmaqda çox böyük və mənalı fəaliyyət göstərmiş və
göstərməkdədir” (M.Mehdizadə). 30-cu illərədək “Yeni məktəb”, qırxıncı illərin
əvvəllərinədək “Müəllimə kömək” adları ilə çıxan bu jurnal indiki adını 1943-cü
ildən daşıyır. “Azərbaycan məktəbi” adını jurnala o zaman xalq maarif komissarı
olan Mirzə İbrahimov vermişdir. O bu adı verəndə təhsilimizin bütün pillələrini
nəzərdə tutmuşdu.

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


“Azərbaycan məktəbi” Azərbaycan SSR Xalq Maarif Komissarının 23 fevral
1943-cü il tarixli, 17 nömrəli əmri ilə yaradılmışdır. Əmrdə deyilirdi:
“Müəllimlərin ixtisasını və ideya-siyasi səviyyələrini yüksəltmək, pedaqoji prosesə
metodik rəhbərliyi düzgün təşkil etmək, ən yaxşı müəllimlərin təcrübəsini bütün
müəllimlərə çatdırmaq məqsədilə Azərbaycan SSR XMK-nın “Azərbaycan
məktəbi” adlı metodik bülleteni nəşr edilsin”.

“Azərbaycan məktəbi” jurnalının ilk nömrəsi 1943-cü ilin 10 çap vərəqi


həcmində 3000 nüsxə ilə nəşr edilmişdir. İki ayda bir dəfə çıxan jurnal Azərbaycan
Xalq Maarif Komissarlığının orqanı idi. Jurnalın mündəricatı (“Mündəricə”)
aşağıdakı yazıları əhatə edirdi: “Azərbaycan məktəbi”, “Müəllimlər və müharibə”,
“Gənclər Qızıl Ordunun şanlı ənənələri əsasında tərbiyə edilməlidir”, “Şeirlər”,
“Azərbaycan SSR XKS-də və Azərbaycan K(b)P Mərkəzi Komitəsində”,
“Natamam orta və orta məktəblərin təlim-tərbiyə və pedaqoji işində təhrif faktları
haqqında”, “Məktəblilər kənd təsərrüfat işlərində yaxından iştirak etməlidirlər”,
“Azərbaycanın bütün müəllimlərinə və maarif orqanları işçilərinə!”, “Vətən
müharibəsi şəraitində ədəbiyyat üzrə sinifdən və məktəbdən xaric iş”, “Mənim
qeydlərim”, “Əmrlər və qərarlar”, “Tənqid və biblioqrafiya”.

Jurnalın səhifələri “Azərbaycan məktəbi” adlı baş məqalə ilə açılır. Məqalə
vətəni tərənnüm etməklə başlanır: “Uzun əsrlər boyu gün doğan ölkələrə açılan
qapıların ağzında durmuş Azərbaycan torpağının qədim və şərəfli bir tarixi vardır.
Ulu əcdadımızın gözəl və nəcib arzuları, bahar suları tək coşğun duyğuları ana
torpağa və öz milli istiqlaliyyətinə saf bir məhəbbətdən doğan qürur və heysiyyəti
bu tarixin hər bir səhifəsini əlvan boyalarla bəzəmişdir. Bu ölkə ta qədim
zamanlardan bəri insanlığa məxsus olan hər cür xoş əməllərin, istək və xəyalların
beşiyi, zülmün təzyiqinə və işgəncələrin möhnətinə dözərək xalqı parlaq, işıqlı
aləmə, səadətə çıxarmaq, mərifətin və elmin qapılarını onun üzünə açmaq üçün
həyatını əsirgəməyən insanların müqəddəs vətəni olmuşdur. Onların gözəl arzuları,
düşüncələri bu ölkənin hər bir daşında həkk olunmuş, qocaman Kəpəzin, qarlı
Savalanın buzlu sinəsinə etibarlı və bacarıqlı əllərlə nərş edilmişdir. Çox işğalçılar
3

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


bu ölkəni çalıb-çapmağa, daşını daş üstündə qoymamağa, azad xalq oğullarının
alınlarına əbədi köləlik damğası vurmağa çalışdılar, xalqın varlığını, milli
mədəniyyətini əlindən almağa cəhd etdilər. Lakin xalqımız heç bir işğalçıya baş
əymədi. Ağsaqqallı qocaların nuraniliyinə, anaların halal südünə, gəlin və qızların
pak namuslarına and içmiş Azərbaycan oğulları son damla qanlarına qədər
fədakarlıqla vuruşaraq tarixə qılıncla böyük rəşadət səhifələri yazdılar”.

Sonra baş məqalədə dövrün hakim ideologiyasına uyğun olaraq dini


ehkamlar, mollaxana və mədrəsələrə münasibət bildirilir, belə hallara yol verilməsi
qəti pislənilir. Bununla yanaşı Seyid Əzimdən, Nizamidən, Sabirdən gətirilmiş
nümunələr əsasında gənc nəslin elmə hərtərəfli yiyələnməsinin vacibliyi
əsaslandırılır, məktəblərdə aparılan işlər bu istiqamətə yönəldilirdi. Burada
müqayisə üçün bəzi rəqəmlərdən gətirilir və son rəqəmlərə istinad edilirdi. Belə ki,
1942-ci ildə respublikada şagirdlərin ümumi sayının, yəni 694203 nəfərin 394000-
nin azərbaycanlı balaları olduğu da vurğulanırdı. Məqalə məktəblər və
müəllimlərin qarşısında böyük vəzifələr durduğunu xatırladır, onlara müvafiq
tövsiyə və tapşırıqlar verilirdi.

Jurnaldakı “Müəllimlər və müharibə” adlı sanballı məqalədə hərbi vəziyyət


dövründə məktəbin qarşısında duran vəzifələr bir daha yada salınmış və
pedaqogika elminə dair çox dəyərli fikirlər söylənmişdir. Aşağıdakı sözlər bu gün
də öz əhəmiyyətini itirməyən dəyərli sözlərdir: “Pedaqoji sənət – xüsusi bir
sənətdir, bu sənət təlim işi ilə zahirən heç də bilavasitə bağlı olmadan xüsusi
keyfiyyət tələb eidr. Bununla belə keyfiyyətlərin olmaması təlimin
müvəffəqiyyətlə keçməsinə çox təsir edir”. Göründüyü kimi, təhsilin ən başlıca
vəzifələrindən hesab olunan keyfiyyət tələbləri müharibənin ağır günlərində də
gündəmdə qalırdı.

Çox maraqlıdır ki, müəllim sözünün daşıdığı məna yükü də vurğulanırdı.


Orada deyilir: “Müəllim sözünün iki mənası vardır: dar mənada – bu və ya digər
dərsin müəllimi deməkdir; sözün geniş mənasında isə - adamlara böyük təsir
göstərən nüfuzlu, müdrik adam deməkdir. Sonra əlavə olunurdu ki, “hələ qədim
4

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


zamanlarda müdrik adamları müəllim adlandırırdılar. Misal üçün filosof Platon
Sokratı müəllim adlandırırdı”. Burada müasir pedaqoji tədqiqatlarda öz yerini tutan
fikirlər və mülahizələr də səslənirdi:

“Öz-özlüyündə aydındır ki, birinci növbədə müəllim öyrətdiyi dərsi yaxşı


bilməlidir; müəllim öz predmetini bilməzsə və ya zəif bilərsə müvəffəqiyyət
qazana bilməz. Bundan başqa müəllim həmin predmet sahəsində öz bildiyini daima
təkmilləşdirməli, onun bütün incəliklərini başa düşməli, həmin predmetə dair
ədəbiyyatda olan müxtəlif nöqteyi-nəzərlərdən xəbərdar olmalı, dərs kitablarının
keyfiyyətini bilməli, deyildiyi kimi, öz işinin məlumatlı mütəxəssisi olmalıdır. Bu,
təlimi müvəffəqiyyətlə keçirmək üçün bünövrə, əsasdır”. Sonra yuxarıdakı fikirlər
bir az genişləndirilirdi:

“Lakin bilik sahibi olmaqla iş bitmir, bu, ancaq materiala malik olmaq
deməkdir. Söz yox ki, material keyfiyyətcə yaxşı ola bilər, lakin bununla birlikdə
həmin materialdan səmərəli surətdə istifadə etməyi bacarmaq, biliyi başqalarına
vermək də tələb olunur. Unutmamaq lazımdır ki, ibtidai və orta məktəbdə 8
yaşından 18 yaşına qədər uşaqlar oxuyurlar. Çox zaman belə olur ki, aşağı
siniflərdə yaxşı dərs verən müəllimlər yuxarı siniflərdə yaxşı dərs verə bilmirlər və
ya əksinə olur. Mənə elə gəlir ki, aşağı siniflərdə dərs vermək daha çətin və həm də
daha məsuliyyətlidir.

Təcrübəli pedaqoqlar həmişə bu fikirdə olmuşlar ki, dərs vermək təkcə elm
deyil, həm də məharətdir. Görünür ki, onlar haqlıdırlar, çünki müəllim uşaqlara
təsir edə bilməli, onların yanında nüfuz qazanmalıdır. Bunun üçün isə, aydındır ki,
təkcə bilik azdır, müəllimin hisləri, həyəcanı, hətta onun bütün instinktiv
hərəkətləri uşaqlara yaxşı təsir etməlidir. Misal üçün, uşaqları sevmək, onların
müvəffəqiyyətinə sevinmək, şagirdlərin dərsi bilməməsindən müəllimin
kədərlənməsi hallarını götürək. Çox danışmağın, öyüd-nəsihət verməyin təsiri
azdır. Lakin uşaqlar müəllimin ürəkdən sevindiyini və ya kədərləndiyini gördükdə
bu, uşaq zehnində iz buraxmamış olmur. Misal üçün, uşağı maraqlandırmaq, uşaq

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


beynini mücərrəd arifmetik rəqəmlərin konkretliyini anlamağa vadar etmək məgər
məharət deyilmi?”

Müəllif nüfuzuna yüksək qiymət verilmiş bu məqalədə uşaqlarda ömürlük iz


buraxan müəllimlər haqqında danışılır və onlar talantlı müəllimlər adlandırılırdı.
“Belə müəllimlər eyni zamanda həm də tərbiyəçidirlər”, - deyilirdi. Burada fikrin
əsaslandırılması üçün Dobroyubovdan sitat gətirilir: “Bəli, müəllim şagird üçün
pərəstişkarlıqla heyrət doğuran təkmil insanı yüksək nümunəsini təşkil edir. Bir
balaca qız kitabında dövrəsinə karandaşla cızıq çəkilmiş bir yeri ehtiramla
göstərərək mənə: “Bu yerə bizim müəllim barmağını vurmuşdur”- dedi”. Böyük
pedaqoqun bu cəhdə belə həssaslıqla yanaşması müəllimlərə çox şey deyirdi.

Məqalənin bir qədər aşağısında müəllimin vəzifələri daha da dəqiqləşdirilir


və onun üzərində müəyyən vəzifələr qoyulur. Pedaqoji ədəbiyyatda tərbiyəçilər
haqqında bu barədə gedən fikirlər şərh olunurdu:

“Tərbiyə etmək rəsmən müəllimin vəzifəsinə daxil olmasa da, bu məsələ


onun işində görkəmli yer tutur. Başqa cür də ola bilməz. Axı hər gün onlarca uşaq
gözü diqqətlə müəllimə baxır və onun həm müsbət, həm də mənfi təsiri uşaqların
xarakterində özünü göstərir. Vicdanlı müəllim bu tərbiyəçilik vəzifəsindən boyun
qaçıra bilməz və həmişə öz hərəkətlərində uşaqlara nə kimi təsir bağışlayacağını
nəzərdə tutur. Buna görə də müəllimin bu tərbiyəçilik vəzifəsini yerinə yetirməyi
düşüncəli surətdə öz öhdəsinə götürməsi yaxşı iş üçün məqsədəuyğun və effektli
olar”.

Bir qədər aşağıda dövrün tələbi də dilə gətirilir, tərbiyə işi faşistlərə qarşı
müharibə ilə əlaqələndirilir: “Əlbəttə, tərbiyə müxtəlif olur, müxtəlif məqsədlər
güdür. Misal üçün, faşist tərbiyəsi insanın hər şeyi öyrənməyə olan marağını öldür-
məyə cəhd edir, insanı avtomat etməyə, ona kor-korana itaət etmə hissi aşılamağa
çalışır, insanlarda düşüncəli olaraq heyvani instinktlər inkişaf etdirir. Gördüyümüz
kimi faşistlər bu işdə əhəmiyyətli nəticələr əldə etmişlər ki, bunu indi nemeslərin
işğal etdiyi bütün ölkələrdə müşahidə etmək olar”.

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


Sonra məqalədə müəllimlərin faşistlərə qarşı mübarizəyə hazır olmasından,
doğma vətənin tarixini, ədəbiyyatımızı və dilçiliyimizi şagirdlərə dərindən
mənimsədilməsindən, onların kənd təsərrüfatı işlərinə cəlb edilməsinin
zəruriliyindən bəhs edilir.

Məqalədə pedaqoji fikirlərlə yanaşı dövrün ideyalarından doğan məsləhət və


tövsiyələr də qabarıq şəkildə öz yerini tuturdu. Məqalə əminliklə belə bir sonluqla
bitirdi ki, “Müəllimlər nemes-faşist işğalçıları üzərində qələbəni təşkil etmək üçün
xalqımızın siyasi, mənəvi və maddi qüdrətini artırmağa özlərinin bütün
yaradıcılıq qüvvələrini sərf edəcək”.

Sonrakı məqalə “Gənclər Qızıl Ordunun şanlı ənənələri əsasında tərbiyə


edilməlidir” adlanırdı. Burada RSFSR Xalq Maarif komissarının müavini, general-
mayor A.Borisovun tələbləri müəllimlərə çatdırılırdı. O məqaləni belə
yekunlaşdırdı: “Xalqımızın qarşısında sovet məktəbinin vəzifəsi Qızıl Ordumuz
üçün vuruşmağı bacaran, bədəncə bərkimiş, mənəvi cəhətdən möhkəm olan
ehtiyat qüvvələri yetişdirməkdir”. Bu fikirlər də o zaman hər yerdə rast gəlinən
“hər şey müharibə üçün, hər şey qələbə üçün” özləri ilə səslənirdi. Bu fikirlər ona
görə yada salınır ki, tədqiqatçılar müəyyən məsələləri dəyərləndirdikdə dövrün
tələbini, həmin ideologiyanı nəzərə alsınlar. O dövr yaşanmışdır, onu olduğu kimi
görmək və q eyd etmək lazımdır.

Birinci nömrədə bəzi qərarlar da dərc edilmişdir: “Müəllimlərin və


məktəblilərin mədəni yaşadığı şəraitini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar
geniş müzakirənin nəticəsi kimi verilmişdir. “Natamam orta və orta məktəblərin
təlim-tərbiyə və pedaqoji işində təhrif faktları haqqında” qərarda Respublikamızın
bir sıra məktəblərində buraxılmış nöqsanlar sadalanır və müvafiq göstərişlər
verilirdi. “Vətən müharibəsi şəraitində ədəbiyyat üzrə sinifdən və məktəbdənxaric
iş” adlı məqalədə deyilirdi ki, Böyük Vətən müharibəsi dövründə bütün
müəllimlərin, xüsusən dil-ədəbiyyat müəllimlərinin üzərinə olduqca şərəfli bir
vəzifə düşür: “Ədəbiyyat dərsi şagirdləri mənəvi cəhətdən hazırlamalı, onlara
mərdlik, cəsarət, vətənpərvərlik kimi bəşəri duyğular aşılamalı, onlarda alçaq və
7

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


xain düşmənə sönməz, ölçülməz bir kin və nifrət duyğusu aşılanmalıdır”. Burada
indi də aktual olan fikirlər də vardı: “Ancaq... bədii ədəbiyyat üzərində tək sinif və
məktəb daxilində işləmək kifayət deyildir. Təcrübə göstərir ki, bəzən sinifdə öz
işini çox yaxşı quran müəllimlərin də şagirdləri ədəbi bilikdən az inkişaf etmiş olur
və ədəbi dil, bədii ifadə vasitələri zəif olduğu kimi bədii zövqləri də olmur. Bunun
əsl səbəbi müəllimin ədəbiyyat üzrə sinifdən və məktəbdən xaric iş üzərində az
işləməsi və ya heç işləməsidir.

Ədəbiyyat üzrə sinif və məktəbdən xaric iş sinifdə görülən işin ayrılmaz bir
hissəsi olub, onun tamamlanmasını, dərinləndirilməsini təmin etməlidir.
Göründüyü kimi o zaman qoyulan pedaqoji yanaşma yenə də öz müstəvisindədir.

Sonra məqalədə aşağıdakı başlıqlar altında: “Dərnəklərlə iş”, “Məktəb


jurnalı və divar qəzeti”, “Tamaşalar, müsamirələr, ədəbi-bədii gecələr”, “Ədəbi-
bədii sərgilər”, “Ədəbi ekskursiyalar”, “Kino və teatr”, “Sinifdən və məktəbdən
kənar işin başqa növləri”, “Biblioqrafiya” kimi bölmələr də ədəbiyyat müəlliminə
gündəlik istifadə olunacaq metodiki tövsiyələr verirdi. Qeyd etmək lazımdır ki,
burada bu gün də ədəbiyyat müəllimlərinə gərək olan fikirlər vardır. Bəzi
ədəbiyyat metodistlərinə belə məxəzlərdən istifadə etməsi faydalı olardı. Sonra
ədəbiyyat müəlliminin vəzifələri konkretləşdirilirdi.

Jurnalda “Qabaqcıl müəllimlərin iş təcrübələri” adlı rubrika da vardır.


“Mənim qeydlərim” adlı məqaləni müəllifi, Bakı şəhəri 1 №-li məktəbin tarix
müəllimi Ə.Mehdiyevdir. Müəllim dərslərində istifadə etdiyi üsullardan, dərsin
necə qurulmasından geniş bəhs edir, sonra sözü öz üzərinə gətirirdi: “Müəllimin
tələbkar olması şagirdləri müntəzəm surətdə mənimsənilən dərsin keyfiyyətini
yüksəldir. Odur ki, mən bu işə artıq diqqət yetirirəm. Dərslərimdə geridə qalan
şagirdlərdən daha tez-tez soruşuram”. Müəllimin fikirləri o zamanın tələblərinə
tam uyğun gəlir.

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


Jurnalın sonunda xalq maarif komissarının 23 fevral 1943-cü il tarixli, 17- 2
mart 1943-cü il tarixli, 19 və 14 aprel 1943-cü il tarixli 873 nömrəli əmrləri də dərc
edilmişdir.

“Tənqid və biblioqrafiya” rubrikasında Ə.Əbdürrəhimovun “Orta məktəbdə


kimya dərslərini ölkə müdafiəsi ilə necə əlaqələndirməli”, T.Cabbarlı “Məktəbdə
matematika tədrisi və şagirdlərin hərbi işə hazırlığı”, professor B.Pobedinski
“Hərbi topoqrafiyanın əsas məsələlərinin öyrənilməsində orta məktəb rəsmxətt və
matematika kursunun tətbiqi” kitabları haqqında qısa anonslar verilmişdir.

Beləliklə, birinci nömrə nəzərdən keçirildikdən sonra bu qənaətə rast gəlmək


olur ki, “Azərbaycan məktəbi” öz qarşısında təhsilimizə kömək etmək məqsədini
qoymuşdur. Elə ilk nömrədən duymaq olur ki, “Azərbaycan məktəbi” uzunömürlü
olacaqdır. O Azərbaycan pedaqogika elmi, pedaqoji fikrini də yaşamalı və inkişaf
etdirməlidir. “Azərbaycan məktəbi” bugünkü səviyyəsində öz sələflərinin layiqli,
ardıcıl davamçısı kimi çıxış edir, elmi-nəzəri və pedaqoji jurnal kimi öz statusunu
saxlaya bilir.

İctimai-iqtisadi inkişaf, elmin, texnikanın tərəqqisi təlim işinin


təkmilləşdirilməsini dövrümüzün vacib pedaqoji problemi kimi ortaya atır. Hər
gün oxumadan, öyrənmədən, öz biliyini təkmilləşdirmədən orta tələbata cavab
vermək mümkün deyil.

Dərsi müəllimin yaradıcılıq əsərinə, sinif orağını isə axtarışlar, tapıntılar


laboratoriyasına bənzətmək olar. Müəllimin həmin laboratoriyada şagirdlərlə
apardığı iş: a) onun ideya-siyasi səviyyəsinin, ixtisas hazırlığının, öyrənmək və
öyrətmək həvəsinin; b) dərsin keçildiyi otaq və kabinetin təlim vasirələri ilə
təchizinin; v) şagirdlərin təlim marağının və idrak fəaliyyətinin səviyyəsindən çox
asılıdır. Bütün bu cəhətlərin ahəngdarlığı isə müəllimin öz üzərində işləməsi
təkmilləşmə aparması sayəsində təmin edilir.

İlk maarif komissarı A.V.Lunaçarski yazırdı ki, məktəb-geniş həyat


dənizində sürətlə irəliləyən fırtınalarla təmas etməli, o, hadisələrdən xəbərdar
olmalı, dünyanı həyəcənlandıran hər şey, üzərində hərəkət etdiyimiz zəmini
sarsıdan hər şey, başımızın üzərindəki səmanı şəfəqləndirən hər şey-bütün bunların

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


hamısı məktəb ilə qovuşmalıdır. Qoy şagirdlər bunları görüb hiss etsinlər, qoy
bütün bunlar şagirdləri həyəcanlandırsın.

Doğrudan da belədir. Tarixi, ictimai-siyasi, iqtisadi, elmi-texniki yenilik


mütləq öz əksini proqramda, dərslikdə, digər köməkçi vasitədə, ən başlıcası
müəllimin şərhində tapmalıdır. Bəs müəllim təkmilləşmə mənbəyini haradan
almalıdır. Bu məsələdə-təlimin təkmilləşdirilməsi prosesini təmin etmək
baxımından-pedaqoji mətbuatın üzərinə böyük vəzifə düşür. Azərbaycan SSR
Maarif Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının əməkdaşları
təlimin təkmilləşdirilməsinə kömək məqsədi ilə müxtəlif yollardan istifadə edirlər:

1. Jurnal səhifələrində elmi-nəzəri aspektdə təlim prosesinin mahiyyəti, onun


qanunları və qanunauyğunluqları, təlimin məqsədi, vəzifəsi, prinsipləri, üsulları və
sairə aid görkəmli alimlərin məqalələri dərc edilir. Təlimin təkmilləşdirilməsini
meydana çıxaran səbəblər, bunun nədən ibarət olduğu, təlimdə müasirlik geniş
şəkildə izah olunur.

2. Jurnal təlimin təkmilləşdirilməsi ilə əlaqədar müəllimlərin, pedaqoji


kollektivlərin qabaqcıl iş təcrübəsini öyrənib, ümumiləşdirir, bunu geniş oxucu
kütləsinə çatdırır.

Qeyd etmək lazımdır ki, biz yalnız respublikamızda qazanılmış qabaqcıl iş


təcrübəsini, pedaqoji fikri təbliğ etməklə kifayətlənmirik. Həm də ümumittifaq və
müttəfiq respublikaların pedaqoji jurnallarından istifadə edərək ölkəmizdə
qazanılmış nailiyyətləri, yenilikləri öz jurnalımız vasitəsilə oxuculara təqdim
edirik.

Dərc etdiyimiz məqalələrin köməyi ilə: 1) müəllimlərin dərsin ideya-siyasi


istiqamətini düzgün müəyyənləşdirməyinə və yüksək ideya-siyasi səviyyədə
qurmasına; 2) dərsdə elmiliyin yüksəldilməsinə; 3) şagirdlərdə müstəqillik və
şüurlu fəaliyyətin inkişaf etdirilməsinə; 4) şagirdlərin düşüncəlilik, yaradıcılıq
qabiliyyətlərini artırmağa; 5) şagirdlərdə müsbət keyfiyyətlərin yaradılmasına; 6)
öyrədilən materialın dərindən dərk edilməsinə və s. yardım etməyə çalışırıq.

Təlimin təkmilləşdirilməsi daha çox təlim üsullarından məharətlə istifadə


edilməsindən, xüsusilə yeni proqramların tətbiqində təlimə müasir elmi-metodiki,
pedaqoji baxımdan yanaşmaqdan ibarətdir. Ona görə də istər “Azərbaycan
məktəbi” jurnalı və istərsə də ona əlavələr buraxılan metodiki məcmuələrdə dərsdə
texniki təlim vasitələrindən istifadə olunması, proqramlaşdırma, problemli
vəziyyətin yaradılması, dərsin intensivləşdirilməsi və sair maraqlı məqalələrə dair
iş təcrübəsini tez-tez çap edirik.

10

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


Sumqayıt şəhərindəki 12 nömrəli məktəbin riyaziyyat müəllimi Yaqub
Bünyadovun “Təlim zamanı maşınlardan istifadə etməyin səmərəliliyinə dair”
(1971, № 1), Naxçıvan Pedaqoji İnstitutunun müəllimi Nəriman Orucəliyevin
“Təlim və texniki vasitələr” (1972, № 4 ), Lənkəran rayonu Boladi kənd orta
məktəbinin fizika müəllimi Əliməmməd Ağayevin “Öyrədici, yoxlayıcı,
nəzarətedici maşın və cihazlardan istifadə olunması təcrübəsindən” (1973, № 4),
Sumqayıt şəhərindəki 13 №li məktəbin riyaziyyat müəllimi X.İbrahimovanın
“Avtomatlaşdırılmış sinifdə təlimin effektliyi haqqında” (1975, № 8) və digər
məqalələr bilavasitə müəlliflərin dərs dedikləri məktəbdə özlərinin təlimin texniki
vasitələrindən istifadə şəraiti yaradaraq şəxsi təcrübələrinin nəticəsi kimi meydana
gəlmişdir. Ona görə də bu cür materiallar oxucular tərəfindən rəğbətlə qarşılanır,
həmin qabaqcıl iş təcrübəsi sürətlə yayılır. Son beş il ərzində “Azərbaycan
məktəbi” jurnalında yalnız yeni proqramlarla əlaqədar təlimin
təkmilləşdirilməsinə xidmət edən 70 məqalə çap edilmişdir.

Təlimin təkmilləşdirilməsi müəllimdən geniş hazırlıq tələb edir. O, psixoloji,


sosioloji, fizioloji və digər müvafiq elmi tədqiqatların nəticəsi ilə tanış olmalı və
bunlardan yaradıcı şəkildə istifadə etməlidir. “Azərbaycan məktəbi” jurnalı bu
cəhətdən müəllimlərə kömək etmək məqsədi ilə görkəmli sovet alimlərinin
əsərlərini imkan daxilində tərcümə edib öz səhifələrində oxuculara çatdırır.

“Azərbaycan məktəbi” jurnalının əməkdaşları və redaksiya heyəti müəllimlərə


əməli köməyi gücləndirmək, onların ehtiyacına görə əsl gərəkli materialı onlara
çatdırmaq üçün müxtəlif iş üsullarından istifadə edir. Onlardan oxucularla
görüşləri, redaksiya əməkdaşlarının təkmilləşdirmə institutları ilə birlikdə
keçirdikləri elmi-praktik konfransları, respublikanın şəhər və rayonlarında
keçirilən elmi-praktik konfrans materiallarının öyrənilməsini qeyd etmək olar. Son
bir ildə Bakıda, Neftçala və Salyan rayonlarında keçirilən oxucular konfransı,
mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutu ilə birlikdə keçirdiyimiz “Təlimin
təkmilləşdirilməsi yolları”na aid elmi-praktik konfrans işimizin yenidən
qurulmasına xeyli kömək etmişdir. Lap son aylarda Sumqayıt, Kirovabad, Bakı
şəhərində keçirilən elmi-praktik konfransların iş təcrübəsi redaksiyanın təlimin
təkmilləşdirilməsi probleminə aid çıxışlarına olduqca səmərəli təsir göstərmişdir.
Biz jurnalda həm qabaqcıl iş təcrübəsiə aid ümumilə.dirici xarakterdə olan
materialları, həm də müəllimlərin məruzələrinin ən yaxşılarını ayrıca çap edirik.

Məni maraqlandıran bir məsələyə yeri gəlmişkən öz münasibətimi bildirmək


istərdim. Yuxarıda qeyd etdiyim kimi dərs-müəllimin yaradıcılıq əsəridir. Burada
hər kəsin öz üslubu, öz takı, öz danışıq tərzi var, digər tərəfdən müəllimlərin
dünyagörüşü və ixtisas hazırlığı bir-birindən fərqlidir. Ona görə də dərsi
11

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


standartlaşdırmaq olmaz. Çünki hər kəs ümumi prinsiplər, qaydalar və
qanunauyğunluqlar əsasında necə “demək” lazım olduğunu özü tapır. Odur ki, biz
təlimin təkmilləşdirilməsinə aid konkret məsələləri əhatə etdiyimiz kimi,
müəllimin ümumi hazırlığına kömək edən geniş problemlərin şərhinə də çalışırıq.
Bunun üçün yerli alimlərin əsərləri ilə birlikdə tərcümə materiallarından da istifadə
edirik. Redaksiya heyətinin qərarı ilə A.Bularnının “Hansı dərsi dərs hesab etmək
olar?” (“Какой урок можна считать современным?”) məqaləsini tərcümə edib
çapa hazırlamışıq. Güman edirik ki, bu məqalə müəllimlərə nəzəri və əməli
cəhətdən faydalı olacaq.

Redaksiya işinin bir xüsusiyyəti müəllimlərin ən qabaqcıl elmi fikir və təcrübə


ilə silahlandırmaqdan ibarətdir. Onların, yüzlərin içərisindən ən gərəkli, faydalı
materialı seçməyi, yaxud ən məşhur müəllifin belə subyektivizmə qapılaraq ortaya
çıxardığı ziddiyyətləri duymaq, araşdırmaq, onu həll etməyi bacarmaq tələb
olunur. Bunun üçün redaksiya işçisi özü siyasi cəhətdən hazırlıqlı, elmi-nəzəri
biliklərlə silahlanmış, pedaqoji iş və təcrübə ilə tanış olmalıdır. Müasirliyi,
zamanın tələbini hamıdan əvvəl redaksiya işçisi duymalıdır. Biz çalışırıq ki,
“Azərbaycan məktəbi” jurnalının yaradıcı kollektivi belə bir səviyyədə dayana
bilsin.

“Azərbaycan məktəbi” jurnalı redaksiyasının hər tədris ili üçün qabaqcadan


müəyyənləşdirilmiş tematik planında təlimin aktual problemlərinin işıqlandırılması
nəzərdə tutulur. Bəzən belə bir hal alınır. Redaksiyaya eyni məzmunlu bir neçə
məqalə daxil olur, lakin aktual bir problemə aid yazı gəlmir. Məsələn: təlimdə
texniki təlim vasitələrindən istifadəyə aid 10 məqalə aldığımız halda, təlimdə
fərdiləşdirməyə aid heç bir yazı göndərilmir. Biz təlimin bütün əlaqədar
səhifələrini əhatə etmək üçün bir sıra gərəkli mövzuları işləməyi ya qabaqcıl
təcrübəsi olan müəllimə, ya da elmi işçiyə sifariş veririk. Beləliklə, müxtəliflik,
rəngarənglik həm jurnalistika baxımından, həm də metodik cəhətdən ödənilir.

Mətbuat, mütaliə ən yaxşı təkmilləşmə vasitəsidir. Ona görə də, əgər işin bir
tərəfi qabaqcıl iş təcrübəsinin mətbuat işçiləri tərəfindən öyrənilməsi,
ümumiləşdirilməsi, yayılmasıdırsa, digər tərəfi müəllimin onu diqqətlə oxuyub
öyrənməsi, düşünməsi, özü üçün səmərəli olanıarı əxz etməsidir. Redaksiyaya
gələn bir sıra zəif məqalələrdən, məktəblərdə əməli işlə tanış olarkən rastlaşdığımız
müəllimlərin bəzilərinin söhbətlərindən belə nəticəyə gəlmək olar ki, hələ də öz
üzərində az işləyən, pedaqoji mətbuatı lazımınca izləməyən, məqalələri
başdansovdu oxuyan müəllimlər vardır. K.D.Uşinski belələrinə cavab olaraq
yazırdı ki, pis mütaliə nəticəsində nə alınır? Tutqun və səthi anlayışlar və
təsəvvürlər xaosu, tam bir cəhalət ilə birləşmiş hər şeydən xəbərdarlıq, marağın
12

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


məhv olması, hafizənin şiddətli surətdə zəifləməsi və öz-özündən boş və şişirdilmiş
razılıq.

Deməli, təlimin təkmilləşdirilməsində, başlıca amillərdən biri müəllimlərin


pedaqoji mətbuatı diqqətlə mütaliəsi ilə bağlıdır. Elə buna görə də, redaksiya,
müəllimlərin özünütəhsilinə aid materiallar verir, onlara elmi-tədqiqat , müstəqil
işləmək, təkmilləşmək yollarını öyrədir.

“Azərbaycan məktəbi” jurnalının 4-cü nömrəsində (1975) çap edilən


“Müəllimlərin pedaqogikadan özünütəhsili yaradıcılığa yoldur” adlı məqalə
(müəllifi dosent Y.Talıbov yoldaşdır) müəllimlər tərəfindən rəğbətlə
qarşılanmışdır. Hətta onlardan bir qrupu redaksiyaya yazdığı məktubda bu
məqalədən faydalandıqlarını razılıq hissi ilə qeyd edirlər.

Nəticə olaraq demələyik ki, pedaqoji mətbuat təlim-tərbiyə işinin


təkmilləşdirilməsinə kömək edən güclü vasitələrdən biridir. “Azərbaycan məktəbi”
jurnalı və ona əlavələrin redaksiya heyətləri bundan sonra da təlimin
təkmilləşdirilməsinə istiqamətverici köməyini dacam etdirəcəkdir.

“Azərbaycan məktəbi” jurnalının 50 illik yubileyi münasibətilə


keçirilən təntənəli yığıncaqda Azərbaycan SSR maarif naziri,
akademik M.M.Mehdizadənin giriş sözü
ƏZİZ YOLDAŞLAR!
Bu gün biz buraya respublikamızda qocaman pedaqoji mətbuat
orqanlarından birinin – “Azərbaycan məktəbi” jurnalının 50 illik yubileyini qeyd
etməyə toplaşmışıq.

“Azərbaycan məktəbi” jurnalı respublikamızda sovet hakimiyyəti


qurulmasının ilk dövrlərində, 1924-cü ildə “Yeni məktəb” adı ilə nəşr olunmağa
başlanmışdır. Bu elə bir dövr idi ki, bütün ölkədə olduğu kimi, respublikamızda da
savadsızlığa qarşı geniş hücum başlanmışdı: Partiya və hökumət xalq
təsərrüfatının bütün sahələri ilə yanaşı xalq maarifini də inkişaf etdirmək, gənc
nəslin təlim-tərbiyəsini qarşıda qoyulmuş tələblər səviyyəsində qurmaq, keçmiş
quruluşdan miras qalmış geriliyi sürətlə aradan qaldırmaq, məktəb quruculuğu
sahəsində işləri müvəffəqiyyətlə inkişaf etdirmək üçün mühüm tədbirlər
müəyyənləşdirir və həyata keçirirdi.

13

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


Azərbaycan SSR Maarif Komissarlığı elə bir pedaqoji orqanın nəşrinə böyük
ehtiyac hiss edirdi ki, o məktəb, maarif haqqındakı siyasəti müəllimlərə və zəhmət
adamlarına şərh etsin, qurulmaqda olan yeni məktəblərin qarşısında duran
vəzifələri aydınlaşdırsın, onların təşkilini və inkişafını asanlaşdırsın. Belə bir
pedaqoji orqan “Yeni məktəb” - “Azərbaycan məktəbi” oldu. Jurnalın birinci
nömrəsində onun ilk redaktoru, respublikanın Maarif Komissarı, maarifimizin
tarixində görkəmli xidmətləri olan Mustafa Quliyevin imzası ilə dərc olunmuş
jurnalın vəzifələrini şərh edən baş məqalədə deyilirdi ki, “Jurnalımızın
səhifələrində, bir tərəfdən təlim və tərbiyə sahəsində böyük pedaqoji qüvvələri
çalışan rusiyanın maarif təcrübələrini aydınlaşdıracaq, digər tərəfdən ümumən
Azərbaycan məktəblərinin vəziyyətini və onların yaşamasına lazım olan hər şeyi
izah edəcəyik”. O zamandan nəşr edilməkdə olan bu elmi pedaqoji orqan 30-cu
illərədək “Yeni məktəb”, qırxıncı illərin əvvəllərinədək “Müəllimə kömək” adları
ilə, 1943-cü ildən, yəni 33 ildən çox bir müddətdə isə indiki “Azərbaycan məktəbi”
adı ilə nəşr edilir.

“Azərbaycan məktəbi” jurnalı respublikada məktəb təhsilinin tərəqqi


yollarını işıqlandırmaqda çox böyük və mənalı fəaliyyət göstərmiş və
göstərməkdədir. Ona görə ki, jurnalın inkişafına, elmi-pedaqoji, ideya-siyasi
cəhətlərdən təkmilləşdirilməsinə hərtərəfli qayğı göstərmiş və göstərir. Mərkəzi
Komitə onun 50 illik yubileyini keçirmək üçün qərar qəbul etmişdir.

Jurnalın oynamış olduğu və oynadığı rol göz qabağındadır. Mübaliğəsiz


deyə bilərik ki, respublikada məktəb təhsilinun elmi-pedaqoji, ideya-siyasi,
təşkilati cəhətlərdən və s. tərəqqi tarixi jurnalın səhifələrində əks olunmaqdadır.
Jurnal məktəb və ümumiyyətlə, maarif haqqında qərarları müəllimlərə, maarif
işçilərinə çatdırmaqda, bu qərarların həyata keçirilməsi yollarının
işıqlandırılmasında, hamılıqla ibtidai icbari təhsildən başlamış, hamılıqla orta
təhsilin həyata keçirilməsinədək lazım olan problemlərin şərhində,
məktəblərimizin müxtəlif tərəqqi mərhələlərində təlim-tərbiyə işlərinin məzmunca
yeniləşdirilib təkmilləşdirilməsində, yeni proqram və dərs kitablarının, yeni təlim-
14

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


tərbiyə forma və üsullarının şərhində qabaqcıl pedaqoji təcrübənin yayılmasında,
müəllim hazırlığında və təkmilləşdirilməsində və s. əlindən gələni əsirgəməmişdir.

Azərbaycanda yeni məktəbləri təşkil edib tərəqqi etdirmək üçün dövrün


müəyyən qabaqcıl pedaqoji nəzəriyyə və təcrübəsinə arxalanmaq lazım idi. Belə
qabaqcıl pedaqoji nəzəriyyə və təcrübə Rusiyada mövcud idi. “Azərbaycan
məktəbi” jurnalı ilk nmrəsindən bu nəzəriyyə və təcrübəni işıqlandırır, respublika
müəllimlərinə çatdırmağa çalışırdı. Bu məqsədlə jurnal tarixi ideyaları şərh etmək
üçün bütün imkanlarını səfərbər edirdi və edir.

Bu məqsədlə görkəmli dövlət xadimi M.K.Kalinin böyük sovet pedaqoqları,


sovet pedaqogika elminin korifeyləri N.K.Krupskayanın , A.S.Makarenkonun
dərin mənalı pedaqogika nəzəriyyələrinə gənc nəslin kommunist tərbiyəsinə həsr
edilmiş məqalələrinə, onların şərhinə jurnal səhifələrində geniş yer verilmişdir.
Məşhur rus sovet pedaqoqları Şatskinin, Blonskinin və başqalarının qabaqcıl
pedaqoji və psixoloji fikirləri jurnalın səhifələrində geniş şəkildə işıqlandırılmışdır.
Jurnal indi də görkəmli rus sovet pedaqoq və psixoloqlarının əsərlərinin şərhinə
geniş yer verməyə çalışır və bu da onun qiymətli fəaliyyəti cümləsindən hesab
edilməlidir.

Bütün bunlar, mübaliğəsiz demək olar ki, pedaqoji fikirlərin


respublikamızda kök salmasına və inkişafına böyük imkanlar yaradırdı.

Jurnalın ən böyük nailiyyətlərindən birini onda axtarmaq lazımdır ki, onun


ətrafına respublikanın qabaqcıl müəllimləri, pedaqogika və psixologiya sahəsində
çalışan görkəmli alimlər toplanıb jurnalın işində böyük fəallıqla iştirak edir, həm
jurnalın məzmununu yaxşılaşdırır, həm də bu prosesdə özləri inkişaf edirdilər və
edirlər. Qeyd etməliyəm ki, jurnalın işində respublikanın məşhur yazıçıları
mərhum Mehdi hüseyn, Sabit Rəhman, görkəmli alimlərdən mərhum professor
Makovelski, professor Komarovski, dosent Əşrəf Hacıyev, professor Rzabəyli,
professor Feyzulla Qasımzadə və b. fəal iştirak etmişlər.

15

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


Minnətdarlıqla deməliyəm ki, jurnalın işində əməkdar elm xadimləri
professor Ə.Seyidov, professor M.Muradxanov, professor A.Abdullayev,
professor N.Kazımov, professor B.Ağayev, əməkdar müəllim İbrahim Hacıyev və
bir çox b. xeyli vaxtdır ki, fəal iştirak edirlər.

Professor M.Muradxanov nəinki məzmunlu məqalələri ilə, hətta uzun illər


jurnalın redaksiya heyətinin üzvü kimi də onun illik və aylıq məqalələr planının
tərtibində fəal iştirak etmiş, indi də jurnala öz köməyini əsirgəmir.

Jurnalın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, indi demək olar
ki, bütün məktəb fənləri üzrə jurnala əlavə məcmuələr, o cümlədən rus dili və
ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, fizika və riyaziyyat, tarix, ictimaiyyət və
coğrafiya, kimya və biologiya və s. nəşr edilməkdədir. Həm jurnalın özü, həm də
onun əlavələri müəllimlər arasında çox məşhurlaşmış və onlara metodik kömək
göstərməkdə olduqca vacib və nəcib rol oynayır. “Azərbaycan məktəbi”nin indi 21
min nüsxə tirajla, əlavələrinin isə orta hesabla ayda 40 çap vərəqi həcmində 130
min nüsxə tirajla çıxması bunu açıq sübut edir. Jurnalın tarixi boyu onun redaksiya
heyətinin üzvləri, redaktoru və əməkdaşları vəzifəsində çox yoldaşlar işləmişlər.
Məsələn, 20 ilədək müddətdə onun redaktorluğunu Rüstəm Hüseynov yoldaş
aparmışdır. İcazə verin jurnalın fəaliyyətini yaxşılaşdırmaq məqsədilə çalışmış
olan, bu işdə qüvvə və qabiliyyətlərini əsirgəməyən bütün yoldaşlara Azərbaycan
SSR Maarif Nazirliyi adından minnətdarlığımızı bildirim.

Əziz yoldaşlar! “Azərbaycan məktəbi” jurnalının 50 yaşı onun dolğunlaşıb


müdrikləşdiyini, yeni, daha mürəkkəb vəzifələrin həllində cəsarətlə, daha fəallıqla
iştirak etməsi üçün yetişmiş olduğunu göstərən yaşdır. Jurnal indi öz qarşısında
duran daha mürəkkən elmi-pedaqoji problemlərin həllində iştirak etməyə hazır və
qabildir. Jurnal müəllimlərin elmi-pedaqoji səviyyəsini yüksəltmək üçün əlindən
gələni əsirgəməmişdir. Biz gənclərin hamılıqla orta təhsil almasını əsasən başa
çatdırmışıq, indi onun təkmilləşdirilməsinə nail olmalıyıq. Biz məktəblərdə yeni
proqramlara keçməyi də əsasən başa vurmuşuq. İndi bu proqram və dərs
kitablarını təkmilləşdirmək vəzifəsini həll etməliyik. Kompleks şəkildə gənclərin
16

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


ideya-siyasi, əxlaq və tərbiyəsini əsaslı surətdə yaxşılaşdırmalıyıq. Biz indi təlim
üsullarını əsaslı surətdə elə yaxşılaşdırmağa nail olmalıyıq ki, şagirdlər siyasi və
elmi informasiyanı müstəqil olaraq mənimsəməyi bacarsınlar və s. və i. Bütün bu
vəzifələrin həllində “Azərbaycan məktəbi” jurnalı, onun əlavələri daha ciddiyyətlə
çalışmağa, məktəbliləri müasir elmin əsasları ilə daha mükəmməl silahlandırıb,
peşə seçməyə, həyata hazırlamaq işinin həllinə kömək etməyə borcludur. İndi
respublika məktəblərində zəngin qabaqcıl pedaqoji təcrübə toplanmışdır. Bunları
yaymaqda jurnal böyük rol oynamışdır.

Qabaqcıl müəllimləri, pedaqogika, psixologiya elmləri sahəsində çalışan


qabaqcıl alimləri, metodistləri öz ətrafında toplamaqda jurnal hələ çox iş
görməlidir. Bütün bu və bu kimi şərəfli vəzifələrin həllində “Azərbaycan məktəbi”
jurnalının redaksiya heyətinə, onun əməkdaşlarına, fəal müxbirlərinə və bütün
oxucularına böyük nailiyyətlər arzulayırıq.

İctimai-iqtisadi inkişaf, elmin, texnikanın tərəqqisi təlim işinin


təkmilləşdirilməsini dövrümüzün vacib pedaqoji problemi kimi ortaya atır. Hər
gün oxumadan, öyrənmədən, öz biliyini təkmilləşdirmədən orta tələbata cavab
vermək mümkün deyil.

Dərsi müəllimin yaradıcılıq əsərinə, sinif orağını isə axtarışlar, tapıntılar


laboratoriyasına bənzətmək olar. Müəllimin həmin laboratoriyada şagirdlərlə
apardığı iş: a) onun ideya-siyasi səviyyəsinin, ixtisas hazırlığının, öyrənmək və
öyrətmək həvəsinin; b) dərsin keçildiyi otaq və kabinetin təlim vasirələri ilə
təchizinin; v) şagirdlərin təlim marağının və idrak fəaliyyətinin səviyyəsindən çox
asılıdır. Bütün bu cəhətlərin ahəngdarlığı isə müəllimin öz üzərində işləməsi
təkmilləşmə aparması sayəsində təmin edilir.

İlk maarif komissarı A.V.Lunaçarski yazırdı ki, məktəb-geniş həyat


dənizində sürətlə irəliləyən fırtınalarla təmas etməli, o, hadisələrdən xəbərdar
olmalı, dünyanı həyəcənlandıran hər şey, üzərində hərəkət etdiyimiz zəmini
sarsıdan hər şey, başımızın üzərindəki səmanı şəfəqləndirən hər şey-bütün bunların
hamısı məktəb ilə qovuşmalıdır. Qoy şagirdlər bunları görüb hiss etsinlər, qoy
bütün bunlar şagirdləri həyəcanlandırsın.

Doğrudan da belədir. Tarixi, ictimai-siyasi, iqtisadi, elmi-texniki yenilik


mütləq öz əksini proqramda, dərslikdə, digər köməkçi vasitədə, ən başlıcası
17

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


müəllimin şərhində tapmalıdır. Bəs müəllim təkmilləşmə mənbəyini haradan
almalıdır. Bu məsələdə-təlimin təkmilləşdirilməsi prosesini təmin etmək
baxımından-pedaqoji mətbuatın üzərinə böyük vəzifə düşür. Azərbaycan SSR
Maarif Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının əməkdaşları
təlimin təkmilləşdirilməsinə kömək məqsədi ilə müxtəlif yollardan istifadə edirlər:

1. Jurnal səhifələrində elmi-nəzəri aspektdə təlim prosesinin mahiyyəti, onun


qanunları və qanunauyğunluqları, təlimin məqsədi, vəzifəsi, prinsipləri, üsulları və
sairə aid görkəmli alimlərin məqalələri dərc edilir. Təlimin təkmilləşdirilməsini
meydana çıxaran səbəblər, bunun nədən ibarət olduğu, təlimdə müasirlik geniş
şəkildə izah olunur.

2. Jurnal təlimin təkmilləşdirilməsi ilə əlaqədar müəllimlərin, pedaqoji


kollektivlərin qabaqcıl iş təcrübəsini öyrənib, ümumiləşdirir, bunu geniş oxucu
kütləsinə çatdırır.

Qeyd etmək lazımdır ki, biz yalnız respublikamızda qazanılmış qabaqcıl iş


təcrübəsini, pedaqoji fikri təbliğ etməklə kifayətlənmirik. Həm də ümumittifaq və
müttəfiq respublikaların pedaqoji jurnallarından istifadə edərək ölkəmizdə
qazanılmış nailiyyətləri, yenilikləri öz jurnalımız vasitəsilə oxuculara təqdim
edirik.

Dərc etdiyimiz məqalələrin köməyi ilə: 1) müəllimlərin dərsin ideya-siyasi


istiqamətini düzgün müəyyənləşdirməyinə və yüksək ideya-siyasi səviyyədə
qurmasına; 2) dərsdə elmiliyin yüksəldilməsinə; 3) şagirdlərdə müstəqillik və
şüurlu fəaliyyətin inkişaf etdirilməsinə; 4) şagirdlərin düşüncəlilik, yaradıcılıq
qabiliyyətlərini artırmağa; 5) şagirdlərdə müsbət keyfiyyətlərin yaradılmasına; 6)
öyrədilən materialın dərindən dərk edilməsinə və s. yardım etməyə çalışırıq.

Təlimin təkmilləşdirilməsi daha çox təlim üsullarından məharətlə istifadə


edilməsindən, xüsusilə yeni proqramların tətbiqində təlimə müasir elmi-metodiki,
pedaqoji baxımdan yanaşmaqdan ibarətdir. Ona görə də istər “Azərbaycan
məktəbi” jurnalı və istərsə də ona əlavələr buraxılan metodiki məcmuələrdə dərsdə
texniki təlim vasitələrindən istifadə olunması, proqramlaşdırma, problemli
vəziyyətin yaradılması, dərsin intensivləşdirilməsi və sair maraqlı məqalələrə dair
iş təcrübəsini tez-tez çap edirik.

Sumqayıt şəhərindəki 12 nömrəli məktəbin riyaziyyat müəllimi Yaqub


Bünyadovun “Təlim zamanı maşınlardan istifadə etməyin səmərəliliyinə dair”
(1971, № 1), Naxçıvan Pedaqoji İnstitutunun müəllimi Nəriman Orucəliyevin
“Təlim və texniki vasitələr” (1972, № 4 ), Lənkəran rayonu Boladi kənd orta

18

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


məktəbinin fizika müəllimi Əliməmməd Ağayevin “Öyrədici, yoxlayıcı,
nəzarətedici maşın və cihazlardan istifadə olunması təcrübəsindən” (1973, № 4),
Sumqayıt şəhərindəki 13 №li məktəbin riyaziyyat müəllimi X.İbrahimovanın
“Avtomatlaşdırılmış sinifdə təlimin effektliyi haqqında” (1975, № 8) və digər
məqalələr bilavasitə müəlliflərin dərs dedikləri məktəbdə özlərinin təlimin texniki
vasitələrindən istifadə şəraiti yaradaraq şəxsi təcrübələrinin nəticəsi kimi meydana
gəlmişdir. Ona görə də bu cür materiallar oxucular tərəfindən rəğbətlə qarşılanır,
həmin qabaqcıl iş təcrübəsi sürətlə yayılır. Son beş il ərzində “Azərbaycan
məktəbi” jurnalında yalnız yeni proqramlarla əlaqədar təlimin
təkmilləşdirilməsinə xidmət edən 70 məqalə çap edilmişdir.

Təlimin təkmilləşdirilməsi müəllimdən geniş hazırlıq tələb edir. O, psixoloji,


sosioloji, fizioloji və digər müvafiq elmi tədqiqatların nəticəsi ilə tanış olmalı və
bunlardan yaradıcı şəkildə istifadə etməlidir. “Azərbaycan məktəbi” jurnalı bu
cəhətdən müəllimlərə kömək etmək məqsədi ilə görkəmli sovet alimlərinin
əsərlərini imkan daxilində tərcümə edib öz səhifələrində oxuculara çatdırır.

“Azərbaycan məktəbi” jurnalının əməkdaşları və redaksiya heyəti müəllimlərə


əməli köməyi gücləndirmək, onların ehtiyacına görə əsl gərəkli materialı onlara
çatdırmaq üçün müxtəlif iş üsullarından istifadə edir. Onlardan oxucularla
görüşləri, redaksiya əməkdaşlarının təkmilləşdirmə institutları ilə birlikdə
keçirdikləri elmi-praktik konfransları, respublikanın şəhər və rayonlarında
keçirilən elmi-praktik konfrans materiallarının öyrənilməsini qeyd etmək olar. Son
bir ildə Bakıda, Neftçala və Salyan rayonlarında keçirilən oxucular konfransı,
mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutu ilə birlikdə keçirdiyimiz “Təlimin
təkmilləşdirilməsi yolları”na aid elmi-praktik konfrans işimizin yenidən
qurulmasına xeyli kömək etmişdir. Lap son aylarda Sumqayıt, Kirovabad, Bakı
şəhərində keçirilən elmi-praktik konfransların iş təcrübəsi redaksiyanın təlimin
təkmilləşdirilməsi probleminə aid çıxışlarına olduqca səmərəli təsir göstərmişdir.
Biz jurnalda həm qabaqcıl iş təcrübəsiə aid ümumilə.dirici xarakterdə olan
materialları, həm də müəllimlərin məruzələrinin ən yaxşılarını ayrıca çap edirik.

Məni maraqlandıran bir məsələyə yeri gəlmişkən öz münasibətimi bildirmək


istərdim. Yuxarıda qeyd etdiyim kimi dərs-müəllimin yaradıcılıq əsəridir. Burada
hər kəsin öz üslubu, öz takı, öz danışıq tərzi var, digər tərəfdən müəllimlərin
dünyagörüşü və ixtisas hazırlığı bir-birindən fərqlidir. Ona görə də dərsi
standartlaşdırmaq olmaz. Çünki hər kəs ümumi prinsiplər, qaydalar və
qanunauyğunluqlar əsasında necə “demək” lazım olduğunu özü tapır. Odur ki, biz
təlimin təkmilləşdirilməsinə aid konkret məsələləri əhatə etdiyimiz kimi,
müəllimin ümumi hazırlığına kömək edən geniş problemlərin şərhinə də çalışırıq.
19

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


Bunun üçün yerli alimlərin əsərləri ilə birlikdə tərcümə materiallarından da istifadə
edirik. Redaksiya heyətinin qərarı ilə A.Bularnının “Hansı dərsi dərs hesab etmək
olar?” (“Какой урок можна считать современным?”) məqaləsini tərcümə edib
çapa hazırlamışıq. Güman edirik ki, bu məqalə müəllimlərə nəzəri və əməli
cəhətdən faydalı olacaq.

Redaksiya işinin bir xüsusiyyəti müəllimlərin ən qabaqcıl elmi fikir və təcrübə


ilə silahlandırmaqdan ibarətdir. Onların, yüzlərin içərisindən ən gərəkli, faydalı
materialı seçməyi, yaxud ən məşhur müəllifin belə subyektivizmə qapılaraq ortaya
çıxardığı ziddiyyətləri duymaq, araşdırmaq, onu həll etməyi bacarmaq tələb
olunur. Bunun üçün redaksiya işçisi özü siyasi cəhətdən hazırlıqlı, elmi-nəzəri
biliklərlə silahlanmış, pedaqoji iş və təcrübə ilə tanış olmalıdır. Müasirliyi,
zamanın tələbini hamıdan əvvəl redaksiya işçisi duymalıdır. Biz çalışırıq ki,
“Azərbaycan məktəbi” jurnalının yaradıcı kollektivi belə bir səviyyədə dayana
bilsin.

“Azərbaycan məktəbi” jurnalı redaksiyasının hər tədris ili üçün qabaqcadan


müəyyənləşdirilmiş tematik planında təlimin aktual problemlərinin işıqlandırılması
nəzərdə tutulur. Bəzən belə bir hal alınır. Redaksiyaya eyni məzmunlu bir neçə
məqalə daxil olur, lakin aktual bir problemə aid yazı gəlmir. Məsələn: təlimdə
texniki təlim vasitələrindən istifadəyə aid 10 məqalə aldığımız halda, təlimdə
fərdiləşdirməyə aid heç bir yazı göndərilmir. Biz təlimin bütün əlaqədar
səhifələrini əhatə etmək üçün bir sıra gərəkli mövzuları işləməyi ya qabaqcıl
təcrübəsi olan müəllimə, ya da elmi işçiyə sifariş veririk. Beləliklə, müxtəliflik,
rəngarənglik həm jurnalistika baxımından, həm də metodik cəhətdən ödənilir.

Mətbuat, mütaliə ən yaxşı təkmilləşmə vasitəsidir. Ona görə də, əgər işin bir
tərəfi qabaqcıl iş təcrübəsinin mətbuat işçiləri tərəfindən öyrənilməsi,
ümumiləşdirilməsi, yayılmasıdırsa, digər tərəfi müəllimin onu diqqətlə oxuyub
öyrənməsi, düşünməsi, özü üçün səmərəli olanıarı əxz etməsidir. Redaksiyaya
gələn bir sıra zəif məqalələrdən, məktəblərdə əməli işlə tanış olarkən rastlaşdığımız
müəllimlərin bəzilərinin söhbətlərindən belə nəticəyə gəlmək olar ki, hələ də öz
üzərində az işləyən, pedaqoji mətbuatı lazımınca izləməyən, məqalələri
başdansovdu oxuyan müəllimlər vardır. K.D.Uşinski belələrinə cavab olaraq
yazırdı ki, pis mütaliə nəticəsində nə alınır? Tutqun və səthi anlayışlar və
təsəvvürlər xaosu, tam bir cəhalət ilə birləşmiş hər şeydən xəbərdarlıq, marağın
məhv olması, hafizənin şiddətli surətdə zəifləməsi və öz-özündən boş və şişirdilmiş
razılıq.

Deməli, təlimin təkmilləşdirilməsində, başlıca amillərdən biri müəllimlərin


pedaqoji mətbuatı diqqətlə mütaliəsi ilə bağlıdır. Elə buna görə də, redaksiya,
20

Electronic copy available at: https://ssrn.com/abstract=4371822


müəllimlərin özünütəhsilinə aid materiallar verir, onlara elmi-tədqiqat , müstəqil
işləmək, təkmilləşmək yollarını öyrədir.

“Azərbaycan məktəbi” jurnalının 4-cü nömrəsində (1975) çap edilən


“Müəllimlərin pedaqogikadan özünütəhsili yaradıcılığa yoldur” adlı məqalə
(müəllifi dosent Y.Talıbov yoldaşdır) müəllimlər tərəfindən rəğbətlə
qarşılanmışdır. Hətta onlardan bir qrupu redaksiyaya yazdığı məktubda bu
məqalədən faydalandıqlarını razılıq hissi ilə qeyd edirlər.

Nəticə olaraq demələyik ki, pedaqoji mətbuat təlim-tərbiyə işinin


təkmilləşdirilməsinə kömək edən güclü vasitələrdən biridir. “Azərbaycan məktəbi”
jurnalı və ona əlavələrin redaksiya heyətləri bundan sonra da təlimin
təkmilləşdirilməsinə istiqamətverici köməyini dacam etdirəcəkdir.

İstifadə edilmiş ədəbiyyat

1. “Azərbaycan məktəbi”. 1943, №1.

2. “Yeni məktəb”. 1924, № 1-3.

3. “Müəllimə kömək”. 1930, №1.

4. Ağayev Ə. “Azərbaycan məktəbi” 50 ildə. “Azərbaycan məktəbi” jurnalı,


1976, №10.

5. Rüstəmov F. Azərbaycan pedaqogika jurnalı. Bakı: Elm və təhsil, 2016.

6. Muradov M. Azərbaycan təhsil tarixi. II cild. Bakı, 2011.

7. Mikayıllı B. İşıq. Bakı, 2013.

21

Electronic copy available at: https://ssrn.com/abstract=4371822

You might also like