You are on page 1of 6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

FƏNN SİLLABUSU

Təsdiq edirəm: riyaziyyat üzrə elmlər doktoru, prof. A.R.Əliyev


(kafedra müdiri)

İmza: __________________________________

Tarix: 13 sentyabr 2021-ci il

Kafedra: Ümumi və tətbiqi riyaziyyat


Fakültə: QNM
I. Fənn haqqında məlumat
Fənnin adı: Diferensial tənliklər
Tədris yükü (saat) cəmi: ___mühazirə 30 s. məşğələ__15 s___
Tədris ili ___2021-2022____Semestr__III__ İxtisas __050631 – Neft-qaz mühəndisliyi
Kredit sayı __4__
II. Müəllim haqqında məlumat:
_____ Səbzəliyeva İlhamə Mahir qızı, fiz.-riy.elmləri namizədi, dosent
(Soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi)
Məsləhət günləri və saatları: 5-ci gün saat 1300
E-mail ünvanı: isabzaliyeva@mail.ru
İş telefonu: 4986592 (şəhər nömrəsi), 5-69 (daxili nömrə)
III. Ədəbiyyat
A. Azərbaycan dilində
1. M.M.Səbzəliyev, Ali riyaziyyatdan mühazirələr, II hissə, Bakı-2014, 485 səh.
2. Y.Ş.Səlimov, M.M.Səbzəliyev, Ali riyaziyyatdan məsələlər, III hissə, Bakı-2011, 206 səh.
3. M.M.Səbzəliyev, Ali riyaziyyatdan məsələlər, II hissə, Bakı-2016, 392 səh.
4. Yaşar Səlimov, İlhamə Səbzəliyeva. Xüsusi törəməli diferensial tənliklərin ümumi
nəzəriyyəsinə giriş, Bakı-2009, 119 səh.
B. Rus dilində
1. И.Г.Петровский, Лекции по теории обыкновенных дифференциальных уравнений,
Москва; Наука, 1970.
2. В.В.Степанов, Курс дифференциальных уравнений, Москва, 1953, 468 стр.
3. Н.М.Матвеев, Методы интегрирования обыкновенных дифференциальных
уравнений, Москва, 1976, 304 стр.
4. Р.С.Гутер, А.Р.Янпольский, Дифференциальные уравнения, Москва, 1976, 304 стр.
5. Л.С.Понтрягин, Обыкновенные дифференциальные уравнения, Москва, 1974, 331
стр.
6. И.Г.Петровский, Лекции об уравнения с частными производными, Москва, 1950.
7. А.Н.Тихонов, А.А.Самарский, Уравнения математической физики, Москва, Наука,
1972.
8. В.С.Владимиров, Уравнения математической физики, Москва, Наука, 1976.
IV. Fənnin təsviri və məqsədi
(Fənn haqqında qısa məlumat, onunla bilavasitə bağlı olan və ya uyğun gələn fənlər, fənnin
tədrisinin məqsədləri. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və
hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir).
Fənnin qısa təsviri: Bu fənnin tədrisində birinci tərtib və yüksək tərtibli diferensial tənliklər,
normal diferensial tənliklər sistemi və sabit əmsallı xətti tənliklər sistemi, onların həll
üsullarının öyrədilməsi nəzərdə tutulur. Eləcə də iki tərtibli xüsusi törəməli diferensial
tənliklərin təsnifatı, elliptik, parabolik, hiperbolik tənliklərin kanonik yazılışları və bu
tənliklər üçün əsas sərhəd məsələlərinin qoyuluşlarının şərh edilməsi nəzərdə tutulur. Bu
fənnin effektiv tədrisi üçün tələbələr xətti cəbr və riyazi analizin əsas anlayışlarını yaxşı
bilməlidirlər.
Fənnin məqsədi: Bu fənnin məqsədi tələbələrə gələcəkdə ixtisasları ilə bağlı rast gələ bilən
praktiki məsələ və problemlərin riyazi modelləri diferensial tənliklər ilə təsvir olunduqda bu
diferensial tənliklərin tədqiq olunmasını öyrətməkdir. Fənnin tədrisinin sonunda tələbələr
birinci tərtib və yüksək tərtibli diferensial tənliklərin kvadraturaya gətirilənlərini həll etməyi
bacarmalı, xüsusi törəməli diferensial tənliklər üçün əsas sərhəd məsələlərinin qoyuluşlarını
bilməlidirlər.

V. Fənnin təqvim planı:

Həftələr Mövzunun adı və qısa icmalı Mühazirə Məşğələ


1. Mövzu 1. Diferensial tənliklərə aid əsas anlayışlar. Birinci 2 1
tərtib adi diferensial tənliklər üçün Koşi məsələsi.
Qısa icmalı: Diferensial tənliklərə aid əsas anlayışların
verilməsi. Diferensial tənliyə gətirilən bəzi sadə məsələlərə
aid məlumat. Birinci tərtib adi diferensial tənliklər üçün
Koşi məsələsinin həllinin varlığı və yeganəliyinə aid
teorem.
Oxu materialları: [1], səh. 111-122, [2], səh. 57-66, [3],
səh. 58-69.
2. Mövzu 2. Dəyişənlərinə ayrılan diferensial tənliklər. 2 1
Bircinsli diferensial tənliklər. Bircinsli tənliyə gətirilə bilən
diferensial tənliklər.
Qısa icmalı: Dəyişənlərinə ayrılan və dəyişənlərinə ayrıla
bilən diferensial tənliklərin inteqrallanması. Bircinsli
diferensial tənliyin tərifi və inteqrallanması.
Oxu materialları: [1], səh. 123-145, [2], səh. 57-65, [3],
səh. 58-78.
3. Mövzu 3. Birinci tərtib xətti diferensial tənliklər. Bernulli 2 1
tənliyi.
Qısa icmalı: Birinci tərtib xətti diferensial tənliyin tərifi və
ümumi şəkildə yazılışı. İxtiyari sabitin variasiyası üsulu.
Bernullu tənliyinin tərifi. Bernulli tənliyinin xətti tənliyə
gətirilməsi.
Oxu materialları: [1], səh. 146-157, [2], səh. 75-85, [3],
səh. 78-90.
4. Mövzu 4. Tam diferensiallı tənliklər. Tam diferensiallı 2 1
olmayan diferensial tənliklər. İnteqrallayıcı vuruq.
Qısa icmalı: Tam diferensial tənliyin tərifi. Tənliyin tam
diferensiallı olması üçün zəruri və kafi şərt. Tam
diferensiallı tənliyin inteqrallanma qaydası. Tam
diferensiallı olmayan diferensial tənlliklər.
Oxu materialları: [1], səh. 157-169, [2], səh. 85-93, [3],
səh. 90-99.
5. Mövzu 5. Törəməyə nəzərən həll olunmamış diferensial 2 1
tənliklərin bəzi növləri.
Qısa icmalı: Törəməyə nəzərən həll olunmuş və sərbəst
dəyişəni özündə saxlamayan diferensial tənliklər. Sərbəst
dəyişənə nəzərən həll olunmuş və naməlum funksiyanı
özündə saxlamayan tənliklər.
Oxu materialları: [1], səh. 169-181, [2], səh. 93-101, [3],
səh. 99-107.
6. Mövzu 6. Yüksək tərtibli adi diferensial tənliklərə aid 2 1
ümumi məlumatlar. Koşi məsələsi. Tərtibi aşağı salına
bilən yüksək tərtibli diferensial tənliklərin bəzi növləri.
Qısa icmalı: Yüksək tərtibli diferensial tənliyin ümumi
şəkildə yazılışı. Törəməyə nəzərən həll olunmuş yüksək
tərtibli diferensial tənliklər. Koşi məsələsi. Ümumi həll,
xüsusi həll anlayışları. Tərtibi aşağı salına bilən yüksək
tərtibli adi diferensial tənliklərin bəzi növləri və onların
inteqrallanma qaydaları.
Oxu materialları: [1], səh. 182-196, [2], səh. 101-109, [3],
səh. 107-118.
7 Mövzu 7. Yüksək tərtibli xətti bircins diferensial tənliklər. 2 1
Funksiyaların xətti asılılığı. Vronski determinantı və onun
bəzi tətbiqləri.
Qısa icmalı: Yüksək tərtibli xətti bircins diferensial
tənliklərin ən ümumi şəkildə yazılışı. Xətti diferensial
operator və onun xassələri. Funksiyaların xətti asılı
olmamalarının tərifi Vronski determinantı və onun bəzi
tətbiqləri.
Oxu materialları: [1], səh. 196-209, [2], səh. 117-128, [3],
səh. 118-127.
8. Mövzu 8. Yüksək tərtibli xətti bircins diferensial tənliyin 2 1
fundamental həll sisteminin tərifi. Sabit əmsallı xətti
bircins diferensial tənliklərin fundamental həllər sisteminin
qurulması.
Qısa icmalı: Fundamental həllər sisteminin tərifi. Xətti
bircins tənliyin ümumi həllinin strukturu. Sabit əmsallı
xətti bircins diferensial tənliyin xarakteristik tənliyi.
Xarakteristik tənliyin köklərinə görə fundamental həllər
sisteminin qurulması.
Oxu materialları: [1], səh. 219-222, [2], səh. 109-117, [3],
səh. 118-127.
9. Mövzu 9. Yüksək tərtibli xətti bircins olmayan diferensial 2 1
tənliklər. Sağ tərəfi xüsusi şəkildə olan yüksək tərtibli xətti
bircins olmayan diferensial tənliklər.
Qısa icmalı: Yüksək tərtibli xətti bircins olmayan
diferensial tənliyin ümumi həllinin quruluşu. Sağ tərəfi
xüsusi şəkildə olan bircins olmayan diferensial tənliklərin
xüsusi həllərinin tapılması.
Oxu materialları: [1], səh. 222-241, [2], səh. 117-128, [3],
səh. 127-139.
10. Mövzu 10. Yüksək tərtibli xətti bircins olmayan diferensial 2 1
tənliklər üçün ixtiyari sabitlərin variasiyası üsulu.
Qısa icmalı: Üç tərtibli xətti bircins olmayan adi
diferensial tənlik üçün ixtiyari sabitlərin variasiyası
üsulunun şərhi.
Oxu materialları: [1], səh. 241-249, [2], səh. 117-128, [3],
səh. 127-139.
11. Mövzu 11. Adi diferensial tənliklərin sistemi. 2 1
Qısa icmalı: Adi diferensial tənliklərin normal sisteminin
tərifi və yazılışı. Sistemin ilk inteqralı. Naməlum
funksiyaların aradan çıxarılma metodu. İnteqrallanan
kombinasiyalar metodu.
Oxu materialları: [3], səh. 139-151.
12. Mövzu 12. Sabit əmsallı xətti bircins tənliklər sistemi. 2 1
Qısa icmalı: Sabit əmsallı xətti bircinsli tənliklər
sisteminin tərifi və yazılışı. Xarakteristik tənlik, məxsusi
ədəd. Məxsusi ədədlərdən asılı olaraq diferensial tənliklər
sisteminin ümumi həllinin tapılması.
Oxu materialları: [3], səh. 151-161.
13. Mövzu 13. İki tərtibli xüsusi törəməli diferensial 2 1
tənliklərin təsnifatı.
Qısa icmalı: Xüsusi törəməli diferensial tənliyin tərifi.
Xətti və kvazixətti diferensial tənliklər. İki dəyişənindən
asılı olan halda xətti və kvazixətti iki tərtibli xüsusi
törəməli diferensial tənliklərin yazılışı. İki tərtibli xüsusi
törəməli diferensial tənliklərin təsnifatı. Elliptik, hiperbolik
və parabolik tənliklərin kanonik şəkilləri.
Oxu materialları: [4], səh. 4-15.
14. Mövzu 14. Riyazi fizikanın əsas tənliklərinə gətirilən bəzi 2 1
sadə məsələlər. Əsas sərhəd məsələlərinin qoyuluşları.
Qısa icmalı: Simin rəqs tənliyi. İstilikkeçirmə tənliyi.
Stasionar məsələlər.
Oxu materialları: [4], səh. 15-22.
15. Mövzu 15. 2 1
Qısa icmalı: Hiperbolik tənliklər üçün əsas sərhəd
məsələlərinin qoyuluşları. Parabolik tənliklər üçün əsas
sərhəd məsələlərinin qoyuluşları. Elliptik tənliklər üçün
sərhəd məsələlərinin qoyuluşları.
Oxu materialları:
İmtahanın keçirilməsi forması: yazılı, şifahi, dialoq və ya test:

İmtahan yazılı + şifahi formada keçiriləcəkdir.


Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:
Balların maksimum miqdarı – 100 bal.
a) Semestr ərzində toplanan maksimal bal – 50 bal.
Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə
Qeyd: Plagiat halları qəti qadağandır! Sərbəst işlə əlaqədar bütün tapşırıqların qısa 20 bal
təsviri, təqdim olunma şərtləri, vaxtı və qiymətləndirmə üsulu dəqiq göstərilir.
Aralıq imtahanları 1 dəfə yazılı şəkildə keçirilir.
Aralıq imtahanına görə 20 bal
(bu aralıq imtahanı 22.11.2021-26.11.2021 günlərindən birində aparılır və
imtahanın sualları 29.09.2021-19.11.2021 müddətində keçirilmiş materiallar
əsasında tərtib olunmalıdır.
Tələbənin aralıq imtahanlarından appelyasiya vermə hüququ yoxdur.
Tələbənin dərslərdə aktivliyinə görə (semestrin sonuncu həftəsində 10 bal
qiymətləndirilir)

Tələbələrin sərbəst işlərinin mövzuları və son təhvil verilmə tarixi:

1. Dəyişənlərinə ayrıla bilən diferensial tənliklərin həllinə aid misallar. Bir tərtibli bircinsli
diferensial tənliklərin həllinə aid misallar. 18.12.21
2. Birinci tərtib xətti diferensial tənliklərə aid misallar həlli. Bernulli tənliyinə aid misallar
həlli. 8.12.21
3. Tam diferensiallı tənliklərə aid misallar həlli. Törəməyə nəzərən həll olunmamış birinci
tərtib diferensial tənliklərə aid misallar həlli. 18.12.21
4. Tərtibi aşağı salına bilən yüksək tərtibli diferensial tənliklərə aid misasllar həlli. Yüksək
tərtibli sabit əmsallı xətti bircins diferensial tənliklərin ümumi həllinin tapılmasına aid
misallar həlli. 18.12.21
5. Yüksək tərtibli xətti bircins olmayan diferensial tənliklərin həllinə aid misallar həlli.
18.12.21
b) Semestr imtahanı nəticəsinə görə -maksimum 50 bal
Hər biletdə -5 sual, hər suala – 10 bal verilir.
Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.
Semestr nəticəsinə görə qiymətləndirmə (imtahana qədər və imtahanda toplanan ballar
əsasında):
91 – 100 bal əla A
81 – 90 bal çox yaxşı B
71 – 80 bal yaxşı C
61 – 70 bal Kafi D
51 – 60 bal qənaətbəxş E
51 baldan aşağı qeyri-kafi F

Müəllim: Səbzəliyeva İlhamə Mahir İmza:_________________


(soyadı, adı, atasının adı)
Tarix:10.09.2021

You might also like