You are on page 1of 295

V.10. Tutucu alətlər. Tutucu alətlərin təsnifatı.

Tutma işləri barədə məlumat.

Tutucu alətlər təyinatına, tutma xarakterinə, quruluşuna, iş prinsipinə


görə fərqlənirlər.
Tutucu alətlər təyinatına görə aşağdakı kimi təsnifatlandırılır:
- borututanlar
- ştanqtutanlar
- quyudaxili avadanlıq və onun elementlərini tutan
- kabel, kanat, sim tutan
- metal-şlam tutucu və yığıcılar.

V.10.1. Borututanlar

Borututan alətlər nasos-kompressor və qazma borularının tutub quyudan


çıxarılması üçün tətbiq edilən alətlərdir.
Borututanlar tutma xarakterinə görə bölünürlər: pərçimlənmə və yiv
kəsmə yolu ilə.
Tutma sahəsinə görə bölünürlər: daxildən (daxili səthdən) və xaricdən
(xarici səthdən)
İş prinsipinə görə bölünürlər: azadolunan və azadolunmayan
Azadolunan borututanlar iş prinsipinə görə bölünürlər:
- mexaniki
- hidravliki
- mexaniki-zərblə
- kombinəedilmiş
Ümumiyyətlə tutucu alətlər tutqacın (tutucu tərtibat) konstruksiyasına
görə bölünürlər:
1. Yiv kəsmə yolu ilə ( universal və xüsusi metçiklər, keçidsiz və keçidli
kolokollar)
2. Paftalı-pazlı ( pafta ilə təchiz edilmiş daxili və xarici borututanlar,
ştanq tutucuları)
3. Spirallı (sanqalı) – yaylı (müxtəlif konstruksiyalı overşotlar)
4. Lövbərli (müxtəlif konstruksiyalı qarmaqlar)
5. Maqnitli ( maqnitli tutucular)
6. Qreyferli (müxtəlif konstruksiyalı pauk, frezer-pauklar)
7. Ejektorlu – hidro-axınlı (şlam və metal tutucular - xırda metallik
əşyalar, qəlpələr və s.)
8. Qaynaq ilə (elektrik mənbəyi buruqda və ya quyudibində
yerləşdirilməklə qaynaq başlığı ilə təhiz edilmiş alətlər).

1
V.10.1.1. Yiv kəsmə yolu ilə tutucu alətlər. Tutucu kolokollar,
metçiklər
Tutucu kolokollar

Kolokol yiv kəsmə tipli tutucu alət olaraq, boruların xarici səthində yiv
kəsmə yolu ilə bağlanmaqla, tutaraq quyudan çıxarılır. Təyinatına görə iki
qrupa bölünür: nasos-kompressor borularını (hamar və sonluğu qalınlaşmış)
tutma üçün və qazma borularını tutma üçün.
Tutucu kolokollar azadolmayan tutucu alətdir və konstruksiyasına
görə iki növ olur: Keçidsiz K tipli OCT 26-02-1275-75 və keçidli KS (KC)
tipli OCT 26-02-909-73. (Şəkil V.37).
Alət silindrik gödəyə malikdir. Aləti endirən qazma boru kəmərilə
birləşdirmək üçün, onun üst hissəsində qazma boru qıfılının yivinə uyğun qıfıl
yivi vardır. Alt hissədə,daxili konik səthində konusluğu 1:16 olan xüsusi
profilli tutucu yiv
açılmışdır. Tip-
ölçüsündən asılı
olaraq, tutucu yivin bir
dyümündə (25,4 mm
məsafə) 10 və 8 vidəsi
(nitka) olur. Kəsici
ucluğun yaradılması
və kolokolla yiv açma
(kəsmə) zamanı
yonqarın çıxması
üçün, daxili konik
səthdəki tutucu yivin
bütün uzunluğu boyu
uzun kəsiyi üzrə
novlar kəsilmişdir.

Şək.V.37. Tutucu
kolokol.
a – keçidsiz;
b – keçidli.

K tipli tutucu kolokollar


K tipli tutucu kolokollar, quyuda qalmış nasos-kompressor və qazma
borularının xarici səthində yiv kəsmə yolu ilə bağlanmaqla, tutaraq quyudan
çıxarılması üçün nəzərdə tutulmuşdur.
Cədvəl V.37-də K tipli kolokolların tip-ölçüləri göstərilmişdir.
2
Cədvəl V.37.
Tutulan Qəzalı boru sonluğu bərabərində
borunun quyunun diametri, mm Yükqaldırma
Kütləsi,
Kolokol diametr Kəmərlə Kəmərlə bərkidilmiş qüvvəsi,
kq
diapazonu, bərkidilməmiş (qoruyucu kəmərin kN
mm (balta üzrə) şərti diametri)
K 42-25 33-38 - 114-168 250 6,5
K 50-34 42-46 - 114-168 350 12
K 58-40 48-54 - 114-168 450 14
K 70-52 60-67 97-151 114-168 650 15
K 85-64 73-82 108-161 127-178 750 18
K 100-78 89-97 138-214 146-219 850 26,5
K 110-91 102-108 140-214 168-219 1000 28,5
K 125-103 114-121 161-269 191-273 1100 31
K 155-113 127-132 190,5-269 219-273 1250 33
K 150-128 140-147 214-490 245-426 1350 49
K 174-143 154-171 244,5-508 273-508 1500 85
Kolokolun tutulan obyektə yiv kəsmə ilə bağlanması şəraitinin
yaxşılaşdırılması üçün,uzun kəsiyi üzrə novların başlanğıcı 3 0 bucaq altında
hazırlanır. Kolokolun alt hissəsinin xarici səthində qıf bağlanması üçün
müvafiq boru yivi ilə təchiz edilmişdir.
Tutucu yiv 0,8-1,2 mm dərinliyə kimi sementlənməklə, ardınca
tablanır və HRC 56-62 bərkliyə kimi tablanma əksiltməsi aparılır.
Kolokollar sağ və sol istiqmətli olmaqla 20X poladdan (ГОСТ 4543-
71) hazırlanır. Onun keyfiyyətinə mənfi təsir etmədən başqa poladdan da
hazırlamasına yol verilir. Sağ kolokollar sağ boru kəmərini bütöv çıxarılması və
sol boru kəmərini bütöv çıxarmaq mümkün olmadıqda, açma ilə hissə-hissə
çıxarılmasında tətbiq edilir. Sol kolokollar isə, sol boru kəmərini bütöv çıxarılması
və sağ boru kəmərini bütöv çıxarmaq mümkün olmadıqda, açma ilə hissə-hissə
çıxarılmasında tətbiq edilir.
Quyu lüləsinin və qəzalı obyektin vəziyyətinin tədqiq göstəriciləri
əsasında qəzanın xarakteriskası barədə tam məlumat əldə edildikdən sonra,
kolokol və ümumiyyətlə tutucu alət seçilir. Quyunun divarı – istismar
kəmərinin daxili diametri ilə tutulan obyektin xarici diametri arasındakı ara
məsafəsindən asılı olaraq, yəni bu ölçü çox olduğu halda, həmçinin
mərkəzləşdirici tətibat seçilir.
Keçidsiz tutucu kolokollar hazırlanma icrasına, məhz sonluğunun
(ağzının) quruluşuna görə, üç cür olur: hamar (düz), qıfı kolokol gövdəsi ilə
bütöv olan, və qıf bağlanması üçün yivi olan.
Cədvəl V.38-də K tipli kolokolların texniki xarakteriskası
göstərilmişdir.

3
K tipli tutucu kolokolların texniki xarakteriskası
Cədvəl V.38.
d yivi, mm d1 yivi, mm Ölçülər, mm

Tutma yivinin
1dyümünə düşən
vidələrin sayı
Yükqaldırma
qabiliyyəti
Tip-ölçü

Kütlə
ГОСТ ГОСТ ГОСТ ГОСТ
d2 d3 d4 d5 D D1 D2 l l1 l2 l3 l4 l5 L
5286-75 7918-75 633-80 632-80

K-42-25 - Z-50 60 - 42 25 25 50 65 65 60,3 260 102 - 6,90 - 56 385 10 250 6,5


K-50-34 - Z-50 60 - 50 34 31 52 65 65 60,3 250 70 265 1,70 - 56 340 10 350 5
K-58-40 Z-62 - 89 - 58 40 38 77 80 90 88,9 275 90 315 16,4 150 73 490 10 450 15
K-70-52 Z-62 - 89 - 70 52 38 77 80 90 88,9 285 90 325 6,06 150 73 510 8 650 14
K-85-64 Z-76 - 102 - 85 64 45 88 95 102 101,6 330 100 370 2,60 150 76 550 8 750 18
K-100-78 Z-88 - B114 - 100 78 56 107 108 122 120,65 340 110 380 6,06 170 80 595 8 850 26,5
K-110-91 Z-101 - - 127 110 91 68 114 118 132 127,00 300 110 350 3,40 170 78 555 8 1000 26,5
K-125-103 Z-121 - - 146 125 103 88 132 146 148 146,0 345 115 400 6,06 200 90 560 8 1100 31
K-135-113 Z-133 - - 168 135 113 105 154 155 170 168,3 340 130 400 14,7 200 95 635 8 1250 33
K-150-128 Z-147 - - 194 150 128 117 180 178 194 193,7 350 142 410 25,9 210 90 655 8 1350 49
K-174-143 Z-171 - - 219 174 143 140 206 203 220 219,1 490 145 550 27,7 210 92 800 8 1500 83

4
Aləti quyuya endirməzdən əvvəl onda defektlərin aşkarlanması
məqsədilə, vəziyyəti tam yoxlanılmalıdır. Yoxlama metodikası aşadakılardan
ibarətdir:
1. Çatın, qopmanın və s. deffektlərin aşkarlanması.
2. Tutucu yivdə qopmaların, didilmələrin aşkarlanması.
Qeyd edək ki, tutucu yivdəki qopmalar, didilmələr tutulan obyektin
xarici diametr ölçüsünə uyğun gəlməyən yerlərdə (işləmə diapazonunda
olmayan) olan halda, istifadə üçün yararlı sayılır.
3. Qazma boru kəmərinə birləşdirmək üçün, üst hissəsindəki qazma
boru qıfılının gövdəsi və yivinin vəziyyəti yoxlanılmalıdır. Yivdə didilmə və
qopmalar yolverilməzdir. Qıfılın xarici diametr ölçüsü və yivinin yeyilmə
dərəcəsi, minimum III sinif normasına ( fəsil, səh.bax) uyğun olmalıdır.
Bundan başqa gövdənin xarici diametri və giriş diametri
dəqiqləşdirilməlidir.
Kolokolla ümumi işləmə qaydası aşağıdakı kimidir:
Aləti qəza sonluğuna minimum 10 m qalmış saxlayıb, quyuda
dövretmə yaradaraq yuma ilə qəza sonluğu müəyyən edilir. Aləti 0,5-1 m
qaldırıb, yumanı saxlamadan fırlatma ilə qəza sonluğunu qapayaraq, onun
üzərində yiv kəsərək bağlamaqla tutma işi aparıb, qəzalı boruların laxladılması
işi (bas-boş) aparılır. Qəzalı boruların pərçimlənmə və s. səbəblərdən bütöv
qaldırılması mümkün olmadıqda, açma ilə onlar hissə-hissə çıxarılır.
Bu əməliyyatı daha dəqiqliklə təsvir edək.
Əvvəlki aparılmış əməliyyatlar əsasında, quyudan çıxarılmış boruların
dartılma ilə çıxmaması, qaldırıldıqdan sonra vəziyyətinə - üzərlərində qum
tıxacının və s. izlərin aşkarlanmamasına görə, yəni qəzalı sonluğun istismar
kəmərində qeyd edilən səbəblərdən yerləşmə dərinliyinin dəyişilmədiyi məlum
olduqda, alətin endirilmə kompanovkasının əvvəlcədən təyin edilməsi
mümkünlüyü olduğu üçün, tutma zamanı işçi borunu mümkün maksimal işçi
hərəkəti qədər endirilməsinə çalışmaq lazımdır.
Kolokol qazma boruları ilə qəza sonluğuna 7-10 m qalana kimi
endirilir. İşçi boru bağlanır. Quyuda dövretmə yaradaraq, aləti yuma ilə
endirərək çəkisi (boş çəkisi-endirmə) HÇİ-də fiksə edilir, ehmalca (0,5 t
yüklənmə) oturtmaqla qəza sonluğu təyin etməklə qeyd edilir, bu zaman yuma
təzyiqinin yüksəlməsi, kolokolun qəzalı sonluğu qapamasının göstəricisidir.
Əks təqdirdə, başqa səbəb – qəzalı borularda dəliklər, istismar kəmərinin
deformasiyasına görə alətin qəza sonluğuna çatmaması istisna olunan halda
(əməliyyatın sonrakı gedişatı bu halı məlum edir), qəzalı borunun istismar
kəmərində ekssentrik vəziyyətdə (kəmərə söykənmiş) olması ilə kolokol qəzalı
sonluğun kənarında oturduğu üçün qapanmanın baş verməməsinə dəlalət edir.
Daha bir halda, müsbət sayılan, lakin çox az rast gəlinən halda,

5
dövretmənin qəzalı boruların başmağından dövretmə yarandığı üçün təzyiq
maksimal həddə yüksəlməyəcəkdir. Aləti minimum 2-3 m qaldıraraq çəkisi
(bas çəkisi-qaldırma) HÇİ-də fiksə edilir, yumanı saxlamadan fırlatma ilə çox
kiçik verişlə endirmə davam edilir, bu zaman cihazdakı göstəricinin qiyməti,
boş (endirmə) çəkisindən bir az artıq olmaqla fərqli olacaqdır. Məlumat üçün
bildirək ki, bu hal layihə üzrə maili qazılmış quyularda (şaquli quyularda isə
qazma zamanı lülənin müəyyən dərinliklərində əyriliyi səbəbindən) özünü daha
qabarıq biruzə verir. Endirmə zamanı daha çox boru səthləri sahəsinin kəmər
divarına sürtünməsindən fərqli olaraq, alətin fırlanma ilə endirilməsi zamanı
mərkəzləşmə hesabına bu sahənin azalması nəticəsində cihazda alətin real
çəkisi öz əksini tapmış olur. Tutma işi zamanı cihaz göstəricisinin məhz bu
qiyməti (yuma və fırlatma ilə endirmə - boş çəkisi) əsas getirilməlidir. Yuma
və 20-25 dövr/dəqiqə fırlatma sürətilə qəzalı borunun arxasına keçib onu
qapamaqla (göstərici təzyiq artımı) ilkin ox boyu yüklənmə 0,1-0,2 ton olmaqla
yiv kəsərək bağlanma ilə tutma işinə başlanır. 7-10 dövr fırlatmaqla,
yüklənməni 1 tona kimi tədricən artırmaqla və cihazın göstəricisində əqrəbin
ilkin vəziyyətə qayıtması (çəkinin artması), normal yiv kəsmə getdiyini
göstərir. Alətin sola fırlanmasını saxlayıb, onun əks istiqamətdə-sağa fırlanıb-
fırlanmaması (əks vurma) müəyyən edilir və işçi boruda bu vəziyət təbaşirlə
fiksə edilir. Bu zaman yuma təzyiqi yolveriləbilən həddə yüksələrsə (adətən bu
10-15 MPa), nasos aqreqatı saxlanılır. Alət əks istiqamətdə bir neçə dövr etdiyi
halda, alətə onun bas çəkisindən 4-8 ton artıq yüklənmə verib tutma işinin
alındığına əmin olduqdan sonra, aləti əvvəlki vəziyyətə (işçi boruda fiksə
edilmiş nöqtəyə) endirərək, təzyiq artımı ilə əlaqədar yuma imkanı
olmadığından, fırlatma sürətini 10-15 dövr/dəqiqəyə kimi azaltmaqla ox boyu
yüklənməni (boş çəkisi) tədricən maksimum 2 tona kimi artırmaqla (cihazda
çəkinin düşməsi) yiv kəsməni davam etdirərək, kolokol bərkidilir.
Yüklənmənin artırılma dərəcəsinin 2 ton olması bir növ şərtidir, bu qiymət
nisbətən biraz az və ya biraz çox da (+1,-0,3 t) ola bilər. Bərkitmə zamanı rotor
zəncirinin dartılması ilə qeyri-ahəng səs və köməkçi traktor mühərrikinin gücə
düşməsini göstərən boğucu səs çıxarması və s. amillər burulmaya müqavimətin
qiymətinin yüksəldiyinin göstəricisidir. Sözsüz ki, bərkitmədə, sonluğun yiv və
ya gövdə olmasının, çıxarılmış boruların yeyilmə dərəcəsi də nəzərə
alınmalıdır. Alətin fırladılmasını saxlayıb, əks-vurmanı boşaltdıqdan sonra
alətin pasport üzrə yükqaldırma qabiliyyətindən artıq olmamaq, həmçinin
boruların vəziyyətini nəzərə almaqla (qırılma baş verməsin), dartaraq (bas)
laxtladılır. Laxlatmada, alətin boş çəkisindən aşağı çox oturdulması
məqsədəuyğun sayılmıır. Alətin qaldırılması mümkün olmadığına əmin
olduqda, müəyyən dartılma həddində (pərçimlənmə yerindən olan məsafədən
asılı olaraq) sola fırlatmaqla açma əməliyyatı aparılır. NKB-nin diametr ölçüsü,
bərkidilmə dərəcəsi, istismar xüsusiyyətindən asılı olaraq və yüksək burucu

6
momentə məruz qalmamış qazma boruları normal halda 15-20 dövrdə tam
açılır. Açılma yerindən asılı olaraq, cihazda əks etdirilmiş əlavə yük (alətin
tutmadan əvvəlki bas yükü ilə verilmiş dartılma yüklənməsi arasında olan çəki
qiyməti) göstəricisilə, alət qaldırılır.
Qəzalı sonluq gövdə olduğu (yiv sonluqdan fərqli olaraq tutulan səth
konik deyil, silindrikdir) halda, tutma işi (məhz yiv kəsmə) başqa metodla da
aparmaq olar.
HÇİ-də (0,5 t oturma) və işçi qazma borusunda fiksə (təsbit)
edilməklə qəza sonluğu (təzyiq artımı) təyin edildikdən sonra müəyyən qədər
qaldırılmış aləti işçi qazma borusunda fiksə edilmiş yerdən 5-10 sm yuxarıdan
5 dövr fırladıb alətin fırlanmasını saxlayaraq, cüzi endirərək (20-30 mm) yenə
5 dövr fırladıb alətin fırlanmasını saxlamaqla bu əməliyyat təkrarlanır.
Təzyiqdə yüngülcə artım müşahidə edildikdən sonra cüzi endirmə bir azda (10-
12 mm-ə kimi) azaldılır. Oturma olana kimi alətlə yivaçma faktiki olaraq alətin
yuma və fırlatma ilə endirmə - boş çəkisində aparılmış olur.
Ressiver mexanizmi olmayan qazma qurğularında (NBO-160) sol
istiqamətdə fırlanma tezliyi 8-9 dövr/dəq. olması ilə tutma işində müəyyən
problemlərin meydana çıxması, bu metodun yaranmasına səbəb olmuşdu. Bu
qazma qurğusu sonralar ressiver mexanizmi ilə təzhiz edilsə də, qəzalı sonluq
gövdə olduğu halda bu metodla tutma işi daha məqsədəuyğun sayılır.
Xarici istehsallı tutucu kolokollar (cədvəl) tutucu yivin giriş və çıxış
diametr ölçülərinə görə qeyd edilən kolokollardan fərqlənirlər. Bundan başqa
tutucu yivin bir dyümündə 5 vidəsi (nitka) olur və daxili konik səthdəki tutucu
yivin bütün uzunluğu boyu uzun kəsiyi üzrə novları yoxdur. Kəsmə rejimi də
fərqlidir, alətə ox boyu 2 ton yüklənmə verməklə 7-10 dövr fırlatmaqla yiv
kəsərək bağlanma ilə tutma işi aparılır.

KS (KC) tipli keçidli tutucu kolokollar

KS tipli keçidli kolokol, sonluğu muftasız və ya qırılmış borunun


gövdəsindən aşağı keçməsinin, yəni öz daxilindən keçməsini təmin edilməsilə
qazma borularının muftu və qıfılının xarici səthində yiv kəsmə yolu ilə tutma
işinin aparılması üçün nəzərdə tutulmuşdur. Həmçinin nasos-kompressor boru-
larının muftunu da qeyd edilmiş icra ilə tutma imkanına malikdir.
Üst hissəsində qazma boru qıfılının yivinə uyğun qıfıl yivi olan keçidsiz
kolokoldan fərqli cəhəti, sonluğu muftasız və ya qırılmış tutulan borudan
aşağıdakı borunun muftasını tutulması üçün keçidli kolokolun üst hissəsində
boru yivi vardır. Alətin qeyd edilən muftaya çatmasından ötəri bu boru yivinə,
üst hissəsində qıfıl yivli keçiricisi olan müvafiq qəbul borusu bağlanır. Başqa
sözlə desək, keçidsiz kolokollar, təyinatının təmin edilməsi üçün qəbul borusu
ilə təchiz edilir. Şəkil V.38-də keçidli kolokolun qəbul borusu ilə yığılmış
kompanovkası göstərilmişdir.
7
KS tipli kolokolların tutucu yivi, K tipli kolokollarla eynidir.
Keçidli kolokollar hazırlanma icrasına, məhz sonluğunun (ağzının)
quruluşuna görə, iki cür olur: hamar (düz), və qıf bağlanması üçün yivi olan
Cədvəl V.39-da KS tipli keçidli
kolokolların tip-ölçüləri göstərilmişdir.
Cədvəl V.40-da KS tipli
kolokolların texniki xarakteriskası
göstərilmişdir.
Keçidli kolokollarla tutma işinin
aparılması qaydası keçidsiz kolokollarla
eynidir.

Şək. V.38. KS keçidli kolokolun qəbul


borusu kəmərilə kompanovkası:
a – sonluğu hamar; b – qıf bağlanması
üçün yivli; 1 – keçirici; 2 – qəbul borusu;
3 – keçidli kolokol; 4 – qıf.

Cədvəl V.39.

Qəzalı boru sonluğunun bərabərində


Tutulan obyekt, mm
quyunun diametri, mm
Kütləsi,
Kolokol Qazma və yüngül NKB və geooji- Kəmərlə Kəmərlə bərkidilmiş
kq
xəlitəli boruların kəşfiyyat boru bərkidilməmiş (qoruyucu kəmərin
qıfılı muftu (balta üzrə) şərti diametri)
KS 54-39 - 33 97-151 114-168 6
KS 69-52 - 42, 48, 50 97-151 114-168 9
KS 85-68 ZN-80 60 108-161 127-178 15
KS 100-79 ZN-95 ZL-90 63, 73 132-214 146-219 20
ZN-108
KS 115-94 89 151-214 168-219 24
ZŞ-108 ZL-110
ZŞ-118 ZU-120
KS 125-106 - 161-269 194-273 25
ZL-120
KS 132-113 - 102 190,5-269 219-273 38
ZN-140 ZL-136
KS 150-123 114 190,5-269 219-273 50
ZŞ-133 ZU-146

Cədvəl V.40.
8
Boru yivi, mm Ölçülər, mm

Kütlə kq
Tip-ölçü d1 d3 D2 L l l1 l2
ГОСТ ГОСТ ГОСТ ГОСТ d2 d3 D D1
632-80 633-80 632-80 633-80
KS 54-39 - 60 - 73 54 39 73 60 73,00 330 245 60 - 8
KS 69-52 - 73 - 89 69 52 90 73 88,90 380 280 70 70 13
KS 85-68 - 89 - 102 85 68 108 50 101,60 390 280 80 75 17
KS 100-79 - 102 - B114 100 79 122 107 120,65 450 340 35 80 20
KS 115-94 114 - 140 - 115 94 140 127 139,70 460 345 90 80 24
KS 125-106 127 - 146 - 125 106 148 134 146,00 440 310 90 90 25
KS 132-113 146 - 168 - 132 113 170 154 168,30 430 305 95 90 48
KS 150-123 146 - 178 - 150 123 178 164 177,80 580 445 100 95 50

LKQ (ЛКГ) tipli hamar kolokollar


Hamar kolokol nasos-kompressor, qazma, qoruyucu boruların
muftu, qıfılı, boru sonluğunun qalınlaşmış yeri və dairəvi en kəsiyi olan əşya-
ların üst hissəsinə preslənmə yolu ilə tutmaqla quyudan çıxarılması üçün tətbiq
edilir. K, KS tipli kolokollardan fərqli olaraq, bu kolokolun daxili səthinin
konus bucağı 00 40/ - 50 diapazonunda olmaqla hamardır, yəni tutucu yivsizdir.
Konusluq, tutulan obyekt səthinin tutma sahəsindəki bərkliyindən asılı olaraq
seçilir. Bu səth nə qədər möhkəm olarsa, konus bucağı bi o qədər az olmalıdır.
Əsasən konus bucağı 00 40/ - 20 diapazonlu hamar kolokollar tətbiq edilir. Bu
kolokollar 40XN (40XH), 200X, 15X legirlənmiş poladdan hazırlanır və ardın-
ca termiki emal aparılmır.
Cədvəl V.41-də LKQ (ЛКГ) tipli hamar kolokolların tip-ölçüləri
göstərilmişdir. Bu tip-ölçülər 90 mm-266 mm diapazonundadır.
Tutucu yivi olmadığına görə bu alətlə tutma-pərçimlənmə müəyyən
yüklənmə-preslənmə ilə aparılır. Quyuların əsaslı təmirində, tutulan obyektin
pərçimlənməsilə onun qaldırılması mümkün olmadıqda, boruların açma ilə
hissə-hissə çıxarılması bu alətlə mümkünsüz olduğu üçün, bu halda onların
istifadəsi məqsədəuyğun sayılmır. Əsasən pərçimlənməmiş və az çəkiyə malik
olan boru, quyuiçi avadanlıq hissəsi və başqa əşyaların, yəni tutucu alətlərlə
(tutulan obyektin fırlanması ilə yiv açmanın, daxili diametri fərqli ölçülü
olması səbəbindən və s. tutmanın mümkünsüzlüyü) quyudan çıxarılmasında
çətinliklər yarandığı və ya mümkün olmadığı halda istifadəsi məqsədəuyğun
sayılır və buna görə bu alətdən xüsusi hallarda istifadə edilir.
Hamar kolokolla tutma əməliyyatı aşağıdakı qaydada aparılır:
kolokolu tutulan obyekt üzərinə 3-5 m qalmış dərinliyə endirərək,
Cədvəl V.41.
9
Tutulan obyektin
Xarici Uzunluğu, Birləşdirici
Tip-ölçünün şifri diametri, mm
diametri, mm mm yivi
maksimal-minimal
90 LKQ 69-64 90 69-64 480 Z-66
90 LKQ 75-70 90 75-70 480 Z-66
90 LKQ 80-75 90 80-75 480 Z-66
96 LKQ 81-76 96 81-76 480 Z-76
96 LKQ 82-77 96 82-77 480 Z-76
102 LKQ 84-79 102 84-79 480 Z-88
102 LKQ 88-83 102 88-83 480 Z-88
102 LKQ 91-86 102 91-86 480 Z-88
110 LKQ 95-90 110 95-90 500 Z-88
110 LKQ 97-92 110 97-92 500 Z-88
114 LKQ 97-92 114 97-92 500 Z-88
114 LKQ 99-94 114 99-94 500 Z-88
114 LKQ 104-99 114 104-99 500 Z-88
118 LKQ 107-101 118 107-101 560 Z-88
122 LKQ 110-104 122 110-104 560 Z-88
128 LKQ 115-109 128 115-109 560 Z-88
132 LKQ 137-111 132 137-111 560 Z-88
140 LKQ 120-114 140 120-114 580 Z-88
140 LKQ 122-116 140 122-116 580 Z-88
140 LKQ 123-117 140 123-117 580 Z-88

yuma məhlulunu dövretdirməklə kolokola 10 kN yüklənmə ilə daxil edilir,


qazma kəməri 10-15 dövr fırladılır və səlis aparmaqla yüklənmə 50-100 kN
qüvvəsinə çatdırılır. Bu zaman quyudakı vəziyyətdən asılı olaraq təzyiq artımı
müşahidə edilir və alət qaldırılır.

Tutucu metçiklər
Tutucu metçiklər yiv kəsmə tipli tutucu alət olaraq, qəzalı sonluğu
muft və ya qıfıl olan boru kəmərinin daxili səthində yiv kəsmə yolu ilə
bağlanmaqla tutaraq onları quyudan çıxarır. Təyinatına görə iki qrupa bölünür:
nasos-kompressor boru kəmərini tutma üçün və qazma boru kəmərini tutma
üçün.
Tutucu metçiklər 4 növ üzrə istehsal edilir:
UİM (МЭУ) universal istismar metçikləri (istismarda istifadə edilən).
XİM (МЭС) xüsusi istismar metçikləri (istismarda istifadə edilən).
UQM (МБУ) universal qazma metçikləri (qazmada istifadə edilən).
XQM (МСЗ) xüsusi qıfıl metçikləri (qazma qıfılı üçün).
UİM və XİM metçiklər qəza sonluğu mufta olan nasos-kompressor
boru kəmərini tutub çıxarılması üçün təyin olunub.
İstismar metçikləri

10
4 tip-ölçü ilə istehsal edilən UİM metçiklərlə nasos-kompressor
boruları, onların gövdəsi və muftasının daxili səthində yiv kəsmə yolu ilə
bağlamaqla, tutaraq quyudan çıxarılır. Qeyd edək ki, muftası çıxmış xaricə
qalınlaşdırılmış nasos-kompressor borularının qalınlaşdırılmış yerin daxili
səthində yiv kəsmə yolu ilə bağlamaqla, tutaraq quyudan çıxarılmasına yol
verilir.
Cədvəl V.42-də UİM tipli metçiklərin tip-ölçüləri göstərilmişdir.
Cədvəl V.42.
Tutulan borunun Qoruyucu boru Yükqaldırm
Kütləsi,
Metçik şərti diametri kəmərinin şərti a qüvvəsi,
kq
(ГОСТ 633-80) diametri kN
UİM 36-60 (МЭУ 36-60) 48, 48 B 114-168 300 8,5
UİM 48-80 (МЭУ 48-80) 60, B 50, 73, 73 B 114-194 450 12
UİM 69-100 (МЭУ 69-100) 89, B 89 140-273 600 17,5
UİM 85-127 (МЭУ 85-127) 102, B 102, 114, B 114 168-273 750 28
Cədvəl V.43-də İXM tipli metçiklərin tip-ölçüləri göstərilmişdir.
XİM tipli metçiklərlə isə nasos-kompressor borularının yalnız
muftasının daxili səthində yiv kəsmə yolu ilə bağlanmaqla tutaraq, quyudan
çıxarılır.
Cədvəl V.43.
Metçik Tutulan Qoruyucu Yükqaldırma Kütləsi,
borunun şərti boru qüvvəsi, kN kq
diametri kəmərinin
(ГОСТ 633-80) şərti diametri
XİM-B33 (МЭС-B33) B33 210 7
XİM-B42 (МЭС-B42) B42 114-168 280 7
XİM-48 (МЭС-48) 48 360 7,5
XİM-B48 (МЭС-B48) B48 360 7,5
XİM-60 (МЭС-60) 60 560 8
XİM-B60 (МЭС-B60) B60 560 8,5
XİM-73 (МЭС-73) 73 114-191 760 10
XİM-B73 (МЭС-B73) B73 760 10,5
XİM-89 (МЭС-89) 89 1090 13
XİM-B89 (МЭС-B89) B89 140-273 1090 14
XİM-102 (МЭС-102) 102 1260 18
XİM-B102 (МЭС-102) B102 1260 19
XİM-114 (МЭС-114) 114 168-273 1530 20
XİM-B114 (МЭС-B114) B114 1530 21

11
B - xaricə qalınlaşdırılmış nasos-kompressor borularıdır.
Ümumiyyətlə metçiklər konus formalı gövdəyə malikdirlər (Şəkil V.39)
Aləti endirən qazma boru kəmərilə birləşdirmək üçün, onun üst hissəsində
qazma boru qıfılının yivinə uyğun qıfıl yivi, alt hissədə, xarici konik səthində
xüsusi profilli tutucu yivi vardır. Metçikin ucundakı mərkəzləşdirici konus
onun tutulan obyektə daxil olmasını asanlaşdırır. Kəsici ucluğun yaradılması və
metçiklə yiv açma (kəsmə) zamanı yonqarın çıxması üçün, xarici konik
səthdəki tutucu yivin uzun kəsiyi üzrə novlar kəsilmişdir. Novların kənarında
kəsici hissələr 50 bucaq altında hazırlanır. Tutucu yiv 0,8-1,2 mm dərinliyə
kimi sementlənməklə, ardınca tablanır və HRC 56-62 bərkliyinə kimi tablanma

əksiltməsi aparılır.

12
Şək.V.39. İstismar metçikləri:
a – universal; b – xüsusi.

UİM tipli universal metçiklərdə tutucu yivin bir dyümündə (25,4 mm


məsafə) 8 vidə olur. Konik səthində xüsusi profilli tutucu yivin konusluğu 1:8
nisbətindədır.
Nasos-kompressor borularını tutan (UİM, XİM) metçiklərdə
istiqamətləndiricinin (qıf və s.) bağlanması nəzərdə tutulmadığı üçün, alət
müvafiq boru yivi ilə təchiz edilməmişdir. İstismar kəmərinin daxili diametri
ilə borunun (tutulan obyektin) xarici diametri arasında ara məsafə çox olan
halda, metçiki boru daxilinə yönəltmək üçün, xüsusi tərtibatla - mərkəzləşdirici
başlıqla birləşdirilir. Metçikin xüsusi tərtibatla birləşmə variantları şəkil V.40-
da göstərilmişdir.
Metçiklər sağ və sol isiqamətli olmaqla hazırlanır.
XİM tipli xüsusi metçiklərin tutucu yivi, hamar və ya qalınlaşdırılmış
NKB muftasının yivinin ölçü və profilinə uyğun olur. Dəqiqliyi ilə desək XİM
tipli xüsusi metçiklərin tutucu yivi, 48,3-89 mm hamar borular üçün bir
dyümündə 10 vidə, 101,6-114,3 mm-lik hamar borular üçün bir dyümündə isə

Şək.V.40. UİM və XİM istismar metçiklərin mərkəzləşdirici

13
tərtibatla birləşmə variantları:
1 – başlıq; 2 – istiqamətləndirici; 3 – ağzı kəsik istiqamətləndirici; 4 – qıf.

8 vidə olur. Qalınlaşdırılmış NKB-lərdə ölçüsündən asılı olmayaraq 8 vidə


olur. Qalan parametrlərilə isə universal metçikdən fərqlənmir. Universal və
xüsusi metçiklərin işləmə prinsipi eynidir. Sağ istismar xüsusi metçiklə
işləməklə yivlərin eyni istiqamətdə olması ilə əlaqədar NKB muftasında
bağlanma, sol istismar xüsusi metçiklə işləməklə yivlərin əks istiqamətdə
olması ilə əlaqədar NKB muftasında yiv kəsmə yolu ilə bağlanma gedir.
Cədvəl V.44-də UİM tipli metçiklərin texniki xarakteriskası
göstərilmişdir. Cədvəl V.45-də XİM tipli metçiklərin texniki xarakteriskası
göstərilmişdir.
Aləti quyuya endirməzdən əvvəl onda defektlərin aşkarlanması
məqsədilə, vəziyyəti tam yoxlanılmalıdır. Yoxlama metodikası aşadakılardan
ibarətdir:
1. Çatın, qopmanın və s. deffektlərin aşkarlanması.
2. Tutucu yivdə qopmaların, didilmələrin aşkarlanması.

14
UİM tipli tutucu metçiklərin texniki xarakteriskası
Cədvəl V.44.
d yivi, mm Ölçülər, mm Yük
Qaldırma Kütlə,
Metçikin tip-ölçüsü ГОСТ ГОСТ L a
d1 d2 d3 D D1 l l1 l2 l3 qüvvəsi, kq
7918-75 5286-75 kN

UİM 36-60 (МЭУ 36-60) Z-50 - 36 15 28 65 60 47 207 240 15 420 300 8,5
900
UİM 46-80 (МЭУ 48-80) - Z-76 46 17 32 90 80 100 292 325 20 500 450 12,0
UİM 69-100 (МЭУ 69-100) - Z-88 69 20 38 108 100 110 278 310 30 485 600 17,5
720
UİM 85-127 (МЭУ 85-127) - Z-117 85 30 58 134 127 125 371 405 35 580 750 28,0

XİM tipli tutucu metçiklərin texniki xarakteriskası


Cədvəl V.45.
d yivi d1 yivi, ГОСТ Ölçülər, mm
ГОСТ 7918-75 ГОСТ 5286-75 632-80 d1 d3 D D1 l l1 l2 l3 L
XİM-B33 (МЭС-B33) Z-50 - B33 12 28 65 37,3 47 43 5 65 240
XİM-B42 (МЭС-B42) B42 15 46,0 47 6
XİM-48 (МЭС-48) 48 48,3 49
XİM-B48 (МЭС-B48) B48 53,2 100
XİM-60 (МЭС-60) 60 10 45 90 60,3 60 12 80 270
XİM-B60 (МЭС-B60) B60 10 65,9 69 90
Z-76
XİM-73 (МЭС-73) 73 12 73,0 100 73 14 95 280
XİM-B73 (МЭС-B73) B73 78,6 75
XİM-89 (МЭС-89) 89 20 58 108 88,9 110 80 14 100 290
Z-88
XİM-B89 (МЭС-B89) B89 95,2 81
XİM-102 (МЭС-102) 102 16 78 134 101,6 120 85 16 105 300
XİM-B102 (МЭС-102) B102 108,0 87
Z-117
XİM-114 (МЭС-114) 114 25 114,3 90 18 110 310
XİM-B114 (МЭС-B114) B114 120,6 92

15
Qeyd edək ki, tutucu yivdəki qopmalar, didilmələr tutulan obyektin
daxili diametr ölçüsünə uyğun gəlməyən yerlərdə (işləmə diapazonunda
olmayan) olan halda, istifadə üçün yararlı sayılır.
3. Qazma boru kəmərinə birləşdirmək üçün, üst hissəsindəki qazma
boru qıfılının gövdəsi və yivinin vəziyyəti yoxlanılmalıdır. Yivdə didilmə və
qopmalar yolverilməzdir. Qıfılın xarici diametr ölçüsü və yivinin yeyilmə
dərəcəsi, minimum III sinif normasına uyğun olmalıdır.
Bundan başqa, tutucu yivin başlanğıc və son diametri, tutucu yivin
uzunluğu dəqiqləşdirilməlidir.
İstismar metçiklərilə ümumi işləmə qaydası aşağıdakı kimidir:
Aləti qəza sonluğuna minimum 10m qalmış saxlayıb, quyuda
dövretmə yaradaraq yuma ilə qəza sonluğu müəyyən edilir. Yumanı
saxlamadan fırlatma ilə qəza sonluğunun içinə daxil olmaqla, onun daxili
səthində yiv kəsərək bağlamaqla tutma işi aparıb, qəzalı boruların laxladılması
işi (bas-boş) aparılır. Qəzalı boruların pərçimlənmə və s. səbəblərdən bütöv
qaldırılması mümkün olmadıqda, açma ilə onlar hissə-hissə çıxarılır.
Bu əməliyyatı daha dəqiqliklə təsvir edək.
Əvvəlki aparılmış əməliyyatlar əsasında, quyudan çıxarılmış boruların
dartılma ilə çıxması, qaldırıldıqdan sonra vəziyyətinə - üzərlərində qum
tıxacının və s. izlərin aşkarlanmamasına görə, yəni qəzalı borunun istismar
kəmərində qeyd edilən səbəblərdən yerləşmə dərinliyinin dəyişilmədiyi məlum
olduqda, alətin endirilmə yığımının (kompanovkasının) əvvəlcədən təyin
edilməsi mümkünlüyü olduğu üçün, tutma zamanı işçi borunu mümkün
maksimal işçi hərəkəti qədər endirilməsinə çalışmaq lazımdır.
Metçik qazma boruları ilə qəza sonluğuna 7-10 m qalana kimi
endirilir. İşçi boru bağlanır. Quyuda dövretmə yaradaraq, aləti yuma ilə
endirərək çəkisi (boş çəkisi-endirmə) HÇİ-də təsbit edilir, ehmalca (0,5 t
yüklənmə) oturtmaqla qəzalı borunun sonluğu təyin etməklə işçi boruda qeyd
edilir. Bu zaman yuma təzyiqinin bir az yüksəlməsi metçikin qəzalı borunun
içinə daxil olduğunu göstərir. Əks təqdirdə, başqa səbəb – qəzalı borularda
dəliklər, istismar kəmərinin deformasiyasına görə alətin qəza sonluğuna
çatmaması istisna olunan halda (əməliyyatın sonrakı gedişatı bu halı məlum
edir), qəzalı borunun istismar kəmərində ekssentrik vəziyyətdə (kəmərə
söykənmiş) olması ilə metçikin qəzalı sonluğun kənarında oturduğuna dəlalət
edir. Daha bir halda, müsbət sayılan, lakin çox az rast gəlinən halda,
dövretmənin qəzalı boruların başmağından dövretmə yarandığı üçün təzyiq
maksimal həddə yüksəlməyəcəkdir. Aləti minimum 2 m qaldıraraq çəkisi (bas
çəkisi-qaldırma) HÇİ-də fiksə edilir, yumanı saxlamadan fırlatma ilə çox kiçik
verişlə endirmə davam edilir, bu zaman cihazdakı göstəricinin qiyməti, boş
(endirmə) çəkisindən bir az artıq olmaqla fərqli olacaqdır. Məlumat üçün
bildirək ki, bu hal layihə üzrə maili qazılmış quyularda (şaquli quyularda isə

16
qazma zamanı lülənin müəyyən dərinliklərində əyriliyi səbəbindən) özünü daha
qabarıq biruzə verir. Endirmə zamanı daha çox boru səthləri sahəsinin kəmər
divarına sürtünməsindən fərqli olaraq, alətin fırlanma ilə endirilməsi zamanı
mərkəzləşmə hesabına bu sahənin azalması nəticəsində cihazda alətin reala
yaxın çəkisi öz əksini tapmış olur. Tutma işi zamanı cihaz göstəricisinin məhz
bu qiyməti (yuma və fırlatma ilə endirmə - boş şəkisi) əsas getirilməlidir.
Yuma və 15-20 dövr/dəqiqə fırlatma sürətilə qəzalı borunun içinə daxil
olmaqla (göstərici təzyiq artımı) ilkin ox boyu yüklənmə 0,1-0,2 ton olmaqla
yiv kəsərək bağlanma ilə tutma işinə başlanır. 7-10 dövr fırlatmaqla,
yüklənməni 1 tona kimi tədricən artırmaqla və cihazın göstəricisində əqrəbin
ilkin vəziyyətə qayıtması (çəkinin artması), normal yiv kəsmə getdiyini
göstərir. Alətin sola fırlanmasını saxlayıb, onun əks istiqamətdə-sağa fırlanıb-
fırlanmaması (əks vurma) müəyyən edilir və işçi boru üzərində bu vəziyət
fiksə edilir. Bu zaman yuma təzyiqi yolveriləbilən həddə yüksələrsə (adətən bu
10-15 MPa), nasos aqreqatı saxlanılır. Alət əks istiqamətdə bir neçə dövr etdiyi
halda, alətə onun bas çəkisindən 4-8 ton artıq yüklənmə verib tutma işinin
alındığına əmin olduqdan sonra, aləti əvvəlki vəziyyətə (işçi boruda fiksə
edilmiş nöqtəyə) endirərək, təzyiq artımı ilə əlaqədar yuma imkanı
olmadığından, fırlatma sürətini 7-10 dövr/dəqiqəyə kimi azaltmaqla ox boyu
yüklənməni (boş çəkisi) tədricən maksimum 2 tona kimi artırmaqla (cihazda
çəkinin düşməsi) yiv kəsməni davam etdirərək, metçik bərkidilir. Yüklənmənin
artırılma dərəcəsinin 2 ton olması bir növ şərtidir, bu qiymət nisbətən biraz az
və ya biraz çox da (+1,-0,3 t) ola bilər. Bərkitmə zamanı rotor zəncirinin
dartılması ilə qeyri-ahəng səs və köməkçi traktor mühərrikinin gücə düşməsini
göstərən boğucu səs çıxarması və s. amillər burulmaya müqavimətin
qiymətinin yüksəldiyinin göstəricisidir. Alətin fırladılmasını saxlayıb, əks-
vurmanı boşaltdıqdan sonra alətin pasport üzrə yükqaldırma qabiliyyətindən
artıq olmamaq, həmçinin boruların vəziyyətini nəzərə almaqla (qırılma baş
verməsin), dartaraq (bas) laxtladılır. Laxlatmada oturtma, alətin boş çəkisindən
aşağı olması məqsədəuyğun sayılmır. Qumla pərçimlənmiş boruların azad
edilməsində bu hal məcburi gediş olaraq məqsədəuyğun sayılır. Alətin
qaldırılması mümkün olmadığına əmin olduqda, müəyyən dartılma həddində
(pərçimlənmə yerindən olan məsafədən asılı olaraq) sola fırlatmaqla açma
əməliyyatı aparılır. NKB-nin diametr ölçüsü, bərkidilmə dərəcəsi, istismar
xüsusiyyətindən və çıxarılan qazma boruları yüksək burucu momentə məruz
qalmadığı halda, borular normal halda 15-20 dövrdə tam açılır. Açılma
yerindən asılı olaraq, cihazda əks etdirilmiş əlavə yük (alətin tutmadan əvvəlki
bas yükü ilə verilmiş dartılma yüklənməsi arasında olan çəki qiyməti)
göstəricisilə, alət qaldırılır.
Qeyd etmək lazımdır ki, xüsusi metçiklə işləyən zaman bərkitmə
işinin vaxtında saxlanılmaması, artıq bərkitmə zamanı bütöv borunun deyil,

17
yalnız onun muftasının tam açılmasına və ya yarımçıq açılması səbəbindən
bərkitmədən sonra, açma zamanı muftası açılır.
Tutma işində belə bir hala da rast gəlinir: tutmadan sonra laxlatma
zamanı və ya açma əməliyyatından sonra qaldırma zamanı alətin çəkisində
azalma və yenidən artma müşahidə olunur. Bu açılmış (və ya əvvəlki
əməliyyatlarda həmçinin aşağı boru açılmış) arxası yuyulmamış birinci
borunun nisbətən yumşaq qumdan çıxması və ya arxası yuyulmuş borudan
aşağıdakı borunun açılması ilə qumdan çıxmasının göstəricisidir. Bu halda
laxlatmada dartılmanın yüksəlməsi ilə alətin tutmadan azad olmasına
yolverilməməsi-qarşısının alınması üçün, laxlatmanı saxlayaraq alətin yumasız
bas çəkisindən 1-3 t artıq yüklənmədə aşağı sürətlə 5-8 dövr fırlatmaqla, alətin
çəkisində azalma müşahidə olunduqca və bu əməliyyatı təkrar etməklə boru
qumdan çıxardılır. Bu münvalla boru qumdan çıxdıqca, qeyd edilmiş
yüklənmədə bas (qaldırma) məsafəsinin hər dəfə getdikcə artması müşahidə
olunacaqdır.
İşçi qazma borusu (İQB) rotor stolu bərabərinə qaldırıldıqdan, yəni
artıq fırlatma əməliyyatının aparılması mümkün olmadıqdan sonra İQB açılır
və alət bas-boşla laxladılır. Laxlatma intervalı (aşağı və yuxarı) hədlərinin
düzgün təyin edilməsi vacib şərtdir. Bu mümkün halı nəzərə alaraq, tutma
işindən öncə İQB bağlamazdan əvvəl, alətin çəkisi dəqiqləşdirilməlidir.
Bunun üçün bağlanmış sonuncu borunu bütün uzunluğu boyu tam
qaldırmaqla bu çəki dəqiqləşdirilir. Tutma işindən əvvəl aparılan bu vacib
amilin daha bir müsbət tərəfi ondan ibarətdir ki, qaldırıcının texniki vəziyyəti-
yükqaldırma qabiliyyəti də müəyyən qədər yəqinləşdirilir. Tutma işindən sonra
qaldırıcıda pnevmo-sistemdə nasazlığın (diafraqmanın cırılması) aşkarlanması
təcrübədə heç də nadir olan hal deyil. Qeyd edilən amilin vacib şərti, bu
yoxlamanı boru kəmərini endirdikdən sonra dərhal deyil, müəyyən fasilə
verməklə yoxlanmalıdır.
Xarici istehsallı tutucu metçiklər tutucu yivin başlanğıc və son
diametr ölçülərinə görə qeyd edilən metçiklərdən fərqlənirlər. Bundan başqa
tutucu yivin bir dyümündə 5 vidəsi (nitka) olur və xarici konik səthdəki tutucu
yivin bütün uzunluğu boyu uzun kəsiyi üzrə novları yoxdur. Kəsmə rejimi də
fərqlidir, alətə ox boyu 2 ton yüklənmə verməklə 7-10 dövr fırlatmaqla yiv
kəsərək bağlanma-pərçimlənmə ilə tutma işi aparılır.

Qazma metçikləri

Qazma borularının tutmasını həyata keçirən UQM universal qazma


və XQM xüsusi qıfıl metçiklərinin bəzi fərqli konstruktiv xüsusiyyətlərə malik
olmaqla, tətbiq etmə qaydası istismar metçiklərilə demək olar ki, eynidir.
İstismar metçiklərindən fərqli olaraq, bu metçiklərdə yiv birləşməsilə
istiqamətləndiricinin bağlanması nəzərdə tutulmuşdur. UQM universal qazma
18
metçiklərində, universal istismar metçiklərindən fərqli olaraq, konik səthində
xüsusi profilli tutucu yivin konusluğu 1:16 nisbətindədır. (Şəkil V.41.)

Şək. V.41. Qazma metçiki:


a – universal; b – xüsusi qıfıl metçiki.
UQM universal qazma və XQM xüsusi qıfıl metçiklərlə tutma işinin
aparılması qaydası, istismar metçiklərilə aparılma qaydası demək olar ki,
eynidir. Yeganə fərq, ilkin ox boyu yüklənmənin daha artıq, ilkin 0,3-0,4 ton
və bərkitmənin 3-4 tona kimi olmasıdır.
Cədvəl V.46-da UQM metçiklərin tip-ölçüləri göstərilmişdir.
Cədvəl V.46.
Tutulan Qəzalı boru sonluğu bərabərində
Yükqal
borunun quyunun diametri, mm
dırma Kütləsi,
Metçik diametr Kəmərlə Kəmərlə bərkidilmiş
qüvvəsi, kq
diapazonu bərkidilməmiş (qoruyucu kəmərin
kN
mm (balta üzrə) şərti diametri)
UQM 20-45 (МБУ20-45) 24-40 97-151 114-168 300 9
UQM 22-54 (МБУ22-54) 26-50 108-161 127-178 420 13
UQM 32-73 (МБУ32-73) 36-89 118-214 140-219 640 20
UQM 58-94 (МБУ58-94) 62-90 140-269 168-273 820 28
UQM 74-120(МБУ74-120) 78-112 190,5-508 219-508 1150 68
UQM 100-142(МБУ100-142) 105-135 244,5-508 273-508 1400 88
UQM 127-164(МБУ127-164) 133-154 244,5-508 273-578 1450 89

Cədvəl V.47-də XQM metçiklərin tip-ölçüləri göstərilmişdir.

19
Cədvəl V.47.

Qəzalı boru sonluğu bərabərində


Tutulan quyunun diametri, mm Yükqal
obyekt dırma Kütləsi,
Metçik Kəmərlə Kəmərlə bərkidilmiş
(qıfıl) qüvvəsi, kq
bərkidilməmiş (qoruyucu kəmərin
mm kN
(balta üzrə) şərti diametri)
XQM-62 (МCЗ-62) ZN-80 97-151 114-168 100 4
ZN-95
XQM-76 (МCЗ-76) 108-161 127-178 160 5
ZL-90
ZN-108
XQM-88 (МCЗ-88) 118-161 140-178 200 14
ZN-113
ZŞ-108
XQM-92 (МCЗ-92) ZU-108 132-161 146-178 200 15
ZL-110
ZŞ-118
XQM-101 (МCЗ-101) 140-214 168-219 200 16
ZL-120
XQM-102 (МCЗ-102) ZU-120 140-214 168-219 200 15
ZN-140
XQM-117 (МCЗ-117) 151-269 178-273 265 22
ZL-136
XQM-121 (МCЗ-121) ZŞ-146 151-269 178-273 265 25
ZU-155
XQM-133 (МCЗ-133) 190,5-269 219-273 275 27
ZL-152
XQM-140 (МCЗ-140) ZN-172 214-394 245-426 330 37
ZŞ-178
XQM-147 (МCЗ-147) ZL-168 214-394 245-426 330 36
ZL-172
XQM-152 (МCЗ-152) ZN-197 244,5-508 273-508 370 50
XQM-161 (МCЗ-161) ZU-185 244,5-508 273-508 330 40
XQM-171 (МCЗ-171) ZŞ-203 244,5-508 273-508 370 55
XQM-189 (МCЗ-189) ZU-212 244,5-508 273-508 350 60

Cədvəl V.48-də UQM tipli metçiklərin texniki xarakteriskası göstərilmişdir.


Cədvəl V.49-də XQM tipli metçiklərin texniki xarakteriskası göstərilmişdir.

Hamar metçiklər

Daxili dairəvi en kəsikli və qalınlığı 15 nmm-dən az olmayan əşyaların


quyudan çıxarılması üçün hamar metçiklər tətbiq edilir. Adi universal
metçiklərdən fərqli olaraq, bu metçiklərin xarici səthinin konus bucağı 0 0 30/ -
50 diapazonunda olmaqla hamardır, yəni tutucu yivsizdir. Konusluq, tutulan
obyekt səthinin tutma sahəsindəki bərkliyindən asılı olaraq seçilir. Bu səth nə

20
Cədvəl V.48.
UQM tipli tutucu metçiklərin texniki xarakteriskası
d yivi d1 yivi Ölçülər, mm
Tip-ölçü ГОСТ a
ГОСТ ГОСТ
5286- d2 d3 d4 D D1 D2 D3 l l1 l2 l3 l4 L C
633-80 632-80
75
UQM 20-45 (МБУ20-45) Z-62 79 - 20 30 80 73,0 48,7 45,6 80 415 465 76 715
10 5
UQM 22-54 (МБУ22-54) Z-76 89 - 22 40 95 88,9 57,2 54,2 100 520 570 830 6
900
UQM 32-73 (МБУ32-73) Z-88 102 - 32 14 45 108 101,6 76,2 73,1 670 720 10 86 980
110
UQM 58-94 (МБУ58-94) Z-102 - 114 58 22 60 120 114,3 96,8 93,7 595 645 25 85 905 -
UQM 74-120 (МБУ74-120) Z-147 - 168 74 32 100 178 168,3 123,4 120,3 770 820 1105
30 10
UQM 100-142 (МБУ100-142) Z-171 - 194 100 50 120 203 193,7 145,6 142,5 140 710 760 1045 720
110
UQM 127-164 (МБУ127-164) Z-189 - 219 127 70 140 220 219,1 167,6 164,5 635 685 35 975 5

Cədvəl V.49.
XQM tipli tutucu metçiklərin texniki xarakteriskası
d yivi Ölçülər, mm
Metçik ГОСТ
5286-75 d1 d2 d3 l l1 l2 l3 l4 C D L
XQM-62 (МCЗ-62) Z-62 62,670 30 80 87 24 107 80 80
150 3
XQM-76 (МCЗ-76) Z-76 76,200 40 100 113 30 133 95 00
10
XQM-88 (МCЗ-88) Z-88 88,887 35 110 250 127 39 147
108
XQM-92 (МCЗ-92) Z-92 92,075 100 215 126 44 146
40 4 320
XQM-101 (МCЗ-101) Z-101 20 101,438 110 250 135 46 155 118
XQM-102 (МCЗ-102) Z-102 30 102,010 50 125 250 133 42 153 120

21
qədər möhkəm olarsa, konus bucağı bi o qədər az olmalıdır. Bu metçiklər bir
qayda olaraq, qəzalı qazma borusunu və onunla bir neçə borunun açılması və
sonradan qazma qıfılının muftasına bağlanması ilə qazma kəmərinin
bütövlüyünün təmin edilməsi üçün tətbiq edilir. Tutma işi, adi metçiklərlə
aparılma qaydası ilə eynidir.

V.10.2. Paftalı-pazlı tutucular

Tutucular boru və başqa silindrik formalı alətlərin quyudan


çıxarılması üçün tətbiq edilir. Tutqacın (tutucu tərtibat) konstruksiyasına görə
bölünürlər: paftalı və sanqalı. Sanqalı borututanları çıxarılan borunun üst
hissəsinə daxil etməklə, boru sanqanın bütün tutucu səthi üzrə bərabər tutulur.
Paftalı borututanların tutma dərəcəsi və etibarlığı paftaların gövdədə yerləmə,
hərəkətliyi və saxlanılması-təsbit edilməsi vəziyyətindən asılıdır.
Tutmanın təyinatına və xarakterinə görə borututanlar daxili (nasos-
kompressor borularının daxili səthindən tutma) və xarici, iş prinsipinə görə isə
bölünürlər: azadolunmayan və azadolunan.

V.10.2.1. DBT (TB) tipli azadolunmayan paftalı daxili borututanlar

DBT əsasən tutucu mexanizmdən ibarət olmaqla üç icrada hazırlanır:


birpaftalı, ikipaftalı, altıpaftalı. Bu borututanların altı tip-ölçüsü işlənmişdir.
Cədvəl V.50-də DBT tipli daxili borututanların texniki xarakteriskası
göstərilmişdir.
Cədvəl V.50.

Əsas ölçülər, mm Kütlə, kq


Tutulan Kəmərin Birləş-
borunun şərti dirici Borututan
Borututan Boru mərkəz-
diametri diametri yivi mərkəzləşdirici Boru-
tutan ləşdirici
mm mm (qıfıl) tərtibatla tutan
tərtibatla
d l D L
DBT 48-80
48 102-168 Z-62 80 730 80-138 885-955 10 24-33
(TB 48-80)
DBT 60-92
60 114-194 Z-76 92 625 114-160 1538-1643 12,3 53-63
(TB 60-92)
DBT 73-92
73 114-194 Z-76 92 830 114-160 1538-1643 18,5 59,5-69,5
(TB 73-92)
DBT 89-110
89 114-194 Z-76 110 955 134-200 1605-1732 29 77-105
(TB 89-110)
DBT 102-130
102 140-245 Z-88 130 1020 160-236 1773-1905 50,5 124-160
(TB 102-130)
DBT 114-130
114 168-273 Z-88 130 1070 160-236 1773-1905 55 129-171,5
(TB 114-130)

22
Bir paftalı DBT 48, DBT 60 müvafiq olaraq 48 mm və 60 mm-lik
NKB-nin tutması üçün təyin edilmişdir (Şəkil V.42 a). Tutulan borunun daxili
səthilə kontaktda olması və ilişmə qüvvəsinin yüksəldilməsi üçün, borututan
milinin səthində paftanın əks tərəfində mil səthindən müəyyən qədər
qabardılmış, daraq şəklində çıxıntılı dişlər (naseçka) kəsilmişdir. Mildə yuma
kanalı vardır. Yuma kanalı milin mərkəzində deyil, daraq olan tərəfə yaxın
olmaqla ekssentrik yerləşmişdir.
DBT 48, DBT 73, DBT 89, DBT
102, DBT 114 daxili borututanların ikipaftalı
icrası da vardır. Bu icrada yalnız DBT 48
borututan, yuma kanalı ilə təchiz
edilməmişdir.
Altıpaftalı tutucu mexanizmli
borututan iki cərgə (alt və üst) olub bir-
birlərinə nəzərən 600 bucaq altında yerləş-
məklə müəyyən uzunluqlu altı maili müstəvi
səthli mildən 1 ibarətdir. Hər maili müstəvi
səthllərin ortasında, onun uzunluğu boyu
“qaranquş quyruğu” konik kəsik profilli
çıxıntı - paz yerləşmişdir. Bu çıxıntılar
üzərində paftatutucu 2 ilə birlikdə çıxıntılı
dişləri olan paftalar 3 şaquli istiqamətdə
hərəkət edirlər. Paftaların hərəkəti üst hissədə
milin çiyninə dayaqlanması (söykənməsi) ilə,
alt hissədə ucluq (nakoneçnik) 4 səthinə
dayaqlanması ilə məhdudlaşır (Şəkil V.42 b).
Şək.V.42.Azadolmayan daxili borututan:
a – birpaftalı; b – altıpaftalı.
İkipaftalı tutucu mexanizmli borututan daha sadə konstruksiyaya ma-
likdir. İki cərgə (alt və üst) olub, bir-birlərinə nəzərən 180 0 bucaq altında, yəni
bir-birlərinə əks tərəfdə yerləşməklə müəyyən uzunluqlu iki maili müstəvi
səthli mildən 1 ibarətdir. Hər maili müstəvi səthllərin ortasında, onun uzunluğu
boyu “qaranquş quyruğu” konik kəsik profilli çıxıntı - paz yerləşmişdir. Bu
pazın əndazə ölçüləri, altıpaftalı tutucu mexanizmli borututanda olan pazın
əndazə ölçülərindən daha böyükdür. Bu pazlar üzərində paftalar 2 şaquli
istiqamətdə hərəkət edirlər. Paftaların hərəkəti üst hissədə milin çiyninə
dayaqlanması (söykənməsi) ilə, alt hissədə isə geydirilmə ilə yerləşdirilmiş
məhdudlaşdırıcı paza (klin) 3 dayaqlanması ilə məhdudlaşır. İkipaftalı
borututanın paftasının əndazə ölçüləri, altıpaftalı borututanın paftasının əndazə
ölçülərindən daha böyükdür (Şəkil V.43).
23
Şək.V.43.Azadolunmayan ikipaftalı daxili
borututan.

Tutulan boru ilə istismar kəmərinin daxili


diametri arasında ara məsafə az olan halda, borututan
mərkəzləşdirici tərtibatsız tətbiq edilir. İstismar
kəmərinin daxili diametri ilə borunun (tutulan obyektin)
xarici diametri arasında ara məsafə çox olan halda isə
borututanı boru daxilinə yönəltmək üçün, borututan
xüsusi keçirici və mərkəzləşdirici tərtibatla (ağzı kəsikli
istiqamətləndirici və ya qıflı istiqamətləndirici) təchiz
edilir. Borututanın mərkəzləşdirici tərtibatla birləşmə
variantları Şəkil V.44-də göstərilmişdir.

Şək.V.44. Azadolunmayan
daxili borututan:
mərkəzləşdirici tərtibatla
birləşmə variantları:
a - ağzı kəsik istiqamətləndirici;
b - istiqamətləndirici qıfla; 1 – xüsusi
keçirici; 2 – ağzı kəsik istiqamətləndirici;
3 – istiqamətləndirici; 4 – qıf.

DBT borututanları ilə tutma işlərinin


aparılması metodikası

Quyunu tədqiq edib qəzalı borunun


sonluğunun vəziyyətini təyin etdikdən sonra,
borututan və mərkəzləşdirici tərtibat seçilir.
Quyuya endirməzdən əvvəl borututan yoxlanılır.
Borututanı şaquli vəziyyətdə saxlamaqla, paftalar
ilə birlikdə paftatutucu şaquli istiqamətdə hərəkət
etdirilir (birpaftalı və ikipaftalı tutucu mexanizmli
borututanlarda paftalar şaquli istiqamətdə yuxarı-
aşağı hərəkət etdirilir). Paftanın mil üzərində olan
“qaranquş quyruğu” konik kəsik profilli çıxıntı -
paz üzərində yerdəyişməsi ilişmə olmadan səlis

24
olmalıdır. Paftaların (paftatutucu ilə paftaların birgə) yuxarı vəziyyətində
paftalar milin xarici diametridən kənara çıxıntısı - çıxması halı olmamalıdır,
yəni milin diametri ilə bərabər ölçülü olmalıdır. Paftaların (paftatutucu ilə
paftaların birgə) aşağı vəziyyətində, onların diametral ölçüsü dəqiqləşdirilməli
və bu qiymət borunun tutulması üçün ölçü normasına uyğun olmalıdır.
Qazma boruları ilə aləti qəza sonluğuna minimum 10 m qalmış
saxlayıb, quyuda dövretmə yaradaraq yuma ilə endirilir. Borututanın qəzalı
borunun sonluğuna çatma anında endirməni yavaşıtmaqla borunun içinə daxil
edilir. Bu zaman boru kəmərinin çəkisinin azalması və yuma təzyiqinin
yüksəlməsi, borututanın boruya daxil olmasının göstəriciləridir. Aləti azacıq
qaldırmaqla tutma işi aparılır və qəzalı borular laxladılır. Qəzalı boruların
pərçimlənmə və s. səbəblərdən bütöv qaldırılması mümkün olmadıqda, açma
ilə onlar hissə-hissə çıxarılır.
İlk baxışda, daxili borututanla tutma əməliyyatı, kolokol və metçiiklə
tutma əməliyyatından xeyli sadədir. Tutma əməliyyatına təsir edən bir çox
amillərin nəzərə alınması vacibliyi nöqteyi-nəzərindən, bu əməliyyatı daha
dəqiqliklə təsvir edək.
Əvvəlki aparılmış əməliyyatlar əsasında, quyudan çıxarılmış boruların
dartılma ilə çıxması, qaldırıldıqdan sonra vəziyyətinə - üzərlərində qum
tıxacının və s. izlərin aşkarlanmamasına görə, yəni qəzalı borunun istismar
kəmərində qeyd edilən səbəblərdən yerləşmə dərinliyinin dəyişilmədiyi məlum
olduqda, alətin endirilmə yığımının (kompanovkasının) əvvəlcədən təyin
edilməsi mümkünlüyü olduğu üçün, tutma zamanı işçi borunu mümkün
maksimal işçi hərəkəti qədər endirilməsinə çalışmaq lazımdır. Yiv kəsmə yolu
ilə tutma işi aparılan alətlərdən (kolokol, metçik) fərqli olaraq, paftalı tutucu
mexanizmli borututanla tutma işindən əvvəl işçi qazma borusunu bağlamadan
qəzalı borunun sonluğunu endirmə ilə təsbit etmək (fiksə etmək) olmaz, necə
ki, bu halda borututanla qəzalı borunun tutması mümkünlüyü nəticəsində,
qəzalı boruların pərçimlənməsi səbəbindən bütöv qaldırılması mümkün
olmadığı halda onların hissə-hissə çıxarılması üçün açma əməliyyatının
aparılması xeyli mürəkkəbləşir.
Borututanı qazma boruları ilə qəza boruların sonluğuna 7-10 m qalana
kimi endirilir. İşçi qazma borusu bağlanır, dövretmə yaradılır. Borututanın
yuma dəliyinin diametrinin, yiv kəsmə yolu ilə tutma işi aparılan alətlərlə
müqayisədə xeyli az olması, qazma boruları daxili səthində metal və başqa
çöküntülərin olması ilə əlaqədar yuma dəliyinin tutulması mümkünlüyünü
nəzərə alaraq quyuda dövretmə, endirilmiş boru kəmərinin daxili həcmi qədər
minimum davam etdirilir. Aləti yuma ilə 1-3 m endirərək, çəkisi (boş çəkisi-
endirmə) HÇİ-də təsbit edilir. Yuma əməliyyatı saxlanılır, nasosda yuma
təzyiqinin atmosfer təzyiqinə düşməsindən sonra işçi qazma borusu
qaldırılmaqla alətin çəkisi (yumasız bas çəkisi-qaldırma) HÇİ-də təsbit edilir.

25
Yumanı davam etdirərək, çox kiçik verişlə endirməklə borututan borunun içinə
daxil edilir. Bu zaman HÇİ-də boru kəmərinin çəkisinin azalması və yuma
təzyiqinin yüksəlməsi, borututan boruya daxil olmasının göstəriciləridir.
Təzyiqin yüksəlməməsinə səbəb – qəzalı borularda dəliklər, alət
mərkəzləşdirici tərtibatla endirildiyi halda onun (istiqamətləndiri, qıf) istismar
kəmərinin deformasiyasına görə alətin qəza sonluğuna çatmaması kimi halların
olmasıdır. Tutulan boru ilə istismar kəmərinin daxili diametri arasında ara
məsafə az olan halda, yəni borututanın mərkəzləşdirici tərtibatsız tətbiq
edildikdə, kolokoldan fərqli olaraq borututan milinin ucunun sivri olması
hesabına, milin istismar kəmərində ekssentrik vəziyyətdə olan qəzalı boru
muftasının kənarında otursa da sürüşərək boruya daxil olur. HÇİ-də boru
kəmərinin çəkisinin azalması və yuma təzyiqinin yüksəlməsi ilə borututanın
HÇİ-də təsbit edilmiş boş çəkisindən 5 ton artıq oturdulması normal sayılır.
Lakin bir çox amillər – qəzalı boru daxilində qumun olması, boru divarının ərp
(naqar) bağlaması ilə əlaqədar daxili diametrinin azalması, boru sonluğunun
mümkün olan cüzi əyilməsi (əvvəlki laxlatmalar zamanı) nəticəsində borututan
mili tam uzunluğu boyu boruya daxil olmaya da bilər. Bunun müqabilində
alətin borunu tutması üçün qaldırma zamanı, iki cərgəli altıpaftalı tutucu
mexanizmli borututanın yalnız alt cərgəsi və ya ikipaftalı tutucu mexanizmli
borututanın yalnız alt paftasının ilişməsi ilə alınmış tutmadan sonra, alətə
verilmiş yüklənmədən və ya açma əməliyyatı zamanı alətin ilişmədən-
pərçimlənmədən azad olması ilə nəticələnə bilər. Buna görə, alətin çəkisinin
cüzi azalması və cüzi təzyiq artımı müşahidəsi ilə oturtma zamanı, aləti çox
kiçik verişlə və müəyyən fasilələrlə (təzyiqin bir az düşməsi qumun olmasına,
alətin çəkisinin cüzi artması isə daxilolma məsafəsinin artmasına işarədir)
minimum milin uzunluq ölçüsü qədər endirilməsi vacib şərtdir. Bu templə
endirməklə borututanın bağlanma qıfılının boru muftasını qapanması ilə təzyiq
maksimal yüksəlir. Qeyd edilmiş amillərə və tutma dərinliyi, quyunun mailliyi
və s. görə oturtmanın qiymətinin 15 tona kimi çatdırılması məqsədəuyğun
sayılır. Sözsüz ki, bu halda bundan əvvəl çıxarılmış boruların (muftasının)
vəziyyəti nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, tutmanın, yəni milin boru
içinə daxil olması hiss olunmadığı halda, təsbit edilmiş oturma yerindən 30-40
sm yuxarıda aləti fırlatmaqla və milin ucundan birinci paftaya (aşağı cərgəli
paftalara) 20 sm məsafə olmasını nəzərə alaraq, təkrar yoxlamada bu məsafəni
qət etmək məqsədəuyğun sayılır.
Bu zaman yuma təzyiqinin yolveriləbilən həddə yüksəlməsilə
(adətən bu 10-15 MPa), nasos aqreqatı saxlanılır. Yuma təzyiqi yolveriləbilən
həddə yüksəlmədiyi halda da qəzalı boruların tutulması üçün alətə bas
verməkdən əvvəl yuma (dövretmə) saxlanmalıdır. Bu, yuma ilə bas verilməsi
zamanı, yuma təzyiqinin təsirindən, paftaların (paftatutucu ilə paftaların)
yerdəyişməsinə mənfi təsir etməsinin (paftanın mil üzərində olan pazın aşağı

26
nöqtəsində olmadığı halda boruya ilişməsi nəticəsində zəiflədilmiş tutma)
qarşısının alınması məqsədi daşıyır. Alətə onun bas çəkisindən (yumasız bas
çəkisi-qaldırma) 4-8 ton artıq yüklənmə verib tutma işinin alındığına əmin
olduqdan sonra, alətin pasport üzrə yükqaldırma qabiliyyətindən artıq
olmamaq, həmçinin boruların vəziyyətini nəzərə almaqla (qırılma baş
verməsin), dartaraq (bas) laxtladılır. Laxlatmada oturtmanın, alətin boş
çəkisindən aşağı olması məqsədəuyğun sayılmır, necə ki, tutmada borunun
xaricə məyyən qədər şişməsi halı olduğu üçün, paftaların zəiflədilməsi ilə
nəticələnə bilər.
Alətin qaldırılması mümkün olmadığına əmin olduqda, müəyyən
dartılma həddində (pərçimlənmə yerindən olan məsafədən asılı olaraq) sola
fırlatmaqla açma əməliyyatı aparılır. NKB-nin diametr ölçüsü, bərkidilmə
dərəcəsi, istismar xüsusiyyətindən asılı olaraq borular normal halda 15-20 dövr
sola fırlatmada tam açılır. Açılma yerindən asılı olaraq, cihazda əks etdirilmiş
əlavə yük (alətin tutmadan əvvəlki yumasız bas çəkisi-qaldırma çəkisindən
əlavə yük) göstəricisilə alət qaldırılır.
Açma əməliyyatında 15-20 dövr fırlatmadan sonra HÇİ-də dartılma
yükünün dəyişilməsi (azalması və ya ani titrəyib dayanması) baş vermədiyi
halda, fırlanmanı saxlayaraq, işçi qazma borusunun rotor içliyi bərabərində
işarələndikdən sonra alətə bas verilməlidir. Məqsəd, qəzalı boru kəmərində bir
neçə yerdən boruların açılması halını istisna etməkdir. Yolverilən yüklənmə
həddində yiv birləşməsindən tam açılmamış qəzalı borunun (boruların)
muftadan siyrilərək azad olması baş verməzsə, işçi qazma borusunda
işarələnmiş əvvəlki vəziyyətə boş qoymaqla daha 7-8 dövr fırlatmaq lazımdır.
Açılma baş verməzsə, əməliyyat təkrar edilməklə alət yolverilən yüklənmə
həddində laxladılmalıdır. Açılmadan sonra işçi qazma borusunu qaldırarkən
əlavə yükün hiss edilmədiyi (bir və ya iki borunun açılması) halda, aləti
endirməklə təkrar tutma işinin yoxlanılması yoloverilən haldır. Lakin təkrar
yoxlamada oturtmanın qiymətinin 5 tona kimi olması məqsədəuyğun sayılır,
necə ki, borututanda açılmış qəzalı boru olduqda, açılmış borunun aşağı
sonluğunun və ya açılmış boru sonluğunda mufta olduğu halda quyudakı yivli
sonluğun çırılmasının istisna edilməsi məqsədi daşıyır. Yalnız bir halda -
yüksəkhermetikli, muftasının diametri azaldılmış VAM birləşməli hamar
boruların nipelinin (yivli sonluğunun) muftasına nisbətən daha qalındivarlı və
möhkəm olması ilə əlaqədar muftasının deformasiyaya uğraması-cırılması
mümkünlüyü ehtimalının yüksək olmasını nəzərə alaraq, təkrar yoxlanması
məqsədəuyğun sayılmır.
Qəzalı boruların laxladılması və açılması zamanı borututanın mili
dartılma və burulmadan gərgin vəziyyətdə olur.
Cədvəl V.51-də daxili borututanlarla tutma işində yolverilən dartqı
qüvvəsi (yüklənmə) və burucu moment verilmişdir.

27
Cədvəl V.51.

Yolverilən
Milin xarici Yükqaldırma qüvvəsi,
Borututan burucu moment,
diametri mm kN
Nm
DBT 48-80 (TB 48-80) 38 150 200
DBT 60-92 (TB 60-92) 47 250 350
DBT 73-92 (TB 73-92) 58 400 500
DBT 89-110 (TB 89-110) 73 700 600
DBT 102-130 (TB 102-130) 78 85 700
DBT 114-130 (TB 114-130) 96 100 800

Daxili borututanlarla, yalnız muftu olan (muftası çıxarılmamış) hamar


NKB-nin çıxarılması məqsədəuyğun sayılır. Sonluqları xaricə qalınlaşdırılmış
NKB-nin muftası çıxarılmış olduğu halda, yəni sonluğu yiv olduğu halda və bu
borunun sonluğunun qalınlaşmış olduğunu nəzərə alaraq, onların
çıxarılmasında da daxili borututanların tətbiqi məqsədəuyğun sayılır.

DBT tipli azadolunmayan daxili borututanların konstruksiyasına


və hazırlanmasına olan tələblər

DBT tipli azadolmayan daxili borututanların konstruksiyası, onların


uyğun diametrli NKB-lərin (deformasiyaya uğramamış) daxilinə ilişmə-
buraxma olmadan sərbəst girməsini və mil ilə borunun daxili səthi arasında
konsentrik (hər tərəfdən bərabər) ara məsafəsinin olmasını təmin etməlidir.
Tutucu mexanizmin konstruksiyası qəzalı boruların etibarlı tutmasını və
quyuağzında tutulmuş borunu kəsmədən azad edilməsini təmin etməlidir.
Tutucu mexanizmin paftaları paz üzərində yerdəyişməsi ilişmə
olmadan səlis olmalı və tutulan borunun daxili səthinə pərçimlənməlidir.
Borututanların hazırlanması TУ 26-16-22-77 texniki şərtlərinə uyğun
olmalıdır. Milin pəstahı IV qrupa və KP55 möhkəmlik kateqoriyasına uyğun
olmalıdır. Tərkibində karbonun 0,3%-dən çox olan döymə pəstahlar termik
emal olunmalı-normallaşdırılmalıdır.
Borututan paftalarının səthlərində sementasiyadan sonra çat və başqa
defektlər olmamalıdır. Paftaların dişləri və mil üzərində olan çıxıntılı dişlər
sementasiya və təmizlənmə işindən sonra, profili dəyişməməli (tam
saxlanılmalı) və didilmiş dişləri olmamalıdır. Həmçinin bağlayıcı yivində
didilmiş vidələr, sap şəkilli qopmalar olmamalıdır.
Hazırlanmanın keyfiyyəti, altıpaftalı borututanlarda tətbiq edilən əl
qüvvəsi ilə paftalar ilə birlikdə paftatutucu şaquli istiqamətdə yuxarı və öz
ağırlığı ilə aşağı ilişmə olmadan səlis hərəkətini təmin etməlidir. Bu keyfiyyət
göstəricisi, həmçinin birpaftalı və ikipaftalı borututanlara da aiddir.

28
Paftaların tutma vəziyyətində (paz üzrə ən aşağı vəziyyət)
borutututanın diametr ölçüsü aşağıdakı kimi olmalıdır:
DBT 48-80 - 45,4 mm DBT 89-110 - 82,0 mm
DBT 60-92 - 56,0 mm DBT 102-130 - 96,2 mm
DBT 73-92 - 66,0 mm DBT 114-130 -108,5 mm

Paftanın və mil üzərində olan pazın konik səthlərinin ara məsafəsi 0,1-
0,2 mm civarında olmalıdır.
Mil üzərində olan paza paftanın keçrilməsindən sonra, üfqi istiqamətdə
geydirilən məhdudlaşdırıcı paz, yuvada bütün səthi üzrə sıx olmaqla tam
kipləşməlidir.

V.10.2.2. Azadolunan paftalı daxili borututanlar. DBTM (TBM)


tipli azadolunan daxili borututanlar

DBTM tipli azadolunan paftalı daxili


borututanlar iş prinsipinə görə mexaniki hərəkətli
borututanlardır. DBTM tipli azadolunan paftalı daxili
borututanlar iki icrada işlənmişdir: DBTM-1 (icra 1) –
turtulan boru kəmərinin üst səthinə dayaqlanan və
DBTM-2 (icra 2) – turtulan boru kəmərinin daxilinə
istənilən dərinliyə endirilən. DBTM 114 borututan
konstruktiv fərqi olan hər iki icrada hazırlanır.
DBTM60-1, DBTM73-1, DBTM89-1,
DBTM102-1, DBTM114-1 tutucu və paftaların
azadolunmuş vəziyyətdə təsbit etmə (fiksasiya), başqa
sözlə azadolma mexanizmlərindən ibarətdir (Şəkil V.45).
Tutucu mexanizm iki növ hazırlanır: birpaftalı
(DBTM60-1), altıpaftalı (DBTM73-1, DBTM89-1,
DBTM102-1, DBTM114-1). Tutucu mexanizm
borututanın aşağı hissəsində yerləşmişdir. DBTM60-1
konstruksiyası gövdəsi üzərində dişli darağı (naseçka)
olan mildən və paftadan, DBTM73-1, DBTM89-1,
DBTM102-1, DBTM114-1 konstruksiyası isə mil,
paftatutucu, paftalar və ucluqdan (nakoneçnik) ibarətdir.

Şək.V.45. Azadolunan mexaniki


təsirtli daxili borututan DBTM-
1.
Altıpaftalı tutucu mexanizmin milində, iki cərgə (alt və üst) olub bir-
birlərinə nəzərən 600 bucaq altında yerləşməklə müəyyən uzunluqlu altı maili
müstəvi səthi vardır. Hər maili müstəvi səthllərin ortasında, onun uzunluğu
29
boyu “qaranquş quyruğu” konik kəsik profilli çıxıntı - paz yerləşmişdir. Bu
pazlar üzərində paftatutucu ilə birlikdə paftalar şaquli istiqamətdə sinxron
hərəkət edirlər. Paftaların hərəkəti, üst hissədə milin çiyninə dayaqlanması ilə,
alt hissədə ucluq 10 (nakoneçnik) səthinə dayaqlanması ilə məhdudlaşır.
Birpaftalı tutucu mexanizmdə əks tərəfdəki pafta funksiyasını mil üzərindəki
dişli daraq, paftatutucu rolunu isə paftanın yuxarı səthinə (qalınlıq olan
hissəsinə) yiv ilə bağlanmış və azad olmadan sonra paftanı saxlayan - süngü
(povodok) yerinə yetirir.
Azadolunma mexanizmi gövdədən 4, təsbitedicidən (fiksator) 5,
paftatutucu 8 və tormozlayıcı başmaqdan 7 ibarətdir. Təsbitedicinin xarici
səthində trapesiadal yivi və düzbucaqlı kəsikli iki pazaltı yuvası vardır və
bunun köməkliyi ilə mil 2 üzərində bərkidilmiş pazların (şponka) üzərində
onun uzunluğu boyu yerdəyişmə etmək imkanına malikdir. Bununla təsbitedici
gövdəyə yivlə bağlanma və yivdən açılb mil burtuna tam dayaqlanması halında
paftaların təsbitedici vəziyyətdə saxlama imkanlıdır.
Gövdə içiboş silindrik formalı olaraq, üst sonluğundakı trapesiadal
yivə təsbitedici və qapaq 3 yivlə bağlanır, alt hissəsindəki silindrik yivə isə
nipel 6 bağlanır və bu nipelə də radial dişli tormoz başmağı yivlə bağlanır.
Alətin üst hissəsinə, qazma boru kəmərilə birləşdirilməsi üçün yiv vasitəsilə
bağlanmış keçiricisi 1 vardır.
DBTM borututanlarda yuma məhlulunun döretdirilməsi üçün, onun
bütün uzunluğu boyu yuma kanalı ilə təchiz edilmişdir.
Böyük diametrli quyularda borututanların istifadəsində
mərkəzləşdirici tərtibatlar tətbiq edilir.
Bu borututanların doqquz tip-ölçüsü işlənmişdir.
Cədvəl V.52-də DBTM tipli daxili borututanların tətbiqetmə sahəsi
göstərilmişdir.
Cədvəl V.52.
Tutulan Birləş- Pafalar üzrə Yükqal-
Xarici Uzun-
İcra borunun dirici diametr dırma Kütlə,
Borututan diametr luğu
sayı diametri yivi Yığıl- Tutmada, qüvvəsi, kq
mm mm
mm sol mış max min kN
DBTM60 60 47 57 92 900 245 28
DBTM73 73 Z-76 57 66 92 1190 400 38
1
DBTM89 89 71 82 110 1300 600 50
DBTM102 102 Z-88 84 96 132 1430 800 90
DBTM114 114 Z-76 95 108 95 1580 1000 110,7
DBTM127 114-127 104 132 105 1580 1600 76
2
DBTM146 146 Z-88 118 147 120 1600 2000 96
DBTM168 168-178 136 169 136 1700 2200 120

30
DBTM194 194 158 192 160 1900 2500 130
DBTM-2 (TBM-2) tipli azadolunan paftalı daxili borututanlar

DBTM114-2 (TBM114-2) mexaniki təsirli azadolunan paftalı daxili


borututan tutma və azadolunma mexanizmindən ibarətdir (Şəkil V.46).

Şək.V.46. DBTM114-2 mexa-


niki təsirli azadolunan daxili
borututan: 1 – üst mil; 2 –
paftasaxlayıcı; 3 – pafta; 4 - bərkidici
qayka; 5 – alt mil; 6 - təsbitedicinin
gövdəsi; 7 – şponka; 8 – vint; 9 –
təsbitedicinin məhdudlaşdırıcısı; 10 –
sferik yastıq; 11 – təsbitedici
istiqamətləndiricisi; 12 – yaysaxlayıcı;
13 – yay; 14 – vint; 15 – halqa; 16 –
ucluq; 17 – vint.

Tutma mexanizminin əsas detalı


üst mildir 1 və onda iki yarusda
yerləşməklə 70 bucaq altında kəsikli altı
müstəvisi vardır. Hər yarusda üç
müstəvisi olmaqla, onlar simmetriya
oxu üzrə bir-birlərinə nəzərən 1200
bucaq altında yerləşir. Alt yarusun
kəsikli müstəvilərinin simmetriya oxu,
üst yarusun simmetriya oxuna nəzərən
600 dönmüş vəziyyətdədir.
Hər müstəvinin ortasında
qaranquş quyruğu şəklində en kəsiyi
profilli uzununa çıxıntı var ki, onlar
üzərində paftalar 3 yerdəyişmə edirlər.
Hər paftanın ön tərəfində
tutulan borunu tutma üçün təyin edilmiş mişarağzı profilli həlqəvi kəsikləri,
arxa tərəfində mil üzərindəki çıxıntıya uyğun en kəsiyi profilli pazı vardır ki,
bunun hesabına hər pafta milin kəsikli müstəvisinin uzunluğu boyu yerdəyişmə
edə bilir.
Paftalar milin uzunluq boyu çıxıntılarına, pafta üçün altı pəncərəsi olan
nazik divarlı silindrdən ibarət paftasaxlayıcı 2 ilə bilikdə geydirilir. Paftaların
hərəkəti yuxarı vəziyyətdə milin çiyninə dayaqlanma ilə məhdudlaşır, aşağıda
31
isə (altdakı yarusun pafaları üçün) bərkidici qaykaya 4 dayaqlanma ilə
məhdudlaşır. Bərkidici qayka özü isə xüsusi açarın köməkliyilə milin aşağı
sonluğuna yiv birləməsi vasitəsilə bağlanır.
Azadolunma mexanizminə aşağıdakı detallar aiddir: alt mil, təsbitedici,
təsbitedicinin məhdudlaşdırıcısı, təsbitedicinin istiqamətləndiricisi, əyləc və
dayaq yastıqları.
Alt mil sol konik yiv vasitəsilə üst mil ilə birləşir.
Mil sol trapesiodal yiv vasitəsilə təsbitedicinin gövdəsi 6 ilə birləşir
Bağlanma yivinin həddən artıq sıxılmasının qarşısını almaq üçün, yiv
bağlanmasında təsbitedici gövdəsinin alt tərəfində olan başlıq (kulaçok) alt
milə bərkidilmiş təsbitedicinin məhdudlaşdırıcısının 9 başlıq müstəvisinə
söykənir. Təsbitedici gövdəsinin yan səthində vintlər 8 vasitəsilə iki sürüşkənli
şponka 7 bərkidilmişdir, hansı ki, bu şponkalar təsbitedici
istiqamətləndiricisinin 11 yuva çuxuruna (pazına) daxil olurlar və borututanın
azadolunma prosesində təsbitedicinin mildən yiv vasitəsilə açılmasında yuva
çuxurlarından tam çıxmamaqla onun boyu üzrə yerdəyişmə edə bilirlər.
Təsbitedici istiqamətləndiricisinin aşağı sonluğu ilə yaysaxlayıcı 12,
dörd ədəd düz yay 13, vintlərə 14 birgə halqadan 15 ibarət olan borututanın
əyləc qovşağı birləşir.
Yaylar yaysaxlayıcının yan səthlərindəki yuva çuxurunda (pazlarda)
yerləşir. Yayların aşağı sonluqları halqanın dəliklərindən keçməklə vintlərlə
yaysaxlayıcının divarına bərkidilmişdir.
Halqa yaysaxlayıcıya altdan geydirilir və əlavə dörd vintin vasitəsilə
onda bərkidilir.
Borututanın azadolunma mexanizminin fırladılması dayaqlı sferik
yasığın 10 olması ilə yüngülləşir. Ucluq 16 alt millə sol yiv vasitəsilə birləşir
və vintlərlə 17 pərçimlənir.
Borututan yuma məhlulunun keçməsi üçün, onun bütün uzunluğu boyu
kanalı vardır.

DBTM-1 və DBTM-2 borututanları ilə tutma işlərinin aparılması


metodikası

DBTM-1 borututanı quyuya endirməzdən əvvəl onu tutma və azad olma


mexanizmi yoxlanılmalıdır. Borututanı şaquli vəziyyətdə saxlamaqla, paftalar
ilə birlikdə paftatutucu şaquli istiqamətdə əl qüvvəsi tətbiq etməklə hərəkət
etdirilir. Paftanın mil üzərində olan “qaranquş quyruğu” konik kəsik profilli
çıxıntı - paz üzərində yerdəyişməsi ilişmə olmadan səlis olmalıdır.
Paftatutucunun yuxarı vəziyyətində paftalar paftatutucunun pəncərələrinin
xarici diametrindən kənara (xaricə) çıxması halı olmamalıdır. Paftaların
(paftatutucu ilə paftaların birgə) aşağıı vəziyyətində, onların diametral ölçüsü

32
dəqiqləşdirilməli və bu qiymət borunun tutulması üçün ölçü normasına uyğun
olmalıdır. Təsbitedicinin gövdə ilə ilişmədən çıxana kimi, gövdə fırladılır (sol
borututan saat əqrəbi istiqamətində, sağ borututan saat əqrəbinin əksi
istiqamətində). Bu halda paftatutucu ən yuxarı vəziyyətə yerdəyişmə edəcək və
paftaları azadolma vəziyyətini təsbit edəcəkdir.
Gövdəni fırladılmanın əksi istiqamətində fırlatmaqla, təsbitedicinin
qapağın aşağı sonluğuna dayaqlanması (söykənməsi) ilə borututan işçi
vəziyyətə gətirilir.
Tutma işləri aşağıdakı metodika ilə aparılır:
Borututanı qazma boru kəmərinin aşağı sinluğuna bağlayıb, paftaların
azadolma vəziyyətini təsbit etmə mexanizminin işə düşməməsi üçün,
fırlatmadan qəza sonluğuna minimum 10 m qalana kimi quyuya endirilir.
Quyuda dövretmə yaradaraq yuma ilə qəzalı borunun sonluğu üzərinə endirilir.
Endirməni yavaşıdıb, HÇİ-nin göstəricisinə nəzarət etməklə və oturma
momentini təsbit etməklə ehmalca qəzalı borunun içinə daxil edilir. Borunun
tutulması üçün alət azacıq qaldırılır. Cihazda yüklənmənin artması tutma işinin
alınmasının göstəricisidir.
Qəzalı borular alətin yükqaldırma qabiliyyəti həddində laxladılır və
qəzalı borular qaldırılır. Qəzalı boruların pərçimlənmə və s. səbəblərdən bütöv
qaldırılması mümkün olmadıqda, açma ilə onlar hissə-hissə çıxarılır. Qəzalı
borunun açılması mümkün olmadıqda, alət bu qayda ilə azad edilir: Borututan
paftalarının ilişmədən boşalması üçün, qazma boru kəmərini alətin endirmə
(boş) yükündən 2-4 t aşağı həddə sərt oturdub, sol borututan saat əqrəbinin əksi
istiqamətində, sağ borututan saat əqrəbi istiqamətində 12 dövr fırladılır. Bas
verilir, HÇİ-də borututanın tutulmuş qəzalı borudan azad edilməsi (tutmadan
əvvəlki bas çəkisi) təyin edildikdən sonra, azad olmuş alət qaldırılır.
Borututanın tutulmuş borudan azad edilməsi bu qaydada aparılır: işçi
körpüdə borututan muftasına söykədilmiş düzbucaqlı ağac parçasına gürzlə
yüngül zərbələr vurmaqla, paftalarının ilişmədən boşaldılması və gövdəsindən
əl ilə tutub dartmaqla borututanın mili tutulmuş borudan çıxarılır.
Borututana baxış və mexanizmlərinin işləməsini yoxladıqdan sonra
alət təkrar endirilməyə hazırlanır. Təlabat yaranarsa, borututan quyuların əsaslı
təmir sexinin emalatxanasında sökülüb yenidən yığılır. DBTM-1 borututan
sökülməsi bu qaydada aparılır:
Yiv birləşməsi ilə bərkidilmiş bərkidici vinti (stopor) 11 fırlatmaqla
açılır, ucluq 10 açılaraq çıxarılır; Yiv birləşməsi ilə bərkidilmiş bərkidici vinti
(stopor) 12 və tormozlayıcı başmaq 7 fırlatmaqla açılıb çıxarılır; Paftatutucu 8
paftalar 9 ilə birlikdə mildən 2 çıxarılır; Paftatutucudan başmağı çıxardıb
fırlatmaqla yivdən muftu 1 çıxarılır; Yiv birləşməsi ilə bərkidilmiş bərkidici
vinti (stopor) 13 fırlatmaqla açılır, qapaq 3 mildən çıxarılır; Yiv birləşməsi ilə

33
bərkidilmiş bərkidici vinti (stopor) 14 fırlatmaqla açılır, nipel 6 açılaraq
çıxarılır və gövdə 4 mildən çıxarılır Əks ardıcıllıqla borututan yığılır.
Borututanın sökülüb-yığılmasında, alətin detallarının keyfiyyətinə
mənfi təsir edə bilməsi ilə əlaqədar (deformasiyyaya uğrama), zərblə vurma
qadağan edilir.
Borututanın detallarını korroziyadan qorumaq üçün, sökülmüş
detalları kerosinlə yuyub silmə ilə qurutduqdan sonra, üzərlərinə nazik qat
maşın yağı çəkməklə yağlamaq lazımdır.
Cədvəl V.53-də DBTM tipli daxili borututanlarda xarakterik nasazlıq
növləri və onların aradan qaldırılması metodları göstərilmişdir.
Cədvəl V.53.
Nasazlıq Səbəb Aradan qaldırma
metodları
Paftaların səthlərinin çirklə
Tutulan borunun daxili Paftalar təmizlənməli və
tutulması, pafta dişlərinin
səthilə qeyri-kafi ilişmə ya dəyişilməli
yeyilməsi, didilməsi
Paftatutucu, mil üzərində Paftatutucu içəri əzilmə ilə Yeyə vasitəsilə əzilməni
hərəkəti zamanı ilişir deformasiyaya uğrayıb ləğv etməli
Yuma zamanı təzyiq ani Yuma kanalını
Yuma kanalı tutulub
yüksəlir təmizləməli
Yeyə vasitəsilə əzilməni
Azadolma mexanizmi Təsbitedicinin yivi əzilib, tormoz
ləğv etməli, dişləri
işləmir başmağının dişləri çirklənib
təmizləməli

V.10.2.3. T tipli azadolunan daxili borututan

T tipli mexaniki təsirli azadolunan daxili borututan gövdə, sanqalı


tutqac, ucluq və ayırıcı halqadan ibarətdir (Şəkil III.47). Borututan xarici
diametrinə, yəni tutulan obyektin (borunun) diametrinə görə fərqlənən
dəyişilən sanqalı tutqaclarla dəstləşdirilir.
Borututanla tutma prosesi gövdənin xarici səthində yerinə yetirilmiş
konik spiral səthlərin mövcudluğu və onunla sanqanın daxili səthinin qarşılıqlı
əlaqədə olması hesabına həyata keçirilir.
Borututanla işləmə qaydası aşağıdakı kimidir:
Hazırlıq. Endirilən qazma kəmərinə bağlandıqdan sonra tutqac azadedici
halqaya çatana kimi əl ilə fırladılır. Bu vəziyyətdə endirmə zamanı tutqac
tutulan qəzalı obyekti tutmur.
Tutma və borunun (qəzalı obyektin) qaldırılması.
- tutucu kəməri qəzalı borunun üzərinə çatdıqda çox yavaş sürətlə endirilir;
- borututan boruya lazım olan dərinliyə kimi daxil edilir;
- borututan saat əqrəbinin əksi istiqamətində bir dövr fırladılır və kəmər
qaldırılır. Tutucu kəmərin fırladılmasında gövdə tutqacdan keçməklə aşağı

34
gedərək onu işçi vəziyyətə gətirir və tutqac qəzalı boru ilə ilişməyə daxil olur –
pərçimlənir;
- kəmərin qaldırılması davam etdirilir.
Borututanın qəzalı obyektdən azad edilməsi
- tutqacın azad edilməsi üçün kəmər sərt oturdulur (kəmərin kütləsinin
müəyyən hissəsi borututana ötürülür);
- qazma kəməri saat əqrəbi isiqamətində iki-üç dövr
fırladılır;
- borututanın qəzalı obyektdən azad olunması üçün
qazma kəməri qaldırılır. Gövdənin saat əqrəbi
isiqamətində fırladılmasında tutqac azadedici halqaya
sıxılır, nəticədə tutqac azad olmuş - ilkin vəziyyətə
keçilir.

Şək.V.47. T tipli azadolunan daxili borututan:


1 – gövdə; 2 – sanqa; 3 – halqa; 4 – ucluq; 5–
vint.

Borututanın qəzalı obyektdən azad olunmayan halda


- borututana yüklənməni təkrarlamalı;
- qaldırma zamanı borututanı (qazma kəmərini saat əqrəbi isiqamətində
fırlatmalı.
Qeyd: dərin və maili qazılmış (mailləşmiş) quyularda borututanın işçi
vəziyyətə gətirilməsi üçün bir dövrdən artıq və onun azad olunması üçün qeyd
edilmiş dövrlər sayından artıq fırladılması tələb oluna bilər.
Borututan gövdənin müxtəlif icra variantları ilə hazırlanır (Şəkil V.48):
hamar; dayaqlı səthli; dayaqlı səthli və istiqamətləndirici bağlanması üçün
yivli.

35
Cədvəl V.54-də “СибТрейдСервис» Şirkətinin istehsal etdiyi T tipli
azadolunan daxili borututanların bir sıra texniki parametrləri göstərilmişdir.

Şək.V.48 .T tipli azadolunan daxili borututanın icra variantları.


I variant: 1 – hamar gövdəli borututan; 2 – keçirici; 3 – uzunlaşdırıcı;
II variant: 4 – dayaqlı səthli borututan; III variant: 5 – dayaqlı səthli və
istiqamətləndiricili borututan.

Cədvəl V.54.

Tip-ölçü şifri T-48 T-60 T-73 T-89 T-102


Sanqalı tutqacın nominal ölçüsü Du, 37,3 49 60,9 73 86,4
mm 40,5 50,6 61,9 74,5 88,4
41,7 51,4 63,9 76,2 90,3
43,2 53 65,1 77 93,5
44,1÷50 54÷62,5 67,1÷77 78÷100,3 95÷101,2
Sanqalı tutqacın nominal ölçüsünə 0,9 1,4 1,4 1,9 2,5
nəzərən işçi diapazonu, ± mm
Yükqaldırma, kN 200 340 650 1000 1300
Xarici diametri D (hamar hissə), 36,4 47,6 59 71 84
mm
Yuma kanalının diametri d, mm - 9 12 12 18
Birləşdirici yivi Z-30 Z-38 Z-44 Z-50 Z-73
Uzunluğu (hamar gövdəli 440 470 480 650 780
borututan), L mm

36
Hamar gövdəli borututanın 5 7,5 8 17 26
sanqasız, kq

Cədvəlin ardı

Tip-ölçü şifri T-114 T-127 T-146 T-168 T-178


Sanqalı tutqacın 94,9 106,1 124 133 154,8
nominal ölçüsü Du, 98,1 109,7 125,4 135,2 158
mm 99,6 113,7 127,8 137,5 164,3
101,2 115,7 129,6 140,7 165,7
106÷111,6 116,9÷154 131,4÷150,5 142-156 171,9÷202
Sanqalı tutqacın 3,2 3,2 3,4 3,4 3,8
nominal ölçüsünə
nəzərən işçi diapazonu,
± mm
Yükqaldırma, kN 1600 2000 2500 2900 2900
Xarici diametri D 94,9 103,6 120 129,5 147,8
(hamar hissə), mm
Yuma kanalının 20 22 22 25 30
diametri d, mm
Birləşdirici yivi Z-76 Z-76 Z-88 Z-88 Z-117
Uzunluğu (hamar 920 920 920 1100 1100
gövdəli borututan), mm
Hamar gövdəli 36 47 54 89 120
borututanın sanqasız,
kq

Qeyd: T tipli azadolunan daxili borututanların əsasən T-48 ÷ T-114 tip-


ölçüləri praktiki olaraq tətbiq edilmişdir.

V.10.2.4. Hidravliki təsirli azadolunan daxili borututan

TBГ-73-2-115 hidravliki təsirli azadolunan daxili borututan, 146 mm və


daha böyük diametrli istismar kəmərində 73 mm-lik qəzalı nasos-kompressor
boru kəmərinin üst sonluğunun daxili səthindən tutmaqla onların quyudan
bütöv və ya açma yolu ilə hissə-hissə çıxarılması üçün təyin edilmişdir.
Hidravliki prinsipli azadolunan daxili borututanların texniki
göstəriciləri cədvəl V.55-də göstərilmişdir.
Borututan tutma mexanizmi, hidravliki təsirli azadolunma
mexanizmindən, mərkəzləşdirici tərtibatdan və aralıq detallardan ibarətdir.
Tutma mexanizminin əsas detalı gövdədir 14 və onun daxilində bütün
uzunluğu boyu yuma mayesinin keçməsi üçün pilləli kanalı vardır (Şəkil V.49).
Gövdənin üst hissəsində qalınlaşdırılmış sonluqda (başlıqda) 89 mm-lik
diametrli qazma borusuna uyğun sol yiv kəsilmişdir. Bu sonluğa hidravliki
37
təsirli azadolunma mexanizmi qovşağı yiv vasitəsilə bağlanır. Aşağı sonluqda
istiqamətləndirici və ucluğun 19 bağlanması üçün sol silindrik yivi vardır,
həmçinin yan dəlik deşilmiş və stopor-vintin 20 bağlanması üçün yiv
açılmışdır.

38
Cədvəl V.55.

Ölçüləri, mm Nəzəri çəkisi, kq

dartı yüklənməsi, kN
Ən böyük xarici Uzunluğu Mərkəzləşdiri-

sında tələb olunan


Tutulan NKB-nin

Borunun açılma-

Yükqaldırma, t
diametri, mm
İstismar diametr ci tərtibatla

Borututan
Borututan kəməri- Mərkəzləş- Mərkəzləş- (istismar Qeyd
nin dirici dirici kəmərinin dia-

Borututan

Borututan
diametri, tərtibat tərtibatla metrindən asılı
mm olaraq)
min max min max min max
TBГ-60-1-92 60 114 20-30 25 92 - - 1130 - - 35 - - Mərkəzləşdirici tərtibatsız tətbiq
edilir. Yumanı təmin edir.
TBГ-73-1-92 73 114 50-60 40 92 - - 1300 - - 48 - - Mərkəzləşdirici tərtibatsız tətbiq
edilir.
TBГ-73-2-115 73 146-273 50-60 40 115 115 240 1400 1450 2000 65 76,6 110 Yalnız mərkəzləşdirici tərtibatla
tətbiq edilir.
TBГ-89-2-115 89 146-273 70-80 60 115 136 242 1550 1650 2000 78 118 150 168 mm və daha böyük diametrli
kəmərlərdə mərkəzləşdirici tərtibatla
tətbiq edilir.
TBГ-114-1-132 114 168-273 100-120 90 132 168 242 1800 2020 2070 120 172 190 194 mm və daha böyük diametrli
kəmərlərdə mərkəzləşdirici tərtibatla
tətbiq edilir.

39
Şək.V.49. TBГ tipli hidravliki təsirli
azadolunan daxili borututan:
1 - silindr; 2 – porşen-ştuser;
3 – təsbitedicilərin yayı; 4 - qapaq;
5 – təsbitedici; 6 – porşen yayı;
7 – yayın dayağı; 8 - kojux; 9 - dayaq;
10 – stopor-vintlər; 11 - vint; 12 - şponka;
13 – gövdə örtüyü; 14 – gövdə; 15 – vintlər;
16 – dayaq başmağı; 17 - paftasaxlayıcı;
18 - paftalar; 19 - ucluq; 20 – stopor-vint;
21 – istiqamətləndirici; 22 – yönəldici
vintlər.

Borututanın tutulan boruya daxil


olmasının asanlaşdırılması üçün ucluğun alt
hissəsi sivri formadadır. Gövdədə şahmat
düzülüşü ilə iki cərgədə yerləşmiş altı (3+3)
maili müstəvi formalı kəsik və onların
ortalarında uzununa boyu çıxıntısı vardır.
Bu çıxıntılar üzrə paftalar 18 hərəkət edir.
Paftalar, gövdənin 14

Paftalar 18, gövdənin 14


maili dayaq müstəvisinə uyğun olaraq maili dayaq səthli paz şəkilli
formaya malikdirlər. Xarici tərəfdən silindrik səthində paftanın mişar dişinə
oxşar profilli kəsikləri (yivə bənzər) vardır, daxildə isə paftanın səthi gövdənin
çıxıntısina uyğun pazı vardır. Həmin çıxıntılar paftaları gövdənin maili

40
səthində saxlayır və onların yerdəyişməsini istiqamətləndirir. Paftalar gövdənin
maili müstəvilərində olan uzununa boyu çıxıntılara, altı pəncərə şəkilli kəsiyi
və içi boş olan silindrik fopmalı paftasaxlayıcı 17 ilə birgə geydirilir.
Dayağın 9 yuxarı sonluğunda örtüyün (kojuxun) 8 bağlanması üçün sol
silindrik yiv kəsilmişdir və stopor-vintlərin 10 bağlanması üçün üç dəlik
açılmışdır. Bu dayağın aşağı sonluğunda dayağın başmağı 16 üçün daxili sol
silindtik yivi, həmçinin paftasaxlayıcı 17 üçün oyuğu vardır. Bundan başqa,
daxili silindrik hissəsində şponka 12 və paftasaxlayıcının yumruqları
(kulaçokları) üçün pazlar nəzərdə tutulmuşdur.
Vintin 11 təyinatı, əgər gövdənin ucluğu yiv üzrə açılarsa borututan
gövdəsində hərəkətli detalların saxlanılmasından ibarətdir.
Dayağın 9 aşağı sonluğu mərkəzləşdirici tərtibatın 21 birləşdirilməsi
üçün xarici konik yivlə yerinə yetirilmişdir.
Başmağın 16 bir sonluğunda sol silindrik yiv, o birisində tutulan
borulardan yuyucu maye selinin çıxması üçün radial pazlar nəzərdə
tutulmuşdur. Gövdənin başmağı iki vintlə 15 təsbit edilir.
Şponka 12 gövdədə 14 bərkidilmişdir və quyuda tutma zamanı tutulan
borunu mərkəzə gətirmək üçün dayağa 9, istiqaməmətləndiriciyə 21 burucu
momentin ötürülməsinə xidmət edir. Şponka bundan başqa, gövdə dayağı və
paftasaxlayıcının fırlanmasının qarşısını alır.
Hidravliki azadolunma mexanizminin silindrinə 1 sərbəst geydirilmiş
kojuxun 8 aşağı sonluğunda gövdənin dayağı 9 ilə birləşmə üçün daxili sol yivi
və onun özbaşına açılmasının qarşısını alan stopor-vintlər 10 üçün 1200 bucaq
altında yerləşmiş uzununa boyu üç kəsiyi vardır.
Kojuxun üst hissəsinin daxilində həlqəvi oyuq vardır və tutulan qəzalı
borudan borututanın azad edilməsində hidravliki mexanizmin təsbitedicisinin 5
ştokları bu oyuğa daxil olur. Borututanın yığılması və sökülməsində
mürəkkəbləşmənin yaranması halında hidravliki mexanizmin təsbitedicilərinə
təsir etmə imkanının olmasını mümkün edən - oyuq bərabərində kojuxun
divarında qapaq 4 üçün eninə kəsiyi boyu paz və dəliklərin olması ilə yerinə
yetirilmişdir.
Paftasaxlayıcı paftaları düşmədən qoruyur və borunun tutulmasında və ya
borututanın azad olunmasında onların sinxron yerdəyişməsini təmin edir.
Paftaların aşağı yerdəyişməsi ucluqla 19, yuxarıya isə gövdə dayağı ilə
məhdudlaşır.
Gövdənin üst sonluğu ilə birləşmiş hidravliki təsirli azadolunma
mexanizmi silindr 1, porşen-ştuser 2, porşenin yayı 6, təsbitedici 5,
təsbitedicilərin yayı 3, yay dayağı 7 və yönəldici vintlərdən 22 ibarətdir.
Silindrin və bütövlükdə borututanın qazma kəmərinə birləşdirilməsi
üçün, azadolunma mexanizminin silindrinin 1 üst sonluğunun daxilində sol
qıfıl yivi, aşağı sonluqda xaricində isə 89 mm diametrli qazma borusunun

41
yivinə uyğun sol yiv kəsilmişdir. Silindr aşağı sonluğu ilə borututan gövdəsi
başlığına yiv vasitəsilə bağlanır. Bu sonluğun daxilində porşenin qaytarma
yayının 6 yay dayağı 7 üçün silindrik yiv nəzərdə tutulmuşdur.
Porşenin yerində dönməsi və düşməsinin qarşısının alınması məqsədilə
silindrin divarında yönəldici vintlər 22 üçün iki dəlik və təsbitedici 5 üçün daha
iki dəlik açılmışdır. Təsbitedici üçün olan dəliklər pilləli yerinə yetirilmişdir.
Silindrin yuxarı hissəsi, kojuxun qoruyucu boruların divarına sürtünməsi
və zərbələrdən qorunmasına xidmət edən diametr üzrə qalınlaşdırılmış kəmər
şəklində yerinə yetirilmişdir.
Silindrin aşağı sonluğuna yivlə bağlanmış yay 6 dayağının 7 daxilində
yuma mayesinin keçməsi üçün dəliyi vardır. Təsbitedicinin 5 yan hissəsi,
böyük diametr tərəfdən porşen müstəvilərinin maillik bucağına uyğun olaraq
kəsilmişdir və təsbitedici yayının 3 yığılmış (sıxılmış) qüvvəsinin təsirilə
onlarla həmişə təmas vəziyyətindədir. Təsbitedicinin yayı 3 bir tərəfdən
həlqəvi çıxıntıya, o biri tərəfdən təsbitedicinin istiqamərləndiricisinə dayaqlanır
(söykənir).
Porşen-ştuser 2 aşağıdan porşenin qaytarma yayına 6 dayaqlanır və
silndrik fırlanan cisim olaraq daxilindən yuma mayesinin keçməsi üçün kanala
(dəliyə) malikdir.
Porşen-ştuser 2, qaytarma yayının 6 təsirilə silindrdə ən yuxarı
vəziyyətdə yerləşir, təsbitedicilər isə yayın 3 təsirilə azadolunma mexanizmi
gövdəsinin divarında gizlənir (divarına sıxılır) və kojuxun yerdəyişməsinə
mane olmurlar.
168 mm və daha böyük istismar kəmərlərində boruların tutulması üçün
borututan istiqamətləndirici və qıfdan ibarət olan mərkəzləşdirici tərtibatla, 146
mm kəmərdə isə aşağı sonluğunda ağzı vintli kəsikli (kozıryok)
istiqamətləndiricilə 21 təchiz edilmişdir. Mərkəzləşdirici tərtibat borututan
gövdəsinin dayağı ilə konik yiv vasitəsilə birləşir.
Hidravlik azadolunma mexanizminin sıradan çıxması halında borututan
onsuz, azadolunmyan borututan kimi tətbiq edilə bilər. Bunun üçün gövdənin
yuxarı sonluğuna hidravlik mexanizmin əvəzinə xüsusi keçirici (Şəkil V.50),
kojux isə qısaldılmış kojux ilə əvəz edilməlidir (Şəkil V.51).
TBГ-73-2-115 borututandan fərqli olaraq TBГ-114-1-132 borututanın
konstruksiyasında gövdənin iki növ dayağı nəzərdə tutulmuşdur: biri –
mərkəzləşdirici tərtibat bağlanması üçün xarici konik yivli, o birisi – xarici
yivsiz, belə ki, borututan mərkəzləşdirici tərtibatsız istifadə edilir.
73 mm və ya 89 mm diametrli sol qazma boru kəmərilə borututanın
quyuya endirilməsində paftalar paftasaxlayıcı ilə birgə ən aşağı vəziyyətdə
olurlar. Borututan lazım olan dərinliyə endirildikdən sonra (tutulan borunun
sonluğuna 5-10 m qalmış), sonrakı endirmə və borututanın boruya daxil
edilməsi həm yuma ilə, həm də yumasız yerinə yetirmək olar.

42
Yuma aparılmadan tutma işinin texnologiyası adi azadolunmayan daxili
borututanlar vasitəsilə aparılan işlərdən fərqlənmir.

Şək.V.50. Xüsusi keçirici

Şək.V.51. Qısaldılmış
kojux

Kiçik dövrlər sayı ilə fırlatmaqla gövdə dayağının 16 başmağı tutulan


borunun mufta və ya açıq sonluğuna (yiv sonluğu və ya boru gövdəsi)
toxunmaqla borututan ona daxil edilir (şəkil V.55). Qaldırmada borututan
gövdəsi pafta və paftasaxlayıcıya nəzərən yuxarıya yerdəyişmə edir. Radial
qüvvələrin təsirilə paftalar tutulan borunun divarına pərçimlənməklə tutma işi
baş verir.
Borututanın azad olunması üçün qazma boru kəməri sərt oturdulur və
onun çəkisinin bir hissəsi borututana ötürülür. Borututanın gövdəsi boşalaraq
aşağı yerdəyişmə edir və başlığın konus çıxıntısı ilə gövdənin hərəkətsiz
dayağının 9 yan səthinə oturur. Paftasaxlayıcı ilə ox boyu yerdəyişmədən
saxlanılan paftalar, bu halda gövdənin oxuna radial istiqamətdə yerdəyişmə
edərək borunun divarından aralanırlar və borututan azad olunur.
Qəzalı borunun təkrar tutulmamasının mümkün olmaması üçün paftalar
azadolulmuş vəziyyətdə təsbit edilir. Bunun üçün borututan daxilindən maye
vurulması ilə alətin hidravliki azadolunma mexanizmi işə salınır. Porşen-
ştuserin dəliyindən maye keçməsilə təzyiqlər fərqi (izafi) yaranır ki, onun
təsirilə o aşağı yerdəyişmə edərək qaytarma yayını sıxır. Bu vəziyyətdə
təsbitedicilər istiqamətdə yerdəyişmə edir. Təsbitedicilərin ştokları kojuxun
yuxarı hissəsidəki oyuğa daxil olmaqla, onun azadolunma mexanizminə
nəzərən yerdəyişmə etməyə imkan vermir. Borututan daxilindən maye

43
vurulması dayandırılmayana kimi, paftasaxlayıcı və kojux paftalarla azad
olunmuş vəziyyətdə qalacaqdır. Borututan tutulan borunun daxilindən çıxandan
sonra maye vurulması saxlanılır və kəmərin qaldırılması işi aparılır.
Borututanı tuttulan borunun daxilindən çıxartmadan yalnız yuma
əməliyyatını saxlamaqla təkrar tutmaya nail olunması mümkün olur.
Bəzən quyunun vəziyyətindən asılı olaraq borututanın tutulan boruya
daxil edilməsi, eyni zamanda yuma əməliyyatının aparılması ilə tələb olunur.
Bunun üçün borututan quyuya endirildikdən sonra onu tutulan boruya tam
daxil etmədən yuma mayesi qazma boruları və borututan daxilindən keçməklə
dövr etdirilir və beləliklə quyu yuyulur.
Tutulan boruya borututanın yuma ilə daxil olmasının ilkin dövründə
tutma mexanizmi boruya maneəsiz daxil olur, sonra alt cərgənin paftaları
tutulan borunun üst səthinə dayaqlanlanması ilə borututan gövdəsinin aşağıya
nisbi yerdəyişməsi baş verir. Bu yerdəyişməyə, təsbitedici ştoklarının yan
səthləri və kojuxun daxili səthi arasında yaranan sürtünmə qüvvəsi müəyyən
müqavimət göstərir. Lakin qazma kəməri kütləsinin ox boyu qüvvəsinin
təsirindən sürtünmə qüvvələri dəf edilir.
Borututan gövdəsinin aşağıya yerdəyişməsi zamanı paftalar borututan
gövdəsilə ilə birgə tutulan boruya o vaxta qədər daxil olacaqdır ki, dayağın
başmağı 16 tutulan borunun yan səthinə otursun və gövdə başlığı dayağın
konuslu səthinə 9 oturmuş olsun.
Kojuxun 8 həlqəvi oyuğu təsbitedicilərin bərabərinə çatdıqda,
təsbitedicilər radial qüvvələrin təsirilə həlqəvi oyuğa daxil olur və paftaları
paftasaxlayıcı və kojuxla birgə azadolunmuş vəziyyətdə təsbit (fiksə) edir.
Bundan sonra borunun tutulması üçün paftaları təsbit edilmiş vəziyyətdən
çıxarmaqdan ötəri borututan daxilindən yuma mayesinin vurulmasını saxlamaq
lazımdır. Bu halda qazma borularında olan yuma mayesi sütununun quyudakı
maye sütunu ilə bəabərləşməsi gözlənilməlidir. Bu zaman porşen-ştuser ən
yuxarı vəziyyətə yerdəyişmə edəcəkdir, təsbitedicilərin ştoklarının ucları isə
azadolunma mexanizmi silindrinin divarında yerləşmiş olacaqdır və borututan
gövdəsinin yuxarıya yerdəyişməsinə maneçilik törətməyəcəkdir.
Qəzalı boruların tutlmasından sonra borututanın (qəzalı kəmərin)
laxladılmasını yuma ilə aparmaq olmaz. Belə ki, bu halda endirmə və
borututanın tutulan borunun yan səthinə oturdulmasında, paftalar tutma
yerindən ayrıla bilərlər, təsbitedicilərin ştokları isə kojuxun həlqəvi oyuğuna
daxil olmaqla borututanı pərçimdən tam azad etmiş olur, bu da qəzalı boruların
növbəti dartılmasının yerinə yetirilməsini mümkünsüz edir. Buna görə
boruların tutulmasından sonra onların laxladılması yumasız aparılmalıdır.
Tutmanı həyata keçirtdikdən sonra borututan dartılmış vəziyyətdə
olduğu zaman borututan daxilindən keçməklə quyunun yuyulmasını bərpa
etmək və fırlatma ilə açılması əməliyyatını aparmaq olar.

44
V.10.2.5. Paftalı xarici borututanlar

Bu borututanlar qəzalı nasos-kompressor boruları gövdəsinin (və ya


muftunun) xarici səthindən tutmaqla, kəməri tam və ya açmaqla hissə-hissə
çıxarılması üçün təyin edilmişdir.
Paftalı xarici borututanlar, iş prinsipinə (tipinə) görə bölünürlər:
azadolunmayan və azadolunan.

V.10.2.5.1. XBT (TНЗ) tipli azadolunmayan paftalı xarici


borututanlar

Bu borututan daha çox istifadə edilən


növdür. Üç tip-ölçü olmaqla istehsal edilir: XBT-114
(TНЗ-114), XBT-146 (TНЗ-146), XBT-168 (TНЗ-
168). Borututan silindrik gövdədən 2, qazma boru
kəmərilə endirilməsi üçün üst hissəsinə bərkidilmiş
keçiricidən 1, alt hissəsinə bağlanmış qıfdan 6
ibarətdir (şəkil V.52.). Gövdənin orta hissəsində yay
4 və stakan 3, daxilinin konus şəklində yonulmuş
səthində isə paftalar 5 yerləşmişdir.
Boru sonluğuna dayaqlanma (alətin
oturdulması) ilə paftalar konus şəklində yonulmuş
səth üzrə yuxarıya yerdəyişmə edir. Yayın 4 təsirilə
paftalar ilkin (əvvəlki) vəziyyətə qayıdır.
XBT (TНЗ) borututanların əsas parametr və
ölçüləri Cədvəl V.56-da göstərilmişdir.

Şək. V.52. Azadolunmayan xarici borututan XBT.

Cədvəl V.56.

Tutulan obyektin diametri, mm Qoruyucu Yükqal - Alətin Mərkəz- Uzun-


kəmərin dia- ləşdirici Küt-
Qalınlaşmış şərti dırma luğu
Borututan Boru- metri tərtibatın lə,
NKB sonluqlu diametri, qüvvəsi, d, diametri d,
L
kq
nun muftu kN mm
boru muftu mm mm mm
XBT-114 48;60 48 48 114;127 40 95 - 418 11
XBT-146 60;73 60 - 146-194 40 116 118-160 740 21

XBT-168 60;73; 89 60; 73 73 168-219 75 138 138-190 750-770 35

45
XBT tipli azadolunmayan paftalı xarici borututanla tutma işlərinin
aparılması metodikası
Borututanı quyuya endirməzdən əvvəl zəruriyyət yaranarsa, quyunu
tədqiq edib, qəzalı borunun sonluğunun vəziyyətini (mufta, gövdə,
deformasiyanın olub-olmaması və s.) və quyu lüləsi oxuna nəzərən yerləşməsi
təyin edilir. Əgər borular pərçimlənibsə və boruarxası fəzada qum, okal,
kipləşdirmə imkanlı əşya və s. varsa, borututan qəbul borusu ilə təchiz edilir.
Tədqiqin nəticəsinə uyğun olaraq, müvafiq borututan və mərkəzləşdirici
tərtibat seçilir.
Borututanı quyuya endirməzdən əvvəl quyuağzında onun işləmə
qabiliyyəti yoxlanılır.
Borututanı qazma boru kəmərinin aşağı sonluğuna bağlayıb, qəza
sonluğuna minimum 10 m qalana kimi quyuya endirilir. Quyuda dövretmə
yaradaraq yuma ilə qəzalı borunun sonluğu üzərinə endirilir. Endirməni
yavaşıdıb, HÇİ-nin göstəricisinə nəzarət etməklə və oturma momentini təsbit
etməklə ehmalca qəzalı borunu qapamaqla, onun arxasına keçilir. Bu an yuma
təzyiqində artım müşahidə edilir. Borunun tutulması üçün alət azacıq qaldırılır.
Cihazda yüklənmənin artması tutma işinin alınmasının göstəricisidir. Qəzalı
borular alətin yükqaldırma qabiliyyəti həddində laxladılır və
qəzalı borular qaldırılır.
Mürəkkəb qəzalarda-qəzalı boruların qum və ya
sementlə pərçimlənməsi səbəbindən bütöv qaldırılması
mümkün olmadıqda, açma ilə onlar hissə-hissə çıxarılır.
Qəzalı borunun açılmasında problem yaranan hallarda, bu
borututan kəsici alətlər dəsti ilə birgə tətbiq edilir.
Xarici paftalı borututanların xarakterik
çatışmamazlığı – quyu divarı (istismar kəmərinin daxili
diametri) ilə qəzalı obyektin (boru gödəsi, boru muftası),
xarici diametri arasında ara məsafə az olan halda, onların
tətbiqi mümkünsüzdür. Buna görə qəzalı borunun sonluğu
mufta (qıfıl) olan halda, alətin tətbiqindən əvvəl müvafiq
tutucu alətlə muftanın çıxarılması lazım gəlir.
Əgər qəzalı borular qum tıxacı ilə pərçimlənmişsə,
onun yuyulması üçün qəbul borulu borututan yuma borusu
ilə təchiz edilir (Şəkil V.53).
Şək.V.53. Qəbul borusu kəmərilə istiqamətləndirici:
1 – üst keçirici; 2 – qəbul borusu kəməri; 3 – xarici
borututan; 4 – yuma borusu; 5 – qıf
Sementlə pərçimlənmiş boruların xarici borututanla quyudan
çıxarılması mürəkkəb və böyük əməktutumlu əməlliyyat sayılır. Sementlənmiş
borularla əlaqədar qəzanın ləğvi aşağıdakı metodlarla mümkündür:

46
- frezləyici sonluqlu (başlıqlı) yuma borusu ilə endirilmiş xarici borututanla
sementlənmiş borunun arxasını frezləyib-qazıb, tutma işi aparıb, açıb
qaldırmaqla borunun çıxarılması.
- frezləyici sonluqlu (başlıqlı) yuma borusu ilə sementlənmiş borunun
arxasını frezləyib-qazıb və sonra endirilmiş xarici borututanla tutma işi aparıb,
açıb qaldırmaqla borunun çıxarılması.
- sementlə pərçimlənmiş borunu sementlə birgə kombinə edilmiş və frezer-
pilotla frezləmək.
Birinci metod əsasən dayaz, şaquli, istismar kəmərinin daxili diametri ilə
qəzalı borunun xarici diametri arasında ara məsafə xeyli olan quyularda
tətbiqetmə imkanlıdır.
İkinci metod əsasən maili, istismar kəmərinin daxili diametri ilə qəzalı
borunun xarici diametri arasında ara məsafə az olan quyularda tətbiqetmə
imkanlıdır.
Üçüncü metod çox nadir hallarda – istismar kəmərində borunun
ekssentrik yerləşməsilə arxasını tam uzunluğu boyu işləmə imkanı olmaması
ilə əlaqədar və müəyyən uzunluğu hissə-hissə qırılma ilə çıxarılmış, quyuda
qalmış çox böyük uzunluqlu olmayan boru hissəsinin tam frezerlənməsi
məcburiyyəti (deformasiyaya uğramış) olan halda tətbiq edilir.
Sementdə pərçimlənmiş borunun arxasının qazılması rejimi, rotorun 70-
80 dövr/dəq fırlanma sürətində ox boyu yüklənməsi 20kN təşkil edir.
İstismar kəmərinin daxili diametri ilə qəzalı boru muftasının xarici
diametri arasında ara məsafə az olan halda, frezləyici sonluğun qəzalı borunun
arxasına səlis keçməsinin təmin edilməsi üçün, sementin qazılmasından əvvəl
muftanı quyudan çıxartmaq lazımdır.

V.10.2.5.2. XBTA (TНO) tipli azadolunan paftalı xarici borututanlar

Bu tip borututanlar qəzalı nasos-kompressor borusunun pərçimlənməsi


ehtimalı yüksək olan, tutmadan sonra laxladılması və açılması mümkün
olmayacağı təqdirdə, aləti azad edib çətinlik çəkmədən qaldırılması imkanı
lazım olan halda quyuya endirilir.
Cədvəl V.57-də XBTA (TНO) tipli borututanların texniki xarakteriskası
göstərilmişdir.
Cədvəl V.57.
Tutulan Qoruyucu
Yük Borututanın Borututanın Borututanın
obyektin kəmərin
qaldırma qıfla qıfla qıfla
Borututan diametri, mm şərti
qüvvəsi, diametri, uzunluğu kütləsi,
Boru diametri,
NKB kN D, mm L, mm kq
muftaları mm
XBTA116-73 73 60 146-273 35 116-242 1655-1762 76-95
XBTA136-89 89 73 168-273 75 136-242 1900-2050 115-137

47
Borututanın (Şəkil V.54.) əsas qovşaqları tutma və azad etmə
mexanizmləridir. Gövdənin 2 üst hissəsinə keçirici, daxilinə isə tutulan
borunun yuxarıya hərəkətini məhdudlaşdıran xüsusi dayaq 3 yivlə
bağlanmışdır. Dayaqdan altda dayaq vinti 4 radial dişləri olan qayka
quraşdırılmışdır. Dayaq vintinə paftatutucu 5 xüsusi vintlərlə bərkidilmişdir.

Şək.V.54. Azadolunan xarici borututan XBTA

Gövdənin orta hissəsində “qaranquş quyruğu”


konik kəsik profilli çıxıntı – pazları vardır ki, bu pazlar
üzərində paftatutucu ilə birlikdə paftalar 6 şaquli
istiqamətdə yerdəyişmə edirlər. Alt hissəsinə qıf 7
birləşmişdir. DBTM-1 tipli azadolan paftalı daxili
borututanlarda olduğu kimi, aləti qazma boru kəmərilə
oturdub, 12 dövrdən az olmayaraq fırladılması ilə paftalar
azadolma vəziyyətində təsbit edilir.

V.10.2.6. Spirallı (sanqalı) – yaylı borututanlar.


Spiral tərtibatlı azadolunan xarici borututanlar

“Azinmaş”ın işlənmələri
olan azadolunan xarici
borututanların tutucu tərtibatı –
tutqacı spiral (sanqa) olaraq,
silindrik gövdəyə malikdirlər və
daxilinin konik səthində
helikoidal yiv kəsilmişdir (Şəkil
V.55.) Gövdənin daxilində spiral
tutucu yerləşdirilmişdir. Xarici
səthi ox boyu istiqamətində
konik olan spiral tutucunun yivi,
gövdə daxilində olan daralan helikodal yivə uyğundur.
Spiralın daxili səthində borunun tutmasını təmin edən
yiv formalı dişlər (vitok) kəsilmişdir.

Şək.V.55. Azadolunan spiral tutqaclı xarici


borututan: 1- keçirici; 2- kipləşdirici; 3- gövdə;
4- spiral; 5 – spiral içliyi; 6 – qıf.

Spiral tutuculu xarici borututanla tutma işi


aşağıdakı qaydada aparılır.

48
Qazma boruları kəmərilə endirilən aləti qəzalı borunun arxasına
yönəltməklə sonluq qapanır və qəzalı boru spiral tutucuya söykənməklə onu
dayaqlanmaya kimi sıxır. Spiral tutucunun gövdə yivində müəyyən
yerdəyişməsi və daxili keçidinin genişlənməsi hesabına tutulan boru tutucuya
daxil olur. Borunun üst səthinə dirənmiş aləti müəyyən qədər oturdub, onu
kiçik sürətlə qaldırmada (dartma) azad quraşdırılmış spiral, gövdə daxilində
nisbi yerdəyişmə edərək borunun xarici səthinə pərçimlənir.
Qəzalı boruların hissə-hissə çıxarılması üçün, alətə öz yükündən artıq
(əlavə) yük veriib boru kəmərini fırlatmaqla azad quraşdırılmış spiral gövdə
daxilində vintli xətt üzrə yerdəyişmə edərək onun konik icrası hesabına spiralın
bütün uzunluğu boyu tutulan boruya pərçimlənir. Aləti fırlatmaqla qəzalı
borular açılır.
Qəzalı boru kəmərinin açılması mümkün olmadıqda alətin azad
edilməsi üçün onu qəzalı boruya dayaqlanmaya kimi boş qoyulur. Bu halda
spiral vintli səth üzrə yerdəyişmə edərək azad vəziyyətə gətirilir. Boru
kəmərini fırlatmaqla tutucu alət azad olur.
Cədvəl V.58-də azadolunan spiral tutqaclı xarici borututanın texniki
xarakteriskası göstərilmişdir.
Bu borututanın sonradan təkmilləşdirilmiş və əvvəlkindən azadolma
qovşağının yivli olması ilə fərqlənir. Gövdənin orta hissəsində yerləşmiş tutma
mexanizmi tutucu spiral və ya sanqa, ştok və vintdən ibarətdir.

Cədvəl V.58.
Tutulan obyektin diametri, mm 73, 89
Spiralın ölçüləri, mm
xarici diametri 100
daxili diametri 71-86
uzunluğu 182
yiv formalı dişlərin (vitok) sayı 30
Yiv formalı dişlərin qalxma bucağı, dərəcə 15
Əndazə ölçüləri, mm
xarici diametr 116
uzunluğu 570
Kütləsi, kq 18
Yükqaldırma qüvvəsi, kN 600

Borututanının qəzalı borunu tumasına hazırlıq üçün nəzərdə tutulmuş T


formalı ştok və vint vasitəsilə gövdənin konik en kəsikli daxili səthində spiral
qanov üzrə sıpiral və ya sanqa səlis yerdəyişmə edir.

49
Quyuda tutucu spiralın və ya sanqanın azad edilməsinin təsbit edilməsi
(pərçimlənməsi) üçün ştokun alt
səthi hissəsində dişlər nəzərdə
tutulmuşdur.
Bu alət sağ və sol yivli
olmaqla hazırlanır. Tutucu tərtibatın
daxili səthində borunun tutmasını
təmin edən yiv formalı dişlər
(naseçka) sol alət üçün sağ
istiqamətli, sağ alət üçün sol
istiqamətli olur.
Qazma boru kəmərilə
birləşmə üçün gövdənin üst
hissəsində keçirici bərkidilmiş, alt
hissəsində isə qıfı vardır. Şəkil V.62-
də XBTAS (THOC) tipli azadolan
xarici borututan göstərilmişdir.
Cədvəl V.56-da XBTAS
120-60/95 tipli azadolan xarici
borututanın texniki xarakteriskası
göstərilmişdir.

Şək.V.56. XBTAS tipli azadolunan


xarici borututan:
1 – keçirici; 2 – vint; 3 – gövdə; 4 – ştok; 5 – spiral və ya sanqa; 6 – qıf.

Cədvəl V.59.
Tutulan qazma borularının diametri, mm 60, 73, 89
Borunun muftası 73
Tutulan NKB diametri, mm 60, 73, 89
Borunun muftası 60, 73
Tutma işi aparılan istismar kəmərinin şərti diametri, 146 və daha
mm artıq
Yükqaldırma qüvvəsi, kN 1100
Birləşmə yivi Z-76
Əndazə ölçüləri, mm
xarici diametr 120
uzunluğu 700
Kütləsi, kq 21

50
V.10.3. Tutma işləri şəraitinin xarakteriskası və alətlərin
konstruksiyasına qoyulan tələblər

Quyu alətlərinin və tərtibatlarının istismar və konstruktiv parametrləri,


onların işlərinin şərait xarakteriskasına görə təyin edilir. Konstruksiya və tip-
ölçülərin müxtəlifliyi elə bununla şərtləndirilir.
Qeyd edilən parametrlərin elmi əsaslandırılmış qiymətləndirilməsi üçün
baxılan obyektin işinin real şəraitinin tədqiq edilməsi vacibdir. Quyu
qurğularının işlədiyi şərait, əsasən qəzanın vəziyyəti və təmir-bərpa işlərinin
növü və texnologiyası ilə xarakterizə edilir. Dərinliyin artması və quyu
diametrinin azalması ilə alətin işləmə şəraiti sərt pisləşir. Diametrin azalması
alətin əndazə ölçülərinin azaldılmasına səbəb olur, bu da öz növbəsində
optimal konstruksiyanın yaradılmasını çətinləşdirir.
Tutucu tərtibatların quyuda işləmə şəraiti

Quyuların təmirində və qazmada daha geniş paftalı tutucular


(borututanlar) istifadə edilir.
Tutucu alətlərin əsas göstəriciləri onların tətbiq edilmə diapazonu və
yükqaldırma qabiliyyəti sayılır.
Tətbiq edilmə diapazonu dedikdə, bir tip-ölçülü alətin daha böyük
tutma diapazonu olmaqla qoruyucu kəmərdə çox say tip-ölçülü qəzalı boruları
tutması imkanının olması kimi başa düşülür.
Tutucunun yükqaldırma qabiliyyəti, onun gövdəsinin və tutulan
borunun möhkəmliyi üzrə hesablanır. Bu halda gövdənin möhkəmliyi
yükqaldırmanın yüksəkliyi ilə şərtləndirilir.
Tutucunun yükqaldırma qabiliyyəti və paftaların tutma etibarlığı, onun
konstruktiv parametrləri ilə təyin edilir. Bunlara aiddir: pafta və boru gövdəsi
səthinin təmas (kontakt) sahəsi; pafta və gövdənin kəsik səthinin maillik
bucağı. Tutucuların hesablanmasında həmçinin tutulan borunun qalınlığı
nəzərə alınmalıdır. Bu parametrlərdən pərçimlənmə ilə tutma zonasının
gərginliyi və tutucunun istismar göstəriciləri
(oturdulma–“boşqoyma”qüvvəsinin azaldılması hesabına alətin
azadolunmasının asanlaşması, boru üzərində paftaların sürüşməsi
mümkünlüyünün istisna edilməsi, tutulmuş boru kəmərinin fırlatma ilə
açılması şəraitinin yaxşılaşdırılması və s.) asılıdır. Tutucunun optimal
parametrlərinin təyini prinsipləri, o cümlədən yükqaldırma qabiliyyəti, əsasən
qeyd edilən parametrlərin tənzimlənməsindən ibarətdir ki, bununla istismar
göstəricilərinin yaxşılaşdırılması və alətin tətbiq sahəsinin genişlənməsini
təmin edir.
Konstruksiyanın əsas parametri olan təmas sahəsi gərginlik
konsentrasiyasının azaldılmasında əhəmiyyətli rol oynayır və buna görə də
51
tutma zonasında borunun deformasiyası və tutucunun yükqaldırma
qabiliyyətinin artırılmasına təsir edən amildir. Bununla əlaqədar paftalı
tutucuların konstruksiyasında optimal təmas sahəsi təmin edilməlidir, bu isə
tutulan NKB və quyunun qoruyucu kəməri ölçülərinin məhdudluğu ilə yaranan
konstruktor çətinlikləri ilə bağlıdır.
Konstruksiyanın tənzimlənən parametrləri (təmas sahəsi və maillik
bucağı) və istismar göstəriciləri arasında sərfəli iqtisadi bağlılıq olmalıdır. Bu
halda həm quyu daxilində, həm də quyuağzında tutucunun azad olunması üçün
minimal oturdulma – “boşqoyma” qüvvəsi yüklənməsinin olması təmin
edilməlidir. Paftaların təmas sahəsinin əhəmiyyətli dərəcədə dəyişilməsində
qalxma bucağının yaxın yerləşən optimumunun tədqiq edilməsi
məqsədəuyğundur. Beləki, seriya ilə istehsal edilən tutucularda qalxma bucağı
dəyişilmədən təmas sahəsinin dəyişilməsi konstruktiv mümkün deyil.
Maillik bucağının optimal dərəcəsinin axtarışında oturdulma –
“boşqoyma” qüvvəsi yüklənməsi ilə onun arasında xətti olmayan əlaqə
bağlılığı nəzərə alınmalıdır. Maillik bucağının azalması ilə paftanın tutulan
borudan sürüşməsi imkanı istisna olunur, yəni etibarlı tutma təmin edilir, lakin
bu halda oturdulma – “boşqoyma” qüvvəsi yüklənməsi artır, bu da tutucunun
pərçimdən azad edilməsini mürəkkəbləşdirir.
Maillik bucağının azaldılması, paftaların hərəkət uzunluğunun artması
hesabına təmas sahəsinin artmasına səbəb olur, bununlada alətin yüksək
yükqaldırma qabiliyyəti təmin edilir.
Paftalı-paz tutqac tərtibatlı tutucuların işində ən ağır şəraitin yaranması,
burucu moment tətbiq etməklə pərçimlənmiş borunun açılmasında baş verir.
Rotor vasitəsilə tutucunun fırladılmasında onun gövdəsində - paftanın (onun
oyuğunun) oturdulma zonasında burucu momentdən tangensial gərginlik
yaranır. Bununla əlaqədar tutucu alət konstruksiyasının parametrlərinin
təyinində, həmçinin tutulmuş borunun açılması şəraiti nəzərə alınmalıdır.

V.10.3.1. Quyudan qəzalı nasos-kompressor, qazma, qoruyucu


boruların çıxarılmasında işlərin effektliyinin yüksəldilməsi

Qəzalı boruların tutulması və quyudan çıxarılması üçün təyin edilmiş


qurğuların (alətlərin) işçi orqanı, paz tutucu qovşağı sayılır. Onun işi müəyyən
qədər kəmər başlığı, spayder, mexaniki açarların və s. paz sisteminin işinə
oxşardır. Əsas fərqi ondan ibarətdir ki, tutma əməliyyatında texnoloji olaraq
borulara həddən artıq yüklənmə tətbiq edilməsi tələb olunmur. Praktiki olaraq
onun maksimal qiyməti kəmərin çəkisini üstələmir və buna görə tutulan
borunun formasının dəyişilməsi baş vermir.

Quyu alətlərinin paz sisteminin tədqiqi

52
Tutucuların paz sisteminin işi - boru gövdəsində, həmçinin tutma

qovşağında gərginliyin həddi qiymətə çatdıqda və boruda forma dəyişikliyi


baş verdiyi hal şəraitində baxılır.
Tutucuların (borututanların) konstruktiv parametrlərinin yükqaldırma
qabiliyyətinə və tutma zonasında borunun deformasiyasına təsir məsələləri bir
çox tədqiqat işlərində baxılmışdır.
Paftaların borunun sonluqlarından kifayət qədər böyük məsafədə
yerləşməsilə (paftalı borututanın sərtliyi borunun sərtliyindən xeyli çox olması
fərziyyəsində) nazikdivarlı borunun divarına daxili borututan paftalarının
yaratdığı təzyiqin paylanmasının tədqiqi imkan vermişdir ki, paftaların
sonluqlarda bərabər olmayan yerdəyişməsi nəticəsində borunun paftaya
nəzərən “geri qalması” baş verir. Bu, boru divarına sıxıcı radial qüvvələrin
təsiri nəticəsində baş verir.
Bunun əsasında boru divarına paftaların yaratdığı təzyiqin paylanması
qanunu təklif edilmişdir: boru divarına pafta sonluqlarında (kənarlarında)
böyük olmayan sahədə konsentrasiyalaşmış (toplanmış) sıxılma qüvvələri,
borunun paftalarla təmasının (kontakt) orta hissəsində isə - müəyyən funksiya
üzrə təzyiq təsir edir. Həlqəvi kəsikdə toplanmış yüklənmənin təyini üçün
radial yerdəyişmə və əyilmə momentləri, həmçinin boru divarının daxili və
xarici səthində tangensial, oxboyu və radial gərginliyin təyini üçün düsturlar
alınmışdır.
Boru gövdəsində gərginliyin paylanmasının tədqiqi göstərdi ki, ən
təhlükəli kəsik, paftanın alt yan tərəfindən çox olmayan məsafədə yerləşən
kəsikdir.
A.P.Həsənov tərəfindən cəmi gərginliklərin müqayisəsi nəticəsində 73
mm-lik borunun təhlükəli kəsiyində gərginlik konsentrasiyası əmsalları alınmış
və paftalı borututanlar üçün hesablanmış gərginliklərin təyini və həddi ox boyu
yüklənmənin düsturları çıxarılmışdır.
V.P. Rayqorodski tərəfindən çıxarılan boru (kəmər) daxilində tutucu
paftalarının sürüşməsi mümkünlüyü şəraiti təyin edilmişdir. Tutucu ilə borunun
tutma yerində paftaların birində uzunluq kəsiyi baxılmışdır. Tutucunun
yüklənməsində (“boşqoyma”) onun paftalarına, gövdə və boru tərəfindən
normal qüvvələr təsir edir. Təmas səthlərində paftanın tutucu gövdəsi və
boruya nəzərən yerdəyişməsini əngəlləyən (maneçilik törədən) sürtünmə
qüvvələri yaranır.
Nəzəri tədqiqatların nəticəsi eksperimental yoxlanılmışdır.
Tutqac qovşağının təsiri zonasında borunun gərginlik-deformasiya
vəziyyətinə paftaların eni və sayı xeyli təsir edir və tutucunun yükqaldırma
qabiliyyətinin təyinində nəzərə alınması vacibdir.
E.S.Lebedevin elmi işləri əsas parametrlərin seçilməsi və yükqaldırma
hesablanmasına həsr edilmişdir. Bu halda tip-ölçülü tutucuların yükqaldırma
53
qabiliyyəti, tutma zonasında borunun və gövdənin möhkəmliyi üzrə təyin
edilir. Gövdəyə tətbiq edilən dartqı qüvvəsinin təsirindən ox boyu gərginlik, en
kəsiyi üzrə bərabər, yəni eyni paylanması şərti əsas götürülür, onların pazlar
üzrə paylanmasına sürtülmə qüvvələrinin təsiri nəzərə alınmır.
Yuxarıda baxılmış nəzəri və eksperimental tədqiqatlar göstərir ki, boru
və tutucu gövdəsinə pazların yan təzyiqinin paylanması son dərəcə bərabər
paylanmır, bu da tutucunun konstruksiyasının layihələndirilməsi üçün çox
vacibdir.
Paftalı daxili borututanların tutma qovşağının gərginlik-deformasiya
vəziyyətinin tədqiqatında qəzalı borunun açılması üçün vacib olan ox boyu
qüvvələrin və burucu momentin eyni zamanda təsirinə də baxılmışdır. Tutma
zonasında yaranan hesablama üzrə gərginlik bərabərliyi (tənliyi) alınmışdır.
Məhz TBM tipli azadolunan daxili borututanlara tətbiqində gərginlik
hesablamaları aparılmışdır.
Tədqiqatlar göstərdi ki, borututanların effektiv işinin yüksəldilməsinin
əhəmiyyətli yollarından biri, tutulan boru divarı ilə pərçim-paz qovşağının
təmas sahəsinin artırılması hesabına tutma zonasında təmas (kontakt)
gərginliyinin azaldılması sayılır.
AZİNMAŞ-da bu istiqamətdə ilk dəfə olaraq yeni pərçim-paz sistemi
olan spiral tutqaclı konstruksiyalar yaradıldı, optimal yükqaldırma qabiliyyətli
və belə pərçim-paz sisteminin hesablama metodikası işlənildi.
Baxılan tədqiqatları sistemləşdirilməsi və ümumiləşdirərək aşağıdakı
kimi qruplaşdırmaq olar:
- paftaların boru divarına olan təzyiqinin paylanmasının tədqiqi;
- tutma zonasında paftaların sürüşmə şəraitini xarakterizə edən tədqiqatlar;
- paftaların boruya təzyiqinin approksimasiya əyrilərinin dəqiqləşdirilməsi üzrə
tədqiqatlar;
- quyudan kəmərin bir hissəsinin (qismən) çıxarılmasında açma əməliyyatı
üçün eyni zamanda ox boyu və burucu momentin təsirində tutma qovşağının
gərginlik-deformasiya vəziyyətinin tədqiqatı.
A.P.Həsənovun AZİNMAŞ-da apardığı təcrübə və tədqiqatlar göstərdi
ki, pafta – boru təmas səthində sürtünmə əmsalı, pafta – gövdə təmas səthində
sürtünmə əmsalından çox olması şərtində paftaların boru divarına nəzərən
sürüşməsi praktiki olaraq istisna edilir.
Tədqiqatların nəticəsi və paftalı tutucuların istismar təcrübəsi göstərir
ki, paftaların boruya və tutucuların gövdəsinə yan təzyiqi (sıxılma), təmasın
(kontaktın) uzunluğu və dairəsi üzrə paylanması eyni olmur, yəni bərabər
paylanmır.
Tutucu qurğuların konstruksiyalarının tədqiqi sahəsində aparılmış
işlərin analizi aşağıdakı nəticənin verilməsinə imkan verir:

54
a) Tutma qovşağının təsiri zonasında borunun gərginlik-deformasiya
vəziyyətinə paftaların sayı və geometrik parametrlərinin təsirinin təyini üzrə
AZİNMAŞ-da aparılmış eksperimental tədqiqatlar göstərir ki, baxılmış
hallarda (şəraitdə) tenzodatçiklərlə borunun deformasiyasının qeydiyyatı,
nəzəri göstəricilərlə müqayisədə xeyli dərəcədə xəta alınır;
b) Tutucu qurğuların işinin effektliyinin yüksəldilməsinin əhəmiyyətli
yollarından biri, alətin konstruksiyasının geometrik parametrlərinin
optimallaşdırılması hesabına borunun tutma zonasında təmas gərginliyinin
azaldılması sayılır. Qeyd edilən parametrlərə nail olunması imkanı nəzəri və
eksperimental tədqiqatların aparılmasını tələb edir.

V.10.3.2. Tutma işlərinin effektliyinin yüksəldilməsi və paftalı


borututanların istismar göstəricilərinin yaxşılaşdırılması

Nasos-kompressor və qoruyucu borularla əlaqədar qəzaların aradan


qaldırılmasında paftalı tutqaclı qurğular (borututanlar, tutucular) geniş tətbiq
edilir. Bu qurğular (16 tip-ölçülü olmaqla ТВМ, ТВ, ТНЗ tipli) nasos-
kompressor və qoruyucu boruların daxili və xarici səthindən tutmaq üçün
müxtəlif konstruksiya icralı yerinə yetirilsədə, onların paz sisteminin işində
prinsipial fərqlər yoxdur.
Lakin bu qurğuların yükqaldırma qabiliyyəti tutulan qəzalı nasos-
kompressor borularının en kəsiyi möhkəmliyinə uyğun gəlmir, nəticədə
borututanın tam yüklənməsində tutma zonasında borunun deformasiyası
(şişməsi) baş verir, buda qəza-bərpa prosesini mürəkkəbləşdirir və təmir
işlərinin effektivliyini azaldır. Bu çətinliklər, pərçimlənmiş boruların
fırladılma ilə açılması ilə əlaqədar olan mürəkkəb qəzaların ləğvində daha da
dərinləşir.
Bununla əlaqədar tutulan boruların en kəsiyi möhkəmliyini nəzərə
almaqla tutucu qurğuların yükqaldırma qabiliyyətinin yüksəldilməsi vacibdir.
Tutma qovşağının gərginlik-deformasiya vəziyyətinin və alətin işinə
konstruktiv parametrlərin təsirinin tədqiqi nəticələri, çox dərin quyularda
qəzanın ləğvi üçün yüksək yükqaldırma qabiliyyətli tutucu qurğuların
(tutqacın) işlənilməsinə və onun tətbiqi diapazonunun genişlənməsinə imkan
verdi.
Qeyd edilənlərə əsaslanaraq A.P.Həsənov tərəfindən işin təbii
rejimlərində tutucu tərtibat nümunələrinin sınağının aparılmasına imkan verən
eksperimental qurğu (şəkil V.57) işlənilmişdir. Bu qurğu ГРМ-2 dartıcı-qırıcı
maşına bağlanmış və əsasən tutma qovşağından və örtükdən (kojux) ibarətdir.
Tutma qovşağı paftaların köməkliyi ilə qısa borunun daxili səthindən
tutulmasına xidmət edir. Paftalar milin simmetrik yerləşmiş maili kəsiklərində
quraşdırılır. Onların hərəkətlərinin sinxronluğunu paftasaxlayıcı təmin edir.
Örtük (kojux) quyu şəraitinin (quyuda qalan qəzalı borular və onların
55
qaldırılması (çıxarılması) üçün tətbiq edilən borututan) yaradılmasına xidmət
edir.
Paz sisteminin yüklənməsi, dartıcı-qırıcı maşınla seriyalı borututanın
pasportu üzrə yükqaldırma qabiliyyəti həddində həyata keçirilir. Tələbat
yarandıqda paz sisteminin qırılmaya sınağı keçirilir.
Eksperimental qurğunun paz sitemi TB73 seriyalı daxili borututanın
ölçülərinə uyğun yerinə yetirilmiş, qısa borular isə 73 mm-lik NKB-dən
hazırlanmışdır.
Tədqiqat obyekti - tutucu tərtibat (mil, paftalar) nümunələri və fərqli
materiallardan (polad markası) olan müxtəlif divar qalınlıqlı (5, 7, 9 mm) 73
mm-lik NKB-dən olan qısa borulardır.
Sınaq müddətlərinin azaldılması və sınağın
asanlaşması üçün sınanan nümunələrin
konstruksiyasında, pafta–mil kəsik səthlərinin
müxtəlif maillik bucaqlarında (50-120) tutucu
qovşağın pilləli yerləşməsi nəzərdə tutulmuşdur.
Sınaq rejiminin əsas parametrləri – ox boyu dartqı
və sıxıcı qüvvə yüklənmələri, quyuda alətin
işləmə şəraitinə görə seçilmişdi. Bu parametrlər
müəyyən mənada konstruksiyanın iş qabiliyyəti
göstəricilərinin qiymətləndirilməsində təyinedici
sayılır.
Müasir tələblərə uyğun olaraq tutucu
tərtibatların iş qabiliyyəti və effektliyi,
yükqaldırma qabiliyyəti və daha çox diapazonlu
qoruyucu kəmərləri olan quyularda müxtəlif
ölçülü tutulan borular üçün eyni tutucu
tərtibatların istifadəsi mümkünlüyü ilə müəyyən
edilir. Bu halda tutmanın etibarlığının
yüksəldilməsi nöqteyi-nəzərindən
müəyyənləşdirici amil, tutma yerində borunun ən
az deformasiyası sayılır.
Konstruksiyanın tutmadan asan azad
olunması qabiliyyəti, ox boyu dartqı və sıxıcı
qüvvə yüklənmələri nisbətindən, həmçinin kəsik
səthlərin maillik bucağından asılıdır.
Tutucu alətin optimal yükqaldırma
qabiliyətinin axtarışı, maillik bucağının və
paftaların əndazə ölçülərinin (kontakt sahəsinin)
tənzimlənməsi əsasında aparılmışdır.
Şək.V.57.Borututanın tutucu qovşağının tədqiqi üçün eksperimental qurğu:

56
1 – mil; 2-7 – kipləşdirici qovşağının detalları; 8 – kojux; 9 – paftasaxlayıcı;
10– boru; 11 – pafta; 12 – mil ucluğu; 13 – keçirici; 14 – qapayıcı (zaqluşka).
Qurğunun texniki xarakteriskası
ГОСТ 631-80 və ГОСТ633-80 üzrə
tutulan qısa boruların şərti diametri, mm 73
Yükqaldırma qüvvəsi, kN 300
Əndazə ölçüləri, mm:
diametr 120
uzunluğu 950
Tenzodatçiklərin texniki xarakteriskası
Müqavimət, om 99,75 - 99,99
Cərəyanın maksimal şiddəti, mA >14
Tenzohissiyat əmsalı (20±5 0C temperaturda) 2,03
Ölçü xətası, % 0,3
Maksimal deformasiya, mkm/mm < ± 3000

Sınaq işləri aşağıdakı qaydada aparılmışdı.


Qurğunu yığılmış vəziyyətdə dartıcı-qırıcı maşına yerləşdirilmişdi.
Burada milin riflənmiş sonluğu (Şəkil V.63) traversin hərəkətli çazanlarına
(suxarilərinə), qapağn riflənmiş sonluğu isə stolun hərəkətli çazanlarına
bərkidilmişdi. Tutulmuş (sınanan) borunun deformasiya-gərgin vəziyyətinin
ölçülməsi üçün qurğu tenzodatçiklərlə təchiz edilmişdi. Dörd ədəd tenzodatçiki
pafalara (uzunluqları boyu) qarşı, səkkiz ədəd isə radius üzrə bərabər
məsafələrdə yerləşdirmişdi. Hər bir təcrübədə 5 mm bazası ilə 2ПКБ-5-100ГБ
tipli tenzodatçiklərin göstəriciləri yazı ilə qeyd edilirdi.
Sınaq prosesində ox boyu dartqı qüvvəsi yüklənməsi, 100 kN intervalı
ilə 100-dən 500 kN-a kimi pilləli dəyişilirdi və hər dəfə sınanan obyekti yarım
saat ərzində yük altında saxlanılırdı. Tutulan borunun materialının axıcılığa
meylə başlanması momentində təcrübələr qurtarılmış hesab edilirdi.
Təcrübələr 5 mm divar qalınlıqlı 73 mm-lik nasos-kompressor borusu
ilə başlayıb, sonra isə 7 və 9 mm divar qalınlıqlı bu boru ilə davam etdirilirdi.
Aparılan hər təcrübədən sonra işçi səthlərin vəziyyəti vizual baxışla
yoxlanılırdı.
Laborator tədqiqatlar başa çatdıqdan sonra borututanların işinin əsas
göstəriciləri qiymətləndirilməsi üçün eksperimentin nəticələri emal edilirdi.

V.10.3.3. Paz sistemi konstruksiyasının optimal parametrlərinin


təyini və seriyalı tutucu qurğuların yükqaldırma qabiliyyətinin
yüksəldilməsi

57
Tutucu qurğulara qoyulan əsas tələblərdən biri, yüksək yükqaldırma
qabiliyyəti göstəricisinin təmini (NKB-nin en kəsiyi möhkəmliyinin verilmiş
ölçü qiymətində) və maksimal dartqı qüvvəsi yüklənməsində qəzalı borunun

gövdəsindən (muftadan) etibarlı tutma sayılır.


Qeyd etmək lazımdır ki, borututanın yükqaldırma qüvvəsi onun və
tutulan NKB gövdəsinin möhkəmliyini nəzərə alınmaqla hesablanmalıdır.
Təcrübə göstərir ki, boru gövdəsindən fərqli olaraq borututan gövdəsi daha
yüksək yüklənməyə davam gətirir.
Borututanın yükqaldırma qüvvəsi və tutmanın etibarlığı əhəmiyyətli
dərəcədə onun konstruktiv parametrləri – pafta və tutulan boru gövdəsinin
təmas sahəsi F, pafta və gövdənin kəsik səthinin maillik bucağı α və s. ilə təyin
edilir. Bu parametrlərdən həmçinin tutma zonasında yaranan gərginlik, və
tutulan borunun en kəsiyi üzrə deformasiyasından asılıdır.
Maksimal dartqı qüvvəsi yüklənməsində borunun gövdəsi güclü
deformasiyaya məruz qalır və paftalar pərçimdən azad olurlar ki, bu da quyuda
təmir-bərpa işlərini mürəkkəbləşdirir. Bu hal gövdə-pafta-boru tutulmasında
paz sisteminin eyni möhkəmliyə malik olmaması ilə izah edilir.
Qeyd edilənlərdən nəticə olaraq, NKB-nin en kəsiyi davamlığı nəzərə
alınmaqla tutulan borunun verilmiş divar qalınlığında təmas sahəsinin və
maillik bucağının tənzimlənməsi yolu ilə borututanın yükqaldırma
qabiliyyətinin optimallaşdırılması praktiki maraq doğurur. Bu, həmçinin digər
istismar göstəricilərinin – sıxıcı qüvvə yüklənməsinin azaldılması hesabına
borututanın tutmadan azad olunmasının asanlaşması, paftaların sürüşməsi
imkanının istisna edilməsi, tutulmuş boru kəmərinin fırlatma ilə açılması
şəraitinin yaxşılaşdırılmasına imkan verə bilər.
Təmas sahəsi, konstruksiyanın əsas parametri kimi tutulan borunun
gövdəsində tutma zonasında qüvvələrin konsentrasiyasının tənzimlənməsində,
borututanın yükqaldırma qabiliyyətinin yüksəldilməsində müəyyənedici rol
oynayır. Optimal təmas sahəsinin təmini, tutulan NKB-nin ölçülərinin
məhdudluğu ilə yaranan konstruktor çətinlikləri ilə bağlıdır.
Borututanın yükqaldırma qabiliyyəti, deformasiya xarakteri, buna
görədə qəzalı boruların tutulmasının etibarlığı, paz effektliyi və digər
göstəricilər pafta və gövdənin kəsik səthlərinin maillik bucağından asılıdır.
Daxili istehsalda seriyalı tutucuların maillik bucağı 707/ qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, NKB-nin divar qalınlığı tənzimlənməyən
parametrdir.
Borututanın yükqaldırma göstəricilərinin optimallaşdırılması üçün,
tənzimlənən parametrlər - borunun sərtliyi nəzərə alınmaqla təmas sahəsi və
maillik bucağı – üzrə tədqiqat işləri aparılmışdır. Qurğunun konstruksiyası,
seriya üzrə istehsal edilən paftalı borututanların tutqac qovşağının gərginlik-
deformasiya vəziyyətini və digər parametrlərini tədqiq etməyə imkan verir.
58
Tədqiqatın obyekti, adi və yüksək möhkəmlikli 73 mm-lik NKB qısa
boruları, 50, 707/, 90-yə bərabər maillik bucaqlı TBM73-1 borututanın mili
(gövdəsi), həmçinin müxtəlif təmas səthi sahələri – 2250, 3375 (seriyalı
borututanlar) və 4500 mm2 bərabər olan paftalar olmuşdur. Borunun tutma
zonasında gərginlik-deformasiya vəziyyəti tenzodatçiklər vasitəsilə qeyd
alınmışdır.
Dartqı qüvvəsi yüklənməsini pilləli (25, 100, 150, 200 kN) artıraraq
sınanan qısa borunun gövdəsindəki deformasiya qeydə alınırdı.
Tenzometriyanın göstəricilərinin təhqiqi göstərdi ki, vericilərin (datçiklər)
göstəricilərinə əsasən deformasiyanın xarakteri barədə rəyi, borututanın yalnız
minimal yüklənmələrində vermək mümkün olur. Borunun gövdəsində forma
dəyişikliyi baş verən kimi vericilər əlaqədən ayrılırlar.
Buna görə parametrlərin optimallaşdırılıması məsələsinin - tutulan NKB-
nin verilmiş divar qalınlıqlarında paftaların təmas sahəsi F və maillik bucağının
α rasional vəhdətinin seçilməsi üçün; boru gövdəsində en kəsiyi üzrə
deformasiya baş vermədiyi və paftalar pərçimdən çıxmadığı halda yükqaldırma
qüvvəsinin hesablanmasının həlli üçün evolyusion planlaşdırma metodundan
istifadə edilir. Qeyd edilən parametrləri müxtəlif variantlarda yoxlamaqla daha
yüksək yükqaldırma qüvvəsinin tapılması tələb olunur P = f (F, α, δ).
Borunun sərtliyi δ (C) nəzərə alınmaqla tənzimlənən parametrlərin F (B)
və α (A) son seçimi üçün, bu amillərin və onların qarşılıqlı təsirinin P-nin
optimallaşdırılması parametrinə təsiri dəqiqləşdirilmişdir.
Bunun üçün dispersion analiz metodu istifadə edilmişdir.
Qurğuda aparılmış sınama işlərinin nəticəsi cədvəl V.60-da
göstərilmişdir. Hər bir divar qalınlığında dartqı qüvvəsi yüklənməsi 3 dəfə
aparılmışdır.
Cədvəl V.60.
73 mm Müxtəlif təmas sahələri B (mm2) və kəsik səthlərin maillik bucağında A maksimal
NKB-nin oxboyu yüklənmə (kN)
divar B1 = 2250 B2 = 3375 B3 ≥ 4500
qalınlığı A= 50 A= 707/ A= 90 A= 50 A= 707/ A= 90 A= 50 A= 707/ A= 90
(C), mm
152 138 75 273 222 174 405 357 271
5,5 163 144 102 301 240 193 443 396 321
174 152 118 322 268 212 474 412 371

205 225 132 334 275 215 522 445 392


7,0 240 195 153 370 300 230 540 465 402
275 210 172 396 325 260 555 485 411

Davamlığı 195 178 135 375 292 175 398 356 273
artırılmış 230 200 150 390 310 210 412 388 296
5,5 250 222 176 434 335 232 412 405 312

59
Davamlığı 423 252 175 445 395 375 543 483 404
artırılmış 496 300 220 470 430 390 570 500 421
7,0 512 324 255 495 495 401 585 512 445

Eksperimentin planlaşdırılmasında TBM-73 borututanın texniki


göstəriciləri əsas götürülmüşdür. Paftaların ölçüləri: uzunluğu - 30 mm, eni –
25 mm. Yükqaldırma qüvvəsi 400 kN. Tutulan borunun diametri - 73 mm.
Eksperimentin planlaşdırılmasının ilkin fazasında sikl sayı 3 qəbul
edilmişdir. Təcrübənin aparılma ardıcıllığı işlənilmiş, ona uyğun olaraq
planlaşdırmanın hər üç sikli yerinə yetirilmişdir (cədvəl V.61).
Eksperimentin əsasında cədvəllərdəki parametrlər göstərir ki, təmas
sahəsinin artması ilə tutucunun yükqaldırma qabiliyyəti nəzərə çarpacaq
dərəcədə artır. Kəsik səthlərin maillik bucağına görə isə, bu bucağın qiymətinin
azalması ilə tutucunun yükqaldırma qabiliyyəti artır.

Cədvəl V.61.

Təcrübənin Tənzimlənən Müxtəlif sikllarda optimallaşdırma Pi orta


nömrəsi parametrlər parametri Pi (yükqaldırma qüvvəsi), kN qiyməti, kN
α F, mm2 1 2 3
0 /
1 77 3000 222 240 268 243,3
2 50 2000 152 163 174 163
3 50 4000 405 443 474 440,6
4 90 2000 75 102 118 98,3
5 90 4000 278 320 378 325,3

Qeyd etmək lazımdır ki, tənzimlənən α və F parametrlərinin vəhdəti,


yüksək yükqaldırma qabiliyyətindən savayı, aşağıdakı: quyu daxilində və
quyuağzında tutucunun pərçimdən azad olunması üçün minimal sıxıcı qüvvə;
tutulan borunun en kəsiyi üzrə deformasiyasının istina olunması; tutucunun
maksimal dartqı qüvvəsi yüklənməsində paftaların sürüşməsi kimi istismar
göstəricilərinin yaxşılaşdırılmasını təmin etməlidir.
Təmas sahəsinin nəzərə çarpacaq dərəcədə dəyişilməsində maillik
bucağının optimal qiytmətinin tədqiqi məqsədəuyğun sayılır. Burada maillik
bucağının azalması boru üzrə yükqaldırma qabiliyyətinə əsasən aşağıdakıların
hesabına təsiri edir:
- təmas səthində təsir qüvvələrinin paylanması xarakterinin dəyişilməsi;
- paftaların hərəkəti (yolu) uzunluğunun yüksəldilməsi imkanının yaranması,
bu da öz növbəsində paftaların uzunluğunun artırılmasına imkan verir ki,
bunula da təmas sahəsinin artması.
Maillik bucağının həddən artıq azaldılması paftaların boşalması
(tutmadan asan azad olunması üçün) şəraitinin pisləşməsinə gətirib çıxara bilər.
Buna görə maillik bucağı və sıxıcı qüvvə yüklənməsi (boşalma) qiymətləri
60
arasında əlaqənin öyrənilməsi üzrə təcrübələr aparılmışdır. Onlar arası xətti
olmayan asılılıq müəyyən edilmişdir. Bu halda maillik bucağının azalması ilə
tutulan borudan paftaların sürüşməsi demək olar ki, istisna edilir, yəni daha
etibarlı tutma təmin edilir, lakin sıxıcı qüvvə yüklənməsi artır ki, alətin
tutmadan azad olunmasını mürəkkəbləşdirir (çətinləşdirir). Maillik bucağının
azalması ilə (cədvəl 1) tutulan boruya ötürülən həddi yüklənmə yüksəlir ki,
tutma işlərində alətin daha çox yükqaldırma qabiliyyətini təmin edir. 5 0 maillik
bucağında yüksək yükqaldırma qabiliyyətinin təmin edilməsinə baxmayaraq,
təmas yerində yüklənmənin paylanması xarakterinin dəyişilməsi və paftaların
təmas sahəsinin artması hesabına sıxıcı qüvvə yüklənməsi (boşalma) artır ki,
buda praktiki işlər üçün qəbul edilməzdir. 7 07/ maillik bucağında sıxıcı qüvvə
yüklənməsi daha qəbulediləndir, lakin yükqaldırma qabiliyyəti azalır, böyük
dartqı qüvvəsi tətbiq ediləndə paftaların tutulan borudan sürüşməsi
mümkünlüyü yarana bilir.
Deyilənlərdən belə bir çıxarış olaraq, maillik bucağının 6 0-yə bərabər
olması daha optimaldır. Bu halda boru gövdəsinin tutulma zonasında yüklənmə
xarakteri əhəmiyyətli dərəcədə dəyişir, yəni borunun deformasiyası daha böyük
dartqı qüvvəsi yüklənməsində baş verir. Qəbul edilmiş 6 0 maillik bucağı
qiyməti paftaların təmas sahəsinin artırılmasını təmin edir.
Tutucu qurğuların (paftalı borututanlar) optimal konstruktiv
parametrlərinin təyini üzrə aparılmış eksperimental tədqiqatlar aşağıdakı
nəticələrin verilməsinə imkan yaratdı:
- Dispersion təhlillə, paz sistemi konstruksiyasının parametrləri və yükqaldırma
göstəriciləri arasında aydın əlaqənin olması yəqindir;
- Pafaların təmas səthlərinin artırılması və mil və paftaların kəsik səthlərinin
maillik bucağının azaldılması yükqaldırma qabiliyyətinin yüksəldilməsinə
bilavasitə təsir edir, bu amillərin vəhdəti, yəni onların birgə qarşılıqlı təsiri isə
göstəricilərə əhəmiyyətli dərəcə təsir etmir (cüzi təsirə malikdir);
- Maillik bucağının azaldılmasının yükqaldırma qabiliyyətinə təsiri, əsasən
fəaliyyət göstərən qüvvələrin təmas yerində yüklənmənin paylanması
xarakterinin dəyişilməsi və paftaların hərəkət yolunun artırılması mümkünlüyü
hesabına baş verir ki, bu da paftaların uzunluğunun artırılmasına – təmas
sahəsinin artırılmasına imkan verir.
Maillik bucağının 60-yə bərabər olması daha optimaldır, bu halda boru
gövdəsinin tutma zonasında yüklənmənin xarakteri əhəmiyyətli dərəcədə
dəyişir, yəni borunun deformasiyası daha yüksək dartqı qüvvəsi yüklənməsində
baş verir.
Alınmış nəticələr TB, TBM, TN3 borututanların texniki sənədlərinə,
onların yükqaldırma qabiliyyətini yüksəldən müvafiq konstruktiv dəyişikliklər
edilməsinə imkan verdi.

61
Yuxarıda qeyd edilmiş tövsiyə və mövqelərin praktiki tətbiqi üçün,
həmçinin paftaların təmas sahəsinin artırılması və maillik bucağının
azaldılması imkanının yaranmasından ötəri TBM, TB borututanların
konstruksiyası təhlil edilmiş və paftaların təmas sahəsinin artırılması imkanı
müəyyən edilmişdir (şəkil V.58). Bu, gövdənin kəsik səthinin (üst hissədə)
uzunluq ehtiyatının istifadəsi və maillik bucağının 7 07/-dən 60-yə kimi
azaldılması hesabına nail olunur. Qeyd edək ki, nəzərdən keçirilmiş
borututanların tutucu qovşaqları (pafta, gövdə mili və s.) eyni tip-ölçülər üçün
ümumiləşdirilmişdir (unifikasiya).

Şək.V.58. Tutucu qovşağın sxemi: a – α =707/; b - α =60; c - yüklənmə sxemi

TBM, TB borututanların tutucu qovşaqları konstruktiv parametrlərinin


əvvəl və dəyişikliklərdən sonrakı hesablamaların və həmçinin bu
dəyişikliklərin alətin yükqaldırma qabiliyyətinə (boru üzrə) təsirinin nəticələri
cədvəl V.62-də göstərilmişdir. Hesablamaların göstəriciləri, paftaların təmas
sahəsinin və maillik bucağının yükqaldırma göstəricisinə (boru üzrə) böyük
təsir etməsi barədə tədqiqat işinin nəticələrini (cədvəl V.60) təsdiq edir. Maillik
bucağı burada ikili (iki cür) təsir edir: paftanın uzunluğunun artırılması – öz
növbəsində təmas sahəsinin yüksəldilməsi və paftalı-paz sisteminin pafta-boru
təmasında yüklənmənin paylanması xarakterinin dəyişilməsi imkanları
hesabına.
Cədvəl V.62-dan göründüyü kimi, maillik bucağı azaldıqda, yəni α = 60
olduqda paz sistemində dartqı qüvvəsi artır. Bu, borututana oxboyu az
yüklənmə tətbiq etməyə imkan verir, yəni tutulan borunun divarında az
gərginliyin yaranmasına səbəb olur. Bununla belə, boru gövdəsinin tutulma

62
(pərçimlənmə) zonasında en kəsiyi üzrə deformasiya, ox boyu yüklənmənin
daha yüksək qiymətlərində baş verəcəkdir.
Beləliklə boruya ox boyu böyük yüklənmə tətbiq etmə imkanı yaranır.
Bununlada borututanın paz sisteminin yükqaldırma qabiliyyəti yüksəlir.

V.10.3.4. Eyni zamanda ox boyu dartqı qüvvəsi və burulma


momentinin təsirində seriyalı paftalı borututanların tutma qovşağının
gərginlik-deformasiya vəziyyətinin xarakteri

Quyuların əsaslı təmirində qəza-bərpa işlərinin ən mürəkkəb növlərinə,


borututanın tutucu tərtibatının köməkliyi ilə fırlatmaqla açılma yolu ilə quyuda
pərçimlənmiş nasos-kompressor borularının çıxarılması aid edilir. Bir qayda
olaraq, pərçimlənmiş boru kəmərinin açılması əməliyyatının aparılmasından
əvvəl borututana maksimal dartqı qüvvəsi yülənməsi verməklə onu laxlatmaqla
azad edilməsinə cəhd edilir. Pərçimlənmiş boru kəmərinin azad edilməsi
mümkün olmadıqda, onların hissə-hissə çıxarılması üçün fırlatmaqla açılması
işləri aparılır. Buna görə dartqı qüvvəsini xeyli azaltmaqla borututana burucu
moment tətbiq edilir.
Bir sıra elmi işlərdə, borututana tətbiq edilmiş yalnız ox boyu dartqı
qüvvəsindən paz sisteminin (tutucu qovşağın və borunun tutulan zonası) gərgin
vəziyyətinin asılılığına baxılmışdır. Lakin borututanın əsas parametrlərinin
optimallaşdırılması üçün, gərginlik-deformasiya vəziyyətinə yüklənmə və
burucu momentin birgə təsiri üzrə baxılması məqsədəuyğundur.
Tədqiqat işləri göstərir ki, bu amillərin ayrıca və ya birgə təsiri
borututanın konstruktiv parametrlərində əhəmiyyətli dərəcədə özünü göstərir.
Ox boyu yüklənmə və burucu momentdən təmas səthlərində yaranan
gərginliklər borututanın konstruktiv parametrlərindən xeyli dərəcədə asılıdır:
pafta və gövdənin kəsik səthlərinin maillik bucağı α, bu sürtünən səthlərdə
sürtünmə əmsalı, təmas sahəsi və paftanın əhatəetmə
əmsalı, tutulan boruların sərtliyi (möhkəmliyi, qalınlığı) və digər amillər.
Təmas sahəsi konstruksiyanın əsas parametri olaraq tutma zonasında
tutulan borunun gövdəsində gərginlik konsentrasiyasının azaldılmasında
mühüm rol oynayır. Optimal təmas sahəsinin təmin edilməsi, tutulan boruların
ölçülərinin məhdudluğundan yaranan konstruktiv çətinliklərlə əlaqədardır. Bu
çətinliklər paftalı borututanlar üçün daha xarakterikdir.
Boru kəmərinin laxladılmasından sonra onun fırlanma ilə açılması üçün
adətən ox boyu yüklənmə 50-60 kN-a kimi azaldılır, bu zaman baxmayaraq ki,
qalıq deformasiyası müəyyən qədər qalsada boru gövdəsində (tutulma
zonasında) gərginlik xeyli azalır.
Borututanın fırladılmasında paftaların nüfuz etməklə pərçimlənməsi və
qalıq deformasiyanın (boru gövdəsinin şişməsi şəklində) sayəsində sürtünmə
praktiki olaraq istisna edilir. Ötürülən burucu momentdən yaranan gərginlik
63
boru gövdəsində toplanır (konsentrasiya olunur). Tutma zonasında boru və
paftanın dayaq müstəviləri arasında yaranan gərginlik baxılan şəraitdə (şəkil
V.59), funksiya şəklində təqdim edilə bilər.
B
φ = (Ar2 + 2 + C) cos 3β (1)
r

Şək.V.59. Paftalı borututanların tutucu qovşağının yüklənmə sxemi.


Əgər nəzərə alsaq ki, tutulan boruların divar qalınlığı borututanın
gövdəsinin və tutma qovşağının ölçülərindən xeyli əhəmiyyətli dərəcədə azdır,
təmasın daxili konturunun deformasiyadan azad olmasını praktiki olaraq qəbul
etmək olar.
Onda A, B və C sabitləri arasında asılılıq
B = Ar 14 = ϭz r 14; C = -2 Ar 14 = -2 ϭzr 14, (2)
Burada, r1 – tutma qovşağının təmas səthinin daxili diametridir.
Gərginliyin onların funksiyasından asılığını bilərək (1) və (2) nəzərə
alaraq tutma qovşağı zonasında fırlanma momentindən yaranan, uyğun olaraq
radial ϭr, toxunan ϭβ və tangensial τrβ gərginlikləri təyin edirik,
4 2 4
σz 3r 4r σ 3r
σr = (1- 41 - 2 1 ) cos3β ; σβ = z (1+ 41 ) cos3β ;
r r r r r
4 2
σz r 1 2r 1
τ rβ = - (1- 4 + 2 ) sin3β (3)
r r r

Daxili borututanların konstruktiv ölçülərindən bir çıxarış olaraq milin,


boru gövdəsinin, həmçinin paftaların təmas səthlərinin təhlükəli en kəsiyində
gərginlik hesablamalarının nəticəsi cədvəl V.63-də göstərilmişdir.

64
Təmas səthlərində (pafta-boru) hesablama üzrə gərginlik, borututan
milində və tutulan borunun təhlükəli kəsiyində hesablama üzrə gərginliyindən
az olur. Ox boyu yüklənmə və borunun açılması üçün burucu momenti nəzərə
almaqla təmas səthlərindəki gərginlik, yalnız ox boyu yüklənmədən yaranan
gərginlikdən əhəmiyyətli dərəcədə çoxdur. Buna görə borututana böyük ox

65
Cədvəl V.62.

Borututan Paftaların konstruktiv ölçüləri, mm Paftaların Paftaların cəmi təmas Paftalara dartqı qüvvəsi Borututanın yükqal -
sayı sahəsi, mm2 (kN) dırma qabiliyyəti, kN
(maillik bucağında) (maillik bucağında) (maillik bucağında)
Eni Dəyişilməyə Dəyişilmədən Qövsün Qövsün α = 707/ α = 60 α = 707/ α = 60 α = 707/ α = 60
qədər uzunluğu sonra uzunluğu radiusu uzunluğu
TBM60-1 35 40 45 25 38,8 2 1552 1851 453 5026 250 300
TBM60
TBM73-1 25 30 35 31 25,7 6 4626 5711 241,6 268 400 500
TBM73
TBM89-1 30,5 45 50 38 31,5 6 8505 10035 362,4 402 600 700
TBM89
TBM114-1 40 60 65 50 41,15 6 14814 17391 604 670 1000 1200
TBM114-2
TB114

Cədvəl V.63.

Borunun Yükqal- Milin Tutucu qovşaq Boru gövdəsində axıcılıq Pafta-boru Borututan
Boru-tutan şərti dia- dırma təhlükəli Paftaların ölçüləri, mm Sayı Orta həddinə çatan yüklənmə, təmas milinin
metri, qüvvəsi en kəsiyi təmas MN (polad markaları üzrə) səthində təhlükəli en
mm MN sahəsi, Uzun- Eni Əhatə yarus pafta səthi, C D E gərginlik kəsiyində
10-3 m2 luğu radiusu 10-3 m2 MPa gərginlik MPa
TBM-73 73 0,49 1,13 30 20 31 2 6 4,866 0,366 0,435 0,629 225-287 433
TBM-89 89 0,687 1,54 45 30,5 38 2 6 8,949 0,528 0,627 0,907 117-304 444
TBM-114 114 1,079 3,15 60 40 50 2 6 15,7 0,739 0,878 1,272 114-243 343

66
boyu qüvvə və burucu moment tətbiq etdikdə paftalarla təmas zonasında boru
gövdəsinin deformasiyası kəskin artır, nəticədə paftalar pərçimdən çıxmaqla
(azad olunması ilə) təmir işlərini mürəkkəbləşdirir, yubadır. Bununla əlaqədar
konstruktiv parametrlərin təyinində ox boyu yüklənmə ilə birgə pərçimlənmiş
nasos-kompressor borularının açılması üçün lazım olan burucu moment nəzərə
alınmalıdır.
Tutucu alətlərin (paftalı borututanlar) optimal konstruktiv
parametrlərinin təyini üzrə aparılmış tədqiqat işlərinin təhlili aşağıdakı
nəticələrin çıxarılmasına imkan yaratdı:
- tutucunun yükqaldırma qabiliyyəti və paftaların tutma etibarlığı, onun
konstruktiv parametrləri - pafta və boru gövdəsi səthinin təmas sahəsi; pafta və
gövdənin kəsik səthinin maillik bucağı ilə təyin edilir. Tutucuların
hesablanmasında həmçinin tutulan borunun qalınlığı nəzərə alınmalıdır.
- konstruksiyanın tənzimlənən parametrləri - təmas sahəsi və maillik bucağı ilə
istismar göstəriciləri arasında sərfəli iqtisadi bağlılıq olmalıdır.
- konstruksiyanın əsas parametri olan təmas sahəsi gərginlik konsentrasiyasının
azaldılmasında əhəmiyyətli rol oynayır, beləki, tutma zonasında borunun
deformasiyası və tutucunun yükqaldırma qabiliyyətinin artırılmasına təsir edən
başlıca amildir.
- maillik bucağının azalması ilə paftanın tutulan borudan sürüşməsi imkanı
istisna olunur, yəni etibarlı tutma təmin edilir, lakin “boşqoyma” qüvvəsi
yüklənməsi artır, bu da tutucunun pərçimdən azad edilməsini mürəkkəbləşdirir.
- maillik bucağının azaldılması, paftaların hərəkət uzunluğunun artması
hesabına təmas sahəsinin artmasına səbəb olur, bununlada alətin yüksək
yükqaldırma qabiliyyətini təmin edir.
- pafaların təmas səthlərinin artırılması və mil və paftaların kəsik səthlərinin
maillik bucağının azaldılması yükqaldırma qabiliyyətini yüksəldir, bu amillərin
vəhdəti, yəni onların birgə qarşılıqlı təsiri isə göstəricilərə əhəmiyyətli dərəcə
təsir etmir;
- maillik bucağının azaldılmasının yükqaldırma qabiliyyətinə təsiri, əsasən
fəaliyyət göstərən qüvvələrin təmas yerində yüklənmənin paylanması
xarakterinin dəyişilməsi və paftaların hərəkət yolunun artırılması mümkünlüyü
hesabına baş verir ki, bu da paftaların uzunluğunun artırılmasına – təmas
sahəsinin artırılmasına imkan verir.
- maillik bucağı ikili təsirə: paftanın uzunluğunun artırılması – təmas sahəsinin
yüksəldilməsi və paftalı-paz sisteminin pafta-boru təmasında yüklənmənin
paylanması xarakterinin dəyişilməsi imkanına malikdir.
- maillik bucağı azaldıqda (α = 60), paz sistemində dartqı qüvvəsi artır. Bu,
borututana oxboyu az yüklənmə tətbiq etməyə imkan verir, yəni tutulan
borunun divarında az gərginliyin yaranmasına səbəb olur. Bununlada, boru
gövdəsinin tutulma (pərçimlənmə) zonasında en kəsiyi üzrə deformasiya, ox

67
boyu yüklənmənin daha yüksək qiymətlərində baş verəcəyini göstərir.
- tutqac qovşağının təsiri zonasında borunun gərginlik-deformasiya vəziyyətinə
paftaların eni və sayı xeyli təsir edir və tutucunun yükqaldırma qabiliyyətinin
təyinində nəzərə alınması vacibdir.
- paftalı-paz tutqac tərtibatlı tutucuların işində ən ağır şərait, burucu moment
tətbiq etməklə pərçimlənmiş borunun açılmasında yaranır.
- boru gövdəsində gərginliyin paylanmasında ən təhlükəli kəsik, paftanın alt
yan tərəfindən az məsafədə yerləşən kəsikdir.
- borututanların effektiv işinin yüksəldilməsinin əhəmiyyətli yollarından biri,
tutulan boru divarı ilə pərçim-paz qovşağının təmas sahəsinin artırılması
hesabına tutma zonasında təmas (kontakt) gərginliyinin azaldılmasıdır.
- konstruksiyanın tutmadan asan azad olunması qabiliyyəti, ox boyu dartqı və
sıxıcı qüvvə yüklənmələri nisbətindən, həmçinin kəsik səthlərin maillik
bucağından asılıdır.
- təmas sahəsi və maillik bucağından həmçinin tutma zonasında yaranan
gərginlik və tutulan borunun en kəsiyi üzrə deformasiyası asılıdır.
- ox boyu yüklənmə və borunun açılması üçün burucu momenti nəzərə almaqla
təmas səthlərindəki gərginlik, yalnız ox boyu yüklənmə tətbiqində yaranan
gərginlikdən əhəmiyyətli dərəcədə çoxdur. Buna görə borututana böyük ox
boyu qüvvə və burucu moment tətbiq etdikdə paftalarla təmas zonasında boru
gövdəsinin deformasiyası kəskin artır, nəticədə paftalar pərçimdən çıxması
ehtimalı yüksəkdir.
- ox boyu yüklənmə və burucu momentdən təmas səthlərində yaranan
gərginliklər borututanın konstruktiv parametrlərindən - pafta və gövdənin kəsik
səthlərinin maillik bucağından başqa, bu sürtünən səthlərdə sürtünmə əmsalı,
təmas sahəsi və paftanın əhatəetmə əmsalı, tutulan boruların sərtliyi
(möhkəmliyi, qalınlığı) və digər amillərdən xeyli dərəcədə asılıdır:
- pərçimlənmiş boru kəmərinin hissə-hissə çıxarılması üçün fırlatmaqla
açılmada borututana burucu moment, dartqı qüvvəsi xeyli azaldılmaqla tətbiq
edilməlidir.
V.10.4. Overşotlar

Overşotlar neft, qaz və geoloji-kəşfiyyat quyularında tutma işlərinin


aparılmasında boru kəməri elementlərinin xarici silindrik səthlərindən tutma və
quyudan çıxarılması üçün nəzərdə tutulmuşdur. Əslində overşotlar, xarici
borututan olaraq xarici ölkələrdə belə adlandırılırlar. Yuxarıda qeyd edilmiş
spirallı (sanqalı) borututanlardan müəyyən konstruktiv fərqlərə malikdirlər.
Paftalı tutucu qurğular (borututanlar, tutucular) ümumi çatışmazlığa
malikdirlər: onların maksimal yüklənməsində tutulan nasos-kompressor
boruları tutma zonasında deformasiyaya uğrayırlar və nəticədə paftalar
sürüşərək pərçimdən azad ola bilirlər. Bu, paftalı tutucu alətin pazlı tutqac
68
qovşağının konstruksiyasının – paftaların təmas sahəsi ölçülərinin tutulan
borunun en kəsiyi üzrə davamlığı şəraitinə uyğun olmaması ilə əlaqədardır.
Optimal yükqaldırma qabiliyyətinin təmini üçün onun geometrik
parametrləri, gövdə - tutqac qovşağı – boru paz sistemi elementlərinin bərabər
davamlığı ilə şərtlənməlidir. Bu nöqteyi-nəzərdən spiral tutqaclı paz sistemi
tutucusunun tətbiqi daha effektli və perspektivdir.
Overşot (Şəkil V.60) əsasən daxili konik silindrik gövdə, üst keçirici,
istiqamətləndirici qıf, bütöv tutqac, məhdudlaşdırıcı halqa, kipləşdirici qovşaq
və təsbitedici (stopor) tərtibatdan ibarətdir.

Şək.V.60. Sanqalı tutqacla təchiz


edilmiş overşot:
1 – üst keçirici; 2 – daxili konik gövdə;
3 – sanqalı tutqac; 4 –istiqamətləndirici
qıf; 5 – frezer- məhdudlaşdırıcı.

Gövdənin daxilinin konik səthində


helikoidal yiv kəsilmiş və bu konusluğa malik
tutqac (spiral, sanqa) orada yerləşdirilmişdir.
Xarici səthi ox boyu istiqamətində konik olan
tutqacın vint addımı, gövdə daxilində olan
daralan helikodal vint addımına uyğundur.
Spiralın daxili səthində borunun tutmasını təmin
edən yiv formalı dişlər (paralel və ya kəsişən
kanallar) kəsilmişdir.
Nəzərdə tutulmuş tutulan borunun
ölçüsündən asılı olaraq tutqac ya sanqa (bəzən
onu pafta tipli səbətli tutqac adlandırırlar) tipli
olur və nisbətən kiçik diametr ölçülü borular
üçün tətbiq edilir və ya spiral tipli nisbətən böyük
diametr ölçülü borular üçün tətbiq edilir.
Komplektləşdirilən overşot tutqacının tipi qəzalı kəmərin ölçüsündən
asılıdır. Bəzən spiral tutqac zəif və kövrək detal təsiri bağışlayır və buna görə
onun davamlığı çoxlarında şübhə yaradır. Təcrübədə spiral tutqac daha davamlı
birləşməni təmin edir, belə ki, o daha çevikdir və gövdənin konus səthi üzrə
yüklənməni bərabər ölçüdə paylayır. Qeyd etmək lazımdır ki, overşotla
işləmədə uğursuzluqların əksəriyyəti həddən artıq yüklənmədə baş verir,
nəticədə overşotun gövdəsi şişir və ya bir hissə parçalanır.
Konus səthdə tutqacın yerdəyişmə xarakteri quyruqlu və ya şponkalı
silindrik məhdudlaşdırıcı halqa ilə təyin edilir. Bu məhdudlaşdırıcı halqa
tutqacla ilişməyə daxil olmaqla onun yerində fırlanmasına mane olur və yalnız

69
yuxarı və aşağı yerdəyişməsinə imkan verir. Konus səth üzrə aşağıya hərəkətdə
tutqac diametr üzrə azalır və tutulan kəmərin dartılmasının artması halında
onun daxilində olan borunu daha güclü sıxır.
Konstruksiyada, pərçimlənmiş kəmər daxilindən yumanın
aparılmasına imkan verən overşot gövdəsilə boru arası fəzanın kipləşdirilməsi
üçün kipləşdirici qovşaq və ya pakerin mövcudluğu nəzərdə tutula bilər. Bu,
adətən pərçimin ləğvinə kömək etmiş olur.
Əgər çıxarılması nəzərdə tutulan kəməri, borunun mufta və ya
birləşdirici sonluğundan tutma planlaşdırılırsa, təsbitedici (stopor) tərtibatlara
xüsusi diqqət yetirilməlidir. Belə ki, təsbitedici tərtibat mufta və ya birləşdirici
sonluğun tutqacın yiv formalı dişləri olan hissəsi bərabərində yerləşməsini
təmin edir. Əgər tutqac aşağıda yerləşmiş olarsa, overşot sərbəst fırlanacaq və
onu birləşmədən azad etmək mümkün olmayacaqdır. Overşotun lazımi yerdə
olması üçün, müxtəlif konstruksiyalı təsbitedici tərtibatlar tətbiq edilir. Bəzən
onlar qalındivarlı halqa şəklində hazırlanır və gövdə daxilində tutqac üzərində
quraşdırılır və ya yay təsirli pakerli kipləşdirici qovşaqla birgə və ya tutqacın
yuxarı hissəsində dayaqlı çiyinlər şəklində ola bilir.
Sanqalı tutqac və həlqəvi frezer-məhdudlaşdırıcı ilə təchiz edilmiş
overşotu, əgər əndazə ölçüləri tutqaca uyğun gələrsə qazma kəmərinin
çıxarılması üçün tətbiq edilməlidir. Çıxarılan borunun üst sonluğunun ilişgili
və hasmarlılığının digər pozuntuları vəziyyətində olması nadir hal deyil. Bu
halda tutqac daxilində yerləşməsinə imkan verən ölçüyə kimi sonluq həlqəvi
frezerlə işlənilir.
Əgər boru kumulyativ borukəsənlə “atılmışsa” və ya digər üsulla
ayrılmaqla onun xeyli zədələnməsinə səbəb olmuşsa, overşot gövdəsi altında
uzunlaşdırıcı ilə frezer və ya istiqamətləndirici qıfla frezer quraşdırmaqla
tutqacın normal yerləşməsinə heç bir maneə olmayan yerinə kimi boru işlənilir.
Bu əməliyyat əlavə endirmə-qaldırmanı tələb etmir. Bu uzunlaşdırıcı və qıflar
daxildən volfram-karbidilə armirələşdirilir və borunu lazım olan ölçüyə kimi
emal etmək üçün metalın xeyli üyüdülməsi-kəsilməsinə malikdirlər (Şəkil
V.61).
Overşot üzərində adətən boruarxası fəzanın işlənməsində istifadə
edilən uzunlaşdırıcı kimi daha böyük diametrli boru yerləşdirilərsə, çıxarılan
borunun sonluğundan aşağıdakı muftadan tutmaq olar.
Sonluğun xeyli zədələnmiş mufta və ya birləşmə sonluğundan
(yivdən) ibarət olması nəticəsində onların etibarlı tutulması mümkün
olmadıqda bu cür quruluş tövsiyə edilir.
Uca yaxın məsafədə tutan (Şəkil V.62) overşotlar məhdud tip-ölçülü
sayda istehsal edillr. Bu overşotların istifadəsi o hal üçün nəzərdə tutulmuşdur
ki, borunun tutma üçün yararlı olan sahəsi çox qısa olması ilə adi overşotlarla
onun tutulması mümkün olmur. Uca yaxın məsafədə tutan overşotlarda tutqac

70
adətən gövdənin alt hissəsindən 25 mm məsafədə yerləşir.

Şək.V.61. Frezləyici oymaqlı uzunlaşdırıcı: 1 –


frezer üzərində boru-uzunlaşdırıcı; 2 – istiqamətləndirici
qıf; 3 – taxma frezer.

Overşotlar da digər tutucu alətlər kimi sağ və sol


istiqamətli icrada hazırlanır.
Tutma işində, endirmə ilə qəza sonluğunun
təyinində tutucu kəməri böyük olmayan dövrlər sayında
fırladılması tövsiyə edilir. Bu halda tutma zonasında
quyunun yuyulması üçün nasosu işə salmaqla onun vurğu
xəttindəki
təzyiqin yüksəlməsilə borunun overşota daxil olması
momenti təsbit edilir. Bundan sonra nasosun saxlanılmalıdır,
belə ki, əks təsirli maye seli sonluğun overşota daxil
olmasını çətinləşdirə bilər.

Şək.V.62. Uca yaxın məsafədə


tutan overşot:
1 – üst keçirici; 2 – məhdudlaşdırıcı halqa;
3 – daxili konik gövdə; 4 – tutqac.

Yasla birgə işlənilməsi (bu quruluşda endirilmiş)


nəzərdə tutulduqda borunun tutulmasında daha etibarlı
kontaktın təmin edilməsi üçün, yüngül zərbələrdən
başlamaqla onun qüvvəsini tədricən artırmaq lazımdır. Əgər
əvvəldən sərt güclü zərbələrdən başlanarsa, tutqacın tuttucu
dişlərinin kütləşməsilə alət pərçimdən azad ola (“buraxa”) bilər.
Pərçimlənmiş boruları tutmadan və laxladılmasından sonra açma əməliyyatı
uğursuz olarsa, alətin azad edilməsi xarici borututanlarların azad edilməsi üçün
təsvir edilmiş metodikadan demək olar ki, fərqlənmir. Bunun üçün tutucu
kəmərin kütləsinin müəyyən hissəsini overşota ötürməklə, yəni alətin
oturdulması ilə nail olunur. Buna görə həmçinin overşot üzərində endirilmiş
yasdan istifadə edilir. Alətin aşağıya oturdulmasından sonra overşot sağa (sağ
alət üçün, sola sol alət üçün) fırladılır və boru ilə ilişmədən azad olmuş
overşotun qaldırılmasına başlanılır.

71
V.10.4.1. OB və OBT tipli azadolunan overşotlar

OB və OBT tipli azadolunan overşotlar konstruksiyasına görə gövdə,


istiqamətləndirici qıf, keçirici, spiral və sanqalı tutqaclar daxil olan dəyişilən
elementlər dəstindən və spiral və sanqalı tutqaclara uyğun istiqamətləndiricidən
ibarətdir (Şəkil V.63).
Üst sonluğu –başlığı tətbiq edilən tip-ölçülü overşot üçün maksimal
diametrə malik olan kəmərlərin çıxarılmasında spiral tutqac, digər hallarda
sanqalı tutqac istifadə edilir.

Şək.V.63. OB və OBT tipli overşot: 1 – keçirici; 2 – gövdə; 3 –


sanqalı tutqac; 4 – sanqalı tutqacın istiqamətləndiricisi; 5 – qıf; 6 – “A” tipli
paker; 7 – spiral tutqac; 8 – spiral tutqacın istiqamətləndiricisi.; 9 – standart
istiqamətləndirici; 10 – frezerləyici istiqamətləndirici; 11 – bərk xəlitə ilə
armiləşdirilmiş frezerləyici istiqamətləndirici.
72
Sanqalı tutqaclar tutulan obyektin ilişgə və müxtəlif çöküntülərdən
təmizlənməsinə imkan verən frezləyici istiqamətləndirici (Şəkil V.69. poz. 10,
11) ilə tətbiq edilə bilər.
Overşot – çıxarılan kəmər birləşməsinin hermetikləşdirilməsi tələb
olunduqda kipləşdirici manjetli pakerin quraşdırılması imkanı nəzərdə
tutulmuşdur: spiral tutqacın quraşdırılmçasında “A” tipli, sanqalı tutqacın
quraşdırılmçasında “P” tipli halqa ilə birgə. Frezləyici istiqamətləndirici və
pakerlərin tip-ölçüləri tətbiq edilən tutqacın tip-ölçüsünə uyğun olmalıdır.
Overşotlar əlavə olaraq aşağıdakılar ilə dəstləşdirilə bilər:
- qəzalı kəmərin üst sonluğundan əhəmiyyətli dərəcədə aşağıdan tutma
üçün gövdə və keçirici arasında quraşdırılan uzunlaşdırıcı ilə;
- tutma işlərində quyunun və ya kəmərin daxili diametri overşotun xarici
diametrindən xeyli böyük olan halda tətbiq edilən böyüdülmüş
diametrli istiqamətləndirici qıf ilə;
- sanqalı tutqac üçün bərk xəlitə ilə armirələşdirilmiş və ya
yüksəkdavamlı sementasiya qatı aşılanmış poladdan frezerləyici
istiqamətləndirici ilə;
- mufta və ya qazma qıfılından tutmada tətbiq edilən məhdudlaşdırıcı
halqalar ilə;
- üst hissəsinin yan səthidəki çıxıntı ilə tutma uzunluğunu
məhdudlaşdıran sanqalı tutqac ilə.
Kiçik diametrli OB və OBT tipli azadolunan overşotların əsas
parametrləri cədvəl V.64-də göstərilmişdir.
Xarici diametri 90 mm-dən 298 mm-ə kimi olan OB və OBT tipli
azadolunan overşotların əsas parametrləri cədvəl V.65-də göstərilmişdir.

Cədvəl V.64.

Tip-ölçünün şifri OB-82 OB-83 OB-86 OBT-89


Overşotun xarici 82 82,6 85,7 88,9
diametri, mm
Yükqaldırma, kN 490 800 800 800
Nominal ölçüsü:
spiral tutqac, mm 65,9 60,3 63,5 60,3
sanqalı tutqac, mm 54,0 47,6 50,8 47,6
Birləşdirici yiv Z-44 Z-44 Z-44 Z-44

73
V.10.4.2. Uca yaxın məsafədə tutan OK və OKT tipli azadolunan
overşotlar

OK və OKT tipli azadolunan overşotlar konstruksiyasına görə gövdə,


keçirici, tutulan obyektə uyğun müxtəlif diametrli dəyişilən sanqalı tutqaclar və
və istiqamətləndiricisi dəstindən ibarətdir (Şəkil V.64).
Gövdə elə hazırlanır ki, sanqalı tutqac overşotun aşağı sonluğuna
mümkün qədər yaxın yerləşmiş olsun, bununlada tutma üçün yararlı olan qısa
sahəli (uzunluqlu) kəmər elementlərinin çıxarılması mümkünlüyü təmin edilir.
OK və OKT tipli azadolunan overşotla tutma işi, digər overşotlarla
tutma işindən fərqlənmir.
Qeyd etmək lazımdır ki, sanqalı tutqacların işçi diapazonu nominal
ölçüyə nəzərən +0,8... -3 mm təşkil edir.
Xarici diametri 59 mm-dən 146 mm-ə
kimi olan OK və OKT tipli azadolunan
overşotların əsas parametrləri cədvəl
V.66-da göstərilmişdir.

Şək.V.64. Uca yaxın məsafədə tutan OK və


OKT tipli azadolunan overşot:
1 – keçirici; 2 – gövdə; 3 – sanqalı tutqacın
istiqamətləndiricisi; 4 – sanqalı tutqac.

OBT tipli azadolunan overşotun OB tipli


azadolunan overşotdan və OKT tipli
azadolunan overşotun OK tipli azadolunan
overşotdan fərqi, onun gövdəsinin divarının
qalınlığının artırılmasının nəticəsi olaraq
yükqaldırma qabiliyyətinin daha yüksək
olmasından ibarətdir. Cədvəl V.65. və cədvəl V.66-dan göründüyü kimi
gövdəsinin divarının qalınlığının artırılması hesabına, OBT tipli overşotların
spiral və sanqalı tutqaclarının OB tipli overşotların spiral və sanqalı
tutqaclarının nominal ölçü qiymətləri ilə müqayisədə azlıq təşkil edir, həmçinin
OKT tipli azadolunan overşotların sanqalı tutqacının OK tipli azadolunan
overşotların sanqalı tutqacının nominal ölçü qiymətləri ilə müqayisədə azlıq
təşkil edir.

74
Cədvəl V.65.

Tip-ölçünün şifri OB-90 OBT-90 OB-95 OBT-95 OB-114 OBT-114 OB-118 OBT-118 OB-119 OBT-119
Overşotun xarici 90,5 90,5 95,5 95,5 114,6 114,6 117,6 117,6 119,5 119,5
diametri, mm
Yükqaldırma, kN 600 1000 600 1000 960 1640 1080 1700 1030 1500
Nominal ölçüsü:
spiral tutqac, mm 73 69,8 76,2 73 92,9 85,7 95,2 88,9 96,8 92,1
sanqalı tutqac, mm 60,3 60,3 65,9 60,3 82,5 73 85,7 79,4 85,7 82,5
Birləşdirici yiv Z-73 Z-73 Z-73 Z-73 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76

Cədvəl V.65. ardı

Tip-ölçünün şifri OB-122 OBT-122 OBC-124 OBO-124 OB-124 OBT-124 OB-130 OBT-130 OB-140 OBT-140
Overşotun xarici 122,2 122,2 124,4 124,1 124,1 124,1 130,4 130,4 140 140
diametri, mm
Yükqaldırma, kN 1210 1780 500 600 1060 1730 1110 2160 1210 1970
Nominal ölçüsü:
spiral tutqac, mm 98,4 92,9 103,3 100,8 101,6 95,2 108 101,6 117,5 111,1
sanqalı tutqac, mm 88,9 82,5 88,9 92,1 92,1 85,7 98,4 92,1 101,6 95,2
Birləşdirici yiv Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76

75
Cədvəl V.65. ardı

Tip-ölçünün şifri OB-146 OBT-146 OB-156 OBT-156 OB-168 OBT-168 OB-175 OBT-175 OB-188 OBT-188
Overşotun xarici 146 146 156 156 168,6 168,6 175 175 187,6 187,6
diametri, mm
Yükqaldırma, kN 1300 2000 1760 2200 2120 3000 2450 3250 2240 3620
Nominal ölçüsü:
spiral tutqac, mm 122,2 117,5 130,2 122,2 141,3 130,2 146,1 136,5 158,8 146,1
sanqalı tutqac, mm 110 98,4 114,3 104,8 125,4 111,1 127 117,5 141,3 127
Birləşdirici yiv Z-88 Z-88 Z-88 Z-88 Z-88 Z-88 Z-133 Z-133 Z-133 Z-133

Cədvəl V.65. ardı

Tip-ölçünün şifri OB-194 OBT-194 OB-206 OBT-206 OB-220 OBT-220 OBT-267 OBT-298
Overşotun xarici 194 194 206,4 206,4 219,6 219,6 267 298,5
diametri, mm
Yükqaldırma, kN 2500 3800 2900 4500 3200 5000 5000 5000
Nominal ölçüsü:
spiral tutqac, mm 165,1 152,4 177,8 165,1 190,5 177,8 225,4 257,2
sanqalı tutqac, mm 149,2 133,4 163 146,1 174,6 158,8 206,4 238,1
Birləşdirici yiv Z-147 Z-147 Z-147 Z-147 Z-147 Z-147 Z-147 Z-147

76
Cədvəl V.66.
Tip-ölçünün şifri OK-59 OKT-59 OK-92 OKT-92 OK-95 OKT-95 OK-105 OKT-105 OK-111 OKT-111
Overşotun xarici 58,7 58,7 92,1 92,1 95,5 95,5 104,5 104,8 111,5 111,5
diametri, mm
Yükqaldırma, kN 450 650 750 950 800 1100 900 1200 950 1130
Sanqalı tutqacın
nominal ölçüsünün 28,5 25,0 60,3 57,1 65,9 60,3 73,0 69,8 81,0 73,0
maksimal qiyməti, mm
Birləşdirici yiv Z-44 Z-44 Z-73 Z-73 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76

Cədvəl V.66. ardı


Tip-ölçünün şifri OK-118 OKT-118 OK-119 OKT-119 OK-122 OKT-122 OK-124 OKT-124
Overşotun xarici 117,5 117,5 119,5 119,5 122,2 122,2 123,8 123,8
diametri, mm
Yükqaldırma, kN 1000 1400 960 1400 1100 1600 1000 1600
Sanqalı tutqacın
nominal ölçüsünün 85,7 79,4 88,9 82,5 88,9 85,7 92,1 85,7
maksimal qiyməti, mm
Birləşdirici yiv Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76 Z-76

Cədvəl V.66. ardı


Tip-ölçünün şifri OK-130 OKT-130 OK-140 OKT-140 OK-143 OKT-143 OK-146 OKT-146
Overşotun xarici 130,5 130,5 140 140 143 143 146 146
diametri, mm
Yükqaldırma, kN 1000 1900 1000 2000 1100 2000 1100 2000
Sanqalı tutqacın
nominal ölçüsünün 96,8 85,7 104,8 95,2 109,0 103,3 112,7 106,8
maksimal qiyməti, mm
Birləşdirici yiv Z-76 Z-76 Z-76 Z-76 Z-88 Z-88 Z-88 Z-88

77
V.10.5. Qoruyucu borular üçün azadolunan daxili borututanlar.
TBO tipli azadolunan daxili borututan

TBO tipli azadolunan daxili borututan (Şəkil V.65) qoruyucu və daxili


bərabər keçidi 140 mm və daha böyük diametrli qazma borularının quyudan
çıxarılması üçün təyin edilmişdir.

Şək.V.65. Qoruyucu borular üçün TBO tipli


azadolunan daxili borututan:
1 – keçirici; 2 – qayka; 3, 6 – şponkalar;
4 – gövdə; 5 – sanqa; 7 – hərəkətli konus;
8 – rezin kipləşdirici; 9 – ucluq.

Mexaniki təsirli olan bu borututan


gövdə, şponkalar üzrə gövdə üzərində hərəkət
edən konus, qayka, konus və qayka üzərində
hərəkətli tutucu element sanqa, endirilən qazma
borularının bağlanması üçün gövdənin üst
hissəsində yerləşmiş keçirici, aşağı hissəsində
yerləşmiş rezin manjet və gövdənin alt
sonluğunda yerləşmiş ucluqdan ibarətdir. Yuma
məhlulunun dövr etdirilməsi üçün, borututan
yuma kanalı ilə təchiz edilmişdir.
Tutucu sanqa 5 uzununa bir neçə
kəsiyi olan halqa şəklində yerinə yetirilir. Bu,
sanqanın sonluqlarına radial istiqamətdə
deformasiya olunmasına və boruya daxil
olmada xarici diametrinin azalmasına imkan
verir. Sanqanın aşağı hissəsi konusluğu 7 0 olan
daxili konik səthə malikdir. Tutucu sanqanın
xarici diametri tutulan borunun daxili diametrindən 1-5 mm böyükdür.
Hərəkətli konus 7, gövdədə 4 uzununa boyu hərəkət etməklə rezin
kipləşdiricini 8 sıxa bilir.

78
Borututanı quyuya endirməzdən əvvəl quyuağzında hazırlıq işi aparılır
– yivin və kipləşdiricinin vəziyyəti, sanqa 5 ilə qaykanın 2 birgə hərəkəti,
gövdənin uzunluğu boyu konusun 7 sərbəst hərəkəti yoxlanılır. Bundan sonra
qayka 2 keçiriciyə 1 dayaqlanana kimi qaldırılır (yerləşdirilir), sanqanın 5 elə
yerdəyişilməsi edilir ki, onun sonluqları hərəkətli konusun yuxarı sonluğu
bərabərində yerləşmiş olsun və onlar arası araməsafə, tutulan borunun daxili
diametri ilə hərəkətli konusun xarici diametri arası fərqin yarısından 3 – 5 mm
artıq olsun.
Bu borututanla tutma işi aşağıdakı ardıcıllıqla aparılır: alət tutulan
boruların üzərinə endirildikdən və maye dövranını bərpa olunduqdan sonra,
yuma ilə boruya daxil edilir, dövretmə saxlanılır. İsiqamətləndirici ucluğun 9
sonluğunun konusluğu hesabına borututanın borunun daxilinə maneəsiz
keçməsi təmin edilir. Endirmənin davam etdirilməsilə keçirici 1 aşağı sonluğu
ilə sanqa 5 ilə sərt birləşmiş qaykaya 2 dirənərək, onu tutma yerinə itələyir.
Borututanın qaldırılması ilə hərəkətli konus 7 rezin kipləşdiriciyə 8
dayaqlanaraq onu sıxmaqla həlqəvi fəzanı hermetikləşdirir və halda etibarlı
tutma ilə sanqanı pərçimləyir. Maye dövranını bərpa edilir və quyuda qalmış
boruların qaldırılmasına başlanılır.
Əgər qəzalı boruları laxlatma ilə azad etmək mümkün olmursa, borututan
aşağıdakı qaydada azad edilir: qazma kəməri öz çəkisindən 50 -100 kN qüvvə
ilə yüklənir (oturdulur) və sağa 20-30 dövr fırladılır və qaldırılır.
TBO tipli azadolunan daxili borututanların texniki xarakteriskası cədvəl
V.67-də göstərilmişdir.
Cədvəl III.67.

Tutulan Ölçüləri, Yükqaldırma,


borunun Birləş- mm kN İşçi Kütlə,
Şifr xarici dirici D L işçi Sınan- təzyiq, kq
diametri, yiv ma MPa
mm
TBO-146 146 Z-101 134 1174 1000 1250 20 90
TBO-194 194 Z-133 182 1377 2000 2500 20 154
TBO-219 219 Z-133 210 1452 2000 2500 16 190
TBO-245 245 Z-147 234 1500 2000 2500 12 245
TBO-273 273 Z-147 260 1490 2000 2500 12 342
TBO-299 299 Z-147 285 1713 2000 2500 12 434
TBO-324 324 Z-147 310 1835 2000 2500 10 390

79
V.10.6. Ştanqtutanlar

V.10.6.1. LŞPM2 (ЛШПМ2) tipli ştanq tutucuları

Bu tutucular (Şəkil V.66), nasos-kompressor borularının içində olan ştanqları


tutmaq üçün təyin edilmişdir. Tutucunun gövdəsinin 2 aşağı hissəsinə stakan 5
yivlə bağlanmışdır. Bundan başqa gövdəyə şarnirli birləşmə ilə çəngəl 4, arxa
hissədən isə plastinkalı yay 3 bərkidilmişdir. Gövdənin üst hissəsinə ucluq 1
qaynaq edilmişdir. Tutucu quyuya nasos ştanqları kəməri ilə endirilir.
Cədvəl V.68-də LŞPM2 (ЛШПМ2) tipli ştanqtutanın texniki
xarakteriskası göstərilmişdir.
Bu tutucuların çatışmamazlığı, onların yükqaldırma qüvvəsinin və
etibarlığının aşağı göstəricili olması, universal olmaması ( yalnız ştanq
başlığını tutur) və 60,3 mm-lik NKB-də ştanqları tutmaq üçün tətbiq edilməsi
mümkünsüzlüyüdür.

Şək.V.66. LŞPM2 tipli ştanqtutan.

Cədvəl V.68.
Tutulan NKB kəmərinin
Yükqaldırma Əsas ölçülər, mm Kütlə,
Tutucu ştanqların şərti şərti diametri,
qüvvəsi, kN D L kq
diametri, mm mm
LŞPM2-73 16; 19 73 40 56 1820 7
LŞPM2-89 16; 19; 22 89 55 68 1950 12
LŞPM2-114 22; 25 114 90 93 2000 18

80
V.10.6.2. LKŞ-114 (ЛKШ-114) tipli kombinəedilmiş boru və ştanq
tutucusu
Dərinlik nasosları ilə istismar edilən quyularda ştanq və
boruların quyudibinə düşməsi heç də nadir hal deyil. Belə
qəzaların ləğvində mürəkkəbləşmə, açma ilə hissə-hissə boru
və ya ştanqların çıxarılmasında hər dəfə üstdə hansı qəzalı
obyektin yerləşməsinin təyin edilməsində yaranan çətinliklə
əlaqədar lazım olan alətin endirilməsindən ibarətdir.
LKŞ-114 kombinəedilmiş tutucunun tətbiqi, quyudakı qəzalı
obyektin ştanq və ya boru olmasından asılı olmayaraq, ayrı-
ayrılıqda və ya birgə tutmasına imkan verir (Şəkil V.67).

Şək.V.67. LKŞ-114 tipli kombinəedilmiş boru və ştanq


tutucusu
LKŞ-114 kombinəedilmiş tutucu, istismar kəmərində nasos
ştanqlarının gövdə və ya muftasını, həmçinin deformasiyaya
uğramamış 48,3 mm-lik NKB-ləri tutub tam və ya hissə-hissə
çıxarılması üçün təyin edilmişdir. Tutucunun gövdəsinin 4
üst hissəsinə uzunlaşdırıcı 1, alt hissəsinə isə qıf 9
bərkidilmişdir. Gövdənin daxilində üst və alt hissələrində
onun uzunluğu boyu “qaranquş quyruğu” konik kəsik profilli
çıxıntı - pazlar yerləşmişdir, hansı ki, üstdəkində ştanqın gövdəsindən tutmaq
üçün paftalar 5, altdakında isə ştanqın muftasından tutmaq üçün paftalar 8
yerləşmişdir. Paftalar xüsusi paftatutucuların 2, 7 və yayın 3 köməkliyi ilə
gövdədə şaquli istiqamətdə sinxron yerdəyişmə edirlər. Paftatutucular öz
aralarında vintlərlə 6 bərkidilmişdir.
Tutucu sol qazma boru kəməri ilə quyuya endirilir.
Cədvəl V.69-da LKŞ-114 kombinəedilmiş tutucunun texniki
xarakteriskası göstərilmişdir.
Cədvəl V.69.
Tutulan kəmərin şərti diametri, mm:
Nasos ştanqları:
Gövdəsindən 16; 19; 22
Muftasından 38; 42; 46
Boru:
Gövdəsindən B33; B42; 48
Muftasından B33
İstismar kəmərinin şərti diametri, mm 114-168
Yükqaldırma qüvvəsi, kN 240
Tutucunun kütləsi, kq 24,5
81
Tutucu ilə işləmə qaydası aşağıdakı kimidir. Quyunu tədqiq etməklə
qəzalı obyektin sonluğu və vəziyyəti təyin edilir. Kombinəedilmiş tutucunu
qəzalı ştanq və ya borunun sonluğu üzərinə endirilir, qazma borularını kiçik
sürətlə fırladıb aşağı endirməklə qəzalı ştanq və boru tutucuya daxil olur. HÇİ-
yə nəzarət edib azacıq qaldırılmaqla tutma işi aparılır. Laxlatma və ya açma ilə
ştanq və borular quyudan çıxarılır.

V.6.3. LKŞT-168 (ЛKШT-168) tipli kombinəedilmiş tutucu

LKŞT-168 kombinəedilmiş tutucu, istismar kəmərində quyudakı


ştanq (tək və ya bir neçə cərgə-yanaşı yerləşmiş) gövdəsindən və ya
muftasından, həmçinin 73 mm-ə kimi nasos-kompressor borularını tutub
çıxarılması üçün təyin edilmişdir.
LKŞT-168 kombinəedilmiş tutucu (Şəkil V.68) bir-birləri ilə yivlə
bağlanmış dörd gövdədən ibarətdir. Gövdədə 1 klapan 4, yayı 2 sıxmaqla
yuxarı (açılma) vəziyyətinə çevirilə bilən və ilkin (əvvəlki) vəziyyətə qayıda
bilən paftalar 3 yerləşmişdir. Üst 7, orta 10 və alt 15 gövdələr konstruksiyasına
görə bir-birlərindən fərqlənmirlər. Hər gövdəyə 8, 13, 17 üç pafta geydirilir.
Paftaların üz tərəfində (səthində) dişləri, arxa tərəfində uzunluğu boyu
“qaranquş quyruğu” konik kəsik profilli daxilə girintisi var və bu paftalar
gövdədəki uyğun pazlara geydirilir. Yayların 5, 11 və 14 yönəldilməsinə
xidmət edən stakanlar 6, 12 və 16 paftaların üstündə yerləşdirilmişdir.
Aşağı gövdəyə xüsusi qıf 18 birləşdirilir. Üst, orta və alt gövdələr
nipellə 9 birləşir. Tutucu sol qazma boru kəməri ilə quyuya endirilir.
Cədvəl V.70-da LKŞT-168 kombinəedilmiş tutucunun texniki
xarakteriskası göstərilmişdir.
Cədvəl V.70.
Tutulan kəmərin şərti diametri, mm:
Nasos ştanqları:
Gövdəsindən 16; 19; 22; 25
Muftasından 38; 42; 46; 55
Boru:
Gövdəsindən 33-73
Muftasından 48-73
Qalınlaşmış sonluqlu boruların
48-73
muftasından
İstismar kəmərinin şərti diametri, mm: 168-273
Yükqaldırma qüvvəsi, kN 470
Tutucunun kütləsi, kq 128

82
Şək.V.68. LKŞT-168 tipli kombinəedilmiş boru
və ştanq tutucusu.

Tutucu ilə işləmə qaydası aşağıdakı


kimidir. Kombinəedilmiş tutcunu qəzalı ştanq
sonluğundan 2-3 m aşağı endirilir, sonra kiçik
sürətlə fırladaraq aşağı endirmə davam etdirilir.
Alt, orta, üst gövdələrindən keçməklə tutucuya
daxil olan ştanq (tək) sonluğu klapana girməklə,
paftaları çevirir və alət üzərində olan boruların
içinə daxil olur. Tutucunu qaldırma zamanı
ştanqlar gövdədə və ya bir neçə gövdədəki
paftalarla tutulur.

V.6.4. ŞK (ШK) tipli kombinəedilmiş


ştanqtutucu

ŞK kombinəedilmiş ştanqtutucu, 60, 73,


89 mm nasos-kompressor boruları kəmərində
bütün ölçülü ştanqların gövdəsindən və ya
muftasından tutub çıxarılması üçün təyin
edilmişdir. Kombinəedilmiş ştanqtutucu (Şəkil
V.69) üst 1, alt 2 gövdə, çəngəl 3, keçirici 4,
paftalar 5, üst yay 6, alt yay 7, sanqa 8 və
yönəldici vintdən 9 ibarətdir.
Üst gövdənin yuxarı sonluğunda daxili,
alt gövdənin aşağı sonluğunda xarici silindrik
yiv kəsilmişdir. Üst gövdənin yuxarı sonluğuna
keçirici 4, aşağı sonluğuna alt gövdə 2 birləşir.
Dəyişkən en kəsikli, nazikdivarlı, içi boş silindr olan alt gövdə 2 bir-
birinə qaynaq edilmiş iki hissədən ibarətdir. Gövdənin 2 aşağı olan hissəsinin
divarında üç pəncərə açılmış, pəncərənin üst hissəsindən bir az yuxarıda,
gövdənin daxili diametri artırılmış və bununlada burt yaradılmışdır. Pəncərənin
oxuna nəzərən burt üzərində həmin pəncərənin eninə uyğun üç paz yerinə
yetirilmişdir və bu pazlarda sanqanın 8 qanadları gizlənməklə, yəni səthdən
xaricə çıxmamaq şərtilə yerləşmişdir. Alt gövdənin yuxarı hissəsində, divarının
bir tərəfində uzununa skvoznoy ensiz bayanetli paz E kəsiyi ilə yerinə

83
yetirilmişdir ki, bura yönəldici vint 9 başlığı daxil olur. Alt gövdənin yuxarı
sonluğunun daxilində silindrik yiv vardır.
Üst gövdəyə 1 ikiqanadlı çəngəl 3 geydirilir. Bu çəngəlin en
kəsiyindəki “qaranquş quyruğu” konik kəsik profilli çıxıntıya, arxa səthində bu
çıxıntıya müvafiq pazı olan paftalar 5 geydirilir. Silindrik formalı paftanın üz
səthində (tərəfində) vintvari dişlər kəsilmişdir. Paftalar üzərində üst yayın 6
təsir qüvvəsilə paftalar ən aşağı son nöqtə vəziyyətində yerləşir.
Pilləli formalı keçirici 4, aşağı sonluğunda olan silindrik yivlə üst
gövdəyə 1 bağlanır. Tutucunu endirilən nasos ştanqları ilə birləşdirilməsi üçün,
keçiricinin yuxarı sonluğunda nasos ştanqı yivi kəsilmişdir. Tutucunun nasos-
kompressor boruları daxilinə endirilib-qaldırılmasında mayenin çıxışını təmin
edilməsi üçün, keçiricinin aşağı hissəsinin daxilində pilləli yonulmuş kəsikdə
yan dəliyi vardır. Sanqa 8 içi boş konik gövdəyə malikdir. Üst hissəsinin
silindrik sahəsində, tutulan ştanq gövdəsinin keçilməsini təmin edən skvoznoy
dəliyi olan burt nəzərdə tutulmuşdur. Vint 9 bağlanması üçün, burtun yan
tərəfində dəlik açılmış və yiv kəsilmişdir.

Şək.V.69. ŞK kombinəedilmiş ştanqtutucu


Sanqanın alt hissəsinin konik səthində kəsmə ilə bölünmə edilməklə,
bir-birilərindən çevrə üzrə bərabər məsafədə dayanan üç qanad yaranmışdır.
84
Tutma işi əməliyyatı zamanı ştanq muftlarının tutulmasını təmin edilməsi üçün,
qanadların daxili tərəfinin aşağı sonluğunda daxilə çıxıntılı səthlər (bobışka)
vardır.
Sanqa alt gövdəyə 2, kənarlarını xaricdən daxilə sıxıb yığmaqla
geydirilir. Sanqanın qanadları gövdə divarında olan pəncərəyə çatanda,
qanadlar elastiklikliyi (upruqost) hesabına sıxılaraq pəncərəyə daxil olub onun
içində təsbit edilirlər (gizlənirlər). Sanqanı ən aşağı son nöqtə vəziyyətində
saxlanılması üçün onun üzərində alt yay 7 quraşdırılır.

Ştanqtutucuların tətbiqilə tutma işlərinin aparılması metodikası

Ştanqtutucunu quyuya endirməzdən əvvəl, tutulan ştanqın ölçüsünə


uyğun sanqa seçilməli və yığılandan sonra onun səlis yerdəyişməsi
yoxlanılmalıdır.Tutucu ilə işləmə qaydası aşağıdakı ardıcıllıqla aparılır.
Tutucunu ştanq kəmərinin aşağı sonluğuna bağlayıb, qəzalı ştanq
sonluğu üzərinə endirərək, ehmalca tutucuya daxil edilir. Tutulması üçün alət
azacıq qaldırılır. Cihazda yüklənmənin artması tutma işinin alınmasının
göstəricisidir. Qəzalı ştanq kəməri tutucunun yükqaldırma qabiliyyəti həddində
laxladılır və qəzalı borular qaldırılır.
Tutulmuş ştanq quyudan qaldırılandan sonra, tutucu quyuağzında
aşağıdakı qaydada azad edilir:
Əgər tutulan qırılmış ştanq gövdəsidirsə, keçirici 4 açılır, üst gövdədəki
1 üst yay 6 çıxarılır. Ştanqtutucunu yerdəyişmədən saxlayıb ştanq sonluğu
ucluğuna zərbələr endirməklə paftaları pərçimdən boşaldıb çəngəl 3 ilə üst
gövdənin yuxarısından çıxarılır və azad olmuş ştanqı alt gövdənin 2 aşağı
sonluğundan çıxarılır (Şəkil V.61).
Əgər tutulan ştanq muftasıdırsa (başlığı), ştanqtutucunu yerdəyişmədən
saxlayıb yönəldici vint 9 bayanetli pazın qısa tərəfindən çıxana kimi ştanqı
hərəkət edirlər. Ştanqı sağa fırladıb, onu alt gövdənin aşağı sonluğundan
çıxarılır.
Ştanqtutucunun sökülüb-yığılması təmir emalatxanasında aşağıdakı
ardıcıllıqla aparılır.
Sökülməsi: keçirici 4 açılıb çıxarılır; üst gövdədən 1 üst yay 6 çıxarılır;
paftalar 5 çəngəl 3 ilə birgə çıxarılır; çəngəl qanadlarındakı paftalar çıxarılır;
üst gövdə açılıb çıxarılır; alt gövdədən 2 alt yay 7 çıxarılır; yönəldici vint 9
açılıb çıxarılır; sanqa 8 alt gövdədən 2 çıxarılır.
Əks qaydada əməliyyat aparmaqla ştanqtutucu yığılır.
Sanqanın alt gövdə ilə yığılmasına xüsusi diqqət yetirilməlidir. Bunun
üçün alt gövdəyə 2 seçilmiş ölçülü sanqa aşağıdan elə yerləşdirilməlidir ki,
onun qanadları alt gövdəki pəncərələrə əks tərəfdə və yönəldici vint üçün

85
dəlik bayanetli paz kəsiyi bərabərində olsun. Bundan sonra vint 9 bağlanır; alt
yay 7 qoyulur və alt gövdə 2 üst gövdəyə 1 bağlanır.
Ştanqtutucunun yığılmasında ştanq açarlarından istifadə edilməsi
vacibdir.
Cədvəl V.71-də ştanqtutucuların xarakterik nasazlıqları və onların
aradan qaldırılması metodları göstərilmişdir. Cədvəl V.72-də ŞK tipli
ştanqtutanların əsas parametrləri və ölçüləri göstərilmişdir.
Cədvəl V.71.

Nasazlıq Səbəb Aradan qaldırma metodları


Paftaların səthlərinin çirklə
Pafta dişləri təmizlənməli
Pis tutma- ilişmə tutulması Pafta dişlərinin
Dəyişilməli
yeyilməsi, didilməsi
Dartılmada tutulmuş mufta Sanqa tutulan obyektə uyğun
Sanqa dəyişilməli
(başlıq) ilişmədən çıxır deyil
Üst gövdədə tutma
Çəngəlin qanadları sınıb Çəngəli dəyişilməli
birtərəflidir
Ştanqın gövdəsi üst
Çəngəl əyilmişdir Çəngəli dəyişilməli
gövdəyə daxil olmur

Cədvəl V.72.

Parametr ŞK 47-19 ŞK 57-22 ŞK 69-36


Tutulan nasos ştanqlarının diametri,
mm
gövdə 12;16;19 12;16;19;22 16; 19; 22; 25; 32; 36
başlıq 24; 35; 38 24; 35; 38; 43 35; 38; 43; 51
mufta 26; 38; 34 26; 38; 34; 42; 46 38; 34; 42; 46; 55
Daxilində tutma işi aparılan NKB,
60 73 89
mm
Yükqaldırma qüvvəsi, kN 60 100 140
Birləşdirici yivi:
ГОСТ 13877-80E ŞQ 19 (ШГ 19) ŞQ 19 (ШГ 19) ŞQ 22 (ШГ 22)
ГОСТ 633-80 - 48 48
Ölçüləri, mm
xarici diametri 41 57 69
uzunluğu 730 780 880
Kütləsi, kq 4,0 5,2 6,8
ŞK tipli ştanqtutanların LŞPM2 tipli ştanqtutucular ilə müqayisədə
üstünlükləri – yüksək yükqaldırma qüvvəsi, 60 mm-lik NKB-də tutma işi
aparılması imkanı və hər cür qəzada ştanqın tutulması imkanı, o cümlədən
muftu güclü yeyilmiş ştanqı.
V.10.7. Quyudaxili avadanlıq və onun elementlərini tutan alətlər.
86
MEDN kompleks tutucuları
Mərkəzdənqaçma elektrik dalma nasosları (MEDN), müxtəlif
konstruksiyalı qovşaqlardan (nasos, mühərrik,
protektor, kompensator və s.) ibarət olan
kompleks avadanlıqdır. Buna görə kompleksin
bütün elementlərini bir alətlə tutb çıxarılması
mümkün deyil.
MEDN və onun qovşaqlarını tutma imkanlı
tutucular kompleksi, beş tutucudan ibarətdir.
Kabel tutucusu
Tutucu, istismar kəmərində qəzalı borular
üzərində olan qəzalı (qırılmış) bütün KRBK
(KРБК) tip-ölçülü elektrik kabellərinin tutub
çıxarılması üçün təyin edilmişdir.
Kabel tutucusu (Şəkil V.70) keçirici 1,
gövdə 2, ox 3, paftalar 4, kronşteyn 5, şnek 6
və bərkidici vintlərdən 7 ibarətdir.
Şək.V.70. Kabel tutucusu.
Keçirici 1, tutucunu quyuya endirən boru
kəməri ilə birləşdirilməsinə xidmət edir. Gövdə
2 paftaların saxlanması-yerləşməsinə xidmət
edərək silindrik formalı olub, yuxarı
sonluğunda xarici yivi və ckobalar bərkidilən
burtu vardır. Aşağı hissəsinin daxli səthi konus
formalı olaraq alt səthində en kəsiyi üzrə olan
paza şnek yerləşdirilməklə qaynaq edilmişdir.
Paftalar 4 elektrik kabelini tutma, şnek 6 kabeli
tutucuya yönəldilməsinə xidmət edir, yəni bu
funksiyaları yerinə yetirirlər.
Tutucunu nasos-kompressor boruları ilə quyuya endirib qəzalı kabelin
yuxarı ucuna çatma anında, endirmə sürəti azaldılmaqla borular fırladılır. Bu
zaman şnek 6 kabeli tutucunun daxilinə yönəldir və kabelin yuxarı ucu
paftalara dirənib onları qaldıraraq alət üzərində olan boruların içinə daxil olur.
Fırlatma ilə endirmə alət oturana kimi davam etdirilir. Alət qaldırılır, bu zaman
paftalar kabeli sıxmaqla (pərçimlənməklə) tutma baş verir. Dartılmada kabel
aşağıdan qırılır və qaldırma ilə quyudan çıxarılır. Quyuağzında tutucunu
tutulmuş kabeldən azad edilməsi üçün, onu keçirici tərəfdən tutub dartmaqla
çıxarırlar.

87
Texniki xarakteriskası
Tutma aparılan yerdə istismar
kəmərinin daxili diametri, mm 121,7
Tutulan obyektin diametri, mm 19-36
Yükqaldırma qüvvəsi, kN 350
Ölçüləri, mm
xarici diametri 116
uzunluğu 1200
Kütləsi, kq 30

Gövdə tutucusu
Tutucu 140 mm-lik (divarının qalınlığı 9mm) istismar kəmərli quyuda
qalmış qəzalı nasos başlığı gövdəsinin və ya protektor gövdəsinin xarici
səthindən tutub çıxarılması üçün təyin edilmişdir.
Tutucu (Şəkil V.71) keçirici 1, gövdə 2, sanqa 3, yay
4 və qıfdan 5 ibarətdir.

Şək.V.71. Gövdə tutucusu.

Keçirici 1, tutucunu quyuya endirən qazma boru


kəməri ilə birləşdirilməsinə və yayın sıxılmış
vəziyyətdə saxlanılmasına xidmət edir.
Gövdə 2, sanqanın 3 yerləşməsi və yönəldilməsi
üçün təyin edilmişdir. Aşağı hissəsinin daxili səthi
konus şəklində yerinə yetirilmişdir. Üst və alt
sonluqlarının daxilində, keçirici 1 və qıf 5 bağlanması
üçün müvafiq yivləri vardır. Sanqa 3, nasos başlığı
gövdəsinin və ya protektor gövdəsinin xarici səthindən
tutmasına xidmət edir. Sanqanın aşağı hissəsinin –
qanadların daxili səthində olan çıxıntıda vintvari (yiv
formalı) kəsilmiş dişlər vardır. Sanqanın bütöv olan
yuxarı hissəsi yayın dayaqlanması (dirənməsi) üçün pilləli yerinə yetirilmişdir.
Yay 5, sanqanın ən aşağı son nöqtə vəziyyətində saxlanılmasına xidmət edir.
Qıf 5, tutulan obyektin qapanmasının asanlaşılması üçün vacibdir. Vint 6,
sanqanın ən aşağı vəziyyətdə hərəkətinin məhdudlaşdırmasına xidmət edir.
Tutucu qazma və ya nasos-kompressor boruları ilə quyuya endirilir. Qəzalı
obyektin yuxarı ucuna çatma anında yuma ilə endirmə sürəti azaldılmaqla və
boruları fırlatmaqla qəzalı obyektin yuxarı sonluğu qapadılır. Boruları
qaldırmaqla tutma işi aparılır və qəzalı obyekt quyudan çıxardılır. Quyuağzında
tutucu qəzalı obyektdən bu qaydada azad edilir: Keçiricinin üst səthinə ağac

88
lövhəcik (brus) qoyaraq və gürzlə zərbə endirməklə sanqanın qanadları
boşaldılır. Bundan sonra tutucunu fırlatmaqla tutulmuş obyekt çıxarılır.

Texniki xarakteriskası
Tutma aparılan yerdə istismar kəmərinin daxili diametri, mm 121,7
Tutulan obyektin diametri, mm 92
Yükqaldırma qüvvəsi, kN 500
Ölçüləri, mm
xarici diametri 116
uzunluğu 670
Kütləsi, kq 29
Fləns tutucusu
Tutucu, istismar kəmərində quyuda qalmış nasos, protektorun flənsi
altından tutub çıxarılması üçün təyin edilmişdir.
Tutucu (Şəkil V.72), mufta 1, şpindel 2, yarımmufta 3,
məhdudlaşdırıcı oymaq 4, sanqa 5, yay 6 və vintlərdən 7 ibarətdir.
Sanqa 5, qəzalı obyektin flənsi altından tutması üçün təyin edilmişdir.
Sanqanın, uzununa pilləli kəsməklə yaranmış dörd qanadı vardır. Kəsiklərin
yuxarı hissəsi geniş, aşağı hissəsi oymağın 4 saxlanılması üçün dar olmaqla
yerinə yetirilmişdir. Sanqa qanadlarının daxilinin aşağı hissəsində qalınlaşmış
yer vardır ki, onun vasitəsilə qəzalı obyekt fləns altından yapışır. Bütöv olan
yuxarı hissəsində, oymaq üçün uzunluğu boyu
iki paz 4 və yarımmuftanın 3 bağlanması üçün
yivi vardır.

Şək.V.72. Fləns tutucusu

Şpindel 2 ox boyu yüklənmənin


(oturtma) sanqaya ötürülməsinə xidmət edir.
Onun yuxarı sonluğunda keçirici bağlanması
üçün yivi, aşağı sonluğunda isə uzunluğu boyu
iki pazı olan xarici burtu vardır və yay 6
geydirilməklə vintlərlə 7 bərkidilir.
Yarımmufta 3 oymağa 4 dayaq rolunu
yerinə yetirir və qanadları sıxılmış (yığılmış)
vəziyyətdə saxlayır. Oymaqların yuxarı
sonluğu, yayın 6 daxilinə çıxıntılı iki qulaqcıq
şəklində yerinə yetirilmişdir. Yay 6, oymağı 5
sanqanın yuxarı hissəsində saxlanılmasına,
başqa sözlə sanqanın mexaniki təsir olmadan yerində qalmasına xidmət edir.
Tutucunun iş prinsipi aşağıdakı kimidir:
Tutucu qazma boruları ilə quyuya endirilir. Qəzalı obyektin yuxarı
ucuna çatma anında yuma ilə endirmə sürəti azaldılmaqla qəzalı obyektin
89
yuxarı sonluğu qapadılır və müəyyən oturtma ilə yüklənmə keçirici vasitəsilə
sanqaya ötürülür. Bu zaman sanqa qanadlarının aralanması ilə flənsi daxilə
buraxaraq altdan onu tuturlar. Boruların 5-10 kN yüklə qaldırmasında oymaqın
üst səthi yarımmuftanın 3 alt səthinə dirənir. Bununla oymaq 4 qulaqcıqları
yaydan 6 çıxmaqla, sanqa kəsiklərinin dar olan yerinə kimi düşür.
Yüklənmənin artması ilə sanqa qanadların genişlənmədən saxlayır və tutulmuş
obyekti quyudan çıxarır. Quyuağzında tutucunu azad etmək üçün, oymaq
azacıq qaldırılır, sonra sanqanın qanadları azacıq qaldırmaqla və şpindel
burtunu dayamaqla (sıxmaqla) qanadları genişləndirirlər. Bu vəziyyətdə
tutulmuş obyekti tutucudan çıxarırlar.

Texniki xarakteriskası
İstismar kəmərinin daxili diametri, mm 121,7
Tutulan obyektin diametri, mm 103
Yükqaldırma qüvvəsi, kN 400
Ölçüləri, mm
xarici diametri 116
uzunluğu 595
Kütləsi, kq 14

Val tutucusu
Tutucu, nasos, protektor, elektrik mühərikinin
qırılmış gövdəsini frezləməklə valından tutub,
quyudan çıxarılması üçün təyin edilmişdir.
Val tutucusu (Şəkil V.73) gövdə 1, paftatutucu
2, paftalar 3, yay 4, keçirici 5 və frezer-qıfdan 6
ibarətdir.

Şək.V.73. Val tutucusu.

Gövdə, paftaların yerləşməsi, yönəldilməsi üçün


təyin edilmişdir. Üst və alt sonluqlarının daxilində,
keçirici 5 və frezer-qıf 6 bağlanması ilə birləşməsi
üçün müvafiq yivləri vardır.
Gövdə daxilinin alt hissəsində paftaların 3
yerləşməsi üçün, onun uzunluğu boyu “qaranquş
quyruğu” konik kəsik profilli iki ədəd paz bir-birinə
əks tərəfdə yerləşmişdir.
Paftalar valdan tutmaq üçün təyin olunmuş və
onların uzunluğu boyu “qaranquş quyruğu” konik
kəsik profilli girintisi vardır. Paftaların aşağıya
yerdəyişməsi frezer-qıfın 6 burtuna dirənməklə məhdudlaşır. Sıxılmış yayın 4
90
təsirilə paftalar yerdəyişmə edərək ən aşağı vəziyyətdə saxlanılır. Paftatutucu
2 gövdədəki pazlarda paftaların saxlanılması üçün nəzərdə tutulmuşdur.
Frezer-qıf nasos, protektor, elektrik mühərikinin valından paftalarla
tutma imkanının yaranmasından ötrü onların qırılmış və çıxarılmış gövdəsinin
frezlənməsi üçün təyin edilmişdir.
Val tutucusu qazma boruları ilə quyuya endirilir. Qəzalı obyektin yuxarı
ucuna çatma anında yuma ilə endirmə sürəti azaldılmaqla qəzalı obyektin
yuxarı sonluğu təyin edilir. Aləti 50-60 dövr/dəq. sürətilə fırlatma və 15-20 kN
yüklənmə ilə qırılmış gövdə frezlənir. Frezləmə dərinləşdikcə valın yuxarı
sonluğu paftalara çataraq və onları qaldırma ilə paftalara daxil olurlar. Yayın
sıxılma qüvvəsilə paftalar valı xaricdən sıxır və qazma borularının
qaldırılmasında tutma işi baş verir.
Tutucu quyudan qaldırılandan sonra, quyuağzında tutucu qəzalı
obyektdən aşağıdakı qaydada azad edilir: keçirici 5 gövdədən 1 açılır, yay 4
çıxarılır və paftalar 3 paftatutucu 2 ilə birgə yuxarı itələnməklə ən yuxarı
vəziyyətdə saxlanılaraq, valı tutucudan çıxarırlar.

Texniki xarakteriskası
İstismar kəmərinin daxili diametri, mm 121,7
Tutulan obyektin diametri, mm 16-36
Yükqaldırma qüvvəsi, kN 500
Ölçüləri, mm
xarici diametri 116
uzunluğu 820
Kütləsi, kq 29

Kolokol-frezer
Kolokol-frezer istismar kəmərində dalma nasosun elektrik
mühərrikini, həmçinin kompensatorunu tutması və çıxarılması üçün təyin
edilmişdir.
Kolopkol-frezer (Şəkil V.74) konstruksiyasına görə seriya ilə istehsal
edilən kolokollardan, yalnız konstruktiv ölçüləri və dişlərində relit örtüyünün
olması ilə fərqlənir.

91
Şək.V.74. Kolokol-frezer.

Texniki xarakteriskası
İstismar kəmərinin daxili
diametri, mm 121,7
Tutulan obyektin diametri,
mm 103
Yükqaldırma qüvvəsi, kN
400
Ölçüləri, mm
xarici diametri
116
uzunluğu
330
Kütləsi, kq
9

V.10.8. Kabel, kanat, sim tutucuları. Lövbərli tutucular. Qarmaqlar

Quyuya alətlə endirilmiş kabel və ya kanatın alətin pərçimlənməsilə


qırılması mürəkkəb qəza sayılır. Onların quyudan çıxarılmasında bir çox
alətlərdən - tutucu qarmaqlardan, çəngəllərdən istifadə edilir.
Tutucu qarmaqlar, 168 mm-lik istismar kəmərində kanat, kabellə
əlaqədar qəzanın ləğvində geniş tətbiq edilir.
Tutucu qarmaqlar iki cür olmaqla bölünürlər: şarnirli və şarnirsiz.
Şarnirsiz qarmaqlar öz növbəsində aşağıdakı növlərə bölünürlər: Tək iri
qarmaq UK1-168 (УK1-168), birbuynuzlu qarmaq UO1-168 (УO1-168), yuma
kanallı birbuynuzlu qarmaq UOP1-168 (УOП1-168), yuma kanallı birtərəfli
birbuynuzlu qarmaq UOOP1-168 (УOO1-168) (Şəkil V.75). Bu qarmaqlar
adlandırılmasına görə birbuynuzlu qarmaqlar sayılsa da (belə qəbul olunub),
bir anlayışı cüt kimi nəzərdə tutulmuşdur.
Şarnirsiz qarmaqlar dairəvi en kəsikli mil 3 olaraq, aşağı sonluğu
itibucaqlı uc və yuxarı hissəsində isə - qazma boru kəmərinə birləşməsi
nəzərdə tutulmuş keçiriciyə 1 bağlanması üçün yivi vardır. Milə, qəzalı kabel
və kanatı ilişməklə tutan xüsusi formalı buynuzlar 4 birləşdirilir. Şarnirsiz

92
qarmaqlarda bu birləşmə milə qaynaq edilmə ilə, şarnirli qarmaqlarda isə mil
üzərində olan xüsusi kəsiyə şarnir vasitəsilə bərkidilmə ilə yerinə yetirilir.
Şarnirli qarmaq UŞ1-168 (УШ1-168) (Şəkil V.75,e), quyuda kanat,
kabelin qarışmış topa şəklində olan vəziyyətində birbuynuzlu qarmaqların
(buynuzu qaynaq edilmiş) onlardan keçilməsi mümkünlüyü olmayan halda
tətbiq edilir. Qarmaq milinin topa şəklində olan kanat, kabeldən keçərkən
onlarla kontaktın təsirindən, buynuzlar öz oxu ətrafında fırlanmaqla plastinkalı
yayı 5 sıxaraq milin qabaritindən kənara (xaricə) demək olar ki, çıxıntısı
olmamaqla xüsusi kəsiyə daxil olurlar. Qaldırma zamanı yığılmış yayın
açılması (elastikliyilə boşalma) ilə buynuzlar ilişməklə tutulan obyekti tuturlar.
Qarmağın özünün topa şəklində olan kanat, kabeldən keçməsinin
məhdudlaşdırılması
üçün, yəni alət
üzərinə tutulan
obyektin keçməsilə
onun
pərçimlənməməsi
üçün, keçiricilərə
yivlə qıf
birləşdirilmişdir.

Şək.V.75. Tutucu
qarmaqlar:
a – tək iri qarmaq
UK1-168;
b – birbuynuzlu
qarmaq UO1-168;
c – yuma kanallı birbuynuzlu qarmaq UOP1-168;
d – yuma kanallı birbuynuzlu qarmaq UOOP1-168;
e – şarnirli qarmaq UŞ1-168

Tutucu qarmaqlar birləşmə yivinə uyğun olaraq sağ və sol hazırlanır.


Cədvəl V.73-də tutucu qarmaqların texniki xarakteriskası göstərilmişdir.
Cədvəl V.73.
İstismar kəmərinin Əsas ölçülər, mm
Yükqaldırma Kütlə,
Qarmaq diametri,
qüvvəsi, kN Diametr Uzunluğu kq
mm
UK1-168 168 300 138 1600 33
93
UO1-168 2000 35
UOP1-168 1200 29
UOOP1-168 1200 29
UŞ1-168 1600 35

Tutucu qarmaqlar həmçinin qazmada açıq lülədə baş vermiş qəzaların


ləğvində tətbiq edilir. Bundan ötrü müvafiq ölçülü qıf seçilir.
Tutucu qarmaqlarla kabeli ilişdirmək mümkün olmadığı hallarda adətən
ikidişli və ya üçdişli çəngəldən istifadə edilir. Çəngəl, kabeli daxildən deyil
xaricdən tutma imkanlı alətdir. Çəngəlin konstruksiyası kabelin və ya kanatın
dişlər arasına keçilməsi ilə onların üzərində olan buynuzlara ilişməsini təmin
etməlidir. İkidişli və ya üçdişli çəngəllə topa şəklində olan kipləşmiş kanat,
kabelin çıxarılmasından (çıxmış sonluğa əsasən) sonra, yenə daha etibarlı alət
sayılan tutucu qarmaq endirilir.
Əgər topa şəklində olan kabel quyuda sıxılmışdırsa və qeyd edilən
tutucu alətlərlə çıxarılması mümkün olmamışsa, tutucu kolokolla işləməyə
cəhd edilməlidir. Bu halda iki şərtə əməl edilməsi vacibdir: kolokolun xarici
diametri ilə istismar kəmərinin daxili diametri arasında ara məsafə və
kolokolun aşağı sonluğunun divarının qalınlığı minimal olmalıdır.
Çıxarılan kabel və kanatın hər dəfə uzunluğunun ölçülməsi vacibdir,
onun miqdarına daima nəzarət edilməlidir. Topa şəklində çıxarılmış tutulan
obyektin düyünlənmiş vəziyyətdə olması (açılması mümkünsüzlüyü) ilə
əlaqədar uzunluğunun ölçülməsi mümkün olmayan halda, onun çəkisi təyin
edilməlidir. Bir metrinin çəkisini bilməklə çıxarılmış kabelin uzunluğu və
bunun da əsasında quyuda qalmış hissənin çəkisi təyin edilir.

V.10.9. Metal-şlam tutucu və yığıcılar.


V.10.9.1. Qreyferli tutucular. Pauklar

Qazılan və istismarda olan quyularda qəzanın ləğvində


müxtəlif növ pauklardan, həmçinin maqnit tutqaclı pauklar tətbiq
edilir. Pauklar quyudibində qalmış balta, şaroşka, keçirici,
perforator, pafta, frezləmədən sonra boru sınıqları və başqa kiçik
ölçülü metallik əşyaların tutub çıxarılması üçün istifadə edilir.
Pauklar iş prinsipinə görə mexaniki və hidravliki olurlar.
Mexaniki pauklar
Boru-pauk. Ən sadə pauk borudan hazırlanan boru-paukdur.
Qoruyucu borudan hazırlanan boru-paukun 1,5-2,5 m
uzunluğunda olur. Bu uzunluqda hazırlanması onun tətbiqindən
sonra bərpa etməklə təkrar istifadə edilməsi ilə əlaqədardır. Borunun aşağı
94
hissəsində 20-30 sm hündürlüyündə dişlər kəsilir (Şəkil V.76). Ayrı-ayrı
dişlərin xaricə bükülməsininin qarşısının alınması üçün dişlər çəlləkvari
formaya gətirilir. Dişlər tablanır. Alət endirlərək quyudibindəki metallik əşya
üzərinə oturdulur və yüklənməni müəyyən qədər artırmaqla dişlərin daxilə
əyilməsilə
ona daxil olmuş metallik əşyanın qapanılması ilə tutma işi
Şək.V.76. Boru-pauk aparılır.
FP (ФП) tipli mexaniki pauk.
Frezer-pauku quyudibinə endirib metallik əşya
qapadılır. Yuma və fırlatma ilə alət yüklənir. Qazma
boru kəmərinin fırladılmasını saxlayıb aləti oturtmaqla
quraşdırılmış vintlər kəsilir. Koronkanın sferik
səthindən istiqamətlənən pauk barmaqların (pales)
alətin mərkəz oxuna tərəf əyilməsilə gövdənin daxili
sahəsini altdan bağlayırlar (Şəkil V.77).

Şək.V.77. FP tipli mexaniki frezer-pauk:


1 – gövdə; 2 – kvadrat; 3 – plunjer; 4 – qapaq;
5 – quraşdırılmış vint; 6 – koronka; 7 – pauk barmaqları.

Cədvəl V.74-də FP tipli mexaniki paukların əsas ölçüləri göstərilmişdir.

Cədvəl V.74.
Frezer-paukun Qıfın xarici Keçid
Birləşdirici Uzunluğu, Küttləsi,
şərti diametri, dəliyinin
yivi mm kq
adlandırılması mm diametri, mm
FP- 6 5/8” Z-88 132 84 1390 160
FP- 9 3/4” Z-117 228 175 2365 215
FP- 11 3/4” Z-117 265 210 2650 290

PM (ПМ) tipli mexaniki pauk


Mexaniki pauk konstruksiyasına görə yüksəkmöhkəmli legirlənmiş
poladdan hazırlanmış silindrik formalı gövdədən 2, boruların bağlanması üçün

95
onun üzərində olan keçiricidən 1, frezləyici qıfdan 4
(həlqəvi frezerdən) və iki ləçək tipli mexaniki
tutucudan 3 ibarətdir (Şəkil V.78).
Gövdənin aşağı hissəsində iki yarus üzrə yerləşmiş
sərbəst fırlanma imkanlı ləçəkli tutucular tutulmuş
əşyanın saxlanılmasına xidmət edir. Tutucu, alətin
mərkəzinə doğru əyilməklə növbələnən qısa və uzun
barmaqlarla təchiz edilmişdir. Nəql vəziyyətində
(qaldırma) paukun daxilindən çıxışı qapayan şarnirli
bərkidilmiş yayaltı ləçəklərin hesabına əşyanın
saxlanılması baş tutur.
Bu qurğu bir növ əks-klapan kimi işləyir, yəni kern və
metallik əşyaları
bir istiqamətdə buraxmaqla (alətin daxilinə) əks
istiqamətdə (alətdən xaricə) – ondan düşməsinə imkan
vermir.
Həlqəvi frezer formasında hazırlanmış frezləyici qıf, paukun tətbiq
şəraitindən asılı olaraq lehimlənmiş kəsici-yonucu səthi müxtəlif formalarda
( düz, dalğalı, konik, dişli, xaricə çıxıntılı, gövdə bərabərli) ola bilər.
Mexaniki pauk iki icrada sağ və sol yiv istiqamətli hazırlanır.
Rusiya istehsalı olan PM tipli mexaniki paukların əsas ölçüləri cədvəl
V.75-də göstərilmişdir.

Şək.V.78. PM tipli mexaniki pauk.


Cədvəl V.75.
PM-119 (ПМ- PM-136 (ПМ-
Paukun tip-ölçüsünün şifri
119) 136)
Gövdənin xarici diametri,
114,4 130,5
mm
Frezləyici qıfın xarici
119,5 136,5
diametri, mm
Frezləyici qıfın daxili
75,5 90
diametri, mm
Uzunluğu, mm 1030 1180

Birləşdirici yivi Z-76 Z-88

Mexaniki paukla işləmə qaydası.


Mexaniki pauk qazma boru kəmərinin aşağı hissəsinə bağlanıb quyuya
endirilir. Alət quyudibinə çatdıqda düzünə dövretmə yaradaraq tutulan əşyanın
yonqardan, çöküntülərdən təmizlənməsi üçün kiçik tezliklə fırlatmaqla və
minimal yüklənmə ilə endirilir. Nasosun məhsuldarlığını maksimala kimi
96
yüksəldib kiçik tezliklə fırlatmaqla alət quyudibinə oturdulur. Bu əməliyyat bir
neçə dəfə təkrarlanır.
Hidravliki pauklar
Hidravlik pauklar, yuyucu mayenin təzyiqindən
işləyən hidravliki sistemlə təchiz edilir. Hidravlik
paukların konstruksiyası müxtəlifdir.
Hidravliki pauku (Şəkil V.79) quyudibinə endirib
düzünə yuma və fırlatma ilə metallik əşya qapadılır.
Yuyucu mayenin təzyiqinin təsirindən porşen 1, yayı 2
sıxaraq, aşağı vəziyyətə yerdəyişmə edir. Yayın təsirilə
itələyici 3 vasitəsilə dırnaqlı barmaqların (sobaçka)
enməsilə qəzalı metallik əşyalar dövrəyə alınırlar. Pauku
qaldırmadan yuyucu mayenin dövretməsinin saxlanılması
ilə yayın təsirilə porşen ən yuxarı vəziyyətə qayıdır və özü
ilə dırnaqlı barmaqları çəkir. Bu zaman dırnaqlı barmaqlar
horizontal vəziyyət almaqla paukun ağzını (aşağı
sonluğunu) qapayırlar. Bu vəziyyətdə pauk quyudan
qaldırılır.
Şək.V.79. Hidravlik pauk.

PQ (ПГ) tipli hidravliki pauklar

PQ tipli hidravliki pauklarda yuyucu mayenin yerli (alət daxilndə) əks


dövretməsi hesabına quyudibinin təmizlənməsinin effektliyi daha yüksəkdir.
Bu tip pauklar konstruksiyasına görə yüksəkmöhkəmli legirlənmiş
poladdan hazırlanmış bütöv (sökülməyən) gövdədən 2, boruların bağlanması
üçün onun üzərində olan keçiricidən 1, frezləyici qıfdan 3 (həlqəvi frezerdən)
və ləçək tipli mexaniki tutuculardan 5 ibarətdir (Şəkil V.80).
Gövdənin yuxarı hissəsində mərkəzi yuma dəliyini bağlayan qəbul qıflı
kürəvi klapan 4 quraşdırılmışdır. Yuma dəliyinin bağlanması, alətlə endirilən
boru kəmərinin içinə kürənin atılması ilə yerinə yetirilir. Pauk gövdəsinin boru
formalı xarici və daxili (köynək) hissələri arasında yuma mayesinin keçilməsi
və maili yan dəliklərdən çıxması üçün kanallar 6 vardır. Gövdənin aşağı
hissəsində iki yarus üzrə yerləşmiş sərbəst fırlanma imkanlı ləçəkli tutucular
tutulmuş əşyanın saxlanılmasına xidmət edir. Nəql vəziyyətində (qaldırma)
paukun daxilindən çıxışı qapayan şarnirli bərkidilmiş yayaltı ləçəklərin
hesabına əşyanın saxlanılması baş tutur. Həlqəvi frezer formasında hazırlanmış
frezləyici qıf, paukun tətbiq şəraitindən asılı olaraq lehimlənmiş kəsici-yonucu
səthi müxtəlif formalarda (düz, dalğalı, konik, dişli, xaricə çıxıntılı, gövdə
bərabərli) ola bilər.

97
Şək.V.80. PQ tipli hidravlik pauk.
Rusiya istehsalı olan PQ tipli hidravliki paukların əsas ölçüləri cədvəl
V.76-da göstərilmişdir.
Cədvəl V.76.

Paukun tip-ölçüsünün şifri PQ-119 PQ-130 PQ-136 PQ-196


Gövdənin xarici diametri, mm 114,4 127 130,5 184
Həlqəvi frezerin xarici diametri, mm 119,5 130 136,5 194
Həlqəvi frezerin daxili diametri, mm 75,5 88 90 125
Uzunluğu, mm 1176 1228 1180 1240
Birləşdirici yivi Z-76 Z-102 Z-88 Z-133

98
V.10.9.2. Ejektorlu – hidroaxınlı tutucular. Metal-şlam tutucular

Metal-şlam tutucular, quyuda qəzanın ləğvi işlərində əsasən frezerlərlə


işləyən zaman metallik mənşəli çöküntülərin (yonqar) və qırılmış xırda
hissələrin çıxarılması üçün təyin edilmişdir.
Metal-şlam tutucu konstruksiyasına görə, birləşdirici yivləri olan
gövdədən söküləbilən köynəkdən ibarətdir (Şəkil V.81).

Şək.V.81. Metal-şlam tutucu:


1 – gövdə; 2 – köynək; 3 – mərkəzləşdirici;
4 – vint; 5 – yaylı şayba.

İşləmə qaydası.
Frezer üzərində bilavasitə quraşdırılmış metal-şlam tutucunu qəzalı
sonluq üzərinə 5-8 m qalmış düzünə dövretmə yaradıb frezerin texniki xarak-
teriskasına uyğun frezləmə əməliyyatı aparılır. Metal hissəcikləri köynəklə
istismar kəməri arası daralmış sahənin hesabına sürətlə boruarxası axınla qalxır
və köynəyin üst səthindən yuxarıda həlqəvi
fəzanın en kəsiyinin artması ilə sürətin azalması
nəticəsində qravitasiya qüvvəsinin təsirilə
çökərək köynəklə val arasında (səbətdə) yığılır.
Frezləmə əməliyyatı başa çatdıqdan sonra
qaldırılan alətdə - metal-şlam tutucunun
köynəyində yığılmış metal hissəcikləri
boşaldılmaqla köynək təmizlənir.
Bəzən quyudibində metal mənşəli şlam
və qırılmış xırda hissəciklərlər çox yığılmış
olduğu halda bir və ya bir neçə metal-şlam
tutucu yuma aləti (qələm və s.) ilə endirilməsi
məqsədəuyğun sayılır. Bu halda işləmə
aşağıdakı qaydada aparılır:
Yuma aləti üzərində bilavasitə
quraşdırılmış metal-şlam tutucunu (tutucuları)
qəzalı sonluq üzərinə 5-8 m qalmış düzünə
dövretmə yaradıb, quyudibinə çatma anında (2-
3 m qalmış) nasosun məhsuldarlığını maksimal
artıraraq aləti kiçik tezliklə fırlatmaqla
quyudibində bir müddət (işləmə ilə dərinləşmə
məsafəsindən asılı olaraq) işlədikdən sonra aləti 5-6 m kiçik sürətlə qaldırıb
nasosun məhsuldarlığını xeyli azaltdıqdan sonra axınla qalxmış metal

99
hissəciklərinin yığılması üçün alət 4-5 dəfə intensiv bas-boş (aşağı intervalı
işlənmə yerindən 0,5-1 m yuxarı) edilir və aləti yenidən endirərək əməliyyat bir
neçə dəfə təkrarlanır.
ŞMU (ШМУ) tipli metal-şlam tutucuların əsas ölçüləri cədvəl V.77-də
göstərilmişdir.
Cədvəl V.77.

Parametrlər ŞMU-108 ŞMU-112 ŞMU-114 ŞMU-127 ŞMU-136


Xarici diametri D (köynək), mm 108 112 114,3 127 136
Gövdənin minimal diametri d, mm 58 58 64 66 64
Keçid dəliyinin diametri d1, mm 32 38 32
Səbətin (köynək) dərinliyi, mm 260/600/ 800
Birləşdirici yiv Z-76 Z-86 Z-88 Z-86
Uzunluğu, L, mm (çox
920/1260/ 1540 860/1200/1480 1000/1340/ 1540
olmamaqla)
Kütləsi, kq 34/42/56 36/47/60 38/46/60 42/50/64 46/54/68

VI FƏSİL. KOMPOZİT MATERİALLARLA TƏCHİZ EDİLMİŞ


KƏSİCİ ALƏT VƏ TƏRTİBATLAR KOMPLEKSİ

VI.1. Quyuda qəzalı alətlərin dağıdılması üsulları

Qazma və istismar quyularında qəzaların ləğvi üçün aparılan işlərinin


xeyli həcmi qəzalı metal əşyaların frezlənməsi və sementin qazılması təşkil
edir.
Frezləmə - quyu lüləsində metal əşyanın dağıdılması, daha doğrusu
onun vəziyyətinin bərpa edilməsi üçün ən çox geniş yayılmış üsuldur. Lakin
100
frzləmənin məhsuldarlığının istənilən qədər olmaması, qəzalı quyuların bərpası
baha başa gəlir. Bəzi hallarda dərin quyularda, həmçinin quyuda böyük
uzunluqda qalmış qəzalı obyektlərin frezlənməsi məqsədəuyğun olmur. İkinci
lülə kəsilişi ilə qazma mümkünlüyünün olmaması səbəbindən bir çox quyular
ləğv edilir.
Buna görə təmirə çəkilən xərcləri minimallaşdırmaqdan ötəri qəzalı
obyektlərin frezlənməsinin effektliyinin yüksəldilməsi böyük əhəmiyyət kəsb
edir.
Dünya təcrübəsində quyu lüləsində metallik obyektlərin dağıdılmasının
müxtəlif üsulları mövcuddur.
İndiki zamanda quyuda qəzalı əşyaların dağıdılmasının aşağıdakı
üsulları məlumdur: mexaniki, kimyəvi, termiki.
Mexaniki üsula frezləmə, hidro-qum şırnaqlı dağıdılma, kürə-impuls
dağıdılma, partlayışla dağıdılma və s. aiddir.
Kimyəvi üsulda dağıdılma qəzalı obyektə ftor kimi yüksəkaktiv
kimyəvi maddələrin təsiri nəticəsində baş verir.
Termiki üsulda plazmalı və elektron-şüa dağıdılması, elektrik qövsü
vasitəsilə dağıdılma və s. tətbiq edilir.

Dağıdılmanın mexaniki üsulu

Frezləmə - müxtəlif kəsici tərtibatların köməkliyi ilə metalların


kəsilməsinə əsaslanan, qəzalı quyuların bərpası təcrübəsində tətbiq edilən ən
çox geniş yayılmış üsuldur.
Hidro-qum şırnaqlı dağıdılma, xüsusi taxmalardan böyük sürətlə keçən
mayenin qumla birgə axınının abraziv təsirinin istifadəsinə əsaslanır.
Kürə-impuls dağıdılma, dağıdılan alətdən maye selilə keçməklə polad
kürələrin quyudibinə çoxsaylı vurulan zərbələrin kinetik enerjisinin istifadəsinə
əsaslanır.
Partlayışla dağıdılma, quyudibinə zərbə zamanı detonasiya
momentində böyük miqdarda azad olunmuş enerjinin istifadəsinə əsaslanır.
Çıxışda böyük gücə malik olması sayəsində bu üsulun tətbiq üçün potensial
imkanları vardır, lakin böyük dəyərə və təhlükəsizlik texnikası üzrə yüksək
tələblərin qoyulması səbəbindən bu üsulun tətbiqi hal-hazırda məhduddur. Bu
üsulun çatışmazlığı əsasən, partlayış zamanı qoruyucu kəmərin zədələnməsi
mümkünlüyüdür.

Dağıdılmanın kimyəvi üsulu

Bu üsul qəzalı obyektin kimyəvi maddələrlə həll olunmasına əsaslanır.


Kimyəvi üsul, yüksək dəyərə malik olması və yüksəkaktiv kimyəvi maddələrin
saxlanılması və istifadə edilməsi çətinlikləri səbəbindən onun neft sənayesində
101
tətbiqi mümkünlüyü məhduddur. Bu üsul qoruyucu kəmərlərin perforasiyası və
məhsuldar layların açılması kimi xüsusi əməliyyatların aparılması üçün tətbiq
edilir.

Metalın dağıdılmasının termiki üsulu

Elektrik qövsü vasitəsilə dağıdılma 5500-16700 0C hüdudlarında


yüksək temperatur yaradılmasına əsaslanır. Elektrik qövsü, keçən qazdan
elektrik cərəyanın fasiləsiz boşalması ilə təmsil edilir.
Plazmalı dağıdılma mühitin 16700 0C-yə kimi temperaturun
yüksəldilməsi metoduna əsaslanır. Plazma, elektrodlar arası 180-dan 7320
m/san. kimi olan sürətlə üfürülən helium və arqon qazlarından elektrik
cərayanının keçməsilə yaranır.
Elektron-şüa dağıdılması, 1,55·109 Bt/sm2-ə kimi кonsentrasiyalı çox
yüksək sıxlıqlı enerjinin alınmasına əsaslanır. Belə sıxlıqlı enerji quyuda
istənilən qəzalı obyektin əridilməsi üçün kifayət edir.
Quyuda qəzalı əşyaların dağıdılması üsullarının analıizi göstərir ki,
texniki-iqtisadi göstəricilərinə və tətbiqinin sadəliyinə görə dağıdılmanın
mexaniki üsulu, xüsusilə frezləmə üsulu daha çox məqsədəuyğun sayılır.
Hidro-qum şırnaqlı dağıdılma metodu nasos-kompressor, qazma, qoruyucu
boruların kəsilməsində, həmçinin quyuda ikinci lülənin qazılması üçün
pəncərənin kəsilməsində tətbiq edilə bilər.

VI.2. Kompozit materiallarla təchiz edilmiş kəsici alətlər kompleksi

Qəzalı quyuların əsaslı təmirində, metallik səthlərin (əşyaların)


frezerlənməsi heç də az olmayan həcmə malik proseslərdəndir. Frezerləmə,
quyuda qəzalı obyektin vəziyyətinin yaxşılaşdırılması – tutma işi üçün yararlı
vəziyyətə gətilməsi (maneənin dəf edilməsi), kəmərin bərpası və ikinci lülə
kəsilişilə qazmada kəmərdə müəyyən hissənin kəsilməsi məqsədilə aparılan
prosesdir. Aparılan bu əməliyyatda, qəzalı obyektin müvafiq ölçüyə kimi
dağıdılması (kəsilməsi, yonulması) nəticəsində qəzalı obyektin tam və ya bir
hissəsi üyüdülməklə yonqara çevrilir.
Müasir volfram-karbidli alətlərin yaradılması və mənimsənilməsinə
qədər sementasiya olunmuş frezləyici dişli və ya pərli frezerlər istehsal edilirdi.
Yəni kəsmə üçün təyin edilmiş, səth üzrə olan nazik qat yüksək möhkəmliyə
malik olurdu, daha dərinlikdə olan metal tablanmadan sonra yarıburaxılmış
vəziyyətdə olur və müqayisəli özlülülüyü saxlayırdı. Bu, dişləri və pərləri
sınmadan qoruyurdu. Volfram karbidi ilə armirələşdirilmiş kəsici və frezləyici
alətlərin meydana çıxması, bu alətlərin tətbiq imkanlarını yüksəltmiş böyük
yenillik idi

102
Bu məqsədlə istifadə edilən kəsici-yonucu alətlər-frezerlər
təyinatına görə şərti olaraq 3 qrupa bölünür:
I. İstismarda olan quyu lüləsində metallik əşyaların tam və ya bir
hissəsinin frezerlənməsi üçün istifadə edilən frezerlər.
I qrupa aşağıdakı frezerlər daxildir:
1. Quyudibi frezerlər FZ (ФЗ).
2. Həlqəvi frezerlər HF (ФК).
3. Pilot frezerlər PF (ФП).
4. Quyudibi kombinə edilmiş frezerlər QFK (ФЗK).
5. Maqnit tutuculu frezerlər FM (ФМ).
II. İstismar kəmərinin zədələnmiş sahələrini - əzilmə, sınmaya məruz
qalmış hissəsinin frezerlənməsi üçün istifadə edilən frezerlər.
II qrupa aşağıdakı frezerlər daxildir:
1. Quyu frezerləri (FTK).
2. Konuslu kəmər frezerləri (FKK).
III. İkinci lülə kəsilişilə qazmada istismar kəmərində “pəncərə” açılması
üçün istifadə edilən frezerlər.
III qrupa aşağıdakı frezerlər daxildir:
1. Frezer –rayberlər.
2. Kombinə edilmiş rayberlər.

VI.3. İstismarda olan quyu lüləsində metallik əşyaların tam və ya


bir hissəsinin frezerlənməsi üçün istifadə edilən frezerlər

VI.3.1. FZ (ФЗ) tipli quyudibi frezerlər

FZ (ФЗ) tipli quyudibi frezerlər təyinatına görə, qoruyucu kəmərlə təchiz


olunmuş (olunmamış) quyu lüləsinin bütün kəsiyi üzrə metallik əşyalardan
təmizlənməsi üçün istifadə edilən frezerlərdir. Silindrik gövdəyə malik olan
frezerin üst hissəsində qazma boruları kəmərilə birləşməsi üçün qıfıl yivi, alt
hissəsi isə bərk xəlitəli kompozit materilla armirələşdirilmişdir.
Armirələşdirilmiş kəsici koronkanın (qatın) hündürlüyü 25-30 mm olur.
Yuyucu-soyuducu məhlulun kəsmə zonasına daxil olması üçün armirələşdiril-
miş qatda yuma kanalları nəzərdə tutulmuşdur (Şəkil VI.1).

103
Şək.VI.1. FZ, FZS tipli quyudibi frezerlər.
a – FZ tipli quyudibi frezer; b – FZS tipli quyudibi frezer.

FZS tipli quyudibi frezerlər, FZ tipli quyudibi frezerlərdən fərqi olaraq


yuma kanallarında spiral formalı taxma oymaqları vardır.
Normal iş rejimi, ox boyu yüklənmənin 30-100 kN (3-10 t) olmaqla,
rotorun daha böyük (78-180 dövr/dəqiqə) fırlanma tezliyinin tələb olunmasıdır.
Ox boyu yüklənmə diapazonu, 85-475 mm diametr ölçülü FZ və FZS tipli
quyudibi frezerlər üçün nəzərdə tutulduğu üçün, tip-ölçüdən asılı olaraq ox
boyu yüklənmə və fırlanma tezliyinin qiymətlərinə proporsional artım kimi
baxılmalıdır. Nasosun məhsuldarlığı 6 - 12 l/san kimi olmalıdır.
Alətin birləşmə (bağlanma) yivi sağ və sol olmaqla hazırlanır.
FZ və FZS tipli quyudibi frezerlər 24 tip-ölçüdə istehsal edilir.
Cədvəl VI.1-də FZ tipli quyudibi frezerlərlə işləmədə maksimal oxboyu
yüklənmə və tövsiyə edilən fırlanma tezliyi göstərilmişdir.
Cədvəl VI.1
Tipi Frezlənən Oxboyu Fırlanma Tipi Frezlənən Oxboyu Fırlanma
boru dia- yüklən- tezliyi, boru dia- yüklən- tezliyi,
metri,mm mə, kN dövr/dəq metri,mm mə, kN dövr/dəq
FZ-90 30 FZ-118
FZ-95 73 80-100 FZ-135 73 50 80-100
FZ-104 50 FZ-140
FZ-115 FZ-150

Cədvəl VI.2-də həndəsi ölçüləri eyni olan FZ (FZS-lə eynidir) tipli


quyudibi frezerlərin texniki xarakteriskası (mm-lə) verilmişdir.
104
Cədvəl VI.2.
Əsas ölçü Bağla- Əsas ölçü
Tip- Kəmər Bağla- Kütlə Kəmər Kütlə
Tip-ölçü ma
ölçü diametri ma yivi D L kq diametri D L kq
yivi
FZ-85 85 7,8 FZ-123 146 Z-76 123 220 14,5
114 Z-66 210
FZ-90 90 8,2 FZ-135 168 135 16,5
FZ-104 127 104 215 11 FZ-140 168 140 17,5
Z-88 230
FZ-113 140 Z-76 113 220 12 FZ-145 168,178 145 18,5
FZ-118 146 118 220 13,5 FZ-155 178,194 155 21

«Измерон» Zavodu Rusiyanın neftqaz avadanlığı istehsal edən aparıcı


istehsalçılarından biridir. Onun istehsal etdiyi FZ (ФЗ) tipli quyudibi frezerlər
üç növdə hazırlanır:
1 – yüngül növ; 2 – orta növ; 3 – ağır növ.
Yüngül növ frezerlər D, K, E möhkəmlik qrupu olan boruların
yonulması üçün təyin edilmişdir. Frezerin alt səthi bərk xəlitə ilə 40 %
armirələşdirilir (Şəkil VI.2, 1FZ).
Orta növ frezerlər L, M möhkəmlik qrupu olan boruların yonulması
üçün təyin edilmişdir. Frezerin alt səthi bərk xəlitə ilə 60 % armirələşdirilir
(Şəkil VI.2, 2FZ).

Şək.VI.2. FZ(ФЗ) və FZV (ФЗB) tipli quyudibi frezerlər.


105
Ağır növ frezerlər qazma kəməri elementlərinin, balta və R (P), T
möhkəmlik qrupundan olan qəza alətlərinin yonulması üçün təyin edilmişdir.
Frezerin alt səthi bərk xəlitə ilə 80 % armirələşdirilir (Şəkil VI.2, 3FZ-9FZ).
FZV (ФЗВ) tipli ağır növlü daxilə əyilmiş səthli - çökmüş (вогнутый)
və onun əksi 7FZ (7ФЗ) xaricə əyilmiş səthli – qabardılmış (выпуклый)
frezerlər quyudibində mərkəzləşdirmə imkanlı olmaqla həmin işlərin yerinə
yetirilməsi üçün nəzərdə tutulmuşdur.
8FZ (8ФЗ) və 9FZ (9ФЗ) tipli frezerlər düzbucaq şəkilli qabırğalara
(plastin) bərk xəlitəli elementlər lehimlənməklə xüsusi formalaşdırılmış kəsici
hissəyə malikdirlər.
Frezerlər stabilləşdirici kəmərli (stabilizator) də hazırlana bilir. Bu
halda onun şərti adlandırılmasına “S” (“C”) hərfi əlavə edilir, misal üçün 8FZS
(8ФЗC) və 9FZS (9ФЗC).
Cədvəl VI.2-də bu müəsisənin istehsal etdiyi FZ tipli quyudibi
frezerlərin istismar quyularının təmirində istifadə edilə biləcək tip-ölçülərinin
texniki xarakteriskası verilmişdir (mm-lə).
Cədvəl VI.2.

Növü Kəmərin Xarici diametr Birləş Növü Kəmər. Xarici Birləşdi


şərti dirici şərti diametr rici yivi
diametri yivi diametr
73 45 Z-35 73 45 Z-35
89 57 Z-38 89 57 Z-38
102 70 Z-50 102 70 Z-50
114 90 Z-62 114 90 Z-62
1 FZ 127 98,114 Z-76 2FZ 127 95 Z-66
1ФЗ 140 110,113,115 Z-66 2ФЗ 127 98,105 Z-76
Z-76 140 113,115 Z-76
146 115,118,120,122 Z-76 146 120,122 Z-88
168 122,125,128, Z-76 168 125,127,128 Z-88
135,140 Z-88 135,140,143 Z-88
178 140,143,146 Z-88 178 143,146 Z-88
114 83,85,90,93,95 Z-66 114 90 Z-66
127 93,95,100,104 Z-66 7FZ 140 113,115 Z-76
140 110,113,115 Z-66 146 118,120,122 Z-76
3FZ 146 118,120,122 Z-76 168 122,125, Z-76
3ФЗ 168 122,127,130, Z-76 135,138,140 Z-88
135,140,144 Z-88 8FZ 114 85 Z-62
178 144,150,153, Z-88 168 125,140 Z-86
155,160 9FZ 140 114 Z-73

VI.3.2. HF (ФK) tipli həlqəvi frezerlər

HF tipli həlqəvi frezerlər təyinatına görə, qoruyucu kəmərlə təchiz


olunmuş quyuda pərçimlənmiş NKB-nin (nasos ştanqları, qazma və nasos
106
kompressor borusu gövdəsinin) arxasını metallik əşya və sement daşından
təmizlənməsi üçün istifadə edilən frezerlərdir. Frezer yiv başlıqlı gövdədən və
kəsici qatdan ibarətdir. Silindrik gövdəyə malik olan frezerin xarici səthində
onun uzunluq boyu kəsiyində bərabər yerləşmiş pərçimlənməyə qarşı qanovlar
(oyuqlar), daxili səthində isə şaquli yuma kanalları ilə qovuşan vintli xətt üzrə
istiqamətlənmiş pazları vardır. Frezerin üst hissəsində, daxili diametri həlqəvi
frezerin daxili diametrindən az olmamaq şərtilə, müvafiq qəbul borusunun
bağlanması üçün boru yivi vardır və qəbul borusunun üstündəki qıfıl yivi ilə
qazma boruları kəmərilə birləşdirilir. Frezerin alt hissəsi bərk xəlitəli kompozit
materilla armirələşdirilmişdir (Şəkil IV.3).

HF tipli həlqəvi frezerlər 13


tip-ölçüdə istehsal edilir və
114mm-dən 273 mm-ə kimi
bərkidilmiş kəmərlərdə işləyə
bilirlər. Frezlənən nasos-
kompressor borularının xarici
diametri 48 mm-dən 114 mm-ə
kimi, qazma borularının isə 47
mm-dən 168 mm-ə kimidir.

Cədvəl VI.3-də HF tipli həlqəvi


frezerlərin texniki xarakteriskası
verilmişdir

Şək.VI.3. HF tipli həlqəvi frezerin ümumi görünüşü.


Cədvəl VI.3.
İstismar Əsas ölçülər, mm
Bağlama yivi Qəbul Kütlə
Tip-ölçü kəmərinin
ГОСТ 631-75 D d L borusu kq
diametri, mm
HF 90x61 114 73 90 61 300 73x7 8
HF 95x74 114 - 95 74 160 89x7 4
HF 104x75 127 89 104 75 300 89x7 10
HF 112x82 140 - 112 82 180 102x9 7
HF 118x89 140,146 102 118 89 320 102x7 12,5
HF 124x96 146 - 124 96 180 114x8 7
HF 136x102 168 114 136 102 350 114x7 17,5
HF 140x110 168,178 127 140 110 350 127x8 16
HF 150x122 178 - 150 122 200 140x9 9,5

107
Həlqəvi frezerlərə yüksək tələblər irəli sürülür. Bu frezerlərlə
işləmədə çox vaxt yaranan mürəkkəbləşmələrin səbəbi ondan ibarətdir ki,
frezlənən borular metallik əşyalarla, sementlə və s. pərçimlənmişlər və ya quyu
lüləsində oxboyu ekssentrik yerləşləşmiş olurlar. Tutucu alətlə tutma işinin
alınması üçün qəzalı borunun sonluğunun emal edilməsi prosesi xüsusilə
mürəkkəb iş sayılır.
Pərçimlənmiş qəzalı boru sonluğundan (muftasından, gövdəsindən)
aşağıdakı borunun muftasına kimi frezləməyə tələbat yarandıqda alətə qəbul
borusu birləşdirilir.
Cədvəl VI.4-də HF tipli həlqəvi frezerlərin işçi parametrləri (rejim)
verilmişdir.
Cədvəl VI.4
Tip-ölçüsü Tövsiyə edilən iş rejimi Yolverilən
Oxboyu Fırlanma Nasosun 1 saat ərzində maksimal
yüklənmə, tezliyi, sərfi, qəzalı obyektdən Oxboyu
kN dövr/dəq dm3/san ayrılma sayı yüklənmə, kN
HF 90x61 25
HF 95x74 10 70-90 3
HF 104x75 30
HF 112x82 10-12
HF 118x89 16 35
HF 124x96
HF 136x102 20
HF 140x110 60-80 2 40
HF 150x122 25

Həlqəvi frezerlər müxtəlif variantlı icra ilə hazırlanır və onları bu cür


təsnifatlandırmaq olar:
I. Gövdənin üst hissəsinin formasına görə:
- qaynaq üçün faskalı;
- birləşdirici yivli;
- yiv kəsilməsi üçün yonulmuş;
- qıfıl yivli birləşdiricisi.

II. Kəsici-yonucu qatlı işçi səthin alt hissəsinin formasına görə:


1 – düz; 2 – dalğalı; 3 – konik; 4 – dişli.

III. Kəsici-yonucu qatlı işçi səthin yan hissəsinin formasına görə:


A - gövdə bərabərli (kəsmə yalnız alt səthlə aparılır);
B - gövdədən xaricə çıxıntılı (kəsmə alt səthlə və xarici diametr üzrə aparılır);
C - gövdədən daxilə çıxıntılı (kəsmə alt səthlə və daxili diametr üzrə aparılır);
D - gövdədən xaricə və daxilə çıxıntılı (kəsmə alt səthlə, xarici və daxili
diametr üzrə aparılır).

108
IV. Gövdənin orta hissəsinin xarici və daxili səthinin formasına görə:
- hamar;
- xarici səthində uzunluğu boyu qanovlar (oyuqlar) və daxili səthində isə şaquli
yuma kanalları ilə qovuşan vintli xətt üzrə qanovlar;
Şəkil VI.4-də kəsici-yonucu qatlı işçi səthin alt və yan hissəsinin formaları
göstərilmişdir.
Kəsici-yonucu qatlı işçi səthin alt hissəsinin formasına görə dişli olan
frezerlər yüngül növə aid edilir. Bu frezerlər çöküntü, gil qabığı, sement və
ayrıca xırda metallik əşyalar daxil olmaqla bərkliyi HB<200 kq/mm 2-dan az
olan dağ süxurlarında işləmək üçün nəzərdə tutulmuşdur.
Kəsici-yonucu qatlı işçi səthin alt hissəsinin formasına görə dalğalı olan
frezerlər orta növə aid edilir. Bu frezerlərdə çöküntü, gil qabığı, sement və
bərkliyi HB<240 kq/mm2, axıcılıq həddi δ<550 MPa-dan az olan minimum 50
% metallik obyektlər daxil olmaqla bərkliyi HB<200 kq/mm 2-dan az olan dağ
süxurlarında işləmək üçün nəzərdə tutulmuşdur.
Kəsici-yonucu qatlı işçi səthin alt hissəsinin formasına görə düz olan
frezerlər ağır növə aid edilir. Bu frezerlər bərkliyi HB<240 kq/mm 2, axıcılıq
həddi δ<550 MPa-dan artıq olan 100 % metallik obyektlər üzərində işləmək
üçün nəzərdə tutulmuşdur.

HF tipli həlqəvi frezerlərin hazırlanması və konstruksiyasına olan tələblər

Gövdə polad 40 markalı poladdan hazırlanmalıdır.


Frezerin kəsici-yonucu hissəsi aşağıdakı materialları tətbiq etməklə
armirələşdirilir:
- VK-8 (BK-8) markalı xəlitənin 1-4 mm hədd ölçüsündə bölünmüş
hissəcikləri ilə;
- lehim (pripoy) texniki sənəd üzrə.
Frezerin armirələşdirilməsi xüsusi təlimat üzrə aparılır.
Armirələşdirmədə lehim frezerin armirələşdirilən səthini bütünlüklə örtməlidir.
Armirələşdirilən sahənin üz səthində bərk xəlitənin bölünmüş hissəcikləri
qalaydan üstə çıxmamalıdır. Ayrı-ayrı yerlərdə (kut olmayan) 10 % üz
səthindən çıxıntıya yolverilir. Qaynaq işlərində E-42-F (Э42Ф) elektrod və ya
Cв məftil tətbiq edilməlidir.
Armirələşdirilmiş səthdə bərk xəlitəli hissəciklər arasında lehim
olmadığı halda frezer zay hesab edilir.
HF tipli həlqəvi frezerlər fırlanma istiqamətinə görə sağ və ya sol
hazırlanır. Sağ – sol istiqamətlənmiş vintli pazla və sağ bağlayıcı yivi,
həmçinin sol – sağ istiqamətlənmiş vintli pazla və sol bağlayıcı yivi olmaqla
hazırlanır.

109
Şək.VI.4. İşçi səthi müxtəlif formalı həlqəvi frezerlər.
110
VI.3.3. FP (ФП) tipli pilot frezerlər
FP tipli pilot frezerlər təyinatına görə, qoruyucu kəmərlə təchiz
olunmuş quyuda pərçimlənmiş NKB-nin
(qazma borusu), pakerin, muftun, qıfılın,
elektrik dalma nasosu elementləri və s. tutma
üçün (əsasən daxildən) yararlı vəziyyətə
gətirilməsi məqsədilə istifadə edilən
frezerlərdir. Pilot frezerlər, kəmərin oxuna
nəzərən mərkəzləşdirilməsi imkanı verən
dayaqlı mərkəzləşdirici tətibatı olmaqla, üst
hissəsində qazma boruları kəmərilə birləşməsi
üçün qıfıl yivi 1 və kəsici koronkası (qatı) 2
olan silindrik gövdəyə malik olub, mərkəzində
yivlə gövdəyə bağlanan və ucu da həmçinin
bərk xəlitəli kompozit materilla
armirələşdirilmiş koronkası 4 olan istiqamət-
ləndirici ştokdan 3 ibarətdir (Şəkil VI.5).

Şək.VI.5. FP tipli pilotlu frezer.

Pilotlu frezerlərə belə tərifdə vermək


olar: pərçimlənmiş obyektin daxili diametrinin
qabaqlayıcı frezlənməsilə onun bütün frezlənməsi üçün təyin edilmişdir.
Gövdədə maili yuma dəlikləri və istiqamətləndirici ştokunun xarici
səthində pərçimlənməyə qarşı metal yonqarı kənarlaşdıran düzbucaq şəkilli
oyuqları, mərkəzində isə yuma dəliyi vardır.
Konstruksiyasına görə pilot frezerin quyudibi frezerdən fərqi, gövdə
mərkəzinin kəsici hissəsinə yivlə bağlanmış (qaynaq edilmiş) ştokun olmasıdır.
Frezləmədə istiqamətləndirici ştokun qəzalı obyektə daxil olması ilə
frezerin mərkəzləşməsi təmin edilir, bununla da pərçimlənmə və başqa
mürəkkəbləşmələrdən aləti qoruyur.
Daxili diametri Normal iş rejimi, rotorun rotorun 42-150 dövr/dəqiqə
fırlanma sürətində, ox boyu yüklənmə 10-80 kN (1-8 t) olmalıdır. Nasosun
məhsuldarlığı – 10 dm3/san kimi olmalıdır.
Ox boyu yüklənmə diapazonu, 88-230 mm diametr ölçülü (frezlənən
boruların daxili diametri 40,3-144,1) FP tipli pilot frezerlər üçün nəzərdə
tutulduğu üçün, tip-ölçüdən asılı olaraq bu qiymətə proporsional artım kimi
baxılmalıdır.
Alətin birləşmə (bağlanma) yivi sağ və sol olmaqla hazırlanır.
FP tipli pilotlu frezerlər 10 tip-ölçüdə istehsal edilir.
Cədvəl VI.5-də FP tipli pilot frezerlərin texniki xarakteriskası verilmişdir.

111
Cədvəl VI.5.
İstismar kəməri- Bağlama yivi Əsas ölçülər, mm Kütlə
Tip-ölçü
nin diametri, mm (qıfıl yivi) D d L kq
FP-88 114 Z-66 88 38 410 8,5
FP-100 127 100 11,5
FP-113 140 Z-76 113 47 450 13
FP-118 146 118 14
FP-135 168 Z-88 135 57 480 20
FP-140 178 140 21

Rusiyanın «Измерон» Zavodu pilot-frezerləri 2 tip üzrə istehsal edir


(şəkil VI.6.): 2FP (2ФП) və 3FP (3ФП). Bu tiplər arası fərq, əsasən onların
pilot ucluqlarının konstruktruksiyası ilə əlaqədardır. 2FP frezerlərdə pilotun
uçu kəsik konus şəklində, 3FP frezerlərin isə silindrik və altı qabardılmış olur.

Şək.VI.6. 2FP (2ФП) və 3FP (3ФП) tipli pilotlu frezerlər.

2FP və 3FP tipli pilotlu frezerlər 21 tip-ölçüdə (88 mm-dən 230 mm-ə
kimi) istehsal edilir. Maksimal diametrli eyni olan bəzi tip-ölçülü frezerlər
pilotun diametrinə görə fərqlənirlər.
3FP (3ФП) tipli pilotlu frezerlərin texniki xarakteriskası Cədvəl VI.6-
da verilmişdir.
Cədvəl VI.6.
Tip-ölçü Kəmərin şərti Frezerin Pilotun ölçüsü, mm Birləşmə yivi
diametri, mm maksimal diametr uzunluğu
diametri, mm
3FP 118/47 140, 146 118 47 230 Z-76
3FP 135/57 168 135 57 220 Z-88
3FP 140/70 178 140 70 235 Z-88
3FP 186/120 245 186 120 235 Z-133
3FP 190/143 245 190 143 310 Z-117

112
VI.3.4. FZK (ФЗК) tipli quyudibi kombinə edilmiş frezerlər

QFK tipli quyudibi kombinə edilmiş frezerlər təyinatı, qoruyucu


kəmərlə təchiz olunmuş quyuda NKB-nin yuxarı sonluğunun və ya
pərçimlənməmiş metallik əşyaların xarici diametri üzrə ilkin həlqəvi, sonra
onun bütün kəsiyi üzrə frezerlənməsi məqsədilə istifadə edilən frezerlərdir.
Sözsüz ki, bu alət də tutulan obyektin tutma üçün yararlı vəziyyətə gətirilməsi
məqsədi daşıyır.
Bu frezer bir-birinə boru yivi birləşməsi ilə bağlanan, uclarında (işlək
yerlərində) bərk xəlitəli kompozit materilla armirələşdirilmış kəsici-yonucu
koronkası (qatı) olan quyudibi və həlqəvi frezerlərdən və qazma boruları
kəmərilə birləşməsi üçün qıfıl yivi olan keçiricidən ibarətdir. Həlqəvi frezerin
xarici səthində onun uzunluq boyu kəsiyində bərabər yerləşmiş pərçimlənməyə
qarşı kanallar (oyuqlar), daxilində isə şaquli yuma kanalları ilə qovuşan vintli
xətt üzrə istiqamətlənmiş pazları vardır (Şəkil VI.7).

Şək.VI.7. FZK tipli quyudibi


kombinə edilmiş frezer.
1 - keçirici; 2 – həlqəvi frezer;
3 - quyudibi frezer.

Bu alətin tətbiqi bəzi


hallarda qeyd edilmiş iki alətin
(həlqəvi və quyudibi) birgə işini
təmin etməklə qaldırma-endirmə
əməliyyatlarının azaldılması
imkanı yaradır.
Alətin normal iş rejimi
həlqəvi və quyudibi frezerlərin
iş rejimi ilə eynidir.
Alətin birləşmə
(bağlanma) yivi sağ və sol
olmaqla hazırlanır.
Cədvəl VI.7-də FZK tipli quyudibi kombinə edilmiş frezerlərin əsas
texniki ölçüləri verilmişdir.
Cədvəl VI.7.
Frezləmə aparılan Bağlama yivi Əsas ölçü Kütlə
Tip-ölçü
kəmərin diametri, mm (qıfıl yivi) D L kq
QFK-118 146 Z-76 118 470 25
QFK-136 168 Z-88 136 500 35
Kombinəedilmiş frezerlərin hazırlanması şərtləri FZ (ФЗ) və HF (ФК)
113
tipli frezerlərlə eynidir.
Rusiyanın «Измерон» Zavodu FZK tipli kombinəedilmiş frezerləri
(quyudibi-həlqəvi) 9 tip-ölçü üzrə istehsal edir.
FZK tipli kombinəedilmiş frezerlərə belə tərifdə vermək olar: frezlənən
boru ilə quyu divarı arasında həlqəvi fəzanın qabaqlayıcı frezlənməsilə onun
bütün frezlənməsi üçün təyin edilmişdir.
Cədvəl VI.8-də FZK tipli quyudibi kombinə edilmiş frezerlərin əsas
texniki ölçüləri verilmişdir.
Cədvəl VI.8.

Frezləmə Xarici Həlqəvi Bağlama


Tip-ölçü aparılan kəmərin diametri, hissənin daxili Uzunluğu, yivi
diametri, mm mm diametri, mm mm (qıfıl yivi)
FZK-115 146 115 73 465 Z-76
FZK-118 146 118 89 470 Z-76
FZK-122 146 122 94 469 Z-76
FZK-128 168 128 104 500 Z-88
FZK-136 168 136 102 500 Z-88
FZK-140 168 140 105 500 Z-88
FZK-167 194 167 133 580 Z-88
FZK-270 299 270 171 875 Z-147
FZK-285 324 285 249 872 Z-147

VI.3.5. FM tipli maqnitli tutucu frezerlər

FM tipli maqnitli tutucu frezerlər təyinatına görə, qazılan və istismarda


olan quyularda qəzaların ləğvində quyudibində olan ferromaqnit xassəli xırda
metallik (təyin olunmamış ölçülü və formalı) əşyaları frezerləməklə maqnit və
tutucu mexanizm vasitəsilə çıxarılması məqsədilə istifadə edilən frezerlərdir.
Maqnitli tutucu frezerlər iki icrada layihələndirilmiş və hazırlanmışdır:
23 tip-ölçülü mexaniki tutqacsız FM (ФМ) və 10 tip-ölçülü mexaniki tutqaclı
FMZ (ФМЗ).
FM (icra 1) konstruksiyasına görə, silindrik gövdədən 2, daxilində
maqnit sistemi 3 və gövdənin üst hissəsində qazma boruları kəmərilə
birləşməsi üçün qıfıl yivi 1 olan keçiricidən ibarətdir. Gövdənin alt hissəsi
kəsici koronka formasında hazırlanaraq, xırdalanmış bərk xəlitə ilə
armirələşdirilmişdir. Maqnit sistemi, silindrik sabit maqnitlər dəstindən ibarət
olmaqla maqnitkeçirici kimi xidmət göstərən metallik stakanda
yerləşmişdirilmişdir (Şəkil VI.8).
FMZ (icra 2) maqnitli tutucu frezerdə qəzalı obyektin düşməsinin
qarşısının alınması üçün bu frezerin gövdəsinin aşağı hissəsində maqnitli
tutqacı 1 vardır və bu tutucu qovşaq altı pərdən ibarətdir (Şəkil VI.9).
FMZ maqnitli tutucu frezer quyudibində iri metallik əşyalar yığıldığı
114
halda tətbiq edilir.
Yuma məhlulu, alətin daxilindən maqnit sisteminin periferiyası üzrə
istiqamətlənir. Alt səthində periferiya üzrə yerləşmiş yuma dəlikləri çıxarılan
əşyalarla alətin bilavasitə təmasda olmasını təmin etməklə onların üzərində
olan çöküntü və şlamları yumağa imkan verir. Adətən frezerin gövdəsilə
maqnit mili arasında bürünc oymaq yerləşir. Buna görə oymağın hüdudlarından
kənarda maqnit sahəsi xeyli zəif olur və polad borular daxilində frezerin
hərəkəti zamanı nəzərə çarpacaq əlavə müqavimət qüvvələri yaranmır.
Maqnitli tutucu frezerlə işləmə qaydası aşağıdakı kimidir: qazma
kəmərilə frezer quyuya endirilir və quyudibinə 5 - 6 m qalmış yumaya
başlamaqla eyni zamanda qazma boruları fırladılır. Frezeri quyudibinə tədricən
çox yavaş endirməklə və intensiv yuma ilə qəzalı obyekt qapanır və frezlənir.
Yuma saxlanılır və alət tam qaldırılır.
Qaldırma zamanı kəskin tormozlama və kəmərin (elevatorun) rotora
sərt oturdulmasına yolvermək olmaz. Qaldırma zamanı həmçinin kəməri
rotorla fırlatmaq olmaz, belə ki, bu halda tutulmuş əşyanın itirilməsi ehtimalı
yüksəlir. Qaldırılmış maqnitli frezerin işçi hissəsi (səthini) metallik əşyalardan
təmizlənməli və su ilə yuyulmalıdır. Birləşdirici yiv təmizlənməli və
yağlanmalıdır. Maqnitli frezer, metallik əşyalardan ayrılmaqla
(uzaqlaşdırılmaqla) saxlanmalıdır. Frezerin sökülməsi yalnız onun işləmə
resursunun tam istifadəsindən sonra aparılmalıdır, belə ki, vaxtından əvvəl
sökülmə maqnit sisteminin maqnitsizləşməsinə səbəb olur.
Alətin birləşmə (bağlanma) yivi sağ və sol olmaqla hazırlanır.

115
Şək.VI.8. FM tipli maqnit tutuculu frezer. Şək.VI.9. FMZ tipli frezer
FM tipli maqnitli tutucu frezerlər 86-315 mm diapazonda 23 tip-ölçüdə
istehsal edilir.
Cədvəl VI.9-da FM tipli maqnitli tutucu frezerlərin texniki
xarakteriskası verilmişdir.
Cədvəl VI.9.
Şərti yük- Ox boyu Rotorun Nasosun Əsas ölçü, mm
Birləş- Kütlə,
Tip-ölçü qaldırma, yüklənmə fırlanma tez- məhsuldar-
dirici yivi D L kq
H kN liyi,dövr/dəq lığı, dm3/san

FM-86 400 Z-62 86 245 8


3
FM-88 17
700 Z-62 88 380
FMZ-88 19
FM-93 850 Z-62 93 265 10
12
FM-103 400 23
800 4 103
FMZ-103 520 25
18-60
FM-115 950 Z-76 115 330 18
FM-118 440 24
1000 5 118
FMZ-118 580 26
FM-135 440 38
1200 6 135
FMZ-135 580 45
20 Z-88
FM-150 450 45
2400 7 150
FMZ-150 600 50

Maqnitli tutucu frezerin yükqaldırma qabiliyyətinin bərpası üçün onu


xüsusi qurğuda maqnitləşdirmək lazımdır.

116
VI.3.5.1. Maqnitli tutucu frezerin maqnitləşdirilməsi metodikası
Maqnitli tutucu frezerin yükqaldırma qabiliyyəti onun
konstruksiyasından, habelə maqnitləşdirici qurğunun gücündən asılıdır.
Maqnitləşdirici qurğu (şəkil VI.10) masa 1, təməl 2, maqnitkeçirici 3,
maqnitləşdirici maqara 4, sıxıcı bolt 5, dayaq halqası 6, tutucunun ayrılması
üçün halqa 7, maqnit ekranı 8, özlük 9, tutucunun maqnit sisteminin
maqnitkeçiricisi 10, frezer-tutucunun maqnitləri (mili) 11 və maqnitli frezer-
tutucunun gövdəsindən 12 ibarətdir. Maqnitkeçirici 3 və özlük 9 polad 3
markalı poladdan hazırlanır. Maqnitləşdirici qurğu 1000 A sabit cərəyanlı
generatordan qidalanır. Elektrik sistemi müvafiq ölçü və nəzarət cihazları ilə
təchiz edilmişdir.
Maqnitləşdirmək üçün maqnitli tutucu frezeri 12 maqnitləşdirici
qurğuya quraşdırılır. Bu quraşdırma elə olmalıdır ki, tutucunun maqnit
sisteminin alt üzü (müstəvisi) maqnitləşdirici qurğunun özlüyünün 9 üst üzünü
bütün səthi üzrə örtməlidir. Elektromaqnit maqarasını 4 qidalandırmaqla özlük
maqnitləşdirilir. maqnitləşdirmə müddəti 5 saniyəyə kimi olur.
Bu müddət başa çatdıqdan sonra elektrik cərəyanının verimi kəsilir. 5-
10 dəqiqə keçdikdən sonra maqnitli tutucu frezer qurğudan çıxarılır. Bunun
üçün sıxıcı boltlar 5 fırladılır və onlar halqaya 7 dayaqlanır. Halqa, sıxıcı
boltların təsirilə tutucu gövdəsinin alt səthinə dayaqlanmaqla onu qurğudan
ayırır. Maqnitləşdirilmiş tutucu istifadəyə hazır sayılır.

117
Şək.VI.10. Maqnitləşdirici qurğu.

VI.3.5.2. Elektromaqnitli frezerlər

Elektromaqnitli frezerlər quyuya kabel vasitəsilə endirilir və quyudibinə


çatdıqdan sonra işə salınır. Onların üstünlüyü - elektromaqnitlərin yaratdığı
əlavə qaldırma qüvvəsi ilə endirmə-qaldırma əməliyyatlarına sərf olunan
müddətin əhəmiyyətli dərəcədə azalmasıdır. Lakin quyudibində yerləşən
əşyalar əgər çöküntü və ya şlam ilə örtülmüşsə onları çıxarmaq mümkün
olmur, belə ki, yuma əməliyyatını həyata keçirmək mümkün deyil.

Çoxcərgəli və ya quyu maqnitləri

Çoxcərgəli və ya quyu maqnitləri (şəkil VI.11), tutucu və digər


endirilmə quruluşlarına (kompanovka) ferromaqnit xassəli xırda metallik
qəlpələrin çıxarılması məqsədilə daxil edilir. Çoxcərgəli və ya quyu
maqnitləri, sonluqlarında qazma qıfılları olan qısa qazma borusunu xatırladır.

118
Boru gövdəsində, quyu mayesindəki metallik yonqarları özünə cəzb
edən güclü sabit maqnitlər quraşdırılmışdır.

Şək.VI.11. Çoxcərgəli və ya quyu maqnitləri.

Quyu maqnitləri həmçinin qoruyucu boruların muftalarının və


quyuların üfiqi lülələrinin metallik yonqarlardan və digər zibil xarakterli
metallik tullantı məhsullarından, habelə atqıya qarşı avadanlıq – preventorların
sualtı blokların təmizlənməsi üçündə istifadə edilir. Çoxcərgəli maqnitlərin
istifadəsi, həmçinin frezləmə və borukəsmə işlərində yuma mayesinin həlqəvi
fəzadakı qalxma sürəti çox az, ya da bu maye özü ilə aparmada (qaldırmada)
alçaq qabiliyyətə malik olduğu halda frezer və borukəsən üzərində toplanan
yonqarı yığmağa kömək edir. Çoxcərgəli və ya quyu maqnitləri, əgər frezləmə
işlərində istifadə edilirsə o alət üzərində yeləşdirilir. Əgər maqnitlər
perforasiyadan sonra metallik qəlpələrin çıxarılması üçün istifadə edilirsə onlar
perforatordan aşağıda quraşdırılır.

VI.3.6. FS (ФС) tipli xüsusi kalibrləşdirici frezerlər

FS tipli xüsusi kalibrləşdirici frezerlər quyuda qalmış və üst ucluğu


deformasiyaya uğramış boruların standart ölçü alınması, sonradan xarici

119
tutucular ilə tutma məqsədilə, bu sonluqların emal edilməsi üçün təyin
edilmişdir (şəkil VI.12).
Kalibrləşdirici sahənin uzunluğu standart tutucu alətlə tutma üçün lazım
olan uzunluğa bərabərdir və bu 400...500 mm arası olur.
Rusiyanın «Измерон» Zavodu FS (ФС) tipli xüsusi kalibrləşdirici
frezerlər 19 tip-ölçü üzrə istehsal edir.
Cədvəl VI.10-da FM tipli FS (ФС) tipli xüsusi kalibrləşdirici frezerlərin
texniki xarakteriskası verilmişdir.
Cədvəl VI.10.
Tip-ölçü Diametr, mm Birləşmə yivi Qoruyucu Frezlənən
xarici daxili (qıfıl yivi) kəmərin borunun
diametri, mm diametri, mm
FS-43/90 90 43 42
FS-43/93 93 43 Z-66 114
FS-61/96 96 61
FS-61/100 100 61
FS-61/115 115 61 140 60
FS-61/120 120 61
FS-61/125 125 61 146
FS-74/100 100 74 Z-76 127
FS-74/110 110 74
FS-74/115 115 74 140
FS-74/120 120 74 73
FS-74/125 125 74 Z-88 146
FS-74/140 140 74 168
FS-74/145 145 74 168
FS-90/120 120 90 Z-88 140
FS-90/125 125 90 146 89
FS-90/140 140 90 168
FS-103/140 140 103 Z-101 102
FS-128/195 195 128 Z-117 245 127
Alətin birləşmə (bağlanma) yivi sağ və sol olmaqla hazırlanır.

VI.3.7. FD (ФД) tipli frezer-balta

FD (ФД) tipli kəsici-yonucu frezer-balta quyudibində qalmış metallik


əşyalar daxil olması mümkünlüyü olan sement tıxaclarının qazılması
(dağıdılması) üçün təyin edilmişdir (şəkil VI.13).
Alətin birləşmə (bağlanma) yivi sağ və sol olmaqla hazırlanır.
Rusiyanın «Измерон» Zavodu FD (ФД) tipli frezer-baltaları 20 tip-
ölçü üzrə istehsal edir.
Cədvəl VI.11-də FM tipli FD (ФД) tipli xüsusi kalibrləşdirici frezerlərin
həndəsi ölçüləri verilmişdir.

120
Şək.VI.12.FS tipli kalibrləşdirici frezer. Şək.VI.13. FD tipli frezer-balta.

Cədvəl VI.11.

Tip-ölçü Ölçü, mm Birləşmə yivi Tip-ölçü Ölçü, mm Birləşmə yivi


D L (qıfıl yivi) D L (qıfıl yivi)
FD-83 83 FD-115 115 Z-76
FD-85 85 232 Z-66 FD-118 118
FD-86 86 FD-120 120 248
FD-93 93 230 FD-122 122 Z-86
FD-95 95 FD-124 124
FD-100 100 Z-73 FD-138 138
FD-102 102 232 FD-140 140 268 Z-88
FD-104 104 FD-142 142
FD-112 112 248 Z-76 FD-149 149 270 Z-102
FD-114 114 FD-165 165 355

VI.4. İstismar kəmərinin zədələnmiş sahələrini - əzilmə, sınmaya


məruz qalmış hissəsinin frezerlənməsi üçün istifadə edilən frezerlər

VI.4.1. FTK tipli quyu frezerləri


FTK tipli quyu frezerləri təyinatına görə, neft və qaz quyularında istismar
(qoruyucu) kəmərinin zədələnmiş sahələrinin (bükülmüş, əzilmiş, sınmış)
frezerlənmə ilə ləğv edilməsi məqsədilə istifadə edilən frezerlərdir.
Konstruksiyasına görə, düzdibli-konik və silindrik səthlərə malikdir. Düzdibli
və silindrik səthləri yonucu-kəsici, konik səthi kəsici qabililiyyətinə malikdir.

121
Alt hissəsi-düzdibli səthi bərk xəlitəli kompozit materilla armirələşdirilmişdır.
Silindrik səthi bərk xəlitəli “relit”, konik səthindəki paz formalı kəsici dişlər
arasına bərk xəlitəli plastinlər yerləşdirməklə təchiz edilir (Şəkil VI.14).

Şək.VI.14. FTK tipli frezer.

Frezerin üst hissəsində qazma


boruları kəmərilə birləşməsi üçün
qıfıl yivi vardır. Konik səthdə
olan yuma dəlikləri, alətin oxuna
nəzərən bucaq altında
yerləşmişdir.
Normal iş rejimi, rotorun
rotorun 60-120 dövr/dəqiqə
fırlanma sürətində, ox boyu
yüklənmə tip-ölçüsündən asılı
olaraq 60 kN kimi olmalıdır.
Alətin birləşmə (bağlanma)
yivi sağ və sol olmaqla hazırlanır.
FTK tipli frezerlər 18 tip-
ölçüdə (90÷300 mm) istehsal
edilir.
194 mm-ə kimi olan istismar kəmərlərində istifadə edilən FTK tipli quyu
frezerlərinin əsas ölçüləri Cədvəl VI.12-də verilmişdir.

Cədvəl VI.12.
Frezləmə aparılan Bağlama Əsas ölçü Kütlə
Tip-ölçü kəmərin diametri, yivi
D L kq
mm (qıfıl yivi)
FTK 90x46 114 90 12
Z-66 350
FTK 97x53 114; 127 97 13
FTK 106x53 127 106 380 15
FTK 115x60 140 115 380 19
Z-76
FTK 121x66 140;146 121 22
405
FTK127x71 146 127 25
FTK 137x72 168 137 28
432
FTK 143x78 168;178 Z-88 143 30
FTK 152x86 178;194 152 450 40

VI.4.2. FKK tipli konuslu kəmər frezerləri

122
FKK tipli konuslu kəmər frezerləri təyinatına görə, neft və qaz
quyularında istismar (qoruyucu) kəmərinin zədələnmiş sahələrinin (bükülmüş,
əzilmiş, sınmış) frezerlənmə ilə ləğv edilməsi, həmçinin kəmərin daxili səthini
sement qatı və sairdən təmizlənməsi
məqsədilə istifadə edilən
frezerlərdir.
Konstruksiyasına görə,
düzdibli-konik və silindrik səthlərə
malikdir və bu səthlərdə olan paz
formalı kəsici dişlərə bərk xəlitəli
plastinlər yerləşdirməklə təchiz
edilir (Şəkil VI.15).
Frezerin üst hissəsində
qazma boruları kəmərilə birləşməsi
üçün qıfıl yivi vardır.
Şək.VI.15. FKK tipli konuslu
kəmər frezeri.
FTK tipli quyu
frezerlərində olduğu kimi, konik
səthdə olan yuma dəlikləri alətin
oxuna nəzərən bucaq altında
yerləşmişdir. Ümumiyyətlə, FKK
tipli konuslu kəmər frezerləri iki
variantda hazırlanır: qeyd etdiyimiz
kimi, alətin oxuna nəzərən konik
səthdə bucaq altında olan yuma
dəlikli; alətin oxuna nəzərən konik səthdə bucaq altında olan yuma dəlikli və
mərkəzi dəlikli.
Normal iş rejimi, rotorun rotorun 60-120 dövr/dəqiqə fırlanma
tezliyində, ox boyu yüklənmə 5-20 kN (0,5-2 t) olmalıdır. Nasosun
məhsuldarlığı - 12 l/san kimi olmalıdır.
Alətin birləşmə (bağlanma) yivi və dişlərin istiqaməti sağ olmaqla
hazırlanır. FKK tipli konuslu kəmər frezerləri 18 tip-ölçüdə istehsal edilir.
178 mm-ə kimi olan istismar kəmərlərində istifadə edilən FKK tipli
quyu frezerlərinin əsas ölçüləri Cədvəl VI.13-də verilmişdir.
FKK tipli konuslu kəmər frezerlərin hazırlanmasına olan tələblər HF
(ФК) tipli həlqəvi frezerlərin hazırlanmasına olan tələblərlə demək olar ki,
eynidir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bərk xəlitəli plastinlərin kəsici
çıxıntıları, silindrik və ya konus səthlərin fırlanma trayektoriyası üzrə yaranan
oxundan keçən müstəvi üzrə yerləşməlidir.
123
Cədvəl VI.13.
Frezləmə aparılan Bağlama yivi Əsas ölçü Kütlə
Tip-ölçü
kəmərin diametri, mm (qıfıl yivi) D L kq
FKK 93 93,3 350 12
114 Z-62
FKK 97 97,3 352 15
FKK 106 127 106 373 17
FKK 115 140 Z-76 114,7 428 21
FKK 121 146 120,7 431 24
FKK127 146 127 428 27
FKK 137 168 Z-88 137,3 430 37
FKK 143 168, 178 143,3 460 40
FKK 149 168, 178 Z-101 149,3 475 45

VI.5. İkinci lülə kəsilişilə qazmada istismar kəmərində “pəncərə”


açılması üçün istifadə edilən frezerlər

Fəaliyyətsiz quyuların bərpası üçün aparılan təmir işlərində quyudakı


boruların tutma ilə müəyyən səbəblərdən çıxarılmasının mümkünsüzlüyü,
lülənin kənar əşyalardan təmizlənməsi və istismar kəmərindəki deffektlərin
ləğv edilməsində müsbət nəticə alınmadıqda, istismar kəmərində “pəncərə” və
ya onun məyyən sahəsinin çıxarılması ilə ikinci lülənin qazılması, bu quyuların
bərpası üçün effektiv üsul olaraq geniş tətbiq edilir. İkinci lülə qazılması ilə
fəaliyyətsiz quyuların bərpasında, kəsici alətlərlə (tərtibatlarla) istismar
kəmərində “pəncərə” açılması və ya onun məyyən sahəsinin çıxarılması
mürəkkəb proses sayılır.
Hal-hazırda ikinci lülənin yaradılması üçün, istismar kəmərində
frezləmə işləri iki istiqamətdə aparılır:
- rayber və meyilləşdirici tətbiq etməklə istismar kəmərində “pəncərə”
açılması.
- meyilləşdiricinin quraşdırılması üçün, seksiyalı kəsici tərtibatlar tətbiq
etməklə istismar kəmərinin təyin olunmuş sahəsinin müəyyən uzunluqda
kəsməklə “pəncərə” açılması.

VI.5.1. FRS (ФРС) tipli frezer-rayberlər

FRS tipli frezer–rayberlər təyinatına görə, ikinci lülənin yaradılması və


qazılması üçün istismar kəmərində meyilləndiricinin vasitəsilə “pəncərə”
açılması məqsədilə istifadə edilən frezerlərdir. Üç tip-ölçülü (1, 2, 3 №-li)
frezer-rayberdən ibarət olan dəsti ardıcıllıqla tətbiq etməklə “pəncərə” açılması

prosesində istifadə edilir.

124
Konstruksiyasına görə kəsik konus formasında olan frezer-rayberin
gövdəsindəki pazlara (oyuqlara), bərk xəlitəli plastinlər çuqun çubuqla qanaq
edilməklə quraşdırılır. Alt səthində-düzdibli hissədə yerləşmiş dişlər bərk xəlitə
ilə lehimlənmişdir.
Frezerin üst hissəsində qazma boruları kəmərilə birləşməsi üçün qıfıl
yivi vardır. Gövdənin daxilində yuma dəlikləri vardır (Şəkil VI.16).

Şək.VI.16. FRS tipli frezer-rayberlər.


“Pəncərə” açılmasında frezer-rayber dəstinə daxil olan 1, 2, 3 №-li
frezer-rayberlər, diametr və uzunluq ölçülərinin artımı üzrə ardıcılıqla istifadə
edilir.
Cədvəl VI.14-də FRS-168 frezer-rayberlərin (1, 2, 3) texniki xarakteris-
kası verilmişdir.
Frezləməni 1 №-li frezer-rayberlə 2-3 t ox boyu yüklənmədə alətin
fırlanma tezliyi 40-60 dövr/dəq. ilə başlayıb, frezləmə dərinləşdikcə fırlanma
tezliyini tədrıicən 50-70 dövr/dəq.-yə kimi artırılır. Pəncərənin 1,4-1,6 m
məsafə kəsilməsindən (bu hal frezer-rayberin aşağı ucunun kəmərə
sürtünməsindən (təmasdan) çıxan hala uyğun gəlir) sonra, fırlanma tezliyini
80-90 dövr/dəq.-yə kimi artırmaqla ox boyu yüklənməni 1-1,5 t-na kimi
azaldılmalıdır.
2 №-li frezer-rayberlə 1-1,5 t ox boyu yüklənmə və alətin fırlanma
tezliyi 60 dövr/dəq. ilə keçilmiş interval genişləndirilir.
3 №-li frezer-rayberlə 0,5-1,0 t ox boyu yüklənmə və alətin fırlanma
tezliyi 80-90 dövr/dəq. ilə pəncərə divarlarını emal etməklə süxura çıxış təmin
edilir.

125
Hər üç frezer-rayberlə işləmədə qazma məhlulunun sərfi – 10-12 l/san
olmalıdır.
Cədvəl VI.14.
Frezer- Əsas ölçüləri mm-lə Fırlanma
Yüklənmə
rayberin Konusun Konusun Uzunluğu, tezliyi
Ton-la
Şifri maksimalı, D1 minimalı, D L dövr/dəqiqə
2-3 (1,6 m-ə
40-60, 50-70
kimi)
FRS-168-1 130 50 380
1-1,5 (1,4 m-dən
80-90
sonra)
FRS-168-2 142 70 496 1-1,5 60
FRS-168-3 142 110 500 0,5-1,0 80-90

Cədvəl VI.15-də FRS-146 frezer-rayberlərin (1, 2, 3) əsas ölçüləri


verilmişdir.
Cədvəl VI.15.
Frezer- Əsas ölçüləri mm-lə
rayberin Konusun maksimalı,
Şifri Konusun minimalı, D Uzunluğu, L
D1
FRS-146-1 110 47 340
FRS-146-2 120 62 425
FRS-146-3 120 95 431

VI.5.2. Kombinəedilmiş rayber


Kombinəedilmiş rayber bir-birilə birləşmiş üç seksiyadan ibarətdir.
Seksiyalar müxtəlif diametr (D1, D2, D3) və uzunluğa (l1, l2, l3) malikdirlər və
hər hansı birinin yeyilməsilə dəyişilmə imkanlıdırlar.
Rayberin oxuna nəzərən maillik bucağı a=80, uzunluğu l1 olan birinci -
aşağı seksiya əsas (işçi) olaraq, meyilləşdiricinin yuxarı sonluğu ilə təmasa
girmə (kontakt) momentindən kəməri sürtməyə başlayır. Maillik bucağı
a=1030/, uzunluğu l2 olan ikiinci seksiya kəsməni davam etdirməklə
“pəncərə”ni genişləndirir. Silindrik formaya malik olan üçüncü seksiya
“pəncərə”nin divarlarını emal edir.
Rayber seksiyalarının yan səthləri bərkxəlitəli plastinlərlə
armirləşdirilmişdir. Kəsmə momenti dişin kəmərlə görüşmə bucağı 10 0 təşkil
edir. Rayberin dişi bütün səthi boyu eyni zamanda kəmərə sürtünmür, yəni
dərinləşmə (işləmə dərinliyi) artdıqca diş səthinin kontakt nöqtəsi dəyişir. Bu
da qazma kəməri və rayberin iş şəraitini yüngülləşdirir. Rayberin alt səth
hissəsi də həmçinin yüksək davamlı bərkxəlitə ilə təchiz edilmişdir.

126
“Pəncərə”nin açılması prosesində yuma
mayesinin dövretdirilməsi üçün, seksiyalarda
“şahmat daması” ardıcıllığı üzrə düzülmüş maili
yan dəliklər vardır (Şəkil VI.17).

Şək.VI.17. Kombinəedilmiş frezer-rayber.

Kombinəedilmiş rayberin əsas ölçüləri


Cədvəl VI.16-da göstərilmişdir.

Cədvəl VI.16.

Kəmərin şərti diametri,


Parametrlər mm
168 219 273
Maksimal diametr D3 , mm 142 193 245
Birinci seksiyanın diametri D2, mm 130 175 230
Minimal diametr D1, mm 50 60 80
Qıfılın diametri d, mm 110 145 145
Birinci seksiyanın uzunluğu l1, mm 240 195 130
İkinci seksiyanın uzunluğu l2, mm 120 125 230
Üçüncü seksiyanın uzunluğu l3, mm 60 120 130
Kütləsi, kq 52 61 87

VI.5.3. RPM (РПМ) tipli frezer-rayberlər

“AzİNMAŞ”-ın konstruksiyası olan RPM tipli frezer–rayberlər də


təyinatına görə, ikinci lülənin yaradılması və qazılması üçün istismar
kəmərində meyilləşdiricinin vasitəsilə “pəncərə” açılması məqsədilə istifadə
edilən frezerdir. Konstruksiyasına görə konik və silindrik səthlərə malik,
127
“AzİNMAŞ”-ın konstruksiyası olan RPM tipli frezer–rayberlər də təyinatına
görə, ikinci lülənin yaradılması və qazılması üçün istismar kəmərində
meyilləşdiricinin vasitəsilə “pəncərə” açılması məqsədilə istifadə edilən
frezerdir. Konstruksiyasına görə konik və silindrik səthlərə malik, üçpilləli
kəsici tipli olan bu alətin hər pilləsi en kəsiyi üzrə bir-birlərinə nəzərən
müəyyən bucaq altında və kəsiciləri alətin uzunluğu boyu diametr üzrə
müəyyən məsafədə yerləşməklə (ara boşluğu olmadan), bir-birlərini qarşılıqlı
örtməklə - pillələr bir-birlərinə daxil olmuş vəziyyətdə olurlar (Şəkil IV.18).
Kəsici hissələrin gövdədən diametr üzrə çıxıntısı 4 mm-dir. Alətin altdan 2
pilləsi konik, üstdəki 3-cü pilləsinin silindrik səthlərində kəsilmiş pazlara kəsici
dişlər-bərk xəlitəli plastinlər presslənmişdir. Frezer-rayberi hazırladıqda
plastinlərin pazlara lehimlənməsində, diametri 2-4 mm
olan latun məftil və flyus üçün “bura”dan istifadə
edilir. Altda-düzdibli hissədə yerləşmiş dişlər bərk
xəlitəli “relit” ilə armirləşdirilir.
Frezerin üst hissəsində qazma boruları kəmərilə
birləşməsi üçün qıfıl yivi vardır. Konik səthdə olan
yuma dəlikləri, alətin oxuna nəzərən bucaq altında
maili yerləşmişdir.
Möhkəmlik qrupu “D” olan qoruyucu (istismar)
kəmərdə bu alətin “pəncərə”nin açılmasını bir reysə
(voyaja) aparılması imkanı vardır.
Cədvəl VI.17-də RPM tipli frezer-rayberlərin
texniki xarakteriskası verilmişdir.

Şək.VI.18. RPM frezer-rayber.


Cədvəl VI.17.
Frezləmə Fırlanma Əsas ölçü
Yüklənmə Bağlanma yivi Kütlə
Tip-ölçü aparılan kəmərin tezliyi
KN (ton) (qıfıl yivi) D L kq
diametri,mm dövr/dəq
RPM-146 146 Z-76 121 486 25,2
20 (2)
RPM-168 168 Z-88 143 543 38,5
80-100
RPM-219 219 193 626 79,3
40 (4) Z-117
RPM-273 273 246 726 152,3

VI.5.4. RU ((РУ) Universal rayber


“AzNİPİneft”in konstruksiyası olan RU Universal rayber MOD
meyilləşdiricilə birgə tətbiq edilir. Bu rayber 168 mm istismar kəmərində
“pəncərə”nin açılmasını bir reysə aparılması üçün təyin edilmişdir (Şəkil
VI.19).

128
Cədvəl VI.18-də RU tipli frezer-rayberin əsas ölçüləri
göstərilmişdir.

Cədvəl
VI.18.
Silindrik hissənin uzunluğu, mm 108
Konik hissənin uzunluğu, mm 348
İşçi uzunluğu, mm 456
Maksimal diametr , mm 142
Minimal diametr, mm 50
Şək.VI.19. RU universal rayber.

VI.5.5. FRL (ФРЛ) tipli frezer-rayber

FRL tipli frezer-rayber də təyinatına görə, ikinci


lülənin yaradılması və qazılması üçün istismar kəmərində
meyilləşdiricinin vasitəsilə “pəncərə” açılması məqsədilə
istifadə edilən frezerdir. Bu frezer-rayber kəsici və tutucu
hissədən ibarətdir. Kəsici hissəyə konik və silindrik
rayberlər, koronka və
həlqəvi frezer
daxildir. Tutucu
hissə, silindrik
rayberin daxilində
quraşdırılmış xüsusi tutqacdan ibarətdir
(Şəkil VI.20).
Frezer-rayberin üst hissəsində
qazma boruları kəmərilə birləşməsi üçün
qıfıl yivi vardır. Mərkəzi yuma
dəliklidir.
Tələb olunan profil və uzunlqlu
“pəncərə”nin qoruyucu (istismar)
kəmərində açılmasını bir reysə (voyaja)
aparır və eyni zamanda “pəncərə”nin
kəsilməsi prosesində yaranan kəmər
hissəsinin – zolağın (lentin),daxilindəki
tutqacla tutub çıxarmaq imkanlıdır.

Şək.VI.20. FRL tipli frezer-rayber.

129
Cədvəl VI.19-da FRL tipli frezer-rayberlərin texniki xarakteriskası verilmişdir.
Cədvəl VI.19.

Frezləmə aparılan Fırlanma Əsas ölçü


Yüklənmə Bağlanma yivi Kütlə
Tip-ölçü kəmərin tezliyi
kN (ton) (qıfıl yivi) D L kq
diametri,mm dövr/dəq
FRL-116 140 Z-76 116 850 60
FRL-121 146 Z-76 121 860 64
FRL-143 168 Z-101 143 1000 85
FRL-152 178 Z-101 152 1050 102
30 (3) 102
FRL-167 194 Z-121 167 1100 136
FRL-193 219 Z-121 193 1150 173
FRL-218 245 Z-147 218 1250 245
FRL-246 273 Z-147 246 1300 294

VI.6. “Bittexnika” («Биттехника») isehsalı olan frezerlər, ərsinlər

“Bittexnika” ASC-nin təməli 1996-cı ildə qoyulmuş və indidə bu firma


dinamik inkişafdadır.
Bu günə kimi müəsisədə istismar kəmərlərində “pəncərə”nin
kəsilməsində quyunun əsas lüləsi oxundan kəsici frez və frezer-rayberlərin
lazım olan meyllənmə, həmçinin quyuda qoruyucu kəmərdən əlavə kəmərin
qazılmasında kəsici və qazma alətini meylləndierilməsi üçün nəzərdə tutulmuş
və müxtəlif şəraitlərdə meylləndirici-pazların bir sıra modelləri işlənilmişdir.
Həmçinin yan lülə kəsilişi intervalının keyfiyyətli hazırlığı və qəza-
təmir işləri üçün istehsal edilən skreper, ərsin-fırça, fərdi həndəsi ölçülü
(geometriyalı) frezlərə xüsusi diqqət ayrılır.
“Bittexnika” ASC 2009-cu ildə ISO 9001:2008 keyfiyyət menecmenti
Sistemləri üzrə sertifikasiyadan keçmişdir.
FS (ФС) tipli ilkin frezerlər (фреза стартовая).
FS (ФС) ilkin frezerlər meylləndirici-pazın endirilməsi və istismar
kəmərində “pəncərə”nin ilkin frezlənməsi üçün təyin edilmişdir.
Şəkil VI.21-də bu frezerin ümumi görünüşü göstərilmişdir.

Şək.VI.21. FS (ФС) tipli ilkin frezer.


130
Cədvəl VI.20-də FS (ФС) tipli ilkin frezerlərin əsas göstəriciləri
verilmişdir.
Cədvəl VI.20.
Şifr Qoruyucu kəmərin L, L1, D, Bağlanma Kütlə,
(tip-ölçü) diametri, mm mm mm mm yivi kq
FS-112 (ФС-112) 112 29,0
FS-116 (ФС-116) 116 29,3
139,7
FS-118 (ФС-118) 1050 120 118 Z-76 (Z-73) 29,5
FS-120 (ФС-120) 120 29,7
FS-124 (ФС-124) 146,0 124 30
FS-142 (ФС-142) 168,3 1150 142 Z-88 (Z-86) 52,5
FS-151 (ФС-151) 177,8 151 54
Start-pəncərə frezeri meylləndiriciyə bir ədəd sancaq vasitəsilə bərkidilir.

FSO (ФСO) tipli ilkin-pəncərə (стартово-оконная) frezerləri


FSO (ФСO) ilkin-pəncərə (стартово-оконная) frezerlər meylləndirici-
pazın endirilməsi, quraşdırılması və istismar kəmərində “pəncərə”nin bir reysə
(bir endirimə) frezlənməsi üçün təyin edilmişdir.
Bu frezer aşağıdakı hallarda istifadə edilə bilər:
- meylləndirici-pazın endirilməsi və quraşdırılması;
- fərdi qaydada yuma kanallarından keçməklə yuma ilə;
- bir (iki) qarpızabənzər formalı frezerlə birgə quruluşda (yuma kanallarından
keçməklə yuma ilə).
Şəkil VI.22-də bu frezerin ümumi görünüşü göstərilmişdir.

Şək.VI.22. FSO (ФСO) tipli ilkin-pəncərə frezeri.


Cədvəl VI.21-də FSO (ФСO) tipli ilkin-pəncərə frezerlərin əsas
göstəriciləri verilmişdir.
Cədvəl V.21.
Qoruyucu L, L1, D, D1, Bağlanma Kütlə,
Şifr
kəmərin mm mm mm mm yivi kq
(tip-ölçü)
diametri, mm
FSO-124 (ФСO-124) 146,0 550 240 124 99 Z-76 (Z-73) 25
FSO-144 (ФСO-144) 168,3 580 260 144 104 Z-88 (Z-86) 35
FSO-154 (ФСO-154) 177,8 607 270 154 118 Z-86 38

131
FSO-T (ФСO-Т) tipli ilkin-pəncərə (стартово-оконная) frezerləri
ФСО-T tipli start-pəncərə frezerinin ФСО tipli start-pəncərə
frezerindən fərqlənən xüsusiyyəti, onun karbid-volfram qatı ilə örtülməsindən
əlavə bərkxəlitəli plastinlərlə qüvvətləndirilməsidir. Həmçinin işçi qatın –
pərlərin spiral formasında olması ilə fərqlənir.
Bu start-pəncərə frezerlər də FA (ФA) tipli qarpızabənzər formalı bir
(iki) frezerlə birgə quruluşda (kompanovka) tətbiq edilir.
Şəkil VI.23-də ФСО-T tipli ilkin-pəncərə frezerin görünüşü və Cədvəl
VI.22-də texniki göstəriciləri (həndəsi ölçüləri) verilmişdir.

Şək.VI.23. FSO-T (ФСO-T) tipli ilkin-pəncərə frezeri.


Cədvəl VI.22.

Qoruyucu
Şifri kəmərin L, L1, D, D1, Birləşdirici Kütlə,
(tip-ölçü) diametri, mm mm mm mm yivi kq
mm
FSO-115-T
139,7 550 238 115 95 25
(ФСО-115T)
Z-76 (Z-73)
FSO-124-T
146,1 550 240 124 99 30
(ФСО-124T)
FSO-144-T
168,3 580 260 144 104 Z-88 (Z-86) 35
(ФСО-144T)
FSO-154-T 607
177,8 270 154 118 Z-86 (Z-102) 42
(ФСО-154T) (650)

FO (ФO) tipli pəncərə (оконная) frezerləri


FO tipli pəncərə frezerləri qoruyucu (istismar) kəmərdə “pəncərə”nin
kəsilməsi üçün təyin edilmişdir.
Bu frezer aşağıdakı hallarda istifadə edilə bilər:
- fərdi qaydada pəncərə frezinin yuma kanallarından keçməklə yuma ilə;
- bir (iki) qarpızabənzər formalı frezerlə birgə quruluşda (yuma kanallarından
keçməklə yuma ilə).
Şəkil VI.24-də ФО tipli pəncərə frezerin görünüşü və Cədvəl VI.23-də
132
texniki göstəriciləri (həndəsi ölçüləri) verilmişdir.

Şək.VI.24. FO (ФO) tipli pəncərə frezeri.


Cədvəl VI.23.

Şifr Qoruyucu kəmərin L, L1, D, Bağlanma Kütlə,


(tip-ölçü) diametri, mm mm mm mm yivi kq
FO-112 (ФO-112) 112 24,0
FO-116 (ФO-116) 116 24,2
139,7
FO-118 (ФO-118) 550 200 118 Z-76 (Z-73) 24,4
FO-120 (ФO-120) 120 24,6
FO-124 (ФO-124) 146,0 124 25
FO-142 (ФO-142) 168,3 560 142 Z-88 (Z-86) 43,0
FO-151 (ФO-151) 177,8 151 44,5

FO-T (ФO-T) tipli pəncərə (оконная) frezerləri


FO-T tipli pəncərə frezerləri qoruyucu (istismar) kəmərdə “pəncərə”nin
kəsilməsi üçün təyin edilmişdir. Bu frezerlər volfram-karbidli hissəciklərdən
başqa bərkxəlitəli plastinlər ilə qüvvətləndirilmişdir.
Bu frezer aşağıdakı hallarda istifadə edilə bilər:
- fərdi qaydada pəncərə frezinin yuma kanallarından keçməklə yuma ilə;
- bir (iki) qarpızabənzər formalı frezerlə birgə quruluşda (yuma kanallarından
keçməklə yuma ilə).
Şəkil VI.25-də ФСО-T tipli ilkin-pəncərə frezerin görünüşü və Cədvəl
VI.24-də texniki göstəriciləri (həndəsi ölçüləri) verilmişdir.

Şək.VI.25. FO-T (ФO-T) tipli pəncərə frezeri.


133
Cədvəl VI.24.
Şifr Qoruyucu kəmərin L, L1, D, Bağlanma Kütlə,
(tip-ölçü) diametri, mm mm mm mm yivi kq
FO-112T (ФO-112T) 112 24,0
FO-116T (ФO-116T) 116 24,2
139,7
FO-118T (ФO-118T) 550 200 118 Z-76 (Z-73) 24,4
FO-120T (ФO-120T) 120 24,6
FO-124T (ФO-124T) 146,0 124 25
FO-142T (ФO-142T) 168,3 560 142 Z-88 (Z-86) 43,0
FO-151T (ФO-151T) 177,8 151 44,5

FA (ФA) tipli qarpızabənzər (арбузообразная) formalı frezerlər


Qarpızabənzər formalı frezerin təyinatı, qarpızabənzər formalı frezerin
nominal diametrindən böyük olmayan diametrli süxurdağıdıcı alətin keçidinin
təminatı üçün qoruyucu kəmərdə açılmış “pəncərə”nin kalibrlənməsindən
ibarətdir.
Qarpızabənzər formalı frezer ümumiyyətlə bir çox hallarda istifadə
edilir:
- ayrıca (tək) olaraq muftada (nipeldə) olan dəlikdən yuma aparılmaqla;
- ikinci qarpızabənzər formalı frezerlə bir quruluşda olmaqla pəncərə frezeri
ilə (yuması pəncərə frezerin yuma dəliyindən);
- süxurdağıdıcı alətlə bir quruluşda olmaqla (yuması süxurdağıdıcı alətin
yuma dəliyindən);
- ilkin-pəncərə frezeri ilə bir quruluşda olmaqla, bir reysə (bir endirimə)
“pəncərə”nin açılması və kalibrlənməsi üçün.
Qarpızabənzər formalı frezer iki variantda, muftalı və ya nipel yivli
hazırlanır.
Şəkil VI.26-da ФA tipli qarpızabənzər formalı frezerin ümumi
görünüşü göstərilmişdir.
Cədvəl VI.25-də ФA tipli qarpızabənzər formalı frezerin texniki
göstəriciləri (həndəsi ölçüləri) verilmişdir.

Şək.VI.26. ФA tipli qarpızabənzər formalı frezer.

134
Cədvəl VI.25.
Şifr Qoruyucu kəmə- L, L1, D, Birləşdirici Kütlə,
(tip-ölçü) rin diametri, mm mm mm mm yivi kq
FA-112 (ФA-112) 112 75
FA-116 (ФA-116) 139,7 116 75,5
FA-118 (ФA-118) 118 76
Z-76 (Z-73)
FA-120 (ФA-120) 1280 600 120 78,5
FA-124 (ФA-124) 146,1 124 77
FA-142 (ФA-142) 168,3 142 90
Z-88 (Z-86)
FA-151 (ФA-151) 177,8 151 92

FKk (ФKk) və FKp (ФКп) tipli konuslu frezerlər


Konuslu frezerlər quyuda yan lülənin qazılmasında qazma alətinin
keçidinin təmin edilməsi məqsədilə qoruyucu kəmərdə kəsilmiş “pəncərə”dən
çıxışda quyu lüləsinin əlavə kalibrləşdirilməsi üçün təyin edilmişdir.
Konuslu frezerlər bir çox hallarda tətbiq edilə bilər:
- ayrıca (tək) olaraq mərkəzi və yan dəliklərdən yuma aparılmaqla;
- qarpızabənzər formalı frezerlə bir quruluşda olmaqla konuslu frezerin
yuma dəliklərindən.
Konuslu frezerlər çəpdişli FKk (ФKk -косозубый) və düzdişli FKp
(ФКп- прямозубый) icrada hazırlana bilər.
Şəkil VI.27-də konuslu frezerlərin ümumi görünüşü göstərilmişdir.
Cədvəl VI.26-da konuslu frezerlərin texniki göstəriciləri (həndəsi
ölçüləri) verilmişdir.

Şək.VI.27. FKk (ФKk) və FKp (ФКп) tipli konuslu frezerlər.


135
Cədvəl VI.26.

Qoruyucu
Şifri kəmərin L, L1, D, D1, Birləşdirici Kütlə,
(tip-ölçü) diametri, mm mm mm mm yivi kq
mm
FKk-124
(ФKk-124)
146,0 1080 800 124 80 Z-76 (Z-73) 45
FKp-124
(ФKп-124)
FKk-142
(ФKk-142)
168,3 1080 800 142 100 Z-88 (Z-86) 65
FKp-142
(ФKп-142)

RKP (РКП) tipli düzdişli konuslu rayber


Konuslu rayberlər quyuda yan lülənin qazılmasında qazma alətinin
keçidinin təmin edilməsi məqsədilə qoruyucu kəmərdə kəsilmiş “pəncərə”dən
çıxışda quyu lüləsinin əlavə kalibrləşdirilməsi, həmçinin neft və qaz
quyularının təmirinin aparılması zamanı quyuda qalmış metallik əşyanın və
həlqəvi en kəsikli qəzalı alətin frezlənməsi üçün təyin edilmişdir.
Şəkil VI.28-də RKP (РКП) tipli düzdişli konuslu rayberin ümumi
görünüşü göstərilmişdir.
Cədvəl VI.27-də RKP (РКП) tipli düzdişli konuslu rayberin texniki
göstəriciləri (həndəsi ölçüləri) verilmişdir.

Şək.VI.28. RKP (РКП) tipli düzdişli konuslu rayber.


Cədvəl VI.27.

Şifri Alt səthin minimal Xarici diametri L, Birləşdi- Kütlə,


(tip-ölçü) diametri D1, mm D2, mm mm rici yivi kq
RKP-77 64 77 820 Z-66 (muft) 15
(РКП-77)
RKP-121 61 121 840 Z-76 (muft) 22
(РКП-121)
RKP-142 73 142 850 Z-88 (muft) 25
(РКП-142)
136
KP (KП) tipli düzpərli kalibrator
KP (KП) tipli düzpərli kalibratorlar süxurdağıdıcı alətin yeyilməsində
quyu lüləsi divarının nominal diametrə kalibrləşdirilməsi, həmçinin
süxurdağıdıcı alətin mərkəzləşdirilməsi və iş şəraitinin yaxşılaşdırılması üçün
təyin edilmişdir. Bərkxəlitəli hissəciklərə malikdir, başqa sözlə onlarla
möhkəmləndirilmişdir
KP (KП) tipli düzpərli kalibratorlar bir çox hallarda tətbiq edilə bilər:
- süxurdağıdıcı alətlə bir quruluşda;
- ikinci kalibratorla bir quruluşda;
- frezləyici alətlə bir quruluşda.
Şəkil VI.29-da KP (KП) tipli düzpərli kalibratorun ümumi görünüşü
göstərilmişdir.

Şək.VI.29. KP (KП) tipli düzpərli kalibrator.

Cədvəl VI.28-də KP (KП) tipli düzpərli kalibratorların texniki


xarakteriskası verilmişdir.
Cədvəl VI.28.

Şifri D, L, Fırlanma Yolverilən Birləşdirici Kütlə,


(tip-ölçü) mm mm tezliyi, C-1 yüklənmə, t yivi kq
KP-117 (KП-117) 117 680 35
KP-124 (KП-124) 124 680 0,5 – 2,0 0,5 – 2, 0 N Z-86 x M Z-86 37
KP-139 (KП-139) 139 680 43
KP-143 (KП-143) 143 750 52

KS (KC) tipli spiral kalibrator


KS (KC) tipli spiral kalibratorlar süxurdağıdıcı alətin yeyilməsində
quyu lüləsi divarının nominal diametrə kalibrləşdirilməsi, həmçinin
süxurdağıdıcı alətin mərkəzləşdirilməsi və iş şəraitinin yaxşılaşdırılması üçün
təyin edilmişdir. Həmçinin quyu lüləsinin qəliblənməsi üçün istifadə edilən
quruluşda tətbiq edilə bilər.Bərkxəlitəli hissəciklərə malikdir, başqa sözlə
onlarla möhkəmləndirilmişdir
137
Şəkil VI.30-da KS (KC) tipli spiral kalibratorun ümumi görünüşü
göstərilmişdir.

Şək.VI.30. KS (KC) tipli spiral kalibrator.

Cədvəl VI.29-da KS (KC) tipli spiral kalibratorların texniki göstəriciləri


(həndəsi ölçüləri) verilmişdir.
Cədvəl VI.29.
Şifri (tip-ölçü) D, L, mm Birləşdirici Kütlə, kq
mm yivi
KS-295 (KC-295) 295,3 1040 Z-152 240
KS-216 (KC-216) 215,9 1600 Z-117; Z-133 270
KS-140 (KC-140) 140,2 1650 Z-102 119
KS-124 (KC-124) 123,8 870 Z-86 35
KS-114 (KC-114) 114,3 850 Z-65; Z-76 32

İstismar kəmərlərinin qəlibləyici və təmizləyiciləri.


ŞP (ШП- шаблон проходной) tipli qəlibləyici

Keçici qəlibləyici müvafiq ölçülü quyuiçi avadanlığın keçilməsi


(endirilməsi) məqsədilə istismar kəmərinin qəliblənməsi üçün təyin edilmişdir.
Şəkil VI.31-də ŞP (ШП) tipli qəlibləyicinin ümumi görünüşü
göstərilmişdir.

Şək.VI.31. ŞP (ШП) tipli qəlibləyici.


138
Cədvəl VI.30-da ŞP (ШП) tipli qəlibləyicinin texniki göstəriciləri
(həndəsi ölçüləri) verilmişdir.
Cədvəl VI.30.
Qoruyucu
Şifri L, L1, D, D1, Birləşdi-
kəmərin dia-
(tip-ölçü) mm mm mm mm rici yivi
metri, mm
ŞP-114 (ШП-114) 1500 300
139,7 114 60
ŞP-114U (ШП-114Д) 4500 400
ŞP-117 (ШП-117) 1500 300
139,7 117 60
ŞP-117U (ШП-117Д) 4500 400 Z-73
ŞP-122 (ШП-122) 146,0 1500 300 122 60
ŞP-126 (ШП-126) 146,0 1500 300 126 60
ŞP-137U (ШП-137Д) 168,3 5000 400 137 73
ŞP-144 (ШП-144) 168,3 1600 300 144 73 Z-86
ŞP-147 (ШП-147) 1600 300
168,3 147 73
ŞP-147U (ШП-147Д) 5500 400
ŞP-155 (ШП-155) 177,8 1800 300 155 73

Qeyd: U (Д) – qəlibləyicinin uzunlaşdırılmış icrasıdır.

SŞ (СЩ – скребок-щетка) tipli ərsin-fırça


SŞ (СЩ) tipli ərsin-fırça istismar kəmərinin daxili divarlarının qazma
məhlulu çirklənmələri, pas və asfalt-qətran-parafin çöküntülərindən
hidromexaniki təmizlənməsi üçün təyin edilmişdir. Ərsin-fırçanın işlədilməsi,
yuma məhlulunun dövredilməsi hidromonitor effekt yaradılması üçün
kifayətedici qədər olması mövcudluğunda, fırlanma hərəkətilə aparılır.
Ərsin-fırça quyuya qazma boruları ilə endirilir və fırladılması yüksək
tezlikli vintli quyudibi mühərriklə yerinə yetirilir.
Ərsin-fırça həm sağ, həm də sol yivli hazırlanır.
Şəkil VI.32-də SŞ (СЩ) tipli ərsin-fırçanın ümumi görünüşü
göstərilmişdir.

Şək.VI.32. SŞ (СЩ) tipli ərsin-fırça.

139
Cədvəl VI.31-də SŞ (СЩ) tipli ərsin-fırçanın texniki göstəriciləri
(həndəsi ölçüləri) verilmişdir.
Cədvəl VI.31.

Gövdənin diametri
Qoruyucu kəmərin

Fırçanın maksimal

Yuma mayesinin
diametri D1, mm

tezliyi, dövr/dəq
diametri, mm

Uzunluğu, L,

İşçi fırlanma

Birləşdirici
sərfi, l/san

Kütlə, kq
D2,, mm
Şifri

mm

yivi
(tip-ölçü)

SŞ-140
139,7 130 44,5
(СЩ-140)
SŞ-146 Z-76
146,0 135 45,0
(СЩ-146) 95 1000 120-240 12-25
SŞ-168
168,3 160 46,0
(СЩ-168) Z-86
SŞ-178
177,8 172 46,5
(СЩ-178)

SM (СM – скрепер механический) tipli mexaniki ərsin


SM (СM) tipli mexaniki ərsin istismar kəmərinin daxili divarlarının
qazma məhlulu çirklənmələri, pas, asfalt-qətran-parafin çöküntülərindən, bərk
qalıqlı duz çöküntüləri və ərpdən mexaniki təmizlənməsi üçün təyin edilmişdir.
Mexaniki-ərsinin işlədilməsi, yuma məhlulunun dövredilməsi ilə davamlı
olaraq endirmə-fırlanma hərəkətilə aparılır.
Ərsin-fırça quyuya qazma boruları ilə endirilir və fırladılması qazma
rotoru və ya alçaq tezlikli vintli quyudibi mühərriklə yerinə yetirilir.
Ərsin-fırça həm sağ, həm də sol yivli hazırlanır.
Şəkil VI.33-də SM (СM) tipli mexaniki ərsinin ümumi görünüşü
göstərilmişdir.

Şək.VI.33. SM (СM) tipli mexaniki ərsin:


1 – gövdə;2 – pafta-bıçaq; 3 - yaylar; 4 - vint; 5 – kəsik halqa.

Cədvəl VI.32-də SM (СM) tipli mexaniki ərsinin texniki göstəriciləri (həndəsi


ölçüləri) verilmişdir.
140
Cədvəl VI.32.

Şifri Qoruyucu Pafta- Gövdə Uzun İşçi Birləş Kütlə


(tip-ölçü) kəmərin bıçaqların nin dia- -luğu fırlanma -dirici kq
diametri, çıxışıının metri, mm tezliyi, yivi
mm maksimal mm dövr/dəq
diametri,
mm
SM-140
139,7 128 87,0
(СM-140)
SM-146 Z-76
146,0 134 88,0
(СM-146) 108 1400 60-120
SM-168
168,3 156 132,0
(СM-168) Z-86
SM-178
177,8 168 134,0
(СM-178)

VI.7. Frezerlərin bərk xəlitəli kompozit materilla armirələşdirilməsi

Mədən şəraitində frezerlərin kəsici-yonucu hissələrinin bərpası


(armirovka) üçün istifadə edilən bərk xəlitə - volfram-kobalt qarışığı (volfram-
karbidi-92%, kobalt-8%) uzunluğu 0,45 m olan çubuq formasında olur.
Çubuqda volfram karbidi və kobalt hissəcikləri müxtəlif ölçülü dənəçiklər
halında olmaqla əlaqələndirici (mis, nikel, manqan ərintisi, latun) ilə
birləşdirilmişdir. Qəzalı quyuların təmirində tətbiq edilən kiçik ölçülü quyu
dibi frezer-FZ (ФЗ) və həlqəvi frezer - HF (ФK) və s. tipli frezerlər üçün
istifadə edilən VK-8 (BK-8) markalı (ГОСТ-3882-74) bərk xəlitənin
xırdalanmış hissəciklərinin ölçüsü 1- 4 mm hüdudunda olur.
İri ölçülü hissəciklər böyük ölçülü, xırda ölçülü hissəciklər kiçik ölçülü
frezerlərin bərpası üçün tətbiq edilir, həmçinin xırda ölçülü hissəciklər böyük
ölçülü frezerlərin armirləşdirilməsində istifadə edilən iri ölçülü hissəciklər arası
fəzanın doldurulmasında da istifadə edilir.
Çubuqda əlaqələndirici materialın yüksək plastikliyə malik olması
hesabına frezerlər zərbə yüklənməsinə qarşı daha dözümlü olurlar və ona görə
də volfram-kobaltın hissəcikləri əridilən əlaqələndirici material lehimlə tam
örtülməlidirlər. Armirləşdirilmiş sahənin səthində bərkxəlitəli hissəciklər
əlaqələndirici materialdan üstə çıxmamalıdırlar. İşçi səthin ayrı-ayrı yerlərində
ümumilikdə səthin 10 %-nə kimi sahəsində cüzi ölçülü çıxıntıya yol verilir.
Mədən şəraitində frezerlərin işçi səthlərin armirləşdirilməsində oksigen-
asetilenlə əritmə-emalı (наплавка) texnika və texnologiyası tətbiq edilir.
Qaynaqçı, havasının dəyişilməsi imkanı olan yerdə işləməlidir, beləki, latunun
əridilməsində yaranan zəhərli qazların işləmə zonasından çıxarılması təmin
edilməlidir.

141
Prosesin hazırlıq dövründə frezerin armirələşdirilməsi nəzərdə tutulan
səthi asetonla (və ya digər həlledici ilə) əl ilə yaxşı-yaxşı təmizlənməlidir..
Çünki çirkin, yağın, tozun olması hissəciklərin birləşməsinə mane olur. Habelə
prosesə başlamazdan əvvəl frezerin gövdəsi qızdırılmalıdır.
Qaynaqçı volfram-kobalt çubuğunu əridərək alətin emal edilən səthinə
ərinti qarışığını bərabər paylamaqla yerləşdirir. Bu proses çox diqqətli olmağı
tələb etməklə xeyli vaxt aparır. Alətin növündən və diametrindən asılı olaraq 2-
8 saat müddət sərf edilir.
Şəkil VI.34-də volfram-kobalt ərintisi ilə emal nümunələrini nəzərdən
keçirək.

Şəkil VI.34. Volfram-kobalt ərintisi ilə emal nümunələri.


Ərinti ilə emal düzgün aparılmışdır (Şəkil VI.34,a). Müvafiq temperatur
rejiminə riayət edilmiş və armirləşdirilən alətdə metalla əlaqələndirici
materialın etibarlı ilişkilənməsi təmin edilmişdir. Armirləşdirici səthdə
volfram-kobalt hissəcikləri kompakt şəkildə yerləşdirilmiş və əlaqələndirici
material qatı ilə yaxşı örtülmüşdür. Soyudulandan sonra nümunə açıq-qızılı
rəngdə olur.
Ərinti ilə emal, tələb olunandan daha yüksək temperaturda aparılmışdır
(Şəkil VI.34,b) və əlaqələndirici material qatının yanmasına səbəb olmuşdur.
142
Əlaqələndirici yanmış və kömürləşmişdir. Soyudulandan sonra nümunə qara
rəngdə olur.
Ərinti ilə emal, tələb olunandan alçaq temperaturda aparılmışdır (Şəkil
VI.34,c) və armirləşdirilən alətdə metalla əlaqələndirici materialın etibarlı
ilişkilənməsi yoxdur. Volfram-kobalt hissəciklərinin əlaqələndirici material
qatı ilə normal örtülməsinə baxmayaraq, frezləmə zamanı ərinti armirləşdirici
səthdən qoparaq qırılacaqdır. Soyudulandan sonra nümunə sönük gümüşü
rəngdə olur.
Ərinti ilə emal tələb olunan temperaturda aparılmışdır (Şəkil VI.34,d)
və armirləşdirilən alətdə metalla əlaqələndirici materialın etibarlı ilişkilənməsi
təmin edilmişdir. Lakin volfram-kobalt hissəcikləri bir-birinlərindən ara
məsafələri çox olmaqla və bərabər paylaşmamaqla yerləşdirilmişdir, bu da
frezerin işçi səthinin keyfiyyətinin pisləşməsinə səbəb olur. Soyudulandan
sonra nümunə açıq-qızılı rəngdə olur, amma bərk xəlitə ilə doldurulmamış boş
sahələr yaxşı sezilir.
Qaynaqçı ərinti ilə emal zamanı, alətə konstruksiya ilə nəzərdə tutulmuş
formanın verilməsilə yerinə yetirir. Artıq qızdırılmaya yolverilməməsi və tələb
olunan temperaturun saxlanılmasının təmin edilməsindən ötəri, işçi
temperaturun qiymətləndirilməsi üçün qaynaqçı “temperatur karandaşından”
istifadə edə bilər.
Hazır məhsul heç vaxt tablandırılmayır. Soyudulması tədricən, böyük
ölçülü alətlərin soyudulması isə istilik təcridedici materiala bürünməklə
aparılır.
«СибТрейдСервис» QSC-nin istehsal etdiyi ərinti çubuqları nikel
tərkibli latun matrisayasına daxil edilmiş volfram-karbidinin bölünmüş
hissəciklərindən ibarətdir. Çubuqlar üçün yeyilməyə davamlı və möhkəmliyi
85-dən 89-a kimi olan karbidlər istifadə edilir. Volfram-karbidinin
hissəciklərinin ölçüsündən asılı olaraq çubuqlar üç tip-ölçüdə istehsal edilir
(şəkil VI.35.).

Şəkil VI.35. Volfram karbidi ərintili çubuqlar.


Volfram-karbidinin hissəciklərinin çubuqda tərkib miqdarı 65 %-dən 80
%-ə kimi təşkil edir. Ərinti çubuqlarının en kəsiyi 8 – 16 mm civarında olur.
143
VII FƏSİL. KÖMƏKÇİ AVADANLIQ, ALƏT VƏ CİHAZLAR

VII.1. QDZ-300 hidravlik domkrat qurğusu

Quyuların əsaslı təmirində endirilmiş qazma boruları ilə quyuda


aparılan müxtəlif əməliyyatların (tutucu, kəsici-yonucu, düzləndirici, qazıcı və
s.alətlə) aparılması zamanı müxtəlif səbəblərdən – quyunun tam tədqiq
edilməməsi, düzgün olmayan alət seçimi, alətin işçi parametrləri diapazonunda
işləməməsi, işçi personalın kifayət qədər təcrübəsinin olmaması-səriştəsizliyi
və bir sıra texnoloji pozuntular nəticəsində, alət quyuda pərçimlənir.
Pərçimlənmə yerinin xüsusiyyətlərinə görə isə aşağıdakı kimi
təsnifatlandırmaq olar:
1. Tutulan obyektin pərçimlənməsi (arxasında maneə) səbəbindən,
tutucu alətlə tutmadan sonra açma əməliyyatının alınmaması.
Bu əsasən qəzalı sonluğun arxası tam işlənməyən halda baş verir.
2. Tutucu alətin arxasına əvvəlki əməliyyatlardan qırılmış borunun
sınıqlarının keçməsi ilə (tutma işinin aparılması zamanı tutma işinin alınıb,
alınmamasından asılı olmayaraq) onun pərçimlənməsi.
Bu əsasən tutulan obyekti xaricdən tutan tutucu alətlərlə işləmə zamanı
baş verir.
3. Tutma işini aparıb tutulan obyekti müəyyən qədər qaldırıldıqdan
sonra, tutucu alətin pərçimlənməsi.
- işçi personalın səhlənkarlığından
Bu əsasən quyuağzından əşyanın (suxari sınığı və ya quyuağzında
müəyyən təmir işlərində bərkidici elementlər) düşməsilə xaricdən tutan tutucu
alətlərlə işləmə zamanı baş verir.
- qəza sonluğundan yuxarıda istismar kəmərində zədənin
aşkarlanmaması (zədə-çıxıntının aşağıya istiqamətlənmiş vəziyyətdə olan
halda, alətin endirmə zamanı zədə yerindən maneəsiz - hiss olunmadan
keçməsilə zədənin aşkarlana bilinməməsi).
Bu əsasən tutulan obyekti xaricdən tutan tutucu alətlərlə (kolokol və s.)
işləmə zamanı baş verir.
Pərçimlənmiş borular qaldırıcı qurğunun (LPT-8, səyyar qaldırıcılar)
maksimal yükqaldırma qabiliyyəti diapazonunda laxladıldıqdan sonra,
boruların azad edilməsi mümkün olmayan halda, alətə daha artıq yük vermək
üçün QDZ-300 hidravlik domkrat qurğusu tətbiq edilir.

QDZ-300 hidravlik domkrat qurğusunun texniki xarakteriskası


Yükqaldırma qüvvəsi (iki silindr birgə), tonla - 300
Tam yükqaldırma qüvvəsində mayenin maksimal
təzyiqi, MPa (kq/sm2) - 30 (300)
Qaldırma hündürlüyü, mm - 525
144
Plunjerin diametri, mm - 252
Üfqi plunjerli nasoslar:
4 nasosun məhsuldarlığı (dolma əmsalı 0,95 olan halda), litr/dəq - 3
nasosun yaratdığı maksimal təzyiq, MPa (kq/sm2) - 30 (300)
nasosun sınanma təzyiqi, MPa (kq/sm2) - 37,5 (375)
plunjerin diametri, mm - 18
plunjerin gediş yolu, mm - 50
1 dəqiqədə gediş sayı - 54
klapanlar - kürəvi
Elektrik mühərriki:
tipi - AO-42/4
gücü, kvt - 2,8
dövrlər sayı, dövr/dəq - 1420
Reduktorun ötürmə ədədi, i - 28
Ötürmə modulu -6
Nasos yığımının (ramanın) əndazə ölçüləri, mm:
uzunluğu - 1100
eni - 750
hündürlüyü - 900
Kütləsi (nəzəri), kq - 1387

QDZ-300 hidravlik domkrat qurğusunun konstruksiyası

QDZ-300 hidravlik domkrat qurğusu qoruyucu (obsad) boruları və ya


quyuda pərçimlənmiş qazma alətinin qaldırılması üçün tətbiq edilir. Müxtəlif
avadanlığın,detalların 300 kq/sm2 təzyiqə yağla preslənməsində də, həmçinin
bu qurğudan istifadə etmək olar.
QDZ-300 hidravlik domkrat qurğusu dörd əsas hissədən ibarətdir: nasos
yığımı, domkrat 6 və onları birləşdirən yüksək təzyiqli boru xətti 5, lafetli
xomut.
Nasos yığımı hissəsi aşağıdakı qovşaqlardan: rama 9, onun üzərində
bərkidilmiş - reduktor 8, dörd nasos 2, iki cüt birləşmiş plunjerlər 11, qəbul və
vurğu ştuserlərilə paylayıcı qutu 10, nasosların birləşmə xətti 7, elektrik
mühərrikini 3 reduktor valı ilə birləşdirən birləşdirici mufta 4, idarəetmə
pultundan 1 ibarətdir (Şəkil VII.1).
Nasos qurğusu horizontal, plunjerli dörd nasosdan ibarətdir. Nasosun
gövdəsində qəbul və vurğu xətti ştuserləri vardır. Nasosun klapanı kürəvidir
(şardır).
Nasosların plunjerləri, horizontal yerləşməklə öz aralarında lövhəcik,
ekssentrik və sürgüqolu vasitəsilə birləşmişdir.
Hər nasos boltlar vasitəsilə rama gövdəsinə bərkidilir.

145
Nasosların intiqalı (hərəkətvericisi) gücü 2,8 kvt, valının fırlanma
tezliyi 1420 dövr/dəq olan AO-42/4 elektrik mühərrikidir. Mühərrikdən
nasoslara hərəkət, vintli reduktor və ekssentrik sürgüqolu mexanizmi vasitəsilə
ötürülür.
Nasosdan iki domkrata 6, yağın vurulması yüksək təzyiqli oynaqlı
(şarnir birləşməli) boru xətti 5 vasitəsilə yerinə yetirilir. Hər domkrata ayrı-
ayrılıqda birləşmiş yüksək təzyiqli boru xətti sonluğundakı qapayıcı qayka ilə
paylayıcı qutuya - ona qayanaq edilmiş iki ştuserli üçboğaz (troynik) vasitəsilə
birləşdirilir.

Şək.VII.1. QDZ-300 hidravlik domkrat qurğusunun nasos yığımı:


1 – idarəetmə pultu; 2 – nasos; 3 – elektrik mühərriki; 4 – birləşdirici mufta;
5 – yüksək təzyiqli boru xətti; 6 – domkrat; 7 – nasosların birləşmə xətti;
8 – reduktor; 9 – rama; 10 – paylayıcı qutu; 11 – nasos plunjeri
a, b, c yağlanma nöqtələri
146
Paylayıcı qutuda qoruyucu klapan, iki kürəvi ştuser (boşaldıcı və
bərkidici) və 40 MPa manometr quraşdırılmışdır.
Bərkidici ştuser domkratları təzyiq altında saxlanılması, boşaldıcı ştuser
domkrat silindrlərindəki yağın geriyə, yəni nasos çəninə boşaldılması üçün
təyin edilmişdir.
Nasoslar, paylayıcı qutu, reduktor, elektrik mühərriki qaynaq edilmiş
ümumi rama üzərində quraşdırılmışdır və bu rama həmçinin yağ üçün çən
olmaqla düzbucaqlı tutumdur.
Elektrik mühərrikinin işə salınması üçün idarəetmə pultu, panel
üzərində bərkidilmiş elektrik açarından ibarətdir.
Nasos yığımlı ramanın buruqda yedəyişməsinin rahatlığı üçün, çarxlarla
təchiz edilmişdir.
Domkratlar silindr və plunjerdən ibarətdir. Silindr və plunjer arası
kipləşmə yağadavamlı manjetlər vasitəsilə təmin edilir.
Lafetli xomut, bərabər ölçülü iki hissədən (yarımdan) ibarətdir. Hər
yarım hissənin mərkəzi hissəsində, paftaların yerləşdirilməsi üçün düzbucaqlı
formalı daxilə oyması və onların boltlarla birləşdirilməsi üçün mərkəzi
hissəsindən kənarlarına eyni məsafədə olmaqla, hər tərəfdə iki dəliyi vardır.

Domkratların quraşdırılması

Rotor üzərində borunun boynuna keçirməklə, iki yarım hissədən ibarət


olan lafetli xomut 1 (alt) üfqi vəziyyətdə yerləşdirilir və hər tərəfdən iki bolt 2
vasitəsilə bərkidilir. Lafetli xomutun üzərinə domkratlar 3 şaquli vəziyyətdə
quraşdırılır və onların üzərində ikinci lafetli xomut 4 (üst) üfqi vəziyyətdə
yerləşdirilir və boltlarla 5 birləşdirilir (Şəkil VII.2).
İşçi personalın təhlükəsiz iş şəraiti ilə təmin edilməsi məqsədilə, nasos
(rama) 15 domkratlardan 3, 6 metr məsafədən az olmamaq şərtilə yerləşdirilir.
Yüksək təzyiqli oynaqlı boru xəttinin 10 qapayıcı qaykalarını, bir başı
paylayıcı qutudakı 12 üçboğazda olan ştuserə 11, o biri başı domkrat üzərində
olan ştuserə 9 bağlamaqla, nasos domkratlarla birləşdirilir.

VII.1.1. QDZ-300 hidravlik domkrat qurğusu ilə işləmə qaydası

Pərçimlənmiş boruları 6, qaldırıcı qurğu vasitəsilə laxlatma zamanı


verilmiş maksimal yüklənmə qədər yükləməklə, üst lafetli xomutun yarım
hissələrinin birləşməsindən sonra yaranmış kvadrat formalı yuvasına
(oymasına) 8 iki ədəd paftalı pazlar 7 geydirilir və paftalı pazlara gürzlə yüngül
zərbələr endirməklə (pazlara vurulan zərbəni növbə ilə dəyişməklə), onlar boru
gövdəsində pərçimləndirilir. Pazlara yivlə bağlanan rım-boltlardan keçməklə
onlar öz aralarında məftillə bağlanır.
Bərkidici 13 və boşaldıcı 14 ştuserlər bağlı vəziyyətdə olması yoxlanılır.
147
Şək.VII.2. Pərçimlənmiş boruların quyudan çıxarılması üçün domkratın
quraşdırılma sxemi

Alt lafetli xomutun 1 kvadrat formalı yuvasına da iki ədəd pafta


geydirilir.
Elektrik açarını qoşmaqla nasos işə salınır və daima manometrin
göstəricisinə nəzarət edilir.
Domkratlarla borunun qaldırma hündürlüyü artdıqca manometrdə
təzyiqin tədricən yüksəlməsi müşahidə edilir. Plunjerin silindrdən maksimal
çıxma hündürlüyünün 525 mm olamasını nəzərə alaraq, boruların dartılma
(qaldırma) məsafəsinin 400 mm olduqda, nasosu saxlayıb, bərkidici kürəvi
ştuseri bir daha sıxmaqla domkratlar təzyiq altında saxlanılır. Bu halda
həmçinin borular da yük altında müəyən müddət saxlanılır. Bu müddət ərzində
dartılma yüklənməsində böyük azalma müşahidə olunmazsa, alt lafetli xomuta
geydirilmiş paftaları pərçimləyib, bərkidici və boşaldıcı ştuseri açmaqla
domkratlardakı yağ çənə boşaldılır. Boşaldılma tədricən olmalıdır.Bununlada
domkratların plunjerləri üst lafetli xomutla birgə aşağı hərəkət edərək ilkin
vəziyyətə gətirilir.
Üst lafetli xomutdakı paftaları bərkidərək əməliyat ardıcıllıqla davam
etdirilir. Plunjerlər qalxdıqca, yəni yüklənmə dartılması yüksəldikcə və ya
müəyyən qədər qazma alətinin yuxarı azacıq hərəkəti ilə alt lafetli xomutdakı
paftaların ilişmə dərəcəsi azalır və boru gövdəsilə pərçimdən boşalır. Bununla
da domkratla qaldırma əməliyyatına heç bir mənfi təsiri olmur.
148
Dartqı qüvvəsi yüklənməsinin nasosdakı işçi təzyiq göstəricisindən
asılılığı Cədvəl VII.1-də göstərilmişdir.
Cədvəl VII.1.
Dartqı qüvvəsi Nasosda işçi Dartqı qüvvəsi
Nasosda işçi
№ yüklənməsi Qdar № təzyiq, MPa yüklənməsi Qdar
təzyiq, MPa (atm)
kN (ton) (atm) kN (ton)
1 40 384,65 (39,25) 8 110 1057,8 (108,0)
2 50 480,8 (49,0) 9 120 1154 (117,7)
3 60 577 (58,88) 10 130 1250 (127,6)
4 70 673 (68,7) 11 140 1346,3 (137,37)
5 80 769,3 (78,5) 12 150 1442,4 (147,2)
6 90 865,5 (88,3) 13 160 1538,6 (157,0)
7 100 961,6 (98,1) 14 170 1634,8 (166,8)

Qıfılı qaynaq edilmiş qazma borularının dartqı qüvvəsi yüklənməsi


(axıcılıq həddinə uyğun) cədvəl VII.2-də göstərilmişdir.
Cədvəl VII.2.
Diametr Divarın qalınlığı Dartqı qüvvəsi yüklənməsi Qdar
Möhkəmlik qrupu
mm-lə mm-lə kN (ton)
D 698,9 (71,36)
E 953,3 (97,18)
73 9,19 L 1206 (123,1)
M 1332 (136)
P 1713 (174,8)
D 885,3 (90,4)
E 1208 (123,1)
88,9 9,35
L 1530 (156,1)
M 1691 (172,4)

Cədvəldə verilmiş dartqı qüvvəsi yüklənməsi birinci sinif qazma


borularına aid edilir. Domkrat qurğusu ilə işləmə zamanı boruların istismar
müddəti, istismar mühiti, vəziyyəti və s. nəzərə alınmalıdır.
İşlənmiş boruların yeyilmə dərəcəsini nəzərə alınaraq, müqayisə üçün
divarının qalınlığı az olan bu boruların dartqı qüvvəsi yüklənməsi Cədvəl
VII.3-də göstərilmişdir.
Yığma konstruksiyalı (daxilə və ya xaricə qalınlaşmış) qazma
borularının dartqı qüvvəsi yüklənməsi Cədvəl VII.4-də göstərilmişdir.

VII.1.2. QDZ-300 hidravlik domkrat qurğusu ilə işləmə zamanı


gözlənilən təhlükələr və onlara qarşı qabaqlayıcı tədbirlər
a) domkratların yerləşdirildiyi səthin tam üfqi vəziyyətdə olmaması.
Cədvəl VII.3.
149
Dartılma yüklənməsi
Diametr Divarın qalınlığı
Möhkəmlik qrupu Qdar
mm-lə mm-lə
kN (ton)
D 621,9 (63,51)
E 848,4 (86,48)
9,19
73 L 1075 (109,6)
(8,04)
M 1188 (121,1)
P 1526 (155,7)
D 786,2 (80,28)
9,35 E 1072 (109,3)
88,9
(8,18) L 1359 (138,6)
M 1502 (153,1)

Cədvəl VII.4.

Divarın Möhkəmlik qrupu üzrə Dartılma yüklənməsi Qdar kN


Diametr (ton)
qalınlığı,
mm-lə
mm-lə D K E L M
7 55 70 80 95 110
73
9 70 90 100 120 135
7 70 90 100 115 135
89
9 85 115 125 145 170
Bu hal lafetli xomutun maili vəziyyət almasına və bununla da
domkratların dayanıqlığına mənfi təsir edən potensial təhlükədir. Buna yol
verilməməsi üçün, lafetli xomutun quraşdırıldığı səth (rotor və s.) üfqi
vəziyyətə gətirilməlidir. Lafetli xomutla onun quraşdırıldığı səth arasında
silindrin xarici diametrindən böyük ölçülü tənzimləyici metallik şaybalar
qoyulmasına yol verilir.
b) silindrlərdən qalxmış plunjerlərin hündürlüklərində fərqin yaranması.
Nəticədə lafetli xomutun maili vəziyyət alması ilə domkratların
dayanaqlığına mənfi təsir edən potensial təhlükədir.
Domkratlarla işləyən zamanı mütəmadi plunjerlərin çıxma
hündürlüyünü ölçməklə nəzarət edilməlidir. 20 mm-dən artıq fərq yaranarsa
prosesi saxlayıb, nasazlığı aradan qaldırdıqdan (9-cu bənddə göstərilən) sonra
işi davam etdirmək lazımdır.
Domkratlarla bir qaldırma işlədikdən sonra, təkrar qaldırmada yağın
çənə boşaldılması zamanı, plunjerin silindrə tam daxil olması (oturması)
vacibdir, yəni bu fərqin yaranmasına səbəb ola bilər.
c) Rotoraltı postamentin yüklənmədən əyilməsi (qarılması) mümkünlüyü.

150
Rotoraltı postamentin yüklənməsi, onun pasport üzrə yolverilən
maksimal qiyməti dəqiqləşdirilməlidir. Domkratlarla işləmə zamanı onun
vəziyyətinə tam nəzarət edilməlidir.

Avadanlığın istismara hazırlığı və istismarı zamanı qulluq

Hidravlik domkrat qurğusunun isismarına başlamazdan əvvəl aşağıdakı


qaydalara riayyət edilməlidir:
- reduktorla elektrik mühərrikini birləşdirən muftanı əl ilə fırlatmaqla
yoxlamalı.
- reduktor gövdəsinin ramaya və reduktor qapağının gövdəyə
bərkidilməsini yoxlamalı
- reduktorda yağın səviyyəsini yoxlamalı
- yağ çənində yağın miqdarını yoxlamalı. Hidro-sistemin təmin edilməsi
üçün çəndəki yağın miqdarı 136,5 kq olmalıdır.
Elektrik avadanlığı tam yararlı vəziyyətdə olmalıdır:
- vizual baxış keçirməklə elektrik mühərrikində mexaniki
zədələnmələrin olmadığına və reduktorla elektrik mühərrikinin bir ox üzrə
olmasına əmin olmalı
- işəsalma aparaturasının idarəetmə detallarının birləşmələrinin etibarlı
bərkidilməsi və izolə edilmiş olmasını yoxlamalı
Hidravlik domkrat qurğusunu işəsalmazdan əvvəl ekssentrik
mexanizmlərin hərəkəti zamanı onlara toxunabilmə ehtimalı olan əşyalar
kənarlaşdırılmalıdır.
Qurğunu işəsaldıqdan sonra qeyd edilmiş bütün birləşmələr sistematik
nəzarət edilməli və aşkarlanmış nöqsanlar dərhal aradan qaldırılmalıdır.
Reduktorun işində qüsurlar (səs, zərblə vurma, temperaturun artması)
aşkarlanarsa, dərhal elektrik mühərrikini söndürməli, qüsurun səbəbini
müəyyən etməli və aradan qaldırılmalıdır.
Yastıqların temperaturu 700 C-dən artıq olmamalıdır.
Yeni domkratların istismarından iki həftə keçdikdən sonra, reduktor
yuyulmalı, tərkibində su və turşu olmayan süzgəcdən keçirilmiş yağla
doldurulmalıdır.
Yağlanma
Qurğunu işəsalmazdan əvvəl və onun istismarı zamanı, qovşaqların
yağlanması vacibdir.
Hidravlik domkrat qurğusunun normal işləməsi, onun detallarının
vaxtında və keyfiyyətli yağlanmasından çox asılıdır. Cədvəl VII.5-də yağlama
kartası göstərilmişdir.
Cədvəl VII.6-da nasos qurğusunda yarana biləcək mümkün qüsurlar
və onların aradan qaldırılması üsulları göstərilmişdir.

151
Cədvəl VII.5.
Yağlama kartası (Şəkil V.1-də a, b, c yağlanma nöqtələri göstərilmişdir)
Yağın Yağlama Yağın
Yağlama Yağlanan Tələb olunan Yağlama Yağlama
daxilolma nöqtələ- sərfi,
nöqtələri detallar yağ sistemi rejimi
yeri nin sayı litr

Reduktor Reduktor
İndustrial yağ; Yağ Üç ayda
a vallarının qapağının 1 3,2
qışda maşın yağı vannası 1 dəfə
yastığı lyuku

Şatun İstismar
İndustrial
b Şatun üstündəki 4 Əl ilə 0,02 zamanı
yağ
dəlik hər gün

Domkratın
d = 70 mm İndustrial yağ;
c Stupisa 4 Əl ilə 0,02 yerdəyiş-
dişli çarx qışda maşın yağı
məsi
Cədvəl VII.6.
Aradan qaldırılma
№ Qüsurun əlamətləri Qüsur Səbəb
üsulları
1 2 3 4 5
Reduktor gövdəsinin Birləşməyə yaylı
bərkidilməsinin zəifləməsi; şayba qoyub
Ekssentrik
Sürgüqolunun valda Reduktor qapağı bərkitməli
mexanizmi- nin
qeyri-səlis hərəkəti - bərkidilməsinin zəifləməsi
1 valla bir-
dartılma-boşalma ilə Paz yuvasını
ləşməsində
işləmə (rıvki) Ekssentrik və ya valda paz təmizləməli, yuvaya
pozulma
yuvasının yeyilməsi uyğun pazla
(şponka) əvəzləməli
Yuma, baxış
keçirmə, dəyişməli.
Yastıq
Yastıq kalibrlarında Yellənmə yastıqlarının Sıradan tez çıxsa,
2 qovşaqlarının
səs yeyilməsi və ya sınması oturma yuvasını
işində qüsur
yoxlamalı
(“perekos” və s.)
Mühərrikin ramada Mühərrikin Mühərrikin ramaya
3 Boltları bərkitməli.
titrəməsi vibrasiyası bərkidilməsinin zəifləməsi
Vannadakı artıq yağı
Yağ artıqlığı
boşaltmalı.
Boltları bərkitməli.
Reduktorun gövdəsi ilə qapağı Lazım gələrsə kətan
Reduktor vannasında
Reduktorun arasından yağın sızması saplı araqatla əvəz
4 yağın temperaturu 700
qızması etməli
C-dən artıqdır
Boltları bərkitməli,
Yastıq kameralarının qapaqla
lazım gələrsə araqatı
birləmə səthindən yağın
dəyişməli və yağ
sızması
əlavə etməli

152
1 2 3 4 5

Yağlanmanın azlığı Yağ əlavə etməli


Yellənmə yastıqları stakanı və Yastıqların qapaq
Yastıqların qızması, Yastıqların ya qapaq birləşməsinin birləşməsinin
5 yastıq kameralarında anormal (normal zəifləməsi boltlarını bərkitməli
səs olmayan) işi Yastıqları dəyişməli.
Yellənmə yastıqlarının oturma yuvasını
yeyilməsi və ya sınması yoxlamalı
(“perekos” və s.)
Reduktor qapağı
Vintli çarx və ya valın
lyukunu açmalı,
Reduktorda vaxtaşırı yeyilməsi;
Dişli ötürmdə dişin vintli ötürməyə
zərbə səsi (stuk), Vintli çarxın zəif oturdulması,
6 qırılması ara baxmalı, güclü
valın ox boyu paz birləşməsinin zəifləməsi,
məsafə nin artması yeyilmə, qırılma
yerdəyişməsi reduktorun həddən çox
olan halda detalı
yüklənməsi
dəyişməli
Kürəni yəhərdə
Qapayıcı ştuser kürəvi klapanı oturdub, zərbə
yəhərə tam sıxmadığına görə endirməklə yəhəri
yağ geriyə, çənə gedir yuvada oturtmalı və
Domkratın işləməsi Domkratlar lazım
ştuseri kip bağlamalı
7 zamanı lazım olan olan qüvvəni
Plunjerin manjeti yeyilib, Plunjerin manjetini
təzyiq yaranmır yaratmır
çırılıb dəyişməli
Ştuser manjeti yeyilib bu halda
Ştuserin manjetlərini
yağ, paylayıcı qutu sətthinə
dəyişməli
çıxır
Nasosların
Kipləşdirici yeyilmiş və ya
kipləşdiricisini
kipləşdirici çirklə tutulmuşdur
dəyişməli
Klapan tıxacını
Klapan yəhərinə kənar əşya
açıb,nasazlığı aradan
İşləmə zamanı lazım Nasoslar normal düşüb
8 qaldırmalı
olan təzyiq yaranmır işləmir
Nasosu çıxarıb,
Qəbul borusu tutulub qəbul borusunu
təmizləməli
Yağı yoxlamalı,
Çəndəki yağ çirklənmişdir
dəyişməli
Araqatın bir hissəsi silindr Silindr ştuserinin
Domkrata (silindrə) Yağ xətti normal ştuserinin dəliyini bağlayır araqatını dəyişməli
9
yağ getmir işləmir Yağ xəttinin (boruların) dəliyi
Təmizləməli
tutulub

VII.2. DQ2-100 (ДГ2-100) hidravliki domkrat

Neft və qaz quyularının mənimsənilməsində, təmirində pərçimlənmiş


153
nasos-kompressor borularının azad edilməsindən (pərçimin ləğvi) ötəri şaquli
dartqı qüvvəsinin yaradılması üçün təyin edilmişdir.
DQ2-100 hidravliki domkratın konstruksiyası şəkil VII.3-də
göstərilmişdir. DQ2-100 hidravliki domkrat aşağıdakı əsas hissələrdən
ibarətdir: iki ədəd hidrosilindr və hər birində səbətlər, hərəkətli pazlı tutqac,
çazanlar (suxari) dəsti, gövdə, hərəkətli plitə, hərəkətsiz pazlı tutqac.
Şək.VII.3. DQ2-100 hidravliki
domkratı: 1–hidrosilindr; 2-
dartqı; 3- hərəkətli pazlı tutqac;
4 – üst bolt; 5- üst plitə; 6 – nəql
üçün yer; 7 – xüsusi bolt; 8 –
kirşə; 9 – xüsusi qayka; 10-
barmaqlıq; 11-ştuser; 12-qayka;
13-aşağı boru xətti; 14-üst boru
xətti; 15-alt plitə 16- hərəkətli
plitə; 17-keçid maqarası; 18-
hərəkətsiz pazlı tutqac;19–tıxac;
20-qayka; 21-tezsökülən birləş -
mə; 22 – sıxıcı.

DQ2-100 hidravliki
domkratın texniki xarakteriskası
cədvəl VII.7-də göstərilmişdir.

Cədvəl VII.7.
Tipi Hidravliki, hərəkətli və
hərəkətsiz tutqaclı iki silindrli
İşçi agentin nominal təzyiqi, MPa (kq/sm2) 12,5 (125)
Nominal təzyiqdə hərkətli tutqacda nəzəri dartqı qüvvəsi
(yuxarı hərəkət zamanı), kN (t) 1000 (100)
Hərəkətli plitənin qaldırma hərəkəti məsafəsi (xod), mm 900
Qaldırılan NKB-nin diametri (çazanların dəyişilməsilə, mm 60,3; 73; 88,9
Əsas ölçüləri, mm
Hidrosilindrin:
- silindrin daxili diametri 225
- ştokun diametri 120
Avadanlığın:
uzunluğu 980
eni 904
hündürlüyü (keçirici maqarasız) 1640
hündürlüyü (keçirici maqara ilə) 1900
Hidrosistemin birləşmə ölçüsü M33x2 (polad boruların
birləşməsi: kürə, düzünə)
Kütlə, kq 1920

154
Qeyd: Digər birləşmə ölçülü avadanlığa DQ2-100 hidravliki domkratın
quraşdırılması üçün, keçirici maqaranın aşağı flənsi yiv birləşməli olmaqla
çıxarılan icrada hazırlanır.
DQ2-100 hidravliki domkratın iş prinsipi aşağıdakı kimidir:
- hidrisilindrlərin porşenli boşluğa işçi agentin (yağın) vurulması ilə ştokların
hərəkətə gəlməsi ilə hərəkətli plitə və hərəkətli pazlı tutqac, qalxmağa başlayır.
Bu halda gövdənin konik oyuğunda yerləşən çazan dəsti NKB-ni tutur və
hidrosilindrin yaratdığı qüvvəni ona ötürür.
- hidrisilindrlərin ştoklu boşluğuna işçi agentin vurulması ilə ştokların
dartılması baş verir, yəni hərəkətli plitənin oturması və hərəkətli pazlı tutqacın
aşağıya hərəkəti baş verir. Bu halda presləmənin sonunda hərəkətli plitənin
yuxarı vəziyyətdə olması və ona uyğun olaraq NKB-nin dartılmış vəziyyətdə
olduğu üçün onun aşağıya yerdəyişməsinin saxlanılması, hərəkətsiz pazlı
tutqacın gövdəsindəki konik oyuqda quraşdırılmış (yerləşdirilmiş) çazanlar
(suxari) dəsti ilə həyata keçirilir.
- hərəkətli pazlı tutqacda, həm də hərəkətsiz pazlı tutqacda dəstdəki çazanların
etibarlı birləşməsi hesabına, boruların qırılması halında hər hansı bir çazanın
yuvadan çıxmaqla atılmasının qarşısı alınır, səbətlər isə bütün çazan dəstinin
yuvadan çıxmaqla atılmasının qarşısını alır.
- DQ2-100 hidravliki domkratın işinin idarəedilməsi hidrostansiyanın
idarəetmə pultundan yerinə yetirilir. Hidrostansiyanın əsasını isə yüksək
təzyiqli nasos təşkil edir.
VII.3. Quyuda pərçimlənmiş obyektin azad edilməsi üçün
quyudaxili avadanlıq kompleksi

Neft qaz quyularının əsaslı təmirində aparılan əməliyyatlardan asılı


olaraq endirilmiş alətin –frezerin, tutucu alətin, baltanın, qazma borusu və ya
nasos-kompressor borusu və onların elementlərinin və s. müəyyən səbəblərdən
onlar ətrafında kipləşmə yaranması ilə tutulması, başqa sözlə pərçimlənməsi
baş verir.
Pərçimlənmiş borularla bağlı qəzaların ləğvi təcrübəsində pərçimlənmiş
qəzalı kəmərin azad edilməsi üçün tələb olunan dartqı qüvvəsinin tətbiqində
yerüstü qurğuların yükqaldırma qabiliyyətinin imkansız olması nadir hal deyil.
Belə hallarda xaricdə hidravliki dalma domkratları tətbiq edilir.
Hidravliki dalma domkratları qazma boru kəmərinə ötürülmədən quyuda
pərçimlənmiş borular, pakerlər və digər quyuiçi avadanlıqlara böyük dartqı
qüvvəsi yüklənməsi verilməsi, yəni bu qüvvənin yaradılması üçün təyin
edilmiş avadanlıqdır.

VII.3.1. Hidravliki dalma domkratları


Hidravliki dalma domkratlarının müxtəlif konstruksiyaları mövcuddur.
155
Lakin iş prinsipinə görə onlar demək olar ki, fərqlənmirlər. Quyuların
əsaslı təmiri təcrübəsində hidravliki dalma domkratları nadir hallarda tətbiq
edilir, lakin onların vasitəsilə bir çox qəzalı quyuları bərpa etmək olar.
Hidravliki dalma domkratı (Şəkil VII.4), domkrat lüləsi ilə bütövlük
təşkil etməklə onunla yivlə birləşmiş porşen 5 və onun üzərində hərəkət edən
silindrdən 8 ibarətdir. Silindr üzərində hidravliki lövbər 3 quraşdırılmışdır.
Domkrat lüləsinin üst sonluğu tutucu boru kəmərilə keçiricilə 1 birləşir.
Keçiricidə, domkrat lüləsinin daxili fəzasının quyu lüləsi ilə tələb olunan halda
əlaqə yaradılması - birləşməsini həyata keçirən dövretmə klapanı 2 mövcuddur.
Domkrat lüləsinin alt sonluğunda qoruyucu klapan 7 quraşdırılmışdır.
Domkratın silindrinin aşağı sonluğuna tutucu alət bağlanır.
Hidravliki dalma domkratını tutucu alətlə birgə quyuya endirilir, tutucu
alətlə tutulan obyekt tutulur və laxlatma yolu ilə onun çıxarılmasına cəhd edilir.
Əgər bu mümkün olmursa, domkrat istifadə edilir.
Tutucu boru kəmərinin daxilinə metallik kürə 6 atılır, domkrat lüləsinə
çatmaqla hərəkət edərək yəhərdə oturur – onu qapayır. Bununla lülənin daxili
fəzası təcrid edilir və maye vurumunun sonrakı davamında tutucu boru kəməri
daxilində təzyiq yüksəlməyə
başlayır. Maye təzyiq altında
kanallardan 9 keçməklə silindrə
daxil olur.

Şək.VII.4 . Hidravliki dalma


domkratı.

Bununla eyni zamanda maye


təzyiqinin təsirilə hidravliki
lövbərin 4 paftaları gövdədən
çıxaraq öz daraq formalı səthləri ilə
istismar kəmərinə dayaqlanır.
Nəticədə domkrat lüləsi kəmərdə
bərkidilir. Silindr 8 qalxmağa
başlayır və özü ilə tutucu aləti
dartır. Silindrin qalxması zamanı
qoruyucu klapan 7, silindrin
konuslu sonluğuna söykənir və öz
ştoku ilə kürəni 6 qaldırır. Tutucu
boru kəmərində təzyiq düşür.
Quyudibi dalma domkratında yaranan qüvvə, tutucu boru kəmərinin
ağırlığı və quyunun əyriliyindən asılı deyil. Bu qüvvə yalnız tutucu boru
kəməri daxilinə yolverilən təzyiq ölçüsü (qiyməti) ilə təyin edilir.

156
VII.3.2. Quyuda pərçimlənmiş alətin pərçimdən azad edilməsi üçün
hidravliki quyudibi domkrat QİD (ГИД)

Hidravliki quyudibi domkrat QİD (ГИД), qoruyucu kəməri 140 mm-


dən 219 mm-ə kimi olan quyularda alətin pərçimdən azad edilməsi üçün təyin
edilmişdir. Hidrodomkrat tutucu alətlə birgə quruluşda nasos-kompressor və ya
qazma boruları ilə quyuya endirilir və tutucu alətin vasitəsilə pərçimlənmiş
obyekt tutulur. Boru kəmərində izafi təzyiq yaradıldıqdan sonra hidrodomkrat
pərçimin yaratdığı müqavimətin dəf edilməsi və quyudan çıxarılması üçün
tələb olunan oxboyu qüvvəni pərçimlənmiş obyektə (alətin, borunun) ötürür.
Bu halda hidrodomkratın gövdəsi lövbər qovşağının vasitəsilə qoruyucu
kəmərə dayaqlanır və tutucu kəməri ox boyu yüklənmədən azad edir.
“Qazma” Eımi-İstehsalat Cəmiyyəti ASC-də (ОАО НПО «Бурение»),
müxtəlif geoloji-texniki şəraitdə effektli tətbiq üçün hidravliki quyudibi
domkratların üç modifikasiyası işlənilmiş və hazırlanması mənimsənilmişdir.
Hidrodomkrat əyriliyi hər 10 metrə 2 0 intensivlik yığımı olan maili
istiqamətlənmiş quyularda işləyə bilir. Məmulatla tam ehtiyat hissələri
komplektinin verilməsi təmin edilir. Şəkil VII.5-də hidravliki quyudibi
domkratın ümumi görünüşü verilmişdir.
Tapşırıq üzrə verilməsi nəzərdə tutulan yüklənməyə çatma anında
hidravliki domkratda təzyiq aşağıdakı düsturla müəyyən edilir:

4 ∙Q
P yol . ver .= 2 (VII.1)
2∙π ∙D

Q = 1,4 · Gp.k. (VII.2)

L
G=qh . b . ∙ L+q q + q aqb ∙l aqb (VII.3)
l

Burada, Q –domkratın tapşırıq üzrə qaldırıcı qüvvəsi, N;


G – qaldırılan kəmərin çəkisi, N;
qh.b. – 1 m hamar borunun çəkisi, N;
L – texnoloji boru kəmərinin uzunluğu, m;
qq – qıfıl birləşmələrinin çəkisi, N;
l – boruların orta uzunluğu, m;
laqb – AQB-nin uzunluğu, m.
Domkratın konstruksiyasının xüsusiyyətləri aşağıdakılara imkan verir:
- pərçimlənmiş obyektə domkratın yaratdığı qüvvədən başqa tutucu kəmər
vasitəsilə yükqaldırıcı qurğudan əlavə ox boyu qüvvənin ötürülməsi;
- pərçimlənmiş obyektin hərəkətinə (yerdəyişməsinə) onun çıxarılması
prosesində quyuağzında nəzarətin yerinə yetirilməsi;
157
Şək.VII.5. Hidravliki quyudibi
domkratı:
1 – silindr; 2 – porşen; 3 – ştok; 4 –
ştanqa; 5 – birləşdirici yiv; 6 – qısa
boru; 7 – hidravliki lövbər; 8 –
mufta; 9 – lövbərin paftaları.

- porşenin 700 mm işçi vuruşunda


(hərəkətində) pərçimlənmiş obyektin
çıxarılması prosesində çoxsaylı təkrar
işləmələrin yerinə yetirilməsi;
- şaquli, həm də maili istiqamətlənmiş
quyularda endirilmiş domkratla
tutucu alətin pərçimlənmiş obyektə
birləşdirilməsi (bağlanması) və azad
edilməsi üzrə əməliyyatların
aparılması;
Qeyd etmək lazımdır ki,
anomal alçaq lay təzyiqli quyularda
boruarxası fəzadan təkrar qidalanma
mümkünsüzlüyü ilə əlaqədar
hidrodomkratın tətbiqi məhduddur.

VII.4. Təhlükəsizlik
keçiricisi

Tutucu alətlə tutulan obyektin


çıxarılması mümkünsüzlüyü ehtimalı
olduğu halda alət üzərindən qazma
boru kəmərinin azad edilməsi üçün,
endirilmiş quruluş (kompanovka) təhlükəsizlik keçiricisi ilə təchiz edilir. Qeyd
edildiyi kimi, onun təyinatı alət üzərindən qazma boru kəmərinin asan azad
edilməsindən ibarətdir və tutma işində iş prinsipinə görə azad olunmayan xarici
və daxili tutucu alətlər istifadə edildikdə tətbiq edilir.
Konsruksiyasına görə bir-birilə lent formalı yivlə bağlanan iki əsas
hissədən, gövdə və keçiricidən ibarətdir. (Şəkil VII.6). Bu yivdən aşağıda
kipləşdirici halqalar yerləşdirilmişdir. Kəmərdə yerləşdirilmiş təhlükəsizlik
keçiricisi vibrasiyaya, ox boyu yüksək yüklənməyə və fırlanma momentinə
davamlıdır.
158
Şək.VII.6. BRP (БРП) tipli təhlükəsizlik keçiricisi:
1- keçirici; 2 – gövdə; 3 - halqa.

İşləmə qaydası: alətin pərçimlənməsi mümkünlüyü olduğu halda alət


üzərindən boru kəmərinin açılması nəzərdə tutulmuş yerdə təhlükəsizlik
keçiricisi quraşdırılır. Açma əməliyyatından əvvəl, boru kəmərinin
təhlükəsizlik keçiricisinə olan yüklənməsini (ağırlığını) tam və ya ən minimal
qiymətə kimi azaldılmalıdır. Aləti saat əqrəbinin əksi istiqamətində (sola) 6-10
dövr fırladıb açılma alınmaqla boru kəməri qaldırılır.

VII.5. Dinamik zərbə yüklənməsi yaradan alətlər

Təhlükəsizlik keçiricisi ilə təchiz edilmiş boru kəmərini qaldırdıqdan və


ya təhlükəsizlik keçiricisi ilə təchiz edilməmiş quyuda pərçimlənməmiş
dərinliyə kimi boru kəmərini qaldırdıqdan sonra, alətin pərçimdən azad
edilməsi üçün dinamik zərbə yüklənməsi yaradan alətlərdən ibarət quruluşlu
boru kəməri endirilir. Bu quruluşa həmçinin müvafiq tutucu alət və

159
ağrlaşdırılmış qazma borusu da daxil edilir. Endirilmə ardıcıllığı Şəkil VII.7-də
göstərilmişdir.

Şək. VII.7. Dinamik zərbə yüklənməsi yaradan


alətlərin ardıcıllıq sxemi:
1 – pərçim yeri; 2 – tutucu alət (overşot);
3 – mexaniki zərbəendirici; 4 – hidravlik
zərbəendirici; 5 – ağırlaşdırılmış qazma borusu;
6 – hidravlik zərbəendiricinin gücləndiricisi;
7 – qazma kəməri.

Dinamik zərbə yüklənməsi yaradan alətlərə


UM (УМ) tipli mexaniki zərbəendirici, MQ (MГ)
tipli hidravlik zərbəendirici və hidravlik
zərbəendiricinin gücləndiricisi HG (УГ) daxildir.
Zərbəendiricilər, başqa sözlə yaslar -
pərçimlənmiş kəmərə üstdən aşağı və ya altdan
yuxarı güclü zərbə endirilməsi üçün tətbiq edilən
alətdir. Tutucu kəmərlərin əksəriyyətinə həm
mexaniki, həm də hidravliki yaslar, həmçinin zərbə
kütləsinin yaradılması üçün, təyin edilmiş sayda
AQB daxil edilir.

VII.5.1. UM (УМ) tipli mexaniki zərbəendirici (mexaniki yas)

UM (УМ) tipli mexaniki zərbəendirici (yas), neft qaz quyularında


alətin pərçimlənməsilə əlaqədar qəzanın ləğv edilməsində alətə yüklənmə
zərbəsi (həm aşağı, həm də yuxarı) yaradılması üçün təyin edilmişdir.
Mexaniki yas bütünlüklə müxaniki təsirli teleskopik zərbəendirici alətdir.
Mexaniki zərbəendirici konstruk- siyasına görə, gövdə, ştok, ştok
sonluğu (“quyruğu”) və kipləşdirici elementlərdən ibarətdir. Gövdə, bir-birinə
xüsusi yivlə bağlanan üç hissədən ibarətdir.
Gövdənin üst hissəsi birləşdirici yivi olan boru qıfılıdır (Şəkil VII.8).
Gövdənin alt hissəsinin daxili səthi altıtərəfli (qranlı) şlis formasında
hazırlanmış və onun ştok üzərindəki şlislərlə qarşılıqlı hərəkətdə olması
mexaniki zərbəendiricinin burucu momenti ötürməsinə xidmət edir. Ştokun alt
hissəsi qıfıl nipeli yividir, üst hissəsi xüsusi yiv vasitəsilə ştok “quyruğu”na

160
bərkidilir. Ştok-gövdə hərəkətli birləşmənin
hermetikləşdirilməsi üçün, ştok “quyruğu”-
nun xarici səthindəki oyulmuş (yonulmuş)
yerlərinə kipləşdirici halqalar
yerləşdirilmişdir.

Şək.VII.8. UM (УМ) tipli mexaniki


zərbəendirici: 1- keçirici; 2 – gövdənin üst
hissəsi; 3 – kipləşdiricilər; 4 – ştokun
“quyruğu”, 5 – vint; 6 - gövdənin alt
hissəsi; 7 – ştok.

UM (УМ) tipli mexaniki


zərbəendiricinin texniki xarakteriskası və
əsas ölçüləri Cədvəl VII.8-də göstərilmişdir.

Cədvəl VII.8
Mexaniki zərbəendiricinin tip-ölçülərinin şifri
UM-122
Parametr UM-46 UM-95 UM-103
(УМ-
(УМ-46) (УМ-95) (УМ-103)
122)
1.Kanalın keçid diametri, mm 9 32 32 38
2. Ştokun sərbəst hərəkət gedişi, mm 490 500 500 500
3. Mexaniki zərbəendiricinin “açıq”
vəziyyətində maksimal dartılma yüklənməsi, 100 1150 1150 1800
kN
4. Mexaniki zərbəendiricinin ötürdüyü
0,3 15,5 15,5 31
maksimal burucu moment, kNm
5. İşləmədə minimal zərbə endirmə sayı 800 800 800 800
6.Birləşdirici yivi Ş-22 Z-76 Z-76 Z-88
7. Əndazə ölçüləri, mm:
diametr, D 46,5 95,5 103 122,3
uzunluğu, L 1082 1308 1308 1287
8. Kütləsi, kq 12 50 56 86

İşləmə qaydası:
Ştokun sərbəst gedişi (yasın “açıq” vəziyyətindən “bağlı”
vəziyyətinə kimi olan məsafə) məsafəsi qədər ağırlaşdırılmış qazma borusu ilə
161
endirilən zərbə pərçimlənmiş boru kəmərinə ötürülür. Mexaniki
zərbəendiricinin (mexaniki yas) bilavasitə tutucu alət (daxili, xarici borututan
və s.) üzərində quraşdırılırılması ilə pərçimlənmiş obyektin azad edilməsi üçün
aşağıya zərbələr endirilir. Zərbənin güçü geniş diapazonda (100-800 kN)
tənzimlənir.
Aşağıya zərbə.
- alətin “açılması” üçün kifayət edən məsafə qədər boru kəmərini
qaldırmalı və yolverilən həddə kimi dartmalı.
- alətin “bağlı” vəziyyətinə 15 sm qalana kimi (əvvəlcədən “bağlı”
vəziyyət təsbit edilir) dartılma yüklənməsi sürətlə boşaldılır. Bu an mexaniki
zərbəendiricidən aşağı yerləşən alətə zərbə endirilmiş olur.
Aşağıya tam zərbə.
- alətin “açılması” üçün kifayət edən məsafə qədər boru kəmərini
qaldırmalı və yolverilən həddə kimi dartmalı. Boru kəmərini tormozlamadan
əlavə yüklənmədən tam boşaldılmaqla oturdulur.
- bu anda mexaniki zərbəendiricinin statik vəziyyətə keçməsilə aşağıda
yerləşən alətə güclü zərbə endirir.
Yuxarıya zərbə.
- alətin “açılması” üçün kifayət edən məsafə qədər boru kəmərini
qaldırmalı və yolverilən həddə kimi dartmalı.
- boru kəmərini əlavə verilmiş yüklənmədən-dartılmadan tam
boşaldılır. Tutucu boru kəmərinin ucu aşağı yönəlməklə zərbəendiriciyə çatma
anında tez boşalmanın nəticəsi olaraq, alət atılaraq (sıçrayaraq) yuxarı
istiqamətlənmiş zərbə endirir.

VII.5.2. MQ (MГ) tipli hidravlik zərbəendirici (hidravliki yas)

Hidro-zərbəendirici, neft qaz quyularında alətin (frezer, tutucu alət,


balta, qazma borusu və ya nasos-kompressor borusu və onların elementləri və
s.) pərçimlənməsilə əlaqədar qəzanın ləğv edilməsində alətə yüklənmə zərbəsi
yaradılması üçün təyin edilmişdir.
Hidro-zərbəendirici konstruksiyasına görə, gövdə, ştok, keçirici, porşen
və kipləşdirici elementlər dəstindən ibarətdir (Şəkil VII.9). Gövdənin alt
hissəsinin daxili səthi altıtərəfli (qranlı) şlis formasında hazırlanmış və onun
ştok üzərindəki şlislərlə qarşılıqlı hərəkətdə olması mexaniki zərbəendiricinin
burucu momenti ötürməsinə xidmət edir. Ştokun üst hissəsinə xüsusi profilli
yivlə qıfıl muftası yivli birləşdiricisi olan keçirici, alt hissəsinə isə ştok sonluğu
(“quyruğu”) bərkidilir. Ştokun silindrik çıxıntısı ilə ştok “quyruğu” arasında
porşen yerləşir. Gövdə, bir-birinə xüsusi yivlə bağlanan üç hissədən ibarətdir.
Gövdənin alt hissəsinin daxili səthi altıtərəfli (qranlı) şlis formasında
hazırlanmış və onun ştok üzərindəki şlislərlə qarşılıqlı hərəkətdə olması hidro-
zərbəendiricinin burucu momenti ötürməsinə xidmət edir. Porşenlə təmasda
162
(kontaktda) olan gövdənin orta hissəsinin səthində maye axını üçün kiçik
qanovları vardır. Gövdənin alt hissəsinin qurtaracağında birləşdirici qıfıl nipeli
vardır. Detalların bütün birləşmələri kipləşdirici halqalarla təchiz edilmişdir.
Hidro-zərbəendiricinin yağla doldurulması, gövdədəki yivli xüsusi tıxaclarla
bağlanan dəlikdən yerinə yetirilir.
Hidravliki yasın iş prinsipi aşağıdakı kimidir. Onun əsas qovşağı -
kojuxun tərkibinə daxil olan hidravliki silindr və onun içində yerdəyişmə edən
porşenlə valdır. Silindr dəyişkən en kəsikli daxili kanala malikdir və bu kanal
maye (yağla) doldurulur. Yasın bağlı halında porşen aşağı vəziyyətdə -
silindrin dar hissəsində (böyük olmayan həlqəvi araməsafəsi olması nəticəsində
porşenin hərəkəti çətinləşmiş olur) yerləşir. Porşenin manjetləri xüsusi
konstruksiyaya malikdirlər, belə ki, tutucu kəmərə verilən dartqı qüvvəsinin
təsirilə porşenlə val yuxarı hərəkət etdikdə yağın porşen üzərindən porşenaltı
boşluğa çox yavaş axmasına imkan verir.
Yasın gediş hərəkəti uzunluğunun təqribən yarısını keçəndən sonra,
porşen silindrin geniş hissəsində yerləşmiş olur ki, hərəkətə müqavimət xeyli
azalır və porşen sürət yığaraq kojuxun üst məhdudlaşdırıcı çıxıntısına zərbə
endirir. Kəmərin dartılmasını tənzimləməklə (dartqı qüvvəsinin qiymətilə)
zərbənin gücünü dəyişmək mümkünlüyü vardır. Bu hidravliki yasın mexaniki
yasla müqayisədə əsas üstünlüyüdür.
Hidravliki yasların əksəriyyəti 175 0C-yə kimi effektiv işləyirlər, daha
yüksək temperaturlarda xüsusi temperatura davamlı yağlardan istifadə edilə
bilər.
UM (УМ) tipli hidravlik zərbəendiricinin texniki xarakteriskası və əsas
ölçüləri Cədvəl VII.9-da göstərilmişdir.
İşləmə qaydası:
Endirmə quruluşunda (kompanovka) hidravlik zərbəendirici AQB
altında yerləşdirilməliir. AQB-nin ağırlığı UM-95, UM-103 üçün 1,4-2,3 ton,
UM-122 üçün 2,8-3,8 ton olmalıdır.
Hidravlik zərbəendiricinin işinin effektliyinin yüksəldilməsi üçün,
xüsusən maili və ya dayaz və ya çox böyük dərinlikli quyularda, AQB
üzərində UQ (УГ) tipli hidravlik zərbəendirici gücləndiricisi quraşdırılması
tövsiyə edilir.
Əgər quruluşda hidravlik zərbəendirici tutucu alət - borututan, overşot
ilə tətbiq edilirsə, hidravlik zərbəendiricidən altda tutucu alət üzərində, quyuda
pərçimlənmədən azad edilmə prosesini yüngülləşdirən UM tipli mexaniki
zərbəendiricinin quraşdırılması tövsiyə edilir.
Qeyd edilən quruluşla boru kəməri endirilir, tutma işi aparılır (tutma işindən
əvvəl hidravlik çəki indikatorunda kəmərin çəkisi təsbit edilir). Hidravlik
zərbəendiricinin zədələnməsinə yol verilməməsi üçün, tutma işi səlis, yəni
yüklənmə və dartılma tədricən, sərt olmadan aparılmalıdır.

163
Şək.VII.9. MQ (MГ) tipli hidravlik zərbəendirici:
1 – keçirici; 2 – gövdənin üst hissəsi; 3 – ştok; 4 – porşen kipləşdiricisi;
5 – porşen halqası; 6 – porşen; 7 – gövdənin orta hissəsi; 8 – ştokun
“quyruğu”; 9 – tıxac; 10 – tıxacın kipləşdiricisi; 11 – kipləşdirici;
12 – B kipləşdiricisi; 13 – gövdənin alt hissəsi; 14 – kəsik halqa;
15 – qoruyucu halqa; 16 – A kipləşdiricisi; 17 – tıxac; 18 – tıxacın
kipləşdiricisi I; 18 – tıxacın kipləşdiricisi II.
164
Tutma işindən sonra kəmərin çəkisinə nəzərən 4-5 ton dartılır, rotor
stolunda işçi qazma borusu üzərində bu vəziyyət təsbit edilir (təbaşirlə).
Hidravlik zərbəendirici bağlanılır, bunun üçün verilmiş əlavə yükdən (4-5 t)
tədricən və səlis aparılmaqla boşaldılır. Maksimal dartılma yüklənməsindən
artıq olmamala kəmər tez bir anda, sərt yüklənir (cədvəldəki) və qaldırıcının
bucurqadı tormozlanır. Bir müddətdən sonra zərbə alınır. Bu müddət, dartılma
ölçüsündən, quyunun mailliyi və dərinliyindən, hidravlik zərbəendirici
gücləndiricisinin tətbiq edilib-edilməməsindən asılı olaraq bir neçə saniyədən
bir neçə az dəqiqəyə kimi olur. Zərbənin qüvvəsi kəmərin dartılması və
zərbəendirici üzərində olan AQB-nin çəkisinin dəyişilməsilə tənzimləmək olar.

Cədvəl VII.9.

Tip-ölçülərinin şifri
Parametr UM-95 UM-103 UM-122
(МГ-95) (МГ-103) (МГ-122)
1.Kanalın keçid diametri, mm 32 38 50
2. Ştokun sərbəst hərəkət gedişi, mm 100 100 120
3. Ştokun tam hərəkət gedişi, mm 257 257 370
4. Hidravlik zərbəendiricinin zərbə endirməsi üçün
250 250 350
maksimal dartılma yüklənməsi, kN
5. Zərbə endirildikdən sonra “açıq” vəziyyətdə olan
hidravlik zərbəendiriciyə maksimal dartılma 1200 1200 2000
yüklənməsi, kN
6. Mexaniki zərbəendiricinin ötürdüyü maksimal
15,5 15,5 30
burucu moment, kNm
7. İşləmədə minimal zərbə endirmə sayı 800 800 800
8. Ətraf mühitin temperaturu, 0C-dən yüksək
150 150 150
olmamaqla
9. Birləşdirici yivi Z-76 Z-76 Z-88
10. Əndazə ölçüləri, mm:
diametr, D 95,5 103 122,3
uzunluğu, L 1597 1596,7 2070
11. Kütləsi, kq 67 75 160

Qeyd edilmiş qaydada təkrar zərbələr endirilir. Təkrar zərbələrin sayı


məhdudlaşdırılmır, yalnız hidravlik zərbəendiricinin daxilindəki yağın
soyudulması üçün, işləmədə hər saatdan bir 30-40 dəqiqə tənəffüs edilməlidir.
İşçi qazma borusu üzərində təsbit edilmiş nöqtənin rotor stoluna nəzərən
vəziyyətinin dəyişiulməsilə zərbəendiricinin işinin effektliyinə nəzarət edilir.
Hidravlik zərbəendiricini quyudan çıxartdıqdan sonra onu bağlı
vəziyyətə gətirməli, boru kəmərindən açıb, təmizləməli, su ilə yumalı, silməli
165
və birləşdirici yivlərini duru yağla yağlamaq lazımdır. Hidravlik zərbəendirici
stellajda üfqi vəziyyətdə saxlanmalıdır.

VII.5.3. HG (УГ) tipli hidravlik zərbəendirici gücləndiricisi

Hidravlik zərbəendirici gücləndiricisinin tətbiqi, xüsusən maili, dayaz


və ya çox böyük dərinlikli quyularda hidravlik zərbəendiricinin işləməsində
endirdiyi zərbə qüvvəsinin yüksəldilməsi və tutucu boru kəmərinə təsirinin
azaldılmasına imkan verir.
Hidravlik zərbəendirici gücləndiricisinin başqa adlandırılmaları
intensifikator, akselerator, həmçinin buster – tutucu kəmərə yasla
(zərbəendirici) birgə endirilmə quruluşuna (kompanovkaya) daxil olan
köməkçi alətdir. Onun AQB üzərində quraşdırılması zərbə qüvvəsini
yüksəltməyə və tutucu kəməri və qazma qurğusunu zərbə yüklənmələrindən
təcrid etməyə imkan yaradır.
Bu alət mahiyyətinə görə porşen tipli hidroakkumulyatordur. Tutucu
kəmərin dartılmasında gücləndiricinin (akseleratorun) porşeni silindrdə işçi
agenti sıxır və potensial enerji yığır. Hidravliki yas (zərbəendirici) işə düşən
zaman akseleratorun enerjisi AQB-nin yuxarıya hərəkətini tezləşdirməklə
(sürərləndirməklə) yasın zərbəsinin gücünü artırır.
Akseleratorun digər funksiyası – tutucu kəmərdəki borular və onların
yivlərinin vəziyyətinə mənfi təsir edən zərbə yüklənmələrini söndürür (xeyli
yumşaldır). Buna , onun açıq vəziyyətindən bağlı vəziyyətinə keçidi zamanı
akselerator valının gediş yolunun kifayət qədər böyük uzunluğa malik olması
hesabına nail olunur, yəni hidravliki yasın gediş yolu uzunluğu akseleratorun
gediş yolu uzunluğu ilə kompensasiya olunur. Akseleratorsuz işləmədə
hidravliki yasın işə düşməsi momentində onun üzərində yerləşən kəmər,
dartılmış vəziyyətdən sıxılmış vəziyyətə çox sərt keçir, bu da praktiki olaraq
bütün kəmərin yuxarıya təkanına səbəb olur. Bu halda təkanın enerjisinin
böyük hissəsi quyuda sürtünmə qüvvələrinin dəf edilməsinə sərf edilir. Bu
zaman quyuağzında elevator, tal sistemi və hətta qüllənin (vışkanın)
əhəmiyyətli dərəcədə sirkələnməsi hiss edilir.
Akselerator ilə işləmədə bu sirkələnmələr baş vermir. Beləliklə tutucu
kəmərə sərt sıxıcı qüvvələrin təsirinin istisna edilməsi – akseleratorun mühüm
üstünlüklərindən biridir. Onun istifadəsi tutucu kəmərdə AQB kütləsinin
azaldılmasına imkan verir, belə ki, zərbə anında AQB-nin hərəkət sürəti artmış
olur.
Hidravlik zərbəendirici gücləndiricisi konstruksiyasına görə gövdə,
ştok, keçirici və kipləşdirici elementlər dəstindən ibarətdir (Şəkil VII.10).
Ştokun üst hissəsinə xüsusi profilli yivlə qıfıl muftası yivli birləşdiricisi olan
keçirici, alt hissəsinə isə ştok sonluğu (“quyruğu”) bərkidilir.

166
Ştokun silindrik çıxıntısı ilə ştok “quyruğu” arasına şevron kipləşdirici
dəsti quraşdırılır. Gövdə, bir-
birinə xüsusi yivlə bağlanan
dörd hissədən ibarətdir.
Gövdənin üst hissəsinin daxili
səthi altıtərəfli (qranlı) şlis
formasında hazırlanmış və onun
ştok üzərindəki şlislərlə
qarşılıqlı hərəkətdə olması
hidro-zərbəendirici gücləndi-
ricisinin burucu momenti
ötürməsinə xidmət edir.
Gövdənin alt hissəsinin
qurtaracağında birləşdirici qıfıl
nipeli vardır. Hidravlik
zərbəendirici gücləndiricisinin
daxili boşluğu yüksək sıxılma
göstəricisi olan xüsusi yağla
doldurulmuşdur. Detalların
bütün birləşmələri kipləşdirici
halqalarla təchiz edilmişdir.
Hidro-zərbəendirici güc-
ləndiricisinin yağla doldurul-
ması, gövdədəki yivli xüsusi
tıxaclarla bağlanan dəlikdən
yerinə yetirilir.

Şək.VII.10. HG (УГ) tipli


hidravlik zərbəendirici
gücləndiricisi:
1 – keçirici; 2 – gövdənin üst hissəsi; 3 – kipləşdirici; 4 – B kipləşdiricisi;
5 – gövdənin orta hissəsi; 6 – ştok; 7 – gövdənin orta hissəsi; 8 – üst oymaq;
9 – şevron kipləşdirici; 10 – alt oymaq; 11 – tıxac II; 12 – II tıxacın
kipləşdiricisi; 13 – kəsik halqa; 14 – qoruyucu halqa; 15 – A kipləşdiricisi;
16 – ştokun “quyruğu”; 17 – gövdənin alt hissəsi; 18 – tıxac I; 19 – I tıxacın
kipləşdiricisi; 20 – kipləşdirici.

Qeyd edildiyi kimi, hidro-zərbəendirici gücləndiricisi enerji yığıcısı


olaraq, əsasən hidro-zərbəendiricinin zərbə impulsunun yüksəldilməsi üçün
istifadə edilir. Başqa sözlə bu alət, tutucu kəmərin müəyyən optimal yerində

167
deformasyanın potensial enerji yığıcısı vasitəsidir. Bu alət orijinal
konstruksiyalı enerji mənbəyi olaraq bilavasitə hidro-zərbəendirici üzərində
yerləşən kütlənin hərəkətə gətirilməsi və quyuda pərçimlənmiş obyektin
çıxarılmasında maksimal zərbə təsiri yaradılmasına xidmət edir.
Hidro-zərbəendirici gücləndiricinin daha bir üstünlüyü, onun yuxarıya
şaquli zərbə dalğası təsirinə nəzərən amortizator kimi işləməsi xüsusiyyətidir.
Bu xüsusiyyət dolayı yolla hidro-zərbəendiricinin zərbə impulsunu yüksəldir,
belə ki, bilavasitə hidro-zərbəendirici üzərində və yuxarı (quyuağzına yaxın)
səthlərdə tutucu kəmərin en kəsiyində zərbədən yarana bilən qorxulu halı
aradan qaldırır. Bunun nəticəsində tutucu kəmər maksimala həddə çox yaxın
yüklənmədə istifadə edilə bilir. Onun istifadə edilməməsi ilə müqayisədə, bu
halda hidravlik zərbəendiriciyə daha yüksək dartqı qüvvəsi tətbiq etməyə
imkanı verir.
Bundan başqa, yerüstü avadanlığa düşən zərbə yülənməsi tam və ya
xeyli azalmış olur. Gücləndiricinin üçüncü üstünlüyü, çox qısa tutucu kəmərdə
hidravlik zərbəendiricinin ağır iş rejimində işləməsinə imkan yaradır.
Quruluşda hidro-zərbəendirici ilə birgə tətbiq edilməklə ondan 70-80 m
yuxarıda yerləşdirilir. Daha yüksək effektli işin alınması üçün AQB onlar
arasında quraşdırılır. Bu hidravlik zərbəendirici gücləndiricinə, tutucu boru
kəmərinin enerjisini yığma qabiliyyətinə malik tez yüklənən yay kimi baxmaq
olar. Hidravlik zərbəendirici gücləndiricisinin tətbiqi, hidravlik
zərbəendiricinin tutucu kəmərdə yaratdığı zərbə impulsunu xeyli yüksəldir və
kəmərdə müvafiq yerləşdirilməklə kəmərin uzunluğundan asılı olmayaraq iş
qabiliyyətinə malikdir.
Standart quruluşda hidro-zərbəendirici ilə birgə tətbiq edilməklə zərbə
impulsunu təmin edir.
Beləliklə, hidravlik zərbəendirici gücləndiricisinin tətbiqi xüsusiyyətləri
barədə nəyi bilmək vacibdir:
1. Hidravlik zərbəendirici gücləndiricisi köməkçi alətdir və onun tək
tətbiqi faydasızdır.
2. Hidravlik zərbəendirici gücləndiricisi hidravlik zərbəendiricinin
işinin effektliyini təqribən iki dəfə yüksəldir.
3. Hidravlik zərbəendirici gücləndiricisi mükəmməl amortizator
olmaqla hətta qısa tutucu kəmərdə böyük zərbə yüklənməsini təmin edir.
4. Böyük dərinliklərdə, xüsusən maili və ya istismar kəmərinin divarına
böyük sürtünmə ilə xarakterizə olunan quyularda hidravlik zərbəendirici
gücləndiricisi hidravlik zərbəendiricinin işinin effektliyini xeyli yüksəldir.
5. Hidravlik zərbəendirici ilə hidravlik zərbəendirici gücləndiricisi
arasında yerləşdirilən yükün optimal çəkisi, dartqı qüvvəsinin hesablanmış
ölçüsünün təqribən 20 %-ni təşkil edir.
6. Tutucu kəmər, onu təşkil edən boru ölçüsü diapazonuna uyğun işçi

168
yüklənmə intervalı həddində dartqı qüvvəsi ilə yüklənməlidir.
HG (УГ) tipli hidravlik zərbəendirici gücləndiricinin texniki
xarakteriskası və əsas ölçüləri Cədvəl VII.10-da göstərilmişdir.
Cədvəl VII.10.

Tip-ölçülərinin şifri
Parametr HG-95 HG-103 HG-122
(УГ-95) (УГ-103) (УГ-122)
1.Kanalın keçid diametri, mm 32 32 38
2. Ştokun tam hərəkət gedişi, mm 200 200 275
3. Effektli zərbə endirməsinin təmin edilməsi üçün
136 136 250
gücləndiriciyə minimal dartılma yüklənməsi, kN
4. Gücləndiricinin tam “açılması” üçün dartılma
198 198 360
yüklənməsi, kN
5. Zərbədən sonra “açıq” olan gücləndiriciyə
1400 1400 2200
maksimal dartılma yüklənməsi, kN
6. Mexaniki zərbəendiricinin ötürdüyü maksimal
15,5 15,5 31
burucu moment, kNm
7. İşləmədə minimal zərbə endirmə sayı 800 800 800
8. Ətraf mühitin temperaturu, 0C-dən yüksək
150 150 150
olmamaqla
9. Birləşdirici yivi Z-76 Z-76 Z-88
10. Əndazə ölçüləri, mm:
diametr, D 95,5 103 122,3
uzunluğu, L 2609,1 2609,1,7 3200,77
11. Kütləsi, kq 110 150 210

VII.5.4. Hidravlik zərbəendirici alət quruluşu ilə işləmə üçün tövsiyələr

Kəmər elementlərinin təyin olunmuş ardıcıllıqla quyuya endirilməsi


vacibdir belə ki, onların hər biri spesifik funksiya yerinə yetirir. (Şəkil VII.7).
Tutucu alət, quyuda qalmış boru (obyekt) ilə birləşmə üçün təyin edilmişdir.
Mexaniki zərbəendirici ilə, quyuda pərçimlənmiş boruların boşalması üçün
yuxarıdan aşağı, həmçinin tutucu aləti pərçimdən azad edilməsi üçün yuxarı
yüklənmə zərbəsi endirilir. Hidravlik zərbəendirici ilə aşağıdan yuxarı
yüklənmə zərbəsi endirilr. AQB tələb olunan zərbə kütləsini təmin edir. Hidro-
zərbəendirici gücləndiricisi isə AQB-nin hərəkət sürətini artırmaqla zərbə
impulsunun yüksəldir, həmçinin yuxarı istiqamətlənmiş zərbə yüklənməsini
yumşaltmaqla, borularda sıxılma gərginliyini azaldır.
İstismar kəmərində AQB ilə yaslar (zərbəendiricilər) eyni (və ya çox
yaxın) diametr ölçülü olmalıdır, metrlə uzunluğu isə diametrinin millimetrlə
ölçüsünün 0,36 olan əmsala hasilinə bərabərdir.

169
Misal: Xarici diametri 95 mm olan hidravlik zərbəendirici ilə uzunluğu
34 m olan ağırlaşdırılmış qazma boruları endirilməlidir və onun 1 metrinin
çəkisi 41 kq olduğundan, ümumi kütləsi 1,4 ton təşkil edəcəkdir.
Əgər quruluşda hidro-zərbəendirici gücləndiricisinin endirilməsi
nəzərdə tutulubsa, AQB-nin sayını azaltmaq tövsiyə olunur belə ki, hidro-
zərbəendirici gücləndiricisinin həddən artıq yüklənməsi ilə işə mənfi təsir
göstərə bilər.
Tutma ilə pərçimlənmiş boruya birləşdikdən sonra boru kəmərinin öz
çəkisindən əlavə tapşırıq üzrə verilmiş dartılma yüklənməsi verib bucurqad
tormozlanır və hidro-zərbəendirici porşeninin silindrin geniş hissəsinə çatma
anı gözlənilir, sonda yuxarı istiqamətdə zərbə endirilir.
Hidravlik zərbəendiricinin qidalanması-işçi vəziyyətə gətirilməsi üçün,
aləti aşağı sərt endirmək olmaz, beləki, bu halda gövdənin deformasiyasına və
ən əsas kipləşdiricilərin sıradan çıxmasına səbəb ola bilər. Hidravlik
zərbəendiricinin qidalanmasından sonra 2-3 dəqiqə fasilə etməli və əməliyyat
təkrarlanmalıdır.
Zərbənin gücünü boruların texniki imkanı həddində dəyişmək olar.
Adətən hidravlik zərbəendirici ilə işləmədə zərbəni nisbətən az yüklənmə ilə
başlanır, təlabata görə tədricən gücü artırılır.
Yuxarıya zərbə zamanı mexaniki zərbəendirici sadəcə uzunlaşdırıcı və
ya teleskopik qovşaq kimi işləyir. Aşağıya zərbə nəzərdə tutulan halda,
hidravlik zərbəendirici bağlanmalı və mexaniki zərbəendirici istifadə
edilməlidir. Bu tələbin yerinə yetirilməsi vacib sayılır, beləki, hidravlik
zərbəendiricinin açıq vəziyyətində aşağıya zərbə zamanı onun
kipləşdiricilərinin sıradan çıxmasına səbəb olmasından əlavə, zərbənin
qüvvəsini də zəiflədir.

VII.6. Quyudibi mühərriklər


Quyudibi mühərrik, quyuların əsaslı təmirində istismar kəmərində
sement və qum tıxacının qazılması, həmçinin isifadə edilən işçi mayesi az
sıxlıqlı olan struktur axtarış və geoloji-kəşfiyyat qazma işlərinin aparılması
üçün təyin edilmişdir.
Quyudibi mühərrikin adlandırma (işarələnmə) nümunəsi:
DU-95P.5/6.30 – vintli universal mühərrik: gövdənin xarici diametri 95 mm,
tənzimlənən əyri keçiricili, işçi orqan seksiyalarının girişliyi 5/6 və aktiv
hissənin uzunluğu 3000 mm.

Quruluşu və iş prinsipi

2.1. İş prinsipinə görə quyudibi mühərriklər daxili çəp dişli ilişməli,


həcmi (hidrostatik) təsirli planetar-rotor hidravliki maşındır.
170
2.2. Başqa tip quyudibi hidravliki mühərriklərlə müqayisədə onlar bir
çox üstünlüklərə malikdir:
- çıxış valında yüksək burucu moment, rotor qazma üsulunda olduğundan
heçdə az olmayan (müqayisəli) baltada böyük ox boyu yüklənmə yaratmağa
imkan verir;
- yüklənmənin artırılmasında praktiki olaraq dəyişməyən alçaq fırlanma tezliyi
yağla doldurulmuş hermetikləşdirilmiş dayaqlı baltaların tətbiqinə imkan verir;
- mühərrikin işinə nəzarəti nasosdakı təzyiqin dəyişilməsi ilə həyata keçirilir,
beləki, mühərrikdəki izafi təzyiq valdakı momentlə proporsianallıq təşkil edir;
- mühərrikdə böyük olmayan işçi izafi təzyiq və konstruksiyasında kipləşdirici
quruluşun varlığı hidro-monitor baltaların istifadə edilməsinə imkan verir.
2.3. Vintli quyudibi mühərrik (şəkil VII.11) həcmi təsirli (hidrostatik)
maşınlara aiddir.
2.4. Vintli quyudibi mühərrikin əsas hissələri (detalları) onun işçi
orqanları – stator və rotordur.
2.5. Stator polad gövdəli olub, daxili səthinə sol istiqamətli vintvari
dişli rezin qat vulkanizasiya edilmişdir. Metallik rotor xarici vintvari dişlərə
malikdir. Rotor və statorun dişlərinin vintli xətt üzrə addımının qiymət ölçüsü
onların dişlərinin sayı ilə proporsionaldır, yəni düz mütənasibdir. Rotorun oxu
stator oxuna nəzərən ekssentrisitet qiyməti üzrə yerdəyişməsi (e) dişin
hündürlüyünün yarısına bərabərdir.

Şək.VII.11. İşçi orqanlar seksiyasının


sxematik en kəsiyi: 1 – stator; 2 – rotor.

Dişlərin xüsusi profilinin hesabına


rotor və stator səthləri arasında fasiləsiz təmas
(kontakt) təmin edilir, bu da vintli
mühərriklərin işçi prosesinin əsasını təşkil
edir. Tarazlaşmamış hidravliki qüvvələrin
təsirilə mühərrikin rotoru planetar hərəkət edir,
yəni statorun dişləri üzrə fırlanır: rotorun oxu
O2 stator oxu O1 ətrafında saat istiqamətinin əksi istiqamətində hərəkət edir.
Rotor özü isə saat istiqamətində dönür (absolyut hərəkət).
Rotorun planetar hərəkəti torsion vasitəsilə şpindel seksiyasının valının
eyni ox üzrə fırladılmasına çevrilir, bununlada qüvvə momenti və hidravliki ox
boyu yüklənmə rotordan vala ötürülür.
2.6. Şpindel seksiyası gövdə, keçirici, val, ox boyu dayaq, üst və alt
radial dayaqlardan ibarətdir.
2.7. Ox boyu dayaq kimi çoxcərgəli radial-dayaqlı kürəvi yastıq xidmət
edir.
171
VII.6.1. D-85 vintli quyudibi mühərrik
D-85 quyudibi mühərrik, quyuların əsaslı təmirində istismar kəmərində
sement və qum tıxacının qazılması, həmçinin su və ya sıxlığı 1,30 q/sm 3-dən
artıq olmayan işçi maye isifadə edilən struktur axtarış və geoloji-kəşfiyyat
qazma işlərinin aparılması üçün təyin edilmişdir. Məhlulun temperaturu 100
0
C-dən artıq olmamaqla, su əsaslı və ya tərkibində neft məhsulu 5%-dən artıq
olmayan neft əsaslı ola bilər.
D-85 vintli quyudibi mühərrikin əsas parametrləri və ölçüləri Cədvəl
VII.11-də göstərilmişdir.
Cədvəl VII.11.
1. Mühərrikin şifri D-85
2. Tipi vintli, hidravliki
3. Seksiyaların sayı 2
4. Dişlərin sayı: stator 10
rotor 9
5. Gövdənin xarici diametri, mm 88
6. Mühərrikin uzunluğu, mm 3235
7. Kütləsi, kq 111
8. Statorun aktiv hissəsinin uzunluğu, mm 870
9. Bağlanma yivi (baltaya və qazma borusuna): Z-66
10.Tətbiq edilən baltaların diametri, mm 98,4-120,6
D-85 vintli quyudibi mühərrikin təyinat göstəriciləri Cədvəl VII.12-də
göstərilmişdir.
Cədvəl VII.12.
1. Qazma (işçi) məhlulunun sərfi, l/san 5-7
2. Çıxış valının fırlanma tezliyi, dövr/dəq
boş (yüklənməmiş) rejimdə 225
işçi rejimdə 132
3. İzafi təzyiq, MPa
boş (yüklənməmiş) rejimdə 1,08
işçi rejimdə 5
4. Çıxış valında işçi rejimdə qüvvə momenti, Nm 500
5. Yolverilən ox boyu yüklənmə, kN 30
6. İşçi mayenin parametrləri:
xüsusi çəkisi 1,30 kq/m3 kimi
tərkibində qumun miqdarı 1%-dən artıq olmamaqla

tərkibində neftin miqdarı 5%- dən artıq olmamaqla


temperaturu 1000 C kimi
7. Gövdə detallarına yolverilən dartılma yüklənməsi, kq 22000
məhlul sərfinin
8. Çıxış valı ilə şpindel gövdəsi arası yolverilən sızma
maksimum 25%-i

172
Quruluşu və iş prinsipi
D-85 vintli quyudibi mühərrik həcmi (hidrostatik) təsirli maşınlara
aiddir və onun tətbiqi çıxış valında yüksək qüvvə momenti və alçaq fırlanma
tezliyi realizə etməklə qazma prosesinin yerinə yetirilməsinə imkan verir. Ox
boyu yüklənmənin artırılmasında bu parametrlər az dəyişildiyinə görə müasir
alçaq fırlanma tezlikli baltaları tətbiq etməyə imkan verir.
İşləmə zamanı mühərrikə nəzarət vurğu xəttindəki təzyiqə nəzarətlə
həyata keçirilir, beləki, mühərikdə yaranan izafi təzyiq çıxış valındakı qüvvə
momenti ilə proporsonallıq təşkil edir.
Bu avadanlıq iki hissədən ibarətdir: mühərrik seksiyası, şpindel
seksiyası.
Mühərrik seksiyasının təyinatı, işçi maye axınının enerjisini rotorun
fırlanma hərəkətinə çevrilməsinə və bu hərəkətin şpindel seksiyasının valına
ötürülməsindən ibarətdir. Mühərrik seksiyasının tərkibinə rotor və stator
daxildir. Mühərrik seksiyasının statoru, sonluqlarında yivi olan polad gövdədən
ibarətdir. Gövdənin daxili səthində sol istiqamətli vintli dişləri olan vulkanizə
edilmiş rezin qatı vardır. Polad rotorun xarici səthində həmçinin sol
istiqamətli vintli dişləri vardır və bu dişlərin sayı statordakından bir vahid
azdır. Rotor və statorun dişləri öz aralarında fasiləsiz təmasda (kontaktda)
olması ilə nəticədə yüksək və alçaq təzyiq fəzalarına bölünməsi baş verir və
bununla da mühərrikin işçi prosesi həyata keçirilir.
Vurulan işçi mayenin mühərrikdən keçməsilə onun rotoru statorun
oxuna nəzərən planetar hərəkət yerinə yetirir və bu halda rotor saat əqrəbi
istiqamətində fırlanır. Rotorun planetar hərəkəti elastik valın vasitəsi ilə şpindel
valının eyni ox boyu fırlanmasına çevrilir və bununla da burucu moment və
hidravliki ox boyu yüklənmə rotordan vala ötürülür.
Mühərrikin şpindel seksiyasının təyinatı, mühərrikə təsir edən hidravliki
və quyudibi yüklənməni üzərinə götürməsindən ibarətdir. Şpindel seksiyasında
metallik-rezin iki alt dayaq və radial dayaqlı çox cərgəli kürəvi iki yastıq
yerləşdirilmişdir.

Mühərrikin işə hazırlığı və işləmə qaydası


1. Mühərrik buruğa qoruyucu qapaqlar bağlanmış və yığılmış
vəziyyətdə nəql edilməlidir.
2. Buruqda mühərrikə vizual baxış keçirilməli, xüsusən qazma borusu
və baltaya birləşdirici yivlərin, gövdə elementlərini birləşdirən aralıq
yivlərin bərkidilməsinin vəziyyəti
yoxlanılmalıdır. Stator və şpindel gövdəsində çat, əzilmə olmadığı
yəqinləşdirilməlidir.

173
3. Mühərrikin normal işləməsi və uzun ömürlüyü gilli məhlulun
keyfiyyətindən asılıdır və tərkibində qumun, neftin miqdarı cədvəldəki
parametrləri aşmamalıdır. Məhlulu təmizləmə sistemi titrəyici ələk və
qumayırıcı ilə təchiz edilməlidir. Mühərrik seksiyasına kənar əşyaların
düşməsinin qabağının alınması məqsədilə boru kəmərində süzgəc
quraşdırılmalıdır. Mühərrikin
uzun müddət maksimal gücü ilə işləməsində, həmçinin qazma məhlulunun
tərkibində qum və qarışıqların 1%-dən artıq olduğu halda Vintli quyudibi
mühərrikin (VQM) əsas qovşaqlarının (stator, rotor, yastıqlar) uzunömürlüyü
xeyli azalır.
4. Mühərriki endirilməyə başlamazdan əvvəl şpindel valının ox boyu və
radial lyuftu yoxlanılmalıdır. Yeni şpindel seksiyası üçün yolverilən hədlər
aşağıdakı qədər təkil edir:
- oxboyu lyuft – 1 mm; - radial lyuft – 0,5-1 mm.
Havanın temperaturu 0 0C-dən az olduqda mühərriki buxarla və ya isti
su ilə 30-40 dəqiqə qızdırmaq lazımdır.
Mühərriki quyuağzında işlətməli, valın səlis fırlanması və yiv
birləşmələrinin hermetikliyi yəqinləşdirilməlidir. Mühərrik 4,0 MPa təzyiqdən
artıq olmamaqla işə düşməlidir.
5. Mühərrik quyuya daşma klapansız endirildikdə boru kəməri yuma
mayesilə periodik (hər 200 m-dən) doldurulmalıdır. Mühərrikin şlamla
tutulmaması üçün, quyudibinə 10-15 m qalmış mühərriki işə salaraq maye
sərfini səlis tədricən yüksəltmək lazımdır ki, quyudibinə çatma anında sabit
yuma rejimi yaradılsın.
6. Qazma zamanı mühərrikin işinə nəzarət, nasosdakı təzyiqin
dəyişilməsi ilə həyata keçirilir, beləki, mühərrikdə izafi təzyiqin yüksəlməsi
valda qüvvə momentinin proporsional (düz mütənasib) yüksəlməsinə və ya
tərsinə valda qüvvə momentinin yüksəlməsi proporsional izafi təzyiqin
yüksəlməsinə səbəb olur. Baltanın yüklənməsində izafi təzyiqin sərt (tez bir
anda) yüksəlməsində mühərriki quyudibində saxlamaq tövsiyə olunmur.
Qazma zamanı mühərrikin dayanması (təzyiqin sərt yüksəlməsi)
halında aşağıdakılara əməl etmək vacibdir:
a) tormozlayıcı təzyiq quymətinin təsbit etmək;
b) quyudibindən qaldırılmadan yüklənməni boşaltmalı (götürməli), əgər bu
halda təzyiq işçi təzyiqə qədər azalarsa qazmanı davam etdirmək olar – böyük
olmayan pauzalarla (fasilələrlə) baltaya tədricən yüklənməni artırmaqla;
c) əgər baltaya yüklənməni boşaltdıqda təzyiq düşmürsə, bu halda nasosu
saxlamalı və aləti quyudibindən müəyyən qədər qaldırılmalı. Nasosu işə
salmalı, dövretmə (xolostoy xod) təzyiqini təyin etməli. Təzyiqin çox
yüksəlməsi və bu təzyiqdə qalması mühərrikin şlamçlanmasını və və sıradan
çıxmasına dəlalət edir.

174
Vintli quyudibi mühərriklə qazma zamanı aşağıdakılara riayyət
edilməsi vacibdir:
- təzə baltanın işlənməsini nəzərə alaraq, qazma azaldılmış ox boyu
yüklənmədə aparılmalıdır (baltanın istismar təlimatına uyğun).
- qazma alətinin verişi (yüklənməsini) sıçrayış olmadan səlis aparılmalı,
periodik olaraq alət yüngülcə fırladılmalıdır.
Şaroşkaların pərçimlənməsilə müşayiət olunan balta dayaqlarının
yeyilməsinin göstəricisi olaraq, hətta yüklənmənin azaldılmasında təkrarlanan
ani təzyiq dəyişilməsi-titrəyişi (artıb-azalma) halı alətin qaldırılması üçün bir
siqnaldır.
7. Stator və rotor dişlərinin yeyilmə dərəcəsinə görə mühərrikin
energetik xarakteriskasının parametrləri (xüsusən qüvvə momenti) tədricən
azalır. Çıxış valında qüvvə momentinin ilkin (əvvəlki) qiymətə kimi
yüksəldilməsi (çatdırılması), yuma məhlulunun sərfini 20-25% artırılması yolu
ilə mümkündür.
8. Quyudibi zonada temperaturun yüksəlməsi rezin qatının
möhkəmliyini azaldır, temperaturun təsirindən rotor və statorun qızması baş
verir və rotor-stator cütlüyündə darlığın-ara məsafənin artması səbəbindən
quyudibində mühərrikin işləməməsi, rezin qatının stator gövdəsindən ayrılması
və ya dağılması ilə nəticələnə bilər. Rotor-stator cütlüyünün dişli ilişməsində
temperaturdan asılı olaraq tövsiyə olunan darlıq-ara məsafə cədvəl VII.13-də
göstərilmişdir.
Cədvəl VII.13.

Temperaturur intervalı, 800C-dən 1000C


0 0-dan 600C kimi 600C-dən 800C kimi
C kimi
Darlıq (ara məsafə), mm +0,3-dən +0,1 kimi +0,1-dən -0,1 kimi 0-dan -0,1 kimi

Qeyd: Yiv birləşmələrinin qaynaq edilməsi qadağandır.


Mühərrikin istənilən detalılarına qaynaq vurmaq qadağandır.
VQM-in istismarında yolverilən differensial izafi təzyiqin maksimal həddini
aşmaq olmaz.

Qəza işləri zamanı tutma işlərinin aparılması üçün şəkil VII.12-də


göstərilmiş sxemi əsas tutmaq lazımdır.

Texniki qulluq

3.1. Vintli quyudibi mühərriklərə aşağıdakı növ texniki qulluq keçirilməlidir:


profilaktik baxış-cari təmir; orta təmir.
3.2. Zavoddan nəql edilmiş və uzun müddət istifadəsiz saxlanılmış quyudibi
mühərriklərə profilaktik baxış keçirilir. Baxış, gövdə və val detallarının
175
bərkidilməsinin yoxlanılması, elastik valın konik səthinin oturdulması, tövsiyə
olunan momentə uyğun (cədvəl VII.14) yiv birləşmələrinin bərkidilməsindən
ibarətdir.

Şək.VII.12. D-85 quyudibi mühərrikin əsas həndəsi ölçüləri


(qeyd: резьба - yiv deməkdir).
176
Cədvəl VII.14.

Birləşdirici yiv Burucu moment, kN m (kq m)


Z-66 (qazma borusu və balta üzərindəki keçirici) 6,5-7,5 (600-750)
MK 76 x 4 x 1:32 (gövdə, stator, keçirici) 4,0-7,5 (400-750)
M 42 x 2 (val üzərindəki qayka) 0,3-0,35 (30-35)

3.3. Quyuda işlədilmiş mühərrik işlər başa çatdıqdan sonra su ilə yuyulmalı və
industrial yağla (İ-40A, İ-50A) doldurulmalıdır. Bu halda onu şaquli
vəziyyətdə saxlamaqla yastıq qovşağından yağ çıxana kimi saat əqrəbi
istiqamətində ehmalca fırlatmaq lazımdır.
VQM-in buruqdan təmirə göndərilməsi kriteriyaları:
- mühərikin işləməsi 100 və daha artıq moto-saat təşkil edir;
- şpindel valının oxboyu lyuftu 3 mm və daha artıq olarsa;
- şpindel valının radial lyuftu 2 mm və daha artıq olarsa.
Orta təmir, mühərrikin tam sökülməsi, yağlanması, yığılmasından,
həmçinin yeyilmiş detalların əvəz edilməsindən ibarətdir. Qış vaxtı mühərrikin
sökülməsindən əvvəl, onu isti su vannasında otaq temperaturuna kimi
qızdırmalı və ya isti otaqda bir sutka saxlanılmalıdır.

Mühərrikin sökülməsi və yığılması


Mühərrikin və mühərrik seksiyasının sökülmə qaydası (şəkil VII.13,
şəkil VII.14):
- mühərrik seksiyasını 1 şpindel seksiyasından 2 açmaqla ayırmalı;
- üst keçiricini 1 statordan 2 açmaqla ayırmalı;
- rotoru 4 və dayaqlayıcı halqanı 3 statordan 2 çıxartmalı;
- pazın köməkliyi ilə elastik valı 20 çıxartmalı (şəkil VII.15).
Şpindel seksiyasının sökülmə qaydası (şəkil VII.15) :
- qaykanı 18 açmalı və gövdədən 11 valı 5 onun üzərində bərkidilmiş
detallar paketi ilə birgə çıxartmalı;
- birləşdirici muftu 4 valdan 5 açmaqla ayırmalı və valdan bütün
detalları çıxartmaqla yığılma ardıcıllığı üzrə düzməli;
Yeyilmiş yararsız detal və qovşaqları yenisi ilə əvəzləməli.
Mühərrikin işçi orqanınına baxış keçirməli. Statorda rezin qatın
bütövlüyünü yoxlamalı, hamar tıxac dəstilə dişlərin D e çıxıntı üzrə diametrini
ölçməli (şəkil VII.16). Rotorda mikrometr vasitəsilə dişlərin girinti və çıxıntı
arası ölçüsünü (Dep-hp) ölçməli, Dep – rotorun xarici diametri, hp – rotor dişinin
hündürlüyü (şəkil VII.17). Rotor-stator işçi cütlüyünün dişlər üzrə diametral
darlığı-ara məsafəsini təyin etməli:
h = (Dep-hp) - De, mm.
177
Şək.VII.13. D-85, D1-88 vintli quyudibi mühərriklər:
1- mühərrik seksiyası; 2 – şpindel seksiyası;
a – Z-66 yivi; b – MK76 x 4 x 1:32.

Şək.VII.14. Mühərrik seksiyası:


1 – keçirici; 2 – stator; 3 - dayaqlayıcı halqa; 4 – rotor.

178
Şək.VII.15. Şpindel seksiyası:
1 – Birləşdirici keçirici; 2 – tənzimləyici halqa; 3, 10, 17 – oymaq;
4 – birləşdirici mufta; 5 – val; 6 – kontr-qayka; 7 – kolpaq; 8, 18 – qayka;
9 – alt dayaq; 11 – gövdə; 12, 13 – halqa; 14 – xarici oymaq; 15 – daxili
oymaq; 16 – kürəvi dördcərgəli radial-dayaq yastığı; 19 – keçirici;
20 – elastik val (torsion); a – MK76 x 4 x 1:32; b – Z-66 yivi.

Şək.VII.16. Stator ölçülərinin Şək.VII.17. Rotor ölçülərinin


yoxlanılması tıxacı. yoxlanılması.

Əgər ara məsafə 0,3 mm-dən artıq alınmaqla işçi cütlük yeyilmişsə,
onu və ya bu işçi orqanlardan birini dəyişməli.
Yığma prosesində şpindel valına yığılan detalları qurulayıb İ-50 və
ya İ-30 industrial yağı ilə, rezin, rezin-metallik detalları - texniki kastor yağı
və ya qliserinlə, yiv birləşmələrini SİATİM-203 (ЦИАТИМ-203) sürtgü yağı
ilə yağlanmalıdır.
179
Mühərrikin yığılmasına hazırlıq:
- yığılma üçün lazım olan detalların komplektləşdirilməsini aparmalı;
- detalların əsas ölçüləri və yivlərini ölçməklə bir daha dəqiqləşdirməli;
- vizual baxışla statorun rezin qatının və radial dayaqların bütövlüyünü
yəqinləşdirməli;
- birləşdirici muftanın və elastik valın konik səthlərinin vəziyyəti, konus
qovuşmasının
sıxlığını yoxlamalı;
- detalların səthləri və yivlərini yağ və sürtgü yağları ilə yağlamalı.

Mühərrikin yığılma qaydası (şəkil VII.13, VII.14, VII.15):


- şpindel valına 5, bütün detalları yerləşmə ardıcıllığı ilə (poz. 17, 18,
10, 9, 16, 10, 9, 13) quraşdırmalı; qayka 8 ilə cədvəl 4-dəki momentə uyğun
bərkitməli; kontr-qayka 6 və qapaqla 7 bərkitməli; balta üstü keçiricini 19
bağlamalı və cədvəl 4-dəki momentə uyğun bərkitməli; kənarlarına zərbə
vurmaqla birləşdirici muftanı 4 vala 5 oturtmalı.
- valı yığılmış detal paketi ilə birgə gövdəyə 11 qoymalı və qaykanı 18
tam sıxmalı; iki ədəd oymağı 3 qoymalı; tənzimləyici halqanı 2 quraşdırmalı.
- birləşdirici keçiricini 1 bağlamalı və sıxma qüvvəsini artırıb-
azaltmaqla valın eyniliklə bərabər, yüngül fırlanmasına nail olmalı.
- keçirici 1 və gövdənin 11 dayaq səthləri (kənarları) arasında ara
məsafəni ölçməli və halqanın 2 hündürlüyünü bu ara məsafəsi qədər azaltmalı;
şpindel seksiyasını yığmalı, qaykanı 18 və keçricini 1 cədvəl VII.14-dəki
momentə uyğun bərkitməli.
- konus üzrə oturmanı təmin etməklə elastik valı 1 birləşdirici mufta ilə
5 birləşdirməli.
- rotoru 4 fırlatma statora 2 yerləşdirməli, dayaq halqanı 3 qoymalı və
keçiricini 1 cədvəl 4-dəki momentə uyğun bərkitməli.
- konus üzrə oturmanı təmin etməklə elastik valı 20 rotora 4
yerləşdirməli və mühərik seksiyası ilə şpindel seksiyasına birləşdirməklə
cədvəl VII.14-dəki momentə uyğun bərkitməli.
- mühərrikin yığılmasında şpindel valının lyuftu, cədvəl VII.15-də
göstərilmiş həddə uyğun olmalıdır.
Cədvəl VI.15.
Yeni şpindeldə valın dayaqlarda yolverilən İstismar prosesi zamanı valın dayaqlarda
lyuftu, mm-dən artıq olmamaqla yolverilən lyuftu, mm-dən artıq olmamaqla
Ox boyu Radial Ox boyu Radial
1,0 0,5 6,0 2,0

Yeni və ya təmirdən çıxmış mühərriki quyuya endirməzdən əvvəl,


həmçinin quyudan hər qaldırmadan sonra çıxış valının lyuftunun yoxlanılması
180
aparılmalıdır.
Ox boyu lyuftun ölçülməsi aşağıdakı qaydada aparılır (şəkil VII.17):
- mühərrik rotor stolu üzərinə qaldırılır;
- A məsafəsi ölçülür (gövdənin alt səthindən valın balta bağlanan
birləşdirici yivin alt səthinə kimi olan məsafə);
- mühərrik rotor stolu üzərinə oturdulur və yükdən boşaldılır;
- B məsafəsi ölçülür (gövdənin alt səthindən valın balta bağlanan
birləşdirici yivin alt səthinə kimi olan məsafə).
Mühərrikin ox boyu lyuftu, L = A-B olacaqdır. Lyuft, cədvəl VI.15-də
göstərilmiş həddi aşmamalıdır.
Mühərriklə işləmə zamanı aşağıdakı hallarda onun istismarı
saxlanılmalıdır:
1. Quyuda mühərriklə işləmə zamanı vurğu xəttində təzyiqin ani sərt
qalxması və aləti quyudibindən müəyyən qədər qaldırdıqdan sonra da təzyiq
düşməzsə;
2. Texnoloji səbəb olmadan təkrarlanan ani təzyiq dəyişilməsi-
sıçrayışlar (artıb-azalma)
baş verərsə; quyudibibindən müəyyən qədər qaldırdıqda təzyiqin yüksəlməsi,
quyudibibinə yüklənmədə təzyiqin azaldılması müşahidə edildikdə.
Bu halda aşağıdakı işlərin yerinə yetirilməsi vacibdir:
- əgər rotorla mühərrik (boru kəməri) fırladılırsa saxlamalı;
- mühərriki quyudibibindən müəyyən qədər qaldırmalı, işçi mayenin
təzyiqini təsbit (fiksə) etməli;
- mühərriki quyudibibinə yüklənməli və yenidən işçi mayenin təzyiqini
təsbit etməli;
Əgər quyudibibindən müəyyən qədər qaldırıldıqda olan təzyiq
quyudibibinə yüklənmə zamanı olan təzyiqdən yüksəkdirsə, bu hal gövdə
detallarının bütövlüyünün pozulması ilə əlaqədar olaraq mühərrikin
işləməməsinə dəlalət edir. Mühərrik quyudan təcili qaldırılmalıdır.

Konservasiya
Mühərrik istismarda olmuşsa, onu yumadan, yağlamadan saxlanılması
yol verilməzdir. Mühərrik gün şüası və atmosfer yağıntılarından qorunmaqla
yığılmış vəziyyətdə xüsusi stellajda saxlanılmalıdır.
Konservasiya olunmuş ehtiyat hissələrinin vəziyyətinə vaxtaşırı, 6
aydan gec olmayaraq yoxlanılmaqla nəzarət edilməlidir. Ehtiyat hissələrinin
konservasiyası, 1:1 nisbətində puş sürtgü yağı ilə İ-40 industrial yağının
qarışdırılmasından alınan yağla aparılmalıdır.
Statorun rezin qatı və alt dayaqların konservasiyası, texniki xrom-oksidi
əlavə edilmiş İ-40 industrial yağı və ya qliserinlə aparılmalıdır.

181
Mümkün nasazlıqlar və onların aradan qaldırılması metodları cədvəl
VII.16-da göstərilmişdir.
Cədvəl VII.16.
Aradan qaldırılması metodu
Nasazlığın xarakteri Nasazlığın səbəbi
Buruqda Təmir sexində
1 2 3 4
Rezin qatının aralanması Mühərriki
Statoru dəyişməli
və ya zədələnməsi dəyişməli
İşəsalmada vurğu
Şpindel seksiyasının tən-
xəttində yüksək təzyiqin Düzgün olmayan tənzim-
zimlənməsini yoxlamalı,
olması ləmə və ya şpindel seksi- Mühərriki
zəruriyyət yaranarsa təmiz
yasının pərçimlənməsi dəyişməli
ləməli, detalları dəyişməli
Yad əşyanın mühərrik
Yad əşyanı çıxartmaq və
seksiyasına düşməsi və Mühərriki
ya mühərrik seksiyasını
statorun rezin qatının dəyişməli
dəyişməli
Quyuda işləmə zamanı zədələnməsi
vurğu xəttində təzyiqin Radial və ya ox boyu
yüksəlməsi; baltanı Mühərriki
dayağın pərçimlənməsi Dayağı dəyişməli
quyudibindən ayırdıqda dəyişməli
və ya sınması
təzyiq düşmür Süzgəci
Süzgəcin tutulması
təmizləməli
Mühərrikin şlamla Mühərriki Mühərriki sökməli,
dolması dəyişməli şlamdan təmizləməli
Maye sərfini
Mühərrik seksiyasının işçi
Mühərrikin yüklənməsinə 20-25% yüksəlt Mühərrik seksiyasını
orqanlarının (rotor, stator)
baxmayaraq, qazmanın məli və ya mühər- dəyişməli
yeyilməsi
mexaniki sürətinin riki dəyişməli
azalması Şpindel seksiyasının ox Mühərriki
Ox boyu dayağı dəyişməli
boyu dayağının yeyilməsi dəyişməli
Vurğu xəttində təzyiq
sıçrayışları: quyudibindən Mühərrikin gövdə
Mühərriki
qaldırdıqda təzyiqin detallarının bütövlüyünün Mühərriki təmir etməli
dəyişməli
yüksəlməsi, quyudibində pozulması
təzyiqin düşməsi
Klapanın hermetikliyinin Klapanın yeyilmiş
Klapanı dəyişməli
pozulması hissələrini dəyişməli
Vurğu xəttində təzyiqin
Boru kəmərində yiv
azalması Boru kəmərini
birləşmələrinin qeyri-
dəyişməli
hermetikliyi

Ehtiyat hissələri komplekti

Tövsiyə olunan ehtiyat hissələri komplekti cədvəl VII.17-də


göstərilmişdir.
182
Cədvəl VII.17.
İşarələnmə Adlandırma Pozisiya (şək.3) Miqdarı
İşçi orqanların ehtiyat seksiyası
Д-85.300 СБ İşçi orqanlar seksiyası Şəkil 3. 1
Д-85.044 Torsion Şəkil 4, poz.20 1
Şpindel seksiyasının ehtiyat hissələri
ОШ1.010-07 və ya Şpindel dayağı və ya kürəvi yastıq 16 3
№ 296708
Д-85.013 Alt dayağın oymağı 10 2
ОН-85 Alt dayaq 9 2

İstehsal edən müəsisənin zəmanəti


1. Mühərrikin saxlanılmasının zəmanət müddəti – hazırlanma tarixindən 18
aydır.
2. Mühərrikin istismarının zəmanət müddəti - mühərrikin saxlanılmasının
zəmanət müddəti hüdudlarındadır (mühərrikin işinin təyin olunmuş
resursundan artıq olmamaqla).
3. Mühərrikin işinin təyin olunmuş ümumi resursu: 300 saat və ya 12 aydır –
hansı müddətin başa çatmasından asılı olaraq. Bu müddət təmir və xidmət , işçi
rejim və işçi mayenin təmizlənməsi tələblərinə riayət edilməsi şərtində
qüvvədə sayılır.
4. Mühərrikin təmirlərarası zəmanət müddəti (TAM) - 80±20 saatdır (o
cümlədən yuma və detalların uyğunlaşması üçün işlətmə). Bu, aşağıdakı
istismar tələbləri riayət edildiyi halda zəmanət verilir:
a) işçi rejimlərə riayət edilməsi (maksimal gücü ilə işləmə işçi rejim
sayılmır!);
b) işçi mayenin təmizlənməsi tələblərinə riayət edilməsi;
c) ox boyu yüklənmənin normadan artıq aşılmaması, həmçinin mühərrikin işə
düşməsi üçün quyudibinə zərblə vurulması !
Diqqət: mühərriklə quruluşda (kompanovkada) şlamtutucu-süzgəcin (filtr) və
əks klapanın olmaması halında TAM-a uyğunsuzluq kimi verilmiş
pretenziyalara (iddia) baxılmır.
Tez yeyilən detalların dəyişilməsi və yiv birləşmələrinin təmiri
pretenziya təqdim edilməsi üçün əsas sayılmır.
5. Zəmanət, pasport üzrə verilmiş nəqledilmə, saxlanma və istismar şərtləri
tələblərinə əməl edilməsi halında şamil edilir.
6. Mühərrikin hazırlanma keyfiyyətinə pretenziya istehsalçı tərəfindən alıcının
(istismar edənin) pasportu doldurduğu halda (mühərrikin işləmə müddəti,
aparılmış təmirlər və detalların defektoskopiyası) baxılır (cədvəl VII.18).
7. Mühərrikin tərkibində başqa istehsalçıların detalları istifadə edildiyi halda
zəmanət öhdəliyi üzrə pretenziya qəbul edilmir.
Cədvəl VII.18-də mühərrikin işləməsi haqqında məlumat verilmişdir.
183
Cədvəl VI.18.
Mühərrikin işləmə müddəti haqqında məlumat

İşə başlanma İş yeri İşin növü Tətbiq olunan İşin başa çatması İşin başa Cəmi işləmə Məsul işçinin vəzifəsi,
tarixi və saatı balta tarixi və saatı çatması səbəbi müddəti, saat S.A.A., imza

184
VII.6.2. D-54 vintli quyudibi mühərrik

D-54 quyudibi mühərrik, quyuların əsaslı təmirində istismar kəmərində


sement və qum tıxacının qazılması, həmçinin su və ya sıxlığı 1,30 q/sm 3-dən
artıq olmayan işçi maye isifadə edilən struktur axtarış və geoloji-kəşfiyyat
qazma işlərinin aparılması üçün təyin edilmişdir. Məhlulun temperaturu 100
0
C-dən artıq olmamaqla, su əsaslı və ya tərkibində neft məhsulu 5%-dən artıq
olmayan neft əsaslı ola bilər.
D-54 vintli quyudibi mühərrikin əsas parametrləri və ölçüləri Cədvəl
VII.19-də göstərilmişdir.
Cədvəl VII.1 9.
1. Mühərrikin şifri D-54 (D-55)
2. Tipi vintli, hidravliki
3. Seksiyaların sayı 2
4. Dişlərin sayı: stator / rotor 6/5
5. Gövdənin xarici diametri, mm 54 (55)
6. Mühərrikin uzunluğu, mm 2230
7. Kütləsi, kq 27
8. Statorun aktiv hissəsinin uzunluğu, mm 670
9. Bağlanma yivi (baltaya və qazma borusuna): Z-42
10.Tətbiq edilən baltaların diametri, mm 59,0-76,0

D-54 vintli quyudibi mühərrikin təyinat göstəriciləri Cədvəl VII.20-də


göstərilmişdir.
Cədvəl VII.20.
1. Qazma (işçi) məhlulunun sərfi, l/san 1-3
2. Çıxış valının fırlanma tezliyi, dövr/dəq
boş (yüklənməmiş) rejimdə 300-650
işçi rejimdə 200-450
3. İzafi təzyiq, MPa
boş (yüklənməmiş) rejimdə 2,0
işçi rejimdə 4,9
4. Çıxış valında işçi rejimdə qüvvə momenti, Nm 78-100
5. Yolverilən ox boyu yüklənmə, kN 10
6. İşçi mayenin parametrləri:
xüsusi çəkisi 1,30 kq/m3 kimi
tərkibində qumun miqdarı 1 %-dən artıq olmamaqla
tərkibində neftin miqdarı 5 %- dən artıq olmamaqla
temperaturu 1000 C kimi

Qeyd:
185
a) D-54 vintli quyudibi mühərrikin quruluşu və iş prinsipi D-85 vintli
quyudibi mühərrikin quruluşu və iş prinsipi ilə eynidir.
b) D-54 vintli quyudibi mühərrikin işə hazırlığı və işləmə qaydası
demək olar ki, D-85 vintli quyudibi mühərrikin işə hazırlığı və işləmə qaydası
ilə eynidir, lakin aşağıdakı bəzi xüsusiyyətləri nəzərə almaq lazımdır:
Buxarla qızdırmada mühərrik sukeçirməyən tentlə örtülür və
mühərrikin xarici səthinə buxar verilir. Qızdırma müddəti 30-40 dəqiqə
olmalıdır.
Diqqət! üst keçiriciyə və şpindel valının buxara verilməsi qadağandır.
İsti su ilə qızdırma çəndə temperaturu 70-100 0C suda 60-90 dəqiqə
müddətində aparılır.
c) Mühərrikdə mümkün nasazlıqlar və onların aradan qaldırılması
üsulları D-85 vintli
quyudibi mühərrikdə olduğu kimidir
d) İstehsal edən müəsisənin zəmanəti D-85 vintli quyudibi mühərrikdə
olduğu kimidir.
Qəza işləri zamanı tutma işlərinin aparılması üçün şəkil VII.18-də
göstərilmiş sxemi əsas tutmaq lazımdır.
Quyuda qalmış qəzalı D-54 quyudibi mühərrikin (başqa bir
modifikasiyası) quyudan çıxarılması üçün onun və elementlərinin əsas ölçüləri
şəkil VII.19-da göstərilmişdir.

Texniki qulluq
Vintli quyudibi mühərrikə aşağıdakı növ texniki qulluq keçirilməlidir:
profilaktik baxış-cari təmir, orta təmir.
Zavoddan nəql edilmiş və uzun müddət istifadəsiz saxlanılmış quyudibi
mühərriklərə profilaktik baxış keçirilir. Baxış, gövdə və val detallarının
bərkidilməsinin yoxlanılması, elastik valın konik səthinin oturdulması, tövsiyə
olunan momentə uyğun (cədvəl VII.21) yiv birləşmələrinin bərkidilməsindən
ibarətdir.
Cədvəl VII.21.
Birləşdirici yiv Bağlanmada burucu moment, kN m (kq m)
Z-42 3,5-4,0 (350-400)
MK 35 x 4 x 1:16 (val keçiricisi) 1,0-1,2 (100-120)
MK 54 x 3,175 x 1:16 (gövdə, stator, keçirici) 0,9-1,2 (90-120)

Quyuda işlədilmiş mühərrik işlər başa çatdıqdan sonra su ilə yuyulmalı


və industrial yağla (İ-40A, İ-50A) doldurulmalıdır. Bu halda onu şaquli
vəziyyətdə saxlamaqla yastıq qovşağından yağ çıxana kimi saat əqrəbi
istiqamətində ehmalca fırlatmaq lazımdır.

186
Şək.VII.18. D-54 quyudibi mühərrikin əsas həndəsi ölçüləri
(qeyd: резьба - yiv deməkdir).

187
Şək.VII.19. D-54 quyudibi mühərrikin elementlərinin əsas ölçüləri.
188
VQM-in buruqdan təmirə göndərilməsi kriteriyaları:
- mühərikin işləməsi 80 və daha artıq moto-saat təşkil edir;
- şpindel valının oxboyu lyuftu 3 mm və daha artıq olarsa;
- şpindel valının radial lyuftu 2 mm və daha artıq olarsa.
Orta təmir - mühərrikin tam sökülməsi, yağlanması, yığılmasından,
həmçinin yeyilmiş detalların əvəz edilməsindən ibarətdir. Qış vaxtı mühərrikin
sökülməsindən əvvəl, onu isti su vannasında otaq temperaturuna kimi
qızdırmalı və ya isti otaqda bir sutka saxlanılmalıdır.
D-54 vintli quyudibi mühərrikin sökülməsi və yığılması D-85 vintli
quyudibi mühərriklə demək olar ki, eynidir. Cədvəl VII.22-də D-54 vintli
quyudibi mühərrikin tərkibinə daxil olan elementlər adlandırılması və
işarələnməsi, şəkil VII.20-də bu elementlərin ayrı-ayrılıqda görünüşləri əks
etdirilmişdir.
Cədvəl VII.22.
İşarələnmə Adlandırma Pozisiya Miqdarı
Д-54.240 Oncərgəli radial-dayaqlı kürəvi 2.1 1
yastıq
Д-54.650 Dayaq-nipel 2.2 1
Д-54.030 Alt dayaq 2.3 1
Д-54.201 Val 2.4 1
Д-54.204 Tənzimləyici halqa 2.5 1
Д-54.205 Tənzimləyici halqa 2.6 1
Д-54.208 Halqa 2.7 1
Д-54.209 Oymaq 2.8 1
Д-54.212 Gövdə 2.9 1
Д-54.215 Halqa 2.10 1
Д-54.216 Fənər 2.11 1
Д-54.217 Yarımmufta 2.12 1
Д-54.219 Oymaq 2.13 1
Д-54.224 Oymaq 2.14 1
Д-54.225 Keçirici 2.15 1
Д-54.226 Torsion 2.16 1
Ehtiyat hissələri komplekti (arayış) cədvəl VII.23-də göstərilmişdir.
Cədvəl VII.23.
İşarələnmə Adlandırma Pozisiya Miqdarı
Д-54.5/6.22.010 1 1
Д-54.240 Oncərgəli radial-dayaqlı 2.1 1 Bərkidici tərtibatla
kürəvi yastıq birgə 7820.6014.00
Д-54.650 Dayaq-nipel 2.2 1
Д-54.030 Alt dayaq 2.3 1
Д-54.204 Tənzimləyici halqa 2.5 1
Д-54.205 Tənzimləyici halqa 2.6 1
Д-54.219 Oymaq 2.13 1
Д-54.224 Oymaq 2.14 1
Д-54.226 Torsion 2.16 1
189
Şək.VII.20. D-54 quyudibi mühərrikin elementləri.

VII.6.3. D-105 vintli quyudibi mühərrik


D-105 quyudibi mühərrik, quyuların əsaslı təmirində istismar kəmərində
sement və qum tıxacının qazılması, həmçinin su və ya sıxlığı 1,50 q/sm 3-dən
artıq olmayan işçi maye isifadə edilən qazma işlərinin (şaquli və maili
190
istiqamətlənmiş) aparılması üçün təyin edilmişdir. Məhlulun temperaturu
1000C-dən artıq olmamaqla, su əsaslı və ya tərkibində neft məhsulu 10%-dən
artıq olmayan neft əsaslı ola bilər.
D-105 vintli quyudibi mühərrikin əsas parametrləri və ölçüləri Cədvəl
VII. 24-də göstərilmişdir.
Cədvəl VII.24.
1. Mühərrikin şifri D-105 106)
2. Tipi vintli, hidravliki
3. Seksiyaların sayı 2
4. Dişlərin sayı: stator / rotor 6/5
5. Gövdənin xarici diametri (maksimal), mm 106
6. Mühərrikin uzunluğu, mm 3740
7. Kütləsi, kq 180
8. Mühərrik seksiyasının uzunluğu, mm 1800
9. statorun aktiv hissəsinin uzunluğu, mm 1500
9. Bağlanma yivi: baltaya Z-76
qazma borusuna Z-88
10. Tətbiq edilən baltaların diametri, mm 120,6-151,0

D-105 vintli quyudibi mühərrikin təyinat göstəriciləri Cədvəl VII.25-də


göstərilmişdir.
Cədvəl VII.25.
1. Qazma (işçi) məhlulunun sərfi, l/san 6-10
2. Çıxış valının fırlanma tezliyi, dövr/dəq
boş (yüklənməmiş) rejimdə 192-312
işçi rejimdə 155-230
3. İzafi təzyiq, MPa
boş (yüklənməmiş) rejimdə 1,0-2,0
işçi rejimdə 4,0-8,0
maksimal güc rejimində 5,0-8,0
4. Çıxış valında işçi rejimdə qüvvə momenti,
1000-1400
Nm
5. Yolverilən ox boyu yüklənmə, kN 60
6. Maksimal yolverilən differensial izafi təzyiq,
3,5-6,0
MPa
7.Maksimal gücü,kVt 13-33
6. İşçi mayenin parametrləri:
xüsusi çəkisi 1,50 kq/m3 kimi
tərkibində qumun miqdarı 1%-dən artıq olmamaqla
tərkibində neftin miqdarı (xüsusi rezin-elasto- 5%- dən artıq olmamaqla (10%)
merlə) temperaturu (xüsusi rezin-elastomerlə) 1000 C kimi (1200 C-1600 C kimi)
7. Çıxış valı ilə şpindel gövdəsi arası yolverilən
məhlul sərfinin maksimum 25%
sızma
8. Təmir arası müddət (TAM), saat 100±20
Qeyd: Maksimal güc rejimi işçi rejim sayılmır.
191
D-105 vintli quyudibi mühərrikin quruluşu və iş prinsipi D-85 vintli
quyudibi mühərriklə demək olar ki, eynidir. Mühərrikin şpindel valının lyuftu
aşağıda göstərilmiş həddi aşdığı halda onun istismarı yolverilməzdir: Ox boyu
– 5 mm, radial – 3 mm (bəzi istehsalçılarda bu ölçü 2 mm-dir).
Mümkün nasazlıqlar və onların aradan qaldırılması üsulları D-85 VQM-
lə eynidir.
İstehsal edən müəsisənin zəmanəti D-85 vintli quyudibi mühərrikdə
olduğu kimidir, yalnız fərqi işçi orqan seksiyalarının işinin təyin edilmiş
resursu – istismara daxil olan zamandan 80±25 saatdır.
Yiv birləşmələrinin bərkidilməsi cədvəl VII.26-da tövsiyə olunan
burucu momentə uyğun olmalıdır.
Cədvəl VII.26.
Birləşdirici yiv Bağlanmada burucu moment, kN m (kqs m)
Z-66 6,5-7,5 (650-750)
Z-88 8,0-9,0 (800-900)
MK 94 x 4 x 1:32 5,5-6,5 (550-650)
MK 50 x 4 x 1:16 –BT 0,8-1,1 (90-110)

Qəza işləri zamanı tutma işlərinin aparılması üçün şəkil VII.21-də


göstərilmiş sxemi əsas tutmaq lazımdır.
VQM-in buruqdan təmirə göndərilməsi kriteriyaları:
1) Mühərrikin işləməsi, saat:
VQM-in statorunun aktiv hissəsi, mm Təmirarası müddət, saat
1500 80
2000 80
2) oxboyu və radial lyuftda, mm:
Dayaq növü oxboyu lyuft radial lyuft
Kürəvi yastıq 5 2

Cədvəl VII.27-də sürtkü yağlarının tətbiqi göstərilmişdir.


Cədvəl VII.27.
Sürtkü materiallarının tətbiqi cədvəli
Detalın adı Sürtkü materialının adı Çəkilmə yeri
Şpindel valı İndustrial yağı İ-20A, İ-30A, İ-40A, Oturma hissəsi
S-52 (Ц-52) ГОСТ 6411-76
Rezin-metal detalları Qliserin ГОСТ 6259-75 və ya Rezin səthlər
(stator, radial dayaqlar) İ-20A, İ-30A, İ-40A
Oxboyu yastıqlar Qrafit sürtkü yağı П və ya Litol-24 Koçeniya qanovları
Yiv birləşmələri Yiv sürtkü yağları: Rezbol Б, Rezbol Yivin profili, dayaq
ОМ-2, yiv üçün Rovel çıxıntıları
Şpindel valında detallar Qrafit sürtkü yağı П 5:1 nisbətində Şpindel valında
paketi qatışdırılmış İ-20A, İ-30A, İ-40A yağı yığılmış detalların
və ya S-52 (Ц-52) xarici səthləri

192
Şək.VII.21. D-105 quyudibi mühərrikin əsas həndəsi ölçüləri (qeyd:
резьба - yiv deməkdir).

193
Texniki vəziyyətinin yoxlanılması və işə hazırlığı
* Vintli quyudibi mühərrik quyuların əsaslı təmir briqadasına nəql
edilmə üçün xüsusi avadanlıqla təchiz edilmiş nəqliyyat vasitəsində
sonluqlarına qoruyucu qapaq (tıxac) keçirilməklə yığılmış halda çatdırılmalıdır.
* Mühərrikə quyuya endirilmədən əvvəl vizual baxış keçirilməlidir.
Stator və şpindel gövdəsində çat və əzilmələrin olmaması, boru və baltaya
birləşmə yivlərinin vəziyyətinə, həmçinin mühərrikin gövdə detallarını
birləşdirən aralıq yivlərin bağlanmasına xüsusi diqqət yetirilməlidir.
* Quyuya endirilmədən əvvəl quyuağzında mühərrik, onun səlis və
yüngül işə salınması və yiv birləşmələrinin hermetikliyinə nəzarət edilməklə
yoxlanılmalıdır. D-105 vintli quyudibi mühərrik 4,0 MPa (D-85 və D-54 daha
az təzyiqdə) təzyiqdə işə düşməlidir.
* D-105 vintli quyudibi mühərrikin işə salınmasının yoxlanılmasında
eyni zamanda boşaldıcı (перелив) klapanın iş qabiliyyətidə yoxlanılır. İşçi
mayenin mühərrikə verimi (maye sərfi 0,006-0,010 m 3/saat) zamanı, klapan
gövdəsinin yan dəliklərindən qazma məhlulunun sızması olmadan klapan
bağlanmalıdır; dövretmənin saxlanılması zamanı klapan açılmalıdır.
* Baltadan keçməklə altdan işçi orqanların şlamlanmasının (şlamla
dolması) istisna edilməsindən ötəri qazma kəmərində əks klapanın
quraşdırılması məqsədəuyğundur.
* Mühərrikin normal işi və uzunömürlüyü qazma məhlulunun
keyfiyyətindən asılıdır. İşçi mayedə qum 1 %-dən atıq olduqda rotor, stator və
yastıqların uzunömürlüyünün azalması mümkündür. Məhluun təmizlənməsi
sistemi titrəyici ələk və qum ayırıcılar ilə təchiz edilməlidir. Məhlulun daha
narın təmizlənmə üçün çöküntü ayırıcıların istifadəsi tövsiyə edilir. Mühərrik
seksiyasına kənar əşyaların düşməsinin qarşısının alınması məqsədilə qazma
boru kəmərində süzgəcin quraşdırılması vacibdir.
* Stator gövdəsində hər hansı bir elementin (yivin və s.) qaynaq
edilməsi yolverilməzdir.
Rusiyanın «ВНИИБТ – Буровой инструмент» şirkətinin istehsal
etdiyi vintli quyudibi mühərriklərin (QDM) texniki xarakteriskası cədvəl
VII.28-də verilmişdir.

VII.6.4.Mühərrikin istismarına dair texnoloji tələblər və göstərişlər


Mühərrikin əks klapanla quyuya endirilməsində qazma kəmərinə
periodik olaraq mayenin doldurulması vacibdir.
Mühərrikə şlamın daxil olmaması üçün quyudibinə 10-15 m qalmış
nasos işə salınmalı, maye sərfi səlis olmaqla tədricən artırılmalı və quyudibinə
yuma ilə gedilməlidir.

194
Cədvəl VII.28.
Rusiyanın «ВНИИБТ – Буровой инструмент» şirkətinin istehsal etdiyi vintli quyudibi mühərriklərin (VQM) texniki
xarakteriskası
Dia- Uzunluq, mm Küt Birləşdirici yivlər Rotor Balta İşçi maye Fırlan- QDM-də Qüvvə Maksimal
Model metr ümu Şpinde lə, gövdə val / diametri, sərfi, ma tezliyi, izafi momenti əyilmə bu-
-1
mm mi lin kq Stator mm l/san c təzyiq,MPa Nm cağı, dər
D-55 55 3180 - 38 Z-42 Z-42 5:6 59-76 1,5-2,5 1,2-2,1 3,0-6,0 200-340 -
D-63 63 3300 1350 55 Z-42 Z-42 3:4 76,0 1,5-3,5 2,5-6,0 5,0-8,0 150-250 -
D-76 76 4630 1090 104 Z-66 Z-66 4:5 83,0-98,4 3,0-5,0 3,0-5,0 8,0-10,0 600-800 1,0
DP-76 79 4240 1390 100 Z-66 Z-66 4:5 83,0-98,4 3,0-5,0 3,0-5,0 8,0-10,0 600-800 3,0
D2-85 88 3600 - 130 Z-66 Z-66 5:6 98,4-120,6 5,0-7,0 3,6-5,0 8,0-9,0 700-900 -
DP-95M 95 5450 1323 230 Z-76 (Z-73) Z-76 5:6 112-123,8 5,0-10,0 2,0-4,0 9,0-14,0 1600-2400 3,0
DP-95C 95 5450 1384 230 Z-76 (Z-73) Z-76 6:7 112-123,8 5,0-10,0 2,0-4,0 2,2-4,0 1600-2400 2,3
DP-95K 95 3030 1050 135 Z-76 (Z-73) Z-76 6:7 112-123,8 5,0-10,0 0,9-1,8 5,0-8,0 600-900 3,0
DQ-106 106 2460 825 (675) 125 Z-88 (Z-86) Z-76 6:7 120,6-151 6,0-10,0 2,4-4,0 5,0-7,0 600-1000 3,0
DO-106 106 4240 1476 220 Z-88 (Z-86) Z-76 (Z-88) 7:8 120,6-151 6,0-12,0 1,2-2,4 5,0-10,0 1500-3000 -
DO-106M 106 5245 1450 270 Z-88 (Z-86) Z-76 (Z-88) 9:10 120,6-151 4,0-12,0 0,5-1,5 3,0-8,0 1200-3200 3,0
DP-120 120 6090 1995 400 Z-102 Z-88 6:7 139,7-165 10,0-20,0 2,1-4,2 6,0-10,0 2800-4700 3,0
DP-127 127 5800 2400 405 Z-102 Z-88 6:7 139,7-165 12,0-20,0 1,8-3,0 8,0-12,0 3000-4500 3,0
195
196
Quyudibinə zərbə endirməklə mühərrikin işlənilməsi yolverilməzdir.
Eyni zamanda maye vurulması və alətin quyudibində fırladılması ilə
mühərrikin işlədilməsinə icazə verilir.
Yeni balta ilə işlədikdə, 10-15 dəqiqə ərzində oxboyu yüklənmə aşağı
həddə (50 %-ə kimi) aparılmalıdır.
Qazma rejiminin rasional parametrlərinin seçimində aşağıdakılar nəzərə
alınmalıdır:
- yuma mayesinin sərfi nəzərə alınmaqla sabit oxboyu yüklənmədə, baltanın
fırlanma tezliyi yüksəlir və nəticədə qazma sürəti yüksəlmiş olur.
- sabit yuma mayesi sərfində baltaya oxboyu yüklənmə və momentin
artırılmasında, izafi təzyiq yüksəlir və baltanın fırlanma tezliyi (sürəti) azalır.
Bu halda qazma sürətinin artması müşahidə edilir; qazma kəmərinin oxboyu
intensiv titrəyişləri (vibrasiya) halı baş verdikdə oxboyu yüklənmə ölçüsünü
(qiymətini) dəyişmək lazımdır.
- təzyiqin sərt artması halında qazma aləti azacıqda olsa tez qaldırılmalı,
təzyiqin düşməsilə sonra quyudibinə ehmalca endirilməli və baltaya nisbətən
az oxboyu yüklənmə ilə qazma davam etdirilməlidir.
- qazma alətinin verişi (qazma zamanı azacıq endirmə) səlis (eyni sürətlə)
aparılmalıdır. Alət periodik olaraq azacıq fırladılmalıdır – döndərilməlidir.
- yuma məhlulunun miqdarı (sərfi) quyudibinin təmizlənməsində yaranan
tələbat şəraiti nəzərə alınmaqla seçilir. Zaman keçdikcə mühərrikin yeyilmə
köhnəlməsi ilə əlaqədar, işçi xarakteriskanın saxlanılması üçün yuma
mayesinin sərfini əvvəlki ölçü qiymətinə nəzərən 20-25% artırılması
məqsədəuyğundur.
- baltanın yeyilməsi, qazımanın mexaniki sürətinin ilkin qiymətinə nəzərən 3-4
dəfə azalması ilə təyin edilir. Şaroşkaların pərçimlənməsində, hətta azaldılmış
oxboyu yüklənmədə belə vurğu xəttində təzyiq sərt yüksəlir.
- bir neçə yuyucu aqreqatın istifadəsi halında onların birgə qoşulması üçboğaz
(troynik) vasitəsilə yerinə yetirilir, nasosların porşenlərinin (plunjerlərinin)
diametri və tipi (bir və ya iki təsirli) isə eyni olmalıdır.

Mühərriklərə texniki xidmət


Poofilaktik baxış:
- Detalların birləşdirici yivlərinə vizual baxış (əzilmə-çuxur yaranma və çatlar
yolverilməzdir);
- İşçi orqan seksiyasını statorun aşağı yivi üzrə şpindellə birləşmədən açmalı;
rotor və şpindel valından kardan valını açmalı;
- Rotoru statordan çıxartmalı və rotor-stator cütlüyündə rezin üzrə sıxılmanı
(натяг) yoxlamalı (0,15—0,4 mm). Əgər sıxılma (ara məsafə) işçi cütlükdə 0,5
mm-dən artıq təşkil edirsə, o yenisi ilə əvəzlənməlidir;
- Şpindelin nipelini açmalı, valı, onun üzərində bərkidilmiş şpindel gövdəsində
yerləşdirilmiş elementlər paketi ilə birgə çıxartmalı;
197
- Şpindel valındakı paketin bərkidilmə tənzimlənməsini yoxlamalı;
- Tənzimləyici halqanın ölçüsü və bərkidilmə momentinə nəzarət etməklə
şpindel gövdəsindəki detallar paketinin bərkidilmə tənzimlənməsini yoxlamalı;
- Şpindeli yığmalı, valın asan fırlanmasını, oxboyu və radial lyuftları
yoxlamalı;
- İşçi orqanlar seksiyasını yığmalı;
- Əvvəlcədən kardan valını quraşdırmaqla şpindel seksiyasını işçi orqanlar
seksiyası ilə birləşdirməli; gövdə üzrə bütün yivləri bərkitməli.
Cari təmir:
Cari təmir aşağıdakı qaydada yerinə yetirilir.
Qış fəsli müddətində isti su olan vannada 1,0-1,5 saat ərzində mühərriki
qızdırmalı və ya bağlı otaqda +15÷25 0C temperaturda bir gün (sutka)
saxlanılmalıdır.
Mühərriki tam sökməli, detalları yumalı:
İşçi orqanlar seksiyasının detallarını çıxdaş etməli (zay olmaya
yoxlamalı), rezin qatın bütövlüyünü yoxlamalı, statorun diş çıxıntıları üzrə
rezin qatın diametrini hamar tıxaclar dəsti ilə ölçülməlidir. Mikrometr və 5 mm
diametrli rolik vasitəsilə rotorda diametral araməsafəni (натяг) ölçməli. Yeni
olan işçi cütlükdə bu araməsafə:
D1-105............... - 0,1 ÷ 0,3 mm
D-85 .................- 0,15 ÷ 0,4 mm
D-54 ............... - 0,1 ÷ 0,2 mm təşkil etməlidir.
Kardan valı: birləşdirici boru və şarnir yarım-muftaların gövdə
səthlərində ilişgilərin olmamasını yəqinləşdirməli, azacıq (böyük olmayan)
ilişgiləri yeyə və ya dəzgahda emal etməklə aradan qaldırılmalıdır. Şpindel
valının lyuftunun hüdud ölçüsünə çatdıqda, oxboyu və radial dayaqlar
dəyişilməlidir. Amortizasiyalaşdırıcı şarlı dayaqların 2-3 paketində oboymların
dağılması mövcudluğunda, paketlər götürülməli və onlar yuma oymaqları ilə
əvəzlənməlidir. Bir və ya bir neçə ikili dayaq yastıqlarının əvəzlənməsi,
digərlərini dəyişmədən qəti qadağandır. Şpindelin digər detalları çıxdaş
olunmalı, yivlər kalibrlə yoxlanılmalıdır.
Mühərrik yığılmalıdır.
Əsaslı təmirdə şpindelin gövdəsi və valı defektoskopiya edilməklə
yoxlanılmalıdır. Yivlərin sıxılmasında uyğunsuzluq olduğu halda gövdə, val və
keçiricilərin yivləri yenidən kəsilməlidir (mövcud yivlərin kəsilməsini davam
etdirilməklə).

VII.7. S-120 hidravliki güc fırlanğıcı qurğusu (S-120 Power Swivel)


S-120 hidravliki güc fırlanğıcı qurğusu, quyuda təmir işlərində alətin
fırladılması ilə müxtəlif əməliyyatların aparılması üçün təyin edilmiş
avadanlıqdır.
198
Hidravliki güc fırlanğıcı, bir neçə avadanlığı özündə cəmləşdirən, yəni
rotor, fırlanğıc və işçi borunun funksiyasını birgə yerinə yetirən qurğudur.
Qurğu əsasən hidravlik fırlanğıcdan, intiqalı dizel mühərriki olan
hidravlik nasos və onlar arası birləşdirici – baraban üzərində yığılmış yüksək
təzyiqli şlanqlardan və idarəetmə pultundan ibarətdir (Şəkil VII.22). Bu qurğu
(həmçinin nəqlolunma üçün) kompakt şəkildə 4610 mm x 2184 mm ölçülü
postament üzərində yığılmışdır. Bu postament üzərində hidravlik fırlanğıcın
xüsusi kronşteyn üzərində yerləşdirilmiş vəziyyətində hündürlüyü 2218 mm-
dir.
Blok icrasından başqa səyyar qoşqu üzərində quraşdırılmış icrası da
vardır.
Hidravlik güc fırlanğıcı əsasən hidvlik mühərriklər, fırlanğıcın
qidalandırıcı reduktoru, ştrop, quraşdırılma qolları, yuma borusu qovşağından
ibarətdir (Şəkil VII.23).
Hidravlik güc fırlanğıcı ştropun 5 yuxarısında olan boru hissəsinə
keçirilmiş elevator vasitəsilə tal-blokdan asılır. Fırlanğıcın hər iki tərəfində
olan üfqi yerləşmiş quraşdırılma qollarının 6 sonluğundakı sırğaların
daxilindən keçən şaquli istiqamətlənmiş polad burazların bir ucu qüllənin
yuxarı hissəsində, o biri ucu qüllənin işçi meydançasının döşəməsində (qüllə
postament üzərində quraşdırılan halda postamentdən aşağıdakı metallik
döşəmədə) xüsusi tərtibatlarla bərkidilir. Bu qollar fırlağıcla işləmə zamanı
yaranan burucu momentin təsirindən fırlanğıcın öz oxu ətrafında
dönməməsinin, yəni vəziyyəinin sabit saxlanılması üçün təyin edilmişdir.
Burucu momentin qiymət ölçüsündən asılı olaraq paralel yerləşmiş polad
burazlar müəyyən gərilməyə məruz qalmaqla fırlanğıc öz oxu ətrafında cüzi
yerdəyişmə etməsi normal hal sayılaraq onun istismar xüsusiyyətlərinə heç bir
mənfi təsir göstərmir.
Fırlanğıcın aşağı sonluğundakı qazma valına 3 bağlanmış keçiriciyə 4
qazma boruları bağlanır. Yuma borusu qovşağı 10 üzərində olan dirsəyə 2
yuyucu maye vurulması üçün yüksək təzyiqli yuma şlanqının bağlanması üçün
nəzərdə tutulmuşdur.
Qurğunun iş pinsipi. Hidravlik nasosun 5 (Şəkil VII.23) vurduğu işçi
maye – yağ, tezbirləşən şlanq birləşməsinə 8 bağlanmış yüksək təzyiqli
hidravlik şlanq vasitəsilə hidravlik mühərikə 7 daxil olaraq onda yaranan
fırlanma hərəkəti qidalandırıcı reduktor 1 vasitəsilə qazma valına 3 ötürülür.
İşçi maye tezbirləşən şlanq birləşməsinə 9 bağlanmış yüksək təzyiqli hidravlik
şlanq vasitəsilə hidravliki rezervuar aqreqatına qayıdır.
Alətin fırladılma istiqamətindən (sağa və ya sola) asılı olaraq hidravlik
nasosla birləşmiş yüksək təzyiqli hidravlik şlanqlarının tezbirləşən şlanq
birləşmələrinə 8 və 9 bağlanma yerlərini dəyişməklə istənilən fırlanma
istiqamətinə nail olunur. Alətə sol fırlatma istiqamətinin verilməsi tələb

199
edildikdə (sol qazma boruları ilə işləyən zaman) keçirici 4 sağ-sol yivli icrada
hazırlanır və xomutlar vasitəsilə bərkidilir.

Şək.VII.22. Hidravliki güc fırlanğıcı qurğusu:


1 – Burucu moment tənzimləyicisi pultu; 2 – distansiyadan idarəetmə pultu;
3 – yanacaq və hidravlika rezervuarı aqreqatı; 4 – yüksək təzyiq süzgəcləri;
5 – hidravlik nasos;6 – dizel mühərriki; 7 – istilik dəyişdiricisi; 8– idarəetmə
şlanqı; 9– hava süzgəci-lubrikator; 10 – hava qəbuledici rezervuar;
11- yüksək təzyiqli hidravlik şlanqlar; 12 – geri qayıdıcı xətt (boşalma)
süzgəci; 13 – geri qayıdıcı xətt (boşalma) nasosu süzgəci; 14 – şlanqlar
yerləşən baraban aqreqatı; 15 – barabana nəzarət tərtibatı; 16 - əyləc
başmağı; 17 – güc fırlanğıcı.

200
Alətlə qazma boruları endirildikdən sonra xüsusi kronşteyn üzərində
yerləşdirilmiş hidravlik güc fırlanğıcı işçi meydançaya verilir, gövdəli boru
elevatoru vasitəsilə tal-blokla qaldırılır, əvvəlcədən bərkidilmiş paralel polad
burazlara qolların ucundakı sırğaların keçirilməsilə bağlanır və aşağı
sonluğunu – qoruyucu qalpaq bağlanmış keçiricini qəbul körpüsünə yönəldilir
və körpüdə olan boruya bağlanır (bağlamanı işə salınmış fırlanğıcla aparılması
imkanı da vardır). Fırlanğıc boru ilə birgə qaldırılaraq quyuağzında boru
elevatoruna oturdulmuş qazma borularına bağlanır. Tal-blokla alət müəyyən
qədər qaldırılaraq boru elevatoru çıxarılır.

Şək. VII.23. Hidravlik güc fırlanğıcı:


1 – fırlanğıcın qidalandırıcı reduktoru; 2 – yuma şlanqının birləşdirici
dirsəyi; 3 – qazma valı; 4 – qoruyucu keçirici; 5 – ştrop; 6 – fırlanğıcın
quraşdırılma qolları; 7 – hidvlik mühərriklər; 8 – tezbirləşən şlanq birləşməsi
(giriş); 9 – tezbirləşən şlanq birləşməsi (çıxış); 10 – yuma borusu qovşağı.

201
Bilavasitə işçi meydançada yerləşdirilmiş distansiyadan idarəetmə pultu
(Şəkil VII.24) ilə hidravlik güc fırlanğıcı idarə edilir. Ona idarəetmə şlanqları
bağlanmaqla işçi vəziyyətə gətirilir.

Şək.VII.24. Distansiyadan idarəetmə pultu:


1 – dizel mühərikinin işəsalınması və söndürülməsi düyməsi; 2 – fırlanma
tezliyi tənzimləyicisi; 3 – yağ təzyiqini göstərən manometr; 4 – əyləc:
a – işəsalma; b – söndürmə; 5 – fırlanma istiqamətinin dəyişilməsi
düyməsi; 6 – dizel mühərikinin işəsalınması və söndürülməsinin ehtiyat
(rezerv) düyməsi; 7 – burucu moment ayırıcısı; 8 – burucu momenti əks
etdirən cihaz (momentomer).

VII.7.1. Hidravlik güc fırlanğıcı ilə işləmə qaydası


Quyuda dövretmə yaradıldıqdan sonra düyməni 1 basmaqla dizel
mühəriki işə salınır. Fırlanma tezliyi tənzimləyicisini 2 tədricən və səlis
fırlatmaqla, alətə fırlanma hərəkəti verilir (şəkil VII.24). Aparılan əməliyyat və
ona müvafiq endirilmiş alətin (frezer, qazma baltası, mürəkkəbləşmiş qəza
olmayan halda tutucu alət və s.) texniki parametrlərinə uyğun əməliyyat yerinə
yetirilir. Əməliyyatın gedişatı zamanı, HÇİ-də alətin yüklənmə dərəcəsi və
manometrdə yuma mayesinin dövretmə təziqinə nəzarət edilməsindən əlavə
pult tablosundakı burucu momenti əks etdirən cihaza 8 tam nəzarət edilməlidir
və burucu moment ölçüsünün yolverilən hədd civarında olması təmin
edilməlidir. Burucu moment ölçüsünün yolverilən həddin maksimal
qiymətində, aləti bir qədər qaldırmaqla iş rejimi parametrlərini (yüklənmə,
vurulan mayenin məhsuldarlığı, tənzimləyici 2 ilə fırlanma tezliyi)
tənzimləmək lazımdır.

202
Boru əlavə edilməsində alətin qaldırılması (işçi qazma borusundan
fərqli) lüzumsuzdur, belə ki, aləti əks fırlatmaqla açaraq körpüdəki növbəti
boruya bağlamaqla iş davam etdirilir.
Qurğunun ən böyük nailiyyətlərindən biri, eyni zamanda alətin
fırladılması ilə qaldırma imkanının olmasıdır. Qazma, frezləmə zamanı
müəyyən səbəblərdən alətin pərçimlənməsi baş verən zaman onun azad
edilməsində bu keyfiyyət misilsizdir
“28 May” NQÇİ-də 2005-2007-ci illərdə “Nobel-Oil” şirkəti xarici və
yerli mütəxəssislərin köməkliyilə “Günəşli” yatağında yerləşən bir çox
quyularında təmir işləri aparmışdı. Müxtəlif frezləyici alətlərlə quyuda olan
boru, alət sonluqlarının frezlənməsində, istismar kəmərinin daralmış süzgəc
zonasının genişləndirilməsində, sement körpüsünün qazılmasında xarici
istehsal olan Hidravlik Güc Fırlanğıcı qurğusundan istifadə edilmiş və müsbət
nəticələr əldə edilmişdir. Bu qurğu hal-hazırki dövrdə də istismar
olunmaqdadır.
S-120 hidravliki güc fırlanğıcı qurğusunun (S-120 Power Swivel) əsas
texniki parametrləri Cədvəl VII.29-da verillmişdir.
Yüksək fırlanma tezliyinə malik olması, II lülə kəsilişilə qazma işində
“pəncərənin” kəsilməsində frezer-rayberlərin tələb olunan işçi parametrlərinə
uyğun işləməsini, həmçinin qazma işində bu qurğu geniş imkanlara malikdir.
S-120 hidravliki güc fırlanğıcının əsas ölçüləri dyümlə (25,4 mm) şəkil
VII.25-də göstərilmişdir. Şəkildən göründüyü kimi, fırlanğıcın quraşdırılmış
vəziyyətində paralel olan montaj polad burazların arasındakı məsafə 3264
mm-ə bərabərdir, hündürlüyü isə 2600 mm-dir.
Cədvəl VII.29.

Maksimal yükqaldırma qabiliyyəti 120 ton


Maximum Hoisting Capacity (TONS) 120 TONS
Maksimal fırlanma tezliyi 150 dövr/dəq.
Maximum Speed (RPM) 150 RPM
Maksimal burucu moment həddi 1120 kqm / 35 MPa təzyiqdə
Maximum Torque (FT-LBS/PSİ) 8100 FT-LBS/5000 PSİ
Maksimal işçi təzyiq 35 MPa
Maximum Cirkulating Pressure 5000 PSİ
Aləti fırlatma ilə qaldırma imkanı 100 dövr/dəqiqə fırlanma tezliyində
yükqaldırma qabiliyyəti 65 ton
Dynamik Hoisting Capacity (TONS) 65 TONS 100 RPM
Fırlanğıcın çəkisi (Weight, LBS) 907 kq (2000 LBS)
Fırlanğıcın qabarit ölçüləri, m 2,6 x 1,7 x 0,8

203
Şək. VII.25. S-120 hidravliki güc fırlanğıcının həndəsi ölçüləri.

204
VII.8. Qazma baltaları
Balta – kəsici-yonucu işçi alət olaraq, dağ süxurları və sement
kütləsinin dağıdılması (qazılması) üçün təyin edilmişdir. Tətbiq olunan qazma
üsulu və qazılan dağ süxurlarının fiziki-mexaniki xüsusiyyətlərinə görə
müxtəlif tip baltalar məlumdur.

Baltaların təsnifatı
Baltalar aşağıdakı əsas əlamətlərinə görə təsnifatlanır.
I. Süxura təsir xarakterinə görə baltalar dörd sinifə bölünür:
1) xırdalanma 2) qırma-xırdalanma 3) kəsici-yonucu 4) kəsici-qırıcı
II. Təyinatına görə baltalar üç sinifə bölünür:
1) dağ süxurunu dib üzrə bütöv dağıdan 2) dağ süxurunu dib üzrə həlqəvi
dağıdan (kolonkalı balta) 3) xüsusi məqsədlər üçün (nizəvari, frezerli, yana
kəsicili, ekssentrik, düzləndirici).
III. Yuma quruluşunun konstruksiyası və qazma məhlulu axınının
hidravlik gücünün istifadə üsuluna görə baltalar iki növə bölünür: 1)
hidromonitor 2) düz axınlı (mərkəzi).
Quyuların əsaslı təmirində əsasən dağ süxurunu dib üzrə bütöv dağıdan
(qazıyan) və xüsusi məqsədlər üçün tətbiq edilən baltalar istifadə edilir.

VII.8.1. Dağ süxurunu dib üzrə bütöv dağıdan (qazıyan) şaroşkalı baltalar

Dağ süxurunu dib üzrə bütöv dağıdan (qazıyan) – şaroşkalı baltalar


- növünə görə: I - bir, II - iki, III - üç şaroşkalı
- yuma quruluşunun konstruksiyasına görə:
M (Ц) – mərkəzi yuma
Н (Г) – hidromonitor (yan) yuma
- dayaq yastığının tipinə görə:
А – iki və daha çox sürüşmə yastığında
B – yellənmə yastığında
H – bir sürüşmə yastığında (qalanları yellənmə yastığında)
U (У) – hermetikləşdirilmiş yağ doldurulmuş dayaqlı olmaqla istehsal edilir.
Şaroşkalı baltalar, dağ süxurunu dağıdıcı alətlər içində daha universalı
sayılır, belə ki, onların tətbiqi praktiki olaraq bütün dağ süxurlarını -
yumşaqdan möhkəmə kimi əhatə edir.

Qazılan süxurun bərkliyinə görə baltaları aşağıdakı tiplərə bölmək olar:


Y (M) – yumşaq süxurlar üçün;
YO (MC) – orta bərklikli lay qatı olan yumşaq süxurlar üçün;
YZ (MЗ) – yumşaq abraziv süxurlar üçün;
205
YOZ (MCЗ) – orta bərklikli lay qatı olan yumşaq abraziv süxurlar üçün;
O (C) – orta bərklikli süxurlar üçün;
OZ (CЗ) – orta bərklikli abraziv süxurlar üçün;
OB (CT) – bərk lay qatı olan orta süxurlar üçün;
B (T) – bərk süxurlar üçün;
BZ (TЗ) – bərk abraziv süxurlar üçün;
BMZ (TKЗ) – mökəm lay qatı olan bərk abraziv süxurlar üçün;
K – mökəm süxurlar üçün;
ÇM (OK) – çox mökəm süxurlar üçün.
Konstruksiyasından asılı olaraq şaroşkalı baltalar iki qrupa bölünür:
A qrupu – seksiyalı (gövdəsiz). Gövdə, ayrı-ayrı seksiyarı qaynaq
edilmə ilə hazırlanır və bu seksiyaların oxunda (sapfa), dayaqlarda sərbəst
fırlanan şaroşkalar quraşdırılır (Şəkil VII.26).
B qrupu – bütöv gövdəli. Gövdə bütöv olmaqla tökmədir və ona
şaroşka bərkidilmiş pəncə (lapa)

Şək.VII.26. A qrupu:
1 – şaroşka; 2 – roliklər;
3 – kürələr; 4, 6, 7 – ştiftlər; Şək.VII.27. B qrupu:
5 – bərkidici barmaq; 1 – şaroşka; 2 – roliklər;
8 – birləşdirici yiv; 3 – kürələr; 4 – ştift;
9- markirovka xətti. 5 – bərkidici barmaq; 6 – plitə;
7 – pəncə; 8 – gövdə;
9 – birləşdirici yiv;
10 – markirovka xətti.
qaynaq edilir (Şəkil VII.27). 46-320
mm diametr ölçülü baltalar seksiyalı, 326-490 mm diametr ölçülü baltalar

206
bütöv gövdəli istehsal edilir. A qruplu baltaların üst hissəsində qazma kəmərinə
birləşdirilməsi üçün xarici qıfıl yivi (nipel), B qruplu baltalarda isə daxili qıfıl
yivi (mufta) ilə təchiz edilir.
Quyudibinə yuma mayesinin keçilməsi üçün mayenin şaroşkaya,
şaroşka arasına, baltanın mərkəzinə və ya bir neçə istiqamətdə
istiqamətlənməsindən ötəri baltada xüsusi dəliklər vardır. Yuma kanallarının
forması, en kəsiyi, yerləşməsi və sayı baltanın tip və ölçüsündən, təyinatından
asılıdır. Hidromonitor baltalar dəyişilən mineral-keramik tənzimləyici ştuserlər
dəsti ilə təchiz edilir.
Birşaroşkalı baltalar bərk və möhkəm süxurların qazılması üçün təyin
edilmişdir və 140, 161, 190, 214 diametrli hazırlanır.
Bir şaroşkalı balta konstruksiyasına görə gövdədən 1, sapfada 2
yerləşmiş kürəyəbənzər şaroşkadan 4 ibarətdir (Şəkil VII.28). Baltanın
dayağında iki kürəvi yastıq 3, 5 yerləşmişdir. Sapfa oxunun balta oxuna
nəzərən maillik bucağı 300-dir. Baltanın təchizi (voorujeniye) bərkxəlitəli
silindrik pazvari kəsici soncuqlarla (ştır) yerinə yetirilmişdir. Bu soncuqlar
şaroşkada dərinliyi 11 mm olan dəliklərə qoyulmaqla lehimlənir. Soncuqların
şaroşka səthindən çıxıntısı 5 mm-dir. Quyudibinin yuyulması gövdədə olan
kanal daxilindən aparılır. Bu kanaldan maye axını, uzununa altı yuvası olan
şaroşka səthinə toxunan üzrə hərəkət edir.

Cədvəl VII.30-da əsasən kiçik


diametrli şaroşkalı baltaların adlandırılması
və hansı süxurlarda qazma üçün təyin
edilməsi - tətbiq sahəsi göstərilmişdir.
Tətbiq edilən yeni şərti
adlandırmanı aydınlaşdıraq.
ø - məhsuldar xətt - prefiks -
İADC kodu - suffiks - R
ø - baltanın diametri; məhsuldar xətt -
dayaq tipi; prefiks - balta və pəncə üzrə
modifikasiya; İADC kodu - konstruksiya,
süxurun tipi; suffiks - şaroşka üzrə
modifikasiya; R - istehsalçı zavodun
konstruksiyasının sıra (ardıcıllıq) nömrəsi

Şək.VII.28. Bir şaroşkalı balta.

207
Cədvəl VII.30.
Adlandırma Yeni adlandırma Tətbiq sahəsi
III 59 K-ЦB 59A-C61Z-R1376 Möhkəm abraziv süxurlar
III 76 T-ЦА 76,0 A-C32-R1262 Bərk süxurlar
III 76 K-ЦА 76,0 A-C74Z-R1005 Möhkəm süxurlar
III 93 C-ЦА-3 93,0 A-C22-R1264 Orta bərkli süxurlar
III 93 T-ЦА-2 93,0 A-C32-R1209 Bərk süxurlar
III 93 K-ЦА-2 93,0 A-C74Z-R1006 Möhkəm süxurlar
III 95,3 C-ЦА 95,3 A-CL21-R707 Orta bərkli süxurlar
III 98,4 T-ЦA 98,4 A-C32-R1008 Bərk süxurlar
II 112 M-ЦА 112 A-C12-R1265 Yumşaq süxurlar
II 112 C-ЦB 112 V-C22-R1267 Orta bərkli süxurlar
III 112 T-ЦB 112 V-C32-R1033 Bərk süxurlar
III 112 K-ЦB 112 V-C74Z-R1245 Möhkəm süxurlar
III 114,3 T-ЦB 114,3 V-CL33W-R1040 Bərk süxurlar
III 118 C-ЦB 118 A-C22-R 1044 Orta bərkli süxurlar
III 132 C-ЦB-2 132 V-C22-R1088 Orta bərkli süxurlar
III 132 T-ЦB 132 V-C32-R1089 Bərk süxurlar
III 132 K-ЦB-1 132 V-C74Z-R1249 Möhkəm süxurlar
I 139,7 CЗ-AУ 139,7 AU-54X-R1251 Orta bərkli abraziv süxurlar
III 139,7 C-ЦАУ 139,7 Orta bərkli süxurlar
III 139,7 C-ГАУ 139,7 AU-21-R223 Orta bərkli süxurlar
III 139,7 CT- ЦB 139,7 N-C24-R1100 Bərk lay qatlı orta bərkli süxurlar
III 146 C-ЦB 146 V-C22-R1106 Orta bərkli süxurlar
III 146 T-ЦB 146 V-C32-R1108 Bərk süxurlar
III 146 T-ПB 146 V-AC32-R1109 Bərk süxurlar
III 146 OK-ПB 146 V-AC83Z-R1113 Çox möhkəm süxurlar
Mökəm lay qatlı bərk abraziv
III 190,5 TKЗ- ЦB-1 190,5 V- C63Z-R1260
süxurlar
Misal: 215,9 VU – LS 43 Y – R206
Baltanın diametri 215,9 mm; VU – dayağı kipləşdiricilə yalnız
yellənmə yastıqlı; L – pəncənin kozerok və bel hissəsinin xarici hissəsində
perimetr üzrə bərkxəlitəli örtüklü; S – pəncənin (lapa) bel hissəsi bərkxəlitəli
dişlərlə armiləşdirilib; 43 – baltanın işçi hissəsi (şaroşkanın perimetr üzrə ucu)
bərkxəlitə ilə təchiz olunub; bərkxəlitəli dişlərin forması konikdir; R206 –
istehsal edən zavodun konstruksiya üzrə sıra nömrəsidir.
208
A V N VU NU AU AUP AUL – C K A N L S D 43 XYZTGD
Məhsuldar xətt prefiks İADC kodu suffiks

Məhsuldar xətt anlayışı, baltanın dayaq tipinin seriyası kimi başa düşülməlidir.
Cədvəl VII.31-də dayaq tipləri üzrə məhsuldar xətt seriyaları göstərilmişdir.
Cədvəl VII.31.
Açıq dayaqlar, kipləşdiricisiz Hermetikləşdirilmiş dayaqlar
A V N VU NU AU AUP AUL
İki radial
Bir sürüş- Yalnız Bir İki radial 172 mm
İki sürüşmə yastığı
Yalnız mə yastığı yellənmə sürüşmə sürüşmə kimi
radial kipləşdiri- cilə
yellənmə (qalanları yastıqları yastığı yastığı kiçik
sürüşmə (kəsilən üzən
yastıqları yellənmə kipləşdiri kipləşdi kipləşdiri diametrli
yastığı oymaq və dayaq
yastıqları) - ci ilə - rici ilə - ci ilə baltalar
şaybası)
Prefiks anlayışı, balta və onun pəncəsi üzrə modifikasiyası kimi başa
düşülməlidir, yəni baltanın konstruktiv xüsusiyyətlərini əks etdirilir.
Suffiks anlayışı, şaroşka üzrə modifikasiya kimi başa düşülməlidir,
yəni dişlərin forması, örtüyü və dişciklərlə təchiz edilməsi əks etdirilir.
Cədvəl VII.32 və Cədvəl VII.33-də prefiks və suffikslərin təsnifatı
göstərilmişdir.
Cədvəl VII.32.
Prefikslər
Pəncənin dimdik (kozerok) və bel
Q Asimetrik yuma (iki yan taxma oymaq) L hissəsinin perimetr üzrə ərinti örtüyü
(наплавка)
Kombinə edilmiş asimetrik yuma Pəncənin dimdik və bel hissəsinin pe-
QC LL
(iki yan və mərkəzi taxma oymaq) rimetr üzrə qüvvətlənmiş ərinti örtüyü
S Pəncənin belinin bərkxəlitəli dişciklərlə
C Mərkəzi dəlikli yuma
armirələşdirilməsi
Pəncənin belinin bərkxəlitəli, dimdiyin
K Kombinəedilmiş yuma (3 yan,1mərkəz) SD
almaz dişciklərlə armirələşdirilməsi
Quyudibinin reversiv təmizlənməsi P Bərkxəlitəli dişciklərlə stabilləşdirici
R
(üfürülmə və ya yuma) sahə
N Uzunluğu artırılmış dəliklə (oymaq) PD Almaz dişciklərlə stabilləşdirici sahə
B Pər (pəncənin belində çəp (ckoc) - -

Şaroşkalı baltaların İADC (Qazma podratçılarının beynəlxalq


assosiasiyası) kodu üzrə təsnifatı.
Şaroşkalı baltaların İADC kodu, dörd simvoldan ibarət olmaqla
baltanın konstruksiyası və təyinatı üzrə qazılan dağ süxurunun tipini göstərir.
Birinci üç simvol – rəqəm, dördüncü – hərflə əks etdirilir. Rəqəmlər
ardıcıllıqla baltanın seriya – tip – dayaq/kalibrləyici səthinin təyinedici
göstəriciləridir. Dördüncü, hərfi simvolla baltanın əlavə xarakteriskası təyin
edilir.
209
Cədvəl VII.33.
Suffikslər
Almaz dişciklərlə qüvvətlənmiş
X Pazvari diş WD
periferik cərgə
Y Konik diş E Energetik balansdırılmış təchiz
Şaroşkanın polad diş səthlərinin
Pazvari və konik dişdən fərqlənən
Z T həcmli qüvvətli ərinti ilə
başqa formalı diş
örtülməsi
Şaroşkanın əks konusunu əlavə
XD Pazvari almaz diş G bərkxəlitəli dişciklərlə
armiləşdirmə
GG Şaroşkanın əks konusuda iki
YD Konik almaz diş
cərgə dişciklər
Pazvari və konik almaz dişdən GD Şaroşkanın əks konusunda almaz
ZD
fərqlənən başqa formalı almazdiş dişciklər
Əlavə kalibrləşdirici cərgə (kəsik GGD Şaroşkanın əks konusuda iki
P
dişlər) cərgə almaz dişciklər
Əlavə kalibrləşdirici cərgədə almaz F Şaroşkanın bərkxəlitəli ərinti ilə
PD
dişciklər (kəsik dişlər) örtülməsi
W Qüvvətlənmiş periferik cərgə - -
Kodun birinci rəqəmi – baltanın təchizinin (işçi
hissəsinin“silahlanması”) seriyasıdır (1-8).
Təyinatı üzrə qazılan dağ süxurunun ümumi xarakteriskasına uyun
olaraq baltanın təchizi seriyası səkkiz kateqoriyadır. 1-3 seriyaları (qrup)
baltanın frezerləyici, 4-8 seriyaları (qrup) isə baltanın bərkxəlitəli təchizli
olması təyin edilir.
Frezerləyici və bərkxəlitəli təchizli termininə aydınlıq gətirək.
Frezerləyici təchizli balta, şəkil VII.29-da göründüyü kimi şaroşkanın işçi səthi
frezer formasındadır. Bərkxəlitəli təchizli balta, şəkil VII.30-da göründüyü
kimi şaroşkanın işçi səthi çıxıntılı diş (ştır) formalıdır. Frezerləyici və ştırlı
balta qrupları daxilində seriya rəqəminin artımı süxurun bərkliyinin artması ilə
onun təyinatını göstərir.

Şək.VII.29. Frezləyici təchizli (вооружение) şaroşkalı balta.


Kodun ikinci rəqəmi – baltanın təchizinin tipidir (1-4).

210
Hər seriya, qazılan süxurun bərkliyindən asılı olaraq 4 tipə bölünür.
Seriya daxilində tip 1 baltanın nisbətən yumşaq süxurların qazılması, seriya
daxilində tip 4 baltanın daha bərk süxurların qazılması üçün olmasını göstərir.
Kodun üçüncü rəqəmi (1-7) – dayağın konstruksiyası və şaroşkaların
kalibrlənən səthlərində bərkxəlitəli taxılmanın olmasını (olmamasını)
xarakterizə edir

1 - açıq (hermetikləşdirilməmiş) dayaq


2 - açıq dayaq, hava ilə üfürülmə ilə qazma üçün
3 - açıq dayaq + şaroşkaların kalibrlənən səthlərində bərkxəlitəli taxılma
4 - yellənmə yastıqlarında hermetikləşdirilmiş dayaq
5 - yellənmə yastıqlarında hermetikləşdirilmiş dayaq + şaroşkaların
kalibrlənən səthlərində bərkxəlitəli taxılma
6 - sürüşmə yastıqlarında hermetikləşdirilmiş dayaq
7 - sürüşmə yastıqlarında hermetikləşdirilmiş dayaq + şaroşkaların kalibr-
lənən səthlərində bərkxəlitəli taxılma
Kodun dördüncü hərfli simvolu – əlavə xarakteriskadır (vacib
sayılmır). Təchiz, dayaq, yuma quruluşu və balta gövdəsinin müdafiəsinin
xüsusi konstruksiyasını göstərmək üçün, 16 hərfdən istifadə edil

Şək.VII.30. Bərkxəlitəli
təchizli
(вооружение) şaroşkalı
balta.

Şəkil VII.31-32-də şaroşkalı baltaların


konstruktiv xüsusiyyətləri – prefiks və
suffikslərin əyani görünüşləri təsvir
edilmişdir (Cədvəl VII.32 və Cədvəl
VII.33-ə əsaslanmış).

211
Şaroşkalı baltaların konstruktiv xüsusiyyətləri

212
213
Şək.VII.31-32. Şaroşkalı baltaların konstruktiv xüsusiyyətləri –
prefiks və suffikslər.
Süxurların növü (İADC üzrə)

İADC üzrə süxurların xarakteriskasına uyğun olaraq, onlar şərti olaraq


altı tipə bölünür.
Yumşaq.
Bu süxurlara aiddir: yumşaq və özüllü gillər, mergel, qumbo, boş
qumdaşlar.
Bu süxurların alçaq sıxlığa malik olması ilə, onlar yüksək gedişli
qazılma imkanlıdırlar.
Orta bərlklikli lay qatlı yumşaq süxurlar.
Bu süxurlara aiddir: gil-qum slansları, sıx gillər və anhidrit lay qatları.
Bu süxurlar qatlı olmaqla alçaq sıxlığa malikdirlər.
Orta bərlklikli süxurlar.
Bu süxurlara aiddir: gil slansları, təbaşir, anhidrit və orta bərklikli
qum.
Bu süxurlar orta sıxlıqlı olmaqla kifayət qədər bərkdirlər.
Orta bərlklikli lay qatlı (припласты) bərk süxurlar.
Bu süxurlara aiddir: gil slansı, alevrolitlər, qumlar, əhəng və
anhidritlər.
Bu süxurlar yarı-abraziv və ya abraziv olmamaqla kifayət qədər
bərkdirlər.
Bərk süxurlar.
Bu süxurlara aiddir: alevrolitlər, qumlar.
Bu süxurlar yüksək sıxlıqlı və abraziv lay qatlı olmaqla davamlı və
bərkdirlər.
Möhkəm süxurlar.
Bu süxurlara aiddir: qranitlər, kvarsitlər və vulkanik süxurlar.
Bu süxurlar yüksək sıxlıqlı möhkəm və abrazivdirlər.
“A” məhsuldar xəttli kiçik fırlanma tezlikli (100 dövr\dəq. kimi)
qazma baltaları quyuda rotorla, kiçik sürətli turbinlərlə, həcmli hidravliki
quyudibi mühərriklərlə qazma işlərinin aparılması üçün təyin edilmişdir.
Frezerləyici təchizli balta – açıq dayaqlı iki radial sürüşmə yastığı
və kürəvi yellənmə yastıqlı, dişlərin kənarları ərintilə örtüklü, mərkəzi dəlikli
yuma, şaroşkanın əks konusu, kozerokun müdafiəsi və pəncənin (lapa) beli
dənəvər bərkxəlitəli ərinti ilə armirələşdirilir.
“A” məhsuldar xəttli frezerləyici təchizli baltanın tip-ölçüsü (Rusiya
istehsalı, ”Volqaburmaş”)

Baltanın diametri İADC

214
mm dyüm 311
93 3 2/3 A-C31 R307
Bərkxəlitəli (ştır) təchizli balta – açıq dayaqlı iki radial sürüşmə yastığı
və kürəvi yellənmə yastıqlı, dişlərin forması sferik, mərkəzi dəlikli yuma,
şaroşkanın əks konusu bircərgəli düz səthli dişciklərlə armirələşdirilir,
kozerokun müdafiəsi və pəncənin (lapa) beli (spina) dənəvər bərkxəlitəli ərinti
ilə armirələşdirilir.
“A” məhsuldar xəttli bərkxəlitəli (ştır) təchizli baltanın tip-ölçüləri

Baltanın diametri İADC


mm dyüm 311
76 3 A-C74Z R306
93 3 2/3 A-C74Z R305

“V” məhsuldar xəttli yüksək fırlanma tezlikli (600 dövr/dəq. kimi)


qazma baltaları quyuda turbinlə qazma işlərinin aparılması üçün təyin
edilmişdir. Bu baltalar 190,5 mm və daha böyük diametrli ölçüdə hazırlanır
(Rusiya istehsalı,”Volqaburmaş”).
“N” məhsuldar xəttli orta fırlanma tezlikli (300 dövr/dəq. kimi) qazma
baltaları quyuda həcmli hidravliki quyudibi mühərriklərlə və rotorla qazma
işlərinin aparılması üçün təyin edilmişdir.
Frezerləyici təchizli balta – açıq dayaqlı bir sürüşmə yastığı (qalanları
yellənmə yastıqları), dişlərin kənarları ərintilə örtüyü müxtəlif (1, 2, 3) tipli
(dişlərin forması qazılan süxurdan asılı olaraq tətbiq edilir), yuma müxtəlif (1,
2, 3, 4) tipli, şaroşkanın əks konusu, kozerokun müdafiəsi və pəncənin (lapa)
beli müxtəlif (1, 2, 3) tipli olaraq dənəvər bərkxəlitəli ərinti ilə armirələşdirilir.
“N” məhsuldar xəttli frezerləyici təchizli baltanın tip-ölçüləri (Rusiya
istehsalı,”Volqaburmaş”)
Baltanın diametri İADC
mm dyüm 211
98,4 3 7/8 N-CL21 R308
114,3 4 1/2 N-CL21 R309
120,6 4 3/4 N-CL21 R310

Göstərilmiş bu tip-ölçülərdən əlavə 190,5 mm və daha artıq tip-ölçülü


hazırlanır.
“N” məhsuldar xəttli bərkxəlitəli (ştır) təchizli baltalar 215,9 mm və
daha artıq tip-ölçülü hazırlanır (Rusiya istehsalı,”Volqaburmaş”).
“VU” məhsuldar xəttli orta fırlanma tezlikli (300 dövr/dəq. kimi)
qazma baltaları quyuda həcmli hidravliki quyudibi mühərriklərlə və rotorla

215
qazma işlərinin aparılması üçün təyin edilmişdir. Bu baltalar 215,9 mm və daha
böyük diametrli ölçüdə hazırlanır.
“NU” məhsuldar xəttli orta fırlanma tezlikli (300 dövr/dəq. kimi)
qazma baltaları quyuda həcmli hidravliki quyudibi mühərriklərlə və rotorla
qazma işlərinin aparılması üçün təyin edilmişdir. Bu baltalar 190,5 mm və daha
böyük diametrli ölçüdə hazırlanır (Rusiya istehsalı,”Volqaburmaş”).
“AU” məhsuldar xəttli kiçik fırlanma tezlikli (110 dövr/dəq. kimi)
qazma baltaları həcmli hidravliki quyudibi mühərriklərlə və ya rotorla quyuda
qazma işlərinin aparılması üçün təyin edilmişdir.
Frezerləyici təchizli balta – elastomer kipləşdiricilə hermetiklədirilmiş
iki radial sürüşmə yastığı və kürəvi yellənmə yastığı dayaqlı, dişlərin kənarları
həcmli yeyilməyə davamlı ərintilə örtüklü, hidromonitor (yan) və ya
kombinəedilmiş yuma, şaroşkanın əks konusu, kozerokun müdafiəsi və
pəncənin (lapa) beli dənəvər bərkxəlitəli ərinti ilə armirələşdirilir. Şəkil VII.33-
də “AU” məhsuldar xəttli baltanın dayağı sxematik göstərilmişdir.
“AU” məhsuldar xəttli frezerləyici təchizli baltanın tip-ölçüsü (Rusiya
istehsalı,”Volqaburmaş”)
Baltanın diametri İADC
mm dyüm 216
139,7 5 1/2 AU-21 R223

Şək.VII.33. “AU” məhsuldar xəttli


baltanın dayağı: 1 – sürüşmə radial
yastıq (böyük); 2 – elastomer
kipləşdirici; 3 – bürünc-beril oymaq; 4
– yellənmə sferik yastıq; 5 - sürüşmə
tors yastığı; 6 – sürüşmə radial yastıq
(kiçik).

Bərkxəlitəli (ştır) təchizli balta – elastomer kipləşdiricilə


hermetiklədirilmiş iki radial sürüşmə yastığı və kürəvi yellənmə yastığı
dayaqlı, qazılan süxurdan asılı olaraq dişlərin forması X-pazvari və ya Y-
konik, hidromonitor (yan) və ya kombinəedilmiş yuma, şaroşkanın əks konusu

216
bircərgəli düz səthli dişciklərlə armirləşdirilir, kozerokun müdafiəsi və
pəncənin (lapa) beli dənəvər bərkxəlitəli ərinti ilə (tip 1,2,3,4) armirələşdirilir.
Yağlanma sistemi izafi təzyiqli kompensasiya klapanı ilə təchiz edilir.
“AU” məhsuldar xəttli bərkxəlitəli (ştır) təchizli baltanın tip-ölçüləri
(Rusiya istehsalı, ”Volqaburmaş”)
Baltanın diametri İADC
mm dyüm 517 547
120,6 4 3/4 AU-LS51X R218 AU-CLS54X R173M
124 4 7/8 AU-CLS54XR204M
139,7 5 1/2 AU-LS54X R208
142,9 5 5/8 AU-LS54X R239M
143,9 5 2/3 AU-LS54X R203M

Göstərilmiş bu tip-ölçülərdən əlavə, 155,6 mm və daha artıq tip-ölçülü


müxtəlif İADS kodlu hazırlanır.
“AUP” məhsuldar xəttli (140 dövr/dəq. kimi) qazma baltaları quyuda
həcmli hidravliki quyudibi mühərriklərlə qazma işlərinin aparılması üçün təyin
edilmişdir. Bu baltalar maili və horizontal quyularda kiçik diametrli (172 mm-ə
kimi) lülə qazılması üçün xüsusi olaraq layihələndirilmişdir. Bu baltalar yalnız
bərkxəlitəli (ştır) təchizli olurlar.
Bərkxəlitəli (ştır) təchizli balta – elastomer kipləşdiricilə
hermetiklədirilmiş iki radial sürüşmə yastığı (oymağı bürünc) və kürəvi
yellənmə yastığı dayaqlı, qazılan süxurdan asılı olaraq dişlərin forması X-
pazvari və ya Y- konik, hidromonitor (yan) yuma, şaroşkanın əks konusu
bircərgəli düz səthli dişciklərlə armirləşdirilir, kozerokun müdafiəsi və
pəncənin (lapa) beli dənəvər bərkxəlitəli ərinti ilə (tip 2, 3, 4) armirələşdirilir.
Yağlanma sistemi izafi təzyiqli kompensasiya klapanı ilə təchiz edilir.
“AUL” məhsuldar xəttli diametri 165,1 mm-ə kimi fırlanma tezliyi
300 dövr/dəq, 165,1 mm-dən artıq fırlanma tezliyi 180 dövr/dəq olan qazma
baltaları quyuda həcmli hidravliki quyudibi mühərriklərlə və rotorla qazma
işlərinin aparılması üçün təyin edilmişdir. Böyük qazma gedişi bu baltaların
başlıca xüsusiyyətidir və buna, tətbiq edilmiş yüksək etibarlı dayaqlar, gövdə
müdafiəsinin yeni sxemi və baltanın optimal təchizinin hesabına nail
olunmuşdur.
Balta diametri İADC
mm dyüm 417 437 517 547

217
120,6 4 3/4 AUP-LS54Y R283
124 4 7/8 AUP-LS51X R413 AUP-LS54Y R280
142,9 5 5/8 AUP-LS43X R409
143,9 5 2/3 AUP-LS54Y R290
152,4 6 AUP-LS41X R411 AUP-LS54Y R416
155,6 6 1/8 AUP-LS54X R420

Cədvəl VII.34-də yiv birləşmələrinin tövciyə olunan bağlanma momenti


göstərilmişdir.
Cədvəl VII.34.
Baltanın diametri Birləşdirici yivi API Tövsiyə olunan sıxılma
üzrə momenti
dyüm mm dyüm mm Fut-funt kN·m
33/4 – 41/4 95,3-108,0 2 3/8 REG Z-66 3000-3500 4-4,8
45/8 – 53/8 117,5-136,5 2 7/8 REG Z-66 4500-5500 6-7,5
51/2 – 63/4 139,7-171,4 3 1/2 REG Z-88 7000-9000 9,5-12
71/2 – 83/4 190,3-222,3 41/2 REG Z-117 12000-16000 16-22
95/8 – 133/4 244,5-349,2 65/8 REG Z-152 28000-32000 38-43
143/4 – 26 374,6-660,4 75/8 REG Z-177 34000-40000 46-54

VII.8.2. PDC qazma baltaları


PDC kəsiciləri ilə armirələşdirilmiş baltalar, yüksək yeyilməyə
davamlı və işləmə qabiliyyətinə malik olaraq qazmanın böyük mexaniki
sürətində qazma gedişinin xeyli artırılmasını təmin edirlər.
Rusiyanın «Волгабурмаш» ASC dünyada PDC kəsiciləri istehsal
edən aparıcı şirkətləri ilə əməkdaşlıq edir və buda baltaların yüksək keyfiyyətli
kəsicilər ilə təchiz edilməsinə imkan verir.
PDC qazma baltalarının layihələndirilməsi, baltaların tələb olunan
hesablamaları yeni kompüter texnologiya və proqramlar istifadə etməklə
yüksək kvalifikasiyalı mütəxəssislər yerinə yetirir. İdarəedilən proqramlarla
xüsusi işlənilmiş yüksək dəqiqli avadanlığın istifadəsi, mürəkkəb pərli
konstruksiyaların seriyalı istehsalda eyni dəqiqliklə hazırlanmasını mümkün
edir.
PDC qazma baltaları polad və ya matrisalı gövdə ilə hazırlanır.
PDC qazma baltalarının əsas nailiyyətlərinə bir sıra parametrləri aid
etmək olar: onların konstruksiyasında hərəkətli hissələrin olmaması (qazma
zamanı quyudibində balta hissələrinin qalması riskini əhəmiyyətli dərəcədə
azaldır); yüksək yeyilməyə davamlıq; kəsicilərin özü-itilənmə təsirli olması;
yüksək qazma sürətində tələb olunan ox boyu yüklənmənin az olması;

218
mexaniki sürətin yüksək olmasına uyğun olaraq qaldırma-endirmə
əməliyyatlarının azlığı.
PDC qazma baltaları, quyudibi və baltanın təmizlənməsi üçün qazma
məhlulu selinin balanslaşmasının maksimal təmin edilməsinə yönəlmiş
bərkxəlitəli və ya kombinəedilmiş taxma oymaqlarla (nasadka) təchiz
edilmişdir. Şəkil VII.34-də bu oymaqlar, şəkil VII.35-də kəsicilər
göstərilmişdir.

Şək.VII.34. Bərkxəlitəli və Şək.VII.35. Kəsicilər.


kombinəedilmiş taxma oymaqlar.
PDC qazma baltaların aşağıdakı məhsuldar xətləri vardır.

Məhsuldar xətlər
FD ST BD CB
Üfqi, maili isiqamətlən- Kəmərlə bərki- Qazma və eyni zamanda Kern götürülmə
miş və şaquli quyuların dilməmiş quyuda quyu lüləsinin genişləndi- üçün qazma
dib üzrə bütöv qazılması lülənin qazılması rilməsi üçün bisentrik başlıqları
üçün baltalar üçün baltalar baltalar

Texniki göstəricilər
Süxurların bərkliyi kateqoriyaları
S SM M MH
Yumşaq Orta bərklikli lay qatlı yumşaq Orta bərklikli Bərk lay qatlı orta

PDC kəsicilərinin ölçüsü


1 24 mm və daha böyük diametrli kəsici
2 14mm-dən 24 mm-ə kimi (daxil olmaqla) diametrli kəsici
3 8 mm-dən 14 mm-ə kimi (daxil olmaqla) diametrli kəsici
4 8 mm-ə kimi (daxil olmaqla) və daha az diametrli kəsici

219
Yiv birləşməsinin bağlanması üçün tövsiyə olunan burucu moment
Birləşdirici yiv Tövsiyə olunan
ГОСТ üzrə API üzrə burucu moment, kN·m
Z-66 2 3/8 4,0 – 4,8
Z-76 2 7/8 6,0 – 7,5
Z-88 3 1/2 9,5 - 12,0
Z-117 4 1/2 16,0 – 22,0
Z-152 6 5/8 38, 0 – 43,0
Z-177 7 5/8 46,0 – 54,0

Balta və qazma başlıqlarının (QB) tövsiyə olunan fırlanma tezliyi (dövr/dəq)


Tipi Pərlərin Balta və qazma başlıqlarının diametri, mm
sayı 83,0 – 139,7 142,9 – 200,0 212,7 – 250,8 269,9 – 444,5
3–4 60....400 60....400 60....350 60....350
Baltalar 5–6 60....200 60....250 60....350 60....400
7–8 60....200 60....280 60....350 60....400
9 və artıq - 60....250 60....300 60....400
QB 4 və artıq 60....120 60....120 60....120 60....120

PDC baltaların şərti adlandırılması


114,0 FD 364M-A85
114,0 – baltanın diametri, mm-lə; FD – məhsuldar xətt; 3 – kəsicinin ölçüsü;
6 – pərlərin sayı; 4 – yuma dəliklərinin sayı; M – süxurun bərklik kateqoriyası;
A85 – konstruksiyanın nömrəsi (A – polad gövdəli).

139,7 ST 366MH-A242
139,7 – baltanın diametri, mm-lə; ST – məhsuldar xətt; 3 – kəsicinin ölçüsü;
6 – pərlərin sayı; 6 – yuma dəliklərinin sayı; MH – süxurun bərklik
kateqoriyası; A242 – konstruksiyanın nömrəsi (A – polad gövdəli).

139,7x165,1 BD 356SM-A26
139,7 – baltanın (qazma) diametri, mm; 165,1 – genişləndirmə diametri, mm;
BD – məhsuldar xətt; 3 – kəsicinin ölçüsü; 5 – pərlərin sayı; 6 – yuma
dəliklərinin sayı; SM – süxurun bərklik kateqoriyası; A26 – konstruksiyanın
nömrəsi (A – polad gövdəli).

139,7/52 CB 366SM-A25

220
139,7 – baltanın diametri, mm; 52 – daxili diametri, mm; CB – məhsuldar xətt;
3 – kəsicinin ölçüsü; 6 – pərlərin sayı; 6 – yuma dəliklərinin sayı; M – süxurun
bərklik kateqoriyası; A25 – konstruksiyanın nömrəsi (A – polad gövdəli).

FD xətti
Bu baltalar üfqi, maili isiqamətlənmiş və şaquli quyuların dib üzrə
bütöv qazılması üçün təyin edilmişdir.
Konstruktiv xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1) Baltanın pərlərinin spiral formalı olması;
2) PDC kəsicilərinin baltanın kalibrləşdirici hissəsində quraşdırılması;
3) Kəsicilərin yeyilməsi əks effektlidir (резцы обратной проработки).
Şəkil VII.36-da FD məhsuldar xəttli baltanın ümumi görünüşü, cədvəl
VII.35-də nomeklaturası göstərilmişdir.

Şək.VII.36. FD məhsuldar xəttli balta.


Cədvəl VII.35.

PDC Küt
Baltanın Dia- KOD kəsici Birləşdirici yivi Qazılan lə,
adlandırılması metr IADC ölçü süxurlar
dyüm sü, ГОСТ API kq
-lə mm üzrə üzrə
83,0 FD 344M-A83 3 9/32 S233 9 3-66 2 3/8 REG orta 5,0
92,0 FD 344M-A84 3 5/8 S233 9 3-66 2 3/8 REG orta 6,2
114,0 FD 364M-A85 4 1/2 S233 9 3-66 2 3/8 REG orta 6,0
120,6 FD 344SM-A32 4 3/4 S233 13 3-76 2 7/8 REG yumşaq-orta 12

221
120,6 FD 3466M-A86 4 3/4 S233 9 3-76 2 7/8 REG orta 14
120,6 FD 333S-A386 4 3/4 S233 13 3-76 2 7/8 REG yumşaq 10
123,8 FD 368SM-A300 4 7/8 S233 9 3-76 2 7/8 REG yumşaq-orta 10
123,8 FD 366SM-A300-01 4 7/8 S233 9 3-76 2 7/8 REG yumşaq-orta 10,5
123,8 FD 344SM-A301 4 7/8 S233 13 3-76 2 7/8 REG yumşaq-orta 12
124,0 FD 368SM-A104 4 7/8 S233 9 3-76 2 7/8 REG yumşaq-orta 10
124,0 FD 344SM-A249 4 7/8 S233 13 3-76 2 7/8 REG yumşaq-orta 12
126,0 FD 344SM-A289 4 31/32 S233 13 3-76 2 7/8 REG yumşaq-orta 12,4
126,0 FD 364SM-A321 4 31/32 S233 13 3-76 2 7/8 REG yumşaq-orta 12
132,0 FD 333S-A387 53/16 S233 13 3-88 31/2 REG yumşaq 14
139,7 FD 353M-A01 5 1/2 S333 13 3-88 31/2 REG orta 17,5
139,7 FD 388MH-A302 5 1/2 S333 13 3-88 31/2 REG Orta-bərk 17
139,7 FD 344S-A303 5 1/2 S233 13 3-88 31/2 REG yumşaq 17

ST xətti
Bu baltalar su və ya gilli məhlulla yuma ilə bərk lay qatlı orta bərklikli
süxurlarda kəmərlə bərkidilməmiş quyuda lülənin qazılması (kəsilməsi) üçün
təyin edilmişdir.
Bu baltalar rotor, turbinlə və ya vintli həcmli mühərriklərlə qazmada
istifadə edilir. Yüklənmə tip-ölçüsündən asılı olaraq 0,9...13 t diapazonundadır.
Konstruktiv xüsusiyyəti: baltanın pərlərinin kalibrləşdirici hissəsi daxili
mailliyə malikdir.
Şəkil VII.37-də ST məhsuldar xətli baltanın ümumi görünüşü, cədvəl
VII.36-da nomeklaturası göstərilmişdir. Bu baltalar 83,0...444,5 mm diametr
diapazonunda istehsal edilir.

Şək.VII.37. ST məhsuldar xətli balta.


222
Cədvəl VII.36.

Küt
Baltanın Dia- KOD Birləşdirici yivi Qazılan lə,
adlandırılması metr IAD süxurlar
dyüm- C ГОСТ API kq
lə üzrə üzrə
139,7 ST 366MH-A242 5 1/2 S231 3-88 3 1/2 REG orta-bərk 16,0
215,9 ST 368MH-A100 8 1/2 S231 3-117 4 1/2 REG orta-bərk 35,6
220,7 ST 368MH-A384 8 11/16 S331 3-117 4 1/2 REG orta-bərk 36,0
295,3 ST 366MH-A240 11 5/8 S231 3-152 6 5/8 REG orta-bərk 68,0

BD xətti
Yüksək bərklikli kompozisiya materialları ilə təchiz edilmiş bisentrik
baltalar, maili isiqamətlənmiş, şaquli, üfqi quyuların su və ya qazma məhlulu
ilə orta və bərk dağ süxurlarının qazılması və eyni zamanda quyu lüləsinin
genişləndirilməsi üçün təyin edilmişdir.
Baltanın gövdəsi yüksək keyfiyyətli legirlənmiş poladdan hazırlanır və
yeyilməyə qarşı örtüklə armirələşdirilir.
Bisentrik baltalar əvvəlki buraxılmış qoruyucu kəmər diametrinə
nəzərən mümkün olan ölçüdən daha böyük diametrlə quyunu qazmaya imkan
verir.
Əsas tətbiq sahəsi – quyruq kəmər endirilməsi nəzərdə tutulan
intervalın qazılmasıdır.
Bisentrik baltaların konstruktiv xüsusiyyətləri yüksək mexaniki sürəti,
lülənin keyfiyyətli genişləndirilməsini, yaxşı idarəedilməni təmin edir.
Şəkil VII.38-də BD məhsuldar xətli baltanın ümumi görünüşü, cədvəl
VII.37-də nomeklaturası göstərilmişdir. Bu baltalar 120,6x142,9...311,1x342,9
mm diametr diapazonunda istehsal edilir.

223
Şək.VII.38. BD məhsuldar xətli balta.
Cədvəl VII.37.

Küt
Baltanın Dia- KOD Birləşdirici yivi Qazılan lə,
adlandırılması metr IADC süxurlar
dyüm-lə ГОСТ API kq
üzrə üzrə
120,6x142,9 BD 365M-A14-02 4 3/4 -5 5/8 S333 3-76 2 7/8 REG orta 14,5
139,7x165,1 BD 356SM-A26 5 1/2 -6 1/2 S233 3-88 3 1/2 REG yumşaq-orta 23,0
152,4x175,0 BD 367SM-A58 6 -6 14/16 S233 3-88 31/2 REG yumşaq-orta 28,0
165,1x1190,5 BD 377MH-A144 6 1/2 -7 1/2 S233 3-88 3 1/2 REG orta-bərk 31,0

Rusiyanın ООО «Уралбурмаш-Трейд» (“Infinity Tool Vostok - ITV)


müəsisəsinin istehsal etdiyi 139,7x152,4 ITV BDB513SM bisentrik baltalar su
və ya qazma məhlulu ilə orta bərklikli lay qatlı yumşaq dağ süxurlarının
qazılması və eyni zamanda quyu lüləsinin genişləndirilməsi üçün təyin
edilmişdir.
Bu baltanın texniki xarakteriskası cədvəl VII.38-də göstərilmişdir.

224
Cədvəl VII.38.

Keçid diametri, mm (düym) 139,7 (5 1/2 “)


Genişləndirmə diametri, mm (düym) 152,4 (6”)
Pərlərin sayı, ədəd 5
PDC kəsicilərinin diametri, mm 13
PDC kəsicilərinin sayı, ədəd 32
Taxma oymaqların sayı və miqdarı 6 ədəd (11,9 mm)
TFA, mm2 667
Kalibrləşdirici hissənin uzunluğu, mm 34,4
Baltanın kütləsi, kq 23,0
Birlədirici yivi Z-88 nipel (31/2 REG)
Bağlanmanın tövsiyə olunan burucu momenti, kN·m 9,5 -12,0
Fırlanma tezliyi, dövr/dəq 250 – 60
Yuyucu mayenin sərfi, l/san 16 – 24
Ox boyu yüklənmə, t 0,9 - 6

CB xətti
Qazma başlığı, neft və qaz quyularının qazma məhlulu ilə qazılmasında
kern götürülməsi üçün təyin edilmişdir.
Bu qazma başlıqlarının konstruktiv xüsusiyyətləri, qazma başlığının
kalibrləşdirici hissəsində PDC kəsicilərinin quraşdırılmasıdır.
Şəkil VII.39-da CB məhsuldar xətli qazma başlığının ümumi görünüşü
göstərilmişdir. Cədvəl VII.39-da nomeklaturası göstərilmişdir. Bu baltalar
139,7x52...215,9x100 mm diametr diapazonunda istehsal edilir.

Cədvəl VII.39.
Qazma başlığının KOD Birləşdirici yivi Qazılan Kütlə,
adlandırılması IADC süxurlar kq
139,7/52 CB 366SM-A25 S132 Mufta MK 110x6x1,8 yumşaq-orta 10,0
139,7/67 CB 366SM-A353 S132 Mufta MK 110x6x1,8 yumşaq-orta 9,0
158,7/67 CB 366SM-A37 S132 Mufta Z-133 yumşaq-orta 12,8
163,5/67 CB 388MH-A92 S233 Mufta Z-133 orta-bərk 16,8
187,3/80 CB 366SM-A35 S132 Mufta MK 150x6x1,8 yumşaq-orta 19,0
195,0/80 CB 399MH-A174 S233 Mufta MK 150x6x1,8 orta-bərk 19,0
212,7/80 CB 366SM-A38 S133 Mufta MK 150x6x1,8 yumşaq-orta 20,0

225
Şək.VII.39. CB məhsuldar xətli qazma başlıqları.
Rusiyanın «ВБМ-групп» ASC-nin istehsal etdiyi PDC qazma
başlıqlarının bəzi tip-ölçülərinin texniki xarakteriskası cədvəl VII.40-da
göstərilmişdir.
Cədvəl VII.40.
Xarici diametri, mm 139,7 215,9
Götürülən kernnin diametri, mm 52 100
Hündürlüyü, mm 214 277,6
Təchiz tipi PDC
Birləşdirici yivi ГОСТ 21210, ГОСТ Р 50864, ГОСТ 5286
Fırlanma tezliyi, dövr/dəq 60 – 350
Ox boyu yüklənmə, t 2-5
Kütlə, kq 10,0 25,0
Göründüyü kimi, qazma başlıqlarının adlandırılmasında kəsirin
məxrəcindəki rəqəm (ikinci rəqəm) götürülən kernnin diametrini göstərir.
PDC baltaların konstruktiv xüsusiyyətləri
Şəkil VII.40-da PDC baltaların konstruktiv xüsusiyyətləri göstərilmişdir.

Baltanın spiral pərləri Kalibrləşdirici hissədə PDC kəsicilər

226
Fərqli xüsusiyyəti: Fərqli xüsusiyyəti:
Yüksəlmiş konstruktiv davamlılıq Qazmada yüksəlmiş yeyilməyə davamlıq

Üstünlükləri: Üstünlükləri:
- daha səlis kəsmə rejimi Quyunun nominal diametrinin uzun
- qazmanın effektliyinin yüksəl- müddət saxlanılmasını təmin edir, buda
dilməsi və maili istiqamətlənmiş öz növbəsində baltanın daha stabil işini
quyularda baltanın idarə edilmə- təmin edir.
sini yaxşılaşdırır.
Baltanın antivibrasiya müdaifəsi Kəsicilərin əks-işləmə imkanlığı

Fərqli xüsusiyyəti: Fərqli xüsusiyyəti:

Vibrasiya yarandıqda zərbəyə qarşı taxma- Baltanın qaldırılması zamanı


lar baltanın işinin səlis rejimini bərpa edir. kəsicilər süxurla kontakta girir.

Üstünlükləri: Üstünlükləri:
İşləmənin stabilliyi yüksəlir, PDC “İlişmə”nin qarşısının alınması baltanın
kəsicilərinin uzunömürlüyü artır tez və təhlükəsiz qaldırılmasını təmin edir

Baltanın profilinin daxili Eyni zamanda əritməklə qaz alovlu


konusunun dayaq taxmaları tozlama metodu ilə balta gövdəsi
örtüyünün yaxşılaşdırılması

227
Fərqli xüsusiyyəti: Fərqli xüsusiyyəti:
Dayaq taxmaları baltanın Qoruyucu örtüyə (poz.1) volfram karbidinin ultra-
quyudibinə pərçimlənmə- bərk sıx kütləsi daxildir. Tozvari örtük (poz.2),
ni məhdudlaşdırır. tozvari matrik komponent və volfram karbidindən
ibarət olan metallik tozların geterogen qarışığıdır.

Üstünlükləri: Üstünlükləri:
Quyudibinə pərçimlənmənin Ərintinin tərkibi (poz.1) zərbə yüklənməsini
məhdudlaşdırılması baltanın yumşaldır və korroziyaya qarşı müqaviməti
moment tutumunu azaldır, artırır. Tozvari örtük (poz.2) hətta yüksək
maili istiqamətlənmiş quyu- temperaturlarda sürtünmə, zərbə və erroziyaya
ların qazılmasında idarəedil- olduqca böyük müqavimətə malikdir. Abraziv
məsini yaxşılaşdırır. yeyilməyə qarşı yüksək davamlığa malikdir.

Baltanın kipkəcləşməsinə qarşı örtük

Fərqli xüsusiyyəti: Üstünlükləri:


Baltanın bütün gövdəsinin xüsusi Müxtəlif süxurlarda baltanın işini
xəlitə ilə örtülməsi, işləmə prosesində stabilləşdirir, beləki, kipkəcin yaran-
qazılmış süxurun baltanın gövdəsinə masına mane olur, qazmanın mexaniki
yapışmasının maksimal qarşısını alır. sürətini yüksəldir və stabilləşdirir.

Şək.VII.40. PDC baltaların konstruktiv xüsusiyyətləri.


VII.8.3. Xüsusi məqsədlər üçün istifadə edilən baltalar
Quyuların əsaslı təmirində, xüsusi məqsədlər üçün istifadə edilən
baltalardan əsasən nizəvari baltalardan isifadə edilir. Şaroşkalı baltalardan

228
fərqli olaraq pərli baltalar həm konstruksiyasına, həm də hazırlanma
texnologiyasına görə sadədir.
Nizəvari (bir pərli) baltalar, əsasən sement stakanı, tıxacını və
semenləmədən sonra qoruyucu boruların başmaq və alt hissənin başqa metallik

Şək.VII.41. N tipli
nizəvari balta: 1 –
gövdə; 2 – pər; 3 –
plastinlər;
4 – bərkxəlitəli ştır.

detallarının qazılması
(NS -ПЦ) və ya orta
bərklikli lay qatlı
yumşaq süxurlarda
quyu lüləsinin
genişləndirilməsi,
həmçinin quyudibində
qalmış metallik
əşyaların
kənarlaşdırılması və
istismar kəmərinin
daxili səthini sement qalığından və s. təmizləmə (NG -ПP) üçün istifadə edilir.
Hər iki tip balta dairəvi gövdəyə 1 və ucu 90 0 bucaq altında olan
nizəvari pərdən 2 ibarətdir (Şəkil VII.41). Pərin işçi səthi fırlanma istiqamətinə
nəzərən 450 bucaq altında kəsilmiş və relit, bərkxəlitəli plastinlərlə 3
armirələşdirilmişdir.

229
Hər iki tip balta dairəvi
gövdəyə 1 və ucu 900 bucaq al
NG tipli baltanın NS baltadan fərqi
ondan ibarətdir ki, pərin
kalibrləşdirici yan səthləri
bərkxəlitəli xırda dişciklərlə (ştır)
və relitlə armirələşdirilir. Bu
səthlər, quyu lüləsinin genişlən-
dirilməsində onun divarını
müəyyən qədər dağıtmaqla
kalibrləşdirən işçi səthlərdir (Şəkil
VII.42).

Şək.VII.42. NG (ПP) tipli


nizəvari balta.

Cədvəl VII.41-də NS, NG


tipli nizəvari baltaların əsas parametrləri (mm) verilmişdir.
Cədvəl VII.41.
Yuma
Gövdə- Pərin Kalibrləşdi- Baltanın Yolverilən
Dia- kanalı Birləş- Kütlə
Baltanın nin üst qalın- rici hissənin hündür- ox boyu
metr, dia- dirici kq
şifri diam. lığı, hündürlüyü lüyü, yüklənmə,
D, metri, yivi
D1 S, h1 H t
d
NS-97 97 80 Z-62 220 1,0 6,0
13
NS-112 112 83 Z-63,5 2,0 7,0
NS-118
118 95 Z-76 2,0 7,5
NG-118 20 85 250
NS-132
132 83 16 Z-63,5 2,5 8,0
NG-132
NS-135
135 2,5 8,5
NG-135
280
NS-140
140 3,0 11,5
NG-140
108 18 Z-88
NS-151
151 25 95 3,5 12,5
NG-151
320
NS-161
161 20 4,0 13,0
NG-161

II.9. Hidravliki çəki indikatoru

HÇİ6-M2 (ГИВ6-М2) hidravliki çəki indikatoru quyuların qazılması və


təmirində tal kanatının hərəkətsiz ucunun dartılma qüvvəsinin ölçülməsi və
qeyd edilməsi üçün təyin edilmişdir (şəkil VII.43).
230
Şək.VII.43. HÇİ6-M2 hidravliki çəki
indikatorunun ümumi görünüşü.

İndikatorun iş pinsipi (şəkil


VII.44) membranaya 4 dayaqlanan
gövdədəki 1 kənar dayaqlar və üzgəc 3 arası sıxılan kanatın 2 dartılması
qüvvəsinin Q, tranformator kamerasında təzyiqə çevirməklə və onun
manometrlə 6 ölçülməsinə əsaslanır.

Şək.VII.44. HÇİ6-M2 hidravliki çəki


indikatorunun tərkibi:
1 – transformatorun gövdəsi; 2 – tal
kanatı; 3 – üzgəc; 4 – membran;
5 – birləşdirici borucuqlar; 6 – əsas
göstərici. Q – tal kanatının dartılma
qüvvəsi; α – kanatın sıxılma (əyilmə)
bucağı; P – transformator kamerasında
təzyiq (P = (2Q / F) x cos α; burada
F – membranın effektiv sahəsidir).

HÇİ konstruksiyasına görə


təzyiq transformatoru və köməkçi cihazlar bloku və onlar arası boru xəttindən
ibarətdir (şəkil VII.45). Konstruksiya etibarilə eyni olmaqla membrananın
effektiv sahəsi və kənar dayaqlar arası məsafə ilə fərqlənən təzyiq
transformatorları iki tip (TD-150, TD-300) istehsal edilir. Köməkçi cihazlar
blokuna ramada quraşdırılmış əsas və verner şkala göstəriciləri (cihazları),
pres-tutum və manometr (DM-2001) daxildir.

Şək.VII.45. HÇİ6-M2 hidravliki


çəki indikatorunun tərkibi:
1 – köməkçi blok; 2 - birləşdirici
borucuqlar; 3 – təzyiq
transformatoru; 4 – özüyazan
manometr; 5 – rama; 4 – membran;
6 – göstərici; 7 – pres-tutum.

HÇİ6-M2 hidravliki çəki indikatoru, köməkçi cihazlar bloku və təzyiq


transformatorunun müxtəlifliyinə görə 7 modifikasiyada istehsal edilir.

231
HÇİ6-M2-1 birgə göstərici (əsas və verner şkalası); pres-tutum;
özüyazan manometr DM-2001; transformator TD-300
HÇİ6-M2-2 birgə göstərici (əsas və verner şkalası); pres-tutum;
özüyazan manometr DM-2001; transformator TD-150
HÇİ6-M2-3 əsas şkalalı göstərici; pres-tutum; özüyazan manometr
DM-2001; transformator TD-300
HÇİ6-M2-4 əsas şkalalı göstərici; pres-tutum; özüyazan manometr
DM-2001; transformator TD-150
HÇİ6-M2-5 əsas şkalalı göstərici; pres-tutum; transformator TD-150
HÇİ6-M2-6 əsas şkalalı göstərici; verner şkalalı göstərici; pres-tutum;
özüyazan manometr DM- 2001; transformator TD-300
HÇİ6-M2-7 əsas şkalalı göstərici; verner şkalalı göstərici; pres-tutum;
özüyazan manometr DM-2001; transformator TD-150
Cədvəl VII.42-də indikator modeli, təzyiq transformatoru, kanatın
diametri və dartılma qüvvəsinin ölçülməsi diapazonu göstərilmişdir.
C
ədvəl VII.42.
Kanatın
Təzyiq Kanatın diametri, dartılmasının
İndikatorun modeli
transformatoru mm maksimal qüvvəsi,
kN
2; 4; 5; 7 TD-150 15; 19; 22 60; 80; 100; 125

22; 25 200
1, 3; 6 TD-300 28; 32 250
35; 38 320

İndikatorun hidravlik sisteminin işçi mayesi – polimetilsiloksan mayelərdir:


ПМС-5, ПМС-6.
Yayda 1 % xrompik - К2Сr2О7 (koroziyaya qarşı) qatılmış qaynadılmış
və süzgəcdən keçirilmiş şirin su, qışda – havanın mənfi temperaturundan asılı
olaraq qliserinin sulu məhlulu (50%), qliserinin etil spirti ilə məhlulu, etil spirti
tətbiq edilir.
İndikatorun hidravlik sisteminin maksimal təzyiqi 1 MPa-dır.
Əsas göstərici cihaz borulu yayı olan manometr olaraq şkalası 100
hissəyə bölünmüşdür.
Aparılan əməliyyat zamanı alətə olan yüklənməni daha dəqiq təyin
edilməsi üçün verner göstəricisi cihazı istifadə edilir.Verner göstəricisindəki
şkalanın bir bölgüsü, əsas göstərici şkalasının yarım bölgüsünə bərabərdir.
Hər HÇİ kanatın diametrinə uyğun olaraq nizamlanır (kalibrləmə)
və müvafiq cədvəllə (pasportla) təchiz edilir.
Yüklənmənin təyin edilməsinə aid misallar:
232
1. 140 mm-lik üçşaroşkalı baltaya olan ox boyu yüklənməni təyin
etməli, beləki, qazmadan əvvəl baltanın quyudibi üzərində olduğu halda
indikatorun göstəricisi 28 bölgü, qazma zamanı baltaya olan yüklənmə 25
bölgü olmuşdur. Tal sistemi tellənməsi 4x5, kanatın diametri 25, 5 mm-dir.
Həlli: Fərz edək ki, HÇİ pasportuna əsasən 30 bölgü 3580 kq, 20 bölgü isə
2130 kq-dır. Onda 20 və 30 bölgü arasında bir bölgünün qiyməti 3580-2330/10
= 125 kq olacaqdır.
HÇİ üzrə baltaya olan 3 bölgü yüklənmənin qiyməti:
125 x 3 x 8 = 3000 kq = 3,0 t.
Burada 8, tal sistemi tellənməsində işçi kanat dolaqlarının sayıdır
(4+5-1).
2. Qazmaçı neçə bölgü aləti boş qoymalıdır ki, baltaya olan yüklənmə
7 t olsun. Tal sistemi tellənməsi 4x5, kanatın diametri 25,5 mm-dir. Baltanın
quyudibi üzərində olduğu halda indikatorun göstəricisi 66 bölgüdür.
Həlli: Fərz edək ki, HÇİ pasportuna əsasən 60 bölgü 6750 kq, 70
bölgü isə 8200 kq-dır. Onda 60 və 70 bölgü arasında bir bölgünün qiyməti
8150-6750/10 = 145 kq olacaqdır.
7 t yüklənməyə uyğun bölgünün sayını təyin edək:
7000/145 x 8 = 7000 /1160 = 6 bölgü.
Deməli, qazmaçı baltanı 7 t yüklənilməsi üçün 66 – 6 = 60 bölgüyə
kimi boş qoymalıdır.
3. Frezləmə zamanı pərçimlənmiş alətə 80 ton bas (dartı qüvvəsi)
verilməsi üçün mürəkkəb işlər üzrə usta HÇİ üzrə neçə bölgü bas verməlidir.
Tal sistemi tellənməsi 5x6, kanatın diametri 28,5 mm-dir. Frezerləmədən əvvəl
alətin qəzalı sonluq üzərində olduğu halda endirilmiş quruluşa əsasən
hesablanmış çəkisi 42 ton və HÇİ-də uyğun olaraq onun qaldırılması (bas)
ağırlığı 45 bölgü olmuşdur.
Həlli: Tal sistemi tellənməsində işçi kanat dolaqlarının sayının 10
(5+6-1) olmasını nəzərə alaraq, HÇİ pasportuna əsasən 70 bölgü 7300 kq, 80
bölgü isə 8700 kq bərabərdir. Onda 70 və 80 bölgü arasında bir bölgünün
qiyməti: 8700-7300 = 1400 kq = 1,4 t olacaqdır.
80 t - 73 t = 7 t : 1,4 t = 5 bölgü. 70 bölgü + 5 bölgü = 75 bölgü.
Deməli alətə 80 t bas verilməsi üçün HÇİ üzrə göstərici 75 bölgü
olmalıdır.

233
VIII FƏSİL. QUYULARIN YERALTI TƏMİRİNİN TEXNOLOGİYASI

VIII.1. Quyuların yeraltı təmirində yerinə yetirilən əməliyyatların


təsnifatı

Yeraltı təmirin xarakterik xüsusiyyəti müxtəlif təyinatlarda eyni bir


əməliyyatın yerinə yetirilməsi sayılır. Misal üçün, dərinlik nasosu asqısının
dəyişilməsi və hidro-yarılmada qaldırma-endirmə əməliyyatı yerinə yetirilir və
s. Yeraltı təmirin məqsədindən asılı olmayaraq məzmununa görə ona daxil olan
eyni əməliyyatlar eyni xüsusiləşdirilmiş maşın və alətlər tələb edir.
Yeraltı təmirdə aşağıdakı əməliyyatlar yerinə yetirilir:
Nəqledilmə (transport) – quyuya lazım olan avadanlıq və alətlərin
gətirilməsi;
Hazırlıq işləri – quyu meydançasında avadanlığın quraşdırılması və
onun işə hazırlığı;
Qaldırma-endirmə – avadanlığın quyudan qaldırılması və endirilməsi;
Təmir əməliyyatların özü;
Yekun işlər – avadanlıq kompleksinin demontajı və nəqledilməyə
hazırlığı.
Quyuların yeraltı təmirində əməliyyatlar bölgüsü kifayət qədər şərtidir.
Bəzi hallarda yeraltı təmirin özü yerdə qalan digər əməliyyatlarla müqayisədə
olduqca az müddət təşkil edir, misal üçün boru quyu nasosunun silindrinin
dəyişilməsi. Bəzəndə qaldırma-endirmə əməliyyatları təmirin məqsədi sayılır,
misal üçün qaldırıcı boru kəmərinin yerləşmə dərinliyinin dəyişilməsində.
Yeraltı təmirə cari və əsaslı təmir daxildir.
Cari təmir öz növbəsində xəbərdaredici, məcburi və texnoloji işlər
olmaqla bölünür.
Xəbərdaredici təmir quyunun istismar üsulundan asılı olaraq aşağıdakı
əməliyyatları daxil edir:
Fontan və kompressor üsulunda:
- boru kəmərinin qaldırılması və ya endirilməsi;
- deffektli və ya ayrı-ayrılıqda yeyilmiş boruların dəyişilməsi;
- klapanların dəyişilməsi və ya quraşdırılması;
- boruların daxili səthini qum, parafin, duz və ya korroziya
məhsullarından təmizlənməsi (qaldırıcı boruların yer səthinə
qaldırmaqla və ya qaldırmadan);
- tıxacın yuyulması.
Ştanqlı dərinlik və ya dalma nasosları ilə istismarda:
sadalanmış əməliyyatlara əlavə edilir
- nasosun qaldırılması və ya endirilməsi, onun vəziyyətinin
yoxlanılması, yenisi ilə əvəzlənməsi;

234
- klapan qovşaqlarının yoxlanılması və əvəzlənməsi;
- nasosun qoruyucu tərtibatlarının yoxlanılması, təmizlənməsi və ya
əvəzlənməsi;
- EDN ilə təchiz edilmiş quyunun yeraltı avadanlığının qaldırılması,
endirilməsi və ya əvəzlənməsi;
- qapayıcı klapanların dəyişilməsi və ya quraşdırılması.
Məcburi təmir avadanlığın işində qəfil yaranmış çatışmazlıq və ya
deffektin aradan qaldırılması üçün aparılır:
- nasos ştanqları kəmərinin qırılması və ya açılması;
- pərçimlənmiş plunjerin laxladılması;
- pərçimlənmiş boruların laxladılması.
Cari təmirdə bir neçə əməliyyatı bigə aparmaq məqsədəuyğundur; misal
üçün dərinlik nasosunun dəyişilməsində qaldırılan boruların qum və ya
parafindən təmizlənməsi, baxış keçirilməsi və deffektli boru və ştanqların
zaylığının müəyyənləşdirilməsi və dəyişilməsi və s.
Texnoloji işlərə aiddir:
- fontan və ya qazlift üsulu ilə istismarda boru sıralarının asqı
dərinliyi və ya onların diametrinin dəyişilməsi;
- nasos asqısı dərinliyinin dəyişilməsi;
- nasosun başqası ilə əvəzlənməsi.
Qeyd etmək lazımdır ki, əməliyyatların sadalanmış qruplar üzrə belə
bölgüsü şərtidir, lakin bu quyuya endirilmiş avadanlıqla yerinə yetirilən bütün
müxtəlif işlərin təyinatının və məqsədinin başa düşülməsinin asanlaşdırılması
üçün aparılır.
Misal, əgər quyunun işinə müşahidə zəif aparılıbsa və tıxacın yaranması
verimin kəsilməsinə səbəb olubsa, tıxacın yaranması və ya parafinin çökməsi
məcburi təmirlə nəticələnə bilər.
Əsaslı təmir quyunun özünün təmiri ilə bağlı və quyudibi ətrafı zona və
laya təsir ilə bağlı əməliyyatları özündə cəmləşdirir. Bundan başqa adətən ona
cari təmirin məcburi mürəkkəb əməliyyatları (misal üçün qırılmış ştanqların və
boruların çıxarılması) aiddir.
Quyunun tədqiqi və yerinə yetiriləcək əməliyyatların nomeklaturasını
dəqiqləşdirilməsilə yanaşı əsaslı təmirə daxildir:
- təmir-bərpa işləri (quyuağzının hermetikləşdirilməsi, kəmərin
zədələnmiş hissəsinin düzləndirilməsi və dəyişilməsi, kəmərdə deffektlərin
bağlanması, sement tıxaclarının quraşdırılması və qazılması);
- təcrid (izolyasiya) işləri;
- quyudibi ətrafı zonanın süxurlarının bərkidilməsi;
- süzgəcin təmizlənməsi;
- digər məhsuldar horizonta keçilməsi;
- ikinci lülə kəsilişi və qazılması;

235
- tutma işləri.
Əsaslı təmirə həmçinin quyudibi ətrafı zona və laya təsirlə əlaqədar
işləridə aid etmək olar:
- turşu ilə emal;
- layın hidravliki yarılması;
- quyudibi ətrafı zonaya istilik təsiri.
Sadalanmış təmir növləri və onlara daxil olan əməliyyatların illüstrasiya
edən sxem şəkil VIII.1-də göstərilmişdir.
Yeraltı təmir texnologiyasına baxış göstərir ki, ştanq və boruların
qaldırılıb-endirilməsi praktiki olaraq bütün hallarda mövcuddur. Aparılmış
tədqiqatlara əsasən bu proseslər yeraltı təmirə sərf olunan müddətin 70 – 90
%-ni təkil edir.
Qaldırma-endirilmə əməliyyatlarının əməktutumu və sərf müddətinin
azaldılması işləri iki istiqamətdə aparılır:
a) Əməliyyatların yerinə yetirilməsi texnologiyasının təkmilləşdirilməsi
ilə yanaşı (birgə, paralel) yeraltı təmir briqadalarının əməyinin
yüngülləşdirilməsi və tezləşdirilməsi üçün maşın və mexanizmlərin
yaradılması;
b) Ayrıca qaldırma-endirmə əməliyyatlarını istisna edən və ya əhəmiyyətli
dərəcədə azaldan avadanlığın işlənilməsi (layihələndirilməsi, tətbiqi).
Birinci istiqamətə nümunə kimi alət kompleksi ilə APR-2 açarının
(Molçanov avtomat açarı) yaradılması, ikinciyə - qondarma nasos vasitəsilə
quyunun istismarını (nasosun dəyişilməsində boruların qaldırılması tələbini
istisna edən) göstərmək olar.
Yeraltı təmirdə yerinə yetirilən qalan digər əməliyyatlar barədə - analiz
göstərir ki, onlar əhəmiyyətli dərəcədə mexanikiləşdirilmişdir və onların
aparılması müddəti bu əməliyyatları yerinə yetirən insanların fiziki imkanları
ilə şərtləndirilmir, yəni əməliyyatların aparılması texnologiyası və avadanlığın
texniki xarakteriskası ilə şərtləndirilir.

VIII.2. Quyunun təmirə hazırlığı

Quyunun (istismar və ya vurucu) yeraltı təmir üçün hazır olması o vaxt


sayılır ki, işçi personalın təhlükəsizliyinə riayət, neft itkisi və ətraf mühitin
çirklənməsinin istisna olunması şərtilə tələb olunan bütün əməliyyatların
aparılması imkanı yaradılmış olsun.
Quyunun təmirə hazırlığı iki əsas hissədən ibarətdir:
a) planlaşdırılmış işlərin aparılmasından ötəri quyunun özünün hazırlığı;
b) təmirdə istifadə edilən avadanlığın hazırlığı.
Birinci qrupa quyunun boğulması və işlərin yerinə yetirilməsi
prosesində hər hansı bir təzahürün və ya fontan xəbərdarlığı ilə bağlı işlər

236
Şək.VIII.1. Yeraltı təmirdə yerinə yetirilən əməliyyatların təsnifatı.

aiddir. İkinciyə - körpülərin təmiri və ya quraşdırılması, lövbərlərin yoxlanılması, səyyar


aqreqatın quraşdırılması ya da stasionar qüllənin (vışkanın) qaydaya salınması (döşəmənin,
körpünün təmiri, kron-blok və dorun yoxlanılması, qasnaqların (şkiv) yağlanması, tal sisteminin
tellənməsi, dartıcı qasnağın quraşdırılması), EDN ilə təchiz edilmiş quyularda qüllənin kəmərinə
qasnağın asılması, meydançada avadanlığın yerləşdirilməsi aiddir.
Bununla yanaşı hazırlıq işlərinə aiddir: quyuya boruların, nasos ştanqlarının, burazın, tal-
blokun, qaldırıcı qarmağın, boruların və ştanqların stellaja düzülməsi, boruların rayberlənməsi,
borularda muftaların bərkidilməsi, quyunun vəziyyətinin tədqiq edilməsi ilə əlaqədar işlər (maye
səviyyəsinin təyini, qum tıxacının yerləşmə dərinliyi, quyudibinin dərinliyi və i.a.).
Fontanla işləyən quyuların boğulması vacibdir, belə ki, əks halda açıq fontan təhlükəsi
mövcuddur.
İstismar quyularının təmirə hazırlığı bir neçə üsulla yerinə yetirilə bilər:

237
1. İstismar kəmərində perforasiya dəliklərindən üstdə quraşdırılmış qapayıcı klapanın
bağlanması daha səmərəlidir. Buna görə quyunu boğmadan təmirin aparılmasına imkan verən
qapayıcı klapanın əvvəlcədən quraşdırılması vacibdir.
2. Quyunun boğulması ilə birgə onun yuyulması.
3. İşlərin təzyiq altında aparılmasına imkan verən avadanlıqla quyuağzının təchiz
edilməsi.
Quyunun boğulması quyudakı neft, qaz, sudan təşkil olunan mayenin, laya tələb olunan
əks təzyiqin yaradılmasını təmin edən sıxlıqlı maye ilə əvəzlənməsindən ibarətdir.
Quyudan kiçik sıxlıqlı lay mayesinin çıxarılmasında (əvəzlənməsi) mayenin düz və əks
dövretdilməsi tətbiq edilir. Düz dövretmədə texnoloji maye NKB kəməri daxilindən vurulur,
sıxışdırılıb çıxarılan lay mayesi isə istismar kəməri və NKB arası həlqəvi fəza ilə hərəkət edir.
Əks dövretmədə texnoloji maye istismar kəməri və NKB arası həlqəvi fəzaya vurulur, sıxışdırılıb
çıxarılan lay mayesi isə NKB kəməri daxili üzrə hərəkət edir.
Düz və əks dövretmə ilə yuma, endirilmiş NKB və ya nasos dərinliyinə kimi lay mayesi
sütununun zəmanətli əvəzlənməsini təmin edir. Lay mayesinin bütün həcminin dəyişilməsi üçün
aşağıdakı qaydada hərəkət edilir: əks yumada quyuağzında texnoloji mayenin (vurulan mayenin)
çıxmasından (görünməsindən və perodik olaraq nəzarət ventilindən götürülən nümunələrin
ölçülməsi) sonra mərkəzi siyirtmə bağlanır, texnoloji mayenin kiçik sürətlə vurulması davam
etdirilir.
Vurulan texnoloji mayenin təzyiqinin lay təzyiqi ilə müqayisədə yüksəlməsi şərtində
yuma boru kəmərindən (NKB) aşağıda yerləşən maye sütunu geriyə - laya sıxılacaqdır.
Yumada lay mayesi sütununun texnoloji maye ilə tam əvəzlənməsinə
zəmanət vermək olmaz, buna görə texnoloji mayenin sıxlığını lay təzyiqini 5-10% üstələməklə
seçilir. Əks təzyiq və lay təzyiqinin nisbəti ehtiyat əmsalı adlanır.
Quyuların yeraltı təmirində texnoloji maye kimi adətən aşağıdakılar istifadə edilir:
- sıxlığı 1080 – 1120 kq/m3 olmaqla neft quyularının məhsulunun mədən hazırlığı prosesində
alınan lay suyu;
- sıxlığı 1180 – 1230 kq/m3 olan yüksək minerallaşmış lay bsuyu;
- sıxlığı 1450 kq/m3 kimi olan xüsusi məhlullar;
- sıxlığı 1450 kq/m3-dən yüksək olan xüsusi ağırlaşdırılmış məhlullar.
Quyunun yuyulması və basılması (o hallarda ki, bu vacibdir) başa çatdıqdan sonra (bu iş
əvvəlcədəndə və ya paralel görülə bilər) yeraltı təmiri yerinə yetirmək üçün onun ətrafında
yerləşdirməklə avadanlıq montaj edilir.
İstismar üsulundan, quyuya endirilmiş avadanlığın
konstruktiv xüsusiyyətlərindən, yeraltı təmirin
məqsədindən asılı olaraq avadanlığığın tərkibi və
yerləşdirilməsi müxtəlif ola bilər. İşlərin böyük
əksəriyyəti üçün ümumi (şəkil VIII.2) olaraq, quyuda
nasos-kompressor və ştanqlar üçün stellajlı qəbul
körpüləri, qoruyucu dartıcıların birləşdirilməsi üçün
lövbərlər, qaldırıcı üçün meydançanın olması sayılır.
EDN ilə təchiz edilmiş quyunun təmirində avadanlığın
yerləşdirilməsi bir qədər fərqlidir (şəkil VIII.3).
Hazırlıq işlərinin yerinə yetirilməsi qaydası
aşağıdakı kimidir.
1. Quyuağzında səyyar körpülərin quraşdırılması
(stasionar olmadığı hallarda).
2. Dartıcıların bərkidilməsi üçün lövbərlərin
yoxlanılması.

238
Şək.VIII.2. Qaldırma-endirmə əməliyyatlarında avadanlığın yerləşdirilmə sxemi: 1 – yeraltı
təmir aqreqatının quraşdırılması üçün meydança; 2 – quyu ağzı; 3 – işçi meydança; 4 –
mancanaq dəzgahı; 5 – NKB üçün yönəldici nov; 6 – NKB və ya ştanq üçün stellaj; 7 - əlavə
stellajların quraşdırılması üçün zona; 8 – quyuağzı avadanlığın qoyulması üçün əlavə
meydança.

3. Qüllə domkratının dayaqlanması üçün meydança quraşdırılması.


4. Aqreqatın buruqda quraşdırılması.
5. Qüllənin şaquli vəziyyətə gətirilməsi və onun seksiyalarının yuxarıya yönəldilməsi.
6. Dorun mərkəzləşdirilməsi və dartıcıların (kanatların) tarım vəziyyətə gətirilməsi.
7. İşçi meydançanın döşəməsinin qurulması.

Şək.VIII.3. EDN ilə təchiz edilmiş quyuda avadanlığın yerləşdirilmə sxemi: 1 – lövbər; 2 –
qoruyucun dartıcılar; 3 – işçi meydança;
4, 5 – borular üçün stellaj; 6 – işçi meydança; 7 - quyu; 8 – atqı xətti;
9 – qaldırıcının quraşdırılması üçün meydança; 10 – yük dartıcıları;
11 – kabel sarıyıcı; 12 – məişət evciyi; 13 – işıqlandırıcı qurğu; 14 – EDN –nin idarəetmə
stansiyası və avtotransformator.

Avadanlığın yerləşdirilməsi və quraşdırılmasından sonra təmir briqadası qaldırma-


endirmə əməliyyatları üçün tərtibatların montajına başlayır.
EDN ilə təchiz edilmiş quyunun təmirinə başlamazdan əvvəl quyu yaxınlığında qaldırıcı-
maşinistin görmə sahəsində kabel sarıyıcı və onun idarəetmə pultu yerləşdirilir. Kabel sarıyıcı
barabanının oxu, onun ortası ilə quyu oxunu birləşdirən xəttə perpendikulyar olmalıdır. Kabel

239
barabanın üst hissəsindən getməli (sarınma istiqaməti) və asılmış qasnaqdan keçməklə
quyuağzına istiqamətlənməlidir.
Quyuağzında qaldırma-endirmə işləri üçün alətlər, köməkçi avadanlıqlar yerləşdirilir.
Qaldırma-endirmə əməliyyatları, boruların laxladılması və quyudaxili avadanlığın
çıxarılması və tətbiqi ilə əlaqədar bütün əməliyyatların aparılmasında quyuağzı armatur sökülür.
Fontan armaturu aşağıdakı qaydada sökülür: əvvəlcə yan flənslər birləşmədən ayrılır,
bufer açılır və onun yerinə flənsli qaldırıcı boru quraşdırılır. Mərkəzi siyirtməyə bağlanan
üçboğazın sancaqları açıldıqdan sonra qaldırıcı boru altından elevator vurmaqla armatur ehtiyatla
yuxarı qaldırılır.

Quyunun ştanqlı dərinlik nasosu (ŞDN) ilə istismarında quyuağzı avadanlığın


təmirə hazırlığı

Balansirin ən kənar yuxarı vəziyyətə qoyulmasından sonra quyuağzı ştokda ştanq


sıxacları bərkidilir, ştokdan kanat asqısı birləşmədən açılır və ştanqlı sıxaclar quyuağzı kipkəcin
qapağında oturana kimi ştanq kəməri endirilir. Bundan sonra balansirin aşağı sonluğunu buraz
ştropla tutaraq başlığı qaldırırlar və onun daxili səthi (hissəsi) üzrə balansirin üst rəfinə ehtiyatla,
səlis hərəkətlə yerləşdirirlər. Bu vəziyyət təmirin sonuna kimi davam edir.
Yeni mancanaq dəzgahları dönmə başlıqlarına malikdirlər və onları əvvəlcə tal sistemi
vasitəsilə qaldırırlar, sonra isə köməkçi buraz vasitəsilə əllə sola və ya sağa çəkirlər.
Quyuağzı ştokun birləşmədən açılması və balansir başlığının döndərilməsindən sonra
quyuağzı avadanlıq sökülür. Əgər quyuağzı özükipləşdirməyən konstruksiyalı kipkəclə təchiz
edilibsə, əvvəlcə atqı xətləri birləşmədən açılır, quyuağzı ştok qaldırılır və onu sıxacdan azad
edərək kipkəc quyuağzı flənsin üst muftasından kənara çəkilir və növbəti ştanq muftası çıxana
(görününə) kimi kipkəclə birgə ştanq kəməri qaldırılır. NKB muftasına dayaqlanmaqla mufta
altına ştanq elevatoru geydirilir. Bundan sonra aləti endirməklə ştanq muftası elevatora oturdulur
və quyuağzı ştokla birgə onda asılmış kipkəc açılır. Yiv birləşməsinin açılmasında kipkəcin
maneçilik törətməməsindən ötəri quyuağzı ştokun qaldırılmasından əvvəl onu kiçik diametrli
burazla ştanq sıxacına bağlayırlar.
Açılmış quyuağzı ştok kipkəclə birgə körpüyə qoyulur və bundan sonra quyu ştanq və
boruların qaldırılmasına hazır olur.
Özükipləşdirən kipkəc istifadə edildikdə quyuağzının sökülməsi sadələşir, belə ki, yan
yönəldicinin (отвод) sökülməsi lazım gəlmir.

Quyunun EDN ilə istismarında quyuağzı avadanlığın təmirə hazırlığı

Sökülmədən əvvəl boruarxası fəzada təzyiq alınır, bunun üçün boruarxası fəzadakı
siyirtmə açılır. Armaturun sancaqları açma ilə boşaldılır, kabel kipkəci sökülür və qaldırıcı boru
quraşdırılır. Qaldırıcı boruda elevator yerləşdirilir və planşaybanı azca qaldırmaqla kabel
qoruyucuları çıxarılır və yenidən oturdulur. Operator köməkçisi ilə kipkəcdən keçməklə kabel
çəkilir, açarı planşaybaya geydirməklə onu yivdən açırlar.
Operatorun siqnalı ilə planşayba qaldırılır və işçi meydança yanında yerləşdirilir.
Bundan sonra kabel qasnaqdan keçməklə çəkilir və kabel sarıyıcı barabanda bərkidilir.
NKB kəmərinin qaldırılmasından əvvəl nasos üzərində yerləşmiş buraxıcı (спускной)
klapanın dəliyini açmaq lazım gəlir (əks halda borular maye ilə dolu qaldırılacaqdır). Bunun
üçün NKB-nin daxili fəzasına diametri 35 mm, uzunluğu 650 mm olan metallik mil atılır. Bu mil
buraxıcı klapanın ştuserinə zərbə endirir və üzərində olan xüsusi kəsik yerindən onu qırır,
nəticədə NKB-nin daxili fəzası həlqəvi fəza ilə əlaqələndirilir (birləşir).
Vurucu quyuların quyuağzı avadanlığı fontan armaturunun sökülməsi ilə analoji olaraq
eynilik təşkil edir.
240
Quyunun yeraltı təmirə hazırlığına həmçinin maye səviyyəsinin təyini, qum tıxacının
yerləşmə dərinliyi, endirilmiş boruların uzunluğu və quyunun vəziyyəti haqqında mühakimə
yürütməyə imkan verən analoji dəyişiklikləri aid etmək olar.
Maye səviyyəsi və quyudibi dərinlik avtomobil şassisi üzərində quraşdırılmış və onun
mühərrikindən hərəkətə gətirilən bucurqad və ya əl bucurqadı vasitəsilə təyin edilir. Ölçü işləri
üçün quyuya simlə endirilən (özünün və simin çəkisinin təsirilə) jelonka tətbiq edilir. Endirmə
zamanı barabanın əyləcini mütəmadi basmaqla sürətin 3 m/san-dən artıq olmaması təmin edilir.
Maye səviyyəsinə və ya quyudibinə çatma, yüklənmənin kəskin azalması və barabanın fırlanma
xarakterinin dəyişilməsi ilə təyin edilir.
Bundan sonra burazın barabandan boşalması saxlanılır, indikatorun mayedə jelonka və
simin çəkisini nəzərə alan göstəricisi qeyd edilir. Çox kiçik sürətlə qaldırılır. Jelonkanın maye
səviyyəsindən və ya quyudibindən aralanmasını indikator göstəricisinin sərt dəyişilməsi ilə təyin
edilir. Əgər əl bucurqadı istifadə edilirsə, onun dəstəyinə tətbiq edilən qüvvənin artması ilə təyin
edilir.
Jelonkanı qaldıraraq onun və simin havada olan çəkisi hesablanır. Ardınca jelonka və
simin mayeyə yarı batmış çəkisini xarakterizə edən çəki hesablanır. Bundan sonra indikatorun
hesablanmış qiyməti göstərənə kimi jelonka endirilir. Uyğun endirilmə dərinliyində sayğacın
göstəricisi çıxarılır və ona görə endirilmə dərinliyi tapılır.

Nasos-kompressor borularının rayberlənməsi

Boruların quyuya endirilməsindən əvvəl boruların hazırlığı üçün aparılan bu əməliyyat,


boruların daxilindən cihaz, ərsin, plunjerin sərbəst keçməsini təmin edən - onların daxili
səthlərində faska yaradılmasından ötəri yerinə yetirilir. Boruları xüsusin alət rayberlə (oxuna
nəzərən 120-200 bucaq altında mailliyi olan konik frezer) emal edirlər.
Mədən şəraitində boruların rayberlənməsi üçün onların üfqi dayaqlara düzürlər , bundan
sonra boruların sonluğu emal edilir. rayberin fırladılması burğu vasitəsilə əl ilə və ya pnevmo və
ya elektrik alətlər vasitəsilə aparıla bilər. Boruların emalı zamanı onların mufta bağlanmış
sonluğunda daxili yiv səthlərinin rayberlə təsadüfi zədələnməsi halına yol verməmək üçün lazımi
tədbirlər görülməlidir. Bunun üçün qalınlığı 1,0-1,5 mm olan polad təbəqədən hazırlanan
qoruyucu stakanların istifadəsi məqsədəuyğundur və onlar rayberləmədən öncə mufta dəliyinə
yerləşdirilir. Stakanın muftada pərçimlənməsi, əzilməsində onun çıxarılması imkanınınm olması
üçün divarında diametri 10-15 mm olan iki dəlik açılır ki, mil vasitəsilə çıxartmaq mümkün
olsun.
Boruları hər iki tərəfdən emal etdikdən sonra onların metallik yonqardan təmizlənməsi
üçün hava ilə üfürülmə və ya su ilə yuma aparmaq lazımdır.

Hazırlıq işlərində quraşdırma işləri

Quyuda təmir işlərinin aparılması üçün qaldırıcı aqreqat (qurğu) avadanlığa rahat xidməti
təmin edən meydançada quraşdırılır. Meydançanın etibarlı dayaqları və ya qaldırıcının
bərkidilməsi üçün tərtibatları olmalıdır ya da küləyin böyük əksəriyyətini təşkil edən istiqaməti
nəzərə alınmaqla yerləşdirilir.
Quyunun dərinliyindən asılı olmayaraq çəki indikatoru olmadan boru- ların quyuya
endirilməsi və qaldırılması, həmçinin boruların laxladılması,
dartılması ilə əlaqədar təmir işlərinin aparılması qadağandır.
Qüllə və ya dorla təchiz edilmiş quyuların təmirində tal kanatının (burazın) hərəkətli ucu
dartıcı qasnaqdan keçməlidir, bu halda kanat qüllə və ya dorun elementlərinə toxunmamalıdır və
körpü, işçi meydança ilə kəsişməməlidir (keçməməlidir). Dartıcı qasnaq qüllənin və ya dorun

241
rama brusuna, ayrıca fundamentə və ya xüsusi tərtibata bərkidilməlidir və metallik məhəccəri
olmalıdır. Dartıcı qasnağın bərkidilməsi üçün qapalı kanat birləşmə
(petlə) tətbiq etmək qadağandır.
Tətbiq edilməsi nəzərdə tutulan yüklənmə qüllə və ya dora yolverilən yüklənmədən artıq
olduğu halda, hidravliki domkratdan istifadə edilir.
Quyunun stasionar qüllə ilə cari təmirində dartıcı qasanaqdan istifadə edilməməsinə
aşağıdakı halda yol verilir, əgər: qaldırıcı qurğu quyuağzından 2,5 m-dən artıq olmayan
məsafədə quraşdırılır.
Kronblok, tal kanatının hərəkətli ucunu qüllə qabaritindən kənara çıxardılması şərtinə
əməl edilməklə əlavə qasnaqla təchiz edilir.
Tal kanatının hərəkətsiz ucu qaldırıcı tərəfdən qüllənin qarşı tərəfdəki ayağına bərkidilir.
Quyunun əsaslı təmirində, əgər qaldırıcı-traktor qüllənin rama brusuna bitişik yerləşdiyi
və nəinki qaldırma-endirmə əməliyyatlarının yerinə yetirilməsi, həmçinin rotora intiqal kimi
xidmət etdiyi halda dartıcı qasnaqsız (düzünə) işləməyə icazə verilir.
Bu halda təhlükəsiz maqara ilə işləmə üçün əlavə meydança quraşdırılır, rotor zənciri,
qaldırıcı bucurqad valındakı və rotor valındakı ulduzcuqlar (dişli ötürücü) xüsusi metallik örtüklə
(kojux) üstləri bağlanır, qaldırıcı qığılcım söndürücüsü ilə təchiz edilir.
Quyuların əsaslı və cari təmirində briqadalar açıq neftqaz püsgürməsi halında açıq
fontanın ləğvi üzrə tədbirlər planına uyğun işlərin təhlükəsiz aparılması ilə təlimatlandırılmalı və
öyrənməlidirlər.
Quyuağzında işçi meydança qüllə ilə təchiz edildikdə 4x6 m və dorla təchiz edildikdə 3x4
m-dən az olmayan ölçülərə malik olmalıdır. Körpücüyün eni 1 m-dən az olmamalı, stellajlar
təmir aparılan quyu üçün lazım olan boru və ştanqların düzülməsi imkanını təmin etməlidir.
Körpülərin və stellajların uzunluğu boru və ştanqların sərbəst düzülməsi, onların
sonluqlarının sallanmamasını təmin etməlidir. Körpülərin yer səthindən 0,5 m hündürlükdən çox
yüksəldikdə onlara körpücük (сходни) quraşdırılır. Boruların sürüşməsinin, yuvarlanmasının
qarşısını almaq üçün yan qoruyucu dirəklər quraşdırılır.
Quyuya (buruğa) NKB, ştanq və başqa avadanlıqların daşınması və ya boşaldılmasında
(götürülməsində) aşağıdakı qaydalar yerinə yetirilməlidir:
- gecə vaxtı yükləmə-boşaltma işlərində iş yerləri projektorlarla və ya başqa elektrik qurğuları
ilə işıqlandırılmalıdır. Yüklərin yerdəyişməsi əl ilə aparıldıqda işıqlandırma 5 lüksdan az
olmaması, qaldırıcı mexanizmlər vasitəsilə olduqda 10 lüksdan az olmaması təmin edilməlidir;
- boruların və digər uzun ölçülü yüklərin yükləmə-boşaltmasında onların ştabeldən və ya
nəqliyyat vasitələrindən özbaşına yuvarlanmasına qarşı tədbirlər görülməlidir;
- stellajlardan və ya nəqliyyat vasitələrindən götürülmədən (boşaltmadan) əvvəl saxlayıcı
dirəkləri, həmçinin boşaltma yerindən qarşı tərəfdən pazları çıxartmaq qadağandır.
- yükləmə-boşaltma işləri bir qayda olaraq mexanikiləşdirilmiş üsulla: kran, yükləyici və kiçik
mexanizasiya vasitəsi ilə aparılır;
- yeri dəyişilən yükün bilavasitə əl ilə saxlanılması, döndərilməsi və istiqamətləndirilməsi
qadağandır; bu əməliyyatlar qarmaq, yükə bağlanmış kəndir vasitəsilə ilə yerinə yetirilməlidir;
- yük asılı vəziyyətdə olduqda onun vəziyyətini ştropda düzəltmək, habelə ştropların və
yükqaldırıcı tərtibatların vəziyyətini düzəltmək qadağandır;
- kranın doru altına yüklərin çəkilməsində (sürüdülməsində), iki əşya arasında sıxılmış yükün,
donmuş və ya torpağa basdırılmış əşyaların çıxarılmasında yükqaldırıcı tərtibatları tətbiq etmək
qadağandır.
- mexanikiləşdirilmiş yükləmə-boşaltmada qaldırılan uzun ölçülü əşyalar travers tətbiq etməklə
iki ştropla qoşulur;
Ştanqlı dərinlik nasosları, kabellə birgə baraban, dalma elektrik mərkəzdənqaçma nasosu,
onun elektrik mühərriki və protektoru nəqledilən avadanlığın etibarlı bərkidilməsilə xüsusi təchiz
edilmiş nəqliyyat vasitələrində daşınır.
242
VIII.3. Qaldırma-endirmə əməliyyatları

Nasos-kompressor boruları kəmərini əksər hallarda bir boru bağlamaq yolu ilə endirirlər.
borular əvvəlcədən körpülərdə (stellajlarda) ştabellə düzülür. Borular, muftası quyu tərəfə
olmaqla bir neçə cərgə ilə yerləşdirilir; Cərgələr arasında borunun asan yuvarlanmasına imkan
verən taxta araqatlar qoyulur.
Kəmərin endirilməsi prosesi bir borunun endirilməsi üçün lazım olan çoxsaylı təkrarlanan
əməliyyatların yerinə yetirilməsindən ibarətdir:
- körpüdən borunun qaldırılması;
- yivin təmizlənməsi və onun aşağı sonluğunun buna qədər endirilmiş əvvəlki borunun
muftasına oturdulması;
- boru açarının boruya keçirilməsi (bəzi hallarda kontur açarın, yəni quyudakı boru
kəmərinin fırlanmaması üçün onun muftasına
açarın keçirilməsi), yiv birləşməsinin bağlanması və açarın çıxarılması;
- borunun quyuya endirilməsi;
- boru kəmərinin təsbit edilməsi.
Boru kəmərinin qaldırılması aşağıdakı əməliyyatlardan ibarətdir:
- NKB kəmərinin quyudan boru uzunluğu qədər qaldırılması;
boru kəmərinin təsbit edilməsi;.
- boru açarının boruya keçirilməsi (əksər hallarda kontur açarın, yəni quyudakı boru
kəmərinin fırlanmaması üçün onun muftasına
açarın keçirilməsi), yiv birləşməsinin açılması və açarın çıxarılması;
- açılmış borunu azca qaldırmalı, körpüyə yönəldərək endirilməsi və orada düzülməsi.
Mövcud alətlər dəstindən asılı olaraq sadalanmış əməliyyatların tərkibi və onların yerinə
yetirilməsi üsulu dəyişilə bilər.
Hal-hazırda əksər hallarda tətbiq edilən (və ya ona analoji olaraq) dəst ilə şərtləndirilən
qaldırma-endirmə əməliyyatlarının aşağıdakı texnologiyaları istifadə edilir:
a) İki elevator və boru əl açarları;
b) Spayder, bir elevator EQ (ЭГ) və boru əl açarları;
c) Avtomat APR və elevator EQ (ЭГ).
Qeyd etmək lazımdır ki, birinci texnologiya ağır elevatorların istifadəsini nəzərdə tutur
və mexaniki açarların tətbiqini istisna edir. Bu, quyuağzı meydançadan boruya elevatorların əl
ilə yerdəyişməsi (və əksinə), yiv birləşmələrinin bağlanması və açılmasında boru açarlarına
əhəmiyyətli dərəcədə qüvvə tətbiq etmə ilə müşayiət edilir.
İkinci texnologiyanın tətbiqi elevatorların əl ilə yerdəyişməsini demək olar ki, istisna
edir, lakin yiv birləşmələrinin bağlanması və açılması əl ilə aparılır.
Üçüncü texnologiyanın tətbiqi yeraltı təmirin qaldırma-endirmə əməliyyatlarının
əməktutumunu minimuma endirir və onun aparılması tempini yüksəldir.

İki elevator istifadə etməklə qaldırma-endirmə əməliyyatları

Bir elevator quyuya endirilmiş kəməri saxlayır, ikinci elevatoru operator köməkçisi ilə
körpüyə çəkməklə ştabeldən bir qədər irəli çəkilmiş növbəti boruya geydirir. Operator elevatoru
bağlayır, bağlanma qapısı –cəftənin yuxarı vəziyyətdə olması üçün döndərir (fırladır); bu zaman
köməkçi körpüdən qaldırılmaq üçün hazırlanmış borunun daxili diametrini şablonla yoxlayır,
muftanın yivini təmizləyir və yağlayır. Bundan sonra onlar birgə ştropları elevatorun
qulaqcıqlarına salırlar və qoruyucu milləri elevatordakı dəliklərə keçirirlər (KM tipli gövdəli
elevatorlarda qulaqcıqlar yayla təchiz edildiyindən millərin keçirilməsi nəzərdə tutulmayıb).

243
Operator qaldırıcı-maşinistə siqnal – işarə edir, o bucurqadı işə salır və borunu qaldırır.
Bu halda köməkçi boru ilə yanaşı gedir və onun körpüdən qaldırılmasından sonra operatora
ötürür. O sol əlilə borunun aşağı sonluğunu qəbul edir və sağ əlində tutduğu fırça ilə borunun
yivini təmizləyir. Operatorun işarəsi ilə qaldırıcı-maşinist borunu ehmalca endirir, operator onun
sonluğunu muftaya yönəldir. Borunun muftaya oturmasından sonra bucurqad dayandırılır,
operator köməkçisilə açarla borunu bağlayır və açar çıxarılır.
Qaldırıcı-maşinist borunu quyuya endirilmiş bütün boru kəmərilə birgə müəyyən qədər
qaldırır, əvvəlcədən kəmərə (endirilmiş sonuncu boruya geydirilmiş) geydirilmiş elevatorun
cəftəsini operator açır və köməkçi ilə birgə onu körpüyə qoyur. Bu zaman qaldırıcı-maşinist
borunu (kəməri) elevator quyuağzına toxunana kimi aşağı endirir və elevatoru oturdur.
Bundan sonra bütün sikl təkrarlanır.
Boru kəmərinin qaldırılması əks ardıcıllıqla yerinə yetirilir: qarmaqdakı ştroplar elevatora
geydirilir, boru kəməri qaldırılır, ikinci elevator növbəti borunun muftası altına geydirilir, alət
oturdulur, boru açılır və körpüyə verilərək stellajda düzülür.
Bu texnologiyada operator köməkçisi ilə iki əməktutumlu əməliyyatı – elevatorun
körpüdən quyuağzına daşınması (və tərsinə) və yiv birləşməsinin əl ilə bağlanmasını (açılmasını)
yerinə yetirməlidir.
Bu əməliyyatlardan birinin istisnasına, paz tutqacının və EQ elevatorunun istifadəsi
imkan verir.

Bir elevator istifadə etməklə qaldırma-endirmə əməliyyatları

NKB kəmərinin endirilməsindən (və ya qaldırılmasından) əvvəl quyuağzında paz


tutuculu spayder quraşdırılır, elevator (EQ tipli) tal sisteminin qarmağında daima asılmış
vəziyyətdə saxlanılır. Endirilmə üçün hazırlanmış borular körpüdə yerləşmiş olur.
Operator sol əli ilə elevator dəstəyindən, sağ əlilə ştropdan tutmaqla elevatoru körpü
tərəfə yönəldir, köməkçi ona kömək edir. Eyni zamanda qaldırıcı-maşinist bucurqad əyləcini
basmaqla qarmaqda asılmış elevatorla birgə tal-bloku elevatorun boruya çatana kimi səlis
endirir. Bundan sonra endirmə dayandırılır, operator elevatoru boruya geyindirir, sağ əli ilə
cəftəni bağlayır və təsbitedici ilə fiksə edir və cəftəsi yuxarı vəziyyətdə olmaqla elevatoru
çevirir.
Bu zaman operator köməkçisi qarmağın kənara dartmaqla operatora kömək edir.
Bundan sonra operator qaldırıcı-maşinistə siqnal – işarə edir, o bucurqadı işə salır və
elevatoru boru ilə birgə körpüdən qaldırır. Boru quyuağzında asılı vəziyyətdə olana kimi
qaldırılır və əyləc basılır. Bu halda köməkçi boru ilə yanaşı gedir və onun körpüdən
qaldırılmasından sonra operatora ötürür. O sol əlilə borunun aşağı sonluğunu qəbul edir və sağ
əlində tutduğu fırça ilə borunun yivini təmizləyir. Operatorun işarəsi ilə qaldırıcı-maşinist
borunu ehmalca endirir, operator onun sonluğunu muftaya yönəldir. Borunun muftaya
oturmasından sonra bucurqad dayandırılır, operator köməkçisi kontur açarı spayderlə tutulmuş
borunun muftasına keçirir (o halda ki, quyudakı boru kəməri bağlama zamanı fırlanır). Operator
açarla borunu bağlayır və açar çıxarılır. Bu zaman köməkçi körpüyə gedir və elevatorun boruya
sərbəst geydirilməsi imkanının təmin edilməsilə növbəti borunu quyuağzına çəkir. Bundan sonra
operator köməkçisi kontur açarı çıxarır və körpüdəki növbəti borunun daxili diametrini şablonla
yoxlayır, muftanın yivini təmizləyir, yağlayır. Bu zaman operator paz tutqacının dəstəyini (rıçaq)
qoruyucudan azad edir, qaldırıcı-maşinistə siqnal – işarə edir, boru kəməri müəyyən qədər
qaldırılmaqla tutqacın boruya pərçimindən azad olmasını təmin edir. Ardınca operator paz
tutqacının dəstəyini qaldırır, nəticədə pzalar qalxır. Bundan sonra qaldırıcı-maşinist borunu
quyuya endirir və spayderin onu tutması üçün sonda tədricən endirməni yavaşıdır və saxlayır, bu
zaman operator paz tutqacının dəstəyini buraxır və qoruyucu ilə təsbit edir. Bu halda boru kəməri
paz tutqacı ilə tutulub asılmış, baraban bucurqadı isə əyləcə basılmış vəziyyətdə olur. operator
244
elevatorun cəftəsini (aydınlıq üçün belə demək olar, qapısını) açır, sağ əli ilə elevatoru özünə
dartır və onu borudan çıxarır.
Növbəti borunun endirilməsində bütün sikl təkrarlanır.
Boru kəməri quyudan aşağıdakı qaydada qaldırılır: Əvvəlki qaldırılmış borudan
çıxarılmış elevatoru operator quyuağzına yaxınlaşdırır. Bunun üçün o sol əli ilə elevatorun
dəstəyindən tutur, sağ əli ilə ştropdan tutur və elevatoru spayderdə tutulmuş boruya geyindirir.
Sağ əli ilə cəftəni bağlayır və təsbitedici ilə bərkidir, bu şərtlə ki, borunu körpüyə düzləndirdikdə
elevatorun cəftəsi yuxarı vəziyyətdə olsun. Ardınca operator sol əli ilə paz tutqacının dəstəyini
qoruyucudan azad edir və qaldırıcı-maşinistə işarə edir. O, bucurqadı işə salır və elevatorun
mufta altından geydirilməsinə imkan verən hündürlüyə borunu qaldırır.
Bu vaxt ərzində operator köməkçisi qaldırılmış əvvəlki borunu körpüyə düzür.
Operator paz tutqacının dəstəyini buraxır və təsbitedici ilə bərkidir. Bununla eyni
zamanda qaldırıcı-maşinist elevatoru səlis endirməklə borunu
paz tutqacına oturdur və bucurqad barabanın əyləcini basır.
Ardınca açarlar geydirilir, boru açlır, açarlar çıxardılır. Açılmış boru bir balaca qaldırılır,
operator köməkçisi borunu yivin korlanmasının istisna edilməsini təmin edən tərtibata qoyur,
borunun körpüyə düzülməsi üçün aşağı endirilməsində onu yönəldir. Bu zaman qaldırıcı-
maşinist borunun üfqi vəziyyət alana kimi qarmağı elevatorla birgə endirir. Operator elevatorun
təsbitedicisini azad edir, cəftəni açır və onu borudan çıxarır.
Borunun bağlanması prosesində onun tam bağlanmasına və quyuya endirilmiş kəmərin
fırlanmasına yol verilməməlidir. Bunu istisna etmək üçün muftada kontur açar geydirilməlidir.
Adətən 8-12 boru endirildikdən sonra, onun çəkisinin şərtləndirilməsilə kontr açara ehtiyac
olmur.
Həmçinin qeyd etmək lazımdır ki, yiv birləşməsinin boşalması üçün muftaya zərbə
vurulması tövsiyə edilmir.
Spayderin konstruksiyası barədə III fəsildə ətraflı məlumat verilmişdir.

VIII.3.1. Mexaniki açarlar (avtomat) istifadə etməklə qaldırma-endirmə


əməliyyatları

İş yerinin təşkili. Avtomatlarla işləmədə iş yerinin təşkili qaldırma-endirmə


əməliyyatlarının tempinin tezləşdirilməsinin və onun daha effektiv istifadəsinin təmin edilməsinə
imkan verir. Quyuağzı ilə yanaşı açarlar və xüsusi çəngəl üçün masa qoyulur. Avtomatla
idarəedilməsi üzrə bütün əməliyyatlar, elevator və açarların quraşdırılması və çıxarılması bir işçi
– operator və ya köməkçisi yerinə yetirir. Bu işin iki işçinin yerinə yetirməsinə icazə verilmir,
belə ki, bədbəxt hadisəyə səbəb ola bilər.
Qaldırma-endirmə əməliyyatları üç nəfərdən ibarət briqada (bir növbə) – qaldırıcı
aqreqatı idarəedən qaldırıcı-maşinist, avtomatla işləyən operator və qaldırmada boruları körpüyə
yönəltməklə düzən, endirmədə isə boru yivini təmizləyib, yağlayıb avtomata ötürən operator
köməkçisi yerinə yetirir.
Avtomatın tətbiqində hazırlıq işləri. APR (АПР) və ya anoloji konstruksiyalı
avtomatlarla işləmədən əvvəl onu üfqi yerləşmiş standart ölçülü flənsi olan quyuağzında
quraşdırırlar. Flənsin döşəmə üzərindən yerləşmə hündürlüyü minimum 100 mm olmalıdır, əks
halda, avtomatı flənsli maqara üzərində quraşdırılması lazım gəlir.
Tal sisteminin qarmağının və quyuağzının şaquli ox üzrə uyğunsuzluğu bir boru ilə
işləmədə 50 mm, iki ədəd borudan ibarət olan şam ilə işləmədə 100 mm ölçünü aşmamalıdır.
APR avtomatının konstruksiyası barədə III fəsildə ətraflı məlumat verilmişdir.
Avtomat körpüdən quyuağzına tal sistemi vasitəsilə çəkilir. əvvəlcədən iki ştroplu
elevatora 1 dayaqlanan üst borunun muftasına uzunluğu 0,8 m olan montaj qısa borusu 2
bağlanır (şəkil VIII.4, a), tal sisteminin qarmağına isə EQ elevatoru 3 və qarmacıqları avtomatı
245
tutan montaj ştropu 4 geydirilir (şəkil VIII.4, b). Avtomatın qaldırılmasından sonra operator və
köməkçisi avtomatı qısa boruya salaraq ona pazlı asqını taxırlar.

Şək.VIII.4. Avtomatın quyuağzında montajında hazırlıq əməliyyatları.

Bu halda pazların təsbitedici (stopor) vintlər arasına düşməsini təqib etmək lazımdır.
Pazlar düzgün quraşdırıldıqda balansirin yerdəyişməsində asqı qalxıb düşməlidir. Pazları
həmçinin quyuağzında avtomat yerləşmiş olduğu halda da quraşdırmaq olar.
Tal sisteminin qarmağı montaj qısa borusunun 2 muftasının elevatorla 3 tutma imkanı
yaranana kimi endirilir. Cəftəsi bağlanandan sora elevator azca qaldırılır və köməkçi elevator 1
azad edilir (şəkil VIII.4, c).
Bundan sonra avtomat sancaqlar vasitəsilə quyuağzında bərkidilir. Elevatorda asılmış
boru kəməri avtomata oturdulur və montaj ştropları 4 çıxarılır (şəkil VIII.4, d).
Avtomat ştepsel vasitəsilə çeviriciyə, çevirici isə elektrik şəbəkəsinə qoşulur. Avtomatın
torpaqlaşdırılma xəttinin vəziyyətinə xüsusi diqqət yetirmək lazımdır.
Bu əməliyyatlar yerinə yetirildikdən sonra avtomat işə hazır olur.
Əgər NKB kəməri quyuya hələ endirilməyibsə, avtomat təsvir edildiyi kimi quraşdırılır,
lakin bu halda tal sisteminin qarmağında elevator 3 asılmır.
Avtomatın işə hazırlığının əməktutumluğun azaltmaq üçün, quyuağzına çəkin gətirməklə
ayrıca blokları montaj etmək olar - əvvəlcə avtomat mərkəzləşdiricilə, sonra elektrik intiqalı və
yüklə birgə balansir. Avtomat qovşağının montajı və boru kəmərinin pazlara oturdulmasından
246
(əgər onlar quyudadırsa) sonra sancaqlar vasitəsilə elektrik intiqalı birləşdirilir. Avtomatın
sonsuz vint (червяк) valı əvvəlcədən bu qaydada quraşdırılır: onda yerləşmiş yarı-muftanın
kəsikləri şaquli xətt üzrə, mühərrik muftasının kəsikləri isə horizontal xətt üzrə yerləşmiş olsun.
Yarı-muftanın paralarının uyğun yerləşməsindən sonra mühərrik avtomatla birləşdirilir. Yarı-
muftanın yumrucuqlarının onlara uyğun oyuqlara düşməsini operator yəqinləşdirdikdən sonra,
ayrı-ayrı blokları birləşdirən sancaqlar möhkəm sıxılmalıdır.
Boruların endirilməsi. Boruların endirilməsi təkrarlanan aşağıdakı sikldən ibarətdir.
Operator sağ əl ilə elevatorun 1 dəstəyindən tutur (şəkil VIII.5, a), sol əl ilə cəftəni çəkir
və elevatoru qabaqca endirilmiş və pazlara oturdulmuş borudan 2 çıxarır. Onu köməkçəsinə
ötürür (şəkil VIII.5, b), o da qarmağı açıq elevatorla birgə körpüyə tərəf dartır, dəstəyindən sağ əl
ilə tutmaqla muftadan bir az aşağı yönəltməklə körpedə uzadılmış boruya 3 geydirir. Cəld bir
hərəkətlə sol əli ilə cəftəni bağlayır və bağlanma yerinin üstdə olması üçün onu döndərir.
Ardınca elevator boru üzrə muftaya doğru yerdəyişmə etdirilir (şəkil VIII.5, c).
Bundan sonra qaldırıcı-maşinist qarmağı qaldırmağa başlayır, borunu quyuağzına verir və
bu zaman köməkçi borunun aşağı sonluğunu saxlayır (tutur). Bundan sonra köməkçi yivi
təmizləyir, operator isə muftanın yivini yağlayır (şəkil VIII.5, d).
Operator boru açarını borunun yiv kəsilmiş yerindən 15-20 mm yuxarıda quraşdırır (şəkil
VIII.5, e) və qaldırıcı-maşinistə işarə edərək qarmağı yavaşca endirir. Muftanın oturmasından
sonra borunun bağlanmasından ötəri avtomatın mühərrikini işə salır (şəkil VIII.5, f).
Yönəldici (водило) 5 dayandıqdan sonra revers edilir – yönəldici əks istiqamətdə o vaxta qədər
fırlanır ki, açar dəstəyini vurmaqla açarı borudan boşaldır. Bundan sonra açar borudan asanlıqla
çıxarılır (şəkil VIII.5, j,z).

Şək.VIII.5. APR avtomatının istifadəsilə boruların endirilməsi texnologiyası.

Operatorun işarəsilə qaldırıcı-maşinist boru kəmərini pazların əks-yüklə qaldırılması


üçün kifayət edən hündürlüyə qaldırır (şəkil VIII.5, h) və elevator 1 asqını sıxıb, pazlar borunu
247
tutana kimi endirilir (şəkil VIII.5, i). Bundan sonra elevator 1 çıxarılır (şəkil VIII.5, k) və iş sikli
təkrarlanır.
Boruların endirilməsində yiv birləşmələrinin bağlanmasında aşağıdakı qaydaya əməl
etmək lazımdır:
- 48 və 60 mm diametrli bərabərdavamlı olmayan (hamar) borular maxovikin qoşulmamış
vəziyyətində;
- 60 mm diametrli bərabərdavamlı (sonluğu qalınlaşdırılmış) borular və 73 mm diametrli
bərabərdavamlı olmayan borular maxovikin qoşulmuş vəziyyətində;
- 89 və 102 mm diametrli borular maxovikin qoşulmuş vəziyyətində və çevrənin 3/4-dən az
olmayaraq yönəldicinin (vodilo) əvvəlcədən döndərməklə və yönəldici ilə açara əlavə zərbə
vurmaqla.
Boruların qaldırılması. Boruların qaldırılmasına qarmaqda daim asılmış elevatorun 1
borunun muftasını tutmaq ilə başlanır (şəkil VIII.6, a). Operator sağ əli ilə elevatorun
dəstəyindən tutaraq, sol əli ilə cəftəni bağlayır. (şəkil VIII.6, b). Operatorun işarəsilə qaldırıcı-
maşinist növbəti borunun muftası çıxana kimi kəməri qaldırmağa başlayır (şəkil VIII.6, c).
Muftanın qaldırılma hündürlüyü (şəkil VIII.6, d), onun altına operatorun sol əli ilə
tutduğu çəngəli 2 qoymağa imkan verməlidir. Bundan sonra kəmər oturdulur və mufta çəngəli
sıxmaqla avtomatın asqısını aşağı endirir – kəmərin pazlara tutulması baş verir (şəkil VIII.6, e).
Ardınca operator mufta 3 altından çəngəli çıxardır, sağ əlilə isə açarı 4 bilavasitə mufta 3
üzərində quraşdırır (şəkil VIII.6, f). Bərabərdavamlı boruların qaldırılmasında isə açar
qalınlaşdırılmış yerdən yuxarıda silindrik hissədə quraşdırılır.
Açarın quraşdırılmasında nəzərə almaq lazımdır ki, açar 4 və avtomatın yönəldicisinin 5
qarşılıqlı yerləşməsi, yönəldicinin çevrə üzrə ½ - ¾ sərbəst dönməsini təmin etməlidir. Bu şərtin
yerinə yetirilməsi ona görə lazımdır ki, elektrik mühərrikinin valı maxoviklə sürət (təcil) almağa
macal tapmalı və açarın dəstəyində yivin boşalması üçün lazım olan burucu momenti təmin edə
bilsin.
Əgər birinci cəhddə (şəkil VIII.6, j) yivi açmaq mümkün olmursa (borukəməri uzun
müddət açılmayıb və ya quyu aktiv-korroziya tərkibli lay mayesilə işləmişdir), avtomatın
yönəldicisini dayandırdıqdan sonra idarəetmə dəstəyini dərhal reversə keçirmək lazımdır və
yönəldicisini 3/4 çevrəyə uyğun bucaq altında qoymalı, bundan sonra açma əməliyyatı
təkrarlanmalıdır (şəkil VIII.6, z).
Konik yiv boşalan kimi asan açılır. Operator açarı borudan çıxardır (şəkil VIII.6, h), mis
və ya taxta balaca çəkiclə açarın kiçik çənəsinə yüngül zərbə vurmaqla onu masanın üstünə
qoyur.
Bu zaman köməkçi açılmış borunu qəbul edir və körpüyə tərəf itələməklə yönəldir (şəkil
VIII.6, i). borunu körpüdə düzəndən sonra sol əlilə elevator dəstəyindən tutmaqla sağ əli ilə
cəftəni açır, elevatoru borudan çıxardır və onu avtomata tərəf yönəldir. Bundan sonra siklin
bütün əməliyyatları təkrarlanır.
Son 8-12 borunun qaldırılması zamanı kəmər pazlarda, onunla boru
arasında az olan sürtünmə qüvvəsinə görə dönə (fırlana) bilər. Bu halda kontr-açarın istifadəsi
vacibdir, onu muftaya geydirib dəstəyini avtomatın asqısına söykəyirlər.

248
Şək.VIII.6. APR avtomatının istifadəsilə boruların qaldırılması texnologiyası.

Avtomatın demontajını (şəkil VIII.7, a-d) əks aparılma qaydasında yerinə yetirirlər.
Demontajdan əvvəl kabeli şəbəkədən açmaq lazımdır.
Avtomatla işləmə prosesində aşağıdakı qaydalara əməl etmək lazımdır:
- qaldırmada sonuncular və ilk boruların endirməsində pazları əl ilə idarə
edilməlidir. Bunun üçün yük balansirdən çıxardılmalıdır;
- intiqalın lüzumsuz işəsalınma və söndürülməsinə yol verilməməlidir – bu, onun xidmət
müddətinin azaldılmasına səbəb olur;
- borunun bağlanması və açılması dövründə yönəldicinin saxlanılmasından sonra dərhal işəsalıcı
dəstəyi “stop” vəziyyətinə keçirdilməlidir və ardınca “revers” vəziyyətinə. Əks halda mühərrik
tez xarab olar;
- kəmərin endirilməsi zamanı pazların borunun muftasından tutması yolverilməzdir – bu,
paftaların, pazların sınmasına, nəticədə qəzaya səbəb ola bilər.

249
Şək.VIII.6. Avtomatın quyuağzından demontajında yekun əməliyyatlar.

Ştanq kəmərinin endirilməsi (qaldırılması)

Körpüyə düzülmə ilə ştanq kəmərinin endirilməsinə (qaldırılmasına) daxil olan


əməliyyatlar boru kəmərinin endirilməsində (qaldırılmasında) aparılan əməliyyatlar ilə eynidir,
lakin başqa alət və mexanizmlərlə yerinə yetirilir.
Ştanq kəmərinin endirilməsi (qaldırılması) əməliyyatlarını əl və mexaniki açarlar istifadə
etməklə aparmaq olar. Ştanq kəmərinin endirilməsindən əvvəl onalar körpüdə üfqi vəziyyətdə
yerləşdirilmiş olurlar. Qabaqca quyuya endirilmiş NKB kəmərinin üst borusunun muftasına
istiqamətləndirici qıf quraşdırılır.
Əməktutumlu əməliyyat sayılan - ştanq kəmərinin yiv birləşmə- lərinin
açılmasını (bağlanmasını) yüngülləşdirmək məqsədilə xüsusi mexanizmlər – mexaniki ştanq
açarları tətbiq edilir.
III Fəsildə MŞA (КШЭ) mexaniki ştanq açarı, AŞK (АШК) avtomat ştanq açarı
haqqında ətraflı məlumat verilmişdir.
Ştanq kəmərinin endirilməsində (qaldırılmasında) mexaniki açar ya kronşteynə, ya da
yaylı asqıya quraşdırırlar. Açarı operator idarə edir. mexaniki açarlara stopor (kontr) açar
daxildir, buna görə birləşmələrin açılıb bağlanmasında iki açarın istifadə edilməsi tələbi istisna
edilir.
Ştanqların körpüyə atılması və yenidən quyuağzına verilməsi ilə bağlı əməliyyatlar
onların əyilməsi ilə müşayiət olunur. Bu halda plastik (qalıq) deformasiyanın yaranması
mümkündür, onların yaranma zonaları sonralar dağılma yerlərini yaradır.

250
Hesablamalar göstərir ki, əyilmə oxu 10 mm-dən az olan əyilmiş ştanqların istifadəsində
düz ştanqlarla müqayisədə onun gövdəsinə təsir edən maksimal gərginliyin 5-8 dəfə
yüksəlməsinə səbəb olur.
Buna görə əyilmiş, habelə düzləndirilmiş ştanqların istifadəsi yolverilməzdir.
Qaldırma-endirmə əməliyyatlarında təhlükəsizlik texnikasının aşağıdakı qaydalarına əməl
etmək lazımdır:
- quyuağzı ştokun açılması və onun ştanqlarla birləşdirilməsində quyuağzı kipkəc ştanq
elevatoruna bərkidilməlidir;
- dərinlik nasosunun plunjerinin pərçimlənməsində ştanq kəmərinin açılması yalnız təhlükəsiz
dairəvi açarın istifadəsilə aparılmalıdır;
- qaldırıcının bucurqadının işəsalınması yalnız operatorun işarəsilə yerinə yetirilməlidir;
- boruların və ştanqların qaldırılmasında və ya endirilməsində fasilə zamanı tal sisteminin yük
altında saxlanılması qadağandır;
- qaldırıcı qarmağın amortizatoru və saz vəziyyətdə yaylı cəftəsi olmalıdır, o öz oxu ətrafında
sərbəst fırlanmalıdır;
- avtomat tətbiq etmədən işləmədə ştanq və ya boruların quyuya endirilməsi istiqamətləndirici
qıfla aparılmalıdır;
- ştanq və boruların körpüdən qaldırılması və ya onların körpüyə düzülməsində elevator qıfılı
(cəftəsi) yuxarı vəziyyətə çevrilməlidir, elevator qulaqcıqlarına (dəliklərinə) geydirilən millər isə
ştropa bərkidilməlidir;
- boruların körpüyə atılmasında onların azad sonluğu (aşağı sonluğu) sürüşən tərtibata – kirşəyə
və s. qoyulmalıdır;
- ştanqların körpüyə atılması və oradan qaldırılması yalnız bir ştanqla olmasına icazə verilir. 51
mm və daha artıq diametrli NKB ikiborulu (qoşa boru) olmasına icazə verilir, bu şərtlə ki,
onların uzunluğu 16 metri aşmır, qüllə və ya dorun hündürlüyü 22 m-dən az deyil və onun
konstruksiyası borunun sərbəst keçməsini təmin etmiş olsun.
- tal sisteminin tellənməsində kanatın azad olunan ucu kənara çəkilməli və əyilmə radiusu tal
kanatının diametrinin doqquz mislindən az olmaması şərti təmin edilməklə yığılmalı və
bərkidilməlidir.
- işlərin başa çatmasından sonra qüllədə saxlanılan tal sisteminin kanatı yağlanmalı, tal-blik
kənara çəkilməli və qüllənin ayağına və ya rama brusuna etibarlı bərkidilməlidir;
- boruların qaldırılıb-endirilməsi işlərində uzun müddətli fasilələrdə quyuağzı etibarlı
bağlanmalıdır. Təmir zamanı quyudan püskürmə mümkünlüyü olan halda təmirdən əvvəl
quyuağzında atqıya qarşı siyirtmə və ya fontan armaturu (onun mərkəzi siyirtməsi)
quraşdırılmalıdır;
- boru və ştanqların yiv birləşmələrinin bağlanması, açılması üçün mexanizmlər istifadə
edildikdə quyuağzı fləns meydançanın döşəməsindən 0,4-0,5 m hündürlükdə yerləşməlidir. Onu
quyuağzında tal sistemi və montaj asqısı vasitəsilə quraşdırırlar və quyuağzı flənsdə etibarlı
bərkidirlər;
- leysan, güclü qar yağıntısı və dumanda 50 m-dən az olan görüntü məsafəsində qaldırılma-
endirilmə əməliyyatlarının aparılması qadağandır.

VIII.4. Ştanq nasosunun dəyişilməsi və asqı dərinliyinin dəyişilməsi

Quyudaxili avadanlığın çıxarılması (və ya endirilməsi) ilə bağlı istənilən iş hazırlıq işləri
ilə müşayiət edilir.
Təmir işlərinə başlamadan əvvəl və ya əl, distansiya (məsafədən), avtomatik işəsalınan
quyu avadanlığına baxışdan öncə intiqalı ayırırlar, işəsalma qurğusunda isə “İşəsalma – adamlar
işləyir” plakatı asılmalıdır.

251
Reduktor qasnağının əl ilə fırladılması və ya onun əyləclənməsi (tormozlanması) üçün
boru, lom istifadə etmək qadağandır.

VIII.4.1. Nasosun dəyişilməsi

Quyuağzının hazırlığından sonra ştanqlı dərinlik nasosunun dəyişilməsində əvvəlcə ştanq


kəməri çıxarılır. Əgər quyu qondarma nasosun vasitəsilə istismar edilibsə, ştanq kəmərinin
qaldırılması nasosun oturtma
yəhərindən qoparılması ilə müşayiət edilir. Bununla əlaqədar ştanq kəmərini çox kiçik sürətlə o
vaxta qədər qaldırırlar ki, o bütün uzunluğu boyu dartılsın və onun aşağı hissəsində yaranan
qüvvə qıfıl yayının qüvvəsinin dəf edilməsini təmin etmiş olsun. Qopma momenti ştanq
kəmərinin dartılmasının dəyişilməsilə hiss olunur. Ştanq kəməri texnologiya üzrə yolverilən
maksimal sürətlə qaldırılır. Qondarma nasosla və ya plunjerlə qaldırılan sonuncu ştanq körpüyə
qoyulur.
NKB qaldırılır. Quyudan sonuncu olaraq boru nasosunun silindri və ya qondarma
nasosunun qıfıllı yayı ilə köynəyi çıxarılır.
Nasosun çıxarılmasından sonra yeni nasosun quyuya endirilməsinə hazırlıq aparılır. Əgər
nasos boru nasosudursa silindr, əgər qondarma nasosdursa qıfıllı yayı ilə köynəyinin
endirilməsindən başlanır. Tələb yarandıqda üfqi yerləşdirilmiş nasosa süzgəc, qoruyucu tor və ya
qaz-qum lövbəri bağlanır. Yığılmış qovşaq boru elevatoru ilə quyuya endirilir. Ardınca ona NKB
bağlamaqla kəmər endirilir. Boru kəmərinin endirilməsi başa çatdıqdan sonra oturtma
planşaybası montaj edilir, ona qıf qoyulur və ştanq kəmərinin endirilməsinə başlanır.
Kəmərin birinci ştanqına qondarma nasos və ya boru nasosunun plunjeri bağlanılmaqla
bərkidilir. Kəmər ştanqını elevatorla tumaqla endirilmiş NKB daxilinə buraxılır.
Nəzərə almaq lazımdır ki, birpilləli hamar kəmər üçün müxtəlif markalı poladdan
hazırlanmış ştanqların endirilməsi yolverilməzdir. Pilləli kəmərin endirilməsində ayrıca pillələrin
uzunluğu, onların diametri və polad markası xüsusi cədvəllərdən seçilməklə qabaqcadan
hesablanır.
Qondarma nasosla birgə ştanq kəmərinin endirilməsindən sonra onu oturtma yəhərinə
oturdurlar, nasos borularının daxilini su ilə doldururlar və ardınca nasosu oturtma yəhərindən
qopardırlar. Borulardakı maye aşağı istiqamətlənməklə boru və ştanqları yuyur, bundan sonra
nasos təkrar öz yerinə oturdulur və borular su ilə doldurulur.
Boru nasosunda nasosun silindrinə plunjer elə qaydada quraşdırılır ki, mancanaq
dəzgahının balansir başlığının aşağı vəziyyətində plunjerin aşağı sonluğu, qəbul klapanı
qovşağının üst nöqtəsindən aralanmış olmalıdır. Bu məsafə nasosun markası və endirilmə
dərinliyi ölçüsü üzrə ciddi şəkildə təyin edilir. plunjer aşağıdakı qaydada quraşdırılır: quyuağzı
ştanq əvəzinə ştanq bağlanır, onu aşağı-yuxarı səlis hərəkət etdirməklə - plunjerin qəbul
klapanına oturması baş verməklə aşağı vəziyyət təyin edilir. Bu vəziyyət ştanq üzərində
nişanlanır, sonuncu ştanq qaldırılıb çıxarılır, nişan yerindən muftaya kimi məsafə ölçülür və
quyuağzı ştanqın uzunluğu nəzərə alınmaqla qısaldılmış ştanqlar vasitəsilə uzunluq seçilir.
Quyuağzı avadanlığın yığılması və quyuağzı ştokun kanat asqısı ilə birləşdirilməsindən
sonra mancanaq dəzgahı işə salınır. Plunjerin silindrdə
vəziyyətinin yekun düzgünlüyü istismar zamanı dinamoqraf vasitəsilə təyin edilir. Tələb
yarandıqda quyuağzı ştokun asqı traversinə nəzərən vəziyyəti
dəyişilir.
Boru nasosları ilə təchiz edilmiş quyuların təmirində quyuda (buruqda) klapan qovşağının
əvəzlənməsi lazım gəlir. Yəhər və kürənin çıxarılması üçün xüsusi “ulduzlu açar” istifadə
etməklə qəfəsi çevirmək lazımdır. Tutma üçün hər hansı bir metallik əşyanın tətbiq edilməsi
yolverilməzdir, belə ki, qəfəsin qabırğalarının zədələnməsinə səbəb ola bilər.

252
ŞDN asqısının dərinliyinin dəyişilməsi

Quyu nasosu asqısının dərinliyini quyunun istismar şəraitini təyin edən geoloji, texnoloji
səbəblərdən dəyişilir və bir qayda olaraq bir neçə metrdən bir neçə onluq metrə kimi artırılır və
ya azaldılır.
Asqının dərinliyini artıranda əvvəlcə ştanq kəməri plunjerlə (əgər boru nasosudursa) və
ya nasosla (əgər qondarma nasosdursa) qaldırılaraq çıxarılır, ardınca planşayba sökülür və
quyuya tələb olunan sayda boru endirilir. Endirilən boruların tipi, onların yivi, polad markası
quyuda olan borularla eynilik təşkil etməlidir.
Sonuncu boru endirildikdən sonra planşayba montaj olunur və ştanq kəmərinin
endirilməsi başlanır. Ştanqlar onların çıxarılmasına əks ardıcıllıqla endirilir, bundan sonra əlavə
sayda ştanqlar endirilir. Plunjerin (nasos) tələb olunan dərinliyə çatdıqda onu silindrə nəzərən
düzgün vəziyyəti quraşdırılır.
Asqı dərinliyinin azaldılmasında, onun artırılması kimi əvvəlcə ştanq kəməri plunjerlə
qaldırılaraq çıxarılır, ardınca planşayba sökülür və NKB kəməri nəzərdə tutulmuş sayda
qısaldılır. Bundan sonra NKB kəməri planşaybaya oturdulur və tələb olunan sayda ştanq
endirilir.
Plunjerin (nasosun) silindrə nəzərən vəziyyəti yuxarıda təsvir edilmiş qaydada
tənzimlənir.

ŞDN ilə təchiz edilmiş quyuda aparılan xüsusi işlər

Boruların maye ilə qaldırılması. İşlərin normal gedişində boru kəmərinin


qaldırılmasından əvvəl ştanq kəməri boru nasosunun plunjeri ilə və ya əgər qondarma nasosdursa
bütün nasosun qaldırılması əməliyyatı aparılır.
Birinci halda plunjerin qaldırılması ilə eyni zamanda sorucu klapan qovşağı çıxarılır,
ikinci halda nasos yığımı çıxarılır. Bunun nəticəsində NKB-nin daxili fəzasını dolduran maye
onların qaldırılmasında quyuya axır.
Boru nasosunun istifadəsində plunjerin silindrdə pərçimlənməsi nəticəsində və ya oturtma
muftasından sorucu klapanın konusunun qoparılması mümkünsüzlüyündə boru kəmərini maye
ilə birgə qaldırılması lazım gəlir. Analoji vəziyyət qondarma nasosunun çıxarılması
mümkünsüzlüyündə də yarana bilir. Belə hallarda quyuağzı avadanlıq sökülür, bundan sonra
dairəvi ştanq açarı ilə üst ştanqı tutaraq saat əqrəbinin əks isiqamətində fırladaraq onu açırlar.
Yiv birləşməsindən açılma istənilən dərinlikdə baş verə bilər və açılmış ştanq kəməri qaldırılır.
Ardınca boruların qaldırılmasa aparılır. Növbəti borunun açılmasında onu dolduran maye axır.
Borularda qalmış ştanq kəməri göründükdən sonra yenə dairəvi ştanq açarı ilə onu açırlar
və onları qaldırırlar və boruların qaldırılmasını davam etdirirlər. bu proses o vaxta qədər
təkrarlanır ki, bütün ştanq kəməri və borular yer səthinə qaldırılmış olsun.

Plunjerin pərçimlənməsinin ləğvi. Plunjerin pərçimlənməsinin ləğvi işlərinə quyuağzının


hazırlanması, ştanq kəmərinin qaldırılması öncəsi analoji hazırlıq daxildir.
Ştanq kəmərinə elevator geydirib səlis qaldırılır dartırlar, yüklənməni növbə ilə artırıb
azaldırlar, başqa sözlə desək laxlatma işi aparırlar. Əgər boru nasosunun silindrindən plunjeri
çıxartmaq mümkün olursa, onun oturdulmasını və tam çıxmasını bir neçə dəfə təkrarlayırlar. Bu
halda borunu dolduran lay mayesi aşağı yönələrək nasosun silindr və plunjerini yuyur. Üç
klapanlı nasosun istifadəsində maye axınının təmin edilməsi üçün sorucu klapan əvvəlcədən
“tuturlar”.
Bu əməliyyatların yerinə yetirilməsindən sonra plunjerin silindrdə ilişmə olmadan sərbəst
çıxmasına əmin olmaqla onu aşağı vəziyyətə kimi endirirlər.

253
Quyunu su ilə doldurduqdan sonra plunjeri periodik olaraq silindrdən çıxartmaqla plunjer
və silindrin yuyulması prosesini təkrarlayırlar.
Yumanı başa çatdırıb sorucu klapan yəhərə oturdulur, nasos boruları su ilə doldurulur,
quyuağzı avadanlıq yığılır, mancanaq dəzgahı işə salınır və nasosun normal verimi əmin edilir.
Əgər laxlatma yolu ilə plunjeri silindrdən çıxartmaq mümkün olmursa, yuxarıda təsvir
edildiyi kimi boru kəmərini qaldırmaq lazım gəlir.
Plunjerin pərçimlənməsinin qarşısını almaq üçün hər bir şərti ölçü üçün düzgün boru
seçimi etmək lazımdır, quyuya endirməzdən əvvəl ştanqların çirklənməsinə yol verilməməlidir.
Qondarma nasosun plunjerinin pərçimlənməsində, əgər laxlatma ilə bu mümkün olmursa
nasos kəmərlə birgə yer səthinə qaldırılır. Quyuya yeni nasos endirilir, pərçimlənmiş nasos isə
təmir emalatxanasına göndərilir.
Ştanqların qırılması və ya açılmasının ləğvi. Ştanq kəmərinin qırılmasını mancanaq
dəzgahının iş rejiminin dəyişilməsi ilə təyin edirlər. onun dinamoqrammasında qırılmanın hansı
dərinlikdə baş verdiyi təqribidə olsa təyin etmək mümkün olur. Onun ləğvi üçün quyuağzını,
yeraltı təmirin aparılmasında olduğu kimi hazırlayırlar.
Əvvəlcə kəmərin qırılmış üst hissəsini çıxarırlar, bundan sonra nasos borularına qırılmış
ştanqın gövdəsini tutmaq üçün tutucu alət (şlips) endirilir. Tutmadan sonra kəməri qaldıraraq
qırılmış ştanqı açıb onu kəmərdə istifadə edilən həmin diametr və polad markalı ştanqla
əvəzləyirlər.
Ştanqın açılması baş verdikdə kəmərin açılmış yuxarı hissəsi qaldırılır, bundasn sonra
nasos borularına ştanqı tutmaq üçün ştanqtutan endirilir və kəmərin aşağı hissəsi yer səthinə
qaldırılır.
Əgər açılmış ştanqın yivi zədəlidirsə (deffekt), onda hər iki ştanq yenisi ilə əvəzlənir.
Kəmərin tez-tez qırılması halı onun konstruksiyasının düzgün seçilməməsi, iş rejiminin
pis olması və ya onların yeyilməsinə şəhadət edir. Bu halda qəzanın yüksəlməsini yaradan ilkin
səbəb aradan qaldırılmalıdır. Ştanqların yiv birləşmələrinin açılması sayını azaltmaq üçün əsas
üsul endirmədə stabil burucu momenti təmin edən mexaniki açarların və ştanq-fırladıcıların
istifadəsi sayılır.

VIII.5. Mərkəzdənqaçma elektrik dalma nasosları ilə təchiz edilmiş quyuların təmiri

Dalma aqreqatının quyuya endirilməsindən əvvəl və ya onun qaldırılmasından əvvəl


quyuağzı və onun ətrafı meydançanı yeraltı təmirə hazırlayırlar. Mərkəzdənqaçma elektrik
dalma nasosunun qaldırılması və ya endirilməsi işlərini yerinə yetirən briqadanın (növbənin)
tərkibinə kabelin sarınmasını idarə edən daha bir fəhlə əlavə edilə bilər. Aqreqatın quyuya
endirilməsindən əvvəl ona xidmətlə bağlı əməliyyatların yerinə yetirilməsi üçün xüsusi hazırlıq
keçmiş (öyrədilmiş) peresonal cəlb edilir.
Dalma aqreqatının quyuya endirilməsindən əvvəl onun endirilməsi nəzərdə tutulan
dərinlikdən 100 m artılq dərinliyə kimi istismar kəmərinin vəziyyəti, uzunluğu 10 m-dən az
olmayan və diametri dalma aqreqatının maksimal diametrini 4 mm üstələyən ölçülü şablonla
yoxlanılır.
Quyuya dalma aqreqatının endirilməsindən əvvəl o quyuağzında yığılır – mühərriki
hidro-qoruyuculu ilə və nasosla birləşdirirlər. Bunun üçün kompensatora montaj xomutu
geydirilərək körpüdən qaldırılır və istismar kəmərinin flənsinə oturana kimi quyuya endirilir,
bundan sonra valın qoruyucu qapağı çıxarılır. Mühərrikə xomut geydirilərək quyuağzı üzərinə
qaldırılır, qoruyucu qapaq açılır və kompensatorla birləşdirilir. Ardınca yivlə bağlanmış tıxac 3-4
dövr açmaqla boşaldılır, mühərrikin buraxıcı (перепускной) klapanı açılır və yenidən tıxac
yerinə sıxılır.
Yığılmış qovşaq azca qaldırılır, kompensatordan montaj xomutu
çıxarılır və səlis endirməklə mühərrikin montaj xomutu istismar kəmərinin flənsinə oturdulur.
254
Mühərrikin kabel girişindən qapağı çıxardaraq kontaktları susuzlaşdırılmış transformator
yağı ilə yuyurlar və mühərrikin, kabelin izolyasiya müqaviməti yoxlanılır.
Mühərrikin yağla doldurulması üçün yağ nasosunun ştuseri açılır və kabel çıxışı
dəliyindən yağ daşana kimi yağ vurulur. Kabelin muftasını cərəyan qidalandırıcı başlıqla
birləşdirdikdən sonra, qapaq quraşdırılır, buraxıcı klapan açılır, kabel girişi və mühərrikin
kompensatorla hermetikliyi 5 dəqiqə ərzində 0,1 MPa təzyiqə preslənməklə hermetikliyə
sınanır. Presləmədən sonra mühərrikdən üst qapaq çıxarılır, şlisli açarın vasitəsilə mühərrik
valının asan fırlanması yoxlanılır.
Protektora montaj xomutu geydirilir, quyuağzı üzərinə qaldırılır və asan fırlanması
yoxlanıldıqdan sonra valları şlisli mufta vasitəsi ilə mühərrik gövdəsi protektorla birləşdirilir.
Mühərrik başlığındakı klapandan tıxac altındakı dəlikdən çıxana kimi transformator yağı
vurulur, dəliyə manometr bağlanır və protektorla mühərikin fləns birləşməsi preslənir.
Sınanmadan sonra təzyiq boşaldılır, manometr açılır, protektorun üst qapağı isə çıxarılır.
Nasos quyuağzı üzərinə qaldırılır, qoruyucu qapaq çəxarılır, nasos və protektorun
vallarının asan fırlanması yoxlanılır, onların şlisli valları şlisli mufta və sonra flənsləri
birləşdirilir. bundan sonra yığılmış aqreqat azca qaldırılır, kompesatordan tıxacı çıxardılır,
buraxıcı klapan açılır və tıxac yenidən yerinə bağlanır.
Kabelin mühərrikə düzgün bağlanmasının təyini üçün onu qısa müddətli işə salırlar və
kabelin yuxarı sonluğunun naqillərini markirələşdirirlər (маркировка).
Ardınca dalma aqreqatı boru ilə birləşdirilir, onun üzərində buraxıcı klapan quraşdırılır və
NKB kəmərinin eyni zamanda kabellə birgə endirilməsinə başlanılır.
Boru kəmərinin endirilməsi texnologiyası adi yeraltı təmirdə endirilmə texnologiyası ilə
analoji eynilik təşkil edir, lakin bu halda paralel olaraq kabel endirilməklə ipli xomutlar (klyams)
vasitəsilə o kəmərə bərkidilir.
Bir borunun endirilməsi prosesi aşağıdakı əməliyyatlarda ibarətdir:
- körpüdə yerləşən boruya geydirilmiş elevatora ştropların keçirilməsi;
- körpüdən borunun qaldırılması;
- borunun endirilmiş kəmərdəki üst borunun muftasına oturdulması;
- yiv birləşməsinin bağlanması;
- boru kəmərindən elevatorun çıxarılması və kabelin ona bərkidilməsi;
- boru kəmərinin quyuya endirilməsi və yük altında olan elevatorun
oturdulması.
Sonuncu iki əməliyyat əvvəllər təsvir edilmişdən fərqləndiyindən daha ətraflı nəzərdən
keçirək.
Boru açarlarını çıxartdıqdan sonra operator qaldırmaya işarə edir, qarmağı kabeldən azad
edir və quyuağzına yaxınlaşır. Qaldırıcı-maşinist borunu 0,25 m qaldırır, operator köməkçisi ilə
elevatoru çıxardır, körpüyə aparaq növbəti boruya geydirirlər. Quyuağzına qayıdaraq, köməkçi
muftadan 20-30 sm aralı birini yuxarıya, o birini aşağıya olmaqla iki ipli xomutu (klyams) kabeli
boruya sıxmaqla quraşdırırlar. Kabelin bərkidilməsindən sonra operator işarə edərək boru kəməri
0,25 m/san sürətilə endirilir. Eyni zamanda operator idarəetmə pultunda kabelin buraxılması
üçün kabel-sarıyıcını işə salır.
Boru kəmərinin elevatora oturdulmasından sonra kabel-sarıyıcı dayandırılır, endirmə
zamanı köməkçi körpüdəki növbəti borunun yivini təmizləyib yağladıqdan sonra kabeli qarmağa
ilişdirir. Operator köməkçisilə birgə qoruyucu milləri elevator dəliklərindən çıxardır və ştropları
qulaqcıqlardın çıxardır.
Bununla bir borunun endirilməsi sikli başa çatır.
Bütün NKB kəmərinin kabellə birgə endirilməsindən sonra yekun işlər yerinə yetirilir:
- planşayba yiv vasitəsilə boru kəmərinə bağlanır;
- planşayba istismar kəmərinin flənsinə oturdulur;
- kipkəc vurulur, planşayba bərkidilir və qaldırıcı qısa boru çıxardılır;
255
- quyuağzı armatur quraşdırılır və siyirtmələrin vəziyyəti yoxlanılır;
- EDN idarəetmə pultuna birləşdirilir, işə salınır və nasosun verimi gözlənilir.
Aqreqatın quyudan çıxarılması əks qaydada aparılır. İşə başlamazdan əvvəl qurğu
söndürülür, kabel ayrılır. Nasosun demontajında quyuağzının hazırlanması yuxarıda “Quyunun
EDN ilə istismarında quyuağzı avadanlığın təmirə hazırlığı” bölməsində təsvir edilmişdir.
Quyudan dalma aqreqatı 0,25 m/san sürətilə qaldırılır. Boru kəməri qaldırıldıqca kabel
xomutlardan azad edilir və barabanın üst hissəsinə sarılır. Bu halda kabelin yerə toxunması,
kəskin əyilmələr və sarıma vaxtı onun qoruyucu qatına metallik əşyalarla zərbə vurulması
yolverilməzdir.
Quyudan dalma aqreqatı montaj xomutları ilə - əvvəlcə nasos, sonra protektor, mühərrik,
kompensator çıxarılır. Ayrıca qovşaqların fləns birləşmələrinin sökülməsindən sonra onları
nəqletmə (transport) qapaqları ilə bağlayırlar.
EDN ilə təchiz edilmiş quyunun istismarı prosesində qum tıxaclarının yuyulması və
təmizlənməsi, parafin və duz çöküntülərindən təmizlənməsi ilə bağlı cari təmirlər adi quyularda
olduğu kimi aparılır.
Spesifik işlərə qəza-təmir işləri aid edilir ki, boruların yiv birləşmələrində pozuntu
nəticəsində dalma qurğusunun kabellə quyudibinə düşməsində qəza işlərinin yerinə yetirilməsi
lazım gəlir. Bu halda kabelin qırılmış ucu dağılmış yiv birləşməsi və ya boruya nəzərən müxtəlif
cür yerləşə bilər və bir qayda olaraq bu vəziyyət tutma işlərini çətinləşdirir.
Dalma aqreqatının qaldırılması prosesində istismar kəmərinin divar qalınlığının
dəyişilməsi və ya kənar əşyanın quyuya düşməsi səbəbindən onun pərçimlənməsi baş verə bilər.
Habelə, alətlərlə işləmə qaydasının pozulması nəticəsində kabel quyuağzında dağıla bilər.
Mərkəzdənqaçma elektrik dalma qurğusunun yerüstü elektrik avadanlığının montajı və
demontajı, baxış keçirilməsi, təmiri və tənzimlənməsini elektro-texniki personal yerinə
yetirməlidir. Operatorlar, ustalara yalnız qurğunun işə salınması və ya dayandırılmasına icazə
verilir.
Kabel qasnağının kəndirdə asılması qadağandır, o xomut vasitəsilə bərkidilməlidir.
Quyuağzında dalma aqreqatının elektrik mühərrikinin yoxlanılmasında kabelə toxunmaq
qadağan edilir.
Kabelin barabana sarılması və çəkilməsi mexanikiləşdirilməlidir. Kabelin barabansız
nəqledilməsi qadağandır.

VIII.6. Qum və hidrat tıxaclarının yuyulması və təmizlənməsi

Tıxacların təmizlənməsi texnologiyası və avadanlığın seçilməsi tıxacın tipi, yerləşmə


dərinliyi, istismar kəmərinin vəziyyəti (onun yeyilməsi və hermetikliyi dərəcəsindən), lay təzyiqi
ilə şərtləndirilir.
Tıxacların təmizlənməsi texnologiyası elə seçilir ki, bir tərəfdən onun təmizlənməsi, digər
tərəfdən – layın hidrodinamik xassələrinin pisləşməsi minimum olsun. Misal, yuma üçün istifadə
edilən texnoloji mayelərin düşməsi nəticəsində.
Quyunun istismarı prosesində yaranan qum tıxaclarını - quyudibində yaranan quyudibi
tıxac və kəmərin orta, yuxarı hissəsində yaranan patronlu olmaqla bölmək olar. tıxaclar boş və
sıx ola bilirlər.
Quyunun təmizlənməsinin əsasən iki metodu mövcuddur – qum tıxacının jelonka və
yuma ilə çıxarılması. Birinci halda boru kəmərinə kanatla ardıcıl olaraq – silindrik həcmli ,
kanallarla təchiz edilmiş və tıxac materialının (məsələn qum) tutulub saxlanılması üçün tərtibat
olan jelonka endirilir və qaldırılır və tez bir zamanda boşaldılır.
İkinci halda tutulmuş lift boruları və istismar kəmərinə yuma boruları kəməri endirilir və
xüsusi yuma nasosları ilə tıxacın yuyulması və
onu təşkil edən materialların yer səthinə qaldırılması üçün dövretmə yaradırlar.
256
Nəzərə almaq lazımdır ki, lay mayesinin veriminin tam kəsildiyi
halda tıxacın yaranmasında kəmərin aşağı hissəsində təzyiq yüksəlmiş olur və tıxacın çıxarılması
prosesində tıxacın, neftin və hətta quyuya endirilmiş avadanlığın atılması baş verə bilər. buna
görə tıxacın çıxarılmasında təhlükəsizlik texnikası qaydaları ciddi və qətiyyətliklə yerinə
yetirilməlidir.
Qeyd edilmiş metodlara daha ətraflı nəzərdən keçirək.

Jelonka ilə qum tıxacının təmizlənməsi

Bu metodun üstünlüyü – tətbiq edilən avadanlığın və təmizlənmə prosesinin sadəliyi,


layın quyudibi ətrafı zonasına texnoloji mayenin yol açmasının istinası; istismar kəməri qeyri-
hermetik olan quyuların təmizlənməsi imkanlığıdır.
Metodun çatışmazlığı: prosesin uzun sürməsi; istismar kəmərinin sürtülməsi
mümkünlüyü; aləti endirən kabelin qırılması mümkünlüyü; kəmərində bükülmə və ya deffekt
olan quyularda jelonka ilə təmizlənmə mümkünsüzlüyü.
Jelonka ilə təmizləmə quyu qaldırıcı ilə təchiz edilməlidir, lift boruları qaldırılmış və
körpüyə yerləşdirilmiş olmalıdır; quyuağzı yaxınlığında tıxac materiallarının yığılması üçün
xüsusi yeşik olmalıdır.
Jelonkanın diametri tıxac yaranmış kəmərin diametrinə nəzərən seçilir.

Borunun diametri, mm 114 127 140 146 168 və artıq


Jelonkanın diametri, mm 73 89 89 89 114

Tıxacın xarakterindən asılı olaraq aşağıdakı tip jelonkalar istifadə edilir: boş tıxaclar üçün
- sadə, sıx – porşenli, xüsusi hallarda – avtomatik.
Sadə jelonka. Sadə jelonka tal sisteminin “düz” yəni birbaşa tellənməsində 16, 19,5 mm
diametrli tartal kanatında asılır. İş prosesində kanatın jelonkaya etibarlı bərkidilməsi və kanatın
vəziyyəti sistematik yoxlanılmalıdır.
Bucurqad barabanına sarılmış kanatın uzunluğu elə olmalıdır ki, jelonkanın quyuda ən
aşağı vəziyyətində barabanda kanatın minimum bir cərgəsi qalmalıdır.
Sadə jelonka uzunluğu 8-12 m, diametri 73-114 mm olan borudan hazırlanmaqla, aşağı
sonluğunda nimçəvari və ya kürəvi klapanı və üst hissəsində kanatın bərkidilməsi üçün qulpu
vardır. II Fəsildə onun təsviri və haqqında məlumat verilmişdir. Belə konstruksiya az effektli
olsada sadəliyinə görə mədənlərdə tətbiq edilir.
İş prosesində jelonkanı kanatla orta sürətlə endirirlər. tıxaca 10-15 m
qalmış sürəti artırılır və jelonka tıxaca batır, aşağı hissəsindəki klapan açılır və qum maye ilə
birgə onun tutumunu doldurur. Klapanın etibarlı bağlanması üçün jelonka quyudibindən
maksimal sürətlə qaldırılır.
Jelonkanı quyudan qaldırıb qarmaq vasitəsilə quyuağzından xüsusi yeşiyə yönəldirlər,
sonluğunda olan mil taxtaya söykənərək nimçəvari klapanı yuxarıya qaldırır və qum maye ilə
birgə yeşiyə axır.
Boşalmış jelonkanı yenidən quyuya endiririlir və onun doldurulması prosesi təkrarlanır.
Porşenli jelonka. Porşenli jelonka (şəkil VIII.7) sadə jelonkadan, onda gövdənin üst
qapağından səbəst keçən ştokda quraşdırılmış porşenin olması ilə fərqlənir. Porşenin ştoku
kifayət qədər kütləyə malik olmalıdır ki, kanatın yüklənmədən boşalmasında (sallanmasınd)
jelonka gövdəsinə nəzərən onun aşağıya hərəkətini təmin edə bilsin. Zərbənin amortizasiyası
üçün ştoka biri gövdə daxilində, o biri xaricində olmaqla iki yay geydirilmişdir.

257
Porşenaltı fəzadan porşenüstü fəzaya maye axınının təmin edilməsindən
ötəri porşendə üstdən elastik şayba ilə örtülən ox boyu kanallar sırası
vardır. Klapan jelonkanın aşağı hissəsində nizəvari ucluqlu ştokla təchiz
edilir.
Jelonkanın quyudibinə çatması ilə klapan açılır, üst yay tıxaca dayaqlanana
kimi porşen aşağı yerdəyişmə edir.

Şək.VIII.7. Porşenli jelonka: 1,3 – yay; 2 – gövdə; 4 – ştok; 5 – elastik


şayba; 6 – porşen; 7 – klapan.

Kanatın qaldırılması zamanı əvvəlcə porşen yuxarıya hərəkət etməyə


başlayır, nəticədə porşen altında təzyiq azalır və qum maye ilə açıq
klapandan keçməklə gövdənin daxilinə sovrulur. Jelonka gövdəsinin
quyudibindən aralanması ilə klapanın bağlanır və qumun jelonkadan
boşalmasının qabağını alır.
Jelonkanın yaxşı dolması üçün onu bir neçə dəfə quyudibinə oturdurlar.
Jelonka quyudan yer səthinə qaldırıldıqdan sonra qarmaq vasitəsilə
quyuağzından xüsusi yeşiyə yönəldirlər, klapanın ştokunu onun dibinə
oturdurlar və qum maye ilə birgə yeşiyə axdıqdan sonra prosesi
təkrarlayırlar.
Avtomatik jelonka. Avtomatik jelonka (şəkil VIII.8) təsvir edilmiş
qurğularla müqayisədə daha mürəkkəb quruluşa malikdir. Onun iş prinsipi
iki hermetik kameranın – hava və qum kamerasının istifadəsinə əsaslanır.
Bu kameralar hermetik klapanlara malikdirlər. Jelonkanın qum tıxacına
çatması ilə qəbul klapanı açılır və beləki, quyuda təzyiq jelonkanın
daxilindəki havanın təzyiqini əhəmiyyətli dərəcədə
üstələdiyindən qum kamerası tıxacı yaradan materiallarla
intensiv dolmağa başlayır.
Qum kamerası dolan zaman hava kamerasında
olan hava sıxılır, jelonkanın yer səthinə qaldırılması
zamanı ondakı təzyiq 1,0 MPa səviyyəsində saxlanılır.
Jelonka quyudan yer səthinə qaldırıldıqdan sonra
quyuağzından kənara çəkilir və xüsusi yeşiyə qoyulur. Çıxış (buraxıcı) dəliyi
açıldıqda jelonkanın daxilindəki qum kamerasında olan tıxac materialları hava
kamerasının olan sıxılmış havanın təzyiqilə intensiv basılır. Çıxış dəliyinin
açılması zamanı reaktiv qüvvənin təsirilə jelonka yana yerdəyişmə edir, buna
görə onu yeşiyin dibinə etibarlı dayaqlamaq lazımdır və jelonkadan atılan tıxac
materialının fəhlələrin üzərinə tökülməsini istisna edən tədbirlər görülməlidir.
Quyuda tıxac üzərində maye sütunu nə qədər çox olarsa avtomatik
jelonka bir o qədər yaxşı işləyəcəkdir. Lakin onların işinin effektliyi əsasən
klapanların hermetikliyindən asılıdır. Hətta cüzi hava sızması və ya qum-maye
qarışığının sızması, onun dolma dərəcəsinin və boşalma sürətinin kəskin
azalmasına səbəb olur.

Şək.VIII.8. Avtomatik jelonka: 1 – başlıq; 2 – kürəvi klapan; 3 – stakan; 4 –


konuslu klapan; 5-zərbəendirici; 6– sferik təsbitedici; 7 – yay; 8 – örtük; 9 –
qəbul klapanı; A – hava kamerası; Б – qum kamerası;
В – çıxış dəliyi.

258
Jelonka ilə qum tıxacının təmizlənməsi prosesində aşağıdakı qaydalara riayət etmək
lazımdır.
1) jelonkanın endirilmə sürəti elə seçilməlidir ki, kanatda düyün (petlə) yaranmasın. Belə
hal jelonkanın kəmər çıxıntılarında oturma-ilişməsində yarana bilər.
2) qaldırma zamanı jelonkanın kron-bloka yaxınlaşmasına yol verilməməlidir. Buna görə
tartal kanatında jelonradan 100 m yuxarıda bağlama ilə nişan qoyurlar. Bu nişanın
bucurqad barabanına çatma anında qaldırıcı-maşinist qaldırma sürətini azaldır,
quyuağzını diqqət mərkəzində saxlayaraq jelonkanın görünməsini
gözləyir.
3) jelonkanın endirilməsi zamanı onun quyudakı maye səviyyəsinə yaxınlaşmasında
bucurqad barabanın fırlanma sürəti azaldılmalıdır, beləki, jelonkanın mayeyə daxil
olması momentində onun sürəti kəskin şəkildə azalır, bu da tartal kanatında düyün
yaranmasına səbəb ola bilər.
4) qaldırıcı-maşinistin daha yaxşı orientasiyası (işin xeyrinə olan istiqamətlənmə) üçün
kanat üzərində quyudibinə uyğun nişan olmalıdır. Bu nişanın quyuağzına yaxınlaşması
qum tıxacı ilə yaranmış quyudibinə oturmasının bir növ xəbərvericisidir (əlamətidir).
5) Mümkün maksimal endirmə sürətlə jelonkanı qum tıxacına oturtduqdan sonra o
gecikmədən qaldırılmalıdır.
6) Qum tıxacının təmizlənməsidə jelonkanı işçi meydançanın döşəməsinə boşaltmaq
qadağandır.
7) Tartal kanatın dartıcı qasnaqdan və ya kron-blok şkivindən çıxdığı halda qaldırma-
endirmə əməliyyatı dayandırılmalıdır. Kanatın qasnağa və şkivə geydirilməsinə kimi
quyuağzında xaçvari yerləşdirilməklə iki sıxacla etibarlı bərkidilməlidir.
8) Qaz ayrılması olan fontan quyularında qum tıxaclarının jelonka ilə təmizlənməsi
qadağandır.

Yuma ilə qum tıxacının təmizlənməsi

Bu üsulun reallaşması üçün quyuya yuma boruları kəməri endirilir, quyuağzı yaxınlığında
isə nasos, yuyucu maye rezervuarları (çənlər) yerləşdirilir. Həmçinin aşağıdakı üsullardan biri
üçün tələb olunan digər avadanlıqlarda yerləşdirilir: düzünə yuma, əks yuma, kombinəedilmiş
yuma, fasiləsiz yuma.
Quyuağzında avadanlığın yerləşməsi, misal üçün dərinlik nasosu ilə isismar olunan
quyuda aşağıdakı kimi ola bilər (şəkil VIII.9): qaldırıcı adi qaldırma-endirmə əməliyyatlarında
olduğu kimi - körpü ilə bir ox üzrə, yuma aqreqatı isə onun kabinəsi quyuağzı tərəfdə olmaması
şərtilə və quyuağzından 10 m-dən artıq olmamaqla mancanaq dəzgahına əks tərəfdə quraşdırılır.
Yuma aqreqatı arxasında yuyucu maye üçün çən və ya avtosistern yerləşdirilir.
Quyudan çıxan yuyucu maye bilavasitə mədən kanalizasiyasına, ya da quyuağzı
yaxınlığında yerləşdirilmiş xüsusi çənə istiqamətləndirilə bilər.
Yuyucu maye quyunun fərdi xüsusiyyətlərinənəzərən seçilir: suyu olmayan neftli
quyuları xalis neftlə yuma məqsədəuyğundur, beləki, suyun tətbiq edilməsi quyunun sonrakı
istismarını çətinləşməsinə səbəb ola bilər;
lay təzyiqi yüksək olan quyuları sıxlığı quyuda atqı və fontanı istisna edən məhlulla və ya duzlu
su ilə yuyurlar. Quyunun yuyulması prosesində yuyucu mayenin xüsusi çəkisinə nəzarət etmək
vacibdir və onun azaldığı halda, misal üçün qazlaşmasında, maye dəyişilməlidir. Alçaq lay
təzyiqli, udulmaya meylli quyularda aerasiya edilmiş maye ilə yuma məqsədəuyğundur.

259
Şək.VIII.9. Quyunun maye və aerasiya edilmiş
maye (punktirlə göstərilmiş) ilə yuyulmasında
avadanlığın yerləşdirilməsi sxemi:
1 – körpü-stellajlar;
2 – işçi meydança;
3 – quyuağzı;
4 – balansirli mancanaq dəzgahı;
5 – qaldırıcı bucurqad (yeraltı təmir üçün
aqreqat);
6– aqreqat üçün meydança;
7 – kompressor;
8 – tənzimləyici ventil;
9 –nasos qurğusu;
10 – aerator; 11 – ventil; 12, 13 – çən.

Yuma boruları kimi nasos-kompressor


boruları istifadə edilir, tip və diametri quyunun
konstruksiyasından asılı olaraq seçilir. Yuma
boruları əgər birinci sıra borularının
başmağından aşağı endirilirsə, qaldırma zamanı
yuma boru kəmərinin başmağa zərblə dəymə,
ilişməsini dəf etməyə imkan verən faskası
artırılmış muftaların istifadəsi
məqsədəuyğundur.
Tıxacın dağıdılması prosesinin effektivliyinin
yüksəldilməsi üçün yuma kəmərinin sonluğuna torslu frez və ya yanakı kəsiyi olan (qələm),
müştükdən ibarət ucluq bağlanır.

Düzünə yuma. Düzünə yuma, yuyucu mayenin qum tıxacına quyuya endirilmiş yuma
kəməri daxilindən vurmaqla həyata keçirilir. Bu halda yuyulan tıxacı təşkil edən materiallar yer
səthinə istismar kəməri və yuma
boruları arası həlqəvi fəza ilə çıxarılır.
Boru kəməri fırlanğıca bağlanır (şəkil VIII.10, a) və o da tal sisteminin qarmağında asılır.
Fırlanğıc, nasosun atqı xəttinə bağlanan elastik yuma şlanqı ilə birləşdirilir. Maye nasosla yuma
xətti, elastik şlanq və fırlanğıcdan keçməklə borulara vurulur.
Düzünə yuma bərk, sıx tıxacların çıxarılmasında daha effektlidir. Onun çatışmazlığı
yuyucu maye sərfinin əhəmiyyətli dərəcədə olmasının vacibliyi zəruruliyidir, beləki, mayenin
çıxması en kəsiyi böyük olan həlqəvi fəzadan baş verdiyi üçün mayenin qalxma sürəti az olur.
Qumun effektli çıxması üçün mayenin qalxma sürəti qum hissəciklərinin mayedə düşmə sürətini
üstələməlidir. Düzünə yumada əməliyyatların ardıcıllığı aşağıdakı kimidir.
Hazırlıq işlərində yuxarıda qeyd edildiyi kimi avadanlıqlar quraşdırılır. Quyuağzında
başlıq quraşdırılır, bütün qovşaqlar və aqreqat boru xətləri ilə birləşdirilir.
Bundan sonra boru kəməri qum tıxacına 10 m qalana kimi endirilir. Ardınca fırlanğıc
kəmərlə birləşdirilir, yuma aqreqatının nasosu işə salınır, quyuda dövretmə yaradıldıqdan, yəni
həlqəvi fəzadan mayenin gəlməsindən sonra qaldırıcı vasitəsilə yuma boru kəməri quyuya
endirilməsinə başlanır. Endirmə minimal sürətlə, kəmərin tıxacda oturmaması hidravlik çəki
indikatoruna, yuma təzyiqi nasosun vurğu xəttində qoyulmuş manometrə eyni zamanda nəzarət
edilməklə aparılır.
Tıxacın yuyulmasında yeraltı təmir briqadasının əsas vəzifəsi yuma boru kəmərinin
tıxaca batma sürətini elə təmin etməkdir ki, bir tərəfdən
260
tıxacın tez çıxarılması, o biri tərəfdən yuma boru kəmərinin ucluğunun tutulmasına yol
verilməməsindən ibarətdir.
Ucluğun tutulmasının əlaməti – yuma nasosun atqı xəttində təzyiqin kəskin artmasıdır.
Bu halda nasosu saxlamadan, yəni yuyucu mayenin dövretdirilməsini kəsmədən tez bir zaman
ərzində kəməri 0,5 – 1 m qaldırmalı və normal təzyiq bərpa olunana kimi bu dərinlikdə
saxlanılır.
Əgər ucluq möhkəm tutulduğundan onu yuma ilə açılması mümkün olmursa, nasosu
saxlayıb, atqı xəttindəki təzyiqi boşaltdıqdan sonra fırlanğıc birləşmədən açılır və yuma boru
kəməri tam qaldırılır. Burada ucluq təmizlənir və yenidən quyuya endirilir, fırlanğıc bağlanır və
yuma davam etdirilir.
İşin normal ahəngində, tıxacın çıxarılmasında yuma o vaxta qədər davam etdirilir ki,
fırlanğıc quyuağzında ən aşağı vəziyyətə düşmüş olsun. Bu halda həlqəvi fəzada asılı vəziyyətdə
olan qum yer səthinə tam çıxana kimi quyunun yuyulması davam etdirilir. Əks halda yuma
nasosu dayandırılan zaman qum aşağı çökərək yuma boru kəmərinin pərçimlənməsinə gətiriub
çıxara bilər.
Qumun tam çıxarılmasının davamiyyət müddəti hesablama əsasında və ya quyudan çıxan
yuyucu mayenin çrkliyi dərəcəsinə nəzarətlə təyin edilir.

261
Şək.VIII.10. Quyunun yuyulmasında avadanlığın yerləşmə sxemi:
a – düzünə yuma; b – tezləşdirilmiş yuma; c - əks yuma;
d – kombinəedilmiş yuma; 1 – yuma boru kəməri; 2 – istismar kəməri;
3 – dördboğaz; 4 – siyirtmə; 5 – fləns; 6– qoruyucu siyirtmə; 7 – yuma şlanqı; 8 – mufta; 9 –
fırlanğıc; 10, 11, 12, 13, 14 – kran; 15 – yuma başlığı; 16 – içlik, 17 – qapaq; 18 – mufta; 19,
20, 21 – kran; 22 – yuma başlığı; 23 – kipləşdirici manjet; 24 – elastik şlanq; 25 – tıxac;
26, 27, 28 – kran.
Yumadan sonra nasos dayandırılır, yuma boruları quyudan işlək boru (yuma zamanı
əlavə edilən borularla eyni tip, diametr ölçülü olub qısa boru calamaqla müyyən qədər uzun
aparıcı boru) qaldırılır, elevatora oturdulur, fırlanğıcla birgə açılır və körpüyə və ya şurfa
qoyuylur.
Qeyd: yuma fırlanğıclarının təsviri və onlar barədə ətraflı məlumat V Fəsildə verilmişdir.
Tal sisteminin qarmağındakı ştroplarla elevator geydirilmiş körpüdəki növbəti boru
qaldırılır, quyuağzına yaxınlaşdırırılır. Boru bağlandıqdan sonra elevator çıxardılır və boru
kəməri elevatorun üçboğaza oturana kimi quyuya endirilir.
Qarmaqdan elevator ştropları çıxardılır, qarmaq fırlanğıca yönəldilməklə ondan asılır,
fırlanğıc işlək boru ilə birgə qaldırılır, yuma boruları kəməri ilə birləşdirilir, kəmər qaldırılır,
elevator onun altından çıxarılır. Nasos işə salınır və ya boru xəttində müvafiq siyirtmələr
açılmaqla dövretmə yaradılır, yuma davam etdirilir.
Analoji qaydada - tədricən yuma və yuma boru kəmərinə əlavə etməklə tıxacı bütün
uzunluğu boyu yuyulması davam etdirilir.
Quyuda atqı və ya fontan vurma gözlənilən hallarda birləşmə sxeminə fırlanğıcdan
aşağıda quraşdırılan xüsusi flənsli 5 qoruyucu siyirtmə 6 qurtaşdırırlar.
Flənsin 5 fontan armaturunun dördboğazı 3 flənsinə oturdub sancaqları sıxaraq və bundan
sonra boru kəməri daxilindən və ya həlqəvi fəzadan maye vurmaqla (udulma olduqda hər iki
fəzadan vurmaqla) quyunun boğulması ilə açıq fontan istisna rdilir.
Birinci halda siyirtmə 12 və qoruyucu siyirtmə 6 açılır, 4, 10, 11 siyirtmələr bağlıdır;
ikinci halda qoruyucu siyirtmə 6 və 11, 12 siyirtmələr bağlıdır, 13, 10, 4 siyirtmələr açıqdır;
üçüncü halda siyirtmə 11 bağlıdır, qalanlar isə açıqdır.
Təsvir edilmiş texnologiya bir sıralı qaldırıcı boruların yuyulması üçün tətbiq edilir. İki
sıralı qaldırıcı borularda tıxacın yuyulması aşağıdakı qaydada aparılır. Quyuağzı şəkil VIII.10,b-
də göstərilmiş sxem üzrə təchiz edilir.
Qaldırıcı boruların daxili sırasının (II sıra) yuyulması bir sıralı qaldırıcı boruların
yuyulmasından yalnız onunla fərqlənir ki, daxili sıranın başmağının açılmasından sonra yuma
xarici sıranın (I sıra) başmağına kimi davam etdirilir.
Bundan sonra siyirtmələrlə əməliyyatlar (açıb, bağlama) aparmaqla və yuma borularından
birinci və ikinci sıra arası həlqəvi fəzada dövretmə yaratmağa cəhd edirlər. əgər buna nail
olunursa, qum tam çıxana kimi yuma davam etdirilir, bundan sonra yuma boruları süzgəcə kimi
endirilir və istismar kəməri yuyulur.
Bu haldada quyuda atqı və ya fontan vurma gözlənilirsə, birləşmə sxeminə fırlanğıcdan
aşağıda qoruyucu siyirtmənin quraşdırılması və fontan armaturunun üçboğaz və ya
dördboğazının flənsinin ölçülərinə uyğun xüsusi fləns daxil edilməlidir. Yuma zamanı əgər
quyuda təzahür baş verərsə, açıq fontanın qarşısını almaq üçün siyirtməni bağlamaqla yuma
kəmərini endirib fləns fontan armaturu ilə birləşdirilir.
Düz və kombinəedilmiş yumada bəzi hallarda yuma dayağı, başqa sözlə desək dikboru
(стояк) olmadan işləyirlər. Bu halda yuma şlanqı boru xəttləri ilə işçi meydançanın döşəməsi
səviyyəsində birləşdirilir. Fırlanğıcın aşağı vəziyyətə endirilməsində yuma şlanqı döşəməyə
sərilməməsi və quyuağzında maneçilik törətməməsi üçün, şlanqın orta hissəsinin qüllə
kəmərində (işçi meydança döşəməsindən 5-6 m yuxarı səviyyədə yerləşən) asılması üçün tərtibat
(şəkil VIII.11) istifadə edilir.
262
Sürətli düzünə yumada maye seli istiqaməti adi düz yumada olduğu kimidir, lakin
boruların əlavə edilməsindən əvvəl NKB ilə yuma boruları arası həlqəvi fəzadan qumun tam
çıxmasını istisna edilməsi hesabına qumun dağıdılmasının tezləşdirilməsinə imkan verir.
Buna, sxemə yuma başlığının 15 daxil etməklə nail olunur. Bu başlıq ona boruların
oturdulmasından və fırlanğıcın birləşmədən açılmasından sonra növbəti boru əlavə edilməyə
hazır olma müddəti ərzində mayenin dövretdirilməsinin bərpasına imkan verir. Nəticədə maye
dövretdirilməsində fasilə, yalnız yuma boru kəmərinin yiv birləşməsinin açılıb-bağlanması
müddəti ilə şərtləndirilir, tıxaca çökən qumun miqdarı isə əhəmiyyətsiz dərəcədə olur.
Sürətli düzünə yuma aşağıdakı qaydada aparılır (şəkil VIII.10,b-yə bax). Yuma
prosesində maye nasosdan 21, 19 siyirtmələr, yuma dayağı, yuma şlanqı 7 və fırlanğıcdan 9
keçməklə yuma boru kəmərinə daxil olur. Muftanın yuma başlığına çatma anında onun
göpvdəsinə içlik 16 geydirilir (punktir ilə göstərilib) və sonrakı endirmədə mufta 18 içliyə 16
oturdulur. Bundan sonra fırlanğıcdan aşağıda quraşdırılmış qısa boruya və muftaya açar
geydirilir, nasosun verimi saxlanılır, yiv birləşməsi açılır və yuma başlığında 15 qapaq 17
bərkidilir. Kranı 14 açıb, 19, 21 kranları bağlayıb yuma bərpa edilir, Lakin indi maye nasosdan
yuma dayağı, yuma şlanqı və fırlanğıcdan keçməməklə yuma boru kəmərinə daxil olur.
Növbəti borunu endirməyə hazırladıqdan sonra, yəni fırlanğıc altı quraşdırılmış qısa
borunu körpüdə yerləşmiş boru ilə birləşdirilib qaldırılır və quyuağzına yönəldilir. Bundan sonra
ya nasosun dayandırılması, ya da 21, 20 kranların açılması və 14, 19 kranların bağlanması ilə
dövretmə yenidən dayandırılır. Qapaq 17 başlıqdan 15 çıxarılır, növbəti boru endirilmiş borunun
muftasına bağlanır, bundan sonra yuma dayağı, yuma şlanqı, fırlanğıc və yeni bağlanmış
borudan keçməklə maye dövretməsi
bərpa edilir.
Əks yuma. Quyunun əks yuyulması, NKB kəməri ilə yuma boruları arası fəzadan (və ya
istismar kəmərilə yuma boruları arası fəzadan) mayenin vurulması və yuma boruları daxilndən
onun yuyulmuş qumla birgə qaldırılması nəzərdə tutur. Bu, çıxan maye selinin daha böyük
sürətlə hərəkətinə nail olmağa imkan verir və tıxacın dağıdılmasını tezləşdirir.
Quyuağzının yığılma sxeminə (şəkil VIII.10,c) quyuağzının hermetikləşdirilməsi üçün
yuma başlığı 22 daxildir. Yuma başlığı üçboğazın və ya dördboğazın flənsinə bərkidilir. Yuma
başlığı gövdədən və onda quraşdırılmış manjetli kipləşdiricidən 23 ibarətdir. Manjetin daxili
kifayət qədər elastikdir və yuma boru kəmərinin muftasını özündən keçirə bilir. Yuma mayesi
nasosdan yuma başlığına qaynaq edilmiş qısa boru və ya dördboğazdan keçməklə istiqamətlənir
(şəkil VIII.12).
Manjetin əvvəlcədən sıxılması və mayenin təzyiqi onu yuma borusunun xarici səthinə
sıxır və beləliklə daxili fəzanın hermetikliyini təmin edir, bu da mayenin daimi dövredilməsilə
boruların endirilməsinə imkan verir.
Muftanın başlığın kipləşdiricisindən sərbəst keçməsinin təmin edilməsi üçün onun qapağı
bir neçə dövr fırlatmaqla açılır, manjetin əvvəl aparılmış sıxılması beləliklə bir qədər azaldılır.
Yuma boruları daxilindən çıxan maye ya fırlanğıc, ya da elevatora dayaqlanan muftaya
yivlə bağlanan xüsusi yönəldici başlıq vasitəsilə
istiqamətlənir.
Qarmağın aşağı vəziyyətə endirilməsindən sonra təmiz su çıxana kimi yuma aparılır.
Yuma borularının daxili həcmi həlqəvi fəzanın həcmindən az olduğu üçün, əks yumanın
davamiyyəti müdəti düzünə yumadan az olur.
Təmiz su görünəndən sonra yuma boru kəmərinə əlavə edilməklə artırılır və tıxacın
dağıdılması prosesi davam etdirilir. Həlqəvi fəzada təmiz suyun olması boruların
pərçimlənməsini istisna edir.
Beləliklə qeyd etmək olar ki, əksinə yuma, düzünə yumaya nəzərən aşağıdakı
üstünlüklərə malikdir:

263
- yuma nasosunun məhsuldarlığı eyni olduğu halda, əksinə yumada çıxan maye axınının sürəti
düzünə yuma ilə müqayisədə bir neçə dəfə çox alınır;
- həlqəvi fəzada təmiz su olduğundan, yuma borularının pərçimlənməsi istisna edilir;
- yuyulmuş qum dənəciklərini yer səthinə qaldırmaq üçün maye axınının tələb olunan sürəti,
əksinə yumada nisbətən daha az maye sərfi ilə əldə edildiyindən nasosdakı təzyiq də yüksək
olmur.
Əksinə yumanın nöqsan cəhətlərindən aşağıdakıları göstərə bilərik:
- quyuağzını kipləşdirmək üçün xüsusi avadanlıqdan istifadə etmək lazım gəlir;
- həlqəvi fəzadan vurulan maye axınının sürəti az olduğundan, tıxacın da yuyulma intensivliyi
yüksək deyildir. Buna görə də sıx tıxacları təmizlədikdə əksinə yuma üsulunun tətbiq edilməsi
məqsədəuyğun sayılmır.
Belə halda maye şırnağının sürəti yüksək olan kombinə olunmuş yuma üsulundan istifadə
edilməsi məqsədəuyğundur.

Kombinəedilmiş yuma. Kombinəedilmiş yumanın mahiyyəti avadanlığın düzünə və əks


yuma rejimlərində vaxaşırı (növbə ilə) işləməsindən ibarətdir. Mövcud olan avadanlıqdan asılı
olaraq quyuağzı birləşmələr (обвязка) ) ya yuma başlığının istifadəsilə, ya da dördboğazın
istifadəsilə yerinə yetirilə bilər (şəkil VIII.10,d). Kombinəedilmiş yumada istifadə edilən
birləşmələr daha mürəkkəbdir, bu birləşmələr yuma borularında maye axınının istiqamətinin
dəyişilməsini təmin etməlidir.
Tıxacın yuyulması prosesində növbəti borunun əlavə edilməsindən (calanmasından)
sonra maye yuma boru kəmərinə vurulur. Bu halda 26, 4, 28 kranları açıq, 27 kranı bağlı olur.
Nasosdan maye dikborudan, yuma şlanqından və fırlanğıcdan keçməklə yuma borularına daxil
olur və ucundakı taxmadan keçməklə tıxacın yuyulması, yəni iş düzünə yuma kimi gedir. Maye
qumla həlqəvi fəzada qalxır və 4, 28 kranından keçməklə çənə daxil olur.
Planşaybanın üçboğaz flənsinə oturdulur və sancaqlarla birləşdirilir. Yumanı
dayandıraraq tıxac 25 açılır və dəlik elastik şlanq 24 vasitəsilə
çənlə birləşdirilir. 26, 28 kranları bağlanılır, 27 kranı açılır. Bundan sonra nasosun işi bərpa
edilir, lakin artıq əks yuma sxemi üzrə, yəni təmiz maye həlqəvi fəzaya vurulur, qum isə yan
dəlik və elastik şlanqdan çıxarılır. Qumun
çıxmasından sonra təmiz suyun görünməsi ilə
quyuda maye dövret- dirilməsi dayandırılır,
fləns birləşməsi sökülür, yuma boru kəməri
qaldırılır, mufta altına elevator qoyulur və
kəmər ona oturdulur.

Şək.VIII.11. Yuma şlanqının xüsusi tərtibat


vasitəsilə bərkidilməsi:
1-polad buraz; 2-bolt; 3-barmaqlıq; 4-xomut;
5-yuma şlanqı.

İşlək boru açılır, şurfa və ya körpüyə qoyulur. Növbəti boru kəımərə bağlanır, yuxarı
elevator azca qaldırılır, aşağıdakı elevator çıxarılır və yuxarıdakı elevator üçboğaza oturana kimi
boru kəməri aşağı endirilir. Fırlanğıc işlək boru ilə şurfdan qaldırıldıqdan sonra yuma boru
kəməri ilə birləşdirilir, elevator quyuağzından çıxarılır quyunun yuyulması davam etdirilir.
Kombinəedilmiş yumanı daha mürəkkəb birləşmə sxemi ilə həyata keçirmək olar. Bu
halda tıxac 25 və əlavə elastik şlanqın 24 istifadəsi lazım olmur. Beləki, mayenin əks yuyulması
264
rejimində maye yuma borularından fırlanğıc və elastik şlanq vasitəsilə çıxarılır, sonra isə əlavə
siyirtmədən keçməklə çənə istiqamətlənir. Belə sxemdə yuma rejimin dəyişilməsi
momentlərində yalnız müvafiq siyirtmələrin bağlanması və açılması kifayət edir.
Beləliklə, kombinə olunmuş yuma, düzünə və əksinə yuma üsullarının bütün müsbət
cəhətlərini özündə cəmləşdirir.

Şək.VIII.12. Əks yuma başlığı:


1– yivli qapaq (qayka);
2 – dəstəklər; 3 – halqa;
4 – sancaq; 5 – şayba; 6 – manjetli kjipləşdirici; 7 –
gövdədə qaynaq edilmiş konus; 8 – gövdə; 9 – vurğu
xəttinin birləşdirilməsi üçün qaynaq edilmiş yan boru;
10 – başlığın flənsi.

Maye udulması olan quyularda qum


tıxacının ləğvi

Alçaq lay təzyiqli quyularda süzgəc zonanın yuyulmasında çox zaman yuyucu mayenin
güclü udulması baş verir, nəticədə quyunun debiti əhəmiyyətli dərəcədə azalır.
Sulaşmış quyularda yuyucu maye – suyun laya nüfuz etməsi (daxil olması) nəticəsi, bu
suyun alçaq lay təzyiqli xalis (təmiz) neft quyularına təsiri nəticəsindən fərqlidir. Bu iki
kateqoriya quyular üçün ümumi, nəzərdən keçirilmiş yuma üsulları ilə istismar kəmərinin süzgəc
zonasının tıxacdan tam təmizlənməsinin mümkünsüzlüyü sayılır.
İş ondadır ki, süzgəcin üst dəliklərinin yuma ilə açılması prosesində bəzən yuyucu
mayenin dövranı kəsilir, yəni quyuya vurulan su laya gedir. Mayedə asılmış vəziyyətdə olan qum
yer səthinə qaldırıla bilmir. yuma başa çatdıqdan sonra o yenə quyudibinə çökür və süzgəcin
böyük bir hissəsini bağlayır.
Xalis neft quyusunun su ilə yuyulmasından sonra onun istismarının ilkin dövründə debit
kəskin azalır, bəzi hallarda isə quyu bir neçə gün ərzində yalnız su verir. Bundan sonra maye
axınında pərdə şəklində neft görünməyə başlayır.
Quyuda hətta təkrar yuyulmasından sonra da müsbət nəticənin alınmaması heçdə nadir
hal deyil. Yer səthinə istismar kəmərində süzgəcin yuxarı dəliklərindan üstdə çökmüş qumun
çıxarılması mümkün olur. Bu, quyunun sonrakı istismarına mənfi təsir etmiş olur.
Yuyucu mayenin laya getməsinin qarşısının alınması və alçaq lay təzyiqli quyularda qum
tıxacının ləğvi üçün layın su udmasını istisna edən metodlar tətbiq edilir. Bu metodlara
aşağıdakıları aid etmək olar: jelonka vasitəsilə, hava ilə üfürülmə və ya SAM və s. əlavə etməklə
aerəedilmiş
maye ilə yuma.
Sıxılmış hava ilə quyunun təmizlənməsi. Bu metodun mahiyyəti, sıxılmış hava həlqəvi
fəza ilə quyudibinə vurulur, tıxacı yumşaldır, boşaldır və quyuda olan maye ilə birlikdə yer
səthinə qaldırır.
Quyuağzı əks yumada tətbiq edilən sxem üzrə, borudan 2 mayenin yönəldilməsi üçün
yuma başlığından istifadə edilir (şəkil VIII.13).
Yan boru 3 kipkəcinə 1 hava verici xətt 4
birləşdirilir və onun üzərində işçi və basqı təzyiqin
təyin edilməsi üçün manometr 5 quraşdırılmışdır.

265
Sıxılmış havanın verimini ventillə 6 tənzimlənir, sərf isə hava paylayıcı qurğuda quraşdırılmış
sərfölçənin göstəricisi ilə tənzimlənir.

Şək.VIII.13. Qum tıxacının sıxılmış hava ilə təmizlənməsində quyuağzının təchiz edilməsi
sxemi.

Dərinlik nasosu ilə təchiz edilmiş quyularda tıxacın ləğvi üçün, qondarma nasosun və ya boru
nasosunun plunjerinin çıxarılmasından sonra nasos borularından istifadə etmək olar.
Quyunun təmizlənməsi - sıxılmış hava ilə qum tıxacının çıxarılması aşağıdakı qaydada
həyata keçirilir. Quyuda olan maye həlqəvi fəzadan (istismar kəməri və yuma boruları arası)
hava vurmaqla sıxışdırılır. Maye sütunun hündürlüyü və kompressorun gücündən asılı olaraq
mayenin sıxışdırılması ayrı-ayrı porsiyalarla (hissə-hissə) aparılır. Kəmərə boru əlavə edilməsi
zamanı hava verimini dayandırmaq üçün ventil 6 bağlanır.
Maye səviyyəsini azaltmaqla borular tıxaca çatdırılır və işçi təzyiqə nəzarət etməklə hava
vurulur. əvvəlcədən boruların sonluğuna bağlanmış taxma (frezer, müştük və s.) ilə borular
tıxaca tədricən daxil olur.
Süzgəcə tədricən daxil olmaqla yuma borularının sonluğunu quyudibinə çatdırırlar.
Havanın quyuya vurulmasını dayandırmaqla və həlqəvi fəzada təzyiqi boşaltmamaqla boruların
qaldırılmasına başlanılır.
Dərinlik nasosu ilə təchiz edilmiş quyularda boruları adətən nasosun asqı dərinliyinə kimi
qaldırırlar və yalnız bundan sonra quyuda təzyiqitədricən azaldırlar.
Quyunun aerəedilmiş maye ilə yuyulması
Yuxarıda təsvir edilmiş quyunun yuyulması üsulları və bu halda istifadə edilən
avadanlıqlar yuyucu kimi hansı mayenin (neft, su, gilli məhlul) istifadə edilməsindən asılı
deyildir.
Tıxacın təmizlənməsində su-hava qarışığının istifadəsi əlavə xüsusi avadanlığın –
qarışdırıcı (смеситель), kompressor və s. istifadəsini tələb edir (şəkil VIII.9-a bax, punktirlə
işarələnmiş).
Nasos aqreqatından yuyucu maye əks klapandan keçməklə qarışdırıcıya isiqamətlənir.
Sıxılmış hava mənbəyindən sərf tənzimləyici- sindən keçməklə qarışdırıcıya hava vurulur.
Qarışdırıcıdan çıxan su-hava qarışığı yuma şlanqı və fırlanğıcdan keçməklə yuma boru kəmərinə
daxil olur. Quyuağzı əks yuma üçün başlıq, yuma kəmərinin aşağı borusunun muftası isə əks
klapanla təchiz edilir.
Aerəedilmiş maye ilə texnologiyası əvvəlki təsvir edilmişdən fərqlənir.
Yumaya başlamazdan əvvəl borularda olan maye trapa sıxışdırılır, bundan sonra maye
dövranı yaradılır və tıxacın yuyulması üçün su və sıxılmış havanın nisbəti dəqiqləşdirilir.
Tıxacın çıxarılmasından sonra və yuma boru kəmərinin boru uzunluğu qədər
endirilməsindən sonra nasos aqreqatı dayandırılır, boru daxilindəki təzyiq isə nəzarət ventili
vasitəsilə azaldılır. Həlqəvi fəzada təzyiq saxlanılır, beləki, yuma boru kəmərində yuxarıya maye
axınına əks klapan mane olur.
Ardınca boru kəmərinə əlavə edilir, nasos işə salınır və su-hava qarışığı dövranı bərpa
edilir. Bu əməliyyatlar sikli bütün tıxac yuyulub çıxarılana kimi təkrarlanır.
Quyunun SAM əlavə edilmiş aerəedilmiş maye ilə yuyulması. Quyunun səthi-aktiv
maddələr əlavə edilmiş aerəedilmiş maye ilə yuyulması üsulundan istismarı tez-tez tıxac
yaranma ilə mürəkkəbləşən, tıxacın ləğvi layın yuyucu mayenin udması ilə bağlı alçaq lay
təzyiqli quyuların yuyulmasında istifadə edilir. Belə quyularda tıxacın yuyulmasında yuyucu
mayenin sıxlığının azaldılması ilə quyudibinə hidrostatik təzyiqin azaldılması, nəticədə yuma
mayesinin udulmasının azaldılması üçün SAM əlavə edilmiş hava-maye qarışığı tətbiq edilir.
Səthi-aktiv maddələr, neft-su sərhədində səthi gərginliyin azaldılması üçün tətbiq edilir.
266
Quyunun yuyulması prosesində laya cod suyun daxil olması ilə neft quyudibi ətrafı
zonadan layın dərinliklərinə sıxışdırılır. Nəticədə məsaməli fəzanın bir hissəsi su ilə dolur. Buna
görə quyunun mənimsənilməsində neftin quyudibinə axınında böyük müqavimətlə rastlaşır.
Əlavə kimi müxtəlif SAM-lar tətbiq edilir:
sulfanol, natrium sulfonat duzu, deemulqa-
torlar və s.
Quyunun səthi-aktiv maddələr əlavə
edilməklə aerəedilmiş maye ilə yuyulmasında
avadanlığın və quyuağ- zının yığılması sxemi
şəkil VIII.14-də göstərilmişdir.
Quyuya yuma boruları 10 endirilir və
başmağı qum tıxacı 12 səviyyəsindən 10-15 m
yuxarıda saxlanılır. İşlək borufırlanğıcla
birləşdirilir və əks klapanla 9 təchiz edilir. Əks
klapan 4 həmçinin aeratora 5 hava və suyun
vurulması üçün olan xətdədə quraşdırılır.
Quyuağzı kipləşdirici 8 ilə
hermetikləşdirilir.

Şək.VIII.14. SAM əlavə edilməklə aerəedilmiş


maye ilə quyudakı qum tıxacının yuyulması
sxemi.

SAM ilə emal edilmiş su yuma aqreqatının


13 nasosu ilə aeratora 5 daxil olur, eyni
zamanda qazpaylayıcı batareyadan və ya səyyar
kompressordan hava ona vurulur. Aeratorun
çıxışı yuma şlanqı ilə birləşdirilir. Yuma prosesinə nəzarət və onun tənzimlənməsi ventil 3,
sərfölçən 2, manometr 7 və boruların əlavə edilməsində vurğu xəttində təzyiqin boşaldılmasına
xidmət edən boşaldıcı vasitəsilə həyata keçirilir. Yuyulmuş tıxac həlqəvi fəza ilə yer səthinə
qaldırılır və xəttə 11 daxil olur.
Yumaya başlamazdan əvvəl ayrıca çəndə 14 və ya aqreqat çənində SAM məhlulu
hazırlanır.
SAM-in suya aşağıdakı miqdarda (suya %-lə) əlavə edilməsi tövsiyə edilir:
sulfanol....................................................0,1 – 0,3
natrium sulfonat duzu.............................1,0 – 2,0
OP-7 və OP-10........................................0,05 – 0,10
DC-PAC..................................................0,50 – 1,0
Su və havanın nisbəti miqdarı layın drenaj olunma dərəcəsin- dən, quyudibi ətrafı
zonanın məsaməliyindən və lay təzyiqindən asılı olaraq qəbul edilir. Tükənmiş layları istismar
olunan quyular üçün, aerasiya dərəcəsinin lay təzyiqindən asılılığının təyinində aşağıdakı
məlumatların istifadəsi tövsiyə olunur:
Lay təzyiqi, hidrostatik təzyiqdən %-lə......60-40 40-25 25-15
Aerasiya dərəcəsi hava m3 /su m3.............15-20 20-30 30-50

267
Nasosun aqreqatını işə salmaqla və hava ventilini açmaqla SAM-la emal edilmiş mayenin
aerasiya prosesi tənzimlənir.
Dövretmə yarandıqdan sonra quyunun yuyulmasına başlanılır. Qum tıxacı yuyulduqca
yuma borularına əlavələr edilir. yuma borularına əlavə edildikdən sonra aerasiya edilmiş
mayenin sıxlığının bərpası çətinlik yaratmır.
Quyunun köpüklə yuyulması. SAM-in suda müəyyən konsentrasiyalı məhlulunda
(məsələn, suya 0,5 % sulfanol əlavə edilməsində, uyğun olaraq 1 m 3 suya 5 kq sulfanol) və bu
məhlulun havaya 1:20÷1,40 nisbətində quyuların yuyulması üçün istifadə edilən stabil köpük
yaranır.
Köpüklə quyunun yuyulması texnoloji prosesi səthi-aktiv maddələr əlavə edilmiş
aerəedilmiş maye ilə yuyulması ilə eynidir. Lakin köpük aerəedilmiş maye ilə müqayisədə
aşağıdakı üstünlüklərə malikdir:
- köpük aerəedilmiş mayeyə nəzərən daha az sıxlığa malik olduğu üçün yuma prosesində maye
sütununun quyudibinə təzyiqi xeyli azdır;
- köpük tıxacı daha yaxşı çıxardır, bu da yuma prosesini sürətləndirir;
- köpük praktiki olaraq laya daxil olmur və yumadan sonra quyu asan və tez mənimsənilir.
Qum tıxacının köpüklə çıxarılması və ya ləğvi aşağıdakı quyularda aparılması vacibdir:
1) lay təzyiqi hidrostatiki təzyiqdən 0,2 – 0,7 hüdudlarında dəyişən quyularda;
2) yuma prosesində fontan təhlükəsi yaranmayan mexanikiləşdirilmiş üsulla istismar olunan
quyularda;
3) yuma prosesində suyun tam və ya bir hissəsi udulmaya getməklə quyudibi ətrafı zonanın
keçiriciliyi azalan quyularda.

VIII.7. Boruların parafindən termiki təmizlənməsi

Neftin tərkibində parafin olan quyuların, istismar üsulundan asılı olmayaraq qaldırıcı
borularında, xüsusilə də boru kəmərinin yuxarı hissəsində (neftin neftin quyudibindən
quyuağzına qaldırılması zamanı neftin soyuması nəticəsində parafin qaldırıcı borularda tökülərək
onun divarında çökür), eləcə də quyuağzı çıxış xətlərində parafin neftdən ayrılıb çökür. Bu
parafin çöküntüləri quyunun normal işləməsinə mane olur. Boruların divarlarının əmələ gələn
parafin qatı getdikdə qalınlaşır. Əgər profilaktik tədbirlər görülməzsə, parafin çöküntüləri
boruların daxili en kəsiyini getdikcə daraltmaqla onu tam tuta bilər və deməli, quyunun
istismardan dayanmasına səbəb ola bilər. Qaldrıcı boruları təmizləmək üçün onlarda çökmüş
parafini əritmək və ya borulara endirilən xüsusi ərsinlərlə parafini mexaniki yolla təmizləmək,
ya da kimyəvi reagentlər vasitəsilə təmizləmək lazımdır.
Parafin, istismar kəmərinin süzgəc hissəsində, hətta quyudibi ətrafı zonada neftdən ayrılıb
quyudibinə və boru divarlarına çökür, bu da quyu məhsuldarlığının kəskin surətdə azalmasına
səbəb olur. Quyudibi ətrafı zonanın parafinsizləşdirmək üçün başlıca olaraq termiki və
termokimyəvi üsullardan istifadə edilir. Bu üsulların mahiyyəti quyudibi ətrafı zonanın
qızdırılmasından ibarətdir. Bundan məqsəd, oradakı parafini əridərək, qaz-maye qarışığı axını ilə
onun səthə çıxarılmasını təmin etməkdir.
Boruları parafindən səyyar buxar qurğuları (ППУ) vasitəsilə təmizlənir. Boruları həm
quyuda, yəni onları yer səthinə qaldırmadan, həm də qaldırdıqdan sonra körpüdə düzülmüş
vəziyyətdə təmizləmək olar.
Səyyar buxar qurğusu ştabellə düzülmüş boru stellajı yaxınlığında yerləşdirilir. Buxar,
sonluğunda metallik ucluq olan elastik şlanq vasitəsilə növbə ilə hər bir boruya onun divarlarına
çökmüş parafin tam çıxana kimi vurulur.
Bu işlərin aparılmasında ucluğun vəziyyətinə nəzarət etmək vacibdir,
əks halda qızdırılmış buxarla işçi personalın yanıqalması mümkündür.

268
Boruların parafindən təmizlənməsi üçün təbəqə poladdan və ya balansdan silinmiş
trapdan qaynaq edilmə vasitəsilə hazırlanan vannadanda istifadə etmək olar. vannanın ümumi
uzunluğu 14 m-ə kimi olmalıdır ki, boruları ona yükləmək mümkün olsun. Vannanın daxilində,
onun dibində buxar mənbəyinə birləşdirilən ilanvari borcuqlar (змеевик) yerləşdirilir. vanna
xaricdən istilik-təcridedici materiallarla təcrid edilir və qapaqla örtülür.
Quyuiçi avadanlığın buxarla qızdırılması fontanla, qazlift və ya mexanikiləşdirilmiş
üsulla istismar olunan quyularda, onları dayandırmadan
mümkündür.
Qurğunu quyunun boruarxası fəzasına və ya komperssor quyusu yanındakı sıxılmış qaz
vurulan hava xəttinə (əgər quyu qazlift üsulu ilə istismar edilir) birləşdirərək, quyuya buxar
vurmağa başlayırlar. Buxar aşağıya getdikdə qaldırıcı boruları qızdırır və oradakı parafin
əriməyə başlayır. Əridilmiş parafin yuxarıya isiqamətlənən lay mayesi axını ilə yer səthinə -
mədən kollektoruna yönəldilir. Bu zaman çıxış xəttindəki parafin də əriyir. İşin başlanğıcında
buxar az miqdarda verilir, sonra isə tədricən artırılaraq buxar qurğusunun maksimal
məhsuldarlığına çatdrılır. Quyuya buxar vurulması təzyiqi, kompressor üsulu ilə istismar zamanı
vurulan havanın işçi təzyiqindən asılıdır.
Boruların qızdırılması üsulu ikisıralı liftlə təchiz edilmiş quyularda
daha yaxşı nəticə verir. Birsıralı lifti olan quyularda istiliyin böyük bir hissəsi istrismar
kəmərinin faydasız qızdırılmasına sərf olunur.
Parafinli neft verən kompressor quyularında quyuağzı elə təchiz edilməlidir ki, onu
həlqəvi sistemlə işlədilmə üsulundan mərkəzi sistemlə işlədilmə üsuluna və əksinə keçirmək
mümkün olsun; borular, quyunu mərkəzi sxem üzrə işlədilməyə keçirərək qızdırılmalı, əridikdən
sonra isə quyu yenidən həlqəvi sistem üzrə işlədilməlidir. Fontan quyularında boruların
parafindən təmizlənməsi üsulu, ancaq boruarxası təzyiq yüksək olmadıqda tətbiq oluna bilər.
Parafinli neft verən quyuların çıxış xətlərini buxarla üfürləməklə təmizləmək üçün həmin
çıxış xətlərində adətən quyu ağzına yaxın bir yerdə, ventili və flansı olan üçboğaz qoyur və xətti
üfürmək lazım gəldikdə buxar qurğusunun çıxış xəttini həmin flansa birləşdirirlər. İşləyən
quyunun məhsulu çıxış xəttinin başlanğıcında ifrat qızmış buxarla qarışır, beləliklə, neftlə
buxarın isti qarışığı bütün çıxış xəttindəki parafini əridir.
Buxarla qızdırılmadan başqa parafinin, həmçinin qızdırılmış neftlə, kerosinlə
təmizlənməsi məlumdur. Lakin bu üsulların istifadəsi üçün xüsusi istilik mübadiləçisi
(теплообменник) və nasos lazımdır.
Nefti qızdırmaq üçün qurğudan quyuya vurulan buxarı, ölçülü çənin
daxilində qoyulmuş spiral borulardan keçirirlər. Bu parafinsizləşdirmə üsulu fontan, kompressor
və nasos quyularında tətbiq edilə bilər.
İstismar kəməri ilə qaldırıcı borular arasındakı həlqəvi fəzaya qızdırılmış neft o vaxta
kimi verilir ki, quyunun fontan vurmasına mane olmasın. Bu zaman boruarxası fəzada
birləşdirilmiş boru kəmərində əks-klapan qoyulmalıdır.
Hesablamalara görə müəyyən edilmişdir ki, nefti bilavasitə qaldırıcı boruların daxilinə
vurulması tələbi yarandıqda, 90-95 0C–yə qədər qızdırılmış neft nasos vasitəsilə qaldırıcı
boruların daxilinə vurulur. Neft axını əridilmiş parafini yerin səthinə çıxarır. Borulara isti
kerosinin vurulması daha yaxşı nəticə verir, beləki, kerosin parafini əritməklə bərabər onu
özündə həll edir. Bundan əlavə, kerosin vurulduqda, kerosinin sıxlığının neftə nəzərən daha çox
olması ilə fontan quyusunda təzahür təhlükəsi xeyli azalır. Bu üsulun çatışmazlığıı, əməliyyat
zamanı dayandırmalar lazım gəlir.
Bu üsul dərinlik nasosu ilə təchiz edilmiş quyularda tətbiq edilikdə nasos ştanqları
kəməri, plunjerin silindrdən çıxana kimi qaldırılır. Bu zaman 6-8 m 3 qızdırılmış neft nasos
borularına vurulur. Bundan sonra, plunjeri dərhal nasosun silindrində öz yerini oturdaraq
qurğunu işə salırlar. Əridilmiş parafin maye axını ilə səthə çıxarılır.

269
Ştanqsız porşenli hidravlik nasoslara istimsar edilən quyularda qaldırıcı boruları
parafindən təmizləmək üçün quyuya güc nasosları ilə isti neft vurmaq olar.
VIII.7.1. Quyunun parafinsizləşdirilməsi üçün yarımavtomat PADUS (ПАДУС)
qurğusu

Quyunun parafinsizləşdirilməsi üçün yarımavtomat PADUS qurğusu


(ПАДУ, УДС, лебедка депапафинизации) neft quyularında fontan, kompressor və elektrik
dalma nasosları ilə təchiz edilmiş quyuların lift borularının daxilinin parafindən mexaniki
təmizlənməsi üçün təyin edilmişdir.
Qurğuda, elektrik mühərrikilə reduktorun bir ox boyu mərkəzləşdirilməsini prinsipial
yaxşılaşdıran mühərrik-reduktor tətbiq edilmişdir. Onun tətbiqi, qurğunun ağırlığı və əndazə
ölçülərinin azaldılmasına imkan vermişdir. Barabanın bucurqadı gücləndirilmişdir və bu istismar
prosesində onun deformasiyasını istisna edir. Əl əyləci (tormoz) xeyli yaxşılaşdırılmışdır: o
cümlədən əyləc dəstəyi və əyləc bəndlərinin (kolodka) bərkidilməsi qüvvətləndirilmişdir, əl
əyləci ilə barabanın saxlanılmasına tətbiq olunan qüvvə azaldılmışdır. Mühərrik-reduktorun
isrtifadəsi “artıq yüklənmə” mexanizminin dəyişilməsinə imkan yaratmışdır. Mühərrik-
reduktorun işə salınması reduktor valında quraşdırılmış düz yaylar
dəstilə yerinə yetirilir.
Şəkil VIII.15-də bucurqadın ümumi görünüşü göstərilmişdir.
Cədvəl VIII.1-də quyunun parafinsizləşdirilməsi üçün yarımavtomat PADUS qurğusunun
əsas xarakteriskası verilmişdir.
PADUS qurğusunun quraşdırılma sxemi Şəkil VIII.16-da göstərilmişdir.

Şək.VII.15. PADUS qurğusunun bucurqadının


ümumi görünüşü.

Şək.VIII.16. PADUS qurğusunun quraşdırılma sxemi:


270
1– rama; 2 – mühərrik-reduktor; 3 – baraban; 4 – düzmə mexanizmi;
5 – “sonsuz” val; 6 – əyləc bəndi ilə dəstək; 7 – qəzalı qaldırma dəstəyi;
8 – həddi dartqı qüvvəsi mexanizmi; 9 – barabanın qoruyucu məhəccəri; 10 – örtük; 11–
lubrikator; 12 – induksiya maqarasının borusu;
13 – induksiya maqarası; 14 – xomut; 15 – kipkəcin qasnağı;
16 – istiqamətləndirici qasnaq; 17 – kronşteyn; 18 – dartıcı qasnaq;
19 –hərəkətli dəstək ; 20 – sim; 21 – idarəetmə şkafı.
Cədvəl VIII.1.
Təmizlənmə zonasının maksimal dərinliyi...............3000 m-ə kimi
İş rejimi.....................................................................yarımavtomat, əl ilə
Ərsinin qaldırılma sürəti............................................0,5 m/san kimi
Dartqı qüvvəsi ..........................................................70 – 120 kq
Qeyd: Sifarişlə dartqı qüvvəsi artırıla bilər.

NKB səthinin parafin çöküntülərindən təmizlənməsi üçün


quyu ərsinləri

СП-Техно quyu ərsinləri NKB kəmərində parafin (həmçinin asfalt-qətran) çökünülərinin


ilkin təmizlənməsi üçün təyin edilmişdir (şəkil VIII.17,a). Sonrakı periodik təmizləmədə frezerli
СФ-Техно və tiyəli (лезвийные) СЛ-Техно ərsinləri (şəkil VIII.17,b,c) tətbiq edilir. Bu ərsinlər
quyunun parafinsizləşdirilməsi üçün avtomat qurğusu УДС-Техно 101 və ya yarımavtomatik
karotaj bucurqadı ЛКИ-Техно tərkibində istifadə edilir.
НПФ «ТехСмарт» ASC-nin istehsalı olan ərsinlər dinamiki ərsin СД, xaricə çıxıntılı
(раздвижной) ərsin, Bolotov ərsini, ПУР.55, ТУ.55, ПУ.55, ДИ.55, КИ.55, ПА.55, КР.55,
ПЛ.55, СР-73, СЛ-73, Stroyev ərsinlərinin analoqları sayılır.

Şək.VIII.17. Ərsinlər: üstdə - parafin tıxacının ilkin təmizlənməsində istifadə edilən


СП-Техно quyu ərsini; ortada – yüksək debitli quyularda tətbiq edilən effektli frezerli СФ-
Техно quyu ərsini; aşağıda – parafin qatını 2,5 mm-ə kimi kəsən tiyəli СЛ-Техно ərsini.

271
НПФ «ТехСмарт» ASC-nin istehsalı olan ərsinlər quyuların parafinsizləşdirilməsi üçün
aşağıdakı tip qurğuların istifadəsində yararlıdır:
УДС, УДС-Техно, УДС-3000T, УДС-1M, УОК-HKT, ПАДУС, ПАДУ-3M, ДСА-18, МДС-
010, Süleymanov bucurqadı.
Ərsinin kəsici başlıqları dəyişiləndir, yəni yenisi ilə əvəz etmək mümkündür.
Komplektasiya edildikdə kəsici başlıqların, əndazə ölçülərinin və ağırlaşdırıcı yükün quyu
şəraitinə uyğun dəyişilməsi mümkündür. Qurğuşun yük kiçik dərinliklərdə işin daha effektli
alınmasına imkan verir.
Simdə düyünün düşməsi ilə onun burulması və bununla əlaqədar quyuda qəzalı
vəziyyətin yaranmasının qarşısını alan karabinin (fırlancıq) varlığı vacib sayılır.
Polimer örtüklü NKB-lərdə işləmə üçün ərsinlər yüksəkdavamlı plastik frezerlərlə
dəstləşdirilirlər.
Xüsusiyyətləri

• daha yüksək nüfuz edilməyə nail olunması – müxtəlif diametrli dəyişilən frezerlərlə axıcı-
rasional formalı bütöv gövdəli olması hesabına;
• kəmərin təmizlənməsi ərsinin aşağı-yuxarıya qarşılıqlı (irəli-geri) hərəkətilə baş verir;
• ərsinin konstruksiyasının modulluğu, istifadədən əvvəl tələb olunan endirilmə quruluşunda
(kompanovka) yığılmasına imkan verir;
• ağırlaşdırıcı-yükün qurğuşun özəyi hesabına kiçik əndazə ölçülərində böyük ağırlıq.
Ərsinin tərkibi

1. Simin/kabelin bərkidilməsi (ropsoket);


2. Karabin (fırlancıq – simin burulmasının qarşısının alınması üçün);
3. Qurğuşun ağırlaşdırıcı-yük;
4.Kəsici başlıqlar (frezlər);
5. Ucluq.
Cədvəl VIII.2-də ərsinin texniki xarakteriskası verilmişdir.
Cədvəl VIII.2.

Ərsinin uzunluğu.....................................1500 mm-dən başlayaraq


Çəkisi.......................................................10 – 42 kq
İstismar temperaturu................................- 40 0C ÷ +150 0C
Maksimal təzyiq.......................................35 MPa ÷ 100 MPa
Kəsici başlıqların (frezer) sayı.................2 ÷ 8 ədəd
Kəsici başlıqların (frezer) diametri..........32 ÷ 70 mm
İlkin təmizləmə başlıqlarının diametri.....25 ÷ 52 mm

Quyunun parafinsizləşdirilməsi üçün yarımavtomat PADUS qurğusunun quyuağzı


elementləri şəkil VIII.18-də göstərilmişdir.

272
a b

c d
Şək.VIII.18. PADUS qurğusunun quyuağzı elementləri:
a – quyuağzı lubrikator; b – quyuağzı tutucu; c - ərsin üçün kanat simi;
d – lubrikatorun kipkəc başlığı.

VIII.8. Quyudibi ətrafı zonanın keçiriciliyinin yüksəldilməsi metodları

Neftin, qazın məhsuldarlığı və vurucu quyuların udulma qabiliyyəti əsasən məhsuldar


süxurların keçiriciliyindən və neftin özüllüyündən asılıdır. Bu və ya başqa quyunun təsir
zonasında süxurun keçiriciliyi nə qədər çox olarsa, digər bərabər şəraitlərdə məhsuldarlığı və ya
quyunun udulma qabiliyyəti bir o qədər çox olacaqdır. Neftin özüllüyü nə qədər az olarsa,
quyunun məhsuldarlığı bir o qədər çox olacaqdır və əksinə.
Lay süxurlarının ilkin keçiriciliyi, quyunun qazılması və istismarı prosesində vaxt
etibarılə müxtəlif səbəblərin təsirilə pisləşə bilər. Beləki, qazma prosesində məhsuldar layın
açılmasında quyudibi ətrafı zona qazma məhlulu ilə qismən tutulur, bu da süxurların
keçiriciliyinin azalmasına, son nəticədə neft və qaz axınının azalmasına səbəb olur.
Quyunun istismarında quyudibi ətrafı zonadakı süxurların keçiriciliyi
məsamələrin qazma məhlulu hissəcikləri, parafin və qətran çöküntüləri ilə tutulması nəticəsində
pisləşə bilər.
Suvurucu quyularda quyudibi ətrafı zonanın keçiriciliyi, süxurların məsamə və çatlarında
vurulan mayenin tərkibində olan mexaniki qarışıqların (lehmə, gil, metal oksidi və i.a.) çökməsi
nəticəsində pisləşir.
Quyudibi ətrafı zonanın keçiriciliyinin yüksəldilməsi üçün süxurların məsamələrinin
müxtəlif çöküntülərdən təmizlənməsi, süxurların çatları və drenaj kanallarının ölçü və sayının
artırılmasına imkan verən metodlar tətbiq edilir. Bundan başqa torpedləmə, hidroqum şırnaqlı
perforasiya, turşu məhlulları ilə quyunun emalı,, layın hidravliki yarılması, quyudibi ətrafı
zonaya təsirin istilik metodları da tətbiq edilir.

273
Torpedləmə və hidroqum şırnaqlı perforasiya metodları I fəsildə təsvir edilmişdir. Qeyd
etmək lazımdır ki, bu metodlar yalnız quyunun tamamlanmasında layın açılması deyil, həm də
quyudibi ətrafı zonanın keçiriciliyinin yüksəldilməsi metodu kimi tətbiq edilir.

VIII.8.1. Quyudibi ətrafı zonanın turşu ilə emalı

Quyudibi ətrafı zonanın turşu ilə emalı xlorid turşusunun karbonatlı süxurları (əhəngdaşı,
dolomitlər) və ya tərkibinə qumdaşı və ya digər süxurların daxil olduğu karbonatlı süxur yaradıcı
mineralları həlletmə qabiliyyətinə əsaslanır.
Layın xlorid turşusu ilə emalında o süxurla reaksiyaya girərək məsaməli kanalları
genişləndirir və turşuda həll olunan karbonatlı materiallar və lehmədən təmizləyir. Bu halda
turşunun təsirilə mövcud kanalların genişlənməsilə onların əlaqələndirilməsi yaxşılaşır, nəticədə
quyunun drenaj sahəsi və debiti artır.
Xlorid turşusu ilə emalın effektliyi quyunun düzgün seçilməsi (yəni emalın
məqsədəuyğunluğunun təyini), turşunun konsentrasiyası və emalı, emal zamanı yaranan təzyiq,
quyudibi temperaturdan və s. asılıdır. Xlorid turşusunun konsentrasiyası dedikdə, xalis turşunun
suda olan olan tərkib etibarilə dərəcəsi başa düşülür.
Turşu ilə emal üçün texniki xlorid turşusunun 8 – 16 %-li məhlulu tətbiq edilir. Bu, su
məhlulunun 100 çəki hissəsinə xlorid turşusunun 8-dən 16-ya kimi çəki hissəsinin düşməsi
deməkdir.
Xlorid turşusu məhlulunun konsentrasiyası və həcmi hər bir quyu üçün ayrılıqda, geoloji-
istismar xarakteriskasından (layın gücü, hündürlüyü, debiti və s.) asılı olaraq planlaşdırılır. Ən az
turşu məhlulu həcmi (lay intervalının hər 1 m-nə 0,4 – 1,0 m 3) və məhlulun ən böyük
konsentrasiyası (15 – 16 %) az debitli quyularda kiçik keçiricili karbonatlı süxurlar üçün tətbiq
edilir.
Yüksək debitli quyular və nisbətən yüksək keçiricili süxurlar üçün layın hər bir metr
məsafəsinə (qalınlığına) 1,0 – 1,5 m3 xlorid turşusu məhlulu planlaşdırılır.
Qumlu kollektorları istismar edilən quyular üçün xlorid turşusu məhlulu ilə ilkin emalı
konsentrasiyası 8 – 10 %-də, az həcmdə (hər bir metr məsafəsinə 0,4 – 0,6 m 3) aparılır. Sonrakı
emallarda əvvəlki ilə müqayisədə xlorid turşusu məhlulunun həcmi tədricən artırılır. Bu o
məqsədlə edilir ki, emal sahəsini genişləndirərək quyudan mümkün qədər daha əhəmiyyətli
məsafədə laya daxil olsun.
Quyuların emalı üçün adətən tətbiq edilən xlorid turşusu məhlulu metallik avadanlıqda
güclü korroziya yaradır. Turşu məhlulunun konsentrasiyası nə qədər yüksək olarsa metalın
korroziyaya uğraması ilə dağılması bir o qədər tez baş verir. Bu halda turşuda həll olunmuş
dəmir, dəmir oksidinin hidrat birləşməsinin həcmli çöküntüsü şəklində layın məsaməli fəzasına
tökülür.
Xlorid turşusunun korroziya aktivliyini zəiflətməklə metalın dağılmasının azaldılması,
avadanlığın xidmət müddətini uzadılması və laya dəmir oksidinin düşməsinin qabağını almaq
üçün xlorid turşusu məhluluna xüsusi reagent – korroziya ingibitorları əlavə edilir. Korroziya
ingibitoru kimi unikol, formalin, SAM, katapin A, katapin K və s. tətbiq edilir. Markasından asılı
olaraq xlorid turşusu məhluluna unikol 0,05 – 0,5 % miqdarında qatılır.
Xlorid turşusu məhlulunun reaksiya sürətinin dəyişilməsi üçün (zəif həllounan sıx
süxurlarda artırılması, yaxşı həllolunanlarda azaldılması), müxtəlif SAM-lardan ibarət
intensifikatorlar əlavə edilir.
İstehsalçı müəsisədən alınan xlorid turşusunun tərkibində adətən 0,5 – 0,7 % dəmir olur.
Quyudakı avadanlıq və borularda olan pasın hesabına bu faiz dahada arta bilir. Turşuda həll
olunmuş dəmir, qeyd edildiyi kimi dəmir oksidinin hidrat birləşməsinin həcmli çöküntüsü
şəklində layın məsaməli fəzasına tökülür. Xlorid turşusu məhlulundan dəmir oksidinin
tökülməsinin qarşısının alınması üçün stabilizatorlar tətbiq edilir.
274
Stabilizator kimi sirkə turşusu tətbiq edilir. Sirkə turşusunun stabilləşdirici təsirindən
başqa o həmçinin xlorid turşusunun reaksiyasını yubadıcısıdır, yəni reaksiya sürətinin
azaldıcısıdır.

Quyunun turşu ilə emalı texnologiyası

Mədənlərdə xlorid turşusu ilə emalın aşağıdakı növləri tətbiq edilir: turşu vannaları;
təzyiq altında turşi ilə emal; termokimyəvi və termoturşulu emalı.
Turşu vannaları. Turşu vannaları daha çox yayılmışdır. Quyunun emalı öncəsi o
qumdan, parafindən və korroziya məhsullarından təmizlənir. Kəmərin, boruların divarlarının
korroziya məhsullarından təmizlənməsi üçün quyuda turşu vannası qoyulur, yəni quyuya xlorid
turşusu məhlulu vurulur və laya basılmadan bir neçə saat saxlanılır. Ardınca əks yuma ilə turşu
məhlulu reaksiya məhlulları ilə birgə yuma yer səthinə çıxarılır. Turşu vannası quyudibi ətrafı
zonaya (layın məsaməli fəzasına) çirkləndirici materialların düşməsinin qarşısının alınması üçün
tətbiq edilir. Bu ən sadə emal növüdür.
Quyunun xlorid turşusu məhlulu ilə təzyiq altında emalı. Quyunun xlorid turşusu
məhlulu ilə təzyiq altında emalı sxemi şəkil VIII.19-da göstərilmişdir.

a b c d
Şək.VIII.19. Quyunun xlorid turşusu ilə emalı sxemi.

Əvvəlcə neft və ya su vurmaqla dövretmə yaradılır (şəkil VIII.19,a). Ardınca boruarxası


fəzadakı kranın açıq vəziyyətində hesablanmış miqdarda xlorid turşusu məhlulu borudaxili
fəzadan quyuya vurulur. Bu halda xlorid turşusu məhlulunun birinci hissəsi (porsiyası) elə
hesabla vurulur ki, onun həcmi borunun başmağından layın (süzgəcin) üst sərhədini intervalında
boru daxili və həlqəvi fəzanı doldurmuş olsun (şəkil VIII.19,b). Bundan sonra borudaxili
fəzadakı kran bağlanır və boruarxası fəzadakı turşu məhlulu süzgəcin üst sərhədi intervalı
bərabərinə kimi təzyiq altında laya basılır (şəkil VIII.19,c). Borudaxili fəzada və süzgəc hissədə
boruarxası fəzada qalmış turşu məhlulu neft və ya su ilə laya basılır.
Turşu məhlulunun laya basılmasından sonra turşunun süxura təsiri üçün, quyu 8 -12 saat,
bəzən daha çox dinc vəziyyətdə saxlanılır və sonra istismara buraxılır.
Vurucu və qaz quyularında da turşu ilə emal, neft quyularında aparılan qayda ilə eynidir.
Quyunun xlorid turşusu məhlulu ilə təzyiq altında emalında yerüstü avadanlığın birləşmə
sxemi şəkil VIII.20-də göstərilmişdir.

275
Şək.VIII.20. Quyunun xlorid turşusu məhlulu ilə təzyiq altında emalında yerüstü
avadanlığın birləşmə sxemi: 1 - turşu aqreqatı;
2 – köməkçi nasos aqreqatı; 3, 6 – aqreqat çənləri;
4, 7, 8 – stasionar çənlər; 5, 10 – nasos; 11 – quyu.

Termoturşulu emal. Quyunun termoturşulu emalı metolu, quyudibində parafin və ya


qətranlar çökmüş quyularda tətbiq edilir.
Bu metodun mahiyyəti ondan ibarətdir ki, quyunun süzgəz zonasında kimyəvi maddələrlə
(maqnezium, natryum hidroksid, kalium hidroksid və s.) doldurulmuş perforasiya edilmiş ucluq
quraşdırılır və bu maddənin turşu ilə reaksiyaya girməsi nəıticəsində böyük miqdarda istilik
ayrılır.
Bu maddələlərdən (turşu ilə reaksiyaya girməklə böyük istilik ayrılan) ən çox aktiv
olanlardan biri maqneziumdur. Maqnezium yonqar, lövhəcik və qranul (kürə formalı dənəcik)
şəklində tətbiq edilir.
Quyunun termoturşulu emalı metolu iki mərhələdə aparılır: birinci mərhələdə quyudibini
istiliklə, yəni termokimyəvi emal edirlər. Bu halda xlorid turşusunun qızdırılması, xlorid turşusu
ilə maqnezium arasında gedən reaksiyanın nəticəsində ayrılan istiliyin hesabına baş verir. İkinci
mərhələ adi - turşu ilə emaldır.
Quyunu aşağıdakı qaydada emal edirlər:
1. Quyunu neftlə doldururlar.
2. Nasos-kompressor borularının daxilinə, maqnezium doldurulmuş xüsusi reaksiyaverici ucluq
ştanqlarla endirilir.
Maqneziumun miqdarı adətən 40 kq təşkil edir, lay qatı (hündürlüyü) böyük olanda 100
kq-a kimi olur.
3. Emalın istilik fazası üçün xlorid turşusu məhlulunun birinci porsiyasını quyuya vururlar.
xlorid turşusu məhlulu maqneziumla reaksiya hesabına qızır. Birinci mərhələdə turşu
məhlulunun sərfi (miqdarı) laboratoriya şəraitində kimyəvi reaksiyada yaranan istiliyin miqdarı
ilə təyin edilir.
Vurulma rejimi turşu məhlulunun 75 0C temperaturu təmin etməlidir, bu halda o lay
süxurları ilə reaksiya üçün kifayət qədər aktiv olmalıdır, beləki, reaksiyadan sonra onun
konsentrasiyası getdikcə azalır. Misal üçün, xlorid turşusunun 15 %-li məhlulu maqneziumla
reaksiyadan sonra 75 0C temperatura kimi qızdıqdan sonra, onun aktivliyi 12 %-li
konsentrasiyaya uyğun gəlir.
4. Vurulmanı dayandırmadan emalın yekun mərhələsində, nasosun maksimal məhsuldarlığı ilə
turşu məhlulu vurulur.
5. Ardınca quyuya basqı mayesi vurmaqla turşu məhlulu boru daxilindən laya basılır. Bundan
sonra adi turşu ilə emalda olduğu kimi, quyu bir müddət dincə qoyulur (saxlanılır).
6. Düzünə və ya əks yuma ilə quyu yuyulur və istismara verilir.

276
Quyudibi zonanın köpükturşulu emalı. Quyudibi zonanın köpükturşulu emalı dəfələrlə
turşu ilə emal olunmuş və ya məhsuldar layı yüksək və alçaq lay qatlarından ibarət olan
quyularda həyata keçirilir.
Bu metodun mahiyyəti ondan ibarətdir ki, quyudibi ətrafı zonaya köpük şəklində xlorid
turşusunda səthi-aktiv maddəli aerəedilmiş məhlul vurulur. Bu məhlul adi turşu məhlulu ilə
müqayisədə layın daha böyük dərinliklərinə nüfuz edir, beləki, köpük reaksiyanın sürətini
yubadır. Bununla bərabər, reaksiya qurtardıqdan sonra quyudibi ətrafı zonada kanalların,
turşunun süxurla reaksiyasının məhsullarından tam təmizlənməsi baş verir.
Quyudibi zonanın köpükturşulu emalı üçün turşu aqreqatı, səyyar kompressor (və ya qaz-
hava paylayıcı batareydan hava) və aerator istifadə edilir. Avadanlığın yığılma sxemi şəkil
VIII.21-də göstərilmişdir.

Şək.VIII.21. Quyunun köpüklə emal edilməsində avadanlığın yığılma sxemi: 1 – kompressor;


2 – turşu aqreqatı; 3 – aerator; 4 – dördboğaz;
5 - əks klapan.
Aerator (şəkil VIII.22) xlorid turşusunun hava ilə qarışması (aerasiya) ilə köpük
yaranması məqsədi daşıyır, yəni buna xidmət edir.

Şək.VIII.22. Aerator: 1 – boruya bərkidilən qayka; 2 – keçirici; 3 – gövdə; 4 – hava üçün


boru; 5 – mərkəzləşdirici; 6 – fləns araqatla; 7 – turşu məhlulu üçün boru.

Köpük yaradılması üçün turşu məhluluna, turşu məhlulunun həcminə nəzərən 0,1 – 0,5%
civarında SAM (orta dərəcəli aerasiya) qatılır, yəni 1 m 3 turşu məhlulu 15 – 25 nm3 hava ilə
qarışdırılır.
Köpükturşulu emalda SAM kimi sulfanol, ОП-7, ОП-10, katapin,disolvan və s. tətbiq
edilir.
Köpükturşulu emalda əməliyyatların yerinə yetirilməsi ardıcıllığı aşağıdakı kimidir:
1) Quyuağzı yaxınlığında yerüstü avadanlıq - turşu aqreqatı, kompressor, aerator və s, həmçinin
qaldırıcı aqreqat quraşdırılır, bir-birilərilə birləşdirilir (şəkli VIII.21).
2) Quydan nasos avadanlığı çıxarılır.
3) Eyni zamanda xlorid turşusu məhlulu SAM-la emal edilir.
277
4) Quyu statik səviyyə bərabərində neftlə doldurulur.
5) Aerəedilmiş turşu məhlulu quyuya vurulur.
6) Turşulu köpüyü basqı mayesi ilə laya sıxışdırılır.
7) Quyu reaksiyanın gedilməsinə tələb olunan müddət ərzində bu vəziyyətdə saxlanılır.
8) Reaksiyaya girməmiş turşu qalığı və reaksiya məhsulları quyuda yuma ilə çıxarılır. Emalda
istifadə edilmiş avadanlıq quyudan qaldırılır.
9) Quyunun mənimsənilməsi üçün hazırlıq işləri aparılır və quyu istismara buraxılır.
Köpükturşulu emal adi emaldan aşağıdakı üstünlüklərə malikdir:
a) turşulu köpük adi turşuya nəzərən karbonat materialını xeyli yavaş həll edir; bu, aktiv
turşunun layın daha böyük dərinliklərinə nüfuz etməsinə kömək edir - layın quyudan uzaq
sahələrinin keçiriciliyinin artmasına səbəb olur, onların drenaja birləşməsilə nəticələnir;
b) turşulu köpük adi turşuya nəzərən az sıxlığa (400 – 800 kq/m 3) və yüksəlmiş özlülüyə
malikdir; bu, layın məhsuldar qatının bütün əhatə dairəsinə təsirin artırılmasına imkan verir,
xüsusilə qatın böyük olduğu və alçaq lay təzyiqi olduğu halda çox vacibdir.
c) köpükdə SAM-ın varlığı, neftlə sərhəddə turşunun səthi gərginliyini azaldır, köpükdəki
sıxılmış hava isə emaldan sonra təzyiqin düşməsilə bir çox dəfə genişlənir; bunlar hamısı
birlikdə neftin quyuya axma şəraitinin yaxşılaşmasına yardım edir və onun mənimsənilməsini
xeyli asanlaşdırır.
Quyunun turşu ilə emalında aşağıdakı təhlükəsizlik texnikası qaydalarına əməl
edilməlidir:
- Quyunun turşu ilə emalını müəsisəni baş mühəndisinin təsdiqlədiyi plan üzrə ustanın və ya
digər MTİ-nin rəhbərliyilə xüsusi öyrədilmiş (hazırlanmış) briqada yerinə yetirməlidir;
- Avtosisternin tutumuna turşunun tökülməsi mexanikiləşdirilməlidir;
- Şüşə qablarda olan turşunun ölçü çəninə tökülmə yeri iki işçinin yanaşı işləməsinə imkan
verən rahat meydança ilə təchiz edilməsi vacibdir. Şüşə qablar traplardan keçirildikdə trap
məhəccərlə təchiz edilməlidir;
- Turşu məhlulunun quyuya vurulmasından əvvəl vurğu xətti gözlənilən işçi təzyiqin 1,5 misli
qədər təzyiqə sınanmalıdır. Xətt üzərində əks klapan quraşdırılmalıdır;
- Turşunun quyuya vurulması zamanı kommunikasiyaların təmiri qadağandır. Təmir vacib
olduğu halda, vurmanı dayandırıb, təzyiqi atmosfer təzyiqinə kimi boşaltmalı, kommunikasiya
xətləri su ilə yuyulmalıdır;
- Turşu ilə işləmə yerində tələb olunan miqdarda su ehtiyatı olmalıdır;
- Küləyin sürəti 12 m/san-dən çox olduqda, dumanda və sutkanın qaranlıq olan vaxtında
turşunun vurulması qadağandır;
- Turşunun quyuya vurulması işləri yekunlaşandan sonra kommunikasiya və avadanlıqlar su ilə
yuyulmalıdır.

VIII.8.2. Layın hidravliki yarılması

Layın hidravliki yarılması (LHY) – məhsuldar layın süxurlarında mövcud olan çatların
dərinləşməsi, genişləndirilməsi və yeni çatların yaranması, həmçinin bu vəziyyətlərinin
saxlanılması üçün, onun quyudibi ətrafı zonasının hidravliki emalı prosesidir.
Layın hidravliki yarılması həm istismar quyularında, həm də vurucu quyularda aparılır.
LHY birinci halda lay mayesinin axınının artırılması, ikinci halda quyunun maye qəbul
etməsinin yaxşılaşdırılmasına imkan verir.
Layın hidravliki yarılmasının əsası mayenin təzyiq altında laya vurulmaqla məhsuldar
layın süxurlarının mexaniki dağıdılması sayılır. Yaranmış çatların saxlanılması və təzyiqin
alınması (düşməsi) ilə onların divarlarının yenidən birləşməsinin qarşısını almaq üçün onlara iri
dənəvər qum vurulur.

278
Buna, laya özlülüyü yüksək olan olan maye vurmaqla quyudibində yüksək təzyiq yaratma
yolu ilə nail olunur. Vurulma, mayenin böyük sərfi
ilə aparıldığı üçün quyudibində təzyiqin tez yüksəlməsini təmin edir. Quyudibində hidrostatiki
təzyiqi təqribən 1,5 – 2,5 dəfə üstələyən təzyiq yarandıqda layda yarılma və ya qat yaranma baş
verir, yəni mövcud çatların genişlənməsi, yeni çatların yaranması baş verir. İri dənəvər qum
özlülüklü maye ilə birgə vurulur. Sonralar, quyunun istismarı prosesində özlülüklü maye
quyudibi ətrafı zonadan çıxarılır.
Məqsəddən asılı olaraq LHY-nın bir neçə növü vardır:
a) bir istifadəli – məhsuldar layda bir çatın yaranması üçün;
b) çox saylı istifadəli – məhsuldar layda böyük saylı çatların yaranması üçün;
c) istiqamətli (interval üzrə) – layın müəyyən intervallarında çatların yaranması üçün.
Layın hidravliki yarılması prosesi ardıcıllıqla aparılan aşağıdakı mərhələrdən ibarətdir
(şəkil VIII.23).
1) Layda çatların yaradılması üçün quyuya yarılma mayesinin vurulması;
2) Mayenin qumla vurulması;
3) Qumun laya basılması üçün basqı mayesinin vurulması.
Layın hidravliki yarılması üçün tələb olunan miqdarda yarılma mayesi, qum və
qumdaşıyıcı maye hazırlanır.

Şək.VIII.23. Layın hidravliki yarılması sxemi: I – yarılma mayesinin vurulması; II –


qumdaşıyıcı mayenin vurulması; III – basqı mayesinin vurulması; 1 – gillər; 2 – neft layı.

Basqı mayesinin həcmi boruların endirilmə dərinliyindən və onun diametrindən asılıdır.


Yarılma mayesi kimi adətən karbohidrogen mayelər və ya sulu məhlullar tətbiq edilir.
Karbohidrogen mayelər (özlülüklü xam neft, mazut, dizel yanacağı və s.) neft
quyularında tətbiq edilir.
Sulu məhlullar (su, sulfit-spirt bardası, xlorid turşusu, xlorid turşusunun qatılaşmış
məhlulu və s.) su vurucu quyularda tətbiq edilir.
Yarılma mayesi quyunun geoloji-istismar xarakteriskasına uyğun seçilir və özlülülük və
filtrasiya ilə təyin edilir, qumdaşıyıcı maye – qumun asılı vəziyyətdə saxlanılması qabiliyyəti ilə
seçilir.
Tədqiqatlar göstərir ki, LHY-da yaranan çatlar bir neçə on metrrə kimi uzana bilir.
Vurulan mayenin təzyiqi və sərfi layın keçiriciliyi, məsaməliyi və s. məlumatlar əsasında
əvvəlcədən hesablanır.

279
Layın hidravliki yarılmasından əvvəl quyudibi ölçülür. Tıxac olduğu
halda, quyu təmizlənir, yuyulur. Ardınca quyuya axın tədqiq edilir.
Ayrıca (xüsusi) hallarda LHY-dan əvvəl yarılma təzyiqinin
azaldılması və onun effektliyinin artırılması üçün quyuda hidro-qum
axınlı perforasiya və ya xlorid turşusu ilə emal və ya süzgəcin atılmış
intervalının təkrar perforasiyası işləri aparılır. Sonra quyuya
borularla paker endirilir və süzgəcin üst dəliklərindən yuxarıda
quraşdırılır. Pakerin quraşdırılması vacibliyi, istismar kəmərinin
hidravliki yarılmada yaranan yüksək təzyiqdən qorunması məsədi
daşıyır. Yüksək təzyiqlərdə pakerə aşağıdan böyük qüvvə təsir edir,
bu da onun yerdəyişməsi ilə nəticələnə bilər. Bu məqsədlə pakerin
yerdəyişməsinin qarşısının alınması üçün onun üzərində lövbər
quraşdırılır.
Layın hidravliki yarılmasında yeraltı avadanlığın yerləşmə
sxemi şəkil VIII.24-də göstərilmişdir.

Şək.VIII.24. Layın hidravliki yarılmasında yeraltı avadanlığın


yerləşmə sxemi: 1 – qoruyucu kəmər; 2 – nasos-kompressor
boruları; 3 – hidravliki lövbər; 4 – paker; 5 – məhsuldar lay; 6 –
boru kəmərinin quyruq hissəsi.
Paker quraşdırıldıqdan sonra quyuağzı xüsusi başlıqla təchiz edilir
və quyu yarılma myelərinin vurulması üçün o xətlər vasitəsilə nasos
aqreqatı ilə birləşdirilir.
Layın hidravliki yarılmasında yerüstü avadanlığın yerləşdirilmə və birləşmə sxemi şəkil
VIII.25-də göstərilmişdir.
Avadanlıqların yığlmasından sonra quyunun maye udma qabiliyyəti və təzyiqi təyin
edilir. əldə edilmiş məlumatlar layın yarılması üçün tələb olunan maye miqdarı və təzyiq
ölçüsünün qiymətinin təyin edilməsinə imkan verir.
LHY bilavasitə aşağıdakı qaydada aparılır.
1. Yarılma mayesi vurulur. Layın yarılması momenti quyunun qəbuletməsinin (udulma
qabiliyyəti) kəskin artması və ya təzyiqin kəskin azalması ilə müşayiət olunur. Bəzi hallarda
(alçaq keçiricili layların yarılmasında) eyni zamanda quyunun qəbuletməsinin kəskin artması və
təzyiqin kəskin azalması müşahidə olunur.
Yarılma mayesi yüksək məhsuldarlıq və təzyiqdə vurulur.
2. Çatların yaranmasından sonra NKB kəmərinə qumdaşıyıcı maye vurulur. Bu maye yarılmada
istifadə edilən maye ola bilər, lakin qumla qarışdırılmış mayedir. Qumdaşıyıcı maye yüksək
məhsuldarlıq və təzyiqdə vurulur. Qumdaşıyıcı mayenin yüksək məhsuldarlıq və təzyiqlə
vurulmasında məqsəd layda yaranmış çatların yenidən birləşməsinin qarşısını almaq və onlara
qumun daxil olmasını təmin etməkdir.
Qeyd etmək lazımdır ki, 1 m3 mayedə qumun miqdarı 100 – 600 kq hüdudlarında dəyişir.
Qum layı tşkil edən süxurlardan daha davamlı və kifayət qədər iri ölçülü olmalıdır. LHY-dan
əvvəl o yuyulmalı, gildən təmizlənməlidir. Qane edici fraksiya 0,5 -1,0 mm dənvər ölçülü qum
sayılır. Quyuya vurulan qumun ümumi miqdarı çatların uzunluğundan asılıdır və 4-20 ton
hüdudlarında dəyişir.
3. Qumdaşıyıcı maye vurulduqdan sonra məhsuldarlığı və təzyiqi azaltmadan basqı mayesi
vurulur və onun həcmi pakerlə endirilmiş NKB-nin həcmindən 1,5 -2,0 m3 artıq olmalıdır.
Basqı mayesi kimi az özlülüyə malik neft və ya SAM-la emal edilmiş sudan istifadə
edilir.
280
Basqı mayesinin vurulması başa çatdıqdan sonra quyuağzı başlıqda kranlar bağlanır və
təzyiq sıfıra düşənə kimi quyu bu vəziyyətdə saxlanılır. Bu şərt, hidravlik yarılmada yaranmış
çatlardan qumun çıxmasının qarşını almaq üçün vacibdir. Bundan sonra borular qaldırılır, paker
çıxarılır. Quyudibi ölçülür və tıxac mövcudluğunda quyu yuyulur, istismara verilir.
Dayaz quyularda layın hidravliki yarılmasında maye adətən bilavasitə qoruyucu kəmərə vurulur.
Layın böyük gücündə (qalınlığında) və ya quyuda bir neçə açılmış
məhsuldar lay olduqda çox saylı interval üzrə hidravliki yarılma aparılır.

Şək.VIII.25.LHY-də yerüstü avadanlığın yerləşdirilmə və birləşmə sxemi: a – dayaz quyular


üçün: 1 – quyu; 2 – nasos aqreqatları;
3 – qumqarışdırıcı aqreqat; 4 – köməkçi nasos aqreqatları;
5 – qumdaşıyıcı maye üçün tutumlar (çənlər); 6 – yarılma mayesi və basqı mayesi üçün
tutumlar (çənlər); b – dərin quyular üçün: 1 – 70 MPa nasos aqreqatları; 2 – qumqarışdırıcı
aqreqat; 3 – avtosisternlər;
4 – qumdaşıyıcı; 5 – yüksək təzyiqli manifold bloku; 6 – yüksək təzyiqli quyuağzı armatura; 7
– proseslərin idarəetmə və nəzarəti stansiyası (sərfolçən, manometr, radio-əlaqə və s.).

Çox saylı interval üzrə hidravliki yarılmanın bir neçə müxtəlif üsulları mövcuddur:
təcridedici materiallar (dənəvər naftalin, plasmasdan elastik kürələr və s.) vasitəsilə müvəqqəti
bağlama; çatların yaranması üçün təyin edilmiş zonanın iki pakerlə təcridi; məhsuldar layın
aşağıda yerləşən qatlarının qum
tıxacı ilə ardıcıl təcridi yolu ilə.
Təcridedici materiallar vasitəsilə çox saylı interval üzrə hidravliki yarılma aşağıdakı
qaydada aparılır.
281
Hidravliki yarılma adi texnologiya üzrə yerinə yetirilir, sonra yaranmış çatları və ya
yarılma intervalı bərabərində perforasiya dəliklərini müvəqqəti təcridedici maddə maye ilə
birlikdə quyuya vurulur. Bu layın başqa yerində təzyiqin yüksəlməsi və yarılması ilə nəticələnir.
Bundan sonra yenə quyuya təcridedici maddə maye ilə birlikdə vurulur və başqa yerdə yarılmaya
nail oluunur. Beləliklə layın iki - üç saylı (çox saylı) yarılması həyata keçirilir. Quyunun
mənimsənilməsində təcridedici maddələr ya neftdə həll olunur (naftalin) və çatlardan çıxarılır, ya
da maye axını ilə (plasmas kürələr) yer səthinə qaldırılır.

12 avqust 2010-cu il tarixli 103 nömrəli əmri ilə

yaradılmış komissiyanın 31 oktyabr 2017-ci

il tarixli 08 № -li protokolu ilə təsdiq edilmişdir.

Quyularda yerinə yetirilən təmir və texniki


xidmət işlərinin vahid təsnifatı

282
Əmək şəraiti normalarının işlənməsi

İdarəsinin rəisi T. Məhəmmədov

Bakı - 2017

“Quyularda yerinə yetirilən təmir və texniki xidmət işlərinin vahid təsnifatı” məcmuəsi
SOCAR-ın Baş ofisi və “Azneft” İB-nin müvafiq mütəxəssislərinin rəy və təklifləri nəzərə
alınaraq Əmək şəraiti normalarının işlənməsi İdarəsi tərəfindən işlənib hazırlanmışdır. Məcmuə
quyuların əsaslı və carı (yeraltı) təmiri, həmçinin quyulara texniki xidmətlə əlaqədar görülən
bütün işləri özündə əks etdirir.
Məcmuə “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinin əsas neft-qaz
aktivi olan quyularda müxtəlif növ tədbir və təmir işlərinin həyata keçirilməsi üçün vahid
qaydaları tənzimləyir və yerinə yetirilən işlərin təsnifatlandırılması zamanı istifadə edilmək
üçün nəzərdə tutulmuşdur.
Hal-hazırkı “Quyularda yerinə yetirilən təmir və texniki xidmət işlərinin vahid təsnifatı”
məcmuəsinin qüvvəyə minməsi ilə əlaqədar bu məqsəd üçün əvvəllər nəzərdə tutulmuş normativ
sənədlər qüvvədən düşmüş hesab edilir.

283
ÜMUMİ HİSSƏ

Təyinatı üzrə quyular aşağıdakı növlərə bölünür: kəşfiyyat, istismar, köməkçi quyular.
Kəşfiyyat quyuları yatağın geoloji quruluşu və ölçüsünün öyrənilməsi, layların məhsuldarlığı və
digər parametrlərinin müəyyən edilməsi məqsədini daşıyır.
İstismar quyuları neft, qaz və qazkondensatı ehtiyatlarının hasil edilməsi məqsədini daşıyır.
Köməkçi quyular aşağıdakılardır:
Vurucu quyular – neft-qaz yataqlarında lay təzyiqinin saxlanması və neft hasilatının
intensifikasiyası metodlarının tətbiqi məqsədi ilə işçi agentin (su, qaz, hava, par, SAM və sair)
vurulması üçün nəzərdə tutulmuşdur.
Nəzarətedici quyular - neft və qaz yataqlarının işlənilməsi zamanı laylarda baş verən proseslərə
nəzarəti həyata keçirir və iki növə bölünür: müşahidə və pyezometrik quyular.
Müşahidə quyuları – laylardan neftin sıxışdırılma xarakterini, neft-su konturunun
yerdəyişməsini və layların neft-su ilə zənginliyinin dəyişilməsini müşahidə etmək üçün nəzərdə
tutulur. Bu quyular yataqların sərhədləri daxilində qazılır və istismar kəmərləri perforasiya
edilmir. Bu da quyularda neytron metodu ilə layların neft-su ilə zənginliyini tədqiq etmək imkanı
verir.
Pyezometrik quyular - lay təzyiqinin dəyişməsini müşahidə etmək imkanı verir. Bu quyular
neft daşıyıcı layların sərhədlərinin daxilində və xaricində ola bilər.
Qiymətləndirici quyular - ilkin, cari və qalıq neftliliyi qiymətləndirmək üçün səmərəli
kompleks geofiziki tədqiqatlar aparmaqla, mənimsəmənin müxtəlif mərhələlərində yataqların
işlənməsi zamanı məhsuldar laylardan süxur nümunələri götürməklə xüsusi texnologiya üzrə
qazılır.
Uducu quyular - zəruri hallarda səmt və başqa mədən sularını quyulara (qeyri-məhsuldar
laylara) vurmaq üçün istifadə edilir.
Hasilatın təbii enmə faizinin aşağı salınması, sulaşmanın qarşısının alınması, hasilatın stabil
saxlanması və sair məqsədlərlə qeyd olunan quyularda müxtəlif növ təmir və tədbirlər həyata
keçirilir.
Neft və qazçıxarma idarələrində həyata keçirilən işlərin təyinatı və iqtisadi mahiyyəti
müxtəlifdir, eyni zamanda onların maliyyələşmə mənbələri də fərqlənir. Belə ki, Azərbaycan
Respublikası Vergi Məcəlləsinə (VM) əsasən bütün növ təmir xərclərinin məhdudlaşdırılan
hissəsi (hər bir əsas vəsait kateqoriyası üzrə ayrı-ayrılıqda) gəlirdən çıxılmalara aid edilir,
məhdudlaşdırmadan artıq məbləğ isə əsas vəsaitlərin qalıq dəyərini artırır. Bu müddəa təmirlərin
növündən asılı olmayaraq bütün təmirlərə şamil edilir.

284
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) təmir növlərini fərqləndirmədən
onların həyata keçirilməsinə çəkilən xərclərin aktivin dəyərinə aid edilib - edilməməsinin
müəyyənləşdirilməsi zamanı aşağıdakıların nəzərə alınmasını tövsiyyə edir:

 Aktivə çəkilmiş təmir məsrəfləri nəticəsində aktivin ilkin texniki sənədləşmə ilə
müqayisədə faydalı istifadə müddəti və aktivin iqtisadi keyfiyyətinin (müəssisənin
aktivdən əldə etməyi gözlədiyi gələcək pul vəsaitləri axını) artırıldığı halda təmir
məsrəflərinin aktivin dəyərinə aid edilən kimi təsnifləşdirilməsi;
 Aktivlərin işlək vəziyyətinin saxlanması və ya bərpası ilə bağlı çəkilmiş digər təmir, servis
və texniki xidmət məsrəflərinin aktivin faydalı istifadə müddəti və iqtisadi keyfiyyətini
artırmadığı halda aktivin dəyərinə aid edilməyən kimi təsnifləşdirilməsi.
NQÇİ-lərdə quyuların əsaslı və carı təmir sexləri tərəfindən yerinə yetirilən aşağıdakı işlər vahid
təsnifatda əks olunmuşdur:
 Quyuların əsaslı təmiri;
 Quyuların cari təmiri;
 Quyulara texniki xidmət üzrə tədbirlər;
 Quyuların ləğvi;
 Quyuların konservasiyası.
Quyularda müxtəlif texnoloji əməliyyatlarla aparılan əsaslı təmir işləri quyuların və məhsuldar
layın iş qabiliyyətinin bərpası üzrə kompleks işlərdən ibarətdir.
Quyudibi zonanın parafin-qətran çöküntülərindən, duz və qum tıxacından təmizlənməsi işləri
quyuların cari təmirinə aiddir.
Laylarda baş verən fiziki, kimyəvi və biokimyəvi proseslərin aktivləşdirilməsi, yatağın müəyyən
sahəsində neftin quyuya sıxışdırılması əmsalının artırılması məqsədi ilə laya işçi agentlərin
yeridilməsi və bu məqsədlə yerinə yetirilən digər anoloji işlər layların neftveriminin artırılması
üzrə quyu-sinaq işlərinə aid edilir.
Quyu içi avadanlıqların iş qabiliyyətinin bərpası, quyuların istismar rejimi və üsulunun
dəyişdirilməsinə yönəldilmiş kompleks işlər quyulara xidmət üzrə tədbirləri əhatə edir.
NQÇİ-lərdə quyuların əsaslı və carı (yeraltı) təmir (QƏT və QYT) briqadaları və ya ixtisaslaşmış
müvafiq qruplar tərəfindən nəzərdə tutulmuş iş planının keyfiyyətsiz yerinə yetirilməsi
nəticəsində quyunun təmir işləri qurtardıqdan sonra zəmanət dövrü (48 saat) ərzində işləmədiyi
və nəzərdə tutulmuş rejimə çıxmadığı hallarda həyata keçirilən əlavə işlərin hansı briqada
tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq ikinci quyu-təmir və ya quyu-sinaq işi sayılmır
və görülmüş işin davamı hesab edilir.
Bir neçə növ təmiri özündə birləşdirən kompleks texnoloji işlər bir quyu-təmir sayılır və ona
daxil olan bütün növ təmirlərin şifrələrinin cəmi formasında uçota alınır. Əgər kompleks
texnoloji işlərə həm əsaslı, həm də carı (yeraltı) təmir növləri daxildirsə, onda quyu-təmiri əsaslı
təmirə aid edilir.
Şərti işarələr:
NQÇİ – neft və qazçıxarma idarəsi;
MHBS – maliyyə hesabatlarının beynəlxalq standartları;
QƏT – quyuların əsaslı təmiri;
QCT - quyuların cari təmiri;
LNA - layların neftveriminin artırılması;
NKB - nasos-kompressor boruları;
EDN - elektrik dalma nasosu;
MEDN- Mərkəzdənqaçma elektrik dalma nasosu;
ŞDN - ştanqlı dərinlik nasosu;
SAM - səthi aktiv maddələr;
QŞP - qum şırnaqlı perforasiya;
285
LHY - layın hidravlik yarılması;
AİA - ayırıcı istismar avadanlığı;
DTİ - duz turşuları ilə işləmə.

QUYULARDA YERİNƏ YETİRİLƏN TƏMİR VƏ TEXNİKİ XİDMƏT İŞLƏRİNİN


TƏSNİFATI

1. QUYULARIN ƏSASLI TƏMİRİ


1.1. İstismar kəmərinin texniki vəziyyətinin qiymətləndirilməsi
və quyuların tədqiqi

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri

ƏT1-1 İstismar kəmərinin texniki Planlaşdırılmış iş həcminin


vəziyyətinin qiymətləndirilməsi yerinə yetirilməsi
Verilmiş rejimdə (axın,
Quyuda məhsuldar layların
vurma, quyunun sakit
doyma xüsusiyyətinin və
saxlamaq) planlaşdırılmış
ƏT1-2 məhsuldarlığı-nın tədqiq
tədqiqatlar kompleksinin
edilməsi, geoloji kəsilişin
yerinə yetirilməsi, nəticənin
dəqiqləşdirilməsi
əldə edilməsi
1.2. Quyudibi zonanın bərkidilməsi və izolə işlər

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri
Planlaşdırılmış iş həcminin
Layın ayrı-ayrı sulaşmış
ƏT2-1 yerinə yetirilməsi. Məhsulun
intervallarının izolə edilməsi
sulaşmasının azaldılması
Planlaşdırılmış iş həcminin
yerinə yetirilməsi. İzolə
ƏT2-2 Ayrı-ayrı layların izolə edilməsi
edilmiş laydan və ya laya axın,
yaxud qəbuletmənin olmaması
Təmirin məqsədinə çatmasının
mədən-geofiziki tədqiqatlarla
təsdiq edilməsi. Hasilatın
ƏT2-3 Sement halqasının
azalması, yaxud artması
hermetikliyinin bərpa edilməsi
zamanı məhsulun sulaşmasının
azaldılması
Yuxarıda neft, qaz, su
təzahürlərinin olmaması və
İstismar, aralıq kəməri və
mədən-geofiziki tədqiqatlarla
ƏT2-4 konduktorun arxasına sement
lazımi intervalda sement
halqasının əlavə edilməsi
halqasının artmasının təsdiq
edilməsi
ƏT2-5 Quyudibi zonaya təzyiqlə sement Planlaşdırılmış iş həcminin
286
yerinə yetirilməsi, neft
quyularının məhsuldarlığının
məhlulunun vurulması artırılması və vurucu quyuların
qəbuletmə qabiliyyətinin
artırılması
Quyudibi zonaya təzyiqlə sement-
ƏT2-6 ----- " -----
qum qarışıqlı məhlulun vurulması
Quyudibi zonaya təzyiqlə neft
ƏT2-7 əsaslı sement məhlulunun ----- " -----
vurulması
Sement körpüsünün qoyulması
ƏT2-8 ----- " -----
(təzyiqsiz)
Yeni texnologiyalarla aparılan
ƏT2-9 ----- “ -----
digər işlər

1.3. İstismar kəmərinin hermetikliyi və bütövlüyünün bərpası

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri
Hermetikliyin tamponaj işləri Presləmə zamanı istismar
ƏT3-1
aparmaqla bərpa edilməsi kəmərinin hermetik olması
Plastır qoymaqla hermetikliyin
ƏT3-2 ----- " -----
bərpa edilməsi
Kiçik diametrli əlavə qoruyucu
ƏT3-3 kəmər buraxmaqla hermetikliyin ----- " -----
bərpa edilməsi
Düzləndirici alətlərlə kəmərin
ƏT3-4 ----- " -----
bərpası
İstismar kəmərində qüsurlu
ƏT3-5 ----- " -----
hissənin dəyişdirilməsi

1.4. Quyuların istismarı və ya təmiri zamanı qəza

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri
Şablonun lazımi dərinliyə qədər
İstismar zamanı baş vermiş
keçməsi.
ƏT4-1 qəzadan sonra avadanlığın
Frezerlə işləmə intervalında
quyudan çıxarılması
kəmərin hermetikliyi
Quyu dibinin və quyu
ƏT4-2 lüləsinin kənar əşyalardan ----- " -----
təmizlənməsi
Quyunun istismarı zamanı
baş vermiş qəzaların ləğvi Texnoloji planda göstərilənlərin
ƏT4-3
ilə əlaqədar görülən digər yerinə yetirilməsi
işlər
Quyunun təmiri zamanı baş
Qəzaların ləğvinə aid əlavə planda
ƏT4-4 vermiş qəzaların ləğv
göstərilənlərin yerinə yetirilməsi
edilməsi

287
1.5. Başqa horizontlara keçid və layların əlaqələndirilməsi

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri

Verilmiş iş həcminin yerinə


ƏT5-1 Başqa horizontlara keçid yetirilməsinin mədən-geofiziki
(qaytarma) tədqiqatlarla təsdiq edilməsi.
Quyuya axın alınması
Layların əlaqələndirilməsi Yeni intervaldan quyuya axın
ƏT5-2
(süzgəcin genişləndirilməsi) alınması və neft hasilatının
artırılması
Birgə istismar edilməsi
ƏT5-3 üçün yenidən süzgəc ----- " -----
açılmaqla əlavə layların
qoşulması

1.6. Qazıma ilə əlaqədar kompleks yeraltı işlər

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri

Quyuda yeni lülələrin Planlaşdırılmış iş həcminin yerinə


ƏT6-1
açılması yetirilməsi

ƏT6-2 Sement körpüsünün ----- " -----


qazılması
ƏT6-3 Dağ süxurlarında kəmər
başmağını frezerləməklə ----- " -----
lülənin dərinləşdirilməsi
Planlaşdırılmış iş həcminin yerinə
Qəzalı quyularda 2-ci lülə yetirilməsi. Qəza intervalını
ƏT6-4 açmaqla yan lülənin keçməklə, məhsuldar layın 2-ci
qazılması (texniki lülə qazma vasitəsi ilə işlədilməsi
səbəbdən) və quyunun işləmə qabiliyyətinin
bərpa edilməsi.

1.7. Quyudibi ətrafın işlənməsi

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri

ƏT7-1 Quyudibi ətrafın turşu ilə Planlaşdırılmış iş həcminin yerinə


işlənməsi yetirilməsi, neft quyularının
məhsuldarlığının artırılması və

288
vurucu quyuların qəbuletmə
qabiliyyətinin artırılması
ƏT7-2 Layda hidravliki yarılma ----- " -----
aparılması
ƏT7-3 Qumşırnaqlı perforasiya ----- " -----
aparılması
ƏT7-4 Quyudibi ətrafın titrəyişlə ----- " -----
işlənməsi
ƏT7-5 Quyudibi ətrafın istiliklə ----- " -----
işlənməsi
Quyudibi ətrafın
ƏT7-6 ----- " -----
işlənməsinin digər növləri
Vurucu quyuların Planlaşdırılmış iş həcminin yerinə
ƏT7-7 qəbuletmə profillərinin yetirilməsinin mədən-geofiziki
bərabərləşdirilməsi tədqiqatla təsir edilməsi
Planlaşdırılmış iş həcminin yerinə
Əlavə perforasiya edilməsi yetirilməsi, neft quyularının
ƏT7-8 və əvvəllər deşilmiş məhsuldarlığının artırılması və
intervalların torpedlənməsi vurucu quyuların qəbuletmə
qabiliyyətinin artırılması

1.8. Quyuların başqa təyinat üzrə istifadəyə keçirilməsi

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri
Quyuların vurucu quyu Qəbuletmənin planda göstərilmiş
ƏT8-1
kimi istifadəyə keçirilməsi həddə çatdırılması
Quyuların texniki su
Planlaşdırılmış iş həcminin yerinə
ƏT8-2 götürmə quyuları kimi
yetirilməsi, quyuya axın alınması
istifadəyə keçirilməsi
Quyuların müşahidə (yaxud Planlaşdırılmış iş həcminin
ƏT8-3 pyezometrik) quyuları kimi yerinə yetirilməsi
istifadəyə keçirilməsi
Quyuların istilik daşıyıcısı
ƏT8-4 yaxud hava vurucu quyuları Quyuda qəbuletmənin alınması
kimi istifadəyə keçirilməsi
Quyuların uducu quyu kimi Planlaşdırılmış iş həcminin
ƏT8-5
istifadəyə keçirilməsi yerinə yetirilməsi

1.9. Quyuların ləğvdən və konservasiyadan qaytarılması üzrə işlər

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri

Planlaşdırılmış iş həcminin yerinə


Quyuların ləğvdən və yetirilməsi, neft və qaz quyularının
ƏT9 konservasiyadan məhsuldarlığının bərpa edilməsi və
qaytarılması üzrə işlər vurucu quyuların qəbuletmə
qabiliyyətinin bərpası
289
1.10. Quyuların əsaslı təmiri üzrə digər işlər

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri

Kəmər başlığının Planlaşdırılmış iş həcminin yerinə


ƏT10-1
dəyişdirilməsi və bərpası yetirilməsi

Quyuların əsaslı təmiri üzrə


ƏT10-2 ----- " -----
digər işlər

2. QUYULARIN CARİ TƏMİRİ

2.1. Quyudibinin və quyu lüləsinin yuyulması


Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri
Planlaşdırılmış iş həcminin
СT1-1 Qum tıxacının yuyulması
yerinə yetirilməsi
Quyu lüləsinin və quyudibinin
CT1-2 SAM əlavə etməklə isti neftlə (su ----- " -----
ilə) yuyulması
Quyudibi ətrafın karbohidrogen
CT1-3 ----- " -----
həlledicilərlə yuyulması
Quyudibi ətrafın istilik-qaz-
CT1-4 ----- " -----
kimyəvi üsullarla işlənməsi

2.2. Quyudibinin və quyu lüləsinin təmizlənməsi

Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri
Quyudibinin və quyu lüləsinin Planlaşdırılmış iş həcminin
СT2-1
ərsinlə təmizlənməsi yerinə yetirilməsi
Quyudibinin və quyu lüləsinin
CT2-2 ----- " -----
başqa üsullarla təmizlənməsi

2.3. Quyu içi avadanlıqların və NKB-lərin təmizlənməsi


Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri
CT3-1 Quyu içi avadanlıqların və NKB- Planlaşdırılmış iş həcminin
290
lərin duz çöküntülərindən
yerinə yetirilməsi
təmizlənməsi
Quyu içi avadanlıqların və NKB-
CT3-2 lərin parafin çöküntülərindən ----- " -----
təmizlənməsi

2.4. Quyuların cari təmiri üzrə digər işlər


Təmirin
Təmirin növü Texniki-texnoloji tələblər
şifri

Quyuların cari təmiri üzrə digər Planlaşdırılmış iş həcminin


CT4
işlər yerinə yetirilməsi
3. QUYULARA TEXNİKİ XİDMƏT ÜZRƏ TƏDBİRLƏR

3.1. Quyuların başqa istismar üsuluna keçirilməsi


Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Fontan üsulundan – qazlift Planlaşdırılmış iş həcminin
XT1-1
üsuluna yerinə yetirilməsi
Fontan üsulundan – ŞDN
XT1-2 ----- " -----
üsuluna
Fontan üsulundan –
XT1-3 ----- " -----
EDN/MEDN üsuluna
XT1-4 Qazlift üsulundan - ŞDN üsuluna ----- " -----
Qazlift üsulundan –
XT1-5 ----- " -----
EDN/MEDN üsuluna
ŞDN üsulundan – EDN/MEDN
XT1-6 ----- " -----
üsuluna
EDN/MEDN üsulundan - ŞDN
XT1-7 ----- " -----
üsuluna
XT1-8 ŞDN üsulundan - AİA üsuluna ----- " -----
EDN/MEDN üsulundan - AİA
XT1-9 ----- " -----
üsuluna
İstənilən üsuldan - vintli dərinlik
XT1-10 ----- " -----
nasosları ilə istismar üsuluna
İstismar üsulunun
XT1-11 dəyişdirilməsinin ----- " -----
digər növləri

3.2. İstismar rejiminin optimallaşdırılması

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
ŞDN-nin tipinin, ölçüsünün və
XT2-1 Tədbirin başa çatdırılması
asqı dərinliyinin dəyişdirilməsi
EDN/MEDN-nin tipinin,
XT2-2 ölçüsünün və asqı dərinliyinin ----- " -----
dəyişdirilməsi

291
Quyu avadanlığını dəyişməklə
XT2-3 qazlift qaldırıcısının iş rejiminin ----- " -----
dəyişdirilməsi

3.3. Ştanqlı dərinlik nasosu (ŞDN) ilə təchiz edilmiş quyulara


xidmət

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Dinamoqram və yaxud
Dərinlik nasosunun yoxlanması
XT3-1 vurmaya görə nasosun normal
və dəyişdirilməsi
işləməsi
Zədənin ləğv edilməsi.
XT3-2 Qırılmış ştanqın dəyişdirilməsi
Nasosun normal işləməsi
Quyuda açılmış ştanqın
XT3-3 ----- " -----
dəyişdirilməsi
XT3-4 Ştanqların dəyişdirilməsi Tədbirin başa çatdırılması
XT3-5 Cilalanmış ştokun dəyişdirilməsi ----- " -----
NKB-lərin dəyişdirilməsi,
Tədbirin başa çatdırılması.
XT3-6 preslənməsi və hermetikliyinin
Nasosun normal işləməsi
yoxlanması
XT3-7 NKB-lərdə sızmaların ləğvi Zədənin ləğv edilməsi.
NKB-nin təmizlənməsi və
XT3-8 ----- " -----
buxara verilməsi

3.4. Elektrik dalma nasosu (EDN / MEDN) ilə təchiz edilmiş quyulara
xidmət
Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Nasosun yoxlanması və
XT4-1 Normal təzyiqlə vurma
dəyişdirilməsi
Elektrik mühərrikinin
XT4-2 ----- " -----
dəyişdirilməsi
Kabelin zədələnmiş hissəsinin Zədənin ləğv edilməsi.
XT4-3
bərpası Nasosun normal işləməsi
NKB-nin dəyişdirilməsi,
Planlaşdırılmış iş həcminin
preslənməsi
XT4-4 yerinə yetirilməsi. Nasosun
və hermetikliyinin bərpa normal işləməsi
edilməsi
Quyuağzı avadanlıqların
XT4-5 ----- " -----
yoxlanması

3.5. Fontan quyularına xidmət

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri

292
NKB-nin dəyişdirilməsi,
Planlaşdırılmış iş həcminin
XT5-1 preslənməsi və hermetikliyinin
yerinə yetirilməsi
bərpa edilməsi
NKB-nin təmizlənməsi və
XT5-2 Tədbirin başa çatdırılması
buxara verilməsi
Quyuağzı avadanlıqların
XT5-3 ----- " -----
yoxlanması
Açıq fontana qarşı görülən
XT5-4 ----- " -----
tədbirlər

3.6.Qazlift quyularına xidmət

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
NKB-nin dəyişdirilməsi, Planlaşdırılmış iş həcminin
XT6-1 preslənməsi və hermetikliyinin yerinə yetirilməsi. Quyunun
bərpa edilməsi normal iş rejiminə düşməsi
NKB-nin təmizlənməsi və
XT6-2 ----- " -----
buxara verilməsi
Qazlift klapanlarının yoxlanması
XT6-3 ----- " -----
və dəyişdirilməsi
Quyuağzı avadanlıqların
XT6-4 ----- " -----
yoxlanması
XT6-5 NKB asqısının artırılması ----- " -----
XT6-6 NKB asqısının azaldıması ----- " -----

3.7. Vintli dərinlik nasosu ilə təchiz edilmiş quyulara xidmət

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Dərinlik nasosunun yoxlanması Nasosun dövretməsinə (rpm)
XT7-1
və dəyişdirilməsi görə normal işləməsi
Zədənin ləğv edilməsi.
XT7-2 Qırılmış ştanqın dəyişdirilməsi
Nasosun normal işləməsi
Qum ilə tutulmuş nasosun
Planlaşdırılmış iş həcminin
XT7-3 dəyişdirilməsi, süzgəcin
yerinə yetirilməsi
yuyulması
Planlaşdırılmış iş həcminin
Quyuağzı avadanlıqların
XT7-4 yerinə yetirilməsi. Quyunun
yoxlanması və dəyişdirilməsi
normal iş rejiminə düşməsi

3.8.Vurucu quyulara xidmət

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Planlaşdırılmış iş həcminin yerinə
XT8 Vurucu quyulara xidmət
yetirilməsi

293
3.9. Yayılma konturunun yaradılması

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Planlaşdırılmış iş həcminin yerinə
XT9-1 Həlledicilərin
yetirilməsi
XT9-2 SAM məhlulunun ----- " -----
XT9-3 Polimer məhlulların ----- " -----
XT9-4 Turşuların ----- " -----
XT9-5 Qələvilərin ----- " -----
XT9-6 Qaynar suyun ----- " -----
XT9-7 Buxarın ----- " -----
XT9-8 Qaz-maye qarışığının ----- " -----
XT9-9 Qazın ----- " -----
XT9-10 Buxar-qaz qarışığının ----- " -----
XT9-11 Süd zərdabının ----- " -----
XT9-12 Melas reagentinin ----- " -----
XT9-13 Biyan məhsullarının ----- " -----
XT9-14 Fəal lil məhlulunun ----- " -----
XT9-15 Digər reagentlərin ----- " -----

3.10. Lay daxili yanmanın yaradılması və onun tənzimlənməsi

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Lay daxili yanmanın yaradılması Planlaşdırılmış iş həcminin
XT-10
və onun tənzimlənməsi yerinə yetirilməsi

3.11. Quyulara xidmət üzrə digər tədbirlər

Tədbirin
Tədbirin növü Texniki-texnoloji tələblər
şifri
Quyulara xidmət üzrə digər Planlaşdırılmış iş həcminin
XT-11
tədbirlər yerinə yetirilməsi

4. QUYULARIN LƏĞV EDİLMƏSİ

Texniki-texnoloji
İşin şifri Tədbirin növü
tələblər
Planlaşdırılmış iş
LE-1 Quyuların ləğv edilməsi üzrə işlər həcminin yerinə
yetirilməsi

5. QUYULARIN KONSERVASİYA EDİLMƏSİ

294
Texniki-texnoloji
İşin şifri Tədbirin növü
tələblər
Planlaşdırılmış iş
Quyuların konservasiya edilməsi üzrə
KE-1 həcminin yerinə
işlər
yetirilməsi

295

You might also like