You are on page 1of 11

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Fakültə : Biologiya
İxtisas: Biologiya
Kurs: III
Qrup : 153 A
Kafedra : “Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrası
Fənn: Mülki Müdafiə
Müəllim: Nayiq Əhmədov
Tələbə: Elçin Məstəliyev
1.Fövqəladə hallar zamanı istifadə olunan
xilasetmə texnika və avadanlıqları

Qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər FH zonasında


ilk növbədə yerinə yetirilən işlərin məcmusudur. İnsanların xilas
edilməsi və onlara yardım edilməsi; zədələnmə ocaqlarının
lokallaşdırılması və yayılmasının qarşısının alınması; ikincili
zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması;
maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi; həyat
fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi-bu işlərə
aiddir.

Real şəraitdə qəza-xilasetmə və digər təxirə salınmaz tədbirləri


bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq
həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirə salınmaz
tədbirlər)
İC Avtomatik Enmə Sistemi- fövqəladə hallarda hündür
mərtəbəli binalardan insanların fərdi və qrup halında endirilməsi
üçün nəzərdə tutulmuşdur.
"İC-301 Sistemi" yelləncək tipli kanat- buraxıcı prinsipi üzərində
işləyir: bir adam yenincə, kanatın digər ucu qalxaraq, ikinci
insanın ondan istifadə etməsinə şərait yaradır. Sistem
istismarda sadə, davamlıdır, ardıcıl olaraq, çəkisindən asılı
olmayaraq (140 kiloqramadək), bir çox insanı təxliyə etməyə
imkan verir.Sistemin aşağıya enmə sürəti dəyişməzdir (orta
hesabla saniyədə 1 metr)."İC-301 Sistemi" bayıra (eyvana,
pəncərəyə, terrasa) çıxışı olan hər bir otaqda quraşdırıla bilər.
Yanğın avtomobilləri-Yanğından mühafizə qurumlarında
maddi-texniki bazanın əsasını təşkil edən yanğın texnikası -
yanğınların söndürülməsində istifadə etmək üçün nəzərdə
tutulmuş və avadanlıqlarla təchiz olunmuş motorlu vasitələr
yanğınların yayılmasının məhdudlaşdırılması və söndürülməsi,
insanların və qiymətli materialların alovdan qorunması üçün
zəruri olan texniki vasitələrin məcmusunu özündə əks etdirir.
Yanğın texnikasının ən geniş tətbiq olunan növü yanğın
avtomobilləridir. Yanğın avtomobilləri yanğın yerinə şəxsi
heyəti, od söndürən maddələri və yanğın-texniki avadanlıqları
gətirmək, od mənbəyinə zəruri miqdarda və intensivlikdə od
söndürən maddələri vermək, yanğınların söndürülməsi zamanı
və işə başlamazdan qabaq bir sıra xüsusi işləri görmək üçün
nəzərdə tutulur. Əsas yanğın avtomobilləri iki qrupa bölünür:
1.Ümumi təyinatlı - şəhər və yaşayış məntəqələrində baş
vermiş yanğınların söndürülməsində istifadə edilən yanğın
avtomobilləri;
2.Xalq təsərrüfatı və iri sənaye obyektlərində baş vermiş
yanğınların söndürülməsində istifadə edilən yanğın
avtomobilləri.
Odsöndürən balonlar- Onlardan yanğın sinfinə uyğun olaraq
istifadə edilir.Sulu (A), quru Kimyəvi Tozlu (ABCE), Köpüklü
(AB), Karbon dioksidli odsöndürənlərdən isə (BCE) sinifə aid
yanğınların söndürülməsində istifadə olunur.

A - sinif yanğınlar: Bərk materiallar (Kağız, taxta, parça, kağız


kimi qatı maddə yanğınları).
B - sinif yanğınlar: Maye maddələr (Maye yanacaq, tez alışan
kimyəvi məhlullar kimi yanar maddələr).
C - sinif yanğınlar: Qazlar (Metan, propan, LPG (mayeləşdirilmiş
neft qazı kimi yanan və partlayıcı qaz) yanğınları).
E - sinif yanğınlar: Elektrik (Elektrik şəbəkəsində baş vermiş
yanğınlar)
Əleyhqaz – insanın tәnәffüs orqanlarını, gözlәrini vә üzünü
zәhәrlәyici, radio aktiv maddәlәrdәn, bakterial ünsürlәrdәn
qoruyan fәrdi vasitә. Süzücü, izolәedici vә şlanqlı olur. Süzücü
əleyhqaz qutudakı süzgәclәrdәn vә kimyәvi uduculardan keçәn
havanı tәrkibindәki buxar, toz, duman, tüstü halındakı
zәhәrlәyici maddәlәrdәn vә bakterial vasitәlәrdәn tәmizlәyir.
Əleyhqaz süzücü qutudan vә üzlük hissәdәn (klapanlar qutusu
olan şlem-maska vә ya maska, birlәşdirici boru) ibarәtdir.
Tәnәffüs orqanlarını әtraf mühitdәn tam tәcrid edәn izoləedici
əleyqazda tәnәffüs üçün onun balonundakı oksigen
ehtiyatından istifadә olunur. Nәfәs alarkәn korlanan hava
əleyqazdakı regenerativ patron vasitәsilә karbon qazından
tәmizlәnir. İzolәedici əleyqaz havada oksigen çatışmadıqda vә
süzücü əleyhqaz mühafizә edә bilmәdikdә işlәdilir. Şlanqlı
əleyqazda hava maskanın altına müәyyәn qәdәr(10–40 m)
aralıda yerlәşәn kompressorlardan şlanq vasitәsilә verilir.
Adәtәn, istehsalatda, qapalı yerlәrdә işlәyәrkәn istifadә edilir.
Fərdi Mühafizə Vasitələri- işçinin şəxsi sağlamlıq və
təhlükəsizliyinin qorunması üçün vasitədir. FMV-nin növləri:

1.Başın mühafizəsi üçün


2.Ayaqların mühafizəsi üçün
3.Üz və gözlərin mühafizəsi üçün
4.Əl və qolların mühafizəsi üçün
5.Bədənin mühafizəsi üçün
6.Qulaqların mühafizəsi üçün

Qulaqlıqlar – Yüksək səs-küylü yerlədrə işləyərkən ikiqat


müdafiyə üçün effektli vasitədir. Həm qulaqcıq, həm də iri
qulaqlıqlardan istifadə etmək olar.
Təhlükəsizlik eynəkləri – Gözləri sıçrayan cismlərdən,
tozlardan, tullantılardan, qığılcımdan, kimyəvi və digər
təhlükələrdən qoruyur.

Respiratorlar – İşçini müxtəlif tip tozlardan, tüstüdən, qazdan və


digər sağlamlıqla bağlı təhlükələrdən müdafiə edir.
Əlcəklər – Əlləri kimyəvi təsirlərdən, kobud və ya iti hissələrdən
və s-dən qoruyur. Müxtəlif tip əlcəklər təsnifləşdirilir. Misal üçün,
neft-yağ məhsulları ilə işləmək üçün, kimyəvi maddələrlə ilə
işləmək üçün və s. istifadə olunan əlcəklər

Dəbilqə (kaska) – Hər hansı struktur, obyektlə toqquşma


zamanı başın zərbədən və ya düşən əşyadan mühafizəsi üçün
nəzərdə tutulub.
Qoryucu geyim – müxtəlif təyinatlı ola bilər. İsti və ya soyuq
mühitlərdə iş üçün, kimyəvilər ilə iş üçün və s. Minimum FMV-
nə daxil olan adi yuniformalar isə hər hansı çirklənmədən, yad
təsirlərdən, iqlim şəraitindən (yay – qış geyimi), alovda (yanğına
davamlı) və s.dən qoruyur.

Təhlükəsizlik ayaqqabısı və çəkmələri – ağır əşyaların ayağın


üzərinə düşməsi zamanı xəsarət alma halını istisna edir və ya
xəsarətin dərəcəsini minimallaşdırır. Qoruyucu çəkmənin ön
tərəfi (ayaq barmaqları hissəsi) metal səthlə örtülüdür.

Təhlükəsizlik kəməri – Hündürlükdə işləyən zamanı yıxılmanın


məsafəsini və nəticəni minimallaşdıran bir avadanlıqdır.
Meşə yanğınları zamanı qabaqlayıcı və
təhlükəsizlik xidmətləri
Meşə yanğınları - əsasən kortəbii hadisələrlə yayılan yanğına
deyilir. Meşə yanğınları ən çox əhalinin təqsiri üzündən baş verir
(meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq). Meşə yanğını
zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə
döşənəyi yanır. Meşə yanğınları meşə təsərrüfatına böyük ziyan
vurur: çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir,
ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur. Meşə
yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən
yerinə yetirilir. Meşə yanğınlarının əsas baş vermə səbəbləri:
- meşədə təhlükəsizlik tədbirləri görülmədən oçaq qalanması;
- qalanan oçağın söndürülmədən tərk edilməsi;
- söndürülməmiş siqaret və ya kibriti meşəyə atılması;
- meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə edilməsi;
- şüşə qırıqlarını meşəyə tullaması- şüşə qırıntılarından çıxan
şüaların meşədə əks olunması ilə yanğın baş veir;
- uşaqların meşədə odla oynaması, əyləncə məqsədi ilə
təhlükəsiz şəraitdə oçaq qalaması.
Ən çox meşələrdə geniş təbii yanğınlar ildırımlardan baş verirdi.
Geniş yanğınları hətta kosmosdan da müşahidə etmək olur.
Cavan meşələrdə, harda ki yaşıllıqlar çoxdur, çox yaşlı və quru
ağaclar olan meşələrdən ildırımdan yanğınların baş verməsi
ehtimalı azdır. Təbii yanğınların (ildırımdan) həcmi 7%-8%, yəni
meşə yanğınlarının böyük hissəsi insan fəaliyyəti ilə bağlıdır

Meşədə aşağıdakılar qadağan edilir: • Meşə sahələrində


söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün
atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü
istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi;
• Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili
yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə
də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması;

• Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə


həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin,
müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə
də əhali tərəfindən yandırılması;

• Aparılmış hər hansı tikinti işləri yerində, tikinti materiallarının


qalıqlarının atılması və yandırılması.

Yanğından mühafizə- Yanğınların qarşısının alınmasının və


söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə
işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının,
qüvvələrin və vasitələrin məcmusu yanğından mühafizəni təşkil
edir. Dövlət yanğından mühafizə yanğından mühafizə
sisteminin əsas növü olmaqla Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib
hazırlanmasını və həyata keçirilməsini Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğın Nəxarəti Xidməti aparır.

Yanğın zamanı edilməli olan hərəkətlər: • Tez bir zamanda


yanğından mühafizə orqanlarına xəbər vermək, habelə
yanğının dəqiq yerini və orada insanların olması haqqında
məlumat vermək;

• Yanğınsöndürmə xidməti gələnə qədər mövcud vasitələrlə


yanğının söndürülməsini təşkil etmək
AES-də baş verən qəzalar və onların
səbəbləri
SSRİ- də də analoji qəzalar demək olar ki, hər il baş verirdi.
Məsələn-1957-ci il, sentyabr ayının 29 Çelyabinsk
yaxınlığındakı AES reaktorlarından birində qəza baş verdi.
Bunun ardınca yüksək radioaktiv tullantılar saxlanılan beton
anbarda soyutma sistemi gözlənilmədən sıradan çıxdı. Nəticədə
radioaktiv maddələr atmosferə sızdı. Böyük bir ərazi radiasiyaya
məruz qaldı. Həmin ərazilərdə əsasən etnik tatarlar
məskunlaşmışdılar. Nəticədə on minlərlə insan ilk andaca
radiasiya qurbanına çevrildi. Yarım milyondan artıq adam
şüalanmaya məruz qaldı. Onları təcili şəkildə digər yerlərə
köçürdülər. Amma şüalanmaya məruz qalan minlərlə. insan
sonrakı illərdə də ölməkdə davam edirdi.
1966-cı il, may ayının 7-də Melekesse şəhərindəki AES-in
reaktorunda qəza baş verdi. Qəzanı təcili şəkildə aradan
qaldırsalar da, böyük bir ərazi radioaktiv şüalanmaya məruz
qaldı. AES-də çalışanların isə hamısı yüksək şüalanmanın
qurbanlarına çevrildi. Onları təcili şəkildə başqaları ilə əvəz
etməli oldular.
1974-cü il, fevral ayının 6-da Leninqrad AES-in birinci blokunda
qəza baş verdi. Nəticədə 3 nəfər yerindəcə həlak oldu, ətraf isə
radioaktiv şüalanmaya məruz qaldı. Amma bunu ictimaiyyətdən
gizli saxladılar.1975-ci ilin oktyabr ayında Leninqrad AES-də
yeni bir qəza baş verdi. Ətrafa yarım milyon küri həcmində
yüksək şüalanmaya malik radioaktiv nukledlər dağıldı. Bəzi
məlumatlara görə, Leninqrad AES-də bir-birinin ardınca baş
verən qəzalar zamanı 10 milyona yaxın adam müxtəlif dərəcəli
radioaktiv şüalanmaya məruz qalıb.
1977-ci ildə Beloyarsk AES-də yeni bir qəza baş verdi. Nəticədə
ətrafa külli miqdarda radioaktiv maddələr sızdı. Bu qəzanı
aradan qaldırmaq üçün bir il vaxt lazım gəldi. 1978-ci il, dekabr
ayının 31-də adıçəkilən AES-də daha bir qəza baş verdi.
Nəticədə reaktor sıradan çıxdı. Yenə də ətraf mühit yüksək
dərəcədə radioaktiv şüalanmaya məruz qaldı. Rəsmi məlumata
inansaq, cəmisi 8 nəfər şüalanmışdı. Amma bu olduqca gülünc
təsir bağışlayır. Çünki söhbət AES-in ürəyi və beyni hesab
edilən reaktorun sıradan çıxmasından gedirdi. Reaktorun
sıradan çıxması isə ən böyük qəza anlamına gəlir.
1982-ci ilin oktyabr ayında Ermənistan AES-in birinci blokunun
generatorunda partlayış baş verdi. Qəzanın həcmi o qədər
böyük idi ki, təcili şəkildə digər AES-lərdən Ermənistana yardım
göndərildi. Qəzanı çox çətinliklə aradan qaldırmaq mümkün
oldu.
1985-ci il, iyun ayının 27-də Balakovo AES-də daha bir qəza
baş verdi. Nəticədə 14 nəfər həlak oldu. Qəzaya səbəb kimi isə
təmir işlərinin tələsik aparılması göstərilir.
1985-ci ilin sentyabr ayında Çernobıl AES-in birinci blokunda
yanacaq yığılan mərkəz gözlənilmədən dağıldı. Buna səbəb isə
AES-də çalışanlar tərəfindən buraxılan səhv oldu. Qəza zamanı
ətrafa külli miqdarda radioaktiv maddələr dağıldı. AES-ə bitişik
zonalar, o cümlədən yaxındakı Pripyat şəhəri güclü radioaktiv
şüalanmaya məruz qaldı. Amma AES rəhbərliyi şüalanmanın
insan orqanizmi üçün təhlükəli olmadığını bildirib, əhalini
sakitləşdirdilər. Məhz AES-lərdə baş verən qəzalara belə laqeyd
yanaşılması Çernobıl fəlakətinin əsasını qoydu. 1986-cı il, aprel
ayının 26-da dünya Çernobıl AES-də baş verən qəza ilə, sözün
əsl mənasında, silkələndi. Qəza Çernobıl AES-in 4-cü blokunu
işə salmaq istəyərkən baş verdi. Qəzanı aradan qaldırmaq
istəyən operator nüvə reaksiyası gedən reaktoru dayandırmaq
istədi. Lakin qəza zamanı reaktorun avtomatik dayanmasına
xidmət edən mühafizə sistemləri qəfil sıradan çıxdı. Bunu görən
operator çıxış yolunu qəza vəziyyətində reaktorun işinin
dayandırılmasına xidmət edən qırmızı düyməni basmaqda
gördü. Bu isə güclü partlayışa səbəb oldu. Nəticədə bir anda
ətrafı qatı radioaktiv toz bürüdü. İlk günlər qəza ilə bağlı
məsələnin böyüdülməməsi qərara alınmışdı. Hər gün on
minlərlə insan Kiyevin mərkəzi meydanında 1 may bayramının
məşqini keçirirdi və radioaktiv şüalanmaya məruz
qalmalarından xəbəri yox idi. Amma baş verən fəlakətdən artıq
xarici ölkələr xəbər tutmuşdular. Ukrayna və ona qonşu ölkələrin
əhalisi arasında güclü həyəcan əmələ gəldi. . Rəsmi mənbələr
qəza nəticəsində 23 min kvadratkilometr ərazinin güclü
radioaktiv şüalanmaya məruz qaldığını və oranın ölü zonaya
çevrildiyi barədə məlumatlar vermişdilər. Ancaq faktiki olaraq,
qəza zamanı Avropa ölkələri, o cümlədən Qafqaz, Anadolu,
Balkanlar müxtəlif səviyyələrdə radioaktiv şüalanmaya məruz
qalmışdılar. Külək hətta radiasiyanı Skandinaviyaya belə aparıb
çıxarmışdı. Bir sıra otlaqların üzərinə radioaktiv toz çökmüşdü.
Təxminən 10 milyondan yuxarı adam müxtəlif dərəcələrdə
radioaktiv şüalanmanın qurbanı olmuşdu. Qəzadan sonra
Ukraynada, Belarusda və digər Avropa ölkələrində əhali
arasında şüalanma xəstəliyinə tutulanların, o cümlədən xərcəng
xəstələrinin sayı kosmik sürətlə artmışdı.Şüalanmanın qarşısını
almaq üçün Çernobılı xüsusi sarkofaqla örtdülər. Lakin bu gün
də Çernobıl AES-dən ətrafa radioaktiv şüalar yayılmaqdadır.
Alimlərin hesablamalarına görə, Çernobılətrafı zonalar yalnız 3
min ildən sonra yaşamaq üçün yararlı olacaq.
Yaponiyada baş verən son zəlzələdən sonra “Fukusima” Atom
Elektrik Stansiyasının (AES) qəzalı vəziyyətə düşməsi ikinci .
Çernobıl qəzası ilə üzləşmə təhlükəsi qarşısında qoyub.
Ekspertlərin fikrincə, əgər bu qəza qısa müddətdə aradan
qaldırılmasa, Yaponiya Çernobıl AES faciəsindən daha dəhşətli
təhlükənin ağrılarını öz üzərində hiss etməli olacaq.

“Fukusima” AES-in zəlzələ nəticəsində qəzalı hala düşməsi və


ətraf üçün böyük təhlükəyə çevrilməsi isə AES-in xidmətindən
istifadə edən ölkələrin hamısında ciddi təşvişlə
qarşılanmaqdadır. Təsadüfi deyil ki, artıq bəzi Avropa ölkələri, o
cümlədən Almaniya Yaponiyada baş verən təbii fəlakətlərin
AES-i qəzalı vəziyyətə salması və bunun böyük təhlükə
mənbəyinə çevrilməsindən narahat olaraq, öz ərazilərindəki
analoji stansiyaların təhlükəsizliyini təmin etmək üçün bəzi
addımlar atmağı planlaşdırırlar. Məsələn, Almaniya kansleri
Angela Merkel martın 14-də bəyan edib ki, ölkədəki AES-lərin
bir çoxunu, o cümlədən 7 AES-in fəaliyyətini dayandıracaq.
Bunun əvəzinə mümkün qədər külək və ya günəş enerjisindən
istifadəyə imkan verəcək daha çox stansiyaların tikiləcəyini
söyləyib. İsveçrə və Braziliya da analoji addım atmağa
hazırlaşırlar. AES təhlükəsi enerjiyə olan tələbatının 80 faizini
onun hesabına ödəyən Fransada da təşvişlə qarşılanıb.
Avstriya isə Avropa Birliyi rəhbərliyinə müraciət edərək, təcili
şəkildə quruma üzv ölkələrdəki AES-lərdən gələ biləcək təhlükə
ilə bağlı xüsusi araşdırma aparılmasını tələb edib. MAQATE-
nin 2005-ci ildə hazırladığı hesabata görə, dünyanın 31
ölkəsində hazırda 440 AES var. Onlardan 300-nün istismar
müddəti başa çatıb. Rusiyada 31, ABŞ-da 104, Fransada 59,
Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16,
Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 3 AES var.

You might also like